date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-05
3,409
Elmar Məmmədyarov kəskin danışdı
Kiyevdə nazirlərin görüşündə çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov əvvəcə gözəl təşkilatçılığa görə Ukraynaya təşəkkür eləyib. "AzNews.az"ın Kiyevə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, nazir, Azərbaycanın ATƏT-in apardığı siyasətə və sahib olduğu dəyərlərə tamamilə qatıldığını bildirib: "Çünki regionda təhlükəsizlik sahəsində fəaliyyət göstərən yeganə təşkilat hesab edirik". Çıxışında BMT-nin 4 qətnaməsini xatırladan Məmmədyarov qeyd eləyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kompleks sülh danışıqları çərçivəsində həllində maraqlıdır: "Bu kompleks sülh danışıqlarına Dağlıq Qarabağın ətraf 7 rayonun oradan qoşunların çıxarılması ilə azad olunması, sərhədlərin açılması, regionda xalqların, icmaların yaxınlaşması və sair aiddir. Bu region ətrafında hərbi xərclərin azaldılmasına, bölgədə sülhə və bölgənin inkişafına səbəb olacaq". Ermənistanı konstruktivliyə çağıran Azərbaycanın Xarici İşlər naziri məsələnin həllində hər iki tərəfin rolunun və səylərini bərabər olmasının önəmini vurğuladı. Seçki ilə bağlı da DTHİB-in (ODİR) açıqlamasını da dəyərləndirən Elmar Məmmədyarov ATƏT-ə ciddi iradını bildirdi. O, bir təşkilatın texniki mandatına sahib olan bir institutun bütün təşkilatın adından danışmaq haqqına sahib olmadığını bildirdi. Xatırladaq ki, DTHİB (ODİR) seçki prosesi və onun yekunu ilə bağlı mənfi rəy vermişdi.
2013-12-05
3,410
Bakıda diş həkimi adam öldürdü - Həkim terroru (Yenilənib)
Bu gün Bakıda özəl stomatoloji kabinetdə pasiyent ölüb. 47 yaşlı Elçin Məmmədov Bakıda yerləşən "VİP Dental" stomatoloji kabinetində iynə vurulduqdan sonra dünyasını dəyişib. "Axar.az"ın xəbərinə görə, bu barədə Trend ə etibarlı mənbədən məlumat verilib. Faktı təsdiqləyən Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, E.Məmmədovun dişində əməliyyatın aparılması üçün iynə vurulduqdan sonra pasiyentdə anafilaktik şok yaranıb və o dünyasını dəyişib. Hadisədən 6 dəqiqə sonra təcili tibbi yardım briqadası ünvana gəlsə də, xəstəni xilas etmək mümkün olmayıb. Xəstənin ölümünə anafilaktik şokun səbəb olduğu təxmin edilir. Hazırda bu məsələ Səhiyyə Nazirliyi, eyni zamanda istintaq orqanları tərəfindən araşdırılır. A.Qədirli bildirib ki, hər bir stomatoloji kabinetdə şok əleyhinə preparat olmalıdır. SN aparacağı araşdırma zamanı bu kabinetdə şok əleyhinə preparatın olub-olmadığını öyrənəcək. *** Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.
2013-12-05
3,411
Misirin Müdafiə naziri Ərdoğana qalib gəldi – Video
"Taym" jurnalının ənənəvi "İlin Adamı" anketində Əbdüllətif Əl-Sisi 26%-lə birinci olub. ABŞ-da yayımlanan xəbər jurnalı "Taym" "İlin Adamı" anketində Türkiyənin Baş naziri R.T.Ərdoğan ilə Misirdə Məhəmməd Mursini devirən Baş qərargah rəisi və Müdafiə naziri Əbdüllətif Sisini üz-üzə gətirmişdi. "Taym" jurnalının daban-dabana rəqabəti bitib və səsvermə başa çatıb. Ərdoğan və Mayli Sayrusla rəqabət aparan Sisi son üç gündə aradakı səs faizini get-gedə artıraraq qalib olub. Bu da səsvermənin nəticəsi: Səsvermənin nəticəsi 11 dekabrda açıqlanacaq.
2013-12-05
3,412
Millət vəkili Elnarə Tofiqqızının ölümü ilə bağlı prokurorluğa müraciət etdi
Millət vəkili Çingiz Qənizadə ərizə ilə ona müraciət etmiş jurnalist Anar Niftəliyevin xanımı Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində baş vermiş ölümü ilə bağlı Milli Məclisə daxil olmuş ərizəni baxılması üçün Baş Prokurorluğa göndərib. Bu barədə deputatın köməkçisi məlumat verib. Deputat Baş Prokurorluqdan ölüm işinin obyektiv araşdırılması və hüquqi qiymət verilməsini xahiş edib.
2013-12-05
3,413
Sabir Rüstəmxanlı Məclisdəki çıxışının stenoqramını yaydı – Səbəb
Tarif Şurasının qiymətlərin artırılması qərarından sonra parlamentdə başlayan müzakirələrdə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı da çıxış edib. VHP mətbuat xidməti bəzi media orqanlarında partiya sədrinin sözlərinin təhrif edildiyi səbəbindən, Milli Məclisdən götürülən stenorqamı olduğu kimi mediaya göndərib. Stenoqramın mətni belədir: "Hörmətli Milli Məclis, hörmətli Sədr! Bu günlərdə mən bir sıra rayonlarda olmuşam və əhalinin kənd təsərrüfatına qayğının artması ilə bağlı razılıqlarını eşitmişəm. Deyək ki, torpağın əkilməsi ilə bağlı müəyyən vəsaitlər ayrılır, yanacağa güzəştlər vardı, doğrudan da, bu, məni sevindirirdi. Amma dağ rayonlarında bunun müqabilində o şəraitdə işləyə bilən texnikanın azlığı çox ciddi problem yaradır. Əkənlər, biçənlər, dövlətin yardımı ilə torpağa qayıtmaq istəyənlərçoxdur, meyl artır, amma deyirlər, yaxşı, biz məhsulu hansı texnika ilə yığacağıq? Buna uyğun texnika yoxdur. Buna görə də dağ rayonları üçün xırda kənd təsərrüfatı müəssisələrinin, servislərinin yaranması son dərəcə vacibdir və bunu həll eləmək lazımdır. Camaatın xoş əhvalını görmüşdüm və təsəvvür edirəm ki, orada bu gün yanacağın qiymətinin artması necə təsir bağışlayacaq. Bəzi dostlarımız buradan bizi Avropa ilə və dünya ilə müqayisə edirlər ki, benzinin qiyməti Avropada da yüksəkdir, dünyada da yüskəsdir. Doğrudur, benzinin qiyməti Türkiyədə də bizdən 2-3 dəfə artıqdır. Sən yanacağın qiymətində dünyaya yaxınlaşmaq istəyirsənsə, bunun o biri tərəfi nəzərə alınmırsa, bu, məntiqsizlikdir və onu göstərir ki, məsələyə kompleks yanaşmırıq. Mən bunu demək istəyirəm. İkinci, bizim hər birimiz kommunal xərclərlə bağlı sıxıntılar yaşayırıq. Kommunal xərclər, suyun qiyməti, əmlakın qiyməti, qazın qiyməti... Hansı təşkilat necə istəyirsə, "mənim işimin maya dəyəri artıqdır, buna uyğun olaraq qiyməti artırıram" deyərək qiyməti artırır. Nəzərə almırlar ki, insanın bunu verməyə imkanı var, yoxsa yoxdur. Hər birimiz Azərbaycanın bir rayonuna gedib-gələndə benzinə bir təqaüdçünün pensiyasından, yaxud minimum əmək haqqından bir az da artıq pul verməliyik, ya gərək Milli Məclis zəhmət çəksin benzin xərclərimizi versin, ya da bizim də rayonlarla əlaqəmiz kəsiləcək. 3-4 dəfə get, Milli Məclisin deputatının əmək haqqı yetməyəcək. Bəs sıravı vətəndaş neyləsin? Çox sağ olun".
2013-12-05
3,414
"Hafka"nı vuran fransız mediasında erməni barmağı - Video
"Lans" klubunun azərbaycanlı sahibi Hafiz Məmmədovla bağlı son vaxtlar Fransa mətbuatında geniş vüsət alan yazıların əsl səbəbləri üzə çıxıb. "Axar.az" xəbər verir ki, etibarlı mənbələrdən Trend də daxil olan məlumata görə, H.Məmmədovun əleyhinə yönələn yazıların ard-arasının kəsilməməsi bu ölkədə çox güclü dayaqları olan erməni diaspor təşkilatlarının mediaya təzyiqi və şirinikləndirici vədləri ilə əlaqədardır. Sirr deyil ki, 500 minə qədər erməninin yaşadığı Fransada Azərbaycan və qardaş ölkə Türkiyəyə qarşı həmişə antikampaniya aparılıb. Bu proses H.Məmmədov hələ "Lans"ın səhmlərini almağa hazırlaşdığı vaxtdan isə daha da güclənməyə başlayıb. Azərbaycanın siyasi rəhbərliyinin dəstəyi ilə ərsəyə gələn bu layihəyə əngəl olmaq üçün erməni diaspor təşkilatları bu günə qədər fəal iş aparırlar. Konkret faktlara müraciət edək. Hələ bu ilin iyun ayında (o zaman hələ H.Məmmədov "Lans"ın səhmlərini almaq üçün müqavilə imzalamamışdı) Fransadakı erməni diaspor təşkilatları "Lans"ın o vaxtkı prezidenti Lyuk Dayana müraciət edərək onları Azərbaycanla gözlənilən əməkdaşlığın qarşısını almağa çağırmışdı. Diaspora təşkilatlarının direktoru Hratç Varyabediyanın imzası ilə kluba ünvanlanan müraciətdə erməni diasporu ənənəsinə sadiq qalaraq Azərbaycan dövləti və onu rəhbərliyi haqda mənfi rəy formalaşdırmağa çalışmış, ölkəmizdən bir iş adamının "Lans"la əməkdaşlığının yolverilməz olduğunu bildirmişdi. Erməniləri ən çox qıcıqlandıran həm də bu idi ki, Azərbaycan rəhbərliyinin dəstək verdiyi bu layihə çərçivəsində "Lans" Fransa çempionatının oyunlarına üzərində "Land of fire Azerbaijan" (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxacaq. Beləliklə, bu layihə baş tutacağı halda klubun sahibliyi Azərbaycan tərəfinə keçəcək. Bundan sonra isə Ermənistanla həm də informasiya müharibəsidə olan Azərbaycan "Land of fire Azerbaijan" layihəsi ilə Fransadakı düşmənlərinə zərbə vurmağa nail olacaq. Yeri gəlmişkən, qatı erməni millətçilərinin yığışdığı sözügedən təşkilat Azərbaycanla yanaşı, qardaş Türkiyəyə qarşı da radikal mövqeyi ilə seçilir. Onlar bir neçə dəfə Senata müraciət edərək Fransada qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin tezliklə qəbul olunmasını tələb edib. Bundan başqa, Fransa hökumətini Azərbaycan dövləti ilə əməkdaşlıqdan çəkindirməyə çağırıb. "Land of fire Azerbaijan" layihəsinin ideya müəllifi H.Məmmədovun bugünlərdə Lansa etdiyi səfər, sahibi olduğu komandanın oyunu zamanı onminlərlə azarkeşin iş adamına və Azərbaycana minnətdarlıqlarını ifadə etməsi, ən başlıcası isə "Lans"ın səhmlərini aldıqdan sonra bu klubun stadionunda Azərbaycanın bayrağının dalğalandırılması erməniləri qıcıqlandırmaya bilməzdi. Təsadüfi deyil ki, həmin səfər ərəfəsində H.Məmmədovun nüfuzlu "Canal+" telekanalına verdiyi müsahibə əsnasında çəkilən verilişdə son illər sürətlə inkişaf edən Azərbaycanın "qara rəng"də göstərilməsinə cəhd edilmiş, iş adamının dövlət başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın sürətli inkişafı və çiçəklənməsi ilə bağlı dediklərinə yer verilməmişdi. Əvəzində verilişdə daha çox Azərbaycan dövlətinə və hakimiyyətinə əks mövqedə dayanan, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi media orqanının nümayədəsinin fikirləri üstünlük təşkil etmişdi. Təəccüblüdür ki, verilişdə H.Məmmədovun fransız jurnalistlərə Azərbaycanın xalqının mentalitetindən irəli gələn səmimi qonaqpərvərlik göstərməsi isə mənfi addım kimi dəyərləndirilmişdi. Zəngin bir iş adamının bahalı villada yaşaması isə az qala qeyri-adi bir olay kimi təqdim olunmuşdu. Halbuki Fransanın özü də daxil olmaqla bütün dünyada varlı biznesmenlərin bahalı villalarının olması təbii bir haldır. Fransız jurnalistlər verilişdə özləri etiraf edirlər ki, Azərbaycana H.Məmmədovun yaxınlarının dəvəti ilə səfər ediblər, amma bu zaman kimsənin xəbəri olmadan bəzi jurnalistlərlə (Azərbaycan dövlətinə əks düşərgədə olan media nümayəndəsi ilə) görüşə biliblər. Təkcə bu faktın özü onu deməyə əsas verir ki, "Canal +"in əməkdaşlarının ilk gündən məqsədi heç də Azərbaycanın "Lans"ın timsalındakı uğurlu layihəsi haqda veriliş hazırlamaq yox, əksinə, yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizin özünü və iş adamlarını nüfuzdan salmaq olub. Qeyd etmək yerinə düşər ki, Fransada yaşayan azərbaycanlı jurnalistlərin dediklərinə görə, erməni diasporunun "Canal +" telekanalına yüksək təsir imkanları var və verilişin sırf Azərbaycan dövlətinin əleyhinə yönəldiməsi də bunun nəticəsi olduğu şübhə doğurmur. Yeri gəlmişkən, verilişdəki "fakt"lar daha sonra digər media orqanları üçün bir növ istinadən mənbəyinə çevrildi. Artıq şübhə yeri yoxdur ki, H.Məmmədovun, daha doğrusu, bir iş adamının timsalında Azərbaycan haqda Fransada və Avropada mənfi rəyin formalaşması yuxarıda sadalanan ermənilərin yazdığı ssenarinin tərkib hissəsidir. Ümumiyyətlə, ermənilərin Fransada gündəlik çıxan qəzet və jurnalları var. H.Məmmədov haqda antikampaniya da əsasən məhz həmin KİV-lərdə aparılır və gözləmək olar ki, təzyiqlər bundan sonra da davam etdiriləcək. Çünki Azərbaycan Fransada təkcə futbol yox, başqa sahələrdə də hansısa böyük bir layihə həyata keçirmək istəyəndə erməni diasporu dərhal fəallaşır, Azərbaycanın bu ölkədəki uğurlarına əngəl olmağa çalışırlar. "Lans" məsələsində də ermənilərin əsas diaspor təşkilatının fəallaşması təəccüblü deyil, gözlənilən idi.
2013-12-05
3,415
Avromeydan düşmənlərinin adları açıqlandı
"UDAR" partiyası Avromeydan düşmənlərinin siyahısını tərtib edib. "Axar.az" məlumat verir ki, bu informasiya "UDAR" partiyasının saytında yerləşdirilib. Siyahıda ən önəmli yeri "Berkut" xüsusi təyinatlı polisinin rəhbər şəxsləri tutub. Bununla yanaşı partiya ölkə Prezidenti, Baş nazir və Daxili İşlər nazirini də Avromeydanın əsas düşmənləri siyahısına daxil edib. Siyahıda həmçinin müxtəlif hakim və dövlət adlarının adı da yer alıb.
2013-12-05
3,416
İcra başçısının 25 yaşlı xanım müavini danışdı
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yeni təyin olunan 25 yaşlı müavini Aygün Əliyeva vəzifə təyinatına qısa münasibət bildirib. İcra başçısının müavini A.Əliyeva "Publika.az"a açıqlamasında deyib: "Mənim heç bir açıqlama verməyə ixtiyarım yoxdur. Bu gün ərzində isə Binəqədi rayon İcra Hakimiyyətinin internet səhifəsinə bütün məlumatlar yerləşdiriləcək və "Binəqədi" qəzetində dərc olunacaq. Bu barədə kimə nə maraqlıdırsa, buradan tanış ola bilər. İndi mən bu barədə daha heç bir söz demək istəmirəm". A.Əliyeva onun hər hansı vəzifəli şəxsin qızı olması barədə dolaşan söhbətlərə isə bu cür cavab verib: "Mən məmur qızı deyiləm". Əliyeva Aygün Nazif qızı 29 iyul 1988-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, 2012-ci ildə müvafiq ixtisas üzrə magistratura pilləsini bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi üzrə distant təhsil alır. Ailəlidir, bir qızı var. 2010-cu ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini seçilib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında baş təlimatçı vəzifəsində çalışır. Azərbaycanda çox az rast gəlinən gənc yaşda yüksək vəzifəyə təyinat faktı həm ölkə mediasında, həm də cəmiyyətdə maraq doğurub.
2013-12-05
3,417
Əsəd yenə kimyəvi silahdan istifadə etdi – Video
Suriya hökuməti mülki əhaliyə, Əsəd hakimiyyətinin son bir ildə zəiflədiyi bölgələrə qarşı kimyəvi silahdan istifadə etməyə davam edir. Bu hücumların ən böyüyü 21 avqust 2013-cü ildə Şamın Quta bölgəsində baş verib. Nəticədə 2 minə yaxın suriyalı ölüb. Hadisədən sonra dünya ictimaiyyəti Əsəd rejiminə xəbərdarlıq edib və ölkəyə göndərilən BMT heyəti (hal-hazırda da davam edən) müşahidəçi missiyasına başlayıb. "Axar.az" Azad Suriya Ordusunun xəbər agentliyinə istinadən xəbər verir ki, axırıncı dəfə 2013-cü il dekabrın 2-sində Şamda müxaliflərin ələ keçirdiyi bölgəyə atılan kimyəvi bomba həmin vaxtı işlək vəziyyətdə olan kameranın obyektivinə tuş gəlib.
2013-12-05
3,418
Azərbaycanlıların dəhşətli Vərəm dispanseri - Fotolar
Dərbənddə azərbaycanlılar yaşayan məhəllədə yerləşən Vərəm dispanseri bərbad gündədir. Əslində qapalı olan bu səhiyyə obyekti bu şəhərdə yaşayan soydaşlarımız üçün əsil təhlükəyə çevrilib. Bu barədə Dərbənddə yaşayan həmyerlilərimiz bildiriblər. Onların dediyinə görə, Vərəm dispanserinin palataları, yeməkxanası, mətbəxi və digər yardımçı otaqları əsil xəstəlik mənbəyidir. "Biz dəfələrlə şəhər meri İmam Yarəliyevə müraciət edərək dispanserin köçürülməsini tələb etmişik. Onlar hər il buranın təmir olunacağına vəd verirlər. Amma hər il büdcə təsdiq olunanda yadlarından çıxır. Bütün bunlar söz olaraq qalır". Soydaşlarımızın dediyinə görə, şəhərin Lenin meydanında yerləşən bu dispanser narkomanların da "xidmətindədir": "Dispanser elə pis gündədir ki, kənardan istənilən şəxs bura keçib istədiyini edə bilir. Eləcə də narkomanlar rahat şəkildə bura gəlib iynələrini vururlar. Hara yazsaq da, xeyri yoxdur. Bu dispanser ləzgilər, darginlər, yəhudilər yaşayan məhəllələrdə olsaydı, çoxdan bir əncam çəkərdilər. Amma bizə gələndə min bir bəhanə tapırlar".
2013-12-05
3,419
Gürcüstanın Baş naziri Azərbaycan səfiri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın bu ölkədəki səfri Azər Hüseyni qəbul edib. Bu barədə Baş nazirin mətbuat xidmətindən məlumat veriblər. A.Hüseyn İ.Qaribaşvilini Baş nazir seçilməsi münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı tərəflər ikitərəfli əlaqələri, çoxtərəfli formatda münasibətləri və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər (Trend).
2013-12-05
3,420
DİN-dən Dədə Mamedə belə münasibət gözləmirdim
Dədə Mamed Allahın rəhmətinə qovuşub. Yeri behişitlik olsun. Deyirlər, dədəlik edib DİN-də olanlara. Böyüklüyü, xeyirxahlığıyla çoxunun "din-imanı" olub. DİN-də olanlar da, olmayanlar da onun dədəliyini görüb. Hər kəs rəhmətliyi özünün bildiyi kimi "dədələyir". "Dədə" böyük addır, hər adama bu adla müraciət etmirlər. Şəxsi tanışlığım və münasibətim olmasa da, yas mərasimində iştirak edə bilməsəm də, rəhmətliyin yaxınlarına və dədəlik etdiyi bütün insanlara başsağlığı verirəm, qəbri nurla dolsun. İnanıram ki, rəhmətliyin dədəlik etdiyi adamlar onu həmişə xatırlayacaq, sözün bütün mənalarında... Generalın vəfatı xəbərini saytımızdan oxuyub, pis olmuşdum. Redaktor bu tanınmış, adlı-sanlı kişinin yas mərasimi ilə bağlı xəbər yazmağımı istədi: dəfn mərasimi harda olacaq, yasda kimlərin iştirakı nəzərdə tutulur... Eyni zamanda, general-mayor Məmməd Əsgərovun son iş yeri olan "Azərpoçt" MMC Mərkəzi Xüsusi Rabitə İdarəsi ilə də əlaqə saxlamalı idim. "Azərpoçt"dan ilk zəngimdə mərhumu kədərlə yad etdiklərinin şahidi oldum. Mərhum haqda xoş sözlər dedilər: "Rəhbərlik və digər səlahiyyətlilər mərhumla vidalaşmağa gedəcək, onu son mənzilə yola salacaqlar". İndi isə keçək DİN-ə. Xəbərin "DİN-lə bağlı hissəsi"ni yarıda bilmədim. Çünki o boyda nazirlikdə məlumat bürosundan başqa heç bir şöbədə telefonu qaldıran tapılmadı. "Təbii haldır, - düşündüm, - keçmiş həmkarları ilə vidalaşmağa yollanıblar". Bu düşüncə ilə durmadan aradım. Telefona cavab verənlər ümumiyyətlə məsələdən xəbərsiz olduqlarını, rəhbərliyin bu haqda onlara bir söz demədiyini bildirdilər: "Məsləhət bilinsə, hüzrə gedərik, yaxud gedərlər". Yeri gəlmişkən, DİN-in Mətbuat xidmətinin bütün telefonları general-mayorun yasını saxlayırdı sanki: ətini kəsirdin, reaksiya vermirdi. Kadrlar və şəxsi heyət, eləcə də dəftərxana şöbələrindənsə bizə heç nə deyə bilməyəcəklərini söylədilər. Necəsə və nələrsə öyrənə bildik - əlbəttə. Biz də jurnalistik axı. Amma... Amma uzun müddət Baş Kadrlar İdarəsinə rəhbərlik etmiş, çoxlarının təyinatını imzalamış bir kişiyə, generala qarşı bu sayğısızlığı mən DİN-dən gözləmirdim. Allah rəhmət eləsin Dədə Mamedə. Bu gün vaxtı ilə rəhbərlərindən olduğu bir nazirliyin əməkdaşlarının mənə elədikləri "dədəliyi", jurnalist sorumu cavabsız qoymalarını, ötür-ötür etdiklərini onun ruhuna qurban verirəm... Guya qurban verməsəm nə olacaq ki...
2013-12-05
3,421
Rüstəm İbrahimbəyovu siyasi həyatda görmürəm
"Rüstəm İbrahimbəyov ciddi incəsənət adamıdır. Ona böyük hörmətim var. Ancaq bu hörmət onun incəsənət sahəsindəki fəaliyyətindən qırağa çıxmır. Mən Rüstəm müəllimi ictimai-siyasi həyatda görmürəm və istəmirəm ki, onun siyasi fəaliyyətini qiymətləndirim. Çünki bu barədə danışmağa başlasam, çox dərinə gedəcəyəm". Bu sözləri "Azadliq" radiosunun canlı yayımında qonaq olan Müsavat partiyasının sədri İsa Qəmbər dedi. "Axar.az" olaraq radionun canlı efirinə Müsavat başqanına bu sualı ünvanlamışdıq: ""Fəxri sədr" olacağı halda Müsavat partiyasının Milli Şuradakı təmsilçiyinə yenidən baxacaqsınız. Simvolik xarakter daşıyan sədrliyə qarşı olmağınızın səbəbi nədir?" İsa Qəmbər bildirdi ki, Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı fəaliyyətində zəifliyə yol verib və bu barədə çox danışmaq istəmir. Partiya başqanı Rüstəm İbahimbəyovun fəxri sədr olmasına qarşı çıxmasının səbəbini də açıqladı. O, bildirdi ki, bunun səbəbi Rüstəm İbrahimbəyovun siyasi həyatda aktiv olmaması və bilgisinin zəif olması ilə bağlıdır: "Milli Şuranın fəxri sədri olmaq istəyən adamın siyasi bilgiləri olmalıdır. Çünki mən istəmirəm ki, ölkədən xaricdə olan bir insan qurumun fəxri sədri olsun. Fəxri sədr simvolik xarakter daşıya bilər, ancaq xaricdə hansısa tədbirdə iştirak edib siyasi bəyanatlar verəcək. Müsavat partiyası olaraq təmsil olunduğumuz qurumun adından danışacaq "fəxri sədr"in partiyamızın maraqlarına uyğun olmayan çıxışlar etməsini istəmirik. Siyasi təcrübəsi olmayan adamların bu cür təmsilçiliyinin əleyhinəyik".
2013-12-05
3,422
Barak Obama “iPhone” istifadə edə bilməyəcək
Davamlı olaraq "Blackberry" markalı telefonlardan istifadə edən Obamanın bu seçiminin səbəbi uzun zamandır maraq dairəsində idi. Axır ki, bu səbəb məlum olub. Ağ evə səhiyyə qanunları ilə əlaqədar görüşmək üçün gələn gənclərə Obama "Təhlükəsizlik səbəbindən ABŞ prezidenti olaraq "iPhone istifadə etməyim qadağandır" deyib. Prezidenti qorumaqda səlahiyyətli olan "Gizli Xidmət" xüsusilə e-poçt yazışmalarında güclü təhlükəsizlik şifrələməsinə sahib olan "Blackberry"ni "iPhone"la əvəzləməyin təhlükəli olduğunu bildirib.
2013-12-05
3,423
Prezident Xaçmaza 1,5 milyon ayırdı
Azərbaycan Respublikası Prezidenti Yalama-Xanoba yolunun tikintisi üçün sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən, altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Yalama-Xanoba avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat vəsait ayırıb.
2013-12-05
3,424
Baş nazir müxalifətlə danışıqlara hazır olduğunu bildirdi
Biz Kiyevdə vəziyyətin normallaşması üçün müxalifətlə danışıqlara başlamağa hazırıq. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə baş nazir Nikolay Azarov çıxış edib. O, müxalifətlə istənilən mövzu ilə bağlı danışıqlar stoluna əyləşməyə hazır olduqlarını bəyan edib. N.Azarov hər şeylə razılaşdığını, yalnız bir şərtinin olduğunu qeyd edib: müxalifətin Nazirlər Kabinetinin binasını mühasirədən azad etməsi.
2013-12-05
3,425
İlham Əliyev Finlandiya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Finlandiya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, Azərbaycan-Finlandiya dostluğu və əməkdaşlığı bundan sonra da hərtərəfli inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir". İlham Əliyev Sauli Niinistöyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.
2013-12-05
3,426
Xatirə İslam: “Yəqin Ukraynada şou-biznes hadisəsi var”
Avrointeqrasiya yolundan imtinadan sonra Ukraynada baş verən kütləvi xalq etirazı dünya ictimaiyyətinin diqqətini bu ölkəyə yönəldib. Maraqlıdır, Azərbaycan incəsənətinin elitası sayılan sənətçilər Ukraynada Avropa və Rusiya seçiminin getdiyini, bu ölkədə iki supergücün toqquşduğunu bilirmi? Mən siyasətyə qarışmıram Xalq artisti Nazpəri Dostəliyeva dedi ki, siyasətə qarışmır: "Azərbaycanda, ya da bütün dünyada nə baş versə də, mən siyasətə qarışmıram. Ukraynada isə camaat dövlət başçısından narazıdır , ona görə meydanlara çxıb". Yanukoviç bilir ki... Xalq artisti Səməd Səmədov prosesləri yaxından izlədiyini dedi: "Ukrayna camaatı Avropa Birliyinə üzv olmaq istəyir. Amma Yanikoviç bilir ki, Avropa ona uzaqdır, ona görə də daha çox Rusiya tərəfə meyl edir". Hansısa şou-biznes hadisəsidir Müğənni Xatirə İslam dedi ki, Ukraynada hansısa şou-biznes hadisəsi baş verə bilər: "Mənim heç xəbərim yoxdur. Orda nə baş verir? Ukraynada nə baş verdiyini sənətçi hardan bilsin? Yəqin şou-bizneslə bağlı ola bilər". Ukrayna xalqını dəstəkləyirəm Müğənni Roza Zərgərli Ukrayna xalqının etirazını dəstəklədiyini dedi: "Avropa Birliyinə getmək istəyirlər, nə isə belə bir şeydir. Amma mən onların etirazını dəstəkləyirəm, sadəcə bu məsələlərdə dərinliklərə çox da getmək istəmirəm".
2013-12-05
3,427
SOCAR-ı Albaniyaya qaz çəkməyə çağırdılar
Rəsmi Tirana Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (ARDNŞ) Albaniyanı qazlaşdırmağa dəvət edir. "Axar.az"ın Trend-ə istinadən xəbərinə görə, bunu Albaniyanın iqtisadiyyat və energetika naziri Damian Qiknuri cümə axşamı İstanbulda keçirilən III Xəzər Forumu çərçivəsində panel müzakirələrində deyib. Onun sözlərinə görə, Albaniya və Avropanın cənub-şərq regionu perspektivli və mənimsənilməmiş qaz bazarına malikdir. D.Qiknuri bildirib ki, Albaniya Monteneqro və Xorvatiya ilə Trans-Adriatik qaz kəmərinin (TAP) həmin ölkələrin ərazisi ilə davam etdirilməsini fəal müzakirə edir.
2013-12-05
3,428
Serbiya ərazi bütövlüyümüzü dəstəkləyir
ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın xarici işlər naziri İvan Mrkiç ilə görüşüb. Görüş zamanı Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin səviyyəsindən, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və iqtisadiyyatın müxtəlif sahələrinə yatırılmış sərmayələrdən məmnunluq ifadə edilib. Tərəflər siyasi dialoqun və yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Hər iki nazir Azərbaycan və Serbiyanın ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstəyin davam etdirilməsi zəruriliyini qeyd edib. (APA)
2013-12-05
3,429
Azərbaycan Əfqanıstanın təhlükəsizliyini təmin edən qüvvədir
Azərbaycan Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) sırasında, eyni zamanda, Əfqanıstana və geriyə həm quru yolla, həm də hava nəqliyyatı vasitəsilə yüklərin daşınmasında önəmli rol oynayır. Bu barədə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib. E.Rubin qeyd edib ki, Əfqanıstanda döyüş əməliyyatlarının başa çatdığı bir mərhələdə artıq qarşıda fərqli tapşırıqlar və vəzifələr durur və bu həftə NATO ölkələrinin keçirdiyi görüş də məhz bu mövzuya həsr olunmuşdu: "Biz inanırıq ki, Azərbaycan bu məsələlərdə də önəmli rol oynamaqda davam edəcək, xüsusilə, Əfqanıstandakı missiya başa çatdıqdan sonra Azərbaycan fərqli bir missiyada da çox vacib rol oynayacaq. Bu missiya Əfqanıstana və geriyə yüklərin daşınmasında, eyni zamanda, Azərbaycanın Əfqanıstan hərbçilərinə və təhlükəsizlik qüvvələrinə keçəcəyi təlimlər formasında ola bilər". (Trend)
2013-12-05
3,430
ABŞ silah satışına qoyulan qadağaya aydınlıq gətirib
ABŞ-ın silah satışına qoyulan qadağa ölkənin qanunvericiliyində təsbit olunub və bu məsələ qanunvericiliklə nizamlanır. "Axar.az"ın Trend-ə istinadən xəbərinə görə, bu barədə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, bu, ABŞ administrasiyası tərəfindən həll olunan məsələ deyil. Bakıya səfəri çərçivəsində Azərbaycanın yeni müdafiə naziri ilə çox səmərəli görüş keçirdiyini deyən E.Rubin vurğulayıb ki, ABŞ müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir: "Mən yeni nazirlə görüşümdə bildirdim ki, biz ümid edirik ki, yeni nazirlə və onun rəhbərlik etdiyi nazirliklə əlaqələrimiz daha sıx şəkildə davam edəcək".
2013-12-05
3,431
Dağlıq Qarabağ münaqişəsi Kiyevdə müzakirə edildi
ATƏT Parlament Assambleyasının Kiyevdə keçirilən Büro iclasında ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə Büro üzvləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda diskussiya keçirilib. Bu barədə iclasda iştirak edən Azərbaycanın millət vəkili Azay Quliyev bildirib. İclasda A.Quliyev bildirib ki, 20 ildir ATƏT-ə sədrlik edənlər Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar eyni bəyanatı verirlər: "Siz də bu gün ümumi olaraq bu məsələyə toxundunuz. Amma bilmək istərdim ki, sizin sədrliyiniz dövründə münaqişənin həllini ləngidən səbəblərin nədən ibarət olduğunu müəyyən edə bildinizmi? Sizin bu barədə düşüncələriniz maraqlı olardı. Eyni zamanda, gələn ildən ATƏT-ə sədrlik edəcək İsveçrəyə nələri məsləhət görərdiniz ki, problemin tezliklə həlli üçün onları nəzərə alsın". Sonra ATƏT Parlament Assambleyası sədrinin Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareş çıxış edərək Azərbaycan millət vəkilinin mövqeyini müdafiə edib və deyib ki, Bakı və Yerevanda olan zaman Azərbaycan tərəfinin konstruktiv mövqe sərgilədiyinin şahidi olub: "Lakin eyni sözü Ermənistan haqqında demək olmaz". O, Turkiyənin də rolunun bu məsələdə nəzərə alınmasının vacibliyini vurğulayıb. (Trend)
2013-12-05
3,432
Güneylə bağlı siyasi qurumlar Almaniyaya yığışır
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bu gün Avropaya yola düşüb. Partiyanın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, millət vəkili dekabrın 7-8-də Almaniyanın Frankfurt şəhərində Güney Azərbaycanla bağlı olan siyasi təşkilatların toplantısında iştirak edəcək. Toplantıda məqsəd mühacirətdə fəaliyyət göstərən Güneylə bağlı siyasi qurumların əməkdaşlığını daha sıx koordinasiya etmək, həmçinin İranda, bölgədəki son siyasi prosesləri, Güneydəki soydaşlarımızın vəziyyətini müzakirə etməkdir. Sabir Rüstəmxanlı toplantıda Dünya Azərbaycanlıları Konqresini həmsədr olaraq təmsil edəcək. Toplantı çərçivəsində Güney Azərbaycan milli hökumətinin qurulmasının 68-ci ildönümü – 12 dekabr "21 Azər" günü də qeyd ediləcək. Görüşə DAK İH-nin daha bir neçə üzvünün qatılması da nəzərdə tutulur.
2013-12-05
3,433
Tanınmış yazıçı paltosunu niyə satdı – Acı həyat
Romanları ilə geniş oxucu kütləsi qazanan bir çox yazarların əslində maddi sıxıntı içində yaşadığını bilirdinizmi? Bu yazarlar arasında Aleksandr Duma, Mark Tven, Peyami Səfa, Edqar Allan Po, Əhməd Həmdi Tanpınar kimi yazarlar da var. Mark Tven borclarını verməkdə çətinlik çəkirdi Amerikanın ən məşhur yazarlarından biri olan Mark Tven haqqında yayılan məlumatlara görə, zəngin biri olmaq üçün xeyli cəhd göstərsə də, hər dəfə uğursuzluğa düçar olub. Onun ən böyük sərmayə yatırdığı iş yeri isə 1885-ci ildə qurduğu nəşriyyat evi olub. Amma yayın evi az sonra iflasa uğrayıb. Yazıcı xüsusi ilə 58 yaşına qədər borc içində yaşayıb. O, ancaq 5 il boyunca kitab yazaraq Avstraliyadan Hindistana, Cənubi Afrikadan İngiltərəyə qədər bir çox ölkədə konfrans keçirərək borclarını ödəyə bilib. Aleksadr Duma paltonusu satıb İndi əsərlərini həyacanla oxuduğumuz Aleksandr Duma kirayə qaldığı evin pulunu ödəmək üçün hətta paltonusu satmaq məcburiyyətində qalıb. Müflis olana qədər təxminən 5 milyon dollar sərvəti olduğu deyilsə də, gecə həyatı və içkiyə düşkünlüyü sonda onun səfil günə düşməsinə səbəb olub. Digər səfil həyatı yaşayan yazar Edqar Allan Po da bənzər həyat yaşayıb. O, hətta 3 dollara qaldığı evin kirayəsini ödəyə bilməyib. Onun qumar və içkiyə düşkünlüyü haqqında kifayət qədər şayiələr olsa da, bu haqda dəqiq məlumat yoxdur. Bildirilir ki, içəcək bir şey tapa bilməyəndə saf spirt içib. Maddi sıxıntı ucbatından əsərlərindən birini hətta 10 dollara satmaq məcburiyyətində qalıb. Yazar haqqında deyilən məlumatlarda bildirilir ki, həyat yoldaşı ölərkən pul tapmayan yazara sonda qonşuları yemək yardımı ediblər. Səfalət içində ömür sürən yazar 40 yaşında vəfat edib. Ölərkən son sözü belə olub: "Tanrım, mənim yazıq ruhuma kömək et". Lev Tolstoy ayaqqabılarını özü tikib Bənzər həyat yaşayan digər yazar isə dünyaca məşhur rus yazarı Lev Tolstoydur. Amma digərlərindən fərqli olaraq Tolstoy yoxsulluğu öz arzusuyla seçənlərdəndir. Zəngin bir ailədə doğulan Tolstoy təhsilinin ardınca doğma kəndi olan Yasnaya-Polyanaya dönərək yoxsul kəndlilər arasına qatılıb. Rus kəndlisinin yoxsul, pərişan vəziyyəti onu çox üzürdü. Mehmet Akif Ərsoy qışda paltosuz gəzib Türkiyəli yazar, İstiqlal marşının müəllifi Mehmet Akif Ərsoy da son illərini acınacaqlı keçirən yazarlardandır. Ərsoy yazdığı İstiqlal marşının qəbul edilməsinə görə ona verilən 500 lirə mükafatı Qızıl Aypara cəmiyyətinə bağışlayıb. İndi hər bir türkün iftixarla dinlədiyi marşın müəllifinin hətta qışda paltosuz gəzdiyi iddia olunur. Əhməd Hamdi Tanpınar da sıxıntılar içində yaşayıb. 61 yaşında keçirdiyi infarkt nəticəsində dünyasını dəyişən yazarın ən yadda qalan cümləsi bu olub: "Birazdan həkim müayinəsinə gedəcəm. İçimdə hər şey alt-üstdür. Müayinəyə isə cibimdə sadəcə 1 lirə ilə gedirəm". Yazını hazırlayarkən Azərbaycan yazarlarının da maddi sıxıntılarını öyrənmək istədik. Bəlli oldu ki, yerli yazarlarımız heç də yuxarıda adı çəkilənlərdən az sıxıntı çəkməyiblər. Kirayə pulunu ödəyə bilmədiyim üçün… Yazar Cəlil Cavanşir hər zaman olduğu kimi, elə indi də maddi sıxıntı çəkdiyini bildirdi. O, başına gələn kiçik əhvalatı da bizimlə paylaşdı. "2011-ci ildə "Ulduz" metrosuna yaxın gecəqonduların birində kirayədə qalırdım. Balaca bir daxma idi və mən o daxmaya ayda 100 manat kirayə ödəyirdim. Bir müddət kirayə pulunu verə bilmədiyim üçün evə gedə bilmədim. Çarəsizlikdən növbə ilə dostların, qohumların evində, hətta bəzən internet klublarda və metronun yaxınlığında tikilməkdə olan mağazanın içərisində də gecələyirdim. Noyabr-dekabr ayları bildiyiniz kimi çox soyuq keçir və mən həmin il qışı qapı-pəncərəsi olmayan tikilidə keçirməli oldum. O evdən ayrılanda kirayə haqqını verə bilmədiyim üçün şair Murad Köhnəqalanın mənə hədiyyə etdiyi bilgisayarı ev yiyəsi əlimdən aldı. Mən idmançı, yada müğənniyəm ki, evim olsun? "Mən indi də evsizəm. Bir yandan baxanda mənim niyə şəxsi evim olmalıdır ki? Nə idmançıyam, nə də müğənni… Mənim oğlum kirayələrdə, yarıçılpaq, yarı ac böyüməlidir ki, vətənə faydalı övlad olsun. Əgər öz evim olsa, cızığımdan çıxaram. Yazıçı kirayələrdə çürüyüb, sonra da ya qaraciyər serrozundan, ya da vərəmdən ölməlidir. Ya da çətinliklərə dözməyib intihar etməlidir ki, xalq kitaba da, ədəbiyyata da yuxarıdan aşağı baxsın". Kənan Hacının yaşadığı dram isə tam fərqlidir. O bizimlə söhbətində bildirdi ki, bir vaxtlar ev əvəzinə 2 ay təmirsiz hamamda yaşayıb. "Hətta vəziyyət o yerə çatmışdı ki, böyrəklərim və ciyərim tamamən sıradan çıxmışdı". Yazar Sayman Aruz da çətinliklərlə üz-üzə qalan yazarlardandır. O, uşaqlığını küçələrdə kitab satmaqla keçirdiyini bildirdi: "Uşaq vaxtı araba üzərində kitab satmaqla pul qazanırdım. O qədər kitablarımı oğurlayıblar ki… İndi Azərbaycanda yazarlıqla dolanmaq mümkün deyil. Mütləq əlavə məşğuliyyətin olmalıdır. Tək onu deyə bilərəm ki, bu sahə mənə heç nə vermədi, əksinə, aldı".
2013-12-05
3,434
Kerri İrana tətbiq edilən sanksiyalardan danışdı
ABŞ İranın nüvə məsələsində apardığı danışıqlar zamanı İsrailin təhlükəsizliyini həmişə bir şərt kimi irəli sürüb. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə ABŞ Dövlət Katibi Con Kerri çıxış edib. O, məhz İsrailin təhlükəsizliyi üçün İranla bağlı ən vacib sanksiyaların ortadan götürülmədiyini söyləyib: "Əsas sanksiyalar neft və bank sektoru ilə bağlıdır ki, bunu da aradan götürmək fikrimiz yoxdur".
2013-12-06
3,435
Yol terroru - Sürücü tanınmaz hala düşdü (Yenilənib)
Kürdəmir rayonunda insan ölümü ilə nəticələnən qəza hadisəsi baş verib. Hadisə 20:50 radələrində Dövlət Yol Polisinin Kürdəmir postundan 2 km aralı məsafədə baş verib. Bakı istiqamətində hərəkət edən "Ford" markalı maşın Kürdəmirə doğru gedən motosikletlə toqquşub. Toqquşma nəticəsində, motosiklet sıradan çıxıb, sürücünün bədəni parçalanıb, hissələri yola tökülüb. *** Hadisəni törədən "Ford" markalı yük maşınının sürücüsü Abdullayev Famil Ağalar oğlu saxlanılıb. Motosikletin sürücüsü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *** Kürdəmir rayon Təcili Yardım Şöbəsindən verilən məlumata görə, qəza nəticəsində bədəni hissələrə bölünən motosikletin sürücüsü Kürdəmirin Muğanlı kənd sakini Sadıqov Tərlan Rasim oğlu olub. Hadisə yerində araşdırma aparan yol polislərindən aldığımız məlumata görə, qəzanı törədən Ford markalı avtomobilinin nömrəsi 90-MG-281 olub. Hazırda "Ford" avtomobilinin axtarışı davam edir. (ANS)
2013-12-05
3,436
Bakının yeraltı qəhrəmanları
Beş ildir ki, hər gün metroyla gedib-gəlirəm. Avtobusun yönünə görə metroya bir tərəfdən düşürəm, əks tərəfdən çıxıram. Çıxışda yan-yana iki piştaxta var. Hər ikisi kitab satırdı. Dərsdən, işdən, gəzintidən yorğun-arğın qayıtdığım hər axşam bu simaları görməyə elə alışmışdım ki, doğmalaşmışdıq. Arada onlardan kitab alırdım, söhbət edirdik. Bu iki nəfərdən nisbətən gənc olanı dindar birinə bənzəyir. Romanlar, uşaq kitabları ilə yanaşı dini kitablar, dua kitabları da satardı. Dünyəvilik və mənəvilik yanaşı düzüləndə xoşuma gələrdi. Eynəkli əmi isə - beş ildə bir dəfə də adını soruşmamışam – həm də qəzət satırdı. Həftədə bir neçə dəfə qəzeti ondan alardım. Bu adam elə bil, bu məkanın bir parçası idi. Boş olanda özü də qəzet oxuyardı. Zəif, orta yaşlı bir adamdı, eynəyin arxasındakı gözləri həmişə parlayardı. İstər-istəməz başını qaldırar, üzümə gülümsəyərdi. Bu iki adamı bazara çevrilmiş metronun "bazar adamları"ndan fərqləndirən mədəniyyət və hörmət Çin mallarından deyil, kitabdan, qələmdən gəlirdi. Bu gün isə eynəkli əmini uşaq oyuncaqları satan gördüm, əlində həmişəki kimi qəzet yox idi. Elə bil, başqa adamdı. Yanındakı satıcı isə kitabların yerinə qadın paltarları satırdı. Üzündə çaşqınlıq vardı. Gecə sarayında yatıb, gündüz küçədə oyanan nağıl qəhəmanına bənzəyirdilər. Olduğu yeri tanımır, amma ayağa durub irəliləməli qəhrəman. Gəl indi o qəhrəmanlara başa sal ki, sizdən başqa burdakı başqa satıcıların işi qanuna uyğundur, siz isə qanunu pozmusunuz. Çin istehsallı alt paltarı, harda hazırlandığı bəlli olmayan kosmetik maddələr, nə olduğu bilinməyən ətirlər satmalısınız. Onlar kimi mən də çaşqınam. Vaqonlara zorla özünü salan azyaşlı dilənçilər, metronun pilləkənlərində meyvə, kontur satan qadınlar qanuni fəaliyyətdədirlərmi? "Ana—bacı" söhbətinin pik nöqtədə olduğu ölkədə axşamlar metro çıxışlarında avtobus gözləmək mümkün deyil. Özünə "müştəri" axtaranlar qəşəng maşın tıxacı yaradır. Sabah onun yerini alacaq balaca dilənçi isə soyuqda oturub qəpik yığır. Gecələr Bakı tərs üzünü göstərir. Əgər illah da qanunsuzluqla mübarizə edəcəyiksə, kitabçı əmidən başqa çox mətləb var. Tez-tez dilə gətirməyi sevdiyimiz, yeni kəşf etdiyimiz bir hiss var – empatiya. Nə qədər özümüzü işlərinə qadağa qoyulan kitab satıcılarının yerinə qoysaq da, anlaya bilmrik. Çünki metroda kitab oxumaq hələ qadağan deyil. Biz oxucular hardan olsa kitab alacağıq, harda olsa oxuyacağıq. Bəs eynəkli əmi bir də harda kitab satacaq?
2013-12-05
3,437
Çörək bahalaşacaq - Video
Bu gün "ANS PRESS TV"nin qonağı olan aqrar siyasət üzrə ekspert Vahid Məhərrəmov ölkədə kənd təsərrüfatı məhsullarını ən azı 30 faiz bahalaşdıracağını bildirib. Onun sözlərinə görə, bir hektar taxıl sahəsini becərmək üçün ən azı 250 litr dizel yanacağı xərclənir. Yəni kəndli bahalaşmadan ən azı hektarbaşına 22 manat ziyana düşəcək. Bu, birbaşa buğdanı və ondan istehsal edilən çörəyi bahalaşdıracaq. Amma ekspertin sözlərinə görə, çörəyi və digər kənd təsərrüfatı məhsullarını bahalaşdıracaq məsələ təkcə bu deyil. Verilişin tam mətni video formatda:
2013-12-05
3,438
Zakir Həsənovun oğluna vəzifə verildi - Özəl
"Axar.az"a etibarlı mənbədən daxil olan məlumata görə, Müdafiə naziri Zakir Həsənovun oğlu Nazim Həsənov Suraxanı rayon Polis İdarəsinə rəis müavini təyin edilib. Mənbənin bildirdiyinə görə Nazim Zakir oğlu Həsənov bu gün şəxsi heyətə təqdim edilib.
2013-12-05
3,439
İlham Əliyev İlin Dövlət Adamı elan olunub - Fotolar
İstanbulda keçirilən III Xəzər Forumu başa çatıb. Forumun sonunda mükafatlandırma və Qala gecə keçirilib. Təşkilatçı və sponsorlara mükafatların təqdim olunmasının ardından forumun fəxri qonaqları - Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım nitq söyləyiblər. Bunun ardınca Xəzər Forumunun müəyyənləşdirdiyi mükafatlar elan olunub. İlin Dövlət Adamı adına Azərbaycan prezidenti İlham Əliyev layiq görülüb. Mükafatı Prezident Adminidtrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova T. Yıldız təqdim edib. İlin Layihəsi Bakı-Tiflis-Qars dəmiryolu layihəsi elan olunub. Mükafatlar B. Yılıdrım, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Mikeladzeyə təqdim olunub. Xəzər Elm Adamı tarixçi-professor Kamal Karpat elan olunub, mükafatı ona ARDNF sədri Şahmar Mövsümov təqdim edib. Xəzər İdman Mükafatı Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova verilib. İlin qəzetçisi "Huriyyet Daily News" qəzetinin baş redaktoru Murat Yetkin, İlin televiziya jurnalisti isə NTV-nin proqram aparıcısı Oğuz Haksevər elan ediliblər. Xəzər Sənət Mükafatı isə Azərbaycan sənətçisi Tünzalə Ağayevaya verlib. Sonda Türkiyədə çəkilmiş, Qarabağ müharibəsindən bəhs edən "Qafqaz" filmindən seçmə fraqmentlər nümayiş etdirilib. Filmin yaradıcı heyətinə də mükafat təqdim olunub. Mükafatı millət vəkili Qənirə Paşayeva təqdim edib. Forum konsert proqramı ilə yekunlaşıb. (APA)
2013-12-05
3,440
NATO konvoyuna hücum oldu
Əfqanıstanın Qəndəhar vilayətində NATO konvoyuna hücum edilib. "Axar.az"ın xəbərinə görə, hücum nəticəsində 4 NATO əsgəri daxil olmaqla 17 nəfər yaralanıb. Qəndəhar təhlükəsizlik orqanlarının bildirdiyinə görə, Meyvand bölgəsində motosikletli şəxs NATO konvoyuna hücum edib. NATO hadisəni təsdiqləsə də, ətraflı məlumat verməyib.
2013-12-05
3,441
Azərbaycan xanımlarından inanılmaz addım – Türkiyə
Türkiyədə yaşayan bir neçə xanım birləşərək ədəbiyyatımızı qardaş ölkədə tanıtmaq məqsədiylə Azərbaycan Aydın Qadınlar Qrupu yaradıb. Təşkilatdan "Axar.az"a verilən məlumata görə, xeyli vaxtdır ki, Türkiyədə fəaliyyət göstərən kitab evləri və satış mərkəzlərində müşahidə aparılıb. Amma təəssüflər olsun ki, əksər xalqların ədəbiyyatından fərqli olaraq, hətta erməni və gürcü yazarlarının kitablarına rast gəlmək mümkün olsa da, Azərbaycan yazarlarının kitablarına rast gəlinməyib. Səbəbini araşdırdıqda isə bəlli olub ki, bu kitabların əksəriyyəti adı çəkilən ölkələrin diaspor təşkilatları və hansısa iş adamının sponsorluğuyla dərc olunub. ""AAQQ" olaraq bu yöndə yeni layihəyə başlamaq və ildə bir neçə yazarımızın kitabını tərcümə edib Türkiyədə təbliğ etmək qərarına gəldik. Çox sevindirici haldır ki, bu işdə bizə görüşdüyümüz bəzi diaspor təşkilatlarımız da dəstək verəcəklərini vəd etdilər", - deyə qurumdan məlumat verilib.
2013-12-05
3,442
Davudoğlu İrəvana gedir
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu dekabrın 12-də Ermənistana səfər edəcək. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, o, İrəvanda Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Bu barədə Davudoğlu Kiyevdə ATƏT xarici işlər nazirləri şurasının iclasında keçirilmiş mətbuat konfransında bildirib. Türkiyəli nazir bu qərarı baş nazir Rəcəp Tayip Ərdoğanla məsləhətləmədən sonra verdiyini deyib.
2013-12-05
3,443
Bakıda döyüş sursatı aşkarlanıb
Yasamal rayonunda döyüş sursatı aşkar edilib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Əraziyə baxış keçirilərkən müəyyən edilib ki, 1 ədəd 82 millimetrlik mina atan mərmi döyüş tətbiqinə tam yararlıdır. Nazirliyin xilasediciləri və mütəxəssisləri aşkarlanana sursatı ərazidən uzaqlaşdıraraq zərərsizləşdiriblər.
2013-12-05
3,444
Yeni il virusu yeni ildən əvvəl gəldi – Təhlükə
"Kaspersky Lab"ın virus kimi göstərdiyi "Troyan Neverquest" fərqli ölkələrin 28 saytına mənfi təsirini göstərib. "Axar.az"ın xəbərinə görə, özünü çoxaltmaq gücünə malik olan bu "troyan" vasitəsilə mütəxəssislər internet bankçılığı istifadəçilərinə qarşı toplu bir hücum reallaşacağını təxmin edir. Yeni il əhval-ruhiyyəsinin sezildiyi dekabr ayı eyni zamanda kiber təcavüzkarların fəaliyyətlərini böyük ölçüdə artırdığı bir dövrdür. Bu virusların ən diqqət çəkəni isə "Neverquest"dir. Onun əvvəlki viruslardan fərqi özünü çoxalda bilmə qabiliyyətindədir. Bu virus kompüterə düşdükdən sonra öz-özünə çoxalmağa başlayır və bu yolla da kompüterin işləməsində müxtəlif əngəllər yaradır. "Neverquest"lərlə təşkil olunan hücumlarda istifadəçilərin maliyyə itkisinə məruz qalacağı da istisna edilmir.
2013-12-05
3,445
Kanadanın xarici işlər naziri Maydanda
Kanadanın xarici işlər naziri Con Berd Kiyevin "Müstəqillik meydanı"na gələrək orada nümayiş edən müxalifətçilərlə görüşüb. Kanadalı diplomat mühafizəçilərin müşayiətilə Maydana əlində Kanada bayrağı ilə gəlib. Onun gəlişi Maydanda gurultulu alqışlarla qarşılanıb. Xatırladaq ki, Kanadanın xarici işlər naziri Con Berd Kiyevdə ATƏT-in xarici işlər nazirlərinin plenar iclasında çıxış edərək dinc nümayişçilərə qarşı Ukrayna polisinin amansız davranışını pisləmiş və hakimiyyəti xalqın səsinə qulaq asmağa səsləmişdi. (ANS)
2013-12-06
3,446
Səsini 1 milyona sığorta etdirdi
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Rusiya şou-biznesində özünəməxsus səsi ilə seçilən bəstəkar-müğənni Polina Qaqarina səsini müxtəlif risklərə qarşı 1 milyon dəyərində sığorta elətdirib. Sığorta sertifikatı isə müğənniyə "Qızıl Qrammofon" mükafatının mükafatlandırma mərasimində təqdim edilib. Məlumat üçün qeyd edək ki, səsini ilk dəfə sığortalayan ifaçı Hollivudun əfsanəvi müğənnisi Marlen Ditrix olub. Bundan başqa, Luçano Pavarotti, Tina Törner, Mik Caqqer, Rod Stüart və digər sənətkarlar da səslərini sığortalayanlar sırasındadır.
2013-12-06
3,447
Xədicə İsmayıldan üzr istəyirəm
"Gözləntiyə" "intizar" deyəndə, axırı da belə olar... Xədicə İsmayıl prezidentlə görüşdən sonra məni tənqid elədi. Mənim və başqalarının reaksiyasından sonra mövzuya bir daha qayıdaraq, bildirdi ki, Rauf Arifoğlundan, hər şeyə rəğmən, nəsə gözləyirmiş... Daha gözləmir. Bu da o deməkdi ki, daha mənimlə bağlı hər hansı bir mövzuda danışmayacaqdı... Amma Xədicə İsmayıl, nəyə görəsə hər dəfə gözləntini "intizar" deyə qeyd etmişdi... Cəmil bəylə 2-3 gün əvvəlki müsahibəsində mənə xeyli yer verdi, İsa bəylə bugünkü müsahibəsinin son 15 dəqiqəsini mənə həsr etdi... Təsirlənərək, bir status yazdım: "Xədicə xanımın mənimlə bağlı intizarı davam edirmiş))) Günün ən xoş sürprizi..." İndi baxıram ki, mövzudan xəbəri olmayanlar tamamilə yanlış anlamışlar məsələni... Zatən, bu gözləntiyə "intizar" deyə, poetik bir ad qoyanda, sonu belə olmalıydı))) İntizar axı həsrətin qısavədəli təyinatıdır, fərqli kateqoriyadır, siyasi-mediatik termin deyil... Oxuyanlar çaş-baş qalıblarmış... Bu səbəbdən həmin statusa belə bir izahat yazdım. Təkrar buradan paylaşım ki, çoxları duysunlar... "Dostlar, bu, Xədicə xanımın 10 gün öncə yazdığı bir statusa cavabdır. Yazmışdı ki: "Elə isə daha bir xoş xəbər verim cənab Arifoğluna - daha ondan heç bir intizarımız yoxdur!" Burada intizar gözlənti mənasındadır. Xədicə xanım məndən nəsə gözləyirmiş, İlham Əliyevlə görüşdən sonra fikrindən daşınıb))) Amma hazırda efirə kimi çıxarırsa, onunla mənim müzakirəmi açır. Bu gün də 15 dəqiqəsini mənə həsr elədi. Bu da məni sevindirir))) Ki, xanımın gözləntisi - özü demiş, intizarı - hələ də davam edir. Yoxsa mənə niyə bu qədər diqqət ayırsın ki..." Yanlış anlaşılmaya görə hər kəsdən, xüsusi ilə Xədicə xanımdan üzr istəyirəm. Gərçi, o özü fərq edər, söhbət nədən gedir)) (Bu status Rauf Arifoğlunun şəxsi profil səhifəsində paylaşılıb)
2013-12-06
3,448
Diş həkimi pasiyenti necə öldürüb - Video
Bu gün səhər saatlarında paytaxtda stomatoloji klinikada ölüm hadisəsi baş verib. Belə ki, VİP Dental özəl stomatoloji klinikasında 1966-cı il təvəllüdlü Elçin Məmmədov yerli keyitmə ilə çənəaltı nahiyəsində irinin üzərində aparılan əməliyyat zamanı dünyasını dəyişib. Mərhumun həyat yoldaşının sözlərinə görə, Elçin Məmmədovun boğaz nahiyəsində kista diaqnozu ilə əməliyyatı aparmaq üçün həkim Baxış Hüseynova müraciət ediblər. Həkim əməliyyatı, məhz, stomatoloji mərkəzdə aparacağını deyib. Mərhumun həyat yoldaşının sözlərinə görə, o, həkimdən təhlükəli olacaq deyə bu əməliyyatı stomatoloji klinikada deyil, başqa bir yerdə, daha dəqiq desək, xəstəxanada aparılmasını da təklif edib. Amma həkimin "15 dəqiqəlik əməliyyatdır" deməsi hər iki nəfəri əməliyyatın fəsadsız keçəcəyinə əmin edib. Mərhumun həyat yoldaşının sözlərinə görə, Elçin Məmmədov əməliyyata öz ayağı ilə gəlib. Əməliyyat stomatoloji kresloda aparılıb. Həyat yoldaşının sözlərinə görə, həkim əməliyyatda Elçinin boğaz nahiyəsində kəsik apardığı zaman mərhum başlayıb əsməyə. Planlaşdırılan 15 dəqiqəlik əməliyyat isə Elçinin həyatına ömürlük son qoyub. Təcili yardım stansiyasında sürücü işləyən Elçin Məmmədovun 5 yaşlı balaca qız övladı atasız qaldı. Əməliyyatı aparan həkim isə hüquq mühafizə orqanları tərəfindən Nəsimi rayon Prokurorluğuna aparılıb. Daha sonra isə meyid adı çəkilən klinikadan çıxaralaraq tibbi ekspertizaya aparılıb. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən ANS-ə bildirdilər ki, xəstənin ağız nahiyyəsində kiçik bir əməliyyat aparılması üçün iynə vurulduqdan sonra onda anafilaktik şok yaranıb və Elçin Məmmədov böyük ehtimalla elə yaranmış şokdan ölüb. Xəstənin ölümünün dəqiq səbəbləri isə tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Məsələ ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən mərhumun meyitinin ekspertizası təyin edilib. Faktla bağlı aparılan istintaq araşdırmalarının sonunda məsələyə hüquqi qiymət veriləcək. (ANS)
2013-12-06
3,449
Əhalisinin sayı qədər mikrobloqu olan ölkə
Çində mikrobloqların sayı 1,3 milyarda çatdı. "Axar.az"ın məlumatına görə, Çin Dövlət İnternet İnformasiya İdarəsi ölkədə şəxsi mikrobloqların sürətlə artdığını, xüsusilə də mətbuat orqanlarının on minlərlə bloq hesablarının olduğunu açıqlayıb. Çində son zamanlar xalqla əlaqəni gücləndirmək məqsədilə dövlət qurumlarının bir çox hesablar yaratdığı bldirilib. Hazırda hökumətə aid 170 mindən çox belə bloq mövcuddur. Ölkədə hazırda əksər qurumları Çinin "tvitter"i olaraq tanınan "Sina Weibo" və "WeChat" kimi məşhur sosial şəbəkələrdən də istifadə edir. Məlumat üçün bildirək ki, rəsmi rəqəmlərə görə, Çinin əhalisinin sayı 1,3 milyarddır.
2013-12-06
3,450
Pakistan liderləri NATO-ya qarşı etiraz aksiyası keçirdi
Pakistanın paytaxtı İslamabadda keçirilən nümayişdə ABŞ-ın pilotsuz hava təyyarələrinin hücumlarına etiraz edilib. "Axar.az"ın xəbərinə görə, parlament binası yaxınlığında keçirilən nümayişə Pakistan Məni-i İnsaf partiya lideri İmran Xan və Xayber Paktunya əyalət Baş naziri Pərviz Xəttaq rəhbərlik edib. ABŞ-ın İHA hücumlarına təxminən 200 aksiyaçı etiraz edib. Etiraz aksiyasından sonra Xan və Xəttaq NATO tankerlerinin Pakistanın dəniz sularından keçməsinin qarşısının alınması ilə əlaqədar 19 maddəlik bəyanatı hökumətə təqdim etmək üçün nümayişin keçirildiyi ərazidən parlamentə gedib. Ötən günlərdə ABŞ-ın pilotsuz hava təyyarələrinin məscidi bombalaması nəticəsində 6 adam ölüb. Bu hadisədən sonra İslam partiyası Paktunya əyalətindəki gömrük məntəqəsini nəzarət altına alıb və NATO tankerlərinin keçişinə icazə verməyəcəyi gözlənilir. Pakistanın hökumət nümayəndələrinin bildirdiyinə görə, NATO tankerlərinin Əfqanıstana gəlişi yerli əhaliyə yardım məqsədi ilə deyil. Əsas məqsəd burada yerləşən NATO birliklərinə yardım etməkdir.
2013-12-06
3,451
Azərbaycanın Tiflisdəki səfiri Gürcüstanın Baş naziri ilə görüşüb
Dekabrın 5-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn ilə görüşüb. Görüş zamanı Azərbaycan səfiri İrakli Qaribaşvilini yüksək vəzifəyə seçilməyi münasibəti ilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Məlumata görə, görüşdə çoxtərəfli formatda münasibətlər və əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. (APA)
2013-12-06
3,452
Əfsanə lider dünyasını dəyişdi
Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandela 95 yaşında dünyasını dəyişib. "Axar.az"ın xəbərinə görə, Cənubi Afrika Respublikasının prezidenti Jakob Zuma dövlət televiziyasında çıxışı zamanı Mandelanın ölüm xəbərini verib. 2013-cü ilin iyun ayında Mandella kəskin ağciyər infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Mandela 1918-ci ildə CAR-ın Umtatı əyalətində anadan olub. Mandela orta məktəb təhsilindən sonra Fort Hare Universitetinə qəbul olub, burada siyasi cərəyanlara qoşulub. Forta‑Herdə kollecdə oxuyub, 1940-cı ildə tələbə tətilində iştirak etdiyinə görə oradan qovulub. Bundan sonra Yohannesburqda mədən qarovulçusu olub, hüquq məntəqəsində işləyib. 1943-cü ildə Mandela Vitvatersrand Universitetinə daxil olub, 1948-ci ilə qədər oxusa da, hüquqşünas diplomu ala bilməyib, daha sonra London Universitetində oxuyub, amma oranı da bitirməyə müvəffəq olmayıb. Bakalavr dərəcəsini Mandela yalnız 1989-cu ildə – həbsinin son aylarında alıb. Həbsdə yata-yata o, Cənubi Afrika Universitetində qiyabi oxuyub. 1944-cü ildə Mandela Afrika Milli Konqresinin Gənclər Liqasına daxil olub və tezliklə onun liderlərindən birinə çevrilib. 1950‑ci illərdə aparteidə qarşı ən fəal mübarizlərdən biri olub, dəfələrlə həbs edilib. Mandela 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunub, 1961-ci ildə bəraət alıb. 1960-cı ildən Afrika Milli Konqresinə liderlik edən Mandela 1964-cü ildə ömürlük həbs cəzasına məhkum olunub. 1990-cı ildə həbsdən buraxılıb və yenidən Afrika Milli Konqresinin lideri seçilib. 1993-cü ildə o, CAR prezidenti Frederik de Klerklə birgə aparteidlə mübarizədə xidmətlərinə görə Nobel sülh mükafatı alıb. 1994-cü ildə Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti olub. Səlahiyyət müddəti bitəndə – 1999-cu ildə siyasətdən uzaqlaşıb. Nelson Mandela ölkə rəhbərliyini etdiyi 5 il ərzində kasıbçılıq və irqçiliyə qarşı mübarizə aparıb.
2013-12-06
3,453
Dünyanın ən böyük gəmisi suya endirildi
Dünyanın ən böyük gəmisi olan 488 metr uzunluğundakı "Prelude" Cənubi Koreyada suya endirilib. 488 metr uzunluğuyla dünyanın ən böyük gəmisi hesab olunan və Nyu Yorkdakı "Empire State" binasından da uzun olan "Prelude" Cənubi Koreyada suya endirilib. "Shell" firmasına aid olan gəmi inşa müddətinin son mərhələsindədir. Cənubi Koreyanın Geoje şəhərində hazırlanan 600 min ton ağırlığındakı gəmi, dünyanın ilk üzən təbii qaz istehsal təsisçisi olacaq. Gəminin Hong Kong böyüklükdə bir şəhərin enerjisini təmin edəcək qədər qaz çıxara bilməsi ümid edilir. Gövdə qismi iki nəhəng parçadan ibarət olan gəmi Avstraliyanın şimal-qərb sahilindəki təbii qaz ehtiyatlarının daşınmasında istifadə ediləcək.
2013-12-06
3,454
Qeyri-adi Yeni İl ağacları - Fotolar
Yeni il üçün ağac bəzəmək çoxumuzun hobbiləri arasındadır. Rəngarəng fənərlər, kiçik hədiyyə qutuları, parıltılı toplar və bər-bəzəklə bəzəməyə adət etdiyimiz yeni il ağaclarının tam başqa cür bəzədildiyinin şahidi olmuşunuzmu? Məsələn, ağacı bəzəmək üçün daşlar, kağızlar, yastıqlar, şüşələr istifadə edilsə necə olardı? Gəlin, bu yeni ildə fərqlənək, yeni il ağaclarını daha əvvəl heç vaxt etmədiyimiz, görənləri təəccübləndirəcək əşyalarla bəzəyək...
2013-12-06
3,455
Günün görüntüləri fotolarla
Suriyanın Hələb şəhərində Əməvi məscidinin olduğu bölgədə İslam Cəbhəsinə bağlı qruplar ilə Suriya Ordusu arasında qarşıdurmalar davam edir. Qarşıdurmalarda böyük Əməvi məscidi böyük ziyan görüb. "Axar.az" günün görüntülərini təqdim edir:
2013-12-06
3,456
Şəmkirdə yol terroru: sərnişinləri vurub qaçdı
Bu gecə Şəmkirdə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. VAZ markalı avtomobil yol kənarında dayanan yük avtomobilinin iki sərnişini vuraraq hadisə yerindən qaçıb. Hadisə Şəmkir rayonu ərazisində su anbarı yolu adlanan yolda baş verib. Belə ki, rayonun Nərimanlı kənd sakinləri Adil Qasımov, Ruslan Qasımov və Yolçu Mustafayev Zil markalı yük maşını ilə Seyfəli kəndinə ot presləri gətiriblər. Yem məhsulunu satıb qayıdan Nərimanlı kənd sakinləri yolda yük maşınında yaranan texniki problemi aradan qaldırmaq üçün dayanıblar. Bu zaman Seyfəli kəndi istiqamətindən yüksək sürətlə gələn VAZ 2106 yol kənarında dayanan , Ruslan Qasımovu və Yolçu Mustafayevi vurub. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Hadisəni belə xatırlayan ZİL-in sürücüsü Adil Qasımov onun sərnişinlərini vuraraq qaçan avtomobilin dövlət nömrə nişanını gördüyünü bildirib. Baş vermiş yol qəza hadisəsilə bağlı Şəmkir polisinə zərəçəkmişlər tərəfindən məlumat verilib. Faktla bağlı araşdırmalar aparılır (Trend).
2013-12-06
3,457
"Söhbət 7 rayonun azad olunmasından gedir"
Kiyevdə ATƏT Nazirlər Şurasının 20-ci iclasında iştirak edən Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin suallarını cavablandırıb: - Cənab nazir, Ermənistan Xarici işlər naziri Edvard Nalbandyanla görüşünüz barədə nə deyə bilərsiniz? - Dekabrın 16-dan sonra həmsədrlər regiona səfər edəcəklər. Biz onları Kiyev görüşündəki danışıqların nəticələri barədə məlumatlandıracağıq. Bundan sonra yanvarın sonunda Ermənistan xarici işlər naziri ilə görüş olacaq. - Sizin bugünkü çıxışınızla ötən il Dublindəki çıxışınızı müqayisə etdik. Bizə belə gəldi ki, ritorika yumşalıb. Bu nə ilə bağlıdır? - O zaman məntiqli, konkret danışıqlar yox idi. Budəfəki danışıqlarda biz artıq konkret məsələlərə toxunduq. Bu görüş prezidentlərin tapşırığı əsasında baş tutub. Deyə bilərəm ki, 2004-cü ildən Praqa prosesi çərçivəsində aparılan danışıqlar kimi konkret danışıqlar Kazan görüşündən sonra aparılmamışdı. Dünən ilk dəfə biz konkret məsələlərə toxunduq. Detalları açıqlaya bilmərəm. Məhz bu danışıqların əsasında mən ATƏT Nazirlər Şurasının iclasındakı çıxışımı qurdum. Dublində isə danışıqlarda konkretlik yox idi. - Siz iclasda çıxışınızda bütün işğal olunan ərazilərin deyil, 7 rayonun azad edilməsini qeyd etdiniz. Bu nə ilə bağlıdır? - Çünki bu Madrid prinsiplərinin əsasında mərhələli bir prosesdir. İlk əvvəl söhbət 7 rayondan, əvvəl 5 rayondan, sonra isə Kəlbəcər və Laçından gedirdi. Sonra isə yol və kommunikasiyaların açılması müzakirə olunurdu. Bizim üçün əsas o idi ki, irəliləyişə nail ola bilmədiyimiz məsələlər üzərində işləyək. Biz dünən 4 saatdan artıq erməni həmkarımla bu məsələləri geniş müzakirə etmişik. Deyəbilmərəm hansı məsələlərdə razılığa gəlmişik. Ermənistan və biz öz mövqeyimizi bildirdik, indi biz bununla bağlı prezidentləri məlumatlandıracağıq. - Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz tvitter səhifəsində sizin görüşünüzü "tarixi" adlandırıb. Bu nə ilə bağlıdır? - Onu cənab Uorlikin özündən soruşmaq lazımdır. Mən görüşümüzü tarixi olub- olmamaq baxımından qiymətləndirə bilmərəm. Amma ilk dəfə idi ki, biz konkret məsələləri müzakirə edirdik. Bundan əvvəl biz ümumi müzakirələr aparırdıq, yəni ümumi mühit barədə. Dünən isə artıq konkret məsələlərə toxunub, onları müzakirə etdik. Məsələn, mən Azərbaycan Prezidentinin tapşırığı əsasında mövqeyimizi bildirdim. Ermənistanın naziri də nə ilə razı olub, nəyi qəbul edə bilməyəcəklərini dedi. Deyə bilərəm ki, bu danışıqlar digərlərindən konkretliyi ilə fərqləndi. Əgər konkret nəticə olsa bunu "tarixi görüş" adlandıra bilərik. - ATƏT-in Demokratik Təsisatlar Bürosu ilə Azərbaycan bundan sonra necə əməkdaşlıq edəcək və gələcək seçkilərə dəvət olunacaqmı? - Bu barədə danışmaq hələ tezdir. İndidən bu barədə heç nə demək olmaz. Ümumilikdə ATƏT-in bütün institutları ilə əməkdaşlığı davam etdirəcəyik. Amma digər tərəfdən bəzi məqamlar var. Biz bu Büronun qiymətləndirməsi ilə razı deyilik və bunu açıq şəkildə onlara çatdırmışıq. Seçkini izləyən 50 təşkilatdan 49-u razı qalıb, biri razı olmayanda, bu artıq onların öz mövqelərini şübhə altına qoyur. - ATƏT-in Bakı ofisinin statusu ilə bağlı danışıqlar hansı mərhələdədir? - Artıq məsələ həll olunur. Bu ayın sonuna qədər Ukraynanın sədrliyi çərçivəsində məsələ bitəcək və ATƏT-də növbəti sədr olan İsveçrəyə qalmayacaq. Yanvarın 2-ə qədər bu məsələ ilə bağlı sənəd imzalancaq. Mən ATƏT-in baş katibi ilə görüşdüm. Xırda, texniki məsələlər qalıb. - Türkiyə mediası məlumat yayıb ki, İsveçrə bir tərəfdən Azərbaycan-Ermənistan, digər tərəfdən Türkiyə-Ermənistan danışıqlarında aktiv rol oynamaq istəyir. Bununla bağlı nə deyərdiniz? - Biz həmişə hamını dəvət edirik. O cümlədən həmsədrləri, ATƏT-ə rəhbərlik edənləri münaqişənin həllində aktiv iştirak etməyə dəvət edirik. O cümlədən də ATƏT-ə 2014-cü ildə sədrlik edəcək İsveçrəni də dəvət etmişik. Artıq hansı yolla onlar bunu edəcəklər, bu, onların işidir (Aznews.az).
2013-12-06
3,458
Rəsulzadənin yubileyinin keçirilməsi üçün hansı işlər görülür?
Nazirlər Kabinetinin sözçüsü bu barədə məlumatsızdı Məlum olduğu kimi, prezident Azərbaycan Xalq Cümhuriyyətinin banisi Rəsulzadənin 130 illiyi ilə bağlı sərəncam imzalayıb. 2014-cü il yanvarın 31-də Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Prezident bu münasibətlə tədbirlər planı hazırlanması haqda sərəncam verib. Sərəncamda deyilir ki, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirilsin. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. Artıq yanvar ayına o qədər çox vaxt qalmayıb. Prinsip etibarı ilə Nazirlər Kabineti artıq hazırlıq işlərinə başlamalı, sözügedən qurumlarla birgə sərəncamın icrasına yönəlik addımlar atmalıdır. Bəs nədən ibarət olacaq bu tədbirlər? Rəsulzadənin yubileyi hansı formada keçiriləcək? Tədbirlərə kimlər dəvət olunacaq? Bu suallara cavab almaq mümkün olmadı. Çünki Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli "Yeni Müsavat"a hazırlıq işlərindən xəbərsiz olduğunu bildirdi. A.Əli mətbuat xidməti şöbəsində hər hansı məlumat olmadığını qeyd etdi. O, hazırlıqla bağlı məlumat öyrənib əlaqə saxlayacağını dedi. Rəsulzadə ilə bağlı indiyə qədər dövlət səviyyəsində tədbir keçirilməyib. Müxalifət partiyaları isə hər il onun doğum gününü Novxanıdakı abidəsi önünə toplaşaraq yad edirlər.
2013-12-06
3,459
Cəbhədə gərginlik davam edir
Ermənilər mövqeləri atəşə tutmaqda davam edir. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-06
3,460
Avtomobil ağaca çırpıldı: yaralılar var
Dünən gecə saatlarında Quba rayonu, Cağacıq kəndində avtomobil qəzası baş verib. Hadisə zamanı "Mitsubishi" markalı maşın yol kənarındakı ağaca çırpılaraq hadisə törədib. Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb. Xilasedicilərin köməyi ilə sərnişinlər avtomobildən çıxarılıb. "Axar.az"ın Fövqəlada Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qəza nəticəsində avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı və iki övladı müxtəlif bədən xəsarətləri alıb. Qeyd edək ki, yaralılar xilasedicilər tərəfindən Quba rayon Mərkəzi xəstəxanasına aparılıb. Ölən yoxdur.
2013-12-06
3,461
Mikayıl Cabbarov Misir Mərdanovun qadağasını ləğv etdi
Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsinə icazə verib. Nazirlikdən rəsmi olaraq bildirilib ki, orta məktəb rəhbərliyi iş planına uyğun olaraq, hazırlanmış ssenari əsasında Yeni illə bağlı ümumməktəb tədbirləri keçirə bilər. Qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanov dönəminsə isə orta məktəblərdə yeni il şənliklərinin keçirilməsi qadağan edilmişdi. Buna səbəb isə şənliklər zamanı xoşagəlməz hadisələrin olmasını bildirilirdi (Azvizion.az).
2013-12-06
3,462
Aysel Əlizadə: Aysel Əlizadə: "Mövzuda açıq-saçıq ifadələr yazmaq olar"
Bütün sahələrdə kişilərin üstünlük təşkil etdiyi bir cəmiyyətdə əslində qadın yazarı olaraq əsərlərində düşündüklərini azad şəkildə ifadə edə bilmək, daxili senzura tətbiq etmədən əlinə, qələminə sərbəstlik verə bilmənin öz çətinlikləri var. Adətən hər zaman qadın yazarların özünə daha çox qadağalar tətbiq etməsi, daha çox senzura qoyması fikri hakimdir. Hətta qadın yazarların müəyyən kompleksləri olduğunu vurğulayanlar da yox deyil. Biz də yazar qadınlarımızla söhbətləşib eyni məsələni araşdırmaq istədik. Belə şeyləri düşünmək mümkün deyil Elnaz Eyvazlının fikirlərinə görə, yazıda istədiyini tam olaraq izah etməyin cinsə heç bir aidiyyatı yoxdur. Onun fikrincə, kişilər senzura baxımından qadınları daim üstələyib: "Fikirlərini tam və istədiyin şəkildə yazmaq üçün hansı cinsə mənsub olmağın önəmi yoxdur. Mənim üçün əsas olan mətndir, onu yazanın qadın və ya kişi olması yox... Düşünmürəm ki, fikirlərini aydın yazmaqda kişilər hər zaman qadınları üstələyir. Özümə gəlincə, mənim içimdə senzura yoxdu, yəni nəyi lazım bilirəmsə, onu da yazıram. Kiminsə xoşuna gələr, ya gəlməz deyə, özümə diqtə etmirəm. Ümumiyyətlə, yazı prosesində belə şeyləri düşünmək mümkün deyil". Açıq-saçıqlıq səs salmaq üçündür Gənc yazar Sahilə İbrahimova isə ilk olaraq publisistikanı ədəbiyyat hesab etmədiyini bildirdi: "Öncə deyim ki, mən publisistikanı ədəbiyyat saymıram. Kimsə bunu yanlış hesab edə bilər, lakin mənə görə, köşə yazarlığı ədəbi fəaliyyət deyil. Yazılarda senzuraya gəlincə, hesab edirəm ki, məhz nəsrdə, yaxud şeirdə açıq-saçıqlıqdan səs salmaq məqsədilə istifadə edilir. Bəzən ədəbiyyatda açıq-saçıqlıq, tufeyli obrazlar müəlliflər tərəfindən qəsdən uydurulur. Bu təkcə bizdə deyil, bütün dünyada belədir. Amma bizdə belə müəlliflər çox azdır". Yazarın fikrincə, səmimi və estetik olan hər şey gözəldir. "Vifciniya Vulfa görə, qadınlar azad olmalıdır ki, öz düşüncələrini də sərbəst ifadə edə bilsinlər. Sizcə də bu belədir?" sualına cavab verən Sahilə İbrahimova bildirdii ki, hər kəs fərqli düşünə bilər: "Vulf olmaq üçün onun həyatını geyinib yaşamamışam. Onun kimi yazmağa daxili tələbatım da yoxdur". Bu, yazarın azadlığını ifadə edən faktor deyil Aysel Əlizadə isə kişi və yazar qadınlar arasında heç bir fərq qoymadığını bildirdi: "Bizim qadın yazarlar arasında da sərhədsiz yazanları var. Bu, yazarın düşüncə diapazonu, maraq ölçüləri ilə əlaqəlidir. Məncə, çox lokal bir mövzuda aşırı açıq ifadələrə yer vermək olar, amma bu, yazarın azadlığını ifadə edən faktor deyil. Mən Afaq Məsud mətninin sərhədsizliyinə bizim heç bir kişi yazarımızın əsərlərində rast gəlməmişəm. Ədəbiyyatımızda Kafkanın və ya Coysun sərhədsizliyinə yaxın olan iki yazar var. Afaq Məsud və Kamal Abdulla. Səni məhşər ayağına çəkə bilərlər Sevinc Elsever isə kişi yazarların heç də xanımları üstələmədiyini deyir: "İndi kişilər düşüncələrini açıq yazmaqda qətiyyən qadınları üstələmir. Bu artıq geridə qaldı. Artıq yaradıcılıq problemləri eynidi. Müəyyən tabu mövzular var ki, o mövzularda ya yaza bilmirlər, ya da yazdıqları təqdirdə döyüləcəkləri, öldürüləcəkləri ilə hədələnir, ən yaxşı halda məhkəməyə verilir, təhqir olunurlar. Bu saat elə bir dövrdü ki, heç ağlına gəlməyən bir misra, bir cümləndən yapışıb səni məhşər ayağına çəkə bilərlər. Gözümüzün qabağında Rafiq Tağı boyda yazıçı öldürüldü, Əkrəm Əylislini linç elədilər, bir çoxları qaçıb xaricə getdi. Getməyənlər də qorxu altında yaşayır, yazıb-yaradırlar. Məncə, yazarlıqda senzura olmamalıdır. " Kişilər beyindir, qadınlarsa ürək Sevinc Çılğın isə məsələyə tam fərqli istiqamətdən yanaşır: "Məncə, indi bizdə heç də qadın yazar, kişi yazar deyə bir bölgü yoxdur. Hər hansı bir mövzuda istənilən fikri ifadə etmək üçün də heç bir baryer görmürəm. Yazılara görə tənqidlərə gəlincə, kimsə özündən qəhrəman düzəldib sosial şəbəkələrdə neqativ oxucu fikri bildirirsə, bu, çox gülməlidir. Mənim üçün senzura anlayışı yoxdur. Bu sahədə kişilərin üstün olmasına gəlincə, kişilər nəinki bu sahədə, hər sahədə qadınlardan üstündürlər. Qəbul etmək lazımdır ki, kişilər beyindir, qadınlarsa ürək..."
2013-12-06
3,463
Zakir Həsənov Əbiyevin “vurduğu“ zabiti müavin təyin etdi
Sabiq Müdafiə naziri Səfər Əbiyevin "vurduğu" zabitə yüksək vəzifə verildi. Məlumata görə, bir müddət əvvəl Müdafiə naziri Zakir Həsənov öz sələfi tərəfindən cəzalandırılan Şəmkir hərbi birləşməsinin tabeliyindəki hərbi hissələrdən birinin komandiri Xəqani Cəbrayılovun rütbəsini bərpa edib. Nazirin əmri ilə X.Cəbrayılov yenidən polkovnik rütbəsi alıb. Bu dəfə isə nazirin yeni əmri ilə X.Cəbrayılov daha yüksək vəzifəyə gətirilib, Şəmkir korpusuna müavin təyin edilib. Qeyd edək ki, Xəqani Sərdar oğlu Cəbrayılov cəbhə yoldaşları arasında nümunəvi döyüşçü kimi tanınıb. 90-cı illərdə müharibə bölgəsində böyük döyüş təcrübəsi keçib. O, Ali Baş Komandan – dövlət başçısı tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyi üçün "İgidliyə görə" medalı ilə də təltif edilib. Keçmiş Müdafiə naziri Səfər Əbiyev tərəfindən isə X.Cəbrayılov cəzalandırılıb və onun rütbəsi bir pillə aşağı salınaraq, polkovnik-leytenant edilib. Həmin vaxt nazirin bu addımı narazılıqla qarşılanmışdı. Müdafiə naziri Zakir Həsənov isə X.Cəbrayılovun yenidən polkovnik rütbəsinə layiq görülməsilə bağlı əmr imzalayıb. Bu hadisə Z.Həsənovun Şəmkir hərbi birləşməsinə səfərindən sonra baş verib ("Aznews.az").
2013-12-06
3,464
Zakir Həsənovun oğlunun vəzifə almasına münasibət - Rəsmi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun oğlu Nazim Həsənovun yeni vəzifəyə təyin edilməsi barədə "Axar.az"ın özəl mənbələrə əsasən yaydığı məlumata rəsmi münasibət bildirilib. Suraxanı Rayon Polis İdarəsinin açıqlamasında Nazim Həsənovun Suraxanı Rayon Polis İdarəsinin rəis müavini deyil, Baş Mühafizə İdarəsinin Suraxanı rayon şöbəsinin rəis müavini vəzifəsinə təyinat aldığı vurğulanıb (APA).
2013-12-06
3,465
Avromeydan nasistlərin əlində
"Avromeydanın əsas zərbə qüvvəsi ultrasağçı və ksenefobist təşkilatlardır". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ukraynanın daxili işlər naziri Vitaliy Zaxarçenko çıxış edib. O hazırda Maydanda nəzarət funksiyasını da millətçilərin yerinə yetirdiyini qeyd edib: "İnternet forumlarda ultra-sağçıların özləri də gizlətmirlər ki, "Berkut"la savaşa öncə onlar başlayıblar. Axı necə ola bilər avrointeqrasiya ilə başlayan mitinqlər bir anın içində hakimiyyətin dəyişilməsi tələbi ilə əvəz olunsun?"
2013-12-06
3,466
Abdullah Öcalan Millət Məclisinə girir
Türkiyə Böyük Millət Məclisinə təqdim edilən "demokratikləşmə paketi" qəbul edildikdən sonra paketdən çıxan sürpriz dəyişikliklərə görə, terrorda günahlandırılaraq həbs olunan Öcalan başda olmaqla həbsdə olanlar və dağdan enəcək bütün PKK-çılar partiyalara üzv ola biləcək. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumətin bir müddət əvvəl açıqladığı, həll müddəti baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilən, amma qeyri-kafi hesab olunaraq tənqid edilən "demokratikləşmə paketi" dünən TBMM-ə göndərilib. 17 maddəlik paketdə çox maraqlı maddələr var: Öcalana yaşıl işıq Qanunun qüvvədən qaldırılan hökmlər hissəsində İmralı həbsxanasında məhbus olan Abdullah Öcalan və dağdan enməsi gözlənilən PKK-çılara siyasət yolu açılır. "Siyasi Partiyalar Qanunu"nun "siyasi partiyalara üzvlüyü" qadağan edilən hökmlər arasından "terror aksiyasından həbs olunma" maddəsi götürülür. Beləcə, Öcalan və ya dağdan enən PKK-çılar BDP və HDP başda olmaqla istədikləri partiyaya üzv olaraq siyasətə qoşula biləcəklər. Paketə əsasən dövlət sirrini açmaqda və terror törətməkdə günahlandırılanlar dövlətə qarşı işlənilən cinayətə görə həbs olunanların siyasi partiya üzvlüyü qadağası aradan götürüləcək. Kürdcə təbliğat Seçkilərdə kürdcə təbliğat aparıla bilinəcək. Çox liderlilik Siyasi partiyalar artıq çoxliderlilik sisteminə keçə biləcək. Çox liderlilik sistemində başqan 2 liderdən çox olmayacaq. İndiyə qədər bu sistem təkcə BDP-də var idi. Xüsusi məktəblərdə kürdcə təhsil Özəl kurslar xaricində artıq kürd dili başda olmaqla başqa dil və ləhcələrdə təhsil verilə biləcək xüsusi məktəblər açmaq olacaq. Bu təşkilatlarda təhsili və təhsil veriləcək dil və ləhcələrə Hökumət qərar verəcək. Nifaq cinayətinə görə cəza olacaq Qanunla nifrət cinayəti "Türk Cəza Qanunu"na əlavə olunacaq. "Türk Cəza Qanunu"nun 122-ci maddəsinin "ayrı-seçkilik" olan başlığı "nifaq və ayrı-seçkilik" olaraq dəyişdirilib. Maddədəki "din, dil, məzhəb" bəndlərinə "milliyət" anlayışı da əlavə olundu. Ayrı-seçkilik etməkdə cəzalandırılanlara verilən 6 aydan 1 ilə qədər həbs cəzası, 1 ildən 3 ilə qədər həbs cəzası ilə əvəzlənib. Tükcə olmayan kənd adları Qanunla "Şəhərlər İdarəsi"nin kənd adlarının dəyişdirilməsini zəruri edən maddə çıxarılıb. 1949-cu ildəki tənzimləmələrin aradan götürülməsi türkcə olmayan kənd adlarının dəyişdirilməsinə maneə törədəcək. Amma daha əvvəl dəyişdirilən adlar üçün yeni bir tənzimləmə edilməyib. Şapka və əlifba cəzası aradan götürüldü "Türk Cəza Qanunu"nun "Şapka və Türk Hərfləri" başlıqlı maddəsi qüvvədən düşüb. Beləcə, qadağan olmasına baxmayaraq, tam qadağa qoyula bilməyən şapka taxma zəruriliyi ilə əlifbada "x, q, w" kimi hərflərin istifadə edənlər üçün nəzərdə tutulan 2 aydan 6 aya qədər həbs cəzası aradan qalxmış olacaq.
2013-12-06
3,467
Rafiq Hüseynov Türkiyəyə yola düşdü
null
2013-12-06
3,468
General Kərəm Mustafayev nədən fövqəladə toplantı keçirdi
"Naxçıvan hərbi birləşməsində general Kərəm Mustafayevlə bağlı "Axar.az"da gedən yazıdan sonra Muxtar Respublikada vəziyyət gərginləşib. Mənə çatan məlumata görə, Kərəm Mustafayev fövqəladə iclas keçirərək belə bir dəqiq məlumatın mediaya necə sızdırıldığını araşdırır. Çünki o bilir ki, konkret adlar çəkilib və hərbi prokurorluq bu işi araşdıra bilər". Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bir müddət bundan əvvəl Kərəm Mustafayevlə bağlı "Axar.az" saytında gedən yazıya ("Zabitlər Kərəm Mustafayevə etiraz edir") münasibət bildirərkən dedi: "Naxçıvandakı ordu sıralarında kobud qanun pozuntuları var. Onu da deyim ki, faktiki olaraq Kərəm Mustafayev Müdafiə nazirliyini saymır. Ona görə də bu gün Naxçıvanla bağlı təcili addımlar atılmalıdır. Çünki orda Kərəm Mustafayevin özbaşınalıqları davam edir. Bölük komandirindən tutmuş tabor komandirinə qədər, ehtiyat hissələrin alınması adı ilə qanunsuz olaraq pullar yığılır. Ona görə də hesab edirəm ki, Naxçıvan hərbi birləşmə komandiri ən yaxın vaxtlarda vəzifəsindən azad olunmalıdır. Bundan başqa, orda 10 ildən artıq xidmət çəkən zabitlər var ki, indi onlar Müdafiə Nazirliyinin onların yerini dəyişməsini gözləyir. Bu baş verməzsə, hadisələrin sonrakı axarı faciələrə yol aça bilər. Məsələn, bir müddət əvvəl Kərəm Mustafayevin təzyiqi nəticəsində həyatına qəsd etmək istəyən Babayev soyadlı polkovniki buna misal göstərə bilərəm".
2013-12-06
3,469
“Şəhid Şikəstəsi”
"Şəhidləri şəhid edən ölümləri deyil, ölümlərinin səbəbidir". (Napaleon) Var "Qarabağ şikəstəsi!".. Xan Şuşinski oxuyub! Qarabağlılar ona görə sevir ki… Bax o "ki" ilə işim yox! Var "Şirvan şikəstəsi!"… Oxuyublar Aşıq Şakir, Əvəzxan Xankişiyev, Alim Qasımov! Şirvanlılar sevir və həmişə də "Qarabağ şikəstəsi"ndən sonra yada salınır ki... Bax bu "ki" ilə də işim yox! Var "Kəsmə şikəstə!"... Oxuyub Fatma Mehrəliyeva! Qarabağlılar hörmətlə yanaşar, şirvanlılar sevər, bütün Azərbaycan isə zövqlə, həvəslə dinləyər. Amma ki... Bax bu "kəsiklik" "ki"si də öz yerində! Var... hə, var "O" şikəstə! O şikəstə bütün "Şikəstə"lərin ŞAHIdır. Bütün "Şikəstələr" ondan qaynaqlanır, ondan başlanır. Onu 1988-ci ildən bütün Azərbaycan oxumalı(y)dı! Oxudumu? O "Şikəstə" Ümumazərbaycan şikəstəsi - "Şəhid şikəstəsi"dir ki... Bax mənim işim bu "Kİ" ilədir: bütün "Şikəstələr" bu ağrıdan doğar, bu teldə inləyər! Tarixin verdiyi ağır suallara cavab axtararkən böyük bir həqiqətin şahidi oldum: Və duyub-eşitmədiyim "şikəstə" axtarışındaykən ŞƏHİD ŞİKƏSTƏSİNİN YOXLUĞUNDA bir millətin varlığını gördüm! Onu da gördüm ki, bütün muğamlarımızın arxasında məhz bir şikəstə boylanır: ŞƏHİD ŞİKƏSTƏSİ! Anladım ki, dözüm göstərib intiqam almalıyıq! - Kimdən? - İllərin intiqamını düşmənlərimizdən, əsrlərin intiqamını tarixdən! Biz cox əzildik, zaman-zaman yadellilərin əsarətində qaldıq. Bəlkə də millət kimi bəzi nöqsanlarımız tarixdən ibrət almamağımız, bizə asi kəsilənlərin "ASİ"liyini unutmağımızdadır! Qələbə də, mübarizlik də, istiqlaliyyət də məğrurluq olan evlərdə, ocaqlarda, yurdlarda yaşanır! Qoy bütün evlərimizin pəncərəsi qələbəyə açılsın, ölkəmizin üstündən məğrurluq və qurur mənbəyimiz olan bayrağımız dalgalansın. Bəlkə, elə buna görədir ki, zaman bizə epoxal janr olan muğama bu aranjiman diktə edir: XORLA OXUYUN "Şəhid Şikəstəsini" ki: -Şəhid məzarlarına qan danmasın; -Şəhid balalarının göz yaşı qurusun; -Şəhid torpaqlarımızda "şimal küləkləri" əsməsin; - "Yağı düşmən" Cıdır düzündə at çapmasın və… "Ki"-nin burası buracan! *** Analarımızın bizə oxuduğu laylaların alt qatında da o kövrəklik uyuyur: "Şəhid şikəstəsi!" Bayatıların alt qatından boylanan ərən qardaşın - hansısa düşmən əsgərinin tüfəngindən açılan "kefli güllə"yə tuş gələn bir igidin baxışdakı ifadə, İSMƏTLİ BACILARIN naləsindəki o hönkürtü… Bax, odur "Şəhid şikəstəsi! "Şəhid şikəstəsi"ni ağlaya-ağlaya yox, sevə-sevə səsləndirmək lazımdır "Oğuz Eli"ndə! Çünki bu "ki" şəhidin ilk qanı torpağa düşəndə Allah onun bütün günahlarını yuyar və ona bütün nemətlərini verər! Şəhidi torpaq da çürütməz, ƏMANƏT saxlar. "Əgər şəhidə təklif olunsa ki, təzədən bu dünyaya qayıtsın, imtina eylər", deyir peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.)! Bu gün "Qarabağ şikəstəsi" Qarabağda eşidilmir, havalanmır Xanın səsi! Qarabağsız "Şirvan şikəstəsi"nin də dadı, duzu qaçıb. "Kəsmə şikəstə"siz də kəsik qalmışıq – vətən torpaqlarından, döyüşdən, qələbədən… "Şəhid şikəstəsi" ona görə oxunmur ki… Bu gün "hər kəsin Allaha bir can borcu var" deyilsə də, eşitdirilsə də, həqiqətən də, hələ o canı Allaha və onun torpağına qurban verməyə-qaytarmağa SƏFƏRBƏR OLMAMIŞIQ. "Şəhid şikəstəsi"nin, mənası, dəyəri, fəlsəfəsinin "ki"si bu: Millət torpaq uğrunda yox, torpağı düşməndən azad edib qələbə qazanmaq uğrunda Zəfər şərqisi - simfoniyası oxuyur... Bizlərsə adına "muğam" deyirik! Və bizlər bilə-bilə ki, "Şuşasız, Ağdamsız, ümumiyyətlə Qarabağsız Azərbaycan yoxdur" (Ümummilli lider, Heydər Əliyev), yenə də "Şəhid şikəstəsi" səslənmir! Bəs var olan nədir? Axı Azərbaycan xalqının taleyində dərin və ağır iz buraxmış cox müharibələr olub, amma tarix bizim əlimizdə olmayıb deyə tariximizin şikəst olduğunu gec dərk etmişik. Və biz bilməliyik ki, nə vaxtacan millət bir yerdə "Şəhid şikəstəsi"ni "mənim olümümdən, sənin sağ qalmağına peşman olma" nəqəratının üstündə səsləndirməyib, tarix də şikəst qalacaq! Bizim TARİX ÜÇÜN "Şikəst şikəstə" bəstələmək haqqımız yox! *** Amma çox da uzaq çəkməz, səslənəcək "Şəhid şikəstəsi"... Bu ulu məmləkətin cəsur övladları – bizlər ön cəbhədə düşmənlə sinə-sinəyə dayananların, ayaqları paytaxtda, ürəkləri səngərdə olanların xatirinə şikəst torpaqlarımızın uğrunda düşmənə qarşı mübarizəmizdən, qələbəmizdən ötrü açdığımız hər güllənin atəşində sübut edəcəyik varlığımızı. Bunu bizə şəhidlərimizin ruhu deyir! Bunu bizə zaman diktə edir. Bunu əsgər yoldaşlarının, komandirlərinin qucağında ağzını arayıb sözünü demək istəyib, amma deyə bilmədikləri, arzusu, son sözü belə ürəyində qalan "şəhid məqamı" tələb edir! Bəlkə də elə onların son nəfəsdə deyəcəkləri "Şəhid şikəstəsi"ni səsləndirin!" olacaqmış! Bəlkə... Yox! Şəhidlər... Onlar da "Şəhid şikəstəsi"nin səslənməsini istəyiblər, istəyirlər və istəyəcəklər. Ki, təki torpaq azad olsun, Vətən sağ olsun! Bəlkə də, onların da demək istədiyi "Kİ" məhz budur: "Şəhid şikəstəsi": Oxuyur Azərbaycan xalqı! Ehtiyatda olan baş leytenant
2013-12-06
3,471
"Natiq Ədilov əxlaqa sığmayan fikirlər səsləndirib" - Rəsmi
Jurnalist Natiq Ədilova xəbərdarlıq, bəzi kütləvi informasiya vasitələrində qeyd edildiyi kimi, tənqidi yazılarına və ya fikirlərinə görə deyil, sosial şəbəkələrdə və KİV-də yaydığı əxlaqa və etik normalara sığmayan, həmçinin insanların heysiyyatına toxunan yazılarına və şəkillərə görə edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. E.Sultanov bildirib ki, N.Ədilova xəbərdarlıq qanun pozuntusundan çəkindirmək məqsədi ilə qanun çərçivəsində edilib. Onun sözlərinə görə, hamılıqla qanunlara hörmətlə yanaşılmalıdır, o cümlədən N.Ədilov da bilməlidir ki, vətəndaşların şərəf və ləyaqətini alçaldan informasiyalar, təhqir xarakterli yazılar, pornoqrafik materiallar çap etdirmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına qanun yol vermir və kütləvi informasiya azadlığından sui-istifadə yolverilməzdir. Qeyd edək ki, "Azadlıq" qəzetinin müxbiri Natiq Ədilova sosial şəbəkələrdə yazdıqları ilə bağlı xəbərdarlıq edilib. Bakı şəhər Prokurorluğu Bakı şəhər Baş Polis İdarəsində yazılı xəbərdarlığı jurnalistin diqqətinə yetirib. Jurnalist xəbərdarlıqla tanış olsa da, onu imzalamaqdan boyun qaçırıb. Prokurorluğun xəbərdarlığında qeyd edilir ki, Natiq Ədilov sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində "iqtisadi islahatların mahiyyətini və əsl gerçəkliyi əks etdirməyən, əxlaqa və etikaya sığmayan fikirlər" səsləndirib və görüntülər yerləşdirib. Həmin yazı və görüntülərin, eyni zamanda pozuntuların nədən ibarət olduğu açıqlanmayıb (Trend).
2013-12-06
3,472
Obama prezidentliyə namizədini açıqladı
"Növbəti ABŞ prezidenti ölkənin vitse-prezidenti Cozef Bayden, ya da keçmiş katib Hillari Klinton ola bilər", – Obama belə deyib. "Onların hər ikisi, həm Hillari, həm də Co görkəmli lider ola bilər, bunun üçün onlar bütün zəruri keyfiyyətlərə malikdir, - deyə açıqlama verib. - Onlardan hansısa birini seçmək çətindir, çünki hər ikisinin özünəməxsus güclü tərəfləri var". Məlumat üçün qeyd edək ki, 2008-ci ildə keçirilən seçkidə Barak Obamaya məğlub olan xanım Klintonun 2016-cı ildə keçiriləcək seçkidə prezidentliyə namizədliyini verib-verməyəcəyi bəlli deyil.
2013-12-06
3,473
Təyyarə qəza enişinə məcbur oldu
"Bombardier" təyyarəsi Yekaterinburqda təcili eniş edib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, 42 sərnişini və 5 heyət üzvü olan "Bombardier" Yekaterinburqun aeroportunda qəza enişi həyata keçirdib. Bildirək ki, təyyarə Moskvadan Tümenə uçurdu. Təyyarə uçuşu uğurla həyata keçirərək Moskva vaxtıyla 4:20-də eniş edib.
2013-12-06
3,474
Yanukoviç Putinlə gizlincə görüşəcək
Bu gün Viktor Yanukoviçin Rusiya prezidenti Vladimir Putinlə gizli görüşü nəzərdə tutulub. "Axar.az" məlumat verir ki, bu informasiyanı Ukrayna mətbuatı etibarlı mənbələrə istinadlanaraq yazıb. Mətbuat Ukrayna prezidentinin məhz bu gün Rusiyanın Soçi şəhərinə gizli səfər edəcəyini açıqlayıb: "Ukrayna prezidenti Çindən geri dönən kimi birbaşa Rusiyanın Soçi şəhərinə yollanacaq. Onun burada öz həmkarı ilə görüşməyi planlaşdırılır".
2013-12-06
3,475
10 yaşlı qız qətl törətdi
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Çində 10 yaşlı qız 2 yaşlı körpəni ayaqlarıyla öldürüb. KİV-in məlumatına görə, anası 2 yaşlı körpəsinin velosipedini evlərinə aparan zaman ölən Yunyunyanı liftdən oğurlayıblar. Ölən uşağın anasının sözlərinə görə, o uşağını cəmi yarım dəqiqəliyinə nəzarətsiz qoyub. Nəticədə, 10 yaşında qız liftin kabinəsinə daxil olaraq düyməni basıb. Müşahidə kameralarından görünür ki, qız əvvəlcə Yunyunyanı qucağına alır, daha sonra onu yerə tullayaraq ayaqlarıyla əzməyə başlayır. 10-cu mərtəbədə çölə çıxaraq uşağı pəncərəyə atır və eyni liftlə aşağıya enir. Hadisə yerinə gələn həkimlər uşağın öldüyünü bildiriblər, polis isə azyaşlı cinayətkarı axtarır.
2013-12-06
3,476
Bakıda həbsxanadan “iPhone” və planşetlər tapılıb
8 saylı cəzaçəkmə müəssisəsində qadağan edilmiş əşyalar aşkar edilərək götürülüb. "Axar.az" xəbər verir ki, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3; 93.1.4 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Rafiq oğlu Dadaşovun kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı kameranın taxta döşəməsinin altında betonun içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 (iki) ədəd "İphone-5" markalı mobil telefon aparatları, 1 (bir) ədəd "İpad" markalı planşet, 2 (iki) ədəd qulaqcıq, 1 (bir) ədəd elektrik qidalandırıcısı, 2 (iki) ədəd "Bose" markalı qulaqcıq və 1 (bir) ədəd yaddaş kartı aşkar edilərək götürülüb. Bundan başqa həmin müəssisədə cəza çəkən 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Müşfiq Şirzad oğlu Babayevin yataq yerindən isə yastığın altından ona məxsus 2 (iki) ədəd "Nokia-311" markalı mobil telefon aparatları və 4 (dörd) ədəd "Sim" kart aşkar edilərək götürülüb. Hazırda faktlar üzrə araşdırma aparılır.
2013-12-06
3,477
Böyük işıq dünyadan getdi: dünya şam yandırır – Fotolar
Cənubi Afrika Respublikasının eks-prezidenti Nelson Mandelanın vəfatı ilə əlaqədar dünya liderləri başsağlığı verməkdə davam edirlər. "Axar.az" məlumat verir ki, demək olar bütün liderlər onun ölümünün dünya üçün ağır itki olduğunu vurğulayıblar. Dövrün böyük qəhrəmanı Böyük Britaniyanın baş naziri Devid Kemeron N.Mandelanın dövrün böyük qəhrəmanı olduğunu deyib: "O böyük işıq dünyanı tərk etdi. Nelson Mandela bizim dövrün qəhrəmanıdır". Qələbə ilə xatırlanacaq Almaniyanın kansleri Angela Merkel isə alman xalqının onun vəfatından çox üzüldüyünü bəyan edib: "Onun adı hər zaman öz xalqına edilən zülmlərə qarşı mübarizə və Aparteid rejimi üzərində qələbə ilə xatırlanacaq". Hindistan üçün də böyük itki ABŞ prezidenti Barak Obama isə onun bu dünyada hər bir insanın əldə edəcəyindən daha çox şeyə çatdığını qeyd edib. Rusiya prezidenti Vladimir Putin isə N.Mandelanı müasir dövrün müdrik siyasətçisi adlandırıb: "Nelson Mandela sona qədər humanizmin parlaq ideallarına inandı". Hindistanın baş naziri Manhoman Sinqx isə N.Mandelanı əsl Qandi tərəfdarı olduğunu bildirib: "Bizim aramızdan ən möhtəşəm insan getdi. Bu, Cənubi Afrika kimi Hindistan üçün də böyük itkidir". Yaponiyanın baş naziri Sindzo Abe isə N.Mandelanı "böyük lider" adlandırıb. Dünya şam yandırır Siyasətçilərlə yanaşı dünyanın bir sıra yerlərində də artıq onun ölümü şərəfinə küçələrdə adi insanlar tərəfindən şamlar yandırılmağa başlanılıb. Bununla yanaşı isə Qərbin bir sıra mətbuat orqanları bu afrikalı liderin ölümünü özlərinin əsas manşet yazıları ediblər. Qeyd edək ki, Nelson Mandela dünən gecə, 95 yaşında vəfat edib. Aparteizmə və zülmə qarşı mübarizəsi ilə məşhur olan bu afrikalı lider məhz buna görə həyatının 27 ilini dəmir barmaqlıqlar arxasında keçirib. 1991-ci ildə azadlığa çıxan N.Mandela iki il sonra Nobel Mükafatına layiq görülüb. 1994-cü ildə prezident seçildikdən sonra isə 5 il müddətində Cənubi Afrika Respublikasını idarə edib. 1999-cu ildə siyasətdən getməyinə baxmayaraq, dünyanın istənilən yerində bu afrikalı liderin adı yaddaşlardan silinməyib. O, dünyada insan haqları mücahidi kimi tanınıb.
2013-12-06
3,478
Türk nazirə yunan həmkarından “+18 zarafatı”
Türkiyə-Avropa Birliyi (AB) Ortaq Parlament Komissiyasının toplantısında yunan nazir Hacıcorcio Türkiyənin AB naziri Egemen Bağışın bir sözünə cavab olaraq "bekar satıcı ... çəkər" deyib. Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil olunan Türkiyə-AB Ortaq Parlament Komissiyasının (OPK) toplantısı mübahisəli başlayıb. Hacıcorcionun Bağışla söyüş söyərək zarafat etməsi TBMM-nin spikeri Cəmil Çiçək, AB naziri Egemen Bağış və həmsədr Afif Dəmirqıranın toplantını tərk etməsinə səbəb olub. Qatır sözünə cavab Cənubi Kipr Yunan Respublikasının (CKYR) naziri Takis Hacıcorcio Bağışın "Kiprin ən tanınmış heyvanı inadçılığı ilə tanınan qatırlardır" cümləsini xatırladıb: "Xahiş edirəm, mənim indi edəcəyim bənzətməni Bağış zarafat olaraq qəbul etsin. Ancaq belə bir atalar sözü var: bekar satıcı ... çəkər". Bu cür bənzətməyə həmsədr köməkçisi Əli Şahindən sərt reaksiya gəlib. Əli Şahin bunun etik olmadığını və qəbulolunmazlığını vurğulayıb.
2013-12-06
3,479
FHN xəbərdarlıq etdi: Dəm qazından ehtiyatlı olun!
Son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir. Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir. Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlukəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində bütün orqanizm boyu yayılır. Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü biruzə verir: yaşaran gözlər, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallyusunasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffus mərkəzinin iflici nəticəsində ölüm baş verir. Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir. Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir. Unutmayın ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz. Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı muhitdə qaz yandırılarkən nəfəslikər açıq olmalıdır. Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Unutmayın ki, mənzil mütəmadı havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır. Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirin. Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir. Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər. Zərərçəkəni dərhal təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını açmaq lazımdır. İmkan olduqda oksigen yastıqlarından istifadə edilir. Alın və sinəyə soyuq kompres qoyun. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verin. Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vaxtında hiss edib məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə tənəffüs etmək yetərlidir. Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkəylə də əvəz etmək olar. Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda ürək masajı edilməlidir. Zərərçəkmişə yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılmalıdır. Dəm qazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır. Unutmayın ki, hər hansı bir fövqəladə hadisə baş verdikdə "112" qaynar xəttinə müraciət edin!
2013-12-06
3,480
İlham Əliyev Mandelanın ölümü ilə bağlı başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya Nelson Mandelanın vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında qeyd edilib: "Cənubi Afrika Respublikasının keçmiş Prezidenti, xalqınızın böyük oğlu, görkəmli dövlət xadimi, lider, aparteidə və rasizmə qarşı mübarizənin qəhrəmanı, Nobel mükafatı laureatı Nelson Mandelanın vəfatı xəbərindən son dərəcə kədərləndim. Nelson Mandela Cənubi Afrika Respublikasının inkişafı, xalqının rifahının yüksəlməsi və ölkədə ədalətli cəmiyyətin qurulması istiqamətində böyük işlər görmüşdür. Nelson Mandelanın əziz xatirəsi doğma vətənində və onun hüdudlarından kənarda milyonların yaddaşında əbədi yaşayacaqdır. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Cənubi Afrika Respublikasının xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm" (Azərtac).
2013-12-06
3,481
Ehsan Zahidov “Dədə Mamed”dən yazdı
Uzun illər DİN-in Baş Kadrlar İdarəsinin rəisi işləmiş Məmməd Əsgərov – Azərbaycanda "Dədə Mamed" adı ilə məşhur olan general-mayor dünən dünyasını dəyişdi. "Axar.az"ın əməkdaşının dəfnlə bağlı rəsmilərdən açıqlama alma istəyindən sonra yazdığı "DİN-dən "Dədə Mamedə" belə münasibət gözləmirdim" məqaləsinə isə bu gün DİN Mətbuat Xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov redaksiyanın elektron ünvanına göndərdiyi məktubla cavab verib: Əslində, bunlar deyiləsi deyildi... "DİN-dən Dədə Mamedə belə münasibət gözləmirdim" adlı məqaləni oxuyandan sonra müəllifin bəzi qeydlərinə, daha dəqiq desəm, Daxili İşlər Nazirliyi ilə bağlı əsassız iddialarına qısaca aydınlıq gətirmək istədim. Əvvəla onu deyim ki, dünənki bəd xəbər - daxili işlər orqanlarının veteranı, təqaüddə olan polis general-mayoru Məmməd Əsgərovun qəfil vəfatı bizim hər birimizi - DİN-in rəhbərliyindən tutmuş ta sıravi əməkdaşına qədər, - olduqca kədərləndirdi. Dərhal cənab nazirimizin göstərişilə nazir müavini Əsgər Ələkbərovun rəhbərliyilə bir sıra baş idarə və idarə rəisləri mərhumun yas yerində olaraq, dəfndə yaxından iştirak etdilər və xatirəsini həmişə əziz tutacağımız həmkarımızın məzarı üstünə xatirə əklilləri də düzdülər. Rəhbər heyətindən əlavə, yasın ilk günü DİN-in ən azı 150 əməkdaşı da yas yerinə gedərək mərhumun ailəsinə, əzizlərinə başsağlığı verdilər. Əslində, bunlar deyiləsi və yazılası deyildi. Amma bu yazı bizi vadar etdi ki, ictimaiyyətdə yanlış rəy yaranmaması üçün bunları açıqlayaq. Ona görə də bir daha təkrar edirəm ki, həmin yazıda DİN-lə bağlı olan qeydlərin hec bir əsası yoxdur və ola da bilməz. Müəllifə isə məsləhət görərdim ki, isti kabinetdə oturub ora-bura zəng etməkdənsə, yas yerinə gedib reallığı özü görəydi, necə deyərlər, "yüz dəfə eşitməkdənsə, bir dəfə görmək" lazım idi. Fürsətdən istifadə edib onu da demək istərdim ki, vaxtilə hamımızın dostu olmuş mərhumun əziz xatirəsi hər bir polis əməkdaşının qəlbində yaşayacaq və onların adından Məmməd Əsgərova Allahdan rəhmət diləyərək ailəsinə dərin hüzlə başsağlığı verirəm".
2013-12-06
3,482
Avropa İttifaqı Snoudendən məsləhət istədi
Avroparlament Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvar Snoudenlə video konfrans keçirmək niyyətindədir. "Axar.az" məlumat verir ki, bu informasiyanı Rusiya mətbuatı Avroparlamentdəki mənbəsinə istinad edərək yayıb. Mənbə Avroparlamentin E.Snoudenlə danışmaq istədiyi əsas məsələnin ABŞ-ın Avropa İttifaqının liderlərinə qarşı həyata keçirdiyi elektron casusluğun olduğunu bəyan edib: "Bu haqda hələlik ancaq fikir var, amma tam qəti qərara gəlinməyib". Qeyd edək ki, Edvard Snouden bir müddət öncə ABŞ xüsusi xidmət orqanlarının dünyanın 35 liderinin telefonlarının dinlənildiyini bildirmişdi.
2013-12-06
3,483
İbrahimbəyovu güldürə bilmişəmsə, xeyir iş görmüşəm
"Gülmək can sağlığına xeyirdir, əgər Rüstəm İbrahimbəyovu güldürə bilmişəmsə, xeyir iş görmüşəm". Bu sözləri "Axar.az"a açıqlamasında Müsavat partiyası Ali Məclisinin sədri Arif Hacılı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun onun barəsində dediklərinə cavab verərəkən dedi. O bildirdi ki, Rüstəm İbrahimbəyovun fikirlərinə bundan artıq heç nə demək olmaz. Arif Hacılı Müsavat partiyasının "fəxri sədrlik" məsələsindəki prinsipiallığından da danışdı: "Biz fəxri sədrlik məsələsi ilə bağlı öz mövqeyimizi bildirmişik. Həm Azərbaycan ictimaiyyəti, həm də tərəfdaşlarımız bizim mövqeyimizi dəyərləndirməklə məşğuldurlar. Biz bu proseslə bağlı baş verənləri izləyir və öz dəyərləndirmələrimizi aparırıq. Bu məsləhətləşmələr həm partiya daxilində, həm də digər siyasi qüvvələrlə aparılır. Hesab edirəm ki, Müsavat partiyasının bu məsələ ilə bağlı yekun qərarı yaxın günlərdə açıqlanacaq".
2013-12-06
3,484
Miili Şura dekabrın 15-nə mitinq təyin etdi
Milli Şura dekabrın 15-nə Bakı şəhərində mitinq təyin edib. Mitinq qiymət artımına etiraz məqsədi daşıyır və sosial tələblərlə keçiriləcək. Bu barədə MŞ mitinq komitəsinin üzvü Seymur Həziyev məlumat verib. Mitinqə razılıq verilməsi üçün bu gün Bakı şəhər icra hakimiyyətinə müraciət olunacaq. Mitinqin saat 16:00-dan 18:00-a qədər mərkəzi meydanlardan birində keçirilməsi nəzərdə tutulur (azadliq.info).
2013-12-06
3,485
Medvedyevdən viza rejimiylə bağlı önəmli açıqlama
"Rusiya olaraq MDB ölkələrinə viza rejimi tətbiq etmək fikrində deyilik". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiyanın baş naziri Dmitri Medvedyev çıxış edib. O, hansısa mühüm hadisə olmadığı müddət ərzində MDB ölkələri ilə münasibətdə viza rejiminə keçməyəcəklərini bəyan edib: "Biz istəyirik ki, sərhəd keçid məntəqələrimiz tam müasir qaydada olsun. Hər hansı kağız və ya ərizə ilə sərhədi keçmək heç də doğru deyil". O, həmçinin Rusiyaya daxili pasportla səfər edən MDB ölkələrinin vətəndaşlarının bundan sonra xarici pasportla onun ölkəsini ziyarət etmiş olacaqlarını bildirib: "Biz fərqli ölkəyik və fərqli də inkişaf edirik. Ona görə də zəhmət olmasa hər kəs Rusiyaya gələndə xarici pasportunu göstərsin".
2013-12-06
3,486
İran Ermənistanı Türkiyədən yaxın saydığını bildirdi
"İrana heç nə mane olmur ki, dost ölkələrə qazını 100 dollara satsın". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi çıxış edib. O, jurnalistlər qarşısında çıxış edərkən Ermənistanı İrana dost ölkə adlandırıb. Səfir həmçinin Ermənistana satılacaq qazın qiyməti məsələsinə də aydınlıq gətirib. M.Rəisi qazın qiymətinin nə qədər olmasının aparılan danışıqlardan sonra bəlli olacağını qeyd edib: "İran Tükiyəyə qazı bazar qiymətlərinə satır. Ermənistana gələndə isə bu, danışıqlardan asılıdır. Nəzəri olaraq İrana heç nə mane olmur ki, öz qazını adi dövlətlərə 400 dollara, dost ölkələrə 100 dollara satsın".
2013-12-06
3,487
Xəstəni öldürən həkim keçmiş icra başçısı çıxdı
Baxış Hüseynov 1986-1996-cı illərdə Respublika Klinik Xəstəxanasının üz-çənə cərrahiyyəsi şöbəsində müdiri də işləyib. Bakıda stomatoloji kabinetdə əməliyyata hazırlanan zaman dünyasını dəyişən xəstənin həkimi cərrah Baxış Hüseynovla bağlı maraqlı məlumatlar əldə edilib. Məlumatına görə, tanınmış üz-çənə cərrahı Baxış Hüseynov 1992-ci il may ayının 22-dən oktyabr ayınadək Qubadlı rayon İcra Hakimiyyətinin başçısı işləyib. Qeyd edək ki, Baxış Hüseynov 1936-cı ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1953-1959-cü illərdə Bakıda Azərbaycan Dövlət Tibb İnistutunda (ATİ) təhsil alıb. ATU-dan verilən məlumata görə, B.Hüseynov 1962-ci ildən Moskva Tibb Stomotoloji İnstitutunun aspirantı olub, 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakıya dönüb. Bir müddət ATİ-nun Üz-çənə cərrahiyyəsi kafedrasında assisent vəzifəsində çalışıb. 1969-cu ildə dosent seçilib. 1986-1996-cı illərdə Respublika Klinik Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsinə rəhbərlik edib. Baxış Hüseynov bildirib ki, 55 illik təcrübəsində başına ilk dəfədir belə bir iş gəlir: "Mən xəstəyə "Lidokain" vurmuşam. Bundan sonra xəstə şoka düşdü. Stomotoloji əməliyyatlarda bu iynədən probsuz istifadə olunur. Qan təyziqim çox qalxdığından danışa bilmirəm. Yenə də deyirəm, mən bu sahə üzrə naşı adam deyiləm. Belə əməliyyatları çox etmişəm". Xatırladaq ki, ölüm hadisəsi dünən Bakıdakı "VİP Dental" stomatoloji klinikasında baş verib. Orada dişlərini müalicə etdirən 1966-cı il təvəllüdlü Elçin Məmmədov iynə vurulandan sonra qəflətən vəfat edib. Dünyasını dəyişən şəxsin ölümünün səbəblərini müəyyənləşdirilməsi üçün mərhumun meyiti ekspertizaya göndərilib. B.Hüseynov hadisənin baş verdiyi "VİP Dental" stomatoloji kabinetin onun tələbəsinə məxsus olduğunu açıqlayıb: "Mən neçə illərdir ki, təqaüddəyəm. Hadisə baş verən stomatoloji kabinet də mənim tələbələrimdən birinə məxsusdur. O, dəfələrlə məni həmin kabinetdə işləməyə dəvət edib. Lakin yaşımın çoxluğunu nəzərə alaraq qəbul etməmişəm. Bir ay əvvəl mən tələbəmin dəvətini qəbul etdim və müqavilə bağlayaraq onunla birgə işləməyə razılıq verdim. Təxminən bir ay idi ki, orada işləyirdim". Xəstəsinin ölümünə səbəb ola biləcək ehtimallar barədə danışan B.Hüseynov mərhumun vərəm xəstəliyindən əziyyət çəkdiyini də açıqlayıb: "Mən bir neçə il əvvəl həmin xəstənin həyat yoldaşını da dişindən əməliyyat etmişəm. Bu əməliyyat çox uğurlu alınmışdı. Həmin əməliyyatdan razı qaldıqları üçün onlar növbəti dəfə mənə müraciət etdilər. Bir neçə dəfə onların müraciətini qəbul etmədim. Onlara bildirdim ki, mən təqaüddəyəm, işləmirəm. Lakin onlar əl çəkmədilər. Dünən yenə də zəng etdilər, təkidlə məni tələbəmin işlətdiyi stomatoloji kabinetə çağırdılar. Bu dəfə razılıq verdim və tələbəmə məxsus kabinetdə həmin xəstəni qəbul elədim. Xəstəyə ağrıkəsici vurdum. İynəni vuran kimi xəstə şoka düşdü. Nə qədər çalışsaq da, yardım etsək də alınmadı və xəstə dünyasını dəyişdi". B.Hüseynov xəstəyə vurulan ağrıkəsicinin yerli istehsal olduğunu açıqlayıb: "Xəstəyə vurduğum ağrıkəsici yerli istehsal idi və iynənin istifadə müddəti bitməmişdi. Mənim əlli beş illik təcrübəm var. İlk dəfədir ki, başıma belə bir iş gəlib". Mərhumun vərəm xəstəsi olmasının onun ölümünə müəyyən qədər təsir göstərdiyini qeyd edən B.Hüseynov bu xəstəliyin onda zəiflik yaratdığını bildirib: "Xəstənin ölümünə onun daşıdığı vərəm xəstəliyinin səbəb olması da qaçılmazdır. Çünki vərəm xəstələrinin bədəni zəifləmiş olur və mən gərək bunu nəzərə alardım. Təəssüf ki, bunu nəzərə almamışam". B.Hüseynov prokurorluq əməkdaşları tərəfindən dindirildiyini qeyd edib: "Dünən bütün günü prokurorluqda ifadə vermişəm. Hələlik məni məsuliyyətə cəlb etməyiblər. Qarşı tərəf şikayətçi olarsa, məsuliyyətə cəlb edə bilərlər. Hələlik şikayət yoxdur". Qeyd edək ki, Baxış Hüseynov uzun müddət Azərbaycan Tibb Universitetinin Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri olub. Bir neçə ildir ki, təqaüdə çıxıb. Xatırladaq ki, Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb (APA).
2013-12-06
3,488
Səlim Müslümov daha bir məmuru cəzalandırdı – Görüşdə
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bu gün Siyəzəndə vətəndaşları qəbul edib. Nazirliyin Siyəzən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Quba, Qusar, Xaçmaz, Şabran, Xızı rayonlarının sakinləri üçün qəbul keçirib. Qəbulları hadisəyə çevrilən nazir vətəndaşlarla görüşündə Nazirliyin daha bir işçisi barədə qərar qəbul etməli olub. Görüş iştirakçılarının verdiyi məlumata görə, S.Müslümov görüşdə Nazirliyin daha bir işçisi barədə hazırkı işindən uzaqlaşdırma qərarı verib. Belə ki, vətəndaşlardan eşitdiyi şikayətlər əsasında şöbənin Bayram adlı əməkdaşının başqa bir işə keçirilməsinə göstəriş verib (Aznews.az).
2013-12-06
3,489
Zaqatalada maskalıların silahlı basqını
Zaqatala rayonunda silahlı və maskalı şəxslər diş texnikinin evinə basqın ediblər. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə rayonun Danaçı kəndində qeydə alınıb. Məlumata görə, dekabrın 5-dən 6-na keçən gecə saat 04.00 radələrində kənd sakini, 1952-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Qurqunayevin evinə gələn 3 nəfər naməlum maskalı şəxs ev sahibini həyat yoldaşı və gəlininin gözü qarşısında döyərək pul tələb edib. Naməlum şəxslər ev sahibini döydükdən sonra evdə olan külli miqdarda pulu götürərək hadisə yerindən qaçıblar. Q.Qurqunayev bu gün səhər Zaqatala Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Zərərçəkənin qohumları bildiriblər ki, evə basqın edən şəxslər silahlı olub. Onlar ev sahibini döyərək evdən 50 min AZN, 30 min ABŞ dolları, 700 min rus rublu və 40 min manat dəyərində qızıl-zinət əşyalarını götürərək qaçıblar. Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, basqına məruz qalan Q.Qurqunayev diş texnikidir (APA).
2013-12-06
3,490
“Demokratikləşmə paketi” yalnız həbs vəd edir
Türkiyə Böyük Millət Məclisinə təqdim edilən "Demokratikləşmə paketi" indidən müzakirələrə yol açıb. AKP hökuməti din və düşüncə azadlığını təmin etməklə bərabər Gəzi Parkı aksiyasına qoşulanları da həbs təhlükəsi qarşısında qoyub. Məktəb və iş yerlərində namaza mane olanlara həbs İnanc və düşüncə azadlığının yer aldığı Türk Cəza Qanununda (TCQ) 115-ci maddəsinə dəyişiklik edilərək namaz qılmaq başda olmaqla məktəb və iş yerlərində dini ayinlərin yerinə yetirilməsi təmin olunur. Maddəyə edilən dəyişikliklə dini inancın tələblərini yerinə yetirənlərə qarşı, təhdid və ya təhqirdən istifadə edərək, ya da hüquqa zidd başqa hərəkətlə onlara mane olanlar bir ildən üç ilə qədər həbs cəzası ilə mühakimə olunacaq. Hicaba mane olana həbs TCQ-nin təhsil almaq və təhsil vermək hüququnun yer aldığı 112-ci maddəsinə dəyişiklik edilərək hər cür təhsil almaq və təhsil vermək fəaliyyətlərinə, şəxsin təhsil almaq və təhsil vermək hüququndan istifadə etməsinə, şagirdlərin (tələbələrin) cəm şəkildə yaşadıqları binalara girməyinə və qalmağına mane olanlara iki ildən beş ilə qədər həbs cəzasına məhkum ediləcək. Gəzi aksiyaçılarına həbs Qanun layihəsində həmçinin "Gəzi Parkı", "ODTÜ" və "HES" kimi həyata keçirilən etiraz aksiyalara görə cəza tədbirləri də görülüb. "Gəzi Parkı" və "ODTÜ"də olduğu kimi, ictimai quruluşlar tərəfindən icra edilən layihənin həyata keçirilməsi kimi fəaliyyətlərə mane olanlara iki ildən beş ilə qədər həbs cəzasına məhkum ediləcək.
2013-12-06
3,491
Onlar polisləri döydükləri üçün həbsdədir
Rusiyanın baş naziri Dmitri Medvedev bəyan edib ki, Rusiyada siyasi məhbus yoxdur. Onun fikrincə, siyasi məhbus kimi misal gətirilən şəxslər ictimai asayişi pozduqları üçün həbsdə saxlanılır: "Nə cür siyasi baxışınız olsa da, polisləri döymək olmaz. Onlar Putin, Medvedev kimi siyasi baxışı olmadığı üçün yox, polisləri döydükləri üçün həbsdədirlər. Bu, nə Rusiyada, nə Ukraynada, nə də Avropada yolveriləndir"- deyə Medvedev əlavə edib.
2013-12-06
3,492
Ukrayna müxalifət deputatları prokurorluğa çağırıldı
Ukraynanın Baş Prokurorluğu müxalifət cəbhəsinin deputatlarını sorğuya çağırıb. Axar.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə informasiyanı jurnalistlərə Batkivşina Partiyasının sədri Arseni Yaçenyuk verib. O, sorğunun Ukraynada aksiya iştirakçılarına qarşı güc tətbiqi ilə əlaqədar olduğunu bildirib. A.Yaçenyuk həmçinin bu sorğuya bütün müxalifət deputatlarının gedəcəyini qeyd edib.
2013-12-06
3,493
Azərbaycanda 16 mina zərərsizləşdirilib
Ötən ay Azərbaycanda 3 623 150 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 300 PHS, 14 ədəd tank və 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib. Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis, 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 243 833 346 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 687 750-dir (Trend).
2013-12-06
3,495
“Rus bazarı”nda tapdığımız rus seyid çıxdı - Fotolar
Adına eləcə "Rus bazarı" deyilən yer Sabunçu vağzalının yaxınlığındakı dar küçələrdən birində yerləşir. Bu bazara bitişik bir həqiqi bazar da var ki, buna eləcə, ta köhnədən "kolxoz bazarı" deyilir. Şura hökumətinin bazarı Meyvə-tərəvəz, kənd təsərrüfatı malları və digər əşyalar satılan üstüörtülü bazar başqa bazarlardan heç nə ilə fərqlənmir. Fərqli cəhəti yuxarıda bəhs etdiyim "Rus bazarı" kimi tanınan yerin özəlliyidir. Rus bazarında Şura Hakimiyyətinin ilk illərinin havası duyulur. Kitablardan oxuduğumuz, filmlərdə gördüyümüz o illərin bazarları sanki bu günümüzə gəlib çatıb. Burda hər nə istəsən tapa bilərsən. Satıcılarla alıcıların doğmalığı da qədim Bakının bir parçasının bu günə gəlib çıxmasından xəbər verir. Burda heç nə dəyişməyib, hər şey köhnədi. İnsanların bir-birinə münasibəti də, bazara çıxarılan malların əksəriyyəti də. Nimdaş paltarları elə nimdaş, üzü tüklü, saçları daraq görməyən kişilər və satdıqları paltarlar, əşyalar kimi ömürlərinin çoxunu arxada qoymuş yaşlı qadınlar satır. Əməkdaşımız Nilufərlə "Rus bazarı"na elə bazar günü getmişdik. Hər birimizin öz maraq dünyamız vardı. Məni bazarda satılan quşlar və "quşbaz" oğlanlar, onu isə Sovetlərdən qalma orden medallar, markalar, manetlər və rəsm əsərləri maraqlandırıdı. Nilufər məni axıra qədər bazarda tək qoymasa da, mən elə bu köhnə bazarın bəzi qanunlarına riayət edərək, onu axıra qədər müşayiət etmədim. Onu yaşlı qadınlarla baş-başa qoydum. Müsahibə götürmək istəyirsənsə, pul ödəməlisən Bazarın girişində diqqətimizi qəfəsdə bülbül satan ağsaqqal kişi cəlb edir. - Bunlar rənglənmiş sərçələrdir? – zarafat edirəm. - Hə, amma elə yaranadan rəngləniblər. Qiyməti ilə maraqlanıram. - Cütü 15 manatdır. Almağına dəyər. Qəfəsdədirsə, demək, qiymətlidir. Bülbülü səsindən qəfəsə salırlar. Adını demir. "Müsahibə götürmək istəyirsənsə, pul ödəməlisən",– bu dəfə o, zarafat edir. Dişiləri oxuya bilmir, eləcə, naz satır Xanımı ilə bülbül almağa gələn Davud isə, maraqlarımıza rəğmən bunları deyir: - Əvvəllər bu quşlara burda ancaq payızda təsadüf etmək olardı. İndi isə Abşeronda yay-qış olurlar. Burdakı qırmızıbaşlar "şiqol"du, sarılar "çijik"di. Sarıbaşlar erkəkdi, o birilər isə dişi. Mən özüm həvəskarıyam, alıcıyam, əvvəllər də saxlamışam. Bu quşlara, əsas da "şiqol"lara" bülbül də deyirlər. Amma əslində, bunlar bülbül deyil, həmin fəsilədən olan quşdur. Bunların erkəkləri çox qəşəng oxuyur, dişiləri oxuya bilmir, elə naz satırlar. Ümumiyyətlə, quşların hamısının erkəkləri daha qəşəng oxuyur". Padşah yeməyi... Əli adlı satıcının qəfəsi də iridir, satdığı quşlar da. Gözəl, göz oxşayan, yaraşıqları ilə qəfəsdən də dünyaya meydan oxuyan quşlar qırqovullardır. "Qırqovulları tək 50 manata, cütünü isə 100 manata satırıq. Bu qəfəsdəkilər Rumın qırqovullarıdır, bunlar isə Qafqaz. Daha çox Qafqaz qırqovulları satılır. Çox yaraşıqlıdır axı, bir bax, onun duruşuna, quyruğunun rənginə... Bədbəxt elə bilir yenə də dağlarda, otların, çiçəklərin arasındadır. Bunları yemək üçün almırlar, ancaq saxlamağa alırlar. Yemək üçün də alanlar olur. Əti qara olsa da, çox dadlıdır, şahın, padşahın yeməyi olub da..." "Obtovoy" Hafiz adlı satıcı isə göyərçin satır. Qarşısındakı qəfəsdə xeyli quş var: "Bunlar adi quşlardır. Yaxşı quşlar, bax, ordadı, o urusda,- əli ilə aralıdakı sarışın kişini göstərir. - Mən bunları "obtovoy", biri 3 manatdan alıram, 5-6 manata satıram. Allah bərəkət versin, olanda olur, olmayanda da ya nəsib, alıb-satmaqla məşğulam da. Öz dükanım var, boş vaxtım olanda isə bu işlə də məşğul oluram". Rus bazarında "axır ki, bir rusla qarşılaşdıq", deyə fikirləşirəm. Hafizin bayaq nişan verdiyi kişiyə yaxınlaşıram. Ən çox alıcı onun başına toplaşıb. Bir az seyr edib, qəfəsdəki uzunquyruq, dim-dik duran göyərçinin qiymətini soruşuram. Rus seyid çıxdı "Bunun qiyməti 50 manatdır. Tək qalıb, tayı-dişisi uçdu getdi, deyə ucuz verirəm. Cütünü 150-yə satdığım vaxtlar da olub. Adı Drakondu". Adını soruşuram. "Adım Miridir, özüm də seyidəm",- deyir. Bir rus tapasan, o da seyid çıxa... "Uşaq vaxtından məşğulam bu işlə. Özüm sürücüyəm. Amma quş saxlamaq mənim azarımdır, həyatımın əsas hissəsidi. Görürsən, neçə cür quşum var? Bu, poçt göyərçinidi. İrandan gətizdirmişəm. İldə bir cütdən 2-3 dəfə bala götürürəm. Bunlar isə ev quşudu, ancaq saxlamağa alırlar. "Pablin" növlərim də var, quyruğuna görə veriblər bu adı. Şələquyruğum, pəpillim də var. Bax bunların ayaqlarına, xınalıdı, həm də tüklüdü. Bunlar da baha quşlardı, məndə ucuz quş olmur". Şorgöz xoruzlar Rövşən isə xoruz satır. "Cütü 15 manatadı bunların. "Yaponka" deyirlər, toyuq növüdür, amma boyları balacadı, həm də çox yaraşıqlı olurlar. Çox cəlddirlər. İldə 3-4 dəfə bala verirlər. Bunları daha çox saxlamağa alırlar. Dekorativdir də... döyüşdürməyə alanlar da var, yaxşı vuruşurlar. Elə alıb başqa toyuq-cücəylə bir yerdə saxlayırlar. Yerli xoruzların bunlara acığı tutur. Dimdikləyirlər, amma bunlar onlara heç də təslim olmur. Yerli toyuqlarla yaxınlıq etmirlər. Amma bizim xoruzlar namussuzluq eləyir, bunların toyuqları ilə münasibət qurur, məncə, bu da xoruzlarımızın şorgözlüyündən xəbər verir, elə "yaponka" toyuqla da gərək ayaqları möhkəm ola da. Sürüşkən olmaya,- deyə zarafat etdikdən sonra ciddi görkəm alır: - Yerli xoruzdan əmələ gələnləri bir az böyük olur, amma o qədər də yox". Yaxınlıqda adına "sesar toyuqları" dediyimiz hind toyuqları satan oğlan isə: - Bu quşların yumurtası daşı sındırar, səsi-avazı isə bülbülü utandırar,- deyib malını mataha mindirdi.
2013-12-06
3,497
Azərbaycanın Mandelası Elçibəydir – Sorğu
Dünən Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandela 95 yaşında dünyasını dəyişib. Mandela bütün dünyada azadlıq mücahidi kimi tanınır. 5 illik hakimiyyəti dövründə Afrika tarixinə düşən ən yaxşı prezidentdir. Biz də tanınmış ictimai xadimlər, yazarlar, jurnalistlər və siravi vətəndaşlarla sorğu keçirib, Türk dünyasının, çevrəni bir az da daraltsaq, Azərbaycanın Nelson Mandelası kimi hansı ictimai xadimi gördükləri ilə maraqlandıq. Yalnız Nazim Hikmət "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu məsələyə fərqli rakursdan yanaşır: "Bizim həbsxanalar siyasətçilər yox, adətən mollalar yetişdirir. Oraya düşənlərin əksəriyyəti ruhdan düşmüş, dinə sığınmış kimi azadlığa çıxırlar. Kim həbsə düşürsə, çıxanda molla kimi çıxır. Məncə, Mandelaya uyğun yalnız Nazim Hikmətdir. Bu dəqiqə yadıma və ağlıma gələn odur". Ona tay yoxdur Şair Mətləb Ağa, jurnalist Anar Əhmədov və kulturoloq Aydın Xan Əbilov Azərbaycanda, ümumiyyətlə Türk dünyasında N.Mandelaya bərabər adam tanımadıqlarını bildirdilər. Bir az Məmməd Əmin Köşə yazarı, özünü "liberal-millətçi-sosial-demokrat-bozqurd" adlandıran Zamin Hacı bildirdi ki, Türk dünyasında deyə bilmərəm, bizdə də yoxdur. O cür uzun müddətə mübarizəyə kimsə dözmür. Bir az Məmməd Əmin Rəsulzadə bənzəyir. Cənublu yazarımız Sayman Aruz da M. Ə. Rəsulzadəni Azərbaycanın Mandelası hesab etdiyini bildirərək, vurğuladı ki, sadəcə, biz qədirbilən xalq deyilik deyə, onu o səviyyəyə qaldırmırıq. Güneyli xanım yazarımız Rüqəyyə Kəbiri isə hesab edir ki, Mandelanın tayı yoxdur. Tanınmış aparıcı Ramal Hüseynov düşünür ki, Türk dünyasının Mandelası M.K.Atatürkdür. Hətta Atatürkü Mandeladan da üstün tutur. Elçibəy Sual verilən zaman yazar Mirmehdi Ağaoğlunun özünün dediyinə görə, ağlına Mandelaya bərabər adam olaraq Ə. Elçibəydən başqa heç kim gəlmədi. Yazar Cəlil Cavanşirin də Mandelası Elçibəydir. Şair Faiq Balabəyli də Elçibəyi Azərbaycanın Mandelası hesab edir. Gənc türkçü Tural Həmidov da Ə. Elçibəyçilər arasındadır. Ölkə onu tanısa və fikirlərini bilsə... "REAL" hərəkatının icra katibi Natiq Cəfərli isə bildirdi ki, Azərbaycanın Mandelasını hələ ölkə tanımır: "Maraqlı sualdır, amma Elçibəy deyil məncə, Azərbaycanın "Mandelası"nı hələ ki, ölkə tam tanımır və o, cəmi hələ ki, 10 aydır zindandadır... Azərbaycanın Mandelası İlqar Məmmədovdur. Ölkə onu tanısa və fikirlərini bilsə..." Atatürk, Elçibəy və Heydər Əliyev Bloqçu Etibar Salmanlı "Mənim düşüncəmə görə, Türk dünyasının heç bir qəhrəmanını Mandela ilə müqayisə edə bilmərik. Tarixən Türk xalqlarından bir çox, sərkərdə, döyüşçü inqilabçı yetişdirsə də, ancaq onların heç biri Nelson Mandela tipli şəxsiyyət olmayıb. Türk xalqlarının bir çox sərkərdəsi, siyasətçisi yalnız yeni torpaqlar, şəhərlər uğrunda mübarizə aparıblar. Mandela isə ideoloji mübarizə aparıb, illərlə həbsxanalarda yaşayıb. Bizim və bizə yaxın tarixdə, düşünürəm ki, o tip şəxsiyyət olmayıb. Bir az Türk dünyasında Mandela ilə adını bir sırada çəkə biləcəyimiz Mustafa Kamal Atatürk var. Öz ölkəmizdə isə Elçibəy və Heydər Əliyev ona oxşar işlər görməyə çalışıblar. Ən azından çalışıblar". Nəriman Nərimanov sayıla bilərdi Tanınmış jurnalist, solçu Məmməd Suleymanova görə, Azərbaycanın Mandelası Nəriman Nərimanovdur: "Əgər Türk dünyasını izolə halında bir anlayış kimi götürmək olarsa, Mandelanın mübarizliyini və əvvəlki siyasi-ideoloji görüşlərini də əsas götürəriksə, bu cür şəxsiyyət Nazim Hikmət ola bilərdi. Ancaq nəzərə alın ki, Nazim Hikmət millətçilikdən uzaq, beynəlmiləlçi olub və onun üçün ayrıca "Türk dünyası" anlayışı olmayıb... Azərbaycanda isə bu cür şəxsiyyət Nəriman Nərimanov sayıla bilərdi".
2013-12-06
3,498
Qurban Məmmədova hökm oxundu
Dekabrın 6-da Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə proses başa çatıb. Qurban Məmmədova hökm oxunub. O, yol hərəkəti qaydalarını pozma və ifadə verməkdən boyun qaçırmağa məcbur etmə ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Qurban Məmmədov bu il iyunun 4-də tutulub. 1959-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olan Qurban Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Milli azadlıq hərəkatının fəallarındandır. Uzun illər vəkilliklə məşğul olub, siyasi fəaliyyət göstərib, bir neçə dəfə həbsdə yatıb (Media forum).
2013-12-06
3,499
Aslan Aslanov Şəmkir stadionunu satmaq istəyir
Kənd Təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov yaxın qohumunun adına özəlləşdirdiyi Şəmkir şəhər stadionunu satmaq istəyir. Stadiona isə 2 milyon manat qiymət qoyulub. Bu barədə Şəmkirdəki mənbələrdən məlumat daxil olub. Qaynağın sözlərinə görə, stadionun tikintisində Şəmkirdə Saşa kimi tanınan mərhum iş adamı Şahbaz Süleymanovun da xidmətləri olub. Stadionunu tikintisinə vəsaitin bir hissəsini də o vaxt məhz Saşa ayırıbmış. Stadionun ərazisi Şəmkir rayonunun "Klara Setkin" sovxozunun balansında olub. Amma rayonda aqrar islahatlar aparılarkən bu ərazi sovxozun fəhlələrinə torpaq payı kimi paylanmayıb. Ərazini o vaxt Şəmkirdə icra başçısı vəzifəsini tutan Aslan Aslanov özəlləşdirib. Stadion əvvəlcə keçmiş Dəllər Tikinti Materialları Kombinatının direktoru Fəxrəddin Rzayevin adına Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir bölgə şöbəsində qeydiyyata alınıb. Amma az sonra A.Aslanov stadionu öz yaxın qohumu olan Zəyəm-Cırdaxan kəndində yaşayan Dilqəm İsmayılovun adına rəsmiləşdirib. Qeyd olunur ki, hələlik stadionu almaq istəyən yoxdur. Yalnız Moskvada yaşayan əslən şəmkirli Məhərrəm adlı iş adamı buna cəhd edib. O, 2 milyon manat verərək stadionun ərazisini almaq istəyib. Amma ondan stadion kimi yox, sökdürüb torpaq sahəsi kimi istifadə etmək üçün. Amma Aslanov regionun ən böyük idman obyektlərindən olan Şəmkir şəhər stadionunun bu şərtlə satılmasına yuxarıların qəzəbindən ehtiyat etdiyi üçün razı olmayıb.
2013-12-06
3,500
Nadir Qafarzadə: “Qayınanamın maaşını bilsəz...”
Bu dəfə Nadir Qafarzadə nə toydan, nə də şoudan danışdı. Amma ona ünvanlanan suallara şou-biznes nümayəndəsi kimi "Axar.az"a cavab verdi. - Təhsiliniz var? - Əlbəttə ki! Mən Asəf Zeynallı adına Musiqi Kollecini bitirmişəm. - Bir dəfə televiziya verilişlərinin birində kitab oxuyub-oxumamağınız barədə verilən suala "gedin mənim "xolodilnik"imə də baxın, kitab oxuyanların da "xolodilnik"inə"- deyə cavab vermişdiz. Bu, nə qədər məntiqli cavabdır? - Mən indi evimə qonaq kimi gəlib-gedirəm. Sizcə, mənim kitab oxumağa vaxtım ola bilər? Sadəcə, buna zamanım yoxdur. Onu da deyim ki, vaxtında çox kitab oxumuşam. Düzdü, texniki fənlərlə aram olmayıb, amma humanitar fənlərə həvəsim olub. Cəfər Cabbarlıdan tutmuş Əkrəm Əylisliyə qədər, oxumuşam. - Amma o verilişdə nədənsə kitab oxuyanlara ironiya ilə yanaşdız... - Baxın, mənim qayınanam elmlər namizədidir, amma siz onun maaşını bilsəz, mənim dediklərimə haqq qazandırarsız. Vaxtında oxuyub da... indi qiymətləndirən varmı? Əlbəttə ki, qiymətləndirən yoxdur! - Bəzən sənətçidən vətəndaş mövqeyi gözləyirlər və bunu almayanda onları qınayırlar. Sənətçinin vətəndaş mövqeyi nümayiş etdirməsinə necə baxırsız? - Mənim fikrimcə, müğənni ancaq oxumalıdır, danışmamalıdır. Biz də ancaq oxuyuruq. - Benzinin qiyməti qalxdı, buna münasibətiniz? - Bahalaşma olsa da, maaşlar artırılacaq. Onu da deyim ki, bizdə vəziyyət çox yaxşıdır. Mən heç burda olan maşınları xaricdə görmürəm. - Azərbaycanın Avropaya inteqrasiyasına necə baxırsız? - Mən bunu istəmirəm. Bizdə vəziyyət yaxşıdır, Avropaya getsək, görərik ki, ora biabırçılıqdır. Bizdə yenə qayda-qanun var, özbaşınalıqlar yığışdırılıb. Bax, mən bu yaxınlarda Ukraynada olmuşdum, onlar bizə deyir ki, siz cənnətdə yaşayırsız. - Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncam imzaladı. Xəbriniz var? - Hörmətli Prezidentimizin bu sərəncamına çox sevindim. İndi Rəsulzadə haqda filmlər çəkiləcək, onun irsinin yaşaması üçün işlər görüləcək. Amma sizə deyim ki, mənim ulu öndər Heydər Əliyevə, onun apardığı siyasətə hədsiz sevgim var. Hətta evimin içində onun şəkli var. Heç mən ora atamın şəklini vurmamışam. Düzdü, valideynə sevgi sonsuzdur, amma Heydər Əliyev xalqın xilaskarıdır.
2013-12-06
3,501
Aslan Aslanov stadion satmasına aydınlıq gətirdi
Kənd Təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov Şəmkir şəhər stadionunu satması ilə bağlı haqqında yayılan xəbərə münasibət bildirdi. Bu haqda "Axar.az"a danışan keçmiş nazir müavini haqqında yayılan məlumatı təkzib etdi: "Yayılan məlumatlar yalandır. Stadionun mənə heç bir aidiyyəti yoxdur. Bundan artıq bir söz deyə bilməyəcəm". Xatırladaq ki, "Axar.az"a Şəmkirdəki özəl mənbələrdən daxil olan məlumata görə, keçmiş nazir müavini qohumunun adına özəlləşdirdiyi stadiona 2 milyon manat qiymət qoyub.
2013-12-06
3,502
Cəmil Həsənlidən İsa Qəmbərə irad - Müzakirə
"Mən İsa Qəmbərin "Azadlıq" radiosundakı çıxışına baxmamışam. Ola bilsin ki, onun fikirləri təhrif edilsin. Prezident seçkilərində 200 min civarında səs almağımla bağlı deyilənlər həqiqətə uyğun deyil. Mən seçkilərdə iştirak edən 20 faiz seçicinin 65 faizinin səsini almışam". "Axar.az"ın xəbərinə görə, bunu "Teleqraf.com"a açıqlamasında Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli Şuranın üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbərin səsləndirdiyi "Cəmil Həsənli seçkilərdə 200 minə yaxın səs toplayıb" fikrinə münasibət olaraq bildirib. İ.Qəmbər "Azadlıq" radiosundakı çıxşında bildirib ki, onlar üçün ən uğursuz seçkilərdən biri 2010-cu ildə olub: "Amma 2010-cu ildə cəmisi iyirmi nəfər müsavatçını AXCP-Müsavat blokunun tərkibində seçkiyə buraxmışdılar, iyirmiyə qədər də cəbhəçini seçkiyə buraxmışdılar. Həmin o iyirmi müsavatçı öz dairələrində hərəsi orta hesabla iki min nəfərdən səs almışdı.Yəni ki, həmin hesabla 125 dairədən söhbət gedəndə, həmin səsləri hesablasaq, 250 minə qədər səsdir. Bu il də prezident seçkilərində bütün demokratik düşərgə bir araya gələrək və Cəmil Həsənli kimi uğurlu, cəsarətli, intellektual bir şəxsiyyəti kəşf etdik əslində bir siyasi xadim kimi bu il- vahid namizəd kimi müəyyənləşdirərək seçkiyə getdik və yenə də 200 min civarında səs aldıq. (MSK-nın rəsmi nəticələrinə görə, Cəmil Həsənli 204 642 səs alıb-R.X) Yəni bu, acı bir həqiqətdir, ancaq həqiqətdir, hər kəsin qəbul etməsi lazımdır ki, demokratik düşərgənin birləşməsi qələbəni təmin etmir. Demokratik düşərgənin vahid namizədlə seçkidə iştirakı qələbəni təmin etmir. Qələbənin təminatı digər şərtlərdədir". İ.Qəmbər hesab edir ki, MSK-nın C.Həsənlinin adına yazdığı rəqəmlər kifayət qədər həqiqətə yaxındır. C.Həsənli isə İ.Qəmbərin dediklərilə razılaşmır. Onun sözlərinə görə, başqan müxalifətə verilən real səsləri azaldıb. Amma prezidentliyə keçmiş namizəd bu barədə ətraflı danışmaq istəmədi. Teleqraf.com-un araşdırmasına görə isə, C.Həsənli İ.Qəmbərin ona verilən səsləri 3 dəfə azaltdığına işarə vurub. Diqqət yetirək. C.Həsənli deyir: "Mən seçkilərdə iştirak edən 20 faiz seçicinin 65 faizinin səsini almışam". Prezident seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 4 milyon 986 min 296 nəfərdir. Onun 20 faizi 1 milyon nəfər edir. C.Həsənliyə görə, seçkilərdə 1 milyon insan iştirak edib ki, onun da 65 faizi - 650 min nəfəri ona səs verib. Sabiq namizədin bu hesablamanı necə apardığını və həqiqətə nə dərəcədə yaxın olduğunu söyləyə bilmərik. Fakt odur ki, İ.Qəmbər C.Həsənliyə 200 minə yaxın şəxsin səs verdiyini düşünür. Eyni düşərgədə təmsil olunan şəxslərin bu cür ziddiyyətli açıqlamalarının arxasında hansı məqamların durması düşündürücüdür.
2013-12-06
3,503
Ərdoğan kürd dilinə rəsmi status verəcəyini vəd etdi
Kürd müğənni Şivan Pərvərin Türkiyənin Baş naziri R.T.Əroğandan kürdcənin rəsmi dil olması tələbinə Ərdoğan "vaxtı var" deyə cavab verib. Baş nazir Ərdoğanın İraqın kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani ilə Diyarbəkirdəki görüşündə iştirak edən müğənni Şivan Pərvər barış müzakirəsi mövzusunda Ərdoğanın cəsur və ciddi qəbul etdiyini bildirərək bu mövzuda kürdlərin də Ərdoğana kömək etməyinin vacibliyini vurğulayıb. Əvvəllər evli olduğu Gülüstan Pərvərin Ərbildə "Rudav" kanalındakı proqrama qatılan Şivan Pərvər Ərdoğanla aralarındakı dialoqdan danışıb. Ərdoğanla görüşündə kürdcənin rəsmi dil olması tələbini dilə gətirdiyini deyən Pərvər bunları deyib: Bu olmazsa yenə toqquşmalar yaranar "Əgər barış istəyirsinizsə, bərabərliyin vacib olduğunu dedim. Əgər kürd varsa, dili varsa hüquqlarını digər millətlər kimi azad şəkildə istifadə etməyinin vacib olduğunu dedim. Azadlıq olmadığı təqdirdə barışın olmayacağını söylədim. Bu olmazsa, sabah başqa toqquşma yaranar, dedim. Baş nazir Ərdoğan isə kürdcənin rəsmi dil olması mövzusunda "vaxtı var" dedi. Bəzi şeyləri həll etməyin onun üçün çox çətin olduğunu və ona qarşı basqı və hücumların olduğunu söylədi".
2013-12-06
3,504
“Desəm, yaxşı ki, bahalaşıb, camaat nə deyər…”
Yanacağın qiymətinin qalxması ilə bağlı mətbuatda gedən yazılar, onlara bildirilən rəylərdən belə məlum olur ki, bu mövzu hələ bir müddət gündəmdən düşməyəcək. İnsanların yaşayışına birbaşa təsir edən bu bahalaşmaya hər kəsin öz yanaşması var. "Axar.az" saytı bu barədə yazarların da münasibətini öyrənmək istədi. Mən başqa yerdəyəm Xalq yazıçısı, AYB-nin sədri Anar: - Mən başqa yerdəyəm, heç nə deyə bilmərəm, sonra zəng edərsiniz. Təəssüf ki. sonrakı cəhdlərimiz bəhrə vermədi. Bilmirəm nə deyim… Şair Fikrət Qoca: - Başım çıxmır, mən nə deyə bilərəm?.. Desəm, yaxşı ki, bahalaşıb, onda camaat nə deyər, desəm yox, bahalaşması pisdir… Bilmirəm, mənə onun dəxli yoxdur. Bahalaşma elə bir şeydir ki, bu, hər şeydə özünü göstərir. Amma yəqin ki, bunu iqtisadçılar daha yaxşı bilər... Siz iqtisadiyyat ekspertlərinə zəng edin… Xəbərim yoxdur Rəşad Məcid: - Xaricdəydim, ona görə xəbərim yoxdur. – Və əlavə elədi: - Elə belə də yazarsan… Hər şey gözləniləndir Şərif Ağayar: - Üçüncü, dördüncü dərəcəli ölkələrdə hər şey gözləniləndir. Təəccüblənmədim. Hətta adamların çıxıb televiziyada bu qiymət artımından məmnun olduqlarını deməsi belə, mənə qəribə gəlmədi. Zəhmət çəksinlər, maaşı artırsınlar Kulturoloq Aydın Xan: - Azərbaycan iqtisadiyyatı pik nöqtəyə gəlib çatıb. Amma sonuncu benzinlə bağlı qiymət bahalaşması şəxsən məni çox təəccübləndirdi. Çünki fikirləşirdim ki, qiymət belə tezlikə qalxmayacaq, 7 ilə yaxındır ki, qiymətlər stabil qalırdı. Lakin neft ölkəsi, benzin istehsal edən ölkə olaraq birdən-birə yanacaq məhsullarının qiymətinin 30% qaldırılmasının iqtisadi əsaslarını məmurlar müxtəlif bəhanələrlə bizə çatdırmağa çalışsalar da, fikirləşirəm ki, müəyyən məmurların, o cümlədən inhisarda olan inhisarçı maraqların səbəbindən bu qiymətlər qaldırılıb… Biz müqayisə aparsaq, bu qiymət dünya qiymətlərindən də bahadı. Baxmayaraq ki, insanların maaşı və sosial imkanları aşağıdır. Hər halda, iqtisadçılar bizdən daha yaxşı bilərlər. İndi isə məmurları sıxışdırmaq lazımdır, dövlətdən tələb etmək lazımdır ki, bu bahalaşmaya uyğun olaraq insanlara köməklik göstərsinlər. Əgər dünya dövlətlərindəki qiymətlərdən söz gedirsə, zəhmət çəksinlər, dünya səviyyəsində də bizə maaş versinlər…
2013-12-06
3,505
Moldovanın rəsmi dili dəyişdirildi
Moldova "moldova dili" olan rəsmi dilini "rumın dili" olaraq dəyişib. SSRİ-nin dağılmasından sonra, 1991-ci ildə müstəqilliyini elan edən ölkənin rəsmi dili əvvəlcə rumın dili idi. Ancaq 1994-cü ildə rəhbərliyi əllərinə keçirən ruspərəst siyasətçilər tərəfindən rəsmi dil moldova dili olaraq dəyişdirilmişdi. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Moldovada Konstitusiya Məhkəməsinin verdiyi qərara görə, rəsmi dil yenidən rumın dili olub. Qərardan şikayət edilmə imkanı yoxdur. İki ölkə arasındakı danışılan dillərdə təkcə ləhcə fərqi var. Moldovanın Avropa Birliyinə daha tez adaptasiya olması üçün Rumıniya ilə birləşmə fikri parlamentdə də müzakirə olunan bir mövzudur. Rəsmi dilin yenidən rumın dili elan edilməsi də birləşmə üçün bir addım hesab olunur.
2013-12-06
3,506
48 il əvvəl yazılan əsər “2013-cü ilin kitabı” oldu
48 il bundan qabaq yazılan romana 2013-cü ilin ən gözəl əsəri adı verildi. Bu ana qədər 10 dildə tərcümə olunan "Stoner" adlı kitab 1965-ci ildə amerikalı yazar, professor və redaktor Con Viliam tərəfindən yazılıb. Əsərin xüsusi özəlliyi ondadır ki, bu əsər birbaşa yazarın öz həyatı ilə əlaqəlidir. Yazıldığı vaxtlar elə də diqqət çəkməyən roman günümüzdə populyarlıq qazanaraq ilin romanı seçilib.
2013-12-06
3,507
Heydər Əsədovdan 3 kadr dəyişikliyi
"Bakı Şəhər Baytarlıq İdarəsinin 4 işçisi tutduğu vəzifədən azad edilib". Bu barədə Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli məlumat verib. Y . Xanvəli bildirib ki, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev, İdarənin Müalicəxanasının həkimi Şahlar Əliyev, İdarənin mühasibi Mina Daşdəmirova və Binəqədi rayon Baytarlıq Məntəqəsinin müdiri Mədət Qocayev öz ərizələri ilə işdən azad olunublar: "Mədət Qocayev Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın əmri, digər 3 nəfər isə nazir Heydər Əsədovun əmri ilə işdən azad ediliblər" (APA).
2013-12-06
3,508
Masazır - Novxanı yoluna 3 milyon ayrıldı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən 3 milyon manat ayrılması haqqında sərəncam verib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, doxsan min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.
2013-12-06
3,509
İcra Hakimiyyəti I qrup əlildən təşəkkür gözləyir
Sağlamlığıni itirən şəxslərin maddi təminatı sahəsində hökumətin həyata keçirdiyi tədbirlər yerli məmurların səriştəsizliyi üzündən ünvanına gedib çatmır. Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük Sovxozunda yaşayan 1-ci qrup əlil Quliyev Rafail Ağamir oğlu İcra Hakimiyyəti rəsmilərinin onu aldatdığını iddia edir. "Axar.az"a açıqlamasında R.Quliyev bildirib ki, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı bu il bir neçə dəfə Prezident Administrasiyasına müraciət edib: "Bunun nəticəsi olaraq 2013-cu il iyunun 13-də Xəzər rayon icra başçısının müavini Vaqif Həsənov, Binə qəsəbə nümayəndəsi və bələdiyyəsinin sədr müavinləri bizə gəldilər. Ailə vəziyyətimlə, yaşayış şəraitimlə tanış oldular. 7 nəfərlik ailə ilə bir otaqlı evdə qalırıq. Yağış yağanda bütün sular evimizə dolur. Vaqif Həsənov da acınacaqlı vəziyyətdə yaşadığımızı gördü və bizə əlavə bir otaq tikdirəcəklərinə, mövcud olan otağı isə təmir etdirərək yaşamaq üçün yararlı vəziyyətə gətirəcəklərinə söz verdilər". Ailəsinin çətin vəziyyətdə, ciddi maddi ehtiyaclar içərisində yaşadığını deyən R.Quliyevi icra rəsmilərinin gəlişi çox sevindirib: "Həmin gün bir maşın mişar daşı, 20 kisə sement , 10 ədəd şifer gətirdilər. Qalan lazımi tikinti materiallarını da gətizdirəcəklərini söylədilər. Bu məni çox sevindirdi. Fikirləşdim ki, mənə xeyirxahlıq edirlər, yəqin davamı da olacaq və otağı tikəcəklər. Mənə dedilər ki, Prezident Administrasiyasından bu məsələ ilə maraqlanırlar. Onlara məlimat vermək üçün İcra Hakimiyyətinin mənim xahişimi yerinə yetirdiyi barədə razılıq ərizəsi yazmağımı istədilər. Mən də onlara inanıb ərizəni qabaqcadan imzaladım. O vaxtdan icra hakimiyyətinin nümayəndələrinin heç birini görə bilmirəm. Zənglərimə də cavab vermirlər. Evi tikməyə isə heç bir imkanım yoxdur. Heç olmasa usta pulunu da vermədilər ki, özüm birtəhər tikdirim". Qeyd edək ki, R.Quliyev xəstəliyinə görə 1999-cu ildə III qrup əlil statusu alıb. 2009-cu ildə yıxılaraq aldığı travma nəticəsində onurğasında ciddi fəsadlar yaranıb və ayaqlarını itirib. Hazırda I qrup əlil olan R.Quliyev yalnız araba ilə hərəkət edə bilir. Ailəsinin isə onun aldığı 185 manat pensiyadan əlavə gəliri yoxdur. Ona görə də böyük ailə ilə kiçik bir otaqda yararsız şəraitdə qalmaq məcburuyyətindədir. Xəzər Rayon İcra Hakimiyyətinin səlahiyyətliləri isə R.Quliyevin yazdığı razılıq ərizəsini əsas gətirərək ona kömək etməkdən imtina edirlər. Məsələyə aydınlıq gətirmək üçün Xəzər rayon İcra Hakimiyyətinə müraciət etdik. Başçının müavini və bu məsələ ilə birbaşa məşğul olan Vaqif Həsənovla danışmaq cəhdlərimiz boşa çıxdı. İki gün ərzində onun telefonları ardıcıl olaraq susdu. Məcbur qalaraq İcra Hakimiyyətində mətbuat əlaqələndiricisi kimi tanınan Gülbala Qurbanovla əlaqə qurduq. Sualımızı çox aqressiv qarşılayan G.Qurbanov dedi: "Xəzər rayon İcra Hakimiyyətində fərdi evlərin tikintisi nəzərdə tutulmur. Həmin adam material verildiyi üçün çox sağ ol desin". Hazırda sözügedən saxta ərizənin etibarsızlaşdırılmasına çalışan R.Quliyev isə bu il noyabrın 25-i və 29-da yenidən Prezident Administrasiyasına müraciət edib. Məsələni diqqətdə saxlayacağıq.
2013-12-06
3,510
"VİP Dental"ın qapısını sındırdılar - Foto
47 yaşlı Elçin Məmmədovun həkim məsuliyyətsizliyi səbəbindən dünyasını dəyişdiyi "VİP Dental" stomatoloji klinikasında incident yaşanıb, klinika vəfat edənin qohumları tərəfindən dağıdılıb. Yerli sakinlərin "Axar.az"a verdiyi bu məlumatı araşdırmaq məqsədi ilə "VİP Dental" klinikasında olduq. Klinika artıq dəmir barmaqlıqla bağlanmışdı, fəaliyyət göstərmirdi. Yaxınlıqda yaşayan və hadisənin şahidi olmuş sakinlərin sözlərinə görə, həqiqətən klinikada insident baş verib. Ancaq bu, dünən, mərhum dünyasını dəyişərkən baş verib. "Atasının dünyasını dəyişdiyini eşidən oğlu əsəblərini dəhşətli xəbərin sarsıntısı altında stomotoloji kabinetin qapısını sındırıb. Amma bu gün sındırılan qapı yenisilə əvəzlənib və dəmir barmaqlıqla bağlanıb", - deyə sakinlər bildirdilər.
2013-12-06
3,511
Şirvanda 3 otaqlı ev yandı
Şirvan şəhərində vətəndaşa məxsus birmərtəbəli mənzildə yanğın baş verib. Yanan evin qonşuluğunda yaşayan sakinin "Axar.az"a verdiyi məlumata görə, ümumi sahəsi 110 kv.m olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saat 15:04-də söndürülüb.