date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-12-23 | 4,872 | Rafiq Hüseynov: “Dostlarımı qəbul edə bilmirəm” | "Təyyarəyə minəndə bir az həyacanlandım. Amma Bakıya çatanda məni qarşılayanları, dostlarımı görəndə həyacanım keçdi. Şükürlər olsun ki, indi yaxşıyam. İnsana ən rahat yer onun evidir". Bunu Xalq artisti, Türkiyədə müalicədən qayıdan tanınmış diktor Rafiq Hüseynov deyib. Onun sözlərinə görə, səhhəti ilə əlaqədar dostlarını qəbul edə bilməyəcək: "Görürsünüz, danışa bilmirəm. Həkimlər deyib ki, bir müddət ehtiyatlı olmalıyam. Ona görə də dostlarımı qəbul edə bilmirəm. Sağ olsunlar ki, hamı mənimlə maraqlanır. Mənimlə maraqlanan hər kəsə təşəkkürümü bildirirəm" ("AzNews.az"). |
2013-12-23 | 4,873 | İlyas İsmayılovun oğluna böyük məbləğdə pul atdılar - Özəl | Millət vəkili İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılov Türkiyədə aldadılıb. Türkiyəli şəriki onun yüz minlərlə sərmayəsini fırıldaq yolu ilə ələ keçirib və aradan çıxıb. "Axar.az"ı məlumatlandıran mənbənin sözlərinə görə, E.İsmayılov Rusiyadakı biznesini Türkiyəyə keçirməyə başlayarkən, elə ilk andaca aldadılmaqla üzləşib. Hazırda E.İsmayılov məhkəməyə hazırlaşır və əlindən şıxarılan sərvətini geri qaytarmağa çalışır. Xatırladaq ki, bir müddət əvvəl Rusiyada həbs edilən Etimad İsmayılov öz günahsızlığını sübut edəndən və bəraət alandan sonra bütün yatırımlarını bu ölkədən çıxardı. Qısa zaman öz vətənində qalan E.İsmayılov artıq 2 ilə yaxındır ki, Türkiyədə biznes fəaliyyətinə başlayıb. Məsələ ilə əlaqədar hazırda Türkiyədə yaşayan Etimad İsmayılov "Axar.az"a bildirdi ki, bu haqda geniş danışmaq niyyəti yoxdur: "Mən şəxsi problemlərimi özüm həll edirəm, ictimaiyyətə də məlumat verməyə heç bir ehtiyac görmürəm". |
2013-12-23 | 4,874 | Cəlilabadda qeyri-adi hadisə - Foto | Cəlilabad rayonunda qeyri-adi hadisə baş verib.Rayonun Məhəmməd Hadi küçəsində yaşayan Musa Məmmədovun şəxsi təssərrüfatındakı qoyunlardan biri ikibaşlı quzu doğub. Təsərrüfat sahibinin sözlərinə görə, qoyunun doğacağın bilib səhər saatlarında tövləyə getdikdə heyvanının doğmasında çətinlik çəkdiyini görüb. Elə bu zaman qoyunun çətinliklə doğduğu quzunun iki başı olduğunun şahidi olub. İki başlı heyvan doğulduğdan bir neçə dəqiqə sonra ölüb. Mütəxəsislərin fikrincə bu kimi hagalların baş verməsi heyvanın mayalanması zamanı əmələ gəlmiş Pataloji əlamətlərdəndir. Bu kimi heyvanların əksəriyyəti heç də uzun yaşamır (Anspress.com). |
2013-12-23 | 4,875 | Həştərxanda "Xəzər iclası" | Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzər dənizinin Su Bioresursları Komissiyasının 34-cü iclası öz işinə başlayıb. "Axar.az"ın Ekogiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iclasda Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyətləri iştirak edir. Azərbaycan nümayəndə heyətinə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev başçılıq edir. Sessiyanın gündəliyinə ənənəvi xarakter daşıyan bir neçə məsələ qoyulub. İclasda Xəzəryanı ölkələr tərəfindən bioresurs ehtiyatlarının vəziyyəti, ümumi icazə verilən balıq ovu, balıqartırma və elmi məqsədlər üçün kvotaların mənimsənilməsi, həmçinin balıq ehtiyatlarının mühafizəsi üzrə məlumatlar təqdim olunur. Sessiyada müzakirəsi nəzərdə tutulan əsas məsələlərdən biri də Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna moratoriumun tətbiq edilməsi haqqında Sazişin razılaşdırılmasıdır. Həmçinin Xəzər dənizinin Su Bioresursları Komissiyasının statusunun təsisatlararası səviyyədən yüksəldilərək hökumətlərarası status səviyyəsinə çatdırılmasında razılığın əldə edilməsidir. |
2013-12-23 | 4,876 | Sosial Müdafiə Fondunun sədri mənfi təsirlərdən danışdı | "Əsas məqsədimiz pensiyaçıların sosial müdafiəsi sahəsindəki davamlı inkişafı bundan sonra da qoruyub saxlamaq, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə qarşıya qoyulan vəzifələri lazımı səviyyədə yerinə yetirməkdir". Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev növbəti mərhələdə pensiya sistemində hansı islahat tədbirlərinin aparılmasının zəruri olduğuna aydınlıq gətirərkən deyib. Fondun sədri bildirib ki, bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb. "Lakin pensiya sistemində qeyri-sığorta ödəmələrinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi halları mövcuddur ki, bu da uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının möhkəmləndirilməsinə və bu sahədə səmərəliliyin artırılmasına mənfi təsir edən amil kimi səciyyələndirilməlidir". E.Mehdiyevin sözlərin görə, bunun nəticəsidir ki, sosial sığorta haqları şəklində toplanan vəsaitlərin sığorta prinsiplərinə əsaslanmayan cari ödənişlərə yönəldilməsi, həmin vəsaitlərin fərdi uçot məlumatları əsasında təyin ediləcək pensiya məbləğləri üzrə gələcək öhdəliklərin qarşılanması məqsədilə ehtiyata çevrilməsinə imkan vermir. Bu isə dövlət pensiya sisteminin müəyyən dövr üzrə sərbəst ehtiyatlara malik olaraq maliyyə bazarında aktiv iştirakı və müasir maliyyə alətlərindən istifadə etməsi imkanlarını məhdudlaşdırır: "Göstərilənlərlə əlaqədar, pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə ilk növbədə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi nəzərdən keçirilməlidir". Bununla yanaşı muzdla işləyənlər, fərdi sahibkarlar və torpaq payçıları üzrə sosial sığorta normativləri ilə onlara pensiya ödənişi göstəriciləri arasındakı fərqin, başqa sözlə ifadə etsək, sahibkarlığın inkişafına dolayı subsidiyaların pensiya sisteminin sığorta prinsipləri əsasında fəaliyyətinə əlavə maliyyə yükü yaratmadan tənzimlənməsi mexanizmlərinin qurulması da vacib şərtlərdəndir. DSMF sədri bildirib ki, sosial sığorta haqqı normativinin mövcud strukturu, yəni sığorta haqqının ödənilməsində yükün əsas hissəsinin işəgötürənin üzərinə düşməsi sığortaolunanların aktivliyinin azalmasına səbəb olur. Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir. E.Mehdiyev qarşıda duran digər islahat tədbiri kimi, vətəndaşlara hazırda ölkəmizdə mövcud olan şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemindən əlavə pensiya təminatı imkanı verən mexanizmlərin də formalaşdırılmalı olduğunu bildirib. Bu məqsədlə dövlət pensiya təminatında yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi nəzərdə tutulur (Anspress.com). |
2013-12-23 | 4,877 | Elmar Vəliyevdən Prezidentə ad günü hədiyyəsi | Prezident İlham Əliyevin 52 yaşının tamam olması münasibətilə Gəncə şəhərində 52 min ağac əkmə kampaniyasına start verilib. Bu sözləri Gəncə şəhər icra başçısının birinci müavini Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, kampaniya 23 dekabrdan 30 dekabra kimi davam edəcək: "Şəhərin Məhsəti qəsəbəsində ağac əkilir. Bu kampaniyada ictimai təşkilatların və müəssisələrin kollektivləri iştirak edir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də bu gün kampaniyada iştirak edərək ağac əkib". Qeyd edək ki, kampaniyanı İcra Hakimiyyəti ilə bərabər "İDEA" təşkilatı həyata keçirir (AzNews.az). |
2013-12-23 | 4,878 | Ata özünü və oğulunu yandırdı | Tokioda bir kişi özünə və uşağına benzin tökərək özünü yandırıb "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Tokionun mərkəzində naməlum kişi uşağıyla birlikdə özünü yandırmağa cəhd edib. Hadisə Tokionun məktəblərinin birinin həyətində baş verib. Polisin verdiyi məlumata görə, onların ata və oğul olduğu güman edilir. Səhər tezdən kişi oğlanların beyzbol oynadığı məktəb həyətinə daxil olub. O, oğlanlardan birini götürərək kənara çəkib, daha sonra isə özünü və uşağı kerosinlə birlikdə yandırır. Xoşbəxtlikdən alovu qısa müddət ərzində söndürmək mümkün olub. Kişi huşsuz, kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Uşaq isə ciddi yanıqlara məruz qalıb. |
2013-12-23 | 4,879 | Mövqelərimiz atəşə tutulub | "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutub. Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Nəmirli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2013-12-23 | 4,880 | Sumqayıt Teatrının qarşısında niyə çadır qurulub? - Foto | Prezident İlham Əliyevin ad gününə ənənəvi olaraq tort hazırladan və bu il Prezidentin 52 yaşına uyğun olaraq 52 metr uzunluğunda olacaq tortun hazırlanması üçün Sumqayıt şəhər İcra hakimiyyətinin binası ülə üzbəüz yerləşən Dram Teatrının qarşısında böyük çadır qurulub. Yarımmətbəx xarakteri daşıyan çadır polis tərəfindən mühafizə olunur və ora yaxınlaşmağa heç kimə imkan vermirlər. Sumqayıt şəhər İcra Hakimiyyətindən "Axar.az"a bildiriblər ki, mətbəxin içinə girməyə qadağanın səbəbi şəhər əhalisinə sürpriz etmək istəyi ilə bağlıdır: "Bu il forma bir qədər fərqli olacaq. Əgər hamıya kənardan da olsa baxmağa icazə versək, onda hazırlanan tort necə sürpriz olar?" Xatırladaq ki, Sumqayıt şəhər İcra başçısı Eldar Əzizovun Prezidentin ad gününə hazırladığı bu tortun hazırlanmasında 24 mindən çox yumurta, 2 tondan çox un və eyni miqdarda şəkər, 300 kq qozdan istifadə edilir. |
2013-12-23 | 4,881 | Nurçu qəzetlər təyyarələrdə yasaqlandı | Türk Hava Yollarının nurçulara yaxın olan qəzetlərin öz təyyarələrində paylanmasına qoyduğu qadağa təsdiqlənib. "Axar.az" məlumat verir ki, bu informasiyanı Türkiyə mətbuatı yayımlayıb. Mətbuat "Zaman", "Today`s Zaman", "Bugün" qəzetlərinin bu siyahıya daxil olduqlarını bildirib. Qeyd edək ki, bir müddət əvvəl Türk Hava Yolları ölkədəki müxalifət qəzetlərinin öz təyyarələrində yayımına qadağa qoymuşdu. |
2013-12-23 | 4,882 | AKP-dən Gülənə: “İsrailə dəf ol!” - Foto | Gülən hərəkatı və AKP arasında dava gün-gündən şiddətləndiyi zamanda "Zaman" qəzeti redaksiyasının qarşısında asılan bir şüar-plakat hamının diqqətini cəlb edib. AKP-çilərin asdığı ehtimal edilən plakatda Gülənə xitabən yazılıb: "Dərshanələrini, xain yandaşlarını da al (İsrailə, Amerikaya) dəf ol!" Bu da "Zaman"nın qarşısında asılan plakat: |
2013-12-23 | 4,883 | Milyarder “Valensiya”nı alır | "Valensiya"nın prezidenti Amadeo Salvo sinqapurlu milyarder Piter Limin futbol klubunu almaq istədiyi xəbərini təsdiqləyib. "Axar.az" İspaniya mətbuatına istinadən xəbər verir ki, ötən 5 il ərzində maliyyə problemlərinə görə klub David Villa, Xordi Alba və David Silva kimi aparıcı futbolçularını satmaq məcburiyyətində qalıb. Milyarderin "Valensiya" aksiyalarının 70%-ini əldə etmək istədiyi bildirilir. |
2013-12-23 | 4,884 | ABŞ qarın-fırtınanın əsarətində: 9 ölü | Son günlərdə ABŞ-ın bəzi əyalətlərində dəhşətli soyuq və fırtına çoxlu can alıb. 9 adam həyatını itirib. Ölkənin cənubunda yerləşən Kentukidə baş verən seldə 5 adam ölüb, Arkanzasda sürəti saatda 200 kilometrə çatan qasırğa isə 1 adamın ölümünə səbəb olub. "Axar.az"ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin "Great Lakes" (Böyük Göllər) və Nyu İnqlənd (Yeni İngiltərə) bölgələrində qar və buzlanma yaşanarkən, orta qərb əyalətlərində də şiddətli qar həyatı çətinləşdirib. Qışın ilk günü olaraq qəbul edilən 22 dekabrda qar və şiddətli külək üzündən Miçiqan, Nyu York əyalətinin yuxarı qisimləri və şimali Yeni İngiltərə bölgəsində təxminən 440 min ev və iş yeri elektriksiz qalıb. Ölkənin müxtəlif bölgələrində davam edən sərt hava şərtlərinə görə 700-dən çox uçuş ləğv edilib, 11 min uçuşun isə gecikə biləcəyi qeyd edilib. Digər tərəfdən, Kanadanın şərqində də qar və şaxta üzündən təxminən 475 adamın elektriksiz qaldığı bildirilib. |
2013-12-23 | 4,885 | Minlərlə uçuş təxirə salındı | Kanadanın şərqində yerləşən hava limanlarında güclü külək və doluya görə avia-nəqliyyatın hərəkəti iflic olub. Toronto, Ottava, Monreal və Qalifaksda minlərlə uçuş təxirə salınıb. Bəzi rayonlarda avtobus və dəmiryolu nəqliyyatı tamamilə dayandırılıb. Yarım milyon kanadalı elektriksiz qalıb. Hökumət bildirib ki, bərpa bir neçə gün çəkəcək. Ekspertlər hadisəni 1998-ci ildə baş verən buz qasırğası ilə müqayisə edirlər. O vaxt ölkəyə 5-7 milyard dollar ziyan dəymişdi. |
2013-12-23 | 4,886 | Rza Zərrabla bağlı Azərbaycan səfirliyi etiraz edəcək | "Biz Türkiyə mətbuatında Rza Zərrabın Bakı doğumlu olması məsələsi ilə bağlı araşdırma aparırıq". Bu açıqlamanı "Axar.az"ın sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsəvər Salmanov bildirdi. Onun sözlərinə görə, artıq Rza Zərrabın Bakı doğumlu olması haqqında türk mətbuatının yazdığı xəbərlərlə bağlı Azərbaycanın müvafiq qurumlarına müraciət ediblər: "Əgər müvafiq qurumların apardığı araşdırmalardan sonra Rza Zərrabın Bakı doğumlu olması rəsmən təkzib edilərsə, o zaman Türkiyə qəzetlərinə bununla bağlı etirazımızı yollayacağıq". Qeyd edək ki, Türkiyə mətbuatı "rüşvət əməliyyatı" zamanı həbs olunmuş azərbaycanlı iş adamı Rza Zərrabın 1984-cü il Bakıda, zəngin ailədə doğulması və kiçik yaşlarından ticarətlə məşğul olması haqqında birmənalı olaraq rəy formalaşdırır. 1984-cü ildə Azərbaycanda Sovet hakimiyyətinin meydan suladığını nəzərə alsaq, R.Zərrabın "Bakıda, zəngin ailədə doğulması və ticarətlə məşğul olması" ciddi mübahisə doğurur. Əlavə edək ki, R.Zərrab İran azərbaycanlısıdır və onun Bakıda doğulması, burda ticarətlə məşğul olması ilə bağlı indiyə qədər heç bir informasiya olmayıb. Türkiyədə yaşayan və şou-biznesdə olan yerli və azərbaycanlı xanımlarla münasibətinə görə gündəmə gələn R.Zərrabı türk mediası "rüşvət əməliyyatı"na qədər həmişə "İran azərbaycanlısı", "İran vətəndaşı" olaraq təqdim edib. Məhz indiki məqamda onun istintaqda "Tapşırıqları Azərbaycandan alırdım" deməsinin qabardılması və bakılı kimi təqdim olunması istər-istəməz "rüşvət əməliyyatı"nda Azərbaycanın adının daha çox hallandırması məqsədilə edildiyi rəyi yaradılır. |
2013-12-23 | 4,887 | Xilas üçün gedən qatar qəzaya düşdü | Keniyada yük qatarı relsdən çıxaraq yaşayış evlərinə çırpılıb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən olmayıb. "Axar.az"ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Uqandaya buğda daşıyan 22 vaqondan ibarət olan qatar paytaxt Nayrobidə gecəqondu məhəlləsində relsdən çıxaraq evlərə çırpılıb. Qəzada yaralananlar xəstəxanaya çatdırılıb, dağıntı altında qalanları tapmaq üçün aparılan axtarış əməliyyatı saatlarla davam edib. Hadisə yerində toplanan insanlar axtarış əməliyyatının ləng aparılmasından şikayətçi olublar. Hadisənin baş verdiyi yer Afrikanın ən böyük gecəqondu bölgələrindən biridir. Polis qəzanın səbəbi kimi relslərin sürüşkən olmasını göstərib. |
2013-12-23 | 4,888 | Bakıda 82 dönərxananın fəaliyyəti dayandırılıb | Bu il Bakı şəhəri və ətraf ərazilərdə sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən 82 dönər müəssisəsinin fəaliyyəti dayandırılıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev açıqlamasında deyib ki, cari il ərzində 89 dönər sahibkarı cərimə olunub, 5 iş araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilib. Dönərxanalarda təbii qazdan istifadənin dayandırıldığın deyən şöbə müdiri əlavə edib ki, 18 dönərxanada toyuq dönərinin hazırlanması tamamilə ləğv edilib. İ. Abdullayev qeyd edib ki, fəaliyyəti dayandırılan dönərxanaların əksəriyyəti toyuq dönəri satılanlardır: "Dönərxanaların fəaliyyətinə nəzarət etmək üçün müəyyən məqamlar olmalı, qanunvericilik aktları təkmilləşməlidir. Bəlkə də bu gün dönərxanalara fəaliyyəti üçün nəzərdə tutulan cərimələr aşağı olduğuna görə rahat fəaliyyət göstərə bilirlər. Bundan əlavə, mərkəz tərəfindən hər hansı bir müəssisənin fəaliyyətinə qadağa qoyulubsa, bu qərar müvafiq icra hakimiyyəti tərəfindən də qüvvəyə minməlidir ki, onlar müəyyən müddətdən sonra yenidən fəaliyyət göstərər bilməsinlər". (APA) |
2013-12-23 | 4,889 | Ərdoğandan Gülənin qarğışına ikinci cavab - Video | Baş nazir Ərdoğan ona qarşı qarğış videosu ilə gündəmə girən Fətullah Gülənə ikinci dəfə cavab verib. Türkiyənin Baş naziri R.T.Ərdoğan sırağa günün ən çox danışılan xəbəri olan "Gülənin qarğış videosu" ilə əlaqədar Girəsunda verdiyi açıqlamadan sonra Trabzonda da bir açıqlama verib. Bir gündə iki cavab "Axar.az" xəbər verir ki, Girəsunda "o qarğışlarınızı seçki qutusunda basdıracağıq" deyən Ərdoğan Trabzondakı ikinci açıqlamasında isə "o qarğışlar gedər sahibini tapar",- deyib. Ərdoğanın Gülənə verdiyi qarğışın cavabı: "Sizdən bir istəyim var, bacılarım. Qapı-qapı gəzəcəyik. Bildiklərimizi bilməyənlərə izah edəcəyik. Əl-ələ tutacağıq. Heç narahatçılığınız olmasın, dik dayanacağıq, boynumuzu əyməyəcəyik. Trabzon, bütün bu çirkin oyunları, bu çirkin tələləri hamımız birlikdə pozmağa varıqmı? Söz sizindir, qərar sizindir. Çox vaxtımız yoxdur. 95 gün sonra seçkidə ən gözəl cavabı verəcəksiniz. Dövlət içində paralel dövlət olmağa çalışanlar var. Biz müsəlmanlar lənətlə danışan bir birlik deyilik. Qarğış dəzgahı bumeranq kimidir. Qayıdar sahibini tapar". |
2013-12-23 | 4,890 | Gülən “Axar.az”ın hesabını bağlatdırdı – Fotofakt | Türkiyənin nurçulara bağlı olan Samanyolu televiziyası "Yutub" Şirkətinə müraciət edərək, "Axar.az"ın hesabının bağlanılmasını xahiş edib. "Yutub" Şirkətindən "Axar.az"a daxil olan məktubda bildirilir ki, Fətullah Gülənin bəddua etdiyi ilə bağlı videoçarx yığışdırılmazsa, saytın hesabı bağlanacaq. Qeyd edək ki, artıq "Axar.az" öz hesabına video yerləşdirmək hüququndan məhrum edilib. Qəribədir ki, Fətullah Gülənin bədduası ilə bağlı video-müraciəti bütün türk və Azərbaycan mediasında yayılıb və bunun təşəbbüskarı da Samanyolu TV-dir. F.Gülənə bağlı olan bu kanal (Fəza Media Qrupunun televiziyalarından biridir) Gülən-Ərdoğan siyasi savaşında birincinin yanında yer almaqla, nurçuların mövqeyini müdafiə edən materiallar verir. "Axar.az" isə bu savaşda heç bir tərəf saxlamadan, xəbərlər hazırlayır və hər iki tərəfin açıqlamalarını təqdim edir. Ona görə də sual yaranır: Nurçular öz yaydıqları və təbliğ etdikləri bir video-müraciətin "Axar.az"dan yığışdırılmasını niyə "Yutub"dan tələb edirlər? Əgər belə həssaslıq göstərirlərsə, niyə Samanyolu TV öz ölkələrində - Türkiyədə bu videonu əvvəlcə özlərinin, sonra da türk saytlarının səhifəsindən yığışdırmaqla bağlı cəhd göstərməyib? Bir daha vurğulayaq ki, "Axar.az" olaraq hətta bu siyasi mübarizənin ən iyrənc formasını – nurçuların Baş nazir Ərdoğanın qardaşına aid gizli videonu yaymasını da təqdim etmişik. Ancaq Ərdoğan hakimiyyətindən də, AKP-yə bağlı media holdinqlərdən də bununla bağlı bircə irad da daxil olmayıb. Onlar öz şikayətlərini ilkin mənbələrə ediblər. Zəruri olaraq vurğulayaq ki, fətullahçıların Türkiyədə cəmi bir, AKP-nin isə 10-dan artıq, həm də Fəza Qrupu ilə müqayisədə, daha geniş media şəbəkəsi mövcuddur. "Axar.az" artıq Fəza Media Holdinqinə aid Samanyolu TV-yə izahat verməsi üçün müraciət edib. |
2013-12-23 | 4,891 | Ebru Gündəş Rza Zərrabla bağlı son qərarını verdi | Türkiyəli müğənni Ebru Gündəş həyat yoldaşı Rza Zərrab həbs olunduqdan sonra efirə çıxıb-çıxmayacağı ilə bağlı son qərarını verib. Verilən məlumata görə, Acun Ilıcalının rəhbərlik etdiyi "O Səs Türkiyə" yarışmasında juri qismində iştirak edən ifaçı verilişdə iştirak edib-etməyəcəyinə dair açıqlama verib. E.Gündeş sabah və bundan sonra canlı yayımlanacaq bütün "O Ses Türkiye" proqramlarına qatılacaq. İfaçı "O Səs Türkiyə Yılbaşı Özəl" proqramında isə iştirak etməyəcək. Yeni ildə Kiprdəki "Nuhun gəmisi"ndə səhnəyə çıxmalı olan Gündeşin buradakı konsert proqramında iştirak edib-etməyəcəyi də məlum deyil. Müğənnini dinləmək istəyən hər bir insan otelə 3 min 375 lirə (təxmini 1450 manat) ödəyib və artıq bütün yerlət dolub. Sənətçi konsertini vermədiyi təqdirdə otel rəhbərliyi təzminat iddiası ilə məhkəməyə müraciət edəcək (Anspress.com). |
2013-12-23 | 4,892 | Qadını girov götürən şəxs təslim edildi - Video/Yeniləndi | 13:01 Gəncənin Dədə Qorqud küçəsində yerləşən yaşayış binasında bir kişi evdə bir qadını girov götürüb. "Axar.az"ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, girov götürən şəxs evin eyvanına çıxaraq əlindəki qumbara ilə girov götürdüyü şəxsi partladacağını iddia edib və bundan vaz keçmək üçün bəzi tələblərinin olduğunu bildirib. Əlində qumbara olan kişinin həmin evin sahibi olub-olmaması, həmçinin girov götürdüyü şəxslə hansı əlaqəyə malik olması hələlik bəlli deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Binaya sakinlərin girişi qadağan olunub. Partlayış törətmək istəyən şəxslə danışıqlar aparılır. 13:55 Son məlumatlara görə, artıq həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib. Əlindəki qumbara da alınaraq kişi polis idarəsinə aparılıb. Müvafiq strukturlar ərazidə axtarış tədbirləri həyata keçirir. 15:04 Əlində qumbara ilə Gəncənin hüquq-mühafizə orqanlarını ayağa qaldıran şəxsin kimliyi müəyyənləşib. Bəlli olub ki, "Zabitlər evi" səmtindəki binanın 3-cü mərtəbəsində bir qadını girov saxlayaraq binanı partladacağı ilə hədəlyən kişinin adı Əflatundur. O, artıq zərərsizləşdirilib. Gəncədəki mənbələrdən "Azadlıq.info"ya deyiblər ki, şəhər prokuroru Adil Vəliyev və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Rasim Qurbanov həmin şəxslə təslim olması haqda danışıqlar aparmaq istəyib. Lakin danışıqlar nəticəsiz olub. Bundan sonra Əflatnunun yaxın dostu olduğu bildirlən bir nəfər gəlib və onu təslim olmağa inandıra bilib. Bundan sonra polis Əflatunu və girov saxladığı qadını aparıb. Deyilənlərə görə, hadisəyə Əflatunla həmin qadın arasında məişət zəmnində yaranan mübahisə səbəb olub. Qadın Əflatunun qonşusudur. Qadının yüngül həyat tərzi ilə fərqləndiyi, Əflatunun da ondan bu xüsusda istəklərinin olduğu, istəyinə müsbət cavab almayınca belə bir əmələ əl atdığı deyilir. Hadisə yerindən "Azadliq.info"ya fotolar və video da göndərilib: |
2013-12-23 | 4,893 | Dünən ölkədə 52 cinayət baş verib | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, onların 17-si "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 16 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 20 nəfər tutulub. |
2013-12-23 | 4,894 | Əhali bu il 32,3 milyard manat qazanıb | Statistika Komitəsi 2013-cü ilin yanvar-noyabr aylarında əhalinin gəlirlərini açıqlayıb. Komitənin verdiyi məluata görə, cari ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 32,3 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi 6,5 faiz artaraq 3471,7 manat və ya orta hesabla ayda 315,6 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,5 faiz olub. Bu dövr ərzində ölkə əhalisi tərəfindən gəlirlərin 68,0 faizi son istehlak xərclərinə, 9,0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 21,2 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 29,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,9 faiz çox vəsait qalıb.(Anspress.com). |
2013-12-23 | 4,895 | Əli Ömərovun qardaşı Milli Şuradan istefa verdi | "Milli Şuranın taktika və strategiyasını baxışlarıma uyğun saymadığım üçün qurumdan istefa verirəm". Bu sözləri Milli Şuranın artıq keçmiş üzvü Zakir Əliyev deyib. Yada salaq ki, Zakir Əliyev Milli Şurada El hərəkatının təmsilçilərindən idi. Milli Şuradan gedişinin səbəbləri ilə bağlı geniş açıqlama vermək istəmədiyini deyən Z.Əliyev bundan sonra ölkənin ictimai-siyasi həyatından tam uzaqlaşacağını vurğulayıb. Onu da bildirək ki, Zakir Əliyev keçmiş baş prokuror Əli Ömərovun doğma qardaşıdır (Musavat.com). |
2013-12-23 | 4,896 | Kıvanç Tatlıtuğ 550 min dollarlıq təklifdən imtina edib | Yaxın Şərqin Bred Piti adlandırılan Kıvanç Tatlıtuğ Dübaydan gələn reklam təklifini qəbul etməyib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dubayda Mohanned adı ilə tanınan aktyora ölkənin önəmli ayaqqabı istehsalçısı olan şirkətdən reklam, markanın siması olmaq təklifi edilib. Bilbord və mətbuat üçün foto çəkilişləri, TV reklamı çəkilişi və bir mətbuat konfransını əhatə edən 4 gündəlik razılaşma üçün Tatlıtuğa 550 min dollar təklif edilib. Ancaq aktyor "Kurt Seyt və Şura" adlı yeni serialının çəkilişlərini səbəb kimi göstərərək təklifdən imtina edib. |
2013-12-23 | 4,897 | Petrosyan ölkəsini Azərbaycandan ağıllı hesab etdi | "Ermənistanda antirus əhval-ruhiyyəsi olmayıb və bundan sonra da olmayacaq". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan çıxış edib. O, Ermənistanın Azərbaycan və Gürcüstandan daha ağıllı hərəkət etdiyini bildirib: "Biz Azərbaycan və Gürcüstandan daha ağıllı hərəkət etmişik. 90-cı illərdə biz antisovet hərəkatını antirus hərəkatına çevirmədik. Nəticədə digərlərindən fərqli olaraq ərazi bütövlüyümüzü də saxladıq və Artsaxın (Qarabağın) azadlığını da əldə etməyi bacardıq". Eks-prezident həmçinin Avropa İttifaqından üz döndərmənin Ermənistanda heç vaxt böyük etiraza səbəb olmayacağını da bildirib: "Ermənistanda antirus əhval ruhiyyəsi olmayıb və bundan sonra da olmayacaq. Ona görə də Ermənistanın assosiativ üzvlükdən imtina etməsi böyük etiraza səbəb olmayacaq". |
2013-12-23 | 4,898 | Telefon oğrularına bəd xəbər – İlk dəfə | ABŞ-ın Kaliforniya ştatında mobil telefon oğurluğunu mənasız məşğuliyyətə çevirəcək qanunun qəbul edilməsi gözlənilir. Yerli hakimiyyət orqanları yanvarda ştatın ərazisində satılan bütün mobil telefonların xüsusi proqram təminatı (oğurlanan telefonların uzaq məsafədən söndürülməsinə imkan verən proqram) ilə təchiz edilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxaracaq. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən bildirir ki, qanun qəbul edilsə, digər ştatların hakimiyyət orqanları da analoji addım ata bilər və nəticədə belə funksiya yerli hakimiyyətlərin təşəbbüsündən asılı olmayaraq, gələcəkdə bütün mobil telefonlar üçün standart ola bilər. Məhz prokuror ABŞ-ı bürüyən smartfon oğurluğu ilə mübarizənin əsas təşəbbüskarı olub. Məsələn, San-Fransiskoda baş verən küçə cinayətlərinin təxminən yarısı telefon oğurluğu ilə bağlıdır. Smartfonlar tapança və ya soyuq silahla hədə-qorxu gəlməklə sahiblərinin əlindən alınır. C.Qaskon və onun Nyu-Yorkdan olan həmkarı Erik Şneyderman operator və istehsalçıları smartfon oğurluğunu mənasız edəcək texnoloji həll hazırlamağa səsləyib. Buna cavab olaraq, məsələn, "Apple" şirkəti artıq prokurorların çağırışına səs verib və "iOS 7" əməliyyat sistemində smartfonun uzaq məsafədən söndürülməsi funksiyasını tətbiq edib. Oxşar funksiya "Samsung" telefonlarında da yer alıb. Bu problemlə dövlət səviyyəsində məşğul olunsa və müvafiq qanun qəbul edilsə, digər istehsalçılar da eyni addımı atmaq məcburiyyəti ilə üzləşəcək. |
2013-12-23 | 4,899 | Keçmiş nazir: “Növbədənkənar seçki keçirilə bilməz” | "Avromaydan" liderlərindən biri Ukraynanın keçmiş DİN başçısı Yuri Lusenko növbədənkənar prezident seçkisi keçirməyin mümkün olmadığını bildirib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, o bu barədə Kiyevin mərkəzində etirazçılarla qeyri-formal söhbətində deyib. Siyasətçi qeyd edib ki, əsas məsələ 2015-ci ilin prezident seçkisinə hazırlaşmaqdır: "Yeganə öndər lazımdır, 10 liderlə müharibəyə getmək olmaz",- deyə Lusenko bildirib. O, əlavə edib ki, aksiyalara ölkənin cənub-şərq sakinlərini də cəlb etmək lazımdır. Qeyd edək ki, növbədənkənar prezident seçkisinin keçirilməsi "Avromaydan"ın əsas tələblərindən biridir. |
2013-12-23 | 4,900 | Eldar Namazov ad gününü necə qeyd edəcək? | "Axar.az" xəbər verir ki, bu gün dekabrın 23-ü El hərəkatının İcra Aparatnın rəhbəri Eldar Namazovun doğum günüdür. Tanınmış siyasətçinin 57 yaşı tamam olur. Doğum günü ilə bağlı "Axar.az"a danışan siyasətçi bildirdi ki, adətən doğum gününü hər 10 ildən bir qeyd edir: "Sonuncu dəfə 7 il öncə, 50 yaşım tamam olanda qeyd etmişəm. 3 il sonra yenidən keçirəcəyəm. Ancaq bu günü dost-tanışlarla öz aramızda, paytaxtda yüngülvari qeyd edəcəyik". "Axar.az" xəbər verir ki, bu gün dekabrın 23-ü El hərəkatının rəhbəri Eldar Namazovun doğum günüdür. Tanınmış siyasətçinin 57 yaşı tamam olur. Doğum günü ilə bağlı "Axar.az"a danışan siyasətçi bildirdi ki, adətən doğum gününü hər 10 ildən bir qeyd edir: "Sonuncu dəfə 7 il öncə, 50 yaşım tamam olanda qeyd etmişəm. 3 il sonra yenidən keçirəcəyəm. Ancaq bu günü dost-tanışlarla öz aramızda, paytaxtda yüngülvari qeyd edəcəyik". |
2013-12-23 | 4,901 | ABŞ Güləni dəstəkləyir | Güləni-Ərdoğana savaşında ABŞ Güləni dəstəkləyir. "Axar.az" məlumat verir ki, bu sözlər hazırda Türkiyə mətbuatının aparıcı köşə yazarlarının əsas diqqət ayırdığı mövzu olub. Yazarlar Ərdoğanla Gülən arasında savaşa camaatdaxili müharibə kimi nəzər salmağın doğru olmadığını bildiriblər. Onların sözlərinə görə, bu AKP-ABŞ savaşıdır. Köşə yazarları həmçinin artıq Gülənin ABŞ tərəfindən kifayət qədər güclü dəstəkləndiyini və Ərdoğanın çox çətin vəziyyətlə qarşı-qarşıya qaldığını yazıblar. Onlar həmçinin heç kimin kənardan güc almadan ölkənin əsas beyin mərkəzlərində yerləşən şəxslərin bu cür ifşa edilə bilməyəcəyini qeyd ediblər. |
2013-12-23 | 4,902 | Rusiyadan Ukraynaya sərt xəbərdarlıq | "Rusiya istənilən vaxt Ukraynaya verdiyi 15 milyard dollar pulu geri tələb edə bilər". "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya baş nazirinin müavini İqor Şuvalov çıxış edib. O, rəsmi Moskvanın özünü sərt hüquqi prosedurlarla siğortaladığını bildirib: "Burada narahatçılığa heç bir gərək yoxdur. Əslində bütün münasibətlərimiz sərt hüquqi prosedurlar üzərində qurulub və Rusiya istənilən vaxtı pulunu geri tələb edə bilər". Qeyd edək ki, bir müddət əvvəl Yanukoviç Rusiyadan 15 milyard dollar kredit almaq üçün müqavilə imzalamışdı. |
2013-12-23 | 4,903 | Prezident İlham Əliyev konfrans keçirdi | Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib. Dövlət başçısı əvvəlcə Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış olub. Prezident İlham Əliyevin giriş nitqindən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov çıxış ediblər. Dövlətimizin başçısı konfransda yekun nitqi söyləyib (Azərtac). |
2013-12-23 | 4,904 | Hərbçilərin dəfn mərasimi xüsusi qaydada olacaq | Azərbaycanda hərbi xidmət zamanı həlak olmuş və dünyasını dəyişmiş hərbçilərin dəfni üçün xüsusi qaydalar hazırlanır. Qaydalarda xidməti-döyüş tapşırığını yerinə yetirərkən dünyasını dəyişmiş hərbi qulluqçuların dəfn mərasimlərinin təşkili ilə bağlı məsələlər əksini tapacaq. Qeyd edək ki, indiyədək xidməti-döyüş tapşırığını yerinə yetirərkən dünyasını dəyişmiş hərbi qulluqçuların dəfn mərasimləri bəzi hallar istisna olmaqla, adi qaydada təşkil olunub. Qaydalar təsdiq olunandan sonra dəfn mərasimlərində iştirak etmək üçün qarnizonlarda xüsusi bölmələr hazırlanacaq. Əsgərlərin və qadın hərbçilərin də yer alacağı bu bölmələr dəfn mərasimlərində müəyyən edilən xüsusi ritualları təşkil edəcək. Dəfn və bununla bağlı xərclərin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Qaydaların hazırlanmasında Türkiyə Silahlı Qüvvələrinin analoji təcrübəsindən istifadə olunub (Apa.az). |
2013-12-23 | 4,905 | Türkiyə “Mavi Mərmərə” ilə bağlı İsraillə razılığa gəlir | "Türkiyə "Mavi Mərmərə" hücumunda ölənlər üçün İsraildən tələb etdiyi yüksək təzminatı azaldacaq". "Axar.az" məlumat verir ki, bu informasiyanı İsrailin "Haretz" qəzeti yayımlayıb. Qəzet bu ayın əvvəlində İstanbulda Türkiyə Xarici İşlər Nazirliyinin məsləhətçisi Firudin Siniroğlu ilə İsrail Baş naziri Benyamin Netanyahunun nümayəndəsi arasında aparılan danışıqlardan sonra razılığa gəlindiyini bildirib. Razılaşmaya əsasən, Türkiyə rəsmi Təl-Əvivdən daha aşağı təzminat ödənməsini istəyib. Qəzet bununla bağlı hələlik İsrail tərəfinin bir qərar vermədiyini yazıb. Qeyd edək ki, "Mavi Mərmərə" əməliyyatı Türkiyə ilə İsrail arasında münasibətlərin dondurulması ilə nəticələnmişdi. |
2013-12-23 | 4,906 | Azər Ayxan: “Yeni Müsavat” sifarişlə işləyir | "Cavanşir Paşazadə "Yeni Müsavat" qəzetini məhkəməyə versə, biz də onun haqqında əlimizdə olan sensasyon məlumatları dərc edəcəyik, onda millət vəkili həqiqətin, yalanın və sifarişin nə olduğunu biləcək". Bu sözləri "Yeni Müsavat" qəzeti Baş redaktorunun birinci müavini Azər Ayxan millət vəkili Cavanşir Paşazadənin qəzetə qarşı olan məhkəmə iddiasına cavab olaraq "Axar.az"a dedi. Azər Ayxan "Yeni Müsavat" qəzetində gedən və Türkiyədəki son həbslərdən bəhs edən "Rza Zərrabın Bakıdakı əsas adamı - Cavanşir Paşazadə..." adlı yazıya da münasibət bildirdi: "Cavanşir Paşazadənin qəzetimizi məhkəməyə verəcəyi ilə bağlı dediklərinə normal yanaşıram. Hər bir Azərbaycan vətəndaşının öz haqqını məhkəmə müstəvisində həll etmək hüququ var. Amma ictimai-siyasi xadimlərdən də xahişim odur ki, mətbuatın yazmaq hüququna da onlar hörmətlə yanaşsınlar. Təbii ki, qonşu ölkədə yaşanan proseslərin Azərbaycanla da əlaqəsi var. Mediaya hər hansı bir informasiya yetişəndə biz onu ictimailəşdiririk. Olduqca ciddi bir rezonans doğuran rüşvət məsələsindən söhbət gedir və bu məsələdə azərbaycanlı deputatın, məmurun adı çəkilirsə, heç şübhəsiz ki, bu, yazılmalıdır. Çünki mətbuatın işi budur və mətbuata "yazma" demək heç normal deyil. Onu da qeyd edim ki, biz yazını verməmişdən əvvəl Cavanşir bəyin özü ilə əlaqə yaratmağa cəhd etdik, amma çox təəssüf ki, Azərbaycan deputatları, məmurları və digər tanınmış şəxslər, hətta müğənnilər – "kimin adı qulağına dəyirsə", onlarda bir az özündənrazılıq yaranır və həmin insanlar özlərini mediaya qapadır, sonra isə haqsız yerə bizi ittiham edirlər". "Yeni Müsavat" sifarişlə işləyir Azər Ayxanın fikrincə, Cavanşir Paşazadənin qəzeti sifarişli yazılar yazmaqda ittiham etməsi diqqəti yayındırmaq məqsədi güdür: "Qəzetin sifarişlə işləməsi gerçəkdir. Qəzet, hər bir media orqanı oxucusunun sifarişini yerinə yetirir. Və biz də o cümlədən, oxucumuzun sifarişini yerinə yetirməklə məşğuluq. Bu məsələyə gəldikdə isə Cavanşir Paşazadə üstündən şübhələri atmaq və ictimai diqqəti yayındırmaq üçün ortaya belə bir tezis atıb. Biz kimlərin sifarişini yerinə yetiririksə, buyursun, "Yeni Müsavat" qəzetinə danışsın. Dəfələrlə olub ki, hər hansı bir məmur, ictimai xadim haqda qəzetimizdə yazı gedib və biz qarşı tərəfin mövqeyini vergülünə belə toxunmadan dərc etmişik. Onu da bildirim ki, çox qəribə bir vəziyyət yaranıb - yazanda deyirlər sifarişlə yazırsan, yazmayanda da eyni ittihamı səsləndirirlər. Bəzi adamların özləri həyatda sifarişlə danışırlar, sifarişlə fəaliyyət göstərirlər, sifarişlə düymə basıb, hansısa qanuna səs verirlər. Və başqalarının da sifarişlə işlədiyini zənn edirlər. Təəssüf ki, günümüzün reallığında Azərbaycanda belə bir acınacaqlı tendensiya müşahidə olunur. Bir daha deyirəm, biz informasiya istehsalı ilə məşğuluq. Və xüsusilə də Türkiyədə son dərəcə gündəmi zəbt etmiş hadisələrlə bağlı istənilən informasiyanı çap eləməyə hazırıq. "Yeni Müsavat" qəzetini burda hər hansı bir sifarişi yerinə yetirməkdə günahlandırmaq əsassızdır". Şeyxülislam Allahşükür Paşazadə Türkiyədəki hadisələrlə əlaqəlidir "Heç şübhəsiz ki, istənilən adamla bağlı bizdə xəbərlər olur, həmçinin Cavanşir Paşazadə və onun qardaşı hörmətli Şeyximizlə bağlı da bu proseslərlə bağlı bəzi məlumatlar var. Hələ ki, biz əlimizdə olan məlumatların hamısını çap eləmirik və Cavanşir Paşazadənin bizi məhkəməyə verməsini gözləyirik". |
2013-12-23 | 4,907 | 100 illik karvansaray uçur: 17 nəfər ölümlə üz-üzə | Ağdaşda yerləşən, yerli əhəmiyyətli tarixi abidə kimi 4066 inventar nömrəsi ilə Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatda olan, bir əsrlik tarixə malik Qarabəy Karvansarayı qəzalı vəziyyətə düşüb. Ağdaş şəhəri Müşviq İsayev küçəsində yerləşən Qarabəy Karvansarayı XX əsrin əvvəllərində inşa edilib. Tikildiyi vaxtdan 20-25 il ərzində öz profili üzrə fəaliyyət göstərən karvansaray 1950-ci illərdən sonra sığınacaq, abidənin ikinci mərtəbəsi isə yaşayış məqsədilə istifadə edilib. Binanın birinci mərtəbəsi müxtəlif təyinatlı 12 ticarət və məişət obyektinə verilib. Hazırda 17 ailənin yaşadığı karvansaray qəzalı vəziyyətdə, bütün diqqətlərdən kənarda gələcək təhlükənin xəbərçisi kimi qalmaqdadır. "Müraciətimizə təhqirlə cavab veriblər" Sakin Adilə Mehdiyevanın sözlərinə görə, 6 ildir burda məskunlaşıb: "Binanın vəziyyəti çox pisdir. İmkansızlıqdan bura sığınmışam. Bina uçur, evlər qəzalı vəziyyətdə, həyət üfunət, uşaqlar xəstədir. Aidiyyəti qurumlara müraciət etmişik, amma təhqir olunmuşuq, bir cavab verən yoxdur". Digər sakin Mahir İbrahimov isə bildirib ki, binanın kanalizasiya sistemi və qazı yoxdur: "Qaz çəkmirlər ki, bina qəzalıdır, olmaz. Yağan yağışlar evimizi pis vəziyyətə salıb". Damdan gələn "qonaqlar" Ümumiyyətlə, Karvansaray binasında yağışın izlərini hər yerdə görmək mümükündür. Divarlarında yaranan çat və aşınmalar hər an uçmaq təhlükəsindən xəbər verir. Dam örtüyünün ağac konstruksiyaları isə çürüyüb. Uzunluğu 74 m olan binanın ancaq bir tərəfində yaşayış mövcuddur. Digər tərəfi isə istifadəsiz və baxımsız qaldığından ot və ağaclara "məskən olub". Vaxtilə heyvanlarını saxlandığı birinci mərtəbədən isə sakinlər ayaqyolu kimi istifadə edirlər. Vəziyyəti təsəvvür etmək çətin deyil- üfunət iyi qəzalı vəziyyətdəki binada yaşayan sakinləri daha da qəzəbləndirir. Əgər binanın dam örtüyü yoxdursa, yağışla bərabər mənzillərə hər an müxtəlif həşəratlar da "qonaq gələ bilər" və bu vəziyyət bir neçə dəfə təkrarlanıb. Nəticədə bəzi sakinlər qapılarına qıfıl vuraraq başqa mənzil axtarışına çıxıblar. "Bina uçsa altında qalacağıq" Ancaq gedə bilməyənlər də var. Onlar yağışın altında, binanın hər an uça biləcəyi qorxu ilə birgə yaşamağa məcburdurlar. Hər gün bu qorxunu bir az daha artıq hiss edən Nazilə Musayeva deyir ki, artıq pilləkənlər da çökür: "Bina uçsa, biz altında qalacağıq". Karvansaraydakı bir və iki otaqlı mənzillər köhnə zirzəmiləri xatırladır. Uçan divarlar, yağışdan qorunmaq üçün sellefon çəkilən tavanlar, sınmış qapı və pəncərələr, uçuq-sökük pilləkanlar darısqal mənzillərdəki həyatın ağırlığını göstərir. Ancaq indiyə qədər dəfələrlə aidiyyəti qurumlara edilən müraciətlərə müsbət cavab almaq mümkün olmayıb. Rayon İcra Hakimiyyəti: "Gözləyirik" Ağdaş Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələləri üzrə müavini İsmayıl Yusifzadə karvansaraydakı vəziyyətdən xəbərdar olduqlarını bildirib. Hətta sakinlərin çoxsaylı müraciətləri əsasında iyulun 28-də binaya texniki baxış keçirilib: "Həmin bina qəzalı vəziyyətdədir. Bunun üçün Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə müraciət edilib. Vəziyyət aktlaşdırıb aidiyyəti qurumlara göndərilib. Cavab gözləyirik. Binanın sökülüb-sökülməycəyi və sakinlərin yeni tikiləcək mənzillərə köçürülməsi veriləcək yekun qərardan asılıdır". Sakinlərə isə hələ ümidlidir: Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyinin verəcəyi yekun qərarın həm abidənin, həm də orda yaşayanların xeyrinə olacağına ümid edirlər. |
2013-12-23 | 4,908 | Murat Boz Bakıda ilk dəfə konsert verəcək - Foto | Türkiyəli məşhur müğənni Murat Boz Bakıda konserti planlaşdırılır. Heydər Əliyev Sarayının mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin verdiyi məlumata görə, konsert proqramı iki gün, 17-18 mart tarixlərinə nəzərdə tutulub. Biletlərin qiymətləri 30-290 manat arasındadır və bu gündən Sarayın kassalarında satışa buraxılıb. Konsertin təşkilatçısı "UR Style Baku" şirkətidir. Xatırladaq ki, məşhur müğənninin paytaxtda keçiriləcək ilk konserti olacaq. Bundan öncə Murat Bozun gəlişi planlaşdırılsa da bəzi anlaşılmamazlıqlara görə təxirə salınıb (ANSPress). |
2013-12-23 | 4,909 | Zahid Sarıtorpaq: Bizdən SSRİ-nin qisasını alırlar | Zahid Sarıtorpağın "gerçəkləşməyən arzular"ının sorağı ilə ona zəng etdim. Onunla görüşüb, "Axar.az"ın məlum layihəsi üçün söhbət etmək istəyimi dedim. Vədələşdik. Və deyilən vaxt Səməd Vurğun bağının yaxınlığında tanış bir çayxanada görüşdük. Salam-əleykdən sonra: - Zahid müəllim, necəsiniz, nə var nə yox? Soyuq olub deyəsən... - Mən hələ-hələ xəstələnən adam deyiləm, bəzən olur da... Gənclik illərimdə də ürfan şerləri yazırdım - Yaradıcılığınızla görünüşünüzdə həmahənglik var. Bu yaşla əlaqədardır? Ürfan, təsəvvüf şeirləri yaradıcılığınızda qabarıq görünür. - Bütün şeir kitablarımda 25, 30 ilin şerləri var. 40 illik tarixi olan şerlərim də var ki, hamısını gətirib bir-iki kitabda cəmləmişəm. Elə bilirlər ki, mən bu günkü ab-havamla yazmışam o şerləri. Amma mən elə gənclik illərimdə də ürfan şerlər yazırdım. Elə indi də yazıram. O şeirlər mənim ruhumdan, əxlaqımdan, təbiətimdən, içimin ruhaniyyətindən gələn şerlərdir. - Amma ənənəvi formada deyil... - Düzdür. Artıq o mənim laboratoriyamın məhsuludur. Fikri ifadə eləmək tərzimdi, öz üslubumdu, belə deyək. - Zahid bəy, siz tanınan şairsiniz, amma adama elə gəlir ki, az tanınırsız, az görünürsüz. - Mən elə deməzdim. İnanın, barmaq sayı oxucum olsa belə, özümü xoşbəxt hesab edirəm. Bir dəfə Vaqif Bayatılı ilə söhbətlimizdə dedim ki, bizi oxuyan yoxdur, yəqin. Dedi, yox, səhv edirsən, bizim haradasa 2000 güclü oxucumuz var. Mən buna inanmadım. Sonradan məlum oldu ki, nəinki iki min, lap çoxdur. Bunu mənim yaradıcılığıma olan reaksiyalardan gördüm. Rayonlarda oluram, əlaqələrim çoxdur. Adam var ki, elə şerləri əzbərdən deyir, əlim üzümdə qalır. Mənim özümün unutduğum şerləri... Oxucunu fikirləşib, şeri yazmıram - Siz və sizin ədəbi nəsildən olan bir çox yazarlarmız nədənsə heç oxucu haqda fikirləşməyiblər, ancaq öz hisslərini ifadə ediblər, dərc olunmağa səy göstərməyiblər. - Düz deyirsiniz. Mən o qədər oxucunu fikirləşib, şeir yazmış olsaydım, haradasa ümumi axına qoşulmuş şairlərdən biri olardım. Vaxt olub ki, altı ay şeir yazmamışam. Roman üzərində işləyirəm. Tərəddüd də eləmirəm ki, niyə şeir yazmıram. Yadıma gəlir, 1983-cü ildə, ikinci kursda oxuyurdum, qışda üç ay ərzində yüzdən yuxarı şer yazdım. - Zahid bəy, nələri düşünürdünüz ilk dəfə şeir yazmağa başlayanda? Olanlar göz qabağındadı, olmayanlar nələr oldu? - On bir yaşımda ilk şeirim rayon qəzetində çıxıb. Taleyimi o vaxtdan şeirə bağlamışam, səhv eləmirəmsə, 68-ci il idi. ... Babam pəhləvan idi - Rəsm çəkməyə güclü meyl elədim. Atamın da əlindən gəlirdi rəsm çəkmək. Onun çox gözəl bir rəsm əsəri bibimin evində qorunurdu. Bir dəfə həmin ev yandı, həmin şəkil də... Şamaxıda pionerlər evində, sərgi-yarış keçirilirdi. Mən birinci yerə çıxdım çəkdiyim rəsmlərə görə çox sevinirdim. İdmanla üç il davamlı olaraq məşğul oldum. Sərbəst güləş üzrə üç dəfə Azərbaycan çempionu olmuşam. Bu da irsi idi. Babam 112 il yaşamışdı. Pəhləvan idi... Bütün sahələrdə özümü axtarmışam. - Bu axtarışlar nə vaxt bitdi? - Doqquzuncu sinifdə oxuyanda bir kəlmə sözün üstündə pencəyimi də götürüb evdən qaçmışdım. Bakıda Dəmiryolu idarəsinin yük stansiyasında fəhlə kimi işə düzəlmişdim. Rels dəyişirdim, şpal daşıyırdım. O yaşda kirayə ev tutub özümü dolandırırdım. Oxumağa fasilə verdim. Əsgərlikdən sonra Gənclər Fəhlə Məktəbini bitirdim. Həmən ili də sənədlərimi Qorki adına Ədəbiyyat institutuna göndərdim. Üç min nəfərdən otuz üç nəfər imtahan verib qəbul ola bildi. Mən daxil. - Altı ay məktəbdən uzaqlaşmaq, əsgər gedib-gəlmək hansısa arzuların bir qədər gerçəkləşməməsində, ləngiməsində rol oynadı yəqin ki? - Romantik həyat yaşadım. Özüm bildiyim kimi yaşamaq, işləmək istəyirdim. Təsəvvür edirsiniz, o həyat mənim üçün daha romantik idi; çırpınmaq, çapalamaq, şeirdən ayrılırdım, şeirə qayıdırdım, bax, belə tərəddüdlər vardı. Mən həyatımı təzədən belə yaşayardım - Rəssam Zahidlə şair Zahidin oxşar cəhətləri üst-üstə düşə bilərdi. Amma siz güləşlə də məşğul oldunuz. Bu bir kobudluq tələb edən, digəri romantika, lirika ilə əhatələnən yaşam. - Görünür, biri ruhun, biri də cismin qidası idi, ona görə də o şeylər alınırdı. - Deyin, bu yaşamda pərakəndəlik olmadı ki, nəyisə itirmədiniz ki? - Ola bilər ki, nələrisə itirmişəm. Ancaq mənə belə çox xoş idi. Səmimi deyirəm, həyatımı təzədən belə yaşayardım. Mən qəti narazı deyiləm, indi təsəvvür edin, 80-ci illərin sonunda Xalq Hərəkatı başlayanda mən də qoşulmuşam. O dövrdə Hərəkata qoşulmayan ziyalını mən ziyalı hesab eləmirəm. Öz xalqından, vətənindən, torpağından ötrü kim nəyi bacarırsa, etməli idi. Məsələn, mən quş tüfəngi ilə Qarabağda da döyüşmüşəm. Yeri gəlmişkən, 89-cu ildə Xocalı və səhv eləmirəmsə, ətraf 27 kənd mühasirədə idi. 89-cu ilin sentyabr ayında Ağdamdan yola düşdük, Əskəranı keçib Xocalıya ərzaq apardıq. Ərzağın altında da silah-sursat... O gediş haqqında mənim qeydlərim var idi. Sonralar o dəftəri itirdim. - Döyüş yerində? - Yox, evimizdə... Hətta içində bir beş səhifə də yazı işləmişdim. Təəssüratlarım idı. Üstündən çox illər keçəndən sonra həmin dəftəri tapdım, inanın Allaha, o qədər sevindim ki. Həmin qeydləri 2014-cü ildə bir publisistik yazı kimi hazırlayıb, dərc etdirəcəm... SSRİ-nin qisasını alırlar Xalq Hərəkatına qoşulduğuma görə basqılar oldu. Ancaq bu adamlar bilmirdi ki, biz Hərəkatda sözümüzü deyən zaman Heydər Əliyev də Moskvada Xalq Hərəkatının tərəfində idi və sözünü də deyirdi. Bu gün vəzifə tutan məmurların əksəriyyəti elə bil ki, Hərəkatda olanlardan SSRİ-nin qisasını alırlar. Çox qəribə bir məntiq əmələ gəlib. Mən SSRİ dağılandan sonra Azərbaycanda özümə iş tapa bilmədim. Hara getdim, kimə üz tutdum, iş vermədilər. Təsəvvür edirsiniz, bu nə deməkdi? Hansı əxlaqdı bu? Mən düz 10 il, 81-90-cı illərə qədər "Yeni Şirvan" qəzetində şöbə müdiri olmuşdum. Çar-naçar qalıb Rusiyaya üz tutdum. Rusiyanın psixologiyasına bələd idim - Rusiya necə qarşıladı Azərbaycandan küskün gələn şairi? - Rusiyada təhsil almışdım, oranın psixologiyasına bələd idim. Artıq oranı həzm etmiş bir insan kimi bilirdim ki, bu ölkədə nəyi necə eləmək lazımdı. İşimi qurdum orada. Haradasa 2006-cı ilin fevralına qədər Rusiyada oldum. Sonra qayıtdım Azərbaycana. Sağ olsun Umud Rəhimoğlu. Tələbə yoldaşım olub. Bildi ki, gəlmişəm, mən çəkib gətirdi yanına, işsiz idim, kömək elədi. - Bu gün yenə bir yerdəsiniz? - Yox, orda deyiləm, o məni 2006-cı ildə çağırdı. Prezident layihəsi vardı - kitabları kirildən latına keçirmə, o layihədə texniki redaktor oldum. Haradasa 33 kitabın texniki redaktəsini etdim. Sonra Üzeyir bəy Hacıbəyovun Heydər Əliyev Fondu tərəfindən nəşr olunan seçilmiş əsərlərinin redaktəsini etdim. Hətta notuna qədər korrektura işinə baxmışam... Sonra Moskvanın "Avante Plyus" nəşriyyatının uşaqlar üçün buraxdığı ensiklopediyaları vardı, onların da redaktəsi ilə bircə-bircə məşğul olmuşam. - Sifarişlə idi? - Bəli. Dünya kitabxanasının yüz əlli cildlik, dünya şöhrətli Con Miltonun "İtirilmiş cənnət və qaytarılmış cənnət" epopeyalarını Azərbaycan dilinə çevirmişəm. İngilis dilindən sətri tərcümə edilən o əsərləri hesab edin ki, orijinaldan bədii tərcümə eləmişəm. Bunun üçün iki il vaxt itirdim. Kimdən nə diləyəsən? - Deyəsən Bakıda kirayədə olursuz? - Hə, oğlumun biri ailə qurub. O da ayrı olaraq kirayədə qalır. Biz də kiçik oğlumla bir yerdə kirayədə qalırıq. Bakıda evim yoxdu. 89-cu ildə Yazıçılar Birliyində ev növbəsinə durmuşdum. Bir də onda bildim ki, siyahıdan çıxarıblar adımı. Növbəmi bərpa elətdirə bilmədim. Ancaq o siyahıda elə "moşşennik"lərin, elə əyri adamların adı vardı ki... Hamısına uğur diləyirəm, evi olmaq yaxşı bir şeydir, alsınlar ev. Ancaq bu işə məsuliyyətsiz yanaşan, ürəksiz yanaşan adamları Allaha buraxıram, onlara heç nə demirəm. İndi belə olan yerdə kimdən nə diləyəsən? Əlbəttə ki, mənim Şamaxıda evim var. Şamaxıda barmaq qatla, bir iş yeri göstər ki, orada işləyə bilim. - Şamaxıda şəhərin özündə olursunuz da? - Şəhərin özündə doğulub böyümüşəm, Sarıtorpaq məhəlləsində. Öz evim isə kənardadır, Sarıtorpaqda deyil. Sarıtorpaqdakı ev ata yurdumuzdur. Şamaxıda iyirmi altı böyük məhəllə olub, Sarıtorpaq hardasa ziyalılar məhəlləsidir. Rusiyada ikili həyat yaşayırdım - Rusiyada mühacir həyatı, sonra qayıdib gəlmək, işsizlik, müharibə həyatı... - Rusiyada ikili həyat yaşayırdım. Gündüz gedirdim işə, hesab edin ki, zirehi geyirdim əynimə - içərimi qoruyurdum, çörəyimi qazanırdım, qayıdırdım geriyə. Axşam o "zirehi" çıxardırdım əynimdən, şer yazırdım, olurdum şair. Təsəvvür edin, belə idi vəziyyət. Yaradıcılıqdan heç kənar olmadım. İndi əlimdə işlədiyim roman özüm üçün çox maraqlı bir şeydir. Eyni zamanda tərcümə işi edirəm. Hazırda "Şərq-Qərb" nəşriyyatından sifariş almışam. Marsel Prustun "Sınağa doğru" romanını tərcüməyə başlamışam. Çox qəliz, çox ağır və çox maraqlı bir romandır. "Ulduz" jurnalına verdiyim şerlər 85-ci ilin sonunda çıxdı - Sizin ədəbi nəslinizə unudulmuş, itirilmiş nəsil demək olar? - Yox. Çap olunmamızda problemlər olub, amma siz dediyiniz kimi yox da... Mənim çap olmağım çox mürəkkəb bir şeyə çevrildi Bakıda. 81-ci ildə "Ulduz" jurnalına verdiyim şerlər 85-ci ilin sonunda çıxdı. Düz beş il gözlədim. - Onda poeziyaya Vaqif Bayatlı baxırdı da? - Hə. Vaqif məni sevən, mənə hörmət edən, məni istəyən bir insandır. Həmişə deyirdi ki, mümkün deyil... Sıxlıq var. Kimləri saldılar, zənglər olundu, nə bilim, daha nə... və sən qaldın-filan. "Literaturnaya Azerbaycan"da rus dilində şerlərim dərc olundu. Boris Avsarafov adında məşhur bir şair vardı Moskvada, o mənim şerlərimi ruscaya çevirmişdi. Seminar rəhbərim rəhmətlik Çıbin idi. Məni çox yüksək qiymətləndirdi, görünür, o demişdi ki, B.Avsarafov da məni tərcümə edirdi. Hətta bir dəfə də məni Rimma Kazakovanın evinə apardı. Onu da deyim ki, Çıbin heç kimlə oturub-duran adam deyildi, çox qaraqabaq bir insan idi. Rimma Kazakovanın evində adam boyda it vardı - Rimma Kazakova Bəxtiyar Vahabzadənin tərcüməçisi idi də? - Səhv eləmirəmsə, hə. Rusların məşhur şairlərindən biridir. Onun evinə məni aparanda, kefli idi, vurmuşdu möhkəm, mən də cavan uşaq, tələbə idim də. Beləcə, getdik onun evinə, heç vaxt yadımdan çıxmaz - Kazakovanın evində bir it vardı, düz adam boyda. Gördüm, qorxdum. Əşi, məni hara gətiribsən, məni parçalayıb yeyər bu! Gülə-gülə əlini vurdu çiynimə, dedi, qorxma, gəl bura, dartdı saldı içəri. Yəni belə yaxşı günlərimiz olub, yaxşı mühit var idi o zamanlar. Həm də yaxşı tələbə yoldaşlarım vardı. - İndi əlaqələriniz var? - Yox, indi heç biri ilə əlaqəm yoxdur. - Zahid bəy, nəyi arzulayırdınız, nə olmadı? Bax, o olmayanlardan bir az danışaq. - Olmayanlardan, vallah, nə deyim? Gerçəkləşməyən arzum odur ki, imkanım olsaydı, doğulduğum torpaqda yaşayıb, orada işləyər, ailəmi saxlayardım. Gəlib Bakıda kirayə də yaşamazdım və Bakıda haqq elədiyim evi mənə verməyən Yazıçılar Birliyinin yerinə xəcalət çəkməzdim... |
2013-12-23 | 4,911 | Anar Niftəliyev: “Ekspertiza rəyi yanlış deyil, yarımçıqdır” | Mərhum tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevin Baş Prokurorluğa çağırılmasından 10 gündən də çox vaxt keçsə də, həmin qurumdan jurnalistə heç bir cavab verilməyib. Anar Niftəliyev Hafta.az-a açıqlamasında cinayət işi ilə bağlı materialların Nəsimi Rayon Prokurorluğundan alınmasını belə izah edib: "İndiyə qədər istintaq hərəkətlərin aparılmamasına görə, iş oradan tələb edilib və artıq Baş Prokurorluqdadır. Baş prokurorun göstərişi ilə İstintaqa Nəzarət İdarəsi mənim iddia və iradlarımla tanış olandan sonra bununla bağlı göstərişlər verəcək. Daha sonra isə işin aparılması yenə də Nəsimi Rayon Prokurorluğunda davam etdiriləcək. Amma ola bilər ki, İstintaqa Nəzarət İdarəsi özü bu barədə əlahiddə qərar qəbul etsin. Yəni, məsələyə baxılmağını öz nəzarətinə keçirsin. Təbii ki, bu, artıq başqa bir addımdır. Hələ ki, bununla bağlı heç bir qərar yoxdur. Qərar yalnız işlə tanış olub buna uyğun da Nəsimi Rayon Prokurorluğuna göstərişlər verməkdir". Anar Niftəliyev ekspertizanın rəyində narazı olduğu məqamlara da toxunub: "İndiyə qədər rəydə yazılanlar doğrudur, sadəcə tam, ətraflı deyil. Prokurorluq da məhz qoyulan suallara cavabların verilməməyinə görə rəyi ikinci dəfə tələb etdi. Ekspertiza rəyi yanlış deyil, sadəcə yarımçıqdır. Güman edirəm ki, o suallara da sürətlə cavab veriləcək və ekspertiza rəyi bütünləşəcək. Onların əsasnamələri var və burada ekspertiza rəyini təqdim etməyin minimum vaxtı 20 gün göstərilir". Bakı Slavyan Universitetinin dekanı, mərhum Elnarə Tofiqqızı bu il, sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E. Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E. Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı və həyat yoldaşı, jurnalist Anar Niftəliyev prokurorluqda ifadə verib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır. |
2013-12-23 | 4,912 | Dadaş Rzayev: “Oğru kimi arxamdan danışmaq kişilikdən deyil” | Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayev Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsindən, bununla da Müdafiə Nazirliyindəki ştatdan çıxarılacağı ilə bağlı mətbuatda xəbər yayıldı. Açıqlama verən general-mayor bu informasiyanın yanlış olduğunu bildirdi: "Bu xəbəri yazan mənimlə heç bir kəlmə danışmayıb. Mənim işdən çıxarılmağımla bağlı yayılan xəbər yanlışdır. Bu yazını yazan kimdirsə ona səslənirəm ki, gəlsin mənlə üzbəüz görüşək görüm nə istəyir məndən. Oğru kimi arxadan danışmaq kişilikdən deyil. Əgər sözü varsa gəlsin mənimlə görüşüb dərdini desin." "Mən dövlət işçisi deyiləm ki, məni vəzifədən kimsə uzaqlaşdırsın. İctimai təşkilata rəhbərlik edirəm. Məni yalnız ehtiyatda olan zabitlərin qurultayı işdən azad edə bilər. Belə bir qərar da verilməyib. Bu xəbərlərin hansı məqsədlə yayılması mənə aydın deyil. Sizin vasitənizlə demək istəyirəm ki, mənim haqqımda yayılan informasiyalar yalan məlumatlardır."(Hafta.az). |
2013-12-23 | 4,913 | Putin Əsədə hərbi avtomobil göndərdi | Bəşər Əsədin kimyəvi silahlarını nəql etmək üçün Rusiya Suriyaya 75 yük və hərbi avtomobil göndərib. "Axar.az" xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Əsəd rejiminə aid kimyəvi silahların beynəlxalq müqaviləyə əsasən məhv edilməsinə yardım etmək üçün Rusiyanın Suriyaya 50 yük və 25 hərbi avtomobil göndərdiyini deyib. Bu barədə prezident Vladimir Putinə məlumat verən Müdafiə naziri Şoyqu avtomobillərin həftənin axırı Suriyanın Lazkiyə limanına göndərdiyini bildirib. |
2013-12-23 | 4,914 | Sosial mediada Gülənin “cadugər" obrazını yaratdılar - Video | Fətullah Gülənlə AKP arasında olan savaş artıq sosial şəbəkələrdə yeni zarafatların meydana gəlməsinə səbəb olub. "Axar.az" məlumat verir ki, sosial şəbəkələrdə Fətullah Gülənin AKP-yə ünvanlandığı qarğış dolu videonun komik görüntüləri yayımlanıb. Videoya Gülən hər dəfə qarğış etdikcə əllərindən cadugər kimi qığılcım və alovlar çıxması kimi effektlər əlavə edilib. Videonu təqdim edirik: |
2013-12-23 | 4,915 | Gənc sahibkarlar Qəbələdə toplaşdı | "Axar.az" xəbər verir ki, Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Sahibkarların Qəbələ Forumu keçirilib. Forum ,"Gənc Mühasiblər" İctimai Birliyi, "Gənclər üçün Təhsil Mərkəzi" və "Sosial İqtisadi İnkişafa Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Forum zamanı gənc iqtisadçıları və sahibkarları Azərbaycanda gedən iqtisadi proseslər, bu proseslərə təsir edən xarici və daxili amillər, prioritet sahələr və dayanıqlı inkişafa mane olan problemlər barədə danışılıb. Forum iştirakçılarının həmin məsələlərlə bağlı şəxsi fikir və düşüncələri öyrənilib və ölkə iqtisadiyyatının inkişafında gənclərin iştirakını artırmaq üçün həyata keçirilən layihələr müzakirə olunub Forumda Qəbələ, İsmayıllı və Oğuz rayonlarında fəaliyyət göstərən 80-ə yaxın sahibkar, ekspertlər və əlaqədar dövlət orqanlarının nümayəndələri iştirak edib. Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı qazanılan uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib F.Heydərov bu tədbirin gənc sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasında böyük əhəmiyyət daşıdığını qeyd edib və sahibkarlığın inkişafı ilə bağlı dövlət siyasətinin uğurla icra olunduğunu, iş adamlarının fəaliyyət dairəsinin genişləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atıldığını vurğulayıb. Milli Məclisin deputatı tövsiyə xarakterli çıxışında bildirib ki, gənc sahibkarlar öz fəaliyyətlərini ölkəmizin sürətli iqtisadi inkişaf tempinə uyğun qurmalı və perspektivləri nəzərə almalıdırlar. Qəbələ Forumunda "Gənc Mühasiblər" İctimai Birliyinin sədri Solmaz Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun aparıcı məsləhətçisi Mübariz Qədirov, "Sosial İqtisadi İnkişafa Dəstək" İctimai Birliyinin sədri Qalib Nəbiyev, "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edib. Daha sonra "Makroiqtisadi göstəricilər iqtisadi və sosial inkişafın yüksəlişindən xəbər verir", "Dövlət Məşğulluq Xidməti tərəfindən gənc işaxtaranların sahibkarlıq fəaliyyətinə başlamalarına kömək göstərilməsi", "Sahibkarlıq fəaliyyətinin inkişafında bankların rolu", "Sahibkarlıqda strateji istiqamətləndirmə: Gələcəyə baxış" və digər mövzularda məruzələr dinlənilib. Həmçinin forumda Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri də çıxış edib. Kiçik və orta sahibkarlığın aktivləşdirilməsi və inkişafının dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsi olaraq hazırlanacaq təkliflər paketinin müvafiq qurumlara təqdim edilməsi qərara alınıb. |
2013-12-23 | 4,917 | Detektiv yazarın imza günü keçiriləcək | Tanınmış detektiv yazar Müşfiq Xanın oxucularla görüşü olacaq. Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, Kitabevim.Az mağazasında keçiriləcək imza günündə Müşfiq Xanın yenicə çapdan çıxmış "U Geni" kitabının təqdimatı nəzərdə tutulur. İmza günü 27 dekabr saat 15:00-dan 17:00-a qədər, Zivərbəy Əhmədbəyov 2 ünvanında baş tutacaq. Müəllif bildirib ki, təntənəli təqdimat mərasiminə ehtiyac duymayıb: "İmza günündə qələm dostlarımızın və mətbuat nümayəndələrinin iştirakı da gözlənilir. Lakin tədbirin əsas hissəsi məhz oxucular üçün kitab imzalanmasına və onlarla fikir mübadiləsinə həsr olunacaq. İl sonunda kitabsevərlərlə görüşməyin yaradıcılığım üçün yeni il öncəsi bir stimul olacağına inanıram". İxtisasca bioloq olan müəllif, kitaba daxil olan "U Geni" əsərində elmi detektiv janrına müraciət edib. Müəllifin bundan əvvəl "Tənha Canavar", "Ünvansız sevgi", "Ümidlərin izi ilə"(Şəmil Sadiqlə həmmüəllif romanı), "O", "Sonuncu hədiyyə" kitabları nəşr olunub. Müşfiq Xan hazırda "Qatil üçün nekroloq" romanı üzərində çalışır. Kitabevim.Az mağazası ilə əlaqə telefonu: (012) 596 66 95 |
2013-12-23 | 4,918 | Ruslana Maydan lideri olmaqdan imtina etdi | Ruslana birləşmiş Maydanın idarə heyətinin üzvü olmaqdan imtina edib. "Axar.az" məlumat verir ki, müğənni bu açıqlama ilə öz Feysbuk səhifəsində çıxış edib. O bu barədə informasiyanı səhnəyə çıxmazdan qabaq aldığını bildirib: "İdarə heyətinin tərkibində mən özümü rahat hiss edə bilmirəm. Fikirləşirəm ki, mənim yerimə bir siyasətçi gəlməlidir. Mən siyasətçi deyiləm. Mən, sadəcə, ictimai və tələbə təşəbbüslərində adi bir fəal olaraq qalıram". |
2013-12-23 | 4,919 | “Zaman” qəzeti ilə heç bir əlaqəmiz yoxdur” | "Türkiyənin "Zaman" qəzeti ilə heç bir əlaqəmiz yoxdur. Bizim təsisçimiz ayrı adamdır". Bu sözləri "Axar.az" saytına açıqlamasında "Zaman Baku" qəzetinin redaktoru Anar Qaraxancallı "Zaman" qəzetinə qarşı Türkiyədə qoyulan qadağalarla bağlı danışarkən dedi. O, bildirdi ki, çap etdikləri qəzetin Türkiyədə çap edilən qəzetlə hüquqi bağlılığı və əlaqələri yoxdur: "Zaman Baku"nun təsisçisi azərbaycanlıdır. "Zaman Azərbaycan MMC" adı ilə qeydiyyatdan keçmişik. Bizim Türkiyədəki "Zaman" qəzeti ilə əlaqələrimiz ancaq partnyorluq səviyyəsindədir. Məsələn, "Azərtac" hər hansı bir agentliklə müqavilə bağlayıb əməkdaşlıq edirsə, bizim əməkdaşlığımız da o cürdür. Başqa heç bir əlaqədən söz gedə bilməz. Biz onlardan ayrı şirkətik". Xatırladaq ki, Türk Hava Yolları nur camaatının rəsmi mövqeyini əks etdirən "Zaman" və "Todays Zaman" qəzetlərinin öz təyyarələrində paylanmasına rəsmən qadağa qoyub. |
2013-12-23 | 4,920 | Azərbaycan səfiri prosesdən xəbərsiz olduğunu dedi | "Bizim işimizdə də bir bölgü var. Mirməhəmməd Seyidovun saxlanması və istintaqın gedişi ilə bağlı İstanbul Baş Konsulluğunda hər hansı bilgi yoxdur. Sizə nəsə desəm, bu yanlış olar. Mən də sizin kimi bu xəbərləri mediadan izləyirəm. Bildiyim odur ki, istintaq qapalıdır". Bu sözləri Azərbaycanın İstanbul Baş konsulu Həsən Zeynalov "Yeni Müsavat" qəzetinin Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə həbsi ilə bağlı suallarını cavablandırarkən deyib. Həsən Zeynalovun sözlərinə görə, Mirməhəmməd Seyidov saxlanandan sonra Azərbaycan istintaq orqanları təmsilçilərinin İstanbula gəlməsi ilə bağlı da hər hansı informasiyası yoxdur. Yada salaq ki, dekabrın 17-də Türkiyə Cümhuriyyəti tarixinin ən böyük korrupsiya və rüşvət ittihamı ilə başladılan cinayət işində Azərbaycan-Türkiyə sərhədindəki Sədərək gömrük məntəqəsinin rəhbəri Mirməhəmməd Seyidov da saxlanıb. İğdıra çağırılan M.Seyidovu Türkiyə prokurorluq orqanları saxlayaraq İstanbula aparıblar. Dekabrın 18-də İstanbul Mülki Məhkəməsi M.Seyidovu Türkiyə üzərindən İran qara pullarının yuyulması əməliyyatına vasitəçilikdə şübhəli şəxs kimi 3 aylıq həbs edib. |
2013-12-23 | 4,921 | Mən də Ərdoğançı oldum... | Bu gün "Axar.az" saytı iş gününə "Yutub"dan aldığı məktubla başladı. Həmin məktubdan bəlli oldu ki, saytın video hesabı bağlanıb, özü də "Samanyolu TV"nin şikayəti əsasında... Sən demə, Fətullah Gülənin bütün Türkiyə saytlarında yayımlanın məşhur "bəddua" çıxışını "Axar.az"ın yayımlaması onların haqqına girməkmiş... Təbii, biz də bilirik ki, videonun sahibi onlardır, amma axı sayt bu videonu yerləşdirəndə istinad vermişdi, oğurluq-filan etməmişdi. Bir də maraqlıdır, bütün Türkiyə saytlarında yayımlanan bir videonun "Axar.az"da yerləşdirilməsi niyə bu boyda reaksiya yaradır?! Özü də video gizli çəkiliş də deyil, adam keçmiş kameraların qarşısına, asta-asta, arxayınlıqla, daha doğrusu, odla, atəşlə bədduasını etmiş... Əgər bunda qəbahət varsa, bunu biz etmədik ki, indi də bizdən şikayət edirsiniz, bəy əfəndilər!? Fətullah Gülən də, Ərdoğan da danışanda anlaşılır ki, hər ikisi dindardır, ya da hər şeyi din adına etməyə üstünlük verirlər... Bilmirəm, biz buna qarışmırıq, amma Gülən camaatının bol-bol istinad etdiyi o dində kimsənin haqqına girməmək kimi bir tövsiyə var axı... İndi niyə mənim xəbər almaq və vermək haqqıma girirsiniz? Hadisələrin başında Ərdoğanın qardaşı haqqında yayımlanan, özü də gizli çəkiliş olan bir videonun yayımlanması görəsən istinad etdiyiniz dinin qaydalarına uyğunmuydu? Axı o dində buyurulur ki, birinin ayıbını ört, Allah da sənin ayıblarını örtsün. Yaxşı, siz niyə birinin eyibini bu qədər faş etdiniz və elə həmin videonu da türk saytlarından götürüb "Axar.az" saytına yerləşdirəndə bizdən şikayət etmədiniz? Mustafa Ərdoğanın videosu Fətullah Gülənin olduğu iddia edilən saytda gizli çəkiliş adı ilə yayımlananda haqq niyə kimsənin yadına düşmədi? Niyə onlar özlərinə bu haqqı verdi, axı kimsə özünü əxlaq polisi elan edə bilməz. Görünən o ki, haqq da adamına görə dəyişir?.. Nə deyək... Bizim işimiz xəbər vermək... Amma vallah, adam bəzən şərh etməkdən də özünü saxlaya bilmir. Əsasən də kimin kim olduğu bəlli olanda... İndi də bir az özümə şərh etmək azadlığı verib deyirəm ki, şəxsən mən Ərdoğanı heç vaxt demokrat, Fətullah Güləni də din adamı saymamışam. Hər ikisi işini bilən siyasət adamıdır, bu qədər qısa və aydın... Amma hər şeydə bir müqayisə var və mən bu haqqımdan istifadə edib o qənaətə gəldim ki... ...Valahi də, billahi də Ərdoğan əməlli-başlı demokrat imiş... Çünki biz sayt olaraq Ərdoğanın qardaşı haqqında videonu Azərbaycanda yükləyən ilk saytıq və adı çəkilən material "Yutub"dan belə götürüldükdən sonra bizdə başqa mənbədən yerləşdirildiyindən silinmədi. Buna rəğmən Ərdoğan komandasından nə şikayət aldıq, nə də cəza... Əlində böyük bir dövlətin təsir imkanları olan Ərdoğan bizə bu təzyiqi etmədiyi halda, Fətullah Gülənin öz çıxışına bu qədər sərt yanaşması məni müqayisə edib nəticə çıxarmaq haqqımdan istifadə etməyə sövq etdi. Yəni deməyim o ki, mən bu hadisələrdə Ərdoğançıyam... ...Və ümid edirəm ki, buna görə də Gülən camaatı bizdən narazı qalıb harasa şikayət etməz. Bir də, bəylər, sizin işiniz siyasət "yapmaq", bəddua etməkdirsə, bizim də işimiz xəbər etməkdir. |
2013-12-23 | 4,922 | Putin Lavrovu Maydana göndərməkdən imtina etdi | "Biz Lavrovu Maydana göndərməyəcəyik". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib. O, Sergey Lavrovun intelligent olduğunu və onun yerinin Maydan olmadığını söyləyib: "Xarici İşlər nazirinə qalanda isə, o bizdə intelligent insandır. Biz isə xarici dövlətlərin daxili işlərinə qarışmırıq". Qeyd edək ki, bir müddət öncə Vladimir Jrinovski Almaniya kimi Rusiyanın da öz Xarici İşlər nazirini Maydana göndərməsini təklif etmişdi. |
2013-12-23 | 4,923 | Bakıda "Oksford" məktəbinin yaxınlığında partlayış | null |
2013-12-23 | 4,924 | Ermənistan sabah Gömrük İttifaqına qoşulacaq | "Sabah Ermənistan və Qırğızıstanın Gömrük İttifaqına daxil olması müzakirə ediləcək". "Axar.az" məlumat verir ki, bu barədə informasiya Rusiya prezidentinin mətbuat katibliyində yayımlanıb. Gömrük İttifaqı görüşünün Kremldə keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, görüşdə Rusiya Belarusiya, Qazaxıstan, Ermənistan və Qırğızıstan prezidentlərinin iştirak edəcəyi bildirilib. Məlumatda Ermənistan və Qırğızıstanın təşkilata üzvlüyü ilə yanaşı Gömrük İttifaqının da tərkibinin genişləndirilməsinin nəzərdə tutulduğu deyilib. Qeyd edək ki, artıq Ermənistan prezidenti görüş üçün Kremldədir. |
2013-12-23 | 4,925 | Elektrik sayğacı bomba kimi partladı - Fotolar | "Axar.az" xəbər verir ki, Paytaxtın Nizami küçəsində partlayış olub. Hadisə günorta saat 3 radələrində baş verib. Şirkətlərin birinin həyətindəki sayğacda baş verən partlayış səsi ətrafa yayılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Səbail rayonu idarəsinin əməkdaşları cəlb edilib. Bir neçə dəqiqə sonra yanğın söndürülərək ətraf yerlərə yayılmasının qarşısı alınıb. |
2013-12-23 | 4,926 | Əli İnsanov həbsxanadan bəyanat verdi | Hazırda həbsxanada olan keçmiş səhiyyə naziri Əli İnsanov azərbaycanlıların Ermənistandan deportasiya edilməsinin 25 illiyi ilə bağlı bəyanat verib. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, vəkil Toğrul Babayev vasitəsilə açıqlanan bəyanatda Əli İnsanov məcburi köçkünlərin hüquqlarının qorunmadığına diqqəti çəkib. Bəyanatda bildirilir ki, 25 il keçməsinə baxmayaraq hələ də məcburi köçkünlərin problemləri həllini tapmayıb. |
2013-12-23 | 4,927 | AFFA “Azercell”i niyə “Baksell”ə dəyişdi? - Özəl | Dekabrın 17-də AFFA ilə mobil rabitə operatoru "Bakcell" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Ölkənin ən böyük mobil rabitə şirkətlərindən birinin futbol təsərrüfatına yatırım qoymasında təəcüblü heç nə yoxdur. Futbol milyonların sevimli oyunudur və Azərbaycanda da olduqca populyardır. Bu baxımdan yanaşsaq, "Bakcell" şirkətinin piar məkanı kimi futbol təsərrüfatını seçməsi başadüşüləndir. Ancaq AFFA ilə "Bakcell"in əməkdaşlığında bir incə məqam diqqəti cəlb edir. Məsələ burasındadır ki, AFFA "Bakcell"lə müqavilə imzalamamışdan bir neçə gün əvvəl Azərbaycanın ən böyük mobil operatoru "Azercell"lə əməkdaşlıqdan imtina etdi. AFFA 2009-cu ildən əməkdaşlıq etdiyi şirkətlə yeni müqavilənin şərtlərini razılaşdıra bilmədi. Qeyd edək ki, "Azercell"lə razılıq əldə olunmayandan dərhal sonra "Bakcell"lə müqavilə imzalandı. Bu da onu göstərir ki, əslində AFFA "Bakcell"lə danışıqları "Azercell"lə əməkdaşlığı dayandırmamışdan öncə aparırmış. Mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, AFFA ilə müqavilənin pozulmasında "Azercell" şirkəti maraqlı olub. İddia olunur ki, "Azercell" ayırdığı vəsaitin xərclənməsində şəffaflığın təmin olunmadığını əsas gətirərək, AFFA ilə əməkdaşlığa son qoyub. Ancaq "Axar.az"a bu məsələ ilə bağlı olduqca maraqlı məlumat daxil olub. AFFA-da yüksək vəzifədə çalışan, adının açıqlanmasını istəməyən şəxsin saytımıza verdiyi məlumat mətbuatda yer alan versiyadan fərqlənir. Məlumatda bildirilir ki, "Azercell"lə müqavilənin pozulmasında şirkət yox, AFFA özü maraqlı olub. Hər bir qurum onunla əməkdaşlıq etmək istəyən sponsor şirkətlərdən daha çox vəsait ödəyənə üstünlük verir. Bu prizmadan yanaşsaq, AFFA-nın atdığı addım qəbul olunandır. Ancaq saytımıza məlumat verən mənbə bildirir ki, "Bakcell"in AFFA ilə bağladığı müqavilədə quruma ödəniləcək vəsait "Azercell"in ayırdığı məbləğdən çox deyil. Elə isə AFFA-nı "Azercell"lə müqaviləni uzatmamağa nə vadar edə bilər? Məlumat verən mənbə bildirir ki, "Bakcell"lə AFFA arasında bağlanan müqavilənin pərdəarxası məqamı var. Belə ki, "Azercell"lə müqaviləni uzatmaması, əvəzində "Bakcell"lə əməkdaşlıq etməsi üçün AFFA-nın baş katibi Elxan Məmmədovun "marağı" olub. Məhz Elxan Məmmədovun səyi nəticəsində "Azercell"lə müqavilə uzadılmayıb. Məsələ ilə bağlı "Bakcell" və AFFA rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq. |
2013-12-23 | 4,928 | Prezidentlər İlham Əliyevi təbrik edir | Azərbaycan Prezidentinin doğum günü ilə əlaqədar olaraq dünya liderlərindən təbriklər gəlir. "Axar.az"ın prezidentin saytına istinadən verdiyi məlumata görə, artıq 7 ölkənin rəhbəri İlham Əliyevi təbrik edib. Təbrik edənlər arasında Türkmənistan, Özbəkistan, Qazaxıstan, Belarus, Latviya, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Dağıstan Respublikasının liderlərinin adları yer alıb. Türkiyənin IX prezidenti Süleyman Dəmirəl də prezidentə təbrik məktubu göndərib. Qeyd edək ki, prezident İlham Əliyev 1961-ci il 24 dekabr tarixində anadan olub. |
2013-12-23 | 4,929 | Gülən Ərdoğanı məhşərlə hədələdi – Video | "Hinlərinə girəcəyik" deyən Ərdoğana Gülən "səviyyəsizliyinin ifadəsidir" cavabını verib. "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan rüşvət və korrupsiya əməliyyatları ilə bağlı Gülən hərəkatını günahlandıraraq "istədikləri qədər dövlətin içində özlərinə yer eləsinlər, onların hinlərinə girəcəyik",- deyib. Bununla da Baş nazir Fətullah Gülən hərəkatına qarşı aparılacaq əməliyyatların anonsunu verib. Fətullah Gülən isə Baş nazirin sözünü belə cavablandırıb: "Sizi bu cür düşüncələrlə məhşəri-vicdanda bəlli şeylərlə məhkum etmək istəyəcəklər, ancaq bunların hamısı səviyyəsizliyin göstəricisidir". |
2013-12-23 | 4,930 | Əl-Qaidə tarixində ilk dəfə üzr istədi – 52 ölü | Əl-Qaidə Yəməndə hazırlanan hücuma görə üzr istəyib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Əl-Qaidə terror təşkilatı Yəmənin paytaxtı Sanada dekabrın 5-də Müdafiə Nazirliyinin kampusundakı bir xəstəxananı hədəf alan qanlı hücumda baş verənləri xəta olaraq qiymətləndirib və yaşananlara görə üzr istəyib. "Hücumdakı xətamızı qəbul edirik. Qurbanların yaxınlarından üzr istəyirik. Onların həyatını itirməsini istəməzdik, qəsdən hədəf almadıq. Bu bizim dinimizdə və əxlaq qaydalarında yoxdur. Xəstəxanada yaşananların bütün məsuliyyətini üzərimizə götürürük". Təşkilatın tarixində ilk dəfə üzr istəməsi diqqət çəkməklə yanaşı, terror hadisəsində zərər çəkənlərə təzminat ödəyəcəyinə söz verməsi də diqqət çəkib. Xatırladaq ki, Yəməndə dekabrın 5-də bomba yüklü vasitələrin də istifadə edildiyi terrorda 52 nəfər həyatını itirmiş, 167 nəfər yaralanmışdı. |
2013-12-23 | 4,931 | “Tayms”: Ərdoğan “Əllərini qırarıq” dedi - Video | İngiltərədə yayımlanan "Tayms" və "Faynənşnl Tayms" qəzetləri bu gün xarici xəbərlər səhifəsində Türkiyənin Baş naziri R.T.Ərdoğanın Girəsundakı nitqinə yer verib. "Axar.az" xəbər verir ki, xəbərə "Ərdoğan onu günahlandıranların əllərini qıracağını dedi" başlığı verən "Tayms" Ərdoğanın iqtidarını zəiflətmək məqsədi ilə qanunsuzluq suçlamalarından istifadə etmək istəyənlərin "əllərini qıracağını" dediyini, polis idarələrində də "təmizlik" işinin getdiyini yazıb. Ərdoğanın "hər kəs həddini biləcək" dediyini də yazan qəzet xəbərə bu cür davam edir: "Hökumətin göbəyində milyonlarla dollarlıq korrupsiyanın tüğyan etdiyi iddiaları ilə gerçəkləşdirən polis, əməliyyatdan sonra avtoritar Baş nazir 11 illik iqtidarın ən böyük ziyanına uğrayan böhranla qarşı-qarşıyadır. Səlahiyətlilər əməliyyatın qarşısını almaq məqsədi ilə həftənin axırında 25 yüksək rütbəli polis zabitini vəzifədən azad edib. Ayın 17-də Ərdoğana yaxın adamların həbs olunmasından sonra qalmaqal yaranıb və bir çox polis zabiti vəzifədən azad edilib. Ayın 21-də korrupsiya cinayətlərinə baxan bir polis zabiti maşınında başından vurulmuş vəziyyətdə tapılıb. Deyilənə görə intihar edib". "Faynənşnl Tayms" qəzeti də Türkiyədəki korrpusiya ilə əlaqədar əməliyyatlara yer verib. Ərdoğanın hökumətlə polis və məhkəməni qarşı-qarşıya gətirən və getdikcə daha da dərinləşən bir qanunsuzluq əməliyyatına rəğmən, komandasında sahib çıxdığını yazan "Faynənşnl Tayms" etirazlara müdaxilə edərək Ankaranın gücünü artırmağa çalışdığını da oxucularına çatdırıb. |
2013-12-23 | 4,932 | “Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm veririk” | Pakistan prezidenti Məmnun Hüseyin Azərbaycana yeni təyin olunan səfir Xalid Osmanı qəbul edib. Dövlət başçısı görüşdə Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb. M. Hüseyn deyib ki, ölkə hökuməti Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir. O, ümid etdiyini bildirib ki, yeni səfir Azərbaycanla ticarət və kommersiya əlaqələrinin inkişafı istiqamətində işi davam etdirəcək. (APA) |
2013-12-23 | 4,933 | Prezident əlillərə 5 milyon ayırdı | Azərbaycan Prezidenti İlham Əliyev xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, sərəncamda qeyd olunur: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. |
2013-12-23 | 4,934 | Müsəlmanları ağacdan asaraq öldürürlər – 18+ - Video | Myanmarda çəkilən bir videoda rohinqyalı müsəlmanlar buddistlər tərəfindən asılaraq edam edildikləri açıq-aşkar görünür. "Axar.az" xəbər verir ki, Arakanda sıx olaraq yaşayan Rohinqya müsəlmanları radikal buddist qruplaşmalar tərəfindən qətlə yetirilirlər. Məsələni araşdırmaq üçün Arakana gedən bir buddist qruplaşmaların sistematik olaraq müsəlmanlara qarşı həyata keçirdiyi qətliamı videoya çəkib. Həmin videonu təqdim edirik: |
2013-12-23 | 4,935 | Bakıda ilin idman yekunlarına həsr olunmuş tədbir keçirilib | Bu gün Bakıda 2013-cü ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, Olimpiya çempionları və mükafatçıları, beynəlxalq idman yarışlarının qalibləri və mükafatçıları və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, 2013-cü il də digər illər kimi uğurlu olub. Nazirin sözlərinə görə, bu il Azərbaycan idmançıları həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri üzrə 800-ə yaxın müxtəlif medal qazanıblar: "Bu il nailiyyətlərimiz yüksək olub. Bu onu göstərir ki, bu gün Azərbaycanda idmana çox böyük qayğı və dəstək var, idmançılara hərtərəfli şərait yaradılır". Nazir əlavə edib ki, Azərbaycan bu il möhtəşəm beynəlxalq idman yarışlarına ev sahibliyi edib və gələcəkdə də Azərbaycanı dünyaya tanıdacaq bir sıra mühüm beynəlxalq yarışlar keçiriləcək: "Qarşıdan gələn illər bizim üçün vacib olacaq və biz hamımız bunlara hazır olmalıyıq". Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə çıxışında qeyd edib ki, Azərbaycan bu ili də çox böyük fərəh hissi ilə yola salır: "2013-cü ildə London olimpiadasından sonra bizim idmançılar 4 qızıl medal qazandı və bu çox sevindirici haldır. Azərbaycanda idmanın inkşafı çox dinamik gedir, idman sahəsində çox tədbirlər görülür. Biz 2015-ci ilə çox böyük ümidlə baxırıq, çünki həmin il ilk Avropa Olimpiya Oyunları məhz Azərbaycanda keçiriləcək və bunun Azərbaycanda keçirilməsi ölkədə idmanın nə qədər inkişaf etdiyini göstərir. Bu, ilk növbədə, Azərbaycanda idmana nə qədər qayğının göstərilməsinin nəticəsidir. Biz gələcəkdə də öz uğurlarımızı yüksək səviyyədə qeyd edəcəyik və böyük uğurlar qazanacağıq". Daha sonra Azərbaycan idmanda qazanılan uğurlardan bəhs edən qısa film nümayiş etdirilib. (Trend) |
2013-12-23 | 4,936 | Ebru Gündəş həbsxanada - Foto | Müğənni Ebru Gündəş Türkiyədə keçirilən rüşvət əməliyyatı zamanı saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabı həbsxanada ziyarət edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, sənətçinin lüks çipi günorta saat 15:30-da Metris həbsxanasına gəlib. Maşında sənətçinin də olduğu güman edilir. Mətbuatın foto çəkə bilməməsi üçün maşın həbsxananın qapısına maksimum yaxınlaşdırılıb. Qeyd edək ki, eyni maşın Rza Zərrabın üsküdardakı villasından çıxarkən görüntülənmişdi. (ANS) |
2013-12-23 | 4,937 | Xəzinədarlıq İdarəsinin yeni binası açıldı | Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 6 saylı Xəzinədarlıq İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən maliyyə naziri Samir Şərifov açılış lentini kəsərək inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olub. Bildirilib ki, müasir standartlara uyğun inşa olunan inzibati binada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada bütün otaqlar kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilib ki, bu da büdcə təşkilatlarına göstərilən xəzinə xidmətinin kefiyyətini və operativliyini artırır. Qeyd olunub ki, 6 saylı Xəzinədarlıq İdarəsi qırxadək büdcə təşkilatlarına xidmət göstərir. Açılış mərasimində çıxış edən nazir Samir Şərifov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkə miqyasında aparılan böyük tikinti-quruculuq işləri bütün sahələri əhatə edir. Nazir qeyd edib ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, eyni zamanda, nazirliyin tabeliyində olan qurumların müstəqil inzibati binalarla təmin olunması istiqamətində ciddi işlər görülüb. Kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edən S.Şərifov əmin olduğunu bildirib ki, öz növbəsində, idarə əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklər. ("Anspress.com") |
2013-12-23 | 4,938 | Kalaşnikov öldü | "Kalaşnikov" avtomat silahının əfsanəyə dönmüş konstruktoru Mixail Kalaşnikov bu gün vəfat edib. Noyabrın 17-dən etibarən O,Udmurtiyadakı klinik-diaqnostika xəstəxanasının reanimasiya şöbəsində idi. "Bu gün - dekabrın 23-də isə kədərli bir xəbər aldıq. Atıcı silahların dahi konstruktoru Mixail Timofeyeviç Kalaşnikov uzun sürən ağır xəstəlikdən sonra ömrünün 94-cü ilində vəfat edib" - deyə Udmurtiya prezidentinin mətbuat katibi Viktor Çulkov özünün rəsmi feysbuk səhifəsində yazıb. ("Virtualaz.org") |
2013-12-23 | 4,939 | Kamal Abdulla: "Bacımı, məsləkdaşımı itirmişəm" | Bu gün Bakı Slavyan Universitetinin konfran zalında Yaradıcılıq fakültəsinin dekanı, ədəbi-tənqidçi, mərhum Elnarə Tofiqqızının anım tədbiri keçirildi. Tədbirdə BSU-nun rektoru, yazıçı Kamal Abdulla, millət vəkili, yazıçı Aqil Abbas, Cavanşır Yusifli, Rüstəm Kamal, Azad Qaradərəli, Nəriman Əbdürrəhmanlı, Qəşəm Nəcəfzadə, gənc yazarlar Qan Turalı, Sayman Aruz, Kənan Hacı, Namiq Hüseynov, Cavid Zeynallı, Rəbiqə, Günel Eyvazlı, Kəramət Böyükçöl, Yaradıcılıq fakültəsinin məzun və tələbələri, media təmsilçiləri və başqaları iştirak edirdilər. Elnarə Tofiqqızı haqqında hazırlanmış video-çarxlar nümayiş olunduqdan və xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Kamal Abdulla tədbir haqqında məlumat verdi. Bildirdi ki, anım törəni Elnarə Tofiqqızının dekabrın 24-də tamam olan 36 yaşı münasibəti ilə düzənlənib. BSU rektoru inzibatçılığı yüksək səviyyədə bacaran, yeni ideya və layihələrlə qısa müddətdə bu virtual fakültənin formalaşasında xidmətlər göstərən E.Tofiqqızının ədəbi istedadını xüsusi vurğuladı: "Bəzən inzibati işləri yaxşı bacaranlar yaradıcılıqda və ya əksinə çətinlik çəkirlər. Elnarə isə bir neçə xüsusiyyəti özündə birləşdirirdi: səmimi, gülərüz, inzibatçı, istedadlı... O, tələbələri, universitet kollektivi arasında öz rəftarı, davranışı, qayğısı ilə, ədəbi çevrədə və ictimaiyyət arasında yazıları, peşəkarlığı, dürüstlüyü, ədəbi mətnə dəyərli yanaşması ilə qısa müddətdə böyük hörmət qazanmışdı. Mən sanki bacımı, doğmamı itirmişəm və bu itkini hər gün hiss edirəm". Günahkarların cəzalandırılmasına nail olmaq bizim qələmə olan borcumuzdur Aqil Abbas Elnarə Tofiqqızının ədəbi-elmi fəaliyyəti ilə bərabər, ölümünün səbəblərindən danışdı və bildirdi ki, xırda, heç bir zəruri ehtiyac olmadan cərrahiyyə əməliyyatı etmək və parlaq bir ədəbiyyat adamını səhlənkarlıqla öldürmək bizim səhiyyədəki faciəmizdir: "Necə olur ki, bu cür xəstəxanalar tikilir, yüksək səviyyəli, ən müasir avadanlıqla təchiz olunur, ancaq həkimlərimiz ən xırda əməliyyatlarda insanları öldürürlər. Baxın saytlara, qəzetlərə: hər gün bir ananın, bir xəstənin həkim səhlənkarlığından ölümü haqqında xəbərlərə rast gəlmək mümkündür. Məni də narahat edən odur ki, bu qədər ölümlərə görə heç kim cəzalandırılmır, cəzasızlıq isə növbəti faciələrə yol açır". Aqil Abbas E.Tofiqqızının ölümü ilə bağlı indiyə qədər heç kimi cəzalanmamasının ədəbiyyat, söz adamları, ictimaiyyət üçün ən böyük zərbə olduğunu bildirdi: "Biz çalışmalıyıq ki, Elnarə xanımın ölümünə bais olanlar mütləq öz cəzalarını alsın. Bu, bizim qələmə, sözə olan borcumuzdur, həm də günahkarların cəzalanması bu mənfi ənənəyə son qoymaq üçün böyük addım olar". Dostun himayədarı, mətnə sədaqətli "Yazı" dərgisinin redaktoru, yazar Azad Qaradərəli bildirdi ki, E.Tofiqqızını ilk dəfə Şəhriyar del Geraninin kitabının təqdimatında yaxından görüb: "Elnarə xanım orda xüsusi qayğıyla, həyacanla öz tələbəsini qorumağa, onu yaxşı mənada təqdim etməyə çalışırdı və buna nail də olurdu. Amma "Azadlıq" radiosunun Oxu zalında Şəhriyarın romanı müzakirəyə çıxarkən baxdım ki, Elnarə xanım ciddi tənqidlər verib, yazını təhlil edəndə heç bir güzəştə getməyib. Yəni bu adam qayğıkeş idi, istedadlı adamları qoruyurdu, amma ən sevimli tələbələrinin də yazılarına ədəbi-bədii qiymətləndirmə baxımından güzəşt etmirdi. Mətnə çox sədaqətli idi və belə tənqidçilər çox təəssüf ki, barmaqla sayılacaq qədərdir. Buna görə də Elnarə Tofiqqızının itkisi ədəbiyyatımız, ədəbi tənqidimiz üçün böyük itkidir". O, yaza biləcəklərini yaza bilmədi Tənqidçi Cavanşir Yusifli ilk yazısından ədəbi-tənqidi dəyərlərə böyük həssaslıq gördüyü E.Tofiqqızını hər zaman diqqətlə izlədiyini qeyd etdi: "Kitab olası yazılarından bunu indi də oxumaq, görmək mümkündür. Xüsusilə onun filoloji baxışları, ixtisasına uyğun şifahi xalq ədəbiyyatı bilgiləri, fəhmi bir çox mətnlərin qatlarını açmaqda ona yardımçı olurdu. Ancaq cəmi 2-3 il onun yazılarını izləyə bildik və hesab edirəm ki, onun daha böyük əsərlərini yazası yaşı hələ qarşıdaydı". Ədəbiyyatımız da, biz də, dostumuz da itirdik "Kulis" dərgisinin redaktoru, yazar Qan Turalı Elnarə Tofiqqızı ilə Milli Kitab Mükafatında ekspert olaraq fəaliyyətlərindən, ədəbi mətnlərə həssaslığından, səmimiyyətindən danışdı: "Onun itkisi həm ədəbiyyatın, həm bizim, həm də dostumuzun faciəsidir. Çünki onun həyat yoldaşı Anar Niftəliyev də hamımızın dostudur və bu itki onun qədər, bizi də sarsıdır". Heç vaxt görmədim, ancaq doğma saydım Yazıçı Nəriman Əbdürrəhmanlı heç vaxt görmədiyi Elnarə Tofiqqızının ədəbi yazılarını daim izlədiyini bildirdi: "Ədəbi baxışlarında bir sistemlik vardı - güzəştsiz, səmimi. Onun tənqid etdiyi ədəbiyyat adamları da ondan şəxsi müstəvidə incimirdilər. Çünki heç kimə qarşı qərəzi yox idi, sifarişlə yazmırdı, yazdıqları səmimi düşüncələri, ədəbi baxışları idi". Daha sonra tələbələri, müəllim yoldaşları Elnarə xanımla bağlı xatirələrini bölüşdülər. Ailəsi adından mərhumun atası Tofiq İmamquliyev hər kəsə təşəkkürünü bildirdi. |
2013-12-23 | 4,940 | Azərbaycanda yeni kənd - Video | Xaçmaz rayonunda yeni inşa olunan Palıdlı kəndində yaşayış binalarının və orta ümumtəhsil məktəbinin açılış mərasimi keçirilib. Əvvəllər Rusiya Federasiyasının anklav ərazisi olan və Xraxoba adlanan kənd Milli Məclisin qərarı ilə Palıdlı adlandırılıb. Bu gün kənddə 26 yeni ev və 220 yerlik məktəb istifadəyə verilib. Xaçmaz rayon rəsmilərinin sözlərinə görə, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən orta məktəbdə hələlik 100 şagird təhsil alacaq. (ANS) |
2013-12-23 | 4,941 | Oğru pəncərənin arasında can verdi | İstanbul Bağcılarda, Fevzi Çakmak məhəlləsində iş yerini soymağa çalışan oğru pəncərənin arasında qalaraq can verib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, binanın zirzəmi qatında yerləşən paltar atelyesindən gələn "imdad" səsləri eşidən vətəndaşlar hadisə yerinə gedib. İş yerinə pəncərədən girməyə çalışan şəxsin bədəninin yarısının içəridə, yarısının bayırda qaldığını görən vətəndaşlar polis çağırıb. Hadisə yerinə gələn polislər şübhəlini qaldığı yerdən çıxarmağı bacara bilmədiyi üçün xilasetmə dəstəsi çağırıb. Xilasetmə dəstəsi şübhəlini ilişdiyi yerdən çıxarmağa müvəffəq olub. Ancaq qabırğaları qırılan və ağır yaralanan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Şübhəlinin üzərindən kimlik vəsiqəsi çıxmadığı üçün şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. |
2013-12-23 | 4,942 | ABŞ nüvə generalını istefaya göndərdi | ABŞ-ın qitələr arası nüvə silah anbarlarından məsul olan general Maykl Kareyin davamlı olaraq sərxoş olduğu üçün istefaya göndərilib. ABŞ generalının sərxoş olduğu müəyyənləşən ən təəccüblü hadisələrdən biri 2013-ci ilin yazında ABŞ hökumət heyətinin Moskvada reallaşdırdığı bir ziyarət əsnasında meydana gəlıb. ABŞ Hava Qüvvələrinin mövzu ilə əlaqədar hazırlanan hesabatında, general Kareyin Moskvadakı danışıqlarda, verilən ziyafətdə və digər proqramlarda həddindən artıq sərxoş olduğu müəyyənləşib. Hesabatda general "bir zabitə və centlmenə yaraşmayan şəkildə mədəniyyətsizcəsinə" olduğu qeyd edilib. Bir başqa hadisədə isə general Kareyin Meksika restoranında musiqiçilərlə birlikdə mahnı oxumaq üçün israr etdiyini, başqa birində isə bir monastıra edilən ziyarətə 45 dəqiqə gec gəldiyi qeyd olunub. Karey haqqında hazırlanan hesabatda 42 səhifədən ibarətdir. Vaşınqton Postun verdiyi məlumata görə General Karey istefaya göndərilməsindən qabaq məsul olduğu nüvə silah anbarında 450 qitələr arası balistik nüvə mərmi vardı. General Karey hərbidən tamamilə uzaklaştırılmayaraq ABŞ Hava Qüvvələri Kosmos Zabitlər Birliyində komandir köməkçisi vəzifəsinə təyin edilib. ("Deyerler.org") |
2013-12-23 | 4,943 | Yanukoviç Maydanda tutulanları azad etdi | Ukrayna prezidenti Viktor Yanukoviç Avromaydanda tutulanların azad edilməsi üçün qanun qəbul edib. Bunu Ukrayna prezident administrasiyanın rəhbəri Sergey Levoçkin bildirib. Onun sözlərinə görə, prezident tərəfindən qəbul edilən qərar ötən həftə Ali Radada müzakirə edilərək qəbul edilib. Yeni qəbul edilən qərara əsasən noyabr ayının 21-dən bəri Kiyevdə nümayiş zamanı tutulanların hamısı azadlığa buraxılacaq. Həmçinin bəzi vətəndaşlar haqda qaldırılan cinayət işləri də ləğv ediləcək. (ANS) |
2013-12-23 | 4,944 | Rza Zərrabın qadın əlaltısı aradan çıxdı | İstanbulda həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın qadın əlaltı barədə polisə sızan xəbər Türkiyədə vəziyyəti xeyli dramatikləşdirib. Kameliya Cəmşidi adlı iranlı qadın Zərrabın fəaliyyəti ilə bağlı bir çox məlumat və sənədlərə sahib olub. O, azərbaycanlı iş adamın biznesinə nəzarət etdiyindən ona Rza Zərrabın "qara qutusu" adını veriblər. Bu gün İstanbul prokurorluğuna Kameliya Cəmşidi barədə bilgi verilib. Prokurorluq həmin qadının Türkiyədə olub-olmadığını, yaşadığı ünvanı araşdırıb. Məlum olub ki, Kameliya Cəmşidi bir gün öncə gecə saatlarında Atatürk hava limanından Dubaya uçub. (ANS) |
2013-12-23 | 4,945 | Türkiyədə hərbi gəmi çevrildi: 10 ölü - Foto/Video | Türkiyənin İzmir şəhərində Alabəy gəmiqayırma zavodunda gəmi çevrilib. "Axar.az"ın Cihan xəbər agentyinə istinadən xəbərinə görə, bu barədə Tükiyənin Baş Qərargah rəhbərliyi məlumat yayıb. Gəminin çevrilməsi nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır. |
2013-12-23 | 4,946 | İnək dərisindən suni ürək hazırlandı - ŞOK | Fransanın Corc Pompidou xəstəxanasında fəaliyyət göstərən bir qrup alim "Carmat" adlı şirkət tərəfindən yaradılan, tamamilə süni olan ürəyin nəqlini həyata keçiriblər. Suni ürəyin hazırlanmasında laxtalanma kimi problemlərə yol aça biləcək plastik maddələr yerinə inək dərisindən istifadə edilib. "Protez ürək" normal ürək kimi qan dövranını təmin etmək qabiliyyətinə malikdir. "Carmat" şirkətinin səlahiyyətli nümayəndələri suni ürəyin ilk daşıyıcısının reanimasiyaya yerləşdirildiyini və 70 yaşındakı xəstənin ürək nəqlindən sonra normal danışdığını, şüurunun yerində olduğunu bildiriblər. Mərkəzi Parisdə olan "Carmat" şirkəti suni ürək uğurlu olarsa, ABŞ-da satışa çıxarılacağı haqqında açıqlama yayıb. 900 qram ağırlığındakı süni ürəyin qiymətinə gəlincə, o, 140-180 min avroya satılacaq. Fransada normal ürək nəqli isə 250 min avroya başa gəlir. Tamamilə süni olan ürək, kişilərin anatomiyasına 86-100, qadınlarınkına isə 20-80 faiz uyğundur. "Axar.az"ın türk mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, "Carmat" şirkəti suni ürəyin qadınlara da yaxsı uyğunlaşmasını təmin etmək üçün onların ölçüsünü kiçiltməyi planlaşdırır. |
2013-12-23 | 4,947 | Pakistanda Ərdoğana nə hədiyyə etdilər? - Video | "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səhər Pakistanın əyalətlərini təmsil edən mədəniyyət kəndini ziyarət etmək üçün oteldən ayrıldığı zaman yollarda gözləyən pakistanlılar Baş nazirin şərəfinə gül ləçəkləri səpibblər. Pakistan papağı Ərdoğana mədəniyyət kəndi səfəri zamanı Pakistanın ənənəvi papaqlarının olduğu stend də ziyarət edilib. Burada Baş nazirə xüsusi papaq hədiyyə edilib. Daha sonra Pəncab əyalətinin Baş naziri Şərif tərəfindən at hədiyyə edilib. Atı minmə təklifini geri çevirən Baş nazir Ərdoğan özünə hədiyyə edilən atı qızı Süməyyə Ərdoğan adına qəbul etdiyini söyləyib. |
2013-12-23 | 4,948 | Sinan Oğan nədən hədəfdədir? | Millət vəkili Adil Əliyev türkiyəli həmkarı Sinan Oğanla bağlı son günlər mediada yayılan məlumatlara münasibət bildirərək onu müdafiə edib. "Axar.az" xəbər verir ki, o, bu barədə Feysbuk hesabında yazıb. Millət vəkili bu məsələni sosial şəbəkələrdə qızışdırılmasında maraqlı qüvvələrin olduğunu diqqətə çatdırdı. Adil Əliyev MHP-də millət vəkili Atilla Qayanın, partiyanın fəalı Yusif Ziya Arpaçukun və s. şəxslərin Azərbaycanla bağlı, xüsusilə Qarabağ məsələsinin Türkiyə cəmiyyətinə çatdırılmasında aktiv fəaliyyətlər ortaya qoyduqlarını qeyd etdi. Millət vəkilinin fikrincə, Sinan Oğanın Heydər Əliyevin türk dünyasının birliyi üçün çox işlər gördüyünü qeyd etməsi, bu fikirlərin bəzi dairələri bərk narahat etməsini normal qarşılamağı məsləhət görür: "Əslində Sinan Oğan Türkiyə vətəndaşı olmaqla yanaşı, eyni zamanda Türkiyə Azərbaycanlıları Dərnəyinin fəxri sədridir və onun Heydər Əliyev haqqında fikirləri normal qarşılanmalıdır. Bu onun siyasətçi olaraq yanaşmasıdır. Sosial şəbəkələrdə çirkin təbliğatı görürəm və buna təəssüflənirəm. Əslində, türk dünyasının şəxsiyyətlərini qarşı-qarşıya qoymaq böyük yanlışlıqdır. Sinan Oğan Heydər Əliyevin türk dünyasının siyasi-iqtisadi və mədəni-sosial birliyinin qurulmasında göstərdiyi xidmətləri nəzərə alaraq fikirlərini bildirib. Təkcə, Heydər Əliyevin 1992-ci ildə Naxçıvan və Türkiyəni birləşdirən "Ümid" körpüsünü açması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz regional layihələrini gerçəkləşdirməklə bölgənin siyasi infrastrukrunu dəyişdi. Bu layihələr Azərbaycan və Türkiyənin bölgədə dominatlığını artırdı. Bu gün bu layihələr Azərbaycan və ümumən Qafqazın təhlükəsizliyini qoruyan faktorlardan biridir. Heydər Əliyevin müstəqil Azərbaycanın bayrağını ilk dəfə Naxçıvan Ali Məclisində qəbul etməsi, rus qoşunlarının Naxçıvandan çıxarması onun türk dünyasına naminə xidmətlərinə yazılmalıdır. Heydər Əliyev türk dünyasının mədəni bütünləşməsinə öz töhfəsini verib. 1999-ci ildə "Kitabi-Dədə Qorqud" dastanın 1300 illik yubleyinin yüksək səviyyədə keçirilməsi, 1995-ci ildə Qırğızıstanda "Manas" dastanın yubleyində iştirak etməsi, türk dünyasının böyük oğlu İhsan Doğramacın yubleyinin keçirilməsi türk dünyasının mədəni birliyinə olan münasibəti idi. Bu kimi faktları çox sadalamaq olar. Bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev ulu öndərin qoyduğu siyasəti uğurla aparmaqdadır. Sinan Oğan tarixi-siyasi proseslərə bəzi populistlər kimi yox, hadisələrə gerçək düşüncə və praqmatik yanaşma ortaya qoyur. Heydər Əliyev haqqında zamanında və vəfatından sonra da dünyanın məşhur siyasətçiləri, öz sözlərini deyiblər və hələ də deyəcəklər. Ümumiyyətlə, bir məsələni qeyd edək ki, Sinan Oğan millət vəkili seçildikdən sonra, ona qarşı qısqanclıq hissləri baş qaldırıb. Unutmaq olmaz ki, Sinan Oğan Türkiyədə populyar olan tək-tük azərbaycan türklərindəndədir. Hələ millət vəkili olmamışdan öncə, Türkiyə Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olaraq türk, avropa-rus mətbuatında maraqlı fikirlərlə və analitik yazılarla çıxış edirdi. Rəhbəri olduğu beyin mərkəzini ölkənin tanınmış qurumlarından birinə çevirməsi,onun təşkilatçılıq və yüksək analitik bacarığından irəli gəlirdi. Bu gün belə bir simanın türk siyasətində olması Azərbaycan üçün lazımdır. O, hər zaman Azərbaycan məsələsini müdafiə edir və xüsusilə, Xocalı soyqırımını Türkiyə Böyük Millət Məclisində gündəmə gətirən millət vəkillərindəndir. Biz bir azərbaycan türkü olaraq sevinməliyik ki, Azərbaycanı qardaş ölkədə belə səviyyədə tanıdan sima var. Sinan Oğan türk dünyasının birliyinin yorulmaz təbliğatçılarındadır. Bir neçə il bundan öncə Rusiya prezidenti Vladimir Putinlə görüşən tək analitiklərimizdəndir. Bu barədə türk və rus mətbuatında səs yaradan xəbərlər yaddan çıxmayıb. Onun fəaliyyəti həm Türkiyədə ermənipərəst qüvvələri, həm də türk dünyasının birliyini istəməyən bəzi qüvvələri narahat edir. Sinan Oğan hər zaman milli məsələlərdə prinsipial mövqe sərgiləyir. Hər dəfə onun gözdən salınması və ona qarşı çirkin kampaniyalara start verirlər. Təəssüf ki, bəzi soydaşlarımızı bilərəkdən və bilməyərəkdən bu oyuna alət olurlar. Sosial şəbəkələrdə çirkin oyunların təbliğatçısına çevrilirlər. Sinan Oğana qarşı çıxmaq və onun əleyhinə hansısa kampaniyada iştirak etmək, Türkiyədə ermənipərəst qüvvələrin əlinə oynamaq və onların yanında yer almaq deməkdir. Hər zaman şikayət edirik ki, Türkiyədə erməni lobbisi güclüdür və onların mediaya təsirlər var. Bu gün Sinan Oğan kimi insanlarımızı sıradan çıxartmaqla və onlara qarşı kampaniya aparmaqla, düşmənlərimizin mövqeylərini gücləndiririk. Atdığımız addımları və bildirdiyimiz fikirlərdə ehtiyalı olmalıyıq. Sonda onu deməliyik ki, biz dəyərli insanlarımızı qorumalı və onlara dəstək olmalıyıq. Belə dəyərli insanlarımızı qorumasaq, sabah mövqeyimiz zəifləyəcək. Əleyhimizə iş aparanlar geniş fəaliyyətə keçəcəklər. O zaman uduzan biz, udan düşmən olacaq..." |
2013-12-23 | 4,949 | Nazim İbrahimovun 50 yaşı tamam oldu | Dekabrın 23-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 50 yaşı tamam olub. Yubilyar N.İbrahimov 1963-cü ilin dekabr ayının 23-də Naxçıvanda anadan olub. 1970-1980-ci illərdə orta məktəbdə təhsil alıb. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub və 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirib. N.İbrahimov 1985-ci ildə Nəvahi "AES"-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1985-86-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası, 1986-1991-ci illərdə Naxçıvan Muxtar Vilayətində rəhbər vəzifələrdə işləyib. 1991-97-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub. 1997-ci ilin mart ayından Azərbaycanın Ukraynda səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Moldova və Polşada, 1999-cu ilin fevralından isə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrinə təyin edilib. 2000-ci ildə 14 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib və eyni zamanda 2002-ci ilin sentyabr ayınadək Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində fəaliyyət göstərib. 2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. 2008-ci il noyabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Fövqaladə və Səlahiyyətli Səfir ranqı var. N.İbrahimov Beynəlxalq Kadrlar Akademiyasının müxbir üzvü, YAP-ın üzvüdür. Ailəlidir, iki övladı var. ("Musavat.com") |
2013-12-23 | 4,950 | “Yaşıl bağ” restoranında salat satışı qadağan edildi | Nizami rayonunda yerləşən fiziki şəxs Nicat İbişova məxsus "Yaşıl bağ" restoranında "mimoza" və "paytaxt" salatlarının hazırlanması və satışı qadağan edilib. Buna səbəb restoranda hazırlanan həmin salatlarda xeyli miqdarda bakteriya və maya göbələyinin aşkarlanmasıdır. Məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb. Komitənin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Nizami rayonu, Qara Qarayev prospekti, ev 39 ünvanında yerləşən "Yaşıl bağ" restoranında dövlət nəzarəti tədbirləri həyata keçirib. Araşdırmalar zamanı kulinariya məmulatlarının texnoloji təlimat və reseptura olmadan gözəyarı hazırlandığı, bütün yeməklərin bir gün öncədən hazırlanaraq soyuducuda saxlanıldığı, o cümlədən soyuducularda mal qonşuluğunun gözlənilmədiyi, məhsulların gigiyenik cəhətdən düzgün saxlanılmadığı aşkar edilib. Müəssisədə hazırlanan mal əti farşından, "mimoza" və "paytaxt" salatından nümunələr götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib. AzTEST-in sınaq laboratoriyasında keçirilən müayinələr göstərir ki, yoxlanılmış məhsullar bağırsaq çöpləri qrupundan olan bekteriyaların və maya göbələklərinin sayına görə normativ sənədlər və qüvvədə olan sanitar epidimioloji qaydaların, normativlərin tələblərinə cavab vermir. Bundan başqa, müəssisədə kulinariya məmulatlarının hazırlanması və saxlanılması üçün tələb olunan normativ sənədlər, müəssisənin hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi, xammalların, spirtli və spirtsiz içkilərin uyğunluq və gigiyenik sertifikatları və digər hüquqi sənədlər yoxlamaya təqdim edilməyib. |
2013-12-23 | 4,951 | Taksimdə mitinqlər yenidən başladı | "Axar.az" xəbər verir ki, Türkiyədə hüquq müdafiəçilərinin yürüyüşü olub. "Müasir Hüquqşünaslar Birliyi" həbsdə olan hüquq müdafiəçilərinə azadlıq tələbi ilə Taksim meydanında mitinq keçirib. "Hüquq müdafiəçisi məhkum olmaz" plakatı ilə yüzlərlə vəkil Takydim meydanına doğru polis yürüyərkən polis əngəli ilə rastlaşıb. Həbsdə olan hüquq müdafiəçilərinin məhkəməsi sabah Türkiyə vaxtı ilə 19:00-da keçiriləcək. Məhkəmənin ilk iclasına bir gün qalmış, İstanbul vəkillər kollegiyasının çağırışı ilə toplanan vəkillət İstiqlal prospektində vəkil geyimləri ilə yürüş edib. İstanbul vəkillər kollegiyasının binasından başlayan yürüyüş Taksim meydanına doğru hərəkət etdi. Aksiyadan öncə Polisin Qalatasaray liseyi ətrafında qərarlaşacağı bilinsə də daha sonra istiqlal prospekti boyunca küçələrin polislər tərəfindən nəzarətə götürüldüyü bilinib. Vəkillər Kollegiyasının rəhbəri Ümid Qocasaqqal, "bu qədər vəkilə hücum edəcəksənizsə, buyurun" deyərək polislərin mümkün müdaxilələrinə etiraz etdi. |
2013-12-23 | 4,952 | Misirdə 463 məhbus aclıq elan edib | Misir həbsxanasında "Müsəlman qardaşları" hərəkatının üzvlərindən olan 463 məhbus aclıq elan edib. Məhbuslar onlara qarşı pis rəftara görə aclıq etdiklərini açıqlayıblar. "Müsəlman qardaşları" hərəkatının azadlıqda olan üzvləri "Twitter"də yazıblar ki, həbsxanada olan məhbuslara, hətta yaxınları ilə görüşməyə də icazə verilmir. ("Anspress.com") |
2013-12-23 | 4,953 | Böyük Britaniya su altında qalacaq? | Böyük Britaniyanın 220 rayonunda daşqınla bağlı təhlükəli vəziyyət elan edilib. Verilən məlumata görə, təhlükəli vəziyyətin olduğu yerlər İngiltərə və Uelsə məxsus olan rayonlardır. Qeyd edək ki, Böyük Britaniyada güclü yağışların və qasırğalı küləklərin dekabrın 24-dək olacağı gözlənilir. Mütəxəssislərin fikrincə, küləyin sürəti bir çox yerlərdə saatda 120 kilometrə çatıb. Qasırğa indiyədək 5 min evi elektrik enerjisiz qoyub. ("Anspress.com") |
2013-12-23 | 4,954 | Varlı olacağını necə anlaya bilərsən? - Araşdırma | İngiltərədə insanın gələcəkdə pul qazanma şanslarına təsir edəcək fərdi xüsusiyyətləri tədqiq edilib. Aparılan araşdırmanın nəticəsi olaraq ekspertlər belə bir qənaətə gəliblər ki, hər kəsin həm fiziki görünüşü, həm də xarakterindəki özəllikləri onun maddi durumuna təsir edə bilər. Yaraşıqlı xarici görünüşə malik olan kişilər nisbətən orta görünüşlü kişilərlə müqayisədə 9 faiz daha çox pul qazana bilirlər. Cəlbedici qadınların zəngin olma ehtimalı isə digərləri ilə müqayisədə 4 faizdən bir qədər artıqdır. Araşdırmaların nəticələrinə əsasən, varlı olmaq üçün biliyin əsas olmadığı üzə çıxıb. Belə ki, IQ səviyyəsi orta olanların varlı olma şansları bundan aşağı səviyyədə olanlarla müqayisədə cəmi 1,2 faiz üstünlük təşkil edir. Liseydə oxuyarkən populyar olanlar da aşagı səviyyəli şagirdlərlə müqayisədə daha çox pul qazana bilirlər. Evlilik ruzini daha çox artırır İnsanın gəlirlərini artıran ən mühüm amilin isə məhz nikah olduğu təsdiqlənib. Belə ki, evlənmək və evli qalmaq ailənin gəlirlərini 77 faiz həcmində artımına gətirib çıxarır. Bundan əlavə, evlilik hər il ailə büdcəsinə 16 faizlik əlavə ruzi gətirir. Araşdırmanın nəticələrinə görə, insanın öz həyatını təmin etmə şansları ailələrinin durumundan çox asılıdır. Məsələn, ailəsi yüksək təbəqəyə məxsus olan və universitet təhsili görən uşaqların 54 faizi gələcəkdə iqtisadi baxımdan sıxıntı çəkmirlər. Kasıb bir ailədə böyüyən və universitet bitirənlərin 84 faizinın maddi rifahı yüksək olur. Spirtli içki bütün pisliklərin anası sayılır. Ancaq ingilis alimlərin araşdırması bu məsələni sual altına alır. Onların qənaətinə görə, içki içən insanlar həyatında bir dəfə də olsun onu qəbul etməyənlərlə müqayisədə 14 faiz daha çox varlı olurlar. Siqaret çəkməyənlər də digərlərinə nisbətən 50 faiz daha varlı olurlar. |
2013-12-23 | 4,955 | Bələdiyyələr kimə lazımdır? - Video | Qanunvericilikdə bələdiyyələr yerli idarəetmə orqanlarına söykənir. Lakin adi vətəndaşlar onları torpaq satan orqanlar kimi tanıyır, bəs əslində bələdiyyələrin funksiyaları nədir? Konstitusiyada və bələdiyyələr haqqında qanunda da göstərilir ki, bələdiyyə elə bir qurumdur ki, o hakimiyyətlə vətəndaşlar arasında yerli özünü idarə etməni tənzimləməli, yəni təmsil etdiyi əhalinin problemləri ilə maraqlanmalı, əhatə etdiyi ərazidə infrasturukturun qurulmasını təhsil, səhiyyə, rabitə müəssiəslərinin, park və yolların təmir bərpasını vaxtlı-vaxtında təmin etməlidir. Hazırda, ölkə üzrə 1718 bələdiyyə fəaliyyət göstərir. Və bu bələdiyyələrin illik ümumi gəliri 35 milyon manatdan çoxdur. Orta hesabla bir bələdiyyəyə düşən vəsait 20 min manatdan artıqdır. Amma statistika da göstərir ki, bələdiyyələr əllərində olan vəsaitlərlə yalnız öz işçilərinin maaşlarını verməyə xərcləyir. Ötən il işçilərinin saxlanılmasına az qala büdcəsinin yarısını xərcləyən bələdiyyələrin siyahısında kommunal və yolların salınması xərcləri ən son sıralarda dayanıb. Vəziyyət heç bu il də dəyişməyib. Amma bu o demək deyil ki, bələdiyyələr gəlirsiz sahədir. Çünki bələdiyyələr həm əhalidən əmlak və torpaq vergisi toplayır, həm də əllərində olan torpaqları icarəyə vermək, satmaqla məşquldurlar. Bu rəsmi statistikada da açıq-aydın görünür. Ötən il bələdiyyələrin gəlirlərinin yarıdan çoxu, yəni 55.5 faizi torpaq satışından, 20.3 faizi torpaqlarının icarə verilməsindən ibarət olub. Üstəlik hər il dövlət büdcəsindən bələdiyyələrə 5,2 milyon manat dotasiya da ayrılır. Amma reallıq budur ki, bələdiyyələr hətta əllərində olan bu vəsaitləri də düzgun istifadə etmir. Bələdiyyələrin vəsaitlərini düzgün xərcləmədiklərini, hətta Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzi də təsdiqləyir. Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə: "Dövlət büdcəsi necə yaradılırsa, necə təsdiqini və icrasını tapırsa, bələdiyyənin də büdcəsi eyni qaydada işlənməlidir, hazırlanmaıdır, təsdiq olunmalıdır və icra edilməlidir. Amma təəssüflər olsun ki, bəzi hallarda daxil olan vəsait nəzərdə tutulan istiqamətə deyil, təmamilə səmərəsiz bələdiyyənin inkişafına xidmət etməyən istiqamətlərə xərclənir". Önümüzdəki il həm də bələdiyyələrə yeni seçkilər ili olacaq. Çirkli nəfsini idarə edə bilməyən bələdiyyə isə çətin ki, köhnə əməlləri ilə yeni dövrdə şəffaf işləsin. Ona görə də bələdiyyə sistemində ciddi islahatların aparılması qaçılmazdır. (ANS) |
2013-12-24 | 4,956 | Əsgərlər nümayişçilərə atəş açdı: 1 ölü | Mərkəzi Afrika Respublikasında prezident əleyhinə nümayişlər keçirilib. "Axar.az"ın əldə etdiyi məlumata görə, nümayiş zamanı hökumət qüvvələri ilə etirazçılar arasında qarşıdurma baş verib. Əsgərlər nümayişçilərə atəş açıb. Nəticədə bir nəfər həyatını itirib. Etirazçılar ölkə başçısı Mişel Djotodiyanın istefasını istəməklə yanaşı Fransa ordusu ilə birlikdə üsyançılara qarşı vuruşan Çad əsgərlərinin ölkədən çıxarılmasını tələb edib. |
2013-12-24 | 4,958 | Bu gün İlham Əliyevin doğum günüdür | Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. Dövlət başçısı İlham Əliyevin 52 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İ.Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçilib. 2013-cu il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə üçüncü dəfə dövlət başçısı seçilib. Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir. Evlidir. Üç övladı var. (APA) |
2013-12-24 | 4,959 | Bakıya 188 milyondan artıq kredit ayrılıb | İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 3 il ərzində Bakı qəsəbələrində fəaliyyət göstərən 680 sahibkara 148 milyon manat dəyərində güzəştli kreditlər verilib və 5300-dək yeni iş yerinin açılması imkanı yaranıb. Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilib. Ş.Mustafayev bildirib ki, Dövlət Proqramının qəbulundan ötən dövr ərzində "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi"nə dair 33 tədbir keçirilib və 4550 sahibkara layihələrin seçilməsi, biznes planların hazırlanması və digər növ texniki yardım göstərilib. Nazir qeyd edib ki, istifadəyə verilmiş və illik istehsal gücü 150 min ton olan müasir çörək zavodları Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan əhalini yüksək keyfiyyətli, geniş çeşiddə çörək və çörək məhsulları ilə təmin edir. Onun sözlərinə görə, illik istehsal gücü 5,3 min ton quş əti və 67 milyon ədəd damazlıq və əmtəəlik yumurta olan quşçuluq təsərrüfatlarının və illik istehsal gücü 1,8 min ton ət kəsimi və 10 min ton ət emalı olan emal fabriklərinin fəaliyyətə başlaması, əhalinin ərzaq təminatının daha yaxşılaşmasına öz töhfəsini verməkdədir. (Trend) |
2013-12-24 | 4,960 | Türkiyədə erməni yazıçısına 2 il həbs verildi | Türkiyə məhkəməsi erməni əsilli yazıçı Sevan Şirinyanın barəsində 2 il həbs qərarı verib. Şirinyan İzmirin Şirince kəndinnin bir kilometrliyində özünə aid qoruq ərazidə 60 kvadrat metrlik evin tikintisi zamanı dövlət yasağını iki dəfə pozub və dövlət möhürünü söküb. Möhürü sökdüyünə görə, ona 2008-ci ildə 2 il həbs kəsilib. Lakin o, qərardan apelyasiya şikayəti edib. Məhkəmə 5 ildən sonra ilkin instansiyanın qərarını qüvvədə saxlayıb. Buna görə Nişanyan bu gün prokurorluğa gedib təslim oldu. Nişanyana həbsxanaya girməsi üçün 2 yanvara qədər müddət verilib. Nişanyan cəzasını Torbalı həbsxanasında yatacaq. Nişanyan bu barədə "Facebook" səhifəsində də məlumat yayıb. (ANS) "Axar.az" xəbər vermişdi ki, Türkiyə vətəndaşı, milliyətcə erməni olan məşhur dilçi alim və yazar Sevan Nişanyan qanunsuz tikinti işi aparmaq iddiası ilə mühakimə olunduğu və haqqında iki il həbs cəzası nəzərdə tutulan məhkəmə qərarı Ali Məhkəmə tərəfindən qəbul olunub. Nişanyan cəzası dəqiqləşdikdən sonra gələn həftə həbsxanaya düşəcəyini "tvitter"dən elan edib. |
2013-12-24 | 4,961 | Bu dəfə nobelçilər “Quş qripi” xəbərini verdi - Şok | Aralarında Nobel mükafatı almış alimlərin də olduğu heyət Avropa Birliyi Komissiyasına yazdıqları məktubda Hollandiyada edilən araşdırmaların nəticəsi olaraq quş qripinin yenidən geri dönə bilmə ehtimalı haqqında xəbərdarlıq ediblər. Məktubda bildirilir ki, uşaq gəlinciklərinə mutant viruslar yeridildiyindən quş qripinın yenidən qlobal bir epidemiyaya səbəb ola bilmə təhlükəsi var. Axar.az türk mətbuatına istinadən xəbər verir ki, bu viruslardan bioloji silah kimi istifadə olunma ehtimalı indi daha böyük narahalığa səbəb olub. |
2013-12-24 | 4,962 | Bakıda ağır yol qəzası - Foto | Bakının Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Prospekt boyunca hərəkət edən "Mercedes Benz" markalı avtomaşın qarşısındakı "Ford Focus"a çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Mercedes Benz"in sürücüsünün yüksək sürətlə sərt döngəyə girməsi olub. İdarəetməni itirən sürücü maşını öncə səkiyə çırpıb. Təkəri partlayan maşın qarşısında hərəkət edən "Ford Forcus"a dəyib. Qəza nəticəsində hər iki maşın yararsız hala düşüb. Xətai Rayon Yol Polisi Şöbəsinin yol patrul xidmətinin inspektoru Şahin Heydərovun APA-ya verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. İlkin araşdırmalara görə, qəzaya səbəb "Mercedes Benz"in sürücüsünün sürət həddini aşması göstərilir. Faktla bağlı Xətai Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır. |
2013-12-24 | 4,963 | Bakı-Şamaxı yolunda yol terroru: 3 ölü, 4 yaralı - Yeniləndi | Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza dekabrın 23-də gecə saat 23:50 radələrində Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində, Pirsaat çayı yaxınlığında qeydə alınıb. 60-BH-117 dövlət nömrə nişanlı VAZ 21011 və 90-HK-259 dövlət nömrə nişanlı VAZ 21015 markalı minik maşınlarının toqquşması nəticəsində ağır xəsarət alan şəxslərdən üçü dünyasını dəyişib, 4 nəfər isə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hələlik ölən şəxslərin və yaralıların adları məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. *** 02.32 . Bakı-Şamaxı avtomobil yolunda baş vermiş qəza zamanı ölən və yaralananların adları məlum olub. İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1979-cu il təvəllüdlü Xəlilov Ramil Rövşən oğlunun idarə etdiyi 60-BH-117 dövlət nömrə nişanlı VAZ 21011 markalı avtomobilin qarşı tərəfdən gələn Şamaxı rayonu Xınıslı kənd sakini, Musayev İlyas Şahıbaba oğluna məxsus 90-HK-259 dövlət nömrə nişanlı VAZ 21015 markalı avtomobillə toqquşması nəticəsində R.Xəlilov və onun iki azyaşlı oğlu - 2008-ci il təvəllüdlü Əliheydər Xəlilov və 2010-cu il təvəllüdlü Abbas Xəlilov, eləcə də VAZ 21015-in sürücüsü İ.Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. VAZ 21011-in sürücüsü R.Xəlilovun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Günel İsgəndərova, eləcə də VAZ 21015-dəki sərnişinlər - Həsənov Həsənalı Dünyamin oğlu və Aslanov Musa Abbas oğlu aldıqları ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib. Güclü zərbənin təsiri nəticəsində hər iki avtomobil yararsız hala düşüb. Avtomobillərdə sıxılmış vəziyyətdə qalmış yaralılar və dünyasını dəyişən şəxslər FHN-nin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən xüsusi kəsici alətlərin köməkliyi ilə çıxarılıb. (APA) |
2013-12-24 | 4,964 | Bankın Türkiyə nümayəndəliyinə Baş nazir rəhbərlik edəcək | "Sakartvelos Bankı" ("Gürcüstan bank") Türkiyənin İstanbul şəhərində yeni nümayəndəliyinin ofisini açıb. Bu barədə "Sakarvelos Bankı" məlumat verib. Bunun Gürcüstanla Türkiyə arasında mövcud investisiya və ticarət dövriyyəsinin artması ilə əlaqədar olduğu vurğulanıb. Yeni ofis bankın Təl-Əviv, London və Budapeştdəki ofislərindən sonra xarici ölkədə açılmış dördüncü nümayəndəliyidir. "Sakartvelos Bankı"nın İstanbuldakı nümayəndəliyinə Gürcüstanın sabiq Baş naziri Nika Gilauri rəhbərlik edəcək. (AzərTac) |
2013-12-24 | 4,965 | “Hürrəm Sultan” ekranlara qayıdır | "Möhtəşəm yüzyıl" serialının keçmiş Hürrəm Sultanı Məryəm Uzərli yeni mövsümdə tamaşaçıyla görüşməyə hazırlaşır. "Möhtəşəm yüzyıl"in keçmiş Hürrəm Sultanı ekranlara "Kösəm Sultan" olaraq geri dönür. Qanuni-Sultan Süleyman dövründən bəhs edən "Möhtəşəm Yüzyıl" serialı 11 iyun 2014-cü ildə ekranlara vida edir. TİMS Prodüser şirkəti başqa bir tarixi serialı ərsəyə gətirmək üçün indidən işə başlayıb. Bu dəfə də Osmanlı tarixinin ən güclü qadınlarından olan Kösəm Sultanın həyatı ekranlaşdırılacaq. Serialda Kösəm Sultanı Məryəm Uzərli canlandıracaq. Hal-hazırda 7 aylıq hamilə olan Uzərli fevral ayında körpəsini dünyaya gətirdikdən sonra roluna hazırlaşacaq. Məryəm Uzərli prodüsserdən üzr istədi Xatırladaq ki, məşhur oyunçu ötən may ayında "tükənmişlik sindromu" yaşadığı iddiasıyla serialdan ayrılıb Almaniyaya geri dönmüşdü. Çətin vəziyyətdə qalan kino şirkəti başqa bir oyuncu ilə davam etmək məcburiyyətində qalmışdı. Amma Türkiyənin "Vətən" qəzetinin verdiyi xəbərə görə, Üzərli "prodüsserdən üzr istəyirəm" deyərək Timur Savcının könlünü ala bilib. |
2013-12-24 | 4,967 | Bir neçə həftə ömrü qalan sevgilisiylə evləndi | İngiltərədə 5 ildir vətəndaş nikahıyla yaşayan sevgililərin xoşbəxtliyinə xərçəng mane olub. Bir neçə həftə ömrü qalan 23 yaşlı Feliks iki uşağının anası Kolayla xəstə yatağında evlənib. Tez-tez qıcolma keçirən Feliks keçən ay həkimə gedəndən sonra şok olub. Həkimlər bağırsaqlarında böyük bir şiş təsbit etdiklərini və onun əməliyyatla alınmasının mümkün olmadığını söyləyib. Bir neçə həftə ömrü qalan 23 yaşlı gənc vəziyyətini birlikdə yaşadığı sevgilisi Kolaya gözyaşları içində izah edib. İki yaşında oğlu və dörd aylıq qızları olan cütlük evlənməyə qərar verib. Ancaq Feliksin səhhəti yataqdan qalxmasına imkan vermədiyindən sevgililər xəstəxanada evləniblər. |
2013-12-24 | 4,968 | Conni Depin yeni filmindən parça - Video | "Üstünlük" ("Transcendence") fantastik filminin ilk parçası yayılıb. Baş rolları Conni Depp və Morqan Friman ifa edir. Çarx dekabrın 20-sində "yutub"a yerləşdirilib. |
2013-12-24 | 4,969 | ABŞ Afrikaya əsgər göndərdi | ABŞ Cənubi Sudana 150 nəfərlik hərbi qüvvə göndərib. "Axar.az"ın əldə etdiyi məlumata görə, ABŞ Cənubi Sudandakı səfirliyinin təhlükəsizliyini təmin etmək və vətəndaşlarının təxliyyə edilməsi üçün bu addımı atıb. İspaniyadan Cibutiyə hərəkət edən hərbi qüvvə burdakı hərbi birliklərlə bir yerdə Cənubi Sudan ərazisinə daxil olacaq. Həftə sonu ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Cənubi Sudana gələn ABŞ təyyarələri vurulmuşdu. Nəticədə 3 nəfər yaralanmışdı. ABŞ prezidenti Barak Obama keçən həftə də ABŞ Silahlı Qüvvələrindən təxminən 45 nəfərlik personalın bu ölkəyə göndərildiyini bildirmişdi. |
2013-12-24 | 4,970 | Özcan Dəniz: Ən böyük xəzinəm çətin uşaqlığımdır | Birləşmiş Ərəb Əmirliklərindəki "MBC" kanalında verilişə dəvət edilən Özcan Dəniz uşaqlığına səyahət edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk seriallarının ard-arda yayınlandığı Birləşmiş Ərəb Əmirliklərinin MBC qrupunun 4-cü kanalında yayınlanan "Extra Turki"proqramının bu həftəki bölümündə Özcan Dəniz qonaq olub. İfaçı aparıcının suallarını cavablandırarkən bir anlıq uşaqlığına səyahət edib. Həyatı bütün məqamlarıyla yaşadım Uşaqlığından etibarən məşəqqətli bir həyatı olduğunu deyən Dəniz "Bu çətin həyat məni gələcəyimə çox yaxşı hazırladı. Xəyal qırıqlıqları, ağrılı hadisələrlə qarşılaşdığımda müvazinətimi itirməməyimin səbəblərindən biri çətin uşaqlıq həyatımın olmasıdır. Çox erkən yaşda məsuliyyətlərlə qarşılaşdım. Bunlar filmlərimdə, mahnılarımda əks olunur. Ona görə o çətinliklər mənim ən böyük xəzinəmdir",- deyib. |
2013-12-24 | 4,971 | Avtomobil yolunda rəsm əsəri yaratdılar - Video | Braziliyanın şəhəri San-Paulanın mərkəzində ictimai-incəsənət layihəsi həyata keçirilib. Layihə "Painting Reality" küçə incəsənətinin özünəməxsus formasıdır. Layihə iştirakçıları işlək yolun fərqli hissələrinə bir neçə litr boya tökərək, avtomobillərin köməyi ilə böyük avanqard rəsm yaratdılar. |
2013-12-24 | 4,972 | Bülənt Ərsoy: “İki həftədir ki, namuslu qadınam” - Video | "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bülənt Ərsoy prodüsserin onun geyim-keçiminə qarışmasına üsyan edib. Bazar axşamları "Şou TV" ekranında canlı yayınlanan "Bülənt Ərsoy Şou" yenə qalmaqalsız ötüşməyib. Geyindiyi paltarlarla hər zaman gündəmdə olan Bülənt Ərsoy keçən axşamkı proqramda "2 həftədir çox namuslu qadınam. Prodüsserimizin mənə "bacı, paltarlarına diqqət et" deyə xəbərdarlıq etməsindən sonra belə geyinirəm. Daha haramı bağlayım?!'' deyərək, az qala üsyan edib. Bu dəfə də geyimində kürək dekoltesindən istifadə edən sənətçi bunu göstərə bilmək üçün tez-tez arxasını tamaşaçılara çevirərək rəqs edib. |
2013-12-24 | 4,973 | Demet Akalın hamını şoka salıb | Fevralda qızı Hiranı qucağına alacaq olan Demet Akalın son paylaşdığı şəkli ilə ictimai medianın dilinə düşüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ev halındakı şəklini paylaşan məşhur sənətçi təqibçilərini təəccübləndirib. Demet Akalının son halını görən pərəstişkarları şəklin altında "oğlan anaya gözəllik qatarmış, qız da gözəlliyini alırmış. Hira bütün gözəlliyini alıb aparmış, Demet..." kimi şərhlər əlavə ediblər. |
2013-12-24 | 4,974 | "Arsenal" "Çelsi" ilə bacarmadı - Fotolar | İngiltərə Premyer Liqasının lideri "Arsenal" doğma meydanda "Çelsi"ni sınağa çəkib. XVII turun mərkəzi görüşündə qalib müəyyənləşməyib - 0:0. "Arsenal" bu nəticədən sonra turnir cədvəlindəki lider mövqeyini "Liverpul"a verməli olub. Joze Mourinyonun çalışdırdığı komanda isə turnir cədvəlinin liderindən 2 xal geridə qalmaqla 4-cü pillədəki mövqeyini qoruyub saxlaya bilib. Qeyd edək ki, Premyer Liqada "Liverpul" 36 xalla I, "Arsenal" 36 xalla II, "Mançester Siti" 35 xalla III-cü yerdə qərarlaşıb. son çempion "Mançester Yuneyted" 28 xalla 8-ci pillədədir (anspress). |
2013-12-24 | 4,975 | İlk süni peykimiz 10 milyon gəlir gətirib | Azərbaycanın ilk süni peyki "Azerspace-1"in istismarından əldə olunan gəlirlər artmaqda davam edir. Bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, təkcə bu ilin 6 ayında əsas fəaliyyətdən təxminən 10 milyon ABŞ dolları həcmində gəlir əldə olunmuşdur. "Azerspace-1" peykinin gəlirləri artan xətt üzrə inkişaf edir. Bu peykin istismarında əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır (AzərTac). |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.