date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-06
5,816
PKK döyüşçülərinin yarısı qadınlardır
"PKK-nın tərkibinin 40%-ə qədəri qadındır". "Axar.az" xəbər verir ki, bu informasiya "BBS" telekanalının hazırladığı reportajda verilib. Televiziya terror təşkilatında yer alan qadınların əksər hissəsinin Suriya və Türkiyə vətəndaşları olduğunu bildirib: "PKK-nın 40%-ni qadınlar təşkil edir. Bu təşkilatda yer alan qadınlar müstəqil Kürdistandan daha çox şey üçün savaşırlar". Qeyd edək ki, bu vaxta qədər təhqiqatçılar PKK-nın əksər terror aktlarını qadınlar vasitəsilə həyata keçirən əsas təşkilatlardan biri olduğu haqqında məlumat yaymışdılar.
2014-01-06
5,817
Taksilərin qiyməti ikiqat bahalaşdı
Sabirabadda yeni ildən etibarən taksilərin qiyməti ikiqat qalxıb. "Axar.az" xəbər verir ki, əsas bahalaşma rayon daxilində çalışan taksilərdə qeyd alınıb. Buna əsas səbəb kimi isə benzinin qiymətinin bahalaşması göstərilib. Bahalaşma kəndlərarası avtomobillərlə yanaşı, Bakı istiqamətində fəaliyyət göstərən taksilərdə də müşahidə olunub. Qeyd edək ki, Azərbaycanda benzinin qiyməti keçən il dekabrın 3-də bahalaşsa da, taksilər qiyməti yanvardan qaldırıblar.
2014-01-06
5,818
Bu maşınların sahibi kimin uşaqlarıdır? - Fotolar
Dubayda bir məktəbin avtoparkında şagirdlərə məxsus avtomobillər görənləri şoka salıb. "Axar.az" xəbər verir ki, kifayət qədər bahalı avtomobil idarə edən şagirdlərin hansı zəngin ailədən olduqları dəqiq məlum deyil. Avtomobillər arasında "Lamborghini", "Bentley", "Porche" "Ferrari" kimi yüksək qiymətli avtomobillər yer alır.
2014-01-06
5,819
Gədəbəydə yol qəzası: 1 ölü
Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də saat 20:00 radələrində rayonun Slavyanka kəndinin ərazisində yolu keçən rayon sakini Elnur Məmmədovu müəyyən edilməmiş avtomobil vurub. Piyada hadisə yerində ölüb. Gədəbəy rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
2014-01-06
5,820
46 yaşlı polis kapitanı vəfat etdi
Yanvarın 6-da Qaradağ rayon Polis İdarəsinin 46 yaşlı əməkdaşı, polis kapitanı Kazımov Oruc Allahyar oğlu qəfildən vəfat edib. 1967-ci il təvəllüdlü O.Kazımov 11-ci polis bölməsində sahə müvəkkili olub. 11-сi bölmədən məlumatı AzNews.az-a təsdiqləyiblər. Polis kapitanının öz evində vəfat etdiyi bildirilir. Ölümün səbəbləri hələlik məlum olmasa da, ürək tutması ehtimalı irəli sürülür. Allah rəhmət etsin!
2014-01-06
5,821
Ölkəmizdə ucuz otellər və pansionatlar qıtlığı - Video
Bayram tətilləri zamanı əsas məsələ istirahət vaxtının harada keçirilməsidir. Problem isə istirahət mərkəzlərinin və otellərin qiymətinin baha olmasıdır. Düzdür, xarici ölkələrdə də bahalı otellər və ya istirahət mərkəzləri var. Amma bu ölkələrdə ucuz otellər və pansiotnatlar da fəaliyyət göstərir ki, onlarda dəbdəbəli şərait olmadığından müştəriyə ucuz qiymət təklif edilir. Yəni, insanlara seçim verilir. Hər kəs də öz cibinə uyğun obyekti seçib, istirahət edə bilir. Azərbaycanda isə qiymətlərin vətəndaşların tələblərinə uyğun olmamasının səbəbi bir neçə amillə izah olunur. Ekspert Elxan Vəliyev: "İki-üç ulduzlu otellərin Azərbaycanda inkişaf etməməsinin əsas səbəbi ondan ibarətdir ki, özlərinin adlarının dörd-beş ulduzlu otelləri kimi qeyd edirlər, amma keyfiyyətcə iki-üç oteli kimi xidmət göstərirlər". Ekspertin fikrincə, bizdə fəaliyyət göstərən istirahət mərkəzləri xidmət keyfiyyətinə görə elə iki-üç ulduzludur və sadəcə, xidmətə görə uyğun qiymət təklif etmələri lazımdır ki, orta statistik vətəndaş bu məkanların xidmətindən yararlansın. Digər bir səbəb bu sahədə rəqabətin olmamasıdır. Bu gün Azərbaycanda turizm obyekti yaratmaq və fəaliyyət göstərmək üçün rəsmi və qeyri-rəsmi bir neçə mərhələdən keçmək lazımdır. Bu sektora daxil olmaq elə də asan deyil. Burda fəaliyyət göstərən sahibkarlar üçün isə bu obyektlər yeganə gəlir mənbəyi deyil. Digər mənbələr hesabına böyük həcmdə vəsaitə malik olan şəxslər, öz turizm obyektinə müştəri cəlb etmək üçün rəqabətə getmir. Belə olan halda, qiyməti vətəndaş yox, sahibkar diqtə edir. Bu arada, istirahət mərkəzlərinin potensial müştərilərinin niyə bu obyektlərdə istirahətdən imtina etmələrinin səbəbləri də maraqlıdır. Dünya ölkələrində Daxili Turizm Biznesinin əsas dayağı məhz ucuz otellərin və pansionatların çox olmasıdır. Bu obyektlər həm daxili turistlərin, həm də xarici qonaqların axınını təmin edir. Buna ən yaxşı nümunə qonşu Türkiyənin təcrübəsidir. Elə hökumət də az ulduzlu otellərə ehtiyac olduğunu etiraf edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yaxın vaxtlarda orta səviyyəli otel və mehmanxanaların tikiləcəyini bildirmişdi (ANS).
2014-01-06
5,822
Kürdlər İraq ordu gününü boykot etdi
Şimali İraq Regional Kürd Rəhbərliyi 6 yanvar İraq ordusu gününü boykot edib. "Axar.az"ın Cihan xəbər agentliyinə istinadən xəbərinə görə, İraq hər il ordunun yaranma gününü rəsmi olaraq qeyd edir. Regional Kürd Rəhbərliyi və Anfal Nazirliyi kürdlərə qarşı qırğın törədən bir ordunun bayramını qeyd etməyəcəklərini bildirib. Şəhid İşləri və Anfal naziri Aram Əhməd mətbuata verdiyi açıqlamada 6 yanvar İraq ordusu gününü boykot etdiklərini və nazirliyin bütün işçilərinin bu gün normal qaydada işlərinə davam etdiklərini deyib. Əhməd: "İraq ordusu kürdlərə qarşı qırğın edib. Hələbdə 50 min insanımızı kimyəvi bombalarla məhv edib. 182 nəfəri diri-diri torpaqlara basdıran bir ordunun ildönümünü bayram etməyimiz şəhidlərimizə qarşı hörmətsizlik olar". Digər tərəfdən İraq ordu gününü boykot edən Şəhid İşləri Nazirliyi nazirliyin həyətində İraq ordusunun törətdiyi qırğınları nümayiş etdirən fotoların sərgisini keçirib.
2014-01-06
5,823
Silahlardan sənət əsərləri yaratdı - Video
Suriyanın paytaxtı Dəməşqin yaxınlığında yaşayan bir suriyalı sənətkar istifadəyə yararsız silahlardan bir sənət əsəri yaradıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Azad Suriya Ordusunun tabeçiliyində olan bir qəsəbədə yaşayan suriyalı sənətkar Xuhamməd Xələf Əli Suriyada silah mərmilərindən müxtəlif musiqi alətləri və digər alətlər yaradıb. Həmin görüntüləri təqdim edirik.
2014-01-06
5,824
Dəmir yolu şirkətinin prezidenti intihar etdi
Dünyanın ən iri dəmir yolu tikintisi şirkətlərindən biri "Çin dəmir yolu şirkəti"nin prezidenti intihar edib. "South China Morning Post"nın məlumatına görə, Bay Çjunjen özünü pəncərədən atıb. Yerli mətbuatın yazdığına görə, Çjunjen özünü evinin dördüncü mərtəbəsindən atıb. 53 yaşlı Çjunjen uzunmüddətli depressiyada olub. "Fortune" jurnalının yazdığına görə, "Çin dəmir yolu şirkəti" dünyanın ən iri şirkətləri arasında 102-ci yerdədir. Şirkətin aktivləri 2013-cü ilin üçüncü rübünün sonunda 626,5 milyard yun (76 milyard avro) təşkil edib. Şirkətdə 290 min adam işləyir (ANS).
2014-01-06
5,825
Ölkədə istehsal olunan avtomobillərin sayı açıqlandı - Rəsmi
Dövlət Statistika Komitəsi Azərbaycanda istehsal olunan nəqliyyat vasitələrinin sayını açıqlayıb. 2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 230 yük avtomobili, 394 minik avtomobili, 619 traktor və s. məhsullar istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, maşın və avadanlığın, nəqliyyat vasitələri, avtomobil və qoşquların buraxılışı sahəsində məhsul istehsalının həcmi 242,6 milyon manat təşkil edib. (AzərTac)
2014-01-06
5,826
BBS: "Ərdoğan ordunu zəiflətmək planları qurur"
Baş nazir Rəcəb Tayyib Ərdoğanın Ergenekon və Balyoz iddiaları Türkiyə xaricində də gündəmi əhatə edir. "Axar.az"ın əldə etdiyi xəbərə görə, BBS telekanalının verdiyi məlumatlarda bildirilir ki, Ərdoğan bir zamanlar qarşı çıxdığı ordunun yanında olduğunu son vaxtlar tez-tez səsləndirir. BBS Ərdoğanın bu addımını "siyasi gediş" olduğunu bildirərək, Baş nazirin Ergenekon və Balyoz iddialarını yenidən gündəmə gətirməklə türk ordusunu zəiflətmək planlarını qurduğunu deyir. Telekanal Ərdoğan iqtidarının hakimiyyətlərinin ilk illərində "ordunun siyasətdən uzaqlaşdırılması üçün prokurorlarla qeyri-rəsmi bir ittifaq qurduğu"nu iddia edərək, Ergenekon və Balyoz davaları ilə bunun təsdiqini tapdığını bildirir. Sonda BBS 17 dekabrda keçirilən "Rüşvət əməliyyatı"nı Ərdoğanın çirkin bir oyunu kimi dəyərləndirir.
2014-01-06
5,827
Ən qədim eşq şeirinin müəllif qadın olub - Foto
1889-cu ildə Bağdadın 150 kilometr uzaqlığında Şumer şəhəri Nippurda bir daş lövhə tapıldı. 1951-ci ildə isə amerikalı şumeroloq Samuel Noa Kramerin İstanbula gəldi və arxeologiya muzeyində Şumer daş lövhələri üzərində işə başladı. Yazının ilk nümunələri olan Şumer lövhələrini araşdırmağa başlayan Kramer bu daş lövhəni oxudu. Eyni dövrdə lövhəni Türkiyənin şumeroloqu Muazzez İlmiyə də türkcəyə çevirdi. Bizim eradan əvvəl (b.e.ə) XVIII əsrə aid edilən, yəni təxminən 4000 illik "Ən Qədim Babil Dövrü"nə aid bu mixi yazı (kitabə) dünyanın ən qədim eşq şeiri olaraq qəbul edilir. Şeiri yazan bir qadındır. Bu daş lövhə arxeologiyanın tapıb ortaya çıxardığı ilk yazılı sevgi şeiridir. Bu yazılı eşq şeiri təxminən 60 ildir ki, İstanbuldadır. Ən qədim eşq şeirini tarixi Şumer inancına görə, Şumer kralının hər il torpağın bərəkətini və məhsuldarlığını təmin etmək məqsədilə bərəkət və eşq ilahəsi İnannanın yerinə bir rahibə ilə evlənməsi müqəddəs vəzifə idi. Bu şeir, böyük ehtimalla Şumer kralı Şuşin üçün seçilmiş bir gəlin tərəfindən yazılıb. Şeir Kürəkən, ürəyimin sevgilisi, Gözəlliyin böyük, baldan şirindir. Aslanım, ürəyimin var-yoxu, Gözəlliyin böyük, baldan şirindir. Mənim sığallarım baldan şirindir, Yataq otağımız baldır ləbələb. Zövq alaq sənin gözəlliyinlə, Qoy səni oxşayım, mənim aslanım. Mənim sığallarım baldan şirindir, Ey kürəkənim, məndən zövq aldın. Söyləsən, atam-anam sənə gözəl şeylər verəcək, hədiyyələr verəcək, Məni sevdiyin üçün. Lütf elə mənə sığallarını, Mənim Tanrım, qoruyucum. Tanrı İnannanın ürəyini məmnun edən Şuşinim, Lütf elə mənə sığallarını...
2014-01-06
5,828
Daha bir gənc qız icra başçısının müavini oldu - Foto
Təhsil sektorunda çalışan 30 yaşlı Arzu Fikrət qızı Məmmədova Sabunçu rayon icra hakiminin müavini təyin edilib. "Axar.az"ın əldə etdiyi məlumata görə, gənc xanım humanitar məsələlər üzrə müavin kimi fəaliyyətə başlayıb. Artıq A.Məmmədova icra başçısının müavini kimi bir neçə tədbirdə də iştirak edib. Qeyd edək ki, 1983-cü il təvəllüdlü A.Məmmədova AMEA-nın disertantıdır. Filologiya üzrə fəlsəfə doktoru olan gənc xanım evlidir. Bir övladı var. İcra hakimiyyətinə gətirilməzdən əvvəl A.Məmmədova Bakı Baş Təhsil İdarəsində məsləhətçi işləyib. Xatırladaq ki, 25 yaşlı Aygün Əliyeva dekabrda Binəqədi İcra başçısının müavini təyin edilmişdi.
2014-01-06
5,829
Baş nazir 4 illik həbs cəzasına məhkum edildi
Bu gün Rumıniyanın Ali Kasasiya məhkəməsi ölkənin sabiq Baş naziri Adrian Nestaseni korrupsiya əməli və şantaj ittihamı ilə 4 illik həbs cəzasına məhkum edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, А. Nestase Çindən ixrac edilmiş qiyməti 630 min avroya yaxın malı qanunsuz olaraq mənimsəməkdə günahlandırılıb. Bundan başqa, A.Nestase istintaqda ona qarşı şahid qismində çıxış etmiş Rumıniyanın Honkonqdakı konsulunu təhdid etməkdə ittiham olunub. 2013-cü ildə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılan A.Nestase yenidən həbsxanaya qayıtmaq məcburiyyətindədir. A.Nestase 2001-2004-cü illərdə Rumıniya hökumətinə rəhbərlik edib. 2006-cı ildə parlamentin spikeri və Sosial-Demokrat partiyasının sədri postlarını tərk etməli olub.
2014-01-06
5,830
Suriyada 250 azərbaycanlı döyüşür
Suriyada öldürüldüyü bildirilən sonuncu iki azərbaycanlının Sumqayıtdan olduğu ehtimal edilir. Bu barədə mücahidlərə məxsus saytların yaydığı məlumata görə, onlar "Əl-Qaidə"yə bağlı olan "Əl-Nüsra Cəbhəsi"nin sıralarında döyüşən azərbaycanlılardır. Ümumiyyətlə Bəşər Əsədə qarşı döyüşən azərbaycanların əsasən Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala bölgəsindən getdiyi bildirilir. Qeyri-rəsmi məlumatlara görə təkcə Şəki, Zaqatala bölgəsindən Suriyaya gedənlərin sayı 250 nəfəri ötüb. Bu bölgədən gedənlərin əksəriyyəti isə Zaqatalanın Muxax kəndinin sakinləridir. Hətta Suriyaya öz ailələri ilə birgə gedənlər də az deyil. Bəzi məlumatlara görə indiyədək döyüşlərdə həlak olan azərbaycanlıların sayı 40-ı ötüb. Suriyaya gedən azərbaycanlıların əsasən radikal dini təriqətlərin daha geniş yayıldığı bölgələrdən getməsi də təsadüfi deyil. Gənclərin müxtəlif dini təriqətlərin təsiri altına daha tez düşdüyü deyilir. Nəticədə isə onlar döyüşlərin getdiyi qaynar nöqtələrə könüllü şəkildə gedirlər. Həmin şəxslər isə cihadın Allahın əmri olduğuna inanırlar. Maraqlıdır ki, Suriyada döyüşə gedənlərin bəziləri hansı məqsədlə döyüşdüklərini bilmirlər. Məsələn, Suriyadakı döyüşlərdə həlak olan Muxax sakinləri Rizvan Süleymanov və Rəşad Məmmədovun yaxınlarının açıqlamalarında onların din uğrunda döyüşdüyünü və müharibəyə xeyir-dua ilə yola saldıqlarını deyirdilər. Amma son vaxtlar ABŞ və Böyük Britaniyadan olan mütəxəssislərin arşdırması nəticəsində məlum olub ki, Suriyaya döyüşmək üçün gedənlərin konkret maraqları var. Suriya bölgəsi üzrə mütəxəssis Emin Həsənovun sözlərinə görə əgər əvvəllər Suriyaya döyüşmək üçün pərakəndə şəkildə gedilirdisə, indi daha mütəşşəkildir və bəzi dövlətlər, xüsusilə də Səudiyyə Ərəbistanı döyüşçülərin getməsinə öz dəstəiyni göstərir. Azərbaycanlıların Suriyaya keçməsi üçün marşurut da var. Türkiyə-Suriya sərhəddinə çatanlar sadəcə pasportunu təqdim edirlər. Suriya sərhəd-gömrük məntəqəsində dayanalar isə sadəcə pasporta baxırlar. Türkiyənin bəzi sərhəd məntəqələri Suriyadan gələn yaralıların Türkiyəyə çatdırılması və ora gedən humanitar yardımlar üçün açıqdır. Ona görə də Suriyaya keçən humanitar yardımları daşıyan iri tonnajlı maşınların içərisində olmaqla da sərhədi adlamaq çətin deyil. (ANS)
2014-01-06
5,831
İspaniya ordusunu kiçildir
İspaniya hakimiyyəti ölkədə yaranan iqtisadi böhran səbəbindən orduya ayrılan vəsaitin məbləğini azaldıb. "Axar.az" xarici mətbuata istinadən məlumat verir ki, Əfqanıstan və Livyada təhlükəli bölgələrdən əsgərlərini böyük ölçüdə geri çəkən İspaniya bundan sonra 10 elit birliklərini döyüşə hazır vəziyyətdə yerləşdirəcəyini bəyan edib. 2008-ci ildən etibarən İspaniya ordunun büdcəsini 32% azaldaraq 8,5 milyard avrodan 5,7 milyard avroya endirib. Hazırda orduda cəmi 123 min əsgəri olan İspaniya döyüşə 10 min əsgərini hazır vəziyyətdə saxlayır. İspaniya Dəniz Qüvvələrinə aid olan 16 ədəd Harrier tipli döyüş təyyarələrindən dördündən istifadə edilməyəcək. Beləliklə, Harrier AV- 8B təyyarəsindən istifadə 25% azalmış olacaq.
2014-01-06
5,832
Minlərlə gürcü qəbirdən möcüzə gözləyir
Üç gündür ki, Gürcüstanda pravoslav keşiş Qabriel atanın məzarını ziyarətə gələnlərin ardı-arası kəsilmir. Bildirilir ki, iki gün öncə Gürcüstanda yayılan xəbərə görə, Qabriel atanın mənəvi qızı Paraskeva ana yuxuda görüb ki, milad gecəsi Qabriel atanın məzarını ziyarət edənlərin iki arzusu çin çıxacaq. Bu da minlərlə insanın məzara doğru üz tutmasına səbəb olub. Amma Paraskeva ana belə bir yuxu görmədiyini deyir. Qabriel atanın məzarı Gürcüstanın qədim paytaxtı Msextadakı qadın monastrının ərazisindədir (ANS)
2014-01-06
5,833
Adil Əliyev: “Kimsə mənə qadağa qoya bilməz”
Millət vəkili Adil Əliyev öz "feysbuk" profilində növbəti açıqlama ilə bəzilərinin onun fikirlərinə yanaşmasından dolayısı narazılığını ifadə edib. Xatırladaq ki, ötən gün millət vəkili Qarabağın azadlığı uğrunda şəhid olma arzusu ilə bağlı status paylaşmışdı və bu açıqlama ciddi rezonans doğurdu. A.Əliyevin yeni statusunu təqdim edirik: "Hərdən fikirləşirəm ki, paxıl adamlar özünü gözləməyi bacarmır; Bu adamlar dəlil-sübut olmadan ittiham və mühakimə edir, başqalarının qüsurlarını üfürüb şişirdir, ən kiçik səhvi cinayət səviyyəsinə qaldırır, ən danılmaz fəzilətlərə kin və qəzəblə hücum çəkirlər. Başa düşə bilmirəm ki, daşım niyə ağırdı və bu nifrət mənə qarşı hardan qaynaqlanır. Kimsə mənim xoşuma gəlməyə bilər, ancaq mən heç vaxt o insanlara qarşı kin saxlamamışam. Onlarla üz-üzə gəlməməklə kifayətlənmişəm. Əgər kiməsə yaxşılıq etməmişəmsə, bu, o demək deyil ki, mən pis adamam. Bəziləri bilməlidir ki, mən dövlətimə lazım olan yerdə xidmət etmişəm. Dostlar, mən vicdanım qarşısında təmizəm, vicdan isə daxilimdəki Allahın səsidir. Allah millətimizi qorusun, arzusuna çatdırsın. Kimsə məni vətənimi, dövlətimi, xalqımı və prezidentimi sevməyi qadağan edə bilməz".
2014-01-06
5,834
Nadir Qafarzadə Allahı və dini söydü - Rəzalət/Video
Müğənni Nadir Qafarzadə Space TV-nin "Sizin saat" verlişində estetik cərrahiyə ilə bağlı müzakirə zamanı dinin mövqeyini qeyd edən ilahiyyatçı Elşad Mirini təhqir etdikdən sonra Allahı və dini təhqir edərək, efiri tərk edib. Məsələyə münasibət bildirən Elşad Miri öz "Feysbuk" hesabında Nadir Qafarzdəni məhkəməyə verməklə hədələyib. ​ "Mahnı oxuyanlardan biri olan Nadir Qafarzadə Space TV kanalında dinin mövqeyini qeyd etdiyim zaman mənə, Allaha və dinə söyüş söyərək efiri tərk etdi. Təkrar efirə qayıtdı, sonra yenə tərk etdi. Bir daha qayıtdı. Mövzu estetik cərrahiyyə ilə əlaqəli idi. Mənim insanların botoks, silikon qoydurmalarına etiraz etməyim adını çəkdiyim şəxsi özündən çıxartdı. "Sizin saat" verilişinin aparıcısı olan Kamran Həsənli hər nə qədər efirə bu cür verilməyəcəyini bildirsə də, daha sonra zəng edib dözümlülük nümayiş etdirdiyimə görə təşəkkür etsə də, verilişin anonsundan gördüm ki, verilişin reytinq gətirəcək hissəsi efirə verilib, sadəcə söyüşün səsi eşidilmir… Bu silikonlu şəxsi məhkəməyə verə bilərəmmi?" (Avropa.info)
2014-01-07
5,835
“Rauf Arifoğlunun üstünə benzin töküb...” – Təhqir
"Ali Hacıyev adlı biri Kəmalə xanıma məsləhət gördü ki, gəlib redaksiyada mənim üstümə benzin töküb, yandırsın..." "Axar.az"ın məlumatına görə, bunu Rauf Arifoğlu cəbhəçilərin təhqirlərinə cavab olaraq yazdığı statusda bildirib. "Yeni Müsavat" qəzetinin Baş redaktoru heç bir səbəb olmadan hədəfə alınmasının səbəblərinə aydınlıq gətirilməsini istəyir. R.Arifoğlu statusunda bunları yazıb: "Bayaq Kəmalə Bənənyarlı xanım yanlış məlumat əsasında bir status yazdı, məni babat "təriflədi". Lakin sonradan onu sildi, yanlışlığa görə üzr istədi... Telefonla da danışdıq, dedi ki, Naxçıvan MTN-in qurduğu bir oyun idi... Onun əvvəlki statusunu 19 nəfər bəyənmişdi, şərh yazanlar da vardı - təbii ki, məni təhqirlərlə. Hamısı da cəbhəçilərdi. Ali Hacıyev adlı biri də Kəmalə xanıma məsləhət gördü ki, gəlib redaksiyada mənim üstümə benzin töküb, yandırsın... AXCP rəhbərliyinin diqqətinə çatdırıram bu detalları. Həmin yazışmaların "screen-shot"unu da bu dəfə Əli Kərimlinin özünə göndərəcəm".
2014-01-07
5,836
Almaniyada ara qarışdı - Foto/Video
Almaniyanın Hamburq şəhərində solçu qruplarla polis arasında yaranan qarşıdurmalar səbəbiylə üç səmt təhlükəli bölgə elan edilib. "Axar.az" xarici mətbuata istinadən məlumat verir ki, Almaniyanın Hamburq şəhərində həftələrdir xaos hökm sürür. 21 dekabrda sol təfəkkürlü insanlarla təhlükəsizlik qüvvələri arasında yaranan qarşıdurmalar nəticəsində 500 nümayişçi və 120 polis əməkdaşı yaralanıb. Baş verən hadisələrin üzərindən bir həftə keçməsinə baxmayaraq 40 nəfərlik qrupun üç təhlükəsizlik işçisini yaralaması nəticəsində üç səmt Altona, St. Pauli və Şternas təhlükəli bölgə elan edilib. Polis bu bölgədə hər hansı bir səbəb göstərmədən axtarış elan edib.
2014-01-07
5,837
Qədim insanlar heç də nəhəng deyilmiş
Türkiyənin Mərmərə bölgəsində qazıntı işləri nəticəsində tapılan qədim zamanlara aid sümük və kəllə sümükləri araşdırılaraq, o dövrdə yaşayan insanların fiziki strukturu və ictimai həyatlarıyla əlaqədar əhəmiyyətli nəticələrin əldə olunmasına imkan verib. İstanbul Tarixi Yarımada Tətbiq və Araşdırma Mərkəzi Bioloji Material Araşdırma Komissiyasının rəhbəri Mehmet Görgülü Mərmərə qazıntılarında tapılan min illik skeletlər üzərində aparılan araşdırmanın maraqlı nəticələr verdiyini bildirib: "Araşdırmalarda Yeniqapıda yaşayan insanların yaxşı bir qidalanmaya sahib olduğu müəyyən olundu. Biz bunlara "Yeniqapı cəmiyyəti" deyirik. Qeyd edək ki, Anadolunun müxtəlif yerlərində aparılan qazıntılarda tapılan skeletlər üzərindəki araşdırmalar bəslənmə mövzusunda ciddi çətinliklər olduğunu sübuta yetirmişdi. Xalq arasında qədim insanların nəhəng və iri olduqları barədə fikir formalaşıb, amma biz araşdırmalarda bu inancın doğru olmadığını gördük. Fiziki quruluşca bu insanların orta boylu olduğu müəyyən olunub. Qadınlar 1.58-1.59 sm, kişilər isə 1.60-1.68 sm ölçüsündə olublar. O dövrlərdə uşaq ölümlərinin sayca daha çox olduğu məlumatına yiyələndik. Xeyli uşaq skeleti vardı. O dövrün tibbi şərtləri, infeksiya xəstəlikləri, təbii fəlakətlər, ekoloji faktorlar, uşaq ölümlərinin çox olmasına gətirib çıxarırmış. Uşaq skeletlərinin ortalama 13 yaş ətrafı, yetkin insanların yaşam müddətlərinin isə 30-35 yaş arası dəyişdiyi məlum oldu".
2014-01-07
5,838
AİB Azərbaycan banklarına dəstək verməyə hazırdır
Asiya inkişaf bankı (AİB) kredit xətləri çərçivəsində kiçik və orta biznesin, eləcə də ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatların dəstəklənməsi üçün əməkdaşlıq edəcək Azərbaycan banklarının siyahısını genişləndirmək hazırdır. AİB-in Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyonoya bu barədə məlumat verir. Bu gün həmin siyahı altı bankdan (Azərbaycan Beynəlxalq bankı, Access Bank, AGBANK, Bank of Baku, Dəmirbank və Bank Respublika) formalaşır. "2013-ci ilə qədər ölkənin bank sektoruna açılmış kredit xətlərinin ümumi məbləği 40 milyon dollar təşkil edib ki, bu da artıq AİB-ə geri qaytarılıb," - Noroyono bildirib. Onun sözlərinə görə, növbəti mərhələ ötən ilin iyul ayında Accessbanka kənd yerlərində mikro-, kiçik və orta biznesin dəstəklənməsi üçün beş il müddətinə 50 milyon dollar həcmində kreditin ayrılması olub. Qeyd olunan bank ölkənin əksər regionlarını əhatə edən geniş şəbəkə yaradıb. AİB-in bank səhmdarlarının tərkibində iştirak etməklə bağlı planları hələlik yoxdur, Noroyono bildirib. Asiya bankı özəl sektorun inkişafına dəstək vermək üçün Azərbaycan banklarının fəal maliyyələşdirilməsinə 2007-ci ildə başlayıb. (Trend)
2014-01-07
5,839
ABŞ İrandan yardım gözləyir - Jest
Amerikalı səlahiyyətli nümayəndələr İranın rəsmi Dəməşqlə danışıqlara gedərək məsələnin həllinə yardım edə biləcəyini deyib. "Axar.az" Cihan xəbər agentliyinə istinadən məlumat verir ki, rəsmi nümayəndələrin bildirdiyinə görə, İran Dəməşq rəhbərliyi ilə danışıqlar apararaq vətəndaşların bombalanmasının qarşısını almaq və humanitar yardımların edilməsinə şərait yaradılması işini öz öhdəsinə götürə bilər. Daha sonra bildirilir ki, İran Suriya məsələsinin həllində müsbət addım ataraq beynəlxalq ictimaiyyətdə ciddiyətini göstərə bilər. Adlarının açıqlanmasını istəməyən səlahiyyətlilər İran və ABŞ-ın 22 yanvarda keçiriləcək görüş öncəsi Suriya məsələsini qarşılıqlı olaraq müzakirə etmədiklərini açıqlayıb.
2014-01-07
5,840
AKP hökuməti diplomatik korpusu dəyişir
Türkiyə hökuməti ölkənin xarici missiyasında bəzi dəyişikliklər edib. Dəyişdirilən diplomatlar arasında Vaşinqton və London səfirləri də var. Xarici işlər nazirliyinin səfirlər qərarnaməsinə görə Vaşinqtona hazırki Tokio səfiri, "Milli Təhlükəsizlik Şurasının" sabiq baş katibi Serdar Kılıç təyin olunub. London səfirliyinə "MİT"-in (Milli Xəbəralma Təşkilatı) keçmiş baş məsləhətçisinin müavini Əbdürrəhman Bilgiç təyin olunub. Sabiq Mosul və Qahirə səfiri Hüseyn Avni Botsalı UNESCO-nun daimi nümayəndəsi təyin olunub. Yaponiyanın Tokio səfirliyinə diplomat Əhməd Bülent Meriç təyin olunub. Daha əvvəl Əhməd Davudoğlunun xüsusi müşaviri olmuş, hazırki Praqa səfiri Cihad Erginay Bosniya və Hersoqavinaya səfir təyin olunub. Bundan başqa Mehmet Tuğrul Gücük Bernə, Hakkı Akil Parisə, Aydan Yamancan Vilnüsə, Əhməd Necati Bigalı Praqaya, Esra Demir Abidcana, Hikmet Renan Şekeroğlu Bamakoya ve Mehmet Bilir Nuakşota səfir təyin olunub. (ANS)
2014-01-07
5,841
Şimali Koreya liderinin bibisi də öldü
Cənubi Koreya mətbuatı Şimali Koreya lideri Kim Çenin bibisinin öldüyü barədə məlumat yayıb. "Axar.az" xarici mənbələrə istinadən xəbər verir ki, Şimali Koreya liderinin bibisi Kim Huin - ötən həftə edam olunan general Çanq Sonqun həyat yoldaşı - vəfat edib. Cənubi Koreya mətbuatı Kim Huinin infarktdan öldüyünü, ya da intihar etdiyini bildirib. Cənubi Koreya kəşfiyyat qaynaqlarından verilən açıqlamaya görə isə Kim Huinin ölüm xəbəri təsdqilənməyib. Onun müalicə üçün xaricə gedə biləcəyini iddia edilir. Qeyd edək ki, Kim Huin Şimali Koreyanın qurucusu sayılan Kim II Sunqun tək qızıdır.
2014-01-07
5,842
O Taydan "Təbriz" nəfəsi...
TƏBRİZ Özümü itirdiyim yerdəyəm… Santım-santım tapılmağım gəlir, Sürgünlüyündə Təbrizin. Mısığın sallamış, adreslər dustaq qoxulu xiyabanlarında "şəhidlərinə" darıxır daş ürəyi, özgürlüyün darıxdığı hər yerdə Təbriz var… və təbrizsizləyən hər boğazda lallığını yaşayır insanlığın uzun dili… Urmuda Qarabağda və Təbrizdə, Təbriz də Təbrizsizliyini yaşayır… qarınlar Təbrizi satır kimisi çörək alır kimisi güllə kimisi qan kimisi də qarnına daş bağlayır, Təbrizi başında saxlayır darların körpülərin bayraqların... başlarında Təbriz, başdaşlarından tikilib… Arazı aşan körpüdə Şəhidlər xiyabanı bülbüllər Təbrizi geyirlər toylarında və… Qarabağda güllər Təbrizi soyunurlar! güllələrilə sevişəndə və Təbrizə yerikləyir yaslı analar, ağızlarındaki hər acı Təbriz dadı verir ... Təbrizin santım- santımında Təbrizi daşıyırTəbriz, Təbrizi eyidir, Təbrizi böyüdür, Təbriz doğur, Təbriz yenə Təbriz olur, Təbriz… Balaca Qara balıq Balaca qara balıq olmamışdım, Yox… Amm Arazın ən dərinindəydim, boğulmadım mən niyə! Toyum da oldu hələ Kiminlə sevişdiyimi unutdum ama... İndisə gəbəyəm gəbə… Bugün sabahdır, uşağım gələ balıq olmamışam hələ… amma boğulmamışam da Arazın dərinlərində! Uşağım da elə Arazda doğulacaq Onun adı "balaca qara balıq" olacaq...
2014-01-07
5,843
“Google” haqqında maraqlı faktlar
"Google" 2010-cu ildən bəri hər həftə bir şirkət satın alır. İlk dəfə "doodle" 1998-ci ildə istifadə edilib. "Google"un yaradıcıları Lerri Peyc və Sergey Brin ofisdə olmadıqlarını istifadəçilərə bildirmək üçün bu yolu seçmişdilər. Və həmin ildən bəri "Google" xüsusi günləri özünəməxsus "doodle"larla qeyd edir. *** Qarajda fəaliyyətə başlayan və getdikcə böyüyən şirkət 1999-cu ilin noyabrında kirayəyə mənzil götürür. O vaxt şirkətin 40 işçisi var idi. *** 2004-cü ildə "Google" səhmlərinin satışa çıxarlmasından sonra təxminən minə qədər şirkət işçisi milyoner olub. *** "Google"un email xidməti olan "Gmail" bu gün üçün 50-dən çox dili dəstəkləyir. Bunların içərisində Uels, Bask kimi az tanınan dillər də var. *** Şirkət daxilində yeni işçiyə "Noogler", təcrübəli işçiyə "Xoogler" deyilir. *** Təəccüblü olsa da, "Google"un qurucuları Lerri Peyc və Sergey Brin şirkətin böyük bir hissəsinə sahib deyil. Onlar yalnız 16 faiz pay sahibidirlər. Ancaq bu 16 faizin ümumi dəyəri 46 milyard dollardır. *** "Google"un Tvitterdəki rəsmi hesabından ilk tvit 26 fevral 2009-cu ildə atılıb. *** "Google" "Firefox" brauzerində əsas axtarış sistemi olmaq üçün hər il 300 milyon dollar ödəyir. *** "Google" hesablama da apara bilir. Bunun üçün toplamaq, çıxmaq, vurmaq, bölmək istədiyiniz ədədləri yazıb axtarış düyməsinə basın.
2014-01-07
5,844
Tapılan meyitin şəxsiyyəti məlum olub
Bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda tapılan naməlum kişi meyitinin şəxsiyyətini müəyyən etmək mümkün olub. Rayon polis idarəsi və prokurorluq orqanları əməkdaşlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu 1974-ci il təvəllüdlü paytaxt sakini İonov Nikolay Anatoliyeviçdir. Onun meyiti Sabunçu qəsəbəsi Qamboy Vəzirov küçəsində, dəmir yol stansiyasının yaxınlığındakı bataqlıq ərazidə tapılmışdı. Mərhumun meyitini görən vətəndaşlar dərhal hüquq mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn rayon polis idarəsi və prokurorluğun əməkdaşları meyiti və ərazini müayinə ediblər. Aparılan ilkin müayinələr zamanı meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməs də, onun sifət nahiyə tanınmaz halda olub. Daha sonra mərhumun meyiti daxili və xarixi müayinə olunması üçün ekspertizaya aparılıb. Araşdırmalar zamanı Nikolay İonovun tüfeyli həyat tərzi sürürdüyü və içki alüdəçisi olduğu da məlum olub. Hazırda faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırmalar aparılır. Nikolayın dəqiq ölüm səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq (anspress).
2014-01-07
5,845
Binəqədidə iki yanğın
Bu gecə Bakı şəhərində iki yanğın hadisəsi baş verib. Bakı şəhəri, Binəqədi rayonunda sahibi məlum olmayan, tikintisi başa çatmamış evin həyətində ümumi sahəsi 15 kv.m olan vaqon tipli köşkün yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər veriri ki, yanğından yaxınlıqdakı tikinti materialları mühafizə olunub. Yanğın saat 03:14-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 45 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi və yaxınlıqdakı yaşayış binaları mühafizə olunub. Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.
2014-01-07
5,846
Öcalanı hәbs edәn general hәbsdә qaldı, sevәnlәr - azadlıqda
Türkiyədə həbsdə olan PKK-çı deputatlar azadlığa buraxılsa da, əfsanə general, millət vəkili Engin Alan hələ də məhkumluq həyatı yaşayır. Türkiyədə həbsdə olan deputatlar azadlığa buraxılıb. Bir qədər əvvəl azadlığa buraxılan CHP-dən deputatlar Mustafa Balbay və Mehmet Haberaldan sonra bu dəfə KCK (PKK-nın da daxil olduğu kürd təşkilatları birliyi) prosesində həbs olunmuş 5 deputat azadlığa buraxılıb. Yanvarın 5-də azadlığa buraxılan KCK üzvü deputatlar Selma Irmak, Kemal Aktaş, Faysal Sarıyıldız, Gülser Yıldırım və İbrahim Ayhanı Şırnakın Cizre mahalında 20 mindən artıq insan qarşılayıb. PKK simpatizanları Konstitusiya Məhkəməsinə etdikləri fərdi müraciət nəticəsində həbsdən azad ediliblər. Onlar bir neçə il idi ki, terror təşkilatı üzvü olmaqda ittiham edilərək həbs olunmuşdular. Azadlığa buraxılan deputatlar izdihama kürd dilində müraciət edərək kürdlərin mübarizəsinin uğurla nəticələndiyini bildiriblər. Qeyd edək ki, azadlığa buraxılan kürd deputatların 4-ü PKK-nın siyasi qanadı hesab olunan BDP-nin üzvü, bir nəfəri isə müstəqil deputatdır. Qeyd edək ki, həbsdə olan 7 deputat azadlığa buraxılsa da, yalnız Milliyyətçi Hərəkat Partiyasından deputat seçilmiş general Engin Alan həbsdə qalır. Türkiyə ordusunun generalı, uzun illər separatçı qruplara qarşı savaşmış, MHP siyahısından İstanbuldan deputat seçilmiş Engin Alanın azadlığa buraxılmaması Türkiyədə narazılıqla qarşılanıb. Məsələ burasındadır ki, daha əvvəl azadlığa buraxılan CHP deputatları, o cümlədən iki gün əvvəl azad edilən KCK tərəfdarı olan deputatlar barəsində məhkəmə qərarı verilməyib. Yəni onlar məhkəmə hökmü olmadan elan olunmadan azadlığa buraxılıblar. Ancaq Türkiyə mətbuatının yazdığına görə, E.Alan barəsində artıq məhkəmə hökmü var və onun azadlığa buraxılması üçün hüquqi imkanlar daha münasibdir. Qeyd edək ki, Engin Alan Azərbaycanda da fəaliyyət göstərib və ölkəmizin hərbi elitası ilə sıx münasibətləri var. Balyoz ("kuvalt") məhkəməsi prosesində həbs olunaraq 18 il azadlıqdan məhrum edilən general Engin Alan 31 mart 1945-ci ildə İstanbulda dünyaya gəlib. 1965-ci ildə Quru Qoşunları məktəbini bitirən Engin Alan orduda xidmətə başlayıb. Daha sonra Quru Qoşunları Akademiyasında təhsilini davam etdirib. Baş Qərargahın xüsusi təyinatlı qüvvələrin qərargahında zabit, xüsusi təyinatlı briqadanın qərargah rəisi, Baş Qərargah yanında xüsusi təyinatlı qüvvələrin təlim mərkəzində qrup rəhbəri, qərargah rəisi, 5-ci desant alayının komandanı, 2-ci korpusun qərargah rəisi vəzifələrində çalışıb. 1992-ci ildə general rütbəsi alan Engin Alan bir müddət Türkiyənin Moskvadakı səfirliyində attaşe vəzifəsində çalışıb. Daha sonra Azərbaycana göndərilən general Engin Alan bir müddət Azərbaycanda hərbi attaşe vəzifəsində çalışıb. General Engin Alan 1974-cü ildə Şmali Kiprdə həyata keçirilən desant əməliyyatında ("Kıbrıs herekatı") iştirak edib. 1999-cu ildə PKK lideri Abdulla Öcalan və müavini Şemdin Sakıkın həbs olunması əməliyyatında Türkiyə tərəfdən rəhbərlik edib, Türkiyə xüsusi təyinatlılarına komandanlıq edib. 2000-ci ildə rütbəsi artırılaraq general - leytenant rütbəsi alıb. Bundan sonra müxtəlif ordu birliklərində təchizat hissələrinə rəhbərlik edib. 2005-ci ildə ordudan tərxis olunub. Ordudan tərxis olunduqdan sonra da fəaliyyətini davam etdirən Engin Alan Türk Silahlı Qüvvələri Gücləndirmə Vəqfinə rəhbərlik edib. 2011-ci ildə Türkiyədə ordu mənsublarına qarşı çevriliş hazırlamaq ittihamı ilə başladılan həbslər zamanı (Balyoz davası) Engin Alan da həbs olunur. 2012-ci ildə Ağır Cinayətlər Məhkəməsi general Engin Alanı 18 il azadlıqdan məhrum edir. 2011-ci ilin yayında Türkiyədə keçirilən parlament seçkilərində MHP-nin siyahısından İstanbuldan deputat seçilib. Bundan başqa, həbsdə olduğu müddətdə barəsində ikinci məhkəmə hökmü çıxıb. "28 fevral" prosesində ittiham olunan E.Alan 2012-ci ildə həbs cəzası alsa da, 2013-cü ilin yayında bu ittihamla məhkumluq üzərindən götürülüb. Türkiyə ordusunda, ölkə daxilində və xaricdə keçirilən xüsusi əməliyyatlara görə general Engin Alan Kipr savaş medalı, Türk Silahlı Qüvvələri Cəsarət və Fəraqət medalı, TSK Uğur medalı kimi medallara layiq görülüb. Hazırda Sincan həbsxanasında saxlanılan Engin Alan Abdulla Öcalanın saxlanıldığı məşhur əməliyyatdan sonra dövlət məmurlarından birinə "bir gün o, (A.Öcalan) Ankaraya gələcək, mən İmralıya (Öcalanın həbsdə saxlanıldığı ada-həbsxana) aparılacağam" - dediyi bildirilir. Türkiyə ordusunun, xüsusən də xüsusi təyinatlı qüvvələrin "əfsanəsi" hesab olunan generalın dedikləri bir mənada təsdiqini tapır. PKK tərəfdarları azadlığa buraxılır, separatçılara qarşı savaşan general isə hələ də həbsxanada saxlanılır.(Müsavat.com)
2014-01-07
5,847
Neft ucuzlaşdı
Yanvarın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,53 dollar və ya 0,6% azalaraq 1 barelə görə 93,43 dollar təşkil edib. "Axar.az" "APA"ya istinadən xəbər verir ki, yanvarın 6-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,16 dollar və ya 0,2% azalaraq 106,73 dollar olub.
2014-01-07
5,848
“Qız-qıza” dərdi – acı nəticələr
Azərbaycanda, xüsusilə, cənub zonasında yayılmış bir adət var. "Qız-qıza" adəti. Qayda belədir ki, iki ailə qarşılıqlı olaraq qız alıb, qız verir. Çox vaxt bu cütlüklərin birinin boşanması digər cütlüyün də həyatını alt-üst edir. Daha aydın olması üçün sizi Cəlilabad rayonu Muğan kəndində yaşayan Təranə Cabbarovanın həyat hekayəsi ilə tanış edəcəyik. Cabbarova Təranə 1971-ci il iyun ayının 13-də Cəlilabad rayonunun Söyüdlü kəndində doğulub. 1994-cü ildə qardaşının qaynı Nail Məmmədovla ailə həyatı qurur və Cəlilabad rayon mərkəzinə gəlin köçür. Bu nikahdan biri qız, iki oğlu dünyaya gəlir. Təranənin dediyinə görə, uzun müddət firavan həyat yaşayıblar. Ancaq baş verən bir hadisə Təranənin firavan günlərinə son qoyub. Qardaşıma görə məni boşadılar 2002-ci ilin sonlarında Təranənin qardaşı İlham həyat yoldaşı Sevinclə boşanıb: "Qardaşımın boşanması mənim başımda çatladı. Həyat yoldaşım Nail də bacısına görə məndən boşanmamış gizlincə başqa qadınla evləndi. Və çox keçmədi ki, rayon məhkəməsinə verərək, üç azyaşlı uşaqla məni boşadı". Bu evdə yaşasan, meyitin çıxacaq "Bundan sonra mən də qarşı tərəfi məhkəməyə verib yaşamaq üçün ev istədim. Məhkəmə mənə həyat yoldaşımın ata evində yaşamaq üçün bir otaq ayırdı. Amma icraçılarla evə gedəndə həyat yoldaşımın qayınatası, bacıları bizi döyərək təhqir etdi. Dedilər ki, sən bu evdə yaşasan, sənin burdan meyitin çıxacaq. Bununla ürəyi soyumayan qayınatam Fərrux Məmmədov mənim ev hüququmun əlimdən alınması üçün apellyasiya şikayəti verdi. Ancaq iddiası təmin olunmadı". Üç uşağa altı manat altmış qəpik aliment "Sonra mən qarşı tərəfdən bir otağı pulla əvəz etmələri üçün apelyasiya şikayəti verdim, amma təəssüflər olsun ki, iddiam təmin olunmadı. Cəlilabad Rayon Məhkəməsi 2003-cü ildən mənə üç azyaşlı uşağa görə altı manat altmış qəpik aliment kəsdi. Bu pulla üç azyaşlı uşağı dolandırmaq olar? Son üç ildə bir çox qurumlara alimentlə bağlı şikayətimdən sonra hər uşağa 25 manat aliment kəsdilər. Amma onu da ala bilmirəm". Qayınatam məni təhqir edir "Aliment almaq üçün məhkəməyə gedirəm. Qarşı tərəf aliment ödəmək əvəzinə, qayınatam Fərrux Məmmədov məhkəməyə gələrək məni ağır söyüşlərlə təhqir edir. Məni şərləyərək deyir ki, uşaqlar bizim deyil. Amma mən etiraz etmirəm, buyursunlar, DNK analizi edək. Hər uşağa təyin olunmuş 25 manatı da hər dəfə icraçıların təkidindən sonra zorla verirlər. Amma onun da hamısını ala bilmirəm. 600 manata yaxın pulum qalıb onlarda. Hər ay alimenti kəsirlər". İcraçılar heç bir tədbir görmür "İcraçıların laqeyd yanaşmasına görə Ədliyyə Nazirliyinə müraciət etdim. İşimə baxılması üçün Rayon Məhkəməsinin icraçılarına verilən tapşırıq onları qıcıqlandırdı. İcraçılardan Səbuhi adlı şəxs zəng vuraraq şikayət etdiyim üçün məni təhqir etdi. Və çox keçmədi ki, Rayon Məhkəməsində məni görən Səbuhi bəy üstümə cumaraq məni hətta vurmaq istədi. Buna ətrafdakılar mane oldu". Bələdiyyə torpağı mənə pulla satdı "Torpaq almaq üçün Rayon İcra başçısına müraciət etdim. O da torpaq verilməsi üçün Muğan kənd bələdiyyəsinə göstəriş verdi. Amma bələdiyyə 12 sot torpağı mənə pulla satdı. Xəstə olduğum üçün işləyə bilmirəm. 70 manat sosial yardım alıram. Axı bu, dörd nəfər ailə üzvü üçün çox azdır. Kəndimizdə adamlar var ki, imkanlı ola-ola 200 manat sosial yardım alır. Xəstəyəm, heç yerdə işləmirəm". Qız-qıza problem kimi Problemə bir də sosioloqların gözüylə baxmaq istədik. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova "Axar.az"a verdiyi açıqlamasında bu "ənənəni" qızların "valyutadəyişmə"si adlandırdı: "Düzdür, son dövlərdə bu tip şikayətlər nadir hallarda daxil olur. Buna baxmayaraq, xüsusilə regionlarda problem hələ də qalır. Əslində məsələ adət-ənənə ilə yox, son dövrlər qızların ailə qurmasının çətinləşməsi ilə əlaqədardır. Qız evdə qalırsa, ailə qurmursa, elçi gəlmirsə, artıq valideynlər narahat olur. Çünki bu, yaşadıqları cəmiyyətdə dedi-qodulara səbəb olur. Belə olanda valideynlər qız aldıqları ailə ilə razılaşıb öz qızlarını verirlər. Bu isə təxminən qızların "exchange"idir. Və sonra hansısa kişinin bacısı qayıdıbsa, o da öz yoldaşını ailənin, qohumların, ümumiyyətlə, cəmiyyətin psixoloji təzyiqi ilə boşamağa məcbur olur. Yəni siz bu addımı atdınız, biz də bu addımı atacağıq. Bu, sağlam ənənə deyil. Lakin eləcə deməklə bu problem aradan qaldırmaq olmaz. Yalnız ciddi marifləndirmə işi aparmaqla nəyəsə nail olmaq olar".
2014-01-07
5,849
Mövqelərimiz atəşə tutulub
"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-01-07
5,850
Mübariz Qurbanlı “Şöhrət” ordeni aldı
Mübariz Qurbanlı "Şöhrət" ordeni ilə təltif edilib. "Axar.az" məlumat verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti Sərəncam verib. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mübariz Qəhrəman oglu Qurbanlı "Şöhrət" ordeni ilə təltif edilsin. Qeyd edək ki, hazırda Mübariz Qurbanlı YAP-ın icraçı katibi vəzifəsini icra edir.
2014-01-07
5,851
Ankarada 560 nurçu polisdən uzaqlaşdırıldı
Türkiyə hökuməti ötən ilin 17 dekabrında həyata keçirilən rüşvət və korrupsiya əməliyyatından sonra polis təşkilatını nurçu və nurçulara yaxın polislərdən təmizləməyə başlayıb. "Axar.az" "Apa" ya istinadən xəbər verir ki, yanvarın 7-nə keçən gecə Ankara Əmniyyət Müdirliyində (polis idarəsi) 560 polis müdiri və məmuru vəzifələrindən çıxarılaraq başqa yerlərə - passiv vəzifələrə təyin olunub. Onların arasında hökumətin Gəzi parkı olaylarından sonra mükafatlandırdığı əmniyyət müdirinin müavini Mahmud Azmaz da var. Qeyd edək ki, daxili işlər naziri vəzifəsinə təyin olunan Əfqan Alanın qarşısına qoyulan əsas vəzifə nurçuların dövlət içərisində qurduğu bildirilən "paralel dövlət"in çökdürülməsidir. İlk olaraq paytaxt Ankaranın polis təşkilatını yeniləyən Ə. Ala "təmizləmə" əməliyyatını davam etdirir. Xatırladaq ki, Ərdoğan hökuməti 17 dekabr əməliyyatını dövlət orqanları içərisində mövqe tutmuş nurçuların hökuməti devirmə cəhdi kimi qiymətləndirir.
2014-01-07
5,852
Kazanda qafqazlılarla kütləvi davanın görüntüsü - Video
Dekabrın 30-da Kazanda Qafqazlılarla baş vermiş kütləvi davanın videoları yayılıb. Qeyd edək ki, video sosial şəbəkələrdə yerləşdirilib. Tatarıstanın Daxili İşlər Nazirliyi kütləvi davanı qızışdıran şəxslərin iki nəfər Kazan sakini olduğunu qeyd edib: "Aparılan təhqiqatlar zamanı davanı qızışdıran şəxslərin 1993 və 1995-ci il təvəllüdlü olduqları aydınlaşıb. Onlar müxtəlif soyuq silahlardan istifadə edərək, qafqazlılara hücum ediblər. Nəticədə bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib".
2014-01-07
5,853
Şəmkir korpusuna yeni qərargah rəisi təyin edildi
Bir müddət əvvəl müdafiə naziri Zakir Həsənovun əmri ilə Şəmkir korpusunun komandir müavini Xəqani Cəbrayılovun vəzifəsi yüksəldilib. Müdafiə nazirinin əmri ilə X.Cəbrayılov Şəmkir korpusunun Qərargah rəisi vəzifəsinə təyin olunub. Xatırladaq ki, Şəmkir hərbi birləşməsinin tabeliyindəki hərbi hissələrdən birinin komandiri Xəqani Cəbrayılov bir müddət əvvəl keçmiş müdafiə naziri Səfər Əbiyev tərəfindən cəzalandırılıb və onun rütbəsi bir pillə aşağı salınaraq, polkovnik-leytenant edilib. Yeni Müdafiə naziri Zakir Həsənov isə X.Cəbrayılovun yenidən polkovnik rütbəsinə layiq görülməsilə bağlı əmr imzalayıb və Şəmkir korpusunun komandir müavini vəzifəsinə təyin olunub (AzNews.az).
2014-01-07
5,854
Prezident Administrasiyası məxfi tapşırıq verdi - Özəl
"Qısa müddətdə Rayon İcra Hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinlərinin qadın mütəxəssis olması barədə Prezident Administrasiyasından tapşırıq verilib". "Axar.az"ı bu barədə bilgiləndirən mənbənin sözlərinə görə, qadın mütəxəsisin göstəriciləri də nəzərdə tutulub: gənc, ailəli, intellektli və ictimaiyyət arasında savadı, əxlaqı ilə tanınan ziyalı, adı heç vaxt hər hansı korrupsiya və ya rüşvət məsələsində hallanmayan, təmiz imicli kadr olmalıdır. İcra strukturunda çalışan və adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, rayon icra hakimiyyətlərində artıq bununla bağlı araşdırmalara başlanılıb: "Doğrusu, Administrasiyanın göstərişində başçının humanitar məsələlər üzrə müavin vəzifəsinə nəzərdə tutulan gənc qadın kadrların parametrləri çox yüksəkdir; nəzərə alın ki, bu keyfiyyətlərlə bərabər, gənc kadr həm də siyasi baxımdan səbatlı, əqidəli və işgüzar olmalıdır. Ona görə də xüsusilə bölgələrdə bu parametrlərə uyğun seçim imkanları o qədər də geniş deyil. Ancaq təkliflər hazırlanır və Prezident Administrasiyasına təqdim edilir. Təyinat isə rəhbərliyin səlahiyyətindədir, qərarı da onlar verəcək". Xatırladaq ki, artıq dekabr ayında Binəqədi və Sabunçu rayon icra başçılarına gənc qadın mütəxəsislər müavin təyin ediliblər.
2014-01-07
5,855
12 nəfər dəm qazından zəhərləndi
Ötən gün Bakıda 12 nəfər dəm qazından zəhərlənib. Məlumata görə, dəm qazından zəhərlənənlər paytaxtın müxtəlif ərazilərində olub. Zəhərlənənlərdən 1 nəfər dünyasını dəyişib. Digər 11 nəfər isə xəstəxanaya yerləşdirilib (ANS).
2014-01-07
5,856
Xarici TV kanallarının yayımı dayandırıldı
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi əvvəllər DVB-T sosial rəqəmsal TV paketinə daxil edilmiş xarici telekanalların yayımını dayandırıb. Bu barədə İB-i məlumat verib. Hazırda respublika ərazisində yayımlanan sosial rəqəmsal TV paketi yerli telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, İTV, Lider TV, ANS TV, Space TV, ATV və Xəzər TV) və Türkiyənin TRT1 telekanalından ibarətdir. Bundan əvvəl sınaq dövründə açıq rəqəmsal zərfə bir sıra xarici telekanallar daxil idi. Sınaq işləri uğurla başa çatıb. Respublika əhalisinin 97 faizi sosial rəqəmsal paketlə əhatə olunub (AzNews.az).
2014-01-07
5,857
Rus ekspert: “Miqrantlara münasibət daha da pisləşəcək”
Son günlər Rusiyada miqrantlara münasibət yenidən kəskinləşib. Volqoqradda baş verən terror aktında əsas mənbənin Şimali Qafqazdan qaynaqlanması hadisələrin bundan sonra necə cərəyan edəcəyi ilə bağlı sual yaradıb. Məsələ ilə əlaqədar Rusiya Avropa İnstitutunun eksperti Sergey Abaşinə müraciət etdik. - Cənab Abaşin, Brilyovadan sonra miqrantlara münasibətdə müsbət istiqamətdə dəyişikliklər müşahidə olunurmu? - Situasiya özündə təzadlı xarakterlər cəmləyir. Bir tərəfdən miqrasiya haqqında yeni qaydaların qəbulu davam etdirilir. Qanunda yeni dəyişikliklər edilib ki, bu da xaricdən ölkəyə işləməyə gələn şəxslərin vəziyyətini ağırlaşdırır. Digər bir tərəfdən isə Putin hüquqi şəxslərin işləri üçün patent verməklə qanunvericiliyin mümkün liberallaşdırılmasını elan edir. Bununla yanaşı isə Duma iyun ayında qəbul etdiyi qanunla futbol yarışları üzrə çalışan bəzi şirkətlərə qanuni olaraq miqrantların təyin edilməsi haqqında qanunu təsdiqləyir. Ritorikaya qalanda isə burada miqrasiyaya qarşı neqativ münasibət hökm sürür və bundan sonra da güclənəcək. - Mətbuatda Volqoqraddakı bombanı Şimali Qafqazdan olan bir qadının partlatdığı bildirilib. Sizcə, bundan sonra miqrantlara qarşı hücumlar daha da arta bilərmi? Ümumiyyətlə, ikinci Brilyovanı təkrar görə bilərikmi? - Axırıncı versiyaya görə, bombanı milliyətcə rus olan cavan oğlan partladıb. O, islamı qəbul edib və Dağıstanda təlim alıb. Prinsipcə, bu hadisələr ümumi ksenofobiyanı daha da gücləndirəcək. Ölkənin ən həssas problemi olan miqrantlara münasibət daha da pisləşəcək. Bu həssaslıq son dərəcə yüksəkdir və bundan sonra da yüksələcək. Hətta bunun üçün terror aktları da gərəkli olmayacaq. Bunun özünün inkişafının xüsusi neqativ trayektoriyası var. - Bəs hansı yollarla bu situasiyanın qarşısını almaq olar? - Antimiqrant diplomatiyası və ağır siyasət bütün dünyada var. Avropa, yaxud ən yaxşı misal kimi biz bunu Səudiyyə Ərəbistanında gördük. Bu ümum-dünyəvi tendensiyadır. Bu mənada Rusiya çətin ki, bu prosesin qarşısını tamamilə ala bilsin. Mənə elə gəlir ki, bu situasiyanı Rusiyada sadəcə olaraq nisbətən yumşaltmaq olar. Bunun üçün isə ölkədə daha etibarlı siyasi diskussiya, daha azad seçkilər və hakimiyyətlər arasında daha yaxşı bölgü olmalıdır. Hələlik isə biz Rusiyada yalnız siyasi mübarizənin və diskussiyanın artdığını görürük. Amma əgər ölkədəki yaranmış situasiyada tərəflər arasında mübarizə ədalətli deyilsə, o zaman populizm və aqressiya daha da artacaq. Bunun da qurbanları təəssüf ki, indi də olduğu kimi yenə müxtəlif etnik azlıqlar və miqrantlar olacaq.
2014-01-07
5,858
“Yeni Müsavat”ın əməkdaşı saxlanılıdı
Bu gün səhər saatlarında iki fotoreportyor "Bahar enerji"nin mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. "Axar.az" xəbər verir ki, bu barədə saxlanılan reportyorlardan biri - Tural Mustafayev özünün "feysbuk" səhifəsində yazıb. Saxlanılan digər reportyor isə "Yeni Müsavat" qəzetinin əməkdaşı Məhəmməd Türkməndir. Xatırladaq ki, jurnalistlər Qum adasında yerləşən "Bahar enerji"nin işçilərinin keçirdiyi aksiyadan çəkiliş etmək üçün adaya yollanıb. Aksiyanın səbəbi adı çəkilən şirkətin işçilərinin kütləvi olaraq işdən azad edilməsidir.
2014-01-07
5,859
Müsavat Milli Şuradan getdi - Açıqlama
"Müsavat Partiyası Demokratik Qüvvələrin Milli Şurasındakı üzvlüyünə xitam verdi". Bunu Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu deyib. O bildirib ki, yanvarın 6-da Müsavat Divanının iclası keçirilib və partiyanın bu qərarı da həmin yığıncaqda qəbul edilib. M.Cavadoğlu qərarın səbəbləri haqda şərh vermək istəməyib. Xatırladaq ki, Müsavat Partiyası Milli Şuranın həmtəsisçilərindən biri olub (AzNews.az).
2014-01-07
5,860
Şumaxer vəsiyyətini öncədən yazıbmış
Keçirdiyi qəza nəticəsində komaya düşən məşhur idmançı Şumaxerin 2010-cu ildə yazdığı vəsiyyəti ortaya çıxıb. "Axar.az" xəbər verir ki, Alp dağlarında keçirdiyi qəzadan sonra Formula 1 əfsanəsi Mixael Şumaxerin vəsiyyəti ortaya çıxıb. İngilis "Deyli Meyl" qəzetinin xəbərinə görə, Şumaxerin vəsiyyətində saysız mülk, avtomobil və 750 milyon funt nağd pul var. İdmançının sərvətini həyat yoldaşına və 2 uşağına buraxacağı vəsiyyətdə ifadə edilir. 2010-cu ildə vəsiyyətinin olduğu barədə mətbuatda xəbər yayılanda Şumaxer, vəsiyyəti yazma səbəbini başına gələ biləcək hər hansı bir hadisədən qorxması ilə əlaqələndirmişdi.
2014-01-07
5,861
Suriyada mücahidlər SOCAR-ın avtomobilini ələ keçiriblər?
SOCAR: Bizim Suriyada heç bir biznesimiz yoxdur, maşının üzərindəki loqotip saxtadır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Suriyada mücahidlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) - SOCAR-ın avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar. Məlumata görə, Bəşər Əsəd qüvvələrinə qarşı Azad Suriya Ordusunun tərkibində vuruşan mücahidlər fotosunu da yaydıqları, üzərində SOCAR-ın loqotipi əks olunan yanacaqdaşıyan avtomobilin ARDNŞ-ə məxsus olduğunu iddia edirlər. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə açıqlamasında həmin avtomobilin üzərindəki "SOCAR" loqotipinin saxta olduğunu bildirib: "Bizim Suriyada heç bir biznesimiz yoxdur və təbii ki, bu maşın da bizə aid ola bilməz. Digər tərəfdən, fotonu böyüdüb, "O" hərfinə diqqət yetirdikdə, bu loqotipin saxta olduğu aşkar görünür. Başqa ölkələrdə də SOCAR-ın loqotipinin saxtalaşdırılması hallarına rast gəlinib və bunun qarşısı alınıb. Belə hallar bir daha onu göstərir ki, SOCAR-ın işgüzar imici yüksəkdir, onun loqotipindən saxtalaşdırıb istifadə edirlər".
2014-01-07
5,862
Patriarx miqrantlara qarşı mənfi münasibətdən danışdı
"Müxtəlif mədəniyyətlərə aid olan insanlar arasında yaşanan konfliktləri güc yolu ilə həll etmək olmaz". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiyanın patriarxı Kiril çıxış edib. O, baş verən toqquşmalarda əsas səbəb kimi miqrantların yerli mədəniyyətə bələd olmadıqlarını göstərib: "Biz bilirik ki, Rusiyaya gələn insanların əksəriyyəti bizim mədəniyyətimiz, adətlərimiz və inamımız ilə tanış deyillər. Bununla yanaşı düşdükləri şəraitdə yerli anlayışların, həyata baxışın müxtəlif olduğuna özlərini öyrəşdirə bilmirlər. Məhz buna görə Rusiyada bəzi xalqlararası konfliktlər baş verir".
2014-01-07
5,863
Müsavata hökumətdən mandat söz veriblər
"Müsavat partiyasının rəhbərliyində olan insanlar ilk əvvəl Rüstəm İbrahimbəyovun fəxri sədrlikdə olmasını bəhanə edirdi. Rüstəm müəllimin rəmzi xarakter daşıyan postdan getməsindən sonra da Müsavat Partiyası Milli Şuradan getmək məsələsini müzakirə mövzusu etdi. Əslində bu faktın özü göstərirdi ki, Müsavat partiyası Milli Şuradan getmək qərarını çoxdan verib və sadəcə, bəhanə axtarışında idi". Bu sözləri "Axar.az"a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat partiyasının Milli Şuradan getməsi xəbərini şərh edərkən dedi. O bildirdi ki, Milli Şura hakimiyyətə qarşı mübarizə aparan təşkilatların birlik formatı idi. Müsavat rəhbərliyi bu birliyi öz korporativ maraqlarına qurban verdi: "Milli Şura bütün müxalif düşərgənin birlik formatı idi və Prezident seçkilərində də bunu təsdiq edərək, cəmiyyətin dəstəyini aldı. Milli Şuradan çıxmaq qərarının arxasında Müsavat partiyasının rəhbərliyində olan şəxslərin özəl və korporativ maraqları durur". Fuad Qəhrəmanlı Müsavat rəhbərliyini mandat alverində də ittiham etdi: "Bu maraqlar 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı olub və Müsavata təklif edilən mandatlar ola bilər. Təəssüf ki, Müsavat partiyasının rəhbərliyi öz korporativ maraqlarına görə partiyanın siyasi kursunu dəyişdilər. Bu dəyişiklik Müsavatın hakimiyyətə qarşı loyallaşmasına səbəb olacaq. Çox güman ki, bu qərar təkcə cəmiyyətdə deyil, həm də Müsavat partiyasının daxilində etirazla qarşılanacaq".
2014-01-07
5,864
Zakir Həsənovun yeni təyinatındakı müəmma – Etiraz
Mərkəzi Kliniki Hərbi Hospitalın (MKHH) təxminən iki aydır vəzifəsinin icrasına başlayan rəisi Tofiq Tağıyevə məharət dərəcəsinin verilməsi MKHH-də xidmət çəkən hərbi həkimlər arasında ciddi narazılığa səbəb olub. Bu haqda "Axar.az"a Mərkəzi Hərbi Klinik Hospitalda xidmət çəkən hərbi həkimlər məlumat verib. Məlumatda bildirilir ki, hələ bir müddət əvvəl təcrübəsiz zabit hesab olunan Tofiq Tağıyevin birdən-birə ehtiyatdan çağırılıb baş leytenant rütbəsindən mayor rütbəsinə qaldırılması və MKHH kimi mühüm strateji obyektə rəis təyin olunması hospitalın tibbi personalı arasında narazalıqla qarşılanıb. Bildirilir ki, məharət dərəcəsi adətən uzun illər rəhbərlik etdiyi sahədə göstərdiyi xidmətlərə və yüksək hərbi biliyə görə verilir. Mərkəzi Hərbi Klinik Hospitalda uzun illər xidmət çəkən təcrübəli hərbi həkimlər birinci və ikinci dərəcəyə sahib olurlar. Tofiq Tağıyev isə yeni vəzifəsinin icrasına başladıqdan iki ay sonra məharət dərəcəsinə yiyələnib. Əldə etdiyimiz məlumatda yeni rəis haqda daha bir müəmmalı məqam isə onun vaxtilə tamam başqa bir ağır diqanoza görə ordudan tərxis olunmasıdır. Xatırladaq ki, Mərkəzi Kliniki Hərbi Hospitalın sabiq rəisi uzun illər Müdafiə Nazirliyi sistemində çalışan tibb xidməti polkovniki Firudin Qarabəyov olub.
2014-01-07
5,865
Kamal Abdulla: Səhvlərimizin qrammatikası
Eyvazlı bütün diqqətini toplayıb baxandan sonra, nəhayət, başa düşdü ki, bu adam kimdi. Bu, Koroğlu idi! Bığları burma, qoç Koroğlu bir cıqqılı dağın döşündə əlində tutduğu əyri misri qılıncı buludsuz, əngin göylərə tuşlayıb şəstlə durmuşdu. O biri əlilə də yanında ona qısılıb qalmış, nə edəcəyini bilməyən Qıratın boynunu tumarlayırdı. Qırat tez-tez fınxırırdı. Bu zaman onun iri, ətli dodaqlarının arasından dişləri ağarırdı. Atın dişlərindən biri ağarmırdı, işım-işım işıldayırdı, çünki qızıldan idi. Bu qızıl diş haralardansa təngnəfəs gəlib özünü onların yanına çatdıran bir nərmənazik gün saçağını top kimi sinəsinə qəbul edib elə o dəqiqə üzbəüzə, misri qılıncın tiyəsinə göndərirdi. Bu ikisinin arasında qalmış gün saçağı usanmadan şövqi-bərq ilə parıldayır və bu zaman göz qamaşdırırdı. Üç gün əvvəl isə, sən təsadüfə bax, Eyvazlının yuxusuna gəlib Babək girmişdi. Bu dəfə o, bir neçə əsr daha qədimə "reys" eləmişdi və belə bir səyahətin baş tutmasına indi özü də təəccüb edirdi. Əl-üzünü yuyub üzünü qırxandan sonra Eyvazlı mətbəxə keçdi. Səhər yeməyinin hazırlığını gördü. Sabah-sabah dar, amma xudmani mətbəxin bir küncündə (əslində, bu mətbəxin hər bir yanına künc demək olardı) oturub pəncərədən düz gözünə vuran bir sırtıq Günəş saçağı ilə başını sağa-sola qaçıraraq yüngülvari "mübarizə" etdi. Sonra fikri yayındı və o, əlindəki isti qəhvə dolu fincandan ləzzətlə qurtum-qurtum dalınca aldı. Bu dəfə fikirli idi. Fikirləşirdi, axtarırdı son zamanlar sərasər onun yuxusuna girən bu xalq qəhrəmanları ondan nə istəyir, nə verib ondan alammırlar – heç cür tapammırdı. Ağıllı fikirlər Eyvazlının beyninə, adətən, səhərə yaxın gəlib girirdi. Bunun səbəbini isə o belə izah edirdi. Gecə yuxusundan sonra beyin dincəlmiş olur, ondandı. Bu sabah da yuxudan ayılıb çarpayıda yerdəmi ala-ala ağlına gələn ilk ağıllı (bir başqa dünyada – ağılsız!) fikir bu oldu ki, Koroğlu onun qəhrəmanı deyil. Əvvəlcə bu əndrəbani fikir Eyvazlını səksəndirdi. O təlaşa düşdü. Sonra sadəcə, qanı qaraldı. Beynindən keçdi ki, deyəsən, böyük bir qələtin astanasında artıq gəlib durmuşdur. Başını bulayaraq bu sərsəm fikri qovalamaq istədi. Amma lənətəgəlmiş əndrəbani fikir eynən mətbəxdə onun üzünə-gözünə qonan o sırtıq, zəhlətökən Günəş saçağı kimiydi. Beyninin içində dəcəl keçi kimi bir qırışdan o biri qırışa atdanırdı və öz xoşuna heç hara yox olub getmək istəmirdi. Eyvazlı əlini atıb pəncərənin nazik pərdəsini çəkdi. Qəhvəsini içib qurtarandan sonra Eyvazlı adəti üzrə fincanı cəld bir hərəkətlə ağzıüstə çevirib nəlbəkinin içinə basdı. Səbirsizliklə gözlədı. Fal açacaqdı. Gördüyü yuxunu hökmən yozmaq lazım idi. "Bugün" ona nə hazırlamışdı?! Qəhvənin lili üzüaşağı fincanın divarlarına çökə-çökə əyri-üyrü xətlər cızıb ona nə isə deməliydi. Bu qəhvə xətləri onu heç zaman aldatmamışdı. Eyvazlı qəhvə xətlərinin ötürdüyü məlumatı dəfən-dəfən sınaqdan keçirmişdi. Elə təkcə bunu xatırlasaq, bəs edər. Universitet illərinin ilıq xatirəsi... Qəfildən sinif otağının sakit tənhalığında peyda olmuş Mirey Matyeyə oxşayan o naməlum qıza elə o andaca aşiq olub qızı öpəcəyini hətta saat və dəqiqəsinəcən ona xəbər vermələri nəyə desən dəyərdi. Qəhvə xətlərinin bu barədə xəbəri sabah-sabah olmuşdu. Düzdü, öpüş qəhvə xətləri deyən kimi, yəni, dodaqdan dodağa alınmamışdı – onun dodaqları sürüşə-sürüşə bu naməlum qızın ancaq üzündə gəzə bilmişdi. Zəng vurulmuş, uşaqlar dəstəylə onların bir küncə sığındığı sinif otağına soxulmağa başlamışdılar. Elə bu zaman bir-birinə qaynayıb qarışan tələbələr arasında qız yox olmuşdu və Eyvazlı bir daha o qızı heç harda görməmişdi. Hər nəydisə, belə məqamlar həmən uğursuz öpüşdən sonra yoxa çıxmış o qız kimi unudulan deyildi və indiyənədək o öpüş hərdən hardansa bir canlı kimi zühur edir, pudluq daşlar kimi gəlib onun nazik, o uzaq öpüşün portağal dadını özündə qoruyub saxlayan dodaqlarından asılırdı ... Qəhvə xətlərinin tamamən quruyub öz yerini tutmasını gözləməyə Eyvazlının hövsələsi çatmadı. Eyvazlı fincanı cəld bir hərəkətlə nəlbəkinin içindəcə arxası üstə çevirdi. Başını əyib gözlərini qıyaraq diqqətlə fincanın içinə baxdı. Əyri-üyrü xətlər yuxarıdan aşağı yazılmış Çin heroqliflərinə oxşayırdı. Çin heroqlifləri qara-qura bir mətnə dönüb ona nə isə deməyə çalışırdı. Eyvazlı bu qara-quranı höccələyib oxumağa başladı. Sözləri asanlıqla oxuyur və mənanı anlayırdı. Qrammatikanın olmamağı məsələni qat-qat asanlaşdırırdı. Fincanın içindəki xətləri oxuduqca Eyvazlı düşünürdü. Yox, yox, yenə də yox! Koroğlu qəhrəman deyil. Belə qəhrəman olmaz. Eynilə, Babəkin nəyi bundan yaxşıdır?! Bir az da dərinə getmək olar. Lap elə Şah İsmayılın özünü götürək. Hm, amma burda bir az ehtiyatlı olmaq gərəkir. Şah məsələsi bir az qəliz məsələdir. Yaxşısı budu, Eyvazlı Şah İsmayılı bu dəstəyə qatmasın. Ağzıgöyçəklər min əfsanə uyduracaq. Yox, niyə ki... amma... orası da var ki, lakin o da inkaredilməzdir ki, bu şəxsiyyətlərin hamısı, Şah İsmayıl başda olmaqla, öz dövrlərinin buzunu qıran, gələcək üçün yolaçan adamlar olublar. Seçilən, fərqlənən adamlar... Nəhəngdirlər, buna şübhə yoxdur. Bir neçə gün əvvəl nəşriyyatın "Qədim ədəbiyyat" şöbəsində işləyən bir həmkarı (adını xatırlamır) "dəlidən doğru xəbər" rejimində yaxşı dedi. O olmasaydı, yəni, Şah İsmayılı nəzərdə tuturdu, biz bu gün necə deyə bilərdik ki, bir xalq kimi bizim də ayağımız 16-cı əsrə dəyib?! Bir tərəfdən baxanda doğru sözdür. Bizim ayağımız böyük tarixin içində hər onilliyə, hər əsrə tappıltıyla dəyməyib axı. Olsa-olsa, yüngülvari, mələklər kimi, üzdən, ahəstə... Eyvazlının tanıdığı və ünsiyyətdə olduğu bir Ağıllı şeytan vardı. Ağıllı şeytan belə hallarda Eyvazlının qulağına onun ruhunu oxşayan həlim bir səslə pıçıldayırdı ki, azı buna görə bu nəhənglərin qədrini bilmək vacibdir. Eyvazlı Ağıllı şeytanı çox gözəl başa düşürdü. Amma Ağıllı şeytanla yanaşı bir Dəli şeytan da var idi. Dəli şeytan isə öz zəhlətökən, cır səsilə belə deyirdi: Yox, nərə çəkib qılınc çalan bu adamlar qəhrəman-zad deyillər. Onları qəhrəman eləmək səhvdir. Koroğlu öz padşahına asi olub, dövlətçiliyə qarşı çıxıb. Ən böyük qəhrəmanlığı da, deyəsən, elə Nigarı götürüb qaçırmağı olub... Dəli şeytanla razılaşmamaq çətin idi. Amma bu zaman Eyvazlıya elə gəlirdi ki, o, kiməsə, nəyəsə xəyanət edir. Bu zaman Eyvazlı əməlli-başlı əzab çəkirdi. Elə bilirdi ki, əynində heç nə yoxdur və o, anadangəlmə, lüt –üryan durub hamının qabağında. Hamı onu beləcənə, lüt bir halda görür, o da öz ayıb yerlərini heç cür eləyib gizlədə bilmir. Qışqıra da bilmir, izah edə də bilmir, əlilə ora-burasını tuta da bilmir. Bundan betər bu dünyada heç nə yox idi, ola bilməzdi. Adam yanında dinmirdi, xəcalətdən səsini çıxarmırdı, amma təklikdə özü ilə heç cür bacara bilmirdi. Əzab çəkə-çəkə hər şeyi anlayırdı. Anlayırdı ki, Dəli şeytanın dəlilləri poladdan möhkəmdir, amma... Eyvazlının qəlbinin içində yenə də bir səs pıçıldayırdı ki, düzgün deyil belə düşünmək, ələlxüsus da, belə danışmaq. Nəticəsi ola bilər. Adamı tutarlar, adamı daşqalaq edərlər. Bu anlarda onun kürəyinə soyuq tər gəlirdi. Qəhrəmanlara qiymət verməyi sevsə də, etiraf etmək lazımdır ki, Eyvazlı təbiətcə qorxaq idi. Həmişə Dəli şeytanla "dərdləşəndən" sonra canına beləcənə xof düşərdü. Xüsusilə, Şah İsmayılla bağlı Dəli şeytanın onun beyninə saldığı hərzə-hərzə düşüncələr Eyvazlını çox pərişan edirdi. Başqa bir tərəfdən də sevinirdi ki, duyuq düşüb təpinəni yoxdu. Bilirdi ki, əgər balaca təpinən olsa, "Mürşidi-kamilim!" bağıra-bağıra üzü geriyə, düz 16-cı əsrə qədər hövlnak qaçacaq, ürəyi əsə-əsə özünü sevimli Şahın ayaqları altına atacaq, əfvini yalvaracaqdı. Eyvazlı səhər yeməyini bu cür pərakəndə düşüncələr içində bitirdi. Əlində tutub ora-bura tərpətdiyi fincanın divarlarında özünə yer eləmiş əyri-üyrü qara qəhvə zolaqları pozuq olsa da, səsli bir xəttə dönüb qulağına onu həyəcanlandıran belə sözlər pıçıldayırdı: "Təəssüf ki (bir başqa dünyada: nə xoş ki), yuxuda olanlar həyatda baş vermir, həyatda yuxudakının əksi baş verir. Koroğlunu isə, ey Eyvazlı, sən çox da ürəyinə salma. Koroğlu hələ sənə sübut edəcək ki, o, həqiqətən, qəhrəmandır. Bu günün axşamı önəmli bir hadisə baş verəcək və bu hadisə sənin həyatını dəyişəcək. Sən o hadisə ilə təkbətək, üzbəüz qalmalısan. Buna hazır ol". Əyri-üyrü, hələ tam qurumamış qəhvə xətləri bu xəbəri ona tələsik ötürüb eləcənə də tələsik fincanın divarlarında bir-birinin içinə girərək bir-birinin içində əridilər. Eyvazlının ürəyi sıxıldı. Qapıdan çıxarkən adəti üzrə divardan asılmış qədim və üstü ləkəli güzgüyə diqqət etdi və beynindən hər dəfəki kimi yenə də eyni nimdaş sual keçdi: "Dünən bu güzgüdə gördüyüm sifət bugünkü sifətdi, ya yox?!" (Bu sual bütün başqa dünyalarda eyni cür səslənirdi). Günəşli bir gün idi. Küçə boyu irili-balacalı evlər gah bir-birinə tərəf əyilib bir-birinin içində əriyir, gah da qəddi-qamətlərini düzəldir, tovuz quşları kimi cilvələnirdi. Gün adamın təpəsini deşir, tər boynundan ayağına qədər şırhaşır su kimi axıb gedirdi. Kölgə axtarıb altına düşmək Eyvazlının ağlından keçmədi. Çünki ağlından keçsəydi belə bunun faydası olmayacaqdı. Gün işığı var idi, binalar var idi, onların əyilib-düzəlməkləri var idi, amma onların kölgəsi yox idi. Gün başına vura-vura, tərini tökə-tökə Eyvazlı beləcənə yol gedirdi, amma hara üz tutub getdiyini o an unutduğundan hansı küçədən hansı küçəyə keçməyi vecinə belə deyildi. Gedə-gedə gözünün qabağına hərdən Koroğlunun, hərdən də Şah İsmayılın məktəb dərsliklərindəki şəkilləri gəlirdi. Bu zaman gözlərini bərk-bərk yumurdu. Amma bu halında da o, yolunu gözləri açıqmış kimi inamla gedirdi. Yol özü onu gətirib çalışdığı nəşriyyat binasının qapısı ağzına çıxardı. Ağır, hündür taxta qapını təkcə əli ilə deyil, az qala qapıya yapışdırdığı çəlimsiz bədəninin olan-olmaz ağırlığı ilə yavaş-yavaş aralayıb özünü birtəhər içəri saldı. Geniş, mərmər pilləkəndən canına yayılan sərinlik Eyvazlının huşunu bir anın içində yerinə qaytardı. Eyvazlı pillələri qalxa-qalxa keyflə düşündü ki, bu gün çərşənbədir və onun görməli olduğu bir iş yoxdur... amma yox! Lənət şeytana və onun bütün köməkçilərinə! Mərmər pilləkənin bir qırıq yeri vardı, ora ayağını qoyan kimi, ayağı az qala büdrəyən kimi yadına düşdü. Allahın bəlası düşdü yadına. Günorta zamanı Eyvazlının yanına şeirlər kitabının plana salınmasıyla bağlı şeirləri özündən, özü şeirlərindən betər, son dərəcə idbar və özündən müştəbeh bir şair gələcək. Məşəqqətmi? Məşəqqət!.. Adamla görüşün qaçılmazlığı bir anın içində onun qanını qaraltdı. Şairi görməyə Eyvazlının gözü yox idi, ondan zindeyi-zəhləsi gedirdi. Amma onun barəsində düşündüyü həqiqəti üzünə deyə bilmirdi. Dili gəlmirdi. Az qala utanırdı. Bəlkə də, kim bilir, qorxurdu... Ürəyində şairə ad da qoymuşdu: "Vampir!" Öz-özünü isə Dəli şeytanın təkidilə inandırmışdı ki, şair, həqiqətən, vampirdir və bu vampir hər görüşdə gizlin-gizlin, ləzzətlə onun qanını sovurur... ...Vampir üzbəüz kresloya özü boyda sual kimi yayxanıb oturanda Eyvazlı bu dəfə də ona hansı cavabı verəcəyini qəti şəkildə müəyyənləşdirməmişdi. Daha doğrusu, hansı cavabı verəcəyini bilirdi, o cavabı Dəli şeytan onun üçün elə havadaca gözlərinin qabağında "şparqalka" kimi yazdı. Eyvazlı bunu oxuya biləcəyindən əmin idi, amma Eyvazlı bu oxuyacağı cavabı nə cür ifadə edəcəyini bilmirdi. İş beləcənə yavaş-yavaş müşkülə dönürdü. Elə bu zaman, məhz söhbətə başlamazdan əvvəl, nə oldu, nə olmadı, Eyvazlının gözləri önündən vaqeə kimi biixtiyar bunlar keçdi... ... Harri Potterin sehirbazlar dünyasında bir küçə var, o, Eyvazlı bu küçədədir. Küçə sehirbazlarla doludur. Küçənin sağında, solunda əcayib malların dolu olduğu vitrinli mağazalar da sehirli idilər. Bu mağazalardakı müxtəlif malların – dəftərlərin, kitabların, məktəbli çantalarının, köynək və şalvarların, eynək və şapkaların adam kimi dilləri vardı və onlar dil açıb müştərilərlə danışırdılar. Sehirli mağazalarda sehirbazlar alış-veriş edirdilər. Onlar hərdən müştəriyə belə deyirdilər: "Mənə inanmırsan, malın özündən soruş..." Müştəri də bundan sonra malın özüylə danışmağa başlayırdı. Sehirbazlarla yanaşı bu küçə ilə mutantlar gəzişirdi. Cürbəcür, bir-birinin qarışığı olan heyvanlar başqa bir dünyadakı (Eyvazlının tanıdığı dünyadakı) adamlar kimi dal ayaqları üstündə gedib-gəlirdilər. Burda xoruz başlı ayı da var idi, ayı başlı xoruz da var idi, eynəkli qartal da var idi, şir baslı qoyun da var idi, bir sözlə, burda kim yox idi?! Hələ baxıb tanımadığı nə qədər məxluqat var idi burda. Qorxuluydumu? Qorxuluydu! Eyvazlını elə bir vəhmə bürüdü ki, daha bu küçədə qalmağa dözəmmədi, gözlərini bərk-bərk sıxıb özünü hövlnak qaytarıb gətirdi yenə də öz iş otağına, Vampir şairin yanına saldı. ...Və indi onun qarşısında ayaqlarını bir-birinin üstünə sallayıb oturmuş bu vampir Harri Potterin küçəsindəki xortumu uzun, qoltuğunda qalın kitab aparan sallaqdodaq filə oxşayır. Orada fil iki ayağı üstündə yeriyir və gözləri alışıb-yanırdı, yəqin, belə hallarda o da vampir kimi öz fil beynində qafiyə axtarırdı. Eyvazlı düşündü: fil qafiyəsi görən nə boyda olar?! Ətrafa nəzər salıb öz otağına qayıtdığına əmin olan Eyvazlı rahat bir nəfəs alaraq bığaltı gülümsədi. (Niyə bığaltı? Eyvazlının axı bığları yox idi. Amma yox, bir başqa dünyada, lap elə Harri Potterin sehirli küçəsinin uzanıb getdiyi dünyada Eyvazlı əlini bığına çəkmişdi, ona elə gəlmişdi ki, yuxudadı, ayılmaq üçün bığını dartmışdı, orada onun bığları var idi...). ...Beləliklə, Eyvazlı rahat nəfəs alıb dodaqucu gülümsədi. Həqiqətən də, ən böyük biclik, çox doğru deyiblər ki, düzlükdü. O niyə axı bu boyda dərdi öz çiynində çəkməlidir?! Olmaz ki, sözünü birdəfəlik desin və hər şey də bununla qurtarsın, getsin... Vampirin ağaran dişləri, əlbəttə ki, əsl ucubiz vampir dişləri idi. Bu dişlər çox asanlıqla və çox rahat bir şəkildə adamın boğazına sancılıb qanını soura bilər. Eyvazlı birdən çox aşikar şəkildə boynunun iki bir-birinə yaxın nöqtəsinin arı sancmış kimi gizildədiyini hiss elədi. Beynindən guppultuyla bunlar keçməyə başladı. Sən, Eyvazlı bu Vampirə heç nə sübut edə bilmirsən, bilməyəcəksən, özünü öldürsən də, partlasan da bu mümkün olmayacaq, çünki siz ayrı-ayrı Azərbacan dillərində danışırsınız. Bəlkə də siz ayrı-ayrı dünyalardasınız. Sənə elə gələcək ki, dünyaların birində işə gəlməyinə gəlmisən və əynində köynəyin, şalvarın var, bu dünya üçün bu təbiidir. Amma hansı döngədənsə keçəndə sən qəflətən başqa bir dünyaya düşmüsən və orda sənə baxıb səni lüt görürlər. Bəlkə də sən evdən çıxanda səhvən başqa bir dünyanın – lütgəzənlər dünyasının qanunlarına görə şalvarını geyinməmisən. Bu sənin yadından çıxmayıb, sən sadəcə dünyaları dəyişik salmısan, buna görə də indi içində partlaya-partlaya qalmısan. Heç nə də edə bilmirsən... Vampir isə həmişəki laübali, guya çoxbilmiş tərzilə, dodaqlarının ucundakı istehzalı təbəssümü ilə son dərəcə yalançı bir səbr və ədəb-ərkanla üzbəüzündə oturub sənə mərhəmətlə baxır. Onun hər şeydən, Eyvazlının beynindən keçən hər şeydən xəbəri var. Eyvazlı birdən başa düşdü. Vampirin məqsədi aydından aydın imiş – onu hövsələdən çıxarıb açıq söhbətə çəkmək... – Mən sizinlə açıq danışacağam. – Eyvazlı daha dözmədi, qəti qərara gəlmiş adamlar kimi hətta ayağa qalxıb sözünə başladı. Eyvazlının səsində qəribə bir inam hiss olundu. — Kim nə deyib sizə bilmirəm, amma mən düşündüyümü deyəcəm. Riyakarlıq edə bilmirəm. Mən belə düşünürəm... Bu şeirlər... bunlar şeir deyil... Vallah, şeir deyil, billah, şeir deyil. – Eyvazlı "uf" deyib pauza verdi və təzədən yerinə oturdu, barmaqlarını bir-birinə sıxıb şaqqıldatmağa başladı. Aydın idi ki, o, belə bir "qəhrəmanlığa" hazır deyildi, ona görə də birdən-birə dediklərinə peşman oldu, növbəti dəfə "uf" eləyib narahat şəkildə yerində qurcuxdu. Eyvazlı üçün başqasını utandırmaqdan daha pis heç nə ola bilməzdi. Əlbəttə, Eyvazlı gərək pauza verməyəydi. Elə bil, özünün də ürəyinə dammışdı ki, balaca bir pauza versə, Vampir daha onun sözünü sonadək dinləməyəcək, hökmən sözünü kəsəcək. Onu əməlli-başlı, necə deyərlər, alıb gedəcək. Kaş belə olmayaydı. Eyvazlı ümidlə dərindən köks ötürdü, yerindəcə qısılıb qaldı. Ona elə gəldi ki, bir neçə an yox, bir neçə il keçdi. Vampirin cır səsi Eyvazlının yadına Dəli Şeytanı saldı. – Sən davam elə, özünü darıxdırma. Mən səni diqqətlə dinləyirəm... – Vampirin dodaqları amansız və istehzalı bir təbəssümün ağırlığından əyildi. Adam bu dəfə öz idbar təbəssümünü heç gizlətməyə də çalışmadı, əmin oldu ki, onun təbəssümü Eyvazlının "yeddi qatından keçdi", yalnız bundan sonra ayaqlarının hansınısa hansınınsa üstündən götürüb (Eyvazlının bir diqqəti onun ayaqlarında qalmışdı, amma ayaqlar bir-birinə meynə tingləri kimi qaynayıb qarışdığından bunu dəqiq ayırd edə bilmədi) haracan gəldi, deyəsən, lap elə otağın ortasınacan uzatdı. Kresloda şirin-şirin qurcuxub yerini uzun bir söhbət üçün rahladı. Eyvazlı seytnota (çaşqın bir hala) düşdü. Əlbəttə ki, Eyvazlı təkcə bu dünyada deyil, mövcud olan bütün sonsuz dünyalarda da qorxaq idi. Sözünü bir su içimində dəyişmədimi, dəyişdi. Naçar bir halda, gözlərində və səsində yalvarışla Vampirə dedi: – Yox, yox, məni düzgün başa düşün. Mənim şeir zövqüm elə də yaxşı deyil. Əsla. Əsla sizin şeirlərinizə mənim siz deyən elə bir... iradım, sözüm yoxdur. Məni düzgün anlamadınız... Şeirlərinizin... özünəməxsus tərzi var. Hm... Siz bir bizim şöbə müdiri ilə danışsanız... məncə, daha doğrusu bu olar... Nəşriyyatın poeziya şöbəsinin müdiri Göymirzəli ilanla yola getməyi bacaran bir köhnə ədəbiyyat adamı idi. Lazım gəlsə, şeir yazan əjdaha ilə də dil tapardı, hamını da razı salardı. Göymirzəli nə zamansa hətta bir xalq şairinə belə demişdi: – Vallah, halal olsun. Billah, halal olsun. Sən istəmisən ki, bir axmaq şeir yazasan, sən də onu yazmısan. Əhsənül-əhsən. Elə bilirsən asandı? – Əlbəttə, asan deyil... – Xalq şairi Göymirzəliyə minnətdarlıqla baxandan sonra əlində hazır tutduğu dəsmalla tərli, daz başını silə-silə nə danışdığını, necə tələyə düşdüyünü isti-isti ağlına belə gətirmədən əlüstü cavab vermişdi... İki göz istəyirdi, Eyvazlının biçarə halına tamaşa eləsin. –Deməli, sən deyəcəyini dedin, qurtardın?!– Vampir boğazını yüngülcə arıtlayıb süni bir razılıqla və qətiyyən tələsmədən incə-incə, yağlı-yağlı danışaraq səsinin şirin yerinə saldı. Gözləri bir an sonra alacağı ləzzətdən ulduz göydə axan kimi axıb getdi. Eyvazlı hiss elədi ki, haman xalq şairi kimi tora düşməkdədir, soyuq tər yenə də başladı bunun boynundan köynəyinin içiylə kürəklərinə qədər axmağa. Dodaqaltı öz-özünə nə isə mızıldadı. Vampir onun mızıltısını təsdiqləyici cavab kimi qəbul elədi. – Deməli, qurtardın... İndi də sən zəhmət çək, mənə qulaq as. – Vampirin səsi bir anın içində dəyişib codlaşdı, hətta bu səs Eyvazlıya bir qədər vahiməli gəldi. Vampir xeyli qətiyyətli və ciddi bir şəkildə, nəhayət ki, bu gənc hərifə əməlli-başlı dərs vermək qərarına gəlmişdi. "Çox dözdüm mən sənin cəfəngiyyatına... Sirlərin açılma zamanıdır. Eybi yox, zərbə ağır olacaq, amma dözümün çatsa, anlayacaqsan... Bizi də bir adam əvvəl-axır anlamalıdı, ya yox?!" Eyvazlının balaca otağındakı səsli divar saatını hamı bəzək kimi qəbul edirdi, çünki saatın kəfkiri divardan asıldığı vaxtdan indiyənə qədər eləcənə donub qalmışdı. Birdən-birə bu kəfkir öz-özünə hərəkətə gəlmədimi, gəldi. Eyvazlı diksindi və mat-məəttəl qaldı. – Mən sənin yaşında, balası... – Vampir heç nəyə fikir vermədən danışmağa başladı, – ulduzdan ulduza uçurdum. Gəlib sizin bu camış iyi verən üfunətli dünyanıza düşəndə, daha doğrusu, ilişəndə, – bu yerdə Vampir üz-gözünü nifrətlə büzüşdürdü. – İlk əvvəl başa düşmədüm ki, bu qədər sonsuz ulduz arasında iki üstəgəl ikinin dörd elədiyi belə bir dünyada necə oldu ki, qalası oldum. Səhv etdim. Çox böyük səhv etdim. Sonra çox sonra bu səhvimin səbəbini anladım. Amma gec idi. Bilirsənmi, səbəb nə oldu? Bu dünyanın havasında hər şey bir-birinə qarışmışdı, hər şey bir-birinə oxşayırdı. Adamlardan tutmuş ağaclara, daşlara qədər hər şey. Onlar hamısı bir-birilə qafiyəydilər. – Vampir neştərini daha dərindən batırmaq istədi. – Hər şeyin bu dünyada qafiyəsi vardı. İndi də var. Sənin də qafiyən var. Sevgilin, dostun, ürək qızdırdığın birisi yoxdu ki, deyim, bax, sənin qafiyən budu. Sənin qafiyən bilirsən, nədi? Amma inciməyəsən. Sənin qafiyən... bir atdı. At. Sən ata çox oxşayırsan... Nə isə... Bu bir başqa mövzudu. Deyəcəyəm. Deməsəm, ölləm. Bu dünyanın havasında qafiyələr oynaşır. Mən hər şeyin mahiyyətindəki qafiyələri deyirəm. Mən onları görürdüm. Mənim səhvim məni bura salan səhv cümlənin naçar mübtədası qədər əlacsız idi. Altından indiyənə qədər çıxa bilmirəm. Mənim səhvlərimin qrammatikasını yazmaq olar, balası... Sənsə mənə nə deyirsən?! Sən Allah, qoy görüm nə deyirsən?! Sənsə mənə deyirsən, qulaq qafiyəsi belə gəldi, kök qafiyəsi belə getdi, misranın içində o söz yerində deyil, bu söz artıqdır... Mahiyyətin qafiyəsindən danış sən, övladi-kəbir, mahiyyətin qafiyəsindən... Bunları birnəfəsə vulkan kimi püskürəndən sonra Vampir dili ilə dodaqlarını yaladı və susdu. Ortalığa namünasib bir sükut çökdü, amma uzun sürmədi. Sükutu Vampirin özü pozdu. Qarşısında bir günahkar kimi, məzlum və yazıq-yazıq oturmuş Eyvazlını ("Allah, mənim günahım nədi?") bu dəfə açıq-aşkar şəfqətlə süzdü. Gözlənilmədən iztirab dolu ahənglə, öz-özü ilə danışırmış kimi dediklərinə belə bir əlavə etdi: – Sənin nə günahın?! Sənin ki bir günahın yoxdur... Bilirsən, mənə qəribə gələn nədir? Niyə bizi tərk elədilər?! Sual budu. Yoxsa ki... Olum, ya ölüm... Cəfəngiyyat! Axşama yaxın Eyvazlı suyu süzülmüş bir halda iş yerini tərk etdi. Yenə küçələri, döngələri bir-birinə qarışdıra-qarışdıra, ordan vurub burdan çıxaraq, burdan vurub ordan çıxaraq sanki dövrələmə, dairələr cıza-cıza yuxarı məhəllədəki evinə tərəf istiqamət aldı. Yol gedə-gedə o belə düşünürdü: "Vampirin dedikləriylə bu sabahkı qəhvə falı arasında, görəsən, bir oxşarlıq varmı?! Qəhvə falı axı başqa şey demişdi. Onun dediyi axşam baş verməliydi. Bu gün axşamüstü mənim həyatımda çox mühüm bir hadisə olmalıdı... Bəs niyə heç nə baş vermir?! Eyvazlının dodaqlarına acı bir təbəssüm qondu. Axşam yavaş-yavaş, hüznlə düşürdü. Dar dalanla əyri diki qalxıb birmərtəbəli, ikimərtəbəli böyüklü-balacalı evlərin bir-birinə qısıldığı küçəyə dönən zaman gözünün qarşısında belə bir mənzərə canlandı. Yaşadığı evin qapısı ağzına bir at gətirib bağlamışdılar. Ətrafda bircə tanış adam belə gözə dəymirdi. Axşamın bu vaxtında ora-bura Harri Potterin küçəsində olan kimi mutantlar gəzişirdi. Adam-fillər, kenquru-balıqlar, şir-ceyranlar, dovşan-qarğalar bir-birilə min illərin mehribanı kimi söhbət edirdilər... Bilmədi, niyə, amma bu adi, heç bir qarışığı olmayan atı evinin qabağında görəndə Eyvazlının ürəyində bayaqdan bəri özünə yer eləmiş gərginlik əriməyə başladı. At uzun boynunu ona tərəf çevirib məhrəm-məhrəm, ürəkdən fınxırdı. Fınxıran zaman atın dişləri ağardı. Eyvazlının diqqətini çəkdi ki, bu atın ağzında bir diş qızıldandır. Atı tanımazdımı, o saat tanıdı. Qırat idi. Bu dəfə sevincdən, ya həyəcandan Eyvazlının damarında qanı coşdu, ürəyi əsim-əsim əsməyə başladı. Ondan çıxmayan iş – cuşa gəlib sağ əlini kəmərinə atmaq istədi, amma yadına saldı ki, qılınc adına bir şey orda yoxdur. Eləcənə ürəyi əsə-əsə atın yanından əlini onun belinə ehmalca sürtərək (bir başqa dünyada şappıltıyla vuraraq) keçib evin qapısına toxunmazdan əvvəl başını qaldırdı, ikinci mərtəbədəki həmişəqaranlıq pəncərəyə nəzər saldı. Bu, qonaq otağının pəncərəsi idi və qonaq otağına ayda-ildə bir dəfə girən olmazdı. Eyvazlı bu gün də qonaq gözləmirdi. Pəncərədən işıq gəlməməli idi... Pəncərədən işıq gəlirdi.
2014-01-07
5,866
Ordu zabitlərinin 10 faizi Gülənə çalışır – İddia/Video
""Camaat" öz adamlarını Türkiyə Silahlı Qüvvələrinin tərkibinə də yerləşdirməyi bacarıb". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə türkiyəli jurnalist Əbdürrəhman Şimşək çıxış edib. O, Türkiyə Silahlı Qüvvələrindəki xüsusi qaynaqlarından bu haqqında ona məlumat verdiklərini bildirib: "Hazırda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə "gülənçi" kadrlar sızıb. Ordudakı zabitlərin azı 10%-i məhz bu adamlar üçün çalışır".
2014-01-07
5,867
Prezident və xanımı yeni tibb mərkəzini açdı - Foto
Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin açılışında iştirak edib. "Axar.az" məlumat verir ki, Prezident mərkəzdə yaradılmış şəraitlə tanış olub. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə Prezidentə məlumat verib. Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra İlham Əliyev səhiyyə işçiləri ilə görüşüb. Qeyd edək ki, Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə Sərəncam imzalamışdı.
2014-01-07
5,868
Keçən il Rusiyada 20 miqrant öldürülüb
2013-cü ildə Rusiyada neonasistlərin hücumları nəticəsində 20 nəfər miqrant öldürülüb. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı "Sova" analitik informasiya mərkəzi yayıb. Hücumların əsas qurbanlarının Mərkəzi Asiyadan Rusiyaya gələn miqrantların olduğu bildirilib. Siyahıda ən aktiv hücumların həyata keçirildiyi xalqlar arasında qafqazlıların da adı yer alıb. "Sova" həmçinin yaralanan miqrantların sayının 173 nəfər olduğunu qeyd edib.
2014-01-07
5,869
Rza Zərrab Gündəşdən hər gün 42,8 lirə alır
"Hürriyət" qəzetinin yazarı İzzət Çapa bugünkü yazısında rüşvət iddialarına görə 17 dekabr əməliyyatında həbs olunan Əbru Gündəşin həyat yoldaşı Rza Zərrab barədə yazıb. "Axar.az" xəbər verir ki, yazıda Əbru Gündəşin Rza Zərrabı həftədə 1 saat görə bildiyi qeyd olunub. O da hamı kimi öz sırasını gözləyir, daha sonra içəri keçir. Bundan başqa, Zərraba həftədə 10 dəqiqəlik telefonla evinə zəng etmək haqqı verilib. Vaxt bitincə telefon bağlantısı avtomatik kəsilir. Həftədə isə cəmi 300 lirə alır. Qeyd olunur ki, karantin dövründə o, bu pulu belə, ala bilməyib.
2014-01-07
5,870
Türkiyə Azərbaycanın əsiridir – Şərh
"Türkiyə Azərbaycanın əsirinə çevrilib". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə polşalı politoloq Mateuş Piskorski çıxış edib. O, Azərbaycana görə Sürix protokollarının imzalanmasının 2014-cü ildə də mümkün olmayacağını deyib: "2014-cü ildə Türkiyənin xarici siyasətində əsaslı dəyişikliklərə ümid etmək yersizdir. Davudoğlunun səfəri, sadəcə, öz amerikalı müttəfiqlərinin xahişi ilə edilmişdi və formal xarakter daşıyırdı. Mən güman edirəm ki, bu il və gələn ilə Türkiyədə keçiriləcək seçki kampaniyalarında erməni soyqırımı əsas gündəm məsələlərindən biri olacaq". Qeyd edək ki, Türkiyə indiyə qədər Ermənistanla sərhədləri Qarabağ konfliktinə görə açmır.
2014-01-07
5,871
Müsavatdan Milli Şuran bəyanatı
Müsavat Partiyası Milli Şuradan çıxması barədə bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Müsavat Partiyası Milli Şuranın strukturları formalaşarkən heç bir iddia irəli sürməyərək, hətta siyasi qüvvələrin bu qurumda öz güclərinə adekvat olmayaraq təmsilçiliyinə razılıq verib, Milli Şuranın seçkilərdə vahid namizədlə iştirakı təmin edildikdən sonra, Müsavat Partiyası Məclisi tərəfindən prezidentliyə namizədliyi ilin əvvəlində irəli sürülmüş İsa Qəmbərin namizədliyindən imtina edib, Milli Şuradan asılı olmayan səbəblərdən Rüstəm İbrahimbəyovun seçkilərdə iştirak edə bilməyəcəyi aydın olduqdan sonra Milli Şurada təmsil olunan bir sıra siyasi qüvvələrin ciddi müqavimətinə və pozucu fəaliyyətinə baxmayaraq, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin prezidentliyə namizəd kimi irəli sürülməsi və dəstəklənməsi nəticəsində müxalifət qüvvələri seçkilərdə iştirak etmək imkanının təmin olunması Müsavat Partiyasının birmənalı və təkidli mövqeyi nəticəsində mümkün olub. "Ziyalıların seçki prosesində iştirak faizi, kütləvi aksiyalarda iştirak edənlərin sayı və digər amillər göstərdi ki, sadəcə demokratik qüvvələrin bir araya gəlməsi və vahid namizədin müəyyənləşməsi cəmiyyətdə köklü siyasi dəyişikliklərə nail olmaq üçün yetərli deyil, bunun üçün yeni üsullar və metodlar, fərqli mübarizə taktikasının seçilməsi zəruridir. Müsavat Partiyası bunu nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən real siyasi qüvvələrlə müttəfiqlik və əməkdaşlıq müqavilələri bağlamaq, onlarla birgə yeni siyasi şəraitə uyğun olaraq həm Milli Şura daxilində, həm Milli Şuradan kənarda funksional əməkdaşlığın səmərəli yollarını birgə müzakirə etmək təklifini irəli sürdü. Müsavat Partiyasının bu xoşməramlı təklifinə bəzi siyasi qüvvələrin adekvat olmayan reaksiyası, müttəfiqlik münasibətlərinin qurulmasından imtina edilməsi, əksinə müttəfiqlik təklif etdiyimiz bəzi qüvvələr tərəfindən Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasına start verilməsi partiya strukturlarında böyük təəssüf və narahatlıqla qarşılanıb. Müsavat Partiyasının Divanı yuxarıda qeyd olunanları nəzərə alaraq, prezident seçkiləri ilində və prezident seçkiləri ilə əlaqədar yaradılan Milli Şuranın bundan sonrakı fəaliyyətində Müsavat Partiyası üzvlərinin iştirakını məqsədəuyğun saymır. Müsavat Partiyası Milli Şurada fəaliyyət göstərən qüvvələrə uğurlar arzulayır və onlarla həm ikitərəfli, həm çoxtərəfli funksional əməkdaşlığa hazır olduğunu bəyan edir", – deyə bəyanatda bildirilir.
2014-01-07
5,872
Azərbaycanın Şaxta babası xaricdə yaşamaq istəyir – Fotoreportaj
Bu gün bayram tətili rəsmən başa çatdı. 2013-ü necə yola saldıq, ilə necə girdik? Yeni ildən nə gözləyirik? Dünən – son bayram günü kiçik bir sorğu keçirib, şəhər sakinlərinin fikirlərini öyrənmək üçün şəhərin mərkəzinə üz tutduq. Tətilin son günü olduğu üçün şəhərin küçələri demək olar ki, boşdur. Adda-budda adamlar var. Buna baxmayaraq, şəhərdə son gündən yararlanıb fəvvarələr meydanındakı yolka və Şaxta baba ilə şəkil çəkdirənlər də yox deyildi. Kiçiklərdən tutmuş böyüklərə kimi hər kəs 2014-ü qarşılamasından ürək dolusu danışdılar. Sadəcə, Şaxta babanı kefsiz gördük. Şaxta babanın arzuları... Yeni il bayramının ən sevimli personajı olan Şaxta baba isə bizə öz problemlerindən danışır. Hələ də onun hədiyyələr gətirməsinə inanan uşaqların yanında onun öz problemlərindən danışmasını balacalar duymasın deyə, ondan söhbətimizi bir az kənarda davam etdirməsini xahiş edirəm. Hər zaman uşaqların arzusunu həyata keçirən yeni il qəhrəmanının ən böyük arzusu bayram gününü ailəsinin yanında qeyd etməkdir. "Şaxta baba işi"ni tanışlıqla tapmışam - Bəs necə oldu ki, şaxta baba paltarı geyindiniz? - Bu işi tanışlıqla tapmışam. Fizuli rayonunun Əhmədalılar kəndindən gəlmişəm. Sadəcə, kim şəkil çəkdirmək istəyir, onlardan pul alıram. Üç ildir Şaxta baba paltarı geyinirəm. Rayonda iş yoxdur. Olsaydı, işləyərdik. Onun sehrli çomağı Həqiqətən də qarlı dağlar aşıb, çox ellər dolaşıb Bakının mərkəzinə gəlib düşən bu "baba"nın sehrli çomağı da var. Amma öz sehrini itirib. Deyir ki, çomağın sehri olsaydı, xaricdə yaşamaq istəyərdi. Uşaq vaxtı arzularından biri də "Ruslan və Lüdmila" filmindəki sehrli Şaxta baba olmaq imiş: - Elə o kinolara baxa-baxa uşaq vaxtından şaxtababa rolunu oynamaq istəmişəm. İş elə gətirdi ki, imkansızlıqdan mən Şaxta baba işləməli oldum. Yurdumuzun adi günlərində isə "babamız" kənddə mal–qara saxlamaqla məşğuldur. - Ayın 31-i günü saat birə kimi işləmişəm, qalan günlərdə isə adam dağılışana qədər - 10-11-ə kimi. Hava çox soyuqdur, donmuşam yaxşıca,- Şaxta baba deyir, sonra ağ saç-saqqalından güclə görünən gözlərini yerə dikir. Hər zaman şad–xürrəm görünən uşaqların sevimli qəhrəmanının nikbinliyi yoxa çıxır. - 13 gündür burdayam, uşaqlarım üçün çox darıxmışam. Onlar hələ də atalarını görməyiblər. Dörd ildir onlarsız keçirdirəm yeni ili. Sabah artıq gedirəm (bu gün. – red.). İki övladım var. Onlara hədiyyə aparacağam. Görəsən hədiyyəsini övladlarına necə, Şaxta baba kimi təqdim edəcək, yoxsa, bir ata kimi? - Yox, onlar hələ Şaxta baba görməyiblər. Yəni, canlı olaraq. Bəlkə də evdə Şaxta baba görsələr, çox sevinərlər. Öz uşaqlarıma bunu heç vaxt qismət edə bilməmişəm. Amma gələn il bayramda inşallah onları da bura gətirəcəm. Şaxta babamızın 43 yaşı var - yaşını desə də, adını elə Şaxta baba kimi təqdim etdi. Bayramımızı təbrik edib öz işinə davam edir. Çirkli Qar qızlar Yeni il qəhrəmanından ayrılandan sonra, küçədə çox seyrək gözə dəyən şəhər sakinlərindən birinə yanaşıram. Dəyanət Orucov yeni illə bağlı şəhərdəki təşkilatçılıq işlərindən narazılıq edir, sonra bayram günü yeni il süfrəsi üçün xərclədiyi 200 manatdan danışır: - Şəhərdə bayramın keçirilməsi zəif təşkil olunub. Restoran və kafelər toyxana üsulunda bayram şənlikləri təşkil edir. Uşaqlar üçün nümayiş olunan bayram şənlikləri və tamaşalar isə biletlərinin çox baha olmasına baxmayaraq, biabırçı gündədir. Qar qızların əynində çirkli gəlinlik paltarları, davranışları yüngül... uşaqlar belə Qar qızı necə sevsin? Qar qız Qar qızdan çox gəlinə oxşayır. Heç bir uşaq indi Qar qız olmaq istəməz. Amma əvvəllər belə deyildi. Elə bil bayram qəhrəmanlarını saxtalaşdırmağa çalışırlar. Beləcə reportajımızı bitirib redaksiyamıza, iş başına qayıdırıq. Hər kəsə də il boyu işinin başında olmağı və işindən zövq almağı arzulayırıq. Daha gözəl illərə...
2014-01-07
5,873
İstanbul-Bəsrə aviareysinin ekipajı hücuma məruz qalıb
"Türk Hava Yolları"nın İstanbul-Bəsrə (İraq) aviareysi ilə uçan İraq vətəndaşları təyyarə Küveytdə təcili eniş etdikdən sonra ekipaj üzvlərinə hücum çəkiblər. Məlumata görə, təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar məcburi eniş edib ki, bu da göyərtədə olan iraqlıların narazılığna səbəb olub. Pilotlar aeroportun təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar. Onlar pilotlara hücum etmiş şəxsləri saxlayıblar (Trend).
2014-01-07
5,874
"Polis oğlumu ölümündən əvvəl döyüb" - Şok/Video
"Qəzadan əvvəl polis oğlumu döyüb" Dekabrın 28-də Bakı-Şamaxı yolunda baş verən qəza zamanı 8 nəfər həlak olumuşdu. Hadisə zamanı Qızıldaş qəsəbəsinin sakinləri Əfqan Bəndiyev, Güloğlan Əliyev və Nurlan Qasımov həyatlarını faciəli şəkildə itirdilər. "VAZ-21 07" markalı avtomobillə toqquşan digər avtomobildə olan 5 sərnişindən 4-ü dünyasını dəyişib. Bir nəfər yaralanıb. Dünən Qızıldaş sakinləri olan mərhumların evində olub ailə üzvləri ilə söhbət etdik, onlar hadisəni video görüntülərə və şahidlərə əsasən danışdılar. Nurlanın anası Səriyyə Orucova deyir ki, qəzada 8 nəfər deyil 7 nəfər həyatını itirib, bir nəfər sağdır: "Polis qəza baş verən avtomobillərdə hər kəsin öldüyünü deyir, amma bir nəfər sağdır, 7 nəfər həyatla vidalaşıb. Bu 7 nəfərin ölümünə səbəbkar Bakı-Şamaxı yolunda reydə çıxan Yol Patrul Xidmətinin əməkdaşlarıdır". "Oğlumun nişanlısı intihar etsə, bunun da səbəbkarı polisdir" Bir ildir həyat yoldaşını itirən Səriyə Orucova oğlunun faciəli ölümündən sonra yaşamağının mənasız olduğunu düşünür. Mərhumun anası deyir ki, Nurlan məşhur biznesmen Hacı İbrahim Nehrəmlinin şirkətində çalışırmış. Bu günlərdə özünə toy etmək istəyib: "Oğlum iki ay idi ki, nişanlanmışdı, yanvarın 10-da toyu olacaqdı. Oğlumun qəfil ölümü nişanlısını sarsıdıb. Onlar bir-birini illərdir ki, sevirlər. Nişanlısı üzünü oğlumun üzünə qoyaraq dedi: "Nurlan, mən də sənin yanına gələcəm". Dəfələrlə intihar etmək istəyib. Ailəsinin, qohumlarının nəzarəti üzərində olduğu üçün hələ ki bu faciə baş verməyib. Təcili tibbi yardım dəfələrlə çağrılıb, həkimlər onu sakitləşdiriblər. O, hər zaman həyatla vidalaşa bilər. Buna səbəb də yenə polislər olacaq. Mən də qisas üçün yaşayıram. Qisasımı alandan sonra yaşamayacam. Mən bu dövlətin hüquq-mühafizə orqanlarına nifrət edirəm. 7 nəfərin ölümünə səbəb olan polisləri üzdən tanıyıram, onların evini tapacam. Mənim ailəmi dağıtdığı üçün onun ailəsini dağıdacam, övladımı toysuz qoyduğu üçün övladlarını toysuz qoyacam…!" Ana qəzadan 6 saat sonra xəbər tutub O, bildirir ki, oğlunun ölümündən 6 saat sonra xəbər tutub: "Avtoqəza saat 15.00 radələrində olub. Bizə bu barədə saat 21.00 radələrində xəbər veriblər. Müşfiqabad qəsəbəsindəki yol polisi postunda keçirilən aksiyadan xəbərim olmayıb. Qəsəbə sakinləri həmrəylik göstərərk polis postunun olduğu yolu bağlayaraq etiraz aksiyası keçiriblər. Aksiyadan sonradan xəbər tutub mən də getdim. Burada Abşeron polisinin rəis müavini Namiq də var idi. Polislərə spirlti içkinin iyindən yaxın gəlmək olmurdu". "O qadın sağdır" Səriyə Orucova deyir ki, qəzadan öncə polislər oğlunu saxlayaraq döyüblər: "Gözünə vurublar. Oğlum polislərin təzyiqindən qaçıb. Bunu sübüt edən video görüntülər də var. 3 polis maşını (775, 776, 778 dövlət nömrə nişanlı maşınlar) oğlumun idarə etdiyi avtomobilin arxasınca qaçıblar. Qarşıdan yolun kəsildiyini görən oğlum geri qayıdıb. Bu zaman əks istiqamətdə hərəkət edib. Yenə də polis oğlumdan əl çəkməyib. Nəticədə qəza baş verib. Qəzada oğlumun idarə etdiyi maşında 3 nəfər olub, o biri maşında isə 5 nəfər olub. Onlardan biri gizir rütbəli hərbçi olub. Onun işini hərbi polis araşdırır. Maşında olan bir qadın sağdır. O yalnız qolundan zərbə alıb. Gedib onunla danışacam. Ağsu sakinləridirlər, mərhumlar da orada yaşayıblar. Yas mərasimində iştirak etmişik". Səriyə Orucovanın sözlərinə görə, oğlu Nurlan "VAZ 21 07" markalı avtomobili təzə alıb: "Oktyabr ayında aldı. Bu onun yeddinci maşınıdır. Avtoş maşınına oxşayırdı. Amma oğlum avtoş deyildi. Nurlan yol-hərəkət qaydasını pozmuşdusa, polisin onu döyməyə, qovmağa ixtiyarı yoxdur. Maşının nömrəsini götürməli idi, cəzası var idisə, onu bildirişlə göndərməli olduğu halda oğlumu öldürüblər. Mənim tələbim budur ki, qəzaya səbəb olan polislər cinayət məsuliyyətinə cəlb olunsunlar. "Çörək pulu qazanmaq üçün getmişdilər" Səriyə Orucova deyir ki, maşında olanlar oğlunun dostları olublar: "Hər üçü 1990-ci il təvəllüdlüdür. Dost idilər. Onlar Şamaxıya gedib "KamAZ" markalı yük maşınına baxmaq istəyiblər. Pul toplayıb bu maşını alaraq, onunla çörək pulu qazanmaq istəyiblər. Amma polis... Hadisə Bakı-Şamaxı yolunun 59-cu kilometirliyində baş verib. Oğlumun döyülməsini və qəzanı göstərən video görüntülər youtube-dən silinsə də, bizdə var. Görüntülərdən məlum olur ki, oğlum qəza zamanı sağ olub. Yaşayırmış. Onu "Semaşka" xəstəxanasına gətimər əvəzinə qəsəbə xəstəxanasına aparıblar. Ancaq sağ qalan qızı "Semaşka"ya aparıblar. Hesab edirəm ki, oğlumu polis öldürüb, iynə vurub öldürüblər. Ağır xəsarəti olmayıb. Video görüntüdən bu açıq-aşkar görünür". Oğlumun cibində 1000 manat pul var idi. Polis o pulu mənimsəyib, qəzada həlak olanların hamısının telefonunu polis format edib valideynlərinə verdi. Telefondan hər şey silinib. Hadisə obyektiv araşdırılsa, məlum olacaq ki, oğlum qəzadan 10 dəqiqə öncə dostuna zəng edib "polis bizi qovur" deyib. "Azercell"ə sorğu verib bunun təsdiqini ala bilərlər. "Cinayət işi araşdırılmır, deyirlər hamısı ölüb…" Söhbət etdiyimiz mərhum Güloğlan Əliyevin anası Esmira Əliyeva, Əfqan Bəndiyevin qardaşı Rəhman Bəndiyev və Nurlan Qasımovun anası Səriyə Orocova müstəntiqdən narazıdırlar: "Müstəntiq Vüsal cinayət işini araşdırmır. Deyir ki, qəzada olanların hamısı ölüb, ona görə də cinayət işi araşdırılmır. Bu müstəntiqin danışıq qaydası yoxdur, oğlunu itərən ana ilə gülə-gülə danışırdı. Mən Müşviqabadda yerləşən polis postunda olanda məlum oldu ki, polislərin hamısı spirtli içki qəbul edir. Onlarla danışmaq belə mümkünsüzdür. Vətəndaşla danışıq və müraciət qaydasını bilmirlər. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Ağayev isə deyir ki, guya oğlumun səhhətində problem olub. Hansı problem olub? Heç bir tibbi analiz, müayinə olmadan polis nə ixtiyarla belə qərar verir?! Ar olsun! 7 nəfərin ölümünə səbəb olan cinayət işi araşdırılmır, heç bir hərkət aparılmır. Dediklərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov məni qəbul edəcək. Qəbul üçün zəng gözləyirəm. Zərərçəkmiş olaraq hüquqlarımın müdafiəsi üçün vəkillə müqavilə bağalaycam. Oğlumun qanını yerdə qoymayacam!" . Mərhumların ailələri ağır cinayət işinin hüquqi həlli üçün birlikdə mübarizə aparacaqlarını bildirdilər ("Bizimyol.info").
2014-01-07
5,875
“Neftçi”nin sabiq oyunçusu vəfat etdi
null
2014-01-07
5,876
Ərdoğan istefa verməkdən imtina etdi - Video
Keçmiş nazir millət vəkilliyindən istefa verməyəcək. Nazirlikdən və millət vəkilliyindən istefa verdiyini açıqladıqdan sonra vəzifədən uzaqlaşdırılan keçmiş Ətraf Mühit və Şəhərsalma naziri Ərdoğan Bayraqdarın millət vəkilliyindən istefa verməyəcəyi məlum olub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, istefa açıqlamasından sonra TBMM 10 günlük tətilə çıxmışdı. Ə.Bayraqdara yaxın adamlar jurnalistlərə açıqlama verərək: "TBMM tətildə olduğu üçün istefa verə bilmir",- deyə izah edirdilər. Ancaq TBMM açılandan sonra da gözlənilən istefa olmadı. Bayraqdarın hal-hazırda İstanbulda istirahət etdiyini, istefa verməsi məsələsinin gündəmdə olmadığı bildirilib. Bayraqdarın istefa məsələsini çıxışında bir anlıq "həyəcana qapılaraq" söylədiyini deyən yaxın adamları keçmiş nazirin millət vəkilliyini davam etdirəcəyini vurğulayıblar.
2014-01-07
5,877
Suriyada müxalifət hökumətlə birləşdi
Əsəd rejiminin əlində olan Suriya ordusuyla rejimə qarşı döyüşən Azad Suriya Ordusu Əl-Qaidəyə bağlı olan Əl-Nusra qruplaşması ilə mübarizə aparmaq üçün atəşkəs razılaşması bağlayıb. "Axar.az" bu haqda "Fars" Xəbər Agentliyinə istinadən xəbər verir. Xəbəri Suriya ordusunda yüksək vəzifəli bir şəxsdən aldığını iddia edən agentliyə görə, Milli Razılaşma Komitəsi ilə bəzi tayfa liderlərinin dövrəyə girməsi nəticəsində paytaxt Şamın əhəmiyyətli şəhərətrafı ərazilərindən olan Bərzədə Əl-Nusra qarşısında çətin vəziyyətdə qalan müxalif Azad Suriya Ordusu (FSA) ilə Bəşər Əsəd rejiminin Suriya Ordusu atəşkəs sənədi imzalayıb. Bu razılaşmaya əsasən, tərəflər Suriyanın Bərzə bölgəsində öz aralarında döyüşməyəcək və Bərzədə təkcə Əl-Nusra qruplaşması ilə mübarizə aparacaqlar.
2014-01-07
5,878
Qurana "Əsəd surəsi" əlavə edildi - Şok/Foto
Son günlər sosial şəbəkələrdə Suriya prezidenti Bəşər Əsəd tərəfdarlarının müqəddəs Quranda törətdiyi təhrifi əks etdirən şəkil yayılıb. "İxlas" surəsinin təhrif edilərək yazıldığı qondarma surənin adı "Əsəd surəsi"dir. Qondarma surədə Bəşər Əsədin Allah tərəfindən xüsusi yaradıldığı və Suriyanı ancaq onun idarə edə biləcəyi iddia olunub. 1. Qül Hüvəllahu Əhəd – De ki, O Allah birdir. 2. Allahus Saməd – Allah möhtac deyildir. 3. Ləm yəxalu mislu hafizul əsəd – Allah Hafiz Əsəd kimi birini yaratmayıb. 4 -5. Və ləm yəhakumu suriya əl-bələd illa bəşərul əsəd – Suriyada ancaq Bəşər Əsəd hökm verə bilər. Qeyd edək ki, surənin ilk 2 ayəsi orijinal Allah Kəlamı olsa da, 3, 4 və 5-ci "ayələr" tamamilə Əsəd tərəfdarlarının uydurmasıdır (BayMedia).
2014-01-07
5,879
Yasamal İcra Hakimiyyətinə də xanım müavin gəldi
Sevil Əliyeva Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib. "Axar.az"ın əldə etdiyi məlumata görə, Sevil Əli qızı Əliyeva bundan əvvəl Prezident Administrasiyasının Kadrlar Şöbəsində baş məsləhətçi işləyib. Xatırladaq ki, bütün yerli icra hakimiyyətlərində başçının müavinlərindən birinin, xüsusən də humanitar məsələlər üzrə müavinin qadın kadrlardan təyin edilməsi ilə bağlı Prezident Administrasiyasının göstərişi olduğu barədə məlumat vermişdik (Ərtaflı BURADA)
2014-01-07
5,880
“Ergenekon” və “Balyoz” məhkəməsi yenidən alovlandı
"Balyoz" və "Ergenekon" məhkəmə prosesləri üçün dörd mühakimə yolu. "Axar.az" xəbər verir ki, Türkiyədə "əsrin davası" olaraq adlandırlan "Ergenekon" məhkəmə prosesi və "Balyoz" məhkəmə prosesləri üçün yeni həll yolları axtarılır. Məsələ ilə əlaqədar Ədalət Nazirliyi Türkiyə Vəkillər Kollegiyasından gələcək olan təkliflərlə məsələyə yenidən baxacaq. Həmin həll yolları: 1) XSM-lərin ləğv edilməsi Milli Məclisdə üçüncü mühakimə paketi ilə ləğv edilən, lakin davam edən məhkəmə prosesləri bitənə qədər səlahiyyətləri davam etdirilən Xüsusi Səlahiyyətli Məhkəmələrin (XSM) tamamilə ləğv edilməsi və bu məhkəmələrdə davam edən proseslərin yenilənməsini əhatə edir. XSM-lər 2004-cü ildə qurulub. Və bu tarixdən indiyə kimi bütün məhkəmələrin yenilənməsi mümkünsüz kimi görünür. Ancaq bunun əvəzinə 5 iyul 2012-ci ildə başlayan ümumi məhkəmələrə göndərilməyən proseslərin yenidən başlaması gündəmdədir. Göründüyü kimi o tarixdə davam edən "Ergenekon", "Balyoz", "Odatv" və "KCK"nın məhkəmə prosesləri ümumi səlahiyyətli məhkəmələrə köçürüləcək. 2) Ali Məhkəmənin Baş prokuroru ləğv olunmasını istəsin Ali Məhkəmənin Baş prokuroru Cəza Mühakiməsi Qanununun (CMQ) 310-cu maddəsinə görə hər zaman hökmün, təqsirləndirilən şəxsin lehinə ləğv edilməsi üçün etiraz edə bilər. Edilən etirazdan sonra sənəd Ali Məhkəmənin toplantısında müzakirə olunar. "Balyoz" prosesində Ali Məhkəmənin Baş prokuroru bura müraciət edə bilər. Apelyasiya mərhələsində ratifikasiya istəyən Baş prokurorun bu qərarından vaz keçərək ləğv olunmasını istəməsi kiçik ehtimal olaraq görünür. 2) CMQ-nin 311-ci maddəsinə əmredici hökmün əlavə edilməsi XSM-lərin ləğv edilməsi ilə bərabər CMQ-na "Bu məhkəmələrin qərarları Ali Məhkəmə tərəfindən qərarsızlıq əsası ilə pozulur" əmredici hökmün (311-ci maddə) əlavə edilməsini əhatə edir. Bu həll yolu həyata keçirilsə "Balyoz" kimi dəqiqləşən məhkəmə prosesləri Ali Məhkəmə tərəfindən ləğv ediləcək. Həmin proseslər ümumi səlahiyyətli məhkəmələrdə yenidən baxılacaq. 3)Qanunun xeyrinə ləğvedilmə tələbi Ədalət nazirliyi CMQ-nun 309-cu maddəsinə görə məhkəmələrin verdiyi qərarlar mövzusunda Ali Məhkəmədən qanunun xeyrinə ləğv edilməsini istəyə bilər. Mövcud vəziyyətdə "Ergenekon" prosesində bu yolla Ali məhkəməyə müraciət edən Ədalət Nazirliyinin "Balyoz" prosesi üçün də bu yolla müraciət edə bilməsi CMQ-nin 309-cu maddəsində "Apelyasiya yoxlamasından keçmədən" cümləsinin ləğv edilməsi lazımdır. Ədalət Nazirliyinin qanun xeyrinə ləğv edilməsi istəyinin Ali Məhkəmənin əlaqədar orqanı üçün həlldir.
2014-01-07
5,881
Bu da prokurora verilən rüşvətin sənədi – Foto
Türkiyədəki "əsrin davası" adlanan "Ergenekon" ilə tanınan və 17 dekabr rüşvət əməliyyatını araşdıran prokuror Zəkəriyyə Özün Dubaydakı 77 min lirəlik (27.5 min manat) tətil xərcinin biznesmen Əli Ağaoğlu tərəfindən ödəndiyi açıqlanıb. Özün 5530 dirhəm (11 min 560 manat) ödədiyi axşam yeməyinə verilən 300 dirhəm (640 manat) bəxşişin sənədi ortaya çıxıb. "Axar.az" xəbər verir ki, İstanbul Baş prokuror müavini Zəkəriyyə Özün Dubaydakı tətil xərclərini "Sabah" qəzeti yayımlayıb. İstanbuldakı bir inşaat şirkəti tərəfindən ödəndiyi iddiasına qarşılıq olaraq "Hürriyət"ə danışan Öz "pulumu öz cibimdən ödədim" açıqlamasını verib. Özün bu açıqlamasına cavab isə biznesmen Əli Ağaoğlundan gəlib. Yazılı açıqlama verən Ağaoğlu "Dubaydakı nümayəndəmizin, cənab prokuror ilə köhnə tanışlıqları çərçivəsindəki bu qonaqlıq nümayəndəmizin təşəbbüsü ilə reallaşmasından məlumatlıyıq" deyərək, tətil xərclərinin öz şirkəti tərəfindən ödəndiyini bildirib. 5530 dirhəm hesab, 300 dirhəm bəxşiş Yayımlanan sənəddə 300 dirhəm (640 manat) bəxşişin ödəndiyi naharda 5530 dirhəm (11 min 560 manat) hesabı "Ağaoğlu" Şirkətlər Qrupu Körfəz ölkələri Satış Direktoru İdris Dəmirxanın plastik kartından ödənib.
2014-01-07
5,882
PKK ilə müharibə martda başlayacaq – İddia/Siyahı
"Türkiyə ilə PKK arasında atəşkəs martın 10-da bitəcək". "Axar.az" xəbər verir ki, bu sözlər "Eurasia Group"un 2014-cü ildə dünyanı gözləyən risklərlə bağlı yaydığı hesabatda yer alıb. Türkiyə risklər siyahısında 10-cu yerdə mövqe tutub. Təşkilat ölkədəki seçkilər və hazırkı həbslərin Türkiyədə vəziyyətin çətinləşməsinə yol açacağını bildirib: "Martdakı seçkilərdən sonra PKK ilə atəşkəs bitəcək. Türkiyə yenidən PKK ilə dağlarda savaşa başlayacaq". Təşkilatın siyahısında ilk 10 yeri tutan riskləri təqdim edirik: ABŞ-ın problemli ittifaqları Dəyişən bazarlar Yeni Çin İran Neft dövlətləri Strategiya bilgisi Əl Qaidə 2.0 Orta Şərqdə baş verən qarışıqlıq Kaprizli Kreml Türkiyə
2014-01-07
5,883
Bir gündə 55 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınıb ki, onların da 19-u "isti izlər"lə açılıb. "Axar.az" DİN-in rəsmi saytına istinadən bildirir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı qeydə alınan 3 cinayətin hamısı, xuliqanlıq zəminində törədilən 6 cinayətdən 3-ü açılıb. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 22 nəfər tutulub.
2014-01-07
5,884
Sumqayıt oğruları tutuldu
"Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Pərviz Hümbətova məxsus "VAZ-2107" markalı avtomobildən 350 manat pul, maqnitofon və akkumulyator oğurlamış şəhər sakinləri Əmrah Cəfərov və əvvəllər məhkum olunmuş Camal Mikayılov tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Aydın Bayramova məxsus "VAZ-2107" markalı avtomobildən 50 manat pul və maqnitofon oğurladıqları da müəyyən edilib.
2014-01-07
5,885
Rafiq Manaflı: “Müsavat dağıdıcı qurum kimi yadda qalacaq”
"Müsavat Partiyası Milli Şuradan getməklə cəmiyyətdə dağıdıcı bir qurum kimi yadda qalacaq". Bunu açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rafiq Manaflı bildirib. Onun fikrincə, Müsavat Partiyasının bu addımı Milli Şuranın monolitliyinə təsir etdi: "Fakt ondan ibarətdir ki, Milli Şura Müsavat Partiyasından zərbə aldı. Amma Müsavatın Milli Şuradan getməsi ilə qurumun dağılmasını söyləmək çox tezdir". R.Manaflı bildirib ki, Milli Şuradan getməyi ilə Müsavat Partiyası da ciddi zərbə alacaq: "Bu zamanında baş verəcək. Müsavat Partiyasının daxilində də kifayət qədər Milli Şura tərəfdarı var və bu da partiya daxilində fikir ayrılıqlarının yaranmasına səbəb olacaq" (AzNews.az). VHP-nin Milli Şurada fərdi qaydada təmsil olunduğunu deyən R.Manaflı bildirib ki, hazırda partiyanın qurumdan getmək qərarı yoxdur.
2014-01-07
5,886
Con Kerri İlham Əliyevi təbrik etdi
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevi "Şahdəniz" təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı təbrik edib. Con Kerri təbrik məktubunda deyib: "Hörmətli cənab Prezident, "Şahdəniz" təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı Sizi və Azərbaycan xalqını təbrik edirəm. 17 dekabr yekun investisiya qərarı Azərbaycan tarixində mühüm mərhələnin rəmzidir. Özünün Avropa ilə birləşdirilməsi istiqamətində ilk addım atmaqla, Azərbaycan dünya enerji resurslarının etibarlı yeni mənbəyinə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir. Uzun illərin gərgin əməyi nəticəsində "Cənub" Qaz Dəhlizinin reallaşması konsorsiumun çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini gücləndirəcəkdir. Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə Amerika Birləşmiş Ştatları adından Sizə davamlı dəstəyimizi vəd edirəm".
2014-01-07
5,887
“Rüşvət əməliyyatı” liderlərinə hücum
Hakim-Prokurorlar Yüksək Şurası (HSYK) prokurorların və İstanbul Polis İdarəsinin rəisi Səlami Altınoxun fəaliyyətini araşdırmaq qərarı verib. HSYK prokuror Turan Çolaqqadı, Zəkəriyyə Öz, korrupsiya ilə bağlı istintaq işini yenidən açan prokuror Müəmmər Akqaşın da aralarında olduğu beş prokuror və İstanbul Polis İdarəsinin rəisi Səlami Altınox haqqında araşdırma qərarı verib. Çolaqqadı istintaqa müdaxilə etdiyi, Akqaş Baş prokurora xəbər vermədən istintaq işini apardığı, Özün isə işi nəzarətdə saxladığı iddialarına görə araşdırılacaqlar. İstanbul Polis İdarəsinin rəisi Altınoxun isə yaxalanma əmrinin yerinə yetirmədiyi iddiaları araşdırılacaq. Altınoxdan ilk açıqlama İstanbul Polis İdarəsinin rəisi Səlami Altınoxa qatıldığı bir tədbirdə HSYK-nın araşdırma qərarı haqda verilən suala o: "Hər şeydə bir xeyir vardır. Məlumatım yoxdur",- cavabını verib.
2014-01-07
5,888
Eldəniz Quliyev: “Müsavatçılığı rüsvayçılığa bərabər etdilər”
"Bir neçə dəfə mətbuata müsahibəmdə demişdim ki, Müsavat Partiyası Milli Şuradan gedəcək. Çünki lap əvvəldən Müsavatın fikrinin nə olduğu aydın görünürdü. Onların gətirdiyi arqumentlər bəhanədən başqa bir şey deyildi. Müsavatın Rüstəm İbrahimbəyovla heç bir problemi yoxdur. Onu, sadəcə, bəhanə edirdilər". Bu sözləri "Axar.az"a açıqlamasında El hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Müsavat Partiyasının Milli Şuradan çıxması barədə danışarkən dedi. O bildirdi ki, Müsavatın əsas problemi heç də üzdə göründüyü kimi Rüstəm İbrahimbəyov deyil: "Müsavatın problemi Milli Şura ilə bağlıdır. Ona görə ki, uzun illər sonra müxalif qüvvələrin birliyi yaranmışdı. Milli Şuranın yaranmasında təkcə demokratik düşərgənin yox, həm də xalqın iradəsi var idi. Məni maraqlandıran sual başqadır. Nəyə görə Müsavat Partiyası Milli Şuraya hökumətlə eyni münasibəti bəsləyir? Qoy, Müsavat Partiyasının rəhbərliyi bu suala aydınlıq gətirsin. İzah eləsinlər ki, hökumətlə bunların mövqeyi niyə yüz faiz üst-üstə düşür?" Eldəniz Quliyev Müsavat Partiyasının hərəkətini Milli Şuranın üzünə vurulmuş silləyə bənzətdi: "Milli Şura əvvəlki qurum deyil. Çox dəyişikliklər oldu. Amma buna baxmayaraq, biz bunu qorumalıyıq. Bəli, Müsavat Partiyasının getməsi bizə zərbə oldu. Amma bu zərbə qəşş edib gülməkdən keçinən insanı ayıltmaq üçün vurulmuş sillə idi". El hərəkatının Ali Məclisinin sədri onu da bildirdi ki, Müsavat Partiyasının son addımı rüsvayçılıqdır: "Sosial şəbəkələrdə Müsavatın üzvlərindən Xəzər adlı bir nəfər var. Olduqca tərbiyəsizlik edir. Öz partiya mövqelərini hər kəsə diktə etməyə çalışır. Təhqir dolu şeylər yazır. Bu bədbəxtin xəbəri yoxdur ki, Müsavatla müsavatçılığın arasında bərabərlik işarəsi ona görə qoyulmur ki, Müsavat Partiyasında bu cür xəstə adamlar var. Bu yerdə Müsavatla - müsavatçılıqla rüsvayçılıq bərabər edilir. Bu, ona görə baş verir ki, onların belə funskionerləri var".
2014-01-07
5,889
Maliyyə Nazirliyində kütləvi ixtisarlar başladı
Türkiyə Respublikası Maliyyə Nazirliyinin verdiyi inzibati qərar ilə çox sayda şöbə və idarə müdirlərinin vəzifədən azad edildiyi bildirilib. "Axar.az"ın "Vətən"ə istinadən verdiyi xəbərə görə, Maliyyə Naziri Məhmət Şimşəkin vəzifəsindən azad edilən katibi Dövlət Əmlakı İdarəsinə (DƏİ) müdir göndərilib. Həmçinin, çoxlu sayda yüksək vəzifəli məmurlar, şöbə müdiri, müdir, müdir müavinləri və idarə müdirləri də vəzifədən azad edilib. Bu çərçivədə Baş mühasib Məhmət Sarıdaşın da vəzifədən azad edildiyi, Baş hüquq müşaviri Səlahəddin İncinin də təqaüdə çıxmaq istədiyi bildirilib. İdxal-İxrac İdarəsi, Mühasibat idarəsi, hüquq müşavirliyi və bir çox yüksək vəzifəli məmurlar vəzifədən azad edilib. Əldə olunan məlumatlara görə, siyahıdakı adlar oxunaraq vəzifədən azad olunublar. İnzibati qərardır, səhv anlamayın İddialarla əlaqədar açıqlama verən maliyyə Naziri Məhmət Şimşəkin keçmiş katibi vəzifə dəyişikliyini təsdiqləyib: "Vəzifəmin dəyişdiyi doğrudur. Ümumiyyətlə, bütün bunlar, sadəcə, inzibati qərarlardır. Səhv başa düşməyin. Nazirliyin inzibati qərarıdır".
2014-01-07
5,890
Qarabağın müstəqillik layihəsi parlamentə verildi
Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsi Kaliforniya Assambleyasına təqdim edilib. "Axar.az" xəbər verir ki, layihəni assambleyaya Mayk Qatto təqdim edib. Layihədə Dağlıq Qarabağa öz müqəddəratını təyin etmək hüququnun verilməsi yer alıb. "Mən şadam ki, layihəni İsa peyğəmbərin doğum günü təqdim edirəm. Çünki bu gün ermənilər bayramı öz yaxınları və ailələri ilə qeyd edirlər". Qanun assambleyanın hər iki palatasında təsdiqlənəcəyi təqdirdə ABŞ prezidentinə imzalanmağa göndəriləcək. Qeyd edək ki, Marko Qatto bundan öncə erməni soyqırımı ilə bağlı layihənin də müəllifi olub.
2014-01-07
5,891
Qarabağ müharibəsində 4 min erməni itkin düşüb - İddia
"Bu günə Qarabağ münaqişəsi zamanı itkin düşənlərin siyahısında 4 mindən çox adamın adı var". Bunu itkin düşənlərlə bağlı qeyri-hökumət yönlü komitənin rəhbəri Sara Eprext İrəvanda söyləyib. "Biz itkin düşənlərin ailələri ilə, problemə cəlb olunan digər qurumlar və QHT-lərlə fəal şəkildə işləyirik", - deyə o bildirib. Onun sözlərinə görə, proqramın mühüm komponentlərindən biri itkin düşənin başına nə gəldiyi ilə bağlı məsələdir. "Paralel olaraq konflikt nəticəsində piyadalar əleyhinə minaların, digər partlayıcıların qurbanları üzrə informasiya toplanmasına başlanacaq" – deyib qurumun başçısı. ("Musavat.com")
2014-01-07
5,892
Ərdoğan İrana gedir
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan gələn ay İrana səfər edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyi sözcüsü Mərziyə Efhem təşkil edilən mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə ilə İran arasındakı müzakirələr yeni bir dövrə qədəm qoyub. Ərdoğan səfəri bununla bağlıdır. Cenevrə-2 konfransına qatıla bilmək üçün İrana şərt qoyulmasına da münasibət bildirən Efhem Suriya məsələsinin siyasi yolla həll edilməsi lazım olduğuna inandıqlarını deyib. Sözcü Suriya ilə yaxın əlaqədə olan İranın məsələnin həll edilməsi üçün müxtəlif əlaqələr quraraq danışıqları davam etdirdiyini söyləyib. "Türkiyədə korrupsiya iddiaları çərçivəsində bir iranlının həbs olunması məsələsi ilə bağlı hansısa danışıqlar aparılırmı?" sualına da cavab verən Efhem bu məsələni müzakirə mövzusu olmadığını deyib. O bildirib ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfəri zamanı başda ikitərəfli əlaqələr olmaq üzrə regional və Suriya məsələləri ilə bağlı müzakirələr aparıb. (ANS)
2014-01-07
5,893
Litvanın Bakıdakı səfirinin gizli danışığı - Dinləmə
Bu ölkənin Azərbaycandakı səfirinin telefon danışıqlarının internetə necə ötürüldüyü üzə çıxıb. "Axar.az" "Virtualaz.org"a istinadən xəbər verir ki, Litvanın Bakıdakı səfirinin telefon danışıqlarının necə izlənildiyi üzə çıxıb. Səfirin telefon danışıqlarının izlənilməsi bu ölkə kəşfiyyatının həyata keçirdiyi əməliyyatın bir hissəsi olub. Xatırladaq ki, ötən ilin yayında Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskasın, Macarıstandakı səfiri Renatas Yuşkanın və XİN-in Şərq Tərəfdaşlığı Departamentinin direktor müavini Zenonas Kumetaytisin telefon danışıqları internetə yayılıb.Telefon danışıqlarında səfirlər Dağlıq Qarabağ münaqişəsi barədə də söhbət ediblər. Litvanın Macarıstandakı səfiri Bakıdakı həmkarı ilə söhbətində Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləməyin "daha düzgün olduğunu" bildirib. Səfir deyib ki, "insani olaraq ermənilər bizə daha yaxındır". Telefon danışıqlarının yayılması Litvada ciddi siyasi qalmaqala səbəb olub. Ölkə prezidenti avqust ayında səfirlərin geri çağırılması barədə qərar verib. Virtualaz.org saytına məlum olub ki, hazırda Litvanın kriminal polisi ölkə diplomatlarının qanunsuz şəkildə gizlicə dinlənilməsi və onların telefon danışıqlarının cinayətkar yollarla internetdə yerləşdirilməsi ilə bağlı istintaq aparır. İstintaq zamanı məlum olub ki, Litvanın Azərbaycan və Macarıstandakı səfirlərinin, habelə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Şərq Tərəfdaşlığı Departamentinin əməkdaşlarının telefon danışıqlarının orijinalı internetə ötürülməzdən əvvəl Dövlət Təhlükəsizliyi Departamentində olub. Bu fakt barədə hələ qalmaqal başlayanda Litva prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Yovita Pryanyaviçyute-Nelyupşene məlumatlandırılıb. Müşavir isə öz növbəsində məlumatı XİN-in yüksək vəzifəli diplomatına ötürüb. Xarici işlər naziri Linas Linkyaviçyusun tapşırığı ilə XİN-in Baş İnspeksiyası diplomatların telefon danışıqlarının internetdə yayılması ilə bağlı xidməti təhqiqat başladıb. Təhqiqatın nəticələri hələ açıqlanmasa da "Alfa" xəbərlər portalı bəzi detalları öyrənə bilib. XİN-in Baş İnspeksiyasının (inspeksiyaya Dövlət Təhlükəsizliyi Departamentinin keçmiş əməkdaşı Virqiliyus Petkyaviçyus başçılıq edir) gəldiyi qənaətə görə, diplomatların telefon danışıqlarının dinlənilməsi və internetə ötürülməsi Rusiya kəşfiyyatının fəaliyyətinin nəticəsidir. Məqsəd Litvanın Avropa İttifaqı Şurasına sədrliyini və Vilnüsdə ötən ilin noyabrında keçirilən Şərq Tərəfdaşlığı sammitini gözdən salmaq olub. Baş İnspeksiyanın gəldiyi qənaətdə bildirilir ki, diplomatların danışıqları xidməti etikadan kənara çıxmayıb və onların işlətdikləri ifadələrdə işlədikləri ölkələrin rəhbərləri barədə neqativ fikirlər yoxdur. Lakin istintaq müəyyən edib ki, telefon danışıqlarının orijinalı internetdə yayılmazdan əvvəl Dövlət Təhlükəsizliyi Departamentində olub. Bu da azmış kimi, ötən il avqustun 27-də Vilnüsdə prezident iqamətgahının yaxınlığında yerləşən "Kempinski" otelinin barında prezidentin xarici siyasət məsələləri üzrə müşaviri fakt barədə XİN-in yüksək vəzifəli əməkdaşını məlumatlandırıb. "Alfa" portalı qeyd edir ki, prezidentin müşaviri ilə görüşən həmin XİN əməkdaşının kimliyini bilir. Qeyd edək ki, Şərq Tərəfdaşlığı sammiti ərəfəsində Litva prezidenti Dalya Qribauskayteyə qarşı Rusiya kəşfiyyatı tərəfindən gözdənsalma kampaniyasının aparılacağı barədə xəbərlər yayılıb. Bu xəbər Dövlət Təhlükəsizliyi Departamentinin xüsusi hesabatına istinadla mətbuatda yer alıb. Litva xüsusi xidmət orqanları məlumatı mətbuata ötürən mənbəni axtarıblar və onu yayan KİV-lərə təzyiq göstəriblər. Lakin məlum olub ki, Rusiya kəşfiyyatının Qribauskayteyə qarşı kampaniyaya hazırlaşdığına dair məlumatı mətbuata ötürən elə onun baş müşaviri Dayva Ulbinayte olub.
2014-01-07
5,894
Azərbaycanda xarici kanalların yayımı dayandırıldı - Video
Televiziya şəbəkəsinin rəqəmsal yayıma keçid etməsi ilə vətəndaşlara iki sosial və kommersiya tipli paketlər təklif olundu. Sosial paketlərdə yerli yəni dövlət və özəl televiziyaların yayımı pulsuz, kommersiya tipli paketlərdə isə xarici kanalların pullu yayımı nəzərdə tutulur. Bu ilin yanvarın birindən rəqəmsal yayıma keçidin tam başa çatması isə vətəndaşların xarici kanallara baxmasını məhdudlaşdırdı. Rabitə və İnformasiya Texnalojiyaları Nazirliyinin Teleradio İstehsalat birliyinin texniki direktoru Mikayıl Abbasov vətəndaşların rəqəmli şəbəkə üzərindən televizorlarını xüsusi qurğulara qoşaraq xarici kanallara baxa biləcəklərini bildirib. Onun sözlərinə görə, kommodul tipli həmin qurğuları əldə etmək üçün onların satış mərkəzinə müraciət etmək lazımdır. Modeli köhnə olan televizorlarda ayrı bir qurğu, müasirlərdə isə bir başqa qurğudan istifadə edilməlidir. Ölkədə rəqəmsal TV paketinə daxil edilmiş xarici TV kanalların yayımı dayandırılıb. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən ANS PRESS-ə verilən məlumata görə, yayımı dayandırılmış xarici kanallar sosial paketdən çıxarılıb və ödənişli TV paketinə əlavə edilib. Hazırda ölkə ərazisində yayımlanan sosial rəqəmsal TV paketi milli telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider TV, İTV, Xəzər TV, ATV və Space TV) və Türkiyənin TRT1 telekanalından ibarətdir. "Teleradio" İB-dən verilən məlumata görə, bundan əvvəl sınaq dövründə açıq rəqəmsal paketə xarici kanallar əlavə edilmişdi. Sınaq işləri bitdikdən sonra paketə daxil olan telekanalların yayımı dayandırılıb: "Bu kanallar "ATV+" paketinə daxil edilib. Vətəndaşlar xarici kanalların yayımından istifadə edə bilmək üçün bu paketə qoşula bilərlər. Paketin qiyməti 9 manat dəyərindədir və TV paketə 86 xarici kanal daxildir". Qeyd edək ki, hazırda respublika əhalisinin 97 faizi sosial rəqəmsal paketlə əhatə olunub. (ANS)
2014-01-07
5,895
Hrant Dink cinayətində yenilik
Hrant Dink cinayətinə görə axtarışda olan Zeynel Abidin tutulub. Hrant Dinkin ölümüylə bağlı cinayət işinə görə axtarışda olan Zeynel Abidin Yavuz Trabzonun Pelitli diyarında hərbi polis tərəfindən nəzarətə götürülərək ədliyyəyə göndərilib. Haqqında həbs qərarı çıxardılan Yasin Xəyalın böyük qardaşı Osman Xəyalın həbs olunması üçün axtarış işləri davam edir.
2014-01-07
5,896
Əbru Gündəş prokurorla görüşdü
17 dekabrda həyata keçirilən rüşvət əməliyyatı çərçivəsində həbs edilən Rza Zərrabın həyat yoldaşı Əbru Gündəş prokurorla görüşüb. "Axar.az"ın "Hürriyyet.com"a istinadən məlumatına görə, prokurorla sənətçinin görüşü yarım saat çəkib. Digər tərəfdən Zərrabın vəkili Şeyda Yıldırım isə saat 14.00 radələrində Gündəşə aid cip markalı avtomobil ilə Metris həbsxanasına gələrək Zərrab ilə 1 saat yarım görüş keçirib. Gündəşin sürücüsü avtomobili vəkil İldırımın mətbuat nümayəndələri tərəfindən görüntülənməməsi üçün həbsxananın giriş qapısında saxlayıb. Yıldırım hər hansı bir açıqlama vermədən həbsxanadan ayrılıb. Bundan əlavə Əbru Gündəş Baş prokuror ilə görüşündən sonra başqa bir avtomobil ilə həbsxanaya gələrək Zərrabla görüşüb.
2014-01-07
5,897
Leyla Əliyeva ilanla - Foto
Azərbaycan prezidentinin böyük qızı, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva maraqlı foto çəkdirib. Belə ki, o, istirahətdə olduğu məkanlardan birində nəhəng ilanı boynuna salıb. Bu foto İnstaqram səhifəsində paylaşılıb. Onun ürəkliliyi sosial şəbəkə üzvlərinin diqqətindən yayınmayıb. Qeyd edək ki, bir müddət öncə L.Əliyevanın bacısı Arzu Əliyeva da çoxuna tanış olmayan tüksüz dəniz donuzu ilə şəkillərini "Facebook" səhifəsində paylaşmışdı. (ANS)
2014-01-07
5,898
Cəlilabadda qeyri-adi təbiət hadisəsi - Foto
Cəlilabad rayonunda 5,2 kiloqramlıq turp çıxarılıb. Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Elçin Nuruyevin əkin sahəsində qeyri-adi təbiət hadisəsi baş verib. Topaq sahəsində 3 ay öncə turp əkən E.Nuriyev bir neçə gün əvvəl məhsul yığımına başlayıb. Turp çıxaran zaman belin topağın altında nəyəsə ilişdiyini hiss edən kəndli həmin ərazini qazmağa başlayıb. Elə bu vaxt torpağın altındakı maneənin nəhəng turp olduğunu görüb. E.Nuriyev əvvəlcə yerdən çıxan "bədheybət"in turp olduğunu bilməyib. Bu tapıntıya baxmaq üçün həmkəndlilərini dəvət edib. Birlikdə müəyyən ediblər ki, yerdən çıxan bu məhsul doğrudan da turpdur, amma daha çox çuğundura bənzəyir. Turp çıxarılan zaman hələ bir hissəsi yerdə qalıb. Çıxarılan hissənin çəkisi isə 5 kiloqram 200 qram gəlib. Bu da 100-ə yaxın turpun çəkisinə bərabərdir. Bu turpun üzərində bir yox, üç zoğ birləşməsi var. Mütəxəssislər hesab edirlər ki, bitkilərdə təsadüfi hallarda rast gəlinən kökün şəklinin dəyişməsi bitki toxumunun düşdüyü münbit şəraitdən asılı olur. Ehtimal olunur ki, turpun toxumları genetik dəyişikliyə məruz qalan toxumlardandır. (Trend)
2014-01-07
5,899
Türkiyə təhsil sektorunda şok: 8 təhsil müdiri vəzifədən getdi
17 dekabr "rüşvət əməliyyatı"ndan sonra təhlükəsizlik, mühakimə və maliyə sahələrində vəzifədən kənarlaşdırmalar təhsil sektoruna da siraət edib. "Axar.az" "Hürriyyet.com"a istinadən məlumat verir ki, Balıqəsir, Qaziantəp, Yalova, Rizə, Samsun, Trabzon, Bolu və Van Milli Təhsil müdirləri vəzifədən azad edilib. Yerlərinə hələ də təyinat olmayıb. Yalnız Van şəhərinə Qıyasəddin Qırtəkin təyin edilib. Qeyd edək ki, Qırşəhər Milli Təhsil müdir vəkili Şövkət Qaradənizin yerinə ötən ay Osman Almalı təyin edilmişdi. Balıqəsirdə Milli Təhsil müdirləri Səbri Canər, Rizədə Saffəd İldırım, Trabzonda Tamər Qırmanc, Samsunda Mustafa Cora, Qaziantəpdə Əkrəm Sərin, Boluda Rəcəb Alpdoğan vəzifədən azad edilib.
2014-01-07
5,900
Rusiyalı gitaraçı hәmyerlimiz ABŞ-a gedir
Rusiya Federasiyasının Nijni Novqorod şəhərində yaşayan tanınmış gitaraçı Rövşən Məmmədquliyevin yanvarın 10-da ABŞ-ın Marylhurst Universitetində konserti olacaq. Konsert "Portlənd Klassik Gitara" seriyası çərçivəsində təşkil olunacaq. Rövşən Məmmədquliyev 2012-ci ildə Amerika Gitara Fondunun beynəlxalq müsabiqəsinin qalibi olub. Həmvətənimiz Rusiya, Fransa, Ukrayna, İtaliya, Portuqaliya, Polşa və digər ölkələrdə keçirilən müxtəlif müsabiqə və festivallarda müvəffəqiyyət qazanıb. Onun yaradıcılıq uğurlarına Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mükafatı, Nijni Novqorod şəhəri merinin və bu vilayətin qubernatorunun, "Yeni adlar" Beynəlxalq xeyriyyə proqramının təqaüdləri də daxildir. (AzərTac)
2014-01-07
5,901
Rza Zərrab istefa verdi - Rəsmi
Türkiyədə rüşvət ittihamı ilə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab tutduğu vəzifədən istefa verib. O, "Sarkuysan Elektrolitik Bakır Sanayi ve Ticaret A.Ş"in idarə heyətindən istefa verdiyini açıqlayıb. Bu barədə qurum yazılı açıqlama ilə çıxış edib. Açıqlamada bildirilir ki, 2013-cü il iyunun 20-də Rza Zərrab qurumun idarə heyətinə üzv seçilib. 2014-cü il yanvarın 6-da isə o, idarə heyəti üzvlüyündən istefa verib. ("AzNews.az")
2014-01-07
5,902
Kübra Əliyeva: “Teatrdan heç zəng də etmədilər”
Tamaşaçını cani-dildən əyləndirib güldürə bilən aktrisalarımızdan biri olan Kübra xanım Əliyevanın keçən gün 65 yaşı tamam oldu. Bir gün gec olsa da, hər zaman gülər üzlü aktrisanın bizi qırmayacağına güvənərək onunla bu gün danışmaq qərarına gəldik. Bəlli oldu ki, aktrisa doğum gününü öz ailəsi, rəfiqələrinin əhatəsində keçirib... - Bəs sənət dostlarınızdan kimlər vardı? - Açığını deyim, mən sənət yoldaşlarımla heç vaxt ad günü keçirməmişəm. Hər zaman ailəm, rəfiqələrimlə olmuşam, dünən də ənənəmə sadiq qaldım. - Kübra xanım, bəzən ad günü, ya da bayramları keçirməyi sevməyən adamlar olur. Amma kimlərinsə xətrinə gülümsəyib əhvalımızı xoş tutmağa çalışırıq. Sizdə necə, ürəyinizcə idi hər şey? - Yox, mən hər şeydən məmnun idim, 45 illik rəfiqələrim və övladlarımın əhatəsində idim. İnanın ki, dünən elə şən məclis oldu ki, rəfiqələrim çoxdandır belə məclisdə olmadıqlarını dedi. Mən bayramları, ad günümü də keçirmişəm həmişə, hər zaman da sevinmişəm. - 65 yaşınız tamam oldu. Dövlət səviyyəsində yubileyiniz keçiriləcəkmi? - Yox... - Gözləyirdinizmi belə bir şey? - Mənə ad günü keçirmələrini istəmirdim, heç xoşlamıram adamları saraya yığmağı, konsert verməyi... sevmirəm belə şeyləri... Amma təbrik gözləyirdim. Heç teatrdan da zəng etmədilər. Nazirlikdən təbrik olmadı. Elə bil, Kübra 40 il bu sənətdə, teatrda işləməyib. Bizim təzə direktor gələndə mən təqaüdə çıxdım, amma nə olar təqaüdə çıxanda... Adama təsir edir, əlbəttə... Amma insanlarımızdan razıyam, sosial şəbəkədə bəlkə bir həftədə iki mindən çox adam məni təbrik edib... Nə bilim, insandır da, bir gün var, bir gün yoxdur... - Kübra xanım, deyirsiniz insan ömrüdür... Siz necə, yaşadığınız ömürdən razısınız? - Desəm ki, razıyam, yalan olar. Tam narazıyam desəm, bu da yalan olar. 65 ildə nələr yaşamadım? Özü də iyirmi yaşından həyata atılmışam. Xeyirli günlərim də olub, şər günlərim də... Elə insan ola bilməz ki, peşmançılıqları olmasın. Həmişə xoşbəxt olmaq olmur ki... o, an məsələsidir. Əsas odur ki, yaxşı insanlara rast olmuşam. İndi də xəstəyəm, amma həkimlərimin hamısı mənə qayğı ilə yanaşır, hörmət edir, Allah onlardan razı olsun.
2014-01-07
5,903
Angela Merkelin sirdaşına qarşı rüşvət ittihamı
Almaniyada Baş nazir Angela Merkelin sirdaşı olaraq tanınan Ronald Pofallanın millət vəkili seçilməsinə baxmayaraq "Deutsche Bahn"ın idarə heyətinə gətiriləcəyi xəbərləri ölkə gündəmini alt-üst edib. "Axar.az"ın əldə etdiyi məlumatda bildirilir ki, iqtidardakı Xristian Demokratik Birlik partiyası Ümumi katibi və Baş nazirlik Dairəsi Rəhbəri olan Ronald Pofallaya müxalifət partiyalarından etirazlar edilərkən, öz partiyasından da ona qarşı tənqidlər səslənib. "Süddeutsche Zeitung"un xəbərinə görə Pofallanın 13 il boyunca idarəçiliyini etdiyi "Niederrhein CDU" təşkilatı vətəndaşlara müraciət edərək bizi aldatdığını və çətin durumda buraxdığını bildirib. Məsələ ilə əlaqədar münasibət bildirən ictimai hüquq professoru Hans Herbert von Armin Pofalla qarşı sərt sözlər səsləndirib. Armin bunu " rüşvətin bir başqa forması" kimi dəyərləndirərək, seçicilərin demokratiyaya olan güvəninin azaldığını və Baş nazirlik Dairəsinin nüfuzunun sarsıldığını bildirib. Müxalifətdəki Yaşıllar Partiyası məsələylə bağlı şirkətə köçürmələrin ən azı 3 illik müddətə məhdudlaşdırılması üçün qanunu Federal Məclisə təklif edəcəklərini deyib. Digər tərəfdən "Deutsche Bahn"ın sindikatlarından da Pofallanın bu ictimai şirkətə gəlməsi ilə əlaqədar tənqidlər gəlir. GDL sindikatı Klaus Veselski məsələ ilə bağlı münasibət bildirərkən deyib: "Bu cür transferlər üzvlərimizi narahat edir".
2014-01-07
5,904
Rusiya kriminal aləmi yeni müharibəyə hazırlaşır
Rusiyanın cinayət aləmi yeni müharibəyə hazırlaşır. Bu, 2014-cü ilin yazında Şakro ləqəbli "qanuni oğru" Zaxari Kalaşovun İspaniyadan geri qaytarılması ilə bağlıdır. Hazırda o, İspaniyada həbsxanada yatır. Zaxari Kalaşov rus mafiyasının Ded Hasanın ölümündən sonra boş qalmış "boslarbosu" vəzifəsini tutmağa bir nömrəli namizəddir. Yazda Şakronun həbs müddəti bitir və onun Rusiyaya geri dönməsi gözlənilir. Şakroya qarşı həm qafqazlı oğrular, həm də slavyan oğrular arasında ciddi müxalifət var. Lakin kriminal yazarların fikrincə, Şakro Moskvanın slavyan oğrularından Tyurikin dəstəyinə ümid edə bilər (ANS).
2014-01-07
5,905
Şamaxıda 2 qızın intiharının təfərrüatları - Foto
Yanvarın 5-də baş vermiş bir olay diqqəti Şamaxının Göylər kəndinə yönəltdi. Həmin gün kənd sakini, 11 yaşlı Pərvanə Səlimova evlərinin həyətindəki tövlədə özünü kəndirlə asmış vəziyyətdə tapılıb. Bir neçə gün əvvəl – dekabrın 30-da bu kənddə yaşayan 14 yaşlı Nuranə İsmayılovanın da özünü asaraq intihar etməsi xəbəri yayılmışdı. Nuranənin anası Balaxanım İsmayılova deyir ki, qızının nə evdə, nə də məktəbdə heç kimlə narazılığı, söz-söhbəti olmayıb: Ölümündən bir gün əvvəl karnavalda olub "Özünə qapanan uşaq da olmayıb, xoşxasiyyət idi, hamıyla deyib-gülürdü. Bir dərdi olsaydı, bilərdik". Nuranəgil beş uşaq olublar. Bir bacısı ərdədir, digəri xəstəxanada yatıbmış. Ailə qışlaqda, böyük övladları da məktəbə getdiyindən kənd evində, xəstə nənəsiylə qalıblar. Anası Nuranənin Yeni il bayramına hazırlaşmasından danışır: "Ölümündən bir gün əvvəl karnavalda olub. Sinif yoldaşları da ondan danışır, şad-xürrəmmiş. Axşam tort-qoğal bişirib, yolka bəzəyib, bayram hazırlıqları görüb". Balaxanım İsmayılova Nuranənin intihar zamanı ayağının altına qoyduğu qabı da itələmədiyini deyir. Onun sözlərinə görə, kəndir düyün düşüb və qız boğazındakı kəndiri aça bilməyib. Ehtimal var ki, məşq etmək istəyib AzadlıqRadiosunun müxbiri Nuranə İsmayılovanın müəllim və sinif yoldaşları ilə görüşüb. Onlar Nuranənin nümunəvi şagird olduğunu, heç bir ruhi-psixoloji problem yaşamadığını deyiblər. Ölümündən bir gün əvvəl keçirilən karnavalda Nuranə Qar Qız rolunda çıxış edib. Hamının fikri bir nöqtədə birləşir: "Heç bir problem, psixoloji gərginlik olmayıb. Ehtimal var ki, məşq etmək istəyib. Ayağının altına qoyduğu qazan da vurulmayıb. Elə qazanın üstdə dayanmış formada keçinib. Ehtimal var ki, o, boynuna keçirdiyi kəndir dolaşdığından boğulub". Qonşu qızın ölümündən təsirlənib Yanvarın 5-də intihar etmiş 11 yaşlı Pərvanə Səlimova isə koma vəziyyətində Ağsu rayon Xəstəxanasına çatdırılıb. Atası Hafiz Səlimovun sözlərinə görə, Pərvanə bir gün sonra komadan çıxıb, ancaq vəziyyəti ağır olaraq qalır. Atası Pərvanənin qonşu qız Nuranənin ölümündən təsirləndiyini, eyni şeyi öz üzərində yoxlamaq istədiyini deyir: "Qonşunun qızının ölümündən sonra düşünüb ki, görəsən, mən də ölərəm? Kəndiri keçirib başına, salan kimi boğulub, dizlərini atıb yerə". Atası hadisə barədə onlara Pərvanənin əkiz qardaşının xəbər verdiyini söyləyir: "Köhnə bir hamam var, bərbad halda. Uşaq gedib girib oraya. Dəri asıblarmış. Elə o kəndiri keçirib boğazına. Əkiz qardaşları anasına xəbər eləyib. Bircə onu xatırlayıram ki, uşağı bayıra çıxardım, başqa bir şey xatırlamıram". Məktəbə getməyib Pərvanə məktəbə getməyib, atası təsərrüfat işləri ilə əlaqədar onun təhsilini evdə davam etdirdiyini söyləyir. Həkimlər Pərvanənin beynində stressin izlərinin 15 gündən 1 ilədək qala biləcəyini istisna etmirlər. Şamaxı rayon Prokurorluğu Göylər kəndində baş vermiş hər iki fakt üzrə araşdırma getdiyini deyir. 2012-ci ildə Azərbaycanda 482 intihar olayı qeydə alınıb. İntihar edənlərdən 320-si kişi, 105-i qadındır. Onların 34-ü məktəbli və yeniyetmə olub. 2011-ci ildə isə ölümlə nəticələnən 414 intihar olayı baş verib. Modern.az saytının araşdırmasına görə, 2013-cü ildə həyatına qəsd edənlərin 21 nəfəri qız olub. (ANS)
2014-01-07
5,906
Ronaldinyodan “Beşiktaş”a 10 iddialı şərt
Ronaldinyonun "Beşiktaş"a gəlmək üçün ailəsinə təyyarə biletindən tutmuş, xüsusi sürücüsü və köməkçisinə qədər 10 şərt qoyduğu ortaya çıxıb. "Axar.az" xəbər verir ki, futbolda transfer dövrünün ən çox danışılan mövzusu Ronaldinyonun "Beşiktaş"a transferi ispan mətbuatında da öz əksini tapıb. İspan idman qəzeti "Marca"nın Ronaldinyonun "Beşiktaş"a gəlmək üçün 10 şərt qoyduğunu iddia edir. Həmin şərtlərə bunlar daxildir: Mövsümə 6 milyon avro maaş, ödəmələrdə 2 aydan çox gecikmə olarsa, 8% cəza ödənməsi, 1 ildən sonra başqa kluba transfer hüququ, fərdi sponsor haqqı, qazanılacaq kuboklar üçün mükafat, haqqı klub tərəfindən ödəniləcək və şəxsən onun üçün alınacaq mobil telefon, xüsusi işlərini icra edən şəxsin xərclərinin "Beşiktaş" klubu tərəfindən ödənməsi, "Beşiktaş" klubu tərəfindən benzin daxil olmaqla, bütün xərcləri ödəyən avtomobil və şəxsi sürücü, ailəsi ilə Braziliyaya gedə bilməsi üçün ildə 7 təyyarə bileti.
2014-01-07
5,907
İşçiləri ixtisara salan şirkət rəhbərliyi geri çəkildi - Video
"Qum adası" və "Bahar" yataqlarında neft hasilatı ilə məşğul olan "Bahar enerji" əməliyyat şirkətinin ixtisar edilərək işdən çıxarılmasına qərar verən əməkdaşları bu gün rəhbərlik tərəfindən qəbul edilib. Şirkətin rəhbəri Əmir Mahmudzadə xüsusilə qaçqın, dul, öhdəsində azyaşlı uşağı olan qadınları işə bərpa edəcəyinə söz verib. Təxminən 50 nəfər qadin işçi yenidən işə bərpa edilmək haqqında ərizə yazaraq şirkətə təqdim edib. Ötən gün isə ixtisarlara etiraz olaraq işçilərin aksiya keçirməsi barədə xəbər yayılmışdı. Mətbuatda hətta 3 min əməkdaşın işini itirməsi haqqında xəbərlər var. "Bahar enerji" şirkətinin rəhbərliyi mətbuatın qarşısına çıxmasa da, bizə açıqlamasını təhlükəsizlik xidməti əməkdaşları vasitəsilə çatdırdı. Əmir Mahmudzadənin adından verilən məlumata görə, şirkət cəmi 147 nəfərlə əmək müqaviləsinə son qoyub. Onlara da 6 aylıq əmək haqqı məbləğində kompensasiya verilib. Ümumilikdə "Bahar enerji" də cəmi 1100 nəfərin çalışdığını deyən rəhbərlik mətbuatda səslənən rəqəmlərin yalnış olduğunu bildirdi. Xatırladaq ki, "Bahar enerji" şirkətinin səhmlərinin 66,7%-i iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Bağlan qrup" a məxsusdur. (ANS)
2014-01-08
5,908
Xəzər Dəniz Gəmiçiliyində "Bakı" yoxdur – Rəsmi
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Xəzər dənizi hövzəsindən kənarda tanker və ya hər hansı digər gəmiyə malik deyil. Bu barədə Xəzər Dəniz Gəmiçiliyi QSC-dən bildiriblər. "Röyter" agentliyinin məlumatına görə, "Bakı" neft tankeri Liviyada silahlı döyüşçülərin nəzarəti altında olan ərazidə atəşə məruz qalıb və Malta tərəfə üzüb getməyə məcbur edilib. Agentliyin yaydığı məlumata əsasən, neftlə yüklənmiş "Bakı" tankeri İsveçrədə qeydiyyatda olan "Royal Asset Management" şirkəti tərəfindən icarəyə götürülüb. Liviya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Malta bayrağı altında üzən tankerin ölkənin şərqindəki əs-Sidr iri neft limanına daxil olmasına icazə verməyib (Trend).
2014-01-08
5,909
Məşhur cütlüyün xoşbəxtliyi cəmi 5 ay sürdü
Melisa Sözənlə Alican Yücəsoyun evliliyi beş ay sürüb. Yücəsoy Romada evləndiyi Sözəndən boşanmaq üçün məhkəməyə müraciət edib. "Axar.az" xəbər verir ki, 2013-cü il iyulun 31-də Romada evlənən Melisa Sözən və Alican Yücesoyun xoşbəxtliyi qısa sürüb. Yücesoy İstanbul Ailə Məhkəməsində "qarşılıqlı münasibətlərin pozulması" səbəbiylə boşanma ərizəsi verib. Aktyor iddia ərizəsində yoldaşıyla bir aydır ayrı yaşadıqlarını və "hər iki tərəfin də sənətçi olması səbəbilə" evlilik həyatını davam etdirə bilmədiklərini deyib.
2014-01-08
5,910
Qatillərin qorxulu yuxusu olan 10 detektiv
Məşhur detektivlər haqqında maraqlı məlumatları oxuculara təqdim edirik: 1. Şerlok Holms Şerlok Holms, Ser Artur Konan Doyl tərəfindən yaradılan bir detektiv obrazıdır. Konan Doyl bu obrazı öz universtet professorundan təsirlənərək yaradıb. Şerlok Holms tamamilə düşüncə və məntiq üçün yaşayaraq, təqib gücünü sistemli bir şəkildə formalaşdırıb. Assosialdır, hər hansı bir cinayət işi ilə məşğul olmadığı vaxtlarda, zehni problemləri olduğu üçün kokain və mörfi istifadə edir. Kopernik nəzəriyyəsi ilə öz düşüncə sistemi uyğun gəlmədiyinə görə bu nəzəriyyə haqqında ümumiyyətlə məlumatı yoxdur, amma külqabıdakı siqaret külünün hansı siqaretə məxsus olduğunu o dəqiqə müəyyənləşdirə bilir. "Qanunun digər tərəfində olsaydım ən bacarıqlı cinayətkar olardım". Ən böyük düşməni professor Moriarti adlı bir qatildir, ən yaxın və tək dostu isə Doktor Vatsondur. 2. Erkül Puaro Erkül Puaro, Aqata Kristi tərəfindən yaradılmış roman xarakteridir. Puaro nizam-intizama həddindən artıq riayət edən bir adamdır və bir çox cinayətləri də, məhz bu özəlliyi sayəsində aça bilir. Cinayətləri, hadisələri təqib etməklə deyil, daha çox şahidlərdən aldığı informasiyalar vasitəsilə və beynində kiçik hekayələr qurmaqla öz kreslosunda fikirləşərək açır. 3. Tomas Maqnum 1980-ci illərə öz damğasını vuran detektiv Tomas Maqnum keçmiş donanma zabitidir. Milyonçu, bestseller yazıçısı Robin Mastersin Havay adalarındakı malikənəsinin şəxsi mühavizəsini təşkil edir amma ara-sıra özəl detektiv faəliyyəti ilə də məşğul olur. 4. Devid Edison Devid Edison 1985-1989-cu illərdə ekranlarda yayımlanan məşhur "Mavi Ay" serialındakı detektiv obrazıdır. Cinayətləri özünə xas tərzdə çözən Edison, tamaşaçıları detektiv olmaq arzusuna salan ilk film qəhramanı sayılır. 5. Behzat Ç. Behzat Ç. hələ serial xarakteri olmamışdan əvvəl yazıçı Emrah Serbesin "Behzat Ç. Bir Ankara Polisi" romanında əsas obraz idi. Romandakı Behzat Ç. 1985-ci ildə Polis Akademiyasından məzun olub, Cinayət Bürosunda xidmət edir. Ancaq xidmət etdiyi müddətdə aldığı cəzalara görə heç vaxt təltif edilməmiş, rüstbəsi yüksəldilməmişdir. 6. Mayk Xammer Əfsanəyə çevrilmiş bir roman qəhrəmanı; detektiv Mayk Xammer, yazıçı Mickey Spillayın tərəfindən yaradılmış bir obrazdır. Naqqa deyil, əksinə çox ciddi görkəmi var, ölüm qədər soyuqqanlıdır, heç bir əməliyyatda öz xeyrini düşünmür, adələt uğrunda özünü təhlükəyə atır, mükafat olaraq isə cəmi 50-60 dollar tutan əməliyyat xərclərindən başqa bir sent belə almır. 7. Culyas Marqaret Jorj Simenonun roman qəhramanıdır. Romanlarda komissar dedikdə ilk ağla gələn addır Culyas Marqaretdir. O cinayətləri psixoloji yöndən açır. Sakit və işgüzar xarakterə sahibdir. Öz sahəsindəki bir çox obrazdan fərqli olaraq ailəlidir, amma buna baxmayaraq o, hər hansı bir cinayət hadisəsi ilə məşğul olanda ev, yemək, yatmaq və ailə də, daxil olmaqla həyatındakı hər şey unudaraq tamamilə işinə köklənir. 8. Filip Marlove Filip Marlove, Məşhur Amerikan yazıçısı Raymon Kandlerin "Böyük yuxu" və "Uzun Vida" kitablarının əsas qəhrəmanıdır. Marlova qaradinməz adam olmaqla yanaşı həm də incəsənətlə maraqlanır, fəlsəfi kitablar oxuyur, şahmat və şeirdən həzz alır. Problemləri həll etmək üçün şiddət yolunu seçmir, əksinə daha çox humanizm prinsiplərinə söykənir. 9. Lord Peter Vimsey İngilis qadın yazıçı Drotinin yazdığı 40-a qədər detektiv romanın baş qəhramanıdır. Peter birinci dünya müharibəsində ağır yaralanıb. Müharibədən sonra 20-ci illərdə Londonda varlı və subay halda yaşayan Lord Peterin ən böyük maniası çətin tapılan kitabların kolleksiyasını yaratmaqdır. Savadlı adamdır Lord Peter, hər şeydən azacıq da olsa məlumatı var. Eynilə müasiri Şerlok Holms kimi. Holmsdan yeganə fərqi isə qadınları sevməsi və onlara güvənməsidir. 10. Miss Marple Siyahıdakı yeganə qadın detektiv olan Ceyn Merpıl yazıçı Aqata Kristi tərəfindən yaradılmış bir obrazdır... Ceyn İngiltərədə kiçik bir qəsəbədə yaşayır. İlk baxışda adi yaşlı bir qadın kimi görünsə də, əslində, zəkası və insan təbiəti haqqında olan məlumatları ilə ətrafında baş verən cinayətlərin üstünü ingilis polisindən daha tez və məntiqli şəkildə aça bilir. (http://1937.az/view/1407) "1937.az"
2014-01-08
5,911
Ölümdən son anda qurtulanlar - Video
Taleyin, qismətin qoruduğu və ən təhlükəli anlardan heç nə olmayıbmış kimi möcüzəvi surətdə qurtulan insanlar çoxdur. "Axar.az" olaraq "Bəxti gətirənlər" adıyla yayılan videolardan birini təqdim edirik.
2014-01-08
5,912
Bu gün Nikolas Keyc 50 yaşını qeyd edir
Məşhur hollivud aktyoru Nikolas Keyc bu gün 50 yaşını qeyd edir. Aktyor Kaliforniyada yazıçı ailəsində anadan olub. Bildirək ki, Nikolas anadan olanda ona Nikolas Kim Koppola adı verilib. Karyerasının başlanğıcında soyadını "Keyc"ə dəyişib. Keyc karyerasına televiziyadan başlayıb. Daha sonra serialda rol almaq üçün məktəbi atmalı olub. İlk böyük uğuru isə aktyor 1983-cü ildə əldə edib. Nikolas Keyc bu günə kimi 50-dən çox filmdə rol alıb. Dünya şöhrətli aktyor "Mələklər şəhəri", "Simasız", "60 saniyəyə qaçış" və digər filmlərlə tamaşaçıların yaddaşında iz qoyub. Nikolas Keyc 3 dəf evli olub. Onun ilk həyat yoldaşı amerikalı aktrisa Patrisiya Arket olub. Cütlük 6 il birgə həyat sürəndən sonra ayrılmağa qərar verib. Bir neçə ildən sonra o, əfsanəvi ifaçı Elvis Preslinin qızıyla evlənib. Lakin bu dəfəki ailə həyatı da uzunömürlü olmayıb. Belə ki, cəmi 109 gündən sonra cütlük boşanıb. Sayca üçüncü həyat yoldaşı koreyalı Ellis Kim olub. 2005-ci il oktyabrın 3-də onların oğlu dünyaya gəlib.
2014-01-08
5,913
İntihardan qabaq bunları yazdı...
Söylədiyi sözlər bir insanın son sözləridirsə, onlar daha çox əhəmiyyət daşıyır. Amma onlar intihar edən insana aid olduqda məsələ daha da qiymət qazanır. Məşhur yazar və şairlərin intihar qeydləri də yəqin ki, oxucular üçün maraqlı olar. Bunu nəzərə alaraq bir çox yazarın intihar qeydlərini bir araya gətirdik. Romen Qari – Fransız yazarı, rejissor, ssenarist Keçmiş həyat yoldaşı Jan Sebergin 1979-cu ildə vəfat etdikdən sonra bu ölümdən təsirlənən yazar 1980-ci ildə Parisdə həyatına son verdi. İntihardan əvvəl isə bu sözləri yazdı: "Çox əyləndim, sağ olun və təşəkkürlər!" Nikola Sebastyan Şamfor - fransız yazarı Parisdə həbs olunmazdan əvvəl intihar edib. Son sözləri: "Ürəyin qırılması, ya da gülləyə tuş gəlməsi qaçılmaz olan bu dünyadan köçürəm". Hart Kreyn – Amerikalı şair O, buxarlı gəmidən özünü ataraq qışqırıb: "Hamınız salamat qalın!" Sergey Yesenin – Rus şairi Öz qanıyla yazdığı və özünü asandan bir gün əvvəl dostuna verilmiş qeyd belədir: "Salamat qal, dostum, salamat qal. Sevgilim, ürəyimdəsən. Ayrılmağımız da bir taledir. Çox keçmədən bir araya gələcəyimiz də taledir. Salamat qal. Əlini sıxmağa gücüm yoxdur. Ölmək yeni bir şey deyil. Çünki yaşamaq da yeni deyil". Şarlotta Perkins Gilman – Amerikalı yazar İntihar etmə hüququnun müdafiəçilərindən olan Gilman həddindən artıq xloroform içərək intihar edib. Son qeydləri belə olub: "Artıq bir işə yaramadıqda qaçılmaz, yaxın bir ölümdən əmin olduğunda yavaş, faciəvi bir ölüm yerinə sürətli və asan bir ölüm seçmək ən sadə insan haqlarından biridir. Xərçəngdənsə xloroformu seçdim". Robert E. Hovard – Amerikalı yazar Hovardın intihar qeydi isə Viola Qarvinin "Sezarın evi" şeirindən bir parçadır: "Hər kəs qaçdı - hər şey bitdi, elə isə məni od-atəşin üzərinə qoyun, Mərasim bitdi və fənərlər söndü". Henrix von Kleyst – Alman yazar və dramaturq Kleyst xərçəng xəstəsi olan gənc yoldaşıyla birlikdə intihar edib. Bacısına intihar qeydi yazıb: "Bütün dünyayla, hər şeydən əvvəl səninlə uzlaşmadan bu an olduğu kimi rahat və sakit ölə bilmərəm. Mənə yazdığın məktubda güclü ifadələrdən imtina et. Burax onların hökmünü mən qaldırım. Həqiqətən də məni qurtarmaq üçün gücünün yetdiyi hər şeyi etdin. Yalnız bir bacı olaraq deyil, bir insan olaraq da edilə biləcək hər şeyi etdin. Gerçək budur ki, yer üzündə heç bir şey mənə kömək edə bilməz. Artıq salamat qal, Tanrı sənə mənimkinin yarısı qədər olsa belə, keyfli və tərifsiz xoşbəxtlik içərisində bir ölüm bəxş etsin. Bu ​​sənin üçün düşünə bildiyim ən səmimi və ən böyük diləkdir. Henri. Stimmung, Potsdam, ölümümün səhərində". Vaçel Lindsey – Amerikalı şair Xlor tərkibli maddə içərək intihar edib. Son qeydi belədir: "Məni qabaqlamağa çalışdılar, lakin mən onlardan cəld tərpəndim!" Yukio Misima (Kimitake Hiraoka) – Yapon yazarı Misima Yapon ordusunun vətəndaş hökumətini devirdiyini zənn edərək xarakiri edib. Balkondan son sözlərini qışqıraraq içəri keçib, yoldaşına: "Məni eşitdiklərini belə sanmıram", - deyib və xəncərlə qarnını deşib. Vircinya Vulf – İngilis yazarı Vulf keçirdiyi əsəb xəstəliyinin təkrarlanacağından qorxaraq özünü Ouse çayında boğaraq intihar edib. İntihar qeydini əri üçün evində sobanın üstünə qoyub: "O qorxunc zamanları yenidən yaşaya biləcəyimi zənn etmirəm. Və bu dəfə yaxşılaşmayacağam. Qeybdən səslər eşitməyə başladım və fikrimi cəmləyə bilmirəm. Buna görə ən yaxşı hesab etdiyim şeyi edirəm. Mənə mümkün olan ən böyük xoşbəxtliyi yaşatdın. Mənim üçün ola biləcək hər şey oldun. Bu qorxunc xəstəlik çıxıb gələnə qədər iki insanın xoşbəxt ola biləcəyini düşünməzdim. Artıq daha mübarizə edə bilməyəcəyəm. Həyatını məhv etdiyimi bilirəm. Görürsən də, bunu belə düzgün yaza bilmirəm. Oxuya bilmirəm. Demək istədiyim o ki, həyatımdakı bütün xoşbəxtliyi sənə borcluyam. Mənimlə son dərəcə səbirli və inanılmaz şəkildə yaxşı oldun. Hər kəsin bunu bilməsini istədiyim üçün bunları yazıram. Əgər biri məni xilas etməli olsaydı, o sən olardın. Həyatını məhv etməyə daha çox davam edə bilmərəm. İki insanın bizim olduğumuzdan daha xoşbəxt ola biləcəyini düşünmürəm. V.V.".
2014-01-08
5,914
Bu ilin dueti - dünyanın iki məşhurundan
Dünyanın məşhur iki popstarı Rihanna və Şakira, birlikdə duet ifa etdiklərini təsdiqlədilər... Türkiyənin "Vətən" qəzetinə istinadən Rihanna və Şakira duet oxuyacaq. Bütün zamanların ən böyük qadın popstarlarından ikisinin və yalnız 1 həftə sonra duet ifa etdikləri mahnının klipi televiziya ekranlarında yayımlanacaq. İki popstar qadın ilk dəfədir ki, birlikdə duet hazırladılar. Klip isə yanvar ayının on dördü ekranlarda yayımlanacaq, mahnının adı isə "Unutmağı unuduram"dır ("Can't Remember To Forget")...
2014-01-08
5,915
Özəl bağçalarda süni qiymət artımı - Ekspert
2014-cü ilin yeniliklərindən biri də körpələr evləri, uşaq bağçaları və uşaq evlərinə tətbiq edilərn əlavə dəyər vergisinin (ƏDV) ləğv edilməsi oldu. Milli Məclisin son sessiyasında "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanun layihəsi qəbul edildi. Layihəyə əsasən, adıçəkilən xidmət obyektləri 10 il müddətinə vergi ödəməkdən azad edildilər. Bu qanun vətəndaşlara nə verəcək? Yenilik uşaqların təlim-tərbiyəsində hansı dəyişikliklərə səbəb olacaq? Əksər ekspertlər və qanunu qəbul edən millət vəkilləri hesab edirlər ki, bağçaların ƏDV-dən azad edilməsi, ilk növbədə, özəl xidmət müəssisələrinin açılmasını stimullaşdıracaq. Bu sahədə rəqabətin artması isə özəl bağçalarda qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Yaxın vaxtlarda qiymətlərin aşağı düşməsi gözlənilmir Qeyd edək ki, hazırda ölkədə 1666 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu da cəmi 113 min 517 nəfər azyazlı uşağın təlim-tərbiyə və təhsilə cəlb olunmasına imkan verir. Başqa sözlə, respublikadakı məktəbəqədər yaşlı uşaqların yalnız 16 faizi bu xidmətdən yararlana bilir. Bunun da çox hissəsi, yəni 23,4 faizi şəhərlərin payına düşür. Kənd yerlərində isə bu rəqəm təxminən 3 dəfə aşağıdır - cəmi 8,6 faiz. Ölkənin yaşayış məntəqələrinin 75 faizində ümumiyyətlə bağça yoxdur. Hətta son illərdə Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən özəl bağçaların sayının artması da vəziyyəti dəyişməyib. Belə ki, rəsmi açıqlamalara əsasən, 44 özəl təhsil müəssisəsində cəmi 1900 uşaq tərbiyə alır. Buna səbəb özəl bağçalarda təhsil haqlarının çox yüksək olmasıdır. Onlar elə fantastik qiymətlər tətbiq edirlər ki, nəinki, əhalinin aşağı təbəqəsi, heç orta təbəqənin belə həmin pulu ödəməyə gücü çatmır. Məsələni "Axar.az"a şərh edən iqtisadçı ekspert Vüqar Bayramlı bağçaların ƏDV-dən azad edilməsini müsbət hal kimi dəyərləndirib: "Humanitar xidmət sahələrinin vergidən azad edilməsi onların təklif etdiyi xidmətin keyfiyyətində və qiymətlərdə özünü göstərməlidir. Vergidən azad edilmə ilk öncə uşaq evləri və bağçaların xərclərinin azalmasına səbəb olacaq. Eyni zamanda daha ucuz xidmət təklif edəcəklər. Nəticədə vətəndaşların nisbətən aztəminatlı hissəsi də bağçaların xidmətindən yararlana biləcəklər. Lakin bu əvvəlki illərin təcrübəsinə və reallıqlara əsaslanaraq yaxın vaxtlarda qiymətlərin aşağı düşməsini proqnozlaşdırmaq çətindir". Süni qiymətlər durmadan artır Xatırladaq ki, ötən il də hökumət bu cür addım ataraq ali təhsil müəssisələrini ƏDV-dən azad etmişdi. Lakin bundan sonra təhsil haqlarının azalması deyil, əksinə, artımı müşahidə edildi. Bu dəyişiklik heç təhsilin keyfiyyətinə də ciddi təsir göstərmədi. Bu məqamı vurğulayan V.Bayramlı qiymətlərin azalması və xidmətin keyfiyyətində ciddi dəyişikliklərin bir neçə ildən sonra rəqabət mühiti formalaşdıqda mümkün olacağını bildirib: "Hazırda özəl bağçalarda tətbiq edilən qiymətlər sünidir. Həmin rəqəmlər ölkədəki orta aylıq əmək haqqından da yüksəkdir. İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələni araşdırıb, real qiymətlərin tətbiqinə nail olmalıdır. Digər tərəfdən, vergidən azad edildikdən sonra yeni özəl bağçalar fəaliyyətə başlayacaq və rəqabət yaranacaq".