date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-14
6,432
Mais Məmmədov ANS-dəki ixtisarlardan danışdı
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov bu gün xəbər portallarında gedən ANS-də ixtisarlar və s. barədə xəbərlərə reaksiya verərək, ANS PRESS-in suallarını cavablandırıb. - Mais müəllim, bir sıra portallar ANS-in müxbir məntəqələrinin bağlanması barədə xəbərlər yayıblar. Bunlar nə dərəcədə doğrudur? Doğrudanmı, ANS öz müxbir məntəqələrini bağlayır? - Mən sizə deyim ki, hər il ANS rəhbərliyi yanvar ayında vəziyyətə baxır və kimlərlə müqaviləsini davam etdirməyə qərar verir. Biz də bir neçə müxbir məntəqəsi var: Amerikada, İngiltərədə, Rusiyada, Gürcüstanda, Gəncədə, Qarabağda müxbir məntəqələrimiz var. İndi bizdə iki müxbir məntəqəsi - Göyçay və Cəlilabad məntəqələri bağlanıb. Birincisi, bu məntəqələr yaxındır, yəni özümüz də gedə bilərik. İkincisi, həmin məntəqələrin işi bizi qane etmir. Həm də Cəlilabad məntəqəsi Lənkərana çox yaxındır. Ümumiyyətlə, bizim öz Akademiyamızda da yeni kadrlar hazırlayırıq. Baxırıq, kim işləmir, onları yeni kadrlarla əvəz edirik. Yəni məntəqələrin bağlanması yalandır. Biz məntəqəsiz necə işləyə bilərik? Bütün dünyadan xəbər alırıq. Bununla bağlı deyilənlər şayiədir. Biz həmişə kadr dəyişikliyi işini aparmışıq və bu il də aparacağıq. Yəni tək bizdə deyil, istənilən portalda, telekanalda bu iş gedir. Məsələn, biri qocalır, onu cavanla əvəz edirlər. Nəyə görə belə hay-küy qaldırırlar? Deməli kiməsə lazımdır. Kiməsə lazımdır ki, ANS adını yazsın ki, məqaləsi oxunsun. Özlərini reklam etmək üçün buna gedirlər. ANS tək Azərbaycanda deyil, bütün MDB məkanında birinci müstəqil telekanaldır. Hələ Rusiyada "NTV" yox idi, Azərbaycanda ANS vardı. Rusların bir sözü var: "Biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq". İndi bizdə bütün müstəqil kanallar içində ANS həmişə birinci olub. Birinci yolu gedən üçün həmişə çətin olub. Bizi bağlayırdılar da, tənqid edirdilər də, amma biz heç zaman dayanmırdıq. Bilirdik ki, bir anlığa belə dayanmaq olmaz. Və bu proses davam edəcək. - Portallar həm də ANS-in satışa çıxarılması ilə bağlı da şaiyələr yayırlar? Bu, nə dərəсədə doğrudur? - Bu, ən böyük şaiyədir. Sizсə, bayrağı, gerbi satmaq olarmı? ANS xalqın kanalıdır və həmişə xalqın yanında dayanaсaq. Kimin xoşuna gəlmir, gəlməsin: ANS həmişə işləyəсək və heç zaman satılmayaсaq. Neсə ki, ürəyi, namusu və qeyrəti satmaq mümkün deyil, ANS-i də satmaq olmaz. Biz bu şayiələri yayanlarla məhkəmədə danışaсağıq. Niyə bizi ləkələmək istəyirlər? Çoxusu təzə açılmış portallardır. Oturub düşünürlər ki, neсə edək ki, qalxaq. Bu сür сəfəngiyyatlar uydururlar. Məhkəmə bunlara сərimə yazanda məlum olur ki, almağa bir kompüterdən başqa heç nələri yoxdur. ANS Azərbaycan xalqının kanalıdır. Azərbaycanın müstəqillik tarixinin ən böyük arxivi ANS-dədir. Biz bu yolda bu qədər can qoymuşuq, yaralar almışıq. Bunu atmaq olarmı? ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev hazırda Şeyx Allahşükür Paşazadə ilə birlikdə Türkmənistanda səfərdədir. Biz ona zəng edib bu barədə məlumat vermişik. O, çox narahat olub. Bizə bildirib ki, millətə çadırın ki, ANS xalqın kanalıdır. Heç xalqın da kanalını satmaq olar? Kim bu barədə şaiyə yayıbsa, məhkəmədə cavab verəcək. (ANS)
2014-01-14
6,433
Şeirləri 22 dilə çevrilən erotik şairə ilə müsahibə
Vera Pavlova: Təklikdə rəqs edirəm Rus erotik şeirinin ən böyük təmsilçilərindən sayılan Vera Pavlovanın adı müasir ədəbiyyatla maraqlanan adamlara yaxşı tanışdır. Şeiləri dünyanın dünyanın iyirmi iki dilinə tərcümə olunub. Mətnlərində müasir qadının intim yaşantılarından bəhs edir. V.Pavlova dörd dəfə ərdə olub. Kiçik ixtisarla tədqim etdiyimiz bu müsahibəni onun üçüncü əri Mixail Pozdnyayev "Oqonyok" jurnalında işləyərkən alıb. Şairə daim jurnalistlərdən uzaq qaçır və bu onun əldə olan azsaylı müsahibələrindən biridir. Bununla belə, Mixalin də qeyd etdiyi kimi, Vera əriylə söhbətində də maraq doğuran hər şey - sevgi şeirlərinin avtobioqrafikliyi, şeirlərindəki normativ olmayan leksika, avtobusda əclafların onu necə tanıması, feminist olub-olmaması, müğənni Zemfiraya və s. münasibəti barədə danışmaq istəməyib. - Vera, situasiya necədi, xoşuna gəlir? - Hansı? - Ər ailə vəziyyətindən işgüzar məqsədlərlə istifadə edərək arvadından müsahibə alır. - Əlbəttə, birmənalı durum deyil... məişət nöqteyi-nəzərindən. Amma janr baxımından... Yad adamın ən qəliz suallarına çoxmənalı səmimi cavab vermək dəfələrlə asandır. Belə bir şeirim var, daha doğrusu, format natamamdır: Heç vaxt müsahibə verməyəcəm/ Bu mənim "do"mdan aşağıdır/ Heç vaxt müsahibə almayacam/ Bu mənim "si"mdən yuxarıdır/ Çünki mənim suallarımı heç kəs mənə verə bilməz/ Mənimsə heç kəsə bir sualım var/ Bircə yaxınlaş və soruşmağa cürət et... Amma sənə verəcəm. Təkcə sənə. Monoqamiya! - Şeirlərindəki ana söyüşləri barədə danışacağıq? - Danışmayacağıq. - Amma bu, çoxlarına maraqlıdır axı. - Maraqlı deyil. - O zaman gəl, lənətlənmiş "Erotik şairə Vera Pavlova" barədə danışaq. Məncə, sənə kredon kimi sırınmış şeirlərə münasibətini dəyişmisən. - Mənim ilk erotik şeirciyəzlərim yalnız və yalnız daha əvvəl oyananlardan hələ yatanlara qeyd idi. Görüşdən gəlib dərhal sevgilisinə məktub yazaraq gülə bərkdən və "Hər şey necə gözəl idi" şeirini sevgilisinə göndərə samuray kimi! Daha doğrusu, bu məktublar heç qonşu otağa da yox, qonşu yastığa ünvanlanmışdı... Sonra məlum oldu ki, mövzu özündə nəhəng vokal imkanları ehtiva edir. Səs necə nizamlanır, bilirsən? Getdikcə daha aşağı düşür və nəfəs diafraqmaya çatır – vokal müəllimlərinin sözüylə desək, "analıq yoluna dayanır"... Erotik xətt – analıq yoluna dayanmaqdır. Vəssalam... Bunun sayəsində səs tembrdə qazanır. Bədənin, idealda hətta pəncələrin və hər tükün nə qədər əsirsə, səsin çalarlarla bir o qədər zəngin olur. İndi ötənlərə baxanda nə baş verdiyini anlayıram. Mən bu mövzuda ifa edirdim. Və pəncələrimin və hər tükümün səsləndiyi anda bu mövzu artıq mənə lazım olmadı. Sinədən çığıran adam səsini səmaya necə göndərə bilərsə, mən də o cür göyüzünə səslənə bilirəm. Erotik şeirlər "oxumasaydım", bunu bacara bilməzdim. - "Oxumağa" başqa heç nə tapmadın? - Məncə, heç kəs tapa bilməzdi. Puşkin nahaq yerə "Qavriiliada"dan imtina etdi – bu mövzuda onun da səsi açılmışdı. Nə qədər qəribə olsa da, nəfəsini buraxmadan yüksək notları götürə bilməzsən... - Amma sənin reputasiyan elədir ki... Yoldaş Jdanov da Axmatova haqqında belə demişdi: "Yarırahibə-yarıəxlaqsız". Bir tərəfdən, "erotik şairəsən", digər tərəfdən əyləncə məclislərində görünmürsən, şeirləri redaksiyalara yalnız səndən istəyəndə verirsən... Amma sən "əks-əlaqə"yə laqeyd yanaşmırsan, elə deyil?.. Yadımdadır ki, 1995-ci ilin dekabrında "Yeni ilə nə hədiyyə almaq istərdin" sualına belə cavab vermişdin: "Brodskidən məktub". Üç həftə sonra Brodski dünyasını dəyişdi. "Brodskidən məktub" – bu, spontan cavab idi, ya proqram bəyanat? - Burada "almaq" feli öz rolunu oynadı. "Brodskidən məktub" – heç nə" demək idi. Mümkünsüzlük formulu. Təəssüf ki, düsturu zaman sübut elədi... Hərçənd məktubu aldım. Yastığımın altından tapdım. Liza (kiçik qızı – M.P.) çap maşınında yazmışdı: "Mən sizün şeirləri oxadum onlarmənim çox xoşuma getdilər ümüd edirəm sənün indi yazdığun şeirlər də elə yaxşıdılar mənüm adım iosef brotskidir". Məktub o dünyanın dilindəydi – burada qrammatika mənasını itirir... Bu məktubu gündəliyimə yapışdırdım. - Bəs ümumiyyətlə, indi heç kəsin heç kəsə yazmadığı vaxtda məktub nə deməkdir? - Sənin bildiyin kimi, mənim həyatım üç nəhəng şeyin üstündə qurulub: gündəlik, qeyd dəftəri və məktub. Şeirlər olan qeyd dəftəri ortadadır, yanlarda isə gündəlik və məktub. Onlar şeirlərdən izafi etimadı və izafi sənədliliyi çəkib götürür. Gündəlik və məktub yazmağa adam yoxdursa, şeirlərdə çoxlu artıq şey ortaya çıxır... - Gündəlik və məktub "çəkib götürəndən" sonra şeirdə nə qalır? - Eyni şey qalır, sadəcə, başqa səviyyədə. - Amma sən ünvanı görmürsən? - Görürəm. Təkcə mən görürəm. Bircə şeyi demək qaldı ki, gündəlik və məktub – yenə də özünə müraciətdir və bunu deyəndən sonra hər şey öz yerini alır. - Yaxşı, o zaman belə çıxır ki, sözlə ifadə sənə həyatında çatışmayan nəyisə doldurmaq üçündür? - Qətyyən, qətiyyən. Məkanda istiqaməti müəyyən etmək üçün bədənin beş duyğu orqanı var, düzdür? Şeir isə ruhi məkanı hiss etmək üçündür. Başqa adamlarda bu, şeirlə olmur. Məsələn, rəssam üçün bu, əlinin davamı olan fırçadır... Kim necə uyğunlaşa bilirsə. Mən şeirlə elədim, anlayırsan? - Bəs sən necə uyğunlaşdın? Nə zaman? - On səkkiz yaşımda. - Gecdi. - Bunadək musiqi bəstələyirdim, hiss orqanı başqa idi… - Şeirlər yazmağa başalyan kimi o orqan qurudu? - Bağlandı! Andryuşanın (birinci əri – M.P.) qabarlı əlləriylə... Şeir yazmaq – insanlardan gizləyə biləcəyin yeganə prosesdir. Musiqi bəstələyəndə barmaqlarına pianonun qapağıyla vura bilərlər, düzdür? Şəkil çəkirsənsə, tuşu vərəqə tökə bilərlər. Şeir yazdığını isə heç kəs görmür. Xüsusən də diqqətsiz ər. Bu hiss orqanına konspirativ məqsədlərdən keçdim... - Bu orqanı ilk dəfə kim qiymətləndirdi? - Qnesin adına institutdakı hansısa axşamları dumanlı xatırlayıram... Hə, bir də İqor Volqunun MDU-dakı ədəbi birliyinə gedib-gəlirdim! Amma bu, artıq Pavlovun (ikinci əri – M.P..) vaxtında idi... İlk dəfə orada hansısa xoş sözlər eşitdim. O zaman öz şeirciyəzlərimə kifayət qədər ciddi yanaşmağa başladım. - Onlardan biri də kitaba daxil edilməyib... - Çünki orada heç nə yox idi... Həyəcandan başqa. Bilirsən, Yunqa görə yuxunun düzgün yozumunu səhv yozumdan necə fərqləndirmək olar? Düzgün yozumu tapanda ürəyin möhkəm döyünür, nəfəsalma sürətlənir. İyirmi yaşında şeir yazanda bu hala düşürdüm. Daha doğrusu, məni bu yola itələdilər... - Kim itələdi ki? - Sadəcə, orqanizm daim deyirdi: "Hə! Hə! Hə! Budur! Budur!" – hərçənd hələ sözlər yox idi... Amma musiqi vardı-ı-ı. - Bununla belə, eşidilmək arzusu var? Yoxdur? - Bu arzu getdikcə azalmaqdadır. - İndi bayağı şeylər desəm ki, bu bəlkə sənə əks-reaksiyanın çox gec çatmasıyla bağlıdır?.. Axmatova, Svetayeva və Axmadulinanı on səkkiz yaşında eşitmişdilər... - Yox, bununla bağlı deyil. Mənim həyatımda hər şey düz vaxtında olur. Sən ki bilirsən, mən heç vaxt heç yana gecikmirəm, düzdür? Məncə, bu uzun müddətdir belədir. Daha doğrusu, belə bir məşqçi tapşırığından xəbərdaram: nə vaxt bu, nə vaxt digər nöqtədə olmalıyam. Hiss edirəm ki, normal gedirəm. Demirəm, rekord əldə edirəm, amma məşqçinin qoyduğu vaxtda çatıram... Axı sənə izah elədim ki, əvvəl şeirlərimin səslənməsni istəyirdim, indi istəmirəm. Şeir – onları ictimaiyyət qarşısında oxuyuramsa - mənə əziyyət verir. Kağızda şeir – bu isə partituradır: gözlə oxunur və daxildə səslənir. Hündürdən oxuyan kimi klavirə cumursan, asanlaşdırmağa məhkumsan... Və səs köməkçi səsləri batırır! - Şairəni deyil, qırmızı diplomlu musiqişünası eşidirəm! Nə üçün musiqi barədə artıq belə az yazırsan? - Mən heç nə barədə yazmıram. Musiqi. Seks. Ölüm. Uşaqlar barədə. Mən çıxışlıq halında yox, təsirlik halında yazıram. - Ona görə ki, sənin seksin barədə - təsirlik halında heç kəs xəbər tutmasın? - Ona görə ki, bu, seks deyil. Burada partnyor yoxdur. Burada şəhvət yoxdur. Bax, Aysedora... həmin o Dunkan barədə belə bir lətifə var. Konsertdən sonra Vaqnerin dul arvadı ona yaxınlaşır: "Siz necə gözəl rəqs edirdiniz! Tərəf-müqabiliniz də necə gözəl rəqs edirdi! Onu da görə bilərəmmi?". Və qarıya başa sala bilmədilər ki, Dunkan tək rəqs edirdi. Bu da sənə mənim seksim. Mən tək rəqs edirəm!... Necədir, müsahibəm xoşuna gəlir? - Çox. Əsas odur, uzanmısan. Sən uzanmağı niyə belə çox sevirsən? Uzanıb yazırsan, uzanıb oxuyursan, yeyəndə də... uzanıb yeyirsən... - Nəzərə al: adyalın altında uzanaraq. Burada əsas olan adyaldır. - Bu, yaradıcılıq psixologiyası deyil? Sadəcə, anatomiya belədir? - Hə. Anatomiya belədir. Düşünürəm ki, bu... baş beyninin qanla təchizatıyla bağlıdır. İsti adyal və bədənin horizontal yerləşməsi baş beynin qanla təchizatına xidmət edir. Bəlkə mənim damarlarım zərifdir, ya da başqa nəsə... - Yaxşı, olsun. Sən adyalın altındasan, sənə istidir... Nəsə qlobal bir şey barədə, məsələn, bu günkü poeziyanın durumu barədə danışmağın əsl zamanıdır. - Asanlıqla! İndi mərmərə yazıla biləcək şeirlər lazımdır. - Kimə lazımdır? Şairlərə? Oxuculara? - Poeziyaya. Dilə. Təmizlənmək üçün. Poeziyanın öz ilkinliyini göstərməyin vaxtı çatıb. Axı nəsr nəzmdən sonra yaranıb. Poeziya – Adəmdir, nəsr – Həvva. İndikinə bənzər vaxtlarda poeziyaya özünü apara bilməyənlərə yerlərini başa salmaq üçün müəyyən zadəganlıq lazımdır. Bu, Tanrıların dilidir, bu barədə unutmaq olmaz. Xüsusən də Allahların taxtdan salındığı vaxtda... - Pafosa bax! - Bilirsənmi, əvvəllər pafosdan qıdıqlanmadan qorxan kimi qorxurdum: qıdıq hiss edən kimi məni isterik gülmək tutur. İndi daha pafosdan qorxmuram, ironiyadan qorxuram. Nədir ironiya? Başqalarını qabaqlayaraq özünə gülmək. İronik adamdan xoşum gəlmir. Onun ikiləşməsi xoşuma gəlmir. Mən səmimi ciddiyyətlə ona deyirəm: icazə verin, sizin aranızdan keçim". Və keçirəm də. - O zaman belə bir sual: kimsə səni masqaraya qoyanda xoşuna gəlir? Maşa Arbatovanın "Vera Pavlova? Həmin o spermadan yazan?" reaksiyasına və ya şair Melamedin "Literaturka"dakı "Pavlovanın şeirləri evimin giriş divarlarına yazılıb" sözlərinə necə yanaşırsan? Bu sənə necə təsir edir? - Şeirlərimi anlamayanlara necə yanaşıram? Anlayışla. - Bəs optimal reaksiya hansıdır? - İndi yadıma düşür ki, "Səma Heyvanı"nın premyerasından sonra səhnədə dayananda bilmirdim nə edim, heç olmasa, təzim edə bilərdim... səhnədən düşəndə avtoqraf götürmək üçün üstümə cumdular. O vaxt Lyoşa, Seryojanın (qardaşının – M.P.) dostu dedi: "Əl çəkin ondan! Görün, adam sizin üçün nələr edib" və mənə kitab imzalamağa imkan vermədi... Bu cür reaksiya xoşuma gəlir. Bacardığımı eləyirəm. Artığını bacarmıram. Çox zaman daha az şey istəyirlər. Amma mən azı da bacamıram, bu ən xoşagəlməz məqamdır. Resenziyalara gəlincə... Düzdür, bunun poeziyaya dəxli yoxdur. İki nəfər mənim Şostakoviçin son vokal silsilələri barədə diplomumu oxumuşdu. Birinci – Rudolf Duqanov bizə ədəbiyyat nəzəriyyəsindən dərs deyirdi. O, makinaçının bütün səhvlərini düzəltdi. Hər səhifədə onun nazik karandaşının izi vardı. İkinci adam elmi rəhbərim İrina Givental idi. Diplomu oxudu və boş yerlərdə yazdı: "Allah, Veranı sən özün saxla!.." Bu, ən yaxşı resenziyalar idi... Amma sonra aydın oldu ki, kənd mətbəxinə oturub mənim hər dediyim şeirdən sonra gözlərini açıb ana söyüşü söyən və "sonrasını oxu" deyən sərxoş Matveyiç (atası – M.P.) yeganə senzor və tənqidçidir. - Sənin üçün forma nədir? - Forma teoremin isbatıdır. Mən qatı formalistəm, heç vaxt bilmirəm şeir necə bitəcək və formanın mükəmməlliyə yaxınlaşması hissi mənimçün fikrimdə haqlı olmağımın sübutudur. Mətn yeganə dayaqdır, onun üstündə, hündürdə çadır var – bu, oxucu gözüdür. Çadırın necə örtülməsi məndən asılıdır, amma onun altında kimin oturacağını haradan bilim?!. - Yəni sən bəstəkarsansa... bu mənada oxucu sənin mətninin mənasını heç də həmişə başa düşməyən ifaçıdır. Düz anladım? - Yox, bəstəkar deyiləm. Şairəm. Adım Svetikdir. - Sənin barəndə çoxlu miflər uydururlar! Onlardan hansı sənə əzizdir və hansı sənin üçün daha iyrəncdir? - Ən şirin mif budur ki, guya mövcud deyiləm, mənim əvəzimə şeirləri bir qrup kişi yazır. Bu ehtimalı Yekaterina Orlova "Oktyabr" jurnalında çıxan "Heyvanların cənnətində" məqaləsində irəli sürmüşdü. Daha iyrənc mifə gəlincə, bu məsələdə Vladimir Novikov daha irəli gedib, "Novıy mir"dəki "Bədbəxt Eros" mətnində yazır: "Bu şairədə bircə abırlı bənd tapmaq mümkün deyil"... - Sənin mövcud olmamağın barədə mifləri yaradan ilk dəfə "Seqodnya" qəzetində qoşasəhifəlik şeirlərin adsız və şəkilsiz çıxması oldu, buna sözardında isə Boris Kuzminski yazmışdı: "Belə görünə bilər ki, şeirləri yazan qadın elə mətnlərdə özünü "Mən" adlandıran həmin Səma Heyvanının özüdür... Yolunuzu azmayın, ovuclarınızı xəyala doğru uzatmayın. Şəhərdə qarşılaşarkən siz anlamayacaqsınız ki, bu odur". Sulyaginin çəkdiyi şəkillərini dərc etməklə mifi dağıtmağa heyfin gəlmədi? - Bununla mif onsuz da dağılmayacaq. Volodya Sulyagin mənim sevimli düsturumu dahiyanə formada canlandırıb: "Lirika yaddaşdakı fotoşəkillərdir". Onun şəkillərinə sanki öz gələcək qocalığımdan baxıram. Bu şəkillərdəki qadın tamamilə mifikdir. Bəlkə də bu mən deyiləm... Artemi Troitski də Volodyadan soruşmuşdu axı: "Bu, modeldir, ya şairənin özü?". Belə deyək, bu, şairənin həqiqi modelidir. - Şəxsi həyatınla bağlı sual verə bilərəm? Oxucu qismində qızların Nataşa və Lizanı necə qiymətləndirirsən? - Həyəcanla. Qızlar yazıb-oxmağı yenicə öyrənəndə şeirlərimi höccələyirdilər, bu mənim üçün ağır sınaq idi. Bax bu da mənim beytim: "Дочки её - точки над Ё" (kontekstdə belə başa düşmək olar: onun qızları söyüşlərə qoyulan nöqtədirlər - red.) . Burada kalambur mənadan başqa kədərli məqam da var. Onlar mənim həyatıma nöqtə qoyacaqlar. Ruscadan Rəbiqə Nazimqızı çevirdi
2014-01-14
6,434
Sabiq nazir Netanyahunu Ağ Evə buraxmaq istəmirmiş
ABŞ-ın sabiq müdafiə naziri Robert Qeyts İsrail Baş naziri Binyamin Netanyahunu Ağ evdə görmək istəmirmiş. "Axar.az"ın xarici mətbuata istinadən xəbərinə görə, bu barədə sabiq Müdafiə naziri Qeyts yeni nəşr etdirdiyi "Duty: Memoirs of a Secretary at War" kitabında yazıb. Qeyts Milli Təhlükəsizlik müşaviri Brent Skaukrofta Binyamin Netanyahunun Ağ Evə buraxılmamasının lazım olduğunu deyib. Ancaq sabiq nazir ABŞ və İsrail bayrağının yanaşı dalğalandırılmasından qürur hissi keçirdiyini də bildirib. Qeyts həmçinin Netanyahunu Obamanın İsrail üçün etdiklərini qiymətləndirməməkdə günahlandırır. Bu ikili arasında gərginlik ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışından sonra yaranır. Belə ki, Netanyahu ABŞ-ın S.Ərəbistana silah satışına etiraz olaraq Qeytsə bildirir ki, "siz bununla İsrail ordusu ilə tarazlıq yaradırsınız". Qeyts isə öz növbəsində Netanyahuya: "Heç bir ABŞ hökuməti İsrailin strateji müdafiəsi üçün Obama rəhbərliyi qədər səy göstərməyib".
2014-01-14
6,435
Hayko Bağdat: "Qarabağ erməniləri Azərbaycan vətəndaşıdır"
Hayko Bağdat Ermənistan ərazilərinin Mehridə bitdiyini deyib. "Axar.az"ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin "Taraf" qəzetinin erməni əsilli yazarı Hayko Bağdatın sonuncu köşə yazısı erməni siyasi dairələrinin etirazına səbəb olub. Verilən məlumata görə, o yazısında Dağlıq Qarabağın beynəlxalq hüquqla Azərbaycanın ərazisi olduğunu və orada yaşayan ermənilərin də faktiki Azərbaycan vətəndaşları olduğunu bildirib. Xəbərdə o da deyilir ki, erməni jurnalist Sarkisyan hökumətinə "kiçik bir məsləhət" də verib: "Sizin Qarabağ ermənilərinə canınız yansaydı, imkan verərdiniz ki, onlar Azərbaycan vətəndaşı olardı. Axı onların da adam kimi yaşamaq haqları var. Axı Qarabağ erməniləri də Azərbaycan vətəndaşıdır. Əgər belə olmasaydı, beynəlxalq hüquqda Ermənistan ərazisi Mehridə bitməzdi".
2014-01-15
6,436
Kinoteatrda mesaj yazdığı üçün güllələndi
ABŞ-ın Florida əyalətində təqaüdə çıxan bir polis məmuru kino salonunda film əsnasında kiminləsə mesajlaşan bir nəfəri öldürüb. "Axar.az"ın əldə etdiyi xəbərə görə, Tampa şəhərində baş verən hadisə ilə bağlı açıqlama verən polis məmuru Melanie Snou deyib ki, "Lone Survivor" filmi əsnasında 71 yaşındakı Kurtis Rives 43 yaşında olan Çad Oulsonu telefonda mesajlaşmanı dayandırması üçün xəbərdar edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Bir müddət sonra Rives silahı ilə Oulson və həyat yoldaşını vurub. Oulson həyatını itirib, yoldaşı isə yaralanıb. Şahidlərdən birinin ifadəsinə görə, Oulson qızına mesaj yazdığını demişdi.
2014-01-14
6,437
İlham Əliyev Belçikada - Foto
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Belçikaya səfər edib. Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına reallaşan səfəri işgüzar xarakter daşıyır. (AzerTac)
2014-01-15
6,438
Mir Şahinin həyat yoldaşına vəzifə verildi - Özəl
ANS TV-də baş verən ixtisarlar nəticəsində daha beş müxbir işdən çıxarılıb. Telekanalın baş redaktoru Qənirə Ataşova vəzifədən azad edilib və daha bir departament ləğv edilib. "Axar.az"ın telekanal daxilindən əldə etdiyi səhih məlumata görə, televiziya rəhbərliyi yeni ildən etibarən "İç Xəbər" departamentinin müxbirləri - Xeybər Məmmədov, İsmayıl Fətəliyev, Əli Abuzərov, Xatirə Məmmədova, Nərgiz Tahirova ilə əməkdaşlığa xitam verib. İsmayıl Fətəliyevlə Nərgiz Tahirova - "İç xəbər", Xatirə Məmmədova - "Düzbucaq", Əli Abuzərov isə departamentin "İqtisadiyyat" üzrə müxbiri olub. Azərbaycanın ilk müstəqil televiziyasında ixtisarlar bununla bitmir. Məlumatda "Növbətçi" departamentinin ləğv edilib, "İç Xəbər"ə birləşdirildiyi deyilir. ANS-də ən gözlənilməz dəyişiklik isə televiziyada Baş redaktor vəzifəsini icra edən tanınmış aparıcı Qənirə Ataşovanın vəzifədən azad edilməsi olub. Əldə etdiyimiz məlumatda Qənirə Ataşovanı Murad Hüseynovun əvəz etdiyi deyilir. Bundan başqa, "Cinayət işi" verilişi Sərxan Kamallıdan alınaraq, yenidən Rəşad Məmmədova verilib. Məlumatda o da bildirilir ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova yenidən "İç Xəbər"ə aparıcı qismində qayıdıb. Xatırladaq ki, bundan əvvəl televiziyada müxbir vəzifəsində çalışan İsmayıl Fətəliyev, operatorlar Feyruz Ağayev və Taleh Mikayılov da işdən azad edilib.
2014-01-15
6,439
6 yaşlı qıza amansız ana işgəncəsi
Yaponiyada 6 yaşlı qızını "tərbiyə etmək" məqsədilə soyunduran və soyuq eyvanda bağlayan ana həbs olunub. "Axar az" "Sankei Shimbun"a istinadən bildirir ki, Honsyunun Aiçi prefekturasında yaşayan, adı açıqlanmayan 35 yaşlı işsiz ana 6 yaşlı qızını soyundurub, uşağın əllərini lentlə bağlayandan sonra soyuq eyvana aparıb və qapını arxadan bağlayıb. Çılpaq uşaq 3 saat sərasər buz kimi soyuq havada qalıb. Bu vaxt ana böyük qızını da götürərək evi tərk edib. 6 yaşlı uşağı eyvanda soyuqdan göyərmiş vəziyyətdə görən qonşular zavallı qızı xəstəxanaya aparıblar. Polisin saxladığı ana isə "qızımı tərbiyələndirmək üçün belə etdim", - deyib.
2014-01-15
6,440
Davudoğlu Qarabağı niyə unutdu? - Müəmma
Qarabağ məsələsinin həllində Azərbaycanı dəstəklədiyini bəyan edən Türkiyənin mövqeyində son zamanlar müəyyən tərəddüdlər hiss edilir. Ermənistanla sərhədlərin açılması ehtimalının dəfələrlə gündəmə gətirilməsi, xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri fonunda, ABŞ-ın baş katibi Con Kerri ilə son telefon danışığı zamanı və Altıncı Səfirlər Konfransındakı çıxışında bu məsələyə toxunmaması diqqətdən yayınmayıb. Türkiyənin dünya ölkələrindəki səfirlərinin 6-cı konfransında çıxış edən Ə.Davudoğlu regionun ən böyük problemi hesab edilən Qarabağ məsələsindən, ümumiyyətlə, söz açmayıb. O, səfirlərlə görüşündə çıxışını rüşvət qalmaqalı, güclü demokratiya, insan haqları, əxlaq kimi məsələlər ətrafında qurub. Türkiyənin bundan sonra da hər bir qadağaya qarşı mübarizə aparacağını bildirən Davudoğlu yalnız xalqa arxalandıqlarını bildirib. Xarici siyasət məsələsində Avropa Birliyi ilə münasibətlərə xüsusi diqqət ayıran nazir dünyada baş verən proseslərə də toxunub. Maraqlıdır ki, Davudoğlu beynəlxalq problemlərə toxunarkən də Qarabağ konfliktini xatırlatmayıb. Nazirin sözlərinə görə, beynəlxalq sistem 3 məsələdə iflasa uğrayıb: Bosniya, Ruanda və Suriya. Bu sırada da uzun illərdir ki, işğal altında qalan Qarabağı "unudan" nazir beynəlxalq aləmi insan haqlarına sahib çıxmağa çağırıb. Yuxarıda qeyd etdiyimiz kimi, Davudoğlu ABŞ Xarici İşlər naziri Con Kerri ilə son telefon danışığında da Ermənilərin işğalçılıq siyasəti, 1 milyondan artıq insanın yurd-yuvasından didərgin düşməsi, atəşkəs elan olunsa da, cəbhədə hər gün qanlı olayların baş verməsi və bunun da hər an müharibə başlanması riskini yaratması kimi vacib məsələyə bir cümlə də ayırmayıb. Hansı ki, bu telefon danışığı məhz bu tipli problemlərə həsr olunub. Belə ki, tərəflər arasında əsas müzakirə predmeti Suriyadakı vəziyyət və Cenevrə-2 Sammitinə hazırlıqlar, İraqda son dövrdəki durum, Ərəb-İsrail münaqişəsi və Kipr məsələsi olub. Dünyanın ən ucqar nöqtələrindəki ədalətsizliklərdən, torpaq iddialarından, insan haqlarından danışan qardaş ölkənin xarici siyasət idarəsinin rəhbərinin son zamanlar tez-tez Qarabağ problemini "unutması" təəssüf və təəccüb doğurur. Əlbəttə, Ə.Davudoğlunun illərdir ki, ədalətli həllini gözləyən Qarabağ münaqişəsi ilə bağlı çıxışı problemin dərhal həll ediləcəyi, dünyanın ikili standartlarına son qoyulacağı ümidini yaratmır. Azərbaycan müstəqil dövlətdir, iqtisadi qüdrəti, siyasi durumu öz problemini özünün həll etməsinə imkan verir. Azərbaycan regionun lider dövlətidir, Türkiyənin dəstəyi olmasa belə, erməni işğalına son qoyacaq, tarixi ədaləti bərpa edəcək. Rəsmi Bakının ermənilərin mənfur siyasətini dünya dövlətlərində ifşa etdiyi, demək olar ki, bütün beynəlxalq tədbirlərdə Qarabağ məsələsinin qaldırıldığı - bu məsələnin təkrar-təkrar gündəmə gətirildiyi bir vaxtda bir millətin başqa bir dövlətinin xarici siyasətinə rəhbərlik edən şəxsin nəinki məsələni müzakirəyə çıxarmaq, hətta onu gündəmdən çıxarmaq kimi görünən cəhdi kifayət qədər müəmmalar doğurur. Daha doğrusu, Qarabağın həm də ölkəsinin problemi olduğunu dəfələrlə bəyan edən Türkiyə rəsmisinin bu mövqeyi heç bir halda anlaşıla bilməz. ("AzNews.az")
2014-01-15
6,441
Amerikalı jurnalist Rusiyadan deportasiya olundu
Bir vaxtlar "Financial Times"da müxbir olaraq işləyən və Sovet Respublikası ilə bağlı üç əhəmiyyətli kitab nəşr edən amerikalı jurnalist Devid Setter Rusiyadan deportasiya olunub. "Axar.az"ın Rusiya mətbuatına istinadən xəbərinə görə, Setter soyuq müharibə başa çatdıqdan sonra Rusiyadan deportasiya olunan ilk amerikalı jurnalist olub. Amerikalı jurnalistə Rusiyaya girişinin qadağan edilməsi barədə xəbər dekabrın sonunda verilib. Sentyabrın 13-dən Moskvada yaşayan jurnalist vizasının vaxtını yeniləmək üçün Kiyevə gedib. ABŞ-ın Moskva səfiri Mikael MkFaul Setterlə bağlı olaraq Rusiya Xarici işlər nazirinin müavini Sergey Rıbakova müraciət edib. Bunun ardından səfirlik telekanallardan izahat istəsə də bir cavab ala bilməyib. Bu hadisə Soçi olimpiadası öncəsi ABŞ və Rusiya arasında gərginliyi daha da artırıb. Putinin neft maqnatları Mixail Xodorkovski, Gizem Akanın da olduğu "Greenpeace" aktivistləri və "Pussy Riot" qrupunun iki üzvünü azadlığa buraxması və son olaraq amerikalı jurnalistin Rusiyadan deportasiyası soyuq müharibə illərini xatırladır.
2014-01-15
6,442
Yetkinlik yaşına çatmamış gəlinlər danışır - Fotolar
Ərim uşağa baxdı, mən isə... Azərbaycanda olduğu qədər Türkiyədə də yetkinlik yaşına çatmamış gəlinlər az deyil. Tez-tez erkən nikah hallarına rast gəlinir. Məsələnin bizim üçün də problematik olduğunu nəzərə alıb, şərti adla mətbuata danışmağa razı olmuş körpə türk gəlinlərin danışdıqlarını "Axar.az" oxucularına təqdim edirik. 16 yaşımda oğlumu qucağıma aldım "15 yaşında evləndim. Çox qorxulu bir şey idi. Təsəvvür edə bilməzsiniz. Böyük bir ailənin üzvü olursan. Necə davranacağını bilmirsən. Qız istəməyə gələnlər "yaşı az olsun, biz tərbiyə edək" deyirlər. Məsələn, mən kişilərin qabağında ayağa qalxmaq lazım olduğunu bilmirdim. Məhz bunu bilmədiyim üçün ilk şilləni yedim. 16 yaşımda oğlumu qucağıma aldım. 23 yaşındayam, ərim vəfat edib". Eyvanda oyun oynayanları izləyirdim "17 yaşında ailə həyatı qurdum. Ərim hərbçi idi. Qarsdan İstanbula getmək məcburiyyətində qaldıq. 18 yaşında ana oldum. Gənc qızlar kimi olmaq istəyirdim. Bir gün ərim evə nahara gəldi. Nahardan sonra televizora baxdı. Mən isə eyvanda oturub məhəllədə gənc qızların oyun oynamağına baxırdım. Ərim oyun oynayanlara necə baxdığımı görüb, "sən də oynamaq istəyirsənmi?" deyə soruşdu. Nəticədə o qızıma baxdı, mən isə oyun oynamağa getdim. Ərim mənə çox dəstək oldu. Hər kəs mənim qədər şanslı deyil". Səhər oyananda atam dedi ki, ərinin yanına gedirik "Biz qərar verə bilmirik, bizim dilimiz yoxdur. Atamız nə desə, o olmalıdır. Səhər yuxudan duran kimi atam dedi ki, gedirik. Hara gedirik? Ərinin yanına". Çox üzr istəyirəm, cinsi əlaqənin nə olduğunu belə bilmirdim". Hamı məktəbə gedəndə mən də ərə getdim "13 yaşında idim. Yaşıdlarım məktəbə gedəndə mən də ərə getdim. Məni 30 yaşında bir nəfərlə evləndirdilər. Evləndiyim şəxsi atam kimi qəbul edirdim. Heç vaxtı onun yanına yaxınlaşa bilmirdim. Gecə olduğu zaman çox qorxurdum. Otağına belə girə bilmirdim. Həmişə ona ata gözü ilə baxdım. Hələ də həmin travmadayam". Top oynadığım vaxtda bəy oldum "14 yaşında evləndim. Arvadım 16 yaşında idi. Bayırda top oynadığım vaxtı "gəl sənə toy edirik" dedilər".
2014-01-15
6,443
Sevinc El Sevərin “Falçı”sı gəldi - Foto
Yazıçı Sevinc El Sevərin "Falçı" romanının təqdimat mərasimi keçiriləcək. "Axar.az" xəbər verir ki, təqdimat mərasimi yanvarın 19-u Zero kitab evində baş tutacaq. "Falçı" romanında Firuzə və onun kimi qızların xoşbəxtliyini əlindən almış cəmiyyəti bütün çılpaqlığı ilə təsvir edilir. Xatırladaq ki, kitab "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasından növbəti kitab kimi çap edilib.
2014-01-15
6,444
Moskvada azərbaycanlını doğradılar
Moskvada Azərbaycan vətəndaşı qətlə yetirilib. Hadisə meyvə bazasında baş verib. Azərbaycan vətəndaşı çoxsaylı bıçaq xəsarətləri ilə öldürülüb. Rusiya hüquq-mühafizə orqanları hadisənin məişət zəminində baş verdiyini bildirirlər. Cinayət yerində əməliyyat qrupu işləyir. Hadisənin təfərrüatları araşdırılır. ("Musavat.com")
2014-01-15
6,445
10 ən maraqlı cizgi filmi
"Aparılan araşdırmadan bəlli olub ki, uşaqların bu cizgi filmlərinə marağı daha çoxdur". Uşaqlar üçün cizgi filmi əvəzolunmaz dünyadır. Körpələrimiz onların sayəsində öz dünyalarını kəşf edir və öyrənirlər. Bəs hansı ciizgi filmlərinə baxmaqda fayda var? Aparılan araşdırmadan bəlli olub ki, təqdim edəcəyimiz 10 cizgi filminə baxmaqda fayda var. Bu cizgi filmləri körpələrin zehnini inkişaf etdirəcək gücə sahibdir. Üstəlik uşaqlar bu cizgi filmlərinə baxmaqdan xüsusi zövq alırlar. "Axar.az" həmin 10 cizgi filminin adını təqdim edir: Daş dövrü Şirinlər Tom və Ceri Voltran He Man Casper Hörümçək adam Batman Cetgillər Scooby Doo
2014-01-15
6,446
Dahi rejissor Tarkovski fotoqraf kimi - Fotolar
Məşhur kinorejissor Tarkovskinin 1979-84-çi illər arasında Rusiya və İtaliyada təbii işıqdan istifadə edərək çəkdiyi 60 fotoşəkil bir kitabda toplanaraq 2006-cı ildə nümayiş edilib. Bu fotoşəkillərdə, filmdə olduğu qədər usta olduğunu sübut edən Tarkovski yoldaşı, oğlu, iti ilə çəkilən kadrları dərin kölgələr və parıldayan günəş işığı ilə ölümsüzləşdirib.
2014-01-15
6,447
H3N2 virusuna qalib gəlmənin təbii yolları
Daha tez sağalmanız üçün ev şəraitində təbii üsullardan faydalana bilərsiniz. Payız və qış mövsümündə təsirini göstərən qrip, bəzən noyabrın sonuna doğru başlayıb, marta qədər davam edir. Qrip və soyuqdəymə dövründə sağlam olmağa çalışsanız belə, xəstəlikdən qaçmanız çətin olur. İllik qrip peyvəndi etdirsəniz həm özünüzü, həm də ailənizi qrip virusundan daha uzun müddət qorumuş olarsınız. H3N2 virusunun əlamətləri: qızdırma, öskürək, boğaz ağrısı, burun axıntısı və tutulması, baş ağrısı, kefsizlik, titrəmə, gözlərdə və burunda qırmızılıq, iştahasızlıq, bədəndə yüngül və ya şiddətli ağrılar. Xəstələndiyiniz zaman aşağıdakı müalicə üsullarını ev şəraitində istifadə edərək təbii yollarla sağalamanızı təmin edə bilərsiniz: 1. Yataraq istirahət edin: Yataraq istirahət etmək sağlamlığınıza qovuşmanız üçün daha əhəmiyyətli bir üsuldur. Buna görə də 24 və ya 48 saat arasında hər hansı bir dərman istifadə etmədən qızmanız düşənə qədər yata bildiyiniz qədər çox yatmanız və digər insanlarla ünsiyyəti təxirə salmanız daha önəmlidir. İstirahət edərkən başınızın altına hündür olmayan bir yastıq qoymanız nəfəs yolunuzun açılmasına köməkçi olacaq və yuxunuzu daha komfortlu hala gətirəcək. 2. Qarqara edin: Boğazınızda ağrı varsa duzlu və ya normal su ilə qarqara edin. Qarqara boğazınızdakı qabarıqlığı və bəlğəmi azaltmağa kömək olur. Ayrıca edilən bir araşdırma nəticəsində 3 ay davamlı olaraq hər gün üç dəfə yaşıl çayla qarqara edən hər kəs digər insanlara nisbətən daha az qripə tutulma riskiylə üz-üzə qalır. Yaşıl çayda olan kateşin (bir antioksidan növü) infeksiyanın qarşısını alır. 3. Bol maye istifadə edin: Əgər qızmanız varsa, bədəninizin susuz qalma ehtimalı yüksəkdir, buna görə bol maye istifadə etməniz olduqca əhəmiyyətlidir. Xüsusilə çay və qəhvə kimi isti içkilər qrip əlamətlərinin qarşısını alır və çox faydalıdır. 4. Buxarlı bir duş qəbul edin: Buxarlı bir duş qəbul etmək burnunuzda və boğazınızda olan bəlğəmin təmizlənməsi üçün daha faydalıdır. Əgər qrip simptomu ilə özünüzü əldən düşmüş, yorğun və ya başgicəlmə halında hiss edirsinizsə bir müddət buxarlı mühitdə qalmanız daha vacibdir. 5 və ya 7 gündən sonra hələ də özünüzü yaxşı hiss etmirsinizsə, daha ciddi nəticələrin yaranmaması üçün təbii müalicəvi üsullardan imtina edərək tibbi müalicə qəbul etməniz önəmlidir.
2014-01-15
6,448
“Volkswagen” ABŞ bazarına 7 milyard investisiya qoyacaq
Avropanın ən böyük avtokonserni "Volswagen" 2018-ci ildə dünyanın ən böyük avtomobil istehsalçısı olmağı planlaşdırır. "Axar az"xəbər verir ki, Almaniyanın avtomobil nəhəngi "Volkswagen" istehsal gücünü artırmaq məqsədilə Amerika Birləşmiş Ştatları bazarına 7 milyard dollar məbləğində maliyyə yatırımı edəcək. Şirkətin bu məbləği 5 il müddətində yatırıma buraxacağı planlaşdırılır. Şirkətin rəhbəri Martin Vinterkornun verdiyi məlumata görə, şirkət yaxın iki il ərzində yeni modellərini də təqdim edəcək. Yeni modellərin idman tərzində olacağı bildirilir. "Volkswagen" hazırda Yaponiyanın "Toyota" və Amerika Birləşmiş Ştatlarının "Ceneral Motors" şirkətlərindən sonra dünya bazarında 3-cü yerdədir. Şirkət 2018-ci ilə qədər bir milyona yaxın "Volkswagen" və "Audi" modelini satmağı qarşısına məqsəd qoyduğunu qeyd edib. Ötən il "Volkswagen" avtomobil bazarında ən çox qazanan şirkətlərdən biri olub.
2014-01-15
6,449
Xəzər rayonunda ev yandı
Bu gecə Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. Vətəndaşa məxsus ümumi sahəsi 665 kv.m olan üçmərtəbəli 9 otaqlı mansard tipli evin taxtadan ibarət dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyini rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
2014-01-15
6,450
Qubada yol qəzası - Yaralanan var
Yanvarın 14-ü, axşam saatlarında Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ağır xəsarət alıb. Qəza zamanı yaralanan 52 yaşlı Quba rayon sakini Rahim Qədirov Quba Mərkəzi rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Tibb müəssisəsinin növbətçi həkimi Ramazan Fətəliyevin bildirdiyinə görə, yaralının vəziyyəti ağırdır. Quba Rayon Polis Şöbəsindən qəza ilə bağlı əlavə məlumat verilməyib (Trend) .
2014-01-15
6,451
İctimai nəqliyyat qəza törətdi - Ölən var
Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnə yol nəqliyyat hadisəsi baş verib. Qəza Binə qəsəbəsi Südçülük sovxozunda qeydə alınıb. Metronun Qara Qarayev stansiyası ilə Südçülük sovxozu yaşayış massivi aralarında işləyən 160 saylı xətt avtobusunun sürücüsü qəfl idarəetməni itirib və nəqliyat vasitəsi piyadaya dəyib. Zərbənin təsirindən yerə yıxılan orta yaşlarında olan naməlum şəxs hadisə yerindəcə keçinib. Dərhar əraziyə Bakı şəhər dövlət yol polis idarəsinin əməkdaşları gəlib və avtotexniki ekspertiza təyin olunub. Meyit isə müayinə olunmaq üçün tibbi ekspertiza komisiyasına göndərilib. Hadisənin baş vermə səbəbinə gəlincə hadisə şahidləri sürücünün avtobusu yüksək sürətlə idarə etdiyini iddia edirlər. Digər bir versiya isə yolun işıqlandırılmaamsı və görmənin məhdudluğudur (anspress).
2014-01-15
6,452
“Bakı” fransızlara uduzdu
"Bakı" klubunun U-19 komandasının Fransanın Lans şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir. Ötən gün komanda birinci yoldaşlıq oyununu keçirib. Klubun rəsmi saytına istinadən məlumat verilir ki, "Lans" klubunun həmyaşıdları ilə ilə maraqlı mübarizə şəraitində keçən oyun "Bakı"nın məğlubiyyəti ilə başa çatıb (anspress). Lans - Bakı - 4:2 FK Bakı: S. Əliyev (Y. Şirinov 59), Ş. Məmmədov, Y. Hakimov, R. Ağaverdiyev, M. İlyasov, İ. Cəbiyev (R. Kərimov 67), Y. Bağırov, N. Dosayev (N. Qocayev 79), Ə. Əlimərdanlı, E. Sayılov, V. Namazəliyev (L. Qocayev 60) Qollar: 3:1 Dosayev (44), 4:2 Əlimərdanlı (65)
2014-01-15
6,453
Şəkidə qala divarları restavrasiya edilir
Şəkinin ilk xanı Hacı Çələbi xanın 1740-1745-ci illər tikdiridiyi qala divarları restavrasiya edilir. Restavrasiya işləri ümumi uzunluğu 1300 metr olan qala divarlarının 450 metr hissəsində aparılır. Təmir işləri Mədəniyyət və Turizm nazirliyinin xətti ilə aparılır. Qala divarları bərpa olunduqdan sonra, qoruğun ərazisində sakinlərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bir sıra işlər görüləcək (KanalS). Qoruq ərazisində olan və SSRİ dövründə tikilən və tarixi əhəmiyyəti olmayan obyektlər söküləcək.
2014-01-15
6,454
Aprelin 1-dən Avro-4 standartına keçiləcək
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə qərar qəbul edib. Hökumətin qərarı bu gün rəsmi mətbuatda dərc olunub. Qərara əsəsan, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq ediləcək (Trend).
2014-01-15
6,455
Tovuz sakini minaya düşüb
Tovuzda mülki şəxs minaya düşüb. Məlumata görə rayonun Ermənistanla həmsərhəd olan Qaralar kəndinin 40 yaşlı sakini Hidayət Müseyibov düşmənlə sərhəddə yerləşən ərazilərə keçən heyvanlarının ardınca gedərkən minaya düşüb. H.Müseyibov yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, o, sağ ayağının pəncəsi və barmaqlarındam ciddi xəsarət alıb və ayağının baş barmağının amputasiya ediləcəyi gözlənilir (Trend).
2014-01-15
6,456
Səfər Əbiyev istintaqa cəlb oluna bilər
Üzeyir Cəfərov: "Yaxın günlərdə Səfər Əbiyevlə bağlı qərar veriləcək" 2 gün əvvəl sabiq müdafiə naziri Səfər Əbiyevə yaxınlığı ilə tanınan Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbinin rəisi vəzifəsini icra edən polkovnik Mirzəli Yusifov həbs olundu. Belə məlumatlar var ki, rüşvət və korrupsiya cinayətlərinə görə tutulan polkovniklə bağlı araşdırmalara sabiq nazir də cəlb oluna bilər. Hüquq müdafiəçisi Ələkbər Məmmədov M.Yusifovun həbsindən sonra onun barəsində özünün facebook səhifəsində status yazıb: "Bir neçə il bundan öncə mən Mirzəli Yusifovun komandir olduğu "N" saylı hərbi hissənin şəxsi heyət üzrə komandir müavini polkovnik-leytenant Rasim Muradovun hüquqlarını müdafiə etmişdim. Rasim Muradov "N" saylı hərbi hissədə və onun tərkibində olan sülhməramlı qüvvələrdə yeyinti, rüşvət, əsgərlərin incidilməsinin arxasında Mirzəli Yusifovun durduğu barədə müdafiə naziri Səfər Əbiyevə müraciət etmişdi. Bundan sonra Rasim Muradov onlar tərəfindən təzyiqlərə məruz qalmışdır. Buna görə də Naxçıvana "sürgün" edilmişdi. Orada dağın zirvəsində postda (yayda da o dağın zirvəsi qarlı olur) 4 ay dəyişilmədən xidmət edir. Rasim Muradova ailəsi, 3 azyaşlı uşaqları ilə görüşməyə icazə belə verilmir. Mən məsələni qaldırdıqdan sonra müəyyən güzəştlərə nail olsaq da, sonradan Səfər Əbiyevin göstərişi ilə Mirzəli Yusifov Rasim Muradova qarşı qondarma cinayət işinin başladılmasını və onun həbsini təşkil etdi. Mirzəli Yusifov özü rüşvətxor ola-ola Rasim Muradovun 5-6 il öncə həmin hərbi hissədə xidmət keçmiş 1-2 əsgəri üzünə qaldıraraq onun özünü rüşvət almaqda günahkar çıxardı. O zaman mən "həmin hərbi hissədə bütün bu rüşvətin başında duran elə Mirzəli Yusifovun özüdür" deyəndə, başladılar məni ona qarşı şər atmaqda qınamağa. Vaxtilə Mirzəli Yusifov ona qarşı fərarilik üstündə qaldırılan cinayət işi üzrə ittiham olunurdu. Səfər Əbiyev müdafiə naziri kürsüsünə əyləşəndən sonra Mirzəli Yusifovun işi "xod" getdi. Bu da axırı. Onu Rasim Muradovun o azyaşlı uşaqlarının qarğışı tutdu". Xatırladaq ki, hüquq müdafiəçisinin adını çəkdiyi polkovik-leytenant R.Muradov hazırda həbsdədir. O, 2007-ci ildə rüşvət almaq ittihamı ilə həbs olunub və barəsində 8 il həbs cəzası çıxarılıb. Hərbi ekspert Üzeyir Cəfərov isə həbs olunan sabiq nazirin adamı haqda bunları deyib: "Mirzəli Yusifovun üzərində Hərbi Prokurorluğun apardığı bir istintaq işi var idi. O təyin olunduqdan sonra Murovdakı hərbi hissəyə getmədi və bir müddət Rusiya ərazisində gizləndi. Amma sonra vəzifəyə qayıtdı. Bunun səbəbi Səfər Əbiyevlə yaxınlığı deyildi. O, Nazirlər Kabinetində çalışan yüksək rütbəli bir şəxsin sayəsində vəzifəyə qayıtdı". Ü.Cəfərov yaxın günlərdə Səfər Əbiyev haqda qərarın veriləcəyini də söyləyib: "Səfər Əbiyev ölkə daxilində çox sərbəst şəkildə hərəkət edir. Bu yaxınlarda icazə ilə xarici ölkələrin birində olub. O hələ ordu sıralarından tərxis edilməyib, sadəcə, vəzifədən uzaqlaşdırılıb. Səfər Əbiyev prezidentin sərəncamındadı. Qanunverciliyə görə, zabit 3 aya qədər sərəncamda qala bilər. Bu müddət başa çatana kimi ya ordudan tərxis edilməli, yaxud da yeni vəzifəyə təyin olunmalıdı. Yanvarın sonuna kimi Səfər Əbiyev haqda qərar veriləcək. Çünki həmin 3 aylıq müddət başa çatır. Ölkə başçısı onu vəzifəsindən azad etmədən öncə qəbul edib onunla danışıb. Səfər Əbiyev məzuniyyətdə idi. Məzuniyyət artıq başa çatıb. Hazırda rütbəsinə və sonuncu tutduğu vəzifəsinə görə müavinət alır". Ü.Cəfərov hesab edir ki, sabiq naziri formal olaraq araşdırmalara cəlb edə bilərlər, amma həbs ediləcəyini real saymır: "Bildiyim qədər ölkə rəhbərliyi Səfər Əbiyevlə bağlı müsbət fikirdədi, onunla bağlı narahatçılıq yoxdu".(Aznews)
2014-01-15
6,457
27 yaşlı oğlan bazarda bıçaqlandı
Bu gecə saat 02:15 radələrində Xəzər rayonu ərazisində Binədə Bolluq bazarı ərazisində bıçaqlanma baş verib. Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsindən verilən məlumata görə, 27 yaşlı Ülfət Əlişov bıçaqlanıb. Onu qarın nahiyyəsindən bıçaqlayıblar (ANS). Yaralı 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
2014-01-15
6,458
PKK-nın “qara qutusu” Fransa ədalətinə inanmır
2013-cü il yanvarın 9-da Parisdə öldürülən üç PKK-lı qadınla bağlı günahlandırılan Ömər Güneyə aid olduğu bildirilən səs yazısı müzakirələrə səbəb olub. "Axar.az"ın "Hürriyyət"ə istinadən verdiyi xəbərə görə, istintaqı icra edən məhkəmə müstəntiqi və istintaq hakimi Jan Duye Ömər Güneyin Fransadakı kürdlərin ətrafına sızmış türk agenti olduğu qənaətindədir. Halbuki Güney Duyeyə özünün kürd olduğunu bildirib. Militanlarla arasındakı yeganə fərqinin onların "kalaşnikov" avtomatı daşıdığını, özünün isə sənəd gəzdirdiyini deyib. "Liberation" qəzeti Ömər Güneyin "Qurdlar Vadisi" filminin pərəstişkarı olduğu, 2012-ci il iyunda işindən ayrıldığı və aylıq 900 avro ilə dolandığını yazır. Ancaq bu müddət ərzində 9 dəfə Türkiyəyə gedib-gəldiyi, dörd ulduzlu otellərdə qaldığı və bu pulla bunları necə qarşıladığı soruşulur. 16 aprel 1982-ci ildə Şarkışda anadan olan Ömər Güney PKK-nı dəstəklədiyini göstərərək 8 yanvar 2013-cü ildə yerli saatla 04:23 ilə 05:33 arası zamanda kürd dərnəyindəki 329 üzvlük məlumat sənədinin foto-şəklini çəkib və bu məsələ ilə bağlı istintaqa danışıb. - Niyə bu fotoşəkilləri çəkdiniz? - Bayıra göndərmək üçün. - Hara göndərmək üçün? - Mən əmrləri yerinə yetirirəm. - Kimin əmrlərini? - Yuxarıdakıların. Ömər Güney bir gecə dərnək səlahiyyətlisinin onu axtardığını və polis basqını səbəbindən gecə yarısı dərnəkdəki faylların fotoşəkillərini çəkməsini istədiyini iddia edir. Bununla yanaşı Güney həmin səlahiyyətli şəxsin adını açıqlamır. Güney azadlığa buraxılacağına inandığını, ancaq Fransa ədalətinə inanmadığı üçün kimsənin adını vermək istəmədiyini deyərək, özünü PKK-nın qara qutusu olduğunu açıqlayıb.
2014-01-15
6,459
Gülənin vəkili gizli danışığın yayılmasından şikayət etdi
Fətullah Gülənin vəkili Nurullah Albayraq dünən internetdə yayılan telefon danışığını qanunsuz olaraq dinləyən, yazan, yayımlayan və bunu təhqir məqsədi ilə istifadə edən şəxslərdən Respublika Baş Prokurorluğuna şikayət edib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, vəkil şikayətdə ayrı-ayrı dörd telefon danışığının təhrif edilərək yayımlanmaqla konstitusional və qanuni olaraq gizli danışıqların ictimailəşdirildiyini vurğulayıb.
2014-01-15
6,460
Səlim Müslümov şöbə müdirini işdən çıxardı
"Mən öz ərizəmlə işdən çıxmışam". Bu açıqlamanı "Axar.az"a Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlərlə Əlaqələr Şöbəsinin müdiri vəzifəsindən istefa vermiş İlham Məmmədov verib. O bu gün istefasıyla əlaqədar "Xəbərlə.com"un yaydığı informasiyanı təsdiq edib. "Bəli mən istefa etmişəm və öz ərizəmlə işdən çıxmışam. Sadəcə olaraq bir neçə dövlət müəssəsindən təklif gəlib. Onları dəyərləndirib cavab verəcəm". İ.Məmmədov təkliflərin haradan gəldiyi haqqında heç bir açıqlama verməyib. Qeyd edək ki, İlham Məmmədov uzun müddət "AZADİNFORM" İnformasiya Agentliyində sosial və iqtisadi sahələr üzrə müxbir kimi fəaliyyət göstərib. 1 iyun 2010-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, daha sonra isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini və müdiri vəzifələrində işləyib.
2014-01-15
6,461
Zakir Həsənovdan yeni qərar: ekspert narahatdır – Özəl
Müdafiə naziri Zakir Həsənov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı yeni qərar verib. "Axar.az"ın məlumatına görə, bundan sonra çağırışçılar çağırış vaxtı ərəfəsində hərbi xidməti hansı hərbi hissədə çəkəcəkləri barədə heç bir məlumata malik olmayacaqlar. Amma hərbi nizam-intizam baxımından verilən qərardan sui-istifadə edilə biləcəyi barədə narahatlıq var. Hərbi mənbələrə yaxın olan bir ekspertin fikrincə, bu qərardan "işbazlar" istifadə edə bilər. Belə ki, hərbi hissə dəqiq bilinəndə heç bir yolla əsgərin xidmət etdiyi hissəni dəyişmək olmurdu. Amma bundan sonra hərbi korpusun tabeliyində olan hərbi hissələrdə yerdəyişmə etmək olacaq. Valideynlər çox zaman həmin "işbazlar"ı özləri axtarıb tapır və müəyyən pul qarşılığında övladının istədiyi yerdə xidmət çəkməsini təmin edirlər". Ekspertin fikrincə, bundan sonra nəzarət mexanizminin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Qeyd edək ki, bu sistem növbəti çağırışdan, yəni aprel ayından işə düşəcək.
2014-01-15
6,462
Üzeyir Cəfərov Ziya Məmmədova şikayət etdi – Məktub
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov Nəqliyyat Nazirliyinin işçiləri tərəfindən təzyiqə və təhqirə məruz qalması səbəbi ilə nazir Ziya Məmmədova açıq məktub ünvanlayıb. "Axar.az"ın məlumatına görə, Ü.Cəfərov məktubda Z.Məmmədovla SSRİ zamanından tanış olduqlarını xatırladır, daha sonra isə rastlaşdığı təzyiqi nazirin diqqətinə çatdırır: "Biz Sizinlə hələ keçmiş SSRİ zamanından - o vaxtkı Dəmir Yol Qoşunlarının Azərbaycan ərazisində xidmət etdikləri vaxtlardan tanışıq. Siz Azərbaycan Dəmir Yolunda sadə bir vəzifədə çalışırdınız və mən də cavan bir zabit kimi Ukraynadan Azərbaycana ezam edilmişdim. Hissəmiz Yevlax-Balakən dəmir yolunu inşa edirdi və bəzi məsələlərdən ötəri biz Sizinlə də görüşürdük. Bu hadisələr 1985-87-ci illərə təsadüf edir. O vaxtdan artıq xeyli müddət keçib və Siz indi müstəqil Azərbaycanın Nəqliyyat Nazirliyinə rəhbərlik edirsiniz. Bu illər ərzində şəxsi görüşlərimiz olmasa da, fəaliyyətiniz barəsində gündəlik mətbu orqanlardan kifayət qədər xəbərim var. Sizin tabeçiliyinizdə olan nəqliyyat müfətişlərinin də xeyli sayda özbaşınalıq və qanunsuzluqları haqqında həm televiziya ekranlarından, həm də elektron və yazılı KİV-dən məlumatlar alırıq. Mən fikirləşməz və inanmazdım ki, Sizin kimi bir tanınmış şəxsin rəhbəri olduğu NN-də tam təsadüfi, heç bir mədəniyyəti və elementar insanlıq keyfiyyətləri olmayan xeyli sayda əməkdaşlarınız olsun. Amma, buna şəxsən əmin oldum. Qısaca da olsa o hadisəni Sizin nəzərinizə çatdırmaq istəyirəm. Yanvarın 9-da saat 16 radələrində Nərimanov rayonu ərazisində, 5 saylı Xəstəxananın qarşısında çox xoşagəlməz bir olayla üzləşdim. Nəqliyyat Nazirliyinə məxsus 90 AR 169 "Daewoo Nexsia" avtomobilinin sürücüsü ən tərbiyyəsiz bir şəkildə məni təhqir edib. Mən ona özünü insan kimi aparmağı xahiş edəndə, heç olmasa Sizə və çoxdan tanıdığım müaviniz Musa Pənahova hörmət qoymağı deyəndə isə, bu tərbiyyəsiz və əxlaqsız adam ən təhqiramiz formada, küçə sözləri ilə məni təhqir etdi. Elə həmən gün Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi hörmətli Namik Həsənov cənablarına bu olay ilə bağlı müraciət etdim. Mənə söz verildi ki, yanvarın 10-da bu hadisə ilə əlaqədar gün ərzində lazım olan ölçülər götürüləcək. Amma, sonradan dəfələrlə mən Namiq Həsənovla əlaqə saxlamağa çalışsam da, nədənsə zənglərim cavabsız qalıb. Hörmətli Ziya müəllim! Məni tanıyanlar bilirlər ki, mən Qarabağ müharibəsini keçmiş və hətta ölümdən də qorxan adam olmamışam. Azdan-çoxdan mətbuatda tanınan adam kimi həm özümə, həm də ətrafımda olanlara hörmət etməyi həmişə özümə borc bilmişəm. Kimliyindən asılı olmayaraq həm qarşımdakı tanıdığım və tanımadığım insana hörmət etməyə çalışmışam və bu qaydanı onlardan da hər zaman gözləmişəm. Sizin əməkdaşlarınızın məni ağır formada təhqiri isə mənə neçə gündür rahatlıq vermir. Ona görə də, Sizdən xahiş edirəm ki, bu məsələnin hərtərəfli araşdırılmasına göstəriş verəsiniz. Əks halda, mən 2 həftə ərzində müraciətimə qanunlar çərçivəsində baxılmayacağı təqdirdə, həm NN-nin rəhbəri kimi Sizə qarşı məhkəmə iddiası qaldıracağam. İnanmaq istərdim ki, Siz bu məsələnin tezliklə həll edilməsi üçün lazımı addımları atacaqsınız".
2014-01-15
6,463
Zakir Həsənov Fransada anlaşma imzaladı
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri başa çatıb. "Axar.az" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, səfər zamanı Müdafiə naziri Fransa Respublikasının hərbi rəhbərliyi və Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr aparıb. Görüşlərin nəticəsi olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Naziri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma" imzalanıb. Yanvarın 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətənə dönüb.
2014-01-15
6,464
Faciəli statistika, yoxsa statistika faciəsi?!
Əsgər ölümləri: Faciəli statistika, yoxsa statistika faciəsi?! Bir insanın ölümü faciə, milyonların ölümü statistikadır. Bunu Çörçilin "kotanla Rusiyanı qəbul edib, nüvə silahı ilə təhvil verən" siyasətçi kimi xarakterizə etdiyi Cuqaşvili - İosif Vissarionoviç Stalin deyib. Özü də zamanında və vaxtında. O Cuqaşvili ki, "xalqlar atası" çağrılsa da, sağlığında, daha çox zamanın yaddaşında "xalqlar qatili" kimi faciəli statistika müəllifi kimi qalıb! "Azərbaycan Ordusunda bir əsgərin ölümü ailəsi üçün faciə, dövlət, mətbuat, beynəlxalq institutlar üçünsə statistikadır". Bunu isə mən deyirəm və mənə elə gəlir ki, bu ifadəni mən də zamanında və vaxtında deyirəm. *** Əsgər ölümündən dəhşətli an yoxdur - hamı üçün, başda dövlət olmaqla! Əsgər ölümündən betər ailə faciəsi yoxdur - valideynlər üçün! Əsgər ölümündən xəcil, rəzalətli, utancverici bir şey yoxdur - komandir üçün! Əsgər ölümü sahibsiz məzarı xatırladar, əsgərin öldüyü və intihar etdiyi post isə əsgərlərin şəhadət yeridir – faciə və statistika üçün! *** Vətəndaş olaraq məni narahat edən əsas amil orduda əsgərlərimizin ruh yüksəkliyi, peşəkarlardan təşkili və "Ermənistanı 24 saata işğal edərik!" şüarı kimi arzu və istəklərimizin reallığa çevrilməsi, gerçəkləşməsidir. Daha doğrusu, məni düşündürən bu qələbəyə çatdıran üsul, yol və vasitələrin hansılar olduğudur. İlk növbədə isə qələbə və uğur haqqında xəyal etməzdən də öncə, düzünü bilmək lazımdır: ordumuzun vəziyyəti ürəkaçandırmı? Və ya ordunun daha da yaxşı olması, mətbuatın manşetində yer alan ƏSGƏR ÖLÜMLƏRİnin qarşısını almaqdan ötrü hansı təbliğatı işə salmalıyıq? *** Əsgər həm söz, həm də varlıq olaraq, dünən də əzizimiz olub, bu gün də, sabah da əzizimiz olacaq! Əsgər ölümü 1918-ci ildə də nə qədər yanğılı, ürəkdağlayan olubsa, 1941-45-də də, bu gün də elədir! Bir sözlə, əsgər söz kimi də, varlıq kimi də köhnəlməyən, dilimizdən, andımızdan, evimizdən əskik olmayan beş-on müqəddəslik anlamından biridir. 1918-ci ildə erməni savaşında şəhid olan, Şamaxı yolundakı məzarlıqda dəfn olunan adsız türk məhmədciyinin məzarı ilə, 1992-93-cü illərin Qarabağ savaşında şəhid olmuş hər bir Azərbaycan əsgərinin məzarı eyni statusda bizə əzizdir. Torpaqlarımız uğrunda şəhid olmuş əsgərlərimizin tarix baxımından məsafəsi nə qədər uzaq olsa da, mənəvi baxımdan bizə şah damarımız qədər yaxındır. Əsgər də, şəhid də, onun məzarı da ayaq saxlayıb önündə baş əyəcəyimiz bir ünvandır – heç bir şəkk, şübhə olmadan! Şübhələrimizin ünvanı isə ordumuzda az qala hər gün, hər ay intihar edən əsgərlərimizin ordunu sarsıdan intihar statistikasıdır! *** Son iki-üç ayda hərbi-vətənpərvərlik mövzusunda beş-on yazı ilə ölkənin aparıcı saytlarında çıxış etmişəm. Amma yazının içində müharibə ilə bağlı epizodlara az yer vermişəm. Əvvəla, müharibə başlayandan atəşkəs əldə olunana kimi, döyüşdə iştirak edən əsgər və komandirlər qala-qala, müharibədən yazmaq istəməmişəm. Müharibə iştirakçısı olmasam da, atəşkəs dövrünün zabiti olmuşam. Həm də döyüş bölgəsində, ön cəbhədə, səngərdə və başı daima qarlı, bəlkə xəcalətindənmi, ya düşmənə təslim omamaqdanmı buza dönən Murov ətəyində və Murov dağında düşmənlə üz-üzə... Atəşkəs dövrü olsa da, səhər saat 11-də başlayıb, gecə saat 1-də bitən atışmalardan tutmuş, düşməni cəhənnəmə vasil edənə, 400 kilometr yolu şəhidi müşayət edib doğmalarına təhvil verənə qədər… (Mənim tabeliyimdə olan bölüyün əsgəri yox, qonşu taborun.- A.A). *** SÖZARDI: Komandiri olduğum əsgərlərin içində anası narkotik üstündə türmədə yatandan tutmuş, xidmətə qədər oğurluq və narkotik qəbul edənlər və hətta qardaşı və kürəkəni güllələnmiş "döyüşçülərim" var idi. Onları düşmənlə üz-üzə saxlamağa gətirib çıxaranacan sərf olunan enerji və əsəbdən danışmaq istəmirəm, amma yaddaş üçün deyirəm: düzdü, o əsgərlər xidmətdən evə gedəndə tam başqa ruhda getdilər, ancaq əsgərin psixoloğıyasını bilmədən əsgərə silah vermək, ondan döyüş tapşırığını yerinə yetirməyi tələb etmək də düzgün deyil. *** Əsgər psixologiyası demişkən, bu sahə üzrə ixtisaslaşan zabitlərin nüfuzu və vəzifəsi aşağı salınanda belə də olmalıdır! Əgər hərbi prokurorluğun baş leytenant rütbəli müstəntiqi Müdafiə Nazirliyinin mayorunu, polkovnikini, hətta hərbi hissə komandirini belə, qapısının arxasında saatlarla gözlədirsə, əsgər ölümləri, əsgər intiharı Azərbaycan Ordusundan əskik olmayacaq! Əgər hərbi prokurorluğun müstəntiqinin hər həftə, - lap belə şahid kimi, - çağırışına cibindən 100-200 manat pul verib taksiylə Murovdan düşən zabit heç vaxt əsgərin tərbiyəsinə görə başını ağrıtmaz! *** Çox təəssüf ki, görünməyən qüvvələr Müdafiə Nazirliyini yetim uşağa bənzətmək istəyirlər! Halbuki Şəmkir korpusunda N saylı briqadanı coğrafi mövqeyinə görə idarə etmək cətindir, nəinki digər qoşun növlərini bütövlükdə idarə etmək! Həmçinin Bərdə hərbi birləşməsində N saylı hərbi hissənin düşmənlə yaxınlığına görə əziyyəti… Əgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri arıq-uruq, cılız və xəstə çağırışçıları birbaşa cəbhə bölgəsinə, idmançıları, varlı balalarını "meskombinat"lara göndərəcəksə, onda cənab general-polkovnik Zakir Həsənov, əziyyət çəkməyinə dəyməz! İnanmırsınızsa, səngərdə dayanan əsgərin cibindəki bloknotda yazılan "POST" sözünün açmasını oxuyun: Pullu Oğlan Səngər Tanımaz!!! Müdafiə Nazirliyi əsgər ölümlərini ən azından minimuma endirmək üçün ağır şəraitdə düşmənlə durduğu üzbəüz mövqelərdən daha çox, ətrafdakı özümüzünkülərdən qorunmalıdır. Çünki düşmən düşməndir və düşmənlə üzbəüz dayanıb qorunmaq çox asandır! *** Mən bu yazını sənə görə yazdım, gələcəkdə özünü asmaq, ya gülləni başına sıxıb intihar etmək istəyən Azərbaycan əsgəri! Mən bu yazını sənə görə yazdım səngərdə 24 saat ayaqqabılarını belə çıxarmayan Azərbaycan zabiti - sənə kimsə çamur ata bilməz, səngərdə balasından çox əsgərini düşünən zabit! Çünki bundan sonra Azərbaycanın şərəfli zabitini yalandan çamurlayan istənilən şəxsi mübtədayla güllələyib, xəbəriylə dəfn etməyə sadiq döyüş və səngər silahdaşınız var: Aqil Alışov Ehtiyatda olan baş leytenant
2014-01-15
6,465
Elnarə Tofiqqızının ölümü ilə bağlı müraciət araşdırılır
"Araşdırmalardan sonra ölümdə günahı olan həkimlər barəsində müvafiq tədbir görüləcək" "Elnarə Tofiqqızının ölümü ilə bağlı ekspertizanın rəyi açıqlanandan sonra bu barədə dəqiq nə isə demək olar. Bu əməliyyat bütün dünyada narkozla aparılır və həmin əməliyyatları narkozsuz etmək mümkün deyil". Bunu APA-ya açıqlamasında mərhum tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının üzərində cərrahiyyə əməliyyatı aparacaq mütəxəssislərdən biri, Müdafiə Nazirliyinin Baş Klinik Hərbi Hospitalının həkimi Mahir Məmmədov bildirib. M. Məmmədov hadisə ilə bağlı ekspertizanın rəyini gözlədiyini deyib. M. Məmmədov E. Tofiqqızının vəfat etdiyi "Medi Sina" klinikasında işləmədiyini də qeyd edib: "Mən Müdafiə Nazirliyinin hospitalında işləyirəm. Xəstənin həkimi Fərəcullah İdrisova onun hospitalda əməliyyat olunmasını təklif etdim, amma həkim razılaşmadı". M. Məmmədov E. Tofiqqızının ölümü ilə bağlı istintaqa ifadə verdiyini də açıqlayıb. Elnarə Tofiqqqızına narkoz vermiş anestezioloq Firuz İbrahimov isə açıqlamasında xəstənin əməliyyata hazırlanmazdan öncə ürəyinin kardioqram edildiyini, nəticənin çox normal olduğunu deyib: "Ümumiyyətlə, anesteziyada risk yoxdur, orda riskin azlığı və ya çoxluğu var. Anesteziyada əks göstəriş də yoxdur. Elnarə Tofiqqızı risk qrupuna aid olan xəstə idi. Çəkisi 100 kiloqramdan artıq olan xəstələr anesteziya əməliyyatında riskli xəstə sayılır". F. İbrahimov həmçinin anesteziyanı cərrah Mahir Məmmədovun təlimatı ilə keçirdiyini bildirib: "Əməliyyatda iştirak edən cərrah Mahir Məmmədov "Medi Sina"da birinci dəfə əməliyyata girdiyini dedi. Ümumiyyətlə həmin klinikada cərrahiyə şöbəsi tam standartlara cavab vermirdi". Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə açıqlamasında bildirib ki, E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin səhiyyə naziri Oqtay Şirəliyevə ünvanladığı müraciət araşdırılır. Araşdırmaların sonunda Elnarə Tofiqqızının ölümündə günahı olan həkimlər barəsində qanunla müvafiq qaydada tədbir görüləcək. Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır. Qeyd edək ki, Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində ölümü ilə bağlı həyat yoldaşı, jurnalist Anar Niftəliyevin Səhiyyə Nazirliyinə etdiyi müraciətə ötən ayın sonlarında cavab verilib. A. Niftəliyev o zaman bununla bağlı açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyi 3 aya yaxındır etdiyi müraciətə cavabında Elnarə Tofiqqızının "Medi Sina" klinikasındakı cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olduğunu təsdiqləyib: "Məktubda qeyd olunur ki, Elnarə Niftəliyevanın "Medi Sina Klinikası" özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, Elnarə Niftəliyevaya "Medi Sina Klinikası" özəl tibb müəssisəsində "hər iki süd vəzinin axardaxili papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib". A.Niftəliyev, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G.Poladovun imzası ilə gələn məktubda aylardır iddia etdiyi kimi, "anesteziya metodunun seçilməsi"nin yanlış olduğunun mütəxəssislər tərəfindən təsdiqləndiyini bildirib: "Səhiyyə Nazirliyi mütəxəssislərinin araşdırması bir daha təsdiqlədi ki, bu əməliyyatda narkoza heç bir ehtiyac olmayıb".
2014-01-15
6,467
“Şəfa-Broyler”in müdiri faciəli şəkildə öldü
Bakıda şirkət rəhbəri faciəli şəkildə ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə dünən rayon ərazisində yerləşən "Şəfa-Broyler" şirkətində qeydə alınıb. Şirkətin işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi "Mersedes" markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb. T.Tağıyev hadisə yerində ölüb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
2014-01-15
6,468
Fransız deputat erməni soyqırımından danışdı
"Fransa bütün soyqırımların inkar edilməsinin cinayət hesab olunması haqqında qanun layihəsini qəbul etməlidir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Fransa parlamentinin keçmiş deputatı Kristof Massa çıxış edib. O, Fransanın ədalətin qoruyucusu kimi bu qanunu qəbul etməsinin vacib olduğunu deyib: "Fransa ədalətin və bərabərliyin torpağıdır. Buna görə də Fransa bütün soyqırımların inkar edilməsinin cinayət hesab olunması haqqında qanun layihəsini qəbul etməlidir. Fransua Olland 2012-ci il prezident seçkisi kampaniyası zamanı verdiyi sözə əməl etməlidir".
2014-01-15
6,469
Dünən ölkədə 86 cinayət baş verib
Dünən Azərbaycanda gün ərzində 86 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, cinayət faktlarının 32-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölmüş, 6 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.
2014-01-15
6,470
Bir avtomobil, bir ev yandı
Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli evdə yanğın baş verib. Bu barədə "Axar.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatda 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyalarının 9 kv.m sahədə yanıb külə döndüyü bildirilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Digər bir yanğın isə Bakı -Yevlax yolunun 288-ci kilometrliyində, Yevlax rayonu ərazisində baş verib. Bu dəfə vətəndaşa məxsus yük avtomobilinin taxta dirəkləri yanıb. Yanğınsöndürənlər yanğının avtomobilin qalan hissələrinə keçməsinə imkan verməyiblər.
2014-01-15
6,471
Gündüzlər Allahı söyüb, gecələr dua oxuyan…
"Bizim ömrümüz bizi sevənlərin ölümü ilə sona çatacaq" - Rüstəm bəy, gəlin söhbətə başlamadan öncə bir müəyyən edək, indi haradasınız, dünyadamı, göydəmi, yoxsa göylə yerin arasında? - Zümrüd xanım, ömrün elə bir anına gəlib çatdım ki, bu sualı demək olar ki, hər gün mən də özümə verirəm. Burdayammı, deyilmiyəm? Axi kiməm, nəyəm mən? Hərdən adam olmaqdan bezib özümdən soruşuram ki, yosunmuyam, balıqmıyam? Mələkmiyəm, şeytanmıyam, daşmıyam, ağacmıyam? Belə günlərin birində yazmışam ki: Ömrü sovurub, sovub, Bəxti qapıdan qovub. Çətindir göyü sevib, Qayıdıb yerin olmaq. Bütün şairlər bilinməyən bir gücün sürgünləridirlər. Heç vaxt heç yerdə rahatlıq tapa bilməzlər. Bütün dünyanı gəzdim. Getdiyim bütün yerlərdə vardığım günün sabahı həmin yerdən çıxıb getmək istəyi baş qaldırdı içimdə. Mən bütün həyatım boyu içimdəki uçurumdan qaçmaq üçün yürüdüm. Ancaq nədənsə sonda özümü yenə də həmin uçurumun kənarında tapdım. Və içimdəki bu uçurumu ömrüm boyu kölgəm kimi daşıdım. Bəlkə də ona görə indi harda olduğumu özüm də bilmirəm. İnsanın sahib olduğu ən gözəl şey sözdür. Söz belə əşyaları, şeyləri və bizim ruhumuzu ifadə eləyə bilmir. Mən həmişə düşünmüşəm ki, şeylər təkcə ölçüsündən, miqdarından və kəmiyyətindən ibarət deyil. İnsan da beləcə... Və insanın əsl mahiyyəti sözlərlə ifadə olunmayacaq şeylərdədir. Mən də sözün ifadə eləyəmmədiyi bir yerdəyəm. Mən həmişə düşünmüşəm ki, bütün həyatım boyu can atdığım yer – indi durduğum yerdi bəlkə də... - Olduğunuz yer haradır ki? Əgər dünyada deyilsinizsə, bəlkə nə zamansa, kimsə sizin qulağınıza fani olduğunuzu söylədi, siz də dünyanın nisbiliyini anladınız... Burdakı mütləqlik görüntüsünün bəlasından qurtardınız özünüzü?! - Bizim ömrümüz bizi sevənlərin ölümü ilə sona çatacaq. - Fani olmaq - ötəri, keçici anlamında olmalıdı məncə... Təkcə mənim yox, var olan hər şeyin ötəri, keçici olmasını bilməm üçün kimsənin qulağıma pıçıldamağına ehtiyac yoxdu. Mən hər şeyin keçici olduğunu bildiyim üçün heç nəyə, heç yerə can atmıram. Can atmaq iblis istəyidir. İçimdə nə heykələ dönmək istəyi, nə qəhrəman olmaq xülyası, nə də əbədiyyətə çevrilmək arzusu var. Mən yalnız "fərd fenomendir" deyən buddistlər kimi əzabdan qurtarmaq – yəni mənə verilən ömrü yaşamaq istəyirəm. Uzun illərdir tanrı, ölüm, əbədiyyət kimi qutsal düşüncələr bezdirib məni. Mən bu Azərbaycan deyilən məmləkətdə, zəngin adamların içində bir nəfər də olsun imanlı adam görmədim. Zatən onların bir Tanrıya ehtiyacları yox ki! Onlar allahdan istəməli olduqları şeyləri onsuz da zəiflərin, gücsüzlərin əlindən zorla alırlar. Tanrı onların nələrinə gərəkdi ki! Qayıdaq mütləqlik anlayışına. Günah Allahla bəndə arasındakı məsafənin ölçüsü olduğu kimi, əbədiyyət də hərəkətin anlara hesablanmış zaman ölçüsüdür. Alimlər fəzada kütləsi kosmik rəqəmlərlə ölçülən planetlərin hərəkət sürətinin hərdən sıfıra bərabər olduğunu söyləyirlər. Bu bir yana, "qara dəlik" deyilən bir anlayışa görə, həmin qara dəlik maddi olanlarla bərabər onlara məxsus olan zamanı da udub yox eləyir. Bu halda zamanın, vaxtın ölümsüzlüyündən və əbədiyyətdən nə cür danışmaq olar? Adamlar bilmirlər ki, ömür illüziyadan başqa bir şey deyil. İnsan yer üzündə deyil, ancaq sevdiklərinin qəlbində, sevdiyi şeylərin mahiyyətində yaşayır. Yaşamağın başqa bir anlamı yox və həyat ona bağlanılacaq qədər uzun deyil. Bizim ömrümüz bizi sevənlərin ölümü ilə sona çatacaq. Əbədiyyət deyilən şey yoxdu, Zümrüd xanım! Gündüzlər Allahı söyüb, gecələr ona dua oxuyub - Niyə ədəbiyyat, söz qalib gəlmədi, niyə fəlsəfə belə, dünyanı xilas edə bilmədi. Niyə dünyanın ən böyük mütəfəkkirlərlərinin gücü çatmadı ki, insanlığın qulağına sən fanisən pıçıldasın. - Zümrüd xanım! Mənim tanıdığım bütün böyük şairlər, yaradıcı adamlar (Homer, Evripid, Nizami, Höte, Dostoyevski, Cavid, Rembo və s.), filosoflar (Platon, Sokrat, Kant, Hegel və s.) əbədiyyətdən, insan ruhunun ölməzliyindən danışıblar. Mənim sevdiyim filosof Nitşedən başqa... O da nala–mıxa vurub. Gündüzlər Allahı söyüb, gecələr ona dua oxuyub. Adını sadalığım bu böyük düşüncə və fikir adamları içlərindəki "eqo"nun üzündən insanlara fani olduqlarını anlatmayıblar. Bəzi filosof və düşüncə adamları da faniliyi anlayıb, qəbul eləmədikləri üçün min cür vəddə bulunub heç birini də yerinə yetirməyən Musanın, İsanın, Məhəmmədin kitabına sığınıblar. Mən fanilik məsələsində buddizmin tərəfindəyəm. Çünki onlar günahla mübarizədən deyil, acı və əzabla mübarizədən bəhs edərlər. Və onlar Allah problemini birdəfəlik həll ediblər. O yoxdu. Allah yoxdusa, insan əzab və acıları ilə təkbaşına qalıb. Və hər şeyin öhdəsindən onun özü gəlməlidir. Deməli, kiməsə oxunacaq duaya da ehtiyac yoxdu. Qayıdaq sizin sualınıza. Fəlsəfə məlum olmayanın və ya qeyri-dəqiq olanın sübutlara əsaslanan şərhidir. Elm analitik təsvir, fəlsəfə isə sintetik şərhdir. Fəlsəfə bizi xoşbəxt eləyə bilməsə də, bizim ruhumuzu azad eləyə bildi. Böyük mənada ədəbiyyat da eləcə. Fəlsəfə və ədəbiyyat böyük mənada söz, Allah, ölüm, əbədiyyət, zaman və məkan haqqında düşüncələrlə qorxu içində yaşayan insana yol göstərə bilər, ancaq onu xilas eləyə bilməz. Heç bir söz adamı və filosof içində unudulmaq qorxusu yaşatdığı üçün fanilikdən söz açmaz. Tək-tük adamlar bu qorxunu aşıb keçə bilər. Məsələn Budda kimi... Günah – Allahla insan arasındakı məsafəni göstərən ölçüdü - Biz Allahda sükunət tapa bilmədik, şeytanda kükrədik. İnsan Allahdan uzaqlaşdı, ruhunu şərə təslim etdi, amma bu indinin, müasir dövrün bəlası deyil, ən qədim ədəbiyyatda bundan bəhs edilir. Sadəcə, indi şər bir bilgisayarın düyməsinin ucunda milyonlarca insana tirajlanır. Mən inanmıram ki, insan dəyişib, əksinə, əsrlər, zamanlar keçdikcə insan daha çox özünə dönür... Sizcə... - Allah və şeytan haqqındakı fikirlərinizə şərik olmasam da, insanın dəyişmədiyi haqda fikrinizlə razıyam. İnsanı bioloji varlıq kimi şərtləndirən iki böyük dəyəri zamana görə dəyərləndirək. Günah və sevgi. Günah – Allahla insan arasındakı məsafəni göstərən ölçüdü. Sevgi – insanın şeyləri dəfələrlə olmadıqları kimi görməsi vəziyyətidir. Günah da, sevgi də min illərdi öz əsl mahiyyətindən bircə addım da kənara çıxmayıb. Əslində insan dəyişməyib, Zümrüd xanım. Sadəcə, Allahla insan arasındakı əlaqə itib, ya da zəifləyib. İnsan ancaq içinə dönüb bu əlaqəni bərpa eləyə bilər. İnsan cənnətdən nə üçün qovulduğunu anlamalıdı, məncə. Bir almanın ucbatından cənnətdən qovulan adama yer üzündəki almaların hamısının onun olmadığını inandırmaq çox çətindir. Ömrü nağıla bənzətsək, göydən düşən üç almanın üçünün də bir adamın istəməsi və əldə etməsi cinayətdi, əxlaqsızlıqdı məncə... Mən başqa yol seçdim – Sükutu sözə daşımaq yolunu - Siz deyirsiniz ki, sükutu sözlə dağıtmanın vaxtı çatıb. Bəlkə də həm sözün gücü yetmir daha sükutu daqımağa... Hər şey sözdən başlasa da, sözdə bitmir deyəsən, zorda, gücdə bitir... - Sükutu sözə daşımaq qiyam deyil, üsyan eləmək deyil. Qarşındakı adamı özünün də var olduğuna inandırmaqdı, haqsız olana haqsız olduğunu anlatmaq, utandırmaqdı. Mən çıxılmaz vəziyyətdə qalan, bütün yoların bitib-tükəndiyini söyləyən bir adam üçün sonda yenə üç yolun qaldığını bildiyim qənaətindəyəm. 1. İntihar - ən asan yol. 2. Təslim olmaq - ən çətin yol. 3. Qiyam – son yol. Ölümsüz olmadığımız, insan olduğumuz üçün hər üçü məqbul hesab olunmalıdır. Mən başqa yol seçdim – Sükutu sözə daşımaq yolunu. Bu mənim boyuma biçilmiş yoldu. Və mən sükutu sözə daşımaq zamanının adamıyam. Buna baxmayaraq, qiyamçıları da sevdim. Biz göy üzünə ayna kimi baxmadıqca... - İnsan qulağını qapayıb axı, eşitmir, əvəzində əlini açıb... Allahla ünsiyyəti də qarğışa və yalvarmaya enib, insan özündən kiçildikcə, əskildikcə Allahını da kiçildib, Allahı da mahiyyətindən əskildib... - Sizin Allah mənim Allahım olmadığına görə, mənim Allahla işim yoxdu. Qulağını qapayıb əlini açan adamın dilənçidən fərqi yoxdu məncə... Biz göy üzünə qorxa-qorxa baxmaqdan qurtarıb ona ayna kimi baxmadıqca qulaqlarımız kar, gözlərimiz kor, əlimiz özgələrinin önündə açıq olacaq. Zümrüd xanım, ən böyük dərd odur ki, bizim cəmiyyətdəki adamların Allahı onların ahı və günahı boydadı. Ancaq mən bildiyim Allah günahdan, ahdan ucada dayanmalıdır. Bir də bilmirəm, siz hansı allahdan danışırsınız? Allahlar olan yerdə Allah olmur. Bu məmləkətdə Allah yoxdu, Zümrüd xanım! Sözün hakimiyyəti tanrının himayəsindədir - Amma qulağını qapadığını təsdiq edirsiniz, qulağını qapayıbsa, səsin eşidilmədiyi yerdə sözü kim eşidəcək, şair? - Böyük Mirzə Cəlil deyirdi ki, sən sözünü səni eşitməyənlərə söylə. Sezar da, Çingiz xan da, Əmir Teymur da sözüynən gəldi hakimiyyətə... Söz onları böyük qıldı. Xalq inandı onlara. Son örnək mərhum Ə.Elçibəy də, mərhum H.Əliyev də sözlə xalqı inandırdılar. Onların heç biri top-tüfənglə gəlmədi ki, hakimiyyətə, yadında saxla, Zümrüd xanım, söz əgər sözdürsə, bu gün olmasa da, sabah eşidiləcək. Sözün hakimiyyəti tanrının himayəsindədir. Mən sözün zordan həmişə güclü olduğuna inanmışam. Güc zora hesablanıb, söz ilahiliyə - Söz nə etsə də, insanı fəzilətə çəkə bilmir, mərhəmət və fəzilət qəbahətin qarşısında yenik düşür. Hətta peyğəmbər belə bir əlində qılınc, bir əlində kitab tutmağa məcbur oldu. - İncildə qılıncla gələcək İsadan söz etsələr də, "İncil" olmasa, İsa nəyə yarar ki, bir əlində qılınc, birində Allah kəlamı olan Məhəmmədin dilində kəlam olmasaydı, əlindəki qılınc heç bir şey edə bilməzdi. Güc zora hesablanıb, söz ilahiliyə. Söz qılıncdan ucadadı, Zümrüd xanım! Biz savaşı uduzmuşuq, müharibəni yox... - Həyat öz bətnində ölüm gəzdirir... Siz də bir vaxtlar Azərbaycanın ölümündən yazmışdınız, bir ana tabutu kimi ortada qalmasından... Sonra bir az insafa gəldinizmi, ya o ana tabutunun ortada qalmasına ürəyinizi dözmədi, bilmirəm, bu dəfə də dediniz ki, köksü yaralanmış əsgərdir Azərbaycan... Can verir. Niyə ona can verə bilmədik biz, söz adamları, bəlkə ona görə ki, sözümüzün sahib olmadıq? - Azərbaycanı "ortada qalmış ana tabutu"na bənzətməyim uzun illər bundan əvvəl olmuşdu. Azərbaycan ortada qalmış ana tabutu olmaqdan çıxdı artıq... Nə cür çıxdı, bu başqa söhbətin mövzusudur. Mən indi də o fikirdəyəm ki, bu gün Azərbaycan yarasından qan axan bir əsgərə oxşayır. Gülləni o yaradan çıxarmağın zamanıdı. Güllə yaradan çıxarılmasa o əsgər öləcək. Azərbaycana axan sərvətin işığı gözlərimizi elə qamaşdırıb ki, yaradan axan qanı görmürük. Ağlımıza da gəlmir ki, o sərvət o axan qanı saxlayıb, o əsgəri xilas edə bilməz! Ancaq bu gün də o yaralı əsgəri saxlayan var – dövlət deyil, söz adamlarının ona verdiyi təskinlikdi, ümiddi. Bizim borcumuz odur ki, yenilən millətə başa salaq ki, bu hələ son deyil – biz savaşı uduzmuşuq, müharibəni yox... "Ziyalıların" əksəriyyəti şeytanın bər-bəzəkli arabasında - …Çünki "qanımızı tökmədik İncilin, Quranın üstünə"... Bəlkə töksəyədik, bunu sözdən əmələ çevirə bilsəydik, indi elə olmazdı?! - Onu düz deyirsiniz ki, şeytanlaşan topluma çevrilmənin ən böyük günahı siyasətçilərin üstünə düşsə də, burda bizim də günahımız var. Azərbaycan ziyalısı – düşüncə və fikir adamları lazım olan anda boyunlarına düşən missiyanı yerinə yetirə bilmədilər. Və Azərbaycan xalqının üz qarasına çevrildilər. Bir yerdəyəm, bura yerdimi, Od düşsün buranın üstünə. Tökəcəm günahsız qanımı İncilin, Quranın üstünə, yazıb etiraz etsəm də, mən də qanımı Allah kitablarının üstünə tökmədim. Burda günahın biri ziyalıda olsa da, ikincisi onun arxasında dayanmayan, şeytanla Allah arasında seçim eləyə bilməyən xalqdadır. Və ona görə də "ziyalıların" əksəriyyəti şeytanın bərbəzəkli arabasına minib allahdan uzaqlaşdılar. Ancaq bu gün günahsız qanımızı İncilin, Quranın üstünə tökməyin zamanı gəldi artıq... - Amma biz həm də pis tamaşaçıyıq, bilirisiniz niyə, çünki biri bizim qulağımıza pıçıldamaq istəyəndə ki, biz faniyik, geri dönürük və deyənin dilini kəsirik, ya da kəsilməsinə də dözürük ki, kimsə bizə dəyməsin. Bizdən keçənin qardaşımıza dəyməsinin açısını yaşamırıq. …Cəmiyyət sürüdən başqa bir şey deyil - Ölümə gedə bilməsə də, "dar ağacına salam vermək", "ölümə xoş gəldin" demək bir şairin təbii haqqıdı, məncə... Mən də bu haqqımdan lazım olduğundan daha çox yararlandım. Zümrüd xanım, mən bu uzun illər söz adamı olaraq boynuma düşən hər şeyi eləməsəm də, çox şeyi elədim. Bunun yetərli olub-olmaması artıq mənlik deyil. 1988-ci ilin fevralında 100 min tələbənin önündə "Azadlıq" meydanında təkbaşınaydım, həbsxanada təkbaşınaydım, indi də düşüncələrimlə təkbaşınayam. Ağlım kəsəndən bu günə: Mən dua oxudum dua, Dərdi sevinci bir udum... Hamı mələklərin xorunda Mən təkbaşına oxudum. Mən bu gün də o fikirdəyəm ki, Azərbaycan ruhundan və Qarabağ adlı yarasından qan axan yaralı bir əsgərdir. Mən bu yaranı sarımağın yox, gülləni bu yaradan çıxarmağın tərəfindəyəm. Mən bunun üçün son döyüşdə sıra nəfəri olmağa belə razıyam. Bizim pis tamaşaçı olmağımız bizim təklənməyimizin və yalnızlaşmağımızın əlamətidir. Bu da idarə olunan bir prosesdir və piramidanın başında dayanan adamın nəzarətindədir. Hər kəs öz hayında olmalıdır ki, adamlar üçün ortaq bir dəyər qalmasın və beləliklə bir etnos, millət olmaqdan çıxıb şeytanlaşan bir topluma çevrilsin. Ortaq dəyərləri olmayan bir cəmiyyət sürüdən başqa bir şey deyil. Mənim çox sevdiyim alman şairi Henri von Kleytistin məşhur bir ifadəsi var – "mənimlə yıxılıb–qalxmaq" təhlükəlidir. Azərbaycan cəmiyyətində abırlı-həyalı bir adamın ətrafında dostlarını gördünüzmü heç? Görə də bilməzsiniz! O axı ətrafındakıları da yaxıb yandırır. Bəlkə də elə ona görə mənim dostlarım yoxdu. Və bəlkə ona görə də günlərin bir günü yazmışam ki, bu şəhərdə qalmaq üçün salam verməyə, çıxıb getmək üçün vidalaşmağa bir kimsə yoxdu. - Bu günün Rüstəm Behrudisi, belə anladım ki, dünyalı deyil, onda dərvişdirmi, şamandırmı, yoxsa başqa bir dünyaya yolçuluğa hazırlaşan, həqiqəti axtaran, ya da bəlkə dünyanın ən axmaq adamını tapan biri? Kimdir Rüstən Behrudi? - Mən kiməm? Kim? Ən azı Tanrıdan gəlsə bir yazı. Sözümü namaz əvəzi Dua tək qılan biləcək. Bir az təvazökarlıqdan uzaq oldu deyəsən. Ancaq mən haqq və ədalətin heç vaxt hakimiyyətdə olmayacağını bilə-bilə bu savaşda özümü savaşçı olmağa məhkum eləmiş biz söz adamıyam. Mənə nəticə maraqlı deyil ki, yol maraqlıdı. Və nəticə heç vaxt səbəbdən böyük ola bilməz. Günlərin bir günü "Azadlıq" qazetində "İsanın çarmıxdan endirilməsi və yaxud Rembrandtın fırçasında rənglər dəlidi" adlı yazımı oxumuş bir dostum mənə zəng vurub, bircə cümlə söylədi: - Sən dəlisən,- və telefonu söndürdü. Mən xoşbəxt olmuşdum. Çünki: Göydən mənə bir səs baxdı, Ağıllıdan dəli haqdı. Olsa da, bil, fərqi yoxdu – Kimin, nəyin divanəsi. P.S. Zümrüd xanım! Mənim də sizə bir sualım var. Bütün zamanların əfsanəsi Çe Qevaranı kimin satdığını bilirsinizmi? - Uğrunda vuruşduğu Boliviya kəndliləri...
2014-01-15
6,472
Ziya Məmmədov Çingiz Qənizadnin təklifini müzakirə etdi
Millət vəkili Çingiz Qənizadənin ağır çəkili yük avtomobillərinin magistral yolları dağıtması barədə qaldırdığı problem Nəqliyyat Nazirliyinin kollegiya iclasında müzakirə edilib. Bu barədə "Axar.az"a açıqlama verən millət vəkili bildirib ki, sözügedən problem barədə mətbuatda dəfələrlə çıxış edib. " Problemin həll edilməməsində Nəqliyyat Nazirliyini günahlandırmışam. Ötən gün Nəqliyyat naziri Ziya Məmmədovun iştirakı ilə "Avtomobil yollarında mövcud vəziyyət və qarşıda duran vəzifələr" adlı kollegiyanın keçirilməsi bir daha onu göstərdi ki, məsələlər ciddidir. Nazir vurğulayıb ki, ağır yüklü nəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasının qarşısının alınması üçün lazimi tədbirlər görülməyib və bu məsələ tezliklə həll edilməlidir" Millət vəkili həmçinin məsələnin gözdən pərdə asmaq məqsədilə deyilməməsini də arzulayıb. O, qeyd edib ki, bunun üçün Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən "MMC 85" saylı qurum ləğv edilməli və daha səmərəli, təmiz işləyən başqa qurum yaradılmalıdır".
2014-01-15
6,473
Abbas Abbasov telekanal açır: kanalın Bakı ofisi hazırdır
"Milyarderlər İttifaqı" və ona yaxın digər qurum "Azerros" yeni telekanal layihəsinə başlayır. Söhbət Albax TV layihəsindən gedir. "Axar.az"a Moskvadakı mənbədən daxil olan məlumata görə, əslində Albax TV müxtəlif kanalların paketindən ibarət bir layihədir. Bu paketdə hətta Azərbaycanda fəaliyyət göstərən telekanallar da yer alıb. Amma söhbət ondan gedir ki, Albax-ın özünün də telekanalı olacaq. Bu ART - "Azərbaycan-Rusiya TV" adlanır. Həmin kanal isə Azərbaycan, Gürcüstan, Türkiyə və digər dövlətlərə yayınlanacaq. Mənbənin dediyinə görə, yeni kanalda, yəni Azərbaycan-Rusiya TV-də xəbərlər, analitik icmal və digər siyasi-sosial mövzular daha çox yer alacaq. Bu kanala Cəmil Sadıqbəyov adlı bir şəxsin rəhbərlik edəcəyi gözlənilir. Sadıqbəyov əvvəllər "Azerros" qəzetinin baş redaktoru olub. Mənbənin məlumatına görə, kanalın Azərbaycan bürosunda çalışacaq əməkdaşların da siyahısı tutulub. Bu əməkdaşların əksəriyyəti adı bizə bəlli olan ölkənin tanınmış saytlarından birində çalışırlar. Telekanalın ofisi isə Moskva şəhəri, Krasnya Presnya küçəsi 24 ünvanında yerləşir. Bir qədər əvvəl isə Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun dəstəyi ilə radio da təsis edib. "Evrazia FM" adlanan bu radio birbaşa "Milyarderlər İttifaqı"nın üzvləri tərəfindən maliyyələşdirilir. Radionun "Evrazia.ru" saytı da artıq fəaliyyət başlayıb.
2014-01-15
6,474
Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verdi
Xəzər rayonu Binə qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 15-də saat 01 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində qəsəbə sakini Ədalət Səfərov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən paytaxt sakini Mahir Əliyevi vurub. Piyada hadisə yerindəcə dünyasını dəyişib.
2014-01-15
6,475
“Ovçu” mağazasından qanunsuz silah-sursat tapıldı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu Ş.Qurbanov küçəsində yerləşən "Ovçu" mağazasının anbarına baxış keçirilib. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, baxış zamanı oranın müdiri, Bakı şəhər sakini Dəyanət İbrahimova və satıcısı Qiyas Zeynalova məxsus qanunsuz saxladıqları 1 ədəd üzərində nişangahı olan "Tiqr" markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş içərisində 5 ədəd patron olan daraq, 1 ədəd üzərində nişangahı olan "Walter" markalı yivli silah, həmin silah üçün nəzərdə tutulan 349 ədəd patron və 1 ədəd nişangah aşkar edilərək götürülüb.
2014-01-15
6,476
ADNA bağlanır, rektor işdən uzaqlaşdırılır? - Açıqlama
İki gün öncə Prezidentin sərəncamı ilə yeni "ADA" Universitetinin yaradılmasının ardınca digər iki ali təhsil müəssisəsinin də birləşdiriləcəyi ilə bağlı fikirlər səslənir. "Axar.az"ın məlumatına görə, uzun illərdir neft mütəxəssisləri yetişdirən Dövlət Neft Akademiyasının (ADNA) eyni ixtisasları tədris edən Bakı Ali Neft Məktəbi ilə birləşdiriləcəyi gözlənilir. Səbəb kimi ADNA-nın müasir təhsil standartlarının tələblərinə cavab vermədiyi, müasir texnologiyaları tətbiq etməməsi göstərilir. Yayılan məlumatlarda ADNA-nın rektoru Siyavuş Qarayevin də vəzifədən uzaqlaşdırılmasına qərar verildiyi bildirilir. Məsələyə ilə bağlı Təhsil Nazirliyindən "Axar.az"a bildirildi ki, ADNA-nın ləğv edilməsi və Bakı Ali Neft Məktəbinə birləşdirilməsi barədə nazirlikdə heç bir məlumat yoxdur, əksinə, ADNA-nın inkişaf etdirilməsi nəzərdə tutulur: "Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planında digər təhsil müəssisələrinin, o cümlədən ADNA-nın inkişaf etdirilməsi və müasir tələbləri ödəyən səviyyəyə qaldırılması nəzərdə tutulub". Xatırladaq ki, Prezidenti İlham Əliyevin sözügedən Sərəncamına əsasən, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universiteti birləşdirilərək, onların əsasında "ADA" Universiteti yaradılıb. Burada məqsəd ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan bir elmi müəssisənin formalaşdırılmasıdır. Nazirlər Kabineti yeni yaradılan universitetin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etməlidir.
2014-01-15
6,477
İlham Əliyev Filip Lefort ilə görüşdü
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşmüşdür. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
2014-01-15
6,478
Qəzet satışına qadağayla bağlı açıqlama – Rəsmi
"Polis tərəfindən qəzet satışına qadağalar qoyulması barədə məlumatların heç bir əsası yoxdur". Bu barədə "Axar.az"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda Bakı Şəhər Baş Polis İdarəsinin küçə ticarətinə qarşı müvafiq tədbirlərin həyata keçirildiyi bildirib: "Bəli, paytaxt polisi şəhər İcra Hakimiyyəti ilə birlikdə qanunsuz küçə ticarətinə qarşı müvafiq tədbirlər həyata keçirir və bu sırada primitiv qaydada kustar üsulla hazırlanmış rəflərin üzərində olan qəzet-jurnal satışının da qarşısının alınması həmin tədbirlərin tərkib hissəsidir". Bununla bərabər qanunsuz küçə ticarəti ilə məşğul olanların müxtəlif yollarla əldə etdikləri icazə sənədlərinin artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ləğv edildiyi də bildirib. Qeyd edək ki, bu gün Bakıda küçələrdə qəzet satışı ləğv edilib.
2014-01-15
6,479
Elmlər Akademiyasının ikinci çıxışı nə vaxt açılacaq?
"Elmlər Akademiyası stansiyası metrosunun ikinci çıxışının nə zaman istifadəyə veriləcəyi hələ dəqiq bəlli deyil". Bunu "Axar.az"a açıqlamasında Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib. O, Elmlər Akademiyası stansiyasında təmir işlərinin davam etdirildiyini bildirib: "Elmlər Akademiyası Stansiyasının nə vaxt istifadəyə veriləcəyi hələ dəqiq bəlli deyil. Lakin bu il təhvil verilməsi planlaşdırılıb. Amma yenə deyirəm, ilin əvvəli və axırı olacağı hələ bəlli deyil".
2014-01-15
6,480
Jerar Depardye özəl aviaşirkət yaradıb
Fransanın məşhur aktyoru Jerar Depardye özünə məxsus özəl aviaşirkət yaradıb. İTAR-TASS-ın verdiyi məlumata görə, aviaşirkətin bir biznes-klass təyyarəsi var. Məlumata görə, aktyor aviaşirkəti Fransa şairi Sirano de Berjerkanın şərəfinə "Siran Er" adlandırıb. J.Depardye təyyarəni şəxsi məqsədlər üçün istifadə etməyəcəyi halda icarəyə vermək niyyətindədir (Trend).
2014-01-15
6,481
Vəzifəsini atıb müharibəyə getdi – Şəhid oldu
Bu gün Azərbaycanın Milli Qəhrəmanı mayor Elman Hüseynovun şəhid olmasının 21-ci il dönümüdür. Azərbaycanın Milli Qəhrəmanı Batalyon komandiri, mayor Hüseynov Elman Süleyman oğlu 1993-cu il 15 yanvar tarixində torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Azərbaycanın Milli Qəhrəmanı, mayor Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində, 1968-1973-cü illərdə isə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisası üzrə ali təhsil alıb. Elman Hüseynov 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant, baş leytenant rütbəsində zabit kimi xidmət edib. Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib. Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, Qarabağda baş verən hadisələrdən sonra 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib və 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi təyin olunub. 12 noyabr 1991-ci ildə Müdafiə Nazirinin müvafiq əmri ilə yaradılan Tərtər ərazi özünümüdafiə batalyonunun (813 saylı əlahiddə hərbi hissənin) komandiri təyin olunub. Qısa zaman ərzində Tərtər rayonunun və ətraf sərhəd kəndlərinin müdafiəsi üzrə mühüm strateji postların yaradılmasını təşkil edib. Elman Hüseynov torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb və 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. 1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə Respublikamızın ərazi bütövlüyü və suverenliyinin qorunmasında, vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi igidliyə, şəxsi şücaətə və misilsiz xidmətlərinə görə mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Allah rəhmət eləsin!
2014-01-15
6,482
Şeyx Türkmənistan parlamentinin sədri ilə görüşdü - Video
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Türkmənistana səfəri çərçivəsində bu ölkənin parlamenitinin sədri Ağca Nurberdiyeva ilə görüşüb. Şeyxülislam Hacı Allahşükür Paşazadə və Ağsaqallar Şurasının sədri Fəttah Heydərov parlament sədrini Bakıya səfərə dəvət ediblər. Xatırladaq ki, səfər çərcivəsində Şeyxülislam ötən gün həmçinin Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovla da görüşüb. Azərbaycan nümayəndə heyəti Türkmənistanın Ruhi məscidinə baş çəkərək, Türkmənbaşı və onun ailə üzvlərinin məzarı olan ziyarətgahda olub (ANS).
2014-01-15
6,483
Azərbaycan yeni optik nişangahların istehsalına başlayır
Azərbaycan bu il 3 adda yeni optik sistemlərin, o cümlədən termal nişangahın istehsalına başlayacaq. "Axar.az" xəbər verir ki, bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin Optika-Mexanika İstehsalat Birliyindən məlumat verilib. Artıq müvafiq məhsulların istehsalı üçün müəssisədə istehsalat sahəsi yaradılıb və zəruri olan bütün sistem qurulub. Termal nişangah ASELSAN şirkətinin lisenziyası əsasında istehsal ediləcək və bu şirkətin BOA adlı termal nişangahının Azərbaycan analoqu olacaq. Müəssisə yaxın perspektivdə 3,5-4,5 qat böyütməyə malik optik gecəgörmə vasitələrinin, habelə Silahlı Qüvvələrin ehtiyac duyduğu müxtəlif optik sistemlərin istehsalını həyata keçirməyi planlaşdırır. Azərbaycanda istehsal olunan STON adlı optik nişangahlar milli istehsal olan 14,5 mm çaplı "İstiqlal" və 12,7 mm çaplı "Mübariz" snayper tüfənglərinin komplektləşdirilməsində istifadə olunur. Hazırda İstehsalat Birliyinin "Alov" zavodunda Silahlı Qüvvələr üçün 12 adda optik cihaz istehsal edilir. Onların arasında atıcı silahlar, qumbaraatanlar, minaatanlar və toplar üçün optik nişangahlar, kollimatorlar, gecəgörmə vasitələri, durbinlər var.
2014-01-15
6,484
Əflatun Amaşov Departamentə məktub yazdı
Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakıda qəzet və jurnalların səyyar şəkildə satışının qadağan edilməsinə münasibət bildirib. Qurum sədrinin sözlərinə görə, Mətbuat Şurası məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentinə məktubla müraciət edib: "Biz bu məsələnin dəqiqləşdirilməsi üçün həmin departamentə məktub göndərmişik. Cavab gəlsin, görək nə məsələdir. Hələ ki, məndə dəqiq məlumat yoxdur bu barədə. Məlumat dəqiqləşəndən sonra məsələyə münasibət bildirəcəm". Qeyd edək ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən şəhərin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satışına qadağa qoyulub. Bakı Şəhər Ticarət və Xidmət Departamenti bildirir ki, bundan sonra şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək (AzVision).
2014-01-15
6,485
Millət vəkili atasının açdığı telekanaldan danışdı
Bu gün Baş nazirin sabiq müavini, "AzerRos"un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun telekanal açması xəbərinə onun oğlu, millət vəkili Aydın Abbasov münasibət bildirib. O, açıqlamasında deyib ki, Rusiyada açılan kanal barədə Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin ("AzerRos"un) saytında geniş məlumat var: "Kanal Rusiyada açılıb və bu da orada da yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. Bu kanalın Azərbaycandakı proseslərə heç bir aidiyyəti yoxdur". Qeyd edək ki, "Milyarderlər İttifaqı" və ona yaxın digər qurum "Azerros" yeni telekanal layihəsinə başlayır. Söhbət Albax TV layihəsindən gedir. "Axar.az"a Moskvadakı mənbədən daxil olan məlumata görə, əslində Albax TV müxtəlif kanalların paketindən ibarət bir layihədir. Bu paketdə hətta Azərbaycanda fəaliyyət göstərən telekanallar da yer alıb. Amma söhbət ondan gedir ki, Albax-ın özünün də telekanalı olacaq. Bu ART - "Azərbaycan-Rusiya TV" adlanır. Həmin kanal isə Azərbaycan, Gürcüstan, Türkiyə və digər dövlətlərə yayınlanacaq. Mənbənin dediyinə görə, yeni kanalda, yəni Azərbaycan-Rusiya TV-də xəbərlər, analitik icmal və digər siyasi-sosial mövzular daha çox yer alacaq. Bu kanala Cəmil Sadıqbəyov adlı bir şəxsin rəhbərlik edəcəyi gözlənilir. Sadıqbəyov əvvəllər "Azerros" qəzetinin baş redaktoru olub (Aznews.az).
2014-01-15
6,486
Yəhudi nazir Con Kerridən üzr istədi
İsrailin Müdafiə naziri Moşe Yalon ABŞ-ın Dövlət katibi Con Kerridən onu təhqir etdiyinə görə üzr istəyib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı FransPress Agentliyi yayıb. Moşe Yalon dediyi sözlərlə Con Kerrini təhqir etmək niyyətində olmadığını bildirib: "Biz ABŞ Dövlət Departamentinin Fələstin-İsrail münaqişəsinin həllində rolunu yüksək qiymətləndiririk". Qeyd edək ki, dünən İsrail mətbuatı nazirin Con Kerrini təhqir etməsi haqqında məlumat yaymışdı.
2014-01-15
6,487
Azərbaycan iqtisadiyyatı 81-ci yerdədir - Dünyada
Azərbaycan iqtisadiyyatının azadlığına görə 81-ci yerdədir. "Axar.az" xəbər verir ki, bu "Heritage Foundation" və "Wall Street Journal"ın ekspertləri tərəfindən hazırlanmış reytinqin nəticəsində bəlli olub. Tərtib edilmiş şərtlərə əsasən Azərbaycan 100 bənddən 61,3-nə cavab verə bilib. Yeni hazırlanmış siyahıda Ermənistan ekspertlərin fikrincə, Azərbaycandan daha üstün – 41-ci yerdə özünə mövqe edib. Gürcüstan isə ilk 30-luğa düşməyi bacarıb. Reytinqdə onun 22-ci yerdə qərarlaşdığı bəlli olub. Qonşularımızın sırasında ən bərbad situasiya isə İran (171) və Rusiyada (140) qeydə alınıb. Türkiyə isə iqtisadiyyatı azad olan ölkələr arasında yalnız 64-cü yerdə qərarlaşıb. Qeyd edək ki, siyahı bu gün açıqlanıb. Reytinqin nəticəsinə əsasən Honkonq birinci, Sinqapur və Avstriya isə ondan sonrakı pillələri bölüşüblər.
2014-01-15
6,488
Qarabağ köçkünü: “İş üçün cavan qızlar tələb olunur” - Foto
Füzuli rayonundan köçkün düşən ailələrin bir hissəsi Səttar Bəhlulzadə küçəsində yerləşən 3 nömrəli Fəhlə yataqxanasında məskunlaşıblar. Amma gəl gör, burda otaqlar o qədər darısqaldır ki, 6 nəfərin birgə yaşaması qeyri-mümkündür. Qaynana ilə gəlin bir otaqda yaşayır 63 yaşlı Kübra Orucova illərdir evlə bağlı şikayətinə baxılmadığını deyir. Kubra Orucova köçkünçülük illərindən əvvəl rayonda mühasib işləyib. İki oğul böyüdüb. Oğlunun biri Qarabağ döyüşlərində vuruşsa da, onun üçün veteran bileti almağa 2 min rüşvət istədiklərindən ala bilməyiblər: "Elə o vaxtdan da oğlum baş götürüb Rusiyaya getdi. İndi o biri oğlumla gəlinim, üç nəvəmlə bir otaqda yaşamağa utanıram. Oğlumun birinci ailəsi evsizlikdən dağılıb. Birotaqlı evdə 6 nəfər insan necə yaşasın axı? İkinci ailəsinin dağılmasından qorxuram. Nə etsin, məni çölə atası deyil, amma belə də yaşamaq olmur. Hara müraciət etdiksə, dedilər, bizim elə bir fondumuz yoxdur ki, sizə ev verək. Bir torba məktub var, hamısının əslini saxlamışam, hamısına da eyni cavab gəlib. Onların köçkünlərə ev verməyə fondu yoxdur, Bakıda hər cür bina tikməyə, restoran, şadlıq sarayları tikməyə fondları, büdcələri var". Cavan qızlar tələb olunur... Kübra Orucovanın oğlu Xaliq Hacıyev xəstə olduğu üçün fəhlə işləyə bilmir. Başqa işlərə isə onu götürmədiklərini deyir: "Həyat yoldaşım və 19 yaşlı qızım işləyir. Mən iş tapa bilmirəm. 43 yaşım var, hansı iş üçün gedirsən, yazılır ki, cavan qızlar tələb olunur. "Qaçqınkom" da 10 min rüşvət istəyir ki, bizə ev versin. 1993-cü ildən burda qaçqın yaşayıram. Mənim 10 minim yoxdur, deməli, elə bir otaqlı evdə də çürüyüb gedəcəm. 16 yaşlı oğlum, 19 yaşında qızımın yanında utanıram, paltarlı yatıb, paltarlı dururam. Ailədə pərdə götürülür. Özümü öldürmək istəyirəm bu dərddən". Prezidentdən narazı deyilik Qarabağ köçkünü deyir ki, oğlunun əsgər yaşı çatanda onu əsgər getməyə qoymayacaq: "Belə getsə, vətəndaşlıqdan imtina edəcəyəm. Prezidentdən narazı deyilik, amma nə "Qaçqınkom", nə də Binəqədi rayon İcra Hakimiyyəti bizim məsələmizə baxmır. Şikayət edirik, bizi göndərirlər İcra hakimiyyətinin qəbuluna, "Qaçqınkom"a, onlar da baxmır bu məsələyə. Amma sürdükləri maşınların qiyməti 150 mindir". Fəhlə yataqxanasında yaşayan ailənin şikayəti ilə bağlı "Qaçqınkom"un Mətbuat şöbəsi ilə əlaqə saxladıq. Şöbənin rəhbəri yerində olmadığı üçün bu məsələyə aydınlıq gətirən olmadı. Növbəti yazımızda Xaliq Hüseynovun səsləndirdiyi iddialara münasibət öyrənməyə çalışacağıq.
2014-01-15
6,489
Fiziologiya İnstitutunun direktoru işdən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.İ.Qarayev adına Fiziologiya İnstitutunun rəhbərliyində dəyişiklik edilib. Məlumata görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında verilən qərara əsasən, AMEA-nın müxbir üzvü Telman Ağayev institutun direktoru vəzifəsindən azad edilib. Fevralın 1-dən etibarən bu vəzifənin icrası institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq Qaziyevə həvalə edilib (Trend).
2014-01-15
6,490
“Şəfa” broylerin müdirinin ölüm xəbəri yalan çıxdı
"Bizim broylerdə Taleh adlı şəxs ümumiyyətlə yoxdur və bu hadisə başqa bir quşçuluq fermasında baş verib". Bu sözləri "Axar.az"a "Şəfa" broylerin səlahiyyətli şəxsi Vaqif Hüseynov bildirdi. "Bizdə Taleh Tağıyev adında elə bir şəxs yoxdur. Bunu sizə əminliklə deyə bilərəm. Aldığımız məlumata görə, bu, başqa quşçuluq fabrikində baş verib, "Şəfa" broylerdə deyil. Bu, yanlış məlumatdır. Allaha şükür, bizdə hər şey qaydasındadır". Xatırladaq ki, mətbuat DİN-in rəsmi saytına istinadən şirkətin müdiri Taleh Tağıyevin Gürcüstan vətəndaşı Ramiz Mustafayevin idarə etdiyi "Mersedes" markalı avtomobili arxaya verərkən divara sıxılaraq yerindəcə öldüyü xəbərini yaymışdı. Qeyd edək ki, T.Tağıyevin Hövsan Südçülük Sovxozunun işçisi olduğu təsdiqlənib.
2014-01-15
6,491
ANS bölgə müxbirlərinə bir ay vaxt verdi
ANS-in kütləvi şəkildə işdən uzaqlaşdırılan bölgə müxbirlərindən bəzisinə bir ay vaxt verilib. "Axar.az"ın "AzNews.az"a istinadən verdiyi məlumata görə, işdən çıxarılmaları ilə bağlı xəbərlərin yayılmasından sonra bəzi əməkdaşlarla əlaqə saxlanılıb və onlara yanvarın sonuna qədər işə davam etmək tapşırığı verilib. Həmin əməkdaşlarla bağlı qərarın ayın sonunda qəbul ediləcəyi və işdən azad edilmənin rəsmən həmin tarixdən hesablanacağı bildirilir. Lakin işdən azad edilən əməkdaşların heç də hamısına yanvarın sonuna qədər zaman verilməyib. ANS-in Şirvan şəhəri üzrə keçmiş müxbiri Nəriman Hüseynov kanalla əməkdaşlığını dayandırdığını bildirib. O həmçinin operator Fərid Əliyevin də işdən azad edildiyini təsdiqləyib. Xatırladaq ki, AzNews.az yanvarın 14-də ANS-in Göyçay müxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə müxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun müxbiri Rəhman Məlikov və 13 ildən çox bu TV-də çalışan operator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Hüseynov və operator Fərid Əliyev işdən çıxarılması haqqında xəbər yaymışdı.
2014-01-15
6,492
Kəmaləddin Heydərov qırğızıstanlı həmkarı ilə görüşdü
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə respublikamızda səfərdə olan Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 15-də Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsini anaraq məzarları üzərinə gül dəstələri qoyublar. Yanvarın 15-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası və Qırğız Respublikası arasında dostluq əlaqələrinin sürətli inkişafından söhbət açaraq, hər iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi perspektivləri haqqında danışıb. Nazir, həmçinin, görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronov, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra qonaq Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin, Mülki müdafiə qoşunları komandanlığının və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə yaxından tanış olub. Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
2014-01-15
6,493
“Zaman”ın yazarından xanım jurnalistə kaset şantajı – Fotolar
"Zaman" qəzetinin yazarı Xəlil İbrahim Əkiz sosial şəbəkədə yazar Cəmilə Bayraqdarı inanılmaz şəkildə şantaj edib. "Axar.az" xəbər verir ki, Fətullah Gülənin səs yazısı internetdə yayılandan sonra Gülənin tərəfdarlarından "kimisə dinləmək qanuni deyil, konstitusiyaya ziddir" etirazları səslənib. Cəmilə Bayraqdar adlı yazar Məhmət Baransunu (Gülən hərəkatının "çemodan daşıyan"ı olaraq tanınır. Buna səbəb isə "Ergenekon", "Balyoz" kimi məhkəmə proseslərinin başlaması üçün prokurorluğa çemodan dolusu "sənəd, sübut" gətirməklə, həmçinin 17 dekabr əməliyyatlarında internetdə yaydığı sənədlərlə nazirlərin və övladlarının korrupsiyaya bulaşdığını sübut etməklə məşhurdur – türk mətbuatından. – red.) masqaraya qoyduğu "tvit"ə görə "Zaman" qəzetinin idman yazarı Xəlil İbrahim Əkiz Cəmilə Bayraqdara böhtan atıb: Əlimizdə kasetin var Xəlil İbrahim Əkiz Cəmilə Bayraqdara məlum "tvit"inə görə "əlimizdə sənin də kasetin var",- deyərək şantaj edib.
2014-01-15
6,494
Məşhur qrup növbəti dəfə Bakıda
Tanınmış Rumın qrupu "Akcent" növbəti dəfə Azərbaycana gəlir. "Axar az" xəbər verir ki, qrup fevralın 14-də paytaxtın özəl məkanlarının birində konsert verəcək. Biletlərin qiyməti 30-35 manatdan başlayır. Qeyd edək ki, qrup ötən ilin iyulunda Azərbaycana gəlmişdi. Qrup paytaxtın özəl məkanlarının birində müğənni Aysel Əlizadə ilə eyni səhnəni bölüşmüşdü.
2014-01-15
6,495
Türk kəşfiyyatı ilə bağlı sənəd yayıldı – Fakt
"Milli İstihbarat Təşkilatı PKK-nın Avropadakı ən mühüm şəxslərindən biri olan Səkinə Cansızın öldürülməsində təqsirkardır". "Axar.az" məlumat verir ki, bu barədə sənədlər sosial şəbəkələrdə yayılıb. Ölkənin bir nömrəli kəşfiyyat idarəsinə aid olan sənədlərin Fətullah Gülən tərəfdarları tərəfindən sosial şəbəkələrə sızdırıldığı bildirilib. Sənəddə Səkinə Cansızın öldürülməsi üçün MİT-in xüsusi adam təyin etdiyi və ona altı min avro ödədiyi yer alıb. Hökumətə yaxın qüvvələr isə yayılan sənədin həqiqətə uyğun olmadığını bildiriblər. Qeyd edək ki, Səkinə Cansız keçən il Parisdə qətlə yetirilib. O, PKK terror təşkilatının əsas qurucuları sırasında yer alan yeganə qadın olub. Ölənə qədər "Sara" kod adı ilə fəaliyyətini davam etdirib. S.Cansız PKK-nın Avropa üzrə əsas nümayəndələrindən biri kimi fəaliyyət göstərib.
2014-01-15
6,496
İstehlakçılar Birliyi səhiyyəni nəzarətə götürür
"Azad İstehlakçılar Birliyi"nin (AİB) nəzdində "Tibbi müayinə və müalicə, eləcə də Profilaktik bərpa iştirakçı hüquqlarının müdafiəsi" komissiyası yaradılıb. Bu barədə "Axar.az"a açıqlamasında komissiyasının sədri Əhməd Rəhmanov bildirib. O bu təklifin AİB-nin sədri Eyyub Hüseynovdan gəldiyini qeyd edib: "Mən poliklinikalarda valideynlərin hüquqlarının pozulması, daha doğrusu peyvənd otaqlarının qarşısında peyvəndin tərkibi və əks göstəricilərinin olmaması barəsində AİB-ə müraciət etmişdim. Nəticədə Eyyub müəllimlə görüşdüm, təklif etdi ki, birliyin nəzdində bir komissiya yaradaq. Komissiyanın əsas məqsədimiz Azərbaycanda tibb müəssisələrinin çox olmasına baxmayaraq, vətəndaşlarımızın İrana, Türkiyəyə getməsinin səbəblərini araşdırıb, bu sahədə olan problemlərin həllində iştirak etməkdir".
2014-01-15
6,497
Suriyada həlak olan bir azərbaycanlı haqda təfərrüatlar
"Suriyada son həlak olanlardan biri QAT-ın üzvü olub". Bunu "Axar.az"a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O, həmin şəxsin adının Rüstəm Əsgərov olduğunu bildirib: "Suriyada son həlak olanlardan biri QAT-ın üzvü olub. Adı Rüstəm Əsgərov idi. Çox normal da bir insan idi. Mən özüm onunla dəfələrlə danışmışdım. Elə bil, sanki heç nə qəbul etmək səviyyəsində deyildi. O, hətta Suriyaya getməzdən əvvəl dostlarına zəng etmişdi ki, Qarabağda müharibənin başlaması ehtimalı yoxdur, ona görə də mən ora gedirəm". A.Nağı Suriyada həlak olmuş həmyerlimizin əvvəllər həbsdə yatması haqqında da məlumat verib: "Onlar 2003-cü ildə Qarabağa döyüşməyə getmək istəyirdilər. Hamısını tutub iş vermişdilər. Onlardan birinə ömürlük, qalanlarına bir neçə il iş verdilər. Azadlığa çıxanlar yanıma gəldilər. Dedilər ki, biz yenidən Qarabağa getmək istəyirik. Bunlar belə insan idilər. Onlar hər zaman Qarabağ üçün döyüşməyə hazır idilər". Qeyd edək ki, Rüstəm Əsgərov 2013-cü il dekabrın 6-da Suriyanın Hələb şəhərində hökumət qüvvələri ilə döyüş zamanı həlak olmuşdu. "İraq və Levantanın İslam dövləti" qruplaşması sosial şəbəkələrdə həmyerlimizin ölümü ilə bağlı informasiya yaymışdı. Rüstəm Əsgərovun Suriyadakı azərbaycanlı döyüşçülərin ideoloji rəhbəri olduğu bildirilmişdi.
2014-01-15
6,498
Suriyada döyüş davam edir - 46 ölü
Əsəd qüvvələrinin dünən ölkə daxilində təşkil etdiyi hücumlarda 46 adam ölüb. "Axar.az" xarici mətbuata əsasən bildirir ki, Suriya dövlət başçısı Bəşər Əsədin müxtəlif şəhərlərdə ağır silahlarla təşkil etdiyi hücumlarda 10-u qadın, 5-i uşaq olmaqla 46 adamın öldürüldüyü bildirilib. Suriya İnsan haqları Təşkilatından edilən açıqlamada quru və havadan təşkil edilən hücumlarda paytaxt Şamda 18, Humusda 11, Derada 8, Hələbdə 3, İdlib və Hamada 2, Kuneytra və Deyruz Zorda bir nəfər olmaqla 46 adamın həyatını itirdiyi deyilir.
2014-01-15
6,499
“Sabah” qəzeti Gülənə müharibə elan etdi
Fətullah Gülənin səs yazısı internetə sızandan sonra "Sabah" qəzeti Gülən hərəkatına rəsmən müharibə elan edib. "Axar.az" xəbər verir ki, "Sabah" qəzeti bu gün "Gülənin çirkli şəbəkəsi" başlıqlı manşetində Fətullah Gülənə "Xocaəfəndi deyil, mafiya lideridir" deyib. Gülənin Pensilvaniyadan (ABŞ) tender payladığı, pul nəqliyyatını idarə etdiyi və biznesmenlərə xəbər göndərdiyinə diqqət çəkib. "Dövlət içində dövlət"in ABŞ-dakı lideri Qəzet Fətullah Gülənin internetə sızan səs yazısı üçün "dövlət içində dövlət təşkilatı ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə aiddir",- yazıb.
2014-01-15
6,500
Müsavat-AXCP davası nəyi üzə çıxardı? - Köşə yazarları
Tanınmış köşə yazarları son günlər ölkə mətbuatında və sosial mediada AXCP və Müsavat Partiyası arasında baş verən qarşılıqlı ittihamlara "Axar.az"da münasibət bildirdi. Seymur Baycan: "Cəbhə ilə Müsavatın bir-birinə demədiyi söz qalmadı. Ən pisi odur ki, deyilənlərin hamısı doğrudur. Çünki bir-birlərin yaxşı tanıyırlar və bir-birlərini də əla ifşa edirlər. Görün, biz bədbəxtlər hansı səviyyənin adamlarına inanmışıq. Bundan sonra bu adamlara inanan, bu adamlardan nəsə gözləyənlərə ad qoymağa çalışıram. Mən vəziyyətin ağır olduğunu hardasa bilirdim, amma bu dərəcədə səviyyəsizlik gözləmirdim, sağ olsunlar. Adamların işini asanlaşdırırlar. Qaldı onlar bitmiş insanlardi. Fikrimcə, bu bitmiş müxalifətdən sonra da yeni siyasi qüvvə gəlməyəcək. Bunlardan yeni nəsə gözləməyə dəyməz. Cəmil Həsənli Yazıçılar Birliyinin üzvüdür. REAL-da isə qlamurlar təmsil olunur. Elə belə siyasətçilərin olmağındansa, olmamağı yaxşıdır". Ceyhun Musaoğlu: "Mətbuatımız eyni düşərgənin təmsilçiləri arasında gedən və siyasət sərhədlərini aşaraq təhqirlər səviyyəsinə enən söz savaşlarına çox meydan olub. Əsasən də müxalifət çəbhəsində düşmənçilik dəb halını alıb. Bütün dönəmlərdə iki savaş tərəfinin biri AXCP, o biri Müsavatdı. Təsadüfi deyil ki, bu partiyalar əməkdaşlıq etməyə başladıqları andan jurnalistlərin proqnozu belə olur: "Bu birlik uzun sürməyəcək, seçki bitən kimi qırğın düşəcək". Proqnozlarımız növbəti dəfə özünü doğrultdu. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı sosial şəbəkələrdə bəzi hücumlar olanda həmkarımı müdafiə xarakterli köşə yazdım. Əlbəttə, düşünmürəm ki, tərəflərdən hansınınsa müdafiəyə ehtiyacı var, onlar nə elədiklərini yaxşı bilirlər, sadəcə, cəmiyyətdə sevginin dominantlıq təşkil etdiyini istəyənlərdən biri kimi, mövqe sərgilədim. Hazırda isə vəziyyət biabırçı şəkil alıb. Tərəflər təhqirləri adi sözlər kimi işlədirlər. Belə hal ikrah hissi yaradır. Cəmiyyətdə nifrətin aktuallaşması hamının ziyanınadı. Belə müxalif düşüncəylə hər hansı dəyişikliyə nail olmaq mümkün deyil. Bundan sonra müxalifət hakimiyyətin siyasətinə irad bildirəcəyi təqdirdə cavab alacaq ki, gedin bir-birinizlə danışmağı bacarın, sonra gələrsiz". Sanki müxalifətin bir missiyası var: hakimiyyəti haqlı çıxarmaq". Rövşən Hacıbəyli: "Partiyalar arasında münaqişə yaranandan bəri mən buna münasibət bildirməmişəm. Ümid edirəm ki, tezliklə partiyalar arasında qarşılıqlı ittihamlara son qoyulacaq və iqtidar bundan öz məqsədləri üçün yararlana bilməyəcək". Zamin Hacı: "Çox acı bir hadisədir. Buna qardaş qırğını da deyə bilərik. Bu dəfə, belə deyim də, onlar bütün körpüləri yandırmaq istiqamətində əməllicə səy göstərdilər. Mən də fikirləşirəm ki, bunun belə olması daha yaxşı oldu. Yəni artıq hərə öz bildiyi yolla gedəcək. Fikirləşirəm ki, bu hadisələrin baş verməsində partiyaların nə qədər günahı varsa, bir o qədər də cəmiyyətin günahı var. Bu bir az "yumurta əvvəldi, yoxsa toyuq" mübahisəsinə oxşadı. Amma istənilən halda problemin yaranmasında hər iki tərəfin günahı var. Onu da etiraf edək ki, bu gün partiyaların müstəqil şəkildə fəaliyyət göstərməsinə məhdudiyyətlər qoyulur. Onlar bu gün çox zəifdirlər. Elə ona görə də əlacsız qalıb bir-birilərini ittiham edirlər. Bu, torpaqların əldən getməsində ermənini unudub füzulilinin cəbrayıllını, cəbrayıllının da ağdamlını ittiham etməsinə bənzəyir. Tərəflər arasında olan münaqişələr hakimiyyətin özünə də sərf edir. Bax, son vaxtlar kim Cəbhədən Müsavatın və ya Müsavatdan Cəbhənin əleyhinə danışırsa, birmənalı olaraq həmin adam işləməsə belə, hakimiyyətə yardım edir. Bu dediklərim "Yeni Müsavat" və "Azadlıq" qəzetində gedən yazılara da aiddir". Elnur Astanbəyli: "Təbii ki, çox rüsvayçı bir hadisədir. Bu hadisə sübut elədi ki, Azərbaycanda İsa Qəmbərlə Əli Kərimli və onların tərəfdarlarına başqa adamların qoyduğu hörmətin mində birini bunlar bir-birilərinə göstərə bilmirlər. Azərbaycanda siyasi dəyişiklik üçün olan münbit şərait heç bir ölkədə yoxdur. Çünki bu qədər kütləvi narazılıq, bu qədər kütləvi etiraz və problemləri olduğu şəraitdə Azərbaycanda siyasi dəyişikliklər çox sürətlə baş verməliydi. Bu gün bir daha təsdiq olundu ki, bu siyasi dəyişikliyin baş verməməsinin əsas səbəbi bugünkü müxalifətin bu səviyyəsidir. İstənilən ölkənin hakimiyyəti arzu edərdi ki, bizdəki kimi müxalifəti olsun. İndi bu tərəflər istəyir ki, hər ilin, ayın axırında bunlar bir-birilərini qırsın, kənarda oturanlar isə kimin haqlı və ya haqsız olması haqqında fikir bildirsin. Amma yeməzlər. Təsəvvür edin ki, mən 15 ilə yaxındır ki, bu hadisələrin içindəyəm. Bu illər ərzində 6-7 dəfədir ki, tərəflər arasında bu cür qanlı qırğınları izləyirəm. Bir daha təsdiq olundu ki, bunların bir-birinə olan patoloji nifrəti Azərbaycan hakimiyyətinə olan nifrətdən qat-qat çoxdur. Fikir verin, insanlar müxalifət haqda danışarkən "müxalifət də hakimiyyətə satılıb" - deyə fikir bildirirlər. İndi cəbhəçilər və Müsavat arasında olan qarşılıqlı ittihamlara fikir verin, hər iki partiya təmsilçiləri bir-birini baş tutan seçkilərdə hakimiyyətə satılmaqda ittiham edirlər. Demək, xalq haqlıdır, müxalifət həqiqətən hakimiyyətə satılıb. Heç hakimiyyət düşünülmüş addım ataraq milyonlarla pul xərcləsəydi belə, bugünkü müxalifəti bu vəziyyətə gətirə bilməzdi. Mən indi başa düşürəm ki, məhbəs həyatı yaşayan günahsız gənclər həqiqətən bu hakimiyyət üçün təhlükə mənbəyidirlər. Çünki hakimiyyətə onlar yox, bugünkü müxalifət daha çox sərf edir. Ona görə də Əli Kərimli və İsa Qəmbər hər zaman müxalifətdə qalacaq. Hakimiyyət onları tam gücləndirməsə də, siyasi səhnədən getməsinə imkan verməyəcək". Şərif Ağayar: "Siyasətdə ən başlıcası mənafedir. Qardaşlıq, dostluq, kişilik, əxlaq, namus-qeyrət kimi kiflənmiş dəyərlərlə siyasi hadisələrə qiymət vermək doğru deyil. Bunlar şəxsi keyfiyyətlərdir. Qeyrətli partiya olmur. Baxmayaraq ki, bizdə Qeyrət adlı partiya da vardı. Hər bir partiyanın qərar vermək hüququ var. Mən siyasətçilərə inanmıram, ona görə elə də ciddi təsirlənmədim. Amma Müsavat partiyasının bəyanatı bir az təsir etdi mənə. Bu sözləri seçkilərdə Hafiz Hacıyev deyirdi də... Tək Hafiz Hacıyev yox, oradakı namizədlərin hamısı deyirdi ki, xalq sizinlə deyil. İndi böyük bir müxalifət partiyasının bu həqiqəti bəyanat səviyyəsində etiraf etməsi üzücüdür. Və bu, siyasi yox, mənəvi məsələdir artıq. Bu xalq alternativlərə hazır deyil. Fərqli və çoxfikirlilik anlayışı yoxdur onun üçün. Deməli, hələ normal cəmiyyət olmağımıza çox var".
2014-01-15
6,501
Suriyada döyüşən azərbaycanlılarla bağlı sərt açıqlama - QAT
"Məncə, Azərbaycanda bir ideoloji boşluq var". Bu sözləri "Axar.az"a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib: "Məncə, Azərbaycanda bir ideoloji boşluq var. Təkcə Suriya və ya Əfqanıstandan söhbət getmir. Söhbət ümumi ideoloji boşluqdan gedir. Bundan da istifadə edən islamın müxtəlif radikal qrupları ətraflarına adamlar toplayırlar. Bir zamanlar böyük dövlətlərin kəşfiyyat qrupları tərəfindən yaradılmış radikal qanadlar var ki, bunlar da islamın inkişafını heç vaxt düşünməyiblər. İndi də vəhabilik, sələfilik deyilən qanad var ki, bundan istifadə edirlər". O, məhz bununla əlaqədar öz bəyanatlarında hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildirib. Qeyd edək ki, bu gün Qarabağ Azadlıq Təşkilatı son zamanlar Suriyada döyüşən azərbaycanlıların sayının artması ilə əlaqədar olaraq "Suriya yox, Qarabağ var" bəyanatını yayıb.
2014-01-15
6,502
Gül Ərdoğana rəqib olub-olmadığına aydınlıq gətirdi
Türkiyənin prezidenti Abdullah Gül jurnalistlərin suallarnı cavablandırıb. "Axar.az" xəbər verir ki, Türkiyənin prezidenti Abdullah Gül Baş nazir R.T.Ərdoğana prezident seçkilərində rəqib olub-olmayacağına dair suala "bu suala cavab vermək üçün hələ çox tezdir. Vaxtı gələndə hamınız görəcəksiniz",- deyə cavab verib. Prezident Gül Ərdoğanla Fətullah Gülən çəkişməsinin seçkilərə təsiri olub-olmayacağına aid suala da cavab verib: "Cürbəcür fikirlər ola bilər. Bunlar ölkələrin sabitliyini və ölkələr arasındakı əlaqələri pozmaz. Türkiyədə baş verənlər, sadəcə, siyasət ənənəmizdən gələn vərdişlərin ortaya çıxmasıdır".
2014-01-15
6,503
ANS 7 saytı məhkəməyə verdi
ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaymış bir sıra sayt və portallar bu gün məhkəməyə verilib. ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə, məhkəmədə cavab verəcək portallar aşağıdakılardır: Aznews.az, İnterpress.az, Azvision.az, Demokratiya.info, Axar.az, Publika.az, Presspost.az. Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər.
2014-01-15
6,504
Azərbaycan Əfqanıstan ordusuna daha 1 milyon ayırdı
Azərbaycan Əfqanıstan Milli Ordusuna dəstək Fonduna daha 1 milyon avro ayırır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Anders Foq Rasmussenlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan bu il İSAF qüvvələrinin çıxarılmasından sonra da Əfqanıstana dəstəyini davam etdirmək niyyətindədir: "Biz əfqan ordusuna dəstək fonduna 1 milyon avro ayırmışdıq və yardımı davam etdirəcəyimizi vəd etmişdik. Bu gün mən demək istəyirəm ki, biz daha 1 milyon avro ayıraraq bunu Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar edilməsinə öz töhfəmiz sayırıq". Azərbaycan Prezidenti NATO-nun Baş katibi ilə görüşdə bölgədəki vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardıqlarını söyləyib: "Bu münaqişə regional təhlükəsizlik və sabitlik üçün əsas maneədir. Münaqişə mümkün qədər qısa zamanda həll olunmalıdır. Problemin həlli beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır".
2014-01-15
6,506
Əli Əhmədov Qarabağ qazilərini qəbul edib
Bu gün baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov "Qarabağ qaziləri" birliyinin sədri Etimad Əsədovu, sədr müavini Firudin Məmmədovu, birliyin rəhbərliyində təmsil olunan Rizvan Vəliyev, Yaşar Qazıyev və Rey Kərimoğlunu qəbul edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, görüşdə iştirak edən Qarabağ qaziləri Azərbaycan dövlətinin, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ müharibəsi əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, həyata keçirilən dövlət proqramlarından danışıb, bu qəbildən olan insanların həlli vacib problemlərini müzakirə ediblər. Qarabağ qaziləri bir müddət əvvəl hazırlanan və prezident İlham Əliyevə göndərilən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən sağlamlığını itirib əlil olmuş şəxslərin - Qarabağ qazilərinin sosial problemlərinin həllinə dair təklifləri baş nazirin müavininə təqdim ediblər. Qazilərin qayğı və təkliflərini dinləyən Ə.Əhmədov prezident İlham Əliyev başda olmaqla dövlətin bu qəbildən olan insanlara diqqət və qayğısından söz açıb, gələcəkdə də onların problemlərinin həlli istiqamətində, imkan daxilində, bütün zəruri addımların atılacağını bildirib. Qarabağ əlillərinin, veteranların və şəhid ailələrinin problemi müzakirə edilən görüşdə müharibə adamlarının problemlərinin həlli üçün QHT-lərlə dövlət orqanlarından ibarət birgə işçi qrupunun yaradılması da müzakirə edilib. Ə.Əhmədov sonda bildirib ki, belə görüşlərin sistemli halda və ildə iki dəfə keçirilməsi daha səmərəli olardı. O, müzakirələrlə bağlı dövlət başçısına məruzə ediləcəyini də qeyd edib.
2014-01-15
6,507
Həmyerlimiz rəssam Nadir Əliyev dünyasını dəyişdi
Uzun illər İçveçrədə, sonralar Fransada yaşayan həmyerlimiz, istedadlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nadir Əliyev uzun sürən ağır xəstəlikdən sonra yanvarın 8-də dünyasını dəyişib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər. Mərhumun qohumu Sergey Bespalının Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi məlumata görə, N.Əliyev Fransanın Annemas şəhərindəki qəbiristanlıqların birində dəfn olunub. Vida mərasimində Azərbaycanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, Annemas şəhər meriyasının üzvləri, mərhumun doğmaları və yaxınları iştirak ediblər. Qeyd edək ki, faciəvi hadisə nəticəsində iki il komada olan həmyerlimiz "ikinci həyatı"na musiqiçi deyil, bir rəssam kimi qayıdıb. Bunun nəticəsi olaraq, o, bir-birindən rəngarəng sənət əsərləri yaradıb. Son illər N.Əliyevin Avropada daha çox rəssam kimi tanınması da bu səbəbdəndir. Rəssamın Parisdə, Cenevrədə, Kurşaveldə, San-Tropedə, Brüsseldə, Vallettada təşkil olunan fərdi sərgiləri nəinki sənətsevərlərin, hətta məşhur sənətşünasların, kolleksionerlərin diqqətini cəlb edib. Təsadüfi deyil ki, rəssamın əsərlərinin böyük qismi İsveçrə bankı, həmçinin Maltanın Milli Bədii Muzeyi tərəfindən alınıb. (Trend)
2014-01-15
6,508
Kasparov Bakıya gəlmək istəyir
Azərbaycanda anadan olmuş şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etmək üçün Azərbaycana gələcək. Bu barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Modern.az saytına müsahibəsində bildirib. "Harri Kasparov Bakıda keçiriləcək Olimpiadada iştirak etmək niyyətini bizə bildirib. Kasparov Azərbaycanın yetişdirməsidir. Ümumilli lider Heydər Əliyev ona lazımi köməklik edib. Harri heç vaxt bunu danmayıb"-deyə F.Həsənov bildirib. Vitse-prezidentin sözlərinə görə, Olimpiadada 180-dən çox ölkənin şahmatçılarının iştirakı nəzərdə tutulub. Qeyd edək ki, 2016-cı il Şahmat Olimpiadası Bakıda keçirilməsi barədə qərar Beynəlxalq Şahmat Federasiyasının 2012-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunub. Bakıda Şahmat Olimpiadasının 2016-cı ilin sentyabrında təşkili nəzərdə tutulub. Ermənistan şahmatçıları Bakıya gəlmək barədə konkret qərar qəbul etməyiblər. Harri Kasparov 1963-cü ildə Bakıda doğulub. Atası Kim Moiseyeviç Vaynşteyn milliyətcə yəhudi, anası Klara Şagenovna Kasparyan isə ermənidir. Babası Moisey Rubinoviç Vaynşteyn keçən əsrin 40-50-ci illərində Azərbaycan SSRİ-nin tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olub. Harri əvvəllər Vaynşteyn soyadını daşısa da, atasının vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək, öz soyadını verib və soyadın sonluğundakı "yan" hissəciyini dəyişərək rus stilində "ov" yazdırıb. Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib. 1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu adını qazanıb. Sovet ordusunun Bakıya müdaxiləsi ərəfəsində- 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk edərək Moskvaya gedib. Daha sonra bəyanat yayaraq sovet ordusunun da Bakını tərk etməsini tələb edib. Son zamanlar siyasətlə məşğul olur. 2005-ci ildə Rusiyada yaradılmış "Birləşmiş vətəndaş cəbhəsinin" sədridir.
2014-01-15
6,509
Bakıda 17 yaşlı oğlan özünü 7-ci mərtəbədən atıb - Foto
Bakıda intihara cəhd edən oğlanın kimliyi məlum olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında, Babək prospekti-94 ünvanında yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq intihara cəhd edən yeniyetmə 1997-ci il təvəllüdlü İsmayıl Raqif oğlu Əhmədovdur. İ. Əhmədov ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Polisdən həmçinin bildirilib ki, İ. Əhmədov Nərimanov rayonunda yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdidir. *** 18.09 Bakıda intihara cəhd olunub. Hadisə saat 17.00 radələrində Babək prospekti - 94 ünvanında qeydə alınıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan 17 yaşlı oğlan hündür mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb. Ağır xəsarətlər alan gənc 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
2014-01-15
6,510
Türkiyədən nömrə nişanlarını oxuya bilən sistem alınır
"Intelligent Patrol" sistemi vasitəsilə hərəkətli halda belə oğurlanmış, axtarışda olan və ya saxta dövlət nömrə nişanı qurulmuş nəqliyyat vasitələrini təsbit edilə biləcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Azərbaycan Türkiyədən polis maşınlarına görmə məsafəsində bütün dövlət nömrə nişanlarını avtomatik oxuyub araşdıra bilən "Intelligent Patrol" sistemi alır. Yanvarın 9-da təqdimatı keçirilmiş sistemin ilk müştərisi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləridir. "Intelligent Patrol" sistemi vasitəsilə polis maşınları hərəkətli halda belə oğurlanmış, axtarışda olan və ya saxta dövlət nömrə nişanı qurulmuş nəqliyyat vasitələrini təsbit edə biləcək. Bundan başqa, arxa və ön kamera ilə davamlı müşahidə aparan sistem bütün nəqliyyat vasitələrinin sürətini qeydə almaqla sürət həddini aşan avtomobilləri müəyyənləşdirir. Bu kameralar vasitəsilə mərkəzdən də real vaxt rejimində bütün prosesi müşahidə etmək mümkündür. Sistemə üz tanıma, havada çirklənməni ölçmə sensorları da daxildir. Qeyd edək ki, Türkiyənin "Ekin Technology" şirkəti Bakıda "Təhlükəsiz Şəhər" sistemini, həmçinin Bakı Metropolitenində nəzarət sistemini qurub.
2014-01-15
6,511
Ziya Məmmədov Şabranda vətəndaşları qəbul edəcək
Nəqliyyat naziri Ziya Məmmədov Şabranda vətəndaşları qəbul edəcək. "Axar.az" Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Naziri cənab Ziya Məmmədov 2014-cü il 24 yanvar tarixində Şabran rayonunda Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 22 yanvar 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq: • Şabran "87 saylı Yol İstismarı" MMC (Şabran şəhəri, Bakı-Quba avtomobil yolunun 124-cü km) • Siyəzən "4 saylı Yol İstismarı İdarəsi" (Siyəzən şəhəri, H.Əliyev küçəsi-153) • Xaçmaz "5 saylı Yol İstismarı İdarəsi" (Xaçmaz rayonu, Müşfiq qəsəbəsi)
2014-01-15
6,512
Xaşxaş aparıcını pis vəziyyətdə qoydu – Video
Yanvarın 1-dən etibarən ABŞ-ın Kolorado ştatında qanuni olaraq xaşxaşın əyləncə xətrinə istehlak edilməsinə icazə verilib. "Axar.az" xəbər verir ki, məhz bu səbəblə Kolorado ştatında yeni açılan xaşxaş dispanserinə gedərək reportaj hazırlayan "CNN"nin müxbiri Randi Kaye uzun müddət xaşxaşın dumanına məruz qaldığı üçün maraqlı anlar yaşanıb.
2014-01-15
6,513
İlham Əliyev: "Azərbaycanda siyasi məhbus yoxdur"
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Anders Rasmussen ikitərəfli danışıqlardan sonra jurnalistlərin qarşısına çıxıblar. İlham Əliyev "Azadlıq" radiosunun suallarını da cavablandırıb. "Siyasi məhbus termininin aydınlaşdırılması təklifi" "Azadlıq" radiosu: Cənab prezident, keçən dəfə Brüsselə səfəriniz zamanı dediniz ki, Azərbaycanda heç bir siyasi opponentiniz həbsdə deyil. Lakin İlqar Məmmədov və Anar Məmmədli kimi fəallar hələ də həbsdədir. Siz hələ də o fikrinizdə qalırsınız ki, Azərbaycanda siyasi məhbus yoxdur? İlham Əliyev: Bəli, əlbəttə, bu, həmçinin Avropa Şurasının Parlament Assambleyasının qərarı ilə təsdiq olunub. Dekabr ayında Avropa Şurasının bəzi üzvləri tərəfindən qaldırılmış bu məsələ qəbul olunmamışdır. Assambleya üzvlərinin əksəriyyəti bu qətnaməyə dəstək vermədi. Bu isə o deməkdir ki, keçən dəfə mən burada Avropa Komissiyasında dediyim "Azərbaycanda siyasi məhbus yoxdur" fikri həmçinin Avropanın və dünyanın ən vacib institutlarından biri olan AŞPA tərəfindən təsdiq edilir. Azərbaycan 10 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür, biz Avropa İnsan Haqları Məhkəməsinin üzvüyük, bu da o deməkdir ki, Azərbaycanda siyasi məhbus ola bilməz. Əgər kiməsə qarşı ədalətsiz davranış baş veribsə, bu haqda həmişə Avropa məhkəməsinə müraciət etmək imkanı var və biz də bu qurumun qərarlarına həmişə əməl edirik. Onu da demək istəyirəm ki, "siyasi məhbus" termininin müəyyənləşdirilmiş mənası yoxdur. Biz hesab edirik ki, Avropa Parlamenti və ya Avropa Şurası tərəfindən siyasi məhbus məfhumunun müəyyənləşdirilməsi yaxşı ideya olardı. O zaman da kimin siyasi məhbus olub-olmamasını müəyyən etmək olduqca asanlaşardı. Ona görə də sizin sualınızın ən yaxşı cavabı AŞPA-nın 2013-cü ilin yanvarında verdiyi qərardır. "Bizim hələ də Ermənistanın danışıqlarda səmimi olmasına şübhələrimiz var..." "Azadlıq" radiosu: Ermənistan prezidenti ilə gözlənilən görüşə hansı ümidlər bəsləyirsiniz? İlham Əliyev: Qarabağ danışıqları ilə bağlı biz nikbin olmaq istərdik, çünki münaqişənin başlanmasından artıq xeyli vaxt keçib və 20 ildir ki, torpaqlarımız işğal altındadır. BMT-nin erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələrini Ermənistan yerinə yetirmir. Bu, beynəlxalq hüququn kobud pozulmasıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bildiyiniz kimi, Dağlıq Qarabağdan kənarda Azərbaycanın 7 rayonu da işğal altındadır. Erməni təcavüzünün nəticəsi olaraq 20 ildən çoxdur ki, bir milyon insan evsiz qalıb. Mənim Ermənistan prezidenti ilə sonuncu görüşüm əvvəlki görüşlərdən daha optimist idi. Danışıqlar prosesində uzun müddət durğunluq dövrü idi. Çünki Ermənistan danışıqların davam etdirilməsinə istək göstərmirdi. Bizim hələ də Ermənistanın danışqlarda səmimi olmasına şübhələrimiz var ki, onlar danışıqları yalnız status-kvonun saxlanması üçün aparırlar. ATƏT-in Minsk Qrupuna sədrlik edən ölkələrin prezidentləri hazırki status-kvonun qəbuledilməz olduğunu elan ediblər və biz bunu Ermənistan üçün ciddi mesaj kimi dəyərləndiririk. Status-kvonun dəyişdirilməsi üçün onlar bizim torpaqların işğaldan azad edilməsinə başlamalıdırlar. Biz xarici işlər nazirlərimizə tapşırıqlar vermişik. Bizim Vyanadakı görüşümüzdən sonra nazirlər artıq bir dəfə görüşüblər. Ümid edirik ki, onlar bu ayın axırında, ya gələn ayın əvvəlində yenidən görüşəcəklər və biz Ermənistanın bu prosesdə nə qədər səmimi olduğunu görə biləcəyik. Ümidvaram ki, Ermənistanda real qiymətləndirmə üstün gələcək və biz tezliklə konfliktin həllinə nail olacağıq. Rasmussen NATO ilə Azərbaycan arasında əməkdaşlıq haqda Rasmussen: Azərbaycanla NATO arasında işlək əməkdaşlıq var və bunun genişləndirilməsi potensialını da görürəm. Bunlardan ən əsası odur ki, bizim silahlı qüvvələrimiz birgə işləyə bilsinlər. Birgə sülhməramlı əməliyyatlarda iştirak edə bilsinlər. İkinci məsələ odur ki, silahlı qüvvələrin islahatları davam etməlidir. Bu sahədə NATO-nun böyük təcrübəsi var və biz ümid edirik ki, NATO ilə Azərbaycan arasında əməkdaşlıq bu sahədə də genişlənəcək. Daha bir birgə maraq dairəsi enerji təhlükəsizliyidir. Bunun strateji aspektləri var, təhlükəsizlik aspektləri var. Bu sahədə də əməkdaşlığı inkişaf etdirəcəyik.
2014-01-15
6,514
Azərbaycan xalçaları Xankəndində auksiona çıxarıldı
Bir əsrdən artıq yaşı olan və işğal zamanı muzeylərimizdən götürülmüş xalçaların üzərində Qarabağ təsvirləri yer alıb. "Axar.az"ın erməni mənbələrinə istinadən verdiyi xəbərə görə, auksiona 17 Azərbaycan xalçası çıxarılıb. Auksionda Fransa, İngiltərə, Çin və Ermənistan kolleksiyonerləri iştirak ediblər. Xalçalara ilkin qiymət kimi 17 - 22 min dollar arası qiymət qoyulub. Deyilənə görə, auksionun ən böyük "Qonur atlar" xalçasını fransalı tacir Emiliya Kas 38 min dollara alıb. Tədbiri təşkil edən qondarma qurumun mədəniyyət nazirinin müavini Aram Mkrtiçyanın sözlərinə görə, toplanan vəsait "infrastruktur müəssisələrinin inkişafına" sərf ediləcək.
2014-01-15
6,515
İstanbulda Azərbaycan kino festivalı keçiriləcək
Festival 24 yanvar – 2 fevral tarixlərində baş tutacaq. "Axar az" xəbər verir ki, Türkiyədə Azərbaycan kinosu festivalı keçiriləcək. "Bu kino çox gözəl" adı altında reallaşacaq festival 24 yanvar – 2 fevral tarixlərində baş tutacaq. Festival çərçivəsində Azərbaycan kinematoqrafçılarının "Arşın mal alan", Yarasa", "Buta", "Qala", "40-cı qapı", "Müqəddəs heyvan", "Çovqan" və "Çölçü" filmləri nümayiş etdiriləcək. Festival "Avropa Azərbaycan İctimaiyyətinin" (The European Azerbaijan Society, TEAS) təşkilatçı dəstəyi ilə keçiriləcək. "Bu kino çox gözəl" adlı kinofestival İstanbulun "Pera" muzey mərkəzində düzənlənəcək.
2014-01-15
6,516
Tanınmış repçi adam döyüb qaçdı
Polis tanınmış repçi Kanye Uest haqqında istintaqa başlayıb. "Axar az" Rusiya mətbuatına istinadən xəbər verir ki, repçi adam döyməkdə ittiham olunur. Polis serjantı Corc Demaruanın sözlərinə görə, bu barədə təsadüfi şahidlər polisə məlumat veriblər. Dava bazar ertəsi səhər Uilşir bulvarındakı ofis binasının qarşısında baş verib. Polis gələndə isə tanınmış repçi qaçaraq aradan çıxıb.
2014-01-15
6,517
İraqda qan su yerinə axır: 73 ölü
İraqda silsilə terror aktlarının qurbanlarının sayı 73 nəfərə çatıb, 128 nəfər xəsarət alıb. Bu barədə "Frans Press" agentliyi yerli hakimiyyətə istinadən xəbər verir. Bundan əvvəl İraqın Bağdad və Bakubə şəhərlərindəki partlayışlar nəticəsində 52 nəfərin öldüyü bildirilirdi. (Trend)
2014-01-15
6,518
İstanbulda 3 mərtəbəli bina çökdü - Foto/Video
İstanbulda Fatih ilçəsində suriyalıların məskunlaşdığı bina çöküb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, binanın çökməsi nəticəsində 3 nəfər yaralanıb. Əldə edilən məlumatlara görə, tərk edilmiş binada suriyalı qaçqınlar məskunlaşmışdı. Hadisə yerinə xilasetmə qrupu cəlb edilib. Uçmuş binanın altından 3 suriyalı vətəndaş çıxarılıb.
2014-01-15
6,519
Tora düşən nəhəng balıq hamını şoka saldı - Video
Çayda balıq ovlayan balıqçı toruna düşən nəşr balığını görüncə təəccüblənib. Başına gələnlərdən xəbərsiz olsa da, toruna düşən balığı çətinliklə sahilə çıxarıb.
2014-01-16
6,520
Ali Hərbi Məktəbdə daha bir qalmaqallı həbs - Yeniləndi
2014-01-15; 22:57:42 Polkovnik-leytenant müdafiə nazirinin əmrini yerinə yetirməyib. Azərbaycan Ali Hərbi Məktəbinin tədris şöbəsinin rəisi mayor Ramiz Fərəməzov həbs edilib. Prokurorluq orqanları onun barəsində korrupsiya faktları üzrə istintaq araşdırmaları aparır. Bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə hərbi mənbələrdən məlumat verilib. Mənbə bildirib ki, məktəbin sabiq rəis əvəzi polkovnik Mirzəli Yusifov yanvar ayının ilk həftəsində həbs edilib. Ramiz Fərəməzovun Mirzəli Yusifovun "əlaltısı" və "pul yığmaq" üzrə biznes ortağı olduğu bildirilir. Mənbə bir sıra maraqlı faktları açıqlayıb. Maraq doğuran fakt budur ki, Mirzəli Yusifov və Ramiz Fərəməzovla iş ortağı olan Hərbi Mühəndis Kafedrasının rəisi vəzifəsini sifarişlə 8 ildən çox icra edən vəzifəcə Hərbi Mühəndis Kafedrasının rəisi olan polkovnik-leytenant Məmmədov Həsən Məmməd oğlu hətta Müdafiə naziri general–polkovnik Zakir Həsənovun əmrini belə yerinə yetirmək istəmir. "Mən naxçıvanlıyam və general Kərəm Mustafayevin adamıyam" deyərək hələ də at oynadır. 15 yanvar 2014-cü il tarixində Ali Hərbi Məktəbin rəisinə özünü təqdim etmiş hərbi xidmətini davam etdirmək üçün gəlmiş Hərbi Mühəndis Kafedrası rəisinin müavini vəzifəsinə Müdafiə nazirinin əmri ilə təyin olunmuş polkovnik-leytenant Şeydayev Ruslan Fərhad oğlu öz iş otağına polkovnik-leytenant Həsən Məmmədov tərəfindən buraxılmayıb. Silsilə rəisi Hərbi Mühəndis Kafedrası rəisinin müavini polkovnik-leytenant Ruslan Şeydayevə müəllimlər otağında oturmağı əmr edib. Əldə olunan məlumatlara görə Ali Hərbi Məktəbin rəisi general-mayor Heydər Piriyev işə qarışıb. Onun tapşırıqlarına baxmayaraq silsilə rəisi hələ də kafedra rəisinin xidməti iş otağını azad etmək istəmir. ("Musavat.com") *** 2014-01-16 10:15:42 Müdafiə Nazirliyinin mətbuat xidməti Ramiz Fərəməzovun həbsini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ramiz Fərəməzov 26 avqust 2013-cü il tarixində yaşa görə Silahlı Qüvvələrin sıralarından təxris olunub: "O, mülki vətəndaşdır. Müdafiə Nazirliyinə aidiyyəti yoxdur". Qeyd edək ki, bir necə gün öncə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi polkovnik Mirzəli Yusifov da həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
2014-01-15
6,521
Suriyada daha bir azərbaycanlı öldürüldü
Suriyada daha bir azərbaycanlı öldürülüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Məlumata görə, "Əl-Nüsra Cəbhəsi" sıralarında Bəşər Əsədə qarşı vuruşan "Əbu Zər-Azəri" ləqəbli azərbaycanlı mücahid yanvarın 14-də Suriyanın Xama bölgəsində hökumət qüvvələri tərəfindən öldürülüb. Onun əsl adı və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
2014-01-15
6,522
Şәhidlәr Xiyabanı 20 Yanvara hazırlanır - Fotosessiya
Qanlı 20 yanvar faciәsinin ildönümünә bir neçә gün qalıb. Artıq bu gündәn Şәhidlәr Xiyabanının 20 Yanvar gününә hazırlanmasına başlanılıb. "Axar.az"ın Şәhidlәr Xiyabanında olan әmәkdaşı hazırlıq prosesindәn fotosessiya edib. Fotoları tәqdim edirik.
2014-01-15
6,523
ANS-in mәhkәmәyә verdiyi sayt redaktorları danışdı
İşgüzar nüfuzuna xələl gətirən materiallar dərc etdikləri iddiası ilə ANS tərəfindən məhkəməyə verilən xəbər saytlarının baş redaktorları telekanalın məhkəmə iddiasına münasibət bildirdilər. "Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov: - Vallah mən bilmirəm bu cəddinə qurban olduğum niyə belə bir qərara gəlib. Dünən mən fikirləşdim ki, bu qərəzli olar və dəqiqləşdirmədən yazmaq istəmədim. Ağlabatan informasiya olmadığı üçün "Azvision" onu vermədi. Qurban olduğum yenə bizə məhkəməyə verdi. Nə bilim yəqin zəng-zad gəlib də... Qısacası hüquqi olaraq heç bir əsası yoxdur. "Aznews.az" saytının baş redaktoru Elçin Zahiroğlunun fikrincə, ANS-in onları məhkəməyə verməsi əsassızdır: "Bizim ANS-lə bağlı xəbərimizi telekanalın rəsmisi Mais Məmmədov təsdiqləyib. Bundan başqa, yazdığımız xəbəri ANS-in Şirvan şəhəri üzrə keçmiş müxbiri Nəriman Hüseynov da saytımıza verdiyi açıqlamada təsdiqləyib və işdən azad olunduğunu bildirib". "Publika.az" saytının baş redaktoru Bəxtiyar Əlirzayev media qurumları arasında məhkəmə çəkişmələrini qəbuledilməz hesab edir: - Düşünürəm ki, bu məsələlər öz aramızda həll olunmalıdır. Qaldı onların bizi məhkəməyə verməsinә, bunu anlaya bilmirəm. Bizim saytda ANS-lə bağlı üç xəbər gedib, onlardan biri istinadla, digər ikisi isə ANS rəsmilərinin açıqlamaları olub. Onların bizi məhkəməyə verməkləri son günlər telekanal ətrafında baş verən gərginliklə bağlıdır. Çünki bizim ANS-lə bağlı verdiyimiz məlumatda heç bir məhkəmə predmeti yoxdur. Hesab edirəm ki, telekanal rəhbərliyi məhkəmə iddiasını geri götürəcək. Xatırladaq ki, bu gün ANS Müstəqil Yayım və Media Şirkəti işgüzar nüfuzuna xələl gətirən materialların mətbuatda yayılması iddiası ilə Aznews.az, İnterpress.az, Azvision.az, Demokratiya.info, Axar.az, Publika.az, Presspost.az xəbər portallarını məhkəməyə verib.
2014-01-15
6,524
Bakıda 61 yaşlı qadın qətlə yetirildi
Bir qədər əvvəl Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Əsəd Əhmədov küçəsində 17 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildən 1953-cü il təvəllüdlü Xoşavaz Mamaşovanın üzərində xəsarətlər olan cəsədi tapılıb. Qadının qətlə yetirildiyi bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər.
2014-01-15
6,525
"TRT" Almaniyada yayımdan çıxarıldı
Türkiyənin "TRT" telekanalı Almaniyanın aparıсı kabel televiziya yayımı şirkəti "Unitymedia"nın siyahısından çıxarılıb. Səbəb kimi "TRT"nin Hamburqda solçu qrupların törətdiyi küçə qarşıdurmalarını çox qabartdığı göstərilib. Yaydığı kanallardan ödəniş almayan "Unitymedia" türk kanalından 300 min avro istəyib. TRT isə bu pulun haqsız istənildiyini bildirib. (ANS)
2014-01-16
6,527
Kirayənişin ev sahibinin ciyərini yedi
Dublində bir kirayənişin ev sahibini öldürərək ciyərini yeyib. "Axar az" xarici mətbuata istinadən məlumat verir ki, italyan əsilli kirayənişin ev sahibi ilə şahmat oynayarkən aralarında yaşanan mübahisə onun ölümünə səbəb olub. Ev sahibini bıçaqlayaraq öldürən kirayənişin daha sonra onun ciyərini çıxarıb yeyib.
2014-01-16
6,528
Düzlüyünə görə qızıl mükafat aldı
"Durduğu yerdə zənginləşə bilərdi, amma o, dürüstlüyü seçdi". İstanbul Atatürk hava limanının ayaqyolusundan tapılan 7 min lirəni sahibinə qaytaran gənc dürüstlüyünə görə qızılla mükafatlanıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, hələ tələbə olan Hayrəddin Bostan nümunəvi hərəkəti ilə hər kəsin diqqətini çəkməyi bacarıb. Böyük miqdarda pulu həmin an polislərə təhvil verən gənc: "Nə olur, olsun. Mən polisimə inanıram. O, mütləq pulun öz sahibini tapacaq", - deməsi isə polislərin xüsusi sevgisinə səbəb olub. Qeyd edək ki, göstərdiyi fədakarlıqları nəzərə alınaraq, o, Türkiyə Cümhuriyyəti adlı qızıl mükafata layiq görülüb.
2014-01-16
6,529
Zarafat, yoxsa dəhşət? – Şok/Video
Nyu Yorkun əsas küçələrində film çəkilişləri üçün sınaq yoxlanışları aparılıb. Qorxulu filmin qəhrəmanı hesab edilən "şeytan körpə arabası" robortu insanların çoxluq təşkil etdiyi küçələrdə qorxulu performanslar edib. Belə ki, o kənardan idarəetmə vasitəsilə ilə yönəldilərək insanların üzərinə yeridilib. Daha sonra isə real körpə kimi dikəlib, ağlamağa başlayıb. Qorxulu görünüşə sahib olan, hətta gözləri qanla dolmuş körpənin arabası insanları olduqca vahiməyə sala bilib. Qeyd edək ki, video Yutubda izlənmə rekordu qırıb.
2014-01-16
6,530
Amerikalı əsgərlər İraqda meyitləri yandırıblar - Dəhşətli Fotolar +16
ABŞ dəniz piyadaları korpusu internetdə yayılan fotolarla bağlı araşdırmalara başlayıb. Yayılan fotolarda amerikalı dəniz piyadalırın 2004-cü ildə Fəllucə şəhərində iraqlı silahlıların cəsədlərini yandırdığı əks olunub. Fotolar CNN-in də sahibi olan "Time Warner"ə məxsus saytda yayılıb. Musavat.com
2014-01-16
6,531
Sən mənim məsumiyyətimsən...
Sən mənim məsumiyyətimsən... (Esse) Hamı zənn edir ki, Sən göydəsən... Amma mən səni göyə açılmış ovuclarımın içində, damarlarımdakı qanda, atan qəlbimdə hiss etdikcə anladım… anladım ki, Sən mənim məsumiyyətimsən... İnsan məsumiyyəti ilə dünyanı və gözəlliyi, qəlbini yaralayan hər kəsi xilas etmək, qurbanlıq olanların yaralarını sarmaq istədi. Əvəzində özü qurbanlıq olub yaralandı. İnsanın içdiyi südmü acı, yoxsa həyat?! İnsan bu dünyanın harasındadır, artıq bilmir. Amma onun mərkəzinə daima birini və ya birilərini qoymağa can atır. Sonra baxır ki, o "biriləri" dediyi heç küncə də layiq deyilmiş. *** Bu dünyada SƏN, tək Sənsən ki, uşaqlıqdan, kimsəylə danışa bilməyəndə belə İnsan Səninlə danışır. Rəsmiyyətsiz, səmimi... Kiminlə danışdısa İnsan, qarşısındakı özünü böyük bildi, ona "Siz" deyə müraciət etməsini istədi. Amma Sən daima "sən" oldun. Təkəbbürsüz, iddiasız... *** …İnsan bu dünyada yaşaya bilmədi. Fəlsəfə uydurdu, sonra şeir, yox, özünü tapa bilmədi, daha böyük romanlara yol aldı, amma nə etdisə, tablolar çəkib özünü rahatlatmaq istəsə də, yaşaya bilmədi ki, bilmədi. İnsan bunların axtarışındaykən, zənginliklər qazandı, varidata sahibləndi, hakimiyyət qurub diktator oldu və başı sözə qarısmış, axtarışdan yorulmuş İnsanın zəif halından yararlanıb onun üzərində hökmranlığı ələ aldı. İnsan yaşamadı, sancı çəkdi, çünki bu dünyada ölümün varlığını unutdurmayanların mövcudluğu vacib idi... ... insansa yaşadı, əyləndi, dünyanı günahla yüklədi... Yaşamaq - ölümü dünyaya gətirmək üçün sancı çəkməkdir. Bunu İnsan etdi... Yaşamaq – yer kürəsini günahla yükləməkdir... Bunu da insan etdi... *** Əslində İnsan Səndən nəsə istəmədi heç zaman... Sənə yalvarmadı. Sadəcə, səninlə danışdı... Çünki insanlarla danışmaq ona çətin gəldi, çünki insanlığın dili riyadır, o bu dili öyrənmək istəmədi. Saxtadır. Bu dildən də anlaya bilmədi. Güclü olsunmu?! Amma o güc İnsanı həyatın incəliklərini yaşamaqdan uzaq salmazmı? Bir kəpənəyin uçuşunu izləyə bilmək... Bir çiçəyin qönçələndiyini... Bir pərvazın qanadlandığını... Dənizin batan günəş altında mürgülədiyini... Yeni dünyaya göz açmış körpənin kiçik əlləri ilə həyata tutunduğunu... Artıq dünyadan köçməyi gözə almış bur qocanın gülüşündəki ümidsizliyi... Bir gəncin gözlərindəki arzuların ürkəkliyini... Daha nələrisə... görməyinə mane olmazmı bu güc!? Güc - mərhəmətlə birləşməyib axı, zalımlıqla əlbir olub. Gücün mərhəməti yoxdur daha... Zalımlıq gücü özünə əsir edib... Bu üzdən də İnsan güclü olmaqdan qorxur. Təbəssümün irişməyə... Səmimiliyin riyaya… Dürüstlüyün yalana... Sevginin əxlaqsızlığa... Fədakarlığın harınlığa... Saflığın oyunbazlığa... …qurban getməsi... *** Və həqiqətlərin sıfırlanmasını yaşadı İnsan... Yeni həqiqətlər yaratmağın vacibliyini anladı. Amma qorxdu, çünki qəzəbli idi. Qəzəblə həqiqət bir araya sığmaz çünki... Qorxdu və həqiqət yarada bilmədi, bu üzdən də həqiqətsiz qaldı. Sonra yalanları özünün həqiqətinə çevirdi. Sonra anladı ki, sevgi insanlığın əməlindən utanır. Üzünü Sənin mahiyyətin olan sevgiyə tutdu və dedi ki.. Sevgi! Sən sənin yoxluğundan şikayətlənənlərin dediklərindən utanma! Səni anlıq sevdalara dəyişib, tükədənlər utansın! *** Səninlə birləşib ruhunu Sənə təslim etmək istədi, yaşamaqdan yoruldu. Sənin verdiyini bəzən üsyan edib üzünə çırpdı. Sən də bu üsyanın qarşısını "günah" deyib almaq istədin. İnsan Sənləşə də bilmədi. Qəlbindəki sınıqlıq buna əngəl oldu... Amma ümidini də itirmir və Səninlə danışır arabir... Gileylənir, gah asiləşir, gah da barışır Səninlə... Dayanmadan bir həzin pıçıltı qulağında nəğmə kimi səslənir ki,... Yenilən! Amma yeniliklər də yeni əzaba yürümək deyilmi?
2014-01-16
6,532
Dəhşətli soyuqlara qarğalar da dözmədi
Qış mövsümünün sert keçdiyi Ardahanda dondurucu soyuğa dözə bilməyən qarğalar soyuqdan dondu. "Axar az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ardahanda soyuqlar getdikcə daha da sərtləşir. Bölgədə Cıldır gölünün, Kür çayının və digər su şəbəkələrin donduğu xəbəri verilir. Belə olan halda quşlar da artıq soyuq hava şəraitinə dözməyərək tələf olurlar.
2014-01-16
6,533
Ağcabədidə yaşayış evi yandı
Ağcabədi rayonunda yaşayış evində yanğın hadisəsi baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi rayonu, Qaraxanlı kəndində ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-16
6,534
Botoks təsiri bəxş edən maska
Bu maska dəridə botoks təsiri yaradır və dərini canlandıraraq gözəllik bəxş edir. Vasitələr: - 1 ədəd yumurtanın sarısı - 1 çay qaşığı limon suyu - 1 çay qaşığı süd - 1 çay qaşığı bal - 1 çimdik duz Hazırlanması və tətbiqi: Bütün vasitələri yaxşıca qarışdırın. Əvvəlcə dərinizi təmizləyin, sonra isə hazırladığınız qarışığı göz altı xaricində bütün üzünüzə 1 qat sürtün. 10 dəqiqə saxladıqdan sonra, üstündən bir qat daha sürtün. Bu maskanı üzünüzə 3 qat çəkin. 30 dəqiqə saxlayın və üzünüzü ilıq su ilə yuyun. Bu maskanı istifadə etdikdən sonra gözəçarpan və parlaq bir dəriyə sahib olacaqsınız.