date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-13
4,034
Günün görüntüləri fotolarla
Suriyada davam edən müharibədən qaçan insanlar Türkiyənin Mardin bölgəsində sığınacaq tapıblar. Suriyalı qaçqınlar bütün çətinliklərə baxmayaraq yaşam mübarizəsi aparırlar. "Axar.az" günün görüntülərini təqdim edir.
2013-12-13
4,035
Bulvarda özünü dənizə atdı
Bu gün saat 02:00 radələrində Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə bir nəfər intihar məqsədilə özünü dənizə atıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, dərhal "Bakı mərkəz" sularda xilasetmə məntəqəsinin 4 nəfər xilasedicisi 1 ədəd xilasetmə qayığı və xüsusi avadanlıqlarla hadisə yerinə çıxıb, vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:20-də başa çatıb.
2013-12-13
4,036
Ağ ev "Assoşieyted Press"dən nə xahiş edib?
Ağ ev "Assoşieyted Press"dən İranda itkin düşmüş Robert Levinson haqda məqaləni çap etməməyi xahiş edib. Daha öncə agentlik xəbər vermişdi ki, 2007-ci ildə İranda itkin düşmüş Levinsonun ailəsinə ABŞ hökuməti 2,5 milyon dollar ödəyib. Ağ ev məqalənin onun həyatı üçün təhlükəli olacağından qorxaraq agentlikdən onu çap etməməyi xahiş edib və bildirib ki, bu, Levinsona Vətənə geri dönməyə kömək etməyəcək. Qeyd edək ki, FTB-nun eks-əməkdaşı Robert Levinson 2007-ci il mart ayının 8-dən itkin düşmüş hesab edilir.
2013-12-13
4,037
Növbəti yanğın xəbəri Yasamaldan gəldi
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmir konstruksiyadan ibarət köşkün divarı və içərisində olan köhnə ev əşyaları 10 kv.m sahədə, həmçinin köşkə bitişik 3 ədəd şam yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yanğının böyüməsinin qarşısı alınıb. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-13
4,038
“Qara bağ” əsərinin müəllifi Türkiyəni suçladı
"Türkiyə Ermənistan münasibətlərinin düzəlməməsinin əsas günahkarı Türkiyədir". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Karnegi fondunun Qafqaz üzrə nümayəndəsi Tomas De Vaal çıxış edib. O, Əhməd Davudoğlunun Ermənistanda özünə tərəfdar tapdığına şübhə etdiyini deyib. Ekspertin fikrincə, Sürix protokollarının hər iki ölkənin parlamentində təsdiqlənməməsi də bu münasibətlərin nə qədər bərbad olduğunu sübut edir: "Protokollar hər iki ölkənin parlamentində təsdiqlənmədi. Bunun isə əsas günahkarı Ermənistandan çox Türkiyədir". Qeyd edək ki, Tomas De Vaal dünyaca məşhur "Qara bağ" əsərinin müəllifidir.
2013-12-13
4,039
Cəbhədə atışma: itki yoxdur
Ermənilər cəbhənin təmas xəttində yenidən atəşkəsi pozublar. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Şıxlar, Nəmirli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-13
4,040
Hüseyn Abdullayev siyasi sığınacaq aldı
Keçmiş millət vəkili və bəstəkar Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq alıb. Bu barədə H.Abdullayev "Azadlıq" qəzetinə göndərdiyi məktubda bildirib. Məktubda deyilir: "Hörmətli həmvətənlər, dəyərli dostlar. Buradan, mühacir həyatı yaşadığım Almaniyadan bütün Azərbaycan xalqını, əziz bacı-qardaşlarımı səmimi qəlbdən salamlayıram. Sizlərə məlumat verirəm ki, artıq mənə Almaniya Federativ Respublikasında siyasi sığınacaq verilib. Təməl insan haqlarının qorunması istiqamətində tutduğu ədalətli mövqeyə və Avropa dəyərlərinə daim sadiq qaldığına görə Almaniya hökumətinə, eləcə də Almaniya Bundestaqının deputatlarına media vasitəsilə dərin minnətdarlığımı və böyük təşəkkürümü bildirirəm". Xatırladaq ki, H.Abdullayev Azərbaycanda siyasi təqib və repressiyaya məruz qaldığını bildirərək Almaniyaya mühacirət edib. O, Almaniyadan Azərbaycan hakimiyyətinə qarşı tənqidlər səsləndirib və öz ölkəsində siyasi təqibə məruz qaldığını qeyd edərək, ona sığınacaq verilməsi üçün Almaniya hökumətinə müraciət edib. Almaniya hökuməti onun müraciətini müsbət həll edib. Yeri gəlmişkən, H.Abdullayevin Almaniyadan sığınacaq istəməsi ilə bağlı xəbər bir müddət öncə yayılmışdı.
2013-12-13
4,041
Müstəqillik meydanında 4 minə yaxın etirazçı var
Ukrayna müxalifətinin Kiyevdə keçirdiyi aksiyalar davam edir, hazırda Avrointeqrasiya tərəfdarları Müstəqillik meydanındadır. Ukrayna DİN-in verdiyi məlumata görə, Müstəqillik meydanında hazırda 4 minə yaxın etirazçı var. Kütləvi tədbirdə heç bir qayda pozuntusu qeydə alınmayıb. Paytaxtda gecə asayişini 1,9 min qanun keşikçisi qoruyub.
2013-12-13
4,042
“Əl-Qaidə” Yəməni bu cür qanda boğdu – Video
Yəmənin paytaxtı Sanada Müdafiə Nazirliyi binasına və yaxınlığında yerləşən bir xəstəxanaya keçən həftə "Əl-Qaidə" terror təşkilatı tərəfindən gerçəkləşdirilən bombalı və avtomatlı hücum nəticəsində 56 nəfər ölüb, 160 nəfər də yaralanıb. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə Müdafiə Nazirliyinin qapısına yaxınlaşan bir avtomobilin havaya uçurulduğu, sonra da başqa bir avtomobildəki yaraqlıların xəstəxanadakı həkim və tibb bacılarını yaylım atəşinə tutduğu görünür. Təhlükəsizlik kameralarında həmçinin xəstəxanada dəhşət içində sağa-sola qaçanlar və yaraqlılardan birinin xəstələrin üzərinə əl bombası atdığı anlar da saniyə-saniyə görüntülənib.
2013-12-13
4,043
“İnstaqram” “Votsəp”lə savaşa başladı
Artıq istifadəçilər "İnstaqram"da həyata keçirilən nəhəng yenilənmənin hesabına bir-biri ilə mesajlaşa və fotoşəkilləri bir-birinə göndərə biləcək. İnstaqram bu gündən etibarən yenilənib. "iOS" və "Android" platforması üçün gələn yenilənmə milyonlarla istifadəçinin gözlədiyi xüsusiyyətləri gerçəkləşdirib. Artıq "İnstaqram"la çəkdiyiniz və ya qalereyanızdakı fotoşəkilləri "İnstaqram"dakı yoldaşlarınızla paylaşa bilərsiniz. Fotoşəkil göndərmək və mesajlaşma funksiyasının "İnstaqram"da tətbiq edilməsi "Votsəp"in rəqabət aparmaq gücünü nisbətən zəiflədəcək. Çünki "İnstaqram" artıq bütün funskiyaları ilə "Votsəp"i əvəzləyə biləcək durumdadır. 150 milyondan çox istifadəçiyə sahib olan "İnstaqram" öz xüsusiyyətləriylə "Votsəp"i istifadəçi itkisinə məruz qoyub-qoymayacağı zamanla məlum olacaq.
2013-12-13
4,044
Azərbaycan-Türkiyə arasında daha bir əməkdaşlıq
Türkiyə Azərbaycanla hidrometeorologiya sahəsində əməkdaşlıq haqqında protokolu ratifikasiya edib. Bu barədə Türkiyənin "Rəsmi Qəzet"i cümə günü məlumat verib. Məlumata əsasən, protokol bu gündən etibarən qüvvədədir. Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında hidrometeorologiya sahəsində əməkdaşlıq protokolu 2011-ci il noyabrın 25-də İzmirdə imzalanıb (Trend).
2013-12-13
4,045
Polis məşhur qanuni oğrunu ələ keçirdi - Video
"Peço" ləqəbli qanuni oğru Rezo Buxnikaşvili Moskvanın Komsomolski prospektində yerləşən mənzilində polislə atışmadan sonra tutulub. "Axar.az" xəbər verir ki, RIA Novostiyə bu haqda məlumat hüquq-mühafizə orqanlarından daxil olub. Bundan qabaq xəbər verilmişdi ki, dörd nəfər kişi Komsomolski prospektində yerləşən bu mənzilə hücum edib, bundan sonra hadisə yerinə polislər gəlib, cinayətkarlar onlara atəş açıb. Hücum edənlərdən biri ölüb, ikisi isə xəsarət alıb, birlikdə üç nəfər tutulub. Xəsarət alanların arasında polislər də olub. Tutulanlardan biri qanuni oğru "Peço" olub. Xəbər qaynağı bildirir ki, Buxnikaşvili atışma zamanı polisə müqavimət göstərməyən tək şəxs olub.
2013-12-13
4,046
Direktorlara fond pulu əvəzinə avans verilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013 – cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb. BŞTİ-dən verilən məlumata görə, aylıq avans məbləğlərinin həcmi şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000 – 1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf ediləcək. Bu barədə hər ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat veriləcək. Qeyd edək ki, ödəniş Təhsil Nazirliyinin "Təsərrüfat məqsədləri üçün plastik kartların tətbiqi barədə" müvafiq əmrinə əsasən məktəb direktorlarının bu məqsəd üçün açılmış plastik kart hesablarına köçürüləcək.
2013-12-13
4,047
Arif Hacılı bir sürü pişiyindən danışdı
"Şəkildə gördüyünüz pişiklər mənim deyil. Sadəcə olaraq, soyuq olduğu üçün tutub ev gətirmişəm." Bu sözləri "Axar.az"a açıqlamasında Müsavat Partiyasının Ali Məclisinin sədri Arif Hacılı dedi. O bildirdi ki, həmin pişikləri bağ evindən gətirib: "Bağ evinə getmişdim. Gördüm ki, həyətdə 5 dənə pişik var. hardansa gəlib bağdakı evimizin həyətində məskunlaşıblar. Çoxu yeni doğulmuş idi. Hava soyuq olduğundan götürüb şəhərdəki evimizə gətirdim. Hazırda yerləri isti, qarınları tox, kefləri də kökdür". Xatırldaq ki, pişiklər olan fotonu siyasətçi özünün feysbuk səhifəsində paylaşıb.
2013-12-13
4,048
Polislər Kraliça II Yelizavetanın qoz-fındığını oğurlayıb
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Britaniyalı Kraliça II Yelizaveta onu mühafizə edən polisləri oğurluqda ittiham edir. Məlum olub ki, mühafizəçilər sırf kraliça və onun ailə üzvləri üçün təqdim olunan qoz-fındığı oğurlayıblar. Tutulan mühafizəçilər məşhurlara, o cümlədən, kral ailə üzvlərinə qarşı qanunsuz casusluqda ittiham olunurlar.
2013-12-13
4,050
"iPhone" zavodunda 15 yaşlı uşaq öldü
"Apple"ın ortaq çalışdığı istehsal təsislərində gərgin şərtlər altında işləyən 15 yaşlı bir uşaq ölüb. Hadisə "Apple"ın Çində yerləşən və şirkətin tədarükçüsü olan "Peqatron"da baş verib. "iPhone 5C"lərin istehsal edildiyi zavodda baş verən ölüm hadisələrini açıqlamaqdan çəkinən "Peqatron" həyatını itirən Şi Zaokun ölümü üzündən xeyli gərginlik keçirir. 15 yaşlı yeniyetmənin ölümü ilə bağlı şirkətin sözçüsü "biz işçilərin iş şərtləri üzərində diqqətlə çalışırıq" deməklə kifayətlənib.
2013-12-13
4,051
Yeni il yarmarkaları qayıdır
Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatını nəzərə alaraq İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcək. Bu barədə "Axar.az"a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib. İstehlakçıların seçim imkanlarının artırılmasına xidmət edən yarmarkaların təşkili ilə həm də süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil olunur. İstehlakçılar bu yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər. Satış yarmarkalarının təşkil ediləcəyi tarixlər və ünvanlar barədə əlavə məlumat veriləcək. Bununla yanaşı, Nazirlikdən bildiriblər ki, Yeni il bayramı ərəfəsində və bayram günlərində keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli malların satışının qarşısının alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri daha da gücləndiriləcək.
2013-12-13
4,052
AXCP Müsavatdan imtina edə bilər
"Biz Müsavat Partiyası ilə hər hansı bir məsələləri müzakirə də bilərik, amma qəbul olunmuş qərarın müzakirəsindən söhbət gedə bilməz". Bu sözləri AXCP sədrinin müavini Gözəl Bayramlı bu gün baş tutacaq AXCP- Müsavat arasında ikitərəfli görüşdə Müsavat Partiyasının Rüstəm İbrahimbəyovun fəxri sədr statusunun ləğvi barəsində AXCP funksionerləri ilə ehtimal edilən müzakirəsinə münasibət bildirərkən "Axar.az"a dedi. Gözəl Bayramlı həmçinin Müsavat Partiyasının Milli Şurada gələcək fəaliyyəti haqda AXCP qarşısında hər hansı bir şərt irəli sürəcəyi sualına da aydınlıq gətirdi: "Müsavat Partiyası AXCP ilə Milli Şurada təmsil olunur və AXCP təmsil olunduğu qurumun qərarına hər zaman hörmətlə yanaşır. Rüstəm İbrahimbəyov da Milli Şuranın sessiyasında fəxri sədr seçilib. Müsavat Partiyası ilə bizim aramızda fikir ayrılığı yoxdur: müttəfiqik, eyni qurumda təmsil olunuruq. Hər kəsin fərqli mövqeyi ola bilər, bunu AXCP, Müsavat konflikti kimi qələmə vermək olmaz. Qaldı Müsavatın AXCP qarşısında şərt qoymasına - mən bugünkü görüşdən elə bir şey gözləmirəm. Güman etmirəm ki, qəbul olunmuş qərarla bağlı belə bir şərt qoyulsun – nə Müsavat Partiyası onu edər, nə də AXCP özünə rəva görər ki, hər hansı bir şərt altında müzakirəyə getsin. Biz heç kimə şərt irəli sürə bilmərik, bizim partiyamızla da kiminsə şərtlə danışmasını qəbul edə bilmərik. Əgər belə bir şərt olarsa, çox ciddi problem yaranar".
2013-12-13
4,053
21 yaşlı qızın yataq otağından pulu oğurlandı - Yasamalda
Bakının Yasamal rayonunda külli miqdarda pul oğurlanıb. Yasamal rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 1992-ci il təvəllüdlü Balayeva Humay Faiq qızı Yasamal RPİ-nə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 12-də saat 19.00 radələrində yaşadığı evdə yataq otağından içərisində 10.000 (on min) ABŞ dolları pulu olan dəmir qabın ("kapilkanın") oğurlandığmı aşkar edib. Faktla bağlı araşdırma aparılır.
2013-12-13
4,054
Bakı polisinin gözü önündə qəza anı - Video
Bakıda minik avtomobili polisin gözü önündə qəza törədib. Bakıda minik avtomobili hətta Post Partul Xidməti (PPX) əməkdaşlarının gözü qabağında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törədib. Hadisə axşam saatlarında paytaxtın Koroğlu Rəhimov küçəsində, Bədən Tərbiyəsi və İdman Akademiyasının yaxınlığındakı yolayrıcında baş verib. Belə ki, "bərkgedən" minik avtomobili sağa dönmə əməliyyatını yerə yetirmək əvəzinə kəsə yolla getməyə üstünlük verərək üfüqi nişanlanma xəttinin (qoşa xətt) tələbini pozub və yolun əks hərəkət hissəsinə çıxıb. Bu zaman belə "sürprizi" gözləməyən digər minik avtomobili qaydanı pozan avtomobillə toqquşub. Nəticədə qaydanı pozan avtomobil yolun ortasındakı maneəyə çırpılaraq istiqamətini 90 dərəcə dəyişib, zərbənin təsirindən avtomobilin təkəri yerindən çıxıb, bardürün hissələri isə yola səpələnib. Trend həmin qəzanın videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Qeyd edək ki, 2013-cü ilin 11 ayı ərzində Azərbaycanda 2646 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 1061 nəfər ölüb, 2761 nəfər yaralanıb. Hadisələrin 920-si paytaxt Bakıda baş verib. Bu zaman 310 nəfər ölüb, 911 nəfər xəsarət alıb ( Trend ).
2013-12-13
4,055
Öldürdüyü adamı qoyub qaçan sürücü tutuldu
Dekabrın 10-da saat 22 radələrində Masallı şəhərində qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilir ki, rayon mərkəzinin Talışxanov küçəsində naməlum avtomobillə piyada, 1953-cü il təvəllüdlü Kərimov Əlihüseyn Kərim oğlunun vurularaq aldığı xəsarətlərdən ölməsi və nəqliyyat vasitəsini idarə edən şəxsin hadisə yerindən qaçması faktına görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Rayon Polis Şöbəsi və prokurorluğun həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən hadisənin rayonun Gəyəçöl kənd sakini, 1992-ci il təvəllüdlü İmranlı Salman Ağaqardaş oğlunun idarə etdiyi avtomobillə törədilməsində əsaslı şübhələr olduğundan sonuncu tutularaq şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam etdirilir (musavat.com).
2013-12-13
4,056
200 minə yaxın ev işıqsız qaldı
"Seya" fırtınası Finlandiyada 200 minə yaxın evi işıqsız qoyub. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Finlandiyada axşam saatlarında "Seya" fırtınasının baş verməsi səbəbi ilə 200 minə yaxın ev işıqsız qalıb. Ölkənin cənub-qərb və cənub hissələri fırtınaya daha çox məruz qalıb. Orada küləyin sürəti saniyədə 25 metrə, sahildə isə 30 metrə çatıb. Energetiklər üç gün ərzində elektrik təchizatını bərpa etməyi planlaşdırırlar. Hal-hazırda isə kəskin hava şəraiti Finlandiyanın paytaxtında davam edir.
2013-12-13
4,057
MTN və DİN aciz olduğunu etiraf elədi - Araşdırma
"Aznews.az" xəbər portalının baş redaktoru Elçin Zahiroğlunun "facebook" səhifəsi oğurlanıb. Bu ilin mart ayında "Aznews.az" xəbər portalına haker hücumu olub və bir gün sonra saytın Baş redaktoru Elçin Zahiroğlunun şəxsi "facebook" və mail hesablarının şifrələri sındırılaraq hakerlər tərəfindən ələ keçirilib. Artıq 6 aydır ki, Baş redaktorun "facebook" hesabını ələ keçirən şəxslər onun adından ölkənin bir sıra tanınmış adamlarına çirkin formada təhdidlər yazırlar. Bu azmış kimi, Elçhin Zahiroğlunun ələ keçirilən (https://www.facebook.com/elchin.zahiroglu) səhifəsindən istifadə edərək onun dostlarının da səhifəsi sındırılır. Xatırladaq ki, belə bir cəhd barədə artıq Xədicə İsmayıl da öz şəxsi "facebook" hesabında status paylaşmışdı: "Elçin Zahiroğlunun profili hack edilib. O profildən mənim də profilimi hack eləmək üçün cəhd etdilər. Guya haradasa yayılan videonu göndərib, linkə girib baxmağımı dedilər. Linklər FB, yaxud "Yahoo" qeydiyyatı istəyirdi və mən imtina etdim. Sonra təhqirlər başladı. Elçin Zahiroğlunun oğurlanmış profilindən gələn mesajlardakı linkləri açmayın. Özünü də şikayət edin". Xədicə İsmayılın ayıqlığı nəticəsində bu cəhd uğursuz olsa da, uğurlu nəticələnənlər də var. Onu da bildirək ki, E.Zahiroğlu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Belə ki, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri bu barədə məlumatlandırılıb. Hər iki quruma 2 dəfə - bu ilin may və sentyabr aylarında rəsmi müraciət olunub. Lakin görünən odur ki, bu istiqamətdə hər hansı tədbir görülməyib. Elçin Zahiroğlu mətbuata açıqlamasında bildirib ki, nəinki tədbir görülməyib, hətta rəsmi cavab verməkdən də imtina olunur: "Həm Daxili İşlər, həm də Milli Təhlükəsizlik Nazirliyindən mənimlə telefon əlaqəsi yaradılıb. Daxili İşlər Nazirliyindən zəng edərək deyiblər ki, həmin şəxsi tapa bilmirlər. Bunun səbəbi barədə isə mənə, dediklərinə görə, elektron məktub yazıb göndəriblər. Həmin cavab mənə məlum olmayan səbəblərdən gəlib çatmayıb. Sonradan başqa elektron ünvan da verdim. Ancaq xaricdə olduğu bildirilən kibercinayətkarın müəyyən olunması üçün hüquq-mühafizə orqanlarına mane olan səbəblərin əksini tapdığı həmin məktub gəlib çıxmadı". E.Zahiroğlu onu da qeyd edib ki, kibercinayətkarlığın araşdırılması üzrə əsas orqan olan Milli Təhlükəsizlik Nazirliyinin də cavabı DİN-dən fərqlənməyib. Onlar da rəsmi deyil, şifahi olaraq cinayətkarın tapılmasında aciz olduqlarını etiraf ediblər: "Mənimlə Milli Təhlükəsizlik Nazirliyində baş əməliyyat müvəkkili Fariz Məmmədov telefon əlaqəsi saxlayıb. Rəsmi cavab verə bilməyəcəyini deyən əməliyyat müvəkkili həmin şəxsi tapa bilmədiklərini söylədi. Bu məsələdə aciz olduqlarını etiraf etdi". Azərbaycan qanunvericiliyində aparılan dəyişikliklərdən sonra bu problemin həllinin asanlaşacağını düşündüyümüz halda müvafiq orqanların acizliyini etiraf etməsi, bu istiqamətdə mübarizənin zəif qurulması nə ilə bağlıdır? Maraqlıdır, günü-gündən fəallaşan kibercinayətkarlıqla mübarizə ilə qarşılaşan internet istifadəçisi hansı addım atmalıdır? İKT üzrə ekspert Osman Gündüz açıqlamasında bildirib ki, ölkədə internetdə cinayətkarlıqla bağlı bir təcrübə var və həmin şəxs məhkəmədə cəzalandırılıb: "Artıq Cinayət Məcəlləsində dəyişiklikər olunub və bu məsələ qanunlarla tənzimlənir. Bölgələrimizdən birində bir fakt araşdırılıb və "Facebook"da fəaliyyətə görə 1 il cəza kəsildi". Kiberhücuma məruz qalan şəxslərin nə etmələrinə gəlincə, O.Gündüz deyib ki, ilk növbədə müvafiq qurumlara müraciət olunmalıdır: "İnternetlə bağlı hər hansı fakta görə əməliyyat-axtarış tədbirinin keçirilməsi, təhqiqatın aparılması MTN-in səlahiyyətindədir. İnternet vasitəsi ilə, "Facebook"dan təhqirə məruz qalan şəxs, ya da şəxsi səhifəsi oğurlanan istifadəçi bu barədə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edir. Araşdırma məqsədi ilə müəyyən məlumatlar istənilir. Təhqiqatın nəticəsi üçün həmin məlumatların verilməsi vacibdir. Bu cür cinayətkarlıq faktları ilə bağlı məhkəməyə də müraciət etmək olar. Çünki bu məsələ məhkəmə predmetidir. Bundan başqa, "facebook" rəhbərliyi də xəbərdar olunsa, müsbət nəticə əldə etmək olar". O.Gündüz E.Zahiroğlunun müraciətlərinin cavabsız qalması ilə bağlı məsələyə münasibət bildirərəkən deyib ki, ölkədə bu cür faktlara reaksiya verilməzsə, bu, qanunsuz hərəkətlərin çoxalmasına səbəb ola bilər: "Müraciətə cavab verilməməsi, məktubun yetişməməsi, o cümlədən məsuliyyətsizlik səbəbindən ola bilər. Bildiyimə görə, MTN-də bu cür cinayətkarlıqla mübarizə sahəsində yetərli mütəxəssislər var. Sadəcə, məsuliyyət artırılmalıdır". Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov hesab edir ki, Elçin Zahiroğlunun konstitusion hüquqları pozulub. O, açıqlamasında deyib ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var. Bu hüquq ölkə Konstitusiyasının 57-ci maddəsində öz əksini tapıb. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir: "Əgər verilmirsə, vətəndaş qanuna görə həmin orqanın yuxarı orqanına, yaxud məhkəməyə müraciət edə bilər. Bu məsələ həm Konstitutsiya ilə, həm də "Vətəndaşların müraciətlərinə baxılması haqqında" qanunla tənzimlənir".
2013-12-13
4,058
Quş qripinin yeni növü yayıldı
Çinin cənubundakı "Guanqdonq" əyalətində quş bazarında quş qripinin yeni növü olan H7N9 virusu aşkarlanıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Şincin şəhərində olan quş bazarından alınan nümunələrdə H7N9 virusu tapılıb. Bölgədəki tibb işçiləri virusun yayılma riski ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib. Keçən çərşənbə axşamı Honq Konqda 2, şərq əyaləti Cicianqda bir adamda H7N9 virusu aşkarlanıb. Çində yeni növ quş qripinin aşkarlandığı mart ayından bu yana 140 hadisə qeydə alınıb. Virusa yoluxanlardan 87-si müalicə edilərək xəstəxanadan buraxılıb.
2013-12-13
4,059
ABŞ-ın yeni silahına Rusiyadan sərt cavab
Rusiya ABŞ-ın "Çevik Qlobal Zərbə" texnologiyasına qarşı hərəkətə keçib. "Kommersant" qəzetinə müsahibə verən Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın "Çevik Qlobal Zərbə" proqramını yaxından izlədiklərini bildrirərək, bu proqramın təhlükəli və sabitliyi pozan bir xüsusiyyətə malik olduğunu ifadə edib. Rusiya da özünün gizli silahını istehsal edəcək Rusiyanın Baş nazir müavini Dmitri Roqozin "Çevik Qlobal Zərbə" texnologiyasına qarşı silah istehsal etmək üçün "Perspektiv Araşdırmalar Fondu"nun layihə üzərində işlədiyi bildirib. Roqozin fondun mindən çox layihəni nəzərdən keçirdiyini və əsasən səkkiz layihəyə diqqət ayırdığını qeyd edib. Bununla əlaqədar geniş açıqlama verməyəcəyini bildirən Baş nazir müavini ABŞ ordusunun "Çevik Qlobal Zərbə" proqramına adekvat cavab olaraq istehsal etməyə hazırlaşdıqlarını qeyd edib. "Çevik Qlobal Zərbə" nədir? ABŞ-ın son texnologiya məhsulu "Çevik Qlobal Zərbə" proqramı, dünyanın istənilən yerində olan hədəfi bir saatdan daha az vaxtda vurmağı nəzərdə tutur. "Çevik Qlobal Zərbə" (Prompt Global Strike) adı verilən sistem Şimali Koreya və İran kimi ölkələrdən hücuma hazır raketləri vurmaq kimi zaman qıtlığı olan məqamlarda istifadə olunması planlaşdırılır. Silaha sərf olunan vəsait mövzusunda heç bir acılama verilməyən silah Corc Buşun vaxtında da gündəmə gələrək, Rusiya və Çinin sərt reaksiyasına səbəb olmuşdu.
2013-12-13
4,060
Varis ''Son məktub''la gəlir
Bu günədək ölkədə 7 bestselleri çap olunmuş yazıçı Varisin 8-ci romanı ''Apostrof '' nəşriyyatında çapa hazırlanır və dekabrın 28-də işıq üzü görəcəyi müəyyənləşdirilib. Dekabr ayının sonlarında ''Əli və Nino'' kitab mağazaları şəbəkəsinin və ''Park Bulvar'' AVM-in təşkilatçılığı ilə yazıçının imza günü keçiriləcək. Söhbət ''Son məktub'' romanından gedir. Qeyd edək ki, oxucular romanın yolunu böyük səbirsizliklə gözləyirlər. Çünki ''Hələ də əsl sevginin varlığına inananlar üçün'' başlıqaltısı ilə çıxacaq ''Son məktub'' real faktlara əsaslanan müdhiş bir sevgi dramıdır.
2013-12-13
4,061
İnstitut direktoru işdən qovuldu, prokurorluğa verildi
Bəzi hallarda vətəndaşlar həqiqətən həmin təhsil müəssisəsində dərslərə gələrək, imtahan sessiyalarında iştirak edib və dövlət imtahanı verərək diplom alıblar. Eyni zamanda, Kəlbəcər rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərin bir hissəsinin təhsil sənədlərinin yoxlanılması zamanı AMİ-nin Gəncə filialı tərəfindən verilmiş dövlət nümunəli olmayan diplomlar aşkar edilib. "Axar.az" Təhsil Nazirliyinin saytında verilən məlumata istinadən xəbər verir ki, qeyd olunan faktların ciddiliyini nəzərə alaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 noyabr 2013-cü il tarixli 899 nömrəli əmrinə əsasən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının tədris və maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılıb. Yoxlama nəticəsində filialda ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilb, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilib. Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib. AMİ-nin Gəncə filialının fəaliyyətində aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Respublika Baş Prokurorluğuna göndərilib.
2013-12-13
4,062
Lavrov və Eşton Ukraynanı müzakirə edəcəklər
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton Brüsseldə Ukraynadakı hadisələri müzakirə edəcəklər. Görüş dekabrın 16-da baş tutacaq. Bildirilir ki, görüşdə İranın nüvə proqramı, Suriyadakı vəziyyət, Vilnüsdə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Sammitinin nəticələri, Rusiya və Aİ vətəndaşları arasında viza rejimi, enerji sahəsində əməkdaşlıq da müzakirə olunan mövzulardandır.
2013-12-13
4,063
Şəhriyar Məmmədyarov erməniyə qalib gəldi
Azərbaycanlı şahmatçı Pekində sürətli şahmat üzrə keçirilən beynəlxalq turnirdə növbəti qələbə qazanıb. Çinin paytaxtı Pekin şəhərində Ümumdünya İntellekt Oyunları çərçivəsində keçirilən sürətli şahmat üzrə turnirdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov erməni rəqibi Levon Aronyanı məğlubiyyətə uğradıb. 5-ci tur çərçivəsində keçirilən oyun 39-cu gedişdə Aronyanın mat olması ilə nəticələnib. 5 oyunda 3 qələbə qanana Məmmədyarov liderlər qrupunda yerini möhkəmləndirib. Xatırladaq ki, 28 yaşlı şahmatçımız artıq bir dəfə bu turnirin qalibi olub.
2013-12-13
4,064
Cavanşir Məmmədovun 1 saatlıq əsəbi neçəyədir – Qərar
"Bundan sonra mənimlə müsahibə götürmək istəyən jurnalistlər pul ödəməlidir". Bu sözləri əməkdar artıst Cavanşir Məmmədov "Axşam.az"a açıqlamasında deyib. Müğənninin sözlərinə görə, zəng vuran jurnalistlər ona yersiz suallar verirmişlər, yorurmuşlar, qalmaqal yaradırmışlar. Buna görə də müğənni qərara alıb ki, bundan sonra yersiz suallara cavabı pulla versin. Qiymət isə belədir: 1 saat üçün 100 manat. Demək, C.Məmmədov yersiz suallardan qaçmır, yersiz suallara yerli cavabını 100 manatla ölçür. Əslində, yüz manat da eləmir. Çünki əməkdar artist müsahibə üçün hesabına köçürüləcək pulun 32 faizini (niyə məhz 32?) ona "yersiz suallar" verəsi jurnalist üçün ayırmağı planlaşdırır. Beləliklə, Cavanşir Məmmədovub 1 saatlıq əsəbi və yersiz suallara cavab verməsinin doğru-dürüst qiymətini özü 68 manat olaraq müəyyənləşdirib.
2013-12-13
4,066
Dünən ölkədə 53 cinayət olub
Dünən Azərbaycanda gün ərzində 53 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, qeydə alınmış cinayət faktlarından 20-si "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Bununla yanaşı daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib ki, bunun da nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
2013-12-13
4,067
Azərbaycanda abortlar cinayət sayılsın - Təklif
Azərbaycan Milli Məclisində ölkədə cinsi seleksiyanın (seçmənin) qadağan olunmasının müzakirəyə çıxarılması planlaşdırılır. Parlamentdən verilən məlumata görə, bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna, eyni zamanda müvafiq olaraq Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə maddələrin salınması təklif olunur. Əlavələrə görə, Azərbaycanda uşağın ana bətnində cinsiyyəti məlum olduqdan sonra cinsinə görə abortlar qadağan ediləcək. Səbəb son vaxtlar qız uşaqlarının abort edilməsi və bunun da demoqrafik statistikaya ciddi təsir göstərmə təhlükəsidir. Məsələ ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov açıqlamasında bildirib ki, o bu təklifin başlıca tərəfdarlarındandır: "Hətta mən deyərdim biz bu məsələdə gecikmişik. Çünki əhali sayında cinsi nisbətin kəskin fərqlənməsi cəmiyyətdə bütün sferalarda elə fəsadlar yaradır ki, bunun həm qarşısını almaq çox çətin olur, həm də genofonda, etnik məsələlərə də ciddi təhlükə yaradır. Belə davam etsə, ölkədə ciddi qız çatışmazlığı yaranacaq. Son 2 ilin göstəricisinə əsasən, ölkədə doğulan uşaqların 46 faizini qızlar təşkil edib ki, bu rəqəm ildən-ilə daha da azalır. Səbəb də əsasən qız uşaqlarının cinsi məlum olan kimi valideynlər tərəfindən abort edilməsidir". R. Cəbrayılov bildirib ki, növbəti sessiyada təklifi layihə formasında Milli Məclisi təqdim etməyi planlaşdırırlar (apa).
2013-12-13
4,068
Rəqəmsal yayıma keçidin vaxtı bilindi - Rəsmi
Əhalinin dekoderlə təmin olunması üçün Prezidentə müraciət ünvanlanıb. "Axar.az"ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib. O bildirib ki, ABŞ, Yaponiya, Cənubi Şərqi Asiya və Avropa İttifaqına üzv olan ölkələrdə rəqəmsal yayıma keçid artıq başa çatıb: "Azərbaycan da daxil olmaqla MDB ölkələrində 2015-ci ildə rəqəmsal yayıma tam keçilməsi nəzərdə tutulur. Lakin Azərbaycanın iqtisadi və texniki imkanları bizə imkan verir ki, bunu daha qısa bir vaxt ərzində reallaşdıraq. Rəqəmsal yayıma keçiddə əsas problem əhalinin aztəminatlı hissəsinin buna nə dərəcədə hazır olub-olmamasıdır". Q.Cəbiyev qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə hazırda ölkəmizdə 132 min aztəminatlı var: "Həmin ailələrin rəqəmsal yayıma keçidlə bağlı dekoder çevirici cihazları ilə təmin olunması üçün Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Bu məsələ həll edildikən sonra Azərbaycanda rəqəmsal yayıma keçid baş tutacaq".
2013-12-13
4,069
Qəza keçirən jurnalistin taleyi on günə bəlli olacaq
Noyabrın 1-də səhər saatlarında jurnalist Sahib İslamovu Xocasən qəsəbəsində "Jiquli" markalı avtomobil vurub və həmkarımız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. "Axar.az" olaraq, 1 saylı Klinik Xəstəxanasında 16 gün qabaq reanimasiya şöbəsindən palataya yerləşdirilən Sahib İslamovun səhhəti ilə maraqlandıq. Jurnalist həmkarımızın qayınatası Şıxəli Mirzəyevin "Axar.az"a dedi ki, həkimlərin dediyinə görə, on gün ərzində hər şey bəlli olacaq: "Sahib iyirmi günə yaxındır ki, palataya köçürülüb. Hələ də şüursuz vəziyyətdə olaraq qalır. Hal-hazırda səhər yeməyini yedirtmişik, yatıb. Səhhətindəki irəliləyiş demək olar ki, sıfır səviyyəsindədir. Həkimlərin dediyinə görə, on gün ərzində hər şey bəlli olacaq".
2013-12-13
4,070
Kollecdə tələbə biletinə görə pul yığılır
"Əgər bir nəfərə tələbə bileti verilməsə, mən öz başımla cavab verərəm". "Axar.az"ın aldığı xəbərə görə, Binəqədi rayonunda yerləşən Bakı Humanitar Kollecinin tələbələrinə tələbə bileti hələ də verilməyib. Tələbələrin dediyinə görə, gecikmədə əsas səbəb bu il tələbə biletləri üçün pul yığılmasına "yuxarılardan" qadağa qoyulması olub: "Hər il tələbə təqaüd kartı və tələbə bileti üçün pulsuz oxuyanlardan 12, pulla oxuyanlardan 2 manatdan pul yığırdılar. Bu ilin əvvəlində bu pulları yığmışdılar. Amma sonra nə oldusa, yığdıqları pulları qaytardılar. Tələbə təqaüd kartını versələr də, tələbə biletini hələ vermirlər". Tələbələr həmçinin kollecdə imtahanlar öncəsi kurs rəhbərləri tərəfindən sinif nümayəndəsi vasitəsilə imtahanlara görə pul yığıldığını da bildiriblər. Onların sözlərinə görə, pul verməyib imtahandan özü keçmək istəyən şəxsə isə imtahanda çətinlik yaradılır. Məsələ ilə əlaqədar kollecə müraciət etdik. Şöbə müdiri Talıb Zülfiyev hər kəsə tələbə bileti verildiyini dedi: "Məsul şəxs kimi, şöbə müdiri kimi təminat verirəm: əgər bircə nəfərə tələbə bileti verilməsə, mən öz başımla cavab verərəm". Bununla yanaşı o, tələbə bileti ilə bağlı problemin qaldığını da söylədi: "Qiyabi şöbəyə qəbul olunanlar indi sessiyaya çağırılıblar. Bəlkə də onlar ala bilməyiblər. Ancaq indi onlar da veriləcək. Əyani şöbədə oxuyanlara isə, bir milyon faiz deyə bilərəm ki, tələbə biletləri verilib". Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə ona ünvanlandığımız sualları sorğu şəklində yollamağımızı istədi. O, müəllimlər qurultayı ilə əlaqədar çox məşğul olduqlarını və qısa zaman ərzində sorğuya cavab verəcəyini qeyd etdi.
2013-12-13
4,071
Əli Kərimli qərar dəyişikliyindən danışdı
Milli Şura dekabrın 15-də keçiriləcək mitinqin vaxtını dəyişib. "Axar.az" saytı xəbər verir ki, bunu "Facebook" hesabında Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli yazıb. Partiya lideri qeyd edib ki, Milli Şuranın qiymət artımına etiraz mitinqi "İnşaatçılar" metro stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda əvvəl elan olunduğu kimi 16-da deyil, 14-də başlayacaq: "Mitinq saatının dəyişdirilməsi paytaxtın icra hakimiyyətinin bizə yaratmaq istədiyi maneədir. Lakin bizim indi əlavə mübahisələrə vaxtımız yoxdur. Mitinqin yeni vaxtını hamıya çatdırmaq lazımdır. Əsas odur ki, heç bir qarşıdurmaya bəhanə vermədən, qiymət artımına kütləvi etirazı təşkil edək. Nəhayət, hakimiyyət anlamalıdır ki, hətta "dözümlü xalq"ın da dözümünün həddi var".
2013-12-13
4,072
Əlağa Vahidin Bağırova yazdığı şeir tapıldı
Çox ərizə yollamışam Baksovetə Evimi görsə naxırçı, deyər, samanlıqdır, Havası yox, həmi nəmdir, həmi qaranlıqdır. Divarda ağcaqanadlar, yer üstə taxtabiti, Hücuma bax gecələr, gör nə hökmranlıqdır. Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə, İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır. Çox ərizə yollamışam Baksovetə, Raysovetə, Gözləməkdir işim, məsələ dumanlıqdır. Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq, Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır. (baymedia.az)
2013-12-13
4,073
İsa Qəmbər Maydanda çıxış edəcək
Azərbaycan ana müxalifət partiyaları Ukrayna müxalifətinə dəstək üçün bu ölkəyə səfər məsələsinə fərqli yanaşır. Ukraynada avrointeqerasiya tələbi ilə keçirilən aksiyaların geniş vüsət alması dünyanın diqqət mərkəzini bu ölkəyə yönəldib. Elə bu səbəbdən də MDB ölkələrinin müxalifət liderləri birbaşa Maydana gələrək Ukrayna xalqına və müxalifətinə həmrəyliklərini nümayiş etdirirlər. Gürcüstanın sabiq prezidenti Vahid Milli Hərəkat Partiyasının lideri Mixail Saakaşvili, Moldovanın sabiq baş naziri Vlad Filatin və Tacikistanın Sosial Demokrat Partiyasının sədri Rahmatullo Zoyirov Maydana gələn müxalifət liderlərindəndir. Bəs Azərbaycan müxalifət liderlərinin Ukraynaya hər hansı bir səfəri gözlənilirmi? Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı, partiya sədri İsa Qəmbərin yaxın vaxtlarda Ukraynaya səfər edəcəyini bildirdi: "Ukraynadakı proseslər başlayan gündən Müsavat Partiyası Divanda bu məsələləri müzakirə edib və Ukrayna xalqının haqlı tərəflərini müdafiə etdiyini bildirib. Eyni zamanda da Müsavat Partiyasında ora getmək məsələsi müzakirə olunub. Bununla əlaqədar olaraq Ukraynada olan təmsilçilərimizlə danışıqlar gedir. Müvafiq şərait yaranan kimi partiya rəhbərliyindən ora getmək planlaşdırılır. Yəqin ki, sizə də məlumdur ki, 2004-cü ildə Ukraynada "Narıncı inqilab" baş verən zaman Azərbaycan müxalifətindən yalnız İsa Qəmbər Ukrayana gedib Maydanda çıxış eləmişdi. Bir daha onu da deyim ki, qarşılıqlı müzakirələr gedir və bunlar yekunlaşan kimi Müsavat Partiyasının rəhbəri ora gedəcək". AXCP sədrinin müavini Fuad Qəhrəmalı isə indiki məqamda Ukraynaya səfər etməyi məqbul hesab etmir: "Qeyd edim ki, AXCP və onun təmsil olunduğu Millin Şura Ukraynadakı məslələrlə bağlı bəyanat yayıb və Ukrayna xalqına dəstəyini bildirib. Hesab edirəm ki, bu gün üçün Ukrayna xalqına siyasi və mənəvi həmrəylik kifayətdir. Həm də proseslərə dəstək olmaqçün birbaşa Ukraynaya səfər etməyi məqbul hesab etmirik. Bundan baqşa Milli Şuranın mövqeyini həmin ölkədə səfərdə olan Eldar Namazovun Ukrayna müxalifət nümayəndələri ilə görüşündə qarşı tərəfə çatdırmışıq".
2013-12-13
4,074
Prezident Dədə Qorqud parkının açılışında
Dekabrın 13-də Bakıda Dədə Qorqud parkının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərhum prezident Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" Fərman imzalamışdı. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" 2007-ci il 2 aprel tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə həmin Fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb. Parkın mərkəzində "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb. Abidənin müəllifi Əməkdar Rəssam, heykəltəraş Görüş Babayevdir. Dövlətimizin başçısı əvvəlcə Azərbaycanın elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev mərasimdə çıxış edib. Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdullayev və Xalq Rəssamı Görüş Babayev çıxış edərək dövlət başçısına minnətdarlıqlarını çatdırıblar. Azərbaycan Prezidenti abidənin üzərindəki örtüyü götürüb. Sonra xatirə şəkli çəkdirilib. Daha sonra dövlət başçısı və tədbir iştirakçıları parkda yaradılmış şəraitlə tanış olublar. Parkın 6 hektarlıq ərazisinin yarısında göl yaradılmışdır. Bu nadir gölün inşasında ən son yeniliklərdən istifadə edilib. Quraşdırılan texnologiyaların müasirliyinə və mürəkkəbliyinə görə belə bir göl ilk dəfə Azərbaycanda istifadəyə verilir. Parkda müasir şəlalə yaradılmış, gəzinti üçün körpülər inşa edilib. Dövlətimizin başçısı parkda yaradılmış şəraitdən razılığını bildirib.
2013-12-13
4,075
Yadplanetlinin ekspertizası hər kəsi şoka saldı - Video
1996-cı ildə Rusiyada tapılmış yadplanetli məxluqun tibbi ekspertizası görənləri heyrətə qərq edib. 1996-cı ildə Rusiyada meşəlik sahədə qəzaya uğrayaraq parçalara ayrılan "UNO"nu müşahidə edən rus ordusu yaşanan hadisəni dünyanın diqqətinə çatdırıb. Qəzaya aid yalnız bir fotoşəkil tapıldığı üçün illərlə gerçək olub-olmadığı müzakirə mövzusu olan hadisəylə bağlı illər sonra yeni bir video tapılıb. Bu görüntüləri illər sonra ələ keçirib dünya ilə paylaşan rus mediası, yenidən mövzunu gündəmə gətirib. Amerika mediasının bu görüntülərin saxta olduğunu iddia etməsinə baxmayaraq, rus mütəxəssislər görüntünün gerçək olduğunu düşünür. Xarici mətbuat isə rus media orqanlarının son dövrdə yadplanetlilərlə bağlı xəbərlərə "ağırlıq" verməsinə diqqət çəkir. Xüsusilə "Pravda" qəzetinin ötən aylarda bir qrup elm adamının yadplanetlilərlə təmasa keçdiyini iddia etməsi, dünya mətbuatında əks-səda yaratmaqla yanaşı, bu görüntülərin təkrar nə üçün gündəmə gətirildiyi sualına hələ də cavab axtarılır. Başqa planetdən gəldiyi iddia edilən və canavara bənzəyən varlığın istifadə etdiyi uçan boşqabın dağıntıları gürcüstanlı Vasili Dubinşev adlı 43 yaşında bir kəndli tərəfindən tapılıb. V.Dubinşev rus polisinə verdiyi ifadədə, səhər saat 6-da traktorla tarlaya gedərkən birdən-birə səmada bir səs-küy eşitdiyini və yuxarıya baxdıqda 120-150 metr yüksəklikdə hərəkətsiz dayanan bir uçan dairə gördüyünü bildirib. Uçan dairənin ətrafı yaşıl, sarı və qırmızı işıqlarla çevrələnmiş bir halda olub. Hadisədən təşvişə düşən kəndli, uçan dairənin havada nə qədər qaldığını müəyyən edə bilməyib. Sonra birdən-birə "UNO"nun sürətlə irəlilədiyini və bir an sonra yolun dönüşündəki kiçik təpənin arxasından bir partlama səsi eşitdiyini deyib. Dubinşev ifadəsinə belə davam edir: "Dərhal traktoru partlama yerinə doğru sürdüm. Uçan dairənin geniş bir sahəyə dağılan parçaları təpənin ətrafında idi. Parçalar ağ rəngdə idi. Dərhal polisə xəbər verdim". Polis hadisə yerində etdiyi araşdırmalar nəticəsində kiçik təpəyə yaxın meşənin içində ölü bir varlıq tapmışdı. Bu insandan çox sürünən canavara bənzəyən cansız gövdə dərhal nəzarətə alınmışdı. Bundan əlavə qəza yerindəki hissələr və torpaq üzərindəki toz qalıqlarının bir qismi toplanmışdı. Varlığın boyu 132 sm-dir. Görkəmi az da olsa, insanı xatırladır. Boyu çox qısa, kirpikləri və gözləri isə yumrudur. Başında tük yoxdur. Burun kiçik bir dəlikdən ibarətdir. Ağızı kiçik və yumşaqdır. İki qulağı var. Dərisi qırmızı-qəhvəyi rənglidir. Bütün bədənini incə və mavi damarlar örtüb. Tapıldığı vaxt varlığın üzərindəki geyimlər yanmışdı. Bəlkə də varlıq, "UNO" partlamadan öncə özünü çölə atıb. Tapılan varlığın hüceyrə quruluşunda karbon mövcud deyil. Lakin bədəndə aşkar olunan bol miqdarda silikon alimlərin diqqətini çəkib. Dəri quruluşu isə bol miqdarda azot və helium sovurmaq üçün uyğundur. Elm adamları bu xüsusiyyətdə olan bir varlığın 1000 dərəcə istilikdə belə yaşaya biləcəyini təxmin edir. Elmi araşdırmaları icra edən doktor Fyodor Petrov varlığın yer üzündən daha isti bir planetdən gəldiyi qənaətindədir.
2013-12-13
4,076
İsrail Gömrük İttifaqı ilə müqavilə imzalayır
İsrail Gömrük İttifaqı ilə azad ticarət zonasının yaradılması haqqında müqavilə imzalayacaq. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə İsrailin baş naziri Aviqdor Liberman çıxış edib. Baş nazir yeni müqavilənin üç ölkə - Rusiya, Qazaxıstan və Belarusiya ilə imzalayacaqlarını söyləyib: "2014-cü ildə artıq Rusiya və Gömrük İttifaqına daxil olan iki ölkə ilə azad ticarət zonası haqqında sənədlər imzalanıb tam hazır olacaq".
2013-12-13
4,077
Əhalinin banklara 750 milyon manat borcu var
Azərbaycan banklarında kredit faizlərinin həcmi Avropa banklarına nisbətdə 5-6 dəfə daha çoxdur. Bu problem uzun müddətdir aktual olsa da, hələ öz həllini tapmayıb. İqtisadçı Vüqar Bayramov bu məsələnin səbəbini və həlli yollarını "Axar.az"a danışdı. Təbii ki, bunun müxtəlif səbəbləri var. Avropada faiz dərəcələrinin aşağı olmasına baxmayaraq, orda eyni zamanda depozitə də faiz dərəcələri aşağıdır. Əgər Azərbaycanda bu rəqəm 10% təşkil edirsə, Avropada 2%-dir. Və depozitləri aşağı faizlə vermək kreditin də aşağı faizlə verilməsinə şərait yaradır. Azərbaycanda kommersiya banklarının cəlb etdiyi vəsaitlər bahadır. Onlar vəsaitlər cəlb edən zaman adətən vasitəçilər yararlandıqları üçün bu, onlara baha başa gəlir. Banklar qısa zamanda çox gəlir əldə etməyə çalışır və bu da kreditlərin həcminin böyüməsinə gətirib çıxarır. Hazırda Azərbaycanda verilən və geri qaytarıla bilməyən kreditlərin həcmi 750 milyon manata yaxındır. Yüksək kredit onun geri qaytarıla bilməməsinə gətirib çıxarır. Azərbaycan MDB-də kredit faizlərinin yüksəkliyinə görə ilk 3-lüyə daxildir. Azərbaycan birmənalı şəkildə çalışmalıdır ki, kredit faizlərini aşağı endirsin. Dövlətin kommersiya banklarının müəyyənləşdirdiyi faiz dərəcələrinə birbaşa təsir etmə hüququ yoxdur. Amma Mərkəzi Bank dolayı olaraq kommersiya banklarının faiz dərəcələrinə təsir göstərə bilər. Kommersiya banklarının cəlb etdiyi vəsaitlərin tərkibində Mərkəzi Bankın mərkəzləşdirilmiş kredit resursları cəmi 7%-dir. O, bu resursların sayını artırmaqla kommersiya banklarının cəlb etdiyi vəsaitə nisbətən ucuz olmasına səbəb ola bilər. Və bu mərkəzləşdirilmiş kreditləri kommersiya banklarına yönəltməklə, praktiki olaraq kommersiya banklarının daha ucuz kredit verməsinə səbəbkar ola bilər. Eyni zamanda Mərkəzi Bank tövsiyə xarakterli fəaliyyətlər həyata keçirə bilər. O, depozit faizlərinin aşağı salınmasına nail olmalıdır ki, öz növbəsində kommersiya banklarında kredit faizləri də aşağı düşsün.
2013-12-13
4,078
Əmrahın oğlu işdən qovuldu - Fotolar
Müğənni Əmrahın oğlu Tayfun müsahibə verdikdən sonra minimum məvaciblə işlədiyi şirniyyat evindən qovulub. Dünən məşhur türk müğənnisi Əmrahın Bursada bir şirniyyat evində ofisiant işlədiyini ortaya çıxaran "Polemika" qəzetinin bu xəbəri maqazin gündəminin ən çox oxunan xəbəri olmuşdu. Çıxan xəbərdən sonra Tayfun Ərdoğanın üç aydır minimum məvaciblə işlədiyi şirniyyat dükanından çıxarıldığı bildirilib. Tayfun Ərdoğan isə bu haqda danışmaq istəmədiyini deyib. Verdiyi müsahibədə atasını "Hal-hazırda mənə atalıq etmir" kimi cümlələrlə tənqid edən və görüşmədiklərini bildirən Tayfun Ərdoğan isə işdən qovulandan sonra bu haqda danışmaq istəmədiyini deyib. Əmrahın, "pul istəməsin" deyə bu il oğluna sənəd imzalatdırdığı da iddia edilib. Qeyd edək ki, Əmrahın 23 il əvvəl Bursa konsertində tanış olduğu Ebru Çolakdan bir oğlu olmuş, lakin bunu qəbul etməmişdi. Ancaq DNT testləri nəticəsində Tayfunun müğənninin oğlu olduğu sübut olunmuş və məhkəmə Əmrahın oğluna həyatı boyunca aliment ödəməsi qərarını vermişdi.
2013-12-13
4,079
Ramil Səfərovun maşını ilə fotosu yayılıb
"Axar.az" xəbər verir ki, foto bu gün sosial şəbəkələrdə paylaşılıb və geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, Azərbaycana ekstradisiya edilib prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılan mayor Səfərov haqqında artıq uzun müddət idi ki, heç bir məlumat yox idi. Son olaraq mətbuatda onun ata olmağa hazırlaşması ilə bağlı xəbərlər yer almışdı ("Qafqazinfo").
2013-12-13
4,080
Rus hərbi bazasında erməniləri işə qəbul edirlər
Rusiyaya hədiyyə edilmiş Erebuni hava limanında Ermənistan vətəndaşlığı olan şəxslərin çalışmasına icazə verilib. "Axar.az"ın erməni mediasına istinadən verdiyi məlumata görə, artıq bununla əlaqədar ilk olaraq mülki şəxslər işə götürülüblər. Ümumiyyətlə, hərbi bazanın Rusiyaya aid olduğuna görə əslində heç bir yerli vətəndaşın burada işləyə bilməyəcəyi qərarlaşdırılmışdı. Ancaq artıq bir neçə müddətdir ki, Erebunidə mülki şəxslərin də işə götürülməsinə başlanılıb. Hərbi bazanın komandiri polkovnik Aleksandr Petrovun da bundan şəxsən xəbəri olduğu qeyd edilir. Bildirilir ki, qısa zaman ərzində erməni zabit və əsgərlərinin də tezliklə rus hərbi bazasında təlim keçməsinə başlanılacaq. Təlimlərdə iştirak üçün rəhbərliyin bir az tərəddüd etdiyi, amma işlərin dayanmadığı söylənilir. Qeyd edək ki, Erebuni hava limanı İrəvanda yerləşir. Hava limanı Vladimir Putinin səfəri ərəfəsində Rusiyaya hədiyyə edilmişdi. Məhz bundan sonra Erebuniyə yeni 18 hərbi vertolyot gətirilmişdi. Bir müddət əvvəl Ermənistan mətbuatına müsahibə verən hərbi bazanın komandiri burada erməni vətəndaşlarının işləyəcəyini də istisna etməmişdi və artıq proses başlayıb.
2013-12-13
4,081
Bakıda yeni istirahət məkanı - Foto
Dekabrın 13-də Bakıda Dədə Qorqud parkının açılış mərasimi olub. Yeni parkdan görüntüləri təqdim edir. Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" Fərman imzalayıb. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" 2007-ci il 2 aprel tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə həmin Fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb. Parkın mərkəzində "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb. Abidənin müəllifi heykəltəraş Görüş Babayevdir (Trend).
2013-12-13
4,082
Qobustan həbsxanasında heroinli toyuq - Foto
Qobustan həbsxanasında saxlanılan Nazim Qafur oğlu Feyzullayevin yanına görüşə gələn qohumu Roman Musayeviç Hüseynovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman toyuq budunun içərisində yerləşdirilərək gizlədilmiş ümumi çəkisi 0,258 qram olan narkotik maddə - "Heroin" aşkar edilərək götürülüb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi bununla bağlı xəbər yayıb. Qeyd olunur ki, məhkum Nazim Feyzullayev 1975-ci il təvəllüdlüdür, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9 maddələri ilə təqsirli bilinərək, 15 il müddətinə həbs olunub. Fakt üzrə araşdırma aparılır.
2013-12-13
4,083
Faiq Ağayev: “Ürəyimə və cibimə müdaxilə etməyin”
Daha çox öz sənəti və musiqiləri ilə məşhur olan bir çox müğənnilər və aktrisalar həm də xeyriyyə işləri ilə dünyanın diqqət mərkəzindədirlər. Məsələn, Hollivudun məhşur kinoulduzu Ancelina Coli ən çox yardım edən tanınmışlardan biridir. O, hər il münaqişə bölgələrinə baş çəkir, Afrika və başqa yoxsul ölkələrdə yaşayan insanlara yardım edir. Hətta aktrisa bir necə kimsəsiz uşağı övladlığa götürüb. Məşhur müğənni Rihanna isə doğulduğu Barbadosda bir xəstəxanaya 1.7 milyon dollarlıq yardım edib. Bundan sonra bildirib ki, bu, ölkəmə vəfa borcumu ödəmənin bir yoludur. Müğənni Selena Qomez də dünyada ən çox xeyriyyə işləri ilə məşğul olan ulduzdur. Yaxınlarda o UNİSEF-ə böyük miqdarda pul verib, ancaq pulun miqdarını açıqlamayıb. Daima qalmaqalla yadda qalan Ledi Qaqa qəribə görünsə də, indi müsəlmanlara yardım edir. Bununla yanaşı o, Sendi qasırğasından zərər çəkənlərə 1 milyon dollar yardım edib. Bəs görəsən Azərbaycanda necə, müğənnilər xeyriyyə işləri ilə məşğul olurlarmı? Bu sualla da müğənnilərdən bir çoxuna müraciət etdik və belə bir mənzərə ortaya çıxdı. Cavabları şərh etmədən və olduğu kimi də təqdim edirik. Heç vaxt şəxsi pulumdan xeyriyyə üçün istifadə etməmişəm Azərbaycanın Xalq artisti Flora Kərimova sonuncu dəfə 2-3 ay bundan qabaq xeyriyyə tədbirlərində iştirak etdiyini bildirdi: "Hardan zəng vururlarsa, ora da gedirəm. Əgər uşaqlar üçün xeyriyyə tədbiri keçirilirsə, tədbirin harada keçirilməsi barədə heç bir sual vermirəm. Mən onların bir anlıq sevincinə səbəb oluramsa, niyə də olmasın?" Flora xanım əlavə etdi ki, o heç vaxt şəxsi pulundan xeyriyyə üçün istifadə etməyib: "Onsuz da mənim 3-5 manatım heç bir problemi həll etməyəcək. Bir də xeyriyyə tədbirlərindən əldə edilən pulların kimsəsizlərə yardım üçün istifadə olunduğuna da inanmıram. Buna özüm şahid olmuşam, uşaq evlərinə heç nə çatmır, onların adından istifadə edirlər. Mənim o konsertlərə getməyimə gəlincə, sadəcə, vəzifə borcumu yerinə yetirirəm. Amma son zamanlar daha çox şübhə ilə getməyə başlamışam". Müğənni Xumar Qədimova ehtiyacı olan, ana qayğısından məhrum uşaqlara tez-tez baş çəkdiyini, onlara yardım etdiyini bildirdi: "Mən kimsəsiz uşaqlara yardım etməklə yanaşı, həm də xeyriyyə konsertlərində iştirak edirəm. Bu mövzular həmişə diqqətimdə olub. Amma bu barədə danışmağı sevmirəm. Edilən xeyriyyə işləri barədə danışmaq doğru deyil. Tək onu deyə bilərəm ki, sonuncu dəfə etdiyim yardım üç gün bundan qabaq olub". Mənim nə sexlərim, nə də dükanlarım var… Xalq artisti Mübariz Tağıyev isə bu cür yardımlaşmalarda iştirak etmək istədiyini, lakin maddi durumunun buna imkan vermədiyini bildirdi: "Mən də bu cür yardımlarda iştirak etmək istəsəm də, təəssüf olsun ki, maddi imkanlarım buna imkan vermir, öz aylıq ehtiyaclarımı çətinliklə ödəyirəm. Mənim nə sexlərim, nə də dükanlarım var. Bir də yardım etmək təkcə ondan ibarət deyil ki, kiməsə maddi nəsə verəsən, bəzən diqqət belə ən böyük yardım ola bilər". Uzun müddətdir ki, efirdə görünməyən Akif İslamzadə isə təəssüfləndi ki, 140 manat gəliri ilə bu cür xeyirxah işlərdə iştirak edə bilmir: "Özüm 140 manat pul alıram. Təəssüf olsun ki, bununla heç bir xeyriyyə işlərində iştirak etmək mümkün deyil. Amma çox gəlirim olsaydı, məmnuniyyətlə iştirak edərdim". Elədiyini demək ən böyük qəbahətdir Xalq artisti Faiq Ağayev isə etdiyi bu əməlləri dilə gətirməyi düz hesab etmir: "Mən bu cür sualları cavablandırmağı düz hesab etmirəm və etdiyini deməyi o qədər çirkin sayıram ki, bu barədə danışmaq belə istəmirəm. Əgər kimsə bu barədə danışırsa, bunu reklama görə edir. Bütün media mənsublarından da xahiş edirəm ki, mənim ürəyimə və cibimə müdaxilə etməsinlər."
2013-12-13
4,084
X.İsmayılqızı: “Bilsəydim, arzularım məni bu vəziyyətə salacaq…”
Bu xanımda daima bir kübarlıq müşahidə etmişəm. Adama elə gəlir ki, bu xanım dünyanın ağ rəngə boyanmış, xoşbəxt çalarlarla əhatələnmiş küncünün sakinidir. Şeirlərində qəribə bir musiqi var, heç bir nota sığmayan zəriflik və sadəliklə yoğrulan musiqi... Xoşbəxt görünür, xoş aurası var. İlk baxışdan arzularının hamısının gerçəkləşdiyi hiss olunur. Görəsən bu, doğrudanmı belədir? Onu "Axar.az"ın "Gerçəkləşməyən arzular" lahiyəsində sorğu-suala, söhbətə çəkdim. Fb–də gerçəkləşən bu söhbətin müsahibə olduğunu ona sezdirmək istəmədim. Özü hiss edənə qədər köhnə tanışlar kimi danışıb, hal-əhval tutdum. Təb gözlənilməz qonaq kimidi - Salam, doğma şairim, bəstəçim, necəsiz? - Yaxşıyam. Sən necəsən, əziz dost... - Mən o vaxt pis oluram ki, ruhumu qidalandıran nəsə tapa bilmirəm. Sizə "sağ ol" düşür, arada şeirlərinizi oxuyuram, yaxşı oluram. Yaradıcılığınız nə yerdədir? - Musiqi istirahət, şeir fəqan edir. Elə mən də sənin kimiyəm. Ruhun qidası olmayanda xəstəhal oluram. - Demək kefiniz, ruhunuz xoş olanda pianonun arxasına, qüssə, qayğı gələndə yazı masasının arxasına keçirsiz? - Yox, ruhumun xoş olmasının musiqiyə, şeirə aidiyyatı yoxdu. Nədənsə son vaxtlar poeziyanın "əlindəyəm"... - Bəs yaradıcılıqla nə vaxt məşğul olursuz? - Nə vaxt yaxalansam... Bunun vaxtı, saatı yoxdu. Gecə də olur, səhər də olur, axşam da… - Bəs bu yaxanı "ələ vermək" günün ən çox hansı vaxtlarına təsadüf edir? - Onu dəqiq deyə bilməyəcəyəm. Mahnıları adətən axşamlar yazdırıram. Amma şeir hər vaxt olur, onun zamanı yoxdur. Təb gözlənilməz qonaq kimidi, qonağasa qapım hər zaman açıqdı. Altıncı hissin diqtələrindən hüceyrələrim dəyir bir-birinə... - Qonaqpərvərsiz? - Adam baxımından deyə bilmərəm, amma təb baxımından hə... Musiqi ilə şeir dostlarımdı. Onlarla darıxmıram. Son vaxtlar nə qonaq gedirəm, nə də qonaq qəbul edirəm, təkliyə çəkilmişəm. - Demək, bizim hörmətli Xanımımızın qəlbinin qapısı təbin üzünə açıqdır, o istədiyi vaxt buyura bilər. Amma adamların qonaq gəlməsini isə imkanı olsa seçimlə edər… - Təbii ki, qonaq seçimlə olur. Çünki o qədər həssasam ki, pis impulslardan, neqativ auradan tez yaralanıram. Özümə gəlməyim də uzun çəkir. Havadan nəm çəkənəm. - Xanım, deyin, bu an altıncı hissiniz oyaqdır? Oyaqdırsa, sizə nə diqtə edir? - Altıncı hissin yatan vaxtı var ki... Yatsaydı, dincələrdim... Yuxuda da o hiss məndə oyaq qalır. Altıncı hissin diqtələrindən hüceyrələrim dəyir bir-birinə... Faiq, sən deyəsən müsahibə alırsan məndən, hə? Bilsəydim ki, arzularım məni bu vəziyyətə salacaq - Hə altıncı hissiniz oyaqdır, hiss olundu. Bu bir lahiyədir. "Gerçəkləşməyən arzular". Çalışıram, müsahibim bilməsin, ondan xəbərsiz söhbətə tuturam. İndi yenə qayıdaq suallara… Hansı arzularınız vardı? - Nə arzu edirdimsə, o arzularıma çatmışam. Arzu edirdim ki, yazıçı olum, şair oldum. Arzu edirdim ki, musiqiçi olum, bəstəkar oldum. Arzu edirdim ki, oğlum-qızım olsun. Oldu. Arzu edirdim ki, valideynlərimin başını uca edim, etdim… Amma bilsəydim ki, arzularım məni bu vəziyyətə salacaq, bəzilərini heç arzu etməzdim. - Yazıçı qızı olmağınız yazıçı olmaq arzularınıza əsas verirdi, yoxsa yazıcı olmaq öz istəyiniz idi? - Əslində nəslin, kökün üstündə duran ağac möhkəm olur. Amma atam (yazıçı İsmayıl Qarayev. Red.) yazıçılığıımı, ədəbiyyata marağımı daha da dərinləşdirib. Düzdür, atam ədəbi mühitdə olmağımı heç istəmirdi və hər vəchlə buna mane olurdu. Təəssüfmü deyim, yaxşımı, bilmirəm, amma atamın istəyi alınmadı, onun istəyinin əksinə getdim. - Demək sizin yazar olmaq arzunuz gerçəkləşdi? - Bəli… Dünyanı dərk edən vaxt valideyin itkisi faciədir - Atanızın arzusunun əleyhinə getməniz narahat etmir ki, sizi? - Yox, amma onun bu istəyinin səbəbini anlayıram. Bu qəliz mühitin çətinliklərini gördüyündən, mənim dözüm gətirə bilməyəcəyimi düşündüyündən idi bu istəyi... O bilsəydi ki, mən bu qədər inadkar, güclü olacağam, qolumdan tutardı, məni tək qoymazdı bu yollarda… Təəssüf ki, bu uğurlarımı görmədi. Amma ilk imzamdan xəbəri oldu. Onun adını yaşatdığımı bildi və getdi. - Atanızın sizlərdən uzaq olduğu vaxtlar oldu. Yaddaşınızda necə qalıb? - Ağrılı, kədərli, nisgilli və həsrətli illər... Çiynimdə əlini, arxamda özünü hiss etmədiyim dövr. Boynubükük qızcığaz... Bilirsən, Faiq, adam körpə vaxtı valideynini itirəndə yetimliyn nə demək olduğunu tam dərk etmir. Amma dünyanı dərk edən vaxt valideyin itkisi faciəyə çevrilir. Məni hamı sevsəydi, özümdən şübhələnərdim - Xanım, qıraqdan əlçatmaz görünürsüz. Ətraf sizi daima istəyinə çatan, arzuları gerçəkləşən birisi kimi tanıyır. İtkiləriniz də olub, bu göynərtini siz hiss edirsiz. Sizinlə söhbətimizin sonunda nisgilə, həsrətə rəvac verdik. - Mən indi də atamın, anamın övladı olmaq istərdim. - Övladlarınıza valideyinlərinizin sizə olan sevgisi qədər sevgi verə bilmisizmi? - Qədərini müqayisə edə bilmərəm. Nə qədərdisə, sonuna qədər sevgimi vermişəm. Ümumiyyətlə, mən maksimalistəm, hər barədə. Ya hər şey, ya heç nə... Ortabablıqda yoxam! Dostlarımla da münasibətdə beləyəm. Övladlarım mənim bir parçamdı və yəqin ki, sevginin ən gözəl payını onlara bəxş etmişəm. Onlar necə hiss edir, deyə bilmərəm. Özlərindən soruşmaq lazımdı. - Xanım, sizi daha çox sevirlər, yoxsa üzünüzə gülüb ardınızca danışırlar? Sözsüz, sənət aləmindəkilərdən bəhs edirəm… - Məni hamı sevsəydi, özümdən şübhəli olardım. - Yormadım ki, sizi? - Əhvalımın suala cavab verə bilmək vaxtına düşdün... Desəydin ki, müsahibə almaq istəyirsən, çətin ki, cavab verərdim... - Deyəsən, mənim də altıncı hissim var... Həmişə ovqatınızın xoş vaxtına təsadüf edirəm… - Sürprizləri sevirəm. Əhvalımın xoş vaxtı deməzdim, sən adamı söhbətə çəkə bilirsən, bu da bir istedaddır. Danışmaq istəməyəni danışdıra bildin.
2013-12-13
4,085
Taleh Bağırovun Apelyasiya məhkəməsi başlayıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ilahiyyatçı Taleh Bağırov barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, prosesdə məhkəmə baxışı dekabrın 19-na təyin edilib. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin T. Bağırovla bağlı yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürüldüyü bildirilirdi. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar. Məlumatda o qeyd olunub ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb birinci mərtəbənin şüşələri sındırılıb və divarına "Taleh Bağırova azadlıq!" sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05.35-də Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə T. Bağırov 2 il müddətinə azadlıqdan məhrum edilib (APA).
2013-12-13
4,086
Keçmiş vəzifəli şəxslərə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə küllü miqdarda dələduzluq etməkdə təqsirli bilinən Əhliman Məmmədov, İlham Cəfərov və Eyvaz Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Əhliman Məmmədov 13 il, İlham Cəfərov və Eyvaz Bayramov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. İttihama görə, adıçəkilənlərin yaratdığı mütəşəkkil dəstəyə İlham Cəfərov rəhbərlik edib, dəstə üzvləri arasında vəzifə bölgüsü aparıblar. Mütəşəkkil dəstənin üzvləri Azərbaycanda güzəştli kreditlərin alınması, o cümlədən ayrı-ayrı vəzifələrə təyin olunma adı ilə müxtəlif fiziki şəxslərə yalan vədlər verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə onların külli miqdarda əmlaklarını ələ keçirib, həmin şəxslərə külli miqdarda ziyan vurublar. İlham Cəfərov və Əhliman Məmmədov 2011-ci ilin oktyabr ayında kəndli və fermer təsərrüfatının inkişafı məqsədi ilə uzunmüddətli güzəştli kreditlər vermək adı ilə "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İqtisadi İnkişaf Birliyi" adlı saxta təşkilat yaradıblar. Əvvəlcədən hazırladıqları saxta sənədlərdə İlham Cəfərov özünü "Hacıyev A.Ş" adı ilə "Nazirlər Kabinetinin İcra Aparatının rəhbəri" kimi qələmə verib və mütəşəkkil dəstənin digər rəhbəri Əhliman Məmmədovun vasitəsi ilə müxtəlif fiziki şəxslərə təqdim olunub. Bu yolla İlham Cəfərov və Əhliman Məmmədov həmin şəxslərə yalan vədlər verərək, onların əmlaklarını ələ keçiriblər. Bir müddətdən sonra onlar əmlaklarını aldatma yolu ilə mənimsədikləri vətəndaşların narazılıq etdiklərini görüblər və narazı şəxsləri inandırmaq məqsədilə əlavə daha bir saxta qurum - "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu"nu yaradıblar. Bu dəfə dəstə İlham Cəfərov özünü "Abbasov Nəriman Zülfüqar oğlu" adı ilə həmin saxta fondun prezidenti, Əhliman Məmmədov özünü vitse-prezidenti kimi təqdim ediblər. İlham Cəfərov və Əhliman Məmmədov Şəki, Beyləqan, Bərdə, Şamaxı, Quba və Xaçmaz rayonunun ərazisində malik olduqları torpaq sahələrində kəndli və fermer təsərrüfatını inkişaf etdirmək istəyən şəxslərin də etibarlarından sui-istifadə ediblər. Aldatma yolu ilə onlara guya uzun müddətli güzəştli kredit verəcəklərini yalandan vəd edərək, təkrarən dələduzluq etməklə onların hər birinin müəyyən məbləğdə pullarını ələ keçirib mənimsəyiblər. Mütəşəkkil dəstənin üzvləri qısa müddət ərzində vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara ümumilikdə 215 min manat məbləğində ziyan vurublar. /milli.az/
2013-12-13
4,089
Maştağada 20 yaşlı qız özünü asdı
Bakıda 20 yaşlı qız intihara cəhd edib. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 20 yaşlı Xədicə Mirzəyeva yaşadığı evdə özünü asmaq istəyib. Ailə üzvləri kəndiri kəsərək onu təcilli xəstəxanaya aparıblar. 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən X. Mirəzyevanın vəziyyəti ağır qiymətləndirilir. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil (APA).
2013-12-13
4,090
Yanukoviçin müxalifətlə görüşü başladı - Yenilənib
Ukrayna Prezidenti Viktor Yanukoviç və Baş nazir Nikolay Azarovun müxalifət liderləri ilə dəyirmi masada görüşü başlayıb. "Axar.az" RİA Novosti-yə istinadən məlumat verir ki, ölkənin siyasi krizisdən çıxması üçün aparılan bu müzakirədə müxalifət partiyalarından "Svoboda"nın lideri Oleq Tyaqnibak, "Udar" lideri Vitali Kliçko, parlamentdə müxalifət fraksiyası olan "Batkıvşina"nın rəhbəri Arseni Yasenyuk iştirak edirlər. V. Yanukoviç: Ukrayna Avropaya inteqrasiyadan imtina etməyib Ölkənin prezidenti V.Yanukoviç böhranın tənzimlənməsinə həsr olunmuş dəyirmi masada bildirib ki, Ukrayna və AB assosiativ saziş milli maraqların pozuntusu ilə hazırlanıb. "Ona görə sənədin hazırlanmasında cavabdeh olan şəxslər işlərindən azad edilib. Bu mənim prinsipial mövqeyimdir",- deyə prezident vurğulayıb. Yanukoviç daha sonra bildirib ki, mən başa düşürəm ki, niyə Vilnüsdə keçirilən "Şərq tərəfdaşlığı" zirvə toplantısı avrointeqrasiyaya meylli cəmiyyətin narazılığına səbəb olub. O, vurğulayıb ki, Ukrayna Avropaya inteqrasiyadan imtina etməyib və onlar Avrointeqrasiya və islahat yolu ilə gedirlər. Görüşə həmçinin üç eks-prezident - Viktor Yuşşenko, Leonid Kuçma və Leonid Kravçuk da qatılıb.
2013-12-13
4,091
Millət vəkili parlamentdə soyundu - Foto/Video
Ölkənin neft strategiyasına etiraz olaraq kişi millət vəkili parlamentdə soyunub. "Axar.az"ın məlumatına görə, dünyanın ən böyük 10-cu neft istehsalçısı olan Meksikada dünən tarixi dəyərə malik qərar qəbul edilib. Meksika Konqresində dünən aparılan səsvermədən sonra 75 ildir dövlətin nəzarətindəki neft sənayesinə xarici investorların investisiya yatırmasına icazə verilib. Bununla da xarici şirkətlər Meksikada neft axtarışları və çıxarılmasını həyata keçirə biləcək. Bu qərarın əleyhinə olan bir sıra millət vəkili Konqresə etirazlarını bldiriblər. Müxalifət cəbhəsində olan Demokratik İnqilab Partiyasının (PDR) millət vəkili Antonio Qarsiya Konqresdə çıxışı zamanı qərara etiraz olaraq soyunub. O, xarici şirkətlərin ölkəni soyacaqlarını mənasına gələn qərarı qınamaq üçün soyunduğunu deyib.
2013-12-13
4,092
AXCP üzvü Prezidentdən əfv dilədi - Mətn
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Rahib Hacıyev Azərbaycan Prezidentinə müraciət edib. Qurumun saytında verilən müraciətdə deyilir: "Mən, Hüseynov Rahib Zahid oğlu AXCP Gənclər təşkilatının üzvü, Azərbaycan Respublikası CM-in 234.4.3 maddəsi ilə təqsirləndirilərək həbs olunmuşam. Sizə ünvanladığım bu məktubda Vətənimə və millətimə qarşı bilməyərəkdən atdığım səhv bir addıma görə hədsiz dərəcədə peşman olduğumu və səmimi etiraflarımı bildirmək istəyirəm. Əvvəlcədən qeyd etmək istəyirəm ki, ailəliyəm, 4 və 5 yaşlarında iki qız övladım var. Artıq 5 aya yaxındır ki, Bakı İstintaq Təcridxanasında cəza çəkirəm və bu müddət ərzində atdığım addımın nə dərəcədə səhv olduğunu yetərincə anlamışam. Buna görə məni bir an belə rahat buraxmayan vicdan əzabından qurtulmaq üçün etdiyim səhvi Vətənim və millətim qarşısında, eyni zamanda, dövlətimizin bütün dünyada təmsilçisi kimi Sizin qarşınızda etiraf etməkdən daha düzgün bir yol görmürəm. Üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyası özünün maddi və siyasi mənafeyi üçün mənim siyasi təcrübəsizliyimdən sui-istifadə edib, məndən yararlanaraq özlərinə divident qazanıblar. Bu cür siyasi qurumlar, müxalif simalar məndən və mənim kimi təcrübəsiz insanlardan beynəlxalq arenada ölkəmizə və Vətənimizə təzyiq göstərmək üçün bir alət kimi istifadə ediblər. Mən cəza çəkdiyim müddətdə aldandığımı, etdiyim səhvin həyat təcrübəmin azlığının nəticəsi olduğunu artıq başa düşmüşəm və özümü tam islah olunmuş hesab edirəm. Mən AXCP-nin lideri Əli Kərimliyə səslənərək mən və mənim kimi yüzlərlə, minlərlə gəncin beyinini radikal düşüncələrlə doldurub Vətənimizə, millətimizə, Prezidentimizə qarşı səhv addımlar atmağa vadar etmək fikrindən daşınmağa çağırıram. Əli Kərimli və tərəfdarları düşünməlidirlər ki, bu gün biz gənclər onların utopik ideyalarının qurbanlarına çevrilərək, həbsxanalarda çürümək əvəzinə azadlıqda olub, düşmən tapdağı altında qalan torpağımızın azadlığı uğrunda çalışan Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşib, bu işdə ona böyük dəstək olmalı və xalqımızın xoşbəxt gələcəyi haqqında düşünməliyik. Mən bu cür utopik çağırışlara uyub, həbsxanalara düşən bütün gəncləri bu düzgün əqidə ətrafında birləşməyə, bir daha belə səhv addımlar atmamağa və Vətənə vicdanla, sədaqətlə xidmət etməyə çağırıram. Cəvab Prezident! Deyirlər insan səhvlər üzərində öyrənir. Mən də bu müddət ərzində azadlığın nə qədər dəyərli olduğunu və Sizin köməyinizə ehtiyacım olduğunu hiss edərək ailəmin və övladlarımın mənə olan ehtiyacını anladım, Ümummilli Liderimizin və Sizin xalqımızın azadlığı naminə dövlətimizin siyasi və iqtisadi inkişafı uğrunda çəkdiyiniz əziyyətləri düzgün qiymətləndirə bilmədiyim üçün dərin xəcalət hissi keçirirəm. Bütün bunları düşünərək məni Vətənim, xalqım, millətim qarşısında səhv addım atmağa vadar edən üzvü olduğum partiyadan qəti surətdə imtina edirəm və bu qərarımı bundan sonra Sizin rəhbərliyiniz altında xalqıma daha da vicdanla xidmət etmək üçün ailəmin və övladlarımın xoşbəxt gələcəyi naminə qəbul etdiyim ən düzgün və məqsədəuyğun qərar hesab edirəm. Qeyd etmək istəyirəm ki, mən bu ərizəni heç bir kənar təzyiq olmadan öz vicdanımın səsinə qulaq asaraq yazmışam. Cənab Prezident! Bağışlamaq böyüklükdür və böyüklərə xas olan xüsusiyyətdir. Mən də Vətənimə qarşı atdığım səhv addıma görə özümü günahkar sayıram və böyük ümidlərlə göydə Allahın və yerdə Sizin böyüklüyünüzə dayanaraq dərin kəramət sahibi hesab etdiyim üçün məni bağışlamağınızı xahiş edirəm".
2013-12-13
4,093
İraqın kürd nefti Türkiyədə - Fotolar
İraqın kürd regional rəhbərliyinin sözçüsü Səfin Dizayi "belə görünür ki, bir neçə həftəyə, yəni gələn ilin əvvəlləri neft nəqlinə başlayacağıq"-, deyib. İraqın kürd regional rəhbərliyinin sözçüsü Səfin Dizayi neft ixracının başlamasının texniki səbəblərə bağlı olduğunu söyləyib. Texniki işlər bitdikdən sonra ixracın başlayacağını bildirən Dizayi İraqın kürd regional rəhbərliyinin təxminən 1.5 ildir neft nəqli üçün hazırlıqlar gördüyünü, bunun üçün diplomatik danışıqları dəqiqliklə icra etdiyini bildirib. Səfin Dizayi həmçinin İraqın kürd bölgəsinin Baş naziri Nəçirvan Bərzani Bağdada səfəri zamanı İraq hökumətini razı saldıqdan sonra neft nəqlinə başlanacağıyla bağlı iddiaların doğru olmadığını vurğulayıb.
2013-12-13
4,094
Məşhur erməni dilçi alimə həbs şoku
Dilçi alim Sevan Nişanyanın iki illik həbs cəzası dəqiqləşib. Türkiyə vətəndaşı, milliyətcə erməni olan məşhur dilçi alim və yazar Sevan Nişanyan qanunsuz tikinti işi aparmaq iddiası ilə mühakimə olunduğu və haqqında iki il həbs cəzası nəzərdə tutulan məhkəmə qərarı Ali Məhkəmə tərəfindən qəbul olunub. Nişanyan cəzası dəqiqləşdikdən sonra gələn həftə həbsxanaya düşəcəyini "tvitter"dən elan edib. Balbaylar çıxdığı üçün yerlər boş qalıb Məhkəmənin 2008-ci ildən indiyənə kimi davam etdiyini, bir neçə dəfə apelyasiya şikayəti verdiyini deyən Nişanyan, məhkəmə müddətini bu cür xatırladıb: "Matematik kəndində yerləşən "İlyastəpə" fermasında şəxsi mülküm olan ərazidə tikdirdiyim bir daxmaya görə məhkəməyə şikayət verilmişdi. Onsuz da 2008-ci ildən indiyə kimi davam edən, Apelyasiyaya, Ali Məhkəməyə kimi getmiş bir şikayət ərizəsi idi. Qərar verilib. Gələn həftə həbsxanaya gedirəm, iki il yatacağam. Balbay (Mustafa Balbayı nəzərdə tutur – red) çıxdığı üçün yerlər boş qalıb yəqin ki. Vətən sağ olsun!".
2013-12-13
4,095
Cavan Zeynallının həyat yoldaşı mediaya səsləndi
Bu gün səhər bir neçə media orqanında Cavan Zeynallının xəstələnməsi, vəziyyətinin ağırlaşması haqqında məlumatlar yayılıb. Cavan Zeynalının həyat yoldaşı Röya xanımsa bu xəbəri təkzib edərək media mənsublarına "Axar.az" vasitəsi ilə müraciət etdi: Cavan indi Mərdəkanda dostları ilə qonaqlıqdadır "Bu gün çox sayda zənglər olub. Artıq izah etməkdən yorulmuşam. Hər kəs Cavan bəyin səhhətinin yaxşı olub-olmaması ilə maraqlanır. Hamı bilsin ki, Cavan yaxşıdır. Hətta indi Mərdəkanda dostları ilə qonaqlıqdadır. Mən də bir azdan onun yanına gedəcəyəm. Bütün media mənsublarından da xahiş edirəm ki, bu haqda yazmağa son qoysunlar".
2013-12-13
4,096
Zakir Həsənov ən önəmli idarəyə rəis təyin etdi - ÖZƏL
Zakir Həsənovun kadr islahatlarının ilk hədəfi hesab olunan Büdcəyə nəzarət və maliyyə idarəsinin rəisi, polkovnik Elçin Mehdiyevin yerinə yeni kadr təyin edilib. "Axar.az"ın məlumatına görə, artıq iki aya yaxındır ki, yeni vəzifəsini icra edən Zakir Həsənov keçmiş Müdafiə naziri Səfər Əbiyevin adamı hesab olunan Elçin Mehdiyevi cəbhə bölgəsindəki hərbi hissələrdən birinə göndərdikdən sonra onun yerinə vaxtilə bir yerdə işlədiyi Daxili Qoşunların Maliyyə Şöbəsinin rəisi polkovnik-leytenant Namiq Poladovu gətirib. Xatırladaq ki, Namiq Poladov Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il may ayının 6-da imzaladığı sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a bildirildi ki, bu barədə məlumatı yalnız iki gündən sonra verə bilərlər.
2013-12-13
4,097
Kiyevdəki dəyirmi masada həbs söhbəti - Video
Viktor Yanukoviç müxalifət liderlərini həbs elətdirmək niyyətindədir. Axar.az xəbər verir ki, bu açıqlama ilə Batkivşina Partiyasının sədri Arseni Yaçenyuk çıxış edib. Müxalifət lideri bu sözləri prezidentlə hökumətin görüşü zamanı deyib: "Siz Maydanı dağıtmaq istəyisirsiniz. Dağıdın Maydanı, əvəzində başqası qarşınıza çıxacaq. Müxalifət liderlərini həbs elətdirmək istəyirsiniz. Birini içəri basdıracaqsız, o birisi çıxacaq".
2013-12-13
4,098
Akif Muradverdiyevə 4 il həbs verdilər
Xəzər Rayon Məhkəməsində Prezident Aparatının keçmiş işlər idarəsinin müdiri Akif Muradverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Vəkil Rəşad Mirmehdizadənin verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Muradverdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Vəkil məhkəmə hökmündən apelyasiya şikayəti verəcəklərini də bildirib. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, A. Muradverdiyev 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gizli yolla gömrük nəzarətindən keçirib. O, Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib (APA) .
2013-12-13
4,099
Qəbələdə mağaza sahibi öldürüldü -Yenilənib
null
2013-12-13
4,100
Ermənilər Sarkisyanın tabutunu hazırladı
Ermənistan prezidentinin sarayı qarşısında sakinlər Serj Sarkisyanın tabutunu hazırlayıb. Bunu ölkəni tərk edən miqrantların ailələri edib. Miqrantların qohumları Ermənistan əhalisinin böyük sürətlə ölkəni tərk etməsinə göz yuman prezidentin onlar üçün ölü olduğunu deyiblər. Aksiyaçılar Sarkisyanın dəfn mərasimini də icra etməyə macal tapıblar. Onlar bu mərasim zamanı "ölkədə əhali qalmayacaqsa kimin prezidenti olacaqsan" deyə tabuta suallar da ünvanlayıblar. Aksiyaçılar bu cür tədbirləri ölkənin nazirlikləri qarşısında keçirəcəklərini də bəyan ediblər.
2013-12-13
4,102
Prezident xüsusi elçiyə orden verdi
Prezident İlham Əliyev Rene van der Lindenin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. "Axar.az" prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Niderland hökumətinin Xəzər regionu, Türkiyə və Rusiya üzrə enerji məsələlərinə dair xüsusi elçisi, senator Rene van der Linden "Dostluq" ordeni ilə təltif edilib.
2013-12-13
4,103
Aqiyə Naxçıvanlı: "9 filial direktorunu dəyişdik"
"Vallah bizdə adam qalıb ki? Müəllimlər İnstitutunun bölgələrdə 11 filialı var ki, son araşdırmalar nəticəsində o filiallardan doqquzunun direktoru işdən azad edilib". Bu sözləri Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı Təhsil naziri Mikayıl Cabbarovun saxta diplomlarla bağlı şikayətə görə aparılan araşdırmaların nəticəsi olaraq Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialının direktorunu işdən çıxarmasına aydınlıq gətirərkən "xeberdar.az"a deyib. A.Naxçıvanlı bildirib ki, bu islahatlarda sensasiya görmür: "Gəncə filialında əvvəllər biz də araşdırma aparmışıq və bir sıra qayda pozuntularının şahidi olmuşuq. İndi bu yoxlamanı Təhsil Nazirliyi aparıb və direktoru işində yol verdiyi qüsurlara görə işdən azad edib. Ola bilər, orada saxta diplomlar verilsin, bu mövzu ilə bağlı ciddi araşdırmalar gedəcək və araşdırmaların nəticələri haqqında məlumat veriləcək". Yeni təyinatla bağlı suala cavab olaraq rektor bildirib ki, təyinat onların səlahiyyətində deyil: "Biz sadəcə seçdiyimiz insanı tövsiyyə edirik. Bununla bağlı qərarı Təhsil Nazirliyi verəcək. Ola bilər ki, həmin post hələ bir müddət boş qalsın".
2013-12-13
4,104
İlham Əliyev İsveçrənin Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Didye Burkhalterə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan-İsveçrə münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
2013-12-13
4,105
Enerjinin Avropaya ixrac tarixi açıqlandı
Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü çərçivəsində elektrik enerjisinin ixracatına 2014-cü ildə başlanılması planlaşdırılır. Bunu jurnalistlərə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib. Onun sözlərinə görə, bu layihə çərçivəsində Azərbaycan ərazisində işlər artıq başa çatıb. Bundan başqa, enerjiötürücü infrastrukturun Gürcüstan hissəsinin açılış mərasimi keçirilib. E.Pirverdiyev qeyd edib ki, Türkiyə ərazisində işlərin bir hissəsi qalıb: "Həmin işlərin yaxın aylar ərzində başa çatdırılması planlaşdırılır". Elektrik enerjisinin kommersiya baxımından tədarükü üzrə danışıqlar məsələsinə toxunan ASC sədri deyib ki, danışıqlar aparılır və Türkiyədə işlər tamamlandıqdan sonra danışıqlar da yekunlaşacaq. (Trend)
2013-12-13
4,106
Bərzaninin TV-sində “Kürdüstan” hava xəritəsi
"Kürdüstan" xəritəsinin növbəti böhranı... "Rudav TV"də hava haqqında məlumat verilərkən Türkiyənin şərqi "Kürdüstan" olaraq göstərilib. Şimali İraqda Bərzani rəhbərliyinə yaxınlığı ilə tanınan eyni adlı qəzeti olan, "Rudav TV"də yayınlanan hava proqnozunda skandal bir xəritə ortaya çıxıb. Yayınlanan xəritədə Ərzurum, Sivas, Ağrı, Van, Malatya, Hatay, Mersin "Kürdüstan" sərhədləri daxilində göstərilib. KDP-nın "Feysbuk" səhifəsində diqqət çəkən xəritə Məsud Bərzani Diyarbəkirə ziyarət edərkən partiyası KDP-nin "Feysbuk" səhifəsində "Kürdüstan" xəritəsini yayınlamışdı. Bərzaninin Diyarbəkir danışıqlarının videolarının da paylaşıldığı səhifədə yer alan "Kürdüstan" xəritəsi isə Baş nazir Ərdoğanın salamladığı Kürdüstandan xeyli geniş bir coğrafiyaya sahib idi. O xəritəyə görə, Türkiyənin Cənub-Şərqi Anadolu və Şərqi Anadolu bölgəsinin hamısına yaxın bir hissəsi "Kürdüstan" xəritəsi içində göstərilib.
2013-12-13
4,107
Bakıda liftdə dəhşətli hadisə - ölən var
Bakıda liftdə dəhşətli hadisə baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1985-ci il təvəllüdlü Hacıyev Ceyhun Malik oğlu şaxtanın divarı ilə lift kabinəsi arasında sıxılmış vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 8-ci və 9-cu mərtəbələr arasında dayanıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi liftin şaxtasından çıxarıblar. Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı C. Hacıyevin vəfat etdiyi müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
2013-12-13
4,108
Nazir Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub - Foto
Azərbaycan müdafiə naziri Zakir Həsənov Bakı Qarnizonunda yerləşən Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub. Müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsi, onların imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, trenajor siniflərinin, yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub. Zabit heyəti ilə keçirilən görüşdə ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr haqqında danışılıb, xidmətdə fərqlənən hərbçilərə növbəti rütbələr verilib, şəxsi heyət medal və qiymətli hədiyyələrlə təltif olunub. Müdafiə naziri hərbi hissədəki qərargah binası, yeməkxana və məişət kompleksi, zabitlərin və onların ailələri üçün nəzərdə tutulan yaşayış binalarındakı tikinti-tamamlama işlərinin yekunlaşdırılması, o cümlədən aparılan digər inşaat işlərinin sürətlə davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib. (APA)
2013-12-13
4,109
Tiflisdə GUAM-ın iclası keçirilib
Tbilisidə GUAM ölkələrinin ticarət və nəqliyyat dəhlizinin inkişafına yardım layihələrinin idarəetmə komitələrinin XIX iclası keçirilib. Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən cümə günü verilən məlumata görə, iclasda Azərbaycan, Moldova və Gürcüstanın gömrük administrasiyalarının rəhbərləri iştirak ediblər. Onlar ticarət və nəqliyyat dəhlizinin inkişafına yönəldilmiş tədbirlərin keçirilməsi haqqında hesabat veriblər. Gəlirlər Xidmətinin nümayəndələri inkişaf konsepsiyası layihəsinin təqdimatını keçiriblər. Görüşdə qeyd edilib ki, ticarət və nəqliyyat dəhlizinin inkişafı GUAM ölkələrində biznesin inkişafına müsbət təsir edəcək. Gürcüstanın təşəbbüsü və tərəflərin razılığı ilə komitənin iclasında ilk dəfə olaraq iri biznes və daşıma şirkətlərin nümayəndələri də iştirak ediblər. (Trend)
2013-12-13
4,110
FHN-in əməkdaşları Rusiya medalları ilə təltif olunub
2012-ci ilin iyulunda Rusiya Federasiyasının Krasnodar diyarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasındakı xidmətlərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi tərəfindən medallarla təltif olunub. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə dekabrın 13-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin iştirakı ilə keçirilən tədbirdə Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin məlumat verib. Səfir Krasnodarda baş vermiş daşqınlar zamanı Azərbaycan dövlətinin göstərdiyi yardımlara görə təşəkkürünü bildirərək, bu köməyin Rusiya dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib. Vladimir Doroxin iki ölkə arasında dostluq əlaqələrindən bəhs edərək fövqəladə halların nəticələrinin aradan qaldırılması isitiqamətində də iki ölkə arasında birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. 2010-cu ilin avqustunda Moskva yaxınlığında baş vermiş meşə yanğınlarında azərbaycanlı yanğınsöndürənlərin göstərdiyi peşəkarlığı xatırladan V.Doroxin göstərilən yardımlara və köməyə görə bir daha Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Sonra səfir Vladimir Doroxin mülki müdafiə sahəsində, o cümlədən fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində qüsursuz fəaliyyətlərinə və xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Kamil Bağırova, Mülki müdafiə qoşunlarının Qərargah rəisi-komandan müavini polkovnik Aslan Hüseynov və Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Etibar İsmayılova Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyinin təltif etdiyi medalları təqdim edib.
2013-12-13
4,111
“Qızıl qlobus” mükafatının namizədləri bəlli oldu
Prestijli "Qızıl qlobus" kinopremiyasının namizədləri açıqlanıb. Ən yaxşı film adına "12 il köləlik", "Kapitan Filips", "Qravitasiya", "Yarış" və "Filomena" filmləri namizəddir. Ən yaxşı dramatik aktrisa nominasiyasına Keyt Blanşet, Sandra Ballak, Emma Tompson və Cudi Denç namizəddir. Ən yaxşı kişi rolu uğrunda Çivetel Eciofor, Metyu Makkonahi, Tom Henks, İdris Elba və Robert Redford mübarizə aparacaq. Daha öncə məlum olub ki, mükafat mərasimində Sesil DeMil mükafatını 4 qat "Qızıl qlobus" sahibi olan rejissor Vudi Allen alacaq. 72-ci mükafat mərasimi yanvarın 12-də Los Ancelesdə baş tutacaq.
2013-12-13
4,112
Nargilə: "Bir gün Bəxtiyar müəllim dedi ki..."
"Pantomim" teatrı 1994-cü ildə yaradılıb. Yaradıcısı Respublikanın Əməkdar İncəsənət xadimi Bəxtiyar Xanızadədir. Teatr daha öncə "Dəli yığıncağı" Pantomim studiyası olub, 2000-ci ildə isə dövlət teatrı statusu alıb. Azərbaycanın maraqlı və xüsusi izləyici çevrəsi olan "Pantomim"in aktrisası Əməkdar artist Nargilə Qəribova ilə söhbətimiz oldu. - Karyeranıza necə başlamısınız? - İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm. İkinci kursda oxuyanda Bəxtiyar müəllim bizə səhnə hərəkəti, qılınc təlimindən dərs deyirdi. Bir gün Bəxtiyar müəllim məni yanına çağırdı və dedi ki, səni öz teatrıma dəvət etmək istəyirəm. Mənim də ürəyimcə oldu, çünki hələ uşaq vaxtından rəqslərə çox baxırdım. Amma heyf ki, doğulub böyüdüyüm yerdə rəqs məktəbi yox idi. Ancaq televizora baxaraq nə isə öyrənirdim. Bəxtiyar müəllim məni bu teatra götürəndən sonra hər şeyi mükəmməl öyrətdi. Məşqlər, dərslər, tamaşalar... Bunlar hamısı böyük təcrübədir. - Xarici ölkələrdə festivallarda olmusunuz? - Çox ölkələrdə olmuşuq. Rusiyanın İrkutsk şəhərində festivalda "Leyli və Məcnun"la çıxışıma görə "Tamaşanın mürəkkəb plastik həllində parlaq aktyor oyunu" diplomu ilə təltif olundum. Bunu da deyim ki, Moskvanın pantomim üzrə professoru İlya Rutberq orada münsif idi. - Bir dəfə bura tamaşaya gələndə gördüm ki, tamaşadan sonra tamaşaçılarla interaktiv diskussiya aparmaq istəyirsiniz. Ancaq tələsdiyim üçün onda bu diskussiyada iştirak edə bilmədim. Türkiyədə festivalda olanda da hər tamaşadan sonra tamaşaçılarla diskussiya aparırdılar. Bunu ilk dəfə Azərbaycanda sizin teatrda gördüm, lakin daha sonra belə diskussiyalara rast gəlmədim. - Siz yəqin təsadüf etməmisiniz. Bizdə yeni qoyulan tamaşadan sonra ənənəvi olaraq diskussiyalar təşkil olunur. Bəxtiyar müəllim həmişə təzə tamaşa başlamadan əvvəl izləyicilərə deyir ki, biz istəyərdik ki, fikirlərinizi, duyduqlarınızı, anladığınızı, ya da xoşunuza gəlməyənləri öyrənək. Hətta elə olub ki, biz tamaşaya ad qoymamışıq və tamaşaçılar tamaşaya baxandan sonra ona ad veriblər. Məsələn, Ceyhunun "Mən və mən", Əflatunun "Çərçivə", Səbinə ilə Bəhruzun "Dejavü", mənim "Adsız" tamaşalarımızın adını tamaşaçılar qoyub. Olub ki, Moskvadan Lomonosov adına Universitetdən tələbə və müəllimlər, xaricilər tərcüməçilərin köməyi ilə söhbət ediblər tamaşa haqqında. - Oynadığınız obrazlardan eləsi varmı ki, onu daha çox sevirsiniz? - Bəxtiyar müəllim artıq bizi duyur, tanıyır. Rollar hər kəsə uyğun olaraq verilir. Məsələn, "Kimdir müqəssir?" tamaşası çox xoşuma gəlsə də, orada Baharı oynaya bilmərəm, çünki mən Bahar deyiləm. Bahar başqa bir görkəmdə, başqa bir xasiyyətdədir. Mənə ən yaxın tamaşa "Leyli və Məcnun" idi, çünki o, ilk tamaşamdır. Ən sevdiyim tamaşa isə Ekzüperinin "Balaca Şahzadə"sidir. Bu tamaşada mən şahzadəni oynayırdım. Rollarım bir-birindən çox fərqlənir və rəngbərəngdir. "Maska" tamam başqadır, "Adsız" bir başqa... "Kesa və Morito" ümumiyyətlə, yapon qadınıdır. - Səsli teatrda oynamaq istəyiniz olub nə vaxtsa? - Düzünü desəm, bizim teatrımız çoxşaxəli olduğundan burda səslə də oynayırıq. "Dəli Domrul", "Məlikməmməd", "Manqurt" kimi uşaq tamaşalarında həm mahnı var, həm də mətn. - Olub ki, siz bir tamaşada iki və tam fərqli obraz yaradasınız? - Bizdə "Kölgə" adlı bir tamaşa var idi. Orada mən çox qoca bir nənəni və gənc bir qızı oynayırdım. Qoca nənə əsə-əsə, yavaş-yavaş səhnənin ortasına gəlirdi. Hətta yadımdadır, tamaşaçılar zaldan deyirdi ki, musiqi bitdi, bu nənə hələ səhnənin ortasına gəlib çatmadı. Eyni tamaşada nənənin əksi olaraq şıltaq, cavan bir qızı oynayırdım. - Sizin üzərinizə üçqat ağırlıq düşür. Çünki siz sözlə də ifadə olunacaq hər şeyi hərəkətlə göstərirsiniz, mimika, eləcə də rəqslər olur. Bunların hamısına necə nail olursunuz? - Hər şey təbii məşqlər sayəsində əldə edilir. Bəzən bir tamaşanı gün boyu 7 saat ərzində məşq edirik. "Manqurt" tamaşasını götürək, orda mahnı, rəqs, həm də mətn var, özü də bir dildə yox, bir çox dildə (yunan, ispan, ingilis, alman və s.)... Elə olub ki, bir tamaşanı gündə 6 dəfə məşq etmişik. - Musiqi seçimində məsləhətləşirsinizmi? - Əlbəttə, hər kəsin çoxlu təklifləri olur və biz uyğun olanı seçirik. Bəzən olur ki, mən qurduğum tamaşaya öz seçdiyim musiqilərdən çox Elxanın, Bəxtiyar müəllimin gətirdikləri daha uyğun olur. O zaman onu seçirik. - Repertuarınız mövsümlərlə dəyişsə də, elə tamaşalar var ki, hər zaman repertuardadır. Sizcə, bu tamaşaların sirri nədədir? - Rusiyada bir teatr var, orda ilk tamaşa "Çayka" olub və indiyə kimi o tamaşa hər mövsümün açılışında oynanılır. Bilirsiniz, tamaşalar elə bil teatrın övladlarıdır. Axı necə demək olar ki, oynayım, atım qırağa?! Götürək bizim "Nağaraçılar"ı, Bəxtiyar müəllim onu 1993-cü ildə tamaşaya qoyub. Elə o zamandan da oynanılır. Elə tamaşalar var, səhnə kiçik olduğundan indi oynanılmır, amma zalımız hazır olanda onlar da yenidən repertuara qayıdacaq. - Filmdə çəkilmək istəyirsinizmi? - "Qurban" və "Şəbəkə" adlı qısametrajlı filmlərdə çəkilmişəm. Xarici ölkələrdə oxuyan azərbaycanlılar bura gəlib qısametrajlı film çəkirlər. İndi də onlardan birində rol almışam. Bədii filmə heç vaxt çəkilməsəm də, bunu çox istərdim.
2013-12-13
4,113
Məşhur futbolçu öz sosial şəbəkəsini yaratdı
Portuqaliyalı futbolçu Kriştianu Ronaldo öz sosial şəbəkəsini yaradıb. "Axar.az" məlumat verir ki, yeni sayt izləyicilərə "vivaronaldo.com" adı ilə tanıtdırılıb. Saytın ingilis dilində fəaliyyət göstərəcəyi bildirilib. Bununla yanaşı, sosial şəbəkədə futbolçunun həyatı, fəaliyyəti haqqında məlumatla bərabər insanlara bir-birilə ünsiyyət qurmaq, şəkil və video yerləşdirməyin də mümkün olacağı söylənilib.
2013-12-13
4,114
Ustanı dirəyin başında elektrik vurdu - Faciə
Cəlilabad rayon elektrik şəbəkəsinin işçisi, rayonun Sərhədabad kənd sakini Etiqad Musa oğlu Buludov iş başında faciəvi sürətdə ölüb. Dünyasını dəyişmiş usta elektrik xətlərində təmir işləri apararkən cərəyan vurmasından dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, cərayan vurduqdan sonra Etiqad Buludov elektirik dirəyindən birbaşa yerə çırpılıb. Dünyasını dəyişən elektrikin meyiti müyainə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Biriliyinin Cəlilabad rayon şöbəsinə aparılıb. Daha sonra mərhum adiyyatı üzrə yaxınlarına təhvil verilib. Cəlilabad rayon elektrik şəbəkəsindən verilən məlumata görə, bədbəxt hadisəyə işçinin təhlükəsizlik qaydalarına riayət etməməsi səbəb olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (ANS)
2013-12-13
4,115
Binə Ticarət Mərkəzi yanır - Yenilənib
Bu dəqiqələrdə Binə Ticarət mərkəzində yanğın baş verib. Məsələ ilə bağlı "Publika.az" saytı Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın müavini Dilşad Əmirova ilə əlaqə saxlayıb. O qeyd etdi ki, kiçik bir yanğın olub və söndürülüb. *** Hadisə yerində olan şahidlərdən birinin verdiyi məlumata görə, yanğın elektrik malları mağazasında baş verib. Yanğının səbəbləri barədə heç bir məlumat verilmir. Şahidin dediyinə görə, hazırda hadisə yerinə cəlb olunan FHN-nin Yanğından Mühafizə Xidməti yanğının qarşısını almağa çalışır. (ANS)
2013-12-13
4,116
Mollanın ölümü ölkəni bir-birinə vurdu
Banqladeşdə "Camaat-i İslami"nin lideri Abdülqədir Mollanın edam edilməsindən sonra ölkə daxilində qanlı hücumlar başlayıb. "Axar.az"ın xəbərinə görə, Banqladeş küçələrində partlayışlar, polislə qarşıdurmalar və maşınların yandırılması kimi şiddət doğuracaq hadisələr yaşanır. Hadisələr nəticəsində ən azı 5 adamın öldüyü bildirilir. BMT tərəfindən nümayəndə heyəti ölkədəki xaos mühitini yatırmaq və tərəfləri bir araya gətirmək üçün paytaxt Dəkkəyə gedib. Ölkədə baş verən hadisələr ölkə iqtisadiyyatında əhəmiyyətli paya sahib olan 4 milyondan çox insanın məşğul olduğu tekstil sənayesinə də təsir edəcəyi gözlənilir. Abdülqədir Mollanın oğlu Həsən Cəmil edam cəzasını siyasi cinayət olaraq adlandırıb. "Camaat-i İslami" partiyası üzvlərinin Mollanın intiqamını alacaqlarını bildirib. Qeyd edək ki, 1971-ci ildəki müstəqillik savaşı əsnasında insanlığa qarşı cinayət törətdiyinə görə edam cəzasına məhkum edilən "Camaat-i İslami" partiyasının lideri Əbdülqədir Molla dünən edam edilib.
2013-12-13
4,117
Afrika üçün 12,5 milyon avro ayrıldı
Avropa İttifaqı Afrikada təhlükəsizliyin təmin edilməsi eləcə də sülhməramlı əməliyyatlarının effektivliyinin artırılması üçün 12,5 milyon avro ayırıb. "Axar.az" məlumat verir ki, bu barədə informasiya Avropa İttifaqının rəsmi saytında yerləşdirilib. Məlumatda ayrılmış məbləğin "Afrikan Pis Fasiliti" proqramınının həyata keçirilməsi üçün xərclənəcəyi bildirilib. Bununla yanaşı proqram əsasında sülhməramlı əməliyyatlar zamanı komandaların ötürülməsini asanlaşdırmaq üçün effektli sistem yaradılması nəzərdə tutulub.
2013-12-13
4,118
Ərə getmək üçün nəyə əl atdı... - Video
Bəzən qızlar ərə getməyi o qədər arzulayır ki, ağla gəlməyən hərəkətləri özlərinə rəva görürlər. Görüntüsü videoda.
2013-12-13
4,119
Qəbələdəki silahlı insidentdə yaralanan danışdı
5 güllə yarası alan 26 yaşlı Zöhrab Cavadovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qəbələ rayonunda baş vermiş silahlı insident zamanı xəsarət alan Qəbələ şəhər sakini, 1987-ci il təvəllüdlü Cavadov Zöhrab Cavad oğlu Qəbələ rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Zöhrab Cavadov APA-ya bildirib ki, o, alış-veriş etmək üçün "Qəbələ" ticarət mərkəzinə gəlib və bu zaman ona hücum edilib: "Mən orada olanda, sakitçilik idi. Qəflətən "Ford" markalı maşından düşən bir nəfər odlu silahla ticarət mərkəzinə hücum etdi. O, əlindəki "Vinçester" markalı tüfənglə iki dəfə atəş açmağa cəhd etsə də, alınmadı. Onun yanında olduğum üçün silahı əlindən almağa çalışdım. O, mənə 5 dəfə atəş açdı, yerə yıxıldım. Sonra o, ətrafdakıları güllələdi. Gözümün qarşısında ticarət mərkəzinin rəhbərini və işçisini öldürdü". Bədənindən 5 güllə yarası alan Zöhrab Cavadovun vəziyyəti hazırda orta-ağırdır. Qeyd edək ki, hadisəni törədən Ariz Rəsulzadə Qəbələ şəhərindəki "Bərəkət" ticarət mərkəzinin və Zarağan kəndindəki qida məhsullarının topdan-satış bazasının sahibi Rahim Rəsulovun əmisi oğludur.
2013-12-14
4,120
Şimali Koreya ABŞ-ın qara gününə ağlayır - Video
ABŞ-da adamlar qardan hazırlanmış qəhvə içir, çadırlarda yaşayır. Bir-birini, illah da uşaqları öldürmək üçün silah alırlar. Küçələrdə quş görməzsiniz, çadırlarda və soyuq dəhlizlərdə yaşayan ac adamlar onları yeyiblər. Burada adamlar hətta qar da yeyirlər. Qar isə Amerikada boldur... Hətta ağacları da qar örtüb... Bir sözlə, Amerika qara gündə yaşayır və Şimali Koreya onların gününə ağlayır... Təfərrüatıyla videoda:
2013-12-14
4,121
Ukraynanın 4 günü qaldı
16 – 17 dekabr tarixləri Ukrayna üçün həlledici olacaq. Axar.az məlumat verir ki, bu bəyanatla Batkivşina Partiyasının sədri Arseni Yaçenyuk çıxış edib. O, məhz bu tarixdə Yanukoviçin Rusiyaya səfərindən sonra hər şeyin bəlli olacağını deyib. "Yanukoviç Ukraynanı Rusiyaya satmaq istəyir. Onun Gömrük İttifaqı ilə bağlı müqaviləni imzalayıb- imzalamayacağı yalnız bizdən asılıdır".
2013-12-14
4,122
2013-cü ilin ən maraqlı xəbər fotoları
Fransız xəbər agentliyinin apardığı araşdırma nəticəsində 2013-cü ilin ən maraqlı xəbər fotoşəkilləri açıqlanıb. "Axar.az" xarici mətbuata istinadən həmin şəkilləri təqdim edir. 19 Yanvar 2013-cü ildə çəkilən bu şəkil Bolqarıstandakı Haqq və Azadlıqlar Hərəkətinin lideri Əhməd Təbiətin çıxışı zamanı baş verib. Liderin çıxışı zamanı Təbiətiyə silahlı hücum olub. Baş verən hadisələri əhəmiyyətsiz hesab edən Fransız ordusuna mənsub bir əsgərin fotosu. Başındakı maska ilə poz verir. 20 Yanvar 2013-cü ildə çəkilib. Filin acınacaqlı taleyini əks etdirən foto - 5 Mart 2013-cü ildə Hindistanda çəkilib. Hadisə Vatikanın 14-cü Papası Benediktin istefasını açıqladığı gün baş verib. 11 Fevral 2013-cü ildə çəkilib. Tunisdə siqaret satıcısı olan Adil Kadri parlamendə baş verənlərə etiraz əlaməti olaraq özünü yandırıb. Ağır yanıq xəsarəti alaraq dünyasını dəyişən Adil Kadrinin bu şəkli 12 Mart 2013-cü ildə çəkilib. Gördüyünüz bu foto isə 13 Aprel 2013-cü ildə Hindistanda çəkilib. Ağır xəstəliyə yoluxan 18 aylıq körpənin ailəsi imkansız olduğundan onu həkimə apara bilmir. Brazilyada İsa peyğəmbərin heykəlinin arxasından doğan ay maraqlı mənzərənin yaranmasına səbəb olub. Şəkil 25 may 2013-cü ildə çəkilib. İyunun 1-i 2013-cü ildə nəhəng dalğalarla oynayan amerikalı qardaşlar hər kəsi heyran qoymağı bacarıblar. İyunun 19-da Fransada baş verən daşqınlardan sonra meydana gələn qorxunc mənzərə… Hər il İspaniyada keçirilən buğa festivalı. Bu il iyulun 7-də keçirilən festivalda çəkilib.
2013-12-14
4,123
Bakıda yol qəzası: Avtomobil işıqfora çırpıldı - Foto
Bakının Nərimanov rayonu, Təbriz və Ağaoğlu küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində "KİA Sorento" ilə "Lexus Land Cruiser" markalı avtomobillər toqquşub. Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsindən verilən məlumata görə, hadisəyə səbəb hər iki avtomobilin sürücüsünün yol ayrıcındakı işıqforun yaşıl ışığında bir-birilərini gözləmədən hərəkət etmələri olub. Toqquşmanın təsirindən "KİA Sorento" yol kənarındakı işıqfora çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza ilə bağlı yolda tıxac yaranıb. Polis əməkdaşlarının səyləri ilə nəqliyyatın normal hərkətini bərpa etmək mümkün olub. Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır. Qəzanın səbəbkarına gəlincə, o, "Təhlükəsiz şəhər" sisteminin kameraları vasitəsi ilə müəyyən olunacaq. (APA)
2013-12-14
4,124
Nazirin əsəbi, xalqın barrikadada şən səsləri... - Foto
"Avrointeqrasiya tərəfdarlarının kütləvi aksiyaları dövlət maraqlarına ziddir". "Axar.az"ın məlumatına görə, bu açıqlama ilə Ukrayna Xarici İşlər naziri Leonid Kojar "İnter" televiziyasında çıxış edib. O bildirib ki, biz Avropa Birliyi ilə danışıqlarda şərtlər irəli sürmüşük: "Biz kompensasiya istəyirik, texniki, maliyyə dəstəyi tələbi ilə çıxış edirik, amma bu zaman mitinq başlayır və "Bizə heç nə lazım deyil, təcili sazişi imzalayın" tələbləri səslənir. Brüsseldə elə beləcə də deyirlər: "Axı, nə istəyirsiz, təcili imzalayın!" Eyni hal Rusiya ilə də baş verir. Gedirik və iqtisadi əlaqələrin bərpasını istəyirik, bunun üçün mavi qazın başqa qiymətlə hesablanmasını xahiş edirik. Amma bizə deyirlər: "Orda insanlar gözləyir, hələ bir özünüz nə istədiyinizi müəyyənləşdirin, sonra". Nazirin bu açıqlaması isə özünəməxsus barrikadalarda səhəri dirigözlü açan ukraynalıların soyuqdan qorunma hərəkətləri ilə müşayiət olunur...
2013-12-14
4,125
“Davay, dosvidaniya” deməyə tələsməyin
İmperiya olmağa can atmaq üçün "yumşaq güc" vasitələrindən biri də dildir. Türklər seriallarını ixrac etməklə buna nail olmaq istəyirsə, başqa xalqların da özünəməxsus silahları var. İngilsin dünya miqyasında hökmranlığı buna sübutdur. Deycəksiniz ki, 1 milyard 600 milyonu keçmiş Çin dövləti daha geniş məkanlarda dil arealını genişləndirməyə heç də canfəşalıq göstərmir. Lakin o da faktdır ki, siyasi-ideoloji silah mühüm mədəni işğal aləti olan dil hazırda Rusiya dövlətinin mühüm başağrılarından birinə çevrilib. Şimal qonşumuzun Təhsli və Elm naziri Veniamin Kaqanov bəyan edib ki, son 20 ildə rus dilində danışanların sayı 120 milyon nəfərdən çox azalıb. "İndi dünyada 260 milyon rus dilində danışan insan var ki, onlardan da 140 milyonu Rusiyada yaşayır. O üzdən Rusiya dövləti yanında xüsusi qurum yaradılıb və onlara müvafiq proqramlar hazırlamaq tapşırılıb". Sovetlər Birliyinin dağlmasından sonra bir-birinin ardınca müstəqillik qazanan ölkələrdə, o cümlədən, sosialist düşəgəsinə daxil olan məkanlarda Puşkinin dilinin dairəsi zəifləməyə başladı. Əksər yerlərdə onun statusu ictimai səviyyəyə endirildi, məktəblər kütləvi bağlanmağa başladı və tədris proqramlarında onun yükü azaldıldı. İndi tanınmamış Osetiya və Abxaziyadan başqa yalnız Belorusda rəsmi yazışmalar zamanı rus dilinə mühüm önəm verilir. Yerdə qalan postsovet respublikalarında ənənəvi bağlar qırıldıqca, ingils dili öz nüfuzunu daha da möhkəmləndirərək alternativlərə yer qoymur. Moldovanlar son illər hətta rumın dilinin prestijini qaldırmaq üçün rusdillilərə qarşı əsil mənəvi-siyasi sanksiya rejimi tətbiq edirlər. Müstəqilliyin ilk illərindən bu günədək pribaltlar da eyni ictimai ruhu yaşadırlar və rusa görə onun dilini də sevmirlər. "Dillərin döyüşü" Rusiyanın özündə də yüksək templə getməkdədir. İstər yerli xalqlar, istərsə də miqrantlar içərisində rus dili o qədər də populyar sayılmır. Halbuki dövlət tərəfindən son illər daxli iqtisadi və sosial mühitdə üstünlük verdiyi şərtlərdən biri də milli dilin mənimsənilməsi olub. Lakin belə cəhdlərlə dünyəvi dəbi dəyişə bilməzsən. Azərbaycan dövləti üçün dilə siyasi yanaşmanın heç bir əsası olmamalıdır. Rusofillikdən qorxu və mənəvi özgələşmə təhlükəsi adı altında rus dilinin məkanını azaltmağa dəyməz. Çünki dünya mədəni və ədəbi irsinin döyük bir hissəsi artıq rus dilinə tərcümə edilib. Belə resursdan imtina etməkdənsə, onu stimullaşdırmaq lazımdır. Digər tərəfdən, vaxtilə portuqallar Britaniya ticarətində yer qazanmaq üçün şahzadənin qoyduğu ən ağır şərtlərə razılaşmışdılar. Əmək bazarına nüfuz etmək üçün sadə azərbaycanlıların belə rus dilini bilməsi daimi tələb olacaqdır. İstənilən hakimiyyətlərin vəzifəsi əhatə olunduğu regionun iqtisadi xəritəsini yaxşı bilməsindədir. Runqliş ingilis dilli mühitdə ruslara məxsus dildir. Lakin belə sintezi etməyə azərbaycanlıların imkanı yoxdur. O üzdən sovet libasını çıxarıb atsanız da, rus dilinə "davay, dosvidaniya" deməyə tələsməyin! (Mətn millət vəkili Zahid Orucun profilindən götürülüb)
2013-12-14
4,126
Qadınları daha çox hansı kişilər döyür - Araşdırma
Bütün dünyada qadınların daha çox təhqirə, şiddətə məruz qaldığını sübut etmək üçün uzun mülahizələrə ehtiyac yoxdur. Amma qadınların döyülmə səbəblərini müəyyən etmək bir qədər çətin məsələdir. Türkiyədə psixoloqlar məhz bunu araşdırıb. Qəribə görünsə də, qadınların zorakılığa məruz qalmasının ən böyük səbəbi dekolte paltarlarıdır. Bununla yanaşı qadınların sosial şəbəkələrdə paylaşdığı yazılara görə də ərləri tərəfindən döyüldüyü bəlli olub. Araşdırmada maraqlı faktlar meydana çıxıb. Sizə qadınların şiddətə məruz qalmalarına səbəb olan faktları təqdim edirik. - Həyat yoldaşının sevdiyi partiya rəhbərini tənqid etməsi - Serial izləyərkən yaraşıqlı aktyora diqqətlə baxması - Artıq çəki qazanması - Qənaət edib gizlincə pul yığması - Başqa kişilər haqqında uzun-uzadı danışması Bu günə qədər Türkiyədə edilən bu ən əhatəli araşdırmadan o da bəlli olub ki, kişilər televiziya seriallarında yoldaşına şiddət tətbiq edən kişiləri örnək götürürlər. Qadınların şiddətə məruz qalmasına sən demə, təkcə ciddi səbəblər əsas vermirmiş, gülməli səbəblərdən biri də odur ki, yuxusunda həyat yoldaşının ona xəyanət etdiyini görən kişilər oyandıqdan sonra mütləq həyat yoldaşlarını döyürlər. Aldadan kişilər daha çox döyür Xəyanət edən kişi ondan ayrılmaq istəyən yoldaşını döyməklə bu fikirdən daşındıra biləcəyini düşünür. Araşdırmadan o da bəlli olub ki, ən çox şiddətə məruz qalan qadınlar şəxsi bizneslə məşğul olanlardır.
2013-12-14
4,127
Şəfa qaynağı olan bitki çayları
Bitki çaylarının insan orqanizminə faydası haqqında artıq uzun araşdırmalara ehtiyac yoxdur. Zaman-zaman hər kəs bitki çayları qəbul edir və onlardan faydalanmağa çalışır. Havaların soyuq olduğu bir vaxtda immunitet sistemini gücləndirən, sizi artıq çəkidən qoruyan, eyni zamanda bəzi problemlərinizin aradan qalxmasına yardım edən bitki çayları haqqında faydalı məsləhətləri paylaşmaq istədik. Alma çayı Nəfəs darlığını aradan qaldırır. Ürək xəstəliklərində faydalı ola bilər. Razyana çayı Mədə və bağırsaq xəstəliklərinə yaxşı təsir edir. Gicitkən çayı Maddələr mübadiləsini sürətləndirir. Böyrək xəstəliklərinə çox faydalıdır. Cökə çayı Soyuqdəymə zamanı qəbul edilərsə, xəstəliyin tez aradan qalxmasına yardım edər. Çökə çayı öskürəyi də azaldır. İtburnu çayı Tərkibində yüksək miqdarda C vitamini olan itburnunun faydaları çoxdur. Qaraciyərin təmizlənməsi və qidalanmasında əvəzsiz olan bu bitkinin qəbulu zamanı orqanizm həm də vitaminlə zənginləşir. Qeyd edək ki, qədimdə indi "sarılıq" kimi tanıdığımız xəstəliyin müalicəsində də bu bitkidən istifadə olunurdu. Belə ki, onun alma ilə birlikdə hazırlanmış kompotunu gündə 4-5 lt. qəbul etdikdə bu xəstəliyin sağalmasına yardım edir. İtburnunu qarğıdalı saçaqları ilə dəmlənib qəbul edildikdə böyrəklərə də faydalıdır. Amma xüsusi yuyucu olan itburnunun qəbulu zamanı diqqət etmək lazımdır və xüsusən 50 yaş üstündə olan insanlar bu bitki ilə bir qədər ehtiyatlı davranmalıdırlar. Nanə çayı Mədə bulanmasını aradan qaldırır. Bir stəkan nanə dəmləməsi, bir çay qaşığı bal və bir çay qaşığı limon suyu mədə bulanması və soyuqlaması zamanı qəbul edildikdə yaxşı təsir edir. Bu məhlul həm də qusmanın qarşısını alır. Mixək çayı Həzmə yaxşı təsir edir, diş ağrılarını yüngülləşdirir. Adaçayı Təbii antibiotik funksiyasını yerinə yetirir. Boğaz ağrılarına çox faydalıdır, eyni zamanda qadınlarda tez-tez rast gəlinən hormonal pozuntuların aradan qalxmasına yardım edir. Yaşıl çay Hər gün 3 stəkan içildiyi zaman çəkini azaldır. Amma yaşıl çayın ən böyük faydası orqanizmin toksinlərdən təmizlənməsində yardımçı olmasıdır.
2013-12-14
4,128
Uşaq bağçalarındakı zərərli qidalar - Rəsmi
Gəncə şəhərində 10, 26, 28, 33 və 47 nömrəli körpələr evi-uşaq bağçasında, Goranboy rayonunda isə 1 və 2 nömrəli uşaq bağçalarında qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yoxlama komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır. Baxış zamanı müəssisələrin mətbəx və anbarının yararsız vəziyyətdə olduğu, müxtəlif ərzaq məhsullarının bir yerdə və eyni temperatur rejimində saxlandığı da aşkarlan olunub. Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı iradnamə yazılıb və onların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə vaxt verilib (ANS).
2013-12-14
4,129
Gerilikçi insanlardan təhqir gözləyirəm
"Türk kimliyi və Azərbaycan Vətəni" əsərimi yenidən işləməyə başlamışam. Bu sözləri millət vəkili Fazil Mustafa statusunda paylaşıb. Millət vəkili bildirir ki, 15 il öncə yazdığı əsər imkansızlığa görə Türkiyədə çox məhdud sayda çap olunmuşdu: "Böyük həcmli əsər olduğuna görə bir az vaxt aparacaq. Azərbaycan türkcəsində yenidən işləməkdən başqa, həm də son on ildə mənim də tarixə baxışımda köklü dəyişikliklər baş verdiyindən çox məqamlar yenidən yazılmaqda". Fazil Mustafa bəzi adamların tənqid və təhqirinə məruz qalacağını da indidən göz altına alıb: "Gerilikçi insanlardan çox tənqid və təhqir eşidəcəyimi bilirəm, ancaq sabahın Azərbaycan insanı üçün faydalı olacağına, obyektiv və faydalı tarix düşüncəsinin formalaşmasına yardım edəcəyinə əminəm".
2013-12-14
4,130
Hərflərin taleyinizdə oynadığı sirri öyrənin
Bu hərflər bizi xarakterizə edir İnsanlara qoyulan adlar onların həyatına təsir edir. Hətta psixoloqlar iddia edir ki, təkcə ad deyil, baş hərfin də xüsusi rolu var. Adlar növünə görə insana ömür boyu təsir edir. Bu siyahıya hətta sahib olduğunuz şirkət, maqazin, gözəllik salonları və başqa müəssələrin də adı aiddir. Aparılan araşdırmalardan bəlli olub ki, adlar insanın sağlamlıq, iş, karyera və eşq macəralarına da təsir edir. Hansı adlar insanlara bədbəxtlik gətirir? Psixoloq Elmir Əkbərin fikrincə, ad seçimində diqqətli olmaq mütləqdir. Onun sözlərinə görə, uğursuz ada sahib olan insanlar çox az nailiyyət qazanır. Buna səbəb isə onların adlarından utandıqları üçün ictimai yerlərdən uzaq düşməsidir: "Bizdə vətəndaşlar bu mövzulara diqqətli yanaşmırlar. Bəzən uşaqlara elə adlar seçirlər ki, həmin adlar onların gələcək həyatlarında problemlər yaradır. Hətta bəzən həmin uşaqlar 18 yaşına çatar-çatmaz adlarını dəyişirlər". Ulu babasının adını qoyanlar da var… "Bəzən valideynlər övladlarına köhnə adlar, ya da babaları, nənələrinin adını qoyurlar, bunu da hörmət əlaməti hesab edirlər. Amma unutmaq lazım deyil ki, uğursuz, hədsiz köhnə ada sahib olan uşaqlar gələcəkdə çox nadir hallarda uğur qazana bilirlər". Psixoloğun sözlərinə görə, adətən "A" hərfi ilə başlayan adlar insanlara daha xoş təsir bağışlayır. Bunun əsas səbəbi onun əlifbanın ilk hərfi olması, ana, ata kimi müqəddəs sözlərin "A" hərfi ilə başlamasıdır. Qeyd edək ki, adınız 60%, göbək adınız 10 %, soyadınız isə həyatınıza 30% təsir edir. Psixoloqların fikrincə, insana adı ilə müraciət edilən zaman hərflərin sıralanmasına görə bədənə siqnal ötürülür. Adda "A" hərfi çoxluq təşkil etdikdə, qanda surətlənmə daha çox olur. Hansı hərflə başlayan adlar uğurlu olur? Mütəxxəssislərin fikrincə, "S" hərfi ilə başlayan adların sahibləri mühəndis, "N" ilə başlayanlar yazar, "M" ilə başlayanlar iqtisadçı, "C" ilə gözəl sənətçi və "P" ilə başlayan adlara sahib olan insanlar isə bütün işlərdə uğurlu ola bilirlər. Adlarda nəyə diqqət etmək lazımdır? Almaniyalı alimlərin apardığı araşdırmaya görə, ad seçərkən bunlara diqqət etmək lazımdır. "A" hərfi 2-dən artıq olmamalıdır. "B" hərfi ilə başlayan adların sahiblərində hisslər güclü olur. "C"-nin adda olması şərt deyil. "D" hərfi olan insanlarda xüsusi xarizma olur. "E" mənfi aura gətirdiyindən olmasa, daha yaxşıdır. Əgər varsa birdən artıq olmamalıdır. "F" sakit ruhu ifadə edir. Adda olması isə mənfi, ya da müsbət təsirə malik deyil. G, H, I, İ, J, K, L, M, Ö, R, S, Ş, T - hərflərindən isə bacardıqca istifadə etməmək lazımdır. Qeyd edək ki, hərflər adlarda işlənməsinə görə iki cür olur. Sizə hərflərin bölgü sistemini təqdim edirik: Pozitiv hərflər: A,B,C,D, F, K, L, M, N, P, S, Ş, U, V, Z Neqativ hərflər: E, G, H, Ö, O, Ü, Y.
2013-12-14
4,131
Zakir Həsənov Orduya əlavə əsgər toplayır – Elan
General Zakir Həsənovun Müdafiə naziri təyin olunmasından sonra apardığı islahatlara və yeniliklərə daha bir məqam əlavə olunub. Müdafiə naziri Zakir Həsənovun rəsmi "feysbuk" hesabında Azərbaycan vətəndaşlarına ünvanlanan elan əksini tapıb. Elanda bildirilir: "Azərbaycan Respublikası Silahlı Qüvvələrində müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan Azərbaycan Respublikasının vətəndaşları, qanunvericiliklə tənzimlənmiş qaydada Bakı, Bərdə, Beyləqan, Şəmkir və Naxçıvanda yerləşən birliklərin komandanlıqlarına müraciət edə bilərlər. Əlavə məlumat üçün 538-61-74 nömrəli telefona (həftənin bazar ertəsi-cümə günləri, saat 10.00-dan 12.00-dək və 16.00-dan 18.00-dək) müraciət oluna bilər". Xatırladaq ki, Zakir Həsənovun Müdafiə naziri təyin olunmasını və peşəkar kadrların ordunun başına gətirilməsini diqqətlə izləyən erməni analitiklər artıq xeyli müddətdir ki, Azərbaycanın müharibə ritorikasının reallığa çevriləcəyindən narahatlıqlarını mətbuatda açıq şəkildə bildirirlər.
2013-12-14
4,132
Bakının Yasamal bazarında yanğın - Foto
Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən Yasamal bazarında yanğın olub. Bazarda fəaliyyət göstərən ət və ət məhsullarının satıldığı mağaza qəfil yanıb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası dərhal hadisə yerinə yollanıb. Güclü küləyin əsməsi digər ticarət obyektlərini də yanmaq təhlükəsi ilə üz-üzə qoyub. Yanğınsöndürənlərin səyi nəticəsində küləyin təsiri ilə artan yanğın tez bir zamanda söndürülüb. Yasamal Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğının səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq. (APA)
2013-12-14
4,133
Neftçalada yanğın
Neftçala rayonun Qoltuq kəndində yanğın baş verib. FHN-yə daxil olan məlumata əsasən yanğın vətəndaşa məxsus köməkçi otağın dam örtüyündən başlayıb. Hadisə yerinə dərhal Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası yollanıb. Səhər 06:15-də yanğın söndürülüb
2013-12-14
4,134
Kiyevdə terror həyəcanı
Kiyevdə insanların kütləvi şəkildə yerləşdiyi obyektlərin minalanması və noyabr-dekabr aylarında partlayış ediləcəyi hədə-qorxusu ilə dəfələrlə anonim məlumat daxil olub. "Axar.az" Rusiya mәtbuatına istinadәn xәbәr verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) nəzdində anti-terror mərkəzi paytaxtda terrorizmlə mübarizə subyektlərini tam hazır vəziyyətə gətirib. Qərar "Terrorizmlə mübarizə" qanununa əsasən qəbul edilib. Terrorizmlə mübarizəyə hazırlıq UTX, DİN, Sağlamlıq Nazirliyi və digər qurumlar tərəfindən aparılıb. Bu hazırlıqlar "əhalinin təhlükəsizliyini təmin etmək və terror məqsədilə cinayət fəaliyyətinə yol verməmək" üçündür.
2013-12-14
4,135
Nərimanovda ev yandı
Nərimanov rayonunda ev yanıb. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında tüstü bacasının ətrafı 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın gecə saat 01:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alanlar yoxdur.
2013-12-14
4,136
Nikolay Azarov istefaya getməyə hazırdır
Ukraynanın baş naziri Nikolay Azarov istefaya getməyə hazır olduğunu bəyan edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, o bunu müxalifətçi Arseniy Yatsenyukla Ümummilli "Dəyirmi masa" zamanı mübahisə edərkən deyib. Müxalifətçi deputatın "ölkədəki böhrana səbəb baş nazirin öz kreslosundan bərk yapışmasıdır" söyləməsinə Azarov "Mənim öz iradəm var, mən qərarımı verəcəyəm. Amma sən də iradəni ortaya qoy və məsuliyyəti üzərinə götür", - deyə cavab verib.
2013-12-14
4,137
Milli Məclisin deputatı Avropa ölkələrinə səfər edəcək
Millət vəkili "Yəhudi-müsəlman birgə yaşayışı. Avropada antisemitizmə cavab: Azərbaycan nümunəsi" adlı tədbirdə iştirak edəcək. Milli Məclisin deputatı Azər Kərimli "Yəhudi-müsəlman birgə yaşayışı. Avropada antisemitizmə cavab: Azərbaycan nümunəsi" adlı tədbirdə iştirak etmək üçün dekabrın 16-17-də Belçikanın Brüssel şəhərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Azər Kərimli müzakirələrdə Azərbaycandakı tolerantlıq mühiti, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşamaq hüquqlarından danışacaq. Azər Kərimli, həmçinin İtaliya-Azərbaycan Assosiasiyasının illik hesabat konfransında iştirak etmək üçün dekabrın 18-dən 21-dək Roma şəhərində olacaq (anspress.com). Milli Məclisin deputatı Belçikaya və İtaliyaya səfər edəcək. Millət vəkili "Yəhudi-müsəlman birgə yaşayışı. Avropada antisemitizmə cavab: Azərbaycan nümunəsi" adlı tədbirdə iştirak edəcək Milli Məclisin deputatı Azər Kərimli "Yəhudi-müsəlman birgə yaşayışı. Avropada antisemitizmə cavab: Azərbaycan nümunəsi" adlı tədbirdə iştirak etmək üçün dekabrın 16-17-də Belçikanın Brüssel şəhərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Azər Kərimli müzakirələrdə Azərbaycandakı tolerantlıq mühiti, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşamaq hüquqlarından danışacaq. Azər Kərimli, həmçinin İtaliya-Azərbaycan Assosiasiyasının illik hesabat konfransında iştirak etmək üçün dekabrın 18-dən 21-dək Roma şəhərində olacaq (anspress).
2013-12-14
4,138
"Dilmanc" milli axtarış sistemi yaratdı
"Dilmanc" proqram təminatı istehsalçısı milli axtarış sisteminin tərkib hissəsi olan axtarış kraulerini (crawler) yaradıb. "Axar.az" xəbər verir ki, bunu Trend-ə layihəsinin rəhbəri Əbülfət Fətullayev deyib. Onun sözlərinə görə, axtarış krauleri istifadəçiyə Azərbaycan, rus və türk dillərində axtarışa verilən lazımi məlumatı tapmağa imkan verir. Ə.Fətullayev bildirib ki, milli axtarış sisteminin müəyyən komponentləri hazırda artıq reallaşdırılıb və layihə zəruri maliyyələşdirmə əldə edildikdən sonra həyata keçirilə bilər: "Layihənin həyata keçirilməsi üçün böyük texniki dəstək lazımdır. Hesablamalarımıza görə, ilkin versiyanı məlumatı saxlayacaq və hər gün indeksləşdirəcək bir neçə yüz personal kompüterin resurslarından istifadə etməklə işə salmaq mümkün olacaq". Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) istismara verildikdən sonra layihə daha böyük aktuallıq qazanacaq. Onun vacib üstünlüklərindən biri regional trafikin (videokonfranslar, filmlər, oyunlar və s.) bilavasitə bu vahid şəbəkə daxilində saxlanılması olacaq. "Dilmanc" rəhbəri hesab edir ki, buna görə də milli axtarış sistemi məlumatın yekun istifadəçiyə daha əlverişli qiymətə çatdırılmasında faydalı ola bilər.