date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-12-17 | 4,350 | Şəkidə yol terroru: 4 yaralı | Zaqataladan olan bir ailənin 4 üzvü Şəki rayon ərazisində yol qəzasına düşüb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 42-ci km-də, Şəki rayonunun Göybulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki sakini Mahmudov Yadigar Zeyqam oğlunun idarə etdiyi VAZ 2106 markalı 55 BL 127 dövlət nömrə nişanlı avtomobil Zaqatala rayonunun Çobankol kəndinin sakini, 1958-ci il təvəllüdlü Məmmədov Akif Əlibəy oğlunun idarə etdiyi VAZ 2106 markalı 62 BD 945 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan sürücü Akif Məmmədov, avtomobildə olan digər sərnişinlər- Akif Məmmədovun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Məmmədova Axsurə Məhəmməd qızı, onların qızı 1983-cü il təvəllüdlü Rəçidova Aynurə və ailənin gəlini 1990-cı il təvəllüdlü Məmmədova Xəzanə Hacı qızı aldıqları müxtəlıif bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) aparılı. Xəstəxanada yaralılara ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıb. Lakin Akif Məmmədov və onun ailə üzvləri Zaqatalaya qayıtdıqdan sonra yenidən Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib. Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, Şəkidə yol qəzasına düşən Akif Məmmədov və onun ailə üzvləri təkrar müayinə olunub. Akif Məmmədovun həyat yoldaşı Axsurə Məmmədovaya sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub və o, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Akif Məmmədov və ailənin digər üzvlərinin xəsarətləri yüngül olduğundan ilkin yardım göstərildikdən sonra onlar ambulator müalicə almaq üçün evə buraxılıb. Fakla bağlı Daxili İşlər Nazirliyinin(DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. |
2013-12-17 | 4,351 | Yunanıstanı Bakıdakı tədbirdə səfir təmsil edə bilər | Yunanıstanın Baş naziri Antonis Samarasın başçılıq etdiyi nümayəndə heyəti təyyarədə yaranan nasazlıq üzündən Bakıya gələ bilmir. Bu barədə "Etnos" qəzeti yazır. "Axar.az" Trend-ə istinadən xəbər verir ki, A.Samaras "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının və Trans-Adriatik qaz boru kəməri layihəsi (TAP) üzrə sazişin imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da axşam saatlarında Azərbaycana səfərə yol düşüb. Lakin təyyarə hava qalxdıqdan 15 dəqiqə sonra idarəetmə sistemində yaranan nasazlıq səbəbindən Elefsina hərbi aerodromuna məcburi eniş edib. Qəzet yazır ki, Elefsina aerodromunun texnikləri nasazlığı aradan qaldıraraq sınaq uçuşu həyata keçiriblər, lakin yeni uçuşu təhlükəsiz hesab etməyiblər: "Hazırda Yunanıstan nümayəndə heyətini Bakıya gətirmək üçün vasitə yoxdur. İmzalanma mərasimində Yunanıstanı Azərbaycandakı səfir təmsil edəcək. TAP Yunanıstan üçün strateji əhəmiyyətli layihədir". Qəzet, həmçinin qeyd edir ki, A.Samaras Brüsselə, Avropa qrupu ölkələrinin görüşünə adi reyslə gedəcək. Qeyd edək ki, bundan əvvəl təyyarənin texniki baxışdan sonra yenidən havaya qalxacağı bildirilirdi. Məcburi enişdən sonra Baş nazir öz iqamətgahına qayıdıb. |
2013-12-17 | 4,352 | Yol terroru daha bir can aldı | Bu gün axşam təxminən saat 21:00 radələrində Bərdə-Ağcabədi yolunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bərdə-Ağcabədi yolununun Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində baş verib. Belə ki, rayonun Hüseynbəyli kənd sakini, 45 yaşlı Sahib Muradovun idarə etdiyi "Vaz-21099" markalı, 10 XF 758 dövlət nişanlı avtomobillə piyada - 51 yaşlı Ağayev Haqverdi Sovet oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını düşüb. Hazırda Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Qəzanın səbəbləri və hansı şəraitdə baş verməsi araşdırmalardan sonra məlum olacaq. (ANS) |
2013-12-17 | 4,353 | Mühafizə Xidmətinin keçmiş əməkdaşı özünü asdı | Zaqatalada mühafizə xidmətinin keçmiş əməkdaşı intihar edib. Zaqatala rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə dekabr 16-da axşam saat 21.00 radələrində rayonun Mosul kəndində baş verib. Zaqatala rayonu Mosul kənd sakini, 1977-ci il təvəllüdlü Səmədov Mirzə Rizvanulla oğlu özünü yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asaraq intihar edib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, Mirzə Səmədov ailəlidir, iki övlad atası idi. O əvvələr Zaqatala rayonunda mühafizə xidmətində çalışıb. Mirzə Səmədovun hansı səbəbdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq. Fakla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. (APA) |
2013-12-17 | 4,354 | Ağdam atı yenə birinci oldu - Foto/Video | Dünən Binə atçılıq mərkəzində at yarışı keçirilib. Yarışda müxtəlif ölkələrdən nümayəndələr iştirak edib. "Axar.az"ın yarışı meydandan izləyən əməkdaşı xəbər verir ki, Azərbaycanın Ağdam bölgəsindən olan yarışçımız Rahib İsmayılov birinci yeri tutaraq qalib gəlib. Qalib yarışçının atı "Gilan holdinq"ə məxsus, bir çox yarışlarda qalib gələn atdır. Tanınmış bəstəkar Gövhər Həsənzadə və Özbəkistan nümayəndələri yarışda qonaq qismində iştirak ediblər. |
2013-12-17 | 4,355 | Şahdağdan foto-reportaj | Şahdağ Qış-Yay Turizm Kompleksi – Qusar rayonunun Şahdağ ərazisində inşa edilən müasir tipli qış-yay turizm kompleksidir. Artıq qışın gəlişi münasibətilə sakinlər öz istirahətlərini təmin etmək üçün bu kompleksə üz tuturlar. Kompleksə gələn turistlərin sayı heç də az deyil. Bura dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün əlverişli məkandır. Şahdağdan "Axar.az"ın müxbirinin hazırladığı foto-reportajı təqdim edirik. |
2013-12-17 | 4,356 | Bakıda inzibati binada yanğın olub | Bakı şəhərində inzibati binada yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Xətai rayonunda inzibati binada hər mərtəbəsi 250 kv.m olan ikimərtəbəli binanın 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyalarının 50 kv.m sahəsi yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2013-12-17 | 4,357 | Qar Şamaxıda həyatı iflic edib - Video | Şamaxıya yağan qarın hündürlüyü 35 santımetrə çatıb. Bu da öz növbəsində yollarda nəqliyyatın hərəkətini çətinləşdirib. Bakı-Şamaxı yolunda qarı təmizləmək üçün Şamaxı və Qobustan yol idrəsinin işçiləri səfərbər olunub. Bəzi dağ kəndləri ilə əlaqə kəsilib. Yolda qalan sürcülər yüklərini özləri daşımaq məcburiyyətində qalıblar. Şamaxının Muğanlı kəndi ilə Ağsu aşırmını birləşdirən yol sürcülərə çətin anlar yaşadıb. |
2013-12-17 | 4,358 | Şəmkir rayonunda yanğın hadisəsi olub | Şəmkir rayonunda mebel sexində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir şəhəri, Yuxarı Könüllü kəndində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan 1 mərtəbəli mebel sexinin yanar konstruksiyaları və içərisində təmirə yığılmış köhnə mebellər 200 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2013-12-17 | 4,359 | 12 yaşında ilk əsərini bəstələyən dahinin on əsəri - Video | Dahi bəstəkar Lüdviq van Bethoven Maarifçilik dövründə romantizm xüsusiyyətləri ilə klassik üslubda müxtəlif janrlarda yaradıb. O, opera, simfoniya, instrumental sonatalar, xor bəstələri yazıb. Musiqi duyumu Lüdviqə Bonn kapellasında oxuyan atası və babasından keçib. Hələ kiçik yaşlarından klavesin və skripkada çalırdı. İlk çıxışını 1778-ci ildə 8 yaşında edir. İlk əsərini isə 12 yaşında bəstələyir. Erkən yaş dövrünə təsadüf edən əsərlərindən biri "Dağ siçanı"dır. 17 yaşında Vyananı ziyarət edən Betxoven haqda Mosart belə deyir: "O, hamını özü haqda danışmağa məcbur edəcək!" 1792-ci ildə Vyanaya gələn Betxovenin müəllimi İ. Haydan daha sonra isə A. Salyeri olur. Bu vaxtın ən məşhur əsərləri Sonata № 8 ( "Coşğun") və Sonata № 14-dür ( "Ay işığı" ). 1792- 1802-ci illərdə Bethoven fortepiano üçün 20 sonata, 3 fortepiano konserti, skripka üçün 8 sonata, kvartet və digər kamera əsərləri yazıb. Onlardan sizə "Prometeyin yaradıcılığı" və "Sevincə həsr olunmuş oda"nı təqdim edirik. Bu dövr bəstəkarın karlığı ilə müşahidə olunur. Ona qulağında zingiltilər eşidəndə sakitçiliyə çəkilməyi məsləhət görsələr də, bu ona kömək olmur. Lüdviq başa düşür ki, onun karlığı müalicə olunmazdır. Bu faciəli günlərdə o simfoniya № 3-ü ("Qəhrəmanlıq") yazır. XIX əsrin ilk onilliyində o, demək olar ki, dustaq həyatı yaşasa da ən gözəl əsərlərini də, məhz bu vaxt yazır: "Elizə" pyesi, "Fidelio" operası,5-ci simfoniya, "Kreytzer Sonatası" və "Apposionata" Lüdviq van Bethoven bu sözləri təkrarlamağı sevirdi: "Musiqi insanın ruhunda alovla həkk olunmalıdır". Və onun yaradıcılığı buna bariz nümunədir. |
2013-12-17 | 4,360 | Kıvanc Tatlutuğ ölümdən döndü | İllər öncə Türkan Şorayın başına gələn bənzər hadisə indi də Türkiyənin məşhur aktyoru Kıvanc Tatlutuğun başına gəlib. Aktyor çəkiliş zamanı atdan yıxılaraq xəsarət alıb. "Qurt Seyt və Şura" filmində bir general obrazını canlandıran tanınmış aktyor çəkiliş zamanı huşunu itirərək, atdan yıxılıb. Aktyor dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun qabırğa sümüklərində çıxıntılar və sınıqlar olduğunu bildirib. Filmə olan bağlılığına görə onu yarımçıq qoymaq istəməyən, yenidən çəkiliş meydançasına qayıdan aktyor Qartəpədə çəkilən səhnələri yekunlaşdırmaq qərarına gəlib. Qeyd edək ki, çəkilişlərin dekabrın 25-dən etibarən Rusiyada davam edəcəyi gözlənilir. |
2013-12-17 | 4,361 | “Forsaj”ın mərhum aktyorunu qardaşı əvəz edəcək | "Forsaj" filmlərinin qəhrəmanı olan Pol Valkerin oktyabrın 30-da avtomobil qəzası nəticəsində dünyasını dəyişməsi tamaşaçıları məyus etdi. Bu ölümdən sonra filmin çəkilişləri yarımçıq qaldı. Bir müddətdən sonra "Forsaj" filmi haqqında yeni bir xəbər yayıldı. Bəlli oldu ki, dünyasını dəyişmiş aktyoru onun öz qardaşı, 25 yaşlı Kodi Volker əvəz edəcək. Xarici görünüşü ilə qardaşını xatırladan Kodi filmin baş rolunu icra edəcək, amma bu ideyanın nə qədər uğurlu alınacağı haqqında müəyyən tərəddüdlər var. Qeyd edək ki, Pol Valkerin ölümündən sonra filmin çəkilişlərinin dayanacağı haqqında şayiələr yayılmışdı. |
2013-12-17 | 4,362 | Sabir Rüstəmxanlıya həsr etdiyi şeiri kitaba çevirdi | Güney Azərbaycanda doğulan, indi Azərbaycanın Qüzeyində yaşayan yazar Sayman Aruz yeni iki kitabını, şeir toplusu "A hərfinə uduzmaq" və "Bizi öldürməyə gəlirlər" adlı nəsr əsərini çapa hazırlayır. Yazarla söhbətdən bəlli oldu ki, kitabın adı xalq şairi Sabir Rüstəmxanlıya ithaf etdiyi şeirdən götürülüb: "Bu, sayca 5-ci şeir kitabımdır. Kitab "OL" nəşrlər evi tərəfindən nəşr olunacaq. Kitab 140 səhifəlikdir və yeni şeirlərimi əhatə edir. Məncə, Quzey Azərbaycanda dil və mövzu baxımından ilk və təkdir. Postmodern yazan və düşünən gənclərə örnək ola bilər. İkinci kitab isə, "Yüz il inqilab" romanının ikinci hissəsidir. "Bizi öldürməyə gəlirlər" adlanır. Bu roman da çapa hazırlanır. Burada da oxucuya maraqlı olacaq yeni hadisələr var. Mənə elə gəlir ki, müasir Azərbaycan gəncinə ideologi baxımdan nələrsə aşılaya biləcək əsərdir". |
2013-12-17 | 4,363 | Soyuq havalarda dərinizi limonla gözəlləşdirin | Limon suyu dərini dezinfeksiya edir, sızanaqları qurudur və qara nöqtələri təmizləyir. Dəriniz üçün sərinlədici və canlandırıcı təsir Altı ədəd limonu qabıqları ilə birlikdə halqa şəklində dilimləyin. Dərin bir kasaya soyuq su doldurun və dilimlədiyiniz limonları suya atın. Limonların qabıqları yumşalana qədər suda saxlayın. Sonra limonları əlinizlə sıxın və hazırladığınız məhlulu qəbul edəcəyiniz vannanın suyuna əlavə edin. Hazırladığınız limonlu suda 20 dəqiqə qalmanız kifayətdir. Bu qan dövranınızı sürətləndirər, limon qoxusu da günə dinamik başlamağınıza kömək olar. Dəri üçün limonlu pilinq Limonun ehtiva etdiyi turşular sayəsində dəri üçün pilinq maskası hazırlamaq mümkündür. Dirsək, diz və dabanlarda yaranan sərt dəriləri belə siz limonlu maskalarla yumşalda bilərsiniz. Bunun üçün bir xörək qaşığı limon suyu ilə iki xörək qaşığı balı qatıb odda yüngülcə istilədin. Ocaqdan alındıqdan sonra bir müddət soyumasını gözləyin. Hazırlanan qarışıq soyuduqdan sonra quruyan və çatlayan dərinin üzərinə sürtün. 20 dəqiqə saxladıqdan sonra pilinq etdiyiniz bölgəni su ilə təmizləyin. Son olaraq təmizlədiyiniz bu bölgəni limon qabıqları ilə də ovxalaya bilərsiniz. Bu əməliyyat sonu dərinin təzə görünüşü sizi çaşdıracaq. Limonlu üz losyonu Limon yağlı dərilər üçün ideal təmizləyicidir. Çünki limonun möhkəmləndirici təsiri var. Tərifini təqdim edəcəyimiz üz losyonu, üzdəki qara nöqtə və sızanaqlara qarşı ən ideal losyondur. Bunun üçün 30 milli qram limon suyunu 30 qram bal və 200 milli təmiz su ilə qarışdırın və bu qarışığı bir şüşəsinin içinə tökün. Hazırladığınız bu losyonla səhər və axşam üz dərinizi silin. Beləcə həm təmiz, həm də canlı və parlaq bir dəriyə sahib olacaqsınız. Ancaq bu qarışığı sürtdükdən sonra ən az iki saat günəşə çıxmamağa çalışın. Əks halda, üzünüzdə ləkələr yarana bilər. Üz maskaları Az yağlı qatığa 5 damla limon suyu sıxın. Üzünüzü təmizlədikdən sonra bu maskanı sürtün və 15 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Avokadonun yarısını püre halında əzin, içinə bir çay qaşığı limon suyu qatın və bir ədəd yumurtanın ağını əlavə edərək yaxşıca qarışdırın. Dəriniz qurudursa, bir neçə damla badam yağı da əlavə edə bilərsiniz. Qarışığı üzünüzə və boynunuza sürtün. 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmiz yuyun. 100 qram yulaf əzməsi, 1 ədəd limon suyu və bir ədəd yumurtanın ağını qarışdırın, sonra qarışığı maska halında olana qədər qarışdırıb üzünüzə çəkin. 10 dəqiqə saxlayın və ilıq su ilə yuyun. Bu maska dərinizə gözəçarpan gözəllik və parlaq canlılıq bəxş edəcək. |
2013-12-17 | 4,364 | Qış mövsümündə saçlara qulluq | Soyuq, şaxtalı havalar dərimizə pis təsir etdiyi kimi, saçlarımızı da qurudub çansızlaşdırır. Bu üzdən qış mövsümündə dərinizin baxıma ehtiyacı olduğu kimi, saçınızın da qulluq tələb edir. Bu üzdən saçlarınızı qorumaq üçün lazım olan ən effektli maskaları diqqətinizə çatdırırıq. 1. Nəmləndirin Saçınızın quruması onun sağlam olmamasından xəbər verir. Soyuq havalar saç kökünün nəmlənməsinə əngəl olur, bu üzdən də qış aylarında istifadə etdiyiniz məhsullara xüsusi diqqət yetirin. Bunun üçün istifadə etdiyiniz şampunlara nəmləndirici və yumşaldıcı bir çox yağların qatılması saçlarınızın nəmlənməsi və sağlam görünməsində sizə yardım edə bilər. 2. Keramik və iyonlu məhsullardan istifadə edin: Saç düzümündə istifadə etdiyiniz alətlərin keramik və ion xüsusiyyəti olduğuna diqqət yetirin. Qoruma xüsusiyyətləri olan bu maddələr saçınızın isti üzündən qurumasına mane olur. 3. Yaş saçlarla çölə çıxmayın Saçınızı yuduqdan dərhal sonra soyuq havaya çıxmanız həm sağlamlığınıza mənfi təsir edir, həm də saçınızın sağlığına təsir edir. Yaş saç soyuq havada donur və tez qırılır. Saçınızın yaxşıca quruduğuna əmin olmadan çölə çıxmayın. 4. İpək aksessuarlar istifadə edin Qışda başınızı bağlamaq üçün istifadə edəcəyiniz aksessuarların materialına diqqət edin. Çünki istifadə etdiyiniz papaq və yaylıqların materialı da saclarınızın qırılmasına səbəb ola bilər. Bu üzdən də ipək və təbii yun olan aksessuarlardan istifadə etməyə çalışın. |
2013-12-17 | 4,365 | Ölmüş əsgərin valideynləri hadisəni müəmmalı hesab edir - Video | Bir həftə əvvəl Naftalanın "N" saylı hərbi hissəsində dünyasını dəyişən əsgər 19 yaşlı Orxan Alıyevin ölümündən 10 gün əvvəl hərbi xidmətdən məzuniyyətə evə gəldiyini deyən qardaşı Rövşən Alıyev bu ilin sonu Orxanın hərbi xidmətdə 1 ili tamam olacağını bildirdi. O qardaşının ölümündə bir çox uyğunszluqların olduğunu deyir. Gədəbəy rayonundan həqiqi hərbi xidmətə çağrılan Orxanın yatıb ayılmadığı iddia edilir və mərhumun yaxınları ölümü müəmmalı hesab edir. Orxanın idmançı olduğunu və səliqəli hərbi qulluqçu kimi tanındığını deyən atası Şirazi Alıyev oğlunun öldürüldüyünü hesab edir. Alıyevvlər ailəsi Orxanın səhhəti ilə bağlı heç bir problemin olmadığını deyir və bu məsələ ilə bağlı kənardan da ekspertlər cəlb edilə biləcəyini istisna etmir. Müdafiə Nazirliyi çavuş Orxan Alıyevin yatıb ayılmadığını və ürək çatışmazlıqdan dünyasını dəyişdiini deyir. Səslənən iddilarla bağlı məsələni araşdıran Hərbi Prokroturadan bildirdilər ki, əsgərin valideynləri Hərbi Prokurorluqda qəbulda olublar. Prokurorluqdan verilən məlumata görə Orxanın ölümü ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Onun ölümü ilə bağlı hər hansısa bir mövqe söyləməyin tez olduğunu deyən prokurorluq ekspertizanın rəyinin gözləməyi məsləhət gördü. Faktla bağlı araşdırmalar davam edir. |
2013-12-17 | 4,366 | Bakıda maşın yandı | Bakının Nizami rayonunda "Raf" markalı mikroavtobusda yanğın baş verib. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Raf" markalı mikroavtobusun salonu və içərisinə yığılmış 6 ədəd avtomobil şinləri yanıb. Mikroavtobusun qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 20:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2013-12-17 | 4,367 | Yanğın 15-dən çox evi məhv etdi | Turistlər üçün məşhur olan Kaliforniyanın Biq-Sur rayonunda meşə yanğını 15-dən çox evi məhv edib, 100-ə qədər insan evini tərk edib. Yanğın bazar ertəsi səhər başlayıb. Yanğının səbəbi məlum deyil. Hazırda yanğın 200 hektar əraziyə yayılıb. Hökumət nümayəndələri ümid edir ki, bir neçə günə yanğını məhdudlaşdırmağa nail olacaqlar. Xəsarət alan yoxdur. |
2013-12-17 | 4,368 | Ölkə daxilində üç yanğın | Bu gecə ölkə daxilində 3 evdə yanğın hadisəsi baş verib. Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan 3 otaqlı mənzilin 1 otağın içərisinə yığılmış məişət tullantıları və 1 ədəd təkər yanıb. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Sabirabad şəhərində də yanğın olub. Şəhərin Ulacalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 1 mərtəbəli 1 otaq və aynabənddən ibarət evin otağının yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Üçüncü yanğın hadisəsi Xaçmaz şəhərində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli, 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 kv.m, dəhlizdə lambirdən ibarət tavan və dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb. |
2013-12-17 | 4,369 | Qubernatora silahlı hücum | Rusiyanın Krasnoyarsk vilayətinin qubernatoru Lev Kuznetsovun Fransadakı villasına hücum olub. "İnterfaks"ın verdiyi məlumata görə, qubernatorun mətbuat katibi Stella Alekseyeva bildirib ki, evdən külli miqdarda pul oğurlanıb. Qubernatorun özü isə travmatik silahdan yaralanıb (APA). |
2013-12-17 | 4,370 | Bakı bulvarında Wi-Fi şəbəkəsi təkmilləşdirilir | Azərbaycanın hər üç mobil rabitə operatoru ("Bakcell", "Azercell" və "Azerfon") Dənizkənarı Milli Park İdarəsinə bulvar ərazisində Wi-Fi çıxış nöqtələrinin quraşdırılması üzrə təkliflərini təqdim ediblər. Qurumdan deyiblər ki, mobil rabitə operatorları internet şəbəkəsinə pulsuz giriş xidməti üçün öz şəbəkə infrastrukturlarını təqdim etməyə hazırdırlar. Hazırda Bakı bulvarı tamamilə simsiz Wi-Fi şəbəkəsi ilə əhatə olunub. Dənizkənarı Milli Parkda quraşdırılan Wi-Fi nöqtələrinin sayı 30 ədədi keçir. İdarədən qeyd ediblər ki, mövcud şəbəkə infrastrukturunun 10 minədək istifadəçinin internet şəbəkəsinə qoşulmasını təmin etməyə gücü çatır: "Bayram günlərində bu göstərici xeyli arta bilər ki, bu da internetə çıxışın keyfiyyətinə mənfi təsir edir. Bununla əlaqədar olaraq, şəbəkə, eyni zamanda, maksimum sayda qoşulmaları təmin edə bildikdən sonra istismara verilə bilər. Buna görə də şəbəkənin davamlılığını təmin etmək üçün layihəyə bir neçə internet xidməti tədarükçüsünü cəlb etmək planlaşdırılır. Bu barədə qərar İqtisadiyyat və Sənaye Nazirliyi səviyyəsində qəbul ediləcək". Simsiz şəbəkə bulvarın ziyarətçilərinə bəzi internet resurslarına (sosial şəbəkə, bəzi dövlət strukturlarının saytları və digərləri) pulsuz çıxış əldə etməyə imkan verəcək. Şəbəkənin bütün üstünlüklərindən (videoya baxmaq və kontent yükləmək) istifadə etmək arzusunda olan istifadəçilərə kommersiya paketlərinin təklif edilməsi istisna edilmir (Trend). |
2013-12-17 | 4,372 | “Sarı Gəlin” mahnısını oxuyacaq | "San-Remo" festivalının iştirakçıları - Toto Kutunyo, Albano, Rikardo Foli, Umberto Totsi, Toni Espozito, Pupo, Matia Bazar, Fiordaliso, İvana Spanya, "Riki e poveri" Heydər Əliyev fondunun təşkilatçılığı ilə Bakıda dekabr ayının 18-də "Crystal Hall" məkanında konsert proqramı ilə çıxış edəcəklər. "Axar.az" "Anspress"ə istinadən xəbər verir ki, İtalyan musiqiçilərinin konsertində aparıcılığı Tural Əsədov və Bakının vurğunu Ornello Muti edəcək. Onların arasından Toto Kutunyo artıq paytaxtımızdadır. Sabah Toto Kutunyonun "Sarı gəlin" mahnısını ifa etməsi gözlənilir. Mahnı "Promix" studiyasında yazılacaq. Mahnın yazılmasında Rəşad Haşımov iştirak edəcək. |
2013-12-17 | 4,373 | Yavər Camalov bu gün bayram edir | Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır. "Axar.az" xəbər verir ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 10-da imzaladığı sərəncama əsasən, hər il dekabr ayının 17-si Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Qeyd edək ki, prezidentin 16 dekabr 2005-ci il tarixdə imzaladığı sərəncamla yaradılan nazirlik fəaliyyətə başladığı ilk gündən etibarən bir sıra mühüm işlər həyata keçirib. Nazirliyin tabeliyində olan 14 müəssisə əsaslı şəkildə təmir edilib və beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Dünyanın bir çox inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq qurulub. |
2013-12-17 | 4,374 | 36 yaşlı kişi intihar etdi | Zaqatalanın Mosul kəndində 36 yaşlı kişi intihar edib. Zaqatala rayon Prokurorluğundan verilən məlumata görə, həmin kənddə yaşayan 1977-ci il təvəllüdlü Səmədov Mirzə Rizvan oğlu yaşadığı evin həyətinə özünü asıb. Faktla bağlı araşdırma aparılır (Trend). |
2013-12-17 | 4,375 | Cəbhədə atışma: itki yoxdur | Mövqelərimiz növbəti dəfə atəşə tutulub. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2013-12-17 | 4,376 | Təmas xəttində monitorinq keçiriləcək | ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 18-də Qazax rayonunun Bala Cəfərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Prayor keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Peter Svedberq keçirəcəklər. |
2013-12-17 | 4,377 | Bolqarıstanın baş naziri Bakıya gəldi | Bolqarıstan Respublikasının Baş naziri Plamin Orişarski "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. Bolqarıstan Respublikasının Baş naziri Plamin Orişarskini hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıb. |
2013-12-17 | 4,378 | Müdafiə Nazirliyində kadr dəyişikliyi | Azərbaycan Müdafiə Nazirliyinin İşlər İdarəsinə yeni rəis təyin olunub. Hərbi mənbələrdən əldə edilən məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə işlər idarəsinin rəisi Baxış Ələkbərov vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə ehtiyatda olan polkovnik Azad Əsədov təyin edilib. A. Əsədov hərbi xidmətə ehtiyatdan çağırılıb. Qeyd edək ki, A. Əsədov 1990-cı illərin əvvəllərində Azərbaycan Ordusu sıralarında xidmət edib. 701 saylı briqadanın tərkibində 1993-cü ilin fevral-aprel aylarında Laçın və Kəlbəcər rayonlarının müdafiəsində, 1994-cü ildə isə "Murovdağ" əməliyyatında iştirak edib (APA). |
2013-12-17 | 4,379 | İlham Əliyev və xanımı imzalama mərasimində | Bakıda "Şahdəniz 2" üzrə yekun investisiya qərarının imzalanması mərasimi başlayıb. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra dövlət və hökumət başçıları iştirak edirlər. "Şahdəniz 2"-nin təsdiq edilməsi layihənin konsepsiyadan bilavasitə reallaşdırılması mərhələsinə keçid deməkdir. "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları aşağıdakılardır: "bp" (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır. "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin dəyəri isə 25 milyard dollar qiymətləndirilir. Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. Xatırladaq ki, "Şahdəniz"in işlənməsi üzrə konsorsium iyun ayının sonunda qazın Avropa bazarlarına tədarükü üzrə marşrut qismində Trans-Adriatik boru kəmərini (TAP) seçib. TAP boru kəmərinin ilkin gücü ildə 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr təşkil edəcək. Qazın Türkiyə ərazisi ilə nəqli üçün Trans-Anadolu qaz kəməri (TANAP) tikiləcək ki, bu da tədarükü Avropa sərhədlərinədək təmin etməyə imkan verəcək. |
2013-12-17 | 4,380 | Azərbaycanda vulkan püskürüb | Bu gecə Azərbaycanın Şabran rayonu ərazisində vulkan püskürməsi baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirib ki, bu barədə onlara da məlumat daxil olub. Onun sözlərinə görə, hazırda Geologiya İnstitutunun işçiləri həmin əraziyə göndərilib, ərazidə müvafiq araşdırmalar aparılacaq. A. Əliyev qeyd edib ki, hazırda vulkanın nə qədər ərazini əhatə etməsi, neçə saat davam etməsi barədə dəqiq məlumat yoxdur: "Sadəcə rayondan xəbər verilib ki, həmin ərazidə püskürmə olub. İndi aydınlaşdırmaq lazımdır ki, bu vulkan püskürməsidir, ya yox. Məlumatın düzgün və ya səhv olacağı araşdırmalardan sonra məlum olacaq. Hərdən əhali tərəfindən yanlış məlumatlar da bizə daxil olur. Ona görə də müvafiq araşdırmalar aparmaq lazımdır ki, həmin ərazidə baş verən palçıq vulkanı püskürməsidir, yoxsa başqa hadisədir. Hazırda tam məlumat yoxdur. Bütün araşdırmaları apardıqdan sonra hadisə barədə dəqiq məlumat vermək mümkün olacaq" (APA). |
2013-12-17 | 4,381 | Məmur rüşvət üstündə 22 milyon manat cərimələndi | Rusiyada ilk dəfə bir məmur rüşvətə cəhdə görə 950 milyon rubl (22 milyon 610 min manat) cərimə olunub. Lev Lvovu böyük məbləğdə rüşvət alma cəhdində günahkar bilən Moskva vilayəti məhkəməsinin hökmü qüvvəyə minib. Məhkəmə onu 950 milyon, ortağı İqor Komarovu isə 500 milyon rubl ( 11 milyon 900 min manat) cərimə edib. |
2013-12-17 | 4,382 | Hakanın toyu: Ərdoğan kəbin kəsir, şahidsə Güləndir - Video | Məşhur futbolçu Hakan Şükürün Türkiyənin hakim partiyası olan AK Partiyadan istefa verməsi ciddi müzakirələrə yol açıb. Türk mediası 1995-ci il tarixini bir daha gündəmə daşıyıb və Hakan Şükürün nikah mərasimi görüntülənib. Beləliklə, 1995-ci il, Hakan Şükürün toyu: o zaman İstanbul bələdiyyə başqanı olan Rəcəb Tayyib Ərdoğan futbolçunun nikahını kəsir, nikah şahidi isə Fətullah Güləndir. Qeyd edək ki, Fətullah gülənlə Ərdoğan arasında da artıq bir müddətdir soyuq küləklər əsir... |
2013-12-17 | 4,383 | Azərbaycanlı iş adamı həbs edildi - Yenilənib/Video | 2013-12-17 11:00:53 Türkiyədə hüquq-mühafizə orqanları bir çox məşhur şəxlərin evlərinə basqın edib İstanbulda hüquq-mühafizə orqanları aralarında məşhur iş adamı Ali Ağaoğlu və müğənni Ebru Gündəşin azərbaycanlı həyat yoldaşı Rza Zərrabın da olduğu məşhur adamların evinə basqın edib. "Axar.az" türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Ağaoğlu rüşvət qalmaqalında suçlandırılır. Polisin bu gün səhər saatlarında həyata keçirdiyi əməliyyat nəticəsində 18 nəfər saxlanılıb. Məlumata görə, əməliyyat korrupsiya və rüşvət iddaları ilə əlaqədar həyata keçirilib. Əməliyyatın başqa şəhərlərdə də keçiriləcəyi bildirilir. Hələlik faktla bağlı heç bir rəsmi açıqlama verilməyib. |
2013-12-17 | 4,384 | "Şahdəniz" layihəsinin yekun sazişi imzalandı | Bu gün Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı qəbul edilib. Sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qordon Birrell imzalayıb (Trend). 2013-12-17 11:06:30 Bu gün Azərbaycanda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalama mərasimi keçirilir. "Axar.az" məlumat verir ki, artıq qərarın imzalanması üçün bir çox dövlətin ölkə və hökumət rəhbərləri artıq Bakıdadır. Qərar imzalandıqdan sonra Azərbaycan qazının Transadriatik boru kəməri (Trans Adriatic Pipeline) vasitəsiylə Qərbi Avropaya çatdırılması tam rəsmiləşəcək. Bunun nəticəsində ilk dəfə olaraq Xəzər hövzəsindən Avropa İttifaqına təbii qaz daxil olacaq. Nəticədə rəsmi Brüsselin irəli sürdüyü "Cənub dəhlizi" layihəsi reallaşacaq. Transadriatik boru kəməri Xəzər hövzəsindən qazı Albaniya və Yunanıstan vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyaya çatdırılması nəzərdə tutulur. Bundan sonra o, Apenin yarımadasından Qərbi Avropa ölkələrinə paylanılacaq. Ekspertlər "Şahdəniz-2"ni çox bahalı bir layihə kimi qiymətləndirirlər. Ümumiyyətlə, indiyə qədər Xəzər dənizində "Kaşağan"nın 1-ci fazasının icrasından sonra ikinci belə bir proyekt həyata keçirilməyib. Belə ki, proyektin icra müddətinin 30 milyarda qədər bahalaşacağı nəzərdə tutulur. Transadriatik boru kəmərinin rəsmi saytında verilən məlumata əsasən, layihənin həyata keçirilməsi üçün yatırılan investisiyanın həcmi isə 45 milyard dollardır. Başqa bir məlumatda isə kəmərin çəkilməsinin dövlətin maliyyə yardımı hesabına həyata keçirilmədiyi yazılıb. 800 km uzunluğunda olacaq Transadriatik boru kəmərinin ilkin olaraq Avropa bazarına 10 milyard kub metr Şahdəniz qazını çıxartmalıdır. Daha sonra isə gücün iki dəfəyə qədər artırılması planlaşdırılır. |
2013-12-17 | 4,385 | Pulsuz müayinə həkimlərin üsyanına səbəb oldu | Son günlər paytaxtın poliklinikalarında qələbəlik yaşanır. Bir çox məktəblər öz şagirdlərini dispanser müayinədən keçmək üçün poliklinikalara göndərir. Yaranan qarışıqlıq, basabas isə müayinələrin keyfiyyətinə mənfi təsir edir. Dispanser müayinədən keçmək barədə uşaqlar məktəblərdə təlimat alır və onlara "Dispanser vərəqə" verilir. Həmin vərəqədə pediatr, nevropatoloq, dermatoloq, okulist (göz həkimi), stomotoloq, lor, cərrah müayinələrindən keçmək, eləcə də nəcis və qan analizləri vermək nəzərdə tutulub. Sabunçu rayonu Maştağa qəsəbəsindəki 22 saylı orta məktəbin şagirdləri ötən həftədən yerli poliklinikaya müraciət etməyə başlayıblar. Müayinələrin pulsuz olmasını eşidən həkimlər ilk günlər valideynlərlə ciddi konflikt yaşayıblar. Müəllimə səhv edib Bu barədə "Axar.az"a danışan valideynlərdən biri Ülkər Heydərova bildirdi ki, ilk gün poliknikaya gedərək pulsuz müayinə olunmaq barədə məktəbdən göndəriş aldıqlarını deyib: "Özünü təqdim etməyən pediatr həkim bizi acıladı, pulsuz müayinə olmadığını israrla dedi. Uşaqlar da bildirdilər ki, axı müəllimə bizə pulsuz olduğunu tapşırıb. Onu eşidəndə həkim daha da qəzəblənərək müəlliməni də təhqir etdi. Kor-peşman evə qayıtdıq və olanları məktəbdə müəllimlərə bildirdim". Səhərisi isə baş həkim işə qarışdıqdan sonra məktəbə zəng vuraraq üzr istəyiblər və müayinənin pulsuz aparılacağını deyiblər. Bütün bunlar dispanserizasiya barədə öncədən maarifləndirmə tədbirlərinin görülmədiyini göstərir. Üstəlik, həkimlər də bi prosesə hazır olmadıqlarını, gərgin iş rejimində işləyə bilmədiklərini açıqca etiraf edirlər. Müayinə edən də, edilən də narazıdır Dispanser müayinə prosesini izləmək üçün 7 saylı Birləşmiş şəhər Xəstəxanasının Maştağa qəsəbəsindəki 7 saylı poliklinikasına baş çəkdik. İlk olaraq pediatra müraciət etdik. Şagirdləri əsəbi halda qarşılayan həkim siyahıda göstərilən həkimlərə və laboratoriyaya göndəriş verib tez başından edirdi: "Belə də müayinə olar. Gündə 50-60 nəfər göndərirlər ki, tez yoxlayın bitirin. Bu cür işləmək olar? Həkimlər üçün heç bir şərait yaratmayıblar. Bu müayinənin nə effekti ola bilər?" Uşağın çəkisini müəyyən edəndən sonra ilk olaraq göz həkimi Sara Ağayevanın qəbuluna düşə bildik. Üz-gözündən yorğunluq yağan həkim uşaqdan şikayətinin olub-olmadığını soruşur: "Elə bir şikayətimiz yoxdur. Sadəcə, profilaktika üçün yoxlasanız, yaxşı olardı". Həkim: "Görürsüz nə qədər adam var. Hamını aparatdan keçirmək mümkün deyil. Bir gündə 15-20 nəfər gələr, həkim də rahat hərtərəfli yoxlayar. 60 nəfəri yoxlamadan keçirmək çətindir axı. Heç bir şikayətiniz yoxdursa, yoxlaya bilmərəm". Çarəsiz razılaşdıq. Ordan çıxıb nevrotoloqun qəbuluna girdik. Ciddi şikayətimizin olmadığını eşidib sakitcə vərəqəni imzaladı. Sonra elektroenzofalaqramma etdirmək istədiyimi bildirdim. Həkim bu yoxlamanın pullu olduğunu əsas gətirərək rahat vaxtı gəlməyi məsləhət bildi. Beləcə, digər həkimlər də yoxlamadan rəylərini yazıb verdilər. Təkcə lor həkimi Elsevər Babayev uşağı müayinə etdikdən sonra burnunda və boğazında problemlər olduğunu deyərək müalicə təyin etdi. Analizlərin cavabını sahə həkiminə verərək yekun rəy aldıqdan sonra dispanser vərəqəni götürdük. Həkimlər "cin atına minib" Pulsuz yoxlamanın həkimlərin kefinə soğan doğradığı aydın idi. Hamısı prosesdən narazı idi. Ona görə də uşaqları müayinə etmədən vərəqəyə "sağlamdır" yazıb möhürləməklə işlərini bitmiş hesab edirdilər. Pulsuz işləməyə həvəs göstərməyən tibb işçiləri bunu heç gizlətmirlər də. Ancaq bir tərəfdən, onların dediyində də həqiqət var. Bir gündə 100 nəfərə yaxın uşağı müayinə edib dəqiq diaqnozlar qoymaq kiçik kollektivi olan poloklinika üçün çətindir. 22 saylı məktəbdə 1456 nəfər şagird təhsil alır. Müəllimlər uşaqlara vərəqəni paylayanda iki-üç günə yazdırıb qaytarmağı tapşırıblar. Ona görə də uşaqlar eyni vaxtda poliklinikaya müraciət edir və nəticədə sıxlıq, əsəb gərginliyi və səmərəsiz müayinə ortaya çıxır. Səhiyyə müəssisələrinin potensialı var Gördüklərimizi və müayinən keyfiyyətsizliyi ilə bağlı fikirlərimizi Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə bölüşdük. Nazirlik rəsmisi sadalanan problemlərin işlərin qrafikə uyğun düzgün təşkil olunmaması ilə izah etdi: "İcbari dispanserizasiya yeni qəbul olunan qanunun tələbidir. Uşaqlar ildə bir dəfə məcburi qaydada müayinədən keçməlidir. Bu, xəstəliklərin profilaktikası və vaxtında aşkarlanaraq qarşısının alınması məqsədi daşıyır. Bütün uşaqların müayinədən keçirilməsi üçün səhiyyə müəssisələrinin tam potensialı var. Sizin qaldırdığınız məsələ ilə bağlı da araşdırma apararaq qərar qəbul edəcəyik". Qeyd edək ki, ötən ilin dekabrında da əhalinin məcburi dispanserizasiyası aylığı keçirildi. A,Qədirli həmin vaxt 3 milyona yaxın vətəndaşın bu yoxlamadam keçdiyini bildirdi. Xatıqladaq ki, "Uşaqların icbari dispanserizasiya haqqında" qanun bu il aprelin 11-də təsdiq edilib. Sənəddə hər il uşaqların pulsuz olaraq məçburi qaydada laborator, instrumental və skrininq müayinələr də daxil olmaqla tibbi baxışdan keçirilməsi nəzərdə tutulur. Bu işdə Səhiyyə Nazirliyinin əsas vəzifəsi uşaqlarda patologiyaların və digər pozuntuların erkən mərhələdə aşkar edilərək müalicəyə yönləndirməkdir. Qanunda müasir diaqnostika metodlarından istifadə etməklə ehtiyacı olanların müayinəsi və müalicəsinin davam etdirilməsi də əksini tapıb. Lakin yerlərdə vətəndaşların hüquqlarının tapdanması, yoxlamadam verilən rəylər uşaqların gələcəyini sual altına alır. Bu cür yoxlamanın nəticələrinə əsasən hansı qərar qəbul olunması məsələsi də açıq qalır. |
2013-12-17 | 4,386 | Milli Ordu “Mübariz”lə silahlanacaq | Azərbaycanda istehsal edilən 12,7 mm-lik "Mübariz" snayper tüfəngi üzərində son tamamlama işləri gedir. Bunu çərşənbə axşamı jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazirin sözlərinə görə, bu ilin sonunda tüfəng Silahlı Qüvvələrdə silahlanmaya qəbul olunacaq. |
2013-12-17 | 4,387 | 15 təhsil müəssisəsi rəhbəri işdən azad edildi | null |
2013-12-17 | 4,388 | Nazirin icra başçısı olan dayısından nələr yazıldı – Şikayət | "Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin ediləndən sonra rayon əhalisinin vəziyyəti daha da ağırlaşıb". Bu barədə "Axar.az"ın elektron poçtuna rayon sakinlərinin göndərdiyi məktubda deyilir. Məktubda bildirilir ki, Səlim Müslümov nazir təyin olunana qədər rayon əhalisinin müəyyən şikayətləri dinlənilir, bəzi insanlara qismən də olsa, köməklik olunurdu. Amma indi nazirin dayısı, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev sakinlərə qarşı daha aqressiv olub: "Səlim Müslümov nazir təyin olunana qədər Ənvər Seyidəliyev hər həftənin 5-ci günü sakinləri qəbul edirdi. Qəbulda müəyyən problemlər müzakitrə edilirdi, əksəriyyəti həllini tapırdı. Amma Səlim Müslümov nazir təyin olunandan sonra Ənvər Seyidəliyev problemi olanların heç birini qəbul etmir. Düzdür, yenə də həmin günlər qəbul günü olur, amma həqiqi problemi olanlar qəbul olunmur. Ənvər Seyidəliyev İcra Hakimiyyətinin mühafizə xidmətinə tapşırıb ki, ciddi problemləri olan şəxsləri qəbula yazmasın. Qəbula yalnız ona təşəkkür etməyə gələn şəxslər yazılır və onların da guya "problemi" həll edilir. Məsələn, kimsə gəlib deyir ki, o qonşusu ilə yola getmir, küçəyə çıxanda palçıq olur və sair. Amma aylarla sosial müavinətlərini ala bilməyən, idarə və təşkilatların qapısında süründürülən şəxslər Ənvər Seyidəliyevin qəbuluna düşə bilmir. Həmin şəxslər İcra Hakimiyyətində qəbula yazılmağa gələndə mühafizəçi və ya icra başçısının müavinləri, köməkçiləri tərəfindən "başçı burda yoxdur", "bu gün qəbul olmayacaq", "gecikmisiniz" kimi bəhanələrlə geri qaytarılır. Haqqını tələb edən şikayətçilər isə polislər vasitəsilə ya binadan uzaqlaşdırılır, ya da həbslə hədələnir". Sakinlər yazırlar ki, yeni nazir təyin ediləndən sonra vətəndaşların Ağsuda sosial müavinət almasında da ciddi korrupsiya faktları yaranıb. Belə ki, bu vaxta qədər sosial müavinət almaq üçün müraciəıt edən şəxs mərkəzin rəhbərliyi ilə danışıqlar aparıb alacağı məbləğin 4 ayını hissə-hissə mərkəz rəhbərinə ödəyirdisə, indi "rüşvət yığışdı" adı ilə daha biabırçı hal yaradıblar. İndi sosial yardım almaq istəyən şəxs alacağı məbləğin 4 ayını əvvəlcədən nağd halda mərkəz rəhbərliyinə və ya onun əlaltılarına verməlidir. Əks halda həmin şəxs müəyyən bəhanələrlə yardımdan məhrum edilir. Hazırda rayon ərazisində sosial yardım alanların əksəriyyəti imkanlılardır. Çünki alınacaq məbləğin 4 ayını nağd halda mərkəzə verməyə yalnız imkanlı şəxslərin gücü çatır. Kasıb, imkanı olmayan şəxslər isə həmin pulu verə bilmədiyi üçün yardımdan məhrum edilir". Sakinlər daha sonra yazır ki, hazırda Ağsu rayonu büsbütün icra başçısına məxsusdur. Rayonda bütün iri ticarət obyektləri Ənvər Seyidəliyev tərəfindən zəbt edilib. Ənvər Seyidəliyev bu işdə müavinləri və köməkçilərinin adından yararlanır. Rayonda hazırda 50-dən artıq obyekt icra başçısının müavinlərinin adı ilə tikilərək özəlləşdirilib. İcra başçısının rayon ərazisində 100 hektarlarla həyətyanı torpaq sahəsi, onlarla balıqartırma gölü və 100-dən artıq iri ticarət cərgəsi var. Bütün bu ərazi və obyektlər icra başçısı tərəfindən özəlləşdirilib: "Rayon ərazisində daxili və kəndarası yollar bərbad haldadır. Bir neçə ay əvvəl istifadəyə verilən, tikintisinə 19 milyon manat ayrılan 29 kilomterlik Ağsu-Çaparlı-Padarçöl avtomobil yolu 10 yerdən çöküb. Yolun tikintisi gedən vaxt yol bir neçə yerdən erroziyaya uğrasa da, icra başçısı bu yolun çökməsini ictimailəşməyə qoymadı və təzə yola yamaq vurdurdu. Amma buna baxmayaraq, yol yenidən çökdü". Sakinlərin məktubda qeyd etdiyi şikayətlərini araşdırmaq üçün Ağsu Rayon İcra başçısı Ənvər Seyidəliyevin köməkçisi Vüqar Atakişiyevlə əlaqə saxladıq: Bütün vətəndaşlar qəbul olunur V.Atakişiyev bildirdi ki, məktubda yazılanlar qərəzlidir: "Qərəzli və yanlış məlumatdır. İcra başçısı bütün vətəndaşları qəbul edir. Heç kimin arasında ayrıseçkilik edilmir. Kiminsə qəbula yazılmaması barəsində söhbət belə gedə bilməz". Sosial müavinət məsələsinə nazirlik baxır "İcra hakimiyyəti ümumiyyətlə sosial müavinət məsələsinə qarışmır. Yəni nazirlikdən kimin əmri gəlirsə ki sosial müavinət verilsin, ona da müavinət verilir. Kimə sosial müavinət verildi, kimə verilmədi, - bu məsələ ümumiyyətlə icra hakimiyyətinin səlahiyyətinə aid deyil". İcra hakimiyyəti sadəcə daxili yolların bərpasına cavabdehdir "Qeyd etdiyiniz 29 kilomterlik Ağsu-Çaparlı-Padarçöl avtoyolu rayonun xaricində olan avtoyoldur. Ora icra hakimiyyəti nəzarət etmir, İcra Hakimiyyəti daxili yolların cari təmirini həyata keçirir" İcra başçısının qaldığı kənd heç 100 hektar deyil "İcra başçısının 100 hektardan çox həyatyanı sahəni mənimsəməsi iddiası da kökündən yalandır. Çünki icra başçısının qaldığı kəndin bütövlükdə ərazisi heç 100 hektar deyil. Onun necə 100 hektar həyatyanı sahəsi ola bilər axı?" |
2013-12-17 | 4,389 | Polis öz nazirinin oğlunu həbs etdi - Yeniləndi | İstanbul maliyyə şöbə qrupları səhər saatlarında aralarında məşhur iş adamlarının da olduğu çoxlu idarə və mənzillərə basqın təşkil edib. Bununla bərabər İqtisadi İnkişaf Naziri Zəfər Çağlayanın oğlunun nəzarətə götürüldüyü məlum idi. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, hal-hazırda Daxili İşlər Naziri Müəmmar Gülərin oğlu Barış Gülər ilə Ətraf Mühitin Mühafizəsi və Şəhərsalma Naziri Ərdoğan Bayraqdarın oğlu Abdullah Oğuz Bayraqdarın da nəzarətə götürüldüyü haqqında məlumat yayılıb. Ayrıca "Xalqbank"ın müdiri Süleyman Aslan da nəzarətə götürülən adamlar siyahısındadır. Nazir mərasimi ləğv etdi İqtisadi İnkişaf Naziri Zəfər Çağlayan "Ailə və İctimai Siyasət" naziri Fatma Şahin ilə iştirak edəcəyi Gölbaşı "Təhsil və Sosial Təsisi"nin Ailə və Sosial Siyasət Nazirliyinə təhvil verilməsi ilə bağlı protokolun imza mərasimini ləğv edib. Qeyd edək ki, bu səhər Türkiyə saatı ilə saat 09:45-də İqtisadi İnkişaf Nazirliyində keçirilməsi planlaşdırılan, TBMM başqanı Cəmil Çiçəyin də iştirak edəcəyi mərasimin nazirin oğlunun həbsiylə bağlı təxirə salındığı iddia edilir. Daha bir nazir iş proqramını dəyişdi Daxili İşlər Naziri Müəmmar Gülər bu gün Sofiyada iştirak edəcəyi proqramı ləğv edib. Qeyd edək ki, Daxili İşlər Naziri Müəmmar Gülər Türkiyə, Bolqarıstan və Yunanıstan arasında "Kapitan Andreeyo" sərhəd qapısında qurulması nəzərdə tutulan polis və gömrük arasında ortaq ünsiyyət mərkəzinin qurulmasıyla bağlı razılaşmanın imza mərasimində iştirak edəcəkdi. |
2013-12-17 | 4,390 | Azərbaycanda 10 pilotsuz təyyarə istehsal olunub | Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən cari ildə "Orbiter-2M" tipli 10 ədəd pilotsuz uçuş aparatı istehsal edilib. Bu barədə MSN işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Nazirin sözlərinə görə, istehsal edilmiş bu 10 sistemin sınaqları başa çatdırılaraq istismara verilib. Y. Camalov həmçinin qeyd edib ki, cari ildə 30 ədəd "Matador" və "Marauder" tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsi istehsal olunub. Maşınlar 14.5 mm çaplı pulemyotla təchiz olunmuş döyüş modulu ilə silahlandırılıb (APA). |
2013-12-17 | 4,391 | Bəxtiyar Sadıqova ev verildi | Prezident İlham Əliyev "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova mənzil bağışlayıb. Bu məlumatı Bəxtiyar Sadıqovun özü də təsdiqləyib. "Cənab prezident ehtiyacı olan hər kəsə yardım əlini uzadır, müalicəyə ehtiyacı olanı müalicəyə göndərir. Bir jurnalistin müraciətini belə, diqqətdən kənarda qoymur. Bu baxımdan mən də müraciət etmək qərarına gəldim. Müraciətimə dərhal reaksiya verildi. Mənə verilən mənzil şəhərin mərkəzində, "Zolotaya sreda" deyilən yerə yaxın binada 3-cü mərtəbədə yerləşir. Otaqlara gəlincə, 160 kvadratdır. Neçə otaq istəsəm, evi bölə bilərəm. Hər ailəyə prezidentin xeyir-duası qismət olmur. Bu da bir səadətdir ki, bizə nəsib oldu. Prezident İlham Əliyevə hədsiz minnətdarıq. İnşallah, həmin evdə oğlumu evləndirib ora yerləşdirəcəm", – deyə Bəxtiyar Sadıqov açıqlamasında bildirib. Bəxtiyar Sadıqov Azərbaycan jurnalistlərinin ən böyük dostunun İlham Əliyev olduğunu vurğulayıb. "Ölkə KİV-i cənab prezidentimizi ikinci dəfə özlərinə "jurnalistlərin dostu" seçiblər və bu təsadüfi deyil. İlham Əliyev bu şərəfli ada layiqdir". (modern.az) |
2013-12-17 | 4,392 | Qurani-Kərimi kanalizasiyaya töküblərmiş - Şok | Səudiyyə Ərəbistanında Taif əyalətində bir kəndli tərəfindən İbni Zövq məscidinin yanındakı məhəllənin kanalizasiyasının təmizlik işləri aparılan zaman onlarla Quran tapılıb. "Axar.az" ərəbdilli "Marebpress.net" saytına istinadən xəbər verir ki, hadisə yerinə Səudiyyə Ərəbistanının dövlət orqanı nümayəndələri cəlb edilib. Kəndlinin bildirdiyinə görə, kanalizasiyadakı tullantılar yığılıb tıxac əmələ gətirdiyinə görə təmizlik işlərinə başlanılıb. Elə bu zaman da suyun daşması nəticəsində orda olan Quranlar üzə çıxıb. Hadisə yerinin təmizlənməsi üçün təyin olunmuş xüsusi komissiyanın verdiyi açıqlamada bildirilib ki, bundan sonra kanalizasiyalara qadağan olunmuş əşyaları və kitabları atanları şiddətli cəza gözləyir. |
2013-12-17 | 4,393 | Qüdrət Həsənquliyevdən təklif: "Rəsulzadə bağı..." | null |
2013-12-17 | 4,394 | Prezident Böyük Britaniyanın xarici işlər naziri ilə görüşdü | Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyqi qəbul edib. "Axar.az" məlumat verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib,neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Dünyanın ən böyük enerji layihələrindən biri olan "Şahdəniz-2"nin Avropada və regionda əməkdaşlığın gücləndirilməsi baxımından önəmi qeyd edilib. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. |
2013-12-17 | 4,395 | Prezidentin yolu kəsildi, Ruslana prokurorluğa çağırıldı | "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, Avromaydan aktivistləri Ukrayna prezidentinin kortejinin hava limanına keçəcəyi yolda piket keçirirlər. Piketdə 200 nəfərə yaxın adam iştirak edir. Qeyd edək ki, V.Yanukoviç Moskvaya Rusiya-Ukrayna ölkələrarası komissiyasının görüşünə getməlidir. Baş nazir N.Azarov bildirib ki, onlar qazın qiymətində razılığa gələcəklərinə ümid edir. Lakin müxalifət Ukraynanı Gömrük İttifaqına aparacaq sənədin imzalanmasından qorxur. Hökumət isə belə bir hadisənin baş verməyəcəyini bildirib. Ruslana baş prokurorluğa çağırıldı Bu arada Ruslana Maydan hadisələri ilə əlaqədar Ukrayna Baş prokurorluğuna çağırılıb. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı müğənni öz "Feysbuk" səhifəsində yazıb. Ruslana artıq dindirilmə üçün kabinetə daxil olduğunu bildirib. O, Baş prokurorluğa öz vəkili ilə gəldiyi haqqında da məlumat yayıb. |
2013-12-17 | 4,396 | Azarovun hökuməti yeni ilə qədər istefaya gedəcək | Ukraynanın Nazirlər Kabineti yeni ilə qədər istefaya göndərilə bilər. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu bəyanatla Regionlar Partiyasının sədr müavini Mixail Çeçetov çıxış edib. Deputat 2014-cü ilə Ukraynanın yeni hökumətlə girəcəyini bildirib. "2014-cü ilə Nazirlər Kabinetinin yenilənmiş üzvləri ilə daxil olacağıq. İşində problem aşkarlanmış şəxslər vəzifədən qovulacaqlar. Lakin hökumətə yenə Baş nazir Nikolay Azarov rəhbərlik edəcək". |
2013-12-17 | 4,397 | Nazir övladlarının həbsinə rəsmi reaksiya | İstanbul Baş prokuroru Turan Çolakkadı aralarında nazir övladları olmaqla, bələdiyyə başçısı, bank idarəçiləri və iş adamlarının da nəzarətə götürüldüyü əməliyyatlarla əlaqədar ilk açıqlamasını edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş prokuror Turan Çolakkadı açıqlamasında əməliyyatların prokurorluq tərəfindən icra edildiyini bildirib: "Əməliyyata Prokurorluğun bir vəkili də nəzarət edir. Hal-hazırda məlumat verə bilmərik". |
2013-12-17 | 4,398 | Boğaziçi körpüsü dəyişəcək | Türkiyədə maşınların hərəkət sisteminin can damarı hesab edilən məşhur "Boğaziçi Körpüsü"nün görüntüsü dəyişdiriləcək. "Axar.az" türk mətbuatına istinadən verdiyi xəbərdə bildirir ki, 40 illik "Boğaziçi Körpüsü" 2014-cü ildə nə az, nə çox, 540 günlük təmirə bağlanacaq. Türkiyə Nəqliyyat nazirliyindən bildirilir ki, günlük 32 min avtomobilin hərəkət etdiyi körpü son zamanlar bu göstəricini 200-250 min avtomobil ilə əvəzləyib. Baş verən artıma görə körpüdə şaquli kəndirlərlə gücləndirmə bəndlərindən istifadə ediləcək. Əlavə təmir zamanı 236 bu cür bərkitmə kəndirlərindən istifadə olunacaq. Körpünün görünüşü dəyişəcək Körpünün yenidən bərkidilməsindən sonra üzərindən heç bir təhlükə olmadan, rahatlıqla 250 minə yaxın avtomobilin keçecəyi gözlənilir. Körpünün təmiri ilə bağlı təklif verən Makyol-IHI şirkəti Boğaziçi ilə yanaşı FSM körpülərindəki ana kəndirlərə Yaponiya istehsalı olan son texnologiya məhsullarından istifadə edəcəyini bildirib. Sistemin sayəsində kəndirlərin çürüməsinin qarşısı alınacaq. Bütün yenidənqurma işləri zamanı körpüdə elektrik zəifləməsinin də qarşısı alınacaq. Təmir zamanı körpünün görünüşündə əlavə effektlərin quraşdırılacağı gözlənilir. 30 oktyabr 1973-cü ildə istifadə olunan məşhur körpüdən ilk vaxtlar 32 min avtomobil istifadə etdiyi halda bu 250 minə yüksəlib. Qeyd edək ki, körpüdə təmir və bərpa işləri gecə saatlarında həyata keçiriləcək. |
2013-12-17 | 4,399 | Hacı İbrahimdən Əli Ağaoğlu açıqlaması | Türkiyədə məşhur iş adamı Əli Ağaoğlunun adının rüşvət qalmaqalında hallandırılaraq saxlanmasına milyarderin Azərbaycandakı ortağı olduğu bildirilən "Avesta" Konsernindən münasibət açıqlanıb. Konsernin mətbuat xidmətindən verilən məlumata görə, Əli Ağaoğlu ilə konsernin rəhbəri və "Xəzər adaları" layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli ortaq deyil: "Əli Ağaoğlu Hacı İbrahimin dəvəti ilə Azərbaycanda səfərdə olub. Ancaq indiyə qədər hər hansı ortaq fəaliyyət olmayıb. Səfər zamanı Əli Ağaoğluna "Avesta" Konserninin layihələri barədə ətraflı məlumat verilib. Türkiyəli iş adamı da həmin layihələrlə maraqlanıb və bununla bağlı müzakirələr aparılıb. Ancaq birgə fəaliyyətə dair heç bir qərar qəbul edilməyib" (AzNews.az). |
2013-12-17 | 4,400 | Dünən ölkədə 60 cinayət qeydə alınıb | Dünən Azərbaycanda gün ərzində 60 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, qeydə alınmış cinayət faktlarının 23-ü "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki, bunun da nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. |
2013-12-17 | 4,401 | BMT-nin sonuncu Suriya hesabatı açıqlandı | Birləşmiş Millətlər Təşkilatının 8-ci Baş Katibi Pan Ki-Mun Suriya xalqının artıq dözümünün qalmadığını bildirib. BMT-nin təşkil etdiyi 2013-cü ili qiymətləndirmə mətbuat konfransında çıxış edən Pan Ki-Mun bütün tərəflərdən qarşıdurmaların dayandırılmasının lazım olduğunu bildirib. Qışın gəlişi ilə bağlı vəziyyətin daha da gərginləşdiyini bildirən təşkilatın baş katibi Suriyadan istənilən yardımın indiyədək ən böyük istək olduğunu bildirib. 6.5 milyardlıq köməyə ehtiyacı olan Suriyanın vəziyyətinin hədsiz dərəcədə çətin olduğunu deyən baş katib bütün dünyanı Suriyaya kömək etməyə çağırıb. Qeyd edək ki, çıxış edən baş katib Pan Ki-Mun qan tökən günahkarların cəzalanmasının mütləq olduğunu bildirib. |
2013-12-17 | 4,402 | Sabir Rüstəmxanlı: “Fikirlərim süngü ilə qarşılanmayacaq” | "Deputat statusu təkcə maaşdan ibarət deyil, həm də mənəvi məsələdir. Biz bu institutun nüfuzunun qalxması üçün əlimizdən gələni etməliyik". "Axar.az"ın məlumatına görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı parlamentin plenar iclasında çıxışı zamanı deyib. Deputat statusu haqda danışan S. Rüstəmxanlı deyib ki, deputatlar da bu cəmiyyətin bir hissəsidir: "Son illər müşahidə etdiyim bir sıra məqamlara münasibət bildirmək istəyirəm. Deputatların hörməti onların gördüyü işlərlə bağlı deyil, həm də vətəndaşların ona müraciəti, bunun nə ilə nəticələnməsindədir. Deputatın icra imkanı yoxdur, o, ancaq bu haqda icra orqanlarına müraciət edə bilir. Fikrimcə, icra orqanları bu məsələləri diqqətə almalıdır ki, deputatın rolu artsın. Mən bilmirəm ki, bu mexanizm necə olmalıdır. Biz burada onlarla təkliflər veririk. Bəs bu təkliflər hara gedir. Hələ bir dövlət qurumu görməmişəm ki, bizə məktub yazaraq bildirsin ki, Milli Məclisdə qaldırdığınız məsələni həll etdik". Deputat həmçinin qeyd edib ki, son illər Bakıda mühüm beynəlxalq tədbirlər keçirilir. Onlardan biri də humanitar forumdur: "Mən bütün ömrümü bu sahəyə həsr etmişəm. Özümü Azərbaycanın humanitar sahəsinə təsir edən insanlardan hesab edirəm. Amma belə adamlardan birini də tədbirdə görmürəm. Milli Məclisin deputatlarının müəyyən hissəsi ora dəvət edilir, amma humanitar sahə ilə işləyənlər yox. Məncə, burada ölçü-biçi olmalıdır. Mən bunu mədəniyyət tədbirləri ilə bağlı deyə bilərəm. Yubileylər və tədbirlər təşkil edilir, amma bu sahəni bilən deputatlar orada olmur. Mən deputatam amma bura gələn şəxsi qəbul etmək, içəri buraxmaq üçün komitə sədrindən icazə almalıyam. Mən yanıma gələn adamı özüm qəbul etməliyəm. Bütün xarici ölkələrdə deputatın qəbul otağı var. Deputatın hüququ olmalıdır ki, yanına gələn şəxsi özü qəbul etsin". O daha sonra deyib ki, fikirlərinin süngü ilə qarşılanmayacağını düşünür. Parlamentin sədri Oqtay Əsədov isə bildirib ki, əhali üçün ən əlçatan Milli Məclis və deputatlardır: "Diqqətlə fikir verəndə bunu görmək olur. Həm də deputat hörmətini özünü qazanır. Amma bəzən biz özümüz-özümüzə diqqət vermədən lazımsız ifadələr işlədir və hörmətdən salırıq. Fikrimcə, özümüz bir-birimizin hörmətini qaldırmalıyıq. Çox danışmaq istəmirəm, yəqin ki, məni çoxları başa düşdü. Vaxtilə 4 deputat bir hökumət telefonu ilə işləyirdi. İndi vəziyyət tam fərqlidir. Biz özümüzü yazıq səviyyəsinə çatdırırıq. Olmaz belə". |
2013-12-17 | 4,403 | Hizbullah düşərgəsinə hücum | Livanda Hizbullaha aid hərbi düşərgəyə hücum təşkil edilib. Hücumdan sonra ölən və yaralananlar var. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Livan təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, ölkənin şərqində yerləşən Bekaa şəhərinə daxil olan Baalbəy mahalındakı Ən-Nəbi Yusif bölgəsində Hizbullaha aid hərbi düşərgəyə avtomobillərlə intihar hücumu təşkil edilib. İlk partlayışdan sonra düşərgənin içində iki partlayış baş verib. Hücumda ölən və yaralananlar olduğu bildirilir. |
2013-12-17 | 4,404 | Qəhrəmanlıq təranələri | Sizlərə məşhur əfsanəvi sərkərdə Napaelondan, hətta onun yatmış əsgərini yuxudan ayıltmadan silahını götürüb postdan çıxmasından yazmayacağam. Makedoniyalı İsgəndərdən də, ondan sonra "dünyanın ikinci möcüzəli sərkərdəsi" adlandırılan Yuli Sezardan da yazmaq fikrim yoxdu! Rusiyanın hərb tarixini qanla yazan tatar əsilli sərkərdə Suvorovu da nümunə gətirmərəm... 250-ci qələbəsini görüb, elə admiral formasında gözlərini əbədi yuman, 250-ci döyüşünə qədər bir gözünü və bir qolunu itirən Admiral Nelsondan niyə yazmalıyam ki? Mənim fikrim tarixdən yazmaq yox, tariximizdən yazmaqdı, tariximiz üçün yazmaqdı – özümüzdən - sadəcə və sadəcə... Məqsədim Azərbaycanın müasir hərb meydanında "QƏHRƏMANLIQ TƏRANƏLƏRİ" və ona nəqarət tapılmasıdır. Odur ki, Sizdən soruşuram: "Axtaraqmı?" Var Vətəni facebookda sevənlər! Var Vətəni yemək-icmək stolu arxasında sevənlər! Bir də var... Vətəni döyüş meydanlarında sevənlər! ...və bir də var yuxusuz gecələrin yorğun səhərlərində gah durbinin gözlüyündən, gah da səngərlərdən üzü düşmənə tərəf açılan müşahidə məntəqələrindən düşməni izləməklə, ona atəş açmaqla Vətəni sevənlər! Sevgidən atəş açmaq... Maraqlıdır, deyilmi? Öz aramızdı, başına yağan güllələrdən yayınmaq üçün, hətta gizləndiyin daşın, səngərin ətrafına səpələnən düşmən güllələrinin aramsız atəşi altında kurəyini bir daşa söykəyərək yenidən Vətən sevgisi naminə hücuma kecməyin də ayrı bir sevgisi var... Yurdun düşmən tapdağı altında olarkən hərdən adama elə gəlir ki, hamı Vətəni sevir, təkcə səndən başqa! Hər kəsin millət, bayraq, torpaq sevgisinə "Əhsən!" deyib, kecirəm mətləbə. Bir zamanlar Azərbaycan Ordusuna qarşı cəmiyyətdə inamsızlıq, qısqanclıq var idi! Azərbaycan Ordusu ilə mülki vətəndaşları arasında bir uçurum yaranmışdı! Mənfi istiqamətə dəyişən bu sadalananları çox uzatmaq olar, amma mən millətin və dövlətin onurğa sütunu olan Azərbaycan Ordusunun dünəninə baxaraq, bugününün sabaha imza ata biləcək qələbəsindən yazmaq istəyirəm - sizlərə və ordu generalitetinə dərs keçmək fikrindən uzaq olmaq şərtiylə! Ən azından Azərbaycan Ordusu jurnalist kimi də, ehtiyatda olan zabit kimi də mənim urəyimin şah damarıdır! *** "QƏHRƏMANLIQ TƏRANƏLƏRİ" Son 20 ildə nə ədəbiyyatımızda, nə də kinolarımızda normal əsgər obrazı yaradılıb – "Fəryad" filmi və "Dolu" film-romanı istisna olmaqla. Elə buna görədir ki, Azərbaycan Ordusunda indiyə kimi nə nizamlı əsgərin, yaxşı komandirin obrazı beyinlərə həkk olunub, nə də çoxsaylı suallardan biri olaraq "güclü komandirin, əsgərin ən yaxşı silahı nə olmalıdır" tipində elementar bilgilər cavablandırıla bilir... Ordu silahli birləşmədir. Amma Ordunun bir silahı var - o silahin da adı olmalıdır. Bu gün çox az adam tapılar ki, Mübariz İbrahimovun şəklini evində saxlamasın. Ona görə yox ki, Mübariz İbrahimov son 3 ildə Azərbaycan əsgərinin idealına çevrilib. Ona görə ki, Mübariz İbrahimov "Məğlub ordunun qəhrəmanı olmur" ifadəsindən "Ən güclü sərkərdə daima qalib gələn deyil, məğlub olduqdan sonra yenidən, qorxmadan döyüş meydanına qayıda biləndir" ifadəsinə körpü atdı... Azərbaycanda "Qəhrəmanlıq təranələri" seriyasından sonuncusu bu. Bəs bunun nəqəratı olmalı deyilmi? Axı bu gün Azərbaycan Ordusunun hər taborunda mübarizürəkli yüzlərlə əsgəri var ki, yaxın tarix onların imzasına şahid olacaq. Məhz onlardır Azərbaycanın "Qəhrəmanlıq təranələri"nin müəllifi, bəstəçisi, ifaçısı! Bu sadəcə, düşüncələrimdir. Bu düşüncələrin reallığa çevrilməsi bir istək kimi o halda gerçək ola bilər ki, bizlər – bütün və bütöv Azərbaycan bu təranələri birlikdə oxuyaq! Xorla! Həm də orta məktəbdən universitetlərə, səngərlərdən sərhədlərimizə qədər... Əgər biz o təranələri oxuya bilsək, üzümüzü Azərbaycan əsgərinə tutub inamla, ərklə deyə də, qətiyyətlə tələb də edə bilərik: "Gəncliyin zəfər çələngini - QƏHRƏMANLIQ TƏRANƏLƏRİNİ yaz!" *** "Qəhrəmanlıq təranələri"nin ilkiylə bağlı fikrimə sübut olaraq: Keçmiş SSRİ-nin populyar dərgilərindən "Oqonyok" jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) Konstantin Smirnovun "Qorxu" sərlövhəli məqaləsində azərbaycanlı Natiq Qasımov adlı qəhrəman əsgərdən bəhs olunub. Yazı italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi şəkillə müşayiət olunub. Şəkildən aydın görünür ki, əsgərimiz iki saqqallı erməni yaraqlısının müşayiəti altında olsa da, məğrurcasına bayrağımızı da özüylə aparır. Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını sonradan bilib çox pərt olmuşdular. Bax əsl qəhrəman əsgər 1992-ci ildə bayrağı ermənilərə verməyən Natiq Qasımov kimiləridir. Dostlar, "Komandirimə söz vermisdim ki, movqeyimi tərk etməyəcəyəm və bayrağımi qoyub heç yerə getməyəcəyəm deyə sonuncu gülləmə qədər düşmənlə vuruşdum" deyən bu qəhrəmanın sonrakı taleyindən indiyə qədər məlumat olmasa da, uğrunda döyüşdüyü bayrağı son ana kimi əlindən yerə qoymayan, hətta əsir düşməyiylə belə coxlu əsirlərin həyatını ölümdən qurtaran Natiq Qasmovun haqqında oxuyun və oxumayanlara da oxutdurun. Qəhrəmanları olmayan xalqın qələbəsi olmur, qələbə yoxdursa, "Qəhrəmanlıq təranələri" səslənmir, minlərlə nəqəratı olsa da... Aqil Alışov Ehtiyatda olan baş leytenant |
2013-12-17 | 4,405 | Hökumətin istefası üçün 19 səs çatmır | Azarov hökumətinin legitimliyini itirməsi üçün 19 səsimiz çatmır. Axar.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Batkivşina Partiyasının rəhbəri Arseni Yaçenyuk çıxış edib. O, artıq 207 səsə malik olduqlarını bildirib: "Biz Azarovu istefaya göndərmək üçün istənilən addımı atmağa hazırıq. Hazırda baş nazirin legitimliyini itirməsi üçün 19 səsimiz çatmır. Amma bu, keçən dəfə 40 idi". |
2013-12-17 | 4,406 | Şimali Koreyada anım günü etirazlar başladı | Şimali Koreya, ölümünün ikinci ildönümündə keçmiş lideri Kim Conq-ili xatırlayır. Kim Conqu xatırlamaq üçün təşkil edilən rəsmi mərasimlərdə minlərlə səlahiyyətli şəxs, küçələrdə isə etirazlar var. Paytaxt Pyonqyanqdan çəkilən görüntülərdə Kim Conqu xatırlamaq üçün təşkil edilən rəsmi mərasimlərdə minlərlə səlahiyyətli şəxsin iştirak etdiyi görünür. Kim Conq-ilin 2011-ci ildə ölümündən sonra onun kürsüsünə oğlu Kim Conq-yun əyləşib. Ötən həftə Kim Conq-yunun göstərişi əsasında qaynı Çanq Sunq-tek edam edilib. Çanq müşahidəçilər tərəfindən Kimin "ağıl müəllimi" olaraq xarakterizə edilən bir insan olub. Rəsmi mətbuat qurumları, Çanqın çoxlu cinayət törətməkdə ittiham edildiyini bildirmişdi. Kim Cong-yunun qaynı Çanqı edam etdirməsinə demək olar ki, bütün dünya reaksiya verdi. Bunun ardınca isə BMT-nin rəhbəri Pan ki-Mun, Çanqın edamını çox dramatik hadisə kimi xarakterizə edib. Kim Cong-ilin xatirəsinə mərasimlər keçirilən ərəfədə, küçələrdə Şimali Koreyadakı bəzi aktivistlərin təşkil etdiyi etirazlarda iştirak edən Kim Cong-yun əleyhdarları da gözdən yayınmır. Şüarlar yazılmış tabloların qaldırıldığı nümayişlərdə isə Kim Cong-yunun fotoşəkilləri və Koreya bayraqları yandırılır. |
2013-12-17 | 4,407 | Bakı meri “Axundov”u suda boğur - Foto | Bakı şəhər, Süleyman Sani Axundov küçəsi sonuncu qardan sonra fəlakətli duruma düşüb. Redaksiyamızın yerləşdiyi bu əraziyə gediş-gəliş imkansız olub. İctimai nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Məktəbə gedən azyaşlı uşaqların vəziyyətini düşünmək belə çətindir. Binəqədi İcra Hakimiyyətinə etdiyimiz zənglərə isə bir kəlmə cavab verən yoxdur. Deyirlər, get, ay batandan sonra gəl. |
2013-12-17 | 4,409 | Rus politoloq: “Nəticədə regional müharibə başlayacaq” | "Dağlıq Qarabağ müharibəsi başlasa, Türkiyə və Rusiya da bura cəlb ediləcək". "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya İctimai Siyasi Araşdırmalar Mərkəzinin Direktoru Vladimir Yevseyev çıxış edib. O, hazırda Qarabağda müharibənin başlamasının çox təhlükəli olduğunu bildirib: "Dağlıq Qarabağ müharibəsi başlasa, Türkiyə və Rusiya da bura cəlb ediləcək. Nəticədə regional müharibə başlayacaq". V.Yevseyev Rusiya, İran və Türkiyənin Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasında maraqlı olmadıqlarını söyləyib. |
2013-12-17 | 4,410 | Bir çinli üçün Azərbaycanda ən baha olan şey... – Foto-reportaj | BDU-nun 1 nömrəli yataqxanasında ancaq xarici vətəndaşlar qalır. Bura Azərbaycan tələbələrinin yaşadığı yataqxanadan xeyli fərqlənir. Daha səliqə-sahmanlı olmaqla yanaşı, hər bir otağın özünün mətbəxi belə var. Özü də xarici vətəndaş dediyimiz ancaq çinlilərdir. Burdakı yaşayış, çinlilərin Azərbaycan haqqındakı təəssüratları və başqa təfərrüatların oxucular üçün də maraqlı olacağını düşünüb yolumuzu yataqxanadan saldıq. Çin qonaqpərvərliyi Hər qapıya yaxınlaşanda heç vaxt duymadığın qəribə, tanış olmadığımız yemək qoxuları gəlir burnuma. Otaqların qapısını açan kimi öncə mətbəx görünür. Amma çinlilər də qonaqpərvərdirlər. Kim olduğumu soruşmadan içəri dəvət edirlər. Mən də məqsədimi əvvəldən deyirəm ki, xırmanda davamız düşməsin. Çinlilər üçün isə bunun fərqi yoxdur - gülə-gülə qapını üzümə açırlar, salamlaşandan sonra evə dəvət edirlər, ayaqqabılarımı çıxartmaq istəyirəm, amma məni otağına dəvət edən xanım buna qətiyyən imkan vermir. Təşəkkür edib, içəri girirəm. 2 saatlıq söhbət İlk sualım adını soruşmaq olur. Aylan. Səmimi söhbət başlayır. Elə qapıdan içəri girən kimi Aylan əlindəki çubuqla (kuaytszı) yeməyin bişib-bişmədiyini yoxlayır. Sonra mənə oturmağa yer göstərir. Özü də elə bil, illərdir məni tanıyır - o qədər rahat, o qədər səmimi danışırıq ki, söhbətimiz düz 2 saat çəkir. Yeri gəlmişkən, onunla ingiliscə danışmışıq. Əvvəla, onu deyim ki, Aylan Azərbaycana bir illik gəlib. Elmi-araşdırma yazısından ötrü bir il Azərbaycanda qalmalıdır və "Dil siyasəti" haqqında araşdırmasını Azərbaycan dili haqqında etməlidir. Bizim dili öyrənməyə başlayıb. 17 ildir ki Çin universitetində ingilis dili müəlliməsi işləyir. Gülərüz çinlinin üzü dəyişir Qiymətlərin bahalaşdığı bir vaxtda Aylanın da ilk şikayət etdiyi bahalıq olur. "Necə yaşayırsız?" - sözarası verdiyim bu sual məni gülə-gülə evinə dəvət edən xanımın üz ifadəsini o dəqiqə dəyişir: - Bakı çox bahalıqdır. Burda maaşla qiymətlər arasında uyğunsuzluq var. 20 qəpiyə Çində qucaq dolusu qəzet ala bilərəm... Ondan ən bahalı görünən məhsulumuzu soruşuram. Burda Aylan əlini başına tutub kitabların od-tutub yanmasından çox təəccübləndiyini deyir. Xarici vətəndaşlar üçün nəzərdə tutulmuş ingilis dilində "Azərbaycan Dilinin Qrammatikası" kitabını göstərir və bu kitabın dükanda 70 manat olduğunu deyir. Bir də qəzetlərin Çinlə müqayisədə çox baha satıldığını bildirir. Sözün düzü, bahalıqdan şikayət edən Aylandan ilk cavabının qəzet və kitab olması məni təəccübləndirdi. Daha nəyin baha olmasını soruşanda Aylan ümumiyyətlə Bakının çox bahalı bir şəhər olduğunu deyir. Qızlarınız bu qədər vaxtı haradan tapır - Məni təəccübləndirən odur ki, sizin xalq özünə bu qədər baxmaq üçün vaxtı haradan tapır? Deyəsən Aylan bizi çox yaxşı müşahidə edib: - Burda hər kəs daha çox öz xarici görünüşünə fikir verir. Həmişə gözəl görünmək istəyirlər. Xanımlar küçəyə eleqant geyinir, ətirdən çox istifadə edirlər. Mənə elə gəlir ki, gözəl görünmək sizin həyatınızda əhəmiyyət kəsb edir. BDU-da dərslərdə otururam, tənəffüs olan kimi qızlarda böyük bir axının tualetə getdiyini görürəm. Güzgünün qarşısında özlərini səliqəyə salır, parfüm vururlar. Çində qadınlar ətirdən istifadə etmirlər, bəziləri edir, o da nadir hallarda. Kişilər isə, bizdə ümumiyyətlə ətirdən istifadə etmir. Çin qadını da gözəl görünmək istəyir, amma onların vaxtı yoxdur. Məni təəccübləndirən odur ki, sizin xalqınız bu qədər vaxtı haradan tapır özlərinə fikir verməyə? "Məsələn mənim artıq vaxtım olsa, kitab oxuyaram, pul qazanmaq üçün bacarıqlarımı artıraram, ya da yataram",- deyirəm. Ancaq Azərbaycan çayı Söhbət edə-edə mənə çay gətirir. Əgər çin çayıdırsa, dadına baxacağımı deyirəm. Amma Aylan deyir ki, burda insanlar çox dostcanlı və istiqanlı olduqları üçün gətirdiyi bütün çayları burdakılara hədiyyə verib, özü isə Azərbaycan çayı içir. Burda aldığı ərzaqların heç birindən istifadə edə bilmir - bircə, bu çaydan başqa. Onun kiçik sirri Gözüm stolun üstündəki şəklə sataşır. Onun kim olduğunu soruşuram. - Bu mənim müəllimimdir, ona sitayiş edirəm. Sonra necə dua etdiyini mənə göstərmək üçün kiçik xalçanı yerə sərir. Buddist olduğu üçün onlara məxsus şəkildə ritual hərəkətləri edir. Şəklini çəkməyi xahiş edəndə, cavab verir ki, bu onun kiçik sirridir. Tələbələri isə heç vaxt onun hansı dinə sitayiş etdiyini bilməməlidir. Nədənini soruşanda Aylan belə cavab verir: - Çünki auditoriyada marksizmi, leninizmi öyrənən və ya inanan tələbələrə buddizmdən danışmaq olmaz. Cavanam, qocalmaq istəmirəm Aylan məndən soruşur ki, nədən BDU-da tələbələrin yataqxanası yoxdur? Və sonra əlavə edir ki, onların həyatı çox cansıxıcıdır: - Sizin tələbələrin ancaq bir işi var - evdən dərsə, dərsdən evə. Bunlar harada idman edirlər, nə zaman dərs oxuyurlar? Kitabxanaya getmirlərmi? "Biz idmana meylli xalq deyilik",- deyəndə, Aylan həyəcanlı tərzdə: "Mən hələ cavanam, qocalmaq istəmirəm, bunun üçün idman etmək, hərəkət etmək lazımdır",- deyir. Evdə otursaq, dalaşarıq Yenə eyni sualı verir: - Bunlar nə ilə məşğuldurlar (tələbələri nəzərdə tutur), dərsə gedib-gəlməkdən başqa? Məsələn, tətillərdə? Cavab verirəm ki, çoxumuz evdə oturub TV-yə baxmağa üstünlük veririk. Bir də internet-filan. Ürəkdən gülür, sonra da deyir ki, əgər Çində bütün günü evdə otursaq, biz səhərdən–axşama dalaşarıq, mübahisəmiz düşər. Yenə gülür. Çində müəllimlər 600 dollar alır Çin tələbələrinin həyat tərzindən ağızdolusu danışır. - Tələbələr çox məşğuldurlar. Birinci növbədə universitetin yataqxanalarında qalırlar. Bu bir növ onların çox çalışmaqlarını sığortalayır. İdman, dərs, dərnəklər, kitabxanalar - bütün bunlar tələbə həyatı üçün vacib şərtlərdir. Çin tələbələrinin həyat tərzi də belədir. Aylan müəllimlərin maaşından da danışır. Deyir ki, müəllim buna görə bütün günü universitetdə kilidlənib qalmamalı, əlavə başqa yerlərdə də işləməlidir. - Çində müəllimlər 600 dollar maaş alır və bu maaşla normal dolanırlar. Çin müəllimi mühazirə deyəndə tələbələr onun sözünü kəsmir, axıra qədər dinləyib, sonra sual verirlər. Tələbələr müəllimlərə hörmət edir. Burda isə tələbələr müəllim mühazirə deyə-deyə onun sözünü kəsib suallarını verirlər. Davranış qaydaları, müəllimlərin geyimləri qəribədir. Çox nadir hallarda sizdə müəllim auditoriyaya cins geyinib gəlir. Ancaq kostyum və qalstuk. Bizdə isə Amerkan stilində, yəni cins şalvarla gəlir müəllim dərsə. Ümumiyyətlə, burda kişilər də dəblə geyinir. Bizdə belə deyil. Kişi rahat paltarda gəzməlidir. Bir də ki, dəb onun nəyinə lazımdır, kişi ancaq pul qazanmalıdır. Qaraya bürünmüş Azərbaycan kişiləri - Çində küçə çox rənglidir, ona görə ki, biz rəngli geyinirik. Bakıda küçələrin bir rəngi var - qara. Buna baxmayaraq, küçələri bahalı maşınlar bəzəyir. Burda çoxlu brend maşınlar var. Müasir üslubda tikilmiş göydələnlər-filan... bütün bunları görəndə deyirəm, bura zənginlərin şəhəridir, amma az maaş alan müəllim bu şəhərdə yaşaya bilməz. Bakı haqqında təəssüratları ümumilikdə çox pozitivdir. Özünün dediyinə görə, Bakının havası Çininkindən çox təmizdir: - Bakını çox sevirəm, bəlkə nə vaxtsa yenə qayıtdım. |
2013-12-17 | 4,411 | Putin Ukraynanın taleyini həll edir | "Yanukoviçlə bütün mühüm problemlərin həllində razılığa gələcəyimizə ümid edirik". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib. O, Ukraynanın heç şübhəsiz Rusiyanın müttəfiqi olaraq qaldığını bildirib: "Mən ümid edirəm ki, biz kifayət qədər həssas məsələlərdə irəliyə doğru addım atmış olacağıq". Qeyd edək ki, bir müddət öncə ölkə müxalifəti Ukraynanın taleyinin Yanukoviçin Rusiyaya səfəri zamanı həll olacağını söyləmişdi. |
2013-12-17 | 4,412 | Abbas Abbasov azərbaycanlıları bir bazara yığır - ÖZƏL | Baş nazirin sabiq birinci müavini, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının üzvü ("Milyarderlər İttifaqı") Abbas Abbasovla gələn ilin əvvəlindən Moskva vilayətinin Xlebnikovo qəsəbəsi yaxınlığında böyük bir meyvə-tərəvəz bazarı açacaq. Bu barədə "Axar.az"ı məlumatlandıran mənbənin sözlərinə görə, əslində, həmin yerdə əslən Ucardan olan Samir adlı azərbaycanlıya məxsus, rəsmi adı "Veqetta" olan, amma həmyerlilərimiz arasında Xlebnikovo bazası kimi tanınan bazar fəaliyyət göstərir. Abbasov həmin bazanın ərazisini, habelə əlavə olaraq 18 hektar ərazini də bir yerə birləşdirib, regionun ən böyük meyvə-tərəvəz bazasını yaradır. Adı çəkilən bazanın yaxınlığında Alim adlı iş adamına məxsus obyekt də (əslində mini-bazardır) yeni bazanın ərazisinə qatılacaq. Mənbənin dediyinə görə, Abbasov bu işdə tək də deyil. Bu işdə onun şəriki Rusiyada fəaliyyət göstərən Manqo şirkətinin sahibi Rövşən Cabbarovdur. Abbasovla Cabbarov hələ bir neçə il bundan əvvəldən biznes şərikidirlər. Onlar 2011-ci ildə Rusiyanın Voronej vilayətinin Ramonsk rayonunda 27 hektar torpaq sahəsi alıblar. Voronej vilayətinin qubernatoru Aleksey Qordeyevlə sövdələşməyə gedən Abbasov və Cabbarov vilayətdə çoxlu meyvə-tərəvəz anbarı tikiblər. Bu ilişkilər barədə həmin ərəfədə Rusiya KİV-i də məlumat yayılıb. Qaynaq qeyd edir ki, Abbasov Orxan Zeynalov olayından sonra bağlanan "Pokrov" bazarında çalışan azərbaycanlıları bura köçürmək istəyir: "Bundan başqa, demək olar ki, hər gün "Sadovod" adlanan və Quba yəhudilərinə aid olan bazarda gah total OMON yoxlamaları olur, gah da hansısa hadisə. Srağagün isə bu bazarda yanğın olmuşdu və azərbaycanlılara məxsus bir neçə ticarət pavilyonu yanmışdı. Abbasov və şərikləri bu bazarda çalışan azərbaycanlıları da Xlebnikovoya köçürmək niyyətindədirlər. Bazarda Samir adlı həmyerlimizə kiçik pay ayrılacağı da gələn xəbərlər sırasındadır. Yuxarıda adını çəkdiyimiz Alim adlı sahibkarla isə, el dili ilə desək, halallaşacqlar. |
2013-12-17 | 4,414 | “Azərenerji”-Ağsu Elektrik Şəbəkəsi qalmaqalı | Ağsu sakinləri "Azərenerji" ASC-nin bu rayondakı Elektrik Şəbəkəsindəki vəziyyətlə bağlı "Aznews.az"a müraciət edib. Məlumata görə, rayon elektrik şəbəkəsinin rəhbəri Akif Qədirov rayonda enerji böhranı yaradıb. Rayonun bütün kəndlərinə elektrik enerjisinin verilməsində uzun fasilələr yaranır. Sakinlərin sözlərinə görə, buna səbəb Ağsu Elektrik Şəbəkənin sayğacdankənar elektrik enerjisi satmasıdır. Soyuq aylarda bu proses daha çox olduğundan "Azərenerji" ilə Ağsu Elektrik Şəbəkəsi arasında ciddi enerji böhranı yaranır: "Akif Qədirov da itirilən enerjini ört-basdır etmək üçün kəndlərə elektrik enerjisinin verilişini dayandırır. Nəticədə kənd sakinləri saatlarla işıqsız qalır. Hətta elə vaxtlar olur ki, Akif Qədirovun "səyi" nəticəsində Ağsu rayonu 10 saat işıqsız qalır. Akif Qədirovun göstərişi ilə həmin vaxtlarda yalnız rayonun mərkəzi hissəsinə elektrik enerjisi verilir. Bu isə rayon mərkəzində icra strukturlarının inzibati binasının yerləşməsi ilə əlaqədardır". Müraciətdə bildirilir ki, bir ay əvvəl Ağsu Elektrik Şəbəkəsi Regional Mərkəz tərəfindən yoxlanılıb və bu vaxt ciddi faktlar ortaya çıxıb: "Məlum olub ki, "Azərenerji"nin Ağsu Elektrik Şəbəkəsinə verdiyi aylıq enerji ilə istifadə edilən enerji arasında 35 faiz itki var. Belə ki, yığım 100 faiz olsa da, ötürülən enerjinin haqqı 35 faiz az olub. Məlum olub ki, rayon ərazisində enerji sayğacına kənar müdaxilələr olub və nəticədə enerji itirilib". Sakinlər deyir ki, Ağsu rayonunun 78 kəndinin hamısında sayğaca müdaxilələr olur: "Akif Qədirov kəndlərə təhkim etdiyi nəzarətçilərə tapşırır ki, tanıdıqları və inandıqları adamların sayğaclarına müdaxilə etsinlər və əvəzində ödənişdən əlavə onlardan aylıq "haqq" alsınlar. Məsələn, hansısa bir ailə ay ərzində sayğacdan kənar 20-30 manatlıq elektrik enerjisi istifadə edirsə, əvəzində hər ay nəzarətçilərə 10-15 manat ödəməlidir. Qış aylarında evlərin, obyektlərin qızdırılması üçün bir neçə elektrik sobası istifadə edən şəxslər də bununla razılaşır və sayğaca müdaxilə etməklə nəzarətçiyə "haqq" ödəyir. Bu da rayonda elektrik enerjisinin verilişində balansın pozulmasına səbəb olur. Nəticədə gündüz, hətta bəzi hallarda gecə saatlarında kəndlərə verilən elektrik enerjisi müxtəlif bəhanələrlə dayandırılır. Hər iki-üç aydan bir Akif Qədirovun adamları kəndlərdə qəfil yoxlamalar keçirir, bir-iki şəxsi kənar müdaxilə adı ilə aşkar edir və onlardan 200-300 manat rüşvət alaraq işi ört-basdır edir". Kəndlərə verilən elektrik enerjisinin dayandırılmasına daha bir səbəb elektrik xətlərinin illərlə dəyişdirilməməsidir: "Hazırda kəndlərə gələn elektrik dirəkləri, xətləri bərbad haldadır. "Azərenerji" hər il bütün ölkənin qışa hazır olduğunu, bütün elektrik xətlərinin, transformatorların, yağ açarlarının dəyişdirildiyini, yeniləndiyini desə də, Ağsu rayonunda heç bir elektrik avadanlığı dəyişdirilmir. Rayondan kəndlərə gələn elektrik dirəklərinin 90 faizi 70-ci illərin elektrik dirəkləri olduğundan bütün kəndlərin elektrik xətləri qəzalı vəziyyətdədir. Oktyabr ayından etibarən Ağsu kəndləri fasiləsiz elektrik enerjisi üzünə həsrət qalıb". Məsələ ilə bağlı sakinlər "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevə müraciət etmək qərarına gəliblər: " Çünki məsələyə rayonun icra başçısı Ənvər Seyidəliyev də müdaxilə edə bilmir". Ağsu Elektrik Şəbəkəsinin rayonda enerji böhranı yaratması ilə bağlı məlumata şəbəkənin rəisi Akif Qədirovdan reaksiya gəlib. A.Qədirov açıqlamasında ünvanına səslənən ittihamlara münasibət bildirib: "Rayonda enerji böhranının olması barədə deyilənlər həqiqətə uyğun deyil. Məndə olan məlumata görə, belə məlumatların müəllifi elektrik enerjisindən istifadəyə görə 170 manat borcu olan şəxsdir. Həmin borca görə onun işığı kəsilib. Ötən il də belə bir vəziyyət yaranmışdı və o yenə mətbuata şikayət etmişdi. İndiki halda da yoxlamalar olacağı təqdirdə həqiqət ortaya çıxar". A.Qədirov kəndlərdə enerjinin uzun fasilələrlə verilməsi barədə məlumatlara da münasibət açıqlayıb: "Enerji təminatında hər hansı problem yaranarsa, qəza baş verərsə, yaxud təmirlə əlaqədar enerji verilişi dayandırılarsa, mütləq bu barədə rayon icra hakimiyyətinə məlumat verilir". |
2013-12-17 | 4,415 | ABŞ səfirliyi Anar Məmmədlinin həbsindən narahatdır | Amerika Birləşmiş Ştatları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilməsi və sonradan barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilməsindən dərin narahatlıq keçirir. ABŞ-ın Azərbaycandakı səfirliyindən daxil olan məlumata görə, bu barədə səfir Riçard Morninqstarın A.Məmmədlinin həbsi ilə əlaqədar bəyanatında deyilir. Səfir qeyd edib ki, ittihamların təfərrüatları hələ aydın deyil: "Biz bu məsələni Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüşlərdə qaldırmışıq və bu mövzuda müzakirələrimizi davam etdirəcəyik" (Trend). |
2013-12-17 | 4,416 | “Azəriqaz”-Abutalıbov davası - Səbəbi | "Azəriqaz" İstehsalat Birliyinin Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməsinin səbəbi bəlli olub. Birliyin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Araz Ağayev bildirib ki, aprel ayında Qaradağ qaz-istismar sahəsi tərəfindən əraziyə baxış keçirilərkən məlum olub ki, Lökbatan qəsəbəsi, "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında qapalı ərazidə tikinti aparılıb. A.Ağayevin sözlərinə görə, həmin ərazidə Lökbatan qəsəbəsinin qaz təchizatını təmin edən 311 metrlik orta təzyiqli yeratlı politilen borunun 350 metr hissəsi, eyni zamanda orta təzyiqli 325 millimetr diametri olan yerüstü metal borunun 60 metr hissəsi daş hasarın içərisində qapalı şəraitdə qalıb. "Bu isə həmin qaz kəmərlərinə texniki baxış zamanı profilaktik xidmət göstərilməsinə maneçilik törətdiyi üçün müvafiq qaydada qaz istismar sahəsi "Azəriqaz" İstehsalat Birliyinə müraciət edib. Birlik də həmin müraciəti əsas götürərək bununla bağlı həm Fövqəladə Hallar Nazirliyinə, həm də Bakı Şəhər İcra hakimiyyətinə müvafiq məktublar göndərib. Araşdırma nəticəsində məlum olub ki, həmin tikinti Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhər ərazisinin tikinti planlaşdırma idarəsi tərəfindən aparılıb. Bununla bağlı BŞİH-ə müraciətdə xahiş olunub ki, həmin ərazidəki qaz xəttinə profilaktik xidmət və texniki baxış göstərilməsində çətinliklər yarandığı üçün tikinti dayandırılsın. Müraciətdə də göstərilib ki, qaz kəməri daş hasarın içinə salınaraq torpaq qazma işlərinə başlanılıb və işlərin görülməsinin dayandırılması xahiş olunub. Lakin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müraciətə müsbət cavab verilmədiyi üçün tikinti işləri davam etdiyindən "Azəriqaz" İstehsalat Birliyi tərəfindən məhkəməyə müraciət olunub" ( Modern.az). |
2013-12-17 | 4,417 | Əməkdar artist yayılan xəbərləri təkzib etdi | Əməkdar artist Mehriban Xanlarovanın səsinin batması barədə şayiələr bitmək bilmir. Belə ki, aktrisanın səsinin batmasının səbəbkarı kimi "Ümid var" verilişini göstərsələr də, bu gün yayılan məlumatlarda əsas səbəbin aktrisanın rol aldığı "Toy gecəsi" serialının olduğu xəbəri yayıldı. Yayılan məlumatlarda bildirilir ki, çəkiliş zamanı əsəbi rol canlandıran aktrisa huşunu itirib. Hətta hadisə yerinə təcili yardım maşının gəldiyini belə deyənlər tapıldı. "Axar.az"a bu haqda danışan aktrisanın bacısı Lalə Atayeva bildirdi ki, yayılan məlumatlar yalandır. O, Mehriban Xanlarovanın bronxlarında olan problem səbəbindən səsinin batdığını bildirdi: "Hər şey "Axar.az"da yayılan ilk xəbərdə olduğu kimidir. Xahiş edirəm, məsələni şişirtməsinlər. Onun səsinin batmasının heç nə ilə əlaqəsi yoxdur". Qeyd edək ki, aktrisa hazırda ev şəraitində müalicə olunur. |
2013-12-17 | 4,418 | Ərdoğan: "Hakan Şükür Parlamentdən də ayrılsın" | Konyada jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğan Hakan Şükürün Akp-dən istefa qərarına da toxunub. "Axar.az"ın "Avropa.info"ya istinadən məlumatına görə, baş nazir Hakan Şükürdən bu addımı gözləmədiyini deyib: "Belə bir qərarı gözlədiyimi desəm yalan olar. Gözləməzdim, çümki yaraşdırmadım. Bilirsiniz hər söz sahibinə aiddir. Bir insan bir partiyadan namizəd olursa sonrada o partiya ilə hərəkət edər. İstefa etsə də tək partiyadan etməz. Əgər dürüstdürsə parlamentdən də edər. Millət vəkili olmaqdan imtina edər, çünki bitərəf olaraq millət vəkili seçilməyib." - Ərdoğan bildirib. |
2013-12-17 | 4,419 | Türkiyədə bir gündə iki təyyarə qəzası baş verib | Türkiyənin Mardin vilayətinin Ömərli rayonunda hərbi vertolyot qəzaya uğrayıb. Bu barədə "Axar.az" "Habertürk"ə istinadən məlumat verir. Qeyd edək ki, bu gün səhər saatlarında da Ankarada daha bir hərbi vertolyot qəzaya uğramışdı. Ankaranın Gölbaşı qəsəbəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 əsgər şəhid olub. Vertolyotun yüksək gərginlikli elektrik xətlərinə toxunduqdan sonra qəzaya uğrayıb.. Hadisə yerinə gələn vətəndaşların, həkim və xilasetmə dəstələrinin səylərinə baxmayaraq, helikopterdə olan hərbçilərin həyatını xilas etmək mümkün olmayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada hadisə ilə bağlı araşdırmaların aparıldığı deyilib. |
2013-12-17 | 4,421 | Ermənistan 2043-ə qədər “Qazprom”un əlində qalacaq | "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistan Milli Məclisinin beynəlxalq əlaqələr komitəsinin sədr müavini Aleksandr Arzumanyan çıxış edib. O, Qazpromun Ermənistanda monopoliyasının hələ uzun müddət davam edəcəyini deyib: "Biz niyə gələcək nəsillərin üzərinə yük buraxıb getməliyik? Bunu belə qoymaq olmaz. Bu, ölkəni məhv edəcək. Bəlkə onun yerinə daha yaxşı partnyor tapmaq olar". |
2013-12-17 | 4,422 | Murad Dadaşov: "Daha 3 qalmaqalın üstünü açmışam" | Murad dadaşovun müəllifi və aparıcısı olduğu "Möhtəşəm maşın" şousunun ikinci efir günü qalmaqallı olub. İştirakçılar teleaparıcı Mirsalam Mirsalamovu onun öz istəyi ilə səsverməyə çıxarıblar. Xalqdan səs istəyən Mirsalam istəyinə çatıb və şoudan müğənni Orxan Babazadəni uzaqlaşdırıb. Ancaq maraqlıdır ki, canlı yayım zamanı Mirsalam Orxanı oyundan çıxarmayacağını deyib. Mirsalamın bu hərəkətindən şoka düşən Orxan ona "sən kişi deyilsən" deyib. Aparıcı Murad Dadaşov isə gənc müğənninin sözünü kəsib və onu etik çərçivədən kənara çıxmamağa çağırıb. Bu məsələ tam aydınlıq gətirmək üçün "Xeberdar.az" şounun aparıcısı Murad Dadaşovla əlaqə saxlayıb. Dadaşov bildirib ki, verlişdən sonra heç bir incident baş vermədi: "Mirsalama yaxınlaşıb, hər şeyi başa saldım. Orxan Babazadənin gənc olması, bu sözü əsəbləşərək deməsini normal qarşılamasını söylədim. Sag olsun ki, Mirsalam məni anladı. Oyunun qaydalarına görə, kimsə müxtəlif yollarla, fırıldaq, hiylə, planla maşını qazanmaq istəyirsə, burda heç bir ziddiyət yoxdu. Düzdü, bunu dəstəkləmirəm, amma qəbul edirəm. Bir şeyi bildirim ki, daha 3 qalmaqalın üstünü açmışam. Bu axşam bizi izləyən tamaşaçılar bunu görə biləcəklər. Bu gündən qalmaqallar başlayır". |
2013-12-17 | 4,423 | ABŞ məhkəməsi şəxsi həyatı dövlət marağından üstün tutdu | ABŞ da Federal Bölgə Məhkəməsi Milli Təhlükəsizlik Agentliyi telefon dinləmələrinin toplanmasının konstitusiyaya zidd olduğuna dair qərar qəbul edib. Federal Bölgə Məhkəməsinin hakimi Riçard Leon müştərək iddiaçılar olan Larri Klayman və Çarlz Strangenin MTA-nın gizli şəkildə telefon danışıqlarını dinləməsinin əleyhinə olan məhkəmə müraciətlərini dəyərləndirərək, iddiaçıların xeyrinə qərar qəbul edib. Hakim Leon, Klayman və Strangenin şəxsi həyatının hökumətin məlumat toplamasından götürəcəyi faydadan daha önəmli olduğuna dair qərar çıxarıb. Hakim Leon milyonlarca insanın məlumatlarını toplayan proqramın ABŞ Konstitusiyasının Dördüncü Tənzimləsinə görə "gərəksiz izləmə" mənası daşıdığını qeyd edib. Xatırladaq ki, MTA-nın ictimaiyyətdə bir xeyli müzakirə yaradan proqram haqqında keçmiş SİA işçisi Edvard Snouden tərəfindən mətbuata sızdırılmışdı. Almaniya baş naziri Angela Merkel də daxil olmaqla bir çox dünya liderlərinin danışıqlarının dinlənməsi ortalığa çıxdıqdan sonra Ağ Evin bir çox ölkələr ilə əlaqələrində sıxıntılar yaşanmışdı. |
2013-12-17 | 4,424 | Suriyada türk jurnalist qaçırılıb | Türkiyə Foto Müxbirləri Dərnəyinin üzvü, Milliyet qəzetinin müxbiri Bünyamin Aygün qaçırılıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə fotoqraf "Əl-Qaidə"yə yaxınlığı olan qruplaşmalar tərəfindən qaçırılıb. TFMD müxbirin azad edilməsi üçün Türkiyə xarici işlər nazirliyi və digər əlaqədar qurumlara müraciət etdiyini bildirib. |
2013-12-17 | 4,425 | “Daxili İşlər naziri sənsən, ya mən? | Nazir övladlarının da nəzarətə götürüldüyü böyük əməliyyat sosial mediada "Camaatın hökumətə vurduğu qol" olaraq şərh olunur. Bu əməliyyat Camaatın AKP-yə vurduğu qoldurmu? İstanbuldakı böyük əməliyyat ortalığı çalxalayıb. 3 nazir oğluyla birlikdə bir bank müdirinin, bələdiyyə başçısının, futbol klubu rəhbərinin nəzarətə götürülməsi sosial medianı silkələyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəzarətə götürülənlər arasında Məclisin ən əhəmiyyətli nazirlərinin uşaqlarının olması bu əməliyyatın "Camaatın əməliyyatıdırmı?" fikrini yaradıb. "Tvitter" sosial şəbəkəsində əməliyyat üçün "Camaatın hökumətə ilk qolu" kimi fikirlər səsləndirilir. Xüsusilə, Daxili İşlər naziri Müəmmar Gülərin öz idarəsində olan polisin oğlunu nəzarətə götürməyindən xəbərdar olmaması böyük əks-sədaya səbəb olub. Türkiyənin Azərbaycanda da kifayət qədər məşhur olan köşə yazarı Can Dündar bu əməliyyat haqqında belə fikir bildirib: "Kimsə, "Görək Daxili İşlər naziri sənsən, ya mən?" - deyə soruşur". |
2013-12-17 | 4,426 | İlham Əliyev Qətər Əmirini təbrik etdi | Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". (Trend) |
2013-12-17 | 4,427 | Türkiyə olaylarının görünməyən tərəfləri | Türkiyə bir neçə gündür ki, kütləvi həbslərə şahid olur. Bu həbslərlə bərabər hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasında da "yarpaq tökümü" yaşanır. Bütün bu həbs və istefalar "Ərdoğan-Gülən" rəqabətinin detalları kimi izah edilir. Son 2 gündə oxuduğumuz xəbərlərə diqqət edək: "Hakan Şükür AKP-dən ayrıldı", "Türkiyəli milyarder Ali Ağaoğlu həbs edildi". Əslində nə baş verir? Baş nazir Rəcəb Tayyib Ərdoğanla nurçuların ABŞ-da yaşayan lideri Fətullah Gülənin münasibətləri pisləşib. Böyük bir hissəsi nurçuların nəzarətində olan hazırlıq kurslarının bağlanmasına dair Ərdoğan hökumətinin məlum qərarından sonra tərəflər arasındakı mübarizə açıq müstəviyə keçib. Ərdoğanın rəhbəri olduğu AKP-dən kütləvi istefaların arxasında Fətullah Gülənin dayandığı kimi, hakim partiyaya yaxınlığı ilə seçilən Ali Ağaoğlunun polis tərəfindən saxlanılmasının da arxasında ABŞ-da yaşayan dini lider dayanır. Hər iki tərəf əllərindəki təzyiq vasitələrindən bir-birinə qarşı maksimum istifadə edir. Fətullah Gülənin "Tvitter" hesabından Ərdoğana göndərilən mesajları yadınıza salın: "Tülküləri hinə gözətçi qoydurmazlar" Bu mesaj Türkiyədə hazırlıq kursları ilə bağlı hakim partiyanın qərarından sonra Fətullah Gülənin rəsmi "Tvitter" səhifəsindən hökumətə cavab olaraq yazılmışdı. Fətullah Gülən həbsdə olan insanların azad edilməsinin vacib olduğunu və Ərdoğanın öz düşmənlərindən intiqam almaq üçün siyasi hakimiyyətdən istifadə etdiyini bir neçə dəfə vurğulayıb. Sonda nə gözlənilir? Hazırda Fətullah Gülənin rəhbərlik etdiyi nurçular son 50 ildə Türkiyə siyasətinə hər zaman ciddi təsir edib. Ancaq buna baxmayaraq, dini təriqət heç bir zaman özü partiya yaratmayıb - hansısısa partiyanı dəstəkləyib, onun hakimiyyətə gəlməyinə dəstək olsa da. AKP ilə yaxınlıqları daha çox olduğu üçün bəziləri partiyanı nurçuların öz partiyaları kimi görürdü. Bu dini təriqətin AKP qədər yaxın olduğu partiya heç bir zaman olmayıb. Ancaq indiki vəziyyət siyasi partiya tərəfdarılarının haqlı olduğunu göstərir. Ehtimal var ki, qarşıdan gələn 2014-cü il ərzində Türkiyədə sağ-mühafizəkar yönümlü yeni partiya yaradılacaq. Ancaq bu dəqiqdir ki, Gülən təriqəti bundan sonrakı seçkilərdə AKP-ni dəstəkləməyəcək. |
2013-12-17 | 4,428 | Mişel Obama Yeni ildə prezidentə nə hədiyyə edəcək? | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, dünən Mişel Obama Vaşinqtonda yerləşən Uşaq Milli Tibb mərkəzini ziyarət edib. Ölkənin birinci xanımı qarşıdan gələn Yeni il münasibətilə körpələri təbrik edib, eyni zamanda, uşaqların ünvanlandığı bütün suallara cavab verib. Onların verdiyi sualların bəziləri belə olub: "Ağ Evi kim bəzəyir?" "Evdə nə qədər şam ağacı var?" "Ailənin ən çox sevdiyi yemək hansıdır?" Mişel etiraf edib ki, uşaqlıqda Barbi oyuncaqlarını çox sevirdi. Ona görə də onun üçün ən arzuolunan hədiyyə oyuncağı üçün paltar sayılırdı. İndi isə ona görə ən yaxşı hədiyyə uşaqlarla ünsiyyətdir. Daha sonra Mişel Obamanın ailəsi üçün nəzərdə tutduğu hədiyyələr barədə sual verilib. O, həyat yoldaşına nəsə paltar alacağını bildirib. Bundan başqa o, qızlarıyla bərabər ev heyvanlarına da hansı hədiyyənin verəcəyini körpələrlə paylaşıb. |
2013-12-17 | 4,429 | “Yalnız Gürcüstan NATO-ya üzv olmaq istəyir” - Video | Ötən həftə Tiflisdə I Qafqaz Təhlükəsizlik konfransı keçirilib. Konfransda müzakirələr başa çatandan sonra jurnalistlərə açıqlama verən NATO-nun Gürcüstan üzrə rəhbəri Viliam Lahue Azərbaycan və Dağlıq Qarabağla bağlı "Axar.az"ın suallarını cavablandırıb. Həmin videonu və onun tərcümə edilmiş mətnini təqdim edirik: - Bu gün Azərbaycan Ermənistan əlaqələri haqda nə danışıldı? - Biz daha çox Azərbaycanın AB və Gürcüstanla əlaqələrini müzakirə etdik. Sözsüz ki, Azərbaycan Avropa istiqamətində hərəkət edir. Bu, regionda və Əfqanıstanda Azərbaycanın NATO-ya çox vacib dəstəyi sayılır. Və bu ondan xəbər verir ki, Azərbaycan, AB və NATO arasında münasibətlər daha da inkişaf edəcək. - NATO-ya üzvlük haqda nə deyə bilərsiz? - Siz bilirsiniz ki, yalnız Gürcüstan NATO-ya üzv olmaq istəyir, amma Azərbaycan səmimi olaraq bildirir ki, NATO ilə sıx əməkdaşlıq etmək istəyir. Düşünürəm ki, bu maraq həm NATO, həm Azərbaycan, həm də Avropa üçün yaxşı haldır. Və bu əlaqələr gələcək illərdə daha da güclənəcək. Yeni dəmiryolu xətləri, neft kəmərləri çəkiləcək və iqtisadi əlaqələr daha da güclənəcək. Ona görə təhlükəsizlik əlaqələri də artacaq. |
2013-12-17 | 4,431 | Obama Körfəz ölkələrinə hərbi yardıma razılıq verdi | "Axar.az" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama İran təhlükəsinə qarşı ABŞı-ın təhlükəsizliyini artırmaq və dünyada sülhü qorumaq məqsədilə Körfəz ölkələrinə müdafiə sistemlərinin çatdırılması üçün memorandumu imzalamağa razılıq verib. Xatırladaq ki, Körfəz Əməkdaşlıq Şurası Ağ Evin təşəbbüsü ilə, regionda uzun müddət sabitliyin və təhlükəsizliyin qorunması məqsədilə yaradılıb. Əlavə edək ki, Memoranduma tanklar, "Apaçi" vertolyotları, aviadaşıyıcı, raketdən müdafiə sistemi, inkişaf etmiş radar sistemləri və pilotsuz bombardımançı təyyarələr, ABŞ qoşunlarının hərbi varlığını bildirən qısa xəbərdarlıq bombalanmasından sonra əməliyyatların həyata keçirilməsi də daxildir. |
2013-12-17 | 4,432 | Rusiyadan Ukraynaya iki qat güzəşt | Rusiya Ukraynaya qazı min kubmetr üçün 268 dollara satacaq. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Yanukoviç ilə görüşü zamanı Putin məlumat verib. Ukrayna rəhbərliyinin iki həftə əvvəl Avropa Birliyi ilə əməkdaşlıq razılaşmasını təxirə salmasından sonra ölkədə nümayişçilər hökumətin istefasını tələb etməyə başlayıb. Yanukoviç Rusiyadan əldə etdiyi güzəştlər qarşılığında müxalifətin reaksiyalarını azaltmağı düşünür. Putin Ukrayna rəhbərliyi ilə Rusiya-Belarus-Qazaxıstan arasında yaradılan Gömrük İttifaqı məsələsini müzakirə etmədiklərini bildirib. |
2013-12-17 | 4,433 | “Meyvəli” bazarında yanğın söndürüldü - Yenilənib | Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında başlayan yanğın artıq söndürülüb. Bu baradə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib. Məlumata görə, yanğın nəticəsində bazarın talvarı 3-4 kv.m. sahədə yanıb. *** Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür. Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat verilmir. (APA) |
2013-12-17 | 4,434 | Fətullah Gülənin 18+ çıxışı - Video | "Nurçu" təriqətinin lideri, hal-hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin videosu yayılıb. Videonun çəkilmə yeri və tarixi barəsində heç bir məlumat olmasa da, 90-cı illərin videosu olduğu bəllidir. Videoda Allahdan və namazdan danışan dini təriqətin lideri çox tərbiyəsiz sözlər istifadə etməkdən çəkinməyib. "Axar.az"ın əldə etdiyi həmin videonu təqdim edirik: |
2013-12-17 | 4,435 | "General Rəşad Əliyev ölkədən getməyib" | "ARDNŞ Mühafizə Xidmətinin rəhbəri general Rəşad Əliyev ölkəni tərk etməyib və hazırda iş başındadır". Bu haqda "Axar.az"ın sorğusuna ARDNŞ mətbuat xidmətindən cavab verilib. Xatırladaq ki, ARDNŞ Təhlükəsizlik Xidməti rəhbərinin ölkəni tərk etməsi ilə bağlı redaksiyaya daxil olan məlumatı aydınlaşdırmaq üçün 16 dekabr 2013-cü il tarixdə dəfələrlə əlaqə saxlasaq da, mətbuat xidmətindən sualımıza rəsmi cavab ala bilməmişdik. |
2013-12-17 | 4,436 | Taliban israr, NATO təkzib edir | Əfqanıstanın cənubunda NATO təyyarəsinin qəzaya uğraması nəticəsində 6 əsgər həyatını itirib. "Axar.az" xəbər verir ki, təyyarənin qəzaya uğraması ilə əlaqədar olaraq araşdırmalar aparıldığını bildirən İSAF qəza əsnasında bölgədə düşmən qüvvələrinin olmadığını açıqlayıb. Taliban rəhbərlərindən Zabiullah Mücahid isə iddia edir ki, Əfqanıstanın cənubundakı Zabul vilayətində Taliban qüvvələri Amerika təyyarəsini vurub və təyyarədə olan əsgərlər ölüb. |
2013-12-17 | 4,437 | Bakıda yol qəzası baş verib | Bakı şəhərində avtomobil qəzası baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Xəzər rayonunda "Lifan" markalı minik avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşub. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. |
2013-12-17 | 4,438 | Putin indi də Ukraynanı forpost etməyə hazırlaşır | "Biz Ukrayna ilə hərbi sahədə münasibətləri genişləndirmək istəyirik". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib. O, Ukrayna ilə beynəlxalq aləm üçün aktual olan qlobal problemlərin həllində birgə hərəkət etmək istədiyini söyləyib. V.Putin hərbi sahədə əməkdaşlıq məsələsində Sevastopolda yerləşən Rusiyaya məxsus hərbi donanmanın adını xüsusilə qeyd edib. |
2013-12-17 | 4,439 | ABŞ Rusiyaya xəbərdarlıq etdi | Rusiyanın Avropa ölkələri ilə sərhəddə "İskəndər" raketlərini yerləşdirməsi NATO-nu qorxuya salıb. "Axar.az" xəbər verir ki, ABŞ Rusiyadan bölgədə təhlükəsizliyə səbəb olacaq addımlar atmamaq barədə xəbərdarlıq edib. Baltik ölkələrindən Litva və Latviyadan verilən açıqlamaya görə, Rusiyanın bu addımı AB və NATO ilə əlaqələrin inkişafına maneə törədəcək. Rusiyaya görə isə "İskəndər" raketlərinin qərbi Avropa ilə sərhəddə yerləşdirilməsi hər hansı bir beynəlxalq müqaviləyə zidd deyil. Qeyd edək ki, ABŞ-ın yaratmaq istədiyi mərmi müdafiə etmə sisteminə qarşı çıxan Moskva bunu milli təhlükəsizliyi baxımından təhdid olaraq qəbul edir. |
2013-12-17 | 4,440 | Elmar Məmmədyarov albaniyalı həmkarını qəbul edib | Cari ilin dekabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Albaniyanın xarici işlər naziri Ditmir Buşatini qəbul edib. Nazir Elmar Məmmədyarov ölkəsinin ədalətli mövqeyini nümayiş etdirdiyinə və Azərbaycanın haqqlı mövqeyini dəstəklədiyinə görə Albaniya xarici işlər naziri Ditmir Buşatiyə öz təşəkkürünü bildirib. Həmçinin nazir Elmar Məmmədyarov regionda sülhün və davamlı inkişafın təmin olunması üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının zəruri olduğunu diqqətə çatdırıb. Öz növbəsində albaniyalı nazir ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib. Görüşdə Azərbaycanla Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub və tərəflər üçün maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (Trend) |
2013-12-17 | 4,441 | Sərnişin avtobusu qəza törətdi | Bu gün saat 20.30 radələrində Binəqədidən Rəsulzadə qəsəbəsində gedən yolda 133 saylı sərnişin avtobusu qara rəngli "Toyota Prado" markalı minik maşını ilə toqquşub. Hadisə 3-cü mədən deyilən ərazidə baş verib. Şahidlərin sözlərinə görə, qəza zamanı xəsarət alan olmayıb. Binəqədi Rayon Polis İdarəsinin Rəsulzadə qəsəbəsindəki növbətçi hissəsi hadisəni təqdiq edib. Hazırda qəzanın hansı səbəbdən baş verməsi araşdırılır. (ANS) |
2013-12-17 | 4,442 | 82 yaşlı qadının 40 illik hamilə olduğu üzə çıxdı - Şok | Kolumbiyada qarın ağrısıyla xəstəxanaya çatdırılan 82 yaşlı qadının bətnində 40 yaşında ölü körpə aşkarlanıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Kolumbiyanın paytaxtı Boqotada qarın ağrısı səbəbiylə Tunjuelito xəstəxanasına gedən 82 yaşlı qadını müayinə edərkən həkimlər tibb tarixində nadir görülən bir vəziyyətlə qarşılaşıb. Aparılan araşdırma nəticəsində qadının bətnində 40 il ölü dölün daşlaşaraq qaldığı bəlli olub. Qeyd edək ki, dünyada bu günə qədər bənzər 300 hadisəyə rast gəlinib. |
2013-12-17 | 4,443 | Bakıda "Mercedes" mağazaya girdi: 5 yaralı | Bakının Xətai rayonunda, Babək prospektində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, "Mercedes" markalı avtomobil mağazaya girib. Hadisə nəticəsində 3 nəfər-satıcı, alıcı və sürücü xəsarət alıb. Sürücünün vəziyyətinin ağır olduğu və ayaqlarının sındığı bildirilir. Mağazaya ciddi ziyan dəyib. Faktı Nizami rayon Yol Polisinin növbətçi hissəsindən təsdiq etdilər. (ANS) |
2013-12-17 | 4,444 | Kərəm Həsənova ağır itki | Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun anası Rəhilə xanım Həsənova uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib. Kərəm Həsənova anası Rəhilə xanım Həsənova uzun sürən xəstəlikdən sonra vaxtsız vəfat edib. Rəhilə xanım uzun müddətdir müalicə olunurmuş. Allah rəhmət eləsin! |
2013-12-17 | 4,445 | “Mona Liza” ilə bağlı şok iddia | "CNN"də yayımlanan yazısında professor, sənətşünas alim Nuh Çarni Mona Liza tablosu ilə bağlı ciddi iddialar irəli sürüb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, tarix professoru Çarniyə görə, 1911-ci ildə Vinçenzo Perucciya adlı İtalyan oğru tərəfindən məşhur əsər oğurlanıb. Eyni zamanda əsərin İkinci Dünya Müharibəsi dövründə Almanların əlinə keçdiyi də iddia olunur. O dövrdən sonra əsərin oğurluq əsərlər sırasında saxlandığı bildirilir. Mona Liza haqqında səsləndirilən iddialar yenidən bütün diqqəti məşhur əsərin üzərinə yönəldib. İndi hər kəs əldə olan tablonun orijinal olub-olmadığı ilə maraqlanır. |
2013-12-17 | 4,446 | Müslüm Maqomayevin uğurunun sirri vә İran şahı... - Video | Bu bir sənədli araşdırmadır. Çəkilişdə aktyorlar iştirak etmir və quraşdırılmış səhnələr yoxdur. 1962-ci ildə, ölkә Xruşşov hakimiyyətinin tam qürubunun astanasındaykәn Kremlin Qurultaylar Sarayının səhnəsinə çəlimsiz bir Bakılı oğlan çıxdı vә üçcә dəqiqənin içində bütün ölkədə məşhur oldu. Bəs görəsən onun bu gözlənilməz məşhurluğunun əsl səbəbi nə idi? İstedad, ya tale, yoxsa hansısa izah olunmaz qüvvələr? Bəs onu İran şahı ilə bağlayan nәydi? Ekstrasenslәr vә araşdırmaçılar bu suala cavab tapmağa çalışır... Daha ətraflı videoda. , |
2013-12-18 | 4,447 | Almaniyaya "sığınan" ölkələrin siyahısı: ilk 10-luq | Almaniyadan sığınacaq istəyən insanlar içərisində ilk pillədə Rusiya vətəndaşları qərarlaşıb. "Axar.az" xəbər verir ki, 2013-ci ilin son aylarında Almaniyadan sığınacaq istəyənlərin sayında artım müşahidə olunur. Almaniya Federal Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamaya görə, 2013-ci ilin yanvar ilə noyabr ayları arasında sığınacaq istəyənlərin sayı 100 minə çatıb. Almaniyadan keçən il 59 min 441 adam sığınacaq istəmişdi. Almaniyadan sığınacaq istəyənlər arasında ilk yeri Rusiya vətəndaşları tutur. Bu il Rusiyadan 14 min 482 adam gəlib. Rusiyanı 10 min 858 rəqəmi ilə vətəndaş müharibəsinin yaşandığı Suriya vətəndaşları izləyir. Üçüncü sırada isə 9 min 821 miqrantla Serbiya gəlir. Bu ölkələri daha sonrakı sıralarda isə Əfqanıstan (7.050), Makedoniya (5.625), İran (5.152), Pakistan (3,844), İraq (3.654), Somali (3.374) və Kosova (3.085) təqib edir. Ancaq Almaniya sığınacaq istəyənlərin çox az bir hissəsinə bu hüququ tanıyır. Bu ilin ilk 11 ayında sığınacaq istəyən 99 min 989 adamdan 74 min 952 nəfərinin müraciətinə baxılıb. Yalnız 10 min 237 (13,6 %) nəfərə sığınacaq verilib. |
2013-12-18 | 4,448 | Mehriban Əliyeva dünya şöhrətli aktrisa ilə görüşüb | Dekabrın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti ilə görüşüb. Azərbaycanın birinci xanımı qonağı salamlayaraq onu Bakıda görməkdən şad olduğunu bildirdi. Mehriban Əliyeva Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində gördüyü işlərdən danışdı. İtaliyada Azərbaycanın birinci xanımı ilə görüşlərini məmnunluqla xatırlayan Ornella Muti "Crystal Hall"da onun aparıcılığı ilə keçiriləcək "San-Remo festivalının ulduzları Bakıda" adlı konsert proqramı haqqında məlumat verdi. Bir il bundan əvvəl Bakıda olduğunu bildirən aktrisa şəhərimizin daha da gözəlləşdiyini söylədi. Ornella Muti Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd etdi. (Trend) |
2013-12-18 | 4,449 | Suriyada 11 min xarici vətəndaş döyüşür | Suriyada 11 min xarici vətəndaş döyüşür. Bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat verib. "Axar.az" xəbər verir ki, Beynəlxalq Radikalizm Araşdırma Mərkəzinin araşdırmasını mənbə olaraq göstərən qəzet bunlar arasında 240 adamın Almaniyadan, 60 nəfərin də Avstriyadan getdiyini yazıb. Əsəd rejiminə qarşı 100 min döyüşçünün döyüşdüyünü açıqlayan İCSR bildirir ki, bunların 10%-i xarici ölkə vətəndaşlarıdır. Bunlar arasında Səudiyyə Ərəbistanı, İordaniya, Yəmən, Misir kimi müsəlman ölkələri eləcə də ABŞ, İngiltərə, Fransa və Almaniya kimi qərb ölkələrinin də aralarında olduğu 70 ölkədən döyüşçülərin gəldiyi müəyyən edilib. Hesabata görə Türkiyədən 500, Fransadan 412, İngiltərədən 366 və Belçikadan 296 adam Suriyada döyüşür. |
2013-12-18 | 4,450 | Kliçko Yanukoviçi rinqə çağırdı | UDAR siyasi birliyinin lideri Vitali Kliçko Ukrayna prezidenti Viktor Yanukoviçi rinqə dəvət edib. Kliçko bunu Maydanda çıxışında bildirib: "Mən Yanukoviçi rinqə çağırıram. O mənim şəxsi rəqibimdir". Boks üzrə dünya çempionu, müxalifətin liderlərindən biri, Udar (Zərbə) partiyasının sədri Vitali Kliçko Prezident Viktor Yanukoviçi rinqə çağırıb. "Axar.az"ın xarici mediaya istinadən məlumatına görə, V.Kliçko Maydan mitinqində bildirib ki, Yanukoviç onun şəxsi rəqibidir: "Vəziyyətdən çıxış yolu seçkilərdir. Yanukoviç dəyirmi masada bu seçkidən qorxmadığını bildirirdi" deyə Kliçko vurğulayıb. Qeyd edək ki, Kliçko boks üzrə dünya çempionu adından imtina edib. O, siyasətlə məşğul olmaq üçün idmandan getdiyini açıqlayıb. Foks Federasiyası isə onun bu qərarını hörmətlə qarşıladığını və Kliçkonun istədiyi zaman dünya çempionu adı üçün yenidən döyüş təşkil etməyə hazır olduğunu bəyan edib. |
2013-12-18 | 4,451 | Avropada artıq "erməni soyqırımı"nı inkar etmək olar | Avropa insan haqları məhkəməsi Türkiyə İşçi Partiyasının lideri, ermənilər əleyhinə bəyanatları ilə məşhurlaşan Doğu Pərincəyin İsveçrə əleyhinə qaldırdığı şikayəti təmin edib. "Axar.az" ANS-ə istinadən məlumat verir ki, məhkəmə söz azadlığı prinsipini üstün tutaraq Doğu Pərincəyin iddiasını təmin edib. Doğu Pərincək 2008-ci ildə İsveçrədə "erməni soyqırımı"nı inkar etməsinə görə mühakimə edilmişdi. Türkiyə tərəfi ümid etdiyini bildirib ki, bu qərar presedent olacaq və "erməni soyqırımı"nı inkar etməyə görə cinayət işi qaldırmaq istəyən ölkələri çəkindirəcək. |
2013-12-18 | 4,452 | 40 milyon uddu, xərçəngə verdi | Kanadanın Kalqari şəhərində yaşayan Tom Kristi lotereyadan qazandığı 40 milyon dollarlıq məbləğin hamısını Xərçəng Araşdırmaları Mərkəzinə bağışlayıb. "Axar.az" xəbər verir ki, ölkə mətbuatının maraq dairəsinə düşən Tom Kristi yerli mətbuata açıqlamasında, yoldaşını xərçəng səbəbi ilə iki il əvvəl itirdiyini və 40 milyon dollara ehtiyacının olmadığını deyib. Kalqarinin bu günə qədərki ən böyük məbləğini qazanan Tom Kristi qazandığı mükafatdan xəbəri olmayıb. Bu barədə ona lotereya şirkətindən xəbər veriblər. |
2013-12-18 | 4,453 | İki ekranlı planşet satışa çıxarıldı | Hindistanın "Notion Ink" şirkəti 10,1 düymlü "Adam II" planşet kompüterini satışa çıxarıb. Qurğunun sol tərəfində yardımçı displeyin yerləşməsi onu digərlərindən fərqləndirir. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları nazirliyinə istinadən bildirir ki, təsvir ölçüsü 100x5 piksel təşkil edən displey passiv matrisalı (STN) monohrom maye-kristal ekranlar sinfinə aiddir. "STN" ekranları "TFT" ekranlarla müqayisədə enerjidən az istifadə edir. Yardımçı ekranda kitabların üzərində olduğu kimi, əlavələrdən bildirişlər əks olunur. Bunun sayəsində istifadəçi əsas ekranı işə salmadan yeni məktub haqqında məlumat əldə edə bilir. "Adam II" modeli "Mali 400" qrafikalı ikinüvəli prosessor, 1 giqabit operativ və 8 giqabit daxili yaddaş, 3,15 meqapikselli iki kamera ilə təchiz edilib. Əsas – rəngli displeyin təsvir ölçüsü 800x1280 piksel təşkil edir. Hindistanda qiyməti 16,5-19 min rupi (270-310 dollar) olacaq qurğu həmçinin "mini-HDMI" portuna və yaddaş kartı üçün çıxışa malikdir. Planşet "Android 4.2.2" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Qeyd edək ki, "Adam" planşetlərinin ilk nəsli 2010-cu ildə satışa çıxarılıb. Qurğular "Pixel Qi" şirkətinin istehsalı olan 1024x600 pikselli 10,1 düymlü ekranla təchiz edilib. "Pixel Qi" ekranlarının fərqləndirici cəhəti iki rejimdə - işıqlandırma və işıqlandırmasız işləyə bilməsindədir. İşıqlandırmasız rejim daha qənaətcildir və planşetdən oxu qurğusu kimi istifadə edilən zaman rahatdır. |
2013-12-18 | 4,454 | “Rəqs edən ev” 18 milyon dollara satılıb | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Praqanın əsas memarlıq abidələrindən biri 18 milyon dollara satılıb. "Rəqs edən ev"in sahibi kolleksiyaçı Vaçlav Skala olub. Bu "rəqs edən evin" texniki xüsusiyyətləri haqda bunu demək olar ki, binanın 4000 kvadrat metri ofis və ticarət üçün istifadə olunur. Həmçinin, burada Fransa mətbəxinin ən məşhur restoranlarından biri yerləşir. Qeyd etmək lazımdır ki, bina İkinci Dünya müharibəsinin xarabalıqları üstündə ucaldılıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.