date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-16
4,245
Ən çox qadın “Fatma”, ən çox kişi “Məmməd” - Statistika
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əhali və Vətəndaşlıq İşləri Ümumi Müdirliyi, Əhali Statistikaları Dairə Başçılığı 81 ildə ailələrin uşaqlarına verdiyi ilk 5 adı açıqlayıb. Statistikaya görə, ən çox istifadə edilən qadın adları arasında Fatma, Aişə, Zeynəb, Xədicə və Əminə, kişilərdə isə Məmməd, Mustafa, Əhməd, Əli və Həsən adlarının üstünlük təşkil etdiyi məlum olub. Sorğunun nəticəsinə görə, illərə görə qız və oğlanlarına verilən adlar arasında Fatma adı 73 eldə ən çox seçilən qadın adı, kişilərdə isə Məmməd adı 65 ildə adqoymada ən çox istifadə edilən ad olub. Adana, Ankara, İstanbul və İzmirdə ən çox seçilən qadın adları Fatma, Aişə, Əminə, Xədicə və Zeynəb, eyni illərdə kişilərdə isə Məmməd, Mustafa, Əli, Əhməd, Hüseyn və Həsən adları siyahıda iştirak edib. Adıyamanda Əlif, Trabzon, Üsyankara, Diyarbəkirdə Rəmziyə, Düzcədə isə Həvva adları daha çox seçilən adlardan sayılıb. Ən çox istifadə edilən soyad isə "Yılmaz" olub.
2013-12-15
4,247
Gəzi parkında yeni gərginlik: polis müdaxilə etdi
"Axar.az" Türkiyənin "Hurriyet.com" saytına istinadən xəbər verir ki, "Gəzi olayları"nda həyatını itirənləri yad etmək üçün Gəzi parkına gələn 20 nəfərlik etirazçıya polis müdaxilə edib. Detallar haqqında bir müddətdən sonra xəbər veriləcək.
2013-12-16
4,248
Bütün İspaniya qırmızı geyindi - Video
Bu gün 6 mindən çox insan Madriddə yeni il qabağı marafon düzənləyib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, marafonda iştirak edən minlərlə insan Santa Klaus kostyumunda şəhərin küçələri ilə qaçır. Daha ətraflı videoda.
2013-12-15
4,249
Gəncədə yol qəzası baş verib
Gəncənin Heydər Əliyev prospektində yol qəzası baş verib. "Axar.az"ın "Kəpəz TV"ə istinadən verdiyi məlumat görə, hadisə bazar günü saat 21:00 radələrində baş verib. Xəyal Əliyev idarə etdiyi VAZ 2107 markalı avtomobillə hərəkət edərkən idarə etməni itirib və yolun solunda dayanan Tovuz rayonun Qovlar şəhər sakini Fərid Rzayevin VAZ 2106 markalı avtomobilinə vurub. Hadisə şahidlərinin sözlərinə görə Xəyal Əliyev yüksək sürətlə hərəkət edib. Xəsarət alan olmasa hər iki maşına ciddi ziyan dəyib. Faktla bağlı Gəncə şəhər Yol Polis idarəsində araşdırma aparılır.
2013-12-15
4,250
Səlim Müslümov həkimlərinin rüşvət aldığına işarə etdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ANS TV-yə eksklüziv müsahibə verib. Görüləcək işlərdən danışan yeni nazir 14 tibbi-sosial ekspert komissiyasının sədrinin işdən azad edilməsi məsələsinə də aydınlıq gətirib: "14 tibbi-sosial ekspert komissiyasının sədrindən iclas keçirilən zalı tərk etmələrini xahiş etdim. Mən onlara işdən azad olunma haqda bir kəlmə də söyləmədim. Onlar dərhal işlərini başa düşdülər və ərizələrini təqdim etdilər. Mənim onların bəzilərinə bir ritorik sualım oldu ki, sizin aylıq əmək haqqınız nə qədərdir? Mənə cavab verildi ki, 182 manat. Dedim, sizcə, 182 manata görə o boyda məsuliyyətin altına girib orada oturmağa dəyərmi? Niyə gedib həkim işləmirsiniz?" Əmək və əhalinin sosial müdafiəsi naziri həmin vəzifələrə müsabiqə yolu ilə gənclərin cəlb olunacağını və onlara verilən maaşların da artırılacağını bildirib. Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırda ölkədə Tibbi Sosial Ekspertiza Komissiyalarından keçmiş, lakin hələ də əlilliklərini təyin edən müvafiq arayışlarla təmin edilməyən 20 min şəxsin sənədlərinin yoxlanmağa başlanıldığını deyib. Əlillik dərəcəsinin verilməsilə bağlı tibbi yoxlanışların asanlaşdırılmasına toxunan nazir bu prosedurların avtomatlaşdırılacağını söyləyib.
2013-12-15
4,251
Bakıda "Toyota" yandı
Binəqədi rayonunda vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. "Axar.az"ın FHN-in rəsmi saytına istinadən məlumatına görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-16
4,252
Siz necə, homos-sovetikuslar?!
İMPERİYA MAHNILARI Oleq Qazmanovu oxuduğu mahnıya görə kəskin qınayan latışlar keçmiş müttəfiq respublikaların - bir vaxtlar qardaşlıq ittifaqına daxil olan indiki müstəqil dövlətlərin əvəzindən Rusiyaya rəsmi etiraz ediblər. Səbəb çox sadədir - onları həyacanlandıran rus müğənnilərinin keçmişdən qalan repertuarıdır. Söhbət təkcə köhnə qrammafonların səslənməsindən getsəydi, pribaltlar bəlkə də onların üstündən keçərdilər. Lakin Vladimir Putinin yuxuları da siyasi olduğundan onun iştirakı ilə keçirilən hər bir tədbir şahmat gedişi və ya gizli əməliyyat hesab olunur. Oleq Qazmanovun günahı rusun "Konstitusiya Günü"ndə Prezidentin qarşısında "SSRİ-də yaradılmışdır" mahnısını ifa etməsidir. İş ondadır ki, sözlərini və musiqisini özü yazan müəllifin əsərinin nəqarətində sadalanan adlar keçmiş sovet dövlətinin bütün coğrafiyasını əhatə edir. Qafqazlardan Sibirə, Latviyadan Qazaxıstana qədər Qazmanovun ağrı və nostalji hissləri ilə xatırladığı Vətənin - Sovet İttifaqının hüdudlarına daxildir və o, bu əraziləri "öz ölkəsi" hesab edir. Putinin mədəniyyət siysətçiləri belə hesab ediblər ki, dövrün ruhuna düşən və bəlkə də ukraynalılar daxil, digər xalqların meydanlarda ruslarla bir olmaq istəməyənlər üçün Qazmanov əsil lirika dərsi keçmişdir. Həqiqətən də təsirli və sadə sözlərdən ibarət olan mahnı 70 illik kommust hakimiyyətinin ideoloji basmaqəliblərindən daha da irəli gedərək müasir gerçəkliyi dürüst ifadə etməyə çalışmışdır. Məsələn, oliqarxları və yoxsulları, güc və xəyal qırıqlığını xatırladan sənətkar birgə udulan müharibədən, Avropanın o vaxtlar Sovetlər Birliyinə qoşulmasından (indi isə əksinə proses gedir) və dünyanın ən gözəl qadınlarından bəhs edərək, sabiq dostlara səslənir ki, geri qayıdın! Çox sentimentaldır, deyilmi? Görün, indi nə qədər müğənni, artist, teatr xadimi və İttifaq qastrolçuları böyük bir məkanı itirdiklərinə görə acı təəssüf hissi keçirirlər?! Latışlar Qazmanovu ittiham edir ki, ötən əsrin 40-cı illərində işğal edilərək SSRİ-yə qatılan və indi azadlıq əldə edən Latviyanı təzədən qəsb etmək üçün zəmin hazırlamağa, düşüncə stereotiplərini dirçəltməyə çalışır və müasir siyasi xəritəni nəzərə almır. Ona görə "arzuolunmaz şəxsə" çevrilən musiqiçiyə sözügedən ölkəyə giriş qadağan ediləcəkdir. Lakin Qazmanov bütün bunlara reaksiyasını növbəti mahnıya çevirmək və düşüncədə azad olduğunu nümayiş etdirmək qərarındadır. İmperiyanın bütün atributlara SAHİB OLMAQ İSTƏRKƏN, İLK NÖVBƏDƏ, ASAN MƏDƏNİ SİLAH OLAN MAHNILARDAN FAYDALANMASI TAMAM TƏBİİDİR. Lakin keçmiş Sovet xalqlarından hər biri Qazmanovun dilində və üslubunda minlərlə əsəri tarixin arxivinə atsa da, yaddaşından tamam silə bilməyib. Siz necə, dostlar, 1991-ci ilədək doğulan homos-sovetikuslar və müstəqillik balaları - hansı imperiya mahnılarını bilirsiniz? Hə, dahi Lenindən, müdrik Stalindən, ucsuz-bucaqsız bir məmləkətin vəsfindən, yaxud pioner-komsomol dünyasından nələri xatırlayırsınız? İmperiya mədəniyyəti deyib də unutmağa çalışdığınız və vaxtilə qırmızıqalstukluların himninə çevrilmiş "Vzveytes kostrami" mahnısını ifa edə bilərsinizmi?
2013-12-16
4,253
Kremlin başı üstündə naməlum obyekt - Video-faktlar
Gördüyünüz video montaj deyil, gerçəkdir. Rusiya və dünya televiziyaları ilə göstərilib. Müzakirələrə səbəb olub. Burada gördüyümüz obyekt də "canlı"dır. Lakin bizim anladığımız kimi deyil. Görünüşü də tam fərqlidir. Hələ ki, biz onu olduğu kimi görmək imkanında da deyilik. Ona görə də o bizə sıradan bir fiqur kimi görünür. Sözlərlə izahı necə də çətindir! Bu gördüyümz həm bir elçi, həm bir döyüşçü, hakim və eyni zamanda cəlladdır. Bəs sonra o kim olacaq? Bu isə bizim hər birimizdən asılıdır... Daha ətraflı videoda:
2013-12-16
4,254
Fransa Soçi olimpiadasını boykot etdi
Fransa Prezidenti Fransua Olland fevralın 7-dən 23-dək Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimində iştirak etməyəcək. AzərTac-ın xəbərinə görə, bunu jurnalistlərə Fransanın Xarici İşlər naziri Loran Fabius deyib. O bildirib ki, Soçidə keçiriləcək olimpiadanın açılış mərasiminə təkcə Prezident deyil, o özü və digər dövlət rəsmləri də qatılmayacaq. Ölkənin diplomatiya idarəsinin rəhbəri bunun səbəbini açıqlamaqdan imtina edib.
2013-12-16
4,255
Əhalinin banklarda olan əmanətləri artıb
Bu il noyabrın 1-dək əhalinin banklarda yerləşdirilən əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,4 faiz artaraq 6303,4 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmanətlərin 3865,8 milyon manatı və ya 61,3 faizi milli, 2437,6 milyon manatı xarici valyuta şəklində qoyulub və ötən ildəkinə nisbətən müvafiq olaraq 43 faiz və 22,8 faiz artıb. Əmanətlərin 75,6 faizi özəl banklarda yerləşdirilib.
2013-12-16
4,256
Əfqanıstanda partlayış: 8 ölü, 8 yaralı
Əfqanıstanın Nenqarhar və Kunar vilayətlərində yol kənarına yerləşdirilən bombaların partlaması nəticəsində 8 nəfər ölüb, 8-i yaralanıb. "Axar.az" xəbər verir ki, Nenqarhar vilayətinin qubernatoru Əhmad Ziya Abdulzainin verdiyi açıqlamaya görə, Aqam mahalında polis avtomobilinin minaya düşməsi nəticəsində 4 polis ölüb və 7-si də yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə bilirilir ki, Kunar vilayətinin Siqel mahalında mülki vətəndaşları aparan maşının minaya düşməsi 4 nəfərin ölümünə və birinin də yaralanmasına səbəb olub. Minaların yol kənarlarına kim tərəfindən yerləşdirilməsi məlum olmasa da Talibanın Əfqan və NATO qüvvələrini hədəf almaq məqsədi ilə yol kənarına bomba yerləşdirdiyi güman edilir.
2013-12-16
4,257
Məclisin binasını ələ keçirmək istədilər
İspaniyada iqtisadi böhran səbəbi ilə etirazlar başlayıb. "Axar.az" xəbər verir ki, özlərini ''Qəzəblilər" hərəkatı' olaraq adlandıran min nəfərlik qrup məclis binası qarşısında polislə toqquşub. Qarşıdurma nəticəsində 3 nümayişçi saxlanılıb. Məclis binasını ələ keçirməyə çalışan qrup 3 saat davam edən dirəniş nəticəsində polis tərəfindən dağıdılıb. Qarşıdurmalar nəticəsində 7 nümayişçi, 11 polis yaralanıb.
2013-12-16
4,258
Ərdoğan “soyqırımı” tanımağa hazırlaşır - Şok
MHP-çi deputatdan şok iddia Türkiyə parlamentindəki MHP deputat fraksiyasının sədr müavini Oqtay Vural bəyan edib ki, Ərdoğanın partiyası ölkəyə 200 min erməni gətirib onlara torpaq vermək fikrindədir. Xarici işlər naziri Əhməd Davudoğlunun İrəvan səfərinə toxunan millət vəkili deyib ki, nazir Ermənistanda erməni kimi danışıb. "Türkiyə xalqının mövqeyini təqdim eləmək əvəzinə o, Türkiyə xalqının tarixini satır. Ədalət və İnkişaf Partiyası saxta erməni soyqırımını tanımağa hazırlaşır. Mənim fikrimcə, partiya 200 min ermənini gətirib onlara torpaq sahəsi vermək yönündə iş aparır" – bildirib Vural. Xatırladaq ki, İrəvana səfər öncəsi jurnalistlərə verdiyi açıqlamada Davudoğlu bildirmişdi ki, onlar (AKP) ermənilərin deportasiyasını yanlış və antiinsani addım hesab edirlər. ("Musavat.com")
2013-12-16
4,259
Moskvanın "Sadovod" bazarı yanır
Moskvada "Sadovod" bazarı yanır. Bazarın təxminən istehlak malları satılan 300 kv metr ərazisində metal pavilyonlarda baş verib. Hadisə nəticəsində xəsarət alanların olması ilə bağlı məlumat verilmir. Ərazidə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis işləyir. Ətraf ərazilərdə yaşayan sakinlərə evlərinin pəncərələrini açmamaq tövsiyyə olunub. (ANS)
2013-12-16
4,260
"Sərvətimi o dünyaya apara bilmərəm"
Norveçin ən zəngin iş adamlarından biri olaraq tanınan Olav Ton sərvətinin böyük bir qisimini bağışladığını açıqlayıb. Olav Ton öz adına bir fond yaradıb. 25,4 milyard Norveç kronası dəyərindəki fonddan hər il təxminən 50 milyon Norveç kronu cəmiyyətə faydalı layihələr üçün ayrılacaq. Bununla bağlı olaraq mətbuata açıqlama verən 90 yaşındakı Ton deyib: "Bu pulları cənnətə, ya da cəhənnəmə götürə bilmərəm. Buna görə sərvətimi cəmiyyətə və insanlara faydalı olacaq işlər üçün bağışlayıram". Otellər və ticarət mərkəzləri sahibi kimi tanınan yaşlı zəngin Norveçin Al adlı kəndində dörduşaqlı ailənin ən kiçiyidir. Gənclik illərində ticarətlə məşğul olan Ton idxal və ixracla əldə etdiyi gəliri ilə paytaxt Osloda bir sıra əmlaklar almağa başlayıb və nəticədə Norveçin ən zəngin insanları sırasında ad qazanıb. Sadə həyatı sevməsi ilə tanınan məşhur iş adamının rəsmi varisi yoxdur.
2013-12-16
4,261
"Oskar" mükafatçısı öldü
Oskar mükafatının sahibi "Ərəbistanlı Lavrens" filminin aktyoru Piter O’Tul uzun zamandır müalicə aldığı Londonun Vellinqton xəstəxanasında həyatını itirib. "Axar.az" xəbər verir ki, irlandiyalı aktyor Piter məşhur "Ərəbistanlı Lavrens" filmində baş rol oynayıb. Bundan əlavə, o, "Becket", "The Lion in Winter" (1968), "Goodbye, Mr Chips" (1969) filmərində rol alıb. "Akademiya Qürur Mükafatına" layiq görülmüş Piter səkkiz dəfə namizəd göstərildiyi "Ən Yaxşı Kişi Oyunçu Oskarını" isə heç vaxt qazana bilməyib. Gəncliyində jurnalist olmaq xəyalı ilə yaşayan Piter bir müddət qəzetdə və radioda işləyib.
2013-12-16
4,262
Okean sahilində faciə - Foto
21-25 yaşlı tələbələrdən 1 nəfər ölüb, 1 nəfər xilas olub, qalanları isə axtarışdadır. Portuqaliyada okean sahilində istirahət edən tələbələri dalğa aparıb. Hadisə Lissabonun cənubunda okean sahilində baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfərin taleyi haqqında məlumat yoxdur. Lissabon universitetlərindən birində oxuyan tələbələr Setubal yarımadasında, Sezimbra şəhəri yaxınlığında villa icarəyə götürüblər. Yerli hökümət nümayəndlərinin sözlərinə görə, gənclər okeanın sahilində olarkən hündür dalğa onları okeana aparıb. Zərərçəkmişlərdən biri sahilə qədər üzüb və köməyə çağırıb. Xilasedicilər sudan 1 nəfər tələbənin meyidini çıxarıb. Qalan tələbələrin axtarışı davam edir. Əməliyyata hərbi helikopter də cəlb edilib (ANS).
2013-12-16
4,263
Sumqayıtda ferma yandı
Sumqayıt şəhərində iki yanğın hadisəsi baş verib. Şəhərdə ümumu sahəsi 250 kv.m olan vətəndaşa məxsus donuzçuluq fermasının dam örtüyü 100 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı fermanın içərisindən 149 baş donuz yanğınsöndürənlər tərəfindən xilas edilsə də, 1 baş donuz tələf olub. Yanğın söndürülüb və fermanın qalan hissəsi yanğından mühafizə olunub. İkinci yanğın hadisəsi Sumqayıt şəhərində vətəndaşa məxsus "Mersedes" markalı mikroavtobusun mühərrik hissəsində olub. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Baş verən yanğın hadisələri zamanı xəsarət alan olmayıb.
2013-12-16
4,265
Prezidentin saytını sındıran hakerə cinayət işi açıldı
Rusiya Prezidentinin saytını sındırmaqda təqsirli bilinən hakerin cinayət işi Tomskun Sovet rayon məhkəməsinə daxil olub. İttihama görə, 2012-ci il mayın 9-cu prezidentin rəsmi saytının normal iş rejimini pozan haker informasiyanın blok olmasına və istifadəçilərin sayta daxil olmasına mane olub. Cinayət işinə görə günahkarı 3 il iş gözləyəyir.
2013-12-16
4,266
FHN xəstəxadakı yanğınla bağlı xəbər yaydı - Foto/Video
Bu gün səhər Neftçilər Xəstəxanasında baş verən yanğınla bağlı Föqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli xəstəxananın 1-ci mərtəbəsində yerləşən sauna otağı 9 kv.m sahədə yanıb. Otaqlarının lambirdən ibarət tavanı isə 40 kv.m sahədə əriyib. Yanğın zamanı binadan 138 nəfər tibb personalı və xəstələr yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 12 nəfər xilas edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 10:50:16 "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, hal-hazırda FHN-nin yanğınsöndürənləri hadisə yerindədir və yanğın demək olar ki, söndürülüb. Ancaq hələ də gözətçi köşkünün damından tüstü qalxır. Bir azdan sizə yanğın yerindən çəkdiyimiz videonu təqdim edəcəyik. Hadisənin baş vermə səbəbi haqda dəqiq məlumat yoxdur. 09:06:16 Bu gün səhər saatlarından başlayaraq Mərkəzi Neftçilər Xəstəxanası yanmağa başlayıb. "AzNews.az"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın xəstəxananın Bakı şəhər Baş Polis İdarəsinin binası tərəfindən başlayıb. Hadisə yerinə, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunsa da, tıxac olduğundan maşınlar binaya yaxınlaşa bilmir.Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Hadisə barədə ətraflı məlumat verəcəyik.
2013-12-16
4,267
Sərnişin qatarı yük qatarı ilə toqquşdu
Makedoniyanın mərkəzində yerləşən Verles şəhərində 2 qatar toqquşub. Hadisə yerli vaxtla 17:55-də baş verib. Yük və sərnişin qatarının toqquşması nəticəsində 10 vaqon relsdən çıxıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb.
2013-12-16
4,268
Avropa İttifaqının layihəsi Azərbaycanda
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycanda Avropa İttifaqının "Youth In Action" - "Gənclər Fəaliyyətdə" proqramı çərçivəsində növbəti layihəsini reallaşdıracaq. Şuradan Trend ə verilən məlumata görə, "Sülhə gedən yollar" adlı layihə 11-19 may 2014-cü il tarixlərində Azərbaycanda həyata keçiriləcək. 10 ölkədən 30 nümayəndənin iştirak edəcəyi beynəlxalq layihədə 5 Avropa İttifaqı dövlətləri və 5 Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyəti iştirak edəcək. Layihənin məqsədi gənclərin sülh quruculuğunda və konfliktlərin həllində vasitəçiliyini, onların bu istiqamətdə gedən proseslərdə iştirakını daha yaxından təmin etməkdir. Bununla yanaşı, layihə çərçivəsində müxtəlif ölkələrdən olan gənclər qrup işləri çərçivəsində sülh quruculuğu və konfliktlərin həlli mövzusunda müxtəlif istiqamətlərdə müzakirələr keçirəcək. Eyni zamanda iştirakçılara Azərbaycan mədəniyyətinin nümayiş etdirilməsi məqsədilə müxtəlif tədbirlər təşkil ediləcək. Xatırladaq ki, ARGTMŞ Aİ-nin "Youth In Action" proqramına 2013-cü ildə qoşulub. ARGTMŞ son 1 il ərzində tərəfdaş olaraq "Youth In Action" - "Gənclər Fəaliyyətdə" proqramının 25 beynəlxalq layihəsində iştirak edib. Layihələrdə 47 üzv təşkilat iştirak edib. Bununla yanaşı, proqram çərçivəsində Azərbaycanda həyata keçirilən ilk layihə "Yaşıla Doğru" ("Go For Green") olub. ARGTMŞ, həmçinin 2013-ci ilin mart ayında Avropa Könüllük Xidməti (EVS - "European Volunteer Service") üzrə akkreditasiyadan keçib.
2013-12-16
4,269
Cəbhədə atışma: itki yoxdur
Cəbhənin təmas xəttində yenidən atəşkəs pozulub. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-16
4,270
Bakıda zəncirvari yol qəzası: bir ölü
Bakıda zəncirvari yol qəzası olub, bir nəfər ölüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 14-də Yeni Günəşli qəsəbəsində İbrahim Allahverdiyev idarə etdiyi "Ford-Tranzit" markalı avtomobili yol kənarında dayanmış, Məmmədəli Cəfərovun idarə etdiyi "Daewoo" markalı avtobusa və Şirvan Məmmədova məxsus "Oka" markalı avtomobilə vurub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb (Trend).
2013-12-16
4,271
Məşhur teleaparıcı qətlə yetirildi
İraqın Mosul şəhərində silahlı dəstələrin hücumu nəticəsində məşhur teleaparıcı qətlə yetirilib. Qurban "Əl-Mosuliyah" telekanalının aparıcısı 20 yaşlı Navras al-Nuaymidir. Hələ ki, heç bir qruplaşma cavabdehliyi öz üzərinə götürməyib.
2013-12-16
4,272
Cenevrədə Ermənistanın işğalçılığından danışıldı
Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda 2012-ci il üzrə müharibə hesabatının təqdimat mərasimi keçirilib. "Axar.az" məlumat verir ki, ölkəmizi mərasimdə Cenevrə şəhərindəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi təmsil edib. Hesabatda 2012-ci ildə 24 dövlətin ərazisində baş vermiş və davam etməkdə olan 37 silahlı münaqişə haqqında məlumat verilib. Burada Azərbaycan ərazilərinin Ermənistan qüvvələri tərəfindən işğal edilməsi və münaqişə tərəflərinin yalnız Azərbaycan-Ermənistan olması vurğulanıb. Hesabatın sözügedən münaqişəyə həsr olunmuş hissəsi "Ermənistan tərəfindən Azərbaycanın hərbi işğalı" adlandırılıb.
2013-12-16
4,273
“Avatar”ın yeni seriyaları çəkilir - Video
Hollivudun məşhur rejissoru Ceyms Kameron "Avatar" filminin 3 seriyasını eni vaxtda çəkmək qərarına gəlib. ANS PRESS-in verdiyi xəbərə görə, çəkilişlər Yeni Zelandiyada baş tutacaq. ​ BBC bildirir ki, filmlər üzərində çəkilişlər 2014-cü ilin yazında sona çatacaq. Filmlərin isə 2017, 2018 və 2019-cu illərdə prokata çıxması gözlənilir. Xatırladaq ki, Ceyms Kameronun ilk "Avatar" filmi 2009-cu ildə yayımlanmışdı və indiyədək 2.7 milyard dollar gəlir əldə edib. Film ABŞ Kino Akademiyasının 3 mükafatına layiq görülüb.
2013-12-16
4,274
Rus milyarder qar təmizləməklə cəzalandırıldı - Fotolar
Aleksandr Lebedev ictimai işlə məşğul olma cəzasını bir kənddə qar təmizləyərək çəkib. İngiltərənin "Evening Standard" və "Independent" qəzetlərinin sahibi, rus oliqarx Aleksandr Lebedev Rusiya kanallarının birində canlı yayımda Sergey Polinskini yumruqladığı üçün ictimai iş cəzası olaraq Rusiyanın bir kəndində qar təmizləyib. Paytaxt Moskvadan 300 km uzaqlıqda yerləşən Maksim Qorki adına orta məktəbin qarşısındakı qarı təmizləməklə cəzalandırılan 53 yaşındakı Lebedev gördüyü işdən zövq aldığını deyib. Lebedev bundan öncə də ona verilən cəzanı tənqid edib və "bu tip cəzalar verildiyi zaman insanların potensialından istifadə olunmaması böyük səhvdir. Məsələn, mən böyük zövqlə üniversitetdə dərs deyərdim. Ancaq məndən ətrafın təmizlənməsi kimi sadə və ən kiçik bir potensiala ehtiyacı olmayan işlər görmək tələb edilir. Lakin mən yenə də qanunlara hörmətlə yanaşdığımı göstərmək üçün bunu edəcəyəm",- demişdi. Əvvəllər "KQB" agenti olan Lebedev cəmi 150 saat ictimai işlə məşğul olacaq.
2013-12-16
4,275
Köşə yazarı Ermənistanla sərhədlərin açılmasından danışdı
Türkiyənin Ermənistanla münasibətləri 2015-ci ildən tez düzəlməyəcək. "Axar.az" məlumat verir ki, bu sözləri "Star" qəzetinin köşə yazarı Mənsur Akgün yazıb. O, Sürix protokollarından sonra iki ölkə arasında münasibətlərin elə də ürəkaçan səviyyədə olmadığını qeyd edib: "Əgər hadisələr bu minvalla davam etsə, Azərbaycan öz tələblərindən əl çəkməyəcək. Ermənistan isə uzun illərdir soyqırımı dünyaya tanıtmaq istəyir. 2015-ci ilə qədər (soyqırımın 100 illiyi) isə Türkiyə ilə yaxınlıq olmayacaq. Elə bu gedişatla Qarabağın həllinə də ümid gözləməyin".
2013-12-16
4,276
14 uyğur türkü güllələndi
Çin polisi 14 iğtişaş iştirakçısını güllələyib. Qarşıdurma zamanı 2 hüquq-mühafizə orqanı əməkdaşı da həlak olub. Hadisə Sincan Uyğur Muxtar Bölgəsinin qərbində baş verib. İğtişaş iştirakçıları bıçaq və partlayıcı maddə olan şüşə qablarla polislərə hücum ediblər. Məlumat üçün qeyd edək ki, Sincanda uzun illərdir ki, uyğurlarla çinlilər arasında etnik və dini münaqişələr bitmək bilmir və iğtişaşlarla nəticələnir.
2013-12-16
4,277
FHN-nin şəxsi heyəti xiyabanı ziyarət edib
null
2013-12-16
4,278
Nəcməddin Sadıqov nazirə görə polkovniki cəzalandırdı - Özəl
Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən Azərbaycan Silahlı Qüvvələrinin 2013-cü ilin yekunlarına həsr olunmuş müşavirədə insident baş verib. "Axar.az"ın əldə etdiyi məlumata görə, dekabrın 10-u baş tutan müşavirədən öncə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov nazirliyin yüksək rütbəli zabitlərini nazirə təqdim etmək üçün sıra düzülüşünə yığıb. Bəzi zabitlər Nəcməddin Sadıqovun bu göstərişinə etinadsız yanaşıb və sıra düzülüşünə vaxtında gəlməyiblər. Buna hiddətlənən Baş Qərargah rəisi sıra düzülüşünə gecikən zabitləri sərt şəkildə cəzaladırıb. Onların sırasında polkovnik Fikrət İbrahimzadə də olub. Nəcməddin Sadıqov polkovniki danlayıb və onun dekabr ayında zabitlərə verilən 13-cü əməkhaqqından məhrum edilməsi haqqında göstəriş verib. Baş Qərargah rəsinin polkovnikə hiddəti bununlada bitməyib və o, Fikrət İbrahimzadənin məharət dərəcəsinin alınması əmrini də verib.
2013-12-16
4,279
Anar ölüm ayağında olan yazıçı üçün kömək istədi
"Yazıçılar Birliyinin sədri Anar Rzayev Adil Mirseyidlə bağlı lazımı qurumlara müraciət göndərib". Bunu Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca deyib. Onun sözlərinə görə, müraciətin müsbət qarşılanacağına ümid edirlər: "Anar müəllim əlindən gələni etdi, lazımı quruma müraciət ünvanladı. Yəqin ki, bir-iki günə müraciətə cavab gələcək". F.Qoca kömək üçün hansı qurum müraciət edildiyini isə demək istəməyib: "Müraciətimizə cavab gəlməmiş həmin qurumun adını çəkmək istəmirik. Hələ ki buna ehtiyac yoxdur". Xatırladaq ki, Adil Mirseyid qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir (AzNews.az).
2013-12-16
4,280
Fransa Suriyadan ümidini kəsdi
Fransa Xarici İşlər naziri Laurent Fabius 22 yanvarda Cenevrədə həyata keçiriləcək konfransdan əvvəl ümidsiz danışıb. "Bizim dəstəklədiyimiz loyal müxalifət çox çətin vəziyyətdədir. Təəssüf ki, Suriya və qonşu ölkələr əziyyət çəkməyə davam edəcəklər",- Fabius deyib. Həmçinin ABŞ-dan bir milyard dollarlıq silah-sursat alan Səudiyyə Ərəbistanının dəstəklədiyi "İslami Cəbhə" müxaliflərin daxildən gücünü artırır. BMT isə dünən ilk dəfə İraqdan Suriyaya hava vasitəsi ilə mülki xalqa yardım çatdırıb.
2013-12-16
4,281
Bakıda dəhşətli qətl: öldürüb, boğazını kəsdilər
Bu gün saat 09:50 radələrində Bakının Sabunçu rayonu ərazisində dəmir yolu stansiyasında dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis İdarəsi 12-ci polis bölməsindən ANS-ə verilən məlumata görə, səhər saatlarında Qambay Vəzirov küçəsi-10 ünvanında 1961-ci il təvəllüdlü Məmməd adlı şəxs vəhşicəsinə qətlə yetirilib. Onu ürəyində vurublar. Daha sonra boğazını kəsiblər. Hazırda onu öldürən şəxs yaxud şəxslər axtarılır. Faktla bağlı araşdırma aparılır.
2013-12-16
4,282
Prezident üç naziri qovur
Yanukoviç üç naziri öz vəzifəsindən azad edəcək. "Axar.az" məlumat verir ki, bu informasiya Ukrayna mətbuatında yer alıb. Mətbuat artıq Regionlar Partiyasının da bu məlumatı təsdiqlədiyini bildirib. Yanukoviçin qovacağı şəxslər arasında Xarici İşlər, İqtisadi İnkişaf və Sənaye nazirlərinin yer aldığı qeyd edilib. Mətbuat istefaya göndərilməyə əsas səbəb kimi assosiativ sazişin Ukrayna üçün təhlükəsi barədə qabaqcadan rəhbərliyə məlumat verilməməsinin olduğunu söyləyib.
2013-12-16
4,283
Sərkisyanın atası Xankəndində öldü
Ermənistan prezidenti Serj Sərkisyanın atası ölüb. "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə informasiya S.Sərkisyanın mətbuat katibliyindən verilib. Qeyd edək ki, erməni prezidentin atası bu vaxta qədər Dağlıq Qarabağın Xankəndi şəhərində yaşayırdı.
2013-12-16
4,284
Bülent Ersoyun ölüm xəbəri yayıldı – Foto/Video
Türkiyə saytları dünəndən Bülent Ersoyun ürəkkeçməsi barədə yazır. "Axar.az"ın "Teleqraf.com"a istinadən verdiyi xəbərə görə, dünən canlı yayımda ifa edən zaman Türkiyənin divası Bülent Ersoy bayılaraq yerə yıxılıb. Mahnının sonunda müğənninin ürəyi gedib. Daha sonra isə araya reklam çarxı salındığından, onun vəziyyəti tamaşaçılar üçün naməlum qalıb. Hər kəs onun öldüyünü zənn edib. Reklamlar bitəndən sonra isə canlı yayımda müğənni təzyiqinin aşağı olduğunu deyərək, proqrama davam edib.
2013-12-16
4,285
Çin lunaxodunun yanlış yerə endiyi üzə çıxdı
Çinin ilk lunaxodu "Yuytu" ( "Nefrit dovşan" ) dekabrın 14-ü Ayın səthinə planlaşdırılan ərazidən 400 km uzaqlıda enib. Məlumata görə, səhvi Amerika forumunun istifadəçiləri aşkar edib. "Çanye" kosmik aparatı "Yuytu" ilə Aya Göyqurşağı Körfəzi kraterindən 400 km şərqə Yağışlar Dənizinə enib. Daha öncə "Sinxua" agentliyi aparatın Göyqurşağı Körfəzinə uğurla endiyini bildirmişdi. Yanlışlıq haqda heç bir rəsmi məlumat daxil olmayıb. Bildirik ki, Çin SSRİ və ABŞ-dan sonra Ayın səthinə enən 3-cü ölkədir.
2013-12-16
4,286
Mətbuat Şurasının işçisi Almaniyadan sığınacaq istədi – Özəl
Mətbuat Şurası NTK-nın üzvü, jurnalist Malik Bayramov Almaniyaya mühacirətə gedib. Azərbaycan Jurnalistlər Liqasının (AYJ) sədri Yadigar Məmmədlinin "Axar.az"a verdiyi məlumata görə, vaxtilə "Çeşmə" qəzetinin əməkdaşı olmuş Malik Bayramov təxminən bir ay bundan əvvəl ailəsi ilə birgə Almaniyaya mühacirətə gedib və siyasi sığınacaq almaq üçün Almaniya hökumətinə müraciət edib. Yadigar Məmmədli sözlərinə görə, AYJ üzvü olan Malik Bayramovun Almaniyaya getməsi təsadüfü deyil. Çünki Almaniyada Malik Bayramovun dostları yaşayır və ölkəni tərk etməmişdən əvvəl özünə artıq müəyyən şərait qurmuşdu: "Hesab edirəm ki, onun getməyinə səbəb burda öz imkanlarını realizə edə bilməməsidir. Yəqin ki, özünün və ailəsinin gələcəyini Avropada gördüyünə görə ölkəni tərk etdi".
2013-12-16
4,287
Ermənistanın Müdafiə Nazirliyindən açıqlama
Dünən cəbhənin təmas xəttində atəşkəsin pozulması nəticəsində bir erməni əsgəri öldürülüb. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Ovanisyan çıxış edib. O, həlak olan əsgərin Berd rayonunun sakini Qrant Poqosyan olduğunu bildirib. Mətbuat katibi bildirib ki, Ovanisyan Azərbaycan əsgərinin gülləsinə tuş gəlib.
2013-12-16
4,288
Murmanskda güllələnən azərbaycanlı vəfat etdi- VİDEO
Rusiyanın Murmansk vilayətində dekabrın əvvəlində baş verən silahlı insidentdə yaralanan azərbaycanlı iş adamı Həbib Kərimov vəfat edib. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, şəhərin mərkəzində baş verən silahlı insidentdə yaralanan azərbaycanlı biznesmen xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk üzrə nümayəndəsi Afil Hüseynov xəbəri təsdiqləyib. Qeyd edək ki, azərbaycanlı iş adamının ölümünə səbəb olan hadisə dekabrın 4-də baş verib. Silahlı insident zamanı 2 nəfər vəfat edib. "Karina" ticarət mərkəsini sahibi olan Həbib Kərimov isə yaralanb. İstintaqın ilkin versiyasına görə, insident bizneslə bağlı yaranıb. İş adamına hücum edənlər hələlik müəyyənləşdirilməyib. H.Kərimov reanimasiya şöbəsində qaldığı 11 gün ərzində özünə gəlmədiyindən polis əməkdaşları ondan ifadə ala bilməyiblər.
2013-12-16
4,289
ABŞ Çin hərbi gəmilərinin qarşısından geri çəkildi
Son 4 ilin ən ciddi hadisəsi ABŞ Sakit Okean Donanması cümə axşamı bəyanat yayaraq bildirib ki, Cənubi Çin dənizində beynəlxalq sularda üzən ABŞ idarəolunan raket kreyseri keçən həftə yaxınlığında manevr edən Çin hərbi gəmisi ilə toqquşmadan qaçmaq üçün geri çəkilməyə məcbur olub. ABŞ müdafiə məmuru deyib ki, hadisə ABŞ "Koupens" hərbi gəmisinin Çinin təyyarədaşıyan gəmisi "Lyaoninq" yaxınlığında işləyən zaman baş verib. Sakit Okean Donanması bəyanatında onu da qeyd edib ki, dekabrın 5-də Çinin başqa bir hərbi gəmisi "Koupens" yaxınlığında manevr edəndə də belə bir hadisə baş verib və "Koupens" toqquşmadan qaçmaq üçün qeyri-müəyyən istiqamətə dönməyə məcbur olub. "Nəticədə, Çin komandaları və ABŞ arasında təhlükəsizlik keçidinə zəmanət vermək üçün ünsiyyət yaradılıb və razılaşmaya gəlinib",- müdafiə məmuru bildirib. "Axar.az" "Röyter" agentliyinə istinadən xəbər verir ki, Avstraliya Müdafiə Qüvvələri Akademiyasının təhlükəsizlik eksperti Karl Tayer bildirib ki, bu Cənubi Çin dənizində 2009-cu ildən bəri baş verən ən ciddi ABŞ-Çin hadisəsidir. Cənubi Çin dənizi və Şərqi Çin dənizinin mübahisəli sularında baş verən kiçik hadisələr tezliklə böyüdülüb, narahatlıq yaradaraq gərginliyə səbəb olub. Hər iki ölkə, Yaponiya və Çin Şərqi Çin dənizindəki adalara hüquqları olduğu barədə sənəd təqdim ediblər və son aylarda mübahisəli dənizlərin üzərindən təyyarə ilə tədqiqat aparır, hərbi-gəmi patrullarıyla nəzarət edirlər. Çin və bir neçə ASEAN dövlətləri Cənubi Çin dənizində ərazi iddiaları üstündə rəqabət aparırlar. Amerika hərbi "Ulduzlar və Zolaqlar" qəzetində yer alan Dövlət Departamentinin nümayəndəsinin fikirlərinə görə, sonuncu hadisə ABŞ-Çin hökumətləri arasında "yüksək səviyyədə" münaqişəyə səbəb ola bilər. Pekin, Çinin Müdafiə Nazirliyi belə hadisələr haqqında suallara cavab verməlidir. ABŞ-ın və başqa ölkələrin beynəlxalq sularda üzmək hüququ var. Pekin keçən ay təyyarələrin reys planlarını və başqa informasiyaları gec elan etdiyi üçün ABŞ və onun müttəfiqləri tələbi rədd edərək həmin zona üzərindən hərbi təyyarələr uçurmağa davam ediblər. Təhlükəsizlik eksperti Karl Tayer bildirib ki, bu Cənubi Çin dənizində 2009-cu ildə ABŞ okeanoqrafiya tədqiqat gəmisini ABŞ hərbi gəmisiylə səhv salıb narahat etməsindən bəri baş verən ən ciddi ABŞ-Çin hadisəsidir. O, eyni zamanda qeyd edib ki, ABŞ beynəlxalq sularda olan hüquqlarını müdafiə etmək qərarına gəlib və şübhəsiz, uyğun hərəkət etmək üçün Çinin mövqeyini gözləyir".
2013-12-16
4,290
Türkiyə xarici siyasətindəki əsas beş hədəfi açıqladı
Türkiyə 2014-cü ildə xarici siyasətində əsas önəm verəcəyi beş istiqaməti açıqlayıb. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə ölkənin Xarici İşlər naziri Əhməd Davudoğlu çıxış edib. O, əsas önəm veriləcək hədəflərin İraq, Suriya, Avropa İttifaqı, Ermənistan və Kiprlə bağlı olacağını qeyd edib. Bununla yanaşı Davudoğlu məhz bu il Kipr konfliktinin Türkiyə üçün əsas prioritet məsələ olacağını deyib. Ermənistan məsələsinə gəldikdə isə, nazir bu siyasətin Bakı ilə birgə aparılacağını bildirib. O, Ermənistanın az da olsa Azərbaycan torpaqlarını boşaltması nəticəsində bütün sərhədlərin açılacağını vurğulayıb. Ə.Davudoğlu həmçinin "soyqırım"ın 100 illiyi öncəsi bu məsələnin həll edilməsinə çalışılacağını deyib.
2013-12-16
4,291
Hakim partiya hökumətə qarşı çıxdı
"Biz hazırkı hökumətin 90%-nin istefasını tələb edirik". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Regionlar partiyasının deputatı Anna German çıxış edib. O, baş nazir Nikolay Azarovla görüşdə bu təklifləri səsləndirdiklərini bildirib. İqtidar partiyasının deputatı hazırda Ukrayna Nazirlər Kabinetinin islahata ehtiyacı olduğunu deyib. Qeyd edək ki, bir müddət əvvəl mətbuat Yanukoviçin üç naziri istefaya göndərəcəyini açıqlamışdı.
2013-12-16
4,292
Mətbuat Şurası siyasi sığınacaq istəyən əməkdaşından danışdı
"Malik Bayramovun mühacirətə getməyi haqda bizdə məlumat olmayıb". Bu sözləri Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə Mətbuat Şurası NKT-nin üzvü olan jurnalist Malik Bayramovun Almaniyaya mühacirətə getməsinə münasibət bildirərkən "Axar.az" dedi. Rəhim Hüseynzadə Malik Bayramovun ölkədən getməsində heç bir siyasi motivin olmadığını da bildirdi: "Onun peşə faliyyəti ilə bağlı hər hansı bir probleminin olduğunu düşünmürəm. Bildiyimə görə, kəskin siyasi motivli yazıları da yox idi. Malik bəyi Mətbuat Şurasının iclaslarında görürdüm. Yenə də deyirəm, bu haqda bizdə məlumat olmayıb". Xatırladaq ki, Mətbuat Şurası Nəzarət Təftiş Komissiyasının üzvü Malik Bayramov Almaniya hökumətindən siyasi sığınacaq istəyib.
2013-12-16
4,293
ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi ölkəni tərk edib – Özəl
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təhlükəsizlik idarəsinin rəisi general Rəşad Əliyev qeyri-müəyyən səbəblərdən ölkəni tərk edib. Bu haqda "Axar.az"a etibarlı mənbədən daxil olan məlumatda bildirilir. Məsələni araşdırmaq üçün ARDNŞ-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Özünü ARDNŞ-nin mətbuat xidmətinin əməkdaşı kimi təqdim edən Valentina Pavlovna bu xəbərin yanlış olduğunu bildirdi, Rəşad bəyin əlaqə telefonunu istədikdə isə özünün təqaüdçü olduğunu və bundan artıq heç nə deyə bilməyəcəyini bildirdi. Daha sonra ARDNŞ-ın Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin xidməti nömrəsinə zəng vurduq. Telefona cavab verən və özünü İdarə rəisinin köməkçisi Ziya olaraq təqdim edən şəxs bildirdi ki, rəis hal-hazırda toplantıdadır. Xatırladaq ki, mətbuatda yayılan bilgilərə görə, ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin rəisi general Rəşad Əliyev Rövnəq Abdullayevin yaxın qohumu, tanınmış jurnalist Rüstəm Əliyevin qardaşıdır; xalası Sədaqət Vəliyeva isə Milli Məclisin sosial siyasət komitəsinin üzvüdür. Məlumatı dəqiqləşdirmək üçün səylərimizi davam etdiririk.
2013-12-16
4,294
İlham Əliyev Çexiya səfirini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Radek Matulanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlət başçısı ötən dövr ərzində Azərbaycan ilə Çexiya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlət başçısı Radek Matulanın Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni vurğulayaraq gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Səfir Radek Matula Azərbaycandan ən xoş xatirələrlə ayrıldığını deyib. Ölkəmizdəki diplomatik fəaliyyətinə toxunan səfir Azərbaycanda Çexiyanın səfirliyinin fəaliyyətə başlamasının, ölkəsinin Baş nazirinin və Senat sədrinin Azərbaycana səfərlərinin və digər tədbirlərin keçirilməsinin münasibətlərimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
2013-12-16
4,295
Soyuq hava nə vaxtadək davam edəcək?
Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, fasilələrlə yağış yağacaq, sulu qar və qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, günün ikinci yarısında isə yağıntı tədricən kəsiləcək, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-9 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir. Dekabrın 18-19-da isə hava şəraitinin dəyişkəın buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində mülayim cənub və şimal küləkləri əsəcək. Havanın temperaturu gündüz saatlarında 4-8 dərəcə isti olacaq. Rayonlarda dekabrın 17-18- də aramsız yağıntılar yağacaq, sulu qar və qar yağacaq. Aran rayonlarında havanın temperaturu gecə saatlarında 4 dərəcə şaxtadan 1 dərəcə isti qədər təşkil edəcək, gündüz 2-7 dərəcə isti olacaq. Ümumilikdə Respublika ərazisində qarlı hava şərati dekabrın 18-nə qədər davam edəcək. Bundan sonra havanın temperaturu tədricən mülayimləşəcək (ANS PRESS).
2013-12-16
4,296
Türkiyə və Rusiya Azərbaycanı silahlandırır - İddia
"Türkiyə və Rusiya Azərbaycanı birlikdə silahlandırır". "Axar.az"ın "Publika.az"a istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın "Lragir" qəzeti Azərbaycanın Türkiyəyə sifariş verdiyi T-155 "Fırtına" özüyeriyən haubitsaların gələn il çatdırılması ilə bağlı xəbəri şərh edərkən yazıb. Erməni qəzeti yazır ki, Rusiya öz maraqlarına əsaslanaraq həmişə pantürkizmə kömək edirdi. Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında sözügedən müqavilə 2011-ci ildə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycana 36 özüyeriyən haubitsa çatdırılmalıdır. "Fırtına"nı mühərriklə təchiz edən Almaniyanın MTU şirkəti Dağlıq Qarabağ münaqişəsinə görə mühərrik verməkdən imtina etmişdi. "Lragir " qeyd edir ki, hazırda həmin mühərrikləri Rusiya istehsal edəcək. "Bu sübut edir ki, Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı inkişaf etdirir. Bu Yaxın Şərq və Qafqazda balans və stabilliyi poza bilər", - erməni nəşri bildirir. Beş nəfərlik heyətə malik "Fırtına"nın uzunluğu 12 metr, eni 3,5 metr, çəkisi 47 ton, sürəti 66 km/saatdır. Türkiyə Silahlı Qüvvələrinin arsenalında olan "Fırtına"lar "MTU-881 KA 500" dizel mühərriki ilə təchiz edilib. Sistemin silahlanmasına 155 mm-lik "L-522 topu və 12.7 mm çaplı pulemyot daxildir. Artilleriya sistemi 40 kilometr məsafədəki hədəflərə qarşı effektiv tətbiq edilə bilir.
2013-12-16
4,297
AB Ukrayna ilə razılıq imzalamağa hər an hazırdır
İsveçin DİN rəhbəri bildirib ki, Viktor Yanukoviç qərar verərsə, bir neçə günə AB Ukrayna ilə razılıq imzalaya bilər. "Biz qeyd edirik ki, Ukraynanın bu gün dediyi sabah dediyindən, həmçinin, birinə dedikləri söz digərlərinə dediklərindən fərqlənir",- deyə K. Bild AB ölkələrinin DİN rəhbərlərinin toplantısından öncə jurnalistlərə bildirib.
2013-12-16
4,298
Kiyevdə növbəti Sovet abidəsi dağıdıldı - Video
Kiyev meriyasının girişində yerləşdirilən sovet ulduzu abidəsi Avromaydan iştirakçıları tərəfindən sökülüb. "Axar.az" məlumat verir ki, bu barədə informasiya Ukrayna mətbuatında yayımlanıb. Ukrayna Daxili İşlər Nazirliyi hələlik abidəni sökənlərin şəxsiyyətini müəyyənləşdirə bilmədiyini bildirib. Qeyd edək ki, bir müddət əvvəl paytaxt Kiyevdə Leninin şərfinə ucaldılmış abidə etirazçılar tərəfindən dağıdılmışdı.
2013-12-16
4,299
Marsa gedənlərdən dördü geri qayıtmayacaq - Şok
Marsda yaşamaq üçün 4 nəfər seçiləcək. "Axar.az"ın xəbərinə görə, "Mars One" qurumu 2018-ci ildə başlayacaq bir layihə üçün 200 mindən çox insanın müraciət etdiyini açıqlayıb. Bildirilir ki, bu layihə çərçivəsində "Lockheed Martin" şirkəti Marsa eniş üçün robot texnika hazırlayacaq, "Surrey Satellite Technology" şirkəti isə peykin konsepsiyası üzərində işləyəcək. Marsda davamlı yaşam üçün şərait qurmaq istəyən "Mars One" qurumu ilk göndərdiyi qrupdan 4 nəfəri geri dönməmək üçün seçəcək. Əgər layihə uğurlu olarsa, 2025-ci ildə insanlar Marsa səfərini yekunlaşdıracaq. Şirkətin nümayəndəsi Bas Lansdorp açıqlamasında bildirib ki, 200 min nəfər arasından seçiləcək bu 4 nəfəri Marsdan geri qaytarmaq üçün lazımi texnologiya olmadığından həmin insanlar bu nüansı nəzərə alaraq səyahət edəcəklər. Onun sözlərinə görə, həmin 4 nəfər həyatlarının geri qalan dövrünü Marsda keçirəcək.
2013-12-16
4,300
Türkiyə Avropaya vizasız giriş haqqı aldı
Türkiyə Avropa Birliyi ilə "Geri Qəbul Anlaşması" (GQA) imzalayıb. Türkiyə vətəndaşları üçün Avropa Birliyinə (AB) vizasız səyahət etmə imkanı verən müddət rəsmi olaraq başlayıb. Bu çərçivədə Ankarada Türkiyə ilə AB arasında "Geri Qəbul Anlaşması"protokolu imzalanıb. Türkiyə ilə AB arasındakı münaqişəli mövzuların başında gələn Türk vətəndaşlarına yönəlik viza tətbiqində yeni dövr başlayıb. Türkiyə Baş naziri R.T.Ərdoğanın da iştirak etdiyi Ankara Palasdakı mərasimdə "Sərbəst Dialoq Müddəti" atılan imzalardan sonra rəsmən başlamış olub. Sərbəst viza mövzusunda AB-nin şərt kimi qoyduğu "Geri Qəbul Anlaşması", AB Daxili İşlər komissarı Sesilia Malmström ilə Daxili İşlər naziri Müəmmar Gülər tərəfindən imzalanıb. GQA-nın fəaliyyətə başlaması üçün bu protokol TBMM-in iclasından keçməlidir.
2013-12-16
4,301
Lukaşenko Avropa ilə yaxınlıq üçün hər şeyə hazırdır
Belarusiya Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaq üçün istənilən addımı atmağa hazırdır. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Belarusiya prezidenti Aleksandr Lukaşenko çıxış edib. O, ölkəsində Avropa İttifaqının qeyd etdiyi siyasi məhbusların olmadığını bildirib. A.Lukaşenko həmçinin Avropa üçün kifayət qədər təhlükənin olduğunu da deyib. O bu təhlükələrlə mübarizə aparmaq üçün ölkəsinin köməyini təklif edib. Qeyd edək ki, Belarusiya bir müddət öncə Avropa İttifaqına assosiativ üzvlüklə bağlı müqaviləni imzalamaqdan imtina etmişdi.
2013-12-16
4,302
Mikayıl Cabbarov AMİ filialına direktor təyin etdi
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialına yeni direktor təyin edib. Bu barədə saytına Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı məlumat verib. Hazırda Gəncədə olan rektorun sözlərinə görə, filial direktorunun səlahiyyətlərinin icrası Müəllimlər İnstitunun Tədris işləri üzrə prorektoru Razim Əli oğlu Məmmədova həvalə olunub. Rektor həmçinin bildirib ki, filiallarda baş verən nöqsanlarla bağlı digər institutlarda da yoxlamalar aparılacaq: "Şübhəsiz olaraq, başqa filiallarda da yoxlamalar aparılacaq". Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialının direktoru Ramiz Məmmədov fəaliyyətinə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi (AzVision.az).
2013-12-16
4,303
Jurnalist Əvəz Zeynallının ad günüdür
Bu gün tanınmış jurnalist, hazırda həbsdə olan Əvəz Zeynallının doğum günüdür. Əvəz Tapdıq oğlu Zeynalov 1969-cu il dekabrın 16-da Göyçə mahalının Ağbulaq kəndində (Ermənistan Sovet Sosialist Respublikasının Krasnaselski rayonu) anadan olub. 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988-1990-ci illər ərzində Sovet Ordusu sıralarında xidmət edib. 1991-ci ildə Türkiyə Respublikası Ankara Universiteti hüquq fakültəsinə daxil olub. Türkiyə Respublikasında olarkən Böyük Gələcək‖dərgisini nəşr etdirib. 1999-cu ildə Azərbaycana qayıdan Ə.Zeynallı müxtəlif qəzetlərdə çalışıb. 2002-ci ildən etibarən Xural qəzetinin təsisçisi və baş redaktorudur. "Günaydın", "P.S.", "Millətin səsi" qəzetlərinin yazarı, "Vətəndaş həmrəyliyi" qəzetinin baş redaktoru olub. 2002-ci ildə "Xural" qəzetini yaradan və "Xural" qəzetinin baş redaktoru olan Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. Ailəlidir, iki qız övladı var. Həyat yoldaşı da jurnalistdir.
2013-12-16
4,304
“Prezidentin diqqəti bizi daha da ruhlandırır”
Xəbər verdiyimiz kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, sonra Şəhidlər Xiyabanında Vətənimiz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edib. Publika.Az-ın məlumatına görə, daha sonra FHN-in inzibati binasında keçirilən təntənəli mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra FHN-nin fəaliyyətini əks etdirən film nümayiş olunub. Çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 8-ci ildönümü - Nazirliyin işçilərinin peşə bayramı münasibəti ilə şəxsi heyəti təbrik edib, onlara çətin, lakin şərəfli vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulayıb, daha sonra hesabat xarakterli çıxış edib. Nazir vurğulayıb ki, bu il FHN üçün də əlamətdar il hesab olunur: "Çünki bu il prezident İlham Əliyev növbəti dəfə xalqın böyük etimadını qazanaraq prezident seçilib. Bu münasibətlə FHN əməkdaşları adından cənab prezidenti təbrik edirəm". Sonra əlamətdar gün ərəfəsində nazirliyin bir qrup əməkdaşına ali hərbi rütbələrin, orden və medalların, fəxri adların verilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı sərəncamları oxunub. Həmçinin, nazirliyin xidmətdə fərqlənən əməkdaşları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə təltif olunublar. Sonda mərasim iştirakçıları adından Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevə müraciət qəbul olunub.
2013-12-16
4,305
Vergilər Nazirliyində silahlı insident - Şok
Bir müddət əvvəl Bakıda Vergilər Nazirliyinin binasını atəşə tutan şəxs saxlanılıb. "Aznews.az"ın əldə etdiyi məlumata görə, hadisə təqribən 2 həftə əvvəl baş verib. Bir neçə il nazirlikdə Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsində çalışmış Samir adlı bu şəxs gecə saatlarında nazirliyin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutub. Buna səbəb kimi onun uzun çalışdığı vəzifəsindən gözləmədiyi halda azad edilməsi göstərilir. Məlumata görə, həmin şəxsin qardaşı da Vergilər Nazirliyində işləyib. Hadisədən ötən müddət ərzində gizlənməyə müvəffəq olan şəxs 4 gün əvvəl saxlanılıb. Hazırda işin istintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində aparılır. Hələlik şəxsin müdafiəsi ilə bağlı tanınmış vəkillərdən heç biri ilə müqavilə imzalanmayıb. Onun hüquqlarını təyinat üzrə ayrılmış vəkil müdafiə edir. Xəbəri dəqiqləşdirməkdən ötrü sayt Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayıb. E.Sultanov yalnız araşdırma apardıqdan sonra cavab veriləcəyi bildirilib, daha sonra isə "Baş Prokurorluğun Mətbuat Xidmətində bu barədə məlumat yoxdur" deyə bildirib.
2013-12-16
4,306
Mourinyo yenidən İstanbula ayaq basacaq
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Xatırladaq ki, qrup qalibləri ilk oyunu 18/19-u və 25/26-ı tarixində səfərdə keçirəcəklər. Cavab qarşılaşmaları isə 11/12 və 18/19 mart tarixində baş tutacaq. Qrup qalibləri: "Mançester Yunayted", "Real" (Madrid), PSJ, "Bavariya", "Çelsi", "Borussiya" (Dortmund), "Atletiko" (Madrid), "Barselona". Qrup ikinciləri: "Bayer" (Leverkuzen), "Qalatasaray", "Olimpiakos", "Mançester Siti", "Şalke", "Arsenal", "Zenit", "Milan". Çempionlar Liqasının 1/8 finalında bu rəqiblər üz-üzə gələcək "Man Siti" – Barselona" "Olimpiakos" - "Mançester Yunayted" "Milan" – "Atletiko" "Bayer" – PSJ "Qalatasaray" – "Çelsi" "Şalke" – "Real"
2013-12-16
4,307
Gün ərzində 45 cinayət faktı - Statistika
Dünən Azərbaycanda gün ərzində 45 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, qeydə alınmış cinayət faktlarının 21-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Bununla yanaşı respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər yaralanıb.
2013-12-16
4,308
FHN-in xüsusi kambinatının yenidən qurulan binası açıldı
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Pereküşkül qəsəbəsində yerləşən "İzotop" xüsusi kombinatının yenidən qurulan inzibati binasının açılışı olub. Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib. Əvvəlcə kombinatın yeni qurulan nəzarət-buraxılış məntəqəsinə baxış olub. Daha sonra K.Heydərov binanın açılışını bildirən rəmzi lenti kəsib. Məlumat verilib ki, kombinatın 3 mərtəbəli binası bütün lazımi kommunikasiysa sistemi və avadanlıqla təhciz olunub. Binanın 1-ci mərtəbəsində Heydər Əliyev guşəsi yaradılıb. 1-ci mərtəbədə, həmçinin radioekoloji monitorinq bölməsi, təchizat otağı, yeməkxana və tibb məntəqəsi yerləşir. Binanın 2-ci mərtəbəsində tədris otağı, xidməti otaq və akt zalı, 3-cü mərtəbədə isə iclas zalı və Radiasiya müdafiəsinin təşkili mərkəzi yerləşir. Qeyd edilib ki, "İzotop" xüsusi kombinatı radioaktiv mənbələrin və tullantıların qəbulu, zərərsizləşdirilməsi, uzunmüddətli saxlanılması və basdırılması, xüsusi geyimlərin və fərdi mühafizə vasitələrinin dezaktivasiyası və bakterioloji monitorinq aparmaq üçün bütün lazımi avadanlıq və cihazlarla təchiz olunub.
2013-12-16
4,309
Sumqayıtda vəhhabi atışması: Daha 4 nəfər tutuldu
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə şübhəli bilinən daha dörd nəfər - şəhər sakinləri Əhməd Salmanov, Kənan Mehrəliyev, Rövşən Musayev və Elşən Məmmədov tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend ə daxil olan məlumata görə, keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd "F-1" qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülmüşdür. R.Musayevin baş və bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətlərinin olması aşkar edilmişdir. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ekstremist təmayüllü "xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar. Daha sonra "Çay evi"nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, xəsarət alan olmayıb.
2013-12-16
4,310
İran rəzaləti: Məhbuslar zorlanır - Video
İranda məhbusları zorlayaraq işgəncə verirlər. "Axar.az" xəbər verir ki, İran rejimi məhbusları zorlayaraq, onlara dəhşətli işgəncələr verir. Bunu gizli yolla çəkilən videolar da təsdiqləyir. Bu gizli görüntüdə cinsi təcavüzə məruz qalan məhbusların qışqırtısı bütün otaqları bürüyür. Digər otaqda isə qadınlara vəhşicəsinə təcavüz edirlər (BayMedia).
2013-12-16
4,311
“Qalatasaray”: “Rəqib kim olursa olsun...”
Rəqibimiz çox güclüdür. "Axar.az" xəbər verir ki, Çempionlar Liqasına 1/8 finalında püşkatmadan sonra "Çelsi"yə rəqib olan "Qalatasaray"ın prezidenti Ünal Aysal püşkatma haqqında fikirlərini bölüşüb. "NTV spor"a danışan Aysal rəqibərinin çox güclü olduğunu, lakin rəqib kim olursa-olsun, oyunçularının meydana çıxıb lazımi səviyyədə oynayacağını deyib: "Çox güclü rəqibdir. Çətin oyun olacaq. Əvvəldən rəqiblər haqqında seçim etməmişdik". Ölkə çempionatında lider "Fənərbaxça"dan 11 xal geri düşmələri haqqında da danışan klub prezidenti fərqin aradan qaldırıla biləcəyini bildirib: "Aldığımız nəticələr bəzən bizi məmnun etmir. Amma ikinci dövrənin daha uğurlu olacağına inanıram. 11 xallıq fərqi ikinci dövrədə aradan qaldırmaq mümkündür".
2013-12-16
4,312
İraqda 8 terror - 25 ölü
İraqın paytaxtı Bağdadda 8 ayrı nöqtədə təşkil edilən terrorda ilkin məlumatlara görə, 25 adam ölüb, 78 adam yaralanıb. "Axar.az" türk mediasına istinadən bildirir ki, İraq Daxili İşlər Nazirliyindən alınan məlumatlara görə, Bağdadın Əs-Sədriyyə və Əl-Bəyya bölgələrində bombalı avtomobillər ard-arda partladılıb. Nəticədə 7 adam ölüb, 26 adam yaralanıb. Bağdadın şərqində Zalal nöqtəsində binaya edilən hücumda 6 adam ölüb, 17 adam yaralanıb. Seyidiyyə bölgəsində meydana gələn başqa bir partlayışda isə 4 adam həyatını itirib, 16 yaralı qeydə alınıb.
2013-12-16
4,313
"Bütün tarixi torpaqlarımıza qayıdacağıq"
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının yaradılmasının 15 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, Milli Təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla Nazirliyin rəhbər işçiləri və Akademiyanın şəxsi heyəti Fəxri Xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb. Milli təhlükəsizlik naziri E.Mahmudov Akademiyanın müəllim-professor heyətini, dinləyiciləri və kursantları ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun adını şərəflə daşıyan bu ali təhsil ocağının yaradılmasının 15 illlik yubileyi münasibətilə təbrik edib, bütün şəxsi heyətə Azərbaycan naminə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda "Şöhrət" Muzeyində mükafatlandırma mərasimi keçirilib, xidmətdə fərqlənən əməkdaşlara medallar, fəxri fərmanlar və təhsildə nailyyətlər əldə etmiş kursantlara qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Yubiley mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində davam etdirilib. E.Mahmudov çıxışında müstəqil Azərbaycanın təhlükəsizliyini təmin edəcək peşəkar zabitlərin hazırlanmasında xüsusi əhəmiyyətə malik olan ali təhsil müəssisəsinin yaradılmasının zamanın tələbi olduğunu bildirib. Nazir E.Mahmudov görülən müsbət işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqəti və gündə­lik qayğısı sayəsində mümkün olduğunu qeyd edib: Son illər Milli Təhlü­kə­siz­lik Nazirliyində bütün istiqamətlər üzrə fəaliyyətin uğurlu olduğunu vurğulayan nazir E.Mahmudov kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliy­yət­lə­ri­nə, narkotik vasi­tə­lərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya, insan alverinə və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə yüksək nəticələr əldə edildiyini bildirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öl­kə rəh­bər­liyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması həmişəki kimi bütün fəaliyyət istiqamətlərimiz üzrə prioritet təşkil edir. Biz gələcəkdə təcavüzkar Ermə­nistana qarşı fəaliyyətin daha yüksək səviyyədə təşkili və gücləndirilməsinə nail olmalıyıq. Andiçmə mərasimində Azərbaycan Res­publika­sının Pre­zi­denti cənab İlham Əliyevin səsləndirdiyi bir fikir isə nəinki dövlət orqanları, bütün xalq üçün bu istiqamətdəki fəaliyyətə yeni yanaşmanı göstərir: "Srateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlarına qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdırlar ki, biz tarixi ədaləti bərpa edəcəyik". Bizim düşmənə qarşı infor­ma­si­ya mü­ba­rizəsinin hərtərəfli düşünülmüş, planlı, mü­va­fiq dövlət orqan­­ları ilə əla­qəli şəkildə aparılması istiqamətindəki fəaliyyətimiz də bu böyük məqsədə çatmağa xidmət etməlidir", - deyə nazir qeyd edib ("Publika.az").
2013-12-16
4,314
Rusiyadan “İsgəndər” raketi ilə bağlı açıqlama
""İsgəndər" raketlərinin ölkənin qərbində yerləşdirilməsi beynəlxalq qanunvericiliyə aid olan heç bir aktı pozmur". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov çıxış edib. O, "İsgəndər" raketlərinin həqiqətən Kalininqrad vilayətində yerləşdirildiyini təsdiqləyib: "Bizim Kalininqrad vilayətində yerləşdirdiyimiz "İsgəndər" raketləri heç bir beynəlxalq razılaşmanı pozmur". Qeyd edək ki, bir müddət öncə Qərb mətbuatı Rusiyanın "İsgəndər" raketlərini Kalininqradda yerləşdirdiyi və bunun Qərbə istiqamətləndirildiyi haqqında məlumat yaymışdı.
2013-12-16
4,315
Əli Həsənov: “Ermənilərin basqılarına məruz qalmışıq“
Beynəlxalq aləmdə təkcə güclü olmaq deyil, həm də ağıllı olmaq lazımdır. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bazar ertəsi "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və www.virtualkarabakh.az portalının təqdimat mərasimində çıxışı zamanı deyib. Ə.Həsənov bildirib ki, ümummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan gəncliyini, Azərbaycan aydınlarını, ziyalılarını, alimlərini, hər bir Azərbaycan vətəndaşını Dağlıq Qarabağ, Ermənistan Azərbaycan münaqişəsi başlayan gündən fəallığa çağırırdı: "Çünki hər bir azərbaycanlı öz fəaliyyətində bu münaqişə istiqamətində ermənilərlə mübarizəni davam etdirməli və həyata keçirməlidir". PA rəsmisi bildirib ki, hər bir insan özünün məşğul olduğu sahədən asılı olmayaraq, ermənilərlə qonşuluğun məsuliyyətini, bizdə yaratdığı vəzifələrini unutmamalıdır. "Ermənilərlə qonşuluq Azərbaycan xalqına bir çox məsələlərdə əlavə məsuliyyət yaradıb. Bütün ötən dövrdə biz ermənilərin fiziki, mənəvi, informasiya və digər basqılarına məruz qalmışıq. Bu, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci ildən başlayaraq bu gün də daxil olmaqla davam edir. 200 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirilib. Bu siyasət müəyyən mənada ermənilərin, müəyyən mənada isə onların havadarlarının təşəbbüsü ilə həyata keçirilib. Soyqırımı siyasəti təkcə azərbaycanlıları fiziki cəhətdən yox etmək deyil, onların malik olduğu əraziləri ələ keçirmək və onları dünyada biabır etmək və dünyanın gözündə Azərbaycan xalqının mədəniyyətinin, milli adət-ənənələrinin dəyərini aşağı salmaqdır". Ə.Həsənov qeyd edib ki, buna görə də bizim nəslin qarşısında sözün əsl mənasında ciddi bir vəzifə dayanır: "Bu vəzifə ondan ibarətdir ki, ermənilərlə qonşu olduğumuzdan onlardan gələn ziyanları, basqıları, millətimizə qarşı olan təhdidləri heç vaxt unutmamalıyıq və mütəmadi olaraq onlara qarşı mübarizə aparmalıyıq. Faktiki olaraq ermənilərlə qonşuluq Azərbaycan xalqı qarşısında ömürlük geosiyasi, geoiqtisadi, təklükəsizlik və digər vəzifələr qoyur. Mübarizə təkcə Azərbaycan xalqının, millətimizin, dövlətimizin fiziki təhlükəsizliyini təmin etməkdən ibarət deyil. Biz sərhədlərimizi möhkəmləndirə də bilərik, ərazilərimizi əldə etdikdən sonra isə fiziki təhlükəsizliyi təmin edə bilərik". Onun sözlərinə görə, lakin ermənilərin fəaliyyəti təkcə bununla yekunlaşmır: "Cənab Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarına dəfələrlə bununla bağlı bəyan edib və xəbərdar edib ki, hazırda beynəlxalq aləmdə erməni lobbisinin dəstəyi və bilavasitə iştirakı ilə bir anti-Azərbaycan kampaniyası aparılır. Bu kampaniya hər gün, hər saat, hər dəqiqə aparılır. Bu kampaniya getdikcə öz miqyasını genişləndirir. Bu kampaniya getdikcə öz həddini aşaraq, millətimizə qarşı ciddi böhtanla müşahidə olunur. Bu gün faktiki olaraq biz beynəlxalq aləmdə ermənilərlə Azərbaycan həqiqətlərinin dünyaya yayılması və onun dünya ictimaiyyətinə çatdırılması uğrunda mübarizə aparırıq". Ə.Həsənov vurğulayıb ki, beynəlxalq aləmi isə erməni yalanlarından mühafizə etməyə çalışırıq: "Əlbəttə, bu mübarizə tək dövlətin gücü ilə aparıla bilməz. Çox sevinirəm ki, bu gün bu mübarizəyə Azərbaycan gəncliyi qoşulub. Biz çox sevinirik ki, Azərbaycan gəncliyi artıq ermənilərin qarşısına təkcə silahla, fiziki cəhətdən hazır çıxmaq haqqında deyil, beynəlxalq aləmdə, müasir dünyanın tələb etdiyi intellektlə və bu kimi vasitələrlə çıxmağa hazırlaşır və çıxır, çıxmağa da özünün hazırlığını nümayiş etdirir". Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan "Virtual Qarabağ" Mərkəzinin yaradılması üzrə 5 tərəfdaş təşkilat fəaliyyət göstərib. Portalın məqsədi Qarabağ həqiqətlərinin internet məkanında yayılmasına xidmət etməkdir. Gənclər və idman naziri Azad Rəhimov deyib ki, bu layihə çox vacib hadisələrdən biridir: "Biz bu gün virtual aləmdə yaşayırıq və bundan bütün dünya məharətlə istifadə edir. Qarabağ həqiqətlərinin və Azərbaycan haqqında dünyaya maraqlı məlumatların çatdırılması çox mühüm bir haldır. Bunu hələ ki, 5 təşkilat həyata keçirir. Lakin inanıram ki, təkcə 5 təşkilat yox, bütün gənclər və QHT-lər buna dəstək olacaqlar". Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün mübarizə aparır: "Bu mübarizə sadəcə real həyatda deyil, həm də internetdə aparılır. Təbii ki, biz ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ haqqında və onun tarixi abidələrini nümayiş etdirməklə, ermənilərin ölkəmizə vurduğu ziyanı bütün dünyaya çatdıra bilirik. Əslində, bu kadrlara baxmaq və orada olan dağıntıları görmək hamımız üçün ağırdır". Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bütün işlər bizi Qarabağa aparan yoldur: "Bu gün virtual dünyada informasiya mübadiləsi çox ciddi önəm daşıyır. Ermənilər də bu mübarizəyə fəal qoşulub. Ona görə də virtual aləmdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq çox vacibdir. Qarabağ portalının bu sahədə çox işlər görəcəyinə inanıram". Tədbirdə, eyni zamanda, "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ilk istehsalı olan "Qarabağa doğru" filminin Azərbaycan və ingilis dillərində versiyalarının və "Şuşa-Virtual Səyahət" adlı 3D qrafik təsvirli filmin də təqdimatı baş tutub. Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu İctimai Birliyidir (Aznevs.az).
2013-12-16
4,316
“Erməni gücü” təşkilatının üzvü ABŞ-da həbs edildi
ABŞ-da "Erməni gücü" adlanan qruplaşmanın üzvlərindən birinə 8 il həbs cəzası verilib. "Axar.az" məlumat verir ki, qərar bu gün Los-Anceles məhkəməsində səsləndirilib. Qruplaşmanın üzvü olan Yerkanyanı məhkəmə 100 il müddətində azadlıqdan məhrum etmək fikrində olsa da, sonra bundan daşınaraq cəzanı 8 il müddətinə endirib. Qeyd edək ki, "Erməni gücü" qruplaşmasının üzvləri 2011-ci ildə ABŞ hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat sayəsində ifşa edilmişdi. Nəticədə qruplaşmanın 250 üzvü ələ keçirilmişdi. Hazırda onlar oğurluq, cinayət, qanunsuz silah və narkotik satışında günahlandırılırlar.
2013-12-16
4,317
Monteneqro prezidenti Azərbaycana gəldi
Monteneqro Prezidenti Filip Vuyanoviç "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Monteneqro Prezidenti Filip Vuyanoviçi hava limanında rəsm şəxslər qarşılayıblar.
2013-12-16
4,318
Çempionlar Liqasının püşkatmasında fırıldaq – Şok fakt
UEFA-nın püşkatmanın nəticələrinə təsir etməsi ilə bağlı fakt yayılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılsa da, ortaya çıxan faktlar püşklə bağlı bir sıra şübhəli məqamları ortaya çıxarıb. Belə ki, dünən "tvitter"də püşkatmada hansı klubların üz-üzə gələcəyini dəqiqliklə göstərən bir profil bu gün üzə çıxıb. Məlum olub ki, həmin status CL Draw Corruption (Çempionlar Liqası Püşkatma Qanunsuzluğu) tərəfindən 22 saat əvvəl paylaşılıb. "Püşkatmada klublar UEFA-nın istəyinə uyğun qarşılaşırmı?" - indi hər kəs bu sualın cavabını axtarır. UEFA rəsmiləri isə hələlik məsələyə münasibət bildirməyib.
2013-12-16
4,319
İnterpol axtarışına verilən iş adamı “Axar.az”a danışdı
"Axtarışa verilməyimlə bağlı məlumat yayılsa da, mənə heç kim müraciət etməyib. Hazırda Türkiyədəyəm. Azərbaycana gəlməzdən öncə vəkil tutmaq istəyirəm. Vəkil tutub pozulan hüquqlarımı bərpa edəcəm. Haqqımdakı qərardan apelyasiya şikayəti vermək hüququm var". Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan tərəfindən "İnterpol"un axtarışına verilən türkiyəli iş adamı Metin Mehmet Ali Abdullah Vahab bildirdi. İş adamı axtarışda olmasına baxmayaraq, Azərbaycana gəlmək hüququnu özündə saxladığını dedi: "Azərbaycanda qalmaq üçün 4 illik oturum iznim var. Gələ bilmirəmsə, bu, haqqımda çıxarılan qərarla bağlıdır. Yaxın vaxtlarda günahsız olduğum isbat edilər". Xatırladaq ki, Türkiyə vətəndaşı olan 51 yaşlı Metin Mehmet Ali Abdullah Vahab vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan beynəlxalq axtarış elan edib. Metin Mehmet Ali Abdullah Vahab Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. Onların hamısı vergidən yayınmaqda ittiham olunur.
2013-12-16
4,320
Qaribaşvili Azərbaycana gəldi
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılanıb.
2013-12-16
4,321
Sabah Ukrayna hökuməti legitimliyini itirə bilər
Azarovun istefası üçün imza toplanılır Artıq Nikolay Azarovun istefası üçün 200 imza toplanılıb. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə "Svoboda" partiyasının sədri Oleq Tyaqnibok çıxış edib. O, Radada 226 imza toplanılması nəzərdə tutulduğunu bildirib: "Biz bilirik ki, sabah Ukraynanın taleyi həll olunur. Əgər biz 226 imza toplaya bilsək, o zaman V.Putin heç bir sənədi imzalaya bilməyəcək. Çünki hökumət öz legitimliyini itirəcək". Qeyd edək ki, sabah Viktor Yanukoviçin Moskvaya səfəri planlaşdırılıb. Səfər ərzində Ukraynanın Gömrük İttifaqının üvlüyü ilə bağlı məsələnin müzakirə olunması nəzərdə tutulur.
2013-12-16
4,322
Dünya Bakıya yığışır: yollar bağlanacaq - Siyahı
Dekabrın 16-18-də Bakıda bir sıra istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. Dekabrın 16-18-də paytaxt Bakıda "Şahdəniz-2" layihəsi üzrə sənədin imzalanma mərasiminin keçirilməsi nəzərdə tutulur. Mərasimdə Monteneqro, Albaniya, Türkiyə, Xorvatiya, Yunanıstan, İtaliya, Böyük Britaniya, Bolqarıstan, ABŞ, Gürcüstan və digər ölkələrin, eləcə də Avropa Komissiyası və "bp" şirkətinin yüksək vəzifəli rəsmi nümayəndələri iştirak edəcəklər. Artıq qonaqların qarşılanması və yerləşdirilməsi işlərinə başlanılıb. Tədbirin "Fairmont", "Absheron Mariott", "Four Seasons" hotelləri və onların yerləşdiyi ərazilər, eləcə də Heydər Əliyev Mərkəzi və Bayraq Meydanı istiqamətində keçirilməsi nəzərdə tutulub: "Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətinə, Heydər Əliyev prospekti, C.Qədirbəyova küçəsi, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azadlıq və Neftçilər prospektləri, "Azneft" meydanı, Niyazi, İstiqlaliyyət, 10-cu park, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, eləcə də Mərdəkan dairəsi, Mərdəkan şosesi, Buzovna dairəsi, Zuğulba prospekti istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə mədudiyyətlər qoyularaq istiqamət dəyişdirilir. Ona görə də Bakı Yol Polisi İdarəsi bütün avtomobil sürücüləri və sahiblərinin nəzərinə çatdırır ki, keçiriləcək bu tədbirin dövlət əhəmiyyətli olduğunu nəzərə alıb, qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin və yaxud hərəkət sadalanan marşrut üzrə ictimai nəqliyyat vasitələrinin köməyi ilə edilsin" (Trend).
2013-12-16
4,323
Xorvatiyanın baş naziri Azərbaycana gəldi
Xorvatiya Respublikasının Baş naziri Zoran Milanoviç "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlib. Xorvatiya Respublikasının Baş naziri Zoran Milanoviçi hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.
2013-12-16
4,324
Prezident vergi güzəştlərini daha 5 il artırdı - Sərəncam
Prezident İlham Əliyev "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Sərəncam imzalayıb. Sərəncama əsasən, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 829-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə tapşırıqlar verilib. Beləliklə, kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi daha beş il uzadılıb.
2013-12-16
4,325
Azərbaycanda idman sahəsində ilin ən yaxşıları seçildi
İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri" layihəsi çərçivəsində keçirdiyi sorğuya yekun vurulub. 7 nominasiya üzrə 2013-cü ilin ən yaxşılarının seçimi məqsədilə sorğuya Azərbaycanın 34 KİV-ini təmsil edən idman jurnalistləri qatılıblar. Onlar seçimlərində hər nominasiya üzrə 1-i olmaqla, ən yaxşı hesab etdiklərinin adlarını göstəriblər. Səsvermənin yekununda "İlin əcnəbi futbolçusu" nominasiyasında Ağdamın "Qarabağ" futbol komandasının yarımmüdafiəçisi Reynaldo Dos Santos Silva aşkar üstünlüklə fərqlənib. "Bakı" klubunun prezidenti Hafiz Məmmədov "İlin idman xadimi", şahmat üzrə Azərbaycanın kişilərdən ibarət millisi "İlin komandası", "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov "İlin baş məşqçisi" nominasiyasında ən yaxın izləyicilərini böyük fərqlə qabaqlayıb. Qalan 3 sorğu üzrə səsvermədə gərgin rəqabət yaşanıb. Yekunda "İlin futbolçusu" nominasiyasında "Bakı" klubunun qapıçısı Kamran Ağayev, "İlin idmançısı" nominasiyasında cüdo üzrə dünya çempionu Elxan Məmmədov qalib olub. "İlin idman jurnalisti" nominasiyasında isə "Azad Azərbaycan" telekanalının idman şərhçisi Sənan Şəfizadə və Apasport.az saytının baş direktoru İxtiyar Əsgərov hamıdan çox səs toplayıb. Nəticədə hər iki həmkarımız qalib elan olunub: 1. İlin idman xadimi - Hafiz Məmmədov ("Bakı" klubunun prezidenti) 2. İlin idmançısı - Elxan Məmmədov (cüdo) 3. İlin futbolçusu - Kamran Ağayev ("Bakı") 4. İlin əcnəbi futbolçusu - Reynaldo Silva ("Qarabağ") 5. İlin komandası - Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi 6. İlin baş məşqçisi - Qurban Qurbanov ("Qarabağ") 7. İlin idman jurnalisti - Sənan Şəfizadə (ATV), İxtiyar Əsgərov (Apasport.az) (Trend)
2013-12-16
4,327
Ermənistanın mühüm məlumat bazaları ələ keçirildi
Anti-armenia.ORG saytının xakerləri tərəfindən ermənistana məxsus 1.44 GB həcmində çox mühüm məlumat bazaları (daxili işlər nazirliyinin istifadə etdiyi proqram, mobil operatorların bazaları və s.) ələ keçirilib. Ələ keçirilən məlumatlar aşağıdakı bazalardan əldə edilib: -Ermənistanın daxili işlər nazirliyinin istifadə etdiyi proqram -Viva cell mobil operatorun bazası -Orange mobile bazası -Əhalinin qeydiyyatda olduğu baza -Passport bazası -Maşın nömrələri bazası. ("Musavat.com")
2013-12-16
4,328
Azərbaycan animesevərləri birləşdi - Foto
Dekabrın 14-ü Azərbaycan Anime Cəmiyyəti Yaponiya mədəniyyətinin ayrılmaz hissəsi olan anime və manqanı bütün dünyada məşhur edən Hayao Miyazakinin adına həsr olunmuş tədbir keçirib. "Axar.az" xəbər verir ki, tədbirdə yapon animelərinin "cosplay"i (anime personajlarının geyim nümayişi), yapon şirniyyatları, anime qəhrəmanlarının şəkilləri və əl işləri nümayiş olundu. Eləcə də yarışlar keçirildi, qaliblər hədiyyə qazandı. Mükafatlar Yaponiya səfirliyinin dəstəyi ilə təşkil edilib. Azərbaycan Anime Cəmiyyətinin rəhbəri Çinarə Əhmədova bildirdi ki, tədbirin əsas məqsədi bütün dünyada məşhur olan yapon animelərini Azərbaycanda da məşhurlaşdırıb Azərbaycan dilli kontingent yaratmaqdır. "Axar.az" müxbiri olmaqdan əlavə bir animesevər kimi qeyd edə bilərəm ki, tədbirin əsas məqsədlərindən biri də tənbəllik etmədən kostyumlar hazırlayıb yarışda iştirak edən, şəkillər çəkən anime və manqanı bu qədər çox sevən insanları bir yerdə toplayaraq onlara mənəvi rahatlıq və sevinc bəxş etmək, yeni dostluqlara şərait yaratmaqdır.
2013-12-16
4,329
Qadın millət vəkilləri söyüşə etiraz etdi
Son zamanlar Türkiyə parlamentində tez-tez işlədilən söyüşlər qadın millət vəkillərinin etirazına səbəb olub. Belə ki, qadın millət vəkilləri boyunlarına qırmızı lövhələr asaraq parlamentə gəliblər. Maraqlı cəhət odur ki, bu etiraz məclisdə təmsil olunan, bir-birinə müxalif olan siyasi partiyaları təmsil edən qadınları bir araya gətirib. "Hər birimiz fərqli partiyalara mənsub millət vəkilləri olsaq da, bu gün biz birlikdə söyüşə etiraz edirik. Bu dəfə Türkiyə Parlamenti içində və ümumi qurulda siyasət adına edilən nəzakətsizliyi və söyüşü rədd edirik. Bir qadın və millətin vəkilləri olaraq xahiş edirək ki, kobud ifadələrin işlədilməsinə son verilsin." Qeyd edək ki, qadın millət vəkilləri bu hərəkətləri ilə heç bir partiyanı hədəfləmədiklərini, sadəcə təhqirlərə son verilməsini tələb etdiklərini bildiriblər.
2013-12-16
4,330
İlham Əliyev Gürcüstanın baş nazirini qəbul edib
Gürcüstanın yeni baş naziri İrakli Qaribaşvili Azərbaycana ilk səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşüb. Bu barədə Gürcüstanın baş nazirinin mətbuat xidməti məlumat yayıb. Görüşdə tərəflər iki ölkə arasında mehriban qonşuluq münasibətləri və strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər. İ.Qaribaşvili Gürcüstanın yeni hökumətinin Azərbaycanla siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində əməkdaşlığı dərinləşdirmək istəyini diqqətə çatdırıb. Baş nazir eyni zamanda Gürcüstanın ərazi bütövlüyü məsələsi ilə bağlı Azərbaycanın nümayiş etdirdiyi sarsılmaz dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. (APA)
2013-12-16
4,331
54 milyon türkün məlumatı rus hakerlərin əlinə keçib - Şok
Dövlətin fərdi məlumatları qoruma sistemindəki zəifliyi ortaya çıxaran Türkiyənin Dövlət Nəzarətetmə təşkilatının hesabatının yaratdığı əks-səda davam etdiyi vaxt başqa bir araşdırma şirkəti olan KONDA-dan növbəti şok yaradacaq iddia ortaya çıxıb. KONDA araşdırma və Məsləhətçilik şirkətinin müdiri Bəkir Ağırdır şok faktlar açıqlayıb. Belə ki, araşdırmalar nəticəsində bəlli olub ki, Türkiyədə yaşayan 54 milyon vətəndaşa aid olan məlumatlar birbaşa Rusiyada yaşayan hakerlərə ötürülüb. Məlumatlarda seçicilərə aid olan məlumatlar, ev, mobil, internet ünvanlarına qədər bütün informasiyaların kənara ötürüldüyü iddia olunur. Qeyd edək ki, bütün informasiyaların necə ötürülməsi haqqında dəqiq məlumat yoxdur.
2013-12-16
4,332
İlham Əliyev Aİ səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mardın etimadnaməsini qəbul edib. Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard fəxri qarovul dəstəsinin qarşısından keçib. Xanım Malena Mard etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib. Əməkdaşlığımızın səviyyəsinin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Ölkəmiz ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının önəmini qeyd edən dövlətimizin başçısı xanım Malena Mardın Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşacağına əminliyini bildirib. Səfir Malena Mard Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edib. Dekabrın 17-də Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimi ilə bağlı keçiriləcək tədbirin əhəmiyyətini vurğulayan Malena Mard ölkəmiz ilə təmsil etdiyi qurum arasında güclü əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyib.
2013-12-16
4,333
"Jiquli" "Mersedes"ə çırpıldı: 1 ölü
Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Borsunlu-Hindarx yolunun Ağdam rayonu Alıbəyli kəndinin ərazisindən keçən hissəsində baş verib. Ağcabədi rayon Poladlı kənd sakini Dadaşov Əli Hüseyn oğlunun idarə etdiyi 05 BC 404 nömrə nişanlı VAZ 21 011 markalı avtomobil Ağdam rayon Əfətli kənd sakini Məhərrəmov Şakir Ağarza oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil ilə toqquşub. Nəticədə VAZ 21 011-in sürücüsü hadisə yerindəcə keçinib. Yaralı vəziyyətdə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Ş. Məhərrəmovun vəziyyəti isə qənaətbəxş hesab olunur. (APA)
2013-12-16
4,334
Anar Məmmədli həbs edildi - Yenilənib
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri (SMDTM) Anar Məmmədli həbs edilib və barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu barədə bizimyol.info saytına təşkilatın əməkdaşı Samir Kazımlı məlumat verib. "SMDT rəhbəri Anar Məmmədli bu gün saat 5-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Onunla birlikdə Bəşir Süleymanlı və Elnur Məmmədli də həmin idarəyə çağırılıb. B.Süleymanlı və E.Məmmədli buraxılıb, Anar Məmmədli ilə isə dindirmə davam edib. Əldə etdiyimiz məlumata görə, sonra Anar Məmmədlini Nəsimi məhkəməsinə, oradan isə Nərimanov polis iddarəsinə aparıblar. Hər üç şəxs qeyd olunan idarəyə vəkilsiz gediblər. Anara dövlət tərəfindən vəkil tutublar. Amma heç bir müqavilə bağlanmayıb. Tutulan Şöhrət adlı vəkil isə ancaq yuxarıda qeyd olunan məlumatlardan başqa heç nə demir." Qeyd edək ki, oktyabrın 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ofisində yoxlamalar aparılıb, kompüterlərə baxılıb. Baş Prokurorluq Mərkəzin fəaliyyətində pozuntular aşkar etdiyini bildirib və fakt əsasında cinayət işi başlanılıb. Bundan sonra bir neçə dəfə təşkilatın rəhbərliyi və əməkdaşları prokurorluğa çağırılaraq dindirliblər.
2013-12-16
4,335
İlham Əliyev Xorvatiyanın Baş nazirini qəbul edib - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Xorvatiyanın Baş naziri Zoran Milanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xorvatiyanın Baş naziri Zoran Milanoviç ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, Xorvatiya şirkətlərinin ölkəmizdəki fəaliyyətinin əlaqələrimizin inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olundu. Söhbət zamanı dekabrın 17-də Bakıda "Şahdəniz -2" üzrə yekun investisiya qərarının imzalanması ilə bağlı keçiriləcək tədbirin önəmi vurğulandı. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın bir sıra sahələrdə inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. (AzərTac)
2013-12-16
4,336
Harvard Universiteti bomba həyəcanı yaşadı
ABŞ-ın Harvard Universitetinə bomba qoyulması barədə məlumat daxil olub. "Axar.az" xəbər verir ki, ABŞ-ın Massaçusets ştatında yerləşən Harvard Universitetinin rəhbərliyi bomba həyəcanı ilə bağlı müəllimlər və tələbələr hər 4 korpusdan təxliyyə edilib. Universitetə gələn polislər və mütəxəssislərin araşdırmasından sonra bomba informasiyasının yalan olduğu üzə çıxıb.
2013-12-16
4,337
Əvəzsiz tarixi abidə zibil anbarına çevrilib
Xaçmaz rayonunda 60-dan çox tarixi abidə var. Onlardan biri də bu gün dağılmış vəziyyətdə olan alban kilsəsidir. Ölkəmizdə olan azsaylı alban kilsələrinin arxeoloj-tədqiqatı aparılmadığından bu kilsənin hansı əsrlərdə tikilməsi dəqiq məlum deyil. Abidənin alban tayfaları olan Udinlər tərəfindən inşıa edildiyi ehtimal olunur. 4 tərəfdən girişi olan abidə bişmiş kərpicdən inşa olunub, təxminən və XVII-XVIII əsrlərə tikildiyi təxmin edilir. Qədimdə tacirlərin dayanacaq nöqtəsi kimi istifadə olunurmuş. Unikallığı ilə seçilən, qədim-şərq üslubunu özündə əks etdirən kilsənin Albanlar tərəfindən tikilməsi haqqında heç bir məlumat yoxdur. XVIII-XIX əsrlərdə isə erməni, rus və digər xristian sakinlərin ibadətgahı olub. Bir Xaçmaz sakininin "həyətində" yerləşən kilsə hal-hazırda baxımsız vəziyyətdədir və kilsədə heç bir təmir işi getmir. Kilsənin içində zir-zibil, taxta-şalban yığılıb. Kilsəyə zibil yığılması düzgün məlumat deyil Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Abidələrin mühafizə sektorunun rəhbəri Arif Əliyevlə əlaqə saxlayıb kilsənin indiki durumu ilə bağlı maraqlandıq. Arif bəy bildirdi ki, həqiqətən də abidənin ərazisi qəza vəziyyətindədir: "Yəni bu dedikləriniz həqiqətə uyğundur, amma kilsənin içinə inşaat materiallarının, zibillərin yığılması düzgün məlumat deyil. Abidənin bərpası ilə əlaqədar bizdə tədbirlər planı var, 2013-2020-ci ilə qədər. 2017-2018-ci illərdə həmin abidənin bərpası tədbirlər planına daxil edilib, həmin siyahıda var. Respublikada 6308 abidəmiz var və əfsuslar olsun ki, böyük əksəriyyəti qəza vəziyyətindədir, birdən-birə hamısını bərpa eləməyə vəsait çatmır. Ona görə də ardıcıllıqla, həmin abidəyə növbə çatanda bərpa ediləcək".
2013-12-16
4,339
Bakıda qadın intihara cəhd edib - Foto
Bakıda 41 yaşlı qadın intihara cəhd edib. Hadisə "Tağıyev MMC" şirkәtinin ofisindә olub. 1972-ci il təvəllüdlü Tağıyeva Pәrvanә Vaqif qızı intihara cәhddәn öncə mәktub qoyub. Mәktubda o, ailәsinә bunu yazıb: "Mәni bağışlayın, oyuna gәldim". Qadın iki övladını yaxınlarına әmanәt etdiyini yazıb. Sonra isә ofisin qapısını bağlayaraq, stәkan qırığı ilә qollarını kәsib. FHN Xüsusi Riskli Xilasetmә Xidmәtinin əmәkdaşları qapını sındıraraq içәri daxil olub. Qadın huşsuz vәziyyәtdә tapılıb. Hadisә yerinә polis әmәkdaşları vә tәcili yardım briqadası çağırılıb. Qadına ilkin tibbi yardım göstәrilib. Vәziyyәti sabitdir. (APA)
2013-12-16
4,340
Avtobus aşdı: 9 ölü, 11 yaralı
İranda mikroavtobusun qəzaya uğraması 9 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnib. Əhvaz şəhər xəstəxanasına çatdırılan yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Rəsmi məlumata görə, qəzanın Dezful - Şoştər şosesi ilə şagird qızları daşıyan mikroavtobus sürücüsünün səhvi ucbatından baş verməsi ehtimal olunur. Qeyd edilir ki, avtobus qarşıda hərəkət edən yük maşınına çırpılıb. (AzərTac)
2013-12-16
4,341
Azərbaycan seriallarında bir ilk – Eksklüziv/Fotolar
Dekabrın 19-da saat 19:00-da ATV kanalı "Qız yükü" adlı teleserialın nümayişinə başlayır. Serialın quruluşçu rejissoru İntiqam Hacılı, ssenari müəllifi Arzu Soltandır. Baş rollarda Fəridə Məmmədova, İntiqam Soltan, rollarda İlhamə Əhmədova, Sevinc Əliyeva, Soqət Səmədova, Qabil Quliyev, Elşən Çarxanlı, Cümşüd Zeynalov, İlqar Dadaşov, Şahin Kazımov, Cahangir Məlikov, Xəyalə Meydanova, Fuad İbadov, Leyla Farizqızı kimi aktyorlar yer alıb. Serialın mövzusu çox aktual olan şəhər-kənd ziddiyyətləridir. Qeyd edək ki, bu mövzu Azərbaycan seriallarında ilk dəfədir ki, işlənir.
2013-12-16
4,342
Bakıya gələn Baş nazirin təyyarəsi geri qayıdıb
Yunanıstanın Baş naziri Antonis Samarası Bakıya gətirən təyyarə təcili eniş edib. Yunanıstanın dövlət xəbər agentliyi ANA-MPA məlumat verir ki, Baş nazirin təyyarəsi havaya qalxdıqdan 15 dəqiqə sonra texniki səbəblərdən Afinanın qərbində yerləşən Elefsinadakı hərbi aeroporta məcburi eniş edib. Təyyarənin texniki baxışdan sonra yenidən havaya qalxacağı bildirilir. Qeyd edək ki, Yunanıstanın Baş naziri A.Samaras "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün Azərbaycana səfərə gəlir (Trend).
2013-12-16
4,343
"DÇ"-nin keçiriləcəyi stadionun inşası dayandı
Braziliya məhkəməsi futbol üzrə 2014-cü ilin dünya çempionatı üçün Manausda tikilən stadionun inşası zamanı fəhlələrin həlak olması səbəbindən tikintinin dayandırılması barədə qərar çıxarıb. Bunu yerli televiziyada prokurorluğun nümayəndəsi bildirib. Ötən cümə günü Manausda 22 yaşlı gənc inşaatçı stadionun dam örtüyünün altında quraşdırılmış hündür konstruksiyadan yerə yıxılıb və aldığı zədələrdən xəstəxanadaca keçinib. Sonra stadionun ərazisində daha bir fəhlə ürək tutmasından dünyasını dəyişib. Onun ailə üzvlərinin sözlərinə görə, ölümə ağır iş rejimi nəticəsində işçinin həddindən artıq yorulması səbəb olub. Prokurorluq belə bir tələb irəli sürüb ki, podratçı tikinti şirkəti obyektdə təhlükəsizlik şəraiti barədə ətraflı hesabat təqdim edənədək meydançada işlər dayandırılsın. Prokurorluğun nümayəndəsi deyib: "Bu gündən tikinti işləri üzərində qadağa qoyulub. Biz 2014-cü ilin dünya çempionatına hazırlığın nəzərdə tutulan müddətlərdə başa çatdırılması yolunda insanların həyatının qurban verilməsinə dözə bilmərik". O həmçinin qeyd edib ki, əgər Manaus stadionunda işlər davam etdirilsə, podratçı 43 min dollaradək cərimə ödəməli olacaq.
2013-12-16
4,344
Binәqәdi şossesi sel altında qaldı - Foto/Video
Gördüyünüz mәnzәrә bu axşam Rәsulzadә qәsәbәsi, Binәqәdi şossesindә yaşanıb. Paytaxta yağan yağış kəssə də, Binəqədi şossesindən su çəkilmir, yağan yağış şosseni gölməçəyə çevirib. Yyol çəkilişində suyun axması üçün sistemin qurulmaması ümidi yalnız təbiətə bağlayır: İnşallah, gün çıxar və yolları qurudar... "Axar.az" oxucularından birinin elektron poçtumuza göndәrdiyi foto vә video çәkilişlәri tәqdim edirik.
2013-12-16
4,345
Dünyanın ən vacib şəxslərinin reytinqi çap olundu - Adlar
Dünya üçün vacib şəxslərin reytinqi çap olunub. "Axar.az" məlumat verir ki, tədqiqatın müəllifi "Google"un yaradıcılarından biri olan Çarlz Uord olub. Aparılan tədqiqatın nəticəsində İsus Xristosun (İsa peyğəmbər) reytinqdə birinci yeri tutduğu bəlli olub. Siyahıda onu Napoleon və Məhəmməd peyğəmbərin izlədiyi qeyd olunub. Bununla yanaşı, dünya üçün əhəmiyyətli insanlar sırasında dördüncü yeri Uilyam Şekspir, beşinci yeri isə Avraam Linkoln tutub. Adolf Hitler də hazırlanmış siyahıya düşüb. Belə ki, o, reytinqdə 30-cu pillədə qərarlaşıb. Bunun əvəzində isə SSRİ-nin məşhur rəhbəri İosif Stalin isə 18-ci pilləni tutub. Bu yaxınlarda vəfat etmiş CAR lideri Nelson Mandelanın da adı siyahıya düşüb. Belə ki, o, reytinqdə ən vacib insanlar sırasında 356-cı yerdə qərarlaşıb.
2013-12-16
4,346
"Tezliklə prezident seçkilərinə nail olacağıq” - Video
Ukrayna prezidenti Viktor Yanuoviç Kiyevə səfər edən amerikalı senatorlar Con Makkeyn və Kris Mörreylə görüşüb. Görüş elə Makkeynlə Mörreyin 200-minlik müxalifət aksiyasına dəstək verdiyi gün baş tutub. Amerikalı senatorlar prezident Yanukoviçi etirazçılara güc tətbiq edilməsinin davam edəcəyi təqdirdə, Ukrayna hökumətinə qarşı sanksiyaların tətbiq ediləcəyini bildiriblər. 200 minə yaxın avro-inteqrasiya tərəfdarı Kiyevin Azadlıq meydanına toplaşıb. Həbsdə olan sabiq baş nazir Timoşenkonun çağırışı ilə keçən kütləvi nümayişə toplaşanlar Azadlıq meydanında çadır düşərgələri qurublar. nümayişdə Udar partiyasının lideri Vitaku Kliçko növbəti dəfə Yanukoviç hökümətini istefaya çağırıb. "Biz hökümət tərkibinin mütləq şəkildə dəyişilməsini tələb edirik. Biz burada Maydanda yalnız dinc şəkildə nümayiş keçiririk. Tezliklə təkrar parlament və prezident seçkilərinə nail olacağıq". Nümayişə qatılan, sabiq baş nazir Yuliya Timoşenkonun qızı Yevgeniya anasının ismarıclarını kütlə ilə bölüşərək, onun Ukraynanı Avropasız, Avropanı Ukraynasız təsəvvürə gətirə bilmədiyini vurğulayıb. Müxalifətin keçirdiyi aksiyada eyni zamanda Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri Elmar Brok da iştirak edib. Kiyevdə səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər də ötən gün Maydanda, tribunada çıxış edib. O, deyib ki, bu gün Ukraynada yalnız Ukrayna xalqının deyil, digər post-sovet ölkələri xalqlarının da taleləri həll olunur o cümlədən də rus xalqının. Xatırladaq ki, artıq 4 həftədir ki, Ukraynada etirazlar davam edir. (ANS)
2013-12-17
4,347
Ermənistan - İran əlaqələri güclənir
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan İranda səfərdədir. Ş.Köçəryan İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı perspektivlərini müzakirə edəcək. Erməni diplomatının səfəri çərçivəsində həmçinin regional və beynəlxalq sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək. (APA)
2013-12-17
4,348
Kliçko dünya çempionu titulundan imtina etdi
Ukrayna boksçusu və siyasətçisi Vitali Kliçko WBC versiyasında ağır çəki üzrə dünya boks çempionu titulundan imtina edib. "Axar.az" ANS-ə istinadən xəbər verir ki, WBC-nin qərarına görə, Kliçko fəxri çempion tituluna sahibdir və bu, ona yeni titul uğrunda döyüş hüququ verir. Kliçkonun sözlərinə görə, hazırda o, öz diqqətini Ukraynadakı siyasi hadisələrə yönəltməlidir, insanların ona ehtiyacı var. Həmçinin Vitali Kliçko bildirib ki, indiki vəziyyətdə rinqə qayıtmağını təsəvvür edə bilmir. Daha öncə bildirildi ki, Vitali Kliçko 2013-cü il noyabrın 30-a kimi idman karyerasındakı planlarını müəyyən etməlidir. Ancaq WBC onun qərar müddətini dekabrın ortalarına kimi uzatdı. Noyabrın sonundan Kliçko UDAR partiyasının lideri kimi Kiyevdəki etiraz nümayişlərində iştirak edir. Vitali Kliçko öz son döyüşünü 2012-ci ilin sentyabrında keçirib. Öz karyerası boyunca o, 47 döyüş keçirib, 45-ni udub və özü də bunun 41-i nokautla sonuclanıb. Onun kiçik qardaşı Vladimir öz idman karyerasını davam etdirir.