date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-20
4,664
Müxalif siyasətçi və yoldaşı qətlə yetirildi
Filippinin cənub şəhəri Labanqananın meri Ukol Talumpu və həyat yoldaşı silahlı canilər tərəfindən qətlə yetirilib. Hadisə Manila hava limanı yaxınlığında baş verib. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, merin kortejinə hücum nəticəsində şəhər başçısının iki müşayiətçisi də həlak olub. Ukol Talumpu müxalif siyasətçi hesab olunurdu. Bu ilin may ayında mer seçkilərində qalib gəlmişdi.
2013-12-20
4,665
Nazirin 105 milyon rüşvət aldığı üzə çıxdı
Türkiyədə korrupsiya əleyhinə keçirilən əməliyyat zamanı ələ keçirilmiş siyahıda iqtisadiyyat naziri Zəfər Çağlayanın da adı var. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayımlayıb. Mətbuatın ələ keçirdiyi siyahıda Rza Zərrabın nazirə verdiyi rüşvətin 105 milyon lirə olduğunu bildirib. Siyahıda Z.Çağlayana rüşvətin verilmə tarixi, saatı və kuryerin adının da qeyd olunduğu yazılıb.
2013-12-20
4,666
Dekabrın 21-i üçün hava proqnozu
"Axar.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumata görə bildirir ki, dekabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
2013-12-20
4,667
Türkiyədə əməliyyatı tezləşdirən səbəb
"Rüşvət və qaçaqmalçılıq əməliyyatı" bu il dekabrın 8-də Rza Zərrabın ofisindən çıxarkən Barış Gülərin onu alışqan şəkilli kamerayla çəkən polisi görməsindən sonra sürətləndirildiyi üzə çıxıb. Hadisədən sonra Zərraba zəng edən Barış Gülər "alışqan kameralıdır, həmin şəxs yüz faiz sıravi geyimli polisdir",- deyib. Bir müddət sonra isə Barış Daxili İşlər naziri olan atasına zəng vurub vəziyyəti çatdırıb. Müəmmar Gülər də cavab verib: "O şeyi qətiyyən elə etməyin. Mən o adamların kimliyini araşdıracağam". Əməliyyatın vaxtından əvvəl başlamasına səbəb olan hadisələr belə başlayıb: "İddiaya görə, Barış Gülər cari il oktyabrın 8-də Rza Zərrabın ofisindən çıxarkən əlində alışqan formalı kamera olan adamın ətrafı çəkdiyini görür. Bundan sonra tez Zərraba vəziyyəti izah edən Barış Gülər alışqanla çəkiliş aparan adamın sıravi geyimli polis olduğunu deyib. Şübhələndiyini və bu işi araşdıracağını söyləyən Barış Gülər vəziyyətdən narahat olduğunu bildirib. Zərrab isə Barış Gülərin hansı qurumun onu təqib edəcəyini başa düşə bilmədiyini deyib. Oktyabrın 2-də Hikmət T. və Barış Gülərin oğlunun başqa bir telefon söhbətində isə Hikmət T. onları izləyən adamın təhlükəsizlik orqanları, ya da maliyyə şöbəsində işləyən polis olduğunu təxmin etdiklərini söylədikdən sonra bu adamların pencəklərinin qolunda kamera olduğunu dilə gətirib. Haqqında danışılan adamların şəkillərini çəkdiklərini söyləyən Hikmət T. bunların böyük ehtimalla polis olduğunu deyib".
2013-12-20
4,668
Mәşhur qarmonçalan dünyasını dәyişdi - Video
Bu gün tanınmış qarmonçalan Aslan İlyasov dünyasını dәyişib. Bu haqda "Axar.az"a mәrhumun oğlu Aslan (oğlunun da adı Aslandır) İlyasov xәbәr verib. Xatırladaq ki, bir neçə dəqiqə öncə "Aznews.az"a müsahibәsindә qocaman qarmonçalanın oğlu atasının "məni ölməyə qoymayın" deyə yalvardığını demişdi: "Atam deyir ki, ay Allah, ölürəm. Allah mənə rəhmət eləsin. Nə olar, yalvarıram, məni ölməyə qoymayın. Amma daha olan olub. Başının üstündəyik. İstəmirik onu itirək. Nə yaxşı k, atam 65 illik yubileyini keçirdi. Onun yaddaşında qalan elə bu oldu". Allah rәhmәt elәsin. Məşhur sənətkarı "Aslani" havası ilə yad edək:
2013-12-20
4,669
Parisin mərkəzi yanır
Parisin mərkəzində yaşayış evində güclü yanğın başlayıb. Saat 8:00-da başlayan yanğın evin bir neçə mərtəbəsini əhatə edib. "Axar.az"ın Fransa mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə yerində 200 yanğın söndürən var. Yanğını söndürmək hələ də mümkün deyil. Yaşayış evindən 20 sakin evakuasiya edilib. Onlardan 6-sına tibbi yardım göstərilib.
2013-12-20
4,670
Bankların illik reytinqi bəlli oldu
"International Finance Magazine" jurnalı növbəti dəfə bankların reytinqini müəyyən edib. Qiymətləndirmədə ölkəmizin ən iri banklarından biri olan "PAŞA Bank" "Azərbaycanın ən yaxşı investisiya bankı" adına layiq görülüb. Bu haqda "Axar.az"a danışan PAŞA Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə baş direktoru Taleh Kazımov beynəlxalq səviyyəli yeni qiymətləndirməni özlərinin növbəti uğuru kimi dəyərləndirib: "Biz şadıq ki, səylə gördüyümüz iş diqqətdən kənar qalmır və növbəti dəfə dünyanın investisiya cəmiyyətinin yüksək qiymətini qazanıb. Bu o deməkdir ki, bizim komandamız düzgün yolu – ölkənin fond bazarının inkişaf etdirilməsi yolunu seçib". Qeyd edək ki, mükafatın təsisçisi - "International Finance Magazine" jurnalı dünyanın 150-dən artıq ölkəsində tanınır və dünya maliyyə bazarında baş verən əsas hadisələri işıqlandırır. Qərargahı London şəhərində yerləşən jurnal hər il qeyd edilən sektorun inkişafına dəyərli töhfə verən dünya üzrə maliyyə təşkilatlarını mükafatlandırır. Xatırladaq ki, PAŞA Bank əvvəllər "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində də "Azərbaycanın ən yaxşı investisiya bankı" elan edilib. Mükafatın təsisçisi "EMEA Finance" maliyyə jurnalıdır.
2013-12-20
4,671
Dünən ölkədə 56 cinayət baş verib
Dünən Azərbaycanda gün ərzində 56 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, qeydə alınmış cinayət faktlarının 22-si "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, bununda nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
2013-12-20
4,672
İsa Qəmbərin müşaviri istefa verdi
Müsavat Partiyasının başqanının müşaviri Yeganə Hacıyeva partiyadan istefa verib. Yeganə Hacıyeva bu barədə "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. O qeyd edib ki, "bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qalıb və nəhayət, Azərbaycan cəmiyyətinin maraqlarının daha üstün və faydalı olduğu barədə qərar verib: "Bu, maraqlar, hadisələrə düzgün qiymət vermək imkanından başlamış ona doğru istiqamət təyin etməyə, nəhayət, onu yalnız birliyin gücü ilə pozitiv çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təəssüf ki, bunu uzun illər qarşılıqlı fayda verdiyim təşkilatda həyata keçirə bilmədim. Bu gündən müstəqil olduğumu bəyan edirəm". Y. Hacıyeva istefası ilə bağlı heç bir sualı cavablandırmayacağını bildirib. O, Milli Şuranın Sədr Aparatında fəaliyyətini davam etdirib-etdirməyəcəyinə də aydınlıq gətirməyib. Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli qurumun Sədr Aparatını formalaşdırdığını və Müsavat başqanının müşaviri Y. Hacıyevanı Sədr Aparatına daxil etdiyini açıqlayıb. (APA)
2013-12-20
4,673
Leyla Əliyeva 3-cü dərəcəli ordenlə təltif olundu
Heydər Əliyev Fondun vitse-prezidenti, fondun Rusiya bölməsini rəhbəri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxana səfər edib. Səfər çərçivəsində əvvəlcə L.Əliyevanın Həştərxan vilayətin qubernatoru Aleksandr Jilkin ilə görüşü keçirilib. Görüşdə qubernator administrasiyasının rəsmiləri, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də iştirak edib. Daha sonra geniş tərkibdə keçirilən görüş zamanı qubernator Azərbaycan prezidenti İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu diqqət sözlərlə deyil, həyata keçirilən iri layihələrlə özünü göstərir. Qubernator xatırladıb ki, Həştərxanda Heydər Əliyevin abidəsi, Rusiya-Azərbaycan körpüsü, Bakıda isə Bakı-Həştərxan dostluq parkı açılıb. Moskva və bütün Rusiyanın patriarxı Kirillin sərəncamı əsasında Həştərxan və Kamızyak mitropoliti İona tərəfindən müqəddəs Knyaz Vladimirin abidəsinin yenidənqurma işlərində göstərdiyi köməyə və Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsindəki çoxsaylı töhfələrinə görə L.Əliyeva 3-cü dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif olunub. Mükafata görə təşəkkürlərini bildirən L.Əliyeva deyib ki, Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni edəcək. O qeyd edib ki, ərazisinin 20 faizi işğal altında olsa da, Azərbaycanda müxtəlif millətlər, dinlər arasında sülh, əmin-amanlıq mövcuddur, ölkəmizdə rus dilinin inkişafına böyük diqqət yetirilir: "Azərbaycanda tolerantlıq məqsəd deyil, həyat tərzidir". Daha sonra L.Əliyeva və A.Jilkin şəhərin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsi önünə əklil qoyublar, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş "Meçta" uşaq kafesinin, Knyaz Vladimirin abidəsinin açılışlarında və uşaq bağçasının təməlqoyma mərasimində iştirak ediblər. Səfərin sonunda L.Əliyeva Rusiya Azərbaycanlı Gəncləri Birliyinin Həştərxan bölməsinin fəalları ilə görüşüb və Heydər Əliyev adına 11 saylı orta məktəbi ziyarət edib (apa).
2013-12-20
4,674
14 polis rəisi işdən çıxarıldı
Rüşvət və qaçaqmalçılıq əməliyyatı ilə başlayan polis idarəsindəki inanılmaz hadisələr davam edir. İlk əvvəl İstanbul Şəhər Baş Polis İdarəsində Hüseyn Çapkının 6 köməkçisinin birdən işdən çıxarılmasından sonra İdarənin rəisi Hüseyn Çapkın özü də 4 il yarım işlədiyi vəzifəsindən azad edilmişdi, onun yerinə Ağsaray vali Selami Altınok gətirilimişdi. Bu gün Polisdə daha bir yenilik baş verib və Ankara Şəhər Polis İdarəsinin 14 bölmə rəisi eyni vaxtda işdən çıxarılıb.
2013-12-20
4,676
Xəstə uşaqların 20 manatına göz dikən kimdir?
Sağlamlıq imkanları məhdud olan uşaqlar bu dəfə yol xərcindən də məhrum olublar. Nazirlər Kabinetinin hələ 2001-ci ildə təsdiqlədiyi qərarla hər ay onların valideynlərinə verilən 20 manat yol pulunu 5 aydır ala bilmirlər. Bu barədə "Axar.az"a uşaqlardan birinin bibisi Lətafət Məmmədova məlumat verib. Onun sözlərinə görə, qardaşı oğlu Fərid Babayev autizm və digər nevroloji xəstəlikdən əziyyət çəkir: "Hakimlərin rəyinə əsasən, belə xəstələr evdən ayrılıb bir necə saat məktəbdə və ya başqa bir yerdə ola bilməzlər. Ona görə də valideynləri onları 268 saylı məktəbin xüsusi ev təhsili bölməsinə yazdırıblar. Hazırda 2-ci sinifdə təhsil alan Fəridlə müəllim evdə məşğul olur". Evdə təhsil alan xəstə uşaqlara ögey münasibət Qeyd edək ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün paytaxtda bir necə məktəb fəaliyyət göstərir. NK-nən qərarı ilə orada təhsil alan şagirdlərin valideynlərinə uşaqları məktəbə, xəstəxanalara, sağlamlıq mərkəzlərinə aparmaq üçün 20 manat məbləğində kompensasiya müəyyən edib. İndiyədək həmin pulu kart vasitəsilə aldıqlarını deyən L.Məmmədova bu ilin avqust ayından həmin ödənişin dayandırıldığını deyir: "Bunun səbəbini soruşduqda direktor əvvəlcə bizə dedi ki, kartın vaxtı bitib, gedin dəyişin. Uzun get-gəldən sonra kartı da dəyişdik, lakin pul hələ də köçürülməyib. Uşaqları evdə təhsil alan bütün valideynlər həmin puldan məhrum olublar. Onsuz da məbləği uşağın müalicəsinə sərf olunan xərclərimizlə müqayisədə çox az olan pulun kəsilməsi bizə aydın deyil". Qərarı niyə dəyişmək istəyirlər? Məsələyə aydınlıq gətirmək üçün 268 saylı məktəbin direktoru Seyfəddin Mustafayevlə əlaqə yaratdıq. Problemdən xəbərdar olan direktor sağlamlıq imkanları məhdud olan və evdə təhsil alan uşaqlara verilən yol pulunun 5 aydır dayandırıldığını təsdiqlədi. Əlavə etdi ki, buna səbəb NK-nın sözügedən qərarında yalnız məktəbə gedib-gələn qüsurlu uşaqlar nəzərdə tutulur: "Sənəddə "xüsusi təhsilə cəlb olunan uşaqlar" ifadəsi qeyd olunur. Lakin ayrıca "evdə təhsil alan uşaqlar" ifadəsi olmadığından hansısa qurum bu pulu dayandırıb. Mən də araşdırma aparmaq üçün Bakı Baş Təhsil İdarəsinə bir neçə dəfə müraciət etmişəm. Hələ ki, bir yenilik yoxdur". Bakı Baş Təhsil İradəsindən məsələyə aydınlıq gətirmək cəhdlərimiz isə boşa çıxdı. Bir necə gündür etdiyimiz zənglərə, göndərdiyimiz məktuba cavab verilmədi. Lakin araşdırmalarımız davam edir. Digər məktəblərdə də belə problemlərin olub-olmaması, hökumət rəsmilərinin məsələyə münasibətini öyrənməyə çalışacağıq.
2013-12-20
4,677
“Əməliyyatın xəbərsiz keçirilməsi doğru addımdır”
"Əməliyyatın Baş nazirdən xəbərsiz keçirilməsi doğru addımdır" MHP-dən Aydın millət vəkili, Türkiyə Böyük Millət Məclisinin idarə amiri, MHP Aydın bələdiyyə başqanlığına namizəd Əli Uzunirmaq son günlər Türkiyədə baş verən hadisələrlə bağlı "Axar.az"ın suallarını cavablandırır. - Baş verən hadisələr – "rüşvət və korrupsiya əməliyyatı" mediadan anbaan təqib edilir. Bilmək istərdik: Türkiyədə əslində nə baş verir? - Hüquq-mühafizə orqanları aşkarladıqları qanunsuzluq və korrupsiya ilə bağlı istintaq işi açıblar. Bu işin başqa cür izahı yoxdur. Çünki bir ölkədə oğurluq və rüşvət varsa, bu, olduğu kimi ictimaiyyətə çatdırılmalıdır. Yoxsa bir bank müdirinin və ya nazir oğlunun evinə başqaları gətirib gizlincə bu qədər pul qoydu?! Bu məsələnin əfv ediləsi və ya pozitiv baxılası bir tərəfi yoxdur. Hamı hadisələri olduğu kimi qəbul etsin və istintaqı düzgün aparsınlar. - Əli bəy, bu hadisələrdə Amerika və İsrailin də əlinin olduğu, Türkiyəni xaos və çevrilişə sövq etmək istədikləri bildirilir. Siz necə düşünürsüz? - Qardaşım, "Halkbank"ın müdirinə Amerika və ya İsrailmi dedi, get, ayaqqabı qutusunun içində 4.5 milyon dolları gizlət?! Gülüş obyektinə çevirməsinlər. Göstərilən bütün başqa səbəblər hamısı bəhanədir. Bu bəhanə "Gəzi" hadisələrində də deyilmişdi. Gah İsrail, gah beynəlxalq lobbi, gah da Amerikanı ortaya atanlar, sadəcə, cahildir. - Fətullah Gülən və R.T.Ərdoğanın arasında yaşanan soyuqluğu səbəb göstərənlər də var... - Bunlar fərqli məsələlərdir. Bu məsələyə Gülən-Ərdoğan aspektindən baxmaq doğru deyil. Ortada oğurluq və rüşvət problemi kimi dəyərləndirilməli ciddi məsələ var. Xəyali düşmənlərlə xəyali siyasət aparmaq olmaz. Getsinlər, öz əlaqələrini başqa zamanda dəyərləndirsinlər. İndi bu məsələyə aydınlıq gətirilməsini tələb edirik. - Baş nazir və Daxili İşlər nazirinin xəbəri olmadan bu qədər geniş əməliyyatın həyata keçirilməsi nə qədər inandırıcıdır? - Əslində, əməliyyatların Baş nazir və Daxili İşlər nazirinin xəbəri olmadan keçirilməsi çox doğru bir addımdır. Çünki məsələ ortaya çıxandan sonra prokurorları vəzifədən azad edirlər. Deməli, öncədən bilsəydilər, özlərinin də bu işdə əli olduğu üçün ört-basdır edəcəkdilər. Yəni ki, nazirlər ölkəni ədalətlə idarə etmək üçün rəhbər seçilirlər, özlərinin azğınlıqlarını ört-basdır etmək üçün yox. Bunun belə olması İlahi ədalətdir. - Azərbaycan qardaş ölkə olaraq Türkiyənin beynəlxalq arenada nüfuz itirməsindən çox narahatdır. MHP müxalif partiya olaraq bu məsələlərdən çıxış yolunu nədə görür və təklifi nədir? - MHP tarixi ideologiyası olan partiyadır, bizim azərbaycanlı qardaşlarımıza sonsuz sevgimiz var və həmişə olacaq. Çünki biz iki dövlət, bir millətik. MHP olaraq düşüncəmiz qısa zamanda ədalətin öz yerini tapmasıdır. - Sizcə, bu faktlar qarşıdan gələn bələdiyyə seçkilərində AKP-yə qarşı istifadə oluna bilərmi? - Hal-hazırda vəzifəmiz seçkidən əvvəl əsas iş olaraq xalqa gerçəkləri çatdırmaq, həqiqəti göstərə bilməkdir. Daha sonra xalq haqlı olanı özü seçəcək.
2013-12-20
4,678
İrəvanda “vassal müqaviləsi”nə etirazlar - Video
Ermənistan Parlamentinin qarşısında keçirilən etiraz aksiyasında polis güc tətbiq edib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Ermənistanın "Armrosqazprom"da olan 20% hissəsini Rusiyaya satmağına etiraz edən mitinq iştirakçılarından artıq 10 nəfər həbs edilib. Parlamentə daxil olmağa çalışan etirazçılara polis güc tətbiq edib. Mətbuat aksiya iştirakçıları arasında yaralıların olduğu barədə də məlumat yayıb. Qeyd edək ki, hazırda Ermənistan parlamentində "Armrosqazprom"un rəsmi İrəvana aid hissələrinin Rusiyaya tam satılması ilə bağlı müzakirələr gedir. Müxalifət deputatlar hakimiyyətin bu addımını vassal müqaviləsi adlandırıblar.
2013-12-20
4,679
“Onlar kifayət qədər yaxşı maliyyələşdirilirlər”
"Ukraynada hakimiyyətin istefaya getməsilə bağlı şüarların əsas günahkarı radikal qruplardır". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ukraynanın Baş prokuroru Viktor Pşonko çıxış edib. O, Ukraynada Avromaydanın təşkilində də radikal qrupların rolunun böyük olduğunu bildirib: "Onlar kifayət qədər yaxşı maliyyələşdirilirlər. Əsas məqsədləri müxtəlif ideoloji təbliğat aparmaqla millətçiliyi inkişaf etdirib xalqlar arasında münaqişə yaratmaqdır".
2013-12-20
4,680
Rusiya Arktika uğrunda savaşa başlayır
"Arktika uğrunda ciddi rəqiblər arasında savaş gedir". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya Baş nazirinin müavini Dmitri Roqozin çıxış edib. O, Arktika uğrunda Rusiyanın mübarizəsinin iqtisadi səbəblərlə bağlı olmadığını deyib: "Burada məqsəd iqtisadi səbəblər deyil. Səbəblər siyasi və geopolitikdir. Bu, ölkənin milli təhlükəsizliyi ilə bağlıdır". Qeyd edək ki, bir müddət öncə Kanadanın Baş naziri Arktikanın rəsmən öz əraziləri elan edilməsi ilə bağlı BMT-yə müraciət edəcəklərini bildirmişdi.
2013-12-20
4,681
Cəbhədə atışma: itki yoxdur
Cəbhənin təmas xəttində yenidən atəşkəs pozulub. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-20
4,682
Prokurorluq Anar Məmmədli ilə bağlı bəyanat verdi
Baş Prokurorluq "Seçkilərin Monitorinqi və Demokratiya"nın Tədrisi Mərkəzinin təsisçisi Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat yayılıb. Bəyanatda bildirilir: "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" və "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti göstərmələrinə dair materiallar əsasında 29 oktyabr 2013-cü il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədlinin Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib". Bəzi beynəlxalq təşkilatlar və onların nümayəndələrinin uydurma mülahizələrə əsaslanan siyasi maraqlarından çıxış edərək, A.Məmmədliyə qarşı əsassız ittihamlar irəli sürülməsini və onun dərhal həbsdən azad edilməsinin tələb edildiyi bildirilən bəyanatda qeyd olunur: "Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutmuş və müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan Respublikasının daxili işlərinə müdaxilələr yolverilməzdir və heç bir hüquqi əsası olmayan bu tələbləri Azərbaycan Respublikasının məhkəmə hakimiyyətinə, o cümlədən məhkəmə hakimiyyəti sisteminə daxil olan Prokurorluq orqanlarının fəaliyyətinə təzyiq kimi qiymətləndiririk. A.Məmmədliyə elan edilmiş ittiham, bəzi beynəlxalq qurumların iddia etdikləri kimi, onun siyası fəaliyyəti ilə deyil, məhkəmənin qərarı əsasında Vergilər Nazirliyi yanında Vergi auditi departamentinin Xüsusi qərarlara əsaslanan audit şöbəsi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarəti xidməti və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılmış yoxlama nəticəsində Baş Prokurorluğa təqdim etdikləri yoxlama materialları və digər sübutlar əsasında həyata keçirilib. Bundan başqa, A.Məmmədliyə ittiham elan edilən andan onun müdafiə və digər hüquqları cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla təmin edilib və bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə aparılıb. Hazırda onun hüquqları dörd vəkil tərəfindən müdafiə olunur. Qanunun aliliyi təmin olunmaqla və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla qeyd edilən cinayət işi üzrə qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaqdır.
2013-12-20
4,683
Mobil xidmət tariflərinin dəyişməsi şübhə altında
Yeni ildən mobil rabitə xidmətlərində danışıq qiymətlərinin ucuzlaşacağı gözlənilir. Rabitə və İnformasiya Texnologoyaları Nazirliyi mobil operatorlara tariflərin aşağı salınması ilə bağlı tövsiyyələr verib. Bunu "Axar.az"a açıqlamasında Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib. Lakin tövsiyyələrdə konkret olaraq rəqəmlərin göstərilmədiyini əlavə edib: "Mobil danışıq tariflərinin aşağı salınması ilə bağlı operatorlara tövsiyyələr olunub. Yəqin gələn ildən məsələyə baxılacaq. Rəqəmləri operatorlar özləri müəyyən edərək bizə təqdim edəcəklər". Məsələyə aydınlıq gətirmək üçün mobil rabitə operatorları ilə əlaqə saxladıq. "Azərfon" ("Nar mobile") şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Ələkbərov gələn ildən tariflərin ucuzlaşma ehtimalını istisna etməyib: "Tariflərin aşağı salınması ilə bağlı hazırda planda konkret bir tədbir nəzərdə tutulmayıb. Ancaq ehtimal var ki, yeni ildən ucuzlaşma baş versin". "Bakcell" şirkətinin mətbuat xidmətindən isə bildirdilər ki, qiymətlərin dəyişməsi bazardakı vəziyyətdən asılıdır: "Bakcell" həm zənglər, həm də mobil internet xidməti üçün tarifləri kifayət qədər endirib və hazırda Azərbaycanda ən münasib mobil rabitə qiymətləri təklif edir. Bununla yanaşı, mütəmadi olaraq abunəçilərimizə ən sərfəli danışıq və internet xidmətləri təklif edən kampaniyalar keçiririk. Tarifləri daha da aşağı salınması isə həm yerli, həm də xarici bazardakı vəziyyətdən asılıdır. Tariflərdəki hər hansı dəyişiklik bazarın tələblərinə uyğun olaraq həyata keçirilir". Xatırladaq ki, dünən Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də mətbuata açıqlamasında mobil rabitədə xidmətlərin qiymətlərinin azaldılmasının müzakirə olunduğunu deyib: "Mobil operatorlar, eyni zamanda dövlət qurumları tərəfindən bu istiqamətdə işlər gedir. Hazırda da bu istiqamətdə müzakirələr aparılır. Bu istiqamətdə addımların atılması gözlənilir və mobil rabitə sahəsində qiymətlərdə dəyişikliklər ediləcək".
2013-12-20
4,684
Şaxta Baba kitab satacaq
Şənbə günü saat 11:00-dan 18:00-a qədər Bakıda "Zero" Kitab Evinin açılışı olacaq. Paytaxtın mərkəzində yerləşən yeni kitab mağazasında yerli və dünya yazarlarının yüzlərlə çeşiddə kitabları oxucuların ixtiyarına veriləcək. İstiqlaliyyət küçəsi 71 (M.Ə.Sabir Bağı ilə üzbəüz) ünvanında yerləşən "Zero" Kitab Evi "Zero" Nəşriyyatının açdığı ilk kitab mağazasıdır. Nəşriyyatın və mağazanın sahibi Zahir Əzəmətin verdiyi məlumata görə, Kitab Evində təkcə özlərinin istehsal etdikləri kitablar deyil, digər nəşriyyatların da kitabları satılacaq: "Biz kitab mağazamızda alıcılara daha keyfiyyətli xidmət göstərəcəyimizə söz veririk. Yerli yazarların kitablarına daha isti münasibət göstərəcək, alıcıları, oxucuları daha doğğun informasiya və tövsiyyələrlə təmin edəcəyik. Mağazamızda hər həftə yeni kampaniyalar və görüşlər təşkil olunacaq. Buranı kitabsevərlərin, yazar və oxucuların sevimli ocağına çevirəcəyik". Onu da əlavə edək ki, bazar günü isə saat 11:00-dan 18:00-a qədərbalacalar üçün Kitab Bayramı təşkil olunacaq. Valideynlər və uşaqlara nəfis tərtibatda dərc olunan yüzlərlə çeşiddə və sərfəli qiymətlərlə uşaq kitabları təqdim olunacaq. Saat 13:-00-dan 15:00-a qədər isə Kitab Evində kitabları Şaxta Baba satacaq və uşaqlara maraqlı əyləncələr təqdim olunacaq.
2013-12-20
4,685
“Sabah” qəzeti və ATV satıldı
Türkiyənin "Sabah" qəzeti və ATV telekanalı "Kalyon İnşaat"a satılıb. "Axar.az" məlumat verir ki, Türkiyə Rəqabət Təşkilatı artıq satışla bağlı qərarını yayımlayıb. Təşkilat media orqanlarının yeni sahibinin "Kalyon İnşaat" olduğunu bildirib. Şirkət isə televiziya və qəzeti özünün tabeliyi altında olan "Zirvə holdinq"in adına rəsmiləşdirib. Qeyd edək ki, "Sabah" qəzeti və ATV telekanalına bu vaxta qədər "Çalık Qrupu" rəhbərlik edib.
2013-12-20
4,686
Elçin Quliyevə yeni müavin təyin olundu
Dövlət Sərhəd Xidmətində (DSX) yeni təyinatlar olub. Məlumata görə, general-mayor Azad Ələkbərov DSX rəisinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. A.Ələkbərovun yerinə - DSX Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi postuna isə Göytəpə Sərhəd Dəstəsinin komandiri, polkovnik Zəki Cəlilov təyin olunub. Qeyd edək ki, Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyev noyabr ayının 22-də vəfat edib. (APA)
2013-12-20
4,687
Bakıda 240 minlik "Gelandewagen" – Foto/Video
"Brabus"un üzərində işlədiyi "əjdaha" yüksək keçimli hərbi avtomobilin bazasında yaradılıb. Bakıda "Mercedes-Benz Brabus B63S 700 6x6" avtomobili gətirilib. Yüksək keçimli avtomobili Azərbaycana Bakıda bahalı maşınların satışı ilə məşğul olan "SABA CARS" şirkəti gətirib. Avtomobilin təkərlərinin diametri 94 sm, klirensi isə 46 sm təşkil edir və bu, 1 metrdən hündür maneəni aşmağa imkan verir. "Mercedes-Benz Brabus B63S 700 6x6" altıtəkərli əjdaha "Mercedes G63 AMG 6x6" (536 a.g.) avtomobil 690 at gücünədək artırılmış V8 turbo-dizeli ilə təchiz edilib. Avtomobil 100 km/s sürəti 7,4 saniyəyə yığır. Şinləri böyük olduğu üçün istehsalçılar avtomobilin maksimal sürətini 160 km/s-dək azaldıblar. Hazırda şirkətin rəsmi nümayəndələri avtomobilin satış qiymətini açıqlamayıblar (Oxu.az) Artıq bu avtomobil satışa qoyulub - 240 min dollara.
2013-12-20
4,688
Həkim terroru: Ölüm işi ekspertizaya göndərildi
Tanınmış jurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı, Sumqayıtdakı 1 saylı Doğum Evinin həkimlərinın səhlənkarlığı və məsuliyyətsizliyi səbəbindən oktyabrın 25-də dünyasını dəyişən 26 yaşlı Pərvinə Hüseynovanın ölüm işi ilə bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən aparılan araşdirma başa çatıb. İş üzrə müstəntiq İsmayıl Abıyevin "Axar.az"a bildirdiyinə görə, həkimlər, o cümlədən mərhumənin yaxınları dindirilib və iş üzrə Məhkəmə Tibbi Ekspertiza təyin olunub. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi 20 gün ərzində ölümün səbəbi ilə bağlı prokurorluğa rəy verəcək. Hazırda Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasında da ana ölümü ilə bağlı araşdırma gedir. Ölüm işi Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsi və Baş Prokurorluğun xüsusi nəzarətindədir. Ümid edirik ki, bir körpəni anasız qoyanlar qanun, həm də vicdanları qarşısında cavab verməli olacaqlar. Xatırladaq ki, Pərvinə Hüseynova qeysəriyyə əməliyyatından sonra qan itirmə və bədənindən çıxarılmayan cift qalıqlarının verdiyi zəhərlənmə nəticəsində dünyasını dəyişib.
2013-12-20
4,689
Nazirin işçisini güllələyən şəxs həbs edildi
"Axar.az" Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına müqavimət göstərən Bərdə rayon sakimi həbs edilib. Dekabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı ərazi şöbəsinin mühafizəçisi Pərviz İsmayılovun rayonun Seyid Yusifli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən naməlum şəxsin hücumuna məruz qalıb. Nazirlik əməkdaşının kənd sakini tərəfindən ov tüfəngindən açılmış atəş nəticəsində xəsarət alması barədə Bərdə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən axtarış elan edilib. Hadisə yerinə baxış keçirilib və maddi sübutlar götürülüb. Zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, məhkəmə-trasoloji ekspertizaları təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Dekabrın 16-da Yevlax rayonunun Nuralılar kənd sakini, 1975-ci il təvəllüdlü Natiq Məmmədov könüllü olaraq Bərdə rayon prokurorluğuna gələrək cinayətin onun tərəfindən törədildiyini bildirməklə cinayətin aləti olan ov tüfəngini istintaqa təqdim edib. Aparılmış istintaqla müəyyən edilib ki, Pərviz İsmayılov iş yoldaşı Mətləb Zeynalovla birlikdə Bərdə rayonunun Seyid Yusifli kəndi ərazisində, Qarabağ-Şəki meşə zolağında xidməti vəzifələrini yerinə yetirərkən həmin ərazidə Müşfiq Hüseynov və Natiq Məmmədovun ov etmələrinin qanuniliyini araşdırmaq istəyib. Sonuncular qaçaraq hadisə yerindən uzaqlaşarkən, P.İsmayılov şəxsiyyətlərini müəyyən etmək üçün özünə məxsus mobil telefonla fotoşəkillərini çəkmək məqsədi ilə onların arxasınca qaçan zaman N.Məmmədovun Pərviz İsmayılova həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərərək ov tüfəngindən bir dəfə atəş açıb və ona ayaq nahiyəsindən xəsarətlər yetirib. N.Məmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
2013-12-20
4,690
“İstənilən halda ortada bir cinayət faktı var”
"Bu həbslər birbaşa korrupsiya ilə əlaqəli olsa da, arxasında siyasi motivlər durur". Bu sözləri Türkiyədə hakimiyyət nümayəndələri, iş adamları və nazir övladlarının da olduğu mütəşəkkil qrupun zərərsizləşdirilməsi istiqamətində aparılan əməliyyatların mahiyyəti haqda danışan BAXCP sədri Qüdrət Həsənquluyev "Axar.az"a dedi. Nazirlər istefaya göndəriləcək Millət vəkili baş verən həbslərin Ərdoğandan xəbərsiz həyata keçirildiyini və bu həbslərin prezident seçkiləri ərəfəsində AKP hakimiyyətinə sarsıdıcı zərbə olduğunu bildirdi: "Əlbəttə, araşdırmaların nəticələrini gözləmək lazımdır. Hesab edirəm ki, korrupsiya və çirkli pulların yuyulması ilə bağlı prokurorluq və polis tərəfindən ortaya ciddi faktlar qoyulub. Türkiyənin hüquq-mühafizə orqanlarının bu işləri obyektiv araşdıracağına ümid edirəm. Türkiyə xalqı da bu məsələlərin ört-basdır edilməsinə imkan verməyəcək. Türkiyədə korrupsiyanın səviyyəsinin yüksək olmasını hamı bilirdi. Dövlət məmurlarının korrupsiyaya bulaşması haqda da mətbuatda yazılar dərc edilirdi. Amma nədənsə bu faktlar açılmırdı. Son vaxtlar isə Fətullah Gülənlə Ərdoğan arasında yaşanan gərginlik AKP hakimiyyətinə prezident seçkiləri ərəfəsində ciddi problem oldu. Çünki Türkiyədə hüquq-mühafizə orqanlarında Gülənin tərəfdarları yüksək mövqe tuturlar və onlar lazım olan məqamda AKP hakimiyyətinə sarsıdıcı zərbə vurdular. Düzdür, bu həbslər birbaşa korrupsiya ilə əlaqəli olsa da, arxasında siyasi motivlər durur. Amma istənilən halda ortada bir cinayət var və hesab edirəm ki, cinayətlə əlaqəli olan nazirlər istefaya göndəriləcək". Türkiyədə baş verən proseslərə seyrçi qala bilmərik Millət vəkili həmçinin hesab edir ki, Ərdoğan hakimiyyətinin nüfuzdan düşməsində "Gəzi parkı" hadisələrinin də rolu var: "Türkiyədə vəziyyəti çətinləşdirən odur ki, müxalif partiyaların liderləri xalq arasında o qədər də məşhur deyil. Ərdoğan isə avtokrat rejim formalaşdırıb və şəxsiyyətə pərəstiş yönündə ideoloji siyasət aparır. İstanbulda baş verən son "Gəzi parkı hadisələri" və o hadisələrdə polisin insanlarla amansız davranışı da Ərdoğanın nüfuzunun azalmasına səbəb oldu. Ərdoğan həm də Türkiyənin tarixində rolu olmuş şəxsləri silmək istəyir və Türkiyə xalqı qarşısındakı xidmətlərini daha qabarıq şəkildə nümayiş etdirir. Düşünürəm ki, bu hadisələrdən sonra Ərdoğanın iki yolu var – ya bu həbslərə göz yumub avtoritar rejim altında ölkəni idarə etməlidir, ya da ölkədəkı demokratik proseslərə təkan verib hakimiyyətdən getməlidir. Bizim ətrafımızdakı ölkələr nə qədər korrupsiyadan uzaq dursa, o qədər Azərbaycanın xeyrinədir. Türkiyə də bizə qardaş ölkədir və biz orda baş verən hadisələrə seyrçi qala bilmərik - baxmayaraq ki, Türkiyə müstəqil ölkədir. Məni də korrupsiyaya qarşı Türkiyədə aparılan mübarizə sevindirməyə bilməz".
2013-12-20
4,691
Tanınmış reper: “Siyasətdən zəhləm gedir”
Əsl adı İbrahim olan Uran rep dünyasında öz dəst-xətti, düşüncə tərzi ilə fərqlənən reperlərdəndir. Onunla müsahibəni təqdim edirik. - Ömrünün hardasa 7-8 ilini bir peşəkar hərbçi kimi hərbiyə həsr eləmisən. Necə oldu ki, hərbidən uzaqlaşdın? – Bunun səbəbi bilavasitə musiqi fəaliyyətimlə bağlıdır. Ordudan ehtiyata buraxılma prosesinin incəlikləri və detalları barəsində isə bölüşmək istəməzdim. - Son vaxtlar sənət adamları da daxil olmaqla ən çox müzakirə olunan mövzu yanacağın bahalaşmasıdır... – Fikrimcə, belə bir "yeni il hədiyyəsi"nə layiq deyildik biz. 2013-cü ilin sentyabr ayından etibarən minimum əmək haqqı 105 manata qədər artırıldı, bu köhnə minimum əmək haqqına nisbətdə (93.50 manat) 12.4%-lik artım deməkdir. Yanacağın qiyməti bildiyim qədər 30% qalxdı. Nəticədə ərzaq və digər məhsulların qiyməti də qalxdı. Münasibətim pisdir və bu haqda rəsmi feysbuk səhifəmdə öz fikirimi bildirdim, demək olar ki, qiymət artımından dərhal sonra. Qiymət artımına gətirilən səbəblərin birini də əsaslı saymıram. - Yəqin Ukrayna hadisələrini izləyirsən - Kliçko, Ruslana, Ukrayna gözəli... Burdan necə görünür Maydan? - Dünyada ən zəhləm gedən şeylərdən biri siyasətdir. Hər hansı reperi dinləyəndə (lap dilini başa düşməsəm də) onun səmimi, yaxud qeyri-səmimi olduğunu müəyyən edə bilərəm. Amma bunu siyasətçilər barəsində deyə bilmərəm. Ukraynada gedən proseslərə qalanda, məncə ilk növbədə insanların mədəni inkişafı, düşüncə tərzi onlara konkret addımlar atmağa imkan verir, inqilab və dəyişiklik ilk növbədə beyinlərdə olmalıdır, meydanlarda yox. Mənimçün əsas olan təşəbbüsün konkret siyasi qüvvələrdən, yaxud xalqdan gəlməsindən asılıdır. - Azərbaycanı nə vaxtsa həmişəlik tərk etmək barədə düşünmüsənmi? - Düşünmüşəm, indi də arada düşünürəm. Amma həmişəlik yox, bir müddətlik. Səyahət üçün, təhsil üçün, mədəni fəaliyyət üçün. - İndiki repin səviyyəsi səni qane edirmi? – Əgər səviyyə dedikdə reperlərin həyat səviyyəsi nəzərdə tutulursa, yox, repdə hələ də pul yoxdu. Əgər səviyyə dedikdə tələffüz müxtəlifliyi və texniki göstəricilər, mövzular, konsert, klip, albom və ümumən hip-hop mədəniyyətinin bir qolu kimi repin götürdüyü inkişaf kursu nəzərdə tutulursa, bu məni qane edir, yetərincə pis və yaxşı rep musiqiçisi var. - Treklərin çoxdur, amma "Kor Zabit" treki xüsusilə seçilir və neçə il üstündən keçməsinə baxmayaraq, hələ də sevilir. Sizcə, onun bu qədər sevilməsinin səbəbi nədir? – Əslində sual dinləyicilərə ünvanlanmalıdır, öz növbəmdə onu deyim ki, "Kor zabit" treki cəmiyyətimizdə gördüyüm konkret neqativ halı işıqlandırmaq və bu halın qarşısını almaq üçün nəzərdə tutulan sosial mövzulu hekayə-repdi. Trekin gətirdiyi məşhurluq və bəxş etdiyi uğuru dana bilmərəm. - Kanallarda az-az görünməyinin səbəbi? Dəvət yoxdur, ya özün tez-tez görünmək istəmirsən? – Dəvət almıram, alanda da getmək istəmirəm. TV-yə baxmıram, ancaq futbola baxanda TV-ni qoşuram. Buna görə məni maraqlandıran hər hansı şou və veriliş yoxdur ki, deyim, filan kanaldakı filan verilişin qonağı olmaq istəyərdim. Açığı heç marağım da əvvəlki kimi deyil.
2013-12-20
4,692
Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradıldı
Dekabrın 20-də Müdafiə Nazirliyində kollegiya üzvlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev, Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev, Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi general-mayor Nizami Şirinov da iştirak ediblər. Prezident Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Fərmanı kollegiya iştirakçılarına elan edib. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb və general-leytenant Kərəm Mustafayev komandan vəzifəsinin icrasına buraxılıb. Kollegiya iclasında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin 2013-cü ildə döyüş xidməti hazırlığının yekunları və 2014-cü tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib. Müşavirədə son dövrlərdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, quruculuq işləri və bir çox xidməti məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
2013-12-20
4,693
AKP-çi gənclərdən “Zaman” qəzetinə etiraz aksiyası
"Rüşvət əməliyyatı"nın arxasında dini çevrələr olduğunu bildirən AKP-nin gənclər təşkilatı əməliyyata dəstək verən "Zaman" qəzetinə etiraz etmək üçün redaksiyanın qarşısında aksiya keçirəcək. Bu gün Bakı vaxtı ilə 17 radələrində "Zaman" qəzetinin Yenibosnadakı baş ofisinin qarşısında başlayacaq etiraz aksiyası gənclər təşkilatı tərəfindən təşkil olunub.
2013-12-20
4,694
“Mersedes”ə dönmüş “Zapı”
"Retro avtomobillər" layihəmizin bu dəfəki qonağı öz "Zaporojets"i ilə Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Rafael Eynullayevdir. Rəfael bəy çoxdan retro avtomobillər sırasına daxil olmuş avtomobili ilə bağlı xatirələri "Axar.az" oxucuları ilə bölüşməyə sevə-sevə razılıq verdi. Bu "zaparojets"lə gözəl cavanlığım keçib - Bu maşın 1991-ci il buraxılışıdır. 1992-ci ildən də öz adımdadır. Yeri gəlmişkən, onu da deyim ki, özüm maşın ustasıyam, dəmirçiyəm. Mənim bu maşınla gözəl xatirələrim, gözəl günlərim olub. Hətta onu da əlavə eləyə bilərəm ki, mənim bu "Zaparojets"lə gözəl cavanlığım keçib. Vaxt var idi, bu "zapı"ya evdəkilərlə birgə 11 nəfər adam yığırdım, uşaqlı-böyüklü, bəlkə də inanmazsız... İnkubator "zapı" Gedərdik Novxanıya, dəniz qırağına. Dənizə çatanda "Zapı"dan adamlar inkubatordan cücələr çıxan kimi çıxırdılar. Camaat da təəccüblə baxırdı ki, alə, bunlar hardan çıxır belə? Çox gözəl vaxtlar olub. Hətta evdə şəkillər də var, nə bilim vallah... Mənim bundan başqa maşınım olmayıb. Bu, çox qəşəng maşındı. Bax, bilirsən necədi, indi bu maşınla şəhərə çıxıram, o soruşur satırsan, bu deyir satırsan? Deyirəm, alə, satmıram. Çünki konkret satmaq fikrim yoxdur. Bu, "BMV"dir, "Mersedes"dir, "İnfiniti"dir... bunlar hamısı artıq, camaatın gözünü yara eləyib. İndi "Zapı"-zad görəndə onlara çox maraqlı gəlir. Evdə arvadlar "şvabra"nı ora-bura eləyəndə... Maşının bu vəziyyətə gəlməsi üçün üstünə nə qədər pul qoymuşam! Özüm usta adamam da, əlimə pul düşən kimi maşına nə lazım olub, alıb qoymuşam üstünə. Bax, o ön şüşədəki "palavinka"nı neçə vaxtdı alıb qoymuşdum evə. Qalmışdı "şfaner"in arxasında. Onu da bilmirəm evdə arvadlar "şvabra"nı ora-bura eləyəndə necə olubsa, çatladıblar. Belə götürəndə bu maşının indi heç nəyi tapılmır. Misalçün, qabaq paneli Rusiyadan gətizdirmişəm, "krılo"larını isə heç 150 manata da tapmaq olmur. Sonra, canım sənə desin, salonu yığdırmışam, motoru yığdırmışam. Salona təxmini 400 manat xərcim çıxıb. Bununla yoldaşımın sağlığında haralara gedirdik... Bu maşın mənə çox əzizdir. Bununla yoldaşımın sağlığında haralara gedirdik! Ona görə düşündüm ki, bu maşını yığım, qoy elə xatirə kimi qalsın. Bir az dəyişiklər də eləmişəm bu "Zapı"da. Misal üçün, yan şüşələr "Vaz 2107", buferlər "Qaz 31-02", disklər enli və arxa stoplar "Şessot"un stoplarıdır. Bir də ki, "rul şturval" "Jiquli"nindir. Başqa hər bir şey zavod istehsalıdır. Yaşayırıq da qardaş kimi, görək axırı nə olur...
2013-12-20
4,695
Ağaoğlunun yaxınları qalmaqal saldı - Foto
Bu gün Türkiyə vaxtı ilə saat 11:40-də "Ağaoğlu" Şirkətlər Qrupunun Baş icraçı direktoru Həsən Rahvalı Əli Ağaoğlunun azad edilməsinə qərar verildiyini deyib. Rahvalı daha sonra isə bu açıqlamasını "hələ qərarı gözləyirik" kimi ifadə edib. Ağaoğlunun vəkili Adnan Uğur Kılıç isə prokurorluğun istintaqının bitdiyini jurnalistlərə bildirib. Ağaoğlunun 70-80 nəfər yaxını bu yanlış informasiyaya inanaraq, İstanbul Ədalət Sarayının qarşısına toplaşıb. Təhlükəsizlik xidməti ilə Ağaoğlunun yaxınları arasında toqquşma baş verdiyi üçün polis çağırılıb.
2013-12-20
4,696
Nazir vətəndaşlarla görüşəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 23 dekabr 2013-cü il tarixində saat 11:00-dan İmişli şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır. 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə bağlı müraciətlərə "Gənclər Mərkəzi"nin binasında (ünvan İmişli şəhəri, 20 Yanvar küçəsi 2), digər müraciətlərə isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: İmişli şəhəri, Xiyabani küçəsi 2) baxılacaqdır. Vətəndaşların qeydiyyatı 22 dekabr 2013-cü il tarixində saat 09:00-da başlanacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
2013-12-20
4,697
İcra başçısı restoranı, sürücülər yolu təmir edir – Ayıb
Axundov küçəsində təmir adına bir-iki maşın mişar daşı tökülməsi və yarğanların bağlanması işi marşrut sürücülərindən yığılan pulların hesabına aparılır. Bu barədə 10, 13, 53, 88 saylı marşrut avtobusun sürücüləri bildirdilər. Sürücülərin dediyinə görə, yarğanlar Süleyman Sani Axundov küçəsini keçilməz hala gətirdiyindən, iritutumlu avtobusların hərəkəti demək olar ki, mümkünsüz olub: "Vaxtaşırı maşınların altını vururuq, bəzən qabaq, ya arxa tərəfdən düşür yarğana, avtobuslar əzilir. Buna görə də bu məşəqqətdən qurtarmaq üçün müdirlər belə məsləhət bildilər ki, pul yığaq, heç olmasa, bu yarğanları daşla dolduraq". Xatırladaq ki, redaksiyamızın yerləşdiyi Süleyman Sani Axundov küçəsinin bərbad vəziyyətdə olması ilə bağlı dəfələrlə yazsaq və Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etsək də, heç bir tədbir görülməyib. Bir müddət əvvəl S.S.Axundov küçəsinin girişində inşa olunan və hələ istismara verilməyən şadlıq evinin qarşısını asfaltlayan Binəqədi icra hakimiyyəti elə ora ilə də kifayətləndi və şadlıq evinin qarşısından bir az uzaqlaşmağı, cəmi 200-300 metr olan küçənin təmir etməyi "yaddan çıxardı". Binəqədi rayon İH-dən bildirdilər ki, təmir davam edəcək: "Əsas şadlıq evidir, çünki ora çox adam gəlib-gedir. Sonra küçəni də təmir edəcəyik". Bu sözləri Binəqədi rayon İH mətbuat xidmətindən bildirmişdilər. Halbuki şadlıq evi hələ açılmayıb və ora bir nəfər də gəlib-getmir. Əvəzində isə burada illərdir yaşayan sakinlər ucqar dağ kəndində yaşayırmış kimi, palçığın içində batır, yarğanlara yığılmış lilli sulardan keçib evlərinə gedə bilmir, marşrut avtobusları işləmir. Binəqədi İcra Aparatının nümayəndəsi kimi özünü təqdim edən şəxs sualımıza cavab olaraq bildirdi ki, yolun təmirinə rayon rəhbərliyi cavabdeh deyil: "Yaxınlıqda Metropoliten özünə Depo tikir və o yolu pis günə onlar qoyub". Beləliklə, bir sahibkarın könlü xoş olsun deyə, şadlıq evinin qarşısını, böyür-başını asfaltlayan, ancaq minlərlə sakini yolsuz qoyan icra hakimiyyəti öz məsuliyyətini Metropolitenin üstünə yıxmaqla məşğul olarkən, çarəsiz sürücülər yolu daşlamaqla vəziyyətdən çıxmağa çalışırlar.
2013-12-20
4,698
Müqaviləsiz işə görə ağır cəza - 7 il həbs
Azərbaycanda əmək müqaviləsi olmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyəti yaradacaq. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə xüsusi olaraq 162-1-ci maddə əlavə olunur. Yeni maddəyə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən xeyli sayda işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manata qədər və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər təkrar törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu maddədə "xeyli sayda" dedikdə, 10 və 10-dan çox işçi sayı nəzərdə tutulur. Layihə Milli Məclisin dekabrın 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. (APA)
2013-12-20
4,699
Ərdoğanın evinə basqın edildi – Video
"Yutub"da yayılan bir videoda dərin əməliyyat çərçivəsində nazir Ərdoğanın oğlunun ofisinə basqın edən polislərin inanılmaz və peşə etikasıyla uyuşmayan hərəkətləri diqqəti cəlb edib. "Axar.az" xəbər verir ki, "Yutub"da yayımlanan və mobil telefonla çəkildiyi bəlli olan videoda qanunsuzluq və korrupsiya əməliyyatı çərçivəsində Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Ərdoğan Bayraqdarın oğlunun ofisinə basqın edən və videoda göründüyü kimi bir otaqda oturan polis rəislərinin təsbeh çevirərək nazirin oğlu ilə "lotu" kimi davranmaları diqqətdən yayınmayıb.
2013-12-20
4,700
Avropa gürcü və moldovan xalqını müdafiə edəcək
Moldova və Gürcüstan 2014-cü ilin avqustunda Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı müqaviləni tam təsdiq edəcək. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Avropa İttifaqının sədri Herman van Rompey çıxış edib. O, gürcü və moldovan xalqlarını demokratik seçimlərinə görə hər zaman müdafiə etməyə hazır olduqlarını bildirib: "Biz Gürcüstan və Moldova ilə müqaviləni 2014-cü ilin avqustunda imzalamaq üçün hər cür köməyi etməyə hazırıq". Qeyd edək ki, Moldova və Gürcüstan noyabrın 29-da Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı müqaviləni paraflamışdı.
2013-12-20
4,701
Hacıyevlər ailəsinə ağır itki
"Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev və redaktoru Rövşən Hacıbəyliyə ağır itki üz verib. Jurnalistlərin anası Gülşən xanım bu gün Bakıda dünyasını dəyişib. Xatırladaq ki, mərhumun dəfni Saatlı rayonunun Azadkənd kəndində olacaq. Allah rəhmət eləsin!
2013-12-20
4,702
Musa Yaqub: “Çox peşmanam...” - Video
Ustad şairlə söhbət - Müəyyən mənada bütün insanlar ikiləşir. Biz adətən evdə bir, ictimaiyyətdə başqa oluruq. Mən şəxsiyyətimizdəki ikiləşmədən danışmıram, sadəcə, bilmək istəyirəm, "bizim şair" kimi tanıdığımız şair Musa Yaqub gerçək Musa Yaqubdan çoxmu fərqlidir? - Çox az olsa da, fərqlər var. Yaradıcılığımla bağlı fərqliliyi həmişə gizli saxlamışam. Yazdıqlarımı ailəmə oxumamışam, kiminsə onları qiymətləndirməsini istəməmişəm. Heç vaxt yazı masam da olmayıb. Mən yazmamışam, köçürmüşəm. Adətən yazacağım barədə çöldə, küçədə fikirləşib onu evdə beynimdən köçürmüşəm. Hələ elə yazılarım var ki, evdə bir küncdə qalıb, heç kim oxumayıb. - Özünüzə çəkilmisiniz yəni?! Musa Yaqubla özünə çəkilmiş şairin fərqini bilmək istədim... - Fərq odur ki, əziyyətimi üzə verməmişəm, yazanda özümü şair kimi hiss etmişəm, böyük tərəddüdlərim olub, büruzə verməmişəm. Hər zaman insan kimi yox, şair kimi oxucumdan ehtiyat etmişəm. Düşünmüşəm ki, o mənim yazım haqqımda nə düşünəcək? Yaşamımdasa insan-şair Musa arasında heç bir fərq yoxdur. - Ömrünüzün böyük hissəsini yaşamışınız. İndi daha çox nədən, kimdən ötrü darıxırsınız? - Vallah, bu çox çətin sualdır. Darıxmaq çox gözəl bir hissdir. Əgər sən darıxmırsansa, ömrün həsrətini çəkmirsənsə, o ömrü ömür adlandırmaq olmaz. Nələrə can atmalıyam, nələri görməliyəm... Bəzən bunlar heç özümə də aydın olmur. İnandıqlarıma, həqiqət bildiklərimə inamımı itirmişəm - İndi necə, istədiyiniz məqamdasınızmı, arzu etdiklərinizi əldə etmisinizmi? - Yox, əldə etməmişəm. Hələ çox söz dilimə axmayıb, amma ürəyimdə daha çox şey demişəm. Bəzən hətta öz şeirlərimi oxuyub düşünmüşəm ki, bu, doğrudanmı mənim şeirimdi? Milli Məclisdə mənə bəlli oldu ki, "BMT" şeirini yazmaqla hələ baş verməyənləri 1995-ci ildə yazıb hiss etmişəm. - Bu şeirdən söz düşmüşkən, "BMT" şeirində bir ümid vardı, indi necə, o ümidiniz canlıdır? - Hərdən düşünürəm, yaxşı ki, həmin anda o hissləri keçirib yazmışam. Amma indi elə yaza bilmərəm. Çünki o ümidi ruhumda ikili, hətta dördlü standartlar öldürdü. Mən inandıqlarıma, həqiqət bildiklərimə inamımı itirmişəm. İndi bilmirəm dünya haqq, yoxsa nahaq yolu ilə gedir?! - Həqiqətlərinizin sıfırlanmasına nə səbəb oldu? - Gördüklərim... Gördüm ki, bu dünya BMT, demokratiya, insanlıq üçün deyil. İnsanlara inam yoxdur, bəlkə də biz buna görə də ruhumuza daha çox inanırıq. Bəlkə də elə buna görə başqa yerlərdən gələn canlılara, varlıqlara, kosmosa daha çox inanırıq. - Amma biz kosmosa, başqa varlıqlara inandıqca ruhumuzdan daha uzaq düşürük axı... Kosmosu kəşf edirik, amma ruhumuzu kəşf edə, duya bilmirik... - Elədir, ayın görünməyən tərəfini gördük, amma... Doğrudan kəşf olunmayan ürəklər, ruhlar hələ çoxdur. Yaralar insanın ümidinin işığını azaldır - Deyirsiniz ki, həqiqətləriniz sıfırlandı... Həqiqətləri sıfırlanan Musa Yaqub heç özünə sual verirmi ki, mən bu dünyanın harasındayam, niyə burdayam? - Əlbəttə... Mənim hətta belə şeirim də var. İnsan gərək elə yaşasın ki, yanmasın... O, çox şeylərin ardınca getməsə, yaxşıdır. - Niyə yanmasın, ürək döyünmək üçün deyil axı, həm də yanmaq uçundur... - Yansın, ancaq yanıb ümidini təmiz qırmayasan gərək... Düzdür, insan ümidi o qədər möhkəmdir ki, o qırılmır, heç vaxt da qırıla bilməz. Sadəcə, bəzən yaralanır. O yaralar da insanın ümidinin işığını azaldır. - Yaxınların haqq-nahaqqından necə, keçmək olurmu? - Məhəbbətdə haqq-nahaqdan keçmək olur, cəmiyyətin haqq- nahaqqındansa keçmək olmur. Nahaqqa tuş gələndə o, mütləq insanın ürəyində iz salır. Təmizliklə, insanlıq içində bunlarla yaşamaq asandır, amma torpağın bölgüsü, ədalətin ikili olması insanlarda bunu öldürür. İndi ən çətin olan üzünü qoruya bilməkdir. Bəzən özünü qorumağı belə, kənardan artistlik kimi anlayırlar. Torpağa əyilə bilərsən, amma insana əsla... Gərək Allah da əyməsin... İnsan ana, ata qarşısında əyilə bilər, vay o günə ki, ədalətsizlik, haqsızlıq qarşısında ikiyə qatlansın... Bu, ən böyük faciədir. İndi bu, cəmiyyətin ən acı reallığına çevrilib. Yalan ayaq tutmur, həm də uçur... - İnsanlar bəlkə həqiqətini itirib, yalanı öz həqiqətinə çevirib? - Əslində həqiqət nisbidir. Bir də var ki, mütləq, dəyişməz həqiqətlər... Bəzən biri də sənə öz anladığı həqiqəti deyir ki, nəyinə lazımdır, get, işini gör, pulunu qazan... - Bu həqiqətdir, yoxsa həqiqət kimi görünən yalan? - Yalandır təbii... Yalan ayaq tutar, yeriməz deyirlər, amma bizdə yalan ayaq tutmaqla qalmır, həm də uçur... - Nağıllarda xalçalar uçurdu... Bəlkə elə o nağıllar bizi yalana alışdırdı, axı orda da hər zaman xeyir şərə üstün gəlir... - Yox, nağıllar bizim ən doğru, xəyali həqiqətlərimizdir. Xəyalın həqiqiliyinə inanmadan da yaşamaq olmur... - Dünya sizin üçün haradır? Nağıllar aləmi, yoxsa cəhənnəmin şöbəsi? - Məncə, dünya mənim üçün elə əsl dünyadır. Gərək dünya sənin üzünə qapı çırpmasın. Sən yaşadığın dünyada öz həqiqətini tapmalısan. Əgər tapmamısansa, demək, bu dünya sənin cəhənnəmindir. Gərək dünyanda ikiləşməyəsən... Bizdə qalayçılıqla məşğul olan bir dağıstanlı vardı. Həmişə Buynuz kəndinə gələndə deyirdi ki, mən bura gələndən yaman "bicokluqlar", yəni hiyləgərliklər öyrəndim. Hələ o, kiçik bir kəndə gəlmişdi. Əgər böyük bir şəhərə gəlsəydi, gör daha nələr öyrənərdi. İnsanlar yaşadıqca daha çox çətinliklərlə qarşılaşır, daha çox hiyləgərliklər öyrənir. - Siz necə, dünyadan çoxmu şey öyrəndiniz? Yaşadığınız ömürdən razısınızmı? - Mən yaşadığım ömürdən narazı deyiləm. Tale mənə bir ömür xəritəsi çizib, mən də onunla addımlayıram. Mənim arzularımın yerinə yetməsi üçün qarşıma olduqca yaxşı insanlar çıxıb. Özümün kifayət qədər arzularımın olmasına baxmayaraq, mənim xəritəmə başqa arzular əlavə edən şəxslər olub. - O yol xəritənizdən kənara heç çıxmısınız və ya çıxmağa cəhd göstərmisiniz? - Bəzən bunu çox istəmişəm. Hər zaman kənara çıxmaq, bir az azad olmaq istəyirdim. Amma bəzən hansısa həqiqətlər ucbatından müəyyən şeylərdən geri çəkilməli olursan. Burda da əsas amillər təbii ki, ailə, övlad faktorudur. Bəzən təəssüflənirəm ki, deyə bilmədiyim sözləri gərək deyərdim. - Peşmançılıqlar necə, çoxmu yaşamışınız? "Kaş ki"ləriniz nə qədərdir? - Çoxdur. Ən çox peşmançılıq kimisə qırdığıma, sındırdığıma görə olub. Bəzən iş başında kiminsə xətrinə dəyməyim, istəmədən qırmağım mənə acı verirdi. Tək təsəllim odur ki, kimsəni bilərək, məqsədli şəkildə incitməmişəm. - Xanımınızı necə? - Əsla incitməmişəm. Bir-birimizdən razı idik. O da hər zaman məndən razılıq edərdi. - Əgər o dünyanın varlığına inansaq, onunla qarşılaşmağa hazırsınızmı? Cəsarətlə qarşısında dura bilərsiniz? - Tam cəsarətlə. Yaxşı ki, onunla bağlı heç bir peşmançılığım yoxdur. Bəzən televiziyada biri nəsihət verir ki, qadın belə, kişi belə olmalıdır. Mən bunları qəbul edə bilmirəm. Hər kəsin öz qanunları, yaşamı var. Sadəcə, onu kəşf etmək lazımdır. Kəbə yıxmaq bir qansa, könül yıxmaq min qandır - Ölüm bu dünyanın ən böyük gerçəyidir. Əgər insanlığa məktub yazmaq istəsəydiniz, nə yazardınız? - Əslində elə bütün şerlərim insanlara məktubdur. Sizin dediyiniz hiss və duyğuları bütün şeir və əsərlərimdə ifadə etmişəm. Əgər yeni məktub yazsaydım, onu yenə də şeirlə ifadə edərdim. Deyərdim ki, "Kəbə yıxmaq bir qansa, könül yıxmaq min qandır"... Dərd həmin dərddir, heç nə dəyişməyib - Azərbaycan xalqının şairi olmaq çətindir? - Çətindir və mən əgər bu dərdi çiynimdə daşıya bilirəmsə, demək pəhləvanam. Bu millətin dərdi böyükdür çünki... - Bəs millət necə, öz dərdinin fərqindədirmi? - Yox, fərqində deyil. Amma milləti danlamaq da olmaz. - Cəlil Məmmədquluzadə, Sabir danlayırdı axı… - Onlar da bir qismini danlayırdı. Heç kim bütünlükdə xalqı danlaya bilməz. Onlar tamahkar insanları tənqid edirdilər. İndi də dərd həmin dərddir, heç nə dəyişməyib. - Bu ölkədə söz sahiblərinin hər biri söz desə də, sözünə sahib çıxmır. Yusif Səmədoğlunun "Qətl günü" əsərində şairin edam səhnəsində deyilir ki, nə qədər ki, insan övladının bətnində şöhrət azarı, qorxu var, gündə yüz şairin başı kəsilsə də, kimsədən səs çıxmaz. - Bəli, insanlığın içində qorxu var. Bu qorxu şahlar, xanlıqlar dövründən yaranmış bir qorxudur. Kimi çörək pulu, kimi ailə üçün… - Bəlkə heç qorxu da deyil, sadəcə, biz praqmatik xalqıq, bu üzdən də idealist ola bilmirik? İdealist ola bilmiriksə, demək, toplumun idealı yoxdur? Hədsiz dünyəviyik?! - Yox, biz idealist xalqıq. Sovet dövrü vaxtında da şeir, sənət bizi buralara qədər gətirdi. - Biz hisslərimizi şeirlərə, sözlərə yükləyirik adətən… Nədənsə, heç nəyi qəlbimizə yükləmək istəmirik. Amma məncə, biz dərdimizi seirə deyil, qəlbimizə yükləyə bilsəydik, belə olmazdı. - Onda da biz ürək xəstəliklərindən əziyyət çəkərdik. Dil hər zaman işləməlidir. Qəlbdəki hər bir kəlmə mütləq dilə tökülməlidir. Bu, vacib amillərdəndir. Ürəyimizə də yüklədiyimiz vaxtlar olub. İndisə qazanın ağzı açıq qalıb… Ən böyük dərd odur ki, tarla sənindi, o tarlada bir sünbül də sənin deyil; torpaq sənindi, vətən sənə aid deyil… Biz çoxumuz vətəndaşıq, amma vətən bizə aid deyil… Sözardı: Şairin öz dilindən aldığımız şeiri siz də eşidin…
2013-12-20
4,703
Rusiyadakı miqrantlarımız imtahan verəcək
Rusiyadakı bütün miqrantlar 2015-ci ilin yanvarın 1-dən etibarən rus dili və tarixindən imtahan verəcəklər. "Axar.az" məlumat verir ki, bu informasiya bu gün Dumanın miqrantlarla bağlı qəbul etdiyi qanun layihəsində yer alıb. Qanun layihəsində yalnız 18 yaşına çatmayanlarla 60 yaşından yuxarı olan şəxslərin imtahandan azad ediləcəkləri qeyd edilib. SSRİ-də təhsil haqqında diplomu olanlarla imtahan verib sertifikat alanların Rusiyada 5 il müddətində sərbəst yaşaya biləcəkləri açıqlanıb. Qeyd edək ki, Dumanın qəbul etdiyi qanun layihəsi 2015-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.
2013-12-20
4,704
Prezident “Rixos Quba Azerbaijan”ın açılışında - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şimal regionuna səfəri çərçivəsində dekabrın 20-də Qubada "Rixos Quba Azerbaijan" otel kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, "Rixos Quba Azerbaycan" oteli Qudyalçayın sahilində inşa olunub. Yüksək keyfiyyətli müxtəlif xidmətlərin göstəriləcəyi otel kompleksi maraqlı memarlıq üslubunda tikilib. Avanqard və modern memarlıq üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub. Turistlərin Heydər Əliyev Beynəlxalq Aeroportundan "Rixos Quba Azerbaijan" otelinə çatdırılması üçün özəl VİP servis və helikopter xidməti göstəriləcək. Prezident İlham Əliyev komplekslə tanış olub. Bildirilib ki, otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri də yaradılıb. Villalar 7 otaqdan ibarətdir. Bundan əlavə, sauna, masaj otağı, idman salonu, ev kinoteatrı, istirahət otağı, terraslar və digər xidmət infrastrukturu müştərilərin ixtiyarına veriləcək. Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı otelin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib. (AzərTac)
2013-12-20
4,705
Braziliyada "Dağlıq Qarabağ"la bağlı müraciət qəbul edilib
Braziliya Deputatlar Palatasının Kommunikasiya və Nəqliyyat Komitəsi tərəfindən Braziliya ilə əlaqələrin möhkəmləndirilməsinə təkan verən Embraer təyyarələrinin alınması münasibətilə Azərbaycanı təbrik etməsinə və eyni zamanda, Azərbaycan və Ermənistan Respublikalarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə səylərin artırılması çağırışına dair müraciət qəbul olunub. Məlumata görə, Azərbaycan Respublikasının Hökumətinə ünvanlanmış bu müraciət Braziliya Deputatlar Palatasının Kommunikasiya və Nəqliyyat Komitəsinin üzvü və sədri Rodriqo Mayanın 11 dekabr tarixli təklifi əsasında həmin komitə tərəfindən qəbul olunub. Müraciət sənədində Braziliya ilə əlaqələrin möhkəmləndirilməsini təşviq edən və iki ölkə arasında məhsuldar işgüzar əməkdaşlığa təkan verən "Azərbaycan Hava Yolları" AZAL tərəfindən Embraer təyyarələrinin alınması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə təşəkkür ifadə olunub. Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bildirilib: "Eyni zamanda, biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunu, Ermənistan və Azərbaycan Respublikalarını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq və ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına riayət edilməsi əsasında, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə səylərin artırılmasına çağırırıq". Azərbaycanın yürütdüyü fəal siyasət nəticəsində son dövrlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi dünya ölkələrinin parlamentlərinin və yerli qanunverici orqanlarının gündəliyinə çıxarılıb. Bu xüsusda, dünya ölkələrinin qanunverici orqanları tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmiş, Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayət soyqırım kimi tanınmış və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həllinə çağıran bəyanatlar verilmişdir. Bu sırada Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Serbiya, Bosnia- Herseqovina, Çex Respublikası, İordaniya parlamentləri və Texas, Yeni Meksika, Arkansas, Oklahoma, Pensilvaniya, Konnektikut, Qərbi Virciniya, Nyu Cersi, Tenessi və sair kimi ABŞ-ın 18 ştatının yerli qanunverici orqanları qeyd oluna bilər. Qeyd edək ki, bu ilin fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İƏT zirvə toplantısında qəbul edilmiş Qahirə yekun kommunikesində İƏT üzv ölkələrinin dövlət və hökumət başçıları tərəfindən 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırım əməlləri insanlığa qarşı cinayət kimi qiymətləndirilib və insanlığa qarşı cinayət olan bu soyqırım əməlinin milli və beynəlxalq səviyyələrdə tanıdılması üçün səylərin artırılmasına dair çağırışlar edilib. Dekabr 9-11-də Qvineyanın paytaxtı Konakri şəhərində İslam əməkdaşlıq təşkilatının (İƏT) Xarici işlər nazirləri şurası tərəfindən qəbul olunan qətnamədə "Xocalıya Ədalət" kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapıb. Həmin bəndə əsasən İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən "Xocalıya Ədalət" beynəlxalq məlumat kampaniyası alqışlanıb və üzv dövlətlər bu soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılıblar. (Trend)
2013-12-20
4,706
Qobustanda palçıq vulkanı püskürdü
Dekabrın 20-də saat 17.00 radələrində Qobustan rayonu ərazisində, Bakı-Şamaxı yolunun 78-ci km-də, Şıxzərli kəndinin ətəyindəki palçıq vulkanı püskürüb. Hadisə yeri üzərində alovlar yüksəlib. Kənd əhalisi təşvişə düşüb. Qeyd edək ki, bu palçıq vulkanı vaxtaşırı olaraq aktivləşir. Kənd sakinlərindən aldığımız məlumata görə, hazırda alov səngisə də, vulkan hələ də püskürür. Xəsarət alan yoxdur. Xatırladaq ki, Qobustan rayonunun Şıxzərli kəndindəki palçıq vulkanı sonuncu dəfə 2011-ci il martın 14-də aktivləşmişdi.
2013-12-20
4,707
Moskvada azərbaycanlıların daha bir bazarı bağlandı
Moskva hökuməti azərbaycanlıların çalışdığı daha bir bazarın - "Moskvoreçsk" bazarının bağlanması barədə qərar qəbul edib. Bu barədə Moskva Meriyasının Ticarət və xidmət departamentinin mətbuat xidməti xəbər yayıb. Xəbərdə bildirilir ki, Moskvadakı könüllülər hərəkatı "Moskvoreçsk" bazarı ərazisində apardıqları yoxlama zamanı antisanitar iş şəraitinin olduğunu, keyfiyyətsiz və müddəti keçmiş malların satıldığını aşkаr edib. Məlumata görə, hazırda pavilyonlardan ərzaq malları tamamilə boşaldılıb. Həmyerilərimiz bazara buraxılmır.
2013-12-20
4,708
Minlərlə “qul” saxlayan qubalı milyarder azad olundu
Moskvada quldarlığa görə həbs edilən milyonçu Januko Rafailov azadlığa buraxılıb. Bu barədə İsrail KİV-i xəbər yayıb. Məlumata görə, həbsdən buraxılsa da o, Moskvanı tərk edə bilməyəcək. Ondan başqa yerə getməmək haqda iltizam alınıb. Qeyd edək ki, Rafailov əslən Quba rayonunu Qırmızı qəsəbəsindəndir. Milliyyətcə dağ yəhudisidir. O, 2000-dən çox miqrantı Moskvada qul kimi istismar etməkdə şübhəli bilinərək həbs edilmişdi. Rafailovon qul kimi işlətdikləri arasında onlarla azərbaycanlı da vardı. "Qullar" aylarla anbarlarda zorla saxlanılıb və işlədiliblər. İşin əvəzində "qullara" yalnız yemək verilib və digər zəruri ehtiyacları ödənilib. Qubalı milyarder "AST" şirkətlər qrupuna bağlı adam idi. Rafailov "AST Cargo" QSC-nin baş direktoru olub.
2013-12-20
4,709
Sabiq nazir Naxçıvanda əlahiddə ordu yaradılmasını şərh etdi
Keçmiş müdafiə naziri general-mayor Dadaş Rzayev Azərbaycanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasına münasibət bildirib. O, açıqlamasında deyib ki, bu, ölkənin müdafiə qabiliyyətini gücləndirəcək: "Azərbaycan müharibə şəraitindədir və hər tərəfdən təhlükə var. Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan Muxtar Respublikasında yaradılması da təsadüfü deyil. Çünki Naxçıvan blokada şəraitindədir, ölkənin digər hissələri ilə quru yolla əlaqəsi yoxdur, yalnız təyyarə ilə gedib-gəlirik. Əlahiddə Ümumqoşun Ordusu ona görə Naxçıvanda yaradılıb ki, bir təhlükə olsa, muxtar respublikada sərhədlərimizi yaxşı qoruya bilsin". General-mayor Dadaş Rzayevin sözlərinə görə, əlahiddə ordunun şəxsi heyəti xüsusi hazırlanır, ora ən savadlı, fiziki cəhətdən möhkəm zabitlər göndərilir, müasir texnika və silahlarla təchiz edilir: "Əlahiddə ordu ən müasir, mürəkkəb və çevik taktika ilə təlim keçir. Hər hansı təhlükə olarsa, əmir verilən kimi əlahiddə qüvvələr qısa müddətdə təyyarə və vertolyotlarla lazım olan yerə çatıb əmri yerinə yetirmək imkanlarına malikdir. Bu ordunun digərlərindən əsas fərqi odur ki, kənardan kömək olmadan müharibə, döyüş əməliyyatı apara bilir. Əlahiddə ordunun kənar köməyə ehtiyacı olmur. Əsas fərq budur". Dadaş Rzayev bildirib ki, vaxtilə o da sovet ordusunun əlahiddə qüvvələrinin zabiti olub: "Mən Azərbaycanın müdafiə naziri işləyəndə (1993-cü il – red.) əlahiddə ümumqoşun ordumuz yox idi. Çünki milli ordu hələ yeni yaranırdı". Sabiq nazirin sözlərinə görə, əlahiddə ordu NATO ölkələrində də mövcuddur: "Biz də indi yaradırıq. Məsəl var deyərlər, gec olsun – güc olsun. Bizim də Əlahiddə Ümumqoşun Ordusu yaratmağa indi imkanımız çatır". Ölkə prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev dekabrın 18-də Müdafiə Nazirliyi haqqında əsasnamənin təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb və bu ordunun komandanı vəzifəsinin icrası general-leytenant Kərəm Mustafayevə tapşırılıb. ("Mediaforum.az")
2013-12-20
4,710
İki nazir oğlu və Rza Zərrab məhkəmə qarşısında
Türkiyədə "Rüşvət əməliyyatı" ilə bağlı ifadələri alınan 21 nəfərdən 14-ünün həbs edlməsi tələbi ilə məhkəmə qarşısına çıxarılıb. "Axar.az" xəbər verir ki, səhər saatlarında Çağlayandakı İstanbul Ədliyəsində saxlanılan 66 nəfərdən 21-inin ifadələri alınıb. Aralarında iş adamı Rza Zərrab ilə Saleh Kaan Çağlayan və Barış Gülərin də olduğu 14 nəfər həbs edilmələri tələbi ilə məhkəməyə gətirilib. Digər 7 nəfər isə sərbəst buraxılıb. Xatırladaq ki, İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər saxlanılıb.
2013-12-20
4,711
Şəmkirdə yol qəzası: 4 yaralı
Şəmkir rayonunda yol qəzası baş verib. Hadisə rayonun Düyərli kəndində qeydə alınıb. "VAZ 21015" markalı avtomaşınla "VAZ 2106" markalı avtomobil toqquşub. Qəza baş verən əraziyə insanlar toplaşıb. Bu zaman yolda yarışan iki "VAZ 2107" markalı avtomobil kütlənin içərisinə girib. 4 nəfərin - 31 yaşlı Tovuz sakini Ədalət Mehdiyevin, Düyərli kənd sakinləri 31 yaşlı Hüseyn Balayevin, 31 yaşlı Araz Əhmədovun və 22 yaşlı Kamal Məmmədovun xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir. Ə.Mehdiyev tibbi müdaxilədən sonra evə buraxılıb. Düyərli kənd sakinləri - 31 yaşlı H.Balayev və 31 yaşlı A.Əhmədov Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Faktla bağlı polis tərəfindən araşdırma aparılır. (Kəpəz TV)
2013-12-20
4,712
“Şah İsmayıl”ı suda boğulan Binə - Şikayət
Yox, yox, şəkillərdə gördüyünüz nə qasırğadan sonra iflic olan Polşanın, nə də viran qalan Filippinin yollarıdır. Bura paytaxtın Maştağadan sonra ən böyük ikinci kəndi, məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqəsi olan Binədir. Ərazisi 3150 kv. km olan Binə Xəzər rayonunun inzibati ərazi vahidliyinə daxildir. Binənin ərazisində "Bolluq" və "Sovxoz" adlı iki yaşayış massivi də var. Bu şəkildə gördükləriniz Bolluğa gedən yolda yerləşən Ş.İ.Xətai küçəsinin yollarıdır. Bindədə 150 000 minə yaxın əhali yaşayır. Sakinlər yolların təmir edilmədiyindən narazıdılar. "Axar.az" saytının mail adresinə yazıb müraciət edən qəsəbənin Ş.İ.Xətai küçə sakinləri yollarının təmir olunmasını tələb edirlər. Küçənin qazı normal olsa da, işıqları tez-tez kəsilir, içməli su xətləri isə yerli-dibli yoxdur. Sakinlər qəsəbənin mərkəzi yolunun da acınacaqlı vəziyyətdə olduğundan, yağışlı havada marşrutların işləmədiyindən də şikayət edirlər. Keçən həftə şikayətlə bağlı Binə qəsəbəsinin bələdiyyə sədri Balaxan İsayevlə əlaqə saxlamağa çalışdıq. Bələdiyyədən sədrin xəstə olduğunu, işə çıxmadığını, bir neçə gün sonra yenidən əlaqə saxlamağımızı xahiş etdilər. Bir həftə sonra Binə bələdiyyə sədri ilə yenidən əlaqə yaratmağa çalışdıq. Katibəsi Balaxan bəyin xəstə olduğunu, hələ də işə çıxmadığını dedi. Qeyd edək ki, keçən ilin mart ayında Binə qəsəbə bələdiyyə sədrini və işçilərini rüşvətxorluq ittihamı ilə həbs etmişdilər. Bu hadisənin üstündən 8-9 ay keçməsinə baxmayaraq, qəsəbədə yeni bələdiyyə sədri seçilməyib. Balaxan İsayev sədr əvəzi olaraq fəaliyyət göstərir. Məsələni gündəmdə saxlayacağıq.
2013-12-20
4,713
İş adamı Əli Ağaoğlu azadlığa buraxıldı
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Korrupsiya və rüşvət" iddiaları ilə bağlı istintaq çərçivəsində ədliyyə binasında saxlanılan iş adamı Əli Ağaoğlu sərbəst buraxılıb. "Axar.az" "Haberler.com"a istinadən xəbər verir ki, ifadəsi alındıqdan axşam saatlarında Əli Ağaoğlu ilə bərabər, daha 3 saxlanılan azad edilib. Xatırladaq ki, bu gün Ə.Ağaoğlunun azadlığa buraxıldığı ilə bağlı səhər saatlarında yayılan xəbər vəkili tərəfindən təkzib edilmişdi. Hətta Ə.Ağaoğlunu qarşılamağa gələn qohumları ilə ədliyyə mühafizəçiləri arasında toqquşma da yaşanmışdı və hadisə yerinə polisin çağırıldığı bildirilirdi.
2013-12-20
4,714
İşdən çıxarılan polis rəisi: "Bizi yandırdılar" - Foto
"Rüşvət və qaçaqmalçılıq əməliyyatı"ndan sonra vəzifəsindən azad olunan İstanbul Polis İdarəsinin rəisi Hüseyn Çapkın açıqlama verərək, maraqlı ifadələr işlədib. İstanbul Polis İdarəsinin keçmiş rəisi Hüseyn Çapkın 17 dekabrda başladılan əməliyyatdan sonra işdən çıxarılmış, yerinə Ağsaray valisi Sәlami Altıntok gətirilmişdi. Bir yanğın var, məni də yandırdı "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalist İsmail Küçükkaya dünən vəzifəsindən azad edilən İstanbul Polis İdarəsinin keçmiş rəisi Hüseyn Çapkınla danışdığını bildirərək, H.Çapkının sözlərini ictimaiyyətə tvitterdən çatdırıb. Küçükkaya bu tvitləri atıb: - Çapkınla danışdım: "Böyük bir yanğın var, heç bir əlaqəmiz yoxkən bizi də yandırdı", - dedi... - Çapkın işdən çıxarılmasına "belə bir istintaqdan necə xəbərin olmaz" fikrinin sәbәb olduğunu düşünür.
2013-12-20
4,715
Masallıda yol terroru: ölən və yaralananlar var - Yeniləndi
Masallı şəhəri, Musaküçə kəndində "VAZ" və "Jeep" markalı mink avtomobillərinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "VAZ" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin sürücünün həmkəndlisi olan 1956-cı il təvəllüdlü Əlövsət Rəcəb oğlu Yusifov xüsusi alət xilas edilərək Səhiyyə Nazirliyinin Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına təhvil verilib. *** VAZ-2106-nın sürücüsü ilə digər sərnişini, Lənkəranın Darquba kənd sakini, 1964-cü il təvəllüdlü Nizami Xeyrulla oğlu Yaqubov da müxtəlif dərəcəli bədən xəsarətləri ilə sözügedən müalicə müəssisəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq Ə.Yusubov 10 dəqiqədən sonra dünyasını dəyişib. Digər iki yaralının da vəziyyəti ağır qiymətləndirilir. İlkin versiya kimi hadisənin VAZ-2106 markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (APA)
2013-12-20
4,716
Deputat dörd nazirin həbs olunacağından danışdı
Türkiyədə korrupsiya əleyhinə keçirilən əmliyyatlarda 4 nazir tutula bilər. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə CHP-nin İstanbul millət vəkili Aykut Ərdoğdu çıxış edib. O, CHP-nin müxtəlif yerlərdən korrupsiya ilə bağlı sənədlər əldə etdiyini bildirib. A.Ərdoğdu həmçinin adını çəkmədiyi dörd nazirin həbsi üçün artıq əllərində sənədlərin olduğunu da bəyan edib.
2013-12-20
4,717
“Cənab prezident, mən Kastroyam...”
Kubanın eks-prezidenti Fidel Kastro Cənubi Afrika lideri Nelson Mandelanın dekabrın 10-da keçirilәn rəsmi dәfn mərasimində qardaşı Raul Kastronun ABŞ prezidenti Barak Obama ilə əl-ələ görüşəndə nələr dediyi barədə açıqlama verib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir yazı yazaraq Kubanın Mandela ilə əlaqəsindən bəhs edən eks-prezident Fidel Kastro Obama ilə əl-ələ görüşən və bir müddət söhbət edən qardaşı Raulu "dik duruşu və ciddiliyinə" görə təbrik edib. Kastroya görə "həm səmimi, həm də qərarlı bir duruş" sərgiləyən Raul özünü İngiliscə "Cənab prezident, mən Kastroyam" deyə təqdim edib. Qeyd edək ki, Obama və Raul Kastro 2000-ci ildə o vaxtkı ABŞ və Kuba liderləri Bill Klinton və Fidel Kastrodan sonra əl-ələ görüşən ilk ABŞ və Kubalı liderlər oldu.
2013-12-20
4,718
Rüşvәt әmәliyyatı TRT-yə də çatdı
TRT Xəbər Bölməsinin başçısı Əhməd Bökən və köməkçisi Əhməd Çavuşoğlu vəzifələrindən azad edilib. TRT-də kadr dәyişiliklәrin davam edəcəyi bildirilir. "Axar.az" türk mediasına istinadәn xәbәr verir ki, "rüşvәt əməliyyatı" çərçivəsində rəsmi təşkilatlarda başlayan "vəzifədən uzaqlaşdırma" siyahısına TRT də əlavə olunub. İşdən çıxarılan Əhməd Bökən TRT-dən əvvəl "Samanyolu Xəbər"də redaktorluq, aparıcılıq və xəbər müdirliyi edib. 2010-cu ildən bəri TRT Xəbər Kanal Koordinatorluğu vəzifəsini yerinə yetirirdi.
2013-12-20
4,719
Viranə qalmış “Bolluq bazarı” - Video
Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşən "Bolluq bazarı" həm xarici, həm də daxili görünüşü ilə viranəliyi xatırladır. Bu bazarda vəziyyət sözün həqiqi mənasında acınacaqlıdır. Havaların soyuq keçməsi, xüsusən də, qar yağması bazarda vəziyyəti biraz da çətinləşdirir. Burada yağışdan, sudan qorunmaq üçün suni tavan düzəldilsə də, indi ondan əsər-əlamət qalmayıb. Cırıq-cırıq olmuş selofanlardan, sallanan ədyallardan süzülən yağış, qar damcıları bazarda vəziyyəti tamamən çətinləşdirib. "Axar.az"a vəziyyəti izah edən satıcılar bazarın vəziyyətinin pis olduğunu, buna görə də satıcı qıtlığı yaşadıqlarını bildirdilər. Bazarda çəkiliş edərkən satıcılar bazar boyu səkinin daim palçıq olmasından şikayətləndilər. Buna səbəb kimi Azərsu Açıq Səhmdar cəmiyyətinin keyfiyyətsiz işlərini səbəb göstərdilər. Bazarda apardığımız müşahidən bəlli oldu ki, bu cür havalarda bura alış-veriş etmək üçün gələn çox az sayda alıcı görmək olar. Buna səbəb isə bazarın qarşısının tikinti işləri ilə əlaqədar olaraq söküldüyü, amma hələ də inşa işlərinin başlamamasıdır. Bazarın qarşısı yağışlı, qarlı havada istifadə olunmaz vəziyyə düşür. Qeyd edək ki, hələ bu ilin aprel ayında bazarın söküləcəyi, yerində yeni, bütün standartlara cavab verən bir ticarət mərkəzinin inşa olunacağı bildirilirdi. Mətbuata danışan bazar rəhbəri Fərhad Məmmədov bütün tikinti işlərinin ilin sonunda yekunlaşacağını bildirsə də, bazarın aqibəti heç də dediyi kimi olmayıb. Burada nəinki ilin sonuna hazır olmaq, heç söküntü işlərinin tam olaraq başlamasından danışmaq mümkün deyil. Məsələyə münasibət bildirməkdən boyun qaçıran Binəqədi Rayon İcra Hakimiyyəti suallarımıza cavab verməmək üçün hər cür bəhanədən istifadə etdi. Bakı Şəhər İcra hakimiyyətinin mətbuat xidmətindən isə məsələyə gözlənilməz cavab gəldi. Suallarımızı cavablandıran Nurlanə Mərdanova hazırda İcra Hakimiyyətində bazarın sökülməsi ilə bağlı heç bir məlumatın olmadığını bildirdi. Bazarın söküntü işlərinə görə Azərsu Açıq Səhmdar Cəmiyyətinin apardığı təmir işlərində yanlışlıqlar edilməsi ilə bağlı iradlara isə qurumun mətbuat xitmətinin rəhbəri Anar Cəbrayılov cavab verdi: "Bütün komunikasiya xətlərinin qəzalı olan hissələrini təmir edib, işimizi yekunlaşdırmışıq. Həmin ərazidə heç bir problemimiz qalmayıb. Orada olan bütün kanalizasiya və su xətti tam normasındadır. Deyilən iradlar isə yersizdir". Qeyd edək ki, 8200 kvadrat metrlik bazarda ərzaq məhsullarından tutmuş ən xırda ev əşyalarına qədər satış həyata keçirilir. Bütün satış prosesi isə tavandan alıcının üzərinə damcılayan qar, yağış sularının altında baş verir.
2013-12-20
4,720
Qağayı: Əlini itirən rəssam qız...
Dekabrın əvvəllərində Rusiya paytaxtı Moskva şəhərində "Beynəlxalq Televiziya və Kino Filmləri" festivalı keçirilib. Azərbaycanı festivalda "Qağayı" filmi ilə təmsil olunub və bu film "Ən Yaxşı sənədli film nominasiyası"nda qalib elan edilib. Filmin rejissoru Röyal Əliyev "Qağayı" adının haradan qaynaqlandığını bu cür açıqlayır: "Samirə adlı bir qız uşaqlıqdan ayaqları tutulsa və nitq qabiliyyətini itirsə də, özündə güc taparaq ayağı ilə rəsm çəkməyə başlayıb. Bir çox yerli və xarici festivalların qalibi olub. Bu fakt məni sehrlədi və Samirə ilə görüşməyi qərara aldım. Onun 30 yaşı var idi artıq... Daha rəsm çəkmirdi. Səbəbi isə evlərində lazımi şəraitin olmaması idi. Atasının isə Samirənin emalatxana istəyini reallaşdırmağa heç bir imkanı yox idi. Onun çəkdiyi rəsmlərə baxdım, doğrusu, gözlərimə inana bilmirdim. Ürəyimdən keçdi ki, bir film çəkim, bəlkə bununla bir təskinlik tapam. Ssenarini yazdım, çəkliş məkanlarını seçdim. Çəklişlər Samirəgilin evində, dəniz kənarında və onların bağ evində olduğu üçün filmin adını "Qağayı" qoydum. Quruluşçu operator Manaf Quliyev, montaj rejissoru Elşad Rasimoğlu ürəyimdən keçənlərin ekran həllində mənə yardımçı oldular. İTV rəhbərliyinə mənə göstərilən dəstəyə görə təşəkkürümü bildirirəm".
2013-12-20
4,721
İsveçrə saatları belə hazırlanır – Video
Minlərlə dollar qiyməti olan İsveçrə saatlarının niyə belə bahalı olmasının səbəbini anlamaq çətin deyil. Hər bir detalı tək-tək qurulan bu saatların hazırlanma prosesini izləməyin özü də zövq verir. "Axar.az" həmin videonu təqdim edir:
2013-12-20
4,722
Sədərək gömrük rəisinin şifrəli danışığı açıqlandı
Türkiyədə "Rüşvət əməliyyatı"nda saxlanılanların prokurorluqdakı ilk dindirilməsində rüşvətin Naxçıvan sərhəd-keçid məntəqəsinin sədri Mirməhəmməd Seyidov tərəfindən toplandığı, daha sonra Türkiyə tərəfində tərəflər arasında bölüşdürüldüyü üzə çıxıb. "Axar.az" "Haberler.com"a istinadən bildirir ki, Dilucu Sərhəd Xidmətində türk gömrük işçilərinin dinlənilməsi ehtimalına görə, Azərbaycan və Türkiyə gömrükçüləri arasında şifrəli telefon danışığından istifadə edilib. Adətən sərhədə gələn TIR və digər avtomobil sahiblərinin telefonundan istifadə etməklə danışıqlar aparılırmış. M.Seyidova edilən zənglərdə, "Sancılandım, bir dərman göndər" deyilirmiş, Seyidov da "Sancın üçün dərman göndərdim" deyə ayırdığı payı göndərdiyinə eyham edirmiş. Adi günlərdə isə Sədərək gömrük məntəqəsinin müdiri gətirdiyi rüşvəti işbirliyi içində olduğu gömrükçülərlə bölüşürmüş. Dilucu sərhəd məntəqəsində hər iki tərəfdəki rüşvət və qaçaqmalçılığı üzə çıxarmaq üçün bir il əvvəldən araşdırmalara və təqiblərə başlanılıb. Türk tərəfindəki gömrük işçiləri və nəqliyyat firması sahiblərinin həm evləri, həm də iş yerləri axtarılıb. Gömrük işçilərindən biri evinə polis gələrkən 23,5 min dolları və 23 min lirəni pəncərədən küçəyə atsa da, bu, polislərin gözündən yayınmayıb. Gömrük və nəqliyyat firması sahiblərinin ev və iş yerlərindəki axtarışlarda 130 min dollar, 50 min lirə, imzalanmış, ancaq üzərində sayı olmayan sənədlər, sənədsiz silah və s. aşkarlanıb. Xatırladaq ki, 17 dekabrda başlayan və 280 polisin qatıldığı əməliyyat zamanı türk tərəfindən 7 gömrükçü, İstanbuldan Qarsa uçan Sədərək gömrüyünün sədri Mirməhəmməd Seyidov və 10 nəqliyyat firması sahibi olmaqla 18 nəfər sərhədlə əlaqəli olanlar saxlanılıb; onlardan 4 nəfər buraxılıb, 14 nəfər haqqında həbs qətimkan tədbiri seçilib.
2013-12-20
4,723
Film festivalı: ən yaxşıya - 100 manat!
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "24 kadr" adlı film festivalı keçirilib. Layihənin rəhbəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva olub. "Axar.az" xәbәr verir ki, filmlər peşəkar aktyor və rejissorlar tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin üzvləri Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin sədri, "Start" Beynəlxalq Tələbə filmləri Festivalının direktoru, ssenarist Fehruz Şəmiyev, şair, yazıçı, tərcüməçi və ssenarist İlqar Fəhmi, aktyor, rejissor və rəssam Qurban Məsimov olub. Festivalda "ən yaxşı ssenari" üzrə xüsusi mükafat Rüstəm İbrahimliyə verilib. "Ən yaxşı operator" işinə görə Asif Qəhrәmanov, "ən yaxşı aktyor" mükafatı ilə Səbuhi Bayramov, "ən gənc rejissor" kimi festivalın 6 yaşlı iştirakçı Mələk Bağıyeva mükafatlandırılıb. Ən yaxşı aktyor, rejissor və ssenari işinə görə 100 manat mükafat verilib. "24 kadr" adlı film festivalında birinci yerə Leyla Qəmbərlinin "Fəridin dünyası", ikinci yerə Cavid Camalovun "Pul", üçüncü yerə Dilarə Vəliyevanın "Əlvida mənim dostum" filmləri layiq görülüb. Qeyd edək ki, dekabrın əvvəllərində Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Beynəlxalq Televiziya və Kino Filmləri" festivalında "Ən yaxşı sənədli film nominasiyası"nın qalibi olan "Qağayı" filmi də "24 kadr" film festivalına göndərilən filmlər arasında idi. Lakin rus kinematoqrafçılarının "ən yaxşı" hesab elədikləri sənədli film heç bir nominasiya üzrə fərqləndirilməyib.
2013-12-20
4,724
Füzulidə yaşayış evində yanğın olub
Füzuli şəhərində yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Füzuli şəhərində ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dəhlizin və 1 otağın yanar konstruksiyaları 22 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-21
4,725
2013-ün dünya rekordları
Hər il olduğu kimi, bu il də maraqlı və yenilənən rekordlar qeydə alınıb. 2013-cü ildə yenilənən Dünya rekordlarından hazırlanan bu seçmələr diqqətinizi çəkəcək. 1. 13,892 adam Bikol Universitetinin futbol meydançasında dünyanın ən böyük "siqaret çəkmək qadağandır" loqosunu yaradıb. 2. Filippin Universiteti Visayasda 15185 nəfər arzu fənəri uçuraraq bu rekordu təzələyib. 3. Yaponiyanın Toppan Printinq şirkəti dünyanın ən kiçik kitabını (0.74 x 0.75 mm) nəşr etdirib. 4. Beykn Blinq sendviçi 235 dollarla ən bahalı sendviç adını alıb. 5. 80 yaşlı yaponiyalı Yuiçiro Miura Everestə qalxan ən yaşlı insan olub. 6. Tim Metison 2,032 pundluq balqabağa sahibdir və bu bir rekorddur.
2013-12-21
4,726
Mәcburi köçkünlәr etiraz aksiyası keçiriblər
Bәrdә rayonunun Həsənqaya kəndində, Yevlax-Ağdam yolunun 20-ci kilometrliyində yeni mәnzilәrә köçәn mәcburi köçkünlәr etiraz aksiyası keçiriblər. İnformasiyanı Bərdə rayon polis idarəsi verib. Polis idarəsinin növbətçisi Azər Zeynalovun sözlərinə görə, mәcburi köçkünlәr Yevlax-Ağdam magistiral avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Hadisə yerinə gələn rayon icra hakimiyyәtinin və rayon polis şöbәsinin әmәkdaşları ilə danışıqdan sonra onlar yoldan çəkiliblər. Məcburi köçkünlərin əsas tələbi yaşadıqları mənzillərin istilik sistemleri ilə təmin edilməməsidir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları problemin yaxın bir neçə gün ərzində hәll edilәcәyini deyib. (ANS)
2013-12-21
4,727
İspaniya da rüşvət əməliyyatına başladı
Son günlər Türkiyədə aparılan "Rüşvət əməliyyatı" İspaniyaya da sıçrayıb. "Axar.az"ın əldə etdiyi məlumata görə, İspaniya polisi iqtidarda olan Xalq partiyasının mərkəzi binasına basqın edib. Polis binada 2005-2011-ci illərədə aparılan təmir işləri zamanı qanunsuz ödəmələrin aparılması ilə bağlı dəlil axtarıb. Təmiri həyata keçirən memar Qonzalo Urquijoya partiyanın əldə etdiyi "çirkli pul"lardan 888 min avro ödənildiyi iddiası irəli sürülür. Aparılan araşdırma ilə bağlı hər hansı dəlilin ələ keçirilib-keçirilmədiyi barədə məlumat verilməyib. Memar Urquijonun ifadəsi alınarkən ondan təmirin aparılması ilə bağlı sənədlər tələb edilib. Ancaq polis istəyinə nail olmayınca partiyanın mərkəzi binasında axtarışlar aparıb. AB-nin Brüsseldə keçirilən yığıncağında iştirak edən İspaniya Baş naziri Mariano Rajoy ise məhkəmələrin verdiyi qərara mütləq hörmət edilməli olduğunu və partiya nümayəndələrinə lazım olan axtarışların aparılması üçün kömək etmək tapşırığı verildiyini bildirib. Baş nazir araşdırma ilə bağlı belə deyib: "Məhkəmənin qərarını gözləyirik. Heç bir narahtlığımız yoxdur". İspaniyada işsizlik artımının getdikcə pik həddə çatması xalqın Rajoya olan inamını itirib. Bu araşdırmaların aparılması isə Baş nazirə böyük zərbə vurub. "Barcenas" adı verilen dava "El Pais" qəzetinin Xalq Partiyasının keçmiş maliyyə işləri üzrə səlahiyyətlisi Luis Barkenasa aid əl yazısı olan sənədləri nəşr etməsi ilə başlayıb. İddiaya görə, Barkenas partiyaya bağışlanan milyonlarca avronun partiya liderlerinin hesabına keçirilməsində iştirak edib. Baş nazir Rajoy ve diger yüksək vəzifəli məmurlar qanunsuzluq iddialarını rədd edir. İddiaya görə, Barkenasın İsveçrə bankalarında 48 milyon avro pulu var. Luis Barkenas rüşvətdən gələn pullarla gizli fond yaratmaqda təqsirli bilinir.
2013-12-21
4,728
Bülənt Ərsoy 38 yaş kiçik sevgilisiylə görüntüləndi - Foto
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur sənətçi Bülənt Ərsoy keçən axşam özündən 38 yaş kiçik sevgilisi Berk Yılmazla Şaşkınbakkaldakı "Eftelya Balık" restoranına gedib. Sənətci oraya getmədən öncə iki adamı məkana göndərib və ətrafda jurnalistin olub-olmadığını yoxlatdırıb. Məkandan hər kəsin çıxmasını gözləyən sənətçi restoranın lap arxa tərəfində oturub. Təxminən 2 saat məkanda qalan Bülənt Ərsoy sonda hesabı özü ödəyib, sevgilisi isə hesabı ödəmək üçün çantasını açarkən ona yardımçı olub.
2013-12-21
4,729
NATO: "Rusiyaya hücum etmək fikrimiz yoxdur"
"Güclü Avropa güclü NATO deməkdir". Bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen "Le Monde"yə verdiyi müsahibəsi zamanı deyib. "Mən çox sevinirəm ki, 2008-ci ildən bəri ilk dəfə Avropa Birliyi müdafiə, təhlükəsizlik məsələlərinə diqqət ayırır və hərbi qüdrətini artırmaq üçün sərmayə ayırır. Liviyadakı müharibə sübut etdi ki, Avropa ordusunda bəzi silahlar çatışmır. Mən Fransanın Mali və Mərkəzi Afrika Respublikasında stabilliyi qorumaq üçün hərbi əməliyyatlarda iştirakını dəstəkləyirəm, çünki bilirik ki, Afrikadakı qarşıdurma terrorizmə, qaçaqmalçılığa və miqrant axınına rəvac verir. Ukraynanın Rusiya "düşərgəsinə" qayıtması birbaşa təhlükə deyil, sadəcə narahatçılıq yaradır. Təəssüf edirəm ki, Ukrayna Assosiasiya sazişini imzalamadı. Rusiyanın Kalininqrad vilayətində raket kompleksləri yerləşdirməsi də bizi narahat edir. Bu, 2010-cu ildə NATO ilə Rusiya arasında imzalanmış sazişə ziddir. Aydın məsələdir ki, bisim Rusiyaya hücum etmək fikrimiz yoxdur, ancaq qarşı tərəf hesab edir ki, o təhlükə var", - deyə NATO-nun baş katibi bildirib. (ANS)
2013-12-21
4,730
Sabiq prezident üzr istədi
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf ona qarşı irəli sürülən vətənə xəyanət davasından çəkinmədiyini və həbs ediləyəcəyi təqdirdə də ölkəni tərk etməyi düşünmədiyini deyib. Sabiq prezident ona qarşı qaldırılan ittihamlara cavab olaraq deyib: "Nə olursa olsun, 9 illik iqtidarda olduğum zaman hər şeyi ölkəm və millətim üçün etdim. Kimsə mənim yanlış bir addım atdığımı düşünürsə, mən üzr istəyirəm. Ancaq günahsız olduğumu sübut edəcəm". Pərviz Müşərrəf 1999-cu ildə Baş nazir Məhəmməd Nəvaz Şərifin onu ordu komandanı vəzifəsindən kənarlaşdırması səbəbindən çevriliş edərək, 2008-ci ilə qədər Pakistana rəhbərlik edib. Daha sonra ona qarşı artan təzyiqlər üzündən istefa edib. Keçən il seçkilərə qatılmaq üçün ölkəyə gələn Müşərrəf məhkəmənin qərarı ilə ev dustaqlığına məhkum edilib. Sabiq prezidentə son olaraq Pakistan Konstitusyasının VI maddəsi üzrə vətənə xəyanət davası açılıb. Xarici ölkəyə çıxması qadağan edilən Müşərrəf İslamabadda Çakşəhzad kəndində yaşayır.
2013-12-21
4,731
Arqan yağından istifadə qaydaları
Arqan yağı saçlara qulluq üçün ən faydalı yağlardan biri hesab olunur. Amma son dövrün araşdırmaları nəticəsində bəli oldu ki, arqan yağından həm tibbi, həm də kosmetik vasitə kimi də istifadə etmək olar. Arqan yağının faydaları "Hisar Interkontinental Hospital" Dermatoloji Mütəxəssisi doktor Funda Ataman saç baxımında istifadə edilən arqan yağının kosmetik və tibbi məqsədlər üçün istifadə edilə biləcəyini söylədi. Məsələn, arqan yağı xolesterolu aşağı salır. Ürək-damar və xərçəng xəstəliyinə qarşı çox faydalıdır. Revmatizm ağrılarının aradan qaldırılmasını təmin edir, hamiləlikdən sonra qarında əmələ gələn çatları azaldır. Bundan başqa döş sallanmasını və boyun qırışlarını aradan qaldırır. - Sədəf, ekzema kimi dəri xəstəliklərində yardım edir. Eyni zamanda dəri xəstəliklərində nəmləndirici və sakitləşdirici olaraq istifadə edilir. Yaraların sürətlə sağalmasına kömək edir
2013-12-21
4,732
“Coca-Cola” ilə təcrübə aparıldı – Şok video
Koka-Kola və Çin südü ilə maraqlı bir təcrübə aparılıb. Nəticədə insanı şoka salan faktlar meydana çıxıb. Bu araşdırma bizi bir daha Koka-Kolanın tərkibi haqda düşündürməyə vadar edir. Təfərrüatı video-çarxda izləyə bilərsiniz.
2013-12-21
4,733
Moskvada hücuma məruz qalan soydaşımız dünyasını dəyişdi
Moskvada Azərbaycan vətəndaşına hücum olub. Dekabrın 15-də Rusiya paytaxtındakı "Moskva" mehmanxanasının yaxındığında Şirvan sakini Süleymanov Elşən Adil oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb. Onun avtomobilini də əlindən alan cinayətkarlar hadisə yerindən uzaqlaşıblar. Məlumatı onun həyat yoldaşı Ruhiyyə Süleymanova verib. Onun sözlərinə görə, hücuma məruz qalan Elşən Süleymanov Moskvada Sklifasovski adına xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və yaralı bir neçə gün koma vəziyyətində qalıb. Elşən Süleymanov dekabrın 19-da dünyasını dəyişib. Mərhum soydaşımızın ailə üzvləri Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ediblər. Diplomatların araşdırması nəticəsində məlum oluö ki, Moskvanın hüquq-mühafizə orqanları faktla bağlı cinayət təqibinə başlamayıblar. Mərhum Elşən Süleymanovun həyat yoldaşı onu da bildirir ki, hadisənin baş verdiyi əraziyə müşahidə kameraları vasitəsilə nəzarət edilir. Bu gün səhər saatlarında Elşən Süleymanovun nəşinin Bakıya gətirələcəyi gözlənilir. Elşən Süleymanov Moskvada ailəsi ilə yaşayıb. O, iki qız atası idi. ("Musavat.com")
2013-12-21
4,734
İbrahim Tatlısəs Türkiyəni saran qalmaqaldan yazdı
Azərbaycanda da çox sevilən məşhur sənətçi İbrahim Tatlısəs Türkiyəni ağuşuna alan "rüşvət əməliyyatı" ilə bağlı öz tvitter hesabında düşündüklərini yazıb. Tatlısəs nazir oğlunun bu çirkinliyə bulaşmasına inanmadığını ifadə edib: "Nazir oğlunun yataq otağında pulsayan maşın... yox bir, daha nələr. Mən sıradan bir vətəndaş olaraq, inanmadım arxadaş! Əstəğfurullah, "polis qoymuşdur" demirəm, amma sizə məntiqli gəlirmi? Mənim ağlım kəsmir. Mən belə bir şey heç vaxt etmərəm. Yataq, makina, para. Yatarkən pulsayan makinaylamı yatırsınız? Pul makinası pul sayar, yataqda yatanı yox! Mən sinemaçıyam, ara-sıra da ssenari yazıram və məntiq yürüdürəm. Mənim deyəcəklərim bu qədər. Bundan sonrasını hakim bilir". Xatırladaq ki, Daxili İşlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin evində axtarış aparılarkən, yataq otağından pul və pulsayan makina tapılıb.
2013-12-21
4,735
Günün görüntüləri Banqladeşdən - Fotolar
Banqladeşin paytaxtı Dəkkədə hökumət əleyhinə nümayişlər keçirilib. Aksiya zamanı nümayişçilərlə polis arasında toqquşmalar baş verib. "Axar.az" etiraz nümayişindən fotoları təqdim edir:
2013-12-21
4,736
Çipsi özünüz evdə hazırlayın - Video
Siz də ev şəraitində daha dadlı çipslər hazırlamaq istəyirsinizsə, o zaman "Axar.az"ın təqdim etdiyi video –çarxı izləmək yetərlidir.
2013-12-21
4,737
Gürcüstan sentyabra qədər Assosiativ sazişi imzalayacaq
Baş nazir İrakli Qaribaşvili bildirdi ki, 2014-cü ilin sentyabr ayına qədər Gürcüstan bütün müvafiq tələbləri yerinə yetirərək AB ilə Assosiativ sazişi imzalamağı düşünür. Daha öncə Avropa Şurasının nümayəndəsinin Assosiativ sazişi imzalamaq üçün prosesin tezləşdirilməsi haqda şərhinə Gürcüstanın XİN başçısı Maya Pancikidze belə cavab verib: "Tiflisdə imzalanmanın daha önə atılması ancaq müsbət qarşılana bilər". Bu ilin noyabrında Şərq partnyorluğu toplantısında Gürcüstan və Moldova AB ilə Assosiativ sazişi paraflaşdırıb.
2013-12-21
4,738
Emin Ağalarov "Möhtəşəm maşın"da
Şou-biznesin məşhur ifaçı-bəstəkarı Emin Ağalarov ötən gün "Möhtəşəm maşın" realiti-şousuna qatılıb. İfası ilə gecəni rəngləndirən E.Ağalarov daha sonra Murad Dadaşova sürpriz edib. İfaçı bu gün doğum gününü keçirən şoumen üçün ad günü mahnısını oxuyub və onu təbrik edib. Murad Dadaşov isə öz növbəsində E. Ağalarova təşəkkür edərək hər kəsi müğənninin sabah "Buta Palace"da verəcəyi konsertə getməyə çağırıb. Xatırladaq ki, ifaçı-bəstəkar bu gün imza günü keçirib, sabah isə sevənlərini konsert proqramı ilə bir araya toplayacaq (Axşam.az).
2013-12-21
4,739
Nazir oğullarından biri azadlığa buraxıldı
Türkiyədə "17 dekabr əməliyyat"ı zamanı saxlanılan ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar sərbəst buraxılıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan Bayraktarın oğlunun adı azadlığa buraxılan 14 nəfərin siyahısında yer alıb.
2013-12-21
4,740
Google 900 min avro cərimə edilib
Şirkət İspaniya haqda informasiyaların qorunmamasına görə, cərimə edilib. Google şirkəti İspaniya haqda informasiyaların qorunmamasına görə, 900 min avro cərimə edilib. Bu məlumatı Google şirkəti yayıb. Məlumatı yayan mənbə bildirir ki, informasiyaların qorunması haqqında İspaniya qanun laiyhəsinin hər hansı şirkətdən 900 min avro alması ilk hadisədir (anspress).
2013-12-21
4,741
Gəncədəki avtoqəzada bir nəfər öldü
Gəncə şəhəri Nizami rayonunda vətəndaşa məxsus "Mercedes" markalı, minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Abbasov Rəşid Şahin oğlu həlak olub. Qəza nəticəsində avtomobilin mühərrik hissəsi alovlansa da sonradan yanğınsöndürənlər tərəfindən qarşısı alınıb. Atomobildə olan 3 nəfər sərnişin isə yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.
2013-12-21
4,742
Con Kerri Rusiyaya çağırış etdi
Vaşinqton rus hökumətini şəffaf və müstəqil məhkəmə yaratmağa çağırıb. ABŞ-ın dövlət katibi Con Kerri bildirib: "ABŞ rus hökumətini şəffaf və müstəqil məhkəmənin yaradılması üçün islahatlar keçirməyə səsləyir". Onun sözlərinə görə Vaşinqton Konstitusiyanın 20 illiyi ilə əlaqədar amnistiyanın elan olunmasını alqışlayır.
2013-12-21
4,743
Kiyevdə barrikadalar dağıdılacaq
Kiyevdə yerləşən barrikadalar bu gün dağıdıla bilər. "Axar.az" məlumat verir ki, bu barədə informasiya sosial şəbəkələrdə Avromaydan tərəfdarları tərəfindən yayımlanıb. Etirazçılar bütün ukraynalıları bu gün saat 10:00-a qədər meydanlara dəvət ediblər. Etirazçılar sosial şəbəkələrdə Ukrayna xüsusi təyinatlılarının bu gün barrikadaları dağıdacaqları ilə bağlı dəqiq məlumata sahib olduqlarını yazıblar.
2013-12-21
4,744
Rza Zərrab və iki nazir övladı həbs olundu
İstanbul keçirilən əməliyyatda məhkəməyə cəlb edilənlərin 14-ü həbs olunub. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həbs edilənlərin arasında daxili işlər naziri Muammər Gülər və iqtisadiyyat naziri Zəfər Çağlayanın övladlarının olduğu bildirilib. Mətbuat "Halkbank"ın baş direktoru Süleyman Aslan və azərbaycanlı iş adamı Rza Zərrabın da həbs olunanlar içərisində yer aldığını yazıb. Xatırladaq ki, dünən axşam saatlarında Rza Zərrab və nazir oğullarının məhkəməyə gətirildiyi bildirilmişdi və onların həbs olunacağına şübhə yox idi.
2013-12-21
4,745
Saakaşvili üçün özəl gün
Bu gün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin doğum günüdür. Saakaşvili 46 yaşını qeyd edir. eks-prezident ad gününü ailəsi ilə birgə qeyd edəcəyini bildirilib. Qeyd edək ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 1967-ci il dekabrın 21-də anadan olub.Z iyalı ailəsində böyüyüb. Atası həkim, anası isə tarixçi olub. Mixail dəfələrlə müsahibəsində bildirib ki, atasının onları tərk etməsinə baxmayaraq, o həmişə atasını çox sevib. O, Kiyev Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, daha sonra ABŞ-ın Kolumbiya Universitetində magistr dərəcəsinə yiyələnib. Saakaşvili daha sonra 1995-1996-cı illərdə Corc Vaşinqton Universitetində doktranturanı bitirib. Sabiq dövlət rəhbəri siyasi fəaliyyətə 1995-ci ildə başlayıb. 2003-cü ilə qədər ədliyyə naziri, deputat, Tiflis meriyasının rəhbəri, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olub. 2003-cü ildə müxalifət onun rəhbərliyi ilə qızıl "məxməri inqilabı" həyata keçirib, Eduard Şvarnadze istefaya göndərilib. Mixail Saakaşvili 2004-cü il yanvarın 4-də prezident seçilib. 2008-ci il yanvarın 5-də yenidən prezident seçkilərinin qalibi olub. Prezident postuna gələn Mixail saakaşvili daxili siyasətdə bir sıra yeniliklərə də imza atıb. Onun bu istiqamətdə Rusiya ilə kifayət qədər problemləri də olub. O dəfələrlə Rusiyanı separatizmə günahlandırmaqla Gürcüstan Rusiya əlaqələrinin pisləşməsinə gətirib çıxarıb. 2012-ci il oktyabrın 1-də Gürcüstanda keçirilən parlament seçkilərində "Gürcü arzusu" partiyasının qalib gəlməsindən sonra isə prezident Mixail Saakaşvili dövlət televiziyasında onun təmsil etdiyi "Vahid milli cərəyan" partiyasının məğlubiyyətini etiraf edərək, müxalifətə keçdiyini elan edir. İvanişvilin hakimiyyətə gəlişindən sonra demokrat Saakaşvilinin dövrü başa çatır. Bu ilin oktyabrında keçirilən seçkilərdən sonra o, Gürcüstanı tərk etməli olur (AzVision.az).
2013-12-21
4,746
Cəbhədə atışma: İtki yoxdur
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-21
4,747
Mürəbbənin içində tiryək keçirmək istədilər
İçərisində narkotik maddə yerləşdirilmiş mürəbbənin Qobustan həbsxanasına keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan şəxs Nurlan Azər oğlu Sadıxzadənin yanına gəlmiş tanışı, 1989-cu il təvəllüdlü, Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Cavad küçəsi ev5/1 ünvanında qeydiyyatda olan vətəndaş Anar Mehman oğlu Bayramovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı böyürtkən mürəbbəsi olan bankanın içərisində yerləşdirilərək gizlədilmiş, ümumi xalis çəkisi 40,438 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb. Qedyedək ki, 1991-ci il təvəllüdlü, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 37/13 ünvanında yaşamış Nurlan Sadıxzadə Şəki Appelyasiya Məhkəməsinin 13.03.2013-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə); 317-2 (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma; Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına, habelə məhkuma həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) və 66.3 (Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələri ilə təqsirli bilinərək 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-12-21
4,748
Mandela Mossadın yetirməsidir - İddia
"Axar.az" xəbər verir ki, dünya mətbuatında Nelson Mandelanın İsrailin Xüsusi Kəşfiyyat xidməti Mossadın yetirməsi olduğu iddia olunub. "Harets" qəzetində yayımlanmış məktubda göstərilir ki, 1962-ci ildə Mandela Afrika Beynəlxalq Konqresindən hərbi yardım tələb etmək məqsədilə Efiopiya, Əlcəzair, Misir və Qana kimi Afrika ölkələrinə səfərlər edib. Efiopiyadaki Mossad rəhbərliyi, İsrail Xarici İşlər Nazirliyinə yazdığı məktubda bildirir ki, Mandela Efiopiyadakı Mossad agentlərindən cüdo, təxribat, silah təlimləri alıb, lakin təlimçilər onun kimliyindən xəbərsiz olublar. 1962-ci il oktyabrın 11-də yazılmış məktubda deyilir: "Xatırladığınız kimi, iki ay əvvəl Efiopiyadakı İsrail səfirliyinə gəlib, efiopiyalılardan (yəni, Mossad agentlərindən) təlim görən David Mobsari adlı biri haqqında sizə məlumat vermişdik. Adamlarımızı "şalom" deyə salamlayır, yəhudilərin problemlərindən xəbərdar, sosialist fikirli, kommunizmə meylli biri idi. Biz onu "sionist" etməyə çalışdıq. Mediada yayımlanan şəkillərə baxılsa, Cənubi Afrikada həbs olunmuş adamla Devid Mobsari eyni adamlardır".
2013-12-21
4,749
Zakir Həsənov Türkiyəyə gedir
Nazir Türkiyənin Milli müdafiə naziri, Baş Qərargah rəisi və dövlət rəhbərliyi ilə görüşlər keçirəcək Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov gələn həftə Türkiyəyə rəsmi səfərə gedəcək. Bu barədə APA-ya eksklüziv olaraq öz hərbi mənbələrindən məlumat verilib. Dekabrın 24-25-də Ankarada səfərdə olacaq Z. Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, həmçinin bu ölkənin dövlət rəhbərliyi ilə görüşlər keçirəcək. Müdafiə naziri səfər çərçivəsində Türkiyə Aviasiya Sənayesi (TAI) və ASELSAN şirkətlərinə də baş çəkəcək.
2013-12-21
4,750
Yanacaqdoldurma məntəqəsinə basqın edilib
Şamaxı rayonunda yanacaqdoldurma məntəqəsinə basqın edilib. Şamaxı Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Çıraqlı kəndi ərazisində qeydə alınıb. Rayon sakinləri, 1980-ci il təvəllüdlü Bəkir Kərimov və 20 yaşlı Razil Dəmirov yanacaqdoldurma məntəqəsində operator işləyən, 1965-ci il təvəllüdlü Xanbaba Nazir oğlu Məmmədova bıçaqla hədə qorxu gələrək 592 manatını alıblar. Hadisəni törədən hər iki şəxs tutulub (APA). Faktla bağlı araşdırma aparılır.
2013-12-21
4,751
Fətullah Gülən coşdu: “Allah evlərinə atəş salsın” - Video
Türkiyəni silkələyən və bütün dünya ictimaiyyətinin diqqətini çəkən "rüşvət əməliyyatı" ilə bağlı ABŞ-da yaşayan təriqət başçısı Fətullah Gülənin açıqlaması yayılıb. Cinayətkarlığa qarşı mübarizə aparan məsumların, günahsızların cəzalanmasından narahat olduğunu büruzə verən F.Gülənin əməliyyatı dəstəklədiyi hiss olunur. Əməliyyat zamanı "dinə, hüquqa, haqqa qarşı addım atıblarsa" deyə, özünü və təriqətçilərini (nurçuları) də dolayısı ilə ora aid edən Gülən özünə və yaxınlarına, nahaqq dura-dura haqlını cəzalandırırlarsa, onlara lənətlər yağdırıb, qarğışlar edib. Bu video-müraciət Türkiyədə başlayan "rüşvət əməliyyatı"nın əsl mahiyyətində nələrin durduğunu bir daha göz önünə sərir.
2013-12-21
4,752
Daha bir konqresmen erməniləri müdafiə etdi
"Azərbaycan öz hərəkətlərinə görə cavab verilməlidir" "Axar.az" məlumat verir ki, bu açıqlama ilə ABŞ Nümayəndələr Palatasının konqresmeni Cim Kosta çıxış edib. O, erməni əsgərinin Azərbaycan ordusu tərəfindən öldürülməsindən kədərləndiyini bildirib. "Bu, Azərbaycan tərəfindən Ramil Səfərovun qəhrəmanlaşdırılması aksiyasının davamıdır. Azərbaycan öz hərəkətlərinə görə cavab verməlidir". Qeyd edək ki, bir müddət öncə konqresmen Adam Şiff də eyni bəyanatla çıxış etmişdi.
2013-12-21
4,753
Yol polisini maşın vurdu
Bakıda yol polisini maşın vurub. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün Neftçilər prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Yusif Ələsgərovun idarə etdiyi 10 SU 025 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillə xidmətdə olan, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis serjantı, 1969-cu il təvəllüdlü Asif Qiyas oğlu Mirzəliyevi vurub. A. Mirzəliyev kəllə beyin travması ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni törədən Y. Ələsgərov şübhəli şəxs qismində tutulub. (APA)
2013-12-21
4,754
İranın sülh danışıqlarında iştirakına icazə verilmədi
Suriya müxalifəti İranı hakimiyyəti dəstəkləməkdə və ölkəyə "Hizbullah" kimi silahlı qüvvələr göndərməkdə ittiham edir. Dünən Cenevrədə Suriya sülh danışıqlarına hazırlıq məqsədilə baş tutan üç tərəfli görüşdə müzakirələrdə iştirak edəcək, tərəflərin siyahısı açıqlanıb. BMT-nin Suriya münaqişəsi üzrə nümayəndəsi Əxdər əl-İbrahimi 22 Yanvarda keçiriləcək sülh danışıqlarına Səudiyyə Ərəbistanının da dəvət edildiyini bildirib. Rəsmi Vaşinqton da öz növbəsində bəyan edib ki, İranın bu danışıqlara dəvət edilməsi barədə hələ qərar verilməyib. Suriya müxalifəti İranı hakimiyyəti dəstəkləməkdə və ölkəyə "Hizbullah" kimi silahlı qüvvələr göndərməkdə ittiham edərək, rəsmi Tehranın Suriya sülh danışıqlarında iştirak etməsinə kəskin şəkildə etiraz edir ( AzVision.az).
2013-12-21
4,755
Ərdoğan bu gün hər şeyi açıb-tökəcək
"Bu gün rüşvət əməliyyatının arxasında dayanan bütün şəxslərin, təşkilatların adını açıqlayacağam". Bu açıqlama ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, korrupsiyaya qarşı keçirilmiş əməliyyatın hakimiyyət əleyhinə olduğunu bildirib: "Bu hökumətə qarşı bir əməliyyatdır. Bu günkü çıxışımı diqqətlə izləyin. Bunun arxasında kimlər var, xaricdəki müdafiəçiləri kimdirsə, hamısını deyəcəm".
2013-12-21
4,756
“Bakıya qayıdıram, amma yaxşı deyiləm” – Rafiq Hüseynov
Bir müddət əvvəl Türkiyədə əməliyyat olunan tanınmış teleaparıcı Rafiq Hüseynov hazırda Bakıya qayıdır. "Hazırda İstanbuldayam, indilərdə Bakıya yola düşəcəm. Özümü o qədər də yaxşı hiss etmirəm. Danışa bilmirəm". Qeyd edək ki, xərçəngdən əziyyət çəkən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov dekabrın 10-də Türkiyədə əməliyyat olunub. Onun müalicə və müayinəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb (AzVision.az).
2013-12-21
4,758
97 sərnişin avtobusu idarəetmədən kənarlaşdırılıb
Son 5-6 gündə Bakıda aparılan reydlər nəticəsində 97 sərnişin avtobusu idarəetmədən kənarlaşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, avtobuslar əsasən sənədsiz və nasaz idarə olunduğundan idarəetmədən kənarlaşdırılıb. Bunların arasında avtobusların sənədsiz idarə edilməsinə daha çox rast gəlinir. Onun sözlərinə görə, reydlər zamanı 150-dən çox avtobus sürücüsü inzibati məsuliyyətə cəlb olunub. K.Əliyev bu reydlər davamlı olacaq. Şöbə rəisinin sözlərinə görə, reydlərin keçirilməsində məqsəd ağır qəzaların baş verməsinin qarşısını almaq, sərnişindaşımada nizam-intizam yaratmaq, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Yol polisi tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı ciddi tədbirlər görüləcək. Onlar bilməlidirlər ki, onlarla insanın həyatına görə məsuliyyət daşıyırlar. İnsanların həyatı ilə oynamaq olmaz. Ona görə də avtobus sürücüləri diqqətli olmalı və "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi riaayət etməlidirlər". Qeyd edək ki, 2013-cü ilin 11 ayı ərzində avtobusların iştirakı ilə 97 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 52 nəfər ölüb, 116 nəfər xəsarət alıb (az.trend.az)
2013-12-21
4,759
Bu il doğuş zamanı 24 ana itirmişik - Statistika
Görülən işlərin nəticəsində ölkədə ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Hazırda Azərbaycanda doğuş zamanı ana ölümlərinin sayı azalıb. Bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunu "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qeysəriyyə kəsiyi əməliyyatına dair edilmiş dəyişikliklə bağlı keçirilmiş mətbuat konfransıda bildirilib. Anar Qədirlinin sözlərinə görə, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamtlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Perinatal mərkəzlərin yaradılması, yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması və s. tədbirlər bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir: "Əgər 2005-ci ildə 141 901 doğuş zamanı 41 halda ana ölümü baş vermişdisə, 2012-ci ildə 173 547 doğuşdan 26 belə hala rast gəlinib. 2013-cü ildə isə 175 minə yaxın doğuş qeydə alınıb ki, bu zaman 24 ana ölümü faktı baş verib". Qeyd edilib ki, ötən il 224354 hamilə qadın qeydiyyata götürülmüşdüsə, bu il bu rəqəm hələ ki, 228372 nəfər təşkil edir (Trend). Xatırladaq ki, bu statistika məhz "qeydə alınan"dır. Qeydə alınmayan və statistik hesabatlara düşməyən ölümlərin isə daha çox olduğu istisna edilmir.
2013-12-21
4,760
“Məmməd Əmin” adını ilk dəfə Elçibəydən eşitmişdim
Düşünürəm ki, onun diqqətli oxucuya təqdimata heç ehtiyacı yoxdur. Cəlilabadda yaşayıb-yaradır. Kifayət qədər tanınan və oxunan yazarlarımızdandır. Bu dəfə "Qəfil qonaq" qismində onun - yazıçı Böyükxan Bağırlının qapısını döyürəm. Bazar günü olduğu üçün onun yaşadığı Alar kəndindəki evində olacağını dəqiq bilirəm. Alara yola düşməzdən öncə cəlilabadlı yazar dostlarım Meyxoş Abdullaha və Əlirza Həsrətə zəng edib görüş üçün vədə alıram. Səhərin gözü təzə açılsa da, hər iki dostum görüş istəyimı "gözümdə qoymur". Evlərinə dəvət etsələr də, razılaşmıram. Dostlara hara getdiyimizi bildirmədim. Meyxoş duyuq düşür: "Qağa, olmaya harasa qəfil qonaq kimi gedib, döyülmək olsa, bizi qabağa vermək istəyirsən?" – deyib, layihəmizi xatırladır. Yolboyu etdiyimiz söhbət Alar kəndinə qədər salınmış körpümüz olur. Yolda ikən şair, tədqiqatçı alim Bilal Alarlı ilə zəngləşirik. Böyükxan müəllimgildə olacağımızı deyirəm və razılaşırıq ki, o da gəlsin. Cəlilabadda dərc olunan "Yeni gün" qəzetinin redaktoru, rayonun tanınmış ziyalısı olan Böyükxan müəllim Cəlilabadlı yazarların çoxunun ilk yazılarının işıq üzü görməsinə şərait yaradıb. Elə mənim də. Həyətə ilk girişimizdə heç kəs gözümüzə dəymir. "Ay, ev yiyəsi, ay ev yiyəsi!" Çağırışımıza bağçada gəzişən ev quşları hay verir. Zəng edirəm. Böyükxan müəllimlə telefonda salamlaşırıq. - Səsin nə yaxşı gəlir,- deyir. - Həyətinizdəyəm. - Nə danışırsan,- deyir və bir anın içində evin ikinci qatına qalxan pilləkənlərin qapısı açılır. Qəfil gələn qonaqları çoxdan gözləyirmiş kimi xoş-beşdən sonra yuxarı dəvət edir. Qonağın dadı qəfil gəlməsindədir - Böyükxan müəllim, sizə qəfildən çoxmu qonaq gəlir? - Qonağın dadı qəfil gəlməsindədir də... Sənin qəfil gəlməyin bir yana, Meyxoşu, Əlirzanı da gətirmisən, bu, çox gözəl oldu. - Bir azdan Bilal Alarlı da gələcək. - Xoş gələcək. Sualına gəlincə onu deyim ki, biz böyük tayfa olduğumuzdan qəfil qonaqlarımız da çox olur. - Alarda bir neçə böyük tayfa yaşayır. - Hə, elədir. Mən kəndin ən böyük Alıcəfərli tayfasındanam. Qohum-əqrəbamız Cənubi Azərbaycanda Böyükağa bəylə tanınıb. Anamın atası Məmmədqulu Xan Alarlı Səttar Xan hərakatının üzvü və onun dostlarından olub. O, Nəcəfqulu Xanın atası idi. Nəcəfqulu Xan isə 32 Şahsevən tayfasından birinin rəhbəri olub. Nəcəfqulu Xan arada bəri üzə keçib, guya bizim camaatın da köməyinə çatarmış. Gələndə də xurcununu doldurub, gedərmiş. Qısası, qonaq cəhətdən qıtlığımız olmur. Hələ atamın vaxtından buraların qonaq-qaralı olmasına alışmışam. - Bu gün istirahət günüdür. Qəfil gəlişimizlə hansısa işiniz əngəl olmadıq ki? - Hacı Fərhadın əmisi oğlu Hacı Məmmədxan rəhmətə gedib. Üzümü təraş edib, hüzürə gedəcəkdim. Sizlər gəldiz, sonra gedərəm. - Yas yerlərinə adətən üzütüklü gedirlər. Bəs siz nə əcəb təraş olmaq istədiniz? - Məni indiyədək üzütüklü görən olmayıb. Amma bu yaşda insanın üzünün tüklü olması daha yaxşıdır. - Maşallah, geniş həyətiniz var, səliqə-sahmanı da öz yerində. - Əllərimin qabarına bax. Həyətdə çox işi özüm görürəm. Yay uzunu ancaq təsərrüfatla məşğul oluram. Qonşularımdan fərqli olaraq tərəvəzi bazardan almıram. Qardaşlarım mənə deyirdi ki, ay bala, camaat kənardan baxır, sən bizi biabır eləmə, tanınan, sayılıb-seçilən adamsan. Deyirdim ki, burda pis nə var ki? Hər bir şeyi özün əldə etmək məgər pisdir? Fiziki işlərlə məşğul olmaq mənə daim enerji verir. Həzz verir. Amma mən ən böyük həzzi mütaliədən alıram. Dəvə iynənin gözündən keçə biləndə - İndi kimi oxuyursuz? - İki gün olar ki, gənclik çağlarımda oxuduğum Lev Tolstoyun "Hərb və Sülh"əsərini yenidən oxuyuram. Yenidən oxuyanda yeni şeylər tapıram. Sizə bir rəvayət danışım... Bir gün Mədinədə ənsarlardan biri peyğəmbər salavatullaha buyurub ki, ya Rəsulallah, bəs bu günahkarlar nə vaxt azad olunacaq? Peyğəmbər Qurandan ayə gətirir. Ayədə göstərilir ki, günahkarlar o vaxt azad olacaqlar ki, dəvə iynənin gözündən keçə biləcək. Bax onda insanlar bütün günahlardan azad olacaqlar. Mənə ən çox həzz verən mütaliə və rəsm əsərlərlərdir. 19-cu əsrin rus rəssamlarının rəsmlərinə baxıram. Şəkillərdə qeyri-adi, maraqlı məqamları tutmaq xusüsi zövq mənbəyimdir. Əlağa Kürçaylı mənə 50 manat verib dedi ki… -Tələbə yoldaşlarınızdan kimi xatırlayırsınız? - Malik Fərrux, Nüsrət Kəsəmənli ilə bir qrupun uşaqları olmuşuq. Məmməd Oruc, Yunuz Hacıyev, Vaqif Yusifli və başqaları... O illərlə bağlı o qədər xatirələr var ki... Bir də görürdük ki, Zəlimxan Yaqub əlində saz otağa girdi. İsmayıl Məmmədov bizim otağa girib gözəl şeirlər deyərdi. O, indi tanınmış alimdir, professordur. BDU-nin yataqxanasında qalırdıq. 16-cı otaqda. Bu otağın xatirələri digərlərindən fərqlənərdi. O dönəmlərdə çox aktiv idim. Tələbə sovetinin rəsmi sədri olmasam da, heyyətin bütün əsas işlərini özüm görürdüm. Əlağa Kürçaylı, Məmməd Araz, Söhrab Tahir və.s ilə görüşlər təşkil edərdik. Bir dəfə görüşdən sonra xudmani stol açdığımızı görən Əlağa Kürçaylı mənə 50 manat verib dedi ki, ay bala, bunlardan heç nə olmaz, get nəsə al. Beçə yerinə qətfə… - Tələbəlik illərindən sonra görüşlər səngiyər… - Malik hər dəfə bu tərəflərə gələndə mütləq bizə dəyməli idi. Bir dəfə onu yola salmağa hazırlaşırdım. Anam da onun üçün sovqat hazırlamışdı. Bir neçə soyutma yumurta, kənd beçəsi və sair. Mənim də hamama getməyim üçün lazım olan şeyləri digər torbaya yığmışdı. Onunla sağollaşan zaman torbalarımız dəyişik düşür. Malik zəng edər Yunusa, Yunus Baba Vəziroğluna, beləliklə bir neçə nəfər kafedə yığışar ki, Böyükxan evdən "yeyib-içmək" göndərib. Yaxşı yeyib-içmək var. Yunus bu hadisəni olduqca maraqlı şərh etmişdi. Deyib ki, Böyükxan demək istəyir ki, sən kürdsən və kürdlər də ayda-ildə bir dəfə çimirlər. Sonradan Maliklə deyib-gülürdük. Abbasağa gələcəyin şairidir - Abbasağa və Qasid Nağıoğlu ilə yaxın olmusuz… - Abbasağa müəllim öz haqqını ala bilməyən, dəyərli şairlərdən idi. O, Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi ən uca zirvələrə layiq idi. Sadəcə, o dövr, o zamanə ondan çox şeyi oğurladı. O, təbliğ olunmadı. Əbədi tənqid onu görmədi. Məncə, o hələ gələcəyin şairidir, bu günün yox. Gün gələcək, hər kəs onun istedadını fərq etmədiyi üçün təəssüflənəcək. Onunla ilk dəfə 1965-ci ildə tanış olmuşam. İmtahan verməyə gedirdik. Gördüm, Sabir Mirzəyev gəlir və onun yanında hündürboy, ağayana bir nəfər. Həmin anda onu Sabirin yanında gördüymə görə çox təəssüflənmişdim. Çünki Sabir olduqca əlçatmaz idi. Elə orda tanış olduq. Abbasağanın "Azərbaycan" jurnalında şeiri dərc olunmuşdu. Onun iki şeiri mənə olduqca təsir eləmişdi. O vaxt 16 nəfər gənc şairin kitabı birgə nəşr olunmuşdu. Onlara "onaltılar" deyirdilər. O zamandan onunla dost olduq. Rusca gözəl mütaliəsi var idi. Mən ondan çox şey öyrənirdim. "Məmməd Əmin" adını ilk dəfə Elçibəydən eşitmişdim Qasid Nağıoğluna gəlincə, o bir fenomen idi. Mən ona öz yaxın adamım kimi münasibət bəsləyirdim. O, da qiymətini almayan insan idi. O, ən azından BDU-nin professoru olmalı idi. Rəhmətlik olduqca qısqanc idi. Onun xüsusi qısqanclığı mənə qarşı idi. İstəyirdi ki, daim onun yanında olum. Bizim onunla söhbətlərimiz elmi, sənətin içinə girən ədəbi mövzular olurdu. Gənc şairlər söhbətimizə müdaxilə edəndə deyirdi ki, onlar bizə mane olurlar. Bu hallar onu qıcıqlandırırdı. Abbasağa və Qasid Nağıoğlu da çılğın adamlar idi. Qasiddəki çılğınlıq vətənpərvərliklə əhatə olunurdu. Onun yanında millətə qarşı hər hansı bir söhbət onu təbdən çıxarırdı, onu sakitləşdirmək olmurdu. Qasid Elçibəylə xeyli yaxın dost idi. Qasidin vasitəsi ilə Elçibəylə görüşmüşdüm. Elçibəylə ilk görüşümüzdə onun dilindən "Cümhuriyyət" və "Məmməd Əmin Rəsulzadə" sözlərini sözlərini eşitmişdim. Gördüm ki, o mənim kimi deyil. Saqqal saxlayırdı, özünə baxan deyildi. Köynəyinin kənarları əyiş-üyüşdü. Amma bütün bunlar ona olan marağı, sevgini azaltmırdı. Biz ondan BDU-da aldığımız mühazirələrdən çox Qala Qapısının dibində "Məxməri" çay evində bilgilər alırdıq. Burada bütün yazarlar, sənətkarlar toplaşırdı. Vidadi Məmmədov savadlı və avantrust idi Habil Əliyev, Xan Şuşinski, Mehdi Məmmədov, Əlibaba Məmmədov daim burada toplaşardı... Onlar Xan Şuşinskinin yanında əyləşməzdilər. Bir də görürdük ki, Hüseyn Arif dəstəsi ilə gəlir. Yanında Musa Ələkbərli, Zəlimxan Yaqub və başqalrı. Bizim ətrafımız ayrı idi. Bizim dəstədə Vidadi Məmmədov söhbət edəndə hər birimiz, Ramiz Rövşən də daxil olmaqla diqqətlə dinləyirdik. Vidadi Məmmədov olduqca savadlı biri idi, bir az da avantrust idi. Elə ədəbi simaların adını çəkirdi ki, onları böyük əksəriyyət tanımırdı. Danışdıqca əksər yazarlar aradan əkilirdi. Bir gün Vidadi mənə dedi ki, bu cür adlar yoxdur, onları özümdən uydurmuşam. Bu da olduqca baməzə oldu. Onunla qonşu idik. Onun əsas məqsədi qəzetlərdəki səhvləri tutmaq idi. Salam Sarvanın kəşf olunması - Siz bizim Cəlilabad ədəbi mühitinin yaradıcılığını necə görürsünüz? - Bizim Cəlilabadda dostluğa münasibət, xanəndəliyə mənsub səs və yaradıcılıq eşqi çox fərqlidir. Bu iki varlıq bəlkə də heç yerdə yoxdur. Apardığım müşahidələrdən bəlli olub ki, içi təmiz olmayan adamın yaxşı səsi ola bilməz. Mir Möhsün ağanın "Hüzil Əlqəm" kitabında yazılıb ki, yaxşı səs yalnız Allaha məxsusdur. Səs insanın daxili gözəllyinin göstəricisidir. Bunların da hər biri bizim rayon camaatında var. Elə bilirsən Salam öz-özündən yetişib? Bəs Aqşin, sən özün, Əizadə Nuri, Bilal Alarlı, Meyxoş Abdullah, Əlirza Həsrət? - Yazarlarımızın çoxunun ədəbi mühütə qədəm qoyması sizin dərc etdiyiniz yazılarla olub. - Bir gün Ağavaqif və Seyid cavan bir oğlanla yanıma gəldilər. Dedilər, bunun şeirlərinə bax. Dedim ki, mən ədəbi yazılara ancaq evdə baxıram. Onlar təkid elədilər ki, indi oxuyub "hə", "yox"deməlisən. O cavan Salam idi. Şeirlərini oxuduqca gördüm ki, içimdə canlanma var. O şeirlərdən bir qəzet səhifəsi dərc etdim. Böyük etiraz oldu. Rayon Partiya Komitəsinin birinci katibi Eybalı Ağayev yanına çağırdı məni. "Bu, partiyanın ideoloji qəzetidir,- dedi.- Hələ məktəbdə oxuyan gəncin bir səhifə yazısını çap etmisən". Dedim ki, ədəbiyyat nə vaxtdan bu cür bəhanələr tanıyıb? Ədəbiyyat partiya işinin bir hissəsidir də elə. Ədəbiyyat ideoloji bir vasitədir. Bir silahdır. Salam o dövrlərdə kəşf olundu. Bütün bunlar o dövrlərin laboratoriyası idi. Sabir Əhmədliyə minnətdarlıq - Bəs sizin yaradıcılığınız kimlərdən bəhrələnib? - Mənə yazmaqda ən böyük təsir göstərən Çingiz Aytmatovdur. Bir zamanlar onun dəlisi olmuşam. Ondan əvvəl isə Ənvər Məmmədxanlının "əsiri" olmuşam. Hətta onun Anna Kareninadan tərcüməsini orijinal əsər kimi qəbul edirdim. Mənim ədəbi yazılarımın üzə çıxmasında Sabir Əhmədlinin böyük zəhməti oldu. Bu hər zaman mənim çiyinlərimdə borc olaraq qalmaqdadır. Hətta "Döyüşçülər daş karxanasında" adlı hekayəmi ona həsr etmişdim. Sabir Əhmədlidən mən çox şey öyrənmişəm. O, böyük yazıçı idi. Qələmi ağır idi. Mənim tanınmağımda onun rolu danılmazdı. Söhbətiz uzun çəkdi. Bu arada Bilal Alarlı da təşrif buyurdu. Böyükxan müəllimin evində söz-sözü çəkdi. Qəfil qonaq olaraq özümüzü ustadın evində çox rahat hiss etdik. Ədəbiyyatın içində olduq.
2013-12-21
4,761
Aydın Əliyev vətəndaşlarla görüşür
Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 27-də Yevlax Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edir. "Axar.az"ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi mlumata görə, qəbul saat 11-də başlayıb. Qəbul zamanı bölgədə yerləşən Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağdaş, Ucar rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətlərinin dinlənildiyi bildirilir.
2013-12-21
4,762
Elmar Məmmədyarov erməni həmkarıyla görüşəcək
2014-cü ilin yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşü keçiriləcək. bu barədə ATƏT-in rəsmi saytının yaydığı açıqlamada bildirilib. Qeyd edək ki, dünən Minsk Qrupu həmsədrləri Azərbaycan, Ermənistan və Dağlıq Qarabağa səfərləri bağlı birgə bəyanat veriblər. Bəyanatda bildirilir ki, İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprşik, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son vəziyyəti müzakirə etmək üçün 15-19 dekabr tarixlərində bölgədə səfərdə olublar. Həmsədrlərin Azərbaycan və Ermənistan prezidentləri və qondarma "DQR"in rəhbəri ilə görüşdükləri və prezidentlərin Vyanada, xarici işlər nazirlərinin isə Kiyevdə apardıqları müzakirələrin nəticələri barədə fikir mübadiləsi apardıqları bildirilir. ATƏT-in rəsmi saytının açıqlamasında qeyd olunur ki, həmsədrlər 2014-cü ilin yanvar ayında ATƏT-in yeni rəhbəri ilə münaqişə ilə bağlı müzakirə aparmaq üçün İsveçrəyə gedəcəklər. Onlardan sonra hər iki ölkənin xarici işlər nazirlərinin gözlənilən zirvə toplantısına hazırlıqla bağlı görüşləri planlaşdırılır (anspress.com)
2013-12-21
4,764
General Kərəm Mustafayev nazir müavini oldu
null
2013-12-21
4,765
Məşhur milyarder və oğlu qəzada öldü
Çinli milyarder Lim Kok və onun 12 yaşlı oğlu həlak olublar. Çinin ən zəngin insanlarından biri Lim Kok Fransanın cənub-şərqində yeni aldığı üzüm sahəsini yoxlamğa gedərkən vertolyotun qəzaya uğraması ilə həlak olub. Bordo şəhəri yaxınlığında baş verən hadisədə milyarderin 12 yaşlı oğlu və üzümlüyü satan şəxs də həlak olub. Xatırladaq ki, Bordoda sonuncu dəfə hava qəzası 2002-ci ildə baş vermişdi (AzVision.az)
2013-12-21
4,766
Bazarlarda bahalaşma müşahidə olunur - Video
Yanacağın qiymətinin artımından sonra bazarlarda bəzi ərzaq məhsullarının qiymətində də bahalaşma müşahidə edilir. O cümlədən, meyvə-tərəvəzin qiyməti artıb. Müşahidələr onu göstərib ki, bahalaşma daha çox xaricdən gətirilən məhsulların hesabına olub. Paytaxt bazarları ilə yanaşı, rayon bazarlarında da satışa çıxarılan kənd təsərrüfatı məhsullarıının əksəriyyətini xarici ölkələrdən gətirilən meyvə -tərəvəz tutur. Göyçay bazarında gözə dəyən yeganə yerli məhsul nar idi. Satıcıların sözlərinə görə, rayon bazarına meyvə-tərəvəz İran, Türkiyə, Gürcüstan kimi ölkələrdən gətirilir və yerli məhsulla müqayisədə baha qiymətə satılır. Bazarda aparılan müşahidələr göstərir ki, alma, portağal, feyxua, banan, üzüm, qoz və fındıqda qiymət artımı 50 qəpiklə 1 manat arasındadır. Hazırda rayon bazarına Gürcüstandan gələn və əhalinin gündəlik qida rasionunu təşkil edən kartof, soğan kimi kənd təsərrüfatı məhsulları isə bir ay əvvəl kq-60-70 qəpiyə satılırdısa, indi 1 manat 50 qəpiyə satılır. Satıcılar deyir ki, başqa yerdən məhsul gətirmək heç onların özünə də sərf eləmir. Xüsusilə də yanacağın bahalaşması və yol xərclərinin artmasından sonra. Yerli istehsalçılar isə bildirirlər ki, əkib-becərdikləri meyvə- tərəvəz məhsullarını rayonda soyuducu anbarlarının azlığı və məhsulun çürüməsi üzündən bu vaxta saxlamaq mümkün olmur. Ona görə də məhsul yetişən kimi elə sahədəcə dəyər-dəyməzinə satılır. (anspress.com)