date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-12-28 | 5,395 | Prokuror polislərlə bağlı tədbir görülməsini istədi - Binə hadisəsi | Bakı Apellyasiya Məhkəməsində yanvarın 19-da "Binə" Ticarət Mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslərin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi davam etdirilib. Prosesdə dövlət ittihamçısı çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməyini, birinci instansiya məhkəməsi zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ibtidai istintaq zamanı verdikləri ifadələrindən imtina etmiş polis əməkdaşlarının barələrində tədbir görülməsini, xüsusi qərarda çıxarılmasını xahiş edib. Vəkillər isə müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər. Bunun üçün proses yanvarın 13-dək təxirə salınıb. Qeyd edək ki, aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə yaydığı məlumatda bildirilir ki, yanvarın 19-da "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər. Xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına müqavimət göstəriblər və nəticədə, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub. Aksiya iştirakçısı olan 10 nəfər - Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev və Vaqif İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib. Qaradağ rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən 2 nəfər 4 il, 3 nəfər 1 il 6 ay, digərləri isə 1 il müddətinə azadlıqdan məhrum ediliblər. (APA) |
2013-12-28 | 5,396 | Özüm özümlə fəxr edirəm | Başlığa çıxartdığım fikir mənə məxsus deyil ha... Mənim cındırımdan cin hürkür, nəyim var ki, özümlə fəxr də edim? Bu fikri "Neftçi" futbol klubunun keçmiş baş məşqçisi Böyükağa Hacıyev "Publika.az" saytına verdiyi müsahibədə deyib. Yaxşı da eləyib. Dörd tərəfə boylanıb, baxıb görüb ki, onunla fəxr edən kimsə yoxdu, hirsindən başlayıb özü-özüylə fəxr etməyə. İndi müşavir işləyir. Klubun yox ha... Sadıq Sadıqovun müşaviri. Sadıq Sadıqov da "Neftçi"nin prezidentidi. Böyükağa Hacıyev halal adamdı. Çörəyi dizinin üstündə deyil. Açıq-aşkar deyir ki, mənə çörəyi Sadıq müəllim verib. O olmasaydı mən Böyükağa Hacıyev olmazdım. Müsahibəni əvvəlini oxuyanda elə başa düşdüm ki, Sadıq müəllim ona ad və soyad da verib. Və hətta şəxsiyyət vəsiqəsini də. Öz əliylə də "Böyükağa Hacıyev" yazıb. Oxuduqca gördüm ki, yox, heç də belə deyil. Sadəcə, Sadıq müəllim Böyükağa müəllimə etimad göstərib, o da bu etimadı doğruldub. Böyükağa müəllim müsahibə boyu bəzi məqamlarda ötkəm danışsa da, bəzi məqamlarda özünü lap tərbiyəli kənd uşağı kimi aparıb. O, komandanın bütün uğurunu Sadıq müəllimin adına bağlayır və haradasa bunu çox düz də edir. Çünki Sadıq Sadıqov böyükdür, başçıdır, prezidentdir və ən nəhayət komandanın maliyyə mənbəyidir. Pulu olan sifariş verir, deyiblər. Komandanın uğursuzluğunu isə birmənalı olaraq öz adına çıxır və yenə də əcəb və düz edir. Başqa kim ola bilər axı? Vaxtıilə baş çalışdırıcısı olduğu klubun Avropa liqasında qrupa düşməsini gözümüzə soxan Böyükağa müəllim uğursuzluğu boynuna götürməyi də haqq edir. Sözsüz, gələcəkdə təkrarlanmasını arzuladığımız bu uğura da o, "Neftçi" sükanı arxasında olarkən imza atıb. Bununla fəxr etmək olar. Böyükağa müəllim bunu da haqq edib. Amma bu adamın bütovlükdə Azərbaycan futbolunun uğurundan danışması doğurdan da gülünc səslənir. Böyükağa müəllim Azərbaycan futbolunun uğurundan danışa-danışa yerini təhvil verdiyi Nazim Süleymanova da dırnaqarası simpatiyasını sərgiləyir. "Nazimin çalışdırdığı "Neftçi", mənim çalışdırdığım "Neftçi" deyil",- deyir və antipatiyasını özünəməxsus şəkildə şərh edir. Böyükağa müəllim Nazim Süleymanova qarşı hikkəsini göstərməklə özünü də, Sadıq Sadıqovu da yandırır. İddia edir ki, Nazim Süleymanovun "Neftçi"si zəifdi. Onda harda qaldı odda yanmaz, suda batmaz Sadıq Sadıqovun gördüyü iş. Axı necə ola bilər ki, Sadıq Sadıqovun prezident olduğu klub zəif olsun? Olmaya Sadıq Sadıqovun gücü Böyükağa Hacıyevlə ittifaq zamanı müstəcəb olur? Gör nə qədər sual pırtlayıb çıxdı, payız yağışından sonra qəfil pırtlayan göbələk kimi... Bunu hər kəs bilir ki, klub həmin klub deyil. Ad həmin, prezident həmin, komandanın daimi hamisi həmin! Amma dəyişiklik çoxdur. Klub Nazim Süleymanova uğursuzluq zolağında çabalayarkən verilib. Güvənmək və inanmaq olar ki, Nazim hoca nələrisə etsin. Amma Böyükağa kimi mütəxəsislər onun işinə mız qoymasalar... |
2013-12-28 | 5,397 | BDU MDB-də 61-ci oldu | Azərbaycanı 100 ən yaxşı universitet sırasında Bakı Dövlət Universiteti təmsil edir. Postsovet ölkələrində fəaliyyət göstərən 400-dən artıq ali məktəbin ilk reytinq cədvəli tərtib olunub. Təhsil Nazirliyindən verilən xəbərə görə, 15 ölkədən 405 universitetin iştirak etdiyi tədqiqatda universitetlərin təhsil, elmi tədqiqat və beynəlxalq fəaliyyəti qiymətləndirilib. Reytinqdə MDB, Baltikyanı ölkələr və Gürcüstanın ali məktəbləri iştirak ediblər. Siyahıya Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edir. MDU mümkün olan 100 balı tam toplayıb. MDB məkanının 10 ən yaxşı universitetləri arasında Belarus Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Taras Şevçenko adına Ukrayna Milli Universiteti, Vilnüs Universiteti, Novosibirsk Dövlət Milli Tədqiqatlar Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, N.E. Bauman adına Dövlət Texniki Universiteti, Tartu Universiteti (Estoniya), Tomsk Dövlət Universiteti yer alıblar. Azərbaycanı isə 100 ən yaxşı universitet sırasında (61-ci yer) Bakı Dövlət Universiteti təmsil edir (APA) |
2013-12-28 | 5,398 | “Translate.com” Azərbaycan dilini ermənicə təqdim edir – Rəzalət | "Translate.com" saytında Azərbaycan dili ilə bağlı kobud pozuntuya yol verilib. "Axar.az" məlumat verir ki, saytda Azərbaycan dili yerinə erməni dili yerləşdirilib. Saytın dil bölümü yerlərində seçimi etdikdən sonra tərcümə olunacaq məlumatı yerləşdirmək üçün həmin yazı tələb olunur. Azərbaycandan istənilən dilə tərcümə bölümünü seçdikdə isə mətn erməni hərfləri və dili ilə ortaya çıxır. Qeyd edək ki, saytda yeganə pozuntu Azərbaycan dili ilə bağlıdır. Erməni dili isə ümumiyyətlə tərcümə proqramına daxil edilməyib. |
2013-12-28 | 5,399 | Baş prokurorun evi mühasirəyə alındı | Ukrayna baş prokuroru Viktor Pşonkonun evi Avtomaydan iştirakçıları tərəfindən mühasirəyə alınıb. "Axar.az" məlumat verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayımlanıb. İnformasiyada Baş prokurorun evinin yol polislərinin "Kamaz"ları vasitəsilə müdafiə olunduğu bildirilib. Etirazçılar Avtomaydanda 100 avtomobilin iştirak etdiyini qeyd ediblər. Bu aksiyaya səbəb Baş prokurorun zorakılığa məruz qalan Avromaydan iştirakçıları ilə bağlı heç bir qərar verməməsidir. |
2013-12-28 | 5,400 | Başı kəsilən qadının qətlinin təfərrüatları | "Başını kəsəndən sonra ayaqyolunda əlimin qanını yudum" Ölkə Binəqədi rayonununda baş verən cinayətin şokunu yaşayır. Dərnəgüldə yerləşən məcburi köçkün yataqxanasında 27 yaşlı Aynurə Kazımovanın başını kəsiblər. Cinayətin səbəbləri haqqında fərqli fikirlər səslənir. Deyilənə görə, cinayət hadisəsi namus üstündə olub. Lakin sonradan oğurluq faktı barədə də ehtimallar səslənməyə başladı... Yas mərasimi Füzulidədir Cinayətin səbəbini aydınlaşdırmaq üçün hadisə baş verən ailənin yaşadığı ünvana getdik. Biz ora çatanda Kazımovlar ailəsinin qapısı qıfıllı idi. Qonşulardan öyrəndik ki, yas mərasimi Füzuli rayonunda keçiriləcək. Səs-küyə gələn qonşuların etirafları Kazımovların qonşularından biri deyir ki, həmin evə oğurluq məqsədilə kiminsə girməsi mümkün deyil. Qonşular hadisənin dəqiq səbəblərini bilmirlər. Onlar hadisənin baş verməsinin şahidi olmayıblar. Səhər səs-küyə gələn qonşular dəhşətli mənzərə ilə üzləşiblər. Evə girən qonşular Aynurənin başsız bədəni və meyitin üstündə ağlaşan uşaqlarla rastlaşıblar. Onların dediyinə görə, mərhumun böyük oğlu 5-ci, kiçik oğlu isə 3-cü sinifdə oxuyur. "Qapı qıfıllı qalacaq" Qonşular danışır ki, Aynurənin həyat yoldaşı mühafizə xidmətində işləyirmiş. Onu yaxından tanımasalar da, polis paltarında evə gəlib-getdiyini görüblər. Kazımovların mehriban yaşadığını deyən qonşuların sözlərinə görə, ər-arvad arasında mübahisələr olmayıb. Cinayət törədilən gecə evin kişisi işdə olub. Cinayəti törədən şəxsin gecə vaxtı evə necə girməsi qonşularda şübhə yaradır. Onlar deyirlər ki, evin qapıdan başqa girişi olmayıb. Qonşular ehtimal edir ki, cinayəti törədən Rafiq Ələkbərova qapını evin xanımı özü açıb. Deyilənə görə, Rafiq Ələkbərovla Aynurənin yaxın münasibətləri olub. Qonşular mərhumun Rafiqlə münasibətinin olmasını gizlətməyə çalışsalar da, sözlərindən belə başa düşmək olur ki, Rafiqlə mərhumun yaxın münasibətləri olub. Qonşulardan biri deyir ki, daha bu ailənin burada yaşaması mümkün deyil. Onlardan ailənin rayondan nə vaxt qayıdacağını soruşduq: "Daha bu ailənin burada yaşaması mümkün olmayacaq. Aynurənin başı kəsilib. Əri də iki uşağını götürər, başqa yerdə yaşayar. Bura gəlməsi daha mümkün deyil. Bu evlərin hamısı sənədsizdir və sökülməsi nəzərdə tutulur. Evlər sökülənə qədər yəqin ki, qapı qıfıllı qalacaq". Qatilin etirafı Cinayəti törədən 27 yaşlı Rafiq Ələkbərov artıq saxlanılıb. O, ilkin istintaqa verdiyi ifadəsində cinayəti törətdiyini etiraf edərək deyib ki, səhərə yaxın əri növbədə olan Aynurə Kazımovanın Dərnəgül qəsəbəsində yaşadığı yataqxanaya gedib. Şübhəli şəxs bildirib ki, Aynurə Kazımova ilə əvvəllər münasibəti olub. Onun sözlərinə görə, qadın otağın qapısını açaraq onu içəri buraxıb: "Mən içəri daxil olandan sonra oğurluq etmək fikrinə düşdüm. Bunu üçün də Aynurənin başını kəsmək qərarına gəldim. Aynurənin başını kəsəndən sonra ayaqyolunda əlimin qanını yudum. Daha sonra oradan qacıdım və öz evimə gəldim. Səhər yuxudan oyananda həyətdə polisləri gördüm. Onlar məni həbs etdi. Törətdiyim cinayəti etiraf etməyə məcbur oldum". İstintaqın gəldiyi ilkin nəticəyə görə, Rafiq Ələkbərov evə oğurluq məqsədilə gəlib. Rafiq cinayəti törədəndən sonra evdə olan televizoru, mobil telefon və kompüteri götürərək aradan çıxıb. Rafiq Ələkbərov tutularkən oğurladığı əşyalar evindən aşkar edilib. Hazırda istintaq qətlin qısqanclıq və ya tamah məqsədilə törədilməsini araşdırır. Burada maraqlı sual ortaya çıxır: Rafiq Ələkbərov cinayəti qısqanclıq niyyəti ilə törədibsə, niyə evdən oğurluq edirdi və ya oğru kimi evə giribsə, Aynurə qapını niyə açıb onu içəri buraxıb? Bütün bunlar qaranlıq qalır. Qatilin istintaqa verdiyi son ifadəsində isə qətli qısqanclıq məqsədilə törətdiyi qeyd olunur. R.Ələkbərov bildirib ki, qadının son günlər onunla soyuq danışmasından şübhələnərək onu güdməyə başlayıb və evində başqa bir kişinin olduğunu görüb. Qadını qısqandığı üçün qətlə yetirib...(Gündəlik Teleqraf qazeti) |
2013-12-28 | 5,401 | 46 yaşlı kişi üstünə benzin töküb özünü yandırdı - Yeniləndi | Bu gün Bakıda 46 yaşlı kişi özünü yandırıb. Bakının Suraxanı rayonu ərazisində, metronun "Xalqlar dostluğu" stansiyasından Günəşliyə gedən yolun üzərində, "İnterpetrol" yanacaqdoldurma məntəqəsinin qarşısında 40-50 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb (Teleqraf.com). İntihara cəhd edən şəxs 1967-ci il təvəllüdlü Ələkbərov Arzu Sultan oğludur. O, 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, 3 gün əvvəl Bakının mərkəzində Qarabağ əlili də özünü yandırmışdı. *** 20.01 Polisin verdiyi məlumata görə, Arzu Ələkbərov Rusiya vətəndaşıdır və özünü yandırarkən sərxoş vəziyyətdə olub. |
2013-12-28 | 5,402 | Prezident bədii televiziya filminin çəkilməsi üçün 1 milyon ayırdı | Azərbaycan Prezidenti İlham Əliyev "Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, "Dədə Qorqud" dastanlarının azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyətini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolunu nəzərə alaraq, "Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində "Kitabi-Dədə Qorqud" özünəməxsus layiqli yer tutur. Qəhrəmanlıq dolu keçmişimizi parlaq əks etdirən bu misilsiz və möhtəşəm sənət abidəsi milli varlığımızın müəyyənləşməsində mühüm rol oynamışdır. Əcdadlarımız barəsində yaradılmış ən böyük və məşhur oğuznamələrdən ibarət "Kitabi-Dədə Qorqud" ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos xalqımıza məxsus qədim adət-ənənələrin, ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir. 2015-ci ildə "Kitabi-Dədə Qorqud"un dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. Ötən dövr ərzində abidənin tədqiqi istiqamətində çoxsaylı elmi araşdırmalar aparılmış, eposu təşkil edən boyların süjet və motivləri əsasında ədəbi əsərlər yazılmış, təsviri sənət nümunələri meydana gətirilmişdir. 1975-ci ildə "Dədə Qorqud" boylarına həsr olunan iki seriyalı bədii film çəkilmiş, 2000-ci ildə isə abidənin 1300 illik yubileyi UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilmişdir. (Trend) |
2013-12-28 | 5,403 | Rövnəq Abdullayev: "Yanacağın qiymətinin artması gözlənilmir" | Azərbaycanın "Avro-3" zərərli maddələrin tullantısı üzrə ekoloji standartına keçməsi fonunda ölkədə yanacağın qiymətinin artması gözlənilmir. "Axar.az" Trend-ə istinadən xəbərinə görə, bunu şənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə deyib. |
2013-12-28 | 5,404 | İki avtobus toqquşdu: xəsarət alan var | Saat 19:00-da Fətəli Xan Xoyski küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəşisməsində yerləşən yeraltı keçiddə "10" nömrəli avtobus "38" nömrəli avtobusu əyləci tutmaması nəticəsində arxadan vurub. Qəza nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb. |
2013-12-28 | 5,405 | Misirdə iki universitet binası yandırıldı | "Müsəlman qardaşları" təşkilatının tərəfdarları olan tələbələr Qahirədə universitet binasını yandırıblar. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Əvvəlcə imtahanları dayandırmaq üçün öz tələbə yoldaşlarını auditoriyaya buraxmayıblar. Polis müdaxiləsindən sonra etirazçılar geri çəkiliblər. Bir müddət sonra isə Əl-Əzhər universitetinin iki fakültəsinin binası yandırılıb. Qeyd edək ki, bir müddət öncə Misir hakimiyyəti "Müsəlman qardaşları" təşkilatının fəaliyyətini qadağan etmişdi. |
2013-12-28 | 5,406 | Filmlərimiz süni, qeyri-səmimi olur - Kino Günü | 1985-ci il 28 dekabr tarixində ilk dəfə Parisdə "Qrand kafe"də Lyumer qardaşlarının ilk kinematoqraf seansı keçirilib. Həmin tarixdə Parisin Kapuçino Bulvarındakı kafedə Lyumer qardaşları dünyada ilk dəfə geniş ictimaiyyətə "Qatarın La Sota vağzalına gəlişi" adlı qısametrajlı filmi nümayiş etdiriblər. Ona görə də bu gün dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. "Axar.az" saytı olaraq Beynəlxalq kino günü münasibəti ilə bağlı Azərbaycanda kino sahəsində çalışan adamlardan Azərbaycan kinosunun bu günkü vəziyyəti ilə maraqlandıq. Kinoşünas Aygün Aslanova kinomuzun bu günkü vəziyyətini bir həmkarının fikirləri ilə izah edərək bildirdi ki, Azərbaycan kinosunun hazırkı vəziyyətini Fehruz Şəmiyev qədər dəqiq izah edən olmayıb: "Azərbaycan kinosunun vəziyyəti səhiyyəmizlə eyni gündədir. Ölü uşaqlar doğulur ha, onları bizə diri kimi sırımağa çalışırlar, sonra da aparıb basdırırlar. Daha tapa bilmirsən. Əlac qalıb yalnız "qeyri-qanuni", öz imkanları hesabına doğulanlara – yəni müstəqil, dövlətdən asılı olmadan çəkilən filmlərə". Filmlərin, serialların çox çəkilməsi rəqabət deməkdir Aktyor Rasim Cəfər isə bildirdi ki, gənc rejissorların bəziləri, mən deyərdim, hətta bir çoxu çəkdiyi qısametrajlı filmləri öz hesabına çəkir: "Hazırda Azərbaycanda çoxlu sayda seriallar çəkilir. Düzdür, dünya təcrübəsində seriallar ciddi sənət əsəri hesab olunmasa da, bizim yerli kino sənayemizdə ən azından aktyorların çəkilməsi üçün real pavilyon məkanı rolu oynayır. Düşünürəm ki, bu hadisəni müsbət hal kimi qiymətləndirmək lazımdır. Aktyor üçün önəmli olan çəkiliş meydançasıdır. Azərbaycanda bədii filmlər az çəkilir, lakin qeyd edim ki, gənclər tərəfindən çəkilən qısametrajlı filmlərin sayı günbəgün artmaqdadır. Bu, həmçinin kinoya gələn gənc kinorejissorların sayının artmasının göstəricisidir. Ümumiyyətlə, gənclərin kinoya gəlişini alqışlayıram və çox istəyirəm ki, bu, kütləvi hal alsın. Filmlərin, serialların çox çəkilməsi rəqabət deməkdir. Rəqabət isə hər sahədə olduğu kimi kino sahəsində də inkişafı təmin edir. Sevindirici hal odur ki, gənc rejissorların bəziləri, mən deyərdim, hətta bir çoxu çəkdiyi qısametrajlı filmləri öz hesabına çəkir. Kino maliyyədən asılı sənət növüdür. Lakin az pula layiqli sənət əsəri yaratmaq mümkündür. O ki qaldi çəkilən tammetrajlı bədii filmlərə... Azərbaycanda zənnimcə, kinoya, yəni bir filmə ayrılan maliyyə yetərincədir. Qalır onun bədii səviyyəsi... Məncə, bu hələ lazımi, yəni urəyimiz istəyən səviyyədə deyil. Amma nə yaxşı ki, çəkilir... Çəkilirsə, deməli, ümid var!" Filmlərimiz süni, qeyri-səmimi olur "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin sədri, ssenarist Fehruz Şəmiyev bildirdi ki, kinonun vəziyyəti xalqın düşüncəsindən asılıdır: "Azərbaycan kinosunun indiki və keçmiş vəziyyəti Azərbaycan xalqının düşüncəsindən asılıdır. Biz səmimi xalq olmadığımız üçün filmlərimiz də süni, qeyri-səmimi olur. Biz həmişə mövzunu kənarda axtarırıq deyə, özümüzdən fəlsəfə yaratmağa başlayırıq. Bu da bizim filmlərin həm dialoquna, həm mövzusuna, həm də ümumi keyfiyyətinə təsir edir. Bizim təhsil sistemimizdə dəyişikliklər olsa, filmlərimizdə də dəyişikliklər olacaq. O ki qaldı indiki duruma, indiki durumda, məncə, sadəcə sürət çatışmır. Kinoda baş verənləri sürətləndirmək lazımdır. Yeni layihələr ortaya çıxarmaq lazımdır. Mədəniyyət və Turizm Nazirliyi uzun müddət çox gözəl bir layihə həyata keçirdi – "Bu meydan, bu ekran" kino müsabiqəsi. Bu layihədə çox maraqlı filmlər çəkildi. Kinonu sevən və bu sahədə öz bacarıqlarını sübut edən gənclər ortaya çıxdı. Hazırda Azərbaycanfilm kinostudiyasında "Motivlər" layihəsi başa çatıb. Bu layihədə xaricdə təhsil alan azərbaycanlı gənc rejissorlar hərəsi bir qısametrajlı film çəkdilər. Maraqlı layihədir. Amma kino təkcə istehsalla bitmir. Çəkilən filmi tamaşaçıya təqdim etmək lazımdır. Məncə, dövlət tərəfindən müstəqil şirkətlərlə müqavilə bağlanmalı və onları kino sənayesinə daha çox cəlb etmək lazımdır. Filmin yayımı, reklamı və s. bütün bunlar müstəqil qurumlar tərəfindən aparılmalıdır. Bu addımlar Azərbaycan kinosunu dünya kino prosesinə yaxınlaşdıran addımlardır. Bunlar olmasa, biz kino sahəsində böyük uğurlar əldə edə bilmərik. Sadəcə, qarşıya qoyulan məqsədləri vaxtında yerinə yetirmək lazımdır. TV kanallarında oğurluq filmlərin nümayişini yığışdırmaq, kinoteatrlarda isə filmlərin Azərbaycan dilində nümayişinə nail olmaq lazımdır. Bu iki məsələ bizim milli kinematoqrafiyanın inkişafına böyük təkan verə bilər". 37 yaşım var, hələ də nazirlik məni rejissor kimi tanımır Aktyor, Kukla teatrının baş rejissoru Qurban Məsimov bildirdi ki, dünya kinosunu təqlid etməkdən əl çəkməliyik: "Düşünürəm ki, indi Azərbaycan kinosu yenidən qurulmaqdadır. Dünya kinosunu təqlid yox, öz dəyərlərimizi təbliğ etməliyik. Biz dünyaya Azərbaycan kinematoqrafı kimi maraqlıyıq. Bizə zaman və bu zaman çərçivəsində istiqamətli iş gərəkdir". Mənim heç bir fikrim yoxdur Rejissor və ssenarist Cavid Təvəkkül fikirlərini çox qısa şəkildə çatdırdı: "Mənim heç bir fikrim yoxdur. Çəkirlərsə kino var, çəkmirlərsə, demək yoxdur..." Kənan M.M narazılıqla bildirdi ki, kino çəkdirənlərə kino lazım deyil: "Kino yalnız kino sevərlərə və mənim kimi kino çəkmək istəyənlərə lazımdır, kino çəkdirənlərə yox... Kino çəkdirənlər isə mən deyiləm. 37 yaşım var, hələ də nazirlik məni rejissor kimi tanımır, mən hansı kinodan danışım?!" "Buqələmun" filminin gənc rejissoru Elvin Adıgözəl bildirdi ki, azad kino üçün dövlət dəstəyi yoxdur: "Kinonun bu günkü veziyyeti elbette Azərbaycanda yaxşı deyil. Çünki azad kino üçün dövlət dəstəyi yoxdur. Mən bu ölkədə yeni rejissor nəslinin azad kino ilə gələcəyini düşünürəm. Hal hazırda danışmaq , tənqid etmək yox iş görmək lazımdır. Rejissor əl kamerası ilə belə olsa çəkməyi bacarmalıdır. Əsas odur, ölkəmizin və millətimizin reallığını göstərək. Heç bir tərəf tutmadan, güzəştə getmədən çəkmək lazımdır. Kinoteatrların olmaması və ticarət mərkəzlərindəki kinoteatra oxşayan yerlərin formalaşması isə ölkənin mədəniyyətinə ən böyük zərbədir. Əlbəttə kino yalnız rejissorun uğuru deyil, həm də ölkənin fəxridir. Mövzu nə olursa olsun dünya festivalları ona lazımı qiyməti verəcək. Mən universitet təhsilini bəyənməyib, heç bir Azərbaycan kinosuna rəğbət bəsləməyib kinoya gəlmişəm. Amma hələ heç nə eləməmişəm. Yolum uzundur, işim isə çətindir. Həyat, zaman və kinolarım sözünü deyəcək". |
2013-12-28 | 5,407 | Kürd deputat həbs olunacaq | Ali Məhkəmə HDP-nin həmsədri Səbahət Tuncəl PKK terror təşkilatına üzv olduğuna görə verilən 8 il 9 aylıq həbs cəzası qərarını yekdilliklə qəbul edib. "Axar.az" xəbər verir ki, İstanbul Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan HDP-nin (Xalqın Demokratik Partiyası) həbs olunan və məhkəməsi davam etdiyi zaman 2007-ci ildə millət vəkili seçilib və təxliyə edilib. Səbahət Tuncəl haqqında məhkəmə tərəfindən verilən 8 il 9 aylıq həbs cəzası qərarı Ali Məhkəmə tərəfindən yekdilliklə qəbul olunub. Qərarın Milli Məclisdə oxunması ilə Tuncəlin millət vəkilliyi ləğv ediləcək və həbsxanaya göndərilməsi gündəmə gələcək. Həmçinin Səbahət Tuncəlin aldığı cəza bir ildən çox olduğu üçün millət vəkili də olmayacaq. |
2013-12-29 | 5,409 | Mətbuat konfransında partlayış xofu - Video | "Tokatspor" komandasının keçirdiyi mətbuat konfransında məzəli anlar yaşanıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, konfrans zamanı "Tokatspor" İdarə Heyətinin üzvlərindən birinin verdiyi açıqlama zamanı gözlənilməz hadisə baş verib. |
2013-12-28 | 5,410 | Canlı yayında bomba həyəcanı - Video | "Axar.az" xəbər verir ki, Beyrutda cümə günü meydana gələn və beş nəfərin ölümünə səbəb olan partlama əsnasında canlı yayında olan kanalda baş verənlər hadisənin dəhşətini açıq-aşkar göstərib. Aparıcı və qonaq partlayışın şiddətindən nə edəcəklərini bilməyiblər. Həmin videonu təqdim edirik: |
2013-12-28 | 5,411 | AKP-çilərə pulsuz metro | "Taksim"də aksiyaçılar bibər qazlı su il islandığı vaxtda hava limanına qaçanların pulsuz nəqliyyat imkanı olub. "Axar.az" xəbər verir ki, "Taksim" və "İstiqlal" küçəsində qanunsuzluz və korrupsiya skandalına etiraz edən xalqa müdaxilə edilməsi ilə həmin vaxtda Ərdoğanı qarşılamağa gedən AKP-çilərə metro başda olmaqla bütün nəqliyyat vasitələri pulsuz olub. "Atatürk" hava limanına getmək istəyən AKP-çilərin ictimai nəqliyyat vasitələrində kartdan istifadə etmədikləri üzə çıxıb. |
2013-12-28 | 5,412 | Dәrsliklәrә görә ƏDV alınmayacaq | Dövlət əhəmiyyətli nəşrlərin buraxılması ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin ƏDV-dən (əlavə dəyər vergisi) azad edilməsini nəzərdə tutan bənd Azərbaycanın Vergi Məcəlləsindən çıxarılıb. Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində müvafiq dəyişikliyi təsdiq edib. Məcəllənin 164.1.8-ci maddəsində edilən dəyişikliyə əsasən, umumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti bundan sonra ƏDV ödənişindən azad edilir. Hazırda vergi tutmadan azadolma orta məktəblər üçün dərsliklərə şamil edilir. Hazırda Azərbaycanda ƏDV-nin dərəcəsi 18 faiz təşkil edir. (Trend) |
2013-12-28 | 5,413 | Separatçı rejim Gürcüstanla məhbus dəyişdirəcək | Qondarma "Cənubi Osetiya respublikası" həbsdə olan gürcü vətəndaşını Tiflisdə ömürlük cəza çəkən Osetinlə dəyişdirmək fikrindədir. Bunu qondarma "respublika"nın prezidenti Leonid Tibilov bildirib. Onun sözlərinə görə, gürcü tərəfi bu təkliflə razılaşacağı halda o, bir saat ərzində həbsdə olan gürcü vətəndaşını azad edə bilər. Xatırladaq ki, Gürcüstanda ömürlük həbsdə olan məhbusun anası Georgiya Zasseyeva qondarma "Cənubi Osetiya respublikası"nın başçısına oğlunun azad edilməsi üçün müraciət ünvanlayıb. (ANS) |
2013-12-28 | 5,414 | Fətullah Gülənin vəkilindən növbəti açıqlama | "Son zamanlar mətbuatda Fətullah Gülənin "Camaatın İmamı" adlandırılması ilə bağlı yayılan xəbərlər reallığı əks etdirmir". "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Fətullah Gülənin vəkili Nurullah Albayrak deyib. Müvəkkilinin heç vaxt hüquqa zidd bir hərəkət etmədiyini deyən Albayrak dövlət içində dövlət qurmaq iddialarının Fətullah Gülənə qarşı səsləndirilməsinin böhtan və günah olduğunu bildirib. Daha sonra vəkil belə deyib: "Bu cür böhtan xarakterli ittihamların Gülənə qarşı səsləndirilməsində məqsəd Türkiyədə baş verən rüşvət olaylarının ört-basdır edilməsidir". |
2013-12-28 | 5,415 | Vəhhabilər kəsdikləri başlarla futbol oynadılar - Video/Şok | Sosial şəbəkələrdə insanları dəhşətə gətirəcək video yayılıb. Videoda vəhhabilərin bir necə insanın kesilmiş başları ilə futbol oynadıqları görünür. Bu vəhşi insanların "əl-Qaidə" təşkilatının "Yezid və İbni Ziyad ordusu" adlı briqadasının üzvləri olduqları ehtimal olunur. Onları ancaq insafı olmayan, yalandan Peyğəmbərinin (s) yolu ilə getdiklərini deyən və özlərindən başqa hamını kafir sayan vicdansız insanlar adlandırmaq mümkündür ("SalamNews"). |
2013-12-29 | 5,416 | Vəfat edən qazi ilə bağlı Prezidentə müraciət edildi - Yeniləndi | Özünü yandıran Qarabağ qazisi Zaur Həsənov vəfat edib. Bu barədə məlumat mərhumun müalicə olunduğu 5 saylı şəhər xəstəxanadan daxil olub. Məlumata görə, o təxminən yarım saat öncə dünyasını dəyişib. Xəstəxanadan bildiriblər ki, yaxın dəqiqələrdə mərhumun meyti morqa aparılacaq. Qeyd edək ki, Qarabağ qazisi Zaur Həsənov bu gün axşam saatlarında komaya düşmüşdü. *** 22.55 Artıq mərhumun cənazəsini Göy Məscidə yumağa aparıblar. Xəstəxananın baş həkimi saylı şəhər Klinik Xəstəxananın baş həkimi Ziya Əsədov tibb müəssiəsinin qarşısına toplaşan insanlara bildirib ki, Z. Həsənov saat 22.25-də dünyasını dəyişib: Qarabağ qazisinin ölünmü ilə bağlı məlumat verib. O bildirib ki, həkimlərin səyinə baxmayaraq, xəstəni komadan ayıltmaq mümkün olmayıb. *** 23.12 Göy Məscidin qarşısında 100-dən artıq insan toplaşıb. Onlar arasında müxtəlif ictimai təşkilatların rəhbərləri və Mətbuat Şurasının bir neçə üzvü var. Mərhumun yaxınlarının əməkdaşımıza verdiyi məlumata görə, mərhum sabah yaşadığı Bibiheybət qəsəbəsinin qəbirstanlığında dəfn olunacaq. *** 23.52 Zaur Həsənovun cənazəsi məsciddən evinə aparılır. əməkdaşımız xəbər verir ki, onun evi Qaradağ rayonu Lökbatan qəsəbəsindədir. Mərhumun dəfni sabah saat 14:30-a planlaşdırılıb. *** 23.55 Qarabağ qazisi Zaur Həsənovun ölüm xəbərinə toplaşan Qarabağ qazilərini özündə birləşdirən müxtəlif təşkilatların rəhbərləri mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevə müraciət ediblər. Onlar xahiş ediblər ki, Zaur Həsənovun şəhid kimi dəfn olunması üçün ölkə başçısı göstəriş versin. Onlar həmçinin, ölkə vətəndaşlarına müraciət edərək, bu hadisəni siyasiləşdirməmək, provakasiyalardan yayınmağa çağırıblar. Bildiriblər ki, bu məsələdə səbrli davranmaq lazımdır: "Çünki bu məsələ dövlət başçısının nəzarətindədir". "AzNews.az" |
2013-12-28 | 5,417 | Məhsəti Şərif onu tənqid edən jurnalistlərə od püskürdü | "Burda bir az anlaşılmazlıq oldu. Onlar müsahibənin Azərbaycan mətbuatında çıxmağını istəmirdilər. Çünki mən ora bir türk jurnalistlə getmişim. Həm də onlar düşündülər ki, Rza Zərrab azərbaycanlı olduğu üçün müsahibənin Azərbaycan mətbuatında getməyi müəyyən mənada siyasi motiv daşıya bilər. Müsahibəni aldıq və mən də onu "Axsam.az" saytına təqdim etdim. "Axşam.az" saytının rəhbərliyi mənə güvənib müsahibəni saytda yerləşdirib. Bu məsələdə kimsə onları qınaya bilməz". Bu sözləri Türkiyədə yaşayan jurnalist Məhsəti Şərif türkiyəli müğənni Əbru Gündəşdən "Axsam.az" saytı üçün aldığı müsahibənin müğənni tərəfindən təkzib olunmasına cavab olaraq "Axar.az"a dedi. Həmyerlimiz həm də onu ittiham edən jurnalistlərə də sərt reaksiya göstərdi: "Mən özümə güvənirəm - kim nə istəyirsə desin, umurumda da deyil. Heç mənim 18 illik jurnalistika fəaliyyəti dövründə bircə gündə gördüyüm işin yarısının-yarısını görməyən və onun-bunun qapısına düşüb, məmurlara yaltaqlanan jurnalistlər indi məndən saxtakar düzəldirlər". |
2013-12-28 | 5,418 | Son Nobel ödülçüsünün hekayәsi | Elis Manro Nitanın dostları Əvvəlcə tanışları Nitaya zəng etməkdə davam etdilər, əmin olmaq istəyirdilər ki, o depressiyada deyil, özünü yalnız hiss etmir, az yemir, çox içmir. (Nita əvvəllər çox içirdi, ancaq tanışları unudurdular ki, həkim ona içməyi qadağan edib.) Nita bütün zənglərə cavab verirdi, özünü elə göstərirdi ki, dərddən üzülməyib, özünü süni şəkildə şən göstərməyə çalışırdı. Zəng edib onunla maraqlananlara deyirdi ki, mağazaya getməyə ehtiyac yoxdur, evdə nə varsa ondan yeyib dolanır, reseptdə yazılan həblər kifayət qədərdir, hətta gələn məktublara cavab yazmaq istəsə, evdə olan markalar bəs edər. Nitanın ən yaxın dostları onun sözlərindən şübhələnirdilər, çünki o bir qayda olaraq çox yeyirdi, həm də ona təsadüfi hallarda məktub gəlirdi. Hətta o hadisə barədə uzaqda yaşayan tanışlara məlumat belə verməmişdi. Nə Riçin Arizionadakı əvvəlki arvadına, nə də onun Nova Scotiada yaşayan ögey qardaşına heç nə yazmamışdı. Bəlkə də bu adamlar Nitanın niyə belə etdiyini, niyə adət-ənənəyə uyğun yas mərasimi təşkil etmədiyini yaxında olanlardan daha yaxşı başa düşə bilərdilər. Ric ona demişdi ki, kəndə, dəmir məmulatı satılan mağazaya getmək istəyir. Təxminən səhər saat 10 olardı, o, eyvanın sürahisinin köhnə rəngini təzəcə qaşımağa başlamışdı. Riç ora təzə rəng vurmaq istəyirdi, amma rəngi qaşıdığı dəmir tor əlində qırıq-qırıq olmuşdu. Nitanın onun niyə gecikməsini aydınlaşdırmağa vaxtı da yox idi. Riç maşını maqazanın qarşısında otbiçən maşının güzəştlə satılması barədə elan vurulmuş dirəyə çırpmışdı, elə yerindəcə ölmüşdü. Hətta o mağazaya girməyə də macal tapmamışdı. Onun 81 yaşı vardı, sağ qulağının bir az ağır eşitməsindən başqa heç nədən şikayət etmirdi. Həkim onu bir həftə əvvəl müayinə etmişdi. Sonra Nita onun sağlamlıq haqqında kağızına baxanda gördü ki, orada qəfil ölümə səbəb olan bir sıra xəstəliklər yazılıb. "Gərək bir az ehtiyatlı olaydı, belə yerlərə getmək lazım deyilmiş"- Nita öz-özünə demişdi. Nita bu haqda yalnız ən yaxın rəfiqələrinə-elə onun kimi 62 yaşında olan Virgie və Carola danışmışdı. Onun bir az cavan rəfiqələri bu cür söhbətləri əxlaqa uyğun hesab etmirdilər. Əvvəlcə onlar Nitagilin evində yığışdılar, əslində heç də o "kədərli prosesdən" danışmadılar, ancaq Nita hər an onların bu barədə danışacağından qorxurdu. Ric ölən gün Nita bəzi lazımı yerlərlə razılaşmadan sonra ucuz tabut aldı, elə həmin gün də Riç dəfn edildi. Heç bir mərasim-filan olmadan. Hətta dəfn mərasimi təşkil edən büronun sahibi ona dedi ki, bu adət-ənənəyə ziddir. O isə Ric ölmədən öncə bu barədə razılığa gəldiklərini dedi. Bir il əvvəl Nitaya xərçəng diaqnozu qoyulanda onlar bir-birini necə dəfn etməyi planlaşdırmışdılar. Nita dəfn bürosunun sahibinə belə demişdi: - Mən nə biləydim ki, o məni qabaqlayacaq? Düzdür, adamlar heç də ənənəvi mərasim olacağını gözləmirdilər, ancaq ən azı balaca bir mərasim təşkil olunacağını düşünürdülər - məsələn, həyatı bayram etmək, Riçin sevdiyi mahnını ifa etmək, əl-ələ tutub onu mədh eləmək, onun bicliyindən və günahlarından danışarkən yumorla danışmaq və sair. Ricin dəfni urvatsız oldu. Onun dəfnindən sonra adamlar bir neçə gün Nitagilə gəlib-getdilər, ancaq az sonra onu əhatə edən "istilik" əriyib getdi. Düzdür, bəziləri hələ də Nita sarıdan narahat idilər. Virgie və Carol deyirdilər ki, əgər Nita iş görməmək üçün mərasim təşkil etmirsə, deməli, o eqoist qancıqdır. Onlar söz vermişdilər ki, tezliklə gəlib gülməli "Boz qaz" mahnısını oxuyub onu şənləndirəcəklər. Nita onların fikrində bir məntiq görsə də, heç də onlar düşünməyin vacib olmadığını dedi. Keçən yaz qəbul etdiyi şüa sayəsində xərçəngi zəifləmişdi. Bu o demək deyildi ki, tam sağalıb. Hər halda yaxşılığa doğru heç nə yox idi. Onun qaraciyəri əsl "operasiya meydanı" idi., ancaq xərçəng də onu içdən gəmirirdi. Rəfiqələrinə deyəndə ki, ona içmək olmaz, onsuz içsinlər, rəfiqələri qəmlənmişdilər. Riç iyun ayında ölmüşdü, indi isə yayın orta ayı idi. O hər gün səhər tezdən durur, əl-üzünü yuyur, əlinə keçəni geyinirdi. Özü geyinir, özü yuyunur, dişlərini fırçalayır, saçını darayırdı. Saçı tədricən uzanmışdı, lap əvvəlki kimi idi, qabaq tərəfdə bir az ağ, arxaya tərəf isə qara idi . O yenə dodağına pomada vurur, seyrəkləşmiş kipriklərinə qara tuş çəkirdi . Həmişə incə olan beli, arıq budları indi bir az kökəlmişdi, amma yenə indi onun bədən üzvləri haqda bircə söz demək olardı: "bir dəri, bir sümük." O yenə əvvəlki kimi geniş kresolsunda oturur, yan-yörəsində bir yığın kitab və açılmamış jurnallar olurdu. İndi o kofeni əvəz edən açıq rəngli bitki çayından qurtum-qurtum içirdi. Bir vaxt o elə düşünürdü ki, heç vaxt kofesiz yaşaya bilməz, amma zaman keçdikcə aydın oldu ki, onun istədiyi elə bir fincan bitki çayı imiş. Yaşadığı ev Riçin evi idi. O bu evi birinci arvadı Bettlə birgə olarkən almışdı. Bura həftəsonu günləri keçirmək üçün nəzərdə tutulmuşdu. Evi alanda iki balaca otaq, pərdədən düzəlmiş "mətbəx" varmiş . Ev kənddən yarım mil aralda yerləşirdi. Sonra Riç dülgərliyi öyrənib evdə yeniliklər etməyə başladı. İki yataq otağı , kabinet və hamam tikdi. İndi evdə normal qonaq otağı, normal mətbəx vardı. İlk vaxtlar Riçin belə yerdə ev almasına əsəbləşmişdi, ancaq evdə aparılan dəyişikliklər onun marağına səbəb oldu, o da dülgər önlükləri almağa başladı. Hətta neçə il vaxt sərf etdiyi aşpazlıq kitabını qurtarıb çap etdirəndən sonra dülgərliklə maraqlanmağa başladı. Onların uşağı yox idi. Həmin vaxtlarda Riçin arvadı Bett adamlara deyirdi ki, o həyatda rolunu dülgər köməkçisi kimi görür, bu da onu Riçlə daha da doğmalaşdırıb. Riçsə Nitaya elə o zaman vuruldu. O universitetdə, qeydiyyat otağında işləyirdi. Riç də həmin universitetdə orta əsrlər ədəbiyyatından dərs deyirdi. Birinci dəfə onlar həmin bu evdə, yonqarların, mişarlanmış taxtaların əhatəsində, tağlı tavanı, nə vaxtsa qonaq otağı olacaq otaqda sevişmişdilər. Onda Bett şəhərdəki evdə qalmışdı. Nita təsadüfən gün eynəyini unudub orda qoymuşdu. Bett isə heç vaxt bir niyyəti olmasaydı nəyisə unudub bir yerdə qoymazdı. Baş verən söz-sohbətin nəticəsində Bett Kaliforniyaya, oradan da Arizonaya getdi. Nita işdən çıxarıldı, Ric də sənət fakültəsinin dekanı vəzifəsindən uzaqlaşdırıldı. O vaxtından əvvəl təqaüdə çıxdı, şəhərdəki evini satdı. Nita balaca dülgər önlüklərinə "sahib" olmadı, ancaq evdəki tör-töküntüyə baxmayaraq, Bettin kitablarını oxuyur, isti yeməklər hazırlayar, meşəni "tədqiq" etmək üçün ora gəzməyə gedərdı, ordan cır-cındırla bağladığı zanbaqlarla, yabanı yerkökü ilə geri qayıdardı. Zanbaqları rəng qablarına doldururdu. Ev hazır olandan onra onlar evə yerləşəndə Nita öz hərəkətindən utandı, düşündü ki, Bettin zəhmət çəkdiyi evə sahib oldu. Nita əslində utancaq, fiziki cəhətdən yöndəmsiz idi. O İngiltərənin krallarının yox, kraliçalarının adlarını əzbərdən sadalaya bilərdi. Utancaq olduğuna görə rəqs etməyi xoşlamırdı, Bettdən fərqli olaraq heç vaxt nərdivana çıxmağı öyrənə bilmədi. Evin bir tərəfində sidr ağacları sıralanmışdı, o biri tərəfində isə dəmiryolu vardı. Relslərin üstündən az hallarda qatar keçərdi, ayda uzaqbaşı iki qatar... Cığırların ətrafını alaq basmışdı. Bir dəfə "eşqi başına vuranda" Nita Rici bezdirdi ki, alaqların üstündə sevişsinlər. Dəmiryol relslərinin üstündə yox, alaq otlarının üstündə... Onlar otların üstünə uzanan kimi otlar da sanki onlardan razıymış kimi başlarını əydilər. Hər gün səhər durub öz yerində oturanda hər şeydən əvvəl Ricin yoxluğu barədə diqqətlə düşünürdü . Riç balaca vanna otağında yox idi, amma onun üzqırxanı hələ də oradaydı. Nita yataq otağını yenicə səliqəyə salıb ordan çıxmışdı, Riç orada da yox idi. Böyük duş otağında otağında, Riçin həmişə vanna qəbul etdiyi yerdə də o yox idi. Keçən il vaxtını keçirdiyi mətbəxdə də gözə dəymirdi. Köhnə rəngi yarıyacan qaşınmış sürahinin yanında da Riç görünmürdü. Əvvəllər Riç orada olarkən pəncərədən boylanıb baxar, Nitanı zarafatla qorxudardı. Ric öz kabinetində də yox idi. O biri yerlərlə müqayisədə Riçin yoxluğu kabinetdə daha çox hiss olunurdu, bu otaq Riçin yoxluğunu təsdiq edirdi. İlk günlərdə Nita kabinetin qapısını açar, bir yığın qəzetlərə ,"ölmüş" komputerə, aşıb-daşan qovluqlara, açıq, üzüstə olan kitablara, ya da rəfdəki kitablara baxardı. İndi o yalnız bu kitablara baxmaqla kifayətlənirdi. Günlərin birində Nita bu otağa daxil olacaqdı. O bunu "işğal etmək" kimi başa düşürdü. Belə olsa o ölmüş ərinin beynini işğal etmiş olacaqdı. Nita hələ ki, bu barədə düşünmürdü. Riç ona həmişə öz görkəmi ilə güclü, sağlam adam təsiri bağışlamışdı. Nita Riçin ondan çox yaşayacağını düşünürdü. Keçən il, Nitaya xərçəng diaqnozu qoyulanda məlum oldu ki, bu fikir heç də boş deyilmiş. Nita ilk öncə zirzəmi ilə "məşğul" olmağa qərar verdi. Zirzəmi daha çox anbara bənzəyirdi. Çirkli döşəmənin üstündə gediş-gəliş üçün taxta qoyulmuşdu. Balaca pəncərələrin yan-yörəsi tozlu hörümçək torları ilə örtülmüşdü. Orda-zirzəmidə Nitaya lazım olası bir şey yox idi. Riçin yarımçıq rəng qutuları, müxtəlif uzunluqda olan taxtalar, işlək halda alətlər vardı, bəzi alətlər isə tullanmalı idi. Riç öləndən bəri Nita yalnız bircə dəfə zirzəminin qapısını açıb pilləkənlə aşağı düşmüşdü, yoxlayırdı ki, orda işıqlar yanılıdır, ya yox... Həm də o elektrik qoruyucusuna baxıb arxayın olmaq istəyirdi. Qoruyucunun yanında nişan vardı, hansı qoruyucunun hansına aid olduğunu göstərirdi.Riç bunu Nitanın başa düşməsi üçün qoymuşdu. Zirzəmiyə düşüb qoruyucuya baxandan sonra Nita qapını yenə də mətbəx tərəfdən qıfılladı. O əvvələr də belə edərdi, bunu görən Riç ona gülərdi, deyərdi ki, bu balaca, cırtdan boyda pəncərələrdən kim içəri girib onları qorxuda bilər. Hər halda Riçin kabinetinə nisbətən zirzəmidən başlamaq daha asan olardı. O çarpayısını səliqəyə saldı, eləcə də mətbəxdəki tör-töküntünü yığışdırdı, əlbəttə, hər yeri başdan-başa səliqəyə salmaq indi onun işi deyildi, gücü yalnız indi heç nəyə yaramayan soyuducu maqnitini, qəzet sancaqlarını tullamağa çatardı. 15 il əvvəl Riçin səyahətə getdiyi yerdən gətirdiyi İrland sikkələrini sözsüz ki, atmazdı. Sanki otaqda hər şey tamamilə dəyişmişdi. Carol və Virgie hər gün, adətən şam vaxtı zəng edirdilər, düşünürdülər ki, bu vaxtlarda təkliyə dözmək ağırdır. Nita onlara cavab verib deyirdi ki, hər şey qaydasındadır, tezliklə o özünün "yuvasından" çıxacaq, amma hələlik ona fikirləşmək və kitab oxumaq üçün vaxt lazımdır. Onun sözlərində həqiqət vardı, təkcə kitab oxumaqdan başqa. O öz kreslosunda oturar, kitabları yanına tökər, amma heç birini açmazdı. Nita həmişə bədii kitab oxumuşdu. Əvvəllər o kresloda oturub kitab oxuyanda Riç deyirdi ki, ona elə belə arvad lazımdır, kitab oxuyub onu öz işiylə təkbətək buraxsın. İndi onun sözlərini xatırlayıb heç yarım səhifə də oxuya bilmirdi. Həm də Nita adi oxucu deyildi, kitabları bir dəfə oxumaqla kifayətlənməzdi. "Karamazov qardaşları, "İpək dəyirmanı", "Göyərçinin qanadları", "Sehirli dağ" kimi kitabları dəfələrlə oxumuşdu. O bir kitabı götürər, bir neçə səhifə oxumağı planlaşdırsa da,ümumilikdə kitabda nədən bəhs edildiyini öyrənməyincə kitabı əlindən yerə qoymazdı. O həmçinin müasir ədəbiyyatı da oxuyurdu. İndi isə, nə qədər qəribə olsa da, hər şey geridə qalmışdı. Buna səbəb təkcə Riçin ölümü deyildi, həm də onun öz xəstəliyi idi. Düşünürdü ki, bütün bunlar müvəqqətidir, o bu bezdirici müalicədən və dərmanlardan canını qurtaran kimi mütaliənin sehri onu özünə cəlb edəcək. Hələ o dərman qəbul edirdi- kitab oxumurdu. Bəzən o xəyali həmsöhbətinə bunun səbəbini belə izah edirdi: - Mən çox məşğulam. - Hamı belə deyir. Nə işlə məşğulsan? Nə edirsən? - Diqqət verməklə məşğulam. - Nəyə? - Mən fikirləşməyi nəzərdə tuturam. - Nə barədə fikirlşirsən? - Soruşma. Bir səhər kreslosunda oturanda hiss etdi ki, hava çox istidir. Düşündü ki, durub ventilyatoru işə salsın ya da otağın havasını dəyişmək üçün qapını açıq qoysun, meh varsa, içəri girsin. Nita əvvəlcə qabaq qapını açdı. Bundan əvvəl o qapını azca aralı qoymuşdu ki, otağa günəş şüaları düşsün. Qapının ağzında, qarmaqla vurulmuş pərdənin arxasında cavan bir kişi dayanmışdı. - Sizi qorxutmaq istəmirdim. Mən zəngi axtarırdım. Çərçivəni yavaşca taqqıldatdım, yəqin siz eşitmədiniz. - Üzr istəyirəm, eşitməmişəm, - Nita cavab verdi. - Gəlmişəm sizin elektrik qoruyucusuna baxam. Deyə bilərsinizmi ki, qoruyucu hardadır? Nita kənara çəkilidi ki, kişi otağa girsin. Bu vaxt Nita qoruyucunun harda olmasını xatırlamağa çalışdı. - Bəli, deyərəm. Qoruyucu zirzəmidədir. Mən işığı yandıraram, siz onu görəcəksiniz, - Nita dedi. Kişi qapını örtdü, aşağı əyildi ki, ayaqqabılarını çıxarsın. - Eyb etməz. Yağış yağmır, çıxarmasanız da olar, - Nita dedi. - Mən buna adət etmişəm. Yağış yağmasa da döşəmədə ayaqqabımın tozlu ləpiri qalar. Nita mətbəxə getdi, kişi zirzəmidən çıxana qədər oturmağa səbri çatmadı. Sonra aşağı düşüb zirzəminin qapısını açdı, kişi pilləkənlə yuxarı çıxdı. - Siz qoruyucunu tapdınız? Hər şey qaydasındadır? - Nita soruşdu. - Əladır. - Kişi cavab verdi. Nita kişidən qabağa düşüb qapıya tərəf gedirdi, birdən hiss etdi ki, arxadan addım səsi gəlmir. Geri dönəndə gördü ki, kişi mətbəxdə oturub. - Qarnımı doldurmaq üçün mətbəxinizdə nəsə olmaz? - kişi soruşdu. Bu dəfə kişinin səsində bir az dəyişiklik vardı. Səsi kəskin idi. Sanki komik aktyor vəhşi kimi zingildəyirdi. Mətbəxə düşən gün işığında Nita gördü ki, kişi heç də o düşündüyü kimi cavan deyilmiş. O ilk dəfə qapını açanda onun arıq bədənini, səhərin parlaq işığında azca qara görünən sifətini görmüşdü. İndi gördüyü də arıq idi, amma cavan deyildi, beli azca əyilmişdi. Sifəti uzunsov idi. Açıq-mavi gözləri, məzəli, davamlı baxışları vardı. - Baxın, mən diabetikəm. Heç bilmirəm siz diabetiklər haqda bir şey bilirsinizmi. Deyim ki, diabetiklər acan kimi nəsə yeməlidir, yoxsa bütün sistem pozulur. Bura gəlməzdən əvvəl yeməliydim, tələsdiyimdən yemədim. Oturmağa icazə verirsiniz? Halbuki o artıq mətbəx stulunda oturmuşdu. - Kofe var? - o soruşdu. - Çay var. Əgər istəsəniz otlardan dəmlənmiş çay verə bilərəm. - Nita dedi. - Nə varsa verin, istəyirəm. Nita çaydana su töküb qaynamağa qoydu, sonra soyuducunu açdı. - Yeməyə elə də çox şey yoxdur Yumurta var. Mən çox vaxt yumurtanı qayğanaq edib üstünə ketçup əlavə edirəm. İstəyirsiniz? Bir neçə ingilis bulkası da var, onları da qızarda bilərəm. - Nita dedi. - İngilis, İrlandiya, nə olsa mənimçün fərqi yoxdur. Nita iki yumurtanı sındırıb tavaya tökdü, çəngəllə qarışdırdı. Sonra isə bir bulka götürüb dilimlədi, tosterə qoydu. Servantdan boşqab götürüb kişinin qabağına qoydu. Sonra isə siyirmədən bıçaq və çəngəl götürdü. - Qəşəng boşqabdır, - kişi dedi. Bunu deyib o boşqabı əlinə götürdü, sanki boşqab bir güzgü idi, o özünə baxmaq istəyirdi. Nita sobanın yanına gəlib yumurtaya baxmaq istəyəndə nəsə tappıltı ilə döşəməyə düşdü. - Bağışlayın, - kişi dedi. Bu dəfə də səsi başqa idi. Sanki cırıldayırdı. -Görün bir nə etdim. - Eybi yoxdur, - Nita dedi. - Boşqab əlimdən sürüşüb düşdü, - kişi dedi. Nita başqa boşqab gətirdi. Bu dəfə boşqabı stolun üstünə yox, qaz sobasının yanındakı "piştaxtaya" qoydu ki, iki dilim qızardılmış bulkanı və ketçupla bəzədilmiş qayğanağı onun içinə qoysun. Kişi çini boşqabın qırıqlarını döşəmədən yığmaq üçün aşağı əyilmişdi. O bir ucu iti olan saxsı qırığını götürüb ayağa qalxdı, Nita yeməyi stolun üstünə qoyanda sınıq boşqabın ucu kişinin dirsəyinə dəydi, dirsəyi qanadı. Əvvəlcə xırda qan damcıları göründü, sonra isə qan damlaları sanki sapa düzüldü. - Fikir verməyin. Bu bir zarafatdır. Mən bilirəm zarafat üçün nə etmək lazımdır. Əgər ciddi olsaydım onda ketçupa ehtiyac olmazdı. Döşəmənin üstündə hələ də çini boşqabın qırıqları vardı. Kişi onları götürməmişdi. Nita geri döndü, istədi ki, gedib qapınn arxasına qoyduğu süpürgəni gətirib qırıqları süpürsün, kişi cəld ayağa durub onun qollarından tutdu. - Əyləşin. Mən yeyib qurtarana kimi bax burda oturun, -dedi. Qanlı qolunu yuxarı qaldırıb ona göstərdi. Sonra bulkanın arasını yarıb yumurtanı onun içinə qoydu, bir sözlə, səndviç düzəltdi. Bir-iki dişləmə səndviçi yox etdi. Adama elə gəlirdi ki, bulkanı ağzıaçıq çeynəyir. Çaydan qaynayırdı. - Çay paketi fincanın içindədir? - kişi soruşdu. - Hə, amma açıq çaydır. Ot çayı, – Nita dedi. - Tərpənməyin. İstəmirəm ki, siz çaydanın yanına gedəsiniz. Kişi qaynar suyu fincana süzdü. - Lap saman çayına oxşayır. Bundan başqa heç nə yoxdur? - kişi soruşdu. - Üzr istəyirəm, olanım budur, - Nita cavab verdi. - Tez-tez "üzr istəyirəm" sözünü təkrar etməyin. Olanınız budur. Siz fikirləşmirdiniz ki, mən sizin qoruyucuya baxmağa gələcəm, eləmi?- o soruşdu. - Bəli, elədir... Ağlıma da gəlməzdi. - Bilmirdiniz mənim gələcəyimi. Qorxdunuz? - kişi soruşdu. Nita düşündü ki, bu ciddi sualdır. - Bilmirəm, əslində qorxmadım, qəfil diksindim. Məncə qorxmadım...Məncə. Bilmirəm... - Qorxmayın, sizi zorlamayacam, - kişi dedi. - Bu barədə düşünmək ağlıma da gəlmir. - Əmin ola bilərsiniz ki, bu haqda düşünmədiniz? - kişi bunu deyib bir qurtum çay içdi, sifətini turşutdu. Davam etdi: - Siz qocasınız. Uşaqlar, itlər, pişiklər, qoca qarılar- onlar gərək qorxmasın. Qoca kişilər narahat olmasınlar. Düzdür, mən də qocayam, amma qəşəng qadın olsa və o da məni bəyənsə onu zorlayaram. Bir sözlə, rahat oturun. Nita dedi: - Sağ olun ki, bu barədə dediniz. Kişi çiynini çəkdi, hiss olundu ki, özündən razı qaldı. - Qapının ağzındakı sizin maşınınızdır? - kişi soruşdu. - Ərimin maşınıdır, - Nita dedi. - Ərinizin? O hardadır? - kişi soruşdu. - Ölüb. Mən sürməyi bacarmıram . Maşını satmaq fikrim vardı, hələlik satmamışam, - Nita dedi. Sonra ürəyində özünü danladı ki, bu barədə danışmaqla axmaqlıq etdi. - 2004-cü ilin maşınıdır? - kişi soruşdu. - Məncə hə. - Əvvəlcə mənə elə gəldi ki, siz ərinizin "müqəvvası" ilə məni qorxutmaq istəyirsiniz. Yox, bunu edə bilməzsiniz. Mən qadını görən kimi hiss edirəm bunu. Evə girən kimi evdə kişi olub-olmadığını " iyləyirəm." Qadın qapını açdığı dəqiqədə hər şey mənə məlum olur- evdə kişi var ya yox. İnstinktim deyir mənə... Maşın işləyir? Bilmirsiniz axırıncı dəfə nə vaxt sürülüb? - kişi soruşdu. - İyunun 17-də. Həmin gün o öldü. - Görəsən bakında benzini var? - Məncə var. - Kaş ki o elə həmin gün benzin doldurmuş olaydı. Açarlar sizdədir? - Üstümdə deyil. Amma onların harda olduğunu bilirəm. - Ok, - kişi bunu deyib stulunu dala itələdi, bayaq sınan boşqabın qırığını bir daha sındırdı. Ayağa qalxdı, başını təəccüb ifadə edən bir tərzdə yırğaladı, sonra təzədən oturdu. - Uzun yol gəlib çox yorulmuşam. Rahat oturun yerinizdə. Düşündüm ki, yeyib qurtarandan sonra desəm yaxşı olar. Bayaq "yol gəlib yorulmuşam" demək əvəzinə dedim ki, diabetikəm. Nita ayağa durmaq istəyəndə kişi cəld yerindən tullandı: - Harda oturmusunuzsa orda da oturun. Qaçaq deyiləm ki, sizi qamarlayam. Bütün gecəni piyada gəlmişəm, buna görə sizin evə girdim. - Açarları gətirməyə gedirdim, - Nita dedi. - Nə vaxt desəm onda gətirərsiniz. Mən dəmiryol relsinin qırağı ilə gəldim. Relslərin qırağı ilə nə qədər yol gəldim, amma qatar görmədim. - Qatar hərdənbir olur. - Aha! Lap yaxşı. Bu kəndlərin yanından keçəndə balaca arxın içiylə gəldim. Sonra səhər açıldı. Müxtəlif istiqamətlərdə yollar gördüm . Sizin evi və həyətdəki maşını görüb öz-özümə dedim, hə, bax axtardığım budur, bu qocanın maşınını götürə bilərəm. Amma mən o qədər də axmaq deyiləm ki, yalnız maşını götürüb aradan çıxmaqla kifayətlənim. Nita hiss edirdi kişi onun niyə gecə yol gəlməsi barədə sual verməsini istəyir. Amma o fikirləşdi ki, nə qədər az bilsə onun özü üçün yaxşı olar. Sonra isə kişi otağa girəndən bəri ilk dəfə olaraq Nita xərçəngi barədə düşündü, sevindi ki, yaxşı ki, xərçəngdir, yoxsa kişi onu zorlayardı. - Niyə gülümsünürsünüz? Bilmirəm, mən gülümsünürəm ki? - Nita soruşdu. - Sözsüz ki, siz hekayəyə qulaq asmağı xoşlayırsınız. İstəyirsinizmi sizə bir hekayə danışım? - Mən yalnız sizin burdan çıxıb getməyinizi istəyirəm. - Gedəcəm, narahat olmayın. Əvvəlcə sizə bir hekayə danışacam. Bunu deyib o əlini şalvarının arxa cibinə salıb dedi: - Hə, burdadır. Şəkilə baxmaq istəyirsiniz? Budur... Qonaq otağında çəkilmiş şəkildə üç nəfər vardı. Qonaq otağının güllü pərdələri vardı. Bir qoca kişi, yox, çox da qoca yox, təxminən 60 yaşında bir kişi, elə kişi yaşda olan bir qadın taxtın üstündə oturmuşdular. Yekəpər cavan bir qadın isə təkərli kresloda oturmuşdu. Qoca kişi kök,saçı da ağ idi. Gözlərini qıymışdı, uzun sifəti vardı, ağzı azacıq aralıydı, sanki asma xəstəsi idi. Bacardığı qədər elə gülümsəyirdi. Qadın kişidən boyca bir az balacaydı, dodağına pomada çəkmişdi, saçları qəhvəyi rənglə boyanmışdı. Əynində çox vaxt kənd yerlərində qadınların geydiyi kofta vardı, koftanın boynunda və qollarının ağzında qırmızı bant vardı. Qadın da kişi kimi gülümsəyirdi, sanki gülümsəmək üçün bütün qüvvəsini sərf etmişdi, çürümüş dişləri görsənirdi. Şəkildə ən böyük yeri yekəpər cavan qadın tutmuşdu. Onun qara saçı qıvrım idi, alnına tokülmüşdü. Yanaqları boğazına qədər sallanırdı. Amma kök əndamına baxmayaraq özündən razı görkəmdə bic-bic gülümsəyirdi. - Bu anamdır, o isə atam. Bu da bacımdır, Madelin... Təkərli kresloda oturan. Doğulanda qeyri-adi idi. Nə həkimlər, nə də başqa heç kim onu müalicə edə bilmədi. Hələ balaca vaxtından donuz kimi çox yeyirdi. Həmişə onunla aramızda dava olub, mənə zülm edirdi. Əlinə nə keçirdisə mənə atırdı, məni döyürdü, o üzü sürtülmüş təkərli kreslosu ilə dalıma düşüb məni qovurdu. - Yəqin sizin üçün çox ağır olub. Eləcə də valideynlərinizə ağır olub ona qulluq etmək. - Yox, yox. Onlar sevindiklərindən dombalaq aşırdılar ki, Allah onlara belə hədiyyə göndərib. Kilsəyə getdilər, kilsədəki xətib də onlara dedi ki, o Allahın bəxşişidir. Atamgil Madelinanı da kilsəyə apardılar, o dişi pişiyin belində olan erkək pişik kimi səs çıxarırdı, ancaq ata-anam belə deyirdilər: "Qulaq asın, o mahnı oxuyur. Aha, Allah ona istedad verib. - Hə, deməli belə, mən həmişə evə yapışıb qalmırdım, gedib öz həyatımı yaşayırdım. Başa düşün, o zibil bacıma görə evdə qalmaq istəmirdim. İş tapıb işlədim. Həmişə işim olub. Mən eşşəyin belində oturub hökumət verən maaşa göz dikənlərdən deyiləm. Yeniyetməlik illərimdən danışıram. Heç vaxt atamdan bir qəpik də pul istəməmişəm. 40 dərəcə istidə dama dırmaşıb qatran vururdum. Ya da köhnə restoranların çirkli döşəməsini silib-süpürür, bəzi qarajlarda mexanik də işləyirdim. Amma mən həmişə onların zir-zibilini təmizləmirdim, bir yerdə çox qalmırdım. Tərbiyəli bir ailənin oğluyam axı . Atam xəstələnənə qədər avtobuslarda işləyib. Məni zir-zibil təmizləmək üçün böyütməmişdilər. Valideynlərim həmişə deyirdilər ki, ev mənə qalacaq. Evin bütün pulu ödənib, mənimdir. Hə, onlar həmişə belə deyirdilər. Deyirdilər ki, bacımın ucbatından həyatım pis keçib, mənə təhsil verə bilməyiblər, evi mənə verməklə bunun əvəzini çıxmaq istəyirdilər. Bu yaxınlarda atamla telefonla danışdım. Görün o mənə nə deyir. Deyir ki, oğul, yəqin sən müqavilənin nə olduğunu bilirsən. Nə müqavilə? Ondan soruşdum. Dedi ki, müqaviləyə qol çəkməliyəm ki, valideynlərim öləndən sonra o zəhləmgetmiş bacım ölənə qədər ona qulluq etməliyəm. Dedi ki, ev həm mənimdir, həm də bacımın. Aman allah! Bu vaxta qədər onlardan bu haqda bircə kəlmə də eşitməmişdim. Heç vaxt mənə müqavilə haqda deməmişdilər. Belə çıxır ki, valideynlərim ölən kimi ev bacımın olur. Kişi nəfəsini dərib sözünə davam etdi: - Telefonda atama dedim ki, müqavilə nə olduğunu bilmirəm. O isə dedi ki, hər şey hazırdır, müqavilədə nə lazımsa yazılıb, bircə o qalır ki, gedib qol çəkim. Atam dedi ki, onlar öləndən sonra Renni xala da mənə göz-qulaq olacaq. Renni anamın balaca bacısıdır, bir nömrəli qancıqdır. Gör mənə nə deyir atam, Renni xala səndən göz-qulaq olacaq. Hə, onda beynimə bir ideya gəldi. Atama belə dedim: Ata, ən ədalətli yolu göstərirsiniz mənə. Amma belə məsələni telefonla həll etmək olmaz. Bazar günü yaxşı yemək bişirin, evə gələrəm, müqaviləyə də qol çəkərəm. Atam sözümü eşidib sevindi, dedi ki, mən tez özümdən çıxanam, hər şeyi öz gözümlə görsəm sakitləşərəm. Bazar günü gəldim evimizə. Anam toyuq qızartmışdı. Evdən elə gözəl yemək iyi gəlirdi ki... Sonra isə mən Madelinanın iyini hiss etdim. Anam onu nə qədər yuyundursa da, həmişə ondan pis iy gəlir. Mən çox gözəl hərəkət etdim. Onlara dedim ki, müqavilə imzalamaq özü bir mərasimdir, bu mərasimi həmişəlik yaddaşa köçürmək lazımdır. Dedim ki, son model fotoaparatım var, şəkli çəkəndən az sonra şəkli görmək olur. "Çıq" - bir an sonra şəkil hazırdır. Onların hamısını şəkildə gördüyünüz kimi bir yerə yığdım. Anam tələsirdi, elə hey deyirdi ki, tez çəkim şəkli, o mətbəxə getmək istəyir. Hə, ana, tələsmə, dedim, bircə dəqiqəyə çəkirəm. Şəkillərini çəkdim. - Qoy baxaq görək şəkildə necə düşmüşük, - anam dedi. Ona dedim ki, tələsməsin, bir dəqiqəyə hər şey hazır olacaq. Onlar həsrətlə şəkillərinə baxmaq istəyəndə cibimdən tapançanı çıxarıb əvvəlcə ata-anamı, sonra da onların o gözəl əsəri Madelinanıo dünyaya göndərdim. Onları gəbərdəndən sonra da şəkillərini çəkdim. Sonra mətbəxə girib qızardılmış toyuqdan doyunca yedim. Bir daha onlara baxmadım. Kaş Rennie xala da orda olaydı. Anam demişdi ki, onun kilsədə nəsə işi var, ora gedib. O orda olsaydı onu da asanlıqla gəbərdərdim. - Bura bax, bu şəkillərə, - kişi dedi. Qoca kişinin başı yana əyilmişdi, qadının başı isə geriyə. Onların sifətindəki ifadə uçub getmişdi. Yekəpər qadın üzüstə düşmüşdü, üzü görünmürdü. Yalnız qara saçı, iri dizləri görünürdü. - Düz bir həftə o evdə qalıb rahatca istirahət edə bilərdim. Özümü çox rahat hiss edirdim. Ancaq mən qaranlıq düşəndən sonra evdə qalmadım. Üst-başımı qaydaya salıb toyuğu axıra qədər yeyib qurtardığıma əmin olandan sonra fikirləşdim ki, ən yaxşısı evdən çıxıb getməkdir. Özümü hazırlamışdım ki, Renni xalamgilə gedib onu da bacısının yanına göndərim, ancaq bu fikrimdən daşındım, buna görə bir az hazırlıq görməliydim. Ona görə də onu öldürməkdən vaz keçdim. Bir səbəb də qarnımın dolu olmağı idi, anam böyük toyuq bişirmişdi, hamısını yedim, özümə yük edib götürməkdənsə qarnıma doldurmağa qərar verdim. Bu da səbəbsiz deyildi, qorxdum ki, toyuğun yarısını yeməyib götürsəm itlər iy bilib mənə cumarlar. Hə, düşündüm ki, qarnımdakı o böyük toyuq bir həftə mənə bəs edəcək. Amma bir baxın, sizin evə girəndə acından ölürdüm. Bunu deyib kişi mətbəxə göz gəzdirdi: - Deyəsən içməyə başqa şey yoxunuzdur. İçdiyim ot çayı çox acı idi. - Şərab da olmalıdır. Mən daha içmirəm, - Nita dedi. - Deməli, əvvələr içmisiniz. İndi niyə içmirsiniz ? - Mənə ziyandır. Nita ayağa durdu, hiss etdi ki, ayaqları əsir. - Evə girməzdən əvvəl telefon xəttini kəsmişdim. Deyirəm ki, biləsiniz, - kişi dedi. Görəsən o içəndən sonra üzüyola olacaq,yoxsa daha da vəhşiləşəcək? Nita bunu bilmirdi. Mətbəxdən çıxmadan çaxırı tapdı. Adətən Nita ilə Riç qırmızı şərab içirdilər, eşitmişdilər ki, bu ürəyə xeyirdir. Ya da kim bilir nəyəsə ziyandır? Qorxu və təlaş içində olan Nita indi yadına sala bilmədi ki, çaxır nəyə ziyandır. O çox qorxmuşdu. Əlbəttə, bu dəqiqələrdə onun xərçənginin heç bir faydası yox idi. Fakt budur ki, xərçəng ondan əl çəkməsə bir il müddətində öləcəkdi, amma bu anlarda xərçəng olmasa da ölümün yaxınlığında idi. Kişi dedi: - Hə, deyəsən bu yaxşı maldır. Sizdə burğu var? Nita siyirməyə tərəf əyildi, ancaq kişi cəld yerindən tullanıb onu yüngülcə kənara itələdi. - Hmm... Hmm... Özüm götürərəm. Siz siyirmədən uzaq durun. Aman Allah, siyirmənin içində gör nələr var? Kişi siyirmədən bıçaqları götürüb oturduğu stulun üstünə qoydu, Nita onları heç cür qamarlayıb götürə bilməzdi. O çaxır butulkasının da probkasını açdı. Nita görə bilmədi ki, onun əlindəki hansı " günahkar" alətdir. Bildiyi o idi ki, o heç cür həmin aləti işlədə bilməzdi. - Mən durub stəkan gətirim, - Nina dedi. - Şüşə stəkan olmasın. Plastik stəkan varınızdır? - Yox. - Elə isə fincan gətirin. Sizi görürəm. Nita fincanları gətirib stolun üstünə qoyub dedi: - Mənə çox az süzün. Kişi isə işgüzar görkəm alıb dedi: - Mən isə maşın sürəcəm. İstəmirəm ki, hansısa polis maşının pəncərəsindən başını içəri soxub mənim hansı vəziyyətdə olduğumu görsün. Bununla belə o öz fincanını ağzınacan doldurdu. - Sərbəst radikallar, - Nita dedi. - Bu nə deməkdir? -kişi soruşdu. - Bu sözü qırmızı şərab haqqında deyirlər. Qırmızı şərab pis olanları məhv, yaxşı olanlarısa bərpa edir. Nita azacıq çaxır içdi, gözlədiyi kimi ona pis təsir etmədi. Kişi isə elə ayaqüstə içirdi. Nita ona xəbərdarlıq etmək istədi: - Oturarkən stulun üstündəki bıçaqlardan özünüzü gözləyin. - Məni uşaq yerinə qoymayın. Kişi bıçaqları götürüb siyirməyə qoydu, sonra əyləşdi. - Yoxsa elə bilirsiniz qorxağam? Nitann əlinə imkan düşdü, dedi: - Yəqin bundan əvvəl siz heç kimi öldürməmisiniz. - Əlbəttə, öldürməmişəm. Deyirsiniz mən qatiləm? Bəli, onları öldürdüm, ancaq mən qatil deyiləm. " - Qatil və adam öldürmək- bunlar fərqli şeydir, - Nita dedi. - Düzdür. - Mən bilirəm kimdənsə canını qurtarmaq nə deməkdir. Bilirəm bu anda nə etmək lazımdır. - Eləmi? - Mən də bir vaxtlar sizin kimi hərəkət etmişəm. - Ola bilməz, - bunu deyib kişi stulunu kənara itələdi, ancaq ayağa durmadı. - Əgər istəmirsinizsə inanmayın. Ancaq mən də sizin kimi etmişəm. - Cəhənnəmə ki, etmisiniz, hə, necə etdiniz? - Zəhərlədim. - Nə danışırsınız? Yoxsa onlara da bu zəqqutun kimi çaydan verdiniz? - kişi həyəcanla qışqırdı. - Onlara yox. O qıza. Arxayın olun, çaydan narahat olmayın. Bu çay sizin həyatınızı uzadar. - Bu cür köhnəlmiş saman rəngli çay içib ömrümü uzatmaq istəmirəm. Onu bilirsinizmi ki, öləndən sonra bədəndə zəhəri aşkar etmək olur? - Məncə zəhərli birkilərlə zəhərlənmə halında bunu demək düzgün deyil. Həm də heç kəsin ağlına gəlməzdi ki, bunu etsin. O qız uşaq olanda onda revmatizm xəstəliyi olub, bu da onun həyatına təsir etmişdi. Heç vaxt idmanla məşğul ola bilmirdi. Həmişə oturub istirahət edirdi. Onun ölümü elə də böyük təəccüb doğurmazdı. - O qız sizə nə etmişdi ki? - Ərim o qıza vurulmuşdu. Hətta ərim məni tərk edib onunla evlənmək niyyətində idi. Bunu mənə də demişdi. Ərimçün çox şey etmişdim. Biz bu evi onunla birlikdə tikmişdik. O mənim bu dünyada malik olduğum yeganə dayağım idi. Uşağımız yox idi, çünki ərim istəmirdi. Ona kömək etmək üçün dülgərliyi də öyrənmişdim, nərdivana çıxmaqdan qorxurdum. Amma ərimə kömək etmək üçün bunu da öyrəndim. O mənim bütün həyatım idi, o isə məni təpikləyib evdən çıxarmaq, qeydiyyat otağında işləyən o it kimi zingildəyən qızı bu evə gətirmək istəyirdi. Ərimlə bir yerdə tikdiyim bu evdə nə vardısa ona qalacaqdı. Necə düşünürsünüz, bu ədalətlidir? - Deyin görüm, zəhəri necə almaq olar? - Zəhəri heç bir yerdən alası olmadım - evin arxasındakı bağda neçə illərdir ki, ravənd bitir. Onun yarpaqlarının zoğlarnda zəhər var. Yox, gövdəsi yaxşıdır, zəhərli deyil, biz onu yeyirik. Zəhər ravəndin iri yarpaqlarının zoğlarında olur. Bunu bilirdim, amma bilmirdim ki, hansı miqdarda işlətsəm effekti olar. Demək olar ki, mənim etdiyim eksperiment xarakterli idi. Həm də bəxtim bir çox şeylərdə gətirdi. Birincisi, ərim Minneapolisə simpoziuma getmişdi. Əlbəttə, ərim o qızı da özüylə apara bilərdi. Amma yay tətili idi, o qeydiyyat otağında işi aparmalı idi. İkincisi, onun otağında ondan başqa heç bir işçi yox idi. Əgər onun otağında başqa adam olsaydı məndən şübhələnə bilərdilər. Özümü elə apardım ki, guya onun otaqda tək olmasından xəbərim yoxdur. Onunla əlaqələrimiz vardı, o bizə gəlib nahar edərdi. Ərim onu bizə gətirirdi, bilmək istəyirdi ki, onu bizə gətirəndən sonra mən o qıza nəsə deyəcəm ya yox. Niyə ondan canımı qurtarmaq istəyirdim? Ərim mənimlə bir yerdə qalmağı düşünmürdü.Ya da hansı yolla olursa- olsun o qızı da əlində saxlamağa çalışırdı. Lap ərim məndən ayrılmasa da o qız bizim həyatımızı zəhərləmişdi. O mənim həyatımı zəhərlədi , mən də onunkunu. Mən iki piroq bişirdim-birinə zəhər qatmışdım o birinə isə yox. Maşını düz universitetə sürdüm, iki fincan kofe alıb onun otağına getdim. Otaqda ondan başqa heç kim yox idi. Ona dedim ki, başqa işlə əlaqəli şəhərə gəlmişəm, ərimin həmişə təriflədiyi şirniyyat mağazasının yanından keçəndə iki fincan kofe və piroq almaq istədim. Dedim ki, onun iş yoldaşları tətildə olduğu üçün o təkdir, mən də ərim simpoziuma getdiyi üçün təkəm. Çox sevindi və mənə təşəkkür etdi, dedi ki, ofisdə tək oturmaq onu bezdirib, kafeteriya da bağlı olduğuna görə kofe üçün o biri korpusa, laboratoriyanın yanındakı yerə gedir- orda da kim bilir kofenin içinə xlorid turşusu da qata bilərlər. Belə deyib o güldü, beləcə, biz kiçik məclis düzəltdik. - Mənim ravənddən zəhləm gedir. Sizin bu plan məndə alınmazdı, - kişi dedi. - Amma onda alındı. Düşündüyüm kimi oldu, ona tez təsir etdi, o nəsə dərk edənə qədər bağırsaqları nasos kimi "işləməyə" başladı. O heç mənimlə danışmağa da imkan tapa bilmədi. Onu otaqda qoyub çıxdım. Binada çox az adam vardı, əminəm ki, heç kim mənim binaya girib-çıxdığımı görmədi. Əlbəttə, oradan geri qayıtmaq üçün gizli yollar da bilirdim. - Düşünürsünüz ki, siz ağıllısınız? Siz cəzadan canınızı qurtarmısınız. - Siz də mənim kimisiniz. - Mən sizin kimi xəlvəti etməmişdim. - Ancaq xəlvəti etmək sizə də vacib idi. - Mərc gəlin ki, düz deyirsiniz. - Nə |
2013-12-29 | 5,419 | Gəncədə yaşayış evi yandı | Gəncədə evdə yanğın baş verib. Gəncə şəhəri, N.Nərimanov prospekti, 142 saylı məhəllədə dekabrın 28-i təxminən saat 21:40 radələrində Xıdır Rzayevə məxsus evdə yanğın baş verib. Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub. Ümumi sahəsi 90 kv.m olan evin tavanında başlayan yanğın qonşuluqdakı iki evə də keçib. Ümumilikdə 200 kv.m yaşayış sahəsinə malik ərazinin 40 kv.m-ı yanaraq külə dönüb. Qeyd edək ki, yanğın baş verən evdə yaşayış olmayıb. Tavanın konstruksiyalarının samandan olması yanğının qısa müddətdə yayılmasına səbəb olub. Hazırda yanğın sönüdürülüb, FHN və polis əməkdaşları yanğının baş vermə səbəblərini araşdırırlar. (Kəpəz TV) |
2013-12-29 | 5,420 | Yeni il süfrəsi neçəyə başa gəlir? - Araşdırma/Video | Artıq yeni ilin qapının kandarındadır. Bayram günü ilə əlaqədar ərzaq bazarında xeyli canlanma müşahidə olunur. Bayram süfrəsini hazırlamaq üçün kimiləri indidən, kimiləri isə saatlar qalmış hazırlıq görəcək. Bəs gərəsən, bir ailənin yeni il süfrəsi neçəyə başa gəlir? "Axar.az"ın apardığı araşdırmadan bəlli oldu ki, bayramın gəlişi meyvə-tərəvəzin qiymətinə xeyli təsir göstərib. Satıcılar da bayramın gəlişi ilə əlaqədar olaraq qiymətlərdə dəyişiklik olduğunu etiraf edir. Hətta ananasın bayramqabağı iki dəfə bahalaşacağı da istisna deyil. Belə ki, adi günlərdə 3 manat yarıma satılan ananas bayram günlərində 6 manat ola bilər. Tərəvəzlərdən isə kartofun qiymətində xeyli artım var. Belə ki, 50-60 qəpiyə əldə edilməsi mümkün olan kartofun qiyməti hazırda 1.50 qəpiyə qədər yüksəlib. Qiymətlər bayram günlərində necə olacaq? Banan - 2.50 qəpik Portağal - 1.80 qəpik Nar- 1.50 qəpik Ananas - 6 azn (Bayram münasibəti ilə iki dəfə bahalaşacaq) Kartof – 1. 50 Soğan - 0.6-0.7 qəpik (Qeyd edək ki, bayramöncəsi 30-40 qəpik idi) Kələm - 0.4 qəpik (dolmalıq kələm 0.6-0.7qəp) Balqabaq 0.2-0.25 qəpik. Satıcıların sözlərinə görə, qiymət bahalaşması alıcı sayına təsir göstərməsə də, alınan məhsulların miqdarına təsir göstərir. Belə ki, 50 qəpik olarkən 10 kq. alınan kartof qiymətlər qalxdıqdan sonra 2 kilodan artıq alınmır. Ət bazarında isə qiymətlər sabitdir. Satıcılar adi günlərdən fərqli olmayaraq bayram günlərində də mal ətinin 8, qoyun ətinin 10 manat olacağını bildirdi. Meyvə-tərəvəzdən fərqli olaraq ət bazarında bahalaşma gözlənilmir. Marketdə də qiymətlər sabitdir. Apardığımız araşdırmadan bəlli oldu ki, bir ailənin yeni il süfrəsi ailə üzvlərinin sayı və istəklərinə görə müxtəlif məbləğlər arasında dəyişir. Yeni il süfrəsi 50 - 300 manata başa gəlir. Qeyd edək ki, şəxsi istəklərdən asılı olaraq yeni ili daha da yadda qalan keçirmək üçün qiymətlərin daha baha olacağı istisna deyil. |
2013-12-29 | 5,421 | Elm adamlarını heyrətləndirən canlı - Fotolar | Elm adamları, qunduz quyruqlu, ördək dimdikli və ilan kimi zəhəri olan təbiətin ən qəribə heyvanı platypusun gen xəritəsini çıxarmağa müvəffəq olub. Ən maraq doğuran tərəf isə budur ki, bu canlı doğum etmək əvəzinə yumurtlayır. Araşdırmaçılar "Natura" jurnalında nümayiş olunan platypusun gen analizinin, məməlilərin milyonlarla il əvvəl necə təkamül keçdiyinin açıqlanmasına köməkçi olmasına ümid edir. Platypus kürklü olduğu və balalarını əmizdirdiyi üçün məməlilər sinfinə aiddir. Quş dimdiyinə və sürünənlərin zəhərinə sahib olan platypus suda yaşayır. Bu canlı zəhərini arxa ayaqlarında daşıyır. ABŞ Milli İnsan Genoma Araşdırma İnstitutundan Frankis S. Kollins, ilk baxışda bu heyvanın "təkamül qəzası" olma ehtimalını irəli sürüb. Öz sinfinə aid olan heyvanlardan fərqli olaraq platypuslar ilanların və kərtənkələlərin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Bu heyvanların erkəklərində cütləşmə zamanı rəqibini qaçırmaq üçün arxa ayaqlarındakı ağrı verən zəhərdən istifadə etməsi də məlum olub. Avstraliya mənşəli platypusların sayları bilinmir. |
2013-12-29 | 5,422 | Türkiyədə nümayişlərə "Şaxta baba" da qoşuldu - Foto | Türkiyədə Uludərədə 28 dekabr 2011-ci ildə baş verən hadisə zamanı ölən 35 nəfəri anmaq üçün Türkiyənin müxtəlif şəhərlərində nümayişlər keçirilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda Sultan Qazi məhəlləsində nümayişçilər yolu səki daşları və zibil qutuları ilə bağlayıb. Nəticədə polis nümayişçilərə "TOMA" maşınlarından təzyiqli su və qaz bombası ilə müdaxilə edib. Müdaxilədən sonra nümayişçilər polisə molotov kokteyli və daş atıb. Ankarada keçirilən nümayişlərə isə bir nəfər Şaxta baba paltarı ilə qatılaraq öz etirazını bildirib. Mersində də təxminən 200 aksiyaçı "rüşvət əməliyyatı" ilə bağlı hökuməti istefaya çağırıb. |
2013-12-29 | 5,423 | Qazinin ölümünə YAP-dan reaksiya – Dərhal | Özünü yandıraraq intihar edən Qarabağ qazisi Zaur Həsənovun 5 saylı xəstəxanada bu gün vəfat etməsi xəbərinə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı dərhal reaksiya verib. "Axar.az"ın məlumatına görə, o özünün "feysbuk" hesabında bu xəbərdən kədərləndiyini yazıb: "Qarabağ müharibəsi əlili Zaur Həsənovun vəfatı xəbəri məni çox kədərləndirdi. Ailəsinə başsağlığı verirəm. Allah rəhmət etsin". |
2013-12-29 | 5,424 | Başında əcaib şiş olan uşaq sağaldı | Hindistanda yaşayan Runa Begümün 2 yaşında olan uşaqlardan artıq heç bir fərqi yoxdur, çünki iki müvəffəqiyyətli əməliyyatdan sonra normal hala düşüb. Bütün dünya onu şişən və heç cür enməyən böyük başı ilə tanımışdı. 2 yaşındakı Runa ağrılı başı ilə iki müvəffəqiyyətli əməliyyatı keçdikdən sonra artıq normal bir uşaq kimi görünür. Hindistanda yaşayan ailəsi əməliyyatdan sonra bir Milad zamanını xoşbəxt və dinc keçirə biləcək. Runa Hindistanda kasıb bir kənddə, tibbi adı gidrosefaliyus (hydrocephalus) olan və beynin dayanmadan şişməsinə səbəb olan bir xəstəliklə dünyaya gəlmişdi. Runanın kəlləsi o qədər genişlənmişdi ki, artıq oturmasına icazə belə verilmirdi. 105 gününü xəstəxanada keçirdikdən sonra Runanın başı kiçilməyə və yaxşılaşmağa başladı. |
2013-12-29 | 5,425 | Alla Puqaçova ruslar üçün bir nömrədir | Alla Puqaçova Rusiyada ilin qadını seçilib. "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu "Levada Çentr"ın apardığı araşdırmalardan sonra ortaya çıxıb. A.Puqaçova respondentlərin 12%-nin səsini toplaya bilib. Müğənnidən sonra siyahıda Federasiya şurasının spikeri Valentina Matvienko və Almaniyanın kansleri Anqela Merkel gəlir. |
2013-12-29 | 5,426 | Yolkanı kitablardan quracağam - Yazarlar | Yolka yalnız uşaqlar üçün olur "Xeyr, evimizdə yolka qurmamışıq. Çünki düşünürəm ki, yolka yalnız uşaqlar üçündür. Bizim evdə isə uşaq yoxdur". Bu sözləri "Axar.az"a yazıçı Anar qələm adamlarından kimin yolka bəzəyib-bəzəməyəcəyi ilə bağlı sualımıza cavab verərkən dedi. Gənc şair Aqşininsə yolka qurmaq fikri yoxdur, ancaq buna özəl səbəbi var: - Biz kənd yerində böyüdüyümüzdən heç vaxt yolka qurmaq kimi həvəsimiz olmayıb. Ona görə də belə fikrim yoxdu. Şairə Sahilə İbrahimovanın isə yolka mərasimiylə bağlı ürəyi doludur: - Əlbəttə quracağam. Hətta köhnə yolkamızı bəyənmirdim, təzəsini aldım. Oyuncaqları çox idi, özü də balaca, çirkin. Çox makiyaj eləyən, hədsiz bəzək-düzəkli qıza bənzəyirdi. Böyük yolka aldıq. İndi oyuncaqları azaltmışam. Sadə qıza oxşayır. Balaca vaxtı oyuncaqları xoşlayırdım, indi isə məhz yolkanı sevirəm. Yolkanı kitablardan quracam Səlim Babbuloğlunun durumu xeyli ədəbidir: - Yox qurmamışam. Çünki evdə kitabların əlindən yer yoxdur. Yolka qursam, gərək onu kitablardan qurum. Yeni ili Coratdakı bağ evində keçirməyi planlaşdırıram. Bu il mən Coratda hamılıqla birlikdə yolkasız yeni il keçirəcəm. Uşaqlar artıq böyükdürlər. Onlar nə Şaxta babaya, nə də ki, yolkaya inanırlar. Artıq 3 ildir yolka qurmuram Yazıçı Aydın Xan Əbilov isə islami dəyərlərə üstünlük verdiyindən bu il Yolka qurmayacağını bildirdi: - Əvvəllər yeni il şənliklərinə də gedərdik, amma indi maraqsızdır.Yolkanı da övladlarımız üçün qururduq, amma indi onlar da buna gərək duymurlar. Mən Azərbaycan, İslam dəyərlərinə hörmət edən adamam. Buna görə də milli dəyərlərimizi hər şeydən üstün tuturam. Bildiyiniz kimi, bu il yeni təqvim ili Məhəmməd peyğəmbərin vəfatı ilə eyni günə təsadüf edir. Ona görə də biz ailəlikcə qərara gəldik ki, bu günə hörmət əlaməti olaraq, yolka qurmayaq. Bu, ailəmizdə də normal qarşılandı. Ailəmizin kiçik üzvləri də heç bir etiraz etmədilər. Azərbaycan dəyərlərinə görə bizim yeni il Novruz bayramıdır. Bu bizim üçün, sadəcə, təqvim ilidir, mən bunu illik hesabat kimi dəyərləndirirəm. Yazar Afaq Məsud da bu il yolka qurmayan yazarlar sırasındadır. Yazar İlqar Fəhmi isə yolka qurmağa hələ macal tapmadığını bildirdi: - Amma bu gün quracağam. Biz ümumiyyətlə, yeni ili dəbdəbə ilə qeyd etmirik. Sadəcə, uşaqlar üçün yolka bəzəyirik, vəssalam. Bizim yeni ilimiz Novruz bayramıdır. |
2013-12-29 | 5,427 | İnvestisiyaların həcmi 17 milyard dollara çatacaq | Türkiyədə həyata keçirilən bütün layihələr nəzərə alınmaqla ARDNŞ-nin bu ölkəyə yatıracağı investisiyaların həcmi 17 milyard dollara çatacaq. Bunu şənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilin yekunlarına həsr edilmiş tədbir çərçivəsində deyib. R.Abdullayev həmin layihələr arasında Trans-Anadolu qaz kəməri layihəsi, İzmirdə yeni STAR neft emalı zavodu, Petkim konteyner limanı və elektrik stansiyalarının tikintisini qeyd edib. Onun sözlərinə görə, ARDNŞ digər ölkələrdə də layihələrin reallaşdırılması üzrə işləri davam etdirir: "Belə ki, İsveçrədə avtomobil yanacaqdoldurma məntəqələrinin rebrendinq prosesi artıq başa çatıb və ARDNŞ İsveçrə bazarında lider olmaq üçün səylərini aktivləşdirmək niyyətindədir" (Trend). |
2013-12-29 | 5,429 | Rövnəq Abdullayev hansı idarələri ləğv etdi – Özəl | Yeni ilin ilk ayından başlayaraq ARDNŞ-də kütləvi ixtisarlar başlayacaq. "Axar.az" adının çəkilməsini istəməyən mənbəyə istinadən xəbər verir ki, artıq bununla bağlı ARDNŞ prezidenti əmr imzalayıb. Əmrin surəti dünən (28.12.2013) bir neçə idarəyə göndərilib. Bu əmrə əsasən, ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin tabeliyində olan Tamponaj İdarəsi, İxtisaslaşmış Xüsusi Texnika İdarəsi, Neft Daşları Dəniz Qazma İşləri İdarəsi, Abşeron Qazma İşləri İdarəsi (Abşeron Qazma İdarəsinin ləğvi və ixtisarlar barədə artıq mediada xəbər yayılıb), Qazma Servis və Logistika İdarəsi və digər bir neçə idarə ləğv olunur. Mənbənin məlumatına görə, artıq Kompleks Qazma İşləri Trestində çalışan fəhlələr etiraz mitinqi keçirməyə hazırlaşır. |
2013-12-29 | 5,430 | Prezident Rza Zərrabın “rəisi” üçün xüsusi göstəriş verdi | İran mətbuatı Türkiyədə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın "rəisim" dediyi Babək Zəncani ilə bağlı maraqlı xəbər yayıb. Məlumatlara əsasən, İran hakimiyyəti Babək Zəncanini hədəfə alıb. Belə ki, iş adamlarına neft və qaz satışı üçün verilən imtiyazlardan bəhrələn B.Zəncani bununla 13.5 milyard dollar sərvət qazanmışdı. İndi isə İran prezidenti Həsən Ruhani ölkəyə tətbiq edilən sanksiyalardan bəhrələnərək qazanc əldə edən Babək Zəncani və başqa iş adamları ilə bağlı araşdırma aparılması barədə göstəriş verib. "Mehr" xəbər agentliyi bildirib ki, Ruhani köməkçisi İshak Cahangiriyə göndərdiyi məktubda bu şəxslərin aşkarlanması və cəzalandırılması üçün təlimat verib. Araşdırma 1 ay içində aparılacaq və hesabat şəxsən prezidentə təqdim ediləcək (AzNews.az). |
2013-12-29 | 5,431 | 2014-cü ildə dünya əhalisinin sayı 7 milyard olacaq | 2014-cü il yanvarın 1-nə dünya əhalisinin sayı təxminən 7 milyard 202 milyon 951 min nəfər olacaq. Bu barədə Almaniyanın Hannover şəhərində yerləşən Dünya Əhalisi Fondu Beynəlxalq təşkilatı məlumat verib. Statistikaya görə, planetimizdə hər saniyədə 2,7 uşaq doğulur. Bu göstərici 2013-cü ildə dünya əhalisinin 80 milyon nəfər artacağını deməyə əsas verir. Bu artım bütövlükdə Almaniyanın əhalisinin sayına bərabərdir. Məlumatda o da bildirilir ki, dünya əhalisinin artımı əsasən inkişaf etməkdə olan ölkələrin payına düşür. Cari ildə dünyada 20 milyon uşaq qeyri-düzgün ailə planlaması və arzuolunmaz hamiləlik nəticəsində doğulub. Əgər dünyada bir kənd olsaydı və həmin kənddə cəmi 100 nəfər yaşasaydı, onlardan 15 nəfəri afrikalı, 5 nəfəri şimali amerikalı, 10 nəfəri avropalı, 9 nəfəri latın amerikalı, 1 nəfəri okeaniyalı və 60 nəfəri isə asiyalı olardı. Qeyd edək ki, proqnoza görə, yaxın onilliklərdə Avropa və Asiyada əhali artımı aşağı düşəcək, Afrikada isə bu göstəricilər 15-25 faiz arasında yüksələcək (Azərtac). |
2013-12-29 | 5,432 | Qurd qapısında qəza: maşınlar dərəyə yuvarlandı | Binə-Sədərək yolunda, Qurd qapısı ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin "Axar.az"a verdiyi məlumata görə, üzü şəhərə eyni istiqamətdə hərəkət edən ağ rəngli "VAZ 2106" və tünd göy rəngli "Lada Priora" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobil yol kənarındakı dərəyə yuvarlanıb. Xəsarət alanlar barədə heç bir məlumat yoxdur. |
2013-12-29 | 5,433 | Baş Polis İdarəsində bıçaqlanma | Gəncə Şəhər Baş Polis İdarəsində bıçaqlaşma hadisəsi baş verib. Gəncə Şəhər Prokurorluğundan verilən məlumata, hadisə ötən gün Gəncə Şəhər Baş Polis İdarəsində qeydə alınıb. Hadisə zamanı ölən və yaralanlar barədə məlumat verilmir. Gəncə Şəhər Baş Plos idarəsi ilə əlaqə saxlamağa çalışsaq da, oradan bu barədə xəbərsiz olduqlarını bildiriblər (ANS). |
2013-12-29 | 5,434 | Ermənistandan isə 6,2 milyarddan dollar çıxarılıb. | Ermənistandan 10 il ərzində qeyri-qanuni yolla 6,2 milyarddan çox dollar vəsait çıxarılıb. Bu barədə "Global Financial Integrity"-in tədqiqat mərkəzinin araşdırmalarında qeyd edilib. Mərkəzinin "İnkişaf edən ölkələrdən qanunsuz maliyyə axınları. 2002-2011" adlı dördüncü hesabatında qeyd edilir ki, 2002-2011-ci il ərzində Gürcüstandan 4,5 milyard dollar, Ermənistandan isə 6,2 milyarddan çox dollar çıxarılıb. Hesabata əsasən, Ermənistandan qanunsuz maliyyə axını 2007-ci ildən kəskin artıb və 2011-ci ilə qədər bu ölkədən hər il təxminən 1 milyard dollardan çox qeyri-leqal yolla vəsait ixrac edilib (ANS). |
2013-12-29 | 5,435 | Türkiyədə yeni oyun başlayır - İddia | Türkiyədə hadisələri daha da şiddətləndirmək, aranı daha da qarışdırmaq üçün Ali Məhkəmə yenidən futbol maxinasiyaları ilə bağlı iddia irəli sürəcək. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Türkiyənin məşhur hüquqşünası Turqut Qazan çıxış edib. O, Ali Məhkəməyə kənardan müdaxilə nəticəsində futbol maxinasiyaları faktını ortaya atıb üstünə düşəcəklərini bildirib: "Ona görə də həll planlarını tezliklə ortaya qoyun. Burada onsuz da bir fırıldaq var. Artıq futbol maxinasiyaları hər yandadır". |
2013-12-29 | 5,436 | DİN-dən müxalifətə sərt xəbərdarlıq edildi | "Ötən gün dünyasını dəyişən Zaur Həsənovun vəfatı ilə bağlı qanunsuz aksiyaya çağırış edənlər qanunla məsuliyyət daşıyırlar. Belə çağırışlar yolverilməzdir. Ona görə də bu aksiyanın qarşısı alınacaq". Bunu mediaya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov deyib. S.Gözəlov bildirib ki, Zaur Həsənovun dəfni ilə bağlı dövlət tərəfindən bütün tədbirlər görülür: "Mərhum bu gün saat 14.30-da Bibiheybət qəbristanlığında dəfn olunacaq. Bütün xərcləri rayon icra hakimiyyəti öz üzərinə götürüb. Bir insan kimi Qarabağ qazisinin vəfatı xəbəri bizim hər birimizi kədərləndirir. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk və Allah rəhmət eləsin deyirik! Təəssüf ki, Z.Həsənovun vəfatından istifadə edib, bəzi müxalifət təşkilatları qanunsuz aksiyaların keçirilməsi ilə bağlı bəzi çağırışlar edirlər, amma buna imkan verilməyəcək" (AzNews.az). |
2013-12-29 | 5,437 | Cəbhədə atışma: itki yoxdur | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri bu gecə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2013-12-29 | 5,438 | Təhsil Nazirliyindən müəllimlərin dərs yükü ilə bağlı açıqlama | Nazirlər Kabinetinin 2013-cü il 27 dekabr tarixli qərarı ilə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimal yuxarı həddi 24 saatdan 36 saata qaldırılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarı ilə müəllimlərin həftəlik dərs yükünün maksimum həddi 24 saat müəyyən edilib. Lakin təcrübə göstərir ki, ümumtəhsil məktəblərdə fənlər üzrə həftəlik dərs yükünün 24 saat tələbi gözlənilməklə bölüşdürülməsi nəticəsində əksər hallarda bir stavkayadək dərs yükü vakant qalırdı. Həmin dərs yükünün bir hissəsi əvəzi ödənilmədən fənn müəllimləri tərəfindən tədris edilirdi ki, bu da onların haqlı narazılığına səbəb olurdu. Bir stavkayadək vakant dərs yükünə müəllimlərin işə qəbulu isə məktəblərdə müəllim sıxlığının yaranmasına, müəllim-şagird nisbətinin aşağı düşməsinə gətirib çıxarırdı. Bu sahədə beynəlxalq təcrübə də göstərir ki, əksər ölkələrdə ümumi təhsil sistemində müəllimlərin həftəlik dərs yükünün yalnız minimum həddi (1 stavka) müəyyənləşdirilir, maksimum həddə isə məhdudiyyət qoyulmur. Qeyd edək ki, bir stavka (həftədə 12 saat) dərs yükünə görə ali təhsilli müəllim, stajından asılı olaraq, minimum 155 manat (10-cu ixtisas dərəcəsi ilə) maksimum 207 manat (15-ci ixtisas dərəcəsi ilə) əmək haqqı alır. |
2013-12-29 | 5,439 | İki ayın əsgəri dünyasını dəyişib | Daxili Qoşunların əsgəri dünyasını dəyişib. "Axar.az" "Apa.az"a istinadən bildirir ki, hadisə Daxili Qoşunların Sumqayıtda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 18 yaşlı Rəhman Tacik oğlu Mirməmmədov hərbi hissənin ərazisində təmizlik işləri apararkən qəflətən yıxılıb. Təcilli yardım ilə xəstəxanaya aparılan əsgər yolda dünyasını dəyişib. Əsgərin ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü ekspertiza təyin edilib. Daxili Qoşunların mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, R. Mirməmmədov bu ilin oktyabrında Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb. |
2013-12-29 | 5,440 | Onun sizə ehtiyacı var - SOS | Ona tezliklə böyrək köçürülməsə həyatla vidalaşa bilər 15 yaşlı İnqlab Dadaşov kəskin böyrək çatışmazlığından əziyyət çəkir. Hazırda böyrəklərindən biri tamimlə fəaliyyətdən düşüb. Digər böyrəyi isə demək olar ki, fəaliyyətdən düşmək üzrədir. Həkimlər əgər tezliklə İnqlaba yeni böyrək nəql edilməsə, həyatını qurtarmaq mümkün olmayacaq deyiblər. Dializ aparatı ilə yaşamağa məhkum olan İnqlab üçün donor da var. Anası Nadirə Dadaşova öz böyrəyinin övladına köçürülməsini istəyib. Əməliyyat xaricdə aparılacağı üçün 40 min dollar pul tələb olunur. Təəssüf ki, ailə bu pula görə, övladını əməliyyat etdirə bilmir. Əgər tezliklə əməliyyat üçün tələb olunan pul yığılarsa bir ailə göz görə-görə öz övladını ititrməz. Onların sizin köməyinizə ehtiyacı var. Sizin etdiyiniz kiçik bir yardım, bir ailəni gözü yaşlı qoymaz(Simsar.az). Bank hesabı: AZN Bank Details for CA Alanın Bankı/ Beneficiary Bank Bank Respublika ASC Masallı filialı Kod: 503284 VOEN 9900001901 M/h: AZ80NABZ01350100000000014944 SWIFT: BRESAZ22 Alan / Beneficiary Adı/Name: NADİRA Soyadı/ Surname: DADASOVA İBAN: AZ09BRES00380194402543048201 VOEN/TİN: (Simsar.az). |
2013-12-29 | 5,441 | YAP təmsilçiləri Zaur Həsənovun dəfninə qatılacaq | Yeni Azərbaycan Partiyasının (YAP) rəsmiləri dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovun dəfn mərasiminə qatılacaq. Bunu açıqlamasında YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib. "Zaur Həsənovun ölümündən kədərlənirik. Bütün insanlar kimi dəfn mərasiminə biz də qatılacağıq"-deyə, S.Novruzov əlavə edib. Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov dünən axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. O saat 22.10 radələrində dünyasını dəyişib (AzVision.az). |
2013-12-29 | 5,442 | Elnarə Tofiqızının cinayət işini aparan müstəntiq dəyişdirildi | Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının cinayət işi Respublika Prokurorluğunda öyrənilərək yenidən Nəsimi Rayon Prokurorluğuna qaytarılıb. Bu barədə mərhumun həyat yoldaşı zərərçəkən Anar Niftəliyevin vəkili hüquqşünas Səməd Vəkilov açıqlama verib. Onun sözlərinə görə, Respublika Prokurorluğunun göstərişi ilə istintaqı aparan müstəntiq dəyişdirilib: "Bir qədər əvvəl zərərçəkən Anar Niftəliyevin müraciəti əsasında cinayət işinin materialları öyrənilməsi üçün Respublika Prokurorluğuna göndərilmişdi. Hazırda iş Respublika Prokurorluğunun rəhbər göstərişləri ilə birlikdə Nəsimi Rayon Prokurorluğuna göndərilib. Cinayət işini aparan müstəntiq Ələkbər Rzayev səhhətində yaranan problemlərlə əlaqədar olaraq müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Hazırda Elnarə Tofiqqızının cinayət işi müstəntiq Hafiz Əliyevin icraatına verilib". Qeyd edək ki, bu həftə mərhum E.Tofiqızının ölümünün səbəblərini araşdıran komissiyon tibbi ekspertin rəyi açıqlanıb. S.Vəkilov vurğulayıb ki, bununla bağlı zərərçəkmiş tərəfin də ekspertlərə ünvanladığı suallar prokurorluğa təqdim olunub. Xatırladaq ki, Səhiyyə Nazirliyi tibbi ekspertlərinin rəyinə görə, E.Niftəliyevanın "Medi Sina" klinikasında əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib. 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. |
2013-12-29 | 5,443 | İsrail Livana zərbə endirib | Bu gün Livan əraziləri İsrail istiqamətindən artilleriya zərbələrinə məruz qalıb. Verilən məlumata görə, Livanın təhlükəsizlik xidmətinin əməkdaşları İsrail tərəfdən atılan 20-yə yaxın artilleriya mərmisinin ölkə ərazisinə düşdüyünü iddia ediblər və atəşin tanklardan açıldığını bildiriblər. Hələlik dağıntılar və zərərçəkənlər barədə dəqiq məlumatlar verilməsə də, İsrail ordusunun rəsmi təmsilçisi Piter Lerner Livanın sərhəd bölgələrinə artilleriya zərbəsi endirildiyini təsdiqləyib. Onun sözlərinə görə, İsrailin bu addımı Livan tərəfdən açılan atəşə cavab xarakteri daşıyıb (Musavat.com). |
2013-12-29 | 5,444 | Avtobus sürücüləri tətil etdi - Yeniləndi | 12:13 "208" və "209" nömrəli marşrut sürücüləri bu gün işə çıxmaqdan imtina ediblər. Bakıxanov stansiyası yaxınlarında yaşayan "Axar.az" oxucusunun verdiyi məlumata görə, aylıq plan haqqının qaldırılmasına etiraz olaraq, marşrut sürücüləri bu gün işə çıxmaqdan imtina ediblər. Xatırladaq ki, bu gün rəsmi iş günüdür. Nəzərə alsaq ki, 208 və 209 nömrəli avtobuslar fəaliyyət göstərdikləri xətt üzrə ən çox təlabat olan marşrutlardır, dayanacaqlarda yaşanan vəziyyəti təsəvvür etmək çətin deyil. 16:14 "Səhər saatlarından marşrut sürücülərinin etiraz tətili Nəqliyyat Departamentinin rəhbərliyi ilə danışıqlardan sonra sona çatıb və avtobusların hərəkəti bərpa olunub". Bu sözləri "Axar.az"a Nəqliyyat Departamentindən adını söyləməyən bir xanım əməkdaş bildirdi: "Həqiqətən də bu gün sürücülər tətil edib və idarəmizə çoxlu şikayət zəngləri daxil olub. Departamentin rəhbəri Yavər müəllim hal-hazırda avtobusların saxlandığı dayanacaqdadır. Hal-hazırda sərnişin daşıması bərpa olunub". Lakin adını bildirməyən xanım əməkdaş plan həcminin aşağı salınıb-salınmaması ilə bağlı fikir bildirməkdən imtina etdi. Sürücülərdən biri isə əməkdaşımıza bunları deyib: "Bizim işlədiyimiz marşrut xətti daima tıxac olduğu üçün planı ödəyə bilmirik. Ya plan aşağı salınsın, ya da bizi başqa marşrut xətinə keçirsinlər". |
2013-12-29 | 5,445 | Millət vəkili Ərdoğanı açıq müdafiə etdi | "Türkiyədə cərəyan edən hadisələri diqqətlə izləyirəm. Qardaş ölkədə bu cür vəziyyətin yaranmasından çox narahatam". Bu sözləri millət vəkili Adil Əliyev son günlər Türkiyədə cərəyan edən hadisələri şərh edərkən "Axar.az"a bildirdi. Millət vəkili qeyd etdi ki, Türkiyənin Türk Dünyasının döyünən ürəyi və vuran qolu olduğunu bir an da unutmamalıyıq: "Türkiyə güclü olarsa, türk dünyası güclü olar. Türkiyənin güclənməsini istəməyən qüvvələr hər zaman daxildə problemlər yaratmaqla, Türkiyəni inkişaf hədəfindən yayındırmağa çalışıblar. Buna da qismən nail olublar. Təəssüfləndirici məqam odur ki, bunun acı fəsadını Türkiyə və türk xalqı yaşayıb. XX əsrin 50-80 ci illəri Türkiyənin siyasi-hərbi tarixi böyük siyasi kataklizmlərlə müşahidə olunub. Bunun hansı fəsadlar yaratdığını tarixi proseslərin gedişi göstərdi". Güclü, qüdrətli və stabil inkişaf edən Türkiyənin Azərbaycanın güvənci olduğunu qeyd edən A.Əliyev qeyd etdi ki, qardaş ölkələr arasında ticarət dövtiyyəsi hazırda milyardlarla ölçükür, bütün regional layihələr Azərbaycan-türkiyə birgə iqtisadi-siyasi gücünün nəticəsidir: "Balkanlarda və Ərəb ölkələrində Türkiyənin nüfuzu artır və belə məqamda təbii ki, bundan narahat olan qüvvələr var. Bu gün Türkiyə dünyada 20-lərin sırasında gedir. Bu indiki hakimiyyətin zamanından gerçəkləşib. AKP hakimiyyəti ölkəni böyük borclarla təhvil alsa da, bu gün güclü istisadiyyat qurub. Düzdü, biz Türkiyəni hansısa partiyaya görə sevmirik. Nə də Türkiyəni hansısa siyasi partiya görə seçməmişik. Türkiyə bizim iki gözümüzdən birdir və oranın bütün siyasilərinə hörmətimiz var". Son günlər baş verən hadisələrin Türkiyə iqtisadiyyatına 20 mld dollardan çox ziyan vurduğuna diqqət çəkən millət vəkili bunu bəzi qüvvələrin arzusunun gerçəkləşməsi kimi dəyərləndirdi: "Pusquda yatan bəzi qüvvələr Türkiyənin iqtisadiyyatını çökdürmək, ondan sonra isə ölkədə siyasi böhrana nail olmaq istəyirlər. Bu iki xətt ölkənin çökməsinə səbəb ola bilər. İnanıram ki, qardaş Türkiyə qısa zamanda barışıq və sülh yoluyla öz problemlərini yoluna qoya biləcək. İndi Türk Dünyasının gözü qardaş Türkiyədədir. Bu gün türk xalqı səbr və təmkin nümayiş elətdirməlidir". |
2013-12-29 | 5,446 | Mədət Quliyev həbsxana rəisini işdən çıxartdırdı | Penitensiar Xidmətin rəisi Mədət Quliyevin təqdimatı ilə 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Aftandil Ağayev işdən çıxarılıb. Ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə onun səlahiyyətlərinin icrası 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədova həvalə edilib. Bu barədə Penitensiar Xidmətin mətbuat mərkəzindən məlumat verilib. Qeyd edək ki, Azərbaycanın tanınmış ictimai xadimləri və jurnalistləri 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkiblər. Bu müəssisədə məhkumlarla qeyri-insani davranışla bağlı dəfələrlə məsələ qaodırılıb. Ombudsman da oradakı vəziyyətin araşdırılması üçün ədliyyə nazirinə müraciət etmişdi. Bu ilin avqustunda Nemət Pənahlınınnın da cəza çəkdiyi12 saylı cəzaçəkmə müəssisəsindəki məhkumlar müraciət yaymışdılar. Müraciətdə müəssisədə olan müxtəlif problemlərə toxunulur, dustaqlara qeyri-insani münasibətin olduğu bildirilirdi: "Cəzaçəkmə müəssisəsində peşəkar və ixtisaslaşmış aşpaz yoxdur, adi məhkumlar aşpazlıq edir. Çörək ən aşağı səviyyəli undan bişirilir. Məhkumların duş qəbul etməsi üçün şərait və tualet normal deyil. 200 nəfər cəmi 2 duşdan istifadə etmək məcburiyyətindədir, duşxana bərbad vəziyyətdədir. Tualet dezinfeksiya olunmur, bu da öz növbəsində dəri-zöhrəvi xəstəliklərə şərait yaradır. 200 məhkum bir krandan və qısa zaman kəsiyində içməli su götürmək məcburiyyətində qalıb. Tibbi bölməsi faktiki olaraq fəaliyyət göstərmir. Xəstə məhkumlara, ölümcül halda olsalar belə, yalnız qarın ağrısı və tərlətmə dərmanı təklif edilir. Müəssisənin televiziya və film seyr etmə otağı çox bərbad vəziyyətdədir. Yayda istidən, qışda soyuqdan orada oturmaq mümkün deyil. Yağış tavandan içəri yağır. Məhkumlar üçün nəzərdə tutulmuş ərzaq, yeyinti və zəruri əşyalar saxlanılan otaqlar tam yarasızdır..." (Haqqın.az). |
2013-12-29 | 5,447 | Səttar Mehbalıyev tapşırıq verdi – Hamı dəfnə gedir | Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) qurum sədri Səttar Mehbalıyevin ötən gün vəfat edən Qarabağ qazisi Zaur Həsənovun dəfnində iştirak barədə göstəriş verib. AHİK mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov açıqlamasında vurğulayıb ki, S.Mehbalıyev özünün bu mərasimdə iştirak etməsi ilə bağlı bizə heç bir məlumat verməyib (AzNews.az). Lakin o AHİK əməkdaşlarının dünyasını dəyişən Zaur Həsənovun dəfn mərasimində iştirak etməsi ilə bağlı tapşırıq verib. O qeyd edib ki, bütün respublika həmkarlar təşkilatlarından Zaur Həsənovun dəfn mərasimində iştirak edəcəklər: "Bunun üçün yaxın saatlarda ora gedəcəyik". |
2013-12-29 | 5,448 | Səttar Mehbalıyev: "Axı, biz hansı dövlətdə yaşayırıq?!" | Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AHİK-in qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun ötən gecə vəfatında günahkar sayılmasına münasibət bildirib. Deputat S.Mehbalıyev açıqlamasında deyib ki, bu məsələdə kimin günahkar olduğunu onlar özləri də yaxşı bilirlər: "Axı mən nə üçün günahkar olmalıyam? Onlar bilirlər ki, günahkar kimdir. Axı mən nə etmişəm? Mən 20 ildir ki, şəhid ailələrinə kömək edirəm. Onların hamısı mənim üçün əzizdir. Onun ailəsinə dövlət yardım edəcək, uşaqlarının hər birinə aylıq 300 manat pul veriləcək. Ailəsinin hər bir problemi də həll ediləcək. Həyat yoldaşı və uşaqları işlə təmin olunacaq. 100 min manat isə birdəfəlik yardım verilib. Axı bundan artıq nə olmalıdır? İndi bu məsələdə kimlərsə məni günahkar sayır. Ancaq mən nə üçün günahkar olmalıyam? Məgər mən məhkəməyəm? Məhkəmənin qərarı olub. Axı bu məsələdə mənim nə günahım olmalıdır?" Mətbuatda onun adamlarının Zaur Həsənovun özünü yandırmamışdan bir neçə saat əvvəl başına torba keçirməsi və təzyiq edilməsi barədə yazılanlara da münasibət bildirən S.Mehbalıyev bu cür yazıların nağıl olduğunu söyləyib: "Bu cür yazıları yazanlar əhvalatı özlərindən düzüb-qoşurlar. Axı biz hansı dövlətdə yaşayırıq? Bunu kim edə bilər? Belə şey ömründə ola bilməz və olması da mümkün deyil. Kimsə bu cür yazırsa, bu demək deyil ki, doğrudur. Bura Azərbaycandır və burada belə şey ola bilməz" (Publika.Az). |
2013-12-29 | 5,449 | Ukrayna patriarxı Rusiyanı imperialist adlandırdı | "Gömrük İttifaqı 2014-cü ildə ən böyük təhlükə olacaq". "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ukrayna Provaslav Kilsəsinin patriarxı Filaret çıxış edib. O, Ukraynanın Avropa İttifaqının tərkibinə daxil olduğu halda öz azadlığını qoruyacağını bildirib: "Avropa İttifaqının tərkibinə daxil olan bütün ölkələr azaddır. Ukrayna Avropa İttifaqının tərkibinə daxil olduğu halda öz azadlığını qoruyub saxlamağı bacaracaq. Gömrük İttifaqının tərkibində isə... bunu söyləmək çox çətindir". Patriarx həmçinin Rusiyanın Gömrük İttifaqı vasitəsilə yenidən öz imperializmini bərpa etmək istədiyini bildirib. |
2013-12-29 | 5,450 | Volqoqradda terror törətmiş qadının adı məlum oldu - Video/Yeniləndi | 13 :19 Volqoqradda dəmiryol vağzalında partlayış baş verib. "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə hadisə nəticəsində 3 nəfər həlak olub. Mətbuat polisdəki mənbələrinə istinadən partlayış nəticəsində 6 nəfərin yaralandığını bildirib. Hazırda baş vermiş hadisənin səbəbləri araşdırılır. *** 14:06 Rusiyada Volqoqrad şəhərində ölənlərin sayı 18 nəfərə çatıb. "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə qadın terroristin üzərindəki bombanı partlatması nəticəsində baş verib. Mətbuat həmçinin yaralananların 40 nəfər olduğunu qeyd edib. *** 14:35 14:45 Volqoqradda baş verən verən partlayış rəsmi olaraq terror aktı kimi təsdiqlənib. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya İstintaq İdarəsinin rəsmi nümayəndəsi Vladimir Markin çıxış edib. O artıq terror aktı və silahların qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işinin başlandığını bildirib. *** 15:25 Volqoqrad vağzalında törədilmiş və insan itkisi ilə nəticələnmiş terror aktı ilə əlaqədar şəhərdə yanvarın 1-dən 3-nə qədər matəm elan olunub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu şəhər merinin köməkçisi Nikita Barışev deyib. Mətəm günlərində bütün dövlət idarələrində dövlət bayrağı yarıya qədər endiriləcək, yerli televiziya və radio kanallarında əyləncəli proqramlar efirə verilməyəcək. *** 16:32 Volqoqradda terror hadisəsini həyata keçirən kəsilmiş başı tapılıb. "Axar.az" məlumat verir ki, bu məlumatı Rusiya mətbuatı etibarlı mənbələrə istinadən yayıb. Mətbuat terrorist qadının Dağıstan Respublikasından gələ biləcəyi haqqında ehtimalı irəli sürüb. Rusiya Federasiyası İstintaq idarəsi isə partladılan bombanın hazırlanması üçün 10 kq trotildən istifadə edildiyi haqqında informasiya verib. *** 18.41 Rusiyanın güc strukturları Volqoqradda terror aktı törətmiş qadın kamikadzenin şəxsiyyətini müəyyənləşdiriblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. "Bir versiyaya əsasən terror aktını Dağıstanda doğulmuş Oksana Arslanova törədə bilər, lakin bu versiya hələ təsdiq olunmayıb", - deyə o söyləyib. O.Arslanova silahlı dəstələrin döyüşlərdə öldürülmüş liderlərindən birinin həyat yoldaşı olub. |
2013-12-29 | 5,451 | Bukovski yalnızlığı izah edir | Özümü heç vaxt yalnız hiss etmədim. Bir otaqda tək başıma qaldım, intiharın astanasında... Elə vaxt oldu ki, özümü çox pis hiss edirdim. Amma heç bir vaxt heç kiminsə otağıma girib özümü yaxşı hiss etməyimi təmin edəcəyini istəmədim. Başqa cür desək, təklik məni heç vaxt narahat etməyib. Çünki tək qalmaqdan doymuram. Mən özümü insanlarla dolu bir otaqda və ya alqış edən tamaşaçılarla dolu bir tribunada yalnız hiss edərəm. İbsendən bir misal gətirəcəyəm: "Ən güclü insanlar ümumiyyətlə təkdir". Heç bir zaman içimdən keçirmədim ki, şux bir sarışın içəri girincə özümü daha yaxşı hiss edəcəyəm. Xeyr, onun heç bir faydası olmaz. İnsanları tanıyırsan. İnsanları tanıyırsan, bir-birinə axmaqcasına deyərlər ki, hey, bu cümə axşamı nə edəcəksən, elə burda oturub qalacağıqmı? Əlbəttə, belə də edəcəklər, çünki bayırda maraqlı heç nə yoxdur. Axmaq insanlarla dingildəyən axmaq insanlar. Gecələr canhövlü çıxıb qaçmaq kimi ehtiyacım da olmadı. Barlarda gizləndim, çünki fabriklərdə gizlənmək istəmirdim. Milyonlarla insandan üzr istəyirəm, amma mən özümü heç vaxt tək hiss etmədim. Özümdən məmnunam... Bildiyim ən yaxşı əyləncə elə özüməm... Bir az daha şərab içək! |
2013-12-29 | 5,452 | Baş nazirin ölümüylə bağlı ciddi faktlar | "Eks-baş nazir Zurab Jvanyanın ölümü ilə bağlı çox ciddi məlumatlar var". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edib. O bununla bağlı prokurorluqda da məlumatların olduğunu bildirib: "İndiyə qədər ictimaiyyət tərəfindən çox məntiqli suallar verilib. Məndə olan məlumatlara görə, prokurorluğun da bununla bağlı çox ciddi sualları var". |
2013-12-29 | 5,453 | Ərdoğanın oğluyla şərikliyi iddia edilən biznesmen danışdı | "Bilal Ərdoğan ilə şərik deyiləm". Mediada Türkiyənin Baş naziri R.T.Ərdoğanın oğlu Bilal Ərdoğan ilə şərik olduğunu iddia edilən "Bosphorus 360" şirkətinin İdarə Heyətinin sədri Çingiz Aktürk açıqlama verib. "Axar.az"ın "Hürriyət"ə istinadən verdiyi xəbərə görə, Çingiz Aktürk Baş nazirin oğlu ilə şərik olmadığını bildirib: "Bilal Ərdoğan ilə şərik deyiləm. Bəlkə ortaq tanışların dəvətlərində bir neçə dəfə qarşılaşmışıq. İstanbuldakı mədənimə nəinki 10 milyard, 10 milyon və ya 10 min dollar, hətta notarius xərclərini ödəyənə o saat sataram. Ora sənədi olmayan mədəndir". |
2013-12-29 | 5,454 | Millət vəkilləri Qarabağ qazisinin yas mərasimində - Foto | Özünü yandıraraq dünyasını dəyişən Qarabağ müharibəsi əlili Zaur Həsənovla vida mərasimi keçirilir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, vida mərasimi Lökbatan qəsəbəsində, mərhumun evində təşkil olunub. Yas mərasimində Qarabağ müharibəsinin iştirakçıları, əlillər, mərhumun yaxınları, media nümayəndələri iştirak edirlər. Mərasimə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da qatılıb. Qeyd edək ki, dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ əlili Zaur Həsənov ötən axşam müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxananın Yanıq mərkəzində dünyasını dəyişib. |
2013-12-29 | 5,455 | Dünən ölkədə 74 cinayət qeydə alınıb | Dekabrın 28- də Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 74 cinayət faktı qeydə alınıb. Onların da 28-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 11 nəfər ölmüş, 15 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib Cinayət törətdiklərinə görə 28 nəfər tutulub. |
2013-12-29 | 5,456 | Səlim Müslümovun xələfi 22 işçisini qovdu | 2013-cü il ərzində Dövlət Sosial Müdafiə Fondunda 22 nəfər dövlət qulluqçusu barədə intizam tədbirləri görülüb. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarında çalışan dövlət qulluqçularının etik davranışı məsələləri barədə vətəndaş müraciətlərinin imkanlarının gücləndirilməsi məqsədilə daxil olmuş müraciətlərə operativ baxılması istiqamətində işlər davam edir, qanunvericiliyə uyğun araşdırma nəticələri üzrə tədbirlər görülür. Fondun mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü il ərzində bu sahədəki vətəndaş müraciətlərinin araşdırılması nəticəsində əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş Fondun 22 nəfər işçisi barədə intizam tədbirləri görülüb. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq əmri ilə Fondun sədrinin, sədr müavinlərinin, aparatın rəhbərinin, şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulub. Vətəndaşları maraqlandıran müxtəlif sualların operativ şəkildə cavablandırılması üçün Fondun internet səhifəsində "sual-cavab" bölməsi və Fondun Aparatında "Mərkəzləşdirilmiş Çağrı Sistemi" fəaliyyətini davam etdirir. Eyni zamanda elektron poçt vasitəsi ilə daxil olan ərizə və şikayətlər kargüzarlıq qaydalarına uyğun olaraq qeydiyyata alınır və icrası nəzarətə götürülərək müvafiq tədbirlər görülür (AzVision.az). |
2013-12-29 | 5,457 | Rasim Balayevdən ürək ağrıdan söhbət | Bu dəfə Yağmurun qonağı xalq artisti Rasim Balayevdir. Onunla söhbətləşdik və bəlli oldu ki, Rasim Balayev həyatda heç vaxt rol oynamayıb, baxmayaraq ki, bu dünyanı da səhnə hesab edir... Zaman mənim zamanım deyil - Feysbuk profilinizdə belə bir statusa rast gəldim: "İndi mənim zamanım deyil, ya gərək 100 əvvəl doğulaydım, ya da 100 il sonra. Nəyə görə belə düşünürsüz? - Mən elə düşünmürəm ki. Reallıq budur. Mən bir neçə il bundan öncə insanlarda olan səmimiyyəti indikilərdə görə bilmirəm. Ona görə də belə düşünürəm. Elə bir insanam ki, kimsəni peşəsinə görə qınamıram. Peşə Allah vergisidir, kimsə yaxşı şair olur, kimi zəif... Kimi güclü aktyor, kimi isə güclü idmançı olur. İnsanlarda öyrənmək, qavrama qabiliyyəti müxtəlifdir. İnsan hansı sahədə olursa-olsun, insan olmalıdır. Hazırda isə insan qıtlığıdır. Elə buna görə ətrafıma baxıram, görürəm ki, zaman mənim zamanım deyil. Ya mən 50-60 il bundan qabaq olardım, ya da sonra... Çünki sonra olsaydım, mən də indiki mühitə öyrəşəcəkdim. Mən öyrəşə bilmirəm. - Sizcə, keçmiş bundan gözəl idi, yoxsa gələcək gözəl olacaq? - Açığı, mən gələcəyə inanmıram. Çünki texnika inkişaf etdikcə, insan urvatdan düşür. Keçmişdə insanlar o qədər də varlı deyildilər. Böyük əksəriyyətin maşını yox idi, amma insanlar o qədər səmimi idilər ki... Daim bir-birinin hayına, dadına çatardılar. Amma indi bahalı evlərdə yaşayan, bahalı maşınlar sürən qonşular bir-birini tanımır. Teymurləngin dediyi reallıqdır, Nəsiminin arzusu gözəl - "Nəsimi" filmində Nəsimi Teymurlənglə üzbəüz dayanır, bu ikisinin arasında kamillik və qorxu söhbəti gedir. Sizcə, Teymurləngin təlimi üstün gəldi, yoxsa Nəsiminin? - İnsan kamil ola bilmir. İnsanın müəyyən hissəsi kamil olsa da, əksər hissəsi ola bilmir. Düzdür, Nəsiminin fikri, ideyası, arzusu daha gözəldir. Amma Teymurləngin dediyi reallıqdır. İnsanlardan danışdıqda təbii ki, bu siyahıya hər kəs aid deyil. Gözəl insanlar da yetəri qədər var. Amma ümumi mənzərəyə baxanda görürsən ki, cəmiyyəti iki şey saxlayır. Ya şüur, ya da qorxu hissi... İndi isə nə şüur, nə də qorxu yoxdur. Bu da olur xaos yaradır. - Sizcə, indi biz qorxusuzuq? - Xeyr, müəyyən qaydalar var. Amma insanlarda vicdan qorxusu yoxdur. Mənə elə gəlir ki, ən böyük qınaq yeri insanın özü, öz vicdanı olmalıdır. Normal insan hər axşam yatağına girib özü ilə bir iclas keçirməli, bu gün etdiyi bütün işlərə görə özünə hesabat verməlidir. Əgər nəsə naxələf iş görübsə, gözünə yuxu getməməlidir. Əgər hər şey normaldırsa, onda rahat yatmalıdır. Təəssüf ki, indi bunu edən insanlar azdır. - Zəif güclüdən qorxur. Hər zaman belə olub, indi də belədir. Bəlkə insanın xarakteri bərabər yaşamağa imkan vermir? - Razıyam, kimsə mütləq fərqlənmək istəyir. - Dünyadan narazısınızmı? - Narazıyam... - Yaxşı, onda belə dünyada ədəlatə inamınızı qoruyub saxlaya bilmisinizmi? - Yox, şübhələrim var. Amma hər halda hər kəs özünə aiddir. Mən özüm ədalət prinsipini saxlaya bilmişəm. Bəlkə də polis, hakim olsaydım, bu sözləri deyə bilməzdim. Bu gün vicdanımı ağrıdan səbəb yoxdur. Amma elə sahələr var ki, orada buraxılan səhvlər insan həyatını məhv edir. Məsələn, bir həkimin səhvi insan ölümünə, hakimin səhvi bir ailənin faciəsinə səbəb ola bilir. Bəzən biri yıxılıb, onu tərk edib getmişəm - Deyirsiniz ki, ədalətlə bağlı şübhələriniz var. Hər kəsdən ədalətli olmağı tələb etmək olmur, onda yol qalır insanın özünün ədalətli olmasına... Siz özünüz necə, ədalətli insansınız? - İmkan daxilində. O qədər şeylər olub ki... Bəzən mən elə bir yerdə olmuşam ki, biri yıxılıb, amma orda dayana bilmədiyim üçün onu tərk edib getmişəm. Hansı ki, ona kömək edə bilərdim. Qısası, məndən asılı olmayan vəziyyətlər olub. - Bir az əvvəl söhbət edəndə dediniz ki, bir şeyi sevdinizsə, ondan vaz keçə bilmirsiniz. Elələri varmi ki, onları həyatınızdan çıxartmaq istəmisiniz, amma bacarmamısınız? - Olub, xüsusən də dostlarım... Bəzi dostlarla əlaqələrimi kəsməyim məndən asılı olmayan səbəblərdən olub. Yadıma düşəndə buna görə təəssüf edirəm. Amma çalışmışam ki, münasibətlərimiz davam etməyəndə də onların pis yox, yaxşı anlarını xatırlayam. - Şekspir deyir ki, həyat bir səhnədir. Rasim Balayev səhnədən çıxıb, real həyata qayıdanda düşünürmü ki, həyat doğurdan da bir səhnədir? - Bəli, o çox ağıllı adam olub. Tam doğrudur. Hətta Hüseyn Cavid də deyib ki, bu qocaman dünya bir səhnə demək, hər kəs aktyorluq edər, bilməyərək... Hərənin boynuna bir yük, bir iş düşüb. Hər kəs də onu daşıyır. Kimi uğurlu, kimi uğursuz. Düşünürəm ki, aktyorluq ekran, səhnədə olmalıdır. Həyatda aktyorluq edənləri sevmirəm. - Həyat bir səhnədirsə, Rasim Balayev özünü bu səhnədə hansı rolda görüb? - Bütün insanlar kimi, mənim də pis vaxtım olub, dilxor vaxtım olub... Yanlışlarım da öz yerində. Amma çox şükür ki, elə bir yanlışım olmayıb ki, ona görə ömürlük vicdan əzabı çəkim. Məsələn, təyyarəyə minəndə fikir vermişiniz? Bir az yuxarı qalxdıqca hər şeyin necə balaca olduğu aydınlıqla görülür. Kosmosa çıxsan, görəcəksən ki, yer kürəsi balaca bir səhnədir. İnsanlar da onun üzərində dayanıb. Molla Nəsrəddinə sual verirlər ki, niyə bu dünyada hərə bir yana gedir? Molla cavab verir ki, hamı bir tərəfə getsə, dünya aşar. Ona görə də hərə bir yerə dağılır. Vallah, mən necə olduğumu heç bilmirəm - Həyat səhnədirsə, biz də onun oyunçuları, demək rejissorlar da var. Sizin həyatınızın rejissoru kim olub? - O qədərdir ki... Bir deyil, beş deyil. Ətrafımda olan hər kəs mənim rejissorumdur. Oxuduğum kitablar, böyüdüyüm mühit, mənim genlərim, valideynlərim, çevrəm... Mən Rasiməm, onlar obrazlardır - İnsanlara görə siz təkcə Rasim Balayev deyil, həm də Babək, Nəsimi, Beyrəksiniz... Bu obrazlardan hansını özünüzə daha yaxın bilirsiniz? - Heç birini... Mən Rasiməm. Onlar obrazlardır. Vallah, mən necə olduğumu heç bilmirəm. Kənardan özümü qiymətləndirə bilmirəm. Hər zaman vicdanlı, ədalətli olmağa çalışmışam. Kimlərəsə əl tutum, kömək edim... imkan daxilində təbii... - Sizcə, nəyə görə insanlar sizə ümid yeri kimi baxır? Rasim Balayevə görə, yoxsa rollarınıza? - Xeyr, yəqin eşidiblər ki, mən hər kəsi qəbul edən biriyəm. Yekəxana deyil, kömək əli uzadan adamam. Məni tanıyan insanların yanında xeyirxah obrazım var. - Özünüzü xeyirxah sayırsınız? - Xeyirxah olmaq üçün gərək böyük imkanların olsun. Mən öz məhdud imkanlarım içində bunun öhdəsindən gəlmişəm. Məsələn, nazir bir adama demişəm ki, Allah sizə savab qazanmaq üçün daha çox imkan verib. İndi görün nə edirsiniz... - Həyatınızda zorən yaşadığınız anlar çoxmu olub? Biz bəzən içimizdə bədbəxt olub, üzdə gülmək zorunda qalırıq. Siz necə, həyatda çoxmu rol oynamaq məcbiriyyətində qalmısınız? - Mən həmişə Rasim olmuşam. Qəmli olmalıyamsa, qəmli oluram, gülmək lazımdırsa, gülürəm. Heç vaxt özümü zorlamamışam. Kiməsə xoş gəlmək üçün elə davranmamışam. Həyatdır, hər şey olur... - "Həyatdır" sözünü yaman küskün dediniz... Sizcə, həyata çox məna yükləməyə dəyərmi? - Dəyməz, heç dəyməz... Amma bilirsiniz, məni nə üzür, insanların savadlanmaq istəməməsi... Mənə elə gəlir ki, savad ən çətin anda insanın əlindən tutur. Savadlı insanlar digərlərinə nisbətən daha qürurlu, dözümlü olur. İnsan çox biləndə hər şeyi düzgün dəyərləndirir, həm də vətənpərvər olur. - Siz necə, özünüzü vətənpərvər hesab edirsiniz? - Əlbəttə, bir neçə festivalda vətənimi layiqincə təmsil etmişəm. - O festivallarda bir rolun məsuliyyəti daha ağır olub, yoxsa azərbaycanlı olmağın? - Əlbəttə, azərbaycanlı olmağın. Mən orada gərək özümü elə aparam ki, Azərbaycan haqqında yaxşı fikirdə olsunlar. "Neftçi" "Qalatasaray"ı 7-0 udmuşdu - İndi necə, beynəlxalq aləmdə bizi təmsil edənlər bunu layiqincə edə bilir? - Bəli, edə bilirlər. Muğam ustalarımız, idmançılarımız var. Pantomim teartı bizi yaxşı təmsil edə bilər. Çox təəssüf ki, başqa teatrlarımız zəifdir, elə kinomuz da... - Bizdə 60-80-çi illərdə gözəl filmlərimiz vardı. Amma məsələn, Türkiyədə Yaşılcam filmləri zəifdir, onlar indi daha da irəli gedir, bizim kino sənətisə demək olar ki iflic vəziyyətdədir. - Mən Yaşılcamda çox olmuşam. Onların filmləri bizim o zamankı filmlərdən zəifdi. Onlarda çox şey bizdən sonra olub. Yadımdadır, o vaxt "Neftçi" "Qalatasaray"ı 7-0 uddu. Yeddi sıfır eee! İndi isə onlar bizi hər şeydə udur. Kino çox gənc bir sənətdir. Hazırda bizdə tənəzzül dövrüdür və belə gedərsə, hələ uzun müddət də heç nə dəyişməyəcək. Bu sənətə Məcnun məhəbbəti lazımdır - Gənc rejissor, aktyorlar sizi qane edir? - Yox, mən heç onları tanımıram. Mən insanları daima işinə görə tanıyıram. Son dövr elə film görmədim, soruşum ki, bu filmin rejissoru kimdir... Kinonun geri qalmasının səbəbi budur ki, seçimlər düz deyil. Sənət universitetlərinin imtahanı tam başqa cür olmalıdır. Burada test üsulu ikinci plana keçməlidir. Biri tarixi, riyaziyyatı zəif bilər, amma onda fitri istedad olar. Bizim dövrümüzdə sənət insanlarını axtarıb tapırdılar. O vaxt bacaranları bir neçə dəfə ələyib, sonra seçirdilər və heç vaxt burada tapşırılmaqdan söhbət gedə bilməzdi. Bu gün lazimi bal toplaya bilməyənləri gətirib qoyurlar aktyorluq fakultəsinə... Uğur qazanmaq üçün üç şey lazımdır. Fitri istedad, zəhmət və şans... Biri geridə qalsa, mümkün deyil. Bu sənətə Məcnun məhəbbəti lazımdır. Mən bu gün onu görmürəm. Mən görürəm ki, gənclər gələn kimi pulla maraqlanır. Bu sənətə gələn kimi istəyir ki, maşını, yaxşı evi olsun, bu mümkün deyil. Mən "Nəsimi"də çəkiləndə işə avtobusda sallana-sallana gəlirdim. 8-ci kilometrdə kirayədə qalırdım. Filmdən sonra hökumət ev verdi. Müəllim bizə tapşırıq verirdi, biz də məşq etmək üçün "Malakan" bağının yanında bir dükan vardı, pul yığıb onun nəzarətçisinə araq və kolbasa, çörək alıb verirdik ki, bizi içəri buraxsın. Vaxtın necə keçdiyini bilmirdik, gecə saat 12-də qurtarıb çıxanda da pulumuz olmurdu, düz "Sevil" kinoteatrının yanınadək piyada gəlirdik. İndi iki mahnı oxuyub olurlar sənətkar, maşın alıb villalarda yaşamaqla beyinlər çaşır. Amma onlar anlamır ki, iki mahnı oxumaqla deyil, əxlaqsız yolla qazanılır bunlar... Həmin müğənnilərdən soruşanda deyir ki, mən "biznes"lə məşğul oluram. İndi bunun adını "biznes" qoyublar. Nə "biznes"idir o? Yalan söhbətdir hamısı... Bu da cəmiyyəti korlayır. Daş-qalaq olunmalı adamlar indi hörmət sahibi olub. Əvvəllər belələrini heç efirə buraxmazdılar. - Amma indi dediyiniz adamlar cəmiyyətin elitası sayılır... - Elədir... Mən, mənim kimilər sənətə gələndə heç vaxt maşın barədə düşünməmişdik. Bəzən heç filmə çəkiləndə pul da almamışam. - Məsələn, hansı filmdə? - "Qatır Məmməd" filmini bir dəfə çəkmişdilər, yaxşı alınmamışdı, filmi verdilər Rasim Ocaqova, o da məni Əziz roluna təsdiq etdi. Hamımız qışın soyuğunda yarı ac-yarı tox, Qobustanın sərt havasında o filmi ərsəyə gətirdik. - Belə olmanıza peşman deyilsiniz ki? - Xeyr, əsla peşman olmamışam. |
2013-12-29 | 5,459 | Qazinin dəfn günü dayısı da rəhmətə getdi | Özünü yandıraraq intihar edən və bu gün Lök-batan qəbiristanlığında dəfn edilən Qarabağ qazısı Zaur Həsənovun dayısının rəhmətə getdiyi bildirildi. "Axar.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Hazırda hüzr mərasimində iştirak edən Kənan Qasımlı və "Avropa.info"nun əməkdaşı Qarabağ qazisi Zaur Həsənovun dayısı Hüseynin vəfat etdiyini təsdiqləyib. K.Qasımlı bildirib ki, 1949-cu il təvəllüdlü Hüseyn kişi hüzr məclisində deyil, öz evində rəhmətə gedib. Onun ürək xəstəsi olduğu qeyd olunur. |
2013-12-29 | 5,461 | Türkiyədə simfonik orkestr konsertə ayaqqabı qutusuyla çıxdı | "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya Dövlət Simfonik Orkestrinin həyata keçirdiyi yeni il konsertində "Vokaliz" qrupu səhnəyə "ayaqqabı qutusu"yla çıxıb. 17 dekabr əməliyyatında bank müdirinin evində dollarların tapıldığı ayaqqabı qutularını xatırladan qutudan səsləndirilən əsərlərin notları çıxıb. Qutudan notları götürən qrup üzvləri səhnədən Atatürkün "Sənətsiz qalan bir millətin həyat damarları qopmuş deməkdir" sözünü xatırladaraq, 2014-cü ilin may ayında dövlətin sənət təşkilatlarının bağlanılması qərarına diqqət yönəldib. Qrup üzvləri tamaşaçılara "Antalya Dövlət Simfonik orkestrinə, operaya, teatra sahib çıxın",- deyə çağırış da ediblər. |
2013-12-29 | 5,462 | İsveçrə şirkəti Azərbaycanda zavod inşa edəcək | Yaxın aylar ərzində Azərbaycanın Gəncə şəhərində sərnişin vaqonları istehsalı zavodunun tikintisinə başlanılacaq. "Axar.az"ın "APA"ya istinadən xəbər verir ki, bunu nəqliyyat naziri Ziya Məmmədov Gəncədə "Azərbaycan Dəmir Yolları" QSC-nın Gəncə stansiyasının açılış mərasimində bildirib. Nazirin sözlərinə görə, dövlət başçısının tapşırığı ilə Gəncədə Vaqon Deposunun bazasında yeni müasir sərnişin vaqonları istehsalı zavodunun inşası nəzərdə tutulur. "Bu istiqamətdə İsveçrənin "Stadler Bussnang AG" şirkəti ilə danışıqlar aparılır. Hazırda layihənin sənədləri hazırlanır. Bir neçə ay sonra layihənin icrasına başlanılacaq", - deyə Z.Məmmədov bildirib. |
2013-12-29 | 5,463 | 2013-ün şou kriminalı: həbslər, davalar… | 2013-cü ildə Azərbaycanın şou məkanında yeni təqdimatlar, konsertlər, yüngül dedi-qodu və gündəmdə qalmaq üçün ssenariləşdirilən qarşıdurmalarla yanaşı, əsl qovğalar, həbslər də sənət adamlarından yan keçmədi. "Axar.az" bu qovğa və həbslərdən ən diqqətçəkənlərini təqdim edir: Xalq artistlərinin məhkəməsi Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın məhkəməsi ilin ən yadda qalan hadisəsinə başçılıq edir. Xatırladaq ki, aprelin 23-də İlhamə Quliyevanın şikayət ərizəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim olunub. İlhamə Quliyeva iddia ərizəsində Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib. Məhkəmənin qərarı ilə Nazpəri Dostəliyeva İlhamə Quliyevaya vurduğu mənəvi ziyana görə 50.000 manat təzminat ödəyəcək. Bundan başqa, məhkəmə Nazpəri Dostəliyevanın televiziya vasitəsilə İlhamə Quliyevadan üzr istəməsi barədə də qərar çıxarıb. Musa-Təranə qalmaqalı Musa Musayev və Təranə Qumralın şəxsi həyatları barədə xoşagəlməyən söz-söhbətlər bütün mediada səs-küyə səbəb olub. Bildirək ki, bu qalmaqalda Təranə Qumralın həyat yoldaşı Musa Musayevə xəyanət etməsi xəbərləri yayılmışdı və bu xəbəri Musa Musayev özü bəyan etmişdi. Hazırda isə cütlük yenə birlikdədirlər və xoşbəxt olduqları barədə açıqlama verirlər. Rejissor Aqil M. Quliyevin həbsi Tanınmış rejissor Xətai rayon məhkəməsinin qərarı ilə aprelin 23-də 1 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. A.M.Quliyev məhkəmə zalında həbs olundu və rejissor cəzacəkmə müəssisəsinə göndərildi. Cəmi 36 gün həbsdə qalandan sonra mayın 30-da həbsdən azad olub. Qeyd edək ki, bir müddət əvvəl Marianna Turabova adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirmişdi. Borcun ödənilməsi razılığı əldə olunduğundan, hazırda rejissor azadlıqdadır. Oksana ilə Elşad Xose ayrıldı Tanınmış reper Elşad Xose ilə rəqqasə Oksana Rəsulovanın qalmaqalı da bu ilə damğasını vurub. Elşad Xose 2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə rəsmi nikaha girsə də, evlilikləri bir neçə ay çəkdi. Hazırda ikisi də subaydır. Hüseyn Dəryanın həbs olundu Reper Hüseyn Dərya narkotik maddə qəbul etdiyinə görə bir neçə dəfə həbs olundu. Sonuncu dəfə dekabr ayının 24-də həbs olunaraq Sabunçu RPİ-nə aparıldı. Buna səbəb isə isə reperin "narkotik sərxoşluq vəziyyətində" olması göstərildi. Dekabrın 25-də isə evə buraxıldı. Aygün-Brilyant savaşı İki xalq artisti bir-birinə əvvəlcə gizlin müharibə elan etdilər. Virtual məkanda başlanan soyuq müharibə sonradan açıq mübarizəyə keçdi. Tərəflər maqazin proqramlarına çıxıb, daha kobud şəkildə bir-birlərini acıladılar. İşə Namiq Qaraçuxurlunu da qatdılar. Aygün Brilyantın xiyar yediyi yerdə şəklini paylaşıb ortaya "xiyar" söhbətini atdı. Hətta iş o yerə çatdı ki, şou-biznesin divası Aygün küsüb ölkədən getmək məcburiyyətində qaldı. Amma tezcə də geri döndü. Zaman keçdikcə, xalq artistlərinin hikkəsi soyumağa başladı və bu qalmaqalı başqaları əvəzlədi. Əlqərəz Bütün illərdə olduğu kimi, 2013-cü il də şou adamlarımızın dava-qırğını ilə yadda qaldı. Ümid edək ki, at ilində vəziyyət fərqli olacaq. |
2013-12-29 | 5,464 | Tətildən sonra Ukraynada tətillər başlayır | "Ukraynada tətillər yeni ildən sonra başlayacaq". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə UDAR partiyasının sədri Vitali Kliçko çıxış edib. Bu gün etirazçıların qarşısında çıxış edən V.Kliçko Maydandan getməyəcəklərini bildirib: "Biz hamımız gərək bu hökumətlə işləyə bilməyəcəyimizi deyək. Biz axıra qədər savaşacağıq və buradan getməyəcəyik". |
2013-12-29 | 5,465 | Ərdoğan Əsəddən əvvəl gedəcək – Dünya mətbuatı | Türkiyədə baş verən korrupsiya istintaqı ilə əlaqədar xəbərlər dünya mediasında yer almağa davam edir. "Nyu York Tayms" – ABŞ: "Qanunsuzluq əməliyyatlarında adı hallanan layihələr İstanbulda yoxsulları evlərindən dirdərgin salır. Baş nazir Ərdoğan iqtisadi inkişafa böyük önəm verir. O, üzünü əvvəllər türklərin hökmranlıq etdiyi ərəb topraqlarına çevirdi və iqtidarının simvolu olan əmlak layihələrinə üstünlük verdi. Amma indi daha da böyüyən korrupsiya əməliyyatı ilə bu layihələr iqitdarın çöküşünün toxumları ola bilər". "BBC Türkcə" – İngiltərə: "Ərdoğan üçün 2013-cü il "xarici qüvvə" ili oldu. Lakin Baş nazir, bəzi vətəndaşların hökumətlə əlaqədar problemlərinin ola biləcəyi ehtimalını dəyərlərndirməyi bacarmadı. Müxalifət Baş naziri sadə vətəndaşlarla münasibəti itirməkdə günahlandırır və onun on ildən də çox iqtidarda qalan liderlərdə görülən "hədsiz kin sindromu"na yoluxduğunu deyir". "Qardian" – İngiltərə: "Gülən hərəkatı və AKP arasındakı gözlənilməz müharibə modern Türkiyənin cansıxıcı portretini çəkir. Dərin dövlət bu həftə dərinlərdən su üstünə çıxaraq, sadəcə, Baş naziri deyil, Türkiyənin çətinliklə qazanılmış modern cəmiyyət şöhrətini də təhdid etdi". "Teleqraf" – İngiltərə: "Siyasi böhran sərmayəçiləri qorxudur. Türkiyə ulduz ölkədən xəstə adama doğru irəlilədiyi vaxtda lirə kəllə-mayallaq oldu". "Daily Star" – Livan: "Bu gedişlə Suriyanın prezidenti Bəşər Əsəd, Ərdoğanın gedişini görə bilər. Korrupsiya skandalı ilə sarsılan AKP hökuməti tənqidlərin hədəfindəki Suriya siyasətinə düzəliş edə bilər. Politoloqlara görə, bəzi hadisələrin nəticəsində Əsəd 2014-cü ildə olacaq seçkiləri uda, Ərdoğan isə iqtidarı itirə bilər". |
2013-12-29 | 5,466 | Prezident nəvələrinin yeni şəkilləri yayıldı - Fotolar | Sosial şəbəkələrdə prezidentin qızı Leyla Əliyevanın əkiz oğlu ilə bir yerdə fotoları yayılıb. Şəkillər Emin Ağalarovun rəsmi "Facebook" səhifəsində "Mənim ailəm" adlı albomda paylaşılıb. "Axar.az" oxucularıyla paylaşırıq. |
2013-12-29 | 5,467 | Bayram günləri heç kimin işığı kəsilməyəcək - Rəsmi | "Dekabrın 31-i heç kim işıqsız qalmayacaq". Bu barədə "Axar.az"a danışan "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev bildirdi ki, əhalinin rahatlığını təmin etmək üçün şirkət bayram günləri gücləndirilmiş iş rejimində işləməklə əhalini yüksək keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edəcək: "Bizdən asılı heç bir problem, nasazlıq ola bilməz. Bayram günü ilə əlaqədar olaraq əlavə işçi qüvvəsi ayırmışıq. Bütün abonentlər 24 saat elektrik enerjisi ilə təchiz olunacaqlar. Borclu abonetlərə gəlincə, iş - iş, bayram bayramdır. Ümid edirəm, heç bir abunəçi köhnə borcları yeni ilə keçirməyəcək. Biz bayram günü heç kimin işığını kəsməyəcəyik". |
2013-12-29 | 5,468 | Gəncə Polis İdarəsində bıçaqlanma xəbəri ilə bağlı açıqlama - Rəsmi | "Gəncə Şəhər Baş Polis İdarəsində biçaqlanma hadisəsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur". Bu açıqlamanı "Axar.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə verdi. O, birmənalı olaraq bu hadisəni təkzib etdi: "Gəncədə heç bir bıçaqlanma hadisəsi olmayıb. Bu xəbəri birmənalı şəkildə təkzib edirəm". Qeyd edək ki, bu gün Gəncə Şəhər Baş Polis İdarəsində bıçaqlanma hadisəsi ilə əlaqədar məlumat yayılmışdı. |
2013-12-29 | 5,469 | Əlil və müharibə veteranlarına avtomobil veriləcək | Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəyə dayanmış bütün əlillər və müharibə veteranlarına 2014-cü il ərzində avtomobil veriləcək. Bu barədə bazar günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, Qarabağ müharibəsi və 20 Yanvar faciəsi iştirakçıları ilin birinci yarısında, digər kateqoriyalara aid şəxslər isə 2014-cü ilin sonuna kimi avtomobil alacaqlar. Bu məqsədlərlə "NAZ Lifan" avtomobil zavodu 650 avtomobil verəcək (AzNews.az) |
2013-12-29 | 5,471 | Əli Həsənov: “Bu problemi də həll edəcəyik“ | Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun 2013-cü ilin yekunları ilə bağlı müsahibəsi - Əli müəllim, 2013-cü ilin yekunları artıq cəmiyyətdə müzakirə olunmağa başlayıb. Başa çatmaqda olan bu ili necə qiymətləndirərdiniz? - Azərbaycanın strateji prioritetlərinin reallaşdırılması, ölkəmizin dinamik inkişafının təmin edilməsi, cəmiyyətimizin qarşısında duran vəzifələrin həyata keçirilməsi baxımından 2013-cü ildə baş verən hadisələrin əhəmiyyəti olduqca böyükdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, humanitar mərkəzi statusunu möhkəmləndirmiş, qlobal problemlərin həllində və beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda ciddi rol oynamağa başlamışdır. Başa çatmaqda olan bu ilin spesifik cəhəti ondan ibarətdir ki, Azərbaycan xalqı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun davamına birmənalı dəstəyini növbəti dəfə ifadə etmişdir. Bilirsiniz ki, bu il Azərbaycanda növbəti prezident seçkisi keçirildi. Demokratik mühitin mövcudluğu, yüksək vətəndaş və elektoral fəallıq, beynəlxalq və yerli ictimaiyyətin böyük marağı şəraitində keçən bu seçki bir daha təsdiq etdi ki, Azərbaycan cəmiyyətində ölkənin gələcəyi, onun strateji inkişaf kursu ilə bağlı ciddi fikir ayrılığı yoxdur. Hələ seçkidən xeyli əvvəl ekspertlər, politoloqlar Prezident İlham Əliyevin şəksiz lider olduğunu bəyan edir, bütün sosioloji sorğuların nəticələri dövlətimizin başçısının növbəti dəfə parlaq qələbə qazanacağını təsdiqləyirdi. Məsələn, Avropa İttifaqının "Avropa Qonşuluq Barometri" çərçivəsində keçirilmiş sorğu göstərdi ki, Azərbaycanda əhalinin 92 faizi öz hökumətinə inanır. Bu, o deməkdir ki, əhalinin mütləq əksəriyyəti İlham Əliyevin gördüyü işləri bəyənir və Azərbaycan Prezidentinə növbəti dəfə etimad göstərməyə hazırdır. Bütün obyektiv rəy sorğuları xalqla cənab İlham Əliyevin sıx birliyini əyani şəkildə nümayiş etdirdi. Təsadüfi deyil ki, dünyanın 100-ə yaxın ölkəsini təmsil edən 1200-dən artıq müşahidəçi, nüfuzlu beynəlxalq qurumlar da daxil olmaqla 50-yə yaxın təşkilat seçkilərin tam demokratik, şəffaf, ədalətli keçirildiyini və cənab İlham Əliyevin layiqli qələbə qazandığını bəyan etmişlər. Azərbaycan xalqı Prezident İlham Əliyevə yenidən etimad göstərməklə həm bu günə kimi görülmüş işlərə yüksək qiymət vermiş, həm də Azərbaycanın gələcəyi, milli inkişaf istiqamətləri ilə bağlı cənab Prezidentin planlarına birmənalı dəstəyini ifadə etmişdir. Buna görə də prezident seçkisi və onun məntiqi nəticəsi 2013-cü ildə xalqımız və milli dövlətçiliyimiz üçün ən mühüm hadisə hesab olunmalıdır. - Əli müəllim, 2013-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafının ümumi yekunları barədə nə deyə bilərsiniz? - Əminliklə demək olar ki, 2013-cü ildə qarşıya qoyulmuş bütün vəzifələr uğurla icra olunmuş, ölkə iqtisadiyyatının dinamik inkişafı, dövlət proqramlarının, investisiya layihələrinin reallaşdırılması, makroiqtisadi sabitliyin qorunması, əhalinin sosial rifahının yüksəlməsi təmin edilmişdir. Bu il iqtisadi artım 6 faizə yaxın olmuş, iqtisadiyyatın qeyri-neft sektoru isə 10 faiz çoxalmışdır. Bilirsiniz ki, 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmuşdur. İKT Azərbaycan iqtisadiyyatının ən sürətlə inkişaf edən, ən gəlirli və proqnozlara görə, ən perspektivli seqmentlərindən biridir. Bu ilin fevralında Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması xalqımız üçün tarixi hadisə, mühüm nailiyyət, dövlətimizin böyük qələbəsi olmuşdur. 2013-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində müasir iqtisadi və sosial infrastrukturun yaradılması istiqamətində görülən mühüm işlər davam etdirilmiş, rayonların abadlaşdırılması və digər məsələlər uğurla həll olunmuşdur. Yola saldığımız ilin 9 ayında regionlarda 260 sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 90 minə yaxın yeni iş yeri açılmışdır. Artıq Prezident İlham Əliyev növbəti illər üçün yeni dövlət proqramlarının həyata keçiriləcəyini bəyan etmiş və bildirmişdir ki, onların reallaşdırılması nəticəsində regionlarda və Bakıətrafı kənd və qəsəbələrdə həll olunmamış problem qalmayacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının layiqli həyat şəraitini təmin etməkdən ibarətdir. Təbii ki, sürətli iqtisadi inkişaf həm də əhalinin sosial müdafiəsinin güclənməsi, vətəndaşların rifahının yüksəlməsinə mühüm təsir göstərmişdir. Əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycanda əmək haqları, təqaüdlər artırılmışdır. Bu, öz növbəsində özəl sektorda da çalışanların gəlirlərinin yüksəlməsini stimullaşdırmışdır. Nəticə etibarilə hər il əhalinin gəlirləri artaraq inflyasiyanın səviyyəsini dəfələrlə üstələmişdir. Məsələn, cari ildə inflyasiya cəmi 2,3 faiz təşkil etdiyi halda, əhalinin gəlirləri 7,6 faiz çoxalmışdır. Hər il 20 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin olunur. Dövlət heç bir yerdən yardım almadan, öz hesabına təbii fəlakətlərin ağır nəticələrini aradan qaldırır, ziyan çəkmiş ailələrə yeni mənzillər verir, dağılmış infrastrukturu bərpa edir. Bir sözlə, ölkə iqtisadiyyatına yatırılan investisiyalar, yaradılan yeni iş yerləri, sənaye istehsalının artımı, iqtisadiyyatda yeni istiqamətlərin müəyyənləşdirilməsi və işlənməsi, xüsusilə innovasiyaların tətbiqi qarşıdan gələn dövrdə istər qeyri-neft sektorunun, istərsə də neft sənayesinin sürətli inkişafını təmin edəcəkdir. - Demək olarmı ki, artıq enerji amili arxa plana keçir? - Xeyr, enerji amili hələ uzun illər bundan sonra da öz aktuallığını saxlayacaqdır. Qarşıda duran strateji hədəf enerji amilindən istifadə etməklə güclü qeyri-neft sektorunun yaradılmasına, iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına və tamamilə aradan qaldırılmasına nail olmaqdır. Hazırda həyata keçirilən tədbirlər və əldə edilən real nəticələr göstərir ki, Azərbaycan yaxın gələcəkdə bu məqsədə də nail olacaqdır. Çünki son illər ərzində qəbul olunmuş bir sıra mühüm qərarlar, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə imzaladığı sazişlər, xüsusilə "Şahdəniz-2" layihəsinin sanksiyalaşdırılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasına yeni nəfəs vermiş və iqtisadi sahədə qarşımızda duran strateji hədəfə çatmaq üçün imkanlarımızı daha da genişləndirmişdir. "Şahdəniz-2" layihəsinin sanksiyalaşdırılması, hasil olunacaq qazın nəqli ilə bağlı müxtəlif layihələr təqdim edilsə də, sonda Azərbaycanın mövqeyi həlledici olmuşdur. Bu məsələdə Prezident İlham Əliyev prinsipial mövqe nümayiş etdirmiş, böyük Azərbaycan qazının Avropaya nəqli məsələsində başlıca şərt kimi Azərbaycanın milli maraqları əsas götürülmüşdür. Beləliklə, 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair sazişin imzalanması, 2013-cü ildə isə TAP layihəsinin əsas ixrac marşrutu kimi seçilməsi, bu il dekabrın 17-də "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarının qəbul edilməsinə şərait yaratmışdır. Tam əminliklə demək olar ki, "Şahdəniz-2" Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni bir vəziyyətin yaranmasına səbəb olacaq və tarixə XXI əsrin layihəsi kimi düşəcəkdir. Göründüyü kimi, Azərbaycanın enerji siyasəti nəinki ölkəmiz və regionumuz, həm də dünya üçün əhəmiyyətli məsələdir. - Başa çatmaqda olan bu ildə Azərbaycanın xarici siyasət uğurlarını necə xarakterizə edərdiniz? - Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının yüksəlməsi həm də ölkəmizin həyata keçirdiyi müstəqil xarici siyasətin uğurlarını şərtləndirən başlıca amillərdən biri olmuşdur. 2013-cü ildə Azərbaycan həm üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində öz fəallığı ilə seçilmiş, həm də çoxtərəfli və ikitərəfli əməkdaşlıq əlaqələrini gücləndirmişdir. Bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına sədrliyi müddəti ərzində Azərbaycan dünyanın müxtəlif regionlarında cərəyan edən proseslər, o cümlədən sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi qlobal əhəmiyyətli məsələləri qurumun müzakirəsinə çıxarmışdır. BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilmişdir. Ümumiyyətlə, Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti ilə bir daha təsdiq etmişdir ki, qlobal təhlükəsizliyə, sabitliyə, dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək iqtidarındadır və bu işdə əlindən gələni edir. Bu müddət ərzində Azərbaycan BMT-nin üzv dövlətləri, qurumun rəhbər orqanları, digər beynəlxalq təsisatlarla sıx işbirliyi və əməkdaşlıq münasibətlərini inkişaf etdirmişdir. BMT Təhlükəsizlik Şurası həm də Azərbaycan üçün öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq çərçivəsində həllini diqqətdə saxlamaq üçün bir vasitə olmuşdur. 2013-cü il həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəklənməsi üçün mühüm il olmuşdur. Qeyd edim ki, BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü dəstəklənmiş, Ermənistan hakimiyyətindən işğal altında olan Azərbaycan torpaqlarını boşaltmaq tələb olunmuşdur. Artıq 9 ölkə – Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Bosniya və Hersoqovina, Peru və Panamanın parlamentləri Xocalı soyqırımını tanımışlar. ABŞ-ın 13 ştatının qanunverici orqanı Xocalı qətliamını müasir dövrün ən dəhşətli faciələrindən biri, soyqırımı kimi tanıyan sənədlər qəbul etmişlər. - Sizcə, 2013-cü il Azərbaycanın ictimai-siyasi həyatında hansı əlamətdar izlər buraxdı? - Dünyanın müxtəlif bölgələrində baş verən xoşagəlməz hadisələr fonunda Azərbaycanda müşahidə olunan dinamik inkişaf, sabitlik, cəmiyyət həyatının ahəngdar ritmi bizim mühüm nailiyyətimizdir. Azərbaycanın düşünülmüş, praqmatik müstəqil daxili və xarici siyasəti dövlətimizi və xalqımızı qlobal aləmdə baş verən bütün problemlərdən sığortalayır, milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirir. Demokratik dəyərlərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi, baş verən mənfi halların aradan qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu ilin fevralında "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin proqram xarakterli nitqi, tənqid və iradlarından sonra dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı bütün dövlət orqanlarında müvafiq tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Rəhbər vəzifəli şəxslər bölgələrə səfərlər edərək vətəndaşları qəbul etmiş, insanların arzu və istəklərinin nəzərə alınması, problemlərin həlli sahəsində görülən işlər daha da gücləndirilmiş, dövlət orqanlarının, vəzifəli şəxslərin vətəndaşlarla təmasları intensivləşmişdir. İstər qanunvericilik, istərsə də praktiki sahədə korrupsiyaya, rüşvətxorluğa, digər mənfi hallara qarşı mübarizə daha da sərtləşdirilmiş, sistem xarakterli institusional islahatlar genişləndirilmişdir. "Elektron hökumət"in inkişaf etdirilməsi, bu ilin əvvəlində fəaliyyətə başlamış "ASAN Xidmət" nümunəsi sistem xarakterli dəyişikliklərin tərkib hissəsidir. 2013-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti möhkəmlənmiş, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə dövlət dəstəyi gücləndirilmişdir. Son bir neçə ildə yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Gənclər Fondu və digər təsisatlar qarşılarına qoyulan vəzifələri uğurla icra etmiş, öz səmərəli fəaliyyətləri ilə cəmiyyətdə nüfuzlarını artırmışlar. Təkcə cari ildə bu təsisatlara dövlət tərəfindən ümumilikdə 30 milyon manata yaxın vəsait ayırmışdır və bu da təbii ki, həmin sahələrin inkişafına mühüm dəstəkdir. 2013-cü ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası davam etdirilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən gənclər təşkilatlarının layihələrinə dövlət dəstəyi göstərilmiş, Bakıda və bölgələrdə gənclər mərkəzləri, evləri inşa edilmiş və digər çoxsaylı tədbirlər həyata keçirilmişdir. Azərbaycan dövləti həmişə gənc nəslin inkişafı, gənclərin problemlərinin həlli, arzu və istəklərinin nəzərə alınmasına diqqət və qayğı ilə yanaşmışdır. Prezident İlham Əliyev bütün çıxışlarında gənclər mövzusuna toxunur, onlarla görüşür, təhsil, asudə vaxtlarının təşkili, ictimai fəaliyyət, dövlət idarəçiliyində iştirak və digər məsələlərlə maraqlanır, onlara öz tövsiyələrini verir. Gənclər dövlət quruculuğu prosesinə yaxından cəlb edilir, onların rasional təşəbbüslərinə, mənəvi inkişafına hərtərəfli dəstək verilir, sosial müdafiəsi gücləndirilir, gənclər təşkilatlarının inkişafına böyük diqqət və qayğı göstərilir. - Artıq bir neçə ildir ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bakı şəhəri dünya səviyyəli mərkəzlərdən biri kimi qəbul olunur. 2013-cü ildə Azərbaycanda keçirilmiş tədbirlərin əhəmiyyətini necə xarakterizə etmək olar? - Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, müasir cəmiyyət quruculuğu, ölkəmizin daxili və xarici siyasətdə əldə etdiyi böyük uğurlar, irəli sürdüyü qlobal təşəbbüslər, əlbəttə ki, onun dünya birliyi üçün əhəmiyyətini artırmış, beynəlxalq aləmdə nüfuzunu yüksəltmişdir. Azərbaycan öz müstəqil siyasəti, iqtisadi inkişaf təcrübəsi, mədəni irsi, tolerantlıq nümunəsi, idman sahəsində əldə etdiyi uğurlarla dünyanın diqqətini özünə cəlb etməyi bacarmışdır. Ölkəmizin potensialı və bu illər ərzində qazandığı təcrübə ona istənilən tədbiri layiqli şəkildə təşkil etməyə imkan verir. 2013-cü il Azərbaycanda çoxsaylı regional və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə yadda qalmışdır. Birinci Cənubi Qafqaz Forumunun, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, ABŞ-Azərbaycan Forumunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının, Davos İqtisadi Forumunun, III Beynəlxalq Humanitar Forumunn, çoxsaylı idman yarışlarının və digər mühüm tədbirlərin keçirilməsi ölkəmizin dünya miqyaslı iqtisadi, siyasi və humanitar dialoq mərkəzinə çevrildiyini əyani şəkildə göstərdi. Digər tərəfdən, bu tədbirlər regionda mühüm məsələlərin müzakirəsinə və həllinə, türkdilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, dünya səviyyəsində mədəniyyətlərarası dialoqun, humanitar əməkdaşlığın güclənməsinə, qlobal iqtisadi məsələlərin nəzərdən keçirilməsi və onların ətrafında səmərəli fikir mübadiləsinin təşkilinə öz mühüm töhfəsini vermişdir. - Sonda bir daha builki prezident seçkisi mövzusuna qayıdaq. Prezident İlham Əliyevin parlaq qələbəsini şərtləndirən əsas amillər nə ilə bağlıdır? - Burada üç amil əsas rol oynamışdır. Birincisi, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil siyasi kursun uğurla davam etdirilməsidir. Bilirsiniz ki, bu il həm də Azərbaycan xalqı Heydər Əliyevin 90 illik yubileyini qeyd etmişdir. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycan dövlətçiliyinin formalaşması, gələcək inkişafının təməlinin yaradılması, ölkəmizin beynəlxalq aləmə uğurlu inteqrasiyası illəri olmuşdur. Bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi və misilsiz xidmətidir. Onun siyasi rəhbərlik nümunəsi nəinki həmin dövrün insanları, hətta gələcək nəsillər üçün də örnəyə çevrilmişdir. Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik siyasəti bundan sonra da Azərbaycan üçün yeganə inkişaf yolu olacaqdır. İkinci amil son 10 ildə Azərbaycanın inkişaf strategiyasının düşünülmüş, elmi əsaslara malik dövlət proqramları əsasında həyata keçirilməsidir. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanın sosial-iqtisadi, regional, ayrı-ayrı sahələrin inkişafını nəzərdə tutan çoxsaylı dövlət proqramları qəbul edilmiş və uğurla həyata keçirilmişdir. Bunun nəticəsində son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi 5,5 faizə düşmüşdür. İşsizliyin səviyyəsi 4,8 faizə enmiş və bu göstəriciyə görə, Azərbaycan dünyanın bir sıra inkişaf etmiş ölkələrini də geridə qoymuşdur. Azərbaycanda müasir iqtisadi və sosial infrastruktur yaradılmış, ölkənin enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunmuşdur. Azərbaycanın dövlət büdcəsi 17 dəfəyə yaxın artaraq 25 milyard dollara çatmışdır. 2003-cü ildə 800 milyon dollar təşkil edən strateji valyuta ehtiyatları artıq 50 milyard dollara yüksəlmişdir. Əmək haqları, pensiyalar, təqaüdlər ardıcıl şəkildə artırılmış və bu göstəriciyə görə, Azərbaycan MDB məkanında öncül yerləri tutmuşdur. Minlərlə istehsal obyekti, nəhəng zavod və fabriklər, texnoparklar tikilmiş, 1,2 milyon yeni iş yeri yaradılmışdır. 2500 məktəb, yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət, idman obyektləri tikilmişdir. Nəhəng infrastruktur layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan regionun həm də nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. Həyata keçirilmiş regional inkişaf proqramları paytaxtla bölgələr arasında kəskin fərqin aradan qaldırılmasına ciddi təsir göstərmişdir. Regionlar da paytaxt kimi dinamik inkişaf etmiş, müasirləşmişdir. Əldə olunmuş mühüm nailiyyətlər sayəsində Azərbaycan dünyanın aparıcı maliyyə və iqtisadi institutlarının hesabatlarında öncül sırada yer almağa başlamışdır. Dünya İqtisadi Forumunun 2013-cü ildə açıqladığı hesabata əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə dünyada 39-cu ölkədir və Avropa İttifaqının 28 üzv ölkəsindən 16-nı qabaqlayır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ümumxalq dəstəyi dövlətimizin başçısının parlaq qələbəsini şərtləndirən üçüncü əsas amil olmuşdur. Cənab İlham Əliyevin bu günədək irəli sürdüyü təşəbbüslər, təsdiq etdiyi proqramlar, verdiyi qərarlar xalqın istək və arzularını əks etdirmiş, onların həyata keçirilməsi nəticəsində əldə olunmuş böyük uğurlar isə vətəndaşların öz liderinə inamını daha da artırmışdır. Bu inam və dəstək 2013-cü ilin oktyabrında Azərbaycan Prezidentinin qarşıdan gələn dövrdə cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirmək, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə yüksəltmək planlarına ümumxalq dəstəyində öz ifadəsini tapmışdır. Cənab İlham Əliyev də xalqın güclü dəstəyini, etimadını görür və buna görə daha da cəsarətlə, inamla milli maraqlara əsaslanan siyasətini davam etdirir. Hesab edirəm ki, 2013-cü il Azərbaycan üçün bütün sahələrdə çox uğurlu il olmuş və qarşıdan gələn dövrdə yeni mühüm nailiyyətlərin əsası qoyulmuşdur. Bununla belə, öz həllini gözləyən məsələlər də az deyildir. Onlardan ən vacibi Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə biz bu problemi də həll edəcəyik, ölkəmizi və xalqımızı daha böyük nailiyyətlərə, zəfərlərə doğru inamla aparacağıq. |
2013-12-29 | 5,472 | İlham Əliyev Vladimir Putinə başsağlığı verdi | Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, başsağlığında deyilir: "Volqoqrad dəmir yolu vağzalında baş vermiş terror aktı nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı. Biz terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyirik. Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram". |
2013-12-29 | 5,473 | Prezident Xalça Muzeyinin yeni binası üçün 2 milyon ayırdı | İlham Əliyev Azərbaycan Xalça Muzeyinin yeni binasının maddi-texniki təminatı haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Xalça Muzeyinin yeni binasının ekspozisiya sahəsinin bədii tərtibatı, habelə müasir texniki avadanlıqla təchiz edilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. (AzərTac) |
2013-12-29 | 5,474 | İran: "Ərdoğanın prezidentliyi təhlükə altındadır" | "Tehran" radiosu Türkiyəni sarsan korrupsiya iddialarından sonra bəzi nazirlərin istefa verdiyini, Baş nazir Ərdoğanın Nazirlər Kabinetində böyük dəyişiklər etdiyini vurğulayıb. "Axar.az" xəbər verir ki, Baş nazir Ərdoğan Nazirlər Kabinetində dəyişiklik edərək son siyasi böhranla korrupsiya hadisəsi suçlamalarından yaranan ictimai qınağı yatırtmağa çalışdığını ifadə edən "Tehran" radiosunda verilən xəbərdə belə deyilib: "Bu böhrana görə iqtisadiyyatdakı dalğalanma davam edir. Xalq da etiraz aksiyalarını davam etdirir. Buna görə Ərdoğan hökumətinin xalqı razı sala bilmədiyini demək mümkündür. AKP hökuməti özünü təmiz və ləkəsiz olaraq xarakterizə edir. Lakin bu suçlamaların bir şantaj olduğunu və Baş nazir Ərdoğanın şəxsən özünün hədəfdə olduğu bildirilir. Müxalifət isə qanunvericilik, məhkəmə və icra hakimiyyətinin bir-birindən asılı olmamasını, korrupsiya faktlarının məhkəmədə müstəqil və bitərəf olaraq araşdırılmasını istəyir. Fətullah Gülənə yaxın olan bəzi millət vəkilləri Ərdoğanı diktatorluqda günahlandıraraq AKP-dən istefa verib. Bəzi millət vəkilləri də AKP-nin Ərdoğanın şəxsi mülkiyyəti olmadığı, qanunsuzluq və korrupsiyanın araşdırılmasının lazımlılığını qeyd edərək, məsələyə reaksiya veriblər. Bu hadisələrlə Ərdoğanın prezidentlik seçkisinə namizədliyi də təhlükəyə girib". |
2013-12-29 | 5,475 | Abşeron rayonunda silah-sursat aşkarlandı | Abşeron rayonu Hökməli qəsəbəsinin yaxınlığında döyüş sursatları aşkarlanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. Müəyyən olunub ki, bu, istifadəyə yararsız, lakin insan həyatı üçün təhlükəli olan 2 ədəd 125 millimetrlik tank əleyhinə mərmi, 4 ədəd 100 millimetrlik top mərmisi, 1 ədəd 100 millimetrlik top mərmisinin fraqmentləri və 31 ədəd müxtəlif mərmilərin partladıcı döyüş başlıqlarıdır. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar edilməyib. |
2013-12-29 | 5,476 | İlham Əliyev qanunda dəyişikliklər etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qərara əsasən bir sıra sərəncamlar imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev "Dövlət rüsumu haqqında", "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Əhalinin Dövlət Reyestri haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. |
2013-12-29 | 5,477 | Antalyada faciə: 3 ölü, 13 yaralı | Antalyadan gələn faciə xəbərlərinin ardı-arası kəsilmir. Dünən səhər saatlarında fəhlələri aparan mikroavtobusun gölə diyirlənməsi nəticəsində baş verən qəzada 8 adam ölüb, 5 adam yaralanmışdı. Qorxunc qəzadan sonra axşam saatlarında Antalya 6 bal gücündə zəlzələ ilə silkələnib. Yaşananlar bununla da bitməyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında Antalyadan bir faciə xəbəri də gəlib. Faciə Antalya-Burdur yolunda Döşəməaltı mahalında bir firmadan işdən çıxan fəhlələri aparan Faruk Ağoğlu adlı sürücünün 07 DDZ 39 nömrəli servis midi-avtobusunu aşırması nəticəsində baş verib. Fəhlələri aparan midi-avtobus sürücüsü sükana itirib və maşın su kanalına düşüb. Qəzada 3 adam ölüb, 13 adam yaralanıb. |
2013-12-29 | 5,478 | Gülənin dövlət içində dövlət yaratmasıyla bağlı şok faktlar | Türkiyədə gülənçilərin dövlət içində dövlət yaratmasıyla bağlı yeni faktlar üzə çıxıb. "Axar.az"ın "Akit" qəzetinə istinadən verdiyi məlumata görə, gülənçilər qəbul imtahanlarının suallarını ələ keçirməklə istədikləri kadrları müxtəlif yerlərə yerləşdirməyi bacarıblar. "Akit" qəzetinə informasiya verən Mustafa Bozqurd adlı şəxs gülənçilərin hesabına universiteti qazandığını söyləyib. O, qəbul imtahanı zamanı veriləcək 75 sualın öncədən onunla birgə təhsil alan qrupa verildiyini söyləyib: "Mən ağabəylərimin (abilərimin) sayəsində polis oldum. O zaman imtahandan öncə bizə 75 sual verdilər. Bunları əzbərləməyimizi tapşırdılar. İmtahan günü isə əzbərlədiyimiz suallarla qarşılaşdıq. Sonradan vicdanım yol vermədiyimdən universitetdən uzaqlaşdım". M.Bozqurd universitetdən uzaqlaşmasına digər səbəb kimi daltonik olmasını da göstərib: "Əslində mən daltonikəm. Sonradan bunu biləcəkdilər. Amma ağabəylərim bundan narahat olmamağı və hər şeyi həll edəcəklərini söylədilər. Onlara qulaq asmadım və oradan ayrıldım". O, qruplarından onunla birgə universitetə daxil olan 17 tələbədən 14-nün hazırda İstanbul Baş Polis İdarəsində vəzifədə çalışdıqlarını söyləyib. M.Bozqurd həmçinin gülənçilərin bu şəxslər üçün istənilən imkanı yaratdıqlarını da qeyd edib. |
2013-12-29 | 5,479 | Millət vəkili polisi şillələdi | Ukraynanın paytaxtı Kiyevdə müxalifətdən olan millət vəkili Vitali Yarema nümayişçilər üçün odun daşıyan yük maşınlarının Maydana keçişinə maneə olan polisi şillələyib. "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, hadisədən sonra özünü pis hiss edən polis məmuru baş ağrısı və mədə bulanması səbəbi ilə xəstəxanaya aparılıb. Millət vəkili Yarema hadisə ilə bağlı bunları deyib: "Polis millət vəkili olduğumu bildiyi halda mənə təzyiq göstərərək odunların Maydana daşınmasına maneə oldu. Odunun sənədini istədi, odunun da sənədi olar?" Qeyd edək ki, Maydanda toplaşan aksiyaçılar odun yandıraraq isinirlər, mahnı oxuyub əylənirlər. |
2013-12-29 | 5,480 | Masallıda yaşayış evində yanğın olub | Masallı rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonu Təzə Alvadı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2013-12-29 | 5,481 | Tarkovski: "Soljenitsın bu qədər vicdansızmış..." | Bu gün rejissor, ssenarist Andrey Tarkovskinin ölüm günüdür. "Axar.az" böyük sәnәtkarın gündәliyindәn parçaları tәqdim edir. Ömrünün 25 ilində ara-bərə yazdığı gündəliklərin sayı yeddiyə çatdı; dəftərçələrinə "martiroloq" adı verdi - Martiroloq I, Martiroloq II və beləcə, yeddinciyəcən (martiroloq xristian "şəhidlərinin" həyatından bəhs edən kitab - A..). Son qeydini ölümünə iki həftə qalmış yazdı. Görəsən Tarkovskinin öz əməyinin siyahısını erkən xristianlıq əzabkeşlərinə bənzətməsinin anlamı nəydi? Məşhur kinorejissorun bütün şəxsi materisllarının toplandığı Andrey Tarkovski adına Beynəlxalq institutun Florentiya arxivində saxlanılan, az əvvəl işıq üzü görmüş qalın cildli gündəlikləri bu suala tam, bitkin olmasa da, sanballı cavab verir. Nəzərə alanda ki, gündəliklərdə tərəfsiz və sərt şəkildə xarakterizə edilən çağdaşlarının bir çoxu hələ ömürlərini başa vurmayıblar, o zaman gündəliklərin bəlkə də vaxtından əvvəl çap edildiyini düşünmək olar. Bütün hallarda bu adam öz taleyi və yaratdığı filmlərlə dediklərinin arxasında durur. 1970 15 avqust Larisa 1970 ci il, 7 avqust, saat 6.25 də oğlumuzu doğdu. Anddryuşkanı. Qrupumuzda Rudinayla Tamara Georgiyevnadan savayı bizi təbrik eləyən olmadı. Neynək. Onlar şərikinə bir uşaq arabası almaq istəyirlər. Deyəsən, dəli olublar. Yusov nə üçünə soruşub: "Belə bahalı hədiyyə nəyə lazımdı axı?" Adamlar başlarını və insan simalarını itiriblər. Mannı oxuyuram. Dahi yazıçıdı. "Venetsiyada ölüm" sarsaq süjetilə belə, sadəcə fövqəladə əsərdi. 1 sentyabr Elə istəyirəm ki, "Rublyov"u Soljenitsına göstərim. Bəlkə Şoctakoviçlə danışım? 7 sentyabr "Yeni dünya"da təsadüfən Yevtuşenkonun "Kazan universiteti"ni oxudum. Bu qədər də küt, zay bir şey olar?!! Adamı lap karıxdırır. Zamanında Severyanin min dəfə bundan talantlıydı. Ama ondan nəsə qaldımı? "Şampaniskdə ananas"mı? Hələ onun həqarətli gülüşləri... Hansısa zavallı, vecsiz, qəmzəli Jenya. Mənzilinin divarları boya-boy iyrənc rəsmlərlə doludu. Burjuy... Elə istəyir ki, onu çox istəsinlər - həm Xuruşşov, həm Brejnev, həm də qızlar... 18 sentyabr Zamyatinin "Biz"ini oxudum. Həm çox zəif, həm də iddialıdı. Belə cındırlığıyla guya "dinamik" nəsrdi. Nəsə çox iyrənc bir şeydi. Bu gün Bondarçukun "Vaterloo"suna baxdım. Yazıq Seryoja. Onun yerinə mən xəcalət çəkdim. 17 oktyabr Naumovla Alovun "Qaçış"ını izlədim. Lap dəhşətdi. Bu, xarakteri, insanı, zabitiylə bütün rusları masğaraya qoymaqdı. Şeytan bilir nədi. 17 noyabr İndilər Soljenitsını yaman səsə-küyə salıblar. Onun Nobel mükafatına layiq görülməsi hamını çaşdırıb. O, yaxşı yazıçıdı. Hər şeydən əvvəl isə yaxşı vətəndaşdı. Bir qədər qəzəblidi, bu da anlaşılandı. Onun şəxsiyyəti qəhrəman şəxsiyyətidi. Nəcib və möhkəm adamdı. Onun varlığı mənim də həyatıma məna qatır. 1971 14 avqust Mənəvi və əxlaqi mədəniyyəti təsadüfi talanta sahib fərd deyil, mənəvi həyata şəxsi arzusundan asılı olmayaraq yaradıcılığa malik şəxsiyyəti püskürən xalq yaradır. İstedad hamıda var. Ama o istedada malik insan plantasiyalarda çalışan qul kimi, bir narkoman, bir səfil kimi dəyərsizdi, İstedad bədbəxtlikdi, çünki bir tərəfdən hörmət və ehtirama heç bir haqq vermir, əks tərəfdən isə nəhəng məsuliyyətlə yükləyir. Yəni doğrudanmı bütün aktyorlar bu qədər kütdülər?! Artıq o fikrə gəlirəm ki, ümumiyyətlə ağıllı artist olmur. "Yeni dünya"da C. Birmanın "Taleyin bəxş etdiyi görüşlər" kimi zövqsüz başlıqla çap etdirdiyi xatirələrindən hissələri oxuyuram. Allah özün saxla! Aktyorlar kütbeyindilər. Həyatımda hələ bir ağıllı aktyora rast gəlməmişəm. Bir dəfə də. Xeyirxahını, ziyanxahını, özünəvurğununu, təvazokarını gördüm, ama ağıllısını bircə yol da! Bir ağıllısını gördüm - Berqmanın "Çiyələkli tala"sında, sən demə, o da rejissormuş. 4 dekabr Çuxray mənim heç xoşuma gəlmir. İstedadsız, yelbeyin, özünəvurğunun biridi. Bir vaxtlar "41-ci ildə" və "Əskər balladası"yla meşşanlığın ideoloqu olmuşdu. Şıltaq, etibarsız, həm də boş adamdı. 1973 27 yanvar Bu işıqlı dünyada yaşamaq necə də kədərlidi! Mən dövlətdən asılı olmadan öz işiylə məşğul olmağı bacaranlara həsəd aparıram. Kinonu və teatrı çıxmaq şərtilə - demək olar ki, hamıya. (Mən televiziyanı incəsənət saymadığımdan o haqda danışmıram.) Azaddılar. Onlar da maaşdan azaddılar, ən azı onlar işləyə bilirlər. Nə qədər qanmaz bir hakimiyyət! Məgər onlara ədəbiyyat, musiqi, şeir, rassamlıq, kino gərəkdi? 1978 10 fevral Tomas Mannı Dostoyevckiylə nəsə bağlayırmı? Allahsızlıqmı? Bəlkə də... Ancaq bu onlarda ayrı formalardadı. (12.11): Mann Allahı həddən ziyadə "anlayır", Dostoyevski isə, istəyə-istəyə Ona inana bilmir - orqanın ölgünləşdiyi sezilir... 24 mart Biri atamdan soruşub: "Pasternaka münasibətiniz?.." Atam deyib: "Mən ona həmişə qadın kimi yanaşmışam - gah incimişəm, gah zəhləm gedib, gah fəxr eləmişəm, gah da nifrət..." 16 aprel. gecə saat 2 Bütün rus dahiləri düşünüblər ki, onların böyüklüyü, əzəməti dayaz, mənasız zəmindən gələ bilməz və bununçün də öz ölkələrini Böyük adlandırıblar, gələcəyini isə messian (messianizm - burada - hər hansı bir xalqın, bəşəriyyətin nicatındakı rolu haqqında mürtəce şovinist görüş - P.) kimi görüblər. Onlar hiss eləyiblər ki, "xalqın imdadıdırlar və "cavabsız qalan imdad" olmaq istəməyiblər, istəyiblər ki, özlərində xalqsa - yalnız Böyük xalqın, ölkə isə - Böyük gələcəyi olan ölkənin mahiyyətini təcəssüm etdirsinlər. Bu mənada Puşkin hanıdan təvazökardı (...). Yalnız ona görə ki, Puşkinin dahiliyində harmoniya, Tolstoyun, Dostoyevskinin, Qoqolun dahiliyində isə bədii şəkildə ifadə olunan ideyalarla arzuladıqlarının konfliktindən yaranan diskomfort, disqarmoniya var. 1980 21/22 mart Televizorda Kozintsovun "Hamlet"ini göstərirdilər. Bundan da miskin bir şey ağlına gəlməsin! Yazıq Qriqori Mixayloviç! Yəni doğrudanmı o nəsə dəyərli bir iş gördüyünə inanır... 1981 3 aprel Evdə bir qəpik də qalmayıb. Dünən Mosenerjidən bir qadın gəlmişdi və tələb eləyirdi ki, işıqpulunu ödəyək. Sabah isə doğum günümdü - Larisa bütün tanışlara zəng vurub guya nəyə görəsə doğum gününü keçirməyəcəyimizi deyir. Ki, gələn olmasın. Az əvvəl Mosenerjidən gəlib işığımızı kəsdilər. 29 aprel Bu gecə Brejnev girmişdi yuxuma, özü də çox xeyirxahcasına danışırdı mənimlə. Dio-Mio! 12 noyabr. Bu gün Tv ilə Brejnev və Kirilenkonun ölümünü elan elədilər. Məncə, Andropov gələcək. Buna əminəm. Nəsə olacaqmı? İlahi! Hər şeyi özün bildiyin kimi elə. 14 Noyabr Andropov... Səfirlikdə olduq, son verəcəyimizi də verdik. Andropovun nə olacağı bəlliydi zatən. Əgər belədisə, deməli, onunku sadəcə hakimiyyət hərisliyi deyil, nəsə proqramı var. Belə deyilsə, hər şey onun gözləri qarşısında dağılmağa başlayacaq, nə siyasətə, nə çörəyə pul tapılmayacaq. İndi həyat hər gün öz köhnə yoluyla uçuruma sürüklənib gedir. Andropov bunu bilməyə bilməz... 30 may Soljenitsın özünün "Vestnik" jurnalında "Rublyov" haqda yekə bir tənqidi yazı yazıb. Bu dəqiqə elə bircə bu əskik idi. Özü də düz mənim qəliz durumda olduğum bu zamanda. 16 iyun Jora Vladimov "Rublyov" və ayrıca mənim haqqımda iki məqalə hazırlayır. Soljenitsının əleyhinə. Heç cür ağlıma gəlməzdi ki, Soljenitsın belə ağılsız, kinli, paxıl və ən başlıcası bu qədər vicdansız ola bilər. 1985 22 yanvar Bu gün Nyu-Yorkdan Ernst Neizvestnı zəng eləmişdi. Deyir ki, onun haqqında kitab yazılıb və hansısa prodüser bu kitabdan film çəkmək istəyir. O da prodüsserə deyib ki, bu filmi ancaq Tarkovski çəkə bilər. Mən də həvəssiz cavab verdim ki, məmnuniyyətlə bu kitabı oxuyaram. Ancaq söhbətdən məndə dəhşət xoşagəlməz bir təəssürat qaldı. 15 dekabr İnsan tez ya gec öləcəyini bilə-bilə yaşayır. Ancaq öləcəyi günü bilmədiyindən bu məqamı qeyri-müəyyən bir vaxta qədər "uzadır". Bu onun yaşamasına yardım eləyir. Mən isə bu saat - bilirəm. Və heç nə mənə yaşamaq üçün kömək ola bilməz. Bunu bilmək isə çox ağırdı. 13 fevral Ayaqlarım ağrıyır, üşüyür. Dahiyanə "Anna Karenina" oxuyuram. 22 fevral Moskvadan Nikita Mixalkov gəlib. Mənimlə görüşmək arzusundadı. Ürəyim istəmir. Nə cürsə Otar İoseliani peyda olub burda. Mənə məktub yazıb. Mən heç kimi görmək istəmirəm. 22 may Özümü pis hiss eləyirəm: öskürürəm, sağ ayağım quruyub, belim ağrıyır. 15 dekabr Gecə-gündüz oturmadan yataqda uzanıb qalmışam, hətta yeriyə də bilmirəm. Ayağım hərəkətdən düşüb. Əllərim çox pis incidir. Hədsiz zəifəm. Ölürəmmi?.. |
2013-12-29 | 5,482 | Bakı-Sumqayıt yolunda dəhşətli tıxac və sui-istifadə | Bakı-Sumqayıt yolunda tıxac aradan qalxma əvəzinə daha da artıb. Axşam saatlarından başlayan tıxac davam edir və nəqliyyatın işi iflic vəziyyətdədir. "Axar.az"ın tıxaca düşən əməkdaşının sözlərinə görə, tıxacın səbəbini öyrənmək mümkün olmasa da, polislər problemi aradan qaldırmaqda acizdirlər: "Tıxaca görə Bakı-Sumqayıt marşrutu ilə işləyən taksi sürücüləri belə yola çıxmaqdan imtina edirlər. Ən yaxşı halda adambaşına 4 manata zorla razılaşırlar, əsasən 5 manata aparırlar. Məcburiyyət qarşısında bu qiymətə razılaşanların da qismətinə tıxacda ilişib qalmaq düşür". |
2013-12-29 | 5,483 | Sadvalçı azərbaycanlılara rəhbər gətirildi – Şok/Foto | Məhərrəmkənd rayonunun icra başçısı Musaəfəndi Vəlimuradov Dağıstan Prezidenti Ramazan Abdulatipovun Cənub dairəsi üzrə səlahiyyətli nümayəndəsi təyin edilib. "Axar.az" bu barədə Dağıstan KİV-in yaydığı məlumata istinadən xəbər verir ki, 58 yaşlı Vəlimuradov 17 ildir adı çəkilən rayona rəhbərlik edir. Sadvalçı mövqeyi ilə tanınan Vəlimuradovun rəhbərlik etdiyi rayon Azərbaycanla sərhəddə yerləşir. Məhz onun təşkilatçılığı ilə bu rayonda tez-tez Samur çayının bölünməsi, ləzgilərin hüquqlarının pozulması kimi bəhanələrlə Azərbaycan əleyhinə mitinqlər keçirilir. Xatırladaq ki, bir qədər əvvəl Dağıstan Prezidenti Ramazan Abdulatipov respublikada çatışmazlıqları aradan qaldırmaq və mərkəzi hakimiyyəti gücləndirmək məqsədi ilə 4 dairənin yaradılacağını bildirmişdi. Məlumata görə, Dağıstan Şimal, Cənub, Şərq və Qərb regionlarına ayrılacaq, hər regionun da inzibati mərkəzi olacaq. Həmin regionlara isə Dağıstan Prezidentinin səlahiyyətli nümayəndələri rəhbərlik edəcək: "Səlahiyyətli nümayəndə ya Baş nazirin müavini, ya da nazir səlahiyyətində olacaq. Onlar daha təcrübəli və nüfuzlu insanların arasından seçiləcək. Bu işdə təsadüfi adamlar olmayacaq". Dağıstanın Cənub regionunun administrativ mərkəzi isə Dərbənd seçilimişdi. Həmin ərəfədə Dağıstan Prezidenti Abdulatipov Cənub regionuna avar millətindən olan yaxın qohumu Səid Kazimaqomedovu təyin etmək istəyirdi. Bu təyinat isə Dərbənddə yaşayan soydaşlarımız üçün qəbuledilməz saylırdı. Dərbənddəki mənbələrdən aldığımız məlumata görə, onlar bir qədər əvvələdək Dağıstanın Azərbaycandakı nümayəndəliyinə rəhbərlik etmiş Məhəmməd Qurbanovun həmin vəzifəyə gətirilməsini istəyirlər. Məhəmməd Qurbanov Abdulatipov prezident təyin olunandan sonra Bakıdan geri çağırılmışdı və o, hazırda işsizdir. Kazimaqomedovun təyinatı barədə xəbərlər şəhərdə gərginlik yaratmışdı. Vəlimuradovun qəfil təyinatı isə soydaşlarımzı ümumiyyətlə şoka salıb. Dərbənddəki mənbələrdən aldığımız məlumata görə, bu təyinat azərbaycanlılara qarşı əməlli-başlı təxribat və onları aşağılamaqdır. |
2013-12-30 | 5,484 | Mixael Şumaxerin həyatı təhlükədə - Yeniləndi | Əfsanəvi "Formula-1"in 7 qat çempionu alman pilot Mixael Şumaxer Fransada Alp dağlarında xizək sürdüyü vaxt yıxılaraq başını qayaya çırpıb. "Axar.az"ın əldə etdiyi məlumata görə, başında qoruyucu kaska olan 44 yaşındakı alman pilotun xəstəxanaya aparıldığı anda şüuru yerində olub. 2006-cı ildə "Ferrari"dən ayrılan alman pilot "Mersedes" komandasında yenidən sükan arxasına keçib və 3 il yarışdıqdan sonra ötən il təkrar "Formula-1"dən ayrılıb. Şumaxer həyat yoldaşı və 2 uşağıyla birlikdə İsveçrədə yaşayır. *** 1:30 Qəzaya uğrayan Şumaxerin vəziyyəti pisləşib. Fransa xəbər agentliklərinin son məlumatlarına görə, Şumaxerin həyatı üçün təhlükə yaranıb. Belə ki, alman pilot beyin travması keçirib. Şumaxerin keçmiş komanda yoldaşı Felipe Massa pilotun ailəsinə səbirli olmağı diləyib. |
2013-12-30 | 5,485 | Qızıldaşlıların etirazı bitdi: Rəsmilər söz verdi - Yeniləndi | 23:24. 29/12/2013 Dünən Bakı-Şamaxı yolunda 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasına səbəbkar olan yol polisinə görə qızıldaşlılar kütləvi şəkildə tələb irəli sürüblər. "Axar.az"a Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən daxil olan məlumata görə, sakinlər Qaradağ rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbə nümayəndəliyinin qarşısına toplaşaraq, günahkarın cəzalandırılmasını tələb edirlər. Sakinlər bildirir ki, qəzanın baş verməsinə səbəb yol patrul xidməti əməkdaşının 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlunun sürücüsü olduğu 90 KU 103 dövlət nömrə nişanlı "VAZ 2107" markalı maşını qovmasıdır. Yol polisinin avtomaşını qovması nəticəsində qəza baş verib və dəhşətli faciə yaşanıb. Bu barədə artıq sosial şəbəkələrdə də məlumatlar yer alıb. Gənc fəal, Qızıldaş qəsəbə sakini Samir Əsədli öz profilində bu etiraz haqqında yazıb və şəkillər paylaşıb. Məlumata görə, hazırda Bakı-Şamaxı yolunun 22-ci km-də, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən YPX postunu da 300-dək Qızıldaş sakini bağlayıb, maşınların hərəkətinə imkan vermirlər. Tələbləri isə həmin yol polisi əməkdaşının məsuliyyətə cəlb edilməsidir. Xatırladaq ki, 28 dekabr 2013-cü il tarixdə Bakı-Şamaxı yolunun 55-ci km-də dəhşətli qəza baş verib, iki avtomobil toqquşub. Nəticədə 90 KU 103 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşının sürücüsü, Qaradağ rayonu Qızıldaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri - Qızıldaş qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman Əmrah oğlu dünyasını dəyişib. Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü Mədətov Valeh Şirin oğlu da ölüb. Bu gün isə yaralılardan daha birinin öldüyü və beləliklə, qəzanın 8 nəfərin ölümünə səbəb olduğu açıqlandı. Əlavə məlumat veriləcək. (Foto Qızıldaş qəsəbəsindəki etirazdandır) *** 00:48. 30/12.2013 Gənc fəal Samir Əsədlinin verdiyi məlumata görə, hadisə yerinə Abşeron rayon Polis İdarəsinin və Dövlət Yol Polisi İdarəsinin Müşfiqabad YPX postunun rəisi və digər zabitlər gəlib, sakinlərlə danışıq aparıblar. Yüksək rütbəli zabitlər hadisənin ciddi şəkildə araşdırıldığını, baş verənlərlə bağlı sabah Qızıldaş qəsəbəsində onlarla görüşəcəklərini və ətraflı məlumat verəcəklərini bildiriblər. Bu münasibətdən razı qaldıqlarını bildirən Qızıldaş qəsəbə sakinləri etiraz aksiyasını dayandırıblar. Hazırda maşınların hərəkəti bərpa olunub. |
2013-12-29 | 5,486 | Ağ atlı şahzadə Şrekdən geri qalmır - Foto/Video | "Avropa, Amerika kimi ölkələrin qəhrəmanları daha populyardır, nəinki bizim qəhrəmanlarımız... Düşünürəm ki, bizim də nağıl qəhrəmanlarımız sevilməlidir və uşaqlar görməlidir ki, Ağ atlı şahzadə Şrekdən heç də geri qalmır. Lakin yeni nağılların yazılmasında boşluqlar var". Bu sözləri kukla teatrının baş rejissoru Qurban Məsimov söylədi. Bayramla əlaqədar olaraq şəhərin müxtəlif yerlərində, eləcə də teatrlarda yeni il şənlikləri keçirilir. Elə bunu bəhanə edərək yolumuzu Kukla teatrından saldıq. Teatrda müşahidələr aparıb baş rejissorla söhbət etdik. Baş verən yeniliklər, tamaşaçılar, festivallar haqda məlumat topladıq. Kukla teatrının yeni il planları Əsasən uşaqlar üçün nəzərdə tutulan Kukla teatrına dekabrın 19-unda yeni baş rejissor təyin edilib. Baş rejissor Qurban Məsimov teatrın 2014-cü ilə olan planlarından danışdı. - Bu il yeni quruluşda "Tık-tık xanım"ı səhnələşdirəcəklər. Elşad Rəhimzadə "Çəkməli pişik" tamaşasını, Anar Məmmədov "Balaca Muk" nağılını quracaq. Eləcə də dövlət sifarişi ilə dəvətli rejissorlar olacaq. E.S.Demmeni adına Sankt-Peterburq dövlət marionet teatrından dələn rejissor Eduard Qayday, rəssam Tatyana Melnikova "Qoğal" tamaşasını quracaqlar. Tamaşaçı "mədəniyyəti" Tamaşada olarkən bəzi müşahidələrimiz oldu. Tamaşaçı mədəniyyəti bir çox teatrlarda olduğu kimi burda da çox aşağıdır. İçəridə yemək yeyilir, kola, fanta içilir, yüksək səslə telefonla danışırdılar. Elə söhbətimizi bu məsələni müzakirə etməklə davam etdik. - Uşaq teatrının müəyyən bir spesifikası var. Uşaqlar gəldiyi məkanda əylənmək istəyir. Onlara da heç bir sərhəd qoymaq mümkün deyil. Maraqlı olsa, tamaşaya baxacaqlar. Bəzən onlar qaranlıqdan qorxur. Ona görə keçidlərə fikir verirəm ki, zal və səhnədə tamamilə qaranlıq olmasın. Eləcə də çalışıram ki, valideynlərə də maraqlı olsun. Məsələn, tamaşalarda elə zarafatlar var ki, böyüklər üçün hesablanır. Amma valideynlər də gərək övladlarını əvvəldən teatr qaydalarına hazırlasınlar. Yaş qrupu - Tamaşalar əsasən 2 yaş qrupu, azyaşlı və yeniyetmələr üçün qoyulur. Lakin bu teatr uşaq yox, kukla teatrıdır, yəni yaş həddi yoxdur. Lakin tamaşalar nağıllar əsasında qurulduğu üçün tamaşaçılar da uşaqlardır. Dünyanın əksər ölkələrində kukla teatrına böyüklər də gedir. Lakin bizdə valideynlər düşünür ki, bu, yalnız uşaqlar üçündür. Teatrda bu gün - Hazırda Yeni il bayramı ilə bağlı "Cırtdanın sərgüzəştləri" tamaşası gedir. "Göyçək Fatma", "Əcinnə" də repertuardadır. Tamaşalarda dil təbliği, yeni texnologiyalar (skype, "iPhone"), müasir musiqilər "Gangam Style" də yer alıb. Beynəlxalq kukla teatrı festivalı - Bu yaxınlarda Azərbaycanda beynəlxalq kukla teatrı festivalı keçirildi. Fərqli üslubları təmsil edən müxtəlif ölkələrdən iştirakçılar var idi. Ən maraqlı və qeyri-adisi Yaponiya teatrı idi. Tamaşaya bir kiçik dəlikdən baxırdılar. Özü də ancaq bir tamaşaçı üçün nəzərdə tutulmuşdu. Tamaşa təxminən 3 dəqiqə gedirdi. |
2013-12-30 | 5,487 | Komada ola-ola jurnalist xəstəxanadan çıxarılır | Artıq iki aydır ki, maşın vurması nəticəsində başından aldığı ciddi xəsarətlər nəticəsində komada olan "Avropa.info"nun əməkdaşı jurnalist Sahib İslamov Musa Nağıyev adına xəstəxandan çıxarılır. Bu haqda Sahib İslamovun qardaşı Aqil İslamov məlumat verib. Onun dediyinə görə, jurnalistin həkimi Fikrət Vəliyev onun bu vəziyyətdən çıxması üçün əlindən heç bir iş gəlmədiyini etiraf edib: "Həkim deyir ki, artıq iki aydır müalicə təyin etsəm də, xəstənin halında ciddi irəlləyiş yoxdur. Məni çağırdı və bildirdi ki, bir həftə vaxtınız var, aparın, başqa yerdə müalicə alsın. Həm də deyir ki, belə xəstələrin nə vaxt komadan çıxacağı bəlli deyil. Həkim bildirir ki, Sahib bu vəziyyətdən 6 aya da ayıla bilər, illərlə də belə qala bilər. Çox ağır durumdayıq, xahiş edirəm, əlaqədar qurumlar bizə kömək etsinlər. Gəlib ona baş çəkən jurnalist dostları vəziyyətini görüblər. Vallah, bilmirəm nə edim. İmkanımız olsaydı, heç mətbuata da çıxmazdıq, qardaşımızı özümüz aparardıq xaricə. Amma mən "Meyvəli Bazar"da fəhlə işləməklə bunu edə bilmərəm axı". Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb. Dərhal da qəza törədən avtomobil sürücüsü jurnalisti Musa Nağıyev adına xəstəxanaya çatdırıb. Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib ("Avropa.info"). |
2013-12-30 | 5,488 | Ayağı sındı, amma Baş nazirin çıxışı bitənəcən dözdü | Baş nazir Rəcəb Tayyib ərdoğanın Manisa səfəri zamanı xoşagəlməz anlar yaşanıb. AKP-dən İzmir millət vəkili olan İlknur Dənizlinin ayağı qapaqsız kanalizasiya xəttinə düşüb və burxularaq sınıb. Ayağının sınmağına baxmayaraq, Ərdoğanın çıxışını sona qədər dinləyən İlknur Dənizli mitinq başa çatandan sonra xəstəxanaya aparılıb. AKP-dən Konak Bələdiyyə sədrliyinə namizədliyi gözlənilən İlknur Dənizli isə baş vermiş hadisə ilə əlaqəli bunları deyib: "Ağrılarım çoxdur. Bazar ertəsi universitet xəstəxanalarından birində əməliyyat olunacağam. Ayağımın qırılması ilə birlikdə, damar lifləri ciddi zədələnib. Hazırda gəzə bilmirəm. Məni ən qısa zamanda ayağa qaldıracaq bir müayinəyə ehtiyacım var". |
2013-12-30 | 5,490 | “Türkiyənin nəbzi” yarıda durdu | Türkiyənin "Habertürk" telekanalında yayımlanan "Türkiyənin nəbzi" proqramında gərgin anlar yaşanıb. Yazar Neval Sevindi canlı yayımda "Yeni Şəfəq" qəzetinin Rza Zərrabdan rüşvət aldığını və bu məsələnin üstünü örtməyə çalışdığını iddia edib. Bu söhbətdən sonra "Yeni Şəfəq"in yazarı Saleh Tuna, "Xanım əfəndi bura şou göstərməyə gəlib. Bu şəkildə davam etsə, mən iştirak edə bilmərəm. Bağışlayın", - deyib. Reklamdan sonra isə verilişin yayımlanması dayanıb. Hilal Qaplan "Yeni Şəfəq"ə dair rüşvət iddiaları haqqında danışıb. Lakin Sevindinin "hay-küy salmayın" deməsindən sonra ikinci bir gərginlik yaşanıb. Bundan sonra verilişin aparıcısı Arslan Yılmaz araya girərək, "Neval xanım, belə etsəniz, mən verilişin yayımını dayandırmaq məcburiyyətində qalacam", - deyib. Sonra Qaplan verilişi tərk edib. Bundan sonra da aparıcı verilişin yayımını dayandırıb. |
2013-12-30 | 5,491 | Azərbaycanlı tələbə Türkiyədə film çəkdi | Şimali Kiprin Yaxın Doğu Universitetində təhsil alan azərbaycanlı tələbə Niyazi Səlimbəyli Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qarabağ" filminin çəkilişlərini başa çatdırıb. Film universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib. Qarabağ müharibəsindən bəhs edən 18 dəqiqəlik filmin lentə alınmasının əsas məqsədi gənclərin gözü ilə Qarabağ həqiqətlərini bir daha dünyaya çatdırmaqdır. Filmdə baş rollarda Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk çəkiliblər. Ekran əsərində, həmçinin Ukrayna, İraq, Şimali Kipr, Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar da rol alıblar. Film yaxın günlərdə "youtube" videopoartalında da yerləşdiriləcək. (AzərTac) Qeyd olunan linkdən ekran əsərini izləmək mümkündür: |
2013-12-30 | 5,492 | Alman mediası Ərdoğanın böyük sərvətini araşdırdı | Türkiyədə başlayan "rüşvət əməliyyatı" alman mətbuatında da geniş əks-səda doğurub. "Axar.az" xəbər verir ki, Almaniya Yaşıllar Partiyasının həmsədri türk əsilli Cem Özdəmir son zamanlar baş verən hadisələrlə bağlı günahlandırılan Ərdoğanı Rusiya prezidenti Valdimir Putinə bənzədib. Alman mətbuatında qeyd edilir ki, "rüşvət əməliyyatı" Baş nazirin yaxın ətrafını da əhatə etdiyi üçün burada ya Ərdoğan, ya da onsuz da zəif gücə malik olan Türkiyə demokratiyası itirəcək. "Hamburger Morgenpost" qəzeti Ərdoğan ailəsinin qısa zamanda bu qədər zəngin olmasına geniş yer verərək, Ərdoğanın oğlu Bilal və əmisi Mustafa Ərdoğanın bir neçə gəmiçilik şirkətinə sahib olmasından yazıb. Prokuror Müəmmər Akqaş Bilal Ərdoğanın ifadəsini aldıqdan sonra "böyük rüşvət" işindən kənarlaşdırılıb. "Frankfurter Neue Presse" Türkiyənin üç il əvvəl Ərəb baharının başlanğıcında bir çox ölkə üçün nümunə göstərildiyini, amma indi bu ümüdlərin tükəndiyini bildirib. |
2013-12-30 | 5,493 | Alla Puqaçova Maksimsiz Yeni ilə hazırlaşır | "Axar.az" mətbuata istinadən xəbər verir ki, Alla Puqaçova yeni doğulmuş uşaqları ilə birgə Yeni il bayramına hazırlaşır. Lakin həyat yoldaşı Maksim Qalkin ailəsinin yanında olmağa vaxt tapmır. İşi ilə əlaqədar olaraq vaxtının çoxunu çəkiliş meydançalarında keçirən Qalkin pul qazanmaqla məşğuldur. Qeyd edək ki, Maksim Qalkin eyni vaxtda 2 filmdə çəkilir. Bundan başqa musiqili proqramlarda çıxış edir. |
2013-12-30 | 5,494 | Milyarderlər ofislərində - Fotolar | Dünyanın ən böyük texnologiya şirkətlərini idarə edən zəngin şəxslərin özlərinə xas ofisləri digər ofislərdən kifayət qədər fərqli görüntüdədir. |
2013-12-30 | 5,495 | İkimərtəbəli ev yandı | Astara rayonu, Tüləküvan kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 169 kv.m olan ikimərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhərində isə taxta sexində yanğın olub. Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan taxta sexinin yanar konstruksiyaları və içərisində 4 ədəd dəzgah yanıb. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub. Yanğın saat 01:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb. |
2013-12-30 | 5,496 | Məmurlara siqaret çəkmək qadağan edildi | Çin rəhbərliyi ölkə məmurlarına ictimai yerlərdə siqaret çəkməyi qadağan edib. Bu informasiyanı "Sinxua" agentliyi yayıb. Məmurlar haqqında çıxarılan bu qərar digər ölkə vətəndaşlarına nümunə olmalıdır. İctimai yerlər deyəndə, məktəb və xəstəxanaların həyəti, idman və mədəniyyət ocaqları və ictimai nəqliyyat nəzərdə tutulur. Yeni direktivə əsasən dövlət müəssisələrində tütün məmulatlarının satışına və reklamına da qadağa qoyulacaq (ANS PRESS). |
2013-12-30 | 5,497 | Hər vətəndaşa 2 min avro verəcək | İsveçrədə 18 yaşından yuxarı hər vətəndaşa 2 min avro verilməsi üçün referendum keçirilə bilər. Məlumata görə, referendum keçirilməsi üçün ölkə əhalisi 126 min imza toplayıb. Aylıq müavinət əsasən əhalinin işləməyən təbəqəsi üçün nəzərdə tutulub, ancaq işləyənlər də müraciət edərək bu məbləği almaq imkanına malik ola biləcəklər. Xatırladaq ki, İsveçrə belə qanun qəbul edən ilk ölkə deyil. Braziliya artıq 2004-cü ildən bəri 18 yaşından yuxarı hər vətəndaşına ayda 14 dollar verir (ANS PRESS). |
2013-12-30 | 5,498 | Volqoqradda növbəti partlayış: 15 nəfər öldü - Yeniləndi/Video | Volqoqradda troleybusda partlayış baş verib. "Axar.az" məlumat verir ki, partlayış nəticəsində 10 nəfərin öldüyü haqqında məlumat yayılıb. Şahidlər trolleybusun dayanacaqdan hərəkət edəndən 50 metr sonra partladığını bildiriblər. Yaralıların sayının 15 nəfər olduğu qeyd edilib. Yaralılar arasında 1 yaşlı körpə uşağın da olduğu söylənilib.Mətbuat məlumat verir ki, hazırda Volqoqradda heç kim ictimai nəqliyyatdan istifadə etmir Qeyd edək ki, dünən Volqoqradda dəmiryol vağzalında baş verən partlayış nəticəsində 18 nəfər ölmüş, 40 nəfər yaralanmışdı. *** 10:40 Volqoqradda ölənlərin sayı 15 nəfərə çatıb. "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlamanı Volqoqrad vilayətinin qubernatorunun müavini Vasiliya Qaluşkina edib. O həmçinin yaralıların da sayının artdığını deyib. "Artıq yaralıların sayı 23 nəfərdir. Onların hamısı xəstəxanaya yerləşdirilib". |
2013-12-30 | 5,499 | Müştərisiz yarmarkadan reportaj – Foto/Video | Yeni il qabağı qiymətlərin marketlərdə od-tutub yandığı bir vaxtda Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Bakının bir-neçə rayonunda Yeni il yarmarkası təşkil olunub. Dekabrın 28-dən üzünü alıcılara açan bu yarmarkalar ayın sonuna kimi davam edəcək. Yarmarkalardakı qiymət fərqini öyrənmək üçün "Axar.az" olaraq Binəqədi rayonu 6 saylı peşə liseyinin yaxınlığında keçirilən yarmarkada olduq. Əvvəlcə satıcılara yaxınlaşıb onların hansı rayonlardan gəldiyini və satışın onları qane edib-etmədiklərini soruşduq. Məlum oldu ki, burda super marketlərdəki "yaraşıqlı" meyvələrdən fərqli olaraq, orqanik məhsullar satılır. Yerli məhsulların qiyməti isə market qiymətlərindən 40-50 qəpik civarında fərqlənir. Amma rayon qiymətlərindən xeyli bahadır. Burda demək olar ki, Astara rayonundan tutmuş Quba-Xaçmaz, Gədəbəy, Qəbələ - hansı rayondan istəsən, satıcı tapa bilərsən. Qubanın ağ alması Rüfətin 17-i yaşı var. İşi-gücü alma satmaqdır. Yarmarkaya gətirdiyi məhsulu rayondan alıb burda satır. Almanın 18 kq-nı 4 manata alıb, yarmarkada 3 kq-nı 1 manata satır. Dediyinə görə, TV-lərdə yarmarkanın nə zaman olacağından xəbər tutan kimi almalarını da yığıb gəlir yarmarkaya. Burda isə nə yer pulu verir, nə də rüşvət. Müştərisiz yarmarka Yarmarkada alıcıdan çox satıcı var, elə ona görə də burda alıcılıq qabiliyyəti çox zəifdir. Satıcılar da bundan gileylənir. Bərdə rayon sakini Heybət Muradov bunu son zamanlardakı bahalaşma ilə əlaqələndirir. Kənd Təsərrüfatı Nazirliyini nümayəndəsi hədə-qorxu gəldi Heybət Muradov yarmarkanın iki yerə bölündüyündən danışır. Yarmarkanın qismən alıcı gur olan tərəfinin heç bir rayondan gəlməyən, burda yaşayan satıcıların ixtiyarında olduğunu deyir. Amma bu yarmarkanın digər yarmarkalardan fərqli cəhəti də var: "Təkcə bu yarmarkada satıcılardan yer pulu istəmirlər. Sağ olsunlar, yaxşı adamlardır. Qalan yarmarkalarda yerli alverçilər çoxdur, gəlmələrdən də 5-10 manat yer pulu istəyirlər. Yarmarkaya alma, mandarin, çuğundur, gətirmişəm. Dörd həftədir burdayam, bir düz-əməlli alver eləyə bilməmişəm. Satdığım da ancaq benzin pulunu çıxarır. Qazellə yola 50 manat benzin yandırıram. Yolda da saxlayanda polislər görürlər maşının içində mal var, gah mandarin götürürlər, gah alma götürürlər. Bayram günüdü, ancaq heç nə sata bilmirik, camaatda pul yoxdur. Alıcılıq qabiliyyəti çox aşağıdır. Görürsüz, alıcı yoxdur, hamsı satıcıdır. Bahalıqdı. 50 qəpiyə mandarin, xırnik alan yoxdur". Bərdə rayonundan gələn satıcının ürəyi dolu olduğundan üzləşdiyi problemlərdən, gündəlik dolanışığından narazılıqla danışmağa başladı və bu da Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Fazil Əliyevi əməlli-başlı əsəbiləşdirdi, bərdəli satıcıyla dilləşdi və əlavə etdi ki, o, nazirlik nümayəndəsi olduğundan ona heç kim heç nə edə bilməz. Sən kimsən ki, danışırsan, get işinlə məşğul ol "Mən həqiqəti danışıram", - deyən satıcıya nazirlik nümayəndəsinin, "Yaxşı, həqiqəti de. Biz həqiqəti göstərərik sənə. Sən kimsən ki, danışırsan, get işinlə məşğul ol", - deməsi ilə Heybət Muradov da susdu. Nazirlik nümayəndəsi ilə satıcının mübahisəsinin böyüyəcəyini görüb məsələni yüngülləşdirməyə çalışdıq. Satıcıya göstərilən təhdidin necə nəticələr verəcəyinə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri heç bir cavab verməyərək oradan uzaqlaşdı. Yarmarkadakı bütün məhsulların qiymətini öyrənməyə çalışdıq. Bir balaca araşdırma aparıb dükan məhsullarından nə qədər fərqləndiyini öyrənmək üçün marketlərə üz tutduq. Binəqədi rayonu 6 saylı peşə liseyinin qarşısında təşkil olunan yarmarkadakı məhsulların qiymətləri ilə şəhərin digər yerlərində satılan məhsulların qiymətini müqayisə etməyə çalışdıq. Nəticəni təqdim edirik: Mandarin (yarmarka): - 0.8 man. Yarmarkdan kənar: - 1-1.5 man. Alma (yarmarka): - 0.5 – 1 man. Yarmarkadan kənar: - 0.7 – 2.3 man. Alma (qızıləhmədi): - 0.80 man. Yarmarkadan kənar: – 2 man. Nar (yarmarka): - 1m-1.50 man. Yarmarkadan kənar: - 1.3 – 2.8 man. Heyva (yarmarka): - 0.6 man. Yarmarkadan kənar: - 1.3 - 2 man. Kartof (yarmarka): - 0.6 – 1 man. Yarmarkadan kənar: - 1.1 – 1.2 man. Soğan (yarmarka): - 0.5 man. Yarmarkadan kənar: - 1.4 – 2 man. Sarımsaq (yarmarka): - 1 man. Yarmarkadan kənar: - 1.5 man. Kök (yarmarka): - 0.7 man. Yarmarkadan kənar: – 1 man. Kələm (yarmarka): - 0.35 man. Yarmarkadan kənar: – 0.5 man. Şabalıd (yarmarka): - 4 - 5 man. Yarmarkadan kənar: - 5 man. |
2013-12-30 | 5,500 | AKP Fəthullah Güləni ölkəyə qayıtmağa çağırdı | Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Məhmət Əli Şahin hazırda ABŞ-da yaşayan nüfuzlu islam ictimai din xadimi Fətullah Güləni ölkəyə qayıtmağa çağırıb. "CNN Türk" telekanalının verdiyi məlumata görə, M. Ə. Şahin deyib ki, Türkiyədə baş vermiş korrupsiya qalmaqalına aydınlıq gətirmək üçün F. Gülən ölkəyə qayıtmalıdır. Qeyd edək ki, Türkiyə KİV-i ölkədə baş verən son hadisələrin arxasında F. Gülənin dayandığını bildirir. F. Gülən isə baş verənlərdə iştirakını inkar edir (Trend). |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.