date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-21
6,947
“Bir ay üçün rentgen həkiminə cəmi 20 neqativ verilir”
"Bu qədər tibb mərkəzləri var. Hamısı da ağzına qədər adamla doludur. Bununla belə, camaat axışıb gedir İrana və başqa xarici ölkələrə". Bu haqda "Axar.az"a Azad İstehlakçılar Birliyinin (AİB) nəzdində yenicə yaradılmış "Tibbi müayinə və müalicə, eləcə də, Profilaktik bərpa iştirakçı hüquqlarının müdafiəsi" komissiyasının sədri Əhməd Rəhmanov səhiyyəmizdəki durum və komissiyanın yaradılması səbəbinə aydınlıq gətirərkən dedi: - Səhiyyə Nazirliyi çox deyir ki, inkişaf edirik, struktur dəyişir və sair. Ancaq bunun dəqiq xətti yoxdur. Bu qədər tibb mərkəzləri var. Hamısı da ağzına qədər adamla doludur. Bununla belə, camaat axışıb gedir İrana və başqa xarici ölkələrə. Mən bildiyim qədəri ilə, Azərbaycandakı səhiyyə sistemi MDB ölkələri arasında üç, ya dördüncü yerdədir. Lakin insanlar müalicə üçün başqa ölkəyə qaçırlar. Bunun da səbəbi nədir? Hamı deyir ki, həkim məni aldadır. Ancaq heç kim fikirləşmir ki, həkim bunu nəyə görə edir? Bir məsəl var da, "yüz dəfə imam üçün ağlayanda, bir dəfə də yezid üçün də ağlayın". Məsələn, poliklinikalarda yazıb vurublar ki, müayinə pulsuzdur. Adi rentgenə bir ay ərzində cəmi 20 ədəd neqativ verirlər. Məgər rentgenə bir ayda 20 xəstə gəlir? Bəs yerdə qalan neyləməlidir? Burada istər-istəməz xəstə ilə həkim arasında konflikt yaranır. Burada problem heç də həkimdə deyil. Yuxarıda oturan tibb məmurunda, sistemdədir. Konflikt də odur ki, mən gedirəm həkim yanına, həkim deyir ki, yoxumdur. Səni müayinə etsəm, gərək öz cibimdən verim neqativin pulunu. Biri başa düşür, ikisi başa düşür. Ancaq axırda biri gedir baş həkimin üstünə ki, məndən pul istədilər. Bax, bütün bu problemlər yığılır-yığılır, "tibbdə rüşvətxorluq var" probleminə gətirib çıxarır". Komissiyamız hələ ki, fakt toplamaqla məşğuldur Komissiya sədri hələ ki, yeni qurumun Səhiyyə Nazirliyinə müraciət etmədiyini deyir: - Hal-hazırda Komissiyamız Səhiyyə Nazirliyinə müraciət etməyib. Çünki bizim komissiya bir ay olar yaradılıb və hələ ki, fakt toplamaqla məşğuldur. Ancaq mən həmçinin "Qarabağ Əlilləri və Veteranları" cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədriyəm və bu qurumdan çoxlu müraciətlər etmişəm. Məsələn, elementar bir şey: Azərbaycan Respublikası Konstitusiyasında istehlakçı hüquqları var. Konstitusiyada deyilir ki, hər bir istehlakçı, ona göstərilən xidmətin sertifikatını, sənədini tələb edə bilər. Bax, bütün poliklinikalarda uşaqlara peyvənd vururlar. Bəs hansı poliklinikada peyvəndin tərkibini göstərirlər? Ümumi profilaktika qanununda deyilir ki, valideyn övladına vurulan hər hansı dərmanın tərkibi haqqında məlumatlı olmalıdır. Hətta vaksinasiyadırsa, valideyn bu dərmandan imtina etmək hüququna malikdir. Çünki vaksinasiya elə bir şeydir ki, dövlət tərəfindən epidemiya elan olunsa, hər kəs üçün məcburidir. Yox, əgər epidemiya elan olunmayıbsa, könüllüdür. Bu barədə valideynləri məlumatlandırmırlar. Məsələn, bu yaxınlarda Gəncədən bir xanım bizə müraciət etdi ki, övladı doğulanda peyvənd vurmağa icazə vermədiyi üçün qeydiyyata götürmürlər. İndi o xanımın məsələsi ilə məşğuluq. Bu arada fürsətdən istifadə edib bildirdim ki, komissiyamıza müraciət edənlərə yardım və hüquqi məsləhətlər ödənişsizdir.
2014-01-21
6,948
“Android”lər üçün öz klaviaturamız - Yeni
"Android" telefonlar üçün Azərbaycan əlifbasını dəstəkləyən klaviatura təqdim edilib. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xidmətinə əsasən xəbər verir ki, "Google Play" xidmətində "Android" əsasında işləyən smartfonlar üçün yeni Azərbaycan əlifbasını dəstəkləyən klaviatura təqdim edilib. "Bizim Keyboard PRO" adlanan yeni klaviatura müxtəlif dillərdə sürətli yazmağı sevənlər üçün yaradılmış klaviaturadır. "Bizim Keyboard" klaviatura ilə istifadəçi mətn prediksiyası üçün hazır sözlüklərdən istifadə edə və ya öz sözlüyünü yarada bilər. Klaviaturaya bir neçə mövzu daxildir (qara, ağ, iPhone, HTC və s.). Klaviaturada, demək olar, bütün dillər, xüsusilə də Azərbaycan dili üçün 7 düzüm və rus dili üçün 4 düzüm vardır. Buraya həmçinin Azərbaycanın ilk dəfə olaraq yeni təsdiq olunmuş "PÜŞUD" düzümü də daxildir. "Bizim Keyboard PRO" klaviaturasını aktiv etmək üçün telefon düzəlişlərində "Dil və Klaviaturalar" ("Language & Keyboards") bölümünə daxil olaraq "Bizim Keyboard PRO" seçmək tələb olunur. Sonra hər hansı tekstboksda mətn yerinə basıb saxlamaq, "Input method" basmaq və siyahıdan "Bizim Keyboard PRO" seçmək lazımdır. Proqramın düzəlişlərinə daxil olmaq üçün "123" düyməsi basılmalıdır. Klaviatura "Bizim Keyboard PRO" klaviaturasının pulsuz variantıdır. "Trial" versiyada "PRO" versiyadan fərqli olaraq gündə bir neçə dəfə bezdirici "popup" pəncərə istifadəçinin qarşısına çıxır.
2014-01-21
6,949
İlham Əliyev İsveçrəyə getdi
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə gedib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək.
2014-01-21
6,950
Zakir Qaralov AŞ PA-nın həmməruzəçiləri ilə görüşdü
Bu gün Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Cozef Debono Qrex ilə görüşüb. "Axar.az"ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti müzakirə olunub, məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının geniş tətbiqi və prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb. Həmməruzəçilər ölkəmizdə gedən demokratik prosesləri diqqətlə izlədiklərini, ötən prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini bildirərək Azərbaycan Prokurorluğu ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlıqlarını ifadə ediblər.
2014-01-21
6,951
Əli bəy Hüseynzadənin 150 illik yubileyi keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. "Sərəncamda qeyd olunur ki, "türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin". (AzərTac)
2014-01-21
6,952
Nümayəndə heyətimiz Təhsil Forumunda iştirak edəcək
Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 19-22 yanvar tarixlərində keçirilən Dünya Təhsil Forumunda iştirak etmək üçün Böyük Britaniyanın London şəhərində səfərdədir. "Axar.az"ın Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Təhsil Forumunun işində dünyanın 90-dan artıq ölkəsi nazir və ya nazir müavini səviyyəsində təmsil olunur. Hökumət nümayəndələri ilə yanaşı təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak edirlər. Təhsil nazirinin müavini Ceyhun Bayramov forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, yanvarın 22-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçiriləcək. Görüş zamanı tələbələrin təhsil aldıqları müddətdə üzləşdikləri problemlər və məzun olduqdan sonra Azərbaycanın inkişafına verə biləcəyi töhfələr müzakirə ediləcək.
2014-01-21
6,953
Azərbaycan ilə İraq arasında birbaşa hava əlaqəsi açılacaq
Azərbaycan ilə İraq arasında birbaşa hava əlaqəsinin açılması məsələsi razılaşdırılıb. Bu barədə jurnalistlərə İraqın Azərbaycandakı səfiri Heydər əl-Barrak məlumat verib. İraqlı diplomat qeyd etmişdir ki, bu məsələnin əsas detalları razılaşdırılmışdır. Aviareyslərin həftədə 4 dəfə həyata keçiriləcəyi gözlənilir. Lakin aviabiletlərin qiyməti hələlik müəyyən edilməyib. (AzərTac)
2014-01-21
6,954
Masallı İH Telli Borçalı qalmaqalına aydınlıq gətirdi
Bu gün Masallıda Şıxlar kənd sakinlərinin onları qəbul etməyən İcra başçısı Rafil Hüseynova etiraz olaraq Bakı-Astara şossesini bağlaması xəbərini aldıq. Bundan başqa, sakinlərin İH qarşısına yığışmasının bir səbəbi də aşıq Telli Borçalının 20 Yanvar günü Masallıda toyda iştirak etməsi göstərilirdi. Masallıda baş verən hadisələrə aydınlıq gətirmək üçün Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Nəsib Muxatrlı ilə əlaqə saxlayıb, ona suallarımızı ünvanladıq. - Sakinlərin etirazı ilə bağlı nə deyə bilərsiniz? - Tamamilə səhv məlumatdır. Masallıda heç bir etiraz olmayıb. Rayonda əmin-amanlıq hökm sürür. Bilmirəm bu xəbərlər hardan yayılır. - Mətbuatda yayılan xəbərlərdə bildirilir ki, Şıxlar kəndinin sakinləri icra başçısı Rafil Hüseynova etiraz olaraq Bakı-Astara şosesini bağlayıblar. - Xeyir, belə bir şey olmayıb. Bu, mümkün deyil. - Bəs sakinlərin keçirdiyi etiraz aksiyası ilə bağlı fotolar haqda nə deyə bilərsiniz? - Təxminən iki ay qabaq Şıxlar kəndində ev yanmışdı. Ev sahibi yanan evin yandırldığını iddia edirdi. Buna görə də bir həftə əvvəl yanan evin ailə üzvləri İcra Hakimiyyətinə gələrək istintaqın gedişi ilə maraqlandılar. Təxminən 20 nəfər olardı. Bundan sonra yolu keçəndə onların şəkli çəkilib və iddia edilib ki, guya onlar yolu kəsirdilər. Bu, yalan məlumatdır. - Ancaq deyəsən şəkillərdə 20-dən çox sakin görünür? - Orda gediş-gəliş çox olur. Ola bilsin, ailə üzvlərindən bir-iki nəfər hay-küy salıb və ətrafdakı insanlar onlara tərəf gəlib. - Bəs, iddia edilir ki, həm də etiraza səbəb Telli (Telli Borçalı. – red.) adlı aşığın 20 Yanvar günü Masallıda toyda iştirakı olub. Özü bunu ANS-ə açıqlamasında etiraf edib. - Bu, ümumiyyətlə, səhv fikirdi. Mən o adı ilk dəfə bu gün eşitdim. Həm də o, açıqlamasında yuxulu olduğunu deyib. İnanmıram ki, Masallıda kimsə belə qansızlıq etsin.
2014-01-21
6,955
Əbülfəs Qarayev 8-ci İslam Konfransında - Foto
21-23 yanvar 2014-cü il tarixində 2013-cü ilin mədəniyyət paytaxtı seçilmiş Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESKO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin 8-ci İslam Konfransı keçirilir. "Axar.az" Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, konfransda ölkəmizi Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qaeayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. 8-ci konfransın açılış mərasimində Ə.Qarayev 7-ci konfransın prezidenti kimi çıxış edərək İSESKO-nun son iki il müddətindəki fəaliyyətini yüksək qiymətləndirib. Konfrans çərçivəsində "Mədəni hüquqların sülh və dialoqda rolu" sessiyasında isə Ə.Qarayev Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi çıxış edərək son iki ildə Azərbaycan-İSESKO əməkdaşlığının inkişafından, həyata keçirilən birgə layihələr və gələcək perspektivlərdən bəhs edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xoş arzularını tədbir iştirakçılarına çatdırıb. Səfər çəçivəsində Nazir Ə.Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Othman Altvaijri və Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz bin Mohieddin Khoja ilə görüşlər keçirib.
2014-01-21
6,956
Türkiyə ordusu Suriya sərhədində silahlı rusları həbs etdi
Türkiyə ordusu Suriya sərhədindəki qadağan olunmuş bölgədə silahlı iki Rusiya vətəndaşının tutulması barədə açıqlama yayıb. Bu barədə Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında məlumat yayılıb. Türkiyənin Xatay vilayətindəki Hacıpaşa sərhəd polis bölməsinin ərazisində tutulan rusların yanlarında sui-qəsd silahı kimi də tanınan "Glock" markalı silah və çox sayda elektron cihaz olduğu da açıqlanıb. Məlumatda bildirilir ki, Suriya istiqamətindən Türkiyəyə əllərində çanta olan iki kişinin keçdiyi müəyyən edilib, onlar verilən "dayan" xəbərdarlığına tabe olublar. Ruslardan həmçinin yeddi ədəd müxtəlif növ cib telefonu, üç ədəd mikro yaddaş kartı və bir ədəd portativ yaddaş tapılıb. Tutulan şəxslər jandarmaya təhvil verilib. (ANS)
2014-01-21
6,957
Hərbi Prokurorluq ittihamlara cavab verdi
Azərbaycan Respublikası Hərbi Prokurorluğu son günlər sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində dərc olunmuş yazılarda hərbi qulluqçuların bəzilərinin intihar səbəblərinin açıqlanmaması barədə iddiaların həqiqətə uyğun olmadığını bəyan edir. "Axar.az" Hərbi Prokurorluğun rəsmi saytına istinadən xəbər verir ki, açıqlamada deyilir: "Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə özünü öldürmə, qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət alma və ya qəsdən adam öldürmə, habelə xəstəliklə bağlı, avtoqəza nəticəsində və ya digər səbəblərdən baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır, tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur. Hərbi qulluqçuların intiharı və onların ölümü ilə bağlı nəticələnmiş digər hadisələr barədə kütləvi informasiya vasitələrinə lazımi məlumatlar verilib, lakin bir sıra hallarda intiharın səbəblərinin geniş şəkildə ictimaiyyətə açıqlanmaması istintaq sirri, bəzən isə ailə və şəxsi sirrlərin qorunması ilə bağlı cinayət prosessual qanunvericiliyi ilə hüquq-mühafizə orqanlarının üzərinə qoyulmuş vəzifənin icrası ilə əlaqədar olub. İntihar etmiş hərbi qulluqçuların ailə üzvlərinə, qanuni nümayyəndələrinə intiharla bağlı istintaqın gəldiyi nəticə barədə tam və dolğun məlumat verilib, istintaqı tamamlanan cinayət işləri üzrə həmin şəxslərə iş materialları ilə tanış olmaq və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirtmək üçün şərait yaradılıb və mahiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərilmiş cinayət işləri üzrə açıq məhkəmə iclasları keçirilərək müvafiq məhkəmə qərarları qəbul olunub. Respublika Hərbi Prokurorluğunun Mətbuat xidməti ötən ildə baş vermiş intihar hadisələrinin səbəbləri barədə ictimaiyyətin məlumatlandırılmaması məsələsinin kütləvi informasiya vasitələrində yenidən gündəmə gətirilməsinin cəmiyyətdə çaşqınlıq yaratmaq, ordu barədə mənfi və əsassız fikirlərin formalaşması məqsədlərinə xidmət etdiyini, müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən işlərə kölgə saldığını təəssüflə qeyd etməklə bu cür fikirlərin sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılmasını yolverilməz hesab edir".
2014-01-21
6,958
Bakı metrosunda həyəcanlı anlar
Bu gün Bakı Metropolitenində baş verən texniki nasazlıq sərnişinləri təşvişə salıb. "Axar.az"ın əldə etdiyi məlumata görə, "Həzi Aslanov" stansiyasından "Dərnəgül" stansiyasına hərəkətdə olan qatar "Xalqlar Dostluğu" və "Əhmədli" stansiyaları arasında tuneldə dayanıb. Hadisə saat 20:12 radələrində baş verib. Qatarın dayanması 12 dəqiqə çəkib. Maşinist sərnişinlərə hadisənin texniki səbəblərdən baş verdiyini elan edib.
2014-01-21
6,959
Prezident Gəncə və Göygölə 7 milyon ayırdı
Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, sərəncamda qeyd olunur ki, "Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin". İlham Əliyev, həmçinin Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, "Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılsın".
2014-01-21
6,960
Biləsuvar sakini özünü güllələdi
Biləsuvar rayonunda intihar hadisəsi yaşanıb. Hadisə rayonun Əman kənd ərazisində baş verib. 1968-ci il təvəllüdlü kənd sakini Babayev Çingiz Lətif oğlu öz həyətində ov tüfəngi ilə özünü güllələyib. Çingiz Babayev güllə yarasından hadisə yerindəcə keçinib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Rayon prokurorluğunda intihar faktı ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. (ANS)
2014-01-21
6,961
Bakıda minik avtomobili yandı
Bakı şəhərində "VAZ" markalı minik avtomobilində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda sahibi məlum olmayan "VAZ" markalı minik avtomobilin hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-21
6,962
Tofiq Yaqublunun ailə üzvləri qəzaya düşdü
İsmayıllı olaylarına görə həbs olunan Müsavat başqanının müavini Tofiq Yaqublunun ailəsi bu gün baş tutan məhkəmədən qayıdarkən avtomobil qəzasına düşüb. "Axar.az" xəbər verir ki, bu barədə məlumat "Feysbuk"da paylaşılıb. Şəkidə davam edən məhkəmədən qayıdarkən İsmayıllı rayonunun Xənəgə kəndində baş verən avtoqəza nəticəsində maşında olan Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu və vəkil Xalid Bağırov yüngül xəsarət alıblar. Tofiq Yaqublunun xanımı Maya Yaqublu və Müsavat fəalı Çingiz Əlinin xəsarətləri ciddi olduğundan, onlar xəstəxanaya yerləşdiriliblər. Vəkil Xalid Bağırovun bildirdiyinə görə, hadisəyə səbəb havanın həddən artıq dumanlı olması imiş. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
2014-01-21
6,963
Avromaydanda təxribatçı ermənilər - SOS
Avromaydan aktivistləri "Feysbuk" səhifələrində paylaşdıqları xəbərlərdə aksiyaların keçirildiyi məkanlarda Ukraynadakı bəzi erməni diaspor təşkilatları nümayəndələrinin təxribatlara start verdiklərini vurğulayıblar. "Axar.az" xəbər verir ki, dünəndən etibarən bu yöndə ən böyük canfəşanlığı Donetsk vilayətinin erməni icmasının rəhbəri Qagik Aqavelyan göstərir. Yerli kriminal ünsürlərlə aksiya iştirakçılarına müxtəlif səpkili təzyiqlər göstərən bu "qoçular" "Donbass qalib gələcək", "Faşizm keçməz" kimi şüarlarla çıxış ediblər. Buna etiraz edən mitinq təmsilçiləri Ukraynadakı erməni icması rəhbərlərinə müraciət ünvanlayaraq Aqavelyan və onun "dostları" barəsində ölçü götürülməssini tələb ediblər.
2014-01-21
6,964
2200 təyyarə reysi təxirə salındı
ABŞ-ın şimal-şərq və qərb ştatlarında güclü qarın yağması 2200 yerli və beynəlxalq təyyarə reyslərinin təxirə salınması ilə nəticələnib. Reyslərin ən çox təxirə salındığı şəhərlər arasında Filadelfiya, Boston, Nyu-York və Nyuarkın adları hallanır. Nyu-York şəhərində isə şəhər nəqliyyatı fasilələrlə işləyir. Şəhər avtobusları hər 30 dəqiqədən bir xəttə buraxılır. Pensilvaniya, Nyu-Cersi, Konnektikut, Virciniya, Qərbi Virciniya və Kentukki ştatlarında isə orta və ali məktəblərdə oxuyan uşaqları evə vaxtından əvvəl buraxırlar. (ANS)
2014-01-21
6,965
"TRT" 800 müxbirini işdən çıxartdı
Türkiyənin dövlət telekanalı "TRT" ölkə daxilində çalışan 800 müxbiri işdən çıxarıb. Bu barədə AGD jurnalistlərin həmrəylik təşkilatının rəhbəri Mehmet Aydın bildirib. Məsələ ilə bağlı yalnız bir açıqlama verən Aydın qeyd edib: "Keçən həftə TRT ölkə içi xəbərlər qurumundan müqaviləli və ştatlı 800-ə yaxın həmkarımızı işdən çıxararaq qışın ortasında dolanışıq çətinlikləri ilə üz-üzə qoyub". (ANS)
2014-01-21
6,966
Məhkəmə Əbru Gündəşin tələbini yerinə yetirdi
Türkiyəni sarsıdan 17 dekabr "rüşvət əməliyyatı" ilə bağlı xəbərlərin mətbuatda dərc olunmasına qadağa qoyulub. "Axar.az" Hürriyyət-ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində həbs olunan iş adamı Rza Zərrabın həyat yoldaşı müğənni Əbru Gündəşin tələbi əsasında məhkəmə bu qərarı qəbul edib.
2014-01-21
6,967
Xəzər TV-nin məşhur aparıcısı xəstəxanada – FOTO
Xəzər TV tanınmış aparıcılarından olan Hacı Nuran Hüseynov hazırda Almaniyanın Dusseldorf şəhərində yerləşən Uniklinikada müalicəsinə davam edir. Klinikanın onkologiya şöbəsində müalicə alan tele-aparıcı bu gün xəstəxana palatasında çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb. "Axar.az" xəbər verir ki, populyar "Xeyir körpüsü", "Vətənimdir Azərbaycan" verilişlərinin sevilən aparıcısı ona dəstək verdiklərinə görə hər kəsə təşəkkürünü bildirib. Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist müalicə üçün bir müddət öncə Almaniyaya yola düşmüşdü. Şəkildən də göründüyü kimi, Hacı Nuranın müalicəsinin gedişi ilə bağlı nikbinlik yaranıb. Həmkarımıza Allahdan şəfa diləyirik.
2014-01-21
6,968
Təkliyin ləzzətini bilmək istəyənlər üçün
Con Çiver (hekayə) Təkliyin ləzzəti Ellen Qudriç işdən Çelsidəki evinə yenicə qayıtmışdı ki, qapı yavaşca döyüldü. Onun şəhərdə yaxın adamı olmadığından heç kəsi gözləmirdi. Qapını açanda dəhlizdə iki balaca oğlanın dayandığını gördü. Uşaqların 10-11 yaşı olardı. Paltarları elə nazik idi ki, soyuqdan tir-tir əsirdilər. - Florense Vall burada yaşayır? - onlardan biri soruşdu. - Belə adam tanımıram, əgər ev sahibəsini soruşursunuzsa, o, birinci mərtəbədə yaşayır,- Elen cavab verdi. - Biz yalnız Florenseni axtarırıq. O, bunun dayısı qızıdır,- oğlanlardan biri o birinə işarə etdi. - Mən onu tanımıram. - Bəlkə o, burdan köçüb, - oğlan soruşdu. Ellen başqasının halına təsadüfi hallarda acıyırdı. Ancaq indi uşaqlar elə yazıq görünürdülər ki, Ellenin onlara kömək etmək arzusu təmkininə üstün gəldi. O, hiss edirdi ki, uşaqlar gözlərini stolun üstünə qoyulmuş şirniyyata zilləyiblər. Ellen onlara şirniyyat götürməyi təklif etdi. Onlar bundan elə utancaqlıqla, elə nəzakətlə boyun qaçırdılar ki, Ellen onları qucaqlayıb bağrına basmaq istədi. Lakin Ellen onlardan otağa keçməyi xahiş edəndə oğlanlar onun sözündən çıxmadılar və hətta şirniyyatdan da götürüb yedilər. - Mənziliniz əladır, xanım! - Sizin çox gözəl otağınız var,- o biri oğlan da dilləndi. Onların hər ikisi arıq idi, bənizləri saralmışdı, səsləri də xırıldayırdı, ancaq məğrur görkəmləri vardı. - Belə soyuqda üşümürsünüz? Məgər paltonuz yoxdur?- Ellen soruşdu. - Paltomuz yoxdur, xanım! - Sizə soyuq dəyəcək,- deyə Ellen narazılıqla onları sorğu-suala tutdu. Oğlanlar yaşlarını, həmçinin East Siddə yaşadıqlarını dedilər. Ellen özü də bu xarabalıqdan keçib gəldiyindən uşaqların necə baxımsızlıq şəraitində yaşadıqlarını təsəvvür edirdi. Ellen uşaqlarla danışarkən xatırladı ki, burada qaldığı müddət ərzində öz otağına (ev sahibəsindən savayı) girməyə ancaq bu uşaqlara icazə verib. Birdən Ellenin səsinin tonu dəyişdi. O, gözlənilmədən dedi: - Yaxşı olar ki, çıxıb gedəsiniz. İşim var. Uşaqlar şirniyyat üçün təşəkkür etdilər və otaqdan çıxdılar. Gözlənilməz görüş Elleni mütəəssir etmişdi. Ellen alicənab qadın deyildi. O, Çelsidə kirayədə yaşayırdı, həmişə də əmanət kassasında olan pulunun miqdarını artırmağa çalışırdı. Dost tapmaq onun üçün həmişə müşkül məsələ idi. Son on iki il ərzində Nyu-Yorkda tək yaşayırdı. Uzun müddət təklikdən əzab çəkdi. İndi isə bu əzab unudulmuşdu. Bir dəfə anası ona məktub yazıb xahiş etmişdi ki, kiçik qardaşına borc pul versin. Ellen anasına belə cavab yazmışdı: "Məncə, Harold ehtiyacın nə olduğunu başa düşsəydi, həyatını yaxşı qura bilərdi. Yoxsulluğun nə olduğunu biləndə pulun əsl qiymətini anlayacaq. Mənim əmanət kassasındakı cüzi pulum böyük məhrumiyyətlər hesabına başa gəlib. Onu Harolda göndərə bilmərəm. O bu pulu istədiyi yerə xərcləyəcək. Bir də özün bilirsən ki, sən və atam mənə sərf etdiyinizdən daha çox Haroldun təhsili üçün sərf etmisiniz". Həmin vaxt Ellenin 28 yaşı olardı. Uşaqlar gedəndən bir qədər sonra Ellen paltarını soyunub xələtini geyindi və şam yeməyi hazırladı. Bayırda hava soyuq idi, külək pəncərəni döyəcləyirdi. Belə vaxtda isti, işıqlı otağın qiyməti yox idi. O, boşqabları yudu və pullu kitabxanadan götürdüyü kitablardan birini oxumağa başladı. Hər axşamını beləcə keçirir və özünə təskinlik verirdi ki, vaxtını boş yerə keçirmir. Ancaq indi kitab oxusa da, fikri oğlanların yanında idi. Ellen onların məğrur görkəmlərini yadına saldı, belə soyuq havada yol getdiklərini düşünəndə isə onlara yazığı gəldi. Bir həftə sonra qapı yenidən döyüldü. Qapını açan Ellen uşaqların dəhlizdə dayandıqlarını gördü. - Elə yoldan keçirdik... - Fikirləşdik ki, sizə baş çəksək, pis olmaz. - Yaxşı edib gəlmisiniz,- Ellen gülümsündü. Birdən ağlına gəldi ki, qapısı eyni dəhlizə açılan o biri kirayənişinlər səsini eşidə bilər. Ellenin hərəkətində qeyri-adi heç nə yox idi, ancaq o istəmirdi ki, qonşuları onun yad oğlanları evə dəvət etdiyini görsünlər. Buna görə də qapını içəridən örtənə qədər danışmadı. Ellen onlara oturmağı təklif etdi. Uşaqlar yerlərində rahatlandıqdan sonra italyan olduqlarını bildirdilər. Bunu eşidəndə Ellen onların parmigiana (makaronla yeyilən italyan pendiri.- tərc.) düzəldə bilib-bilmədiklərini soruşdu. Onlar parmigiana haqda heç nə bilmədilər, lakin başqa italyan xörəklərindən danışdılar. Oğlanlardan böyüyü Ellenin bəzək şeyləri ilə maraqlandığını bildirdi. Ellen bəzək şeylərini oğlanlara göstərdi. Birdən yaşca kiçik oğlan cibindən bir siqaret çıxarıb yandırdı. - Sənin nə yaşın var ki, siqaret çəkirsən?- Ellen soruşdu. Oğlan yoldaşına baxdı və bir-birlərinə göz vurub qımışdılar. Ellen pərt oldu. Onların bu hərəkəti onu qorxutdu. - Bunlar qurudulmuş balqabaqdır,- Ellen divardan asılmış iki balqabağı göstərdi. Mən onları 1933-cü ildə Karib ətrafına səyahət edəndə almışam. Orada bundan orkesrtdə isrifadə edirlər. Siqaret çəkəndən sonra oğlanlar özlərini daha sərbəst aparırdılar. Ellen onlardan çıxıb getməyi xahiş etmək istəyirdi, ancaq tərəddüd edirdi. Kiçik oğlan siqaretini söndürdü. Ellen bir söz demədən onu gözləyirdi. Qız, özü də başa düşmədiyi bir şeydən sanki həzz alırdı. Oğlanlar ona ailələrindən, ana və bacılarından söhbət açdılar. Sonra isə elə ədəbsiz, elə nalayıq hekayətlər danışdılar ki, Ellen onların söhbətini yarıda kəsməli oldu. Saat yarımdan sonra oğlanlardan çıxıb getməyi xahiş etdi. Onlar gedəndən bir az sonra məlum oldu ki, onun portmanatı yoxa çıxıb. Əgər həmin dəqiqə oğlanlar əlinə düşsəydi, Ellen, şübhəsiz ki, onları öldürərdi. O, hirsindən stulu götürüb elə bərk sıxdı ki, axırda qolları sustalıb yanına düşdü. "Gərək onlar oğurluq etməyəydilər". Ellen özünü çarpayıya yıxdı və hönkürməyə başladı. Polis çağırmaq istədi, ancaq sonra başa düşdü ki, polislə danışmağı başqalarına şübhəli görünə bilər. Ellen vanna otağına keçdi, əl-üzünü yuyub sildi. "Gərək oğurluq etməyəydilər. Əgər istəsəydilər, özüm onlara pul verərdim",- öz-özünə deyinə-deyinə otaqda var-gəl etməyə başladı. Səhər açılanda bu qərara gəldi ki, oğlanlar haqqında hər şeyi unutsun. Amma pul qabında olan 15-20 dolları unutmaq oğlanları unutmaqdan daha asan idi. Adətən Ellen ona əzab verən bir hadisəni tez unudardı. İndi isə bunu bacarmırdı. Bir-iki gündən sonra, çərşənbə günü qapı yenə döyüldü. Ellen qapını açdı, oğlanlar dəhlizdə dayanmışdılar. Ellen oğlanlara deyəcəyi sözləri dönə-dönə öz-özünə təkrarlamışdı. İndi isə nə qədər çalışdısa, fikrini bir yerə cəmləşdirə bilmədi. "Bura gəlin",- nəhayət dilləndi. Oğlanlar onun ardınca otağa keçdilər. - Gərək oğurluq etməyəydiniz. Bilməliydiniz ki, oğurluq şərəfsizlikdir,- Ellen səsini qaldırmışdı. Hirsindən elə əsirdi ki, axırda divara söykənməli oldu.- Əgər pula ehtiyacınız varsa, siz onu vicdanla qazana bilərsiniz. Keçən dəfə burada olanda mənim portmanatımı oğurlamısınız, ayıb deyilmi? - Biz heç nə oğurlamamışıq, xanim! - Biz oğru deyilik. - Mübahisə edərək burada dayanmağınızın nə mənası var? Çıxın burdan!- Ellen qışqırdı. - Bizə beş dollar verin, xanım! - Çıxın otaqdan! Nə qədər ki, polis çağırmamışam, çıxın burdan! Oğlanlar otaqdan çıxdılar. Ellen qapını bağladı, onların uzaqlaşan addım səslərini dinlədi. Gecə yuxuda onları gördü. Ellen ayılanda yuxusunu bütün təfərrüatı ilə xatırlamasa da, təsirlənmiş və qorxmuşdu. Həftənin sonunadək bu yuxu ona əzab verdi. Cümə günü soyuqladığını hiss etdi, günorta evə getməyə işdən icazə aldı. Yolüstü kitabxanadan kitab götürdü və nahar üçün göy-göyərti aldı. Həmin gün təklik onun daha çox xoşuna gəldi. Hava qaralana qədər mütaliə etdi. İşığı söndürməzdən qabaq pərdəni çəkmək üçün pəncərəyə yanaşdı. Bayırda möhkəm qar yağırdı. O, yuyunub qızdırmalı halda yatağa uzandı. Qapının yüngülcə döyüldüyünü eşidəndə yarıyuxulu vəziyyətdə idi. Qapını döyən, güman ki, oğlanlar idi. Ellenin birdən yadına düşdü ki, qapının cəftəsini keçirməyi unudub. Oğlanlar dəhlizdə bir müddət nəsə danışdılar, qapını yenidən döydülər, sonra isə itələyib açdılar. Elleni yataqda görüb yaxına gəldilər, bir xeyli ona baxdılar. - Xanım, siz xəstəsiniz? - Məni rahat buraxın. Çıxın burdan,- deyə Ellen narazılıqla pıçıldadı. - Biz pul istəyirik, xanım! - Görmürsünüz ki, xəstəyəm? - Ellen səsini qaldırdı. Çıxın otaqdan... Mənim pulum yoxdur. Oğlanlardan biri stolun üstündəki portmanatı gördü. Stola sarı getdi, portmanatı götürüb içindəki pulları çıxarmağa başladı. Ellen yerindən qalxıb oğlanı itələdi, ancaq portmanat artıq oğlanın əlində idi. Ellen portmanatı onun əlindən almağa cəhd göstərsə də, məqsədinə nail olmadı, oğlan ondan güclü idi. Onlar Ellenin əlindən qurtulub qaçdılar. - Duval xanım! Duval xanım! – deyə Ellen var gücüylə çığırdı, lakin cavab gəlmədi. O, bir təhər özünü çarpayıya yıxdı və yorulanadək ağladı. Ev sahibəsi on dəqiqədən sonra otağa girib nə baş verdiyini soruşdu. Ellen ona dəhlizdə iki kişi səsinin eşitdiyini söylədi və xahiş etdi ki, qapının qıfılını dəyişsin. Həmin günün səhərisi Ellen köçməyə qərara gverdi. Bu, asan iş deyildi, ancaq başqa çarəsi qalmamışdı. İş yoldaşlarından biri ona East Thirty-seventh Streetdə kirayəyə ev verildiyini bildirdi. Ellen gecə ora getdi, ev sahibi ilə sövdələşdi. O biri gecə isə şeylərini bir taksiyə yığıb köçdü. Yeni mənzil əvvəlki kimi rahat deyildi, ancaq Ellen ora uyğunlaşmağa çalışırdı. Sanki o yeni bir həyata qədəm basırdı. O biri axşam işdən sonra Ellen təzə kirayə etdiyi evə tələsirdi. Möhkəm yağış yağırdı. Madison prospektinə dönəndə qəflətən oğlanları gördü, papaqsız və paltosuz oğlanları... Ellen döndü və restorana girib şam etdi. O, restorandan çıxanda saat artıq səkkiz idi, oğlanlar çıxıb getmişdilər. Ellen evinə gəldi, çətirini yerinə qoydu, sonra yaş paltarını dəyişdi. Elə bu vaxt qapı döyüldü. Ellen qapını açanda oğlanları gördü. - Mənim burada yaşadığımı necə öyrəndiniz? - Əvvəlki ev sahibəsindən soruşduq. - Allah xatirinə, çıxıb gedin. Məni tək buraxın. Eşidirsiniz? Ellen çətirini götürüb var gücü ilə kiçik oğlanın çiyinlərinə zərbə endirdi. Oğlan dizi üstə düşdü. Sonra döşəməyə yıxıldı. Lakin Ellen onu döyməkdən əl çəkmədi. Bu vaxt o biri oğlan "kömək edin! Polis! Polis!" – deyə elə çığırırdı ki, səsi bütün küçə boyunca əks-səda verirdi. İngilis dlindən çevirdi: Sevil Gültən Hekayə ilk dəfə 1942-ci ilin yanvarında "The New Yorker" jurnalında çap olunub.
2014-01-21
6,969
Buzüstü hokkeydə dava – Video
Buzüstü hokkeyin qonq zərbəsi ilə bərabər yumruqlaşmağa başlayan idmançıları bir neçə dəqiqə heç kim ayıra bilməyib. "Axar.az" xəbər verir ki, Kanadanın "Vancouver Canucks" ilə "Calgary Flames" komandaları arasında matçın ilk anındaca başlayan dava xeyli çəkib. Videonu təqdim edirik:
2014-01-21
6,970
Ziyalıların Prezidentə müraciəti yenidən gündəmə gəldi
Aralarında millət vəkili və xalq artıstləri də olmaqla, Azərbaycanın tanınmış ziyalılarının Prezident İlham Əliyevə ünvanladığı müraciəti 20 Yanvar şəhidləri İlham və Fərizənin ailəsi 20 Yanvar mərasimində təkrar gündəmə gətirib. "Axar.az"a daxil olan məlumata görə, Azərbaycan xalqının yaddaşında böyük sevgi simvolu kimi yaşayan İlham və Fərizənin toy günlərinin – 30 iyunun Sevgililər Günü elan olunması bir daha Prezidentdən xahiş olunur. Xatırladaq ki, bir müddət öncə ziyalılar Prezident İlham Əliyevə belə bir məktubla müraciət etmişdilər. Professorlar Nizaməddin Şəmsizadə, Asif Rüstəmli, Paşa Qəlbinur, şairlər Nəriman Həsənzadə, Musa Yaqub, Zəlimxan Yaqub, millət vəkilləri Qənirə Paşayeva, Aqil Abbas, Flora Qasımova, yazıçı Çingiz Abdullayev və xalq artisti Arif Babayevin imzaladığı müraciətdə deyilirdi: "Möhtərəm Prezident! Müstəqil Azərbaycanın vüsətli iqtisadi-siyasi inkişafı dünyanı heyrətdə qoyub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş cahanşumal layihələr və milli inkişaf strategiyası sizin fədakar əməyinizin, tarixən düzgün siyasətiniz sayəsində bəhrəsini verməkdədir. Azərbaycanın iqtisadi qüdrətini, daxili sabitliyini və beynəlxalq imicini gücləndirməklə bərabər, siz həm də mənəvi dəyərlərimizə xüsusi diqqət yetirirsiniz. Qədim və zəngin milli mənəviyyatımız, ədəbiyyatımız, muğan sənətimiz sizin və sədaqətli silahdaşınız Mehriban xanım Əliyevanın səyləri ilə dünya şöhrəti qazanmışdır. Hörmətli Cənab Prezident! Olduqca zəruri, ülvi və nəcib bir məsələ ilə bağlı Sizə müraciət etməyi qərara aldıq. Xalqımızın tarixində istiqlal və azadlıq uğurunda mübarizənin ən uca qəhrəmanlıq zirvəsi olan 20 Yanvar şəhidləri - İlham və Fərizənin evləndikləri günü, 30 iyun tarixini "Sevgililər Günü" kimi rəsmiləşdirilməsi üçün müvafiq sərəncam vermənizi Sizdən xahiş edirik. Bu, həm milli azadlıq ideyalarına, həm də fədakar sevgiyə və sədaqətə ehtiram olardı. Azərbaycan gəncliyinin hələ neçə-neçə nəsilləri üçün sevgi və sədaqət rəmzi olacaq bu günün əbədiləşdirilməsinə xalqımızın böyük mənəvi ehtiyacı var".
2014-01-22
6,971
ANS-in “Ağıl dəryası”nın “ağıl dəryası” – Video/komik
Bir müddət əvvəl ANS TV-də yayımlanan "Ağıl dəryası" intelektual verlişində səslənən suala verilən cavab sosial şəbəkədə paylaşılıb və gülüş hədəfinə çevrilib. ​ Belə ki, verlişin aparıcısı yarış iştirakçılarından birinə sual verib: "BMT-nin qərargahının önündə bayraqların içində dövləti olmayan yalnız bu xalqın bayrağı dalğalanır". Yarış iştirakçısının suala savadsız cavabı isə sosial şəbəkələrdə ciddi müzakirə olunur. "Ağıl dəryası" iştirakçısının cavabını bu videoda izləyə bilərsiniz:
2014-01-22
6,972
Dünyada ilk təkərli nəqliyyat vasitəsi - Video
Leonardo da Vinçinin rəsmlərindən ilhamlanaraq yaradılan bu vasitənin elektrik və benzin mühərrikli olaraq yalnız iki ədəd prototipi var. 450 kq olan vasitə maksimum olaraq saatda 50 km sürətə çatır.
2014-01-22
6,973
Ərdoğan Suriyadakı vəhşiliklərdən danışır - Video
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Brüsseldə Suriya ilə bağlı vətəndaşlara səslənib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən xəbər portallarında Suriyada 13 ildir vəzifədə işləmiş bir polis əməkdaşının törətdiyi dəhşətləri izlədiyini deyən Ərdoğan baş verənləri vəhşilik adlandırıb. Bu gün "Cenevrə - 2" konfransının keçiriləcəyini deyən nazir dünyaya səslənərək Suriyada bu günə qədər 150 min insanın öldüyünü xatırladıb. Baş nazir Ərdoğan Türkiyəni sarsıdan "rüşvət əməliyyatı"na da toxunub. Bu hadisələrdən üzü ağ çıxacaqlarını və bütün bunların öhdəsindən gələ biləcək AKP-nin olduğunu bildirib.
2014-01-22
6,974
Ana yeni doğulan körpəsini satdı
Çilidə 18 yaşlı ana yeni doğulan qızını internet vasitəsilə satıb. Bu informasiyanı "Euronews" telekanalı yayıb. Çili polisinin verdiyi məlumatda deyilir ki, uşağı almaq istəyən cütlük körpənin anasına hamilə olarkən 80 min avro verib. Uşağın atasına isə onun ölü doğulduğu haqda məlumat ötürülüb. Ancaq ananın "alqı-satqı əməliyyatı" üzə çıxdıqdan sonra ata polisə müraciət etməli olub. (ANS)
2014-01-22
6,975
İnsan dili bilən eşşək - Video
Amerikada bir zooparkda yaşayan eşşək görənləri təəccübləndrib. Eşşəyə "gül" deyən kimi gülümsəməyə başlayır. Videonu təqdim edirik:
2014-01-22
6,976
Su anbarından insan sümükləri çıxdı – Video
Türkiyənin Sivas şəhərində "Qaracalar" su ehtiyat anbarı quraqlıq üzündən quruyub və göldən çoxlu insan sümükləri çıxıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Sivasın Ulaş kəndindəki "Qaracalar" adlı su anbarının inşasına 1994-cü ildə başlanıb, 2008-ci ildə tamamlanıb. Əkin məqsədi ilə istifadə olunan anbardan bu günlərdə insan sümükləri ortaya çıxıb. Məlum olub ki, su anbarının yerində əvvəllər kənd qəbiristanlığı yerləşib və sonradan daşqın nəticəsində suyun altında qalıb. Videonu təqdim edirik:
2014-01-22
6,977
Həkim terroru davam edir: daha bir nəfər öldü - Video
Burun çəpərindən əməliyyat olanan 32 yaşlı Seymur Zəkiyevin bir ay sonra vəziyyəti ağırlaşdığından o dərhal 1 Saylı Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ancaq cəmi 3 gün orada müalicə ala bilib. Həkimlər onun dərdini tam müəyyən etməmiş Seymur canını tapşırıb. Hər halda, mərhumun yaxınları belə deyir. Onların fikrincə, 2 uşaq atasının belə vaxtsız vəfatında həkimlər günahkardır. Mərhumun qardaşı Elşən Zəkiyev: "Səhər gətirdik. Axşam gəlmişdik yanına danışırdı. Əməlli başlı gəzirdi. Həmin günün səhərisi bizdən bir nəfər getmişdi onun yanına görüb ki, yıxılıb yerə başının üstündə tibb bacısı da yoxdu. Qışqır-bağır 9 nəfər güclə tutub sistem köçürtdülər. Güclə sakitləşdirdilər". Mərhumun atası Nəsrulla Zəkiyev: "Axırıncı variant bu oldu ki, bilmirdilər onun xəstəliyi nədir? Mən qərar vermirdim, onun beynindən maye götürməyə. Bunlar 30 qram çox su götürüblər. Özü də içi qanlı, Lazım olsa göstərə bilərəm. Onun beynini zədələyiblər". Deyir əvvəl miningit dedilər, sonra isə beyninə qan sızma diaqnozu qoyuldu. Mərhumun qohumlarının fikrincə əgər xəstə beyninə qan sızmadan ölsəydi, bu hal başın tamaqrafiyasında da özünü göstərərdi. Ancaq əvvəlki analizlər təmiz çıxıb. Odur ki, onlar adı çəkilən xəstəxananın baş həkiminin üzə çıxmasını tələb etdilər. Yollandıq 1 Saylı Sumqayıt Şəhər Xəstəxanasına. Baş həkim də əvvəl mərhumun qohumlarına baş sağlığı verdi, sonra isə sözə başladı. Dedi xəstə ayın 18-i yüksək hərarətlə xəstəxanaya daxil olunub. Vəziyyəti ağır olduğuna görə isə reanimasiyaya yerləşdirilib. Baş həkim Nazim Hüseynquliyev: "Diaqnoz xəstədə miningit olmuşdur. Müalicənin gedişində müayinə aparmaq üçün simptanm punkt olmuşdur. Bu zaman qan elementləri aşkara çıxmışdır. Ona görə də xəstəlik diaqnozuna əlavə olaraq koma beyin ölümü diaqnozu qoyulmuşdur.". Axırıncı müayinədə onurğadan mayenin düzgün götürülməməsi səbəbindən xəstənin həyatını itirməsi ittihamına da Nazim həkim aydınlıq gətirdi. Baş həkim Nazim Hüseynquliyev: "Qan olması beyində qansızmanın olmasını göstərən əlamətlərdəndir. Bu da xüsusi bir müayinədir.". Şikayətçilərin susmaq fikirləri yoxdur. Odur ki, artıq onlar məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət edib və bu işdə günahı olan həkimin cəzalanmasını istəyirlər. Nə deyirik, təki danışan qanun olsun. (ANS) ​
2014-01-22
6,978
Mandarinin möcüzəvi faydaları
Qış mövsümünün meyvələrindən sayılan mandarının (naringi) insan orqanizminə ciddi faydaları var. C vitamini ilə zəngin olan mandarini payız və qış aylarında istifadə etsəniz, bu həm artıq çəki almanıza mane olacaq, həm də sizi bir sıra xəstəliklərdən qoruyacaq. Mandarinin faydaları: - Bu meyvə A, B, C vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, natrium, dəmir, brom və fosfor minerallarına malik olmaqla, istifadə zamanı bədəni möhkəmləndirir, qanı təmizləyər. - Madarinin qabığında olan P vitamini keks və şirniyyatlar hazırlanarkən istifadə olunur, ona ləzzət və xoş qoxu verir, eyni zamanda xolesterolu və yüksək təzyiqi salmağa da köməkçi olur. - Ürək və damar xəstəliklərinə qarşı qoruyucu olan mandarin, ömür boyu sağlamlığınızı təmin edir. - Ayrıca olaraq narıngi damar sərtliyi və iflic xəstəliyində də faydalıdır. Damar sərtliyi olan hər kəs və əsasən orta yaş qrupuna aid olanların bu meyvəni bol-bol yeməsi vacibdir. - Sinirləri sakitləşdirən mandarin eyni zamanda qripə qarşı da qoruyucu vasitə funksiyası yerinə yetirir. - Axşam yeməyindən sonra yeyiləcək bir mandarin daha rahat yuxunu təmin edir. - İmmunitet sistemini gücləndirən bu meyvəni eyni zamanda cem hazırlayarkən də istifadə edə bilərsiniz. Ayrıca qabıqlarından əldə edəcəyiniz qoxu sayəsində evinizi xoş ətirli edə bilərsiniz.
2014-01-22
6,979
Yazarlarla müğənnilər üz-üzə gəldi
Ədəbiyyat və musiqi arasındakı bağlılığı nəzərə alıb, bu dəfə də yazarlarla şou əhlini qarşı-qarşıya gətirdik. Görək kim kimi oxuyur, kim kimi dinləyir. Amma bəri başdan deyək ki, şou əhlinin müasir yazarlardan kimisə tanıyacağına ümidimiz az idi… Bircə bunu ayrıca vurğulamağa dəyər: yazarlar bu qarşıdurmada sözü o tərəf-bu tərəfə çəkib müğənnilərimizin birinin belə adını çəkməmək üçün bəhanələr uydurmadı… Onu da deyək ki, hər iki tərəfə eyni sualla müraciət etdik. Yazarlara: - Siz müasir estrada müğənnilərindən kimi dinləyirsiniz? Müğənnilərə: - Çağdaş yazarlardan kimi oxuyursunuz? Yazıçı Müşfiq Xana görə, Röya və Xumar Qədimova boş vaxtlarda dinləmək üçün yaxşı müğənnilərdir: "Röya və Xumarın səslərini bəyənirəm. Məncə, buna səbəb səslərindəki şirinlik və yanğıdır. Amma vaxtım olanda dinləyirəm. Etiraf edim ki, Xumarın bir mahnısını əvvəllər eşidib bəyənsəm də, onu çox axtarıb tapa bilməmişəm". İlqar Fəhmisə xüsusi olaraq bu iki nəfəri - Tünzalə və Qisməti dinləyir: "O biri estrada müğənnilərinə də ara-bir qulaq asıram". "Maral-maral" mahnısına qol açıb oynadığım vaxtlar olub… Cəlil Cavanşir isə bəzən "Maral-maral" mahnısına belə oynadığını bildirdi. Yazar xüsusən ovqatına uyğun mahnıları dinləməyi sevir: "Mən ümumiyyətlə, estrada musiqisini sevmirəm. Amma yeri gələndə "Maral-maral" mahnısına qol götürüb oynayıram. Xüsusən, musiqili meyxanaya üstünlük verirəm. Təbii ki, hər şey ovqatdan asılıdır. Azərbaycanlı estrada müğənnilərdən Faiq Ağayev, Lalə Məmmədova və Flora xanımı bəyənirəm. Buna baxmayaraq, nadir hallarda estrada dinləyirəm". Aqşin Yeniseyə görə isə vəziyyət bir az fərqlidir. O, sevimli müğənnilərinin səsini eşitdikdə, öz səsini belə kəsməyə hazır olur: "Flora Kərimova, Teymur Əmrah… Onların səsini harda eşitsəm, səsimi kəsib, dinləyirəm. Belə dinlədiklərim çox olsa da, favorit onlardır". Sıra gəldi müğənnilərimizə… Baloğlan Əşrəfov "Mən öz dövrümün Azərbaycan ədəbiyyatının bütün kitablarını oxumuşam. Hətta şəxsi kitabxanam var ki, orada olan bütün kitabları əzbər bilirəm. Əgər söhbət son dövrün yazarlarından gedirsə, mən onların kitabını almıram. Özləri nə kitab hədiyyə edirlərsə, onları da oxuyuram. Mən poeziya ilə maraqlanan insanam. Bu dəqiqə gənc yazarlardan kiminsə kitabını oxuyuram desəm, həqiqətə uyğun olmaz. Amma qəzet və ayrı-ayrı mətbu orqanlarda yazarlarımıza aid çıxan bütün məqalələri oxuyuram". Buruq-buruq saçları olan yazıçını daha çox oxuyuram Əli Mirəliyev: "Mən hər zaman yazıçı Anara önəm vermişəm, qəlbimə yaxın olan odur. Bir də biri var, adı yadımda qalmayıb, amma çox gözəl yazır. İndi mən elə bir vəziyyətdəyəm ki, yadıma adları düşmür. Bir az yaşlı, buruq-buruq saçı olan yazıçını daha çox oxuyuram. Daha sonra şair Baba Vəziroğlunu bəyənirəm. Amma o buruq-buruq saçı olan yazarın adı yadımda deyil". Mən özüm elə gənc şairəyəm Elza Seyidcahana görə isə, ədəbiyyatda gənc, ya da qoca yazar söhbəti yoxdur: "Müasir yazarların əksəriyyəti dostlarımdır, amma hazırda ağlımda çəkiləcək bir ad yoxdur. Onsuz da onlar da Nizamidən, Fizulidən, Sabirdən, Mikayıl Müşfiq və s.-dən qaynaqlanırlar. 20-ci əsrin müasirləri isə Ramiz Rövşən, Vaqif Bayatılı Odər, Rüstəm Behrudidir. Son zamanlar Xəyal Rzanın şeirlərini çox oxuyuram. Əliağa Vahid, Nizami mənim stolüstü kitabıma çevrilib. Hər gün mütləq müəyyən qədər oxumalıyam. Mənim oxuduğum kitablar müqəddəs kitablardır. Onlar klassik əsərlərdir və mənim üçün hər zaman müasir hesab edilir. Yaradıcı insan mütləq mütaliə etməlidir. Yoxsa, mən heç vaxt musiqi bəstələyə, yaradıcılıqla məşğul ola bilmərəm". Elza Seyidcahan ilə söhbətimizdən o da bəlli oldu ki, o həm də şeir yazmaqda olduqca iddialıdır: "Uşaqlıqdan mən özüm də elə şeir yazmaqla məşğul olmuşam. Elə buna görə də məni də gənc şairə adlandırmaq olar. Həqiqətən poeziyanın mənim üçün başqa yeri var. Son zamanlar bir neçə şeir yazsam da, bunlar vaxtımı çox aldığından onlardan uzaqlaşdım". Beləliklə, sorğuda hansı tərəfdən razı qalıb-qalmamaq məsələsini oxucuların öhdəsinə buraxırıq…
2014-01-22
6,980
İki erməniyə görə “Domodedovo” aeroportunun polis rəisi tutuldu
Moskvanın "Domodedovo" hava limanının polis idarəsinin rəisi Maksim Titov həbs edilib. Bu informasiyanı Maksim Titovun vəkili Vadim Lyalin yayıb. Onun sözlərinə görə, Titov cinayət törətdiyinə görə tutulub. "Mən hazırda Rusiyadan kənarda Dubaydayam. Titovu müstəntiq vəkilsiz dindirib və saxlanılmasına qəraq verib. Guya Titov erməni diasporunun iki nümayəndəsini qanunsuz yerə aeroportda saxlayıbmış. Ancaq ermənilər tutulduqlarına görə Titovu ittiham etmirlər", - deyə vəkil bildirib. (ANS)
2014-01-22
6,981
Masallıda ikimərtəbəli ev yandı
Bu gecə iki yanğın hadisəsi baş verib. Bakı şəhər, Xəzər rayonunda sahibi məlum olmayan evin həyətyanı sahəsində ümumi sahəsi 16 kv.m olan koməkçi otağın yanar konstruksiyaları yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İkinci yanğın hadisəsi Masallı şəhərində baş verib. Şəhərin Qızılavar kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 70 kv.m sahədə və dam örtüyü 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.
2014-01-22
6,982
Yol terroru: 2 ölü, 2 yaralı - Fotolar
Bakı-Şamaxı yolunun 23 kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Abşeron rayonunun Müşfiqabad qəsəbəsində "Ford" markalı yük avtomobili ilə VAZ-2107 markalı minik maşını toqquşub. Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 1968-ci il təvəllüdlü Mehralıyev Gəray Surxay oğlu və onun oğlu, 1993-cü il təvəllüdlü Vüsal dünyasını dəyişib, yük maşınında olan iki nəfər - 1981 təvəllüdlü Səlimov Azad Cəmaləddin oğlu və 1979 Musayev İlham Ağapənah oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.
2014-01-22
6,983
Pan Gi Mun Suriya Milli koalisiyasının başçısı ilə görüşüb - Foto
BMT-nin baş katibi Pan Gi Mun "Cenevrə-2" konfransından əvvəl Suriya milli koalisiysının başçısı Əhməd Carbay ilə görüşüb. Rusiya mətbuatının məlumatına görə, baş katib Suriya müxalifətinin nümayəndə heyətini salamlayıb. Onlar,BMT və ƏDL-nın nin xüsusi nümayəndəsi Laxdar Brahiminın iştirakı ilə yanvarın 24-də başlayacaq beynəlxalq Suriya danışıqlarını müzakirə edib. "Danışıqlar Suriyanın siyasi nizamlanmasına dair hərtərəfli sazişə nail olmaq və Cenevrə danışıqlarının həyata keçirilməsi məqsədi güdəcək",- deyə BMT-nin şərhində bildirilir (Anspress).
2014-01-22
6,984
Dünya tarixində bir ilk!
ABŞ prezidenti Barak Obama tarixdə ilk dəfə olaraq ABŞ-Afrika sammiti keçirəcək. Rusiya mətbuatına istinadən verdilən məlumata görə, saamitin keçirilməsi avqustun 5-6-ı tarixinə nəzərdə tutulur. Bu barədə ABŞ dövlət başçısının mətbuat katibi Cey Karni məlumat verib. Məlumata görə, Obama bütün Afrika qitəsindən bütün 47 dövləti görüşdə iştirak etməyə dəvət edib. "Obama bütün Afrika dövlətlərinin liderlərini paytaxt Vaşinqtonda qəbul etməyi düşünür. Məqsəd isə dinamik inkişaf edən və böyüyən regionla əlaqələri möhkəmlətməkdir", - deyə məlumat verilib. Ağ ev Afrika ilə ticari və investisiya əməkdaşlığını inkişaf etdirmək üçün çalışacaq,- deyə Karni əlavə edib (Anspress).
2014-01-22
6,985
Tailandda 60 günlük fövqəladə vəziyyət elan olunub
Tailandda son günlərdə baş verən zorakılıqlar hökuməti ölkədə 60 günlük fövqəladə vəziyyət elan etməyə vadar edib. Əsasən, paytaxt Banqkok və ətraf əyalətlərdə vəziyyət gərgin olaraq qalır. Bir müddət əvvəl Banqkokda anti-hökumət nümayişləri zamanı iki partlayış törədilmiş, nəticədə 28 nəfər yaralanmışdı. Baş nazir Yinqlak Şinavatranın istefasını tələb edən müxalifət fasiləsiz etiraz aksiyaları keçirəcəyini bildirib. Fəallar şəhərin müxtəlif bölgələrində barrikadalar quraraq hökumətə qarşı müqaviməti gücləndirib. Müxalifət rəhbərliyi isə, ölkənin sabiq baş nazir Yinqlak Şinavatranın qardaşı Taksin Şinavatra tərəfindən idarə olunduğunu bildirir. 2006-ci ildə hərbi qüvvələr tərəfindən vəzifəsindən kənarlaşdırılan Taksin Şinavatra vəzifəsinən sui-istifadə edərək qanunsuzluğa yol verməkdə və bir neçə cinayətdə ittiham edilir. Müxalifət lideri Sutep Tauqsuban hakimiyyətin bu cür cinayətkarlar tərəfindən idarə olunmasına qarşı çıxır. "Onların fövqəladə vəziyyət elan edərək bizə qarşı tədbirlər görməsi doğrudurmu? Gəlsinlər bizi həbs etsinlər. Sizdən qorxmuruq" Müxalifət rəhbərliyinin sözlərinə görə, hökumət ölkədə fövqəladə vəziyyət elan etməklə komendant saatları tədbiq etməyi, şübhəliləri heç bir ittiham irəli sürmədən həbs etməyi, həmçinin, mediyanın fəaliyyətini məhdudlaşdırmağı planlaşdırır (Anspress).
2014-01-22
6,986
Prezident: “Hələ ki, ağır vəziyyətdə yaşayanlar da var“
Ötən gün Gəncədə səfərdə olan prezident İlham Əliyev Kəlbəcər rayonundan məcburi köçkün Ofeliya Məmmədovanın evində olub. Çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edən Prezident İlham Əliyev deyib: "Gəncədə çox gözəl şəhərcik tikilibdir. Son illər ərzində tikilən ən böyük köçkün şəhərciyidir. Burada bütün işlər yüksək səviyyədə görülübdür. Böyük ərazidir, 25 bina tikilib və burada 7 min köçkün yaşayacaqdır. Son illər ərzində tikilən ən böyük layihədir. Əslində şəhər içində bir şəhərdir. Mən görürəm ki, çox gözəl işlər görülübdür. Böyük məktəb, uşaq bağçası, tibb məntəqəsi, 500 nəfərlik mədəniyyət sarayı tikilibdir. Yəni, bütün şərait - idman meydançaları, açıq, qapalı stadion vardır. Burada rahat yaşamaq üçün bütün imkanlar vardır. Siz buna layiqsiniz. Uzun illər ağır şəraitdə yaşamısınız. Bundan sonra rahat yaşayacaqsınız. Sizi təbrik edirəm". Məcburi köçkün Ofeliya Məmmədova deyib: "Çox sağ olun, cənab Prezidentimiz. Bu gün Sizinlə görüşməyimizə çox şadıq. Biz hərtərəfli sevinc hissi yaşayırıq. Birincisi, bizə Sizinlə - möhtərəm cənab Prezidentimizlə görüşmək nəsib olub. İkincisi, Siz bizim ailəyə hər cür şəraitli olan belə gözəl mənzil hədiyyə etmişiniz. Siz birinci dəfə deyil, həmişə bizlərə qayğı göstərmisiniz. Dünyanın heç bir ölkəsində məcburi köçkünlərə belə qayğı göstərilmir. Göstərdiyiniz bu qayğıya görə ailəmiz adından Sizə minnətdarlığımı bildirirəm.Sizə uzun ömür, cansağlığı arzulayıram". Prezident İlham Əliyev: "Sağ olun. Son illərdə köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün çox böyük işlər görülür. Bildiyiniz kimi, bu işlərin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. İlk dəfə Dövlət Neft Fondundan birinci ödəmələr köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. O ildən bu günə qədər bu siyasət davam etdirilir. Biz çalışırıq ki, hər il yeni mənzillərlə, evlərlə təmin olunan köçkünlərin sayını artıraq. Misal üçün, keçən il 20 min köçkünün evlə təmin edilməsi nəzərdə tutulurdusa, əslində biz təxminən 30 minə yaxın köçkünü evlə təmin etdik. Yəni, il ərzində 28 min köçkün yeni mənzillərə, evlərə köçmüşdür. Əslində bir il ərzində böyük bir şəhər tikmişik. 2014-cü ildə də bu siyasət davam etdirilir. İlin birinci ayında biz yenə də köçkünlər üçün salınmış ən böyük qəsəbədə görüşürük. Həm dövlət büdcəsindən, həm də Dövlət Neft Fondundan vəsait ayrılır. Keçən il 640 milyon manat vəsait ayrılmışdır. Ondan 300 milyonu Dövlət Neft Fondundan, 300 milyonu dövlət büdcəsindən, cəmi 40 milyonu xarici beynəlxalq donor təşkilatlarından ayrılmışdır. Yəni, əslində bu, özü göstərir ki, bu gün Azərbaycan bütün bu böyük işləri öz hesabına görür və görəcəkdir. Çünki bu, ən ciddi, ən böyük sosial problemdir. Ölkə qarşısında duran problemlərin arasında ən böyük problemdir". Dövlət başçısı qeyd edib ki, son on il ərzində 170 minə yaxın köçkün yeni evlərə köçübdür: "Ancaq hələ ki, ağır vəziyyətdə yaşayanlar da vardır. O cümlədən siz bu günə qədər ağır vəziyyətdə yaşayırdınız. Ona görə, gələcək illərdə əlbəttə ki, bu sahədə tikinti işləri davam etdiriləcəkdir. O cümlədən Gəncə şəhərində, digər şəhərlərdə fərdi evlər, mənzillər, şəhərciklər tikiləcəkdir. Biz elə etməliyik ki, bu gün uşaq bağçalarında, məktəblərdə, hərbi hissələrin ərazilərində yaşayanlar üçün daha yaxşı şərait yaradaq. Ancaq əsas tikinti işləri torpaqlarımız işğaldan azad olunandan sonra başlanacaqdır. Biz buna hazırlaşırıq, hazır olmalıyıq. Bu gün gücümüz də, texniki imkanlarımız da, peşəkar inşaatçılar da vardır. Bütün bu şəraiti bizim yerli inşaatçılar yaradırlar, tikirlər. Ona görə, işğala son qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcəkdir, - biz Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaqdır. O gün gələcəkdir. O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır. Keçən il Azərbaycanda 170 mindən çox uşaq doğulmuşdur. Yəni, il ərzində təbii artım 120 min nəfər olmuşdur, getdikcə daha da artacaqdır. İndi əhalinin sayı 9 milyon 500 mindir, getdikcə artacaqdır. Demoqrafiya, iqtisadiyyat, hərbi güc Qarabağ probleminin həllində əsas rol oynayacaqdır". Ofeliya Məmmədova: "Bəli cənab Prezidentimiz, biz də bilirik ki, bu qəsəbə bizim üçün ömürlük deyildir. Bir arzumuz vardır - Kəlbəcərimizə qayıtmaq, inşallah, belə görüşlərimizi orada etmək". Prezident İlham Əliyev: İnşallah. Ofeliya Məmmədova: "Biz bunu Sizə, Sizin siyasətinizə, gücünüzə, güclü ordunuza tam əmin olaraq deyirik. İnşallah, biz belə bir günü keçirəcəyik. Bu, bizə nəsib olacaqdır. Biz o mənfur ermənilərlə qonşu olaraq yaşamışıq. Onların hər xasiyyətini bilirik. Bilirik ki, onlar güclünün ayağına tez gedirlər". Prezident İlham Əliyev: "Hələ Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcəkdir. Bilirsiniz, Kəlbəcərin, Laçının, Şuşanın işğalı Qarabağ müharibəsində mənfi tərəfə dönüş yaratdı. Çünki bu işğaldan sonra Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bir bağlantı yarandı. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı böyük bir faciə idi. Bunun səbəbi o vaxt Azərbaycana rəhbərlik etmiş adamların xəyanəti, xəyanətkar hakimiyyətin mövcudluğu və bacarıqsızlığı, səhlənkarlığı idi. Ona görə, əgər o vaxt ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq da düşmən tapdağına düşməzdi. Bunu hamı yaxşı bilir. Məhz onun 1987-ci ildə siyasi hakimiyyətdən uzaqlaşdırılmasından iki həftə sonra ermənilər bu məsələni qaldırdılar. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər o böyük məsuliyyəti dərk edə, düzgün siyasət apara bilməmişlər. Onlar xalqdan çox uzaq idilər və bir çox hallarda xəyanətkar siyasət aparmışlar. Ona görə, bu gün biz bax bu vəziyyətlə üzləşmişik". Dövlət başçısının sözlərinə görə, ancaq bu gün Azərbaycan 1993-cü ildəki Azərbaycan deyildir: "Ermənistan o vaxtdan bu günə qədər daha da tənəzzülə uğrayıb. Azərbaycan daha da inkişaf edib. O vaxt da - işğal zamanı və bu gün də Ermənistan xarici yardımsız heç nəyə qadir deyildir. O vaxt da biz yaxşı bilirdik ki, torpaqlarımız necə işğal altına düşdü. Bu işğalda kim iştirak etmişdi. Ermənilərin nə ordusu, nə imkanı, nə də texnikası var idi. Bizdə də demək olar ki, ordu yox idi. Əlbəttə, torpaqlarımız xarici müdaxilə hesabına işğal altına düşdü. Bu, həqiqətdir. Bunu hamı bilir. Siz yaxşı bilirsiniz, mən bilirəm, uşaqlar da bilməlidirlər, bütün xalq bilməlidir. Çünki tarixi həqiqətləri danmaq mümkün deyildir. Müəyyən mərhələdə bəlkə də bu barədə çox danışılmır. Ancaq tarix tarixdir. Bunu heç kim dəyişə bilməz. Özü də bu, o qədər də uzaq tarix deyildir, gözümüzün qabağında baş verən hadisələrdir. Biz daha da güclü olmalıyıq, olacağıq. Biz öz gücümüzə arxalanırıq. Bu məsələni öz xeyrimizə, ədalətli həll edəcəyik". Ofeliya Məmmədova: "Cənab Prezident, Siz 10 il ərzində Azərbaycan üçün böyük işlər görmüsünüz. Ötən il keçirilən seçki açıq-aydın bunu göstərdi ki, xalq Sizinlədir. Xalq öz inandığı Prezidentini seçdi. Biz bunu tam əminliklə deyə bilərik. Qoy bizə qara yaxanlar Sizdən öyrənsinlər ki, xalqa məhəbbət, ona münasibət, xalqla yaxınlıq necə olmalıdır. Onu Sizdən öyrənməlidirlər". Prezident İlham Əliyev: "Çox sağ olun. Mən də xalq üçün, dövlət üçün çalışıram. Çox şadam ki, Azərbaycan doğrudan da sürətli inkişaf dövrünü yaşayır. Sosial problemlər həll olunur, iqtisadiyyat artır. Biz köçkünlər üçün gözəl işlər görürük. On il ərzində 170 minə yaxın insan yeni evlərə köçürülübdür. Biz bundan sonra da bu işləri görəcəyik. Tikinti, yardımlar, güzəştlər, hər şey yerində qalacaqdır. Təki siz rahat yaşayasınız. İndi Gəncə şəhəri də görün necə gözəlləşibdir. Müasir şəhərə çevrilibdir. Bax bu ərazilər artıq şəhərə, şəhərin mərkəzinə çevrilir, gözəl magistral yol çəkilib, iş yerləri açılır. Gələcəkdə Gəncədə böyük sənaye komplekslərinin tikintisi, digər layihələr nəzərdə tutulur. Yəni, yaxın gələcəkdə bəlkə də başqa rayonlardan buraya işləməyə gələcəklər. Ona görə, Gəncə də gözəlləşir, siz də gözəl qəsəbədə yaşayırsınız. Mən buna çox sevinirəm, çox şadam". Ofeliya Məmmədova: "Cənab Prezidentimiz, bir həqiqəti deməyi özümə borc bilərdim. Milli musiqimizi, muğamımızı inkişaf etdirən, Azərbaycanın mədəniyyətini, Xocalı soyqırımını, ümumiyyətlə, Azərbaycan həqiqətlərini dünyaya tanıtdıran birinci xanım Mehriban Əliyevanın, qızınız Leyla Əliyevanın gördüyü işlər hər birimizi qəlbən sevindirir". Prezident İlham Əliyev: "Yeni qəsəbənin açılışı, istifadəyə verilməsi münasibətilə bir daha sizi təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram. Uşaqlar yaxşı böyüsünlər, yaxşı vətəndaş olsunlar, ölkəmizin inkişafına töhfəsini versinlər". Ofeliya Məmmədova: "Bütün dünya bizə həsəd aparır, cənab Prezidentimiz. Ulu Öndərimiz XX əsrin müqaviləsini imzaladı. Xalqımız indi onun bəhrəsini görür. XXI əsrin müqaviləsini isə Siz imzaladınız. İnşallah, onun da bəhrəsini görərik". Prezident İlham Əliyev: "Bəli, əlbəttə, ölkəmizin gələcək inkişafı üçün nə lazımdırsa hamısını edəcəyik". Ofeliya Məmmədova: "Cənab Prezidentimiz, bir daha Sizə minnətdarlığımı bildirirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı, Azərbaycan naminə gördüyünüz işlərdə uğurlar arzulayıram". Prezident İlham Əliyev: Çox sağ olun.
2014-01-22
6,987
Ukraynalı ekspertdən həyəcan təbili: Miqrantlar təhlükədə
"Ukraynada miqrantlara qarşı münasibət kəskinləşib". Bunu "Axar.az"a açıqlamasında ukraynalı politoloq Vyaçeslav Lixaç dedi. O, son günlər Ukraynadakı hadisələrin millətlərarası münasibətlərə də təsir etdiyini bildirib. Politoloq artıq ölkədəki millətçilərin nəzarətdən çıxdığını bildirib: "Baxın, məsələ getdikcə dərinləşib. Ukraynada miqrantlara qarşı millətçilərin təzyiqi günü-gündən güclənir. Doğrudur, açıq-aşkar hücumlar yoxdur. Amma sıxışdırmalar, sataşmaların sayı getdikcə artır. Bunun isə partlayışa çevriləcəyi artıq bəllidir". Ekspert Ukrayna mətbuatında artıq belə məsələlərə diqqət ayrılmadığını da xüsusilə vurğuladı: "Mətbuat belə şeylərdə susur. Hökumət də demək olar ki, danışmır. Artıq hakimiyyətin təsir rıçaqları o qədər zəifləyib ki, hadisələrə müdaxilə etmək iqtidarında deyil. Müxalifət liderlərinin nəzarətində olan millətçilər üzərində də nəzarət artıq tamamilə itirilib". V.Lixaç miqrantlara qarşı münasibətin birdən-birə dəyişmədiyini də diqqətə çatdırdı: "Ukraynada miqrantlara qarşı münasibət birdən-birə dəyişməyib. Bu, illərlə gedən prosesin nəticəsidir. Artıq ölkəyə gələn miqrantların çoxu özlərini kifayət qədər ədəbsiz aparırlar. Bu da imkan verir ki, millətçilər özlərinə haqq qazandırsınlar. Əgər buna müdaxilə edilməsə, Ukraynaya Şərqdən gəlmiş miqrantların vəziyyəti heç də xoş olmayacaq". Politoloq Ukrayna hakimiyyətinin bununla bağlı indən belə də gözləmə mövqeyi tutacağını dedi: "Hökumət işə qarışmayacaq. Onlar üçün müxalifətin hərəkətlərini ifşa edəcək faktlar lazımdır və bundan da istifadə edəcəklər. Əgər vəziyyət ən pis həddə çatsa, o zaman hadisələrin qarşısını almaq üçün cəhdlər ediləcək".
2014-01-22
6,988
Həbsxanalarda qanunsuz rabitə vasitələri aşkarlandı
Bakıda həbsxanalarda mobil telefonlar şakarlanaraq götürülüb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yanvarın 21-də Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Zaur Adil oğlu Abdullayevin kamerasına baxış keçirilib. Baxış zamanı onun çarpayısının üstündəki balışın altında gizlədilmiş 1 (bir) ədəd "Kenxida" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb ( Trend ). Zaur Abdullayev Cinayət Məcəlləsinin 126.3 (Qəsdən sağlamlığa ağır zərər vurma; əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək həbs edilib. Digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Vasif Vaqif oğlu Məmmədovun kamerasına baxış keçirilərkən, sanitar qovşağında işıqlandırıcı cihazın içində gizlədilmiş 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb. Vasif Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 və 66.5 maddələri ilə təqsirli bilinərək məhkum olunub və hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabındadır. Həmin gün daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Şahin Abbas oğlu Qasımovun çarpayısının altında xüsusi üsulla düzəldilmiş yerdə gizlədilmiş, daxilində "Sim" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb. Şahin Qasımov Cinayət Məcəlləsinin 177.3.2 (Oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək məhkum olunub. Hər üç fakt üzrə araşdırma aparılır.
2014-01-22
6,989
22 yaşlı gənc həlak oldu
Kiyevdə son iki gündə baş verən qarşıdurmada artıq ilk ölüm xəbəri yayılıb. "AzNews.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, ölüm xəbərini "Maydan"ın özünümüdafiə qərargahı yayıb. Xəbərə görə 22 yaşlı fəal Qruşevski küçəsindəki qarşıdurmada yaralanaraq xəstəxanada vəfat edib. Hələlik gəncin ölümü barədə xəbər rəsmən təsdiqlənməyib. Qeyd edək ki, yanvarın 20-də Kiyevdə aksiyaçılarla "Berkud" döyüşçüləri arasında baş verən qarşıdırmada yüzlərlə insan yaralanıb.
2014-01-22
6,990
Kiyevdə kütləvi iğtişaşlar yenidən başladı - Canlı yayım
Kiyevdə Qruşevski küçəsində yenidən polislərlə etirazçılar arasında toqquşmalar başlayıb. ​ "Axar.az" xəbər verir ki, qarın yağmasına baxmayaraq, etirazçılar yenə də Kiyev küçələrinə axışıblar. Etirazçılar yenə polisə qarşı daş və taxtalarla mübarizə aparırlar.
2014-01-22
6,991
Microsoft "ağıllı" lift hazırladı
Sözügedən lift insanı neçənci mərtəbəyə aparacağını təxmin edir. Microsoft korporasiyasının Microsoft Research tədqiqat bölməsi süni intellekt sisteminə malik lift hazırlayıb. İnterAz ictnews-a istinadən xəbər verir ki, Microsoft Research bölməsinin rəhbəri Piter Li Bloomberg TV telekanalına müsahibəsində deyib ki, sözügedən lift insanı neçənci mərtəbəyə aparacağını təxmin edir. Onun sözlərinə görə, ağıllı lift istifadəçinin hərəkətləri haqqında məlumatlara əsaslanaraq təxmin edə bilir. Bu məlumatları o, datçiklər dəstinin köməyi ilə toplayır. Piter Li liftə məhz hansı datçiklərin quraşdırıldığını dəqiqləşdirməyib, ancaq Bloomberg TV telekanalında görüntülənən videosüjetdən belə nəticə çıxartmaq olar ki, datçiklər sisteminə, həmçinin videokamera daxildir. Onlar həm kabinada, həm də binanın mərtəbələrində lift qapılarının qarşısında quraşdırılıb. Lift, ehtimal ki, həmçinin nitq analizatoruna malik mikrofonlarla təchiz edilib. Məsələn, əgər istifadəçi həmkarı ilə ikinci mərtəbədə nahar etmək istədiyini ucadan desə, o zaman növbəti gün nahar zamanı ofisi tərk etdikdə lift onu lazımi mərtəbəyə çatdıracaq. Microsoft Research bu həllin tətbiqi üzrə planları bölüşməyib, lakin deyib ki, süni intellekt bölmənin əsas istiqamətlərindən biridir (Azvision.az).
2014-01-22
6,992
Əsgərimiz özünü yaraladı
Azərbaycan ordusunun hərbi qulluqçusu özünü güllələyib. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Xaqani Manaf oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəşlə yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır. Qeyd edək ki, X. Hüseynov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
2014-01-22
6,993
Keçmiş matros, indiki “bomj”: “Adamın anası olsa yaxşıdı…”
"Bizim tarla" var e, onun pomidorundan, göy noxudundan istəyirəm. Konserva da istəyirəm, siqaret də… Onunla düz 30 ilə yaxındır ki, tanışam. Vaxtıyla bir donanmada, eyni gəmidə işləmişik. Matros idi. Həmin vaxt işlədiyimiz "Lyutoqa" Yedək Yük gəmisinin heyətinin əksəriyyəti başqa millətlərdən idi. Heyət üzvləri içərisində dörd azərbaycanlı idik və dördümüz də boş vaxtlarımızı çalışıb bir yerdə olardıq. İndi səfil günündə yaşayan Vaqif heç kəsə yovuşmaz, gəminin "mədəni – kütləvi" tədbirlərində çox az iştirak edərdi. Araq içməyi xoşlasa da, pul xərcləməklə demək olar ki, arası yox idi. Amma biz onu heç də xəsis adam kimi tanımırdıq. Dostluq əlaqəmiz də demək olar ki, alınmamışdı. O zaman gəminin komandir heyətində işləyən Şakir Dadaşovla çalışırdıq ki, onu ruslardan, ermənilərdən və başqa millətlərdən qoruyaq. Bəzən yerində olmayan söz-söhbətə səbəb olardı. Lakin hər vaxta çıxdıqdan sonra onunla bağlı heyətin arasında müxtəlif söz-söhbət gəzərdi. Vaqifin "Araz aşığından, Kür topuğundan" idi. Ləzgi İsmayıl kimi tanınan zərdablı baş motorçu ona baxıb deyərdi: "Sağ ol e, Vaqif, ağıllı olub başqasının dərdini çəkincə, özünü dəliliyə qoy, sənin dərdini çəksinlər". Oktyabr inqilabı nə vaxt baş verib? Bir dəfə gəminin kapitanı Nikolay Firsov "kayut-kampaniyada" nahar fasiləsi zamanı əsəbi halda dedi: - Sizin bu Vaqif məni dolayıb deyəsən, ona iş tapşırıram, deyir ki, Oktyabr inqilabı nə vaxt baş verib? Heç dəxli var? O gün də Andropovun şəklini göstərib deyir, kapitan, birdən bu, gəmidən suya yıxılsa, üzüb sahilə çıxa bilər? Hə, bizim Vaqifin belə yersiz sualları vardı. Doğrusu, onun bu sualları və gəmi komandiri ilə söz-söhbəti mənə ləzzət edirdi. Erməni mexanik Volodyaya "dişini ağardınca, de görək, inqilab nə vaxt baş verib",- deməyim də yadıma düşür. Gəminin 3-cü mexaniki olan Volodya da mənə "day bu olmadı da, məni nə yerinə qoymusan?" – deyə, cavab verdi. Vaqif yoxa çıxır… Günlərin bir günü Vaqifin kadrlar şöbəsinin sərəncamına göndərilməsi haqda radioqrama aldıq. Və o gedən getdi. Yoxa çıxdı. Ara-sıra xatırlanırdı. Sonra tamamilə unuduldu. Uzun illərdən sonra yaşadığım Xətai rayonunun Əbilov qəsəbəsində təsadüfən qarşılaşdıq. "Elam dayının dükanı" kimi tanınan ərzaq dükanının qarşısında diqqətimi çəkən səfilə ötəri nəzər salsam da, gözlərimə zillənən saf, duru baxışları ayaqlarımı yerə mıxladı. Üzümə diqqətlə baxırdı. Sonra da əlindəki dəftərə nə isə yazmağa başladı. Yaxınlaşdım. Yaz ki, pis oğlan deyiləm - Nə yazırsan? - Hesabı öyrənirəm, – dedi və sonra da əlavə etdi: - Sən neftçalalı Şakir deyilsən? Taqnıdım, bizim gəminin martosu idi… - Vaqif, necəsən? Mən Faiqəm e, Şakiri də unutmamısan, deyəsən… - Faiq, mənə siqaret alarsan?.. Üç həftə sonra Yanvarın 21-də səhər tezdən işə gələrkən, onu yenə də məhləmizdəki yeganə ərzaq dükanının qarşısında gördüm. Yaxınlaşdım. - Yanmır ki, nə qədər eləyirəm, yanmır, soyuqdan ölürəm. Sən gəmini atıbsan? O gün mənə səndən söhbət edərkən dedilər ki, yazansan, məndən də yaz. - Baş üstə, amma nə yazım? - Nə bilim yaz ki, pis oğlan deyiləm, yaz ki, sağ olsun Elam kişi, onun balaları da yaxşı adamlardı, Vaqifə kömək edirlər. - Elam dayı rəhmətə gedib axı, Vaqif. - Bilirəm. Bu şoğərib niyə yanmır axı? - Köhnə dəmir çəlləyin içərisinə yığılan kardon yeşikləri göstərir. Əlləri tir-tir əsir, çoxdan öz dogma rəngini itirmiş dərisi göm-göy göyərib. Sonra yenə də əlavə edir: - Başuva dönüm, məndən yaz da, nolar, şəklimi də ver. Şəklini çəkirəm. Tez başındakı papağı çıxarıb, görkəm alır. Arvad yaxşı deyil - Vaqif, sən işləyirdin axı, birdən-birə hara getdin, niyə yoxa çıxdın? - Arvad aldım. - Neçə uşağın var? Fikrə gedir, çiyinlərini çəkir: - Bilmirəm, – deyir.- Arvad yaxşı deyil. - Niyə? - Adamı incidir, çimizdirmir, evə qoymur. Adamın anası olsa yaxşıdır. Anam olanda məni çimizdirirdi, yemək verirdi. - Vaqif, kimləri tanıyırsan? - Zöhrab var ha, bu dükanı işlədir, onların hamısı yaxşı adamdır. Mənə siqaret verir, kolbasa, çörək verir. Alma, armud, turp verir. Yaxşı adamdılar hamısı… Uşaqlarım məni çox istəyir - Nə qədər pensiya alırsan? - Bilmirəm. Arvad vermir, basıb yeyir hamısını… Uşaqlar məni çox istəyir, arvadım yox… - Vaqif, sənin familiyan necəyidi? - Şərifov, atamın adı Məhəmməddi. Zığda anadan olmuşam, sonra Tovuza köçdük, tovuzluyuq axı. Qazaxa, Puşkinə (Biləsuvar rayonunun əvvəlki adı. –F.B.) köçməyəcəkdik ki… Sən talışsan da… - Yox. Vaqif, dünən nə günü idi? Cibindən təqvim çıxarıb diqqətlə baxır, heç nə ifadə etməyən baxışlarla üzümə baxır: - Yanvarın 20-si. Niyə soruşursan, ad günün idi? - Vaqif, sən nə istəyirsən? Necə həyat yaşamaq istərdin? - "Bizim tarla" var e, onun pomidorundan, göy noxudundan istəyirəm. Konserva da istəyirəm, siqaret də… Dükana girirəm. Arxamca o da daxil olur. Ona "Vaysroy" siqareti alıram. - Yox, o döşümə düşmür, ya "Viniston" al, ya da "Vest". Dəyişirəm ha siqaretini. Dedim, sizə çox yük düşməsin Xudahafizləşmək istəyirəm. - Pulun yoxdursa, deyim konserva-çörəyi dəftərə yazsın,- deyir. Dükanın sahibi Taleh gülümsəyir: - Vaqif, narahat olma, indi Zöhrab gələcək, o nə lazımdır sənə verər. Vaqif Talehə tərəf dönür: - Dedim, sizə çox yük düşməsin də…
2014-01-22
6,994
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 23-də Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.
2014-01-22
6,995
Nəcməddin Sadıqov Belçika Krallığına getdi
Nəcməddin Sadıqov NATO tədbirində iştirak edir. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov yanvarın 22-də Brüssel şəhərində NATO Hərbi Komitəsinin İSAF Əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində görüşündə iştirak etmək üçün Belçika Krallığına gedib.
2014-01-22
6,996
Bir sutkada 50 atəşkəs pozuntusu - Rəsmi
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyi bildirir ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 50 dəfə atəşkəs rejimini pozublar. Erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində (Xocavənd rayonunun şərqindən) qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində həyata keçirilən cavab tədbirləri ilə düşmənin cəhdinin qarşısı ilkin mərhələdə qətiyyətlə alınıb və onlar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar. Eyni zamanda erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Şıxlar, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri intensiv olaraq atəşə tutulub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. *** Son günlər cəbhədə baş verən gərginlik fonunda Ermənistan kütləvi informasiya vasitələrində verilən məlumatlarla bəzi yerli ekspertlərimizin səsləndirdikləri fikirlərin üst-üstə düşməsi təəssüf hissi doğurur.
2014-01-22
6,997
Hərbçimiz vəfat etdi
Azərbaycan Ordusu daha bir hərbi qulluqçusunu itirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Əkbər Əjdər oğlu Əliyev ürək çatışmazlığından vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
2014-01-22
6,998
Bakı Metropoliteni: "Yalan xəbərdir"
"Dünən Bakı metrosunda heç bir dayanma müşahidə olunmayıb". Bunu "Axar.az"a açıqlamasında Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəisi Nəzakət Tarverdiyeva deyib. O, ümumiyyətlə dünən gecə metroda heç bir yubanmanın müşahidə olunmadığını qeyd edib: "Dünən Bakı metrosunda heç bir dayanma müşahidə olunmayıb. Ümumiyyətlə, belə bir şey qeydə alınmayıb". N.Tarverdiyeva son günlər baş verən qatar yubanmalarının hər birini elektrik gərginliyi ilə əlaqələndirib: "Bir müddət öncə "28 may" stansiyasında da belə situasiya yaşanmışdı. Bunların çoxu elektrik gərginliyi ucbatından baş verir. Amma son hadisə bizdə ümumiyyətlə qeydə alınmayıb". Qeyd edək ki, dünən metronun "Xalqlar Dostluğu" və "Əhmədli" stansiyaları arasındakı tuneldə qatarın 12 dəqiqə dayandığı müşahidə olunmuşdu.
2014-01-22
6,999
Kikboksçumuz 35-ci dəfə qalib oldu
Yanvarın 18-i Çinin Xiang Yang şəhərində kikboksinq üzrə "Şulen Feng" böyük peşəkar yarış keçirilib. Yarışda Azərbaycanı 4 qat dünya çempionumuz Pərviz Abdullayev təmsil edib. Keçirilən 8-lik yarışda idmançımız 70 kq çəki üzrə döyüşüb. Çinli idmançı Li Zikai ilə rinqdə görüşən Pərviz Abdullayev döyüşü tam üstünlüklə qələbə ilə başa vurub. Xatırladaq ki, bu idmançımızın 35-ci qələbəsidir. Azərbaycanlı idmançı yarışa üzvü olduğu "12 May-Kobra" Kikboks Klubunun dəstəyi ilə qatılıb. Yarışdan öncə Hollandiyaya yola düşən kikboksçumuz orda "Super PRO" klubunda məşqci Pramotr Denis Krauvelin nəzarəti ilə yarışa hazırlıq məşqləri keçib. Pərviz Abdullayev FHN-nin əməkdaşıdır.
2014-01-22
7,000
Səlim Müslümov Nazirliyə yeni mətbuat katibi gətirir
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən istefa verən İlham Məmmədovun yerinə hələki təyinat olmayıb. Bu barədə nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev (Ol) məlumat verib (AzVision.az). Onun sözlərinə görə, vəzifəyə təyinat olan zaman ictimaiyyətə məlumat veriləcək: "İlham Məmmədovun yerinə yaxın vaxtlarda təyinat olacaq. Həmin vəzifəyə təyin olunacaq şəxs var. O artıq rəhbərliyə təklif olunub". Qeyd edək ki, bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov işdən azad edilib. O vəzifəsindən öz ərizəsi ilə getdiyini bildirib.
2014-01-22
7,001
Jurnalist canlı efirdə partladıldı - Maydan/Video
Ötən gecə Kiyevdə Maydan hadisələri daha təhlükəli şəkil alıb. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, Ren TV kanalının "Novosti 24" proqramının müxbiri Stanislav Qriqoriyev canlı yayımda yanına düşən partlayıcı nəticəsində ağır xəsarət alıb. Videonu təqdim edirik:
2014-01-22
7,002
Gün ərzində 49 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınıb ki, onların da 24-ü "isti izlər"lə açılıb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 18 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.
2014-01-22
7,003
“Bu hesabatdan qorxmağa əsas yoxdur” – Rəy
2035-ci ilə kimi dünyada enerjiyə təlabat azalacaq. BP şirkəti 2035-ci ilədək dünyanın enerji təlabatı barədə hesabatını açıqlayıb. Şirkətin nəşr etdiyi "Dünya Enerji Perspektivləri" ("World Energy Outlook") hesabatında bildirlir ki, 2035-ci ilə kimi dünyada enerjiyə təlabat azalacaq. Əlavə istehlak Çin, Hindistan və digər Yaxın Şərq ölkələrinin payına düşəcək. BP-nin ekspertlərinin fikrincə, 2035-ci ilə kimi elektrik enerjisi istehsalı təlabatı ödəyəcək və çatışmazlıq gözlənilmir. BP-nin proqnozları barədə məlumat verən iqtisadçı İlham Şaban 2035-ci ilə qədər neftə təlabatın ildə 1,5 faiz artacağını qeyd edib: "Qazın enerji mənbəyi kimi əhəmiyyəti artdığı halda, neft və kömürün əhəmiyyəti azalacaq və 2035-ci ilə nüvə elektrik stansiyalarının, su və bərpa olunan enerji mənbələrinin payı hər biri 5-7 faiz təşkil edəcək. Neftin gündəlik istehlakı 2035-ci ilə kimi 19 milyon barel olacaq. Neftin qlobal istehsalının yarıdan çoxu OPEK-ə daxil olmayan ölkərin – ABŞ-ın şist neftinin, Kanadanın qumlu neftinin və Brazilyanın dərinsulu yataqlarının payına düşəcək". BP ekspertlərinin hesablamalarına görə, artıq 2014-cü ildə ABŞ maye karbohidrogenlərinin istehsalçısı kimi Səudiyyə Ərəbistanını qabaqlayacaq. 2035-ci ilə ABŞ-ın neft idxalı 2012-ci illə müqayisədə 75 faiz azalacaq. 2020-ci ilə qədər dünya neft bazarında OPEK ölkələrinin payı əvvəl azalacaq, sonra yenidən artacaq. Enerji daşıyıcıları arasında ən çox qaza təlabat artacaq – 2035-ci ilə kimi ildə 1,9 faiz. Atom enerjisi istehsalı 2035-ci ilə qədər ildə 1,9 faiz çoxalacaq və bu artımın 96 faizi Çin, Hindistan və Rusiyanın payına düşəcək. ABŞ və Avropa Birliyi ölkələrində nüvə enerjisi istehsalı azalacaq. BP ekspertləri bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının ildə 6,4 faiz artacağını gözləyirlər. Eyni zamanda Kristof Rüyl bildirib ki, hələlik alternativ enerji mənbələri karbohidrogenlər ilə rəqabət apara bilməzlər. Bəs bunlar Azərbaycanın start verdiyi qlobal layihələrin gələcəkdə fəaliyyətinə necə təsir edəcək? Məsələyə aydınlıq gətirən İlham Şaban ölkəmizin bu hesabatdan "qorxmasına" əsas olmadığını deyib: "BP-nin həmin hesabatı qlobal xarakter daşıyır. Yəni, dünya miqyasında enerjiyə olan tələbatdan söhbət gedir. Azərbaycanın həyata keçirdiyi ən qlobal layihə isə "Şahdəniz-2" layihəsidir. 2020-ci il üçün Avropa bazarına 10 milyard kubmetr qazın çıxarılmasını bir vəzifə kimi qoyulub. Həmin ilədək Avropada təqribən 600 milyard kubmetr qaz istehlak ediləcək. Yəni, biz bu istehlakin 60-da bir hissəsinə iddialıyıq. Təqribən 2025-2027-ci illərdə isə 20 milyard qazı Avropa bazarına çıxarmağa ümidliyik. O zaman isə Avropa 650 milyard kubmetr qaz istehlak edəcək. Yəni Azərbaycanın payı Avropa bazarında 4 faiz ətrafında olacaq. Bu payla Azərbaycanın BP hesabatından hər hansı bir "qorxu" hissi keçirməsinin elə bir əsası yoxdur". Avropa bazarında qazın artmasının qiymətlərə kifayət qədər təsir edəcəyini deyən iqtisadçı bunun ölkəmizin maraqlarına uyğun olmadığını vurğulayıb: "Qlobal bazarda qiymətin aşağı düşməsi bizim layihələrin özünü ödəmə müddətini uzada bilər ki, bu da heç də nə şirkətlərin, nə də Azərbaycanın maraqlarına cavab verir".
2014-01-22
7,004
Bərdədə ev yandı: Zəhərlənən var
Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan 3 otaqlı evin 1 otağında 1 ədəd divan 0.5 kv.m sahədə yanıb. "Axar.az" FHN-in mətbuat xidmətinə istinadən bildirir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım tərəfindən Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-22
7,005
Mirqafar Seyidovdan Ramil Usubova hesabat
Yanvarın 21-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2013-cü ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, tədbiri giriş sözü ilə açan daxili işlər naziri son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların, demokratik dəyərlərin möhkəmlənməsinin, ictimai münasibətləri tənzimləyən mexanizmlərin təkmilləşdirilməsinin bütövlükdə Daxili İşlər Nazirliyinin və onun orqan və hissələrinin, o cümlədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də üzərinə mühüm tapşırıqlar qoyduğunu, ümumən onların öhdəsindən layiqincə gəlindiyini xatırladıb. Ötən il cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş yüksək göstəricilərdən bəhs edən nazir bu işdə Baş İdarənin də önəmli rolu olduğunu qeyd edib, qazanılmış uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə olan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyini bildirib. Hesabat dövründə görülmüş işlər və əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə məruzə ilə Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 129 cinayət faktı müəyyən edilib, açılması təmin olunmuş 12 fakt üzrə materiallar istintaq aidiyyəti üzrə göndərilib. Ötən il respublika üzrə 96 nəfərdən ibarət 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilib. Onlar tərəfindən bütövlükdə 131, o cümlədən 53 dələduzluq, 10 qaçaqmalçılıq, 2 mənimsəmə, narkotiklərin satışı və saxlanılması ilə əlaqədar 21, silahların qanunsuz dövriyyəsi ilə bağlı 8 cinayət törədilib. Dəstə üzvlərindən 44,4 kiloqrama yaxın narkotik maddə və 2 partlayıcı qurğu götürülüb. Qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə ilə bağlı 21 fakt aşkar edilərək 23 nəfər məsuliyyətə cəlb olunub. İqtisadi fəaliyyət və dövlət idarəçiliyi sahəsində ictimai münasibətlərə zərər vuran saxta pul və qiymətli kağızlar hazırlama və satma, rəsmi sənədləri saxtalaşdırma cinayətləri ilə mübarizə tədbirləri də davamlı olub. 12 cinayət faktı üzrə 78 minə yaxın saxta Azərbaycan manatı aşkar edilib, 3 diplom və xeyli sayda başqa saxta sənədlərin satışının və istifadəsinin qarşısı alınıb. İstehlakçıları aldatma, keyfiyyətsiz məhsul istehsal etmə və satma, eləcə də əmtəə nişanlarından qanunsuz istifadə etmə cinayətlərinin aşkarlanması üzrə fəaliyyət çərçivəsində satışa çıxarılmış 300 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları götürülərək məhv edilib. Bundan əlavə, qanunazidd olaraq qumar oyunları təşkil edən 13 sahibkarlıq obyektinin fəaliyyəti dayandırılıb və cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunublar. Baş İdarəyə daxil olan əməliyyat məlumatları mütəmadi araşdırılaraq lazımi tədbirlər görülüb və müvafiq məlumatlar əsasında 102 cinayətin açılması təmin edilib.
2014-01-22
7,006
Millət vəkilinin şəxsi hesabını oğurladılar
Millət vəkili Qənirə Paşayeva təxribatla üzləşib. AzNews.az xəbər verir ki, onun twitter hesabına hücum olub. Bu barədə millət vəkili facebook profilində qeyd edib: "Dəyərli dostlar! Ötən gün kimlərinsə mənim rəsmi twitter hesabımın parolunu oğurlayaraq özəl məsaj qutumdan bəzi dostlara mənim adımdan mesaj yazdıklarının şahidi olduq. Yazılan məsajı həmən tamam silməyi unutduklarından bir parçası bu əxlaqsızlığı və tərbiyəsizliyi anlamamıza vəsilə oldu. (Qeyd edim ki, mən ümumiyyətlə özəl məsaj qutusundan nadir istifadə edirəm) Sizdən ricam son 2 gündə və ondan öncə (çünki bunu öncələri də edə bilərlər! mənim özəl məsaj qutumdan sizlərdən kimlərəsə şübhələndiyiniz, narahatedici və ya bunu Qənirə xanım yazmaz dediyiniz məsaj gəlibsə mutlaq bizə xəbər verin.(Bu facebook hesabım olan Ganire Pashayeva üçün də keçərlidir). Mütəxəsislərin dəstəyi ile twitter hesabının güvənliyi daha da artırılıb. Başqalarının hesabına girmək, məktublar yazmak və ya məktublar oxumaq dünyada bir insanın edə biləcəyi ən büyük əxlaqsızlıq və tərbiyəsizlikdir. Təssüf ki, günümüzde bu cür əxlaqsız və tərbiyəsiz insanların sayı artmaqdadır. Bütün dostlardan diqqətli olmalarını və şübhələndikləri anda bizə hər hansı bir yolla müraciət etmələrini rica edirik. (GaniraP) mənim tək rəsmi twitter hesabımdır. Təssüf ki, bəzi insanlar bütün əxlaq normalarını pozaraq mənim adıma başqa twitter və çoxlu sayda facebook hesabları açıblar. Mənim tək facebook hesabım(Ganire Pashayeva). Digər hesabların mənimlə heç bir əlaqəsi yoxdur və bunu hər kəsin bilməsini istəyirik. Artıq bu hesablarla bağlı və baş verən hadisə ilə bağlı araşdırma aparılması və tədbirlər görülməsi üçün əlaqədar dövlət qurumlarına müraciət bu gün göndərildi. Ümid edirəm ki adıma saxta twitter və facebook hesabı açan şəxslər nə qədər böyük əxlaqsızlıq və tərbiyəsizlik etdiklərinin fərqinə vararaq bu tərbiyəsizliyi dayandıracaqlar və bunun dayandırılması üçün sizin də dəstəyinizə ehtiyacımız var"
2014-01-22
7,007
Aydın Əliyev İran tərəfindən narazılıq etdi
"Azərbaycanla İran arasında Horadiz-Aslandüz gömrük keçid məntəqəsinin açılması məsələsində heç bir irəliləyiş yoxdur". "Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bu məsələni qaldırıb: "Biz cəbhə xəttinə yaxın bir tərəfdə İranla-Azərbaycan arasındakı bu gömrük keçid məntəqəsini bərpa etmək istəyirik. Amma təəssüf ki, bu məsələ danışıqlar səviyyəsindən artıq irəli getmir". Komitə sədri vurğulayıb ki, bir müddət əvvəl İranın Aslandüz keçid məntəqəsinin idarə rəisi ilə görüş keçirib və burada bu məsələ müzakirə edilib: "Mən İranın yeni təyin olunmuş Gömrük Komitəsinin rəhbərini Azərbaycana dəvət etdim. Ümid hissi ilə baxıram ki, bu məsələni bundan sonra idarə rəisi ilə yox, iranlı həmkarımla müzakirə edəcəyəm".
2014-01-22
7,008
Bəşər Əsəd erməni soyqırımını tanıdı
"Suriyada hökumətlə partizanlar və islamçılar arasında gedən döyüşlər mənə erməni soyqırımını xatırladır". "Axar.az" xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd "FransPress Agentliyi"nə müsahibə verən zaman deyib. O, ölkədəki son hadisələri şərh edərkən türklərin erməniləri kütləvi qətlə yetirdiyini göstərib: "Bu mənə 1915-ci ildə türklərin yarım milyon erməni və bir o qədər də pravoslav suriyalını indiki Türkiyə və Suriya ərazisində öldürməsini xatırladır". Qeyd edək ki, Suriya erməni soyqırımını rəsmi olaraq qəbul etməyib.
2014-01-22
7,009
“Cenevrə-2” konfransı görüşündə diplomatik “tıxac”
"Cenevrə-2" konfransına bir neçə saat qalmış ABŞ Dövlət katibi və Rusiya Xarici İşlər naziri BMT Baş katibi Pan Gi Munun iştirakı ilə görüş keçirib. Pan Gi Mun ayrıca Suriyalı müxaliflərlə də görüşüb. Suriyadakı böhranı həll etmək üçün keçiriləcək "Cenevrə-2" konfransının başlamasına bir neçə saat qalmış İsveçrənin Montrö şəhərində diplomatik "tıxac" yaşanmaqdadır. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, konfransa qatılmaq üçün Montröyə gələn ABŞ Dövlət katibi Con Kerri və Rusiya Xarici İşlər naziri Sergey Lavrov, BMT Baş katibi Pan Gi Mun və BMT və Ərəb Birliyinin Suriya Xüsusi nümayəndəsi Əl Ahdar əl-İbrahimi dördlükdə görüş keçiriblər. Görüşün məzmununa dair məlumat verilməyib BMT Baş katibi Pan Gi Mun ayrıca Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyası (SMDK) başqanı Əhməd Carbanın başçılıq etdiyi heyətlə görüş keçirib. BMT-dən verilən açıqlamaya görə, görüşdə suriyalı müxaliflərlə rejim nümayəndələrinin Montrödəki konfransdan sonra 24 yanvarda Cenevrədə keçirəcəkləri görüş müzakirə edilib.
2014-01-22
7,010
Lənkaran rayonunda ev yandı
Lənkəranda yanğın hadisəsi baş verib. "Axar.az" FHN-in mətbuat xidmətinə istinadən bildirir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Lənkəran rayonu, Şürük kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-22
7,011
Bu bizi əxlaqsızlığa aparacaq
Aysel Zahidqızı ANS-in aparıcısı, xüsusi olaraq "Axar.az" üçün Hər şeyi yenidən başlasaq, nə dəyişər? O dediyimiz kimdir ki? Hər kəsin qorxduğu, ehtiyat edib pis əməllərdən çəkindiyi biri... Yoxsa sadəcə, içimizdə hər bir kəsin özünə uyğun yaşatdığı bir inamdır? Bəzən insan hər şeyi yenidən başlamaq istəyir. Amma bu mümkündürmü? Yenidən dünyaya gəlmədən, hər şeyi yeniləmək nə qədər realdır? Lazımdırmı bu mənə? Bu suallar içində çox vaxt boğuluram. Bəs bu yaşa qədər qazandıqlarım? İtirdiklərim? Hamısı hədər idimi? Nəyə görə insan axtardığı sualara cavab tapa bilməyəndə özünü çıxılmaz vəziyyətdə hesab edir və yenidən başlamaq istəyir hər şeyə?.. Özümü bəzən o qədər çarəsiz hesab edirəm ki... Bizim bu həyatdan istədiyimiz yəqin çoxdur... Amma mümkün olmayanı bizi yaradanın bizə göstərib də verməməsinin səbəbi nədir ki? Özümüzü layiq bilirik hər şeyə - ən yaxşı şeylərə. Ozümüz özümüzü layiq bilirik... Amma yəqin, O bizi layiq bilmir. O - dediyimiz kimdir ki? Hər kəsin qorxduğu, ehtiyat edib pis əməllərdən çəkindiyi biri; Yoxsa sadəcə, içimizdə hər bir kəsin özünəuyğun yaşatdığı bir inamdır? Yaşadığımız hisslər günahdırmı? Əgər hansısa hisslər günahdırsa, o zaman bizi yaradan niyə bizə o hissləri hiss etməyə icazə verir? Bəlkə də bunlar olmasa, həyat çox sadə olardı. Yox! Bəlkə də bu qədər düşündürücü olmazdı... Lazımdırmı bu qədər baş sındıraq? Hər şeyin bir sadə cavabı yoxdurmu? Həyat sənindir, nə istəyirsən et, necə istəyirsən et?! Belə düşünmək azadlıqdır? Nə istəyirsən etmək nə vaxtdan azadlıq olub? Belə azadlıq bizi hara aparacaq? Bu ölkədə ancaq əxlaqsızlığa... Nə edə bilərik, düşüncə tərzimiz belədir... Təəssüf etmirəm... Çox vaxt bu millətin bir nümayəndəsi olduğuma görə xəcalət çəkirəm. Əslində, belə düşünməklə yaxamı kənara çəkirəm. Mən də bu millətin bir nümayəndəsi deyiləmmi?! Çətinləşdiririk hər şeyi... Hər şeydə bir məntiq axtarırıq. Əslində, çox şey elə göründüyü kimi sadədir. Niyə gözümüz doymur? Nədi bizi qane etməyən: Şərait? İnsanlar? Qanunlar? Nəyimiz çatmır? Bu sualı özümüzə versək, nə qədər adam cavab tapa bilər? Özümüzü qane edən cavab... Hər şeydən narazıyıq, həmçinin narazı olduğumuz şeyləri bəyənirik... TV-lərdə gedən verilişləri qınayırıq... Bəs səviyyəsiz adlandırdığımız verilişlərə baxıb, kiminsə yaxınının tapılmasına sevinən və ya qohumunu itirənin halına acıyıb-ağlayan biz deyilikmi? Küçələr zibil əlindən biabırçı günündədi. Bəs hər addımbaşı yerə tüpürüb, hövsələsizlik edib, zibili yerə atan biz deyilimi? Deyəcəksiz ki, mən deyiləm, odu... Yaxamızı çəkirik kənara... Korlanırıq... Unuduruq... Utanıram... Hər gün bir tamaşaya baxmaqdan və aktyorların məni gic yerinə qoyub, başımı sanki ustalıqla aldatdıqlarını düşündüklərinə görə utanıram... Özüm özümdən utanıram... Öz vücudumu, beynimi bu mühitlə üzləşməyə məcbur qoyduğum uçun utanıram.
2014-01-22
7,012
Erməni terror təşkilatı nazirimizlə bağlı bəyanat yaydı
"Biz Edvard Nalbandyanın Azərbaycan Xarici İşlər naziri ilə görüşdən imtina etməyini tələb edirik". "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlamanı Hnçak partiyasının gənclər qanadı səsləndirib. Onlar son günlər baş verən hadisələrdən sonra nazirlərin görüşünün təhqiramiz olduğunu bildiriblər: "Qarabağdakı hadisələrdən sonra bu görüş nəyə lazımdır? Bu, təhqirdir. Biz Edvard Nalbandyandan Azərbaycan Xarici İşlər naziri ilə görüşdən imtina etməyi tələb edirik". Qeyd edək ki, Hnçak partiyası tarixdə azərbaycanlılar və türklərə qarşı keçirdikləri terror hadisələri ilə məşhurdur.
2014-01-22
7,013
Atatürk Rəsulzadənin qəzetini yasaq edibmiş - Sənəd
Atatürk Rəsulzadə arasında qəzet qalmaqalı yaşandığı deyilir. Belə ki, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Məhəmməd Əmin Rəsulzadənin Almaniyada nəşr etdirdiyi "İstiqlal" qəzetinin Türkiyəyə girməsini qadağan edib. Qəzetin Türkiyədə yayılmasının yasaqlanması üçün çıxan bu qərarın nədən, hansı məqaləyə görə verildiyi bilinməsə də, onun Türkiyədə yayılmasının qarşısının alınması haqqında Mustafa Kamal Atatürkün imzası ilə sənəd var. "Axar.az" "Etatist.com"a istinadən xəbər verir ki, əldə edilən sənəddə, Atatürkün imzası ilə yazılmış Qərarnamə mövcuddur. Qəraranamədə Rəsulzadənin Berlində nəşr elətdirdiyi "İstiqlal" qəzetində Türkiyə əleyhinə yazılar olduğuna görə, onun Türkiyədə yayılması qadağan olunub: Qərarnamədə deyilir: "Türkiyə sərhədlərindən çıxarılan Rəsulzadə Məhəmməd Əmin bəy tərəfindən Berlində nəşr olunan "İstiqlal" qəzetinin ölkəmiz əleyhinə zərərli yazılar yazdığı anlaşıldığından, Mətbuat Qanununun 50-ci maddəsinə görə, Türkiyəyə girməsinin qarağan olunması; Daxili İşlər Vəkilliyinin 3.10.1934 tarix və 580 saylı məktubu ilə edilən təklifə əsasən İora Vəkilləri Heyəti tərəfindən 9.10.1934-cü ildə qəbul olunub". Bu qərardan sonra Rəsulzadə bir sıra Avropa ölkələrində mühacir fəaliyyəti ilə məşğul olub. 1947-ci ildə yenidən İstanbula qayıdıb. 1949-cu ildə "Azərbaycan kültür gələnəkləri" adlı kitabı çıxan Rəsulzadə, bundan sonra da bəzi işlər həyata keçirib. Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankarada vəfat edib. Qeyd edək ki, "İstiqlal" qəzeti 1932-ci ildən ayda 3 dəfə olmaqla çap edilirdi. Qəzet 1934-cü ildə fəaliyyətini dayandırıb.
2014-01-22
7,014
Təbrizdə bir azərbaycanlı edam edildi
Şərqi Azərbaycan vilayətində bir nəfər edam edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, məhbus qətldə günahlandırılaraq dara çəkilib. 27 yaşlı Səccad Purnəcəf 2008-ci ildə həbs edilib. Əslən Culfa şəhərinin Şuca kəndindən olan məhbus 6 il əvvəl mübahisə zəminində düşən davada özünü həmkəndlisinin balta ilə hücumundan müdafiə edərkən onu qətlə yetirib və nəticədə edam cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 21-də səhər saatlarında Təbriz şəhərinin mərkəzi həbsxanasında icra olunub.
2014-01-22
7,015
Ananas dövlətinin qurulmasına izn verməyəcəyik – Video
Biz dövlət içində dövlət qurulmasına qətiyyən izn vermərik. Türkiyədə bir T.C. dövləti var. "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan bu sözləri Belçikada səfərdə olarkən deyib. Baş nazir sözlərinə bu cür davam edib: "Qanunvericilik orqanı məhkəməyə müdaxilə edə bilməz. Ancaq qanunvericilik məhkəməni yeniləməklə mükəlləfdir. Sabahımız daha çox güclü olacaq. Əzmək istəyənlərə rəğmən, Türkiyə dik dayanaraq yoluna davam edəcək. Biz dövlət içində dövlət quruluşuna qətiyyən icazə vermərik. Türkiyədə T.C. dövləti vardır. Bunu hamı bilsin ki, biz ananas dövləti qurmağa kimsəyə imkan verməyəcəyik". Xatırladaq ki, Fətullah Gülənin internetdə yayılan səs yazısında ananasdan bəhs edən bölümlər var. Yəqin ki, Baş nazir buna işarə vurur.
2014-01-22
7,016
"Şeytana xidmət edirəm, buraxın məni" - İntihar/Video
"Şeytana xidmət edirəm, atam, anam sudadır, buraxın məni". Bakı bulvarında gənc oğlan intihar etməyə cəhd edib. Bütün səylərə baxmayaraq, dostları və ətrafdakılar onu fikrindən döndərə bilməyiblər ("Milli.az"). Dostlarının təkidi yox, əraziyə çağırılan təcili yardım həkiminin iynəsi onu inadından döndərib. Bakıda gənc oğlan özünü dənizə atmaq istəyib, amma yanındakı dostları onun tutaraq skamyaya uzadıblar. Həmin oğlan isə "Şeytana xidmət edirəm", "atam, anam sudadır, buraxın məni" kimi sözlər deyərək onlardan özünü xilas etmək istəyib. Lakin əraziyə çağırılan təcili yardım həkimi gəncə iynə vurandan sonra o sakitləşib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından bildirildi ki, həmin gənc 20 yaşlı Rəhim Əsədovdur. Dünən saat 20:14-də daxil olmuş çağırış əsasında təcili yardım briqadası bulvarda "Saat qülləsi"nin yaxınlığına gedib. R.Əsədovun isterik nevrozdan əziyyət çəkdiyi məlum olub.
2014-01-22
7,017
Rüstəm Usubov jurnalisti qəbul etdi
Bu gün Baş prokurorun birinci müavini Rüstəm Usubov jurnalist Anar Niftəliyevi qəbul edib. A.Niftəliyevin verdiyi məlumata görə, qəbul Baş Prokurorluğun təşəbbüsü və dəvəti ilə gerçəkləşib: "Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm işinin istintaqı ilə bağlı zərərçəkən kimi narahatlıqlarım, vəsatətlərim dinlənildi. Hörmətli Rüstəm Usubov narahat olduğum məqamlarla bağlı elə yerindəcə göstəriş və tapşırıqlarını verdi. Daha sonra istintaqın ləng getməsinin səbəblərini aydınlaşdırdı və araşdırmanın obyektivliyi naminə görülən işlərin həcmini izah etdi". Rüstəm Usubovun bu ölüm işinin istintaqı ilə bağlı ətraflı bilgiyə sahib olduğunu bildirən jurnalistin sözlərinə görə, bu məlumatlılıq artıq kifayət qədər təəssürat yaradır: "Cənab Usubovun qəbulunda bu ölüm işi ilə bağlı müzakirələrin aparıldığı və qərarların verildiyi barədə məlumat aldım. Bu məlumat qəbulda iştirak edən Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov və idarənin müstəntiqi Ramin Qocayevin söhbətə qoşulmalarından aydın şəkildə təsdiqlənirdi. Buna görə də ölüm işinin birbaşa Baş prokurorun və cənab Usubovun nəzarətində olduğuna və istintaqın obyektiv yekunlaşacağına əminliyim yarandı". A.Niftəliyev daha sonra bildirib ki, məsuliyyətdən yayınmağa cəhd edənlərin səylərinin qarşısının alınması üçün Usubovdan xahiş edib: "Hər kəsin layiq olduğu cəzanı alması həm də ailə faciəmizi ağırlaşdıran düşmənçilik yükünün yüngülləşməsi deməkdir. Cənab Usubovun təkcə Baş Prokurorluğun nüfuzlu görəvlisi kimi deyil, həm də bir insan olaraq mənəvi baxımdan hər şeyi qiymətləndirməyi bacardığını müşahidə etdim və o, söz verdi". Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Həmin ekspertizaların rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Səhiyyə Nazirliyinin baş onkoloq və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə aparılan araşdırmanın nəticəsində də göstərilir ki, E.Niftəliyevayanın "hər iki süd vəzinin axardaxili papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib. Faktla bağlı 2013-cü il sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.
2014-01-22
7,018
Ukraynada azərbaycanlı biznesmenlər qarət ediləcək
"Ukraynada millətçilərin baş qaldırması normaldır. Belə situasiyalar hər yerdə baş verir. Məsələn, SSRİ dağılandan sonra bütün müstəqil dövlətlərdən rus əhalisi çıxıb getdi. İndi bizimkilər də Rusiya, Belarusiya, Ukraynada baş qaldırılan millətçiliklə üzləşəcəklər". Bu sözləri politoloq Vəfa Quluzadə Ukraynadakı iğtişaşları şərh edərkən "Axar.az"a dedi. Politoloqun fikrincə, ölkədə vəziyyət nəzarətdən çıxınca müxtəlif kriminal qruplaşmaların fəallığı müşahidə olunacaq: "Bu kriminal qruplaşmalar Azərbaycan biznesmenlərini qarət eləməyə çalışacaqlar. Ona görə də soydaşlarımız orada qalmaq qərarını müstəqil şəkildə qəbul etməlidir". Ukrayna vətəndaş müharibəsi astanasında "Yaranmış vəziyyət onu göstərir ki, Ukraynada vətəndaş müharibəsi baş verə bilər. Ukrayna əhalisinin böyük bir hissəsi Rusiyaya və Gömrük İttifaqına inteqrasiyanın əleyhinədir. Yanukoviç hakimiyyəti əldən verməmək üçün Putinin dəstəyinə arxalanır. Buna görə də tərəflər arasında yaranan qarşıdurma vətəndaş müharibəsinə gətirib çıxarda bilər", - politoloq qeyd edib.
2014-01-22
7,019
Bu gün intihar edən gəncin son müsahibəsi
Bu gün saat 14 radələrində özünü asaraq intihar edən Azad LGBT təşkilatının sədri İsa Şahmarlının "1937.az" saytına verdiyi müsahibəni təqdim edirik: Saytımızın qonağı İsa Şahmarlıdır. Onun 20 yaşı var. Marketinq sahəsində çalışır və Azad LGBT təşkilatının sədridir. Homoseksual olduğunu bir neçə il öncə həm ailəsinə, həm də dostlarına açıqlayıb. Buna görə çoxsaylı təzyiqlərlə üzləşsə də, mübarizə ruhunu itirməyib. Deyir ki, onda bu cəsarət birdən-birə yaranmayıb. Qrup yoldaşları öyrənəndə, universitetin qarşısında İsanı döyüblər. Müəllimləri isə təhqir ediblər: – "Mübarizəm şikayət etmək olmadı. Növbəti günlərdə daha bər-bəzəkli geyinirdim, sırğamı taxırdım, universitetin dəhlizlərində gəzirdim. Biri ordan söz atırdı, digəri söyürdü. Amma sonralar bir çoxu öz hərəkətindən utandı. Daha sonralar yeni çevrə qazandım. Çox da çətin olmadı. Qızların çoxu gey bir dost arzulayır (gülür)." Ailəsi İsanın homoseksual olması ilə, hələ də barışmır. İsa da ailəsinin fikrini dəyişməsinin çox çətin olduğunu qəbul edir. "Ailəmə psixoloqlar hər şeyi başa salsa da, onlar, yenə bu halı xəstəlik kimi qəbul edirlər". İsa deyir ki, ailənin təzyiqi bir çox LGBT-ni (Lezbian, gey, biseksual, transseksual) intihara sürükləyir: – "Homoseksuallara nifrət etmə homofobiyadı. Homofobiya, ümumdünya səhiyyə təşkilatı tərəfindən xəstəlik olaraq qeydə alınsa da, homofik homoseksuallar da var. Onlar çox vaxt özlərini qəbul edə bilmirlər, bu da intihar hallarının digər səbəbidir". "LGBT-lər iş tapmaqda çətinlik çəkirlər. Xüsusən də, transeksualları iş görüşmələrində təhqir edib, qovurlar. Homosseksuallar gizli qaldığı şəraitdə iş tapa bilirlər. Azərbaycanda 90 faiz homosekuallar gizlənirlər. Hətta ailə həyatı quranlar da var" – deyən İsa, cəmiyyətin münasibətinin dəyişməsinin çətin olsa da, mümkünlüyündən danışır, – "Cəmiyyət LGBT haqqında məlumatlı olsa, bu qədər nifrət etməz. Həll yolu maariflənmədir". İsa LGBT təşkilatının görmək istədiyi işlər haqqında da danışır. Təşkilatı tanıtmaq üçün broşurlar hazırlanır. Psixoloqlarla birgə xüsusi sənədli film hazırlanır. "Mütəmadi olaraq, konfranslar təşkil edirik, amma gələnlər az olur. İştirak edənlər öz üzvlərimizdi, amma biz istəyirik ki, müzakirəyə heteroseksuallar da, dindarlar da gəlsin". Qeyd edək ki, LGBT təşkilat olaraq, 2011-ci ildən dövlət qeydiyyatına düşmək istəyir, ancaq bu hələ ki, mümkün olmayıb: – "Dövlət qurumlarının təşkilatımıza təzyiqi yoxdur. Bizə dırnaqarası yaxınlaşırlar. Uzunömürlü olacağımıza inanmırlar. Mənim ən böyük məqsədim, təşkilatı dövlət qeydiyyatdan keçirməkdir," – deyir İsa. Həmsöhbətimizlə Türkiyədəki LGBT təşkilatları barəsində də söhbətləşirik. İsa deyir ki, Türkiyədə LGBT-lər etiraf etməyə başladığı üçün, cəmiyyət onları əzə bilmədi. Ancaq bizim LGBT-lər hələ də cəsarətli davranmırlar: – Türkiyədə LGBT təşkilatları artıq valideynlərlə işləyirlər. Biz isə hələ ki, ətrafımıza cəsarətli LGBT-lər toplamağa çalışırıq. Onlar açıqlamaq istəmirlər, təşkilat üçün mübarizə aparmaq istəmirlər. Film günü keçiririk, gəlirlər, amma çıxanda gizlənirlər ki, heç kim görməsin. Mənə Türkiyə təşkilatından iş təklifi gəlib, ancaq imtina etmişəm. Burada qalıb, LGBT-lərin hüquqları üçün mübarizə aparmağı seçmişəm". Sonda İsa bizimlə ürək sözlərini bölüşür: "Cəmiyyətimizə arzu edirəm ki, heç kim önyarğılı olmasın". Nifrət etməmişdən əvvəl, internetdə "homoseksualizm nədir?" – deyə yazıb, oxusunlar. Daha sonra nifrət etməkdə sərbəstdirlər. LGBT-lər isə əsas cəsarətli olsunlar. Mən də əvvəllər tərəddüd edirdim, amma indi öz işim var. Ailəmdən ayrı, öz evimdə yaşayıram. Hər şeyi öz gücümə qura bilirəm. Yəni, istəyəndə hər şey alınır" .
2014-01-22
7,020
Nazirlərin maaşı azaldılıb
Gürcüstanda nazirlərin maaşları azaldılıb. Verilən məlumata görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili məlumat verib. Onun sözlərinə görə, nazirlərin məvacibləri 3,6 min dollardan 3 min dollara endirilir. Nazirliyin mətbuat xidməti hökumət üzvlərinin əmək haqqının azaldılmasını ölkənin iqtisadi vəziyyətilə əlaqələndirib. Xatırladaq ki, daha əvvəl Gürcüstanda dövlət məmurlarının avtomobilləri ilə bağlı standartın qəbul ediləcəyi deyilirdi (ANS).
2014-01-22
7,021
Gənc fəalın ölüm anları - Yeniləndi/Video
15:44 Bu gün saat 14:00 radələrində Azad LGBT təşkilatının sədri İsa Şahmarlı intihar edib. "Axar.az"ın məlumatına görə, o, "feysbuk" səhifəsində intihar səbəbi kimi hamıdan küsdüyünü (hamınız günahkarsız) yazandan sonra intihar edib. Hazırda həkimlər hadisə yerindədir. İsa Şahmarlının nəbzi vursa da, həkimlər onu ayılda bilmirlər. *** 15:56 "Axar.az"ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, həkimlərin səyi heç bir nəticə verməyib və İsa Şahmarlı keçinib. *** 17:58
2014-01-22
7,022
Azərbaycan səfirini parlamentdə qəbul etdilər
Azərbaycan Respublikasının Argentinadakı səfiri Məmməd Əhmədzadə Argentina Milli Konqressinin Deputatlar Palatasının sədri Xulian Dominqez ilə görüşüb. Bu barədə "Axar.az"a Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən məlumat verilib. Görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı, qarşılıqlı olaraq səfirliklərin təsis olunması, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, müxtəlif sahələrə dair sənədlərin imzalanması, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT TŞ-də hər iki ölkənin qeyri-daimi üzvlüyü müddətində səmərəli əməkdaşlıqdan məmnunluq bildirilib. Həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, xüsusilə də kənd təsərrüfatı, ərzaq emalı, yüksək texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağı vurğulanıb. Azərbaycan və Argentina parlamentlərindəki müvafiq dostluq qruplarının fəaliyyəti və parlamentarların həyata keçirilmiş qarşılıqlı səfərlərinin Azərbaycan-Argentina əməkdaşlığına verdiyi töhfələr qeyd edilərək, parlamentlərarası əlaqələrin genişləndirilməsi istiqamətində işin davamı haqda razılıq əldə olunub.
2014-01-22
7,023
İntiharların artmasının səbəbi mediadır - SOS
Son vaxtlar az qala hər gün bir intihar hadisəsi baş verir. Özünə qəsd edənlərin daha çox gənclər olduğunu nəzərə aldıqda, istər-istəməz sual yaranır: intiharların səbəbi nədir? Statistika 2013-cü ildə 251 intihar hadisəsi qeydə alınıb. Bunu "Təmiz dünya" qadınlara yardım İctimai Birliyinin 2013-cü il ərzində mediada intihar hadisələri ilə bağlı materialların monitorinqini aparan ekspertləri bildiriblər. Monitorinq nəticəsində müəyyənləşib ki, Azərbaycanda intihar edənlərin əksəriyyəti kişilərdir - 137 nəfər. Ötən il ərzində qadınlarla bağlı 34, kişilərlə bağlı isə 22 intihar cəhdi qeydə alınıb. 2014-ün yeni girməsinə baxmayaraq, hələ yanvar ayının 17 günü ərzində 18 nəfər intihar edib – son intiharlar bu statistikaya aid deyil. İntihar – etirazın kəskin formasıdır "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova "Axar.az"a bildirdi ki, intihar üçün müxtəlif səbəblər ola bilər: - İntihar bir anda baş verən proses deyil, uzun müddət insanın beynində özünə kök salır. Əgər kim deyirsə ki, mən intihar etmək istəyirəm, o zaman biz gülüb keçməməliyik, buna ciddi yanaşmalıyıq. Bu, bir hazırlıq prosesidir. İntiharın əsas səbələrindən biri insanın düşdüyü vəziyyətdən çıxması üçün münbit şəraitin olmamasıdır. Məsələn, intihar etmək istəyən şəxsi dinləyən, onun fikirlərini öyrənməyə çalışan kimlərinsə olmaması. Borc asılılığı, şəxsiyyətin alçaldılması, sevgidə uğursuzluq, ətrafdakılara etiraz etmək istəyi, zorakılıqdan çıxış yolu tapa bilməmək intiharın səbəblərindəndir. İstənilən halda intihar etirazın kəskin formasıdır. Bu bir çağırışdır. Əslində, bu insanlar şüuraltı öz intiharlarına çox da inanmırlar, kiminsə onu diqqət mərkəzində saxlayıb, xilas edəcəyini düşünürlər, lakin təəssüflər olsun: biz o qədər biganəyik ki, xilas yox, məhv etməyə üstünlük veririk. Bütün dünyada kişilər intihara daha çox meyllidirlər. Onlar etirazın intihar formasına daha çox üstünlük verirlər. Lakin son zamanlar Azərbaycanda kişi və qadın intiharları bərabərləşib. O cümlədən uşaq intiharı da ciddi bir problem kimi gündəmdədir. Ailə psixoloqlarının olmaması da ciddi problemdir. Buna çox ehtiyac var. Əvvəllər ailələr bir-birinə qarşı çox diqqətli idilər, informasiya texnologiyası əsri insanları bir-birindən ayırır. Virtual aləm insanları o qədər virtuallaşdırır ki, adamlar bir-birinin gözünün içinə baxmağa o qədər də vaxt tapmırlar. Göz kontaktı, əl təması insanların bir-birinə münasibətini müəyyənləşdirən ən yaxşı amildir. Bu dövrdə o baxımdan ailə psixoloqlarına ehtiyac çox böyükdür. Amma bizim ölkədə yaxşı, ixtisaslaşmış psixoloq tapmaq çox çətindir. Bu sahədə ixtisaslaşma, insanlara yardım göstərməyi bacaran psixoloqların hazırlanması günün tələbidir. Media – intihar səbəbidir Sosioloq Sənubər Heydərova da intiharların müxtəlif səbəblərinin ola biləcəyini dedi: - Bu intiharların müxtəlif səbəbləri var. Bunu ancaq sosial və ya psixoloji səbəblərə bölmək mümkün deyil. Ancaq bütün səbəbləri kənara qoyub başqa bir məsələyə diqqət yetirmək lazımdır. Artıq isbat olunub ki, haqqında mətbuatda çox danışılan hərəkətlər cəmiyyətdə həndəsi silsilə ilə artır. Deməli, bu xəbərləri və açıqlamaları mümkün qədər minimuma endirmək lazımdır. Kişilərin daha çox intihar etməsinin də səbəbi budur ki, kişilər göründüklərinin və cəmiyyətdə olan fikirlərin əksinə fiziki və psixoloji cəhətdən daha zəifdirlər. Qadınlar emosionaldırlar, onların başqalarının yanında ağlamaq, şikayət etmək, zəiflik göstərmək kimi kompleksləri yoxdur. Kişilərsə bütün bunları edə bilmirlər, ətrafdakıların, yaxınlarının onları həmişə güclü görmək gözləntisi var. Buna görə də onlar adətən narahat olduqları məsələləri səsləndirmirlər. Cinayətlərin, intiharların da çoxalmasının əsas səbəblərindən biri yığılan, etiraf edilməyən, gizlədilən qəzəbdir. İntihar və qətl adətən onların "partlayış" anında baş verir. Cəmiyyətə kişilərin üstünə yüklənməmək, onların üzərinə həddən artıq məsuliyyət qoymamaq mesajları vermək lazımdır. Xüsusən bizimki kimi Şərq cəmiyyətlərində kişilərin məsuliyyəti və yükü daha ağırdır. İntiharın bioliji səbəbi də var Psixologiya ve Konsultasiya Mərkəzinin həkim psixitarı Orxan Fərəcli bu intiharların həm psixoloji, həm sosioloji, həm də bioloji səbəbləri olduğunu bildirdi: - Psixoloji səbəb ondan ibarətdir ki, bunlar "verter effekti"nin təsiridir. Hər gün verilən intihar xəbərləri öz təsirini göstərir və bir növ intiharlar adiləşir. Kişilərin intihara daha çox meylli olmağının səbəbi isə onların daha çox sosial problemlərinin olmasıdır. Maddi təminatın aşağı olması, ailədə özünü əksilmiş hiss etməsi intihar səbəblərindən biri ola bilər. Bioloji səbəblər isə bundan ibarətdir ki, beyində serotenin maddəsinin azalması nəticəsində depressiv əlamətlər ortaya çıxır və bu da intiharı qaçılmaz edir. Qeyd edək ki, dünya ölkələri arasında ən çox intihar halları Finlandiya və Macarıstanda qeydə alınır.
2014-01-22
7,024
“Ad günü” qəhrəmanının ad günüdür - 70
"Bu, artıq 70-dir, yubileydir, bunu qeyd eləmək lazımdır". Bu sözləri bu gün 70 yaşını qeyd edən xalq artisti, səhnəmizin sevilən aktyoru Hacı İsmayılov "Axar.az"a dedi. Hacı bəy bu günü adi illərdən fərqli olaraq yubiley olduğuna görə, ailə ətrafında geniş keçirəcəyini bildirdi: "Ad günümü doğmalarımla, nəvələrimlə, ailə ətrafında keçirəcəyəm. Həmişə bu günü elə-belə keçirdirdim, bu dəfə bir az geniş formada qeyd edəcəyəm". Aktyorun yubileyinin dövlət səviyyəsində keçirilib-keçirilməyəcəyi barədə soruşduq: "Bu barədə hələ bir söz deyə bilmərəm. Teatrda işlərimiz çoxdur. Yeni tamaşalar, məşqlər var. İnşallah gələn ay, ya da o biri ay bu barədə bir şey fikirləşəcəyik". Bildirək ki, sevilən aktyor Hacı Məcid oğlu İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. Aktyor "Ad günü", "Güllələnmə təxirə salınır", "Həm ziyarət, həm ticarət", "Qonşu qonşu olsa", "Ölsəm, bağışla", "Otel otağı", "Ulduz", "Yad qızı", "Yol əhvalatı" və digər filmlərdə oynadığı yaddaqalan obrazlarla hər kəsin qəlbində taxt qura bilib. Məşhur kino və teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 19 dekabr 2000-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.
2014-01-22
7,025
Bakı Metropolitenindən sökülən evlərlə bağlı – Açıqlama
"Binəqədi rayonundakı sökülən evlərin Bakı Metropoliteninə aidiyyəti yoxdur". Bunu "Axar.az"a açıqlamasında Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəisi Nəzakət Tarıverdiyeva dedi. O, hazırda depo ərazisində heç bir söküntünün aparılmadığını bildirdi: "Binəqədi rayonundakı sökülən evlərin Bakı Metropoliteninə aidiyyəti yoxdur. Əslində, bundan əvvəl söküntü işləri var idi, amma onların da kompensasiyası verilib. Yayılan xəbərlərin heç biri doğru deyil". Qeyd edək ki, bir az əvvəl mətbuatda Binəqədi rayon, Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə evlərin söküldüyü barədə məlumat yayılmışdı. Hazırda bu ərazidə Metropolitenin rəis müavininin olduğu bildirilmişdi.
2014-01-22
7,026
Avropa Şurasının Bakı ofisi Müsavatı təkzib etdi – Özəl
"Biz Müsavat Partiyasının sədri İsa Qəmbərin (AŞPA) Monitorinq Komitəsi həmməruzəçiləri ilə görüşə dəvət edilməsini təsdiq edirik. Həmməruzəçilər müxalifət liderləriylə olan görüşdə Müsavat Partiyasının iştirak etməsi ilə bağlı istəklərini bildiriblər və bununla bağlı ofisimizdən Müsavat Partiyasına dəvətnamə çatdırılıb". Avropa Şurasının Bakı ofisindən "Axar.az"a verilən məlumatda belə deyilir. Xatırladaq ki, yanvarın 21-də (AŞPA) Monitorinq Komitəsi həmməruzəçiləri ilə müxalifət liderlərinin görüşündə Müsavat başqanı İsa Qəmbər iştirak etməyib. Müsavat Partiyasından verilən açıqlamada İsa Qəmbərin görüşdə iştirak etməməsinə səbəb olaraq dəvət haqqında məlumatın partiya başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilməsi göstərilmişdi. Müsavat başqanının keçmiş köməkçisi Yeganə Hacıyeva isə Müsavat Partiyasının ittihamını rədd edərək, ona dəvət haqqında məlumat verilmədiyini bildirib və bunu partiyadan ona qarşı böhtan adlandırıb.
2014-01-22
7,027
Obamadan Putinə “Suriya” zəngi
Suriyadakı vətəndaş müharibəsini dayandırmaq məqsədi güdən "Cenevrə 2" Konfransından əvvəl ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin telefonla danışıblar. "Axar.az" xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, Obama ilə Putin telefon danışığında "Cenevrə 2" Konfransına hazırlığı, Suriyadakı kimyəvi silahların məhv edilməsi, ümumilikdə Suriyadakı vəziyyəti müzakirə ediblər.
2014-01-22
7,028
18 ilin bərbəri: “Əvvəllər yanıma rus qızları gələrdi...”
"İş adamı" adlı rubrikamızda cəmiyyətin aşağı təbəqəsindəki peşə sahibləri ilə öz sənətləri ilə bağlı söhbət edəcəyik. Fəhlələr, satıcılar, dərzilər, sürücülər, bərbərlər, ustalar və başqaları bizim tez-tez rastlaşdığımız, ünsiyyətdə olduğumuz adamlardır. Bir sözlə, əsil iş adamları... İlk qonağımız 18 ildir yorulmadan, sıxılmadan çalışan və öz peşəsini olduqca çox sevən bərbər Rövşən Səfərovdur. Dediyinə görə, peşəsinə aşiqdir. 1996-cı ildən bu peşədə çalışan Rövşəni uşaqlığımdan tanıyıram. Rövşən bəy hələ o vaxtlardan maraqlı, unudulmaz və gülməli söhbətləri ilə məhəlləmizdəki insanlar arasında hörmət qazanmışdı. Nə isə, mətləbi çox uzatmayıb, işimizə başlayaq. Axı biz də iş adamıyıq... Bir aya bərbər oldum - Bu sənəti peşə məktəbində öyrənmişəm. Bir gün çayxanada dostlarımla oturub söhbət edirdik, fikirləşdim ki, bir ali təhsilim yoxdur və özümə bir sənət seçməliyəm. Beləliklə, qərarımı qətiləşdirdim. Bərbərlik sənətinə həvəsim çox olub. Həmişə salonlara gedəndə təmizliyinə görə marağımı çəkib. Əsas da ustanın yanında öyrənmişəm bu sənəti. Bir aya artıq təcrübə qazanmışdım. Ustamın yanında səbrli olmuşam, bu işi diqqətimin sayəsində bacarmışam. Ümimiyyətlə, bu, təmiz işdir. Hər insana lazım olan bir peşədir. Sənətimi olduqca çox sevirəm. Xanım müştərilərim də var Bu bərbər köşkünü 1996-cı ildə açdım. İlk günlər müştərilər az gəlirdi, amma zamanla gediş-gəliş çoxaldı. Heç bir müştəri narazı getmirdi, hansı saç düzümünü istəyirdisə, mən də əlimdən gələni ən yaxşı şəkildə etməyə çalışırdım. O vaxt daha çox sadə saç stilinə üstünlük verirdilər. Sizə deyim, mənim xanım müştərilərim də olub. Əvvəllər rus qızları daha çox gəlib-gedirdilər, bizimkilərdən isə bir-iki qız olub ki, oğlan saç düzümündə saç stili istəyiblər. İndiki zamanda gənclər daha çox uzun saça, "çeçenka"ya və başqa cürbəcür saç düzümlərinə üstünlük verirlər. Azəri qızı Günelin qardaşı Tunar gəlir Artıq 18 ildir ki, bu sənətdəyəm. Elə olur, günə 5-10, elə də olur 20 müştəri gəlir, ancaq şənbə-bazar günlərində, toy mövsümündə, bayramlarda daha çox olur. Çox vaxt günortaya kimi boş qalıram. Bütün günüm burada keçir. Yorulmuram, zövq alıram. Tanınmış adamlar çox da gəlmir, ancaq Azəri qızı Günelin qardaşı Tunar var, aradabir o gəlir. Hər bir sənətin çətinliyi olduğu kimi bu sənətin də əsas çətinliyi səbrdir. Səbrli oldunsa, bu sənəti öyrənə bilərsən, ancaq təbii ki, istedad da tələb edir. Yorulmadan, səhər 6 tamama kimi... 2002-ci ildə dünya çempionatı keçirilən vaxtlarda yeniyetmə uşaqlar Ronaldonun, Ümit Davalanın saç düzümündən çox istəyirdilər. Sonra həmin uşaqlar şəkillərini çəkib internetdə yerləşdirirdilər. Sevinirdilər, onlara belə saç stilləri çox maraqlı gəlirdi. Bir dəfə isə maraqlı bir əhvalat oldu. Bir dəfə salonu bağlayıb gedirdim ki, iyirmi əsgər gəldi. Səhər tezdən, hərbi hissədə olmalıydılar. Səhər altı tamama kimi saçlarını, üzlərini qaydaya saldım və inanın ki, heç yorulmadım. Müqəddəs heyvanlar Yay vaxtları binaların damından bir sürü göyərçin buraya qonur, onlara çörək qırıntıları verirəm. Bəzən qonşular şikayət edir ki, buraları pis günə qoyurlar, ancaq mən onları yemləməmiş rahat ola bilmirəm. Mənə görə onlar müqəddəs heyvanlardır. Bərbərlik rəssamlıq tələb edir... Bərbərlik sənətdir, gözəllikdir və mütləq məktəbi də açılmalıdır. Məktəbi açılsa, lap gözəl olar. Daha təcrübəli bərbərlər meydana çıxar. İndiyə kimi 12 tələbəm olub, ancaq onlardan cəmi 3 nəfər bərbər ola bilib. O birilər həvəslə gəlsələr də, axıra kimi səbirləri çatmayıb, ona görə də bu sənəti sevməyiblər. Gərək bu sənətə ciddi bir marağın və böyük sevgin olsun. Gənclərə bu sənəti məsləhət görərdim, ancaq təbii ki, istedad da vacibdi, bundan əlavə rəsm, foto barədə az da olsa, təəssüratı olmalıdır.
2014-01-22
7,029
Ərdoğanla Gülən arasında savaşın bitəcəyi vaxt açıqlandı
"Rəcəb Tayyib Ərdoğan və Fətullah Gülən arasında savaş ən az bir il davam edəcək". "Axar.az" xəbər verir ki, bu sözləri "Zaman" qəzetinin köşə yazarı Hüseyn Gülərcə yazıb. O, tərəflər arasında savaşın prezident seçkisinə qədər davam edəcəyini bildirib: "Türkiyə ən az bir il bu vəziyyətdə qalacaq. Prezident seçkisindən sonra isə bəlkə hər şey dəyişə bilər. Bu seçkidə hər şeyə qərar veriləcək". Qeyd edək ki, Hüseyn Gülərcə Fətullah Gülən qrupuna yaxınlığı ilə seçilir. Onun verdiyi və yazdığı proqnozlar hazırda Türkiyə mətbuatında öz dəqiqliyi ilə seçilib.
2014-01-22
7,030
Kürd Muxtariyyətinin nazirləri and içdi
Suriyada kürdlərin yaşadığı Rojava bölgəsində yerləşən üç əyalət hakimiyyətindən biri olan Cizirə Əyalət Hakimiyyəti dünən Demokratik Müxtariyyətini elan edib. Əyalət idarəçilərinin andında "kürd" və "Kürdistan" ifadələrinin olmaması diqqəti cəlb edib. "Axar.az" xəbər verir ki, Suriyanın Rojava vilayətində üç əyalətdən biri olan Cizirə Əyaləti dünən demokratik müxtariyyətini elan edərək, seçilən bütün nazirlər "Demokratik Muxtariyyət Qanun Andı" içiblər. Bir məclis sədrinin, iki Baş nazir müavininin və 22 nazirin andiçmə mətnində "kürd" və "Kürdistan" ifadələrinin olmaması diqqəti cəlb edib. İlk kürd respublikasının elan edildiyi gün Muxtariyyətin elan olunmasının İranda yaranan ilk kürd respublikasının ildönümü ilə üst-üstə düşməsi diqqətdən yayınmayıb. 1946-cı ilin 22 yanvar tarixində İranda Mahabad Kürd Respublikası elan edilmişdi. Prezidenti Qazi Məhəmməd olan Mahabad Kürd Respublikası, BMT tərəfindən tanınmasına rəğmən, həmin ilin 17 dekabr tarixində İran ordusu tərəfində işğal edilib.
2014-01-22
7,031
Ukraynada ermənidən sonra belarus öldürüldü
Ukraynada öldürülən ikinci etirazçı milliyətcə belarusdur. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat onun adının Mixail Jiznevski olduğunu bildirib. Mərhumun Belarusiya vətəndaşı olduğu qeyd edilib. Hazırda Belarusiyanın Ukraynadakı səfirliyi faktla bağlı bəyanat verməkdən yayındığı deyilib. Qeyd edək ki, bundan öncə Qruşevski küçəsində polislərlə toqquşma zamanı milliyətcə erməni olan Ukrayna vətəndaşı həlak olmuşdu.
2014-01-22
7,032
Bakı buxtasında ruslarla döyüşün səhəri – 21 yanvar, 1990
əvvəli burada Bu dəfə "Vosxod" "Sabit Orucov" gəmisi ilə əlaqəyə girdi. Bir hərbi katerin bazaya girməsi üçün icazə istədi. Kapitan Mövlud Əliyev aparılan kiçik məşvərətdən sonra hərbiçilərə Buxtaya girməyə razılıq verdi. Rusların dediyinə görə, hərbi kater növbəti xidmət vaxtından geri qayıdırdı. 96 nömrəli hərbi kater buxtaya daxil olub, hərbiçilərin bazasına doğru hərərkət edir. Lakin qəflətən bizim "Çiləkən-1" kran gəmimimizi atəşə tutur. Xoşbəxtlikdən xəsarət alan olmur. Milliyətcə rus olan gəmi aşpazı Nadejda Qonçarova efirdə Sovet ordusunu faşist ordusu adlandırır. Bu hadisədən sonra hərbiçilərə inam daha da itir. Meyitləri dənizə tökmək üçün hərbi gəmilərə yığırlar Bu dəhşət dolu hadisələr zamanı dənizçilərimizi yayındırmaq, təbdən çıxarmaq üçün ayrı-ayrı yerlərdən yanlış məlumatlar verilirdi. Lakin bütün verilən məlumatlar tərəfimizdən yoxlanılır, sonra qərar qəbul olunurdu. Hərbi dənizçilərin qərargahından 73-cü kanalla Azərbaycan dilində xəbərdə deyilirdi ki, meyitləri dənizə tökmək üçün hərbi gəmilərə yığırlar. Məlumat inandırıcı idi. Gecə Bayıla tərəf hərəkət edən hərbi yük maşınlarını biz də müşahidə etmişdik. Rusların törətdikləri cinayətin miqyasını azaltmaq istəyi idi bu. Heç vaxt buna imkan verməyəcəkdik. Az keçmir ki, bir neçə hərbi gəmi buxtaya daxil olmaq istəyir. Bizim gəmilərin ən sürətlisi və güclüsü olanlardan bir neçəsi – "Neftqaz-3" "Neftqaz-10", "Neftqaz-18", "40 let VLKSM" gəmilərimiz döyüşə girirlər. "Taran" adlanan dəniz döyüşü hərbiçilərin məğlubiyyəti ilə başa çatır. Sonradan bizə məlum olur ki, bizə hücum edən hərbiçilərin hidroqrafik gəmisi ağır zədə alıb və bazaya qayıdıb. Hərbi gəmilər səhərə yaxın buxtadan çıxıb bazalarına məğlub durumda yan alsalar da, pulemyotlardan, avtomatlardan və kiçik raket qurğularından döyüşə atılan gəmilərimizin hamısına xəsarət yetirə bilmişdilər. Bu döyüşdə kapitanlarımız Gülağa Məcidov, Rövşən Dəmirov, Kərəm Məmmədov, Yulian Radçenko, Anatoli Semidedko və onların heyəti xüsusi ilə fərqləndilər. Kapitan Kərəm Məmmədovun yaddaşında qalanlar: - Yanvarın 21-ni qələbəylə qarşılayan dənizçilərimizi həmin gün admiral Sidorov qəbul edəcəkdi. Görünür, 20-sindən 21-inə keçən gecə hərbi gəmilərin Buxtaya – gəmilərimizə qəfil hücumu bizi sarsıtmaq, gözümüzü qorxutmaq və sabahkı görüşdə diqtə edən tərəf kimi çıxış etmək idi. Lakin axşamkı məğlubiyyətləri "qoca faşistə" yaman pis təsir etmişdi. Bizim kapitanlardan ibarət nümayəndə heyətimiz azərbaycanlı zabitin müşayiətilə hərbi katerlə Bayılda yerləşən hərbi–dəniz qərargahına gətirildi. Rəhmətlik kapitan Kişi Mütəllimovla etdiyim söhbəti xatırlayıram. O, günləri belə xatırlayırdı: - Bizi iki nəfər kontr–admiral qarşıladı. Hərbi limandakı durum müharibə vəziyyətini xatırladırdı. Körpünün hər iki tərəfində əllərində avtomat tutmuş, yanlarında it olan əsgərlər əmr gözləyirmiş kimi müntəzir dayanmışdılar. Həmişə fəxr etdiyimiz Sovet əsgərinin sifəti kinolarda gördüyümüz faşist əsgərlərinin üzü kimi qorxunc idi. Bizi körpüdə iki qara rəngli "Volqa" maşınına oturdaraq Hərbi qərargaha gətirdilər. Həyətdə əllərində ev əşyaları olan minlərlə qadın və uşaq yığışmışdı. İmkan tapıb sürücüdən bu camaat niyə bura toplaşdığını soruşduq ki, hara köçürlər belə? Cavab bizi heyrətə gətirdi: "Hamısı rus zabitlərinin ailəsidir. Şəhərdə azərbaycanlılar onları qırır". Onlar bizə əmr verirlər Admiral Sidorov Moskvadan gəlmişdi. SOV.İKP-nin üzvü, SSRİ Müdafiə nazirinin müavini idi. Otaqda 3 kontr-admiral və bir-neçə yüksək rütbəli zabit var idi. Sidorov bizi bir-bir başdan-ayağa süzdü və acıqla soruşdu: - Tələbiniz nədir? Dənizçilərimizin tələblərini yazılı surətdə admirala verdik. O, müraciəti kontr-admirallardan birinə iyrənirmiş kimi uzatdı: - Oxu, görək nə istəyirlər. Kontr–admiral bizim tələblərimizi oxuyandan sonra: - Bu, tələb deyil, əmrdir! Onlar bizə əmr verirlər,- dedi. Şəhərdə öldürülənlərin sayını soruşduq. Saymazyana "beş on nəfər ekstremist ölüb" deyən Sidorov harasa zəng etdi. Qısa danışıqdan sonra, "Dubinyak indi məşğuldur, mənə etibar edə bilərsiniz, sizin tələbləri şəhər komendantına çatdıracağam ",- dedi. Hiss edirdik ki, biz onların bu gün üçün nəzərdə tutulan hansısa planını pozuruq. Sidorov bizim hərbi qərargahı təcili tərk etməyimizi tələb edirdi. Elə biz də ölümlə üz-üzə dayandığımızın fərqindəydik. Sidorov bizə hədə-qorxu gələrək təxribata çəkirdi. Xalqın ümid yeri – Bakı Buxtası Artıq dənizçilər Qanlı Yanvar faciəsindən sarsılmış xalqın ümidini, itirilmiş inamını özünə qaytarmışdı. Xalq hərəkətının nümayəndələri, şəhər əhalisi dənizçilərimizlə əlaqə saxlayıb "Xalqın ümidi yalnız sizədir. Nə edirsinizsə, düz edirsiz. Belə də davam edin",- deyirdilər. Qeyd eləmək lazımdır ki, dənizçilərimizin Bakı buxtasında Rus hərbi gəmiləri ilə ölüm-dirim savaşına çıxması, Sovet İttifaqının yüksək rütbəli hərbi elitası qarşısında tələblərlə iştirak etməsi o vaxtacan heç bir siyasi qurum və təşkilat tərəfindən təşkil edilməmişdi. Bu tarixi savaş "Xəzər Dəniz Neft Donanması"nın dənizçilərinin vətənpərvəlik hissindən irəli gəlmiş bir hərəkat idi. 1990-cı il yanvarın 20-dən 24-nə qədər Bakı buxtasında düşmənlə çarpışan dənizçilərimiz, sözün həqiqi mənasında əsl milli qəhrəmanlar idi. Jazov dənizçilərimizlə görüş zamanı belə etirafı etmişdi: "Mənim yeganə və kobud səhvim Bakı buxtasını nəzarətsiz buraxmağım və azərbaycanlı dənizçilərin belə döyüşkən olmasını bilməməyimdir. Bir hərbiçi kimi gərək bunu nəzərə alaydım". Davamında: - Gerçəkdənmi rus gəmiləri şəhidlərin meyitini dənizə töküblər? - Ruslar kapitanlarımızı necə aldada bildi? - Gəmilər necə güllə-boran edildi? - Yazov zabit şərəfini ayaqlar altına atıb sözünün üstündə niyə durmadı? - Azərbaycan gəmisinin rus millətindən olan kapitanı hərbçilərə nə dedi?
2014-01-22
7,033
Abşeronda minik avtomobili yandı
Abşeron rayonunda minik avtomobilində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus "Changan" markalı minik avtomobilinin mühərrik hissəsinin yanar konstruksiyaları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-22
7,034
Nalbandyan Qarabağ nizamlanmasından danışdı
Dağlıq Qarabağ nizamlanmasında danışıqlara alternativ yoxdur. "Axar.az" APA-ya istinadən xəbər verir ki, belə bir bəyanatla bu gün İrəvanda keçirdyi birfinqdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan çıxış edib. Rusiya XİN başçısı Sergey Lavrovun Qarabağ nizamlanmasına dair yeni təkliflər barədə dediklərini şərh edən E. Nalbandyan qeyd edib ki, rusiyalı həmkarı yeni təkliflərdən deyil, yeni yanaşmalardan danışıb. Xatırladaq ki, S. Lavrov dünən keçirdiyi mətbuat konfransında Qarabağ nizamlanması ilə sualı cavablandırarkən bildirib ki, həmsədrlərin müəyyən hazırlıqları var: "Tərəflər bunları rədd etmir, lakin razılığa gəlmək üçün əlavə səylər tələb edirlər. Biz kömək etməyə hazırıq, ancaq onların əvəzindən bu işi görə bilmərik". Cəbhə xəttindəki insidentlərə gəldikdə isə E. Nalbandyan bu cür halların danışıqlar prosesinə əlavə maneələrin yaratdığını desə də, danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb: "Danışıqların alternativi yoxdur" Ermənistan xarici siyasət idarəsi rəhbəri sabah Parisdə ATƏT-in Minsk qrupu həmsədrləri ilə, yanvarın 24-də isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyini bildirib.
2014-01-22
7,035
Ukrayna ordusu xalqa güllə atmayacaq – Bəyanat
"Ukraynanın Silahlı Qüvvələri Kiyevdə etiraz aksiyalarla bağlı hadisələrə qatılmayacaq". Bunu ordu rəhbərliyinin nümayəndəsi söyləyib. "Mitinqçilərə qarşı Silahlı Qüvvələrdən sitifadə olunmayacaq. Bütün hərbi qulluqçular və texnika öz daimi dislokasiya olunduqları yerlərdədir", - deyə mənbə bildirib. ("Musavat.com")
2014-01-22
7,036
İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək
İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək. "Axar.az" Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yanvar - 2 fevral 2014-cü il tarixində Türkiyənin İstanbul şəhərində Avropa Azərbaycan Cəmiyyətinin və Türkiyənin nüfuzlu vəqflərindən olan Suna və Kıraç Fondu tərəfindən yaradılmış Pera Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Film Festivalı keçiriləcək. Festivalda "Arşın mal alan", "Yarasa", "Buta", "Qala", "İlahi məxluq", "40-cı qapı", "Çövkən" və "Çölçü" kimi müxtəlif illərdə istehsal olunmuş Azərbaycan filmləri nümayiş olunacaq.
2014-01-22
7,037
Ukraynada ara qarışdı: 3 ölü - Video
Ukraynada hökümət qüvvələri barrikadaları və küçələrdə insanları dağıtmaq üçün BTR tanklarından istifadə edib. Tanklar əsasən barrikada üçün istifadə olunan yandırılmış avtobusları dağıdırlar. Hazırda tanklardan qorxmuş insanlar Avropa meydanından çəkilərək "Dinamo" stadionuna doğru istiqamətləniblər. Bütün küçə etirazçıların yandırdıqları şinlərdən qara tüstüyə bürünüb. Ukraynanın baş prokurorluğu keçirilən etirazlarda 3 nəfərin öldürüldüyünü təsdiqləyib. Bundan başqa, Hökumət binası qarşısında baş tutan aksiyalardan birində bir qrup fəal ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Qarşıdurma zamanı fəallar polisə "Molotof" kokteyli ataraq onu yandırıblar. Həmkarları tərəfindən söndürülən polis yüngül xəsarət alıb. V.Yanukoviç etirazçıları danışıqlara səslədi Ukrayna prezidenti bir daha etirazçılara səslənərək onları danışıqlar masasına oturmağa və qarşıdurmaları dayandırmağa dəvət edib. Ukrayna prezidenti, Viktor Yanukoviçdur: "Mən qan tökülməsinə, gücdən istifadəyə, düşmənçiliyə və zorakılığa qarşıyam. İnsanlardan evlərinə getmələrini xahiş edirəm. Biz Ukraynada sülhü,stabilliyi bərpa etməliyik" Dövlət başçısı qarşıdurmalar zamanı insan tələfatından təəssüfləndiyini bildirərək onların ailəsinə baş sağlığı verib. (ANS)
2014-01-22
7,038
İlham Əliyev Jan Pyer Talamoni ilə görüşdü - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Fransanın "Airbus Group International" şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşüb. Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirildi, iqtisadi sahədə, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığımızın genişlənməsindən məmnunluq ifadə olunub. Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə "Airbus Group International" şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib. (AzərTac)
2014-01-22
7,039
Bakıda ağır yol qəzası: yaralılar var - Foto
Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, axşam saatlarında Nəsimi rayonu, Həsən Əliyev küçəsində "NİVA" markalı avtomobillə 90 AN 588 nömrəli "Hundai" toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Baş vermiş qəza ilə bağlı polis araşdırma aparır.
2014-01-22
7,040
Azərbaycan İƏT-in Məşvərətçi Şurasına üzv seçildi
21-23 yanvar 2014-cü il tarixində 2013-cü ilin mədəniyyət paytaxtı seçilmiş Səudiyyə Ərəbistanın Mədinə şəhərində İSESKO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin 8-ci İslam Konfransı keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən "Axar.az"a daxil olan məlumata görə, konfransda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Konfrans çərçivəsində Dialoqun və Sulhün İnkişafı naminə İslam Dünyasında Mədəni Hüquqların İnkişafı mövzusunda Mədəniyyət Nazirlərinin dəyirmi masası keçirilib, bundan əlavə İslam Dünyasının Mədəniyyət Strategiyasının üzv ölkələr tərəfindən tədbiq edilməsinə dair ölkə nümayəndələri və Baş Direktorun hesabatı dinlənilib. 22 yanvar 2014-cü il tarixində konfransda Azərbaycan İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi Şuraya üzv seçilib.
2014-01-22
7,041
İlham Əliyev “Holcim” şirkətinin sədri ilə görüşdü - Foto
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Holcim" şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana ilə görüşüb. Görüşdə "Holcim" şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olunub, yeni sement zavodunun tikintisinin holdinq ilə ölkəmiz arasındakı əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirilib. Söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında qarşılıqlı investisiyaların əhəmiyyəti qeyd olundu, bunun iqtisadi əlaqələrimizin daha da genişlənməsinə töhfə verdiyi açıqlanıb. Görüşdə əməkdaşlığın perspektivi barədə fikir mübadiləsi aparılıb. (AzərTac)
2014-01-22
7,042
Bir sutkada 3 zəhərlənmə: 2 ölü, 1 yaralı - Video
Havalar mülayim keçsə də evləri qızdırmaq üçün istifadə edilən mavi yanacaq can almaqda yenə də davam edir. Təkcə bir sutka ərzində dəm qazından 3 nəfər zəhərlənib. Paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 13 ünvanında evi qızdırmaq üçün 4 gözlü mətbəx sobasından istifadə edilib ki, nəticədə sözügedən ünvanda yaşayan 55 yaşlı Ağayeva Pəri Əsgər qızı və onun 12 yaşlı nəvəsi Məmmədova Ədilə dəm qazından boğulublar. Hadisədən xəbər tutan ailə üzvləri onları xəstəxanaya çatdırsalar da nənənin həyatını xilas etmək mümkün olmayıb. Nəvəsi Ədilə Məmmədovaya göstərilən tibbi müdaxilə onun həyatını xilas etməyə imkan verib. Daha bir dəm qazından boğulma hadisəsi Siyəzən rayonunda baş verib. Rayonun 12-ci yaşayış massivində yaşayan 34 yaşlı hamilə qadın Babayeva Venera Valeri qızı hamamda çimərkən dəm qazından boğularaq ölüb. Hadisə baş verən ünvanda aparılan araşdırmalar zamını hamam otağına dəm qazının sızması faktı qeydə alınıb. Əhali mavi yanacaqla təmin edən "Azəriqaz" istehsalat birliyindən qətiyyətlə bildirirlər ki, boğulma halları dəm qazından istifadə zamanı təhlükəsizlik tədbirlərinin nəzərə alınmaması səbəbindən baş verir. Baxmayaraq ki, mütəmadi olaraq maarifləndirmə işləri amma nəticə dəyişmir. Gözlü qaz sobasi evi isitmək üçün deyil, Bunu birdəfələik bilmək lazimdir, çünki ondan istifadə qisa müddətli olmalidir Ümumiyyətlə qaz sobalar gecə boyunca nəzarətsiz qalmamalidir. Hamam otaqlarında dəliklər qoyulmalidir, bacalar təmizlənməli, ondan istifadə qısa müddətli olmalidir. Elə təkcə bu ilin yanvar ayi ərzində 20 nəfər dəm qazından zəhərlənib. Bu rəqəm başa çatmamış bir ay üçün çox böyük göstəricidir. (ANS)
2014-01-22
7,043
AŞPA həmməruzəçiləri Vasif Talıbovla görüşdü - Foto
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Naxçıvan Muxtar Respublikasına (MR) səfər ediblər. Həmməruzəçilər yanvarın 22-də Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər. Görüşdə V. Talıbov Azərbaycanın 2001-ci ildən AŞ-nin üzvü olduğunu xatırladaraq, ötən illər ərzində AŞ ilə sıx əməkdaşlıq qurulduğunu, qarşıya qoyulan öhdəliklərin yerinə yetirildiyini bildirib. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan MR-lə də AŞ arasında əlaqələrin mövcud olduğunu bildirən Ali Məclis sədri Avropa Yerli və Regional Hakimiyyətlər Konqresində Naxçıvan nümayəndə heyətinin təmsil olunduğunu diqqətə çatdırıb. V. Talıbov MR-də AŞ qarşısında götürülən öhdəliklərin icrasının təmin edildiyini də bildirib. Öz növbəsində, həmməruzəçilər Naxçıvana ilk dəfə səfər etdiklərini diqqətə çatdırıblar. Səfər çərçivəsində MR-də bir sıra görüşlər keçirəcəklərini bildirən qonaqlar əlaqələrin daha da genişlənməsi üçün potensialın olduğunu qeyd ediblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. (AzərTac)
2014-01-22
7,044
Ağdaşda yaşayış evi yandı
Ağdaşda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Ağdaş şəhərində ümumi sahəsi 252 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağında tavanın yanar konstruksiyaları 54 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-22
7,045
Araşdırmaçılar “Rəsulzadə-Atatürk davası” haqda
"Türkiyə hökuməti ilə SSRİ arasında müqavilə imzalandı. Bu müqavilənin tələblərinə əsasən Rəsulzadə Türkiyədən deportasiya edildi və onun Almaniyada nəşr etdiyi qəzet Türkiyədə qadağan edildi". Bu sözləri "Axar.az"a açıqlamasında M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, tarixçi alim Nəsiman Yaqublu dedi. O bildirdi ki, Türkiyə dövlətinin SSRİ ilə imzaladığı əməkdaşlıq müqaviləsi sənədinə görə, öz ölkəsində SSRİ-nin əleyhinə heç bir təbliğat işləri aparılmamalı və bunu etmək istəyənlərə icazə verməməlidir: "Yəni bunun əsas kökü ordan qaynaqlanırdı ki, Türkiyə hökuməti ilə SSRİ yaxınlaşırdı. Türkiyə və SSRİ qarşılıqlı olaraq bu cür öhdəliklər götürdü. Həmin "İstiqlal" qəzeti də o vaxt Almaniyada nəşr edilirdi və birbaşa olaraq Sovetlərin əleyhinə idi. Rəsulzadənin baş redaktorluğu ilə çıxan bu qəzet Türkiyənin Sovetlər qarşısındakı qarşılıqlı öhdəliyinə zidd idi. Bu qəzetin nüsxələri müəyyən adamlar vasitəsi ilə Almaniyadan Türkiyəyə gətirilirdi. Məhz buna görə də belə bir qərar verilmişdi ki, "İstiqlal" qəzetinin Türkiyəyə gətirilməsi qadağan edilsin. Təkcə bu qəzet yox, Sovetlər əleyhinə olan digər qəzetlərin Türkiyəyə gətirilməsi də qadağan edilmişdi. Rəsulzadənin rəhbərliyi ilə çıxan digər mətbu yayımlar kimi, "İstiqlal" qəzetinin də əsas qayəsi Sovet dövlətinin işğalçı mahiyyətini insanlara çatdırmaq idi". Nəsiman Yaqublu Rəsulzadə irsinin Azərbaycana gətirilməsinin də vacibliyindən danışdı: "Rəsuladənin 130 illiyi ilə bağlı adının əbədiləşdirilməsi üçün ölkə başçısının məlum sərəncamı var. Bu sərəncamdan irəli gələrək onun bütün irsinin ölkəmizə gətirilməsi və araşdırılması yerinə düşərdi. Mühacirətdə olduğu müddətdə nəşr edilən bütün mətbu nümunələr və kitablar hamısı tədqiq olunmalı və cəmiyyətə çatdırılmalıdır". Millət vəkili və Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov isə bildirdi ki, bu kimi hallara XX əsr Türkiyə tarixində tez-tez rast gəlinir və bu, Türkiyənin dövlət maraqları və siyasətindən irəli gəlir: "Atatürk siyasətçi idi. O, Türkiyə əleyhinə olan hər bir məsələyə qarışırdı və reaksiya verirdi. İndiki zamandan həmin tarixə baxıb qiymət vermək və Atatürk ilə Rəsulzadənin səhvini axtarmaq düzgün deyil. Olaylara baş verdiyi tarixi dövrün kontekstində qiymət vermək lazımdır. Türkiyənin dövlət kimi maraqları var idi və Atatürk o maraqlar çərçivəsində hərəkət edib. Siz dediyiniz faktdan daha təsirli nüanslar olub. Atatürkün azərbaycanlı siyasətçilərlə, fikir adamları ilə müxtəlif yaxınlıq əlaqələri olub. Bunlardan ölkədən çıxarmaqla bərabər, həbs olunmağa qədər gedib çıxanı var. Məsələn, Əhməd Ağaoğlu ilə Atatürkün yaxnlığı olub. Daha sonra onu həbs etdirib. Həbsdən sonra partiya açmasına icazə versə də, müəyyən müddətdən sonra ona siyasətlə məşğul olmaq qadağan edilib". Atatürk Mərkəzinin rəhbəri də bu addımın atılmasında SSRİ faktorunun olmasından danışdı: "Ümumiyyətlə, türk dünyasından olan mühacirlərin Türkiyə ilə əlaqələri yüksək olub. Bunun da səbəbləri məlumdur, həmin dövrdə Türkiyə yeganə müstəqil türk dövləti idi. Münasibətlərin pozulmasının da əsas səbəbi Türkiyə xaricindədir. Böyük dövlətlər ilə münasibətlərinə görə türk mühacirlərin fəaliyyəti zaman-zaman məhdudlaşdırılıb, ölkədən çıxarılıb və ya həbsə atılıb. Böyük dövlətlər deyəndə, ən çox Rusiya nəzərdə tutulur. 1930-cu ilə qədər Türkiyənin SSRİ ilə münasibətləri normal olub. Ancaq 30-cu ildən sonra kəskin dəyişiklik baş verib və düşmənçilik həddinə çatacaq qədər pisləşib. Sonradan bu məsələni qaydasına salmaq üçün SSRİ ilə müttəfiqlik haqqında qarşılıqlı müqavilə imzalanıb".
2014-01-22
7,046
İlham Əliyev Şimon Pereslə görüşdü - Foto
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti Şimon Peresin görüşü olub. Görüşdə Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə, o cümlədən elm, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. (AzərTac)