date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-27
5,291
Azərbaycanda 2 ildən bir kitab sərgisi keçiriləcək
Azərbaycanda 2 ildən bir kitab sərgisi keçiriləcək. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2013-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib. Onun sözlərinə görə, kitab sərgisinin keçirilməsi insanların kitablara olan marağını artırar, cəmiyyətdə kitablara olan münasibəti dəyişər. Nazir qeyd edib ki, Azərbaycan artıq UNESCO-nun ən mötəbər komitələrinin tədbirlərinin keçirilməsinə ev sahibliyi edir. Artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına Novruz bayramı, tar, xalçaçılıq, Çövkən oyunu daxil edilib. Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda bu il keçirilən beynəlxalq tədbirlər turizm sahəsinə də öz təsirini göstərir. Bunun nəticəsində Azərbaycana heç zaman turist gəlməyən ölkələrdən insanlar gəlib (Trend.az).
2013-12-27
5,292
YAP rəhbərliyi Qarabağ qazisinə baş çəkdi - Foto
Milli Məclisin üzvləri Bakının mərkəzində özünü yandıran Qarabağ əlilinə baş çəkiblər. Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı bu gün Zaur Həsənova baş çəkiblər. Yaralının vəziyyəti ilə maraqlanan deputatlar xəstəni ziyarət etməyə gələn digər əlillərlə də görüşərək məsələ ilə yaxından tanış olublar. S.Novruzov APA-ya açıqlamasında bildirib ki, xəstənin vəziyyəti tam nəzarət altındadır: "Yaralıya nə lazımdırsa, olunur. Xəstə sağalandan sonra onun məsələsinə hüquqi qaydada baxılacaq". Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.
2013-12-27
5,293
Auksionçular Zərrabdan pullarını ala bilmədilər - Foto
Korrupsiya əməliyyatı onları da vurdu. Tarixi əsərlərə olan marağına görə İstanbulda tez-tez təşkil olunan auksionlara qatılan biznesmen Rza Zərrab auksionçuları da çətin duruma salıb. "Axar.az" xəbər verir ki, "Habertürk"də yerləşdirilən xəbərə görə, Zərrab son vaxtlarda aldığı və dəyəri 10 milyon dollara çatan rəsm əsəri və əntiq əşyaların pulunu ödəməmiş həbsxanaya düşdüyü üçün bir çox auksion mərkəzləri çətinliklə üzləşib. İki gün əvvəl rəsm əsəri satın aldı Rza Zərrab korrupsiya əməliyyatından iki gün əvvəl "Əntiq A.Ş."nin təşkil etdiyi açıq auksionda 5 yüz 25 min dollarlıq Nəzmi Ziyanın "Öz evi" adlı rəsm əsərini satın alıb. Eyni muzeydən 125 min dollara çini boşqab və 190 min dollara da çini şamdan alan Zərrab əsərləri təhvil aldıqdan iki gün sonra həbs olunub. Dövlət əsərləri müsadirə etdiyi üçün pulunu ala bilməyən "Əntiq A.Ş." pis vəziyyətdə qalıb.
2013-12-27
5,294
Santa Klauslar Avropanı qarət edir
Santa Klaus geyimli silahlı şəxslər Albaniya və Kosovoda zərgərlik mağazalarını qarət ediblər. İlk qarət dekabrın 24-ü Albaniyanın paytaxtı Tiranda baş verib. 4 silahlı şəxs mağazaya daxil olub, satıcını hədələyərək çuvallarını zinət əşyaları ilə doldurublar. Polislər ticarət mərkəzinin yaxınlığında zibil qabında 2 avtomat tapıblar. Ehtimal olunur ki, bunlar cinayətkarlara məxsusdur. İkinci qarət dekabrın 26-sı Kosovo Prizren yaşayış məntəqəsində baş verib. Qarətdə 3 nəfər iştirak edib. Atışma nəticəsində 2 müştəri xəsarət alıb. İki qarətin arasında əlaqə olub-olmadığı haqda hələ məlumat yoxdur.
2013-12-27
5,295
AKP-dən daha bir istefa
AKP Ankara millət vəkili Haluk Özdalğa da partiyasından istefa verdi. Özdalğa dünən iki millət vəkili ilə intizam komitəsinə cəlb edilmişdi. Özdalğa Türkiyə vaxtı ilə saat 14:00-da mətbuat konfransı keçirəcəyini elan edib. İki həftədə 4 istefa "Axar.az xəbər verir ki, son iki həftədə AKP-dən istefa verən millət vəkillərinin sayı beşə yüksəlib. AKP-nin Milli Məclisdəki vəkil sayı 322-yə enib.
2013-12-27
5,296
Qafqaz Universiteti tələbələrin “amin” şikayətinə cavab verdi
"Qafqaz Universiteti haqqında yayılan bu söhbətlər şayiədir". "Axar.az" məlumat verir ki, bu sözləri Qafqaz Universitetinin ictimaiyyətlə əlaqələr üzrə prorektoru Natiq Paşa deyib. O, Qafqaz Universitetinin hər zaman jurnalistlərə açıq olduğunu bildirib. "Bizdə bütün zallarda video-kamera var. Siz bura gəlib son 30 gün ərzində bütün video-yazılara baxa bilərsiniz. Biz bütün jurnalistlərə açığıq. Fərqi yoxdur, hardan olur-olsun. Siz bura gəlib istənilən tələbə ilə sorğu keçirə bilərsiniz. Onlardan məlumat almağa da şərait yaratmağa hazırıq". Qeyd edək ki, bu gün Qafqaz Universitetində tələbələrin Gülən-Ərdoğan savaşına alət edilməsi haqqında poçtumuza daxil olan məktub əsasında məlumat vermişdik.
2013-12-27
5,297
Çingiz Qənizadə “Yeni il əfvi”ndən danışdı
"Prezidentin əfv imzalayaraq dustaqları sevindirməsi gözləniləndir". Bu sözləri "Axar.az"a açıqlamasında Milli Məclisin Əfv komissiyasının üzvü, millət vəkili Çingiz Qənizadə dedi. O bildirdi ki, bayramqabağı bu cür sevindirici qərarların verilməsi ehtimalı böyükdür: "Cənab prezidentin bu cür qərar verməsi hər bir halda sevindirici xəbərdir. Dövlət başçısının bu cür əfv sərəncamları imzalaması heç də gözlənilməz bir şey deyil. Ehtimal var ki, hər zaman olduğu kimi bayramla əlaqədar olaraq bu il də əfv sərəncamı imzalansın. Bu barədə rəsmi məlumat olan kimi sizinlə bölüşəcəyəm". Xatırladaq ki, əfv sərəncamının imzalanacağı ilə bağlı hüquq müdafiəçisi Anar Qasımlı da özünün feysbuk səhifəsində yazıb. O da yeni il bayramı münasibəti ilə prezidentin bu cür sərəncam imzalaması ehtimalının yüksək olduğunu bildirib.
2013-12-27
5,298
Əbülfəs Qarayev teatrları tənqid etdi
"Teatrların fəaliyyətində bir neçə məsələ var ki, bu məni ciddi narahat edir". "Axar.az" xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev kollegiya iclasında deyib. Nazir teatrların iş cədvəli, teatrların, musiqi kollektivlərinin repertuarından narazı olduğunu bildirib. Onun sözlərinə görə, teatrların bəziləri həftədə iki dəfə tamaşa qoyurlar, uşaqlar üçün isə tamaşa göstərilmir: "Dəfələrlə demişəm ki, teatr kollektivləri bu məsələlərə diqqət yetirməlidir. Teatrların repertuarına bəzən aşağı səviyyəli tamaşalar, dram əsərləri, komediyalar daxil edilir".
2013-12-27
5,299
Gün ərzində 66 cinayət faktı qeydə alınıb
Bu gün Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınıb, onların da 36-sı "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 7 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.
2013-12-27
5,300
QHT-lər də Prezident Aparatına şikayətə gedir
Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri Prezident Administrasiyası qarşısında piket keçirəcək. Hüquq müdafiəçisi Rəsul Cəfərov "Axar.az"a açıqlamasında piketin QHT qanunvericiliyinə edilən son dəyişikliklərə bağlı olduğunu deyib: "Piket QHT qanunvericiliyinə edilən son dəyişikliklərlə bağlıdır. Dəyişikliklər parlamentdən keçib, amma Prezident hələ imzalamayıb. Məqsədimiz odur ki, gedək öz etirazımızı çatdıraq, dəyişiklik imzalanmasın. Çünki bu, QHT-lərin məhvi deməkdir. Xüsusən də qeydiyyatı olmayan QHT-lərin. Qeydiyyatı olan QHT-lərə də böyük problemlər yaradacaq". Xatırladaq ki, Milli Məclisin 17 dekabrda keçirilən iclasında "Qeyri-Hökumət Təşkilatları haqqında" qanun layihəsinə dəyişikliklər edilib.
2013-12-27
5,301
Məktəbdə yanğın: 3 şagird xəstəxanaya yerləşdirildi
Sumqayıtda orta məktəbdə yanğın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 26-da Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində yerləşən 11 saylı orta məktəbin elektrik paylayıcı qutusunda yanğın baş verib. Məktəbin şagirdləri - şəhər sakinləri Afaq Məmmədli, Kənan İmanzadə və Elza Əhmədova tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır(Aznews.az).
2013-12-27
5,302
Rüşvət əməliyyatının ikinci dalğası başladı – 7 həbs
Türkiyədə keçirilən rüşvət əməliyyatının ikinci mərhələsində 7 iş adamının mal-mülkünə həbs qoyulub. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayımlayib. Mətbuat həmin şəxslərin cinayət törətmək məqsədilə təşkilat qurub, idarə etmək və rüşvət vermək ucbatından mallarına həbs qoyulduğunu yazıb. Əmlaklarına həbs qoyulan iş adamlarının Süleyman Qaraçöl, Abdullah Tivnikli, Mustafa Lətif Topbaş, Camal Kalyoncu, Ömər Faruk Kalyoncu, Məhmət Çingiz, Üsamə Qütüb və Çingiz Aktürkün olduğu bildirilib. Kalyon qrupuna aid olan Zirvə Holdinqin isə bütün mallarıyla bağlı tədbir görülməsi haqqında hakimi qərar verib. Qeyd edək ki, Zirvə Holdinq bu yaxınlarda ATV və "Sabah" qəzetlərini satın alıb.
2013-12-27
5,303
Prezidentdən Qarabağ qazisinin özünü yandırmasına - Reaksiya
Özünü yandıraraq 5 saylı klinik xəstəxanaya yerləşdirilən Qarabağ qazisi, II qrup əlil Zaur Həsənova baş çəkən millət vəkili Mübariz Qurbanlı xəstəxana önündə toplanan qazilərlə söhbət edib. Millət vəkili Qabarağ qaziləri ilə söhbəti zamanı məsələnin dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib. M.Qurbanlı Qarabağ qazilərinin prezidentlə görüşünə cavab olaraq bunları qeyd edib: "Mən bura Prezidentin adından gəlmişəm. Dövlət başçısı özü şəxsən bu məsələni diqqətdə saxlayır" ( Adalet.az).
2013-12-27
5,304
Keçmiş Maliyyə naziri partlayışda öldü - Video
Livanın paytaxtı Beyrutun qərbində "Ayn əl-Mireysə" bölgəsində bomba quraşdırılmış avtomobil partlayış törədib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Livanın paytaxtı Beyrutda meydana gələn partlayışda, keçmiş Livan Baş naziri Saad əl-Haririnin siyasi məsləhətçisi və keçmiş Maliyyə naziri Məhəmməd Şatahın öldüyü bildirilib. Miqrasiya Nazirliyi yaxınlığında ictimai binalar, otellər və ticarət mərkəzlərinin yerləşdiyi bölgədə baş verən partlayış nəticəsində ilkin məlumatlara görə, çoxlu ölən və yaralananlar var, onlarla avtomobildə də yanğın olub.
2013-12-27
5,305
Tarif Şurası qiyməti 2 dəfə artırdı
2014-cü ilin ilk ayından etibarən büdcə təşkilatları üçün şəhər telefonlarının aylıq abunəsi artırılıb. "Axar.az" xəbər verir ki, bu barədə Qanun nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu özünün "feysbuk" səhifəsində məlumat verib. Naşir yazır ki, bu gün nəşriyyata daxil olan bildirişdə göstərilib ki, şəhər telefonlarının aylıq abunəsi növbəti aydan etibarən 7 manat olacaq. Telefonların aylıq abunəsinin bu günə qədər 3 manat 50 qəpik olduğunu nəzərə alsaq, 2 dəfə artım olub. Məsələ ilə bağlı "Azərpoçt" suallara cavab vermədiyi üçün Bakı şəhər 1 saylı poçtu ilə əlaqə saxladıq. Poçtdan bildirdilər ki, bu qərar yanvar ayından qəbul edilə bilər: "Ola bilsin ki, yanvar ayından aylıq pul kimi 7 manat ödənlisin. Hələ dəqiq bilinmir. Bildirişi göndərirlər ki, əvvəlcədən xəbərləri olsun".
2013-12-27
5,306
İlham Əliyev özünü yandıran qazi ilə bağlı göstəriş verdi
"Qarabağ müharibəsi əlili, çoxuşaqlı ailə başçısı Zaur Həsənovun intihara cəhd etməsi xəbəri bizi dərindən sarsıtdı". Bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şəbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, Azərbaycanda ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyada hakimiyyətlərin bölgüsü prinsipi birmənalı şəkildə təsbit olunub: "Heç bir dövlət orqanı, o cümlədən ali icra hakimiyyətini həyata keçirən Azərbaycan Prezidenti və onun Administrasiyası hakimiyyətin digər qolu olan məhkəmələrin qərarına müdaxilə edə bilməz. Bizə məlum olan informasiyaya görə, Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan "Şıx" sanatoriyası ərazisində Zaur Həsənovun bir müddət işlətdiyi iaşə obyekti qanunsuz fəaliyyət göstərdiyinə görə məhkəmənin qərarı ilə sökülüb. Biz məhkəmənin hökmünü dəyişdirə bilmərik. Lakin Zaur Həsənovun müharibə veteranı və çoxuşaqlı ailə başçısı olduğunu nəzərə alaraq, hər bir dövlət orqanı və ictimai təşkilat, ilk növbədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz imkan və səlahiyyətləri daxilində onun sosial problemlərinin həllinə kömək göstərməlidir". Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zaur Həsənovun özünü yandırmağa cəhd etməsi barədə xəbərdən çox narahat olub və sarsılıb: "Cənab Prezident müharibə əlilinin müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara lazımi tapşırıqlar verib. Ümid edirik ki, Zaur Həsənov tezliklə sağalıb öz ailəsinin yanına qayıdacaq" (APA).
2013-12-27
5,307
Saatlıda turşudan zəhərlənmə: bir ölüm
Saatlı rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Şirinbəy kəndində qeydə alınıb. Evdə konservləşdirilmiş pomidor turşusundan bir ailənin 6 üzvü zəhərlənib. Kənd sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun həyat yoldaşı 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı, oğlu 1984-cü il təvəllüdlü Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu, ailənin digər üzvü 1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar. Azyaşlılar Bakıdakı 2 saylı Uşaq Xəstəxanasına, digərləri isə Toksikoloji Mərkəzə yerləşdirilib. Dilbər Səfərovanın vəziyyətinin ağır olduğu bildirilir (APA)
2013-12-27
5,308
Prokurorun həbs elətdirmək istədiyi 41 nəfər – Sənəd
Rüşvət əməliyyatının ikinci mərhələsini həyata keçirmək istərkən istefaya göndərilən prokuror Müəmmər Akkaşın həbs elətdirmək istədiyi 41 adamın siyahısı meydana çıxıb. "Axar.az" məlumat verir ki, bu məlumatı Türkiyə mətbuatı yayımlayıb. Mətbuat adları siyahıda olan şəxslər arasında məşhur iş adamlarının adının olduğunu da bildirib. Eləcə də siyahıda ATV və "Sabah" qəzetinin yeni sahibi olan Orxan Camal Kalyoncu və Faruk Kalyoncunun da adlarının yazıldığı bəlli olub. Türk iş adamları ilə yanaşı siyahıda Yasin Əl Kadı adlı bir Səudiyyə Ərəbistanında olan iş adamının adı da yer alıb.
2013-12-27
5,309
Bakıda evdən meyit tapıldı – Qətl
"Axar.az" DİN-in mətbuat xidmətindən aldığı məlumata görə bildirir ki, dekabrın 27-də Füzuli rayon sakini Aynurə Kazımovanın Binəqədi rayonu Dərnəgül qəsəbəsindəki yaşadığı evdən meyidi tapılıb. Meyidin boğaz nahiyəsində kəsik xəsarəti müəyyən olunub. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
2013-12-27
5,311
Özünü yandıran qaziyə hər ay 1500 manat ödəniləcək
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı qərar qəbul edib. Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, qərara əsasən, Z.Həsənovun ailəsinə övladları yetkinlik yaşına çatana qədər AHİK tərəfindən hər ay 1500 manat vəsait ödəniləcək. Bundan başqa, zərurət yaranacağı təqdirdə Z.Həsənovun xaricdə müalicəsini, ailə üzvlərinin işlə təminatını da konfederasiya öz üzərinə götürüb. Z.Həsənovun müsadirə olunmuş mülkinə gəldikdə, S.Mehbalıyev bildirib ki, həmin işlə bağlı məhkəmə qərarı var: "Biz məhkəmənin qərarına müdaxilə edə, onu dəyişdirə bilmərik" (APA).
2013-12-27
5,312
Millət vəkili Binədəki "yanğın qəsdi"ndən danışdı
Millət vəkili Zahid Oruc parlamentin payız sessiyasının dekabrın 27-də keçirilən son iclasında çıxışı zamanı yenidən ölkənin iri ticarət mərkəzlərində yanğınların baş verməsi məsələsini qaldırıb. Millət vəkili çıxışında diqqəti bir neçə gün öncə Binə ticarət mərkəzində baş verən növbəti yanğın hadisəsinə cəlb edərək qeyd edib ki, bu hadisə və ondan qabaq baş verən yanğınlar təsadüfi xarakter daşımır (Gün.Az). Millət vəkilinin bildirdiyinə görə, Binə ticarət mərkəzi də daxil olmaqla bir sıra ticarət mərkəzlərində baş verən yanğın hadisələri bir proses halını alıb və zəncir kimi bir-birinə bağlanıb. Z.Oruc bildirib ki, bu yanğınlar heç də qısa qapanmadan baş vermir, bunlar qəsdən törədilir. O, yanğın hadisələri sovet hakimiyyətinin ilk illərində baş verən iqtisadi sobatajlarla eyniləşdirib. Millət vəkili çıxışında vurğulayıb ki, ölkənin iri ticarət mərkəzlərində qanunsuzluq, hüquqdan yayınma halları baş verir və orada həmin ticarət mərkəzlərinin rəhbərləri ilə sahibkarlar arasında münasibətlər hüquqi müstəvidə tənzimlənmir: "Mən bir müddət öncə büdcə müzakirələrində də bu məsələni qaldırdım və İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etdim. Ona görə bu tribunadan istifadə edərək bu nazirliyə müraciət edirəm ki, ölkənin iri ticarət mərkəzlərində qəsdən törədilən yanğın hadisələrinin ciddi monitorinqi aparılsın və bu barədə dövlət başçısına məruzə edilərək, ciddi hüquqi tədbirlər görülsün".
2013-12-27
5,313
Külli miqdarda pul oğurlayan şəxs tutuldu
DİN-in mətbuat xidmətindən "Axar.az" daxil olan məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Abşeron RPŞ və Zaqatala RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Ramil Əliyev tutulub. R.Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olan Vasif Qarayev, habelə Murad və Şahmurad adlı şəxslərlə birgə dekabrın 6-da Zaqatala rayonunun Danaçı kənd sakini Qurban Qurqunayevin evinə girib onu və ailə üzvlərini döyərək bıçaq və tapança ilə hədələmək yoluyla oradan 700.000 rubl (21.200 dollar), 3.000 dollar və 50.000 manat pul aparmaları da müəyyən edilib.
2013-12-27
5,314
Sabir Rüstəmxanlıdan "Dərdə əyilmə"
Sabir Rüstəmxanlının "Dərdə əyilmə" adlı yeni kitabı çapdan çıxıb. VHP mətbuat xidmətinin məlumatına görə, oxuculara təqdim olunan bu kitabda xalq şairi Sabir Rüstəmxanlının publisistik yazılarının bir qismi toplanıb. Azərbaycan tarixinin 10 ilini əhatə edən bu məqalələr bütöv bir əsərin parçaları kimi oxunur, sözün ictimai rolunu və cəmiyyətin həyatdakı əhəmiyyətini göstərir. "Dərdə əyilmə"də müəllifin "Ömür kitabı" əsəri kimi Azərbaycan publisistikasının zirvələrindən biri və inkaredilməz uğurudur.
2013-12-27
5,315
ABŞ diplomatından şok: “Ərdoğanı çökdürəcəyik” – Özəl
"AKP iqtidarı və Rəcəb Tayyib Ərdoğan siyasəti Yeni Osmanlı ideyası üstündə qurulub və buna doğru gedir. Bunun qarşısı alınmalıdır, biz Ərdoğanı çökdürəcəyik". Etibarlı mənbədən "Axar.az"a daxil olan məlumata görə, bu sözləri ABŞ-ın Azərbaycanda kifayət qədər məşhur olan diplomatlarından biri ölkəmizin bəzi siyasilərilə görüşündə aylar öncə, konfedensial şəkildə deyib. Qaynağımız bildirir ki, Türkiyə iqtisadiyyatının güclənməsi və qardaş ölkənin Yaxın Şərqin favoritinə çevrilməsi istiqamətində atdığı addımlar, həmçinin R.T.Ərdoğanın ərəb dünyasının lideri kimi qəbul olunması meylləri ABŞ başda olmaqla, bir sıra beynəlxalq gücləri qıcıqlandırıb. Diplomat, "Yaxın aylarda Ərdoğanın çöküşünü görəcəksiniz" – sözünü də işlədib. Mənbə bildirir ki, hadisələrin indiki inkişafı Ərdoğan deyil, məhz Türkiyənin iqtisadi-siyasi baxımdan xaosa sürükləndiyini göstərdi: "AKP-nin 3 seçki ard-arda təkbaşına iqtidar olması Türkiyədə onillərlə yaşanan siyasi xaotikliyi aradan qaldırdı və iqtisadiyyatın inkişafını stabilləşdirdi. ABŞ diplomatının bu sözlərini Ərdoğanın bələdiyyə seçkilərində uduzması üçün müxalifətin təbliğat kampaniyasına dəstək kimi anlasaq da, indi bəlli olur ki, bu eyhamın arxasında daha böyük iş dayanırmış".
2013-12-27
5,316
Dəlixanadan qaçanlardan daha biri tutuldu - "Kalaşnikov"la
Noyabrın 15-də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçanlardan daha biri tutulub. "Axar.az"ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 26-da axtarışda olan Razim Hacıyev də paytaxtın Xətai rayonunun Əbilov küçəsində yerləşən ünvansız evdə saxlanılıb. Baxış zamanı R.Hacıyev və onun yanında olan Lerik rayon sakini Malik Əhmədovun üzərindən narkotik vasitə olan marixuana, evdən isə 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, içərisində 29 ədəd patonu olan 1 ədəd sandıqça, 1 ədəd pnevmatik tapança və 1 ədəd süngü bıçaq aşkar edilərək götülüb. Hazırda mühafizə altından qaçmış digər şəxslərin yerinin müəyyən edilərək tutulmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, noyabrın 15-də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicədə olan Yusif Məhərrəmov, Tural Abbasov, Razim Hacıyev və Elvin Nəsrullayevin mühafizə altından qaçmaları faktına görə Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Elvin Nəsrullayev noyabrın 23-də saxlanılaraq 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.
2013-12-27
5,317
Ermənistanın Gömrük İttifaqına daxil olmasına etiraz - Rəsmi
Ermənistan silahlı qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmayınca və ölkəmizin ərazi bütövlüyü bərpa olunmayınca bu dövlətin Gömrük İttifaqına daxil olmasına Azərbaycan rəsmi şəkildə etiraz edir. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir. Şöbə müdirinin fikrinə görə, Ermənistanın Dağlıq Qarabağı və ətraf yeddi rayonu zəbt edən bir işğalçı dövlət qismində hansısa ittifaqa və yaxud birliyə daxil olması beynəlxalq hüququn prinsiplərinə ziddir: "Hamıya məlumdur ki, BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsbit olunub və birmənalı şəkildə işğalçı dövlətin zəbt etdiyi əraziləri boşaltmaq tələbi ortaya qoyulub. Buna görə də, Ermənistanın Gömrük İttifaqına və yaxud digər bu tipli qurumlara daxil olması yalnız işğal altında olan torpaqlar azad edildikdən sonra baş verə bilər". Əks təqdirdə, şöbə müdirinin fikrinə görə, Ermənistanın ərazi və sərhədləri hansısa ittifaqa daxil olma məqamında Azərbaycanın pozulmuş ərazi bütövlüyü hesabına beynəlxalq yuridiksiyalarla ziddiyyət təşkil edir: "Bu dövlət ya rəsmi şəkildə işğal olunmuş ərazilərə iddialı olduğunu etiraf etməli, daxil olduğu qurumlar isə bunu qəbul etməlidir, ya da ki, həmin torpaqları geri qaytarmalı və BMT çərçivəsində təsdiq olunmuş əraziləri ilə yeni ittifaqlara üzv olmalıdır"
2013-12-27
5,318
Britaniya Avropada, Çin dünyada birinci olacaq
Britaniya 2030-cu ildə Avropanın ən böyük iqtisadiyyatına sahib olacaq. "Axar.az" məlumat verir ki, bu açıqlamanı Böyük Britaniya İqtisadi Araşdırmalar Mərkəzi edib. Ekspertlər buna əsas səbəb kimi Böyük Britaniyanın özünü Avropada yaranmış böhrandan kənar tuta bilməsi və vergilərin aşağı olmasını göstəriblər. Təşkilat həmçinin 2028-ci ildə Çinin ABŞ iqtisadiyyatını ötəcəyini qəti şəkildə bəyan edib. Qeyd edək ki, hazırda Avropada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkə Almaniyadır.
2013-12-27
5,319
11-ci sinif şagirdi bıçaqlandı
Bu gün Tovuz rayonunun Alakol kəndində günorta saat 13:00 radələrində məktəb şagirdi bıçaqlanıb. Verilən məlumata görə,bıçaqlanan şəxs Tovuz Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Bıçaqlanan şəxsin 11-ci sinif şagirdi Teyyub Nəsib oğlu olduğu bildirilir. Şagirdin yaxınlarının verdiyi məlumata görə, hadisə müəllimin gözü qarşısında baş verib. Hadisəni iki şəxsin törətdiyi bildirilir. Verilən məlumata görə hadisə iştirakçısı olan 2 nəfərin birində bıçaq digərində soyuq silah olan beşbarmaq olub. İlkin ehtimallara görə beş barmaq zərbəsindən sonra bıçalanma hadisəsi yerinə yetirilib
2013-12-27
5,320
Hərbi polisə “ikinci dalğa” ilə bağlı təlimat
Türkiyədə "rüşvət və korrupsiya" əməliyyatında ikinci dalğa əməliyyatı və nəzarət qərarları üçün polis hərəkətə keçmədiyinə görə prokurorluq hərbi polisə təlimat göndəribmiş. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, rüşvət və korrupsiya əməliyyatında "ikinci dalğa" istintaqını həyata keçirən prokurorluğun, axtarış və nəzarətə götürmə qərarları üçün polis hərəkətə keçmədiyinə görə hərbi polisə təlimat yazdığı məlum olub. "Prokurorluq – Polis böhranı"nın ortaya çıxdığı gün olan 25 dekabr tarixini daşıyan nəzarət siyahısının polisə göndərilən siyahıdan tək fərqi var, o da "şübhəlini nəzarətdə saxlayacaq qolluq" hissəsinin qarşısında yazılan yazıdır. Birinci siyahıda "Korrupsiya ilə Mübarizə Şöbə Müdirliyi"nin yazıldığı hissədə bu dəfə "İstanbul Şəhər Hərbi Polis Komandirliyi KOM Şöbə Müdirliyi" yazılıb.
2013-12-27
5,321
Qarabağ qazisi 100 min manat kompensasiya alacaq
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərini himayəyə götürülməsi haqqında qərar qəbul edib. AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib ki, Z. Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq, AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, Z. Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürüləcək və övladların hər birinə 300 manat məbləğində aylıq yardım veriləcək. Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 000 manat məbləğində maddi yardım ediləcək. Ona ölkə xaricində müalicəyə ehtiyacı olarsa, bütün xərclər AHİK-in hesabına ödəniləcək. Qərarda deyilir ki Z. Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaq. Bu gün Qarabağ qazilərinin nümayəndələrinin və H. Həsənovun AHİK-in sədri, millət vəkili S. Mehbalıyevlə görüşü olub. (APA)
2013-12-27
5,322
“Tayms” Ərdoğan üçün ən böyük təhlükəni nişan verdi
"Tayms" AKP ilə Gülən hərəkatı arasındakı davam edən gərginlikdə Baş nazir Ərdoğan üçün ən böyük təhdidin prezident Abdullah Gül olduğunu iddia edib. "Axar.az" xəbər verir ki, "Tayms" qəzetinin xarici xəbərlər səhifəsində Türkiyədə davam edən korrupsiya və qanunsuzluq istintaqına böyük yer verib. Qəzetin "Baş nazirə ən böyük təhdid onun sadiq müttəfiqidir" başlıqlı analiz belədir: "Rəcəb Tayyib Ərdoğan siyasi karyerasını xilas etmək üçün çalışdığı vaxtda sadiq dostu Abdullah Gül onun potensial xələfi olaraq görünür. İngiltərədə təhsil alan loyal prezident Gül dəstəkçiləri tərəfindən Baş nazirə daha sakit bir alternativ olaraq görünür. 10 ildən çoxdur davam edən müttəfiqlikləri müddətində Gül "yaxşı polis", Ərdoğan isə ölkəyə sərt şəkildə yenidən forma verən "pis polis" rolunu oynadı. Prezidentin Baş nazirlə Kreml tərzində vəzifə dəyişdirməsi lazım gələ biləcəyi bildirilsə də, lakin dostluqları zədələnməyə başlayıb. Yay aylarında İstanbulda baş verən etirazlara sərt reaksiyasına görə AKP daxildə və xaricdə qınandığı vaxtda Gül daha yumşaq reaksiya verdi. Politoloqlar hər nə qədər ikilini müttəfiq olaraq görməsə də, Gül, Gülənin dəstəkçisi olaraq təsvir edilir. Yenə də bütün gözlər prezidentin sərgiləyəcəyi mövqeyə dikilmiş vəziyyətdədir. Əgər Gül Gülənin yanında olsa, deməli, Ərdoğanın işini bitmiş saymaq olar. Getdikcə insanları özündən soyudan Ərdoğan siyası karyerasının davam etməsi üçün köhnə dostlarını özünə yaxınlaşdırmaq məcburiyyətində olduğunun fərqindədir".
2013-12-27
5,323
İbrahim Tatlısəs: "Rzanı müdafiə edəcəyəm"
Türkiyənin ən məşhur sənətçilərindən biri İbrahim Tatlısəs həbs olunmuş azərbaycanlı milyarder Rza Zərraba və onun xanımı, məşhur müğənni Əbru Gündəşə dəstək verib. İbrahim Tatlısəs "Tvitter"dəki profilində yazıb: "Əbru Gündəşin övladının atasını müdafiəsi etməsi qədər təbii nə olar bilər?! Mənim dostumdur. Müdafiə edirəm və edəcəyəm də. Rzanı biz yaxşı tanıyırıq".
2013-12-27
5,324
İbrahimbəyov əcinnə dəstəsinə görə istefa verdi
Milli Şuranın keçmiş üzvü, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Milli Şurada baş verən son proseslərə maraqlı şərh verib. ALP sədri açıqlamasında Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun tutduğu postdan istefası ilə bağlı qərarına geniş icmal verməsə də, baş verənləri qurum daxilindəki arzuolunmaz mühitlə əlaqələndirib. O, R.İbrahimbəyovun istefasında birbaşa Müsavat Partiyasındakı bəzi qüvvələri ittiham edib: "Rüstəm İbrahimbəyov Müsavat Partiyasındakı əcinnə dəstəsindən bezərək, istefa verdi". Xatırladaq ki, ALP sədri Əvəz Temirxan və partiya üzvləri Milli Şuradan istefa veriblər. O, bu barədə qərarını Milli Şuranın oktyabrın 24-də keçirilən sessiyasında açıqlayıb. ALP lideri Lalə Şövkət də prezident seçkiləri ərəfəsindən Milli Şuradan istefa verib (Aznews).
2013-12-27
5,325
Ermənistan İran səfirinin sözlərini cəfəngiyyat adlandırdı
"İran səfirinin qazın satış qiymətinin Ermənistan üçün aşağı salınacağı ilə bağlı dediyi sözlər cəfəngiyyatdır". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistanın baş naziri Tiqran Sərkisyan çıxış edib. O, İran səfirinin dediyi sözləri diplomatik anlaşılmazlıq adlandırıb: "Son üç il göstərir ki, İran yalnız Ermənistana ötürülən qazın qiymətini aşağı salmağa və ya elektriklə əvəz eləməyə çalışır". Qeyd edək ki, bir müddət əvvəl İran səfiri Ermənistanı dost ölkə adlandırmışdı. O buna görə rəsmi Tehranın Ermənistana qazı 100 dollara satmağa hazır olduğunu bildirmişdi.
2013-12-27
5,326
Jurnalist Sahib Kərimov 57 gündür ki, komadadır – Qəza
Deyirlər ki... Noyabrın 1-də səhər saatlarında jurnalist Sahib İslamovu Xocasən qəsəbəsində "Jiquli" markalı avtomobil vurub və həmkarımız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. "Axar.az" olaraq, 1 saylı Klinik Xəstəxanasında 35 gün qabaq reanimasiya şöbəsindən palataya yerləşdirilən Sahib İslamovun səhhəti ilə maraqlandıq. Jurnalist həmkarımızın qayınatası Şıxəli Mirzəyev "Axar.az"a danışarkən bildirdi ki, vəziyyəti necə idisə, o cür də qalmaqdadır: "Vallah, Sahib necə idisə, elə o cür də qalıb. Nə irəliyə gedir, nə geri. Düzdür, həkimlər demişdi ki, on günə hər şey bəlli olacaq. Və on beş gün keçməsinə baxmayaraq heç bir şey yoxdur. Ancaq yenə də həkimlər ümid verməkdə davam edir. Deyirlər ki, üç aya da sağala bilər, altı aya da".
2013-12-27
5,327
Vergilər Nazirliyi 17 işçisini qovdu
2013-cü il ərzində Vergilər Nazirliyinə vətəndaşlardan "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinin pozulması ilə əlaqədar 55 şikayət daxil olub. "Axar.az"ın Nazirliyin Analitik-informasiya şöbəsinə istinadən verdiyi məlumata görə, "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinin pozulması ilə bağlı 17 əməkdaşın vergi orqanlarında xidmətlərinə xitam verilib, 4 əməkdaş aşağı vəzifəyə keçirilib, 4 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 22 nəfərə şiddətli töhmət, 47 nəfərə töhmət verilib, 7 əməkdaşa xəbərdarlıq elan edilib. 2013-cü il ərzində etik davranış məsələləri ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə diqqət artırılıb, Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən ilkin hazırlıq və ixtisasartırma kurslarının tədris proqramına "Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətlərdə işgüzar ünsiyyət etikası və Vergi işçisinin etik davranış kodeksi" mövzusu əlavə edilib.
2013-12-27
5,328
Səttar Mehbalıyevdən Aslan İsmayılova ağır ittiham
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) sədri Səttar Mehbalıyev II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı məsələnin təfərrüatını açıqlayıb. Bu barədə açıqlama verən S.Mehbalıyevin sözlərinə görə, həmin ərazidə obyekti sökülən yalnız Z.Həsənov olmayıb: "Məsələnin mahiyyəti bundan ibarətdir ki, "Kurort" Səhmdar Cəmiyyəti bizə müraciət etdi. Onların bildirdiyinə görə, Zaur Həsənov da daxil olmaqla, 7-8 nəfər həmin ərazidə müəyyən yerləri zəbt edib. Bələdiyyənin qeyri-qanuni razılığı ilə həmin adamlar Konfederasiyaya məxsus olan ərazilərdə qanunsuz evlər və sahil kənarında yeməkxanalar tikiblər. Konfederasiya da məsələni qanun çərçivəsində həll etməyə qərar verdi. Biz həmin torpaqları qanunsuz olaraq ayrı-ayrı şəxslərə payladığına görə bələdiyyəni məhkəməyə verdik. Məhkəmədə o əraziləri tutmuş şəxslər üçüncü tərəf kimi tanındılar. Məhkəmə prosesi müddətində həmin adamların bir çoxu qanunsuz iş tutduqlarını anladılar və mal-mülklərini söküb apardılar. Amma Zaur Həsənov israr elədi və prosesin sonunda məhkəmə onun tikdiyi obyektin sökülməsinə qərar verdi. Məhkəmə icraçıları da həmin qərarı icra etdilər. Burda Konfederasiya ilə bağlı hər hansı müdaxilə yoxdur". S.Mehbalıyev Z.Həsənovun radikal davranmasında hüquqşünas Aslan İsmayılovu ittiham edib: "Çünki Aslan İsmayılovun özü də həmin ərazidə müəyyən sahəni zəbt edib. Bununla bağlı da hazırda məhkəmə prosesi gedir. Biz məhkəmənin qərarını gözləyirik. Aslan İsmayılov elə dünən də mənim yanıma gələrək, özünün məsələsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan xahiş etməyimi istədi. Mən də ona dedim ki, belə işlərlə məşğul olmuram, bu məsələlər mənim səlahiyyətimə aid deyil. O da dedi ki, məsələni onun xeyrinə həll etməsəm, gedib qəzetlərə mənim əleyhimə müsahibə verəcək. Bu gün baxıram ki, doğrudan da mənim əleyhimə müsahibə verib. Bu adamlar şəxsi məqsədləri üçün çalışırlar. Elə Zaur Həsənovu da radikallaşdıran məhz Aslan İsmayılov olub. Dünən də gəlib məni şantaj etmək istədi, lakin alınmadı". A.İsmayılov da açıqlamasında dünən S.Mehbalıyevlə görüşdüyünü təsdiqləyib. Lakin bildirib ki, ona aid olan 3 sot torpaq sahəsi ilə Zaur Həsənovun torpaq sahəsi ayrı-ayrı yerlərdədir: "Həmkarlar Konfederasiyası ilə aramda məhkəmə çəkişməsi olub və bu işi onlar qazanıb. Buna baxmayaraq, Səttar Mehbalıyev əlində məhkəmə qərarı olsa da, mənimlə barışıq elədi, hətta sökdürdüyü hasarımı da bərpa etməyimə mane olmadı. Dünən isə mənim yanıma adam göndərmişdi ki, Zaur Həsənovun məsələsinə qarışsam, həmin məhkəmə qərarını icra etdirəcək və hasarımı sökdürəcək. Bunu mən özümə qarşı təhqir qəbul etdim. Məhz buna görə dünən onun yanında olmuşam". Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan "Şıx" sanatoriyasının qanuni istifadəsində olan torpaq sahəsinin Z.Həsənov tərəfindən zəbt edilməsi ilə bağlı məsələyə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində baxılıb və Z.Həsənovun şikayətləri əsassız sayılıb. Konfederasiya həmin məsələ ilə bağlı məhkəmə qərarlarını təqdim edib. Belə ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi həmin işə baxaraq Bibiheybət Bələdiyyəsi ilə Həsənov Zaur Həsən oğlu arasında bağlanmış 25 saylı 8 aprel 2005-ci il tarixli icarə müqaviləsini etibarsız hesab edib. Məhkəmə "Şıx" sanatoriyasına məxsus 1,67 ha torpaq sahəsini əhatə edən çimərlik zonasında 70 kv.m torpaq sahəsində Həsənov Zaur Həsən oğlu tərəfindən qanunsuz inşa edilmiş tikililəri cavabdehlərin hesabına sökülməsi və sahənin boşaldılmasına qərar verib. Bakı Apellyasiya Məhkəməsi Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)- 1434/09 saylı iş üzrə 10.09.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlayıb və cavabdeh Z.Həsənovun apellyasiya şikayəti təmin edilməyib. Daha sonra həmin iş üzrə Ali Məhkəmədə Z.Həsənov tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb. Z.Həsənov tərəfindən verilmiş kassasiya şikayəti təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılıb (APA).
2013-12-27
5,329
Nazarbayevə erməni baş nazirindən cavab gəldi
"Dağlıq Qarabağ Ermənistanın Gömrük İttifaqına üzvlüyü zamanı ona maneə ola bilməz". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistanın baş naziri Tiqran Sərkisyan çıxış edib. O, Nursultan Nazarbayevə cavabın Kremldə Ermənistan prezidenti tərəfindən verildiyini deyib: "Qazaxıstan prezidenti Serj Sərkisyandan qısa və konkret cavabını Kremldə aldı. Ermənistanla Dağlıq Qarabağ arasında sərhəd keçid məntəqələri olmayıb və bundan sonra da olmayacaq". O, Dağlıq Qarabağ məsələsinin hansısa təşkilata üzv olan zaman Ermənistan üçün heç bir problem yaratmadığını qeyd edib: "Biz Avropa İttifaqı ilə azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlar zamanı, həmçinin MDB ilə azad ticarət haqqında müqavilə imzaladığımız vaxt heç vaxt Dağlıq Qarabağ məsələsini müzakirə etməmişik. Fikirləşirəm ki, Gömrük İttifaqı ilə də eyni hadisə təkrarlanacaq". Qeyd edək ki, bir müddət öncə Nursultan Nazarbayev Ermənistanla yol xəritəsini Gömrük İttifaqı ilə Dağlıq Qarabağın sərhədlərinin göstəriləcəyi təqdirdə imzalayacağını bildirmişdi.
2013-12-27
5,330
İlham Əliyev Kəmaləddin Heydərovla açılış etdi
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının açılışında iştirak edib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev akademiyanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub. Qeyd edək ki, Azərbaycan Prezidentinin 2008-ci il 2 iyun tarixli Sərəncamı ilə yaradılmış Akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir. Dövlətimizin başçısının 2009-cu il 10 iyul tarixli Fərmanı ilə Akademiyanın Nizamnaməsi təsdiq edilib. Məlumat verilib ki, Akademiyanın strukturuna həyat fəaliyyətinin təhlükəsizliyi, yanğın təhlükəsizliyi, kadrların yenidən hazırlığı və ixtisasartırma, qiyabi təhsil fakültələri və altı kafedra daxildir. Burada tədris Avropa Kredit Köçürməsi Sisteminin tələblərinə uyğun olaraq aparılır. Dövlətimizin başçısı akademiyanın kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.
2013-12-27
5,331
Baş Prokurorluq Qarabağ qazisi ilə bağlı açıqlama verdi
Baş Prokurorluq II qrup Qarabağ əlili Zaur Həsənovun özünü yandırması faktı ilə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, dekabrın 25-də Bakı şəhər sakini Həsənov Zaur Həsən oğlunun müvafiq məhkəmə qərarına etiraz əlaməti olaraq özünü yandırması faktı üzrə Səbail Rayon Prokurorluğunda zəruri prosessual hərəkətlər yerinə yetirilməklə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda araşdırmalar davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.
2013-12-27
5,332
Mehriban Əliyeva Pakistanda mükafat aldı
Pakistanın Sind əyalətinin Larkana şəhərində "Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013" mükafatlarının təqdimat mərasimi keçirilib. Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, mərasimdə Pakistanın sabiq prezidenti Asif Əli Zərdari, Sind əyalətinin baş naziri Kaim Əli Şah, əyalət kabinetində təmsil olunan nazirlər, Milli Assambleyanın üzvləri, senatorlar iştirak ediblər. Benazir Bhuttonun anadan olduğu Larkana şəhərində qətlə yetirildiyi günün ərəfəsində keçirilmiş mərasimdə ali qonaq qismində iştirak edən Pakistanın sabiq prezidenti Asif Əli Zardari Benazir Bhuttonun Pakistanın həyatında oynadığı əvəzsiz roldan danışıb, onun bütün həyatını demokratiyanın bərqərar olunmasına həsr etdiyini, habelə Pakistanda qadın və uşaqların problemlərinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Sonda o, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın "Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013" mükafatı ilə təltif olunduğunu elan edib. Tədbirdə çıxış edən Sind əyalətinin ailə və qadın məsələləri üzrə naziri Rubina Kaimxani B.Bhuttonun Pakistanda elm, təhsil və mədəniyyətin inkişafına, habelə qadınların cəmiyyətdə mühüm rol oynamasına xüsusi töhfələr verdiyindən danışmışdır. Daha sonra o, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə irimiqyaslı layihələrin həyata keçirildiyini, bu tədbirlər çərçivəsində 2007-ci ildə Pakistanın zəlzələdən zərər çəkən Müzəffərabad şəhərindəki qızlar məktəbinin inşa edildiyini diqqətə çatdırıb. Bundan əlavə, 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondu Pakistanda yeni layihələr proqramına start verib ki, bu proqram çərçivəsində sel daşqınlarından zərər çəkmiş məktəb Fond tərəfindən əsaslı təmir edilib. Proqrama əsasən, Xeybər-Paxtunxva və Pəncab əyalətlərində hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşəvər şəhərində "Akbar Care" serebral iflic institutunda pulsuz müayinə təşkil edilib, Kulsum İnternational xəstəxanasında açıq ürəkdə əməliyyatlar aparılıb, Hamza Fondu (Peşəvər) üçün müasir qanköçürmə avadanlıq və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və minlərlə qanköçürmə paketləri alınıb, Xeybər Göz Fondunun yeni binasının inşasına və Saif Fonduna maddi yardımlar edilib. Hazırda isə Dera İsmail Xan bölgəsində su təchizatı sistemi inşa edilir. Eyni zamanda 2012 və 2013-cü illərdə Fond tərəfindən Pakistanın bütün əyalətlərində Ramazan ayında kimsəsiz uşaqlar üçün iftar süfrələri açılıb, Qurban bayramında isə Pəncab əyalətinin İslamabad, Fəyzabad, Xeybər-Paxtunxva əyalətinin Lakki Marvat şəhərində, həmçinin Bəlucistan əyalətinin zəlzələdən zərər çəkmiş bölgəsində qurbanlıqlar kəsilərək əhalinin imkansız təbəqələrinə paylanıb. Əlavə olaraq Fond Pakistanın 12 aparıcı universitetinin 36 tələbəsi və Rara məktəbinin 5 şagirdini aylıq təqaüdlərlə təmin edir. Daha sonra o, cari ilin mart ayında Bakıya səfəri zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşünün təəssüratlarını bölüşüb. "Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013" mükafatı eyni zamanda Türkiyənin birinci xanımı Hayrunnisa Gülə də verilib. (APA)
2013-12-27
5,333
Hesablama Palatası xəstə uşaqların yol pulunu kəsib
Sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinə verilən yol xərcindən məhrum olmaları barədə xəbər vermişdik. Bununla bağlı valideynlərlə məktəb rəhbərləri və müəllimlər arasında münaqişə yaranıb. Hər kəs bir-birini ittiham edirdi. "Axar.az"ın araşdırmalarından sonra isə başqa mətləblər üzə çıxdı. Məlum oldu ki, sağlamlıq imkanları məhdud olan uşaqlara çatan 20 manat yol pulunu Hesablama Palatası dayandırıb. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında" 25 dekabr 2001-ci il tarixli, 200 nömrəli qərarına əsasən, xüsusi təhsilə cəlb olunanların valideynlərinə ayda 20 manat həcmində müavinətin ödənilməsi nəzərdə tutulub. İndiyədək həmin pulu həm məktəbə gedən, həm də evdə təhsil alan şagirdlərin valideynləri alıb. Bu ilin avqustundan isə uşaqları evdə təhsil alan bütün valideynlər həmin yol pulundan məhrum olublar. Onsuz da məbləği uşağın müalicəsinə sərf olunan xərclərlə müqayisədə çox az olan pulun kəsilməsini valideynlər ayrıseçkilik kimi dəyərləndirirlər. Hesablama Palatası 20 manatı çox gördü Məsələyə aydınlıq gətirmək üçün ilk olaraq Bakı Baş Təhsil İdarəsinə müraciət etdik. Lakin qurumdan göndərilən suallara cavab ala bilmədik. Təhsil Nazirliyinin (TN) İnformasiya şöbəsindən "Axar.az" a bildirdilər ki, respublikada TN-nin tabeliyində sağlamlıq imkanları məhdud uşaqlar üçün 14 internat məktəbi fəaliyyət göstərir. Həmin internat məktəblərində 2 min 908 nəfər sağlamlıq imkanları məhdud uşaq təlim-tərbiyə alır. Və adıçəkilən qərarda nəzərdə tutulan yol xərcinin ödənilməsi onların hamısına şamil edilib. TN-nin məlumatına əsasən, bu il Hesablama Palatasının Bakı Şəhəri üzrə Təhsil İdarəsində apardığı yoxlama nəticəsində həmin müavinətin evdə təhsil alan sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinə və ya digər qanuni nümayəndələrinə ödənilməsini irad tutub. Bundan sonra həmin əlavənin ödənilməsi dayandırılıb. Müəllimlərin pulunu isə Maliyyə Nazirliyi kəsib "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, xüsusi təhsil müəssisəsində və ya bölməsində, eləcə də psixoloji-tibbi-pedaqoji komissiyalarda çalışan şəxslərin əməkhaqlarına 50 faiz əlavə ödəniş edilir. Lakin ötən il Maliyyə Nazirliyinin qərarı ilə sağlamlıq imkanları məhdud olan uşaqlara evdə dərs keçən müəllimlər də həmin əlavə ödənişdən məhrum olub. TN-dən bildiriblər ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi evdə təhsilin xüsusi təhsilin bir forması olmasına istinad edilərək, evdə təhsil verən müəllimlərin əməkhaqqına 2012-ci ilin sonunadək 50 faiz əlavə ödəyib: "Lakin Maliyyə Nazirliyi tərəfindən 2012-ci ilin oktyabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılan yoxlama nəticəsində adı çəkilən Qanunun 28.2-ci maddəsində qeyd olunan 50 faiz əlavənin evdə təhsil verən müəllimlərə şamil edilmədiyi əsas gətirilib və həmin əlavənin ödənilməsi dayandırılıb". Qanunvericilikdə boşluq varmış Belə məlum olur ki, yoxlamalar nəticəsində qanunvericilikdə boşluqlar üzə çıxıb. Müavinət və əlavə ödənişlərin dayandırılmasının da əsas səbəbi bununla bağlıdır. Bəs TN bu problemin aradan qaldırılması üçün nə iş görür? Suala cavab olaraq qurumdan bildiriblər ki, narazılığın aradan qaldırılması üçün qanunvericilikdə müvafiq dəyişikliklərə ehtiyac var. Belə ki, müavinətin evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə də ödənilməsini təmin etmək məqsədilə Nazirlik NK-nın adıçəkilən qərarında dəyişikliklər edilməsi üçün hazırlıq işləri aparır. Müəllimlərə 50 faiz əlavə ödənişin bərpa olunması da "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanuna dəyişikliyi tələb edir: "Əlavənin evdə təhsil verən müəllimlərə də şamil edilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən Qanuna müvafiq dəyişiklik edilməsinə dair layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub". Niyə maliyyə idarəsi? Hesablama Palatası isə müavinətin ödənilməsini aydınlaşdırmaq üçün yerli maliyyə idarələrinə müraciət etməyi tövsiyyə edib. Palatanın rəsmisi Əhliyət Adıgözəlov "Axar.az"a açıqlamasında evdə təhsilin Nazirlər Kabinetinin 2002-ci ildə təsdiq etdiyi "Evdə təhsil almaq hüququ verilən xəstəliklərin siyahısı" və "Evdə təhsilin təşkili qaydaları"na uyğun aparıldığını deyib: "Sağlamlıq imkanları məhdud olan uşaqlar tam dövlət təminatındadırlar. Xüsusi təhsilə cəlb olunan uşaqların valideynlərinə mövcud qanunvericiliyə görə hər ay 20 AZN müavinət ödənilməlidir. Bu pul ödənilmədiyi halda yerli maliyyə idarələrinə müraciət etmək lazımdır".
2013-12-27
5,334
Prezident Milli Paralimpiya Komitəsinə 500 min ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. "Axar.az"ın "Publika.az"a istiandən məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500,0 (beş yüz) min manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
2013-12-27
5,335
Azarov eynicinslilərdən danışdı
"Hazırda ukraynalıların beynində Avropa İttifaqı ilə bağlı üç mif var". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukrayna baş naziri Nikolay Azarov çıxış edib. O, ukraynalıların Avropa İttifaqının təkliflərini düzgün anlamadıqlarını yazıb: "Avropanın bizimlə azad ticarət haqqında və vizasız gediş-gəlişlə bağlı imzalayacağı müqavilə heç vaxt olmayacaq. Onlar hər dəfə söz verirlər, amma irəliləyiş yoxdur. Birdə bizdən eynicinslilərin nikahını qəbul etməyimizi istəyirlər. Yaxşı bəs bizim cəmiyyət bu ideologiyanı qəbul etməyə hazırdırmı?"
2013-12-27
5,336
İdman kompleksində partlayış: ölən və yaralanan var - Yeniləndi
Bakı şəhəri, Binəqədi rayonunda "Lokomotiv" idman kompleksində partlayış baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək. *** 21.15 Əldə edilən məlumata görə, idman kompleksinin qazanxanasında təmir işləri gedib. Partlayışın gücündən beton arakəsmə dağılaraq, işçilərin üzərinə tökülüb. İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub. Xilasetmə xidmətindən verilən məlumata görə, partlayış nəticəsində 49 yaşlı Şahvələd Məmmədov ölüb. Onun meyiti dağıntılar altındadır. 26 yaşlı Elvin İmran oğlu Qurbanov isə yaralanıb. Dəmirol xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır. (ANS) 21.55 "Axar.az"ın hadisә yerindә olan foto-reportyoru İsmi Şahzadә xәbәr verir ki, yanğın tamamilә söndürülüb. Әvvәl dә bildirildiyi kimi, bir nәfәr ölüb, bir nәfәr yaralanıb. Ölmüş şәxsin cәsәdi dağıntılar altından çıxarılıb. Başqa xәsarәt alan olmayıb. İndilәr partlayış baş vermiş әraziyә polislәr nәzarәt edir. 23:54 Mәtbuatda yayılan xәbәrdә partlayışda ağır xәsarәt alan 26 yaşlı Elvin İmran oğlu Qurbanovun Dәmiryol xәstәxanasına aparıldığı bildirilib. Lakin xәstәxanaya xәsarәt alanın durumunu öyrәnmәk üçün gedәn müxbirimizә hәmin xәstәxananın qәbul şöbәsindәn bildirilib ki, son 6 saatda onlara 26 yaşlı Elvin İmran oğlu Qurbanov adlı şәxs gәtirilmәyib.
2013-12-27
5,337
"Böyük rüşvət" işində yeni prokurorların adları açıqlandı
Türkiyədəki korrupsiya əməliyyatının ikinci dalğasında prokuror Müəmmər Akqaşın istintaqdan kənarlaşdırılmasından sonra yeni prokurorların adları açıqlanıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bundan sonra istintaqı İstanbul Terrorla Mübarizə İdarəsi vəkili Oktay Ərdoğan ilə prokurorlar İdris Kurt, İrfan Fidan, Füzuli Aydoğdu və İsmayıl Uçar icra edəcək.
2013-12-27
5,338
Milli Ordunun əsgəri snayper atəşindən şəhid oldu
27 dekabr 2013-cü il tarixində erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çaylı kəndi yaxınlığında olan işğal etdikləri ərazidəki mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə Silahlı Qüvvələrimizin əsgəri 1995-ci il təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən 5 yanvar 2013-cü il tarixində hərbi xidmətə çağırılan Qasımov Sərxan Vaqif oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Qasımov Sərxan Vaqif oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Dekabrın 28-də təşkil ediləcək dəfn mərasimində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor V.Məmmədovun rəhbərliyi ilə hərbi hissə və birləşmə komandanlığının nümayəndələri iştirak edəcəklər. Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
2013-12-27
5,340
Bakıda satış yarmarkaları fəaliyyətə başlayır - Siyahı
Sabahdan etibarən Bakıda satış yarmarkaları fəaliyyətə başlayacaq. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 28-dən etibarən Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunacaq. Yarmarkalar 28-31 dekabr tarixlərində fəaliyyət göstərəcək. Yarmarkalar aşağıdakı ünvanlarda təşkil ediləcək: Binəqədi rayonu - Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti; Xətai rayonu - Bakı kinoteatrının yanı; Nərimanov rayonu - Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi; Nəsimi rayonu - "Təzə bazar"ın ərazisi; Səbail rayonu - Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı; Suraxanı rayonu - Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2; - Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı; Yasamal rayonu - Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.
2013-12-27
5,341
Prezident məsləhətləşmələr planı haqqında sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı" haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, "2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol" təsdiq edilsin. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətini xəbərdar etsin". (AzərTac)
2013-12-27
5,342
Əlif Şəfəq üsyan etdi: “Mən oğru deyiləm!”
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yazar Əlif Şəfəq son kitabı "Ustam və mən"ə yönəldilən plagiat iddialarını üsyanla qaşılayıb. O, bu barədə Türkiyə televiziyalarından birində açıqlama verib: "Bəli, Saramagonun kitabında fil də, filbaz da var. Bu, çox təbiidir. Fillər və filbazlardan bəhs edən daha onlarla kitab saya bilərəm. Mən xüsusilə kitabımda zikr etdim və insanların belə bir kitab haqqında məlumatının bilməsini istədim. Çünki Avropada o dövrdə yaşamış Süleyman adlı bir fil var idi. Onların da diqqətini çəkmək üçün özüm yazdım. Amma hələ kitab çıxmadan, kimsə oxumadan 480 səhifəlik bir kitabı plagiat adlandırmaq, məncə, vicdansızlıqdır. Bu kitabda mənim çox əməyim var. Gecələrim, gündüzlərin, 3 ilim var. İnsanları günahlandırmaq bu qədər asanmı?"
2013-12-27
5,343
Atatürkün ölüm vaxtını bilən kahin - Foto
1929-cu ildə Hindistanın böyük racələrindən biri Atatürkü ziyarət etməyə hazırlaşır. Ona əsrarəngiz bir hədiyyə hazırlaması üçün də kahininə tapşırıq verir. Kahin kiçik bir xalça toxuyur, xalçanı çox bəyənən racə onu Atatürkə hədiyyə edir. İşin maraqlı tərəfi hədiyyədəki saat təsvirindədir. Pera Palas otelində Atatürkün otağından asılmış bu xalçanın üstündəki saat 09:07-ni göstərir. Bildiyimiz kimi Atatürk 09:05-də vəfat edib. Ancaq ürək dayanandan sonra beyin 2 dəqiqəyə qədər öz fəaliyyətini davam etdirir. Yəni kahinin toxuduğu xalçadakı əqrəblər Atatürkün beyin ölümünün də sona çatıb, bütünlüklə həyatdan köçdüyü saatı göstərir. "1937.az"
2013-12-27
5,344
Basayevlə bağlı erməni zabitdən yeni şok açıqlama - Özəl
"Şamil Basayevin dəstəsi həqiqətən Qarabağda olub". "Axar.az" xəbər verir ki, bu məlumatı adının çəkilməsini istəməyən keçmiş erməni Qarabağ döyüşçüsü verib. Mənbə Şamil Basayevin dəstəsinin Qarabağda təlim aldığını bildirib: "Basayevin dəstəsi 90-cı illərdə Qarabağda idi. Biz onlara indi adını çəkməyə ixtiyarım olmadığı müxtəlif məxfi hərbi obyektlərdə təlimlər keçirdik. Orada olan uşaqlar çox həvəskar və qorxmaz idilər". Mətbuat həmçinin təlim alan şəxslərin təkcə çeçenlərdən ibarət olmadığını yazıb: "Onların aralarında çeçenlərdən başqa digər qafqazlılardan da nümayəndələr vardı. Dəstəyə hər şey haqqında təlimlər keçirdik. Onlar üçün Qarabağ daha təhlükəsiz idi, nəinki başqa yerlər. Həm də bizim relyefimizin də onlar üçün sərf edən üstünlükləri çox idi". Qeyd edək ki, dünən "Stratfor"un baş analitiki Loren Qudriçin sözlərinə əsasən Basayevin dəstəsinin Qarabağda təlim keçməsi ilə bağlı məlumat yayılmışdı. O, çeçen müharibəsi zamanı Ş.Basayevin öz dəstəsinin üzvlərini Qarabağa təlim üçün göndərdiyini bildirmişdi.
2013-12-27
5,345
Beşdən çox uşağı olan qadınlara müavinətin məbləği açıqlandı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında Fərmanı imzalayıb. "Axar.az" Trend-ə istinadən xəbər verir ki, Fərmanda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 791-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıb ki, beşdən çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 30 (otuz) manat müəyyən edilsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
2013-12-27
5,346
Azərbaycanda daha bir körpə ölümü: ana komadadır - Foto
Mingəçevirdə doğum evinə gətirilən 9 aylıq hamilə qadın 4 gündür koma vəziyyətindədir. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, 34 yaşlı Esmira Ocaqverdiyeva, doğum sancıları ilə xəstəxanaya aparılıb. Müayinə zamanı həkimlər uşağın tələf olduğunu bildirib. Doğuşdan sonra isə kəskin qanaxma baş verib və xəstə əməliyyat edilib. Ancaq buna baxmayaraq, qadın komaya düşüb. Yaxınları E.Ocaqverdiyevanın vəziyyətinin ağırlaşmasında həkimləri günahlandırırlar. Mingəçevir mərkəzi şəhər xəstəxanasından verilən məlumata görə isə, qanaxmaya hamiləliyin son ayında qadının səhhətində yaranan problem, böyük ehtimalla yüksək təzyiq səbəb olub. Doğuşdan sonra kəskin qanaxma baş verib və bunun qarşısını almaq üçün Esmira Ocaqverdiyeva əməliyyat edilib. Qanaxmanın qarşısı alınsa da, bu dəfə qadın komaya düşüb. Həkimlər onun yaşama ehtimalının az olduğunu deyir. Xəstəxana rəhbərliyi isə xəstəyə vaxtında bütün tibbi yardım göstərildiyini hər hansı həkim səhlənkarlığının olmadığını deyir.
2013-12-27
5,347
Taksimdə vəziyyət yenidən qarışır - Foto
Türkiyədə aparılan "Rüşvət əməliyyatı"na etiraz etmək üçün bir qrup Taksimdə toplanıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Taksimdə polis nümayişin qanunsuz olduğunu və etirazçıların meydanı tərk etməsini tələb edib. Ancaq nümayişçilər polisin çağırışına məhəl qoymayıb və etiraz dalğası getdikcə güclənib. Polislər bibər qazı ilə və təzyiqli su ilə nümayişçilərə müdaxilə edib və nəticədə qarşıdurma yaranıb.
2013-12-27
5,348
Özgə uşaq olmur – Tədbir/Foto
Dünən, dekabrın 26-da Natavan Gallery-də "Özgə Uşaq Olmur!" şüarı ilə animosərginin açılış mərasimi baş tutub. Tədbirdə Gənclər Fondunun, Azərbaycan Uşaqlar birliyinin, Norveç Humanitar Cəmiyyətinin və bir çox xarici müəssisələri və KİV-nin nümayəndələri, həmçinin müğənnilər də iştirak ediblər. Tədbiri Birliyə Doğru təşkilatın rəhbəri Zərifə Quliyeva açaraq gələn qonaqları salamlayıbı. Ardınca qonaqlar layihə haqqında fikirlərini səsləndiriblər. Layihənin rəhbəri Aynur Salmanova layihənin gedişatından, məqsəd və vəzifələrindən danışaraq bildirib ki, əsas məqsədimiz kimsəsiz uşaqların da isti ailədə böyümək şansının olduğunu cəmiyyətin diqqətinə çatdırmaqdır. Həmçinin, sərgidən sonra mövzu ilə əlaqədar layihənin sosial çarxının hazırlanacağını da əlavə edib. Daha sonra iştirakçılar Natəvan Qallerinin təşkil etdiyi xeyriyyə sərgisindən çox maraqlı Yeni il əşyaları da əldə etmək şansı qazanıblar. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə reallaşıb.
2013-12-27
5,349
Yeni il atributları neçəyədir? - Araşdırma
Artıq Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Bu bayramın nə az, nə çox - düz 21 əsrlik tarixi var. Bayram dünyanın hər yerində saat fərqi ilə qeyd olunan ən orijinal bayramlardan biridir. Bayramı yaxşı əhvali-ruhiyyədə keçirmək üçün təbii ki, müəyyən vasait də tələb olunur. Biz də Yeni ili yaxşı qarşılaya bilmək üçün nə qədər pulun tələb olunduğunu araşdırdıq. Araşdırma zamanı bəlli oldu ki, bayramı xoş keçirmək heç də ucuz qiymətə başa gəlməyəcək. Məsələn, yeni ilin əsas atributu olan şam ağacları öz qiymətləri ilə əl yandırmaqda davam edir. Onların qiyməti 4 manat 50 qəpikdəm 280 manata qədərdir. Hətta bəzi yerlərdə nəhəng şam ağaclarının 2500-3000 manata satıldığına da rast gəlmək mümkündür. Satıcılarla söhbətimizdən bəlli oldu ki, alıcılıq qabiliyyəti digər illərlə müqayisədə aşığı səviyyədədir. Sizə Yeni il atributlarına çevrilmiş əşyaların qiymətini təqdim edirik: Şam ağacı: 4.50-250 AZN (İstisna hallarda 2500-3000 manata da almaq mümkündür) Şaxta baba: 4 - 250 AZN Zərlər: 0,1 - 3 AZN Rəngarəng işıqlar: 8 - 14 AZN Oyuncaqlar: 4 - 22 AZN (dənəsi 10 qəpik olan oyuncaqlar da var) Şarlar: 0,2 - 2 AZN Qapı üzərindən asılan bəzək əşyaları, üzəri "2014" yazılı əşyaları da ölçüsünə görə müxtəlif qiymətlərə əldə etmək mümkündür. Burada isə qiymətlər 22 manatdan 54 manatadək dəyişir. Əgər evinizdə yeni ilə aid hər şeyi yeniləmək istəyirsinizsə, bunun üçün cibiniz kifayət qədər dolu olmalıdır. Bazarda təhlükəli mallar var Bayramın gəlişi ilə əlaqədar bazarda yararsız məhsulların sayı xeyli artıb. Bununla əlaqədar "Axar.az"a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, alıcılar aldıqları məhsulların sertifikatını tələb etməyi unutmamalıdır: "Bayramla əlaqədar olaraq bazarda saxta mallar artmaqdadır. Azərbaycan bazarına nəzarət olduqca aşağı səviyyədədir. İndi bizim bazara hardan, necə gəldi girmək olur. Normal, müstəqil ekzpertiza yoxdur. Azərbaycanda kifayət qədər təhlükəli mallar var. Bunların sırasında isə yeni il qabağı təlabat artan mallar üstünlük təşkil edir. Keyfiyyətsiz ərzaq və sənaye malları ilə qarşılaşan insanlar zəhərlənmə, sağlamlıq riskləri ilə üz-üzədir. Buna görə də insanlar alış-veriş edən zaman məhsulun sertifikatını tələb etməyi unutmamalıdır".
2013-12-27
5,350
Ərdoğan Günayla bağlı sərt danışdı: “Həddini bil!”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Sakarya səfərindən sonra İstanbula qayıdıb. Baş naziri çoxsaylı partiya üzvü qarşılayıb. Partiya avtobusunun üzərindən çıxış edən Ərdoğan rüşvət və korrupsiya əməliyyatı ilə bağlı danışıb. O, ötən gün mətbuat üçün bəyanat yayan prokuror Müəmmər Akkaşı istintaqın gizliliyini qorumamaqda ittiham edib: "Marjinal qrupların militanları kimi press-reliz payladı". Rəcəb Tayyib Ərdoğan ad çəkməsə də, partiyadan qovulması məsələsi gündəmdə olan keçmiş mədəniyyət və turizm naziri Ərtuğrul Günayı tənqid edib: "Nazirlikdən ayrılana qədər hər şey gözəldir, nazir vəzifəsindən gedəndən sonra deyir ki, "mən filan naziri bəyənmirəm". Sənin belə səlahiyyətinmi var? Əvvəlcə həddini bil!". ("Musavat.com")
2013-12-28
5,351
Köhnə parka "gəl-gəl" deyən müasir Santa Klaus - Foto
Tanınmış Rumın bəstəkarı Corc Eneskunun adını daşıyan Binəqədi rayon istirahət parkına gələn qonaqları, Yeni il şənliyi ilə əlaqədar olaraq, Santa Klaus qarşılayır. Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi "Axar.az"a deyib ki, insanlar Yeni il aksessuarı olaraq oyuncaqlarla bəzədilmiş yolka ağacına öyrəşdiyinə görə qərara aldıq ki, şəhərin mərkəzində yerləşdirilən yolkalardan fərqli olaraq, parkın girişindəki hündür yerdə qoyulan Santa Klaus rayon əhalisini və gələn qonaqları parkımızda istirahət etməyə dəvət etsin. Müxbirimiz parkda istirahət edən insanlardan bu haqda fikirlərini öyrənib. Vətəndaşlar Santa Klausdan narazı olmasalar da, öncə Corc Eneskunun adını daşıyan parkın təmir olunmasını, daha sonra bu müvəqqəti aksessuarların yerləşdirilməsinin daha doğru olacağını deyiblər.
2013-12-28
5,352
Xankəndi şəhərinin işğalından 22 il ötür
Bu gün Xankəndi şəhərinin işğal olunmasından 22 il ötür. "Axar.az"ın məlumatına görə, Xankəndi şəhəri 1991-ci il dekabrın 25-dən 26-na keçən gecə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda erməni silahlı qüvvələrinin nəzarəti altındadır.
2013-12-28
5,353
Azərbaycan İşçi Qrupuna üç konqresmen qoşuldu
Son günlərdə ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna üç yeni Konqres üzvü qoşulub. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Konqres üzvləri Ted Po (Texas), Mişel Luxan Qrişam (Nyu Meksiko) və Çarli Dent (Pensilvaniya) Azərbaycan üzrə İşçi Qrupuna üzv olmuşlar. Bununla ABŞ Konqresində fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupunun üzvlərinin sayı 59-a çatıb. Ümumilikdə, 2013-cü il ərzində İşçi Qrupuna 17 yeni konqresmen üzv olaraq qoşulub. Qeyd edək ki, İşçi Qrupuna son 3 üzvün cəlb olunmasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olub (Trend).
2013-12-28
5,354
Manyaka elə bir tələ qurdular ki... - Video
ABŞ-da bir oğlan bacısını narahat edən şəxsə dostları ilə birlikdə tələ qurub. "Axar.az" xəbər verir ki, 33 yaşlı şəxs bir müddətdir arxasınca düşdüyü 13 yaşındakı qızdan evinə gəlmək təklifi alıb. 13 yaşlı qızın evinə gələn şəxs heç gözləmədiyi bir münasibətlə qarşılaşıb. Qızın qardaşı dostları ilə birlikdə bacısından əl çəkməyən şəxsə evdə tələ qurub. İçəri girdiyi anda yediyi yumruqla sarsılan şəxs nə olduğunu başa düşmədən, qızın qardaşı və dostları tərəfindən ölümcül döyülüb. Üzr istəməsinə rəğmən döyülməkdən canını qurtara bilməyən şəxsə ömrü boyu unutmayacağı dərs verilib.
2013-12-28
5,355
Şamaxıda məktəb müəlliməsi dəm qazından zəhərləndi
Şamaxı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Şamaxı Mərkəzi rayon Xəstəxanasından verilən məlumata görə, hadisə dekabrın 27-də gecə saat 23:00 radələrində Şamaxı şəhərinin Tofiq İsmayılov, 6 ünvanında yerləşən mənzilin hamam otağında baş verib. Ev sahibi, 1959-cu il təvəllüdlü Rəcəbova Arəstə Ağanəzər qızı kustar üsulla hazırlanmış su qızdırıcısının düzgün quraşdırılmaması səbəbindən dəm qazından zəhərlənib. Həyat yoldaşı onun bir saatdan çox hamamda səssiz qalmasından narahat olub. O, qapını sındıraraq içəri daxil olub və A.Rəcəbovanın huşsuz vəziyyətdə yerə yıxıldığını görüb. A.Rəcəbova təcili yardım maşını ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparılsa da, yolda dünyasını dəyişib. İki uşaq anası olan Arəstə Rəcəbova Şamaxı şəhər 3 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyirdi. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)
2013-12-28
5,356
Müğənnilərin Yeni il qiymətləri
Bakıda əksər restoranlar artıq Yeni il proqramları hazırlayıb. Təbii ki, bu bayram şənliklərini müğənnilərsiz təsəvvür etmək mümkün deyil. Bu üzdən də müğənnilərin bayram axşamı şənliklər də hansı məbləğə iştirak etdiyini öyrənmək istədik. 5000-10.000 arası "Toylar Kralı" yarışmasının qalibi Manaf Ağayevlə əlaqə saxladıq. Müğənni bildirdi ki, o bu il də bayramı Rusiyada keçirəcək: "Heç vaxt vətəndə olmuram. Bu il bayramı Rusiyada ailəmlə birgə keçirəcəyəm. Amma xarici ölkələrdə dəvət alanda bütün məclisi 5000 və ya 10.000 arası qonorar olur. Baxır ansambla". Eksklüziv Müğənni Əbdül Xalidin menecerisə dedi ki, eksklüziv olaraq bu xəbəri ilk dəfə sizə söyləyirəm: "Əbdül bəyi Bakıda çox yerə dəvət etsələr də, heç birini qəbul etmədi. 31 dekabr Tovuzda "Ayan Palace" restoranına dəvətlidir, bütün gecəni orada olacaq. Oranın qonorarı yüksək olduğuna görə deyə bilmərəm. Amma 500 - 1000 manat arası qonorara razılaşır". Xatirə İslamın köməkçisi müğənninin bu il heç bir şənlikdə iştirak etməyəcəyini, ailəsi ilə birgə keçirəcəyini dedi. Elza Seyidcahansa "Mən heç vaxt qonorarımı açıqlamağı xoşlamıram",- dedi. Müğənni Kərim də Bakıda olmayacaq: "O, yerindən asılıdır, məsələn, yarım saata 2000 manat qonorar alıram. Bu il isə Bakıda olmayacam, Gəncədə "Ramada Palasa"a dəvətliyəm. Qonorarım yüksək olduğuna görə demək istəmirəm". Səməd Səmədovsa yeni ildə günaha batmaq istəmir: "Mən Ukraynadan bu gün gəlmişəm, dostlarımın dəvəti ilə istirahət edirdim orda... Bu il heç bir proqramda olmayacam. Çünki mənə deyiblər ki, 31 dekabr çox ağır gündür, ona görə də günaha batmaq istəmirəm. Ailəmlə, nəvələrimlə birgə evimdə olacağam". Xuraman Şuşalı da yeni ili ailəsi ilə birgə keçirəcək. Lalə Məmmədovasa bu il bayramı doğum evində keçirəcək. Bu haqda saytımıza xəbəri müğənninin köməkçisi Vəfa xanım verdi: "Lalə xanım ikinci dəfə ana olacaq". Nüşabə Ələsgərli: "Mən razılaşma yolu ilə qonorar alıram, amma bu haqda heç vaxt açıqlama vermirəm. Bu il qonorarla çox konsertə dəvətliyəm, ancaq nə məbləğə gedəcəyimi deməyəcəyəm".
2013-12-28
5,357
Dərmanlara son - Maraqlı
Qrip virusu qış aylarında səhhətimizdə tez-tez problemlər yaradır. Mütəxəssislər bu virusdan qorunaq üçün C vitaminini bol-bol qəbul etməyi önə sürür. Diyetoloq Nəriman İnancsa bildirib ki, süni vitaminlərin qəbul edilməsinin orqanizm üçün o qədər də yararı yoxdur. O, vücudumuzun normal C vitamini alması üçün gündə 1 stəkan portağal suyunu içməyi məsləhət görüb: "Qış aylarında soyuqdəymə və qrip xəstəliyindən qorunmaq üçün tərkibində bol miqdarda C vitamini olan portağal suyunun, ümumiyyətlə, soyuq qış günlərində bədənin müqavimətini artırmaq üçün tərkibində bol miqdarda vitamin olan meyvə sularının istifadə edilməsi vacibdir. Xüsusilə C vitamininin immunitet sisteminə əhəmiyyətli təsiri var. Bir stəkan portağal suyundan hər gün istifadə edilməsi qripə qarşı çox faydalıdır". Yetkin bir insanın gündəlik ortalama 60 mq C vitaminə ehtiyacı olduğunu söyləyən İnanc, bir stəkan portağal suyunun gündəlik təlabatı ödədiyini vurğuayıb.
2013-12-28
5,358
Prezidentin ailə üzvləri sərgidə - Foto
Heydər Əliyev mərkəzində "Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti" sərgisi açılıb. Tədbir Heydər Əliyev Fondu və "Baku" jurnalının birgə təşkilatçılığı ilə təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, "Baku" jurnalının təsisçisi və baş redaktoru, "Bakıya uçuş" layihəsinin ideya müəllifi Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib. "Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti" sərgisi Azərbaycanın müasir incəsənətini dünyada tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Sərgidə nümayiş olunan əsərlərin hər biri orijinallığı ilə diqqəti cəlb edir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özünəməxsusluğundan xəbər verir. Belə sərgilərin gələcəkdə də təşkil olunacağını deyən Leyla Əliyeva gənc rəssamların layihələrinin bundan sonra da dəstəklənəcəyini bildirib. Layihənin ideya müəllifi vurğuladı ki, sərgi Azərbaycanın müasir rəssamlarının əsərlərini dünyada nümayiş etdirmək baxımından gözəl fürsət olub. Sərgidə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 rəssamının 100-dən artıq əsəri nümayiş etdirilir. Onların arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, layihənin ideya müəllifi Leyla Əliyevanın əsərləri böyük maraq doğurur. Leyla Əliyevanın "Portağal ağacı", "Qafqaz bəbiri", "Zaman" və digər əsərləri orijinallığı ilə seçilir. Tanınmış rəssam Altay Sadıqzadənin, gənc fırça ustası Aida Mahmudovanın və digərlərinin əsərlərinin təqdim olunduğu bu layihə tamaşaçılara Azərbaycanın yeni yaranan və böyük perspektiv vəd edən müasir incəsənətinin zənginliyini tam dəyərləndirmək imkanı verir. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Londonda açılıb. İki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən sərgi yerli sakinlərin böyük marağına səbəb olub. "Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti" yekun sərgisi 2014-cü il martın 1-dək davam edəcək (anspress).
2013-12-28
5,359
Binəqədidə sex yandı
Bu gecə Ağsu rayonunda ev yanıb. Rayonun Qaraqoyunlu kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Binəqədi rayonunda da yanğın baş verib. Rayonda vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan sexin lambirdən ibarət tavan hissəsi 90 kv.m sahədə yanıb. Ambar və sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.
2013-12-28
5,361
ATƏT-in gələcək sədri danışdı
İsveçrənin xarici işlər naziri və 2014-cü ildə ATƏT-ə sədrlik edəcək Didye Burkhalterin müsahibəsi - İsveçrənin ATƏT-ə sədrliyi çərçivəsində prioritetləri nələr olacaq? Ölkəniz Avropada sülh və tərəqqinin bərqərar olması üçün hansı səyləri göstərəcək? - İsveçrə "hər kəs naminə təhlükəsiz cəmiyyət yaratmaq" leytmotivi altında təşkilata sədrliyi dövründə üç əsas məqsədə töhfə vermək niyyətindədir: Biz təhlükəsizlik və sabitliyi təşviq etmək, insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq və ATƏT-in fəaliyyət potensialını gücləndirmək niyyətindəyik. Biz bu məqsədləri konkret həyata keçirmək üçün transmilli təhdidlərə qarşı mübarizə, təbii fəlakətlərin idarə olunması üçün ATƏT məkanında potensialın artırılması, həmçinin təhlükəsizlik sektoru idarəçiliyinin gücləndirilməsi, insan ölçüsü sahəsində öhdəliklərin icrası, eləcə də ATƏT-in vasitəçilik imkanları kimi bəzi prioritet tədbirlər müəyyən etmişik. İsveçrə həmçinin vətəndaş cəmiyyətinin ATƏT-ə cəlb olunmasına xüsusi diqqət yetirəcək və gənclərin səsinin eşidilməsi üçün ATƏT modelinə uyğun silsilə tədbirlər keçirmək niyyətindədir. - ATƏT Avropa ölkələrində insan hüquqlarının müdafiəsi sahəsində mühüm təşkilatdır. Bu sahədə İsveçrə hansı addımları atmaq niyyətindədir? - Təşkilata sədrliyimiz çərçivəsində biz insan ölçüsü sahəsinə dair mövcud öhdəliklərin həyata keçirilməsinin fəaliyyətimizin diqqət mərkəzində olmasını istəyirik. İsveçrə müsbət təcrübələrin mübadiləsinin təşviqi vasitəsilə bütün üzv dövlətləri işgəncələrlə mübarizə, milli azlıqların hüquqlarının qorunmasının təmin edilməsi və demokratik seçkilərin təşviqi kimi sahələrdə son 40 il ərzində götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırır. Biz təşkilata sədrliyimiz çərçivəsində 2014-cü ilin iyun ayının ortalarında İsveçrədə insan hüquqlarına dair konfrans da təşkil edəcəyik. Bundan əlavə, biz insan hüquqları sahəsində ATƏT institutlarının və sahə missiyalarının mandatlarına uyğun fəaliyyətini dəstəkləyəcəyik. - ATƏT məkanında enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolunu necə qiymətləndirirsiniz? - Bir neçə həftə öncə ATƏT-in Nazirlər Şurası enerji sahəsinə dair iki qərar qəbul etdi. Onlardan biri enerji sahəsi ilə bağlı fəaliyyətin ekoloji izinin təkmilləşdirilməsi, ikincisi isə mühüm enerji şəbəkələrinin təbii və texnogen fəlakətlərdən qorunması idi. Bu onu göstərir ki, enerji təhlükəsizliyi ATƏT-ə üzv dövlətlər arasında mühüm mövzuya çevrilir və Azərbaycan kimi ölkələr bu ATƏT dialoqunda həlledici rol oynayır. Bundan sonra da daha əlverişli və çoxşaxəli enerji təchizatının təşviqi yolları barədə düşünmək vacibdir. Həmçinin unutmamalıyıq ki, enerji resursları məsuliyyətli və şəffaf şəkildə idarə edildiyi təqdirdə, iqtisadi artıma əhəmiyyətli dərəcədə töhfə verə bilər. - ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə fəal şəkildə cəlb olunub. Lakin təəssüf ki, bu hələ də öz səmərəsini vermir. Gələn il ATƏT-ə sədrlik edəcək İsveçrə bu münaqişənin həlli üçün hansı təşəbbüsləri göstərməyi planlaşdırır? - Biz ABŞ, Rusiya və Fransanın başçılıq etdiyi ATƏT-in Minsk prosesi kimi mövcud vasitəçilik mexanizmlərinin fəal şəkildə dəstəklənməsi və gücləndirilməsi vasitəsilə dialoq və etimadın formalaşdırılması tədbirlərinin təşviqi imkanlarını nəzərdən keçiririk. Bundan əlavə, İsveçrə xalqlar arasında əlaqələri asanlaşdırmaq və regionda vətəndaş cəmiyyəti layihələrinə dəstək verməyə çalışacaq. 2014-cü il yanvarın 1-də İsveçrə ATƏT-ə sədrliyə başladıqdan sonra səfir Angelo Qnadinger Cənubi Qafqaz üzrə xüsusi nümayəndə kimi fəaliyyətə başlayacaq. O, həmçinin Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrində ATƏT həmsədri kimi fəaliyyət göstərəcək. Cənubi Qafqaz üzrə digər xüsusi nümayəndələr kimi, Angelo Qnadinger də ATƏT-in vasitəçilik səylərini dəstəkləyəcək və ATƏT-in regiondakı nümayəndəliklərinin fəaliyyətini müşayiət edəcək (Trend).
2013-12-28
5,362
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Bu gün Azərbaycanın xalq artisti Zeynəb Xanlarova 77 yaşını qeyd edir. Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakıda dünyaya göz açıb. M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirib. 1961-ci ildən Opera və balet teatrının solistidir. O, 1975-ci ildə Azərbaycan Respublikasının Xalq artisti, 1980-ci ildə SSRİ Xalq artisti adlarına, 1985-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatına layiq görülüb. Z. Xanlarova dünyanın ən möhtəşəm konsert salonlarında, radio dalğalarında milyonlarla ürəyi fəth edən sehrkar bir səsə malikdir. Bu səsi ilə Azərbaycanı bütün dünyada tanıdıb. Qastrol səfərləri zamanı dilindən, dinindən, əqidəsindən asılı olmayaraq hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni hərarətlə qarşılanır, eyni coşqunluqla alqışlanır. O, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflərə, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordeni, "İstiqlal" ordenlərinə layiq görülüb. Zeynəb Xanlarova əvəzsiz bir ifaçı olmaqla, Azərbaycan Akademik Opera və Balet teatrının səhnəsində baş rollar oynayıb, sənət möcüzələri yaradıb. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizin səhifələrində adəbi qalacaq obrazlardır. Onun XX əsr Azərbaycan ifaçılıq sənətində bəlkə də heç kəsin heç zaman qalxa bilməyəcəyi bir zirvəsi var. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların müəllifidir. Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) deputatı olub, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. ANS Şirkətlər Qrupunun bütün kollektivi sevimli xanəndəni doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı və yeni uğurlar arzulayır.
2013-12-28
5,363
Mövqelərimiz atəşə tutulub
"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu və Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-28
5,364
Yaponiya Amerika üçün zibillərdən ada quracaq
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın Okinava əyalətində ABŞ-ın hərbi bazası üçün zibillərdən ibarət yeni ada qurulacaq. Bu gün qubernator tərəfindən artıq lazımi sənədlər imzalanıb. İlkin varianta görə, yeni ada Naqo şəhərinin yaxınlığında tikiləcək.
2013-12-28
5,365
Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir. "Axar.az" xəbər verir ki, millət vəkili dekabrın 22-də Əskişəhərdə türk dünyasında ilk dəfə keçirilən "Türkvizion" mahnı yarışmasının final mərhələsində iştirak edib. Əskişəhər valisi ilə görüşən S.Rüstəmxanlı musiqi bayramına müxtəlif ölkələrdən gələn nazir, millət vəkilı və tanınmış sənət adamlarıyla görüşlər keçirib. İlin son günlərində isə Sabir Rüstəmxanlı DAK-ın Türkiyədəki təmsilçiləriylə görüşəcək. Həmçinin Azərbaycan dərnəkləriylə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçiriləcək mərasimlərdə işrirak edəcək.
2013-12-28
5,366
9 yaşında zirvəni fəth etdi
Kaliforniyanın 9 yaşlı sakini Tayler Armstronq alpinizm tarixində ən azyaşlı alpinist kimi tarixə düşüb. Tayler Armstronq bu uğura Yer kürəsinin ən cənub yarımkürəsində, Argentinada yerləşən Akonkaqua dağ zirvəsinə fəth etməklə nail olub. 9 yaşlı alpinist dağ zirvəsinə öz atası ilə qalxıb. "Ordan sanki bütün Yer kürəsi görsənir. Buludlar da səndən aşağıda durur. Ancaq orda çox soyuqdur", - deyə Armstronq bildirib (ANS).
2013-12-28
5,367
Putin getsin, Xodorkovski gəlsin
Rusiya prezidenti Vladimir Putin əleyhdarı olan Moskvadakı kilsədə etdikləri etiraz aksiyasına görə "dinə nifrətdən qaynaqlanan xuliqanlıq"da günahlandırılaraq 2012-ci ildə 2 il həbs cəzasına məhkum edilən və bazar günü azad edilən "punk" qrupu "Pussy Riot" (Pisi Riot) yenə "baş düşmənə" qarşı çıxıb. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvaya qayıdandan sonra ilk dəfə mətbuat konfransı keçirən Maria Alyoxina və Nadejda Tolokonnikova Putini devirmək istədiklərini söyləyib. Tolokonnikova əfv edilmələrinin insani jest deyil, Soçi Qış Olimpiadası öncəsi Putinin öz imicini yaxşılaşdırmaq üçün olduğunu iddia edərək deyib ki, oyunlar Putinin öz mənfəəti üçün hazırladığı bir proyektdir: "Bu proyektin məhv olmasını istəmir. Bizi humanizmdən deyil, Rus və Qərb cəmiyyətinin təzyiqlərinə görə buraxdılar. Xoşunuza gəlsin, ya gəlməsin, oyunlara qoşulanlar ölkədəki siyasi vəziyyəti dəstəkləyəndir. Oyunlar bitdikdən sonra təzyiq daha da arta bilər". Putin haqqında danışarkən "şəffaflıqdan uzaq, çekist" ifadələrindən istifadə edən Tolokonnikova Putinin yerində əfv fərmanı ilə azad olunan köhnə oliqarx Mixail Xodorovskini görmək istədiyini bildirib. Alyoxina isə belə deyib: "Tək bir adam hər şeyə təkbaşına nəzarət etməyə çalışırsa, gec, ya da tez nəzarəti itirəcək". "Pussy Riot" (Pisi Riot) üzvləri həbsxana şəraitini yaxşılaşdırmaq üçün insan haqları təşkilatı quracaqlarını bildiriblər.
2013-12-28
5,368
Piton otel mühafizəçisini boğub
İndoneziyanın Bali adasında "Hyatt" otelinin 59 yaşlı mühafizəçisi Ambar Mulyo 4 metr uzunluğunda olan piton tərəfindən boğularaq öldürülüb. Bu informasiyanı France Presse agentliyi yayıb. Bali adasının hüquq mühafizə orqanlarından bildiriblər ki, mühafizəçini öldürən piton tapılmayıb. Adada istirahət edən turistlərə və yerli sakinlərə ehtiyatlı olmağı tapşırıblar. Şahidlərin sözlərinə görə, ölən mühafizəçi pitonu tutmaq üçün bir əlilə onun başından, digər əlilə isə quyruğundan yapışıb, ancaq onun bu "cəhdi" baş tutmayıb. Piton onun boğazına dolanaraq boğub. Bu ölüm hadisəsini görənlər isə qorxularından mühafizəçiyə kömək edə bilməyiblər (ANS).
2013-12-28
5,369
"Lokomotiv"də baş verən partlayışla bağlı açıqlama - Rəsmi
Bakıda "Lokomotiv" idman kompleksində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb. Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma-ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, hadisə dekabrın 27-də Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən "Lokomotiv" idman kompleksində qeydə alınıb. Baş verən partlayış nəticəsində 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov ölüb, 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanov isə yaralanıb. (APA)
2013-12-28
5,370
Türklər ikinci İstiqlal marşı istəmirlər
Fəthiyyə bələdiyyəsi Məhmət Akif Ərsoyun ölüm ildönümünün şərəfinə küçələrə yerləşdirilmiş afişalarla Baş nazirə mesaj göndərib. "Axar.az" məlumat verir ki, bu informasiyanı Türkiyə mətbuatı yayımlayıb. Bələdiyyənin hazırladığı afişadakı sözlər hazırki Türkiyə gündəmini özündə əks etdirib. "Sahibsiz vətənin batması haqdır. Sən sahib olarsan, bu vətən batmayacaqdır. Allah bu millətə bir daha İstiqlal marşı yazdırmaq nəsib eləməsin".
2013-12-28
5,371
79 yaşlı kişi arvadını öldürdü
Azərbaycanın Yevlax rayonunda dəhşətli qətl törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb. Kənd sakini, 1934-cü il təvəllüdlü Əziz Əsədov həyat yoldaşı Rəfiqə Əhmədovanı küt alətlə döyərək qətlə yetirib. Hadisəni törədən Ə. Əsədov saxlanılıb. Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir (APA).
2013-12-28
5,372
Qəza qurbanlarının şəxsiyyəti müəyyən edildi
İrkutsk yaxınlığında qəzaya uğrayan təyyarə An-12-nin bütün həlak olmuş heyətinin meyitləri incələnərək şəxsiyyətləri müəyyən edilib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, Novosibirskdən uçan İrkutsk zavodunun yük təyyarəsi An-12 cümə axşamı eniş edərkən qəzaya uğramışdı. Təyyarədə 9 nəfərlik heyət var idi. Onların hamısı həlak olub. Təyyarə sahibinin verdiyi məlumata görə An-12-nin iki heyəti olub - əsas və əvəzedici.
2013-12-28
5,373
Millət vəkili əlil qadına avtomobil bağışladı
Millət vəkili Adil Əliyev xüsusi qayğıya ehtiyacı olan Sevda Səfərəliyevaya avtomobil hədiyyə edib. Bu barədə məlumatı S.Səfərəliyeva sosial şəbəkədəki səhifəsində yazıb: "Sonuncu dəfə bir çox illər bundan əvvəl, Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olanda belə sevinmişdim. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycanda tutduğu mövqeyə layiq olan millət vəkili, verdiyi sözü yerinə yetirən insan var imiş. Əlilliyi olan insanların, xüsusilə ümumi səbəbdən əlilliyi olan insanların problemlərini onunla ilk dəfə bölüşdüyüm andan qarşı tərəfdən gözləmədiyim diqqət və həssaslığın şahidi oldum. Geniş yazışmamızdan sonra Adil bəy evimizə də gəlib mənimlə şəxsən tanış oldu, məni, fəaliyyətimi bir qardaş kimi çox dəstəklədi. Bu insan sözün həqiqi mənasında məni yaxşı mənada çox təəccübləndirdi". S.Səfərəliyevaya KİA markalı avtomobilin açarları Azərbaycan Kikboksinq Federasiyasının 2013-cü ilin yekunları ilə bağlı tədbirində təqdim olunub: "Bu axşam məni idmançıların və kikboksinqçilərin dostu kimi hədsiz xoş sözlərlə tədbirdəki qonaqlara təqdim edəndə çox həyəcanlandım. Fikrimcə, başqa mövqe sahibi olan insanlar da bu gözəl işdə Adil bəylə yarışa girməlidirlər. Adil Əliyevə mənə təqdim etdiyi gözəl və mənim üçün çox dəyərli olan hədiyyəyə, ən əsası isə insanlara olan ümidimi yaşatdığına görə bir daha sonsuz təşəkkürümü bildirirəm!"
2013-12-28
5,374
Putinin yeni limuzininin eskizləri üzə çıxdı - Foto
Rusiya prezidenti Vladimir Putin üçün hazırlanan limuzinin ilk cizgiləri müəyyənləşib. "Axar.az" məlumat verir ki, bu məlumat Rusiya mətbuatında yayımlanıb. Bildirilir ki, Putinin yeni limuzininin dizaynını Porsche Engineering və EDAG şirkətlərinin mütəxəssisləri hazırlayıb. Limuzinin prototipi Rusiya liderlərinə 2014-cü il yanvarın 4-də göstəriləcək.
2013-12-28
5,375
Səhhəti ağır-stabil olaraq qalır - Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun son durumu ilə bağlı açıqlama verib. Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov bildirib ki, xəstənin yaraları periodik olaraq işlənir, şok əleyhinə terapiya aparılır: "Həyatı vacib orqanlarının normal fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görülür. Xəstə hazırda reanimasiyadadır, səhhəti ağır-stabil olaraq qalır" (APA). Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.
2013-12-28
5,376
Erməni məmurlar sevgini belə izah etdilər
Ermənistanın yüksək vəzifəli şəxsinin Respublika partiyası haqqında yayımladığı lətifə ölkə gündəminin əsas hadisələrindən birinə çevrilib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuat yüksək vəzifəli şəxsin ermənilərin sevgini necə başa düşməsini iki cümlə ilə izah edib: Sual: - Əsl sevgi nədir? Cavab: - Bu sevdiyin şəxsin respublikaçı olduğunu bilə-bilə yenə ondan əl çəkməməkdir".
2013-12-28
5,377
Sumqayıt vəhabilərinin başçısı ələ keçdi
Onu Azərbaycan - İran sərhədini keçərkən yaxalayıblar. Dekabrın 11-də Sumqayıtda "xəvarici"lərlə "sələfi"lər arasında silahlı münaqişənin baş verməsi barədə yazmışdıq. Xatırladırıq ki, həmin hadisə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları almışdılar. Sonrakı günlərdə hüquq-mühafizə orqanları xüsusi əməliyyatlar keçirərərk, insidenti törədən və "xəvvaric"lərə rəhbərlik edən şəxsləri yaxalamışdı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin 16 dekabrda yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə baş vermiş cinayətdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Alim Tağıyev və Firudin Musayev saxlanılmışdı. Mətbuat xidməti bildirirdi ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə bıçaq xəsarəti almış Anar Rəhimovun evinə baxış zamanı 1 ədəd "F-1" qumbarası, 1 süngü bıçaq, 30 ədəd patron, 1 patron darağı, 1 ədəd noutbuk, qanunla qadağan olunmuş 3 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, qəlpə yarası almış Elnur Nəzərəliyevin evinə baxış zamanı isə qundağı və lüləsi kəsilmiş 1 ov tüfəngi, 1 süngü-bıçaq, 26 ədəd audio disk, 31 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Eləcə də Quba rayon sakini Anar Mirzəyevin Sumqayıt şəhərində kirayədə yaşadığı evə baxış zamanı 104 qram həşiş, təbliğat xarakterli 16 ədəd audio disk, qanunla qadağan olunmuş 6 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, Sumqayıt şəhər sakini Vüqar Xəlilovun yaşadığı evə baxış zamanı isə 1 qumbara, 31 ədəd avtomat patronu, 1 süngü-bıçaq aşkar edilib. Dekabrın 16-da polisin əməliyyatları nəticəsində bu işlə bağlı artıq 13 nəfər saxlanmışdı. Onların barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qəti imkan tədbiri seçilib. Saxlanılanlar Cinayət Məcəlləsinin "Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə" (228.3-cü) maddəsilə təqsirli bilinir. Saxlanan şəxslərdən birinin vəkili Fariz Namazlı Azaadlıq radiosuna demişdi ki, təqsirləndirilən şəxslər silahdan istifadə etməklə xuliqanlıqda günahlandırılır. Onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 -cü maddəsi üzrə cinayət işi başlanıb. Vəkil Fariz Namazlı deyib ki, əlavə ittihamların olacağı da gözlənir: Əməliyyatlar hələ də dayanmayb. Demək olar ki, hər gün əməliyyat keçirilir və "vəhhabi" adlandırılan radikal qruplaşmanın ("xəvvariclər")ayrı-ayrı üzvləri saxlanılaraq, məhkəmə hökmü ilə həbsxanaya göndərilir. Bu barədə hüquq mühafizə orqanlarındakı mənbə deyib ki, 2 gün öncə hüquq mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Sumqayıt "vəhhabilərinin" lideri hesab olunan şəxs yaxalanıb. Onu, Azərbaycan- İran sərhəddində saxlayıblar. Həmin şəxsin şəxsiyyəti barədə hələlik dəqiq məlumat verilməyib (Musavat.com).
2013-12-28
5,378
İctimai Televiziyada yeni təyinatlar
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda maliyyə və mühasibat uçotu departamentinin direktoru vəzifəsinə Zaur Məmmədovun, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə isə Teymur Abdullayevin təyin edilməsi təsdiqlənib (APA).
2013-12-28
5,379
Generalın bu sözləri çox gizlinlərə aydınlıq gətirəcək
"Nazir övladlarının evinə pul sayma maşını qoyan şəxslər Ergenekon və Balyoz hadisələrində də eyni taktikadan istifadə etmişdilər". "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Baş Qərargah rəisi Necdət Özəl çıxış edib. O, ordu üçün yeni oyun qurulduğunu və bunun daxildə kifayət qədər narahatçılıq yaratdığını bildirib: "Onlar (Gülən hərəkatı.- Red.) Ergenokon və Balyoz əməliyyatlarında da eyni taktikadan istifadə etmişdilər. Əsgərlərin evlərinə sənədlər atmışdılar. Komandirlərə də eyni oyun oynanmışdı". General bir daha vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri hər zaman siyasətdən kənarda dayanacaq.
2013-12-28
5,380
Türkiyəni etiraz aksiyaları bürüyür - Video
Türkiyəni saran korrupsiya skandalına İstanbul, Ankara, İzmir, Antalya, Ədirnə, Afyonqarahisar, Mərsin, İzmit, Əskişəhər və Hatayda etiraz aksiyası keçirilib. "Axar.az" xəbər verir ki, dekabrın 17-də başlayan və hələ də gündəmdən düşməyən korrupsiya və qanunsuzluq əməliyyatına 10 şəhərdə etirazlar olub. Çoxu sosial şəbəkələrdən xəbərləşərək hərəkət edən etirazçılar polis müdaxiləsi ilə qarşılaşıb. İstanbulda başlayan etiraz aksiyaları İzmir və Ankaraya da keçib. Daha sonra yeddi şəhərdə etiraz aksiyaları həyata keçirilib.
2013-12-28
5,382
Avtobus dərəyə aşdı - 8 ölü
Türkiyədə Antalyanın Alanya mahalında dəhşətli yol qəzası baş verib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, anbar inşaatında işləyən fəhlələri daşıyan avtobus dərəyə yuvarlanıb. İlkin məlumatlara görə qəzada 8 adam ölüb, 5-i yaralanıb. Hadisə yerinə çox sayda xilasetmə dəstəsi göndərilib.
2013-12-28
5,383
Abşeron Qazma İdarəsi ləğv edilir - Yeniləndi
13:38 Dekabrın 28-də Abşeron Qazma İdarəsinin rəhbərliyi qurumun ləğv olunması haqda Dövlət Neft Şirkətinin qərarını işçilərə elan edib. İşçilərin verdiyi məlumata görə, qərar ciddi narazılıqlara səbəb olub və onlar Prezident Administrasiyası qarşısına yığışmağa qərar veriblər: "Biz tələb edəcəyik ki, bu qərarı geri götürsünlər. Bizim idarə ilə yanaşı daha 6 idarə yanvarın 1-dən ləğv olunur. Təkcə bizim idarədə 750 nəfər çalışır. Kompleks Qazma İşləri Trestinə 7 idarə daxildir, bu idarələrdə ümumilikdə 6-7 min adam çalışır. İndi onların hamısını ləğv edirlər. Bağlanma barədə qərar da vermirlər ki, əlimizdə əmr olsun. İdarə rəhbərliyi şöbə müdirlərinə tapşırıq verib ki, heç kimin binadan çıxmasına imkan verməsin". Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məsələdən məlumatsız olduqlarının bildirirlər ( "Azadlıq" radiosu). *** 18.17 Abşeron Qazma İdarəsindən verilən məlumata görə, rəhbərliyin göstərişi ilə işçilər idarədən çölə buraxılmır: "Hətta bir jurnalist də gəlib çöldə dayanıb. Nə onu içəri buraxırlar, nə də bizi çölə. Heç kimi idarədən buraxmırlar ki, sözümüzü deyək. Hamımız qalmışıq içəridə". *** 19:10 Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks qazma işləri İdarəsinin 7 trestinin bağlanması qurumun strukturu üzrə aparılan təkmilləşdirmə işləri ilə bağlıdır. Bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Kompleks qazma işləri İdarəsinin bəzi trestlərinin bağlanması ilə bağlı sualı cavablandırarkən bildirib: "İndi Sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir". "Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri gələn ildən başlayaraq, şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin "Azəriqaz" İstehsalat Birliyində də aparılacaq", - deyə R.Abdullayev qeyd edib. ARDNŞ rəhbəri vurğulayıb ki, bu trestlərin ləğv olunması nəticəsində ixtisar olunmuş 1100 nəfər işçinin çoxu yenidən işlə təmin olunacaq, qalanlarına isə təzminat ödəniləcək.
2013-12-28
5,384
Gün ərzində 52 cinayət faktı qeydə alınıb
Bu gün Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınıb. Onların da 27-si "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 24 nəfər tutulb
2013-12-28
5,385
Jurnalist Gürcüstan müsəlmanlarının dini rəhbəri oldu
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbəri Vaqif Əkbərov öz ərizəsi ilə vəzifəsindən gedib. Ramin Rəşid oğlu İgidov idarənin rəhbəri və şeyxi seçilib. R. İgidov 1980-ci ildə Qardabani şəhərində doğulub. 2000-ci ildən dini fəaliyyətlə məşğul olub. Gürcüstanda fəaliyyət göstərən "İmam Əli" adına mədrəsənin müdiri vəzifəsində çalışıb. Tiflisdə nəşr olunan "İman" qəzetinin və saytının redaktoru olub. R. İgidov iki kitab müəllifidir və fars dilindən 6 kitab tərcümə edib, eyni zamanda bir sıra dini nəşrlərin redaktoru olub. Ailəlidir, iki övladı var (APA).
2013-12-28
5,386
Ermənistan Respublikası adam öldürdü - Açıqlama
"Ermənistan Respublikası Dağlıq Qarabağ polisi tərəfindən öldürülmüş Ayka Movsisyanın ölümü ilə bağlı bütün hüquqi yolların hamısını bağlayıb". "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlamanı Helsinki Vətəndaşlıq Assambleyasının Ermənistan bürosu yayıb. Təşkilatın yaydığı açıqlama "Ermənistan Respublikası Ayka Movsisyanı öldürdü" adlanıb: "Qarabağda polislər tərəfindən öldürülmüş şəxsin cinayətinin açılması ilə bağlı hökumət bu gün bütün yolları bağladı". Qeyd edək ki, Ayka Movsisyan 2012-ci ildə Dağlıq Qarabağda polis idarəsinin nəzarət kamerasında asılmış vəziyyətdə tapılmışdı.
2013-12-28
5,387
Bu işarəni paylaşanlar 5 il həbs cəzası alacaq
Misirdə qəbul edilən yeni qanuna görə Feysbukda "R4BIA" şəkli paylaşanlar 5 il həbs cəzasına məhkum ediləcək. "Axar.az"ın xarici mediaya istinadən verdiyi məlumata görə, bununla bağlı Misir polisi öz Feysbuk səhifəsində xəbərdarlıq mətni yayıb. "R4BİA" simvolu və ona bənzər məzmunları paylaşanlarla terrorist kimi rəftar olunacaq və həmin şəxslərə 5 il müddətində azadlıqdan məhrumetmə cəzası veriləcək. R4BIA Mursi tərəfdarlarının simvoludur "Rabia" Misirdə seçki ilə iqtidara gəlib hərbi çevriliş nəticəsində devrilən Məhəmməd Mursinin tərəfdarlarının simvoludur. Müqavimət hərəkatı "Rabiatul Adeviye" meydanından başladığı və "Rabia" sözünün "dörd" mənası verdiyi üçün hərəkatçılar bu işarəni özlərinə simvol olaraq seçiblər.
2013-12-28
5,388
Prezident Vergi Məcəlləsini dəyişdirdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. "Axar.az" məlumat verir ki, bu barədə informasiya Prezidentin rəsmi saytında yayımlanıb. Fərmanda "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 837-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanında dəyişikliklər edilməsi nəzərdə tutulur.
2013-12-28
5,389
Gülənin videoları “Yutub”dan silinəcək
Fətullah Gülənin korrupsiya əməliyyatlarından sonra qarğış etdiyi söhbətlə əlaqədar hazırlanan komik videolar "Yutub"dan silinəcək. Hazırlıq kursları mübahisələri ilə başlayıb, korrupsiya əməliyyatları ilə şiddətlənən hökumət–Gülən tərəfdarları gərginliyində dönüş nöqtəsi halına gələn "qarğış videosu" ilə əlaqədar qəribə hadisə yaşanıb. Gülənin qarğış etdiyi videonun yenidən montaj edilərək yumor mövzusu edildiyi üçün tərəfdarları hərəkətə keçib. "Axar.az" "Milliyət"ə istinadən xəbər verir ki, Gülənə yaxın media orqanları video ilə dilxoşluq edən montajların silinməsi üçün "yutub"a müraciət edib. "Yutub"a "müəllif hüquqları" əsası ilə etiraz edilib. Etirazları haqlı görən "yutub" bir çox videonu silib, yerinə "Bu video "Samanyolumedia" tərəfindən müraciət olunan müəllif hüququ səbəbi ilə artıq istifadə edilmir" cümləsi qoyulub. Xatırladaq ki, "Axar.az" saytı olaraq bizim də "yutub" hesabımız "Samanyolumedia" tərəfindən şirkətə şikayət edilmiş, Fətullah Gülənin məlum videosu silinmişdi.
2013-12-28
5,390
Başı kəsilən qadın icra başçısının bacısı qızıdırmı?
Ötən gün Dərnəgül qəsəbəsindəki yataqxanada qətlə yetirilən 1986-cı il təvəllüdlü Aynurə Kazımovanın Füzuli rayonunun icra başçısı vəzifəsində çalışan Alı Alıyevin bacısı qızı olduğu haqda mediada xəbər yayılıb. Məsələ ilə bağlı Füzuli rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, yayılan xəbərlər həqiqətə uyğun deyil: "Heç bir dəqiqləşdirilmə aparılmadan yayılan iddialar tamamilə absurddur və həqiqəti əks etdirmir. Xəbərdə adı çəkilən Kazımova Aynurə Şahlar qızı Füzuli rayonunun Bala Bəhmənli kənd sakinidir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Kazımova Aynurə Şahlar qızı adında bacısı qızı yoxdur". Xatırladaq ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Dərnəgül qəsəbəsindəki yataqxanada, 1986-cı il təvəllüdlü Aynurə Kazımovanın başını kəsərək qətlə yetirməkdə təqsirli bilinən, 33 yaşlı Rafiq Ələkbərov saxlanılıb.
2013-12-28
5,391
Ukrayna spirtli içkilərini sevənlərə bəd xəbər
Ukraynada siqaret və alkoqollu içkilərin qiymətində kəskin artımla bağlı sərəncam verilib. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə sərəncamı Prezident Viktor Yanukoviç verib. Sərəncama əsasən, ölkədə olan siqaret və alkoqollu içkilərin qiymətinin 40-200% arasında qaldırılması nəzərdə tutulub. Qeyd edək ki, bir müddət öncə Ukraynada şirniyyatın da bahalaşacağı deyilirdi.
2013-12-28
5,392
Səyavuş Novruzov keçmiş YAP-çı deputatın ittihamına cavab verdi
Yeni Azərbaycan Partiyasının qurucularından sayılan keçmiş millət vəkili Maksim Musayev "Avropa.info"ya açıqlamasında partiyada mühüm vəzifə tutan şəxsləri onu partiya işindən kənarlaşdırmaqda günahlandırıb. Maksim Musayev YAP rəhbərliyini tənqidlərə dözümsüzlükdə ittiham edib və partiyadakı nöqsanları, çatışmamazlıqları dediyi üçün yaxına buraxılmadığını bildirib. Keçmiş millət vəkilinin ittihamına Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Axar.az"a açıqlamasında bu sözləri dedi: "Maksim Musayev indi də hansı partiyanın üzvüdürsə, getsin o partiyanın rayon təşkilatının tədbirlərində iştirak etsin. Bu barədə artıq heç nə deməyəcəm".
2013-12-28
5,393
Məhsəti Şərif onu tənqid edən jurnalistələrə od püskürdü
"Burda bir az anlaşılmazlıq oldu. Onlar müsahibənin Azərbaycan mətbuatında çıxmağını istəmirdilər. Çünki mən ora bir türk jurnalistlə getmişim. Həm də onlar düşündülər ki, Rza Zərrab azərbaycanlı olduğu üçün müsahibənin Azərbaycan mətbuatında getməyi müəyyən mənada siyasi motiv daşıya bilər. Müsahibəni aldıq və mən də onu "Axsam.az" saytına təqdim etdim. "Axşam.az" saytının rəhbərliyi mənə güvənib müsahibəni saytda yerləşdirib. Bu məsələdə kimsə onları qınaya bilməz". Bu sözləri Türkiyədə yaşayan jurnalist Məhsəti Şərif türkiyəli müğənni Əbru Gündəşdən "Axsam.az" saytı üçün aldığı müsahibənin müğənni tərəfindən təkzib olunmasına cavab olaraq "Axar.az"a dedi. Həmyerlimiz həm də onu ittiham edən jurnalistlərə də sərt reaksiya göstərdi: "Mən özümə güvənirəm - kim nə istəyirsə desin, umurumda da deyil. Heç mənim 18 illik jurnalistika fəaliyyəti dövründə bircə gündə gördüyüm işin yarısının-yarısını görməyən və onun-bunun qapısına düşüb, məmurlara yaltaqlanan jurnalistlər indi məndən saxtakar düzəldirlər".
2013-12-28
5,394
Bakı-Şamaxı yolunda dəhşətli qəza: 7 ölü - Yeniləndi
28/12/2013. 16:32 Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidi, Müsavat Partiyasının Divan üzvü İkram İsrafilin verdiyi məlumata görə, "VAZ-2107" markalı iki avtomobil toqquşub. Dəşhətli qəza nəticəsində 5 nəfər ölüb, 3 adam ağır yaralanıb. Yaralılardan biri əsgərdir. İkram İsrafil bildirir ki, hələ təcili yardım briqadaları hadisə yerinə çatmayıblar. *** 20:10 Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində baş verən avtomobil qəzası zamanı xəsarət alanlarından daha biri dünyasını dəyişib. Bununla da dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb. Hadisə zamanı ölənlərin hamısının adı məlum olub. Xəstəxanadan verilən məlumata görə 90 KU 103 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşının sürücüsü, Qaradağ rayonu Qızıldaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri - Qızıldaş qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman Əmrah oğlu dünyasını dəyişib. Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü Mədətov Valeh Şirin oğlu da ölüb. Məlumata görə, hərbçi Səməndər Xəlilov Yeni il bayramı ilə əlaqədar Bakıda xidmət etdiyi hərbi hissədən məzuniyyətə çıxaraq, yaşadığı Ağsu rayonuna gedirmiş. Avtomobillərdə olan 8 nəfərdən sağ qalan bir nəfər - 1983-cü il təvəllüdlü Nuriyeva Gülşən Vəlimusa qızı hazırda ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasındadır. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (APA)