date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-01-01 | 5,607 | Lənkəranda da avtomobil yandı | Lənkəran şəhərində avtomobil yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran şəhəri Bürcəli kəndində (rayon mərkəzindən 13 km aralı "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-02 | 5,608 | Avropanın gündəmi - Korrupsiya | Avropa Birliyinin ən böyük dərdi rüşvət problemidir. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Birliyin əhalisinin 74%-i bu qənaətdədir ki, Avropanı uçurma aparan yeganə səbəb rüşvətdir. Aşağıda adları qeyd olunanlar rüşvət qalmaqalında iştirak edən şəxslərdir: Jak Şirak (Fransanın keçmiş prezidenti) Kristian Vulff (Almaniyanın keçmiş prezidenti) Silvio Berluskoni (İtaliyanın keçmiş baş naziri) Jakqui Smit (İngiltərə Daxili İşlər naziri) İspaniya Kralı Juan Karlosun kürəkəni Palma Dükü İnaki Urdanqarin (Belçika Kralı) Albertin oğlu şahzadə Laurent, Hubert Gorbax (Avstriyanın keçmiş baş nazir müavini) Ernest Ştrasser (Avstriyanın keçmiş Daxili İşlər naziri) Karl Heinz Qrasser (Avstriyanın keçmiş Maliyyə naziri) 2014-cü ilin ilk günündə bu qədər əhəmiyyətli adları bir araya gətirən tək səbəb bu şəxslərin korrupsiya skandalında iştirak etmələridir. Bu məşhur siyasət adamlarının hər biri rüşvət əməliyyatı ittihamı ilə məhkumluq həyatı yaşamış şəxslərdir. Bir qisminin isə hələ də məhkəmə prosesləri davam edir. Bu adların korrupsiya skandalında yer alması avropalılar tərəfindən artıq təəccüblə qarşılanmır. |
2014-01-02 | 5,609 | Yeni ilin ilk atəşkəsi elan edildi | Cənubi Sudanda iki həftədir davam edən daxili savaş atəşkəslə yekunlaşıb. "Axar.az"ın "Zaman"a istinadən xəbərinə görə, qarşıdurmalar nəticəsində ən azı 1000 nəfərin həyatını itirdiyi Cənubi Sudanda ölkə prezidenti Salva Kiir və üsyançı qüvvələrin lideri Riek Makar arasında razılıq əldə edilib. Sülh danışıqları Efiopiyanın paytaxtı Əddis-Əbəbədə icra edilir. Əvvəlki gün qarşıdurmalar davam etdiyi ərəfədə açıqlama verən Uqanda lideri Yoveri Musavani Şərqi Afrika ölkələri olaraq Cənubi Sudanda Makarı məğlubiyyətə uğratmaq üçün qərar qəbul etdiklərini bildirmişdi. Lakin Kiirin vəzifədən kənarlaşdırdığı keçmiş vitse-prezident Makara bağlı qüvvələrin dünən ölkənin əhəmiyyətli şəhərlərindən Bora yenidən hücum etməsi ilə yenidən qarşıdurmalar yaranmışdı. |
2014-01-02 | 5,610 | “Fiat” “Kraysler”i aldı – 3,7 milyarda | İtalyan avtomobil şirkəti "Fiat" ABŞ-ın nəhəng avtomobil firması olan "Kraysler"in 41,46 faiz aksiyasını satın aldığı barədə açıqlama yayıb. "Axar.az"ın məlumatına görə, 3,65 milyard dəyərində olan bu alğı-satqı yanvarın 20-dən gec olmayaraq tamamlanacaq. Baş qərargahı İtaliyanın Turin şəhərində yerləşən, 1989-cu ildə yaradılan və "Fiat", "Lancia", "Alfa Romeo", "Abarth", "Ferrari" və "Maserati" brendlərinin istehsalçısı olan "Fiat"ın dünyada 137,5 mindən artıq işçisi var. |
2014-01-02 | 5,611 | Bərzani Çaldıran döyüşündən danışdı | İraq Kürdüstan Regional Rəhbərliyinin başçısı Məsud Bərzani öz Yeni il mesajında kürdlərin qanuni mübarizə əsasında torpaqlarına qovuşmasını istəyərək, 1514-cü ildə Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında baş verən Çaldıran döyüşündən bəhs edib. Çaldıran döyüşünün 500-cü ildönümünü xatırladan Bərzani deyib ki, bu yeni il eyni zamanda Kürdüstan torpaqlarının parçalanmasının ildönümüdür. Bərzani Türkiyə , İran , İraq və Suriyada, eləcə də dünya üzərində yaşayan kürdlərə xitab edərək deyib ki, yeni ilin kürdlərin hüquqlarının və torpaqlarının verildiyi il olmasını istəyir. O, deyib ki, bu il Kürdüstan torpaqlarını parçalayan Çaldıran döyüşünün 500-cü ildönümü olacaq. Bərzani iddia edib ki, Səfəvi dövlətinin başçısı Şah İsmayılla Osmanlı sultanı Yavuz Səlim arasında 500 il əvvəl baş verən döyüş kürdlərin dövlətçiliyinin əldən getməsinə səbəb olub. Bərzani deyib: "2014-ci ilin kürdlərin qanuni mübarizəsinin irəlilədiyi bir il olmasını ümid edirəm. Ümid edirəm ki, Suriyanın Rojava bölgəsindəki xalqımızın da ağrıları sona çatar və hüquqlarına qovuşarlar". ("Musavat.com") |
2014-01-02 | 5,612 | Məhkəmə qərar verdi: sabiq prezident həbs oluna bilər | Pakistan məhkəməsi keçmiş baş qərargah rəisi və dövlət başçısı Pərviz Müşərrəfin sabah da məhkəmə qarşısına çıxmaması durumunda həbs olunmasına qərar verəcək. "Axar.az"ın əldə etdiyi xəbərə görə, sabiq dövlət başçısı lazımi təhlükəsizlik tədbirlərinin görülməməsini əsas gətirərək məhkəməyə gəlməkdən imtina edib. Vətənə xəyanət etməkdə günahlandırılan Müşərrəf ilk proses zamanı məhkəmə binasının yaxınlığında 5 kiloqram bomba yerləşdirildiyini, ikinci məhkəmə prosesi zamanı isə yarım kiloqram bomba yerləşdirildiyini iddia edərək məhkəməyə gəlməyib. Məhkəmə daha əvvəl Müşərrəfin Baloç qəbilə rəisi Navab Əkbər Xanın ölümü ilə əlaqədar ittiham olunmasında günahsız olduğuna qərar vermişdi. Keçmiş Baş nazir Benazir Bhuttoya sui-qəsd törətməkdə və Lal Məscidi basqınından ötəri məhkəmə araşdırması başlamasına baxmayaraq həbssiz mühakimə olunmasına qərar verilmişdi. Ötən ilin aprel ayında prezident seçkilərinə qatılmaq üçün ölkəsinə dönən Müşərrəf may ayında həbs olunmuş və təxminən yeddi ay ev həbsinə məhkum edilmişdi. |
2014-01-02 | 5,613 | Bakının mərkəzində yolka yandı | Bakının mərkəzində, "Azərbaycan" kinoteatrının qarşısında Yeni il yolkası yanıb. Yolkanın yanması nəticəsində xəsarət alan olmayıb. (ANS) |
2014-01-02 | 5,614 | İranda zəlzələ: 1 ölü, 12 yaralı | Bu gün səhər İranın Hörmuzqan əyalətinin Kuxard şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5,5 və 4,3 bal gücündə iki zəlzələ baş verib. Bu barədə İRNA agentliyi məlumat verir. Zəlzələ nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Hörmuzqan əyalətinin Bəstək şəhərində evlərə ziyan dəyib. Tehran Geofizika Universitetinin Seysmoqrafiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 06:43 dəqiqədə baş verib. (Trend) |
2014-01-02 | 5,615 | Türkiyə diplomatlarının avtomobilləri yandırıldı - FOTO | Türkiyənin Almaniyadakı səfirliyində çalışan iki diplomatın avtomobili yandırılıb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yanvarın 1-də gecə saat 23:30 radələrində baş verib. Berlinin Henrix Hayne prospektində bir-birindən 1 km aralıda park edilmiş diplomatların avtomobillərinin üzərinə tez alışan maddə tökülüb və qəsdən yandırılıb. Məhəllə sakinləri yanan avtomobilləri görərək yanğınsöndürənlərə məlumat veriblər. Yanğın söndürülsə də, hər iki avtomobil yararsız vəziyyətə düşüb. Türkiyənin Almaniyadakı səfirliyi Almaniya rəsmilərindən olayın araşdırılmasını və günahkarların yaxalanmasını istəyib. Eyni zamanda səfirliyin təhlükəsizliyinin qorunmasına diqqətin artırılması da tələb olunub. Almaniya polisi olayla bağlı araşdırmaya başlayıb. |
2014-01-02 | 5,616 | Bu ölkə 1 il ərzində 3 minə yaxın əsgərini itirdi | Əfqanıstanda 2013-cü il ərzində qarşıdurmalar və partlayışlar nəticəsində 2 min 767 əfqan əsgəri ölüb. "Axar.az"ın əldə etdiyi məlumata görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilir ki, 2012-ci illə müqayisədə itkilərin sayında artım müşahidə olunub 2012-ci ildə 1870 əfqan əsgəri ölmüşdü. Əfqanıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, 2011-ci illə müqayisədə 10% artım qeydə alınmışdı. |
2014-01-02 | 5,617 | İranda qaz çatışmazlığı: stansiyaların yarısı bağlanıb | İranda sənaye müəssisələrinə qaz tədarükünün məhdudlaşdırıldığı halda, ölkədə soyuq hava şəraiti ilə əlaqədar qaz istehlakı kritik həddə çatıb. Dekabrın 30-da daxili və kommersiya müəssisələrinin ümumi qaz istehlakı sutkada 482 milyon kubmetri ötüb ki, bu da ötən il martın 21-də başlayan cari İran təqvim ilinin yeni rekordunu müəyyənləşdirib. Elektrik stansiyalarına qaz tədarükü məhdudlaşdırılıb, poladtökmə, sement və neft-kimya sahələri daxil olmaqla, ölkənin əsas sənaye sahələri qaz çatışmazlığı ilə üzləşiblər. Tehranda, həmçinin, ölkənin şimal və qərb vilayətlərində bəzi avtomobil qazdoldurma kompressor stansiyalarına (AQKS) qazın verilişi çatışmazlıq və aşağı təzyiq səbəbindən dayandırılıb ki, bu da benzin istehlakının xeyli artmasına gətirib çıxarıb. İranın AQKS Sahibləri İttifaqının Direktorlar Şurasının sədri Ardeşir Dadras bildirib ki, çatışmazlıq və aşağı təzyiq səbəbindən Tehranda AQKS-lərin təqribən 50 faizi bağlanılıb (Trend.az). |
2014-01-02 | 5,618 | Neftçala sakini güllələndi | Dünən axşam saatlarında Neftçala rayon Mayak kəndində güllələnmə hadisəsi baş verib. Kənd sakini Baxşəliyev Baxşəli Füzuli oğlu ov silahından edilən atəş nəticəsində dünyasını dəyişib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılır. Hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi bildirilir (ANS). |
2014-01-02 | 5,619 | Pətək Dinçözün Qəbələ sərgüzəştləri - Fotolar | Türkiyəli müğənni Pətək Dinçöz Yeni ili Azərbaycanda qarşılayıb. Məlumata görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə ölkəmizə gələn sənətçi Qəbələdəki "Qafqaz Resort Hotel"də səhnəyə çıxıb. Sevilən mahnıları ilə qonaqlara xoş anlar yaşadan Pətək Azərbaycana öz orkestrı ilə təşrif buyurub. Saat 00:00-da səhnəyə çıxan müğənni onu dinləyənlərlə birlikdə oxuyub, rəqs edib. P.Dinçöz Azərbaycanda möhtəşəm qarşılandığını vurğulayıb: "Bakıya ayaq basan kimi qarşımda çoxlu jurnalist gördüm. Burada möhtəşəm qarşılandım. Sizi sevirəm" (Axşam.az). |
2014-01-02 | 5,620 | Kürəkən qayınatasını və qayınanasını güllələdi | Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib. "Axar.az" "Apa"a istinadən xəbər verir ki, hadisə Novxanı bağlarında qeydə alınıb. Rayon sakini 1978-ci il təvəllüdlü Bayram Mirzəağa oğlu Həsənov ailə münaqişəsi zəminində qayınatası, 1966-cı il təvəllüdlü Nəzər Qəmbər oğlu Hüseynovu və qayınanası, 1966-cı il təvəllüdlü Rəfiqə İbrahim qızı Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər. Qətli törədən B.Həsənov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. |
2014-01-02 | 5,621 | Ramiz Mehdiyev sərəncam verdi | Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilib. Sənəddə respublikanın bütün şəhər və rayonlarında, o cümlədən idarə, müəssisə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkil olunması, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin mətbuatda geniş işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub. Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, yanvarın 17-də bütün tədris müəssisələrində faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil olunacaq. Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində matəm əlaməti olaraq və faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub (AzərTac). |
2014-01-02 | 5,623 | Asif Atanın heç vaxt dərc olunmamış müsahibəsi - Bambaşqa | Bambaşqa dünya Hər bir filosof ondan öncəki mütəfəkkirlərin düşüncələri, axtarışları ilə tanışlıqdan sonra varlıq, mövcudluq, insan haqda yeni fikirlər ortaya atır, fikir üfüqünü daha da genişləndirir. Metaforayla desək, hər filosof başqa bir filosofun "çiyinlərinə qalxaraq" daha "uzağı" görməyə cəhd edir. Bu baxımdan, Asif Atanı da özündən öncə yaşamış, yaratmış, düşünmüşlərin "çiyinlərinə qalxıb" onların gördüklərindən daha "uzağı" görmüş hesab edə bilərik. Asif Atanın dini İnamla əvəz etmə tələbi - əməli-təlimi haqda uzun illər düşüncələrim və qənaətlərim bu ki, akademik fəlsəfi terminlərlə deyilsə, Asif Ata inam dekonstruksiyasının əsasını qoyan və gerçəkləşdirən ilk şəxsdir. Mafiya — aqressiv ruhsuzluqdur — Azərbaycanda bu gün baş verən dəyişikliklər haqda, xüsusilə kapitalizmin və dinin bərpasına dair Asif Atanın fikirlərini bilmək istəyirik. — Real dünyada insan fikirlərində, duyğularında mövcud olan hər şey —keçmişdir — bəşəriyyətin keçmişidir. Bəşəriyyət keçmişdən hələ çıxmayıb, bu mənada bəşəriyyət qeyri-tarixidir. Din çoxdan mövcuddur. Materializmdən sonra yenidən keçmişə qayıdırıq, keçmişi təsdiqləyirik. Bu — qeyri-normal haldır: hər şey axır, lakin heç nə dəyişmir. Bu — antiheraklit ideyadır. Kapitalizmdə həyatın ideallaşması yalandır. Kapitalizm gözəl həyatı yalnız monistlərə verir (latıncada "money" pul deməkdir). Yalnız çox az kəsim, əhalinin bir faizi nə istəyirsə, edə bilər, hətta ada da alar. Pul — ictimai münasibətlərin kvintesensiyasıdır. Biri nağıllardakı kimi zəngindirsə, o biri "nağıllardakı tək" kasıbdır, biri kapitalistdirsə, o biri — antikapitalistdir. Buna görə də kapitalizm bir zaman mütləq yox olacaq. Nəhəng inqlablardan, kommunist ideyalarından, baş vermiş olaylardan, ölümlərdən sonra adamlar yenə də kapitalizmə döndülər. O kapitalizmə ki, onun haqqında heç bir dahi yaxşı söz işlətməyib. İndini keçmişə qayıdış üçün yox, gələcək naminə məhv edərlər. Sıçrayış, çıxış gərəkdir, bu da yalnız insan şüurundan keçir. Gəlin, dinə baxaq: bəli, Qərbdə kilsə var, İtaliyada isə hətta müstəqil Papa dövləti var, dövlətə karikatura olsa da, ritualları var. Eyni zamanda İtaliyada mafiya var. Siciliya — mafiyaçılığın vətənidir. Onda belə ruhaniyyətdən nə fayda? Mafiya — aqressiv ruhsuzluqdur. Bəs insan mahiyyəti nədir? İnsan — Vicdan, Təmənnasızlıq deməkdir. Kapitalizmdə cəngəllik qanunları hökm sürür: güclü sağ qalır, gücsüz ölür. Bəs o ideallaşdırılan xristianlıq harada qaldı? Biz dindən təmizlənmiş inamın tərəfdarıyıq. Məsələn, "İslam" sözü ərəbcədə "itaət" deməkdir. Qoy gənclik anlasın ki, onun gücü itaətdə deyil, qanadlı olmasındadır. Qorxu — ali günahdır. Quran — başdan ayağa qorxudur. Bu dünya özlüyündə, nə qədər də pis olsa, bizim dünyadır. Cənnət haqda bu deyilənlərin hamısı pis olan haqda xəyallardır... "İnsanı alçaltdılar. Mükafat köləsi saydılar. Şəhvət dəlisi saydılar. Əslində cəzalandırdılar. Ləyaqətini tapdaladılar. "Xeyirin mükafatı var!" – dedilər. "Xeyirin işrəti var!" – dedilər. Xeyiri alçaltdılar. Əslində cəzalandırdılar. Ləyaqətini tapdaladılar. Hər ikisində Mütləq təhqir olundu. İnsandakı Mütləq! Xeyirdəki Mütləq!" (A.Ata özünün "Mütləqilik" kitabından sitat gətirdi.—İ.U.) Bizi başqa dünya haqda nağıllarla yatızdırırlar, çünki bu dünyada heç bir yaxşılıq edə bilmirlər. Azərbaycanda az da olsa, lakin başqa cür yaşayan, başqa cür inanan insanların olması pisdirmi? Dünyanın ruhsuzluğunu görmürükmü, anlamırıqmı bəyəm? Qismət haqda söhbətlərlə insana təlqin edirlər ki, özünü yenidən yaratmaqda sən gücsüzsən. Heç bir qismət yoxdur! Biz - Ocaqçılar çiyinlərimizdə ləyaqət və fərəhlə dolu çox ağır bir yük daşıyırıq... Bizi anlamayanlara yazığım gəlir. Xalq — uşaqdır, taleyini öz əlinə vermək olmaz — Ocağın mahiyyəti və məqsədi nədir? — Ocağın mahiyyəti — İdraka əsaslanan, cəfəngiyyatdan azad olan İnamdır. Azərbaycanda Ruhani Dirçəliş Ocağının, yeni İnam mərkəzinin yaranmasıdır. Şiddət, zor rədd edilir, yeni İnam əsasında yeni ideal təsdiqlənir, total İnasanlaşma ideyası təsdiqlənir. Ocağın məqsədi — xalq yaratmaqdır. Əhali var, amma ruhani anlamda xalq yoxdur. Xalq — idraklı, mənəviyyatı yüksək, müstəqil, özümlü, iradəli bir hadisədir. Bundan başqa, Ocaq siyasətbaz xalqa qarşıdır. Ocaq hesab etmir ki, xalqın taleyi onun öz əlinə verilməlidir. Çünki xalq yalnız o zaman Xalq olur ki, o mənəviyyat, ruhanilik idealları ilə bəslənilir, tərbiyə edilir, öz avamlığından, profanlığından təmizlənir. Xalq — uşaqdır, uşaq olduğu üçün də taleyini öz əlinə vermək olmaz. Xalq üçün ideyalarımızı sadələşdirmirik. Asan qələbələr həmişə yalançı qələbələrdir. Buna parlaq misal — XX əsrdir, o bizə çox şey öyrətdi. Kamil cəmiyyət kamil İnsanlar tərəfindən yaradılar — Haradansa belə bir fikir oxumuşdum ki, kamillik mütləq məhv olur. Bu haqda Sizin fikriniz. — Kamillik hələ olmayıb ki, onun ölümü haqda danışaq. Kamilliyə canatma olub yalnız. İnsan övladı özüylə az məşğul olub: o, dünyayla məşğul idi. Avtomatik kamillik olmur. Bəşəriyyət savaşlarla, dini illüziyalarla məşğuldur, özüylə az məşğul olub, XX əsrdə isə özüylə məşğul olmağı tamamilə buraxıb. Düşünürlər ki, sosial münasibətlər dəyişilsə, insan da dəyişiləcək. Əslində isə kamil insan olmayıb. İnsan kənardan yox, içəridən yaranır. Kamil cəmiyyət kamil İnsanlar tərəfindən yaradılar. Qeyri-kamil insanların qələbə adlandırdıqları hərəkətlərlə idealı qeyri-insani bir şeyə çeviriblər. İnsan idrakı xüsusi olaraq kamilləşdirilmirsə, qeyri-kamildir. (A.Atanın xahişi ilə bu cümlə altxətlə fərqləndirilib. - İ.U.) Biz başqalarından qorxuruq — Siz mütləq dəyərlər tərəfdarısınız. İnsanların mütləq idrakı, mənəviyyatı və inamı ideal cəmiyyətdə üst-üstə düşməklə neqativ anlamda hamının eyniliyinə gətirib çıxarmazmı? — Sualın qoyuluşundan belə çıxır ki, ideal insan — darıxdırıcı və darıxan insandır. Bu, yanlışdır! Əsl maraqlı həyat yalnız kamilləşmədən sonra başlayır. O zaman o, məcbur edildiyi üçün yox, öz qəlbinin tələbi ilə təmiz olur. Biz başqalarından qorxuruq, özümüzdən yox. Başqalarının yanında yaxşı işlər görür, özümüzlə təklikdə isə bayağı, ağılsız əməllər edirik. İnsan gərək yalnız özündən qorxsun. Kamil insanın həyatı büsbütün fərəhə çevriləcək. Həyat çay kimi axıcıdır, amma tez keçən deyil. Müasir sevinc isə –parçalanmış, bədbəxt, davamsızdır. XX əsr bədbəxtlər əsridir. İsveç mükəmməl iqtisadiyyatlı bir ölkədir, eyni zamanda intiharların sayına görə də ən öndədir... Bax, bu — fəlsəfə lüğətidir (masadakı kitaba işarə edir.—İ.U.) Burada dünyanın bütün fəlsəfi fikri toplanıb. Lakin indi bu kitab bəşəriyyət üçün gərəksizdir. "Universitet sizə nə verir, Əfəndiyev?" — Ocağın yaranması qanunauyğunluqdur, yoxsa təsadüf? — Öncə avtobioqrafik məzmunlu iki söz deyim. Birincisi, oxuduğum Moskva şəhərində mənə aydın oldu ki, müasir mədəniyyət, ədəbiyyat, tarixi nailiyyətlər bəşər üçün çox azdır. Bu haqda II kursda oxuyanda düşünsəm də, mənim kimi tələbə olan yerlilərimlə bölüşə bilmirdim. Onlar öz məişət problemləriylə məşğul idilər. 50-ci illərdə bu haqda danışmaq mümkün deyildi: necə yəni bunların hamısı azdır?! Necə yəni sosializm anormallıqdır?! Bu mənada Ocaq təsadüfi deyil. İkincisi, həqiqi təhsili, dərsi mən kitabxanada alırdım, universitetdə isə yalnız rəsmi, formal oxuyurdum. Hətta bir dəfə institutun divar qazetində mənim karikaturamı da çəkmişdilər. Guya məndən soruşurlar: "Universitet sizə nə verir, Əfəndiyev?" Cavab: "Təqaüd". O vaxtlar, o illərdə mən öz fərdiliyimi yaradırdım. Onda məni böyüklük maniyası olan birisi kimi dəyərləndirdilər. Fərdiyyətçilik — özünə az qala ilahi bir inamdır. Təkliyin yeni forması buradan başladı, başqaları ilə mənimki tutmadı. Mən suallarla, onlarsa qonorarlarla, həyatla məşğul idilər. Babam ruhani — axund idi. Təbiətcə mən allaha inanmıram, amma müqəddəs olana inanıram. Bəlkə, bu, məndə irsiyyət kimi üzə çıxır... Azərbaycanda, müqəddəs Zərdüştün yurdunda yaranmayıb bəs harada yarana bilərdi Ocaq? Bu, illüziyaları az olan Yer üzünün ilk peyğəmbəri idi. Zərdüştdə Tanrı — Əhrimənə, qaranlıq hakiminə qarşı messiyadır. Bu — İşıqla Qaranlıq mübarizəsidir. Bu — heraklitöncəki inkişaf, dinamika haqda təlimdir. Nəiminin, ölməz şeirlərində hər şeyin sonucu insan olduğunu, insanın allahdan yüksək olduğunu (tanrıya yalnız dünya sığır, insana isə — həm dünya, həm də insan özü sığır. "Məndə sığar iki cahan, Mən bu dünyaya sığmazam...") deyən Nəsiminin yurdunda yaranmayıb, harada yaranmalıydı ki Ocaq? Hələ mən musiqini demirəm. Bəyəm muğam yalnız musiqidir? Muğam — öz mahiyyətinə yüksəlmə pillələridir. Şəxsiyyətlər gərəkdir, fərdlər. Lenin noumeni olmasaydı —Lev Qumilyov tarixi təbiətdəki dövri passionar təkanlarla, məsələn, iqlimin qəfildən dəyişmələri ilə izah edir. Bu təlimə münasibətiniz. — Lev Qumilyov öz tədqiqat obyekti ilə doğmalaşan, ona ruhani qovuşan yeganə türkoloqdur. Lev Qumilyov, sadəcə, tarixçi və filosof deyil, o öz predmeti ilə birləşə və xronologiyalar, faktlar, rəqəmlər çərçivəsindən kənara çıxa bilib. O, təbiət fenomeninə arxalanır. Lakin onun konsepsiyası sxematikdir. Ona görə, hər şey təbiət qanunlarına uyğun gedir: qış, yaz, yay, payız. Bənzərsizdir, lakin bu, tarixi ölüləşdirir. Fenomendən başqa noumen də var. İnsan noumeni — tarixdə şəxsiyyətin, individuallığın roludur. Lenin noumeni olmasaydı, 1917-ci ilin oktyabrında Lenin Rusiyaya gəlməsəydi, oktyabr inqilabı olmayacaqdı. Stalin noumeni olmasaydı, indi Rusiya yox idi. Bu hadisəyə bir çox örnək gətirmək olar. Avropanı niyə sevmirəm? — Rerixlər ailəsi və Canlı Etika təlimi Aqni Yoqa haqda nə düşünürsünüz? — Rerixlər ailəsi bir növ səmavi ailədir. İndiki rus xalqı amorf kütlədir, ondan heç nə qalmayıb. İndiki rus xalqı və Rerixlər — Yerlə Göydür. Mən də induist fəlsəfəsindən öyrənmişəm, çox şey də götürmüşəm. Birincisi, atman təlimini. İnsanda məhv edilməz bir şey var. İkincisi, imtina bacarığı. Avropanı niyə sevmirəm? Avropa imtina etməyi bacarmır. Bayağı şöhrətdən, müasir xoş güzərandan imtina etmək gərəkdir. Mən hər şeydən imtina etdim, mahiyyət etibarilə də — heç nədən. Üçüncüsü, insanın yenidən doğuş ideyasını. Bu mənə böhranlı məqamlarda gərək idi. Dördüncüsü, Şərqin öz mahiyətinə qayıdış ideyası. Avropada ruhaniliyin büsbütün deqradasiyası, tənəzzülü gedir, büsbütün monizm hökm sürür. Şərq isə Avropanı yamsılayır. Vaxt varıydı, Avropa Şərqdən öyrənirdi. Bu, Rerix konsepsiyasıdır. Krişnaçılıq induist fəlsəfəsinin ən aşağı pilləsidir: təmiz yaşa ki, donuza dönməyəsən, Krişnanın yanına uçasan... Biz atəşpərəst, zərdüştçü deyilik — Fəlsəfədə Od obrazı nədir? Bu haqda bir qədər. — Zərdüştdən öncə də od obrazı olub. Amma Zərdüşt bu obrazı ümumiləşdirdi. Ocaqda onun odunun cizgiləri var, ilk öncə — işıq. Antik dünyada isə işıq istiliyi simvolizə edir. Mopassan yaxşı deyib: "İnsanlar yan-yana gedəndə də bir-birinə gərəkdirlər". Adamlar qaranlıqda yaşayır. Anlamaq üçün yanmalısan. Atalar demişkən, yanmasan — qanmazsan! Zərdüştçülüyün bütün ümumbəşri mənası budur: yalnız yanmaq vasitəsilə təmizlənmə baş verir. Od heç vaxt kult olmayıb. Öncələr atəşpərəstlik məqsəd deyildi. Od İşıq simvolu idi. Biz atəşpərəst, zərdüştçü deyilik. Bir ruhani əkinçi kimi Zərdüşt qarşısında baş əyirəm, lakin bizim hərəkatımıza Zərdüştün heç bir aidiyyatı yoxdur. Sadəcə, bizdə inana bilmirlər ki, Azərbaycanda peyğəmbər var. Axı biz həmişə peyğəmbərləri xaricdən gətirmişik... Bambaşqa söhbət — Maraqlı söhbət üçün sağ olun! - Siz də sağ olun. Amma bir xahişim var: bu söhbətimizə "Bambaşqa dünya" adı versəniz, çox yaxşı olar... - Baş üstə, elə də yazarıq. P.S. Müsahibə 30.1.1994-cü ildə "Молодёжь Азербайджана" qəzetinin sifarişi ilə İlahə Ucaruh (Cəfərova) tərəfindən rusca götürülüb, o zaman qəzet çapını dayandırdığından dərc edilməyib, bu yaxınlarda isə dilimizə çevrilib. |
2014-01-02 | 5,624 | Hindistanda avtobus qəzası : 27 nəfər öldü | Hindistanın Maxaraştra ştatında avtobusun dərəyə yuvarlanması nəticəsində ən azı 27 nəfər ölüb. Verilən məlumata görə, qəza, həmçinin 10-dan artıq insanın xəsarət almasına səbəb olub. Məlumata görə, ölənlərin 19-u qadındır. Hadisə nəticəsində sağ qalmış sürücü həbs edilib. Onun ötmə əməliyyatı zamanı sürət həddini aşdığı bildirilir. Xəsarət alanlardan üçünün vəziyyəti kritikdir (Trend). |
2014-01-02 | 5,625 | Çin Rusiyanı xilas etdi - Video | Çinin xilasedici helikopteri Rusiyanın Anratktidada buzlaqlar arasında sıxışıb qalmış "Akademik Şokalski" gəmisinin göyərtəsində köməksiz durumda olan sərnişinlərdən 12-sini xilas edib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, bu gün Çin helikopteri buzlaqlar arasında qalmış gəminin sərnişinlərini evakuasiya etməyi bacarıb. Bu haqda Çinin Sinxua agentliyi məlumat yayıb. "Gardian" qzəetinin müxbiri Aloka Ca (Alok Jha) bildirib ki, helikopter sərnişinləri evakuasiya edəndən sonra Avstraliyanın "Aurora Australius" gəmisinə gəmisinə doğru uçub. ""Şokalski"nin ilk 12 sərnişini indi "Aurora Australius"a doğru uçurlar",- Aloka öz Tvitter hesabında yazıb. "Helikopter "Şokalski"dən götürdüyü ilk sərnişin qrupunu Avstraliya gəmisinə çatdırıb",- bu haqda isə Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsinin (AMSA) Tvitterdəki mikrobloqunda xəbər verilib: "AMSA 12 sərnişinlik ilk partiyanın Avstraliya gəmisinə çatdırılması haqda təsdiqedici xəbər alıb". Rusiya DİN mətbuat xidmətindən verilən xəbərə görə, "Akademik Şokalski" gəmisinin bütün heyəti və ekspedissiya iştirakçılarının sağlıq durumu normaldır, həyatları üçün təhlükəli heç bir şey yoxdur. Gəminin göyərtəsində 74 insan var, olanlardan 22-si ekspedissiya üzvü olmaqla Rusiya vətəndaşıdır. Xatırladaq ki, akademik Şokalskinin adını daşıyan Rus gəmisində olanlar avstraliyalı geoloq Duqlas Mavsonun Antarktikanı kəşf etməsinin yüzüncü ilini xatırlamaq üçün gəzintiyə çıxmışdı. Dekabrın 24-ündən isə Antarkdidanın buzları arasında sıxışıb hərəkətsiz qalmışdı. |
2014-01-02 | 5,626 | Sabah hava necə olacaq - 10 dərəcə şaxta | Sabah Bakıda hava əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 4-8 dərəcə isti proqnozlaşdırılır. Yanvarın 3-də Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı və şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 4 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, 2-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta proqnozlaşdırılır. |
2014-01-02 | 5,627 | Andrey Platonovdan ağrılı savaş hekayəsi | Həlak olanların mükafatlandırılması Ana öz evinə dönmüşdü. O, almanlardan qaçmışdı, amma doğma yerlərdən uzaqda çox qala bilməmişdi və evinə dönməyi qərara almışdı. O, iki dəfə alman istehkamlarının yanından keçib getdi, cəbhə burda hamar deyildi, qadınsa yaxın və düz yolla gedirdi. Onun qorsuxu yoxuydu və heç kəsdən çəkinmirdi, düşmənlər də ona toxunmadılar. İndi dünyada nələrin baş verdiyi onun vecinə deyildi, indi heç nə onu həyəcanlandıra bilməzdi, çünki faciəsi əbədiydi – ana bütün övladlarını itirmişdi. İndi o, ətrafında hər şeyə etinasızdı, elə bil qurumuş bir çöpüydü, rüzgar qabağına qatıb aparırdı. Qadına çox çətiniydi, çünki hər kəsin onunçün, əslində elə özünün də hər kəs üçün necə yararsız olduğunu hiss edirdi. İnsanın həyatdan köç etməsinə bu da yetərlidi. Amma o ölmədi; ona həyatı boyu yaşadığı evi və övladlarının həlak olduğu yeri görmək lazımıydı. Yolda almanlarla rastlaşdı, amma onlar qoca qarıya dəymədilər; bu iztirab tuluğu onları belə təəccübləndirmişdi, faşistlər qarının üzündəki ifadədən dəhşətə gəlib bu canlı ölünü taleyin ixtiyarına buraxmışdılar. Həyatda bəzən üzünə bu qədər etinasızlıq ifadəsi hopmuş insanlara rast gəlmək olur, belələri düşməni nədi, heyvanı belə qorxudar və onlara heç kəs yaxınlaşmağa cürət eləməz. Heyvan və insan özünə oxşarlarla rahatlıqla döyüşür, yadlarısa qorxduğundan və naməlum qüvvə tərəfindən yeniləcəyindən çəkinərək kənarda saxlamağa üstünlük verir. Beləcə, ana müharibənin kənarından keçərək evə döndü. Amma indi doğma yerlər boşalmışdı. Gillə sürtülmüş, sarı rəngə boyanmış, fikrə dalmış insanı xatırladan kərpic soba borusu olan balaca ev çoxdan yandırılmış, külün yerində təzə-təzə ot cücərməyə başlamışdı. Qonşu evlər də eyni taleni bölüşmüşdülər, şəhər sanki ölü yuxuya getmişdi. Bir azdan nə vaxtsa insan həyatıyla qaynayan bu yerləri tamamilə ot basacaq və onda insandan iz belə qalmayacaqdı. Gələcək nəsillər onun yer üzündəki məşəqqətli mövcudluğundan xəbərsiz olacaqdı. Son düşüncələri ananın ürəyini sıxılmağa məcbur elədi. Amma onun ürəyi mehribandı və həlak olanlara olan sevgisi onu ölənlərin əvəzinə yaşamağa çağırdı. O, yerə çöküb əlləriylə evinin külünü eşməyə başladı. Qarı tezliklə öləcəyini bilirdi, amma ruhu bu qismətlə razılaşmırdı, çünki əgər ölərsə, ürəyi döyünməzsə, balalarını kim xatırlayacaq, onlara olan sevgini kim qoruyub saxlayacaqdı? Ana bu sualın cavabını bilmirdi və ona yalnız düşünmək qalırdı. Bir azdan qonşusu Yevdokiya Petrovna yaxınlaşdı. Əvvəllər xoşagəlimli və dolu bədənli qadın indi gücdən düşmüş və qarşısındakı qarı kimi etinasız olmuşdu. O da iki azyaşlı övladını bormardmanda itirmişldi, ərisə itkin düşmüşdü. O da övladlarının xatirəsini yaşatmaq və həyatını doğma yerlərdə başa vurmaq üçün bura qayıtmışdı. - Salam, Mariya Vasilyevna, - Yevdokiya Petrovna dilləndi. - Dunya, bu sənsən? – Mariya Vasilyevna söylədi. – Gəl yanımda otur, söhbətləşək. Başımın bitini təmizlə, çoxdandı yuyunmuram. Dunya itaətkarcasına çömbəlib oturdu: Mariya Vasilyevna başını onun dizlərinin üstünə qoydu və qonşusu onun başında bit axtarmağa başladı. Bu məşğuliyyət hər ikisinə sakitlik gətirdi; biri cidd-cəhdlə işləyir, digəri ona sığınaraq doğma adamın isitiliyində mürgü vururdu. - Səninkilərin də hamısı öldü? – Mariya Vasilyevna soruşdu. - Hə! – Dunya cavab verdi. – Bəs səninkilər? - Hamısı, - Mariya Vasilyevna dedi. - İndi heç kəsimiz yoxdu, - Dunya sanki müsibətində tək olmamasından ümidlənmiş kimi söylədi. - Mənim müsibətim səninkindən bir az çox olar: axı elə əvvəlindən dul idim, – Mariya Vasilyevna dedi. – Oğlanlarımın ikisi də bu qəsəbədə canlarını tapşırıb. Almanlar Petropavlovkadan Mitrofanyev yoluna çıxanda onlar işçi batalyonuna girmişdilər. Qızımsa məni buralardan uzaqlaşdırmışdı. O məni sevirdi, axı qızımdı, sonra məndən uzaqlaşdı, başqalarını sevdi, hamını sevdi. Bir nəfərə yazığı gəldi – o, mehriban qızıydı, o mənim qızımdı, - biçarə ona tərəf əyildi, yerdə uzanan yaralıydı, hələ sağıydı, elə həmin an qızımı da öldürdülər, yuxarıdan təyyarəylə vurdular. Mənsə qayıtdım! İndi mən neyləyim?! İndi heç nə vecimə deyil! Özüm elə ölü kimiyəm! - Ölü kimi yaşamaqdan savayı çarən var ki?! Elə mən özüm də belə yaşayıram,- Dunya söylədi. – Məninmkilər torpağın altında yatırlar, elə səninkilər kimi. Heç olmasa səninkilərn harda yatdığını bilirəm, - hamısını ora sürüyüb apardılar. Sonra da basdırdılar, öz gözlərimlə gördüm. Əvvəlcə qətlə yetirdiklərini saydılar. Siyahı tutdular, özlərininkini ayrı qoydular, bizimkilərisə bir kənara tulladılar. Sonra bizimkilərin hamısını soyundurdular, ciblərindən çıxanların siyahısını ayrıca tutdular. Sonundasa it cəsədi kimi sürüyüb basdırdılar. - Heç olmasa qəbir qazdılar? – Marira Vasilyevna həyəcanla dilləndi. – Dərin qazdılar? Axı çılpaq basdırıblar, heç olmasa dərin qəbirdə üşüməzlər! - Əşşi, dərin qazan kimiydi?! – Dunya mızıldandı. – Üzdən bir çala qazıb hamısını ora tökdülər, bəzisinə heç yer də çatmadı. Onda tankla torpağın üstündən keçdilər, meyitləri əzdilər, yer düzəltdilər, yerdə qalanları da belə basdırdılar. Beləcə, qazmağa vaxt itirmədilər, güclərini qorudular. Sonra üstündən azacıq torpaq tökdülər. İndi meyitlər orda üşüyürlər; hərçənd meyitlər buna dözərlər – hamısı soyuqda çılpaq uzanıblar. - Mənimkiləri də tankla əzdilər, yoxsa üstdən bütöv qoydular? – Mariya Vasilyevna soruşdu. - Səninkiləri? – Dunya azacıq fikrə getdi. – Onu görəmmədim. Orda, yolun kənarında uzanıblar. Getsən, görərsən. Budaqdan xaç düzəldib torpağa basdırmışam. Amma nə xeyri: əvvəl-axır yıxılacaq, bir də ki istəyirsən, lap dəmirdən düzəlt, adamlar ölüləri tez unudurlar. Mariya Vasilyevna Dunyanın dizlərindən qalxdı. Bu dəfə onun başını özünə tərəf çəkdi və saçlarını arıtlamağa başladı. Bu işdən bir az yüngülləşdi: əl işi dərd çəkən qəlbin ağrısını götürür. Sonra günəş qüruba enəndə Mariya Vasilyevna ayağa qalxdı; o, qoca qadınıydı, yorulmuşdu; Dunyayla sağollaşıb alatoranın qaranlığında gözdən itdi. O, şəhərə bitişik qəsəbəyə çıxdı. Əvvəllər bu taxta evlərdə bağbanlar və bostançılar yaşayardılar. Onlar torpaqdan götürdükləri məhsulla dolanardılar. İndi burda heç kəs qalmamışdı. Sakinlər ya ölmüş, ya da əsir düşmüşdülər. Qəsəbədən Mitrofanyev yoluna düzənlik uzanırdı. Əvvəllər yolun kənarlarında ağ söyüdlər bitərdi, indi müharibə hamısını kötüyünəcən gəmirmişdi. İndi bu adamsız yol darıxdırıcıydı, sanki dünyanın axırı lap yaxınlıqdaydı. Mariya Vasilyevna amansız rüzgara güclə tab gətirən miskin budaqlardan düzəldilmiş xaç olan yerə gəldi. Ana bu xaçın yanında oturdu; onun altında özgələrinin əlində alçaldılaraq ölüyə çevrilmiş övladları çılpaq uzanmışdı. Bir azdan axşam zülmət qaranlıqla əvəzləndi. Göy üzündə sanki axır ki, göz yaşlarını qurutmuş, indi mehriban baxışlarını qaranlıq torpağa dikmiş payız ulduzları doğdu. Bu baxışlar dəlicəsinə bağlandığı torpaqdan ayrıla bilmirdi... - Əgər sağ olsaydılar, - ana altında oğlanlarının yatdığı torpağa pıçıldadı,- sağ olsaydılar, nə qədər iş görərdilər! İndisə, indisə ölmüsünüz, - bəs yaşamadığınz həyatı əvəzinizdən kim yaşayacaq?.. Matveyin nə yaşı vardı ki? Cəmi iyirmi üç, Vasilinin də iyirmi səkkiz. Qızımınsa on səkkiz, indi qalsaydı on doqquz olardı, elə dünən ad günüydü. Nə qədər can qoydum sizlərə, belə çıxır azıymış, əgər ölmüsünüzsə, əgər övladlarımı qoruya bilməmişəmsə, deməli, az can qoymuşam. Onlar olsa-olsa övladlarımıydı, özləri yaşamağı xahiş etməmişdilər. Onları doğan məniydim – heç firkiləşmədən doğdum. Dedim, qoy yaşasınlar. Amma sən demə, yer üzündə hələ yaşamaq olmazmış, buralar uşaqlar üçün hələ hazır deyilmiş: yalnız hazırladıq, amma öhdəsindən gələmmədik!.. Onlara burda yaşamaq olmazdı, başqa yersə yoxuydu, - bəs onları doğan bizlər neyləyək? Axı başqa çarəmiz yoxuydu. Tək yaşamağın nə mənası var ki?! O, əlləriylə torpağı sığallayıb, üzünü ora dirədi. Torpaq sakitiydi. Ordan heç bir səs gəlmirdi. - Yatırlar, - ana pıçıldadı, - heç kəs tərpənməyəcək, - yəqin ölmək çətiniymiş, yəqin əldən düşüblər. Qoy yatsınlar, mən gözləyərəm – mən övladlarımsız yaşaya bilmərəm, mən ölülərsiz yaşamaq istəmirəm. Mariya Vasilyevna üzünü torpaqdan çəkdi; elə bil onu qızı Nataşa çağırdı; o, bircə kəlmə söyləmədən anasını çağırdı, sanki gücü çatan qədər zəif bir ah çəkdi. Ana ətrafa boylandı. Qızının hardan çağırdığını öyrənmək istədi – sakit taladan, yerin dibindən, ya göyün ənginliyindən, o parlaq ulduzdan. İndi onun həlak olan qızı hardadı? Ya da o indi heç yerdə yoxdu, ana, sadəcə, qəlbinin dərinliyindəki xatirələrin səsinə uydu. Mariya Vasilyevna yenidən qulaq kəsildi və yenə dünyanın sakitliyindən qızının dinməzliyi xatırladan səsini eşitdi. Əvəzində bu səsdə ümid və sevinc varıydı. Bu səs indiyəcən həyata keçməyənlərin olacağını, ölülərin diriləcəyini və ayrı düşənlərin bir-birinə qovuşaraq, bir daha ayrılmayacaqlarını söyləyirdi. Ana qızının səsində sevinc hiss elədi və qızının canlılardan kömək gözlədiyini, daha ölü olmaq istəmədiyini analdı. "Qızım, axı sənə necə kömək edə bilərəm? Özüm güclə yaşayıram, - Mariya Vasilyevna söylədi; o, sakit və anlaşıqlı danışırdı, sanki evdə oturub xoşbəxt həyat tərzi sürən övladlarına müraciət edirdi. – Qızım, səni təkbaşıma ayağa qaldıra bilmərəm; əgər bütün xalqlar səni sevsəydi və yer üzündəki bütün pislikləri aradan qaldırsaydı, onda bütün ölüləri həyata qaytarmaq mümkün olardı: axı ölümün özü elə ən böyük pislikdi!.. Amma mən təkbaşıma nə edə bilərəm ki? Bircə özüm müsibətdən ölə bilərəm, bax onda sənə qovuşaram!" Ana uzun müddət ümid verdi. Sanki Nataşa və iki oğlu diqqətlə ona qulaq asırdılar. Sonra qəbirlərin üstündəcə yuxuya getdi. Uzaqdan top atəşlərinin səsi gəldi; orda döyüş başladı. Mariya Vasilyevna oyandı və atəş səsləri gələn tərəfə boylandı. "Bunlar bizimkilərdi, - o özünü inandırdı. – Qoy tez gəlsinlər, qoy yenidən sovet hakimiyyəti olsun, bu hakimiyyət xalqı sevir, zəhməti sevir, o, insanlara hər şey öyrədir, onların qayğısına qalır; bəlkə əsrlər keçəcək və xalq ölüləri diriltməyi bacaracaq, bax onda ananın yetim qalmış ürəyi yeniədn sevinəcək". Mariya Vasilyevna düşündüklərinə inanmaq istəyirdi, axı ağrıyan köksünü necəsə ovutmalıydı. O, göydə uçan təyyarələr görmüşdü, bunları da icad eləmək çətin olmuşdu. Əgər yer üzündəki insanların ağlı doğduğu övladlarını basdıran və hicranın odunda alışıb-yanan anaların ehtiyacına köklənsəydi, ölənlərin hamısını həyata qaytarmaq olardı. O, səslərini birdəfəlik kəsmiş oğullarına yaxın olmaq üçün yenidən torpağa çökdü. Bu sükut onları qətlə yetirmiş qəddar dünyanın tənbehi və hələ də uşaq bədənlərinin iyini və canlı gözlərinin rəngini xatırlayan ananın niskiliydi. Günorta rus tankları Mitrofanyev yoluna çıxdı və qəsəbənin yanında dayandı. Əsgərlərdən biri tankdan düşüb yerdə gəzişməyə başladı. Bu əsgər cavan deyildi və otların necə cücərdiyini, kəpənəklərin necə uçuşduğunu seyr etməyi sevirdi. O, iki budaqdan bağlanmış xaçın yanında üzü üstə yerə uzanmış bir qarı gördü. Əsgər aşağı əyilib qadının nəfəsinə qulaq asdı, sonra bədənini bu tərəfə çevirib qulaqlarını ürəyinə yaxınlaşdırdı. "Dayanıb, daha döyünmür", - əsgər tezliklə anladı və mərhumun üzünü ayağına dolamaq üçün yanında ehtiyat kimi gəzdirdiyi parçayla örtdü. - Yaşamağa gücü qalmayıbmış: aclıq axırına çıxıbmış – bir dəridi, bir sümük. - Hələ yaşa, - əsgər sağollaşarkən söylədi. – Kimin anası olduğunu bilmirəm, amma mən də sənsiz yetim qaldım. O, özgənin anasının ayrılıq həsrətini çəkərək, orada bir az da dayandı. - İndi sənə qaranlıqdır, bizdən də uzaq düşübsən. Nə etmək olar ki! İndi qəm çəkmək vaxtı deyil. Əvvəlcə düşməni diz üstə çökdürmək lazımdı. Sonrasa bütün dünya ağıllanmalıdı, yoxsa olmaz, yoxsa əməyimiz hədər gedər!.. Əsgər tanka qayıtdı. O, ölülərsiz yaşamağın darıxdırıcı olduğunu düşündü. Amma onu da anladı ki, indi yaşamaq qat-qat zəruridi. İndi yalnız həyatın düşmənlərini sonacan yox eləməklə kifayətlənməməli, həm də qələbədən sonra ölülərin bizlərə sakitcə vəsiyyət elədikləri o ali həyatla yaşamağı bacarmalıyıq. Və o zaman onların yer üzündəki bütün ümidlərini doğrultmalıyıq. Ölülər canlılardan savayı heç kəsə etibar edə bilməzlər, - və biz elə yaşamalıyıq ki, xalqımızın xoşbəxt taleyi sələflərimizin ölümünə haqq qazandıra bilsin və beləcə, onların ölümü mükafatlandırılsın. Çevirdi: Kifayət Haqverdiyeva |
2014-01-02 | 5,628 | Ərdoğana 2 min gülənçinin adı olan məxfi qovluq verilib | Baş nazir yardımçısı Bəşir Atalay iki min nəfərin adı keçən məxfi hesabatı Baş nazirə təqdim edib. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, dövlət içində dövlət qurmağa çalışan iki min adamın adının olduğu hesabatın Baş nazir Rəcəb Tayyib Ərdoğana çatdırıldığı iddia edilsə də, Bəşir Atalay "Habertürk" kanalına verdiyi açıqlamada belə bir siyahının varlığını qəti şəkildə təkzib edib: "Belə bir şey qətiyyən mümkün deyil". . Xatırladaq ki, AKP-nin hüquqşünas millət vəkillərindən Burhan Quzu da mövzuyla bağlı tvitter hesabında bu haqda yazmışdı: "Baş nazirə təqdim edilən kəşfiyyat hesabatında dövlət içində dövlət qurmaq istəyənlərin planları detallarınacan əks edilib. 42 bölgədə həyata keçiriləcək "əcinnə ovu"nun qarşısı alınıb. 2 min rütbəli təhlükəsizlik işçisi, alim, məmur, hakim, prokuror, mətbuat mənsubu, işadamı var. Təşkilatın şifrəsi aralarında". |
2014-01-02 | 5,629 | Məhkəmə sabiq nazir oğlunun tələbini rədd etdi | "Halkbank"ın baş direktoru Süleyman Aslan və sabiq Daxili İşlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin də aralarında olduğu 10 nəfərin sərbəst buraxılması tələbi məhkəmə tərəfindən rədd edilib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, "rüşvət əməliyyatı"nda həbs olunan Barış Gülər, Kaan Çağlayan, Süleyman Aslan, Rza Zərrab və digərləri məhkəmənin barələrində həbs qərarı vermələrinə etiraz olaraq sərbəst buraxılmalarını tələb ediblər. Bununla bağlı olaraq məhkəmə Barış Gülər, Süleyman Aslan daxil olmaqla digər 10 nəfərin tələbini rədd edib. Rza Zərrab, Kaan Çağlayan və digər dörd nəfərin tələbi barədə hələ də qərar verilməyib. |
2014-01-02 | 5,631 | Tarix və İncəsənət muzeylərinə giriş pulsuz olacaq | Azərbaycan Milli İncəsənət Muzeyinə və Milli Azərbaycan Tarixi Muzeyinə 10 günlük sərbəst giriş kampaniyası keçirilir. "Axar.az"ın verdiyi məlumata görə, kampaniyaya BP şirkəti sponsorluq edir. Şirkət, Tarix Muzeyi və İncəsənət Muzeyi məktəbliləri, tələbələri və bütün Bakı sakinlərini və qonaqları qış tətilləri müddətində açıq qapı günlərindən faydalanmağa dəvət edir. Açıq qapı günləri İncəsənət Muzeyində yanvarın 2-dən 12-dək, Tarix Muzeyində isə yanvarın 7-dən 17-dək keçiriləcək. Bundan əlavə, 10-günlük sərbəst giriş kampaniyası ərzində bu muzeylərdə həmçinin bələdçi ilə turlar da təşkil olunacaq: * İncəsənət Muzeyində - saat 10:00-dan başlayaraq hər saatın başlanğıcında; * Tarix Muzeyində - saat 10:00-12:00-dək və 14:00-16:00-dək. |
2014-01-02 | 5,632 | Suriya müxalifəti islamçıları günahlandırdı | Əl-Qaidəyə bağlı olan İraq-Dəməşq İslam Dövləti təşkilatı Suriya hökumətinin maraqlarına xidmət göstərir. "Axar.az"ın əldə etdiyi məlumata görə, bu barədə Suriya Milli Koalisiyasının bəyanatında deyilir. Bu bəyanat Suriyanın şimalında müxalif mövqedə olan bir həkimin öldürülməsindən sonra verilib. İraq-Dəməşq İslam Dövləti təşkilatının Suriya prezidenti Bəşər Əsədin yaxın ətrafına birbaşa və ya dolayı yolla xidmət göstərdiyi bəyanatda qeyd edilir. Bir çox suriyalıların qətlində bu təşkilatın rol oynadığı bildirilir. |
2014-01-02 | 5,633 | Fariz Məmmədovdan azərbaycanlı həkimlərə ittiham - Foto | Azərbaycanın peşəkar bokçusu, "Qəbələ" idman klubunun üzvü Fariz Məmmədov müayinə və müalicə olunmaq üçün Vyanaya yola düşüb. Məmmədov açıqlamasında Avstriyadakı müayinə zamanı ilginc məqamların ortaya çıxdığını bildirib. O deyib: "Ötən ay mən Qəbələdə WBO və İBF versiyaları üzrə Avropa kəməri uğrunda döyüşdə almaniyalı Mattias Pelklə qarşılaşmış və zədə üzündən 8-ci raundda döyüşü saxlamaq məcburiyyətində qalmışdım. Həmin döyüşdən 2 həftə əvvəl özümdə ağrılar hiss etdim. Bakıda müayinədən keçdikdən sonra həkimlər mənə dedilər ki, sağ çiyninin bağları qopub. Söylədilər ki, döyüş zamanı problemlə üzləşməyəcəksən. Mən də bizim həkimlərin qoyduğu diaqnoza inanıb döyüşə çıxdım. Amma dediyim kimi, matçın gedişində şiddətli ağrılarım başladı, ona görə də döyüşü davam etdirə bilmədim". Məmmədovun sözlərinə görə, Vyanadakı müayinə zamanı azərbaycanlı həkimlərin səhv diaqnoz qoyduqları üzə çıxıb: "Rentgen müayinəsindən sonra avstriyalı həkimlər mənə bildirdilər ki, sənin çiynində bağlar qopmayıb, əslində, sağ döş tərəfində ikinci qabırğan sınıb. Ümumiyyətlə, burada həkimlər şoka düşüblər. Mənə deyirlər ki, belə vəziyyətdə sizin həkimlər sənin rinqə çıxmağına necə icazə veriblər və sən 8 raund necə döyüşmüsən?!" Boksçumuz bildirib ki, bir müddət müalicəsi ilə məşğul olduqdan sonra yenidən məşqlərə başlayacaq. Qeyd edək ki, Fariz Məmmədov Avstriyadan sonra Almaniyaya gedəcək. Səfərdə məqsəd Mattias Pelklə revanş döyüşünün keçirilməsi ilə bağlı müqavilə imzalamaqdır (Lent.az). |
2014-01-02 | 5,634 | Şumaxer komadan ayılmaya bilər | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, komaya düşən Mixael Şumaxerin vəziyyəti hal-hazırda stabil ağır olaraq qalmaqdadır. Həkimlərin verdiyi məlumata görə, idmançının vəziyyəti heç də ürəkaçan deyil. Hətta belə davam eləsə, o komadan ayılmaya bilər. Xatırladaq ki, alman avto sürücüsü dekabrın 30-da Fransanın dağ-xizək kurortlarından birində xizək sürərkən başı qayaya çırpılıb və nəticədə, ağır kəllə-beyin zədəsi alaraq xəstəxanaya yerləşdirilib. |
2014-01-02 | 5,635 | Cənub rayonlarında qazın qiyməti qalxdı | Cənub bölgəsində bəzi yanacaqdoldurma məntəqələrində maye qazın pərakəndə satış qiymətləri süni şəkildə artırılıb. AzNews.az-ın xəbərinə görə, bölgədə aparılan müşahidələr zamanı bəlli olub ki, yanacaqdoldurma məntəqələrində maye qaz artıq 35 qəpik/litr, bəzi hallarda isə hətta 40-45 qəpik/litr qiymətinə satılır. Elektron tablolarda isə qiymət 0,35 manat kimi göstərilir. Bəzi yerlərdə isə satıcılar qazın satış qiymətinin qalxmasını digər yanacaq məhsullarının satış qiymətinin qalxması ilə əlaqələndirirlər. Həmçinin o da bildirilir ki, yanacaqdoldurma məntəqələrində avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilmir. Sürücülərə bildiriblər ki, yalnız 5 manatlıq benzin ala bilərlər. Benzin sonuncu dəfə bir ay öncə - Tarif Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə bahalaşıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Xatırladaq ki, Tarif Şurası tərəfindən ötən ay bəzi yanacaq növlərinin pərakəndə satış qiyməti artırılsa da, maye qazın qiyməti dəyişməz (30 qəpik/litr) saxlanılıb. Mediada yanvarda benzinin yenidən bahalaşacağı ilə bağlı məlumatlar dolaşsa da, Tarif Şurası məlumatları təkzib edib. |
2014-01-02 | 5,636 | Bakıda ağır yol qəzası baş verib: ölən və xəsarət alanlar var | Bakının Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. "Axar.az" "APA"a istinadəbn xəbər verir ki, qəza "Mercedes" və "Toyota" markalı avtomobillərin qarşı-qarşıya çıxaraq toqquşması nəticəsində baş verib. Qəza nəticəsində "Mercedes" markalı avtomobilin şəxsiyyəti hələlik məlum olmayan sürücüsü hadisə yerində ölüb. Bir neçə nəfərin ağır yaralandığı bildirilir. Hadisə yerinə yol polisi və həkim briqadası cəlb olunub. Qəza səbəbindən nəqliyyat vasitələrin hərəkətində sıxlıq yaranıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək. |
2014-01-02 | 5,637 | İran həbsdə saxladığı Babək Zəncaniyə möhtac qaldı | Türkiyədə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın "rəisim" adlandırdığı Babək Zəncani "Evin" həbsxanasında saxlanılsa da, İran hökuməti ona məxsus şirkətin xidmətindən istifadə edir. İran mətbuatına istinadən xəbər verir ki, söhbət B.Zəncaniyə məxsus "Qişm" hava nəqliyyatı şirkətindən gedir. Belə ki, bu gün B.Zəncaniyə məxsus bu şirkətin təyyarəsi ilə İraqda olan 300 iranlı zəvvar vətənə gətirilib. Bu barədə məlumatı İranın Həcc və Ziyarətlər Komitəsinin rəisi Möhsün Nəzafəti verib. O, İranın rəsmi xəbər agetliyi olan İRNA-ya müsahibəsində bildirib ki, "İran Air" şirkətinin təyyarəsində texniki nasazlıq yarandığı üçün İraqda olan iranlı zəvvarların gətirilməsi çətinləşib. Buna görə də komitə yeni şirkətlə əməkdaşlıq etmək məcburiyyətində qalıb. Bir neçə hava yolları şirkəti ilə danışıqlar aparılsa da, ancaq Babək Zəncaniyə məxsus şirkət zəvvarları gətirməyə hazır olduğunu bildirib. Yanvarın 1-də aparılan danışıqlar uğurla nəticələnib və yanvarın 2-də zəvvarlar B.Zəncaniyə məxsus şirkətin təyyarəsi ilə İrana gətirilib. Qeyd edək ki, Rza Zərrab rüşvət ittihamı ilə həbs edildikdən sonra onun Tehranda yaşayan "rəisi" Babək Zəncani də maliyyə fırıldağında günahlandırılaraq saxlanılıb (AzNews). |
2014-01-02 | 5,638 | Futbolda gülməli anlar - Video | "Axar.az" "Sportarena.az"a istinadla yaşıl meydançadakı gülməli anları təqdim edir. |
2014-01-02 | 5,639 | Kerri yarım əsrlik mübahisəni həll etməyə çalışır | ABŞ Dövlət katibi Con Kerri İsraillə Fələstin arasındakı sülh müzakirələrində vasitəçilik etmək üçün onuncu dəfə Yaxın Şərq bölgəsinə danışıqlara gedib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Con Kerri Yaxın Şərq səfəri boyunca Qüdslə Ramallahda olacaq. Bu gün axşam saatlarında İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşən Kerrinin cümə və şənbə günləri Fələstin lideri Mahmud Abbasla danışıqlar aparacağı və İsrail tərəfindən fərqli siyasətçilərlə görüşlər keçirəcəyi planlaşdırılır. Con Kerrinin keçirəcəyi görüşlər əsnasında mümkün razılaşmanın ümumi müddəalarını özündə ehtiva edən bir sənəd təqdim etməsi gözlənilir. "Yerusəlim Post" qəzetində yayımlanan xəbərə görə, 10 səhifədən ibarət olan sənəddə hər iki tərəfin əsas tələbləri əks olunub. Kerrinin məqsədi tərəflərin sülh müzakirələrinə davam etməsidir. Hazırladığı sənəddə xüsusilə "iki dövləti həll" təklifi üzərində dayanıldığı iddia edilir. İsraillə Fələstinin razılaşa bilmədiyi ən əhəmiyyətli əsas maddələr tərəflər arasındakı sərhədlər, Fələstinin bir dövlət olaraq İsrail tərəfindən tanınmaması və İsrailin yəhudi məskunlaşma yerlərlərinin inşasına davam etməsidir. Qüdsün statusu da tərəflərin razılaşa bilmədyi mövzular arasında əsas məqamlardandır. Con Kerri tərəflər arasında üç ildir təxirə salınan sülh müzakirələrin iyul ayının sonunda yenidən başlatmış və razılaşmanın bu il aprel ayının sonuna qədər tamamlanması üçün doqquz aylıq bir təqvim təyin olunmasını təmin etmişdi. Ancaq hazırda tərəflər arasındakı 20 görüşdən hər hansı nəticə alınmayıb. Hər iki tərəfin sülh razılaşmasının maddələri ilə razılaşmadığı bildirilir. Buna görə də Kerrinin təxminən yarım əsrdir davam edən anlaşılmazlığı bitirmək üçün yanvar ayının sonuna qədər tərəflərin əsas maddələrdə razılaşmaya gəlməsinə səy göstərdiyi iddiaya edilir. |
2014-01-02 | 5,640 | Rumıniya Moldovanı rumın torpaqları elan elədi | "2014-cü ildə Rumıniya açıq və səmimi şəkildə bəyan edəcək ki, Moldova rumın torpaqlarıdır". Xarici mətbuatın verdiyi məlumata görə, bunu Rumıniya prezidenti Trayan Besesku öz xalqına yeni il müraciətində deyib. Onun fikrincə, belə bir ideya təkcə siyasətçilər üçün deyil, iki ölkənin vətəndaşları üçün də maraqlı olacaq (Musavat.com). Ötən ilin sonunda T.Besesku Rumıniya və Moldovanın vahid dövlətdə birləşməli olduğunu demişdi. Bunu o, Avropa Birliyi və NATO-ya üzvlükdən sonra Rumıniyanın layihələrindən biri adlandırmışdı. Rumıniya artıq hər iki nüfuzlu təşkilatın üzvüdür. |
2014-01-02 | 5,641 | Maşın partladı: 16 ölü | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, İraqda bomba partlaması nəticəsində 16 nəfər həlak olub, 30 nəfərdən çox yaralanan var. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bildirək ki, partlayıcı qurğu İraqın şimali-şərqində yerləşən Bələd-Ruz şəhərinin mərkəzi küçələrindən birində avtomobilin içinə qoyulub. |
2014-01-02 | 5,642 | AXCP Rəsulzadəni təhqir etməkdə suçlanır | Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli son günlər intensivləşən Müsavat-AXCP gərginliyinə münasibət bildirib. Hafta.az-ın verdiyi xəbərə görə, M.Hacıbəyli AXCP-nin Müsavatı gözdən salmaq istədiyini qeyd edib: "YAP-la Yurdun ümumi cəhətləri getdikcə daha qabarıq biruzə verməkdədir. Bunlardan biri də çağdaş Müsavatı gözden salmaq məqsədilə Rəsulzadəyə dil uzatmaqdır. Əli Kərimlinin istefa vermiş fəxri sədri hara, Rəsulzadə hara? Qeyd edək ki, AXCP-nin sözçüsü Natiq Ədilov Rüstəm İbrahimbəyovun başqa ölkə vətəndaşı olmasının müzakirəsi zamanı "Rəsulzadə də başqa ölkələrdə yaşayıb və həmin ölkələr qarşısında öhdəliyi olub" deyə fikir bildirib. Bu məsələyə təkcə Müsavat funksionerləri deyil, partiya sədri səviyyəsində reaksiya verilib. Müsavat başqanı İsa Qəmbər partiyanın iclasında bu haqda danışıb: "Daim Rəsulzadə-Elçibəy yolunda olduğunu deyən qüvvələr bu gün Rəsulzadə ilə Milli Şuranın bugünki nümayəndələrini müqayisə edirlər, Rəsulzadəni hədəfə götürüblər. Bəlkə dayansalar yaxşıdır?" |
2014-01-02 | 5,643 | Yol terroru davam edir: 1 ölü | Bu gün Bakıda ağır yol qəzası baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri Qaradağ rayonunda "KAMAZ" markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Saməddin Cabir oğlu Əliyev hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə S.Əliyevin cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:33-də başa çatıb. |
2013-12-27 | 5,644 | Siz də deyirsiz ki, inqilab olacaq! | SOYUQ SƏTİRLƏR Hazırda dünya dövlətlərinə 8 prezident, 6 Baş nazir qadın rəhbərlik edir. Çox keçməz ki, "zərif məxluqlar" anlayışı yerini dəyişər və ərlər yalnız "Birinci kişi" statusuna yarayar! Bütün tarix boyu insanlar boğazlarından asılıb. BOĞAZLARINDAN! Qərb ölkələrindəki Yeni təqvim ilinin böyük xalq coşqusu və atəşfəşanlığı Suriyadakı bomba "fişəng"lərinin kölgəsidir! Şimali Koreya diktatoru Kim Çen İn doğma dayısını edam etdirməklə göstərdi ki, hakimiyyət ona Anasından da şirindir! Barak Obamanın selfi şəkli bütün fotoqrafları çörəksiz qoydu! Vaxtilə dünya proletarları "Marselyoza" oxuyurdular. İndi isə "Gangnam style". Siz də deyirsiz ki, inqilab olacaq! Volqoqradda törədilən partlayışlar Soçi Olimpiadasının açılış mərasimidir! Moskva göz yaşlarına inanmırsa, bu, o demək deyil ki, rus qəlbi daşdır. Şübhəniz varsa, bizim oğlanlardan soruşun! 10 il hamı düşünürdü: Putin Xodorkovskini niyə həbsdə saxlayır? Qarşıdakı on ildə bu ritorik sual çox da dəyişməyəcək: Putin Xodorkovskini niyə buraxıb? Dahi Tolstoy deyirdi: "Dünyada nə qədər insan var, bir o qədər də fərqli sevgi var". Lakin nə yazıq ki, hamısının sonu birdir! Nə qədər ki, dünyada Şaxta Baba və Qar Qız var, bir o qədər ağ saçlı qoca ilə gənc xanımların sevgisi davam edəcək! Gənclikdə geydiyin libaslar çox tez köhnəlir. Qocalıqda isə əksinə - içindəki vücudun! Bütün keçmiş romanları oxumaq asandır. Əsil çətinlik qarşıdakı 365 səhifəlik ağ kağızdan ibarət əsəri oxumaqdır! |
2014-01-03 | 5,645 | "Hörümçək adam" libasının yaradıcısı intihara cəhd etdi | "Hörümçək adam" libasının yaradıcısı özünü pəncərədən atıb. "Axar.az" xarici mətbuata istinadən bildirir ki, "Hörümçək adam" libasının modelyeri Stiyn Helsen Brüsseldəki məşhur otellərdən birinin pəncərəsindən özünü atıb. Nəticədə, 40 yaşlı modelyer çoxsaylı sınıqlarla xəstəxanaya yerləşdirilib. Həyatı təhlükəsi yoxdur. Brüssel polisi baş vermiş hadisənin səbəblərini araşdırmağa çalışır. Modelyerin özünü pəncərədən atma səbəbi hələ ki naməlum olaraq qalır. Məlumat üçün qeyd edək ki, məşhur modelyer son vaxtlar psixoterapevtə tez-tez müraciət edirdi. |
2014-01-02 | 5,646 | İlham Əliyevin imzalı fotosu hərraca çıxarıldı - Foto | Azərbaycan Prezidenti İlham Əliyevin orijinal avtoqrafı olan foto beynəlxalq auksion saytlarından birində satışa çıxarılıb. "Axar.az"ın məlumatına görə, Rusiya Federasiyasının Tula əyalətindən satışa çıxarılan foto üçün ilkin qiymət olaraq 0,99 ABŞ dolları müəyyən edilib. "Çox yaxşı vəziyyətdədir, avtoqraf əllə çəkilib və orijinaldır", - qeydi ilə hərraca çıxarılan fotonun satışı 3 yanvar axşam saatlarında tamamlanacaq. Qeyd edək ki, İlham Əliyevdən başqa digər ölkələrin prezident və dövlət xadimlərinin də avtoqraflı fotolarının eyni saytda satışı təşkil edilib. Onların sırasında ABŞ prezidenti olmuş Ruzvelt, Cimmi Karter və s. də var. |
2014-01-02 | 5,647 | Lənkəranda 25 yaşlı gənc özünü asdı | Yanvarın 2-də Lənkəranın Girdəni kəndində intihar hadisəsi baş verib. AzNews.az əməkdaşının verdiyi xəbərə görə, 1988-ci ildə anadan olmuş Elvin Məmmədxan oğlu Kərimov özünü asıb. 25 yaşlı gəncin cəsədi yaşadığı evin həyətindən tapılıb. İntiharın səbəbləri hələlik məlum olmasa da, E.Məmmədovun səhhətində problemlərin olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır. |
2014-01-03 | 5,648 | Livanda partlayış: 5 ölü | Livanın paytaxtdı Beyrutda dəhşətli partlayış baş verib. Beyrutun Hizbullahın hakim olduğu cənubdakı Haret Hreik səmtində bomba yüklü avtomobil ilə həyata keçirilən hücum nəticəsində ən azı 5 nəfər ölüb. "Axar.az"ın "Röyters" agentliyinə istinadən verdiyi xəbərə görə, ən az 10 adamın da yaralandığı hücumda ətrafdakı binalar və avtomobillər ziyan görüb. Suriya böhranının təsiri altına girəndən bəri bombalı hücumlar və qarşıdurmalara məruz qalan Livan keçən həftə də bombalı hücumla sarsılmışdı. Beyrutda cümə günü təşkil edilən bombalı hücumda keçmiş Baş nazirlərdən Fuad Sinyora və Saad əl-Haririnin məsləhətçiliyini edən keçmiş Maliyyə naziri Məhəmməd Şatahla birlikdə 5 nəfər ölmüşdü. |
2014-01-03 | 5,649 | Rusiyanın SSRİ-dən 7 mühüm fərqi | Vladimir Putini "2013-ilin adamı" elan edən nüfuzlu "Forbes" jurnalı Rusiyanı SSRİ ilə müqayisə etməyin əleyhinə çıxış edib. Bu nəşr hesab edir ki, ən azı 7 təməl fərq var ki, onları nəzərə almamaq olmaz. 1. Keçmiş sovet respublikalarının bəziləri artıq NATO və AB üzvləridir. Aydındır ki, Rusiya nəinki satellit dövlətlərdən, həmçinin, SSRİ-nin ayrılmaz tərkib hissəsi olmuş bir neçə respublikadan da məhrum olub. 2. Keçmiş SSRİ-dən fərqli olaraq, Rusiya Federasiyası daha çox ruslarındır. Qərb təmsilçiləri "rus" və "sovet" sözlərini sinonim kimi işlətməyə vərdiş eləmişdilər. Ancaq əslində belə deyildi. 80-ci illərin sonlarında ruslar SSRİ əhalisinin 50 faizini təşkil edirdilər. Hazırda isə Rusiya əhalisinin 80 faizi ruslardan ibarətdir. 3. Rusiyanın heç bir partiyası Sov.İKP kimi hakimiyyət monopoliyasına malik deyil. Düzdür, hakim "Vahid Rusiya" Partiyasının təsiri əhəmiyyətlidir. Ancaq bu qurum kompartiya ilə müqayisəyə gəlmir. 4. Rusiyada hərbi diktatura yoxdur. Keçmiş SSRİ isə tarixdə ən hərbiləşdirilmiş cəmiyyətlərdən biri idi və ÜDM-nin 20-30 faizini silahlanmaya yönəldidrdi. İndi Rusiya üçün bu rəqəm cəmisi 4-5 faizdir. 5. Rusiyanın sərbəst dönərli pul vahidi var. Bu gün o, açıq-aşkar zəif olsa da, insanlar onu sərbəst şəkildə dəyişə bilərlər. Sovet rublu üçün bu, çox problematik idi. 6. Rusiyada əsasən azad bazar iqtisadiyyatı mövcuddur. Tam təşəkkül tapmasa da, o, sovet iqtisadiyyatının çatışmazlıqlarından – dövlət subsidiyalarından dolayı inkişafdakı kənaraçıxmalardan və dövlətin aşkar diktatından əziyyət çəkmir. İstehlak mallarının qiyməti, əmək bazarı liberallaşdırılıb və iqtisadiyyatın mühüm bir hissəsi azad bazar prinsiplərinə söykənir. 7. Rusiyanın sərhədləri açıqdır. "Dəmir pərdə", insanların sərbəst hərəkəti önündə sərt maneə yoxdur. Bu gün minlərlə rusiyalı hər il heç bir problemsiz öz ölkəsini tərk edir – sadəcə, viza alıb təyyarəyə oturmaq lazımdır. ("Musavat.com") |
2014-01-03 | 5,650 | Azərbaycanın yeni naziri Türkiyəyə getdi | Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Ekerin dəvəti ilə qardaş ölkəyə səfərə gedib. Türkiyəli nazir Mehdi Eker azərbaycanlı həmkarı ilə görüşdə aqrar sahədə Azərbaycan ilə bir sıra layihələr həyata keçirildiyini vurğulayıb və bu əməkdaşlığın BMT Ərzaq Proqramının Ankaradakı Regional Mərkəzindəki layihələr çərçivəsində davam etməsinin zəruriliyini söyləyib. Onun sözlərinə görə, hazırda Türkiyə ilə Azərbaycan arasında 17 müştərək layihə uğurla həyata keçirilir. İki qardaş ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsi də böyük əhəmiyyət kəsb edir. Heydər Əsədov nazir təyin olunduqdan sonra ilk səfərini qardaş Türkiyəyə etdiyini bildirərək iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ixrac və idxalının artmasının zəruriliyini vurğulayıb. O, Azərbaycan tərəfinin Türkiyənin aqrar sahədə zəngin təcrübəsindən faydalanmaq istədiyini də söyləyib. Səfər çərçivəsində H.Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada kənd təsərrüfatı, bitkiçilik laboratoriyaları və elmi-tədqiqat mərkəzlərində də olub. ("Musavat.com") |
2014-01-03 | 5,651 | “Dövlət sirri” dedilər, axtarışa mane oldular | "Axar.az"ın "Haberler.com"a istinadən xəbərinə görə, Türkiyənin Hatay Qırıqxanda dünən baş verən "TIR böhranı"nın hadisə yerində şahid protokolu ortaya çıxıb. Protokoldakı hadisənin yeri və hadisə ilə əlaqədar irəlləyişlərə də yer verilib. Xatırladaq ki, Qırıqxan kənd hərbi-polis idarəsinə daxil olan bir şikayət əsasında Qırıqxan-Reyhanlı yolunda TIR və TIR-ı müşayət edən avtomobil hərbi-polis tərəfindən saxlanılmışdı. |
2014-01-03 | 5,652 | Ərdoğan və Putin itirəcək, Bəşər Əsəd qalib gələcək | Almaniyanın xəbər jurnalı "Der Spigel" 2014-ci ildə hansı liderlərin nələr əldə edəcəyi, nələr itirəcəyinə dair təxmini siyahı hazırlayıb. "Axar.az"ın məlumatına görə, alman jurnalı Türkiyənin Baş naziri Ərdoğanı itirənlər siyahısında ikinci sırada göstərib. "Der Spigel" itirənlər siyahısında Vladimir Putini ilk sırada göstərərək, Qafqazda terror hadisələrinin yenidən başladığını, Rusiyanın ən böyük ixracat məhsulları olan neft və təbii qaz qiymətlərinin də ucuzlaşacağını bildirib. Jurnalda daha sonra bildirilir ki, Putin rəhbərliyindən qaçan Rusiyanın zəngin iş adamları pullarını ölkə xaricinə transfer etməyə başlayıb ancaq fevral ayında Soçidə keçiriləcək qış olimpiadası isə Rusiya liderini sevindirəcək. İtirəcəklər siyahısının ikinci sırasında qərarlaşan Baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkəsində "Gəzi olayları" və "Rüşvət əməliyyatı" hadisələrindən sonra müxalifətin nüfuzunun artdığı bildirilir. Ərdoğanın nüfuzunun getdikcə sarsılması bu il keçiriləcək bələdiyyə seçkilərində AKP-nin işinin asqıya alınacağını göstərir. Siyahıda üçüncü sırada braziliyalı qadın lider Dilma Rousseff gəlir. Ölkədə keçirilən etiraz aksiyaları və bu il keçiriləcək olan Dünya Çempionatından sonra seçkilərdə çətinliklə üzləşəcəyi göstərilir. "Der Spiegel"in itirəcəklər siyahısının dördüncü pilləsində Papa Fransesko yer alıb. Papanın Vatikandakı mühafizəkar dairələrin təzyiqlərinə boyun əyəcəyi və islahatlar keçirilə bilməyəcəyi qeyd edilir. Əfqanıstan prezidenti Həmid Kərzai də alman jurnalının itirəcəklər siyahısında yer alıb. Ölkədə baş qaldıran korrupsiya ittihamları və ABŞ ilə yaşanan gərginlik səbəbi ilə Kərzai çətinlik yaşayacaq. Digər tərəfdən alman jurnalı qazanc əldə edəcəklər siyahısında ilk sıranı Suriya prezidenti Bəşər Əsədə verib. Əsədin ölkədə vətəndaş müharibəsi davam edərkən vəzifəsini qoruduğunu bildirən "Der Spiegel" jurnalı daxili savaşda Əl-Qaidənin ittiham ediləcəyini yazıb. Hindistanlı siyasətçi Narendra Modi qazanc əldə edəcəklər siyahısında ikinci sırada qərarlaşarkən, İranın yeni prezidenti Həsən Ruhani bu siyahıda üçüncü sırada yer alıb. Çin Baş naziri Li Keqianqın da qazanc əldə edəcəyi bildirilir. |
2014-01-03 | 5,653 | İranda nazirlər parlamentə çağırıldı | İran Prezidenti Həsən Ruhani kabinetinin 12 naziri gələn həftə nümayəndələrin sorğu-sualına cavab vermək və hesabat üçün Parlamentə və parlament komissiyalarına çağırılıb. Bu barədə İRNA agentliyi məlumat verir. Parlament nümayəndələrinin hökumət nümayəndələrini ardıcıl olaraq hesabat üçün Parlamentə çağırması İran Prezidenti Həsən Ruhaninin də qınağına səbəb olub. Belə ki, Ruhani dekabrın 31-də ilk dəfə olaraq həmkarlarının parlamentə ardıcıl çağrılmasını tənqid edərək bu məsələnin onların iş rejimini pozduğunu qeyd edib. Məlumata əsasən, indiyədək Parlament Ruhani hökumətinin 4 nazirinə ciddi xəbərdarlıq edib. Belə ki, İranın iqtisadiyyat naziri Əli Təyyibniya və Elm naziri Rza Fərəcidana parlamentdən ciddi xəbərdarlıq alıblar. İran qanunlarına görə, bir nazir parlamentdən üç dəfə xəbərdarlıq alarsa onda həmin nazir tutduğu vəzifədən uzaqlaşdırılması üçün nümayəndələr yenidən səsvermə keçirməlidir. Məlumata əsasən, İranın daxili işlər, təhlükəsizlik, energetika, iş, elm və təhsil, sənaye və mədənlər, kənd təsərrüfatı, iqtsadiyyat,rabitə nazirləri və daha bir neçə nazir Parlamentdə hesabat verməlidir. Ötən üç ay ərzində Ruhani hökumətinin nazirləri 277 dəfə nümayəndələr tərəfindən sorğu-sual olunub. İran saytlarının məlumatına görə, Ruhani hökumətindən tənqidlər əsasən Üsulgəra cinahından olan nümayəndələr tərəfindən və əsasən İslam İnqilabı Sabitlik Cəbhəsi və Əhmədinejad hökumətinin tərəfdarları tərəfindən siyasi məqsədlərlə irəli sürülür. (Trend) |
2014-01-03 | 5,655 | “Kamaz” üç can aldı: yol terroru | Xaçmaz rayonu ərazisindən keçən magistral yolunda "Kamaz" markalı yük avtomobili ilə "Opel" markalı minik avtomobili toqquşub. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir k, qəza nəticəsində "Opel" minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Allahverən Malik oğlu Şükürov, sərnişinləri 1987-ci il təvəllüdlü Vüsal Əzizağa oğlu Şükürov və 1983-cü il təvəllüdlü Amid Yəhya oğlu Seyidov hadisə yerində vəfat etmişlər, deformasiyaya uğramış avtomobil isə yanmağa başlayıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Xilasedicilər cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:02-də başa çatıb. |
2014-01-03 | 5,657 | Quş qripi yenidən qayıtdı - Təhlükə | Çində "quş qripi" yenidən yayılıb. Ölkənin Qyuçjou əyalətinin cənub-qərbində H5N1 virusu qeydə alınıb. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, indiyə qədər 8,5 min cücə bu virusdan məhv olub. Virusun yayılmasının qarşısını almaq üçün daha 23 mindən artıq cücə məhv edilib. Qeyd edək ki, H5N1 virusu insanlar üçün təhlükəlidir. Mütəxəssislər bu virusdan ölüm təhlükəsinin 60 faiz olduğunu bildirir. Virus insandan insana keçmir və yoluxma toyuq əti ilə baş verir. |
2014-01-03 | 5,658 | Tarif Şurası: "Bahalaşma olmayacaq!" | Azərbaycanda benzinin və digər yanacağın qiymətinin yenidən artacağı gözlənilmir. Bu barədə "APA-Economics"ə Tarif Şurasından məlumat verilib. "Ölkədə benzin və digər yanacağın qiyməti ötən ilin dekabr ayında qalxıb. Şuraya benzin və yanacağın qiymətinin artırılması ilə bağlı heç bir təklif gəlməyib. Bu baxımdan da hər hansı qiyməti artımı gözlənilmir", - deyə Tarif Şurasından bildirilib. Qeyd edək ki, "Musavat.com" saytı Azərbaycanın cənub bölgəsində yanacaqdoldurma məntəqələrində avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilməməsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, sürücülərə yalnız 5 manatlıq benzin ala biləcəkləri deyilib. Məntəqələrdə böyük növbələr yaranıb. Yanacaq dolduranlar 5 manatlıq benzin limitinin səbəbini izah edə bilmirlər. Ancaq sürücülər bunu benzinin bahalaşacağı ehtimalı kimi qəbul edirlər. Məlumatda böyük ehtimalla yanvarın ilk iş günü (yanvarın 7-dən) Tarif Şurasının benzinin yenidən bahalaşması ilə bağlı qərarını elan edəcəyi deyilir. Yanacaqdoldurma məntəqələri də bundan xəbərdardır, ona görə benzin satışını məhdudlaşdırıblar ki, ucuz qiymətə aldıqları benzini baha qiymətə satsınlar. Benzinin qiyməti 1 manata qədər artırıla bilər. Xatırladaq ki, Azərbaycanda benzin sonuncu dəfə Tarif Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə bahalaşıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. |
2014-01-03 | 5,659 | "Zaman" yazarı inanılmaz savaş anonsu verdi - Foto | ''Qoy hamı prezident seçkisinə qədər bu torpaqlarda Respublika tarixində heç yaşanmamış çətinliklərə hazır olsun''. "Axar.az" xəbər verir ki, "Hurriyyet.com"un manşetinə daşınan bu sözləri Fəthullah Gülənə yaxınlığı ilə tanınan "Zaman" qəzetinin yazarı Hüseyn Gülərcə öz Tvitter hesabında yazıb. H.Gülərcə demokratiya, millət və dövlətin bu problemlərdən güclənərək çıxacağını da bildirib: "Ancaq hər kəs prezident seçkisinə qədər bu torpaqlarda Respublika tarixində heç yaşanmamış çətinliklərə hazır olsun. Yalnız çətinliklərdə sağlam düşüncə ilə hərəkət edənlər bu fırtınadan qələbə qazanaraq çıxacaq. Bu fırtınada dostlar itirəcək, vəfasızlar ortalığa çıxacaq. Hər kəs yerini biləcək. Sonunda Türkiyə qazanacaq. Fırtınanın xəbərçisi mən deyiləm, cənab Məhmət Əli Şahin və cənab Burhan Quzudur. Əməliyyat keçiriləcəyini 6 ay əvvəldən bilən yazarlara diqqət..." |
2014-01-03 | 5,660 | İlham Əliyev xristianları təbrik etdi | Prezident İlham Əliyev Milad bayramı münasibəti ilə Azərbaycanın provoslav xristian icmasına təbrik ünvanlayıb. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən məlumatına görə, təbrikdə deyilir: "Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik arzulayıram. Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluğunu, dil və mədəniyyətini qoruyub saxlayırlar. Bu gün Azərbaycan dövləti sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun hökm sürdüyü, yüksək humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin demokratik birgəyaşayış norması kimi qəbul edildiyi nümunəvi bir cəmiyyətə malikdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristian icması millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində, inkişaf və quruculuq prosesində yaxından iştirak edirlər. Hər il Azərbaycanda təntənə ilə qeyd olunan Milad bayramı yeniliyi, əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin. Bayramınız mübarək olsun!" |
2014-01-03 | 5,661 | Sabiq prezident məhkəməyə gedərkən ifarkt keçirdi - Foto | Pakistanın keçmiş Baş Qərargah rəisi və Prezidenti Pərviz Müşərrəfin dünən paytaxt İslamabadda məhkəməyə gedərkən vəziyyəti pisləşib. "Axar.az" "Cihan" xəbər agentliyinə istinadən xəbər verir ki, Ravalpindi Silahlı Qüvvələr Kardioloji İnstitutuna yerləşdirilən sabiq prezidentin infarkt keçirdiyi məlum olub. Son verilən açıqlamaya görə, Müşərrəfin həyatı təhlükədədir. Xəstəxana binasının qarşısına toplaşan bir qrup generala dəstək olub. Axşam saatlarında Müşərrəfin qızı da xəstəxanaya gəlib. Xatırladaq ki, vətənə xəyanət etməkdə günahlandırılan sabiq dövlət başçısı barədə İslamabad məhkəməsi məhkəməyə gəlməyəcəyi təqdirdə həbs qərarı verəcəyini bəyan etmişdi. |
2014-01-03 | 5,662 | Kaspşikin mandatı daha bir il müddətinə uzadıldı | Polşalı diplomat 17-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik 17-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkxalter Anjey Kaspşikin mandatını növbəti dəfə bir il müddətinə uzadıb. Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir. Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri isveçrəli diplomat Anjelo Qnadingeri özünün Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edib. Bu il yanvarın 1-dən ATƏT-də sədrlik Ukraynadan İsveçrəyə keçib. İsveçrə Cənubi Qafqazda dialoq və sabitliyə nail olmağı sədrliyi dövrünün prioritetlərindən biri kimi göstərib. ("Musavat.com") |
2014-01-03 | 5,663 | Daha iki nazirimiz qohum olur – Özəl/Foto | Bir müddət öncə quda olan daha iki məmurumuz bu günlərdə öz qohumluğunu rəsmiləşdirməyə hazırlaşır. "Axar.az"ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev övladlarının toyuna hazırlaşırlar. Belə ki, nazir Əli Abbasovun oğlu Eldar Abbasov Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailə həyatı qurur. Gənclərin toy mərasimi yanvarın 10-da "Buta Palace"da keçiriləcək. Toya yüksək vəzifəli dövlət məmurları, qohumlar, şou-biznesin tanınmış nümayəndələri, həmçinin, bəylə-gəlinin dostları, tələbə yoldaşları dəvətlidir. Xatırladaq ki, Eldar Abbasovla Dünya Pirverdiyeva ali təhsillərini Londonda alsalar da, Bakıda tanış olublar. Bu evlilik gənclərin öz seçimidir. "Axar.az" saytı yeni ailə quran gənclərə xoşbəxtlik arzu edir. |
2014-01-03 | 5,664 | Erməni deputatdan Sərkisyanla bağlı ilginc açıqlama | "Sərkisyan Qarabağdan ticarət vasitəsi kimi istifadə edəcək". "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistan parlamentinin deputatı Aran Manukyan çıxış edib. O, artıq Serj Sərkisyanın Ermənistana verəcəyi bir şeyin qalmadığını bildirib: "Sərkisyan öz hakimiyyətini qorumaqdan ötrü Qarabağdan vasitə kimi istifadə edəcək. O özü bu haqqını itirib. Ona bu problemlə bağlı indiyə qədər xaricdən nə diktə olunub, onu da həyata keçirib. İndi isə onu heç kim ciddiyə almır". |
2014-01-03 | 5,665 | SOCAR Türkiyədə 19 milyon cərimələndi | Türkiyənin Maliyyə Nazirliyi son aylarda yoxlamalarını artıraraq xüsusilə nəhəng şirkətlərə inanılmaz dərəcədə böyük vergi cəzaları kəsib. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, ən son "Turkcell"ə cəza verən Maliyyə Nazirliyi Böyük Mükəlləflər Vergi Dairəsi vergi cəzalarını şirkətlərdən tələb etməyə başlayıb. "Turkcell" - 527.7 milyon TL Maliyyə Nazirliyi "Turkcell"ə 2008-2012 dövrü üçün ümumilikdə 527.7 milyon türk lirəsi vergi cəzası kəsib. Şirkət Nazirliyə 211.1 milyon lirə vergi və vergi cəzası olaraq 316.6 milyon lirə olmaqla cəmi 527.7 milyon lirə vergi ödəməlidir. "Turkcell" bu vergi və vergi cəzası haqqında bütün qanuni haqlarından istifadə edəcəyini bildirib. "Tofaş" - 85.7 milyon TL "Koç" qrupuna aid olan "Tofaş"a 2008-2010 maliyyə illəri ilə əlaqədar gecikmə cəzası xaric, ümumilikdə 67.5 milyon lirə vergi cəzası kəsilib. "Tofaş"ın açıqlamasına görə, şirkətdən vergi cəzası daxil olmaqla 2008-ci il üçün 29.3, 2009-cu il üçün 18.3, 2010-cu il üçün 19.9 milyon lirəlik vergi və vergi cəzası tələb edilib. Edilən yoxlamalar nəticəsində Tofaşa kəsilən vergi cəzası ümumilikdə 85.7 milyon lirəyə yüksəlib. "Petkim" 19.2 milyon TL "Petkim"ə ümumilikdə 19.2 milyon TL vergi cəzası kəsilib. Vergi dairəsi tərəfindən etdiyi idxalatlarla əlaqədar olaraq şirkətə 2008-2009-2010-2011 və 2012-ci illərə aid 9.6 milyon TL vergi və 9.6 milyon TL vergi cəzası kəsilib. Şirkət verdiyi açıqlamada bu vergiləri üzərindən götürmək üçün bütün qanuni haqlarından istifadə edəcəyini və bu mərhələdə hər hansı ödəmə edilməyəcəyini bildirib. Qeyd edək ki, Petkim şirkətinin səhmlərinin 51 faizdən çox hissəsi hazırda Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur. SOCAR bu səhmlərə 2007-ci ildən nəzarət edir. |
2014-01-03 | 5,666 | Allahın ən çox yükləndiyi başlanğıc... | Yeni ilin ilk günləridir. Bu həm də o deməkdir ki, ən azı ilin sonunda bir xeyli arzumuzun gerçəkləşməsinə ümid etmək üçün qarşıda bir illik zaman var. Hər bir fərd üçün arzu, ümidlərin olması təbiidir, istənilən insan sosial vəziyyətindən, statusundan asılı olmayaraq, özü üçün hansısa arzular, ümidlər qurur. Bu arzuları gerçəkləşdirmək onun imkanları xaricində olanda isə, işi Allahın öhdəsinə buraxır, metafizika dövriyyəyə girir. Ona görə də yeni il həm də Allahın insan arzuları ilə ən çox yükləndiyi bir başlanğıcdır. Əminəm ki, əgər Allaha ünvanlanan arzuların, diləklərin statistikasını çıxarmaq mümkün olsaydı, Azərbaycan ilk sıralardan birində yer almış olardı. Qurani-Kərimdə belə bir ayə var: "İnsanlar nankordur, xoş günlərdə Rəbblərini zikr etməzlər". Bu ayədən yola çıxaraq firavanlıq və rifahın təmin olunduğu Qərb cəmiyyətlərindən özümüzü daha çox "ruhani, etiqadlı" saya bilərik. Çünki biz Allahı daha tez-tez xatırlayırıq. İşin ciddisinə gəlincə, Allahı təkcə işimiz düşdüyü üçün xatırlamaq dindarlıq deyil. Bu, yuxarıda sitat gətirdiyimiz ayənin təsbit etdiyi nankorluq anlayışının ifadəsidir daha çox... Çünki arzu və ehtiyaclarımızdan kənarda Allahı niyə xatırladığımıza fikir versək, onun buyruqlarına nə qədər əməl etdiyimizə nəzər salsaq, dindarlığımızın gerçək ölçüləri üzə çıxar. Bəlkə elə buna görədir ki, Allah bizdən üz döndərib. Adi ticarətdən tutmuş həkimin xəstəyə, müəllimin şagirdə, müstəntiqin, hakimin müttəhimə... münasibətinə qədər, istənilən sahədə Allahı tapmaq müşkül məsələdir. Bu ifadəyə görə tələsib bizi Allahı inkar etməkdə günahlandırmayın, lütfən! Quran məntiqinə görə, Allaha olan etiqad və inamımız əməllərimizdə təcəlli edir, bu əməllər olmadan sözdəki inamın bir qara qəpiklik dəyəri yoxdur. Demək, əməllərimizdə görünməyən Allaha ürəyimizdə, qəlbimizdə də yer verməmiz mümkün deyil. Məsələyə başqa bir bucaqdan baxaq. Bu gün zənginlərimizin, iş və ya tanınmış sənət adamlarının əksəriyyətinin əməllərində Allahı görə bilirikmi?! Bu kəsim sosial problemlərə görə Allaha işi düşməyənlər hesab olunurlar. Yaxınlarda "Axar.az" saytında xarici ölkələrin tanınmış sənətçilərinin öz gəlirlərindən xeyriyyə işləri üçün nə qədər böyük vəsaitlər ayırdıqları ilə bağlı məlumat verib, eyni mövzuda bizim sənətçilərimizdən soruşduqda bəlli oldu ki, heç biri xeyriyyə fəaliyyəti ilə məşğul olmurlar. Lüks avtomobillərdə gəzən, bahalı villalarda yaşayan zənginlərimizdən xeyriyyəçiliklə bağlı soruşmaq mümkün deyil, çünki o saat aylıq maaşalarını deyib, ayın başından sonuna güclə çatdırdıqlarını bildirəcəklər... Yeni il də köhnəlməyə başlayacaq. Ancaq bizim Allaha münasibətimiz dəyişməyincə, Allahın da bizə münasibəti dəyişməyəcək: O, nə qədər mərhəmətli və bəndələrini sevən olsa belə... Allahı öz əməllərimizdə göstərmədikcə, hər ili ümidlərlə, arzularla başlayıb, amma hər dəfə də göyə açılan əllərimizi yanımıza salmalı olacağıq. |
2014-01-03 | 5,667 | Müğənni təyyarədə həkimlik etdi | Tanınmış müğənni Fərhad Göçər Kiprdən qalxan İstanbul təyyarəsində səhhəti pisləşən xəstəyə ilk tibbi yardım edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fərhad Göçər əvvəlki gecə Kiprdə yeni il konserti verib. Məşhur müğənni İstanbula dünən səhər saat 09.40-da qalxan təyyarə ilə dönüb. Təyyarədə qəflətən səhhəti pisləşən böyrək xəstəsinə ilk müdaxiləni də əsl peşəsi həkimlik olan Göçər edib. "Burada həkim var?" sualı veriləndə Fərhad dərhal yerindən qalxaraq xəstənin yanına gedib. Əvvəlcə onu müayinə edib, daha sonra isə ağrıkəsici iynə vurub. |
2014-01-03 | 5,668 | Varisin xəbəri Türkiyədə rekord vurdu | Türkiyənin aparıcı xəbər portallarından olan Türkiye Habar Ajansının ötən dekabr ayında yerləşdirdiyi 21 000 xəbər arasında Varisin "Son məktub" romanıyla baglı xəbər 64 428 oxunma sayı ilə ilk 10-luqda yer aldı. Xəbər verdiyimiz kimi, dekabrın 28-də Bakıda- Park bulvar AVM-də "Son məktub" kitabının imza günü keçirilmışdı. İmza gününə yüzlərlə oxucu qatılaraq yeni kitabı əldə etmək, yazıçının imzasını almaq istəyirdi. Tədbirə qatılanlar sırasında hətta Biləsuvar, Yevlax, Qax rayonlarından gələnlər də var idi. (Kult.az) |
2014-01-03 | 5,669 | Prezident və xanımı Qəbələdə açılış etdi | Yanvarın 3-də Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı olub. "Axar.az" AzərTac-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib. Prezident İlham Əliyev Kompleksin birinci mərhələsinin açılışını bildirən lenti kəsib. Qeyd edilib ki, kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Bu qış mövsümündə kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə etmək mümkün olacaq. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılıb. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir. |
2014-01-03 | 5,670 | Ərdoğandan Gülən qəzetlərinə növbəti qadağa - Siyahı | Rəcəb Tayyib Ərdoğan nurçulara aid olan qəzetlərə növbəti qadağa tətbiq edib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayımlayıb. Mətbuat Ərdoğanın Yaponiya və digər şərq ölkələrinə edəcəyi səyahətlər zamanı yalnız AKP-yə yaxın olan qəzetlərin onunla birlikdə gəlməsinə icazə verdiyini yazıb. Qadağa qoyulan mətbuat orqanları sırasında camaata yaxın olan qəzetlərlə yanaşı, müxalifət və müstəqil yönümlü qəzetlərin də olduğu qeyd edilib. Qeyd edək ki, rüşvət əməliyyatından sonra müxalifətə və camaata yaxın olan qəzetlərin Türk Hava Yollarına aid olan təyyarələrdə yerləşdirilməsi yasaq edilmişdi. Qadağa qoyulan qəzetlərin siyahısını təqdim edirik: |
2014-01-03 | 5,671 | Assanc kilsəni casus adlandırdı | Culian Assanc katolik kilsəsini öz moizəsində sərt tənqid edib. "Axar.az" "The Australian"a istinadən xəbər verir ki, o bunu Böyük Britaniya telekanallarının birində edib. Assancın moizsəi "Radio 4"də gedən verilişin ənənəvi dini bölümündə yayımlanıb. O öz moizəsində qeyd edib ki, protestant islahatları sadəcə dini olmayıb, həm də siyasi hərəkat məzmunu daşıyıb. Assanc katolisizmi möminlərin azadlığını məhdudlaşdırmaqda günahlandırıb: "Katolik kilsəsi tövbə sistemindən istifadə edərək tövbəyə gələnlərin həyatı haqda casusluqla məşğul olub. Messaların latınca aparılması bu dili bilməyənlər üçün bir-birinə yaxınlaşıb dünyagörüşünü anlamaq imkanından məhrum edib". |
2014-01-03 | 5,672 | İlham Əliyev və Mehriban Əliyeva Qəbələdə - Fotosessiya | Xəbər verildiyi kimi, bu gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışında iştirak edib. "Axar.az" Prezident və xanımının komplekslə tanışlıq zamanı çəkilən maraqlı fotolarını təqdim edir. |
2014-01-03 | 5,673 | ABŞ-da 2000 uçuş ləğv olunub | ABŞ-ın şimal-şərqində qar çovğunu baş verdiyindən 2000 uçuş ləğv olunub. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, belə hava şəraiti əsasən, Çikaqo, Klivlend və Nyuarka hava limanlarına təsir edib. Sinoptiklər isə havanın daha da pisləşəcəyindən xəbər verir. Belə ki, Yeni İngiltərə və Bostonda 30 santimetrə qədər qar yağacağı gözlənilir. Nyu Yorkda isə qar 15 santimetr təşkil edəcək. Ümumilikdə 120 milyon əhalisi olan ABŞ-ın 20 ştatından çoxunun qar çovğununa məruz qalacağı proqnozlaşdırılır. |
2014-01-03 | 5,674 | Kürd millət vəkilləri həbsdən azad edilir | BDP millət vəkilləri Gülsər İldırım və İbrahim Ayxana təxliyə qərarı çıxıb. "Axar.az" xəbər verir ki, Konstitusiya Məhkəməsinin seçmək və seçilmək hüquqlarından məhrum edildiklərinə dair qərarın rəsmi qəzetdə yayımlanmasından sonra vəkillərinin bu gün təxliyə tələbini dəyərləndirən Diyarbəkir Ağır Cinayətlər Məhkəməsi BDP (Barış və Demokratiya Partiyası) millət vəkilləri Gülsər İldırım və İbrahim Ayxanın təxliyə edilməsi üçün yekdilliklə qərar verib. İldırım və Ayxanın bir neçə saata həbsxanadan azad edilməsi gözlənilir. |
2014-01-03 | 5,675 | Hülya Avşarı əsəbləşdirdilər | Sosial şəbəkədə Hülya Avşarın izləyənləri onu əsəbiləşdirib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur sənətçi Hülya Avşar ötən axşam sosial mediadakı söz-söhbətləri barədə açıqlama verib: "Tvitter təqibçiləriylə davamlı olaraq dalaşmaq məcburiyyətindəyəm, çünki etdiyim zarafatları başa düşməyənlər olur. Mən də onların məni təqib etmələrini istəmədiyim üçün elə davranıram". Sözlərinə davam edən Hülya Avşar "Çənəmdəki döyməni isə heç cür bəyənmədilər, amma kimsənin bəyənməsinə görə hərəkət etməyəcəm. Mən də onlara inad, zarafat etmək istədim və çənəmi qara qələmlə boyadım". |
2014-01-03 | 5,676 | Ərdoğanın bank hesabları almanların əlinə keçdi – Şok iddia | "Rəcəb Tayyib Ərdoğanın bank hesabları Almaniyanın əlinə keçib". "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayımlayıb. Mətbuat artıq İsveçrə banklarında yerləşən maliyyə hesablarına aid CD-nin Angela Merkelin əlində olduğunu yazıb. Ərdoğanın məhz bunlara görə bir müddət öncə Almaniyanı tənqid etməklə bağlı hazırladığı çıxış nitqini ləğv etdiyi bildirilib. Mətbuatda Türkiyə hökuməti ilə münasibətləri pisləşmiş Gülənçilərin də hesabları ələ keçirmək niyyətində olduğu qeyd edilib. Qeyd edək ki, bir müddət öncə "Vikiliks"də yayımlanmış məlumatlarda R.T.Ərdoğanın İsveçrə banklarında 8 ayrı maliyyə hesabının olduğu yazılmışdı. |
2014-01-03 | 5,677 | “Tayms”: “Türkiyə ordusu qarışıqlığı fürsət olaraq gördü” | Qəzet Türkiyə odrusunun Baş nazir Ərdoğanın da daxil olduğu qarışıqlığı fürsət olaraq görüb, yüzlərlə hərbçinin həbs olunması ilə nəticələnən mübahisəli sənədlərin yenidən açılmasını istədiyini bildirib. "Axar.az" xəbər verir ki, İngiltərədə yayımlanan "Tayms" qəzeti Ali Baş Qərargahın "Balyoz" və "Ergenekon" kimi hərbçilərin mühakimə olunduğu məhkəmələr haqqında Respublika Baş Prokurorluğuna etdiyi şikayətə yer verib. Xəbər bu cür davam edir: "Ali Baş Qərargah şikayətində "dərin dövlət" məhkəmələrində təqdim olunan sübutların saxta olduğunu iddia edib. Bu addım hal-hazırda dövlətin üst səviyyəsndə korrupsiyaya yol verildiyinə dair iddialarla boğuşan və məhkəmə sistemindəki qruplarla açıq-aşkar şəkildə mübarizədə olan Ərdoğanı daha da basqı altında qoyub. "Ergenekon" və "Balyoz" kimi məhkəmə prosesləri türklərə və dünyaya Türkiyənin keçmişindən uzaqlaşdığını və artıq orduya minnətdar olmadığını sübut etməkdə böyük rol oynayıb. Ərdoğan və Gülən hərəkatının məntiq nikahları zamanı AKP hökuməti məlum məhkəmə proseslərini olduqca dəstəkləmişdi. Aralarında Ərdoğanın da olduğu vəzifəli şəxslər həmin məhkəmə proseslərini dəstəkləyib və sənədlərin saxta olduğunu şikayət edən müxaliflərə qarşı qulaqlarını tıxamışdı". |
2014-01-03 | 5,678 | Qəhrəmanın güllələnən əmisi xəstəxanada öldü | Dekabrın 30-da Ağcabədi rayonunun Afşar kəndində güllələnən Zahid Qarayev adlı şəxs bu gün dünyasını dəyişib. Bu barədə Z.Qarayevin müalicə aldığı M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutundan məlumat verilib. Onu dəfn etmək üçün yaşadığı kəndə aparıblar. Xatırladaq ki, dekabrın 30-da Ağcabədi rayonunda silahlı insident baş verib. Avşar kəndində baş vermiş silahlı insident zamanı şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi vurmaq istəyən kənd sakinləri Zaur və Anar Baxşəliyevlər onun yaşadığı evin həyətinə gəliblər. Elə bu zaman V.Abdullayevə atılan güllələr onun əmisi Zahid Qarayevə dəyib. Qeyd edək ki, son zamanlar Ağcabədi rayonunda silahlı insident tez-tez baş verir. Təkcə dekabr ayında yalnız Afşar kəndində iki belə hadisə baş verib (Aznews.az). |
2014-01-03 | 5,679 | “Qafqaz əsiri-2” çəkiləcək | Yeni ilin ilk günlərində növbəti Sovet komediya kino irsinin - "Qafqaz əsiri"nin ikinci çəkilişi barədə xəbər yayılıb. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Leonid Qaydarın "Qafqaz əsiri" filminin quruluşçu rejissoru Aleksandr Panov olacaq. Bildirək ki, kinonun orijinal süjetinə hər hansı ciddi dəyişikliyin olmayacağı barədə artıq məlumat verilib. Gənc gözəl qızı isə Sati Kazanova ifa edəcək. "Qafqaz üçbucağı" adını almış filmdə Natalya Varley, Qarik Martirosyan və Erik Roberts də rol alacaq. Gəlini oğurlayacaq şəxsi isə məşhur komediya ustası Denni Devito ifa edəcək. |
2014-01-03 | 5,680 | Cəlilabad və Yevlaxda ev yandı | Cəlilabad rayonu, Sarxanlı kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan ikimərtəbəli 6 otaqlı ev və ev əşyaları yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istonadən bildirir ki, yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Daha bir yanğın isə Yevlax şəhərində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın tavanı 76 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-03 | 5,681 | Qəzetlə dolanan, köşkdə yatan Lyudmila - Foto | Bakının özündə belə əlində qəzet satan kişi (uşaq, gənc, ahıl) görəndə təəccübləndiyimiz bir zamanda Cəlilabadda Lyudmilanı görüb də təəccüblənməmək mümkün deyil. O, qəzet satır – səyyar. Qəzet almaq adıyla yaxınlaşdım və bir taleni vərəqlədim: alıcısı çox az tapılan bir bazarda qəzet satmaq və elə qəzet köşkündədə gecələmək... Daha doğrusu, yaşamaq. Lyudmila xanımın bütün həyatı bundan ibarətdir. Ürək parçalayan bu taleni siz də oxuyun... Bura mənim vətəmindir - Soboleva Lyudmila Aleksandrovna. 1962-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. Əvvəllər Lənkəranda idarədə mühasib işləyirdim. 1988-ci ilə kimi orda işlədim. Sonra Cəlilabada qayıtdım. Evdə xəstə nənəmə baxırdım, anam da işləyirdi. Heydər Əliyev prospektində evimiz var idi. Anamgil qardaşımla bərabər nənəm öldükdən sonra evimizi satıb Rusiyanın Stavropol şəhərinə köçdülər. Mən getmədim. Bilirəm ki, ora getsəm, yaşaya bilməyəcəm. Atam, xalam, nənəm və bir çox qohumlarım burda dəfn olunub. Qəbiristanlığa gedirəm, qəbirlərini ziyarət edirəm. Anam da Stavropola köçdükdən sonra darıxır. Çünki burda doğulub böyüdüyümdən, başqa bir yerdə qalmaq istəmirəm. Azərbaycan mənim vətənimdi. Çox sağ olsunlar, burda hamı mənə hörmət eləyir. Oğlan dedi, gəl qaçırdım səni - İlk məhəbbətimə qovuşmadım. 21 yaşım var idi. Lənkəranda işləyəndə bir hüquqşünas oğlan sevirdi məni. Doğrusu, mənim də könlüm var idi. Gəlib evimizdə valideynlərimlə məsləhətləşdim. Valideynlərim dedi ki, sən ona ərə getsən, gərək İslam dinini qəbul edəsən, namaz qılasan. Oğlana dedim olanları, o da dedi ki, mən səni belə də qəbul edirəm. Bu o demək deyil ki, sən bizim dinə keçəsən. Dedi ki, gəl qaçırdım səni, birlikdə yaşayaq. Mən isə razı olmadım. Dedim ki, valideynlərim icazə vermir. Ondan sonra ailə qura bilmədim. Baş həkim deyir ki, bura xəstəxanadı, yaşayış yeri deyil - Anamgil köçüb getdikdən sonra evsiz qaldım. Rayon İcra Hakimiyyətinə müraciət etdim. Onlar da mənə Göz Xəstəxanasında bir otaq verdilər. Ötən ilə kimi orada yaşayırdım. Xəstəxananı təzə binaya köçürdükdən sonra mən də çıxmalı oldum. Baş həkim deyir ki, bura xəstəxanadı, yaşayış yeri deyil. Pulumu istədim, gəlib pəncərəmi daşa basdı - 113 manat təqaüd alıram. Elbəy Salmanlı adlı adam var, 1 nömrəli məktəbdə dil və ədəbiyyat müəllimi işləyir. Məni aldadaraq təqaüd kartımı aldı və səkkiz ay təqaüdümü mənimsədi. Gedib pulumu istədim, həyat yoldaşı dedi ki, evdə yoxdu. Amma səhərisi gün gəlib məni təhqir elədi, pəncərəmi daşa basdı. Hər dəfə gedib pulumu istəyirəm, üstümə qışqırır, deyir ki, verəcəm də pulunu, nə olub axı! Məni sakinlər dolandırır - Dörd ildi qəzet köşkündə işləyirəm. Bir ildi işlədiyim bu köşkdə də yaşayıram. Sakinlər yatmağım üçün çarpayı da veriblər. Gündəlik yeməyə kim nə bişirir, mənə də verirlər. Sağ olsunlar, onların sayəsində yaşayıram. Hərdən özüm də pulum olanda ərzaq alıb, xörək bişirirəm. Bir də nisyə qəzet satmayacam - Görürəm ki, köşkə gələn yoxdu, çıxıb özüm satıram qəzetləri. Həftənin ikinci və beşinci günləri qəzet satışı yaxşı olur. Çünki həmin günlər "Bukmeker" qəzeti gəlir. Bir çoxları hesab yazdıqlarına görə satış yaxşı olur. Qalan günlər isə satış zəifləyir. Əsasən də internetin olması çoxlarını qəzetdən uzaqlaşdırıb. Bir çoxları da ki, bu günə kimi məndən aldıqları qəzetin pulunu ödəmirlər. Ünvanlarını da bilmirəm. Bir qəzet nədir ki, onu da nisyə alırsınız? Ayda 20-25 manat qəzetdən pul qazanıram. Çünki bir çox müştəri imkansız olduğumu bilib, pulun qalığını almır. Xahiş edirəm mənə kömək edin! - Burda hər şey yaxşıdı. Dolanışığım da pis deyil. Amma evsizlik çox çətindi. Mənə bir otaq versinlər, qalan ömrümü orada sürüm. Bu boyda rayonda bir yer yoxdumu ki, məni yerləşdirsinlər? Axı mən də insanam. Adam kimi yaşamaq istəyirəm. Havalar soyuyub, donuram burda. Burda o qədər boş evlər var ki! Mənim onsuz da heç kimim yoxdu. Öləndə heç olmasa, bir yerim olsun. Vaxtı-vaxtında çimə bilmirəm. Bir rəfiqəm var. Həyat yoldaşı daş karxanasında işləyir. Əri evdə olmayanda küçələrdən taxta qırıntıları toplayıb gedib onlarda çimirəm. |
2014-01-03 | 5,682 | Erməni kilsələrinə KQB nəzarət edir – Özəl | "Ermənistandakı kilsələri təhlükəsizlik orqanlarının işçiləri idarə edir". Bunu "Axar.az"a açıqlamasında adının çəkilməsini istəməyən xaricdə yaşayan, milliyətcə erməni olan siyasi mühacir deyib. O, son günlər hökumət tərəfindən təzyiqlərin daha da artdığını bildirib: "Ölkədə günü-gündən təzyiqlər daha da artıb. Kilsələr üzərində nəzarət isə başqa cürdür. Buranı idarə edənlərin, demək olar ki, hamısı Rusiya və Ermənistan KQB-nin işçiləridir. Kilsələrdə nə isə danışmaq mümkün deyil. Kim xoşlarına gəlmədi, KQB göstəriş verir və həmin şəxsi şərləyirlər. Bunlar da şərləyib məhv edirlər". Mənbə həmçinin kilsələrin öz müdafiəçilərindən istifadə edərək bu işə bütün kütləni qoşduqlarını bildirib: "Kilsələr duyğularından istifadə edib insanları istəmədiyi işlərə məcbur edir. Belə halların mediaya çıxmasına da imkan vermirlər. Son illər Ermənistanda çox adam bunun sayəsində aradan götürülüb". |
2014-01-03 | 5,683 | Edama məhkum edilən məmurları itlər parçaladı - Şok | Şimali Koreya lideri Kim Çen İnin yeznəsini itlərə parçalatdığı bəlli olub. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Çin mətbuatı yayıb. Mətbuat Şimali Koreya liderinin yeznəsi olan Çanq Sonq Thekin üç gün ac saxlanılan itlər tərəfindən parçalandığını yazıb. "Kim Çen və 300 məmur 6 adamın çılpaq soyundurularaq üç gün ac saxlanılan 120 it tərəfindən parçalanmasını izləyib. Edam təxminən bir saat davam edib". Qeyd edək ki, Çanq Sonq Thek rüşvət almaq, qumar oynamaq və narkotikdən istifadəyə görə bir müddət öncə ölümə məhkum edilmişdi. |
2014-01-03 | 5,684 | Toyda oynayan qızı belə qaçırdılar - Video | Əfqanıstanda toylardan birində qəribə hadisə baş verib. Belə ki, toyda iştirak edən qızlardan biri rəqs edərkən qaçırılıb. Həmin maraqlı görüntünü təqdim edirik. |
2014-01-03 | 5,685 | Misir yenidən ayaqda: 4 ölü - Video | Misirin paytaxtı Qahirədə və bir neçə şəhərlərdə Məhəmməd Mursi tərəfdarları ilə polis arasında qarşıdırmalar baş verib. "Axar.az"ın əldə etdiyi məlumata görə, Mursi tərəfdarlarının bu gün nümayiş keçirməsinə maneə yaradan polislə yaranan qarşıdurmada 4 nəfər ölüb. İsgəndəriyyə şəhərində bir kişi və bir qadının polisin açdığı atəş nəticəsində öldüyü bildirilib. Digər nümayişçinin isə İsmailiyə şəhərində polis tərəfindən vurularaq öldürüldüyü açıqlanıb. Misir Səhiyyə Nazirliyinin digər açıqlamasında isə Feyyum vilayətində bir nümayişçinin güllə yarasından öldüyü xəbəri verilib. Paytaxt Qahirədə isə nümayişin qarşısını təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və silah ilə alıb. |
2014-01-03 | 5,686 | Ağcabədidə fövqəladə vəziyyət – Qisas | Afşar kəndində güllələnən Zahid Qarayevin xəstəxanada ölməsinə görə qohumlarının qisas alacağı xəbərini alan Ağcabədi polisi səfərbər olunub. Ağcabədi rayonundan olan qaynağın "Axar.az"a bildirdiyinə görə, Ağcabədi Polis İdarəsinin əməkdaşları hazırda Afşar kəndindədirlər və nəzərdə tutulan qisas ehtimalının qarşısını almaq üçün bütün mümkün vasitələrə əl atırlar. Hadisələrin axarını isə təsəvvür etmək belə çətindir. Məlumat üçün bildirək ki, dekabrın 30-da kənd sakinləri Zaur və Anar Baxşəliyevlər şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi onun öz evində vurmaq istəyərkən, atılan güllələr şəhidin əmisi Zahid Qarayevə dəyib. Zahid Qarayev bu gün günorta saatlarında M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutundan vəfat edib. Hazırda onun meyitinin bu dəqiqələrdə kəndə çatacağı bildirilir. Polis isə Abdullayevlərin qisas almasından olduqca narahatdır. Afşar kəndi klassik ənənələrə bağlı və qapalı kəndlərdən hesab olunduğu üçün polisin narahatlığına ciddi əsas var. Qaynağın xəbərinə görə, Ağcabədi polisi Afşar ağsaqallarının bu qan düşmənçiliyinə müdaxilə edəcəyi ana qədər kəndə ciddi nəzarət etməkdən ayrı əlac görmür. Əlavə edək ki, bu güllələnmə nəticəsində həbslər və polisin gördüyü tədbirlər barədə bayram günləri olduğu üçün ictimaiyyətə ətraflı məlumat verilməyib. Bu gün Afşar kəndində daha bir bıçaqlanma hadisəsinin olması da polisin narahatlığını artırıb. 17 yaşlı rayon sakini Rza Fətullayev Avşar kənd sakinləri Cəsarət Əkbərov və Pərviz Əlizadəni bıçaqlayıb. |
2014-01-03 | 5,687 | Bakıda yol terroru: 3 ölü | Bakı Dairәvi yolunda 99 CU 105 dövlәt nömrә nişanlı "Chevrolet" markalı avtomobil yol kәnarındakı maneәyә çırpılıb. Qәza nәticәsindә maşın alışıb. Avtomobildә 3 cәsәd sıxılmış vәziyyәtdә qalıb. Xilasedicilәr cәsәdlәri çıxarıblar. Hazırda hәlak olanların şәxsiyyәti dәqiqlәşdirilir. Yalnız o mәlumdur ki, qəza nəticəsində 2 kişi, 1 qadın hәlak olub. İlkin məlumata görə, avtomobil İmişli sakininә mәxsusdur. ("Musavat.com") |
2014-01-03 | 5,688 | İlham Əliyevin imzalı fotosu hərracda satıldı - Qiymət | İlham Əliyevin internet üzərindən hərraca çıxarılan fotosu bu gün 112,5 dollara satılıb. "Axar.az"ın məlumatına görə, fotonu almaq istəyən iştirakçılardan ən yüksək məbləği – 112.50 dolları təklif edən şəxs orijinal avtoqraflı prezident fotosunun sahibi olub. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin orijinal avtoqraflı fotosu beynəlxalq auksion saytlarından birində satışa çıxarılmışdı. Rusiya Federasiyasının Tula əyalətindən satışa çıxarılan foto üçün ilkin qiymət 0,99 ABŞ dolları müəyyən edilmişdi. İlham Əliyevdən başqa digər ölkələrin prezidentlərinin, dövlət xadimlərinin, eləcə də dünyaca məşhur sənətçilərin avtoqraflı fotolarının eyni saytda satışı keçirilir. Məlumat üçün bildirək ki, bu gün Polşa prezidentinin imzalı şəkli 69,99 dollara, ABŞ prezidentləri olmuş Cerard Ford və Cimmi Karterin xanımları ilə birgə çəkdirdikləri avtoqraflı şəkil isə 29,99 dollara satıldı. |
2014-01-03 | 5,689 | İslam komandiri işgəncə ilə öldürüldü – Foto/Video | Suriya İslam Cəbhəsinin (SİC) komandirlərindən olan Hüseyn Əl-Süleyman İraq Şam İslam dövləti (İŞİ) tərəfindən öldürülüb. "Axar.az" xəbər verir ki, komandirin öldürülməsindən sonra SİC çox sərt bir açıqlama verib. Açıqlamada deyilir: "Doktor Hüseyn Əl-Süleyman Məskənədə çıxan müharibənin sülh yolu ilə həll olunması üçün bölgəyə elçi olaraq getmişdi. Ancaq onlar doktoru qaçırdıb, cürbəcür işkəncələr verib, şəhid etdilər. Cəsədin üzərində Suriya xalqının əvvəllər Əsədin kameralarında belə görmədiyi işgəncə izləri buraxdılar". |
2014-01-03 | 5,690 | Abdullah Gül: "Məqsəd AKP hakimiyyətini çökdürməkdir" | "Gəzi olayları" və "Rüşvət əməliyyatı" hadisələri bir-birinə aidiyyəti olmayan məsələlərdir". "Axar.az"ın "Haberler.com"a istinadən xəbərinə görə, bu barədə Türkiyə prezidenti Abdullah Gül bu gün "Habertürk TV"də jurnalistlərin suallarını cavablandırarkən deyib. Gül açıqlamasında Türkiyənin 10 il əvvəllə müqayisədə demokratiyanın daha da inkişaf etdiyini və bu yolda xalqın qələbə qazanacağını deyib. Abdullah Gül "Gəzi olayları" və "Rüşvət əməliyyatı" hadisələrinin eyni məsələlər olmadığını, hər iki olayın bir məqsədə, AKP hakimiyyətinin çökdürülməsinə xidmət etdiyini, ancaq bunu bacara bilməyəcəklərini deyib. |
2014-01-04 | 5,691 | Rusiyanı şoka salan intihar: admiral özünü güllələdi | Şimal donanma komandanının sabiq müavini özünü güllələyib. Bu gün Peterburqda Rusiyanın şimal donanmasının sabiq vitse-admiralı Yuri Ustimenko təltif silahı ilə özünü güllələyib. Hadisə barədə əlavə məlumat verilmir. Yuri Qavriloviç Ustimenko 19 may 1944 -cü ildə Primorski vilayətinin Vladimir qəsəbəsində anadan olub. 1967 - ci ildə Popov adına Ali hərbi - dəniz radioelektronika məktəbini bitirib. 1973 - cü ildə HDD (Hərbi Dəniz Donanması) ali xüsusi zabit kurslarını, 1978 - ci ildə isə Qreçko adına Hərbi - dəniz akademiyasını bitirib. 1984 - 1987 - ştab rəisi, Şimal donanmasının 7 - ci əməliyyat eskadra gəmisinin komandiri olub. 1992 - ci ildən Şimal donanmasının komandanının 1 - ci müavini postuna yüksəlib. 1995 - ci ildə Sankt - Peterburqa HDD - sının Ali xüsusi siniflərinə rəis dəyişilib. Misir, Anqola, Somali, Yəmən Vyetnam, Seyşel adaları, Qırmızı dəniz və Fars görfəzində hissəvi döyüşlərdə və hərbi qarşıdurmalarda iştirak edib. Yuri Ustimenko "SSSR HX - də vətənə qulluğa görə" ordeni ilə, medallarla, şəxsi silahla və xarici medallarla təltif edilib. Y.Ustimenko hərbi elmlər doktoru, professor, SSSR - nin fəxri radisti, SSSR hərbi donanmasının fəxri işçisi idi. ("AzNews.az") |
2014-01-04 | 5,692 | ABŞ heyrətamiz lazer silahını tanıtdı - Video | ABŞ ordusu mobil lazer silahı yaradıb və bunu uğurla sınaqdan keçirib. "Axar.az"ın əldə etdiyi məlumata görə, noyabr ayında sınaq zamanı 90-dan çox bomba və pilotsuz hava təyyarələri məhv edilib. Layihənin müəllifi Terri Bauer mobil lazer sınağının gələcəkdə daha əhatəli bir sahədə təsirlərini göstərəcəyini və seçilən bütün hədəfləri vura biləcəyini deyib. Bauer 100 kilovatlıq daha güclü lazer yaratmağı planlaşdırdıqlarını da bildirib. Qeyd edək ki, amerikan ordusu dörd il əvvəl həyata keçirdiyi mobil lazer sistemi ilə bağlı məlumatları gizli saxlayır. |
2014-01-04 | 5,693 | Türkiyə kəşfiyyatında şok: 12 şöbə müdiri vəzifədən getdi | "Rüşvət əməliyatı"ndan sonra polis idarələrində vəzifədən kənarlaşdırmalar Kəşfiyyat Dairəsinə də siraət edib. "Axar.az" "Hurriyyet.com"a istinadən xəbər verir ki, Kəşfiyyat Dairəsində 12 şöbə müdiri və müdir müavini vəzifədən kənarlaşdırılıb. Ergenekon, PKK, KCK və Balyoz kimi əməliyyat proseslərində iştirak edən şöbə müdirləri tutduqları vəzifədən azad edilib. Vəzifədən kənarlaşdırılan şöbə müdirləri Almadağdakı polis məktəbinə yerləşdirilir. 2013-cü ilin may ayında Ömər Altıbarmaq Kəşfiyyat Dairə rəhbərliyinə gətirilmişdi. Bunun ardından 13 ali səviyyə kəşfiyyatçısı vəzifədən kənarlaşdırılmışdı. Ankara, İstanbul və İzmir başda olmaqla 23 ilin kəşfiyyat şöbə idarələrində müdir, baş komissar və komissarlar daxil olmaqla 160 kəşfiyyatçı fərqli yerlərə yerləşdirilir. |
2014-01-04 | 5,694 | Ayı şəhəri bir-birinə vurdu - Video | null |
2014-01-04 | 5,695 | Bakı-Şamaxı yolunda qəza - Foto | Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın xəbərinə görə, yüksək sürətlə hərəkət edən avtomobil Bakı-Şamaxı yolunun 30-cu km-də idarəetməni itirib və nəticədə yoldan çıxaraq aşıb. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. |
2014-01-04 | 5,696 | Qarasuda qatar relsdən çıxdı - Qəza | Hacıqabul rayonu, Qarasu qəsəbəsi ərazisində Bakı-Ucar istiqaməti ilə hərəkət edən 43 vaqondan ibarət yük qatarında qəza hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirlıiyinin rəsmi saytına istinadən xəbər verir ki, qəza nəticəsində 7 vaqon relsdən çıxıb, benzinlə dolu çənin üst qapağından sızan yanacaq yanıb. Relsdən çıxan 62 ton yanacaqla dolu çəndən yolun kənarına yanacaq dağılıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Benzinlə və dizel yanacağı ilə dolu çənlər, eləcə də digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürüüb. |
2014-01-04 | 5,697 | ABŞ-da fırtına: minlərlə təyyarə reysi ləğv olundu | Birləşmiş Ştatlarının şimal-şərqində tüğyan edən güclü fırtınaya görə bir neçə ştatdan ibarət Yeni İngiltərə bölgəsində fövqəladə vəziyyət elan edilib. BBC xəbər verir ki, əhaliyə, zərurət yaranmasa bayıra çıxmamaq tövsiyyə olunub. Nyu Yorkda fırtına xəbərdarlığı elan edilib. "Ana təbiət bizi Yen İllə təbrikləməyə gəlib", - vəziyyəti şərh edərkən yarızarafatla Nyu York ştatının qubernatoru Andreu Cuomo bildirib. ABŞ-la qonşu Kanadanın Quebec bölgəsində termometrlər mənfi 46 dərəcəni göstərib Massaçests ştatında qısa müddət ərzində yarım metrədək qar yağıb və şiddətli küləklər əsir. Çicaqo şəhərinin aeroportunda hava şəraitinə görə 650 uçuş təxirə salınıb. Hava nəqliyyatının işi həmçinin Nyu York aeroportlarında da pozulub. Yalnız cümə axşamı 2 mindən artıq təyyarə uçuşunun ləğv edildiyi bildirilir. Sinoptiklər hava şəraitinin kəskinləşəcəyini proqnoz ediblər ("Teleqraf.com") |
2014-01-04 | 5,698 | "Apple" brendi azərbaycanlı iş adamından alındı | Bir neçə gün əvvəl Bakıda dələduzluq əməlində şübhəli bilinərək saxlanılan Ramin Aydın oğlu Musayevlə bağlı "Aznews.az" ilginc məlumat yayıb. Cinayət Məcəlləsinin 178-ci (dədləduzluq) maddəsi ilə barəsində iş açılan R.Musayevin saxlanmasına səbəb Eldar Xəlilov adlı şəxsin onu 542 min manat pulu mənimsəməkdə günahlandırması olub. E.Xəlilov bildirib ki, R.Musayevin şəhərin mərkəzində bir neçə mağazası var və həmin mağazalarda kompüter avadanlıqlarının satışı ilə məşğul olur. Xaricdən mal gətirilməsi üçün R.Musayevə 542 min pul verdiyini bildirən Eldar Xəlilov bu müddət ərzində pulunu geri ala bilməyib. Həmçinin kompüter avadanlıqlarının da gətirilmədiyini bildirib. Barəsində dələduzluq maddəsi ilə cinayət işi açılan Ramin Ağayev iki gün saxlandıqdan sonra dekabrın 30-da sərbəst buraxılıb. Onun "Apple" şirkətinin Azərbaycandakı nümayəndəsi olduğu və bu hadisədən sonra təmsilçiliyin əlindən alındığı bildirilir. İki gün ərzində Səbael Rayon Polis İdarəsində saxlanılan R.Musayevin sərbəst buraxılması isə notarial qaydada üzərinə bəzi öhdəliklər götürdükdən, daha doğrusu, "Apple" brendinin təmsilçiliyini təhvil verdikdən sonra mümkün olub. Belə ki, əvvəl təqsirləndirlən şəxs qismində saxlanılan R.Musayev bundan sonra şübhəli şəxs qismində dindirilib. R.Musayevin hətta üzərinə bəzi öhdəliklər götürmək üçün notariusa polis əməkdaşlarının müşayəti ilə aparıldığı da daxil olan məlumatlar arasındadır. Başqa bir məlumata görə isə cinayət işində söhbət heç də 542 min manatdan yox, 1 500 000 manatdan gedir. R.Musayevin hüquqlarını vəkil Kamandar Nəsibovun müdafiə etdiyi bildirilir. Lain K.Nəsibov Azərbaycanda olmadığına görə məlumatı vəkillə dəqiqləşdirmək mümkün olmayıb. |
2014-01-04 | 5,699 | 7 tanınmış iş adamının əmlakına həbs qoyuldu | Türkiyədə rüşvət və korrupsiya əməliyyatı çərçivəsində ikinci həbs dalğası hökumət tərəfindən əngəllənsə də, prokurorun 7 tanınmış iş adamı və 2 şirkətin daşınan və daşınmaz əmlakına həbs qoyulması barədə sanksiyası icra olunub. APA "Habertürk"ə istinadən xəbər verir ki, ikinci dalğada həbs və axtarışlara sanksiya verən, hətta Baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanı şübhəli şəxs qismində ifadə verməyə çağıran prokuror Müəmmər Akkaş cinayət işinin istintaqından kənarlaşdırılsa da, bundan qısa müddət öncə o, hökumətə yaxın tanınmış iş adamları Abdulla Tivnikli, Mustafa Lətif Topbaş, Camal Kalyoncu, Ömər Faruk Kalyoncu, Mehmet Cengiz, Üsamə Kutub və Cengiz Aktürkün, eləcə də "Kalyon" şirkətlər qrupuna aid "Zirve Holding"in və C.Aktürkün "Bosphjorus 360" adlı şirkətinin bütün mal varlığına həbs qoyulması barədə sanksiyanı poçt vasitəsilə müvafiq dövlət orqanlarına göndərə bilib. Həbs qərarı "mütəşəkkil cinayətkar dəstə qurmaq və idarə etmək", "tenderlərdə qanunsuzluq", "rüşvət", "dövlət malına zərər vermək" ittihamları ilə başlanan cinayət işi çərçivəsində verilib. Qeyd edək ki, adı çəkilən iş adamları hazırda dövlətin həyata keçirdiyi İstanbulda üçüncü körpü və üçüncü hava limanı kimi nəhəng infrastruktur layihələrində iştirak edən şəxslərdir. |
2014-01-04 | 5,700 | Azərbaycanda qar yağacaq | Sabah Azərbaycanda bəzi dağlıq və dağətəyi ərazilərdə qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq. Mülayim cənub-şərq küləyi əsəcək (Trend). Havanın temperaturunun gecə 1-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 5-də bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. |
2014-01-04 | 5,701 | Bakıda sərnişin avtobusu yandı | Bu gün səhər Bakı şəhəri, Səbail rayonunda "Daewoo" markalı sərnişin avtobusunda yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, avtobusun arxa təkərləri alışıb, ancaq yanğının avtobusun qalan hissəsinə keçməsinin qarşısı alınıb. Yanğın FHN-in yanğınsöndürənləri tərəfindən saat 08:29-da söndürülüb. |
2014-01-04 | 5,702 | Bayram günləri təcili yardım çağıranlar 10 minə çatdı | Bayram günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına müraciətlərin sayı təxminən 10 minə çatıb. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib. Onun sözlərinə görə, bayram günlərində BŞTTTYS-də 9617 müraciət qeydə alınıb. Belə ki, 2013-cü il dekabrın 31-də 2 497, 2014-cü il yanvarın 1-də 2 370, yanvarın 2-də 2 450, yanvarın 3-də isə 2 300 çağırış olub. Halbuki adi günlərdə müraciətlərin sayı adətən 1500-1600 olur: "Bayram günlərində poliklinikalar işləmədiyindən şəhərin bütün yükü təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı xeyli artıb. Çağırışlar, əsasən, böyüklərdə arterial təzyiq və kəskin respirator xəstəliklərlə (KRX) bağlı olub. Həmçinin uşaqlarda KRX ilə bağlı çağırışların sayı artıb" (Trend). |
2014-01-04 | 5,704 | Rusiya Qərbi qorxu altında saxlayır - Mərmi sınağı | 2014-cü ildə Rusiya 70 növ mərmi sınağı həyata keçirəcək. "Axar.az"ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Həştərxan şəhərində keçiriləcək sınaq zamanı 180 növ tapşırıq yerinə yetiriləcək. Keçən il 300 mərmi atışı həyata keçirilmişdi. Bu il də keçən ilki qədər mərmi atışının həyata keçirilməsi planlaşdırılır. Kapustin Yar poliqonunda daha əvvəl İsgəndər S-300 və S-400 kimi mərmilərin sınağı keçirilmişdi. Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın İsgəndər raketlərini Şərqi Avropa məkanında yerləşdirməsinə, ABŞ başda olmaqla, Qərb dövlətləri etiraz etmişdi. |
2014-01-04 | 5,705 | Cəbhədə atışma: itki yoxdur | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-01-04 | 5,706 | Ömürlük iflic və səsini itirmək təhlükəsiylə üz-üzə | Yanvarın 3-ündə 45 yaşı tamam olan tanınmış yarışmaçı Şumaxer artıq bir neçə gündür ki, Qrenobl hospitallarından birində koma vəziyyətində yatır. "Axar.az" "Formula-1" yarışmasının keçmiş avtopilotu Filip Streyfin "BFMTV.com"a verdiyi məlumata istinadən xəbər verir ki, dağ-xizək sanatoriyasında yıxılaraq kəllə-beyin zədəsi alan məşhur alman avto-yarışmaçı Mixail Şumaxer ömürlük birtərəfli iflic və səsini itirmək qorxusuyla qarşı-qarşıyadır. Xatırladaq ki, Şumaxer Fransanın Meribel sanatoriyasında xizəkdə sürüşərkən yıxılıb və başı daşa çırpılıb. Zərbədən onun başını qoruyan dəbilqə iki yerə bölünüb. Yanvarın 3-ündə 45 yaşı tamam olan yarışmaçı artıq neçə gündür ki, Qrenobl hospitalında koma vəziyyətində yatır. |
2014-01-04 | 5,707 | Maliyyə naziri ölkə prezidenti oldu | Madaqaskarın keçmiş Maliyyə Naziri Heri Rajaonarimampianina ölkədə keçirilən prezident seçkilərində ilkin məlumatlara görə qalib gəlib. "Axar.az"ın xarici mənbələrə istinadən xəbərinə görə, 20 dekabrda keçirilən seçkilərin nəticələri rəsmi olaraq 15 gün ərzində açıqlanması nəzərdə tutulur. Ada ölkəsi olan Madaqaskarda 2009-cu il inqilabı zamanı qərbin dəstəyi ilə hakimiyyətə yiyələnən Andra Rajoelina və sürgün həyatı yaşamış keçmiş lider Mark Ravalomanana seçkilərdə namizəd olmayıb. Rojoelinanın dəstəklədiyi Rajaonarimampianina səslərin 53,5%-ni əldə edərək ilk pillədə yer alıb. İkinci yerdə sabiq Səhiyyə naziri Robinson Jean-Luis 46,5% səslə qərarlaşıb. |
2014-01-04 | 5,708 | Putin Soçidə etirazçılar üçün mitinq meydanı axtarır | Rusiya prezidenti Vladimir Putin Soçi Olimpiadasının təşkilatçılarına Oyunların keçirilməsi zamanı kütləvi tədbirlər üçün xüsusi meydan tapmaq haqda göstəriş verib. "Axar.az" bununla bağlı Rusiya mətbuatına istinadən xəbər verir. Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, "lazım gələrsə" o meydanda etiraz xarakterli aksiyalar da keçirmək olacaq. Xatırladaq ki, Soçidə Olimpiya oyunları 7-23 fevral tarixində keçiriləcək. Paralimpiya isə martın 7-sində başlayıb 16-da bitəcək. |
2014-01-04 | 5,709 | Daha bir əsgərimiz intihar etdi | Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu intihar edib. "Axar.az" xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Rahim Nail oğlu İsmayılov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, mərhum 2013-cü ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıbmış. (APA) |
2014-01-04 | 5,710 | ABŞ AKP-ni devirmək planı hazırlayıbmı? – Rəsmi | ABŞ Dövlət katibinin sözcüsü Mari Harf Türkiyədə keçirilən böyük rüşvət əməliyyatıyla bağlı ABŞ-a qarşı yönəlmiş ittihamlarla cavab verib. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, Dövlət katibinin sözçüsü bu iddiaları "tamamən əsassız" adlandırıb: "Amerikalı rəsmilər haqda bu cür iddialara dair narahatçılığımızı Türkiyə rəsmilərinə çatdırdıq. Bu fikirlərin heç bir əsası yoxdur". Harf keçirilən brifinqdə verilən suallara cavab əsnasında deyib ki, rüşvət əməliyyatları çərçivəsində davam edən istintaq-sorğulama işini diqqətlə izləyirlər: "Söz və mətbuat azadlığı, istintaq müddəti, ədalətli qərarlar çıxarılması mövzusunda narahatlıq keçiririk və illərdir Türkiyə hökumətinə bu haqda fikirlərimizi çatdırırıq". Harf fikirlərinə bunu əlavə edib: "Türkiyə ilə yaxın münasibətlərimiz olduğunu söyləməkdən artıq bir şey deyə bilmərəm. Uygun gördüyümüz vaxt bu mövzuları gündəmə gətirməyə davam edəcəyik. Bütün hallarda bu, Türkiyənin daxili işidir. Biz yalnız bu hadisələri kənardan izləyə bilərik". Brifinqdə Dövlət katibinin sözçüsü jurnalistlərdən birinin verdiyi: "Baş nazir Ərdoğan rüşvət əməliyyatlarının aprel ayında ABŞ-da hazırlanan bir plan olduğunu deyib. ABŞ olaraq həqiqətənmi AKP hökumətini devirmək üçün belə bir plan hazırlayıbsınız?" – sualına cavabında deyib: "Qəti olaraq "yox" deyirəm. Bu iddiaları da əsassız sayırıq. Amerikalı rəsmilər haqda bu cür iddialarla bağlı narahatlığımızı da türk rəsmilərinə çatdırmışıq. Bir daha təkrar edirəm ki, bu, Türkiyənin daxili işidir". |
2014-01-04 | 5,711 | Suriyada daha iki azərbaycanlı mücahid öldürüldü - Fotolar | null |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.