date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-08
3,615
Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçiriləcək
Dekabrın 9-da Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçiriləcək. XİN-in mətbuat xidmətinə istinadən məlumata görə, iclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Avropa İttifaqını hazırda Avropa İttifaqının sədri qismində çıxış edən Litva Respublikası və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füle təmsil edəcək. Rotasiya prinsipi üzrə hazırkı iclasa Azərbaycan sədrlik edəcək. İclas zamanı Ermənistan-Azərbaycan münaqişəsi, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, Avropa İttifaqının yardım proqramlarının və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.
2013-12-08
3,616
Maydan yeni mitinqə hazırlaşır - CANLI YAYIM
Kiyevdə 500-ə yaxın nümayişçi gecəni Maydanda keçirib. Gecə aksiya iştirakçıları qarşısında müğənni Ruslana, yazıçılar, deputatlar çıxış ediblər. Bu gün saat 12.00-da (Bakı vaxtı ilə 14.00) Müstəqillik meydanında baş nazir Nikolay Azarovun istefası, aksiyalar zamanı həbs edilənlərin azadlığa burazılması, növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi tələbi ilə mitinq keçiriləcək (Musavat). Live streaming video by Ustream
2013-12-08
3,617
Qalmaqallı prezident qızı: "Anamla problemim ordan başladı"
Onun atasından sonra prezident olacağına şübhəsiz yanaşılırdı. Amma bir il içərisində ailəsinin bütün üzvləri, demək olar ki, ona qarşı çıxdı. Şirkətləri bir-birinin ardınca bağlandı, bank hesabları donduruldu. Özbəkistan Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova, "Atamın imicinə zərər verməyəcək bir müsahibə olacaqsa, razıyam", - deyərək həyatı ilə bağlı "Hürriyyətə" müsahibə verib. Müsahibədən maraqlı hissələri təqdim edirik: - Özbəkistanda qurduğunuz media imperatorluğu təzyiqlərə məruz qalır. Bu vəziyyətə necə düşdünüz, sizinlə ədalətli davranıldığını düşünürsünüz? - Əvvəlcə, bir media imperiyasına sahib olduğumu demək olmaz. Son 3 həftədə özəl kanallar, radio və ictimai təşkilatlar üzərində qəribə bir təzyiq yaranıb. Bəziləri bağlandı, bəzilərinin fəaliyyəti məhdudlaşdırldı. Hər gün yeni problem çıxır. Artıq mən kimin başına nə gəldiyini izləyə bilmirəm. - Bəs siz? - 12 ildir 40-a yaxın fərqli vəqf və ictimai toplum quruluşunda işləyirəm. "Fund Forum" adı altında hamısını birləşdirmişik. Xərçənglə mübarizədən tutmuş, qadın haqları, imkanı olmayan uşaqlara təhsil vermək kimi bir çox sahədə işlər görürük. Büdcənin 90 faizi xeyriyyəçilərin hesabına yaradılır. Bu günə qədər şəxsi hesablarımda, vəqflərimin büdcələrində qanunsuzluq tapılmayıb. Amma mənə yaxın olan yardım təşkilatlarının hesabları dondurulub. Həkimlərə zorla sənəd yazdırıb xəstələri xəstəxanalrdan qaçırdırlar. Amma mənim səssiz qalmaq yerinə, səsimi çıxarmağım hamını şok etdi. - Bütün bu zəncirvari hadisələrin başı nə idi? - Ölkəmdə böyük dəstək görsəm də, xaricdən əleyhimə olan elə böyük bir lobbi var ki, artıq nə eşitsəm də, təəcüblənmirəm. Son 10 ildə diqqət çəkən yaxşı işlərim olmasaydı, məni paramparça etmək üçün üstümə bu qədər gəlməzdilər. Üstəlik, bunu edənlər maliyyə cəhətdən çox güclüdürlər. İşin pis tərəfi bəzilərinin ailə üzvləri olmasıdır. Yeni seçki ili - 2015-ci il yaxınlaşdıqca işlər daha da qızışır. - Üzərinizə gələnlər kimlərdir? - Kimsənin duymaq, ya da söyləmək istəmədiyi şeyləri deməkdən çəkinmirəm. Amma pul gücü, güc də pulu doğurur. Əmir dəmiri kəsir. Bunun üçün müsahibə vermirəm. Amma sizə istisnalıq etdim. Ümid edirəm, dediklərimi olduğu kimi yayarsınız. Yaxın ailə dostlarımız, uşaqlıq yoldaşlarım, yüksək rütbəli gizli xidmət əməkdaşlarından çoxunun nə işlərlə məşğul olduğunu bilirəm. Yaxın zamanlarda hamısı təbii qaz, taxılçılıq, rabitə, nəqliyyat, inşaat kimi sektorlarda gücləniblər. Atanmla olan problemimizə gəldikdə, son zamanlar onunla mübahisə belə etməmişik. Hər şey bacım Lolanın BBC-yə müsahibəsindən sonra başladı. O müsahibəni verməyə məcbur oldu. Bir bankdan başqasına 400 milyon dollar pul köçürməyə çalışırdı. Amma sənədlərindən birində problem olduğu üçün bunlar ortaya çıxdı. Bütün hesabları donduruldu. Bundan sonra ana-bala özlərini təmizə çıxarmaq üçün müsahibə verdilər. Cavabları atamın etibarını zədələyəcək formada idi. Amma onlar öz etibarlarına önəm verdilər. "Gülnarə kimi "rəngli" xarakterlə işimiz yoxdur" dedilər. Bununla bərabər, mediada haqqımda inanılmaz ucuz və iyrənc iddialarla dolu məqalələr çıxmağa başladı. Qaralama kampaniyam başladı. Atamın bilmədiyi isə odur ki, əleyhimə olan bütün bu kampaniyanın Lolanın 3-cü əri Timur Tillyaev və təhlükəsizlik xidmətinin bir necə şəxsinin işidir. Anam xalam oğlu Əkbər Abdullayevin həbsindən sonra mənim əleyhimə işləməyə başladı. Güclü lobbisi olduğu üçün ay yarımdır nə atamı görə, nə də onunla əlaqə qura bilirəm. - 2015-ci il seçkilərində namizəd olacaqsınız? - Əsla prezident olmaq kimi bir iddiam olduğunu deməmişəm. Bununla bağlı təşvişə düşənlər üçün qəti sözümdür. Tək etmək istədiyim şey ailəmi qorumaq və dəstəkləməkdir. Bacım kimi özümü müqəddəs göstərmək niyyətim yoxdur. İsveçrə, Fransa kimi iş gördüyüm ölkələrdə evlərim var. Rusiyadakı evimi yenicə satmışam. Müxtəlif sərmayələrim də var. Mən hələ də Özbəkistandayam. Problemləri həll etməyə, ehtiyacı olanlara kömək etməyə çalışıram. - Sizi civə ilə zəhərləməyə çalışdıqlarını demişdiniz? - 2011-ci ildə səhhətim çox pisləşdi. Keçmədiyim test qalmadı. Ən sonunda qanımda civə, gümüş və sink kimi ağır metalların normadan çox olduğu müəyyən edildi. Oğlum və mən zəhərlənmişdik. Bunları mənim uydurduğumu dedilər. Amma test nəticələrini göstərə bilərəm. Bunu kimin və necə etməsi barədə bəzi fikirlərim var. Amma arxasında kimin dayanması barədə 100 faiz əmin deyiləm. - "Twitter" hesabınız tez-tez açılıb-bağlanır. Dürüst olmaq gözəldir, amma nə üçün bütün dünyanın gözü önündə ailənizlə söz savaşına girirsiniz? - "Twitter" mənə müstəqil və dürüst şəkildə vəziyyəti izah etməyə imkan verir. Sadəcə, özümə deyil, ailəmə, mənimlə çalışanlara, onların ailələrinə qarşı məsuliyyətim var. Sadəcə Timur Tillyaev kimi haqqımda əsassız və çirkin iddialar yaynlara qarşı özümü müdafiə etdim. Deyildiyi kimi mən nə anamı, nə də bacımı mənə cadu etməklə ittiham etmədim. Onlarla mübahisəmin səbəbi bir uşaq evinin pilləkənlərində yazılan duanı anamın mühafizəçilərinə sildirməsinin nə qədər anormal olduğunu yazmağım olub. Həyatda bəzi şeyləri seçə bilmirik. Yaxınlarımız da bunlardan biridir. Bacım "12 ildir görüşmürük" deyir. Amma 4 il öncə Parisdə bir yerdə necə yemək yemişik, necə mesajlaşmışıq biz? - Uşaqlıq və gəncliyiniz necə keçib? - Atam prezident olanda mənim 20 yaşım var idi. Uşaqlığımı normal keçirdiyim üçün şanslıydım. Riyaziyyat üzrə təhsil almışam. Evlənənə qədər bacımla çox yaxın idik. Amma işin içinə pul, siyasət və güc girəndə, hər şey dəyişir. Qısqanclıq və həsəd ailə birliyini pozur. Atama hörmətim böyükdür. Uşaqlıda az yorulduğu üçün mənimlə daha çox vaxt keçirirdi. Mənə yanlışı doğrudan ayırmağı öyrədib. - Ətir təqdimatınıza Halit Ergenci ("Möhtəşəm yüz il" serialının baş qəhrəmanı Sultan Suleyman Qanuni), onun filmini izləyirsiniz? - "Möhtəşəm yüz il"i təsadüfən izləməyə başladım. Adətən belə serialları izləməyi sevmirəm. Amma bu serialı çox bəyəndim. Siyasət hər zaman dünyadakı ən çirkin şeydir. Hər şeyi məhv edir, zərər verir (Anspress).
2013-12-08
3,618
Olimpiya oyunlarında rüşvət qalmaqalı
Hindistan Milli Olimpiya Komitəsi Olimpiya oyunlarından kənarlaşdırıla bilər. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib ki, Hindistan Olimpiya oyunlarından kənarlaşdırıla bilər.Ölkə bundan qurtulmaq üçün korrupsiyaya bulaşmış idman məmurlarını məsuliyyətə cəlb etməlidir. BOK Hindistana bu tələbləri yerinə yetirmək üçün dekabrın 10-a kimi vaxt verib. Əks halda Hindistan Milli Olipiya Komitəsi (MOK) BOK tərəfindən gerçəkləşdirilən tədbirlərdə iştirakdan kənarlaşdırılacaq. Hind idmançıları isə ölkənin bayrağı altında çıxış edə bilməyəcəklər. Bir il qabaq Hindistan MOK-u hökumətin komitənin işinə müdaxiləsinə görə olitmpiya idman tədbirlərindən kənarlışdırılmışdı. Hindistanda olimpiya məmurlarının rüşvətxarlığı barədə söhbətlər 2010-ci ildə başlamışdı. 2011-ci ildə Hindistan MOK-un işçisi Sureş Kalmadi rüşvətxorluğa görə həbs edilmişdi (Azadliq.info).
2013-12-08
3,619
Bakının mərkəzində aksiya həyəcanı: polis ayaqda - Foto
Bu dəqiqələrdə Bakının Fəvvarələr meydanında aksiya həyəcanı yaşanır. Sosial şəbəkələrdə bu gün saat 12.00-da Azadlıq meydanında mitinq olacağı xəbəri polisi hərəkətə keçirib. Reportyor Emil Salamoğlunun verdiyi məlumata görə, Fəvvarələr meydanında və ümumilikdə "Torqovı"da Səbayel rayon polisinin əməkdaşları, rəis müavini mitinqin başlanmasını gözləyirlər. Eyni zamanda "Azadlıq" meydanında da post-patrl maşınları keşik çəkir. Bildirilir ki, Fəvvarələr meydanı polis mühasirəsindədir. Onlar Avropa Gənclər Hərəkatının keçirəcəyi aksiyaya da hazırlaşıblar. Aksiyada benzinin bahalaşmasına etiraz bildiriləcək (Musavat).
2013-12-08
3,620
Obamalar Mandelanın dəfn mərasiminə qatılacaq
ABŞ prezidenti Barak Obama və birinci ledi Mişel Obama çərşənbə axşamı Cənubi Afrikada Nelson Mandelanın dəfn mərasiminə qatılacaq. Bu barədə Ağ Ev məlumat yayıb. Mərasim Johannesburq-da stadionda keçiriləcək. Keçmiş prezident George V. Buş və xanımı Laura Buş da Obamaları müşaiyət edəcək. Cənubi Afrikada mərasimə keçmiş prezident Bill Klinton, dövlət katibi Hillari Klinton, keçmiş prezident Cimmi Karter də qatılacaq. İrqçiliyə qarşı mübarizə aparmış Mandela dekabrın 15-də doğma şəhərində dəfn olunacaq. O, dekabrın 5-də, 95 yaşında vəfat edib (AzadliqRadiosu).
2013-12-08
3,621
Baş nazir açıq mikrofonda söyüş söydü
Çexiyanın baş naziri İrji Rusnok parlamentdə müdafiə naziri Vlastimil Pitseklə söhbəti zamanı Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın dəfnində iştirak etmək üçün bu ölkəyə getməyə ərindiyini deyib. Baş nazir mikrofonun açıq olduğunu unudaraq müdafiə nazirinə deyib: "Ümid edirəm ki, prezident Miloş Zeman mənim əvəzimə gedəcək. Bu səfər haqda düşünəndə elə bil bədənimdə qarışqalar gəzir". Baş nazir daha sonra bildirib ki, həmin səfər vaxtı onun işgüzar nahar və şam yeməyi mərasimləri var. V.Ritsek CAR-a uzun səfərə getməyə heç həvəsinin olmadığını deyib. Çexiyanı Mandelanın dəfn mərasimində prezident kimi Miloş Zeman təmsil etməli idi. Lakin 69 yaşlı siyasətçi iki ay əvvəl dizindən zədə alıb və hələ tam sağalmayıb. Üstəlik o, şəkərli diabetdən əziyyət çəkir. Müdafiə naziri baş nazirlə söhbətində deyib ki, o cür uzaq səfər prezident Zeman üçün ağır sınaq ola bilər. Bundan əvvəl rəsmi bəyanat yayıb Mandelanın ölümü ilə bağlı kədərləndiyini bildirən baş nazir müdafiə naziri Pitsekin arqumenti ilə razılaşıb. Sonra söyüş söyüb və etiraf edib ki, CAR-a hər halda o uçmalı olacaq. Söhbət mətbuatda yayılandan sonra baş nazir qısa üzrxahlıqla çıxış edib və bildirib ki, bu cür açıq danışması "qeyri-korrekt addım" idi (Virtualaz).
2013-12-08
3,622
Bakıya sulu qar yağacaq
null
2013-12-08
3,623
Sumqayıtda qətl hadisəsi törətmiş şəxs tutuldu
Dekabrın 7-də Sumqayıtın 47-ci məhəlləsində qətl hadisəsi baş verib. Saat 22.30 radələrində Sumqayıt Dövlət Universitetinin tələbəsi Məmmədsaleh Şükürov bıçaqlanıb. Kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb. Sumqayıt Şəhər Polis İdarəsindən AzərTAc-a bildirib ki, "isti izlər"lə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs – 1996-cı il təvəllüdlü şəhər sakini Ruslan Quliyev saxlanılıb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar aparılır. Qeyd edək ki, saxlanılan Ruslan Quliyevin atası Rafael Quliyev və anası Lilya Palubinskaya hazırda məhkumluq həyatı yaşayırlar
2013-12-08
3,624
Cəmil Həsənli Siyavuş Novruzovu mitinqə dəvət etdi
"Bu mitinqə gələnlərin sayını kimsə dəqiq bilmək istəyirsə, buyursun gəlsin mitinqə. Gəlib qapının ağzında durub saya bilər" "Fəaliyyəti olmayan qurum necə mitinq təyin edə bilər? Bu gün Milli Şuranın durumu çox acınacaqlı bir vəziyyətdədir. Orada heç kim yoxdur. Mitinqi kim edir? Bu, hələ müəyyən deyil. Bunların hələ seçki qabağı təyin etdikləri mitinqə 500 adam gəlirdi, indi kim gələcək?" Bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov "Hafta.az"a açıqlamasında bildirib. Siyavuş Novruzova cavab gecikməyib. Milli Şuranın sədri Cəmil Həsənli "Hafta.az"a açıqlamasında deyib ki, onlar üçün mitinqdə say önəmli deyil. Kiməsə maraqlıdırsa, buyurub gəlib saya bilər: "Mən indiyə qədər mitinqə gələnləri saymamışam. Kim gəlibsə, meydanda olub. Əgər bu mitinqə gələnlərin sayını kim dəqiq bilmək istəyirsə, buyursun, gəlsin mitinqə. Gəlib qapının ağzında durub saya bilər". Milli Şuranın sədri əlavə edib ki, bu mitinq həm də onun gənclərlə bir növ görüşü də hesab oluna bilər: "15 dekabr mitinqi gənclərin təşəbbüsüdür. Mən də dəvəti məqbul hesab edib, mitinqə gələcəm. Orada çıxış da edəcəm. Bu mitinq, eyni zamanda, mənim gənclərlə görüşümdür". Milli Şura qiymət artımına etiraz olaraq 15 dekabra mitinq təyin edib. Qurumun Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətdə aksiyanın saat 16:00-dan-18.00-dək aşağıdakı meydanların birində keçirilməsi istənilir: Yasamal rayonunda yerləşən "Məhsul" stadionu; Nəsimi rayonu Asim Məhərrəmov küçəsində yerləşən parkdakı meydança; "Ulduz" metrostansiyası qarşısındakı park; Binəqədi rayonu, "Dərnəgül" metrostansiyasının dəmiryol tərəfindəki çıxışı; Nərimanov rayonunda yerləşən Nərimanov parkı.
2013-12-08
3,626
Elmar Məmmədyarov Qvineyaya yola düşüb
E.Məmmədyaroun başçılıq etdiyi nümayəndə heyəti 9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində "Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili" adı altında keçiriləcək İslam əməkdaşlıq təşkilatının xarici işlər nazirləri şurasının 40-cı sessiyasında iştirak edəcək. "Axar.az" XIN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
2013-12-08
3,627
Gənclərin etiraz aksiyası başa çatdı
"Axar.az"ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, Fəvvarələr meydanında keçirilən aksiya artıq başa çatıb. Təxminən 300 nəfərә yaxın adam Fəvvarələr meydanında yerləşən "Makdonalds" restoranının qarşısından Natavan heykəlinə tərəf hərəkət edib. Saat 16:10-da heç bir şüar səsləndirməyən aksiyaçılar əllərində ağ vərəqlər sakit tərzdə aksiyanı başa vurublar. Polis əlində vərəqlər olan aksiyaçılara mane olmağa çalışsa da, heç bir qarşıdurma olmayıb.
2013-12-08
3,629
Daha bir körpə öldü - Həkim terroru
Bu gecə Bakıda daha bir körpə dünyasını dəyişib. "Axar.az" ANS PRESS-ə istinadən xəbər verir ki, dekabrın 5-də dünyaya gələn körpə Astoriya Tibb Mərkəzində qəfildən dünyasını dəyişib. Bu barədə məlumatı körpənin yaxınları verib. Uşağın yaxınları ölümdə həkimi təqsirkar bilirlər. Deyilənlərə görə, körpənin anası Cəfərova Könül normal hamiləlik keçirib və uşaq sağlam doğulub. Vaxtlı-vaxtında bütün analizlərin verildiyini deyən yaxınlarının sözlərinə görə, uşağın iki gün sonra dünyasını dəyişməsi müəmmalıdır: "Meyiti hələ də bizə verməyiblər. Xəstəxanadan uşağının ürəyinin dayanmasını mikrobla əlaqələndirirlər. Əgər mikrob var idisə, niyə bu hamiləliyi vaxtında dayandırmadılar?". Ailə üzvləri hamilə qadının Respublika Perinatal Mərkəzin həkimi Rəhilə Mustafayeva tərəfindən nəzarətdə olduğunu deyiblər. Lakin dekabrın 5-də doğuş sancısı başlayan qadını həkim Astoriya Tibb Mərkəzinə aparıb. Yaxınları niyə uşağı Perinatal Mərkəzə deyil, məhz özəl klinikada doğuşun həyata keçirildiyini anlamadıqlarını deyirlər. Məsələyə aydınlıq gətirmək üçün Respublika Perinatal Mərkəzinin həkimi Rəhilə Mustafayeva ilə əlaqə saxladıq. R. Mustafayevanın ANS PRESS-ə verdiyi açıqlamada özünündə körpənin dünyasını dəyişmə səbəbini anlamadığını deyib. "Körpə tamamilə sağlam doğulub. Hamiləlik normal keçib. 3 kilo 900 qram çəkisi olan uşaq həm də çox aktiv uşaq idi. Doğulandan sonra bütün analizlər edilib. Ciyərləri, ürəyi yoxlanıb, hər şey normal olub. Doğulandan sonra süd də əmib. Lakin bu gecə saat 03:00-də vəziyyəti pisləşib. Nədən dünyasını dəyişdiyi meyid yarılandan sonra bilinəcək". Mikrob barədə iddialara cavabında isə o,bu versiyaya o qədərdə inanmadığını deyib. "Mikrob hamıda olur, mən deməzdim ki, körpə mikroba görə ölüb. Əgər hamiləlik normal keçməsəydi düşük olardı, uşaq normal doğulmazdı. Lakin ananın hamiləliyin son aylarında şəkəri qalxırdı. Mən onu endokrinoloqa göndərdim. Endekrinoloq onda heç bir problem olmadığını deyib. Şəkərin tez-tez yüksəlməsinin də buna təsiri ola bilər. Hər şey körpənin meyidi yarılandan sonra məlum olacaq". Doğuşun Perinatal Mərkəzdə deyil, özəl Tibb Mərkəzində keçirilməsinə gəlincə, həkim bildirdi ki, o, noyabrın 29-dan məzuniyyətdədir və məzuniyyətdə olduğuna görə, orada doğuş qəbul edə bilməz. Buna görə də xəstənin yaxınları ilə danışaraq onlara məzuniyyət müddətində işlədiyi Astoriya Tibb mərkəzini təklif edib. Xatırladaq ki, körpənin meyidi dekabrın 9-da Mərkəzi klinikada yarılacaq. Bu ananın ikinci hamiləliyidir. 29 yaşlı K. Cəfərovanın birinci uşağı da ötən il doğulandan bir neçə gün sonra dünyasını dəyişib.
2013-12-08
3,630
Lerikdə yaşayış evində yanğın olub
Lerik rayon mərkəzindən 46 km aralıda yerləşən Tikəband kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan bir mərtəbəli evdə yanğın hadisəsi baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 6 ton ot bağlaması yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.
2013-12-08
3,631
Paytaxtda ağır yol qəzası: 1 ölü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. "Axar.az" ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə saat 17:00 radələrində Xəzər rayonu, Qala qəsəbəsində baş verib. Qala yolu kimi tanınan ərazidə iki maşın - "VAZ 21011" və "Mersedes C klass" markalı maşınlar toqquşub. Qəza nəticəsində "Jiquli"nin sərnişinlərindən olan yaşlı kişi ölüb. Avtomobildə olan daha iki sərnişin isə yaralanıb. İlkin ehtimala görə, qəzaya səbəb "Mersedes" markalı maşının digər avtomobilin yoluna çıxması olub. Hadisə ilə bağlı araşdırma aparılır.
2013-12-08
3,632
Bərdə Pambıq Zavodu yandı - Foto
Bərdədə yerləşən pambıqtəmizləmə zavodlarından birində yanğın baş verib. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən məlumatına görə, Bərdə şəhərindəki pambıqtəmizləmə zavodunun həyətindəki 200 tonluq pambıq tayasının 6 tonu və yaxınlıqda yığılmış 50 tonluq pambıq tayasının 2 tonu yanıb. Pambıq tayalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbi araşdırılır.
2013-12-08
3,633
Şimon Peres Ruhani ilə görüşə hazırdır
İsrail prezidenti Şimon Peres İran prezidenti Həsən Ruhani ilə görüşə hazır olduğunu açıqlayıb. Peres bildirib ki, "İranı düşmən olaraq görmürük". "Axar.az"ın xəbərinə görə, Təl-Əvivdə keçirilən konfransda çıxış edən Şimon Peres qərbin İranın nüvə silahı əldə etməsinə sülh yolu ilə mane ola biləcəyinə inandığını deyib. İran Prezidenti Həsən Ruhani ilə görüşərdinizmi? - sualına belə cavab verib: "Niyə də olmasın? - Ruhani ilə görüşməyə hazıram. Mənim düşmənim yoxdur. İranı düşmən olaraq görmürük". Fələstin lideri Yasir Ərəfatın adını çəkərək bildirib ki, "Ərəfat ilə görüşmək istəmirdik. Ancaq siyasi dialoq yolu ilə razılıq əldə etdik. Biz sülhün tərəfdarıyıq və son məqsədimiz düşmənləri dostlara çevirməkdir".
2013-12-08
3,634
Hökumət evinin qarşısında barrikadalar quruldu - Video
Kiyevdə nümayişçilər Nazirlər Kabinetinin qarşısında barrikada qurublar. Etirazçılar barrikadaların qurulmasında dekorativ beton qablardan və kiçik skamyalardan istifadə ediblər. Barrikada Qruşevski küçəsində hökumət binasına çatmamış köndələn şəkildə qurulub. (ANS)
2013-12-08
3,635
Premyer liqada lider dəyişdi
Bu gün Azərbaycan Premyer Liqasında XVI turun qarşılaşmaları keçirilib. "Axar.az"ın xəbərinə görə, turun açılış oyunu Qəbələdə keçirilib. Yerli komanda "Simurq"la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Turun digər oyununda AZAL öz meydanında "Rəvan"la münasibətlərinə aydınlıq gətirib. Şahin Diniyevin komandası 90 dəqiqə 1:0 hesabı ilə öndə olsa da, AZAL-ın futbolçusu Şəhriyar Rəhimov 90 və 90+3-cü dəqiqələrdə vurduğu 2 qolla komandasına qələbə qazandırıb - 2:1. Paytaxtın digər təmsilçisi "Bakı" klubu bu tur Sumqayıta səfər edib. Görüş paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Günün maraq doğuran oyunlarından biri "Şəfa" stadionunda keçirilib. "İnter" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb. Turun mərkəzi qarşılaşmasında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəlib. Bu görüşdə "Qarabağ" komandası qələbə qazanaraq ilk pilləyə yüksəlib. Qarşılaşma 3-1 hesabı ilə yekunlaşıb.
2013-12-08
3,636
"Mənə sponsorluq etmək istəyənlər çoxdur"
Şəlalə Nərimanın "tam səmimi" suallarına Ülkər Şahbazova cavab verir. Ülkər Şahbazova kimdir? Mən Şahbazova Ülkər Ağabəy qızı: 1979-cu ilin 18 avqustunda Kurqan vilayətinin Şadrinsk şəhərində anadan olmuşam. Ailəli olmuşam, illər öncə bu nikah pozulub. Bir oğlum var. Daha ərə getmək barədə düşünmürəm. Əsas olan sənətdə və yaradıcılıq işlərimdə irəliləyişimdir. Ailədə üç bacıyıq. 7 illik musiqi məktəbinin fortepiano fakültəsini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi texnikumuna daxil olmuşam. Bəzi oxuyanlardan fərqli olaraq təhsilli müğənniyəm. Özümü də professional musiqiçi sayıram. Əsas da öz üzərimdə çalışıram, əlimdən gələni əsirgəmirəm. On ildir bu sənətdəyəm. Dəcəl, şıltaq, ərköyünəm. Qısqanc insansan? Hər şeyə qarşı qısqanc deyiləm. Sevdiyim insana qarşı çox qısqanc ola bilərəm. Qalmaqal nə deməkdir? Şou-biznesin ayrılmaz hissəsidir. "Sehrli Pərdə"də niyə məhz Faiq Ağayev səni dəstəklədi? Müsabiqədə məndən başqa Faiq Ağayevin 19 tələbəsi var idi. Yəqin onlar arasında seçilmişəm ki, o da məni seçərək dəstəkləyib. Toyda başına maraqlı hadisə gəlibmi? Toyda çox vaxt maraqlı hadisələr olur. Amma təhlükəli vəziyyətlərdən asanlıqla çıxış yolu tapa bilirəm. Bir dəfə toyda gəlin spirtli içki içmişdi. "Vağzalı" əvəzinə "Bakılı balasıyam" mahnısını rəqs etməyi tələb etdi. Bəy də onu döydü. Sponsorun varmı? Sponsorum olmaq istəyənlər çoxdur. Amma bunlar mənlik deyil. Sponsor yox, pul xərcləyən sevgili desək, yaxşı olar. Yəni sponsoru olan xanımlara pis baxmıram. Hər kəsin özünəməxsus xüsusiyyəti var. Sevgiliniz var? Hazırda sevdiyim insan yoxdur və qəlbimi doldura biləcək bir şəxsə böyük ehtiyacım var. Biz sənət adamlarının sevgiyə ehtiyacı var. Təəssüf ki, qəlbimin bu boşluğunu doldura biləcək şəxs yoxdur. Həyatda neçə dəfə sevmək olar? Həyatda bir dəfə də sevə bilərsən, yüz dəfə də. Mən qəbul etmirəm o fikri ki, insan həyatda bir dəfə sevir. Sevgi azaddır və idarə olunmur. Xalq artistlərinin normal olmayan münasibətinə necə baxırsız? İstəmərəm ki, xalq artistlərinin dava-qırğını olsun. Amma onlar da insandır, mübahisələri düşə bilər. Arzu edirəm mehriban olsunlar. İlk məhəbbətin kim olub? İlk məhəbbətim 16 yaşında olub. Heç kim bilmirdi, qəlbimdə saxlamışam. Kimlərin ifalarını dinləyirsiz? Dinlədiyim musiqi tam keyfiyyətlidir. Yerli sənətçilərdən Faiq Ağayevin, Röyanın, Rəhimin, Burhanın, Mədinənin və s. ifalarını dinləyirəm. Bəyəndiklərim çoxdur. Bəs, kimləri bəyənmirsiz? Rəqsanə və Sevda Yəhyayevanı bəyənmirəm. Heç vaxt da mənə çatmır bu insanlar. İndiyə kimi populyar olmaq üçün nə qədər pul xərcləmisən? Dəqiq deyə bilmərəm. Amma pul çox lazımdır bu sənətdə. Hər şey pulludur. Şou-biznes çox çətin sahədir. Yalnız siyasət işlətmək lazımdır. Mütləq özünü sevməlisən. Özünü cazibədar hiss edirsən? Əlbəttə, özümü cazibədar hiss edirəm. Şükür olsun Allaha!
2013-12-08
3,637
Şamaxıda yol terroru: 1 ölü
Şamaxı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Göylər kəndində qeydə alınıb. Çaylı kənd sakini Xamis Cəfərov idarə etdiyi "Opel" markalı minik maşını ilə yolu keçən piyadanı-Göylər kənd sakini, 1989-cu il təvəllüdlü Rəsulov İqbal Nuşirəvan oğlunu vurub. İqbal Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. (APA)
2013-12-08
3,638
Bakıda maşın tunelə çırpıldı - Foto
Bu gün axşam saatlarında payaxtda, Gәnclik metrostansiyası yaxınlığındakı tuneldә qәza baş verib. "Axar.az" "Musavat.com"a istinadən xəbər verir ki, "Lexus" markalı avtomobil tunelin divarına çırpılaraq aşıb. Sürücü yüngül xәsarәt alıb. Onun sәrxoş olduğu ehtimal edilir.
2013-12-08
3,639
Yol terroru davam edir: daha bir ölü
Qaradağ rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı radar dirəyinə çırpılıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin 1965-ci il təvəllüdlü Babayev Əsgər Minbər oğlu hadisə yerində ölüb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşın cəsədini avtomobildən çıxarıb.
2013-12-08
3,640
İngiltərə bu xəbərlə sarsıldı - Şok
"Mançester Yunayted"in 23 yaşlı gənc tərəfdarı komandasının son turlar uduzmasına dözə bilməyərək intihar edib. "Axar.az"ın xəbərinə görə, keniyalı 23 yaşlı Con Cimmi Maçaria "Nyukasl" komandasına məğlubiyyətdən sonra dostlarına, "bu komandanı izləməyə dözə bilmirəm", - deyərək yeddinci mərtəbədən tullanıb. Hadisəylə bağlı polis şefi Benson Kibu açıqlamasında, "Şahidlər intihar etdiyini deyir. Lakin polis məmurları istintaqı davam etdirir. Bu ingilis futbolu üzündən itirdiyimiz ilk insan deyil. Futbolun bir oyun olduğunun hamı fərqində olmalıdır", - deyib.
2013-12-08
3,641
Fransa Afrikada üsyançılarla vuruşur – Rəsmi
Fransa Xarici işlər naziri Loran Fabius Mərkəzi Afrika Respublikasında son 3 gündür davam edən qarşıdurmalarda 394 nəfərin öldüyünü bildirib. "Axar.az"ın xəbərinə görə, Loran Fabius Fransanın Mərkəzi Afrika Respublikasında əsgəri əməliyyatın davam etdirildiyini və üsyançıların silahsızlandırılması prosesinin də başladıldığını deyib. Loran bildirib ki, "Fransa üçün vacib olan məsələ MAR-da təhlükəsizlyin təmin edilməsidir" Fransız nazir Afrika Birliyinin Mərkəzi Afrika Respublikasında 2500 əsgərinin olduğunu deyib. Bu əsgərlərdən 1600-ü Fransa ordusuna məxsusdur. Daha 200 əsgərin göndəriləcəyini nazir bəyan edib.
2013-12-08
3,642
Kiyevdə Leninin heykəlini uçurdular - Video
Ukraynanın paytaxtı Kiyevin mərkəzində Bessarabiya meydanında yerləşən Leninin heykəli uçurulub. "Axar.az"ın xəbərinə görə, Lenin heykəli əllərində "Azadlıq" partiyasının bayraqlarını tutan maskalı şəxslər tərəfindən uçurulub. Heykəli uçurduqdan sonra nümayişçilər Ukraynanın dövlət himnini səsləndirib.
2013-12-08
3,643
Bakıda müəllimlər etiraza qalxdı
Bakı şəhərindəki ümumtəhsil müəssisələrində çalışan müəllimlər bir nüçə gün öncə noyabr ayının maaşını alarkən gözləmədikləri vəziyyətə düşüblər. "Axar.az"ın "Musavat.com"a istinadən xəbərinə görə, I-VI siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlərin maaşı azalıb. Müəllimlər bunun səbəbilə maraqlananda onlara bildirilib ki, Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisi zamanı yazı işlərinin yoxlanılması üçün müəllimlərin əməkhaqına əlavə edilən məbləğ kəsilib. Nəticədə onsuz da yüksək maaş almayan yüzlərlə müəllim noyabrın əməkhaqqını 10-20 manat kəsirlə alıblar. Modern.az saytının məlumatına görə, maaşlarının azalmasından narazı qalan müəllimlər ötən həftənin sonlarında kütləvi şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mühasibatlıq şöbəsinə gedərək, məsələyə etirazlarını bildiriblər. Orada müəllimlərə bunun təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə edildiyi söylənilib. Pedaqoqların növbəti həftə nazirliyi şikayətə gedəcəklərini bəyan etmələri vəziyyəti daha da gərginləşdirib. Yalnız etirazlar artandan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimləri sakitləşdirmək üçün açıqlama ilə çıxış edib. İdarə bəyan edib ki, noyabr ayı üçün I-VI siniflərdə Azərbaycan dili (təlim qeyri-azərbaycan dilində aparılan I-VI siniflərdə isə tədrisin aparıldığı tədris dili) və Riyaziyyat fənlərinin tədrisi zamanı yazı işlərinin yoxlanılması üçün müəllimlərin əməkhaqqına əlavə edilən məbləğ texniki problem səbəbindən ödənilməyib. "Bildiririk ki, problem yaxın günlərdə həll olunacaq"-deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi açıqlamasında qeyd edib. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tebeçiliyində 325 ümumtəhsil məktəbi fəaliyyət göstərir.
2013-12-09
3,645
Hacıbala Abutalıbovu əvəzləyəcək real namizəd – Rəy
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifəsi ilə vidalaşacağı və istefaya göndəriləcəyi yenidən gündəmi zəbt etdiyi məqamda, siyasi müşahidəçilərin də rəyləri və ehtimalları dövriyyəyə girib. Adının açıqlanmasını istəməyən millət vəkilinin bildirdiyinə görə, Bakı meri Hacıbala Abutalıbovun əvəzlənməsi ilə bağlı ictimaiyyətə ötürülən xəbərlər heç də əsassız deyil. Çünki H.Abutalıbov hakim komandanın ən sadiq kadrlarından biri sayılsa da, gələn il artıq 70 yaşını tamamlayacaq: "Həm də nəzərə alın ki, 2014-cü ilin yanvarında H.Abutalıbovun mer təyinatının 13 ili tamam olur. Bu isə az zaman deyil, ona etimadın göstəricisidir. Ancaq yaş öz sözünü deyir. Ölkə rəhbərliyi komandasının gəncləşməsində maraqlıdır və təsadüfü deyil ki, Əmək Məcəlləsində vəzifəli şəxsin də son yaş həddi ilə bağlı dəyişiklik edildi. Bu baxımdan Hacıbala Abutalıbovun 2014-cü ilin mayına qədər (mayın 13-ü H.Abutalıbovun 70 yaşı tamam olur) istefaya gedəcəyi gözləniləndir". H.Abutalıbovu kimin əvəzləyəcəyi məsələsinə gəldikdə isə son sözün Prezident tərəfindən deyiləcəyini söyləyən müsahibimiz bu gün yayılan xəbərə də münasibət bildirdi: "Bu gün yayılan məlumatda Abşeron rayonun icra başçısı Zakir Fərəcovun adı real namizəd olaraq çəkilib. Bu ehtimal ümumiyyətlə dövriyyədə yoxdur və belə versiyanın mediada necə yayıldığını izah etməkdə çətinlik çəkirəm". Həmsöhbətimiz mer vəzifəsinə namizədlər sırasında 4 nəfərin adını çəkdi: "Maraqlıdır ki, Bakının 12 rayonundan birinin icra başçısının şəhər meri gətiriləcəyi barədə yekdil fikir var. Adı sadalanan namizədlər içərisində ən şanslısı isə Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevdir". Millət vəkilinin sözlərinə görə, cəmi 46 yaşı olan A.Fərzəliyevə gənc yaşından etimad göstərilib: "YAP Siyasi Şurasının və MOK İcraiyyə Komitəsinin üzvüdür, sadiq və işini bacaran kadrlardan hesab olunur. Avtobioqrafiyası və hazırkı statusu, həmçinin Bakının iki rayonunda icra başçısı işləməsi səbəbindən paytaxtın problemlərini bilməsi onu namizədlər sırasında hələlik favoritə çevirib".
2013-12-09
3,646
"Leninin heykəlinin dağıdılması vəhşilikdir"
Ukraynanın Baş naziri Nikolay Azarovun mətbuat katibi Vitali Lukyanenko Kiyevdə Leninin heykəlinin dağıdılmasını vəhşilik adlandırıb. Mətbuat katibi qeyd edib: "Abidələri təhqir etmək, dağıtmaq vəhşilikdir. Özü də bu hadisə ən yeni tarixdə YUNESKO-nun Dünya İrs Siyahısına salınmış abidənin dağıdılması ilə baş verib. Birinci hadisə Əfqanıstanda taliblərin Buddanın qaya üzərində qazılmış təsvirinə tanklardan atəş açması ilə baş vermişdi. İkinci hadisə isə Avropanın mərkəzində, Kiyevdə Leninin abidəsinin dağıdılması idi". Qeyd edək ki, bazar günü saat 18 radələrində bir qrup maskalı şəxs ip və kanatların köməyi ilə Leninin Kiyevdəki abidəsini yıxıblar (Trend). Kiyev milisi isə Leninin heykəlinin dağıdılması ilə bağlı artıq cinayət işi qaldırdığını bəyan edib.
2013-12-09
3,647
ABŞ-dan İrana yeni təzyiq - Silah satışı
İranla nüvə problemini diplomatik yollarla həll etmək üçün səy göstərən ABŞ Tehrana təhdid olaraq Körfəz ölkələrinə yeni silahlar satmağı planlaşdırır. "Axar.az"ın xəbərinə görə, silah satışı ilə bağlı ABŞ Müdafiə naziri Çak Haqel Manama konfransında açıqlamasında Körfəz Əməkdaşlıq Şurasına üzv olan Səudiyyə Ərəbistan, Küveyt, Bəhreyn, Qatar, Birləşmiş Ərəb Əmirliklərinə hərbi koordinasiyanı inkişaf etdirmək üçün radarlar və mərmi müdafiə etmə sistemləri verəcəklərini deyib. Körfəz ölkələri İranın bölgəyə hakim olmaq istədiyi üçün məzhəb gərginliyini yaratmasından və Yaxın Şərqdə getdikcə artan fəaliyyətindən narahatdır.
2013-12-09
3,648
Bakıda sərnişin vaqonu yanıb
Bakıda sərnişin vaqonunda yanğın olub. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda Lokomativ DEPO-ya məxsus sərnişin vaqonunun dam örtüyü 8 kv. m sahədə yanıb. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.
2013-12-09
3,649
AKP-nin binasına bomba atdılar
Dünən axşam saat 22.00 radələrində Türkiyənin hakim partiyası olan AKP-nin Diyarbəkir ofisinə hücum olub. Hücum zamanı ofisə iki ədəd əldə hazırlanan bomba atılıb. Atılan bomba nəticəsində ofisin və ətrafda yerləşən ərzaq mağazalarının pəncərələri sınıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, təxribatda 4 nəfərin iştirak etdiyi bildirilsə də, hadisəni törədənlərin kimliyi hələ məlum deyil. Hadisə partiyanın binasında heç kimin olmadığı saatlarda edildiyindən xəsarət alan olmayıb. Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
2013-12-09
3,650
Ukraynalı deputat Saakaşvilini ölkəyə buraxmamağı tələb etdi
Ukraynada hakimiyyətdə olan Regionlar partiyasının üzvü Oleq Tsarev Ukraynanın təhlükəsizlik xidməti və XİN-ə sorğu göndərib. Sorğuda Ukraynanın daxili işlərinə qarışmaq istəyən bəzi xaricilərin ölkəyə daxil olmasına qadağa qoyulmasını tələb edib. Bu haqda deputat öz "Twitter"ində yazıb. Daha öncə Tsarev öz saytında ABŞ, Rusiya, Böyük Britaniyadan bir neçə siyasi strateqlərinin adını çəkərək onların Ukraynadakı proseslərdə iştirak etdiyini bildirmişdi. "UNİAN" agentliyi Tsarevin bütün sorğularını çap edib. Sorğuda 15 nəfərin, eləcə də Gürcüstanın eks prezidenti Saakaşvilinin və rus deputat Stanislav Belkovskinin də adını çəkib.
2013-12-09
3,651
Dünyanın ən bahalı toyu etiraza səbəb oldu - Foto
İspaniyada 60 milyon avroluq hind toyu baş tutub. İspaniyanın Barselona şəhərində baş tutan toy ispanları təəccübləndirməklə yanaşı, bir qədər də etirazına səbəb olub. Dünyanın ən zəngin ailələrindən hesab edilən "Arkelor Mittal" firmasının rəhbəri Lakşmi Mittal 26 yaşındakı bacısı oğluna böyük bir toy mərasimi təşkil edib. Barselonada baş tutan toy nə az, nə çox tam 3 gün davam edib. Məsələ ilə əlaqədar olaraq "Arts otel" 3 günlük cütlüyün istifadəsinə verilib. İspanlar isə onların dəyərli məkanlarından hesab edilən "Arts otel"-in pul qarşılığında hindistanlılara kirayə verilməsinə qarşı çıxıblar. İspanların etirazını görən London və Hindistanın ən zəngin iş adamı Mittal mediaya açıqlamasında "pul ilə hər şeyi almaq mümkündür"- deyib. Qeyd edək ki, 63 yaşlı London və Hindistanın ən zəngin iş adamı olan Lakşmi Mittal 31.1 milyard dollarlıq sərvəti ilə dünyanın 6-cı ən zəngin adamı hesab edilir.
2013-12-09
3,652
Aydın Bəşirovun gizli imperiyası üzə çıxdı
Sabiq CASPAR şefinin "Naftalan" tankerini azad etməməsinin səbəbləri bəlli oldu; Bəşirovun 120 milyon dollar dəyəri olan gəmilərinin siyahısı əlimizdə; o, işdən qovulmazdan 3 ay əvvəl Türkiyəyə böyük sərvət keçirib... Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovun gizlinləri haqda "Musavat.com"a yeni məlumatlar daxil olub. Bu günə qədər onun varidatı siyahısında olan və özünün varlığını gizlətmədiyi çoxsaylı yaxtaları barədə məlumatlar dolaşırdı. Bir qədər əvvəl A.Bəşirov qohumlarına bəs edəcək qədər yaxtalara sahib olduğunu deməklə həmin məlumatları təsdiqləyib. Onun özəl donanmaya sahibliyi haqda iddialar da var idi. Lakin həmin xəbərləri nə özü, nə də digərləri təsdiqləməmişdi. "Yeni Müsavat"ın əməkdaşı bu mövzudakı fəaliyyəti sayəsində unikal, təkzibi mümkünsüz olan sübutlar əldə edib. Onlardan bəlli olur ki, gəmiçilik sənayesinin sabiq şefi təsəvvür olunmaz dərəcədə iri biznes imperiyasına sahibdir. Onun Türkiyədəki şirkəti "Sailtrade Denizcilik ve Ticaret Ltd" adı ilə "Sti.: Nispetiye cad. Dilhayat Sokak No.24 34337, Etiler, İstanbul, Turkey" ünvanında qeydiyyatdan keçib. Şirkətin təsisçisi Aydın Bəşirovun oğlu İlqar Bəşirovdur. Bu şirkətin hazırda 12 yük və bir neçə sərnişin daşıyan gəmisi var. Gəmilər bunlardır: 1.Sail Baron 2. Sail Beauty 3. Sail Countess 4. Sail Daisy 5. Sail Duke 6. Sail Free 7. Sail Pride 8. Sail Prince 9. Sail Princess 10. Sail Queen 11. Sail Rose 12. Sail Star Bu gəmilərin hər birinin qiyməti 5-15 milyon dollar arasındadır. Gəminin 1 günlük icarə haqqı 5-10 min dollardan başlayır. Oğul Bəşirovun sahibi olduğu bu gəmilərin toplam dəyəri 120 milyon dollardır. İ.Bəşirovun Azərbaycanda hansı bizneslə məşğul olması bəlli deyil. Bu vəsaitin onun atasına məxsusluğu şübhə doğurmur. Sənədlərdə İ.Bəşirovun ortağı kimi "Kent Denizcilik Limited" şirkətinin rəhbəri Səbahəddin Su göstərilir. Bu şirkətin nizamnamə kapitalı yarım milyon dollara yaxındır. Ən maraqlı məqamlardan biri isə şirkətin qeydiyyatdan keçmə tarixidir. Sənədlərə görə, Aydın Bəşirovun oğlu 17 iyul 2013-cü ildə şirkətin qeydiyyatı üçün Türkiyənin müvafiq qurumuna müraciət edib. 1 həftə sonra, 23 iyul 2013-cü ildə şirkət qeydiyyata alınıb. İlk baxışdan bu tarix təqvimdəki adi günlərdən biridir. Amma nəzərə alsaq ki, cəmi 3 ay sonra, 22 oktyabr 2013-cü ildə A.Bəşirov işdən çıxarılıb, deyə bilərik ki, gəmiçilik şefi cəld tərpənib. O, Azərbaycanda əldə etdiyi on milyonlarla manat vəsaitlə xaricdə özünə biznes imperiyası qurub. Bu məlumatlar həm də A.Bəşirovun azı 3 ay əvvəldən işdən çıxarılacağı haqda bilgili olduğuna dəlalət edir. Bu fakt onun "Naftalan" tankeri ilə bağlı tutduğu mövqeyin də hansı situasiyaya əsaslandığını göstərir. Çünki "Naftalan"ın saxlanılması birbaşa CASPAR rəisinin nüfuzuna xələl gətirirdi. Qeyd edək ki, bu il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidməti bir qədər əvvəl ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Naftalan" tankerini saxlayıb. Rusiya FTX-nin yaydığı rəsmi məlumatda tankerdə 3 milyon manatlıq oğurluq neft olduğu bildirilir. Tankerin kapitanı Asif İsmayıl oğlu Məhərrəmov və köməkçisi Ülvi Nobel oğlu Sultanzadə bu gün də Mahaçqalada həbsdədir. Tankerin 15 heyət üzvü isə tankerdə faktiki girov durumundadırlar. Onlar nəzarət altında tankerdən düşüb zəruri ərzaqları alaraq geri dönürlər. Hələ A.Bəşirov vəzifədə olarkən belə məlumatlar vardı ki, Rusiya tərəfi tankeri və həbsdə olan kapitanla köməkçisini azad etmək üçün külli miqdarda pul tələb edib. Konkret məbləğ də səsləndirilirdi - 5 milyon dollar. Həmin vaxt gələn məlumatlarda o da vurğulanırdı ki, Aydın Bəşirov yaxasını kənara çəkir, tələb olunan pulu verməyəcəyini söyləyir. Əlimizə çatan son bilgilər A.Bəşirovun "Naftalan" tankerinin azad edilməsi üçün hərəkətsizlik etməsinin səbəbini açıq-aydın göstərir. Məlum olur ki, 2-si həbsdə olmaqla 17 azərbaycanlı faktiki girovluqda olduğu bir vaxtda A.Bəşirov yalnız idarəni təhvil verib mənimsədiyi on milyonlarla manatlıq mal-mülkünü xaricə çıxarmaqla məşğul olub. Xatırladaq ki, Aydın Bəşirovun oğlu İlqar Bəşirovun adına donanma olduğu barədə "Axar.az"a da məlumat daxil olmuşdu. İndi adı çəkilən "Sailtrade" LTD-nin isə Ukraynada qeydiyyatdan keçdiyi söylənilirdi.
2013-12-09
3,653
Maye qazın da qiyməti qaldırıldı - Qeyri-rəsmi
Yanacaqdoldurma məntəqələrində bu yanacaq növü 10 qəpik bahalaşdırıldı... Ölkədə bəzi yanacaqdoldurma məntəqələrində maye qazın qiyməti qaldırılıb. Bu barədə redaksiyamıza ötən gün məlumat daxil olub. Məlumatda bildirilir ki, bəzi yanacaqdoldurma məntəqələri (Məsələn, Sabunçu rayonunda, Məhəmmədi yolunun kənarındakı məntəqə) bir neçə gündür ki, maye qazın qiymətini 10 qəpik bahalaşdıraraq 45 qəpiyə satırlar. Xatırladaq ki, sonuncu bahalaşmaya qədər maye qazın qiyməti 35 qəpik olub. Ancaq bir neçə gün əvvəl benzin və dizelin qiymətləri bahalaşan zaman maye qazın qiymətləri artırılmayıb. Yanacaqdoldurma məntəqələrində maye qazın bahalaşdırılması onu göstərir ki, yaxın zamanlarda bu yanacaq növünün qiymətləri artırıla bilər. Qeyd edək ki, məlumatı bazar günü aldığımız üçün hökumət orqanları ilə dəqiqləşdirmə apara bilmədik. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, maye qazın bahalaşması ilə bağlı məlumata malik deyil. Ancaq ekspert bildirib ki, maye qazın qiymətləri sərbəst bazar qiymətləri ilə tənzimlənmir, bu məhsulun ölkə üzrə satış qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir. Eyni zamanda ekspert yaxın zamanlarda hökumətin maye qazın satış qiymətlərini qaldırmasını istisna etməyib.
2013-12-09
3,654
Türkiyədə 5 bal gücündə zəlzələ
Türkiyənin Antalya körfəzində 5 bal gücündə zəlzələ baş verib. Qəndilli Rəsədxanasının məlumatına görə, yerli vaxtla saat 19:31-də qeydə alınan zəlzələ episentri Antalya körfəzi olmaqla yerin 88,6 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar Antalya şəhərində hiss olunub (Trend).
2013-12-09
3,655
Kamil Vəlidən "Bizim Sabir"
(Dostum Sabir Rüstəmxanlı haqqında söz) Beyvəfadan, müxənnəsdən, nakəsdən Nə söz qaldı sənətkara dəyməmiş?! Aşıq Ələsgər **** Ürək sözlərimi qələmə aldığım bu yazıda nə "Rüstəmxanlı" sözünü, nə "müəllim" kəlməsini, nə də "Xalq şairi", "millət vəkili" təyinlərini işlətməməyə çalışacağam. Sabir Bəyin siyasi fəaliyyətindən də çox danışmamağa söz verirəm. Çünki siyasət bizi ayıran, ədəbiyyat isə birləşdirən tərəfdir. İrəlidə çox zaman görmədiyim üçün mən özümü birləşdirən tərəfə aid edirəm. Dünyanın elə tərəfləri var ki, biz Sabirlə bir yerdə olmamışıq. Birləşmək, ayrılmaq, yenidən birləşməkdən də söz getmir. Dünyanın elə tərəfləri də var ki, biz Sabirlə bir olmuşuq. Desəm ki, Sabir bizim öncümüz olub, bu sözün səmimiyyətinə inanın. Mən 1965-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olanda Sabir III kursda oxuyurdu. III kursun simvolu Sabir idi. Necə ki, II kursun simvolu Ramiz Rövşən idi. IV kursun simvolu Azər Abdulla, V kursun simvolu İsmayıl Məmmədov. Biz daxil olan ildə universiteti bitirənlərin simvolu isə rəhmətlik Aydın Məmmədov idi. Simvol, yəni "mən Sabirin kursunda oxumuşam" deyəndə ağıla gələn ilk adam Gülxanım Vəliyeva da, Qara Tağızadə də, Nəzakət Qafqazlı da, nə bilim kimlər də ola bilər. Ancaq o kursda simvol adam Sabir idi. Bu bəlirgənlik yalnız şöhrətlə bağlı deyil. Burada şöhrət də var, mehribanlıq da, xarizma da... Əgər mənim oxuduğum bu 5 ilə gedib- gələnləri də daxil etsək, o dövrün ən məşhur tələbəsi şübhəsiz ki, Sabir idi. Sabirin o gözəl və əzab- əziyyət dolu tələbəlik illərində komsomol iclasındakı "nitqini" heç unuda bilmirəm. Kənddən gəldiyi elə ilk baxışda sezilən bu arıq, kəskin baxışlı və hamımıza qarşı ciddi olan bu oğlan gənc kommunist əxlaqına yaraşmayan və yaşlı kommunist əxlaqının daşıyıcılarını da heyrətdə qoyan bu "nitqi" ilə "komsomol təşkilatı" adlı məşhur təşkilatın daşını daş üstə qoymadı. Dekan üzünü yana çevirdi, partiya təşkilatı katibi yavaşca salonu tərk etdi, müəllimlər pıçhapıça başladı. Sabirsə "Bu nə universitetdir, bu nə yataqxanadır, bu nə artistlikdir", deyib qızışdıqca salon da qızışır, hərəsi bir dərədən, bir obadan gələn tələbələr "mən Sabirin oxuduğu universitetin tələbəsiyəm" qürurunu yaşayırdı. Bu qüruru, yəni dissident qürurunu biz tələbələrə cəmi üç adam yaşatdı desəm, məni qınamayın, böyük sözmü? Bəxtiyar Vahabzadə, böyük tarixçi Lətif Əsgərov və Sabir Bəy. Yox, bu o demək deyil ki, universitetdə gözəl alimlər, müəllimlər yox idi. Əsla. Universitet auditoriyalarında görüb sevdiklərimiz, ömrümüz boyu çörəyini yediyimiz Muxtar Hüseynzadəni, Səlim Cəfərovu, Əkbər Ağayevi, Əlövsət Abdullayevi, Xədicə Ağalarovanı, Ağaməli Həsənovu, Mir Cəlalı, Əli Fəhmini, Abdulla Vəliyevi, Abbas Zamanovu, Mehdi Məmmədovu... (Allah hamısına qəni - qəni rəhmət eləsin) unutmaq mümkün deyil. Onlar indi də bizim yuxularımızda, yazdıqlarımızda, dediyimiz dərslərdə yaşayır. Sabirin də daxil olduğu o üçlük isə, razılaşmayanlar, başqa cür düşünənlər ən kəsəsi, ayrı - ayrı miqyasda dissident düşüncəli insanlar idi. Sabir universiteti bitirib Mirzə İbrahimovun və Bəxtiyar müəllimin səyləri ilə "Ədəbiyyat qəzeti"ndə işə başladı. Bu da bizim üçün olduqca qürurverici idi. Sonra Sabir əsgər getdi və təsadüfən mənim o zaman üçün gələcək qaynım olacaq Məhfuz Səlimovun "soldatı" və dostu oldu. Bizim xanımının ilk şeirlərini də dəyərləndirib şair deyil, müəllimə olmağı məsləhət görən də (Allah atasına rəhmət eləsin) Sabir olub. Sonra Sabir müxtəlif vəzifələrdə işləməyə başladı: "Yazıçı" nəşriyyatının baş redaktoru, "Azərnəşr"in direktoru, Mətbuat Komitəsinin sədri və s. Mən onun bütün vəzifələrini xatırlamıram. Ancaq Sabir harda olubsa qabiliyyəti olan tələbə dostlarını, ona dərs deyən müəllimlərini, qələm dostlarını unutmayıb. Bu mənada o, bizim nəslin "dayısı" olub. Bizim nəslin ilk ailə quranı, ilk övlad atası, ilk xalq hərəkatçısı və ilk naziri, ilk millət vəkili də Sabir olub. Amma bütün bu "ilk"lərlə bərabər Sabir yaradıcı şəxsiyyətdir və yazıb- yaratmaq missiyası Allahın ona verdiyi vergidir. Bu vergidən uca nə ola bilər ki? Sabirin şair yaradıcılığı və publisistikası bir-biri ilə qırılmaz şəkildə bağlıdır. Sabir çağdaş şeirimizin, milliyyətçiliyin, vətənsevərliyin və vətəndaşlıq poeziyasının öndərlərindən biridir. Çağdaş vətən, vətəndaşlıq, millətsevərlik şeirinin Bəxtiyar Vahabzadə, Xəlil Rıza, Məmməd Araz kimi ən önəmli isimlərindən sonra (əlbəttə böyük Mirzə Cəlili, Sabiri, Üzeyir Bəyi, Əli Bəy Hüseynzadəni, Cavidi, Müşfiqi unutmadan!) Sabirin adının gəlməsi bu şeirlərin bədii səviyyəsi və ədəbi siqləti ilə deyil, daha çox yaş sırası ilə bağlıdır. Adını çəkdiyim və çəkmədiyim, milliyyətçilik və vətənsevərlik sırasına daxil olan və olmayan şairlər və yazıçıların Sabirin şeirini yüksək qiymətləndirməsi heç də təsadüf deyil. Bəxtiyar müəllimin Sabirin şeirlərindən dərsdə, görüşlərdə necə vəcdlə danışdığının şahidlərindən biri də mənəm. Anarın, Yusif Səmədoğlunun, Əkrəm Əylislinin, Elçinin, İsi Məlikzadənin, Fərman Kazımzadənin Sabirdən sayğı və qürur hissi ilə yazmaları, danışmaları heç təsadüf deyil. Yaşıdları Ramiz Rövşənin, Məmməd İsmayılın, rəhmətlik Nüsrət Kəsəmənlinin, Vaqif Bayatlı Odərin Sabir şeirlərinə və publisistikasına verdikləri dəyər, bəslədikləri sevgi yalnız dost sevgisi, dəyəri sayılmaz. Məncə, bu qıymətləndirmə cəsarətlə, ilkinliklə gözəl duyğuların gözəl ifadəsiylə bağlıdır. Eyni yolda yürüyən və haradasa ədəbi rəqib olan insanların bir nöqtədə, bir şəxsiyyətdə birləşməsi o qədər qanuna uyğundur ki, burada təsadüf, gəlişi gözəllik axtarmaq imkansızdır. Bizim mərhum böyük nasirimiz Sabir Əhmədlinin Sabir Rüstəmxanlı ilə (soyadı iki Sabiri ayırmaq üçün işlətdim) şəxsi və əqidə dostluğu bizim ədəbiyyat tariximizin Sabir - Səhhət dostluğu ilə müqayisə edilə bilər. Sabirin şeirinin də, publisistikasının da, ictimai fəaliyyətlərinin də ana nöqtəsi Azərbaycanın bütövlüyü və Türklük məfkurəsidir. Əslən Ərdəbildən olması, Yardımlıda doğulub Bakıda yetişməsi təsadüfi deyil. Sabirin yaralı yeri beş yerə ayrılan Azərbaycandır, daxili və xarici güclərin məngənəsində qalan Türklük əqidəsidir. "Ömür kitabı" Sabirin şah əsəri və Azərbaycan milli məfkurəli publisistikasının zirvəsidir, desəm məni subyektivlikdə qınamayın. Zirvə özünə qədər olan yolların davamı və yüksəlişidir. Məhəmməd Əmin Rəsulzadənin siyasi publisistikasının və Anarın ədəbi- fəlsəfi publisistikasının doğma övladı "Ömür kitadı"dır desəm səhv etmiş sayılmaram. Ə. Elçibəy milli hərəkatın ilk təkanları, milli- mənəvi dayaqları içərisində şeirləri ilə bərabər onun "Ömür kitabı"nın da adını özəlliklə vurğulamışdı. İndi qədim Türk yurduna səyahət notlarını yazan, zaman - zaman milli- mənəvi dəyərlərə yönələn zərbələri ortaya qoyan, vətəndaş səsini qaldıran da Sabir bəydir. Mən də daxil olmaqla, siyasət nəslinin günlük mübarizəyə çox aludə olması bəzən bizi böyük dəyərlərdən uzaqlaşdırır. Böyük dəyərlər üçün çarpışmaları və çarpışanları gün siyasətinə qatmayaq və ya onları başqalarından ayıraq. Mən bunu səmimiyyətlə söyləyirəm. Bəli, Sabir dostumun bəzi hərəkətlərindən, yazılarından, siyasi gedişlərindən narazı qalmaqlığım olub və bunları mətbuata çıxarmaqdan da çəkinməmişəm. Mən demirəm ki, səhv eləmişəm. Yox, bir siyasətçi kimi səhv eləməmişəm. Mənim və ya başqasının səhvi iri kalibrli silahdan ona tay-tuş olmayanı vurmaq tələbidir, günlük qayğıları böyütməkdir, şəxsi amilləri birinci dərəcəyə gətirməkdir. Artıq ömrün bu vaxtında hər kəsə öz dəyərini vermək lazımdır. Fəxri adları alan, o adları atan da, böyük vəzifələrdə işləyən də, (o işlərdən çıxarılan da) bizim Sabirdir, meydanda başı sarılmış yaralı da bizim Sabirdir, Təbrizdə Azərbaycan dərdini, Ankarada Türklük faciələrini doğuran səbəbləri söyləyən də bizim Sabirdir. Unutmayaq ki, gözəl silahla həmişə 10-luqdan vurmaq olmur. Bunu da unutmayaq ki, missiyalı insanlara başqa yöndən, dəyər qiymətləriylə yanaşmaq doğru sayıla bilməz. "Yağı yağ, ayranı ayran olsa", zəmanəmizdə hərkəsə öz missiyasına, gücünə, imkanlarına görə qiymət vermək Allaha da xoş gedər, bəndəyə də… Mənim ürəyimin divarından dostum Sabirin üç şəkli asılıb: Universitetin böyük salonunda çıxış edən 20 yaşlı III kurs tələbəsi Sabir; meydanda milyonlara xitab edən başı sarıqlı, qara dəri plaşlı Sabir, bir de bir yaz günü iydə ağacın dibində Altaylı Türk qızı ilə gülə - gülə söhbət edən Sabir. Mən bu üç şəklin üçünü də sevirəm. Bu üç şəklin üçü də Sabirdir. Bizim Sabir… P. S. Vallah - billah (dostumuz Rafiq Əliyev Əhməd Ağaoğluna istinad edərək deyir ki, Qarabağlılar yaman and içən olurlar) bu ürək sözlərimi nəyə görəsə, nə üçünsə yazmadım. Sevdiklərimdən və mənə dərs deyən- deməyən müəllimlərdən başqa kimsəyə gözəl söz yazmaya asla ehtiyacım yoxdur. Bakıda son görüşümüzdə Sabiri fikirli və qayğılı gördüm. Ürəyimdə qaldı. Adam ancaq ən yaxın, doğma adamını ürəkdən hiss edə bilər. İstanbulda gecə, yuxuda Sabiri gördüm. Yuxudan qalxan kimi ürək sözlərimi yazmaya bilmədim. Sözün doğrusu elə adam var ki, mən onu uşaqlarına görə xoşbəxt sayıram və ona həsəd aparıram, elə adam var ki, çəkdiyi əzablara görə sonsuz hörmət bəsləyirəm. Eləsi də var ki, riskinə, cəsarətinə görə. Men Sabiri " Ömür yolu"nu yazdığına görə xoşbəxt sayıram və dərin hörmət bəsləməyə də borcluyam. Böyük adamlar yalnız öz ailəsinin, əqrəbasının deyil, millətinindir. Əqrəba iki-üç nəsildən sonra unudulur. Yazı qalır, yazılan qalır. Əlövsət, Şahbaz, o bizi qardaşlar inciməsinlər, onlar mənim də yaxın dostlarımdır. Ancaq Sabiri, Elçibəyi, Nəcəf Bəyi, Xudu müəllimi… ailə, qohum-əqrəba, dost kriterləri ilə dəyərləndirmək olmaz. "Qan yaddaşı" ifadəsini türkcəyə Sabir gətirib. Türkcədə bu ifadəni Türkiyə, özbək, tatar, türk sənət və elm adamlarının da işlətməsi gün - gün yetişməkdə olan ortaq türkcə üçün leksik norma olacaq. Kəlmələri yalnız folklor dilində, klassik ədəbiyyatda deyil, R. Rzanın, B. Vahabzadənin, M. Arazın, Y. Səmədoğlunun, Anarın, Mövludun, V. Nəsibin, M. İsmayılın, A. Səmədin, gənc şairlərin və nasirlərin dilində axtarmaq və tapmaq, görmək və götürmək lazımdır. Bütün türkcələrin kəlmə varlığının xəlbirlənməsi ortaq türkcə seçimi üçün təməl qaynaqdır. Bu təbii seçim sürəcində Sabir Bəyin əsərlərinin dili də öz önəmli rolunu oynayır və oynayacaqdır da. Biz vətən, vətəndaşlıq, millətçilik poeziyası deyərkən əsla H. Cavidi, M. Müşfiqi, E. Cavadı, A. İldırımı, S. Vurğunu, R.Rzanı, Şəhriyarı, H. Nitqini, Savalanı… bu poeziyadan və qayədən uzaq tutmuruq. Sadəcə şairin əsas və ya psixologizmdirsə onu vurğulamaq istəyirik. Və bu bölgünün də kifayət qədər şərti olduğunun altını cızaraq söyləmək istəyirik. Həm şeirə, həm nəsrə, dramaturgiyaya və publisistikaya aid olan bu şərti bölgü kifayət qədər subyektiv olsa da, heç kəs etiraz etməz ki, Sabir Bəy bizim poeziyamızın vətən, vətəndaşlıq və milliyyətçilik qolunun en parlaq çağdaş əsgəridir. Bu mənada biz onu varis olaraq Bəxtiyar Vahabzadə ilə, çağdaş olaraq Oljas Süleymenovla müqayisə edə bilərik. Türk şeir ənənəsində Sabir, Fazıl Kısakürəklə, Mehmed Akifle, M. E. Yurdakulla daha çox bağlıdır. Gənc ədəbiyyatımızda Sabirin Azərbaycanın qüzeyində və güneyində, eləcə də bütöv Türk Dünyasında çoxlu davamçıları var ki, biz bunu da tamamilə təbii sayırıq. Sabir bu gün də yazır, gəzir, görür, danışır, mücadilə aparır. Bəzən avam sözündən, bəzən də dünya hökmlüsündən yaralar da alır. Neyləsin… Dünya belə gəlib, belə də gedəcək. Və dünya qan yaddaşında o zorbaları, ehkamçıları, hökm verənləri saxlamayacaq. Yadda elə Sabir qalacaq. Çünki yalan dünyanın gerçək dostlarından biri də Sabirdir. Bizim Sabir… Kamil Vəli (Musavat).
2013-12-09
3,656
Cəbhədə atışma: itki yoxdur
Ağdam və Füzuli istiqamətlərində mövqelərimiz atəşə tutulub. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-09
3,657
Vətəndaşların gəliri artdı
Bu yanvar-oktyabr aylarında əhalinin gəlirləri 2012-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 29,1 milyard manata çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə üzə adambaşına düşən həcmi orta hesabla 3130,1 manat təşkil edib. Rəsmi statistikaya görə, əhalinin hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,4 faiz olub. Bu müddətdə gəlirlərin 68 faizi son istehlaka, 9 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 21,3 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib (Azvision.az).
2013-12-09
3,658
Aydın Bəşirovun rektor qohumu vurulur
"Kaspar"ın sabiq rəisi Aydın Bəşirovun yaxın qohumu, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirov yaxınlarda vəzifəsi ilə vidalaşmalı olacaq. Xəzər Dəniz Gəmiçiliyi QSC-dən "Axar.az"a verilən məlumata görə, Aydın Bəşirovun istefaya göndərilməsindən və onun fəaliyyətinin təftişinə başlanılandan sonra sabiq rəisin rəhbəri olduğu idarədə vəzifə tutan qohumlarının karyerası da sual altına düşüb. Mənbə bildirir ki, vəzifəli şəxsin yaxın qohumunun tabeçiliyində olduğu idarədə işləməsinə qadağa qoyulması ilə bağlı qanunun tələblərini pozan A.Bəşirovun bu addımı ona əlavə problemlərin yaranmasına səbəb olub. Qaynaq bildirir ki, rektor Rasim Bəşirovun oğlu, Aydın Bəşirovun qardaşı nəvəsi 27 yaşlı Cavad Bəşirov Donanmanın İstismar xidmətinin rəis müavini, Aydın Bəşirovun böyük oğlu Ağaəmi Bəşirov isə İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun direktorudur: "Həmçinin A.Bəşirovun bacısı oğlunun qayınatası Firudin Ömərov idarədə Kadrlar idarəsinin rəis müavini, kürəkəni Ağamirzə Məlikrzayev isə donanmanın İstilik Texnikası şöbəsinin müdiri vəzifəsində çalışır. Gəmilərin Yanacaqla Təminetmə və Donanmanın Texniki Təchizat Bazasının rəhbəri Aydın Bəşirovun bacısı oğlu Ramazan Ağaverdiyevdir. Hazırda onların fəaliyyəti dondurulmuş vəziyyətdədir və yoxlamaların nəticəsindən asılı olaraq, onlarla bağlı qərar veriləcək", - deyə mənbə qeyd edir. Təəssüf ki, A.Bəşirov və qohumu olduqları bildirilən sözügedən şəxslərin münasibətini öyrənmək mümkün olmadı.
2013-12-09
3,659
Xəzərdə yadplanetlilərin “Apple” bazası: Şok - Video
2008-ci ilin yayında "BP"yə məxsus neft yatağında partlayış baş verdi. Bu partlayış ABŞ tarixinin ən dəhşətli ekoloji problemini yaratdı. Körfəzdə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işini Barak Obama öz üzərinə götürdü və ABŞ-da "BP"-nin bütün məhsullarının satışına qadağa qoydu. Bundan sonra Kaliforniya körfəzi və yaxınlıqdakı ərazilərin təmizlənməsi işlərinin maliyyələşməsini "Apple" şirkəti əlahiddə olaraq öz üzərinə götürdü. Məsələ ondaydı ki, bu şirkət bu günə qədər heç bir xeyriyyə işində iştirak etməmişdi. Burdan sual çıxır: Hansı səbəb bu şirkəti belə addım atmağa məcbur etdi? Onlar hətta təklif olunan bütün yardımlardan imtina etdilər. Niyə?.. ABŞ-ın reytinq kompaniyalarının verdiyi məlumata görə, "Apple" şirkəti bir günə dünyada 1 milyondan çox (ayda 35 milyon) telefon satır. Bu rəqəm onu bütün telefon rəqiblərinin (Nokia, HTC, Samsung, Sony) bir həftəlik ümumi satışlarından 3 dəfə çoxdur. Maraqlı olan odur ki, şirkət satışı aylıq 35 milyona necə çatdırıb? Fakt isə budur ki, onların dünyada cəmi üç zavodu var və o zavodların gücü ildə yalnız 10 milyon telefon istehsal etməyə çatır. Siz videoda "Apple"in qəzadan sonra çəkdiyi təsvirləri görürsüz: dənizin qırağında, sadəcə, qum var, gözə bir damcı da neft dəymir. Görünən, sahil boyu nəzərə çarpan və həmin vaxt (1997) hələ istehsal edilməmiş "Ayfon" (iPone) telefonlarıdır. Gerçəkdən maraqlıdır, "Apple" satışa çıxardığı bu qədər telefonu hardan gətirir? Dənizin dibində yadplanetlilərin telefon bazası? Dəniz dibində yadplanetlilərin texnologiyasının yerləşməsi haqda ilk fərziyyəni birinci dəfə dünyada irəli sürən Jak İf Qusto olub. O öz gündəliyində sualtı səyahəti zamanı çəkdiyi unikal şəkillər haqqında yazırdı. 1997-ci ilin iyununda Qusto Meksika körfəzinin dərinliyində tapılan qurğu haqqında belə yazmışdı: "O, əldə tutulan xırdaca televizora oxşayır və əl hərəkətlərinə uyğun olaraq çalışır. Ekranda hələ indi də məlum olmayan piktoqramların göründüyünü yazırdı Qusto: "Dənizin dibində tapdığım o qurğu çox gözəl və inanılmazdı". 1997-ci ildə Qusto dünyasını dəyişir və onun gündəliyi hərraca çıxarılır. Gündəlik xeyriyyə hərracında satılır. Yeni sahib... Stiv Cobs olur. Yəni "Apple" şirkətinin yaradıcısı Cobs. "Apple" aksiyanın sınaq paketlərin alır Bu hadisədən bir neçə il sonra, 2004-cü ildə "Apple" şirkəti "BP" aksiyalarının sınaq paketlərini alır. 2007-ci ildə "Aplle" ilk telefonunu satışa çıxarır və telefon dünya bazarlarında inanılmaz satış rekordu qırır. Əlbəttə, yerin altında bu qədər işlək vəziyyətdə olan yadplanetli texnikan varsa, bu nəticəni əldə etməkdə bir çətinlik olmayacaq. Sənə bircə o qalır ki, qurğunun arxasına dişlənmiş alma işarəsi qoyursan, vəssalam. Əlavə üç zavodun da oldusa, çətin heç nə qalmır. Bütün bunlardan sonra dünyanı neft sızması nağılına inandırmaq və körfəzin təmizlənməsinin əsas səbəbini gizlətməkdən inandırıcı nə ola bilər? Üstəlik, Barak Obama ailəsi ilə birgə çirklənmiş sahədə çimərək şəkil çəkdirir və sənə yardım edir, bununla da hamını körfəzin təmizlənməsinə inandırırsa... Beləliklə, Körfəzin təmizlənmə söhbətin bağlanır. Telefonlar tükənəndən sonra "Apple" nə edəcək? Belə bir fikir yaranır ki, onlar həmin telefonların yerləşdiyi ikinci yeri tapmaq üçün hər şeyə gedə bilərlər. Bu yer Qustonun gündəliyində aydın yazılıb: İkinci böyük baza Xəzər dənizidir.
2013-12-09
3,660
Bakının baş planı təsdiq olundu
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə "Ümumi və baş planların monitorinqinin predmeti və həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, "Ümumi və baş planların monitorinqinin predmeti və həyata keçirilməsi Qaydası" təsdiq edilib. Ümumi və baş planların monitorinqinin predmeti və həyata keçirilməsi qaydasına əsasən, ümumi və baş planların həyata keçirilməsi monitorinqini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə), Naxçıvan Muxtar Respub-likası səviyyəsində Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi keçirir. Ümumi və baş planların monitorinqinin həyata keçirilməsinin predmeti və məqsədi Azərbaycan Respublikasının ərazisində istehsal qüvvələrinin inkişafının kompleks proqnozu və yerləşdirilməsindən, ətraf mühitin ekoloji vəziyyəti və bütövlükdə respublikada şəhərsalmanın inkişafının təmin olunması baxımından yaşayış məskənlərinin mövcud qarşılıqlı əlaqələri nəzərə alınmaqla, ümumrespublika və regionlararası mühəndis-nəqliyyat infrastrukturlarının, təhlükəsiz və sağlam yaşayış mühitinin formalaşdırılmasından, yaşayış məskənləri sistemlərinin dayanıqlı inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasının, respublika ərazisində məskunlaşmanın təkmilləşdirilməsinin əsas istiqamətlərinin müəyyən edilməsindən, şəhərlərin (qəsəbələrin) ərazi inkişafının istiqamətləri və sərhədlərinin və ərazilərin funksional təyinatı və tikinti zonalaşdırılmasından, ümumşəhər (ümumqəsəbə) əhəmiyyətli obyektlərin yerləşdirilməsi, nəqliyyat xidməti, mühəndis təminatı və abadlaşdırma, ərazinin təhlükəli ekzogen və texnogen proseslərdən mühafizəsindən, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması istiqamətlərində həyata keçirilmiş tədbirlərin icra vəziyyətinin araşdırılmasından və qeyd olunan sahə üzrə hazırlanmış normativ hüquqi aktların tələblərinə necə əməl olunmasının müəyyənləşdirilməsindən ibarətdir. Ümumi və baş planların həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edildikdən sonra Komitənin əməkdaşlarından və layihə müəlliflərindən ibarət komissiya ümumi planların həyata keçirilməsinin monitorinqini ən azı 10 (on) ildən bir, baş planların həyata keçirilməsinin monitorinqini isə 5 (beş) ildən bir aparır. Monitorinq zamanı aşağıdakı göstəricilər qiymətləndirilir: Azərbaycan Respublikasının ərazisində və ərazi hissələrində tarazlaşdırılmış sosial, iqtisadi, ekoloji və mədəni şəraitin yaradılması və inkişafı; insan üçün əlverişli, sağlam və təhlükəsiz yaşayış, iş və istirahət mühitinin yaradılması ilə bağlı ümumi tələblərin təmin olunması; Azərbaycan Respublikasının ayrı-ayrı ərazilərinin səciyyəvi xüsusiyyətlərinin (tarixi, mədəni, ekoloji və s.) qorunub saxlanılması; Azərbaycan Respublikasının ərazisində və yaşayış məntəqə-lərində müvafiq infrastrukturun yaradılması və inkişafı, infrastruktur obyektlərinin hamı üçün müyəssər (əlçatan) olmasının təmin edilməsi; Azərbaycan Respublikasının ərazi hissələrində uzunmüddətli rəqabətədavamlı və məkan baxımından tarazlaşdırılmış iqtisadi infra-strukturun, iş və təhsil yerlərinin yaradılması; tarixi və təbii landşaftın qorunması və inkişaf etdirilməsi; ərazilərdən (və ya ərazi hissələrindən) ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik tələbləri nəzərə alınmaqla istifadə olunması; mədəni irs obyektlərinin qorunması, milli (yerli) memarlıq-tikinti ənənələrindən, landşaft və ya məkan görünüşündən səmərəli istifadə ilə bağlı tələblərin təmin olunması; ətraf mühitin mühafizəsi ilə bağlı tələblərin (aspektlərin), xüsusən fauna və floraya, torpağa, suya, havaya, iqlimə, eləcə də əhaliyə və mədəni irs obyektlərinə təsirlərlə bağlı maraqların təmin olunması; kənd və meşə təsərrüfatı, enerji və su təchizatı, kanalizasiya və tullantıların atılması, poçt və telekommunikasiya, habelə faydalı qazıntı yataqları ilə bağlı iqtisadi maraqların təmin olunması; insanların və əmtəələrin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ictimai nəqliyyat da daxil olmaqla), o cümlədən insanların hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması; təbiət hadisələrindən mühafizə ilə bağlı tələblərin təmin olunması; müdafiə və mülki müdafiə ilə bağlı tələblərin təmin olunması. Ümumi və baş planların monitorinqi nəticəsində komissiya tərəfindən tərtib olunmuş arayış müvafiq tədbirlərin görülməsi üçün Komitəyə təqdim edilir. Təqdim edilmiş arayışa əsasən ümumi və baş planlarda və yaxud onların icrası ilə bağlı tədbirlər planında hər hansı bir dəyişiklik aparılmasına ehtiyac olarsa, o zaman Komitə tərəfindən yeni təkliflər hazırlanaraq ictimaiyyətin etiraz və təklifləri nəzərə alınmaqla, eləcə də aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Komitə tərəfindən təqdim olunmuş təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetində razılaşdırıldıqdan sonra ümumi və baş planlarda və onların icrası ilə bağlı tədbirlər planında müvafiq dəyişikliklər aparılır və təsdiq edilir (Azvision.az).
2013-12-09
3,661
Bakıda "yol terroru": 1 ölü
Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var. Bakı şəhər Baş Polis Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 8-i, saat 18:00 radələrində Pirallahı-Bakı yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsində Abşeron rayon sakini İlham Həşimovun idarə etdiyi "Mercedes" və Bakı şəhər sakini Maarif Əhmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində Maarif Əhmədov və sərnişini Kamil Atayev xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun digər sərnişini Əsədulla Əliyev isə hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (Trend).
2013-12-09
3,662
Polislə yanğınsöndürən arasında dava düşdü
"Axar.az"ın xəbərinə görə, Türkiyənin Ərzincan şəhərində 3 mərtəbəli bir iş yerində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər və polis gəlib. Hadisə zamanı məzuniyyətdə olan Binali Şimşək adlı yanğınsöndürən də məzuniyyətdən çağırılıb və o da həmkarlarına kömək edib. Öz maşını ilə hadisə yerinə gələn B.Şimşək avotmobilini yanğın baş verən binanın yaxınlığında saxlayıb. Mübahisələr isə bundan sonra düşüb. Polis ona avtomobili yanğın yerindən uzaqda saxlamağı təklif etsə də, Binali Şimşək yanğına müdaxilə etdiyini və vaxtının olmadığını bildirib. Bundan sonra polislərlə yanğınsöndürən arasında mübahisə düşüb. B.Şimşəkin oğlu Murat Şimşək da mübahisəyə qoşulunca polislər bibər qazından istifadə edərək ətrafdakıları hadisə yerindən uzaqlaşdırıb. Binali Şimşəki isə polisə müqavimət göstərdiyi üçün bölməyə aparıblar. Yanğını isə 2 saat ərzində söndürmək mümkün olub.
2013-12-09
3,663
PKK qaçırdığı dörd türk əsgərini buraxdı
Diyarbəkirin Licə mahalına aid Fis kəndi yaxınlığında bir qrup yolkəsən PKK-çı tərəfindən qaçırılan 2 kiçik leytenant ilə 2 gizir sərbəst buraxılıb. Dünən axşam saatlarında 2 kiçik leytenant və 2 gizir iş saatında sürücülük vəsiqəsi imtahanları üçün getdikləri Bingöldən Diyarbəkirə qayıdarkən 2 avtomobillə yola çıxıb. Avtomobillər Licənin Fis kəndi yaxınlığında terrorçular tərəfindən dayandırılıb. 2 kiçik leytenant və 2 gizirdən şəxsiyyət vəsiqəsi tələb edən terrorçular, mülki geyimli 4 adamı tutandan sonra avtomobilləri yandırıb. Terrorçular 4 adamı da götürərək gözdən itiblər. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, qaçırılan 4 hərbçi BDP şəhər və mahal təşkilatı üzvlərinin məsələyə qarışmasıyla geri qaytarılıb. Sağlamlıqları yaxşı olan hərbçilərin "Diyarbəkir Şəhər Hərbi Polisi"nə gətirildikləri bildirilib. Həll müddəti əleyhdarlarının işidir Türkiyə Baş naziri R.T.Ərdoğan dünən xəstəxanada yatan müğənni Adnan Şənsəsi ziyarət edəndən sonra jurnalistlərin suallarına cavab verib. Ərdoğan Diyarbəkirdə qaçırılan əsgərlər barədə bu sözləri deyib: "Bunlar həll müddətinə zərər vermək istəyənlərin etdiyi hərəkətlərdir. Hakkari aksiyaları da eyni şəkildə sülh istəməyənlərin atdığı addımlar, etdiyi hərəkətlərdir. Bunlar eyni şeylərdir. Lakin bütün hallarda biz oyunlara aldanmadan həll müddətinə davam edəcəyik. Başqa deyiləcək heç bir söz yoxdur".
2013-12-09
3,664
Ərdoğan jurnalistlərə dəhşətli anlar yaşatdı – Video
Türkiyənin Baş naziri R.T.Ərdoğanı İstanbul Üsküdardakı iqamətgahı qarşısında gözləyən polis və jurnalistlər təhlükə ilə qarşılaşıblar. Türkiyənin Trakya bölgəsindəki açılışlarını tamamlayan Ərdoğan dünən yerli vaxtla 18:30-da helikopterlə İstanbula gəlib. Polislər və jurnalistlər son anda qurtulub İstanbul Üsküdardakı helikopter zolağına enmək üçün alçalan helikopterin pərlərinin yaratdığı külək davam edən inşaatın ətrafındakı konstruksiya və reklam bilbordlarını polis və jurnalistlərin üstünə devirib. Jurnalist və polislər devrilən bilbordların altında qalmaqdan son anda qaçaraq xilas olub.
2013-12-09
3,665
Fəxrəddin Manafov xəstəxanaya düşüb
Azərbaycanın Xalq artisti, tanınmış kinoaktyor Fəxrəddin Manafov səhhətindəki problemlərə görə xəstəxanaya düşüb. Bu barədə F.Manafovun sənətçi həmkarları məlumat veriblər. Bildiriblər ki, Xalq artisti möhkəm soyuqladığından, bir müddət "Tusi" adına Klinikada müalicə olunub. Məlumata görə, F.Manafovun səhhəti artlıq düzəlib və aktyor dünən klinikanı tərk edərək, evə yazılıb. Fəxrəddin Manafov öz açıqlamasında hazırda sükan arxasında olduğunu və səhhətində heç bir problemin qalmadığını söyləyib. "Səhhətimdə heç bir problem yoxdu. İnsana soyuq dəyər, xəsətlənər də, burda nə var ki böyütməli" deyə Xalq artisti xəbərə əsəbi şəkildə reaksiya verib. Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndində anadan olub. 1976-80-ci illərdə də M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris Teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Teatrının aktyoru olub. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. 1987-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 2000-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb (Modern.az).
2013-12-09
3,666
Müxalifət 90 inzibati binanın ələ keçirilməsi əmrini verdi
Müxalifət güc yoluyla hökumətə məxsus olan 90 binanı ələ keçirmək niyyəntindədir. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Regionlar Partiyasının deputatı Oleq Çarev çıxış edib. O bunun üçün ölkə xaricindən xüsusi təlim almış şəxslərin gətirildiyini bildirib: "Binaları ələ keçirmək üçün ABŞ-dan Fink Braym adlı xüsusi təlim görmüş şəxs gətirilib. Məhz onun rəhbərliyi ilə 90 inzibati binanın ələ keçirilməsi planlaşdırılır". Deputat hücumlar zamanı qəsdən cinayətlər törədiləcəyini və bunun indiki hakimiyyətə qarşı nifrəti daha da alovlandıracağını bəyan edib. O, artıq Ukraynada xaosa az qaldığını da qeyd edib.
2013-12-09
3,667
Hökumətə qarşı aksiyalara 100 minə yaxın insan çıxdı
Parlamentin buraxılmasına baxmayaraq, Banqkokda 100 minə yaxın insan hökumətə qarşı aksiyalara çıxıb. "Axar.az"ın verdiyi xəbərə görə, "Banqkok post" qəzeti qeyd edir ki, aksiya iştirakçıları Tailandın paytaxtının hər tərəfindən hökumət binasına yön alıblar. Hökumət başçısı Y. Çinavat parlamenti buraxdığını və parlamentə 60 gün ərzində yeni növbədənkənar seçkilər keçiriləcəyini elan etdiyinə baxmayaraq, müxalifət bunun yetərli olmadığını və onun təcili istefasını və "Milli Şura" yaradılmasını tələb ediblər.
2013-12-09
3,668
BŞİH-dən Milli Şuraya cavab gəldi - Rəsmi
Milli Şura dekabrın 15-də qiymət artımına etiraz mitinqi keçirməyə qərar verib. Etiraz mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin rəisi Zaur Ramazanovla əlaqə saxladıq. "Axar.az"a danışan şöbə rəisi Milli Şuranın aksiya ilə bağlı müraciətini təsdiqləməklə bərabər, mitinqlə bağlı müraciətə cavab verəcəkləri tarixi də açıqladı: "Milli Şura tərəfindən 15 dekabr tarixində mitinq keçirmək üçün məktub Bakı Şəhər İcra Hakimiyyətinə daxil olub. Müraciətə baxılacaq və həftə ərzində cavab veriləcək". Mitinqin keçirilməsi üçün aşağıda göstərilən yerlərdən biri saat 16:00-dan 18:00-a qədər istənilir: Yasamal rayonunda yerləşən "Məhsul" stadionu, Nəsimi rayonu Asim Məhərrəmov küçəsində yerləşən parkdakı meydança, Ulduz" metro-stansiyası qarşısındakı park. Binəqədi rayonu metronun "Dərnəgül" stansiyasının dəmiryol tərəfindəki çıxışı; Nərimanov rayonunda yerləşən Nərimanov parkı. Aksiya "Bahalaşmaya son", "Qiymətlər endirilsin", "Dövlət əhaliyə xidmət etmək üçündür" və s. şüarlarla keçiriləcək.
2013-12-09
3,669
Fətullah Gülən Türkiyəyə niyə qayıtmır? – İddia
"Nur" təriqətinin öndə gedənlərindən olan Akgündüz, Gülənin Türkiyəyə gəlməməsi ilə əlaqədar maraqlı iddia ilə çıxış edib. "Rotterdam" İslam Universitetinin rektoru, prof.dr. Əhməd Akgündüz Fətullah Gülənin ətrafında onu fəaliyyətdən kənar qoymaq istəyənlərin olduğunu və hətta onun Türkiyəyə gəlməsinə mane olduqlarını iddia edib. "Sabah" qəzetinin suallarına cavab verən Əhməd "Fətullah Gülənin Türkiyəyə gəlməsinə mane olurlarmı?" sualına verdiyi cavab gündəm yaradıb: "Onun orda qalması mənim üçün çox qəribədir. Ətrafında bəlli şəxslər var ki, ona Türkiyəyə gəlməsinə imkan vermir. Çünki Gülən burada olsa, onunla əlaqə saxlamaq çox asan olacaq. Və həqiqət üzə çıxacaq".
2013-12-09
3,670
Hacıbala Abutalıbov işdən çıxarılacağı xəbərindən danışdı
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun işdən çıxarılması ilə bağlı məlumatlar yayılmaqdadır. Yayılan məlumatla bağlı "Axar.az"a danışan Hacıbala Abutalıbov bildirdi ki, bu dəqiqələrdə işdəyəm: "Çıxarılmağımla bağlı xəbər tamamilə yalandır. Kim nə yazır yazsın, hamısı boş söhbətdir".
2013-12-09
3,671
Şeyxdən Hacıbala Abutalıbova: "O, ateistdir"
Bu addım Azərbaycan qadınına və möminlərimizə ehtiramının bariz nümunəsi olacaq". Allahşükür Paşazadə Təzə Pir məscidinin giriş qapısının yerləşdiyi küçənin adının dəyişdirilməsini istəyir. "Axar.az" "SalamNews"a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Təzə Pir məscidinin ərazisi ölkə başçısının sərancamı əsasından əhəmiyyətli sürətdə genişlənib. Burada Qafqaz Müsəlmanları İdarəsi, Bakı İslam Universiteti və digər inzibati binalar tikilərək hazırda böyük kompleks təşkil edir. Dindarlarımız, şəhər sakinlərinin, eləcə də ölkəmizə gələn çoxsaylı qonaqların ziyarət etdiyi bu kompleksin əsas qapısı hazırda Mustafa Sübhinin adını daşıyan küçəyə açılır. Bir müddət Rusiyada fəaliyyət göstərən peşəkar-inqilabçı ateist Mustafa Sübhinin adına bu gün nə vətəni Türkiyədə nə də Rusiyada heç bir küçə, yaxud da hansısa müəssisə yoxdur. A.Paşazadə yazıb: "Təzə Pir məscidinin əsas giriş qapısının yerləşdiyi Mustafa Sübhi küçəsində Nabat xanım Aşurbəyovanın adının verilməsi üçün müvafiq sərancam verməyinizi xahiş edirəm. Bu addım savab əməl olmaqla yanaşı, həmçinin dövlətimizin Azərbaycan qadınına və möminlərimizə ehtiramının bariz nümunəsi olacaq."
2013-12-09
3,672
Burada insanın qaraciyəri də buza çevrilir
Dünyanın aparıcı alimlərinin apardığı araşdırmadan sonra ən soyuq yer bəlli olub. Bura Antarktida qitəsində yerləşən, hündürlüyü 4 min metr olan "Demo Fuji" dağıdır. Burada havanın temperaturu - 91 dərəcədir. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, "Demo Fuji" dağındakı hava dərəcəsi insanı məhv etmək üçün xeyli yetərlidir. Belə ki, burada olan insanların bir neçə dəqiqə ərzində iliyinə qədər bağlamağı qaçılmazdır. Qeyd edək ki, ən son olaraq 1983-cü ildə Rus alimlərinin apardığı araşdırmada bu dağda havanın temperaturu - 89 dərəcə olaraq qeyd edilib.
2013-12-09
3,673
“Röyal Bank”ın direktoru beynəlxalq axtarışa verilib
Azərbaycanda bank direktoru beynəlxalq axtarışa verilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən il fəaliyyəti dayandırılmış "Röyal Bank"ın direktoru 29 yaşlı Fuad Cam mənimsəmədə ittiham olunur. Bir neçə ölkənin vətəndaşlığını daşıyan F. Camın hazırda ABŞ-da olduğu ehtimal olunur. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb və buna görə də barəsində məhkəmənin hökmü ilə dövlətlər arası axtarış elan edilib. Fuad Əli oğlu Camım beynəlxalq axtarışa verilməsi barədə məlumat İnterpolun saytında da yerləşdirilib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, Fuad Cam "Royal Bank"ın direktoru, bankın Müşahidə Şurasının sədri isə onun atası Əli Cam olub. Onu da əlavə edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə 2012-ci ildə "Royal Bank"ın lisenziyası ləğv edilib (APA).
2013-12-09
3,674
Davudoğlu Ermənistana iki rayonun qaytarılması şərtilə gedir
Yeddi rayonun ikisindən çıx, qapılar açılsın Türkiyə Ermənistana öz şərtini Xarici İşlər naziri Əhməd Davudoğlu vasitəsi ilə çatdıracaq: "Azərbaycanın yeddi rayonunun ən azı ikisindən çıx, sərhədi açaq". Bu təkliflə Davudoğlu Nalbəndyan və Sərkisyanla görüşəcək. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Davudoğlu 12 dekabrda "Qaradəniz İqtisadi Əməkdaşlıq zirvəsi" çərçivəsində İrəvanı ziyarət edəcək və iki ölkə arasındakı əlaqələrin yenidən normallaşması üçün təkliflə çıxış edəcək. Nalbəndyanla görüşəcək Davudoğlunun İrəvanı ziyarəti çərçivəsində erməni həmkarı Nalbəndyan və prezident Serj Sərkisyanla görüşməsi planlaşdırılır. Davudoğlunun İrəvana bu təkliflə getmək qərarı Azərbaycan prezidenti İlham Əliyev ilə erməni həmkarı Sərkisyan arasında keçən ay Vyanada həyata keçirilən görüşdən sonra yaranıb. Əliyev-Sərkisyan görüşünü bir fürsət olaraq dəyərləndirən rəsmi Ankara razılıq üçün hərəkətə keçməyə qərar verib. Sərhədlərin açılmasına "Qarabağ" şərti Buna görə rəsmi Ankara Ermənistandan 1993-cü ildə işğal etdiyi Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan daxil olmaqla yeddi rayondan ən azı ikisindən çıxmasını istəyəcək. Türkiyə bunun qarşılığında Ermənistan ilə qarşılıqlı olaraq sərhədləri açmaq mövzusunda addım atacaq. Diplomatlar Davudoğlunun İrəvana çatdıracağı təklifin Ermənistan üçün vacib bir fürsət olacağını düşünürlər. İşğal etdiyi bölgələrdən çıxmaq Türkiyə ilə Ermənistan arasındakı 10 dekabr 2009-cu ildə imzalanan protokollardan sonra Ermənistan Konstitusiya Məhkəməsi protokolu konstitusiyaya zidd hesab edib və buna görə Ankara-İrəvan arasında diplomatik danışıqlar başlamayıb. Və aradan dörd il vaxt keçsə də, hər hansı bir irəliləyiş olmayıb. Ermənistanın sərhəd ticarəti canlanacaq Sərhədlərin açılması ilə Ermənistanın idxal və ixracında canlanma yaranacaq. Həmçinin Avropadan Qafqaz və bölgədəki ölkələrə quru nəqliyyatının Ermənistandan keçməsinə də imkan veriləcək. İrəvanın Türkiyənin bu təklifini qəbul etməsi sərhəd ticarətini canlandıracaq. Babacan protokolla qayıtmışdı Türkiyənin Baş nazirinin müavini Əli Babacan Xarici İşlər naziri olduğu 2009-cu ildə Qaradəniz İqtisadi Əməkdaşlığı çərçivəsində İrəvana gedib və Ermənistanın prezidenti Sərkisyan və Xarici İşlər naziri Nalbəndyanla görüşmüşdü. Buradan başlayan müzakirələr Türkiyə ilə Ermənistan arasında təxminən altı ay sonra İsveçrədə protokolların imzalanmasına səbəb olmuşdu.
2013-12-09
3,675
Yerə tüpürənə cəza veriləcək
"Axar.az"ın məlumatına görə, İngiltərənin paytaxtı Londonun Enfield Bələdiyyəsi yerə tüpürənlərə pul cəzası verəcək. Artıq dünəndən etibarən qüvvəyə minən bu qərara görə, yerə tüpürənlər 80 sterlinq (102 manat) məbləğində cəzalandırılacaqlar. Cəzanı ödəməyənlərin cəzası isə 500 sterlinqə qədər (640) artacaq. İngiltərədə bir çoxları yerə tüpürməyi yerə tüpürməyi anti-sosial bir davranış kimi qiymətləndirib və bu qərarı dəstəkləyib. Hətta bu qərarın qüvvəyə minməsi üçün 5 mindən çox insane dəstək imzası da verib.
2013-12-09
3,676
“Ria Novosti” ləğv olundu
Rusiya prezidenti Vladimir Putin "Ria Novosti" agentliyinin beynəlxalq "Rusiya bu gün" adlı informasiya agentliyinə çevrilməsi haqda sərəncam imzalayıb. Məlumat prezidentin rəsmi saytında verilib. Sənədə əsasən "Ria Novosti" ləğv olunduğu andan onun təsisçilərinin hüquqları "Rossiya segodnya" agentliyinə keçir.
2013-12-09
3,677
Rusiya rəsmən irqçiliyin artdığını bəyan etdi
"Rusiyada irqçilik və ksenofobiya ildən-ilə artır". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadonovski çıxış edib. O, ölkədə irqçiliyin inkişafının əsas günahkarının məhz miqrantlar olduğunu qeyd edib: "Bu kateqoriya insanlar Rusiyada özünü ölkələrində adət etdikləri kimi aparırlar. Elə buna görə də millətçiliyin, narazılığın həcmi artır".
2013-12-09
3,678
Obama ilə Ruhani ilk dəfə üz-üzə gələ bilər
ABŞ prezidenti Barak Obama ilə İran prezidenti Həsən Ruhani Nelson Mandelanın dəfn mərasimində üz-üzə gələ bilər. "Axar.az" "Gardian" qəzetinə istinadən xəbər verir ki, 95 yaşında vəfat edən Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandelanın dəfn mərasimi üçün hər iki prezident Cənubi Afrikaya gedəcək. Bu dəfn mərasimində prezidentlər görüşə bilərlər. "Gardian"dakı xəbərdə Mandelanın sağ ikən ölkələri bir-birinə yaxınlaşdırmaqda oynadığı rol vurğulanaraq bildirilib ki, bu dəfə bəlkə onun dəfn mərasimi və müxtəlif ölkə liderlərinin bu mərasimdə iştirak etmələri hadisələrin yeni məcrada inkişafına səbəb ola bilər.
2013-12-09
3,679
Ərəb ölkələri üzünü yenidən Moskvaya tutur
ABŞ siyasətinin dəyişkənliyi Yaxın Şərq ölkələrinin Rusiya ilə daha da sıx əlaqələr qurmağına gətirib çıxara bilər. Bu haqda məlumatı Britaniyanın "Teleqraf" qəzetinə baş nazirin birinci müavini və Bəhreynin varis şahzadəsi Salman ben Həməd əl Xəlifə verib. Əl Xəlifənin məlumatlarına görə, "Altılıq"la İranın arasında müqavilə bağlanandan sonra bir çox ərəb ölkələri ilə ABŞ-ın arasında münasibət pisləşib. Regionda müzakirələrə həmçinin Qərbin Suriyadaki kimyəvi silahın ətrafında baş verən böhrana münasibəti səbəb olub. Onun məhv olmasına Moskva təşəbbüskar kimi çıxış edib. "Bununla da onlar bizim dostumuz olduğunu sübut etdi",- deyə əl Xəlif vurğulayıb. O, eləcə də bildirib ki, nəticədə bəzi ölkələr Moskva ilə daha sıx əlaqələr qurmağı düşündür.
2013-12-09
3,680
Lənkəran sərhədində qanlı atışmanın təfərrüatı - Sensasiya
Dekabrın 1-də Dövlət Sərhəd Xidməti Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd pozucularının qarşısının alınması zamanı bir nəfər hərbi qulluqçunun həlak olduğu və iki nəfərin yaralandığı silahlı insidentin təfərrüatları məlum olub. Lənkəran Sərhəd Dəstəsində xidmət çəkən zabitlərdən birinin "Axar.az"a verdiyi məlumata görə, silahlı insidentə səbəb sərhəd pozucularını tutmaq məqsədi ilə təşkil edilmiş əməliyyat zamanı yol verilən qeyri-peşəkarlıq olub. Əməliyyata hazırlıq zamanı coğrafi koordinatların yerinə yanlış yetirilməsi 37 yaşlı mayor Maqsud Nağıyevin ölümü, 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabovun yaralanması ilə nəticələnib. Mənbə bildirir ki, əməliyyat axşam çağı meşədə baş tutub. Bu vaxt isə meşə zolağında zülmət qaranlıq olur və diqqətlə baxdıqda, ətrafdakı obyekti maksimum 2-3 metrdən sezmək olur. Buna görə də əməliyyata rəhbərlik edən zabit planlaşdırma zamanı təbii şəraiti nəzərə almayaraq, coğrafi koordinatı səhv cızıb. Bunun nəticəsində də zülmət qaranlıqda pusquda duran əməliyyat iştirakçısı yanlışlıq nəticəsində həmkarlarına atəş açıb və hadisə belə faciəvi sonluqla nəticələnib. Elşən Mirzəyevin diqqətsizliyi Mənbəmiz baş vermiş hadisədə birbaşa Lənkəran Sərhəd Dəstəsinin komananı polkovnik-leytenant Elşən Mirzəyevin diqqətsizliyini vurğulayır. Bildirir ki, Elşən Mirzəyevin diqqətsizliyi o səviyyəyə çatıb ki, rəhbərlik etdiyi Lənkəran Sərhəd Dəstəsində son 1 ildə 3 ölüm hadisəsi baş verib: "Bunlardan ikisi əsgərlər arasında insident nəticəsində baş verib və mətbuatdan gizlədilib. Məsələn, 2012-ci ilin dekabrında Lerikdə xidmət çəkən bir əsgər öz yoldaşını bıçaqla qətlə yetirmişdi".
2013-12-09
3,681
Braziliyada ölümlə bitən futbol - Video
Bir vaxtlar "Fənərbağça"nın formasını geymiş Aleks de Souza ilə Devidin və "Qalatasaray"ın uğurları üçün tər tökmüş Linkolnun forma geyindiyi "Kortiba"nın elitada qalmaq taleyini həll edən "A. Paranaense" –"Vasko de Qama" qarşılaşmasında azarkeşlər arasında kütləvi dava baş verib. Oyunun ilk dəqiqələrində ev sahibi komandanın vurduğu qoldan sonra hər iki komandanın tərəfdarları arasında kütləvi dava baş verib. Bundan sonra oyunu yarımçıq saxlayan hakim insidentin böyüdüyünü görərək matçı təxirə salıb və nəticədə futbolçular meydanı qaçaraq tərk ediblər. Azarkeşlər arasında insident böyüdüyündən polisin aranı sakitləşdirmək cəhdləri nəticəsiz qalıb. Bundan sonra meydana əlavə qüvvə və helikopterlər gətirilib. Polis münaqişəni yatırmaq üçün qaz bombası və plastik mərmilərdən istifadə edib. Braziliya mediasının verdiyi məlumata görə, kütləvi dava nəticəsində çoxsaylı yaralılarla yanaşı 2 azarkeş də həyatını itirib. Xatırladaq ki, insident 2014-cü il mundialını qəbul edəcək Braziliya üçün başucalığı gətirmir.
2013-12-09
3,682
Kreml “RiaNovosti”nin ləğvinin səbəbini açıqladı
"Ria Novosti" və digər dövlət KİV-lərinin yenidən qurulması işin səmərəliliyinə artırılması və xərclərin azalmasına yönəlib. Bunu mediaya açıqlamasında Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov deyib. "RiaNovosti"nin məlumatına görə, o bildirib ki, əsas məqsəd "dövlətin informasiya resurslarına ayırdığı büdcənin daha rasional istifadəsidir". Kreml administrasiyasının rəhbəri vurğulayıb ki, gələn il bu sahəyə ayrılan büdcə xərcləri azalacaq. Rəhbərin sözlərinə görə düz danışmaq, mümkün qədər çox insana əlçatan olmaq və bunun üçün müasir dil və texnologiyadan istifadə etmək əsas amildir.
2013-12-09
3,683
Zakir Həsənov Baş komandanla görüşdü
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifəni qəbul edib. "Axar.az"ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, görüşdə regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.
2013-12-09
3,684
Dövlət Universitetinin rektoru işdən çıxarıldı
Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov vəzifəsindən çıxarılıb. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, Nadir Qəhrəmanovun vəzifəsinin icrası dayandırılıb. Onun diqqətinə işdən çıxarılması ilə bağlı nazirin əmri çatdırılıb. Xatırladaq ki, Hesablama Palatası və Təhsil Nazirliyinin Maliyyə idarəsi ilə birgə ölkənin bir sıra dövlət ali məktəblərində yoxlamalar aparır. SDU-nun rektorunun çıxarılmasının da bununla bağlı olduğu deyilir.
2013-12-09
3,685
İşdən uzaqlaşdırılan rektor Almaniyaya gedir
Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov işdən çıxarılmasından danışıb. N. Qəhrəmanov açıqlamasında bildirib ki, vəzifəsindən çıxması ilə bağlı Təhsil Nazirliyinə ərizə ilə müraciət edib: "İşdən çıxmaq istəməm səhhətimdə olan problemlə bağlıdır. Ərizə ilə müraciət etmişəm. Məndə olan məlumata görə, işdən çıxarılmağım hələ təsdiqlənməyib. Ürəyimdə isə ciddi narahatlıq var. Bir müddət əvvəl ürəyimdən cərrahi əməliyyat olunmuşam, iki "stend" qoyulub. Yaxın günlərdə bu "stend"ləri dəyişdirmək üçün Almaniyaya gedəcəyəm". N. Qəhrəmanov universitetdə aparılan yoxlamalara da münasibət bildirib: "Mənim işdən çıxmağımda yoxlamalarla bir bağlılıq yoxdur. Yoxlama bitib, monitorinq də aparılıb. Xırda pozuntular da var ki, bunlar o qədər də ciddi məsələ deyil. Bunlar işdən azad olunmağım üçün əsas ola bilməz. Sadəcə iş ağır olduğu üçün dözməkdə çətinlik yaranır" (aznews.az). *** Nadir Qəhrəmanov 1945-ci il mayın 24-də Zəngəzur qəzasının Urud kəndində anadan olub. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1969-1972-ci illərdə BDU-da laborant, 1972-1976-cı illərdə isə "Ümumi fizika" kafedrasında müəllim işləyib. 1977-1986-cı illərdə "Ümumi fizika" kafedrasının dosenti, 1986-cı ildən isə professoru olub. N.Qəhrəmanov mürəkkəb yarımkeçiricilər üzrə mütəxəssisdir. 31 may 2000-ci ildən Sumqayıt Dövlət Universitetinin rektoru idi.
2013-12-09
3,686
Dəm qazı, içki və dərman 3 can aldı
Dünən Bakı şəhər sakini Əvəz Məmmədov yaşadığı mənzilində dəm qazından boğularaq ölüb. Bu barədə informasiya "Axar.az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən daxil olub. Məlumatda həmçinin ölkənin digər bölgələrində olan ölüm hadisələri barədə xəbərlər də yer alıb. Belə ki, eyni gün ərzində Zaqatala rayon sakini dərmandan zəhərlənərək ölüb. O, xəstaxanaya çatdırılsa da, həkimlər mərhumun həyatını xilas edə bilməyiblər. Şamaxı rayon sakini Hidayət Hacıyevin ölümünə isə spirtli içki səbəb olub. Yaşadığı mənzildə alkoqollu içki qəbul edən H.Hacıyev bir müddət sonra zəhərlənərək ölüb.
2013-12-09
3,687
"Onlar xaricə material ötürürlər"
"Elə hüquq müdafiəçiləri var ki, heç bir fərdi qəbul həyata keçirmədən internetin arxasında oturmaqla xarici dövlətlərə materiallar ötürürlər". Bunu millət vəkili Çingiz Qənizadə Milli Məclisdə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda keçirilmiş "dəyirma masa"da bildirib. Tədbirdə "İnsan hüquqlarının müdafiəsində vətəndaş cəmiyyətinin yeri və rolu" mövzusunda çıxış edən Çingiz Qənizadə istənilən hüquq müdafiəçisinin hansısa qurumun təsiri altında olmasını qəbuledilməz sayıb: "Mən qəbul edə bilmirəm ki, hüquq müdafiəçisi hansısa qurumun təsiri altında olsun. O, tam bitərəf olmalıdır. Heç bir hüquq müdafiəçisi hansısa siyasi təşkilatın təmsilçisi, təsiri altında olmamalıdır. İstər müxalifət olsun, istər hakim partiyadan olsun, hüquq müfaiəçisi tam müstəqil və bitərəf olmalıdır. Hanısa bir təşkilatın təsiri altında və ya onun üzvü olmaqla müstəqil, bitərəf hüquq müdafiəçisi olmaq mümkün deyil. Çünki istər-istəməz həmin siyasi təşkilatın təsiri hiss ediləcək". O qeyd edib ki, cəmiyyət varsa, insan hüquqlarının pozulması halları da baş verəcək. Amma regionlarda hansısa məmurun hüquq pozuntusunu dövlətin siyasəti kimi qələmə vermək olmaz: "Çox təssüflər olsun ki, xarici təşkilatlar da məhz bu cür hüquq müdafiəçiləri ilə işləməyə üstünlük verirlər. Biz millət vəkilləri parlamentdə vətəndaşları qəbul edərək onların şikayətləri ilə maraqlanırıq. Ancaq elə hüquq müdafiəçiləri var ki, heç bir fərdi qəbul həyata keçirmədən internetin arxasında oturmaqla xarici dövlətlərə materiallar ötürürlər. Bunun da müqabilində qrantlar alırlar. Ən böyük hüquq müdafiəçisi Azərbaycanın ucqar bölgələrində olan insanların mülkiyyət və digər problemlərini qarşı-qarşıya oturmaqla, yazışma yolu ilə həll edən insandır. Bu, hər yerdə belədir, bizdə də belə olmalıdır". Qeyd edək ki, Çingiz Qənizadə özü də hüquq müdafiəçisidir və "Demokratiya və İnsan Hüquqları Komitəsi" adlı təşkilatın rəhbəridir (Trend).
2013-12-09
3,688
“Mandela” və “Uca Atatürk” mübahisəsi İngiltərə mətbuatında
Türkiyə futbolunun gündəmi olan "Uca Atatürk" və "Mandela" mesajları PFDK-ya (Professional Futbol İntizam Heyəti) göndərilməsi İngiltərə mətbuatının da gözündən qaçmayıb. "Daily Mail" qəzeti Droqba və Ebouenin Mandelanı yad edən kimonolar geyməsinin pul ilə cərimələnməsi haqda yazıb. "Uca Atatürk" TFF-də (Türkiyə Futbol Federesiyası) "Fəthiyəspor"un "Fənərbaxça" ilə qarşılamasında "Uca Atatürk" mesajına görə futbolçuların cəzalandırılacaqlarını xatırladan qəzet Əmrə Bələzoğlunun göstərdiyi "Rəbiə" işarəsinə görə cəzalandırılmamasının mübahisələrə səbəb olduğunu bildirib. Qəzet dolayısı ilə siyasi gərginliklərlə əhatə olunmuş futbol dəlisi olan türklərin indi də yeni müzakirənin mərkəzində olduqlarını qeyd edib.
2013-12-09
3,689
“Əl-Qaidə”yə bağlı iki türk öldürüldü
Suriya Xəbər Agentliyi (SANA) Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan "Əl-Qaidə" ilə əlaqəli olan iki türkün İdlid şəhəri yaxınlığında Suriya əsgərləri tərəfindən öldürüldüyünü xəbər verib. SANA-nın xəbərinə görə, şənbə günü Əl-Qaidə ilə əlaqəli olan Türk vətəndaşları Hüseyn Orxan və Əzi İzzətoğlu İdlib yaxınlığındakı Sarakıb, Kəfr Halya və Səhl Əl Ruj bölgələrində təşkil edilən əməliyyatlar əsnasında hökumət qüvvələri tərəfindən öldürülüb. Agentlik eyni qarşıdurmada Səudiyyə Ərəbistanından olan bir "Əl-Qaidə" komandirinin də öldürüldüyünü bildirib.
2013-12-09
3,690
Kiyevə daha peşəkar xüsusi təyinatlılar yeridilir
Kiyevə Ukrayna Daxili İşlər Nazirliyinin daha hazırlıqlı xüsusi təyinatlı dəstələri yeridilir. "Axar.az" məlumat verir ki, bu barədə informasiya Ukrayna mətbuatında yer alıb. KİV artıq 20 avtobus, "KAMAZ" və "Zil"dən ibarət olan maşın kalonunun ölkə paytaxtına yaxınlaşdığını bildirib. Adının çəkilməsini istəməyən etibarlı mənbə isə Kiyevə gətirilən xüsusi təyinatlıların sayının 730 nəfər olduğunu qeyd edib. Bununla yanaşı, mətbuat artıq xüsusi təyinatlıların onların yolunu kəsən istənilən texnikanı məhv edə-edə irəlilədiklərini də qeyd edib.
2013-12-09
3,691
Sərhəd Xidməti zabit ölümünə susur
Lənkəran Sərhəd Xidmətində bir zabitin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən əməliyyatın istintaqı ilə bağlı heç bir əlavə açıqlama verə bilmərik. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi bildirib. DSK katibliyi istintaqla bağlı məlumat olacağı təqdirdə rəsmən elan ediləcəyini diqqətə çatdırıb. Xatırladaq ki, keçirilən bu əməliyyatın qeyri-peşəkarlıqla hazırlandığı və zabitlərimizin qaranlığa düşərək, bilmədən bir-birinə atəş açması nəticəsində ölümün baş verdiyi haqqında məlumat yayılıb.
2013-12-09
3,692
Pekin metrosunda manyak - Şok video
Çinin paytaxtı Pekində metroda kresloların altında gizlənərək qadın sərnişinlərin ayaqlarına toxunan manyakı digər sərnişinlər cib telefonu vasitəsilə videoya çəkiblər. Dünyanın ən sıx metrolarından birinə sahib Pekində keçən həftə manyak şoku yaşanıb. Şəhər mərkəzinin ətrafını əhatə edən 2 metro xəttində müxtəlif vaxtlarda bəzi sərnişinlər tərəfindən fərqinə varılan şəxsin vaqonlardakı kresloların altına uzanaraq gizləndiyi və qadın sərnişinlərin ayaqlarına toxunduğu bildirilib. Tanınmamaq üçün maska taxan şəxs sərnişinlər tərəfindən gizli videoya çəkilib. Manyak haqqında polisə xəbər verildiyi, ancaq hələ də tutula bilmədiyi bildirilir. Hadisə sosial mediada geniş əks-səda doğurub, xüsusilə qadın vətəndaşlar yazdıqları şərhlərdə qorxu və narahatlıq keçirdiklərini açıqlayıblar.
2013-12-09
3,693
Dindarlara hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində dindarlara hökm oxunub. Saat 10:00-a elan olunmuş məhkəmə iclası saat 12:30-da başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayev dindarlara ağır cəzalarla hökm oxuyub. Məhkəmənin hökmünə əsasən, "Azadxeber.net" saytının baş redaktoru Nicat Əliyev 10 il, Nəsirov Elvin və Ceyhun Səfərli 9 il, Valeh Abbasov 8 il, Camalov Qorxmaz və Hüseynov Elimxan 7 il, Hüseynov Samir 6 il, Əliyev Əli 4 il, Tofiqli Emin və Məmmədov Səfər isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər (İslamazeri.az).
2013-12-09
3,694
Azərbaycanda 1500 nəfər muzdlu işçi var
"Axar.az" Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, 2013-cü il noyabrın 1-i vəziyyətinə görə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,6 min nəfər olub və onlardan 901,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 603,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Muzdla işləyənlərin 22,7 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub. 2013-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 416,7 manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artım deməkdir. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
2013-12-09
3,695
Dünən ölkədə 60 cinayət baş verib – 9 ölüm
Dünən Azərbaycanda gün ərzində 60 cinayət faktı qeydə alınıb. "Axar.az" DİN-in rəsmi saytına istinadən məlumat verir ki, xüsusi xidmət orqanları qeydə alınmış faktların 34-nü "isti izlər"lə açıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Bununla yanaşı daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. Avtomobil yollarında isə 14 qəza baş verib. Nəticədə isə 9 nəfər ölüb, 18 nəfər yaralanıb.
2013-12-09
3,696
Rektor Prezidentin əmri ilə işdən çıxarılıb - Rəsmi
"Qanunvericiliyə əsasən rektorların işə təyin və işdən azad olunması məsələləri Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir." "Axar.az"ın xəbərinə görə, bu sözləri Təhsil Nazirliyinin mətbuat xidməti "Azvision.az" saytının sorğusuna cavab olaraq bildiriblər. Nazirlikdən bildiriblər ki, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov işdən azad olunması ilə bağlı ərizə təqdim edib: "Qanunvericiliyə əsasən rektorların işə təyin və işdən azad olunması məsələləri Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir. İşdə olmayan ali məktəb rektorunun səlahiyyətləri müvəqqəti olaraq həmin təhsil müəssisəsinin prorektoruna həvalə edilir". Qeyd edək ki, bu gün Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov işdən azad olunması ilə bağlı ərizə yazıb.
2013-12-09
3,697
İdmançımız Beynəlxalq Kuboku qazandı
Bakıdakı Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçirilən IWF Qran-Prix – II Beynəlxalq Bakı Kuboku yarışlarının sonuncu günündə ötən ilki Qran-Prinin qalibi olmuş Firudin Quliyev bu dəfə də qələbə qazanıb. AzərTac xəbər verir ki, son dünya çempionatının bürünc mükafatçısı və gənclər arasında dünya rekordunun müəllifi olan F.Quliyev 69 kq çəkidə toplam 305 kiloqram (135 kq + 170 kq) nəticə ilə II Beynəlxalq Bakı Kuboku yarışlarının qalibi adını qazanıb.
2013-12-09
3,698
Ketrin Eşton Ukraynaya gedir
Sabah Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eştonun Ukraynaya səfəri nəzərdə tutulub. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Avrokomissiyanın prezidenti Joze Manuel Barrozu çıxış edib. O, Ukrayna tərəfinin Ketrin Eştonu qəbul etməyə hazır olduğunu bildirib: "O, Ukraynada sabah və ya birisigün olacaq".
2013-12-09
3,699
Hacı İbrahim: “Oğurlanan pullarım hələ qaytarılmayıb”
""Avesta" konsernindən soyğunçuluq yolu ilə ələ keçirilən 135 min manat hələ də geri qaytarılmayıb. Oğurluqda iştirak edən 7 nəfərlik dəstənin üzvləri polis tərəfindən yaxalansa da, sözügedən məbləğ hələ də konsernin kassasına verilməyib". Bu haqda "Avesta" konsernin rəhbəri, məşhur iş adamı Hacı İbrahim Nehrəmli "Musavat.com"a açıqlamasında bildirib. Saxlananların bu gün məhkəməsinin olacağını deyən iş adamı hər şeyin bundan sonra aydınlaşacağını söyləyib. "Bu hadisəylə bağlı istintaqa ifadə vermisinizmi", - sualına o, "mənlik bir şey yoxdur. Gəlib kassadan pulu aparıblar. Mən niyə istintaqa cəlb olunmalıyam?" - cavabını verib. Hacı İbrahim oğruların pulu polisə qaytarması ilə bağlı səsləndirdikləri fikrə də münasibət bildirib: "Oğrular deyiblər ki, pulların yerini deyəcəyik. Prosesi izləyirəm, yeniliklər bu qədərdir". Qeyd edək ki, Hacı İbrahim bundan öncəki açıqlamasında məsələ ilə bağlı polisin davranışından narazı qaldığını bildirmişdi: "Oğrular deyiblər ki, oğurladıqları pulun 95 minini polislərə veriblər, polis isə onlarda cəmi 30 min manat olduğunu deyir. Mən başa düşə bilmirəm, polis niyə belə davranır?! Pulun 1 manatı da bizə qaytarılmayıb. Yəqin heç qaytarılmayacaq da. Oğurluq faktı qalıb bir tərəfdə, hüquq-mühafizə orqanları pulun dalınca düşüb. Hamı pulla maraqlanır". Xatırladaq ki, bu oğurluğu "Avesta" şirkətinin rəhbəri Hacı İbrahim Nehrəmlinin mühafizə xidmətinin əməkdaşları Füzuli Nəbiyevvə Əlizamin Əliyev törədiblər. F.Nəbiyev Hacı İbrahimin şəxsi mühafizə xidmətinin rəhbəri olub. Füzuli "Avesta"ya 7 nəfərlik dəstə ilə gəlib. Beş nəfər aşağıda gözləyib, Füzuli və Əlizamin Əliyev yuxarı qalxıblar. Hər iki şəxs "Avesta"nın kassirinin boğazına bıçaq dirəyərək kassada olan 135 min manatı ondan zorla alıb hadisə yerindən uzaqlaşıblar.
2013-12-09
3,700
Qubanın ikinci qarı - Fotoreportaj
Rejissor Eltən Qədimbəyli Qubanın Cənnət bağından qar sorağını göndərdi...
2013-12-09
3,701
Polşada faşist salamı verən iki türk həbs olundu
İki türk tələbə "Ouşvitz" düşərgəsində faşist salamı verdiyi üçün nəzarətə götürülüb. Tələbələrə 2 il həbs cəzası verilə bilər. Polşada iki türk turist Yəhudi soyqırımının rəmzlərindən sayılan "Ouşvitz" muzeyində faşist salamı verdikləri üçün həbs olunub. Tələbə olduqları bildirilən Türklərin ictimaiyyətə açıq yerlərdə nasist təbliğatı aparmaq suçuyla iki ilə qədər həbs oluna biləcəkləri bildirilir. İsrail qəzeti "Haaratez"in xəbərinə görə, biri kişi, digəri qadın olduğu bildirilən tələbələrin hər ikisinin də 22 yaşında olduğu və köhnə nasist düşərgəsinin qapısının qarşısında, üzərində "Arbeit macht frei" (İşləmək sizi özgürləşdirər) yazılı məşhur plakatın altında bir-birlərinin fotoşəkilini çəkərkən sağ əllərini qaldıraraq nasist salamı verdikləri iddia edilib. Adı açıqlanmayan tələbələrin Budapeştdə oxuduqları açıqlanıb. Tələbələrin "Ouşvitz" Muzeyinə getməmişdən əvvəl Krakovda bir oteldə qaldıqları bildirilib. Polis işçisi Mariusz Kiarka "Viborkza" qəzetinə verdiyi açıqlamada bildirib: "Ehtimal ki, ictimaiyyətə açıq sahədə nasist simvolu göstərməkdə günahlandırılacaqlar". Polşada nasist işarəsi göstərmək cinayət sayılır, bunu edənləri iki ilə qədər həbsə cəzası gözləyir.
2013-12-09
3,702
Rövnəq Abdullayev Türkiyədə məktəb tikdirib - Fotolar
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin Qars vilayətində peşə məktəbi tikdirib. Təməli Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan tərəfindən qoyulan məktəbin adı Heydər Əliyev adına Sənaye Liseyi adlanır. Bu gün həmin məktəbdə Qars valisi Eyyub Təpə və Azərbaycanın Türkiyədəki baş konsolu Ayxan Süleymanov yoxlama aparıblar. Vali Azərbaycan hökuməti tərəfindən tikilən məktəbin müasir standartlara cavab verdiyini bildirib. O, məktəbin açılış mərasimində baş nazir R.T.Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin iştirak etməsini arzuladığını bildirib. 22 hektar ərazidə inşa olunan Heydər Əliyev adın Sənaye Peşə Məktəbində 32 dərslik, yataqxana, yeməkxana, konfrans zalı, qapalı idman zalı, atelyelər olacaq. Sabah məktəbdə ilk zəng çalacaq (Azvision.az).
2013-12-09
3,703
“Azərenerji” nədən borc içində üzür? – Təhlil
Tarif Şurasının son qərarında benzinin qiymətinin artması ilə yanaşı, elektrik enerji istehsalı müəssisəsinə verilən təbii qazın hər min kub metrə görə qiyməti 42 manatdan 80 manata qədər qalxıb. Bundan sonra Dövlət Neft Şirkəti "Azərenerji" ASC-yə verdiyi qazı təxminən iki dəfə baha satacaq. Benzinin pərakəndə satışının bahalaşması ilə bir çox ərzaq məhsulları və xidmət sahələrindəki qiymətlərin əhəmiyyətli dərəcədə artdığı müşahidə edilir. "Azərenerji" yə verilən qazın bahalaşması isə elektrik enerjisinin qiymətinin artırılacağını deməyə əsas verir. İşıq da bahalaşacaq İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Rövşən Ağayev "Axar.az"a açıqlamasında elektrik enerjisi qiymətlərinin hazırda kifayət qədər baha olduğunu vurğulayıb: "Azərbaycanda 1 KVt elektrik enerjisinin dəyəri 6 qəpikdir. Xammalı Azərbaycandan qat-qat baha alan ölkələrdə işığın qiyməti "Azərenerji"nin istehlakçılara satdığı qiymətlə bərabər səviyyədədir. Nəzərə almaq lazımdır ki, "Azərenerji" həm də yanacaqdan istifadə edir. Balansında olan avtomobillər var. ASC-yə verilən qazın, həm də yanacağın bahalaşması, çox güman ki, tariflərə təsir göstərəcək. Benzinin qiyməti qalxandan sonra hökumət yəqin ki, cəmiyyətin özünə gəlməsini gözləyəcək, ondan sonra növbəti bahalaşma qərarını verəcək". "Azərenerji" borc içində Qeyd edək ki, hazırda "Azərenerji"nin istehsal etdiyi elektrik enerjisinin hər kilovat saatı 3,1 qəpiyə başa gəlir. Həmin enerji əhaliyə dəyərindən 2 dəfə baha satılır. Digər ölkələrlə müqayisədə tariflərin heç də aşağı olmadığı görünür. Üstəlik, ASC-nin xərclərinın böyük bir hissəsini dövlət büdcəsi və xaricdən alınan kreditlər hesabına ödənilir. Bu halda "Azərenerji"nin borclu olması qurumun maliyyə hesabatlarında şəffaflığın olmamasını deməyə əsas verir. 2007-ci ildə elektrik enerjisinin qiyməti 3 dəfə qalxanda hökumət bəyan etdi ki, bu tarif rentabelliyi təmin edəcək. Bundan sonra "Azərenerji"nin nə büdcə, nə də başqa təşkilatlar qarşısında borc öhdəliyi yaranmayacaq. Lakin Hesablama Palatasının son məlumatına görə, SOCAR-a 300 milyon manat, mənfəət vergisindən isə dövlət büdcəsinə 250 milyon manata yaxın borcu yaranıb. İqtisadçı R.Ağayev də bu fikirləri bölüşür: "ASC-nin öz tarifləri hesabına formalaşan gəlirlərinin hesabatlılığında tamamilə qeyri-şəffaflıq var. Elektrik enerjisi tarifləri yüksək olan, yığımı 90 faizdən çox olan olan və dövlətin maliyyə resurslarına əlverişli çıxışı olan bir şirkət borc içində üzür. Burada çox qeyri-şəffaf bir mühitin olduğunu açıq şəkildə görmək olur. Şəffaflıq mühitini yaratmaq üçün bu sektor dövlətsizləşdirilməlidir. Necə ki, 2000-ci ilin əvvəlində "Barmek" vasitəsilə bu prosesə başlanılmışdı. Amma hökumət bu prosesi yarımçıq qoymaqla çox böyük strateji səhvə yol verdi". "Azərenerji" ASC-dən isə bildiriblər ki, tariflərin artırılması ilə bağlı hələlik heç bir məlumat və müraciət yoxdur.
2013-12-09
3,704
Ukraynalılar polis avtobusunun qabağına atıldılar – Video
Kiyevə yeridilmiş xüsusi təyinatlılar paytaxt əhalisinin kəskin etirazı ilə qarşılaşıblar. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, onların qarşısını almaqdan ötrü sadə vətəndaşlar müxtəlif metodlara əl atıblar. İnsanlar avtomobillərlə yolu kəsmələrinə baxmayaraq, heç bir nəticə əldə edə bilmədiklərini gördükdə yeganə çarə kimi özlərini avtobusların qarşısına atıblar.
2013-12-09
3,705
DİN-dən Hacı İbrahimin iddialarına cavab gəldi
Ehsan Zahidov: "İstintaq hər şeyə aydınlıq gətirəcək" "Avesta" konsernin prezidenti Hacı İbrahim Nehrəmlinin oğruların pulu polisə qaytarması ilə bağlı səsləndirdikləri fikirlərə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov münasibət bildirib. O, musavat.com-a açıqlamasında bildirib ki, oğruya yox, polisə inanmaq lazımdır: "Oğru olmayan adam oğruya inanmaz. Oğruya ancaq oğrular inana bilər. Polisin davranışından necə narazı qalmaq olar ki, o cür quldurluq hadisəsi baş verir və polis bir saat sonra yüksək peşəkarlıqla keçirdiyi tədbir nəticəsində şübhəli bilinən hər iki şəxsi tutaraq istintaqa təqdim edir. Elə həmin gün də Nərimanov Rayon Polis İdarəsində quldurluq maddəsi ilə cinayət işi qaldırılıb və hal-hazırda istintaq gedir. İstintaq başa çatmamış hər hansı bir proqnoz vermək düzgün deyil. İstintaq hər şeyə aydınlıq gətirəcək. Eyni zamanda Hacı İbrahimin iddiasına da istintaq aydınlıq gətirəcək". Xatırladaq ki, bu oğurluğu "Avesta" şirkətinin rəhbəri Hacı İbrahim Nehrəmlinin mühafizə xidmətinin əməkdaşları Füzuli Nəbiyevvə Əlizamin Əliyev törədiblər. F.Nəbiyev Hacı İbrahimin şəxsi mühafizə xidmətinin rəhbəri olub. Füzuli "Avesta"ya 7 nəfərlik dəstə ilə gəlib. Beş nəfər aşağıda gözləyib, Füzuli və Əlizamin Əliyev yuxarı qalxıblar. Hər iki şəxs "Avesta"nın kassirinin boğazına bıçaq dirəyərək kassada olan 135 min manatı ondan zorla alıb hadisə yerindən uzaqlaşıblar.
2013-12-09
3,706
Müxalifət "Əsədsiz Suriya"ya zəmanət aldığını iddia etdi
"Cenevrə-2" konfransından əvvəl "Röyter" xəbər agentliyinə açıqlama verən Suriya Müxalif və İnqilabçı Qüvvələr (SMİQ) Milli Koalisiyasının sədri Əhməd Əl-Carba Əsədin Suriyanın gələcəyində hər hansı bir rolunun olmasını qəbul etməyəcəyini ifadə edib. Əsədin müttəhim kreslosunda oturmasının vacib olduğunu ifadə edən Carba, "Müxaliflər, böyük dövlətlərdən Bəşər Əsədin Suriyanın gələcəyində rolu olmayacağına dair yazılı və şifahi zəmanət alıb", - deyib. Cabra həmçinin, "Cenevrə-2" konfransının Suriyada keçid müddətinin öhdəsindən gələ bilən bir hökumətin yaradılmasını təmin edəcəyini bildirib. SMİQ sədri Suriya hökumətindən "Cenevrə-2" konfransı müddətində atəşkəs tələbinin olmadığını da deyib.
2013-12-09
3,707
Bakıda qəza anı - Video
Bakıda günorta saatlarında iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Prospektdə yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil ötmə əməliyyatını yerinə yetirərkən özü ilə eyni istiqamətdə hərəkətdə olan "VAZ" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən yolun kənarındakı bordürə çırpılan "Mercedes" iki təkər üstə "şahə" qalxıb, daha sonra prospektin sağ və sol hissəsini ayıran yaşıllıq zolağına girərək bir neçə ağacı gövdəsindən qoparıb (Trend).
2013-12-09
3,708
Müxalifət müharibəyə hazırlaşır
Ukrayna müxalifəti Avromeydandakı kişiləri barikadalarda xüsusi təyinatlıların hücumundan müdafiə olunmağa çağırıb. Axar.az məlumat verir ki, Maydanın iştirakçısı olan qadınlara xüsusi yaradılmış çadır şəhərciklərinə geri dönmək tapşırılıb. Batkivşina Partiyasının sədri Arseni Yaçenyuk isə son ana qədər Maydanı qoruyacaqlarını bildirib: "Biz gücümüz olduğumuz müddət ərzində öz Maydanımızı xüsusi təyinatlılardan müdafiə edəcəyik".
2013-12-09
3,709
Avromeydan mitinqi - Canlı yayım
Live streaming video by Ustream
2013-12-09
3,710
Qərargahı olmayan partiyaların fəaliyyətinə qadağa - Qanun
Azərbaycanda siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb olunacaq, əks halda həmin partiyalar qeydiyyata alınmayacaq, yaxud fəaliyyəti ləğv olunacaq. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun 5-ci maddəsinə əlavələr təklif olunur. Təklifə əsasən, Azərbaycandakı siyasi partiyalar hüquqi şəxs statusu almaq istəyərkən dövlət qurumlarına partiyanın rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair sənəd də təqdim etməli olacaq. Qərargahın yerləşdiyi yerə dair sənədin (qurumun hüquqi ünvanını təsdiq edən sənəd) təqdim olunması məcburiləşdiriləcək. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub (APA).
2013-12-09
3,711
Koreya lideri yeznəsinin yardımçılarını edam etdirdi – Fotolar
Şimali Koreyanın lideri Kim Yonq-Un fırıldaqçılıqda ittiham edərək vəzifədən uzaqlaşdırdığı yeznəsi Çanq Sonq Teyki Kommunist Partiyasının Mərkəzi Komitəsindən bayıra atdırıb. Şimali Koreyanın rəsmi xəbər agentliyi "KCNA" fırıldaqçılıq və vəzifədən sui-istifadə əsası ilə istefa vermək məcburiyyətində qalan Şimali Koreyanın lideri Kim Yonq-Unun yeznəsinin fotolarını yayıb. "KCNA"nın xəbərinə görə, partiyanın toplantısına Şimali Koreyanın lideri Kimin sədrlik etdiyini də bildirib. Yeznəsi Çanq vəzifədən uzaqlaşdırılmadan əvvəl Kimin getdiyi hər yerdə onunla olub. Xəbərdə vəzifədən sui-istifadə və inqilab əleyhinə çıxmaqda günahlandırılan Çanq Sonq Teyk və adamlarının fırıldaqçılıqla partiyaya və Şimali Koreya inqilabına zərər verdiyi ifadə edilib. Cənubi Koreya xəbər agentliyi "Yonhap" kəşfiyyat bilgilərinə əsaslanaraq keçən həftə verdiyi xəbərdə Milli Müdafiə Şurasının sədr müavinliyini icra edən Şimali Koreyanın lideri Kim Yonq-Unun yeznəsi Çanq Sonq Teykin vəzifəsinə son verildiyini bildirmişdi. Həmçinin xəbərdə Çanqın iki köməkçisinin noyabr ayında edam edildiyi xəbər verilib.
2013-12-09
3,712
Tofiq Yaqublu niyə məhz “Azadlıq”ı seçdi? - Mövqe
"Bu sualı mənə yox, Tofiq Yaqubluya ünvanlayın! Tofiq Yaqublu "Yeni Müsavat" qəzetinin əməkdaşı deyil, "Yeni Müsavat" qəzetinin köşə yazarıdır". Bu sözləri "Yeni Müsavat" qəzetinin Baş redaktorunun birinci müavini Azər Ayxan qəzetin həbsdə olan köşə yazarı Tofiq Yaqublunun "Azadlıq" qəzetinə ünvanlandığı məktuba münasibət bildirərkən dedi: "Azər Ayxan Tofiq Yaqublunun sözügedən məktubu "Yeni Müsavat"a göndərəcəyi təqdirdə çap olununub-olunamaması sualına da aydınlıq gətirdi: "Bizə göndərsəydi, o zaman materialı çap edib-etməyəcəyimiz haqda suala cavab verə bilərdik, amma indi bu haqda bir söz deyə bilmərəm. Sizə bir daha onu deyim ki, bu suallar Tofiq Yaqubluya ünvanlanacaq suallardı, ona görə də suallarınızı vəkili vasitəsi ilə ona ünvanlasaz, daha yaxşı olar". Azər Ayxan "Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlunun Tofiq Yaqublunun azadlığa qovuşması üçün etdiyi cəhdlərdən də danışdı: "Tofiq bəy bizimçün həddən artıq doğma biridir və onun azadlığa çıxması üçün "Yeni Müsavat" qəzeti, o cümlədən "Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlu maksimum çalışmalar göstərir. Bəzi məsələlər var ki, ictimaiyyətə açıqlamırıq, amma hər halda, bu proses gedir. Onu da qeyd edim ki, Tofiq Yaqublu "Yeni Müsavat" qəzetində fəaliyyət göstərdiyi zaman həbs olunub. Hətta o zaman onun üzərində ezamiyyət vərəqəsi də olub". Xatırladaq ki, bu il İsmayıllı hadisələrində həbs olunan Müsavat partiyasının başqan müavini və "Yeni Müsavat" qəzetinin köşə yazarı Tofiq Yaqublu öz yazısını əməkdaşı olduğu "Yeni Müsavat" qəzetinə deyil, "Azadlıq" qəzetinə göndərməsi müzakirələrə səbəb olub.
2013-12-09
3,713
Ramil Usubov Prezidentə təşəkkür etdi
Bu gün Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə bu il Azərbaycan polisinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr olunmuş təntənəli mərasim keçirilib. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov mərasimi açaraq ölkə başçısının Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə, insan və vətəndaş hüquq və azadlıqlarının təminində rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini, bu mənada son 10 ildə təxminən 500 əməkdaşın dövlət mükafatlarına layiq görülməsini şəxsi heyətə verilən yüksək dəyərin və göstərilən etimadın əyani təsdiqi olduğunu vurğulayıb. Daxili işlər orqanlarınun fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atıldığını xatırladan nazir əsası Heydər Əliyev tərəfindən qoyulmuş daha bir ənənənin- fərqlənmiş əməkdaşların mükafatlandırılmasının da İlham Əliyev tərəfindən davam etdirildiyini, 1 iyul 2013-cü il tarixli məlum sərəncamlarla 41 əməkdaşın yüksək dövlət mükafatları və fəxri adlar ilə təltif olunduğunu vurğulayıb, bu ali diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirib. Sonra Baş Kadrlar İdarəsənin rəisi, polis general-mayoru İsmət Əliyev təltif olunmuş əməkdaşların siyahısını elan edib, onlardan 35 nəfərinin mərasimə dəvət olunduğunu deyib. R.Usubov mükafatları təqdim edərək fərqlənənləri təbrik edib, hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırladıb, tədbir iştirakçılarına vətənə məhəbbətlə, dövlətçiliyə sədaqətlə xidmət etməyi və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərmələrini tövsiyyə edib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb. Təltif olunanların adından çıxış edən polis polkovnik-leytenantı Vüqar Ələkbərov yüksək mükafatlara görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirib, bu böyük etimadı layiqli xidmətlərilə doğruldacaqlarına söz verib.
2013-12-09
3,714
Heydər Əsədov yeni rəis təyin etdi
Bakı Şəhər Baytarlıq İdarəsinə rəis təyin olunub. Bunu öz açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Y. Xanvəli rəis vəzifəsinə Aslan Aslanovun təyin olunduğunu bildirib: "Yəqin ki, yaxın günlərdə işdən azad olunan digər şəxslərin də vəzifəsinə yeniləri təyin olunar. Bu nazirin səlahiyyətində olan məsələdir". Yeni rəisin bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın iştirakı ilə kollektivə təqdim olunduğunu söyləyən Y. Xanvəli bildirib ki, yeni rəis öz fəaliyyətinə başlayıb. Qeyd edək ki, bir neçə gün öncə Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev, İdarənin Müalicəxanasının həkimi Şahlar Əliyev, İdarənin mühasibi Mina Daşdəmirova və Binəqədi rayon Baytarlıq Məntəqəsinin müdiri Mədət Qocayev öz ərizələri ilə işdən azad olunublar (APA).
2013-12-09
3,715
Səlim Müslümov vədinə əməl etdi - Siyahı
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi daha bir neçə tədbirlər ictimailəşdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə mənzil alanların və növbədə duranların SİYAHISI açıqlanıb. Bundan başqa, nazirlik tərəfindən həm də avtomobil alanların və növbədə duranların SİYAHISI da açıqlanıb. Beləliklə də artıq hər bir kəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet saytında yerləşdirilən siyahıya baxmaqla orada tanıdığı şəxsin adının olub-olmadığını görə biləcək. Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda saxta yollarla əlillik statusuna sahiblənib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə ev, maşın, ünvanlı sosial yardım alanlar az deyil. Qeyd edək ki, bundan öncə Səlim Müslümovun göstərişi ilə ünvanlı dövlət sosial yardımı alanların da siyahısı ictimailəşdirilmişdi. Bu addımları ilə yeni nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bundan sonra daha şəffaf işləyəcəyini nümayiş etdirib (Modern).
2013-12-09
3,716
Deputatlar əlbəyaxa oldu - Foto
Türkiyə Böyük Milli Məclisində büdcə mövzusu protokollarından "Kürdüstan" sözünün çıxarılması üçün edilən müzakirə böyüyəndə MHP və BDP-li vəkillər arasında mübahisə düşüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, BDP millət vəkili İdris Baluken MHP-li Özcan Yeniçəriyə yumruq atmağa çalışıb. Araya girən millət vəkilləri deputatlara mane olaraq davanın böyüməsinin qarşısını alıblar.
2013-12-09
3,717
Suriyada döyüşən daha bir azərbaycanlı öldürülüb
Suriyada döyüşən daha bir Azərbaycan vətəndaşı öldürülüb. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, Bakının Binəqədi rayon, 9-cu mikrorayon sakini Ələkbərov Rüstəm İsa oğlu bir müddət əvvəl döyüşmək üçün Suriyaya gedib. Müxalif radikal dini qruplaşmaların birinin tərkibində döyüşən R. Ələkbərovun öldürülməsi ilə bağlı xəbər ailə üzvlərinə mərhumun Suriyadakı tanışları tərəfindən çatdırılıb. Bir neçə gün əvvəl isə ailəsi R. Ələkbərovun yaşadığı məhəllədə ona yas mərasimi verib. Mərhumun nəşi Azərbaycana gətirilməyib və o, Suriyada dəfn olunub. Xatırladaq ki, Suriya hökuməti BMT Təhlükəsizlik Şurasına Suriya ərazisində terrorçuluq fəaliyyəti həyata keçirərkən öldürülmüş çoxlu sayda əcnəbi vətəndaşın siyahısını təqdim edib. Siyahıda Azərbaycan vətəndaşlarının da adının olduğu bildirilir. Belə ki, R. Ələkbərov Suriyada gedən döyüşlərdə öldürülən ilk Azərbaycan vətəndaşları deyil. Bu günə qədər 10-a yaxın ölkə vətəndaşı radikal dini qrupların tərkibində Suriyada gedən döyüşlərdə öldürülüb.