date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-09
6,018
Ərdoğanın var-dövləti açıqlandı
"Sən AKP-çilər üçün akkreditasiya mərkəzi deyilsən". "Axar.az" türk mediasına istinadən xəbər verir ki, bu sözləri AKP-nin başqan köməkçisi Hüseyn Polad CHP lideri Kılıçdaroğlunun Baş nazir Ərdoğanın var-dövləti ilə bağlı tənqidlərinə cavab verərkən deyib: "Baş nazirliyin saytında Baş nazirin var-dövləti açıq yazılıb. Sən AKP-çilər üçün akkreditasiya mərkəzi deyilsən. Sənə hesabat verəcək deyilik". Ərdoğanın Baş nazirlik saytında yerləşdirilən 2011-ci ilə aid var-dövləti isə belədir: Güneysu-Dumanqaya kəndində 2 min kvadrat metr torpaq (xərci 10 min TL) Bank hesablarında cəmi 3 milyon 390 min 384 TL, 25 min avro, 199 min 867 $. Alacağı borclar 500 min TL
2014-01-09
6,019
Rəsul Quliyevin qardaşı oğlu ilə məhkəmə davası – Sənəd
Eks-spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevlə onun Londonda yaşayan qardaşı oğlu İlqar Quliyev arasında insident yaşanır. Hətta buna görə eks-spiker qardaşı oğlunu bir neçə dəfə məhkəməyə də verib. "Axar.az"ın əldə etdiyi məlumata görə, Rəsul Quliyevlə Londonda yaşayan qardaşı oğlu İlqar Quliyev arasında uzun müddətdir ki, həllini tapmayan münaqişənin kökü illər öncəyə dayanır. 1996-ci ildə ölkə rəhbərliyi ilə əmisi Rəsul Quliyevin arasında yaşanan narazılıqlardan sonra İlqar Quliyev və ailəsi Azərbaycanı tərk edib. Londonda məskunlaşan və biznes fəaliyyəti ilə məşğul olan İlqar Quliyevlə Rəsul Quliyevin münasibətlərinin kəskinləşməsi və məhkəmə çəkişməsinin tarixi də həmin dövrdən başlayıb. Eks-spiker müəllif hüquqlarının pozulması maddəsi ilə İlqar Quliyev və onun təmsil etdiyi "Azadan.tripod.com" saytını Amerikada məhkəməyə verib. Məhkəmənin hakimi isə yetərli sənədlərin olmamasını, Böyük Britaniya Birləşmiş Krallığı ilə Amerika Birləşmiş Ştatları arasında hüquqi proseduraların uzun çəkdiyini əsas gətirərək, əvvəlcə məhkəməni təxirə salıb, sonra da dəlil yetərsizliyindən şikayəti xətm edib. Əldə etdiyimiz məlumatda o da qeyd olunur ki, 2000-ci ilin ortalarına qədər İlqar Quliyevin, ondan sonra da oğlu İlkin Quliyevin Böyük Britaniyada bir neçə şirkəti olub. Hal-hazırda Londonda məskunlaşan 57 yaşlı İlqar Quliyev demək olar ki, bütün biznesini 27 yaşlı oğlunun idarəsinə verib. Rəsul Quliyevin onu məhkəməyə verməsi isə bir neçə il əvvəl, o, hələ şirkət sahibi olan dövrdə baş verib. Bu isə Rəsul Quliyevlə İlqar Quliyev arasında yaşanan insidentin müəllif hüquqlarının pozulması müstəvisində olmadığına eyham vurur. Ehtimal edilir ki, eks-spikerlə qohumu arasında illərdi həllini tapmayan münaqişəyə əsas səbəb Londonda İlqar Quliyevin adına olan şirkətlərdir. Mənbə bildirir ki, həmin şirkətlərin və ümumiyyətlə, Quliyevlər ailəsinin biznes uğurlarının əsas səbəbkarı olduğu deyilən Rəsul Quliyev mühacirət edəndən sonra qohumlarının adına sənədləşdirilən əmlakdan pay gözləyib. Əvəzində isə qardaşı oğlu bu istəyi geri çevirib və bütün əmlakını öz oğlunun adına keçirməklə, Rəsul Quliyevdən gözlənilən bütün hüquqi addımların qarşısına birdəfəlik sipər çəkib.
2014-01-09
6,020
Müsavat “bəhanə stereotip”ini qırdı
Müsavat Partıyasının gözlənilmədən Milli Şuradan ayrılmaq qərarı verməsinə və hakimiyyət uğrunda mübarizəyə təkbaşına davam edəcəyi açıqlamasına "Avropa.info" saytının direktoru, vaxtilə müxalifətin nüfuzlu gənclər təşkilatlarından olmuş Yeni Fikir Gənclər Hərəkatının keçmiş sədri Ruslan Bəşirli münasibət bildirib. 20 ildir ki, proseslər bu cür davam edir "Axar.az"a açıqlama verən sayt rəhbəri Milli Şuranın aqibətinin bu cür yekunlaşacağının gözlənilən olduğunu söyləyib: "20 ildir ki, müxalifət cəbhəsində proseslər bu cür davam edir. Lakin bu dəfə mənzərə bir qədər fərqlidir. Öncəki illərdə də seçki sonrası ya Müsavat Partiyası, ya da AXCP müxalifətin birliyini tərk edib. Lakin adətən getmək üçün müxtəlif bəhanələr axtarılır və tapılırdı. Bu dəfə isə Müsavat Partiyası həmin bəhanə streotipini qırdı. Müsavat əvvəlcə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun istefasını tələb etdi, bu baş verincə, onun fəxri sədrlikdən getməsini də istədi. İbrahimbəyov artıq onsuz da ona lazım olmayan fəxri sədrlikdən də imtina etdi. Və nəhayət, heç bir bəhanə olmadan Müsavat Milli Şuranı tərk etdi". Müxalifət bu proseslərdən uduzmuş şəkildə çıxacaq R.Bəşirlinin sözlərinə görə, indi Milli Şura ətrafinda qaranlıq bir mənzərə yaşanır: "Bu təşkilatın gələcək prespektivi artıq şübhə doğurur. Proseslər onu göstərir ki, nə qədər zəifləsə də, Azərbaycan müxalifətini AXCP və Müsavat təmsil edir. Bu qüvvələrin başqa-başqa cəbhələrdə olması isə bütövlükdə müxalif cəbhəyə zərbədir. İndi Müsavat Partiyası nə qədər özünün təkbaşına hakimiyyətə gəlmə prespektivindən danışsa da, AXCP isə Müsavatın bu qərarından istifadə edərək, müxalifət cəbhəsində birinciliyi ələ almaq və yaxud da bunu möhkəmləndirmək istəsə də, fakt budur ki, müxalifət bu proseslərdən uduzmuş şəkildə çıxacaq. Bu isə onsuz da zəifləmiş müxalifəti daha da iflic vəziyyətinə salacaq. Milli Şura yaradılarkən qarşısına ciddi məqsədlər qoyduğunu bəyan etməsinə rəğmən, sonuc əvvəlki illərdən fərqli olmadı. Əsas da bu proseslərdən zərbə alan tarixçi alim, uzun müddət idi ki, heç bir partiyada təmsil olunmayan professor Cəmil Həsənli oldu. Müsavat Partiyasının son qərarı onu göstərir ki, Müsavatda Arif Hacılı və onun tərəfdarları güclənməkdə davam edirlər. Başqanın da ona dəstək verməsi ehtimal ki, Arif Hacılının yeni dövrdə partiyaya sədrlik etməsi ilə nəticələnəcək. Bir daha bildirim ki, Milli Şuranın missiyasını başa vurmamış iflasa uğraması müxalifətə böyük zərbə olacaq".
2014-01-09
6,021
Vəhabi can verərkən "müqəddəs əhli-beyt" dedi - Video
Artıq neçə gündür ki, sosial şəbəkələrdə Suriyada döyüşən vəhabilərin can verərkən videoları yayılıb. Verilən xəbərə görə, videoda açıq aydın görünür ki, döyüşdə yerə yıxılıb can verən vəhhabilərə öz silahdaşları tərəfindən "La ilahə illəllah" ifadəsini deməyə vadar edirlər. Ən maraqlısı ondan ibarətdir ki, digər tərəfdə can verən başqa bir vəhabiyə "La ilahə illəllah" ifadəsini deməyə vadar edən öz silahdaşı, yerə yıxılıb ölüm halında olan vəhabi həmin ifadəni dilinə gətirə bilmir. O nə qədər cəhd eləsə də, bu ifadəni dilinə gətirə bilmir. Lakin can verən halda olan vəhabi "Müqəddəs Əhli-beyt" ifadəsini işlədir (İnterAz). Bu video böyük müzakirəyə səbəb olduğundan artıq bir neçə sosial səhifələrdən silinib. Xatırladaq ki, "Əhli-Beyt" sələfilərin tərzi-təfəkküründə müqəddəs sayılmır. Vəhabi əqidəsinə görə, Əhli-Beyt digər səhabələrdən seçilmir. Elə buna görədir ki, Əhli-Beytə qarşı mübarizəyə çıxan Uməyyə höküməti (Müaviyə ibni Əbu-Sufyan, Yezid ibni Muaviyə və sair) hökümətinə həmişə bəraət qazandırır və hətta İmam Hüseyni (ə) Yezidə qarşı qiyam etdiyinə görə qınayırlar. Qeyd edək ki, Əhli-beyt hədislərinə görə, hər bir insan (mömin və ya kafir) son anlarında ölüm mələklərindən başqa İslam Peyğəmbəri və Əhli-beytini də görür.
2014-01-09
6,022
Azərbaycanlı analitik amerikalı jurnalistə cavab verdi
"Bölgədə müharibə ehtimalı yoxdur". Bu sözləri "Axar.az"a açıqlamasında siyasi analitik Elxan Şahinoğlu dedi. O, ABŞ jurnalistinin Qarabağla bağlı yazdığı proqnozlarla razılaşmadığını və bölgədə Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olduğunu bildirdi: "Mən bununla razılaşmazdım. Ümumiyyətlə, bölgədə müharibə ehtimalı yoxdur. Hazırda konflikt dondurulub. Onun bölgədə müharibə yaratması isə elə də mümkün olan bir şey deyil. Hazırda Azərbaycan bölgənin açar dövlətidir. Azərbaycan öz enerji resurslarını dünya bazarına çıxarır. Həm də təsəvvür edin 2015-ci Avropa Olimpiya Oyunları ardınca İslam Olimpiya oyunları var. Belə bir yerdə müharibə ehtimalı ola bilərmi?" Qeyd edək ki, bu gün Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq məsələləri üzrə ixtisaslaşmış məşhur jurnalist Coşua Kuçera Qarabağ konfliktinin başlanmasının, sadəcə, zaman məsələsi olduğunu demişdi.
2014-01-09
6,023
Niaqara şəlaləsi dondu
Amerika Birləşmiş Ştatlarını öz cənginə alan "qütb dəliyi" soyuq cərəyanının təsiri nəticəsində hökm sürən güclü şaxta məşhur Niaqara şəlaləsinin donmasına səbəb olub. Şəlalənin yerləşdiyi ABŞ-Kanada sərhədində 18 dərəcə şaxta müşahidə edilir. Bu temperaturda Niaqara şəlaləsinin böyük bir hissəsinin donması ortaya maraqlı görüntülər çıxarıb. Sonuncu dəfə 1936-cı ildə Niaqara şəlaləsi tamamilə donmuş, yerli sakinlər bu nadir hadisəni görmək üçün bölgəyə axın etmişdilər. 1911-ci ildə, 1902-ci ildə də insanlar dünyanın ən nəhəng şəlaləsi buz bağlamasına şahidlik ediblər.
2014-01-09
6,024
İçində senzura oturan yazıçı bədbəxtdir
Bilal Alarlı ilə söhbətimiz Cəlilabadın Alar kəndində dostların əhatəsində baş tutdu. Yazıçı Böyükxan Bağırlının evində başlayan söhbətimizə kənddə "Ələddinin kafesi" kimi tanınan sakit guşədə çay süfrəsi arxasında davam etdik. Bilal müəllim Alar kənd orta məktəbində ədəbiyyat müəllimi işləyir. AYB-nin üzvü, tanınmış şairdir. Filologiya üzrə fəlsəfə doktoru olan Bilal Alarlı təkbaşına bir institutun görə biləcəyi qədər iş görən, yorulmaq bilməyən tədqiqatçı-araşdırıcı alimdir. Onunla "Gerçəkləşməyən arzular"da ötənlərə qayıtdıq, maraqlı söhbət etdik. Yazarlar Böyükxan Bağırlı, Əlirza Həsrət və Meyxoş Abdullahın qulaq şahidliyi ilə olunan söhbəti "Axar.az"ın dəyərli oxucularına təqdim edirəm. Şeir yazmaq mənə çətin gəlmədi - Bilal bəy, tanınmış şairsiz. Elmi və publisistik əsərləriniz də kifayət qədərdi. Yadıma sizin ilk yazılarınız düşür. Cəlilabadda çıxan "Taxılçı", indiki "Yeni Gün" qəzetində araşdırma yazılarınız dərc olunardı. Siz deyəsən yazı-pozuya elə o araşdırma yazılarıyla gəldiniz? - Mənim ilk işim folklor nümunələrini toplamaq olub. Bu yazıları toplamağa başlayanda hələ səkkizinci sinifdə oxuyurdum. İlk yazımın adı "Bayatılar" idi. Lap əvvəldən şifahi xalq ədəbiyyatına maraq göstərmişəm. Buna görə hətta jurnalistika təhsili də aldım. Jurnalist kimi fəaliyyət göstərməsəm də, bu istiqamətdə təhsili almağımın mənə köməkliyi dəydi. Şeirin texnikasını bildiyimə, şeiri dərk etdiyimə görə yazmaq mənə çətin gəlmədi. "Nöqtələr"... "Nöqtələr"... - Bədii yaradıcılıqla sonradan məşğul olmağa başladınız? - Bəzən darıxırsan, özünü yalnız hiss edəndə içindən keçən bəzi şeyləri ədəbiyyatda görmədikdə onları özüm yazmağa başlayırsan. Şeirdir, hekayədir, bunlar insanın daxili tələbatını ödəyən nəsnələrdi. Amma mən həmişə oxuduğum kitablar, romanlar, ədəbi mühit haqqında yazmışam. Cəlilabad rayonunda elə bir yaradıcı insan ola bilməz ki, mən onun haqqında yazmayım. - Paytaxtda ədəbi təşkilatlar yarandığı bir vaxtda sən kənddə "Nöqtələr" adlı ədəbi qrup yaratdın. Silsilə kitablar çap etməyə başladın. Amma yalnız Cəlilabad əhatə elədin. - Mənim ədəbi qrup yaratdığım dövrdə ədəbiyyatdan qopmalar müşahidə olunurdu. O vaxtlar yalnız yazarlar bir-birilərini oxuyurdu. Yaranan ədəbi qurumlar əslində ədəbiyyatımızın yaşaması üçün bir vasitə idi. SSRİ zamanı yazıçıya diqqət vardı - Ədəbiyyata maraq az olan vaxtlar olub, amma "ədəbiyyat olmayıb demək" olmaz... - SSRİ yazarlara diqqət göstərdiyi vaxtlarda bu sahədə çiçəklənmə müşahidə olundu. Sonra quruluş dağıldı, yenə durğunluq müşahidə olundu. Bax, onda müxtəlif ədəbi təşkilatlar yaranıb bir yerə cəmləşməyə başladı. - Bəzi yazarlar isə özlərini bu qruplarda görmək istəmirdilər. - Biz yaratdığımız "Nöqtələr"lə "Azərbaycan" jurnalına qədər çıxdıq. "Nöqtələr" Azərbaycan ədəbiyyatına canlanma gətirdi. Düzdür, elə də böyük töhfələr vermədi. Sadəcə, canlanmaya səbəb oldu. - Bu ədəbi qrup Alar kəndindən olan yazarların AYB-nin üzvü olmasına təkan verdi. - Düz deyirsən. Elə yazarlar var idi ki, heç yerdə çap olunmamışdı, amma "Nöqtələr"də çıxan yazılarından sonra tanındı. İndi onlardan on ikisi Yazıçılar Birliyinin üzvüdür. O zaman təkcə Böyükxan Bağırlı AYB-nin üzvü idi. "Nöqtələr" yaranandan sonra mən də üzv oldum. Biz "Nöqtələr" qrupu olaraq yazarlarımızın şeir və hekayələrini toplayıb, Bakıya aparır, ordan kitabla geri qayıdırdıq. Tək mənim əməyim kimi qiymətləndirsələr də, əslində, bu, bütün "Nöqtələr" qrupunun əməyi idi. - Cəlilabadda AYB-nin filialı açılmadıqda, Alar kəndində bu filialı yaradacağın haqda şayiə gəzdi. Məhz buna görə də birdən-birə 12 nəfər Alar kəndindən olan yazar AYB-yə üzv qəbul olunur. Doğrudur? - Xeyr. "Nöqtələr" AYB-nin filialını yaratmaq üçün yaradılmayıb. Bunun yeganə səbəbi ədəbi boşluğu doldurmaq idi. Yazıçılar birliyinin filialı "Nöqtələr" yarandıqdan sonra meydana gəldi. Söhbət ondan getmirdi ki, məhz bu "Nöqtələr"in bazasında yaransın. Sadəcə, bizdə Cəlilabadda aktiv üzvlərimiz çox idi. - Amma sizin rəhbəri olduğunuz və Alarda fəaliyyət göstərən bu ədəbi qrupda Cəlilabaddan deyil, Biləsuvardan olan yazarlar daha aktiv idi. Bəs bu deyilən şayiələrə səbəb kimi elə çıxmırmı ki, doğurdan da hansısa intriqa var idi? - Yox, "Nöqtələr" heç bir intriqa və qarşıdurma səbəbindən yaranmamışdı. Biləsuvar ədəbi mühiti "Nöqtələr"lə əməkdaşlıq edirdi. Orada çox güclü yazarlar vardı. Məhz "Nöqtələr" ədəbi qrupundan sonra Biləsuvarda "Səməndər" adlı qrup yarandı. Daha sonra Muxtar Əhmədismayıloğlu da "Cəlilabad töhvələri"ni yaratdı. - O dövr rayonda ədəbi qruplar yarandı. Axı bir bölgədə bu qədər ədəbi qrupun yaranması əslində parçalanmaya səbəb olmadımı? - "Cəlilabad töhvələri" ədəbi birliyi çoxdanın ədəbi qrupu idi. Onun yaradıcıları Azərbaycan ədəbiyyatının simaları idi. Bizdən əvvəl orda Ərşad Mirzə, Abbasağa, Mirzəli Hüseynzadə var idi. Biz bu yolu sadəcə, davam etdirdik. Cəlilabadda əbədi mühit həmişə diqqət çəkən olub. - Amma AYB-nin filialını yaratmaq gündəmdən düşmürdü. - Biz istəyirdik ki, ədəbi mühit genişlənsin və sonda filial açılsın. Amma təəssüf ki, elə olmadı. Bizim bölgənin yetişdirdiyi şair və yazıçılar vardı ki, hətta xarici ölkələrdə dərc olunurdu. Gərək dövlətin qayğısı ola - Mədəniyyət nazirliyinin xətti ilə bəzən kitablar dərc olunur. Orada çap olunan kitabların içərisində çağdaş ədəbiyyat çox azdır. Mənim təklifim tam başqadır. Məsələn, o dövrdə "Yaşıl yarpaqlar" adında almanax dərc olunurdu. Orda şeirləri dərc olunanlar indi tanınmış yazarlardı. Gərək dövlətin qayğısı ola: 3000-3500 nüsxə çap etdirib rayonların bütün kitabxanalarına paylamaqla yaxşı nəticə əldə etmək olar. - Keçək başqa mövzuya... Arxanda kimin nəfəsini hiss edirsən? - Ədəbiyyatda uğur qazanmaq üçün mütaliə və ədəbi mühit əsas rol oynayır. Biz Abbasağanı canlı görən insanlarıq. Böyükxan Bağırlı və.s yazarlarla söhbətimiz bizə həmişə dayaq olub. Ədalət Salman yeganə yazardı ki, şəxsi hesabına Cəlilabadlı yazarları əhatə edə biləcək kitablar nəşr etdi. Amma bu o effekt deyildi, ədəbiyyata dövlət qayğısı mütləqdir. Ramiz Rövşən niyə xalq şairi adına layiq görülməyib - Bizdə müəyyən təbəqə var ki, ancaq onların kitabları dönə-dönə çap olunur. Ya da hər hansı bir müsabiqə keçirib 300 manat mükafat verməklə ədəbiyyatın dərdi həll olunmur. Rusiyada ədəbi mükafat alan şəxs həyatını bütünlüklə dəyişir. Amma bizdə tam fərqlidir. Bir neçə il bundan qabaq AYB-yə getmişdim. Orada bir neçə sağ qalan xalq şairi və xalq yazıçısı var. Onlar da öləndən sonra ölkədə xalq şairi, yazıçısı adı tarixə qarışacaq. Ramiz Rövşən niyə xalq şairi adına layiq görülməyib? Niyə 30 yaşına qədər müğənnilərə xalq artisti adı verilir, amma illərini bu sahəyə həsr edən insanlara xalq yazıçısı adı verilmir? Moskva küçələrində alver edən araşdırmaçı... - Bilal müəllim, oğlanların da ədəbiyyatla nəfəs alır. Faiq Hüseynbəyli kifayət qədər uğur qazanıb. Kiçik oğlun Afiq də araşdırma ilə məşğul idi. - Afiq BDU-nu bitirdi, indi Rusiyada yaşayır. Atası burda qalıb nə əldə etdi ki? O, heç ədəbi mühitin diqqətini cəlb eləmədi... O, Urdu ədəbiyyatından araşdırma aparıb kitab yazmışdı. Hazırda həmən kitab BDU-da sevilə-sevilə oxunan kitablardandır. Afiq ilk dəfə Urdu ədəbiyyatı haqqında orijinal məlumatları ortaya çıxartdı. Nə olsun ki? Onun qayğıya ehtiyacı var idi. İki il Bakı küçələrində qəzet satdı. Hər şeydən əli üzüləndən sonra Moskva getdi, indi orda alver edir. Faiq Hüseynbəyli isə Azərbaycanda oxunan yazarlardandır. Kifayət qədər uğurlu şeirləri var. 5 kitabı nəşr olunub. Mən onun yazdığı şeirlər kimi şeirlər yaza bilmirəm. - Söhbətə başlayanda dedin ki, elə bir arzum yoxdur ki, gerçəkləşməsin. Amma danışdıqlarımızdan görürəm ki, olduqca gerçəkləşməmiş arzuların var. - İnsanlar iki cür yaşaya bilər. Ya öz imkanları ilə, ya da arzularının arxasınca gedərək. Nağıllarda buna it hürən və işıq gələn tərəf deyirlər. Arzular belədir ki, həyata keçəndən sonra yenə də nələrsə arzulanır. Qısası, onlar tükənmir. Amma arzusuz yaşamaq da yaşamaq deyil. Hər bir ziyalı, yaradıcı adamın müəyyən arzuları, məqsədləri olmalıdır. Fikirləşirəm ki, çağdaş ədəbiyyata qayğı göstərək. Ədəbiyyat qalsın kənara, mən elə 30 ildir folklor ədəbiyyatına öz maddi vəsaitimdən istifadə edirəm. "Alar və alarlılar", Cəlilabad hadisələri haqqında fundamental kitabları ortaya qoya bildim. Bu gün o kitaba baxanda düşünürəm ki, mən bu gün belə kitab yaza bilərəmmi? Həmin dövrün öz ovqatı vardı. "Çağdaş repressiya ədəbiyyatımız" adlı kitab yazdım. O, yazıçı bədbəxt yazıçıdır ki, onun içində müəyyən bir senzura oturub.
2014-01-09
6,025
Fransadan Gürcüstan siyasi qaçqınlarına ağır zərbə
Qaçqınların müdafiəsinin Fransa bürosu Gürcüstanın adını təhlükəsiz ölkələr siyahısına əlavə edib. "Axar.az" məlumat verir ki, bu barədə informasiya təşkilatın rəsmi saytında yerləşdirilib. Bunun sayəsində artıq Gürcüstandan olan siyasi qaçqınların Fransadan sığınacaq alması xeyli çətinləşəcək. Gürcüstanla yanaşı Albaniya və Kosova da təhlükəsizlik ölkələr siyahısına əlavə edilib. Təhlükəsiz olmayan ölkələrin siyahısında isə 18 ölkənin adı qalıb. Bunların içərisində Ermənistan, Serbiya, Hindistan və digər dövlət adları qeyd olunub. Qeyd edək ki, Fransada bu siyahının hazırlanması ilə bağlı qanunu 2003-cü ildə qəbul edib. Təhlükəsiz ölkələrin siyahısı isə 2005-ci ildə hazırlanıb. Təhlükəsiz ölkələr siyahısına demokratiya və insan haqlarının qorunduğu dövlətlər daxil edilir.
2014-01-09
6,026
Ermənistan Dağlıq Qarabağın hüququnu əlindən alıb
"Ermənistan danışıqlar zamanı Dağlıq Qarabağın bütün hüquqlarını öz əlinə alıb". "Axar.az" məlumat verir ki, bu sözləri "qondarma" Dağlıq Qarabağ Respublikasının müxalif "deputatı" Vaan Badasyan deyib. O, Ermənistanın Qarabağa aid olan bütün söz demək imkanlarını əlindən aldığını bildirib: "Ermənistan həmişə deyir ki, son sözü Qarabağ deyəcək. Bu nə dərəcədə düzgündür? Ermənistan, sadəcə, Qarabağın təhlükəsizliyinin zəmanətçisi kimi çıxış etməlidir".
2014-01-09
6,027
Azərbaycan sülhməramlıları vətənə qayıtdı
Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu Vətənə qayıdıb. "Axar.az"ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-da Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 32 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.
2014-01-09
6,028
AXCP fuksionerinə ağır xəstəlik diaqnozu qoyuldu
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayevin səhhətinin pisləşməsi ilə bağlı məlumat verilib. Məlumatda bildirilir ki, xəstəxanada AXCP fuksionerinə ağır xəstəlik diaqnozu qoyulub. Qeyd edilir ki, o, ayın əvvəlində İstanbula "AciBadem" Tibb Mərkəzinə gedib. 4-5 günlük müayinələrdən sonra o, Almaniyaya getməyə məcbur olub. İndi onun Almaniyada, yoxsa Türkiyədə olduğu bilinmir. Məsələni dəqiqləşdirmək üçün Razi Nurullayevlə əlaqə saxlamağa çalışdıq, amma zənglərimizə cavab vermədi. AXCP-nin sədr müavini Gözəl Bayramlı isə R.Nurullayevin xəstəxanada olduğunu təsdiqləyib: "Onu ötən həftənin əvvəli görmüşdüm. Sonra məlumat aldım ki, Razi Nurullayev əməliyyat olunmaq üçün Türkiyəyə gedib. Onun səhhətində olan problem xərçəng xəstəliyi ilə əlaqəsi yoxdur. Onun boğazında problemi var, buna görə də ağrıları olurdu. Yayılan məlumat əsassızdır. Allah şəfa versin. Əməliyyat olunandan sonra Bakıya qayıdacaq" (Modern.az).
2014-01-09
6,029
Leyla Əliyeva Afrikada - Fotolar
Azərbaycan Respublikası Prezidentinin böyük qızı Leyla Əliyeva istirahətə yollanıb. Qış tətilinə çıxan xanım bu dəfə Afrikaya üz tutub. Xalası qızı Ülviyyə Mahmudova ilə birlikdə tropik ölkəyə gedən Leyla xanım orada maraqlı insanlar ilə, maraqlı məkanlarda fotolar çəkdirib (ANS). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəkilləri İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.
2014-01-09
6,030
İran prezidenti ermənilərə 1 milyard bağışladı
"Hazırda İranda müsəlman və qeyri-müsəlmanların bir yerdə yaşaması stabil olmayan region üçün ən yaxşı nümunədir". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə İran prezidenti Həsən Ruhaninin köməkçisi Hüseyn Fereydun çıxış edib. O, İran prezidentinin Yeni il ilə əlaqədar olaraq erməni icmasına aid olan "Avetisyan" xəstəxanasını ziyarət etdiyini bildirib: "Prezident erməni xəstəxanasına 1 milyard tümən (1 ABŞ dolları 3 min tüməndir) bağışlayıb. Ümumiyyətlə, mən etnik azlıq anlayışını anlamıram. Ən yaxşı ifadə İranlı qeyri-müsəlmanlardır".
2014-01-09
6,031
"Bu cür vicdansızlar xəstəxanaları gilyotinə çeviriblər"
"Əgər bu ölkədə tibb deyilən bir şey mövcuddursa, o zaman bu tibbin biliciləri öz rəylərini veriblər. Əməliyyatın yanlış seçildiyini, anesteziya üsuluna ehtiyac olmadığı bildiriblər. Ekspertizanin ilkin və yekun rəyləri, Səhiyyə Nazirliyinin baş anestezioloq və mütəxəsislərinin mətbuata təqdim edilən rəyi qarşısında Firuz İbrahimovun bu açıqlaması ancaq özünümüdafiə xarakteri daşıyır. Bu adam artıq vicdanını o qədər itirib ki, ölkənin ən nüfuzlu tibb mütəxəssislərinin rəyini belə hesaba almadan yalan uydurmaqda davam edir". Bunu tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən ekspertizanın rəyini tamamilə səhv adlandıran və rəyi qəbul etmədiyini deyən anesteziloq Firuz İbrahimovun açıqlamasına münasibət bildirən mərhum tənqidçinin həyat yoldaşı Anar Niftəliyev deyib. "AzNews.az"a açıqlamasında Anar Niftəliyev Firuz İbrahimovu faciənin böyüklüyünü dərk etməməkdə günahlandırıb: "Bu şəxs faciənin səviyyəsini dərk etməyəcək qədər vicdansızlıq edə bilir. Üstəlik 1 saylı Şəhər Klinik Xəstəxanasında işini davam etdirir. Pula görə hər şey etməyə hazır olan bu şəxsin yenidən həkim işləməsi necə mümkün ola bilər? Dövlət xəstəxanasında onu işə qəbul edənlər ən azından istintaqın nəticəsini gözləyə bilərdilər". İstintaqın artıq yekunlaşmaq üzrə olduğunu deyən A.Niftəliyev F.İbrahimovun cəzalandırılacağına inandığını vurğulayıb: "Mən sizin sayt vasitəsilə Səhiyyə Nazirliyinə müraciət edirəm. Sabah isə Səhiyyə naziri Oqtay Şirəliyevə açıq məktubla müraciət edəcəyəm. Bu adam Səhiyyə Nazirliyinin baş anestezioloqunun və baş ekspertlərinin 4 ardıcıl rəyini şübhə altına alır. Bu qanmaz adam özünü müdafiə etmək üçün bütün səviyyələrdə olan instansiyalara böhtan atır və əməliyyatın düz keçdiyini deyir. Axı belə adam səhiyyədə necə işləyə, bundan sonra əməliyyatara necə girə bilər? Belə vicdanını itirmiş səviyyəsiz və savadsız adamları sayəsində Azərbaycan səhiyyəsi insanlarımız üçün dar ağacına, gilyotinə çevrilib. Mən elə düşünürəm ki, şəxsən cənab nazir - Oqtay Şirəliyev vicdanını itirmiş bu yaramazın fəaliyyətinə qiymət verməlidir. Bu şəxs onsuz da həbs olunacaq, cinayəti sübut ediləcək. Bu iş Oqtay Şirəliyevin də nəzarətindədir. Nazirlik istintaq bitənə qədər Firuz İbrahimovun həkimlik fəaliyyətini nəzarətə götürməli idi. Ən azından Firuz İbrahimov istintaq yekunlaşana qədər həkimlikdən kənarlaşdırılmalı idi. Amma bunun əvəzində o indi 1 saylı xəstəxanada fəaliyyətini davam etdirdiyini aləmə bəyan edir".
2014-01-09
6,032
Tərtərdə ər-arvadın dəhşət saçan intiharı
Azərbaycanda gənc ər və arvadı sirkə turşusu içərək intihar edib. Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Tərtər rayon sakinləri, 1983-cü il təvəllüdlü Turan Həsənov və arvadı, 1986-cı il təvəllüdlü Gülnar Həsənova zəhərlənmə diaqnozu ilə Bərdə rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Məlum olub ki, gənc ər və arvadı yaşadıqları evdə sirkə turşusu içərək özlərini zəhərləyiblər. G.Həsənova və həyat yoldaşı, 31 yaşlı Turan evdə üz-üzə duraraq eyni zamanda sirkə turşusunu içiblər. Lakin yaxınları hadisədən xəbər tutub və onlar daha yaxında yerləşən Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində hər iki gəncin həyatını xilas etmək mümkün olub. Onların vəziyyəti orta-ağırdır (Lent.az). Gənc cütlüyün hansı səbəbdən eyni zamanda intihar etməsi müəmmalı olaraq qalır. Hadisə ilə bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır. Hələlik cinayət işi açılmayıb.
2014-01-09
6,033
Keçən il BMT-nin 58 adamı öldürülüb
Birləşmiş Millətlər Təşkilatının (BMT) dünya səviyyəsində bir çox müharibə və toqquşma bölgəsində təhlükəsizliyi təmin edən personalı keçən il 58 itki verib. "Axar.az"ın BMT işçilərinin həmkarlar ittifaqının məlumatına istinadən verdiyi məlumata görə, BMT-nin sülhməramlı əsgərləri və mülki işçiləri Cənubi Sudan, Somali, Demokratik Konqo Respublikası, Suriya və Malidə vəzifələrini icra edərkən cürbəcür hücumlara məruz qalıb. Əvvəlki illərə görə artan hücumlarda 33 sülhməramlı əsgər, 25-i mülki işçi olmaqla cəmi 58 BMT personalı ölüb. Xatırladaq ki, 2012-ci ildə 37, 2011-ci ildə isə 36 BMT personalı həyatını itirib.
2014-01-09
6,034
Ukraynada yanğın 8 nəfərin ölümünə səbəb oldu
Ukraynanın Xarkov şəhərində zərgərlik emalatxanasında baş verən yanğın 8 nəfərin ölümünə səbəb olub. İHA-ın verdiyi məlumata görə, Mülki Müdafiə Agentliyi yanan binadan 22 nəfərin xilas edildiyini bildirib. Yanğın xeyli ofisin yerləşdiyi binanın 4-cü və 5-ci mərtəbələrini əhatə edib. Yanğınsöndürənlərin bildirdiyinə görə, ölənlərdən biri yanğın zamanı xilas olmaq üçün 4-cü mərtəbədən tullanaraq həyatını itirib (ANS). Polis yanğının baş vermə səbəbini araşdırır.
2014-01-09
6,035
Prezident Nazirlər Kabinetinin iclasını keçirdi
"Axar.az" AzTV-yə istinadən xəbər verir ki, yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Prezident İlham Əliyev 2013-cü ildə də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını davam etdirdiyini və beynəlxalq imicinin möhkəmləndiyini vurğulayıb. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə respublikamızın beynəlxalq hüququ və ədaləti əsas götürərək daim prinsipial mövqe tutduğunu, ölkəmizin beynəlxalq nüfuzunun ötən müddətdə daha da artdığını qeyd edib. Prezident İlham Əliyev 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında antiazərbaycan qüvvələrin ölkəmizə qarşı təşkil etdiyi kampaniyanın iflasa uğradığını bildirib. Dövlət başçısı ötən il Azərbaycanda çoxlu sayda mötəbər beynəlxalq tədbirin keçirildiyini, müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi üçün hərtərəfli iş aparıldığını deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində heç bir irəliləyişə nail olunmadığını vurğulayan Prezident İlham Əliyev ötən ilin sonunda bu prosesdə müəyyən canlanmanın müşahidə edildiyini bildirib. Azərbaycanın dövlət büdcəsinin Ermənistanın dövlət büdcəsini 8 dəfə, ölkəmizin əhalisinin işğalçı dövlətin əhalisini 6 dəfə üstələməsi, Ermənistanın ağır sosial-iqtisadi vəziyyətdə olması faktlarına əsaslanan dövlət başçısı bütün sahələrdə güclər nisbətinin respublikamızın xeyrinə olduğunu vurğulayıb. İlham Əliyev ötən il 20 min məcburi köçkünün hərtərəfli şəraitə malik olan mənzillərlə təmin edildiyini, bu ildə təxminən bir o qədər məcburi köçkün üçün yeni mənzillərin inşa ediləcəyini deyib. Prezident 2013-cü ildə respublikamızda Ümumi Daxili Məhsulun təxminən 6%, qeyri-neft sektorunun 9,8%, əhalinin pul gəlirlərinin 8% artdığını və inflyasiyanın 2,4% təşkil etdiyini bildirib. Ötən il Azərbaycan iqtisadiyyatına rekord miqdarda – 28 milyard dollar investisiya qoyulduğunu deyən dövlət başçısı Azərbaycanın strateji valyuta ehtiyatının 50 milyarad dollara çatdığını vurğulayıb. İlham Əliyev qeyd edib ki, 2013-cü ildə ölkəmizdə 80 mini daimi olmaqla 110 min yeni iş yeri yaradılıb və işsizlik bir qədər də aşağı salınaraq 5% təşkil edib. Respublikamızda yoxsulluğun 5,3 % səviyyəsində olduğunu deyən dövlət başçısı Azərbaycanın xarici dövlət borcunun Ümumi Daxili Məhsula nisbətdə cəmi 8% təşkil etdiyini və bunun dünya miqyasında ən yaxşı göstəricilərdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyev Davos Forumunun son açıqlamasına əsasən rəqabətqabiliyyətliliyinə görə dünyada 39-cu yerdə olan ölkəmizin bundan sonra da uğurlu sosial-iqtisadi inkişafını davam etdirəcəyini deyib. Dövlət başçısı 2013-cü ildə maaş və pensiyaların artırıldığını, MDB məkanında məhz Azərbaycanda Sovet dövründən qalan əmanətlərin kompensasiyasının ən qısa müddətdə və ən yüksək əmsalla reallaşdırıldığını vurğulayıb. "İKT ili2 elan edilən 2013-cü ildə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılmasını tarixi nailiyyət kimi dəyərələndirən Prezident İlham Əliyev respublikamızda turizm və nəqliyyat sektorlarının inkişafı üçün də böyük işlər görüldüyünü bildirib. Dövlət başçısı inşası uğurla davam etdirilən Bakı-Tbilis-Qars dəmiryolunun 2015-ci ildə istismara veriləcəyinə ümidvar olduğunu qeyd edib. 2013-cü ildə TAP və Şahdəniz-2 layihələri çərçivəsində əldə olunan uğurlara toxunan Prezident İlham Əliyev qlobal səviyyəli bu layihələrin reallaşmasında Azərbaycanın rolunu xüsusi vurğulayıb. İlham Əliyev real siyasətə və görülən işlərə qiymət verərək ötən il onu yenidən dövlət başçısı seçən xalqımıza minnətdarlığını bildirib, bütün mötəbər qurumların seçkilərin azad, şəffaf və ədalətli şəraitdə keçdiyini rəsmi qaydada təsdiqlədiklərini bildirib. Sonra maliyyə naziri Samir Şərifov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, səhiyyə naziri Oqtay Şirəliyev çıxış ediblər. İclasa yekun vuran Prezident İlham Əliyev ötən ildə əldə olunan uğurların 2014-cü ildə də davam etdirillməsi üçün investisiya proqramlarının genişləndirilməsinin, makroiqtisadi sabitliyin qorunmasının, iqtisadi islahatların və sahibkarlığa dövlət dəstəyinin davam etdirilməsinin , inflaysiyanın səviyyəsinin sabit saxlanılmasının vacibliyini vurğulayıb. Dövlət başçısı bu il qəbul ediləcək növbəti regional inkişaf və Bakı və ətraf qəsəbələrin inkişaf proqramlarının icrası ilə bağlı qarşıda yeni vəzifələrin durduğunu bildirib. Ölkənin əsas ərzaq məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsinin əsas məqsədlərdən biri olduğunu söyləyən Prezident İlham Əliyev bunun üçün meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, iri fermer təsərrüfatları yaradılması və kənd təsərrüfatı üçün yeni texniki vasitələrin alınması üçün vəsait ayrılması prosesinin davam etdirilməsi, torpaq fondunun uçotunun başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib. İlham Əliyev 2014-cü ildə ölkə əhalisinin təbii qazla davamlı təchizatı, içməli su və kanalizasiya ,həmçinin kənd yollarının inşası layihələrinin icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışıb. Dövlət başçısı korrupsiyaya qarşı kompleks mübarizə tədbirlərinin 2014-cü ildə də davam etdiriləcəyini, bu sahədə öz səmərəliliyini artıq təsdiq etmiş asan Xidmət şəbəkələrinin genişlənəcəyini vurğulayıb. Prezident İlham Əliyev 2014-cü ili həm də 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək I Avropa oyunlarına hazırlıqda həlledici il kimi səciyyələndirib. Dövlət başçısı 2014-cü ilin "sənaye ili" olacağını bildirib.
2014-01-09
6,036
Azərbaycan benzin ixracına hazırlaşmır
Azərbaycan cari ildə avtomobil benzinin ixracına hazırlaşmır. "Axar.az"ın Dövlət Neft Şirkətindəki qaynaqlara istinadən verdiyi məlumata əsasən, hələlik SOCAR-ın Heydər Əliyev adına neft emalı müəssisəsində istehsal etdiyi avtomobil benzini ölkənin daxili bazarını yanacaqla təmin etməyə qadirdir. Azərbaycanın yaxın illərdə avtomobil benzini ixracçısına çevrilməsinə qalanda isə, Azərbaycan artıq 2011-ci ildən avtomobil benzini ixrac edir. Həmin il ilk dəfə Bakıda "Günəş Petrol"da Ai-98 markalı benzin satışına başlanılmış və sonradan tələbatın artması ilə bu markalı benzinin satışı kütləvi hal alıb. Bu da onunla əlaqədar olub ki, 2010-cu ildən sonra Qərbi Avropada istehsal edilən lüks kateqoriyalı avtomobillər yüksək oktanlı benzinə hesablanıb. Azərbaycanın neft emalı müəssisələri əslində yüksək oktanlı benzin istehsal etmək iqtidarında deyillər. Ai-95 markalı benzin Ai-92 markalı benzinə oktan dərəcəsini artırmaq üçün xüsusi aşqarlar əlavə edilməklə əldə edilir. Ona görə də lüks avtomobil sahibləri öz maşınlarında sonradan texniki nasazlıqlarla üzləşməmək üçün Ai-98 markalı benzinə üz tuturlar. Bu markalı benzin isə Azərbaycana əsasən Rumıniyadan idxal edilir.
2014-01-09
6,037
«28 May»da son tamamlama işləri aparılır
Metronun "28 May" stansiyasının platformasından sonra əsas giriş-çıxış pavilyonunda da son tamamlama işlərinə başlanılıb. "Axar.az"ın Bakı Metropoliteninin saytına istinadən verdiyi məlumata görə, platforması kimi, tamamilə yeni görkəm alacaq yuxarı vestibüldə də müasir dövrün tələblərinə uyğun sistem və avadanlıqlar quraşdırılır, eyni zamanda, dizayn işlərində də texniki vasitələrdən istifadə olunur. Stansiyada görülən işlərin əsas işi icraçısı "Azəraqrartikinti" ASC-nin sahə rəisi Soltan Soltanov görülən işlərlə bağlı açıqlama verib: "Artıq sərnişinlər də əyani müşahidə edirlər ki, vestibüldə və platoformada divar və döşəmənin mərmər və qranit təbəqəsinin yenilənməsi əsasən başa çatdırılıb. Müəyyən çətinlik döşəmə təbəqəsi vurularkən yaranıb. Bu isə sərnişinlərin stansiyadan istifadə etməsinin məhdudlaşdırılmaması ilə əlaqədardır. Bununla belə, çətinliklər hər kəsin gördüyü kimi müvəqqəti oldu və tədbirlər planına uyğun olaraq, xüsusi aqreqatla döşəmə cilalandı, bununla sürüşkənlik aradan qaldırıldı, həm də səthin hamarlığı təmin edildi. Son mərhələdə təhlükəsizlik zolağının quraşdırılması və stansiyada memarlıq elementlərinə əməl olunaraq, tematik bədii-qrafik işlərin aparılması yerinə yetiriləcək." Bundan əlavə, bir sıra texniki və təmir işləri də son tamamlama mərhələsində olduğu bildirilib. Gümbəz formalı çıxışın üzərində "dartma tavan" adlandırdığımız forma yenidən yığılıb. Hamarlanmaqla tavanı yenidən rəngləmək olardı. Amma, istənilən halda, nahamarlıq qalacaqdı. Xüsusi parça materialdan üzləmə ilə tavana ahəngdar mozaiklik effekti verilib, çilçıraq işıqlandırmasının təsiri artıb. Məlumatda deyilir ki, fasadda xüsusi işıqlanma sistemi tətbiq olunacaq. Burada rənglərin geniş çaları və axıcılığı stansiya girişinin görkəmini xüsusi edəcək.
2014-01-09
6,038
Ərzaq dükanında narkotik satırmış - Şirvanda/Foto
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxs yaxalanıb. İdarədən verilən məlumata görə, Şirvan şəhər sakini, 36 yaşlı Rahim Qarayevin şəxsi ərzaq mağazasında narkotik maddə satması barədə əməliyyat məlumatı əldə edilib. Dərhal hərəkətə keçən polis əməkdaşları onu cinayət başındaca yaxalayıblar. Araşdırmalarla müəyyən edilib ki, R.Qarayev özünə məxsus mağazada ərzaq və digər məhsullarla yanaşı xeyli müddətdir ki, marixuana da satırmış. R.Qarayev bildirib ki, o, tanımadığı şəxslərdən əldə etdiyi qurudulmuş marixuananı bükümlərə ayıraraq mağazasındakı piştaxtanın altında gizlədib və müştərilərə hər bükümünü 10-20 manat arasında satıb. Sonuncu dəfə isə bir büküm marixuananı satarkən tutulub. Mağazaya baxış keçirilərkən bir neçə bükümdə marixuana, narkotik maddələri qəbul etmək üçün xeyli sayda "Kazbek" siqaretləri, satışdan əldə edilən külli miqdarda nağd pul və digər maddi sübutlar aşkarlanaraq götürülüb. Qeyd edək ki, narkotik maddə satılan bu mağaza Şirvan şəhər 10 saylı orta məktəbin cəmi 20 metrliyində yerləşir. R.Qarayev bu cinayəti ilə həm də yeniyetmə gənclərin zərərli vərdişlərə qurşanmasına şərait yaratmış olurmuş. Faktla bağlı cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır. (Trend)
2014-01-09
6,039
Dünən ölkədə 71 cinayət baş verib
Dünən Azərbaycanda gün ərzində 71 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, cinayət faktlarının 31-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Xuliqanlıq zəminində törədilən 12 cinayətdən 6-sı, 1 soyğunçuluq faktı açılıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 29 nəfər tutulub.
2014-01-09
6,040
İntiharlar nədən artır? – Ekspert rəyləri
Son zamanlar intihar hadisələri tez-tez baş verir. Görəsən intihara səbəb olan amillər hansılardır? Bir çox hadisələrdə deyildiyi kimi ruhi pozğunluqmu, maddi vəziyyətmi və ya başqa bir səbəb? "Axar.az"a danışan psixoloq Kənan Rəhimovun sözlərinə görə, intiharın əsas səbəbi ümidlərin itməsi, arzuların puça çıxması, ruh düşkünlüyünə düçar olmaqdır: - İnsanların özünəqəsd nəticəsində müxtəlif üsullara əl atması bir növ vərdiş xarakteri daşıyır. Əgər əvvəllər intihar edən şəxs özünü hündür binadan atırdısa, körpülərin çox olduğu Bakıda indi də böyük ehtimalla körpüdən atacaq. Psixoloq sosial şəbəkələrin artmasının da intiharı yaradan səbəblərə aid olduğunu düşünür: "Cəmiyyətdə ünsiyyət aktivləşdikcə insanlar arasında xəyali obrazlar yaranır və bu reallaşmayanda ümidləri qırılır. Sosial şəbəkələrin sürətlə həyatımıza girdiyi bir vaxtda intiharlar da çoxalmalıdır. Gənclər müstəqil ünsiyyətə hazır deyillər. İdarə olunması qeyri-mümkün olan virtual aləmdə ünsiyyət çox hallarda onlara xəyal qırıqlığı yaşadır. Gənclərin bir-biri ilə münasibətləri uzunmüddətli kommunikasiya olmalıdır. Sosial şəbəkələr isə buna imkan vermir, çünki reallıqdan çox uzaqdırlar. Şəxsi həyatla bağlı mövzular insanları ən çox intihara sürükləyən səbəblərdir. Bir çox hallarda insanların qəlb qırıqlığına şəxsi münasibətlər daha çox səbəb olur. Yetkin cəmiyyət arasında qarşı tərəflə ünsiyyətdə tərbiyəsizlik daha çoxdur, nəinki tərbiyə. Azərbaycan gənclərinin əksəriyyəti müstəqil həyata hazır deyillər". Sosioloq Əhməd Qəşəmoğlu isə intihar hadisələrini belə şərh edir: "Özünəqəsd hadisəsi insanın bir davranış formasıdır və onun formalaşmasında üç əsas amil mühüm rol oynayır: 1. İnsanların həyat sürdüyü sosial-iqtisadi şərait. 2. Onların aldığı informasiya. 3. Onların üstünlük verdiyi dəyərlər, psixoloji vəziyyətlər, hadisələrə münasibəti. İnsanlar sabaha ümidlə yaşamalıdır. Bu sahədə olduqca əməli və ideoloji işlər görülməlidir. Əhalinin müəyyən hissəsi psixoloji gərginlik içindədir. Azərbaycan ailəsi indi olduqca gərgin bir dövr yaşayır. Ailə rahatlığı pozulursa, onda da özünəqəsd riski çoxalır. İnsanlarımız arasında bir - birinə qayğı, xoş münasibət halları azalıb. Təbii ki, insanların güzəranı da burada mühümdür. Fikrimcə, dərhal ciddi mütəxəssislər tərəfindən elmi əsaslanmış Fəaliyyət Proqramı hazırlamaq lazımdır. Orada qanunvericiliklə, inzibati metodlarla, KIV-in rolu barədə, məktəblərin fəaliyyəti barədə və s. aydın tövsiyələr olmalı və onlar diqqətlə həyata keçirilməlidir. İndilikdə isə KİV özünəqəsd hallarının populyarlaşmasına imkan veməməlidirlər".
2014-01-09
6,041
Avromeydan 2013-cü ilin hadisəsi seçildi
"Avromeydan 2013-cü ildə Ukrayna tələbələrinin həyatında baş vermiş ən mühüm hadisədir". "Axar.az" məlumat verir ki, bu informasiyanı Ukrayna mətbuatı təhsil ekspertləri arasında keçirdiyi sorğular əsasında hazırlayıb. Sorğuda iştirak edənlər Avromeydanı Ukrayna tələbələrinin öz hüquqları və demokratiya uğrunda mübarizə apardıqları əsas sınaq meydanı adlandırıb. Mətbuat sorğuda iştirak edənlərin 70%-nin Avromeydanı ilin hadisəsi seçdiyini qeyd edib.
2014-01-09
6,042
Ötən ay Ceyhandan 2,1 mln ton neft ötürülüb
2013-cü ilin dekabr ayı ərzində 2,1 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1,5 milyon tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 29,2 milyon ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-ci il yanvar ayının 1-dək Ceyhan limanından 232,8 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. (Trend)
2014-01-09
6,043
Daha bir İcra Hakimiyyətinə qadın müavin gəldi - Özəl
İcra Hakimiyyətinə yeni təyinatla bağlı xəbər bu dəfə Mingəçevirdən gəlib. Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı olan Məhluqə Əbil qızı Cavadova başçının müavini təyin edilib. Bu barədə "Axar.az"a İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sahib Əliyev məlumat verib. 1965-ci il təvəllüdlü M.Cavadova müavin olaraq həm də şəhər təsərrüfatı şöbəsinə rəhbərlik edəcək. Buna qədər isə o, İcra Hakimiyyətində informasiya sektorunun müdiri işləyib. Ali təhsilini Rusiyada alan M.Cavadova ixtisasca mühəndis-mexanikdir. Əvvəllər Mingəçevir Statistika İdarəsində, Şəhər Bələdiyyəsində işləyib. 2007-ci ildən isə İcra Hakimiyyətində çalışmağa başlayıb. Subaydır. Xatırladaq ki, rayon İcra Hakimiyyəti başçılarının müavinlərinin qadın mütəxəssis olması barədə Prezident Administrasiyasından tapşırıq verilib. Artıq paytaxtda, eləcə də bir sıra regionlarda yeni təyinatlar baş tutub.
2014-01-09
6,044
Əl-Qaidə Türkiyəyə təhlükədir
Beynəlxalq terror təşkilatı olan Əl-Qaidənin və PKK-nın Suriya qanadının yaraqlılarının fəallaşması Türkiyəyə təhlükədir". Bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu deyib. Onun sözlərinə yad ünsürlər Suriya ərazisini tərk etməlidir. XİN başçısı bildirib ki, Əl-Qaidə və digər terrorçu qruplaşmalar amili məhz müxalifət Suriyanın şimalında öz mövqeyini gücləndirən zaman ortaya çıxıb. Türkiyə xarici siyasət idarəsinin başçısı həmçinin, Suriya rejimi ilə terror təşkilatları arasında əlaqə olduğunu söyləyib. ("Musavat.com")
2014-01-09
6,045
ABŞ İranın "Cenevrə-2"də iştirakına razılıq vermədi
Rusiya prezidenti Vladimir Putin İran prezidenti Həsən Ruhani ilə "Cenevrə-2" konfransını müzakirə edib. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Putin və Ruhani telefonda danışıb. Liderlər İranın nüvə proqramı ilə bağlı əldə olunmuş razılaşmanı və "Cenevrə-2" yığıncağını müzakirə edib. 22 yanvarda keçiriləcək "Cenevrə-2" konfransında İranın iştirakı barədə hələ də qərar qəbul edilmədiyi bildirilib. Mətbuata açıqlama verən Rusiya Xarici işlər naziri müavini Qennadi Qatilov konfransda iştirak edəcək iştirakçıların siyahısının məlum olduğunu, ancaq İranın konfransda iştirakı ilə bağlı ABŞ-la razılıq əldə olunmadığını deyib.
2014-01-09
6,046
2014-cü il Azərbaycanda NATO ili elan edildi
"NATO-ya inteqrasiya yalnız hərbiyə olan inteqrasiya deyil: bu, həmçinin ictimai-siyasi həyatın geniş spektrini əhatə edir" NATO-nun yaranmasının 65 illiyi ilə əlaqədar olaraq NATO Əməkdaşlıq İnstitutu 2014-cü ili Azərbaycanda NATO ili elan edir. Bu barədə məlumatı institutun prezidenti Fərrux Məmmədov verib. Onun sözlərinə görə, "NATO ili" çərçivəsində 12 konfrans, 2 Beynəlxalq konfrans və universitetlərdə tələbələr üçün NATO ilə bağlı sənədli filmlərin nümayiş etdirilməsi fəaliyyət proqramına daxil edilib: "Hazırda bu istiqamətdə işlərimiz davam edir və tezliklə keçiriləcək konfransların vaxtı və yeri barədə media nümayəndələrinə təqdim olunacaq. 1949-cu il aprel ayının 4-də NATO-nun yarandığı vaxtlar əsas prioriteti mövcud demokratik Avropa ölkələrinin milli təhlükəsizlik sistemini qurmaq və həmin ölkələrin milli təhlükəsizliyini təmin etmək idi. Soyuq müharibə dönəmində də NATO- nun genişlənməsi məsələləri ön sırada gəlirdi. Sovet dönəmi bitdikdən sonra NATO- nun sərhədləri genişlənməyə başladı. Keçmiş Sovet respublikalarından Baltikyanı ölkələr NATO xətti tutdular və artıq onlar Alyansın tam bərabər hüquqlu üzvləridir. Azərbaycan da NATO ilə əməkdaşlığa Alyansın Sülh Naminə Əməkdaşlıq proqramı çərçivəsində başlamışdır. Bu proqram 2004- cü ildə Fərdi Tərəfdaşlıq Proqramı ilə əvəz olundu. Azərbaycan NATO çərçivəsində vaxtilə Kosovoda, hazırda isə Əfqanıstanda sülhməramlı kontingentlə iştirak edir. Lakin biz unutmamalıyıq ki, NATO- ya inteqrasiya yalnız hərbiyə olan inteqrasiya deyil; bu, həmçinin İctimai Siyasi həyatın geniş spektrini əhatə edir. Çox təəssüflər olsun ki, bu sahədə region ölkələrindən olan Gürcüstanla müqayisə də Azərbaycanın çox geridə qalır. İstər hərbi sahədə, istərsə də vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti baxımından Azərbaycanda görülən işlərin qənaət bəxş olunmadığı açıq-aşkar hiss olunur. Ölkəmizin NATO ilə əlaqələrinin 20 ili tamam olmasına baxmayaraq, hələ də Azərbaycan hökumətinin NATO siyasəti yalnızca hərbi sahədə tamamlanır ki, bu da Alyansa inteqrasiyanı sürətlənməsini zəiflədir. NATO ilə əməkdaşlığımızın 20 ili tamam olmasına baxmayaraq vətəndaş cəmiyyəti Alyans haqda kifayət qədər biliyə sahib deyil. NATO ya inteqrasiyada Vətəndaş cəmiyyətinin mövqeyi və rolu çox önəmlidir. Biz bilməliyik ki, NATO-ya inteqrasiya, demokratiyadan, İnsan haqlarından, azad seçkilərdən, azad toplaşma hüququndan keçir. Lakin ölkədəki siyasi duruma baxdığımız zaman görürük ki, hələ də NATO-ya inteqrasiya edəcək qədər mühit formalaşmayıb. Azərbaycanın gələcək inkişafı və təhlükəsizliyi Avropaya və NATO-ya inteqrasiyadan keçir. Bizim xarici siyasətimizin əsas prioriteti NATO-ya inteqrasiya olmalıdır, çünki Azərbaycan üçün hər zaman Şimaldan və Cənubdan təhlükə mövcud olmuşdur və olacağı da qaçılmazdır. 21-ci əsr Demokratiya əsridir. Dünyada bas verən proseslərə nəzər salsaq, ölkəmizdə də demokratik proseslərin sürətlənəcəyini iddia edə bilərik. Çünki Azərbaycanda bu dünyanın bir parçasıdır və situasiyalardan qaçmaq və demokratiyadan kənarda qalmaq mümkün deyil. Hesab edirəm ki, demokratiyanın inkişafında gənclərin rolu əsas olacaq və bunu tezliklə hiss edəcəyik. NATO Əməkdaşlıq İnstitutunun NATO-ya inteqrasiya istiqamətində mediadan da gözləntiləri çoxdur". "(Musavat.com")
2014-01-09
6,047
Barış Manço, Gülən və Ərdoğan bir arada – Video
Jurnalistlər və Yazarlar Vəqfinin 1996-cı ildə həyata keçirdiyi mükafatlandırma mərasimindən olan videoda Rəcəb Tayyib Ərdoğan, Fətullah Gülən və Barış Manço bir arada görünür. "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan və Fətullah Gülən arasındakı gərginliyin artdığı günlərdə sosial şəbəkələrdə paylaşılan bu video hamının diqqətini cəlb edib. Bu videoda Ərdoğan kürsüdə danışır. Dinləyənlər arasında kimlər yoxdur! Fətullah Gülən, Barış Manço, Möhsün Yazıçıoğlu, Məlik Göyçək və bir çox məşhur şəxslər. Çox möhtərəm xocam Hazırkı Baş nazir Ərdoğan o zaman kürsüdə nitqinə Fətullah Gülənə xitabən deyir: - Çox möhtərəm xocam...
2014-01-09
6,048
36 ölkə “Avroviziya”da iştirakını təsdiqlədi
36 ölkə "Avroviziya" mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib. Polşa və Portuqaliya bu il müsabiqəyə qayıdır. Bu 36 iştirakçı ölkələr arasında Azərbaycan, Albaniya, Avstriya, Belarus, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Ukrayna, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latvia, Litva, Makedoniya, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya və Ermənistan yer alır. Daha bir ölkə bu ilki müsabiqədə səhnəyə çıxa bilər. Sloveniya televiziyasının yayımı üçün təsdiqlənmə tarixi 10 gün uzadılıb. (ANS)
2014-01-09
6,049
Fəzail Ağamalı: “Hökumətdən hesab soruşula bilər”
"Doğuş zamanı ana ölümlərinin baş verməsi olduqca faciəvidir. İstənilən halda buna haqq qazandırmaq olmaz". Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Fəzail Ağamalı "həkim terroru" ilə bağlı danışarkən dedi. O bildirdi ki, son günlər xəstəxanalarda baş verən ölüm halları narahatedici haldır: Mən Milli Məclisin məsələyə aid komitəsində olmadığım üçün bu barədə ətraflı nəsə deyə bilməyəcəyəm. Ancaq onu deyə bilərəm ki, qanuna görə, hökumətin parlamentdə hesabatı zamanı bu məsələ müzakirəyə çıxarıla və səbəbləri hökumətdən soruşula bilər". Millət vəkili onu da dedi ki, bu məsələ ilə bağlı danışmaq vəzifəsi yoxdur: "Çünki ixtisasca həkim deyiləm. Bu mövzunun gündəmə gətirilməsi Milli Məclisin sosial-siyasət komissiyası üzvlərinin vəzifəsidir. Çünki ixtisasca həkim olan deputatlar həmin komitədədir. Ancaq bir daha deyirəm ki, xəstəxanada baş verən ölüm halları yaralı yerimizdir". Xatırldaq ki, son bir həftə xəstəxanalarda 3 ölüm hadisəsi baş verib.
2014-01-09
6,050
ABŞ idmançıların Soçidən təxliyəsi üçün təyyarələr hazırlayıb
Soçidə keçiriləcək Olimpiya oyunları ərəfəsində ABŞ terrorçuluq hadisəsi və ya belə bir təhlükə zamanı öz idmançılarının Rusiyanın bu kurort şəhərindən kütləvi evakuasiyası üçün plan işləyib. Yerli Xizəksürmə idmanı və snoubordinq federasiyası xüsusi mühafizə şirkəti ilə müqavilə imzalayıb. Terror təhlükəsi səviyyəsinin yüksək olduğunu nəzərə alaraq atletlərin təcili surətdə Soçidən evakuasiyası üçün 200 nəfərlik beş təyyarə ehtiyatda saxlanılır. "Global Rescue" şirkətinin rəhbəri Den Riçards qeyd edib ki, şirkətin artıq uzun illərdən bəri Xizəksürmə idmanı federasiyası ilə əməkdaşlıq etdiyinə baxmayaraq, hələ heç vaxt belə təhlükəsizlik tədbirləri görülməyib. Xatırladırıq ki, yanvarın 7-dən Soçidə xüsusi təhlükəsizlik tədbirləri tətbiq olunur. Rusiya hüquq mühafizə orqanları pilotsuz təyyarələrdən və hətta "yer-hava" tipli raketlərdən istifadə edəcəklər. Şəhərin özündə asayişi təqribən 40 min əsgər və polis işçisi qoruyacaq. (AzərTac)
2014-01-09
6,051
Argentina da paytaxtını dəyişir
Argentina Konqresi Culian Dominqez paytaxtın şimal əyalətlərindən birinə köçürülməsini təklif edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dominqez açıqlama verərək bildirib: "Argentinanı yenidən fikirləşməyin vaxtı gəlib. Üzümüzü geniş və məhsuldar torpaqları olan şimala çevirməliyik. Paytaxt Buenos-Ayresi şimaldan seçəcəyimiz yeni bir yerlə əvəzləyəcəyik". Paytaxtın liman şəhəri olmasının böyük ölkələrə görə düzgün olmadığını bildirən Dominqez belə deyib: "Paytaxtı dəyişdirərək şimal əyalətlərinin zənginliklərini istehsala qata bilərik".
2014-01-09
6,052
PKK-dan ayrı, Öcalandan ayrı çələng - Foto
Fransanın paytaxtı Parisdə baş verən terror aktı nəticəsində həyatını itirənlər arasında olan PKK-nın qurucularından Səkinə Cansız anılıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həyatını itirənlər arasında Səkinə Cansız daxil olmaqla, daha 2 PKK-lı qadın olub. Kürd İnformasıya Bürosunun yerləşdiyi bina qarşısında təşkil edilən anma mərasiminə çox sayda kürd və Fransa dərnəyi əməkdaşları qatılıb. Mərasimdə ölənlərin xatirəsinə qoyulan çələnglər arasında PKK təşkilatı və Öcalanın adına ayrı-ayrı çələnglərin qoyulması təəccüb və maraqla qarşılanıb. Fransa Daxili İşlər naziri Manuel Valls cinayətin işıqlandırılması üçün lazım olanı edəcəklərin deyib.
2014-01-09
6,053
Fəhlələr ayağa qalxdı, 250 işçi 8 aydır maaş almır
Səkkiz aydır maaş almayan Təbriz Traktor Zavodunun (Traktorsazi) işçiləri ayağa qalxıb. Ötən ilin 18 dekabrında Şərqi Azərbaycan Valiliyi önündə aksiya keçirən sənaye makinaları işçiləri bu dəfə Sənaye və Mədən Nazirliyinin Şərqi Azərbaycan şöbəsi önündə toplaşıb gecikmiş maaşlarını, habelə sığorta haqlarını tələb ediblər. 250 sənaye makinaları işçisinə səkkiz aydır maaş verilməməsi fəhlələrin səbrini son həddə çatdırıb. "Bundan əlavə istehsalat xəttinin qapadılması ehtimalı üzündən yaranan qətiyyətsizlik işçiləri narahat edir. Şərqi Azərbaycan məsullarının məsələyə laqeyd yanaşması işçilərə etiraz aksiyasi keçirməkdən başqa çarə buraxmayıb," deyə qeyri-hökümət təşkilatı kimi fəaliyyət göstərən Əmək Koalisiyasının (İşçi Evi) Təbriz şöbəsinin katibi Kərim Sadiqzadə agentliyə söyləyib. Sadiqzadənin sözlərinə görə, işçilər geçikmiş maaşları ilə bərabər, sosial sığorta kartının uzadılması və vilayət məsullarının zavodun problemlərinə diqqət göstərməsini tələb edir. Əmək Koalisiyasının katibi problemlərin hökümət tərəfindən yürüdülən yanlış siyasət nəticəsində ortaya çıxdığını qeyd edib. Hələlik İranın rəsmi qurumlarının məsələyə reaksiyası bəlli deyil. İrandakı iqtisadi böhranın ən böyük zərbəsi onsuz da ağır sosial-iqtisadi vəziyyətdə yaşayan Azərbaycan vilayətlərinə dəyib. (Amerikanın səsi)
2014-01-09
6,054
Soçidə fərqlənənlərə 125 min dollar ödənəcək
"Soçi qış olimpiadasında birinci yeri tutan idmançıya Ukrayna hökuməti 125 min dollar pul ödəyəcək". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukraynanın ailə, gənclər və idman naziri Ravil Safiullin çıxış edib. O, bu il ödənəcək məbləğin London yay olimpiadası ilə eynilik təşkil edəcəyini qeyd edib: "Demək olar ki, elə də böyük fərq olmayacaq. Birinci yerə 125 min ABŞ dolları, ikinci yerə 80 min dollar, üçüncü yerə isə 55 min dollar ödənəcək".
2014-01-09
6,055
Kürd nefti Türkiyədə
Şimali İraq Kürd Bölgəsi Türkiyəyə xam neft nəqlinin yanvarın axırında rəsmən başlayacağını elan edib. "Axar.az" xəbər verir ki, yanvar ayında iki milyon barel xam neft nəql ediləcəyini bildirən Şimali İraq Kürd Bölgəsi dekabr ayında həcmin 10-12 milyon barelə yüksələcəyini qeyd edib.
2014-01-09
6,056
Saxta içkilər istehsal edən sex bağlanıldı
Lənkəranda qanunsuz fəaliyyət göstərən istehsal sexi aşkarlanıb. Məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi idarəsinin əməkdaşlarının bu gün keçirdikləri reyd zamanı şəhərin mərkəzində qanunsuz fəaliyyət göstərən istehsal sexi aşkarlanıb. Məlum olub ki, sexdə ayrı-ayrı şəxslərə məxsus əmtəə nişanı altında sanitar gigiyenik tələblərə əməl olunmadan alkoqolsuz içkilər istehsal olunub. Daxil olan məlumat əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi idarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən, fiziki şəxs Məmiyev Emin İmaməli oğluna məxsus olan, 2 il ərzində qanunsuz fəaliyyət göstərən istehsal sexində ciddi qanun pozuntuları aşkarlanıb. Həm də sexdə antisanitariya vəziyyəti və sanitar vgigiyenik tələblərin pozulması müşahidə edilib. İstehlakçıların hüquqlarının qorunması məqsədilə keçirilən reyddə digər maraqlı məqamlar da ortaya çıxıb. "Araşdırma zamanı məlum olub ki, həmin şəxs tərəfindən müxtəlif şəxslərə məxsus əmtəə nişanı altında məhsullar istehsal edilib. Ümumi məhsulun sayı 15 min ədəddən çoxdur. Həmin məhsullardan labaratoriyada müvafiq analiz götürülməsi üçün nümunələr seçilmişdir. Bu məhsulların istehsalı və satışı qadağan edən tələbnamə təqdim edilib",- deyə Xidmətin Lənkəran ərazi idarəsinin rəis əvəzi Namiq İbrahimov bildirib. Labaratoriya analizlərinin nəticəsinə uyğun olaraq əlavə tədbirlərin görülməsi planlaşdırılıb və müəssisənin fəlaiyyəti lazımi sənədlər təqdim olunana kimi dayandırılıb (ANS).
2014-01-10
6,057
Ərdoğan və prokuror arasında qarşıdurma
Dünən axşam saatlarında XSYK prokuror Zəkəriyyə Özə mətbuata açıqlama verməyə icazə verməyib. "Axar.az" "Haberler.com"a istinadən xəbər verir ki, Hakimlər və Prokurorlar Ali Qurumu məsələ ilə bağlı bildirib ki, mətbuata açıqlama vermək Baş prokurora məxsusdur. Zəkəriyyə Özə cavab haqqı olaraq açıqlama vermək icazə verilməyib. Qeyd edək ki, ötən gün Zəkəriyyə Öz bildirmişdi ki, Baş nazir Ərdoğan onun yanına 2 nəfər göndərərək "Baş nazirdən üzr istə" deyə məktub yazmasını tələb etmişdi. Baş nazir Ərdoğan isə açıqlamasında prokurorun dediklərinin iftira olduğunu deyib.
2014-01-09
6,058
Rəqsanə: "Türkmənistan prezidentinə deyəcəm ki..." - Video
Müğənni Rəqsanə İsmayılova Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədovun onun "İnanımmı" mahnısını oxumasına münasibət bildirib. Sənətçi açıqlamasındabildirib ki, prezidentin ifasını dinləyərkən göz yaşlarını tuta bilməyib: "Bu, mənim üçün çox sevindirici haldır. Bir ölkənin başçısı mahnımı səsləndirib. Deməli, o, yaradıcılığımla tanışdır, bəstəyə qulaq asıb. Türkmənistan böyük bir dövlətdir. Onun mahnımı oxuması sənətdə uğur qazanmağımdan xəbər verir. Yəni mən nəsə əldə etmişəm ki, ifam oralara qədər gedib çıxıb. Vaxt var idi çoxları ifamı bəyənmirdi, mahnılarımı bayağı adlandırırdı. Buna baxmayaraq, Rəqsanə olaraq öz sözümü deməyi bacardım. Prezidentin oxumağı məni tənqid edənlərə bir cavabdır. Görsünlər ki, hətta prezident belə bəyənib oxuyub. Mənim öz ifa tərzim var və bunu sevdirdim. Qurbanqulı Berdımuhəmmədovun ifasına qulaq asanda sevincdən gözlərimdən yaş axdı. Mahnıda bəzi sözlər tərcümə edilib. Amma əksər hissələr eynilə mənim oxuduğum kimi qalıb". Rəqsanə yaxın günlərdə Türkmənistana gedib, prezidentlə şəxsən tanış olmaq arzusunu da dilə gətirib: "Mən hər istədiyini edən biriyəm. Bir də gördünüz Türkmənistana, prezidentlə görüşməyə getdim. Ona deyəcəyəm ki, mahnısını oxuduğunuz insan mənəm. Amma hələ ki, işlərim çoxdur. Buna vaxt ayıra bilməyəcəm. Həm də Türkmənistana getmək o qədər də asan deyil. Bu, zaman aparacaq. Onu deyə bilərəm ki, 2014-cü il mənim üçün uğurlu başladı". Qeyd edək ki, aşağıdakı videonun 4:28-ci saniyəsində adıçəkilən mahnını Türkmənistan prezidentinin ifasında dinləyə bilərsiniz ( Axşam.az).
2014-01-10
6,059
Suriyanın kimyəvi silahları Almaniyada məhv edilə bilər
"Almaniya Suriyadakı kimyəvi silahları öz ərazisində məhv etməyə hazırdır". "Axar.az" məlumat verir ki, bu açıqlamanı Almaniyanın Xarici İşlər Nazirliyi yayıb. Məlumatda Almaniyanın kimyəvi silahları istənilən an öz ərazisində məhv etməyə hazır olduğu qeyd edilib: "Almaniyanın Silahlı Qüvvələri kimyəvi silahları məhv etmək üçün texnikaya sahibdir. Bu proses Münsterdə aparılacaq".
2014-01-10
6,060
2154 metr yüksəklikdə çay evi
Yüksəkliyi 2154.9 metr olan Xua dağı Çinin 5 böyük dağından biridir. Tarixən bu dağ dini önəm kəsb edib. İndi isə bu dağ həyəcan və adrenalin yaşamaq istəyənlər üçün əsil əyləncə məkanına çevrilib. Belə ki, əvvəlcə uzun nərdivanlardan çıxmalı, daha sonra uçurumlardan keçməli olursunuz və sonunda çatdığınız yer sizi çox heyrətləndirməyə başlayır. Bütün bu çətinliklərin sonunda sizi gözəl mənzərəli çay evi gözləyir.
2014-01-10
6,061
Çin Yaponiyaya xəbərdarlıq etdi
Yaponiya Baş nazir Şinzo Abenin ölənlərin xatirəsinə qoyulan Yasukuni abidəsini ziyarət etməsi Çinin etirazına səbəb olub. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Çin Xarici işlər nazirliyi əməkdaşı Hua Çunyinq bu gün Pekində mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən, Abenin abidəni ziyarət etməsini tənqid edib. Yaponiya Baş naziri açıqlamasında bundan sonra da abidəni ziyarət edəcəyini bildirməsi, çinli səlahiyyətləri özündən çıxarıb. Belə ki, onlar baş nazirin iki ölkə arasında əlaqələrə ziyan vurduğunu və Çinin buna qarşı çıxacağını deyib. Qeyd edək ki, abidə Çin-Yaponiya arasında 1945-ci ildə baş vermiş müharibədə həyatını itirənlərin xatirəsinə hörmət əlaməti olaraq qoyulub. Qeyd edək ki, son olaraq Yaponiya baş naziri Junikhiro Koizumi 15 avqust 2006-cı ildə abidəni ziyarət etmişdi.
2014-01-10
6,062
"İstiqlal" erməniləri susdurdu
Son vaxtlar cəbhədə vəziyyət dahada gərginləşib. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun cəbhə kəndlərindən olan Əlbəylidə fəallaşması daha qabarıq hiss olunmaqdadir. Rəhimovlar ailəsinin evi kəndin yüksək yerində yerləşdiyindən bu ərazi atəşə daha çox məruz qalan yerlərdəndir. Elə evin sakinlərindən biri Etibar Rəhimov bizi atəşin gəldiyi ünvana aparmaq istəyirdi ki, qəfil açılan atəş səsləri bizi həmin əraziyə getməkdən çəkindirdi. Atışma bizə tərəf ünvanlandığından cəld ərazini dəyişməli olduq. Havanin çiskin olmasına baxmayaraq, bu vəziyyəti seyr etmək heçdə xoş olmasa da özümüzü bir anlıq bu ərazidə, yəni təmas xəttinə yaxın yaşayanların yerində təsəvvür etmək istədik. Lakin bu elədə asan olmadı. Bir təhər güllələrdən yayınaraq qarşı tərəfin mövqelərindən asan görünən ərazini tərk etdik. Atışmanın şiddətləndiyi vaxt isə kənd sakinləri daldalanmaqdan başqa çarələri qalmır. Kənd sakinlərinin sözlərinə görə, yeni ili də atəş altında keçirməli olub. Ermənilər bütün növ silahlardan kəndi atəş altında saxlayır. Qeyd edək ki, Azərbaycan silahlı qüvvələri düşmən tərəfi susdurmağı bacardı. Buna ən yaxşı cavabı isə hərbçilərimizin yerli istehsal olan "İstiqlal"dan açdığı atəş olur. (ANS)
2014-01-10
6,064
Dünyanın ən zərərli varlığı – Video
Dünyanın ən zərərli varlığı, insani izah edən bir video... Bu videodan sonra "insan" kəlməsini bir təhqir kimi də istifadə edə bilərsiniz.
2014-01-10
6,065
ABŞ Türkiyədə ədalət istəyir
ABŞ Türkiyədəki "rüşvət əməliyyatı" və polis məmurlarının vəzifədən kənarlaşdırılmaları ilə bağlı münasibət bildirib. "Axar.az"ın Cihan xəbər agentliyinə istinadən xəbərinə görə, ABŞ Dövlət Departamenti sözcüsü Jen Psaki Türkiyədə baş verən hadisələrdə ədalət, şəffaflıq tələb edən vətəndaşları dəstəklədikilərini deyib. Psaki Türkiyənin hələ də ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olduğunu və Türkiyədə baş verənlərin ABŞ-ı narahat etdiyini açıqlayıb. Psaki "Baş nazir Ərdoğan demokratiyaya hörmət edirmi?" sualına təkrar cavab olaraq bildirib ki, "bu bizi narahat edir" deyib.
2014-01-10
6,066
Dünyanın “ürək səsləri” eşidildi – Video
Planetimizin dərinliyindəki səsi dinləmək üçün 20 ildən çox müddətdə çalışan elm adamları, nəhayət ki, məqsədlərinə çatıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, alimlərin dünyanın "vuran ürəyini" dinləmək üçün 1990-cı ildə başlatdığı layihə müvəffəqiyyətlə başa çatıb. Bunun üçün quraşdırılmış cihaz 9101 metr dərinlikdə dünyanın ən dərin nöqtəsindəki səsi qeyd edib. Məlumat üçün qeyd edək ki, dünyanın ən dərin nöqtəsinə enmə səyi ilk dəfə 1970-ci ildə Sovet Rusiyasında həyata keçirilib.
2014-01-10
6,067
Şeksprin 450 illiyi qeyd olunacaq
Dünya ədəbiyyatının məşhur yazarı Vilyam Şekspirin qəbul olunmuş bioqrafiyasına əsasən onun bu il 450 illiyi qeyd olunacaq. Bu səbəblə dünya səhnəsinin ən uğurlu adlarından olan yazar bütün dünyada müxtəlif tədbirlərlə yad ediləcək. Hər il olduğu kimi bu il də xarici ölkələrdə məşhur aktyorlar Şeksprin əsərlərini səhnələşdirəcəklər. Onlardan Cud Lou "V. Henri", Kevin Speysi "III Riçard" ilə səhnədə çıxış edəcək. Bundan başqa, Türkiyə teatrlarında da yanvar ayından başlayaraq Şeksprin əsərləri oynanılacaq. Bununla bağlı Azərbaycanda tədbirlərin keçirilib-keçirilməyəcəyini öyrənmək cəhdlərimiz uğursuz oldu. Mədəniyyət və Turizm Nazirliyinə 2 gün ərzində dəfələrlə zəng etsək də, bu sahəyə cavabdeh olan Naibə xanım ya iclasda oldu, ya işə vaxtında gəlmədi, ya da ki ümumiyyətlə telefon zənglərimizə cavab vermədi.
2014-01-10
6,068
Cəlilabadda ev, paytaxtda avtomobil yandı
Cəlilabad şəhərində ev yanıb. Rayonun Uzuntəpə kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndin yanar konstruksiyaları 48 kv.m sahədə yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhərində də yanğın olub. Amma yanğın avtomobildə baş verib. Sabunçu rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsartə alan olmayıb.
2014-01-10
6,070
İki jurnalist həlak oldu
"Dakar" ralli-marafonu zamanı iki jurnalist həlak olub, onların maşını uçuruma düşüb. RİA Novosti agentliyi bu barədə xəbəri Argentina KİV-lərinə istinadən verib. Hadisə cümə axşamı axşam saatlarında baş verib. Rallidə işləyən jurnalistlər avtomobildə Katamarka şəhərindən San-Miqel-de-Tukuman şəhərinə gediblər. Andalqala departamentində "Kuesta-del-Klavilyo" yolunda onların Ford Ranger markalı avtomobili döngədə dönə bilməyib və uçuruma düşüb. Ölənlər - iki argentinalı jurnalistlər olub. Avtomobildə olan daha iki nəfər sağ qalıb (Trend).
2014-01-10
6,071
ABŞ müdafiə naziri Türkiyəyə səfər edəcək
ABŞ müdafiə naziri Çak Xeyqel yanvarın 27-də Türkiyəyə rəsmi səfər edəcək. Türkiyənin "Hürriyet Daily News" qəzeti bu barədə məlumat verir. Xeyqel Türkiyənin müdafiə naziri İsmət Yılmazla və digər yüksək vəzifəli şəxslərlə görüşəcək. Tərəflər Türkiyənin raket əleyhinə müdafiə (RƏM) sistemlərinin yaradılması sahəsində Çinlə əməkdaşlıq etmək qərarını, həmçinin Suriyadakı hadisələr kimi məsələləri müzakirə edəcəklər. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyədəki səfirinin ölkədən çıxarılması mümkünlüyü barədə bəyan etdikdən sonra, iki ölkə arasında münasibətlərdə gərginlik yaranıb (Trend).
2014-01-10
6,072
Bu səhər iki yanğın baş verib
Gəncə şəhərində çayxanada yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, şəhərin Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan taxta konstruksiyalardan ibarət çayxana 8 kv.m sahədə yanıb. Çayxananın qalan hissəsi və bitişik təkər təmiri sexi yanğından mühafizə olunub. Yanğın saat 07:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Suraxanı rayonunda hər mərtəbəsi 180 kv.m olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli inzibatı binanın dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsartə alan olmayıb.
2014-01-10
6,073
“Kürdlərlə türklər arasında süni münaqişələr yaradılır”
"İran Azərbaycan türklərinin ayaqlanmasından qorxaraq onların qabağına kürd kartını itələyir". Bir qədər əvvəl İran parlamentindəki kürd deputat Osman Əhmədi Kürdüstan vilayəti yaradılması təklifi ilə çıxış edib. Keçmiş kürd deputat Cəlal Cəlalzadə isə bir qədər də irəli gedərək İranın Qərbi Azərbaycan vilayətinin adının dəyişdirilərək Şimali Kürdüstan qoyulmasını təklif edib. Urmiyadan İran parlamentindəki kürd millət vəkili Abid Fəttahi də separatçı deputatların mövqeyini dəstəkləyib. Qeyd edək ki, tarixi Azərbaycan torpaqları olan Urmiya və Qərbi Azərbaycan vilayətində kürd separatizminin fəallaşması İslam inqilabının ilk illərində baş verib. Ancaq həmin vaxt Azərbaycan ərazilərində baş qaldıran kürd militanları İslam Respublikası silahlı qüvvələri tərəfindən əzilib. Sonrakı illərdə də kürd separatçı fəaliyyətləri İran hakimiyyəti tərəfindən əzilsə də, xeyli dərəcədə fəal olan kürd qrupları İranda, xüsusən də Cənubi Azərbaycan ərazilərində toparlana biliblər. Hazırda Qərbi Azərbaycan vilayətindən seçilmiş bir neçə kürd əsilli deputatlar İran parlamentində təmsil olunur. Millət vəkili Sabir Rüstəmxanlı baş verənləri son 100 ildə bölgədə gedən türk düşmənçiliyi siyasətinin davamı adlandırır. Deputatın fikrincə, uzun illərdir aparılan məqsədyönlü türk düşmənçiliyi siyasəti indi də kürdlər üzərində qurulub: "Əvvəlcə Avropa ölkələrinin yardımı ilə balkanlarda, Şimali Afrikada Osmanlıya qarşı bölücülük fəaliyyətlər başladıldı. Nəhayət, Anadolu ərazisində bir Türkiyə dövləti sərhədlərinə sığışdırdılar. Sonra isə hətta onu da bölüb parçalamaq və orda müxtəlif adlarda dövlətlər qurmaq, ümumiyyətlə bölücülük siyasəti aparılıb. O zaman Atatürkün qəhrəmanlığı, dahiyanə siyasəti nəticəsində Anadoluda milli dövlət yaradıldı. Buna bənzər proseslər daha qədim zamanlarda, bu bölgədə iki böyük türk dövləti - Səfəvi və Osmanlı arasında da qarşı qaldıran qüvvələr tərəfindən aparılıb. İndi də bu bölücülük davam edir. Azərbaycanı zəiflətmək, bu bölgədə diz çökdürmək üçün bir fars dövləti qurublar". Sabir Rüstəmxanlı deyir ki, min illər bu bölgədə yaşamış, bu bölgənin sahibi olmuş türk xalqlarını sıxışdırmaq, Qafqazı xristianların əlinə vermək, güneyi farslaşdırmaq və beləliklə, vaxtilə Avropanın böyük türk dediyi bir milləti bu bölgədən silmək siyasəti aparılır: "Burda erməni kartı, yunan kartı, bolqar, ərəb kartları oynanılıb. "Böyük Ermənistan" planı uğursuzluğa düçar olduqdan sonra indi burda kürd oyunu oynanılır. Kürdlərin böyük əksəriyyəti bunun mənasızlığını, türklərlə yanaşı kürdlərə qarşı olduğunu başa düşürlər. Ona görə də bu bölgədə yaşayan kürdlərin böyük əksəriyyəti Türkiyədən ayrılmaq müstəqil kürd dövləti qurmaq haqqında düşünmürlər. Ancaq indi İraqın şimalında belə bir dövlət yaradılır. Bu qurumun nefti də var və onlar əl altdan bütün bölgə kürdlərini əl altdan silahlandırır. Suriyada, Türkiyənin şərqində, İranın şimal-qərbində yaşayan kürdləri birləşdirib böyük Kürdüstan yaratmaq istəyirlər". Qərbdə kürdlərlə bağlı ciddi proyektlərin hazırlandığını qeyd edən deputatın sözlərinə görə, həm xaricdə, həm də bölgədə bir sıra qüvvələrin kürdlərlə türklər arasında münaqişə yaranmasında maraqları var: "Mən sonuncu dəfə Amerikada olanda Dona Rorabaherlə Güney Azərbaycan məsələsi haqda danışdım. Mən ona Azərbaycanın tərəfində olduğunu dedim, o isə mənə dedi ki, əlbəttə, azərbaycanlılar da kürdlər kimi parçalanmış, əzilmiş bir xalqdır. Biz Azərbaycanı da düşünürük. Mən ona dedim ki, əgər Azərbaycanı düşünürsünüzsə, o zaman bu Orta Doğu Projesi nədir? Bu planda Azərbaycanın əraziləri, hətta Naxçıvanın bir hissəsi Kürdüstan torpaqları kimi göstərilir. Bu cür layihələri müdafiə eləməkdənsə gedib indiki İran rejimini müdafiə etmək daha məqbuldur. Çünki indiki İran rejimində bizim torpaqlarımız öz əlimizdədir. Onları Avropada dəstəkləyən, media orqanları yaradan, separatizmə qol-qanad verən təşkilatlar var. İranın indiki və əvvəlki hakimiyyəti Azərbaycan türklərinin ayaqlanmasından qorxaraq onların qabağına kürd kartını itələyirlər. Azərbaycanlı millət vəkili bunun cavabını məclisdə yetərincə layiqli şəkildə verdi. Dedi ki, o yerin sahibləri ölməyiblər ki, kimlərsə gəlib asanca orda şimali Kürdüstan vilayəti yaratsın. Bu, əslində bölgənin iki böyük xalqı olan türklər və kürdlər arasında iğtişaş yaratmaqdır. Bu yolla mərkəzi hakimiyyət özünün apardığı irticaçı siyasəti gözdən yayındırmaq məqsədi güdür" ("Musavat.com").
2014-01-10
6,074
Dram teatrının aktyoru vəfat etdi
EL TV xəbər verir ki, Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına ağır itki baş verib. Teatrın aktyoru, tanınmış sənətçi Zülfü Məmmədov uzun sürən xədstəlikdən sonra vəfat edib. O, bu gün doğulduğu Goranboy rayonunun Zeyvə kəndində torpağa tapşırılıb. Sənətkarı ailə üzvləri, yaxın qohumları və sənət dostları son mənzilə yola salıb. Sənət dostları onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Zülfü Məmmədovun vəfatı ilə Mingəçevir Dövlət Dram Teatrı özünün əvəzolunmaz simasını itirib (Trend).
2014-01-10
6,075
Mövqelərimiz atəşə tutulub
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-01-10
6,076
Stratfor: Rusiya bu il Qafqaza təyziqini artıracaq
"Rusiya keçən il əldə etdiyi bütün uğurları qoruyub saxlamağa çalışacaq". "Axar.az" xəbər verir ki, bu açıqlamanı "Stratfor" araşdırmalar mərkəzi edib. Mərkəz bu il Rusiyanın Cənubi Qafqaza təyziqini daha da gücləndirəcəyini bildirib. "Rusiya istənilən halda Moldova və Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşmasına mane olacaq. Azərbaycan və Ermənistan üzərində təsirini gücləndirib saxlayacaq. Ukraynadakı prezident seçkilərinə istənilən halda təsir göstərəcək. Avrasiya Əməkdaşlıq Təşkilatını Mərkəzi Asiya dövlətləri hesabına genişləndirəcək. Bunun üçün Rusiyanın sadəcə bir ili var". Rusiyanın həmçinin bütün cəbhələrdə hücuma keçəcəyi də qeyd edilib. "Bütün cəbhələrdə rəsmi Kreml aktivləşəcək. Onu bütün planetin işlərinə qarışan kimi görəcəyik. Avropa İttifaqı isə Rusiya ilə çox şeydə hesablaşacaq və çox vaxt güzəştə gedəcək".
2014-01-10
6,078
Müdafiə Nazirliyinin həbs olunan əməkdaşı kimdir? - Yeniləndi
Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Domodedova hava limanında saxlanılıb. "Axar.az"ın "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, bu açıqlamanı Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Adı açıqlanmayan Müdafiə Nazirliyinin keçmiş əməkdaşının fırıldaqçılığa görə axtarışda olduğu bildirilib. İstintaq nəticəsində onun 2010-cu ildə Azərbaycan Müdafiə Nazirliyində çalışdığı zaman mühasibət sənədlərini saxtalaşdırdığı və dövlətə 125 min dollar zərər vurduğu bəlli olub. Müdafiə Nazirliyinin keçmiş əməkdaşının 2011-ci ildə sərhədi saxta sənədlərlə keçdiyini və İrkustk vilayətinin Nijnuedinski rayonunda yaşamağa başladığı qeyd edilib. *** 10:58 Rusiyanın Domodedovo hava limanında saxlanılan Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşının adı məlum olub. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dələduzluqda ittiham olunaraq axtarışa verilən və Domodedovo hava limanında saxlanılan şəxsin 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşı İlqar Y. olduğu bildirilib. Beynəlxalq axtarışda olan Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı Rusiya paytaxtının "Domodedovo" hava limanında saxlanılıb. Axtarışda olan Azərbaycan vətəndaşının saxlanılması barədə Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb. Adı açıqlanmayan şəxs Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə axtarışa verilib. O, 2010-cu ildə Müdafiə Nazirliyində çalışarkən xidməti vəzifəsindən istifadə edərək saxta mühasibatlıq sənədləri əsasında dövlətə təxminən 125 min dollar miqdarında ziyan vurmaqda ittiham olunur. 2011-ci ildə həmin şəxs saxta sənədlərlə Rusiya sərhədini keçib və İrkutsk vilayətinin Nijneudinsk rayonunun Xudoelansk kəndində fəhlə kimi işə düzəlib. İrkutsk polisi onun şəxsiyyətini müəyyənləşdirdikdən sonra Azərbaycan vətəndaşı gizlənməyə çalışıb və Moskvaya uçaraq oradan Rusiyanı tərk etməyə cəhd göstərib. İrkutsk polisi bu barədə Rusiya DİN-in "Domodedovo" aeroportundakı idarəsinə məlumat verib və azərbaycanlı hava limanında saxlanılıb.
2014-01-10
6,079
PA etiraz edən bələdçilərə vəd verdi - Foto/Video
10:26 Bu dəqiqələrdə "Azərbaycan Dəmir Yolları" QSC-nin binası qarşısında qatar bələdçiləri etiraz aksiyası keçirir. "Aznews.az"ın məlumatına görə, aksiyanı kişi qatar bələdçiləri keçirirlər. Aksiyaya səbəb bələdçilərin heç bir əsas göstərilmədən işdən çıxarılmalarıdır. Bələdçilər qurum rəhbərliyindən onların xəbərdarlıq edilmədən işdən çıxarılaraq, yerlərinə qadın bələdçilərin təyin olunmasının aydınlaşdırılmasını tələb edirlər. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov kişi qatar bələdçilərinin qadınlarla əvəzlənməsinə etiraz etməsi faktını təsdiqləyib. O deyib ki, bu məsələ ilə bağlı hazırda etiraz edən tərəflərlə danışıqlar aparılır: "Problem qısa vaxtda həll olunacaq və bununla bağlı ətraflı məlumat veriləcək". *** 10:26 Bir bələdçi 2 il bundan əvvəl narkotik apararkən rus sərhədçiləri tərəfindən saxlanılaraq həbs edilib. Ondan sonra qərar verilib ki, bələdçilər qadınlarla əvəzlənsin. Dəmiryol İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, onların qadın bələdçilərlə əvəz edilməsinin səbəbi budur və bu tapşırıq Prezident Administrasiyasından gəlib. "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, bu açıqlama bələdçilərin narazılığına səbəb olub və etirazçılar indi Prezident Administrasiyasına gedirlər. Əsas niyyətləri bu məlumatın - tapşırığın doğru olub-olmadığını öyrənməkdir. Etirazçılar ondan şikayət edir ki, yeni gələn qadın bələdçilər onlar qədər peşəkar deyil və bir nəfər qanun pozucusuna görə bu addımın atılması, kişi bələdçilərin kütləvi şəkildə işdən azad edilməsi ədalətsiz qərardır. *** 11:26 Hazırda etiraz edən bələdçilərdən 5 nəfər Prezident Administrasiyasına dəvət edilib və onların etirazı dinlənilir. Digər bələdçilər isə PA-nın qarşısında şikayətlərinin nəticəsini gözləyirlər. *** 12:30 Müxbirimiz xəbər verir ki, Prezident Administrasiyasında etirazçılar arasından seçilmiş 5 nəfər bələdçini Administrasiyanın Azər adlı məmuru qəbul edib. O, bələdçilərin nümayəndələrinə bildirib ki, Dəmiryol İdarəsinin mətbuat katibi Nadir Əzməmmədovun onlara verdiyi məlumat tamamilə yanlışdır. PA-dan kişi bələdçilərin azad edilməsi və qadın bələdçilərlə əvəz edilməsi haqda heç bir göstəriş verilməyib. Əksinə, burada hesab edirlər ki, müxtəlif çətin durumları nəzərə alaraq peşəkar kişi bələdçilərə daha çox ehtiyac var. Dövlət məmuru 60 nəfər etirazçının imza atdığı şikayət məktubunu qəbul edib və bildirib ki, ən qısa vaxtda şikayətə baxılaraq, problemin müsbət yöndə həll edilməsi təmin olunacaq.
2014-01-10
6,080
İsmayıllı sakini döyülərək qətlə yetirilib
İsmayıllı rayonunda ağır qətl hadisəsi baş verib. İsmayıllı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Kənd sakini, 1953-cü il təvəllüdlü Pestriakov Aleksandr Aleksandroviçin yaşadığı evdə meyiti tapılıb. Araşdırma zamanı məlum olub ki, Aleksandr Pestriakovu onun həyat yoldaşı - 1981-ci il təvəllüdlü Makarova Valentina Gennadiyevnanın tanışı, 1972-ci il təvəllüdlü Uvarov Vasili İvanoviç işgəncə ilə döyərək qətlə yetirib. Həmin evdə təmir işləri ilə məşğul olan Vasili Uvarov iki gün öncə Aleksandr Pestriakovu yaşadığı evdə küt alətlə, ayaq və yumruq zərbələri ilə yerə yıxıb, onun başına və bədəninə sobanın üstündəki isti kərpicləri qoyub, siqaretlə üzünü yandıraraq işgəncə verib. Təqaüdçü Aleksandr Pestriakov ötən gecə dünyasını dəyişib. Məlumata görə, Aleksandr Pestriakovun həyat yoldaşı Valentina Makarova hadisə zamanı evdə olub və onların arasında baş verən davaya müdaxilə etməyib. Valentina Makarova Aleksandr Pestriakovun ikinci həyat yoldaşıdır. İki dəfə məhkumluq həyatı sürən Vasili Uvarov və Valentina Makarova hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq İsmayıllı rayon Polis Şöbəsinə aparılıb. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
2014-01-10
6,081
Xəzər Gəmiçiliyində müdhiş korrupsiya aşkarlandı – Özəl
Xəzər Dəniz Gəmiçiliyində aparılan yoxlamaların nəticəsində altı gəmi kapitanı istintaqa cəlb edilib və onların ifadələri alınıb. "Axar.az"a Xəzər Dəniz Gəmiçiliyindən daxil olan məlumata görə, istintaqa cəlb edilənlənlər 2010-cu ildə Qazaxıstanın Aktau limanından Bakıya metal qırıntıları gətirən Kişinyov tipli 5 min tonluq quru yük götürmə qabiliyyəti olan "Bakı", "Mikayıl Müşfiq", "Cəfər Cabbarlı" və sair gəmilərin kapitanlarıdır. Kapitanların istintaqa çağırılmasının səbəbi isə ikili sənədləşmə ilə bağlıdır. Bildirilir ki, 2010-cu ildə metal qırıntıları Bakıya gətirilsə də, ikinci sənədləşmə ilə bu yüklərin guya Yunanıstana aparılmasının rəsmiləşdirilməsidir. Sənədləşmədə "Yunanıstana gedən" quru yük gəmilərinin başqa dövlətlərin sərhədini keçmək üçün gömrük haqqı, Volqa-Don kanalından Qara dənizə adlayarkən keçilən 18 ədəd şülüzun pulu, yanacaq məsrəfi və xarici sularda üzdüklərinə görə gəmi heyətinə əlavə olaraq valyuta ödənişi və digər xərclər yazılıb və bu yalançı sənədləşmə nəticəsində külli miqdarda vəsait mənimsənilib. Xəzər Dəniz Gəmiçiliyində aparılan yoxlamalar zamanı hər gəmi üçün 300 min manat, ümumilikdə 6 gəminin "yol məsrəflərinə" 1,8 milyon manat silindiyi üzə çıxıb. Qeyd olunur ki, ikinci sənədləşmənin aparılmasından kapitanlar məlumatsız olduqlarını bildiriblər. Hazırda istintaq bu korrupsiya faktında sənədləşmə aparanların möhür və imza saxtakarlığından istifadə edib-etmədiyini müəyyənləşdirməyə çalışır.
2014-01-10
6,082
Rusiyadan Azərbaycan neftinin tranziti ilə bağlı açıqlama
"Transneft", Bakı-Novorossiyski neft kəmərinin bir hissəsini mühafizə edir". Verilən məlumata görə, bu barədə nəqliyyat inhisarçılığının rəsmi nümayəndəsi İqor Demin açıqlama verib. İ.Demin Azərbaycanı neftlə bağlı müqaviləni uzatmaqda itttiham edib. Onun sözlərinə görə, Azərbaycan neftinin Rusiya ərazisindən keçməsi barədə hər iki ölkə arasında razılığın əldə edilməsinə baxmayaraq, Azərbaycan tərəfi rəsmi danışıqlara bağlamağı gecikdirir. O, qeyd edib ki, Transneft Bakı-Novorossiyski neft boru kəmərinin Rusiyadan keçən hissəsini mühafizə etməyi dayandırmağa hazırdır: "SOCAR Azərbaycan neftinin Rusiya ərazisindən keçməsi barədə razlığa uyğun olaraq danışıqlara başlamadı" (ANS)
2014-01-10
6,083
Zakir Həsənov hərbi hissələri yoxlayır
Müdafiə naziri Gəncə şəhərinə gedib Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni tədris ilinin başlanması ilə əlaqədar bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlamaq məqsədilə Gəncə şəhərinə gedib. Müdafiə nazirinin rəhbərlik etdiyi heyətin məqsədi hərbi hissələrin maddi-texniki, silah-sursatla təchizatını, aparılan tikinti və quruculuq işlərini, həmçinin, şəxsi heyətin sosial-məişət şəraitini yoxlamaqdır (AzVision).
2014-01-10
6,084
Türkiyə və Ermənistan sərhədçilərinin gizli görüşü - Şok
"Bu yaxınlarda erməni və türk sərhədçilərinin Gümrüdə gizli görüşü keçirilib". "Axar.az" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı gizli mənbələrinə istinadən məlumat yayıb. Mətbuat görüş zamanı gələcəkdə beynəlxalq hüquq normaları qorunmaqla birgə fəaliyyət haqqında məsələlərin əsas müzakirə mövzusu olduğunu yazıb. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin Ermənistan nümayəndəliyinin mətbuat katibi Sergey Qreçin isə bu görüşlə bağlı informasiya almağın mümkünsüz olduğunu deyib. Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədləri bütünlüklə Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən qorunur. Erməni hərbçiləri isə yalnız Azərbaycan və Gürcüstan sərhədində qulluq edirlər.
2014-01-10
6,085
Ben Ladenin cangüdəni azadlığa çıxır
Quantanamo həbsxanasından Usamə Ben Ladenin cangüdəni azadlığa buraxılacaq. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı "BBS Nyus" telekanalı yayıb. Yəmən vətəndaşı olan Məhəmməd Mücahidin nə vaxt azadlığa buraxılacağı haqqında dəqiq məlumat verilməyib. Onun vəkili Devid Remes isə M.Mücahidi həbsdə saxlamaqdan ötrü heç bir səbəbin olmadığını deyib. Qeyd edək ki, Məhəmməd Mücahid 2002-ci ilə qədər Usamə Ben Ladenin cangüdəni vəzifəsində çalışıb. 10 il həbsdə qalmasına baxmayaraq, ona qarşı hələ də heç bir ittiham irəli sürülməyib.
2014-01-10
6,086
Venesuela gözəlinə qəsddə 11 nəfər iştirak edib
2004-cü ilin Venesuela gözəli Monika Spir və həyat yoldaşının öldürülməsində 7 şübhəli şəxs saxlanılıb. Baş vermiş cinayət bütün ölkəni şoka salıb. "Axar.az" xəbər verir ki, cinayətkarlar videokameraların köməyi ilə ələ keçiriliblər. Cinayətkarlar Puerto-Kabelo liman şəhərinin yaxınlığındakı şosedə sürücüləri soyan dəstə olub. Onlar məhz həmin yerdə Spir cütlüyünü öldürüblər. Polisin sözlərinə görə, bu cinayətdə 11 nəfər iştirak edib. Bütün bu hadisələr Venesuela gözəlinin 5 yaşlı qızının gözləri qarşısında baş verib. Qeyd edək ki, uşaq sağ qalıb.
2014-01-10
6,087
Milli Məclisdə niyə android və smartfonlar qadağan edilir?
Milli Məclisə smartfon və android tipli telefonlarla daxil olmağın qadağan edilməsi maraqlı suallar doğurur. Niyə bütün telefonlar deyil, yalnız android və smartfon tipli telefonlar qadağan edilir? Bu telefonlar hansı təhlükə yaradır? Millət vəkilləri bu qərara necə yanaşır? Bu qərarı peşəkarlar verib Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu "Axar.az"a bildirdi ki, bu qərar sırf təhlükəsizlik baxımından qəbul edilib: "Bu cür texniki vasitələrin spesfik tərəflərini bilən ekspertlərin rəyi ilə belə bir qərar qəbul olunub. Başqa bir səbəb axtarmağa ehtiyac yoxdur. Bu qərar sırf təhlükəsizlik baxımından həyata keçirilir". Milli Məclisin payız müzakirəsində deputatların öz həmkarlarının yerinə səsverməsi ilə bağlı gizli kadrlar sosial şəbəkədə yayılmışdı. Bu qərarın həmin hadisə ilə hansısa formada əlaqəsi varmı? Suala aydınlıq gətirən Akif Təvəkküloğlu bildirdi ki, qəbul edilmiş qərarın həmin olay ilə heç bir əlaqəsi yoxdur: "Bu qərar bütünlükdə telefonlardan istifadəni qadağan etmir. Sadəcə smartfon və android tipli qurğulardan dövlət qurumlarında istifadəni əngəlləyir. Bu tipdən olmayan ancaq çəkiliş qabiliyyətinə malik yetərincə telefon var. Ona görə bu qərarın harasa yozulması düzgün deyil" Demokratik parlamentarizmə ziddir Demokrati İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bu qərarı qeyri-demokratik sayır: "Dünyanın bütün aparıcı ölkələrində parlament cəmiyyətə açıq orqandır və onların heç birində bu cür qərarlar qəbul edilmir. Qanunverici orqan heç bir zaman qapalı ola bilməz. O baxımdan bu qərarın verilməsini düzgün saymıram. Bu demokratik parlamentarizmə zidddir". Bu qərarın təhlükəsizliyə dəxli yoxdur Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də bu qərarın təhlükəsizlikə heç bir əlaqəsi olmadığını söylədi: - Əsas gətirsinlər ki, nəyə görə qadağan olunub. Bəlkə elə bir əsas olsa, mən də razı olacam. Amma hələlik bir səbəb deyilmədiyi üçün bunu ciddi bir fikir hesab etmirəm. Təhlükəsizliklə əlaqələndirirlərsə, xəbər versinlər ki, nədir təhlükəsizlik? Burda mənim, yoxsa binanın təhlükəsizliyindən söhbət gedir? Mənim təhlükəsizliyimdən söhbət gedirsə, telefonum əlimdə olsa da, olmasa da telefonumu təsdiq etmək istəyən biləcək ki, telefonum Milli Məclisin yanındadır. Məni izləyən də bilir ki, Mili Məclis həftənin ikinci, beşinci günləri toplanır. Bu qərar təhlükəsizlik adına çox mənasız bəhanədir".
2014-01-10
6,088
Dünən ölkədə 77 cinayət baş verib
Dünən Azərbaycanda gün ərzində 77 cinayət faktı qeydə alınıb."Axar.az" məlumat verir ki, cinayət faktlarının 43-ü "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı qeydə alınan 3 cinayətin hamısı, xuliqanlıq zəminində törədilən 11 cinayətdən 6-sı açılıb. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 11 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 28 nəfər tutub.
2014-01-10
6,089
Nardaranlıların Kərbəlada həlak olması xəbəri yayıldı
Yanvar 1-də Kərbəla ziyarətinə gedən azərbaycanlıların olduğu avtobusda terror aktının törədildiyi barədə redaksiyamıza məlumat daxil olub. Məlumatda qeyd olunur ki, ziyarətə gedən Nardaran camaatının bir neçəsi avtobusda törədilmiş terror aktı nəticəsində həlak olub. Hətta həlak olanların sayının 40-a yaxın olduğu da bildirilir. "Qafqazinfo" məlumatı dəqiqləşdirmək üçün Nardaran ağsaqqalı Natiq Kərimovla əlaqə saxlayıb. O, yayılan məlumatdan xəbərdar olduğunu bildirib: "Bununla bağlı mənə müraciət ediblər. Mən bu məsələni araşdırmışam. Tamamilə yalandır. Kərbəla ziyarətinə Nardarandan 250 nəfər gedib. Ümumən Azərbaycandan isə 500 nəfər ziyarətdə olub. Bilirsiz ki, ziyarət 10-15 gün çəkir. Bizim zəvvarlarımız hamısı sağ salamat qayıdıblar. Sadəcə yolda Bağdad ətrafında, Kərbəla yolunda bu tip hadisələr baş verib. Amma bizim zəvvarlara heç nə olmayıb". Məsələ ilə bağlı "Qafqazinfo" QMİ Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə saxlayıb. O qeyd edib ki, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə Kərbəlaya ziyarəti üçün səfərlər təşkil olunmur: "İraqda baş verən məlum hadisələrlə bağlı təhlükəsizlik baxımından bu ziyarətlər qurum tərəfindən təşkil edilmir. Ona görə də bu hadisədən xəbərsizik".
2014-01-10
6,090
İtalyan mafiyasının sirli mesajı deşifrə edildi
İtalyan detektivlər antik dilləri xatırladan bir gizli mesajı deşifrə etməyi bacarıb. Antik Yunan və Misir dilini xatırladan mesajda mafiyanın bir cinayətinin sirri aydınlaşıb. Şifrəli mesajın İtaliyada gedərək güclənməkdə olan bir mafiyaya aid olduğu və yeni üzvlərin qəbul mərasimi haqqında məlumatı əks etdirdiyi bildirilib. Gizli mesaj İtaliyanın ən cənubundakı Kalabria bölgəsində işlənən bir cinayətdən sonra başladılan bir istintaq daxilində ortaya çıxarılıb. Romada olan mesajın antik dillərdə yazıldığını təsbit edən detektivlər ağır bir deşifrə əməliyyatını uğurla tamamlayıb. "Axar.az" İngiltərənin "Teleqraf" saytına istinadən xəbər verir ki, "qan və qürur" mənasını verən mesaj İtaliyada narkotik qaçaqçılığı edərək güclənən "Ndranqeta" mafiyasına aiddir. Mesajda mafiyaya qoşulmaq üçün yerinə yetirilməli olan sözlər yazılıb. Sədaqət andı İtalyan polisi mafiyaya giriş mənasını verən bu mesajdan yeni üzvlərin qəbulu zamanı istifadə edildiyini düşünür. Mesajda "Baptizm üçün beş adam lazımdır. Nə bir əksik nə də artıq" ifadəsi yazılıb. Yeni üzv qəbul mərasimində üzvlərin bıçaqla dərisini kəsilməsi tələbi və qanla mafiyaya ömür boyu sədaqət andı içməli olduğu həmin mesajda ortaya çıxan məlumatlar arasındadır. Kiril, Yunan və antik Misir dillərini xatırladan və əsrarəngiz simvollar əks etdirən mesaj iki detektiv tərəfindən müxtəlif üsullardan istifadə edilərək deşifrə edilib. Detektivlər "C" hərfini təmsil edən simvolu ortaya çıxardıqdan sonra qısa müddətdə mesajın qalan hissəsini də deşifrə etməyi bacarıb.
2014-01-10
6,091
Daha iki İH-də yeni qadın müavin - ÖZƏL
Daha iki rayonun İcra Hakimiyyəti başçısına xanım müavin təyin edilib. Rayonlardan biri Siyəzən, biri isə Xəzər rayonudur. Siyəzən rayonundan "Axar.az"a bu haqda İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsinə yeni təyin edilən Təhminə Eyvazova özü məlumat verdi. Təhminə Eyvazova bildirdi ki, bu vəzifəyə 2013-cü ilin 13 dekabr tarixində təyin edilib: "Bu vəzifəyə təyin edilməyimlə bağlı qərar dekabrın 13-də verilib. 2009-cu ildən həmin şöbədə çalışıram. Məndən öncə bu vəzifəni Etibar Heydərov icra edib". Qeyd edək ki, yeni müavin 1987-ci il doğumludur və subaydır. Təhminə Eyvazova Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin metodika və pedaqogikası ixtisasını bitirib. Xəzər rayon İcra Hakimiyyətinin başçısına isə 1973-cü il təvəllüdlü Lalə Kərim qızı Əhmədova müavin təyin edilib. Bu barədə "Axar.az"a Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov məlumat verib. İstisasca iqtisadçı olan Lalə Əhmədova 2009-cu ildə Seul Milli Unversitetinin magistr diplomunu alıb. İqtisadiyyat və Sənaye Nazirliyində Xarici ticarət fəaliyyətinin təhlili şöbəsində baş məsləhətçi işləyib. 40 yaşlı xanım da hələ ki, subaydır. Onu da deyək ki, L.Əhmədovanın bacısı Jalə Əhmədova da Xəzər rayonunda mühüm vəzifə tutur. Xatırladaq ki, "Axar.az"ın bir neçə gün öncə etibarlı mənbələrdən aldığı məlumata görə, İcra Hakimiyyətlərindəki humanitar məsələlər üzrə müavin postlarına gənc xanımların gətirilməsi ilə bağlı göstəriş Prezident Administrasiyası tərəfindən verilib.
2014-01-10
6,092
İraqda yeni terror: 6 ölü
İraqın qərbindəki əl-Ənbər vilayətinin ər-Ramadi şəhərində təşkil edilən iki bomba partladılması nəticəsində 6 nəfər ölüb, 14-ü isə yaralanıb. "Axar.az" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, əl-Ənbər vilayəti polisinin verdiyi məlumata görə, bomba yüklü avtomobillə təşkil edilən terrorda Ramadinin şərqində olan əs-Sufiyyə bölgəsindəki ordu tərəfindən idarə olunan "Svat" qüvvələrinə aid bir mərkəz hədəf alınıb. Avtomobillərin partladılması nəticəsində hücum edən şəxslə bərabər 4 əsgərin öldüyü, 6-sının ağır yaralandığı bildirilib. Əl-Ənbər vilayətinə daxil olan Tikrit şəhərində poçt binasına bomba yüklü avtomobillə təşkil edilən hücumda da 1 adamın ölüb, 8-i yaralanıb. Hücumlarla bağlı hələ ki, rəsmi açıqlama verilməyib.
2014-01-10
6,093
Anar Qədirli işdən çıxarılması xəbərinə aydınlıq gətirdi
"Mənim işdən uzaqlaşdırılmağımla bağlı xəbər həqiqətəuyğun deyil". Bunu "Axar.az"a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. A.Qədirli bildirib ki, hazırda işdədir: "Bu gün Nazirliyin əməkdaşı Pərvanə Məmmədovanın dəfn mərasiminə başım qarışıb. Belə yalan informasiyanın yayılmasından xəbərim olmayıb. Hesab edirəm ki, bu, mənə qarşı təxribatdır". Xatırladaq ki, A.Qədirlinin işdən çıxarılması barədə məlumat sosial şəbəkələrdə yayılıb.
2014-01-10
6,094
Prezidentdən Dövlət Proqramının hazırlanmasıyla bağlı - Sərəncam
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilib, yüzlərlə sənaye müəssisəsi inşa edilib, bu sahədə güclü potensial yaradılıb. Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıbdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoylubdur. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. Prezident sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə qərara alıb ki, 2014-cü il Azərbaycan Respublikasında "Sənaye ili" elan edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir (Trend).
2014-01-10
6,095
Məktəbə hicabla gəlməyə icazə veriləcək
Məktəblərdə təkcə "Qurani-Kərim" yox, bütün dərslərdə hicab geyiniləcək. "Axar.az" xəbər verir ki, Türkiyənin Təhsil Nazirliyi məktəblərdə seçimlə olan "Qurani-Kərim" dərslərində yox, bütün dərslərdə hicabla oturmaq üçün qanun layihəsi hazırladığını bildirib.
2014-01-10
6,096
Zakir Həsənov keçmiş iş yoldaşına vəzifə verdi – Özəl
Zakir Həsənov Müdafiə Nazirliyi Gorədil Hərbi İstirahət Evinin rəisi polkovnik-leytenant Etibar Qasımov və onun müavini mayor Mobil Yusifovu vəzifədən azad edərək, təqaüdə göndərib. "Axar.az"ın özəl qaynaqlardan əldə etdiyi məlumatda bildirilir ki, Z.Həsənov Etibar Qasımovun yerinə Daxili Qoşunların ehtiyatda olan polkovnik-leytenantı Ayatxan Hüseynovu təyin edib. Məlumatda bildirilir ki, Etibar Qasımovun vəzifədən azad edilməsinə səbəb Hərbi İstirahət Evində aparılan yoxlamalar nəticəsində üzə çıxan ciddi qanun pozuntularıdır. Özəl qaynağımız onu da qeyd edir ki, Gorədil Hərbi İstirahət Evində aparılan intensiv yoxlamalar və Ayatxan Hüseynovun bir ay əvvəl Daxili Qoşunlardan təqaüdə göndərilməsi planlı şəkildə baş verib və bu, Etibar Qasımovun vəzifədən uzaqlaşdırlmasına hesablanıb. O da bildirilir ki, vaxtilə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi vəzifəsində çalışan Etibar Qasımov keçmiş nazir Səfər Əbiyevin kadrı hesab olunur. Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri təyin olunandan öncə Daxili Qoşunların komandanı vəzifəsini daşıyıb.
2014-01-10
6,097
Anar Niftəliyev Səhiyyə nazirinə müraciət etdi
Bakı Slavyan Universitetinin dekanı, ədəbi tənqidçi Elnarə Tofiqqızının cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişməsi ilə bağlı əməliyyatda iştirak edən həkimlərin açıqlamalarına cavab olaraq mərhumun həyat yoldaşı Anar Niftəliyev səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib. Müraciətdə deyilir: "Hörmətli cənab nazir! Artıq məlumunuz olduğu kimi, həyat yoldaşım, ədəbi tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızı (Niftəliyeva) 20 sentyabr 2013-cü ildə "Medi Sina" klinikasında cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyi üzündən dünyasını dəyişib və faktla bağlı 25 sentyabr 2013-cü ildə Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb. Sentyabrın 20-də Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində verilən ilkin, daha sonra yekun və komisyon ekspertizanın rəyində ölümün səbəbi kimi "nəfəs çatışmazlığı" göstərilib. Dekabrın 26-da isə Səhiyyə Nazirliyindən Nəsimi Rayon Prokurorluğunda açılan cinayət işinə əlavə olunması üçün göndərilən rəydə bildirilir: "E.Niftəliyevanın "Medi Sina Klinikası" özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, E.Niftəliyevaya "Medi Sina Klinikası" özəl tibb müəssisəsində "hər iki süd vəzinin axardaxili papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilmişdir". Bütün ekspert qənaətləri bir daha təsdiqləyir ki, bu ölüm həkim səhlənkarlığının nəticəsi və həkim qətliamıdır. Hörmətli cənab nazir! 9 yanvar 2014-cü il tarixdə E.Tofiqqızının ölümünə bais olan həkimlərdən biri – Firuz İbrahimov APA informasiya agentliyinə açıqlamasında ölkənin baş ankoloq və anestezioloq-reanimatoloqları da daxil olmaqla, ekspertlərin verdiyi bütün rəyləri şübhə altına aldığını və əməliyyatın doğru keçdiyini bildirir, günahsızlığını sübut eləmək kimi absurd iddiaya düşür. Əgər bir həkim bütün Azərbaycan səhiyyəsi mütəxəsislərinə meydan oxuyurcasına doğru etdiyini bildirirsə və onun doğru bildiyi üsul insan ölümünə səbəb olursa, hardan əminlik var ki, bu həkim adına ləkə olası Firuz İbrahimov sabah yenə "doğru bildiyini" etməyəcək və nəticədə yenə növbəti qətllərin baiskarına çevrilməyəcək? Bu həkim və bununkimilər yanlışlıqlarını etiraf etmək əvəzinə müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa çalışırsa, vicdanını itirmiş belələrinin sayəsində Azərbaycan səhiyyəsinin hansı uçurum qarşısında olduğunu təsəvvür etmək çətin deyil. Hörmətli cənab nazir! Əvvəlki məktubumda da Sizə müraciətlə, heç olmasa, istintaq müddətində qətli həyata keçirən hər üç həkimin fəaliyyətinə məhdudiyyətlər qoyulmasını xahiş etmişdim. Çünki Baş Prokurorluq istintaq müddətində bu səlahiyyətə sahib deyil, bu hüquqi səlahiyyətlər yalnız Səhiyyə Nazirliyinə və şəxsən Sizə aiddir. Ancaq təəssüf ki, Səhiyyə Nazirliyi "əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində nöqsanlara yol verdiyini" bildirdiyi həkimlər - onkoloq Mahir Məmmədov (1 saylı Hərbi Klinik xəstəxananın onkoloqu), Fərəcullah İdrisov (Topçubaşov adına Elmi-Təhqiqat Klinik xəstəxanası) və Firuz İbrahimov (1 saylı Şəhər Klinik xəstəxanası) heç nə olmamış kimi öz fəaliyyətlərini davam etdirirlər və Səhiyyə Nazirliyi öz rəyinə uyğun olaraq onlar haqqında hər hansı ölçü götürmür. Xatırladıram ki, əməliyyatda iştirak edən hər üç həkim heç bir yanlışlığa yol vermədiklərini isbatlamağa cəhd də edirlər və Azərbaycan səhiyyəsinin mütəxəsislərinin ümumi rəyini vecə almamaqda israrlıdırlar. Bunlar vicdansız, xəstədən yalnız pul qazanmaqdan başqa heç nə düşünməyən, etdikləri yanlışlıqları dərk etməyəcək səviyyədə savadsız adamlardır. Bu şəxslərin Azərbaycan səhiyyəsində mövcudluğunun bizə hansı faciələrə səbəb olduğunu izah etməyə isə heç bir ehtiyac yoxdur. Necə ola bilər ki, bu qədər yeni, müasir xəstəxanalar tikildiyi və ən yeni tibbi avadanlıqlarla təchiz edildiyi halda Azərbaycan səhiyyəsində həkim terroru hökm sürür, insanlarımız xarici ölkələrə, o cümlədən İran kimi dünyadan təcrid olunmuş ölkənin xəstəxanalarına axışır? Bunun bir səbəbi də bu cür yanlış diaqnoz və əməliyyatlarla canımızı alan həkimlərin özlərinə arxayınlığı, cəzasız qalacaqlarına əminlikləri, Azərbaycan səhiyyəsinin mütəxəsislərinə meydan oxuyub, yenə də Azərbaycan səhiyyəsində işləməkdə davam etmələri və yeni-yeni potensial qətllərə psixoloji olaraq hazır olmalarıdır. Hörmətli cənab nazır! Bu cür düşüncə ilə yaşayan və "həkim terroru" kimi ifadəni gündəmdə saxlayan savadsız və vicdansız həkimlərdən 3 nəfərinin kimliyi Sizin gözünüz önündədir. Onların istintaq başa çatana qədər fəaliyyətlərinin məhdudlaşdırılmasına nə mane olur? Onlara bu ölkənin səhiyyəsinin əsas mütəxəsislərinin rəylərinə meydan oxumağa layiq səviyyədə toxunulmazlıq hüququnu kim verib? Bu qatil həkimlər hansı imtiyazlarla qətl törətdikdən sonra Səhiyyə nazirliyinin və işlədikləri xəstəxana rəhbərlərinin heç bir reaksiyasını hiss etməməlidirlər? Onlara qarşı ölçü götürülməməsinin səbəbi nədir? Hörmətli cənab nazir, həkim adına layiq olmayan bu "həkimlərin" potensial qətllərinin qarşısının alınması üçün səhiyyəmizin ləyaqətini qoruyan bir şəxs kimi peşəkar qərar verməyinizi Sizdən xahiş edirəm".
2014-01-10
6,098
Azad Gənclik təşkilatının 3 yaşı tamam oldu
Bu gün ölkənin aparıcı gənclər təşkilatlarından biri olan - Azad Gənclik Təşkilatının 3 yaşı tamam olur. AGT 2011-ci ilin 10 yanvarında bir qrup gənc tərəfindən təsis edilib. Təşkilatın ilk sədri Ülvi Həsənli olub. Hazırda təşkilata 5 nəfərlik İdarə Heyəti rəhbərlik edir. Təşkilatın Məramnaməsində deyilir: "Təşkilatın əsas məqsədi gənclər arasında demokratik dəyərlərin təbliği, gənclərin ictimai fəallığının artırılması, maarifləndirilməsi və tələbələrin hüquqlarının müdafiə olunmasıdır. Təşkilat həmçinin, gənclərin sosial problemlərinin araşdırılması və qabardılması, təhsil sahəsində yeniliklərin təbliğ olunması istiqamətində fəaliyyət göstərir. Ümumilikdə, təşkilatın fəaliyyəti gəncliyin inkişafına yönələn tədbirlər həyata keçirməkdir. "Azad Gənclik" təşkilatı siyasi təşkilat deyil, lakin siyasi proseslərə qiymət verəcək. Təşkilat öz hədəflərinə çatmaq üçün ölkə gəncliyi, həmçinin yerli və beynəlxalq gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməyi qərara alıb".
2014-01-10
6,099
Rüşvət əməliyyatında daha 35 nəfər həbs edildi
Mərsin Gömrük Mühafizə, Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin həyata keçirdiyi "rüşvət aldıqları və verdikləri" iddiası ilə 10 gömrük məmuru daxil olmaqla 35 nəfərə əməliyyat həyata keçirilib. "Axar.az" xəbər verir ki, təxminən altı aydır texniki və fiziki izləmələr nəticəsində Mərsin Sərnişin Gömrük İdarəsində işləyən 10 məmurun rüşvət aldıqları, nəqliyyat firmasının 25 işçisi də rüşvət verdikləri iddiası ilə yaxalanıblar.
2014-01-10
6,100
ARDNŞ-dən bəzi müəssisələrinin bağlanmasına açıqlama - Rəsmi
İşçilərin müsabiqə yolu ilə vakant yerlər üzrə yerləşdirilməsinə başlanıb Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bəzi müəssisələrinin bağlanılması nəticəsində işsiz qalan işçilərlə bağlı açıqlama yayıb. "Axar.az" APA"ya istinadən verdiyi məlumata görə, şirkətin İnsan resursları Departamentinin struktur təkmilləşdirilməsi ilə əlaqədar yaydığı məlumatda bildirilir ki, ARDNŞ-də aparılan struktur təkmilləşdirilməsi tədbirləri çərçivəsində sərbəstləşən işçilərin şirkətin müəssisə və təşkilatlarında mövcud vakansiyalara müsabiqə yolu ilə yerləşdirilməsi prosesinə başlanılıb. Bu gün Departamentdə "Energetik" və "Kadrların hazırlığı üzrə mühəndis" vakansiyaları üzrə ixtisas və iş təcrübəsi uyğun gələn sərbəstləşən işçilər üçün test imtahanı keçirilib. Test imtahanı kompüter proqramları vasitəsilə elektron qaydada aparılır və sərbəstləşən işçilərə yalnız ixtisas üzrə vakansiyaya uyğun 40 sual təqdim olunur. Test tapşırıqlarını cavablandırmaq üçün iddiaçıya 60 dəqiqə vaxt verilir, hər bir test tapşırığı 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavablara təsir etmir, ixtisas üzrə təqdim olunan test tapşırıqlarından minimum 50%-nə düzgün cavab verənlər keçid balını toplamış hesab olunur, onların arasından ən yüksək bal toplayan şəxs imtahan verdiyi ixtisas üzrə işlə təmin olunur. Keçid balını toplayanların qalanları isə Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilir və imtahan verdiyi ixtisas üzrə növbəti vakansiya yarandıqda topladığı bal nəzərə alınaraq, həmin vakansiya üzrə imtahansız işlə təmin olunur. İxtisas üzrə keçid balını toplaya bilməyənlər isə ARDNŞ-də digər vakansiyalar elan edilərkən biliyi və ixtisası uyğun gələn vakansiyaya müraciət etmək hüququna malik olur. Məlumatda deyilir ki, sərbəstləşmiş işçilər arasında xüsusi peşəkarlıq tələb olunmayan əməkdaşlar da var: "Onların işlə təmin olunması müsabiqə prosedurası tətbiq edilmədən aparılır. Belələri tələbata uyğun olaraq sərbəstləşənə qədər işləmiş olduqları sahələrə uyğun şəkildə yerləşdiriləcəklər. Bununla yanaşı sərbəstləşməsi gözlənilən fəhlələrdən uyğun peşələrdə işləmişləri peşə sınağından keçirməklə, digərlərini isə ikinci peşəyə yiyələnməklə ARDNŞ-in müvafiq strukturlarında mövcud vakansiyalara yerləşdirilməsi ilə bağlı siyahılar hazırlanır ki, bu kateqoriyadan olanlar da Təlim, tədris və sertifikatlaşdırma İdarəsinin kadr hazırlığı mərkəzlərində təhsillərini başa vurub müvafiq sertifikatlar aldıqdan sonra tələbata uyğun olaraq təyinatı üzrə işlə təmin ediləcəklər". "Yuxarıda qeyd edilən işlər mərhələlərlə, vakansiyalar yarandıqca, kənardan işçi qəbuluna məhdudiyyətlər qoyulmaqla və şəffaflıq prinsipinə əməl edilməklə həyata keçiriləcək", - deyə məlumatda deyilir.
2014-01-10
6,101
Arif Quliyev yerli xəstəxanalardan imtina etdi
Xalq artisti Arif Quliyevin səhhətində ciddi problem yaranıb. Yumor ustası açıqlamasında əsas probleminin beyindaxili sinirlərinin tutulması ilə bağlı olduğunu bildirdi: "İranda yüngül əməliyyat da keçirmişəm. Bir də yerişimdə problem var. Sağ ayağım bir balaca axsayır. Bu, onurğa ilə əlaqədardır. Yavaş-yavaş bu xəstəlik də inkişaf edir. İlyarımdır bu xəstəliklə vuruşuram." Aktyor səhhətində yaranmış problemlər üzündən İranda və Türkiyədə müalicə aldığını deyir: "Əvvəlcə 12 gün İranda, daha sonra isə 20 gün Türkiyədə özəl xəstəxanada müalicə aldım. Bayramı Vətənimdə olmaq istədiyim üçün Yeni il öncəsi Azərbaycana qayıtdım". "ANS press"ə məlumat verən aktyor bildirib ki, hazırda vəziyyəti normaldır: "Türkiyədə olanda halım pis idi, amma indi, şükür olsun Allaha, normalam. Özüm istədim ki, burada evimdə müalicə olunum, xəstəxanaya getsəydim, hər kəs gələcəkdi, səs-küy yaradacaqdılar". Aktyor bunu da qeyd edib ki, bəzi xəbər saytlarında onun hər kəsdən kömək istəməsi ilə bağlı yazılanlar doğru deyil. "Heç kəsin mənə borcu yoxdur, kömək edənlər də sağ olsun, etməyənlər də".
2014-01-10
6,102
“Sarkisyan xalqı bayram süfrəsindən də məhrum edib”
"1,5 milyonluq erməni xalqının banklara 1,5 milyon dollar kredit borcu var. İlk baxışda bu, ümidverici bir rəqəm kimi görünsə də, əslində, hazırkı iqtidarın pensiya sisteminə tətbiq etdiyi "islahatlar" onu deməyə əsas verir ki, qısa müddətdə bu rəqəm bir neçə dəfə artacaq". "Axar.az" erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri tanınmış erməni sosioloqu Ahoran Adibekyan ənənəvi mətbuat toplantısında deyib. O, həmçinin bildirib ki, Sarkisyan hökuməti erməni xalqını ənənəvi bayram süfrəsindən də məhrum etməkdədir. Bu isə xalqa vurulan ən ağır zərbə hesab olunmalıdır. Hazırkı durum təkcə ölkədə yaşayan erməniləri deyil, hətta dünyada yaşayan erməniləri də çaşqınlığa salıb. A.Adibekyan bir sosioloq kimi ölkəni caynağına alan ən böyük problemlərdən birinin problem şkalasını aşaraq böhran həddinə çatmasından çox narahat olduğunu da bildirib.
2014-01-10
6,103
Araz Ağalarov Bakıda tütün fabriki açır
"Krokus LTD" yaxın vaxtlarda Bakıda tütün məmulatı istehsal edəcək. Bunun üçün "European Tobacco-Baku" ASC-nin ərazisində yer icarəyə götürülüb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər Turan-a bildiriblər. Hələlik müəssisədə təcrübi işlər görülür. Siqaret markalarının adı çəkilmir. Qanunvericiliyə əsasən, şirkət ildə ən azı 300 mln filtrli siqaret buraxacaq. "Krokus LTD" MMC Azərbaycanda 3 siqaret idxalçısından biridir. Şirkət 2004-cü ildə Bakıda qeydiyyata alınıb. Baş ofisi Dərnəgül şossesindədir. "Krokus LTD" Araz Ağalarova məxsus "Crocus International" (Rusiya) qrupunun törəməsidir.
2014-01-10
6,104
Nazirlik narkotikdən dərman istehsalına qərar verdi
Fransada çətənə kolundan ilk dəfə dərman istehsal olunacaq. Fransız Səhiyyə Nazirliyi bu səhər etdiyi açıqlamada çətənə kolundan çıxarılan Sativeks adlı dərmanın 2015-ci ildən etibarən satışa çıxarılacağını bildirib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağız spreyi formasındakı dərmanın beyin və onurğa iliyi xəstəliyi olan "multipl skleroz" xəstəliyinin müalicəsində istifadə ediləcəyi qeyd edilib. Dərmanın ilk etapda nevropatoloqlar və fiziki müalicə və reabilitasiya mütəxəssisi həkimlər tərəfindən yalnız xüsusi xəstələrə yazıla biləcəyi vurğulanıb. Fransa Sativeksin bu günə qədər satışa çıxarılmasının qadağan olduğu nadir Avropa ölkələri arasında idi. Fransada çətənə kolundan bu günə qədər təkcə narkotik kimi istifadə edildiyinə görə müalicə məqsədilə istifadəsi sual altında idi.
2014-01-10
6,105
Smartfon və Android necə təhlükəli ola bilər?
2014-cü il yanvarın 1-dən Milli Məclisə müasir mobil telefonlarla giriş qadağan olunub. Həm deputatlar, həm jurnalistlər və həm də digər qonaqlar üçün. Eyni zamanda digər dövlət qurumlarında da bu qaydanın tətbiq ediləcəyi gözlənilir. Güman ki burada söhbət İnternet imkanları, foto çəkiliş və diktofon imkanları olan telefonlardan gedir. Bu Qaydaların tətbiqinin təhlükəsizliklə bağlı olduğu bildirilib. Fikrimcə kifayət qədər anlaşılmaz və hətta deyərdim ki təhlükəli bir addımdır. Nə üçün ? İlk öncə düşündürücüdür ki görəsən hansı təhlükəsizlikdən söhbət gedir ? Mobil telefonlarla təhlükəsiz danışıq və ya təhlükəsiz informasiya mübadiləsi yoxsa binanın daxilində foto-video çəkilişlə bağlı təhlükə ? Əgər söhbət ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Şnouder məsələsindən sonra MKİ-nın ən müxtəlif markalı İOS, Android və Blakberry əməliyyat sistemlərinə uzaqdan müdaxilə edərək dinləmə həyata keçirəcəyindən ehtiyatlanılırsa onda bunun da qarşısının alınmasının telefon yığılmasına dəxli yoxdur . Əgər dövlət məmurlarının və ya deputatların informasiya təhlükəsizliyini qorumaq istəyirlərsə, onda bunun yolları tamam başqadır axı. Əminəm ki aidiyyatı qurumlar bilməmiş də deyillər. Bunun üçün ya xidməti mobil telefonlar sifariş etməlidirlər ya da özəl informasiya mübadiləsi – məktublaşma proqramları , özəl əməliyyat sistemləri hazırlamalıdırlar , təhlükəsiz danışıq kanalları və təhlükəsiz məktublaşma kanallarının yaradılmalıdır və s. Fikrimcə aidiyyatı qurumlar öz məhdud imkanlarını Prezident Fərmanında göstərildiyi kimi dövlət orqanında adi daxili elektron məktublaşma sisteminin, idarələrarası elektron məktublaşma sisteminin qaydaya salınmasına yönəltsələr daha doğru olardı. Deputatlara hansı mail sistemindən harada (xaricdə və ya daxildə) olarkən istifadə edilməsi və necə istifadə olunması ilə bağlı XDMX saytında göstərilənlərin izahı daha düzgün addım olardı. Əgər hələ indiyədək ölkədə dövlət məmurları və dövlət qurumları arasında təhlükəsiz informasiya mübadiləsi sistemi qurulmayıbsa və təhlükəsizliyin qarşısını "kəndçi qaydasında" telefonu əldən almaqla edilirsə, bunun, məncə izahı yoxdur. Bəs hansı təhlükəsizlikdir bu ? Əgər binanın daxilində hansısa foto və ya video çəkilişdən söhbət gedirsə fikrimcə bu da kifayət qədər normaldır. Axı MM hərbi – kəşfiyyat filan obyekt deyil ki belə məsələlər qadağan olunsun. Əksinə mən düşünürəm ki MM rəhbərliyi həm deputatlara , jurnalistlərə hər cür şərait yaratmalıdırlar ki MM –in fəaliyyəti şəffaf olsun, informasiyalı olsun, əlçatan olsun. Milli Məclis rəsmiləri deyirlər ki, dünyada belə praktika var. Bildiyim qədər yoxdur belə praktika heç yerdə. Yalnız bir neçə ölkənin yalnız hərbi obyektlərində bu tip qadağalara rast gəlmək olar. Bu addımın təhlükəli tərəfi hansıdır. Fikrimcə deputatlar həmişə məlumatlı və əlçatan olmalıdırlar. Deputatın istənilən an informasiya vasitələrinə, sosial mediaya çıxışı olmalıdır ki, bilsin ki nə baş verir ətrafda. Mobil telefonun olmaması deputatın iclasdan və parlamentdən kənara çıxmasına da şərait yaradardı. Ümumiyyətlə fikrimcə indiki zamanda deputatın hər an Mobil telefonun – dolayısı ilə İnternetin, Facebook-un , Twitterin yanında olması həm də onun ictimai nəzarət altında olması deməkdir ki bu da deputatın statusu baxımından çox faydalıdır. Fikrimcə Milli Məclis və ya XDMX əgər açıqlasaydı ki, deputatlar və məmurlar informasiya mübadiləsi və ya məktublaşma üçün, İnternet üçün hansı təhlükəsiz proqram təminatlarından , hansı daha etibarlı smartfondan istifadə etsin, bu bəlkə də daha ağlabatan olardı. Xatırlayıram ki xeyli müddət öncə xarici ölkə Parlamentlərinin birisində notbuk gətirməyi qadağan etmişdilər. Səbəb isə bizdəkilərin dediyi kimi "təhlükəsizliklə" bağlı deyil, sadəcə notbukla yazarkən klavişlərin ətrafa səs-küy salması və notbukun ventilyatorunun səsi ilə bağlı olub. Bu qadağaya etiraz edən deputatlar isə ertəsi gün parlamentə keçmişdən qalan yazı makinası ilə gəlmişdilər. Bəlkə deyirəm bizim Milli Məclis rəhbərliyi də deputatlara və jurnalistlərə, parlamentə gələnlərə köhnə yazı makinası ilə gəlməyi tövsiyə etsin hə ?! Fikrimcə MM-in bu qərarı ölkənin indiki inkişaf mərhələsində, ölkədə İKT və eləcədə digər sahələrdə görülən işlərlə uzlaşmayan, baş ucalığı gətirməyən bir qərardır .
2014-01-10
6,106
Azərbaycan Flippinə yardım ayırdı
Ötən il Filippində baş vermiş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti bu ölkəyə 200 min ABŞ dolları məbləğində vəsait ayırıb. Bu barədə "Axar.az"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Sözügedən vəsaitin BMT-nin Ümumdünya Ərzaq Proqramının Filippində həyata keçirdiyi humanitar yardım proqramları vasitəsilə zərərçəkmiş əhalinin əsas qida ehtiyaclarının qarşılanmasına sərf ediləcəyi bildirilib. Qeyd edək ki, Hayyan qasırğası 2013-cü ilin 8 noyabr tarixində baş verib. Təbii fəlakət Filippində minlərlə insanın tələfatı və yüzlərlə evin tamamilə dağılmasına, qida, su və digər ilkin ehtiyac məhsullarında kəskin şəkildə qıtlığa səbəb olub.
2014-01-10
6,107
Ərdoğan son olayları “dostmodern çevriliş" adlandırdı
Ərdoğan 17 dekabr rüşvət əməliyyatından sonra baş verənlərlə əlaqədar olaraq "28 fevral postmoderndirsə, günümüzdəki dostmoderndir" deyib. "Axar.az"ın türk mediasına istinadən verdiyi xəbər görə, Türkiyənin Baş naziri R.T.Ərdoğan Malaziyada səfərdə olarkən yenidən mühakimə etməklə əlaqədar olaraq "içəridə günahsız yerə yatan bir çox insan var" deyib və 17 dekabr qanunsuzluq və rüşvət əməliyyatından sonra baş verənlərlə bağlı "28 fevral postmodern idisə, günümüzdəki dostmoderndir" deyib.
2014-01-10
6,108
Aydın Bəşirovun daha bir adamı vuruldu – Özəl
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin keçmiş rəisi Aydın Bəşirovun daha bir qohumu vəzifədən uzaqlaşdırılıb. Aydın Bəşirovun daha iki qohumunun rəhbərlik etdiyi müəssisədə isə ciddi yoxlamalar aparılır. "Axar.az"ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar Şöbəsinin rəis müavini Firudin Ömər oğlu Ömərov vəzifəsindən uzaqlaşdırılıb. Rəsmi əmrlə tutduğu vəzifəsindən azad edilən F.Ömərov üzən heyətə 2-ci dərəcəli mexanik vəzifəsinə keçirilib. Xəzər Dəniz Gəmiçiliyindən verilən məlumatda qeyd olunur ki, Aydın Bəşirovun digər iki yaxını - İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun direktoru Ağaəmi Bəşirov və Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirovun fəaliyyətlərinin təftişi son mərhələdədir. Hər iki məsul şəxsin rəhbərlik etdiyi strukturlarda aparılan yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkar edilib. Onların xüsusi qaydada işdən uzaqlaşdırılacağı istisna edilmir. Qeyd etdiyimiz kimi, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirovun əvəzinə Dəniz Akademiyasının rektoru vəzifəsinə gətiriləcək adamın isə adı məlumdur. Bu "KMS" dənizçilik firmasının direktoru olmuş, hazırda Akademiyaya prorektor vəzifəsinə gətirilən Çingiz Əliyevdir.
2014-01-10
6,109
Çaldılar, oxudular, oynadılar, fişəng partlatdılar - Yazarlar
Adətən yazarların maraq dairələri, bayramları necə keçirməsi, dünyaya baxışı onların oxucuları üçün maraqlı olur. Biz də bu marağı nəzərə alıb yazarlardan soruşduq ki… …Ad günlərini keçirməyi və bayramları sevirlərmi? Şərif Ağayar - Elə də şənliksevən deyiləm. İstər bayram olsun, istər ad günü... Səbəb sadədir, bayram əhval-ruhiyyəsi yoxdur. Bu, içdən gəlməlidir. Amma onu deyim ki, yeni ili sevirəm. Çox kreativ bayramdır. Müəyyən mənada insanın əhvalına təsir edir. Bayramı normal keçirdim. Həm ad günüm idi, həm də bacımın uzun illərdən sonra oğlu olmuşdu. Buna görə xeyli sevindim. Bir sözlə, yeni il yaxşı başladı. Xalqımız da xeyli şənləndi. Çaldılar, oxudular, oynadılar, fişəng partlatdılar. Ümumiyyətlə, biz şənliyə meylli millətik. Yadda saxlayın, məğlubiyyətlər adamı arsızlaşdırır, şadlığa həvəsli hala gətirir. Çünki başqa yolu yoxdu, yoxsa adamlar vərəmləyər... Zümrüd Yağmur - Əslinə qalsa, bayramları və doğum günümü keçirməyi heç sevmirəm, çünki daxili əhvalımla zahiri şənlik arasında elə bir təzad olur ki, bu ikiləşmə məni yorur. Hətta başqa günlərdən daha artıq gərgin və kədərli oluram, özümü yalnız hiss edirəm. Bunun səbəbini dəqiq bilmirəm, amma hərdən mənə elə gəlir ki, ad günümün məhz bayramda, Novruzda olması ilə bağlıdır bu... Çünki uşaqlıqda ad günüm bu bayramın içində əriyiridi, itirdi, evdə hamı məni təbrik etsə də, əsas Novruz əhvalı olurdu və mən də özümü yalnız, lazımsızmış kimi hiss edirdim. Bəlkə də bundan irəli gəlir bayramları sevməməyim... Bilmirəm... İndisə qızlarıma görə daxilimdə olduğum kimi, kədərli olmağa icazəm yoxdur, onlara görə bayramları keçirmək zorundayam. Səbirsizliklə onların böyüməsini gözləyirəm ki, bayramları istədiyim kimi keçirim. Tək, yarıqaranlıq və sakit bir otaqda... Faiq Balabəyli - Bayramları sevirəm. Xüsusi ilə də bu bayramlar milli və dövlətçiliyimizlə bağlı olarsa. Dekabrın 31-ni Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni Təqvim kimi keçirirəm. Bayram ərəfəsi yanacağın qiymətinin qalxması insanların əhval-ruhiyyəsində az da olsa özün hiss etdirdi. Mənim üçün bayram həm də övladlarımın xoş xəbərini eşitdiyim, uğurlarını müşahidə etdiyim gün sayılır. Bu baxımdan bayramlarımın sayı çoxdur. Cəlil Cavanşir - Bayramları bir o qədər də sevmirəm. Yəni bayramlar mənim üçün adi günlərdən heç nəyi ilə fərqlənmir. Sadəcə, ətrafımdakı insanların bayram ovqatına, bayram həvəsinə qoşulmağı bacarıram. Xüsusilə, oğluma qoşulub şənlənməyi sevirəm. Doğum günlərinə də o qədər maraqlı deyiləm. Amma çalışıram yaxın adamlarımın doğum gününü unutmayım. Bu il qətiyyən bayram abı-havası hiss olunmurdu. Amma bayramdan sonra sosial şəbəkələrdə bir "Şahdağ bumu" başladı. Heyf ki, küçədə, nəqliyyatda insanların üzündə sevinc duyulmurdu. Bu il bayramı tək qeyd edəcəkdim. Xoşbəxtlikdən ailəmlə, dostlarımla qeyd elədim. Bir günlük də olsa Bakıdan uzaqlaşdım. Hər halda, sosial problemlər insanların bayram ovqatına köklənməsinə mane olur. Bayram sadə insanların bir aylıq maaşının xərclənməsi, bayramdan sonra kütləvi borc axtarma kampaniyasının başlanmasıdır. Sevinc Çılğın - Əlbəttə sevirəm. Düzdür, çılğın olaraq (bir növ dəlinin sinonimidir) mənə hər gün bayramdı, amma özəl günlər doğrudan da özəl günlərdir! Hədiyyə almaqçün "sino" gedirəm, ona görə də doğum günlərim həyatımın ən xoş günləri olur! Bir həftədir yola salmışam ad günümü, gələn ad günümü artıq səbirsizliklə gözləməkdəyəm. O ki, qaldı bu il bayram abı-havasına, başqalarını bilmirəm, amma mənimçün super həftə oldu. Əslində yeni ili xəstə idim, yataqda qızdırma ilə qarşıladım, amma 3-4 gün öncəki doğum günümdə o qədər sevinmişdim ki, əhvalımda mənfi dəyişiklik hiss etmədim.
2014-01-10
6,110
Cənubi Osetiya Rusiyaya birləşməyə hazırlaşır
"Cənubi Osetiya Rusiyanın tərkibinə daxil olmaq üçün refenrendum keçirmək istəyir". "Axar.az" məlumat verir ki, bu informasiya ilə "Kommersant" qəzeti çıxış edib. Qəzet "Vahid Osetiya" partiyasının lideri Anatolo Bibilovun bununla əlaqədar tanınmamış respublikanın prezidenti Leonid Tibilova müraciət etdiyini bildirib. Referendumun bu ilin yay ayında parlament seçkiləri ilə birgə keçirilməsi nəzərdə tutulub: "Əgər ölkə prezidenti buna rədd cavabı versə, bütün hüquqi prosedurların hamısını özümüz keçəcəyik. Bunun üçün Rusiya parlamenti və ictimaiyyəti ilə də iş aparılmalıdır".
2014-01-10
6,111
Burda hər şey pulladır…
Həbsxana həyatı ilə bağlı çoxlu kitablar oxusam da, əslində bu kitablar sonradan - gerçək həbsxana həyatını yaşadıqdan sonra – mənə çox maraqsız görünmüşdü. Həyatının müəyyən hissəsini bağlı qapılar arxasında keçirən adamlar da vardı ki, çox əvvəllər onlarla söhbətlərim mənə daha maraqlı, dinamik görünərdi. Açığı deyim ki, heç kəsə arzulamadığım bu həyatda sonralar danışılası, xatırlanası, misallar göstəriləsi ibrətamiz hadisələr o qədər olub ki! Bəzən bu günləri yaşamağına heç heyfslənmirsən də. Baxmayaraq ki, ömrün bu anları həyatın qara zolağıdır. Bəzən həbsxananın da bir məktəb olduğu deyilir. Bu, doğrudur. Ömründə heç zaman qarşılaşmayacağın olayları yaşamaq, ağrılara dözmək, Tanrının "ümid" adlı ətəyindən yapışmaq, min sifətli insanlarla gözəgörünməyən çəkişmələrdən qalib çıxmaq, yerli-yersiz "razborkalardan prav çıxmaq", əslində, böyük bir məktəbin müdavimi olmaqdır. Bu "məktəbin" layiqli məzunu olmaq da hər kəsə nəsib olmur. Mənim Bayıl qəsəbəsində yerləşən və sahibkarın öz adını daşıyan "Ziba xanım Həsənovanın klinikası" adlı özəl bir tibb klinikasının rəhbəri tərəfindən şərlənərək həbs olunmağımla bu məktəbdə müdavimliyim başlamışdı. İndi çoxdandır məzunluq dövrünü yaşayıram. Haqq nazilir... və üzülür... Dustaqların aşağılanması bütün ölkələrdə müşahidə olunub. Sözsüz, CCM-də heç kəsin saçı sığallanmır. Baxmayaraq ki, müşahidələrimə söykənib belə halların da mövcud olmasını əminliklə deyə bilərəm. Bu, ən çox dustağın özünün bacarığı nəticəsində görüntü olaraq nəzərə çarpır. Adminstrasiya tərəfindən qorunan dustaq zamanı çatanda elə dustaqlar tərəfindən sındırıla bilər. Bu haqda ötən yazımızda bəhs etmişdim, türmədə belə şeylər bağışlanmır. İkinci qisim "xoş gün keçirən" dustaqlar isə cinayət aləmində sözünü deyənlərdi ki, onlara qarşı da türmə işçiləri ciddi və bəzən də qəddar mövqe sərgiləyirlər. Orada – içəridə bunun çox şahidi olmuşam. Bu o vaxtlar idi ki, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin rəisi ədliyyə general-mayoru Nazim Ələkbərov idi və eşitdiyimə görə, cəzaçəkmə müəsisələrindəki neqativ hallar haqda eks-rəisi mütamadi olaraq məlumatlandırsa da, məsələlər həllini tapmırdı. Mənə çox ağır gəlirdi bəzi "nadzorların", zabitlərin 3-4 manat üçün özlərini iyrənc formaya salmaları, kimsəsiz, "dişsiz" dustağı şərləmələri. Azadlıqdan məhrum olunanların hüquqlarının onlar tərəfindən də pozulması insan deyilən varlığın içində nə qədər çirkabın olmasından xəbər verirdi. Artıq mənsub olduğum millətin belə nümayəndələrinin olmasına vərdiş etmədə idim. Həbs olunmamın səbəbləri istintaqımı aparan Baş Prakurorluq yanında Korrupsiya İdarəsinin Tarıyel Əhmədov adlı müstəntiqinin səmimi etiraflarından sonra millətimin içində heç də başının üstündə Allahı, ayağının altında axirət dünyasına gedəcəyi 2-3 kv. metr torpağı görməyənlərin olduğunu bilirdim. Amma içəridə qana susayan, 2-3 manata görə mənliklərinə kölgə salacaq insanabənzərlərin olacağını görmək daha dəhşətli idi. Burda hər şey pulladır. Pulun varsa, sən yaşayacaqsan; pulun varsa, bəzilərinin qabağında şeşələnən yüksək rütbəli zabit "sənnlikdi": o, sənin "ayağındı". Göndərəcəksən hara gəldi. Yazdığı "malyava"nı da istədiyin yerə çatdıracaq, sifariş verdiyin qəzet-jurnalı da alıb sənə gətirəcək və ilaxır və sair. Burada yalan ayaq tutub yeriyir, haqq məşhər ayağına çəkilir, nazilir və üzülür. Yaxşı ki, dustaqlar ağır vaxtlarda bir-birlərinə arxa durmağı, mənəvi dayaq olmağı bacarır. Əgər belə olmasaydı, məhrumiyyətlə dolu olan uzun dustaq həyatımı sağ-salamat başa vurmaq heç də asan olmazdı. Baxmayaraq ki, azadlıqdan məhrum olanların əksəriyyəti i"içəridə" pis əməllərə aludə olub çıxırlar… Şahidi olduğum hadisələrdən yeri düşdükcə bəhs edəcəyəm…
2014-01-10
6,112
İntihar edən qazi ilə bağlı növbəti açıqlama- Rəsmi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özünə qəsd edən Qarabağ qazisi Zaur Həsənova məxsus olduğu iddia edilən kafe ilə bağlı açıqlama yayıb. AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən açıqlamada bildirilir ki, Qarabağ qazisi Zaur Həsənov özünə qəsd edəndən sonra onu bu addımı atmağa vadar edən əsas səbəb kimi sökülmüş kafenin inşasına banklardan külli miqdarda borc götürülməsi, hətta bankların onun mülkünə həbs qoyması göstərilib, dəqiq məbləğ isə heç kim tərəfindən açıqlanmayıb. AHİK bu müəmmaya aydınlıq gətirmək üçün rəsmi sənəd yayıb. Bu, "Edis Group" şirkətinin 2011-ci il avqust ayında Ali Məhkəməyə əlavə kassasiya şikayəti verməsi ilə bağlıdır. Kassasiya şikayətində qeyd edilir ki, mübahisəli obyekti "Edis Group" şirkəti tikib, bütün xərcləri şirkət çəkib. Obyekt də "Edis Group" şirkətinin balansındadır və şirkətin işçilərin istirahət obyekti kimi işə salınıb: "İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin və "Şıx" Sanatoriyasının cavabdehlər Bibiheybət Bələdiyyəsinə və fiziki şəxs Həsənov Zaur Həsən oğluna qarşı 25 saylı 08.04.2005-ci il tarixli "İcarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və sahənin boşaldılması barədə iddiasına baxaraq 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi iddianın təmin edilməsi haqqında 10.09.2009-cu il tarixdə 2 (81) -1434 saylı Qətnamə qəbul edib. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 10.09.2009-cu il tarixli Qətnaməsinin dəyişmədən saxlanması haqda apellyasiya qətnaməsi 26.04.2011-ci il tarixdə qəbul edilib. Kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti (cəmi 29 günü) bərpasından Apellyasiya Məhkəməsi imtina edib. 12.01.2011-ci ildə Ali Məhkəmədə prosessual müddəti bərpasına razılıq verməyib. Əlavə kassasiya şikayətləri təmin edilməyib, axırıncı qərardad 01.06.2011-ci ildə qəbul edilib: "04.07.2011-ci ildə Həsənov Zaur bizim şirkətə mübahisəli tikinti barədə sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz məhkəmələr qərarlarından xəbər tutduq. Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70,0 kvadratmetr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar". AHİK bu sənədə əsasən Bibi-Heybət qəsəbəsi, "Şıx" Sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibinin "Edis Group" şirkəti olduğunun üzə çıxdığını bəyan edir: ""Edis Group" şirkətinin rəhbəri Məmmədov S.A. tərəfindən verilən kassasiya şikayətində göstərilib ki, çayxananın faktiki sahibi onun şirkətidir, Zaur Həsənov və digər 15 Qarabağ əlili ailəsi ilə birgə oradan dolanıblar. O da qeyd edilib ki, Bibiheybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilib. 2008-ci ildə Zaur Həsənov "Edis Group" şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi üçün şirkət bütün xərcləri özü çəkmiş, tikintini isə öz balansına qəbul edib. Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kassasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmayıb. Belə vəziyyətdə təbii sual doğur: Zaur Həsənovu bu faciəyə kim vadar edib?!".
2014-01-10
6,113
Çin ABŞ-ı geridə qoydu
2013-cü ilin nəticələrinə əsasən Çin ilk dəfə olaraq dünya ticarətində liderliyi əldə edərək, dekabr ayında rekord satış göstəriclərinə görə ABŞ-ı xeyli qabaqlayıb. "Axar.az" "Faynənşl Tayms"a istinadən xəbər verir ki, ABŞ-ın satış göstəricisi hələ ki, məlum deyil. Məlumatın fevral ayında açıqlanacağı bildirilir. Ekspertlərin rəyinə görə, Çinin satış göstəricisinin bu il daha da artacağı proqnozlaşdırılır.
2014-01-10
6,114
Rusiya İranla razılaşdı – Dünyaya qarşı
Moskva və Tehran İrana qoyulmuş embarqonun təsirini azaldacaq bir mübadilə razılaşması hazırlayır. Rusiya neft qarşılığında İrana rus istehsalı olan mal və material verəcək. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya ilə İran arasında ediləcək razılaşmaya görə, Rus istehsalı olan malların qarşılığında İran Rusiyaya gündə 500 min barel neft verəcək. İki ölkənin müzakirələrdə son mərhələyə gəldiyi bildirilib. Razılaşma təmin olunsa, İranın neft ixracatı yüzdə 50 artacaq. Mübadilə razılaşması nüvə proqramı səbəbilə embarqolarla qarşı-qarşıya olan İrana ildə 1.5 milyard dollarlıq gəlir gətirəcək.
2014-01-10
6,115
Əsəd əsgərlərinin işgəncəsi – Video/18+
Suriyada Bəşər Əsədin əsgərləri və şəbbihaların mülki əhaliyə verdikləri işgəncənin hər gün bir videosu yayılır. "Axar.az" xəbər verir ki, videoda Əsədin əsgərləri və şəbbihalar əllərini arxadan bağladığı bir mülki şəxsi döydükdən sonra gülərək dəqiqələrcə yerdə sürüyürlər.
2014-01-10
6,116
Məleykə Əsədovaya orden verildi
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq Artisti Məleykə Əsədova mədəniyyətlərarası münasibətlərin qurulmasına, milli mənəvi dəyərlərin təbliğinə yönələn ictimai fəaliyyətinə, Yeni Azərbaycan Partiyasının üzvü kimi ölkəmizdə və ölkənin hüdudlarından kənarda keçirilən ictimai tədbirlərdə fəal iştirakına görə İnsan Hüquqları Müdafiəsi Beynəlxalq Komitəsinin təsis etdiyi "Aypara və Ulduz" ordeni ilə təltif olunub. Bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətindən məlumat verilib. (AzərTac)
2014-01-10
6,117
Baş Prokurorluq əməliyyat müşavirəsi keçirdi
Yanvarın 10-da Baş Prokurorluqda 2013-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlət siyasətinin nəticəsi olaraq ölkə həyatının bütün sahələrində əhəmiyyətli uğurlar əldə edilib, dövlətçiliyimiz daha da möhkəmləndirilib, respublikamızın iqtisadi qüdrəti artıb. Əməliyyat müşavirəsində Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə Dövlət başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilib. Müşavirədə həmçinin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməyən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib. Eyni zamanda, 2013-cü il ərzində görülən işlərin vəziyyəti ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.
2014-01-10
6,118
Zakir Qaralov Sumqayıtda vətəndaşlarla görüşəcək
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Sumqayıt şəhərində Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli və "[email protected]" elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. Qeyd edək ki, görüş yanvarın 24-də saat: 11:00-də keçiriləcək.
2014-01-10
6,119
Ötən il 12475 hüquq­pozma faktı aşkar edilib
Gömrük orqanları tərəfindən 2013-cü ildə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 12475 hüquq­pozma faktı aşkar edilib. Dövlət Gömrük Komitəsindən "Axar.az"a daxil olan məlumata görə, bu faktlardan 347-i cinayət xarak­terli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 3 min 978 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 389 nəfərin (306 Azər­baycan vətəndaşı, 83 xarici) barə­sində müvafiq tədbirlər görülüb. Cinayət faktlarından 83-ü Biləsuvar Gİ, 65-i Tovuz Gİ, 49-u Astara Gİ, 33-ü Xaçmaz Gİ, 32-i BBGİ, 29-u HNBGİ, 23-ü Balakən Gİ, 16-ı DGK-nın Göm­rük Sahəsində Hüquqpozma­lara Qarşı Mübarizə Baş İdarəsi, 10-u Avto­nəq­liyyat BGİ, 2-i Sumqayıt BGİ, 1-i Yevlax Gİ, 1-Gəncə Gİ, 1-i Culfa Gİ, 1-i Aksiz BGİ, 1-i Naxçıvan DGK tərə­findən aşkar olunub. Azərbaycan Respublikası Preziden­ti­nin 24 iyun 2013-ci il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilib "Nar­kotik vasitələrin, psixotrop mad­dələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkoman­lığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək, Azərbaycan Respublikasının gömruk sərhədindən narkotiklərin qa­nunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən "ötü­rücü məntəqə" kimi istifadə olun­masına yol verməmək məqsədilə göm­rük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülüb təd­birlər nəticəsində 2013-cü il ərzində nar­­kotik vasitələrin qanunsuz dövriy­yəsi ilə əlaqədar 133 fakt aşkar olun­ub. Bu faktlar üzrə ümumilikdə 135 kq 376,674 qram narkotik, o cümlədən 18 kq 223,834 qram tiryək, 35 kq 628,38 qram mari­xuana, 33 kq 185 qram həşiş, 37 kq 717,571 qram heroin, 217,723 qram metadon, 198,567 qram kokain, 10 kq 159,986 qram me­tamfetamin və digər narkotiklər qa­nun­suz dövriyyədən çı­xarılıb. Bu fakt­lar üzrə şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın olmaqla, ümumilikdə 152 nəfər barəsində müva­fiq tədbirlər görülüb. Dövlət Gömrük Komitəsinin Göm­rük Sahəsində Hüquqpozma­lara Qarşı Mübarizə Baş İdarəsi tərə­findən 6 fakt üzrə 45 kq 330 qram, Biləsuvar Göm­rük İdarəsi tərəfindən 79 fakt üzrə 56 kq 746 qram, Astara Gömrük İdarəsi tərəfindən 44 fakt üzrə 15 kq 233 qram,Tovuz Gömrük İdarəsi tərəfindən 4 fakt üzrə 90 qram, Xaçmaz Gömrük İdarəsi tərə­findən 4 fakt üzrə 7 kq 37 qram, Culfa Gömrük İdarəsi tərəfindən 1 fakt üzrə 160 qram, Nax­çıvan DGK tərəfindən 1 fakt üzrə 551 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən götürül­üb. BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi vasitəsi ilə Türkiyə Respublikasının gömrük xidməti ilə aparılmış məlumat mübadiləsi nəticəsində 11 mart 2013-cü ildə İran İslam Respublikasından Azər­baycan Respublikasına gələn Skania markalı KHK624/VV113 nömrə nişanlı avtomaşından 27 kq 500 qram heroin aş­kar olunaraq saxlanılıb. 2013-cü il ərzində gömrük sərhəd keçid məntəqələrində xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş xidməti axtarış itlə­ri­nin tətbiqi nəticəsində18 fakt üzrə ümu­milikdə 25 kq 32 qram narkotik vasi­tələr, o cümlədən 4 kq həşiş, 5 kq 560 qram tiryək, 210 qram heroin, 10 kq 800 qram metamfetamin, 462 qram ma­ri­xuana, 4 litrdən çox metadon məhlulu aşkar olunub. 14-21 sentyabr 2013-cü il tarixlə­rində Qırğızıstanın Bişkek şəhərində keçirilən MDB gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülük üzrə birincilik yarışlarında DGK Kinoloji Mərkəzinin xidməti axtarış itləri 2-ci yerə layiq görülüb. 2013-cü il ərzində qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə istiqamətində hədəflərin müəyyənləş­diril­məsi işi təkmilləşdirilmiş, səla­hiy­yət­lər daxilində operativ nəzarət güc­lən­dirilib. 2013-cü il ərzində aşkar olunmuş 12128 gömrük qaydaları əleyhinə inzi­bati xəta faktları üzrə 354 hüquqi şəxs (o cümlədən 181 xarici hüquqi şəxs) və 11771 fiziki şəxs (o cümlədən 7477 xarici) inzibati məsuliyyətə cəlb edil­miş, göstərilən şəxslərə qarşı 1 milyon 255 min 121 manat cərimə tətbiq olunmaqla, dəyəri 199 min 108 manat olan mallar müsadirə edilib. Gömrük qaydaları əleyhinə inzibati xətalar əsasən malların və nəqliyyat va­si­tələrinin vaxtında çatdırılmaması, gömrük sərhədindən gömrük nəza­rə­tindən gizli və kənar keçirilməsi, bəyan edilməməsi və ya düzgün bəyan edil­məməsi, müvəqqəti idxalı ilə əlaqədar olub. "Valyuta tənzimi haqqında" qanuna və digər qanunvericilik aktlarına əsasən valyuta nəzarəti orqanı olan gömrük orqanları rezident və qeyri-rezidentlər tərəfindən valyuta və valyuta sərvət­lərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzə­rində valyuta nəzarətini həyata keçirər­kən valyuta qanunvericiliyinin tələb­lərini pozan şəxslərdən 343380 ABŞ dolları, 59035 avro 9 kq 115 qram qızıl, 4946 manat dəyərində 27 ədəd qızıl əşya, 77 kq gümüş, 22920 manat dəyə­rində 2191 ədəd gümüş əşya, 14238 manat dəyərində 86 karat qiymətli daşlar aşkar olunub. Hesabat ilində həmçinin 11 ədəd bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən əşya, 675 000 ədəddən çox pe­tarda və digər pirotexnika məhsulları, 9 ədəd elektroşok cihazı, 51 ədəd odlu silah patronu, 3 ədəd ov silahı, 85978 ədəd ov silahlarının sursat və ləva­zimat­ları, 161 kq barıt, 5 ədəd qaz silahı və 215 ədəd qaz silahı üçün patron, 19 ədəd pnev­matik silah və 4274 ədəd pnev­matik silah üçün sursat, 159 ədəd soyuq silah, 644 ədəd televizor, 2414 ədəd mobil telefon və 5228 ədəd telefon akse­suarları, 61481 manat dəyə­rində dərman vasitələri və külli miqdar­da digər mallar tutulub. Azərbaycan Respulikası Prezidenti­nin "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, id­xa­lının və satışının tənzimlənməsi sa­hə­sində əlavə tədbirlər haqqında" Fərmanı və digər qanunvericilik aktları ilə gömrük orqanlarına həvalə edilib, alkoqollu içkilərin, etil (yeyinti) spirti­nin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz mar­kalarının tətbiqi qaydalarının pozulma­sı hallarının qarşısını almaq üçün qəti tədbirlər həyata keçirilib, aksiz mar­ka­sız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 516 520 ədəd xaricdə istehsal olunan siqaret, 1060 litr və 1867 ədəd spirtli içki sax­lanılıb. Bundan əlavə, Komitənin əmək­daş­ları 14-15 noyabr 2013-cü il tarixlə­rin­də Qəbələ şəhərində keçirilən "Böyük İpək Yolu ölkələrində ticarətə və onun sadə­ləşdirilməsinə köməklik göstəril­mə­sində gömrük təşkilatlarının rolu haqqında 6-cı Beynəlxalq Forumda" iştirak edərək "Beynəlxalq ticarətin yüngülləşdirilməsi kontekstində təhlü­kəsizliyin təmini" mövzusunda və 25-26 noyabr 2013-cü il tarixlərində Ma­kedoniyanın Skopye şəhərində keçi­ri­lən ÜGT Avropa regionu gömrük xid­mətlərinin istintaq və təhqi­qat bölmə­ləri başçılarının 20-ci iclasında iştirak edərək "Azərbaycan Respublikası göm­rük orqanlarının hüquq-mühafizə fəaliyyəti" mövzusunda təqdimat nüma­yiş etdiriblər. Hesabat ilində Ümumdünya Göm­rük Təşkilatının Hüquq-Mühafizə Şə­bəkəsi (CEN) və bu Təşkilatın Regio­nal quru­mu olan "RİLO-Moskva" ilə əmək­daşlıq gücləndirilib.
2014-01-10
6,120
Savaşan tərəflərdən heç biri Azərbaycana qarşı deyil
"Türkiyədə baş verənlər hər bir halda xoşa gəlməyən bir hadisədir. Bu hadisə Türkiyəni silkələyən və orada kifayət qədər uzunmüddətli olan iqtisadi yüksəlişi, stabilliyi poza bilən bir hadisədir. Ələlxüsus, nəzərə alınmalıdır ki, bu hadisələr hakim partiyanın içindədir və onun parçalanmasına da gətirib çıxara bilər". Bu sözləri son vaxtlar Türkiyədə baş verən olaylarla bağlı "Axar.az"a danışan politoloq Rasim Musabəyov dedi. Politoloq bu hadisələrin Azərbaycanda da diqqətə layiq olması fikrindədir: "Mən düşünürəm ki, biz bu hadisələri Azərbaycanda müəyyən bir həyəcanla izləməliyik. Ona görə ki, Türkiyə bizim ən yaxın müttəfiqimizdir və biz maralıyıq ki, Türkiyədə stabillik və inkişaf davamlı olsun. Amma mən düşünmürəm ki, orada vəziyyət pozulub o həddə çatsın ki, Türkiyə Azərbaycana dəstək vermək imkanını itirsin, yaxud böyük layihələrə zəmin itirilsin. Çünki Türkiyədə hazırda kimlər rəqabət aparırsa onların heç biri Azərbaycana əks mövqedə durmur. Əksinə, onlar Azərbaycana dəstək fonunda çıxış edirlər. Ümumilikdə əsas odur ki, Ərdoğan daxildə təmizləmə işlərini düzgün aparsın və seçiciləri inandırsın ki, AKP yenilənə, təmizlənə bilər. Türkiyədə yerli seçkilər olduqca əhəmiyyətlidir. Çünki yerli seçkiləri udanların o biri seçkilərə də təsir etmək imkanı var". Tanınmış politoloq Türkiyə hakim dairələrinə yaxın qüvvələrin Azərbaycan təhsil sistemindəki rolundan və ölkəmizə təsirindən də danışdı: "Onlar işləyirlər, amma dövlətimiz o universitetlərin üzərində öz nəzarətini saxlayır və zənnimcə, ölkəmizi müəyyən din, məzhəb tərəfdən heç bir təhlükə gözləmir. Bir daha təkrar edirəm ki, mən bilən, biz o mövzuda nəzarəti əlimizdə saxlamışıq".