date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-01-17 | 6,636 | Xəzər rayonunda ev yandı | Xəzər rayonunda yanğın hadisəsi baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən bildirir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində yanğın olub. Hadisə nəticəsində evin mansardı 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-17 | 6,637 | İsveç klubu Liviya dövləti ilə müqavilə bağladı - Şok! | İsveçin "Ostersunds" klubu Liviya hökuməti ilə 58 milyon avroluq müqavilə imzalayıb. "Axar.az" xəbər verir ki, bununla da ikinci liqa təmsilçisi bir dövlətlə müqavilə imzalayan ilk klub olub. Müqaviləyə əsasən "Ostersunds" liviyalı futbolçuların təhsili ilə məşğul olacaq. Liviyadan Avropaya gələcək uşaqlar İsveçin paytaxtı Stokholmun 460 km uzaqlığındakı Ostersundsa gedərək futbolun sirlərini öyrənəcəklər. Burda sadəcə onlar futbolla məşğul olmayacaq. Belə ki, İsveçdə liviyalı uşaqlara kompyuter, ingilis dili və idman idarəçiliyi dərsləri də veriləcək. Mart ayında başlayacaq layihə çərçivəsində əvvəlcə 60 liviyalı uşaq İsveçə gətiriləcək. Onlar ilin sonunadək bu ölkədə qalacaq. İkinci ildə bu say 250-yə çatdırılacaq. "Ostersunds"un prezidenti Daniel Kindberq müqavilə ilə bağlı danışarkən "Ölkəmizdə bu günə qədər futbolla bağlı imzalanmış ən böyük müqaviləyə imza atdıq" deyib. Bu klubun hazırda illik büdcəsi 2,5 milyon avrodu. Bu isə İsveç klubunun Liviyadan aldığı 58 milyon avro ilə uzun illər yaşayacağını deməyə əsas verir. |
2014-01-17 | 6,638 | Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi – Özəl | "Təhsil Nazirliyin işçiləri Bakının müxtəlif məktəblərində yerləşdirilib". "Axar.az"ın əldə etdiyi məlumata görə, buna səbəb Təhsil Nazirliyinin binasının təmirə dayanması göstərilir. Bildirilir ki, Təhsil naziri Mikayıl Cabbarovun göstərişinə əsasən, nazirlikdə çalışan işçi heyəti müvəqqəti olaraq şöbələr şəkilində şəhərin mərkəzi hissəsində yerləşən orta məktəblərdə məskunlaşıblar. Təhsil Nazirliyinin 30 nəfərə yaxın işçi heyəti isə Nəsimi rayon 9 saylı orta məktəbində yerləşdirilib. Bu məlumatı "Axar.az"a 9 saylı orta məktəbdən də təsdiqlədilər. Məktəbdən Təhsil Nazirliyi işçilərinin hələ bir neçə ay müvəqqəti olaraq burada məskunlaşacağı bildirildi. |
2014-01-17 | 6,639 | Antikorrupsiya idarəsi ötən ili müzakirə edir | Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ötən ilin nəticələrini müzakirə edir. "Axar.az" xəbər verir ki, İdarənin binasında keçirilən tədbirdə Baş Prokurorluğun rəsmi şəxsləri, idarə rəisi, şöbə rəisləri və mətbuat nümayəndələri iştirak edir. Tədbirdə 2013-cü ildə KQMİ tərəfindən aparılan tədbirlər barədə məlumat veriləcək, hesabat dinləniləcək və bu il üçün fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Bundan başqa, İdarənin beynəlxalq təşkilatlarla əməkdaşlığından da söz açılacaq. |
2014-01-17 | 6,640 | “Boksun atası” vəfat etdi | Dünya Boks Şurasının (DBŞ) rəhbəri Xose Süleyman 83 yaşında Los-Ancelesdə vəfat edib. Məlumata görə, bu barədə cümə günü RBK agentliyi "Associated Press" xəbər verib. Ərəb mənşəli meksikalı Süleyman öz karyerasına həvəskar boksçu kimi başlayıb, sonralar oyunların meneceri və hakimi olub. O, həmçinin məşqçi kimi də çalışıb. Bu müddət ərzində onun təşəbbüsü ilə idmançıların təhlükəsizliyinin yüksəldilməsini, eləcə də raundların sayının 15-dən 12-dək azaldılmasını nəzərdə tutan yeni qaydalar tətbiq edilib. DBŞ Xose Süleymanın vəfatı ilə bağlı bəyanatında onu "boksun atası" adlandırıb. 2006-cı ildə o, boksun Şöhrət Zalına daxil edilmişdi. Xose Suleyman ürək xəstəliyindən ölüb (Teleqraf.com). |
2014-01-17 | 6,641 | Ərdoğanın övladlarının var-dövləti açıqlandı | Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanın övladlarının sərvəti açıqlanıb. Baş nazirin uşaqlarına məxsus olan sərvətinin siyahısını təqdim edir: Bilal Ərdoğan Harvardda təhsil alıb, Dünya Bankında işləyir. O ilk əmlakını qardaşı Burak Ərdoğanla birgə alıb. Qiyməti 1 milyon türk lirəsi olan villa Kısıklıda yerləşir. 5 hektar torpaqda tikilən villalardan biri də B.Ərdoğanın bacısı Vəsilə Ərdoğanın həyat yoldaşı Ziya İlgənindir (AzVision.az). Bilal Ərdoğan bundan əlavə 24 avqust 2005-ci ildə ABŞ-da özünə yeni ev alıb. Yəni o, ABŞ-ın Maryland ştatında, College Parkda mənzil satın alıb. 146 kv.m olan bu ev Bilal və həyat yoldaşı Reyyan Ərdoğanın adına qeydiyyatdadır. Eyni zamanda onu da əlavə edək ki, baş nazirin 4 uşağının xaricdə təhsil xərclərini iş adamı Rəmzi Gür öz üzərinə götürmüşdü. Baş nazirin böyük oğlu Əhməd Burak Ərdoğanın aldığı gəmi həmişə böyük müzakirələrə səbəb olub. O, bu gəmini iş adamı Rəmzi Gürün qohumlarından alıb. Bilal Ərdoğan da böyük qardaşı kimi gəmi sektoruna addım atıb. O, 3 milyon lirə ilə BMZ Group Dənizçilik və İnşaat A.Ş Şirkətini yaratdı. Ortaqları isə əmisi Mustafa Ərdoğan və yeznəsi Ziya İlgəndir. Bundan başqa, nazirin oğlu B.Ərdoğan kosmetika sektoruna da daxil olub. O, Maye Xarici Ticarət adlı şirkətə ortaqdır. Şirkət ABŞ-ın makiyaj məhsullarını Türkiyədə satır. Daha sonra Ərdoğan Mis Hədiyyəlik Əşya Sənaye Ticarət Limited Şirkəti ilə ətirli sabunların satışı işi ilə məşğul oldu. İstanbulda 3, Antalyada 1, ABŞ-da mağaza açaraq bu məhsulların satışını həyata keçirib. Bilal Ərdoğanın ortaq olduğu Mis Hədiyyəlik Əşya şirkətinin sərmayesi 50 min türk lirəsidir. Bilal Ərdoğanın eyni zamanda restoran, otel və çayxanaları var. Doruk İzgara Limited Şirkəti ilə o bir çox sahədə fəaliyyət göstərir. Şirkətin 300 min lirə sərmayesi var, ortaqları idə Mustafa Esenkal və Əli Bahadır Yeşildir. Daha sonra Bilal Ərdoğan qardaşı Burak Ərdoğanın həyat yoldaşı Səma Ərdoğanla Atatürk Hava Limanında Atagoldun qızıl mağazasını açıblar. Ərdoğan ailəsinin digər ortaqları isə baş nazirin yaxın dostu olan Atasayın sahibi Cihan Kamerin uşaqları Atasay və Simay Kamerdir. 500 min lirə sərmayesi olan şirkətin 25%-i Bilala, 25%-i isə Səma Ərdoğana məxsusdur. |
2014-01-17 | 6,642 | Mövqelərimiz atəşə tutulub | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin üzbəüz mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-01-17 | 6,643 | Nazirlikdən işçiləri ilə bağlı xəbərə açıqlama – Rəsmi | "Bizim əməkdaşlarımızın heç biri başqa yerlərdə yerləşdirilməyib". Bunu "Axar.az"a açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O, bu gün Təhsil Nazirliyinin təmirə dayanması ilə bağlı yayılan məlumatın doğru olmadığını bildirib. "Bu xəbər haradan gəlib çıxıb, bilmirəm. Qətiyyən belə bir şey yoxdur. Hazırda bizim əməkdaşlarımızın haradasa yerləşməsi deyilən bir şey yoxdur. Bu dəqiqə nazirlikdə təmir işləri getmir. Bizim əməkdaşlarımızın heç biri başqa yerlərdə yerləşdirilməyib. Hamı öz yerindədir və rahat şəkildə öz işi ilə məşğul olur". Qeyd edək ki, saytımıza daxil olan məlumata əsasən, Təhsil Nazirliyinin işçiləri Bakının mərkəzindəki müxtəlif məktəblərə yerləşdirilib. Onların buraya nazirliyin binasının təmirə dayanması ilə əlaqədar göndərildiyi bildirilib. Nəsimi rayon 9 saylı orta məktəbdən isə hadisə ilə bağlı faktı təsdiqləmiş və nazirliyin işçilərinin daha bir neçə ay burada qalacağını söyləmişdilər. |
2014-01-17 | 6,644 | Elmar Məmmədyarov və erməni nazir gələn həftə görüşəcək | Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan gələn həftə Fransanın paytaxtı Parisdə görüşəcəklər. Bu barədə diplomatik mənbədən bildirilib. Görüşdə xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə danışıqları davam etdirəcəklər. Nazirlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər (Trend). |
2014-01-17 | 6,645 | Səlim Müslümov 30 min nəfəri işlə təmin edib | Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə 29 390 nəfər işlə təmin olunub. Bu barədə "Axar.az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 2013-cü il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarına 46667 nəfər vətəndaş müraciət edib. Onlardan 29390 nəfəri münasib işlərlə təmin olunub. Qeyd olunan dövrdə 4329 nəfər işsiz və işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 1480 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları tərəfindən 4101 nəfər müvəqqəti xarakterli iş yerlərinə göndərilib. Qeyd edək ki, ötən il ərzində işsiz statusu verilənlərin sayı 2969 nəfər, işsizlik müavinəti təyin olunanların sayı isə 3200 nəfər təşkil edib. |
2014-01-17 | 6,647 | Vaqif Mustafayev Rusiyadan qatar gətirdib | Kinorejissor Vaqif Mustafayev Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyev barədə yeni film çəkir. Filmin adı "İnsanları xilas etmək"dir. Filmin çəkilişi üçün Rusiyadan, Şimali Qafqaz Dəmiryolları Tarix Muzeyindən xüsusi olaraq Azərbaycana qədim teplovoz da gətirilib. Bu barədə muzeyin direktoru Vladimir Burakov yazıb. V.Burakovun yazdığına görə muzeydən filmin çəkilişində istifadə etmək üçün paravozu Azərbaycan Prezidenti Administrasiyasından xahiş ediblər. ER-797-15 seriyasından olan paravoz xüsusi olaraq Rusiyadan Azərbaycana, Qaradağ stansiyasına gətirilib. Paravozu dartıb gətirmək üçün Azərbaycan tərəfi Şimali Qafqaza xüsusi qoşqu da göndərib. Paravozun filmdə çəkilməsi onunla bağlıdır ki, Heydər Əliyevin atası vaxtilə Zaqafqaziya Dəmiryollarında işləmişdi. Filmdə baş rolu rusiyalı aktyor Proxor Dubrovin oynayıb. Paravozun maşinist köməkçisi rolunu isə Şimali Qafqaz dəmiryollarının lokomotivçisi Nikolay Bezqotovka oynayıb. Bildirilir ki, filmin çəkilişi ilə bağlı qrafik tez-tez dəyişib və yalnız 2013-cü ilin sentyabrında məlum olub ki, ilin sonuna qədər bütün səhnələri çəkib başa çatdırmaq lazımdır. Həmin vaxta qədər Azərbaycan dəmiryolçuları müstəqil şəkildə üç vaqon və bir ikioxlu platforma əldə ediblər. Söhbət ötən əsrin əvvəllərinə aid vaqonlardan və platformadan gedir. Çünki kinorejissor köhnə sərnişin vaqonlarından ibarət qatarın platformaya daxil olmasını səhnəsini çəkmək istəyirdi. Şimali Qafqaz dəmiryolları ilə əldə edilmiş razılaşmaya əsasən muzeydən götürülən paravoz Tixoretsk stansiyasından yola çıxıb və vaxtında Biləcəri deposuna çatıb. Baş maşinist azərbaycanlı Bəbiroğlu Bəybalayev olub. Çəkilişin yarısında məlum olub ki, paravozun yanacağı-Mahaçqaladan götürülmüş daş kömür qurtarır. Azərbaycan dəmiryolçularında isə müvafiq yanacaq növü olmayıb. Nəticədə stansiyadan köhnə ağac şpalları söküb doğramaq lazım gəlib. Məhz bu yanacaq sayəsində paravoz geri qayıda bilib və Dərbənddə kömrük rəsmiləşməsindən keçib. Muzey direktorunun yazdığına görə bu təcrübə göstərib ki, paravozları uzaq məsafəyə göndərmək üçün daha yaxşı hazırlaşmaq lazım idi. Belə ki, paravozu gətirən briqada üç həftə ərzində paravoz budkasında qalmalı olub, onların dincəlməyə ancaq bir çarpayıları var idi. Yuyunmaq, sanitar-gigeyena qaydalarına əməl etmək üçün isə heç bir şərait olmayıb. Buna baxmayaraq paravoz yolda bir dəfə də olsun xarab olmayıb və filmdə həmin səhnənin çəkilişi uğurla başa çatıb. Azərbaycan tərəfi rusiyalı maşinistlərə ürəkdən təşəkkür ediblər (Virtualaz.org). |
2014-01-17 | 6,648 | Tetyana Xavanska antikorrupsiyanı tənqid etdi - Yeniləndi | 11:58 "Azərbaycanda Antikorrupsiya fəaliyyəti qənaətbəxş deyil". "Axar.az" xəbər verir ki, bu sözləri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Fəaliyyət Planının layihə rəhbəri Tetyana Xavanska bildirib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin ötən ilin yekunlarına həsr edilən tədbirində çıxış edən OECD rəsmisi Azərbaycanda Antikorrupsiya Şəbəkəsinin fəaliyyətinin tam qənaətbəxş olmadığını deyb. Şəbəkənin işçi qüvvəsinin də az olduğunu söyləyən T.Xavanska tərkibin genişlənməli olduğunu vurğulayıb. O, çatışmazlıqlarla bağlı Azərbaycana tapşırıqların verildiyini və müsbət nəticə əldə ediləcəyindən ümidvar olduğunu sözlərinə əlavə edib. "Problemlərdən biri bank, maliyyə və kommersiya məlumatlarının əldə olunmasıdır. Hazırda bu məlumatları əldə etmək çox çətindir. Ona görə də istintaqlar zamanı gecikmələr olur. Bu məsələni aradan qaldırmağı tövsiyyə edirik". T.Xavanska bununla yanaşı ötən il məhkəmələr, hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi, rüşvət əməliyyatlarında uğurların əldə edildiyini bildirib. Məmurların immuniteti azaldılmalıdır "Azərbaycanda hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı 2003-cü ildən tövsiyyələr verilir. Daha əvvəllər bundan imtina edilirdi. Amma son zamanlar görürük artıq bu nəzəriyyə də yer alıb. Düzdü, hələ praktikada tətbiq edilməsə addımı müsbət qiymətləndiririk. Biz bu məsələdə qəti addımların atılmasının tərəfdarıyıq". OECD rəsmisi T.Xavanska məmurların immunitetinin azaldılmasının lazım olduğunu və qanunvericiliyin hazırlanmasının vacib olduğunu qeyd edib. Tetyana Xavanska əlavə edib ki, Azərbaycanda aktivlərin bəyan edilməsi ilə bağlı 2005-ci ildən qanun olsa bu tətbiq edilmir: "Biz bunu qəti şəkildə tənqid edirik. İanırıq ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da bu mexanizm işləyəcək. Biz təzyiqimizi yenə davam etdirəcəyik. İnanırıq ki, Azərbaycanın uğurları daha da artacaq". T.Xavanska bütün tənqidlərlə yanaşı, OECD-lə Azərbaycan arasında fikirlərin üst-üstə düşdüyünü və nəticələrin yüksələn xətlə davam etdiyini vurğulayıb. 12:41 Təkliflər nəzərdən keçiriləcək Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov İqtisadi Əmşkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən verilən 19 tövsiyyənin ya qismən, ya da tam yerinə yetirildiyini bildirib. O, bu nəticənin uğurlu olduğunu deyib. V.Hüseynov bu verilən tövsiyyələrə də baxılacağını və lazımi addımların atılacağını söyləyib. Bununla yanaşı, bəzi tənqidi fikirlərə münasibət bildirib və razılaşmadığını ifadə edib. Belə ki, QHT nümayəndələrinin Antikorrupsiya Komissiyasında təmsil olunmadığını fikrini inkar edib və onlarla iki sahədə əməkdaşlıq edildiyini bildirib. Bundan başqa, immunitet məsələsinin tövsiyyələrdə məmurlarla bağlı deyil, yalnız hakimlərlə bağlı olduğunu söyləyib və bu məsələyə baxılacağını deyib. Daha sonra, işçi qüvvəsinin az olduğu fikri ilə də razılaşmadığını deyən V.Hüseynov bununla belə tövsiyyənin yenidən nəzərdən keçiriləcəyini sözlərinə əlavə edib. |
2014-01-17 | 6,649 | Büdcəyə kənar nəzarət: niyə geriləyirik? | Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu və Hesablama Palatasının təşkilatçılığı ilə Mariott otelində keçirilən "Dövlət vəsaitləri üzərində kənar nəzarət" konfransı öz işinə başlayıb. "Axar.az"ın konfransda olan əməkdaşının verdiyi məlumata görə, konfransda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov, Azərbaycan Respublikasının Hesablama Palatasının Hüquqi və dövlət qulluğu şöbəsinin müdiri Faiq Nəcəfov, Avropa Birliyinin Azərbaycandakı nümayəndləyinin proqram rəhbəri Olaf Heydelbax, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov və s. iştirak edirlər. Tədbirdə ilk olaraq çıxış edən və konfrans iştirakçılarını təqdim edən Sabit Bağırovdan sonra millət vəkili Vahid Əhmədov dövlət vəsaitləri üzərində kənar nəzarətin önəmindən və ictimai nəzarət mexanizminin işləməsinin əhəmiyyətindən danışdı. Ölkəni geri salan səbəblər Hesablama Palatasının Hüquqi və dövlət qulluğu şöbəsinin müdiri Faiq Nəcəfov apardıqları tədqiqatları gərəkdirən səbəbləri açıqladı: Büdcə pulları boşuna xərclənir Rəşad Həsənov büdcədən olan xərclərə nəzarətin artırılmasının vacibliyindən danışdı. O qeyd etdi ki, büdcədən ayırmalarla bağlı ciddi nöqsanlar var: "Məsələn, yolların çəkilməsi üçün dövlət büdcəsindən yetərli qədər pul ayrılır. Yollar çəkiləndən sonra isə, "Azərsu" dövlət büdcəsindən aldığı pul ilə yolları qazmağa və öz işini görməyə başlayır. Bu hal, yüngül desək, dövlət büdcəsindən olan pulların boşuna xərclənməsidir" Nəzarət genişlənməlidir Vüqar Bayramov dövlət büdcəsinə nəzarəti həyata keçirəcək olan rəsmi qurumların səlahiyyətlərinin genişləndirilməsini təklif etdi. O bildirdi ki, Hesablama Palatasının apardığı yoxlamaların ictimaiyyətə çatdırılması və "əl çatan" olması olduqca vacibdir. |
2014-01-17 | 6,650 | Adəmdən bu yana müqəssirlər | Tanınmış Rusiya nəşri olan "Nezavisimaya qazeta"da hüquq professoru İlham Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi" adlı yeni elmi kitabı barədə Roza Tsvetkovanın yazdığı məqalə dərc olunub. Cinayətin fəlsəfəsi… Yaxud cəzanın fəlsəfəsi… Cinayət hüququ problemlərindən və fəlsəfədən uzaq, cinayətkarlıqla mübarizə problemlərini isə televizorda axşam detektivlərinə baxmaqla dərk edən adamlar üçün bu söz birləşməsi ən azı qəribə görünə bilər. Əslində: "cinayətin fəlsəfəsi"? Qətlin fəlsəfəsi? Yaxud oğurluğun? Yaxud daha pis, zorlanmanın fəlsəfəsi nə deməkdir? Biz hansı cinayətin fəlsəfəsindən danışırıq? Ümumiyyətlə, bu barədə danışmaq olarmı (ən əsası, lazımdırmı)? Artıq bu suallara cavab tapmaq üçün Rusiya və Azərbaycanda məşhur alim, hüquq elmləri doktoru, professor İlham Məmmədhəsən oğlu Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi" kitabına baxmaq lazımdır. Bakıda onun təqdimatına xüsusi olaraq yüzdən artıq alim, diplomatik nümayəndə, Azərbaycandan, Rusiyadan, Türkiyədən, Qətərdən və digər ölkələrdən qanunvericlik və cinayət hüququ sahəsində ekspertlər toplanmışdı. Əslində kitab – təkcə cavabların axtarışı deyil. Bəşəriyyət yarandığı andan cinayət törədir. İncilə görə, Allah insanı Özünə oxşadaraq yaradıb (Varlıq kitabı 1, 26). Doğrudanmı, cinayət Allaha da xasdır? Qətiyyən! İnsan qadağanı aşaraq özü bu surətdən çəkilib – idrak ağacının barını dadıb və ölümsüzdən faniyə çevrilib. Təsadüfi deyil ki, o (Adəm) xəbərdar edilmişdi: bu barın dadına baxsan, öləcəksən (Varlıq kitabı 2, 17). İnsan dadına baxdı, hər şeyi anladı, bəs nəyə görə dayanmadı və yeni cinayətlər törətməyə başladı: oğurluqdan qətlə keçdi və ilaxır. Belə davranışın səbəbi nədir? Bu gün cinayət nə deməkdir? Bu, min, yaxud beş min il əvvəl törədilən cinayətə oxşayırmı? Burda da biz obyektiv (oxu: məcburən) cavabsız suallar təbəqəsinə gəlib çıxırıq, bu suallara cinayət hüququ və kriminologiya çərçivəsində cavab vermək, sadəcə, mümkünsüzdür. Orda bu cavablar yoxdur. Təbiətdə cinayət yoxdur. Cinayət – razılıqlı kateqoriyadır. Müxtəlif dövrlərdə və yerlərdə insanlar özlərinin həyati vacib, lakin cari maraqlarından irəli gələrək nəyi cinayət adlandıracaqlarına dair razılığa gəlirdi. Qədim Misirdə fironun kölgəsini tapdalamaq kimi ağır cinayət var idi, buna görə istisnasız ölüm cəzası verilirdi. RSFSR-in 1960-cı ilin CM-ə görə, xaricdən qayıtmaqdan imtina vətənə xəyanət kimi qiymətləndirilirdi, buna görə ölüm cəzası verilə bilərdi. Bu gün bu, vəhşilik kimi görünür, ancaq belə olub. Bəs o zaman qanunvericilər nəyəsə əsaslanıb? Belə normaların əsasında hansı əxlaqi, fəlsəfi, sosial əsaslar var idi? Görünür, dərin əxlaqi, fəlsəfə kateqoriyalarını dərindən öyrənmədən bu suallara adekvat cavablar tapa bilməyəcəyik. Bütün bunlar cinayəti dərk etməyə də aiddir. Ancaq belə baxanda, cəzada mürəkkəb nə var? Xeyli qədim manuskriptlərdə talion prinsipinin istifadəsinin zəruriliyinə işarə edilir: diş sındırılıb – cinayətkarın dişini sındırmaq lazımdır, bir adam o biri adamın əlini baltalayıb - onun da əli kəsilməlidir, öldürüb – onu da öldürmək lazımdır. Hər şey sadədir. Ancaq kimin bundan qazanacağı məlum deyil: cəmiyyət bir əlilin əvəzinə ikisini, bir meyitin əvəzinə iki meyit alacaq. Əgər bir yaramaz yüzlərlə adamı öldürübsə – axı onu heç iki dəfə öldürmək mümkün olmayacaq. Deməli, cəza təsir etmir? Yaxud Amerikada olduğu kimi azadlıqdan məhrum etmə müddətlərinin üst-üstə gəlməsi prinsipi tətbiq edilsin: üç ömürlük cəza, yaxud 926 il azadlıqdan məhrum etmə cəzası? Bu, cəfəngiyyat deyilmi? Bəşəriyyət öz inkişafı yolunda cinayətkarlara ən sərt, hətta qəddar təsir tədbirlərindən istifadə edib, ancaq cinayətkarlıq artıb. Cəza tədbirlərini humanistləşdirməyə başladılar – daha da pis oldu. Deməli, prinsipial fərqli nəsə etmək lazımdır. Ancaq nə? Təəssüf ki, birmənalı cavab yoxdur. Ancaq bu, o demək deyil ki, onu axtarmaq lazım deyil. Təhlil edilən iş – buna açıq-aşkar nümunədir. Axtarmaq lazımdır və axtarışlar davam edir. Gec-tez biz bu cavabları tapacağıq. Böyük mənada fəlsəfənin cinayət hüququ sahəsinə, ümumiyyətlə, cinayətkarlıqla mübarizə sahəsinə cəlb edilməsi – cəmiyyət və dövlət tərəfindən müasir cinayətkarlığın səviyyəsi və vəziyyətindən irəli gələn təhlükələrə adekvat cavab tapmaq cəhdidir. Xatırlatmaq lazımdır ki, müəllifin bundan əvvəlki işi "Cinayətkarlıq və cəza" (2012) adlanırdı. Keçmişin bir çox mütəfəkkirlərinin yazdığı kimi cinayət və cəza yox - Dostoyevskinin məhz belə adlanan romanını yada salmaq bəsdir - məhz cinayətkarlıq. Məsələ bundadır ki – cinayət həmişə insanın bioqrafiyasında (təbii ki, bəzi vətəndaşların bioqrafiyasında bir neçə belə fakt ola bilər) nadir təsadüf edilən faktdır. Cinayətkarlıq isə öz qanunları ilə inkişaf edən kütləvi sosial təzahürdür. Təəssüf ki, biz bu qanunları bilmirik. Biz bilmirik, ancaq dərk etməyə çalışırıq. Əlbəttə, cəmiyyət cinayətkarlığa reaksiya verməyə bilmir, ancaq reaksiya növlərindən biri kimi cəza – bu da artıq həm cinayətkarlıq, həm də cəzanın inkişaf tarixi ilə sübut olunub – cəmiyyəti bütövlükdə cinayətdən azad edə bilməz. O (cəza) obyektiv olaraq hansısa digər təsir vasitələri ilə gücləndirilməlidir. Biz bu gün onları heç təsəvvür etməyə bilərik. Ancaq onlar tapılacaq. Bununla əlaqədar "Cinayət və cəzanın fəlsəfəsi" kitabı bu axtarışlar istiqamətində daha bir addımdır. Nəhayət, son qeyd. Cinayətkarlıqla mübarizə sahəsində fəlsəfi mülahizələr olmadan keçinmək olarmı? Müəllif bu problemi təfsilatı ilə işıqlandırır. Nəticə sadədir: olmaz. Daha da aydın olsun deyə, əlavə etmək olar: yoxlanılıb, amma alınmayıb. Ona görə də sirk atları kimi dövrə vurmaq lazım deyil, ciddi və ağır işə başlamaq lazımdır. Heç də hamı bu işin öhdəsindən gələ bilməz, ancaq onu eləmək lazımdır və o görüləcək də (Publika.Az). |
2014-01-17 | 6,651 | Ramiz Əzizbəyli: “Təcili əməliyyat olunmalıyam” | Xalq artisti, məşhur aktyor Ramiz Əzizbəylinin səhhəti kəskin pisləşib. Bu barədə məlumatı Xalq artistinin yaxınları verib. Məlumatda qeyd olunur ki, R.Əzizbəylinin ayaqları tamamilə tutulub, yataq xəstəsinə çevrilib. Onun təcili əməliyyata ehtiyacı olduğu, lakin bunun üçün maddi imkanının olmadığı da gələn xəbərlər sırasındadır. O, yayılan xəbərləri Xalq artistinin özü də təsdiqləyib: "İflic vəziyyətindəyəm, gəzə bilmirəm, təcili əməliyyata ehtiyacım var". Onun sözlərinə görə, ayaqları tamamilə tutulub: "Baxımsızlıq ucbatından əldən gedirəm". R.Əzizbəyli müalicə və əməliyyat üçün maddi imkanının olmadığını da dilə gətirib: "Təqaüd də almıram ki, dava-dərmana verəm. Dövlətimi, dövlətçiliyimi sevirəm. Susmuşam, oturmuşam, gözləyirəm" (AzNews.) |
2014-01-17 | 6,653 | Rəsulzadəyə həsr olunan yubiley tədbirləri açıqlandı – Siyahı | Azərbaycan Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22.11.2013 tarixli, 77 nömrəli Sərəncamın icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb. "Axar.az" Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirlər planında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin - "M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu" mövzusunda elmi konfransının keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri, "Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik" mövzusunda elmi sessiyanın keçirilməsi, M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar kitabxanalarda xatirə gecələrinin və kitab sərgilərinin təşkili, Türkiyə Cümhuriyyətinin Milli Kitabxanasında M.Ə.Rəsulzadəyə aid nəşrlərin faksmile sürətlərinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi, Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən fotostendin hazırlanması, onun həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələrin respublika KİV-lərində dərc olunması, ölkə kitabxanalarında M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları ilə görüşlərin və "Dəyirmi masa"ların keçirilməsi, Azərbaycan İstiqlal Muzeyində yubileyə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərginin və digər tədbirlərin təşkili nəzərdə tutulub. Yubiley münasibəti ilə tədbirlər digər təşkilatlarda da keçiriləcək. |
2014-01-17 | 6,654 | "General-polkovnik Zakir Həsənov" saxtadır - Rəsmi | "Son vaxtlar Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif məzmunlu məlumatlar dərc olunur, elektron mediada və sosial şəbəkələrdə yerləşdirilir". "Axar.az" Nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, KİV-ə müraciət ünvanlayan MN mətbuat xidməti bu xəbərlərin əksəriyyətinin hərbi sahədə dövlət sirri təşkil edən məlumatlar olmaqla hərbi hissələrin dislokasiya yerləri, komandanlıq və xidmət üzrə yerdəyişmələr barədə informasiyaları əhatə etdiyini xatırladıb: "Bundan əlavə, 2013-cü ilin oktyabr ayının sonunda Müdafiə naziri ilə heç bir əlaqəsi olmayan "facebook.com" sosial şəbəkəsində "General-polkovnik Zakir Həsənov" adlı səhifə yaradılıb. Təəssüflər olsun ki, Müdafiə Nazirliyi tərəfindən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə Silahlı Qüvvələr haqqında məlumatlar yayarkən dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmaları dəfələrlə tövsiyə edilməsinə baxmayaraq, vəziyyət bu gün də dəyişməz olaraq qalır. Bunun nəticəsində isə əksər hallarda düşmən kəşfiyyatı yayılan informasiyaların köməyi ilə Silahlı Qüvvələrimiz haqqında məlumatları (komandanlıq, şəxsi heyət, hərbi hissələrin yerləri və s.) heç bir çətinlik çəkmədən toplamaq imkanı əldə edir. Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə təkidlə müraciət edərək hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin, Silahlı Qüvvələrdə təyin edilmə və xidmət üzrə yerdəyişmə barədə məlumatlarda şəxslərin adının, soyadının, hərbi rütbəsinin, vəzifəsinin və barələrində digər fərdi məlumatların yayılmasının yolverilməzliyini bir daha diqqətə çatdırır, bu məsələlərə milli təhlükəsizlik mənafelərinin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etmələrini xahiş edir". |
2014-01-17 | 6,655 | Dünən ölkədə 67 cinayət baş verib | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 67 cinayət faktı qeydə alınıb, onların da 28-i "isti izlər"lə açılıb Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb, 7 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 26 nəfər tutulub. |
2014-01-17 | 6,656 | Leyla Əliyevanın yeni səhifəsində Prezidentin köhnə şəkilləri - Foto | Leyla Əliyeva "Feysbuk" sosial şəbəkəsində açdığı yeni səhifəsində özünün uşaqlıq şəkillərini paylaşıb. "Axar.az" məlumat verir ki, Leyla Əliyevanın valideynləri ilə birgə şəkilləri sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Fotoları təqdim edirik. |
2014-01-17 | 6,657 | Qubad İbadoğlu Hesablama Palatasına əlavə səlahiyyət istədi | "Büdcə ilə bağlı formal xarakterli yox, ciddi yoxlamalar aparılmalıdır. Mövcud büdcə idarəçiliyi ilə bağlı Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır". "Axar.az" xəbər verir ki, bu sözləri Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu və Hesablama Palatasının təşkilatçılığı ilə Mariott otelində keçirilən "Dövlət vəsaitləri üzərində kənar nəzarət" konfransında çıxışı zamanı İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu dedi. O bildirdi ki, dövlət büdcəsinə nəzarət və bu sahədə yoxlamaların aparılması üçün dövlət qurumları Hesablama Palatasının üzvlərinə və auditorlara "əl çatımlı"olmalıdır: "Hesablama Palatasının nüfuzu artırmaq üçün beynəlxalq təcrübədən nümunələr götürülməlidir. Tövsiyələrimiz odur ki, ali audit qurumunun müstəqilliyi əsas məsələsidir. Hesablama Palatası müstəqilliyi ilə bağlı əlavə qanuni normalar yoxdur. Bu normaları təsis etmək üçün konstitusiyaya dəyişiklik etmək lazımdır. Bunun üçün də referendum gərəkdir. Bu isə olduqca çətin məsələdir. Hesablama Palatasının işi geniş miqyasılıdır". Qubad İbadoğlu onu da bildirdi ki, dövlət büdcəsindən ayrılan pulların ölkədən xaricdə xərclənməsinə də nəzarət həyata keçirməlidir: "Hesablama Palatası haqqında qanunun 2 ci maddəsi ilə bağlı tövsiyəmiz var ki, ölkədaxili və ölkəxarici xərclərə nəzarət funksiyası, xarici dövlətlərə verilən borclar, ölkədən kənarda xərclənən pullar və s. nəzarət altında olmalıdır. Büdcəyə nəzarət funksiyasını həyata keçirən qurumun səlahiyyətlərinin artırılması bu sahədə şəffaflığın təmin edilməsinə kömək edəcək". |
2014-01-17 | 6,658 | Müxalifətin qərarı bu gün bəlli olacaq | Suriyadakı vətəndaş müharibəsinin müzakirə ediləcəyi 2-ci Cenevrə konfransına çox az vaxt qalıb, amma müzakirədə iştirak edəcək tərəflərin bir-birinə qarşı necə rəftar edəcəyi hələlik bəlli deyil. Müxaliflər qərarlarını bu gün İstanbulda keçirəcəkləri toplantıda verəcəklər. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya Milli Koalisiyası yanvarın 22-si İsveçrənin Montrö şəhərində başlayacaq 2-ci Cenevrə Konfransında iştirak edib-etməyəcəyinə bu gün İstanbulda keçirəcəyi toplantıda qərar verəcək. Keçən həftə İstanbulda keçirilən sonuncu toplantıda Səudiyyə Ərəbistanının dəstəklədiyi Əhməd Cərbənin yenidən başqan seçilməsi narazalığa səbəb olmuşdu, bununla əlaqədar 114 üzvü olan koalisiyanın 44 üzvü etiraz olaraq istefa vermişdi. Qətərin namizədi keçmiş Baş nazir Riyad Hicabın isə seçkiləri uduzandan sonra öz tərəfdarları ilə birlikdə hərəkət etdiyi qeyd edilib. Ölkə xaricindəki müxalifətin hər toplantısına fikir ayrılıqları öz damğasını vurur. Suriyadakı müxalif qruplar da qarşıdurmalara davam edir. İraq-Şam İslam Dövləti (İŞİD) ilə digər müxalif qruplaşmaların arasında son iki həftə ərzində yaşanan qarşıdurmalar nəticəsində ən azı 1100 adamın öldüyü açıqlanıb. Ölənlərdən 130-nun sıravi vətəndaş olduğu bildirilir. |
2014-01-17 | 6,659 | Qarabağın növbəti “prezidenti” bəlli oldu | "Arkadi Qukasyan yenidən Dağlıq Qarabağın rəhbəri olacaq". "Axar.az" xəbər verir ki, bu açıqlamanı erməni mətbuatı hökumətdəki gizli mənbələrinə istinadən yayıb. Mətbuat A.Qukasyanın tanınmamış respublikanın rəhbərliyinə qayıtmasına Robert Köçəryanın vasitəçilik etdiyini bildirib. "Qukasyan həmişə Robert Köçəryanla Serj Sərkisyan arasında əlaqələndirici olub. Onun hakimiyyətə qayıtması isə Ermənistanın ikinci prezidentinin lap ürəyincə olacaq bir şeydir". Artıq Ermənistan hökuməti kulislərində bununla bağlı razılığın əldə olunduğu da bildirilib. Qeyd edək ki, Arkadi Qukasyan 1997-2007-ci illərdə qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olub. Hazırda Serj Sərkisyan qondarma qurumun xüsusi nümayəndəsi vəzifəsini icra edir. Qarabağ müharibəsi zamanı o, azərbaycalılara qarşı soyqırımlarda iştirakı ilə seçilib. |
2014-01-17 | 6,660 | AFFA-nın dəvət etdiyi hakim Tofiq Bəhramovu təhqir etdi | Hakimlər AFFA-nın dəvət etdiyi rusiyalı hakim, UEFA kuratoru Aleksey Spirinini seminarlarında da iştirak edirlər. Azerisport.az saytına müsahibəsində Spirin Tofiq Bəhramovun DÇ-66-nın finalındakı qərarı haqda danışıb. Rusiyalı hakim Bəhramovun tarixi qərarını şübhə altına alaraq, fikirləri ilə mərhum hakimimizi təhqir edib: "1991-ci ildə məni "Uembli"yə həmin tarixi görüşün 25 illiyinə həsr edilmiş İngiltərə və Almaniya milliləri arasında oyunu mühakimə etməyə dəvət etmişdilər. Oyun ərəfəsində həm almanlar, həm də ingilislər bu anın videosunu nümayiş etdirdilər. Əlbəttə, tərəflərin öz həqiqəti var və bu haqda mühakimə yürütmək çətindir. Mən yalnız bir şeyi deyə bilərəm: Bəhramov bu anda xətt üzərində deyildi və qərarı intuitiv qəbul etmişdi. Bilirsiniz, mən bu haqda Bəhramovdan soruşanda o özü nə demişdi? O demişdi ki, qol olub-olmamağın əhəmiyyəti yoxdur, əsas - kraliçanın əlini öpməkdir". Bəhramovu yaxşı tanıyanlar bilirlər ki, o, heç vax belə ifadə işlətməzdi. Sovet tərbiyə sistemində yetişmiş bir hakimin "əsas kraliçanın əlini öpməkdi" deməsi tam məntiqsizlikdi. Görünür, rusiyalı hakim SSRİ dönəmində azərbaycanlı hakimlərin qazandığı uğurları həzm edə bilmir. Elə ona görə də, Bəhramovu gözdən salan ifadələr işlədir. AFFA isə belələrini Azərbaycana dəvət edərək, onlara xeyli vəsait də ödəyir (Publika.az). |
2014-01-17 | 6,662 | "20 Yanvar xalqımızın qan yaddaşıdır" | Bu gün saat 14:00-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş "20 Yanvar xalqımızın qan yaddaşıdır" adlı tədbir keçiriləcək. "Axar.az" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytınaistinadən xəbər verir ki, bir çox elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Bakı şəhəri 44 və 53 saylı orta məktəblərin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər, Asəf Zeynallı adına Musiqi Kollecinin şagirdlərinin ifasında isə musiqi parçaları səsləndiriləcək. |
2014-01-17 | 6,663 | ““Yeni Müsavat” dağıdıcılıq və pozuculuqla məşğuldur” - Müsahibə | Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin AzNews.az-a müsahibəsi: - Milli Şuranın ötən gün keçirilən sessiyasını necə dəyərləndirmək olar? - Milli Şuranın 91 üzvündən 62 nəfəri sessiyada iştirak edirdi. Onlardan 6 nəfər həbsdə, 8-i xaricdə olduğundan iclasa qatıla bilməmişdilər. Milli Şura hazırkı siyasi vəziyyəti, 2014-cü ilin fəaliyyət istiqamətlərini, təşkilatlanma məsələlərini müzakirəyə çıxardı və qurumun Koordinasiya Şurasını formalaşdırdıq. Əlbəttə, bu istiqamətdə işlər davam etdiriləcək. Koordinasiya Şurasına və Sədr Aparatına yaxın aylarda əlavə üzvlərin qəbulu da mümkündür. Bütövlükdə sessiyanı müsbət dəyərləndirirəm. Çünki Milli Şura bu sessiya ilə irəliyə doğru bir addım atdı və fəaliyyət istiqamətlərini müəyyənləşdi. - Ancaq bu sessiya istefalarla da yadda qaldı. "El" hərəkatının iki üzvü - Köçəri Nağıbəyli və Rahim Bağırov istefa verib... - Biz istefa verənlərlə bağlı məlumatı Milli Şuranın sessiyası başa çatandan sonra "Yeni Müsavat" qəzetinin səhifələrindən oxuduq. - Məgər, sessiyanın gedişində sizə belə bir məlumat verilməyib? - Xeyir, biz bu barədə məlumatı "Yeni Müsavat"dan oxuduq. Bilirsiz ki, bu dəqiqə Milli Şuraya qarşı əsas dağıdıcılıq və pozuculuq işini bu qəzet aparır. Məlumatı da bu qəzetin səhifələrində oxuduq. Adamların istefa qərarlarını çox normal qəbul edirəm. Həmin adamlar Milli Şuraya öz qərarları ilə gəlmişdi, istədikləri zamanda da getdilər. Milli Şura demokratik bir təşkilatdır. Oraya kimsə gələ də bilər, gedə də bilər. Məsələn, dünən sessiyaya bizim çox tanınmış ziyalımız, professor Rəhman Bədəlov gəlmişdi. O, sessiyada iştirak etdi. Bu ictimai marağın bir göstəricisidir. O, Milli Şuranın üzvü deyil. - Baş verənlərlə bağlı Rüstəm İbrahimbəyovla fikir mübadiləsi apardınızmı? - Dünən sessiyadan sonra danışmaq imkanı olmayıb. Amma yanvarın 15-də telefon danışığımız olub. Rüstəm müəllim Milli Şuranın gələcək fəaliyyətini yüksək dəyərləndirir. O hesab edir ki, Milli Şura fəaliyyətini davam etdirməlidir. Çünki buna Azərbaycan cəmiyyətinin ehtiyac var. Fikrimcə, Milli Şuranı təşkilatlandırmaq, bir az da genişləndirmək lazımdır. - Rüstəm İbrahimbəyovun Fəxri sədr postunda qalmasından xəbəri oldumu? - Şübhəsiz ki, onun bundan xəbəri oldu. -Sessiyada Hacıbaba Əzimovla Mehdibəy Səfərov arasında qalmaqal yaşanıb. Mehdibəy Səfərov Hacıbaba Əzimovun Milli Şuradan çıxarılmasını tələb edib. Onun bu tələbinə baxılacaq? - Mən sessiyada onun çıxışını dinlədim. Mehdibəy Səfərov hesab edir ki, Hacıbaba Əzimov Koordinasiya Şurasında təmsil olunmamalıdır. Əslində heç bir qalmaqal da baş verməyib. Biz də onun fikrini normal qarşıladıq. Diqqətinə çatdırım ki, Milli Şurada qərarlar səsvermə ilə qəbul olunur. Bir nəfərin rəyi ilə addım atmaq olmaz. Əlbəyaxa davanın olması da yalandır. Belə bir hadisə olmayıb. Dünən "Haqqın.az", "Virtual.az"da sessiya başa çatmamış çoxlu sayda yalan məlumatlar yayılıb. Bu xəbər də həmin yalan məlumatlardan biridir. |
2014-01-17 | 6,664 | Rauf Arifoğlu: Cəmil Həsənli AXCP-nin mövqeyini tutdu | "Eksklüziv və operativ xəbər yaymaq nə zamandan dağıdıcılıq olub? Əsas budu ki, bu xəbər doğrudur, yoxsa yalan. Əgər istefa faktları varsa və bu xəbər doğrudursa, daha bunun nəyi dağıdıcılıq oldu?" Bu sözləri "Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlu Milli Şuranın sədri Cəmil Həsənlinin mətbuata verdiyi müsahibəyə münasibət bildirərkən deyib. O, "Musavat.com"a deyib: "Biz heç yerə partlayıcı maddə yerləşdirməmişik, heç yeri bombalamamışıq. Hər zamankı kimi, yazmaq və xəbər verməklə məşğuluq. Müəyyən zaman kəsimində yazdıqlarımız Cəmil Həsənlinin xoşuna gələ bilər, müəyyən zaman kəsimində isə gəlməyə bilər. Bu cür münasibət sərgiləməsi demokratik deyil... C.Həsənli bu situasiyada özünü AXCP funksioneri kimi aparıb, tərəf tutub, liderə və mandatına yaraşmayan açıqlama verib. Mən ona hələ münaqişələr dərinləşmədən xahiş etmişdim ki, bu konfliktləri durdursun. Lakin o, ağsaqqallıq edib, qabağa düşüb, barış yaratmaq əvəzinə, müxalifətdaxili münaqişədə konkret bir partiyanın mövqeyini dəstəklədi. Bununla da Müsavat Partiyasını, Milli Şuradan ayrılan hər bir kəsi haqlı çıxartdı. Konkret olaraq, Milli Şuradan ayrılan iki şəxsin xəbərinin bizdə getməsinə görə "Yeni Müsavat"ı ittiham etməsi də doğru deyil. Ölkənin əsas informasiya portalına məlumat vermək nə zamandan qəbahət olub? Bir də, necə olur ki, Müsavat Partiyasından istefa verənlər haqqında bu təşkilatın rəhbərliyi məlumatı "Azadlıq" qəzetindən alır; lakin Milli Şuradan istefa verənlərin məlumatı "Yeni Müsavat"da gedəndə, bu dağıdıcılıq olur. Eksklüziv və operativ xəbər yaymaq nə zamandan dağıdıcılıq olub? Əsas budu ki, bu xəbər doğrudur, yoxsa yalan. Əgər istefa faktları varsa və bu xəbər doğrudursa, daha bunun nəyi dağıdıcılıq oldu? " Baş redaktor bildirib ki, Cəmil Həsənlinin bu açıqlaması onun uğrunda yağışda-qarda əziyyət çəkmiş reportyorları, həyatlarını riskə qoyaraq, hətta prezidenti təhqir və təhdid edən video-açıqlamalarını, müsahibə və çıxışlarını yayan bütün qəzet kollektivini dərindən yaralayıb: "Buna baxmayaraq, haqqımızı ona halal edirik. Cəmil bəy əslində yaxşı kişidir. Təəssüf ki, Müsavatın qərargahından AXCP-nin qərargahına köçəndən sonra gündəlik zərərli təsirlərə məruz qaldı və bu da yekunda özünü göstərdi. Cəmil Həsənlinin üstümüzdə heç bir haqqı yoxdur. Nə etmişiksə, birtərəfli və təmənnasız olaraq biz ona etmişik. Bu baxımdan, Allah qatında da heç bir narahatçılığımız yoxdur ". Rauf Arifoğlu dedi ki, bu müsahibədən sonra oradakı fikirlərə cavab vermək üçün Cəmil bəyə telefon açıb: "Lakin zənglərimə cavab vermədi. Özünü haqlı bilsəydi, danışardı. Onun bu qəzet üzərində bu sözləri söyləmək üçün heç bir əsası yozdur. Gərək, korrekt olaydı". |
2014-01-17 | 6,665 | Prezidentə "İlin adamı" mükafatı təqdim edildi - Fotolar | Bu gün Prezident İlham Əliyevə ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "2013-cü ilin adamı" mükafatı təqdim olunub. Bu yüksək mükafata layiq görüldüyünə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib ki, öz fəaliyyəti ilə ölkəmizi gələcəkdə də inkişaf etdirməyə çalışacaq. "Sizin verdiyiniz belə yüksək qiymət məni daha da ruhlandırır", - deyən dövlət başçısı "İlin adamı" mükafatını təqdim edən ANS-in ölkədə ilk müstəqil telekanal olduğunu xatırladıb, Azərbaycanda müstəqil jurnalistikanın inkişafında ANS-in xüsusi rolunu qeyd edib. ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bu mükafatın 2001-ci ildən verildiyini ki, bu mükafatın ideya təməlində vətənpərvərlik və millətə göstərilən xidmətlərin dəyərləndirilməsinin dayandığını bildirib (Anspress). ANS Şirkətlər Qrupunun rəhbəri, Çingiz Mustarfayev Fondunun İdarə Heyətinin üzvü Vahid Mustafayev bildirib ki, Prezident İlham Əliyev bu mükafata ölkə vətəndaşlarının etimadını qazanaraq yenidən prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərəcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq Şahdəniz-2, TAP və TANAP layihələrinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artırılması, Avropa Birliyinə üzv ölkələrlə sadələşdirilmiş viza rejiminə keçidə nail olunması, Azərbaycanın regionda yürütdüyü ardıcıl və prinsipial siyasətə görə layiq görülüb. Bir daha minnətdarlığını bildirən Prezident İlham Əliyev pul mükafatının ənənəvi olaraq Silahlı Qüvvələr Fonduna köçürüləcəyini, ona təqdim olunan saatın isə muzeydə saxlanılacağını vurğulayıb. Deyilən xoş sözlərə görə təşəkkür edən Prezident İlham Əliyev 2013-cü ilin həqiqətən uğurlu olduğunu, ilin əvvəlində ASAN xidmətinin yaradıldığını, bu xidmətin korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizəyə yardım etdiyini deyib. Şahdəniz-2 layihəsinin imzalanması ilə 2013-cü ilə gözəl yekun vurulduğunu deyən dövlət başçısı bu hadisənin ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəyini bildirib. Prezident İlham Əliyev 2013-cü ildə "Azərspace -1" peykinin fəzaya buraxılmasını ilin mühüm hadisələrindən biri adlandırıb. Peykin idarə edilməsinin artıq Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilməsinin önəmini qeyd edib. Ötən ilin yaddaqalan hadisələri sırasında Davos forumunun Azərbaycanda keçirilməsini, ölkəmizin iqtisadi inkişaf templərinə görə Avropa qitəsində 1-ci olduğunu, sosial sahədə ciddi islahatlar aparıldığını, MDB məkanında ən böyük əmsalla sovet əmanətlərinin məhz Azərbaycan vətəndaşlarına verildiyini, təhsil, ordu quruculuğu, sosail sahələrdə çox ciddi islahatların keçirildiyini və bu islahatların artıq öz bəhrəsini verdiyini deyən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə ölkəmizin mövqeyinin ədalətə söykəndiyini bildirib, dünyada Azərbaycana olan dəstəyin artdığını vurğulayıb. Prezident İlham Əliyev medianın həyatımızdakı vacib rolundan danışıb, Azərbaycanda bütün azadlıqların mövcud olduğunu deyib, bildirib ki, ANS kanalı müstəqil jurnalistikanın inkişafına gələcəkdə də töhvə verəcək. Dövlət başçısı çıxışının sonunda əmin olduğunu bildirdi ki, 2014-cü il də Azərbaycan üçün uğurlu olacaq. |
2014-01-17 | 6,666 | Elman Abdullayev nazirlərin görüşündən danışdı | "Hələlik görüşün tarixi dəqiq müəyyənləşməyib. Görüş konkretləşən kimi bu barədə mətbuata məlumat verəcəyik". Bunu "Axar.az"a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında gələn həftə baş tutacağı bildirilən görüş xəbərinə münasibət bildirərkən dedi. O, nazirlər arasında növbəti görüşün gələn həftə Parisdə keçirilməsi ilə bağlı yayılan informasiyanın səhih olmadığını bildirdi. Xatırladaq ki, keçən ilin dekabr ayında Ermənistan mətbuatı da nazirlər arasında görüşün 2014-cü ilin yanvar ayının 3-cü on günlüyündə planlaşdırıldığını yazmışdı. |
2017-03-15 | 6,667 | 3 dövrə işıq tutan sonuncu mogikan öldü | Xəbər verdiyimiz kimi, tanınmış kinoşünas, dəyərli ziyalı, professor Aydın Dadaşov dünən gecə saatlarında vəfat edib. Bir neçə gün əvvəl - martın 1-i 65 yaşını qeyd edən professor Azərbaycan kinematoqrafiyasının sonuncu mogikanlarından, əsas bilicilərindən hesab olunurdu. Həyatını Azərbaycan kinosunun inkişafını həsr edən Aydın Dadaş həm də tələbələrin ən sevimli müəllimlərindən idi. Onun tədris etdiyi “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı”, “Televiziya tənqidi”, “KİV-də reklam və marketinq problemləri” fənləri, eləcə də qələmə aldığı saysız-hesabsız yazılar bu gün də, sabah da Azərbaycanda kino sənətinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. 60-dan çox film üzərində çalışan Aydın Dadaş 20-dən çox kitabın müəllifidir. Müxtəlif mövzularda yazdığı yazılar kinomuzun keçmişinə, bu gününə, gələcəyinə işıq tutur. Kult.az görkəmli professor Aydın Dadaşova Allahdan rəhmət diləyir və onun “Nazim Hikmətlə Əjdər İbrahimovun ilk filmi” məqaləsini təqdim edir: *** "Bir məhəlləli iki oğlan" 1951-ci ildən ömrünün sonunadək SSRİ-də yaşamaq zorunda qalan Nazim Hikmətin (1902-1963 bu dövrdə "Türkiyədə" (1952), "Qəribə adam" (1955), "İvan İvanoviç vardımı, yoxdumu" (1956) pyesləri tamaşaya qoyulduqdan sonra ilk ekran əsəri "Bir məhəlləli iki oğlan" filmi oldu. 1923-27-ci illərdə Aşqabadda fəaliyyət göstərən xalq teatrında uşaq rolları oynamış, 1937-ci ildə orada teatr texnikumunu bitirmiş, müharibə başlananda cəbhəyə yollanmış, alman faşizmi üzərində qələbədən sonra, 1946-cı ildə daxil olduğu ÜDKİ-nun kinorejissorluq fakültəsində, Sergey Yutkeviçlə Mixail Rommun emalatxanasını 1952-ci ildə bitirən Əjdər İbrahimovun Nazim Hikmət haqqındakı "Sülh mübarizi" adlı diplom işini bəyənən komissiya sədri Dovjenkonun Mosfilmdə çalışmaq təklifi qəbul edilmədi. Bir müddət doğulduğu Türkmənistanda "Firuzə" adlı kinooçerk və "Xəzərin şərqində" mənzərə filmini çəkən Əjdər İbrahimovun ekran yaradıcılığı birgə oxuduğu İlya Qurinlə birgə quruluş verdiyi, Bakı və Maksim Qorki adına kinostudiyalarının birgə istehsalı olan "Bir məhəlləli iki oğlan" (ssenari müəllifləri Nazim Hikmət, A.Begiçeva.1957) filmindən başladı. 1 oktyabr 1949-cu ildən Mao Tszedunun rəhbərliyi ilə yaranan Çin Xalq Respublikasında real həyata tətbiq oluna bilməyən "Böyük sıçrayış" və "Mədəni inqilab" ideyaları iflasa uğradığı, ölkə daxilində baş verən qarşıdurmalarda hakimiyyətin tanklardan və hətta aviasiyadan istifadə etməkdən çəkinmədiyi bir şəraitdə İkinci Dünya Müharibəsindən sonra Şərqi Avropaya doğru genişlənən sosializmin Asiya qitəsinə də yeridilməsi dünyanın geosiyasi mənzərəsində qarşıdurmanı gücləndirdi. Arxasında İosif Stalinin xeyir-duası ilə Sovet, Şərqi Avropa və ÇXR döyüşçülərinin durduğu Şimali Koreya ordularının Cənubi Koreyaya hücumunun qarşısını almaq naminə BMT Təhlükəsizlik Şurasının qərarına əsasən 25 iyun 1950-ci ildə ABŞ-ın demokratları təmsil edən prezidenti Harri Trumenin Türkiyə də daxil olmaqla 16 ölkə ilə birgə döyüşlərə qoşulması "soyuq müharibə"nin qaynar səhifələrini açdı. Artıq atom və hidrogen bombalarını əldə etməkdə olan Sovet ordusunun işğal etdiyi Şərqi Avropa ölkələrində azad seçkilər əvəzinə kommunist diktaturası rejimini yaratmaqla kifayətlənməyib üstəlik Cənub-şərqi Asiyaya da üz tutmasından təşvişə düşən BMT qəti qərarlar qəbul etməli oldu. Belə bir tarixi şəraitdə siyasi fəaliyyətinə görə ölkəsində mərhumiyyətlərə dözmüş böyük türk şairi və dramaturqu Nazim Hikmətin üz tutmalı olduğu Sovetlər birliyində onun "Romantika" avtobioqrafik əsərinin ekranlaşdırılması sovet təbliğat mexanizminin maraqları ilə üst-üstə düşdü. Beləliklə "Bir məhəlləli iki oğlan" filmində ölkənin adı çəkilməsə də, bəlli Türkiyə mühitini göstərən "Cənnətin qapısı" adlı kasıb, bərbad kənddən keçən qatarın pişvazına çıxan yoxsul, yarıçılpaq uşaqların rahat vaqondakı hərbi yardım komissiyasının üzvlərinin atdıqları şirniyyatı havada tutmaları, sərnişinlərdən Gülsümün (K.Sokolovskaya), nurani simalı usta Əlinin (Fateh Fətullayev), əri həbsxanada olan Həlimənin (Tamara Kokova), onun kiçik oğlunun təqdimatı ilə havada süzən qırıcı təyyarələrin montajı problemi bəyan edir. Mövzu xatirədəki cavan Əlinin çapçı uşaqlarla çərpələng uçurtması, özündən çıxan mürəttib Həsəni (Möhsün Sənani) sakitləşdirməsindən sonra ekrandaca böyüyən Nurunun da qatarda olması hadisələri əvvəlki məkana qaytarır. Ətrafdakıların üzünə şampan şərabı fısqırdıb ələ salan xarici zabitlərin boşqabları sındırmasına hiddətlənən vaqon bələdçisi Tahirin (Əziz Qurbanov) onları qatardan atması gözönü hadisələri qızışdırır. On il əvvəlki ilk ürək tutması xatırlanan mətbəədə Nurunun (Semyon Sokolovski) səhhətinin pisləşməsi ucbatından fabrikdə işləməsinə hadisələri diktor mətnində idarə edən həkim Əzizin (Sergey Bondarçuk) qadağa qoyması, Əhmədin (Vladimir Medvedev) sevdiyi Həliməyə oxuduğu, filmin bəstəkarı Qara Qarayevin mahnısında sosial problemlərə toxunması qızın atası Həsənin dükançı Feyziyə (Əliağa Ağayev) borcunun müddətini uzatması, Qadının ölmüş ərinin kəfən pulunu tam ödəyə bilməməsi siyasi motivi önə çəkir. Yeri gəlmişkən tipaj fərqliliyinin zahiri əlamətlərdə nəzərə alınmaması, Nurunu ifa edən Semyon Sokolovskinin Əhməd rolundakı Vadim Medvedevlə zahiri bənzərlikləri, geyimlərinin yaxınlığı hətta hər ikisinin bığları tamaşaçıda çaşqınlıq yaradır. 24 iyun 1958-ci ildə çıxan "Sovetskaya kultura" qəzetindəki "İgidlik ölməzdir" məqaləsində V.A,Çaykinin: "Üzünü demək olar ki, görmədiyimiz, bütün tarixçəni dilindən eşitdiyimiz təhkiyyəçi həkim Əziz obrazı (Sergey Bondarçuk) daha həyati, daha dəqiq, hətta daha "görümlü" alınmışdır. Bu qeyri ekran obrazının yaranmasında (Sergey Bondarçuk) maraqlı nümunədir" fikirləri isə mübahisəli görünür. Doğrudan da mozaik dramaturji modelin qurulmasında müstəsna rol oynayan həkim Əziz əslində kinodan çox radio personajına yaxındır. Filmdə Həlimə üçün qarpız seçən Əhmədin qızın ardınca qaçması, pulun donun yaxasından çıxarılması kadr daxili plastikanı zənginləşdirsə də, "İşıq" jurnalının yaradılması ilə redaksiyanın pəncərəsinə daşla çırpılan şantaj məktubunun korrupsiyadan söz açan qəzetdə çapı, belə getsə, ölkənin müstəmləkəyə çevriləcəyi bildirilməklə şəhər prokurorunun narahatçılığı, axşam qəzeti buraxan sahibkarın məqalələrinin səviyyəsinə görə işə cəlb etmək istədiyi Nurunun cırıltı ilə açılan qapıdan gözlədiyi cinayətkarın əvəzinə çay gətirən uşağın görünməsi attraksionların montajını yaradır. Əhmədlə görüşə gələn Həlimənin qonşuları Xədicə xalanın (E.Sultanova) tavanından asılan lampanın üzərinə atdığı örtüyün təsadüfən götürülməsilə qızın atasının gəldiyini düşünüb həmən evə qaçması dolaşıq süjet yaratsa da Jurnalistlər birliyinə dəvət olunduqda, dostlarının avtomobillə yola saldıqları, kirayələdiyi frakı geyinən Nurunun kübar dairənin adamları ilə ünsiyyətə girə bilməməsi mühitin ziddiyyətini yaradır. Tədbirdə qəzet maqnatı cənab Rafiqin (S.Köçəryan) açıq-saçıq geyimli qızı Gülsümlə tanış olan Nurunun rəqs zamanı vaxtaşırı ayağını basdığı qızla məhəbbət macərası fabulaya işləyir. Rejissor sənəti baxımından ikinci planın yüksək səviyyədə işləndiyi çimərlik səhnəsindən sonra həyatına sui-qəsd olunan Əhmədin cinayət məsuliyyətinə cəlb edilməsi ədalətsizliyi gözönü təqdim edir. Sevgilisinin ardınca gələn Həlimənin atası tərəfindən zorla aparılması ilə həbsxananın fonunda Əhmədlə Nurunun on illik həbs cəzasına məhkum olunduqlarının bildirilməsi, fəhlələrin nümayişindən, imza toplanmasından sonra tutulanların azadlığı siyasi motivi gücləndirir. Gizli təşkilat üzvlərinin məktubunu dolmaların arasında həbsxanaya gətirən Həlimənin buraya bahalı avtomaşınla gələn, bahalı ərzaqlar gətirən Gülsümlə rastlaşması sosial zümrə ziddiyyətini yaradır. Dolmalara girişən həbsxana nəzarətçiləri saspens yaratmaqla yanaşı məmur özbaşınalığını da nümayiş etdirsə də, dəmir barmaqlıqlarla ayrıldığı sevgilisi Əhmədlə təbəssümlə ünsiyyətə girən Həlimə mənəviyyatın timsalına çevrilir. Nuru ilə məxsusi otaqda görüşərkən atasının əfv fərmanına çalışdığını dilə gətirən Gülsüm sinfi mübarizəni neytrallaşdıran digər metodları bəyan edir. Həbsxanadan çıxan eyni taleyi bölüşdüyü Əhmədi, dostlarını və hətta atası usta Mahmudu (İsmayıl Osmanlı) qoyub Gülsümün bahalı avtomaşınında banketə tələsən Nurunun tərəddüdləri əqidəyə xəyanətin asan olmadığının psixologizmini səciyyələndirir. Usta Əlinin evinə yığışanların gözlədiyi Nurunun pulun diktəsinə tabe olaraq Gülsümün atasının partiyasının mənafeyini müdafiə etməklə ikinci infarktını alması fonunda, ölkənin hərbi sazişə baş əyməsi şəxsi və ictimai motivləri birləşdirir. Gülsümün atasının qəzetindəki sifarişli məqaləyə imza atan Nuru özünün simasızlığını göstərməklə həmkarlarının, dostlarının hətta atası usta Mahmudun belə nifrət hədəfinə çevrilsə də, dostunu satqın adlandırıb ifşa edən Əhmədin məqaləsi haqq-ədalətin təntənəsinə çevrilir. Hərbi sazişə əsasən kasıb məhəllələrə belə gəlib çıxan xarici əsgərlərin ayaqları altına çirkab su atmasına görə döyülən Xədicə xalanı, müdafiə edənlərin damlardan başlarına qarpız yağdırdıqları şər qüvvələrin gülüş hədəfinə çevrilməsi xeyrin gözönü təntənəsinə çevrilir. Həbs edilməklə xalq qəhrəmanına çevrilə biləcək Əhmədin barəsində materiallar yğıllmasına dair paytaxtın göstərişinə əməl edən cənab Rafiqin tədbirləri, Həlimənin Əhmədlə görüşməsi ilə ürək tutmaları başlayan atası Həsənin yanına pul istəməyə gəldiyi Nurudan qızına varlı adaxlı tapmağı da xahiş etməsi ziddiyyəti artırır. Nazifin (Bu rol Məlik Dadaşovun kinoda ilk işidir.A.D.) iş otağına gəldiyi Əhmədin cibindən oğurladığı tapanca ilə Həsəni güllələməsi, sifarişli məhkəmədə Nurunun dostuna qarşı ifadə verməyə məcbur edilməsi dramatizmi artırır. Tutarlı çıxışı ilə qondarma məhkəməni ifşa edən Əhmədin silahın Nazif tərəfindən oğurladığını xatırlaması, salonuna daxil olan Həlimənin təbəssümlü çöhrəsi günahsızlığın sübutuna çevrilir. Atasına hamilə olduğunu bildirdiyini deməklə salonda təlatüm yaradan Həlimənin çıxışından sonra ömürlük həbs cəzasına məhkum olunan Əhmədin aclıq elan etməsi haqq-ədalət uğrunda sona qədər mübarizəni səciyyələndirir. Kameraya gələrək dostunu aclığa son qoymağa çağıran Nurunun Əhmədə oğlunun dünyaya gəldiyini bildirməsi bütün məhrumiyyətlərə baxmayaraq davam edən həyatın mənzərəsini yaradır. Nəhayət ki, azadlığa çıxdığını düşünsə də dar ağacından asılan Əhmədin həyatının oğlunun və "İşıq" jurnalının timsalında davam etməsi ideyanın qələbəsini səciyyələndirir. Finalda dəmiryolçu Tahirin azğınlaşmış xarici hərbiçiləri qatardan atdığına görə səhvən həbs olunan kəsin yerinə özünü qanuna tabe etdirməsi mübarizənin davam etdiyini göstərir. 1957-ci idə birinci Ümumittifaq kinofestivalında filmin ən yaxşı bəstəkar işinə görə mükafata təqdim edilməsi Qara Qarayevin musiqisinin ekran effekti yaratmaq bacarığını da təsdiqlədi. "İskusstvo kino" jurnalının 1958-ci il 5-ci sayındakı "Ürək yananda…" məqaləsində filmi ətraflı təhlil edərək mürəttib Həsən rolunda ani də olsa, ata mehribançılığına yer verməyən, yalnız kobudluğu göstərən Möhsün Sənaninin birtərəfli oyununu, Əhmədi öldürməklə hədələdiyi səhnənin zahiriliyini, bəsitliyini, mehriban baxışlı, xoş sifətli usta Əli rolundakı Fateh Fətullayevin ssenarinin çərçivəsindən çıxa bilməməsini, sentimentallığa uyub, həddindən çox bir-birlərinin çiyninə vuran dostların, yersiz təbəssümlərini: Əhməd obrazının Vadim Medvedevin kinoda ən yaxşı rolu olduğunu, Semyon Sokolovskinin isə Nurunu zəif oynadığını yazan kino tənqidçisi A.N.Zemnovanın: " "Bir məhəlləli iki oğlan" filminin özünün ciddi səhvləri vardır. Ancaq bircə o aydındır ki, bu film maraqlıdır. O hər bir həqiqi insanı fərqləndirən məxsusi dərinliyi, hissiyyat bütövlüyünü, mənəviyyat əzmini öyrədir. Kimin ürəyi sadəcə közərməyib, alışıb yanır" fikirləri bu ekran əsərini yetərincə yüksək dəyərləndirir. Redaksiyadan qeyd: Nazim Hikmətin doğum günü fərqli mənbələrdə fərqli göstərilir: 15, 17 və 20 yanvar tarixləri. Bu yazı N.Hikmətin anımına həsr olunub. |
2014-01-17 | 6,668 | Binəqədi rayonunda silah-sursat aşkarlandı | Binəqədi rayonunda silah-sursat aşkarlanıb. "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 17-də paytaxt sakinlərindən biri DİN-in "102" Xidmətinə zəng edərək Binəqədi rayonu Şəmsi Rəhimov küçəsinin yaxınlığında yerləşən məişət tullantıları qutularının içərisində silah-sursatın olması barədə məlumat verib. Daxil olan məlumatın dəqiqləşdirilməsi məqsədilə dərhal sözügedən ünvana gəlmiş polis əməkdaşları tərəfindən məişət tullantıları qutularına baxış keçirilib, bu zaman xeyli adda odlu silah, o cümlədən 24 avtomat silahı, 103 ədəd əl qumbarası və alışdırıcısı, 1 ədəd qumbaraatan, 1 ədəd əl pulemyotu, 2 snayper tüfəngi, 1 ədəd "TOZ-8", 1 ov tüfəngi, 39 ədəd mərmi, 36 avtomat darağı, 5 ədəd işıqlandırıcı raket, 4 tüstüverici şaşka, 31186 ədəd müxtəlif çaplı patron və digər hərbi sursat aşkar edilərək götürülüb. |
2014-01-17 | 6,669 | Səlim Müslümovdan əlillərə maddi yardım- 50 manat | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar 319 nəfər 20 Yanvar əlilinin və 115 şəhid ailəsinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib. Nazirlikdən verilən məlumata görə, Azərbaycan prezidentinin 2006-cı il 19 yanvar tarixli fərmanına əsasən, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə ayda 300 manat, 19 yanvar 2011-ci il tarixli fərmanına əsasən isə 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, o cümlədən I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə isə 100 manat məbləğlərində prezident təqaüdləri təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 53 nəfər 20 Yanvar əlili və şəhid ailəsi mənzillə, 58 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilib: "Hər il 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bu təbəqədən olan vətəndaşlarla görüşlər keçirilir, onlara birdəfəlik maddi yardımlar verilir, onların ölkə daxilində və xaricdə müalicəsi, sosial-məişət problemlərinin həlli, yay mövsümündə ölkənin müxtəlif istirahət zonalarında dincəlmələrinin təşkili istiqamətində müvafiq işlər görülür. Eyni zamanda, istedadlı əlillərin iştirakı ilə keçirilən ümumrespublika səviyyəli yaradıcılıq müsabiqələri və idman yarışlarında 20 Yanvar əlillərinin də iştirakı təmin edilir". |
2014-01-17 | 6,670 | Mübariz Mənsimov "Beşiktaş"dan uzaqlaşdırılıb? | Türkiyənin "Beşiktaş" klubunun rəhbərliyi İdarə Heyətinin dörd nəfəri üzvlükdən çıxarıb. "Axar.az" xəbər verir ki, onların arasında "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov da var. Bu barədə məlumatı türkiyəli jurnalist İbrahim Seten "twitter" səhifəsində paylaşıb. Amma bunula bağlı rəsmi məlumat hələlik açıqlanmayıb. |
2014-01-17 | 6,671 | Hotellərə tələblər qoyuldu – Qərar | "Standartlaşdırma üzrə turizm və yerləşdirmə vasitələrinin xidmətləri" Texniki Komitəsi tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 14.01.2014-cü il tarixli, 004 saylı Əmri ilə təsdiq edilmiş, AZS 755-2014 nömrəli "Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" üzrə Dövlət Standartı qüvvəyə minib. Standart 15.01.2014-cü il tarixindən etibarən tətbiq edilir. "Axar.az" Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" üzrə Dövlət Standartının əsas məqsədləri yerləşdirmə vasitələrində turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, yerləşdirmə vasitələrində çalışanların peşə səviyyəsinin artırılmasından ibarətdir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan müvafiq monitorinqlər zamanı sənəddə göstərilən meyarlar monitorinqin keçirilməsi üçün əsas sorğu sənədi kimi istifadə olunacaq. Mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinə, həmçinin, turizm sənayesinin bütün nümayəndələrinə, turistlərə və turizm sahəsi ilə əlaqəli şəxslərə müvafiq sənədlə tanış olmaları və standartın tələblərinə riayət etmələri tövsiyə olunur. |
2014-01-17 | 6,672 | İlham Əliyev Əfqanıstan səfirini qəbul etdi | İlham Əliyev Əfqanıstanının Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir "Axar.az" prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev Əfqanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şaker Kargarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işinə verdiyi töhfəyə görə səfir Şaker Kargara təşəkkürünü bildirdi. Prezident İlham Əliyev səfiri öz ölkəsinin ticarət və sənaye naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı. Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sənaye və digər sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əməkdaşlığımızın bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu. |
2014-01-17 | 6,673 | Gülənçilərdən reaksiya: “Övladlarınızı biz oxutduq” | Fətullah Gülənin sağ əli olaraq tanınan "Zaman" qəzetinin köşə yazarı Hüseyn Gülərcə Türkiyənin prezident və nazirlərinə bir şeyi xatırlatdı: "Övladlarınızı biz oxutduq". "Axar.az" xəbər verir ki, Hüseyn Gülərcə başda Baş nazir R.T.Ərdoğan olmaqla, Türkiyənin prezidenti və nazirlərini hədəfə alıb. O, bugünkü köşə yazısında Ərdoğanın kin və nifrət dolu nitqinə diqqəti cəlb edib: "Bu alçaltmağın insanın əsəbinə necə də toxunduğunu kaş ki, cənab Ərdoğan biləydi... Çünki cənab Baş nazirin, cənab prezidentin və bir çox nazir və millət vəkilinin övladları Xidmət Hərəkatının (Gülən Hərəkatı özlərini "Xidmət Hərəkatı" adlandırır – red) hazırlıq kurslarında, yataqxanalarında, evlərində olublar və hələ də varlar". Xatırladaq ki, "rüşvət əməliyyatı"ndan sonra Ərdoğan-Gülən münasibətlərinin kəskinləşməsi ilə Türkiyə hakimiyyətinin Fətullah Gülənə bağlı məktəbləri sıxışdırdığına dair xəbərlər yayılmaqdadır. |
2014-01-17 | 6,674 | Fransa Prezidenti Azərbaycana səfər edəcək | Fransa Prezidenti Fransua Olland bu il Azərbaycana rəsmi səfər edəcək. Fransa Prezidenti Azərbaycan dövlət başçısının dəvəti ilə bu il Azərbaycana səfər etməklə bağlı niyyətini Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovla görüşü zamanı təsdiqləyib. Fransada akkreditə olunmuş diplomatik korpus üçün Yeni il münasibətilə Yelisey sarayında keçirilən ənənəvi illik görüşdə Azərbaycan səfiri E.Əmirbəyovla Fransa Prezidenti F.Olland arasında qısa söhbət olub. Bu barədə səfirlikdən bildiriblər. Səfir Fransanın dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin Yeni il təbrikini çatdırıb. F.Olland minnətdarlığını bildirərək azərbaycanlı həmkarına təbriklərini və ən yaxşı arzularını çatdırmağı xahiş edib, son vaxtlar müşahidə olunan ikitərəfli Fransa-Azərbaycan münasibətlərinin inkişafında artan dinamikaya görə məmnunluğunu ifadə edib (Trend). |
2014-01-17 | 6,676 | Aydın Məmmədovun Aydınlığı | Dünən Aydın Məmmədovun doğum günü idi. Aydın Məmmədovu bu gün xatırladan nə onun yaradıcılığı, nə siyasi ideoloji irsidir. Onu bu gün xatırlamamızın səbəbi Aydın Məmmədovun şəxsiyyətidir. Biz illər uzunu məhz Azərbaycan ziyalısında belə bir şəxsiyyət, xarakter görmək istəmişik. Aydın bəy o dövrdə tək deyildi. O zaman Azərbaycan ziyalıları başqa cür idi - Xudu Məmmədov, Dilarə Əliyeva, Xəlil Rza Ulutürk cəsarət, Sabir Rüstəmxanlı düşüncələri ilə əsl ziyalılıq örnəyini təmsil edirdilər. Ziyalılar haqqa təşnə olduğu kimi, xalq da ziyalı sözünə təşnə idi. Ancaq zaman keçdikcə ziyalı sözü, duyarlılığı kəsərdən düşdü, ehtiyatlanmaqla əvəzləndi. Və beləcə cəmiyyət həyatında ziyalı missiyası da bitdi... Beləcə, ziyalı nomenklaturası yarandı. Bu nomenklaturaya daxil olanlar daşıdıqları elm, sənət titullarına görə həm də komformist bir zümrəyə çevrildilər. Ziyalılıq artıq ictimai missiya, cəmiyyət qarşısında mənəvi məsuliyyət öhdəliklərindən azad olub, təminatlı yaşamaq imkanlarını əldə etmək vasitəsinə çevrilməyə başladı. İllər ötdükcə cəmiyyət qarşısında vicdanlı ola bilməyən ziyalı öz mənəvi dəyərini daha çox maddi dəyərə çevirməyə çalışdıqca, həm də sənətində də vicdanlı, dürüst olmağı yadırğadı... Bu gün Aydın Məmmədovu xatırlamağımız həm də cəmiyyətimizin həyatındakı ziyalı boşluğuna bağlıdır. Bu boşluq keçmişə həsrət, özənti yaradır. Düzdür, zaman dəyişib, siyasi təşkilatların, vətəndaş cəmiyyəti institutlarının olmadığı, internetin, sosial medianın formalaşmadığı o zamanlar ictimai rəyin və aydınlanmanın yaranmasının əsas ağırlıq yükü ziyalıların üzərinə düşürdü. Tanınmış bir ziyalının efirdən və ya mitinqdən səsləndirdiyi bir kəlmə ağızdan-ağıza dolaşırdı, insanlara yön verirdi. İndi buna iddia etmək də geriçilik olardı. Ancaq bu o demək deyil ki, ziyalıların ictimai məsuliyyəti, missiyası yoxdur. Cəmiyyət ictimai xadimin, tanınmış QHT təmsilçisinin, yazarın sözü ilə yanaşı, ziyalıların da sözünü eşitməyə, dinləməyə möhtacdır. Ancaq çoxsəsli xorda ziyalıların səsi eşidilmir, çünki onlar özü də "solo oxumaq" istəmir. Səbəblər çoxdur... Ümumiyyətlə zaman, şərtlər dəyişibsə, ziyalı anlayışına əski sovet dövründən qalma qapalı cəmiyyət və totalitar düşüncə tərzinin ehtiva etdiyi ziyalı kimliyinindən fərqli ölçülərdə yanaşmağa ehtiyac var; Ziyalı, aydın anlayışı ilə intellektual anlayışını ilk növbədə fərqləndirməyə ehtiyac var. Fransız mənşəlli intellektual sözü sorğulamaq, araşdırmaq anlamını ehtiva edir. Bu söz Avropada meydana gəldiyi dövrlərdə intellektuallar çürümüəkdə olan feodalizmin dəyərlərini sorğulayırdılar, mühakimə edirdilər. Sonradan bu elmi biliklərə sahib olmaq anlamını da özündə ehtiva etməyə başladı. Lakin ziyalı, aydın dediyimiz insan isə təkcə sorğulamqla, statistik bilklər daşıyıcısı olmaqla kifayətlənmir, həm də aydınlatma, toplumun bu gününə və gələcəyinə işıq salma, yol göstərmə kimi çətin və mənəvi missiya daşımağı bacarır. Bu baxımdan aydın kəlməsi intellektuallıqdan daha yüksəkdir və dəyərlidir. O zaman deyə bilərik ki, elmi və sənət titulundan, dərəcəsindən asılı olmayaraq cəmiyyətin dərdinə çarə gəzən, təkamülə yön verə bilən düşüncə sahibləri əsl aydınlar hesab olunurlar... Sonda yenə qayıdaq Aydın Məmmədovun xatirəsinə. Aydın Məmmədov – sözün bütün mənalarında, adına uyğun AYDIN idi... |
2014-01-17 | 6,677 | Prokurorluğun 14 əməkdaşı məsuliyyətə cəlb olundu | 2013-cü ildə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 14 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 əməkdaş prokurorluq orqanlarından xaric edilmiş, 1 əməkdaş isə vəzifədən azad edilib. Bu barədə Bakı şəhər prokurorluğunda 2013-cü ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib. Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, 2013-cü il Azərbaycan Respublikasının inkişaf tarixində mühüm nailiyyətlərlə yadda qalan, ölkəmizin siyasi və iqtisadi cəhətdən daha da möhkəmlənməsi ilə nəticələnən bir dövr olub. Ötən il həm də onunla əlamətdar il olub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək səs çoxluğu ilə növbəti dəfə dövlətimizin prezidenti seçilib. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi əldə edilmiş iqtisadi nailiyyətlər, ölkəmizdə yoxsulluğun və işsizliyin səviyyəsinin azalması kriminogen durumun da sabitləşməsinə müsbət təsirini göstərib. Müşavirədə qeyd olunub ki, şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilmiş, bu sahədə tələbkarlıq daha da artırılmış, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib. Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 425, daxili işlər orqanlarında isə 4277 cinayət işinin istintaqı tamamlanmışdır. Paytaxtın prokurorluq və digər hüquq mühafizə orqanlarının birgə hayata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib. Belə ki, Xətai rayonunda Hindistan Respublikası vətəndaşı Binod Kumarın, Nəsimi rayonunda İran İslam Respublikası vətəndaşı Həqzadə Mirəli Vəkil ağa oğlunun, Yasamal rayonunda Türkiyə Respublikasının vətəndaşı Mehmet Alim Halil oğlunun, Nərimanov rayonunda Nağıyev Rasim Tağı oğlunun qətlə yetirilmələri ilə əlaqədar bağlı qalmış cinayət işlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar. 2013-cü ildə paytaxt ərazisində bir qrup şəxslər tərəfindən ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsində və əmlak ziyanı vurulmasında ifadə olunan qanunsuzluqların qarşısı alınmaqla, həmin hadisələrə görə başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin olunub. Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran əsas problemlərdən biri olması Bakı şəhər prokuroru tərəfindən xüsusilə vurğulanaraq bildirilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin 26.12.2012-ci il tarixdə imzaladığı "Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamından irəli gələn vəzifələrin layiqincə icrası daim nəzarətdə saxlanılmış, il ərzində xüsusən ölümlə nəticələnən yol nəqliyyat hadisələri Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olub. Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, əvvəlki illə müqayisədə baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri azalmış, hadisə yerindən qaçan naməlum sürücülərin müəyyən edilməsi istiqamətində müsbət nəticələr əldə edilərək bağlı qalmış cinayətlərin sayı da iki dəfə azalıb. Həmçinin, müşavirədə bu sahədə mövcud olan çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruru tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib. Müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə qayğı və həssaslıqla yanaşılması tələb olunmuş və bildirilmişdir ki, hesabat dövründə şəhər prokurorluğunda ümumilikdə 1436 vətəndaşın qəbulu təşkil edilib. Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlara da diqqət yetirilərək 2012-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə və quldurluq cinayətlərinin sayının artması, 4 qəsdən adam öldürmə, 19 quldurluq cinayətlərinin açılmaması narahatçılıq hissi ilə qeyd edilərək həmin işlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi, bu məqsədlə xüsusən də, kriminalistika xidməti işinin daha da gücləndirilməsi, vaxtında istintaq taktikasının və metodikasının, istintaq fərziyyələrinin düzgün qurulmasının vacibliyi vurğulanıb. Şəhər prokuroru tərəfindən bu istiqamətdə zəruri göstərişlər verilmiş, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib. |
2014-01-17 | 6,679 | Ohanyan Dağlıq Qarabağdakı qarnizonlarda olub | Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu həftə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edərək separatçı rejimin ordu qarnizonlarına baş çəkib, zabit heyəti ilə görüşüb. Görüşlər zamanı separatçı rejimin ordusunda 2013-cü il ərzində həyata keçirilən proseslər analiz olunub, regional hərbi-siyasi inkişaf, ordunun mənəvi-psixoloji hazırlığı məsələləri müzakirə edilib (Media forum). |
2014-01-17 | 6,680 | Gülün İsveçrə banklarında hesabı var – Şok İddia | "Abdullah Gülün İsveçrə banklarında hesabı var". "Axar.az" məlumat verir ki, bu iddia ilə Türkiyə İşçi Partiyasının sədr müavini Bəsri Özbəy çıxış edib. O bununla bağlı ABŞ hökumətinin Milli İstihbarat Təşkilatını 2010-cu ildə xəbərdar etdiyini bildirib. "Abdullah Gülün İsveçrə banklarında hesabı var. ABŞ-ın bundan xəbəri var idi. Türkiyəni xəbərdar etmişdilər. Bu hesabı MİT-in vasitəsiylə açdığı da bəllidir. Ərdoğana da bunun haqqında məlumat verilib". Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatı baş nazir Rəcəb Tayyib Ərdoğanın hesablarının İsveçrə banklarında olduğunu və onların Almaniya hökumətinin əlinə keçdiyi haqqında informasiya yaymışdı. |
2014-01-17 | 6,681 | Prezident 8 sərəncam imzaladı - Yeniləndi | Prezident İlham Əliyev 8 sərəncam imzalayıb. "Axar.az" məlumat verir ki, İlham Əliyevin imzaladığı sərəncamlar müxtəlif sahələri əhatə edib. Prezident Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı haqqında, avtomobil yolları haqqında, təhsil haqqında qanuna, şəxsiyyət vəsiqəsi haqqında qanuna, məhkəmə və hüquq mühafizə orqanlarının icbari şəxsi siğortası haqqında qanuna, ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında qanuna, ölkəyə qayıdış şəhadətnaməsinin verilməsi qaydasına, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında sərəncam verib. Bununla bərabər, İlham Əliyev ölçmələrin vəhdətinin təmin edilməsi, avtomobil yolları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi, Azərbaycanla Koreya müdafiə nazirlikləri arasında anlaşma memorandumlarının təsdiq edilməsi haqqında da fərman imzalayıb. |
2014-01-17 | 6,682 | Tanınmış müğənnimiz ana oldu – Özəl | Tanınmış müğənni Aynur Dadaşovanın ailəsində daha bir xoş hadisə yaşanıb. Estrada müğənnisi ikinci dəfə ana olub. "Axar.az"ın məlumatına görə, Leyla Şıxlinskaya Klinikasında olan müğənni və körpəsi özlərini normal hiss edir. Qeyd edək ki, bu, Aynur Dadaşovanın 2-ci övladıdır. Onun 9 yaşında oğlu var. Xatırladaq ki, müğənni "7-17" mahnı müsabiqəsindəki iştirakından sonra estradada populyarlıq əldə edib. Övlad gözlədiyi səbəbindən bir müddətdir efirdən ayrılan A.Dadaşovanın yaxın müddətdə səhnəyə dönəcəyi bildirilir. Müğənnini və ailəsini təbrik edirik. |
2014-01-17 | 6,683 | MTN-in istintaq təcridxanasında monitorinq keçirilib | İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında monitorinq keçiriblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, E. Behbudov bildirib ki, istintaq təcridxanasında saxlanılan şəxslər gündə 3 dəfə yeməklə və digər zəruri tələbatlarla təmin olunurlar: "Orada saxlanılan Quba rayon sakini Vəfanur və Vəfadar Məmmədov qardaşları, həmçinin Nizami Nəcəfovla görüşdük. Üçü də Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə və s.) maddəsi ilə təqsirləndirilirlər. Vəkillə təmin olunublar. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Cinayət işi ilə bağlı istintaq davam etdirilir". E. Behbudov orada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla da maraqlandığını deyib: "Bəzi mətbuat orqanları onun namaz qılması barədə məlumat dərc etmişdilər. Onunla bağlı mənə bildirdilər ki, həmin məlumatlar yalandır. Hacı Məmmədov ibadət etmir. İnanclı adam deyil ". |
2014-01-17 | 6,684 | Müdafiə Nazirliyindən yayılan xəbərlərə korrekt cavab – Rəsmi | Silahlı Qüvvələrə aid olan, özündə həm də hərbi sirr daşıyan bəzi hərbi hissələrlə bağlı məlumatlara Müdafiə Nazirliyi aydınlıq gətirib. "Axar.az"ın yazılı sorğusuna Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən cavabda bildirilir ki, MN hərbi hissələrin ləğv olunması ilə bağlı heç bir rəqəm açıqlamayıb. Yalnız hərbi hissələrin təşkilat-ştat strukturu optimallaşdırılıb: "Hərbi hissələrin bir-birinə zidd olması məsələsinə gəlincə isə onu demək vacibdir ki, hərbi əməliyyatların aparılması zamanı bütün qoşun növləri hərbi komandanlıq tərəfindən planlı surətdə verilən döyüş tapşırıqlarını birgə yerinə yetirmək üçün sıx, əlaqəli fəliyyət həyata keçirirlər. Doğrudur, hərbi hissələr ayrı-ayrılıqda, yəni müstəqil surətdə də qoyulan tapşırıqların yerinə yetirilməsinə qadirdilər. Lakin istənilən halda, onların səyləri bir ümumi məqsədə - düşmən üzərində qələbəyə nail olmağa yönəlib". Müdafiə Nazirliyi hərbi hissə ərazilərinin boşaldılması məsələsinə də aydınlıq gətirib: "Hərbi hissələrin əraziləri boşaldılmayıb". Qeyd edək ki, bu gün Müdafiə Nazirliyindən ordu ilə bağlı yazılan yazılarda daha həssas olmaq xahiş edilmişdi. Məlumatda silahlı qüvvələrlə bağlı yazılan məqalələrin Azərbaycanın düşmənlərinə daha yaxşı məlumat əldə etməyə imkan yaratdığı bildirilir və KİV-dən bunu nəzərə istənilirdi. |
2014-01-17 | 6,685 | Gürcülərin Soçi arzusu | Gürcüstanın bir neçə QHT nümayəndəsi və tanınan ziyalıları ölkənin Baş naziri və Prezidentinə müraciət etməyə hazırlaşır. "Axar.az"ın məlumatına görə, ölkə rəhbərliyinə ünvanlanacaq müraciətin cəmiyyətdə əks-səda doğurması üçün brifinq keçiriləcək. Müraciətdə Soçidə keçiriləcək Olimpiadaya xüsusi rəsmi nümayəndə heyətinin göndərilməsi istənilir. Sənədi Nana Devdariani (keçmiş ombusman, sabiq MSK rəhbəri), Gürcüstan Yazıçılar Birliyinin üzvü Merab Modebadze, vəkil Zurab Djorbenadze, jurnalist Tinatin Şanşiaşvili və digər tanınan şəxslər imzalayacaqlar . Xatırladaq ki, məlum avqust hadisələrindən sonra MDB-dən rəsmən çıxan Gürcüstan Soçidə keçirələcək Qış Olimpiya oyunlarından da imtina etdiyini bildirmişdi. Ona görə də analoji müraciətlər ölkə vətəndaşları arasında birmənalı qarşılanmır və milli maraqlara zidd addım kimi qiymətləndirilir. |
2014-01-17 | 6,686 | Azərbaycanda Nəşriyyat kitablarını yandıracaq – Mərasim | "Çətir" Nəşriyyatı 3 ay öncə ilk və son uğursuz kitab nəşrinin nəticəsi olaraq çap etdirdiyi məşhur Amerikalı yazar Çarlz Bukovskinin "Hekayələr və müsahibələri" kitabının "yandırılması mərasimi"ni keçirəcək. Bu barədə "Feysbuk" sosial şəbəkəsində tədbir (event) yaradaraq sosial şəbəkə istifadələrini bu "mərasim"ə dəvət ediblər. Yaratdıqları "event"ə belə açıqlama əlavə ediblər: "Çətir Nəşriyyatı aylar öncə 4-5 hərdəmxəyalın xeyli pivə içdikdən sonra yaratdığı nəşriyyatdır. Elə oradaca qərar qəbul etdilər ki, Ç.Bukovskini tərcümə və çap edib satışa çıxarsınlar. Bir aya kitab artıq hazır vəziyyətdə idi. Kitabın təqdimatı çox uğursuz olduğundan kitab da uğur qazanmadı. Kitabın içindəkilər hər gün oxuduğunuz zir-zibildən maraqlı hekayələr idi, əslində. Son həftələr Bakının bütün kitab mağazalarına cəmi 100 kitab paylanıb. Kitabın yandırılmasına səbəb: Kitabın qiyməti cəmi 2 manatdır. Kitab mağazalarının əksəriyyəti kitabı 50 faizlə satmaq üçün qəbul edir. Yəni, biz o boyda əziyyət çəkib kitabı tərcümə elətdirək, çapa verək, ayaq döyüb yayaq və hansısa kitab mağazasına gətirib verək ki, bunu vitrinə qoyun , yarısı sizin, yarısı bizim. Bu, çox ədalətsizdi. Buna görə də Ç.Bukovskinin əlimizdə qalan tərcümə əsərinin 800- dən çox nüsxəsini yandırmağı qərara aldıq. Kitablar yanvarın 25-i, axşam saat 9-da (21:00) Şıxov çimərliyində yandırılacaq. Gələndə özünüzlə pivə, çipsi gətirməyi unutmayın". Çətir Nəşriyyatının sözçüsü Hüseyn Mühəmməd "Axar.az"a açıqlama verərək bunları bildirdi: - "Event" yaradandan sonra kitab almaq istəyən 10-15 insan bizə yazıb. Kitab mağazalarından yaxınlaşıb ala bilərlər. Təxminən 100-ə qədər kitab mağazalara paylanıb. Bu doğru xəbərdir, kitabları yandıracağıq. |
2014-01-17 | 6,687 | “Beşiktaş” Mənsimov xəbərinə rəsmi münasibət bildirdi | Mətbuatda "Beşiktaş"ın İdarə Heyətinin dörd üzvündən imtina etməsi ilə bağlı xəbərlər yayılmışdı. Onların arasında "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovun da adının olduğu barədə məlumat vermişdik. "Axar.az" xəbər verir ki, artıq "Beşiktaş" rəhbərliyi bununla bağlı rəsmi mövqeyini açıqlayıb. Klubun rəsmi saytı vasitəsilə bildirilib ki, Mübariz Mənsimovla yanaşı, Zəfər İldırım, İhsan Kalkavan və Turqay Cinerin klubun İdarə Heyərindən uzaqlaşdırılması gündəm mövzusu deyil. Mətbuatda yazılan xəbərləri gerçəyi əks etdirmir. Qeyd edək ki, "Beşiktaş"ın İdarə Heyətindən 4 nəfərin uzaqlaşdırılmasını türkiyəli jurnalist İbrahim Seten "twitter" səhifəsində paylaşmışdı. |
2014-01-17 | 6,688 | Əziz Yıldırım barədə məhkəmə qərarı dəyişmədi | Onun idman klubuna rəhbərlik etmək hüququndan və idman fəaliyyətindən məhrum edilməsi gözlənilir. Türkiyədə ali məhkəmə funksiyalarını yerinə yetirən Yarğıtay ölkə futbolunda danışılmış oyunlarla (şike) bağlı məhkəmənin verdiyi qərarı təsdiqləyib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, ölkənin son apellyasiya instansiyası olan Yarğıtay "Fənərbağça" idman klubunun prezidenti Əziz Yıldırım haqqında məhkəmənin çıxardığı məhkumluq qərarını təsdiq edib. Bu qərardan sonra Ə. Yıldırımın idman klubuna rəhbərlik etmək hüququndan məhrum edilməsi gözlənilir. Xatırladaq ki, məhkəmə Ə. Yıldırıma 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cızası vermişdi. Lakin o, Yarğıtayın qərarına qədər azadlığa buraxılmışdı. Ə. Yıldırımın yenidən həbs olunub-olunmayacağı hələlik dəqiqləşməyib. |
2014-01-17 | 6,689 | Çexiyanın yeni baş naziri məlum oldu | Çexiya Sosial Demokrat Partiyasının lideri Boquslov Sobotka baş nazir postuna təyin olunub. Sobotkanın təyinatı haqda sənədi ona prezident Miloş Zeman təqdim edib. Sobotka 2002-2006-cı illərdə maliyyə naziri, 2003-2004 və 2005-2006-cı illərdə baş nazirin müavini postlarını tutub. Sosial Demokrat Partiyasına 2011-ci ilin martından sədrlik edir. Çexiyada 2013-cü ilin oktyabrında növbədənkənar parlament seçkisi keçirilib. Sosial Demokrat Partiyası 20%-dən çox səslə birinci yeri tutub. (Media forum) |
2014-01-17 | 6,690 | Elmar Məmmədyarov Əfqanıstan səfiri ilə görüşdü | Nazir Elmar Məmmədyarov Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Şaker Karqarı qəbul edib. "Axar.az" Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu ilin 17 yanvarında nazir Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Şaker Karqarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Əfqanıstan arasında münasibətlərin inkişafından məmnunluq ifadə etmiş və səfir Məhəmməd Şaker Karqara bu işdə verdiyi töhfəyə görə minnətdarlıq bildirib. Əfqanıstanlı diplomat ölkəmizdən xoş təəssüratla ayrıldığını qeyd etmiş və burada fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkür edib. Nazir Elmar Məmmədyarov Məhəmməd Şaker Karqara gələcək fəaliyyətində uğurlar arzulayıb. |
2014-01-17 | 6,691 | Daxili Qoşunların komandanı Zaqatala rayonunda - Foto | Bu gün daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov 2014-cü ildə qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədilə Daxili Qoşunların Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində olub. Daxili Qoşunların mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, Daxili Qoşunların komandanı hərbi hissəyə ümumi baxış keçirib, şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb, xidməti döyüş fəaliyyəti ilə yaxından tanış olub. Hərbi hissədə xüsusi taktiki təlim nümayiş etdirilib. Sonra xidməti müşavirə keçirilib. Müşavirədə çıxış edən general-mayor Ş.Məmmədov xüsusi olaraq vurğulayıb ki, Silahlı Qüvvələrdə, o cümlədən Daxili Qoşunlarda yaradılmış hərtərəfli şərait Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsi heyətə göstərdiyi diqqət və qayğının tərkib hissəsidir. Daxili Qoşunlar Komandanı əlavə edib ki, son illər Daxili Qoşunların kadr potensialının gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndrilməsi, müasir texnika və avadanlıqlarla təchiz olunması, yeni hərbi şəhərciklərin yaradılması, hərtərəfli şəraitə malik xidməti mənzillərin istifadəyə verilməsi və s. istiqamətlərdə çox işlər görülüb. Daxili Qoşunların komandanı, general-mayor Ş.Məmmədov qeyd edib ki, Daxili Qoşunların şəxsi heyəti Azərbaycan Respublikasının qanunlarından, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fərman və sərəncamlarından, eləcə də daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, öz andına sadiq qalaraq, polis orqanlarının əməkdaşları ilə birgə ölkədə sabitliyin, əmin-amanlığın keşiyində mətinliklə dayanacaq. Daha sonra general-mayor Ş.Məmmədov hərbi hissənin xidməti döyüş fəaliyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verbi. Məlumat üçün bildirək ki, general-mayor Ş.Məmmədov daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra regionlarda yerləşən hərbi hissələrə səfərinə ilk olaraq Zaqataladakı hissədən başlayıb. Ötən müddət ərzində general-mayor Ş.Məmmədov Daxili Qoşunların Bakı Qarnizonunda yerləşən bütün hərbi hissələrinin xidməti döyüş fəaliyyəti ilə yaxından tanış olub, müvafiq məsələlərin həlli istiqamətində konkret tapşırıqlarını verib. |
2014-01-17 | 6,692 | Son iki həftədə 40 edam - İranda | Son iki həftə ərzində İranda 40 nəfər edam edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "Amnesty İnternational"ın (Beynəlxalq Əfv Təşkilatı) Orta Asiya və Şimali Afrika regionu üzrə baş direktor müavini Hassibə Hac Səhravinin yanvarın 16-da yaydığı bəyanatda qeyd olunub. Sənəddə bildirilir ki, təkcə bir həftə ərzində 33 nəfər dara çəkilib: "İranda yalnız 2014-cü ilin ilk ayının iki həftəsində bu qədər insanın edam edilməsi böyük narahatlıq doğurur. Bu, beynəlxalq arenada imicini dəyişmək istəyən İran hökumətinin cəhdlərini mənasız edir. Edam hər bir insanın hüququnun pozulması, onun ləyaqətini alçaldan qəddar və qeyri-insani bir cəza növüdür. Biz İran hakimiyyətindən ölkədə edamları dərhal dayandırmasını tələb edirik. Çünki təcrübə edamların sayının artmasının ölkədə baş verən cinayətlərin qarşısını almağa təsiri olmadığını göstərir". |
2014-01-17 | 6,693 | O, qorxulu filmlərin qəhrəmanına bənzəyir - VİDEO +16 | Hələ gənc idi. Yenicə ailə həyatına başlamışdı. Ailəsi ilə birlikdə xoşbəxt həyatına davam edirdi ki, nadir xəstəliklərdən hesab edilən burun sümük çürüməsinə rast gəldi. Bir müddət xəstəliyi ciddiyə almayan Doni qısa zamandan sonra burnunun hədsiz göyərdiyini və orada ciddi çürümə getdiyini hiss etdi. Həkimlərə müraciətindən sonra çox pis cavab alması ona qəti qərar verməyin vacibliyini anlatdı. Həkimlər onu iki vacib şərt ilə üz-üzə qoydular. Ya burnundan imtina edəcəkdi, ya da çürümə bədəninə yayılıb, onu zamanla həyatı ilə vidalaşdıracaqdı. Uzun düşünən Doni çətin də olsa, burnundan imtina etməyi seçdi. Əməliyyat olunan Doni burunsuz yaşamağın acılarına dözmək məcburiyyətində idi. O, müsahibəsində belə demişdi: "Küçəyə çıxanda insanlar üzümə qəribə baxışlarla baxıb, kənara çəkilirlər. Hələ uşaqlar məni qorxulu filmlərin qəhrəmanı hesab edib, ağlayaraq analarının yanına qaçırlar. Bu mənim ürəyimi ağrıdır. Axı mən heç kimi qorxutmaq istəmirəm". Burunsuz həyatına davam edən Doni üzündə yaranan boşluğun çətinliyini qidalanarkən də yaşayır. Belə ki, üst çənə aparatının istifadəsində çətinlik yaşayan Doni yeməkləri çox vaxt barmaqlarının vasitəsilə çeynəyir. Bir müddətdən sonra çarəni protez burunlarda görən Doni üzündəki dəliyi onun vasitəsilə gizlədə bilib. O, bundan sonra heç kimin qorxulu baxışlarına tuş gəlmədiyinə görə xoşbəxt olduğunu bildirir. Amma protezlərin mikrobdaşıyıcı olması onun bir müddət müalicə almasına səbəb olmuşdu. Hər şeyə rəğmən, Doni küçəyə çıxarkən yenə də protez burundan istifadə etməyə davam etdi. "Axar.az"ın oxucularla bölüşdüyü insan dramının ən təsirli tərəfi isə odur ki, hər şeyə rəğmən Doninin həyat yoldaşı onu tərk etməyib. Bütün çətinliklərə baxmayaraq, o, yenə də həyat yoldaşı ilə birlikdə ömrünün yerdə qalan hissəsini başa vurmağa hazırdı. Hətta Doninin israrla "məni tərk et, get, xoşbəxt ol" deməsinə baxmayaraq! |
2014-01-17 | 6,694 | Mahaçqalada partlayış: 15 yaralı | Dağıstanın paytaxtı Mahaçqala şəhərində baş verən iki partlayış nəticəsində 15 nəfər yaralanıb. Hadisə şəhərin Boqatırev küçəsində və "Lada" servisinin binası önündə baş verib. Cinayətkarlar hər iki obyektə əl qumbarası atıblar. Terakt zamanı ölənlərin olmadığı bildirilir. Hadisə yerinə gələn xilasedicilər, təcili yardım dəstəsi, polis əməkdaşları və xüsusi idarələrin nümayəndələri yaralıları ərazidən çıxarıblar. (ANS) |
2014-01-17 | 6,695 | ABŞ İranla əldə olunan gizli razılaşmanı açıqladı | ABŞ İranla əldə edilmiş razılaşmanın mətbuata məlum olmayan gizli razılıq hissəsinin detallarını açıqlayıb. "Axar.az"ın əldə etdiyi məlumata görə, Ağ Ev əldə olunan gizli razılığın 4 səhifəsi barədə məlumat verib. Bildirilib ki, Beynəlxalq Atom Enerjisi Təşkilatı müqavilədə olan texniki məsələlərin gizli qalmasını xahiş edib. Müqaviləyə görə, İran razılaşmanın tətbiq olunmağa başlayacağı 20 yanvara qədər 20% zənginləşdirilmiş uranın emalını dayandırmağı və əldə olunan uranın yarısını azaltmağı qəbul edir. Bu tarixdən sonrakı 6 ay müdətində də İran uranın zənginləşdirilməsini məhdudlaşdıracaq. Uranın emalı üçün yeni müəssisənin təsisinə icazə verilməyəcək. Həmçinin Arak reaktoru üçün yanacaq emalı və sınaq keçirilməsi qadağan olunur. Avropa Birliyi, "5 +1" ölkələri və İranın ortaq fəaliyyət planı çərçivəsində planın tətbiqinin həyata keçirilməsinə müşahidə etmək üçün Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə birlikdə ortaq komissiya qurulacaq. Komissiya Arak reaktorunu ayda bir dəfə ziyarət edəcək. İranın atacağı addımlar qarşılığında sanksiyalar 6-7 milyard dollar həcmində yumşaldılacaq. 6 ay müddətində isə sanksiyaların bir çoxu aradan qaldırılacaq. Sanksiyaların aradan qaldırılması 8 mərhələdə həyata keçiriləcək. İlk addım 1 fevralda, son mərhələ isə bu ilin 20 iyulunda tətbiq olunacaq. Müqaviləni tənqid edən amerikalı səlahiyyətlilər Obama rəhbərliyinin İrana həddindən artıq güzəştə getdiyini bildirir. |
2014-01-17 | 6,696 | Ərdoğandan oğlanlarının həbsi xəbərinə sərt reaksiya - Video | Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün yenə də sərt açıqlamaları ilə gündəmi zəbt edib. O, ölkədə aparılan rüşvət əməliyyatına aydınlıq gətirərkən oğlanları barəsində də danışıb. O, deyib ki, mətbuat oğlanlarının fotolarını yayaraq, adı rüşvətdə hallanan kəslərlə sıx bağlı olduğunu iddia edirdi. Türkiyənin baş naziri , Rəcəb Tayyib Ərdoğan: "Mənim övladlarımdan biri rüşvətə qarışsa, övladlıqdan rədd edərəm. Övladlarımın özləri ilə əlaqəsi olmayan, ancaq mənsub olduqları vəqflərlə bağlı gördükləri işlərdən narahat olan bu ana müxalifət lideri əvvəlcə özü güzgüyə baxsın". Türkiyədəki bu qalmaqalın kökündə Ərdoğanın fəaliyyətinə xitam verdiyi İmam Hətib məktəbləri ilə başlamışdı. Bu məktəblərin dalında isə Amerikada mühacirətdə yaşayan, məhşur Fətulla Gülən dayanırdı. Siyasi toqquşmadan sonra tərəflər bir- birlərinə qarşı sərt ittihamlar səsləndirmişdilər. Necə deyərlər soyuq müharibə hələ davam edir. Fikir verin hər iki tərəf din adamıdır. Deməli aralarına girən 3-cü qüvvə oyunu kifayət qədər uğurla aparır. (ANS) |
2014-01-17 | 6,697 | Elman Rüstəmov maşın kreditlərini dondurdu - Özәl | Milli Bank avtomobillәrin alınması üçün vətəndaşlara verilən kreditlərin dayandırılması ilə bağlı banklara göstəriş verib. "Axar.az"a özəl mənbələrdən daxil olan məlumata görə, Milli Bankın bu qadağası bu gün bütün banklara elan olunub və bununla da maşınların alınması üçün kredit verilmәsi dondurulub. Qaynağın məlumatına görə, bu qadağa nәqliyyat vasitәlәrinin biznesinə ciddi ziyan vurub. Bu gün maşın almaq üçün banklara müraciət edənlər əliboş qaytarılıblar. Qeyd edək ki, Azərbaycanda kreditlərin risk faizi yüksək olsa da, maşın krediti təminatlı kreditlər kateqoriyasına aiddir. Ona görə də bu qərarın niyə verildiyi və avtokreditlərin dondurulmasının səbəbi bəlli deyil. Mütəxəssislərin bildirdiyinә görə, hazırda ümidsiz (yəni geri qayıtma ehtimalı olmayan) kreditlərin banklar üzrə ümumi dəyəri 1 milyard dollardır. Buna görə də ehtimallardan biri kredit riskini aşağı salmaqdır. Digər ehtimal isə ölkənin sürətli inkişafı ilə maşın idxalının çoxalması səbəbindən Bakıda yaranan dəhşətli tıxacların aradan qaldırılmasına yardım etməkdir. Qaynağımız onu da bildirib ki, yaxın zamanlarda avto-kreditlәrin verilmәsi iş yerindәn arayış tәqdim etmәklә bәrpa olunacaq. Lakin kreditlәrin hәcmi maaşlara adekvat ayrıldığına görә әvvәlki kimi böyük mәblәğdә kredit almaq mümkün olmaycaq. Xatırladaq ki, bu gün arayışsız verilən mini kreditlərin də dondurulması ilə bağlı rəsmi açıqlama yayılıb. Səbəb kimi isə bu kreditlərin daha çox risk kateqoriyasında olduğu göstərilir. |
2014-01-17 | 6,698 | Məhəmməd Əlini Mişel Obama ilə nə birləşdirir? | 17 yanvar tarixində dünyada doğulan məşhurlardan ikisinə diqqət edək – hər ikisi qaradərili, hər ikisi Birinci! Əfsanəvi boksçu Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. 1960-cı il Olimpiya çempionudur. 1960-63-cü illərdə gənc boksçu keçirdiyi bütün 19 görüşü tam qələbə ilə başa vurub ki, bunlardan 15-i nokautla başa çatıb. 1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley İslamı qəbul edib. Artıq Kasius Kley yoxdur, əvəzinə Məhəmməd Əli var. 2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Əli prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilib. Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalı ilə təltif edilib. Buna səbəb Əlinin ictimai fəaliyyətidir. Qaradərili ilk "birinci xanım" 17 yanvarda ABŞ-ın 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı olan Mişel Obama anadan olub. Peşəcə vəkil olan Mişel Prinston Universitetini (sosiologiya bakalavrı), Harvard Hüquq Məktəbini (hüquq doktoru) bitirib. Barak Obama ilə 1992-ci ildə ailə həyatı quran Mişel iki qız anasıdır. Malia 1999-cu, Saşa 2001-ci ildə dünyaya gəlib. "Forbes" jurnalı 2010-cu ildə ABŞ Prezidentinin xanımı Mişel Obamanı dünyanın ən nüfuzlu qadını elan edib. |
2014-01-17 | 6,699 | Leyla Әliyeva şeirlərini vә çәkdiyi rәsmlәri paylaşdı - Foto | Prezident İlham Əliyevin qızı, "Baku" jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva özünün yeni açdığı "Facebook" sosial şəbəkəsindəki hesabında müəllifi olduğu rəsmlərdən üçünün fotosunu paylaşıb. "Axar.az" xəbər verir ki, Leyla Әliyeva şəkilləri bu açıqlama altında paylaşıb: "Həqiqətən də rəsm çəkmək böyük həzz deməkdir. Çünki bu iş insanı sakitləşdirir - nəticə isə uğurlu ola da bilər, olmaya da. Mən bəzən yarım il heç nə çəkməyə, lakin ay ərzində beş-altı rəsm əsəri ortaya qoya bilərəm. Rəsm çəkməyə başladıqda isə bu işdən əl çəkmək, sadəcə, mümkün olmur, başqa bir işlə məşğul olmaq çox çətindir. Yəqin ki, bu işlə məşğul olan hər kəs eyni hissləri keçirir. Bir sözlə, bu, böyük bir həzz deməkdir. Ancaq uğurlu alınmırsa, onda ilham pərisini gözləmək lazım gəlir". Leyla Әliyeva rәsmlәri ilә bәrabәr rusca yazdığı şeirlərindən də ikisini paylaşıb. Rəsmləri və şeirləri təqdim edirik: Я уйду, ты это знай Я уйду, ты это знай, Зря не надо верить в чудо, Никому и никогда Я принадлежать не буду. Я уйду, а ты не плачь, Дураки ведь только плачут, Чувства на меня не трать, Не могу я жить иначе. Говорят, у всех людей Есть вторая половина. Не желаю знать о ней, Одиночество мне мило. Говорят, что создал Бог В паре всех живых на свете, Но ведь каждый одинок, Я в слова не верю эти. Я уйду, не умоляй, Не проси меня остаться, Не грусти, не унывай. Знаю, буду вспоминаться. Я уйду. Зачем тогда, Спросишь, столько отдавала? Все кончается, и зря Мало ценится начало. Зря, что столько глупых чувств Испаряются куда-то. Мир уже давно мой пуст, Я уйду, да без возврата. Я уйду, ты не простишь, Обзывая бессердечной И в душе не отпустив. Я уйду, оставшись вечной. Я не хочу тебя бросать... Я не хочу тебя бросать, Я не могу тебя не бросить. "Зачем играл — чтоб проиграть?" Тебя жестоко разум спросит. Зачем играл? И проиграл, Ты знал же, рано или поздно. Конечно, знал, но все ж играл, В победу веря несерьезно. Победы нет, быть не могло, Победы в этом быть не может. Прости, но жизнь ведь не кино, Так что теперь тебя тревожит? Что чувствуют твои глаза — Сомненье сердца молодого? Но все же ждал и верил зря Конца для нас совсем иного. Концу иному не бывать. Конец концом, а вот начало, Я знаю, тяжело терять. Я знаю — я сама теряла. Хочу сказать тебе: "Прости!" Но разве этим станет легче? И попросить, чтоб отпустил Все, что, теряя, держишь крепче. Хочу сказать тебе: "Не плачь!" — Ты не из тех, кто плакать будет. Хочу сказать тебе: "Забудь!", Но не из тех ты, кто забудет. Хочу просить, чтоб не смотрел Печально жаждущим ты взглядом. Меня ты рядом не имел, Даже когда была я рядом. Хотя, конечно же, имел Недолго разум мой когда-то, Не сразу мной ведь заболел — Я признаюсь, я виновата. Я чувствую свою вину, Но что, скажи, меняет это? С виной всю жизнь не проживу, Она исчезнет до рассвета. И вместе с ней исчезнешь ты, Поэтому, прошу, не надо, Спускаться вниз до суеты, Не отпускать шаги заката. Я не могу с тобою быть, Но "не могу" не существует. Я без тебя продолжу жить, Меня лишь это ведь волнует. И не руби леса ты зря, Что выросли вдруг между нами. Я, так жестоко уходя, Оставлю веру за шагами. |
2014-01-17 | 6,700 | Gəncə sakini intihara cəhd edib - Foto | Gəncə şəhərində sərxoş bir kişi intihara cəhd edib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaş yüksək gərginlikli elektrik dirəyinə çıxaraq intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən həmin şəxsin sərxoş vəziyyətdə olması məlum olub. Aparılan psixoloji danışıqlar nəticəsində vətəndaşın könüllü şəkildə işıq dirəyindən enməsinə nail olunub. Fotolar APA-ya məxsusdur. |
2014-01-17 | 6,701 | "Jiquli" avtobusla toqquşdu - Foto | Bu gün axşam saatlarında avtomobil qəzası baş verib. "Axar.az"ın hadisә yerindә olan müxbiri bildirir ki, qәza Nərimanov rayonu Ayna Soltanova heykəlinin yanında baş verib. "10 TF 733" qeydiyyat nömrə nişanlı marşrut avtobusu "VAZ 2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub. 10 nömrəli avtobusun sürücüsü Səfərəliyev Rafiq Əhməd oğlu "Axar.az"a açıqlama verərək özünün günahkar olmadığını bildirib: - Tıxac idi, o da tıxacda gözləmədi yolu, gəlib keçdi. Mən də böyük marşrutdu da, saxlaya bilməyib, vurdum. |
2014-01-17 | 6,702 | Qartala quraşdırılan kameradan ova baxış - Video | Qartal bәdәninә yerləşdirilən kamera ilə təbiətə buraxılıb. Bir müddət sonra dəstəylə birlikdə hərəkət etməyə başlayan qartal ovunu ələ keçirməyə cəhd edir. Səmada süzərək digər quşları ovlayan qartalın maraqlı görüntüləri üzә çıxıb. Həmin görüntüləri təqdim edirik. |
2014-01-17 | 6,703 | Havalar insanların sağlamlığına mənfi təsir edir? | Qışın oğlan çağı olmasına baxmayaraq, havalar olduqca mülayım keçir. Bəzi metohəssas insanlar, ürək-damar problemləri olanlar belə hava şəraitində ciddi narahatlıqlar keçirirlər. Hətta havaların qeyri-normal keçməsi səbəbindən Gəncədə 9 ölüm hadisəsi baş verdiyi də açıqlanmışdı. Mütəxəssislər necə düşünür, fəslə uyğun olmayan hava şəraiti insanların sağlamlığına mənfi təsir göstərirmi? Virusdan qorunmaq lazımdır, havadan deyil Professor Adil Qeybulla bildirdi ki, havaların belə keçməsində narahatlıq yoxdur: - Səhərlər havanın temperaturu müsbət 3-6 dərəcə arasında tərəddüd edir, bu da qışa uyğundur. Yəni hava Bakı şəhərinin iqliminə uyğundur, sadəcə biz uzun müddətdir şəhərdə küləyə öyrəşmişik. Külək olanda 14 dərəcə temperaturda da soyuq hava çox şiddətlə hiss olunur. Qar, şaxta olmasa da, hava ümumən normaya yaxın keçir, sadəcə olaraq insanlar özləri sağlamlıqlarına riayət etməlidirlər. Yəni bu temperatura aldanmalı deyillər. Ən əsas məsələlərdən biri hazırda H3N2 virusunun yayılmasıdır, bundan qorunmaq üçün müxtəlif profilaktik tədbirlər görmək lazımdır. |
2014-01-17 | 6,705 | Xəvaricilər Əlixan Musayevi məscidə buraxmadılar | Suriyada radikal dini qruplaşmalar arasında gedən döyüşlərə dəstək nümayiş etdirən Əlixan Musayevə Müşfiqabad məscidində dərs demək qadağan edilib. Qəsəbə dindarlarının verdikləri məlumata görə, Əlixan Musayevin bu gün Müşfiqabad qəsəbəsindəki məsciddə dərsi olub. Xəvariclər etiraz ediblər ki, Əlixan onların yanında Suriyada cihad fətvaları verir, amma mediada başqa sözlər danışır. Onlar iddia ediblər ki, Əlixan Musayev ikiüzlüdür. Beləliklə, hələlik Müşfiqabad məscidində Əlixan Musayevə dərs deməsi qadağan olunub. Müşfiqabad məscidinin xəvariclərə qoşulan imamı Mübariz Qaçayev Əlixan Musayevə zəng edərək, məscidə gəlməməsini bildirib. ("Musavat.com") |
2014-01-18 | 6,706 | Belə də rəsm əsəri olar? - Foto/Video | "Tükləriniz biz-biz olacaq" İspanyalı sənətkar David Cata həyatında önəm verdiyi insanların portretini əlləri içinə əks etdirib. İynə- sapla nadir portret yaradan David yaratdığını sökəndən sonra yenisini hazırlayır. "Axar.az" portretin hazırlanma videosunu təqdim edir. |
2014-01-18 | 6,707 | Fevralın 1-dən suyun və işığın qiyməti qalxır - İddia | Fevralın 1-dən etibarən Azərbaycanda içməli suyun istehlakı və çirkab sularının axıdılmasına görə yeni tariflər elan olunacaq. Bu barədə etibarlı mənbədən "Musavat.com"a daxil olan məlumata görə, hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tariflərlə bağlı Tarif Şurasına ünvanladığı təkliflərə baxılır. Mənbənin bildirdiyinə görə, içməli su və çirkab sularına görə tariflərin dəyişdirilməsi mütləqdir. Hazırda istehlakçılar suyun 1 kubmetrinə görə 30 qəpik, çirkab sularına görə 6 qəpik (cəmi 36 qəpik) ödəyir. Tarif Şurasının bu məbləği 50 qəpiyədək qaldıracağı gözlənilir. "Azərsu" rəsmiləri yanacağın bahalaşmasından sonra bütün digər sahələrdə bahalaşmanın müşahidə olunduğunu və bu mənada suyun köhnə qiymətlərlə verilməsi şəraitində bir sıra layihələrin icrasının mümkünsüz olduğunu bildiriblər. Məlumatlı mənbə paytaxtın içməli su ilə fasiləsiz təminatı ilə bağlı layihənin başa çatdırılmasındakı gecikmənin də əsas arqumentlərdən biri olduğunu vurğuladı. Başqa bir informasiyaya görə, paralel olaraq "Azərenerji"nin də Tarif Şurasına müraciəti var və suyun sərfiyyatına görə yeni tariflərin müəyyənləşdirilməsi ilə eyni vaxtda elektrik enerjisinin qiymətində də bahalaşma gözlənilir. |
2014-01-18 | 6,708 | Ərdoğan 10 illik uğurunu məhv edir | "Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan son 10 ildə əldə etdiyi bütün uğurların üstündən xətt çəkir" "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə xəbər Fransa mətbuat orqanı "Le Monde"də yer alıb. "Le Monde" son zamanlar Türkiyədə baş verən hadisələrlə bağlı Baş nazir Ərdoğana geniş yer verib. Qeyd olunur ki, Ərdoğan 10 il ərzində əldə etdiyi uğurları məhv edir. Baş nazir olduğu müddətdə milli gəlir nisbətini 3 dəfəyə qədər artırıb, inkişaf edən ölkələr arasında nümunə göstəriləcək yerlərdən birini tutur. Ordunun siyasətə qarışmasına son qoyub, PKK ilə münasibətləri normallaşdırıb və Avropa Birliyi ilə də əlaqələrini yüksək səviyyəyə çatdırıb. Uzun zamandır davam edən Ərdoğanın oyununun ilk qurbanının hüquqi dövlət olduğu qeyd olunur. Həmçinin Ərdoğanın 10 ildən artıqdır iqtidarda olması hakimiyyətinə təhlükə riskini artırır. İqtisadiyyatın zəifləməsi isə ABŞ-ın narahatçılığına səbəb olur. Ərdoğan rüşvət əməliyyatını ört-basdır etmək üçün cəhdləri eləcə də, Türkiyə müxalifətinə qarşı dözümsüzlük göstərməsi məqalədə əks olunub. Məqalənin sonunda isə "veteran futbolçu olaraq Ərdoğan uğurlarının müddətini sonsuza qədər uzatması qeyri-mümkündür" bildirilib. |
2014-01-18 | 6,709 | Dünyanın ən inadcıl əsgəri öldü - Foto | İkinci Dünya müharibəsindən 29 il sonra təslim olmağa razı olan yapon əsgər Hiroo Onado 91 yaşında dünyasını dəyişib. Onado paytaxt Tokioda bir xəstəxanada ürək çatışmazlığı səbəbindən vəfat edib. Onadonun çox maraqlı həyat hekayəsi olub. Belə ki, Yaponiyanın kəşfiyyat zabiti 1974-cü ilədək vuruşub. Onu təslim olmağa onun köhnə komandiri razı salıb və onu müharibənin bitdiyinə inandıra bilib. Onado yalnız bundan sonra qılıncını Filippinin prezidentinə xüsusi mərasimdə verib. Qeyd edək ki, müharibənin bitdiyinə inanmayan Onado 4 yoldaşıyla birlikdə meşədə yaşayaraq, Filippinə qarşı kəşfiyat diversiyaları təşkil etməyə başlayıb. Müharibəyə 20 yaşında yollanan Hiroo Onoda Lubang adasında xidmətə başlayır. Onun vəzifəsi, müttəfiqlərə qarşı partizan döyüşləri həyata keçirmək olub. Uzun müddət Filippində bir çox divesiyalar törədib. Onado ilk dəfə 1945-ci il oktyabr ayında müharibənin sona çatdığını təyyarədən atılan elanlarda görür. Ancaq həmin vaxt yaponların kəşfiyyat dəstələrinə qarşı əməliyyatlar davam etdiyi üçün buna inanmır. (ANS) |
2014-01-18 | 6,710 | 9 alpinistin müəmmalı ölümü - Sirr | Rusiyadakı "Dyatlov" keçidində 9 alpinistin hansı səbəbdən öldüyü hələ də açıqlanmır. Ural dağlarının şimalında yerləşən "Dyatlov" keçidi kimsəsizliyi və sükutu ilə tanınır. Ancaq 1959-cu ildə 9 gənc xizəkçi "trekkinq" etmək üçün həmin keçidə getdi və bu gəzinti sonda faciəyə çevrildi. Hadisənin ən dəhşətli tərəfi bunda idi ki, 5 xizəkçi düşərgələrinin qarşısında lüm-lüt bir şəkildə tapıldı. Aylar sonra 4 xizəkçinin də qarlar altında cəsədi tapıldı. Cəsədlərin birinin dili kəsilmişdi və çoxunda qabırğa və kəllə qırıqları müəyyən olundu. Hekayəni daha dəhşətli hala gətirən isə cəsədlərin yüksək nisbətdə radiasiyaya məruz qalması idi. Qorxunc hadisənin üstündən 55 il keçməsinə baxmayaraq, 9 alpinistin hansı səbəbdən öldüyü hələ də məlum deyil. |
2014-01-18 | 6,711 | ABŞ PKK ilə əməkdaşlıq edə bilər | "Suriya böhranı kürdlər olmadan həll olunmayacaq" "Axar.az" türk mediasına istinadən xəbər verir ki, bu barədə PKK-nın Suriyadakı lideri Saleh Müslim deyib. O, bildirib ki, gec-tez kürdlər Suriya böhranının həllində iştirak edəcək və qərblilər kürdlərlə də danışıqlar aparacaqlar. Müslim beynəlxalq ictimaiyyətin kürdləri müdafiə etmədiyini, Türkiyə, Səudiyyə Ərəbistanı və Qatar kimi ölkələrin kürdləri qiymətləndirmədiyini deyib. Almaniya Beynəlxalq Təhlükəsizlik İnstitutunun Yaxın Şərq analitiki Quido Staynberq kürdlərin Cenevrədə keçiriləcək danışıqlarda nümayəndələrinin dəvət edilməməsinə münasibət bildirərkən ABŞ-ın PKK və kürd partiyaları ilə əməkdaşlıq edəcəyini istisna etmədiyini deyib. Staynberq həmçinin qonşu dövlətlərin kürd dövlətinin yaradılmasından qorxduqlarını bildirib. |
2014-01-18 | 6,712 | Ağ çay nədir? | Çayın bir neçə növü var, daha çox istifadə etdiyimiz qara, yaşıl və ağ çaydır. Ağ çay haqda çoxlarımız məlumatsızıq. Ancaq o yüksək antioksidan xüsusiyyətə malik olan ən faydalı çay tipidir. Qara çay, yaşıl çay və ağ çay - hamısı eyni bitkidən, çay kolundan əldə edilir. Ancaq toplanma zamanı və toplandıqdan sonra keçirdikləri əməliyyatlar fərqlidir. Ən erkən toplananı ağ çaydır, hələ yetişmədən öncə toplanır. Daha sonra yaşıl çay, yarpaqlar yetişdikdən sonra da qara çay yığılır. Qara çay ən çox istifadə olunan növdür. Yaşıl çay çox az əməliyyatdan keçər və yetişkənlik baxımından az miqdarda mayalanmaya, tozlanmaya məruz qalar. Onda antioksidan məzmunu yüksəkdir. Ancaq ağ çay heç mayalanmadığı üçün antioksidan sıxlığı digər növlərdən 3 dəfə çoxdur. Ağ çayın sağlamlığınıza faydaları: - Ürəyi qoruyur - Xolestrolu aşağı salır - Sərbəst radikalları netralizə edərək xərçəngdən qoruyur - Artıq çəkidən qurtulmağa yardımçı olur. |
2014-01-18 | 6,713 | Balqabaqlı maska | Qış mövsümündə quruyan və qızaran dərinizin qayğıya iki qat daha çox ehtiyacı olur. Quru dəriləri nəmləndirən, parlaqlıq bəxş edən, hamarlayan, A və C vitamini ilə zəngin olan balqabaqlı maskadan dərhal hazırlayın və istifadə edin. Maska üçün lazımlı vasitələr: 2 xörək qaşığı balqabaq püresi 1 ədəd yumurtanın ağı Maskanın hazırlanması: Əvvəlcədən qaynatdığınız bir böyük dilim balqabağı əzərək püre halına gətirin. Bir ədəd yumurtanın ağını balqabaq püresinin içinə əlavə edin və yaxşıca qarışdırın. Necə istifadə edilməlidir? Əvvəlcə dərinizi təmizləyin və maskanı üzünüzə sürtün. Ən az 15 dəqiqə saxlayın. Daha sonra üzünüzü ilıq suyla yuyun. Maskanı sınaqdan keçirmədən əvvəl biləyinizin içinə bir parça sürtün. Hər hansı bir qızartı olmasa, üzünüzə çəkin. |
2014-01-18 | 6,714 | Niyə kitab oxumuruq? | Müasir dövrdə bəlkə də cəmiyyətimizin qlobal bir probleminə çevrilən məsələlərdən biri də insanların kitaba, kitab oxumağa marağının az olmasıdır. Bu günümüzə nəzər yetirsək, görərik ki, böyük toplum kitabdan artıq get–gedə uzaqlaşır. Kitab oxumaq nədir, kitabı əllərinə almaqdan belə çəkinirlər. İnsanların kitabdan uzaq düşməsinin səbəbi kitablardamı, yoxsa özümüzdəmi axtaraq? Bəlkə də problemi ilk öncə özümüzdə axtarsaq, daha düzgün olar... Bu suala cavab tapmaq üçün Ta qədim zamanlardan bir sıra filosoflar, alimlər, elm adamları oxumağın, öyrənməyin faydalı cəhətlərini həmişə vurğulayıblar. Onların davamçıları da bu ənənəni müasirlərinə təlqin ediblər. Hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək. Bəs belə olan təqdirdə, müasir dövrümüzdə bizlər niyə kitab oxumaqdan, elmli olmaqdan bu qədər uzaq düşmüşük. "Hər bir insanın cəmiyyətdə dəyəri onun oxuduğu kitablarla ölçülür",- fikirindən belə nəticəyə gəlmək olar ki, heç şübhəsiz cəmiyyət əxlaqının əsasında kitab dayanır. Bugün ki, günümüzə diqqət yetirsək çox az faiz insanın günün iyirmi dörd saatının beş dəqiqəsini kitaba sərf etdiyini görərik. Təsadüfi deyil ki, müasir dövrü sovetlərlə müqayisə edənlər üstünlüyü keçmişdə görür. Biz də bunu səbəblərini, məsələnin kökündə duran əsas problemləri araşdırmağa çalışdıq. Məsələnin kökündə duran əsas problemləri araşdırmaq üçün Elmlər Akademiyası qarşısında olan "Hüseyin Cavid" parkına yollandıq. Əhali arasında apardığımız sorğu maraqlı faktları ortaya qoydu. Daha çox gənclərlə söhbətləşdik. Söhbət zamanı oxuyanlarda tapıldı, oxumayanlarda. İnsanlar bədii ədəbiyyat oxuyurmu,daha çox hansı ədəbiyyata maraq göstərir, hal–hazırda hansı əsəri oxuyur, niyə oxumur və yaxud da niyə oxumaq istəmirlər, bunu doğuran səbəblər nədir, bu kimi problemləri necə aradan götürə bilərik, gəncləri yenidən necə kitaba qaytara bilərik, kitablar buna əsas səbəb ola bilərmi, müasir dövrdə yazılan əsərlər bizi razı salırmı, kitabxanalar bunun əsasında dayanan problem ola bilərmi kimi suallarla sorğuya başladıq. Leyla Əsədzadə ( tələbə). Arada vaxtım olanda oxuyuram, daha çox isə Azərbaycan ədəbiyyatı oxuyuram. Hal-hazırda oxuduğum əsər Elçinin "Mahmud və Məryəm"əsəridir. İnsanların oxumağa marağının az olmasına əsas səbəb kimi ilk növbədə interneti görürəm. İnsanların lazimi və ya lazımsız şəkildə interneti öz həyatlarına daxil etməsi, ondan asılı hala gəlmələridir. Başqa səbəb olaraq da kitaba gələnə qədər baş qatacaq , məşğul olacaq çox şeylər var. Yəqin ki, bu səbəbdən də oxucu qıtlığı var. Vaxt vardı internet, mobil telefon və digər vasitələr yox idi və ona görə də müraciət obyekti kitablar idi. Kecmişə müraciət etmiş olsaq, görərik ki, texnika müasir dövrdəki kimi deyildi və gündəlik işlə məşğul olan və ya olmayan insanlar fikir dağıdacaq, maariflənəcək yeganə vasitə kimi kitabı görürdülər. Fərqi yoxdu istər elmi, istərsə də bədii ədəbiyyat. O zaman orta məktəbi bitirəndə ən az olsa belə kitab oxumayan olmazdı. İndi isə məktəbdə uşaqlar məcburi şəkildə oxuyur. İndi bəlkə də oxumamağın nəticəsidir ki, gənclər özlərini tapa bilmirlər. Nə qədər ailə tərbiyəsi olmuş olsa belə kitabdan aşılanan tərbiyə də var, necə ki, hansısa bir qəhrəmanın timsalında. Mənim fikrimcə insanları kitaba yenidən qaytarmaq üçün təhsil ocaqlarında - məktəbdə, universitetlərdə sadəcə müəyyən qruplar formalaşdırmaq, hansısa mövzunu əks etdirən kitablar təqdim olunmalı və oxunduqdan sonra müzakirəsi təşkil olunmalıdır. Bəlkə bu minvalla nəsə etmək olar. Və yaxud da necə ki, bir il ekologiya ili olur, eləcə də kitab oxumaq yönümlü il elan etmək olar. Bu yolda da aidiyyatı orqanlar lazimi addımlar atar deyə düşünurəm. Əlbəttə, bu məsələdə kitablar da az rol oynamır deyə bilmərik. Əvvəl yazılan bəzi əsərlər var ki, hansı ki, bir çoxuna dair kinolar, seriallar çəkilir və baxırsan ki, bu mövzular bu gün ki, günümüzdə də hökmrandı. Yəni, o dövr gənclər üçün sadəcə kitablarda oxuduğu və bu əsnada təssəvür etdikləri artıq real yaşamımızda da var. Mən belə düşünürəm ki, nə qədər yazırsan yaz artıq real günümüzdə olan bir şey kimdəsə nəsə maraq oyatmaz. Əslində müəyyən baxımdan maraq oyadan yazarlar da vardır. Ətrafdakı insanlar onları bəsit yazar olaraq görürlər. Amma deyərdim ki, onun yazmış olduğu əsəri yüksək tirajla satılır və oxunur və oxucu həmin yazıçının növbəti əsərini səbirsizliklə gözləyir. Kitabxanalarla bağlı onu deyə bilərəm ki, olub istədiyim hər hansı bir əsəri kitabxanadan tapa bilməmişəm, internet vasitəsi ilə oxumuşam. Bəzi əsərlər də olub ki, oxumaq istəmişəm, lakin, həmin əsərlər isə öz dilimizə tərcümə olunmayıb. Pərvin Əhmədova (tələbə). Fərqi yoxdu istənilən ədəbiyyata maraq göstərirəm, hal hazırda oxuduğum əsər Orxan Kamalın "Yad qız "əsəridir. Kitaba bu qədər marağın azalması, düzünü desəm, insanların boş-boş şeylərə vaxt ayırması, ən çox da sosial şəbəkələrdən düzgün istifadə etməməsi kimi nüansları qeyd edə bilərəm. Mənə belə gəlir ki, real əlaqə saxlasaq, sağlam həyat yaşasaq hər şey normal olar. Kitaba necə həvəs yarada bilərik? Onu deyim ki,gərək maraq insanın özündə olsun. Və yaxud da televiziya, internet vasitəsi ilə maraqlı məlumatlar da vermək olar. Məncə bu gündən artıq başlasaq oxumağa artıq bu bizdə vərdiş halına çevrilər. Aysel Kərimova (evdar qadın). Günümün çox hissəsini uşaqlarıma ayırıram,vaxtım olmur. Amma ümumiyyətlə çox az hallarda oxuyuram. Oxumağa meylin az olmasına səbəb olan əsas amil burda internetdi. Çünki, indi başımızı qaldırıb kimə baxırıqsa telefonsuz görmürük. Ünsiyyə Həsənova (tələbə). Əvvəllər oxuyurdum, indi universitet dərslərimi oxuyuram, vaxtım olmur. Axırıncı oxuduğum əsər Cek Londonun "Martin İden" əsəri olub. İnternet, sosial şəbəkələr insan həyatını necə zəbt edibsə, kitab oxumaq qalsın bir yana, kitab sözü artıq unudulub. Kitab oxumaq problemin aradan götümək üçün isə, məncə, tez-tez televiziyalarda hansısa bir kitabın təqdimatının keçirilməsi ilə bağlı verilişlər verilsə daha yaxşı olar. Bəlkə, bu minvalla insanları kitaba qaytarmaq olar. Nərminə Cəlilova (tələbə). Vaxtım olanda oxuyuram. Amma indi başım dərslərimə qarışıb. Axırıncı oxuduğum əsər isə G. Edikeyin "Səhnədə qətl əsəri"dir. Düzdür, internet əsas səbəblərdən biridir. Lakin uşaqların intellekt səviyyəsi də aşağıdır. Şagirdlər ancaq qiymət xətrinə oxuyurlar. Fikirləşirlər ki, onsuzda hazırlığa gedib və bunları yenidən oxuyacayıq. Amma bu məsələnin kökündə başqa nələrinsə dayandığını da görə bilərik. Bu məsələdə ailənin də rolu böyükdür.Valideyn gərək özü bədii əsər oxuya ki, kitaba hörmət ola ki, uşaq da kitab oxuya. Ona görə də gəncləri oxumağa uşaqlıqdan alışdırmaq lazımdır. İndi çox nadir hallarda evlərə gedəndə kitablara rast gəlmək olar. İndiki evlərdə ancaq interyer əşyası var. Deyərdim ki, kitablar da az rol oynamır. İndi bir sıra əsərlər oxumuşam xoşuma gəlməyib. Əlimə almışam oxumağa məndə həvəs yaranmayıb. Əsər məni cəlb etməyib. Mənim fikrimcə, oxunacaq olan hər hansı bir əsər elə ilk cümləsindən insanı cəlb etməlidir. Kitab oxumağa qayıtmaq problemli bir məsələdi. Bu bir, iki nəfərin işi deyil, bunun üçün qlobal işlər görülməlidi, təhsil sistemində inqilab yaranmalıdı, uşaqlarda oxumağa maraq olmalıdı, həvəs olmalıdı ki, intelektləri artsın. Kitab mağazalara necə müraciət etmisiz sualına cavabda isə əksər insanlar maliyyəni əsas gətirərək kitabların həddindən artıq bahalı olmasından şikayətlərdə bulundular. Deyə bilərik ki, bu problem də əsas problem kimi gündəmə gəlməlidir. Söylənmiş fikirlərə istinadən belə nəticəyə gəldik ki, böyük toplum bunun səbəbini texnikanın sürətlə inkişafında-kompyuter , telefon və. s texnoloji avadanlıqların sürətlə həyatımızda ön planı tutmasında görür. Belə olan halda da kitab oxumaq arxa plana keçir. Bir həqiqəti də qeyd etmək lazımdır ki, hər kəs bilir ki, kitab oxumağın faydalı cəhətləri daha çoxdur. Amma, nədənsə biz bunu şüurlu şəkildə dərk etsək də lazımsız vərdişlərimizdən əl çəkmək istəmirik, onları daha çox sevirik, kitabdan daha üstün bilirik.Vaxtımızı televizorda lazımsız verilişlərə, seriallara baxmağa sərf edirik. Lakin insanların dərk etmək qabiliyyəti daha güclü olsun ki, gələcəyini görə bilsin və onu daha yaxşı təməl üzərində qursun. |
2014-01-18 | 6,715 | Prezident ABŞ-Azərbaycan hərbi xidmət sazişini təsdiqlədi | Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və ABŞ müdafiə nazirlikləri arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında sazişi təsdiqləyib. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, sazişdə qeyd olunur ki, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" 2013-cü il oktyabrın 14-də Bakı şəhərində və 2013-cü il oktyabrın 30-da Ştutqart şəhərində imzalanmış Saziş (USA-AZE-02) təsdiq edilsin. |
2014-01-18 | 6,716 | 20 dəqiqəlik yürüyüşün sirri | Formalı bədən quruluşuna sahib olmaq üçün gündəlik yürüşlərdən istifadə mütləqdir. Araşdırmalar nəticəsində bəlli olub ki, günlük yürüşlər kalori yığmağınızın qarşısını almaqla yanaşı, həm də artıq çəkilərinizi atmaqda sizə xeyli kömək edə bilər. Üstəlik, piyada gəzmək ürəyi gücləndirir və infarkt riskini azaldır. İntensiv yürüş, qaçış onurğa sütunundakı əyriliklərin qarşısını alma gücünə sahibdir. Bununla yanaşı, onun digər faydaları da var. Belə ki, yürüş edən insanlar digərləri ilə müqayisədə daha xoşbəxt olurlar. Buna səbəb isə gəzinti zamanı xoşbəxtlik hormonunun ifraz olunmasıdır. Amerika alimlərinin apardığı araşdırmalardan bəlli olub ki, gün ərzində 20 dəqiqə piyada gəzən insanlarında beyin hüceyrələri aktiv fəaliyyət göstərirlər ki, bu da insanın hərtərəfli inkişafı deməkdir. "Axar.az"ın təqdim etdiyi fotolarda oturarkən və yürüyərkən beyin hüceyrələrinin hansı vəziyyətdə olduğu aydın təsvir olunub. Odur ki, sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, gün ərzində azı 20 dəqiqə gəzməyə xəsislik etməməlisiniz. |
2014-01-18 | 6,717 | İsrail AB-dən səfirlərini geri çağırdı | İsrailin Fələstində yeni yaşayış yerlərinin yaradılması proqramı Avropa Birliyinin sərt reaksiyasına səbəb olub. Bu səbəbdən İsrail səfirlərini geri çağırıb. "Axar.az"ın xarici mətbuata istinadən xəbərinə görə, İsrail Avropa Birliyi üzvü olan 4 ölkədən səfirlərini geri çağırıb. Həmin ölkələr bunlardır: İngiltərə, Fransa, İtaliya, İspaniya. İsrailin xarici işlər naziri Aviqdor Liberman açıqlamasında İngiltərə, Fransa, İtaliya və İspaniyanın bir tərəfi dəstəkləməsinin qəbul edilməz olduğunu və bölgədə sülhü təhlükəyə atdığını deyib. İsrailin Baş naziri Binyamin Netanyahu isə İsrailin yaşayış yeri proqramını etirazla qarşılayan AB-nin ikiüzlü mövqe tutduğunu bildirib. Qeyd edək ki, İsrail Fələstin bölgəsində 1800-dən çox yaşayış yerinin yaradılmasını planlaşdırdığını açıqlamışdı. |
2014-01-18 | 6,718 | Qarışıq mallar mağazası yandı | Beyləqan şəhərində mağaza yanıb. "Axar.az" xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan qarışıq mallar mağazasının yanar konstruksiyaları və içərində olan mallar yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. |
2014-01-18 | 6,719 | Zəhərlənən 5 tələbə qız xəstəxanaya yerləşdirilib | Azərbaycan Müəllimlər İnstitunun Zaqatala filialının 5 tələbəsi qida toksiki infeksiyasından şübhəli bilinərək Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsinin müdürü İlham Həsənovun verdiyi məlumata görə, yanvar ayının 17-i axşam saatlarında Zaqatala şəhərində kirayədə yaşayan, Azərbaycan Müəllimlər İnstitunun Zaqatala filialının 1-ci kursunda təhsil alan 5 tələbəsi-1996-cı il təvəllüdlü Bərdə rayon sakini Dadaşova Sonaxanım Nurlan qızı, 1996-cı il təvəllüdlü Bərdə rayon sakini Əliyeva Failə, 1996-cı il təvəllüdlü Yevlax rayon sakini Baxışova Banuçiçək Sürhəddin qızı, 1995-ci il təvəllüdlü Bərdə rayon sakini Hüseynova Aişə Vüqar qızı və 1995-ci il təvəllüdlü Şəki rayon sakini Rəhimli Rüfanə Rəşid qızı Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsinə daxil olublar. Araşdırma zamanı məlum olub ki, tələbə qızlarda yanvar ayının 17-i gün ərzində ayrı-ayrı saatlarda ürəkbulanması və qusma əlamətləri olub. Xəstəxananın yolxucu xəstəliklər şöbəsinə daxil olduqdan sonra tələbə qızlara müvafiq ilkin tibbi yardım göstərilib. Qida toksiki infeksiyasından şübhəli bilinərək hər bir qızdan ayrı-ayrılıqda mədəsindən nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilib. Götürülmüş nümunələr analiz olunduqdan sonra tələbə qızlarda qida zəhərlənməsinin olub olmaması və yaxud digər hər hansı bir yolxucu xəstəliyə tutulmasını söyləmək mümkün olacaq. Hazırda 5 tələbə qızın vəziyyəti kafi hesab edilir, müalicələri Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. |
2014-01-18 | 6,720 | “Anadolu” agentliyinin müxbiri güllələndi | Misirin paytaxtı Qahirədə hərbi xuntaya qarşı keçirilən etiraz aksiyasında Türkiyənin "Anadolu" agentliyinin bu ölkədəki nümayəndəsi yaralanıb. "Anadolu" agentliyi xəbər verir ki, təhlükəsizlik qüvvələri etirazçıların yürüşünü çəkməyə çalışan Əhməd əl Sayədə atəş açıb. Məlumata görə, ayağına təxminən 10 qırma dəyən Sayəd xəstəxanaya çatdırılıb. Dəfələrlə bu yerdə keçirilən aksiyalarda jurnalist kimi iştirak etdiyini deyən Sayəd, bu dəfə polisin pnevmatik silahdan istifadə etdiyini bildirib. Aksiyaçılarta da atəş açıldığını deyən Əhməd əl Sayəd 2 etirazçının öldüyünü bildirib (Anspress). |
2014-01-18 | 6,721 | Mahaçqalada partlayış: 16 nəfər yaralandı | Mahaçqalada partlayış zamanı zərərçəkənlərin sayı 16 nəfərə çatıb. Bu barədə RF İstintaq komitəsi şənbə günü bildirib. "Partlayış nəticəsində 16 nəfər, o cümlədən polis əməkdaşları xəsarət alıb", - məlumatda deyilir. Cümə günü axşam naməlum şəxslər Mahaçqaladakı "Qızıl imperiya" restoranının ikinci mərtəbəsinə qumbaraatandan atəş açıblar, 15 dəqiqədən sonra isə hadisə yerinə polis patrulu gələrək restoranın yaxınlığında maşın partlayıb. Əsas fərziyə kimi kriminal "çəkişmələr" və xuliqanlıq nəzərdən keçirilir, respublika DİN-in nümayəndəsi Ria Novosti agentliyinə bildirib. O, dəqiqləşdirib ki, hadisə nəticəsində yeddi nəfər yaralanıb, üç polis də daxil olmaqla. Bundan öncə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, bu vaxta qədər 11 nəfər yaralanmış, o cümlədən dörd polis əməkdaşı. Bu "Qızıl imperiya" ilə bağlı birinci hadisə deyil: ötən ilin payızında bildirilirdi ki, restorana üç nəfər naməlum maskalı şəxs daxil olub, şübhəli əşya qoyaraq, tavana atəş açıblar.(Trend) |
2014-01-18 | 6,722 | Erməni soyqırımı ABŞ məktəblərində tədris ediləcək | "Erməni soyqırımı ABŞ-ın Kaliforniya ştatındakı məktəblərdə tədris edilən dərsliklərə salınacaq". "Axar.az" məlumat verir ki, bu informasiyanı erməni mətbuatı yayıb. Bir müddət öncə Kaliforniya parlamentinin Təhsil Komitəsinə bununla bağlı təqdim olunmuş layihə yekdilliklə qəbul olunub. Layihəyə əsasən erməni soyqırımı haqqında məlumatların Kaliforniya ştatındakı 7-12-ci siniflərdə təhsil alan şagirdlərə tədris ediləcəyi bəlli olub. Ermənilərlə bərabər şagirdlərə Holokost, Darfur, Ruanda da baş vermiş soyqırımlar haqqında daha müfəssəl məlumatda verilməsi nəzərdə tutulub. |
2014-01-18 | 6,723 | “Bakılı oğlanlar” klubunun üzvü həbs edildi | Başqırdıstanın paytaxtı Ufadakı "Avropa" ticarət mərkəzində baş vermiş faciə ilə bağlı aparılan məhkəmə prosesində son qərar elan olunub . Ufa şəhərinin Oktyabr Rayon Məhkəməsinin qərarı ilə "Avropa" şirkətinin keçmiş icraçı direktoru Aleksandr Qersona və bu şirkətə məxsus binada klub icarəyə götürmüş Eynur Behbudova hökm oxunub. E.Behbudov 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Güclü yanğın məhz onun icarəyə götürdüyü klubda başlamışdı. 2011-ci ilin yanvarında baş vermiş faciə zamanı iki nəfər ölmüş, onlarla insan xəsarət almışdı. Qeyd edək ki, Eynur Behbudov Azərbaycanın əfsanəvi "Bakılı oğlanlar" ("Parni iz Baku") şən və hazırcavablar klubunun üzvü olub, bu komandanın tərkibində çıxış edərək bir çox mükafatlar qazanıb(Virtualaz.org). |
2014-01-18 | 6,724 | Azərbaycanın tanınmış jurnalisti vəfat etdi | Tanınmış jurnalist Elşad Ümid vəfat edib. "Aznews.az"ın məlumatına görə, iki həftədir xəstəxanada müalicə olunan jurnalist səhər saat 4 radələrində dünyasını dəyişib. Qeyd edək ki, Elşad Ümid Hepatit C xəstəliyindən əziyyət çəkirdi. Elşad Ümid bu gün Xırdalan qəbiristanlığında dəfn olunacaq. |
2014-01-18 | 6,725 | Prezident Administrasiyasının rəhbəri istefaya göndərildi | Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Levoçkin vəzifədən azad edilib. Bu barədə prezident Viktor Yanukoviçin qərarı yanvarın 18-də gecə saatlarında elan olunub. Levioçkin bundan sonra prezidentin müşaviri vəzifəsinə təyin edilib. Qeyd edək ki, administrasiya rəhbəri Meydanda noyabrn 30-da keçirilən mitinq dağıdıldıqdan sonra istefa barədə ərizə yazmışdı. Lakin onun istefası həmin vaxt prezident tərəfindən qəbul edilməmişdi (AzNews). |
2014-01-18 | 6,726 | Mövqelərimiz atəşə tutulub | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-01-18 | 6,727 | “Azərsu” qiymət artımı reaksiya verdi - Yeniləndi | 10:45 Azərbaycanda suyun və elektrik enerjisinin tariflərinin bahalaşması gözlənilmir. Bunu İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. Onun sözlərinə görə, bu məsələlər Tarif Şurasının gündəliyində deyil və müzakirə edilməsi gözlənilmir: "Azərenerji"i və "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən su və elektrik enerjisi tariflərinə yenidən baxılması üçün heç bir müraciət ünvanlanmayıb". Xatırladaq ki, dünən bəzi mətbuat orqanlarında fevraın 1-dən etibarən suyun və elektrik enerjisinin bahalaşacağı ilə bağlı məlumatlar yayılmışdı. Onu da qeyd edək ki, Tarif Şurasından bir neçə gün öncə saytımıza verilən açıqlamada işıq, qaz və suyun qiymətinin qaldırılmasının ümumiyyətlə təşkilatın gündəmində olmadığı deyilmişdi. *** 13:27 "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycanda içməli suyun istehlakı və çirkab sularının axıdılmasına görə tariflərlə yenidən baxılması üçün Tarif Şurasına müraciət etməyib. Bunu açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib. O vurğulayıb ki, bəzi yerli KİV-lərdə "Azərsu"nun istehlak qiymətlərinə yenidən baxılması üçün Tarif Şurasına müraciət ünvanlaması və suyun istifadə dəyərinin bahalaşacağı kimi xəbərlər yer alır. Bu cür xəbərlər kökündən yanlışdır və belə bir qərarın olacağı gözlənilmir". A.Cəbrayıllı deyib ki, hazırda istehlakçılar su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə, ödəmələri Tarif Şurasının tətbiq etdiyi son qiymətlərlə edirlər. Bununla bağlı vətəndaşların narahatçılığına da heç bir əsas yoxdur ("Aznews.az") |
2014-01-18 | 6,728 | Zakir Həsənov Mədət Quluyevin müavinini təltif etdi | Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Nizaməddin Cəlilov təltif olunub. "Axar.az" APA-ya istinadən xəbər veirir ki, Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Qurban oğlu Cəlilov prezident İlham Əliyevin adından Müdafiə naziri Zakir Həsənovun əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918 - 2008)" yubiley medalı ilə təltif olunub. |
2014-01-18 | 6,729 | Təhsil naziri Ermənistanın adını dəyişməsini təklif edib | Ermənistanın elm və təhsil naziri Armen Aşotyan ölkənin adını dəyişib, Şərqi Ermənistan Respublikası qoymağı təklif edib. Tarix dərsliklərində Ermənistan Şərqi və Qərbi Ermənistanlara bölünür. Şərqi Ermənistan deyəndə, XIX əsrin əvvəlindən Rusiya İmperiyasının tərkibinə daxil edilən, buna qədər isə İranın tərkibində olan ərazi nəzərdə tutulur. Tarixçilərə görə, məhz bu ərazidə sonradan Birinci Ermənistan Respublikası, Ermənistan SSR və bugünkü Ermənistan Respublikası yaradılıb.Qərbi Ermənistanın isə Türkiyə ərazisində qaldığı bildirilir. Və məhz bu ərazidə 1915-1923-cü illərdə ermənilərin qırğına məruz qaldığı iddia edilir. Odur ki, Ermənistan elm və təhsil nazirinin təklifi sözügedən məqamın xüsusilə qeyd edilməsinə eyhamdır. Onun fikrincə, ölkənin adını dəyişmək məsələsi konstitusiya islahatı yolu ilə həll oluna bilər. Aşotyan bu addımın xarici siyasi "mahiyyətini" də gizlətmir: "Ölkəmizin adının dəyişməsini mən tarixi ədalətin bərpa olunması, vətənpərvərlik və qanuni tələblərimiz nöqteyi-nəzərindən müzakirə etməyi təklif edirəm. Fikrimcə, Erməni dağlığında qurduğumuz dövlətə Şərqi Ermənistan Respublikası adının verilməsi düzgün olardı", - öz Facebook səhifəsində Armen Aşotyan yazıb. O, hələ 2005-ci ildə konstitusiya islahatları toplusu müzakirə olunarkən, "Erməni soyqırımının 100 illik tarixi" yaxınlaşdığını xatırladaraq, belə təklif irəli sürdüyünü bildirib.Ermənilər 20-ci əsrin əvvəlində Osmanlı Türkiyədə "erməni soyqırımı törədildiyini, Birinci Dünya Müharibəsi illəri 1,5 milyondan çox Qərbi Ermənistan yerli əhalisinin həlak olduğunu" iddia edir və 2015-ci ildə həmin hadisələrin 100 illiyini qeyd etməyə hazırlaşırlar (Publika). |
2014-01-18 | 6,730 | Bələdçilər Horadiz-Bakı qatarını yarıyolda qoydu – Özəl | Dünən gecə saat gecə 12 radələrində Horadiz – Bakı istiqamətində hərəkət edən sərnişin qatarının bələdçiləri İmişli rayonu ərazisində vaqonlarda olan əyləc dəstəyindən istifadə edərək, qatarın hərəkətini dayandırıblar. "Axar.az" məlumat verir ki, iyirmi nəfər bələdçi üç saatdan artıq müddətə qatarın hərəkətinə imkan verməyib və bildiriblər ki, qatarlar köhnədir. Bələdçilərin redaksiyamıza verdiyi xəbərdə bildirilir ki, depoda yeni qatarlar olmasına baxmayaraq, nasaz qatarları xəttə buraxırlar: "Biz bu etirazla tələb etdik ki, yeni qatarlarda işə çıxmağımız təmin olunsun". Sərnişinlərin də baş vermiş ləngiməyə etirazından sonra İmişli Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlib. Bir bələdçi istisna olmaqla, digərlərini polis idarəsinə aparılıb. Xəbərdarlıqdan sonra onlar iş yerlərinə geri qaytarılıblar. "Azərbaycan Dəmir Yolları" ASC-nin növbətçisi "Axar.az"a bildirdi ki, şənbə günü olduğundan, ictimaiyyətə məlumat vermək səlahiyyəti olan şəxslər işdə deyil. Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC-də çalışan bələdçilər bir neçə dəfə etiraz edib, hətta 10 yanvar tarixində Prezident Adminstrasiyasına şikayətə də gediblər. Onların əsas istəyi şimal istiqamətində hərəkət edən qatarlara kişi bələdçilərin əvəzinə qadın bələdçilərin təyin edilməsi qərarının dəyişilməsi, ölkə daxilində daha təmirli qatarlarda işləməkdir. |
2014-01-18 | 6,731 | Rüstəm İbrahimbəyovdan Müsavata sərt ittihamlar | "Müsavat Partiyasının Milli Şuradan çıxması demokratik qüvvələrin birliyinin zəifləməsi kimi qəbul oluna bilərdi. Ancaq Müsavat rəhbərliyi nəzərə almadı ki, Milli Şura partiyaların birliyi deyil və ordan çıxmaq qərarını hər bir Milli Şura üzvünün yalnız özü verir". Bunu "Azadlıq" qəzetində dərc olunan məqaləsində Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov bildirib. R.İbrahimbəyov qeyd edib ki, Milli Şuradan məsafə saxlamaq Müsavata hakimiyyətlə yaxınlaşmaq üçün lazım olub: "Çünki seçkidəki uğursuzluqdan sonra mövcud müxalifəti "radikallara" və rejim üçün zəruri olan kompromislərə gedə bilən "konstruktiv düşünənlərə" bölə bilmək hakimiyyətə çox vacib idi. Müsavat rəhbərliyi öz hərəkətlərinə bəraət qazandırmaq üçün belə bir tezis irəli sürüb ki, Milli Şura prezident seçkiləri dövründə müvəqqəti birlik kimi lazım idi. Milli Şura həqiqətən də seçki ilində yaradıldı, ancaq 20 illik ixtilafdan və qarşılıqlı ittihamlardan sonra demokratik qüvvələrin birləşməsi faktı cəmiyyət tərəfindən ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi qəbul olundu; ümid yarandı ki, müxalifətin sıralarını cəmiyyətin bütün təbəqələrinin hörmətli nümayəndələri genişləndirəcək. Təəssüf ki, bu ümid yalnız qismən özünü doğrultdu - Milli Şurada nüfuz uğrunda mübarizə aparan partiya liderləri ilə hesablaşmaq zərurəti qurum üzvlərinin sayının zəruri həddi keçməsinə gətirib çıxardı. Sözdə Milli Şurada şəxsi nümayəndəlik prinsipinin üstünlüyü ilə razılaşan partiya liderləri bir çox hallarda ümumpartiya qərarları ilə öz təşkilatlarının üzvlərinin Milli Şuradakı diskussiyalarda müstəqil fikir yürütmək hüquqlarını məhdudlaşdırırdılar. Sonradan Müsavat rəhbərliyinin aramsız tələb və iradları səbəbindən situasiya bir qədər də mürəkkəbləşdi, bu da Milli Şuranın seçkidən sonrakı dövrdə fəaliyyət proqramının işlənib hazırlanması və təsdiqini uzatdı" ("Aznews.az"). |
2014-01-18 | 6,732 | Qaradağda qəza: ölən var | Qaradağ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib . Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir. Belə ki, yanvarın 17-də Qaradağ rayonu Lökbatan-Qızıldaş yolunun 8-ci km-də Göygöl rayon sakini 1985-ci il təvəllüdlü Adil Həsənov idarə etdiyi "Hovo" markalı avtomobillə Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Novruz Əmiraslanovu vurub, o aldığı xəsarətdən hadisə yerində ölüb ("Trend"). |
2014-01-18 | 6,733 | Türkiyədə “casus şəbəkəsi” dövləti dinləyib – Şok iddia | "Əvvəlcə dinlədikləri materialları Pensilvaniyaya, sonra isə bütün dünyaya göndəriblər". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Türkiyə mətbuatı çıxış edib. Mətbuat "Vikiliks" saytının "Türkiyədə casus şəbəkəsi var" açıqlamasının doğru olduğunu iddia edib. Belə ki, dövlətin əksər idarələri, xüsusilə Baş Polis İdarəsi xüsusi olaraq dinlənilib. Mətbuat dinləməni həyata keçirən şirkət rəhbərinin Barış Şimşək olduğunu bildirib: ""Vikiliks"in yaydığı xəbər təsdiqini tapdı. Əvvəlcə dinlədikləri materialları Pensilvaniyaya, sonra isə bütün dünyaya faş ediblər". Məsələnin maraqlı tərəfi budur ki, həmin şəxsin dövlət içində dövlət yaratmaq istəyənlər üçün fəaliyyət göstərdiyi açıqlanıb. |
2014-01-18 | 6,734 | Şimşək İsa Məsihin barmağını qopardı | Həftənin dördüncü günü yağan güclü yağış nəticəsində güclü şimşək İsa məshinin Rio – de – Janeyrodaki məşhur heykəlini zədələyib. "Axar.az"ın "Frans Press" agentliyinin istinadla verdiyi məlumata görə, güclü şimşəyin zərbəsindən heykəldəki İsa Məshinin barmağının ucu sınıb. Yerli Yeparxiya Osmara Raposun verdiyi məlumata görə, təmir-bərpa işlərinə növbəti ay başlanacaq. Xatırladaq ki, internet istifadəçiləri versiyası nominasiyasına görə, heykəl dünyanın 7 möcüsəsindən biri sayılır. |
2014-01-18 | 6,735 | Sərxoş kişi intihar etmək üçün elektrik dirəyinə çıxdı | Gəncənin 50 yaşlı sakini Ayaz Hüseynov intihara cəhd edib. "AzNews.az"un verdiyi xəbərə görə, A.Hüseynov intihar etmək üçün Ruzigar Qasımov küçəsindəki yüksək gərginlikli elektrik dirəyinə çıxıb. 40 metr yüksəklikdən özünü atmaq istəyən şəxsə əvvəlcə əraziyə toplaşanlar mane olmağa çalışıblar. Daha sonra hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri və DYMİ-nin əməkdaşları gəlib. İntihar etmək istəyən şəxslə psixoloq söhbət etdikdən sonra onu fikrindən daşındırmaq mümkün olub. Elektrik dirəyindən düşməyə razı olan Ayaz Hüseynov polis bölməsinə aparılıb. Ayaz Hüseynovun intihara cəhd etdiyi zaman sərxoş olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, Ayaz Hüseynovun oğlu 26 yaşlı Rüstəm Hüseynov da bu il yanvarın 1-də özünü yaşadığı binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edib ("AzNews.az"). |
2014-01-18 | 6,736 | Elçibəyin oğlu: "Atamın ruhunu sakit buraxsınlar" | Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev AXCP və Müsavat Partiyasının funksionerlərinə müraciət edib. Açıqlamasında Ərturqut Əliyev hazırda bir-biri ilə qalmaqal yaşayan tərəfləri Elçibəyin adından istifadə etməməyə çağırıb. "Heç bir siyasi partiya öz işlərinə görə mənim atamın adını çəkməsin. Sizin sayt vasitəsilə onlara səslənirəm ki, bir-birlərinə ünvanladıqları ittihamlarda Əbülfəz Elçibəyin adından istifadə etməsinlər. Atamın ruhunu sakit buraxsınlar!"-deyə Ərturqut Əliyev sərt şəkildə bəyanat verib. O qeyd edib ki, son günlər AXCP və Müsavat Partiyası arasında yaşanan qalmaqalda mərhum atasının adının bu formada hallandırılmasının əleyhinədir ("Modern.az"). |
2014-01-18 | 6,737 | Tanınmış rejissor 73 yaşını qeyd edir - Video | Bu gün görkəmli Azərbaycan kinorejissoru, xalq artisti, professor Eldar Quliyevin 73 yaşı olur. Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1966-cı illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Sənətkarın çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artisti, "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur. Eldar Quliyev, bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır. |
2014-01-18 | 6,738 | Verdiyi sözə əməl edə bilməyən məmur intihar etdi | Buryatiyada kənd təsərrüfatı administrasiyasının rəhbəri intihar edib. İlkin ehtimallara görə, məmur öz işindən narazı olduğu üçün bu addımı atıb ("Milli.az"). Şabur kəndinin 48 yaşlı sakini Yuri Çuklovun asılmış cəsədi yanvarın 17-də aşkar olunub. İstintaq komitəsi hadisə ilə bağlı araşdırmaya başlayıb. İlkin məlumatlara görə, son vaxtlar məmur seçicilərin ümidlərini doğrulda bilmədiyi üçün depressiyada idi. Çuklov 2013-cü ilin sentyabr ayında keçirilən seçkilərdə qalib gəlmişdi. 317 nəfər seçici ona səs vermişdi. Onun rəqibi olan hakim "Vahid Rusiya" partiyasından olan namizəd isə 100-ə yaxın səs toplaya bimişdi. Çuklov seçilərkən öz işinə entuziazmla başlamışdı. Ancaq sonradan məlum olub ki, o, çoxlu sayda sənədlər rəsmiləşdirməlidir. Ona çoxlu sayda müraciətlər və şikayətlər daxil olurdu. Yerli büdcə isə həmin müraciətlərə müsbət cavab verməyə imkan vermirdi. Onu da qeyd edək ki, Şabur kəndi Buryatiyanın ən kriminal kəndi hesab olunur. Kənddə əhalini tez-tez soyan, onlara işgəncə verən kriminal dəstə fəaliyyət göstərir. |
2014-01-18 | 6,739 | Mahmud Əliyev qətlə yetirildi | Mahaçkalada terror aktlarında şübhəli bilinən 4 nəfər qətlə yetirilib. "Axar.az" xəbər verir ki, xüsusi əməliyyat nəticəsində neytrallaşdırılanlar arasında dəstə başçısı kimi elan olunan Mahmud Əliyev, həmçinin öncə öldürülmüş terrorçunun dul qadını da var. Sonuncu Rusiya ərazisində şəhid-komikadze qismində xüsusi hazırlıq keçibmiş. Rusiyanın Milli Antiterror Komitəsinin verdiyi məlumatda bildirilir ki, üç gün öncə terror aktı törətmiş şəxslərin bir qismi hələ də mühasirəyə alnan evdədir. Əməliyyat davam edir. Xatırladaq ki, cümə günü axşam naməlum şəxslər Mahaçqaladakı "Qızıl imperiya" restoranının ikinci mərtəbəsinə qumbaraatandan atəş açaraq partlayış törətmişdilər. Partlayış nəticəsində 16 nəfər, o cümlədən polis əməkdaşları xəsarət almışdı. |
2014-01-18 | 6,740 | Azərbaycanda Xəvaric təhlükəsi ciddiləşir - SOS | Vəhhabilərin radikal qanadı olan xəvaricilər ölkədə şəriət hökumətinin qurulması üçün istənilən yolu məqbul sayırlar. Onların iddiasına görə, özlərindən başqa hamı kafirdir Azərbaycanlıların Suriyada vuruşması və mücahid kimi ölümü ilə bağlı xəbərlərin intensivləşməsi bir daha vəhabi təriqətini gündəmə gətirir. Xarici görünüşünə görə fərqlənən və getdikcə daha tez-tez rast gəldiyimiz bu təriqət nümayəndələrindən bəziləri niyə Suriyada gedən daxili toqquşmalarda iştirakçı olurlar? Ümumi anlamda əgər kafirlərə qarşı vuruşmaqdan və bunun üçün bütün məkanların məqbul sayılmasından söhbət gedirsə, niyə "vəhabi" olaraq tanınan gənclər döyüş yeri kimi Suriyanı seçirlər? Axı orda hər iki tərəfdə müsəlmanlar dayanır! İki mühüm məqamı nəzərə aldıqda, bu narahatlıq daha da artır: 1) "Vəhabi" deyə ümumiləşdirdiyimiz bu təriqət daşıyıcılarının sırasında artıq özünü təqdiqləmiş, gənc yaşından fərqlənən idmançıların, dini təhsil görən insanların sayı çoxalmaqdadır; 2) Artıq Azərbaycanın özündə belə, bu təriqət nümayəndələrinin sabitliyi pozacaq səviyyədə münaqişələrinin şahidi olmaqdayıq. Sonuncu Sumqayıt hadisəsi və orada silahlı toqquşma dediklərimizə sübut sayıla bilər. Biz niyə bu qədər tolerantıq? Azərbaycanda dini dözümlülük ənənədir: İslamın ilk gəlişi ilə zərdüştilik və türk dünyagörüşü ilə qarşılaşmalar yeni-yeni dini təriqətlərin geniş vüsət almasına şərait yaratdı ki, tarixən bu təriqətlərin əksəriyyətinin mürşidinin Azərbaycandan çıxdığı bəllidir. Bu baxımdan dini təfəkkürdə fərqli dünyagörüşləri olan azərbaycanlılar əsrlərin sınağından çıxan dözümlülüklə, normal hal kimi yanaşmağa adət ediblər. Amma görünür, Azərbaycanda dini tolerantlıq ənənəsinin mövcudluğu müəyyən dövlətlərin təriqət adı ilə dəstəklədiyi, konkret strateji siyasi məqsədlər üçün yetişən zamana hazırladığı qrupların inkişafına münbit şərait yaradır. Nəticə etibari ilə hazırda Azərbaycanda təriqətlər kimi görünən qruplar mövcuddur ki, onlar ölkə üçün ciddi fəsadlar yarada bilər. Bu sırada xüsusilə vəhhabilərin adı çəkilir. Amma... Vəhabi, yoxsa sələfi? Bu gün Azərbaycanda hər addımda bədəvi ərəb qiyafəsində olan soydaşlarımıza rast gəlirik. Hamı onları "vəhabi" adlandırır. Amma onlar bu adı qəbul etmirlər. "Vəhabilik fitnədir, biz sələfilərik",- deyirlər. Əslində isə sələfilər də elə vəhabilərdir. Daha doğrusu, sələfilər vəhabilərin mülayim qanadı hesab olunur. Hacı Qamət Süleymanovun imamlığını qəbul edənlər sələfilər sayılır. Sələfilər Azərbaycanda şəriət hökumətinin qurulmasına çalışsalar da, o qədər də təhlükəli deyillər. Ən azı ona görə ki, sələfilər məqsədlərini həyata keçirmək üçün radikal addımlar atmağa ehtiyac görmürlər. Onlar Azərbaycandakı vəziyyətdən narazı olduqlarını və çıxış yolunun şəriət qaydalarının bərqərar olunmasında gördüklərini gizlətmirlər. Amma məqsədlərinə çatmaq üçün bütün yolları məqbul saymırlar. Məsələn, qarşıdurma, terror onların seçdiyi yol deyil. Bundan əlavə, sələfilər İslamın digər təriqətlərini qəbul etməsələr də, onlarla konfliktə girməyə də həvəs göstərmirlər. Vəhabilərin radikal qanadı sayılan və xəvaricilər adlanan qrup isə sələfilər kimi düşünmür. Xəvarici - Hənəfilərin bir qolu?! Xəvaricilik bir neçə ildir ki, Azərbaycanda yayılıb. Qeyd edək ki, bu xəvariclər İmam Əlinin (ə) xəlifəliyi dövründə ondan ayrılan xəvariclərlə qarışdırılmamalıdır. Bunlar 20-ci əsrin əvvəllərində Misirdə "İxvanül Müslimin" (artıq Azərbaycanda kifayət qədər tanınan və Misirdəki hadisələrdə böyük rol oynayan "Müsəlman Qardaşları") təşkilatının üzvləri tərəfindən həbsxanada yaradılıb. Azərbaycanda isə xəvariciliyi yayanlar ərəb ölkələrində, xüsusilə də məhz Suriyada təhsil almış tələbələrdir. Xəvariciliyin din pərdəsi altında sırf siyasi məqsədlərə xidmət etdiyi xüsusi vurğulanır. Xəvaricilər etiqadda "əhli sünnə vəl camaat"a, daha dəqiqi, sünniliyin Hənəfi qoluna mənsub olsalar da, özlərindən başqa hamını kafir sayırlar. Bunu isə yalnız özlərinin siyasi hakimiyyətlərə qarşı mübarizə aparması və şəriət qayda-qanunlarının bərqərar olmasına çalışmaları ilə izah edirlər. Xəvaricilər özlərindən başqa hamını kafir saydıqları üçün onları təqfirçilər də adlandırırlar. Xəvaricilər niyə Qarabağı yox, Suriyanı seçir? Xəvaricilərə görə, şəriət qayda-qanunları ilə idarə olunmayan müsəlman ölkələri, o cümlədən Azərbaycan "Darül küfr", yəni "Kafirlər diyarı"dır. İddia edirlər ki, şəriət qayda-qanunlarının hökm sürmədiyi müsəlman ölkələri Avropa dövlətləri və yəhudilərin "Masson" təşkilatı tərəfindən idarə olunur. Ona görə də xəvaricilər bu müsəlman ölkələrindəki siyasi hakimiyyətləri istənilən yolla dəyişməyə hazırdırlar. "Küfrlər diyarı" saydıqları Azərbaycanın haqq-ədalət savaşında isə iştirak etmək istəmirlər. Onların anlamında Suriyada İslamın digər təriqətində olana qarşı savaşmaq olar – çünki onlar "bacı-qardaşlarını təhqir edirlər", amma Qarabağda xristianlara qarşı vuruşmaq lazım deyil – baxmayaraq ki, xristian sayılan ermənilərin müsəlman azərbaycanlıların bacı-qardaşlarını təhqir etdiklərinə dair kifayət qədər sübutlar var. Onların aləmində azərbaycanlılar küfr sahibi olduğundan, bu savaşda "iki kafir vuruşur". Xəvaricilərin Azərbaycanda rəhbəri kimidir? Medianın əldə etdiyi məlumata görə, xəvaricilərin Azərbaycandakı rəhbəri Hacıbala adlı şəxs olub. Əslən Qazax rayonundan olan bu şəxs Sumqayıt sakinidir. 3-4 il əvvələ qədər həbsdə olduğu dəqiqləşdirilən bu şəxs barədə hazırda səhih bilgi yoxdur: azad olunubmu; olunubsa, haradadır və s. Hacıbalanın Sumqayıt sakini olması xəvariciliyin bu şəhərdə daha geniş yayılmasının səbəbidir. Diqqət edirsinizsə, Suriyada vuruşan və mücahid kimi ictimaiyyətə təqdim edilən azərbaycanlıların da böyük əksəri Sumqayıtdandır və ya Sumqayıta bağlı olanlardı – ya orada təhsil alıb, işləyib və s. Onlar özlərini Sumqayıtda çox sərbəst hiss edirlər. Təsadüfü deyil ki, "təriqətdaxili qanlı toqquşmalara" da "ev sahibliyi edən"lər sırasında hələlik Sumqayıtın adı çəkilir. Xəvariciliyin Şəki-Şirvan bölgəsində (sünnilərin yaşadığı ərazilərdə) geniş yayıldığı bildirilir. Qeyd edək ki, xəvaricilər xüsusi xidmət orqanların diqqətini cəlb etməmək üçün qrup halında fəaliyyət göstərmirlər. Onlar əsasən xeyir-şər evlərində toplaşırlar. Əksər hallarda isə bir-birlərilə internet vasitəsilə əlaqə saxlayırlar. Əsl müsəlman harada döyüşməlidir? Yuxarıda bu suala aydınlıq gətirməyə çalışdıq. Onların iddiasına görə Qarabağ "iki kafir ölkənin" savaşıdır! Onlar tez-tez hər kəsə belə bir sual verməyi xoşlayırlar: "Bütün müsəlmanları özünün bacı və qardaşın hesab edirsənmi?" Müsbət cavab alan kimi, "Bəs onda niyə İraq, Suriya, Əfqanıstandakı bacı-qardaşlarına kömək etmirsən? Kafirlər sənin bacı-qardaşlarının başına min oyun açırlar, niyə səsini çıxarmırsan?" Maraqlıdır ki, nə İraq, nə Suriya, nə də xəvaricilərin daha çox qeyrətini daşımağı üzərlərinə götürdüyü digər ölkələr şəriət qaydaları ilə idarə olunur. Deməli, xəvaricilərin məntiqincə, bu ölkələr də "darül İslam" sayılmamalıdır. Amma nədənsə onlar bu ölkələr haqqında belə düşünmürlər. Niyə? Bunu bir özləri, bir də Allah bilir. Bizə isə sadəcə, mülahizələr yürütmək qalır. Ən inandırıcı versiya budur ki, ola bilər, Azərbaycandakı xəvaricilər ölkəmizə qarşı olan hansısa dövlətlərin xüsusi xidmət orqanları ilə bağlıdırlar. "Əsl müsəlman Qarabağda döyüşməməlidir" ideyasını da həmin dövlətlərin xüsusi xidmət orqanlarının tövsiyəsi ilə təbliğ edirlər. 3 dəfə "yox" desən, qanın da, namusun da halaldır Xəvaricilər sələfilərdən fərqli olaraq saqqal saxlamağı məcburi qayda saymırlar. Onların məscidə gəlişi və cümə namazı da dəmir intizam deyil. Onların fikrincə, cümə namazında imam dövlətin rəhbəri olmalıdır. Bir halda ki, dövlətin başçısı imam deyil, onda məscidə getməyə, cümə namazı qılmağa vaxt sərf etməyin heç bir mənası yoxdur. Kafir hakimiyyəti necə devirib, onun yerində şəriət hökuməti qurmaq barədə düşünmək daha məqbuldur. Xəvaricilərin İslama (təbii ki, özlərinin başa düşdüyü İslama) dəvəti də absurddur. Onların fikrincə, bir şəxs üç dəfə İslama dəvət oluna bilər. Hər üç halda cavab mənfi olsa, onda həmin şəxsin qanı da, namusu, əmlakı da halal sayılır. Beləliklə də özlərini əsl müsəlman sayan xəvaricilər "Dində məcburiyyət yoxdur" ayəsini "unudurlar". Halbuki onlar "Qurani Kərim"i çox gözəl bilirlər. Dini mübahisələrdə "Qurani Kərim"dən elə iqtibaslar gətirirlər ki, rəqiblərinin matı-qutu quruyur. Sonda bildirək ki, xəvaricilər hələ ki, Azərbaycanda sələfilər kimi təşkilatlana bilməsələr də, hər halda mövcuddurlar və sıralarını artırmağa nail olurlar. Belə olmasaydı, Suriyada döyüşə yollanan gənclərimizin sayı getdikcə artmaz, ölkə daxilində silahlı qarşıdurmaya qədər getməyə risk etməzdilər. |
2014-01-18 | 6,741 | Çevik Polis Alayı Ramil Usubova hesabat verdi | Yanvarın 18-də Çevik Polis Alayında ötən il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Əməliyyat müşavirəsini açan nazir R.Usubov bildirib ki, respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində ötən ili də yüksək göstəricilərlə başa vurub. Müşavirədə qeyd olunub ki, ötən il şəxsi heyət müxtəlif cinayət törətmiş 528 nəfərin, o cümlədən oğurluğa görə 133, xuliqanlığa görə 126, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 129, dələduzluğa görə 16, digər cinayətlərə görə 27, habelə axtarışda olan 78 şəxsin tutulmasında iştirak edib. Eyni zamanda, müxtəlif inzibati xətalara görə ümumilikdə 26052 nəfər barədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi təmin olunmuşdur. Cinayətlərə və digər hüquqpozmalara görə tutulmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 11,7 faiz çox olub. Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov son illər Alayın professionallıq və fiziki hazırlıq baxımından xeyli irəlilədiyini, qarşıya qoyulmuş vəzifəni layiqincə və yüksək səviyyədə yerinə yetirən mobil quruma çevrildiyini, paytaxtda ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində xüsusi rolu olduğunu xatırladıb. Çıxışının sonunda Ramil Usubov əmin olduğunu bildirib ki, Alayın əməkdaşları 2014-cü ildə də üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirəcək, xidmətdə, həmçinin şəxsi həyatda başqalarına nümunə olacaq, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkəmizdə sabitliyin təminində, əmin-amanlığın nümunəvi qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəklər ("Aznews.az"). |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.