date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-25
5,081
Bu gün Milad bayramıdır
Bu gün Milad bayramı qeyd olunur. Milad - xristianlıqda əsas bayramlardan biri, İsanın doğumu qeyd olunan günüdür. Milad qərb xristianlığında, o cümlədən katolisizmdə və bir neçə pravoslav kilsəsində 25 dekabr, pravoslavlıqda isə 7 yanvar tarixinə düşür. Katoliklər tərəfindən məhz bu tarixin seçilməsi təsadüfi deyil. Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranmış və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşüb. Bəziləri isə bunu tam başqa səbəblərlə, yəni bütpərəst romalıların həmin tarixdə qeyd etdikləri "Yenilməz Günəşin doğulması" bayramı ilə əlaqələndirirlər.(anspress)
2013-12-25
5,082
Bakıda gecə bıçaqlanma olub
Yasamal rayonunda qətl törədilib.Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, dekabrın 25-də gecə saat 2:00 radələrində 1990-cı il təvəllüdlü Abdullayev Rövşən Atım oğlu şəxsi mübahisə zəminində 1974-cü il təvəllüdlü Quliyev Bəxtiyar Əliabbas oğlunu bıçaqlayıb. Bıçaq zərbələrindən cidd xilas etmək mümkün olmayıbi xəsarət alan Bəxtiyar Quliyev Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını və o, xəstəxanada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır (APA.az).
2013-12-25
5,083
Barak Obama boşanır
ABŞ "First lady"-si Mişel Obama həyat yoldaşı prezident Barak Obamadan ayrılır. Verilən məlumata görə, "National Enquirer" jurnalında Obamalar ailəsində gərginliklərin baş verməsi və ailədaxili münaqişələrin yüksək həddə çatdığı bildirilir. Nəşrdə qeyd olunub ki, ABŞ-ın birinci xanımı vəkillə əlaqə saxlayıb və evdən köçmək üçün əşyalarını toplamağa başlayıb. Çütlüyün münasibətlərinin pozulma səbəbi kimi Nelson Mandelanın dəfn mərasimi zamanı Barak Obamanın Danimarkanın baş naziri Xelle Torninq-Şmitə isti münasibət göstərməsi olduğu bildirilir. Həmçinin jurnalda mərasim zamanı çəkilən fotonun da Mişel Obamanı belə bir addım atmağa məcbur etdiyi bildirilir. Nəşrin yazdığına görə cütlük arasında münasibətlər uzun müddətdir ki, pozulub (Anspress.com).
2013-12-25
5,084
Koreya müharibəyə hazırlaşır
Şimali Koreyanın lideri Kim Çen İn ordunu döyüş hazırlığına çağırıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Kim Çen bu sözləri Nampxo şəhərinə ordu hissəsində görüş zamanı deyib. Müharibənin xəbərdarlıq edilmədən başlayacağını bildirən liderin sözlərinə görə, bu zaman ordu dərhal döyüş hazırlığına gətirilməlidir.
2013-12-25
5,085
“Yaxşıların yaxşısı” seçillənlər kimlər oldu - Siyahı/Fotolar
Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən "Yaxşıların yaxşısı - 2013" mükafatları öz sahiblərinə verildi. Axşam.az-ın məlumatına görə, "Jumeirah Bilgah Beach Hotel"də baş tutan tədbirdə incəsənət aləminin tanınmış simaları mükafatlandırılıb. Gecənin aparıcıları Afaq Gəncəli və İlkin Həsəni olub. Mükafatçıların siyahısını təqdim edirik: "İlk dəfə Hollivud ulduzu ilə duet layihəsi" - "Coffee from Colombia" duetinə görə xalq artisti Aygün Kazımova "İlin ən çox sevilən dueti" - xalq artisti Zülfiyyə Xanbabayeva və Miri Yusif "Dostum" Əməkdar artist Abbas Bağırov – "Sev məni" "İlin ən sevilən müğənnisi" - Röya Ayxan "İlin qlamur müğənnisi" - Sevda Yahyayeva "İlin konserti" - Zamiq Hüseynov "İlin siması" - Günay İbrahimli "İlin hitmeykeri" - Elçin Cəfərov "İlin ən yaxşı lirik mahnısı" - Ramal İsrafilov "Mən səni bu qədər sevməməliydim" "İlin çalışqan müğənnisi" - Aysel Əlizadə "İlin ən işgüzar prodüseri" - Tarix Əliyev "İlin ən yaxşı xanım aparıcısı" - Afaq Gəncəli "İlin radio layihəsi" - "Müleyli" şou Kazım Sübhan "İlin radiosu" - 106.3 FM "İlin xanım diceyi" - Nurlana Cəfərova "İlin anşlaq konserti" - "Bu şəhərdə" "İlin ən dəbli televiziya layihəsi" - "Özünə bax" "İlin ən yaxşı maqazin verilişi" - "Onlar" "İlin prodakşını" - "Fire Land production" "İlin ən yaxşı teleyumoristik layihəsi" - "Bozbaş pictures" "İlin mahnısı" - Zülfiyyə Xanbabayeva "Sən Azərbaycanlısan" "İlin ən yaxşı aparıcısı" - İlkin Həsəni Mükafata layiq görülən xalq artisti Aygün Kazımova, Zülfiyyə Xanbabayeva və müğənni Röya isə mərasimə qatılmayıb.
2013-12-25
5,086
“Bunu biz niyə düşünməliyik, dövlət düşünsün” - Sığorta
Vətəndaş niyə sığortalanmır? Əksər ölkələrdə vətəndaşlar dövlət tərəfindən icbari qaydada tibbi sığortaya cəlb olunur. Bu sığortanın nəticəsində xəstələndikdə pulsuz müalicə almaq şansı əldə edən vətəndaş təbii olaraq sığortalanmaya meylli olmalıdır. Azərbaycanda da vətəndaşların tibbi sığortaya cəlb edilməsi haqqında qanun 1999-cu ildə qəbul edilib. Amma bu qanun real olaraq tətbiq olunmur. Qəribədir, bu sığorta ilə rahatlıqla müalicə olunmaq imkanı əldə edən vətəndaş niyə bundan istifadə etməyə maraqlı deyil?! Niyə vətəndaş sığortalanmaya ehtiyac duymur, yoxsa bizdə hamı sağlamdır, kimsənin yolu xəstəxanaya düşmür? Bu sualla müraciət etdiyimiz professor Adil Qeybulla bildirdi ki, bu haqda qanun çoxdan qəbul edilib: "Amma indiyədək onun işlək mexanizmi yoxdur və həyata keçirilmir. Əslində, bu, tibbi xidmətin növlərindən biridir və sosial müdafiənin çox mühüm elementi sayılır. Sığorta vətəndaşı ən azı doğuş və təxirə salınmaz yardımlar zamanı bir çox qayğıdan azad edir. Vətəndaşların maaşının az olduğu vaxtda tibbi sığorta tətbiq olunarsa, çox yaxşı olardı". "Bu qanunun işlək hala gəlməsi üçün hansı mexanizm tətbiq edilməldir?" sualına qarşılıq olaraq A. Qeybulla bildirdi ki, vətəndaşların konkret kateqoriyalara bölünməsi haqqında müzakirələr aparılmalıdır. Bununla bağlı biz mütəmadi olaraq fikirlərimizi bildirmişik. Tibbi sığorta haqqında qanun layihəsi hazır olsa da, işlək mexanizmi ona görə indiyə qədər yoxdur ki, maaşlarından sığortalanacaq vətəndaşların məvacibləri yetərincə deyil: "Amma hesab edirəm ki, istək olarsa, uyğun bir mexanizm tapıla bilər. Tibbi sığorta o demək deyil ki, mən gəlib burda estetik əməliyyat etdirəcəyəm. Söhbət vətəndaşın ehtiyacı olan təxirəsalınmaz tibbi yardımdan gedir. Məsələn, tibbi sığorta yol qəzasında yaralananları, doğuş, Hepatit C, Hepatit B kimi virusların müalicəsini əhatə edə bilər. Azərbaycanın indiki dövlət büdcəsi imkan verir ki, ən azından bu sahələrdə sığorta sistemi işləsin. Problemin həlli təkcə Səhiyyə Nazirliyindən asılı deyil, bu, kompleks həll olunmalıdır". Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin katibi Anar Qədirli ilə əlaqə saxladıq. A. Qədirli dedi ki, 2008-ci ildə Səhiyyə Nazirliyi icbari tibbi sığorta üzrə konsepsiya hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib: "Ondan sonra da Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Agentlik yaranıb. Siz sualı mənə ünvanlayırsınız, amma Səhiyyə Nazirliyi tibbi sığorta ilə məşğul olmur. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi var, bu iş onun səlahiyyətindədir". Anar Qədirlinin tövsiyə etdiyi kimi, Nazirlər Kabineti yanında "Azsığorta" Dövlət Agentliyi ilə əlaqə saxladıq. Nə qədər cəhd etsək də, soyadını deməyən, özünü adı çəkilən qurumun şöbə müdiri kimi təqdim edən Ruqiyyə adlı xanımla söhbətimiz alınmadı. Cavab çox qısa oldu: "Bunu biz niyə düşünməliyik, dövlət düşünsün",- deyib telefonu üzümüzə qapadı. Biz sualımıza rəsmi qurumlardan cavab ala bilməsək də, yaşadığımız real həyat, gördüklərimiz və bildiklərimiz, xəstəxanalarda mövcud olan bəzi yarıtmaz halların bizə verdiyi cavablar var. Qısa araşdırma nəticəsində də nə yazıq ki, yaşadığımız həyat və gördüklərmizindən çıxardığımız nəticədən daha tutarlı cavab ala bilmədik.
2013-12-25
5,087
Snouden: “Dünyanın kütləvi nəzarətinə son qoyulsun”
Mərkəzi kəşfiyyat idarəsinin keçmiş əməkdaşı Edvard Snouden dünyadan kütləvi nəzarətə son qoyulmasını tələb edib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı ABŞ televiziyaları yayımlayıblar. Snouden kütləvi nəzarətin xeyli əvvəl həyata keçirildiyini bildirib: "Corc Oruel bunun haqqında bizə informasiyaların hansı üsullarla – mikrofonlar, televiziyalar və s. toplanması haqqında öz kitabında ("1984") xəbərdar etmişdi".
2013-12-25
5,088
Lənkəranda uşağı ölən ata həkimi döydü
Lənkəranda qeysəriyyə əməliyyatı zamanı usagı ölən ata doğum şöbəsinin müdirini döyüb. Lənkəran şəhər baş polis idarəsindən verilən məlumata görə, ötən gün saat 21:36-da Lənkəran Mərkəzi Rayon Xəstəxananın baş həkimi Ağabala Kəlbiyev tərəfindən rayon prokurorluğuna xəstəxananın doğum şöbəsində Cəlilabad rayonu Əliqasımlı kənd sakini İsbarova Aynur Gülağa qızının doğuş zamanı uşağının ölməsi barədə məlumat daxil olub. Həmçinin həmin tarixdə həmin xəstəxanın doğum şöbəsinin müdiri Yeganə Nəhmətova ərizə ilə polis şöbəsinə müraciət edərək bildirib ki, əməliyyat edən həkim, xəstəxanaya gətirilən qadının yoldaşı Əkbərov Mirzəsəfər Xudam oğlu tərəfındən döyülüb. İlkin məlumata əsasən rayon prokurorluğu tərəfindən meyitə baxış keçirilib. Müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Cəlilabad rayonu sakini 7 aylıq hamilə İsbarova Aynur Gülağa qızı ötən gün saat 14 radələrində səhhətində olan problemlərlə əlaqədar xəstənxaya müraciət edib. Və həmin doğum şöbəsinin müdirü Yeganə Nəhmətova tərəfindən qeysəriyyə əməliyyatı olunmasına baxmayaraq, A.İsbarovanm bətnində olan döl ölü doğulub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır (AzVision.az).
2013-12-25
5,089
Rusiya ABŞ-ı 6 milyard dollar ziyana salıb
Rusiyanın tətbiq etdiyi embarqo ABŞ-a 6 milyard dollar zərər vurub. Verilən məlumata görə, ABŞ-ın Moskvadakı səfiri Mixail MkFaul Rusiyanın mal və donuz ətinin idxalına tətbiq etdiyi embarqo ilə bağlı danışıb. O qeyd edib ki, bu ABŞ üçün böyük problem yaradır: "Qadağa tətbiq olunan gündən etibarən 5-6 milyard dollar zərər etmişik. Embarqolar hələ də davam edir və bu ABŞ üçün böyük problem yaradır". Qeyd edək ki, Rusiya bu ilin fevral ayında insan sağlamlığı baxımından zərərli sayılan və heyvanların böyüməsini sürətləndirən "raktopamin" maddəsi istifadə edilməsi səbəbi ilə ABŞ-dan idxal olunan ət məhsullarını qadağan edib. ABŞ hökuməti isə bu maddələrin qəbul edilə bilər səviyyədə istifadə edilməsinin sağlamlıq baxımından zərərli olmadığını və bunun BMT qida təhlükəsizliyi birliyi tərəfindən də təsdiqləndiyini iddia edib (Anspress.com).
2013-12-25
5,090
Zəfər Çağlayan istefasından danışdı - Yeniləndi
10:42 Türkiyənin İqtisadiyyat naziri, oğlu "rüşvət əməliyyatı"nda həbs olunan Zəfər Çağlayan istefa verdi. "Axar.az"ın Türkiyə saytlarına istinadən məlumatına görə, nazir qərarını yenicə verib. *** Zəfər Çağlayan aistefası ilə bağlı açıqlamasında deyib: "17 dekabr tarixindən həyata keçirilən əməliyyatın hökumətimizə, partiyamıza və ölkəmizə qarşı çirkli bir əməliyyat olduğu çox açıq şəkildə ortadadır. Yaxın iş yoldaşlarımın və övladımın da daxil edildiyi bu çirkin oyunu pozmaq və həqiqətlərin ortaya çıxmasını təmin etmək üçün İqtisadiyyat naziri vəzifəsindən istefa verirəm". Bir neçə gün əvvəl Zəfər Çağlayan bu əməliyyatla bağlı belə demişdi: "Rüşvət əməliyyatı başlayan vaxt yaşanan bu hadisələr ortaya çıxması və inkişaf istiqaməti baxımdan normal hadisə deyil. Məqsədi və hədəfi çox fərqli olan böyük bir tələylə qarşı-qarşıyıq. Nə mənim, nə övladımın, nə də onun qədər qiymətli iş yoldaşlarımın səhv etməsi söhbət mövzusu ola bilər".
2013-12-25
5,091
Cəbhədə atışma: itki yoxdur
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Göyarx və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-25
5,092
“Dağlıq Qarabağ” ordusu yeni raketlər alır
"Biz Qarabağda sülhməramlı qüvvələr yerləşdirməklə bağlı heç bir danışıqlar aparmamışıq və məncə, buna ehtiyac da yoxdur". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri Movses Akopyan çıxış edib. O, Ermənistanın Gömrük İttifaqına daxil olmasından sonra burada sülhməramlıları yerləşdirməklə bağlı heç bir danışıqlar aparılmadığını bildirib: "Bizim Qarabağda heç bir sülhməramlı yerləşdirməyə ehtiyacımız yoxdur. Bu məsələ müzakirə edilməyib və müzakirə edilməyəcək də. KTMT üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, bizə onların köməyi lazım deyil. Qarşımıza qoyulan məqsədlərə tək çatacağıq". O, Qarabağ ordusunun bu yaxınlarda yeni silahlar alacağını da bildirib: "Siz bir azdan, daha doğrusu, gələn il bizim uzaq məsafələri vura bilən raketlər alacağımızı da eşidəcəksiniz".
2013-12-25
5,093
Hüseyn Dərya həbs olundu və buraxıldı -Yeniləndi
Məşhur reper Hüseyn Dərya həbs olunub. "Axar.az" xəbər verir ki, bu barədə Sabunçu Rayon Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, reper ötən gün saat 18:10 radələrində Sabunçu RPİ-nə aparılıb. Buna səbəb isə reperin narkotik vasitələrin təsiri alrında halsız olmasıdır. H.Dərya daha sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib. 11:30 Məşhur repçi artıq evə buraxılıb. Respublika Toksikologiya Mərkəzindən bidiriblər ki, Hüseyn Dərya artıq səhər saatlarında evə buraxılıb. Sabunçu Rayon Polis İdarəsindən qeyd ediblər ki, həkimlər Hüseyn Dəryaya zəhərlənmə diaqnozu qoyub. Faktla bağlı araşdırma aparılır ("Azvizion.az").
2013-12-25
5,094
Novqoroddakı diasporumuz erməniləri müdafiə etdi
"Arzamasda bir gəncin ölümü Birilyova hadisələrindən sonra Rusiyada tolerantlığın olmamasının sübutudur". "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumat görə, bu açıqlama ilə Nijni-Novqoroddakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Vidadi Abbasov çıxış edib. O, Arzamasda milliyətcə rus olan gəncin ölümünə təəssüf hissi keçirtdiyini bildirib: "Arzamasda gənc bir oğlanın ölümü Rusiyada milli nifrət və şiddətin təbliğatının davamlı olduğunu bir daha sübut elədi. Bu təbliğatın nəticəsidir ki, qafqazlıları burada qaniçən kimi tanıyırlar". Qeyd edək ki, bir müddət əvvəl Novqorod əyalətində ermənilərlə millətçilər arasında münasibət bir rus gəncinin ölümündən sonra pisləşmişdi.
2013-12-25
5,095
Müəmmar Gülər də istefasından danışdı - Yeniləndi
Türkiyənin Daxili İşlər naziri Müəmmar Gülər istefa verib. "Axar.az" məlumat verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayımlayıb. Qeyd edək ki, nazirin oğlu Barış Gülər Türkiyədə keçirilən rüşvət əməliyyatı zamanı həbs olunsa da sonradan məhkəmə onu azadlığa buraxılması haqqında qərar qəbul etmişdi. Müəmmar Gülər istefası haqqında danışarkən bildirib ki, 17 dekabrda cənab Baş nazir Ərdoğana şifahi şəkildə istefamı çatdırmışdım: "Bu gün isə yazılı şəkildə ərizəmi təqdim etdim". İki nazirin istefasından sonra gözlər Ətraf mühit və Şəhərsalma naziri Ərdoğan Bayraqdara çevrilib. "Hürriyet" qəzetinin yaydığı məlumata görə yaxın dəqiqələrdə Bayraqdarın da istefa etməsi gözlənilir.
2013-12-25
5,096
Türmədə məhkumdan telefon aşkarlanıb
Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan olunmuş əşyalar aşkar olunaraq götürülüb. "Axar.az" Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 24.12.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1982-ci il təvəllüdlü, Nəriman Kərim oğlu Qurbanəliyevin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. 24.12.2013-cü il tarixdə həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1987-ci il təvəllüdlü, Ceyhun Hakim oğlu Əhmədovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
2013-12-25
5,097
Axşam belə şəkil çəkdirdilər, səhər istefa verdilər - Foto
Bu gün səhər istefa verdiklərini açıqlayan daxili işlər naziri Müəmmər Gülər və iqtisadiyyat naziri Zəfər Çağlayan dünən axşam Pakistan səfərindən qayıdan baş naziri Rəcəb Tayyib Ərdoğanı əl-ələ tutaraq qarşılamışdılar. Onlarla bərabər adları rüşvət qalmaqalında hallanan daha iki yüksək vəzifəli məmur - Avropa Birliyi naziri Egemen Bağış və ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayrakdar da əl-ələ tutmuşdu ("Musavat.com")
2013-12-25
5,098
Güləşçilərimiz daha 4 medal qazandılar
Yeniyetmə güləşçilər arasında Şimali Osetiyanın Vladiqafqaz şəhərində "Rusiyanın Gəncliyi" açıq respublika turniri və Dağıstan Respublikasının Mahaçqala şəhərində keçirilən beynəlxalq turnir başa çatıb. Bildirilir ki, hər iki turnirdə iştirak edən sərbəst güləşçilərimiz ümumilikdə 1 qızıl və 3 bürünc medal qazanıblar. Məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Vladiqafqazda keçirilən turnirdə Ruslan Aslanov (69 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb və bürünc medala sahib olub. Digər medalları isə yığma komandanın üzvləri Mahaçqalada keçirilən beynəlxalq turnirdə əldə edib. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə yollanan güləşçilərimizdən Teymur Məmmədov (63 kq) qızıl, Əliabbas Rzazadə (46 kq), Hacımurad Məhəmmədsəidov (76 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (85 kq) bürünc medal qazanıb (Trend.az).
2013-12-25
5,099
“Binə” bazarında yanğın qəsdən törədilib – İddia/Video
Dünən Binə Ticarət Mərkəzində baş verən güclü yanğınla bağlı sahibkarlar iddia ilə çıxış ediblər. Mərkəzdə çalışan sahibkardan biri "Axar.az"a bildirib ki, yanğın qəsdən törədilib. Əmlaklarına külli miqdarda ziyan dəymiş sahibkarlar buna səbəb kimi ticarət mərkəzinin üç fərqli hissəsində elektrik xətlərindəki qısaqapanmanın eyni anda baş verməsini göstərirlər. Sahibkarlar iddia edir ki, elektrik naqillərindəki qısqapanmalar 4-cü, 5-ci və 6-cı korpusda – bir-birinə yaxın ərazidə baş verib. Bu isə yanğının daha şiddətli olması üçün qəsdən törədildyi versiyasını gündəmə gətirir. İddialara görə, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasının hələ tüstülənmə başlayarkən gəlib çıxmasına baxmayaraq, yanğının qarşısını dərhal ala bilməməsinin səbəbi də eyni vaxtda üç istiqamətdə başlayan və birdən-birə alışan ocaqlarla bağlıdır. Onu da bildirək ki, Binə Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarların sığortası yoxdur və dəymiş ziyanın ödənilməyəcəyi sahibkarları çıxılmaz vəziyyətə salıb. *** Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir ki, Binə Ticarət Mərkəzinin 4-cü və 5-cı sıralarında hər birinin sahəsi 40 kv. m olan 45 ədəd müxtəlif geyim və paltar satışı mağazası 1800 kv. m sahədə yanıb. Ticarət Mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Nazirliyin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-25
5,100
Messi ən çox maaş alan futbolçu olacaq
İspaniyanın "Barselona" futbol klubunun oyunçusu, argentinalı ulduz Lionel Messi yanvar ayında yeni sərfəli müqaviləyə imza atacaq. Verilən xəbərə görə, bu informasiyanı AS agentliyi yayıb. "Barselona" komandasının vitse prezidenti Jozep-Mariya Bartomer bildirib ki, Messi yeni imzalanacaq müqavilədən sonra ən çox maaş alan futbolçu olacaq. Xatırladaq ki, Lionel Messi "Barselona" ilə müqaviləni bu ilin fevralında imzalamışdı. Həmin müqaviləyə əsasən Messinin satış qiyməti 2018-ci ilədək 250 milyon avro dəyərləndirilir (Anspress.com).
2013-12-25
5,101
Türkmənləri qətlə yetirən Əsəd generalı öldürüldü - Foto
Suriyanın Hələb şəhərində Bəşər Əsədin xalası oğlu, general Cabir Şeliş öldürülüb. Bu barədə Suriya Türkmən Cəbhəsi məlumat yayıb. Məlumata görə, general Şeliş Hələb ətrafında döyüşlərdə türkmən könüllülərinin tələsinə düşüb. Onun avtomobili gülləbaran edilib. Mühafizəçiləri də öldürülüb. Məlumata görə, Şeliş müxaliflərə qarşı ən qəddar hərbçilərdən sayılırdı. O, Bəşər Əsədin xalası oğlu olmaqla bərabər, yaxın dostu idi. Hələb ətrafında türkmənlərə qarşı aparılan genosid siyasətinə də məhz o rəhbərlik edirdi.
2013-12-25
5,102
Klinik Xəstəxananın tibb bacısı iş yoldaşını bıçaqladı
Tibb bacısı digər tibb bacısını bıçaqlayıb Dekabrın 24-də Bakının tanınmış və elitar xəstəxanalarından olan Mərkəzi Klinik Xəstəxanada bıçaqlanma hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından "Lent.az"a verilən məlumata görə, Parlament prospekti, 2 ünvanında yerləşən xəstəxanada tibb bacısı, 1984-cü il təvəllüdlü Hüseynova Hürü Fərman qızı digər tibb bacısı, 35 yaşlı Esmira İbrahimovanı bıçaqlayıb. H.Hüseynova bıçaqla iş yoldaşına hücum edib və onu kürəyindən vurub. E.İbrahimovaya elə işlədiyi xəstəxanada tibbi yardım göstərilib. Tibb bacısının iş yoldaşını hansı səbəbdən bıçaqladığı araşdırılır.
2013-12-25
5,103
Sərkisyan millət vəkillərini danladı
Serj Sərkisyan dünən öz partiyasından olan deputatları iqamətgahına çağıraraq danlayıb. "Axar.az" məlumat verir ki, bu informasiyanı erməni mətbuatı yayıb. Mətbuat prezidentin bu addımı atmasında əsas məqsədin Rusiya ilə Ermənistan arasında imzalanan qaz anlaşmasının olduğu bildirilib. S.Sərkisyan deputatları parlamentdə müxalifət millət vəkillərinə qarşı sərt mövqe göstərməməkdə günahlandırıb. Qeyd edək ki, dünən Ermənistan parlamenti "Armrosqazprom"un ermənilərə aid olan 20%-nin Rusiyaya satılmasını ratifikasiya etmişdi
2013-12-25
5,104
Amerikalı rejissor Azərbaycanda veriliş çəkəcək
Bu gün Bakıda Azərbaycanda ilk biznes formatlı telemüsabiqə olan "İdeya Qazandı" layihəsinin mətbuat konfransı keçirilib. Konfransda layihənin prodüseri Könül Əliyeva deyib ki, layihə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun və "Youth İNC" proqramının təşkilati dəstəyi ilə həyata keçirilir. K.Əliyevanın sözlərinə görə, layihəyə ümumilikdə 371 nəfər ərizə ilə müraciət edib. Seçim turlarından 54 nəfər iştirakçı investorların qarşısında çıxış etməyə haqq qazanıb. "İdeya Qazandı" verilişinin çəkilişləri xüsusi ilə ABŞ-dan dəvət olunmuş Hollivud təcrübəsi olan rejissor Daniel Katz tərəfindən həyata keçkiriləcək. Yarışmada 5 investor gənclərin ideyalarına sərmayə yatırmaq üçün seçim edir və bu ideyaları həyata keçirməyə vəsait ayırır. İnvestorlar "Paşa Bank", "Garant Holding", "Buta Sığorta", "Veritas Management Systems" və "Red Communications" kimi nüfuzlu şirkətlər və onları təmsil edən təcrübəli sahibkarlardır. Layihənin məqsəd və vəzifələri barədə danışan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev bildirib ki, əsas məqsəd Azərbaycan gənclərini iri sahibkarlarla görüşdürməkdir: "Bununla yanaşı, məqsəd gənclərə daimi uğurlu sahibkarlarla ünsiyyət yaratmaq, həmçinin geniş tamaşaçı kütləsinə düzgün biznes anlayışlarını aşılamaqdır. Biz də nazirlik olaraq çalışırıq ki, gənclərin yeni ideya və təşəbbüslərini dəstəkləyək. İnanıram ki, bu layihə nəticəsində gənclər böyük uğurlar əldə edəcəklər". Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov isə bildirib ki, layihə özünə biznes qurmaq istəyən gənclər üçün bir nümunədir: "Yəni, insanın bacara bilmədiyi heç nə yoxdur. İnanıram ki, bu layihənin iştirakçıları da heç nəyə baxmayaraq, uğur qazanaraq irəli gedəcəklər. Gənclər Fondu bu layihəni dəstəklədikdə yeni fəaliyyətə başlamışdı. Biz inandıq ki, bu layihə gənclərin həyatında önəmli rol oynayacaq və onlar üçün bir stimul olacaq" (Trend.az).
2013-12-25
5,105
Bu il 1,3 milyardlıq silah almışıq
Ölkəmiz silah və hərbi texnika idxalına görə dünyada 15-ci yerdədir Azərbaycan 2013-cü ildə silah və hərbi texnika idxalına görə dünya ölkələri arasında 15-ci yeri tutur.Bu barədə Dünya Silah Ticarəti Analizi Mərkəzinin (SAMTO) yaydığı məlumatda qeyd olunub (APA). Təşkilatın ilkin məlumatlar əsasında hazırladığı analizə görə, rəsmi Bakı 2013-cü ildə silah və hərbi texnika idxalına 1 milyard 257 milyon ABŞ dolları vəsait sərf edib. Ümumilikdə, 2013-cü ildə dünya ölkələri silah alışına ən azı 65 milyard 982 milyon dollar xərcləyib ki, bu da "soyuq müharibə" dövründən sonra ən yüksək nəticədir. Silah alınması üzrə ilk yerdə 9 milyard 943 milyon dollarla Hindistan dayanır. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (5 milyard 329 milyon dollar), Böyük Britaniya (3 milyard 626 milyon dollar), BƏƏ (3 milyard 511 milyon dollar), ABŞ (2 milyard 502 milyon dollar), Küveyt (2 milyard 451 milyon dollar), Türkiyə (1 milyard 733 milyon dollar), Tayvan (1 milyard 730 milyon dollar), İndoneziya (1 milyard 718 milyon dollar), Misir (1 milyard 629 milyon dollar) gəlir. Böyük həcmli silah idxalçılarının ikinci onluğunda Çin 1 milyard 547 milyon dollarla 11-ci yerdə, Avstraliya 1 milyard 447 milyon dollarla 12-ci yerdə, Venesuela 1 milyard 297 milyon dollarla 13-cü yerdə, Sinqapur 1 milyard 260 milyon dollarla 14-cü yerdə, Azərbaycan 1 milyard 257 milyon dollarla 15-ci yerdə, Pakistan 1 milyard 220 milyon dollarla 16-cı yerdə, Mərakeş 1,2 milyard dollarla 17-ci yerdə, Finlandiya 1 milyard 141 milyon dollarla 18-ci yerdə, Yunanıstan 1 milyard 131 milyon dollarla 19-cu yerdə və Braziliya 1 milyard 59 milyon dollarla 20-ci yerdə qərarlaşıb.
2013-12-25
5,106
Qarabağ qazisi özünü yandırdı - Foto
Həmkarlar İttifaqının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun vəziyyəti ağırdır. Qarabağ əlili özünü yandırmazdan əvvəl bildirib ki, mülkiyyət hüquqları Həmkarlar İttifaqı tərəfindən ciddi şəkildə pozulub: "Vaxtı ilə eks-prezident Heydər Əliyev tərəfindən Qarabağ əlillərinin yaşayışlarının yaxşılaşdırılması məqsədi ilə dəniz kənarında mənə torpaq sahəsi verilmişdi. Həmin torpaqla bağlı Həmkarlar İttifaqı tərəfindən 2010-cu ildə məhkəməyə verildim və yerim əlimdən alındı. Məhkəmənin qərarından sonra hər yerə şikayət etməyimə baxmayaraq boş-boş sözlər və vədlərdən başqa bir cavab verilmədi". Zaur Həsənov torpaq sahəsində yerləşən obyektinin yeganə gəlir mənbəyi olduğunu bildiririb: "Özümü yandırmağımla bağlı verdiyim qərar qətidir. Evim bankda girovdadır və satışa çıxarılıb. Bankdan pul götürüb obyektə sərmayə qoydum. Həmkarlar İttifaqının rəhbəri, millət vəkili Səttar Mehbalıyev əlimdən aldı. Ona görə də Həmkarlar İttifaqının qarşısında özümü yandıracam" (Bizim yol).
2013-12-25
5,107
2 yaşlı uşaq milyonçu oldu
Çinin Quançjou şəhərindən olan olan iki yaşlı uşaq internet-lotoreyada 1,3 milyon dollar qazanıb. Məlumata görə, körpənin valideyinləri ona imkan veriblər ki, klaviaturada istədiyi rəqəmləri yığsın. Həmin rəqəmlər ailəyə cek-pot qazanmağa imkan yaradıb. Xoşbəxt ailə lotoreyada qazandıqları mükafatı artıq əldə ediblər. Ailə uşağın qazandığı pulu hara xərcləyəcəkləri barədə hələ ki, qərar verməyiblər. Eləcə də, cek potdan qazanılan puldan nə qədəri uşağa çatacağı a bildirilməyib (Anspress.com).
2013-12-25
5,108
İcra başçısı şagirdlərə köhnə paltar satdırır – Şikayət
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin göstərişi ilə Təhsil Şöbəsinin müdiri məktəb direktorlarının qarşısında tələb qoyub. Direktorlar şagirdlərə məktəbli forması yerinə icra başçısının gətirtdiyi paltarları satmalıdır. Bu barədə Ağsu rayonundan redaksiyamıza daxil olan oxucu məktubunda yazılıb. Oxucu qeyd edir ki, icra başçısı ikinci əl paltarları orta məktəb direktorlarına göndərərək forma adı ilə satılmasını tələb edir: "Bu paltarlar məcburi şəkildə şagirdlərə verilir. Nəticədə məktəb direktorları şagirdlərin valideynləri ilə üz-üzə qalır. Üstəlik, həmin ikinci əl paltarlar təzə paltarlardan ikiqat artıq qiymətə satılır". Daha sonra qeyd olunur ki, şagirdlərin paltarları almadığını görən rayon Təhsil Şöbəsinin rəhbərliyi məktəb direktorlarına təzyiq göstərməyə başlayıb. Məktəb direktorlarına tapşırılıb ki, həmin paltarları almayan şagirdin qalın qış paltarı geyinməsinə qadağa qoyulsun və şagird məcburən icra başçısının göndərdiyi paltarları alsın. Şagirdlərdən pul yığa bilməyən direktorlar isə məcburən həmin məbləği müəllimlərdən toplayır. Direktorlar yığdıqları pulu Ağsu Rayon Təhsil Şöbəsinə çatdırır. Biz məktəbli forması tələb edirik Ağsu rayon Təhsil Şöbəsinin müdiri Tahir Xası "Axar.az"a bildirdi ki, məlumat yanlışdır: "Biz sadəcə şagirdlərdən məktəbli formalarında gəlmələrini tələb edirik. İcra hakimiyyətindən bizə heç bir göstəriş verilməyib. Biz heç bir direktoru məcbur etmirik və müəllimlərdən də heç nə toplamırıq". Təhsil Şöbəsinin müdiri məktəblərin istilik sistemi ilə təhciz edilməsi ilə bağlı irada münasibət bildirdi və faktı dolayısı ilə təsdiqlədi: "Məktəblərin əksəriyyəti odunla qızdırılır. Bundan başqa, maye qazla qızdırılanlar da var. Şəhər məktəblərindən 5 nömrəli məktəbdə istilik sistemi yoxdur. Orada indi əsaslı təmir gedir, amma digər məktəblərdə istilik sistemi var. Onu da qeyd edim ki, bəzən qazın təzyiqinin az olduğu vaxtlarda istilik zəif olur".
2013-12-25
5,109
Səbail rayonunda Su Nasos Stansiyası yanır
Bu gün səhər saatlarından başlayaraq Səbail rayon ərazisində yerləşən su nasos stansiyasında yanğın baş verib. Yanğın nəticəsində rayon ərazisində olan evlərə soyuq su verilməsi dayandırılıb, evlərə qaynar su gəlir. Yanğının hələ də davam etdiyi bildirilir (Avropa.info)
2013-12-25
5,110
Dünən ölkədə 70 cinayət baş verib
Dünən Azərbaycanda gün ərzində 70 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, qeydə alınmış cinayət faktlarının 29-u "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 8 nəfər yaralanıb.
2013-12-25
5,111
İsanın doğum günü Santa Klausu güllələdilər - Video
Bu gün Vaşinqtonda naməlum şəxslər Santa Klaus kostyumu geyinmiş qaradərilini güllələyiblər. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Ksavye Hokins yoldan keçənlərin Milad bayramını təbrik edən zaman baş verib. Bu gün o, təxminən 600 uşağa hədiyyə verməyi planlaşdırırdı, lakin naməlum şəxslər ona pnevmatik silahdan atəş açıblar. Güllələrdən biri onun belinə dəyib. Xoşbəxtlikdən xəstəxanaya çatdırılan Hokinsin yarası yüngül olub və bir neçə saat sonra işinə geri dönüb.
2013-12-25
5,112
Gülən hərəkatından AKP-yə üç barış şərti - Foto
"Zaman" qəzetinin köşə yazarı Hüseyn Gülərcə son mübahisələrlə bağlı "tvitter"də davanın bitməsi üçün üç şərt irəli sürüb. "Axar.az" xəbər verir ki, Fətullah Gülənin sağ əli olaraq tanınan Hüseyn Gülərcə "tvitter"də "üç şərtin qəbulundan sonra müttəfiq ola bilərik",- deyərək Gülən hərəkatının şərtlərini sayıb: 1) Qanunsuzluğun və korrupsiyanın üstü örtülməməlidir. 2) Bürokratiya paralel dövlət qura bilməz, sivil himayədarlıq qurula bilməz. 3) Bürokratiyada layiqlik birinci olmalıdır. "Bizdən olmayan bizdən deyil" ayrı-seçkiliyi edilməməlidir. Hüququn üstünlüyü əsas götürülməlidir. Hüquqdan kənara çıxmaq olmaz.
2013-12-25
5,113
Lənkəranda həkimin döyülməsi ilə bağlı - Açıqlama
Lənkəranda qeysəriyyə əməliyyatı zamanı baş vermiş körpə ölümü ilə bağlı Rayon Mərkəzi Xəstəxanası açıqlama verib. Xəstəxananın baş həkimi əvəzi Əbülfət Məmmədov açıqlamasında bildirib ki, uşağı ölən ana yüksək təzyiqlə doğum şöbəsinə daxil olub: "Xəstə 30 həftəlik hamiləlik, ağır hestozla xəstəxanaya daxil olub. Bura gələndə hamilə qadının təzyiqi 200-ə yaxın olub. Bir saat tədbir görülüb və onun təzyiqi bir az normaya salınıb. Əməliyyata hazırlanıb və xəstənin adamlarına məlumat verilib ki, xəstənin vəziyyəti bu yerdədir və bu xəstə əməliyyata getməlidir. Ananın həyatının xilas edilməsi üçün uşaq ananın bətnindən götürülməli idi. Buna da razılıq alınıb. Uşaq inkişafdan qalmış olub, 1 kilo 800 qram çəkisi olub". Həkim əlavə edib ki, ananın həyatını xilas etmək üçün əməliyyat edilib. "Əməliyyatdan iki saat sonra ancaq ananı zorla özünə gətirmək mümkün olub. Həkimlərin tədbirlərinə rağmən uşağın həyatını xilas etmək olmayıb. Uşaq ölüb və valideynə də izah olunub ki, xəstə niyə əməliyyat edilib. Xəstənin adamları əvvəlcə Yeganə həkimə kobudluq edib. Bu barədə baş həkimə məlumat verilib, baş həkim də polis şöbəsinə zəng edib ki, bizim işçiləri döyürlər. Sonda belə bir vəziyyət yaranıb. Etiraz olduğu üçün uşağı da verdik ki, ekspertiziya, uşağın da ölüm səbəbi bilinsin". Xəstənin vəziyyətinə gəlincə, həkim müavini bildirib ki, xəstənin vəziyyəti bugün stabilləşib (Az.azvision.az).
2013-12-25
5,114
AKP millət vəkili Baş prokuroru təhdid etdi - Foto
Türkiyənin hakim partiyası AKP-nin Qaziantəp millət vəkili Şamil Təyyar Respublika Baş prokuroru Zəkəriyə Özün "tvit"inə çox sərt bir "tvit"lə cavab verib. Şamil Təyyar dünən yazdığı "prokuror Özün polis idarəsinə girişi Baş prokurorluq tərəfindən qadağan edilib" iddiasına cavab verən Öz "bəziləri tualet çuxurunda gəzənlərin yalanlarını yazdıqları üçün ağızlarından iy gəlir. Böhtanın qoxusu o biri dünyada da çıxmaz",- deyib. Şamil Təyyardan bu "tvit"ə olduqca sərt cavab gəlib: "Adamın başı ilə qıçı yerini dəyişdirdiyi üçün tualet çuxurundan səs verməyə başlayıb. Xəbərdarlıq edirəm, məni başqası ilə səhv salma. Olan-qalan ağlını da mən alaram".
2013-12-25
5,115
Yanukoviç jurnalistin döyülməsini pislədi
Ukrayna prezidenti Viktor Yanukoviç jurnalist Tatyana Çernovolun döyülmə hadisəsinin ciddi araşdırılması üçün ölkənin daxili işlər naziri Vitali Zaxarçenkoya göstəriş verib. Verilən xəbərə görə, prezident bununla bağlı, həmçinin baş prokuror Viktor Pşonkaya da müraciət edib. Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, artıq Kiyev milisi Çernovolun döyülməsi ilə bağlı cinayət işi açıb. Tatyana Çernovol Kiyev-Borispol magistral yolunun kənarında yaralı halda öz maşınında tapılıb. Onun döyüldükdən sonra beyni silkələnib, sifətində isə çoxsaylı zədələr aşkar edilib. Qeyd edək ki, Tatyana Çernovol "Sol sahil" portalının redaktoru vəzifəsində çalışır. O, dekabt ayının 1-də Kiyev şəhər dövlət administrasiyanın binasının alınması əməliyyatına başçılıq edib. Xatırladaq ki, Tatyana Çernovol dekabrın 25-də gecə saatlarında iki naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb və yolun kənarındakı dərəyə atılıb ( Anspress.com)
2013-12-25
5,116
İlkər Başbuğ Nazim Hikmətə şeir həsr etdi
Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğun yeni kitabı çap olunub. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı verib. Yeni kitabda türk generalı hökumətin ona qarşı irəli sürdüyü bütün iddialara cavab verib. İ.Başbuğun şair Nazim Hikmətə həsr etdiyi şeirin yer alması isə medianın diqqətinə səbəb olub. Mətbuat generalın bu şeiri həbsdə olan zaman yazdığını bildirib. Qeyd edək ki, Nazim Hikmət kommunist olduğuna görə Türkiyədə çox da sevilməyən şairlər sırasındadır. Şeiri təqdim edirik: Nazım'a ...Anadolu'da bir çınar altını, senden esirgediğimiz için, utandım. Dedim ki: Üzülme, utanmazlığın, haksızlığın, diz boyu olduğu bir ülkede, utanmak, ayıp değil. Sen, vatanseverliğin, gümbür gümbür sesi, Yüce Türk şairi, affet bizi.
2013-12-25
5,117
Nazarbayevin “Qarabağ” söhbəti erməniləri qəzəbləndirdi
"Nursultan Nazarbayevin Gömrük İttifaqının sərhədləri ilə bağlı verdiyi açıqlama Ermənistan üçün qəbuledilməzdir". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə "Respublika" partiyasının Ermənistan parlamentindəki fraksiyasının rəhbəri Qalust Saakyan çıxış edib. O, Qazaxıstan prezidentinin Gömrük İttifaqının sərhəd xətlərinin Dağlıq Qarabağa aid edilməməsi ilə bağlı açıqlamasının düzgün olmadığını bildirib: "Qazaxıstan Azərbaycanla dost ölkədir. Ona görə də N.Nazarbayevin bu açıqlamasına təəccüblənmək gərək deyil. Qazaxıstan Azərbaycanla münasibətləri pozmamaq üçün belə edir". Qeyd edək ki, dünən N.Nazarbayev Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı yol xəritəsini imzalamaqdan imtina edib. Prezident bunu Dağlıq Qarabağ problemi ilə bağlı təşkilatın sərhədlərinin dəqiq göstərilməməsi ilə əlaqələndirmişdi. V.Putin isə heç nəyə fikir verməyərək, Ermənistanla istənilən halda yol xəritəsini imzalamağa hazır olduqlarını söyləmişdi.
2013-12-25
5,118
ABŞ-lı Nik azərbaycan qızlarından gileyləndi
Bakını gecə həyatından reportaj hazırlamaq üçün bu dəfə bar və klublara baş çəkmək niyyəti ilə evdən çıxdım. Bir az nabələd olduğum üçün taksi ilə getməyin daha uyğun olduğunu düşündüm. Elə taksiyə əyləşən kimi, sürücü "hara sürüm?" soruşdu. Ay xanım, sərxoşsuz? - Hara istəyirsiz, sürün, yetər ki, ya bar, ya da klub olsun. Sürücünün gözləri kəlləsinə çıxdı: "Ay xanım, sərxoşsuz? Mən hardan bilim ki, sizə necə klub, yaxud bar lazımdır?" Ona bara getmək istədiyimi bildirdim, amma Bakıda barları tanımadığım üçün məni hər hansı bir bara aparmasını xahiş etdim. Güldü. - 10 ildir sürücü işləyirəm, hələ sizin kimisini görməmişəm. Bara gedən qız onun hansı tərəfdə yerləşdiyini bilmir? - Arxaya, mənə tərəf çevrilib, xeyli süzdü, istehza ilə, "normal qız bara getməz",- dedi. Xahişimi təkrarladım, yaxınlıqdakı klub, ya da barlardan birinə aparmağını xahiş etdim. Nizami küçəsinə aparacağını dedi. Bir neçə bar və klubun adını, ünvanını sadaladı. Pulunu verib sağollaşanda "amma sizə rəva görməzdim",- deməkdən də qalmadı. - Nəyi? - Bara getməyi. Onu nigarançılıqdan qurtarmaq üçün jurnalist olduğumu, reportaj hazırlamağa getdiyimi bildirdim. Sürücünün üzündə gülüş yarandı, hətta məni gedəcəyim bar "Troya" ya qədər mühafizə də elədi. Burda məni allaha əmanət edib geri qayıtdı. Çanta əməliyyatı Hə, burdan belə gecə həyatı başlayır. Tələsik üst geyimimi soyunub, içəri girmək istəyirəm, iki mühafizəçi və polis məni qapıda saxlayır. Hara getdiyimi soruşurlar. - Hara gedəcəyəm, bara... Həyatımda ilk dəfə getdiyim üçün bu qapalı məkanın cazibəsi məni özünə çəkir, bir tərəfdən də həyəcan; mühafizəçiləri və polisi qeyri-ixtiyari itələyib içəri girmək istəyirdim ki, birdən buranın bar olduğu və özünün müəyyən qayda-qanununun olduğu yadıma düşür. Polis çantamı qapıda saxlamalı olduğumu deyir, mən isə kor yolçu kimi, təkid edirəm. Bu zaman polis çantamı diqqətlə yoxlayır, "hər bir hadisə ola bilər",- deyir. Etiraz etmirəm. Ciddi yoxlanışdan keçəndən sonra nəhayət içəri girirəm. Əzilə-büzülə oynayan "zəriflər" Qapını aralayanda gözlərim qamaşır, əlbəttə ki, işığın sınma qanununun yaratdığı effektdən yox, yarıçılpaq, arabesk musiqiləri ilə rəqs edən qızların cazibəsindən. Zirzəmidə yerləşən bu məkanın tağlı qapıları, çay daşından divarları var. Divarlarda böyük güzgülər və onların qarşısında əzilə-büzülə oynayan "zəriflər". Əsasən 19-20 yaşlarında olan bu qızların əksəriyyəti gözəgəlimli və qəşəngdir. İçəridə özümü çox narahat hiss edirəm, elə onlar da mənə qəribə baxır. Burda məndən başqa qapalı geyinən yoxdur. Stolların birində əyləşirəm, söhbət etmək üçün gözüm adam axtarır. Qızlar stollara yaxınlaşır, özlərini satışa çıxartmaq üçün əllərindən gələni edirlər. Rəqs edən, yerə uzanan, bir qarışlıq ətəklərini başına qaldıran kim... Burda qiymətlər bayırla müqayisədə ikiqat yuxarıdır. Pivələr, kokteyllər, müxtəlif növ içkilər... Bahalığı nəzərə alıb bir "efes" sifariş verirəm, sonra oturub rahat–rahat danışacaq "müştəri" axtarıram. Əlinin atasının canı sağ olsun Məndən yan tərəfdəki stolda əyləşən oğlanın masasına yaxınlaşıram. Yalnız olduğum üçün yanında oturmaq istəyimi bildirirəm. O da başı ilə otura biləcəyimə razılıq verir. Adı Əlidir. Bu barın daimi müştərisidir, hətta sakini də demək olar. Necə deyərlər, gözündən heç bir şey yayınmır dediyinə görə. 27 yaşı var, işləmir. Universitet bitirib, amma deyir ki, diplom xatirinə oxuyub. Əylənmək üçün "Troya"dan başqa yerlərə də gedir. Amma sıx-sıx gəldiyi məkan buradır. Əli deyir ki, pul olmayandan sonra bura gəlmək olmaz. Onun gəlirinin hardan olduğunu soruşuram. Cavab verir: "Atamın canı sağ olsun". Ondan "atası verdiyi pulları bara xərclədiyini bilsə, nə edər?" soruşuram. Cavab verir ki, atam bu pulları elə əylənmək üçün verir. Atasının harda işlədiyini soruşsam da, gülə-gülə deyir ki, üz vurma, buna cavab verə bilmərəm. Bir axşam bara gəlməsəm, ürəyim partlayar Əli hər gecə 200 manat xərcləyir. Onun üçün gecə həyatının nə olduğunu soruşuram. Deyir, əvvəl-əvvəl sadəcə əylənmək üçün gəlirdim, vaxt keçdikcə alışqanlığa çevrildi: - İndi bir axşam bara gəlməsəm, ürəyim partlayar! Həm də qəşəng qızları maşınıma mindirməkdən xoşum gəlir. Onlar da bahalı maşınlarda gəzmək istəyir, niyə də gəzməsinlər?" - gülə-gülə danışır. Deyir ki, axşamlar bara gəlmək alışqanlığı narkotik aludəçisi olmaq kimi bir şeydir, bəlkə nə vaxtsa tərgitər, amma indi bunu edə bilmir. Sonra məndən təsadüfən jurnalist olub-olmadığımı soruşur. Deyir, burda nabələd adam o dəqiqə tanınır. O barın abrını saxlayan xaricilərdir Ondan gedə biləcəyim normal klub soruşuram. O da mənə yaxınlıqda yerləşən "Şekspir" klubunu məsləhət görür. Deyir, orda normal dincəlmək olar, çünki ancaq xaricilər gəlir. Onu da əlavə edir ki, oraların abrını saxlayan xaricilərdir. "Şekspir"də kral Nik... "Şekspir" klubu Nizamidə yerləşir. Saat 2-yə işləməyinə baxmayaraq, küçələrdə bir inni-cinni də gözə dəymir. Yalnız taksilər və boş küçələr. Belə səssiz küçələrdən qəfildən gurultulu, səsli-küylü bara girəndə özünü başqa aləmdə hiss edirsən. Amma "Şekspir" "Troya"dan çox fərqlidir. Burda işıqlı, xoş musiqi, klubdakı insanların davranışları – hər bir şey insana pozitiv və rahatlıq verir. Ordaca dərhal ağlıma gəldi ki, yorğun iş günlərindən sonra bura stress atmaq üçün gəlmək heç də pis olmaz. Ancaq taksiçinin sözünü yadıma salanda, bir az utandım. Və özümü də gülmək tutdu. Ortada blyard stolu, ətrafında kiçik bar masaları, rahat əyləşmək üçün divanlar: necə də gəlmək istəməyəsən?.. Elə Nik də bizə bu kluba məhz belə abı-havası olduğu üçün gəldiyini deyir. Hətta həftəiçi günlərdə də gəlir. Onu deyim ki, bu kluba ancaq xarici vətəndaşlar gəlir, təsadüfən bir yerli tapa bilərsən. Canlı musiqi də öz yerində. İçkilərdə qiymətlər bir az normaldır, ancaq yemək fikrinə düşsən, bu fikrindən vaz keçmək üçün menyüyə göz atmağın kifayətdir. Hər cür şirə, meyvə və kokteyllərin 5 manatdan tutmuş 20 manata qədər qiyməti var. Amma xaricilər üçün bunun fərqi yoxdur, deyirlər, əylənmək üçün yer olsun. Həm əylənsinlər, həm də yorğun işin stresini atsınlar. Qəşəng azərbaycanlı qız şəkilləri Nik Amerikadan gəlib. Şirkətdə çalışır. Bura gəlməzdən əvvəl Azərbaycan haqqında heç bir təəssüratı yox imiş, dediyinə görə, quqlda ölkəmiz haqqında axtarış verəndə təsadüfən qəşəng azərbaycanlı qız şəkilləri də çıxıb. Daha axtarışını davam etdirməyib və onu işə dəvət edən şirkətə birbaşa email vasitəsi ilə "hə" cavabını yazıb göndərib. Sonra Bakıya gəlib. Bakı hqqında hər şeyi burda öyrənib, bircə Azərbaycan dilindən başqa. Buna cəhd etsə də, hələ ki, bir nəticə əldə edə bilməyib. Dediyinə görə, dilimiz çox çətindir. Nik Amerikda universitet bitirib. Elə öz ixtisası üzrə işləyir. Mühəndisdir. Ora ilə müqayisədə burda da pis yaşamadığını deyir. Amma Bakıdan çox xoşu gəlir. Amerikadakı həyatı ilə burdakı həyatını eyniləşdirməyə çalışır. İş, ev, əyləncə olduğu kimi Bakıda da bunları edir. Amma şəhərdə gedə biləcəyi klubların az olduğunu bildirir, bir də quqlda axtarış verəndə qarşına çıxmış qadınların... "İndi onlarla heç qarşılaşmıram..." Dediyinə görə, küçədə qadınlarla tanış ola bilmir, işdə də bu, mümkün deyil. Belə olanda ümidini gəldiyi klublara bağlayır. Amma getdiyi klublarda xaricilərdən başqa heç kim olmur. Hər bir Azərbaycan qızının arxasında əlibıçaqlı... Nikə görə, hər bir Azərbaycan qızının arxasında əlibıçaqlı qardaşı dayanır. Bunu deyəndə şaqqanaq çəkir. Sifətimin dəyişdiyini hiss edən kimi o dəqiqə gülüşü kəsilir, üzr istəyir. Qadınların çox mühafizəkar olduğunu deyir: "Qadınlar öz hüquqlarını, əylənmək tələbatlarını unudublar bir növ. Onlar sanki özləri üçün deyil, başqa biri üçün yaşayırlar. Məncə, hər bir Azərbaycan qadınının problemi onun özü üçün yaşamamağındadır. İnsan həyatı boyu özünü unudub başqası üçün yaşaya bilməz axı?.." Qadınlarımıza ürəyi yanır... Təəccüblə mənə baxır, sonra məndən belə həyatı necə qəbul etdiyimizi soruşur. Ona qadınların heç vaxt bu alternativlər üzərində düşünmədiyini deyirəm. Nikin bizim qadınların problemi ilə bu qədər yaxından maraqlanıb, ürəyi yana-yana danışmasının səbəbini soruşuram. Cavab verir ki, burda ona ən təəccüblü gələn qadınlar və onların həyat tərzidir. Bakıda gecə həyatı yoxdur Bu mövzunun mubahisəli və uzunacağını düşünüb Nikə dəyişik suallar verirəm. Gecə həyatı, Azərbaycan gənclərinin əyləncəsi haqqında. Deyir ki, sizin gənclər əylənə də bilmirlər. Və əyləncə anlayışlarımızın fərqli olduğunu deyir. Məsələn: "Sizdə orta nəsil ümumiyyətlə kluba gəlmir, gənclər də öz streslərini atmaq üçün deyil, sadəcə, kluba gəlmək xatirinə gəlirlər bura, amma gənclərlə də çox sıx rastlaşmıram. Bəlkə də maddi vəziyyətləri buna imkan vermir. Səbəb o ola bilər, amma bura o qədər də bahalı deyil",- deyir. Xatırladım ki, burada bir parç pivənin qiyməti 5 manatdan ağağı deyil. Nikin fikrinə görə, Bakıda gecə həyatı yoxdur, küçələr sakit və səssiz, klublarda daha çox xaricilər, barlarda da yerlilər var. Beləcə, mən də gecə həyatımı bu cür başa vurub, uzun yol qət eləyib sabahın gözü açılanda evə çatıram. Maraqlı gecə həyatı keçirmişəm...
2013-12-25
5,119
Rusiyanı şoka salan azərbaycanlı uşaq Bakıda konsert verdi
Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində M. Rastrapoviç adına 21 nömrəli musiqi məktəbinin şagirdlərinin konserti keçirilib. Konsertdən öncə məktəbin direktoru, əməkdar artist Rafiq Əzizov çıxış edib. O, rəhbərlik etdiyi məktəbin beynəlxalq müsabiqələrdə son illərdə qazandığı nailiyyətlərdən danışıb. Konsert Beynəlxalq müsabiqədə Qran-pri mükafatçısı olan 5-ci sinif şagirdi Ağarəhim Quliyevin çıxışı ilə başlayıb. İfaçılar arasında çoxsaylı beynəlxalq müsabiqələrin laureatı, gənc vokalist, skripkaçı Əli Muradov da olub. Əli Muradov vokal dərsini əməkdar artist Gülnaz İsmayılova, skripka dərslərini isə Gülnarə Seyidovadan alır. O Moskvada keçirilən "İstedadlar planeti" müsabiqəsində "Akademik vokal" və "Skripka. Sol ifa" nominasiyaları üzrə Qrin-pri və Novosibirskdə müsabiqədə 2 nominasiya üzrə qalib gəlib. Konsertdə Əli T. Albinoninin "Adajio" və Parlami D’Amore musiqilərini ifa edib. Qeyd edək ki, Əli Muradov beynəlxalq müsabiqələr və "Qran-pri" mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilmiş beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib. Vokal və skripka ifaçısı Əli Muradovun adı indiyədək qalib olduğu beynəlxalq müsabiqələrə görə Rusiyada "Qızıl Fond"a daxil edilib. Bu fonda adı düşən ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub (Anspress.com).
2013-12-25
5,120
Azarov Rusiyadan aldığı kreditdən danışdı
"Rusiyadan ayrılmış pul Ukrayna iqtisadiyyatı üçün xərclənəcək və heç kim buradan pul oğurlamayacaq". "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ukrayna baş naziri Nikolay Azarov çıxış edib. O, kreditin xərclənməsinə ciddi nəzarət olunacağını bildirib: "Rusiya bizim iqtisadiyyatımızın pis anlarında çox sərfəli şərtlərlə kredit ayırdı. Amma axır-əvvəl bu pulları qaytarmalıyıq. Ona görə də biz bu maliyyə resursundan maksimal dərəcədə istifadə etməliyik". Qeyd edək ki, bir müddət əvvəl Rusiya Ukraynaya 15 milyard dollar pul ayırmışdı.
2013-12-25
5,121
Azərbaycan və Ermənistan prezidentlərinə ismarıc
"Ermənistan və Azərbaycan prezidentlərin əldə edilən razılaşmaya hörmət etməlidirlər". "Axar.az" məlumat verir ki, bu sözləri Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "Tvitter" səhifəsində yazıb. O, hər iki tərəfi atəşkəsi pozmamağa çağırıb: "Ermənistan və Azərbaycan prezidentlərinin əldə etdiyi razılaşmaya hörmət etməli və atəşkəs rejiminin pozulması hallarına son qoymalıdırlar". Qeyd edək ki, bir müddət öncə Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində bir erməni əsgəri həlak olmuşdu .
2013-12-25
5,122
Ölkəyə narkotik keçirilməsinin qarşısı alındı
Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumata görə, DSX-nin və Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 20-də Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Hacı Vaqif oğlu ümumi çəkisi 11,7 kiloqram olan marixuana ilə saxlanılıb. Onunla birlikdə olan və "VAZ-21015" markalı 15-BM-895 dövlət nömrə nişanlı avtomaşınla hadisə yerindən qaçan Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1979-cu il təvəllüdlü Nağıyev Ramin Hüseynağa oğlu aparılmış axtarış tədbirləri nəticəsində dekabrın 22-də tutulub. Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb (APA).
2013-12-25
5,123
Ən bahalı şadlıq evlərinin yeni il qiymətləri
Şadlıq evləri yeni il qazanclarını belə gizlətdi – Vergi susur Yeni il bayramlarında şadlıq saraylarında ənənəvi olaraq yeni il şənlikləri təşkil edilir. Görəsən, şadlıq evlərindəin yüzlərlə insanın iştirak etdiyi bayram şənliklərinə qatılmaq üçün nə qədər pul lazımdır? Paytaxtın məşhur şadlıq evlərinin yeni il günü qazancı nə qədərdir? Onlar bu məbləği gizlətmədən vergilərini ödəyirlərmi? Bütün bu sualların cavabını tapmaq üçün "Axar.az"ın əməkdaşı kiçik araşdırma edib. Yazıda adları keçən şadlıq evləri ilə ilk olaraq müştəri kimi, daha sonra isə jurnalist kimi əlaqə saxlayıb yeni il şənliklərində iştirak üçün tələb olunan məbləği soruşduq. Araşdırmaya paytaxtda yerləşən "Neolit" şadlıq sarayından başladıq. Şadlıq sarayının məsul işçisi yeni il şənliklərinin 25 dekabr tarixindən başladığını və 2014-cü ilin ilk həftəsi boyunca davam edəcəyini dedi. ""Neolit" bu gündən etibarən bayram şənliklərinə başlayır. Giriş sərbəstdir, sadəcə, xərclədiyiniz pulu verirsiniz. Ayın 31-i isə giriş 150 AZN-dir. Yeni il axşamı bir çox məşhur müğənnilər bizimlə olacaq. İzzət Bağırov, Ədalət Şükürov, Natəvan, Sevda və s. Əgər yeni ili bu məşhurlarla birgə keçirmək və şənliyə gəlmək istəyirsinizsə, əvvəlcədən yer tutun. Sonraya saxlasanız, yer qalmaya bilər". "Oazis" - 3 aşağı, 5 yuxarı İkinci əlaqə saxladığımız şadlıq evi "Oazis"də də qiymətlər 3 aşağı, 5 yuxarı - "Neolit"lə eyni idi. Şadlıq sarayından müştəri kimi müraciət edən əməkdaşımıza bildirdilər ki, qiymətlər 120-150 manat arası dəyişir: "Oturduğunuz masa səhnəyə yaxınlaşdıqca qiymətlər artır. Tanınmış müğənnilərin çoxu bizim restoranda olacaq. Natəvan, Röya, Niyam Salami, Rəhim Rəhimli və s. proqramda iştirak edəcək". 250 manatlıq "Ay işığı" Ay İşığı restoranında isə qiymətlər daha fantastikdir. Şadlıq sarayından bildirdilər ki, burda bir nəfər üçün yeni il şənliyində iştirak 200-250 manatadır: "Aparıcı Kamran Həsənli, müğənnilər Aygün Kazımova, Faiq Ağayev, Eyyub Yaqubov, Ədalət Şükürov, İzzət Bağırov, Elnur, Manana, Ceyla və bundan başqa bir çox müğənnilər bizimlə olacaq. Qiymətlər də müxtəlifdir. 200-250 manat. Hansı yeri istəsəniz, seçə bilərsiniz". Qiymətləri mediadan niyə gizlədirlər? Bu araşdırmadan sonra indi də zəng edib. jurnalist kimi maraqlandıq. Amma hər üç restorandan jurnalist kimi qiymət öyrənmək cəhdlərimiz uğursuz oldu. Daha doğrusu, hər üç restoran yeni il şənlikləri üçün tələb etdikləri məbləği açıqlamaqdan imtina etdi. "Ay işığı" restoranından isə bildirdilər ki, jurnalistlərlə danışmaq səlahiyyətləri yoxdur və bu barədə nəsə deyə bilməzlər. Məsələ ilə bağlı Vergilər Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Nazirliyin mətbuat xidmətindən telefonlara cavab verilmədiyi üçün qurumun digər şöbələrinə zəng etdik. Uzun sürən zənglərimizdən sonra Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti nazirliyin telefona cavab verən yeganə qurumu olsa da, sualımıza cavab ala bilmədik. Departamentdən bildirdilər ki, qurumun rəhbəri Vidadi Məmmədov hazırda işdə olmadığı üçün bu mövzu ilə bağlı heç nə deyə bilməzlər.
2013-12-25
5,124
Türkiyədən üçüncü dalğa: Ərdoğan Bayraqdar da istefa verdi
Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Ərdoğan Bayraqdar bu dəqiqələrdə nazir kürsüsündən istefa verdi. "Axar.az" xəbərinə görə, millət vəkilliyindən də istefa verdiyini açıqlayan Ərdoğan Bayraqdar Baş nazir Ərdoğanı da istefaya səsləyib. Qeyd edək ki, Ərdoğan Bayraqdardan öncə İqtisadiyyat naziri Zəfər Çağlayan və Daxili İşlər naziri Müammər Gülər istefa vermişdi. Hər üç nazirin övladı Türkiyədə keçirilən rüşvət əməliyyatı çərçivəsində suçlu bilinirlər. Dünən Ərdoğan Bayraqdarın oğlu Abdullah Bayraqdar azadlığa buraxılsa da, bu fakt onun atasının istefasına mane olmadı.
2013-12-25
5,125
Türkiyənin "səfirlik ittihamına" ABŞ-dan növbəti cavab
"Bəzi mətbuat orqanlarının ABŞ elçiliyinin əməkdaşlarını hədəf alan yazılarındakı fikirlər hamısı gerçəkdən uzaqdır". "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayımlayıb. Mətbuat bu barədə informasiyanın jurnalistlərə ABŞ səfirliyinin nümayəndəsi tərəfindən mesaj yoluyla göndərildiyini bildirib: "Heç kim bu cür iftira xarakterli informasiyalarla Türkiyə-ABŞ münasibətlərini təhlükəyə atmamalıdır". Qeyd edək ki, bu gün "Sabah" və "Yeni Şafak" qəzetlərində ABŞ səfirliyinin nümayəndəsinin "Gəzi Parkı" hadisələrini qızışdıran şəxslərdən biri olması haqqında məlumat dərc olunmuşdu.
2013-12-25
5,126
Kəbirə Məmmədova dükanı yanmış sahibkarlarla razılaşdı
Dünən Binə ticarət mərkəzində baş verən yanğın hadisəsindən sonra Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova sahibkarlarla görüşüb. Kəbirə Məmmədova artıq maddi ziyan çəkmiş sahibkarlarla ümumi razılığa gəlib. O bildirib ki, yanan obyektlər hər iki tərəfin köməkliyi ilə təmir ediləcək. Sahibkarlar bazar rəhbərliyi ilə razılaşıblar. Artıq ərazidə təmizləmə işləri gedir. Yanğın nəticəsində ticarət mərkəzində fövqəladə hadisənin nəticələri aradan qaldırılır. Qeyd edək ki, ötən gün Binə Ticarət Mərkəzində güclü yanğında 45 mağaza yanaraq kül olub ("Modern.az").
2013-12-25
5,127
Futbolçu Mahir Şükürov soyuldu
"Neftçi"nin oyunçusu Mahir Şükürovun avtomobilindən 25 min dollar oğurlanıb. "Qəbələ" ilə matçın son saniyələrində vurduğu qolla komandasına qələbə qazandırsa da, onun sevinci uzun sürməyib. Millimizin də üzvü olan müdafiəçi həmin qələbəyə görə aldığı mükafatı bir gecənin içində itirib.​ Paytaxt klubunun kapitanı XVII turun oyunundakı qələbədən sonra həm mükafatı, həm də yarım aylıq maaşını götürərək paytaxtdakı otellərdən birinə gedib. Onun bu məkana kiminlə və niyə getdiyi açıqlanmasa da, 25 min dolları maşında saxlayıb. Oteldən çıxdıqdan sonra isə maşınının şüşəsinin qırıldığına və pulun oğurlandığına şahid olub. Şükürov olanları açıb-ağartmasa da, bu işdə şübhələndiyi adamlar var. Belə ki, onun həmin gün maaş aldığını bir neçə nəfər bilirmiş. Bundan başqa, Mahirin bir neçə dəfə kiçik məbləğdə pulunun oğurlandığı deyilir. (Futbolinfo.az)
2013-12-25
5,128
İlham Əliyev Koray Tarqayı qəbul etdi
İlham Əliyev ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. "Axar.az" məlumat verir ki, Koray Tarqay ölkəmizdə diplomatların fəaliyyəti üçün yüksək şəraitin yaradıldığını bildirib. Görüşdə Azərbaycan Respublikası ilə ATƏT arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2013-12-25
5,129
Həmkarlar İttifaqı intihar edən qazinin ittihamından danışdı
Həmkarlar İttifaqının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun iddialarına Həmkəralar İttifaqı Konfederasiyasından münasibət bildirildi. Həmkarlar İttifaqı Konfederasiyasının mətbuat xidmətinin rəhbəri Nazim Ağamirovla Qarabağ qazisi ilə məhkəmə çəkişməsinə "Axar.az"da aydınlıq gətirdi: "Bu məsələ 2010-cu ildə bitib. Həsənovun iddiaları ilə bağlı şikayətə məhkəmə instansiyalarında baxılıb və qərarlar çıxarılıb. Nəhayət, Apelyasiya Məhkəməsi həmin qərarları qüvvədə saxlayıb və Zaur Həsənovun torpaq sahəsinə iddiaları haqsız hesab edilib. Bununla da məsələ Həmkarlar İttifaqı Konfederasiyasının xeyrinə yekunlaşıb". (Fotonun müəllifi Arzu Abdulladır)
2013-12-25
5,130
Rüşvət əməliyyatının ikinci dalğası başlayır - Şok
Türkiyədə Rüşvət əməliyyatında ikinci dalğa gəlir. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Prokurorluq aralarında çox məşhur şəxslərin də olduğu siyahını İstanbul Baş Polis İdarəsinə göndərib. Lakin hüquq-mühafizə orqanlarınn necə və nə vaxt hərəkətə keçəcəyi maraqlıdır. Keçən həftə də İstanbul Kəşfiyyat İdarəsinin müdiri Əhməd Arıbaş şübhəli qismində ifadə verməyə çağırılmışdı.
2013-12-25
5,131
Ərdoğan rüşvət qalmaqalından danışır - Yeniləndi
16:41 Türkiyənin Baş naziri R.T.Ərdoğan AKP-nin rayon təşkilatlarının toplantısında gündəmə dair açıqlamalar verir. Bütün Türkiyənin 3 nazirin istefasından sonra nə deyəcəyi ilə maraqlandığı və ciddi izlədiyi bu açıqlamaya canlı olaraq bu linkdən baxa bilərsiniz: *** 17:00 Ərdoğan: "Bizə millətin, fələstinlinin, somalilinin duası bəs edər." *** 17:05 Ərdoğan: "Biz bəddualarla deyil, dualarla yetişdik. Alim adama bəddua deyil, dua yaraşar." *** 17:08 Ərdoğan: "Bu dönəm yeni Türkiyənin istiqlal mübarizəsi dönəmidir". *** 17:13 Baş nazir Ərdoğan ölkədəki hadislərdə CHP-ni günahlandırıb. "CHP hər zaman kiminsə hesabına hakimiyyətə gələn partiya olub. Onlar həmişə hərbi çevrilişin hesabına hakimiyyətə gəliblər. Hökuməti təhvil verəndə isə arxalarında yüzlərlə rüşvət problemi buraxıb gediblər". *** 17:15 R.T.Ərdoğan:"Bu şantajın türkiyədə xeyrinə deyil ziyanına olduğunu lütfən görün. Bu şantajın oxşarları Baykala, Dəmirələ, Ərbakana da qarşı görülüb. Ən sərt cavabı verməsək bu şantajların oxşarlar davam edəcək".
2013-12-25
5,132
AKP yeni Konstitusiyadan imtina etdi
Türkiyə Milli Məclisi Konstitusiya Uzlaşma komissiyası rəsmən ləğv edilib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Konstitusiya Uzlaşma komissiyası Məclis sədri Cəmil Çiçəyin sədrliyi ilə yenidən toplanıb. Üç saat çəkən toplantıdan sonra Çiçək "bu komissiyanın sıfırdan bir konstitusiya tərtib edə bilməyəcəyini düşünürəm",- deyib. Spiker Çiçək bu bəyanatını partiyaların qərargahlarına yazılı şəkildə göndərəcəyini və komissiyanın yenidən toplantısı olmayacağını çatdırıb. Toplantıdan sonra CHP, MHP və BDP-nin komissiya üzvləri açıqlama verib. Açıqlamada AKP xaricindəki partiyaların sabah 15:00-da (Türkiyə vaxtı ilə) yenidən toplanacağını bildirib. AKP-nin komissiyanın toplanıtısına gəlmədiyi təqdirdə isə protokol tərtib ediləcəyi qeyd edilib. Xatırladaq ki, 19 oktyabr 2011-ci ildə qurulan Konstitusiya Uzlaşma Komissiyası AKP, CHP, MHP və BDP partiyaları ilə bir yerdə yeni bir konstitusiya tərtib etməyi planlaşdırırdı.
2013-12-25
5,133
Günel Rza Zərrabın evini soyub Azərbaycana qaçdı
Türkiyənin "Bu gün" qəzetinin yazarı hazırda həbsdə olan qalmaqallı milyarderin keçmiş sevgilisi ilə bağlı ilginc məlumat yayıb. İran əsilli azərbaycanlı iş adamı, Türkiyədə nazirlərə milyonlarla dollar rüşvət verdiyinə və İrana aid on milyardlarla dolların "yuyulmasını" təşkil etdiyinə görə dekabrın 17-də həbs olunan Rza Zərrab medianın gündəmindən düşmür. Virtualaz.org saytı xəbər verir ki, Türkiyənin "Bu gün" qəzetinin yazarı Aykut İşıklar bu günkü köşə yazısında Rza Zərrabdan və onun azərbaycanlı sevgilisi Günellə bir neçə il əvvəlki davasından bəhs edib. Aykut İşıkların yazısının həmin hissəsini təqdim edirik: *** "Rza Zərrab 2008-ci ilin sentyabr ayında yenə polis idarələrində və məhkəmə dəhlizlərində dolaşırdı. Ancaq o zaman "aman, məni qurtarın, bu kiçik qız məni öldürəcək" deyə ağlayırdı. Cümhuriyyət prokuroruna şikayət ərizəsi vermişdi. O qız uşaqlıq aşkı Günel Zeynalova idi. Rzanın 8 illik böyük aşkı Azəri müğənni Günel... Bu ad o dövrlərdə maqazin mediasında çox yer almışdı. Daha sonra Rzanın yeni aşkı Əbru Gündəşlə birlikdə Günelin adını çox oxuduq. Günel hər yerdə "Əbru 8 illik sevgilimi əlimdən aldı" deyirdi. İşin ilginc tərəfi də patronu İbrahim Tatlısəs olmuşdu. Bir yandan adam öldürməyə təşəbbüs etməkdə ittiham olunur, digər yandan "Sevgilimi əlimdən aldı" deyərək Əbru Gündəşi ittiham edirdi. Tatlısəs arada qalmışdı. İbrahim Tatlısəs o günlərdə Rza ilə görüşdümü - bilmirəm, arayamı girdi - bilmirəm. Bildiyim tək şey Günelin bir gün ortadan qeyb olması idi. Rzanın lüks evini soyub boşaltdığı... Sonradan öyrəndim ki, çox tələsik Azərbaycana gedib. O günlərdə Rza Zərrabın keçmiş sevgilisi haqda məhkəməyə verdiyi ərizəni də xatırlayıram. Günelin özünü müdafiə etməsi də çox komik idi. Biz türk xalqı bunlara layiq deyilik. Bu kimi insanları bu və ya digər şəkildə tanımaq, müzakirə etmək məcburiyyətində də deyilik".
2013-12-25
5,134
Yıxılan Rza Zərraba Günay Musayeva da balta çaldı - Video
Türkiyədə bir proqrama dəvət olunan azərbaycanlı modelyer Günay Musayeva korrupsiya əməliyyatlarında həbs olunan Rza Zərrab haqqında danışarkən "azərbaycanlı dostlarıma da "atıb"",- deyib. "Axar.az" xəbər verir ki, Rza Zərrabın keçmiş sevgilisi Azəri qızı Günel olaraq tanınan Günel Zeynalova ilə yaxın rəfiqə olduğu bilinən Günel Musayeva, Ebru Gündəş və Rza Zərrab haqqında maraqlı açıqlamalar verib. Həmin videonu təqdim edirik:
2013-12-25
5,135
Samir Əsədlinin bank hesabından pul oğurlandı
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin bank kartındakı pullar özünün xəbəri olmadan İndoneziya vətəndaşları tərəfindən çıxarılıb. Bu barədə S.Əsədli özü məlumat verib. Onun sözlərinə görə, uzun müddət kartı vasitəsilə maaşını ala bilməyib: "Bankomatda kartı yoxlayan zaman məlum oldu ki, kartım bank tərəfindən təsdiqlənmir. Bankda dedilər ki, kartında problem var, 1 həftədən sonra gəlib yenisini apararsan. Deyilən vaxt getdim. Dedilər ki, bir həftədən sonraya qalıb. Bu gün bankdan zəng etdilər ki, gəl kartını apar". S.Əsədli deyib ki, bankomatda kartı yoxladıqda hesabımda 90 qəpik qalıq olduğu aydınlaşıb: "Aydınlaşdırdılar ki, pul İndoneziyadan, konkret Çakkarta şəhərində hesabdan çıxarılıb. Səbəbin soruşdum. Bildirdilər ki, Nizami küçəsindəki ("Tarqovı") bankomatın yanındakı ağaca indoneziyalılar kamera quraşdırıblar, həmin vaxt bankomata kim yaxınlaşıbsa o adamların bütün kart kodlarını çəkib, əl hərəkətlərinə də diqqətlə baxıb, sonra kartların dublikartını çıxarıb, hesablardan oğurluq ediblər. Mənim hesabımdan 3 dəfəyə pulu çıxarılıblar. Bu yaxınlarda isə həmin dəstənin 3 üzvünü Bakıda həbs ediliblər. Ərizə yazıb, xarici pasportumu da əlavə edib banka təqdim etməliyəm. Çakkartada olmadığım aydınlaşandan sonra, hesaba gələn il pul əlavə ediləcək". S.Əsədlinin sözlərinə görə, söhbət Beynəlxalq Bankdan gedir. (Aznews.az)
2013-12-25
5,136
Rusiyada miqrantlara yeni tələblər
Duma üzvləri ölkəyə vizasız gələ bilən və Rusiyada işləmək istəyən xaricilərdən tibbi arayış tələb olunacağı haqda qanun qəbul ediblər. Sənədə əsasən miqrant narkomaniya və yoluxucu xəstəlikdən azad olduğu haqda sənədlər təqdim etməlidir. Bununla yanaşı o, HİV xəstəliyinə tutulmadığı haqda sertifikatı da iş icazəsi almaq üçün hazırladığı sənədlərin içinə daxil etməlidir. Qanun 2014-cü ilin yanvar ayından qüvvəyə minəcək.
2013-12-25
5,137
İran səfiri Culfadakı məhdudiyyətdən danışdı
"Ötən həftə Bakıda keçirilən Azərbaycan-İran sərhəd komissiyasının iclasında bir çox məsələlər ciddi şəkildə müzakirə olunub. Sərhədlə bağlı məsələlərin çoxluğu və iclasın iki gün çəkməsi, yəni vaxt məhdudiyyətinin olması səbəbindən bu müzakirələrin davam etdirilməsi qərara alınıb". Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib. Onun sözlərinə görə, iclasda hər iki tərəf təkliflərini səsləndirib və fikir mübadiləsi aparıb: "Lakin memorandumun imzalanması üçün daha çox müzakirələrin aparılmasına ehtiyac var. Onlar davam etdiriləcək və ümid edirəm ki, sonrakı iclaslarda razılaşma imzalanacaq. Həmin ana qədər sərhəd əvvəlki qaydada işləyəcək, Culfada ağır tonnajlı yük avtomobillərinin köhnə sərhəd körpüsündən keçməsi ilə bağlı tətbiq olunan çəki məhdudiyyəti də əvvəlki kimi qalacaq". Tərəflər arasında fikir ayrılıqlarının olub-olmamasına gəlincə, səfir qeyd edib ki, adətən müzakirələr zamanı tərəflər arasında fikir ayrılıqları olur: "Amma ümumi götürdükdə, hazırda daha çox mövqelərin yaxınlaşması müşahidə olunur. Sonrakı iclasların keçirilməsinə səbəb də bu anlaşılmazlıqları aradan qaldırmaq və razılaşmaya nail olmaqdır". Horadiz-Aslandüz gömrük məntəqəsinin hələ də açılmamasına toxunan diplomat bildirib ki, bu məsələ sərhəd komissiyasının iclasında müzakirə olunmayıb: "Bu il Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev İran tərəfinə gömrük məntəqəsinin açılmasını təklif edib. İran tərəfi bunun üçün ilkin işlər aparıb. Hələlik bu məsələ gündəmdə deyil. Gömrük məntəqəsinin açılması daha çox Azərbaycan üçün faydalıdır, çünki bu, Azərbaycanla Naxçıvanla arasında məsafəni 100 kilometrə qədər azaldacaq, eyni zamanda Biləsuvarda sıxlığı aradan qaldıracaq. Əgər Azərbaycan tərəfi bununla bağlı təklif etsə, biz məsələni yenidən gündəmə gətirə, məntəqənin tez bir zamanda açılması üçün işlər görə bilərik". Rəşt-Astara dəmir yolu layihəsi barədə danışan səfir qeyd edib ki, bu layihə İranın yeni hökumətinin prioritet məsələsidir: "Mən özüm də bu məsələni daim diqqətdə saxlayıram" (APA).
2013-12-25
5,138
Türkiyə heç vaxt Avropa İttifaqının üzvü olmayacaq
"Türkiyənin Avropa İttifaqına üzv olması ilə bağlı hansısa danışıqlara başlamağın mənası yoxdur". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Yunanıstan Xarici İşlər naziri Konstantinos Kurtas çıxış edib. O, Türkiyənin Avropa İttifaqının readmissiya ilə əlaqədar bağladığı müqavilənin elə böyük əhəmiyyəti olmadığını deyib. "Türkiyə bir şeyi anlamır ki, onun müqaviləni imzaladığı 28 eyni hüquqlu ölkə arasında Kiprin də adı var. Əgər Kiprin müstəqilliyi tanınmasa, Türkiyə heç vaxt Avropa İttifaqının üzvü olamayacaq".
2013-12-25
5,139
Anarmı, Əkrəmmi?
Əkrəm Əylisli və Anar arasında yenə də qalmaqal başladı. Hər dəfə bu qalmaqal başlayanda elə bir görüntü yaradılır ki, sanki o ədəbiyyat, söz, prinsiplər adına edilir. Amma kimsə də bu savaşın söz, ədəbiyyat adına aparıldığına inanmır, bəlkə də kimlərsə özünü buna inanmış kimi göstərməyə cəhd edir, bilmirəm, amma bu iki yazar arasındakı dava-dalaşın arasında söz ucalmır, əksinə, əzilir, kiçilir, xırdalanır. Sonra bu əzilən, xırdalanan söz də öz qisasını alır. Çünki iki yazarın savaşı sözü də qisas, kin və nifrətlə yükləyir. Yazarın dilində söz sözlükdən çıxıb, təhqirə çevriləndə təmizliyini, müqəddəsliyini itirir və hər dəfə də söz xırdalamaq istələyənlər özləri xırdalanır. Qalmaqala gəlincə, onun ədəbiyyata, mövqeyə heç bir aidiyyəti yoxdur. O üzdən kimin haqlı, kimin haqsız olduğunu araşdırmaq da ədəbiyyatın mövzusu deyil. Maraqlıdır ki, Anar Əkrəm Əylislinin dediklərinə Yazarlar Birliyinin adından istifadə edərək cavab verdi, yəni iki şəxs arasındakı savaşa ədəbiyyat alət edildi. Məgər Əkrəm Əylisli və Anar arasındakı qarşıdurma ədəbiyyata, sözə və ya mövqeyə görədir ki, Yazarlar Birliyi də buna münasibət bildirsin? Məgər Anar ədəbiyyat, ədəbiyyat da Anardır ki, onu böyük bir qurum müdafiə edir? Yox, cənablar, Anar da, Əkrəm Əylisli də yazardır, amma bütünlükdə Azərbaycan ədəbiyyatı, ya da ədəbiyyatımızın xaç ataları-filan deyillər. Nə Əkrəm Əylislinin Anarın əmdiyi südə qədər geniş şərh vermək haqqını özünə verməsi, nə də Anarın Əkrəm Əylislini "ermənipərəst" adlandırması ədəbiyyatın mövzusu deyil. Keçən gün "Axar.az" saytı müxtəlif yazarlar arasında bununla bağlı kiçik bir sorğu keçirdi. Bəlli oldu ki, bir kəsim Əkrəm Əylislini, digərisə Anarı müdafiə edir. Amma məncə, bu savaşda kimsəni müdafiə etmək olmur. İki yazarın ictimaiyyət qarşısında "yorğan davası" etməsi düzgün deyil. Çoxları düşünə bilər ki, Anarın mövqeyi bəlli – o, kürsüdən bərk yapışıb, bəs Əkrəm Əylisli necə, məgər o da sədr olmaq istəyir? Qəti əminəm ki, sözə hörmətsizlik edib hörmət qazanmaq mümkün deyil. Əməliylə sözü düz gəlməyəndə inam qazanmaq olmadığı kimi... Məncə, yaşlarının müdrik çağında görünən bu adamların bir-birinə təhqir yağdırmaqdansa, daha yuxarı qalxıb bir-birini sevməsələr, olanları unutmağı bacarmasalar belə, heç olmasa xatırlamamağa çalışmaları daha yaxşı olardı. 70-i adlamış iki insanın ürəyi necə qaldırır bu kini, nifrəti? Anlamaq çətindir, amma mən onlar qədər yaşamasam da, bir gercəyi anladım... Olanları içinə yük etməkdən böyük dərd yoxdur! Və əgər o yükü sizin qəlbinizə yığan varsa, onu uzaq tutun həyatınızdan... Əgər bunu etməyə özünüz belə özünüzə əngəl olursunuzsa... ...Onda özünüzü belə, qabaqlamağa, ötüb keçməyə çalışın!
2013-12-25
5,140
Daha iki general vəzifədən çıxarıldı
Müdafiə Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Hərbi mənbələrdən "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə verilən məlumata görə, Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumov və Artilleriya idarəsinin rəisi general-mayor Rafiq Hüseynov vəzifələrindən çıxarılıblar. ​Xatırladaq ki, Fazil Aşumov məzuniyyətə göndərilmişdi və məzuniyyət bitdikdən sonra ona vəzifədən çıxarılması elan olunub. Həmin bu iki generalın yerinə təyinatlar da var. Onların adları yaxın günlərdə bəlli olacaq.(Milaz.info) Qeyd edək ki, F.Aşumov vəzifədən azad olunana qədər baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun müavini vəzifəsində çalışıb. General-mayor bir müddət əvvəl məhz bu səbəblərə görə məzuniyyətə göndərildiyi bildirilmişdi. F.Aşumov keçmiş müdafiə naziri Səfər Əbiyevin yaxın adamı kimi tanınıb. General-mayor Rafiq Hüseynov isə bu il Milli Ordu Günündə "Vətən uğrunda" medalı ilə təltif edilmişdi.
2013-12-25
5,144
Prezident dünya azərbaycanlılarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Əziz həmvətənlər! Hörmətli soydaşlar! 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Son illərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artmışdır. Dövlətimiz diaspor təşkilatlarına bu istiqamətdə indiyə qədər verdiyi dəstəyi bundan sonra da davam etdirəcəkdir". Dövlət başçısı qeyd edib ki, Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında həyata keçirdiyimiz ardıcıl islahatlar hazırda bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarıb, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub: "Fərəhləndirici haldır ki, bu ilin əvvəlində biz "Azərspace-1" milli peykini orbitə çıxararaq dünyanın kosmik dövlətləri sırasına qoşulduq. Bu günlərdə isə Bakıda Avropanın aparıcı neft-qaz şirkətləri ilə imzalanmış "Şahdəniz -2" enerji sazişi Azərbaycanın uzunmüddətli və dayanıqlı tərəqqisi yolunda aydın üfüqlər açır. Haqlı olaraq XXI əsrin müqaviləsi adlandırılan bu möhtəşəm layihə 1994-cü ildə imzalanmış "Əsrin kontraktı" kimi Avropanın enerji təminatı xəritəsində əsaslı dəyişiklik edəcək və dövlətimizin beynəlxalq rolunu daha da gücləndirəcəkdir. Azərbaycanda son on ildə sosial-iqtisadi sahədə baş vermiş güclü sıçrayış cəmiyyət həyatının bütün sahələrinə müsbət təsir göstərmiş, ictimai-siyasi proseslərin sağlam məcraya yönəlməsini şərtləndirmişdir. Respublikamız demokratiya yolu ilə inamla addımlayır, ölkədə siyasi plüralizm, insan hüquq və azadlıqları təmin edilir, vətəndaş cəmiyyətinin inkişafına geniş şərait yaradılır. Bu il keçirilmiş Prezident seçkiləri göstərdi ki, Azərbaycanda siyasi mədəniyyətin səviyyəsi yüksəkdir və davam etdirilən strateji kurs xalqın iradəsinə söykənir". Prezident bildirib ki, hazırda Azərbaycan bölgədə həm də beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlərin və idman yarışlarının keçirildiyi əsas mərkəzə çevrilmişdir. Ölkəmiz dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Azərbaycanın iki il ərzində BMT Təhlükəsizlik Şurasında təmsil olunması isə dövlətimizin nüfuzuna və yürütdüyü siyasətə dünya birliyinin verdiyi yüksək qiymətin əyani təzahürüdür: "Uğurlarımızla bərabər qeyd etməliyəm ki, qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə dayanır. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə nail olmaq üçün qarşı tərəflə danışıqları davam etdiririk. Hesab edirəm ki, harada yaşamalarından asılı olmayaraq dünya azərbaycanlıları da bu işə öz dəstəklərini verməlidirlər. Bir reallığı da qeyd etməliyəm ki, müasir dünyada yaşanan qlobal proseslər müsbət meyillərlə yanaşı, ölkələrin milli inkişafına, xalqların milli-mənəvi dəyərlərinin qorunmasına bir çox problemlər də yaradır. Belə şəraitdə dünya ölkələrində yaşayan həmvətənlərimizin həmrəyliyi güclənməli, diaspor qurumlarının fəaliyyəti daha mütəşəkkil və çevik olmalıdır. Birliyimizin və həmrəyliyimizin əsasında dayanan müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi hər birimizdən xüsusi səy tələb edir. Biz hamılıqla milli mənafelərimizin müdafiəsi, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməliyik. Bu bayram münasibətilə bütün həmvətənlərimizi və soydaşlarımızı səmimi qəlbdən təbrik edir, hər birinə xoşbəxtlik, firavanlıq və işlərində uğurlar arzulayıram!" (Trend)
2013-12-25
5,145
Türkiyədə yeni hökümət qurulur
Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan yeni hökümət kabinetinin tərkibini prezident Abdullah Gülə təqdim edir. Ərdoğan bu məqsədlə Prezident sarayına gedib. Qeyd edək ki, bu gün istefa verən 3 naziri əvəz edən yeni adlarla yanaşı yeni hökümət siyahısında 10-dək yeni simanın olacağı gözlənilir. (ANS)
2013-12-25
5,146
Bəylər Eyyubov general-polkovnik oldu
Prezident İlham Əliyev Bəylər Eyyubova general-polkovnik hərbi rütbəsi verilməsi ilə bağlı sərəncam imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Bəylər Həsən oğlu Eyyubova general-polkovnik hərbi rütbəsi verilsin. Qeyd edək ki, prezidentin digər sərəncamları ilə Akif İsaxan oğlu Yusifova general-mayor, İslam Ağaqulu oğlu Ələkbərova da general-leytenant hərbi rütbəsi verilib.
2013-12-25
5,147
Tanınmış jurnalistə ağır itki üz verib
Tanınmış jurnalist, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyevə ağır itki üz verib. Bu gecə jurnalistin atası Aslan Əliyev dünyasını dəyişib. Artıq mərhum dəfn olunub. Allah rəhmət eləsin! ("AzNews.az")
2013-12-25
5,148
Prezident “Aqrolizinq”ə 10 milyon ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsi, ərzaq məhsulları istehsalının artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 2993 nömrəli sərəncamına əsasən, taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını ödəmək məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılmışdır. Göstərilən vəsait hesabına ölkəyə 150-dən artıq taxılyığan kombayn gətirilməsinə başlanılmışdır və bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının həmin texnikaya olan tələbatının ödənilməsində mühüm rol oynayacaqdır. Sərəncamda qeyd olunur ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara olan əlavə ehtiyacını təmin etmək üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. (Trend)
2013-12-25
5,149
Planşetlər uşaqların səhhətinə ziyan vurur
Planşetlərin istifadəsi uşaqların sağlamlığına ziyan vurur. Alimlər qeyd edir ki, bu əsasən tərbiyəvi xarakter daşıyan problemlərin yaranmasına və sosial inkişafın ləngiməsinə gətirib çıxarır. Bu, əsasən 8 yaşından yuxarı uşaqlarda özünü büruzə verir. Onlar həmçinin planşet istifadə etmənin müsbət faktorlarını da inkar etmir, lakin bildirilər ki, valideynlər planşetlərin istifadə vaxtını məhdudlaşdırmalıdır. Uşaqların yuxu və böyüklərlə ünsiyyətə vaxtı qalmalıdır.
2013-12-25
5,150
Sabiq daxili işlər naziri AKP-dən istefa verdi
Daha bir millət vəkili AKP sıralarından istefa verib. Keçmiş daxili işlər naziri, Ordu millət vəkili İdris Naim Şahin bu gün axşam saatlarında partiya sıralarından istefa verdiyini açıqlayıb. Qeyd edək ki, adı korrupsiya qalmaqalında hallanan üç nazir – daxili işlər naziri Müəmmar Gülər, Şəhərsalma və ətraf mühit naziri vəzifəsindən istefa verən Ərdoğan Bayraktar və iqtisadiyyat naziri Zəfər Çağlayan bu gün istefa verib. Antikorrupsiya əməliyyatının başlandığı 17 dekabr tarixindən bir gün əvvəl – dekabrın 16-da isə keçmiş futbolçu Hakan Şükür AKP sıralarını tərk edib. (APA)
2013-12-25
5,151
Türkiyənin yeni nazirlərinin adları açıqlandı
Bu gün Türkiyədə istefaya gedən nazirlərin yerinə təyin ediləcək yeni nazirlərin adları açıqlanıb. Efkan Ala daxili işlər naziri, Numan Kurtulmuş isə iqtisadiyyat naziri təyin ediləcəklər. Həmçinin Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağışın yerinə Ömər Çelik, müdafiə naziri İsmət Yılmazın əvəzinə isə Alparslan Kavaklıoğlunun gətiriləcəyi gözlənilir. İ.Yılmazın rabitə naziri təyin ediləcəyi bildirilir. Bundan əvvəl DİN-in keçmiş rəhbəri Müəmmər Gülərin yerinə dövlət naziri Bəkir Bozdağ təyin ediləcəyi deyilirdi. Qeyd edək ki, bu gün Türkiyədə adı korrupsiya qalmaqalında hallanan iqtisadiyyat və daxili işlər nazirləri Zəfər Çağlayan və Müəmmər Gülər, həmçinin şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar istefa veriblər. (Trend)
2013-12-25
5,152
Prezident hərbi qulluqçuları təltif etdi - Siyahı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. "Axar.az" AzərTac-a istinadən xəbər verir ki, xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 20 illik yubileyi münasibətilə Xüsusi Dövlət Mühafizə Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər. "Vətənə xidmətə görə" 2-ci dərəcəli ordeni ilə: Hacıyev Niyazi Xanbaba oğlu – general-leytenant "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni ilə: Rzayev Vüsal Sabir oğlu – general-mayor Usubov Cəbrayıl Fridun oğlu – general-mayor "Vətən uğrunda" medalı ilə: Həmidov Elşad Belal oğlu – tibb xidməti polkovniki Mirzəyev Əli Əbdüləli oğlu – polkovnik Sadıxov Səxavəddin Mirvəli oğlu – polkovnik Aslanzadə Ülvi Mirzəli oğlu – polkovnik-leytenant Eyyubov Roman İslam oğlu – polkovnik-leytenant Dadaşov Mehman Murad oğlu – polkovnik-leytenant Quliyev Mustafa Məmməd oğlu – polkovnik-leytenant Sarıyev Yaqub Yunis oğlu – polkovnik-leytenant "İgidliyə görə" medalı ilə: Orucov Xanbala Tubail oğlu – polkovnik Abbasov Samir Hidayət oğlu – polkovnik-leytenant Kərimov Cavad Məhəmməd oğlu – polkovnik-leytenant Quliyev Elbrus Cahangir oğlu – polkovnik-leytenant Hüseynov Zaur Sabir oğlu – mayor Paşayev İlqar Paşa oğlu – kapitan Vəliyev Əlibrahim Məmiş oğlu – baş leytenant "Hərbi xidmətlərə görə" medalı ilə: Atakişiyev Kamil Atakişi oğlu – polkovnik Babayev Yusif Cəfər oğlu – polkovnik Mirzəliyev Abdulla Səfərəli oğlu – polkovnik Ələkbərov Etibar Baxışəli oğlu – polkovnik-leytenant Həsənov İlqar Rəhim oğlu – polkovnik-leytenant Qədimov Cavad Rəhim oğlu – polkovnik-leytenant Quliyev Nürəddin Binnət oğlu – polkovnik-leytenant Məmmədov Elşən Əhədulla oğlu – polkovnik-leytenant Quliyev Emil Həsən oğlu – mayor Quliyev Qalib Cəmil oğlu – mayor Quliyev Zəfər Məhər oğlu – mayor Mirzəyev Məmməd İspəndiyar oğlu – tibb xidməti mayoru Musayev Mehman Xəlil oğlu – mayor Abuşov Faiq İsrail oğlu – kapitan Əsgərov Nəbi Məmməd oğlu – kapitan Ömərov Fəqan Rasim oğlu – kapitan Səlimov Məmməd Rəfail oğlu – kapitan Əvəzov Rövşən Məhərrəm oğlu – baş leytenant Quliyev Elçin Hüseyn oğlu – baş leytenant Seyidov Nəcəf Əzizağa oğlu – leytenant Rüstəmov Abdulla Nəsib oğlu – baş gizir Əhmədov Mətləb Aydın oğlu – baş çavuş Fərzəliyev Seymur Oqtay oğlu – baş çavuş Həsənov Tahir Ramiz oğlu – baş çavuş Maşayev Vüsal Şeyda oğlu – baş çavuş
2013-12-25
5,154
Beyonsun yeni albomu qalmaqal yaratdı
Müğənni Beyons yeni albomunu satmaqdan imtina edən "Amazon" saytını və "Tarqet" mağazasını məhkəməyə verib. Beyons öz adını daşıyan 14 mahnıdan və 17 videodan ibarət olan albomunu ilk olaraq "Tunes"də yayıb. Albomunun nəşr olunmasından bir həftə keçmədən 800 min satış rekordu qıran Beyons elektron ticarət nəhəngi "Amazon" və məşhur market silsiləsi "Tarqet"i olduqca qıcıqlandırıb. "Bilbord" jurnalının xəbərinə görə, "Amazon" və "Tarqet" mağazaları albomunu ilk olaraq "Tunes"də yayan Beyonsa etiraz edib. İki şirkət də məşhur müğənninin CD albomunu satmaqdan imtina edib. Həftə sonunda "Tarqet"in rəqibi "Val-Mart" mağazasını ziyarət edərək albomunu alan pərəstişkarlarına 37 min dollar hədiyyə çeki paylayan müğənni adı çəkilən qurumları məhkəməyə verib.
2013-12-25
5,155
Bakıda yol qəzası: maşın aşdı - Foto
Bakıda Heydər Əliyev prospektində yol qəzası baş verib. Prospektin əsas yolunda bir neçə avtomobil toqquşub. Həmçinin, "Mercedes" markalı avtomobil aşıb. Hazırda yolda tıxac yaranıb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yol polisinin əməkdaşları hadisə yerindədir. (Trend)
2013-12-25
5,156
Putin kino çəklişinə dəvət olundu
Rusiya prezidenti Vladimir Putin Antarktidada baş tutacaq kino çəkilişinə dəvət alıb. Vladimir Putini Qütb dəniz geologi-kəşfiyyat ekspedisiyasının direktoru Vladimir Kryukov dəvət edib. O, Putinə dəvəti zamanı "Sizi Antarktidaya dəvət edirik. Siz bu regionda Rusiyanı təmsil etməlisiniz" sözlərini deyib. Xatırladaq ki, Antarktidada 2-ci Nikolay erasına və Matilda Kşesinskaya həsr edilən kino çəkiləcək. (ANS)
2013-12-25
5,157
Fikrət Qoca: “Nə qədər ki, nəfəsim gəlir...”
Fikrət Qocaya görə bir zamanlar ədəbiyyat inkişaf edirdi, iqtisadiyyatsa geri qalırdı, amma indi bu problem də aradan qalxıb. Şair Fikrət Qocanın 2013-cü ili necə xatırlayacaq, necə yola salıb, yeni ili necə qarşılayacaq? Bununla bağlı şairə müraciət etdik. Bəlli oldu ki, şairə görə 2013-cü il ən yadda qalan il kimi tarixdə qalacaq. "Həm dövlətimizin inkişafı üçün, həm də ədəbiyyatımız üçün. Həm 2012, həm də 2013-cü il dövlətimizin pillə-pillə qalxmasını, yüksəlməsini göstərir. Ədəbiyyatda, mədəniyyətdə, hətta idmanda, hər şeydə inkişaf var. İqtisadiyyatda xüsusilə... Əvvəl iqtisadiyyat mədəniyyət və ədəbiyyatla müqayisədə bir az geridə qalırdı, amma indi irəlidə gedir. Çünki bu sahə kəndlərdən, rayonlardan başlayır, əyalət söhbəti ortadan qaldırılır". Daha sonra şairdən yaradıcılığı, yeni ili necə qarşılayacağı barədə soruşduq. Bu il kitabı dərc olunmayan şair gələn il şerlər toplusunu nəşr etdirəcək: "Mən də öz işimi görürəm. Nə qədər ki, nəfəsim gəlir, ürəyimin döyüntüsünü eşidirəm, deməli, hələ yaşayıram, yaradıram... Yeni ilə gəlincə, qarşıdan həm də Dünya Azərbaycanlılarının Həmrəylik günü gəlir. Bundan böyük bayram olar?! Dünyada bütün azərbaycanlılar bir-birinə can desin, bir-birinə əl uzatsın. Bundan müqəddəs bayram olar?! Çox böyük bayramdır. Mən də evdə yoldaşımla oturub həmişəki axşamlardan biri kimi çörəyimizi yeyib, çayımızı içəcəyik... Kitab çap etdirməyi soruşdunuz, gələn il mütləq kitab nəşr etdirəcəyəm. Çünki bu il kitabım çıxmayıb. Kitab üçün çoxlu şeirlərim yığılıb. İnşallah, gələn il kitab hazırlamaq istəyirəm. Kitab sırf şeirlərdən ibarət olmayacaq, nəsr əsərləri də yer alacaq. Bu kitabla da yır-yığış etmək istəyirəm. 80 yaşıma gedirəm, daha doğrusu 79 olacaq. Hər ağıllı adam çalışmalıdır ki, arxada yarımçıq heç nə buraxmasın".
2013-12-25
5,158
Çində pensiya yaşı beş il artırılır
Çin hökuməti ölkədə işçi qüvvəsinin azalmasını nizamlamaq üçün pensiya yaşının beş il artırılmasını planlaşdırır. Çin Xalq Respublikası əmək ehtiyatları və sosial müdafiə nazirinin müavini Hu Syaoi bu barədə "Jenmin jibao" qəzetinə müsahibəsində məlumat verib. 2020-ci ilə qədər pensiyaya çıxma yaşının qadınlar üçün 50-dən 55-ə, kişilər üçün 60-dan 65-ə çatdırılması nəzərdə tutulur. Xu Syaoi deyib: "Pensiya yaşı tədricən artırılacaq". Ölkədə doğumun məhdudlaşdırılması üçün 30 ildən çox qüvvədə olmuş "Bir ailə-bir uşaq" siyasəti işçi qüvvəsinin azalmasına gətirib çıxarıb, bu isə Çində iqtisadi inkişafı ləngidən əsas amillərdən biri olub. (AzərTac)
2013-12-25
5,159
Özünü yandıran əlilin atası danışdı
Bu gün Qarabağ müharibəsi əlili Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, özünəqəsdi 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev alıb. Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsində müalicə edilən müharibə əlili ilə danışmaq mümkün olmayıb. Onun atası Həsən Həsənov Azadlıq radiosuna müsahibəsində oğlunun iddialarına haqq qazandırıb: - Zaurın işlətdiyi kafeni 20 polis sökdü və çıxdı getdi... - Söküntüyə məhkəmə qərarı vardı? - Vardı. Oğlum məhkəmə uda bilər ki? Zaura məxsus "Ailəvi" kafesi Şıx ərazisində, dənizin qırağında idi. Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri o vaxt əraziyə gələndə, oğlum onlardan sənəd istəmişdi. Demişdilər ki, sən Qarabağda döyüşüb gəlmisən, elə bizim üçün ən böyük sənədsən. Üstündən iki il keçəndən sonra dedilər ki, kafeni yolun digər tərəfində tik. Onu da elədik. Müqavilənin müddəti 2015-ci ilə qədər idi. Amma buna əhəmiyyət verməyib sökdülər. Evlərimizi girov qoyub bankdan 350 min manat pul götürmüşük Həsən Həsənovun sözlərinə görə, ərazidəki bütün kafelər fəaliyyətdədir, bir Zaurun kafesindən başqa: "Bu necə olur? Ərazidəki "Narşərab", "Xəzər", "Bülbülə", "Dəniz" və "Dəryan" kafelərinin hamısı yerində, bir dənə Zaurun kafesi bağlanıb, qarşısına hasar çəkilib. Niyə belə olur? Oğlum 5 uşaq atasıdır, 110 manat da pensiya alır. Nə etməlidir, axı? Maraqlısı odur ki, bu məsələlər baş verməzdən bir həftə öncə Mehbalıyev ona söz vermişdi ki, "Zaur, obyekti sən işlədəcəksən". Biz o obyektin tikintisi üçün evlərimizi girov qoyub banklardan 350 min manata yaxın pul götürmüşük. Bu məsələ ilə bağlı prezidentə və xanımına dəfələrlə yazmışıq. Prokurorluq, Daxili İşlər Nazirliyi bilir. Məktublara gələn cavabların da hamısı evdədir". Adamin ürəyi ağriyir, amma... Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov AzadlıqRadiosuna baş verən hadisədən təəssüfləndiklərini bildirir, amma Zaur Həsənovun iddialarını doğru saymır: "İnsandır, özünə qəsd edib... Adamın ürəyi ağrıyır, balaları var, ailəsi var, axı. Bunlar hamısı öz yerində, amma onun iddiaları doğru deyil". Konfederasiyanın yaydığı məlumatda bildirilir ki, Bibiheybət bələdiyyəsinin "Şıx" sanatoriyasının istifadəsində olan sahədə torpağın Zaur Həsənova icarəyə verilməsi və onun həmin ərazidə ictimai-iaşə obyekti tikməsi qanuni olmayıb. Məlumatda o da bildirilir ki, Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinə məxsus torpağı Zaur Həsənovun zəbt etməsinə dair məsələyə 1 saylı Bakı Yerli İqtisad, Bakı Apellyasiya məhkəmələrində və Ali Məhkəmədə baxılıb və onun şikayəti əsassız sayılıb. Zaurun atası Həsən Həsənov oğlunun vəziyyətinin ağır olduğunu söyləyir: "Vəziyyəti yaxşı deyil, ağızı, üzü, qolları, sinəsi, beli, qurşaqdan yuxarı bütün bədəni yanıb".
2013-12-25
5,160
Avtobuslar piyadaları vurdu: yaralı var
Gəncədə iki yol nəqliyyat hadisəsi baş verib. Hər iki hadisədə də iki nəfər şəhər sakini şəhərdaxili sərnişin daşıyan mikroavtobus tərəfindən vurulub. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yol qəzalarından biri şəhərin Dədə Qorqud küçəsində baş verib. "Qazel" markalı şəhərdaxili sərnişin daşıyan mikroavtobus yolu keçmək istəyən 25 yaşlı Gəncə şəhər sakini Zeynəb Şirinovanı vurub. Qəzanı törədən sürücü isə hadisə yerindən qaçıb. Digər hadisə isə şəhərin Komsomol küçəsində baş verib. 26 saylı şəhərdaxili sərnişin daşıyan mikroavtobus 52 yaşlı Flora Məmmədovanı yaşadığı evin qarşısında yolu keçmək istəyərkən vurub. Sürücü yaralını dərhal Gəncə Şəhər TTYX-yə gətirib. Həkim Rəfail Əsədov deyib: "Şirinova Zeynəb çanağın əziyi diaqnozu ilə gətirilib. Rentgen olunub, elə bir ciddi xəsarət yoxdur. Vəziyyəti yüngüldür, qənaətbəxşdir. İkinci xəstə də eyni vaxtda gətirilib. O, ənsə nahiyəsinin əzilməsi və qabırğanın sınığı diaqnozu ilə daxil olub. Hazırda müalicələr davam edir. Yaralara tikiş qoyulub". Hər iki faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır (Kəpəz TV).
2013-12-25
5,161
Binəqədidə bina yandı: 2 yaralı - Yeniləndi/Foto
19.53 Binəqədi rayonunda - Azadlıq prospekti, 178 ünvanında güclü yanğın başlayıb. Bu barədə Teleqraf.com-un əməkdaşı hadisə yerindən xəbər verir. Əməkdaşımızın sözlərinə görə, yanğın 16 mərtəbəli binanın sonuncu mərtəbəsindədir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 10-a yaxın yanğınsöndürəni cəlb edilib. Yanğın 16-ci mərtəbədə baş verdiyindən yanğınsöndürənlər onu söndürməkdə çətinliklə qarşılaşıb. Əməkdaşımız yanğının binanın digər blokuna keçdiyini də bildirib. Hazırda binada yaşayanlar evakuasiya edilir. Teleqraf.com yanğının baş verdiyi binanın fotolarını təqdim edir. 20.20 Binəqədi rayonunda - Azadlıq prospekti, 178 ünvanında güclü yanğın baş verib. Əməkdaşımızın bildirdiyinə görə, bu dəqiqələrdə yanğın söndürülüb. Hadisə nəticəsində 4 mənzilə ciddi ziyan dəyib. Onlardan biri tamamilə yanıb. Hadisənin səbəblərinə gəlincə, binada qaz yoxdur. Sakinlər mənzilləri elektrik qızdırıcıları ilə qızdırır. Yanğının da elektrik xətlərində yüklənmə və qısaqapanmadan baş verdiyi güman edilir. Ancaq sakinlər bildirib ki, binanı ruhi xəstə olan Xalidə adlı qadın yandırıb. O, hüquq-mühafizə orqanları tərəfindən Binəqədi rayon polis bölməsinə aparılıb. Qeyd edək ki, sözügedən bina 1972-ci ildə tikilib.
2013-12-25
5,163
Adnan Şənsəs vəfat etdi - Video
Türkiyənin məşhur sənətçilərindən olan Adnan Şənsəs bu gün yerli vaxtla saat 20:30-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, 78 yaşında olan Adnan Şənsəs Şişli Memorial Xəstəxanasında xərçəngdən müalicə olunurdu. Adnan Şənsəs kimdir? Türk sənətinin məşhur musiqiçisi, bəstəkarı və kino aktyoru. İlk təhsilini Ankarada alan Şənsəs daha sonra İstanbulda təhsilini davam etdirib. Türk dünyasının şedevri 1956-cı ildə musiqi aləminə qədəm qoyub. İlk əvvəl Ankara Radiosunda 16 il işləyib. Daha sonra Türkiyənin məşhur musiqi məkanlarında mahnı ifa edən sənətçi 47 filmə çəkilib. ​
2013-12-26
5,164
İcra başçısı müavininin layihəsində skandal
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "24 kadr" adlı film festivalı keçirilib. Layihənin rəhbəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva olub. Layihəni Cəmil Hüseynova təhvil verdim Festivalla bağlı "Axar.az"a bir neçə iştirakçı şikayət edərək narazılığını bildirib. Əsas narazılıqlardan biri "ən yaxşılara" pul mükafatı vəd olunsa da, verilməməsi idi. Biz də bu şikayətlərlə bağlı Aygün xanımla əlaqə saxladıq. Aygün xanım bildirdi ki, o, layihəni qazansa da, həyata keçirməyib: "Mən o layihəni fevral ayında udmuşam, daha sonra mənə bir dövlət işi tapşırıldı və layihəni Cəmil Hüseynova təhvil verdim. Layihə ilə bağlı nə sualınız varsa, ona ünvanlayın. Çünki mənim orda heç bir şeydən xəbərim yoxdur. Mən layihənin heç bir işi ilə maraqlanmamışam və məşğul ola bilməmişəm". Sonra büdcə imkan vermədiyinə görə... Cəmil Hüseynovla əlaqə saxladıq. Cəmil Hüseynov bildirdi ki, layihə lap əvvəl, hələ hazırlanan vaxtda bu məbləğ nəzərdə tutulmuşdu: "Layihə hələ işlənən vaxtda belə bir məbləğ nəzərdə tutulmuşdu, amma daha sonra büdcə imkan vermədiyinə görə ləğv olundu. Əsasnamədə də göstərmişik ki, təkcə 1-ci, 2-ci, 3-cü yerlərə mükafat veriləcək. Mən layihə rəhbəri deyiləm, sadəcə olaraq, köməkçiyəm. Aygün xanımla danışdım, deyir ki, mən özüm ümumiyyətlə mətbuata açıqlama verməmişəm". Cəmil bəy təqdim olunan filmlərin hamısına baxılmadığı barədəki narazılığa da aydınlıq gətirdi: "Festivala 34 film iştirakçı kimi təqdim olunub. Birinci mərhələdə kinoşünas Tünzalə Babayeva filmlərə baxış keçirib. Filmlərdən 15-i baxışdan keçib və jürinin ixtiyarına verilib. Təqdimatın əvvəlində təqdim olunan çarxda istifadə olunan kadrlar da o 15 filmdən idi". Belə ümumiləşdirmə olmaz Festivalın jürilərindən biri olan yazar, ssenarist İlqar Fəhmiylə əlaqə saxladıq. İlqar Fəhmi təqdimatda iştirak edə bilməməsinə aydınlıq gətirdi: "Uşaqlar əziyyət çəkib ortaya yaxşı işlər qoymuşdular. Mən, sadəcə, vaxt qıtlığından təqdimatda iştirak edə bilmədim. Heç bir narazılığım yoxdu, sadəcə, sistemi düz qurmamışdılar. Təşkilatçıların özlərinə də dedim. Ümumiyyətlə, 1-ci, 2-ci yer düzgün deyil, ən yaxşı ssenariyə görə, ən yaxşı aktyorluq işinə görə 1-ci, 2-ci, 3-cü yer təşkil etmək olardı. Elə filmlər vardı ki, ssenari maraqlı idi, aktyor-rejissor işi yox, ya da əksinə, aktyor-rejissor işi güclüydü, lakin ssenari çox zəif. Təşkilati işlərdə bir az təcrübə lazımdı, belə ümumiləşdirmə olmaz. İki yerin səssiz filmlərlə verilməsi ilə bağlı deyə bilərəm ki, ssenari baxımdan daha çox xoşuma gəldi, siqaret əleyhinə olan film xüsusilə, fərqli, maraqlı yanaşmaydı, standartdan kənar idi, ona görə mən onu dəyərləndirdim. Mənə 15 film gəlmişdi, düzü, o birilərindən xəbərim yoxdu". Bu, hansısa peşəkar film festivalı deyil Gənc Kinematoqrafçılar Mərkəzinin sədri, ssenarist Fehruz Şəmiyevsə festival barədə bunları bildirdi: "Nə qədər film qəbul olunub-olunmayıb, buna təşkilatçılar nəzarət edirdi. Bizə jüri olaraq 15 film təqdim olunub. 15 filmin içərisində 1-ci, 2-ci, 3-cü yerlər idi, "aktyor işi", "operator işi" və "ən yaxşı ssenari" nominasiyaları var idi orda. Bu, gənclərin film festivalı idi, burada filmlərin səssiz olub-olmaması o qədər də önəmli deyil. Bu, hansısa peşəkar film festivalı deyil, elə gənclərin təşkil etdiyi layihə idi. Burada kino şirkətlərində çəkilmiş filmlər yox, fərdi şəkildə hazırlanmış filmlər iştirak edirdi. Ona görə burada hər hansı bir dialoqun, səsin yaxşı olub-olmaması o qədər də önəmli deyil, burada əsas məsələ filmin kinematoqrafik həllinin olub-olmaması məsələsiydi. Bu meyarlar əsas götürülüb və filmlər də bu meyarlara əsasən seçilib. Ancaq rejissorun özünün bədii yanaşması, əsas məsələ kinoda budur və əsas istiqamətlər də bu götürülüb". Qeyd edək ki, "ən yaxşı ssenari", "ən yaxşı aktyor" və "ən yaxşı operator" işinə görə qaliblərə 100 manat müqabilində pul mükafatının verilməsi məsələsi başqa saytlarda xəbər verilib.
2013-12-26
5,165
Ağdamda ağır yol qəzası: ölən var
Ağdamın Quzanlı qəsəbə ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Rasim Cəfərov idarə etdiyi "Vaz 2107" markalı avtomobil ötmə əməliyyatını həyata keçirə bilmədiyi üçün qarşıdan gələn Abdulla Adullayevin idarə etdiyi "Vaz 2107" markalı avtomobillə toqquşub, sonra isə yol kənarında dayanmış "Vaz 2106" avtomobilinə çırpılıb. Nəticədə qəzaya səbəb olan avtomobilin sürücüsü ilə digər "Vaz 2107" avtomobilinin sərnişini, Ağdam Rayon Mərkəzi Xəstəxanasının həkimi Nadir Xudiyev xəsarət alıb, 3 avtomobil isə sıradan çıxıb. Hadisə törədən və xəsarət alan sürücü Rasim Cəfərov hərbçidir. Hazırda polis qəzanın səbəblərini araşdırır. (ANS)
2013-12-26
5,166
Ərdoğanın oğlunun həbsinə hazırlıq görülüb - Şok iddia
Türkiyədə həbslərin ikinci dalğası çərçivəsində baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanın həbsinə hazırlıq görülüb. "Axar.az"ın məlumatına görə, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Türkiyə Mülkü Prokurorluğunun rəhbəri Müammər Ağqaş AKP-yə qarşı əməliyyatın 2-ci dalğasını həyata keçirmək istəyir. Ancaq lazım olan şəxslərin həbsini həyata keçirən qurum polis olduğu üçün əməliyyat dalana dirənib. Hazırkı vəziyyətdə həbslərin Ərdoğanın 2 oğluna qədər uzanacağı iddia edilir. Bu məlumatı doğrulayanlardan biri də Türkiyə hökümətinin mediadakı dəstəkçilərindən olan "Yeni Şəfəq" qəzetinin müxbiri Cihat Arpacıqdır. Jurnalist özünün "Tvitter" hesabında yazır: "Prokurorluq saat 09:00-da Bilal Ərdoğan haqqında polisə "saxlanılsın" təlimatı verib. Ancaq əməliyyat hələ ki, həyata keçirilməyib. İddiaya görə, səbəb əməliyyat barədə yuxarılara məlumat verilməsidir". İstanbul Valiliyi və Polis İdarəsi rəisi haqqında vəzifələrindən sui-istifadə və sübutların gizlədilməsinə görə istintaq başladılıb. İstintaqı Türkiyə Mülkü Prosessual Məcəlləsinin 10-cu maddəsinə uyğun olaraq, qurumun müvafiq şöbəsi tərəfindən araşdırır. Prokurorluğun həmin şöbəsi "silahlı dəstələr və terror təşkilatları" ilə məşğul olur".
2013-12-26
5,167
Dağdan asılan tabutlar - Şok
Çinin Sıçuan bölgəsində tapılan məzarlıq qeyri-adi görünüşü ilə hamını heyrətləndirib. Dağın ətəyində illərdir vizual görünüşünü qoruyub saxlaya bilən bu məzarlıqda, tabutlar mərtəbə-mərtəbə səliqə ilə düzülüb. Aparılan araşdırmalardan məzarlığın 400 il bundan öncəyə aid olduğu bildirilir. Məzarlıqda hər tabut qayaya bərkidilib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, qədim insanlar məzarlıqların qayalıqlarda, hündür yerlərdə olması ilə ölülərinTanrıya daha yaxın olmasına inanırdılar. Digər fikirlərə görəsə, məzarları vəhşi heyvanlardan qorumaq məqsədi ilə hündür yerlərdə yaradıblar. Qeyd edək ki, tabutların kimlərə aid olması haqqında hələ heç bir məlumat yoxdur.
2013-12-26
5,168
Ağır cinayətlərdə ittiham olunan şəxs evləndi - Foto
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq təcridxanasında nikah mərasimi keçirilib. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 309.2-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs, Türkiyə Respublikasının vətəndaşı Sümer Yaşar Yücel ilə Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayon sakini Osmanova Dilşad Osman qızının nikahı bağlanılıb. Nikah Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Bakı Nikah evinin əməkdaşı Kəmalə Tağıyeva tərəfindən qeydə alınıb. Nikahın bağlanılmasına yaradılmış şəraitə görə Sümer Yaşar Yücel və Dilşad Osmanova Azərbaycan prezidenti İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova öz minnətdarlıqlarını bildiriblər. ("Musavat.com")
2013-12-26
5,169
8 nəfərlik ailə donmaq üzrəykən tapıldı - Foto
Suriyada savaşdan qaçan 8 nəfərlik suriyalı ailə Diyərbəkirdə donmaq üzrəykən tapılıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Diyərbəkirdə xaraba bir evdə sığınacaq tapan ailə mənfi 15 dərəcədə isinmək üçün yanacaq tapa bilməmək təhlükəsi ilə üz-üzə qalıb. Ailənin donmaq üzrə olduğunu görən məhəllə sakinləri təcili yardıma müraciət edib. 4-ü uşaq olmaqla 8 nəfərlik ailə xəstəxanaya yerləşdirilib.
2013-12-26
5,170
Sevgilisini ürəyindən vurdu – Video
Ondan ayrılan sevgilisini başqa kişi ilə görən adam qadını tapança ilə öldürüb. "Axar.az" xəbər verir ki, sevgilisini qısqanan kişi əlini qana bulayıb. İki illik münasibətdən sonra ondan ayrılan qadını başqa bir kişi ilə görən adam qadını tapança ilə öldürüb. 35 yaşındakı Bunlert Ladlod alış-veriş mərkəzində sevgilisini başqa bir kişi ilə qol-qola gördüyü zaman hirslənib. Qadını izləyən keçmiş sevgili Teskoda hücuma keçib. Həmin videonu təqdim edirik:
2013-12-26
5,171
Ərdoğanın yeni hökuməti: 10 nazir dəyişdi - Video
Türkiyədə Baş nazir Rəcəb Tayyib Ərdoğanla Prezident Abdullah Gül arasında keçirilən görüş başa çatıb. Görüş sonrası Baş nazir Ərdoğan nazir postlarına siyahını açıqlayıb: Baş nazir müavini - Emrullah İşlər (Bəkir Bozdağın yerinə) Ədliyyə naziri - Bəkir Bozdağ Ailə və Sosial Siyasət naziri - Ayşenur İslam AB naziri - Mövlud Çavuşoğlu Elm Sənaye və Texnologiya naziri - Fikri İşıq Ətraf Mühit və Şəhərsalma naziri - İdris Güllücə İqtisadiyyat naziri - Nihat Zeybəkçi Gənclər və İdman naziri - Akif Çağatay Qılınc Daxili İşlər naziri - Efkan Ala Nəqliyyat Dənizçilik naziri - Lütfü Elvan
2013-12-26
5,172
"Lamborghini" ilə hinduşka bişirdi - Video
Təxminən qiyməti 490 min dollar dəyərində olan "Lamborghini" Aventador avtomobilinin köməkliyi ilə hinduşka 10 dəqiqədə ərzində bişirilib. "Axar.az" xarici mətbuata istinadən məlumat verir ki, avtomobillər üzrə ixtisaslaşmış bloqer Tim Burton avtomobilin səsboğucu borusundan istifadə edərək hinduşkanı bişirib. Hər il Milad bayramı üçün evə hinduşka aldığını deyən Burton bu il də hinduşqanı fərqli şəkildə bişirməyin yolunu axtarıb və tapıb. Qeyd edək ki, "Lamborghini" Aventador avtomobili 700 at gücünə malikdir. Təqdim etdiyimiz videoda hinduşkanın bişirilmə anına baxa bilərsiniz.
2013-12-26
5,173
Şəkər tozu necə düzəldilir? – Video
Siz də şəkər çuğundurunun xammal halından istifadə etdiyimiz narın ağ şəkər tozuna çevrilmə prosesini görmək istəyirsinizsə, video-çarxı izləyə bilərsiniz. 1-ci hissə 2-ci hissə
2013-12-26
5,174
Strayk atışının sirri - Video
Boulinq həvəskarısınızsa, strayk atışlarını artırmaq və ya professionallaşmaq istəyirsinizsə, strayk atışının metodunu öyrədən bu videoya baxa bilərsiniz.
2013-12-26
5,175
Azərbaycanlı Türkiyədə yol qəzası törətdi: ölən var
Türkiyənin Qars vilayətində 1 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qarsın Diqor rayonunun Halıkışla kəndinin yaxınlığında baş verib. Məlumata görə, Azərbaycan dövlət nömrə nişanlı tanker yük maşını ilə toqquşub. Qəza nəticəsində yük maşınının sürücüsü 42 yaşlı Yusuf Abiş hadisə yerində ölüb. Tankerin azərbaycanlı sürücüsü isə qəzadan sonra sıxılaraq qaldığı yerdən xilasedicilər tərəfindən çıxarılaraq xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırmalar davam edir. (ANS)
2013-12-26
5,176
At şabalıdı - varikozun dərmanı
Bir çox insanın nə işə yaradığını bilmədiyi at şabalıdının bədən üçün möcüzəvi faydaları var. Xüsusilə ayaqlarda yaranan varikozun aradan qaldırılmasına çox təsirlidir. Ayrıca at şabalıdının, ağrıkəsici və hüceyrə yeniləmə xüsusiyyəti də var. Ondan istifadə edə bilmək üçün lazım olan maskanı ev şəraitində də rahatlıqla hazırlaya bilərsiniz. Bunun üçün at şabalıdını blenderdən keçirin və ona zeytun yağı əlavə edin. Əldə etdiyiniz qarışığı bir qabın içinə qoyub qara paketə bükün. Evinizdə günəş şüasının bol olduğu yerdə hazırlanan məhlulu 20 gün ərzində saxlayın. Sonra qarışığı bir ələkdən keçirin və təmiz olan məhlulu varikozlara, bədəninizin ağrıyan yerlərinə, ya da hüceyrə yeniləyici olaraq dərinizə çəkin.
2013-12-26
5,177
Paytaxtda iki yanğın
Bakı şəhərində iki yanğın hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakının Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkan qəfəsində 15 ədəd elektrik sayğacı yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. İkinci yanğın hadisəsi də Xətai rayonunda qeydə alınıb. Rayonun inzibati binanın həyətində yerləşən ümumi sahəsi 4 kv.m olan yardımçı otağın yanar konstruksiyaları yanıb. İnzibati bina yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, xəsarət alan yoxdur.
2013-12-26
5,178
Avtomobil ağaca çırpıldı - Foto
Bakıda Babək prospekti ilə hərəkət edən "Mercedes Benz" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Sürücü xəsarət almasa da, maşına ziyan dəyib. Hadisə şahidlərininn dediyinnə görə, qəzaya səbəb VAZ 2107 markalı avtomobilin qəfil "Mersedes Benz"in yoluna çıxması olub. "Mersedes Benz"in sürücüsü maşını öncə yol kənarındakı dirəyə, daha sonra isə ağaca çırpıb. Qəza şəraiti yaradan VAZ 2107-nin sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı Nizami Rayon Yol Polisi İdarəsində araşdırma aparılır (APA).
2013-12-26
5,179
Metroda 9 yeni stansiya istifadəyə veriləcək
Dünyanın ən böyük metrolarından olan Moskva metrosu sürətlə genişlənməkdə davam edir. Paytaxt metrosunda 2014-ci ildə 9 yeni stansiyanın xidmətə başlaması planlaşdırılır. Moskva metrosunun direktoru İvan Besedin, metroda 2014-cü ildə Lubinsko-Dmitrovskaya xəttində üç, Sokolniçeskaya xəttində üç, Tagansko-Krasnopresnenskaya xəttində iki və Zamoskvoretskaya xəttində bir stansiyanın fəaliyyətə başlayacağını açıqlayıb. İlkin olaraq Butırskaya, Fonvizinskaya, Petrovsko-Razumovskaya, Troparevo, Rumyantsevo və Salaryevo stansiyaları işə düşəcək. Metroda bir çox köhnə qatarın yeniləri ilə dəyişdiriləcəyini söyləyən İ.Besedin bildirib ki, metroda təhlükəsizliyi artırmaq üçün yeni kamera sistemlərinin də quraşdırılacağını vurğulayıb (Anspress).
2013-12-26
5,180
Rza Zərrabın iş ortağından sensasion açıqlamalar
Türkiyəni sarsıdan 17 dekabr korrupsiya və rüşvət əməliyyatında həbs edilən iş adamı Rza Zərrabın Dubaydakı ticarətinin ortaqlarından biri bir sıra açıqlamalar vermək istədiyini deyib. Adının çəkilməsini istəməyən iş adamı ilə telefon söhbətini təqdim edirik. - Mən uzun illərdir Zərrab ailəsini tanıyıram. Onlarla bərabər Dubayda qızıl, brilyant və almaz ticarəti ilə bağlı ortaq layihələrimiz olub. Rza çox bacarıqlı bir şəxsdir, qanunlara sayğısını bərabər çalışdığımız zaman şəxsən müşahidə etmişəm. Onun şirkətlər qrupu qaranlıq qaydalarla deyil, hüququn tələb etdiyi prinsiplərlə işləyib. Bu gün onun adının qanunsuz dəstə yaradaraq rüşvət verib hansısa çirkli pulların yuyulması ilə məşğul olan şəxs kimi təqdim edilməsi boş iddialardan başqa bir şey deyil. Mən heç şübhə etmirəm ki, bu, Türkiyəyə qarşı qurulan bir hiylədir. Ona da şübhə etmirəm ki, istintaq ədalətli aparılsa Rza Zərrabın bu gün qapa pullar kimi təqdim edilən maliyyəsinin sənədlərində heç bir qanundan kənar məqam olmadığı ortaya çıxacaq. Məni ən çox narahat edənsə Rza Zərrabın adının olduqca mənfi imici olan müğənni, model səviyyəsində müzakirələrə çıxarılmasıdır. Söhbət Günel Zeynalova və Günay Musayevadan gedir. Bu şəxslər hər zaman Rza Zərrabdan yararlanmağa çalışıblar. - Ancaq Rza Zərrabın həyat yoldaşı da müğənnidir... - Ebru Gündəş onun həyat yoldaşıdır. Mən bu ailəni yaxından tanıyıram. - Türkiyə qaynaqları Rza Zərrabın 1984-cü ildə Bakıda doğulduğunu qeyd edir. Türkiyənin ünlü media quruluşları iddia edir ki, onun sənədində belə göstərilib. Ancaq onun Təbrizdə doğulduğu faktdır. Siz onun pasportunu görmüsünüzmü? Orada doğrudanmı Təbriz yox, Bakı yazılıb? - Pasportunu görməmişəm. Ancaq Rza Təbrizdə doğulub. Bunu hər kəs bilir. - Ancaq Türkiyə pasportunda doğum yeri kimi Bakı göstərilir. Ona qarşı irəli sürülən ittihamlardan biri də saxta sənədlər əldə etmək üçün Türkiyənin rəsmi şəxslərinə rüşvət verməsidir. - Bunların hamısının böhtan olduğuna inanıram. Rza Zərrab çox vətənpərvər bir insandır. O, illərdir xeyriyyəçiliklə məşğul olur. Bilirsiniz nə qədər insana əl tutub, ev alıb? - 29 yaşlı bir insanın "nə qədər" insana ev alması, miqyaslı xeyriyyəçiliklə məşğul olması suallar yaradır... - Rza çox bacarıqlı iş adamıdır. Qızıl, brilyant işində bəlkə də onun qədər usta tacir yoxdur. 5 il öncənin trendləri ilə bağlı son dərəcə dəqiq proqnozlar verə bilir. Bu bacarığına görə də dünyanın bir neçə ölkəsində böyük biznes qura bilib. - Azərbaycanda da biznes qurmaq fikri var idi? - Bəli. Yaxın iki ildə Azərbaycana güclü investisiya yatırmağı planlaşdırırdı. - Konkret hansı sahəyə? - Turizmə. Xəzər sahillərində otellər inşa etdirmək fikrindəydi. - Bunun üçün Azərbaycan rəsmi şəxsləri ilə danışıqlar aparımışdımı, ilkin razılaşma var idimi? - Yox. Onun Azərbaycanın məmur korpusundan heç kimlə ilişkisi olmayıb. - Ancaq onunla rəhbərlik etdiyi iddia olunan cinayət işində Azərbaycan gömrük məntəqəsinin rəisi həbs edilib... - O pullar Afrikanın da hansısa ölkəsinin gömrüyündən keçsəydi həmin məntəqənin rəisini şübhəli şəxs kimi istintaqa cəlb edəcəkdilər. Bir daha bildirirəm ki, bütün bunlar boş iddialardır, ABŞ-ın "nurçuların" əli ilə həyata keçirdiyi əməliyyatdır. İnşallah doğru yerini tapar. - Rza Zərrabın xəstə olması ilə bağlı xəbərlər nə qədər doğrudur? - Rza xəstədir. Özü də bu yaxın ayların məsələsi deyil. Onun anadangəlmə böyrək və qara ciyər problemi var. Böyrəyində şiş olduğunu mənə demişdi. Yaxın günlərdə kimyaterapiyaya hazırlaşırdı. - Siz onunla son dəfə nə zaman görüşmüsüz? - Avqustda Türkiyədə görüşdük. Ancaq davamlı əlaqə saxlayırdıq. Mənə xəstəliyindən də danışdı, dedi ki, davamlı müalicə alsa da böyrəyinin üstündəki şiş ərimir. İndi də yəqin ki yaşadığı stresə görə xəstəliyi daha da şiddətlənib. Allahdan ona şəfa diləyirəm. - Siz görüşərkən işləri ilə bağlı hər hansı problem yaşadığından söhbət açmışdımı? - Açıq bir söz demədi. Bircə onu vurğuladı ki, burada mənə mane olmaq istəyənlər var. Ancaq konkretləşdirmədi deyə, mən də heç bir şey soruşmadım. Bir daha deyirəm ki, Rzanın əməlində heç bir cinayət tərkibinin olmadığına inanıram. O, sadəcə ABŞ-ın İranla münasibətlərinə görə Türkiyəyə etdiyi basqının qurbanıdır (Musavat).
2013-12-26
5,181
Bankdan 163 min dollar oğurlanıb
Moskvada əli silahlı üç cinayətkar banka daxil olaraq seyfdən 163 min dollar pul oğurlayıb. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə hadisə çərşənbə günü 12:34-də baş verib. Cinayətkarlar bankın 2 menecerini silahla hədələyərək bağlayıb, daha sonra metallik seyfdən 3 milyon 800 min rubl və 50 min dollar götürüblər. Faktla bağlı cinayət işi açılıb.
2013-12-26
5,182
Basayevin döyüşçüləri Qarabağ ermənilərindən təlim alırmış
"Qarabağ erməniləri regionda ən güclü döyüşçülərdir". "Axar.az" məlumat verir ki, bu sözləri "Stratfor" Araşdırmalar Mərkəzinin baş analitiki Loren Qudriç Dağlıq Qarabağ haqqında yazdığı gizli məktubda işlədib. O, Qarabağdakı ermənilərlə çeçenlərin əlaqəsindən məktubunda bəhs edib. "Çeçen müharibəsi zamanı Basayev öz əsgərlərini Qarabağa göndərirdi ki, ermənilər onlara təlim keçsinlər. Azərbaycan bunun haqqında məlumata sahibdir. Azərbaycanlılar heç biri bu tipli müharibə keçməyə hazırlanmayıblar". 23 fevral 2011-ci ilə aid olan bu məktub "Vikiliks"in çap etdiyi sənədlər arasında yer alıb. Qeyd edək ki, Ermənistan rəhbərliyi Qarabağda çeçen döyüşçülərinin hazırlanması ilə bağlı məlumatların yalan olduğunu bildirmişdi.
2013-12-26
5,183
Daşla dolu "Kamaz" qəza törətdi
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, mişar daşı ilə yüklənmiş "Kamaz" markalı maşın anidən idarəetməni itirərək yoldan kənara çıxıb. Nəticədə maşında olan mişar daşları magistral yola dağılıb. Xoşbəxtlikdən hadisədə xəsarət alan olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdsarəsində araşdırma aparılır. (Aznews.az)
2013-12-26
5,184
Balıqların hücumu 60 nəfəri xəstəxanaya saldı
Argentinanın Rosario şəhərində 60 nəfər piraniya balıqlarının hücumu nəticəsində xəsarət alıb. Hadisə Parana çayı sahilindəki çimərlikdə baş verib. Xəsarət alanlar arasında 7 uşaq var. Onlardan ikisi ciddi xəsarət alıb. Piraniyalar əsasən adamların əllərini yaralayıb. Ekspertlərin fikrincə, kütləvi piraniya hücumu balıqların suda qan qoxusu hiss etməsindən olub.
2013-12-26
5,185
Prezidentin maaşı azaldıldı
Gürcüstan prezidentini əmək haqqı, 9000 larinin (- 5200 $ ) əvəzinə 6900 lari ( 4000 $ ) müəyyən olunub. Bu düzəliş "Gürcüstan prezidentinin əməyinin qiymətləndirilməsi" haqqında qanuna əlavə olunub. Layihənin təşəbbüskarı və məruzəçisi, parlamentdə majoritarların lideri David Saqanelidzenin sözlərinə görə, Gürcüstan prezidenti Qeorqiy Marqvelaşvili müxalifətin "bütün dünyada olduğu kimi prezidentin maaşının Ali və Konstitusiya məhkəməsi sədrlərinin maaşından bir qədər az olmalıdır" fikri ilə razılaşıb. Qanun layihəsi parlamentdə səsə qoyulub və səs çoxluğu ilə qəbul olunub (Azvision.az)