date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-18
4,455
Polis məntəqəsində partlayış: 3 ölü, 14 yaralı
Pakistanın Revalpindi şəhərində partlayış baş verib. Partlayış nəticəsində bir polis əməkdaşı daxil olmaqla ən azı 3 nəfərin öldüyü, 14-nün də yaralandığı bildirilir. Partlayışı polis nəzarət məntəqəsindən keçən mülki geyimli şəxs polis tərəfindən saxlanılarkən törədib. Partlayış nəticəsində bəzi avtomobillərə ciddi ziyan dəyib. Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisəni kimin törətməsi barədə məlumat verilmir.
2013-12-18
4,456
Beyonsun albomu 3 gün ərzində rekord vurub
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, məşhur ifaçının heç yerdə reklam olunmayan 5-ci albomu "Apple iTunes Store"da satış rekordu vurub. Bildirək ki, albom 3 gün ərzində ABŞ-da 617 min nüsxə ilə satılıb. Beyonsun prodüsser komandasının nümayəndəsi Li Ann Kallahan-Lonqo belə strategiyanın riskli olduğunu bildirib. "Bu, asan deyil və biz çox ehtiyatla davranırdıq", – deyə meneceri sevinclə qeyd edib.
2013-12-18
4,457
“Fastfood”un iç üzünü görün - Video
"Chipotle" restoranının çəkdiyi reklam bir sənət əsəridir. Qəhrəmanın yaşadığı dünyada ziyanlı "fastfood" korporasiyasının insanları necə aldatdığını aşkar göstərən bu video-çarx insanı təsirləndirməyə və düşündürməyə bilməz.
2013-12-18
4,458
Kran metro tunelinə aşdı - Video
Venesuelada metro tikintisi zamanı baş verən bir hadisə görənləri heyrətə gətirib. İnşaat üçün dəmir daşıyan 60 ton ağırlığındakı Kran bir anda tarazlığını itirib və metro tikintisi üçün qazılan quyuya düşüb. Qəza nəticəsində 2 nəfər yaralanıb. "Axar.az" həmin görüntüləri təqdim edir.
2013-12-18
4,459
Hakan Şükür Ərdoğana cavab verdi
AKP-dən istefa verən İstanbul millət vəkili Hakan Şükür Baş nazir Rəcəb Tayyib Ərdoğanın, "İstefasını gözləmirdim. Özünə yaraşdırmadım. Əgər dürüst biridirsə, millət vəkilliyindən də istefa verər", - sözlərinə cavab verib. Hakan Şükür bildirib ki, "2 vertolyot qəzaya uğradı, insanlar çox kədərlidir, bu səbəblə çox danışmaq istəmirəm. Onsuz da danışmağa zaman var". Parlamentdən istefa vermək fikrinin olmadığını deyən Şükür qeyd edib ki, ora millətin məclisidir, bizi də xalq seçib.
2013-12-18
4,460
Türkiyədə həbs olunanların sayı 52-yə çatdı
İstanbulda bu səhər keçirilən əməliyyatda nəzarətə alınan şübhəlilərin sayı 52 nəfərə çatıb. "Axar.az" "Hurriyet.com"a istinadən xəbər verir ki, aralarında nazir övladları və məşhur iş adamlarının da olduğu şübhəlilər vəkilləri ilə görüşsələr də, hələ də ifadə verməyiblər. Saxlanılanlara aid olan kompüter, yaddaş diskləri və cinayət dəlilləri təhlükəsizlik müdiriyyətinə gətirilməyə davam edir. Qeyd edək ki, saxlanılanlar təkrar-təkrar həkim müayinəsindən keçirilir.
2013-12-18
4,461
Şeyxin qudası: "Məni şantaj edirlər"
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, deputat Hacı Qalib Salahzadə "POSAT" bağ-tikinti kooperativinin 28 nəfər üzvünün torpaq şikayətinə aydınlıq gətirib. Deputat açıqlamasında həmin şəxslərin torpaq iddialarının əsassız olduğunu deyərək, bu məsələ ilə bağlı şantaj olunduğunu bəyan edib. Q.Salahzadə kooperativ işçilərinin iddia etdikləri torpaq sahələrinin dünyasını dəyişən nənəsinə aid olduğunu deyib. "Həmin "POSAT" bağ-tikinti kooperativi 4 hektar yerini paylayıb və bu söhbətin üstündən 25 il keçib. İndi yenidən belə bir məsələ qaldırıblar. Bu barədə məhkəmənin də qərarı var. Mənim bu söhbətlərdən xəbərim olmayıb. 10 gündür ki, belə bir söhbətin olmasından xəbər tutmuşam. Həmin yer 30 ildən çoxdur ki, nənəm rəhmətliyin yeridir. Orada ailə yaşayır. Həmin torpağı Zəfəran sovxozu o vaxt verib nənəmə. Özü də ki, şikayət edənlər, 28 yox, 26 nəfərdirlər. Kooperativin əvvəlki sədri hazırda sağdır, Rüstəmov Tofiq, o vaxt torpağı o paylayıb, öz üzvlərinə, baş mühəndis Ruhi Sadıqovun qolu ilə. Torpaq vaxtilə onların öz işçiləri arasında bölünüb. Bunlar hamısı təşkil olunmuş məsələlərdi". Deputat bu məsələnin arxasında kimlərinsə durduğunu iddia edib: "Bunlar əvvəlcə Əmlak Məsələləri üzrə Dövlət Komitəsini Torpaq Komitəsinin əli ilə məhkəməyə veriblər. Burada çox adam o torpağı özü üçün satmaq istəyir, oyun çıxarırlar. Kimlərsə var bu işlərin dalında. Bilirik ki, təxminən kimdir. Ancaq mənim bunlarla işim yoxdur. Torpaq, məhkəmə, qanun var. Məni heç kim məhkəməyə verməyib, heç kim heç nə deməyib. Mən bu söhbəti eşidəndən sonra kooperativin əvvəlki sədri Tofiq Rüstəmovu yanıma çağırdım. Dedim, ay qardaş, bu torpağı paylamısınız, indi niyə belə artıq-əskik hərəkət edirsiniz? Bunlar 1976-cı ilin söhbətini edirlər. Adama deməzlər ki, sənin 35 ildir torpağın var, niyə gəlib danışmamısan? Bunlar şantajdır. Ayrı-ayrı adamların təşkil etdiyi bir məsələdir. Nənəmin yeri ilə kooperativ üzvlərinin yerləri qonşudur, bir-birinə aidiyyəti yoxdur". Qeyd edək ki, dünən mətbuatda "POSAT" bağ-tikinti kooperativinin 28 üzvünün millət vəkili Qalib Salahzadədən Milli Məclisin sədri Oqtay Əsədova və baş prokuror Zakir Qaralova şikayət etdiyi haqda məlumatlar yayılıb (azvision.az).
2013-12-18
4,462
Qaradağda ev yandı
Qaradağ rayonunda ev yanıb. Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.
2013-12-18
4,463
Fransa “erməni soyqırımını inkar” qanununu qəbul edir
Fransa erməni soyqırımının inkarının cinayət hesab edilməsi haqqında qanun layihəsini təsdiqləyəcək. "Axar.az" məlumat verir ki, bu barədə informasiya "Le Monde" qəzetində yer alıb. Qəzet Fransa hökumətinin artıq layihəylə bağlı işlərə başladığını bildirib. Qanun layihəsi ilə əlaqədar rəsmi açıqlamanın 2014-cü ilin mayında veriləcəyi qeyd edilib. Qəzet bunun gecikdirilməsinə əsas səbəb kimi prezident Fransua Ollandın gələn ilin yanvarında Türkiyə edəcəyi səfərlə əlaqəli olduğunu yazıb. Qeyd edək ki, Fransada erməni soyqırımının inkarının cinayət hesab edilməsi ilə bağlı 2011-ci ilin dekabrında parlament qərar qəbul etsə də, bu Konstitusiya Şurasında təsdiqlənməmişdi.
2013-12-18
4,464
Cəbhədə atışma: itki yoxdur
Cəbhənin təmas xəttində yenidən atəşkəs pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Nəmirli, Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-18
4,465
Azərbaycanlı iş adamının həbs səbəbi – Təfsilat
Türkiyənin gündəmində olan "Böyük Rüşvət" əməliyyatının istintaqı 3 yolla icra edildi. İran bağlantısı İlk istintaq 2008-ci ildə Ebru Gündəşin İran əsilli həyat yoldaşı Rza Zarraba qarşı başlandı. Zarrab siyasi əlaqələrini gücləndirərərək İrana çox böyük miqdarda pul göndərməyə və qarşılığında qızıl gətirməyə başlayıb. 2012-ci ildə İqtisadiyyat və Daxili İşlər Nazirliyinin rəhbərlərinin oğulları və daha 32 nəfər izlənməyə başlandı. O, İrana pulları kuryerlərlə çantalarda və bank köçürməsi əməliyyatı ilə göndərir. Hətta 150 milyon dollar 2011-ci ildə Rusiyada tutulur. Bəzi siyasətçilərin müdaxiləsi ilə pul köçürmələrini "Halk Bank"dan etməyə başlayır. Bu müdaxilənin qarşılığında o, siyasətçilərə küllü miqdarda rüşvət verir. 1,5 ton qızıl Şübhəlilər polisin təqibindən azad olmaq üçün saxta şəxsiyyət vəsiqələrindən və qırmızı xətli telefonlardan istifadə etməyə başlayır. Zarrab şirkətinin otel layihəsinə görə "Halk Bank"dan çəkəcəyi 42 milyon dollara görə 500 min dollar rüşvət verir. Sənəddə olan ən vacib fakt isə 2013-cü il yanvar ayında ULS hava yollarına aid təyyarədə 1,5 ton qızıl tapılmasıdır. Sənədsiz olan 1,5 ton qızılı Türkiyəyə gətirməyə çalışan qruplaşma qızıla təbii daş adı verir, karqonun ünvanı isə Dubaydan Türkiyəyə dəyişilir. 1.5 milyon dollar Təyyarəni möhürləyən səlahiyyətlilər yalanı ortaya çıxararaq bunu qeydə alırlar. Ancaq bütün saxta sənədlərdə olan çatışmazlıqlara baxmayaraq, içində 1,5 ton qızıl olan təyyarə yanvarın 18-i heç bir yoxlamadan keçmədən Dubaya yollanır. Hadisələrdə siyasətçilərə 1,5 milyon dollar rüşvət verildiyi iddia edilir.
2013-12-18
4,466
“Ay eşşək, niyə Quran deyil?!”
Mövlanənin dini-fəlsəfi görüşləri Mövlanənin dini-fəlsəfi görüşlərini başa düşmək üçün onun yaradıcılığının zirvəsi olan "Məsnəvi"yə baxmaq kifayətdir. "Məsnəvi"nin 1-ci cildinə ərəbcə yazdığı müqəddimənin ilk cümləsində Mövlanə belə yazır: "Bu məsnəvi kitabıdır və o, Haqqa qovuşma və mütləq bilginin sirlərinin açılmasında dinin əslinin əslinin əslidir. Allahın ən böyük fiqhidir (fiqh sözü burada müfəssəl bilgi mənasındadir), Allahın ən aydınlıq yoludur, Allahın ən açıq dəlilidir və beləcə, uzun-uzadı davam edir. Mövlanənin bu cümləsini anlamaqda çətinlik çəkənlər üçün deyim ki, dinin əsli Quran, Quranın əsli Lövhu-l-Məhfuz, Lövhu-l-Məhfuzun əsli isə Allahdır. Mövlananın bu cümlə ilə nə demək istədiyi, məncə, aydındır. Həmin müqəddimədə belə cümlələr də var: "Ona ancaq tahir (təmiz) olanlar toxuna bilər" və ya "O, Aləmlərin Rəbbi tərəfindən nazil edilib". Birinci dəftərin son beytində isə belə deyir: "Bu nə rəml, nə röyadır. Düzünü Allah da bilir ki, bu Allahdan gələn vəhydir". Ana sufi təriqətlərindən "Nəqşbəndiyyə"yə mənsub Abdürrəhman Cami (1492-ci ildə vəfat edib, Molla Cami adı ilə məşhurdur) "Məsnəvi"ni fars dilində yazımış Quran adlandırır. Bu da təsadüfi deyil. "Məsnəvi"nin Quranla müqayisə edilməsinin kökündə vəhy məsələsi durur. İkinci dəfətərə yazdığı müqəddimədən anlaşılır ki, Rumi "Məsnəvi"ni özünün yaradıcılığı deyil, ilahi hikmətin vəhy edilməsi hesab edir. "Məsnəvi"nin yazılmasındakı fasilə də Məhəmməd peyğəmbərə nazil olmuş Quranın vəhyindəki fasilə ilə müqayisə edilir. Əsərdə vəhy sözünün istifadəsinə diqqət yetirəndə aydın olur ki, Rumi vəhyi yalnız peyğəmbərlərə nəsib olan bir nemət hesab etmir. Mövlananın oğlu Sultan Vələdə istinadən nəql edilən bir rəvayətdə deyilir ki, bir gün atasının sevimli dostlarından birisi ona yaxınlaşıb soruşur: "Sənin atan "Məsnəvi"ni nə üçün Quran adlandırır. Fəqihlərlə söhbətlərimiz zamanı onlar bizə bununla bağlı suallar verirlər, biz isə onlara nə cavab verəcəyimizi bilmirik". Sultan Vələd deyir ki, atam bu adamın sözlərini eşidib yanımıza gəldi və həmin adama acıqlanaraq dedi: "Ay eşşək, niyə Quran deyil?! Ay köpək niyə Quran deyil?! Ay anası qəhbə, niyə Quran deyil?!". Sultan Vələd onu da qeyd edir ki, bizdən üzaqlaşanda, atam dodaqaltından bu sözləri mızıldandı: "Bizim kitabımız Qurandan da üstündü. Bunu başa düşməyənlər eşşəkdi!" Yuxarıda "Məsnəvi"dən gətirdiyimiz misallardan və onun Oğlu Sultan Vələdin nəql etdiyi rəvayətdən belə aydın olur ki, Mövlanə "Məsnəvi"ni ən azından Quranla bir tutub, onun içində yazılanları da Quran ayələri kimi ilahi kəlam hesab edib. Bundan əlavə, Mövlanə "Məsnəvi"nin bölümlərini bəzən "sifr" də adlandırırdı. Sifr yəhudilərin dini kitabı "Mişna"nın bölümlərinın adıdır. "Mişna" kitabı da Mövlanənin "Məsnəvi"si kimi qoşa qafiyyəli məsnəvi (mişnavi - ibranicə) vəznində yazılıb. "Məsnəvi"nin dəfətrlərini "sifr" adlandırmaqla, Mövlanə "Məsnəvi"ni yalnız Quranla eyni tutumur, onu həm də Mişna ilə müqayisə edir və ona tay tutur. Başqa bir müqayisə - "Məsnəvi" altı dəftərdən ibarət olduğu kimi, məcusilərin (atəşpərəslərin) dini kitabı olan "Avesta" da altı dəftərdən ibarətdir. "Məsnəvi"ni altı dəftərdə yazmaqla Mövlanə öz əsərini bu kitabla da müqayisə edir. Mövlanə nə üçün özünün yazdığı "Məsnəvi"nı dini katablarla müqayisə edir və ən azından, onlarla eyni səviyyədə tuturdu?.. Bütün bunların səbəbi nə idi?.. Bunun səbəbi yuxarıda izah etdiyimiz "hülul" inancıdır! Məncə, bu məqamda hülul inancı ilə bağlı yaddaşları təzələmək yerinə düşər. Məcusilərə görə, insan bol-bol riyazət (nəfsin istədiklərini etməmək) və mücahidə (nəfsin istəmədiklərini etmək) edərək Allahın insana hülul (nüfuz) etməsinə nail ola bilər. Onların inancına görə, bu çalışmalar zamanı elə bir an yetişir ki, Allah insanın mənliyinə nüfuz (hülul) edir. Həmin andan etibarən, mənliyinə Allahın hülul etdiyi insan Allaha çevrilir və onun söylədiklərini də Allah söyləmiş olur. Oxuculardan bəzisi deyə bilərlər ki, "Məsnəvi"yə yazılmış müqəddimələr Mövlanəyə aid olmaya da bilər. Belə bir irad bildirənlər varsa, onlarla tamamilə razıyam. Çünki tarixdə belə halların olduğunu bilirik. Məsələn, "Nə olursan ol, gəl" ifadəsi də Mövlanəyə aid deyil. Bu misra Mövlanədən iki əsr öncə yaşamış iranlı sufi Əbu Səid Əbu-l-Xeyrə aiddir. Əbu Səid Əbu-l-Xeyrin divanında və rübailərdinə bu ifadə var. Amma məsələ yalnız bu müqəddimələrdəki hədyan ifadələrlə bitmir. "Məsnəvi"nin içində məcusiliyi təbliğ edən, İslama zidd fikir və ifadlərlə dolu yüzlərlə hekayə var. Əgər "Məsnəvi" də Mövlanəyə aid deyilsə, onda Mövlanəyə deyəcək bir sözüm qalmır. Mənim dediklərim yalnız "Məsnəvi"nin müəllifinədir. Bir də gərək hamılıqla qəbul edək ki, "Məsnəvi"ni Mövlanə yox, kimsə başqa birisi yazıb... "Məsnəvi"dəki belə hekayələrdən birini sizə qısaca nəql edim. Bu hekayə Mövlanənin düşüncə tərzini anlamaqda da çox əhəmiyyətlidir. Mövlanənin dediyinə görə, Əbu Yəzid Bistami günlərin birində həcc ziyarəti üçün səfərə çıxır və bir çöldə yol gedərkən yaşlı bir adama rast gəlir. Bu ixtiyar qoca ilə bir az söhbət etdikdən sonra, Bistami onun böyük bir zat olduğu, hətta bu zamanın qütbu olduğu qənaətinə gəlir. Söhbət əsnasında həmin zat Bistamidən hara getdiyini soruşur, Bistami də cavab verir ki, niyyətim həccə getməkdir. Bu naməlum zat da Bistamiyə deyir ki, həccə getməyinə gərək yoxdur, çünki Kəbə bina olduğu gündən bu yana Allah bir dəfə də olsun orada olmayıb, amma mənim bu vücudum var olduğundan bəri Allah mənim içimdədir. Ona görə də, həcc ziyarəti üçün ayırdığın pulunu-paranı mənə ver və mənim ətrafımda 7 dəfə dövrə vur. Bu da sənin üçün həcci-əkbər olar. Mövlanə "Divani-Kəbir"indəki bir şerində belə deyir: Ey sərsərilər həccə gedib nə edəcəksiniz? Sizin gəlməniz lazım olan yer burasıdır, mənə gəlin, mənə gəlin. Həllac Mənsurun "Ənə-l-həqq" (yəni Haqq mənəm, Allah mənəm) deməsi, Əbu Yəzid Bistaminin "mə fi cübbəti sıva Allah" (yəni cübbəmin içində Allahdan başqa heç nə yoxdu, dolayısı ilə mən Allaham) deməsi hüluliyyə ilə bağlı yuxarıda söylədiklərimizə misal ola bilər. Üstəlik, Həllac Mənsur "Ənə-l-həqq" ifadəsini öz iradəsi ilə demədiyini, ona bu sözləri Allahın dedirtdiyini söyləyib. Yuxarıda adlarını çəkdiyim Həllac Mənsurun babası, Əbu Yəzid Bistaminin atası, eləcə də Şəms Təbrizinin atası məcusi kahinləri olublar. Bu insanlar islamı qəbul etsələr belə, öz ailə fərdlərinin fikir və görüşlərinin təsirinə məruz qalmaya bilməzdilər. Bu yazının sonunda gəldiyim nəticə belədir... Mövlanə bir şair və ədib kimi şərq ədəbiyyatının ən yüksək zirvələrindən biridir. Lakin islami nöqteyi-nəzərindən baxanda belə qənaətə gəlirəm ki, o, islamı qəbul etmiş olsa da, tərbiyə edildiyi ailə və mühitin təsirindən yaxasını qurtara bilməyib. Başqa sözlə, üzdə müsəlman olsa da, daxilən məcusi olaraq qalıb. "Məsnəvi"dən başqa Mövlanənin "Divani Kəbir", "Fihi ma fihi", "Divani Rubaiyyat", "Məktubat" və "Məcalisi-s-Səba" kimi əsərləri də vardır. Bu yazını Məhəmməd İqbalın bir şeri ilə bitirmək istəyirəm: "Təsəvvüfçülərə salam olsun – bizə dini gətirdilər. Fəqihlərə salam olsun – bizə dini gətirdilər. Kəlamçılara salam olsun – bizə dini gətirdilər. Fəqət öylə bir din gətirdilər ki, Allah da şaşırdı, peyğəmbər də, mələklər də!"
2013-12-18
4,467
Nazirlərin rüşvət alma görüntüləri varmış - Video
Türkiyənin Kanal D televiziya kanalının xəbər bülletenində bir nazirin 1.5 milyon dollar rüşvət alankən gizli kameralarla çəkildiyi və prokurorluğun 4 nazir haqqında raport hazırladığı iddiası yer alıb. Polisin istintaq faylında da Rıza Zərrabın bir nazirə 1,5 milyon dollar rüşvət verdiyi məlumatı var.
2013-12-18
4,468
Butulkanı sındırıb, soxdum qarnına…
Bayıl türməsindəki 6-cı korpusun 105–ci "burjuy" kamerasına köçürülənə qədər artıq iki kamerada dustaq həyatımın "ibtidai" günlərini yaşamışdım. Bunlar 1-ci korpusdakı 25–ci və 3–cü korpusdakı 96-cı kameralar idi. Əlbəttə, 1-ci korpusun 33 saylı "karantin" kamerasındakı üçgünlük "istirahət"i də nəzərə alsaq, Bayıl türməsində 4 ay 15 günlük zamanı 4 kamerada başa vurdum. İstintaqın gedişində saxlanıldığım 25 saylı kameraya düşməyimi bölgü zamanı təcridxananın rəisindən özüm xahiş etmişdim. 1 saylı Bakı şəhər İstintaq təcridxanasının rəisi, ədliyyə polkovniki Misir Əliyevin yeni dustaqlarla türmənin həyətində "atüstü" söhbətindən sonra, "hə, deyin, sizə nə kömək edə bilərəm?"- sorğusuna mən, "Cənab rəis, sizdə Elşad Mehdizadə adlı jurnalist var, köhnə tanışımdır, məni onunla bir kameraya salın", - deyə xahiş etdim. Dinmədi. Bölgüdən sonra məni doğrudan da o kamerada yerləşdirdilər. Amma "Nyu-PRESS" qəzetinin baş redaktoru, rüşvət almaqda ittiham olunaraq həbs edilən Elşadı bu kamerada görə bilmədim. O, həmin gün məhkəməyə getmişdi və 7 illik həbs cəzası ilə 3-cü korpusun "osujdenka" deyilən 96 saylı kamerasına köçürülmüşdü. Mən onunla məhkəməm başa çatdıqdan sonra həmin "hücrədə" görüşəcəkdim. Amma jurnalist dostum haqda kamera yoldaşları çox yaxşı sözlər dedilər. Onu da qeyd edirdilər ki, o, çox fikir edir, xəstəlik tapmasa yaxşıdır. Elşad 2005-ci ilin dekabrında həbs edilmişdi. Məhkəməsi isə 2006-cı ilin aprel ayının sonu başlamışdı, may ayında davam edirdi... Məhkəmənin hazırlıq və sonrakı iki iclasında iştirak etmişdim. Qeydlərimi götürmüşdüm və yazı da hazırlayıb, baş redaktoru olduğum "Yeni Xəbər" qəzetində dərc etmişdim. May ayının 11-də onun növbəti məhkəmə toplantısı oldu, orda iştirak etdim. Mayın 12-də isə mən həbs edildim. Məhkəməm iyul ayının sonlarında yekunlaşdı. Elşadla 96-cı kamerada görüşdük. O, apelyasiya şikayəti yazmışdı. Mən kameraya gəldiyim həftənin sonunda onu 6 saylı Cəzaçəkmə Müəssisəsinə "etap" etdilər. Çox sınıxmışdı və fikir edirdi, evdə məktəbli oğlu vardı, ailədə isə işləyən bir kimsə yox idi. Hər şey qoca anasının ümidinə qalmışdı. Bu haqda bir qədər sonra. Hələlik istintaq müddətində qaldığım 25-ci kameraya qayıdım. Deyilənlərə inansaq, vaxtilə bu kamerada "Batya" – Lotu Bəxtiyar cəzasını çəkibmiş. Kamera balaca olsa da, çox səliqəli idi. Təmizliyinə söz ola bilməzdi. Təmizlik işləri növbəlilik əsasında aparılırdı. "Kutok" - ərzaqların saxlandığı dolab xüsusi olaraq bir nəfər dustağın, Əli Bayramlıdan olan A.nın nəzarətində idi və oranın təmizliyinə cavabdehlik daşıyırdı. Sonradan biləcəyəm ki, bu işləri görən adama "zon"da "mastovik" deyirlər və bu, heç də yaxşı hal sayılmır. Mən artıq karantində olduğum zaman bəzi qaydaları öyrənmişdim, kameraya girərkən dustaqlarla necə salamlaşacağımı bilirdim. "Burdakılar sözə-söhbətə qarşı çox həssasdırlar" – demişdilər "straqaçlar". Onu da əlavə etmişdilər ki, "çox diqqətli olmalısan, ilk görüşdən, söhbətdən çox şey asılıdır, səni "atmosferə" sala bilərlər. İlişdinsə, qarmaqdan çıxmaq asan olmaz". Belə də oldu. İlk tanışlıqdan sonra kameradakı "qardaşların" kimliyini, maddələrini mənə danışdıalr. Daha sonra əllərini beton və boltlarla yerə bərkidilmiş stola qoyub, bunu bir az kənara çəkməyə kömək etməyimi xahiş etdilər. Gülümsəyib, "gərək "laqonda" olsun", dedim. Belə məqamda çoxu dolaşır və üzərinə ilk hırıltılı gülüş "çilənənlər" "atmosfer"ə düşməyə real namizəd kimi yadda qalır. Kameradakı hər bir dustağın maraqlı həyat tarixçəsi vardı. Bunlar dönə-dönə izləniləcək film kimidir. Bu kamerada "məskunlaşdığım" ilk gündən onların həyat tarixçəsinin "yolçusu" oldum. Bir dəqiqəlik sükut İndi haqqında bəhs edəcəyim, qısa da olsa həyatının bir anını vərəqləyəcəyim həmsöhbətimin adı Aydındır. Hərəkətlərindən, davranışından "az aşın duzuna" bənzəmir. Çılğındır. Deyib-gülməyi sevir, yaxşı səsi var, arada segah üstündə oxuyur. Onunla gec isinişdik, baxmayaraq ki, həmyerliyik, bir rayonda doğulmuşuq. Aramızda olan səmimiliyin arxasında bir-birimizə hiss etdirmədiyimiz inamsızlıq vardı. Mənim hər kəslə maraqlanmağım, "necə oldun tutuldun, bu cinayəti edəndə nə fikirləşdin, ümumiyyətlə, heç fikirləşdinmi?" – deyə onu sorğu-suala tutmağım onun ürəyincə deyilmiş. Amma dustaqların mənimlə səmimi rəftarı və söhbətimizin maraqlı olması onu vadar etdi ki, nəhayət, dilə gəlsin və həyat tarixçəsini danışsın: "Mən 3- cü dəfədir ki, tutuluram. Hər üç "xodkam" dava-dalaşa görə olub. "Mən bunların tayı deyiləm, – deyir və əli ilə domino oynayan dustaqları göstərir. - Narkotik alveri, istifadəçisi, toyuq-cücə oğurlamaq, qızın-qadının çantasına girmək, telefonunu, pulunu götürmək, boynundan boyunbağısını, qulağından sırğanı qoparıb qaçmaq mənə və mənim nəslimə yaraşmaz. Amma bunları da qınamıram, bu da peşədir, görünür "nujdaları" varmış (Başa düşürəm ki, axırıncı cümləsi özünü yersiz "razborkadan" sığortalamağa hesablanıb. - F.B.). Üst-üstə 4 il yarım "içəridə" olmuşam. Bu dəfə də heç nədən dolaşdım. Dolanışıq çətindir, alver etməyi də bacarmadım. Qaradağda, "karyer"də daş atırdım. Həftəmə 100-150 "şirvan" arası qazanırdım. Üstəgəl çax-çuxum da olurdu. Bir "smenşikim" vardı. Maaşımızı alanda dedi ki, mənə bir az pul ver, alver məqsədi ilə "ayın-oyun" alım, növbəyə qayıdanda verərəm. Yoldaşlıqdır, deyə fikirləşdim, düz bir "paçka" pul verdim. Bir həftədən sonra işə gələndə məni acıladı ki, sənin əlin ağırdı, ziyan elədim, heç nə qazana bilmədim, pulunu verməyəcəyəm. Elə bildim zarafat edir. Amma həftə sonunda pulumu istəyəndə eyni sözləri dedi. Guya mənim əlim ağırdır, bunun alveri alınmayıb və sair. Dəli olmadımmı? Buna əlimin ağırlığını doğurdan da sübut eləməliydim. Saldım yumruğun altına. Gördüm bu özünə gəlir, məni üstələyir, butulka vardı, sındırıb, soxdum qarnına. İndi dörd aya yaxındır ki, burdayam. Dünənki məhkəmədə prokuror mənə 6 il iş istədi. Son sözümü də demişəm. Hakimin qərarı yox idi, hökm oxunmamışdı və mən hələ ki, təqsirləndirilən şəxs qismində idim. Mənim hüququm var da son söz deyəm. Mənə söz verildi. Təsəvvür etməzsən, ayağa qalxdım, hər kəsə vaxt ayırıb məhkəməyə gəldiyinə görə təşəkkürümü bildirdim. Sonra da dedim ki, bəs bu yaxınlarda ümummilli liderin doğum günü oldu, Məhkəmə heyətindən və bura gələnlərdən xahiş edirəm ki, ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Prokurorun gözləri "nol 11"-in farası kimi bərələ qaldı. Hamı ayağa qalxdı. Bir dəqiqəlik sükutdan sonra çıxışıma – son sözümə başladım. Dedim ki, görüm xudavəndi-aləm bizim bu prokurorun özünün, yaxınlarının... Elə bunu demişdim ki, prokuror hirslə çımxırdı: "Mənə dua-zad eləmə, ehtiyacım yoxdur sənin alqışına!" Hakimə dedim, möhtərəm hakim, son sözü kəsməyə onun haqqı çatır? Hakim qımışdı, davam elə,- dedi. Dedim ki, görüm Allah-təala bu prokurorun ömründən, sağlamlığından kəsib mənim ömrümə calasın ki, bunun istədiyi 6 ili sağ-salamat başa vura bilim. İnanmazsan, prokuror xoruz pipiyi kimi qıp-qırmızı olmuşdu. Hakim məhkəməni təxirə saldı. Üç gündən sonra hökmümü oxuyacaq". Aydına beş il həbs cəzası verildi. 13 saylı Cəzaçəkmə Müəssisəsinə göndərildi. Üç ildən sonra isə Qaradağ Məhkəməsinə müraciət etmişdi". "Nümunəvi" davranışlarına, müəssisənin ictimai işlərindəki fəaliyyətinə görə cəza növü dəyişdirilmiş və azadlığa çıxmışdı. İndi o, Qaradağda daş karxanalarının birində briqadir kimi fəaliyyət göstərir.
2013-12-18
4,470
Zakir Həsənovdan möhtəşəm aviaşou - Hərbi
Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri tərəfindən aviaşou təşkil olunacaq. Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycanda 2014-cü ilin sentyabr ayında təşkil olunacaq ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisinin açılış günü aviaşounun keçirilməsi planlaşdırılır. Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri tərəfindən təşkil olunacaq aviaşou Bakı Expo Mərkəzi və Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisinin üzərində icra olunacaq. Hazırda aviaşou və sərgi çərçivəsində təşkil olunacaq digər maraqlı tədbirlər üzərində işlər aparılır. ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisi 2014-cü il sentyabrın 11-13-ü tarixlərində keçiriləcək. Artıq sərgidə 50-dən artıq firmanın iştirakı təsdiqlənib. Bu günədək Türkiyə və Polşa Milli pavilyonla təmsil olunacaqlarını rəsmən təsdiqləyiblər(AzVision.az).
2013-12-18
4,471
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib
Azərbaycan Ordusunun əsgəri tabeliyindəki silahla özünü vurub. "Axar.az"ın "APA"ya istinadən verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Nazim Hamlet oğlu Zahirov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
2013-12-18
4,472
“Faynənşnl Tayms”: Gülən ilə Ərdoğan artıq müttəfiq deyil
İngiltərənin "Faynənşnl Tayms" qəzeti Türkiyədəki qanunsuzluq və rüşvət əməliyyatlarını bu cür təqdim edib. "Axar.az" xəbər verir ki, İstanbuldakı qanunsuzluq və rüşvət əməliyyatı xarici mətbuatda da geniş vüsət alıb. Xarici mediadakı analizlərdən ən çox diqqət cəlb edən təbii ki, "Faynənşnl Tayms" qəzetində yer alan xəbərdir. Qəzet qanunsuzluq və rüşvət əməliyyatlarını bu cür təqdim edib: "Türkiyədəki politoloqlar iyirmidən artıq şəxsin həbs olunduğu qanunsuzluq istintaqını Ərdoğan hökuməti ilə əvvəlki müttəfiqləri arasındakı soyuqluqla əlaqələndirir. İstintaqın görünməyən tərəfində AKP ilə Fətullah Gülən hərəkatı arasında sürətlə yüksələn gərginlik var. Müxalifət və hətta bəzi AKP-çilər Gülən Hərəkatının dövlət dairələrinə, xüsusən də polis və məhkəməyə sızdığını deyir. Gülən tərəfdarları isə belə fikirlərinin, ya da siyasi hədəflərinin olmadığını bildirirlər. Ancaq Gülən Hərəkatının bəzi üzvləri illərlə Türkiyə ordusunu dəstəkləyən hökumətə qarşı birlikdə işlədikləri Ərdoğanla artıq müttəfiq olmadıqlarını qəbul ediblər".
2013-12-18
4,473
“Mavi”lər də Papanı ilin adamı seçdilər
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, "Time" jurnalı tərəfindən ilin adamı seçilən Roma Papası Fransisko homoseksual hüquqların müdafiəçisi olan "Advokat" jurnalı tərəfindən də eyni ada layiq görülüb. Xatırladaq ki, "Time" 2013-cü ilin adamı olaraq Katolik Kilsə rəhbəri Papa Fransiskonu seçib. Bunun ardından, dünyaca məşhur, cinsi azlıqların hüquqlarının müdafiəçisi olan "Advokat" jurnalı da eyni adı Papaya verib. Papa Braziliya səfərindən sonra təyyarədə müsahibə verərkən: "Əgər bir insan homoseksualdırsa və xoş niyyətlə Allahı sevirsə, mən kiməm ki, mühakimə edim??!" deməsiylə, əvvəllər cinsi azlıqlara qarşı olan Kilsəyə də önəmli bir tilsimin qırıldığı işarəsini vermişdi.
2013-12-18
4,474
İşdən çıxarılan rəislərə yeni vəzifələr verildi - Yeniləndi
2013-12-18 11:07:06 İstanbul Polis İdarəsində beş şöbə rəisi vəzifəsindən azad edilib. "Axar.az" xəbər verir ki, vəzifədən çıxarılanlar arasında İstanbuldakı "Rüşvət əməliyyatı"nı idarə edən şəxs də var. Çıxarılanlar bunlardır: Maliyyə şöbəsinin müdiri - Yaqub Sayğılı ("Rüşvət əməliyyatı"nın əsas adamı) Qaçaqmalçılığa qarşı şöbənin rəisi - Tuğrul Turğal Terrorizmə qarşı şöbənin rəisi - Ömər Köse Mütəşəkkil Cinayətkarlığa qarşı şöbənin müdiri - Nəzmi Ardıç İctimai asayiş şöbəsinin müdiri - Ərsan Ərçıkdı *** 2013-12-18 18:25:06 "Bəzi həmkarlarımız öz vəzifələrindən sui-istifadə etdiklərinə görə, bəziləri isə ehtiyac yarandığı üçün vəzifələri dəyişdirilib". "Axar.az" məlumat verir ki, bu açıqlamanı Türkiyə Baş Polis İdarəsi yayıb. İstanbul polisində vəzifədən azad edilən 5 şöbə müdirinin yeni vəzifələri haqqında da informasiya verilib. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Nəzmi Ardıç, Maliyyə Şöbənin müdiri Yaqub Sayğılı, Terrorla Mübarizə Şöbəsinin rəisi Ömər Köse müdiriyyət əmrində vəzifələndiriliblər. Qaçaqçılıqla Mübarizə İdarəsinin rəisi Tuğrul Turğal Həssas Yerləri Qoruma Müdirliyinə, İctimai Asayiş müdiri Ertan Ərçıkdı isə Fatih əyaləti polis departamentinə təyin edilib.
2013-12-18
4,475
Naxçıvan Gömrüyünün sədri həbs edildi - Yeniləndi/Video
Dilucu sərhəd məntəqəsində başladılan rüşvət və qaçaqmalçılıq əməliyyatı daxilində Naxçıvan Gömrük İdarəsinin rəisi Mirməmməd Seyidov Qarsa enər-enməz nəzarətə götürülüb. İqdırın Aralıq mahalındakı Türkiyə ilə Naxçıvan Muxtar Respublikasını bir-birinə bağlayan Dilucu Sərhəd məntəqəsində başladılan rüşvət və qaçaqmalçılıq əməliyyatı daxilində Naxçıvan Gömrük İdarəsinin rəisi Mirməmməd Seyidov Qarsda təyyarədən enən kimi nəzarətə götürülüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbuldan bu gün təyyarəylə saat 13:30-da Qarsa gələn Naxçıvan Gömrük İdarəsinin rəisi Mirməmməd Seyidov Polis Qaçaqmalçılıq və Mütəşəkkil cinayətkarlıqla mübarizə şöbə müdirliyi qrupları tərəfindən tutulub. İğdıra gətirilən Seyidov Dövlət Xəstəxanasında yoxlanılıb və polis idarəsinə aparılıb. Azərbaycan İqdır konsulu Asiman Əliyev hadisələrlə bağlı polis idarəsinə gəlib. Türkiyə ilə Naxçıvan arasında Dilucu Sərhəd qapısı, İğdır və Aralıq mahalında dünən 280 polisin iştirak etdiyi əməliyyatda biri qadın, yeddisi gömrük işçisi, 10 nəqliyyat firması sahibi olmaqla 17 adam nəzarətə götürülüb. Bu gün şübhəlilərdən S.Q., F.Q, M.E.G, C.Y VƏ K.G. sağlamlıq yoxlanışından keçirildikdən sonra ədliyyəyə təhvil verilib. Nəqliyyatçılardan M.E.G. il sorğu-sualdan sonra həbs edilib. Polis nəzarətində olan M.Ö., E.Y., M.G., A.E., T.G., B.G., H.G., S.V., M.Ç., A.U., R.D., H.Ö.-nin sorğu-sualı davam edir. Bu arada Dövlət Gömrük Komitəsi (DGK) Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılmasına münasibət bildirib. DGK-dan bildirilib ki, hazırda M. Seyidovun saxlanması səbəbləri ilə bağlı komitə araşdırma aparır.
2013-12-18
4,476
Hər şey bu şəkildən başladı - Fotofakt
Türkiyədə rüşvətlə bağlı keçirilən əməliyyatların başlanmasına Rza Zərrabın sürücüsünün "Feysbuk"da paylaşdığı şəkilin səbəb olduğu bildirilib. "Axar.az" məlumat verir ki, bu barədə informasiya Türkiyə mətbuatında yer alıb. Mətbuat keçən il ölkənin Gömrük İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Rza Zərrabın sürücüsü Turqut Happaninin kuryerlik etdiyinin aşkarlandığını yazıb. Bundan sonra Rusiyaya 180 milyon dollar pulun daşınmasında kuryerlik etdiyi bəlli olan T.Happani şəkillərini "Feysbuk" səhifəsində yerləşdirib. Media məhz bundan sonra polisin hərəkətə keçdiyini bildirib.
2013-12-18
4,477
Daxili İşlər naziri öz oğlunu tutdurdu - Yeniləndi
12:06:31 Daxili İşlər naziri Muammər Gülər öz oğlunun da həbs olunduğu əməliyyatlarla əlaqədar dünənki proseslərdən xəbəri olmadığını desə də, bu gün şəxsən özünün əmri ilə əməliyyatların həyata keçirildiyini deyib: "Əməliyyat əmrini mən vermişəm. Oğlumun təqsiri varsa cəzasını çəkəcək". 12:18:31 Ovladları tutulan o biri nazirlər də açıqlama verdi İqtisadiyyat naziri Zəfər Çağlayan və Ətraf Mühit və Şəhərsalma Nazirliyinin rəhbəri Ərdoğan Bayraqdar da oğullarının nəzarətə alınması haqda açıqlama verdi. "Bu istintaqdan bir şey çıxmaz" Nazir Zəfər Çağlayan oğlunun nəzarətə alınması ilə bağlı onu ziyarət edənlərə "Bu istintaqdan bir şey çıxmaz" şərhini verdi. Planını pozmadı Oğlunun göz altına alınmasına baxmayaraq, planında heç bir dəyişiklik etməyən Ərdoğan Bayraqdar millət vəkilləri ilə birlikdə Trabzonda bir neçə görüşdə iştirak edib. İstintaq gedir, heç nə deyə bilmərəm Əməliyyatı televiziyadan öyrəndiyini bildirən Bayraqdar oğlunun nəzarətə alınması haqda suallara belə cavab verib: "İstintaq gedir, bir şey deyə bilmərəm"
2013-12-18
4,478
Azərbaycanla Rusiya miqrant sazişi imzalayır
"Ermənistandan 250 min azərbaycanlı Azərbaycana miqrasiya edib. Həmin dövrdə 50 min Mesxeti türkü də Azərbaycana gəlib. 750 min azərbaycanlı isə Ermənistanın işğalı nəticəsində daxili miqrasiyaya məruz qalıb. Azərbaycan sayı 1 milyona çatan bu insanların zəruri ehtiyaclarının təmin edilməsi işinin öhdəsindən layiqincə gələ bilib". Bunu Beynəlxalq Miqrasiya Təşkilatı (BmQT), Dövlət Miqrasiya Xidməti və Ombudsman Aparatının təşkilatçılığı ilə Bakıda keçirilən Beynəlxalq Miqrasiya Gününə həsr edilmiş tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev söyləyib. Pərviz Musayev bu sahədə beynəlxalq qurumların də dəstəyinin önəmli olduğunu bildirib. O, BMT-nin qəbul etdiyi 4 qətnaməyə və digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq Ermənistanın işğal etdiyi torpaqlardan çəkilmədiyini qeyd edib: "Biz inanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək və məcburi miqrasiyaya məruz qalmış insanlar yurd-yuvalarına qayıdacaqlar. Bu gün işğal olunmuş torpaqlarda narkotik bitkilərin becərilməsi, insan orqanlarının transplantasiyası üçün münbit bir şərait yaranıb". Pərviz Musayev ötən dövr ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində əvvəllər xarici ölkələrə üz tutmuş azərbaycanlıların ölkəyə qayıtdıqlarını vurğulayıb. O, artıq Azərbaycanda çoxlu sayda əcnəbilərin də çalışdığını qeyd edib: "Miqrantların insan alveri qurbanlarına çevrilməmələri üçün Dövlət Miqrasiya Xidməti yaradılıb. Dövlət Miqrasiya Xidməti qarşısına qoyulan vəzifənin öhdəsindən gəlir. Sərhəd-buraxılış məntəqələrində də əməkdaşlarımız xidmət göstərir. Əcnəbilərin müraciətlərin elektron qaydada qəbulu ilə bağlı işlər görülüb. Regional idarələrin yaradılmasında məqsəd miqrantların uzaq məsafə qət etməməsinə hesablanıb". Rusiyada son zamanlar soydaşlarımızın daha çox çətinliklərlə üzləşdiyinə diqqət çəkən Pərviz Musayev Rusiyada həmvətənlərimizin hüquqlarının qorunması istiqamətində addımlar atıldığını açıqlayıb: "Rusiya ilə bu sahədə ikitərəfli sazişin hazırlanması istiqamətində iş görülür, layihə hazırlanır. İnanıram ki, qısa müddətə bu sənəd imzalanacaq, həmvətənlərimizin üzləşdiyi problemlər aradan qalxacaq". Pərviz Musayev Miqrasiya Məcəlləsinin bu il avqustun 1-dən qüvvəyə mindiyini xatırladıb. O, Miqrasiya Məcəlləsi hazırlanarkən QHT-lərin, Beynəlxalq Miqrasiya Təşkilatının tövsiyələrinin nəzərə alındığını bildirib: "Regionda analoqu olmayan bir sənəd hazırlanıb və qəbul edilib. Miqrantlardan ölkəmizdə qeydiyyata düşərkən rüsum alınmır. Artıq Azərbaycan vətəndaşı ilə nikaha daxil olanlar iş üçün rəsmi icazə almırlar. Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzində yaşamaq yeri olmayan əcnəbilər, qaçqın statusu almaq istəyənlər və digər miqrantlar yerləşdirilir. Məsələn, Əfqanıstandan Həmid Sabiri adlı şəxs istədiyi qızla Azərbaycana gəlmişdi. Əfqan icmasının da iştirakı ilə onların saxlama mərkəzində nikah mərasimi təşkil olundu". Daha sonra Həmid Sabiri çıxış edib. O, Əfqanıstanda sevdiyi qızla ailə qurmasına problem yaradıldığını, bu səbəbdən sevgilisi ilə Azərbaycana qaçdıqlarını və saxlama mərkəzinə yerləşdirildiyini bildirib. Həmid saxlama mərkəzində Azərbaycan dilini öyrənildiyini, sevdiyi qızla ailə qurması üçün müraciət etdiyini, Dövlət Miqrasiya Mərkəzinin nikah mərasimi təşkil etdiyini söyləyib: "Mən həyatımda ilk dəfə özümü normal bir insan kimi hiss etdim. Mən və xanımım Azərbaycan xalqına, Dövlət Miqrasiya Təşkilatının nümayəndələrinə, əfqan icmasına minnətdarlıq edirik. Ümid edirəm ki, Azərbaycan üçün faydalı insan olacağam" (APA).
2013-12-18
4,479
Əhməd Şəfəq: “Vəhşiliyin adını demokratiya qoyublar”
Bu müsahibədə Türkiyənin məşhur müğənnisi Əhməd Şəfəqi bir ayrı yöndən tanıyacaqsınız. Bəlkə də çoxlarınız bilmir ki, Əhməd Şəfəq həm də ədəbiyyatçı, yazardır, vaxtaşırı olaraq ədəbi-ictimai publisist yazıları ilə diqqət mərkəzinə gəlir. Yəni Əhməd Şəfəq təkcə məşhur sənətçi deyil, həm də fikir, düşüncə adamıdır, vətəndaşdır və onun vətəndaşlığının mənəvi sərhədləri Altaylardan Balkanlara qədərdir… Ziyalıların əksəriyyətinin düşüncəsinə fərdiyyətçilik hakimdir - Ədəbiyyat bir ziyalının ictimai fikri, cəmiyyətin ümumi əhval-ruhiyyəsini öz əsərində əks etdirməsidir. Oxucuya öz hekayəsini ən kiçik detallarına qədər anladanlar da var. Məsələn, Orxan Pamuk belə edir. Düzdür, romanda ictimai ismarışlar da var. Ancaq bu mesajlar yenə kosmopolitzmlə əlaqədardır. Onun məqsədi cəmiyyətin ortaq dəyərlərini anlatmaq, müasir dövrdə həmin dəyərlərin bərpası və gücləndirilməsi mövzusunda fərqi təmin etmək deyil. Mənim fikrimcə, kosmolitizm bir ədəbiyyat xəstəliyidir. Təəssüflə qeyd etməliyəm ki, Türkiyədə kosmopolitizm adlanan bir ədəbiyyat nümunəsi var. Ziyalının özünü içində olduğu cəmiyyətə aid hiss etməməsi kosmolitizmin əsas xüsusiyyətidir. Bunu Azərbaycanda da görürəm. Ziyalıların əksəriyyətinin düşüncəsinə fərdiyyətçilik, individualizm hakimdir. Lakin unutmaq olmaz ki, bir millət yaşadığı zamandan asılı deyil. Keçmiş və gələcəyin tərkibi olan maddi-mənəvi toplumdur. Ədəbiyyat isə günün dəbindən ibarət deyil, xalqın keçmişinə də sahibdir. Azərbaycan kimi dərin ədəbiyyat tarixinə malik bir atmosferdə bu qədər individual əsər görmək, dünya ədəbiyyatına bənzəmək həvəsinin bu qədər çox olması təəssüf doğurur. Doğrudur, Amerika həyat tərzi individualizmi, kosmopolitizmi aşılayır. Ancaq dünya Amerikadan ibarət deyil ki! Amerikanın söykənəcəyi tarix, adət-ənənə yoxdur. Halbuki ədəbiyyat dediyimiz məhz bundan ibarətdir. - Musiqi sahəsində də belədir? - Musiqi sahəsində vəziyyət daha ağırdır. Musiqini ədəbiyyatdan tamamilə qoparıblar. Musiqiçilər heç bir mənası olmayan sözlərə yüksək ritmli mahnılar bəstələyirlər. Mənası olan əsərlər də yox deyil. Amma musiqidəki vəziyyət ədəbiyyatdan çox fərqlidir. Çünki ədəbiyyatın özünə aid bir dili, terminləri var. Mahnı isə daha çox musiqidən asılı olduğu üçün, ya da belə zənn edildiyi üçün burada vəziyyət sosial inkişafdan asılıdır. Nəticədə dünyanın ən tanınmış bəstəkarları belə "Oynama şıkıdım-şıkıdım" kimi mahnılar bəstələyə bilirlər. Mən onu deyə bilərəm ki, individualizm həyatin bütün sahələrində olduğu kimi, söz və sənət sahəsində də çox böyük təsir qüvvəsinə malikdir. Sənəti seçilmişlər, elitarlar, ziyalılar yaradır - Sənətin və sənətkarın sifarişçisi xalqdır. Bu mənada, dedikləriniz toplumun istəyinə bağlı deyilmi? - Sənət bəzən toplumun istəyinə bağlı ola bilir. Ancaq unutmayaq ki, sənəti yaradan cəmiyyət deyil. Sənəti seçilmişlər, elitarlar, ziyalılar yaradır. Onlar hər şeyi çoxluğun istəyinə bağlamamalıdır. Məsələn, mən bəstələyərkən düşünürəm: bu bəstə məni kövrəldir, ya yox?.. - Dedikləriniz assosiativ olaraq bir mükaliməni yenidən aktuallaşdırdı: ədəbiyyatçı, musiqiçi əsərini özü üçün yaratmalıdır? Sənət sənət üçündür? - Əgər özünün bəyənmədiyi bir əsər yaradırsa, o, bir satıcıdır. - Satılmaq üçün çıxarmırsınızmı albomu? - Elədir. Amma sənət Allahın verdiyi bir istedaddır. Tanrı hər hansı sənət yaratmaq bacarığı veribsə, sən bunu etik və estetik dəyərlər üzərində yaratmalısan. - Amma oxucu, dinləyici onu istəmirsə... - Hardan bilirsiz istəmədiyini? - İnsanların daha çox məhz "Oynama şıkıdım"ları dinləməsindən... - Cəmiyyət sosial ictimai qruplardan təşkil olunub. Mənim şəhər kənarında yaşayan, tarixi keçmişinə bağlı, ənənələri olan topluma ünvanlanan əsərlərim var. Ancaq həm də şəhərdə yaşayan, sosial və iqtisadi cəhətdən tam şəhərli olan dinləyicilərə hesablanan musiqilərim də var. Bizdə klassik türk musiqisi də var, türk pop və pop oranjiman musiqiləri də. Bu musiqilərdən müxtəlif təbəqədən olan insanların xoşu gəlir. Bütün bu kəsimlərin ortaq faydasını toplayan, bütün bu toplumlara xitab edən bir janrım var mənim. Həyata olan baxışımda da bütövlüyə olan marağım, bütövlüyü tamamlamaq arzum var. Mahnılarımda da həmin bütövlük hissi yer alır. Ayrı-ayrı qrupları bir araya gətirib millət formalaşdırmaq üçün göstərdiyim həssaslığım mahnılarıma da sirayət edir. Burada müzakirə mövzusu başqadır. Yəni sadəcə mahnını dinləyiciyə çatdırmaq üçün dinləyici ilə arada yaratdığın bağ müzakirə olunmalıdır. Hansı mahnı hansı qrupa hədəflənib? Mahnıların hansı topluma hesablandığına baxmaq lazımdır. Siz bayağı musiqi ifaçılarının adını daha çox hallandırarsınızsa, sabah-axşam ondan danışarsınızsa, o vaxt reallığın nə olduğunu bilməzsiniz. Hardan biləcəksiniz ki, onu toplum sevir, yoxsa yox. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrə 100 il əvvəlki köhnə fikirlər inkişaf modeli kimi təklif edilir - Bayağı musiqilərin və onların müəlliflərinin cəmiyyətdə daha tez məşhurlaşması, dinləyici auditoriyası qazanmasına xeyli misallar çəkə bilərəm... - Bu, bir ara bizdə də oldu. Bunu yuxarıdakılar istədilər və onlar istədiyi müddətdə bu belə davam edəcək. Bunu toplum istəmədi ki! Televiziyaların özünə aid bir strukturu var. Tamaşaçı, dinləyici televiziyaları istədiyi şəklə sala bilməz, amma televiziyalar tamaşaçının zövqünü formalaşdırar. Televiziyaya olan marağı tamaşaçı qutusu kimi qiymətləndirmək olmaz. Televiziya tamaşaçını formalaşdıran bir mexanizmin önəmli strukturudur. Bir misal çəkim: Maşınla küçədə gedirik. Hərəkət sıxlığı müşahidə edilməyən bir küçədə tıxac olduğunu görürük. Bunun səbəbinin ya qəza, ya da hər hansı texniki nasazlıq olduğunu düşünürük. Axırda məlum olur ki, həqiqətən qəza olub. Ancaq qəzanın maşın sıxlığına aidiyyəti yoxdur. Qəzaya uğrayan maşınlar artıq kənara çəkilib. Ancaq digər maşınlar ona baxdığı üçün hərəkət ləngiyir. İnsanlar döyüşə, qovğaya baxar. Amma televiziya maraq qutusu deyil ki! Tamaşaçı televiziya xəbər aldığı, əyləndiyi bir yer, bir məktəb olaraq görür. Televiziyanın kütlə üzərindəki təsirini unudub bunu prodüserlərin, rejissorların ixtiyarına buraxsanız, onlar cəmiyyəti istədiyi kimi şəkilləndirər və siz kənardan baxmaqdan başqa bir iş görə bilməzsiniz. Amerikalı yazıçı Neil Postmanın "Öldürən televiziya" əsərində deyir ki, televiziyanı toplumu istədiyiniz şəkildə formalaşdırmaq vasitəsi kimi istifadə etsəniz, buna nail ola bilərsiniz. Televiziyanı öyrətmə, əyləndirmə, gerçəklikləri anlatma kimi görsəniz, bunu da bacararsınız. Televiziya burada həm yaxşı, həm də pisliyə səbəb ola bilər. Əvvəllər telekanallarda daha çox "reality" deyilən, hətta çox iyrənc mövzular işlənirdi. Artıq çox maraq cəlb etdiyi üçün belə mövzuları görə bilməzsiniz. Bu bütün dövrlər üçün problemdir. Belə verilişlər varsa, dövlətin təhlükəsizlik orqanları da özündən hesab soruşmalıdır. Ailələrə yönələn verilişlər ailələri parçalayır. Deməli bunun dövlətə birbaşa dəxli var. Çünki ailənin bütövlüyü millətin bütövlüyüdür. Dünyada 2 cür toplum var. Biri Amerika və İngiltərənin aid olduğu anqlosaksonlardır. Bu cəmiyyət oyunu, rəqabəti sevir. Qapalı yerlərdə xoruz döyüşdürür, qəfəs döyüşləri təşkil edir, ya ölür, ya da öldürür. Bir də almanların üstünlük təşkil etdiyi kontinental Avropa cəmiyyəti var. Onlar daha çox öz işini sevər. Bu gün dünyada çoxluq Amerikanın liderliyi ilə anqlosakson və ya anqloamerikan toplumlarıdır. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrə 100 il əvvəlki köhnə fikirlər inkişaf modeli kimi təklif edilir. İctimai rəyin formalaşmasını da məhz bu baxımdan dəyərləndirmək lazımdır. - Türkiyədə də ailə mənəviyyatını zədələyən seriallar var. Onların nüfuzu mənəviyyat aşılayan proqramlardan qat-qat artıqdır... - Türkiyədə bu toplumun yox, dövlətin və televiziyaların günahıdı. Bir kənddə başqa əyləncəsi olmayan insan nə etməlidir? Təbii ki, həmin televiziyalara baxır. Ancaq tarixi maraqlı əhvalatlarla bəzəyib bir proqram hazırlamaq olar. Məsələn, "Möhtəşəm yüz il" serialı çox önəmli, qiymətlidir. Burada məhz anqlosakson məntiqi var. Görüntü ilə insanların diqqətini bura çəkirlər. Ancaq ciddi səhvlər də var. Məsələn, Osmanlı Hərəm sistemi elə qurulmuşdu ki, Hürrəmin Parqalı İbrahimlə qarşılaşmasına imkan yox idi. Serialda bu cür qüsurlar var. Ancaq məzmunca pis deyil. - Bəs cəmiyyətin səviyyəsi vacib deyil? - Cəmiyyətin səviyyəsi problem deyil. Problem varsa, bunun səbəbi dövlətdədir. Bütün dövlətlərin formalaşmasında ziyalıların mütləq rolu var - Axı, dövlət cəmiyyəti deyil, cəmiyyət dövləti idarə etməlidir... - İctimai rəyi formalaşdıran ziyalılardır. Ziyalılar göstərməli, dövlət tənzimləməlidir. Misal göstərim: 1919-cu ildə Mustafa Kamal ətrafında ziyalılar toplaşdı, cümhuriyyəti qurdular. Bütün dövlətlərin formalaşmasında ziyalıların mütləq rolu var. Osmanlı imperatorluğu necə quruldu? Osman xanın qılıncı da vardı, fikirləri, ideya verənləri də. Cəmiyyətin fikri ziyalıların, seçkinlərin təsiri ilə formalaşır. Dövlət də atacağı addımları ziyalılar və seçkin insanların fikri əsasında təyin edir. Almaniyada, yaxud Fransada ziyalılar hərəkat başlada bilər. - Bəs, Türk ziyalıları dünyada bir hərəkata başlaya bilərmi? - Çətindir. Lakin hesab edirəm ki, 20-ci əsrdə bu baş verdi. Kant deyir ki, 1 dəfə baş verən yenə ola bilər. Amerikada ziyalıların heç bir təsir qüvvəsi yoxdur. Amerikada ziyalılar tamamilə dövlətə çalışırlar, cəmiyyət üzərində təsir qüvvəsinə malik deyillər. Bu ölkədə cəmiyyət üzərində siyasətçilərin və iş adamlarının daha çox təsir imkanı var. Halbuki artıq 40 ilə yaxındır ki, Amerikanın yaşam tərzi inkişaf etməkdə olan ölkələrə təlqin edilir. Ancaq tarixə baxanda görürsən ki, bütün dövlətlərin formalaşmasında ziyalılar iştirak edib. İngiltərə parlamentində 2 sinif - işçi və sənayeçi sinfi təmsil olunurdu. Sənayeçilər işçi sinfi lehinə səs verəndə, Parlamentin girişində qoyulan kassadan pul alırdılar. Demək, anqlosakson siyasəti belə formalaşırdı. Ancaq türk, ya da başqa toplumlarda belə olmayıb. Əsərlərində oxucuya ümidsizlik aşılanır - Ədəbiyyatdan başladıq. Bakıya gələndə kitabxanaları gəzirsiz... Türkiyədə də kitabçılıqla maraqlanırsız. Müşahidələriniz nədir?.. - Axır zamanlarda dünyada ən çox qazanan yazarlar Amerika yaşam tərzi əsasında formalaşan yazarlardır. Məsələn, Çarlz Bukovski şəxsi maraqlarını yazan bir adamdı. Özünə aid olanları qələmə alır. Amerika bu tipləri qabağa çıxarır. İnsana sən dünyanın mərkəzisən, səndən önəmlisi yoxdur – fikri aşılanır. Türkiyədə də var belələri. Məsələn, Oğuz Atay nə olduğu başa düşülməyən, məzmunsuz əsərlər yazır. Onun əsərlərində oxucuya ümidsizlik aşılanır. Halbuki "yaradıcı təkamül" deyilən bir şey var. Yazar nə qədər ağır maneələrlə də rastlaşsa, ortaya bir iradə qoymalıdır. - Azərbaycan və Türkiyədə yaradıcı təkamül yoxdur? - Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov öz dövrlərində bir iradə qoydular. Cəlil Məmmədquluzadə cəmiyyətin qüsurlarını ortaya çıxarırdı, Əli Bəy Hüseynzadə babalarının həyata keçirdiyi yaxşı əməllərdən nümunə götürməyi məsləhət görürdü. Əli Bəy Hüseynzadə görün nə deyir: "Türk qanlı, islam imanlı, firəng qiyafəli olalım". Başqa bir türk yazarları isə deyir: "Bizdən adam olmaz, biz avropalı olmalıyıq". Həm Türkiyə, həm Azərbaycanda öz əsərində eybəcərliyi də, çıxış yolunu da göstərən yazarlar var. Türkiyənin bu məsələdə çox önəmli simaları var. Ancaq təəssüf ki, Amerika təfəkkürü daha çox üstünlük təşkil edir. Türkiyə Amerikanı sevmir - Amerikanı niyə sevmirsiz? - Amerikanı niyə sevim ki? -Axı, Türkiyə Amerikanı sevir... - Türkiyə Amerikanı sevmir. İctimai rəydə Amerika dünyada ən sevilməyən ölkə kimi tanınır. Amerika dünyaya qan, barıt, od, imperializm verir. Amerikanın dünyadakı marağı silah və dollar üzərində dayanır. Ya silah satır, ya da dollar. Dünyanı idarə etmək heç kimin həddi deyil. Ziya Göyalp 100 il əvvəl yazır: "Biz türkçülər millətlərin birliyinin tərəfdarıyıq. Ruslar bizim düşmənimizdir. Onlar imperializmdən əl çəksə, dostumuz olar". Millətlər biri-birini sevməlidir. Bu səbəbdən BMT quruldu. Bizim arzumuz millətlərin bərabərliyi və imperializmin yer üzündən silinməsidir. Gerçək demokratiyanın qurulmasıdır. İndi vəhşiliyin adını demokratiya qoyurlar. - Millətlərin bərabərliyini qəbul etsək də, dünyanı dərk etmək baxımından da, milli xüsusiyyətləri də eyni deyillər... - Təbii ki, millətlər milli xüsusiyyətləri ilə fərqlənir. Məsələn, türklərin hərbi sahədə üstünlüklərini bütün dünya qəbul edir. Dünyaya hərb tarixinə türkün hədiyyə etdiyi terminlər, rütbələr var. Onbaşı, yüzbaşı, minbaşı türkün yaratdığı rütbələrdir. İqtisadi cəhətdən isə ingilislər üstündür. Millətlərin üstünlükləri onların yaşadığı ərazinin coğrafi şərtlərindən asılı olaraq formalaşıb. İngilislər adada yaşadıqlarından azadlıqlarına daha çox önəm verirlər. Bunlar alğı-satqıya maraqlıdırlar. Millətlər arasında genetik xüsusiyyətlərinə əsaslanan fərqlər də var. Məsələn, ənənələrinə bağlı xalqlar üzərində antropoloji araşdırma aparılmır. Belə araşdırmalar əsasən afrikalılar, yerlilər üzərində aparılır. Çünki onlar daha az mədəniləşib. Millətlər mədəniləşdikcə biri-birinə bənzəyirlər. Dünyada homogen toplum yoxdur - Ancaq millətlərin geni ilə onların nəyə qadir olduğunu müəyyənləşdirmək olur, deyirlər... - Mən inanmıram. Bütün genlər bir-birinə qarışıb. Dünyada homogen toplum yoxdur. - Genetik və etnik amil aparıcı deyildisə, Parqalı İbrahim sultan ola bilərdimi? - Osmanlılarda ola bilməzdi. Rum coğrafiyasında olardı. - Ərdoğan da qeyri-türkdü... - Onu deyə bilmərik. Ancaq milli məsələlərlə bağlı ictimai rəydə öndə olan sənətçilər yoxdur. Bu səbəbdən əksəriyyəti Ərdoğanın "kürd açılımı" kampaniyasına qoşuldu. Hətta Sezen Aksu çox böyük dəstək verərək, bu kampaniyaya qoşulmayanlara "2 cahanda ləkəlidir" dedi. Bu qəbuledilən deyil. Çünki açılım Türkiyənin bütövlüyünü zərbə altında qoyaraq, 1000 il boyunca Anadolu məkanında bərabər yaşayıb eyni qibləyə doğru namaz qılıb, savaşlarda bərabər döyüşən millətlərin içərisinə etnik ayrı-seçkilik sala biləcəyi fikrini də ortaya qoydu. - Bəs, mili məsələlərdə sənətçilər niyə cəsarətsizdir? - Türkiyədə sənətçilər bir çox məsələlərə şəxsi maraqları çərçivəsində baxırlar. Peşəkarlığına zədə vurulmasından qorxurlar. - Niyə zərbə vurulur? - Allahın mənə verdiyi istedadla mahnılarımı yazmağa davam edirəm. Minlərcə insana çatdıra bilirəm. Ancaq daha geniş kütlələrə çıxa bilmirəm. Çünki buna hansısa formada mane olurlar. Bu, iqtidarın dəyişməsi deməkdir - Amma pərəstişkarlar dinləyir... Buna ki mane ola bilmirlər. - Şübhəsiz. Qəbul etmək lazımdır ki, cəmiyyətin əksəriyyəti tərəfindən qəbul edilməyən fikirləri azlığın qəbul etdirməsi lazımdır. Azlıq bunu inanaraq edə bilər. Yəni, qərarlı və inamlı şəkildə qəbul edərsə, cəmiyyət də həmin fikrə yönəlir. İdealistlərin də elə fikirləri olub ki, cəmiyyət sonradan həmin fikirlərə alışıb, qəbul edib. Bunun üçün fikirlərin mənsub olduğu idealistlərin öndə olmaları, təbliğ etməsi lazımdır. Mənim fikirlərmi dostlarım cəsarət göstərib, müdafiə etsələr, cəmiyyət daha çox bilgi sahibi olar. - Bəs, fikirlərini dəyişə bilərlərmi? - Şübhəsiz, dəyişə bilərlər. Bu, iqtidarın dəyişməsi deməkdir. - İqtidar dəyişməsə də, hər hansı hərəkətə keçə bilməzlər? - Bu ehtimal zəifdir. - Əhməd Şəfəqdən 1 deyil, 100 olsaydı, nə olardı? - Könül istəyər ki, çox olsun. Kürdlər bizim insanlarımızdır - Türkiyəyə kənardan baxanda elə görünür ki, türklər digər millətlərdən asılıdır? - Kənardan görünən fakt deyil. Kürdlər bizim insanlarımızdır. Uzun illər bərabər yaşadıq. "Kürdlər bizimdir", ya da "kürdlər bizim deyil" kimi yanaşma doğru deyil. 1974-cü ildə Kıprıs hərəkatının önündə kürd könllülər növbə yaratmışdı. Amma indi kürdləri türklərdən uzaqlaşdırmağa xidmət edən ictimai rəy formalaşdırılır. Türkiyədə bu prosesi idarə edənlər var. Onlar iddia edir ki, Türkiyə irqçi bir dövlətdir və kürdləri assimilyasiya etmək istəyir. Problemin səbəbi məhz budur. Sonra PKK-nı göstərib deyirlər ki, Türkiyədəki məzlum budur. Onlar da bu iddianı təsdiq edir. Ondan sonra dövləti çağırırlar ki, gəlin, danışaq, müzakirə etməsək, savaş olacaq. Bu dəfə 1000 il bərabər yaşadığımız, qohum olduğumuz insanlara "siz kürd deyilsiniz, türksünüz deyirlər. "Açılım" kampaniyasının aktyorları "siz kürd deyilsiniz, türksünüz" deyəndə onların ürəyi açılmır ki! Bir şeyi yaddan çıxarmaq olmaz: 1921-ci ildə Ziya Göyalp Malta adasında sürgündə olanda İstanbulda Əli Kamal bir yazı yazdı. Göyalpa ünvanlanan o yazıda "Sən bir kürdsən, baş verənlərdən sənə nə" deyilirdi. Bu yazıdan təsadüfən xəbər tutan Göyalp Xarici İşlər nazirinə bir şeir yazdı. Sonradan işıq üzü görən şeir möhtəşəm cavab oldu. - Ziya Göyalp kimi kürd olaraq tanınan, əslində türk olan nə qədər insan var? - Çoxdur. Əslində əsas müzakirə mövzusu "Mən türk millətinə mənsubam" deyib, 1974-cü ildə Kıprısda yunanlara qarşı döyüşən kürdlərin düşmən elan edilməsidir? Kürdün dərdi isə sadəcə insan kimi yaşamaqdır - Diyarbəkirdə və Anadolu bölgəsində kürdlər çoxluqda yox, azlıqdadır. Bəlkə bu səbəbdən də "türk açılım" burada irəliləyə bilmir? - Əsas səhv ondadır ki, kürdə "Sən Türkiyə Cümhuriyyətinin vətəndaşı ola bilərsən, ancaq türk deyilsən" deyilir. Kürdün dərdi isə sadəcə insan kimi yaşamaqdır. Adamın arzusu iqtisadi cəhətdən inkişaf etmiş bir ərazidə yaşamaq, insan haqlarından istifadə etmək idi. Mustafa Kamal da deyir, Türkiyə Cümhuriyyətini quran xalqa türk deyilir. Birlikdə bu dövləti qurduqsa, eyni Konstitusiya ətrafında birləşdiksə, bu ölkənin xalqıyıq. Əslində görüləsi işlər var ki, gecikmədən onları həyata keçirmək lazımdır. Məsələn, xalqın təhsil almaq, səhiyyə xidmətlərindən istifadə etmək hüquqlarını bərpa etmək və başqa sosial tədbirlər həyata keçirmək lazımdır. - Türkiyədə hər kəs türk milli kimliyi qazana bilərmi? - Türklər Osmanlıdan sonra "hakim millət" kimliyi aldı. Türklər Osmanlı dövlətinə qədər də bu torpaqlarda vardı. Milli kimliyi bəlli idi. Sadəcə, orada ayrı-ayrı türk dövlətləri vardı. Biz mövqeyimizi həmin türk dövlətlərinin birinin lehinə, o birinin əleyhinə qoyarıqsa, birini türk adlandırıb, digərinə yad adlar verəriksə, o torpaqlara tarixi bağlılığı qoparmış olarıq. Milli kimlik onsuz da bu torpaqlardan gəlir. Türk-kürd məsələsi son 30 ildir başlayıb və 5-6 ildir ki, ən son həddə çatıb. Halbuki indiyədək bu xalqların içərisindən biri o birisinin qapısını döyüb, qız istəyəndə "türksən" və ya "kürdsən" bəhanəsi ilə rədd edilməyiblər. Bu, ictimai rəyin formalaşdırdığı təfəkkürün nəticəsidir. Siyasi iqtidar dedi ki, millət 36 etnik qrupdan meydana gəlir. Bu, düz deyil. Türk milləti deyiləndə, Anadoluda illərdir ki, dövlət qurmuş, müasir dövrdə isə Cümhuriyyət quran xalq başa düşülməlidir. Türklər, Asiyadan başlayaraq, böyük bir ərazidə siyasi gücdür. Soyqırıma məruz qalmısınız, ancaq erməni humanizmindən danışırsınız - Bu durumda ziyalıların öhdəsinə nə düşür? - Ziyalıların, ədəbiyyatçıların milli gerçəkliklərini qəbul etmələri və onu öz əsərlərində əks etdirmələri şərtdir. Bakıdan 1 kitab alıb oxudum. Əsərin sonunda qəhrəmanlardan biri erməni olduğunu öyrənir. Belə əsərlə beynəlxalq səviyyədə erməni lobbisinə uduzursunuz. Torpaqlarının 20 faizi işğal olunub, soyqrıma məruz qalmısınız, ancaq erməni humanizmindən danışırsınız. - Yeri gəlmişkən, 2015-ci ildə "erməni soyqırımı"nın 100 ili tamam olur. Hər il aprel ayında türk olaraq özümüzü müdafiə etməli oluruq... - Hər il Amerikanın boynuna qoyduğu minnət var. Deyirlər ki, təzyiqlərə baxmayaraq, bu məsələni qəbul etmirik. Nə edirlər, etsinlər. Türk millətinin başına gələcək fəlakətlər məsələsində ictimai rəy formalaşdırmalı, bu işi həyata keçirəcək qurum yaratmalıyıq. Yəni ictimai rəyin formalaşdırılması prosesi bu qurumdan tənzimlənməli, istiqamətləndirilməlidir. Məsələn, mənim yazdığım kitabların ikisi roman olacaq. Hər 2 əsərim erməni məsələsi ilə bağlıdır. Birində 1915-ci il erməni məsələsinin yarandığı, digəri 2015-ci il – başımıza gələcəklər mövzusundadır. - Bu qədər çabalar var. Bunun bir xeyri olacaqmı? - 1915-ci ili bir kənara qoyaq, dünya 1992-ci ildə baş verən Xocalı soyqırımını görməzdən gəldi. Dünya, xüsusən, bu məsələlərdə kar və kordur. Almaniyada, İngiltərədə yaşasaydım... - Yazarın, sənətçinin siyasətə qarışmasına münasibətiniz necədi? - Sənətçi siyasət aparmamalıdır, ancaq siyasətlə maraqlanmalıdır. Siyasi mövzularda fikrini bildirəndə siyasət həyata keçirmir ki, vətəndaşlıq mövqeyini bildirmiş olur. - Sənətçi millət vəkili olursa, bundan sonra sənətini atmalıdırmı? - O, artıq sənətçi deyil. Çünki sənətin öz tələbi var: Sənət bütövlük sevir. Almaniyada, İngiltərədə yaşasaydım, bu qədər qabağa çıxmazdım. Türkiyədə yaşadığım və türk olduğum üçün proseslərin gedişi buna məcbur edir. - Yaradıcılığınızdan da danışaq bir az... Hansı planlarınız var? - 11-ci albomum hazırdır. Orada 14 mahnı toplanıb. Həmin mahnıların əksəriyyətinin söz və musiqisi mənə aiddir. Bilirsiniz ki, öz mahnılarımı səsləndirən sənətçiyəm. Konsertlərim davam edir. Dekabrın 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə konsert proqramım olacaq. Konsertə hazırlıqlar uzun müddətdir gedir. Budəfəki repertuarıma yeni mahnılar daxil edilib (Aznews.az).
2013-12-18
4,480
Gülənin sağ əlindən əməliyyat açıqlaması – Foto
Gülən hərəkatının ciddi adamlarından olan, hətta Fətullah Gülənin sağ əli olaraq tanınan, "Zaman" qəzetinin baş redaktoru Hüseyn Gülərcə "tvitter"dən açıqlama verib. İstanbul və Ankara polisinin təşkil etdiyi qanunsuzluq əməliyyatı sosial şəbəkələrdə də müzakirə obyektinə çevrilib. Sosial şəbəkələrdəki paylaşmalarda əməliyyatın səbəbi kimi hökumət ilə Gülən hərəkatı arasındakı gərginlik göstərilib. "Axar.az" xəbər verir ki, bu paylaşmalar artdıqdan sonra Gülən hərəkatının ciddi adamlarından olan, hətta Fətullah Gülənin sağ əli olaraq tanınan "Zaman" qəzetinin baş redaktoru Hüseyn Gülərcə "tvitter"dən açıqlama verib. Əməliyyatların arxasında Gülən hərəkatının olmadığına eyham vuran Gülərcə bunları deyib: "Davam edən əməliyyatların səbəbkarı kimi Xidmət Hərəkatını (Gülən hərəkatı özlərini "Xidmət" hərəkatı adlandırır. – Red) göstərmək, sadəcə, hədəfdən yayındırmağa hesablanıb". "Məhkəmə və polis sistemindən fəaliyyətlərinin dayandırıldığını bar-bar bağıran insanlar Respublika tarxinin ən dərin əməliyyatına imza atır?". "Bu əməliyyat dövlət əməliyyatıdır. "Hansı dövlət?" deyə soruşmaq əvəzinə "Gəzi" hadisələrindən bu yana baş verənlərə baxılsın".
2013-12-18
4,481
Gün ərzində 57 cinayət faktı qeydə alınıb
"Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, 17 dekabr 2013-cü il tarixində respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınıb ki, onların da 26-sı "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.
2013-12-18
4,482
“Əmrləri Azərbaycandan almışam”: gizli dinləmələr - Video
2013-12-18 12:30:24 "Rüşvət və qanunsuzluq" əməliyyatında həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın rüşvət vermə ilə bərabər, İrandan 87 milyard avroluq qanunsuz transfer etdiyi də açıqlandı. Maliyyə Nazirliyi Rüşvət Cinayətlərinin Araşdırma Komissiyası İstanbul Polis İdarəsinə Zərrabın şirkətlərinin heç bir fəaliyyətdə olmadığını, lakin milyonlarca avro transfer etdiyini və bunun xaricdə sənədləşdiyini göstərən bir hesabat təqdim olunub. Məsələ ilə bağlı baş hərfi A.M. olan bir informator ortaya çıxıb. Maliyyə Nazirliyi müfəttişləri Türkiyədə qurulan üç xəyali şirkətin fəaliyyətini və hesabını araşdırıb, bunun sonunda da böyük pulların qanunsuz şəkildə transfer edildiyini ortaya çıxarıb. İnformatorun verdiyi sənədlərə görə, 2009-2012–ci illər arasında "Bank Mellat" tərəfindən yuyulan çirkli pulların miqdarı 87 milyard avroya çatır. Bundan başqa, müfəttişlər bu şirkətlərin bank qeydiyyatlarını dərindən analiz etmək üçün xüsusi komissiya qurub və soruşdurma komissiyası tərəfindən əlavə bir çalışma ilə iş adamları Adəm Gəlgəç və Vidadi Bədəlov tərəfindən qurulan şirkətlərin çirkli pulları yuma daxil olmaqla, sayının 11 olduğunu ortaya çıxarıb. 2013-cü ilin fevralında ifadə verən Gəlgəç transferləri İrandan apardığını etiraf edib. Rza Zərrab açıqlamada əməliyyatlar üçün əmrlərin İran və Azərbaycandan gəldiyini, ancaq bu əmrlərin kim tərəfindən verildiyini deməyib. Daha sonrakı araşdırmalarda isə bu şirkətlərin Zərraba aid olduğu məlum olub. *** 2013-12-18 12:42:24 Türkiyədə həbs olunan nazirlərin qohumlarının və bəzi bürokratların telefonları bir il öncə dinləməyə alınıb. "Axar.az" məlumat verir ki, bu informasiya Türkiyə mətbuatında yer alıb. Mətbuat 2008-ci ildə "Kapalıçarşı"da keçirilən əməliyyatların birində təxminən 260 şəxsin 1 milyardlıq mal varlığına həbs qoyulduğunu bildirib. Məhz bundan sonra keçən il Rza Zərrabında telefonunun nəzarətə götürüldüyü bildirilib. Bununla yanaşı bir sıra nazir və digər dövlət iş adamlarının telefonlarının dinlənildiyi qeyd edilib.
2013-12-18
4,483
Qafqaz Bədəlov silah satarkən tutuldu
DİN-in mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Qafqaz Bədəlov 1 ədəd "AKSU" markalı silahı, 27 ədəd patronu və 1 ədəd patron darağını satarkən tutulub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin silah və sursatı Q.Bədəlova vermiş Tərtər rayon sakini İsa Hüseynov da tutulub.
2013-12-18
4,484
Elnarə Tofiqqızının ölümü ilə bağlı komisyon ekspertiza rəyi
Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən komisyon ekspertizanın nəticəsi açıqlanıb. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, nəticələr ötən gün məlum olub. Aparılan ekspertiza ilə müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır. Xatırladaq ki, Anar Niftəliyev mətbuata açıqlamasında ekspertizanın ilkin rəyinə əsaslanaraq, E.Tofiqqızının həkim məsuliyyətsizliyi və səhlənkarlığı üzündən dünyasını dəyişdiyini bildirib (APA).
2013-12-18
4,485
Jrinovski miqrantların puluna göz dikib
"Evlərinə pul göndərən miqrantlardan buna görə vergi tutulmalıdır". "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu təklifi Dumada Vladimir Jrinovski səsləndirib. O, miqrantların Rusiyada vergilərdən yayınmasını ölkə üçün böyük təhlükə adlandırıb: "Biz niyə bu pulları buraxırıq? Onlar axı burada heç bir vergi ödəmirlər. Ona görə də pul köçürmələrindən vergi tutulmalıdır".
2013-12-18
4,486
Uorlikdən rəsmi Ankaraya diplomatik mesaj
"Əgər Türkiyə Qarabağ konfliktinin həllində hansısa rol oynamaq istəyirsə, o hər kəs üçün pozitiv olmalıdır". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Xankəndində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çıxış edib. O, bölgədə stabilliyin yaradılması üçün Minsk qrupunun əlindən gələn hər şeyi etdiyini bildirib: "Əgər Türkiyə də bu prosesə qoşulmaq istəyirsə, o zaman regionda stabilliyi əsas məqsəd kimi götürməlidir".
2013-12-18
4,487
Berti Foqtsla müqavilə iki il uzadılıb
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası baş tutub. Tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun gələcək taleyinə aydınlıq gəlib. Almaniyalı mütəxəssisin millimizdəki işini davam etdirməsi qərara alınıb. Nəticədə, Berti Foqtsla yeni 2 illik müqavilə imzalanması haqda qərar verilib. Bu isə o deməkdir ki, 67 yaşlı mütəxəssis "Avro 2016"-nın seçmə mərhələsinin oyunlarında da yığmamızın sükanı arxasında olacaq. Artıq Foqtsun yeni köməkçiləri də müəyyənləşib. "Kəpəz" klubunun sabiq baş məşqçisi Mahmud Qurbanov və Aslan Kərimov Foqtsun yeni köməkçiləri təyin olunublar. Qeyd edək ki, Berti Foqts 2008-ci ilin mart ayından Azərbaycan millisini çalışdırır (Trend).
2013-12-18
4,488
Yeni polis rəisləri təyin edildi - Adlar
Türkiyədə keçirilən əməliyyatlar zamanı vəzifədən çıxarılan 5 polis rəisinin yerinə yeniləri gətirilib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayımlayıb. Vəzifəyə gətirilənlərin siyahısını təqdim edirik: Mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsi – Ömər Burak Aktaş Maliyyə şöbəsi – Hakan Sıralı İctimai asayiş şöbəsi – Yusuf Bengü Terrorla mübarizə şöbəsi – Ali Sekkin (keçmiş kəşfiyyatçı) Qacaqmalçılıqla mübarizə şöbəsi – Aydın Yılmaz
2013-12-18
4,489
Anar Məmmədli ilə bağlı açıqlama - Rəsmi
"Axar.az" xəbər verir ki, Respublika Baş Prokururluğu 2 gün öncə həbs edilən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Anar Məmmədli "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyi adlı qurumunın vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur. Məlumatda göstərilir ki, Azərbaycan Respublikasının Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 213.2.1, 213.2.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb. İş üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib, zəruri ekspertizalar təyin edilməklə məhkəmənin müvafiq qərarı ilə qeyd edilən qurumlarda mühasibat uçotunun mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmaması yoxlanılıb. Bununla bərabər vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin, daxilolmaların təyinatının qanuniliyinin müəyyənləşdirilməsi məqsədi ilə həmin nazirliklərin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri cəlb edilməklə yoxlama təşkil edilib. İbtidai istintaqın ilkin mərhələsində və yoxlamanın aralıq aktına əsasən toplanmış sübutlar şübhələnməyə əsas verir ki, hüquqi qeydiyyatı olmayan "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin may ayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə edib. Bundan sonra, Bəşir Süleymanlının "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyinin vitse-prezidenti vəzifəsinə təyin olunmaqla bank hesabına köçürülmüş 163250 ABŞ dolları onun vasitəsilə nağdlaşdırılıb götürülməsində, hüquqi şəxs statusu olmadığı halda "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nə ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib özlərinə, işçilərə, eləcə də layihəyə cəlb edilmiş digər şəxslərə həmin pul vəsaitindən əmək haqqı, xidmət və ofislərin icarə haqqı ödənilməsində, ümumilikdə 109529 manat məbləğində gəlir əldə olunmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməməsində şübhəli bilinir. Bununla yanaşı Elnur Məmmədovun "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyinin rəhbəri kimi idarəetmə orqanlarının formalaşdırılması, hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün hüquq verən rəsmi sənəd olan təsisçilərin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edərək təsisçilərin imzalarını saxtalaşdırmasında əsaslı şübhələr mövcuddur. Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2, Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2, 213.1, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq davam etdirilir.
2013-12-18
4,490
Oda Teatrı fəaliyyətini bərpa etdi
Oda Teatrı ətrafında baş verən problemlər aradan qalxdığı üçün teatr yeni tamaşa ilə tamaşaçıların görüşünə gələcək. Bu barədə "Axar.az"a teatrın rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə, ikinci qayıdışda teatr "Arzular bağı" adlı yeni tamaşanı nümayiş etdirəcək: "Azərbaycanda ilk dəfə səhnələşdirilən eyniadlı tamaşanın müəllifi Pərviz Bəşərdüstdür. Tamaşa professional rejissor və aktyorlar tərəfindən hazırlanıb". Belə ki, tamaşanın rejissoru İmam Gassan, bəstəkarı Ayaz Qəmbərlidir. Tamaşadakı rolları əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarov ifa edəcək. Tamaşa 21 və 22 dekabr saat 19:00-da nümayiş olunacaq. Biletin qiyməti 5 manatdır. Tamaşanın informasiya dəstəkçisi Elitar.Az saytıdır. Biletləri əldə etmək və ünvanı tapmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Tel: 050 394 48 64 və 070 219 83 33 Ünvan: Tarqovı, İSR Plazanın arxası – Topçubaşov küçəsi 38-də yerləşən ZİRZƏMİ məkanı.
2013-12-18
4,491
Bank müdirinin evindən 4.5 milyon tapıldı - Video
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Türkiyədə rüşvət suçuyla həbs edilən bankir Süleyman Arslanın evində axtarış aparılıb. Məhkəmə qaynaqlarından əldə edilən məlumata görə, "Xalq" Bankın sahibi Süleyman Arslanın evindəki kitabxanada ayaqqabı qutularının içindən 4.5 milyon dollar tapılıb və müsadirə edilib.
2013-12-18
4,492
"Cənab Baş prokuror, qatillər istintaqdan yayınır"
Bu gün hüquq-mühafizə orqanlarından mediaya verilən məlumatda jurnalist Anar Niftəliyevin həyat yoldaşı, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının (Niftəliyeva) ölümünə anestezioloqun (Firuz İbrahimov) düzgün anesteziya əməliyyatı aparmaması nəticəsində ağ ciyərin funksiyasının pozulması səbəb kimi göstərilir. Beləliklə, bütün günahlar təkcə anestezioloqun boynuna yüklənir. Bununla bağlı zərərçəkmiş Anar Niftəliyev Respublikanın Baş prokuroru Zakir Qaralova özünün açıq məktubunu ünvanlayıb. Açıq məktubda deyilir: Hörmətli cənab Baş prokuror! Bu gün hüquq-mühafizə orqanlarından mediaya verilən məlumatda həyat yoldaşım, tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının (Niftəliyeva) ölümünə anestezioloqun (Firuz İbrahimov) düzgün anesteziya əməliyyatı aparmaması nəticəsində ağ ciyərin funksiyasının pozulması səbəb kimi göstərilir. Bu açıqlama isə faktiki olaraq əməliyyatda iştirak edən həkimlərdən yalnız anestezioloqun məsuliyyət daşıdığı haqqında rəy yaradır və mənim Sizə əvvəlki iki rəsmi müraciətimdə ifadə etdiyim narahatlığı doğruldur. Bir daha təkrar edim ki, əməliyyatda iştirak edən həkimlər məsuliyyəti anestezioloqun üstünə yıxmaqla, özlərinin məsuliyyətdən yaxa qurtardıqlarını artıq bir neçə dəfə bəyan ediblər və hətta həmin şəxslərin cinayət işinin aparıldığı Nəsimi Rayon Prokurorluğu ilə "anlaşdığı" barədə qeyri-rəsmi məlumat aldığımı artıq ötən məktubumda Sizin diqqətinizə çatdırmışam. Əlbəttə, həyat yoldaşımın vəfatının və iki körpə balamın anasız qalmasının birbaşa səbəbkarı həm də anestezioloqdur. Ancaq bu əməliyyatın zəruri olmadığı, bizim yalnız tamah məqsədi ilə aldadıldığımızı, məndən daha çox pul alınması üçün bu kiçik əməliyyatın böyüklüyü görüntüsü yaradıldığı, heç bir ehtiyac olmadığı halda əməliyyatın narkozla həyata keçirilməsində həkimlərin israr etdiyini bir daha vurğulayıram. Bununla bağlı Nəsimi Rayon Prokurorluğuna zərərçəkən kimi verdiyim iddialar üzrə bu vaxta qədər heç bir istintaq hərəkətinin aparılmaması təbii ki, məndə şübhələr yaratmaya bilməzdi və məhz buna görə də Sizə müraciət etdim! Cənab Baş prokuror! Əvvəla, bu qətl hadisəsi əməliyyatda iştirak edən hər üç həkimin (onkoloq Mahir Məmmədov, asisstent Fərəcullah İdrisov və anestezioloq Firuz İbrahimov) əlbir olaraq, birbaşa tamah məqsədilə həyata keçirdiyi, ancaq öz iradələrindən asılı olmadan baş tutmamış dələduzluğun acı nəticəsidir. İkincisi, anestezioloqun əməliyyat zamanı heç də öz iradəsi və şəxsi qərarı ilə hərəkət etmədiyini müəyyənləşdirmək üçün müstəntiqin əlavə sorğu verməsinə də ehtiyac yoxdur – bunu özü də təsdiqləyə bilərdi. Bu əməliyyat üçün narkoz tələb olunmadığı halda, niyə narkozdan istifadə edilməliydi? Niyə həkimlər mənim və həyat yoldaşım Elnarə Tofiqqızının israrlarına baxmayaraq, narkozun vacib olduğuna bizi inandırdılar? Ümumiyyətlə, bu əməliyyatın aparılmasına ehtiyac vardımı? Niyə bizi aldadaraq "Medi Sina" klinikasında əməliyyat aparılmasına inandırdılar? Mən Nəsimi Rayon Prokurorluğuna verdiyim izahat və ifadələrimdə bu məsələni vurğulamışam, bununla bağlı iddialar da qaldırmışam. Amma Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, cinayət işini aparan istintaq qrupunun rəhbəri Ələkbər Rzayev hələ də heç bir istintaq hərəkəti aparmır və ümumiyyətlə, yekun komisyon ekspertizanın rəyindən sonra həkimlərin məsuliyyətini müəyyənləşdirən sorğu göndərib, cavablar almayıb. Əvəzində isə komisyon ekspertizanın bu cür yarımçıq, heç bir halda məni və istintaqı qane etməyəsi rəyi cinayət işinə əlavə olunur və bununla da istintaq öz yarımçıq işini bitmiş hesab edir? Hörmətli cənab Baş prokuror! Dekabrın 11-də mən Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsi tərəfindən dəvət edildim və işin birbaşa Sizin nəzarətinizdə olduğu nəzərimə çatdırıldı, iddialarım, narahatlıqlarımla bağlı şikayətlərim dinlənildi. Mənə vəd olunan müddət hələ tamam olmayıb və inanıram ki, Sizin şəxsi diqqətiniz bu işdə qısa müddətdə öz sözünü deyəcək, bu dələduz qatillərin hər biri ayrı-ayrılıqda layiq olduqları cəzanı alacaq və bu fakt da həkim terrorunun qarşısının alınmasına Respublika Prokurorluğunun, şəxsən Sizin ən dəyərli töhfəniz olacaq. Ona görə də cinayətdən yaxa qurtarmaq üçün çalışan və müxtəlif vasitələrlə istintaqa, komisyon ekspertizanın rəyinə təsir göstərən, nəticədə çoxlu suallar doğuran ekspertiza rəyini cinayət işinə daxil etdirməklə, əlavə araşdırmalara mane olan qatillərin də, nədənsə bu qatil həkimlərin istəyinə uyğun davranan hüquq-mühafizə orqanı əməkdaşlarının da hərəkətlərinə hüquqi qiymət verilməsi üçün bir daha tapşırıq verməyinizi və istintaqın ədalətli və sürətli keçirilməsini təmin etməyinizi Sizdən xahiş edirəm.
2013-12-18
4,493
"Azərbaycan o vaxt müstəqilliyini qoruya bilər ki..."
"Əgər indi Azərbaycan əhalisi bu dövlətin siyasəti ilə razıdırsa, deməli, idarəçilik normal vəziyyətdədir". Publika.Az-ın məlumatına görə, bunu Prezident Admnistrasiyasının (PA) İcimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008-2013-cü illər)" adlı kitabın təqdimat mərasimində çıxışı zamanı bildirib. PA-nın şöbə müdiri söyləyib ki, prezident İlham Əliyev ulu öndər Heydər Əliyev siyasətini novatorluq səviyyəsində davam etdirir: "Ancaq möhkəm əsaslarla qorunan dövlət dayanıqlı ola bilər. İndi hamı üçün bəllidir ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti ilə bərabər, dövlət idarəçilik təlimini də bizə bəxş edib. Heydər Əliyevin idarəçilik təlimi ilk növbədə xalqın milli iradəsinə söykənib. Heydər Əliyevin idarəçiliyinin əsas prinsiplərdən biri xalqın hüquqi dövlət və qanunçuluğa söykənməsidir. O, demokratiyanı, siyasi plüralizmi irəli sürdü. Onun əsas prinsiplərindən biri də effektli dövlət yaratmaq idi". Azərbaycanda ictimai-siyasi mühitin çox normal olduğunu vurğulayan Ə.Həsənov əlavə edib ki, prezident İlham Əliyevin yürütdüyü siyasət ölkədəki sabitliyin və inkişafın qarantıdır. Ə.Həsənov bildirib ki, bu gün ulu öndərin Azərbaycana təkcə bugünkü müstəqil dövlətimizi deyil, eyni zamanda, onun idarəçilik təlimini də ərmağan etdiyi hamıya bəllidir: "Biz bu gün o idarəçilik təlimindən bəhrələnərək Azərbaycanın inkişafının ayrı-ayrı istiqamətlərini tədqiq edirik və Azərbaycan dövlət idarəçilik təlimindən istifadə edərək dövlətimizi idarə edirik. Bununla da biz Azərbaycan xalqının firavan, dinc, təhlükəsiz və dinamik həyatını təmin edirik. Odur ki, sözün həqiqi mənasında, bu təlimin salnaməsinin yaradılması, onun təhlil olunması, ayrı-ayrı xarakterik xüsusiyyətlərinin ümumiləşdirilməsi və geniş oxucu kütləsinə çatdırılması, o cümlədən Azərbaycanı tədqiq edən, ölkəmizlə maraqlanan xarici auditoriyalara çatdırılması bu gün üçün çox aktuallıq kəsb edir". PA rəsmisi deyib ki, Heydər Əliyevin dövlət idarəçilik təlimində bir neçə prinsip var idi: "Birincisi, ulu öndərin varislik təliminin bugünkü dövlət idarəçiliyində Prezident İlham Əliyev tərəfindən nəzərə alınır. Heydər Əliyevin dövlət idarəçilik təlimi ilk növbədə Azərbaycan xalqının milli iradəsinə söykənir. Ümummilli liderimiz deyirdi: "Milli iradə və milli birlik olmayan yerdə nə dövlət, nə müstəqillik elan oluna bilər, nə təmin edilə, nə də davamlı ola bilər". Ulu öndərin Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ərəfəsində Azərbaycan ziyalılarına ünvanladığı məktubda birinci prinsip olaraq bu məsələ qoyulmuşdu ki, Azərbaycan o vaxt müstəqil dövlət şəklində formalaşa, qurula, möhkəmlənə və öz müstəqilliyini qoruya bilər ki, bu dövlət əhalinin iradəsinə söykənsin, əhalinin iradəsi isə milli birliyə söykənsin və milli birlik bizim dövlətimizin əsas prinsiplərindən biri olsun". Ə.Həsənovun sözlərinə görə, ümummilli liderin irəli sürdüyü ikinci prinsip sosial ədalət prinsipi idi: "O dövlət dayanıqlı ola bilər ki, həmin dövlətin həyatında sosial ədalət prinsipi mövcuddur, yaşayır və qorunur. Əgər bir dövlətdə ədalət yoxdursa və haqlının gücü bəzən güclünün haqqına qurban verilirsə, bu dövlətdə ədalət ola bilməz. Yəni, haqlının güclü olduğu bir dövlət, haqlının həmişə dövlət tərəfindən qorunması Heydər Əliyevin idarəçiliyinin əsas prinsiplərindən biri idi. Ümummilli liderin hüquqi dövlət və qanunçuluq kimi bir ifadəsi var idi. Bir dövlətin xalqı və vətəndaşı özünün haqlarını anlayarsa və o haqların ona, onun ailəsinə, xalqına gətirdiyi dəyərləri hiss edərsə, bu dövlətin xalqını heç kim məğlub edə və iradəsindən çəkindirə bilməz". PA rəsmisi xatırladıb ki, Heydər Əliyev o zaman Azərbaycan ziyalılarına həmin müraciətində qeyd edirdi ki, bu gün Azərbaycan cəmiyyətində cinayətkarların cəzasız qalması, günahsızların isə cinayətə məruz qalması ciddi bir narazılıq yaradır və bu, sosial çaxnaşmaya, sosial fəlakətə aparır: "Yadınızdadırsa, 1991-1993-cü illərdə Azərbaycanda sözün həqiqi mənasında, bir xaos, anarxiya hökm sürürdü, cinayətkar cəzasız qalırdı və günahsızlar cəzaya məruz qalırdılar. Belə olan halda qanunçuluq da pozulmuşdu, hüquqi dövlət normaları da pozulmuşdu. Bir sözlə, kim güclü idisə o da haqlı idi. Kimin çiynində silah var idisə, o istənilən şeyi həyata keçirirdi. Belə bir dövlətdə Heydər Əliyevin dövlətçilik təliminin əsas şərtlərindən biri hüquqi dövlət, demokratiya prinsipləri idi". PA rəsmisi çıxışında qeyd edib ki, Prezident İlham Əliyev Heydər Əliyev siyasətini yenilik gətirərək davam etdirir. Ə.Həsənovun sözlərinə görə, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasının əsas prinsipləri sırasına demokratiya, siyasi plüralizm məsələsini irəli sürdü: "1995-ci il Azərbaycan Konstitusiyasının üçdə bir müddəası insan haqlarına, insanların fikir və düşüncəsinin sərbəstliyinə, ən optimal qərarların qəbul edilməsi üçün insanların fikir plüralizminin istifadəsinə və çoxluğun iradəsinin hökm sürməsinə həsr olunub. Və nəhayət, ümumilli lider Heydər Əliyevin dövlət təliminin əsas tərkib hissələrindən biri effektli dövlət idarəçiliyi sisteminin yaradılması idi".
2013-12-18
4,494
Azərbaycanda 30 min sənədsiz insan yaşayır
Dekabrın 18-i Beynəlxalq Miqrasiya günü kimi qeyd olunur. Bu münasibətlə "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi ölkəmizdə miqrasiya sahəsindəki hazırkı vəziyyət, mövcud problemlər və onların həlli yollarına həsr olunan dəyirmi masa keçirib. Müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı, Diasporla İş üzrə Dövlət Komitəsi, BMT QAK-ın nümayəndələri, KİV təmsilçiləri iştirak edib. Miqrasiya sahəsində Azərbaycan üçün çətin il AMM-nin rəhbəri Əlövsət Əliyev son zamanlar ölkəmizdə miqrasiya qanunvericiliyinin təkminləşdirlməsi sahəsində görülən işlərə diqqəti çəkərək xüsusliə Miqrasiya Məcəlləsinin qəbulunu uğurlu addım kimi dəyərləndirib. Bildirib ki, keçmiş SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda belə bir sənədin qəbulu müsbət hal kimi dəyərləndirlməlidir. Sənədin özünəməxsusluğu həm də onun sırf Azərbaycan təcrübəsi əsasında hazırlanmasıdır. Bununla belə 2013-cü ili miqrasiya sahəsində Azərbaycan üçün çətin il kimi xarakterizə edən Ə.Əliyev miqrasiya siyasətinin sərtləşdirlməsini əmək bazarını əcnəbilərdən qorumağa yönəldiyini qeyd edib. Ölkədən getmək istəyənlərin sayı artıb Mərkəz rəhbərinin sözlərinə görə, son zamanlar ölkədən getmək istəyənlərin sayı artır. Bununla bağlı AMM-nə 1870 müraciət daxil olub ki, bunlar da əsasən xarici ölkələrin miqrasiya qanunvericiliyinə dair məlumat almaq xarakteri daşıyır. Bu hal isə 1995-ci ildən bəri ən yüksək rəqəm hesab edilir: "Təkcə son bir neçə gün ərzində Mərkəzə 15-ə yaxın gənc müraciət edərək ölkəni tərk etmək istədiklərini bildiriblər. Mərkəzə daxil olan 1870 belə müraciətdən 41 faizinin müəllifi Kanada və Amerikaya getmək istəyini bildirib. Bunlar əsasən bir neçə xarici dil bilən, neft və digər sahələrdə işləyən ixtisaslı mütəxəssislərdir. Müraciət edənlərin 31 faizi Şengen vizasının qüvvədə olduğu ölkələrə getmək istəyini bəyan edib". Qanunsuz miqrantları işlədən tikinti şirkətləri Ölkədən getmək istəyənlərdən fərqli olaraq Azərbaycana gəlmək istəyənlərdən kütləvi müraciətlər daxil olmayıb. Bununla belə əmək bazarına cəlb etmək adı ilə gətirilib daha sonra qanunsuz miqranta çevrilən Türkiyə, Özbəkistan, Pakistan, Filippin, Çin vətəndaşları olub. Bu şəxslər əsasən tikinti işlərinə cəlb edilib ki, bu şirkətlərin də arasında Doğa İnşaat, DİA Holdinq, İstanbul çarşı, Yapı İnşaat var. Qanunsuz miqranta çevrilən bu şəxslər "Karvansaray" ticarət mərkəzi, "Şahdağ" istirahət kompleksi, "Şabran" istirahət mərkəzinin tikintisində işlədilib. 16 qaçqın vətəndaş olmaq yolunda Ə.Əliyev Azərbaycanda qaçqın statusu ilə yaşayan 16 nəfərin vətəndaşlığa qəbulla bağlı sənədlərinin DMX tərəfindən icraata götürülməsini müsbət hal kimi dəyərləndirib. Bununla yanaşı bildirilib ki, bir çox hallarda qaçqın statusu almaq üçün müraciət edənlərə rədd cavabı verilir və bu zaman cavab əsaslandırılmır. Bu problemlə İran, Əfqanıstan, Pakistandan gələn qaçqınlar üzləşir. Daha sonra bu şəxslər BMT–nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsinə götürülür. Himayə sənədinin müsbət tərəfi bu şəxslərin ölkədən məcburi qaydada çıxarılmasının qarşısını almasıdır. Tədbirdə son zamanlar Rusiyada baş verən hadisələrə də diqqət çəkilib. Ə.Əliyev bu ölkədəki soydaşlarımıza hüquq yardım məqsdəilə "qaynar xətt" xidmətinin yaradılması təklifi ilə çıxış etdiklərini vurğulayıb. 30 min sənədsiz insan və problemlər... Ölkəmizdə miqrasiya sahəsində problemlərə toxunan Ə.Əliyev xüsusilə ailə birləşməsi məqsədilə gələnlərə turist vizası verilməsinin əleyhinə olub. Onun sözlərinə görə, belə şəxslər turist vizası ilə gəldikləri ölkədə sonradan qanunsuz miqranta çevrilirlər: "Ailə müvəqqəti qurulmur. Qanunsuz miqrantları daha sonradan hava limanında saxlayaraq, cəriməni ödəmədən ölkəni tərk etmələrinə icazə verilməməsi də əlavə problemlər yaradır. Çünki onlar tələb edilən cəriməni ödəmək üçün heç bir qanuni fəaliyyətlə məşğul ola bilmirlər. Belə olan halda cəriməni necə ödənilməsi məsələsi gündəmə gəlir. Şəxsən mənə belə gəlir ki, bu məsələdə Nazirlər Kabinetinin cərimələrin 25 faizinin Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əmək haqqına əlavə olaraq verilməsi barədə qərarı qanunsuz miqrantların sayının artmasına səbəb olur. Bundan başqa Azərbaycanda sənədsizlərin sənədləşdirilməsi qaydası yoxdur. Hazırda Azərbaycanda 30 min sənədsiz insan yaşayır. Azərbaycanın iqtisadi gücü bu problemin həllini tezləşdirməyə imkan verir. Bu sahədəki növbəti problem əcnəbilərin insan alverini qurbanı kimi tanınmaması, uşaq əməyinin istismarı ilə bağlı halların aşkar edilməməsidir. Orqan transplantasiyası ilə bağlı cinayət işləri var ki, insan alveri kimi qəbul edilmir. Bu da cəzanı yüngülləşdirir". Tədbirdə o da vurğulanıb ki, il ərzində 1746 əcnəbiyə, 321 nəfər ölkə vətəndaşına mərkəz tərəfindən hüquqi yardım göstərilib. 1,7 milyon manat ödənilməyən əmək haqqının ödənilməsi təmin olunub. 243 sənədsiz şəxs şəxsiyyət vəsiqəsi ilə təmin edilib.
2013-12-18
4,495
Gömrük İttifaqı üçün Rusiya ilə danışıqlar başlayıb - Qarabağ
"Ermənistanın Gömrük İttifaqına daxil olmasından sonra eyni sərhəd rejimi Dağlıq Qarabağa da tətbiq ediləcək". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistanın hakim Respublika Partiyasının sədr müavini Qalust Saakyan çıxış edib. O, Ermənistanın Qarabağla heç bir sərhəd məntəqəsinə malik olmadığını deyib: "Bizim Dağlıq Qarabağla heç bir sərhəd keçid məntəqəmiz olmadığına görə, bizə tətbiq edilənlər onlara da aid olacaq". Q.Saakyan həmçinin tanınmamış respublika məhsullarının problemsiz Gömrük İttifaqı bazarlarına çıxarılmasının da mümkün olacağını bildirib: "Qarabağın məhsulları rahat şəkildə Gömrük İttifaqı ölkələrinə gedəcək. Onların malları isə bura gələcək. Qaldı ki, başqa məsələyə, buna digər Gömrük İttifaqı ölkələri də razılıq veriblər". Sədr müavinin həmçinin Rusiya ilə də artıq bununla bağlı danışıqlara başladıqlarını bildirib.
2013-12-18
4,496
“Mənə Hz.Mehdi olduğum deyilir”
Türkiyənin Bursa şəhərində, əvvəllər birgə işlədiyi həmyerlisinin birini oteldə boğan, o birini isə başından güllələyərək öldürməkdə təqsirli bilinən şəxs ilk dəfə hakim qarşısına çıxarılıb. Cinayəti törətməkdə təqsirli bilinən şəxs hakimlə ilk görüşündə "Mənə Hz.Mehdi olduğum deyilir" deyə fikir səsləndirib. Bursanın 1-ci Ağır Cinayətlər Məhkəməsində "əvvəlcədən düşünülmüş şəkildə adam öldürmək, silahlı qarət və 6136 saylı Odlu Silahlara dair qanuna qarşı çıxmaq" cinayətlərindən ağırlaşdırılmış rejimdə ömürlük və 18 ilə qədər həbsi istənilən məhbus 35 yaşlı S.K. ilk dəfə hakim qarşısına çıxıb. Daha əvvəl birlikdə işlədikləri həmyerlilərindən olan Xeyrəddin Yanığı qaldığı oteldə boğub öldürdükdən sonra cib telefonunu götürdüyü, 37 yaşındakı Əhməd Murad Özakbulağı isə Yalovada tapançayla başına atəş açaraq öldürdüyü iddia edilən S.K. verdiyi ifadə ilə hər kəsi şoka salıb: "Hadisənin necə olduğunu xatırlamıram, Xeyrəddin Yanığın evinə qonaq getmişdim. O vaxtlarda da narkotik maddədən istifadə edirdim. Ağlım yerində deyildi. O mənim üstümə qışqırmağa başlayanda çaşdım, nə edəcəyəmi bilmədim. Əvvəlcədən planlaşdırdığım bir hadisə deyildi". İş yoldaşını öldürməsinin səbəbsiz olduğunu deyən S. K. "Mənə ilahi sədalar gəlir, cinləri görürəm. Bu yuxuların təsirində qalıram. Yuxumda mənə Hz.Mehdi olduğum deyilir",- deyib. Bundan sonra məhkəmə cinayətdən sonra bir müddət Ədliyyə-Tibb Ekspertizasında müşahidə məntəqəsində nəzarətdə saxlanılan şübhəli S.K. barəsində qəbul ediləcək qərarın daha doğru çıxarılması üçün məhkəməni təxirə salıb.
2013-12-18
4,497
Aydın Bəşirovun daha 3 qohumu vuruldu
Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun bacısı oğlu, Donanmanın Maddi-Texniki Təchizatı şöbəsinin rəisi Ramazan Ağaverdiyev vəzifəsindən azad edilib. "Axar.az"ın məlumatına görə, bu haqda elan olunsa da, rəsmi qərar XDG QSC-nin Donanmanın Maddi-Texniki Təchizat şöbəsində aparılan yoxlamalardan sonra veriləcək. Aydın Bəşirovun digər bacısı oğlu, Donanmanın Kadrlar şöbəsinin Bərə bölməsinin komandir heyətinin inspektoru Məmməd Şirinov və Gəmiçiliyin İstismar idarəsinin rəis müavini, Dəniz Akademiyasının rektoru Rasim Bəşirovun oğlu Cavad Bəşirov da vəzifələrindən uzaqlaşdırılıblar.
2013-12-18
4,498
Nazpəri Dostəliyeva: “İlhamə yalan danışır”
"İlhamə Quliyeva yalan danışır. Mətbuatda İlhamə Quliyevanın vəkili tərəfindən verilən xəbərlər həqiqət deyil". Xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyeva ilə bu gün keçirilən məhkəmə prosesində uduzması barədə yaylan xəbərlərə münasibət bildirərkən deyib. N.Dostəliyevanın vəkili Yunus Vəliyev isə məhkəmə prosesinin davam etdiyini vurğulayıb: "Məhkəmə hələ bitməyib. Sadəcə olaraq məhkəmə işi ekspertizaya göndərib, ancaq bunlar yalandan məhkəmənin bitdiyini və qalib gəldiklərini söyləyirlər. Qalibin kim olacağı məhkəmədən sonra aydın olacaq" (AzNews.az).
2013-12-18
4,500
Baş prokuror “Rüşvət əməliyyatını” öz nəzarətinə götürdü
"Axar.az" xəbər verir ki, əməliyyat işinə Baş prokuror Turan Çolakkadı nəzarət edəcək. İstintaqa 2 əlavə prokuror da təyin edilib. Ancaq prokurorların adları hələ açıqlanmayıb. Ədliyyə naziri Sadullah Yetkin Zəkəriyyə Özün istintaq işiylə ilə əlaqəsinin kəsilməsi ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb və bu barədə heç bir məlumatının olmadığını deyib: "Bu mövzuda hər hansı bir məlumat olmadığını dünən HSYK də açıqlayıb. Hər kəs öz işiylə məşğuldur bu dəqiqə..."
2013-12-18
4,501
"Feysbuk" istifadəçilərini üzəcək xəbər
Mark Zukerberq "feysbuk"da yenilik edəcək. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "feysbuk"da artıq videolu reklam xidməti işə düşəcək. Bu reklamlar isə istifadəçilərin icazəsi olmadan onların xəbər lentində yayımlanacaq. Reklamlar 18-54 yaş arasında olan istifadəçilərin profillərində görünəcək. Bu reklamlar səssiz halda olacaq, istəyən hər kəs onun səsini özü ucalda biləcək. Hazırda test mərhələsində olan bu funksiyanın yaxın günlərdə tam olaraq işə düşməsi gözlənilir. ABŞ mətbuatı yazıb ki, "feysbuk" rəhbərliyi bir çoxlarının mənfi reaksiyasına səbəb olan bu yenilikdən gündə 2 milyon dollar qazanacaq. Qeyd edək ki, hazırda "feysbuk"da virus şəklində başqalarının adından videolar paylaşılır. Bu virusların yeni funksiya ilə əlaqəsi yoxdur.
2013-12-18
4,502
Baş Prokurorluqdan jurnalistin məktubuna reaksiya
"Jurnalist Anar Niftəliyevin mediada dərc olunan açıq məktubu Baş prokuror cənab Zakir Qaralova məruzə olunub. Məlumat verildiyi kimi Elnarə Tofiqqızının ölümü ilə bağlı başlanmış cinayət işinin istintaqı Baş prokuror tərəfindən nəzarətə götürülməklə istintaqın tam, hərtərəfli və obyektiv aparılması üçün müvafiq tapşırıqlar verilib". Bu sözləri "Axar.az"a açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov dedi. Xatırladaq ki, bu gün jurnalist A.Niftəliyev Baş prokuror Zakir Qaralova açıq məktub ünvanlamışdı. Məktubda həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işi və tibbi komisyon ekspertiza rəyindən narazılıq və baş prokurordan cinayətkarların cəzalandırılması üçün diqqət xahiş edilirdi.
2013-12-18
4,503
Ukrayna “yol xəritəsini“ imzalamağa qərar verdi
"Ukrayna ilə Gömrük İttifaqı 2014-cü ilin yanvarında ticarət baryerlərinin aradan götürülməsi ilə bağlı "yol xəritəsini" imzalayacaq". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Andrey Slepnev çıxış edib. O, artıq bununla bağlı rəsmi Kiyevlə danışıqların başa çatdığını bildirib. A.Slepnev maneəsiz ticarətin tam qüvvəyə minməsinə gəlincə isə bunun 2015-ci ildə olacağını söyləyib.
2013-12-18
4,504
Vasif Talıbov qardaşı oğluna nəyi qadağa edib? - Yeniləndi/Fotolar
16:34 Elnur Talıbov virtual məkana qayıtdı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Elnur Talıbov virtual məkana qayıdıb. Bir müddət əvvəl facebookdakı profilində bahalı maşınlarının şəkillərini paylaşan "Şahzadə" Elnur Talıbov bu dəfə vkontakte sosial şəbəkəsində özünə yeni profil açıb. Elnur Talıbovun profil bilgilərinə 1993-cü ilin Noyabrn 1-də Naxçıvanda anadan olduğu, subay olduğu, ingilis dilini mükəmməl bildiyi, Collej de Lamanı (İngiltərə) bitirdiyi qeyd olunub. Profilində 3 şəkil paylaşan E.Talıbov statuslarının çoxunu ingilis dilində yazır. Yazdığı statuslardan bəlli olur ki, Elnur Talıbov tez-tez Moskvaya gedir. Hətta sonuncu statusunda Moskvada olduğunu qeyd edən "Şahzadə" Elnur Talıbov onunla əlaqə yaratmaq istəyən dostlarına oradakı telefon nömrəsini də verib. Diqqət çəkən bir digər məqam isə E.Talıbovun daha bahalı maşınlarla şəkillərini yaymamasıdır. Deyilənə görə, bu qadağanı ona atası qoyub. Qeyd edək ki, Elnur Talıbov bir müddət öncə facebook səhifəsində "Ford Shelby", "Audi sport", "Lexus", "X 5" və "Range Rover" avtomobillərinin fotosunu yaymışdı. Eyni zamanda o Amerikada yaşayan məşhur azərbaycanlı modelyer Səbinə Musayeva ilə birgə şəkillərini də paylaşmışdı. Lakin, ölkə mətbuatının bunu xəbər etməsi Elnur Talıbovun profilinin bağlanması ilə nəticələnmişdi ("Musavat.com"). *** "Axar.az"a daxil olan məlumata görə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Elnur adlı oğlu yoxdur. Bildirilir ki, Vasif Talıbovun Rza və Seymur adlı iki oğlu var. Bu yayılan foto isə Vasif Talıbovun qardaşı oğlu Elnur Talıbova məxsusdur.
2013-12-18
4,505
Gəncədə "Asan Xidmət" mərkəzi açılır
Dekabrın 21-də Gəncədə "ASAN xidmət" mərkəzinin açılışı olacaq. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib. Agentlik sədrinin sözlərinə görə, bu mərkəzdə Gəncə şəhəri və ətraf 10 rayonun təxminən 1 milyona yaxın əhalisinə xidmət göstəriləcək. O, qeyd edib ki, "ASAN xidmət" mərkəzləri yarandığı vaxtdan bu günədək Azərbaycanda 750 minə yaxın vətəndaşa xidmət göstərilib (Trend).
2013-12-18
4,506
Jurnalistin qızının 18+ videosu - Skandal
Kaset iddiası "Akit" qəzetinin yazarı Həsən Qaraqayanın qızı haqqında "kaseti var" iddiası ortaya atılıb. Dünən Rasim Ozan Kütahyalının porno görüntüləri olduğu iddia edilən fotoşəkillərin sosial mediada paylaşılmasından sonra bu gün də "Akit" yazarının qızı haqqında oxşar iddialar ortaya atılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Həsən Qaraqayanın qızı olduğu iddia edilən adamın fotoşəkilləri sosial mediada paylaşılıb. Paylaşılan fotoşəkillərlə bərabər Qaraqayanın qızının yataq görüntülərinin də mediaya ötürüldüyü barədə şayiələr yayılıb. Qeyd edək ki, dünən Türk mətbuatında AKP-yə yaxınlığı ilə tanınan məşhur "Sabah" qəzetinin yazarı Ozan Kütahyalının pornoqrafik fotoşəkilləri yayılmışdı. "Tvitter"də də tənqid olunmuşdu "Akit" yazarı Həsən Qaraqaya son vaxtlarda davam edən hazırlıq kursları müzakirələri haqqındakı yazıları ilə gündəmə gəlmişdi. "Camaat"a qarşı müxalif mövqeyilə tanınan "Akit" qəzetinin yazarı "tvitter"də "camaat"a yaxınlığı ilə bilinən "Sosial Pəncərə" profili tərəfindən də tənqid olunmuşdu.
2013-12-18
4,507
Erməni millisi qrupumuzdan çıxarıldı
19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin 4-cü qrupunun tərkibində UEFA-nın qərarına əsasən dəyişiklik edilib. Bu barədə "Axar.az" AFFA-nın rəsmi saytına istinadən məlumat verir. Müvafiq yaş qrupundan ibarət Azərbaycan yığmasının mübarizə aparacağı bu qrupdan Ermənistan yığması çıxarılıb. Bu komandanın əvəzinə 4-cü qrupda Sloveniya yığması mübarizə aparacaq. Beləliklə, 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək ilkin seçmə mərhələdə yığmamız Slovakiya, Macarıstan və Sloveniya komandaları ilə mübarizə aparacaq.
2013-12-18
4,508
Elşad Abdullayev yaramazdır, ya yox? - Mübahisə
Əfsər Talıbov: "Qayınatası Elşad Abdullayevə məhkəmədə "yaramaz" dedi" ABU-nun sabiq rektoru Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədov "Cumhuriyyet.az" saytına açıqlama verərək, barəsində yanlış xəbərlər yayıldığını bildirib. H.Əhmədov mətbuatda onun adından yazılan fikirlərdən xeyli təəccübləndiyini deyib: "Axı mən məhkəmədə belə sözlər deməmişəm. Orda nə qədər adam olub və dediklərim protokollaşdırılıb. Nəyə görə mənim adımdan yalan ifadələr yazılır? Mən Elşad Abdullayev haqda "yaramaz" ifadəsi işlətməmişəm. Əvvəla, belə bir ifadəni ictimai yerdə, məhkəmə zalında işlətmək mənim adıma yaraşmaz. Digər bir tərəfdən, Elşad Abdullayev hüquq elmləri doktorudur, professordur, böyük bir ali məktəbin rəhbəri olub. Mən aliməm. Elmin və elm adamının qiymətini bilirəm. Bunu yazanlar təxribatla məşğuldur və əslində yaramazlıq elə bu yalanı mətbuat səhifəsinə daşımaqdır". H.Əhmədov mətbuatda yazılanlara etirazının yalnız bir ifadə ilə bağlı olmadığını bildirib: "Guya mən orda demişəm ki, Elşad Abdullayevin qohumları imkan verməyiblər ki, mənə qulaq assın. Qətiyyən belə bir şey olmayıb. Mən bunu ABU-da onun ətrafına toplaşan, bu gün isə ortada olmayan, vaxtilə Elşad Abdullayevdən bəhrələnib bu gün onu müdafiə etməyənlərə, gizlənənlərə demişəm. Demişəm ki, Elşad Abdullayev başına adamlar toplaşmışdı. Onlar Elşada deyirdilər ki, Hüseyn Əhmədov "yeraz"dır, hər şeyi əlindən alacaq, ehtiyatlı ol. Zaman göstərdi ki, həmin adamların özündən ehtiyatlı olmaq lazım imiş". "Teleqraf.com"un xəbərinə görə, sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov "Yeni Müsavat"a açıqlamasında H.Əhmədovun bu sözlərinə cavab verib. Dekabrın 17-də müvəkkili ilə saxlandığı 1 saylı İstintaq Təcridxanasında görüşən vəkil deyib ki, G.Əhmədova E.Abdullayevin qayınatasının sözügedən açıqlamasına təəccüblənməklə yanaşı, buna etiraz edir: "Biz məhkəmənin həmin hissəsinin səs yazısını əldə etdik. Həmin səs yazısında Hüseyn Əhmədov bildirir ki, "bu gün mənim imkanım olsa, məni bir adamla göndərsələr, gedib onu tapıb gətirərəm, onda görərlər ki, mən ona nə sözlər deyərdim. Çünki yaramazdı, yaramaz... Belə işlər olmaz". Hüseyn Əhmədov məhkəmədə çıxışını edəndən sonra mənim, Gülər Əhmədovanın suallarına cavab verdi. Məhz orda bu sözləri dedi. Və iki dəfə bu sözü dedi ki, Elşad Abdullayev yaramazdır. Gülər xanım ona ABU-dakı qanunsuzluqlarla bağlı sual verəndə də o, cavab verir ki, Elşad Abdullayevin əməllərindən xəbəri olmayıb. "Mən ona 3 dəfə söz demişəm. Əgər mənim dediyimlə getsəydi, xan kimi dolanardı. Amma o, mənə qulaq asmadı" deyir məhkəmədə. Bunu necə boynundan ata bilər? O qədər jurnalistin qabağında, hakimlərin, Gülər Əhmədovanın gözünə baxa-baxa deyib bu sözləri". Ə.Talıbov "Yeni Müsavat"a sözügedən prosesdə H.Əhmədovun çıxışı olan hissənin audioyazısını təqdim edib. Audioyazının 3-cü dəqiqəsindən sonra sabiq rektorun qayınatasının mübahisə yaradan həmin sözləri yer alır.
2013-12-18
4,509
Rza Zərrab həbsindən əvvəl nazirlə danışıb
Rza Zərrab həbsindən bir müddət əvvəl nazirlərdən birinə zəng vuraraq dinlənib-dinlənilmədiyini soruşub. "Axar.az" məlumat verir ki, bu barədə informasiya Türkiyə mətbuatında yer alıb. Mətbuat İstanbul prokurorluğundan hələlik məlumatın rəsmən təsdiqlənmədiyini bildirib. Nazirin adına gəlincə isə, hələlik onun adının gizli saxlanıldığı yazılıb. Qeyd edək ki, Rza Zərrab dünən korrupsiyaya qarşı keçirilən əməliyyatlar zamanı həbs edilib.
2013-12-18
4,510
Gömrük rəisinin saxlanması ilə bağlı rəsmi məlumat
Sədərək Gömrük İdarəsinin rəisinin Türkiyədə saxlanması ilə bağlı rəsmi məlumat yayılıb. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyindən daxil olan məlumatda bildirilir ki, Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə gedib: "2013-cü il dekabr ayının 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tez bir zamanda həlli istiqamətində lazımi tədbirlər görülür" (Trend).
2013-12-18
4,511
Ərdoğanın ən yaxın adamı “Mən rahatam” dedi
"Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin ilk Avropa Birliyi naziri Egəmən Bağış İstanbul rüşvət və qaçaqmalçılıq əməliyyatı ilə əlaqədar ona sual verən jurnalistlərə "Mən rahatam" deyə cavab verib. Rüşvət və qaçaqmalçılıq istintaqının davam etdiyi vaxt hökumət və müxalifətdən mövzuyla bağlı tez-tez açıqlamalar gəlir. Avropa Birliyi naziri Egəmən Bağış günorta saatlarında AKP mərkəzinə gəlib. E. Bağış jurnalistlərin mövzuyla bağlı suallarına bir kəlməylə "Mən rahatam" deyə cavab verib.
2013-12-18
4,512
Universitetə yeni rektor əvəzi təyin edildi - Sərəncam
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olunub. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. "Axar.az" xəbər verir ki, təhsil nazirinin əmri ilə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Həmçinin, SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq E.Hüseynova həvalə edilib. Qeyd edək ki, Elxan Bahadur oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən isə təhsil nazirinin müşaviri vəzifəsində işləyib. (Trend)
2013-12-18
4,513
Ermənilər çobanlarımızı atəşə tutub
Bu gün saat 15:30 radələrində Ermənistan silahlı birləşmələri işğal altında olan Talış kəndində yerləşən mövqelərindən Respublikamızın Tərtər rayonunun cəbhə xəttində yerləşən Çaylı kəndini atəşə tutublar. Məlumata görə, otlaqlarda qoyun otaran çobanlar atəşə məruz qalıb. Nəticədə Çaylı kənd sakini Etibar Şahvələdova məxsus 9 baş xırda buynuzlu mal-qara tələf olub. Saat 16 radələrində isə Tərtər rayonun təmas xəttində yerləşən Qapanlı kəndi işğal altında olan Seyid Suman kəndi ərazisindən atəşə tutulub. Atla əkin sahəsindən qayıdan sakinlərdən biri atəşə məruz qalıb. Xoşbəxtlikdən güllə sakinə dəyməyib. At isə güllə zərbəsi alıb. Hadisə nəticəsində sakinlər arasında hələ ki ölən və yaralananın olmadığı bildirilir. Cəbhə xəttində nisbi sakitlikdir. Tək-tək silah səsləri eşidilir (ANSPress).
2013-12-18
4,514
Nazir oğlunun evindən milyonlar çıxdı - Fotolar
Qanunsuzluq və korrpusiya əməliyyatında həbs olunan Daxili İşlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin evindəki axtarışın ilk fotoları ortaya çıxıb. "Axar.az" xəbər verir ki, Daxili İşlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin evində axtarış zamanı kassalardakı pullar müsadirə edilib. "Radikal" qəzetinin xəbərinə görə, Gülərin evində çox miqdarda çek və pul ələ keçirilib.
2013-12-18
4,515
Türkiyədəki son proseslərdə İsrail barmağı – Şok iddia/Video
Türkiyədə "camaat" adlanan nurçu camiə hökümətə qarşı açıq savaşa başlayıb. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə köşə yazarı Əli Bayramoğlu çıxış edib. Əli Bayramoğlu ilə yanaşı çıxış edən digər bir yazar Sevilay Yüksəlir isə hər şeydə İsrail lobbisini günahlandırıb. O, bu işdə Rəcəb Tayyib Ərdoğanın yanında yer almağın ən düzgün yol olduğunu bildirib.
2013-12-18
4,516
Nazir həbs olunmuş oğlunu müdafiə etdi
"Oğlumun bu işlərə qarışdığına inanmıram". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Ərdoğan Bayraqdar çıxış edib. O, oğlunun həbsi xəbərini televiziyadan eşitdiyini bildirib. Ə.Bayraqdar digər həmkarlarından fərqli olaraq gün ərzində işini nazirlikdə davam etdirib.
2013-12-18
4,517
İnstitut rəhbərliyinə cinayət işi açıldı - Rəsmi
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Baş Prokurorluqdan "Axar.az"a daxil olan məlumata görə, araşdırmalar zamanı AMİ-nin Gəncə filialında ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, filialın qiyabi şöbəsinə tələbə qəbulunun dayandırılmasına baxmayaraq, şöbənin fəaliyyətinin davam etdirılməsi nəticəsində ümumilikdə 6235 tələbənin həmin filialı bitirməsi, təkrar kursda qalması, akademik möhlət verilməsi barədə filialın vəzifəli şəxslərinin qanunsuz əmrlər imzalamasında, habelə Kəlbəcər rayon Təhsil Şöbəsinin vəzifəli şəxslərinin saxta diplomlar əsasında 26 müəllimi işə qəbul etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
2013-12-18
4,518
Baş prokurorluqdan şok əməliyyatla bağlı ilk açıqlama
Rüşvət və qaçaqmalçılıq əməliyyatı ilə bağlı həyata keçirilən istintaq daxilində İstanbul Baş prokurorluğundan ilk yazılı açıqlama gəlib. Açıqlamada deyilir: "Bəzi mövqelərdən gələn məlumatlar çərçivəsində 2012-ci il 13 sentyabr, 2012-ci il 21 sentyabr və 2013-cü il 14 fevral tarixlərində 3 ayrı istintaq başladılıb, bu istintaqlarda adi vətəndaşlarla bərabər bir neçə dövlət işçiləri də şübhəli hesab olunur. İstintaqlardan ikisində, ümumiyyətlə bəzi hökumət qanunlarına müxalif çıxmaq, dövlət işçilərinin rüşvət aldığı və vəzifəsindən sui-istifadə etdiyi iddiaları da var". 3 ayrı istintaq "Bu istintaqlardan biri "Məmur Cinayətləri İstintaq Bürosunda" işləyən Respublika prokuroru tərəfindən, digər ikisi "Qaçaqmalçılıq Narkotik Bürosu"nda işləyən başqa bir prokuror tərəfindən həyata keçirilməkdə olub, bu prokurorlardan əvvəl başqa Respublika prokurorları da eyni istintaqları icra etmiş, büro dəyişikliyi və oxşar səbəblərlə prokuror dəyişikliyi olub. İstintaq materiallarından biri 2013-ci il 12 iyul tarixində, digəri 2013-cü il 22 iyul tarixində hal-hazırda cinayət işinin istintaqını aparan Respublika prokuroruna təhvil verilib. Üçüncü istintaq materialı isə 2013-cü il 2 dekabr tarixində hal-hazırda istintaqı aparan Respublika prokuroruna verilib". İki prokuror da əlavə olundu "İstintaqın əhatə dairəsi, şübhəli sayının çoxluğu nəzarətdəki şübhəlilərin əməliyyatlarının qanuni nəzarət müddətində bitirilməsinin lazım olduğu nəzərə alınaraq və dəlillərin tam olaraq toplanıb, qısa müddətdə təhvil verilməsi üçün əvvəllər olduğu kimi əhatəli istintaqlarda tətbiq olunduğu kimi, bu istintaq işlərinə kömək etmək üçün iki Respublika prokuroru da əlavə olunub. Yeni Respublika prokurorları məmurlar və dövlət işçiləri cinayətləri araşdırmaq üçün qurulmuş Məmur Cinayətləri İstintaq Bürosu və Xüsusi İstintaq Bürosunda işləyən əvvəldən bəri Məmur və Dövlət işçilərinin istintaqlarını icra etməkdədir". Həqiqətlərin ortaya çıxardılması "Baş prokurorluq həqiqətin ortaya çıxarılması və qanuni işlərin yerinə yetirilməsi üçün çalışmaqda olub, səhv məlumatların yayılmaması və ictimaiyyəti məlumatlandırmaq üçün bu qısa açıqlamanı verib".
2013-12-18
4,519
Azərbaycan-Fransa hərbi əməkdaşlığı müzakirə olundu
Dekabrın 17-də Bakı şəhərində Azərbaycan-Fransa ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilib. Tədbir zamanı ölkələrimiz arasında hərbi-təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələrin yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Nazirliyi arasında 2014-cü il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı" imzalanıb. Fransa Respublikasının nümayəndə heyətinə Birləşmiş Qərargahın Beynəlxalq Əlaqələr İdarəsinin Qafqaz, Mərkəzi Asiya, Rusiya Federasiyası və Ukrayna üzrə bürosunun rəisi 1-ci dərəcəli kapitan Aleksis Viler rəhbərlik edib.
2013-12-18
4,521
Parlamentarilər Tiflisdə toplaşıb
Bu gün Gürcüstanın paytaxtı Tiflisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq forumunun 42-ci plenar iclasının açılışı keçirilib. "Axar.az" xəbər verir ki, iclasın açılışında qurumun hazırkı rəhbəri, Gürcüstan parlamentinin spikeri çıxış edib. Tədbirdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Moldava parlamentinin spikeri İgor Korman iştirak ediblər. Tədbirdə Azərbaycanı parlamentimizin 5 üzvü təmsil edib. Ölkəmizi təmsil edən parlament üzvlərinin arasında millət vəkilləri Mübariz Qurbanlı və Jalə Əliyeva da var. Tiflis görüşündən sonra quruma rəhbərlik növbəsi Gürcüstandan Yunanıstana keçəcək.
2013-12-18
4,522
"Oğurluq atadan oğula keçir" - Video
AKP-çi nazirlərin övladlarının həbs olunduğu və bir çox siyasətçinin adının keçdiyi qanunsuzluq əməliyyatları sosial şəbəkədə ən vacib gündəm mövzusu olub. Siyasilərin övladlarına qarşı korrpusiya və qanunsuzluq iddialarından sonra Türkiyənin Baş naziri R.T.Ərdoğanın 1994-cü ildə Bələdiyyə sədrliyi Konqresindəki nitqinin videosu "tvitter"i çalxalayıb. "Axar.az" xəbər verir ki, Ərdoğanın: "Mən bu günə qədər övladından oğurluq öyrənən ata görmədim, eşitmədim. Oğurluq atadan oğula keçər, oğuldan ataya deyil", - fikrinin işləndiyi video sosial şəbəkədə ən çox paylaşılan videodur. Həmin videonu təqdim edirik:
2013-12-18
4,523
Qars-Axalkələk dəmir yolunun fəhlələri tətilə başladı
Aksiyaların miqyasının genişləndiriləcəyi gözlənilir. Qars-Axalkələk dəmir yolunun Gürcüstan hissəsində 50-yə yaxın fəhlə tətil elan edib. Onlar əmək haqlarının ödənilməsini tələb edirlər. Aksiya iştirakçılarının sözlərinə görə, onlar artıq bir ildir ki, əmək haqqı almırlar. Əgər borclarını verməsələr, kütləvi aksiyalara başlayacaqlar. Tikinti işlərini həyata keçirən "Paraxi" şirkəti isə bildirib ki, fəhlələri vasitəçilər tərəfindən tutulub və onların maaşlarını həmin vasitəçilər də ödəməlidir. Qeyd edək ki, Qars-Axalkələk-Bakı layihəsi 98 km uzunluğunda Qars-Axalkələk dəmir yolununtikintisini nəzərdə tutur, bunun 68 km-i Türkiyə ərazisinin, 30 km-i isə Gürcüstanın payına düşür. Bu yol Transsibir magistralına alternativ olmalı və Asiya və Avropanın aparıcı ölkələrini birləşdirməlidir. Plana görə, yolun açılışından, o cümlədən Türkiyə boğazından keçəcək tunelin istifadəyə verilməsindən sonra Çindən Avropaya, hətta Londonadək qatarların hərəkəti mümkün olacaq. Xatırladaq ki, Qars-Axalkələk dəmir yolunun tikintisinə 2005-ci il dekabrın 1-də, "Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində start verilib. ("AzVision.az")
2013-12-18
4,524
Obama filmə çəkiləcək?
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamaya "Kartlar evciyi" serialında çıxış etmək üçün təklif ediblər. Bu, böyük texnologiya şirkətlərinin rəhbərləri ilə görüşü zamanı baş verib. Görüşdə Obamaya kiçik bir rolda oynamağı təklif ediblər, lakin ABŞ prezidenti bu təklifi qəbul etməyib. Bildirək ki, "Kartlar evciyi" 2013-cü ilin fevral ayından ekranlara çıxır. Serial Maykl Dobsun romanı əsasında ekranlaşdırılır. Baş rollardan birini məşhur aktyor Kevin Speysi ifa edir.
2013-12-18
4,525
"Rüşvət əməliyyatı" ilə bağlı açıqlama - Rəsmi
Türkiyədə saxlanılanlar dindirmə zamanı verdikləri ifadələrində 4 nazirin və bir bələdiyyə sədrinin adını çəkiblər. Bu sözləri Türkiyə Baş nazirinin müavini Bülənt Arınc deyib. Keçmişdə də buna bənzər hadisələrin yaşandığını deyən Arınc bu işdə günahkar olanların lazımi cəza alacağını bildirib. Daha sonra Arınc bildirib ki, nazir övladlarının saxlanılmasının mətbuata sızdırlmasında məqsəd Türkiyə hökumətini süquta aparmaqdır.
2013-12-18
4,526
Bu gün “NİDA”çıların məhkəməsi keçirilib
Bu gün saat 10:30 radələrində Ağır Cinayətlər Məhkəməsində "NİDA" Vətəndaş Hərəkatının həbs olunmuş yeddi üzvünün növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə Bəxtiyar Quliyev və Şahin Novruzlunun ifadəsi oxunub. "NİDA"çı gənc Şahin Novruzov ifadəsində bildirib ki, MTN-də dindirilmə zamanı dörd dişi sındırılıb. Sabah saat 10:30-da növbəti təqsirləndirilən şəxslərin ifadəsi oxunacaq.
2013-12-18
4,527
İsmət Abbasov sədrlikdən çıxarıldı
Nazirlər Kabineti "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları"nın və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarına dəyişiklik edib. Qərar kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibində dəyişiklik edilməsi ilə bağlıdır. Dəyişikliyə əsasən baş nazirin müavini təyin edilmiş sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov Respublika Komissiyasının sədrliyindən çıxarılıb. İsmət Abbasovu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev əvəzləyəcək. (APA)
2013-12-18
4,528
30 saat durmadan işləyib ölәn adamın son "tvit"i - Foto
İndoneziyada reklam agentliyində çalışan 24 yaşlı Mita Diran "tvitter" sosial şəbəkəsində paylaşdığı "30 saatdır ki, işləyirəm, amma hələ də yaxşı vəziyyətdəyəm" yazısından sonra ürək çatışmazlığından dünyasını dəyişib. Ehtimala görə, heç fasilə etmədən günlərlə işləyən Mita Duran yorğunluq hiss etməmək üçün enerji içkilərindən istifadə edirmiş və elə onun ölümünə də bu içkilər "yardımçı" olub. Xatırladaq ki, son zamanlar iş rejimi ilə əlaqədar dünyasını dəyişən tək insan Mita Diran deyil. May ayında Çində 24 yaşlı Li Yuan da işlədiyi şirkətin ofisində ürəyi gedərək, masanın üzərinə yıxılmış və xəstəxanada keçinmişdi.
2013-12-18
4,529
Zaqatalada mebel salonunda yanğın olub
Zaqatala şəhərində mebel salonunda yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Zaqatalada ümumi sahəsi 4000 kv.m olan mebel salonunun 200 kv.m sahəsi yanıb. Salonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-18
4,530
Heydər Əliyev prospektində zəncirvari qəza – Foto
Tәxminәn bir saat bundan qabaq Heydәr Әıiyev prospektindә zәncirvari qәza baş verib. "Axar.az"ın hadisә yerindә olan müxbiri xәbәr verir ki, "Şəfa" stadionu yaxınlığında baş verәn yol-nəqliyyat hadisəsi, beş avtomobilin bir-biriylә toqquşması prospektdә böyük tıxacın yaranmasına sәbәb olub. Müxbirimizin məlumatına görə, qәzanı törәdәn 99 GH 089, 90 LR 030, 90 XV 840, 90 VL 373 (Qazel), 90 RT 566 nömrә nişanlı avtomobillәrin sürücülәri arasında mübahisә yaranıb. Sürücülәr polisi gözlәdiynә görә avtombillәrini yoldan çәkmirlәr. Nәticәdә nәqliyyatın hәrәkәti tam mәhdudlaşıb, tıxac böyüyüb vә polisin hadisә yerinә yaxınlaşması mümkünsüz olub.
2013-12-18
4,531
Prezident fərman verdi
Azərbaycan Prezidenti İlham Əliyev "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 770-IVQD nömrəli Qanununun tətbiqi haqqında fərman verib Fərmana əsasən, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 3. Müəyyən edilsin ki, "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun 11.0.4-1-ci və 12.0.4-1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində (yalnız birinci instansiya məhkəmələrinə münasibətdə) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
2013-12-18
4,532
Әrdoğan "Rüşvәt әmәliyyatı"nın ondan xәbәrsiz keçirildiyini dedi - Video
Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğan korrupsiya və qaçaqmalçılıq ittihamı ilə bir qrup məmurun və üç nazirin övladının həbs edilməsi ilə bağlı açıqlama verib. Ərdoğan keçirilmiş əməliyyat barədə hökumətin məlumatlandırılmamasının qəbuledilməz olduğunu deyib: "Bunlar dövlətin içində dövlət yaratmaq niyyətindədirlər. Biz isə buna imkan verməyəcəyik. Bu işi həyata keçirənləri ortaya çıxaracağıq". ​
2013-12-18
4,533
Prezident MTN-nin yubiley medalını təsdiq etdi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)" Azərbaycan Respublikasının yubiley medalı haqqında əsasnaməni və yubiley medalının təsvirini təsdiq edib. Maddə 1. Medalın ümumi təsviri "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. Maddə 2. Medalın ön tərəfi Medalın ön tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövs boyunca "MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI" sözləri, onların arasında hər iki tərəfdə olmaqla, üç ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. İkinci dairənin mərkəzində aşağıdan yuxarı sol künc tərəfə doğru şaquli istiqamətdə nisbətən qırmızı rəngə dəyişən lent həkk olunmuşdur. Mərkəzdən keçən lent fonunda medalın mərkəzindən yuxarı hissədə müvafiq icra hakimiyyəti orqanının gümüşü rəngli relyefli emblemi təsvir edilmiş, emblemdən aşağıda orta hissədə "1919-2014" rəqəmləri, həmin rəqəmlərdən aşağıda gümüşü rəngdə "95" rəqəmləri həkk olunmuşdur. Həmin yazı və təsvirləri dairə boyu dəfnə budaqları əhatə edir. Maddə 3. Medalın arxa tərəfi Medalın arxa tərəfi hamardır, üzərində ortada yuxarı hissədə "95" rəqəmləri, ondan aşağıda "AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI" sözləri və "1919-2014" rəqəmləri həkk olunmuşdur. Maddə 4. Medalın elementləri 4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 39 mm ölçüdə düzbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsi ilə birləşdirilir. Lövhənin ön tərəfi iki hissədən ibarətdir. Üst hissə xara lent şaquli 5 zolağa bölünmüşdür. Sağ və sol zolaqlar lövhənin üçdə iki hissəsini təşkil edir və tünd göy rəngdədir. Lövhənin qalan üçdə bir hissəsi 3 zolağa bölünməklə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolaqlara bölünmüşdür. Lövhənin alt hissəsinə eni 4 mm olan, üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş milli ornamentli təbəqə bərkidilir. 4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.
2013-12-18
4,534
Hz. Əbəlfəzl və hz. Əli Əkbərin üzləri göstəriləcək – Şok fotolar
İran kinematoqrafçılarının çəkdiyi "Qiyamət günü" adlı film Londonda keçirilən ilkin təqdimatda Oskar mükafatına laureatların sırasına daxil edilib. Əhməd Rza Dərvişin rejissorluğu ilə çəkilən bu bədii filmin mövzusunda dindən və qəhrəmanlıqdan bəhs edilir. Muaviyənin ölümündən başlayaraq imam Hüseynin (ə) şəhadətinə qədər olan tarixi dövrü əhatə edən filmin çəkilişləri 5 ildir ki davam edir. Çəkilişlərinin İranın bir çox şəhərlərində aparıldığı bu film ilk olaraq 3 dildə (Fars, ərəb, ingilis) yayımlanmağa başlayacaq. Ərəb dilində adı "Azadlıq günü", ingilis dilində isə "Yox deyən şəxs" adlanacaq. 2014-cü ildə ekranlara çıxacaq bu film 2 saat 30 dəqiqədir. Qeyd edək ki, filmdə ehtimal ki, hz. Əbəlfəzl və hz. Əli Əkbərin üzləri açıq göstərilsin. Bu, bütün şərq ölkələrində bir ilk ola bilər. Rejissor öncə "Muxtarnamə" serialında buna cəhd etsə də, din alimləri icazə verməmişdi. Lakin "Qiyamət günü" filmində rejissor bu məsələ barədə islam alimlərindən müsbət rəy almağa çalışıb. Filmdə imamların üzünün göstərilib-göstərilməməsi yaxında dəqiq məlum olacaq.
2013-12-18
4,535
Məhəmməd Mursi terrorçuluqda ittiham olunur
Misirin baş prokurorluğu devrilmiş prezident Məhəmməd Mursini və "Müsəlman qardaşları" təşkilatının digər liderlərini casusluqda və terrorçuluqda ittiham edərək onlara qarşı yeni cinayət işi açıb. Bu barədə "Əl-Əhram" qəzeti məlumat yayıb. M.Mursi və "Müsəlman qardaşları" assosiasiyasının digər liderləri Misirdə terrorçuluq aktlarının törədilməsi məqsədilə ölkədən kənarda xarici təşkilatlarla əməkdaşlıq etməkdə və terrorçuluğu maliyyələşdirməkdə ittiham olunurlar. Bundan əlavə, onlar Misirin hərbi sirlərini başqa dövlətlərə bəyan etməkdə, "Müsəlman qardaşları" beynəlxalq təşkilatının məqsədlərinə nail olmaq üçün hərbi hazırlıq görməkdə, dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün sarsıdılmasına yönəldilmiş fəaliyyət göstərməkdə təqsirləndirilirlər. (AzərTac)
2013-12-18
4,536
Nazir oğlunun rüşvət alma görüntüləri ortaya çıxdı - Foto
Türkiyədə korrupsiya əleyhinə aparılan əməliyyatla bağlı yeni görüntülər yayımlanıb. "Axar.az" məlumat verir ki, İstanbul polisinin apardığı izləmənin görüntülərini Türkiyə mətbuatı yayımlayıb. Fotoların Rza Zərrab və Barış Gülərə qarşı irəli sürülən ittihamlarda əsas dəlil olduğu bildirilib.
2013-12-18
4,537
Gəncədə avtomobil ağaca çırpıldı: yaralılar var
Gəncə şəhərində yol qəzası baş verib. Hadisə çərşənbə günü saat 21.02 radələrində Təbriz küçəsində qeydə alınıb. Gəncə sakini İntiqam Babayevin idarə etdiyi "VAZ 21 04" markalı avtomobil yoldan çıxaraq, iri gövdəli ağaca çırpılıb. Nəticədə sürücü və 2 sərnişin xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gənə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb. (Kəpəz TV)
2013-12-18
4,538
Daha 43 polis rəisi vəzifəsini təhvil verdi
Türkiyədə ümumilikdə 43 polis rəisi vəzifəsindən azad edilib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayımlayıb. Ankarada artıq 18 polis rəisi öz vəzifəsi ilə vidalaşıb. Bursada isə bunların sayının 3 nəfər olduğu bildirilib. Bununla bərabər Kocaeli, Trabzon, Kayseridə də polis rəisləri vəzifədən uzaqlaşdırılıb. İstanbulda daha 16 polis rəisinin yeri dəyişdirilib. Mətbuat daha 20 əyalətdə dəyişikliyin olacağını bildirib. Qeyd edək ki, bu gün səhər İstanbulda beş polis rəisi korrupsiyaya qarşı keçirilən əmliyyatlarla əlaqəli olaraq vəzifələri dəyişdirilmişdi.
2013-12-18
4,539
Boksda dəhşətli nokaut anı - Video
Normal kameralar saniyədə 25 kadr lentə alarkən, yeni "super slov motion" xüsusiyyəti olan kameralar saniyədə 50-100 arası kadr tutmaq imkanına malikdir. Sözügedən yeni texnika ilə çəkilən görüntü, boksçunun nakaut olmağına səbəb olan zərbənin təsirini anbaan əks etdirir. Video-görüntü görənləri şoka salır.
2013-12-18
4,540
Ev yandı, ev sahibinin yanmış meyiti tapıldı
Qazax rayonunda faciəvi yanğın hadisəsi baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Qazax rayonu Kəmərli kəndində ümumi sahəsi 120 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunub. Evə bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-19
4,541
Aleks Ferqyuson “Milyonçu”da iştirak edəcək
"Mançester Yunayted" klubunun keçmiş məşqçisi Aleks Ferqyuson Britaniyanın "Milyonçu" şousunda iştirak edəcək. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu, Aleks Ferqyusonun 2-ci cəhdidir. O, daha öncə 2004-cü ildə həmin verilişdə iştirakçı olub və 32 min funt sterlinq qazanıb. Veriliş sabah yayımlanacaq. Keçmiş məşqçi bildirib ki, pul qazanacağı təqdirdə onları xeyriyyəyə sərf edəcək.
2013-12-19
4,542
Fətullah Gülənin vəkilindən açıqlama gəldi
"Hökumətə qarşı savaş başlatmaq", "çirkli oyunlar oynamaq" kimi iddiaların Fətullah Gülənə qarşı səslənməsinə vəkili Orxan Ərdəmli münasibət bildirib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdəmli Fəthullah Gülənin son günlər aparılan istintaqlarla və bunları icra edən vəzifəli şəxslər ilə ən kiçicik əlaqəsinin belə olmadığını deyib. İstintaqlar zamanı mətbuatda Fəthullah Gülənə qarşı ağır ittihamlar səsləndirilməsini haqsızlıq kimi dəyərləndirən Ərdəmli bildirib ki, Fətullah Gülən əleyhinə kəskin fikirlər səsləndirməklə məhkəmə prosesinə maneə törətmək istəyirlər.
2013-12-19
4,543
Qəhvə üzərində rəsm əsərləri
Osakadan olan yaponiyalı rəssam Mattsun öz əsərləri ilə bütün Yaponiyaya səs salıb. Rəssamın əsərlərinin özəlliyi ondadır ki, o, şəkilləri və mini heykəlləri kofe üzərindəki köpüyün üzərində çəkir.
2013-12-19
4,544
Məşhur müğənni necə formada qalır?
Amerikanın məşhur müğənnisi Kristina Aquileranın formada qalmaq üçün tətbiq etdiyi pəhrizi təqdim edirik. Birinci mərhələ 2 həftə davam edir. Səhər: Soya pendiri və ya yağsız kəsmik. Nahar: İstədiyiniz qədər tərəvəz salatı, yağsız, buxarda bişmiş ət, toyuq və ya balıq (istəyə uyğun) istifadə edin. Şam: Çuğundur, yaşıl noxud, kök və qarğıdalıdan hazırlanan salatla qidalanın. Həftədə bir dəfə pəhriz makaronundan, qara çörəkdən, suda bişmiş yağsız düyüdən, az miqdarda kartofdan istifadə edə bilərsiniz. Adi su və ya meyvə şirələrindən bolluca istifadə edin. İkinci mərhələ 1 həftə davam edir. İlk iki həftə bitdikdən sonra çəkinizin azalmasını hiss edəcəksiniz. Bu zaman ikinci mərhələyə keçid edə bilərsiniz. Səhər: 1 ədəd qaynadılmış yumurta və yağsız kəsmik yeyin. Nahar: Dəniz məhsullarından hazırlanan salat və ya şorba ilə qidalanın. Şam: Yağsız qatıq və meyvədən istifadə edin. Bu arada idmanla məşğul olun və stressdən uzaq durun. Qızardılmış yeməklərdən qətiyyən istifadə etməyin. Sonuncu mərhələ də 1 həftə davam edir. Səhər: Meyvə salatı, yağsız pendir, bir dilim qara çörək yeyin. Nahar: Tərəvəzlərdən bişirilmiş şorba və yağsız ətlə qidalanın. Şam: Qatıq və meyvə qurusundan istifadə edin. Pəhriz etdiyiniz zaman şəkər və şirniyyatlardan istifadə edilməsi məsləhət deyil. Çoxlu su içməniz vacibdir.
2013-12-19
4,545
Əl-Qaidədən qorxan Qərb Əsədi dəstəkləyir
Qərb dövlətləri gələn ay Cenevrədə keçiriləcək sülh danışıqlarında Suriya lideri Bəşər Əsədin vəzifədən kənarlaşdırılmayacağı barədə müxaliflərə xəbərdarlıq edib. "Axar.az"ın məlumatına görə, Suriya Milli Koalisiyasının bir üzvü açıqlamasında bildirib ki, Qərb dövlətləri islamçı xadimlərin nəzarəti ələ keçirəcəyini və xaos yaşanacağını düşünərək, bu mərhələdə Əsədin getməsinə icazə verə bilməyəcəklərini Londonda açıqlayıblar. Belə olduğu təqdirdə Bəşər Əsəd gələn il prezident seçkilərində öz namizədliyini irəli sürə biləcək.
2013-12-19
4,547
“Oskar” loqotipini dəyişir - Video
Amerika və dünya kinematoqrafiyasının ən yüksək və nüfuzlu mükafatı olan "Oskar"ın mükafatlandırma mərasimi gələn ildə yeni loqotiplə olacaq. Bu barədə marketinq xidmətinin rəhbəri Kristina Kounelis məlumat verib: "Akademiyanın yeni loqosu yaranıb. Biz müxtəlif istedadları və ideyaları əks etdirmək üçün yeni bir şey yaratmaq qərarına gəldik".
2013-12-19
4,548
4 nazirin həbsi ilə bağlı təqdimat verildi - Şok
"Axar.az" "Haberturk"ə istinadən xəbər verir ki, "Rüşvət və korrupsiya əməliyyatı"nın ardından 4 nazirin həbsinə hazırlıq tədbirləri görülür. Bu barədə hazırlanan təqdimat Ədliyyə Nazirliyinə göndərilib. Detallar məlum deyil. Qeyd edək ki, "Rüşvət və korrupsiya əməliyyatı" ilə bağlı saxlanılanlar ifadələrində 4 nazirin və 1 bələdiyyə sədrinin adını açıqlayıb.
2013-12-19
4,549
“Cəhənnəm” birinci oldu
Ən böyük onlayn satış saytı olan "Amazon" bu il ən çox satılan kitab və musiqi albomlarını açıqlayıb. Ədəbi əsərlər içərisindən ən çox satılan Den Braunun "Cəhənnəm" romanı olub. Əsərdə Dantenin "İlahi komediya" əsərində olan simvollar açılır. "Da Vinçi şifrəsi" ilə şöhrət qazanan Den Braun bu il də "Cəhənnəm" əsəri ilə ən çox kitabı satılan yazar olub. Musiqi albomları içərisindəsə ən çox satılan Adelin "19" adlı musiqi albomu olub. "Amazon" saytında verilən açıqlamada bildirilib ki, özünün 19 illik satışı tarixində Adelin musiqi albomu ən çox satılan albom kimi diqqəti cəlb edib.
2013-12-19
4,550
Küləyin rəngini görün - Video
Rus yazıçısı Tim Sobakinin "Küləyin rəngi" əsərinə cizgi film çəkildi. Qısametrajlı cizgi filmi təqdim edirik.
2013-12-19
4,551
"Rüşvət əməliyyatı"nda saxlanılanlardan 9-u azadlıqda
İstanbul Baş Prokurorluğu tərəfindən icra edilən "Rüşvət və korrupsiya əməliyyatı"nda nəzarətə alınan 28 nəfər həkim müayinəsindən keçirilib. Haseki Təhsil və Araşdırma Xəstəxanasında müayinədən keçən şübhəlilərdən 8 nəfər gecə yarısı sərbəst buraxılıb. Sərbəst buraxılanlar bunlardır: Kamal Aslan, Murat Cansunar, Yılmaz Çəlik, Sübhi Vurgeç, Bilir Vəqf Yardımağan, Faruq Altunbay, Bahaddin Quş, Əhməd Fikri. "Halk bank"ın müdiri Süleyman Aslan və həyat yoldaşı Gülbahar Aslan səhər saatlarında buraxılmışdı. Azad olunanlar arasında nazir oğulları yoxdur. Qeyd edək ki, əməliyyat zamanı Ətraf mühit və Şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar, Daxili İşlər naziri Muəmmər Gülərin oğlu Barış Gülər və İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kağan Çağlayan həbs olunub.
2013-12-19
4,552
Qarabağ münaqişəsi ilə bağlı müzakirə baş tutdu
ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev dekabrın 18-də Portuqaliya parlamentində sözügedən qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşlə regionda mövcud olan münaqişələrin həlli məsələlərini müzakirə edib. Azay Quliyev regionda sülhün və təhlükəsizliyin təmini üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin qəbul edilmiş beynəlxalq sənədlər əsasında həll olunmasının vacibliyini bildirib. Azərbaycan millət vəkili münaqişənin həlli ilə bağlı ATƏT-in vasitəçilik missiyasının nəticə vermədiyini və bu uğursuzluğun əsas səbəbinin Minsk qrupunun həmsədr ölkələrində olduğunu qeyd edib. "Axar.az" Trend-ə istinadən xəbər verir ki, Azay Quliyev bu ilin iyul ayında ATƏT PA-nın İstanbulda keçirilən illik toplantısında səsləndirdiyi təklifi bir daha xatırladaraq, Minsk Konfransının çağırılmasının və həmsədrlik institunun tərkibinə yenidən baxılmasının, o cümlədən Türkiyənin problemin həllinə yaxından cəlb edilməsinin vacibliyini vurğulayıb. Azay Quliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv bir hesabatın hazırlanmasını və Parlament Assamblyeasının müzakirəsinə təqdim olunmasını da xahiş edib. Joao Suareş münaqişənin həllinin uzanmasından ciddi narahat olduğunu, hələ 2008-2010-cu illərdə ATƏT PA-nın prezidenti olan zaman dəfələrlə bölgəyə səfər etdiyini, Azərbaycan və Ermənistanın prezidentləri ilə məsələni müzakirə etdiyini bildirib. Son zamanlar hər iki ölkənin dövlət başçıları ilə keçirdiyi görüşlərdə gəldiyi nəticəni bölüşərək bildirdi ki, Azərbaycan tərəfinin münaqişəni həll etməkdə daha çox konstruktiv mövqe tutduğunun şahidi olsa da, eyni nikbinliyi Ermənistan haqqında demək mümkün deyil. O, Türkiyənin problemin həllində daha yaxında iştirak etməsi fikrinə müsbət yanaşdığını və bu istiqamətdə konkret addımların atılmasının faydalı olacağına inandığını bildirib. Joao Suareş bölgədəki münaqişələrin həlli ilə bağlı hesabatın hazırlanması haqqında Azay Quliyevin təklifini bəyəndiyini və ATƏT PA-nın növbəti sessiyasına kimi belə bir sənədin müzakirəyə təqdim edilməsinin istisna olunmadığını vurğulayıb.
2013-12-19
4,553
Səlim Müslümov: "Kim nə yayır yaysın"
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov nazir postuna gəldiyi gündən etibarən radikal qərarları ilə diqqət çəkir. Son olaraq noyabr ayında ölkədə regionlar üzrə fəaliyyət göstərən Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) 14 sədrini tutduqları vəzifədən azad edən nazir nazirliyin fəaliyyətinin yenidən qurulacağını bəyan edib. Vəzifədən uzaqlaşdırılan sədrlərin il yarımlıq fəaliyyətlərinin araşdırılacağını deyən S.Müslümov ciddi nöqsanlar aşkarlanan şəxslərin məsuliyyətə cəlb olunacağını da istisna etməyib. "Musavat.com" bu və ya digər suallara S.Müslümovdan cavab alıb. - Səlim müəllim, işdən çıxardığınız Tibbi Sosial Ekspert Komissiyalarının sədrlərinin onların himayədarlarının təzyiqi altında yenidən işə bərpa etməyinizlə bağlı iddialar var. Bu iddialara münasibətiniz? - Bu gün nazirliyimizin ictimaiyyətlə əlaqələr şöbəsi bununla bağlı press-reliz yaydı. Biz də gördük ki, ağızlarına gələni yazırlar. Kimə nə təzyiq oluna bilər? Nə qəribə şeydir bu? Heç kim bununla bağlı məndən nəsə xahiş də etməyib. - Onda bu söz-söhbətlərin sizin bədxahlarınız tərəfindən yayıldığını söyləmək olarmı? - Ola bilər, hər şey mümkündür. Kim nə yayır yaysın. Cənab prezidentin tapşırığı var ki, bu sahədə şəffaf və təmiz mühit olmalıdır. Mənə ciddi və təcili tapşırıq verib. Yəni nə edirsən et, kimi istəyirsən dəyiş, amma orda təcili şəffaflığı təmin elə. Məni bu vəzifəyə təyin edəndə dövlət başçısının verdiyi tövsiyələrin içərisində əsas bu olub ki, nazirlik şəffaf və təmiz olmalıdır. Birinci növbədə də mənə əsasən bu sahələrlə bağlı şikayətlər gəlir. Mənə də heç kim təzyiq-filan eləmir və eləyə də bilməz. Çünki dövlətin başçısının tapşırığı, iradəsi olan yerdə kim nə təzyiq edə bilər?! - Ünvanlı sosial yardım alanların siyahısı açıqlandı. Siyahının açıqlanması şəffaflıq istiqamətində mühüm addım olsa da, tamamilə şəffaf mühitin yaradılmasını iddia etmək hələ tezdir. Prosesin tam şəffaflaşması üçün hansı növbəti addımlar atılacaq? - Bax, inanın, bu dəqiqə iclasdan çıxıram, heç nahar da etməmişəm. İki saat yarımdan çoxdur ki, burda Dünya Bankının, digər təşkilatların, bizim və kənardakı mütəxəssislərin iştirakı ilə ünvanlı sosial yardımın necə dəyişdirilməsi ilə bağlı müzakirə oldu. Bunu necə dəyişək ki, məmurlardan, çinovniklərdən asılı heç nə olmasın... - Yəni şəffaflığın təmin olunması üçün əlavə yollar axtarırsınız... - Mütləq şəkildə. Dünyanın ayrı-ayrı ölkələrində nə formadadırsa o cür. Şəffaflıq necə yaradıla bilər? Elə bir sistem olmalıdır ki, məmurdan heç nə asılı olmasın. Yəni, insanların müraciətləri avtomatik qeydiyyatdan keçməlidir. Ondan sonra onların müraciəti əsasında yoxlamaları elə adamlar aparmalıdırlar ki, tamam regional mərkəzlər və şəxslərin yardımı olmasın. Belə fikirlər səsləndi. Yəni onlar heç o adamları tanımasın, adicə o formaları aparıb doldutdursunlar, sonra da o mərkəz həmin formalara baxsın, ayrı-ayrı orqanların məlumatları əsasında bunu ümumiləşdirsin, ya razılıq, ya da rədd cavabı versin. Bu zaman da məmurlarla insanların kontaktının heç bir əhəmiyyəti olmaz. Ya da heç bir kontakt olmaz. Bayaqdan tədbirdə 2 saat yarımdır ki, beyin fırtınası yolu ilə müzakirələr aparırdıq. Nəticədə ortaya belə bir mənzərə çıxdı. İndi onun ilk konturlarını da mən sizə dedim. Yəqin ki, belə bir şey tətbiq olunacaq. Hələlik belə bir şey formalaşdı. İndi bizim mütəxəssislər onu işləyib, hazırlayıb verəcəklər. - Saxta əllilik dərəcəsi alanlara qarşı mübarizə apardığınızı bildiribsiniz. Bu məsələdə obyektivlik və şəffaflıq necə təmin ediləcək? Çünki bu sahədə də kifayət qədər neqativ hallar var. - İndi biz əmr vermişik, işçi qruplar yaratmışıq. Ölkənin bütün rayonlarında olan işçi qruplar hazırda bizdə olan 20 minə yaxın müraciətin üzərində işləyir. Onun 2300-ü birinci qrup, dializ xəstələri və onkoloji xəstələr idi. Hansılar ki, yoxlanmağa ehtiyacı yox idi və dərhal qrupları verilməlidir, bunlar gedib pensiya və müavinətlərini almalıdılar. Biz bunları bir gün ərzində həll etdik. Yerdə qalan 17700 nəfərin - iki və üçüncü qrup əlil olanların hamısını həmin işçi qrupları yerlərdə əyani müayinədən keçirirlər. Bunun üçün iki həftə vaxt verilib. Hətta bazar günlərində də işləyirlər. Onun hamısını müəyyənləşdirəndən sonra biz yeni ildə əvvəllər qrup almış şəxsləri - söhbət ikinci və üçüncü qruplardan gedir, çünki inanmıram birinci qruplarda nəsə belə söhbət olsun, çünki birinci qrupda adətən iş qabiliyyəti olmur - əyani müayinə yolu ilə bu qruplar yoxlayacaq. Bilirsiz, burda nə etsək də, ortada insan faktoru var. Amma burdan gedən işçi qrupu təbii ki, orda heç kimi tanımır. Məsələn, tutaq ki, Gədəbəyə gedənlər Saatlı və Bakıdan olan həkimlərdir. Onların cəmi 10 gün vaxtları olur, həmin vaxta da hamını müayinədən keçirməlidilər. Sonra başqa mexanizmlər fikirləşəcəyik. Sabah (bu gün-red.) günün ikinci yarısında yenə Dünya Bankının mütəxəssisləri və digər şəxslərlə birlikdə biz həmin sahə üzrə hansı mexanizmi qoymaq olar ki, şəffaf sistem qurulsun, onu müzakirə edəcəyik. - Səlim müəllim, Əmək Məcəlləsinin istisnasız olaraq bütün müəssislərdə tətbiq olunması ilə bağlı hansı addımlar atılacaq? - Vallah, mən o addımı bilmirəm. Amma ləğv etməyinə biz edəcəyik. Ləğv eləmək o demək deyil ki, bu, son nəticədir. Çünki məhkəmələr var. İnsanlar məhkəmələrə müraciət edə bilərlər. Həqiqətən də özlərinin bu dərəcəni almalı olduqlarını sübut edə bilərlər. Bu, sadə bir proses deyil. Ona görə də biz dərhal hansısa müraciətə görə addımlar atıb adamlara nəsə cəza tədbiri görməyi doğru saymırıq. Bu, sonrakı prosesdir. İlk öncə öz işimizi görməliyik, hüququ olmayan adamlara, əlillik qrupunun verilməsi nəticəsində dövlətin büdcəsindən pulların getməsinin qarşını almalıyıq. Artıq sonrakı prosesdir ki, onlar məhkəməyə müraciət edəcəklərmi, məhkəmə kimə necə baxacaq, necə qərar qəbul edəcək. Ona görə də əsas mərhələni həll edəndən sonra biz digər məsələlər barədə hansısa qərar qəbul edə bilərik. - Keçmiş həmkarınız Füzili Ələkbərovla hər hansı əlaqəniz varmı? Vəzifəni təhvil alandan sonra heç onunla görüşmüsüzmü? El dili ilə desək, ondan "halallıq" aldınızmı? - Yox, əlbəttə burda heç bir problem görmürəm. Neçə dəfələrlə telefonla danışmışıq. İşdi, insandı, neçə ildi işləyir, işi bacardığı nöqtəyə qoyur. Nə qədər bacarırsa, o qədər reallaşdırır. Hansısa səhvlər də ola bilər, müvəffəqiyyətlər də. Bizim Füzuli müəllimlə hər hansı incikliyimiz olmayıb. Bir yerdə işləmişik, bir yerdə oturub durmuşuq. Telefonla da danışmışam, müəyyən məsələləri də müzakirə eləmişik. Heç bir problemimiz olmayıb. Mətbuatda oxuyuram, boş-boş şeylər yazırlar ki, guya kompromat toplayır. Belə şeylərə ehtiyac yoxdu, onları yığışdırmaq lazımdır. Açığı, "Yeni Müsavat"da mən bu cür yazılara rast gəlməmişəm. Bizim ictimaiyyətlə əlaqələr şöbəsi mediada bu mövzuda çıxan yazıların xülasəsini mənə verir, oxuyuram. Özüm də axşamlar çox yorğun olmayanda mətbuatı izləyirəm, saytlara, qəzetlərə baxıram. Bir neçə gün öncə görürəm yazıblar ki, Səlim Müslümova təzyiq olur. Amma bunlar yanlışdır, kim yayır, bilmirəm.
2013-12-19
4,554
İnternet izləmələrə qarşı qətnamə qəbul edildi
BMT-nin Baş məclisinin bütün 193 üzvü internetdə şəxsi sahədə casusluğa qarşı qətnaməni birmənalı olaraq qəbul edib. Sənəddə bildirilir ki, insanların oflayn haqları, onlayn olarkən də qorunmalıdır. Baxmayaraq ki, qətnamədə ABŞ-ın adı çəkilmir bu sənəd ABŞ-ın izləmələr haqda qalmaqalına cavab olub. Qeyd edək ki, qətnamə təklifi Almaniya və Braziliya tərəfindən oktyabr ayında irəli sürülmüşdü. Xatırladaq ki, dinləmələr haqqında məlumatı KİV-ə MTA-nın eks əməkdaşı Eduard Snouden ötürmüşdü.
2013-12-19
4,555
Əvəz Zeynallının Mətbuat Şurası ilə davası davam edir
Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində "Xural" qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının şikayətinə baxılacaq. Məhbus jurnalistin xanımı Məlahət Zeynallının bildirdiyinə görə, prosesə hakim Cəmilə Səfiyeva sədrlik edəcək. Əvəz Zeynallı apellyasiya instansiyasına Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan şikayət edib (Media forum). Əvəz Zeynallı Mətbuat Şurasının 2011-ci ildə "Xural"ın "reket qəzet" elan edilməsi və qəzetin adının "qara siyahı"ya salınması haqda qərarının qanunsuz hesab olunması, məhkəmənin Mətbuat Şurasını səlahiyyətlərini aşmaqda təqsirli bilərək xüsusi qərardad çıxarması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdi. Sentyabrın 2-də Nərimanov məhkəməsi iddianı təmin etməyib. Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.
2013-12-19
4,558
Bakı metrosunda bir neçə nəfər huşunu itirdi
Qatarların ləngiməsi böyük sıxlıq yaratdı Bakı metrosunda həyəcanlı anlar yaşanıb, 25 dəqiqəyə yaxın qatarların hərəkətində ləngimələr olub. Məlumata görə, 08:14-dən 08:39-a qədər hər iki istiqamətdə, həm "Həzi Aslanov"-"Dərnəgül", eləcə də əks istiqamətdə ləngimələr olub. Bundan başqa, hər stansiyada qatar 6 dəqiqə ləngiyib. Sakinlər yaranmış sıxlıqdan həyəcan keçirib. "İnşaatçılar" və "Xalqlar Dostluğu" metrostansiyalarında bir neçə nəfərin huşunu itirdiyi deyilir. Yaranmış vəziyyətlə bağlı rəsmi mövqe öyrənməyə çalışacağıq. Xatırladaq ki, dekabrın 16-da Metropolitenin bütün buraxıcılıq imkanları səfərbər olunmaqla hərəkət xidmətində mütəxəssislərin hazırladıqları yeni qrafik qüvvəyə minib. Xidmətin mühəndis və dispetçerlərinin xeyli vaxtdır üzərində çalışdıqları bu qrafikə görə, qaynar saatlarda xəttə qatarların sayı artırılıb. Əgər əvvəl ancaq hərəkətin axşam çağı qaynar saatlarda stansiyalardan hər iki istiqamətə 30 qatar keçirdisə, indi bu rejim səhərin gur vaxtlarında da tətbiq edilir və qatarlar arasındakı interval 2 dəqiqəyə ("28 May"-"Həzi Aslanov" sahəsində) çatdırılıb. Günün başqa vaxtlarında da xətdəki qatarların sayında artım var. Bu vaxtlar 24 əvəzinə 26 qatar cütünə hesablanmış qrafik tətbiq edilir (Azvision.az).
2013-12-19
4,559
20 yaşlı gənc hərbçilər tərəfindən güllələnib
İordan çayının qərb sahilində İsrail hərbçiləri tərəfindən 1 fələstinli güllələnib, 7-si isə yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır. İsrailin müdafiə ordusunun mətbuat katibi məlumat verir ki, terrorizmdə şübhəli bilinən şəxsi saxlamaq üçün Cenin şəhərinə girən hərbçilər atəşə tutulub və cavab atəşi açıb. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, həlak olan şəxs "İslam cihadı" qruplaşmasının 20 yaşlı fəalıdır.
2013-12-19
4,560
Bakının gecə həyatı: mini yubkalı qızı alandan sonra... – Foto/Video
Şəhərdə gəzərkən, gənclərin bəzilərini pozitiv, bəzilərini üzgün, bəzilərini "romantik", bəzilərini isə fikirli görürük. Lakin elə ki, günəş qürub edib hava qaralmağa başladı, gəncləri barlarda, müxtəlif gecə klublarında, kafelərdə söhbət edən, əylənən, musiqi dinləyən, rəqs edən görürük. Sirr deyil ki, əylənmək deyəndə hər kəsin ağlına şəhərin mərkəzi, Nizami küçəsi, Fəvvarələr meydanı gəlir. Son günlər buralarda bayram əhval-ruhiyyəsi var. Xüsusi ilə əlamətdar günlərdə burda həyatın boyu görmədiyin insanlarla qarşılaşırsan. Bakının maraqlı sakinləri ilə görüşmək, söhbət etmək fürsətini qaçırmıram. Hədəfimiz gənclərdir: xüsusi ilə gecə saat 8-9 radələrində daha çox gözə dəyənlər. "Makdonalds"ın qarşısında toplaşıb, var-gəl edən oğlanlara yaxınlaşıram. Əvvəlcə adlarını soruşuram, sonra onlarla bir az söhbət etmək istədiyimi bildirirəm. Etiraz etmirlər. Mömin oğlanlar və xanım reportyor abır-həyası Düzü, 15-20 oğlanın içində bir az sıxılıram, hamısı dindən, avropalaşmağın bizə gətirdiyi ziyandan, qızların küçədə açıq-saçıq geyinməsindən şikayətlənir. Qaranlıq olmasına baxmayaraq, dodağıma çəkdiyim pomadamı silirəm, saçımın çox qısa olduğunu yada salıb, xəfifcə, çantamdan papağımı çıxardıb hiss edilmədən başıma qoyuram. Hə, bundan sonra suallarımı ürəklə verə bilərəm! Oxumağın daşını hələ məktəb vaxtı atıb Zaur bahaçılıqdan, qiymətlərdən şikayət edir. Deyir, ayda 1000 manat qazanıram, amma qazancından vergiyə çox verirəm. Dediyinə görə, 24 yaşı var. Dükan işlədir. Evin tək uşağıdır. Bakının "20 Yanvar" ərazisində yaşayır. Təhsili ortadır. Deyir ki, Azərbaycanda oxuyana baxmırlar. Elə ona görə də oxumağın daşını hələ məktəb vaxtından atıb: "Gərək "daydayın" ola ki, qabağa gedə biləsən". "Konturun olmaz?" Yoldaşları sözünü kəsir. Nicat adlı gənc də Zaurun sinif yoldaşıdır, deyir ki, Azərbaycanda əksər gənclərin vəziyyəti bizimki kimidir, bəlkə bizdən də betərdir: ""Vətən" kino-teatrının kafesi var, gedib orda otursanız, hər şeyi özünüz görərsiniz. Nə işləri var, nə də pulları. Beş dəqiqə oturursan, biri yaxınlaşır: "Qardaş, siqaretin var?" "Konturun olmaz?" və s. Özü də hamısının vəziyyəti eynidir". 3000 pul istəyirdilər işə düzəlməyə Bu gənclərin hamısı orta məktəbi bir yerdə bitiriblər. İkisi universitet məzundur. Amma onlar da işsizlikdən gileylənir. Natiq Xəzər Universitetini, o biri isə İnşaat və Memarlıq Universitetini bitirsələr də, işləmirlər. Natiqin dediyinə görə, işlə bağlı çox yerə müraciət edib, amma verilən maaş onu qaneedici olmayıb. Deyir, bu maaşla ancaq başını fırlatmaq olar: "İcra hakimiyyətinə müraciət etdim, onlar da 3000 pul istəyirdilər işə düzəltməyə". "Hansı icra hakimiyyəti?" - deyə soruşsam da, demir. İşsiz olduğuna görə də indi "Sədərək"dən kamera alıb evlərdə quraşdırır ki, normal yaşamağını təmin etmək üçün çax-çuxu olsun. Bizə Avropa lazım deyil Boş vaxtlarında nə edirlər, kitab–qəzet oxuyurlarmı? Ölkədəki ictimai–siyasi hadisələrlə-filan maraqlanırlarmı? Oğlanlar elə bil himə bənd imişlər. Hamsı bir ağızdan qadınlardan, qızlardan narazı-narazı danışmağa başlayır: "Mini ətəklə küçəyə çıxanda bilmirlər ki, zorlanma, ölüm hadisələri çoxalacaq? Bura Avropa deyil e!" – Razılaşarsınız ki, kitab-qəzet söhbətinə yaxşı cavabdır. Mentalitet var, bizim öz yolumuz var Elçin dostunun sözünə qüvvət verib deyir ki, bizə Avropa lazım deyil: "Heyf deyildi Sovet vaxtı?! İndi küçədə gedəndə ingilis mahnısı eşidirsən. Başım çıxmır, ingilis gəlib burda niyə ingilis musiqisi eşitməlidir ki? Dükanlarda paltarlara baxın (Yeni il münasibəti ilə açılan yarmarkaya işarə edir. – V.N.), elə paltarlar satsınlar ki, qadınlar, qızlar da bir az abıra minsinlər. Niyə gənclər evlənmir? - hamsı onlara görə. Mini yubka geyən qızı alandan sonra qapının ağzına yığışan oğlanları gərək çomaqla qovasan". - Bəlkə daha çox geyinilsə, adiləşər, heç kim heç kimə toxunmaz o zaman? – Elçindən soruşuram. - Əgər adiləşsə, xaricdəki kimi, bacısı qardaşının gözünün qabağında oğlanla qol-qola gedər, qardaş da heç nə deməz. Bizə belə adiləşmə lazım deyil. Mentalitet var, bizim öz yolumuz var. Gənclər yenidən bahalıqdan, işsizlikdən, dolanışığın pis olmasından gileylənməyə başlayırlar: - Pul yoxdur, gedib ucuz kafelərdə otururuq. İndi iki təbəqə var – varlılar, bir də aşağı təbəqə. Azərbaycanda orta təbəqə yoxdur. Ən çox getdiyimiz yer bulvar, bir də "Nizami"dir. Çay evlərinə gedirik. Ayda iki dəfə-filan, hər dəfə yığılanda 15-20 nəfərə yüz manat xərcimiz çıxır. Cavanlar deyir ki, ən böyük arzularından biri London, ya da Parisdə Yeni il bayramını qarşılamaqdır, amma bu onlar üçün çox əlçatmaz görünür. Bir sevgilimz var, belə getsə, o da əldən çıxacaq - Pulumuz yoxdur evlənək, olsaydı, evlənərdik. Adam sevgilisi ilə küçəyə çıxa bilmir. Ürəyin istədiyi kimi ona nəsə ala bilmirsən. İçlərində Elçin danışır. Bütün suallara birinci reaksiyanı o verir. Deyir, sevgilisi ilə ancaq ucuz kafelərə gedə bilir, çünki bahalı yerlərə getməyə pulu çatmır. Bir sevgilimiz var, belə getsə, o da əldən çıxacaq. Uşaqlardan biri benzinin qiymətindən nəsə demək istəyir, o biri onun sözünü kəsir: - Biz siyasətə qarışmırıq. Əgər dövlət qiymətləri qaldırırsa, deməli, nəsə bilir ki, qaldırır. Bu, artıq dövlətin işidir. Barda Xan Şuşinski: "Qarabağ şikəstəsi" Söhbəti bitirib, üzümü mərkəzin brend barlarına tuturam. Görək, oralardan nə xəbər... Fəvvarələr meydanında olan klublara baş çəkirəm. "Road" adlanan yolüstü "pub". Gənclər ayrı-ayrı masalarda xoş aurada söhbət edir, içki içib, "fast food" yeyib əylənərək istirahət edirlər. Onlardan niyə məhz bu məkanı seçdiklərini soruşuram. Çoxu qiymətlərin ucuz olduğunu, yemək və içkilərin keyfiyyətini və nəhayət, burada yeyib-içəndən sonra canlı musiqisi olan məkanlara getməyin məqsədəuyğun olduğunu deyirlər. "Pub"da səslənən musiqilər diqqətimizdən yayınmır. Xüsusən müasir pop, hip-hop və rok tərzində musiqilər üstünlük təşkil edir, lakin qapıdan çıxarkən anidən Xan Şuşinskinin ifasında "Qarabağ şikəstəsi" səslənir, ayaq saxlayıb geri baxıram - gənclərin üzündə məğrurluq görünür. Qız dostu olmayanlara "yox!" Oradan xoş təəssüratlarla ayrılıb "canlı musiqi"si olan məkanlara üz tuturam. "Otto"nun qapısında qız "partnyor"u olmayanları geri qaytarır, içəri daxil olanların üst-başlarını ciddi yoxlayırlar. İçəridə səs akustikası və canlı ifa var, ancaq qiymətlər çox bahadır. Lakin istirahət edənlərin hamısı halından məmnun görünür. Niyə "Otto"? Gənclərin cavabı: Canlı musiqi və "Otto"nun brend olması. Gözümə gənc fəal Rövşən Nəsirli dəyir. Sualımızı nisbətən fərqli cavablandırır: "Həftə sonu demək olar ki, bütün ictimai fiqurlar burada olur. Həm də ki, Bakıda üç məkan varsa, canlı musiqisi olan ən birincisi buradır". Gənclər rəqs edir və hiss etdirirlər ki, gənc olaraq əylənməyi bacarırlar. Növbəti məkanımız "Pinnacle pub" olur. Burda da gənclərin əyləndiyini və istirahətdə olduğunu, bir qisminin isə bilyard oynadığını görürük. Burda da qiymətlər nisbətən yüksəkdir. Başqa bir neçə məkanda da olduq, son təəssürat belə oldu ki, əsas istirahət yerlərinin əsasən Fəvvarələr meydanı və ətrafı kimi bahalı yerlərdə yerləşməsi, qiymətlərin gənclərin cibinə uyğun olmaması və s. kimi səbəblər Azərbaycan gəncliyini əylənməkdən, istirahətdən və ən əsası da müasirlikdən kənarda qoya bilməz.