date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-20
6,845
Erməni hakerlərinin saytlarımıza hücumu başladı
Azərbaycan saytlarına erməni hakerlərinin hücumları başlayıb. Bu sözləri "Axar.az"a "İmage"nin saytlar üzrə koordinatoru Sədaqət Nəcəfzadə deyib. O, əsas hücumların milli-mənəvi dəyərləri və dövlət dilini təbliğ edən saytlara yönəldiyini bildirib. Sədaqət Nəcəfzadə hazırda saytlarda bununla bağlı mühafizə işlərinin görüldüyünü deyib: "Hazırda saytların qorunması üçün "back-up" edilir. Bir saata yaxın müddətdə saytların bağlanılmasını planlaşdırırıq". Qeyd edək ki, bir müddət öncə erməni hakkerləri sözügedən saytlara hücum etmişdilər. Onlar Azərbaycan Dil Qurumunun "Adq.az" saytını dağıdaraq yerində erməni bayraqları yerləşdirmişdilər. Hücum nəticəsində "Miras.az", "Archaeotourism.az", "Sehidyehyashirvani.az" və Azərbaycan turizminin təbliği ilə məşğul olan daha üç saytın bütün bazası məhv edilmişdi. Hazırda həmin saytlar artıq bərpa edilib.
2014-01-20
6,846
Çində quş qripindən ölənlərin sayı artır
Şanxayda quş qripi virusuna yoluxan iki nəfər həyatını itirib. "Axar.az" xəbər verir ki, Çinin şərqindəki Şanxay şəhərində quş qripi virusu H7N9 təsbit edilən iki nəfər dünyasını dəyişib. Şanxay Sağlamlıq və Ailə Planlama İdarəsindən verilən xəbərə görə, həyatını itirənlərdən birinin 31 yaşlı həkim, digərinin isə 77 yaşlı əkinçi olduğu açıqlanıb.
2014-01-20
6,847
Etirazçıların Berkuta qarşı müqaviməti dayanmır - Video
Ukraynada Berkut döyüşçülərinə etirazçıların müqaviməti davam edir. "Axar.az" məlumat verir ki, bu informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat gənclərdən ibarət bir qrupun hələ də xüsusi təyinatlılara daşlar atmaqda davam etdiyini bildirib. Hazırda Qruşevski küçəsində 3000-ə yaxın etirazçının olduğu yazılıb. Mətbuat etirazçılar arasında kilsənin nümayəndələrinin də olduğunu qeyd edib.
2014-01-20
6,848
Suriyada daha iki azərbaycanlı öldürülüb
Suriyada daha iki Azərbaycan vətəndaşı öldürülüb. "Axar.az" APA- ya istinadən xəbər verir ki, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Məlumata görə, "Əl-Nüsra Cəbhəsi" sıralarında Bəşər Əsədə qarşı vuruşan, Azərbaycanın Qusar rayonundan olan "Seyfullah ləzgi" ləqəbli mücahid dünən, 18 yaşlı Nicat adında azərbaycanlı isə bir neçə gün əvvəl hökumət qüvvələri tərəfindən öldürülüb. "Seyfullah ləzgi" ləqəbli Azərbaycan vətəndaşının əsl adı və fotosu isə yoxdur. Onun bundan əvvəl döyüşlərdə bir neçə dəfə yaralandığı da qeyd olunur. Mücahidlərin yazdığına görə, döyüşlərdə həlak olan Nicat isə ötən il tələbə adını qazanıb, elə birinci kursda oxuyarkən Suriyaya yollanıb. Mücahidlər onun fotosunu da yayıblar. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
2014-01-20
6,849
Bakıda qız qan içində tapıldı
Ötən gecə saat 01:45-də Bakının Xəzər rayonu ərazisində 24 yaşlı qız özünü bıçaqlayıb. Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsindən verilən məlumata görə, dəhşətli intihara cəhd hadisəsi Xaşaxuna bağlarında baş verib. Gecəyarı bağların birində 1990-cı il təvəllüdlü Günel Firuz qızı Qəhrəmanova qan içində tapılıb. Onun qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi aldığı bildirilir. Araşdırmalar zamanı qızın özünə qəsd etmək istədiyi məlum olub. Yaralı halda xəstəxanaya yerləşdirilən qızın nə səbəbdən intihar etmək istədiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır ("Kanal-S").
2014-01-20
6,850
Məşhur rejissor vəfat etdi
Dünyanın ən məşhur rejissorlarından biri, italyan Klaudio Abbado 80 yaşında vəfat edib. "Frans Press" agentliyi bildirir ki, BBC Music-in fikrincə, dünyanın ən yaxşı 3 rejissorundan biri Abbado son illər ağır xəstə idi. 2010-cu ildə o, 24 illik fasilədən sonra qayıtmaq niyyətində olduğu "La Skala" (Milan) teatrında çıxışdan imtina etmişdi. Daha sonra dirijor özünü pis hiss etdiyi üçün Qustav Malerin 150 illik yubileyinə həsr olunmuş konserti təxirə salmışdı. Həkimlərin təkidi ilə Klaudio Abbado 2007-ci ildə konsert fəaliyyətindən imtina etmiş, amma iki ay sonra yenidən işə qayıdaraq 2010-cu ilədək çalışmışdı. K.Abbado Vyana beynəlxalq bəstəkarlar müsabiqəsi, "Berlin görüşləri" kamera musiqisi festivalı və Zaslburq Milad Serialının banisi idi ("Milli.Az").
2014-01-20
6,851
Mirzə Cəlil kitablarını yandıranda mətbuat konfransı keçirməmişdi
Şəmil Sadiq Son zamanlar kitabın oxunmamasına etiraz olaraq "yandırma" aksiyaları peyda olub. İlk öncə bir müəllif kitabını satılmaması səbəbindən yandırdı. Və bunu bu gün hamımızın tənqid etdiyi, yuxarıdan baxdığı şou-biznes piyarı kimi reklam etdi. Müəllif bu hərəkəti satışın az olması ilə əlaqələndirdi. Bu addımı, bəlkə də, başa düşmək olar, çünki satılmayan məhsul yük olaraq qala bilməz. Yandıraraq yüngülləşmək gərəkir ki, müəllif bunu da etdi. Sonra prosesin icrasının həyata keçirilməsi ilə əlaqədar şəkillər də paylaşıldı, məlumatlar da yayıldı. Son addım isə müəllifin ciddi olduğunu, fikrində qəti olduğunu göstərməyə xidmət edirdi. Piyarı kim qurmuşdusa, bir az diqqət çəkdiyi üçün onu təbrik də etmək olar. Amma düşünürəm ki, bu etirazı daha da faydalı etmək olardı. Mən kitabın kitaba aidiyyatı olmayan adama pulsuz verilməsinin tərəfdarı deyiləm və bunu da düşünmürəm. Sadəcə olaraq, həmin kitablar ölkənin o qədər də yaxşı durumda olmayan kitabxanalarına hədiyyə edilə bilərdi. Hər birinin içində müəllif tərəfindən "kitablarımın satılmadığını gördüyüm üçün kitabxanalara hədiyyə etməyi düşündüm" kimi avtoqraf da yazıla bilərdi. Əgər doğrudan da, yazıçının qələmində ruhu silkələyəcək nəsə varsa, uzun illərdən sonra, bəlkə də öləndən sonra dəyərini alacaqdı. Burda da yadıma C.Novruzun "Sağlığında qiymət verin insanlara" misrası düşür. Bütün insanlar insanın həqiqi dəyərini özü olmadıqda verir və ya anlayır. Bu isə hamının tənqidinə tuş gəlir. Neyləmək olar axı, Tanrı da bizi öləndən sonra qiymətləndirir – cənnət və cəhənnəmlə. Əgər doğrudan da, kitab müəllifi bu addımı ilə diqqət çəkib şou aləminə qoşulmaq istəmirdisə. Yox əgər niyyəti dediyim ki, piyar olunmaqdırsa, bunu da kitaba yaraşdırmaq olmur. Axı hamımız ciddi və ağıllı adamların kitabın qiymətini bildiyini yaxşı dərk edirik. Oxusa da, oxumasa da. "Filankəsin əri filankəsi boşadı", "Filankəs qızını soyundurdu", "Filankəs ən bahalı ev-maşın almaq üçün kredit götürdü" və s. kimi piyar şüarlara diqqət kəsilən, telefonuna gələn mesaja xəbəri daha dəqiq əldə etmək üçün cavab verənlərin səviyyəsini yaxşı bilirik. "Axar.az" saytında oxuduğum xəbərdən öyrəndim ki, "Çətir" adlı bir nəşriyyat varmış və bir neçə ay öncə Çarlz Bukovskinin hekayələrini çap edibmiş. İndi isə "yandırma" aksiyası həyata keçirəcəkləri barədə məlumat yayılıb. Hətta xəbərin sonunda belə bir cümlə də verilib: "Bu, doğru xəbərdir, kitabları yandıracağıq" (http://axar.az/news/6686). Heç bir ağlı başında olan adam bu "intiharı" düzgün addım hesab edə bilməz. Kitabı yandırmaq mənə görə adamı yandırıb-yaxmaq deməkdir ki, insan da yaradılmışların ən ali nümayəndəsidir. Bu aksiya ilə kitaba hörmət gətirməyi düşünmək səmimi görünmür. Bunun adı sadəcə iflasdır. Təəssüflər olsun ki, biz kitaba biznes kimi baxa bilmirik, guya ki, kitaba böyük hörmət bəslədiyimizdən "kitab bazarı", "kitab biznesi" ifadələrini yaxın buraxmırıq. Əslində, ən böyük problem də elə burdan yaranır. Son zamanlar tez-tez mətbuatda kitab haqqında verilişlərin çoxalmasını görən, kitabın uca kürsülərdən səsləndirilməsini eşidən hər kəs elə bilir ki, bu işə girməklə qaz vurub qazan dolduracaqlar. Burada yadıma bir əhvalat düşür... Bir gün bir gənc xaricdən ölkəmizə qayıdır, atasına deyir ki, ovçuluq dükanı açacağam. Xaricdə buna maraq çox böyükdür. Məşhur küçələrin birində bu işi qurur. Atası öncə buna narazı olsa da, oğlunun oxumuş adam olduğunu bildiyi üçün düşünür ki, yəqin məndən çox bilir, qoy açsın. Üstündən bir il keçir, atası bir gün oğlundan soruşur ki, oğul, işlər necə gedir, ticarətin varmı? Oğlu cavab verir: - Ata, günü-gündən geri gedir. Heç bir xeyir əldə edə bilmirəm. Amma bir şey çox maraqlıdır, mən dükanı açandan sonra həmin küçədə beş dənə də ovçuluq dükanı açılıb. Görəsən onlar bir şey qazana bilirlərmi? Bu gün də "Əli və Nino", "Kitabevim.az", "Akademkitab" kimi dükanların, Hədəf Nəşrləri, Qanun Nəşriyyatı, Qələm nəşriyyatı, Altun nəşriyyatı və s. adını, layihələrini tez-tez eşidən bir çox insanlar elə bilirlər ki, hər şey bu qədər asandır. Amma onların keçdiyi yollara diqqət etsələr, bunun o qədər də asan olmadığını görərlər. Bu təkcə kitaba aid olan məsələ də deyil, bütün işlər səbr, əzm, fədakarlıq tələb edir. Şəxsən bizim dükan 3 ildir ki, işləyir və hələ indi-indi xərcələrini özü çıxarmağa başlayıb. Digərlərinin də fəaliyyətinə nəzər yetirsək, məncə bunun şahidi olarıq. Əgər bir işdə, sənətdə uğur qazana bilmirsənsə, deməli, nəsə yanlışın var. Və bu iş sənlik deyil. Başqa bir işə əl atmaq lazımdır. Həvəsə görülən plansız işlər elə bu cür sonluqla da bitəcək. Kitabı yandıracağam deməklə, bəzi müğənnifasonların məişət problemlərini kütləyə sırımaqla reklam olunmaq istəyinə meyl etmək, kitaba hörmətsizlik, xalqın isə təhqir olunması kimi ifadə olunur. Unutmaq lazım deyil ki, nə Cəlil Məmmədquluzadə, nə də Məhəmməd Hadi kimi dahilər kitablarını yandıranda, cıranda mətbuat konfransı vermirdi. Halbuki, səbəb onların da maddi imkanlarının olmaması idi. Amma bu gün onlara qoyulan hörmət, göstərilən sevgi dövrünün biznesbazlarından daha yüksəkdə durur ki, bu da heç nə ilə müqayisə edilə bilməz. Bu gün kitaba, ədəbiyyata xidmət göstərən saytlar, nəşriyyatlar, mağazalar, şəxslər çoxdur. Bunlar isə danılmaz faktır. Amma heç biri bu işi məhz xalq üçün, millət üçün etmirlər. İlk sırada onların öz maraqları durur. Sadəcə, öz maraqlarını təmin etmək üçün xeyirli işlə məşğul olub, qazanır və qazandırırlar. Bacaranlara baş qurbandır deyərlər, bacarmayanlara isə... Bir məsələyə də toxunmaq istərdim. İstər müəlliflər, istərsə də, bu biznesə yeni qoşulanlar elə düşünməsinlər ki, 50%-lə istənilən kitab satılmadığı və ya onu alanın yalnız çox qazanc əldə etməyə ünvanlanıb. Yaxın Türkiyədəki vəziyyəti nəzərə çatdırım ki, nəşriyyatlar kitablarını dağıtım şirkətlərinə minimum 50-60% endirimlə verir. Dağıtım şirkətləri isə topdansatış mağazalarına 40-50% faizlə verir. Mağaza isə kiçik satış məntəqələrinə 30-40%-lə verir və son satıcı da 10-20% qazancla satır. Bizdə isə hələ də dağıtım şirkətləri anlayışını böyük mağazalar əvəz edir.
2014-01-20
6,852
Azərbaycan ordusu cəzalandırılacaq - Təhdid
"Azərbaycan ordusu etdiklərinə görə cəzalandırılacaq". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Ovanisyan çıxış edib. O, Ermənistan ordusunun hazırda sərhədlərdə nəzarətini artırdığını bildirib. "Hazırda Ermənistan ordusu sərhədlərə nəzarət edir. Amma Azərbaycan növbəti dəfə uğursuzluğa düçar oldu. Azərbaycan ordusu etdiklərinə görə cəzasız qalmayacaq". Qeyd edək ki, dünən erməni mətbuatı Azərbaycan ordusunun diversiya qrupunun qoşunların təmas xəttini keçərək təxribat törətməsi barədə xəbər yaymışdı. Azərbaycan Müdafiə Nazirliyi isə dərhal yayılan xəbərlərin doğru olmadığını bildirmişdi.
2014-01-20
6,853
20 Yanvar Türkiyədə anıldı
İzmir Azərbaycan Mədəniyyət Evi və Yardımlaşma Cəmiyəti 20 Yanvar şəhidlərini anma toplantısı kecirib. "Axar.az" xəbər verir ki, öncə Cəmiyətin yərləşdiyi binanın qarşısında insanlara şəhidlərimizin xatirəsinə ehsan paylanılıb. Sonra tədbir şəhidlərimizi bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Cəmiyətin katibi Cavid Əliyev 20 yanvarda baş verənlərdən və o günün Azərbaycan xalqı ücün cox əhəmiyəytli bir gün olmasından danışıb: "20 Yanvar Azərbaycan tarixinə şərəfli bir gün kimi yazıldı. O gün bizim ücün birlik və həmrəylik günü idi. Və xalqımız çoxlarına gözlədiyinin əksini göstərərək, "Bizi heç kim tutduğumuz yoldan döndərə bilməz" - dedi o gecə". Tarixci İsmət Alparslan isə o günlərdəki informasıya blokadasından söhbət açaraq, bütün çətinliklərə baxmayaraq, bu blokadanı yararaq Azərbaycandakı qardaşlarımıza qarşı edilən haqsızlığı min bir əziyyətlə Türk oxucusuna çatdırmağı bacardıqlarını xatırladıb. Təshil Nazirliyinin əməkdaşı Adnan Sansayın da o günlərə ekskursuya edərək xalqımızın çətin günlər yaşadığını, lakin dünya birliyinin hələ də bu hadisələrdən xəbərsiz olduğunu vurğulayıb: "Ermənilər olmayan hadisələri olmuş kimi dünya ictimaiyyətinə catdırır. Və hətta bəzi ölkələrə bu yalanlarını qəbul da etdirib. Biz isə çox yaxın tarixdə dünyanın gözü qarşısında baş verənləri niyə gündəmə gətirməyək? Hesab edirəm ki, bu cür hadisələri yad etməyimiz və yeni yetişən nəslimizə çatdırmaq borcumuzdur". Türkiyədə Yaşayan Azərbaycan Aydın Qadınlar Qrupunun üzvü Könül Qəribzadə isə 132 insanın şəhid olduğu, 700-dən artıq insanın yaralandığı o gecənin insanlarımızın Azadlıq ruhunu qırmağa hesablandığını, lakin hər şeyə rəğmən xalqımızın əzmlə mübarizə apardığını xatırladıb. 1918-ci ildə bir kərə qaldırılan, 1920-ci ildə endirilən üçrəngli bayrağımızın bir daha yüksəklərə qaldırıldığını vurğulayıb. TYAAQQ üzvü Nigar Börək də o gecə baş verənlərdən danışaraq bu olayın təkcə Azərbaycanlılara yox, bütün Sovetlər birliyinə mesaj vermək üçün rus KQB-sinin hazırladığını, sadəcə, Azərbaycan xalqını yaxşı tanımadıqlarının məhz o olaydan sonra bəlli olduğunu qeyd edib: "Rus rəhbərlər hesab edirdilər ki, bununla xalqımız susacaq və digər Sovetlər birliyinə daxil olan xalqlar da sakitcə əvvəlki həyatlarını yaşayacaqlar. O isə tam əksinə oldu. Xalqımız bu olaydan sonra bir olub, daha da əzmlə Azadlıq uğrunda mübarizə apardı". Tahirə Məsimzadə də o gecənin şahidi olaraq xatirələrini danışaraq Türk insanına məlumat verib. Və bir gecədə yüzlərlə şəhid verməyimizə rəğmən, insanlarımızn Bakı küçələrini şəhidlərin anısına qərənfillərlə süslədiyini xatırladıb.
2014-01-20
6,854
Uşağa 500 manatlıq telefon alırıq, 5 manatlıq kitab yox...
Uşaqlar üçün nağıllar və hekaylər yazan türkiyəli həmkarım Səmra Atasoyla dünyada uşaq ədəbiyyatının durumu haqqında söhbət etdikdən sonra belə qərara gəldim ki, əslində Azərbaycanda uşaq ədəbiyyatının problemləri bizim düşündüyümüzdən də çoxdur. Yazar həmkarımla söhbətdən belə bəlli oldu ki, onun yazdığı uşaq hekayələri ölkəsində yaxşı satılır. Məsələn, bir kitabın təqdimatında o təqribən 700-800 kitab imzalayır. Təbii ki, ilk anda düşünə bilərik ki, 70 milyonluq Turkiyə üçün o qədər də böyük rəqəm deyil. Amma unutmayaq ki, söhbət ancaq bir kitabın təqdimatı günündən gedir. Bu rəqəmi eşidəndə düşündüm ki, biz ya övladlarımızı yaxşı tərbiyə etmirik, ya ümumən oxuyan xalq deyilik?! Bütün dünyada uşaq ədəbiyyatı maraq doğurur. Xatırladım ki, "Harri Poter"i yazandan sonra onun müəllifi J.K.Rovlinq kitabın satışından elə bir məbləğ əldə etmişdi ki, hətta o zaman onun İngiltərə kraliçasından da varlı olduğunu yazırdılar. Bəs bizdə necə? Təbii ki, "məgər böyüklər, valideynlər oxuyurmu ki, uşaqları da oxusun?" sualı Çin səddi kimi dayanıb qarşımızda... Doğurdan da, özü kitab oxumayan valideyn övladına kitab oxumağı necə tövsiyə edə bilər? Daha nənələr belə, indi nəvəsinə nağıl danışmırsa, uşaq yazıq necə desin ki, "ay nənə, bir nağıl de!". Əslində, keçən əsrin əvvəllərindən yaranmış bu ənənə birdən-birə iflasa uğradı. Niyə indi uşaq ədəbiyyatının nümunələri yaranmır? Birincisi, indi uşaq ədəbiyyatına sifariş yoxdur. Valideyinlər uşaqların mənəvi deyil, daha çox maddi dünyasının təmin olunmasına diqqət etdiklərindən və özləri də uşaqların maddiyyatla daha çox maraqlanan biri olaraq yetişməsini istədiklərindən kitab almaqda maraqlı deyillər. "Zəmanə pul zəmanəsidir deyib" bütünlükdə övladlarını maddiyyatçı böyütməklə onun gələcəyini təminat altına aldıqlarını zənn edirlər. Amma kitab oxuya-oxuya da yaxşı tacir, yaxşı varidat sahibi olmaq olmazmı!? Bu sualı Azərbaycan şəraitində birmənalı cavablandırmaq mümkün deyil, çünki ölkədəki reallıq o qədər ziddiyyətlidir ki, nəyin pis, nəyin yaxşı olduğunu qəti söyləmək çətindir. İkincisi, rəqabət yoxdur. Məsələn, bir anlığa təsəvvür edək ki, sinifdə şagirdlərdən çoxu yay tətilində bədii ədəbiyyat oxuyub, bir neçə nəfərsə oxumayıb. Normalda nə baş verməlidir? Azlıqda qalan uşaqlar bu vəziyyətdən sıxılıb özlərini aşağılanmış hiss etməlidirlər. Amma nə yazıq ki, indi durum fərqlidir və oxumayanlara deyil, oxuyanlar lağ hədəfi ola bilər. Bu arada, müəllimləri də unutmaq olmaz, kiçik yaşlardan ibtidai sinif müəllimləri, yuxarıdasa ədəbiyyat müəlimlərinin şagirdlərdən yay tətilində nə oxuduqlarını soruşması vacib amildir. Bu, ən azı uşaqda bir məsuluyyət hissi yarada bilər. Təbii ki, müasir uşaqlar daha çox internet və şou aləminin, serialların təsir ilə böyüyür. Açığı deyim ki, valideyin də öz rahatlığını pozmamaq üçün onların kitab oxumaq kimi çətin əldə olunan vərdişə yiyələnməsinə çalışıb özlərini incitmək də istəmir. Çox faiz valideyin övladının ancaq gündəlik dərslərini oxumasını norma hesab edir, bundan kənarda onun bədii ədəbiyyat oxuyub-oxumadığı ilə maraqlanmır. Azərbaycanda bütün sahalərdə yaranmış boşluqlar təbii olaraq ədəbiyyatdan da yan keçməyib və indi uşaq ədəbiyyatı bu sahənin ən böyük problemidir desək, yanılmarıq. Bu problemin nə qədər olduğunu araşdırmaq üçün təbii ki, bu nümunələri dərc edib satışı ilə məşğul olan insanların da fikrini almaq vacibdir. "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu və "Əli və Nino" dükanlar şəbəkəsinin sahibi Nigar Köçərli ilə əlaqə saxladıq. Nigar xanım bildirdi ki, son vaxtlar bir az irəliləyiş hiss olunsa da, sevinməyə səbəb azdir: "Yaxsi usaq kitablarini cap edirik, amma satişları cox zəifdir. Hətta tez-tez belə bir mənzərənin sahidi oluram, usaq kitab istəsə də, valideyin kitab evəzinə oyuncaq alır. Təbii oyuncaq da yaxsı şeydir, amma kitabi hec nə əvəz etmir. Məncə, valideynlər uşaq kitablarına münsaibətlərini dəyisməlidirlər. Uşağa hər axsam mutləq nagıl oxumaq lazımdır ki, onda mütaliə vərdişi yaransın". Şahbaz Xuduoğlu da əslinə Nigar xanımdan fərqli fikirlər söyləmədi. Şahbaz bəy qeyd etdi ki, uşaq ədəbiyyatına tələbat var, amma: "Ümumilikdə uşaqlarımıza kitab almaq vərdişlərimiz çox aşağıdır. Eyni vəziyyətdə olan bir rusla, bir azərbaycanlının uşaq kitablarına münasibəti tam fərqlidir. Biz uşaqlara daha yaxşı geyim almağı kitab almaqdan üstün tuturuq. Yəni 10 yaşlı bir uşağa 500 manatlıq telefon ala bilir, amma 5 manatlıq kitab almırıq. Məsələn, bir avropalı bunu etməz, hətta bir rus da etməz. Amma azərbaycanlı edər. Bir də uşaq kitabları çeşidinə görə də azdır. Gərək daha çox kitablar olsun. O cümlədən, uşaq üçün yazan yazarlarımız da indi demək olar ki, yoxdur. Hər kəs böyüklər üçün yazmaqla sanki böyük yazıçı olacaq kimi düşünür. Qısa olaraq belə ifadə etsək, deyə bilərik ki, həm kifayət qədər kitab yoxdur, həm də yazar… Uşaq kitabları yalnış tərcümələr əsasında nəşr olunur".
2014-01-20
6,855
İsveçrə Ukraynanı sərt tənqid etdi
"16 yanvar tarixində Ukrayna Radasında qəbul olunmuş qanunlar paketi heç bir məntiqə əsaslamır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə İsveçrənin Xarici İşlər naziri Karl Bildt çıxış edib. O, Radanın bu addımına tezliklə Avropa İttifaqından cavab gələcəyini bildirib. "Son 10 il ərzində Avropada heç kim qanunları bu şəkildə qəbul etməmişdi. Belə gedişatla Ukraynaya qarşı sanksiyaların tədbiqi tezləşdiriləcək". Qeyd edək ki, 16 yanvar tarixində Rada da qəbul olunmuş bütün qanunlar deputatların əlini qaldırması ilə baş tutmuşdu. Səsvermə elan ediləndən bir neçə saniyə sonra isə bütün qanunların ancaq 235 səs çoxluğu ilə qəbul edildiyi bəyan edilmişdi.
2014-01-20
6,856
Meyxana ustası Mübariz İbrahimov haqda film çəkəcək
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında film çəkiləcək. Filmin ssenari müəllifi gənc yazar Nicat Əjdərdir. "Axar.az"a "Azərbaycanın Rusiyadakı diasporları ilə də əlaqə saxlayıb əməkdaşlıq etmək istədiyimizi demişik, onlar da bizə yardım edəcəklərinə söz veriblər",- deyən Nicat Əjdər əsəri "Era production"un ekranlaşdıracağını bildirib: "Ruslan bəylə biz layihə rəhbəriyik. Mən də ssenari rəhbəriyəm. Ssenari kitab şəklində çıxıb bizdə. Filmi çəkməkdə məqsədimiz Azərbaycan gəncləri və gələcək nəsillər üçün örnək olaraq milli ruhda çəkmək istəyirik bu filmi, yəni milli ideologiyamızın bizdən tələb etdiyi kimi. Azərbaycanın bütövlüyünü qorumaq, Azərbaycanı sevmək, Azərbaycanın bayrağına məhəbbətlə yanaşmaq üçün böyük əhəmiyyət kəsb edən epizodlar var o ssenaridə. O təkcə Mübarizin öz yaşadığı həyat tərzi deyil, o filmlə həm də biz dünya standartlarına uyğun film çəkib milli qəhrəmanımızı dünyaya tanıtdırmaq istəyirik. Həm də ki, Azərbaycan gəncləri üçün örnək olaraq yeni dəyərli bir məhsul əldə etmək istəyirik. Bu barədə tam şəkildə hələ heç bir kinematoqraflarla, rejissorlarla, operatorlarla danışılmayıb. Fikrimizdə var ki, büdcəmizin uyğunluğuna baxaraq, əlverişli variant olsa, xaricdən 2-3 nəfər dəvət edə ki, işimiz tam yaxşı olsun. Onlardan xahiş eləyərdim ki... Bu iş təkcə bizim işimiz deyil. Bu ümumi xalqın işidi, çünki biz Azərbaycanın igid bir oğlu haqqında, şəhid bir oğlu haqqında film çəkirik. Bu işdə hər sahədə bizə kim zərrə qədər də yardım göstərirsə, demək, bizlə əməkdaşlıq eləyir, bir vətənpərvər kimi borcunu yerinə yetirir. Azərbaycanda hal-hazırda belə filmlərə çoxlu şirkətlər, insanlar, xeyriyyəçilər yardım göstərirlər. Və mən onlardan xahiş eləyərdim ki, bizlərlə əməkdaşlıq eləmək istəsələr, biz onları gözləyirik. İnanırıq ki, onlar belə bir işdə, gözəl filmin ərsəyə gəlməsində bizə dəstək olacaqlar. Dünya standartlarına uyğun film çəkmək istəyirik Bədii film olacaq. Biz şəhidin ailəsindən, atasından müsahibə götürmüşük, kitabın Atatürk mərkəzində təqdimatı keçirilib, orda Azərbaycanın tanınmış ziyalıları iştirak etmişdi. Biz son model kameralardan istifadə etməklə, tam dünya standartlarına uyğun olan film çəkmək istəyirik. Buna görə də kifayət qədər çox maliyyə lazımdır. Səhnədən xəbəri olmayan insanlar da ola bilər Bütün rollarda Azərbaycan aktyorları olacaq, çünki xarici aktyor gəlib bizim olduğumuz kimi o rolu oynaya bilməz. Ola bilər, tanınmış aktyorlar olsun, heç səhnədən xəbəri olmayan insanlar da ola bilər. O bizim rejissorumuzun və yaxud da kastinq aparan insanlarımızın fikirlərindən sonra dəqiqləşəcək. Onları hələ dəqiqləşdirməmişik. Azərbaycanda gəncləri üçün o filmlərin heç bir əhəmiyyəti yoxdur Qeyd eləmək istəyirəm ki, prezidentimiz İlham Əliyev böyük məbləğdə kino-seriallar üçün pul ayırıb. Yəni, sizli-bizli hamımız telekanallara baxırıq. Səhərdən-axşama qədər məhəbbət mövzularında, romantik mövzularda gedən filmlərdir. Azərbaycanın gələcəyi üçün, Azərbaycanda böyüyən gənclər üçün o filmlərin heç bir əhəmiyyəti yoxdur. O filmlərə, seriallara baxan azərbaycanlı gənc hansı milli ruhda böyüyə bilər ki, sabah əlinə silah alıb Azərbaycanın keşiyində dayansın, torpaqlarımızı qorusun. Qarşımıza məqsəd qoymuşuq ki... Odur ki, biz qarşımıza məqsəd qoymuşuq ki, bu tipli filmləri çəkməyi ardıcıl olaraq - yəni təkcə Mübarizin filmini çəkib dayanmaqla yox – davam etdirək. Müasir dövr qəhrəmanlarımızın həyatını filmləşdirmək lazımdır. Qoy, bizim gənclərimiz şəhid qəhrəmanlarımızı tanısınlar, o ruhda böyüsünlər. Torpağa necə bağlı olmağı, vətəni, torpağı sevməyi onlardan öyrənsinlər. Və sabah vətənin keşiyində durmağa hazır olsunlar. Azərbaycanın mentalitetinə uyğun olan bir ssenari yazılıb Kitabda Mübariz İbrahimovun 5 yaşından şəhid olan gününə qədər olan tarix ssenariləşdirilib. Biz İbrahimovun valideynləri ilə, yaxınları ilə görüşmüşük, onlardan çoxlu informasiyalar almışıq. Yəni, Mübarizin yaşadığı həyat tərzini, hansı yolda gedibsə onları, bir də kinossenari alınması üçün öz fantaziyalarımızı, ideyalarımızı əlavə eləmişik. Azərbaycanın mentalitetinə uyğun olan bir ssenari yazılıb. Məsəlçün, filmin əvvəlində 1993-cü ilin may ayından da bir neçə ay əvvələ qədər yazılıb o ssenari. Mən bu ssenarini özümə borc bilib yazmışım Bu bizim birinci işimizdir. Mən meyxana ustasıyam. Mənə sual verirlər ki, bunu gündəmə gəlmək üçün edirsiniz. Deyirəm, xeyir, mən bu ssenarini tək Nicat Mənalı olaraq yox, bir Azərbaycan vətəndaşı kimi özümə borc bilib yazmışım. Əgər gündəmə gəlmək lazım olsaydı, mənim öz sənətim mənim üçün daha əlverişlidir gündəmə gəlmək üçün. Bu yolda bizə hər hansı köməklik, əməkdaşlıq eləyəcək hər kəsə öz təşəkkürümüzü bildiririk. Bu işdə bizimlə ilk əməkdaşlıq etməyə başlayan "Visiontv.az", Elvin bəydir. Bununla bağlı bir çox insanlarla görüşmüşük. Çoxları bu işə mənfəət mənbəyi kimi baxır, amma biz Elvin bəydə o təşəbbüsü gördük ki, o bir Azərbaycan vətandaşı kimi bu işin ərsəyə gəlməyinə səy göstərir. Biz bu filmi "Era production" olaraq Ruslan İsmayılov, Nicat Əjdər oğlu və "Vision TV"dən Elvin bəylə birlikdə ərsəyə gətirmək fikrindəyik.
2014-01-20
6,857
20 Yanvar - Fotoreportaj
Qanlı 20 Yanvar hadisələrindən 24 il ötür. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu faciә respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. "Axar.az" Şəhidlər Xiyabanından çəkilən fotoları təqdim edir:
2014-01-20
6,858
Əyalətə qəbiristanlıqdan soxulan
Bizə ya boş araq şüşəsi verin, ya da dolu palçıq vedrəsi Bir çox adamlar, xüsusilə 1990-cı il 20 yanvar qırğınından sonra dünyaya gələnlər elə bilirlər ki, bu faciə yalnız paytaxtda baş verib, çünki hər il faciənin ildönümü qeyd olunanda qəzetlərdə, telekanallarda yalnız Bakıda tökülən qanlardan, Rus tanklarının tırtılları altında əzilən insanlardan, tarakan kimi tapdanılıb yerə yapışmış avtomobillərdən danışılır. Sözsüz ki, paytaxtda faciənin miqyası böyük idi, amma bu qırğının caynaqları elə həmin gecənin səhəri bəzi əyalətlərə də uzandı və eyni qətliam ssenarisi bu əyalətlərdə də həyata keçirildi. Gəlin lap uzaqdan başlayaq. Tarix 1989-cu il. Rus əsgərlər əlləri tətikdə lal-dinməz dayanıb bu "gözlənilməz qonaqların" hərəkətlərinə baxırlar Biz, on bir yaşlı orta məktəb şagirdləri dərsdən çıxıb evlərimizə yollanırdıq. Oxuduğumuz orta məktəb üç-dörd kəndin uşaqları üçün nəzərdə tutulduğundan – elə indi də belədir – hər gün piyada 2-3 km yol gedib-gəlməliydik. Yolda birdən qarşımıza "Kuzovu" əllərində kəlbətin, balta, çəkic, lom tutmuş adamlarla dolu tozanaqlaya-tozanaqlaya şütüyən yük maşınları çıxdı. Hərdən bizi qabağına çıxanda məktəbdən evə, evdən məktəbə aparan sürücü əyləci basıb qışqırdı ki, dırmaşın yuxarı. Dərhal çəyirtkə kimi yuxarıdakı əlialətli kişilərin yanına hoppandıq. Yəhudiləri ət-ətə yapışdırıb yandırmağa aparan Hitlerin yük qatarlarını xatırladan bu maşınlar da dalbadala düzülüb ayrı bir istiqamətə irəliləyirdilər. Nəhayət, gəlib çatdıq Azərbaycanla İranın, yəni cənubi Azərbaycanın sərhədinə. O vaxt sərhədi Rus əsgərləri qoruyurdu. Adamlar bağıra-bağıra yerə tökülüb tikanlı məftilləri doğramağa, sərhəd dirəklərini aşırmağa başladılar. Əsgərlər isə əlləri tətikdə lal-dinməz dayanıb bu "gözlənilməz qonaqların" hərəkətlərinə baxırdılar. Məftillər, dirəklər dağıdıldı və adamlar iki ölkənin arasından axan çayın sahilinə axışdı. Səs-küyə o biri taydakı üstü samanla örtülmüş evlərdən arıq-arıq adamlar da çıxıb bizə tərəf yüyürdülər. Çay dayaz olduğundan elə suyun içindəcə qucaqlaşıb "qardaş-qardaş" deyərək ağlaşırdılar, ancaq buna ağlaşma demək olmazdı. Bu, sanki, gülüşmə ilə ağlaşmanın qarışığından yaranmış naməlum bir duyğunun səsi idi. Hətta elə çayın ortasındaca onlar bir-birilərini evlərinə qonaq dəvət edirdilər. Gecənin bir aləmi yenidən cənublu qonaqlarla birgə maşınlara doluşub geri qayıtdıq. Bizim evə düşən cənublu qonaqlarda ilk müşahidələrim bunlar oldu; çox kasıb və pinti idilər, ayaqqabıları yırtıq idi, baxmayaraq ki, hərəsinə bir kasa bozbaş verilmişdi, amma onlar bir kasadan əlləri ilə yeyirdilər və hamısının hiyləgər baxışlı xırda gözləri vardı. Çox sonralar biləcəkdim ki, onların yaşadıqları ölkədə siyasi sistem elə qurulub ki, adamlar canlarını qorumaqdan ötrü, hətta Tanrının özünə belə kələk gəlməyə razıdırlar və gəlirdilər də. Bir otaqda araq içib ağızlarını yaxalayır, keçib o biri otaq da namaz qılırdılar. Səhəri gün "Xəbərlər"də dedilər ki, yerli cəbhəçilər Cəlilabad rayonu ərazisində İranla sərhədi söküblər. Tarix 1990-cı il yanvar ayı İran-İraq müharibəsindən sınıq-salxaq çıxmış cənublu qardaşlarımız yerli cəbhəçiləri inandırmışdılar ki, rus tankları bizlikdir Söz-söhbət gəzir ki, Azərbaycandakı siyasi anarxiyanın qarşısını almaq üçün Moskva Azərbaycana qoşun yeridəcək və əmrə tabe olmayanlar yerindəcə güllələnəcək. O vaxt Cəlilabadın indi Göytəpə adlanan qəsəbəsində rusların hərbi bazası var idi. Xalq Cəbhəsinin ən güclü dayaqlarından biri də elə SSRİ-İran sərhədini dağıdan yerli cəbhəçilər idilər. İran-İraq müharibəsindən sınıq-salxaq çıxmış cənublu qardaşlarımız yerli cəbhəçiləri inandırmışdılar ki, rus tankları bizlikdir. Siz, sadəcə, bizə ya araq şüşələri, pambıq və nöyüt gətirin, ya da bir-iki ton palçıq. Arqumentləri də bu idi ki, Səddamın tanklarını bu cür şüşələrlə və palçıq dolu vedrələrlə zəlil ediblər İran-İraq müharibəsində. Araqları içib şüşələrə nöyüt doldurdular, ağızlarını da aptek pambığı ilə bərk-bərk tıxadılar, xeyli palçıq yoğurdular. Hamı inandı ki, Cəlilabad rus qoşunu ilə döyüşə tam hazırdır. Nəhayət, yanvar ayının ortasında Göytəpə bazasındakı rus tankları bazanın qarşısında durna qatarı kimi düzüldü. Cənublu qardaşlarımız bu tankları görüb: "Baba, bu tənkitlər – onlar tankı belə adlandırırlar – o tənkitlərdən deyil" deyib dabanlarına tüpürdülər, necə deyərlər asta qaçan namərdir. Ağılları Səddamın müharibə oyuncağı kimi əsgi-üsküdən istehsal etdirdiyi karton tanklara gedibmiş, sən demə. Tarix 1990-cı il 21 yanvar Onlar indi bizdən daha azaddırlar Sübhçağı. Cəlilabad şəhərinin üstünü elə bir qatı duman bürüyüb ki, hətta Tanrı da istəsə, aşağıda nələrin baş verdiyini görə bilməz. Budur, ilk helekopterin səsi eşidildi, ancaq duman onun hansı istiqamətə uçduğunu görməyə imkan vermir. Vahimə içində olan əliyalın millət təqribən hiss edir ki, o, qəbiristanlıq tərəfə uçur. Az sonra onun qorxuc səsi eşidilməz olur. Günortaya yaxın gün qızır, duman əriyir və xəbər gəlir ki, helekopter rus əsgərlərini qəbiristanlığa gətirib, onlar da qəbirlərin arasında təknəfərlik səngərlər qazıb hücum əmri gözləyirlər. Bu da hücum; birbaş yerli cəbhəçilərin yığışdığı binaya doğru. Çünki əsgərlərə qabaqcadan xəbərdarlıq olunub ki, Cəlilabaddakı "seperatçı" qüvvələr silahlanıblar. Bina beş-altı istiqamətdən gülləbaran olunur, ölənlər öldürülür, yaralılar və sağ qalanlar həbs edilir. İndi rayonun mərkəzindəki "Şəhidlər Xiyabanı"nda neçə-neçə "20 yanvar" şəhidi uyuyur. Bizim azadlığımız uğurunda canlarından keçsələr də, əminəm ki, onlar indi bizdən daha çox azaddırlar. "1937.az"
2014-01-20
6,859
Novosibirskidə müsəlmanlara məscid tikmək qadağan edildi
Müsəlmanların Novosibirskidə məscid tikməsinə qadağa qoyulub. "Axar.az" xəbər verir ki, bu informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat müsəlmanların şəhərdə tikmək istədikləri beşinci məscidlə bağlı işlərinə son vermək tapşırığının gəldiyi bildirilib. Bununla bağlı millətçilərin və şəhər əhalisinin müəyyən bir hissəsinin merə etirazından sonra bu addımın atıldığı qeyd edilib. Qeyd edək ki, bir müddət öncə hüquq müdafiəçiləri də eyni təşəbbüslə çıxış etmiş və bunun ayrı-seçkiliyə gətirib çıxaracağını bildirmişdilər.
2014-01-20
6,860
ANS daha 7 saytı məhkəməyə verdi
ANS Müstəqil Yayım və Media Şirkəti bu gün daha 7 saytı məhkəməyə verib. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Anpress ANS MYMŞ-nın Hüquq Departamentinə istinadən yayıb. Məhkəməyə veriləcək portalların siyahısına aşağıdakılar da əlavə edilib: dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az. Şirkət bu saytları da ANS haqqında qərəzli məlumatlar yaymaqda günahlandırıb. Qeyd edək ki, bir müddət öncə ANS aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az saytlarını məhkəməyə vermişdi. Məhkəməyə verilən saytların baş redaktorları və media ekspertləri ANS-in bu iddiasını əsassız saymışdılar.
2014-01-20
6,861
İran Suriya konfransına dəvət olunub
BMT İranı Suriya böhranının həlli məqsədilə İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransa dəvət edib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibi Pan Gi Mun açıqlama verib. BMT baş katibi bir daha bəyan edib ki, İran Suriya böhranının həllində mühüm rol oynaya biləcək bir ölkədir. Bu məlumatı İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan da təsdiqləyib. O, bu gün jurnalistlərə açıqlamasında İranın Suriya konfransına dəvət məktubunu aldığını söyləsə də, ölkəsinin həmin tədbirdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirməyib.
2014-01-20
6,862
Bakıda yarımçıq tikili yandı
Bakıda yarımçıq tikilidə yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 25 kv.m olan taxta konstruksiyalardan ibarət tikli yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 16:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-20
6,863
35 min manat saxta pul aşkarlandı
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Hacıqabulun Pirsaat kəndində əməliyyat tədbiri həyata keçirib. Əməliyyat zamanı saxta pul hazırlayan şəxs saxlanılıb. Tutulan Raqif Əlibaxış oğlu Şirəliyevə məxsus "KİA" markalı avtomobilə baxış zamanı 35 min manat saxta pul və rəngli çap printeri aşkarlanıb. Hazırda tutulan şəxsin əlaqələri araşdırılır və kimlərlə işbirliyində olması müəyyənləşdirilir. İlkin hesablamalara görə, mühafizə polisində çalışan R.Şirəliyevin 137 min manat saxta pul kəsməsi ehtimal edilir. Faktla bağlı araşdırma davam etdirilir ("Müsavat").
2014-01-20
6,864
"Qarabağ münaqişəsinin həlli ilə bağlı yol xəritəsi hazırlanmalıdır"
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi çərçivəsində dəstək verdiyi "Avrasiya Sivil Toplum Əməkdaşlıq Dərnəyi" və "Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyi"nin birgə təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində "Qarabağ problemi: Haradan haraya" adlı konfrans keçirilir. Toplantıda Qarabağ, 20 Yanvar və Qafqaz İslam Ordusu şəhidlərinin ruhu sayğı duruşu ilə yad edilib. Konfransda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev təmsil etdiyi qurumun Azərbaycanın milli maraqlarının dünyada tanıdılmasında vətəndaş cəmiyyəti ilə əməkdaşlığının prioritet təşkil etdiyini bildirib. A.Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından artıq 25 ildən çox zaman ötməsinə və bu mövzuda müxtəlif dillərdə minlərlə kitab və məqalənin nəşr olunmasına, internet resurslarının yaradılmasına baxmayaraq, hələ də bu problemin mənşəyinə dair obyektiv informasiyaların dünyada yayılmasına ehtiyac duyulduğunu qeyd edib. Şura sədri Ermənistanın hər nə qədər dünyada bu münaqişədə tərəf olmadığı, Qarabağ probleminin Azərbaycanın öz erməni vətəndaşları ilə bağlı olması haqqında saxta rəy yaratmaq istəyinə rəğmən, ortada inkar olunmaz siyasi sənədlərin olduğunu söyləyib. A.Quliyev 1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı qərarının rəsmi İrəvanın Azərbaycan torpaqlarına qarşı yeritdiyi işğalçılıq siyasətində önəmli bir yer tutduğunu bildirib. O, hazırda Qarabağ münaqişəsinin üç mümkün həlli variantı - sülh və danışıqlar, beynəlxalq təzyiq və sanksiya və hərbi yol olduğunu vurğulayıb. A.Quliyev Ermənistanın işğalçılıq siyasətini ifşa etmək və torpaqlarımızın azad edilməsi ilə bağlı yol xəritəsi hazırlamaq, Xocalı soyqırımını dünya ölkələrinin parlamentlərində tanıtmaq, qondarma erməni soyqırımına dair həqiqətləri yaymaq və ermənilərin 2015-ci il planının qarşısını almaq üçün Türkiyə və Azərbaycanın vahid fəaliyyət planının olmasının vacibliyini bildirib. Konfransda Türkiyənin Azərbaycan Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar, Girəsun Universtetinin rektoru Aygün Attar, millət vəkili Rəşad Doğru, Azərbaycanın Türkiyədəki fövqaladə və səlahiyyətli səfiri Faiq Bağırov, "Avrasiya Sivil Toplum Əməkdaşlıq Dərnəyi"nin sədri, millət vəkili İsmail Safi, Türkiyənin Avropa İttifaqı ilə əlaqələr üzrə nazirinin müavini Əlaəddin Böyükqaya və digərləri çıxış edərək iki qardaş dövlətin bütün sahələrdə imkanlarını birləşdirərək Qarabağın işğaldan azad edilməsi ilə bağlı vahid siyasət həyata keçirməli olduğunu vurğulayıblar. (Trend)
2014-01-20
6,865
ABŞ kəşfiyyatı sutkada 200 milyon mesaj araşdırır
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi sutkada 200 milyon mesajı araşdırır. Yazıda informasiyanın ABŞ Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə istinadən verdildiyi bildirilir. Snouden agentliyin demək olar, bütün mesajları araşdırdığını qeyd edir. Maraqlıdır ki, bu zaman xüsusi nəzarətə alınmış şəxslərlə digər vətəndaşlar arasında fərq qoyulmur. Xatırladaq ki, Amerika xəfiyyəsinin bu ölkəyə dost-müttəfiq olan dövlətlərin liderlərini də dinlədiyi üzə çıxmış, böyük qalmaqala səbəb olmuşdu. ("Musavat.com")
2014-01-20
6,866
Prezidentin yeni avtomobili - Foto
Rusiyada "Kortej" layihəsi çərçivəsində ölkənin birinci şəxsi üçün hazırlanan avtomobilin ilk görüntüləri yayılıb. Şəkillər koribut adlı istifadəçinin "İnstagram" səhifəsində yerləşdirilib. Fotolarda Marussia L2 ilə yanaşı Marussia F2-nin görüntüləri də yer alıb. Lakin hələlik yayılan fotoların layihə çərçivəsində hazırlanan maketlər olduğuna dair rəsmi açıqlama verilməyib. Qeyd edək ki, bundan əvvəl bəzi Rusiya rəsmiləri birinci şəxs üçün nəzərdə tutulan avtomobilin nümunələrinin 2014-cü ilin əvvəlində təqdim ediləcəyini bildirmişdi. Həmçinin bu maşınları sıravi vətəndaşların da ala biləcəyi vurğulanmışdı. ("AzNews.az")
2014-01-20
6,867
Türkiyə ilə Suriya sərhədində partlayış - Video
Türkiyə ilə Suriya sərhədinə yerləşən Babel gömrük məntəqəsində iki avtomobil partladılıb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb və 50-yə yaxın insan yaralanıb. Bomba yüklü iki avtomobilin partladılmasının hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib. Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb. Qeyd edək ki, ötən ildə gömrük məntəqəsində partlayış olmuşdu. Hadisə nəticəsində çox sayda ölən və yaralananlar olmuşdu.
2014-01-20
6,868
Kiyevdə 24 jurnalist xəsarət alıb
Son iki gün ərzində Kiyevin Avropa meydanında və Qruşevski küçəsində hüquq mühafizə orqanları ilə müxalifət arasında baş verən qarşıdurmada 24 jurnalist xəsarət alıb. Bu informasiyanı Ukraynanın "Telekritik" saytı yayıb. Xəsarət alan jurnalistlər arasında Rusiya kütləvi informasiya vasitələrində çalışanlar da olub. Hələlik bu siyahıda Rusiyadan "Novaya qazeta"nın fotomüxbiri Yevgeni Feldmanın və Moskvanın "Bizim rayon" qəzetinin keçmiş baş redaktoru Dmitri Surninin adları dəqiqləşdirilib. Xatırladaq ki, Kiyevdəki qarşıdurma yanvarın 19-da başlayıb. (ANS)
2014-01-20
6,869
Türk jurnalist 1990-da Bakıya hansı yolla vә nә üçün gәlib?
"Bakıdan deportasiya ediləndə çəkdiyim şəkilləri növbəti gün qəzetdə verdik". Bu sözləri 1990-cı ilin 20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı APA-ya verdiyi açıqlamada tanınmış Türkiyə jurnalisti Murat Arvas deyib. 1980-ci illərin sonlarında "Türkiyə" qəzetinin Moskvadakı təmsilçisi olan Murat Arvas 20 yanvar 1990-cı ildə sovet tanklarının Bakını işğal etməsindən sonra "Türkiyə" qəzetinin əməkdaşı kimi Bakıya gedib xəbər və fotolar göndərmək təlimatı aldığını deyib. Moskvadakı azərbaycanlılarla əlaqə yaradaraq Bakıya getmək üçün planlar hazırlayan Murat Arvas 1990-cı il fevralın ortalarında baş tutmuş səfəri barədə bunları bildirib: "Azərbaycan Xalq Cəbhəsinin Moskvadakı adamları Bakıya getməyim üçün mənə sovet pasportu düzəltdilər. Dedilər ki, paltarını da dəyişdir, səni sovet adamına oxşadan paltarlar geyin. Təyyarə ilə Bakıya gedib "Azərbaycan" otelinə yerləşdim. Gecə yarısı Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları qapımı döyüb məni sorğu-suala çəkdilər, sonra o vaxtkı "Moskva" otelinin yaxınlığında yerləşən DTK binasına apardılar. Orada Bakıya hansı məqsədlə gəldiyimi, xəbər və fotolar hazırlayıb-hazırlamadağımı soruşdular. Səhər tezdən məni DTK binasından çıxarıb aerporta tərəf aparırdılar, saat 11-də Moskvaya uçan təyyarəyə mindirib Azərbaycandan deportasiya edəcəkdilər. Maşın Azadlıq meydanının qabağından keçəndə məni aparanlardan xahiş etdim ki, xatirə üçün oradakı rus tanklarının şəkillərini çəkmək istəyirəm. İcazə verdilər, tankların üstünə çıxıb şəkillər çəkdim, mənim də şəkillərimi çəkdilər. Bu, mənə hava və su kimi lazım idi. Daha sonra saat 11-dəki təyyarə ilə məni Azərbaycandan Moskvaya deportasiya etdilər. Moskvadan "Rus tankları Bakıda" adlı xəbər yazdım, fotoları da əlavə edib İstanbula- "Türkiyə" qəzetinə göndərdim, növbəti gün xəbər və fotolar qəzetdə çıxdı. Bu, Türkiyə mətbuatında rus ordusunun Bakını işğal etməsini göstərən ilk fotosessiya oldu". Daha sonra akkreditasiya yerini Azərbaycana dəyişdirən Murat Arvas 1990-96-cı illər arasında "İhlas" Xəbər Agentliyi və "Türkiyə" qəzetinin Azərbaycandakı təmsilçisi olub. Arvas, Qarabağ müharibəsinin Türk və dünya mətbuatında işıqlandırılması üçün mühüm işlər görüb.
2014-01-20
6,870
Azərbaycanlı haker erməni saytında 20 Yanvar yazdı - Foto
Azərbaycanlı hakerlər erməni saytlarına hücum edib. Yanvarın 19-dan 20-nə keçən gecə azərbaycanlı haker ermənilərin nüfuzlu "shamshyan.com" saytını sındırıb. Haker sındırdığı saytın üz qabığına 20 Yanvar faciəsi ilə bağlı şəkil və öz imzasını paylaşıb. Qeyd edək ki, bu, azərbaycanlı hakerlərin ilk işi deyil. Onlar bu ərəfədə bir neçə erməni saytını da sındırmağa nail olublar. ("AzNews.az")
2014-01-20
6,871
Ermənilər Türkiyəyə geri qayıdışla bağlı petisiya qəbul ediblər
Qərbi ermənilərin Milli Forumu türkiyəli erməni jurnalist Hrant Dinkin ölümünün ildönümü ilə bağlı keçirdiyi forumda 11 bənddən ibarət petisiya qəbul edib. Petisiyada Türkiyə hökumətindən vaxtilə ölkə ərazisində yaşamış erməni ailələlərinin törəmələrinə vətəndaşlıq və pasport tələb edilir. Həmçinin, petisiyada əslən Türkiyədən olan ermənilərin ölkəyə qayıdışının və repatriasiyasının təşkili ilə bağlı tələb qoyulub. O vaxt ermənilərin dövlət sərəncamına keçmiş əmlakının geri qaytarılması məsələsi də petisiyada yer alıb. (ANS)
2014-01-20
6,872
Qanuni oğruların "toplantısında” kütləvi həbslər
Moskvanın hüquq mühafizə orqanlarının əməkdaşları qanuni oğruların "toplantısında" 50 nəfəri saxlayıb. Bu informasiyanı Rusiya Federasiyasının Daxili Işlər Nazirliyinin Cinayət axtarışı idarəsinin mətbuat xidməti yayıb. Qanuni oğruların Moskva şəhərinin şimal-qərb bölgəsində yerləşən restoranların birində baş tutacaq "görüşləri" barədə nazirlikdə dəqiq məlumat olub. "Toplantıda" 42 yaşlı, "Kostya şram" ləqəbli qanuni oğru Konstantin Vasilyev və Vladimir vilayətinin kriminal aləminin nümayəndələri də iştirak edib. Hazırda tutulanların dindirilməsi prosesi gedir və onların hansısa cinayət işlərində əllərinin olub-olmaması araşdırılır. (ANS)
2014-01-20
6,873
Əl-Qaidənin ən böyük hədəfi bəlli oldu - Şok
"Əl-Qaidənin ən böyük hədəfi Ağ Evin partladılmasıdır". "Axar.az" xəbər verir ki, bu barədə ingilis qəzeti "Daily Telegraph" məlumat verir. Əl-Qaidə yüzlərlə avropalı cihadçıları Suriyada yetişdirir. Ölkələrinə dönən cihadçılar burada terror hücumlarının təşkilini həyata keçirməkdə mühüm rol oynayırlar. Əsasən Əl-Qaidə avropalı gənclərə bombaların hazırlanmasını, yerləşdirilməsini öyrədir. "Daily Telegraph" qəzeti cihadçıların ən çox göndərildiyi ölkə İngiltərənin olduğunu yazır. Böyük Britaniya kəşfiyyatı avropalı cihadçıların geri qaytarılması yollarını araşdırır. Qəzetin cihadçılardan bəzilərindən aldığı müsahibələrdə ABŞ-da, Avropada və dünyanın digər yerlərində törədilən terror aktlarından qürur hissi keçirdiyləri bildirilir. Əl-Qaidənin ən böyük hədəfinin isə Ağ Evin partladılması olduğu deyilir. Qəzetdə Suriyaya 500 ingilisin getdiyini və orada beyinlərinin yuyulduğu qeyd edilir.
2014-01-20
6,874
Bakıda yaşayış binasında yanğın olub
Bakıda yaşayış binasında yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 48 kv.m olan 3 otaqlı mənzilin 1 otağı 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-20
6,875
İrana qarşı sanksiyalar dayandırılır
Avropa İttifaqı (Aİ) İrana qarşı tətbiq olan bir sıra sanksiyaları dayandırır. Bu bəyanatla bu gün Brüsseldə Aİ-nin 28 ölkəsinin xarici işlər nazirləri çıxış ediblər. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton jurnalistlərə deyib: "Bu sanksiyaların dayandırılması bu gün qüvvəyə minəcək". Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi K.Eştona məlumat vermişdi ki, İran uranın 20 faizədək zənginləşdirilməsi proqramını dayandırır. (Trend)
2014-01-20
6,876
Rusiya Ermənistanın qarşısındakı maneələri götürür
Avrasiya İqtisadi Komissiyasının sədri Viktor Xristenko bildirib ki, Ermənistan vahid Gömrük İttifaqına üzvlüklə bağlı sənədi 2014-cü ildə imzalaya bilər. Bunun üçün yetərincə əsaslar var. "Axar.az"ın məlumatına görə, Xristonko qısa müddət ərzində qanunvericilik sahəsində erməni həmkarları ilə ciddi irəliləyişə nail olduqlarını qeyd edib. Dekabrın sonunda üzvlüklə bağlı 300 bənddən ibarət "Yol xəritəsi" təsdiqlənib. Ermənistanın Gömrük İttifaqına üzv ölkələrlə sərhədinin olmaması ilə bağlı səslənən suallara cavabında Xristenko bunun heç bir problem yaratmayacağını bildirərək, fikrini əsaslandırıb: "Məsələn, Yunanıstan Avropa İttifaqına üzv olanda onun qurumla birbaşa sərhədi yox idi, yaxud Kaliniqrad vilayəti ilə bağlı nümunə gətirmək olar. Onda Kalininqrad Rusiyanın ərazisi deyil?" Xatırladaq ki, V.Xristenko bir müddət öncə Rusiyanın Sənaye və Ticarət naziri vəzifəsini tutub və hazırda Putinin Gömrük İttifaqında maraqlarını ən ciddi müdafiə edən şəxs olaraq tanınır.
2014-01-20
6,878
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bəyanat yaydı
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası qanlı 20 Yanvarla bağlı bəyanat yayıb. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sədri Xəlil Akıncının yaydığı bəyanatda deyilir: "20 Yanvar faciəsi tarixdə Azərbaycan xalqının mübarizə əzmini və gücünü təmsil edir. Bu ağır gecədə 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər itkin düşüb. Lakin sovet ordusunun törətdiyi bu mənfur qətliam Azərbaycan xalqının müstəqilliyinə qovuşmaq iradəsini qıra bilməyıb, əksinə insanların həmrəyliyinin daha da möhkəmlənməsinə gətirib çıxarıb. Nəticədə Azərbaycan müstəqilliyini bərpa edib və hazırda dünyanın qüdrətli dövlətlərindən biridir". (AzərTac)
2014-01-21
6,879
Nazir məhkəmənin qərarını icra etmədiyi üçün həbs olundu
Misirin İdman naziri Əbu Zeydənin məhkəmənin qərarını yerinə yetirməməsi onun 1 il müddətinə həbsinə səbəb olub. "Axar.az"ın Anadolu xəbər agentliyinə istinadən xəbərinə görə, məhkəmə Misirdə 2009-cu il seçkiləri zamanı "Sayd" idman klubunun elan etdiyi seçki nəticələrinin etibarsız sayılması üçün qərar çıxarıb. Ancaq nazir bu qərarı icra etməkdən boyun qaçırıb. Əbu Zeydə məhkəmənin qərarına əsasən 1 il həbs olunmaqla yanaşı, vəzifədən kənarlaşdırılıb və 10 min cüneyh (təxminən 1400 dollar) pul cəzasına məhkum edilib.
2014-01-21
6,880
Erməni qəzetinin saytı dağıdıldı - Foto
İstanbulda erməni jurnalist Hrant Dinkin ölümünün 7 illiyinin qeyd edilməsinin ertəsi gün türk millətçiləri erməni qəzeti "Akos"un saytını dağıdıblar. "Akos"un saytının giriş səhifəsinə Qazi Mustafa Kamal Atatürkün aşağıdakı sözləri yazılıb: "Nə mutlu türkəm deyənə". Xatırlaadq ki, Hrant Dink 19 yanvar 2007-ci il tarixinə qədər İstanbulda çıxan "Akos" qəzetinin baş redaktoru olub. Həmin gün o, qəzetin redaksiyasının önündə öldürülüb. (ANS)
2014-01-21
6,881
Türk jurnalistin Hrant Dink haqda statusu qalmaqal yaratdı
Türkiyədəki "Axşam" qəzetinin jurnalisti Osman Hökemen özünün Twitter səhifəsində 7 il öncə İstanbulda qətlə yetirilmiş erməni yazar Hrant Dinki aşağılayıb. Jurnalist öz səhifəsində "7 il öncə i...n oğlu gəbərdi. Siz Qrantlar olun, biz də Samaslar olacağıq. Biz yaxşı ermənilərə toxunmuruq. Ancaq vətənimizin əleyhinə olan hər kəsə qarşıyıq" ifadəsini yazıb. Bu sözlər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bundan sonra qəzet redaksiya məqaləsində Hrant Dinkin qətlinin sifarişçilərini həbs eləməyə çağırıb. Jurnalist isə "Twitter"dəki səhifəsini bağlayıb. ("Musavat.com")
2014-01-21
6,882
Suriyada dəhşətli işgəncə faktı +16 - Foto/Video
Suriya ordusunda 13 ildir hərbi polis işləyən şəxs xəstəxanalara ölü olaraq gətirilən şəxslərin fotolarını çəkib. "Axar.az"ın xəbərinə görə, xəstəxanaya gətirilən şəxslərin əksəriyyəti daha əvvəl polis idarələrində döyülərək yaxud ac buraxılaraq öldürülənlər olub. İşgəncə ilə öldürülən şəxslərin görüntülərini çəkən polis 55 min foto ilə Suriyadan qaçıb. Bəşər Əsəd rejimini hərbi cinayətlərdə ittiham etmək üçün bu fotolardan istifadə olunacağı gözlənilir. Artıq İngiltərədə bu fotoların araşdırılmasına başlanılıb. 26 min şəkil araşdırıldığı bildirilir. Həmin görüntüləri təqdim edirik.
2014-01-21
6,883
AB İraqa 75 milyon yardım edəcək
Avropa Birliyi 2014-cü ildən 2020-ci ilədək İraqa maddi yardım göstərəcək. Bu informasiyanı Brüssel şəhərində Avropa Komissiyasının İnkişaf məsələləri üzrə Ali Komissarı Andris Piebalqs yayıb. Nəzərdə tutulan məbləğ İraqda hüququ dövlətin möhkəmləndirilməsinə və insanların yaşayış səviyyəsinin yüksəldilməsi üçün institutların yaradılmasına yönəldiləcək. Ali Komissar deyib ki, İraq ölkədəki stabilliyə nail olacaq və demokratik bir cəmiyyət quracaq. (ANS)
2014-01-21
6,884
Dünyada turistlərin sayı 5 faiz artıb
2013-cü ildə dünyada turistlərin sayı 1 milyard 87 milyon nəfərə çatıb ki, bu da 2012-ci ilin göstəricisindən 5 faiz çoxdur. Bunu Ümumdünya Turizm Təşkilatının baş katibi Talib Rifai deyib. Onun sözlərinə görə, ən böyük turizm artımı ötən il 563 milyon nəfərin səfər etdiyi Avropa ölkələrində qeydə alınıb. Bu, 2012-ci ilin göstəricisindən 29 milyon nəfər çoxdur. Sakit okean regionu və Afrikada da artım müşahidə olunub. Baş katib bildirib ki, iqtisadi böhranın nəticələrini yaşayan Cənubi Avropa ölkələri daha çox əcnəbi turist qəbul ediblər: "Məsələn, ötən il İspaniya ən çox turist qəbul edən ölkələrin siyahısında Çini ötərək ABŞ və Fransadan sonra üçüncü pilləyə yüksəlib. İspaniyada turizm 5 faiz artıb və 60 milyon nəfəri ötüb". Səyahətə ən çox pul xərcləyənlər isə çinli turistlərdir. Onlar xarici ölkələrdə 75,2 milyard avro xərcləyiblər ki, bu da 2012-ci illə müqayisədə 28 faiz çoxdur. 2014-cü ilin proqnozlarına gəlincə, T.Rifai dünyada turizm sahəsində artımın 4-5 faiz təşkil edəcəyinə əmin olduğunu deyib (Trend) .
2014-01-21
6,885
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb
Gəncə şəhər Təcili Tibi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Əliquliyev Ramin Novruz oğlu döş qəfəsinin iki yerindən kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, xeyli qan itirən yaralı dərhal əməliyyat edilib. Ağ çiyərinin iki yerindən bıçaq yarası aldığı bildirilən 33 yaşlı R. Əliquliyevin vəziyyətinin ağır olduğu deyilir. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı Gəncə şəhər baş Polis İdarəsində araşdırma aparılır.
2014-01-21
6,886
Xanım sürücünün avtomobili su kanalına düşdü - Fotolar
Lökbatan dairəsindən Lökbatan qəsəbəsinə gedən yolda hərəkət edən "90 MO 766" dövlət nömrə nişanlı "Hyundai Elantra" markalı avtomobil su kanalına aşıb. Qaradağ Rayon Yol Polisi Şöbəsindən verilən məlumata görə, hadisəyə yağışlı hava ilə əlaqədar yolun sürüşkən olması səbəb olub. Xanım sürücü idarəetməni itirərək avtomobili ilə birlikdə yol kənarındakı su kanalına aşıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb. Avtomobil evakuatorun köməyi ilə su kanalından çıxarılıb. Faktla bağlı Qaradağ Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.
2014-01-21
6,887
Bakıda iki köşk yandı
Bakıda iki köşkdə yanğın hadisəsi baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, birinci yanğın Bakının Sabunçu rayonunda baş verib. Doqquzmərtəbəli yaşayış binasının girişində vətəndaşa məxsus ümumi sahəsi 2 kv.m olan ayaqqabı təmiri köşkünün içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İkinci yanğın hadisəsi isə Baknın Yasamal rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 5 kv.m olan taxta konstruksiyalardan ibarət gözətçi köşkü yanıb və yüksək temperaturdan yaxınlıqda dayanmış "Kia" markalı minik avtomobilinin arxa buferi əriyib. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.
2014-01-21
6,888
Futbolçularımız braziliyalıları uddu
Klubun saytına istinadən verilən məlumata görə, mövsümün ikinci yarısına hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Rəvan" qardaş ölkədə olduğu 6-cı gündə ilk yoxlama oyununu keçirib. İlk yarı bərabər mübarizə şəraitində keçib. Real qol vəziyyətlərinə görə rəqib üstün olub. Həmin epizodlarda da Lukaş Sapela 2 dəfə inamlı qurtarışları ilə yadda qalıb. Fasilədən sonra da azarkeşlər sərt və gərgin oyunun şahidi olublar. Hesabı isə rəqib açıb. 69-cu dəqiqədə qol buraxan komandamız 10 dəqiqəyə görüşdə dönüş yarada bilib. Əvvəlcə 75-ci dəqiqədə cərimə meydançasında əllə oyuna görə Ömər Paşayevin tam haqlı olaraq təyin etdiyi penaltini Kamil Nurəhmədov qola çevirib. 2 dəqiqə sonra isə Ceyhun Cavadov uzaqdan baxımlı qola imza atıb. Bu qol matçda vurulan son qol olub. Oyun 2:1 "Rəvan"ın qalibiyyəti ilə başa çatıb. Qeyd edək ki, "Rəvan"ın növbəti yoxlama oyunu yanvarın 22-də Rumıniya 1-ci divizion təmsilçisi "Universitatya Krayova" ilə olacaq (Anspress).
2014-01-21
6,889
Zaqatalada UAZ çaya düşdü - Ölən var
Gecə saatlarında Zaqatala rayonunun Car kəndində ölümlə nəticələnən yol qəzası baş verib. "Axar.az" Kanal S-ə istinadən məlumat verir ki, Car kənd sakini 1942-ci il təvəllüdlü Carayev Mollamuhuma Şahmur oğlu idarə etdiyi UAZ markalı, "62 BD 556" dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonunun Car kəndində, meşə yolu adlanan ərazidə hərəkətdə olarkən qatı duman və yağmurlu hava şəraiti olduğundan idarəetməni itirib və avtomobil körpüdən çaya düşüb. Nəticədə sürücü M.Carayev hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Car kənd sakinləri - mərhumun həyat yoldaşı 1951-ci il təvəllüdlü Carayeva Aşura Xanov qızı, 1947-ci il təvəllüdlü Abdullayev Nürəddin Qurban oğlu və 1959-cu il təvəllüdlü Abdullayeva Ruqiyyət Həsən qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan A.Carayevanın vəziyyəti qənaətbəxş olduğundan ona Zaqatala Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə, ambulator müalicəyə buraxılıb. Digər iki yaralının vəziyyəti isə orta ağırdır. İlkin ehtimallara görə yol nəqliyyat hadisəsinə səbəb əlverişsiz hava şəraiti olub. Faktla bağlı araşdırma aparılır.
2014-01-21
6,890
Təhsil Nazirliyi Rəsulzadənin yubiley tədbirlərini açıqladı
Təhsil Nazirliyi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını hazırlayıb. Bu barədə "Axar.az"a Təhsil Nazirliyinin Mətbuat Katibliyindən məlumat veriblər. Məlumatda bununla bağlı ali və orta ixtisas məktəblərində müxtəlif layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib: "Bakı Dövlət Universitetində "Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu" mövzusunda respublika elmi konfransının keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələri tələbələri üçün fəlsəfə, tarix, jurnalistika üzrə keçirilən seminarlardan birinin Məhəmməd Əmin Rəsulzadənin ictimai və siyasi fəaliyyətinə həsr edilməsi, ali və orta ixtisas təhsili müəssisələri tələbələri tərəfindən Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən fotostendin təşkili, Məhəmməd Əmin Rəsulzadənin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələrin KİV-də dərc olunması tədbirlər planının tərkibinə daxil edilib".
2014-01-21
6,891
Ağcabədi rayonunda ev yandı
Ağcabədidə yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi rayonu, Hüsülü kəndində ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 3 otaqlı evin tavanı, dam örtüyü və içərisində olan əşyalar qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-21
6,892
İntihar edən tələbənin görüntüləri yayıldı - Video
Bakıda intihar edən tələbənin gözəl səsi olub. Azərbaycan Texniki Universitetin tələbəsi olan 1995-ci il təvəllüdlü İmaməlizadə Etibar Nazim oğlunun dostları onunla bağlı bəzi videoları facebook-da paylaşıb. Buradan gənc oğlanın nə qədər təmiz və ürəyəyatımlı səsinin olduğu görünür. Etibar İmaməlizadə həm də facebook-da "beyin analizi" səhifəsinin admini olub. Qeyd edək ki, gənc oğlan yanvarın 16-da Nərimanov rayonu ərazisində özünü asıb. E.İmaməlizadə öz facebook profilində son olaraq "Sabah ya da birisi gün bəlkə getdim facebookdan. Özü də həmişəlik" deyə qeydə edib. Dostları onun hara getdiyini soruşduqda, E.İmaməlizadə "xoşbəxt olmaq üçün" cavabını verib ("Publika").
2014-01-21
6,893
Azər Həsrət açıqlama yaydı - Foto/Yeniləndi
"Əli Kərimli və dəstəsinin bu gün Şəhidlər Xiyabanında şəxsimə qarşı ədəbsizliyi ilə bağlı yalnız sabaha qədər üzrxahlıq gözləyəcəm". "Axar.az" xəbər verir ki, bu sözləri dünən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət öz "Feysbuk" səhifəsində yerləşdirib. Ancaq bir vaxtlar AXCP-nin qatı tərəfdarlarından olan A.Həsrət insidentlə bağlı başqa heç bir açıqlama verməyib. A.Həsrət statusunda toxunmadığı məqamlarla bağlı əlavə açıqlama vermək üçün zamanı gözləməyi xahiş etdi: "Yazdığım kimi, bu ədəbsiz adamlara üzrxahlıq üçün bir gün vaxt tanımışam. Günortaya qədər gözləməyinizi xahiş edirəm. Səhvlərini düzəltməsələr, açıqlamam olacaq və onlar layiq olduqları qiyməti alacaqlar". *** 11:55 Azər Həsrət dünən Əli Kərimli ilə aralarında baş vermiş insidetlə bağlı açıqlama yayıb. "Axar.az" xəbər verir ki, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrətin açıqlaması "Feysbuk" səhifəsində yerləşdirilib. O, dünən Əli Kərimli ilə aralarında baş verən mübahisə ilə əlaqədar artıq ondan başqalarının üzr istədiyini bildirib. "Əslində, dünən onların yerinə üzr istəyən olmuşdu. Onların tərəfində olan və xətrini istədiyim dostlar "onları bizə bağışla" deyərək məsələnin üstündən keçməyimi xahiş etmişdi. Bu məsələni dünən başqa dostlarla da müzakirə etdik və onların da tövsiyəsi bu oldu ki, boş verək. Həm də ona görə ki, adamların cavabını yerində və lazım olduğu şəkildə vermişdim. Elə bunu nəzərə alaraq dostlar təklif etdi ki, məsələni qapadım". Azər Həsrət həmçinin məsələnin nəyin ucbatından baş verməsi ilə bağlı bundan sonra heç bir informasiya yaymayacağını da qeyd edib.
2014-01-21
6,894
Müdafiə Nazirliyi atəşkəslə bağlı hesabat yaydı
Cəbhədə vəziyyət gərginləşib. Müdafiə Nazirliyi bildirir ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 98 dəfə atəşkəs rejimini pozublar. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Dovex, Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri intensiv olaraq atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub.
2014-01-21
6,895
Gömrük Komitəsindən büdcə məlumatı - Rəsmi
Ötən il Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 1,383 mlrd. manat təşkil edib. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu 2013-cü ilə nisbətən 14,4% çoxdur. Ötən il ərzində gömrük orqanlarının xətti ilə 298,249 mln. manatı gömrük rüsumları, 986,078 mln. manatı ƏDV, 81,336 mln. manatı aksizlər və 17,582 mln. manatı yol vergisi toplanıb (APA).
2014-01-21
6,896
Rəsul Quliyev: "Bütün müxalifət tək bir nazirdən zəifdir"
"Bu dəqiqə ölkədə Milli Şura (yəni AXCP ), Müsavat partiyaları var (azdan çoxdan təşkilatlanmış) "El" hərəkatı və ADP öz təşkilatlarını yaratmaq istəyirlər, KXC, AMİP kiçik qüvvələrdir. Bunların hamısı toplam bir yerdə olsa belə ümumi gücləri 5 min adamdan yuxarı çıxmır". Publika.Az xəbər verir ki, bu barədə sabiq spiker Rəsul Quliyev müxalifətin durumu və potensialı barədə bildirib. Onun sözlərinə görə, ölkə əhalisinin 99 faizi ya bu təşkilatları tanımır, ya da müxalifət olduqlarını bilmirlər: "Hökumətin total gücünü qoyaq bir tərəfə, hətta bütün müxalifət bir yerdə olsa belə tək bir nazirin gücündən belə zəifdir. Məgər bu belə deyilmi? Ona görə partiya və qurumların yeni mərhələyə qədəm qoyduq, hakimiyyətin sonu çatıb kimi bəyanatları xalqa söylənilən ağ yalandır. Ətraflarında olanları (azı 70 faizi səthi ağıla malik olan, heç bir işi gücü olmayan) qaçıb dağılışmağa qoymamağa qulluq edən bu şüarlar əslində bu hakimiyyətin ömrünü uzatmağa qulluq edir. Yaxın tarixə nəzər salaq. 2003-cü ildə 70-80 min adam mitinqlərdə iştirak edirdi və onlar kifayət qədər qətiyyətli idilər. 2005-ci ildə 40-50 min adam dəyişikliyə inanırdı və mitinqlərə çıxırdı. İndi prezident seçkisi ərəfəsində maksimum 5000, qiymətlərin qaldırılması ilə əlaqədar cəmi 1000 nəfər mitinqlərə çıxdılar. Bu rəqəmlər müxalifətin total deqradasiya etməsindən xəbər vermirmi?". R. Quliyev çıxış yolunu partiya liderlərinin getməsində görür. "Qonşularımızda heç bir proses getmədən Azərbaycanda rejim dəyişilə bilərmi cavab bir mənalıdır, bəli. Onun üçün nə etmək lazımdır, ilk növbədə deqradasiya olmuş müxalifətin indiki liderləri istefa verib getməlidir. Mən öz həyatımdan misal gətirim. İşlədiyim zavodun direktoru işdən çıxarılmasa və məni onun yerinə təyin etməsəydilər, öz bacarığımı göstərə bilərdimmi? Əlbəttə yox. Gərək o vəzifəni tutardım ki, ondan sonra həmin zavodu düşdüyü vəziyyətdən çıxarmaq üçün bütün intellektual potensialımı səfərbər edim". Daha sonra o, parlament sədri kimi fəaliyyətini tərifləyib:"Bu, çox elementar məsələlərdir, bunları başa düşməmək xalqın faciəsidir". R. Quliyev "Mən burada velosiped kəşf etmirəm. Hər şey göz qabağındadır" deyə əlavə edib.
2014-01-21
6,897
Azərbaycanda hərbi maşın qəzaya uğradı
Azərbaycanda hərbi maşın qəzaya uğrayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsus maşının qəzaya uğraması nəticəsində 3 hərbi qulluqçu xəsarət alıb. Yaralılar hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.
2014-01-21
6,898
Oktay Dərəlioğlu Mustafa Dənizlinin yerinə göz dikib - Şok!
Türk futbolunun məşhur isimlərindən biri, vaxtilə "Xəzər Lənkəran"ın da şərəfini qorumuş Oktay Dərəlioğlu maraqlı açıqlama verib. Sabiq forvard Azərbaycandakı günlərini xatırlayaraq, gündəmi zəbt edə biləcək fikirlər bildirib. Publika.az xəbər verir ki, dünyaca məşhur "FoFoTu" jurnalının Türkiyə versiyasına geniş müsahibə verən Dərəlioğlu, "Xəzər Lənkəran" barədə sualı da cavablayıb. Oktay vaxtilə heyətində Azərbaycan çempionatının bombardiri olduğu cənub təmsilçisinə baş məşqçi kimi dönmək haqda düşündüyünü bildirib. - "Fənərbaxça"da olmadı zatən. Amma sonra getdiyiniz "Xəzər Lənkəran", "Beşiktaş" uğur qazandığınız yeganə komanda oldu fikrini söyləyə bilərikmi? - Elədi. Orda bombardir oldum, ilin futbolçusu seçildim. Məni orda hələ də çox sevirlər. Mən də ora baş məşqçi kimi qayıtmağı düşünürəm.
2014-01-21
6,899
Bakı Prokurorluğunun şöbə rəisi işdən çıxarıldı – Özəl
Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyev işdən azad olunub. Bu haqda "Axar.az"a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Ramiz Nəbiyevin 2012-ci il dekabrın 29-da vəzifəyə təyinat aldığını nəzərə alaraq, onun işdən azad olunma səbəbi ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. Eldar Sultanov faktı təsdiqləyərək, Ramiz Nəbiyevin öz ərizəsi ilə işdən azad olunduğunu bildirdi.
2014-01-21
6,900
18 yaşlı oğlan internet klubda öldü
Bakıda 18 yaşlı oğlan internet klubda ölüb. "Axar.az" APA-ya istinadən xəbər veir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün rayonun Yüzbəy Mürsəlov- 5 ünvanın da yerləşən internet klubda qeydə alınıb. 1996-cı il təvəllüdlü Bakı şəhər sakini Timur Sadıq oğlu Hacıəliyev internet klubda naməlum şəraitdə vəfat edib. İlkin araşdırmalara görə, T. Hacıəliyev ürək tutmasından dünyasını dəyişib.
2014-01-21
6,901
Əsgərimiz özünü güllələdi
Azərbaycanda əsgər özünü güllələyib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Röyal Ramiz oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır. Qeyd edək ki, R. Hüseynov 2013-cü ilin oktyabrında Gəncə şəhərindən həqiqi hərbi xidmətə çağırılıb
2014-01-21
6,902
Müdafiə Nazirliyi erməni hədəsinə cavab verdi – Rəsmi
"Erməni əsgərlərinin ölüm səbəbi Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulmasıdır". Bunu "Axar.az"a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat katibi Vaqif Dərgahlı deyib. O, Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə növbəti dəfə qarşı tərəfin xəbərlər yaymasını rəsmi İrəvanın dezinformasiyası və təxribatı kimi dəyərləndirib: "Bu məlumatın ardınca Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana hədə-qorxu dolu bəyanatlarla çıxış etməsi də bizim üçün təəccübləndirici deyil. Çünki erməni tərəfi hər dəfə Ermənistanda hakimiyətə qarşı kütləvi narazılıqlar baş qaldırdıqda öz xalqının diqqətini yayındırmaq məqsədilə cəbhədə guya Azərbaycan tərəfinin aktiv döyüş əməliyyatlarına başlaması fikrini ortaya atır". V. Dərgahlı yanvarın 18-də pensiya islahatına qarşı erməni müxalifətinin mitinqə 10 minlərlə narazı kütləni çıxarmasından Ermənistan hərbi-siyasi rejiminin təşvişə düşdüyünü və ictimaiyyətin diqqətini bu aksiyalardan yayındırmaq məqsədilə rəsmi İrəvanın növbəti dəfə öz xalqına qarşı psixoloji təsir üsulundan istifadə etdiyini bildirib: "Əslində isə Ermənistan ordusundakı itkilərin kökündə Ermənistan Müdafiə naziri Seyran Ohanyanın da yanvarın 16-da etiraf etdiyi kimi, "ordudakı zorakılıq nizam-intizamın aşağı səviyyədə və şəxsi heyətin qarşılıqlı münasibətlərinin pis olması" durur. Elə bu dəfə də erməni əsgərlərinin ölüm səbəbi hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulmasıdır". O, Müdafiə Nazirliyinin bir daha rəsmi olaraq qoşunların təmas xəttində hər hansı bir insident qeydə almadığını və Silahlı Qüvvələrimizin bölmələrinin heç bir itki vermədiyini deyib. Qeyd edək ki, dünən Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Arçrun Ovanisyan Azərbaycan Ordusunun baş verən hadisələrə görə cəzasız qalmayacığını bildirmişdi.
2014-01-21
6,903
İsveçrə Prezidenti səfirimizi qəbul etdi
Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı İsveçrənin yeni seçilmiş Prezidenti Didier Burkhalter ilə görüşüb. Bu barədə informasiya "Axar.az"a Xarici İşlər Nazirliyinin Mətbuat Katibliyindən verilib. Məlumatda görüşün "Yeni il" münasibətilə planlaşdırıldığı bildirilib. Azərbaycan Respublikası Prezidentinin salamlarını İsveçrə Prezidentinə çatdıran səfir, Didier Burkhalteri prezident seçilməsi münasibətilə təbrik edib. İsveçrə Prezidenti Didier Burkhalter 2014-cü ildə Azərbaycan xalqına və dövlətinə uğurlar, firavanlıq və müvəffəqiyyətlər arzulayıb.
2014-01-21
6,904
Ramil Usubov hospital rəisini işdən çıxartdı
Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının rəisi vəzifəsindən azad olunub. Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə hospitalın rəisi, daxili xidmət polkovniki Aydın Əsədov yaş senzi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Hazırda nazirliyin hospitalında Aydın Əsədovun vəzifəsini rəis müavini Ramiz Əkbərov əvəz edir. Hələ ki, rəis vəzifəsinə yeni təyinat olmayıb. Məlumatı "Modern.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.
2014-01-21
6,905
Jirinovski kök deputatlara müharibə elan etdi
Qalmaqallı çıxışları ilə gündəmə gələn Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bu dəfə də hamını təəccübləndirib. Partiya rəhbəri çəkisi 80 kiloqramdan çox olan məmurların işdən qovulmasını təklif edib. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, Jirinovski bu tələbinin deputatlara da şamil edilməsini istəyib. Jirinovskinin sözlərinə göə, Rusiya piylənməyə qarşı mübarizəyə məmur və deputatlardan başlamalıdır.
2014-01-21
6,906
Anar Niftəliyevin istintaqa verdiyi vəsatət təmin olundu
Həkim terroru nəticəsində əməliyyat masasında dünyasını dəyişən Elnarə Tofiqqızının işi ilə bağlı zərərçəkmiş tərəfin vəsatəti əsasında şahidlər dindirilib. Bu barədə zərərçəkən Anar Niftəliyevin vəkili hüquqşünas Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, Nəsimi Rayon Prokurorluğunda cinayət işini aparan müstəntiq Hafiz Əliyev şahidlər Pərviz Cəbrayıl və Faiq Səfərlinin ifadələrini alıb: "Adıçəkilən şəxslər Elnarə Tofiqqızını cərrahi əməliyyata aparmazdan əvvəl Anar Niftəliyevin həkimlərlə apardığı danışıqların şahidi olublar. Bu səbəbdən həmin şəxslərin ifadələri istintaqın obyektiv nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Digər mühüm şahidlər də var ki, onlar da dindiriləcəklər". Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Həmin ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Faktla bağlı 2013-cü il sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.
2014-01-21
6,907
“Cenevrə-2” İran olmadan keçiriləcək
BMT Baş katibi Pan Gi Mun "Cenevrə-2" konfransının İranın iştirakı olmadan keçirilməsinə qərar verib. Suriya Müxalif və İnqilabçı Qüvvələr Koalisiyası (SMDK) isə konfransda iştirak edəcəyini açıqlayıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT sözçüsü Martin Nesirski jurnalistlərə açıqlama verərək, Baş katib Pan Gi Munun həll müddətinə qatqısı ola biləcək bütün tərəflərin Montrödəki beynəlxalq toplantıda olmasını istədiyini və bu məqsədlə İranı da dəvət etdiyini xatırladaraq belə bildirib: "Pan Gi Mun bu gün İrandan edilən açıqlama ilə ona verilən sözlərin ziddiyyət təşkil etməsindən çox təəssüflənib. İranın Cenevrədə keçiriləcək konfransın dəstəklənilməsi ilə bağlı toplantının xaricində qalmağı seçməsinə görə Baş katib Pan Gi Mun Montrödə baş tutacaq bir günlük toplantının İranın iştirakı olmadan keçirilməsinə qərar verib". SMDK iştirak edəcək Suriya Müxalif və İnqilabçı Qüvvələr Koalisiyası (SMDK) "Cenevrə-2" konfransında iştirak edəcəyini bildirib. SMDK mətbuat ofisində açıqlama verərək, BMT-nin baş katibi Pan Gi Munun iştirak şərtlərini yerinə yetirməyən İranın konfransa dəvət edilməsi qərarını geri götürməsini məmnuniyyətlə qarşıladığını bildirib. İran sözçüsünün açıqlaması İranın BMT nümayəndəliyi sözçüsü Əli Yusifi İranın şərtləri qəbul etməyəcəyini və "Cenevrə-2" konfransına qatılmayacağını bildirib. Yusifi Tvitterdən etdiyi açıqlamada belə deyib: "İran şərtləri qəbul etməyəcək və "Cenevrə-2" konfransına qatılmayacaq".
2014-01-21
6,908
Fransa prezidenti boşandı
Fransa prezidenti Fransua Olland vətəndaş nikahında yaşadığı arvadı Valeri Trierveylerlə ayrılıb. Məlumatı "Daily Mail" qəzeti cütlüyə yaxın olan mənbələrə istinadən yazıb. Fransua Olland keşmiş arvadından prezidentin bütün rezidensiyalarını, o cümlədən, Yelisey sarayını tərk etməyi və Niderland kralı ilə Haaqada keçiriləcək görüşə gəlməməyi xahiş edib ("Gün.Az") . V.Trierveyler həmin mərasimdə Fransanın birinci xanımı qismində iştirak etməli imiş. Qeyri-rəsmi məlumatlara əsasən, V.Trierveyler və F.Olland öz gələcək münasibətlərinin müqəddəratı barədə prezident hələ Haaqaya yola düşməzdən qabaq görüşərək, danışıblar. İndi keçmiş birinci xanım dövlət başçısının Versalda yerləşən bağ evində istirahət edir. Qəzetin yazdığına görə, Valeri Trierveyler hələ xəstəxanadan çıxandan sonra bir müddət reabilitasiya məqsədilə istirahət etməli olacaq. Daha əvvəl xəbər verdiyimiz kimi, Fransa prezidenti ilə vətəndaş nikahında yaşayan Valeri Trierveyler həddindən artıq dərman həbi qəbul etdiyinə görə hospitala yerləşdirilmişdi. Bu barədə məlumatı onun qohumları yayıb. Birinci xanım həbləri cümə günü, Fransua Ollandla barəsində eşq qalmaqalı söhbətləri yayılan aktrisa Jüli Qaye ilə münasibətlər haqqında söhbətləşəndən sonra qəbul edib. Son məlumatlara əsasən, prezidentin sevgilisinin artıq dörd aylıq hamilə olduğu bildirilir.
2014-01-21
6,909
Bakıda yeni hava limanı açılır - Foto/Video
Kompleksin ümumi sahəsi 65 min kvadrat metr təşkil edir. Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi binasının 2011-ci ilin martında başlayan inşası artıq başa çatıb və daxildə tamamlama işləri aparılır. Oxu.Az xəbər verir ki, artıq kompleksin yeni binasının hansı vaxtda açılacağı da məlumdur. Belə ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin sözlərinə görə, bu, tezliklə baş tutacaq: "Yeni kompleks 2014-cü ilin martında istifadəyə veriləcək". Qeyd edək ki, yeni aerovağzal kompleksi ildə 6 milyonadək sərnişinə xidmət edə bilər. Kompleksin ümumi sahəsi 65 min kvadrat metr təşkil edir. Üçbucaqşəkilli bina 4 mərtəbədən ibarətdir. Kompleksin terminalında 18 eskalator və 20 sərnişin lifti fəaliyyət göstərəcək. Yeni kompleksin işində elmi-texniki tərəqqinin beynəlxalq aviasiya sahəsində olan son nailiyyətləri tətbiq olunacaq. Aviasərnişinlərə xidmət yüksək dünya standartlarına cavab verəcək.
2014-01-21
6,910
Qayalıqdan yıxılan kişinin meyiti tapıldı
Bir neçə gün əvvəl Qax rayonu ərazisində yüksək dağ zirvəsindən dərəyə yıxılaraq ölən rayonun Ağçay kənd sakini 62 yaşlı Bədrəddin Babayevin meyiti yıxıldığı yerdən çıxarılıb. "Axar.az" Kanal S-ə istinadən xəbər verir ki, yüksək dağlıq ərazi, qatı duman, çiskinli hava axtarış işlərinə çətinlik yaratsa da, bu gün gecə saat 4:00 radələrində Ağçay kəndinin yola bələd olan 5-6 nəfər orta yaşlı sakinindən ibarət qrup həmin əraziyə yollanıb. Artıq həmin şəxslər meyiti ərazidən çıxarıblar Verilən məlumata görə cəsədin 2 saatdan sonra kəndə çatdırılacağı gözlənilir.. Qeyd edək ki, yanvarın 19-u səhər saatlarından başlanan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri və aviasiya dəstəsinin helikopteri də cəlb edilmişdi. Xatırladaq ki, ixtisasca baytar olan 62 yaşlı Bədrəddin Babayev ov etmək məqsədi ilə rayonun Sarıbaş və Ağçay kəndlərinin kəsişdiyi "Qaradağ" adlanan hündür zirvəyə gedib. Müvazinətini itirən Bədrəddin Babayev sıldırım qayalıqdan dərəyə yıxılıb.
2014-01-21
6,911
Yandırılan polislərin görüntüləri yayıldı - Video
Ukraynada yanan polislərin videosu internetə yerləşdirilib. "Axar.az" məlumat verir ki, bu informasiyanı Ukrayna Daxili İşlər Nazirliyi yayıb. İnformasiyada 119 nəfər polisin müxtəlif yaralar aldığı, onların 80-nin xəstəxanaya yerləşdirildiyi bildirilib, polislərin əsasən kəllə-beyin travması, müxtəlif yanıq dərəcələri ilə xəsarət aldığı qeyd edilib. Qeyd edək ki, dünən də Ukraynada etirazçılarla polis arasında qarşıdurma davam edib. Videonu təqdim edirik.
2014-01-21
6,912
Mədət Quliyev: “İslahatlar hansısa məmurdan asılı deyil"
Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin "Axar.az"a verdiyi geniş müsahibəni təqdim edirik. 10 cəzaçəkmə müəssisəsi tikilir - Paytaxtın mərkəzində yerləşən cəzaçəkmə müəssisələrinin köçürülməsi ilə bağlı yayılan qeyri-rəsmi xəbərlərin bir əsası varmı? - Bildiyiniz kimi, hazırda ölkəmizdə olan cəzaçəkmə müəssisələri Sovet dövründən qalıb. Həmin dövrdə də dustaqların hər an SSRİ-nin digər respublikalarına aparılması rahat olsun deyə, cəzaçəkmə müəssisələri Bakıda salınıb. Ən yeni tariximizdə isə yeni cəzaçəkmə müəssisələrinin tikintisinə başlanıb. Onu deyə bilərəm ki, Azərbaycanda bu gün 10 cəzaçəkmə müəssisəsi tikilir və 3 bu cür müəssisə artıq tikilib istifadəyə verilib. Naxçıvanda müasir tipli cəzaçəkmə müəssisələri tikilib. - Bəs, məhbusların özlərinin bu yeni standartlara adaptasiyası üçün hansı tədbirlər görülür? - Bu istiqamətlərin hamısında addım-addım olaraq dəyişmə prosesi gedir. Məsələn, cəzaçəkmə müəssisələri tikilir və bura yeni əməkdaşlar işə qəbul olunacaq. Məhbuslardan əvvəl bizim öz əməkdaşlarımızın müasir tələblərə, biliklərə cavab verməsinə də hazırlıq gedir. Bu tələblərə hazırlıq verməsi baxımından əməkdaşlarımızdan sonra növbə məhkumlarındır. Çinli naziri yenidən yeməkxanaya qaytardım - Məhbuslara verilən yeməklərin keyfiyyətinin artırılması ilə bağlı hansı işlər görülür? - Keçən il respublikanın ən tanınmış aşpazlarına müraciət etdik. Onların əksəriyyəti bizimlə böyük məmnuniyyətlə əlaqə qurdular. Həmin aşpazların sayəsində bizim cəzaçəkmə müəssisələrində yemək bişirən insanların professionallığını qaldıra bildik. Həmin vaxtı Çinin Ədliyyə nazirinin müavini gəlmişdi. Biz bir neçə cəzaçəkmə müəssisəsinə getdik. Məhbəsin mətbəxindən çıxandan sonra o soruşdu ki, bu yeməklər sizin əməkdaşlar üçündürmü? Mən onu yenidən mətbəxə qaytardım. Qabları göstərib dedim ki, burda mindən çox qab var, işçilərimizin sayı 60-70 nəfərdir. Əlbəttə ki, bu yeməklər məhbuslar üçün bişirilib. Ümumiyyətlə, bizim həbsxanalarda vəziyyət çox ölkələrdən daha yaxşıdır. Bu, hər bir sahədə özünü göstərir. Məsələn, 9 oktyabr tarixində keçirilən prezident seçkisində cəzaçəkmə müəssisələrindəki səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının 97 faizi seçkidə iştirak edib. Ölkə başçısı hər bir Azərbaycan vətəndaşının prezidentidir. Ola bilər ki, onların azadlığı məhdudlaşdırılıb, ancaq bu onların vətəndaşlıq hüquqlarını əllərindən almır. Onu da qeyd edim ki, həmin səsvermədə iştirak edənlərin 91 faizi cənab prezidentə səs vermişdi. Saqqız üstündə dava saldıq - Siz hərbçi olduğunuz kimi həm də idmançısınız... - ...Yadımdadır, bir dəfə gənc vaxtı beynəlxalq turnirdə idik. Amerikanlar tamaşaçılar olan yerə saqqız atdılar. Siz təsəvür edin ki, saqqızın üstündə dava düşdü. O zaman SSRİ-də saqqız-filan yox idi. Ona görə belə bir səhnə ortaya çıxmışdı. Siz gəncsiniz və bu sizin üçün fantastik görünə bilər. Ancaq bunlar hamısı o dövrün reallığı olub... Yeri gəlmişkən deyim ki, Cənab Prezidentin idmana xüsusi qayğısı var və bu iş bizim qurumda da prioritet məsələlərdəndir. Bunun nəticəsidir ki, təkcə 2013-cü il ərzində 5 əməkdaşımız beynəlxalq turnirlərdə qələbə qazanıb. Dustağa qayğı göstərmək lazım deyil... - Ümumilikdə, cəzaçəkmə müəssisələrimizin vəziyyəti sizi qane edirmi? - Avropanın özündə yüz ildən artıq müddət əvvəl tikilmiş cəzaçəkmə müəssisələrində məhbus saxlayırlar. Ancaq Azərbaycanda elə bir nümunə yoxdur. Bizdə demək olar ki, bütün cəzaçəkmə müəssisələri yenilənir və müasir dövrün tələblərinə cavab verir. SSRİ-dən bizə miras qalmışdı ki, dustağa qayğı göstərmək lazım deyil və onlar cəmiyyətdən tamamilə təcrid edilməlidir. Ancaq Heydər Əliyevin qurduğu Azərbaycanda elə hallar heç bir zaman olmayıb. Məhbus həyatı yaşayan insanlar da bu ölkənin vətəndaşıdır və bu ölkənin bir hissəsisidir. Onların cəmiyyətdən tam təcrid edilməsi düzgün deyil. Həbsxanada internet - Məhbusların cəmiyyətə adaptasiyasından söz gedirsə, internetin də rolu burda əvəzedilməz ola bilər. Müəyyən saytlara giriş əngəllənməklə məhbusların internet imkanlarından istifadəsinə şərait yaradılması mümkündürmü? - Bilirsiniz, məhbuslar faktiki olaraq cinayət törətmiş şəxslərdir. Bu cür kommunikasiya vasitələrindən istifadə etməyə imkan verəndə onlar törətdiyi cinayəti davam etdirə bilərlər. Məsələn, törətmiş olduğu cinayətlə bağlı kimlərəsə təzyiq göstərərlər. Dünya praktikasında məhbusların internetdən istifadəsi hələ ki, mümkün deyil. Bir halda bu praktikaya rast gəlinir. Özəl cəzaçəkmə müəssisələri tikilir və həmin yerlərdə də məhkuma internetdən məhdud və icazə verilən səviyyədə istifadəsinə şəraəit yaradılır. Həmçinin özəl müəssisələrdə də internetdən istifadə pulludur. Məhbuslar pul ödədikdən sonra həmin imkanlardan istifadə edə bilirlər. Ancaq mən hələ də bilmirəm, biz bunu tətbiq etsək, nə kimi hallarla rastlaşa bilərik? Mən hərbçiyəm və hərbçi kimi işləyirəm. Siz dediyiniz məsələlər qanunla bağlıdır. Qanunverici orqanın bu barədə qərarı olsa, təbii ki, o qərar icra ediləcək. Məsələn, ölkə başçısının 2012-ci ildə bir qərarı var idi ki, istintaq təcridxanaları və həbsxanalar televizorla təmin edilsin. Qısa bir zamanda biz bütün istintaq təcridxanaları və həbsxanaları plazma televizorlarla təmin etdik. 500 əməkdaşımızı neqativ əməllərinə görə işdən azad etmişik - Tez-tez məlumat alırıq ki, kameralara heroin və ya telefon keçirilməsinin qarşısı alınıb. Bunlar təqdir ediləsi nümunələrdir. Ancaq bununla bərabər, bəzi neqativ hallarla bağlı məlumatlar da alırıq. Məsələn, nəzarətçilər cəzaçəkmə kameralarındakı nəfəsliyi açmaq müqabilində məhbuslardan pul alırılar. Bu kimi hallarla mübarizə üçün hansı tədbirlər görülür? - Əməkdaşlarımızın qanunsuz hərəkətlərinin şahidi olan kimi onları tutduğu vəzifələrdən azad edirik. Məsələn, son iki-üç il ərzində 500 nəfər əməkdaşı vəzifəsindən azad etmişik. Bu barədə hörmətli nazirimiz və birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədova da tez-tez məruzə edirəm. Nəzərə almaq lazımdır ki, cəzaçəkmə müəssisələrində saxlanılan məhbusların əksəriyyəti narkotik istifadəçiləridir. Onların narkotik əldə etmək üçün çalışmaqları da bizə məlumdur. Bu işdə onlara kömək olanlar arasında əməkdaşlarımızın olması bizə məlum olan kimi onları işdən azad edirik. Bu kimi halların qarşısının alınması üçün biz Milli Təhlükəsizlik Nazirliyinə də müraciət etmişik. Onların da köməkliyi ilə bu kimi halların qarşısını alırıq. Ancaq sizə deyim ki, istənilən məlumatı biz mütəmadi olaraq cəmiyyətə çatdırırıq. İstər məhbuslardan hər hansı qadağan edilmiş şeylərin aşkar edilməsi, istərsə də öz əməkdaşlarımıın işdən azad edilməsi ilə bağlı olsun. Biz bütün məlumatları daimi olaraq cəmiyyətə çatdırırıq. Məhbusları güdə bilmərik... - Bu kimi halların qarşısını almaq üçün saxlanılma yerlərinə müşahidə kameraları quraşdırmaq mümkündürmü? - Belə bir şey ona görə mümkün deyil ki, bu şəxsi həyata müdaxilə sayılır. İnsanın bütün fəaliyətini necə izləmək olar? Məhbus belə olsalar, bu, insan azadlığına müdaxilədir. Həm də düşünün, o qədər insanı izləmək üçün ən azı bir o qədər də kontingent lazımdır. Bir məhbusu izləmək üçün bir nəfərə demək lazımdır ki, gör, o nə iş görür. İzləməni həyata keçirənin özünü də izləmək üçün bir nəfər lazımdır ki, görək o necə izləyir... (Gülür) Elə bilirdim ki, ABŞ istehsalı olan film izləyirəm - Müəyyən dövlət qurumlarında - xüsusən də barəsində o qədər də xoş söz hallanmayan nazirliklərdə - gedən struktur və kadr islahatları cəmiyyətdə əsasən təqdir olunur, ictimaiyyətdə müsbət reaksiya doğurur. Məsələn, Müdafiə Nazirliyindəki islahatları misal göstərmək olar. Sizin qurumda hansı kadr və struktur islahatları aparılır? - Kadr islahatları fasiləsiz olaraq aparılır. Ancaq bu, kampaniya şəklində deyil. Mütəmadi olaraq bu islahalar gedir. Müdafiə, Daxili İşlər, Ədliyyə və s. digər bu kimi güc nazirliklərində kadr islahatı heç vaxt dayandırılmayıb. Bunun bariz numünəsi olaraq mən sizə bir şeyi xatırlatmaq istəyirəm. Şəhidlər Xiyabanı qarşısında olan və küçələri süpürən insanların xidməti geyimi yüksək səviyyədədir. Mən o xadimələri oradakı digər nazir müavinlərinə də göstərdim və dedim ki, fəxr edirəm ki, Azərbaycanda onlara bu cür geyimlər verirlər. Yəni islahatlar lap aşağı nöqtəyə qədər gedib çıxır. Azərbaycan artıq dünyanın sivil ölkələrindəndir. Bütün bunlar hamısı siz deyən kadr islahatlarının nəticəsidir. Heydər Əliyev quran dövlətdə kadr islahatı nə zaman dayanıb ki? Ancaq yenə deyirəm ki, heç bir kadr islahatı kampaniya şəklində aparılmır. Son 3 ildə 500 nəfər əməkdaşımızın işdən azad edilməsi bu islahatın dayanmadığını göstərir. Sizə bir şey danışmaq istəyirəm. Keçən ilin noyabr ayında bizim müalicə müəssisəsində yanğın baş verdi. Bu, həm də bizim üçün bir sınaq idi. Biz o sınaqdan uğurla çıxdıq. Gördük ki, bizim idarəmiz saat kimi işləyir. Onun nəticəsi idi ki, bir nəfər məhbus da yanmadı. O cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yüksək keyfiyyətli işini də qeyd etmək istəyirəm. Onların yanğınsöndürmə prosesini izləyəndə elə bilirdim ki, ABŞ istehsalı olan film izləyirəm. Ən müasir, alman istehsalı olan texnikalarla təchiz edilmiş bacarıqlı, mütəşəkkil, professional yanğınsöndürmə dəstəsi idi. Bizim fəaliyyətimizə cənab nazir nəzarət edir - Yüksək rütbəli əməkdaşların iş fəaliyyətinə hansı səviyyədə nəzarət olunur? - Bizim özümüzün də fəaliyyətimizə cənab nazir fəaliyyətimə nəzarət edir. Qanundan kənar hərəkətimiz olsa, tutduğumuz vəzifədən azad edərlər. Kimsə vəzifə borcunu yerinə yetirə bilmirsə, əmin olun ki, həmin şəxs tutduğu vəzifədən azad ediləcək. Ümumən biləsiniz ki, Ədliyyə nazirimiz vəzifəyə təyin edilən gündən kadr islahatı davamlı aparılır. Vəzifəsinin öhdəsindən layiqincə gəlməyənlər vəzifəsindən azad edilir, pensiya vaxtı çatan şəxslər əvəzlənir, elə işçilər olur ki, onların xidmət yeri dəyişilir. Kadr islahatları bir nəfərdən asılı olan şey deyil. Bu islahatlar nə Mədətdən, nə də siz deyən nümunədə Müdafiə naziri Zakir Həsənovdan asılıdır. Onun arxasında dövlət başçısı dayanır.
2014-01-21
6,913
Gürcüstan Lotu Qulidən imtina etdi
8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "Lotu Quli" ləqəbli "qanuni oğru" Nadir Səlifovun Gürcüstana ekstradisiyası baş tutmayıb. Gürcüstan tərəfi Lotu Qulinin bu ölkənin vətəndaşı olduğunu təsdiqləyən sənədlə təmin edilməsi üçün müraciətini müsbət cavablandırılmayıb. Bu barədə məlumatı AzNews.az-a Nadir Səlifovun vəkili Kamandar Nəsibov verib. Vəkilin sözlərinə görə, Nadir Səlifovda ancaq sovet nümunəli Gürcüstan pasportu var: "Nadir Səlifov 90-cı illərin əvvəlində gah orda yaşayıb, gah da SSRİ-nin başqa respublikalarına gedib. Bu zaman da təbii ki, vahid ölkə olduğu üçün pasportda heç bir xüsusi qeyd aparılmayıb. Gürcüstanda şəxsiyyəti təsdiq edən sənədlə bağlı yeni qanunun tətbiqi zamanı yeni Nadir Səlifov bundan yararlana bilməyib, çünki Azərbaycanda həbsdə olub. Daha sonra Gürcüstan vətəndaşlığının təsdiqlənməsi üçün rəsmi qaydada müvafiq orqanlara müraciət edib. Ancaq Gürcüstanda qanuna müvafiq qaydada sübutları təqdim etməsi mümkün olmayıb. Buna görə də müraciət müsbət cavablandırılmayıb". Lotu Qulinin Azərbaycan vətəndaşı olmasına gəlincə isə, vəkil qeyd edib ki, müdafiə etdiyi şəxs bunun üçün müraciət etməyib. Qeyd edək ki, Nadir Səlifovun həyat yoldaşı Azərbaycan vətəndaşıdır. Buna görə qanuna əsasən N.Səlifovun öz müraciəti əsasında ona Azərbaycan vətəndaşlığı verilə bilər. Lakin N.Səlifov bu məqsədlə Azərbaycanın müvafiq orqanlarına müraciət etmək niyyətində deyil ("AzNews.az").
2014-01-21
6,914
Xələf Xələfov Suriyada döyüşən azərbaycanlılardan danışdı
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov son vaxtlar Suriyada döyüşən və həlak olan azərbaycanlılarla bağlı məsələyə münasibət bildirib. Nazir müavini X.Xələfov açıqlamasında bu cür məlumatlarla mətbuatdan tanış olduğunu söyləyib. X.Xələfov deyib: "Əlbəttə ki, bu cür məlumatların dəqiqləşdirilməsi vacibdir. Çünki bizim dövlət orqanları bu məsələ ilə bağlı hələlik rəsmi fikir bildirməyib. Yəqin ki, bunu araşdırmağa ehtiyac var. Əgər doğrudan da belə faktlar varsa, mən bundan çox təəssüflənirəm. Yəqin ki, həmin adamları bu işə müəyyən maraqlı təşkilatlar və qruplar cəlb edirlər. Bu isə yolverilməzdir. Çünki Azərbaycan vətəndaşları gedib hər hansı xarici dövlətdə hansısa ideya naminə həlak olurlar. Bu bizim üçün böyük itkidir. Hesab edirəm ki, bu həm də yolverilməzdir. Cəmiyyətdə də gənc nəslin tərbiyəsi məsələlərinə böyük diqqət yetirmək lazımdır. Suriyada həlak olan azərbaycanlılarla bağlı mənim də fikrim odur ki, bu işlər ciddi araşdırılmalıdır, dəqiqləşdirilməlidir. Bu insanların əksəriyyəti gənc insanlardır. Buna görə də onların ailələri də övladlarının tərbiyəsi işinə çox diqqətli olmalıdır. İnsanlar nə qədər çox vətənpərvərlik ruhunda tərbiyə olunsalar, nə qədər çox öz dövlətinə, millətinə, milli ideyasına bağlı olsalar, o zaman bu cür xoşagəlməz hallar da az olar" (Publika.Az).
2014-01-21
6,915
Sulutəpə camaatı Prezidentə şikayətə gedir
Sulutəpə sakini Eldar Cabbarov adlı vətəndaşdan "Axar.az"a şikayət məktubu daxil olub. Şikayətdə bildirilir ki, iki il öncə aparılan təmir işlərindən sonra mavi yanacaq demək olar ki, verilmir: "Sulutəpədə əsas xətdə qaz olmasına baxmayaraq, "Ceyhun" marketdən yuxarıda olan küçələrin heç birində qaz yoxdur. Daha doğrusu zəifdir. Çox zəifdir. Deməli, iki ildir ki, burada qaz xətlərini dəyişiblər. Yüzlük qaz borusu çəkmək əvəzinə əlliliyini çəkiblər. Bizim küçədə də sakinlər çoxaldığı üçün evlərə qaz çox zəif gəlir. İki ildir Binəqədi rayon Qaz İstismar Sahəsinə müraciət edirik, "bu gün-sabah, bu gün-sabah" deyib, yola verirlər. Axırı bezmişik. Camaat da əlacsız qalıb, vallah. Deyirlər, gedəcəyik Prezidentə şikayətə". Şikayətlə əlaqədar "Azəriqaz" İB-nin mətbuat katibi Araz Ağayevlə əlaqə saxladıq. Araz bəy məlumatında bildirdi ki, sakinlərin onlara müraciət etməsi lazımdır ki, araşdırma aparsınlar: "Bu qaz boruları layihələndirilmiş şəkildə çəkilib. Ola bilər ki, həqiqətən yüzlük əvəzinə əllilik boru çəkilib. Ancaq bunun hamısı layihələndirilmiş şəkildə həyata keçirilib. Sakinlər bizə müraciət etsinlər, məsələni daha dəqiq araşdırarıq".
2014-01-21
6,916
Aşıq Telli: “Mir Mövsüm Ağaya and olsun ki, ANS yalan yazıb”
"ANS-dən mənə zəng edib sazçalan Namiqlə bağlı sual veriblər. Deyiblər ki Namiq saz çalıb oriental oynayıb. Mən də onunla danışmadığım üçün dedim ki, burada yoxam, Masallıdayam. Bunlar da götürüb yazıb ki, Telli Masallıya toya gedib. Bu necə inandırıcı olar bilər ki, Telli haradasa ad günü eləsin, toya getsin… Belə şey ola bilməz Mir Mövsüm Ağanın qəbrinə and olsun ki, elə şey olmayıb, ANS yalan yazıb". Bunu Aşıq Telli bildirib. O, bununla bağlı ANS-in "Günəbaxan" verilişinin prodüserinə öz iradını bildirsə də, heç bir mənası olmayıb. Aşıq isə bu məsələdə sona kimi gedəcəyində israrlıdır: "ANS-ə zəng etdim. "Günəbaxan" verilişinin prodüseri Könüllə danışdım. Dedim ay Könül bu nədir? Əhvalatı danışdım. Nə qədər şərəfsizdir o gədə. İnsanların əsəbi ilə oynamaq nəyə lazım? Sən faktı yaz da. Bu dəqiqə ANS-ə zəng edəcəm. Bu məsələdə axırına qədər gedəcəm. Bəsdirin də, nə qədər yalan xəbərlər yaymaq olar. Bu yalanlarla insanları xəstə eləmisiniz. Bir başa ora gedəcəm. Bunu belə qoymaq olmaz. Təcili təkzib verməlidirlər. Yoxsa məhkəməyə müraciət edəcəyəm". Xatırladaq ki, ANS Aşıq Tellinin 20 Yanvar günü toyda iştirak etməsi barədə yaydığı məlumatda səs yazısını da efirə verib ("AzNews.az").
2014-01-21
6,917
Şeyx dini təriqətlərə xəbərdarlıq etdi
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda müxtəlif dini məzmunda fətva xarakterli bəyanatlarla çıxış edən dini təriqətlərə xəbərdarlıq edib. "Axar.az" APA-ya isrinadən xəbəe verir ki, QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə açıqlamasında həmin dini icmalara, təriqətlərə xitabən bildirib ki, nəinki Azərbaycanda, hətta bütün Qafqaz müsəlmanları arasında fətva vermək səlahiyyəti yalnız QMİ-yə məxsusdur. O qeyd edib ki, bütün Qafqazda QMİ-dən başqa heç kimin, heç bir qurumun fətva vermək səlahiyyəti yoxdur: "Bunu edənlər ciddi səhvə yol verirlər. QMİ heç vaxt hansısa döyüşlə bağlı fətva vermir. Şəriət işlərinə ancaq bizim idarə baxır və onun fətva şöbəsi qərar verir". QMİ rəsmisi həmin dini təriqətlərə ciddi xəbərdarlıq da edib: "Onlara buradan bildirmək istəyirəm ki, özbaşına iş görməsinlər və hüquqları olmayan, özlərinə aid olmayan işlərə qarışmasınlar. Əks halda, bu hərəkətləri onlar üçün yaxşı nəticə verməyəcək".
2014-01-21
6,918
Amerikalı həmsədr erməni əsgər üçün kədərləndiyini dedi
"Təmas xəttindəki zorakılıq və gərginlik konfliktin sülh yolu ilə nizamlanması prosesini baltalayır". "Axar.az" xəbər verir ki, bu sözləri Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceym Uorlik öz Tvitter səhifəsində yazıb. Amerikalı həmsədr həmçinin yanvarın 20-də təmas xəttində baş vermiş toqquşma ilə əlaqədar ölmüş erməni əsgərinə görə kədərləndiyini də bildirib. Qeyd edək ki, Ermənistan mətbuatı yanvarın 20-də Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun təmas xəttində təxribat törətməsi haqqında informasiya yaymışdı. Azərbaycan Müdafiə Nazirliyi dərhal buna reaksiya verərək yayılan xəbərlərin əsassız olduğunu bildirmişdi.
2014-01-21
6,919
Dəm qazı daha 3 nəfərin ölümünə səbəb oldu
Üç nəfər zəhərlənmə nəticəsində ölüb "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Yanvarın 19-da Binəqədi rayon sakini Cəfər İsmayılov, yanvarın 20-də Gəncə şəhər sakini Rasim Hüseynzadə mənzillərində dəm qazından zəhərlənərək ölüblər. Yanvarın 19-da Bakı şəhər sakini Ayaz Nəcəfov kimyəvi məhluldan (rastvoritel) zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 20-də orada ölüb.
2014-01-21
6,920
Baş redaktor həbs edildi
Bakı şəhər sakini Y.Nuriyev saxta sənəd satarkən tutulub. "Axar.az" xəbər verir ki, bu barədə informasiya Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Zəngəzurun səsi" qəzetinin baş redaktoru, Bakı şəhər sakini Yavər Nuriyev paytaxt sakini Hüseynağa Məmmədova işləməsi barədə saxta əmək kitabçasını 1500 manata satarkən tutulub.
2014-01-21
6,921
Dörd xanım müğənnidən bəhs edən roman
Gənc yazıçı Cavid Zeynallının "Leyla" romanı çap olunub. Bu haqda "Axar.az"a müəllifin özü məlumat verib. Romanda Azərbaycan şou-biznesinin ən tanınmış dörd müğənnisinin ümumiləşmiş obrazı yaradılıb. Leyla ölkənin məşhur müğənnisidir. Adı müxtəlif qalmaqallarda, cinayətlərdə hallanır. Uşaq evlərindəki yeniyetmə qızların birinci gecəsini əcnəbilərə "hədiyyə etməkdə", tələbə qızları fahişəliyə sürükləməkdə ittiham olunur. Günlərin birində yazılmayan qanunu pozduğuna görə cəzalandırılır. Adı qara siyahıya düşür, telekanallara, restoranlara buraxılmır, dostları ondan üz döndərir. Bu, ömrü boyu məşhurluğun zirvəsində yaşayan Leylanın mənəvi ölümü deməkdir. Onun həyatının alt-üst olmağı bir sirlə bağlıdır. Leylanın intihar niyyətindən Rəcəb adlı jurnalist xəbər tutur və hər şey də burdan başlayır. Sirrin çözülməsi Rəcəbin qorxulu oyuna düşməsi deməkdir. "Hədəf" nəşriyyatında çap olunan romanın redaktoru Etimad Başkeçiddir. Qeyd edək ki, "Leyla" yazıçının sayca ikinci romanıdır. Cavid Zeynallının ilk romanı "Günəşi gözləyənlər" 2010-cu ildə işıq üzü görüb.
2014-01-21
6,922
Rusiyadan Gürcüstana: “Reallıqla barışın!”
"2008-ci ildə baş verən müharibə Moskva ilə Tiflis arasında əlaqələrin qurulmasına bu gün də mane olur". "Axar.az"ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov keçirdiyi ənənəvi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiya xalqlar arasında təmasların asanlaşmasına səy göstərir, lakin ölkəsi Saakaşvilinin prezidentlyi dönəmindən qalan reallıqları dəyişmək gücündə deyil. Lavrov bildirib ki, qarşı tərəfin Şaakaşvilinin törətdiyi fəsadları qəbul etməməsi diplomatik əlaqələrin qurulmasını hər addımda tormozlayır. O, Gürcüstanı reallıqlarla barışmağa çağırıb. Beləliklə, anlaşılan odur ki, əlaqələr rəsmi Tiflisin torpaqlarının faktiki itkisi ilə barışmasından sonra mümkündür. Xatırladaq ki, 2008 ci ilin avqustundakı məlum müharibədən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini rəsmən tanıyıb.
2014-01-21
6,923
İnək oğruları tutuldu
Oğuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Namiq Qasımovun inəyini oğurlayan Yevlax rayon sakinləri Ramiz Şərifov, onun qardaşı, əvvəllər məhkum olunan Rasim Şərifov və Cabir Adıgözəlov tutulub. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların ötən il dekabr ayının 31-də Əlmənət kənd sakini Eyvaz Hüseynova məxsus 1 baş inəyi kəndin otlaq sahəsindən, dekabrın 22-də isə Ağdaş rayonunun Qumlaq kənd sakini Hüseyn Kərimova məxsus 2 baş inəyini həyətindən oğurlamaları da müəyyən edilib.
2014-01-21
6,924
Mühafizə rəisi: “Həkimlərin rüşvətxorluğunu kim bilmir ki!”
2008-ci ildə Səhiyyə naziri dövlət müəssələrində pulsuz tibbi xidmət göstərilməsi haqqında sərəncam verib. Bu sərəncamı əsas tutaraq "Axar.az" dövlət xəstəxanalarında ardıcıl araşdırma aparır. Növbəti jurnalist araşdırmamızı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında apardıq. Xəstəxanaya giriş 3 manatdan başlayır Respublika Xəstəxanasında yaxınlaşdığımız ilk şəxs İlqar Hüseynov bildirdi ki, döş xərçəngindən əməliyyat olunan bacısının əməliyyatı üçün 1200 manat pul alıblar. Onun dediyinə görə, cərrahiyyə şöbəsində hətta tibb bacıları özləri yaxınlaşıb qiymət danışırlar: - Xəstə üç gündür burda yatır, sanitardan tutmuş tibb bacılarına kimi - birlikdə hər gün 20 manat pul veririk. Verməyəndə də palataya ayaq basmırlar. 4-5 günə xəstəni çıxardacağıq. Adicə mühafizəçi belə pul verməsək, bizi həyətə buraxmır. Xəstəxananın həyətinə maşınla girmək üçün üç manat pul verməlisən. İndi saat beşdən sonra xəstənin yanına çıxacağam, hamısı durub pul gözləyir". Reportaja nə ehtiyac, hamı bilir ki... İlqar Huseynovdan ayrıldıq. Xəstəxananın içində xəstə qohumları ilə söhbət etməyə, səslərini yazmağa imkan vermədiklərindən, həyətə çıxdıq və gəlib-gedənlərə yaxınlaşdıq. Burda müayinə prosedurlarının necə getdiyini öyrənmək istəyirdik. Bu zaman xəstəxana gözətçisi əlimizdəki diktofonu görüb, yaxınlaşdı və qolumdan tutub, mühafizə rəisinin qəbuluna apardı. Xəstəxananın mühafizə rəisi Hüseyn Məmmədov qəzəblə bildirdi ki, orada vətəndaşlarla söhbət etməyim qeyri-qanunidir, ona görə də xəstəxananı təcili tərk etməliyəm: - Həkimlərin rüşvət almasını kim bilmir ki? Guya siz bilmirsiz ki, xəstəxanalarda rüşvət var?! Bir də bundan reportaj etməyin nə mənası!? Həkimin maaşı budur, yenidən bunu qaynatmağa nə ehtiyac? Bunu polisə verin! İkinci mərtəbədə pilləkənin sol tərəfində yerləşən Qəbul şöbəsinin müdiri mühafizə rəisinə məni polisə təhvil verməsi haqda göstəriş verdi. Bu zaman mühafizə rəisi çantamdan tutdu, məni hansısa otağa aparıb, nəyisə aktlaşdırmaq istədiyini bildirdi. Amma nail olmadı. Hələ onu da bilmirik ki... Xəstəxana həyətinə giriş qapısında danışdığım valideynlər də problemlərdən danışdılar. Lalə Cəfərova qızının qaraciyərində problem olduğunu dedi. Ondan Respublika Xəstəxanasında qaraciyərin rentgeni üçün 20 manat pul istəyiblər. Dərmanları da çox bahalı olduğundan, almağa gücü çatmayıb. Həkim isə ona "pulun yoxdursa, çıxıb gedə bilərsən" deyib. İndi Lalə Cəfərova ümidini İrandakı həkimlərə bağlayıb. Həm həkimlərə inam baxımından, həm də qiymətlərin daha münasib olmasından qızının müalicəsini orda davam etdirəcək: - Bu ölkədə yaşayırıq, amma müalicə almaq üçün qonşu dövlətə gedirik. Dövlət xəstəxanasının özəllərdən fərqi qalmayıb. Hələ onu da bilmirik ki, sabah o dərmanları alıb içsək, sağalacağıq, ya öləcəyik. Bu gün Azərbaycan səhiyyəsində rüşvət və etibarsızlıq var. 80 faiz narazıdır Qeyd edək ki, "Azərbaycan səhiyyəsinin vəziyyəti sizi qane edirmi?" sualı ilə keçirdiyimiz video-sorğuda 50 nəfərdən 40-ı səhiyyədəki rüşvət hallarından və həkimlərin qeyri-professionallığından narazılıq etdi.
2014-01-21
6,925
“Qremmi” laureatı Heydər Əliyev Mərkəzində
Məşhur caz ifaçısı, üç "Qremmi" və "Toni" mükafatı laureatı Di Di Bricuoter fevralın 12-də Bakıda Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. Mərkəzdən verilən məlumata görə, müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln və Billi Holideyin repertuarından əsərlər ifa edəcək. Əsl adı Dennis Qarret olan olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunub. Di Di Bricuoter ilk professional təcrübəni əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində və ötən əsrin 70-ci illərində o, məşhur caz ifaçıları Maks Rouç Sonni Rollinz Dekster Qordon, Dizzi Gillepsi kimi məşhur caz ifaçıları ilə birgə çıxış edib. Müğənni 1980-ci ildə Fransaya köçüb və bir neçə il ərzində Avropanın bütün caz fetivallarında iştirak edib, özünün orkestrini yaradıb. 1998-ci ildə kumiri Ella Fitsceraldın xatirəsinə həsr etdiyi "Əziz Ella" albomu iki "Qremmi" mükafatına layiq görülüb. Eləcə də onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi "Elanora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə" ("Eleanora Fagan (1915-1959): To Billie With Love From Dee Dee" adlı albomu "Qremmi" alıb. Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə "Viz" musiqili tamaşasında oynadığı Qlinda roluna görə "Toni" mükafatı alıb ("Trend").
2014-01-21
6,926
Heydər Əliyev ocaq qırağında – Foto
Heydər Əliyevin unikal fotosu yayılıb. "Axar.az" xəbər verir ki, "Feysbuk" sosial şəbəkəsində yayılan fotoya maraq həddindən artıq böyükdür. Fotonun yayıldığı səhifədə məlumat yerləşdirilib ki, bu şəkil mərhum prezident Heydər Əliyev Qəbələdə olan zaman çəkilib.
2014-01-21
6,927
ORT: “Bölgədə üçüncü dünya savaşı oyunu gedir”
Rusiyanın dövlət televiziyası olan "I Kanal" bu həftə "Xəbərlər" proqramında ABŞ-ın "Böyük Orta Şərq Layihəsi" çərçivəsində bölgədə Kürdistan xəritəsinin yaradıldığını iddia edib. "Axar.az" xəbər verir ki, kanalın PKK düşərgələrinə girən jurnalisti Yevgeni Baranov KCK terror təşkilatının İdarə Heyətinin sədri Cəmil Bayıkdan da müsahibə alıb. Bayık Türkiyənin Baş naziri R.T.Ərdoğanın Suriya mövzusunda çox böyük səhv buraxdığını iddia edib: Ərdoğan Suriya macərası ilə ölümcül səhv buraxıb "Ərdoğan Suriya macərasına atılmaqla ölümcül səhv buraxdı. O, Vaşinqtonun təşviqlərinə güvəndi və özünü Suriyadakı iki milyonluq kürdün taleyini yazan şəxs kimi görməyə başladı. Ancaq bunun əvəzinə artıq öz kreslosunu qorumağı və bu kreslonu qoruya bilməsə, Türkiyənin başına nələr gələcəyi ilə bağlı mövzuları düşünmək məcburiyyətində qaldı". Onurğa sütunu Kürdistan olacaq "Bizə görə bölgədə üçüncü dünya savaşı oyunu gedir. Çağdaş kapitalizm sistemini təmsil edən Qərb Orta Şərqin xəritəsini yenidən cızmağa çalışır. Çünki bu bölgə artıq onların xeyrinə deyil. Əgər dünyanı insan orqanizminə bənzətsək, onurğa sütunu Orta Şərq olacaq. Və əgər Orta Şərqi insan orqanizminə bənzətsək, onurğa sütunu Kürdistan olacaq".
2014-01-21
6,928
Heydər Əliyev Ordeninin brilyantlı döş nişanı - Foto
Milli Məclis "Heydər Əliyev ordeninin təsis edilməsi haqqında" qanuna dəyişiklik edəcək. Dəyişikliyə əsasən, Heydər Əliyev Ordeni ulduz, orden zənciri və nişanla yanaşı, həm də döş nişanından ibarət olacaq. "Heydər Əliyev" ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarət olacaq. Altlığın dörd guşəsinin hər birində yerləşən səkkizguşəli ulduz formalı elementin hər birinə 1 ədəd brilyant daş bərkidiləcək. Döş nişanının mərkəzində tünd qırmızı mina ilə örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi yerləşəcək. Barelyef çarpazlaşmız, kvadratşəkilli iki çərçivə ilə haşiyələnir. Hər çərçivəyə 56 brilyan daş bərkidiləcək. Döş nişanı 28mm x 28mm ölçüdə olacaq, arxa hissəsinə seriya və nömrəsi həkk ediləcək ("Femida.az").
2014-01-21
6,929
Baş nazir həbs edilib
Dağıstanın baş naziri Moskvada həbs edilib. Verilən məlumata görə, dələduzluqda şübhəli bilinən baş nazir Maqomedqusen Nasrutdinovun məhkəməsi keçirilib. 2000-ci ilə qaz şəbəkələrində qanunsuz rəsmiləşdirmə işləri aparaq küllü miqdarda pulu mənimsədiyi iddia edilən baş nazir, məhkəmə zamanı ona qarşı qaldırılan ittiham aktları ilə razılaşmayıb. Hüquq mühafizə orqanlarından, baş nazirin dələduzluq yolu ilə 197,73 milyon rubl dəyərində pulu mənimsədiyini bildirirlər. Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya mətbuatı Nasrutdinovun qanunsuz əməlləri barədə məlumat yayıb (ANS).
2014-01-21
6,930
Yeganə Hacıyeva Müsavatın ittihamına cavab verdi
"Partiyadan istefamı Azərbaycan mediası geniş şəkildə işıqlandırdı. Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri də prosesləri izləyirlər. Onlar mənim Müsavat Partiyasının üzvü olmadığımı bilirlər və məntiqlə onlar mənə müraciət edə bilməzdilər". Bu sözləri Müsavat partiyasının keçmiş üzvü Yeganə Hacıyeva İsa Qəmbərin AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüdə iştirak etməməsində günahlandırılmasına cavab olaraq "Axar.az"a bildirdi. Y.Hacıyeva bu ittihamları birmənalı olaraq qəbul etmədiyini və belə xəbərin yayılmasının səbəbini bilmədiyini də dedi. Xatırladaq ki, AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin ölkənin aparıcı müxalifət partiya liderləri ilə görüşündə Müsavat başqanı isa Qəmbər iştirak etməyib. Məsələ ilə bağlı Müsavat Partiyasından "Qafqazinfo"ya bildirilib ki, AŞPA-nın Bakı ofisinindən dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib. Lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb. Qeyd edək ki, Müsavat Partiyasının xarici məsələlər üzrə müşaviri Yeganə Hacıyeva bu yaxınlarda partiyadan istefa verib. O, istefasının səbəbini partiyanın Milli Şuradan çıxması ilə əlaqələndirib. Yaxın zamanlarda partiyanın heç bir vəzifəli funksionerinin istefa vermədiyini nəzərə alsaq, o zaman ehtimal edilir ki, Müsavat Partiyasının dəvətlə bağlı ittiham etdiyi tərəf Yeganə Hacıyevadır.
2014-01-21
6,931
Sergey Lavrov: “Onlar dialoqdan çox razıdırlar”
"Qarabağ konfliktinin həllində son qərarı tərəflər verməlidir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edib. O, İlham Əliyev və Serj Sərkisyanın Vyandakı görüşünün konfliktin həllində ümid yaratdığını vurğulayıb: "Prezidentlərin görüşündən görünürdü ki, onlar dialoqdan çox razıdırlar. Rusiya, ABŞ və Fransa bundan sonra da Minsk qrupu həmsədrləri simasında tərəflərə konfliktin həllində kömək etməyə hazırdır".
2014-01-21
6,932
Ərdoğanın şəklinin qabağında namaz qıldılar - Foto
Gördüyünüz bu foto "fotoşop"da düzəldilməyib. Bu hadisə Türkiyənin Kahramanmaraş şəhərində baş verib. "Axar.az" "Etatist.com"a istinadən xəbər verir ki, Türkiyədə baş verən son olaylardan sonra Ərdoğana sevgilərini göstərmək üçün qeyr-adi sözlər deyən, hərəkətlər edən AKP tərəfdarları indi də bu yola əl atıblar. İslam dininin fotonun qarşısında namaz qılmağı və hər hansı ibadət etməyi qadağan etməsinə baxmayaraq 30-a yaxın AKP tərəfdarı yığışaraq Ərdoğanın Kahramanmaraş şəhərində qoyulmuş şəklinin qabağında namaz qılıblar. Onlar, bu yolla Ərdoğana sevgilərini göstəriblər. Bundan öncə Ərdoğanın Trabzona səfəri zamanı onu kəfənlə qarşılayanlardan sonra onun şəklinin qarşısında namaz qılanlar baş naziri daha çox sevdiklərini bildiriblər. Qeyd edək ki, bu foto Türkiyədən göndərilib. Onu da xatırladaq ki, ötən ilin may ayında Türkiyədə Ərdoğan və hökumət əleyhinə mitinqlərə cavab mitinqi keçirən AKP tərəfdarları Ərdoğana sevgilərini göstəkmək üçün canlı yayımda özlərini aşağılamış, ağıza alınmayacaq sözlər demişdilər.
2014-01-21
6,933
Gülən hərəkatının “Axar.az”a növbəti terroru – Fotofakt
"Samanyolumedya" qurumu tərəfindən "Axar.az"ın ikinci "Yutub" səhifəsi də şikayətlə silinib. "Yutub" sosial şəbəkəsindən "Axar.az"a daxil olan məlumatda bildirilir ki, ""Zaman"ın baş redaktoru Ərdoğana "yezid" dedi" başlıqlı video saytımızın "Yutub" səhifəsindən silinib - "Samanyolumedya"dan daxil olan şikayətlərə əsasən. Məsələ ilə əlaqədar "Samanyolumedya"nın həm Bakı ([email protected]), həm də baş ofisinə ([email protected]) saytımızın adından sorğu göndərilib. Sorğumuza cavab verən "Samanyolu"nun Bakı ofisi, Xəzər TV-nin hüquqşünası Pərviz Məmmədov bildirdi ki, Xəzər TV-nin "Samanyolu" ilə heç bir əlaqəsi yoxdur. Ancaq biz onların elektron poçtlarını, "Samanyolu.tv" saytından (http://www.samanyolu.tv/kurumsal/priedstavitieli) Bakı ofisinin ünvanı olaraq götürdüyümüzü nəzərinə çatdırdıqdan sonra rəhbərliklə danışıb, yenidən bizimlə əlaqə saxlayacağını bildirdi. Xatırladaq ki, bundan öncə də "Axar.az"ın "Yutub" səhifəsi eyni mənbənin məntiqsiz şikayətləri əsasında bağlanmış və yeni "Yutub" səhifəsi açmaq məcburiyyətində qalmışdıq.
2014-01-21
6,934
Namiq Həsənov: “Nəqliyyat kartları əslində pulsuz paylanır”
İctimai nəqliyyatda kartla ödəniş sistemi qısa zamanda tətbiq olunsa da, böyük marağa səbəb olub. Bu sözləri açıqlamasında Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib. Onun sözlərinə görə, aparılan araşdırmalar əhali arasında marağın yüksəkdir, lakin məlum səbəblərdən alıcıların sayı azdır: "Kartaların satıldığı 80-ə yaxın köşkdə araşdırma aparmışıq. İnsanların bu kartlara çox maraq göstərdiyini müşahidə etmişik. Ancaq 2 marştrutda təxminən 80-ə yaxın avtobusda bu sistem tətbiq edildiyindən satış hələ ki azdır. Başqa marşrutlarda tətbiq edilmədiyinə görə, insanlar bu kartları almağa maraq göstərmirlər. Digər marşrutlarda kartla ödəniş sisteminin nə vaxt tətbiq edilməsi ilə bağlı müraciətlərin olur". N.Həsənov hələ ki, ödəniş məsələsində hər hansı problemlə bağlı müraciət edilmədiyini bildirdi. Onun sözlərinə görə, avtobus sürücülərinə problem yaşayan sərnişinlərə kömək edilməsi barədə göstəriş verilib: "Fevralın sonu martın əvvəlində bu kartlarla bağlı daha böyük uğurlardan danışa bilərik. O zaman artıq 36-ya yaxın marşrut, təxminən 600 avtobusda bu sistem istifadəyə verilmiş olacaq. Hazırda min avtobusda naviqator quraşdırılıb, 500 avtobusda da quraşdırılacaq" N.Həsənov həmçinin kartların metroda istifadəsinin hələ ki, nəzərdə tutulmadığını dedi, lakin gələcəkdə kartın imkanlarının genişləndiriləcəyini vurğuladı. O, ötən il Nəqliyyatın İntellektual İdarəetmə mərkəzi tərəfindən kartların pulsuz paylanaması ilə bağlı verilən açıqlamaya da münasibət bildirdi: "Əslində kartların pulsuzdur. Kart üçün ödənilən 2 manat sığorta depozitinin qiyməti, 1 manat isə gedişhaqqıdır. Yəni sabah kartı qaytarsanmız, pulunuz sizə geri ödəniləcək ki, bu da mahiyyətcə pulsuz paylanmaq deməkdir". N.Həsənov ödənişin minimal qiymətinin nə üçün manatla olmasına da aydınlıq gətirdi. Onun sözlərinə görə, qəpikl ödəniş çətinlik yaratdığından minimal ödənişin manatla edilməsi nəzərdə tutulub. Xatırladaq ki, ötən həftədən 10 və 95 saylı marşrutlarda kartla ödəniş sistemi tətbiq edilir. Kartın qiyməti 2 manatı sığorta depoziti, 1 manat isə balansa yüklənən gediş haqqı olaraq 3 manatdır. İlkin olaraq 10 və 95 saylı marşrutlarda kart sisteminin tətbiqinə start verilib. 450 minə yaxın kart artıq hazırdır. 1 milyona yaxın kart isə sifariş edilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 müasir köşkdə satılır. Kartları eləcə də Bank of Azerbaijan-ın filiallarından əldə etmək olar ("Publika.Az").
2014-01-21
6,936
Aşıq Telli olayı Masallını ayağa qaldırdı - Fotolar
Şıxlar kəndinin sakinləri onları qəbul etməyən icra başçısı Rafil Hüseynova etiraz olaraq Bakı-Astara şossesini bağlayıblar ("Jam.az"). Məlumatda deyilir ki, əhalinin etiraz aksiyası keçirməsinə səbəb icra başçısı Rafil Hüseynovun artıq bir neçə dəfədir onları qəbul etməməsidir. "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov isə "Axar.az"a açıqlamasında bildirdi ki, Masallıda əhalinin bu narazılığına səbəb Aşıq Telli Borçalının 20 Yanvar hüzün günündə Masallıda toyda iştirak etməsini bildirməsidir: - Hazırda Masallı Rayon İcra Hakimiyyətinin binasının qarşısındayam. Bura camaat yığışıb və 20 Yanvar günündə toy edilməsi xəbərini özlərinə təhqir hesab etdiklərini, bunun aydınlaşmasını istəyirlər. Camaat da, İcra Hakimiyyətinin və polisin nümayəndələri də belə bir toy mərasiminin olmadığını bildirirlər. Aşıq Telli Borçalının toy xəbəri yalandır, yəqin ki, biz masallılar bunun sonuna çıxacağıq.
2014-01-21
6,937
Şirniyyatın içində tiryək keçirmək istədilər
Bakıda 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkuma gətirilən sovqatın içindən tiryək və marixuana aşkar edilərək götürülüb. "Axar.az"ın Penitensiar Xidmətin saytına istinadən verdiyi xəbərə görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Valeh Vaqif oğlu Bayramova vətəndaş Rahil İdris oğlu Tairovun gətirdiyi sovqatın içərisinə baxış keçirilib. Baxış zamanı bişmiş şirniyyatın içərisində gizlədilmiş 3 bükümdə xalis çəkisi 7,141 qr olan narkotik vasitə - tiryək və 1 bükümdə xalis çəkisi 0,32 qr olan narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb. Qeyd edək ki, V.Bayramov Cinayət Məcəlləsinin 120.2.4 (Qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (Qəsdən adam öldürmə; iki və ya daha çox şəxsi öldürmə) maddələrinə əsasən ömürlük azadlıqdan məhrum edilib. Fakt üzrə araşdırma aparılır.
2014-01-21
6,938
“Yuxarılar” Orfoqrafiya lüğətinin çapına mane olur?
"Gözləyirik ki, çap olunsun. Hər dəfə zəng eləyəndə deyirlər ki, bugün-sabah, bugün-sabah… Keçən ildən belə deyirlər, artıq təzə il başlayıb". Bu sözləri Orfoqrafiya lüğətinin çapının illərlə ləngiməsi ilə bağlı "Axar.az"ın sualını cavablandıran Dilçilik İnstitutunun Orfoqrafiya şöbəsinin müdiri İsmayıl Məmmədov dedi. İsmayıl müəllim Orfoqrafiya lüğətinin bir aya çap olunacağı barədə vəd aldığını söylədi: "Orfoqrafiya lüğəti yaxın vaxtda, təxminən, bir aya çıxmalıdır. Mən də artıq redaktor kimi oxuyub düzəltmişəm, qol çəkib "Şərq-Qərb" nəşriyyatına göndərmişəm. Gözləyirik ki, çap olunsun. Hər dəfə zəng eləyəndə deyirlər ki, bugün-sabah, bugün-sabah. Keçən ilin axırlarından belə deyirlər, artıq təzə il də başlayıb. Lakin onu deyim ki, lüğət çıxanda 2013-cü il adıyla nəşr olunacaq". Xatırladaq ki, sonuncu Orfoqrafiya lüğəti 2004-cü ildə dərc olunub. Hərçənd ki, Dövlət Dili haqqında qanunun 13-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin etməlidir. Bu qədər gecikmənin səbəbini İsmayıl Məmmədov qısaca belə izah etdi: "Kitabın gecikməsinin səbəbi bizlik deyil, yuxarılıqdır". Hüquqi məsuliyyət nəzərdə tutulmayıb Məsələnin hüquqi tərəfini öyrənmək üçün hüquqşünas Elçin Ağayevlə əlaqə saxladıq. O, bu məsələ ilə bağlı hüquqi məsuliyyətin nəzərdə tutulmadığını vurğuladı: "Bununla bağlı olaraq hər hansı hüquqi məsuliyyət – inzibati və yaxid digər - nəzərdə tutulmayıb. Məsuliyyət də Dilçilik İnstitutuna nəzarət edən orqanın üzərində qalır". Açıqlama vermək səlahiyyətində deyilik "Şərq-Qərb" mətbəəsindən isə məsələylə əlaqədar məlumat verə bilməyəcəklərini, onların belə hüquqa malik olmadıqlarını vurğuladılar: "Belə suallara cavab vermək haqqımız yoxdur. Bu barədə yalnız sifariş verənə məlumat verə bilərik".
2014-01-21
6,939
Səfər Əbiyev istintaqa cəlb edilir: Prokurorluq işə qarışdı
Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra nazirlikdə ciddi kadr islahatları ilə yanaşı əsaslı yoxlamalara başlanıb. Nazirlik sistemində ciddi qanun pozuntuları, korrupsiya halları aşkarlandığından, bəzi faktları artıq hərbi prokurorluq araşdırmağa başlayıb. Belə yoxlamalardan biri də Müdafiə Nazirliyinin bir ay əvvəl ləğv edilmiş "N" saylı hərbi hissəsində aparılır. Bakı ətrafında yerləşən və tam məxfi təyinatlı hərbi hissənin komandiri seysmoloq Elçin Xəlilov ("Zəlzələ" Elçin – red.) olub ("AzNews.az"). Artıq istintaqla bağlı sənədlərin bir qismi rəy alınması üçün AMEA-ya göndərilib. Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu tərəfindən ciddi istintaq işləri aparılan bu hərbi hissə təyinatı ilə əlaqədar olaraq bir başa nazirin nəzarətində olub. Elə buna görə də, hərbi hissədə aşkarlanan neqativ hallarla bağlı sabiq nazir Səfər Əbiyevin də dindiriləcəyi gözlənilir. Məsələ ilə bağlı Respublika Hərbi Prokurorluğunun mövqeyini öyrənmək mümkün olmadı.
2014-01-21
6,940
Hərbi Tibb İdarəsində dəyişiklik edildi
Silahlı Qüvvələrin Hərbi Tibb İdarəsini statusu və səlahiyyətləri artırılıb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Silahlı Qüvvələrinin Hərbi Tibb İdarəsi Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi statusu alıb. Tibb Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Natiq Əliyevə həvalə olunub.
2014-01-21
6,941
Tank əleyhinə mina Lənkəranda vahimə yaratdı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən Elman Məmmədov adına orta məktəbdə təlim məqsədli tank əleyhinə minanın təhlükəli olduğu müəyyən edilib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən bildirir ki, Nazirliyin xilasedici və mütəxəssisləri dərhal lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri 187 şagird, 32 müəllim və 16 texniki işçini məktəb binasından çıxarıb və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 14:13-də başa çatıb.
2014-01-21
6,942
Kürdlər öz muxtariyyətlərini elan etdilər
Suriyadakı kürdlər Cizrə əyalətində özlərinin Demokratik Muxtar Respublikalarını yaradıblar. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı "Fırat" agentliyi yayıb. Agentlik özünü müstəqil elan edən bölgənin rəsmi üç dilinin olacağın bildirib. Bununla bərabər burada 22 nazirliyin yaradıldığı da qeyd olunub. İdarəetmədə maliyyə, iqtisadiyyat və ticarət nazirlərinin qadın olduğu deyilib. Agentlik bölgəni seçilmiş prezidentin idarə edəcəyini yazıb. Qeyd edək ki, bir müddət öncə "Qolos Rosiyi" radiosunda bölgənin özünü müstəqil elan etdiyi haqqında xəbərlər yaymışdı.
2014-01-21
6,943
Serbiya Türkiyəni qabaqlaya biləcəkmi?
Bu gün Avropa İttifaqı üzvlüklə bağlı danışıqların aparılması üçün Serbiyaya rəsmən razılıq verib. "Axar.az" "Frans-Press" agentliyinə istinadən bildirir ki, tərəflər prosesə başlamaq istiqamətində ciddi irəliləyişə nail olublar. 35-ə yaxın sahə müzakirə predmetidir. İlkin mərhələdə hüquq sisteminin sixnxronlaşdırılaraq uyğunlaşdırılması nəzərdə tutulur. Xatırladaq ki, danışıqlarin aparılması namizəd ölkənin üzvlüyünə təminat vermir. Məsələn, ciddi islahatlar aparmağına baxmayaraq, qardaş Türkiyə illərdir ki, bağlı qapılar arxasında saxlanılır.
2014-01-21
6,944
Prezident açılışda iştirak etdi
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park-kompleksinin, Heydər Əliyev Mərkəzinin və bir sıra iqtisadi və sosial təyinatlı müəssisələrin açılışında iştirak edib. Prezident İlham Əliyev əvvəlcə yenidən qurulmuş Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət etdi. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verdi. Parkın girişində möhtəşəm "Zəfər Tağı"ı ucaldılıb. Hazırda parkda gənclər üçün əyləncə mərkəzi və qış parkının tikintisi davam etdirilir. *** Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi. Burada ümummilli lider Heydər Əliyevin əzəmətli heykəli ucaldılıb. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Mərkəzdə fəaliyyət göstərəcək Heydər Əliyev Muzeyi Ulu Öndərin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğısının bariz nümunələrinə də geniş yer ayrılıb. Mərkəzdə oxu zalı, elektron kitabxana, xarici dil kursları, "IDEA" İctimai Birliyinin resurs mərkəzi, videokonfrans salonu, Xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi və sərgi salonu da vardır. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı Mərkəzin açılışı münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev son 10 ildə 12 dəfə Gəncədə olduğunu qeyd edərək, Azərbaycanın digər bölgələri kimi, Gəncənin də abadlaşdığını, daha da gözəlləşdiyini bildirdi. Dövlətimizin başçısı qədim və zəngin tarixə malik olan Gəncədə bu prosesin bundan sonra da davam etdiriləcəyini vurğuladı. Gəncə ictimaiyyətinin nümayəndələri şəhərin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına həmyerlilərinin ən xoş arzularını çatdırdılar. Sonra xatirə şəkli çəkdirildi. Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin həyətində ağac əkdi. *** Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlqoyma mərasimində iştirak etdi. Dövlətimizin başçısına Olimpiya Parkının eskiz layihəsi haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, Olimpiya Parkı Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcəkdir. Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlini qoydu. *** Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak etdi. Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsdi. Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və digər yardımçı otaqlar yerləşir. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Prezident İlham Əliyev mərkəzin ətrafını və Məhsəti parkını gəzdi. *** Sonra dövlətimizin başçısı Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsinə gəldi. Prezident İlham Əliyev əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında oldu. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, zəruri avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınıbdır. Sonra Prezident İlham Əliyev Mədəniyyət Sarayına gəldi. Burada həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkün olacaqdır. Prezident İlham Əliyev 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbinə gəldi. Dövlətimizin başçısı məhəllənin baş planı ilə də tanış oldu. Kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 6750 nəfər məcburi köçkün köçürüləcəkdir. Məktəblə tanışlıq zamanı bildirdi ki, bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait vardır. Dövlətimizin başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofelya Məmmədovanın evində yaradılan şəraitlə tanış oldu. Hərtərəfli şəraitə malik yeni mənzilə köçmələri münasibətilə Ofelya Məmmədovanın ailəsini təbrik edən Prezident İlham Əliyev ötən 10 ildə 170 min məcburi köçkünün belə mənzillərlə təmin edildiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, məcburi köçkünlərə dövlət qayğısı ilbəil gücləndirilir və Gəncədə yaradılan ən böyük məcburi köçkün şəhərciyi bunun növbəti əyani nümunəsidir. Prezident İlham Əliyev iqtisadi, hərbi gücü durmadan artan, beynəlxalq mövqeyi möhkəmlənən, müsbət demoqrafik vəziyyətə malik ölkəmizin işğala son qoyulmasını yaxınlaşdırmaq üçün ardıcıl və məqsədyönlü iş apardığını bildirdi. Dövlətimizin başçısı Gəncədə sosial-iqtisadi inkişafla bağlı böyük işlərin görüldüyünü, burada müvəqqəti məskunlaşan məcburi köçkünlərin də həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirildiyini dedi. Məcburi köçkün Ofelya Məmmədova onlara göstərilən hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdı, dövlət siyasətinə dəstəyini əsirgəməyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın silsilə xidmətlərini xüsusi qeyd etdi. *** Daha sonra Prezident İlham Əliyev Nizami Gəncəvi Muzeyinin açılışında iştirak etdi. Dövlətimizin başçısı muzeylə yaxından tanış oldu. Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması mühüm əhəmiyyət daşıyır. Bu mənada Gəncədə inşa olunan bu Muzeyin əhəmiyyəti də olduqca böyükdür. *** Prezident İlham Əliyev "DET AL" Alüminium MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışı mərasimində iştirak etdi. Dövlətimizin başçısı əvvəlcə metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış oldu. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirdi ki, kompleksdə dünya standartlarının tələblərinə cavab verən, istehsal gücü 50 min ton olan iki modern zavod qurulub. Bunlar metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarıdır. Dövlətimizin başçısı müəssisənin istehsal sahəsini işə saldı. *** Prezident İlham Əliyev Gəncə Qala qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə də tanış oldu. Yeni yaradılan bu abidə şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən qalanın qarşısında dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Kompleksdə xronoloji ardıcıllıqla tarixi hadisələr əks olunub. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılıb. Burada Gəncənin hərb tarixi və etnoqrafik muzeyləri yaradılıb. *** Prezident İlham Əliyev daha sonra Gəncə dairəvi avtomobil yolunun açılışda iştirak etdi. Yeni dairəvi yolun əsas səmərəsi ondan ibarətdir ki, avtomobillər və xüsusilə də yük maşınları ölkənin şimal istiqamətinə Gəncəyə daxil olmadan hərəkət edəcəkdir. Burada Prezident İlham Əliyevə Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yolunun sxemi də təqdim olundu. *** Dövlətimizin başçısı Gəncə "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə də tanış oldu. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verdi ki, Gəncədə "ASAN xidmət" 2013-cü il dekabrın 21-dən vətəndaşlara xidmət göstərməyə başlayıb. Gəncə "ASAN xidmət"i Gəncə, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı sakinlərinə xidmət göstərəcəkdir. Qeyd edildi ki, fəaliyyətdə olduğu 25 gün ərzində mərkəzə 20 minə yaxın vətəndaş müraciət edib. Prezident İlham Əliyev "ASAN xidmət"in əməkdaşları ilə görüşdü. Dövlətimizin başçısı bir il ərzində "ASAN xidmət"ə bir milyondan çox vətəndaşın müraciət etdiyini, belə mərkəzlərin digər bölgələrdə də açılacağını bildirdi. Qeyd etdi ki, dünyanın digər ölkələri də "ASAN xidmət"lə bağlı Azərbaycanın təcrübəsi ilə maraqlanırlar. Çıxış edən gənclər də onlara göstərilən diqqət və qayğını qeyd edərək, respublikamızda gənclər hərəkatının genişləndirilməsinə hərtərəfli dəstəyə görə minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkli çəkdirildi. *** Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasında aparılan inşaat işləri ilə tanış oldu. Dövlətimizin başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi. *** Prezident İlham Əliyev daha sonra "VEGO" otelinə gəldi. Otellə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcəkdir. Təkcə Gəncə üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu otel mükəmməl infrastruktura malikdir.
2014-01-21
6,945
"Məni arvadımla sındıra bilməyəcəksiniz!"
Gürcüstanın keçmiş Baş naziri Vano Merabişvili bu gün keçirilən məhkəmə prosesindən öncə bəyanat verərək bildirib ki, həyat yoldaşına qarşı müxtəlif təzyiqlər göstərməklə maraqlı dairələr onu "sındıra" bilməyəcək. "Axar.az" bu haqda gürcü mediasına istinadən xəbər verir. Xatırlaqdaq ki, hazırda məhbəsdə olan Merabişvilinin həyat yoldaşı Tako Salakaya bu gün Sandro Qirqvliani işi ilə əlaqədar Gürcüstanın baş prokurorluğuna çağırılıb. Diqqətə çatdıraq ki, Saakaşvili hakimiyyəti döründə Daxili İşlər və Baş nazir postlarını tutan Vano Merabişvili hazırda müxtəlif cinayətlər üzrə təqsirli bilinir.
2014-01-21
6,946
Həyatımızla oynayan kimdir - sürücülər, yoxsa NN?
"Özəl marşrut sahibləri əksərən məsuliyyətsizdir və ya kiməsə arxalanırlar. Ona görə sürücülər də özbaşınalıq edirlər. Qanunlarda boşluq var, istehlakçı siyasəti dəyişməlidir". Bu sözləri Bakıda avtobus sürücülərinin nəqliyyat vasitələrini idarə edərkən səbəb olduqları qəzalar haqda danışarkən Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov bildirdi. Niyə təhlükəli maşın idarə edən, kobud və sükan arxasında ikən siqaret çəkən sürücüləri normal sürücülərlə əvəz etmirlər? Belə hallarla üzləşən sərnişin kimə müraciət etməlidir? Əyyub Hüseynov bu məsələdə konkret cavabın olmadığı fikrindədir: "Burada səbəblər çoxdur. Birinci səbəb avtobus marşrutu sahiblərinin məsuliyyətsizliyi, ancaq öz mənfəətlərini düşünməsidir. İkincisi, bir sıra xətlər, avtobuslar özəldir, fərdi insanlara məxsusdur. Ancaq dünya təcrübəsində belədir ki, bu avtobusların müəyyən bir hissəsi hökumətə, böyük əksəriyyəti bələdiyyələrə aiddir. Bizdə isə əksinədir. Avtobusların əksəri Nəqliyyat Nazirliyinə aid olan "Transqeyt" şirkətinə tabedir. Təbii ki, nəqliyyat müfəttişləri də onlara göz yummağa məcburdur. Özəl marşrut sahibləri isə əksərən məsuliyyətsizdir və ya kiməsə arxalanırlar. Ona görə sürücülər də özbaşınalıq edirlər. Qanunlarda boşluq var, istehlakçı siyasəti dəyişməlidir. Nəqliyyat Departamenti də bu boşluqlardan yararlanaraq özbaşınalıqlara şərait yaradır. Sanki insanların taleyi, həyatlarının yarımçıq kəsilməsi kimsə üçün maraqlı deyil".