date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-12
6,226
"Beşmərtəbə" baş verən yanğının qarşısı alındı - Yeniləndi
**** 11 :41 Bakıda, Azərbaycan Dram Teatrının yaxınlığındakı "Beşmərtəbə" adlı ərazidə mağaza yanır. Hazırda yanğın söndürənlər yanğının qarşısını almağa çalışırlar. (ANS) **** 11 :46 Bakıda "Beşmərtəbə" adlı ərazidə yerləşən mağazada yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İnformasiyanı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin növbətçisi təsdiq edib. Yanğından xəsarət alanların olmadığı bildirilir.
2014-01-12
6,227
"Sarkisyan rejimi erməni xalqının özünə inam hissini boğub"
Erməni xalqı cəmiyyətdə gedən proseslərə daha əvvəlki kimi reaksiya göstərmir və ya göstərə bilmir. Bu gün hər kəs bilir ki, bunun əsas səbəbkarı Serjik diktaturasıdır. "Axar.az" ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Mühafizəkar Partiyasının lideri Mikael Poqosyan 18 yanvar mitinqi öncəsi keçirdiyi mətbuat konfransında deyib. O, həmçinin vurğulayıb ki, Sarkisyan rejimi erməni xalqının özünə inam hissini boğub". xəbərdə o da deyilir ki, Poqosyan altı gün sonra pensiya islahatına etiraz etmək üçün tərəfdar toplama işindən də danışıb. M. Poqosyan xalqın Sarkisyan milisinin "dəyənəyindən qorxaraq" bu dəvətdən boyun qaçırdığını deyərək xalq öz polisinə qoruyucu kimi yox, qorxu sindromu kimi baxdığını da acı həqiqət kimi etiraf etdiyini bildirib.
2014-01-12
6,228
İlham Əliyev İsrail prezidentinə başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev İsrail prezidenti Şimon Peresə başsağlığı verib. "Hörmətli cənab Prezident, İsrail Dövlətinin keçmiş Baş naziri, görkəmli dövlət xadimi və siyasi xadim Ariel Şaronun vəfatı xəbəri məni dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm". (AzərTac)
2014-01-12
6,229
Qaxda yol terroru: 1 ölü, 4 yaralı
Ötən gecə Qaxda ölümlə nəticələnən yol qəzası baş verib. Şəkidən istirahətdən qayıdan Zaqatalanın Çobankol kəndindən olan qohumlar qəzaya düşüb. Hadisə Şəki-Qax yolunun Qaxa giriş hissəsində qeydə alınıb. Zaqatala istiqamətində hərəkətdə olan 1994-cü il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi VAZ 21011 markalı avtomobili yol kənarındakı ağaca çırpıb. Qəza zamanı avtomobildə 5 nəfər olub. Onlardan 1993-cü il təvəllüdlü Şəmsi Məmmədov Qax rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Sürücü Rövşən Məmmədov, 1993-cü il təvəllüdlü Yəhya Qəribov, 1991- ci il təvəllüdlü Elmir Məmmədov, 1993-cü il təvəllüdlü Roman Məmmədov isə yüngül bədən xəsarətləri alıblar. Yaralılara lazımi tibbi yardım göstərilib. Hadisəyə ilkin səbəb kimi yüksək sürət və sürücünün yola nabələd olması göstərilir. Faktla bağlı araşdırma aparılır. (Trend)
2014-01-12
6,230
Erməni şahmatçı Vüqar Həşimovdan danışdı - Video
Beynəlxalq turnirdə Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla anılıb. Bu gün başlayan Veyk-an-Zee beynəlxalq şahmat turniri 1 dəqiqəlik sükutla başlayıb. Ermənistanlı şahmatçı Levon Aronyan 27 yaşında vəfat edən Vüqar Həşimovla bağlı xatirələrini bölüşüb. L.Aronyan V.Həşimovun vəfatından danışarkən bunları deyib: "Vüqarın ölümünə çox üzüldüm, ele bir oyunçunu itirmək ağırdır, çox güclü şahmatçı idi, təəssüf, çox üzgünəm. Hər kəs bir gün ölür, amma gənc adamın, həm də belə adamın ölməsi çox ağırdı". Qeyd edək ki, Veyk-an-Zee turniri ən qədim və ən güclü şahmat turnirlərindən biridir. Bu yarış 1937-ci ildən başlayaraq hər il keçirilir (AzVision).
2014-01-12
6,231
Şahbaz Xuduoğlu: "Qardaşımın məsuliyyətini bölüşmək istəmirəm"
"Kitabla bağlı heç vaxt qiymət davası etməzlər" "Gündəlik Teleqraf" qəzetinin müxbirləri üçün brifinq keçirən Şahbaz Xuduoğlu müxbirlərin suallarını cavablandırıb. - Mən Şahbaz Xuduoğlu. 1992-ci ildə "Qanun" jurnalını yaratdıq. Niyyətimiz hüquqi dövlət quruculuğuna yardım etmək idi. İlk işimiz xarici dövlətlərin Konstitusiyalarını jurnalımızda nəşr etməkdən ibarət oldu. O zaman Azərbaycan Konstitusiyasının heç layihəsi belə yox idi. Natiq Səfərovla işə başladıq, balaca alman makinası vardı, o həmişə diqtə edirdi, mən də yazırdım. Gözəl tərcüməçi idi. Bir müddətdən sonra rolumuzu tez-tez dəyişdik. Mən diqtə edirdim, o yazırdı. Mən də yeni-yeni tərcümə ilə məşğul olurdum. O vaxtdan bu günədək elə naşir kimi çalışıram. Mövlud Mövlud (redaktor): Yəqin, Natiq Səfərov kimi bir adamla işləmək sonrakı fəaliyyətinizə də yaxşı mənada təsir etdi... - Bu mənada həyatımda 5 adam varsa, deyərdim ki, onun biri Natiq Səfərovdur. O, mənə bu qədər əziz adam olub. Nərgiz Ehlamqızı (siyasət müxbiri): 2014-cü ilin ilk ongünlüyünü yaşayırıq. "Qanun" nəşriyyatının bu il üçün fəaliyyət proqramını hazırlamısınız? Yoxsa əvvəlcədən proqramlaşma aparmadan işi öz axarına buraxırsınız? - Sovet dövründə nəşriyyat planlaşırdı. Biz də bunu eləmək, planlı iş görmək istəyirik. Oturuşmuş planımız olmasa da, təqribi planımız var. Hansı yazarların əsərlərini çap edəcəyimizi bilirik. Ötən il çap etdiklərimizi bu il də davam edəcəyik. Yeni yazarlar da var. Tez bir zamanda onlarla əlaqə qurub əsərlərini tərcümə eləmək niyyətindəyik. Bir həftə əvvəl nəşriyyat Salman Rüşdinin bütün kitablarını göndərib. Yəqin ki, onun müəyyən əsərlərini növbəti ildə Azərbaycan dilinə tərcümə edəcəyik. "Şeytan ayələri"ni çap etməyəcəyik" M.Mövlud: "Şeytan ayələri" əsəri yer alacaq? - "Şeytan ayələri" əsəri yer almayacaq. Biz hələki bu əsərlə başlamaq istəmirik. Qurban Yaquboğlu (redaktor): Nəşriyyatda çap məhsullarının planlaşdırmasında proporsiya varmı? Yəni, nə qədər rəsmi sənədlər, tərcümə və ya yerli ədəbiyyat çap olunacaq? Bu, planlaşdırılmış işdir, yoxsa nə gəldi çap edilir? - Yox, planlaşdırılıb. Biz hüquq nəşriyyatı kimi yaranmışıq. Amma hüquq ədəbiyyatının fəaliyyətimizin yalnız 20 faizini təşkil etməsini istəyirik. Bu, o demək deyil ki, biz hüquq sahəsində buraxdığımız kitabların sayını azaldırıq. Əksinə, digər sahələri genişləndiririk. Fəaliyyətimizin 60 faizi bədii, 20 faizi hüquq ədəbiyyatıdır. 20 faiz isə hökmən uşaqlarla bağlı kitablar buraxmalıyıq. Mətbəx və din barədə ədəbiyyat da olmalıdır. Bütün sahələri əhatə etmək istəyirik. Bu istiqamətdə də işlər görürük. Hazır proqramlarımız var, onları da həyata keçiririk. Dilqəm Əhməd (redaktor): Vergidən nəşriyyata yoxlama gəldi. Onun axırı necə oldu? - İşləyəndən həmişə problem qapımızın ağzını yeni illə bərabər döyür. Bütün illərdə yanvar ayında problemlər yaranır. Bunlar ofisimiz, oturduğumuz yerlə və sair məsələlərlə bağlı olurdu. Son 3-4 ildir ki, vergilərlə bağlı problem olur. Bizim müqavimətimiz o mənada daşlaşıb. Amma bu, o demək deyil ki, sınmaya bilər. Sevinc Fədai (sosial sahənin müxbiri): Bəs nə sındıra bilər? - Ümumiyyətlə, insan daha çox özü-özündən sınır. Daim eyni yolu getmək, eyni işi görmək, gücü daim eyni şeyə sərf etmək olmur. Bizim indi uçuş vaxtımızdır. Bu yaşda arzuladığın bir şeyin icrasını rahatlıqla həyata keçirməlisən. Bunu etməyəndə çıxılmaz duruma düşürsən. Onda da özünü yeməyə başlayırsan. Hərçənd biz bundan çox uzağıq. Q.Yaquboğlu: "Qanun"la bağlı narahatlıq hansı istiqamətdə davam edir? Biri var hər hansı quruma təsir göstərmək, bir də var nəşriyyata planlı şəkildə təzyiq etmək... - Nə qədər ki media həyatımızda xilaskar rolunda deyil, adam hər şeyi media ilə paylaşa bilmir. Çünki çox zaman xeyrindən çox ziyanı olur. Bu mənada mümkün olan şeyləri danışıram. "Qanun" ciddi təzyiq altındadır. Təbii ki, vergi faktoru var. Amma nə məqsədlə, niyə edirlər, bu barədə dəqiq məlumatım yoxdur. Adətən, bu cür şeylər sifarişlə olur. İnanmıram ki, bu sifarişin arxasında da daha böyük qüvvələr var. Bunu bilmirəm. Balaca nəşriyyatın üzərinə bu cür hücum olmamalıdır. Biz də hüquq müstəvisində öz müdafiəmizi qurmağa çalışırıq. Hər bir sənədə etiraz yazırıq, mübarizə aparırıq, məhkəməyə veririk. Mən inanmıram ki, hüquq o qədər zəifdir ki, özünü müdafiə mümkün olmasın. N.Ehlamqızı: "Qanun" ildən-ilə hansısa yeniliklər edirmi? Yoxsa ənənəvi üsul seçmisiniz və o yolu gedirsiniz? - Məncə, "Qanun"un elədiyi hər bir şey yenilikdir. Özündən müştəbehlik kimi səslənməsin. Bizim gənclərlə bağlı iki layihəmiz vardı. İlkin olaraq bunu yalnız "Qanun" nəşriyyatı başlayıb. "Birinci kitab", "Ən yeni ədəbiyyat", "Azərbaycan nəsri" layihələri müasir kitab nəşrində görünməyən işlərdir. İlk dəfə olaraq bədii ədəbiyyatı bazara daşıya bildik. Yəni, bədii ədəbiyyat satılmalıdır. Hətta metro servislə iki il danışıqlar apardım ki, kitabı metroya çıxarın, alınacaq, alınmasa, gəlib özüm satacam. Dəfələrlə bunu onlara sübut etdim, özüm də metrolarda dayandım, onları inandırdım ki, bədii ədəbiyyat satıla bilər. Azərbaycan dilində kitab satılmırdı. Amma son illər biz Azərbaycan kitabını bazara gətirdik və adamlarla kitab arasındakı böyük hasarı qıra bildik. N.Ehlamqızı: Amma əsas əməkdaşlıq etdiyiniz dükan "Əli və Nino" kitab evidir... - Yalnız "Əli və Nino" deyil. "Metroservis" MMC-nin vaxtında onlarla iş həcmi "Əli və Nino" ilə iş həcmindən böyük idi. M.Mövlud: Amma hazırda metro keçidlərində kitab satılmır... - İndi "Metroservis" yoxdur, amma, məncə, onun forması dəyişəcək, metrolarda kitaba yer olacaq. Biz "Qasid"lə uzun müddət danışıqlar apardıq ki, qəzet köşklərində kitab satılsın. Bu, mümkün deyil. Bəlkə, gələcəkdə oldu. "Akademi" kitab evi və bir sıra xırda dükanlarla da eyni cür işləyirik. Yeni çap olunan kitab mütləq səhər bütün dükanlarda olmalıdır. Bu, bir şərtdir. D.Əhməd: Gənc yazarlarla bağlı layihənizdə yazarlardan kim nəşriyyatınıza pul qazandırır? - Elə işlər var ki, o, sənə maddi uğur gətirmir, amma mənəvi rahatlıq verir. M.Mövlud: Azərbaycanın gənc yazıçılarından "Qanun"a maddi xeyir gətirən olubmu? - Min tirajla kitabı satılıb qurtaran yazarlar var. Məsələn, Pərviz Cəbrayıl, Aqşin Yeniseyin kitabları qurtarıb. "Ən yeni ədəbiyyat" seriyası olan kitablardan, səhv etmirəmsə, artıq İlqar Fəhminin kitabı azalıb. M.Mövlud: Siz min kitabı satmağı Azərbaycan reallığı üçün yaxşı göstərici hesab edirsiniz? - Bu günlə müqayisədə, yox. Amma 5 illə müqayisədə, hə. "Redaktor yazarın əsərini redaktə edir, sonra deyir ki, bu əsəri mən yazdım" N.Ehlamqızı: Olubmu, kiməsə kitab yazmaq üçün sifariş verəsiniz? Ki, filan mövzuda kitab yaz, nəşr edim... - Biz həmişə öz yazarlarımızla bu qaydada işləmək istəyirik. O, naşirə, redaktora güvənib istədiyimiz mövzunu yazsın. Mövzu, bəlkə də, hər zaman istənilən meyarlara cavab verməyə bilər. Amma bazar baxımından tələbə uyğun olar. Burada o qədər incə münasibətlər olmalıdır ki, kimsə bir-birinin sahəsinə müdaxilə etməsin. Bizdə bəzən redaktor yazarın əsərini redaktə edir, sonra deyir ki, bu əsəri mən yazdım. M.Mövlud: Məsələni məişət müstəvisinə endirirlər. Halbuki, peşəkar müstəvidə qurulmalıdır... - Bəli. Bir əsərdə yazar, redaktor, naşir, kitab yayıcısına - hamıya eyni dərəcədə uğur paylanmalıdır. Nədənsə uğur olanda bir nəfər özünə çəkmək istəyir. Mənə elə gəlir ki, uğuru paylaşmaq lazımdır. N.Ehlamqızı: Hələ belə təklifi heç bir yazara etməmisiniz? - Əslində, "Ən yeni ədəbiyyat" layihəsində məqsədlərdən biri də o idi ki, sistemli işlədiyimiz yazarlar olacaq və onlar qrup halında yeni ədəbiyyat mühiti yaradacaqlar. Amma çox tez bir zamanda intriqa oldu və PR növü kimi bu intriqadan istifadə edildi. İstədiyimiz nəticə olmadı. D.Əhməd: Layihədən çıxanların bəzisi "Apostrof" nəşriyyatına qaçdı... - "Apostrof" nəşriyyatının hansı şərtlərlə çap etdiyini bilmirəm. Biz, sadəcə, kitabları aldıq ki, verin çap edək. Sonradan yanlış xəbər formalaşdırdılar ki, biz "copyright"ı yəni, müəllif haqlarını götürürük. Amma bu gün də istəyirəm aydın deyim ki, bizdə yalnız yayım haqlarıdır. Yəni, kitabı bu cür çap edirik. Çap etdiyimiz kitabı yaya bilərik, amma sənin yazdığın mətn öz mətnindir. D.Əhməd: Yazar istəsə, həmin mətni yenə başqa yerdə çap edə bilər? - Bir müddətdən sonra, əlbəttə ki, çap edə bilər. Nəşriyyatla sövdələşmədə göstərilən müddətdən asılıdır. Müəllif hüquqları haqqında müqavilə o demək deyil ki, biz müəllifin kitabına sahib dururuq. Biz onun satışına yiyələnə bilərik, sata bilərik. Q.Yaquboğlu: Səbəblər barədə daha geniş danışardınız, niyə əməkdaşlıq baş tutmadı? Siz yazarın kitabını çap edirsiniz, yayımını təşkil edirsiniz, ədəbi mühit də bir az canlı olur. Bəs nədir problem? - Məncə, bəlkə də, o, ilkin iş idi, bundan sonra əməkdaşlıq yaranacaq. Biz kifayət qədər bazarda yerimizi tutmamışdıq, inam qazanmamışdıq. Bəlkə, yazarlar bu cür iş münasibətlərinə öyrəncəli deyildilər. Amma gec-tez bu, olacaq. Nərmin Muradova (mədəniyyət müxbiri): Layihə daxilində şərtlər nədən ibarətdir? - "İlk kitab seriyası"nda ilk dəfə yaradıcılığa başlayan adamların kitabını çap edirik. Əlbəttə, onun yazdıqlarında yaradıcılıq havası varsa, götürürük. Balaca ümid yeri varsa, onu çap edirik. "Ən yeni ədəbiyyat" seriyasında adam yalnız öz zövqünə arxalanmır, hökmən zövqünə inandığın başqa adamlara da oxutdurursan. Bir müsbət, iki mənfi fikir varsa, mən bir müsbəti seçirəm, əmin ola bilərsiniz. Elçin İman (1937.az saytının yazarı): Geri qaytardığınız əlyazmalar olubmu? - Həmin layihədə getməyən kitablar olub. Konkret adlar yadımda deyil. İnciyiblər də, mətbuatda yazıblar da. S.Fədai: Hazırda oxucuların az olmağının və kitabların çox satılmamasının əsas səbəbi kitabın baha olmasıdır. Kitab mağazaları bunun səbəbini nəşriyyatlarda görür. "Qanun" nəşriyyatı olaraq qiymətin nisbətən ucuzlaşması üçün nələr etmisiniz və ya edirsiniz? - Məncə, biz nəşriyyat olaraq bir işi də gördük. O, nədən ibarətdir? Biz keçmiş SSRİ məkanında ilk dəfə olaraq kitabların üzərinə qiymət yazdıq. Hər kəs istədiyi qiymətə satmasın deyə. Rusiyanın özündə kitabların üzərinə qiymətlər yazılmır. Bizim nəşr etdiyimiz kitablar indiki tiraja və vəziyyətə uyğun ən normal qiymətə satılan kitablardır. Bəlkə də, sizin cibinizə uyğun deyil. Amma dünya kitab bazarını və kitabın başa gəlmə xərcini götürəndə kitablarımız normal qiymətə satılır. 1200 kvadrat metrlik yerdə otururuq, 50-55 işçi çalışır və kitabın tirajı 500-1000-dir. Əgər kitabın tirajı 10 min olsa, onda bir kitabın başa gəlmə qiyməti aşağı olar. İntellekt və kitabla bağlı heç vaxt qiymət davası etməzlər. Gerçək ədəbiyyatdırsa, ona hökmən qiymət vermək lazımdır. Əgər intellekt yox, bazar olmasını istəyirsənsə, onda qiyməti aşağı sal. Yaxşı redaktora yaxşı qonorar verməlisən ki, o, işləsin. M.Mövlud: Siz əməkdaşlıq etdiyiniz redaktorlara yaxşı qonorar verirsiniz? - Əməkdaşlıq etdiyimiz adamların təcrübəsinə uyğun qonorar müəyyən etmişik. Başlanğıcda qonorarımız aşağı olur, bir müddət işləyirik, qonorar qalxır. Bəzən redaktəyə bir kitab verirsən, qaytaranda görürsən ki, bəlkə də, heç oxumayıb. D.Əhməd: Facebook-da Sizin redaksiyamızda olduğunuzu yazmışam. Oxucular iradlarını bildiriblər. Xüsusən, tərcümədən "google translate" iyi gəldiyini, kitabların vərəqlərinin töküldüyünü söyləyirlər... - İstərdim ki, bu şeylər konkret olsun. Çünki hər bir kitabın özünün tərcüməçisi var. Bizim kitabların nəşrində keyfiyyət məsələsində əvvəl müəyyən problemlər var idi. Amma bunları aradan qaldırmaq üçün nə mümkündürsə, onu edirik. Nəzərə almaq lazımdır ki, 300-500 tirajlı kitabları böyük həcmli mətbəə vura bilməz. Bu, texniki məsələdir. İnsanların guya tərcümədə "google-translation"dan istifadə edildiyini demələri böhtandır. Əvvəla, bir tərcüməçi nəşriyyatla işləyir, o bilir ki, bu, nəşriyyatda bir neçə əldən keçəcək, yoxlanılacaq və buna görə qonorar alır. Tərcüməçi imzasını qoyaraq bu cür şeyə özü getməz. İkincisi, nəşriyyat özü buna imkan verməz. Ola bilər ki, bir cümlədə yanlışlıq olsun. Dəfələrlə sonradan oxuyub görmüşəm hansısa yanlışlıq var. Əlbəttə, yaxşı deyil. Əvvəlki nəşrlərlə müqayisədə son nəşrlərdə xeyli dərəcədə inkişaf var. S.Fədai: Keyfiyyətsizlik həm də qonorarın az olmağından irəli gəlir. Buna görə də bir ayda daha çox kitab tərcümə eləməyə çalışırlar ki, bu da keyfiyyəti aşağı salır. Qonorarı artırmaqla keyfiyyəti də artırmaq olar... - Razıyam. Bizim sabit işlədiyimiz tərcüməçilər var. Onların tərcüməsinə çox əminəm. Amma yeni başlayan tərcüməçilər də var. Bir tərcüməçinin keyfiyyətli iş ortaya qoyduğuna inandığımızda, ondan ikiəlli yapışıb başqa yerə getməyə izin vermirik. Onun yaşayışını təmin edirik. İndi seçim mərhələsindəyik. N.Muradova: Naşir kimi kimin tərcüməsini bəyənirsiniz? "Çərpələng uçuran"ı Xədicə İsmayıl tərcümə edib, hamı birmənalı şəkildə tərcüməni bəyənmişdi... - Xədicədən sonra iki tərcümə olub, mən hesab etmirəm ki, onlar Xədicədən zəif tərcümə ediblər. Firudin Ağazadə "Min möhtəşəm günəş"i əla tərcümə edib. "Və dağlardan səda gəldi"ni Səbinə Mütəllimova adlı bir qız tərcümə edib, heç də əvvəlki tərcümədən pis deyil. Sadəcə, "Çərpələng uçuran" çox oxundu. Bəzən deyirlər ki, birinci əsər daha güclü idi. Sadəcə olaraq, o mövzu bizə qaranlıq idi, o əsər bunu bizə açdı. Digər əsərlər də hansısa formada təkrarlandı, bizə elə gəldi ki, ən güclüsü o idi. N.Ehlamqızı: Siz bayaq tərcüməni qınayanların böhtan atdığını dediniz. Məsələn, mən Əlif Şəfəqin "İsgəndər"ini oxuyanda əsəb keçirirdim. Tərcümə o qədər bərbad idi ki, kitaba verilən pula heyfim gəldi... - Əlif Şəfəq məndən soruşmuşdu ki, tərcümə edən kimdir? Ona yazdım ki, bir gəncdir, 17 yaşı var. Ola bilsin ki, tərcümə o qədər də uğurlu deyil. Böyük tirajla da çıxmamışdı, onun yeni redaktə olan variantını təkrar nəşə hazırlayırıq. Gənc qız tərcümə etmişdi, onu kənara atıb sındırmaq da doğru deyil. M.Mövlud: Onda romanı Əlif Şəfəqin adından yox, gənc qızın adından çap edərdiniz... - Söhbət tərcümənin qüsurundan gedir. M.Mövlud: Mən bilirəm, həvəsləndirmək üçün jest eləmisiniz... - O əsəri elə o tərcümədə oxumuşam. Orada ciddi qüsurlar da yoxdur. Bəzi türk kəlmələri saxlanılıb. Hansı ki, onu hər kəs başa düşür. Başa düşdüyünə görə də deyir qüsurludur. Çünki türk kəlmələrinin Azərbaycan ekvivalentini tapa bilərdi, tapa bilməyib, saxlayıb. Amma əsərdə təhrif yoxdur. Mahiyyətini itirməyib, təsir qüvvəsini saxlayıb. N.Ehlamqızı: Bəs tərcümə Əlif Şəfəqin özünün xoşuna gəlmişdi? - Onun Azərbaycanca oxuyub-oxumadığını bilmirəm. Amma hər bir əsəri tərcümə edərkən müəllif əsərin tərcüməçisi haqqında maraqlanır, onun CV-sini, eyni zamanda, naşirin tərcüməçi barədə fikrini istəyir. Ki, niyə əsəri o tərcüməçiyə verirsən? M.Mövlud: Onda əsərlərini tərcümə elədiyiniz bütün müəlliflərlə yazışırsınız? - Demək olar ki, hamısı ilə. M.Mövlud: Hətta Xalid Hüseyni, Orxan Pamukla da? - Xalid Hüseynin "copyright"ini satan agentlik var. N.Muradova: Yəqin, onlara qonorar verirsiniz... - Əlbəttə. Den Braunun müəllif haqları ilə məşğul olan agentlik var, eyni zamanda, yazışmamızın bir tərəfi də gedib müəllifin özünə çatır. S.Fədai: Bir kitabı iki tərcüməçinin tərcümə etməsi nə dərəcədə doğrudur? - Mən istəmirəm ki, tərcümə mətnini orijinal səviyyəsində qiymətləndirəsiniz. Tərcümə əsər barədə sanki məlumat çatdırır. Bu cür yanaşmaq lazımdır. Rusiyada bu sistem işləyir. Bir təşkilat əsəri parçalamaqla bütün tərcüməçilərə verir və bir redaktor oxuyur. S.Fədai: O halda ki, tərcüməçi professional olsun. Bizdə kitabları oxuyanda hiss olunur ki, mexaniki tərcümə olunub. Ədəbi mütaliəsi zəngin olan şəxsin tərcüməsi daha keyfiyyətli alınar. E.İman: Əgər kitabı oxuyanda cümlələr mənə çatmırsa, gedib orijinaldan oxuyaram da... - Cümlənin mənası çatmırsa deməli, günah tərcüməçidədir. Gərək, bilmədiyi cümləni tərcümə etməsin. N.Ehlamqızı: Xarici yazarlar arasında ən çox qonorar verdiyiniz kimdir? - Ən baha? "Xalid Hüseyni çox bahaçıl deyil" D.Əhməd: Məsələn, Xalid Hüseyniyə nə qədər pul vermisiniz? - Xalid Hüseyni çox bahaçıl deyil. Narahat olmayın. Amma əmin ola bilərsiniz ki, Aqşin Yenisey Orxan Pamukdan çox qonorar alır. Amma yerli yazarlardan ən çox qonorar alanı, əlbəttə ki, Çingiz Abdullayevdir. D.Əhməd: Bizdə bəzən ironik mənada bu sualı verirlər. Siz siyasətə qarışırsınız? Ölkə gündəminin əsas mövzusu Müsavat Partiyasının Milli Şuradan ayrılmasıdır. Bunlarla maraqlanırsınız? - Facebook səviyyəsində, hə. Əslində, niyə maraqlanmıram? Çünki imkanım və vaxtım yoxdur. Özümü ifadə edə bildiyim bir işlə məşğulam. Bunun həzzi çox yüksəkdir. Mən siyasət sahəsində heç kəsi qınamıram. Yazarlar deyirlər mövqe bildirin. Nə mövqe? İnsana olan sevgi bütün sevgilərdən üstündür. Kim nə işlə məşğuldursa, gördüyü işdə xoşbəxtdirsə, qoyun o xoşbəxtliyini yaşasın. S.Fədai: Digər peşədə çalışanlar kitab oxumaqla dincəlir. Bütün gün kitabın içindəsiniz, Siz necə istirahət edirsiniz? - Kitab dincəlmək deyil, həyat tərzidir. Kitab maşında, evdə, hər yerdə olmalıdır. Q.Yaquboğlu: Nəşriyyatınızın kitablarının hamısını oxuyursunuz? - Əksər kitabları oxumuşam. Q.Yaquboğlu: Əsasən, kimləri, hansı kitabları oxuyursunuz? - İndi Erix Frommu oxuyuram. Yəqin, onun bütün külliyyatını Azərbaycan dilinə çevirəcəyik. Onun cəmiyyət quruculuğunda çox böyük fikirləri var. İstərdim ki, onun əsərləri Azərbaycanda olsun. Paralel şəkildə "Kitab oğrusu"nu oxuyuram. Böyük çıxmasın, onu ingiliscə oxuyuram. Qorxuram sabah onu nəşr edək, kitab dükanlarına qoyaq, hamı gəlib oğurlasın. N.Muradova: Bəs Siz kitab oğurlamısınız? - Yox. Kitab oğurluğu odur ki, dükandan gedib kitab oğurlayırsınız. Olub ki, kimdənsə kitab almışam, yaddan çıxıb, qaytarmamışam. Amma onun qarşılığını, bəlkə, min dəfə vermişəm. N.Muradova: Filmlərlə aranız necədir? Romanlardan ekranlaşdırılan filmlərə baxırsınız? - Ən maraqlı kitablardan biri "Qiraətçi" idi. Mən onun kinosuna baxmamışam. Alman tanışım vardı, mənə o filmi hədiyyə etmişdi. Hələ ki baxmamışam. Amma çalışıram filmlərə baxım. Viskontinin bütün filmlərinə, Tarkovskiyə, Berksona baxmışam. N.Muradova: Bəs öz filmlərimizdən nəyə baxırsınız? - Ayaz Salayevə hörmət edirəm, onun yaradıcılığını həmişə izləmişəm. Rasim Ocaqovun, Eldar Quliyevin filmlərinə baxmışam. Müasir dövrün filmlərinə elə də baxmıram. Q.Yaquboğlu: Bu qədər kitabların içində olan adam kimi kitabınızın olmasını istərdiniz? - Məncə, hər kəsin içində yazmaq eşqi var. Bu eşq heç zaman tükənmir. Hər dəfə adama elə gəlir ki, gördüklərini, oxuduqlarını, bildiklərini nə zamansa oturub yazacaq. Yazılarını yığıb çap edənlər var. Elə istəmirəm. Amma ayrıca kitab yazmağın başqa ləzzəti var. Bəzən olur ki, yazı yazıram, sonradan görürəm ki, itirmişəm. Natiq Səfərov, Elçin Səlcuq, Elmar Hüseynovla bağlı yazılarımı itirmişəm. O baxımdan, bəlkə, yığmaq olar. O şey ki, itir, imkan verin itsin... N.Ehlamqızı: Hansı mövzuda roman yaza bilərsiniz? - Artıq planını da hazırlamışam. Amma bəzən bütün planlar alınmır. D.Əhməd: Oğlunuzu da kitabçı kimi yetişdirirsiniz, deyəsən... - Bizim həmişə ən narazı olduğumuz tərəflər övladlarımızdır. Q.Yaquboğlu: Şahbaz bəy, onlar da atalardan razı olmurlar... - Onların razı olmamasının məntiqi əsası var. Biz onların qabağında çox böyük kötük kimiyik. Gərək biz heç zaman onlardan narazı qalmayaq. Əslində, bizim razı olduğumuz yeganə tərəf onlardır. Oğlumun peşəsini özü seçməsini istəyirəm. Mən səhərdən axşama kimi kitab satıramsa, deməli, o, burda olmalıdır, görməlidir ki, mən nə iş görürəm. Məndən kənarda ola bilməz. N.Ehlamqızı: Qardaşlarınız siyasətçidir, Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. Heç VHP-yə üzv olmaq barədə düşünməmisiniz? - Yox, düşünməmişəm. Heç kəsin məsuliyyət hissini bölüşmək istəməmişəm. Nə gözəl olardı heç kəs heç kəsə görə məsuliyyət daşımasın, hamı özünü ifadə etsin. Nəinki valideyn, övlada görə, qardaş - bacıya görə məsuliyyət daşımalı olursan. Bu, böyük bataqlıqdır. Böyük ailə olduqca adam özünü qayıqdakı kimi hiss edir. Bu dəqiqə qayıqda sən də bata bilərsən. Ailələrin bir-birinin içərisinə giriblər. Bunu istəməzdim. N.Muradova: Sizə kim daha çox məsuliyyət hiss elətdirir? Oğlunuz, qardaşınız, yoxsa cəmiyyət? - Heç kim.Məncə, insan qanun qarşısında məsuliyyətli olmalıdır. Erix Frommun maraqlı fikri var. Deyir ki, bir zamanlar bizi idarə edənləri bilirdik. Böyüklər, ağsaqqallar, rəhbərlər vardı. Amma indi elə bir dövrə gəlmişik, bizi abstraksiya idarə edir. Ailə münasibətlərində fərqlidir. Ailələrin müzakirə olunmasını istəmirəm. S.Fədai: Xarici yazarları şəxsən tanımırıq, amma onların kitablarının tərcümə olunması hadisəyə çevrilə bilir. Hamı Xalid Hüseyninin kitabını almağa tələsir. Bizdə elə bir yazar yoxdur ki, onun kitabının çapını intizarla gözləyək... - Biz 135 milyon nüsxə satılan kitabla 1000 tirajlı kitab arasında fərq qoymalıyıq. 135 milyon tirajlıq kitabı çıxan yazarı Azərbaycan oxucusu gözləməli və almalıdır. Onunla Azərbaycan yazıçısını müqayisə etməyək. N.Muradova: Çingiz Abdullayevdən başqa dünyada kimi tanıyırlar? - Qurban Səidi. "Dövlət başçısının "Qanun"un nəşr etdiyi kitabla fotosunun olması gözəl hiss oldu" D.Əhməd: Kiçik nəşriyyat deyirsiniz, amma dövlət başçısının "Qanun"un nəşr etdiyi kitabla fotosu vardı. Bu, necə hiss idi? - Bu, çox yaxşı hissdir. Biz onu da bacardıq. Türkiyədən olan kitabı nəşr etmişdik. Müəlliflərdən biri mənə birdən-birə zəng etdi ki, prezidentlərin görüşündəyik. Məndən kitabın nəşr olunub-olunmadığını soruşdu. Dedim ki, əlbəttə, nəşr olunub, gətirərəm, amma bir şərtlə ki, onu prezidentlərə hədiyyə edəsiniz. Söylədi ki, əlbəttə, edərəm. Mən də kitabı apardım. Hədiyyə etdi. Hətta dedim ki, elə olsun ki, şəkil çəkmək də mümkün olsun. Sonra da onu bizə göndərdi. Qeyd edim ki, bu kitab Mustafa İsen, Ali Fuat Bilkan və Tuba Işınsu Durmuşun müəllifi olduğu "Sultanların şeirləri şeirlərin sultanları" kitabı idi. N.Muradova: Müğənnilər də gəlib kitab satsa, necə olar? - Əvvəl bu, təcrübə olub. Faiq Ağayev satıb. D.Əhməd: Siz şou-biznes nümayəndələrinin kitab yazmasını təsəvvür edirsiniz, onların əsərini çap etmək olar? - Bir vaxt Aygün Kazımova, Faiq Ağayevin kitabı olması barədə danışıqlar aparmışam. Hər şeyin kitaba çevrilən həlli olmalıdır. İdmançının da kitab həlli olmalıdır. Bizdə cəmiyyət tərəfindən basqı var. 5 kitab tərcümə edirsən, hamı səni söyür. Ay qardaş, imkan verin 10 kitab olsun, pislər aradan qalxacaq. Birdən Faiq Ağayev hekayə yazsa, hamı düşəcək onun üstünə ki, niyə hekayə yazmısan? Elxan Qaraqan kitab yazdı, hamı onun üstünə düşdü. "Röyanın kitabı çox satılar" N.Ehlamqızı: Rəqsanənin kitabı çox satılar, yoxsa Flora Kərimovanın? - Məncə, heç birinin. Amma Röyanın kitabı çox satılar.
2014-01-12
6,232
Referendumu 160 min hərbçi qoruyacaq
Misirdə konstitusiya referendumu zamanı təhlükəsizliyin qorunmasına 160 min hərbçi cəlb olunacaq. Misirdə yanvarın 14-15-də keçirilməsi nəzərdə tutulan konstitusiya referendumu zamanı təhlükəsizliyin qorunmasına 160 min hərbçi cəlb olunacaq. Misir ordusu təmsilçisinin yazılı açıqlamasında ordu hissələrinin daxili işlər nazirliyi ilə əlaqəli şəkildə fəaliyyət göstərəcəyi və referendumun təhlükəsizliyini təhdid edən hər hansı aksiyanın qarşısının sərt şəkildə alınacağı bildirilir. Asayişin qorunmasında hərbi dəniz və hava qüvvələri, sərhəd mühafizəçiləri, xüsusi təyinatlı dəstələr və digər qüvvələr iştirak edəcəklər (AzVision.az). Referenduma 2012-ci ildə qəbul olunmuş konstitusiya üzərində aparılan düzəlişlər əsasında hazırlanan 247 maddədən ibarət yeni sənəd çıxarılacaq. Ölkədə qadağan olunmuş və hakimiyyət tərəfindən terrorçu təşkilat elan edilən "Müsəlman qardaşları" yeni konstitusiyanın qatı əleyhdarıdır. Bu səbəbdən referendum zamanı ciddi qarşıdurmaların yaşanacağı istisna olunmur.
2014-01-12
6,233
Banqkokda sabah həyat iflic olacaq
Taylandın paytaxtı Banqkokda anti-hökumət nümayişçiləri şəhər ətrafındakı "Demokratiya Abidəsi"ni işğal ediblər. Etirazçılar sabah Banqkokda həyatın iflic olacağını və 20 əsas yolun bağlanacağını bildirirlər. "Banqkoku işğal et" adlandırılan hərəkata qoşulanların sayı hər ötən saat artır. Sabah şəhər mərkəzinə yürüş etməyə hazırlaşan etirazçılar Baş nazir Yinqlak Şinavatranın istefası tələbini bir daha irəli sürəcəklər. Sabahkı aksiyada iştirak etmək üçün Tyilandın müxtəlif şəhərlərindən on minlərlə adam Banqkoka gəlib. Taylandda anti-hökumət nümayişləri ötən ilin noyabrından bəri davam edir və etirazçılar artıq bir neçə hökumət binasını müvəqqəti olaraq ələ keçiriblər. Hökumət fevralın 2-ə planlaşdırılmış növbədənkənar seçkilərə hazırlaşsa da, Tayland müxalifəti seçkiləri boykot edib.
2014-01-12
6,234
ABŞ "Çinliləri öldürək" deyən uşağı müdafiə etdi
ABŞ-da "ABC" televiziya proqramında "Borçlarımızdan xilas olmaq üçün Çindəki hər kəsi öldürək " deyən 6 yaşındakı uşağa ABŞ sahib çıxıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın ən məşhur şou proqramlarından olan "Jimmy Kimmel Lives"də ABŞ-ın Çinə olan 1.3 trilyon dollar borcunu necə ödənilməsinə dair zarafat edilərkən, 6 yaşındakı uşaq Çində hər kəsi öldürərək deyə cavab verib. ABŞ-da yaşayan çinlilər buna etiraz olaraq "ABC" televiziyası qarşısında etiraz nümayişi keçirib. Pekin Rəhbərliyi də ABŞ-a nota göndərib. Bundan sonrakı proqramda "ABC" Çindən üzr istəyib. Lakin etirazlar getdikcə böyüyüb. Ağ Evin internet saytında şou proqramın nümayişinin aradan qaldırılması üçün 105 mindən çox imza toplanıb. Ağ ev rəhbərliyi isə proqramın üzr istədiyini və 6 yaşı müdafiə edərək hər kəsin fikir azadlığını ifadə etmək hüququnun olduğunu deyib.
2014-01-12
6,235
İkimərtəbəli binada yanğın olub
Bakıda ikimərtəbəli binada yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan mağazanın yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi tüstüdən zəhərlənən 3 nəfər bina sakini Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb və ilkin tibbi yardım gösdərildikdən sonra evə buraxılıb. Bitişik bank və 2-ci mərtəbədə olan mənzillər yanğından mühafizə olunub.
2014-01-12
6,236
Bakı metrosunda qatarlar dayandı - Foto
Bakı metrosunda problem yaranıb. Sərnişinlərin verdiyi məlumata görə, 15 dəqiqədən çoxdur qatarların hərəkəti dayanıb. Eyni vəziyyət metronun bütün stansiyalarında müşahidə olunur. Əməkdaşımız Məhəmməd Türkmən bildirir ki, hazırda "Elmlər Akademiyası" metrostansiyasındadır və qatar 15 dəqiqədən çoxdur dayanıb. Sosial şəbəkələrdə "Qara Qarayev" stansiyasında çəkilmiş foto paylaşılıb. Orada da qatarın dayandığı görünür (Musavat.com). Maraqlıdır ki, narahatlıq keçirən sərnişinlərə yaranmış problem və nə vaxt aradan qaldırılacağı barədə heç bir məlumat verilmir.
2014-01-12
6,237
Qədir Rüstəmova həsr olunmuş audio-kitab çıxdı - Video
Azərbaycanın tanınmış muğam ustası, Xalq artisti mərhum Qədir Rüstəmova həsr edilmiş səsli kitab nəşr edilib. Bu haqda "Axar.az"a səs yazıya alınmış "Sona bülbüllər" povestinin müəllifi, öz bədii və publisistik yazılarıyla tanınmış Nazlı Ağayeva məlumat verib. Müəllif kitabın nəşri ilə bağlı bunları deyib: "Hər şeyin bitdiyini düşündüyün bir yerdəcə qəfil bir stimul peyda olur ki, hələ də yaşamağa dəyər deyirsən... İlham Dostuxan və İbrahim Muradov dünən məni beləcə, ağlada-ağlada bir daha yaşatdılar... Bu uşaqlar Qəbələnin sərt soyuğunda min əziyyətlə icarə edilən balaca bir guşədə qələmə alınmış insan hisslərini dilə gətirib oxumaq imkanı olmayanlara və yaxud oxumayıb, sadəcə, dinləməyi üstün tutan hələlik kiçik olan auditoriyalarına təqddim ediblər. Sponsorsuz, layihəsiz, əsas da ki, təmənnasız bu ədəbi, xeyirli işə saatllara, sutkalarla vaxt sərf ediblər. İnşallah dəstək verənlər tapılacaq. Mənim 1996-cı ildə çap olunmuş ilk və hələlik son kitabımdan. Qədir Rüstəmova həsr elədiyim sənədli povest. Yox, bir, hünərin vardı, Qədirdən əsli olmayan bir şey yazaydın..." Xatırladaq ki, kitabın səs rejissoru Abraham Türkəl, səsləndirən İbrahim Dostuxan, ideya müəllifi Cəlal Qasımovdur. Kitabı dinləmək istəyənlərə videonu təqdim edirik:
2014-01-12
6,238
İran Xəzərlə bağlı su planını təxirə salıb
İran Xəzər dənizindən ölkənin mərkəzi rayonlarına suyun verilməsi ilə bağlı planı təxirə salıb. İranın energetika nazirinin müşaviri Səttar Mahmudi 2013-cü ilin dekabrında bəyan edib ki, İran Xəzər dənizindən ölkənin daxilinə suyun verilməsi üçün ilkin araşdırmaları başa çatdırıb. "Axar.az" nazir müşavirinin sözlərinə istinadən xəbər verir ki, İranın mərkəzi rayonlarına sənaye və kənd təsərrüfatı məqsədləri üçün planda 200 milyon kubmetrə yaxın suyun verilməsi nəzərdə tutulub. İranın ətraf mühitin mühafizəsi üzrə təşkilatın nümayəndəsi Əbdülrza Karbasi 2013-ci ilin oktyabrında bildirib ki, Xəzər dənizindən İranın mərkəzi səhrasına suyun köçürülməsi ekoloji fəlakətə gətirib çıxaracaq. Bundan öncə sabiq energetika naziri Məcid Namcu aprel ayında bildirib ki, İran yaxın gələcəkdə Xəzərdən mərkəzi rayonlara suyun köçürülməsinə başlayacaq. "Bu məqsədlər üçün nazirliyə təxminən 20 trilyon rial (800 milyon ABŞ dolları) təşkil edən lazımi büdcə ayrılıb", deyə Namcu əlavə edib (Trend).
2014-01-12
6,239
Qırğızıstan Tacikistanı hərbi təcavüzdə günahlandırır
Qırğızıstan rəsmiləri Tacikistanla sərhəddə yaşanan silahlı insidentin planlı hərbi əməliyyatı olduğunu iddia edirlər. Rusiyanın "İnterfax.ru" agentliyi xəbər verir ki, yaralananların da olduğu silahlı münaqişədən sonra hər iki ölkənin sərhədlərində gücləndirilmiş iş rejiminə keçilib (Sia). Bu arada Qırğızıstanın təhlükəsizlik və asayişin qorunması nazirinin müavini Tokon Mamıtov rəsmən bəyan edib ki, bu ərəfədə baş verən hadisəni Tacikistan tərəfinin öncədən hazırlanmış planlı hərbi əməliyyatı hesab etmək olar: "Hansı ki, bu əməliyyatda artilleriya, qumbaraatan və minaatanlardan istifadə edilib." Nazir müavini jurnalistlərə açıqlamasında onu da qeyd edib ki, sübut üçün Qırğızıstan ərazisində minaların partlaması nəticəsində əmələ gəlmiş dərin oyuqları, qumbaraatantan atılmış və partlamamış qumbaranı, eləcə də tacik xüsusi xidmətçilərinin işlətdikləri digər silahları təqdim edə bilər. Tokon Mamıtov atışma nəticəsində bir neçə binanın, elektrik stansiyasının və Batkentdə yerləşən Tort-Kulsk su anbarının zərər çəkdiyini bəyan edib.
2014-01-12
6,240
İraqda terror aktı - 9 ölü, 16 yaralı
İraqın paytaxtı Bağdadda bazar günü baş vermiş partlayış nəticəsində ən azı 9 nəfər həlak olub, 16 nəfər yaralanıb. Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, terror aktı İraq ordusunun yeni çağırışçılarına qarşı yönəlib. Minalanmış avtomobil Bağdadın qərbindəki avtovağzalın yaxınlığında partlayıb, oradan çağırışçılar öz evlərinə getməyə hazırlaşırdılar. Ölkə ərazisində fəaliyyət göstərən heç bir qruplaşma hələlik terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
2014-01-12
6,241
SOCAR gürcü ailəsinə pulsuz qaz çəkdi
"SOCAR Corcia qas" şirkəti Gürcüstanın İmereti bölgəsindəki Terlola rayonunda çoxuşaqlı Tukvadzelər ailəsinə pulsuz təbii qaz kəməri çəkib. Ailəyə, həmçinin qaz sobası da hədiyyə edilib. İmereti bölgəsinin qubernatoru Zaza Meparişvili Yeni ildə çoxuşaqlı imkansız ailəyə yardıma görə şirkətə təşəkkür edib. Tukvadzelər ailəsinin başçısı çoxdan arzusunda olduğu belə bir niyyətə qovuşmalarına göstərdiyi xeyirxahlığa görə "SOCAR Corcia qas" şirkətinin rəhbərliyinə minnətdarlığını bildirib.
2014-01-12
6,242
Maydan yenidən alovlandı - Canlı yayım
Kiyevin "Müstəqillik meydanı"na yağış yağmasına baxmayaraq 10 mindən çox insan toplaşıb. Bu informasiyanı "UNİAN" agentliyi yayıb. Müxalifət liderləri səhnəyə çıxaraq növbə ilə çıxış ediblər. "Berkut" xüsusi təyinatlı dəstə tərəfindən döyülən eks daxili işlər naziri Yuri Luçenkonun həyat yoldaşı İrina Luçenko qədim bask şüarını misal çəkərək sona kimi dayanmağı təklif edib. Müğənni Ruslana isə deyib ki, 50 gün davam edən nümayişlər texnoloqlar üçün yeni informasiyadır (ANS). Xatırladaq ki, Ukraynanın digər şəhərlərində də ictimai fəalların və müxalifətin iştirakı ilə "Avromaydan" adı ilə nümayişlər keçirilir. Müxalifət liderləri ölkənin ən əri müəssisələrinə müraciət edərək bildiriblər ki, Ukrayna hökuməti müxalifətin tələbini yanvarın 21-dək yerinə yetirməsələr, yanvarın 24-də tətilə çıxsınlar.
2014-01-12
6,243
Bəhruz Kamalvandi: MAQATE İranda ofis açmır
İranın atom enerjisi təşkilatının nümayəndəsi Bəhruz Kamalvandi MAQATE-nin İranda ofis açacağı barədə yayılan məlumatı təkzib edib. "Bu məsələ danışıqlar zamanı müzakirə edilməyib. Hələ aydın deyil, bu cür məlumatlar haradan götürülüb", - Kamalvandi deyib. Məlumat Reuters informasiya agentliyi tərəfindən yayılıb. Əgər MAQATE-nin ölkədə ofisi olsa idi, İranla əməkdaşlıq etmək daha asan olardı, Reuters diplomatlardan sitat gətirib.
2014-01-12
6,244
Böyük Əl-kimyagərin hazırladığı əməl...
Kamyu yazırdı ki, intihar "böyük Əl-kimyagərin insan qəlbində hazırladığı əməldir". Amma son dövr Azərbaycanda baş verən intihar hadisələrində Əl-kimyagərin heç bir rolu yoxdur. Nə qədər acı və ağır olsa da, bu gün intiharlar cəmiyyətimizin gerçəkliyindən doğur. İnsanlar təkcə özlərinə qıymırlar, həm də ölümləri ilə özlərindən sonrakılar üçün açılmış cığırı bir qədər də genişləndirirlər. Psixoloqlar intihar hadisəsini həm də psixoloji bir uyum məsələsi kimi nəzərdən keçirirlər. Yəni bir şey ki, kütləviləşir, demək o, həm də adiləşir. İntihar da kütləviləşdiyi və adiləşdiyi üçün hər hansı bir problemlə üzləşən insanların qarşısında bu yolu seçmək üçün tabular aradan qalxmış olur. Bir növ çətinliyə düşən, həyat qarşısında özünü aciz hesab edən insanlar üçün intihar başqalarının əl atdığı çıxış yolu kimi görünür. İntihar hadisəsi iki səbəbdən doğur. Fərdin üzləşdiyi psixoloji sarsıntılar, daxili psixoloji tarazlığını itirməsi... İkincisisə, cəmiyyətdə üzləşdiyi sosial problemlər... Bunların nisbətini, hansının əsas olduğunu isə toplumun inkişaf səviyyəsi müəyyən edir. Statatistikaya görə, intihar hadisəsi inkişaf etmiş ölkələrdə də geniş yayılıb. Bunun da özünməxsus səbəbi var. Yüksək rifah səviyyəsi, maddi imkanların insanlara həyatın bütün tərəflərini yaşamaq imkanı yaratması həyatı bir növ maraqsızlaşdırır. Bu halda insanlar özləri üçün yaşayıb bitirdikləri, maraqsızlaşdırdıqları dünyadan imtina edib, yenilik üçün o dünyaya üz tuturlar. Ancaq sosial problemlər məngənsində sıxılan cəmiyyətlərdə mənzərə tam fərqlidir. İnsanlar yaşamaq üçün həyata "dörd"əllə sarılsalar da, qarşılaşdıqları sosial problemlərin öhdəsindən gələ bilmədikləri üçün əzab çəkməkdənsə, çıxış yolunu intiharda görürlər. Burada bir məsələni də vurğulamaq gərəkdir ki, məsələyə təkcə hər hansı sosial problem konteksindən baxmaq da düzgün deyil, yəni insanları özünəqəsdə sürükləyən hansısa problem üzərindən məsələyə yanaşılmamalıdır. Cəmiyyətdə sosial problemlərin çoxluğu, insanların ədalətə və hüquqa inamlarını itirməsi psixoloji müvazinəti sarsıdır, insanlarda kütləvi stres yaradır. Belə bir şəraitdə psixoloji özünümüdafiə imkanlarından məhrum olan insanlar uzun müddət üzləşdikləri çətinliklərə müqavimət göstərə bilmir və intihara yol açılır. Hazırda Azərbaycanda kütləviləşən intiharlar da daha çox bu qeyd etdiyimiz səbəblərlə bağlı ola bilər. İntihar həm də psixoloji böhranın, dini inancın zədələnməsinin təhrik etdiyi mənəvi bitiş problemidir. Həyatda heç vaxt dini inancı yüksək olan, Allaha ümidini itirməyən şəxslərin bu yola baş vurduqlarına rast gəlinmir. Bunun səbəbi aydındır, imanlı insan üçün can Allahın ona verdiyi bir əmanətdir, ilahi ölüm hökmü gələnə qədər hər nə olursa-olsun, onu qorumaq vacibdir. İmanlı insan canın ona Allahın əmanəti olduğuna inanaraq üsyan etmir, olanlara imtahan kimi baxır. Bütün dediklərimizə belə bir fikirlə yekun vura bilərik. İnsanlar ayrı-ayrılıqda onları özünəqəsdə vadar edən səbəbləri birgə mübarizə və iradə ilə öldürməyi bacarsalar, o zaman intihardan da qurtulmaq olar.
2014-01-12
6,245
Ərdoğan Əsəd rejiminə dəstək verib - Şok
"Türkiyə Suriya müxalifəti ilə yanaşı Əsəd rejiminə də yardım göstərib". "Axar.az" məlumat verir ki, bu informasiya ilə Türkiyə mətbuatı çıxış edib. Mətbuat bununla bağlı əllərində sənədlərin olduğunu da bildirib. Yayılmış informasiyada Türkiyə hakimiyyətinin münaqişənin başladığı andan etibarən Əsəd rejimi üçün silah daşıyan gəmiləri heç bir zaman yoxlamadığı qeyd edilib. "Suriyaya aid olan üç gəmi bir neçə dəfə boğazı keçib Odessada yerləşən Oktyabrsk limanına yollanıb. Bu liman rusların silah bazası kimi də məşhurdur. Türkiyə hakimiyyəti bu haqda informasiyası olduğu halda heç bir zaman onu yoxlamağa almayıb. Ən maraqlısı isə Suriyaya məxsus olan gəmilərin bir ABŞ şirkəti tərəfindən rəsmi Şama çox ucuz qiymətə satılmasıdır". Mətbuat həmçinin silahı Əsəd rejiminə satan oliqarxın da adını açıqlayıb. "Əsəd rejiminin bu hərəkətinə hamı sakitcә tamaşa edir. Ruslar, almanlar, amerikalılar, ingilislər, türklər. Lakin hər kəs bu informasiyaya sahib idi. Əsədə silahı satan isə rus hakimiyyətinə yaxınlığı ilə seçilən oliqarx Vadim Novinski idi".
2014-01-12
6,246
Papa Avromaydanı müdafiə etdi
"Mən hər zaman Ukrayna xalqının yanındayam". "Axar.az" məlumat verir ki, bu sözlər Roma papası Fransiskin Avromaydana göndərdiyi məktubda yer alıb. O, hər zaman ukraynalılar üçün dua edəcəyini bildirib. "Mən hər zaman sizin üçün dua edəcəm. Dualarımda hər zaman ukraynalılar üçün sülh arzulayacağam".
2014-01-12
6,247
Ariel Şeronun Fələstin haqqında dediyi dəhşətlər - Video
Dünən vəfat edən İsrailin keçmiş baş naziri Ariel Şeron hər zaman fələstinlilərə qarşı öz sərt mövqeyi ilə seçilib. O, ömrünün sonuna qədər Fələstin düşməni olaraq tanınıb. İndiyə qədər minlərlə fələstinlinin ölümündə günahlandırılan keçmiş baş nazirin etdiyi dəhşətli çıxışlardan hazırlanmış video çarxı təqdim edirik.
2014-01-12
6,248
Kasparov Vüqar Həşimovun ailəsinə başsağlığı verib
Şahmat üzrə 13-cü dünya çempionu, əslən bakılı olan Harri Kasparov beynəlxalq qrossmeyster Vüqar Həşimovun vəfatı ilə bağlı başsağlığı verib. Harri Kasparov bu başsağlığını "Tvitter" səhifəsində yazıb. "Mən Bakıdan olan şahmatçı dostlarıma, Vüqarın ailəsinə başsağlığı verirəm. Düzdür, mən onunla heç vaxt rastlaşmamışam. Həşimovun dünyanın 10 ən güclü şahmatçıları cərgəsinə daxil olması 27 yaşlı şahmatçı üçün böyük uğurdur. Təəssüflər olsun ki, yeni uğurlar qazanmağa xəstəlik ona imkan vermədi", - deyə Kasparov bildirib.(anspress)
2014-01-12
6,249
Suriyada 14 yaşlı azərbaycanlı öldürüldü - Şok
Yanvarın 10-da Suriyada daha bir azərbaycanlı öldürülüb. Qəribəsi isə odur ki, bu dəfə öldürülən məktəb yaşlı yeniyetmədir. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan 1999-cu il təvəllüdlü Kərimov Nəcəf Namiq oglu Suriyadakı döyüşlərdə öldürülüb. Bu haqda Suriyada öldürülən Nəcəf Kərimovun xalası nəvəsi Günel Babayeva məlumat verib. "Axar.az"ın "Teleqraf.com"a istinadən məlumatına görə, Kərimovlar 2013-cü ilin yay aylarında ailəliklə Azərbaycanı tərk edib. Ölkəni tərk edərkən valideynlər 16 yaşlı İradə, 14 yaşlı Nəcəf, 10 yaşlı Sara və 5 yaşlı Fatiməni da özləri ilə aparıb. Suriyada öldürülən 14 yaşlı Nəcəf Kərimov Namiq Kərimovun oğludur. Ailə Bakını tərk etəməzdən əvvəl Dərnəgül qəsəbəsi, Saratov küçəsində, daha sonra Sabunçu rayonunda yaşayıb. Yeri gəlmişkən, Namiq Kərimovun "Allah yolunda döyüşlərdə" iştirak etmək üçün Suriyaya getdiyi deyilir. O, bu məqsədlə 14 yaşlı oğlunu da döyüşlərə aparıb. O da qeyd edilir ki, vəfat edən Nəcəf Kərimovun atası Namiq Kərimovun əvəllər üç mağazası olub. Ancaq ailə tam olaraq vəhabiliyi qəbul etdikdən sonra ailə başçısı mağazaları bağlayıb. O, deyib ki, bu cür fəaliyyətlə məşğul olmaq günahdır. Məlumata görə, öldürülən Nəcəf Kərimovun anası Nigar Kərimova da vəhabi təriqətini qəbul etdikdən sonra uşaqlarını təhsildən yayındırıb. Deyilənlərdən belə çıxır ki, Namiq Kərimov Nəcəf Kərimovu məcburi şəkildə Suriyaya döyüşlərə göndərib. Yanvarın 10-da həmin döyüşlərin birində 14 yaşlı yeniyetmə öldürülüb.
2014-01-12
6,250
PKK lideri Ərdoğanın tərəfinə keçdi – Şok açıqlama
"Ölkədə çevriliş etmək istəyən hər kəs başa düşməlidir ki, biz od üstә benzin tökәnlәrdәn olmayacağıq". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan çıxış edib. O, Gülən-Ərdoğan savaşında sətiraltı ifadələrlə Baş naziri müdafiə etdiyini bildirib: "Ölkədə çevriliş etmək istəyən hər kəs başa düşməlidir ki, biz bu hadisәlәrdә od üstünә benzin tökәn olmayacağıq. Hər çevriliş təşəbüsçüsü bundan öncə olduğu kimi bundan sonra da qarşısında bizi görəcək". A.Öcalan bir müddət öncə mətbuatda yer alan 3 PKK-lı qadının "camaat"ın sifarişi ilə Parisdə öldürülməsinə də aydınlıq gətirib: "Bizim dostlarımızın qanı yerdə qalmayacaq. Bu vəhşi qətliama səbəb olanlardan bir gün mütləq qisasımızı alacağıq".
2014-01-12
6,251
11 ölkə Əsəd əleyhinə qərar qəbul etdi
"Əsəd və ailəsinin Suriyanın gələcəyində yeri olmayacaq". "Axar.az" xəbər verir ki, bu sözlər "Suriyanın dostları" qrupunun bu gün keçirdiyi toplantıdan sonra qəbul edilmiş qərara daxil edilib. 11 ölkənin təmsil olunduğu qrup istənilən halda Əsəd və ailəsinə Suriyanın gələcək siyasi həyatında yer verilməməsinin vacibliyini vurğulayıblar. Onlar bundan sonra da Suriya müxalifətinə dətək veriləcəyini bildiriblər. Qeyd edək ki, "Suriyanın dostları" qrupuna Türkiyə, Fransa, ABŞ, İngiltərə, Almaniya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, İtaliya daxildir.
2014-01-12
6,252
Kofe maye itkisinə yol açır?
Birmingham Universitetindən elm adamlarının araşdırması, qəhvənin maye itkisinə yol açdığı fikrini "çürüdüb", hətta gündə bir neçə fincan su qədər təsirli olduğunu göstərib. Fikrin 1928-ci ildə edilən araşdırmaya söykəndiyini bildirən elm adamları, sağlam insanlardan 3 gün boyunca 4 böyük stəkan su və ya qəhvə içməsini istəyib. Daha sonra su içənlər qəhvə, qəhvə içənlər su tükədib. "Axar.az" xəbər verir ki, iştirakçılar araşdırma ərzində eyni yeməkləri yeyib, ağır idman və spirtdən imtina edib. Qan və sidik testləri, su və ya qəhvə içdiklərində iştirakçıların bədənində eyni nisbətdə maye itkisinin olduğunu göstərib. Kafeinin sidik qovucu təsirinin, içkidəki su miqdarıyla tarazlandığını vurğulayan araşdırmaçılar, çay üçün də eyni təsirin söz mövzusu ola biləcəyinə diqqəti çəkib. Araşdırmanın nəticələri'' PLoS ONE'' jurnalında nümayiş olunub.
2014-01-12
6,253
Fətullah Gülənin Fransa kəşfiyyatında adamı var – Şok etiraf
"Bizim Fransa kəşfiyyatında etibarlı adamlarımız var". "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Fransada "camaat"a (nurçular) aid olan məktəbin rəhbəri Əbdürrəhman Dəmir deyib. O, bu sözləri Fransa telekanallarının birinin "camaat"a aid məktəblər haqqında reportaj hazırlayarkən işlədib. "Hərdən bizi Fransadakı ictimai-siyasi həyata inteqrasiya olmamaqda ittiham edirlər. Bizim Fransa kəşfiyyatında etibarlı adamlarımız var və onlar qorxulacaq bir şey olmadığını bilirlər".
2014-01-12
6,254
Metroda şalvarsız gəzəcəklər
Bu gün Belçika metrosunda ilk dəfə olaraq "No Pants Subway Ride" adlı aksiya keçiriləcək. Aksiya çərçivəsində sərnişinlər 1 saat ərzində şalvarsız gəzəcəklər. Verilən məlumata görə, bu informasiyanı "Brusselslife" saytı yayıb. Brüssel şəhərində təşkil edilən aksiyanın internetdə onlayn yayılacağı gözlənilir. Aksiyada iştirak etmək istəyənlər şəhərində mərkəzində yerləşən "Luiza" metro stansiyasında görüşməlidirlər. 1 saat davam edəcək aksiyanın sonunda hər kəs şalvarını geyinməlidir. Xatırladaq ki, ilk belə aksiya 10 il əvvəl ABŞ-ın Nyu-York şəhərində keçirilib. Artıq belə aksiyalar dünyanın 59 ölkəsində keçirilir (ANS).
2014-01-12
6,255
Con Kerri: ABŞ İraqa əsgəri qüvvə göndərməyəcək
ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatların İraq hökumətinin Ənbər vilayətində Əl-Qaidə yaraqlılarına qarşı mübarizəsini dəstəklədiyini bildirib. Lakin o, ABŞ-ın İraqa əsgəri qüvvə göndərməyəcəyini Əl-Qaidəyə qarşı İraq hökumətinin özünün mübarizə aparmalı olduğunu bildirib. Con Kerri bu açıqlamaları İsrail və fələstinlilər arasında sülh danışıqlarının canlandırılması səylərini müzakirə etmək üçün Qüdsdən İordaniyaya və Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl verib. Bir neçə gündür Yaxın Şərqdə səfərdə olan ABŞ Dövlət katibi Fələstinlilərin prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb. Con Kerri Yaxın Şərq sülh prosesi istiqamətində inkişafın olduğunu deyib, lakin əlavə edib ki, hələ görüləsi işlər çoxdur. O, İsrail və Fələstin liderlərinin yaxın zamanda çərçivə razılığını əldə edəcəyi ilə bağlı ümidini ifadə edib. AŞB Dövlət katibinin İsrailin baş naziri ilə danışıqları davam etdirmək üçün yenidən Qüdsə qayıdacağı gözlənilir (Amerikaninsesi.org).
2014-01-12
6,256
Fransa prezidentinin arvadı xəstəxanalıq oldu
Fransa prezidenti Fransua Ollandın xanımı Valeri "Closer" jurnalında ərinin xəyanəti barədə dərc edilən məqaləni oxuduqdan sonra xəstəxanaya düşüb. Bu barədə Reuters məlumat yayıb. Az öncə dərc olunan həmin məqalədə Ollandın aktrisa Jüli Qaye ilə eşq macərası yaşadığı bildirilirdi. Prezident jurnalı məhkəməyə verəcəyini bəyan edəndən sonra jurnalistlər saytda materialı siləcəklərinə söz veriblər.
2014-01-12
6,257
Almaniyada təyyarə qəzası - 4 ölü
Böyük Britaniyadan uçan biznes - klas kiçik matorlu təyyarə bu gün Almaniyanın cənubunda qəzaya uğrayıb. Xəbər verilir ki, təyyarədə olan 2 pilot və 2 sərnişin həlak olub. Məlumata görə, "Cessna 501 Citation" markalı təyyarə yerli vaxtla 12.00 - da Fyören kiçik aerodromuna enərkən qəzaya uğrayıb və bir az aralıdakı zibil yığnağına düşüb. Təyyarə düşən zaman elektrik xətlərinə ilişib və tamamilə yanıb. Təyyarənin sərnişinləri gənc ailə cütlüyü olub. Amma onların şəxsiyyətlərini müəyyən etmək hələ ki, mümkün olmayıb. Qəzaya uğrayan təyyarə "Cessna 501 Citation" 1981 - ci ildə istehsal olunub və əvvəllər heç v axt qəzaya düşməyib (AzNews.).
2014-01-12
6,258
Bəzi məşhurlar 2014-cü il üçün məqsədlərini açıqlayıb
Yeni İl bir çox insan üçün yeni başlanğıc deməkdir – Hətta məşhurlar üçün də. Bəzi məşhurlar 2014-cü il üçün məqsədlərini açıqlayıb. Müğənni Demi Lovato Yeni İl məqsədini twitter hesabında yayımlayıb. Müğənni 2014-cü ilin sağlamlıq, idman, güc və musiqiyə bərabər olduğunu yazıb. Basketbolçu Lamar Odomdan ayrılan Klo Kardaşian üçün Yeni İl çətin olacaq. Amma o, nikbindir və Yeni İldə hər şeyə təzədən başlayacağını deyib. Hillari Daff isə sadəcə çoxlu kitab oxumaq məqsədi olduğunu deyib. Son zamanlardakı rəftarı barədə sosial şəbəkədə açıqlama verən Şia LaBöf twitterdə qalmaqal yaratmamaq üzərində işləyəcəyini etiraf edib. Kim Kardaşian 2014-cü ildə arıqlamaq istədiyini, İngiltərəli aktrisa Kelli Osborn isə hər bir gün üçün təşəkkür edəcəyini deyib. 2014-cü ilə bəzi məşhurlar belə başlayıb (Amerikaninsesi).
2014-01-12
6,259
Bilal Ərdoğan xalqın qarşısına çıxdı -Video
Azərbaycanda gizləndiyi iddia edilən Bilal Ərdoğan İstanbulda xalqın qarşısına çıxdı. Baş nazir Rəcəb Tayyib Ərdoğanın, haqqında 17 dekabr rüşvət və korrupsiya əməliyyatı başlayandan bu yana müxtəlif şayələr gəzən oğlu Bilal Ərdoğan xalqın qarşısına çıxdı. İnşaatı davam edən Çamlıca camisinə gələn baş nazir Ərdoğana və oğlu Bilala vətəndaşlar coşqun sevgilərini ifadə ediblər. Bilal Ərdoğan bu mənzərəni gülümsəyərək izləyib. Buna qədər isə Bilal atası ilə birlikdə Karacaahmet qəbiristanlığında yatan babasının və nənəsinin məzarlarını ziyarət edib (Bugun.az).
2014-01-12
6,260
Mir Şahin: "Müdafiə Nazirliyi niyə təhqir hədəfi olur?" - Video
2013-cü il əsgər ölümlərinin artan statistikası ilə başlamışdı. Əlbəttə, ölüm haqdır, amma bütün ölümlər haqlı deyil. Xüsusilə o zaman ki, valideyn övladı ilə uzağı bir il yarım müddətinə vidalaşır, amma bu il yarım əbədiyyət boyda uzanır. Hərbi xidmətdə faciəvi şəkildə həlak olan Ceyhun Qubadovu xatırlamışdıq. Əslində baş verən nədi? Allah rəhmət eləsin, 3 ay olar ki, orduya çağırılmış gənc hələ ki, sonadək anlaşılmayan bir şəraitdə həlak oldu və bu faciə cəmiyyətdə böyük canlanma yaratdı. Əlbəttə, əsgər ölümü Azərbaycanda, xüsusilə, son zamanlar çox həssaslıqla qarşılanır. Hətta cəbhədə düşmən snayperindən həyatını itirən əsgərlərimizin ölümünü belə cəmiyyətin müəyyən qatında özümüzünkülərin əməli kimi qəbul edənlər tapılır. Ola bilsin ki, ordunun imicinin bərpasına əməlli-başlı ehtiyac var. Çünki fərqi yoxdur, əsgər ya qəzada, ya silahla ehtiyatsız davrandığına görə, ya da lap elə xəstəlikdən ölsün, bütün hallarda ən azı Müdafiə Nazirliyi tənqid və hətta təhqir hədəfinə çevrilir. Baxmayaraq ki, bu gün Azərbaycanın ordusu Cənubi Qafqazda ən böyük büdcəyə malikdir. Hətta Ali Baş Komandan ordumuzun büdcəsinin hərbi doktrinamıza görə rəsmən düşmən elan olunmuş Ermənistanın dövlət büdcəsindən təxminən iki dəfə artıq olduğunu dəfələrlə bəyan edir, Azərbaycan dünyanın nüfuzlu sərgilərinə milli silah-sursatımızla çıxır, sülhməramlı qoşunların tərkibində beynəxlaq hərbi xidmət göstərir, ordumuzun qüdrətini əcnəbi peşəkarlar belə etiraf edir. Bütün bunlar faktdır. Amma təzadlı cəhətlərin çoxşaxəli komponentlərindən biri kimi. Misal çəkək. Tutaq ki, Mubariz İbrahimov və Fərid Əhmədov fədakarlıq nümunəsi göstərərək həlak olur. Amma bu şəhadətlər bir çoxları tərəfindən Azərbaycan ordusunun şücaəti, Azərbaycan zabitlərinin, Müdafiə Nazirliyinin apardığı işin məntiqi yekunu kimi yox, ayrı-ayrı şəxslərin xidməti kimi qəbul edilir. Amma hər hansı hərbçimizin qeyri-döyüş şəraitində, dinc şəraitdə ölümü birbaşa ordu rəhbərliyinin, hətta hakimiyyətin siyasətinin nəticəsi tək aşılanır. Necə deyərlər, uşağı ləyən qarışıq atırıq. Təzaddır, amma faktdır. Səbəb isə yəqin ki, Azərbaycan ordusunun müharibədə uduzmuş ordu olmasıdır və onun əsgərinə ən azı Türkiyədə Məhmədciyə yanaşıldığı kimi yanaşılması üçün əsgərimiz qalib əsgər olmalıdır. Nə qədər ki bu baş verməyib, Azərbaycan cəmiyyətində ordu hətta ən mükəmməl təlimlər keçirməyə qadir olsa belə, yaxşı rol ifa edən massovka imici ilə qavranacaq (ANS).
2014-01-12
6,261
Azərbaycanın ən sakit rayonlarından birində ictimai vulkan - Video
Azərbaycanın ən sakit rayonlarından birində ictimai vulkan püskürdü. İsmayıllı rayonunda yolundan çıxmış bir qrup gəncin yol hərəkəti qaydaları zəminində başlanan etirazı əsl hərəkata çevrildi. Qəzəbli kütlə qarşısına çıxanı süpürüb apardı. İsmayıllıda adicə yol hərəkəti hadisəsindən qaynaqlanan iğtişaşların sətirarxasını təbii ki, hüquq mühafizə oOrqanları araşdıracaq və bəlkə də məişət zəminində baş verən bir hadisənin ümumrayon miqyasına köçürülməsinin bizə məlum olmayan tərəfləri üzə çıxacaq. Biz isə bu hadisənin ortaya qoyduğu adi gözlə görünən mətləblər ətrafında gəzişək. Əvvəlcə onu deyək ki, İsmayıllıda baş verənlər bir az artıq düşmüş sərvətinə görə kasıb-kusuba yuxarıdan aşağı baxan bir-iki yanlışın xətasının nəticəsi idi. Amma ilk baxışdan. Ona görə ki, hər gün yollarımızda neçə-neçə qəza baş verir və bu hadisələrin tamaşaçıları da bir qayda olaraq onlarla ölçülür, qəzadan sonra hətta sürücülərin bir-birini döyməsinin də, bir-birinin maşınını əzməsinin də az şahidi olmamışıq, amma heç bir halda sürücülərə qarşı qəzəb bu boyda böyümür və 25 dəqiqə ərzində şəhərdən bir neçə kilometr əraziyə 3-5 min adam yığışmır. Deməli, səbəb təkcə bir-iki nəfərin sərxoş ərköyünlüyü deyil. Deməli, hansısa problemlər də var ki, onlara etirazlarını ortaya qoymaq üçün bəhanə lazım idi. Təhqir edilənlər təhqir edənlərin cəzasını bu dəfə hüquq mühafizə orqanlarına etibar etmədilər. Şərhimizin sonunda biz təsadüfən Qəbələ RLS-i xatırlamamışdıq, ilin əvvəli şimal qonşumuzun qeyri-adi fəallığı ilə müşayiət olunurdu, Qəbələ RLS-in bağlanması və Rusiya hərbi kontingentininin Azərbaycanı tərk etməsi bizi hər bir vətəndaşımızı sərvaxt olmağa dəvət edirdi. Çünki İsmayıllı Rusiya xüsusi xidmət orqanlarının əla diffuziya etdiyi bir ərazidə, Qəbələ RLS-in bir neçə addımlığında yerləşdiyindən, rayonda birinci səhnədəki silahın sonuncu səhnədə atəş açması teatral qanunauyğunluq ola bilərdi. (ANS)
2014-01-12
6,262
Pakistanda hücum zamanı beş adam ölüb
Rəsmilər Pakistanın şimal-qərbində baş nazir Nəvaz Şərifin müşavirinin hədəf alındığı bomba hücumu nəticəsində onun mühafizəsində olan beş nəfərin öldüyünü bildiriblər. Pakistan rəsmilərinin bildirdiyinə görə, bomba Əmir Muğamın müşayiət edən maşın karvanı Svat vadisindən keçən zaman partlayıb. Onun özü hücum nəticəsində xəsarət almayıb. Baş nazirin müşaviri Fransa xəbər agentliyinə bildirib ki, bu, ona qarşı altıncı hücumdur. Əmir Muğam hücumun onu siyasi fəaliyyətdən uzaqlaşdıra bilməyəcəyini əlavə edib. Hücuma görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib. Pakistanda Taliban, başqa yaraqlı qruplar və Əl-Qaidə ilə əlaqəsi olan şəbəkələrin ölkənin Əfqanıtanla sərhəd şimal-qərb bölgələrində istinadgahları var (Amerikaninsesi.org).
2014-01-12
6,263
Bakıda beşotaqlı ev yandı: 1 ölü
Bakı şəhərində yaşayış evində yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 52 kv.m və dam örtüyü 70 kv.m sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1951-ci il təvəllüdlü Qəhrəman Qasım oğlu İsmayılovun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-13
6,264
Ariel Şeron öldü, bayram etdilər - Foto/Video
Şeronun ölüm xəbərini alan fələstinlilər küçələrə tökülüb, bayram ediblər. "Axar.az"ın əldə etdiyi xəbərə görə, fələstinlilər Ariel Şeronun ölümündən sonra mənəvi rahatlıq tapdıqlarını və onun 8 il komada keçirdiyi vaxtı törətdiyi cinayətlərin cəzası olduğunu düşünürlər. Qeyd edək ki, Ariel Şeronun əmrində olan İsrail ordusu 16 sentyabr 1982-ci ildə Səbrə düşərgəsini üç yerdən mühasirəyə alaraq, 7.500 fələstinli qaçqınını öldürmüşdü. Şeron bu qırğından sonra məhkəmə tərəfindən həbsə məhkum edilmişdi.
2014-01-12
6,265
Türkiyə İraqın suverenliyini təhdid edir
Türkiyənin rəsmi Bağdadın icazəsi olmadan Şimali İraq neftinin Ceyhan limanına daşınması və üstəlik, Şimali İraq Kürd hökuməti ilə raşılaşaraq bu addımı atması İraq hökumətinin lideri Malikinin etirazına səbəb olub. "Axar.az"ın türk mediasına istinadən verdiyi məlumata görə, İraq hökumətinin lideri Nuri Əl Maliki deyib ki, Türkiyə bu addımı ilə İraqın suverenliyini təhdid edib. Məlumatda o da deyilir ki, Baş nazir Türkiyənin iki ölkə arasında imzalanan razılaşmalara uyğun hərəkət etməsini istəyir. O deyib ki, hökumətin razılığı olmadan ölkə torpaqlarından neft ixrac edilməsini İraq konstitusiyasına və İraq xalqının mülkiyyətinə təcavüz kimi qiymətləndirlir. Bundan başqa, Maliki Türkiyənin İraq Kürd Regional rəhbərliyinə də səslənərək Bərzani hökumətinin hərəkətini özbaşnalıq kimi qiymətləndirib. Rəsmi Ankara isə bu ittihama hələlik cavab verməyə tələsmir.
2014-01-13
6,266
8 ildir görmədiyi ərindən uşağı oldu
Qəzzada bir qadının İsraildə əsirdə olan və illərdir görmədiyi yoldaşından uşağı olub. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Qəzzada yaşayan Hana əl Zani adlı 34 yaşlı qadın İsraildə İslami Cihad təşkilatına üzv olmaqda şübhəli bilinərək 12 illik həbsə məhkum edilən həyat yoldaşı Tamərin spermasından süni mayalanma ilə oğlan uşağı dünyaya gətirib. İsrail xüsusi xidmət orqanlarının 2006-cı ildən bu yana yoldaşını görməyə icazə verməməsi qadının Tamərin spermasını həbsxanadan qaçırmasına səbəb olub. Qadın spermanı necə qaçırması ilə bağlı hər hansı bir açıqlama verməyib. İsrail həbsxanalarında israilli məhkumların həyat yoldaşları ilə görüşmələrinə, intim münasibətinə və hətta müəyyən vaxtdan sonra evə getməsinə icazə verilsə də, bu qayda fələstinlilərə aid edilmir.
2014-01-13
6,267
Müəllimlər 10 əlilə araba aldılar
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri Göyçay şəhərində xeyriyyə tədbiri keçiriblər. Göyçayda yardıma ehtiyacı olanların görüşünə gələn xeyriyyəçi insanlar öz məvacibləri hesabına aldıqları əlil arabalarını 10 nəfər I qrup əlilə təqdim edib, 40 nəfər tənha qocaya, aztəminatlı ailələrin üzvlərinə isə ərzaq bağlaması veriblər. Sonra isə Səməd Vurğun adına Göyçay şəhər internat məktəbində təhsil alan 350 şagirdlə görüş keçirilib, onların hamısına geyim əşyaları verilib. Tədbirdə bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup müəllimi xeyriyyəçilik məqsədilə indiyədək Bakı, Sumqayıt, İsmayıllı, Salyanda da bu cür tədbirlər keçiriblər. Müəllimlər öz məvacibləri hesabına son 3 il ərzində Göyçayda 19 əlilə arabalar təqdim edib, şəhər internat məktəbində müxtəlif xeyriyyə aksiyaları keçirib, orada təhsil alan uşaqlara geyim əşyaları, eləcə də şirniyyat və qida məhsullarından, məişətdə istifadə olunan əşyalardan ibarət bağlamalar hədiyyə ediblər. (AzərTac)
2014-01-13
6,268
Ərdoğan millət vəkillərinin davasından danışdı
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Hakimlər və Prokurorların Ali Qurumunun danışıqları zamanı baş verən qalmaqalla bağlı açıqlama verib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, danışıqlar ərəfəsində AKP millət vəkilinə şüşə atıldığını deyən Ərdoğan XSYK-da önəmli qərarların müzakirə edildiyi zaman kənar şəxslərin müdaxilə etməsinə kəskin münasibət bildirib. Baş nazir Ərdoğan deyib: "Danışmaq səlahiyyəti olmayan şəxsin nə həddi var dava salmağa? Sən kimsən? Sənin danışacağın yer fərqli bir yerdir". XSYK-da alınan qərarlara da münasibət bildirən Ərdoğan qərarların Konstitusiyaya zidd olmadığını deyib.
2014-01-13
6,269
Hadisə uzun müddət efirə çıxa bilməyəcək
Türkiyəli müğənni Hadisə bir müddət efirlərdə görüməyəcək. O, münsif kürsüsündə əyləşdiyi "O səs Türkiyə" yarışmasının finalından sonra ekranlardan uzaq qalacaq. Buna səbəb müğənninin yeni çıxaracağı albomudur. Aprel ayında musiqi toplusunu sevənlərinin ixtiyarına verməyi düşünən Hadisə bütün gücünü və vaxtını buna sərf etməyi planlaşdırır. 10 mahnıdan ibarət olacaq albomun çıxış mahnısı İsra Gülümsərə məxsus "Tövsiyə" adlı ifadır. Digər mahnılarını sirr saxlayan sənətçi bütün bəstələrini ekranlaşdırmaq niyyətindədir. Həmişə olduğu kimi müğənni bu dəfə də kliplərinin rejissorluğunu bacısı Hülya Açıkgözə həvalə edəcək. ("Axsam.az")
2014-01-13
6,270
Şahzadə məhkəməyə çıxacaq
İspaniya Kralı Juan Karlosun korrupsiyada günahlandırılan qızı şahzadə Kristina məhkəmə qarşısına çıxacaq. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, 8 martda məhkəmə qarşısına çıxacaq 48 yaşlı şahzadə dövlət vəsaitlərini mənimsəməkdə ittiham edilir. Həyat yoldaşı İnaki Urdangarinin mülkünün bir qisminə onun rəhbərlik etdiyi xeyriyyə cəmiyyəti üçün ayrılmış milyonlarla avro həcmində büdcə vəsaitinin mənimsənilməsi iddiaları ilə bağlı həbs qoyulub. Qeyd edək ki, məhkəmə ötən il də şahzadə Kristinanı məhkəməyə çağırmışdı, ancaq sonradan bu qərar ləğv edildi. Bu hadisələrdən sonra 76 yaşlı İspaniya kralının nüfuzu azalıb.
2014-01-13
6,271
Bakıda avtomobil yandı
Bu gecə Bakı şəhərində avtomobil yanıb. Şəhərin Sabunçu rayonunda vətəndaşa məxsus "Fiat" markalı yük avtomobilinin yanar hissəsləri yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
2014-01-13
6,272
“Xan Araz” dondu
Türkiyənin Şərqi Anadolu bölgəsi Sibirdən gələn soyuq havanın təsirinə məruz qalıb. Türkiyə mətbuatı xəbər verir ki, ötən gecə Ağrıda 26, Qarsda 19, Ərzurumda 15, İqdırda 12 dərəcə şaxta qeydə alınıb. Məlumata görə, bölgədəki bəzi şəlalələr donub, kanyonlarda 20-40 metrə qədər buz salxımları meydana gəlib. Araz çayının Qars vilayətindən keçən hissəsinin də donduğu, çayın səthinin buz bağladığı bildirilir (Anspress).
2014-01-13
6,273
“Axırıncı dayanacaq” qocalar evi oldu
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında ekranlaşdırılan "Axırıncı dayanacaq" tammetrajlı bədii filminin çəkilişləri başa çatıb. Məlumata görə, hazırda film üzərində tamamlanma işləri gedir. İlk mərhələdə filmin mətn düzülüşü həyata keçirilir. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb. Filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımovdur (anspress).
2014-01-13
6,274
Lionel Messi, yoxsa Kriştiano Ronaldo?
Bu gün 2013-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adı açıqlanacaq. İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə səsvermənin yekunları üzrə dünyanın ən yaxşısı oyunçusu məlum olacaq. "Qızıl top" uğrunda Lionel Messi ("Barselona"), Kriştiano Ronaldo ("Real") və Frank Riberi ("Bavariya") mübarizə aparırlar. Mərasimdə həmçinin ilin ən yaxşı məşqçisi və ən yaxşı qolu bəlli olacaq (Trend).
2014-01-13
6,275
Şumaxerin beyin hüceyrələrinin vəziyyəti öyrənilir
7 qat "Formula-1" çempionu Mixail Şumaxerin olduğu hospitalın həkimləri son vaxtlar diqqətlərini pilotun beyin hüceyrələrinin vəziyyətinin öyrənilməsinə cəmləyiblər. RİA Novosti-nin məlumatına görə, bu barədə "Bild" qəzeti xəbər yayıb. Almaniya qəzeti yazır ki, M.Şumaxerin vəziyyəti sabit ağır olaraq qalır. Hazırda həkimlər əfsanəvi idmançının beyin hüceyrələrinin hansının zədələndiyini, hansının isə fəaliyyət göstərdiyini öyrənirlər. Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə-beyin travması almışdı. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada "qeyd etmişdi" (Trend).
2014-01-13
6,276
ABŞ–ın bir nömrəli jurnalı satıldı
ABŞ–ın bir nömrəli iqtisadiyyat jurnalı olan "Forbes" 475 milyon dollara satılıb. "Axar.az"ın xarici mediaya istinadən verdiyi xəbərə görə, "milyonçuların dərgisi" maliyyə sıxıntıları səbəbindən hələ ötən ilin noyabrından satışa çıxarılıb. Verilən xəbərə görə, 1917–ci ildən "Forbes" ailəsinin idarəsində olan jurnalın yeni sahibi alman "Deuts Bank"ıdır. Onlar ABŞ "media nəhənginə" sahib olmaq üçün 475 milyon dollarlarından keçməli olublar. Deyilənə görə, satış icrasını "Deuts Bank" həyata keçirir və təhvil–təslim prosesi bu ayın sonuna kimi tamamlanacaq.
2014-01-13
6,277
İrana veriləcək pulun - Cədvəli
Nüvə proqramına görə İrana qoyulmuş beynəlxalq sanksiyaların tədricən aradan qaldırılması cədvəli bəlli olub. Xarici banklarda 4,2 milyard dolları dondurulmuş İran fevralın 1-dən bu vəsaiti hissə-hissə ala biləcək. ABŞ hökumətindən sızan məlumata görə, İrana məxsus pulun üzərindən sanksiyaların götürülmə cədvəli belə müəyyənləşib: 1 fevral (550 milyon dollar), 1 mart (450 milyon dollar), 7 mart (550 milyon dollar), 10 aprel (550 milyon dollar), 15 aprel (450 milyon dollar), 14 may, 17 iyun, 20 iyul (hər dəfə 550 milyon dollar). İran yanvarın 20-dən nüvə proqramını dayandırmağa razılaşıb (Media forum).
2014-01-13
6,278
Faşist deputat həbs olundu
Yunanıstanda ultrasağçı deputat Statisa Bukurasa həbs olunub. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Həbs olunan deputatın ultrasağçı "Qızıl şəfəq" partiyasının üzvü olduğu bildirilib. Yunan polisi onu cinayətkar təşkilatla bağlılıqda ittiham edib. Qeyd edək ki, bu həbslər yunan musiqiçisinin faşistlər tərəfindən öldürülməsindən sonra başlayıb. Artıq ölkə polisi "Qızıl şəfəq" partiyasının üzvü olan 6-cı deputatı həbs edib.
2014-01-13
6,279
Cəbhədə atışma: əsgərimiz yaralandı
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Tovuz rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində 1995-ci il təvəllüdlü, 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılmış əsgər Əhədli Tapdıq Firdovsi oğlu düşmən tərəfindən açılan atəşdən güllə yarası alıb. Düşmən cavab atəşilə susdurulub.
2014-01-13
6,280
İndoneziyada zəlzələ: tələfat haqda xəbər verilmir
İndoneziyanın qərbində, Sumatra adasının Hind okeanının şimal-qərb sahillərində zəlzələ baş verib. "Axar.az" məlumat verir ki, bu barədə İndoneziyanın Milli Meteorologiya, İqlim və Geofizika İdarəsi məlumat yerləşdirilib. Yeraltı təkanların mərkəzi kimi İndoneziyanın Şimali Sumatra əyalətinin Nias adasının 132 km cənub-qərbi olduğu bildirilib. Ölüm və dağıntı haqqında heç bir məlumat olmadığı deyilib.
2014-01-13
6,281
Kürdəmirdə Fəvvarələr meydanı tikilir
Kürdəmir şəhərindəki dəmiryol vağzalının qarşısında, Heydər Əliyev prospektinin başlanğıcında yeni Fəvvarələr meydanı tikilir. Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən verilən məlumata əsasən, Fəvvarələr meydanının 4500 kvadratmetr ərazini əhatə etməsi nəzərdə tutulub. Burada 3 fəvvarənin qurulması planlaşdırılıb. Meydanın ətrafında yerləşən bütün binaların yenidən qurulacağı qeyd edilib. Verilən məlumatda Fəvvarələr meydanının daxili imkanlar hesabına, yerli inşaatçıların qüvvəsi ilə tikildiyi bildirilib. Meydanın Novruz bayramınadək istifadəyə verilməsi nəzərdə tutulub.
2014-01-13
6,282
Gülər Əhmədova hələ də BDU-nun müəllimidir - Fotofakt
BDU-nun həbsdə olan müəllimləri eks-deputat Gülər Əhmədova və Məhəmməd İmanlı adı çəkilən ali təhsil müəssəsindən azad edilməyiblərmiş. Avropa.info-nun araşdırması nəticəsində bəlli olub ki, BDU-nun rəsmi saytında hələ də bu iki şəxs Universitetin müəllimləri kimi təqdim olunurlar. Qeyd edək ki, ötən ilin iki yadda qalan həbs qalmaqalı Bakı Dövlət Universitetində çalışan müəllimlər ətrafında oldu. Sözügedən ali təhsil ocağının professoru Məhəmməd İmanlı yaşadığı evdə külli miqdarda pul alarkən yaxalandı. BDU ilə bağlı ikinci həbs isə sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı oldu. Xatırladaq ki, hazırda həbsdə olan G. Əhmədova da bu tədris müəssəsində müəllim işləyirdi. Hər iki həbs ölkədə böyük sensassiyaya səbəb oldu. Ancaq maraqlıdır ki, BDU-nun rəsmi saytında bu iki şəxs hələ də universitetin müəllimləri kimi göstərilir. Aşağıdakı linkdə olan məlumatlarla tanış olanda bu qənaətə gəlinir ki, həm Gülər Əhmədova, həm də Məhəmməd İmanlı BDU-dan xaric edilməyib. Yəqin ki, BDU rəhbərliyi məsələyə aydınlıq gətirər. Bu faktı sübut edən linkə aşağıda baxa bilərsiniz: http://law.bsu.edu.az/az/content/mhmmd_na_olu_manl__412 http://socialogy.bsu.edu.az/az/content/hmdova_glr_mkayil_qz ​
2014-01-13
6,283
“Qızlarımız bara əylənməyə gəlmirlər” – Gecə həyatı/Foto
"Gecə həyatı" layihəsinin oxucuların marağına səbəb olduğunu hər dəfə hiss edirik. Bəlkə də bu, reportaj hazırladığımız məkanlara oxucuların az-çox bələd olmasından doğur – onlar bu yerlərə bir jurnalistin burun soxmağının necə təhlükəli olduğunu yaxşı bilirlər. Təhlükə və yasaq isə həmişə ilgini ikiqat çəkir. Klubları, barları qapı–qapı gəzib maraqlı görünən, əylənə bilən insanları axtarırıq. Bizimçün maraqlı olan onların əyləncəsi deyil təkcə, iç dünyaları, sosial həyatları, dünyaya zirzəmidən boylanan baxışlarıdı. Onu da deyim ki, getdiyimiz klublarda əcnəbilər üstünlük təşkil edir. Buna səbəbin klubların baha olmasını deyirlər, əslində bəlkə də əksinədir – klublar məhz o xaricilərə görə bahadır? "Chivas Regal" 50 qramı 50 manat Bu dəfə "Locco"klubu seçdik. Burada canlı musiqi, əyləncə saat 11-dən sonra başlayır. 100-150 nəfərin sığışdığı bu klubda da müştərilərin çoxu xaricilərdir. Klubda iynə atsan yerə düşməz və mən bu basabasın içində izdihamı yara-yara barmenə tərəf gedirəm. Hündürdaban ayaqqabı və şort Barmeni iş başından ayırmaq çətin olmur, müsahibə almaq istədiyimi biləndə etiraz etmir, işindən ayrılıb mənimlə çox səmimi söhbət edir. Hiss olunur ki, darıxır. BDU-nun Filologiya fakültəsini bitirən müsahibimin adı Hacıdır. 24 yaşı var, ancaq həyatda çox çətinliklər gördüyünü deyir. - "Chivas Regal",- barmen "Burda ən bahalı içki hansıdır?" - sualıma dərhal cavab verir. 20 illik içkidir, 50 qramı 50 manatdır. O qiymətə olması normaldır. Daha sonra pivələr gəlir – bir parçı 5–6 manat. Kokteyllər 10 manat, yeməklər isə elə də bahalı deyil - 10-15 manata pizza, 10 manat "Club Sandwich". "Pizza İnn"də burdan da bahadır. Ona görə də buranı elə də bahalı saymaq olmaz, sadəcə, bizim gənclərin cibinə uyğun deyil. Gecə klublarında, barlarda əxlaqsız qadınlar çox olur - Azərbaycanlı gənclərə gecə həyatını məsləhət görmürəm. Əxlaqsız qızlar çox olur. Xüsusi ilə bar adı ilə fəaliyyət göstərən zirzəmiləri deyirəm. Oralar əxlaqsızlıq yuvasıdır. Ona görə də bizdə bar deyəndə hər kəsin gözünün qarşısına zirzəmi həyatı gəlir. Bakıda isə əsil gecə həyatı yoxdur. Azərbaycan qızları kluba gələndə düzgün geyinmirlər Hacı qızlarımızın bara gəlməsinə pis baxmır, ancaq: - Normal barlar var, gəlsinlər, əylənsinlər, pis baxmıram. Amma Azərbaycan qızları kluba gələndə düzgün geyinmirlər. Mən Avropada olmasam da, kinolarda görmüşəm ki, oradakı qadınlar kluba idman paltarlarında gəlirlər. Əylənmək, atılıb-düşmək rahat olsun deyə. Hündürdabanla gəlib necə əylənmək olar axı? Qadın birdən içkini çox içdi, ayağı büdrədi, yıxıldı, əzildi. Gecə klublarına gələn qızlara güvənmək olmaz - Qoy oğlanlarımız bilsinlər: kluba gələn qızların çoxu yalançı olur. Evdən normal paltarda çıxırlar, taksidə şort geyinib kluba girirlər. Yaxud köynəyini qaldırıb göbəyinin üstündə düyünləyir. Bura əyləncə yeridir, özünü göstərmə yeri yox. Özünü toyxanada hiss edən gənclər Bizim gənclərin maraqlı xasiyyətləri var. Əylənməyi yaxşı bacarmırlar. Bir də görürsən yaxınlaşıb DJ-ə deyir, al bu 5 manatı, filan mahnını qoy. Dünyanın heç yerində belə bir şey yoxdur ki, Dj-yə yaxınlaşıb musiqi sifariş verəsən. Sanki toyxanada hiss edir özünü. Bizimkilər üçün deyil klub Bura gələnlərin çoxu xaricilərdir. Əylənmək, klub mədəniyyəti elə onlara məxsusdur. Bizimkilər üçün deyil klub. Amma məni ən çox yandıran odur ki, bizim vətənimizdə onlar bizdən çox pul qazanırlar. 100 manat "çay pulu" verənlər var. Qışqıra-qışqıra sağollaşmaq Gecə həyatı "Locco" klubda getdikcə canlanır. Bu qədər səs-küyün içində Hacı ilə söhbətimizi güclə yekunlaşdırıram. Qışqıra-qışqıra sağollaşıb bu həftəki "Gənclərin gecə həyatı" layihəsinə yekun vururam, növbəti görüşə qədər.
2014-01-13
6,284
Penitensiar xidmətin əsgəri özünü güllələdi
Penitensiar xidmətin əsgəri özünü postda ehtiyatsızlıqdan güllələyib. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yanvarın 12-də Penitensiar xidmətinin Mühafizə alayının əsgəri, 2013-cü ilin iyul ayında Beyləqan rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü sıravi Rzayev Coşqun Elşad oğlu xidmət apardığı keşikçi postunda növbədə tək olduğu şəraitdə saat 19.10 radələrində ona təhkim olunmuş avtomat silahından ilkin ehtimala görə ehtiyatsızlıqdan açılmış atəş nəticəsində xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb, lakin görülmüş tədbirlərə baxmayaraq əsgər aldığı ağır bədən xəsarətindən vəfat edib. Dərhal verilmiş məlumat əsasında hadisə yeri aidiyyəti üzrə Bakı şəhər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müayinə edilib. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
2014-01-13
6,285
“Rüşvəti Ərdoğana görə aldım”
"Prokurorlar həbs olunmuş nazir övladlarından birini "rüşvəti Ərdoğana görə aldım" ifadəsini işlətməyə məcbur ediblər". "Axar.az" məlumat verir ki, bu informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuat nazir övladlarından birinə bu sözləri demək qarşılığında azadlığa buraxılacağını bildirib. Eyni təklifin prokurorlar tərəfindən Rza Zərrabın yanında işləyən iki adama da edildiyi bəlli olub. Mətbuat hər iki halda təklifin müttəhimlər tərəfindən rədd edildiyini bildirib. Qeyd edək ki, təklifin edildiyi adamların hər biri 17 dekabr rüşvət əməliyyatında həbs olunub.
2014-01-13
6,286
Dünyanın ən bahalı otelə çevrilən avtobusu - Fotolar
"Formula-1" pilotları Censon Batn və Jak Vilnevin istifadə etdiyi avtobus 7 ulduzlu otelə çevrilib. Keçmiş F-1 pilotu Vilnev üçün əllə işlənilən nəqliyyat vasitəsi ABŞ-dakı "Nevell" adlı şirkət tərəfindən hazırlanaraq lüks avadınlıqlarla təchiz edilib. İçəri daxil olduqlarında şampanla qarşılanacaq olan müştərilər bu lüks avtomobildə bir gecə keçirmək üçün 13 min dollar ödəməlidir. Otel tipli avtobus müştərinin istədiyi hər yerə gedir. Avtobusda 24 saat işləyən xidmət qrupu fəaliyyət göstərir. Bundan əlavə avtomobildə mətbəx, sauna, yataq otağı, plazma televizor da mövcuddur.
2014-01-13
6,287
Qazilər Şurası ANS-in fətvasını verdi: “Cinlə oturub-dururlar” - Video
"Bu cür işlərlə məşğul olan adamlar da xəstədir və özlərini həkimə göstərməlidirlər" "Bu adamlar insanları dolayırlar. Elmin inkişaf etdiyi bir dövrdə bu cür şouların yaradılması nəyə lazımdır?" Bunu AzNews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının üzvü, qurumun fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib. Azərbaycan bəzi televiziya kanallarında, o cümlədən sosial şəbəkələrdə yer alan "cin çıxarma əməliyyat"ı haqda danışan M. Seyidzadə bu cür halların mediaya yol tapmasını kəskin pisləyib: "İki-üç nəfər axmaq, ANS-in təşkil etdiyi verilişdə cəmləşib, bilmədikləri məsələlər haqqında ağızlarına gələni danışırlar. Həzrəti Əlinin bir kəlamı var. O deyir ki, nadan özünü tanımırsa, Allahı necə tanıyacaq? Bunlar nadan adamlardır, axmaqdılar və onların ağılları sıfır dərəcəsindədir. Cinlə oturub-dururlar. Bunlar cindən yapışıb, dünyanı bizə güldürürlər". QMİ rəsmisi həmin vətəndaşlara da müraciət də edib, belə məsələlərə inanmamağa çağırıb: "Əlbəttə, cin var və o öz işindədir, sən də öz işində ol. Xəstə adamdır, getsin həkimə müraciət etsin, bu nədir axı... Həmin verilişi təşkil edən və aparan insanlar da özləri üçün şou yaratmaq istəyir. Bu cür verilişlərlə də insanları biabır edirlər. İnsan belə verilişlərə baxdıqca artıq psixoloji problemlər yaşayırlar. Hansı kütləvi informasiya vasitəsinə baxırsan "cin belə getdi, şeytan da belə gəldi" danışırlar. Bunlar boş-boş söhbətlərdir. Onlara ağıl qoyan yoxdur. Bir ağıllı adam yoxdur ki, onlara desin, gedin oturun yerinizdə, bu nə işdir edirsiniz? Onlar Allahı, Peyğəmbəri tanısalar belə etməzlər. Deməli, tanımırlar və bu cür hərəkətlərə yol verirlər". O, məsələnin dini baxımdan şərhini də verib: "Qurani-Kərimdə Cin sürəsi var və Allahu-Təala bununla bağlı insanlara bəzi məsələləri çatdırır. Allah-Təala buyurur ki, mənim adım gələn yerdə nə şeytan qalar, nə də cin. Həmin adamlar özləri cindir və cinləri də yığırlar başlarına. Axmaq-axmaq hərəkət edirlər. Bu gün mən xəstələnmişəm və ağzıma gələni danışıram. O demək deyil ki, cin mənim içimə girib. Cinin girməyə başqa yeri yoxdur? Ümumiyyətlə, bu cür işlərlə məşğul olan adamlar da xəstədir və onların özlərini həkimə göstərməyə ehtiyacları var". Xatırladaq ki, bir neçə gün əvvəl aparıcı Elgiz Əkbərin təqdimatı ilə ANS televiziya kanalında yayımlanan "Adam içində" proqramı zamanı Həsən adlı ekstrasens canlı efirdə bədəndən cin çıxardığını iddia edib. O, veriliş boyu epilepsiya xəstəsi olan və daxilində cin olduğu deyilən gənc qızın bədənindən cin çıxardığını iddia edir. Proqramda iştirak edən həkim isə "Bu insan xəstədir, müalicə almalıdır" - deyib. Verilişdən sonra da "Cin çıxarma" əməliyyatı davam edib və bu proses çəkilərək, sosial şəbəkələrdə yayılıb.
2014-01-13
6,288
Flora Kərimova xəstəxanaya düşdüyünü yalanladı - Video
"Hal-hazırda yoldayam, gəzirəm, indi rəfiqəmi işə aparıram, özümün də kefim yaxşıdır". Bu sözləri "Axar.az"a Xalq artisti Florq Kərimova xəstəxanaya düşməsi xəbəri ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən dedi. Flora xanım bildirdi ki, bu şayiələrin yayılma səbəbini bilmir: "Niyə belə şayiələr yayırlar, anlaya bilmirəm". Xatırladaq ki, Flora Kərimovanın səhhətində problem yaranması səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə mediada bu gün xəbər yayılıb.
2014-01-13
6,289
Zakir Həsənov Fransaya getdi
Yanvarın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasına rəsmi səfərə yola düşüb. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, General-polkovnik Zakir Həsənovun Fransa Respublikasının Müdafiə naziri cənab Jan-İv Le Drian, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Eduard Qiyo, eləcə də Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşlər keçirməsi, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparması planlaşdırılır. Səfər zamanı Azərbaycan Respublikası və Fransa Respublikasının Müdafiə Nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq Anlaşmasının imzalanması nəzərdə tutulub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri yanvarın 14-dək davam edəcək.
2014-01-13
6,290
Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb
Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Məlumata görə, "İraq-Şam İslam Dövləti" qruplaşmasının üzvü "Abdurrahman" ləqəbli azərbaycanlı mücahid Azad Suriya Ordusu tərəfindən öldürülüb. Onun Sumqayıt şəhərindən olduğu bildirilir. Mərhum boks üzrə idman ustası imiş. "Abdurrahman" ləqəbli azərbaycanlı mücahidin ailəsinin də hazırda Suriyada olduğu bildirilir. Onun Süleyman adında qardaşı da hazırda Suriyada vuruşur. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
2014-01-13
6,291
Müdafiə naziri Zakir Həsənovla bağlı şok faktlar – İddia
"Müdafiə Nazirliyinin rəhbərliyində deyəsən əməlli-başlı fikir ayrılığı yaşanmaqdadır. Son günlər orada baş verənlər bunu deməyə əsas verir". Bunu öz "feysbuk" statusunda hərbi ekspert Üzeyir Cəfərov paylaşıb. Ekspert ehtimal edir ki, vəzifəsinə ötən ilin oktyabrında təyinat alan general-polkovnik Zakir Həsənova qarşı həm MN daxilində, həm də kənardan çox güclü təsirlər və təzyiqlər var. Təsir iddiasını əsaslandırmağa çalışan Ü.Cəfərov bildirir: "Əgər belə olmasaydı, haqqında indi danışacağımız bir neçə kadr təyinatları ilə bağlı əsil traqikomediya yaşanmazdı. Bir neçə gün bundan öncə məlum oldu ki, MN-də HHQ və HHM qoşunlarının komandanı vəzifəsinə təyin edilən general-mayor Altay Mehdiyevlə bağlı Müdafiə naziri bir ay bundan öncə imzaladığı əmri dəyişib. İndi də Altay Mehdiyev Şəmkir Hərbi Birləşməsinə təyinat alıb. Əgər MN-nin rəhbərliyi məqsədə müvafiq saysa, onu hansı vəzifəyə təyin etdiklərini də açıqlaya bilərlər. Axı, bir ay bundan öncə, MN özü təsdiq etmişdi ki, Altay Mehdiyev SQ Hərbi Akademiyasına rəis təyin edilib. General rütbəsini daşıyan bir şəxslə bağlı belə tam olmayan qərarların verilməsi, sonradan isə onun dəyişdirilməsi heç də yaxşı hal sayıla bilməz. Bir başqa misalı qeyd etmək istəyirəm. MN-nin Mənzil İstismar İdarəsi ləğv edildikdən sonra mətbuatda məlumat getdi ki, yeni yaradılmış Tikinti İşləri üzrə idarəyə polkovnik-leytenant Zakir Niftəliyev təyinat alıb. Amma nazir ilə Baş Qərargah rəisi arasında yaranan bəzi gərginliklər səbəbindən, Zakir Niftəliyev də vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə bir vaxtlar sabiq Müdafiə naziri tərəfindən cəzalandırılan polkovnik-leytenant Qəhrəman Ağayev təyin edilib". Naxçıvanda yeni yaradılmış Əlahiddə Qoşun Ordusunda bir neçə yerə təyinatın da öz iradəsi ilə verilmədiyini iddia edən ekspert Şəmkir Hərbi Birləşməsinə aşağı vəzifəyə təyin edilmiş MN-nin Büdcəyə Nəzarət və Maliyyə İdarəsinin rəisi vəzifələrini icra edən polkovnik-leytenant Elçin Mehdiyevin əmrinin ləğv edilərək daha yuxarı vəzifəyə - Naxçıvan ƏÜO -na təyinatının reallaşmasını fikirlərinə sübut kimi göstərib: "MN-nin Goradil İstirahət Mərkəzinə Daxili Qoşunların ehtiyatda olan zabitinin də rəis təyinatı çox böyük mübahisələrə səbəb olub. Bu 2 ay yarım müddətdə yeni Müdafiə nazirinə o qədər əmrlərin imzalanmasını və sonradan dəyişdirilməsini yaşadan insanlar anlamalıdırlar ki, bu heç də cəmiyyət tərəfindən yaxşı qarşılanmır və bu nazirlik hansısa mülki bir qurum deyil. Əldə etduyimiz son məlumatlardan biri də bu yaxınlara qədər MN sistemində general vəzifəsində olmuş polkovnik rütbəli bir vəzifəli şəxsin rüşvət alma ittihamı ilə həbs edilməsi xəbəridir ki, yəqin ki, MN özü bu məsələyə gün ərzində aydınlıq gətirsə, yaxşı olar. Bizə o zabitin konkret adi, soyadı və onun işini aparan Respublika Hərbi Prokurorlugunun mühüm işlər üzrə müstəntiqinin adı və soyadı da bəllidir. Başqa maraqlı məqamlar da var. Onlar haqqında bir qədər sonra..."
2014-01-13
6,292
Bakıda əkiz qız dünyaya gətirən ana komaya düşüb
Ötən ilin dekabr ayının 18-də əkiz qız övladı dünyaya gətirən ana hazırda komadadır. Bu barədə qızın atası Nadir Lalayev məlumat verib. Onun verdiyi məlumata görə, qızı Günay Lalayeva dekabrın 18-də 3 saylı xəstəxanada 2 qız uşağını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib (ANS). Dünyaya gələn uşaqlardan birinin çəkisi 2 kiloqram 700 qram, digərinin çəkisi isə 3 kiloqramdır. Uşaqlar normal olsa da, ananın vəziyyəti pisləşib. Sonradan Günayı yenidən əməliyyat etsələr də heç bir xeyri olmayıb və qadın komaya düşüb. Dekabrın 26-da onu Mərkəzi Tibbi Xəstəxanaya yerləşdiriblər. Günayı həmin xəstəxanada yenidən əməliyyat ediblər. Onun bəzi orqanları, o cümlədən uşaqlığı çıxarılıb. Günayın qanının zəhərləndiyi də bildirilib. Hazırda qadın süni nəfəs aparatına qoşulub.
2014-01-13
6,293
Silahlı Qüvvələrin qida rasionu dəyişdirilir
Azərbaycan Silahlı Qüvvələrinin qida rasionunun dəyişdirilməsi nəzərdə tutulur. Axar.az məlumat verir ki, bu barədə informasiya APA-ya hökumətdəki mənbələrdən məlumat verilib. Dəyişiklik Müdafiə Nazirliyinin təklifləri əsasında aparılacaq. Hazırda bununla bağlı Müdafiə Nazirliyi, Nazirlər Kabineti və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən müvafiq araşdırmalar və hesablamalar aparılır. Aparılacaq dəyişikliklər nəticəsində keçmiş Sovet ordusundan qalma bir sıra qidaların rasiondan çıxarılması, onların Azərbaycana məxsus yeməklərlə əvəzlənməsi nəzərdə tutulur. Əsgərlərin rasionunda hansı qidaların dəyişdiriləcəyi isə aparılacaq hesablamaların sonunda qəbul ediləcək qərarlardan asılı olacaq. Müdafiə Nazirliyi bütün hərbi hissələrdə (əvvəllər yalnız xüsusi təyinatlı hissələrdə mövcud olub) qida rasionuna əlavə olaraq meyvə və çərəzlərin daxil olunmasını təklif edib. Qeyd edək ki, 2013-cü ilin yanvar ayında Nazirlər Kabineti Silahlı Qüvvələr və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının yeni siyahısını təsdiq edib. Bunadək Silahlı Qüvvələrdə hərbçilərin qidalanması 1992-ci ildə təsdiq olunmuş ümumqoşun ərzaq payı normaları əsasında həyata keçirilib. Yeni siyahıda əsgərin gündəlik qidalanması üçün müəyyən edilmiş qida məhsullarının sayı 28-dən 24-ə endirilib. Siyahıya pendir və cem, hər gün yumurta verilməsi (əvvəllər həftədə 1 dəfə) əlavə olunub.
2014-01-13
6,294
Zərifə Əliyevanın biobiblioqrafik göstəricisi nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından görkəmli alim-oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstərici nəşr edib. "Axar.az" xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən hazırlanan, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Firəngiz Hüseynova və AMEA Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri İsmət Səfərovun redaktorluğu ilə işıq üzü görən biblioqrafiyada alimin kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbuatda ayrı-ayrı məcmuələrdə dərc olunub. Biblioqrafiyada akademikin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri öz əksini tapıb. Qeyd edək ki, nəşrin tərtibçi müəllifi filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
2014-01-13
6,295
Metroda gediş haqqı qaldırılacaqmı?
"Metroda gediş haqqının qaldırılması nəzərdə tutulmayıb". Bunu "Axar.az"a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib. O, yaxın müddətdə bununla bağlı metropoliten rəhbərliyinin heç bir planının olmadığını bidirib: "Yaxın müddətdə Bakı Metrosunda qiymət artımı ilə bağlı heç bir şey nəzərdə tutulmayıb, yəni qiyməti artımı olmayacaq". Nəzakət Tarıverdiyeva metroda yaranmış nasazlıqlarla bağlı məsələyə də aydınlıq gətirib: "Bizdə ümumiyyətlə, bir dəfə belə texniki nasazlıq qeydə alınıb. Bununla bağlı isə qrup yaradılıb və bu, qiymətləndirilib. İndi isə heç bir belə problemimiz yoxdur". Metoraya yeni vaqonların gətirilməsini isə mətbuat katibi inkar edib: "Hələlik Bakı metorpoliteninə yeni vaqonlar gətirilməyib".
2014-01-13
6,296
Avtomobillərin yanmasına səbəb nədir?
"Avtomobillərdə tez-tez yanğınların baş verməsi problemi elektrik sisteminə müdaxilə nəticəsində baş verir". Bu sözləri "Axar.az"a əsasən paytaxt Bakıda müxtəlif səbəblərdən avtomobilin mühərrikində alovlanma baş verməsi və nəticədə avtomobillərin yanması ilə bağlı faktlara açıqlama gətirərkən Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev dedi. Şöbə rəisinə görə, problem avtomobillərin elektrik sisteminə qeyri-peşəkar müdaxilə nəticəsində baş verir: "Avtomobil yanğınlarına səbəb, əsasən avtomobilin elektrik sisteminə qeyri-peşəkar müdaxilə və ya naşı usta tərəfindən siqnalların qoyulması, "siqanilzasiya" dediyimiz qaçırılma əleyhinə olan və yaxud da istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan digər qurğuların quraşdırılmasında yol verilən xətalar üzündən baş verən qısaqapanmalardır".
2014-01-13
6,297
M.Mirəlioğlu: “Bu, Elçibəyin dediyi məsələ deyil”
"Müsavat Partiyasının hansı səbəbdən ayrılması, 2015-ci il Milli Məclis seçkilərində bu partiyaya mandat söz verilməsi ilə bağlı yayılan söz-söhbətlər barəsində bir söz deyə bilmərəm. Prosesləri izləməmişəm, xəbərim yoxdur". Bunu Müsavat-AXCP qarşılıqlı ittihamlarına münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu "Axar.az"a açıqlamasında dedi. Onun sözlərinə görə, Müsavatın Milli Şuradan çıxmağının səbəbi ona bəlli deyil: "Müsavatın Milli Şuradan çıxmasında problem görmürəm. Sadəcə, biraz umu-küsü var; biraz da hansısa razılaşdırılan, razılaşdırılmayan və ya razılaşdırılıb, sonradan pozulan məsələlər var ki, bunu da iki partiya rəhbəri öz aralarında həll edəcəklər. Burada bizim müdaxiləmizə qəti ehtiyac yoxdur". Mən öz missiyamı bilirəm Vaxtilə Əbülfəz Elçibəyin dilindən səslənən və hazırda gündəmə gətirilən "Mirmahmud Fəttayev Azərbaycanda ən nüfuzlu adamlardan biridir. Elə bir münaqişə baş verə bilər ki, onu yalnız Mirmahmud ağa həll edə bilər" məntiqi ilə M.Mirəlioğlu Müsavatla AXCP arasındakı münaqişəyə müdaxilə etmək istəyərmi? - sualına da partiya sədri cavab verdi: - Əbülfəz bəyin bu və digər dediklərinə nə sağlığında, nə də ondan sonra şərh verməmişəm. O şərhi verməkdə də özümdə güc görmürəm. Mənəvi haqqım çatmır ki, bu və ya digər şəkildə Əbülfəz bəyin dediyinə şərh verim. O ki qaldı hazırkı vəziyyətdə dediyiniz missiyaya, bu, Əbülfəz bəyin dediyi məsələ deyil: Bəyin dediyi iki partiya, iki nəfər, iki qurum arasında olan məsələyə aid deyil. Əbülfəz bəyin dediyi söhbət başqadır. Əbülfəz bəy də nə dediyini bilir. Mən də öz missiyamı, öz vəzifəmi bilirəm.
2014-01-13
6,298
Nəqliyyat müfəttişləri sürücünü döydü - Video
Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında mübahisə yaranıb. Sərinişin kimi maşına əyləşib sonradan müfəttiş olduqlarini elan edən 4 nəfərin sürücünü döydükləri iddia olunur. Kürdəmir rayon sakini 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu paytaxtda taksi fəaliyyəti ilə məşğul olduğunu və 4 nəfərin hücumuna məruz qaldığını deyir (Ans). Sürücü mülki geyimdə olan bu şəxslər müştəri kimi maşına əyləşdiklərini bildirir. Qapılar bağlanan kimi "müştərilər" əvvəlcə sənəd daha sonra isə lisenziyasız taksi fəaliyyəti göstərməsi üçün pul tələb ediblər. Sənədlərinin ələ keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə dırmaşdırsa da bir fayda verməyib. Həmin əxslər avtomobilin sənədi götürərək avtomobillə ərazidən uzaqlaşıblar. Məsələ ilə bağlı hələlik Nəqliyyat Nazirliyi heç bir açıqlama verməyib.
2014-01-13
6,299
“Qara bağ” əsərinin məşhur müəllifi Sərkisyandan danışdı
"Sərkisyana Köçəryan təyziq etdiyinə görə Gömrük İttifaqını seçib". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Karnegi fondunun analitiki Tomas de Vaal çıxış edib. O, Ermənistanın ikinci prezidentinin Serj Sərkisyana təyziqini artırdığını bildirib: "Həm Petrosyan, həm də Köçəryan Rusiya yönümlüdür. Ermənilər isə hakimiyyət kimi heç də Rusiyaya meyilli deyillər". Qeyd edək ki, Tomas De Vaal dünyaca məşhur "Qara bağ" əsərinin müəllifidir.
2014-01-13
6,300
Dünən gün ərzində 64 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 64 cinayət faktı qeydə alınıb. Onların 17-si "isti izlər"lə açılıb. "Axar.az" DİN-in rəsmi saytına istinadən bildirir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 23 nəfər yaralanıb. Cinayət törətdiklərinə görə 14 nəfər tutulub.
2014-01-13
6,301
Mehriban Vəzir: “Xalqın Milli Şuraya ümid bağlaması yanlış idi”
"Onlar haqlı olduqlarını isbat eləmək və daha güvənli yerlərdən yapışmaq üçün Elçibəyin adından istifadə edirlər. Hər iki tərəf zamanında günahları, səhvləri olsa belə, sınaqdan uğurla keçmək və özlərini isbat etmək üçün həmin dəyərdən yapışırlar. Bəlkə də sağlığında düzgün qiymət vermədikləri dəyərdən..." Bu sözləri yazıçı-publisist Mehriban Vəzir son günlər AXCP və Müsavat partiyaları arasında baş verən qalmaqalda partiya funksionerləri və onlara yaxın olan media orqanları arasında baş verən qarşılıqlı ittihamlarda Azərbaycan Xalq hərəkatının banisi Əbülfəz Elçibəyin adından istifadə edilməsinə münasibət bildirərkən "Axar.az"a dedi. Mehriban Vəzir partiyalar arasında olan münaqişənin sonluğunu belə qiymətləndirdi: "Onu deyim ki, mən bu məsələdə hakimlik missiyasını öz üzərimə götürmək fikrində deyiləm. Haqlı və haqsız tərəf təhlili aparmaq istəmirəm. Zamanında lazım olanları demişəm, amma düşünürəm ki, çox böyük yanlışlıqlar, çox böyük xətalar, səhvlər baş verir. Düşünürəm ki, onlar üçün bunun altından çıxmaq çox çətin olacaq". Tanınmış yazar partiya funksionerlərini qeyri-səmimilikdə ittiham etdi və Milli Şuraya ümid bəsləməyin yanlış olduğunu bildirdi: "Bunu da vurğulayım ki, istər fərdlərin, istərsə də xalqın Milli Şuraya ümid bağlaması yanlış idi. Milli Şura ümid yeri deyildi. Bu, seçkilər ərəfəsində yaranmış və bir sıra uğurlara nail olmuş qurumdur. Milli Şuranın ən böyük uğuru seçkilərlə bağlı dünyada dürüst mənzərə yaratması oldu. Amma insanların bu quruma son ümid yeri kimi baxması çox yanlış bir addımdır. Ümid yalnız xalqın özünədir. Xalqın iştirakı olmadan hər hansı bir yenilik baş verməyəcək. Milli Şura daxilində baş verən son proseslərə gəlincə isə, biz sadəcə, dalaşıb ayrılmağa öyrəşmiş bir cəmiyyətik. Biz mədəni şəkildə bir-birimizin əlini sıxıb ayrılmağı bacarmırıq. Mən indi bütün qarşı tərəflərin ittihamlarını oxuyuram və təəssüflə düşünürəm: siz bunları bilirdiz, bəs indi kimin üçün yazırsız? Bunları bildiyiniz halda yenə bir yerdə gedirdinizsə, indi köhnə palan içi açıb-tökməyin nə mənası var? Bu, çox təəssüf doğurur. Sonda bir daha onu demək istəyirəm ki, Milli Şura heç kimin ümid yeri olmamalıdır. Bir qurum idi yarandı və bitdi!"
2014-01-13
6,302
NN-dən müfəttiş qoçuluğuyla bağlı açıqlama - Rəsmi
"Sizin dediyiniz olaydan xəbərim yoxdur. Hər hansı taksi sürücüsünün döyülməsindən xəbərsizəm. Bakıya bu gün gəlmişəm. Ancaq belə bir fakt varsa, nazirliyin aidiyyəti şöbəsi tərəfindən araşdırılıb, ictimaiyyətə məlumat veriləcək". Bu sözləri "Axar.az"a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov dedi. O bildirdi ki, məsələni araşdırılması nazirliyin müfəttişlik idarəsinin səlahiyyətindədir: "Bu məsələnin araşdırılması və qanunu pozmuş şəxslərin cəzalanmasına nazirliyin müfəttişlik şöbəsi baxır. Onlar mediaya heç nə danışmırlar. Mən onlardan öyrənib, sizə ətraflı məlumat verərəm". Xatırladaq ki, Nəqliyyat Nazirliyi müfəttişlərinin taksi fəaliyyəti ilə məşğul olan sürücünü döyməsi ANS-in efirindən yayımlanıb və bütün media qurumları bu olaya yer ayırıb.
2014-01-13
6,303
Masallıda yol terroru - ölüm
Yanvarın 12-də saat 10 radələrində Masallı rayonu Ərkivan qəsəbəsinin ərazisində yol nəqliyyat hadisəsi baş verib. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə sakini Qılıncxan Məmmədəliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən həmyerlisi Qızqayıt Quliyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyadanı xilas etmək mümkün olmayıb.
2014-01-13
6,304
Keri Lavrova kartof bağışladı - Foto
Fransanın paytaxtı Parisdə Rusiya və Amerika xarici işlər nazirlərinin danışıqları zamanı Con Keri Serqey Lavrova iki kartof hədiyyə edib. Jurnalistlərin məlumatına görə, mərasimin protokol hissəsi başlamazdan əvvəl, ABŞ dövlət katibi Con Keri mətbuat nümayəndələrinə təşəkkür edərək, zalı tərk etmələrini xahiş edib. Bir qədər sonra KİV nümayəndələri danışıqların protokol hissəsini görüntüləmələri üçün yenidən dəvət olunublar. " Biz Serqey Lavrovla bir həftə əvvəl telefonla danışmışıq, Suriya məsələsini müzakirə etməyi planlaşdırmışıq"- Con Kerri deyib. Həmin telefon söhbətində nazirlər zarafatla Amerikanın Aydaho ştatında yetişən kartofu müzakirə ediblər. "Mən bu gün həmin o kartofu gətirmişəm"- deyə C. Keri bildirib. Daha sonra dövlət katibi böyük, ağ karton qutunun içərisindən iki kartof çıxararaq, rusiyalı nazirə hədiyyə edib. Onun bu hərəkəti hər iki tərəfin nümayəndə heyətini güldürüb. Kerinin qeyri-adi hədiyyəsi formasına görə, kartofdan çox "bulkanı" xatırladıb. Qeyd edək ki, tərəflərarası danışıqlar bağlı qapılar arxasında keçib (Azvision).
2014-01-13
6,305
Tarif Şurasından qiymətlərin qalxması xəbərinə reaksiya
"Tarif Şurasında kommunal xidmət qiymətlərinin artırılması ilə bağlı məsələ müzakirə olunmur". Bunu "Axar.az"a açıqlamasında İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev dedi. O, bununla bağlı məsələnin hazırda Tarif Şurasının gündəmində olmadığını bildirdi: "Hazırda kommunal xidmətlərin qiymətlərinin dəyişdirilməsi ilə bağlı məsələ Tarif Şurasında müzakirə olunmur. Gündəmdə belə məsələ yoxdur". Qeyd edək ki, son günlər ekspertlər benzinin qiymətinin qalxması ilə bağlı işıq, su və qazın qiymətində də bahalaşma olacağı ilə bağlı açıqlama vermişdilər. Xatırladaq ki, 2013-cü il dekabrın 2-si saat 21:00-da Tarif Şurasından ANS kanalına açıqlamada qiymətlərin qaldırılmayacağı ilə bağlı açıqlama verilsə də, üç saat sonra qiymətlərin qalxması xəbəri rəsmən elan edilmişdi.
2014-01-13
6,306
Oqtay Qasımov Rauf Arifoğlunun iddiasından danışdı
"Konfedensial şəkildə deyilən hər hansı sözü hamıya danışmaq fikrim yoxdur. Özümdə belə bir borc hiss etmirəm". Bu sözləri "Axar.az"a açıqlamasında eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov dedi. O bildirdi ki, Rauf Arifoğlunun iddia etdiklərini nə inkar nə də təsdiq edir: "Bu iddialarla bağlı nəsə demək istəmirəm. Yanımda olan söhbəti kimlərəsə niyə danışım ki! Mənim belə bir məcburiyyətim yoxdur". Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlu AXCP sədri Əli Kərimlinin Asim Mollazadə vasitəsi ilə hakimiyyətə yaxınlaşmasını və bu faktın Əbülfəz Elçibəy tərəfindən dilə gətirilməsini iddia edib. Baş redaktor yazıb: "Hələlik Elçibəyin Kələkidə Arzu Səmədbəylinin, Oqtay Qasımovun, Əli Həziquliyevin yanında dediklərindən yalnız birini yada salıram: "Əli Kərimlinin bir əlindən Asim tutub, dartır hakimiyyətə tərəf. O biri əlindən də mən tutmuşam, dartıram özümə tərəf... Mənə bir az kömək edin, daha gücüm çatmır..." ( Kələki, 26 avqust 1997-ci il, saat 23.30. "Kələki gündəliyindən"...) Məsələ ilə bağlı olaya şahid olduqları iddia edilən digər 2 nəfər hazırda ölkədə olmadığı üçün onlarla əlaqə saxlaya bilmədik.
2014-01-13
6,307
Filippini sel basdı: ölənlər var
Filippini sel basması nəticəsində ölkənin iki əyalətində həyat iflic vəziyyətinə düşüb. "Axar.az"ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kompostela əyalətində 6 nəfər həlak olub. Oriyental əyalətində isə 7 nəfərin taleyi hələ də naməlumdur. Ölkənin cənub şərqindəki 10 əyalətdə 132 min insana ziyan dəydiyi bildirilir. Filippinin Təbii Fəlakətlər Nazirliyi isə əlli mindən artıq insanın da ev–eşiklərini tərk etmək məcburiyyətində qaldığını təsdiqləyib.
2014-01-13
6,308
Keçmiş məhkum Bakıda odlu silahla qətlə yetirildi
Bakıda keçmiş məhkumun meyiti tapılıb. "Axar.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata, yanvarın 11-də Nəsimi rayonu Cavadxan küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Novruzovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb. Hazırda qətli törədən şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılır.
2014-01-13
6,309
Rus mediası Ordumuz haqda: "Şah İsmayılın varisləri"
"Lenta.ru" Azərbaycan ordusu haqda material dərc edib. "Axar.az" xəbər verir ki, yazı "Azərbaycan ordusu – Şah İsmayılın varisləri" başlığı ilə dərc edilib. Müəllif 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin nizami ordu hissələrini yaratdığını və məhz bu tarixin ölkədə Milli Ordunun yaradılması günü hesab olunduğunu yazır. Saytda verilən məlumatda Azərbaycan ordusunun sayı 67 min nəfər, respublikada ən ali hərbi mükafatın isə "Şah İsmayıl" ordeni olması qeyd olunur. Yazıda Azərbaycan Ordusunun rəşadətindən də söz açılır: "Onlar Kosovo və İraqda hərbi əməliyyatlar aparmaq təcrübəsinə malikdirlər. Hazırda 90 nəfərdən ibarət kontingent Əfqanıstanda xidmət edir. Azərbaycan müntəzəm olaraq NATO-nun beynəlxalq təlimlərində iştirak edir".
2014-01-13
6,310
“Türk Hava Yolları” biletlərin qiymətini saldı
"Türk Hava Yolları" Gəncə və Naxçıvan istiqamətində uçuşlarda endirim kampaniyasına başlayır. "Axar.az"-ın aviaşirkətin saytına istinadən verdiyi xəbərə görə, kampaniyaya əsasən biletlər 99 avroya düşüb. Biletləri bu gündən etibarən ayın sonuna qədər əldə etmək lazımdır. Bu kampaniya 5 fevraldan 30 aprel tarixinədək olan uçuşlara aiddir. Həmçinin turizm şirkətlərinin məlumata əsasən kampaniya çərçivəsində İstanbul-Bakı reysi də 210 manata düşüb.
2014-01-13
6,311
Səhiyyə Nazirliyindən şok açıqlama - Rəsmi
Bu gün Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun iştirakı ilə Avropa.info-nun əməkdaşı Sahib İslamovun müalicə aldığı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasından tibbi konsilium keçirilib. Avropa.info-nun direktoru Ruslan Bəşirlinin verdiyi məlumata görə, həkimlər qeyd ediblər ki, S.İslamovun beyin qabığında vegetativ vəziyyət yaranıb, onun beyin hüceyrələri ölüb. G.Poladov S.İslamovun bu vəziyyətində onun dünyanın heç bir yerində müalicəsi mümkün deyil. Nazir müavinin sözlərinə görə, S.İslamovun beyin hüceyrələrini bərpa etmək mümkün olmayacaq. Səhiyyə Nazirliyi rəsmisi G.Poladov Ruslan Bəşirlini və S.İslamovun ailə üzvlərini qəbul edib. Nazir müavini deyib ki, xəstəxana şəraitində S.İslamovun müalicəsi davam etdiriləcək. Həkimlər əllərindən nə gələcəksə, edəcəklərini bildiriblər. Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb. Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ötən ilin dekabrın 30-da bir qrup jurnalist Sahib İslamovla bağlı ölkə başçısı İlham Əliyevə müraciət ediblər.
2014-01-13
6,312
Rusiyanın ən məşhur nazirinin adı bəlli oldu
"Müdafiə naziri Sergey Şoyqu Rusiyanın ən məşhur naziridir". "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu qənaətə rusiyalılar arasında keçirilən sorğudan sonra gəlinib. S.Şoyqu maksimum 5 baldan 4,06-nı toplaya bilib. Rəyi soruşulanların yalnız 14%-i nazirin fəaliyyəti haqqında məlumata sahib olmadıqlarını deyiblər. Şoyqudan sonrakı pillələri isə Xarici İşlər naziri Sergey Lavrov və fövqəladə hallar naziri Vladimir Puçkov tutublar.
2014-01-13
6,313
İraqda yeni terror: 4 ölü, 34 yaralı
İraqın Səlahəddin şəhərinə aid olan Tuzhurmatu mahalında təşkil edilən terrorda 4 adam ölüb, 34-ü yaralanıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İmam Əhməd məhəlləsində bir market qarşısında saxlanılan bomba yüklü motosiklet partladılıb. Partlayışdan dərhal sonra hadisə yerinə yaxınlaşan növbəti avtomobildə quraşdırılan bomba da işə salınıb. Ətrafdakı ev və avtomobillərə ziyan dəyib. Yaralılar Tuzhurmatu və Kərkük Dövlət Xəstəxanasına aparılıb. Polis hadisənin baş verdiyi məhəllədə təhlükəsizlik tədbirləri görüb.
2014-01-13
6,314
Daha bir əsgərimiz intihar etdi
Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində intihar hadisəsi baş verib. Verilən məlumata görə, hadisə birbaşa təmas xəttində qeydə alınıb. Bakı şəhərindən olan 07.03.1995-ci il təvəllüdlü Quliyev Rüstəm Firuddin oğlu intihar edib. Hazırda ərazidəki hərbi hissənin və hərbi prokurorluğun əməkdaşları hadisə yerində araşdırma aparır. İntiharın səbəbi də araşdırmalardan sonra məlum olacaq (ANS).
2014-01-13
6,315
“Ağıllı telefon”a qoyulan qadağa ilə bağlı açıqlama - Rəsmi
"SMART və Android telefonların Nazirlər Kabinetində qadağan edilməsi təhlükəsizlik tədbirləri ilə bağlıdır. Bizə tapşırıq verilib və 2 ay bundan qabaq həmin tipli telefonlardan istifadə edənlər mobil cihazlarını əvəzləyiblər". Bu sözləri "Axar.az"a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli dedi. O bildirdi ki, qərarın hansı əsaslara dayanaraq verilməsi barədə mətbuat xidmətində heç bir məlumat yoxdur: "Bizə bu tapşırığı veriblər. Ancaq onun səbəbini açıqlamayıblar. Bu qərar Xüsusi Dövlət Mühafizə Xidməti tərəfinin təklifi əsasında verilib. Sadəcə, onu deyiblər ki, bu təhlükəsizlik ilə bağlıdır. Daha heç bir detalı açıqlamayıblar". Xatırladaq ki, analoji qərar daha öncə Milli Məclis və Prezident Administirasiyasında da verilib.
2014-01-13
6,316
Gömrük İttifaqının sərhədləri Ermənistanda bitəcək
"Gömrük İttifaqının sərhədləri, Dağlıq Qarabağı əhatə etməyəcək". "Axar.az" xəbər verir ki, bu sözləri politoloq Fərhad Mehdiyev feysbuk səhifəsində Gömrük İttifaqının yeni bəyanatı ilə bağlı yazdığı statusunda bildirib. Politoloq bildirib ki, rəsmi Bakının Ermənistanın Gömrük İttifaqına girişi ilə bağlı etdiyi etiraz öz töhfəsini verib: "Buna Ermənistanın işğalçı olması və Dağlıq Qarabağı öz ərazilərində tutması səbəb olub". Fərhad Mehdiyevin sözlərinə görə, qərar konkret səciyyə daşıyır: "Gömrük İttifaqının sərhədləri Ermənistanın dövlət sərhədlərində bitəcək və Dağlıq Qarabağı əhatə etməyəcək. Erməni diplomatiyası Rusiyadan bu addımı gözləmirmiş. Bu, ermənilərə vurulan böyük bir zərbədir". Mehdiyev bunu həm də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu işdə Azərbaycanın mövqeyini yaxından dəstəklədiyi ilə əlaqələndirib.
2014-01-13
6,317
Aydın Bəşirova cinayət işi açıla bilər – Özəl
"Xəzər Dəniz Gəmiçiliyində ikinci sənədləşmə ilə talanan büdcə oğurluğunun istintaqı birbaşa Prezident İlham Əliyevin nəzarəti altındadır". Bunu Azərbaycan Xəzər Gəmiçiliyi QSC-dən "Axar.az"a bildiriblər. Qeyd olunur ki, "Bakı" gəmisinin o vaxtkı kapitanı İsmayıl Nəbiyev, "Aşıq Ələsgər" gəmisinin kapitanı Sabutay Veyisov və digər 8 kapitanın istintaqa verdikləri ifadədə ikinci sənədləşmədən xəbərsiz olduqlarını bildiriblər. Həmçinin ifadə alınarkən kapitanların dənizçi pasportlarının və xarici pasportlarının surəti də götürülüb. Məlumatda bildirilir ki, araşdırma nəticəsində 2010-cu ildə Qazaxıstanın Aktau limanından Bakıya metal qırıntıları gətirən 5.000 tonluq quru yük gəmisinin kapitanlarının və gəmilərin Azərbaycan sərhədini keçmədiyi məlum olub. Azərbaycan Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsinin müstəntiqi Elnur Qurbanov "Axar.az"a verdiyi açıqlamasında kapitanların istintaqa deyil, ifadə verməyə cəlb edildiyini bildirdi. Onun sözlərinə görə, rəsmi Bakı Qazaxıstan tərəfinin göndərdiyi sorğuya cavab hazırlayır: "Qazaxıstan bizdən bu yükün hansı firmaya gətirildiyini soruşub. Onu da bildirim ki, ilkin sənədlərdə bu metal qırıntılarının "Baku Stil Kompani"yə gətirildiyi aşkarlanıb". Xatırladaq ki, 2010-cu ildə Qazaxıstanın Aktau limanından Bakıya metal qırıntıları gətirən Kişinyov tipli 5 min tonluq quru yük götürmə qabiliyyəti olan "Bakı", "Mikayıl Müşfiq", "Cəfər Cabbarlı" və sair gəmilər ikinci sənədləşmə ilə bu yükləri guya Yunanıstana aparılması rəsmiləşdirilib. Sənədləşmədə "Yunanıstana gedən" quru yük gəmilərinin başqa dövlətlərin sərhədini keçmək üçün gömrük haqqı, Volqa-Don kanalından Qara dənizə adlayarkən keçilən 18 ədəd şülüzun pulu, yanacaq məsrəfi və xarici sularda üzdüklərinə görə gəmi heyətinə əlavə olaraq valyuta ödənişi və digər xərclər yazılıb və bu yalançı sənədləşmə nəticəsində külli miqdarda vəsait mənimsənilib. Xəzər Dəniz Gəmiçiliyində aparılan yoxlamalar zamanı hər gəmi üçün 300 min manat, ümumilikdə 6 gəminin "yol məsrəflərinə" 1,8 milyon manat silindiyi üzə çıxıb.
2014-01-13
6,318
Masonların Britaniya polisiylə bağlı şok əməliyyatı
"Masonlar Britaniya polisinin bəzi üzvlərini cinayətkar qruplarla əməkdaşlığa cəlb ediblər". "Axar.az" məlumat verir ki, bu barədə "İndependent" qəzeti "Skotland Yard"dakı mənbələrindən əldə etdiyi gizli sənədlər əsasında informasiya yayıb. Qəzet bununla əlaqədar olaraq "Skotland Yard"ın 2002-ci ildə "Tiberius əməliyyatı"nı həyata keçirdiyini yazıb. Daha sonra isə "Riversayd əməliyyatı" hazırlanıb. "Skotland Yard"a bəlli olub ki, masonlar müxtəlif şəxslər vasitəsilə polisə və məhkəməyə təsir etməyi bacarıblar. "İndependent" bəyan edib ki, bu mətbuatın əlində olan yeganə sənəd deyil.
2014-01-13
6,319
Qəndil günü doğulan hər uşağa 1000 dollar hədiyyə
Belə bir qərar peyğəmbərin (s) mövludu münasibəti ilə verilib. Əhməd Kadırov adına "İctimai Regional" fond yanvarın 13-də doğulan hər körpəyə peyğəmbərin, onun ailəsinin, həmçinin 10 səhabəsinin şərəfinə, onların adı ilə adlandırılanlara min dollar bağışlamaq qərarına gəlib. Bu məlumatı Çeçenistanın Prezidenti Ramazan Kadırov öz İnstagramında yayıb. (BayMedia).
2014-01-13
6,320
Dünya “20 Yanvar”ı anacaq
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif formatlı tədbirlər keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "Axar.az"a verilən məlumata görə, yanvarın 19-dan başlayaraq ABŞ-ın paytaxtı Vaşinqtonda, həmçinin Hyuston, Nyu York, San Fransisko və azərbaycanlıların kompakt yaşadığı digər şəhərlərdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri, dəyirmi masaların keçirilməsi, faciəni əks etdirən video çarxların və sənədli filmlərin nümayişi nəzərdə tutulur. Yanvarın 19-da 20 Yanvar faciəsi ilə əlaqədar Türkiyə Respublikasının Kocaeli şəhərində də regional televiziya kanalı olan 41 TV kanalında 20 Yanvar faciəsi ilə bağlı Federasiyasının sədri Bilal Dündarın iştirakıyla brifinq keçiriləcək. Brifinqdə milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı Sovet rejiminin törətdiyi kütləvi terror haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək.Yanvarın 20-də isə Türkiyə Respublikasının Kocaeli şəhərində 20 Yanvar faciəsinin iyirimi dördüncü ildönümü ilə əlaqədar tarixçi yazar Abdulla Göktürkün iştirakı ilə konfrans, Kültür Evində fəaliyyət göstərən Azərbaycan Muzeyində fotosərgi, Adana şəhərində isə "Azərbaycan tarixinin Qanlı səhifəsi" mövzusunda elmi-praktik konfrans keçiriləcək. Yanvarın 19-da Birləşmiş Ərəb Əmirliyində 20 Yanvar faciəsindən bəhs edən sənədli filmlərin nümayişi, yerli qəzetlərdə isə bu barədə ətraflı məlumatların çap olunması nəzərdə tutulub. Həmçinin, yanvarın 19-20-də Gürcüstanın Qardabani, Marneuli, Tbilisi Rustavi şəhərlərində də faciə ilə bağlı anım mərasimləri, konfrans, dəyirmi masa, şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi keçiriləcək. Rusiya Federasiyasının paytaxtı Moskvada, həmçinin Sank-Peterburq, Yekaterinburq şəhərlərində və Federasiyasının digər müxtəlif subyektlərində, Ukraynanın paytaxtı Kiyevdə, Xarkov və Denepropetrovsk şəhərlərində, bundan başqa Belarusun Minsk və Moldovanın Kişinyov şəhərində də faciənin 24-cü ildönümünə həsr olunmuş anım mərasimləri təşkil olunacaq. Silsilə tədbirlərin davamı olaraq yanvarın 20-də Misir Ərəb Respublikasının Qahirə şəhərində də 20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək və "Şəhidlərimiz" mövzusunda fotosərgi nümayiş olunacaq. 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Qırğızıstan və Qazaxıstanda da Azərbaycan xalqının milli azadlıq hərəkatında yeri və rolu mövzusunda konfrans keçiriləcək, fotosərgi və sənədli filmlərin nümayişi təşkil olunacaq.
2014-01-13
6,321
Con Kerri Suriyada atəşkəs ehtimalından danışdı
Həmkarı Sergey Lavrovla görüşən ABŞ Dövlət katibi Con Kerri Suriyada regional atəşkəsin Hələbdən başlaya biləcəyini söyləyib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Kerri Parisdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla təşkil etdiyi ortaq mətbuat konfransında humanitar yardımların çatdırılması, atəşkəs və məhbus mübadiləsi üçün cəhdlərin lazım olduğu mövzusunda Rus həmkarı ilə eyni fikrə gəldiklərini söyləyib. Lavrov da Əsəd rejiminin humanitar dəhlizlərin açılması mövzusunu müzakirə etdiyini bildirib. Kerri və Lavrov Suriya böhranının həlli üçün gələn həftə təşkil ediləcək 2-ci Cenevrə konfransının hazırlıqları üçün Parisdə görüşüb.
2014-01-13
6,322
Prezident şahmatçının ailəsinə başsağlığı verdi
Prezident İlham Əliyev Vüqar Həşimovun ailəsinə başsağlığı verib. "Axar.az" məlumat verir ki, məktubda prezident gənc şahmatçının vaxtsız vəfatından kədərləndiyini bildirib. O, Vüqar Həşimovun Azərbaycan idmanı qarşısında xidmətlərinin əvəzsiz olduğunu qeyd edib. "Amansız tale Vüqar Həşimovu istedadının ən çiçəklənən bir vaxtında çox erkən aramızdan apardı. Lakin onun parlaq xatirəsi bizim hamımızın, Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaqdır. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, Aidə xanıma, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".
2014-01-13
6,323
Ramiz Rövşəndən Aydın Məmmədovun xatirəsinə - "Tabut"
Yanvarın 16-da mərhum ədəbiyyatşünas-alim, türkoloq Aydın Məmmədovun anadan olmasının 70 ili tamam olur. Yubiley ərəfəsində Ramiz Rövşənin Aydın Məmmədova həsr etdiyi "Tabut" şeirini təqdim edirik. TABUT Hələ çiyinlərdə gedir tabutun, qəbrinin ağzı da açıqdı hələ. Gözləyir o qəbrin dilsiz sükutu; sənin sükut payın nə çoxdu hələ!.. Ən rahat, qorxusuz yoldasan indi, dünyanın ən təmiz, ağ donundasan. Bircə Allah bilir hardasan indi; ömrün əvvəlində, ya sonundasan. Sən indi yumsan da gözünü, bəlkə, o sönən ağlınla nəsə qanırsan. Beşikdə bilirsən özünü, bəlkə, astaca-astaca yırğalanırsan. Bəlkə, sən deyilsən tabutda gedən, bəlkə, doğrudan da körpə uşaqsan. Tabutun qəbrinə çatana qədər təzədən böyüyüb dil açacaqsan. Hamı quruyacaq getdiyi yerdə, sən axı onlara nə deyəcəksən?! Bəlkə, bu dünyayla bir ayrı dildə Danışıb dərdləşmək istəyəcəksən. Heç kəs qanmayacaq dilini onda, danışıb, danışıb yorulacaqsan. Təzədən çatacaq ölümün onda, təzədən tabuta qoyulacaqsan. Sus daha!.. Susmağı öyrən bu başdan, bəxtinə yazılıb bu sükut axı. Nəyinə lazımdı hansı ağacdan, kəsilib-düzəlib bu tabut axı. Gedər əsə-əsə bu qara tabut, qorxma, səni yolda salıb itirməz. Yüz il bar gətirsə bu qara tabut, bir də səndən gözəl meyvə bitirməz (525.az)
2014-01-13
6,324
Onların əlində 45 jurnalistin intim videosu var - İddia
"Türkiyədə 45 jurnalistin kaseti dövlət içində dövlət qurmaq istəyənlərin əlindədir". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə "Günəş" qəzetinin köşə yazarı Tələt Atilla çıxış edib. O, bu jurnalistlərin adlarını bildiyini, amma hələlik açıqlamayacağını söyləyib: "Türkiyədə 45 jurnalistin kaseti dövlət içində dövlət qurmaq istəyənlərin əlindədir. Bu jurnalistlərin çoxu məhz bu yollarla susdurulub. Burada onların məhrəm həyatı, səsləri, etirafları və s. şeylər var. Jurnalistlər ya birbaşa, ya da ortaq dostlarla xəbərdarlıq alıblar. Bu, davam etdiriləcək. Geriyə qalanlar da xəbərdarlıq alacaqlar".
2014-01-13
6,325
Avropa İttifaqı Ukraynaya sanksiyalar tətbiq etməyəcək
"Avropa İttifaqı hələ ki, Ukraynaya sanksiyalar tətbiq etmək niyyətində deyil". "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə komissarı Ketrin Eşton çıxış edib. O, hazırkı mərhələdə sanksiyaların tətbiqini istisna edib: "Bunun üçün sakitcə situasiyanı öyrənmək lazımdır. Bununla bərabər sanksiyaları tətbiq etməkdən ötrü 28 ölkənin hamısının razılığı gərəkdir".