date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-12-10 | 3,824 | “Camaat-i İslami”nin baş katibi bu gecə edam ediləcək | Banqladeş məhkəməsi "Camaat-i İslami"nin baş katibi və ideoloqu Əbdülqədir Mollanı bu gecə edam edəcək. Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsində fevral ayında ömürlük həbsə məhkum edilən "Camaat-i İslami" partiyasının liderlərindən olan Əbdülqədir Molla bu gecə edam ediləcək. Xatırladaq ki, "Camaat-i İslami" Partiyasının baş katibi olan Molla ittihamları rədd etmişdi və haqqında verilən ömürlük həbs cəzasının ləğvi üçün Ali Məhkəməyə müraciət etmişdi. |
2013-12-10 | 3,825 | Prezidentlər Mason lojasında hesabat verir - Video | Çox maraqlıdır ki, 2012-ci ilin yanvar ayında Parisdə prezidentliyə namizədlərin seçkiqabağı kampaniyası çıxışları məhz mason lojasında edilirdi. 16 potensial namizəddən altısı masonların önündə çıxış etməyə gəlir. Onların hamısı ölkənin ən böyük partiyalarının üzvləridir. Məhz bu namizədlərdən biri Avropanın ən güclü iqtisadiyyat ölkəsinin başında duracaq. Bəs niyə bu namizədlər öz seçicilərinin deyil, gizli təşkilat üzvlərinin önündə çıxış edirlər? Ekspertlər əmindirlər ki, gələcək prezidentlərin taleyini məhz masonlar həll edir. İnanmaq çətin olsa da, bütün dünya mütəxəssisləri ABŞ kimi böyük dövlətin masonlar tərəfindən yaradıldığını iddia edir. Bundan başqa qeyd edilir ki, mason gizli təşkilatının üzvü ABŞ-ın ilk prezidenti Corc Vaşinqton paytaxtı elə layihələşdirib ki, bu şəhər özündə xüsusi simvolları gizləyir. Ki, gələcək nəsil şifrələnmiş məlumatı oxuya bilsin. Bu şifrələrə tək Vaşinqtonda yox, eləcə də Parisdə, Peterburqda, Moskvada rast gəlmək olar. Məsələn, Kremlin başında olan 5 guşəli qırmızı ulduz masonlarda hikmət rəmzidir. Ulduz və ehrama tez-tez müxtəlif dövlətlərin, partiyaların bayraqlarında, böyük şirkətlərin loqolarında rast gəlmək olar. Siyasətə qarışmadıqlarını bildirsələr də, onlar "Yeni dünya düzəni" yaratmaq istəyir. Onun prinsipləri dünyada bütün sərhədləri ləğv edərək vahid dövlət yaratmaqla insanları qula çevirməkdir. Daha təfərrüatlı videoda... |
2013-12-10 | 3,826 | İlham Əliyev Əbdüllətif Əhməd Əl-Osmanı qəbul edib | Azərbaycan prezidenti İlham Əliyev dekabrın 10-da Səudiyyə Ərəbistanı Krallığı Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan hökumətlərarası birgə komissiyasının həmsədri Əbdüllətif Əhməd Əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq yenidən prezident seçilməsi münasibətilə İ.Əliyevi təbrik edərək Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını deyib. O, Səudiyyə Ərəbistanının kralı əlahəzrət Abdullah bin Əbdüləziz Al Səudun ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduğunu söyləyib. Azərbaycan prezidenti isə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanın əsas tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlığı yüksək qiymətləndirən prezident, bu əməkdaşlığın böyük potensiala malik olduğunu söyləyib və bu istiqamətdə mühüm irəliləyişlər əldə ediləcəyinə əminliyini bildirib. |
2013-12-10 | 3,827 | İlham Əliyev fəxri adlar verdi | Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər: Bağırov Çingiz Hüseynqulu oğlu Əliyeva Gülşən Teymur qızı Əliyeva Səmayə Əjdər qızı Hacıyev Bayram Camal oğlu Kərimova Fəxriyyə Ağasəf qızı Qurbanov Ağayusif Kazım oğlu Mehdiyeva Dilarə İbad qızı Məhərrəmov Həmid Adil oğlu Məlikova Elfira Hacıbaba qızı Talıbzadə Aydın Ağayunus oğlu Dövlət başçısı, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayır. Sərəncamda deyilir ki, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar Elm Xadimi" Əfəndiyev Timuçin İlyas oğlu "Əməkdar İncəsənət Xadimi" Dadaşzadə Kamilə Hüseyn qızı Kərimova Nailə Hüseyn Ağa qızı Manafova Maral Cəbrayıl qızı Məmmədova Qəmər Məlik qızı Sadıqov Rafiq Kərim oğlu Sultanov Fikrət Əbdül Həmid oğlu "Əməkdar Artist" Abiyev Sərxan Əmirağa oğlu Atakişiyeva Fərhunə Vəfa qızı Əliyev Zakir Əlisahib oğlu Hümmətova Nüşabə Ələsgər qızı İbişova Ruzə Məhərrəm qızı "Əməkdar Müəllim" Əliyev Vəfa Xanoğlan oğlu Əlizadə Apdin İzrail oğlu Quliyev Əzizağa Rza oğlu Məmmədova Gülnarə Oqtay qızı Mustafayev Elşad Nuru oğlu Sofiyev Xaləddin Əli oğlu "Əməkdar Rəssam" Hacızadə Elşən Əbülfət oğlu Sadıqbəyova Sevda Rafiq qızı "Əməkdar Mədəniyyət İşçisi" Axundov Bəhruz Həsən oğlu Dadaşov Eldar Ağadadaş oğlu Əliyeva Sədaqət Ağasəfər qızı Hüseynova Ellada Əlihüseyn qızı Osmanova Esmiralda Qurbanəli qızı |
2013-12-10 | 3,828 | Prezident İsmayıllıya 2 milyon manat ayırdı | Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 4 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılsın. Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir. (Trend) |
2013-12-10 | 3,829 | Gədəbəydə oğurluqla məşğul olan qrup saxlanıldı | Gədəbəy polisi rayon ərazisində silsilə oğurluqlar edən dəstəni zərərsizləşdirib. 3 nəfərdən ibarət dəstə üzvləri 7 mağazadan və bir kafedən oğurluq etməkdə şübhəli bilinir. Bundan əvvəl həmin şəxslərin Tovuz rayonunda daha 11 mağazanı qarət etdikləri müəyyən edilib. Gədəbəy rayonunun İnəkboğan kənd sakinləri İqral Abbasov, Şöhrət Hüseynov və Aslan Əliyev Qərb bölgəsinin bir çox rayonlarında mağazalara qənim kəsilib. Həmyerlilər qabaqcadan əlbir olaraq qrup şəklində mağazaları qarət ediblər. Onlar bu üsulla yaşadıqları rayonda 8 müxtəlif ünvanda oğurluq ediblər. Onların əsas hədəfi nağd pul və digər qiymətli əşyalar olub. Müstəntiq İlqar Abdullayev deyib ki, onlar götürmüş olduqları müxtəlif telefon danışıq kartlarını, eləcə də geyim əşyalarını və cinayətdə istifadə etdikləri aləti istintaqa təqdim ediblər. Gədəbəy polisi tərəfindən saxlanılan qrup üzvləri ilkin ifadələri zamanı bildiriblər ki, cinayət əməlinə bu ilin oktyabr ayından başlayıblar. Bu müddət ərzində onlar Gədəbəylə yanaşı Tovuz və Şəmkir rayonundan da oğurluqlar ediblər. Beləliklə, onların 20 oğurluq faktında əli olduğu üzə çıxıb. İ.Abdullayev qeyd edib: "Onlar Tovuz rayonunun Qovlar şəhərində yerləşən 4 mağazadan və Əyyublu kəndində daha 7 mağazadan bu ilin dekabr ayında oğurluq etmələrini səmimi etiraf ediblər". İlk dəfə cinayət məsuliyyətinə cəlb olunacaq gənclər oğurluqları sərxoş halda törətdiklərini və veriləcək cəzanı çəkməyə hazır olduqlarını bildiriblər. Hazırda Gədəbəy polisi qrup üzvlərinin başqa cinayətlərdə əli olub-olmamasını araşdırır. ("Kəpəz Tv") |
2013-12-10 | 3,830 | Yol terroru daha bir can aldı | Bakıda 43 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, yol qəzası Biləcəri qəsəbəsində, bazarın qarşısında qeydə alınıb. "KamAZ" markalı avtomobil arxaya hərəkət edərkən 1970-ci il təvəllüdlü Ağdaş rayon sakini Pərvanə Süleymanovanı vurub. P. Süleymanova hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (APA) |
2013-12-10 | 3,831 | Yazarlarımız 2013-cü ili nə ilə xatırlayacaqlar? | Artıq növbəti ilin başlamasına sayılı günlər qalıb. Bəs yazarlarımız bir azdan artıq keçmiş olacaq 2013-cü ili necə xatırlayacaq? Bu ildə onların hansı uğurları oldu, ya da nə gözləntiləri vardı, amma onu gerçəkləşdirə bilmədilər? Musa Yaqub 2013-cü il şairin yadında "Dağlar" şeri ilə qalacaq: "Bu seirimdə dağlara aid gözəl təsvirlər verdim, oraların dünyasını göstərdim. Şair, yazar elədir ki, o az qala bir il düşünür, sonra yazır. Mən bu il daha çox düşündüm. Yəqin gələn il yazacam. "Dövrün dəyirmanı" adlı kitabım nəşr olunub. Bu il xeyli yeni şeirlərim yarandı. Yaradıcılıqda plan yoxdur, o, daxilən qazanılan xəzinədir. Ən gözəli odur ki, hələ də bu əhvali-ruhiyyə ilə yaradıcılığımı davam etdirirəm". Güntay Gəncalp Yazıcı Güntay Gəncalp 2013-cü ildə iki kitabının çap olunduğunu bildirdi. Onlardan biri "Yolatayın xatirələri", digəri isə "Tahirə Qurrətuleyn və babilik" adlı tarixi araşdırmadır. Bununla yanaşı "Varlığın peyğəmbəranə oxunuşu" adlı tərcümə kitabı da bu ildə dərc olunub: "Bu il kifayət qədər yaradıcılıqla məşğul ola bilmişəm",- deyən yazar ümumən 2013-dən razı qaldığını bildirdi. Seymur Baycan Bu il Seymur Baycan olduqca aktiv olub. O, 2013-cü ildə 3 kitabının nəşr edildiyini bildirdi. Zümrüd Yağmur Yazar geridə qoyduğumuz ildə müəyyən yaradıcılıq uğurlarının olduğunu bildirdi. 2013-cü ildə yazar daha çox ölkədən xaricdə dərc olunub. Belə ki, yazarın 2013-cü ilin may ayında Türkiyədə "Diriləri basdırın" əsəri yayımlanıb: "Daha sonra Ukraynada "Allah qayıdır?!" əsəri dərc olundu və bu ölkədə təqdimat mərasimində olarkən ümumiyyətlə, ədəbiyyata böyük maraq gördüm". Zümrüd Yağmur onu da bildirdi ki, gələn ildə də tək özünün deyil, bir çox həmkarlarının bu ölkədə əsərlərinin dərc olunacağını gözləyir. 2013-cü ildə yeni əsər üzərində işləyib-işləmədiyi sualınasa, cavab olaraq Zümrüd xanım bildirdi ki, artıq bir azdan geridə qalacaq ildə yeni əsər işləyib və gələn ilin ilk aylarında kitab dərc olunacaq. "Yağış qadın" adlanan əsərin mövzusu Qarabağ müharibəsidir. Cəlil Cavanşir Digər yazarlar kimi o da yaradıcılığa xeyli zaman ayırıb. Bu il Bricit Oberin "Doktor Marçın dörd oğlu", Nitsşenin "Dəccal" və Danil Kelmanın "Dünyanın ölçülməsi" əsərlərini tərcümə etdiyini bildirdi: "Hər il olduğu kimi, bu il də yeni ili kirayə qaldığım mənzilimdə tək başına keçirməli olacağam". Eluca Atalı 2013-cü ildə yazarın iki kitabi dərc olunub. Uşaq hekayələri və esseləri ilə məşhur olan yazar Eluca Atalı 2013-cü ili onun üçün düşərli olduğunu bildirdi: "Bu il "Bir udum azadlıq" və "Gecikmiş oyuncaq" kitablarım çapdan çıxdı. Qorxurdum ki, daha uşaq hekayələri yaza bilmərəm. Çünki insan yaşlandıqca hərəkətləri azalır, daha çox düşüncəyə və fikirlərə yer verir yazılarında… Amma gördüyünüz kimi, elə olmadı". Qismət Eyni soru ilə müraciət etdiyimiz şair bildirdi ki, bu barədə düşünməyib: "Çünki daim nələrsə yazır, nələrsə yaradıram. Bəzən saytlara primitiv yazılar da yazıram. Bu il bir neçə esse, şeirlərim var idi ki, onları seçib ayırdım. Səlim Babullaoğlu haqqında yazdığım esseni çox bəyəndim. Bu il xeyli yazılarım ürəyimcə oldu. Xüsusi olaraqsa heç nə baş vermədi". |
2013-12-10 | 3,832 | Mahsun Kırmızıgül sözünü tuta bilmədi | "O, göründüyü kimi deyil" Mahsun Kırmızıgülün çəkdiyi "Nyu Yorkda Beş Minarə" filmində rol alan Əşrəf Kolçak Mahsun Kırmızıgülü verdiyi sözə əməl etməməkdə günahlandırıb. Onun dediyinə görə, Mahsun Kırmızıgülü sonrakı layihələrini ona verəcəyinə söz veribmiş, lakin sonradan fikrindən daşındığını bildirib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, aktyor Əşrəf Kolçak müğənnini ağır ittiham edib. O, hətta müğənninin göründüyü kimi olmadığını da bildirib. |
2013-12-10 | 3,833 | Xalq artisti Rafiq Hüseynov əməliyyat olundu | Xərçəngdən əziyyət çəkən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bu gün Türkiyədə əməliyyat olunub. R.Hüseynovun xanımı Səbinə Hüseynovanın verdiyi məlumata görə, əməliyyat ağır keçsə də, nəticə normal olub: "Əməliyyat dörd saata yaxın çəkdi. Çox ağır və ciddi əməliyyat olub. Amma orqanizmin müqavimət qabiliyyəti yaxşı olub. Həkimlər dedilər ki, əməliyyat müddətində ciddi problemlər yaranıb. Ağciyərin üstündən şişi götürüblər. Biz düşünürdük ki, bəlkə ağciyərini kəsəcəklər, amma əsas problem bronxlarda olub, ona görə də bronxlarda da əməliyyat aparılıb. Xəstəliyin bronxlara metastaz verməsi ciddi problemdir. Ciyərini kəsib götürsəydilər, daha yaxşı olardı, nəinki bu xəstəliyin bronxlara yayılması". S.Hüseynova əlavə edib ki, müalicə ilə əlaqədar on gün Türkiyədə qalacaqlar: "Ciddi nəzarət olmalıdır. Növbəti günlərdə kimyaterapiya aparılacaq. Hələlik icazə vermirlər, bir neçə saatdan sonra onunla görüşəcəyəm". (APA) |
2013-12-10 | 3,834 | Moskvada Rusiya-Azərbaycan parlamentarları görüşəcək | Dekabrın 11-də Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Parlamenti sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, deputatlardan Rövşən Rzayev, Mixail Zabelin, Rüfət Quliyev, Fəzail Ağamalı və Yevda Abramov daxildirlər. İclasda 10-cu iclasın qərarlarının yerinə yetirilməsi barədə məlumat dinləniləcək, Azərbaycanla Rusiya arasında regional əməkdaşlığın qanunvericilik təminatı, perspektivləri və indiki vəziyyəti, parlamentlərarası komissiyanın Rusiya və Azərbaycan tərəfdən tərkiblərinə dəyişikliklər edilməsi, növbəti 12-ci iclasın mövzusunun, keçirilmə vaxtının və yerinin müəyyən olunması və digər mövzularda müzakirələr aparılacaq. |
2013-12-11 | 3,835 | ÇL: VI tur - Yekun nəticələr (Yenilənib) | Bu gün Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vuruldu. "Axar.az"ın xəbərinə görə, ilk oyun günündə A, B, C və D qruplarında qarşılaşmalar keçirildi. Azərbaycanlı futbolsevərlərin böyük maraqla gözlədiyi qarşılaşma İstanbulda "Qalatasaray" və İtaliya nəhəngi "Yuventus" arasında idi. Nöbəti mərhələyə yüksəlmək üçün Türkiyə təmsilçisini yalnız qələbə qane edə bilərdi. Turin təmsilçisi isə bərabərlik durumunda da qrupdan çıxmağı təmin edəcəkdi. "Axar.az" Çempionlar Liqasında VI turun qarşılaşmalarını onlayn olaraq təqdim etdi. "Qalatasaray" – "Yuventus" oyunu qar yağması səbəbindən dekabrın 11-nə keçirildi. Digər oyunlarda yekun nəticələr belədir: "Real Sosyedad" (İspaniya) 0-1 "Bayer" (Almaniya) "Mançester Yunayted" (İngiltərə) 1-0 "Şaxtyor" (Ukrayna) 11.12.2013. "Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya) "Kopenhagen" (Danimarka) 0-2 "Real" (İspaniya) "Benfika" (Portuqaliya) 2-1 PSJ (Fransa) "Olimpiakos" (Yunanıstan) 3-1 "Anderlext" (Belçika) "Bavariya" (Almaniya) 2-3 "Mançester Siti" (İngiltərə) "Viktoriya" (Çexiya) 2 -1 MOİK (Rusiya) |
2013-12-10 | 3,836 | "Azərbaycan İslam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verir" | Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Qvineyanın paytaxtı Konakri şəhərində "Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili" mövzusunda keçirilən 40-cı sessiyasında çıxış edib. "Axar.az"ın xəbərinə görə, nazir bildirib ki, İslam Ümməti ilə mədəni, dini və tarixi köklərlə bağlı olan Azərbaycan hər zaman İslam ölkələri ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafına böyük önəm verib. Nazir bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyəti hər zaman dini nifrətə rəvac verilməsinə və dinlərin təhqir olunmasına qarşı qəti mübarizəyə çağırıb. Bu gün mövcud islamofobiya meyllərinin qarşısını almaq üçün İƏT çərçivəsində səylərin birləşdirilməsi çox vacibdir. Nazir bildirib ki, rəsmi Bakı Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və həmin ərazilərdə dəhşətli etnik təmizləmənin törədilməsini qınayaraq göstərdiyi davamlı mövqeyə görə İslam Ümmətinə, hər bir İƏT üzvünə və İƏT Katibliyinə minnətdarlığını bildirir. O deyib: "Biz xüsusilə BMT Təhlükəsizlik Şurasının, İƏT-in və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrində və qərarlarında erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, qeydi-şərtsiz və tam şəkildə çıxarılması tələbinə görə İƏT-in üzv dövlətlərinə təşəkkür edirik". E.Məmmədyarov diqqətə çatdırıb ki, Azərbaycan 2014-cü ildə "İƏT-ə üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda nazirlər konfransının 5-ci sessiyasına ev sahibliyi edəcək. E.Məmmədyarov bildirmişdir ki, Azərbaycan İƏT və BMT arasında son illərdə əlaqələrin müxtəlif sahələrdə sıx məsləhətləşmələr və əməkdaşlıq şəklini alaraq daha da əhəmiyyətli olmasından məmnundur. Bir çox siyasi münaqişələrin İƏT regionunda baş verməsi səbəbindən qurum sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərində daha da fəal olmalıdır. Buna görə də biz İƏT və BMT Təhlükəsizlik Şurası arasında əməkdaşlığı və daha sıx birgə fəaliyyəti strateji hesab edirik. E.Məmmədyarov deyib: "İƏT-in də üzvü olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyəni özündə birləşdirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional təşkilat kimi İƏT yanında müşahidəçi statusu almaq üçün müraciət edib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətdə olan sədri kimi Azərbaycan inanır ki, regional əməkdaşlıq mexanizmi olaraq bu qurumun müşahidəçi statusu əldə edərək İƏT-in fəaliyyətində iştirakı hər iki təşkilatın bölüşdüyü birgə məqsədlərin həyata keçirilməsinə töhfə verəcək". |
2013-12-10 | 3,837 | Qəzetlərə dövlət dəstəyinin qaydaları dəyişdirilir | Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. 10 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirildi. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq bildirdi ki, iclasda iki məsələnin - "2014-cü ilin 1-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının və cari məsələlərin" müzakirəsi nəzərdə tutulub. Gündəlikdə dayanan birinci məsələ barədə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli, Fondun büdcəsində KİV layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait barədə məlumat verdi. O, həmçinin, KİV layihələrinin maliyyələşdirilməsi şərtlərində bəzi dəyişikliklərin edilməsi zərurətini də qeyd etdi. Bildirdi ki, əvvəllər layihələrin icrası üçün 6 ay müəyyən edilirdi. KİV dinamik sahə olduğundan və intensiv dəyişikliklər qarşıya çıxdığından, layihələrin icra müddətinin 3 aya endirilməsi, buna uyğun olaraq müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə keçirilməsi məqsədəuyğun olardı. V. Səfərli onu da bildirdi ki, Fondun ötən dövrdə ayırdığı maliyyə yardımları ölkə KİV-lərinin texniki imkanlarının, dövriliyinin və tirajlarının artımına ciddi təsir göstərib. Bunu nəzərə alaraq, müsabiqəyə qatılmaq istəyən KİV-lər üçün tiraj və yayımla bağlı müəyyənləşdirilən şərtlərin dəyişdirilməsi, hər buraxılışın satış və ya abunə yolu ilə yayılması həddinin 750 nüsxədən 1000 nüsxəyə, tirajın isə 2000 nüsxədən 2500 nüsxəyə çatdırılması məqbul olardı. Müşahidə Şurasının üzvləri təqdim edilmiş təkliflər ətrafında müzakirə apardılar. Müşahidə şurasının üzvü Əflatun Amaşov qeyd etdi ki, iki il əvvəl müsabiqə şərtlərinə edilmiş əsaslı dəyişikliklərin, eyni zamanda göstərilən maliyyə dəstəyinin artırılması KİV-in inkişafına ciddi müsbət təsir göstərdiyi üçün, yeni müsabiqə şərtlərində tiraj və yaymla bağlı dəyişikliklər edilməsi realdır. Bununla yanaşı Ə. Amaşov maliyyələşmə ilə keçirilən müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə olmasının da məqsədə uyğunluğunu vurğulayıb. Müşahidə Şurasının üzvləri Vüqar Rəhimzadə, Rəşad Məcid çıxış edərək tiraj və yayım şərtinin dəyişdirilməsinin KİV redaksiyalarını öz işlərinə daha məsuliyyətli yanaşmağa vadar edəcəyini bildirdilər. Sonra təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi * * * * Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə ELANI Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2014-cü ilin 1-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır: 1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. 2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi. 3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması. 4. İctimai və dövlət maraqlarının müdafiəsi. 5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. 6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi. 7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması. 8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin elm və mədəniyyətinin təbliği 9. Azərbaycançılıq ideyasının təbliği. 10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi. 11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. 12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi. 13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi. 14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi. 15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi 16. Elm və təhsilin inkişaf etdirilməsi. 17. Ekologiya və ətraf mühitin mühafizəsi. 18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. 19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı. Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər: - müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövrüliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər. Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir: - Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar; - barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar; - əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər; - təsisçisi dini qurumlar və dini icmalar olanlar; - xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar; - xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar; - təsisçiləri dövlət orqanları olanlar; Maliyyə yardımının şərtləri: - layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır; - ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir. Hər layihə üçün maksimum məbləğ 30 000 (otuz min)manat müəyyən edilmişdir. Hər KİV bir layihə təqdim edə bilər. Sənədlər dekabrın 10-dan 25-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur. Sənədlər fonda şəxsən təqdim edilməlidir.. Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap Elektron variant (CD diskdə, Times New Roman 12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir. ("musavat.com") |
2013-12-10 | 3,838 | Serj Sərksiyan və Erik Rubin Qarabağı müzakirə etdi | Ermənistan prezidenti Serj Sərkisyan dekabrın 10-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edib. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, görüş zamanı tərəflər Ermənistan və ABŞ arasındakı münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirib və ikitərəfli əlaqələri daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Serj Sərkisyan və Erik Rubin həmçinin Dağlıq Qarabaq münaqişəsi ilə bağlı danışıqlar prosesinin son durumunu müzakirə ediblər. Tərəflər arasında bir sıra regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb. |
2013-12-10 | 3,839 | Alla Puqaçova və Qalkinin körpələri TV-də - Foto | Məşhur cütlüyün uşaqlarını görmək tezliklə mümkün olacaq. Nəhayət, Allayla Maksim körpələrini göstərmək qərarına gəlib. "Axar.az" xəbər verir ki, "NTV" kanalının "Rusiya sensasiyaları" verilişinin jurnalistləri onların qəsrində olub, veriliş hazırlayıblar. Körpələrini ilk dəfə kamera qarşısına çıxaran Alla və Maksim uşaqlardan sonra həyatlarının necə dəyişdiyi haqqında ətraflı danışıblar. |
2013-12-10 | 3,840 | Yol terroru davam edir - 2 ölü | Bakıda və Abşeron rayonunda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. "Axar.az"ın xəbərinə görə, Bakı sakini Şahlar Ağayev idarə etdiyi "İsuzu" markalı avtomobillə paytaxtın Sabunçu rayonunun Y.Əliyev küçəsində yolu keçən Mikayıl Məhərrəmovu vurub. Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Abşeron rayonunun Saray qəsəbəsinin sakini Kamran Kazımlı isə sürdüyü "Mercedes" markalı avtomobillə yolu keçən Fidan Əliyevanı vurub. Xəsarət almış qadın xəstəxanaya yerləşdirilsə də orada keçinib. Tərtər rayonunun Qaraqoyunlu kəndində rayon sakinləri Mahir Əliyevin və Vəfadar Alıyevin idarə etdikləri "QAZ-2410" markalı avtomobillər toqquşublar. M.Əliyev və avtomobildəki sərnişini - Tərtər şəhər sakini Zaur Sarıyev, habelə V.Alıyev xəstəxanaya çatdırılıblar. Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. |
2013-12-10 | 3,841 | İraqda partlayış - 12 ölü | İraqın şimalında Baxibə şəhərində partlayış baş verib. "Axar.az"ın xəbərinə görə, partlayış nəticəsində 3-ü uşaq və 5-i qadın olmaqla 12 adam həyatını itirib, 21-i yaralanıb. Partlayışın ardından təhlükəszilik qüvvələri ərazini nəzarət altına alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. İraqın Hazərciyə adlı tayfası bu səhər başverən terror hücumları nəticəsində həlak olan 6 nəfər yaxın adamının cənazəsini qəbirstanlığa gətirib dəfn etdikləri vaxt yaxınlıqda yerləşdirilmiş partlayıcı maddə partlayıb. Hadisəyə bağlı ətraflı məlumat verilməyib. |
2013-12-10 | 3,842 | Rusiyada ermənilərə divan tutulur | Hazırda Rusiyanın Arzamas şəhərində yaşayan ermənilər evdən kənara çıxa bilmirlər, çünki skinhedlər və neonasistlər tərəfindən divan tutulmaqdan qorxurlar. Bu barədə Nijeqorod vilayətinin ermənilərinin birliyinin rəhbəri Tiqran Şahnazaryan bildirib. Onun sözlərinə görə, hadisələr dekbarın 9-da 1986-cı il təvəllüdlü Ermənistan vətəndaşı Vaçik Bulaxçyan tərəfindən Aleksandr Slakayev adlı yerli sakinin öldürülməsindən sonra başlayıb. Bu, yerli sakinlərin kəskin etirazlarına səbəb olub. Şəhərdə ermənilərə məxsus obyektlər talan edilib. (ANS) |
2013-12-10 | 3,843 | İlham Əliyev qanunda dəyişikliklər etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qərara əsasən bir sıra sərəncamlar imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Sosial sığorta haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb . |
2013-12-11 | 3,847 | "Qalatasaray" - "Yuventus" oyunu təxirə salındı - Foto | Çempionlar Liqasının VI turunda qrup mərhələsinin son turunun qarşılaşmaları keçirilir. "Axar.az" olaraq, canlı yayımını təqdim etdiyimiz "Qalatasaray" - "Yuventus" qarşılaşması yarımçıq dayandırılıb. Buna səbəb matçın 10-cu dəqiqəsindən sonra meydana dolu yağması nəticəsində oyunun davam etdirilməsinin çətinləşməsidir. Qarşılaşmanın Baş hakimi Pedro Proenko qarşılaşmanın 25-ci dəqiqəsindən sonra matçı dayandırıb və oyuna 20 dəqiqə ara verdiyini açıqlayıb. *** Yarım saat ərzində meydanın qardan təmizlənməsinin qeyri-mümkün olması səbəbindən qarşılaşma dekabrın 11-nə təyin edildi. |
2013-12-10 | 3,848 | Nazirimizin qardaşı Türkiyədəki 3 milyonluq obyektini təriflədi | "Elşənin Türkiyədə restoran açması doğrudur, adı da "Quzu"dur. Amma qiymətindən xəbərsizəm. O gün bizim diplomatlar da o restoranda olublar. Və bunu "feysbuk" sosial şəbəkəsində qeyd ediblər. Hətta mən də şərh yazmışdım. Dedilər əla restorandı". Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş vitse-prezidenti Elşən İbrahimov qardaşları Tağı İbrahimovun oğlu Elşənin Türkiyədə 3 milyon dəyərində qiyməti olan restoran haqqında "Xeberdar.az"a danışarkən deyib. Xatırladaq ki, dekabrın 7-də İstanbulun sayılıb-seçilən məkanlarından biri olan "Etiler"də Disaporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı oğlu Elşən İbrahimovun restoranın açılışı etməsi barədə "Publika.Az" məlumat yayıb. Restorana baş çəkənlər arasında gözəl azərbaycanlı model Günay Musayeva da olub. "İstanbula gələn dostlarıma, "Günay, hara gedək, hara gözəldir?", "Azəri yeməyi hazırla, çox maraqlıdır",deyən bütün türk dostlarıma, "Twitter" , "İnstaqram", "Facebook" dostlarıma dönə-dönə deyirəm, artıq ünvan bəllidir!"- fikirlərini sosial şəbəkədə yazan Günay həyat yoldaşı Tolqa Karel və yaxın dostları ilə bərabər restorana baş çəkib. |
2013-12-11 | 3,849 | Hansı biriniz belə risk edə bilərdi? - Video | Onlar heç nədən qorxmurlar! Bəs siz? |
2013-12-11 | 3,850 | Sabirabadda zəncirvari qəza - Fotolar | Sabirabadda baş verən zəncirvari qəzada iki nəfər ağır yaralanıb. Avtoqəza axşam saatlarında Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində, Hacıqabul-Bəhrəmtəpə magistralının 32-ci kilometrliyində baş verib. "Palsüd" şirkətinə məxsus 42 AC 939 dövlət nömrə nişanlı "Ford" markalı yük maşını Saatlı rayonu Əhmədbəyli kənd sakini 1975-ci il təvəllüdlü Rzayev Rza Xudaş oğlunun idarə etdiyi "VAZ 2107" markalı FP 053 tranzit nömrəli avtomobil və "BMW" markalı 10 OU 923 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə VAZ 2107 markalı avtomobilin sürücüsü və həmin avtomobildə sərnişin olan 1963-cü il təvəllüdlü Rzayeva Zeynəb Qaçay qızı (sürücünün qardaşı arvadı) ağır vəziyyətdə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYPİ-də araşdırma aparılır. (APA) |
2013-12-11 | 3,851 | Adil Mirseyid ölüm ayağındadır – Dərd | Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Mirseyid ölüm ayağındadır. Bu barədə "Azxeber.com"a açıqlamasında şairin oğlu Ayaz Baxışov deyib: "2011-ci ilin sentyabr ayında atam getdikcə arıqlamağa başladı və yorğan-döşəyə düşdü. Həkimlər artıq gecikdiyimizi və atamın qaraciyər serrozundan əziyyət çəkdiyini dedilər. İndi də yataqda yatır. Hər 3 aydan bir müalicə alan zaman vəziyyəti nisbətən düzəlir. Artıq imkanımız tükənib. Həkimlər müalicənin şərt olduğunu deyirlər. Atamı müalicə etdirmək üçün pul tapa bilmirik, bizə kömək lazımdır". Adil Mirseyid düşdüyü ağır vəziyyətdən çıxış üçün Heydər Əliyev Fonduna və digər müvafiq dövlət qurumlarına səslənərək yardım istəyib. Qeyd edək ki, Adil Mirseyid "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir. O, Rəsul Rza mükafatının laureatıdır. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb. İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır. |
2013-12-11 | 3,852 | Dəniz altında sirli dünya üzə çıxdı - Fotolar | Dəniz altında heç bir dəyişikliyə uğramadan günümüzə gəlib çatan qədim Misir heykəlləri kəşf edilib. Qədim Misir tanrılarının nəhəng heykəllərinin kəşfi görənləri heyrətə gətirib. Tapılan nəhəng heykəl və kitabələr qədim Misir tarixinin bilinməyən yönlərinə işıq tutacaq. Hətta bu heykəllərin və kitabələrin tarixi kökündən dəyişdirəcəyi barədə fikir səsləndirənlər də var. |
2013-12-11 | 3,853 | Pələng təlimçisinə bu cür hücum etdi – Video | İspaniyada bir sirk pələngi şou zamanı təlimçisinə hücum edib. O anlar saniyə-saniyə kameraya çəkilib. Təlimçini çiynindən və başından yaxalayan pələngə zopalarla müdaxilə olunub. Ağır yaralı olaraq qurtulan təlimçi xəstəxanaya aparılıb. |
2013-12-11 | 3,854 | “Qış gündəliyi”nin davamı gəlir! | Pol Oster "Qış gündəliyi" kitabının ikinci cildini də bitirdiyini açıqlayıb. Məhşur amerikalı yazar Pol Oster keçən il ilk dəfə Türkiyədə nümayiş olunan və İngiltərədə nəşr olunan "Qış gündəliyi" kitabından danışıb. 65 yaşında olan yazar uşaqlığına dair xatirələrindən başlayaraq bütün həyatını izah etdiyi kitablarla əlaqədar "bir səhər oyandım və bədənimin tarixi haqqında bir kitab yazmağa qərar verdim" deyib. Oster yeni kitabında hansı filmləri, hansı sənətçiləri sevdiyini anladarkən kitabının bir hissəsini də keçmiş həyat yoldaşına yazdığı məktublara ayırdığını deyib. "İkinci cildi yazmağa başladıqdan sonra keçmiş həyat yoldaşım Lidiya mənə zəng etdi və ona göndərdiyim bütün məktubları saxladığını söylədi." |
2013-12-11 | 3,855 | Sevgilisini alış-verişdən ayıra bilmədiyi üçün özünü öldürdü | Qızlar ehtiyyatlı olsunlar Çində sevdiyi qızın hədsiz alış-veriş etdiyini dayandıra bilməyən oğlan özünü 7-ci mərtəbədən atıb. Çində yaşayan 38 yaşlı Tao Hsiao sevgilisi Noel ilə ticarət mərkəzində tam beş saat alış-veriş etdikdən sonra artıq nə edəcəyini bilməyib. Sevdiyini dayandıra bilməyən oğlan çarəni intiharda görüb. Özünü yeddinci mərtəbədən atan Tao Hsiao elə düşdüyü yerdə acınacaqlı şəkildə həyatını itirib. Hadisə şahidlərinin sözlərinə görə, sevgilisi növbəti mağazaya girmək istədikdə gənc oğlan daha dözməyib və əlindəki torbalar ilə birlikdə intihar edib. |
2013-12-11 | 3,856 | Türkiyədə gəlinciklər də türban geyindi | Türkiyədə Barbi görünüşlü "Fulla" uşaq gəlinciklərinin artıq türbanlı olanları vitrinlərdə görünməyə başlayıb. Üzərlərində müxtəlif rəngli palto olan Barbi gəlincikləri uşaqların marağına səbəb olub-olmayacağı sual altındadır. Türkiyədə mühafizəkarlaşmanın hansı ölçüyə gəlib çatdığını göstərən gəlinciklər görənləri təəccübləndirir. |
2013-12-11 | 3,857 | Penitensiar xidmət yanğın barədə məlumat yayıb - Yenilənib | 08:10 Bakının Nizami rayonu әrazisindә yerlәşәn Ədliyyə Nazirliyi Penitensiar Xidmәtinin Müalicә Müәssisәsində yanğın baş verib. "Axar.az"ın "APA"ya istinadən verdiyi məlumata görə, hadisə yerinə xeyli sayda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası vә xilasetmә qüvvәlәri cәlb edilib. 9:53 Ədliyyə Nazirliyi Penitensiar xidməti Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş vermiş yanğın barədə məlumat yayıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 11-i saat 03.40 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilib, Penitensiar xidmətin şəxsi heyətinə həyəcan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub. Yanğın baş verən korpusda olan məhkumların təhlükəsiz yerlərə köçürülməsi təcili olaraq təmin olunub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri operativ olaraq hadisə yerinə gəlib, əməliyyatın həyata keçirilməsinə çətinlik yaradan amillərə baxmayaraq yanğın nəzarət altına alınıb, 06:13 radələrində yanğının söndürülməsinə nail olunub. Hadisə vaxtı xəsarət alan olmayıb. Hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır (APA). |
2013-12-11 | 3,858 | Maydanda barrikadalar dağıdılmaqda davam edir | Kommunal xidmət Kiyevin İnstitutskaya küçəsinin yanında, Azadlıq meydanında ikinci barrikada xəttini dağıdıblar, lakin etirazçılar "canlı sədd" yaradaraq "Berkut"- xüsusi təyinatlıların hücumlarını dəf edə bilib. "Axar.az"ın rus mediasına istinadən xəbərinə görə, xüsusi təyinatlılar sıranı pozmağa çalışıblar. Etirazçılardan ibarət halqanın içinə düşəndən sonra isə, etirazçılar canlı dəhliz yaradaraq "Berkut"lulara dəstəyə qayıtmağa imkan yaradıblar. Kommunal işçilər barrikadaların qalıqlarını yük maşınlarına yığırlar. |
2013-12-11 | 3,860 | Kiyev metroları yenidən bağlandı | Kiyevdə "Kreşşatnik" və "Azadlıq meydanı" metro stansiyalarında sərnişinlərin girişi və çıxışı qadağandır. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə stansiyalar kütləvi hadisələrə görə bağlanıb. Digər metro stansiyalar ənənəvi rejimdə işləyir. |
2013-12-11 | 3,861 | Paytaxt sürücülərinə xəbərdarlıq | Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib. Mərkəzdən verilən məlumata görə, Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət yaranıb. Sürücülərə alternativ olaraq Fəzail Bayramov və Yusif Səfərov küçələrindən istifadə etmələri tövsiyə olunur (Azvision.az). |
2013-12-11 | 3,862 | Əbdülqədir Mollanın edamı təxirə salındı | Banqladeşdə "Camaat-i İslami"nin lideri Əbdülqədir Mollanın edamının təxirə salındığı bildirilib. Banqladeş Məhkəməsi "Camaat-i İslami"nin lideri Əbdülqədir Mollanın edamını bu günə təxirə salıb. Hakim Seyid Mahmud Hüseyn axşam saatlarında edamın təxirə salınması qərarını elan edərkən müdafiə qrupunun lideri vəkil Barristər Əbdürəzzaq da edamın bu günə yerli saatla 10:30-a təxirə salındığını açıqlayıb. Müdafiənin təxirə salınma qərarının surətini Daqqa Mərkəz Həbsxana rəhbərliyinə təqdim etdiyi bildirilib. Qeyd edək ki, Banqladeşdə "Camaat-i İslami" partiyasının lideri Əbdülqədir Molla 1971-ci ildəki müstəqillik savaşı əsnasında insanlığa qarşı cinayət törətdiyinə görə edama məhkum edilmişdi. Dünən günorta saatlarında Əbdülqədir Mollanın gecə edam ediləcəyi açıqlanmışdı. |
2013-12-11 | 3,863 | Bakıda daha bir yol qəzası | Bakı şəhəri Nəsimi rayonu Elxan Əbilov küçəsində səhər 08:25-də avtomobil qəzası baş verib. 10-FV-191 dövlət nömrə nişanlı "Vaz 2107" markalı avtomobil yerində dönüş edərkən 90-BO-372 dövlət nömrə nişanlı "Mersedes" mini avtobusunu vurub. Hər iki tərəf qəzada günahın doğrudan da "Vaz 2107" markalı avtomobilin sürücüsündə olduğunu dedi. "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, qəza nəticəsində ölən və yaralanan yoxdur. |
2013-12-11 | 3,864 | 25 deputat mandatından imtina etdi | İran Şura Məclisinin 25 nümayəndəsi əyalətlər üçün nəzərdə tutulmuş büdcəyə etiraz əlaməti olaraq istefa verib. İran Şura Məclisinin Lorestan əyalətindən seçilmiş 7 və Xuzestan əyalətindən seçilmiş 18 nümayəndəsi istefa verib. Şura Məclisinin nümayəndələri əyalətləri üçün ayrılmış illik büdcənin azlığından şikayətlənib. Nümayəndələr öz etirazlarını Şura Məclisinin rəyasət heyətinə bildirib. Amma İran Şura Məclisinin Rəyasət heyəti istefalarla bağlı müəyyən bir bildirişin təhvil alınmadığını bəyan edib (Azvision.az). |
2013-12-11 | 3,865 | Həkimdən “qara kağız” alanda, belə olacağını bilirdim | Ailə ömürlük cəzaçəkmə koloniyasıdır Yeni layihəmin qonağı kim olacaq? - deyə, çox fikirləşmədim. Səmimiyyəti ilə seçilən, poeziyası ilə sevilən şairə Fərqanə Mehdinin qapısını döymək qərarına gəldim. Xətai rayonunda, N. Tusi küçəsi 25-dəki evin 5-ci qatına qalxıram. Mənzilin zəngini basmıram, eləcə, ehmalca itələyirəm. Qapı açıqdır. İçəri keçirəm. Mətbəxdən Fərqanənin səsi gəlir. Kiminləsə telefonla danışır, mən ayaqqabılarımı çıxarıb, foto-kameranı hazırlayıram, o isə telefonda danışdığı adama: "Sağ ol, deyəsən İlqar gəldi, sonra zəng edərəm",- deyir. Həyat yoldaşını deyir. Telefonla danışdığı adam isə şairə Narıngül imiş. İndi isə, mətbəxdən dəhlizə tərəf gələn ayaq səslərinin "ritminə" uyğun olaraq foto-kameranı o tərəfə tuşlayıram. Fərqanənin həyəcanlı səsi ilə foto-kameranın səsi üst-üstə düşür: "Bıy, başıma xeyir, Faiq, sənsən? - Və kameranın çiqqıltısı. - Çəkmə, qurban olum, gör nə gündəyəm?" - deyir və qəfil qonağının gəlişinə təəccübdən çox sevinc hiss olunur səsində. Aparsalar, İlqarı aparacaqlar - Qapını, niyə bağlamırsan, açıq qoyubsan? Birdən başqası gələrdi. - Evimdə qiymətli bildiyim İlqardı, o da aşağı düşdü, niyə bağlayım ki, aparsalar, onu apararlar, o da evdə yoxdu. Könüllü əsir düşdüyüm dağların oğlu - Nə bişirmisən axşama? - Sən müsahibə götürməyə gəlibsən? – diktofonu əlimdə görən kimi əlavə edir. - Yox, əşi, nə müsahibə, gəldim soruşum görüm, gecənin bu vaxtı nə iş görürsən, İlqarla bir-birinizə "poemadanmı deyim, nağıldanmı deyim" danışırsızmı? - Qəfil gəldin, e, gözləmirdim. Hətta qapı açılanda elə bildim İlqardı. İlqar təkcə uşaqlarımın atası deyil ki... Könüllü əsir düşdüyüm dağların oğludur, qonşumdu, qohumumdu... Elə bunu demişdi ki, İlqar içəri girir. Marketdən bazarlıq eləyirmiş. Arxamca düşən kifayət qədər ağ atlı oğlan olub - Ayə, Faiq müəllim, xoş gəlibsən, niyə xəbər eləmədin, araq da alardım. Bunu qaytaracam e dədəsi evinə. Gəlirəm evə, görürəm bozbaşı qoyub mizin üstünə, bir də dovğanı. Allah haqqı, bir həftədi yekə qazan bozbaşı bişirib yığıb "xolodilnik"ə, yedizdirir mənə. Yaxşı sosis almışam, qaynadar yeyərik. İlqarla hal-əhval tutduqdan sonra Fərqanəyə tərəf dönürəm: - İlqar sənin gənclik illərində xəyalında canlandırdığın ağ atlı oğlana bənzədimi? Bəs, düzünü de, İlqara qədər ağ atlı oğlanın var idi? - Arxamca düşən kifayət qədər ağ atlılar olub. Amma mənim xüsusi olaraq ağ atlım kimi gördüyüm insan yox idi aralarında. Bizim bununla sevgimiz çox təsadüfi olaraq baş verdi. O məni efirdən görüb bəyənmişdi. Qohumu da tələbə yoldaşım idi. Haqqımda öyrənibmiş, həm də. Mən həmişə demişəm, indi də deyirəm... mən onu görər-görməz könüllü əsir düşdüm. - Maşallah, nənə də oldun, amma çiçək kimi açılırsan, günü-gündən qəşəngləşirsən. İlqar sənə dağların əzəməti ilə yanaşı ab-havasını da "transfer" eləyib. Mənəvi və maddi durumun necədir? - Mənəvi və maddi durumum əlimə qələm alandan eyni qalıb. Eyni şeyə köklənmişəm. Mən heç kimin şair, ya da yazar olmasını istəmirəm. Həmişə demişəm: "Qələm şairin Əzrailidi, həmişə onunla üzbəüz durur. Keçən ilin bu vaxtı mən həkimdən xəstəliyimlə bağlı "qara kağız" alanda, elə belə olacağını da bilirdim. Mən hətta o kağızı alanda həyatı, yaşamağı unutdum, yenə də şeir yazmağa başladım. Vəziyyətlə, səhhətimlə əlaqəli şeirlər yazdım... - kövrəlir, ağlamsınır. Yaradıcı adamlar ailə qurmamalıdır - Maşallah, yaxşısan, xəstəlik-zad qaldı arxada. Stress keçirdin, ağrı çəkdin, indi sənin yerlilərin – salyanlılar demiş, "dəf" kimisən. Nə olub axı. - Həm cəmiyyəti, həm işi, həm şairliyi, həm efiri, üstəlik də ailəni bir ovuc içində saxlamaq özü də bir əzabdır. Hər adam onu bacarmır. Mən bir tərəzidə hər ikisinin bərabər olmasını istəsəm də, elə alınmadı. Hərdən elə düşünürəm ki, sağlamlığımın itməsi tərəzini bərabər saxlamağımla əlaqədar oldu. Qadın gərək evinin xanımı olsun. İstər kişi, istər qadın şair olsun, gərək yaradıcı adamlar ailə qurmaya. Bəzən elə bilirik ki, həyat yoldaşımız bizi başa düşmür, əslində isə biz çətin adamlarıq. Biz həyata ayıq gözlə baxırıq. Hər kəsdən fərqli olaraq mən ağacın altında yox, üstündə oturub aşağı baxmaq istəyərdim. Həmişə həyat yoldaşım mənə deyirdi ki, sən niyə dərzi olmadın, başqa bir sənəti seçmədin, həkim, müəllim ola bilərdin. Bəlkə də bütün bunlar mənim özümə qapalılığımdan doğur. Hərdən mənə deyir ki, sən nə qazandın bu sənətdə, şairlikdə? - Bəlkə, o səni şeirə olan sevginə qısqanıb. Şeirə olan bağlılığın olmasaydı, ona daha çox vaxt ayıracağını düşünüb? Bəlkə sənin poeziyada nəyəsə nail olmağın, onun nəyinisə itirməsinə səbəb olur? - Mən yenə də deyirəm, işləsəm də, tez-tez tədbirlərə getsəm də evimin qadını, xanımı olmuşam. Yeməyimi də özüm bişirmişəm, ev işlərinin də öhdəsindən gəlməyi bacarmışam. Ona görə də qələm adamı, sənət adamı gərək öz istiqamətindən olan insanla ailə qursun. O məni yox, sənətimi daha çox sevməlidir. O məni şeirlərim ilə sevsə də, sonradan mənimlə razılaşmadı. O şeirsevər olduğu üçün mən düşündüm ki, mən onu öz dilim ilə başa sala bilərəm. Amma sonradan gördüm ki, vəziyyət heç də elə deyil. - İlk dəfə şerin dərc olunanda sənin nə ailən, nə övladların vardı. Sadəcə, xəyalların var idi. Bəs o xəyallar nədən ibarət idi? Onlardan nələr gerçəkləşdi, nələr arxada qaldı? - Ailə müqəddəs bir ocaqdır. Mən ona sahib oldum. Ana kimi müqəddəs ada sahib oldum. Hər zaman subay vaxtı fikirləşirdim ki, analar övladlarına necə lay-lay çalır, görəsən? Mən necə çalacam laylanı balalarıma? Amma çox rahatlıqla bacardım. İstedadlı insanlar heç vaxt irəliləyə bilmir - Bir evin çırağını yandırmaq arzun gerçəkləşdi, bəs bəzi arzular var ki... yəni ən əsası - ədəbiyyatda necə? "Ədəbiyyat məmurları" səni necə görürlər? - Biz ədəbiyyata mizan-tərəzinin itdiyi bir anda gəlmişik. Mən demirəm ki, mən hər hansı bir zirvəyə çatmışam. Amma nüfuzlu bir jurnalda poeziya şöbəsinə baxıram. Amma ola bilər ki, müəyyən titullarım yoxdur, bəzi adlar verilməyib. İndi bir fakt var. İstedadlı insanlar heç vaxt irəliləyə bilmir. Şou-biznes nümayəndələrinə verilən qiymət heç vaxt yazarlara verilmir. - Səbəb? - Sovet dövründəki kimi ziyalıya, yazıçıya verilən qiymət indi yoxdur. İndi, söz arxa planda qalıb. İndi savadsızların, istedasızların daha çox kitabı var, əlaqələri var. Hərdən onlar mənə deyirlər ki, sənin 5, amma mənim 20 kitabım var. Ədəbiyyatda gərək özün olasan. Bəzilərinin elə üzü var ki.. - Demək istəyirsən ki, üzlü olmaq üzdə olmaq deməkdir. - Əlbəttə. Məsələn, deyə bilərəm ki, mənə nəyisə veriblər, almışam, amma onlar bunu zorla alıb. Şerin cinsi yoxdur - Bağlı qapıları açmaq üçün qadın yazarlar daha bacarıqlı olur, yoxsa kişi? - Şerin, yazının, yazarın cinsi yoxdur. Hər iki cinsdən var elələri, bərabərdirlər. - Dostların haqda nə deyə bilərsən? - Mən insanları yalnız xəstə olanda tanımağa başladım. O zaman anladım ki, hər kəsi sevmək, güvənmək olmaz. Hətta mən cərrahiyyə əməliyyatından sonra, ağır vaxtlarım olanda da mənə deyirdilər ki, bəzi insanlar mənim ölməyimi istəyirmiş ki, məndən sonra yerimə keçsinlər. İnanmırdım. Axı bunu niyə arzulasınlar? Mən bir jurnalda – "Ulduz"da poeziya şöbəsinin müdiriyəm. İnandıra bilməsələr də, bu söz-söhbət səhhətimə pis təsir edir, insanlara inamsızlıq yaradırdı. - Sən bayaq dedin ki, hamını istəyən bir insansan, nə əcəb bu deyilənləri yaxına buraxırdın? Birdən-birə niyə bu fikrə düşdün? - Düzdür, əvvəlcə inandım. Amma sonra unutdum. Olmaz belə, dedim. Təbrizdə əməliyyat olundum. İnan orda olan münasibəti, hörməti heç zaman unutmayacam. Məni şairlər, ozanlar necə qarşıladı, əməliyyata necə yola saldılar. Hər gün qaldığım evdə, şeir-sənət məclisi qururdular. Məni İlqardan, zəmanədən sonra həmişə sən ağladıbsan - Səhərdən göz yaşı tökürsən... – Ardıyca İlqaradan soruşuram: - Bunu həmişə ağladırsan? İlqar dinmir. Fərqanə: - Biz, Faiq, səninlə çox yaxınıq, bacı-qardaşıq. Hətta mənim bacım yoxdu. Sən o qədər doğmasan ki, bacıma deyəcəyim sözü də sənə demişəm. Məni İlqardan, zəmanədən sonra həmişə sən ağladıbsan. Bəzən mənim üstümə qışqırmağın məni həm ağladıb, həm güldürüb... - Qızı köçürmüsən, bəs Ülfətlə aran necədir? - Övladlarımla münasibətim normaldır. Ülfət mənim həm övladım, həm də oxucumdur. Ulfətlə ruhumuz yaxındır. Eynən Ülkərdəki kimi. - Nəvəni çox sevirsən, yoxsa qızını? - Mən həyata ayıq gözlə baxmamışam. Həmişə demişəm ki, şairlər yetim olurlar... Şairlər bölünməz bütöv olurlar Tüstüsü çıxmayan tütün olurlar Şairlər balaları yetim olurlar, Siz məni qoymayın şair olmağa... Mən onu niyə demişəm. Əslində ona görə utanıram ki, mən uşağıma çaldığım laylanı şerlərə tökmüşəm. Şeir də mənim övladım olub, amma ən yaralı balam olub. Nəvəm mənim balalarımın davamıdır, ardıdır. Sevgimi bərabər paylaşmışam. - Çox bədbinsən e... - Mən xəstəliyimlə bağlı ömrümə "qara kağız" aldım. Anam həmişə deyirdi ki, "qara kağız" alanların bəzisi müharibədən sonra qayıdıb gəldi. Hələ də ümidim var. Düşünürəm ki, bəlkə xəstəliyim keçdi getdi. Bizim ədəbiyyat xəstədir - Ədəbi aləm necədir, sağlamdırmı? - Bizim ədəbiyyat xəstədir. Çünki istedadlı adamlar arxa plandadır. Yazarların sağlam düşüncəli olanı azdır. Tanışlıqla gələndə belə olur. Bizim aldığımız əmək haqqı heç bizim yol pulumuzu ödəmir. Amma keçmiş yazarların kitabları dövlət tərəfindən çap edilirdi. Ev-eşiklə təmin olunurdular. Mən "Ulduz"dan aldığım maaşla yazdığım yazıya sərf etdiyim işığın haqqını ödəyə bilmirəmsə, bu nə deməkdir? Həqiqi ədəbiyyata meydan verilmir. - Ədəbiyyata meydan verməyənlər kimlərdir? - Mən Yazıçılar Birliyindən heç bir haqsızlıq görməmişəm. Gərək dövlət yazarın qayğısına qala. Təkcə bir il Prezident təqaüdü ilə dolanmaq olmaz. Bunun axırı yoxdur. Yəqin belə də davam edəcək... Bir dəfə qızım uşaq olanda qabağıma qaçıb dedi ki, ana, "dolub-boşaldı dünya" nə deməkdi? Mən də belə yazdım... Nə dərdinə qalıb, topunu oyna Suyun heç bulağı qalxmayıb hələ. Ananı top kimi fırladan həyat Sənə göz ucu da baxmayıb hələ.. Sən hələ bunları bilməzsən, bala Bu dünya nə tilsim nə sirdə qalıb. Səni sualında yarıdan dünya Mənə cavabında kəsrdə qalıb. - Uşaqlığını xatırlayırsan? - Biz o illərdə çox xoşbəxt idik... Həyatı belə dərin düşünmürdük. Həyatdı da, itirə-itirə gəlirik... Həyat yoldaşımı balam kimi istəyirəm Kövrəlir. Ağır sürən xəstəlikdən sonra yenidən həyata qayıdan şairənin sözlərini kəsmirəm. İlqarla siqaret yandırırıq. - İnsan dünyanın işinə ancaq ailə quranda qarışır... Razılaşmalısan hər şeylə... Həyatın əzabın çətinliyinlə... Övlad doğmadır. Hər dəqiqə qorxu içində yaşayırsan... Övlad qorxusu... Mən müsahibələrimdən birində də demişdim ki, mən həyat yoldaşımı balam kimi istəyirəm. Bəli, ailə yükü budur.. Görəsən məndən sonra İlqar kimi alacaq? - Yaman ölümdən danışırsan, birdən iraq olsun, ölsəydin, ölümqabağı nəyi arzulardın? - Ölsəydim, son arzum bir yox, bir neçə olardı. Həmişə arzulamışam ki, əsgər anası olum... Ən böyük nigarançılığım isə ondan idi ki, qorxurdum, məndən sonra İlqar görəsən kimi alacaq? Mən onun alacağı qadına evminin künc-bucağını necə anladacam, nəyin harda olmasını necə başa salacam? İlqar onsuz da məndən narazıdır... Yazar olduğum üçün... Mən İlqarı o qədər çox istəyirəm ki, istəməzdim, o məndən sonra yalqız qalsın... Əziyyət çəksin. Ailə ömürlük cəzaçəkmə koloniyasıdır - Ənənəvi sual: yenidən doğulsan... - Bir də həyata gəlsəm, sənəti yox, təkcə ailəni seçərdim. Bunu hər adam bacarmır. Ailə ömürlük cəzaçəkmə koloniyasıdır və amnistiyası yoxdur. Təbii ki, bu, yalnız sənət adamı üçündür. Gərək öhdəsindən gəlməyi bacarasan. Fərqanəni gözü yaşlı qoyub, İlqarla çoxdan yarımçıq qalmış arağı içirik. Arada Gədəbəy ləhcəsiylə deyir: - Ayə, ay insafsız, içib arağı gedəcəksən, mən indi onun könlünü almalıyam e... |
2013-12-11 | 3,866 | Oyunu təxirə düşən “Yuventus”lu futbolçular küçədə qaldı | "Yuventus"lular oteldə yer tapmayıblar. Dünən "Axar.az" olaraq xəbər vermişdik ki, Çempionlar Liqasında qrup oyunlarının 6-cı turu çərçivəsində keçirilən "Qalatasaray" – "Yuventus" matçı güclü qar yağdığı üçün təxirə salınıb. Oyundan öncə "Yuventus" futbolçularının və klub nümayəndələrinin qaldıqları "The Edition Hotel"dən çıxış etdikləri üçün oyundan sonra ora geri qayıda bilməyiblər. Çünki, nə rezervasiyaları olub, nə də ki, oteldə boş yer qalıb. Bundan sonra İstanbulda 1 saat otel axtaran "Qoca sinyora"lar, "Qalatasaray" rəhbərliyinin köməkliyi ilə "Polat Renaissance Otel"ə yerləşiblər. Məlumat üçün bildirək ki, təxirə düşən oyun bu gün Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək. Oyun 33-cü dəqiqədən başlayacaq. |
2013-12-11 | 3,867 | 11 ayın yol qəzaları - Statistika | Azərbaycanda 2013-cü ilin 11 ayı ərzində 2646 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 1061 nəfər ölüb, 2761 nəfər yaralanıb. Bunu Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Şöbə rəisinin sözlərinə görə, hadisələrin 920-si paytaxt Bakıda baş verib. Bu zaman 310 nəfər ölüb, 911 nəfər xəsarət alıb. Kamran Əliyev qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumən baş verən hadisələrin, eləcə də bu zaman ölən və yaralananların sayı azalıb. Belə ki, hadisələrin sayı 60, ölənlərin sayı 4, xəsarət alanların sayı 84 fakt azalıb. Buna baxmayaraq, piyadaların iştirakı ilə baş verən hadisələrin, eləcə də ölən və xəsarət alanları sayı artıb ki, bu da çox ciddi narahatlıq doğurur. Belə ki, piyadaların vurulması ilə nəticələnən qəzalar hadisələrin ümumi sayının 38,1 faizini təşkil edir. Hesabat dövründə piyadaların vurulması ilə bağlı 1010 fakt qeydə alınıb. Bu zaman 364 nəfər ölüb, 728 nəfər yaralanıb. Ötən ilin analoji dövrü ilə müqayisədə hadisələrin sayı 46, ölənlərin sayı 12, yaralananların sayı isə 38 fakt çoxdur. Hadisələrin ümumi sayının 35,5 faizini toqquşmalar (940 hadisə, 399 ölüm, 1298 yaralı), 31,2 fazini ötmə və qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxma (826 hadisə, 356 ölüm, 1055 yaralı), 28,9 fazini sürət həddinin aşılması (767 hadisə, 380 ölüm, 659 yaralı), 12 faizini aşma (320 hadisə, 157 ölüm, 332 yaralı), 10,2 fazini maneəyə vurma (272 hadisə, 103 ölüm, 302 yaralı) təşkil edib. Bundan əlavə, yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində 230 qəza baş verib, bu zaman 49 nəfər ölüb, 287 nəfər yaralanıb. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmə səbəbindən isə 73 hadisə baş verib, nəticədə 29 nəfər ölüb, 88 nəfər yaralanıb. Bu sahədə nisbətən müsbət irəliləyiş hiss olunur. Belə ötən ilin müvafiq dövrü ilə müqayisədə belə halların sayında 15, ölənlərin sayında 12, yaralananların sayında 9 fakt azalma müşahidə olunub. Hesabat dövründə avtobusların iştirakı ilə 97 hadisə qeydə alınıb, nəticədə 52 nəfər ölüb,116 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı, 9, ölənlərin sayı 1, xəsarət alanların sayı 59 fakt azalıb. Yük avtomobillərin iştirakı ilə 128 yol qəzası baş verib, nəticədə 57 nəfər ölüb, 113 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 12, ölənlərin sayı 16, xəsarət alanların sayı isə 20 fakt azalıb (Trend). |
2013-12-11 | 3,868 | Elçin Əlibəyliyə 34 min manatlıq ittiham | Azərbaycanda tanınmış teleaparıcı dələduzluqda ittiham olunur. Bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Bakıda fəaliyyət göstərən tibbi klinikalardan birinin rəhbəri polisə müraciət edərək, teleaparıcı Elçin Əlibəylinin klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat alıb, lakin vədinə əməl etməyib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, qaytarmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfində təhqiqat araşdırması aparılıb. Araşdırma nəticəsində E. Əlibəylinin əməlində dələduzluq faktı aşkarlandığından iş baxılması üçün istintaqa verilib. Hələlik fakt üzrə cinayət işi başlanmayıb. Elçin Əlibəyli açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib: "Burada bir anlaşılmazlıq olub. Mən bir şirkətlə çalışmışam, o şirkətin işidir. Sadəcə, yanlış olaraq iddia mənə qarşı qaldırılıb. Mən araşdırma aparıb aydınlaşdırdıqdan sonra açıqlama verəcəyəm". (APA) |
2013-12-11 | 3,869 | Azadlıq meydanı mühasirədən çıxdı | Ukraynada Azadlıq Meydanının mühasirəsi aradan qaldırılıb. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat ın meydanın mühasirəsini dayandırdıqlarını və ətrafından dağılışdıqlarını bildirib. Xüsusi təyinatlıların əsgərlərinin artıq öz avtobuslarına yerləşdikləri də qeyd edilib. |
2013-12-11 | 3,870 | Bu qəribə pilləkənin sirrini bilən yoxdur - Video | Hiyləgər pilləkənle aşağı mərtəbəyə düşüb, yuxarıdakı mərtəbədə ortaya çıxan adam izləyənləri təəccübləndirib. Videoda gördükləriniz qətiyyən montaj deyil. Amerikalı memarın bir binada düzəltdiyi pilləkəndir. Ancaq buna hiyləgər pilləkən, memar illüziyası və ya memar kələyi də demək olar. Bu pilləkəndə yuxarı çıxdığı zaman özünü yenidən aşağıdakı pilləkəndə görən adam təəccüb doğurur, özü də heyrətə gəlir. Bir neçə nəfər burada bir kələk olduğunu üzə çıxarmaq üçün əl-ələ tutaraq pilləkən boyu həlqə yaratsa da, pilləkənin sirri açılmayıb. |
2013-12-11 | 3,871 | Ordumuzun əsgəri vəfat etdi | Azərbaycan Ordusu əsgərini itirib. Hadisə cəbhə bölgəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Orxan Şirazi oğlu Alıyev səhər yuxudan ayılmayıb. İlkin məlumata görə, əsgər ürək çatışmazlığından ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, O. Alıyev Gədəbəy rayonundan həqiqi hərbi xidmətə çağırılıb. |
2013-12-11 | 3,872 | Əməliyyat olunan xalq artistindən yeni xəbər | Xərçəngdən əziyyət çəkən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov əməliyyatdan sonra ayılıb. R.Hüseynovun həyat yoldaşı Səbinə Hüseynovanın verdiyi məlumata əsasən, dekabrın 10-da əməliyyatdan sonra o, gözlərini açıb. "Rafiq dünən axşam əməliyyatdan sonra ayılmışdı. Hələ ki, danışmağa çətinlik çəkir. Bir müddətdən sonra danışacaq". S.Hüseynova onu da deyib ki, bir müddətdən sonra R.Hüseynov növbəti dəfə müayinələrdən keçəcək: "4 saat davam edən əməliyyat çox ciddi və ağır idi. Rafiqin orqanizmi möhkəmdir, əməliyyata davamlıdır. Amma əməliyyat çətin keçdi. Hələ ki, ona ciddi nəzarət edirlər. 10 gün burada olacağıq. Daha sonra isə Rafiq kimyaterapiya prosesini keçəcək" (Gun.az). |
2013-12-11 | 3,873 | Aktrisa Obamaya zəhərli məktublar göndərdiyini etiraf edib | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Amerika aktrisası Şennon Riçardson ABŞ prezidenti Barak Obama və Nyu York merinə dəfələrlə zəhərli məktublar göndərdiyini etiraf edib. Onunla bağlı məhkəmə Texasda keçiriləcək. Məlumat üçün qeyd edək ki, 36 yaşlı aktrisa odlu silaha nəzarət ilə bağlı sərt mövqeyinə görə dövlət başçısına qəzəblənib. |
2013-12-11 | 3,874 | Böyük Britaniyanın naziri Azərbaycana səfər edəcək | Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfəri İrfan Siddiq bildirib. Diplomat bildirib ki, səfərin əsas məqsədi gələn həftə TAP (Trans Adriatic Pipeline) qaz kəməri layihəsi ilə bağlı Bakıda sazişin imzalanması mərasimində iştirak etməkdir. Onun sözlərinə görə, nazir səfər çərçivəsində Azərbaycan prezidenti, xarici işlər naziri və digər rəsmilərlə görüşəcək, ikitərəfli əməkdaşlıq barədə müzakirələr aparacaq. Qeyd edək ki, sazişin dekabrın 17-də imzalanması nəzərdə tutulub (APA). |
2013-12-11 | 3,875 | Gələn ildən məktəblərdə dərs vaxtı artırılacaq | "Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək haqqına əlavələrin ediləcək". Bu barədə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulub. Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsi və bu məqsədlə geniş ictimaiyyətin məlumatlandırılması üçün təhsilin bütün pillələri - məktəbəqədər, ümumi, ilk-peşə ixtisas, orta ixtisas, ali təhsil və diplomdan sonrakı təhsillə bağlı hər il növbəti il üçün prioritetləri elan edəcək. Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planı hazırlanmışdır. Həmin tədbirlərin keçirilməsində əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarətdir. İslahatların çoxməqsədliliyinin onların eyni vaxtda və keyfiyyətlə həyata keçirilməsinə mənfi təsir göstərə biləcəyini nəzərə alaraq, bu tədbirlərin bəziləri ilkin mərhələdə yalnız Bakı şəhərinin məktəblərində keçiriləcəkdir. Bakı şəhərində ölkə üzrə ümumtəhsil məktəblərinin sayca 8 faizi yerləşsə də, şagirdlərin sayı baxımından şagird kontingentinin 28 faizi əhatə olunmuşdur. Şagirdlərin sayı, idarəetmə heyətinin və müəllimlərin nisbi peşəkarlığı, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövcudluğu həmin yeniliklərin tətbiqi üçün Bakı şəhərinin seçilməsini şərtləndirmişdir. Qeyd olunanlara əsasən Təhsil Nazirliyi növbəti tədris ilində aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: 1. Məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsi; 2. Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək haqqına əlavələrin edilməsi; 3. Hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması; 4. Korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində cəmiyyət və məktəb, cəmiyyət və müəllim arasında sağlam münasibətlərin bərqərar olunması; 5. Təhsil sahəsində innovativ ideyaların, o cümlədən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrindən qaynaqlanan müasir yanaşma və layihələrin dəstəklənməsinə şəraitin yaradılması; 6. Dərsliklərin və müəllimlər üçün metodik vəsaitlərin təkmilləşdirilməsi ilə bağlı onların müəlliflərinə təlimlərin keçirilməsi; 7. Fənn kurikulumlarının mahiyyətinin valideynlərə çatdırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsi; 8. Şagirdlərin tədris proqramlarını səmərəli mənimsəməsi məqsədilə ilə illik dərs müddətinin 2 - 3 həftə artırılması (2014-2015-ci tədris ilində bütün ölkə ərazisini əhatə etməklə); 9. Yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükünün azaldılması, onların meyl və maraqlarını nəzərə alaraq, məcburi və seçmə fənləri əhatə edən tədris planlarının tətbiqi; 10. Ümumi təhsil müəssisələrinin dövlət standartlarına cavab verən qida məhsulları və iaşə xidməti ilə təmin edilməsinə nail olunması; 11. Məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması yolu ilə onların pis vərdişlərdən çəkindirilməsinə və sağlam böyümələrinə şəraitin yaradılması. |
2013-12-11 | 3,876 | Elçin Əlibəylini dələduzluqda ittiham edən həkim danışdı | Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakıda fəaliyyət göstərən tibbi klinikalardan birinin rəhbəri polisə müraciət edərək, teleaparıcı Elçin Əlibəylinin klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat alıb, lakin vədinə əməl etməyib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, aparıcı pulu qaytarmaqdan imtina edib. "Axar.az" sözügedən iddiaçını müəyyənləşdirib. Bu, "ElMed" Tibb Mərkəzidir. Mərkəzin direktoru Ramil Quliyev "Axar.az"a açıqlamasında qeyd etdi ki, E.Əlibəylinin dələduzluğu ilə bağlı polisə müraciət etmək niyyəti olmayıb: "Ancaq E.Əlibəyliyə dəfələrlə desəm də, o, pulu qaytarmaqdan imtina etdi. Ona görə də bu dələduzluq faktı ilə bağlı Binəqədi Polis İdarəsinə müraciət etmək məcburiyyətində qaldım". "ElMed" Tibb Mərkəzinin direktoru daha geniş açıqlamaya hələlik heç bir ehtiyac görmədiyini söylədi: "Araşdırma başlayıb, işə hüquqi qiymət veriləcək. Bu məqamda əlavə detalları açıqlamağa ehtiyac görmürəm". Qeyd edək ki, "ElMed" Tibb Mərkəzinin direktoru Ramil Quliyevin müraciəti əsasında Binəqədi Rayon Polis Şəbəsinin 7-ci polis bölməsində araşdırmalara başlanılıb. Araşdırmanı təhqiqatçı Vüsal Əhmədov aparır. V.Əhmədov "Axar.az"a açıqlamasında araşdırmanın davam etdiyini, bu haqda açıqlama vermək səlahiyyətində olmadığını söylədi: "Araşdırma ilə bağlı müəyyən məqamları DİN mətbuat xidmətinə göndərəcəyik. Məlumatı ətraflı olaraq oradan ala bilərsiniz". |
2013-12-11 | 3,877 | İki rayonun qaytarılmasına Bakıdan reaksiya - Rəsmi | Rəsmi Bakı Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsinə mövqeyini açıqlayıb. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə günü jurnalistlərə bildirib ki, o vaxt Türkiyə Ermənistanla sərhədləri iki məsələyə görə bağlamışdı. Birincisi, Ermənistanın Türkiyəyə olan ərazi iddiası, ikincisi isə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi olub: "Ancaq bu gün bu məsələyə nəzər salsaq, görərik ki, heç nə dəyişməyib. Yəni nə Ermənistanın Türkiyəyə olan düşmənçilik münasibəti dəyişib, nə Ermənistan Türkiyədən açıq elan etdiyi ərazi iddialarından, nə də soyqırımın dünya mqiyasında tanınması iddiasından əl çəkib. Həm də gördüyünüz kimi Azərbaycana qarşı işğal faktı davam etməkdədir və bu sahədə aparılan danışıqlar heç bir nəticə vermir". Nazir müavininin sözlərinə görə, bu problemlər ona görə həll olunmayıb ki, Ermənistanın bu məsələdə mövqeyi qeyri-konstuktivdir. Ermənistan bu məsələnin həll olunmasına hazır deyil. Bütün bu sülh proseslərin irəli getməməsinin səbəbi Ermənistan tərəfinin iradəsinin və xüsusilə siyasi iradəsinin olmamasıdır. X.Xələfov Türkiyənin Ermənistandan Azərbaycanın işğal altında olan 2 rayonunun qaytarılması barədə KİV-lərdə gedən məlumatlara da mövqeyini açıqlayıb: "Bu, əlbəttə, danışıqların predmetidir. Onu müzakirə etməyə ehtiyac yoxdur. danışıqlarda da Azərbaycan tərəfinin mövqeyi aydlındır, bəli, bu məsələnin həll olunması üçün ilk növbədə işğal olunmuş ərazilərin problemi həll olunmalıdır. Bu problem həll olunmadan məsələnin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil". Nazir müavini deyib ki, Minsk Qurpu da, digər beynəlxalq qurumlar da problemin həllinə dəstək verməlidirlər: "Xüsusilə həmsədrlər zəhmət çəkməlidirlər, üzərlərinə götürdükləri məsuliyyəti və missiyanı axıra qədər yerinə yetirməlidirlər. Bu da ondan ibarətdir ki, Ermənistanı sülhə vadar etməlidirlər. Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, Azərbaycan torpaqlarından geri çəkilməyə vadar etməlidirlər. Bundan sonra sülh prosesindən, prosesin irəli aparılmasıdan söhbət gedə bilər". X.Xələfov bildirib ki, Azərbaycan Ermənistan və Türkiyə arasında olan münasibətləri Türkiyənin daxili işi hesab edir: "Buna müdaxilə etmirik. Türkiyə özü bilər, Ermənistanla hansı münasibətləri quracaq. Ancaq biz tam əminik ki, Ermənistan bizim regionda yerləşirsə və işğalçılıq siyasəti aparırsa, beynəlxalq məsuliyyət daşıyır. Digər qonşu dövlətlər də Ermənistanın bu işğalçılıq , təcavüzkar siyasətinə biganə qalmamalıdırlar ona münasibət bildirməlidirlər. Biz hesab edirik ki, İran, Rusiya da Ermənistana təzyiq göstərməlidirlər. Çünki bu gün regionda sülhün, sabitliyin pozulmasının əsas səbəbkarı Ermənistanın apardığı siyasətdir. Bu gün Qərbin və ya Avropa İttifaqının regionda aıpardığı siyasətin müvəffəqiyyətsizliyinin əsas səbəbkarı yenə də Ermənistandır. Ona görə də bu məsələlərə göz yummaq olmaz və hesab edirəm ki, beynəlxalq müstəvidə , xüsusilə ATƏT-də vasitəçilik missiyasını öz üzrəinə götürən əsas 3 ölkə- Fransa, Rusiya və Amerika tamam yeni yanaşma göstərməlidirlər və bu məsələni irəli apara bilən addımlar atılmalıdır" (Trend). |
2013-12-11 | 3,878 | Xaçmazda polis qəza törətdi, xəsarət alanlar var | Bu gün səhər saatlarında Gəndab-Yalama yolunun 24-cü kilometrliyində, Xaçmaz şəhəri ərazisində yol qəzası baş verib. Məlumatına görə, Xaçmaz rayonu Laman kənd sakini, 52 yaşlı Eldar Nadirovun idarə etdiyi 10 LP 557 dövlət nömrə nişanlı, "VAZ 21 07" markalı avtomobil rayonun Dədəli kənd sakini, 33 yaşlı Ceyhun Abdullayevə məxsus 10 UO 947 dövlət nömrə nişanlı, "VAZ 21 07" markalı avtomobillə toqquşub. Nəticədə sürücülər Ceyhun Abdullayev, Eldar Nadirov və onun qızı 23 yaşlı Zeynəb Nadirova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə zamanı xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, hər iki sürücü ambulator müalicə üçün evə buraxılıb. Qəza zamanı qapalı kəllə-beyin travması alan digər şəxs Zeynəb Nadirova isə stasionar şəraitdə müalicə olunur. Qəzaya uğrayan 10 UO 947 nömrə nişanlı, "VAZ 21 07" markalı avtomobilin sürücüsü Ceyhun Abdullayev polis əməkdaşıdır. İlkin məlumata görə, qəza Ceyhun Abdullayevin yol-hərəkəti qaydasını pozması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır (APA). |
2013-12-11 | 3,879 | Mark Taysonun Londona girişi yasaqlandı | Mark Taysonun cinayət suçlamalarına görə Böyük Britaniyaya girişi yasaqlanıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli boksçu Mayk Tayson Londona "Danılmaz həqiqət" adlı mübahisəli kitabının təqdimatına gələ bilməyəcək. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi boksçunun qanunla bağlı çoxsaylı problemlərinə görə ona viza verməkdən imtina edib. Məlumat üçün bildirək ki, Tayson Böyük Britaniyaya 2 dəfə səfər etməyi planlaşdırırdı. Bu həftə o fotosessiyada iştirak etməli, həmçinin fanatları ilə görüşməli idi. Yazda isə boksçunun "Danılmaz həqiqət" kitabının təqdimatı ilə bağlı Londonda səkkiz çıxışı planlaşdırılırdı. Qeyd edək ki, boksçuyla bağlı zorlama, təcavüz və sərxoş vəziyyətdə avtomobili idarə etmə kimi qanun pozuntuları qeydə alınıb. |
2013-12-11 | 3,880 | Hərbi hissədən erməni əsgərin meyiti tapıldı | Dünən yerli vaxtla saat 18:10-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan əsgər Vaniçki Ovakimyanın aşağı çənə nahiyyəsində güllə yarası almış meyiti aşkar edilib. Bu barədə Ermənistan MN-nin mətbuat xidməti xəbər verir. Faktla bağlı nazirliyin İstintaq Xidməti cinayət işi qaldırıb, ilkin təhqiqat aparılır (Trend). |
2013-12-11 | 3,882 | Cəbhədə atışma: itki yoxdur | Cəbhədə erməni təxribatı davam edir "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2013-12-11 | 3,883 | Dekolteyə görə yayını dayandırdılar – Foto / Video | 2014-cü il Dünya Çempionatının püşkatma mərasimində aparıcılıq edən maneken Fernanda Limanın sinə dekoltesi iranlı azarkeşləri qəzəbləndirib. İranda xalq milli komandalarının Dünya Çempionatında rəqiblərinin açıqlandığı zaman kanal yayımı dayandırıb. Nəticədə püşk atmanı ekranlarda görməyən iranlılar kanala zəng ediblər. Fernanda Limanın dekoltesinə görə İran Dövlət Televiziyası senzura heyətinin qərarı ilə canlı yayımı dayandırıb. Aparıcıdan açıqlama Vəziyyətdən narahat olan iranlı aparıcı çarəsizcəsinə: "Texniki problemlərdən dolayı püşkatmanı yayımlamaq mümkün deyil. Ancaq siz vəziyyəti bilirsiniz"-, deyib. |
2013-12-11 | 3,884 | “Nəqliyyat qoçularına” DİN-dən reaksiya – Rəsmi | "Mənə çox qəribə gəlir..." Nəqliyyat Nazirliyi müfəttişlərinin özbaşınalıqları, vətəndaşlara qarşı yönələn zorakı əməllərinə qarşı hüquq-mühafizə orqanlarının susqun qalması haqda səslənən iddialara Daxili İşlər Nazirliyindən aydınlıq gətirildi. DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov "Axar.az"a açıqlamasında bu məsələlərə yalnız DİN-ə müraciət əsasında baxıla biləcəyini qeyd etdi: "Kimə qarşı zorakılıq hərəkəti, döyülmə faktı varsa, müraciət etsin, araşdıraq. Mətbuatın yazması başqa məsələdir, amma konkret zərərçəkən vətəndaş özünü döyülmüş, zorakılığa məruz qalmış hesab edirsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir və məsələ qanuni şəkildə araşdırılıb, hüquqi qiymətini almalıdır. Mənə qəribə gəlir ki, videolarda, fotolarda göstərilir, bəs, axı vətəndaş niyə hüquq-mühafizə orqanlarına müraciət eləmir? Həqiqətən vətəndaş ona qarşı hər hansı bir təzyiqlə rastlaşıbsa, özünü zərərçəkmiş hesab edirsə, müraciət etsin. Tək bunlar deyil ki! Gün ərzində DİN-ə yüzlərlə müraciət daxil olur. Buna görə qorxub çəkinmək lazım deyil". |
2013-12-11 | 3,885 | Aleksandr Lukaşenko “prezidentlikdən doyub” | "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Belorusiyanın prezidenti Aleksandr Lukaşenko 2015-ci ildə prezident seçkilərində iştirak edəcəyinə əmin olmadığını söyləyib. Dövlət başçısı "prezidentlikdən doyduğunu" açıqlayıb və əlavə olaraq "bunu yalnız Allah bilir, hər şey ola bilər",- deyə bildirib. Xatırladaq ki, Aleksandr Lukaşenko Belarusiya Respublikasının ilk və hələ ki, yeganə prezidentidir. O, 1994-cü ildə seçilib, daha sonra 2001-2006 və 2010-cu illərdə yenidən prezidentlik vəzifəsinin başına keçib. Növbəti prezident seçkilərin 2015-ci ildə keçiriləcəyi gözlənilir. |
2013-12-11 | 3,886 | Berkut şəhər meriyasını xilas edə bilmir | "Berkut" üçüncü dəfə şəhər meriyasını geri qaytarmaq üçün hücumu uğursuzluqla nəticələnib. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, artıq "Berkut" geri çəkilməyə başlayıb. Binanın içərisində barrikadalar quran insanlar yuxarı mərtəbələrdən milislərin üstünə qaynar su töküblər. Xüsusi təyinatlılar geri çəkilərək avtobuslara doluşublar. Daha sonra etirazçılar dərhal avtobusları mühasirəyə alıblar. Binada yerləşən insanlar tərəfindən xüsusi təyinatlılara qarşı "Banda rədd ol!" səsləndirilib. Daxili İşlər Naziri Zaxarçenko artıq növbəti hücumun olmayacağı ilə bağlı çıxış edib. Lakin müxalifətçilər hələ də onun heç bir sözünə inanmadıqlarını bəyan ediblər. |
2013-12-11 | 3,887 | Aydın Bəşirovun qohumları işdən qovuldu | Bacısı oğlunun qayınatası və... Xəzər Gəmiçiliyinin Kadrlar idarəsinin rəis müavini, A.Bəşirovun bacısı oğlunun qayınatası Firudin Ömərovun səlahiyyətləri əlindən alınıb. Bu barədə "Axar.az"a XGİ-dən məlumat verilib. Bildirilir ki, F.Ömərova faktiki olaraq işə müdaxilə etməməsi tapşırılıb. Kadrlar idarəsinin Bərə gəmiləri üzrə inspektoru, A.Bəşirovun bacısı oğlu Məmməd Şirinov və xidmətin sıravi kadrlar üzrə inspektoru Hüseynqulu Əhmədov isə yeni rəhbərliyin əmri ilə işlərindəki nöqsanlara görə işdən çıxarılıblar. F.Ömərov "Axar.az"a açıqlamasında Hüseynqulu Əhmədovun işdən uzaqlaşdırıldığını, özünün və Məmməd Şirinovun isə işdən çıxarılması barədə heç bir rəsmi qərar olmadığını söylədi. |
2013-12-11 | 3,889 | Kliçko hakimiyyətlə danışıqlardan imtina etdi | Yanukoviç bütün kompromislərə yolu bağladı. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə "UDAR" partiyasının rəhbəri Vitali Kliçko çıxış edib. O, Maydana edilən ikinci hücumun heç vaxt bağışlanmayacağını bildirib. "Diktatorlarla heç vaxt kompromisə getmək olmaz. Onlardan, sadəcə, can qurtarmaq lazımdır. İndi isə qarşıda duran bir məsələ var – Yanukoviç hakimiyyətinin istefası". |
2013-12-11 | 3,890 | Tacikistanda Şaxta baba və Qar qıza yasaq qoyuldu | Tacikistanın dövlət telekanallarında gedən yeni il proqramlarına Şaxta baba və Qar qız gəlməyəcək. Telekanalın rəhbər müavini Səidəli Siddikov bildirib ki, yeni il proqramları hazırlansa da, orada küknar ağacı bəzədilməyəcək, Şaxta baba və Qar qız olmayacaq: "Bu uydurma qəhrəmanların ziyanı olmasa da, bizim adət-ənənələrimizə heç bir dəxli yoxdur". Onun bildirdiyinə görə, bu qərara telekanal özü gəlib. |
2013-12-11 | 3,891 | Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi | Mikayıl Cabbarov keçmiş təhsil naziri Misir Mərdanovun yaxın adamı kimi tanınan, keçmiş nazirin köməkçisi funksiyasını yerinə yetirən Afiq Əzizova yeni vəzifə verib. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, A.Əzizov Bakı Şəhəri üzrə Təhsil İdarəsində məktəbdənkənar təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib. BŞTİ yarandığı müddətdən bəri həmin vəzifəni tutan Qənirə Sultanova isə sektorda böyük məsləhətçi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, A.Əzizov Misir Mərdanova yaxın adam kimi tanınıb. O, hətta keçmiş nazirin 3 cildlik "Azərbaycanın təhsil tarixi" kitabında da buraxılışa məsul olub. 33 yaşlı A.Əzizov Azərbaycan Dövlət Neft Akademiyası, daha sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. İxtisasca menecmentdir. |
2013-12-11 | 3,892 | Berkutun şəhər meriyasına hücumu – Video | Ukrayna xüsusi təyinatlılarının şəhər meriyasına hücumu ilə bağlı növbəti video yayılıb. "Axar.az" məlumat verir ki, bu video Ukrayna mətbuatında özünə kifayət qədər aktuallıq qazanıb. Kadrlarda şəhər meriyası qarşısına toplaşmış etirazçıların qarşısının "Berkut" əsgərləri tərəfindən necə kəsildiyi görünür. Videonu təqdim edirik. |
2013-12-11 | 3,893 | Hərbi xidmətdə boy məhdudiyyəti ləğv edildi | Nazirlər Kabineti "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişikliklər edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Dəyişiklik Dövlət Sərhəd Xidmətinin təklifi ilə "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 3 nömrəli cədvəli - "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər"də edilib. Dəyişikliklə bu tələblər müqavilə (bağlaşma) üzrə hərbi xidmət keçən hərbi qulluqçulara da şamil edilib. Başqa bir dəyişiklik isə Sərhəd Qoşunlarında işə qəbul olunan vətəndaşların boyu ilə bağlı qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır. Qəbul edilmiş dəyişiklikdə əvvəllər mövcud olan minimum 155 sm boy həddi aradan qaldırılıb. Maksimum boy həddi isə əvvəllər olduğu kimi 185 sm saxlanılıb. Qərarda Sərhəd Qoşunlarında xidmətə qəbul olunan şəxslərin sağlamlıq durumu ilə bağlı bəzi tələblər də yer alıb (APA). |
2013-12-11 | 3,894 | Elçin Əlibəylinin dələduzluğuna ANS-dən reaksiya | "Elçin Əlibəylinin dələduzluqda ittiham olunduğu reklam məsələsi ilə ANS televiziyasının heç bir aidiyyəti yoxdur". Bunu AzNews.az-a ANS Şirkətlər Qrupunun İctimai Əlaqələr üzrə baş müşaviri Mais Məmmədov deyib. Onun sözlərinə görə, ANS Şirkətlər Qrupunda reklam şöbəsi var və reklam məsələləri ilə yalnız həmin şöbənin əməkdaşları məşğul olur. Məsələylə bağlı ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayevin də münasibətini öyrənmək istədik. O isə danışmaq istəmədi: "Mən xəstəxanadayam". Xatırladaq ki, ANS-in "Açıq Söhbət" verilişinin aparıcısı Elçin Əlibəyli dələduzluqda ittiham olunur. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, tibbi klinikalardan birini televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat alıb, lakin vədinə əməl etməyib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, qaytarmayıb |
2013-12-11 | 3,896 | Zakir Həsənov Eldar Sabiroğlunu işdən çıxartdı | Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Silahlı Qüvvələrdən tərxis olunub. Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Eldar Sabiroğlu müdafiə naziri Zakir Həsənovun müvafiq əmri ilə ordu sıralarından tərxis olunması barədə xəbəri təsdiqləyib. Qeyd edək ki, bu ilin oktyabrında Eldar Sabiroğlu raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa çatan kimi o ordu sıralarından tərxis edilib. Bununla bağlı danışan Eldar Sabiroğlu bunun normal hal olduğunu deyib: "Mən buna təbii baxıram. Təxminən yeddi ilə yaxın ordu həyatım mənim üçün bir məktəb oldu. Bu gün öz istəyimlə hörmətli müdafiə nazirinə raportla müraciət edərək Silahlı Qüvvələrdən tərxis olunmağım barədə sərəncam verməsini ondan xahiş etmişəm. Mən özümü Vətənimin, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandanım, cənab İlham Əliyevin əsgəri hesab edir və bundan fəxr duyuram. Müdafiə Nazirliyinin fəaliyyətinə də uğurlar arzulayıram" (APA). |
2013-12-11 | 3,897 | Prokurorluq 3 milyonluq korrupsiya işini tamamladı | "Fuad LTD" MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaq zamanı Qasım Məmmədovun 2005-2009-ci illərdə "Fuad LTD" MMC-nin direktoru vəzifəsində işləyərkən həmin cəmiyyətin mühasibi Ramin İbrahimovla qabaqcadan əlbir olub rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Xırdalan şəhərində inşa edilən çoxmərtəbəli yaşayış binasından mənzil alınması məqsədi ilə 186 şəxs tərəfindən ödənilmiş vəsaitin 1 milyon 845 min 802 manat məbləğində pulu ələ keçirməsində, həmçinin 2005-ci ildən Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olduğu dövrdə həmin yaşayış binasından yaşayış və qeyri-yaşayış sahələri sataraq əldə etdiyi gəlirlər barədə vergi orqanlarına təqdim etdiyi bəyannamələrin məzmununa bilə-bilə təhrif olunmuş məlumatları daxil edərək gəlirləri barədə heç bir bəyannamə təqdim etmədən, həmçinin digər icbari ödənişlər üzrə ümumilikdə 1 milyon 74 min 841 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Fuad LTD" MMC-nin mühasibi Ramin İbrahimov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir. |
2013-12-11 | 3,898 | Yol polisi genişmiqyaslı reydlərə başladı | Bu gündən etibarən yol polisi respublikada, xüsusən də Bakıda avtobus sürücülərinə qarşı genişmiqyaslı reydlərə başlayıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend ə bildirib ki, reydlərin keçirilməsində məqsəd ağır qəzaların baş verməsinin qarşısını almaq, sərnişindaşımada nizam-intizam yaratmaq, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Yol polisi tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı ciddi tədbirlər görüləcək. Onlar bilməlidirlər ki, onlarla insanın həyatına görə məsuliyyət daşıyırlar. İnsanların həyatı ilə oynamaq olmaz. Ona görə də avtobus sürücüləri diqqətli olmalı və "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi riaayət etməlidirlər". Qeyd edək ki, 2013-cü ilin 11 ayı ərzində avtobusların iştirakı ilə 97 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 52 nəfər ölüb, 116 nəfər xəsarət alıb. |
2013-12-11 | 3,899 | Əl-üzünü yumaq istəyi ölümlə nəticələndi | "Axar.az"a DİN-in mətbuat xidmətindən daxil olan məlumata görə, dekabrın 10-da Salyan rayon sakini Sevil Axundova RPŞ-yə ərizə ilə müraciət edərək dekabrın 8-də oğlu, əvvəllər məhkum olunan Eminin evdən çıxması və geri qayıtmamasını bildirib. Polis araşdırmasından sonra Eminin əl-üzünü yumaq istəyərkən Kür çayına yıxılıb boğulması müəyyən edilib. Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür. |
2013-12-11 | 3,900 | İlhamə Quliyeva xəstəxanaya yerləşdirildi | Xalq artisti İlhamə Quliyeva xəstəxanaya yerləşdirilib. Bu barədə müğənninin mətbuat katibi Faiq Ələkbərli məlumat verib və xalq artistinin hazırda özünü yaxşı hiss etdiyini, səhhətində ciddi problem olmadığını deyib: "Bildiyiniz kimi, İlhamə xanım Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunmuşdu. Xəstəxananın Ürək və Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, cərrah Rəşad Mahmudovun məsləhəti ilə əməliyyatdan sonra sənətkar vaxtaşırı həkim müayinəsindən keçməlidir. 9 dekabr 2013-cü ildə də İlhamə xanım növbəti dəfə sadəcə müayinədən keçmək üçün Mərkəzi Neftçilər Xəstəxanasına yollanıb" . Onun sözlərinə görə, sənətkarın müayinələri 10 gün davam etməlidir. Hazırda İlhamə xanım Quliyevanın səhhətində heç bir problem yoxdur. Sənətkar özünü yaxşı hiss edir. Hazırda xəstəxanada müayinələrdən keçən İlhamə xanıma bir sıra dövlət xadimləri və sənətçilər baş çəkib. Faiq bəy bildirib ki, sənətkarı görməyə gələnlərin ardı-arası kəsilmir. İlhamə xanım hər kəsin ona olan sevgi və qayğısından məmnundur. Xalq artistinin sadiq və dəyişməz komandasının üzvləri - taclı prodüser Tarix Əliyev (Tolik), əməkdar artistlər Cavanşir Məmmədov və Firuzə İbadova, opera ifaçısı Ülvi Qılınc və mətbuat katibi Faiq Ələkbərli həmişə olduğu kimi İlhamə xanımla birlikdədirlər (ANS PRESS). |
2013-12-11 | 3,901 | Rövnəq Abdullayevdən telefon göstərişi | Azərbaycan millisi yaxın günlərdə yeni sponsorla müqavilə bağlayacaq. Məlumata görə, 2014-cü ildən yığmamızın sponsoru "Bakcell" şirkəti olacaq. Bu yaxınlarda AFFA ilə mobil operator arasında müqavilə də imzalanacaq. Anlaşmanın müddəti də həmin tədbirdə açıqlanacaq. Hazırda Azərbaycan futbolu ilə bağlı bir neçə layihənin sponsoru olan "Bakcell" əsas komandaya da dəstək olacaq. Qeyd edək ki, yığmanın əvvəlki sponsoru digər mobil operator "Azercell" idi. AFFA bu şirkətlə 2009-cu il mayın 24-də əməkdaşlıq haqda müqavilə imzalamışdı. "Azercell" AFFA ilə müqavilədən imtina etdikdən sonra "Bakcell"e əməkdaşlığa başlayıb. Və artıq bu əməkdaşlığın ilk konturları üzə çıxıb. Söhbət ondan gedir ki, "Azercell"ə əməkdaşlıq edilən 4 il ərzində AFFA-nın əməkdaşları, federasiyanı bütün qrumlarının işçiləri məcburən "Azercell" nömrələri işlədirdilər. Amma bu həftəinin ilk günündən hamıdan total qaydada "Baksell" nömrələrnə keçirilib. Hətta AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu məcburən "Feysbuk" səhifəsində belə bir status yazıb : "Hörmətli dostlar, məlumat üçün bildirirəm ki, mobil nömrəm dəyişib. Bu gündən bu nömrədə olacam: 055 511 20 03. Nəzərə almağınızı xahiş edirəm". AFFA-dakı mənbənin məlumatına görə, bu barədə Rövnəq Abdullayev göstəriş verib. AFFA işçiləri də bu göstərişə riayət etmək məcburiyyətində qalıblar. Hətta iş o yerə çatıb ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsu belə nömrəsini dəyişməyə məcbur ediblər. |
2013-12-11 | 3,902 | “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs verilib | İsmayıllı hadisəsinə görə ilk hökm oxunub Bu ilin yanvarında İsmayıllı rayonunda baş vermiş hadisələrin səbəbkarları sayılan Emil Şəmdinov və Elməddin Məmmədova hökm oxunub. Emil Şəmdinov və Elməddin Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar. İşə hakim Rəşid Hüseynovun sədrliyi ilə baxılıb. Şəki Ağır Cinayətlər Məhkəməsindən "Media forum" saytına verilən məlumata görə, məhkəmə prosesi oktyabrın 30-da yekunlaşıb. Emil Şəmdinov 9 il 6 ay, Elməddin Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Emil Şəmdinov Cinayət Məcəlləsinin üç (126.2.4, 221.2.1 və 221.2.2-ci maddələr), Elməddin Məmmədov isə iki (221.2.1 və 221.2.2-ci maddələr) maddəsi ilə təqsirli bilinib. Cinayət Məcəlləsinin həmin maddələrinin açımı belədir: 126.2.4-cü maddə - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaq; 221.2.1-ci maddə - bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək; 221.2.2-ci maddə - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək. Emil Şəmdinov və Elməddin Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən Şəki Apellyasiya Məhkəməsinə şikayət veriblər. Şikayətə hakim Rafael Əliyevin sədrliyi ilə baxılacaq. Emil Şəmdinov İsmayıllı şəhərindəki "Çıraq" otelinin inzibatçısı olub. Elməddin Məmmədov onun tanışıdır. Məhkəmənin qərarına görə, Emil Şəmdinov və Elməddin Məmmədov 2013-cü ilin yanvarın 23-də İsmayıllıda yerli sakinləri təhqir ediblər. İnsident böyüyərək kütləvi aksiyaya çevrilib, "Çıraq" oteli və müxtəlif markalı avtomobillər yandırılıb. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. İsmayıllı olaylarına görə ümumilikdə 18 nəfər təqsirləndirilən şəxs qismində saxlanılıb və onların barəsində həbs qətimkan tədbiri seçilib. Emil Şəmdinov və Elməddin Məmmədovun işi təqsirləndirilən digər şəxslərin işindən ayrılıb. İsmayıllı olaylarına görə təqsirləndirilən qalan adamların (onların arasında "Yeni Müsavat" qəzetinin əməkdaşı, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədov da var) işinə də Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Hələlik onların məhkəməsi yekunlaşmayıb. İsmayıllı olaylarının istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. |
2013-12-11 | 3,903 | Sabah 5 dərəcə şaxta olacaq | Sabah hava şəraitinin soyuq, güclü küləkli, arabir yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Axar.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 12-də hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 8-13, bəzi yerlərdə 18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. |
2013-12-11 | 3,904 | "Qalatasaray" ilə "Yuventus" oyunu davam edəcək | "Qalatasaray" ilə "Yuventus" arasında yarımçıq qalan oyun bu gün Bakı vaxtı ilə saat 17:00 da qaldığı yerdən davam edəcək. Bu barədə "Qalatasaray"ın rəsmisi Lütfü Arıboğan açıqlama verib. Xatırladaq ki, bu gün gecə İstanbul təmsilçisinin meydanında keçirilən oyun hava müxalifəti səbəbi ilə təxirə salınmışdı. UEFA ilə razılığa gəldikdən sonra matçın bu gün 17:00-da oynanılmasına qərar verilib |
2013-12-11 | 3,905 | Məscidi zibilliyə çeviriblər - Foto/Özəl | Dağıstanın azərbaycanlılar yaşayan Dərbənd şəhərində şiə məscidi bərbad gündədir. Bu barədə "Axar.az"a Dərbənddə yaşayan həmyerlilərimiz məlumat veriblər. Məlumata görə, şəhərin Lenin küçəsi, 92 ünvanında yerləşən bu məscid Dərbənddə "Həmşəri məscidi" adlanır. Amma rəsmi şəkildə İmam Huseyn adına məscid kimi qeydiyyatdan keçib. Soydaşlarımızın dediyinə görə, bu məscid Dağıstanda şiələrin ibadət etdiyi azsaylı məscidlərdən biridir. Şəhər meri İmam Yarəliyevə dəfələrlə müraciət edilib ki, məsciddə təmir işləri aparılsın. "Amma əksinə, o, qulaqardına vurub, Allah evini zibilliyə çevirib. Hal-hazırda bura dağınıq durumdadır, içəridə zibil əlindən tərpənmək mümkün deyil, Dərbənddəki azərbaycanlılar şiə təriqətlidirlər. Sanki qəsdən məscidin bu vəziyyətə düşməsini istəyirlər ki, sonra ümumiyyətlə söksünlər" deyə onlar bildiriblər. |
2013-12-11 | 3,906 | Bakıda yük avtomobili yandı: sürücü xəsarət aldı | Bakıda yük avtomobili qaz xəttinə çırpılaraq yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Scania" markalı yük avtomobili qaz xəttinə çırpılıb. Qəza nəticəsində qaz xəttində alışma baş verib və "Scania" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı sürücü yanıq xəsarəti alıb. Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2013-12-11 | 3,907 | Sərkisyan Davudoğlu ilə görüşməkdən imtina etdi | Əhməd Davudoğlu ilə Serj Sərkisyanın görüşü olmayacaq. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan çıxış edib. O, Türkiyə xarici işlər nazirinin İrəvana səfəri müddəti ərzində, ümumiyyətlə, belə bir şeyin nəzərdə tutulmadığını bildirib. Qeyd edək ki, sabah Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Ermənistana yollanacaq. |
2013-12-11 | 3,908 | Bakıda dəhşətli qəzanı törədənlərə hökm oxunub | Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi Eyyub İsmayılov və Fərid Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən il avqustun 31-də Qaradağ rayonu ərazisində sərnişin qatarı ilə "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Nəticədə 6 nəfər ölüb və 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədən dərhal sonra cinayət işi başlanıb. Avtobusun sürücüsü F. Ağayev və Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi E. İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər (APA). |
2013-12-11 | 3,909 | Roma papası ilin adamı seçildi | Papa Fransisk "Taym" jurnalı tərəfindən ilin adamı seçilib. "Axar.az" məlumat verir ki, jurnal bu qərara redaktorların rəyindən sonra gəlib. Redaktorların fikrincə o öz addımları ilə dünya həyatına daha çox təsir edib. Qeyd edək ki, papa Fransisk Argentinalıdır. O, mart ayından papa vəzifəsinin icrasına başlayıb. |
2013-12-11 | 3,910 | 14 institut direktorunun səlahiyyət müddəti bitib | Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 14 institutunun direktorunun səlahiyyət müddəti bitib. Bunu AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Akademiyanın akademik katibi Rasim Əliquliyev deyib. Onun sözlərinə görə, AMEA-nın 10 institut direktorunun səlahiyyət müddəti bitməyib. 8 institut direktoru isə bu vəzifədə əvəzedici kimi çalışır. Ümumilikdə 24 direktor vəzifəsi üzrə seçki keçirilməlidir. AMEA prezidenti Akif Əlizadə isə çıxışında deyib ki, direktor vəzifələri üzrə seçkilər keçirilməmişdən əvvəl Akademiyanın bölmələri institutlarda struktur dəyişikliklərinin aparılması ilə bağlı təkliflər verməlidirlər. Bu təkliflər geniş müzakirə edildikdən sonra seçkilərin keçirilməsi barədə elan verilməlidir (Trend). |
2013-12-11 | 3,911 | Zakir Həsənov Səfər Əbiyevin adamını həbs etdirib? | Cəsur Sümərinli : "Onun Səfər Əbiyevlə əlaqələri araşdırılır" Azərbaycan prezidentinin sərəncamı ilə müdafiə naziri vəzifəsinə təyin edilmiş general-polkovnik Zakir Həsənovun işdən çıxardığı yüksək rütbəli zabitlərdən biri haqqında həbs qəti imkan tədbiri seçilib. "Axar.az"ın "Musavat.com"a istinadən məlumatına görə, bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli öz facebook profilində yazıb: "Qeyri-rəsmi məlumatlara görə, Zakir Həsənovun vəzifədən çıxartdığı yüksək rütbəli şəxslərdən biri haqqında həbs qəti imkan tədbiri seçilib... Onun Səfər Əbiyevlə əlaqələri araşdırılır... Məlumatı dəqiqləşdirə bilsəm paylaşacağam....". Məsələni diqqətdə saxlayırıq. Bizi izləməyə davam edin… |
2013-12-11 | 3,912 | Yeni ildə 1 həftəlik istirahət - Rəsmi | Bu il dekabrın 31-dən gələn il yanvarın 6-na qədər qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qəbul etdiyi qərarda əksini tapıb. Qərara əsasən, şənbə və bazar günlərinə təsadüf edən 28 və 29 dekabr iş günləri olacaq. Başqa sözlə, 3 və 6 yanvar tarixləri müvafiq olaraq şənbə (28 dekabr) və bazar (29 dekabr) ilə dəyişdirilib (APA). |
2013-12-11 | 3,913 | Parlamentdə deputatlar əlbəyaxa oldular - Video | Gürcüstan parlamentində iqtidar ilə "Vahid Milli Hərəkat" partiyasının deputatları arasında dava düşüb. "Axar.az" məlumat verir ki, mübahisə parlamentdə Ukrayna müxalifətinə Gürcüstanın dəstək verməsi məsələsi müzakirə olunarkən baş verib. İqtidar partiyanın nümayəndəsi Soso Djaçlianiya müxalifətdəki həmkarı Georqi Baramidzedən 2007-2011-ci ildə müxalifətə qarşı güc tədbiqinə siyasi qiymət verilməsini tələb edib. Daha sonra isə iqtidar pariyanının nümayəndəsi G.Baramidzeni axmaq adlandırıb. Məhz bundan sonra tərəflər arasında dava düşüb. Qeyd edək ki, "Vahid Milli Hərəkat" eks-prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi partiya olub. |
2013-12-11 | 3,915 | Əhməd Şəfəq Bakıda konsert verəcək- VİDEO | Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəq dekabrın 21-də Bakıda konsert proqramı ilə çıxış ecəcək. Sənətçinin uzun müddətdir ki, hazırlaşdığı konsertlə bağlı videoçarx hazırlanıb: "Konsertə hazırlıqlar uzun müddətdir gedir. Budəfəki repertuarıma yeni mahnılar daxil edilib. Azərbaycan-Türkiyə dostluğu əbədidir. Azərbaycanı sevmək üçün, sadəcə, insan olmaq yetərlidir". Qeyd edək ki, Ə. Şəfəqin konserti dekabrın 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcək. Konsertin informasiya dəstəyi "AzNews.az"a məxsusdur. |
2013-12-11 | 3,916 | “Məsnəvi”dən qısa məzmunlar və hədəflər | VIII hissə Birinci dəftər istisna olmaqla, qalan dəftərlərdəki hekayələr həmin dövrdə baş vermiş konkret hadisələrdən bəhs edir. Məsələn, Beşinci dəftərdə - "Misir xəlifəsi və onun əmiri haqında" adlı hekayədəki Misir xəlifəsi sonuncu Abbasi xəlifəsinin oğlu əz-Zahir Billahdır. Hülakü xan Bağdadı işğal edəndən sonra, əz-Zahir Bilah canını qurtarmaq üçün Misirə qaçmalı olur. Həmin vaxt Misirin hökmdarı olan Baybars ona sahib çıxaraq onu Misirin xəlifəsi elan edir və deyir ki, mən də xəlifənin əmiriyəm. Bu hekayədə Mövlanə Baybarsa məğlub olan Hülakü xanın tərəfindədir və Baybarsla əz-Zahir Bilahı ağır bir dillə həcv edir. Üçüncü dəftərdə - "Pis xasiyyətli dabbaq və onun qardaşı haqqında" adlı hekayədə pis xasiyyətli dabbaq deyərkən Mövlana Əxi Əvrən Nəsrəddin Mahmudu nəzərdə tutur. Əxi Əvrən Nəsrəddin Mahmudun dabbaqların piri olduğu tarixdən məlumdur. Onun qardaşı deyəndə isə Sədrəddin Konyəviyə işarə edir, çünki Əxi Əvrən ilə Sədrəddin Konyəvi bir-birinə yazdıqları məktublarda biri digərinə "qardaşım" deyə xitab edirdilər. Burada balaca bir haşiyəyə ehitac var. Mövlanə ilə Sədrəddin Konyəvi arasında da münaqişə mövcud idi. Biz bunu Mövlanənin "Fihima Fihi" əsərində Sədrəddin Konyəvini alçaq, kafir kimi təhqiredici sözlərlə adlandırmasından da anlaya bilərik. Onların arasındakı münaqişənin başqa bir dəlili də budur: özündən bir il öncə ölmüş Mövlanənin cənazə namazını qılmaq üçün Sədrəddin Konyəvini irəli çəkəndə, o məcbur olub irəli çıxsa da, yalandan qəşş edərək yerə yıxılır və cənazə namazını qılmadan onu geri çəkirlər. Mövləvi qaynaqlarda isə Sədrəddin Konyəvinin Mövlanəni çox sevdiyindən bu hala düşdüyü qeyd edilir. Halbuki kimsə sizi kafir adlandırmışsa, sizin həmin adamın cənazə namazını qılmaq istəməməniz də təbii bir haldır. Məhz Mövlanənin Sədrəddin Konyəvini kafir adlandırmasına görə, Sədrəddin Konyəvi belə bir fəndə əl ataraq onu cənazə namazını qılmır. "Məsnəvi"də qələmə aldığı bir çox hekayələrdə Mövlanə Cuha təbirindən istifadə edir. Məsələn, ikinci dəftərində - "Cuha və öz atasının xərəyinin önündə ağlayan oğlanın hekayəsi". Bu söz "Məsnəvi"nin rus dilinə tərcüməsində "təlxək" kimi izah edilir. Zənnimcə, bu, düzgün izah deyil. İnglis alimi Nikolson "Məsnəvi"nin üzərində işləyərkən "Cuha" sözünün "Xoca" sözünün tərsinə çevrilmiş varintı olmasını və Əxi Əvrən Nəsrəddin Mahmuda aid ola biləcəyi ehtimalını qeyd edir. Yuxarıda da qeyd etdiyimiz kimi, Əxi Əvrən Mövlananın müasiri idi və onların arasında qan düşmənçiliyi vardı. Mövlana Əxi Əvrəni Şəms Təbrizinin qatillərindən biri hesab edirdi. Ona görə də, hekayələrində onu həcv etməkdən xüsusi zövq alırdı. "Məsnəvi"nin 3-cü dəftərindəki "İlantutanın donmuş əjdahanı ölü zənn edərək onu iplərlə bağlayıb Bağdada gətirməsi haqqında" hekayəsini oxuyanda, bu hekayənin də Əxi Əvrən Nəsrəddin Mahmuda həsr edildiyini anlamaq olur. Çünki Əxi Əvrən dabbaqların (dəri ustası) piri olmaqla yanaşı, həm də təbib idi. O ilanları tutar və onların zəhərindən zərdab (ilan zəhərinə qarşı əlac) hazırlayardı. Həmin hekayənin qısa məzmunu belədir: Bir gün qış mövsümündə bir ilantutan ilan tutmaq üçün dağa qalxır və evin sütunu kimi çox böyük bir ilan tapır. İlanı iplə sarıyandan sonra, ilantutan onu keçənin içinə qoyub düz gəlir Bağdada. Keçəni açıb ilanı camaata göstərir. Mövlanənin dediyinə görə, bu nəhəng ilana tamaşa etmək üçün meydana yüz minə yaxın insan toplaşır. Bir müddətdən sonra İraqın isti günəşi ilanın donun açır və o canlanır. Bundan qorxuya düşən insanlar canlarını qurtarmaq üçün təlaş içində ora-bura qaçmağa başlayırlar və bu basabasda həm ilantutan, həm də çoxlu sayda insan tələf olur. Hekayənin sonunda da Mövlanə deyir ki, bu əbləh Cuhanın axmaqlığı ucbatından bu qədər insan tələf oldu. |
2013-12-11 | 3,917 | Prezident iki sərəncam imzaladı | Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. "Axar.az" məlumat verir ki, prezident nazirliyin 10 nəfər əməkdaşını "Tərəqqi" medalına layiq görüb. Bununla yanaşı nazirliyin 5 işçisinə isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı verilib. Prezidentin digər bir sərəncamına əsasən nazirliyin 4 nəfər əməkdaşı "Əməkdar fəxri mühəndis" adına layiq görülüb. |
2013-12-11 | 3,918 | 7 milyon manatı oğurlayan gəmilər doğranır - Özəl | Xəzər Dəniz Gəmiçiliyi QSC-in sədri Rauf Vəliyevin göstərişi ilə "Həzi Aslanov" və "Qafur Məmmədov" gəmiləri doğranmaq üçün Xəzər Dəniz Neft Donanma idarəsinin liman-bazasına gətirilib. Bu haqda "Axar.az"a QSC-nin əməkdaşlarından biri deyib: "Məlumdur ki, Beynəlxalq Dənizçilik Konvensiyasına görə, dənizdə çirklənmənin qarşısını almaq üçün gəmilərdə "2-ci dib" deyilən qurğu olmalıdır. Köhnə gəmilərdə bu olmadığına görə yeni 2-ci dib tikilir. "H.Aslanov" tankerinə 9 il müddətinə 2-ci dib adıyla 7.000.000 manat pul silinib. "Qafur Məmmədov" gəmisi isə eyni adla 5 il müddətinə təmir adıyla dayanıb. Gəminin köməkçi və digər mexanizmlərinə 3.000.000 manat xərclənib. Hər iki gəmi 12.000 tonluqdur". Məmur onu da əlavə edib ki, QSC-nin göstərişi ilə hər iki gəminin mexanizmlərinin hissələrindən 7.000 tonluq tankerlərin mühərriklərinə ehtiyat hissəsi kimi istifadə olunacaq. |
2013-12-11 | 3,919 | "Azərbaycan regionun iqtisadi inkişafına yardım edəcək" | Azərbaycan regionun enerji sektorunun sabitliyinin təmin edilməsində iştirak edəcək, həmçinin Gürcüstan və Türkiyə ilə əməkdaşlıq edəcək. Bunu energetika naziri Natiq Əliyev Gürcüstan və Türkiyəni birləşdirən elektrikötürücü xəttin (EÖX) açılışında deyib. Nazirliyin yaydığı məlumata görə, N.Əliyevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 11-də Gürcüstanda "Qara dəniz ötürücü şəbəkəsi" layihəsi çərçivəsində "Axaltsixe" elekrtrik yarımstansiyasının və yüksək gərginlikli EÖX-ün açılış mərasimində iştirak edib. 550/400/220 kilovoltluq yarımstansiya və 400 kilovoltluq elektrikötürücü xəttin açılışında iştirak etmiş nümayəndə heyətinin tərkibinə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynov və digər rəsmi şəxslər daxildir. Mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız, Gürcüstanın energetika naziri Kaxa Kaladze, Avropa İttifaqının nümayəndələri və digər yüksək vəzifəli rəsmi şəxslər iştirak ediblər. N.Əliyev bildirib: "Uzun illərdir ki, əməkdaşlıq edirik və bu əməkdaşlıq ildən-ilə möhkəmlənir. Biz xalqlarımızın rifahının yaxşılaşmasına yönəldilmiş və regionun iqtisadi inkişafına yardım edən bu cür əməkdaşlıqda iştirak etməyə şadıq". Qeyd edək ki, "Qara dəniz ötürücü şəbəkəsi" layihəsi Azərbaycan-Gürcüstan-Türkiyə eneji körpüsünün yaradılması layihəsinin bir hissəsidir. Bu enerji körpüsü Azərbaycandan Gürcüstan və Türkiyəyə, sonra isə Avropaya elektrik enerjisi ixrac etməyə imkan verəcək. (Trend) |
2013-12-11 | 3,920 | Prezident 1 gün vaxt istədi | Ukraynadakı qarışıqlığın 24 saat içərisində aradan qalxacağına Viktor Yanukoviç söz verib. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sədri Ketrin Eşton çıxış edib. K.Eşton prezidentin şəxsən ona söz verdiyini söyləyib. "O bütün görüşümüz ərzində Avropa İttifaqı ilə çox güclü münasibətlərinə nail olmaq istədiyini bildirib". |
2013-12-11 | 3,921 | "Qalatasaray" "Yuventus"u belə məğlub etdi - Video | UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində D qrupunda "Qalatasaray" - "Yuventus" oyunu keçirilib. Dünən güclü qar yağması səbəbindən təxirə salınan Qalatasaray - Yuventus oyunu UEFA-nın qərarı ilə bu gün baş tutdu. Oyun qalatasaraylı oyunçu Uesli Sneyderin 85-ci dəqiqədə vurduğu qolla sona çatıb. Bu qol "Qalatasaray"ı UEFA Çempiyonlar Liqasının 1/8 final mərhələsinə yüksəldib. *** "Qalatasaray"ı UEFA ÇL-in 1/8 finalına yüksəldən o epizodun görüntüsünü təqdim edirik. |
2013-12-11 | 3,922 | Marsda şirin su gölü tapıldı - Video | null |
2013-12-11 | 3,923 | Bakı ən məşhur 50 idman şəhərindən biri oldu | "Around The Rings" saytı dünyanın idman şəhərlərinin reytinq siyahısını açıqlayıb. "Axar.az" məlumat verir ki, Bakı reytinq siyahısında 47-ci pillədə qərarlaşıb. Reytinqə əsasən London (İngiltərə) ən məşhur idman şəhəri olub. İkinci pillədə Barselona (İspaniya), üçüncü yerdə isə Sidney (Avstraliya) qərarlaşıb. Keçmiş Sovet İttifaqı şəhərlərindən yalnız Moskva, Soçi və Kazan (hamısı Rusiya) "Top-50"yə düşə biliblər. |
2013-12-11 | 3,924 | “Oskar”ın 10 namizədi açıqlandı | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Amerika Kinoakademiyası "Oskar" mükafatına namizədlərin siyahısını açıqlayıb. Amerika Kino İncəsənət İnstitutu ilin on ən yaxşı filmini seçib. Bu il siyahıda yer alan filmlər bunlardır: "Amerikancasına kələk" ( Devid O. Rassel) "Frutveyl stansiyası" (Rayan Kuqler) "О" (Spayk Cons) "Nebraska" (Aleksandr Peyn) "Uol-strit canavarı" (Мartin Skorseze) "12 illik köləlik" (Stiv Makkuin) "Кapitan Filips" (Pol Qrinqras) "Qravitasiya" (Alfonso Kuaron) "Lyuin Devisin daxilində" (İtan Koen, Coel Koen) "Mister Benksin xilası" (Con Li Xenkok) |
2013-12-11 | 3,925 | Avromeydanın yeni himni yayıldı: "Vitya, çao" - Video | "Axar.az"ın təqdim etdiyi bu video Ukraynada Avromeydanın himni kimi tanınır. Yanukoviçi istefaya səsləyən klipin adı da elə "Vitya çao"dur. Video bu gün "Yutub"da yerləşdirilib. |
2013-12-11 | 3,926 | Məşhur aktrisanın oğlu dünyaya gəldi | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, "Titanik" filmi ilə məşhurlaşan Hollivud ulduzu Keyt Uinsletin oğlu London xəstəxanalarının birində dünyaya gəlib. Qeyd edək ki, Uinsletin Miya və Co adlı daha iki uşağı var. Aktrisa hələ ikinci həyat yoldaşı Sem Mendeslə ailə həyatı quranda söyləmişdi: "Ümid edirəm ki, mənim çoxlu uşağım olacaq". Məlumat üçün bildirək ki, britaniyalı aktrisa kino aləmində Ceyms Kameronun 1997-ci ildə çəkilən "Titanik" filmindən sonra tanınmağa başlayıb. |
2013-12-11 | 3,927 | Dövlət gəmiləri şəxsi məqsədlə necə istifadə olunur? | Xəzər Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun göstərişi ilə 2006-2007-ci illərdə Qara dəniz, Aralıq dənizi və Azov dənizində yük daşıyan 10 quru yük gəmisi məqsədli şəkildə Xəzər dənizinə gətirilib. "Axar.az"ın əldə etdiyi məlumata görə, 5.000 tonluq "Mikayıl Müşfiq", "Cəfər Cabbarlı", "Bakı" və 3.000 tonluq "Rəsul Rza", "Şair Sabir", "Qəhrəman Mehdi", "Natəvan", "Üzeyir Hacıbəyov" quru yük gəmiləri Xəzərə gətirildikdən sonra bu gəmilərin yükləri "Sailtrade" gəmiçilik şirkətinin gəmiləri tərəfindən daşınıb. Xəzərdə yüksüz qalan gəmilərin metalları isə deformasiyaya uğrayıb. QSC-nin yeni rəhbərliyinin göstərişi ilə aparılan yoxlamalardan sonra bu gəmilərin də istismara yararsız olduğu müəyyənləşib. Gəmilərin istismardan çıxarılması haqda göstəriş verilib. Xatırladaq ki, "Sailtrade Denizcilik ve Ticaret Ltd" gəmiçilik firması Aydın Bəşirova məxsusdur və oğlu İlqar tərəfindən idarə edilir. |
2013-12-11 | 3,928 | Azarov etirazçılara güc tədbiq edilməyəcəyini dedi | Avromaydana qarşı güc tədbiq edilməyəcək. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ukraynanın baş naziri Nikolay Azarov çıxış edib. O, öz rəqiblərini Avromeydanı daim təşviş altında saxlamaqda günahlandırıb. N.Azarov heç kimə qarşı güc tədbiq edilməyəcəyini bildirib. Bununla yanaşı nazir aksiya iştirakçılarından hüquq mühafizə orqanlarını provakasiyaya çəkəcək heç bir addımın atmamağı xahiş edib. |
2013-12-12 | 3,929 | “Heydər Əliyevin imzası” - Flaşmob - Video/Yenilənib | Heydər Əliyevin anım günü Gəncə gəncləri tərəfindən qeyri adi şəkildə qeyd olunub. Şəhərdə "Gənclik ONUN İmzasıdır" adlı layihə çərçivəsində 300 nəfərdən çox gəncin iştirakı ilə eni 17 metr, uzunluğu isə 40 metrdən ibarət Heydər Əliyevin ilk canlı imzası, dünyada isə ikinci böyük canlı imza yaradılıb. Anım günündə həyata keçirilən layihənin ikinci mərhələsində isə Azərbaycanı dünyaya tanıdan imza yaxın gələcəkdə dünyanın ən böyük canlı imzası olaraq yaradılacaq. Əsas məqsəd isə Heydər Əliyevin imzasını Ginnesin Rekordlar kitabına dünyanın ən böyük canlı imzası kimi yazdırmaqdır. Həmçinin ən böyük canlı portretin yaradılması da nəzərdə tutulub. "Gənclik Onun İmzasıdır" layihəsi Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Layihə rəhbəri Tural İsaqovdur. ("qafqazinfo.az") |
2013-12-11 | 3,930 | Gizli delfin ovu dünyanı ayağa qaldırdı - Video | Təbiəti mühafizə təşkilatları Peruda qanunsuz delfin ovuna qarşı kampaniyaya başlayıb. Onlar ovçuların delfin ovunun qarşısını almaq üçün hökumətin prosesə müdaxilə etməsini istəyirlər. Bu məqsədlə petisiya hazırlayıblar və "Avaaz.az" saytı vasitəsilə bütün ölkələrdə, o cümlədən Azərbaycanda da yayıblar. Saytın məlumatına əsasən, 24 saat ərzində petisiyaya 10 min nəfər imza atıb. Petisiyada Peru balıqçıları həddindən artıq balıq ovlamaqda və mənfəət naminə qanunsuz olaraq delfinləri öldürməkdə ittiham olunurlar. Məlumata görə, hər il Peru sularında 15 min delfin məhv edilir. Ondan, əsasən, akulaların ovlanmasında yem kimi istifadə edilir. Təbiətsevərlər isə hökumətin aktiv müdaxilə edərək prosesin qarşısını almasını istəyirlər. "Mavi dünya" təşkilatı isə bununla bağlı şok video yayıb. Kadrlar fəallar dəniz sularında vəziyyəti araşdırarkən lentə alınıb. Burada delfinin ətini ayırdıqdan sonra sümüyünün yem kimi yenidən suya atıldığı aydın görünür. Qeyd edək ki, Peru qanunlarına görə, delfinlərin öldürülməsi cinayət sayılır. Ən dəhşətlisi isə hətta hamilə heyvanın da vəhşicəsinə öldürülməsidir. |
2013-12-12 | 3,931 | Sumqayıtda vəhhabi-polis atışması: yaralılar var - Fotolar/Yeniləndi | 01.30 Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdirilib. Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nadir Təkvəlinin verdiyi məlumata görə, həmin şəxslər xəstəxanaya ağır qəlpə yaraları ilə yerləşdirilib. O, yaralıların vəziyyətinin orta-ağır kimi qiymətləndirildiyini bildirib. Qeyd edək ki, silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib. *** 23:39 "Axar.az"ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, şahidlər polislə vəhhabi qruplaşmaları arasında silahlı insidentin olduğunu, əlavə polis qüvvələrinin hadisə yerinə dərhal sonra gəldiyini bildirirlər. Atışma nəticəsində "Halal market"in qarşısında duran avtomobillərə güllə dəyib (Foto əlavə olunub), yerdə qan izləri var və ehtimal olunur ki, bir neçə nəfər yaralanıb. Hadisə yerini mühasirəyə alan Sumqayıt polisi heç bir məlumat vermir, əraziyə heç kimi yaxın buraxmır. Media rəsmi açıqlama gözləsə də, hələlik, əməliyyat tədbirləri görülür. *** 22:21 Sumqayıt şəhərində, 10-cu mikrorayonda atışma olub. Hadisə şahidlərinin "Qaynar.info"ya verdiyi məlumata görə, qeyd olunan ərazidə yerləşən "Soltan market"in yaxınlığında vəhhabi təriqətindən olanlarla polis əməkdaşları arasında atışma baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində yaralananlar var. Hazırda polis ərazini mühasirəyə alıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.