date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-04
3,305
Neft şirkətinə yeni vitse-prezident təyin edildi
BP şirkəti bildirir ki, Toni Hant Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) Regionu üçün dəniz əməliyyatları üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Toni öz vəzifəsinin icrasına 15 dekabr 2013-cü il tarixindən başlayacaq. Bu vəzifədə Toni bütün AGT regionunun dənizdəki əməliyyatlarının təhlükəsiz, tələblərə uyğun və etibarlı şəkildə həyata keçirilməsinə cavabdeh olacaq. Bu təyinat AGT Regionunda 4 il dəniz əməliyyatları üzrə vitse-prezident işləmiş Mark Tomasın Hyustonda yerləşən texniki funksional bölmələr üzrə vitse-prezident vəzifəsinə təyin olunmasından sonra verilib. Mark da öz yeni vəzifəsinin icrasına 15 dekabr 2013-cü il tarixində başlayacaq. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Qordon Birrell deyir: "Mən ötən dörd il ərzində Azərbaycanda dəniz əməliyyatlarımızın təhlükəsiz və etibarlı şəkildə idarə olunmasına verdiyi möhtəşəm töhfəyə görə Marka öz minnətdarlığımı bildirmək istəyirəm. Mark bizim regional dəniz əməliyyatlarımızın beynəlxalq standartlara və BP-nin tələblərinə uyğun qaydada idarə edilməsində aparıcı qüvvə olub. Marka təyin edildiyi yeni texniki funksional bölmələr üzrə vitse-prezident vəzifəsində uğurlar arzulayıram. Həmçinin fürsətdən istifadə edərək Toninin AGT Regionuna gəlməsindən məmnunam. Toni beynəlxalq neft sənayesində geniş təcrübəyə malikdir və mən əminəm ki, bu təcrübə bizim dəniz əməliyyatlarımızın əvvəlki kimi yüksək səviyyədə təhlükəsiz və etibarlı şəkildə davam etməsini təmin etmək üçün əsas olacaq". Toni Hant Lester universitetindən riyaziyyat üzrə bakalavr dərəcəsinə və Aberdində yerləşən Robert Qordon universitetindən dəniz qurğuları mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir. BP şirkətindəki 29 illik karyerası ərzində o, əməliyyatlar üzrə çoxsaylı vəzifələrdə, o cümlədən Böyük Britaniyada və Anqolada dənizdə və quruda əməliyyatlar üzrə rəhbər vəzifələrdə çalışıb. Toni Azərbaycandakı vəzifəsinə hazırda Luandada tutduğu sualtı əməliyyatlar üzrə menecer vəzifəsindən təyin edilib.
2013-12-04
3,306
“Forsaj” qəhrəmanının qəza anı - Video
Günlərdir media gündəmini zəbt edən "Forsaj" filmlərinin qəhrəmanı Pol Uolkerin qəzasının videosu yayılıb. ​Videoda görünür ki, avtomobil elektrik dirəyinə çırpılaraq alov alır. Ətrafdan keçən avtomobillər kömək üçün maşınlarını saxlayıb kömək etməyə çalışsalar da, sürücünü xilas etmək mümkün olmayıb. "Axar.az"ın "Milliyyet.com.tr" saytına istinadən verdiyi xəbərdə bildirilir ki, haqqında şayiələr yayılan aktyorun ölüm xəbəri artıq öz təsdiqini tapıb. Məlumatlara görə, avtomobilin ona aid olduğu təsdiqlənib.
2013-12-04
3,307
Arif Hacılı siyasətçiyə yaraşmayan sözlər danışır
"Arif Hacılının verdiyi açıqlamalar praqmatik siyasətçiyə qəti yaraşmayan sözlərdir. Dünən çıxışlarda da biz bunun şahidi olduq. Milli Şuranın dünənki toplantısında hər dəqiqə real güc sözünü işlədirdi. O cür çıxışlarla demək istəyir ki, Azərbaycanda yeganə real güc bizik və bizdən başqa, Müsavatdan başqa da real güc yoxdur və hər şeyi də biz həll edə bilərik". Bu sözləri "Axar.az"a açıqlamasında El hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev dedi. O bildirdi ki, Müsavat partiyası Milli Şuradakı Birliyi pozur: "Real gücün ölçü meyarı yoxdur. Bu meyar bəzən şəxsiyyət ola bilər, ciddilik ola bilər. Gücün konkret tərəzisi, kriteriyası yoxdur axı. Əgər onlar elə güclü idilərsə, indiyə qədər xalqı niyə inandıra bilməyiblər? Niyə insanları bir araya toplaya bilməyiblər? Bunlar etiraf etmək istəmir ki, bu qədər insanın bir araya gəlməsi məhz Rüstəm İbrahimbəyovun xidmətidir. Müsavatçılar hansısa bir məsələ haqqında fikir bildirəndə düşünmədən hərəkət edirlər. Normalda kimsə hansısa məsələ ilə bağlı fikir bildirəndə düşünür, sonra qərar verir və fikir bildirir. Bunlar isə tərsinə hərəkət edir. Əvvəl məsələ ilə bağlı fikir bildirirlər və sonra həmin fikri əsaslandırmaq üçün arqumentlər axtarmağa çalışırlar. Bu, anormaldır". Müsavat partiyasından olan funksionerlər haqqında danışan Eldəniz Quliyev həmkarlarının çıxışlarını və məqsədlərini qara otaqda mövcud olmayan qara pişiyi axtarmağa bənzətdi: "Arif Hacılının Rüstəm İbrahimbəyova qarşı irəli sürdüyü fikirlərin heç birinin əsası yoxdur. Əgər doğurdan da Arif bəy deyən kimi, Rüstəm İbrahimbəyov daha çox Rusiya ilə əlaqədar və oranın vətəndaşlığına bağlı biridirsə, Milli Şura onu niyə fəxri sədr seçmək istəyir? Bilirsiniz, bunlar mümkün və real olmayan şeyləri iddia edərək insanları buna inandırmaq istəyirlər. Arif Hacılının hərəkəti və etdiyi çıxış təxminən qaranlıq otaqda qara pişik axtarmaq kimi bir şeydir. Bu da çox çətin məsələdir. Hələ o qaranlıq otaqda qara pişik yoxdursa, onda iş bir az da çətinləşir".
2013-12-04
3,308
Yanukoviçin tərəfdarları Radanın qarşısını bağladı
Yanukoviç tərəfdarları Radanın qarşısında etiraz aksiyası keçirirlər. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hazırda etirazçıların sayı 2000 nəfərdir. Aksiya iştirakçılarının qarşısında Regionlar Partiyasının deputatları çıxış edirlər. Bununla yanaşı burada sovet dövrünün məşhur musiqiləri səslənir. Mətbuat aksiya iştirakçıları ilə yanaşı onlardan 100 metr aralıda 1000 nəfərə yaxın idmançının toplaşdığını və hadisələrin gedişini izlədiklərini bildirir.
2013-12-04
3,309
Ruslar Qarabağdan istifadə etmək istəyirlər
Qarabağ Azərbaycanı Gömrük İttifaqına cəlb etmək üçün Rusiyanın istifadə etdiyi bir nömrəli əsirdir. "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə "İrs" partiyasının katibi Stepan Safaryan çıxış edib. O, Qarabağ konfliktinin Azərbaycanın xeyrinə həll edilməsi şanslarının yüksək olduğunu deyib: "2008-ci ildə Rusiya prezidentinin Azərbaycana səfəri zamanı strateji tərəfdaşlıq haqqında deklarasiya imzalanmışdı. Bu, Rusiyanın Qarabağın həllində daha aktiv olmasını tələb edirdi. İndi isə Rusiya əlinə düşən şansdan istifadə etməyə çalışır. Qarabağ Azərbaycanı Gömrük İttifaqına cəlb etmək üçün Rusiyanın istifadə etdiyi bir nömrəli əsirdir". S.Safaryan Ermənistanın məhz bundan qorxmağının vacib olduğunu bildirib.
2013-12-04
3,310
Abel Məhərrəmov Alim Qasımova mükafat verdi - Foto
Abel Məhərrəmov Xalq artisti Alim Qasımovu "Universitetin dostu" mükafatı ilə təltif edib. Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Xalq artisti Alim Qasımovu təltif edib. Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, rektor A.Qasımovu "Universitetin dostu" mükafatı ilə təltif edib (Azvision.az).
2013-12-04
3,311
Sabirabadda məmurların pul savaşının təfərrüatları – Özəl
Sabirabad müəllimləri Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşovla Təhsil şöbəsinin müdiri Elman Bünyadovun arasında yaranan fikir ayrılığına görə noyabr ayı üçün nəzərdə tutalan əməkhaqqını ala bilmirlər. Bu haqda "Axar.az"a Sabirabad məktəblərinin bir qrup müəllimi məlumat verib. Redaksiyamızla əlaqə yaradan müəllimlər iki məmur arasında yaranan konfliktə əsas səbəb kimi Hüseynağa Gülüşovun Təhsil şöbəsinin müdirindən rüşvət tələb etməsini göstərirlər. Elman Bünyadov isə Maliyyə şöbəsinin müdirinə rüşvət verməkdən imtina etdiyinə görə onun qarşısında bürokratik əngəllər yaradılır. Təbii ki, məmurların vəzifə səlahiyyətlərindən sui-istifadəsində ən çox zərər çəkən aylıq məvacibə göz dikən Sabirabad təhsil işçiləri olur. Məlumatda bildirilir ki, Maliyyə şöbəsinin müdiri əməkhaqqlarını gecikdirməklə Sabirabad təhsil işçilərini Elman Bünyadova qarşı qaldırmaq istəyir: "Hüseynağa Gülüşov təhsil şöbəsinə pul ayrılmasının ləngitməsinə səbəb kimi xəstə uşaqların tədrisi adı altında sağlam uşaqların qeydə alınmasını göstərir. O hesab edir ki, Psixoloji Tibbi Komissiyadan keçən şagirdlərə qanunsuz olaraq epiqriz açılıb. Bu isə ayrılan vəsaitin təhsil şöbəsi ilə tibbi komissiya tərəfindən mənimsənilməsinə yol açır. Bundan başqa, Hüseynağa Gülüşov kənd məktəblərinin işləmədiyini əsas gətirirərək, sinif komplektasiyasının standarta uyğun gəlmədiyini iddia edir və əməkhaqlarını vermir", - deyə xəbərdə iddia olunur. Təhsil Şöbəsinin müdiri deyilənləri təsdiqlədi Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadov əməkhaqqların gecikməsini və Maliyyə şöbəsinin müdiri ilə aralarında olan konfliktin səbəblərini "Axar.az" açıqladı: "Oktyabrın maaşında heç bir problem olmadı, amma noyabr ayı hələ ki, verilməyib. Hər gün dərs cədvəllərinə görə müxtəlif iradlar bildirilir. Təəssüf ki, çoxları müəllim maaşı ilə dolanmağın nə olduğunu bilmir, ona görə də maaşların verilməsində belə əngəllər yaranır. Mən indi durub dərs cədvəlini dəyişdirib, kiminsə haqqını yeyə bilmərəm. Məni tanıyanlar necə insan olduğumu yaxşı bilir. Qaldı xəstə uşaqların tədrisi adı altında sağlam uşaqların qeydə alınması məsələsinə və məktəblərdə davamiyyətin olmamasına, bu da yalandır. Bizdə ötən il 231 nəfər xəstə uşaq olub. Ondan əvvəlki il isə daha çox olub. Bu il Psixaloji Tibbi Komissiyadan 99 nəfər keçib. Psixaloji Tibbi Komissiyada isə bir psixoloq, iki həkim və iki inspektor var. Özü də həmin gün Maliyyə şöbəsinin müdiri özü gəlib baxdı və gördüklərindən pis olduğunu bildirdi. Hətta özü də dedi ki, mənim ürəyim ağrayır, buna baxa bilmirəm. Onu da bildirim ki, daha sonra üzrlü səbəbdən gələ bilməyən 34 nəfər də gəlib komissiyadan keçdi. Bizdə hər bir xəstə uşağın həkimdən epiqrizi var, hər bir uşaq Psixoloji Tibbi Komissiyadan keçib. Bu isə qanunsuz ola bilməz. Dərsə davamiyyət isə istənilən səviyyədədir. Sadəcə, müəyyən səbəblərdən qarşımda əngəllər yaradırlar. Bundan da ən çox zərər görən rayonumuzun təhsil işçiləri olur". İstənilən səviyyədə araşdırma apara bilərsiniz Rayon Təhsil Şöbəsinin Psixoloji Tibbi Komissiyasının müdiri Pəhləvan Qarayev isə haqlarında səslənən ittihamların əsassız olduğunu bildirdi: "Psixoloji Tibbi Komissiyanın sədri mən olsam da, bizim komissiyanən tərkibində iki həkim və inspektor var. Xəstə uşaqlara isə epiqriz polikilinikanın baş həkiminin imzası ilə verilir. Yəni biz qanunsuz heç bir iş görmürük. Bunu istənilən səviyyədə araşdıra da bilərlər. Buna tam əmin ola bilərsiz". Təəssüf ki, gün ərzində Sabirabad rayon Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşovla bir neçə dəfə əlaqə yaratmağa cəhd etsək də, zənglərimizə cavab vermədi.
2013-12-04
3,312
Kerri və Lavrov Brüsseldə görüşür
Brüsseldə Con Kerri və Serqey Lavrovun ikitərəfli görüşləri başlayıb. "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tərəflərin hazırda bağlı qapılar arxasında danışıqları davam etdirdikləri bildirilib. Mətbuat Xarici İşlər nazirlərinin bir-birini gülərüzlə qarşıladıqlarını qeyd edib. Nazirlər görüşün nəticələri haqqında sonradan jurnalistlərə açıqlama veriləcəyini də bəyan ediblər. Qeyd edək ki, nazirlər sonuncu dəfə keçən ay Cenevrədə görüşüblər.
2013-12-04
3,313
Azərbaycanın dörd günlük benzin ehtiyatı qalıb - Rəsmi
Bu, ölkədə benzinə olan tələbatın ödənilməsi məqsədi daşıyır "Azərbaycanda baş verən iqtisadi proseslər, avtomobillərin sayının artması nəticəsində ölkədə benzinə olan tələbat daim artır". Bunu öz açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bildirib. D.Məmmədovun sözlərinə görə, bu tələbatın orta illik artım tempi son illər ərzində 10%-dən çoxdur: "Aydındır ki, bu şəraitdə benzin istehsalının artırılması zəruridir və bunun üçün əlavə neft həcmləri tələb olunur. Bu səbəbdən də Dövlət Neft Şirkəti gələn il özünə məxsus xam neftin ixracını tam dayandıracaq və həmin həcmi benzin istehsalına yönəldəcək". Bununla yanaşı şirkət rəsmisi qeyd edib ki, ARDNŞ bu il ərzində neftin ixracını artıq azaldır və bunun nəticəsində daxili bazarda benzinə olan tələbat təmin olunur. Lakin eyni zamanda mövcud benzin ehtiyatlarından da istifadə olunur. Nəticədə Azərbaycanda benzin ehtiyatının həcmi cəmi 17 min tona enib ki, bu da orta hesabla təxminən daxili tələbatın 4 gün təmin edilməsinə kifayətdir. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayı ərzində Azərbaycanda 1,171 mln. ton benzin satılıb və 1,170 mln. ton benzin istehsal edilib. ARDNŞ-in proqnozlarına görə, benzinə olan daxili tələbat ilin sonuna kimi təxminən 1,420 mln. tona çatacaq (APA).
2013-12-04
3,314
Ukraynanın 48 saatı qaldı
Avromeydanın gücünü göstərmək üçün ukraynalıların 48 saatı qalıb. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Polşanın keçmiş prezidenti Aleksandr Kvasnyevski çıxış edib. O, Avromeydanın zəifləyəcəyi dəqiqə hər şeyin itiriləcəyini bildirib: "Hər şey son 48 saat içərisində həll olunacaq. Əgər meydan tərəfdarları öz güclərini göstərsələr, o zaman nəinki nazir, hətta baş naziri də istefaya göndərə biləcəklər. Əgər zəifləmə olsa, o zaman hökumət müdaxilə edəcək və meydan gücün hesabına dağıdılacaq".
2013-12-04
3,315
İTV-də daha bir departament rəhbəri “vuruldu”
Dünən 12 nəfərin işdən çıxarıldığı İTV-də daha bir dəyişiklik olub. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, İnformasiya Departamentinin müdiri Mehparə Quliyevanın da səlahiyyəti əlindən alınıb. İTV-dəki mənbəmizin sözlərinə görə, Mehparə Quliyevanın işdən çıxarılması barədə rəsmi əmr olmasa da, faktiki olaraq o öz vəzifəsini icra etmir: "Hazırda bütün səlahiyyətləri əlindən alınan M.Quliyeva iş günü ərzində kabinetindən çıxmır, göndərişlərin imzalanması, müxbirlərin çəkilişlərə göndərilməsi, xəbər redaktəsi kimi vəzifəsinin gərəkdirdiyi işlərin heç birini yerinə yetirmir. Vəzifəyə gətirildikdən 2 gün sonra ona verilən xidməti maşın da geri alınıb. Hətta faks aparatı belə otağından aparılıb". Məlumata görə, onun zərərsizləşdirilməsinə səbəb baş direktorun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini Şaiq Məmmədovla vaxtaşırı mübahisə etməsi olub. Elə buna görə də Şaiq Məmmədov İTV-yə Lider Televiziyasından Elgün İbrahimov adlı əməkdaş gətirib və bütün səlahiyyətlər M.Quliyevadan alınaraq, böyük redaktor vəzifəsinə gətirilən E.İbrahimova verilib. Hazırda həm Analitik Proqramlar, həm də İnformasiya Departamentinə faktiki olaraq E.İbrahimov rəhbərlik edir. Qeyd edək ki, M.Quliyeva vəzifəsinə sentyabrın 3-də təyin olunmuşdu.
2013-12-04
3,316
Milli Şura bahalaşma əleyhinə mitinq keçirəcək
Milli Şura yanacağın qiymətinin bahalaşdırılmasına etiraz mitinqi keçirəcək. Qurumun sədri Cəmil Həsənli "Media forum" saytına deyib ki, mitinqin zamanı və yeri ilə bağlı müzakirələr aparılır: "Məsələni şuraya daxil olan partiyalarla birlikdə yenidən müzakirə edib mitinqin zamanı və məkanı haqda qərar verəcəyik. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Aksiya yaxın günlərdə olacaq". Cəmil Həsənli əlavə edib ki, insanlar nə baş verdiyini özləri üçün aydınlaşdırmalı, cəmiyyət qiymət artımının əsassız olduğunu dərk etməlidir: "Vətəndaş yanacaqdoldurma məntəqəsinə gedəndə və yanacaq üçün artıq pul ödəyəndə bahalaşmanın ağırlığını öz çiyinlərində hiss edəcək. Hesab edirəm ki, bunun üçün bir necə gün lazımdır. Bu, insanların yaşayışına, güzəranına qəsddir". Milli Şura sədrinin fikrincə, yanacağın qiymətinin artırılmasına ehtiyac yox idi: "Azərbaycanda benzin ABŞ-dakından bahadır: "Amerika vətəndaşlarının əməkhaqqı, pensiyası, sosial müavinətləri Azərbaycanla müqayisə oluna bilməz, bizdə dəfələrlə azdır. Hakimiyyət vətəndaşlara cüzi miqdarda əməkhaqqı, pensiya verir. Bəs yanacağı niyə bu qədər bahalaşdırır? Seçkiöncəsi kampaniya kimi əməkhaqqını, pensiyanı on faiz artırdılar, amma benzini otuz faiz bahalaşdırdılar. Azərbaycan iqtisadiyyatının infrastrukturu elə qurulub ki, yanacaq qiymətləri müəyyənləşdirən əsas məhsuldur. Əgər yanacaq bahalaşdırılırsa, deməli, bütün sahələrdə qiymət artacaq. Bəla ondadır ki, hakimiyyət benzini xaricə daha ucuz satır. Yanacağın Azərbaycan vətəndaşlarına baha, xaricə ucuz satılması məsələsi ciddi araşdırılmalıdır. İnsanlar bu fərqin səbəbini bilməlidirlər".
2013-12-04
3,317
Vətən mənə oğul desə, nə dərdim - Məmməd Araz
Bir şair vardı... Ömrü boyu tufan əydi, su yardı... Xətainin qılıncını suvardı - Məmməd Araz karandaşı göyərdi... O, bu karandaşla bir xətt çəkdi - "Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı" patriot-portreti yaratdı. Can kətanına iki cızıq atdı - "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim!" avtoportreti donatdı. Üçüncü çaba-çəkimində - "Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən..." peyzaj-triptixi boy atdı... Ataların "say cızığı"ndan - "üç"dən çıxmamaq üçün üslub havasını dəyişmək gərək. Dəyişib çıxmasam, bu ümumədəb ədibinin, ümummilli söz ozanının, büsbütün ata salğarlı, ana dilli karandaş yiyəsinin ümummüsəlman, ümumturan ruhuna toxunmuş ollam. O ruhun ki, cisminə "Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədər ki, öz əlimdir yazanım!" dedirdilən çağlarda "Azərbaycan!" deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər!" söyləyirdi. "İti bazarında atından baha - Mən belə dünyanın nəyindən küsüm?!" hayqırırdı. "Bir ağılın budağından sallanıb, Neçə-neçə ağlıdayaz yaşayır" rəsmləyirdi. O karandaşın yaratdığı yüzlərlə major "tablo"dan bir minorlusu: Ey ilham pərisi, varsansa əgər, Bu axşam üstümə qanadını gər... Bu axşam... Özümdə yoxam bu axşam, Ağlı kəsilməmiş kəsilmiş başam... "Kriminal"? "Tragizm"? Yox, məntiqi bir sillagizm! Guya, heç nə yaza bilmədiyinə acıyıb, ilham pərisini imdada çağıran şair bunun səbəbini bir alimə (Xudu Məmmədova) ithaf etdiyi beşxətli tabloda belə rəsmləyib: Bax donqar dəvənin səbət yükünə, Bənzəyir içiboş şöhrət yükünə. Ömür karvanının sənət yükünə Bir-iki qeyrətli söz yükləməsək - Sən kimə gərəksən, mən kimə gərək?.. İndilər ürəyimizə batman-batman fəxarətlər gətirən müstəqil ölkəmizin o çağlarkı ağırlığı, ağrıları elələrinin çiyinlərində, ürəklərində dövr-qövr edirdi. Dillərdə bu alovlu şairin "Gözünü sıx, hansı daşda su yansa, O daş altda Məmməd Araz yaşayır" kimi poetik-idiomatik "nekroloq"ları dolaşır, məclis-mərəkələrdə o alim-ziyalının "Adətən ev-eşikdə nə çatmazsa, nədən çox danışılarsa, uşaq ondan istəyər; bir gün oğlum mənə qayıtdı ki, ata, mənə Vətən al..." kimi xısıntı postulatları gəzirdi... Hərdən mənə elə gəlir ki, 1933-cü il 14 oktyabr doğumlu Məmməd Araz bizim eradan əvvəl və ya ən azı, orta əsrlərdə doğulub. "Danış görək, a daş qardaş" kimi "daş dövrü" dialoqları, "Ey daşlaşan, torpaqlaşan ulu babam, Bu günümdən dünənimə uzaqlaşan ulu babam!" xitabları edən Məmməd Araz! Bəs, sənə necə gəlir, sayın oxucu? Mənim kimi təəccüblənəniniz də varmı ki, bu böyüklükdə fikir, düşüncə, hisslər sahibi "Kəndim, balacasan, çox balacasan" dediyi o yurda, müəllim işlədiyi vaxtlar o kəndin bapbalaca sinif otaqlarına necə sığıb? Belə bir "dosye"dən xəbərdar olanınız da varmı ki, "Stalinin gədəsi" Mikoyanının xristian ərköyünlü oğlu "...o, "gəncləri Nərimanovlaşdırmaq" ideyası ilə yaşayır" damğalı hədə-qorxuları, təsir-təzyiqlərilə bu cavan şairi illər xəstəsi etdi. Fərqindəsizmi, ömrü uzunu öz əsgər-misraları ilə azadlıq mücadiləmiz üçün ərəfə ordusu yaradanlarımızdan biri olmuş bu şairin ideoloji-bioloji əzablardan solmuş gözləri milli istiqlal mübarizəmiz zamanı necə parlayırdı! Bayaqdan... yuxarıda misal gətirdiyim "Nə qədər ki, öz əlimdir yazanım" misrasıyla bağlı nəm çəkirəm. Belə ki, indi mənim də yazanım öz əlimdir, amma çox duyğunu hamıdan öncə, hər kəsdən incə duymuş, saymaqda mahir fələyin hesabından yayınanları da öz fəhmi ilə xalqın poetik zövq bankına saymış Məmməd Araz misralarının iştirakı olmadan yaza bilmirəm... "Dünya... ...mənim, dünya sənin, dünya heç kimin". Düzdür, dünya heç kimin. Amma bəs... sənin də? Yox, dünya sənin, Məmməd Araz! Hər şeyi duya-duya, saya-saya - hələ ömrünün sonuna neçə illər qalmışdan "Bu da belə bir ömürdü - yaşadım..." deyə, bu dünyasına "xitam" verib, bütün gələcəklərə addımlayan Məmməd Araz! Ümummilli könlümüzdə vahid, hər könüldə ayrıca-alayıca Məmməd Araz! O zamanmı bitdi bizim dilimizin "sənin"-"mənim" qabarı da, O zamanmı bitdi bizim dilimizin "haralısan" damarı da?! Bəli, bu qədər bütöv Azərbaycançı, din-imançı, türk-turançı misralar müəllifini "mənim"-"sənin"səmək hər şeydən agah və arif olmayanlar yanında şərhə-bəyana gəlməsə də, hər kəsin ayrıca bir Məmməd Arazı var... "Sənin-mənim qabarı", "haralısan damarı" sözlərindən ayıb olsa da - Mənim Məmməd Arazım... Mən onu 60-cı illərin sonlarında - doğulduğum Arazboyu rayonda bünövrəsi yenicə qoyulan "Arazstroy" tikintisi ərəfəsində oxuduğum "Araz axır" kitabından tanımağa başlamışam. Ötən əsrin iyirminci illərində bolşevik-sovet qəddarlığından qaçaq düşüb Arazın o tayına keçənlərini ağlayan, həmin tikinti ilə ilgili Araz çayı üstdə bərq vuran Sovet-İran işıqlarına baxıb ümidlənən nənələrimizə o kitabdan oxuyanda ki; İşıqlar da bir-birinə Yaxın yadlar olacaqlar... İşıqlar da ayrılığa öyrəşəcək, Yükünü çək, dəvə qardaş, yükünü çək... - o qarıların yanaqlarından ata, qardaş, ər, oğul nisgilli göz yaşları süzülürdü... Bir müddət keçmiş hamımızın payı olan paytaxtımıza gəldim, sözünə çoxdan bələd və vurğun olduğum bu şairin özüylə də tanış oldum. Bir əqidə dostumla hər Novruz bayramında onu ziyarətə gedər, şeirlərilə nəfəs aldığımızı bildirər, haqq-halal təriflərlə öyər, titrəyən əllərinə, "arana-dağa" düşüncələrinə, milli azadlıq arzu-istəklərinə sığal çəkməyə çalışardıq. Bu gedişlərimizin birində soruşdum ki, niyə "Yer üzünün Qarabağ düzü", "Kür Salyana qovuşur" kimi publisistik yazılarına ara verib? Bizə bir dəftərçə göstərib: "Bu səpkidə əlliyə qədər mövzu gözaltılamışdım... - dedi və qırıq-qırıq əlavə etdi: - ...amma, heyf, bu "ali" xəstəlik..." Dedim, Məmməd müəllim, nə etməli, görünür, "ali" xəstəliklər də özünə ali canlar arzulayır... Ki, o xəstəlik çoxlarından eşitdiyi "heyf, ey eyş-işrətli dövranlarım!" kimi sızıltılar əvəzinə, bir-iki adam balasından da "heyf, ey görə bilmədiyim işlər, yazmadığım mövzular!" sayaq qızıltılar eşitsin... Sənin Məmməd Arazın... Bu "sən" ki var, - o qədərsən ki! Minlərlə, milyonlarlasan... İndi mən hansınıza dilmanclıq edim? Qoy sənin Məmməd Arazından bəhs edim, rəhmətlik Mirzə Dəmirli! Bir gün, "dahi"liyi yalnız "böyük qardaş"larımız arasında axtaran bir neçə tələbə yoldaşımıza dediyim bir fikri əlçalma ilə dəstəkləyən qubalı Mirzə! O fikir isə bu: "Yadda saxlayın, indi bizim yanımızdan otuz beş yaşlı bir dahi ötüb-keçdi..." Hələ onun "Məndən ötdü, qardaşıma dəydi..." şeiri "Azərbaycan" jurnalında çap olunan günün sabahısı şadlığından yataqxanada yekə bir qazan asıb, Vətənə, millətə dəxli olan tələbələri başına yığmağın! O şeiri xüsusi bir məhəbbət və bəlağətlə oxuyub, o tay-bu tay Azərbaycanın artıq bu poetik "qərar"-möhürlə birləşdiyini söylədin. Sonra əslən o taylı tələbə yoldaşımız Rəhim Huşiməndinin "Mirzə, əgər Azərbaycan reallıqda da birləşsə, neylərsən" sualını nağıllardakı (su verməsi üçün hər dəfə bir gözəl istəyən) əjdaha epizodu ilə cavablandırdın. "Özümü o əjdahanın bir günlük övnəsi kimi - Araza atıb qurban gedərəm!" - dedin. Onun Məmməd Arazı... "O" da çoxdu, sevənləri sayagəlməz Məmməd Araz! Sənin 25 kitabının 5 min 5 yüz səhifəsindəki hərf-işarələrdən də çox. Onların yolu dağa-daşa düşəndə çox vədə sənin dilinlə danışırlar: "Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, sıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən, Salamat qal, salamat..." deyirlər. Elə ki bir kədər üz verdi, bəzən elə sənin kimi: "Ey ilham pərisi, varsansa əgər, Bu axşam üstümə qanadını gər; Bu axşam sahibi ölmüş bir tacam, Kimsə istəməyən bir ehtiyacam" - duyğularıyla azaylanırlar... ...Və bütöv Vətən Məmməd Arazı! Azərbaycan - mayası nur, qayəsi nur ki, Hər daşından alov dilli ox ola bilər. "Azərbaycan!" - deyiləndə ayağa dur ki - Ana yurdun ürəyinə toxuna bilər... Salamat yat, salamat... Bu dünyandan arxayın ol, o dünyandan muğayat... Bu sözlərim çox yava-havalı səslənir, şair, - özüm də bunun fərqində! Lap sənin "qədim tarix dərəsində"kilərə ("məndən ötdü" demişlərimizə) hayqırdığın "Adınızı dastanlardan oğrayaram, Ruhunuzu qıyma-qıyma doğrayaram!" hökmünə bənzəyir. Obrazlarına bənzər söz demək isə çox çətin! Məsələn; "Nazim qırx il, qırx il dünyanın şeir-sənət limanlarına Türkiyə yükü boşaltdı, Bəs ondan şairə nə çatdı? - Bir ovuc torpaq! O da ki, qəbrinə qismət oldu! Eşidirsənmi, Anadolu? Qəbrinə qismət oldu..." ... Bu "qəbir" sözü bu yazımı nöqtələməyə qüvvət kimi gəldi, deyəsən. Əlimdəki "yarım şahılıq" bu qələm doqquz il öncəyədək dövrümüzün "canlı poetik fikir şahı"nın uyuduğu Fəxri xiyabana doğru xəyallandırır məni. Özü də "Sıx gözünü, hansı daşda su yansa, O daş altda Məmməd Araz yaşayır" misralarının sarbanlığı ilə. Orada isə kağız-qələmlik bir iş yox. Orada söz gözündür. Göz və... müasirlərinin lap axırıncı misranın ilk ifadəsini ustalıqla dəyişib, sinə daşı üstünə yazdırdıqları bir söz: "Bu daş altda Məmməd Araz yaşayır..." Yəni, başlıqda "Bir şair vardı" yazmağıma bənd olmamalı; bu şair var və həmkar sələfi - nakam Mikayıl Müşfiq demişkən, "kainat olduqca" olacaq...
2013-12-04
3,318
Tanınmış yazar bu gün 63 yaşını qeyd edir
Bu gün yazıçı Kamal Abdullanın doğum günüdür. O, 63 yaşını qeyd edir. Kamal Abdulla 1950-ci il dekabrın 4-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası müəllim, anası həkim olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı olub. Kamal Abdulla bir neçə bədii əsərin müəllifidir. "Axar.az" saytının əməkdaşları yazarı təbrik edir, ona yaradıçılıq uğurları arzulayır.
2013-12-04
3,319
Rüşvət verənlərə bəd xəbər - Rəsmi
Azərbaycanda rüşvət vermə ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi və yeni cəzaların tətbiq olunması gözlənilir. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 312-ci maddəsinə əlavə və dəyişiklik təklif olunur. Əlavə və dəyişikliyə əsasən könüllü və ya hədə-qorxu nəticəsində rüşvət verənlər də cinayət məsuliyyətinə cəlb ediləcəklər. Yeni layihəyə əsasən mövcud maddədən aşağıdakı qeyd çıxarılacaq: "Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir". Əvəzində isə maddəyə yeni əlavə olunacaq bənddə çıxarılan müddəalar cinayət məsuliyyəti kimi tətbiq olunacaq, cəzaların dərəcələri isə layihə müzakirəyə çıxarılan zaman məlum olacaq (APA).
2013-12-04
3,320
Ramil Usubov səfirlə görüşdü
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 4-də İtaliyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillonu qəbul edib. Qonağı səmimi salamlayan nazir bu münasibətlə onu təbrik edərək, fəaliyyəti müddətində Azərbaycan-İtaliya əlaqələrinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini diqqətə çatdıran cənab Ramil Usubov ötən il noyabrın əvvəllərində İnterpolun Baş Assambleyasının İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş 81-ci sessiyasında iştirakını, orada "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İtaliya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in imzalanmasını məmnunluqla xatırlayıb, bu sənədin hər iki ölkənin anoloji qurumları arasında əməkdaşlıq üçün yaxşı imkanlar açdığını bildirib. General-polkovnik Ramil Usubov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq huququn hamılıqla tanınmış prinsipləri və normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli şəkildə həlli prosesinə verdiyi dəstəyə görə İtaliya tərəfinə minnətdarlığını bildirib.
2013-12-04
3,321
Suriyalılar Cenevrədə otellərə buraxılmayacaq
"Cenevrə-2 konfransı"nın iştirakçıları üçün otel tapmaq mümkün deyil. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə "Ərəb Birliyi – Aİ Suriya Xüsusi Nümayəndəsi" Əl-Əhdar əl-İbrahimi çıxış edib. O, konfransın keçirilməməsinə əsas səbəb kimi eyni gün ərzində Davos Dünya İqtisadi Forumunun təşkil etdiyi sərginin olduğunu qeyd edib. İbrahimi hələlik Cenevrəyə yaxın olan digər şəhərlər üzərində düşünüldüyünü və ən optimal variant kimi Montresk şəhərinin üzərində dayandığını söyləyib.
2013-12-04
3,322
Metroda bədbəxt hadisə
"Axar.az" xəbər verir ki, Bakı Metropoliteninin "28 may" stansiyasından "Dərnəgül" stansiyasına gedən qatarda bədbəxt hadisə baş verib. Hadisə yerində olan müxbirimiz bildirir ki, 17 radələrində qatar hərəkət edən zaman vaqonda olan təxminən 50 yaşlı kişi huşunu itirərək yerə yıxılıb. Polislər vətəndaşı "Nizami" stansiyasında qatardan çıxararaq metronun içində gözləyən tibb işçilərinə təhvil verib. Sərnişinin səhhəti haqqında dəqiq məlumat yoxdur. Bakı Metropoliteninin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən olmadı. Günün sonuna qədər sərnişinin səhhəti ilə bağlı səlahiyyətli şəxslərdən məlumat almağa çalışacağıq.
2013-12-04
3,323
Rusiya Cənubi Osetiyanı qapı kandarında saxladı
Cənubi Osetiyanın Gömrük İttifaqına qoşulması hələlik qeyri-realdır. "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya Federasiyası Prezidentinin Abxaziya və Cənubi Osetiya üzrə nümayəndəsi Vladimir Surkov çıxış edib. O, Cənubi Osetiyanın İttifaqa üzvlüyünün Rusiyanın imkanları ilə əlaqəli olmadığını açıqlayıb: "Rusiyanın imkanları çox böyükdür, amma sərhədsiz deyil".
2013-12-04
3,324
Qurban Məmmədov son sözünü dedi
Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan vəkil Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə Q. Məmmədovun vəkilləri müdafiə nitqi ilə çıxış ediblər. Onlar təqsirləndirilən şəxsin əsassız yerə həbs olunduğunu bildiriblər və bəraət verilməsini məhkəmədən xahiş ediblər. Daha sonra Q. Məmmədov son söz deyib. O da məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Qeyd edək ki, ötən proses dövlət ittihamçısı çıxış edərək, Q. Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan istintaq orqanı tərəfindən Q. Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub (APA).
2013-12-04
3,325
Prezident yenidən Qobustana pul ayırdı
Prezident İlham Əliyev Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, sərəncamda on beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılması nəzərdə tutulur.
2013-12-04
3,326
İsrail “Hizbullah” liderini öldürmədiyini dedi
İsrailin "Hizbullah" liderinin ölümüylə heç bir əlaqəsi yoxdur. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə İsrail Xarici İşlər Naziriliyinin rəsmi nümayəndəsi İqal Palmor çıxış edib. O, "Hizbullah"ın İsraili günahkar bilməsinin aralarında olan düşmənçilik münasibətlərindən yarandığını bəyan edib: "Onlar üçün sübut lazım deyil, onlar onsuz da hər şeydə İsraili günahkar bilirlər".
2013-12-04
3,327
“Zəng dələduzları” Azərbaycana dadandı
Telefonunuza +359 kodu ilə zəng gələrsə, geri yığmayın! Bolqarıstanda fəaliyyət göstərən cinayətkar şəbəkə öz istiqamətini Azərbaycana çevirib. Bir müddət öncə Türkiyədə minlərlə insanı aldadaraq, onların konturlarını istismar edən bolqarıstanlı şəbəkə üzvləri yeni hədəf kimi Azərbaycanı seçib. Şəbəkənin Azərbaycandakı hədəflərindən biri də "Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu olub. Ancaq hədəf doğru seçilmədiyi üçün dələduzluğun da üstü dərhal açılıb. Belə ki, baş redaktor ona gələn qısa zəngin haradan edildiyini öyrənmək üçün internetdə kiçik bir axtarış edərkən, əslində necə böyük bir şəbəkənin qurbanı ola biləciyini anlayıb. Bundan başqa, bəlli olub ki, yaxın günlərdə Azərbaycanda bəzi şəxslərin də telefonlarına bu cür nömrələrdən zənglər gəlib. Belə ki, şəbəkənin dələduzluq istiqaməti çox sadədir. Telefonunuza +359 kodu ilə qısa zəng gəlir. Siz isə sizə zəng edən bu xarici ölkə vətəndaşının kim olduğunu bilmək üçün zəng gələn nömrəni yığırsınız. Vəssalam, siz artıq tələyə düşdünüz. Şəbəkənin məqsədi onlara zəng vuran insanların konturlarını korlamaqdır. Bolqarıstan kodlu nömrəyə geri yığan şəxslər avtomatik dələduzların qurbanı olur. Türkiyə mətbuatının yazdığına görə, bolqar dələduzları qardaş ölkədə daha mütəşəkkil şəbəkə qurublar. Belə ki, məlumatlarda bildirilir ki, +359 kodlu nömrələrə zəng edən Türkiyə vətəndaşları səlis türkcə danışan bolqarların tələsinə düşərək, onların şirin dilinə aldanıb, onların bir sıra istəklərini yerinə yetirir. Türkiyə mətbuatı yazır ki, şəbəkə üzvləri aldatdıqları şəxslərdən onların sənədlərinin düzəldilməsinə, bilet alınmasına və s. üçün pul alırlar və Türkiyəyə gələcəklərini vəd edirlər. Məsələ ilə bağlı Rabitə və İnformasiya Nazirliyindən "Lent.az" -a bildiriblər ki, qanunla bu hala qarşı hər hansı addım atmaq mümkün deyil. Bununla belə, bildirilib ki, bu zəng dələduzluğu xüsusilə təhlükəli hal alarsa, bu məsələ ilə bağlı əhalini xəbərdar etmək mümkündür. Nazirlikdən o da bildirilib ki, əhali özü də bu cür dələduzluq tələlərinə düşməməli və bu kimi hallarda diqqətli olmalıdır.
2013-12-04
3,328
Güclü külək Qarabağ bölgəsini iflic etdi
Respublika ərazisində müşahidə edilən küləkli hava şəraiti Qarabağ bölgəsində də fəsadsız ötüşməyib. Ağdam, Ağcabədi, Beyləqan, Bərdə və Tərtər rayonlarında çoxlu sayda yaşayış evlərinin, inzibati binaların və təhsil müəssisələrinin dam örtükləri sıradan çıxıb. Sözügedən rayonların yaşayış məntəqələrinin əksəriyyətində elektrik naqillərinin qırılması üzündən indiyədək elektrik enerjisinin təchizatında problemlər yaşanır. Qasırğa ötən gecədən başlayaraq bölgənin əksər yaşayış məntəqələrini işıqsız qoyub. Çoxlu sayda tikiliyə güclü külək nəticəsində ciddi zərər dəyib. Ağcabədidə bir çoxmərtəbəli binanın, bir məktəbin dam örtüyü sıradan çıxıb. Beşmərtəbəli tikilinin dam örtüyünün dağılması nəticəsində binanın yaxınlığından keçən elektrik naqilləri və qaz xətti yararsız hala düşüb. Beyləqan şəhərində isə beşmərtəbəli yaşayış evinin dam örtüyü qoparaq tikilinin yaxınlığındakı elektrik naqillərinə və iki avtomobilə ciddi zərər vurub. Ağdamda da xeyli sayda yaşayış evinin, bir məktəb binasının damları qasırğa nəticəsində örtüksüz qalıb. Rayonun bir sıra yaşayış massivlərini indiyədək enerji təmin etmək mümkün olmayıb. Hazırda sözügedən rayonlarda fəsadlar aradan qaldırılır. (APA)
2013-12-04
3,329
Ölümü yaxınlaşıb, amma atam hələ də mübarizə aparır
Mandelanın vəziyyəti necədir? Cənubi Afrikanın keçmiş dövlət başçısı Nelson Mandelanın böyük qızı Makaziv Mandela 5 aydan çoxdur ki, vəziyyəti kritik olan atasının sağ qala bilmək üçün "mübarizə apardığını" bildirib. M.Mandela "SABC" televiziyasına verdiyi açıqlamada, "Atam hələ də bizimlədir, çox cəsurdur... Hələ də bizə səbir, eşq, tolerantlıq dərsləri verir", - deyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mandelanın ölümlə mübarizə apardığını söyləyən Makaziv atasının hələ də mübarizəçi ruha sahib olduğunu vurğulayıb. 95 yaşlı əfsanəvi lider Mandelanın kiçik qızı Zindzi, həftə sonu "Nyu York Taymz" qəzetinə etdiyi açıqlamada məntiqlə onun ölməkdə olduğunu bildiyini, ancaq ruhi baxımdan buna hazır olmadığını demişdi. Ağ ciyər infeksiyasına görə 8 iyunda xəstəxanaya aparılan Mandela sentyabrın 1-i evə buraxılmışdı. Cənubi Afrikada irqçi Aparteid rejiminə qarşı apardığı mübarizələrə görə ömrünün 27 ilini dəmir barmaqlıqlar arxasında keçirən Mandela, ölkəsinə 5 il prezident olaraq xidmət edib.
2013-12-04
3,331
Əfqanıstan ABŞ-la heç bir sənəd imzalamayacaq
Əfqanıstan prezidenti Həmid Karzay ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalamayacaq. Bunu Əfqanıstan prezidentinin mətbuat katibi Acmal Faizi bildirib. Həmid Karzay nazirlərə göstəriş verib ki, ABŞ Əfqanıstanın irəli sürdüyü əsas tələbləri qəbul etməyənədək heç bir əməkdaşlıq sazişinin imzalanmasından söhbət gedə bilməz. Acmal Faizi "ABŞ-ın dövlət katibi Con Kerrinin Əfqanıstanın milli müdafiə naziri, general Bismillah Xan Mohammadi ilə müqavilə imzalayacaq" informasiyasını da təkzib edib. Prezident Həmid Karzay isə deyib ki, ABŞ Əfqanıstanda stabillik yaratmayanadək heç bir sənəd imzalanmayacaq. Qeyd edək ki, ABŞ Əfqanıstanı məcbur edir ki, ABŞ və NATO-nun hərbi kontingenti Əfqanıstanda qalsın. (ANS)
2013-12-04
3,332
ATƏT nazirləri Kiyevə toplaşır
Dekabrın 5-6-da Kiyevdə keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 20-ci iclasının gündəliyi açıqlanıb. Toplantıda ATƏT-ə üzv olan 57 ölkənin, 11 tərəfdaş ölkənin nümayəndə heyətləri, ATƏT institutlarının rəhbərləri, BMT, Avropa Şurası, NATO, MDB kimi beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər. Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Nazirlər Ukraynanın ATƏT-ə builki sədrliyinin nəticələrini, eləcə də gələcək əməkdaşlıq və inkişafın perspektivlərini müzakirə edəcəklər. Bundan başqa, "Helsinki+40" təşəbbüsünün perspektivləri, ATƏT məkanında həlli uzadılmış münaqişələrin nizamlanması, silahlanma üzərində nəzarət, hərəkət azadlığı və insan kontaktlarının möhkəmləndirilməsi, enerji fəaliyyətinin ətraf mühitə neqativ təsiri, insan alveri ilə mübarizədə beynəlxalq səylərin gücləndirilməsi məsələləri də müzakirə olunacaq. Toplantıda vacib müzakirə mövzularından biri hüququn aliliyi, əsas hüquq və azadlıqların təmin olunması prinsiplərinin möhkəmləndirilməsi, tolerantlıq və qeyri-ayrıseçkiliyin təsdiqi, jurnalistlərin hüquqlarının müdafiəsi, transmilli təhdidlərlə mübarizə olacaq. (APA)
2013-12-04
3,333
Moskva Ukrayna müxalifətinə dəstək verdi
Moskva hakimiyyəti Ukrayna müxalifətinin tərəfdarlarının dekabrın 7-ə təyin edilmiş nümayişinə icazə verib. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, Moskva regional təhlükəsizlik departamentinin rəhbəri Aleksey Mayorovun sözlərinə görə, etiraz nümayişi Ukrayna səfirliyindən uzaqlaşdırılıb və "Sadovı koltso"dakı "Deviçye pole"yə keçirilib. Onun sözlərinə görə, nümayişdə 50 iştirakçının olması da razılaşdırılıb.
2013-12-04
3,334
Stalini anlamaq olar, Hitler isə qara dəlikdir...
Martin Emis müasir Britaniya ədəbiyyatının klassikidir. Məşhur yazıçı Ser Kinqsli Emisin oğludur. Emisə şöhrəti London trilogiyası - "Pullar", "London sahələri", "İnformasiya" romanları gətirib. Romanlar "entropik" Britaniyada üsyançı müasirlərimiz haqdadır. Yazıçının rus mətbuatına verdiyi müsahibəni təqdim edirik. - Siz Rusiya - onun qaranlıq tarixi, Stalin, QULaq haqda çox yazmısınız. Rusiyaya başqa dövrdə gəlsəniz də, özünüzü necə hiss edirsiniz? - Çox qəribə! Bu, çox ekzotik və nəfəskəsicidir. İnsan hələ heç nə görmədən ayağını bura basanda ölkənin ağırlığını hiss edir. Bu nəhəng sənin üstünə çıxıb əzə bilər. - Müasir Rusiya haqda nə düşünürsünüz? Sizcə, onu Sovet imperiyası ilə müqayisə etmək olarmı? - Rusiyanın 1000 yaşı var... Hətta Putin də Sovetlər haqda belə deyirdi: bu yanlış tərəfə - dalana addımdır. Ancaq kimsə bu kommunizmi yoxlamalı idi, bu da Rusiyanın payına düşdü. Kommunizm özü dəhşətli - qanunsuz bir ideya idi. Və sən qanuna qarşısansa, sənə terror lazımdır. Mən rus xalqına qibtə edirəm və əminəm ki, onlar buna davam gətirəcək. - Sizin Rusiyaya olan marağınız zülmə və totalitarizmə qarşı münasibətinizdən irəli gəlir? - Bəli. Atam 34-35 yaşına qədər kommunist olsa da, 1956-cı ildən birdən-birə antikommunist oldu. Onun baxışları 180 dərəcə dəyişsə də, radikallığı eyni idi. Və mən düşündüm ki, niyə atama mütləq bir ideologiya lazımdır, amma mənə yox? Düşünürəm ki, insanlar ikiyə bölünür: inqilab ideyasını sevənlər və ondan qorxanlar. Mən ikinciyə aidəm. Elə insanlar var, onlara ideologiya, din lazımdır digərlərinə yox. - SSRİ dəhşətli ölkə idi, amma onun idealları var idi. İndi bütün ideallar itib və onlar heç nə ilə əvəz olunmayıb, ölkə də çox dəyişməyib. Sizcə, belə daha yaxşıdır? - Mən SSRİ dağılandan sonra dinin dirçəldiyini eşitdim. Bax, bu, kommunizm dəyərlərinin əvəz olunması üçün əsil cəhddir. Ancaq XX əsrdə isə eyni şeyə çalışırdılar. Yəni dini ideologiya ilə əvəz etmək. - Sizin Stalin haqda olan "Qəzəbli Koba" kitabınız rus dilinə tərcümə olunmayıb. Sizcə, bu kitab ruslara lazımdırmı? O, Stalin və onun imperiyası haqda yeni bir şey danışa bilərmi? - Deməzdim ki, bu, yeni bir baxışdır. Bu əsərdə daha çox şəxsi düşüncə və fikirlərim yer alıb. Məncə, QULaq haqda yazdığım "Görüş evi" əsərini tərcümə etmək daha məntiqli olardı. - Siz Stalin haqda yazanda ona münasibətiniz öz anti-qəhrəmanlarınızla eyni idi? - Əslində yox. Mənim Stalinə personaj kimi baxmağımda bir problemim yoxdur. Əlbəttə o, dəhşət qisasçı və qəddar idi, amma bunları anlamaq olar. Hitler isə sanki bir qara dəlikdir. Mən "Maraqlar zonası" üzərində işləyəndə maraqlı bir şeylə qarşılaşdım: bizim nasist genosidinə olan münasibətimiz elə bizim özümüzü anlamağımızı təyin edir.
2013-12-04
3,335
İlham Əliyev Tailand Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Tailand Kralı Bhumibol Adulyadejə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Tailand Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Tailand münasibətlərinin və əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tailand xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
2013-12-04
3,336
Goranboyda yanğın baş verib - xəsarət alanlar var
Bu gün həmçinin Goranboyun Dəliməmmədli şəhərində iki nəfərin xəsarəti ilə nəticələnən yanğın hadisəsi baş verib. Saat təxminən 14.30 radələrində Akif Qulamoğluna məxsus evin tövləsində çıxan güclü yanğın nəticəsində 10 başdan çox iri buynuzlu heyvan tələf olub. Ev yiyəsi və onun həyat yoldaşı Arifə Quliyeva isə xəsarət aldıqları üçün xəstəxanaya yerləşdiriliblər. Goranboy Rayon Yanğından Mühafizə hissəsinin və Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları alovun digər tikililərə keçməsinin qarşısı alıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində qısa qapanma ucbatından baş verib. ("musavat.com")
2013-12-04
3,337
Çin: "ABŞ Yaponiyaya dəstək verməkdən əl çəkməlidir"
ABŞ-ın vitse-prezidenti Joe Biden Yaponiya, Çin və Cənubi Koreyaya səfəri çərçivəsində Çinə gəlib. "Axar.az"ın xəbərinə görə, Joe Biden Çinin Şərqi Çin dənizi sahilində mübahisəli adaları da əhatə edən havadan müdafiə zonası yaratması zamanı Yaponiya ilə yaranan gərginliyi azaltmaq üçün bu ölkələrə çağırış edib. Çin rəsmiləri bildirirlər ki, əgər Vaşinqton rəhbərliyi bölgədə gərginliyin aradan qaldırılmasını istəyirsə, Yaponiyaya dəstək verməkdən əl çəkməlidir. Biden Asiya səfəri çərçivəsində Çin prezidenti Xi Jinpinq ilə görüşüb. İki ölkə arasında qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər müzakirə olunub. Görüş zamanı Çin prezidenti Xi bildirib ki, iki ölkə arasındakı mübahisəli məsələləri həll etməyin yolu dialoq və əməkdaşlığın inkişaf etdirilməsindən keçir. Qeyd edək ki, Asiyada səfərdə olan Biden 2009-cu ildə vəzifəyə gəldikdən sonra Çinə ikinci rəsmi səfərini edib.
2013-12-04
3,338
Taleh Heydərov: "Onlar bizim dostumuz ola bilməzlər"
Dekabrın 3-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC) yaranmasının 5-ci ildönümü münasibətilə Böyük Britaniya Xarici İşlər Nazirliyinin "Locarno Suite" zalında - 1925-ci ildə Locarno Müqaviləsinin imzalandığı məkanda təntənəli mərasim keçirilib. AAC-dan verilən xəbərə görə, mərasimdə 300-dən çox qonaq, millət vəkilləri, diplomatlar, iş adamları və Azərbaycanın dostları iştirak edib. Tədbirin açılışını Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter edib. Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxışında Azərbaycan Demokratik Respublikasının 1918-20-ci illərdə əldə etdiyi nailiyyətlərdən, bütün qadınlara Böyük Britaniyadan 10 il əvvəl seçmə və seçilmə hüququnun verilməsindən danışıb: "Müasir dövrün ən önəmli hadisəsi prezident Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"dir. Bu müqavilə keçmiş sovet xaosundan sonra ölkədə sabitliyin yaranmasına səbəb oldu. Prezident İlham Əliyev iqtisadiyyatı gücləndirməklə və ölkənin infrastrukturunu dəyişdirməklə bu siyasəti davam etdirir". T.Heydərov qeyd edib ki, AAC beş ildir ki fəaliyyət göstərir və altı ölkədə nümayəndəliyi var: "Təşkilat Azərbaycan mədəniyyətini tanıdır və ölkəmizlə Avropa arasındakı ticarət və investisiyalar üçün şərait yaradır. Cəmiyyət Azərbaycanın dini dözümlülüyünü işıqlandırır və Qərbin Azərbaycanın Kosovo, İraq və Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlardakı dəstəyini dərk etməsini təmin edir. AAC həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu işıqlandırır. Bunun əvəzində, biz Qərbdən Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən bir milyon qaçqın və məcburi köçkünü unutmamağı, bizə beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Ermənistanla münaqişənin diplomatik həll yolunu tapmaqda kömək etməsini xahiş edirik. AAC ölkəsinin nailiyyətləri ilə fəxr edir. Əlbəttə, ölkə barəsində neqativ məqamları işıqlandırmağı qarşısına məqsəd qoyan və bizim qaçqın və məcburi köçkünlərin hüquqlarından söhbət getdikdə susanlar var. Bunlar necə Azərbaycanın əsl dostu ola bilərlər? Biz isə əksinə, Azərbaycan, Böyük Britaniya və Avropa ölkələrinin ümumi maraqlarına faydalı məqamları görürük. Biz yalnız ölkəmiz haqqında bilikləri, o cümlədən ölkəmiz tərəfindən bütün dünyaya təklif edilən biznes imkanlarını təşviq edirik". Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov isə çıxışında deyib ki, son beş il ərzində AAC Azərbaycanın təbliğində böyük iş görüb: "Böyük Britaniya və Azərbaycan arasında münasibətlərin günbəgün gücləndiyini vurğulamaq mənim üçün xoşdur. Xüsusilə AAC xalqlar arasındakı münasibətlər vasitəsilə əvəzsiz töhfələr verib. Mən çox şadam ki Azərbaycanı Böyük Britaniyada və ümumilikdə Avropada dəstəkləyən AAC kimi bir təşkilatı var. Növbəti beş ili səbirsizliklə gözləyirəm". Tədbirdə Böyük Britaniya Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji, Avropa Birliyi və enerji davamlılığı departamentinin rəhbəri Edmund Hosker də çıxış edib. O bildirib ki, Azərbaycan əsas enerji istehsalçılarından biridir və mexaniki üsulla neft hasilatı və müasir neft nəqlinin başlandığı ölkədir: "Sevindiricidir ki, planlaşdırılan Cənub dəhlizi Azərbaycan qazını Avropaya çatdıracaq. Azərbaycan istehsalçı və tranzit marşrutu kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bu il çox mühüm olub. Belə ki, Xəzər dənizindəki "Şahdəniz" qaz yatağından qaz nəqlini asanlaşdıracaq Transadriatik boru kəməri (TAP) və Transanadolu boru kəmərinin (TANAP) tikintisi ilə bağlı protokollar imzalanıb. Böyük Britaniya Azərbaycana birbaşa xarici investisiyada ən böyük sərmayəçi olaraq qalır. Azərbaycanda 300-dən çox Britaniya şirkəti fəaliyyət göstərir və bu rəqəmin artacağı gözlənilir". Çıxışında Britaniya parlamentinin Enerji Komitəsinin üzvü və parlamentdə bütün partiyalar üzrə Azərbaycan-Böyük Britaniya Dostluq qrupunun rəhbəri olan K. Pinçer bəyan edib ki, Azərbaycanın Sovet İttifaqının tərkibindən ayrılmasından ötən 22 il ərzində Azərbaycan hədsiz dərəcədə inkişaf edib: "Lakin yalnız bir məsələ - davam edən Dağlıq Qarabağ münaqişəsi hələ də həll edilməmiş qalır. Britaniya bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Qərb şirkətləri üçün böyük imkanlar təqdim edir. "Şahdəniz" yatağı dünyanın ikinci ən böyük qaz yatağıdır. Azərbaycan dünyəvi və tolerant dövlətdir. Bunun üçün Bakıdakı məscid, sinaqoq və kilsələri görmək kifayətdir. Azərbaycan dünyanın geosiyasi həssas bir hissəsində sabit bir ölkədir. Azərbaycanı mədəniyyət, siyasət və biznes baxımından təşviq etmək Azərbaycan-Böyük Britaniya dostluq qrupunun vəzifəsidir. Mən AAC və Azərbaycanın növbəti beş ildə uğurlarını səbirsizliklə gözləyirəm". Çıxışlardan sonra qısametarjlı film nümayiş olunub. Film baş ofisi Londonda yerləşən AAC-ın beş il ərzində inkişafından, Bakı, Paris, Berlin, Brüssel, İstanbulda ofislərinin açılmasından bəhs edir. Yarandığı gündən AAC 27 min qonağın iştirakı ilə 50-dən artıq tədbir təşkil edərək Avropada Azərbaycan barədə məlumatlılığın artırılmasına nail olub. Bu məqsədlə geniş elmi araşdırma aparıb və təhsil təşəbbüsləri irəli həyata keçirib. Tədbir azərbaycanlı skripka ifaçısı, AAC-ın mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri Sabina Rakçeyeva və "Deco" ansamblının Azərbaycan milli və klassik musiqisi, o cümlədən argentinalı bəstəkar Astor Piazzollanın əsərlərinin ifası ilə başlayıb və sona çatıb. Qeyd edək ki, London İqtisadiyyat Məktəbində təhsil alarkən Tale Heydərov tərəfindən əsası qoyulan Avropa-Azərbaycan Cəmiyyəti 2008-ci ildə London Azərbaycan Cəmiyyətinin əsasında fəaliyyətə başlayıb. Avropa Azərbaycan Cəmiyyətinin başlıca məqsədi Azərbaycanın mədəniyyətini və böyük iqtisadi imkanlarını Avropada tanıtmaq, Dağlıq Qarabağ münaqişəsi və bir milyon qaçqın və məcburi köçkünün vəziyyəti barədə həqiqətləri yaymaqdır ("APA")
2013-12-04
3,339
“Yuğ” teatrında zikr olacaq
Aytən Məmmədova... "Yuğ" teatrının rejissoru... Söhbətləşdik və bu teatrın Azərbaycan tamaşaçısı və ümumiyyətlə, sənət üçün dəyərini və yerini müəyyən etmək istədik... Vaqif İbrahimoğludan başlayan yol - "Yuğ" layihəsinin müəllifi mərhum rejissor, mənim ustadım Vaqif İbrahimoğludur. Bu teatrın yetirməsi olan rejissorlar Azərbaycanın müxtəlif teatrlarında, eləcə də Novosibirsk, Tümen, digər MDB dövlətlərində çalışırlar. Hamımız çalışırıq ki, poetikaya sadiq qalaq. Andeqraund mədəniyyətinin ilk nümunəsi - Andeqraund mədəniyyəti səhv etmirəmsə, nəzəriyyə olaraq sovetlərdə də qadağan olunsa da, vardı. Bizim teatra bina verilməsə də, hələ sovet dağılmadan öncə fəaliyyətimiz olub və hələ o zaman müəyyən elementlərdən istifadə edərək tamaşalar qoyurdular. YUĞ teatrı ilk dəfə Akademik Milli Dram Teatrının 4-cü mərtəbəsində kiçik səhnədə olub, studiya kimi orada açılıb, sonradan indiki binaya köçüb. "Yuğ" "Eşq" ilə gəlir - Tamaşanın adı "Eşq" yaxud "Biz doğmayıq"dır. Mövlanə Cəlaləddin Ruminin "Məsnəvi"si və bir neçə hekayəsi, yazışmaları və vəzlərindən istifadə etmişəm, amma sinopsisin (quruluş planı) müəllifi özüməm... Janrı dramatik zikrdir. 4 nəfərin 1 nəfər üçün meditasiyası... Dində də bu zikr adlanır. Yaponlardasa Sakura deyirlər buna. Yəni albalı çiçəyinə baxıb meditasiya etmək... Tamaşanın ümumi xronometrajı bir saatdır. YUĞ teatrının özəl olaraq öz poetikası var. Tamaşanın sxemi əvvəlcədən qurulub... Blokları, keçidləri, yəni sırf YUĞ-psixosof poetikasına uyğun işləmişik, o şərtlərə əməl etmişik. Başqa teatrlarda Stanislavski ilə işlənilirsə, bizdə psixosof poetikası ilə işlənir. Temporitm - Temporitmi soruşursunuzsa, YUĞ poetikasında gərginlik, bunun özündə də aram, sakitlik var. Ünvan - Konkret təbəqəyə ünvanlanmayıb. Müəllimimin bir sözü vardı, deyirdi ki, rejissor tamaşaçını öz arxasınca aparmalıdır, onun səviyyəsinə enməməlidir. Qapı açıqdır, dövlət müəssisəsidir, tamaşalar gedir, hamı gəlsin maraqlansın. Əgər izlədikləri çətindirsə, onu başa düşməyə çalışmaq lazımdır. Kütlə ümumiyyətlə, öz üzərində işləməlidir. Dövlət səviyyəsində teatrlara qayğı... - Olar yəqin nə vaxtsa... Pozitiv düşünüb optimist olmaq istəyirəm. Dekorasiyalar - Mənə nə lazımdır? Göydür, yerdir, onların simvoludur, zikr təsbehidir. Mənim üçün əgər aktyor səhnədə var olursa, o enerjini paylaşırsa, demək hər şey qaydasındadır. Tamaşaçıya çatdırmaq istədikləri - O mənim kriptomdur, deyə bilmərəm. Sadəcə, aqressiyamdan, eqomdan qurtulmaq istəyirəm. Cəmiyyətdə həddindən çox aqressiya var. Hər insan həyatda mənliyini yox, eqosunu, paxıllığını ortaya qoysa, təsəvvür edin nələr ola bilər...
2013-12-04
3,340
50 məhbus soydaşımız aclığa başladı
Şərqi Azərbaycanın Marağa şəhərinin mərkəzi həbsxanasında qeyri-münasib şəraitə etiraz olaraq təxminən 50 məhbusun dekabrın 3-dən birgə aclıq aksiyasına başladığı bildirilir. Azərbaycan veb səhifələrinin yaydığı məlumata istinadən, soyuqlar düşsə da Marağa zindanının qızdırıcı sistemi hələ işə başlamayıb, həsbxananın tibbi xidmət imkanları ilə bağlı şərait də olduqca qeyri-münasibdir. "Oyan News" saytının yazdığına görə, ötən neçə həftə ərzində məhbuslar zindanın vəziyyəti ilə bağlı etirazlarını muxtəlif yollarla məsullara çatdırıblar. Həbsxana rəsmiləri isə məhbusların yazılı və şifahi etirazlarına cavab olaraq, qeyri-münasib vəziyyəti büdcə çatışmazlığı ilə izah ediblər. Marağa zindanında həbs müddətini keçirməkdə olan milli fəal Mehdi Kuxyan həmin problemlə bağlı zindan məsullarına məktub ünvanlayıb. "Savalan Port" veb səhifəsində dərc olunan açıq məktubda Mehdi Kuxiyan həmçinin tualetlərin bərbad vəziyyəti və dəri xəstəliklərinin yayılması təhlükəsini qeyd edib.
2013-12-04
3,341
Rauf Arifoğlu cəbhəçi fəalı polisə verdi
Rauf Arifoğlu onu təhqir edən AXCP üzvünü polisə verməsi səbəblərinə aydınlıq gətirdi "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP-nin İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirovdan şikayət edib. Bu barədə "Azadlıq" qəzetinə Vüqar Qədirov məlumat verib. Onun sözlərinə görə, dekabrın 4-də rayon polis şöbəsinə çağırılıb. Vüqar Qədirov deyir ki, məsələ Rauf Arifoğlunun ölkə başçısı İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatını aldığı mərasimdə iştirak etməsindən sonra başlayıb: "Bu iştirakdan sonra mən "Facebook" səhifəmdə Rauf Arifoğlunu tənqid etdim. O, mənə cavab yazdı. Ancaq yazdığım statusun altında yox, mesaj qutuma. Biz yazışdıq və mən iradlarımı ona bildirdim. "İlham Əliyev jurnalistlərin dostu necə ola bilər?" deyə sual etdim. Onu da tənqid etdim. Ancaq təhqirə yol verməmişəm. O isə məktubunda ölkə başçısını təhqir etdiyimi yazıb". Vüqar Qədirovun sözlərinə görə, şöbədə onu 3 saat saxlayıblar: "Üç saatdan sonra buraxdılar. Məndən heç yerə getməmək barədə iltizam aldılar. Sabah (dekabrın 5-də - red) saat 9:30-da yenə polis bölməsinə gedəcəm". Rauf Arifoğlu müsavat.com-a açıqlamasında faktı təsdiq etdi və bildirdi ki, Vüqar Qədirov "Facebook"da onun ünvanına təhqir yazıb: "O mənim ünvanıma dilə gətirilə bilməyəcək ifadələr işlədib. Həm də inbox-uma yox, açıq halda, öz səhifəsi üzərindən paylaşıb. Əminəm ki, öz partiya liderlərindən birbaşa tapşırıq alıb. Bunlar şəbəkə halında işləyirlər. Mərkəzdən tapşırıq gələn kimi, bütün fəallar hədəf göstərilən obyektin üstünə düşürlər. Həmin gün mən AXCP liderinin və onun fəallarının hədəfindəydim. Sadəcə, Vüqar Qədirovun tərbiyəsi və səviyyəsi daha düşük olduğundan, açıq təhqir yazıb. Həmin statusu "Facebook"da yayandan 13 dəqiqə sonra ona mesaj yazdım və "sizlə" xitab edərək, o təhqirləri yığışdırmağı xahiş etdim. Razılaşmadı, dedi bu ifadələr təhqir deyil, tənqiddir. 3 dəfə inboxuna mesaj yazdım, şikayət edəcəyim barədə xəbərdarlıq etdim. Eyninə də almadı, əksinə, daha da üstünə qoydu. Buna görə də yazışmaları kopyaladım, şikayət ərizəsi ilə yolladım müvafiq qaydada polis nazirliyinə. Hazırda Vüqar o statusu qorxusundan silib. Lakin mən screen-shot etmişəm və onu silməyin faydası olmayacaq. Bütün yazışmalar ərizəyə əlavə olunub. Etdiyim hərəkət doğrudur, qanunlara uyğundur. Onu da deyim ki, bu təhqir kimə edilsəydi, həmin şəxs mütləq fiziki qaydada cavab verərdi. Yəni oradakı söz azərbaycanlı mentalitetinə görə Vüqar Qədirovu ən ağır şəkildə cəzalandırmağa əsas verir. Lakin mən belə etmədim – siyasətlə, ictimai fəaliyyətlə məşğulam və bu səbəbdən də reaksioner hərəkətdən daşındım. Vüqarı müdafiə etmək istəyənlərə və ya edənlərə isə deyirəm ki, bu halda bu tərbiyəsizin mənə yazdıqlarını ictimai qaydada onlara ünvanlayacam. Xüsusi ilə AXCP-nin liderlərinə şəxsən. Görüm dözəcəklərmi. Qaldı, bir Cəbhəçidən polisə şikayətin nə dərəcədə düz olub-olmamasına... Vaxtilə AXCP sədri Əli Kərimli də şəxsən məndən və qardaşım Azər Ayxandan ölkənin Baş prokuroruna şikayət edib və biz bu şikayətlərə görə aylarla istintaq altında qalmışıq, həftələrlə izahatlar yazmış, bir dəfə isə polis vasitəsi ilə saxlanaraq, dustaq maşınında zorla ifadə verməyə aparılmışıq. Hesab edirəm ki, o zaman Əli bəy düz eləmişdisə, indi də mən düz edirəm. Yox, o zaman onun etdikləri səhv idisə, bunu rəsmən etiraf edəndən sonra, mən də hərəkətimə bir daha baxaram..."
2013-12-04
3,342
Ən uzunömürlülər hansı ölkələrdə yaşayır – Siyahı
Dünyanın ən uzunömürlü 10 ölkəsi müəyyənləşib. "Axar.az"ın məlumatına görə, araşdırma şirkəti olan OECD bu yaxınlarda dünyanın ən uzunömürlü 10 ölkəsinin siyahısını təqdim edib. Daha çox Avropa ölkələrinin yer aldığı siyahıda Avstraliya və Asiyadan da hərəyə bir ölkə özünə yer tapıb. Avropada isə ən uzunömürlülər Skandinaviya və Cənubi Qərbi Avropa ölkələrində yaşayırlar. Həmin siyahını təqdim edirik: 1. İsveçrə - təxmini orta ömür uzunluğu 82,8 yaş 2. İtaliya – 82,7 yaş 3. Yaponiya – 82,7 yaş 4. İslandiya - 82,4 yaş 5. İspaniya – 82,4 yaş 6. Fransa – 82,2 yaş 7. Avstraliya – 82 yaş 8. İsveç – 81,9 yaş 9. İsrail – 81,9 yaş 10. Norveç – 81,4 yaş
2013-12-04
3,343
Alman polisinin yeni silahı: Nasist Şazamı
Almaniyanın Saksoniya əyalətindəki polislər Neo-nasist təbliğatı aparan mahnılar oxunduğunu müəyyən edə bilən ağıllı telefon tətbiqetməsi yaradıblar. Hansı mahnının hansı sənətçiyə aid olduğunu tapan "Şazem"ə bənzəyən tətbiqin istifadəsi isə olduqca asandır. Telefon havaya qaldırılır və nasist ideologiyasını tərifləyən sözlərin olduğu mahnılar ifa olunan konsertlər, gecə klubları, radiolar və ya nümayişlər "bir neçə saniyə içində" müəyyən edilir. Polis, "Nasist Şazamı" olaraq istifadə olunan tətbiqetmə sayəsində vaxt itirməyəcəklərini bildirərək "Artıq mahnıların sözlərini bir-bir araşdırmaq məcburiyyətində qalmayacağıq. Bu bizim vaxtımızı çox alırdı. Amma bu tətbiqlə təkcə nasistlərə bağlı mahnılar yox, başqa nifrət ehtiva edən sözlər, radikal İslamçı mahnılar da asanlıqla təsbit ediləcək". Hələ üzərində işlənilən tətbiq bu həftə Daxili İşlər Nazirliyinə təqdim ediləcək.
2013-12-04
3,344
Keşişlər də etiraz aksiyasına qoşuldu - Video
Avrointeqrasiya tərəfdarlarının Ukrayna hökumətinə qarşı etirazları artıq iki həftədir davam edir. Müxalifətin etimad səsverməsi ilə höküməti istefaya yollamaq cəhdləri boşa çıxdıqdan sonra, onlar baş verə biləcək qanlı zorakılığın qarşısını almaq üçün prezident Viktor Yanukoviçi istefaya çağırıb. Ukraynalı müxalifət lideri, Arseniy Yatsenyuk aksiyaların davam edəcəyini deyib: "Biz yenə də hökümət binaları və prezidentin qərargahı qarşısında aksiyaları davam etdirəcəyik. Onlara ölkəni talan etmək üçün yeni fürsət verməməliyik. Hamını həmişəki kimi səhər tezdəndən bura toplaşmağa çağırıram. Gəlin Ukraynaya ayaq üstə qalmağa kömək edək". Kiyevdə aksiyaya qoşulanlar arasında keşişlər də olub. Dindarlardan biri tribunaya çıxaraq, xalqın gələcəyi üçün dua etdiyini deyib. Müxalfəit etirazların miqyasını genişləndirməyə başlayıb. Parlament, Prezident Administasiyası və Meriyanın binası ilə yanaşı onlar Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik, Müdafiə Şurasının binası qarşısında da piket keçirməyə hazırlaşırlar. Bundan başqa ümumi tətillərə qoşulan regionların da sayı artır. 10 gündən çoxdur ki, dünyanın xəbər kanallarının gözü Ukraynada cəmləşib. Ölkə prezidentinin Avropa İttifaqı ilə sazişi imzalamaqdan imtina etməsindən sonra küçələrə çıxan əleyhdarların bir məqsədi var. Hökuməti və prezidenti istefaya göndərmək. Dünən gecəni küçələrdə keçirən etirazçılara bu gün ölkənin regionlarından da qoşulanlar var. Aksiya iştirakçıları prezidentə ultimatum göndəriblər və tələb ediblər ki, iki gün ərzində növbədənkənar seçkilərin vaxtını müəyyənləşdirsin. Yoxsa hökumət binalarının blokadası bütün gün ərzində davam edəcək. Prezident Yanukoviç isə istefaya getməyəcəyini deməklə, rəsmi səfərlərini davam etdirir. Kiyevdə vəziyyətin gərginləşməsi ilə əlaqədar paytaxta əlavə polis dəstələri cəlb edilib. Krımdan Kiyevə avtobuslarla hərbi qüvvələrin gətirildyi deyilir. Kiyevin Mərkəzi meydanına toplaşan etirazçıların bəziləri isə maraqlı aksiya keçiriblər. Onlar polislərə yaxınlaşaraq isti çay və çörək təklif ediblər. İndiyə qədər polislə etirazçılar arasındakı toqquşmalarda yüzlərlə insan xəsarət alıb. Onlardan 120-nin polis əməkdaşı olduğu deyilir (ANS).
2013-12-04
3,345
Rövnəq Abdullayev: "Benzinin qiymətinin artması normal haldır"
ARDNŞ benzinin qiymətinin artmasını normal proses hesab edir. Bu barədə çərşənbə günü şirkətin prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib. "Bu, normal prosesdir. 2007-ci ildən qiymətlər dəyişməyib", - Abdullayev bildirib. Onun sözlərinə görə, bu, dövlət büdcəsinə daxilolmaların artırılmasına öz töhfəsini verəcəkdir ki, sosial yönümlü layihələrin həyata keçirilməsi imkanlarını artıracaq. "Biz məhsullarımızın keyfiyyətini artırmaqda davam edirik, dizel yanacağı artıq yüksək standartlara uyğundur, benzin üzrə Avro-3 keçməyə imkanlar var", - Abdullayev bildirib. Onun sözlərinə görə, Aİ-98 markalı benzin dünya qiymətləri ilə satılır, Aİ-95 də dünya qiymətləri ilə satıla bilər. "Başa düşmək olar ki, niyə yanacaq və Aİ-92 kənd təsərrüfatı istehsalçılarına ucuz satılır, lakin dövlət bahalı avtomobillər üçün benzin satışını subsidiyalaşdıra bilməz", - Abdullayev bildirib. Tarif Şurasının iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. (Trend)
2013-12-04
3,346
Mükafatını İsrail-Fələstin ticarətinə bağışlayacaq
Nyu York bələdiyyəsinin rəhbəri Maykl Blumberq "Genesis Prize" adlı 1 milyon dollar dəyərindəki mükafatını İsrail-Fələstin ticarətinin inkişaf etdirilməsi yolunda xərcləyəcək. "Axar.az"ın xəbərinə görə, Nyu Yorkda üç ildir bələdiyyə sədrliyi edən və 2013-cü ilin sonunda səlahiyyət müddəti bitən Blumberq "Museum of Jewish"də (Yəhudi Muzeyi) keçirilən yığıncaqda ona verilən 1 milyon dollar dəyərindəki "Genesis Prize" adlı Yəhudi Nobel Mükafatını Fələstin və yəhudi xalqları arasındakı ticarət əlaqələrini gücləndirmək yolunda sərf edəcəyini açıqlayıb. Mükafata 200 namizəd arasından seçilən Blubmberq deyib ki, bu mükafata sahib çıxmağımın əsas səbəbi dünyanın ən böyük xeyriyyəçilərindən biri olduğum üçündür.
2013-12-04
3,347
Həkimlər daha bir jurnalistə faciə yaşatdı: Həkim terroru - Yeniləndi
AMEA-nın əməkdaşı, jurnalist Abbasova Səadət Cabbar qızının anası yıxılıb ayağı burxulduğu üçün müraciət etdiyi Biləcəri Dəmiryol xəstəxanasında ilk tibbi müdaxilə zamanı vurulan iynədən dünyasını dəyişib. "Aznews.az"a açıqlamasında anasının ölümündə xəstəxananın həkimlərini günahlandıran Səadət Abbasovanın dediyinə görə, xəstəxanaya çatanda anasının qan təzyiqi düşməyə başlayıb. Rentgen etmək üçün aldıqları otaqda anasının ürək xəstəsi olduğunu bildirdikləri halda, həkimlər xəstəyə sistem köçürmək üçün damarından ard-arda bir neçə iynə vurublar və elə iynələrin altındaca xəstə keçinib. Səadət xanım bu barədə Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurub şikayət etmək istəsə də, ona Biləcəri Dəmiryol Xəstəxanasının Səhiyyə Nazirliyinə aid olmadığını deyiblər: "Səhiyyə Nazirliyindən bildirdilər ki, bu xəstəxananın onlara aydiyyəti yoxdur, bunun üçün Baş İdarəylə əlaqə saxlamalıyam". *** Səadət Abbasova ilə əlaqə saxlayıb, hansı addımlar atması ilə maraqlandıq. Üzüntü içində "Axar.az"a danışan xanım həmkarımız bildirdi ki, hazırda dəfn işləri ilə məşğuldur: "Ancaq anamın ölümü ilə bağlı ekspertiza rəyinin alınması üçün müraciətimə qohumlar mane oldu. Dini amilləri əsas gətirərək, meyitin ekskumasiyasına imkan vermədilər. Təəssüf ki, bizim dini inanclarımız ailələrimizi məhv edən həkimləri məsuliyyətdən qurtarır". Buna baxmayaraq, S.Abbasova anasının ölümünə bais olmuş həkimlərin cəzalandırılması üçün mümkün olan bütün hüquqi vasitələrdən istifadə edəcəyini bildirdi. Mövzunu davam etdirəcəyik.
2013-12-05
3,348
Dalinin “Şəhvətli Ölüm” əsərinin pərdəarxası - Fotolar
Məşhur sürrealist rəssam Salvador Dali 1951-ci ilə "Maqnum" tərzində fotolar çəkən fotoqraf Filip Holsmən ilə indiyənə kimi ən ovsunlayıcı, ən tükürpərdici və həmçinin ən qəribə foto layihələrdən birini həyata keçirmək üçün görüşürlər. "Voluptuous Death" (Şəhvətli Ölüm) adlı layihədə çılpaq qadınlardan kəllə sümüyü görüntüsü yaradıb. Və "Şəhvətli Ölüm" layihəsinin pərdəarxasını təqdim edirik:
2013-12-05
3,349
"Azərbaycanla problemdən söhbət gedə bilməz"
"Gömrük sahəsindəki əməkdaşlığımızda Azərbaycanla aramızda hər hansı problemdən söhbət gedə bilməz". Bunu barədə Türkiyənin ticarət və gömrük naziri Hayati Yazıcı deyib. APA-nın "Azərbaycanla sərsbəts ticarət sazişi imzalamağı düşünürsünüzmü? Bununla bağlı gördüyünüz işlər varmı?" sualına Hayati Yazıcı belə cavab verib: "İki qardaş ölkə olaraq ticarət sahəsində önəmli addımlar atırıq, beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində əlaqələrimizi daha da genişləndiririk. İndiyə qədər imzaladığımız sazişlərin hamısı həyata keçirməyə çalışırıq. Sərbəst ticarət sazişi daha çox İqtisadiyyat nazirliyimizi maraqlandıran bir məsələdir. Amma Azərbaycanla aramızda gömrük sahəsində əməkdaşlıq sazişi var, o çərçivədə əməkdaşlığımızı inkişaf etdirmək üçün lazımi işləri görürük". APA-nın "Gömrük sahəsindəki əməkdaşlıqda iki ölkə arasında hər hansı problem varmı?" sualına cavab olaraq Türkiyənin ticarət və gömrük naziri bildirib ki, mövcud sazişlərə uyğun olaraq, ölkələrimiz arasında gömrük sahəsindəki əməkdaşlıqda hər hansı problemdən söhbət gedə bilməz.
2013-12-05
3,350
Rauf Arifoğlu onu təhqir edən cəbhəçinin statuslarını yaydı
"Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlu AXCP fəalını polisə verməsi ilə bağlı iradlara cavab olaraq Vüqar Qədirovun ona sosial şəbəkədə ünvanladığı təhqirləri öz "Feysbuk" profilində paylaşıb. R.Arifoğlu əvvəlcə bu statusu yazıb: "Mən bu adama indi neynim? Bu təşkilatın liderinə müraciət edirəm ki, ya bunu durdursun, ya da AXCP-dən çıxartsın. Əks halda, burada yazılanlardan özümün, atamın adını çıxarıb, onun və atasının adını yazacam. İnsanın özünü, valideynini, hətta saçını-saqqalını təhqir edir, sonra da deyirlər, polisə niyə verdi? Bəs, kimə verim? Mafiyaya, Oğrulara? Ya gedim, vurum? Cəbhə yaxın durmur, bu da dayanmır. Tərbiyəsizin biridi. Mühakimənizə verirəm. Onun yazdıqları statusu bəyənənlərsə, bu tərbiyəsizin mənə yazdıqlarını özlərinin ünvanına paylaşanlardır". Daha sonra isə R.Arifoğlu V.Qədirovun statuslarını sosial şəbəkə istifadəçilərinin ixtiyarına buraxıb: "Vuqar Qedirov Bu gün İmişli polis rəisinin bizim asayişi qorumağına cox şubhə yaratdi məndə. Ona görə ki, onun Raufun vəkili olması məndə cox qəribə hisslər oyatdı. Bilmədim rəis İlhamin vəkilidi, yoxsa Raufcikin. Vuqar Qedirov Bu gün 4 saata yaxın İMİŞLİ POLİSİNDƏ məndən izahat aldılar. Gör kimin ərizəsinə görə. Raufcikin. Dünya düzələcək. Bu gün gördüm. Raufun Arifin oğlu olmasına bir az şübhəm qaldı. Vuqar Qedirov Bu gün məndən polisdə soruşdular ki, o Rauf Arifoğlu R.Usubovun işverəni deyil ki? Digəri də soruşdu ki, onun, yəni Raufun saqqal saxlamasinda bir əmmamə yoxdu ki? Yəni onun üzündə ŞRAMDAN-ZADDAN YOXDU Kİ? Dedim, üzünü qırxdırmasa, bir söz, türklər demiş, söyləməm. Vuqar Qedirov Arifin oğlu Raufla inboksda yazışdıqlarımızı nə varsa, aparıb özü qarışıq qoyub R.Usubovun qucaqına. Yəni qarşısına. Əhsən sənə, Raufcik. Vuqar Qedirov Mən bilsəydim itin bu qədər qohum-əqrabası var, Raufa bir söz desəydim, Raufa min lənət..."
2013-12-05
3,351
DİN-in məşhur generalı dünyasını dəyişdi
General "Dədə Mamed" - Məmməd Əsgərov dünyasını dəyişib. "Axar.az"ın məlumatına görə, bir neçə saat bundan qabaq Azərbaycanın görkəmli generallarından biri, DİN-in Kadrlar İdarəsinin uzun illər rəisi işləmiş "Dədə Mamed" kimi tanınan Məmməd Əsgərov dünyasını dəyişib. Dədə Mamed uzun illər çalışdığı DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifəsindən 2007-ci ilin sentyabrında, daxili işlər orqanlarında işləmək üçün mümkün son yaş həddi tamam olduğuna görə nazir Ramil Usubovun əmri ilə azad edilib. Bundan sonra hüquq-mühafizə orqanlarında xüsusi nüfuz sahibi olan general-mayor Məmməd Əsgərov "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsində rəis müavini vəzifəsində çalışıb. Allah rəhmət eləsin!
2013-12-05
3,352
ABŞ-da ilk dijital kitabxana açıldı
ABŞ-ın Texas ştatında qurulan yeni kitabxana kitabxanaçılıq sahəsində yeni bir səhifə açır. San-Antonio şəhərinə bağlı Bexar mahalında açılan "Bibliotek" adlı dijital kitabxanada kitablar rəflərdə deyil, elektronik şəraitində saxlanılır. Ənənəvi kitabxanalarla müqayisədə burada işçi heyəti də xeyli azdır. Kitabxana tamamilə texnologiyanın öhdəsinə buraxılıb. Təxminən 2,4 milyon dollara başa gələn kitabxanadan istifadə etmək üçün xüsusi kurslar təşkil edilir. "Bibliotek" adlı dijital kitabxana ABŞ-ın ilk bu cür kitabxanası kimi tarixə düşüb.
2013-12-05
3,353
Klubunun gerbini gözünə taxdı - Fotolar
"Newcatle United" klubunun fanatı Endryu Kanavan 20 il əvvəl itirdiyi gözünün yerinə üzərində gerb olan süni göz taxdırıb. Kanavan gözünün yerinə yerləşdirilən süni təbəqənin üstünü "Newcatle United" gerbi ilə bağlatdırıb. 35 yaşındakı Kanavan "insanlar gözlərini itirəndə məhv olurlar, ancaq mən fərqli bir şey etmək istədim"-, deyib.
2013-12-05
3,354
iPad-ın inanılmaz bacarığı - Video
iPad istifadəçisi sənətçi Keyle Lambert yalnız barmaqlarından istifadə edərək məşhur aktyor Morqan Freemanın portretini yaradıb. iPad-də çəkilən şəkil əslində real portretdən xeyli fərqlənir. Qurğunun bu funksiyası dünyanın hər yerində, hər yaşdakı istifadəçilərinə öz əsərlərini yaratmaq şansı verir. Ümumiyyətlə, hobbi məqsədi ilə istifadə edilən tətbiqlər zaman-zaman həvəskar sınaqların da ortaya çıxmasına səbəb olurır. Təqdim edəcəyimiz nümunə peşakarlıq tələb edən əl işlərindəndir. Ən maraqlısı da odur ki, əsər iPad-ın üzərində sadəcə barmaq izləri ilə çəkilib. İlk baxışda fotoşəkil, yoxsa boya olduğu anlaşılmayan portreti yalnız barmaqlarını istifadə edərək çəkən Lambert əsəri tamamlamaq üçün 200 saatdan çox vaxt xərcləyib. Sonda onu da xatırladaq ki, bu günə qədər iPad-da çəkilmiş ən yaxşı şəkilin hazırlanması üçün qurğuya 285 min fırça zərbəsi endirilib.
2013-12-05
3,355
15 min dollarlıq telefonu onlar düzəldir - Fotolar
"Vertu"nun xüsusi olaraq hazırladığı telefonları dizaynı ilə diqqət cəlb edir. Qiyməti 15 min dollara qədər olan bu özəl telefonların bəzisi qızıl örtüklə, bəzisi yaqut daşlarla bəzədilir. "Vertu"nun istehsal müəssələri də eynən telefonların özü kimi bir görünüşə sahibdir. Çünki hər bir telefonu sadəcə bir işçi düzəldir. Yəni bir "Vertu" telefonunun istehsalında əvvəlindən axırına qədər yalnız bir nəfər iştirak edir. Və beləliklə, telefonlar böyük dəqiqliklə ən xırda detalına qədər düşünülür və istehsal olunur.
2013-12-05
3,356
2014-cü ildə dünya kitab sərgiləri ilə yadda qalacaq
Türkiyə Yazıçılar Birliyi 2014-cü ildə dünyada keçiriləcək ən aktual kitab sərgiləri haqqında məlumat yayıb. Bəlli olub ki, ümumilikdə gələn il dünyada çoxsaylı kitab sərgisinin keçiriləcəyi gözlənilir. Bu siyahının bir qismini təqdim edirik. Qahirə Beynəlxəlq kitab sərgisi, 22 yanvar- 4 fevral Yeni Dehli Beynəlxalq kitab sərgisi, 15-23 fevral Paris Kitap sərgisi, 21-24 mart Bologna Uşaq Kitab sərgisi, 24-27 mart Bankok Beynəlxalq Kitap sərgisi, 28 mart–7aprel London Kitab sərgisi, 8–10 aprel Budapeşt Beynəlxalq Kitab sərgisi, 24-27 aprel Tehran Beynəlxalq Kitab sərgisi, 30 aprel-10 may Tokio Beynəlxalq Kitap sərigisi, 2-5 iyul Moskova Beynəlxalq Kitap sərgisi (Sentyabr ayı boyunca davam edəcək) Qeyd edək ki, sərgilərin əsas məqsədi dünyada kitabsevərlərin sayını artırmaqdır.
2013-12-05
3,357
Halal yeyin, ancaq qızlı-oğlanlı yox - Foto
Türkiyənin Kahramanmaraş şəhərinin Karaman bələdiyyəsi tərəfindən təşkil olunan "Halal qidaya halal toxumdan başlamaq" konfransı üçün dəvətnamələr təəccüb doğurub. Dəvətnamədə göründüyü kimi dünən həyata keçirilən konfransda qadınlar və kişilər ayrı-ayrı saatlarda iştirak edə biliblər.
2013-12-05
3,358
Kişi tapar, qadın xatırlayar
Araşdırmalar nəticəsində bəlli oldu ki, qadın və kişilərin beyin hüceyrələri arasındakı sinir şəbəkələri fərqlidir. ABŞ-ın Penselvaniya Universitetinin mütəxəssislərinə görə, kişi beynində şəbəkələr ön hissədə sıxlaşır. Bu sayədə kişilər məkan və istiqaməti daha yaxşı təyin edir. Qadınlarda isə beynin sol və sağ kürələri arasında dəyişiklik daha çoxdur. Bu da qadınların daha yaxşı yaddaşa və hisslərə sahib olmasını təmin edir.
2013-12-05
3,359
Qrip xəstəliyindən qorunmanın 10 yolu
Havaların soyumağa başladığı bu günlərdə qrip virusları aktivləşməyə başlayıb. Mütəxəssislər qripdən qorunmaq üçün immunitet sisteminin gücləndirilməsini əsas şərt sayırlar. Bunun üçün sağlam qidalanma, meyvə-tərəvəzdən istifadə etmək məsləhət görülür. Ayrıca mütəxəssislər qripdən qorunmaq üçün bunları təklif edir. 1. Hər il qrip peyvəndi vurdurun... Alman mütəxəssislərinə görə qripdən qorunmanın ən qısa yolu budur. 2. Zülal baxımından zəngin olan qidalardan istifadə edin. 3. Qara çay yerinə bitki çayları içməniz məsləhətdir. 4. İmmunitet sistemini zəiflədən spirtli içkilərdən uzaq olun. 5. Epidemiya əsnasında əllərinizi bədəninizin həssas hissələrinə (burun, ağız və gözlər) vurmayın. 6. A, C, E, və B kompleks vitamin və ya vitaminlərlə zəngin olan qidalardan istifadə edin. 7. Gigiyena çox əhəmiyyətlidir. Əllərinizi tez-tez yuyun. 8. Hər gün bol-bol təzə meyvə və tərəvəz yeyin. 9. Gecə yuxusunu tam alın, bədəninizin kifayət qədər dincəlməsi çox önəmlidir. 10. Hər gün idman edərək tez-tez tərləyin.
2013-12-05
3,360
Saç kəpəyindən qurtulmanın çarəsi tapıldı
Kəpək bir çox insanın qarşılaşdığı saç problemlərindən biridir. Kəpəyin öhdəsindən gəlmək üçün təbii üsullardan faydalana bilərsiniz. Sizə ən təsirli maskalardan birini təqdim edirik. Bunun üçün 1 xörək qaşığı alma sirkəsi, 1 fincan mədən suyu, 1 xörək qaşığı polen (çiçək tozu), 1 çay qaşığı dəniz duzu lazımdır. Bütün vasitələri bir-birinə qarışdırın. Daha sonra hazırlanmış qarışığı saçınızın diblərinə çəkin. Bir saat saçınızda saxlayın, sonra ilıq su ilə yuyun. Nəticədə isə kəpəksiz, parlaq və gözəçarpan saçlar əldə edəcəksiniz…
2013-12-05
3,361
Hülya Avşarın formada qalmasının sirri bəlli oldu
Keçən il diyetoloqlardan birinin köməyi ilə doqquz kilo arıqlayan Hülya Avşar formasını qorumaq üçün həm möhkəm bir məşq proqramı tətbiq edir, həm də yeməyinə diqqət yetirərək qidalanır. Bir ovuc ləbləbi Oktyabr ayında 50 yaşı tamam olan məşhur sənətçi, atdığı çəkini geri almamaq üçün toxluq yaradan ləbləbidən istifadə edir. Aktrisa hər gün bir ovuc ləbləbi yediyindən aclıq hiss etmir. Avşar bildirib ki, idman etməklə bərabər yediyimiz qidalara da diqqət yetirməmiz şərtdir.
2013-12-06
3,362
Sergey Lavrov İrana səfər edəcək - Yenilənib
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dekabrın 10-11-də İranda səfərdə olacaq. Bu barədə məlumatı Rusiya XİN-in İnformasiya Departamenti yayıb. Xəbərdə bildirilir ki, səfərdə məqsəd İranın nüvə proqramının nizamlanması üzrə müzakirələr aparmaqdır. "İkitərəfli əlaqələr, regional problemlər, həmçinin Cenevrə sazişi çərçivəsinda İranın nüvə proqramının nizamlanması məsələləri müzakirə ediləcək", - deyə açıqlamada bildirilir.
2013-12-05
3,363
Bir ayda 2263 qanunsuzluq - Statistika
2013-cü ilin noyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və digər məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2263 vergi ödəyicisinin qanunvericiliyi pozması faktları aşkar edilib. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən bildirilib ki, 1255 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 343 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 208 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) almadan fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Operativ nəzarət tədbirləri zamanı 315 vergi ödəyicisi tərəfindən 504 fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi, 84 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 58 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 670 ədəd mal olduğu aşkarlanıb. Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb (Azərtac).
2013-12-05
3,364
Maştağada sahibsiz ev yanıb
Bakıda sahibi bəlli olmayan ev yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində sahibi məlum olmayan, ümumi sahəsi 25 kv.m olan 1 mərtəbəli 1 otaqlı evdə yanğın baş verib. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Ev yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-05
3,365
İşıq, qaz, su da bahalaşacaq
Dekabrın 2-də Tarif Şurasının gizli qərarı ilə benzinin qiyməti bahalaşıb. İqtisadçı ekspertlər isə bildirirlər ki, bu, son deyil və bahalaşma davamlı olacaq. Benzinin, dizel yanacağının bahalaşması istehlak mallarının azı 20-30 faiz bahalaşmasına səbəb olacaq. Ekspertlərin fikrincə, bahalaşma ilə bağlı qərarın heç bir iqtisadi əsası yoxdur. Belə ki, ölkədə neft emalı müəssisələrinin (eynilə kommunal müəssisələrin) xərcləri qəsdən şişirdilir, rəqabət olmadığından xərcləri istədikləri qədər artıra bilirlər. Ekspertlər bildirirlər ki, bir azdan eyni arqumentlə kommunal xidmətlərin qiyməti artırılacaq. Tezliklə kommunal xidmətlərin, elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də bahalaşdırılacaq, həmçinin sərnişin daşıma xidmətlərinin qiymətinin artırılacağı vurğulanır. Rəsmi qurumlar isə bunu təkzib edirlər. "Azərsu"dan bildirildi ki, qurum qiymət artımı barədə heç bir müzakirə aparmır və Tarif Şurasına müraciət də edilməyib. "Azəriqaz"dan da bildirildi ki, qiymət artımı gündəmdə deyil və bununla bağlı qurumda heç bir müzakirə yoxdur. "Azərenerji"dən isə konkret bir söz deyilmədi. Bildirildi ki, bununla bağlı suallar rəsmi müraciətdən sonra cavablandırıla bilər. "Bakıelektrikşəbəkə"dən isə bildirildi ki, onlar icraçı qurumdurlar və Nazirlər Kabineti tərəfindən hansı qərar qəbul olunsa, onu həyata keçirəcəklər. Ekspertlər isə vurğulayırlar ki, tezliklə kommunal xidmətlərin bahalaşacağı şübhəsizdir. Ekspert Qadir İbrahimlinin sözlərinə görə, hökumət neft itkilərini qeyri-neft sektorunu canlandırmaq və çoxşaxəli iqtisadiyyat qurmaq hesabına kompensasiya etmək əvəzinə, çox primitiv bir yola əl atıb: "Yanacağın qiyməti artandan sonra buna ilk reaksiyanı nəqliyyat sektoru verəcək. Yük və sərnişin daşınmasının maya dəyərinin əsasını yanacaq xərcləri təşkil edir. Ardınca ticarət və xidmət sektorunda qiymətlər artacaq. Rəsmi qurumların təkziblərinə baxmayaraq, kommunal xidmətlərin də tariflərinin artması tam realdır. Büdcə layihəsində büdcə təşkilatları üçün kommunal ödənişlərin 346,8 milyon manat artırılması və büdcəni tərtib edən maliyyə nazirinin açıqlaması qiymətlərin artacağından xəbər verir. Kommunal ödənişlər 2013-cü illə müqayisədə 85 faiz çoxdur. Maliyyə naziri isə qiymət artımını real hesab etdiyini bildirib. Bu bahalaşma hələ son deyil. Benzinin bahalaşması dolayısı ilə bütün sektorlarda qiymət artımını şərtləndirir. Daha böyük, çeşidli qiymət artımlarına hazır olmaq lazımdır. Yanvar ayından elektrik enerjisinin, əhaliyə verilən təbii qazın, suyun qiymətində artımlar olacaq. Hökumətin mövqeyindən yanaşdırda, təbii baxmaq lazımdır. Çünki neft gəlirləri, büdcə gəlirləri azalır və bunun azalması fonunda büdcənin yeganə doldurulma vasitəsi qiymət artımlarına getməkdir. Hökumət qiymət artımlarına gedəcək. Büdcə və neft gəlirləri azaldıqca, hökumət mütəmadi olaraq qiymət artımlarına gedəcək". Onun sözlərinə görə, təbii qazın əhaliyə satış qiyməti 1 kubmetr üçün 10 qəpikdən 15 qəpiyə (50 faiz artım), elektrik enerjisini 1 kv/saatının qiymətinin 6 qəpikdən 10 qəpiyə (66 faiz artım), 1 kub metr suyun qiyməti 30 qəpikdən 50 qəpiyə (40 faiz) çatdırılması mümkündür: "Büdcədən bu xidmətlər üzrə ödənişlərin artımının analizinə əsasən bahalaşmanın həddi müəyyənləşib. Ona görə də "bahalaşma olmayacaq" deyib insanları sakitləşdirənlərin büdcə layihəsini bir az diqqətlə oxuması məsləhətdir". İqtisadçı ekspert Qubad İbadoğlu isə bildirir ki, benzinin bahalaşması növbəti mərhələdə digər məhsulların bahalaşmasına təkandır: "Yaxın zamanlarda Tarif Şurası su, elektrik enerjisi, qaz, kommunal xidmətlərin bahalaşmasını elan edəcək və qərar verəcək. Eyni zamanda şəhərlərarası və şəhərətrafı avtomobil nəqliyyatında bahalaşma baş verəcək. Bundan sonra da metroya, dəmir yolu nəqliyyatına tələbat artacaq və həmin sektorlarda da gediş haqları bahalaşacaq. Yük daşınmaları da bahalaşacaq. Bu da ərzaq, qeyri-ərzaq məhsullarının qiymətində artıma gətirib çıxaracaq. İlk növbədə bahalaşan ərzaq məhsulları olacaq. Biz bahalaşmanı davamlı olaraq müşahidə edəcəyik. İnflyasiya eyni zamanda əhalinin gəlirlərinin dəyərsizləşməsini və xərclərin çoxalmasını şərtləndirəcək" (Musavat).
2013-12-05
3,366
Rayonlarımız atəşə tutuldu: itki yoxdur
Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-05
3,367
“Berkut” döyüşçülərinə aksiyaya görə 500 dollar verilib
Kiyevdə aksiyaçılar xüsusi təyinatlıların "Berkut" bazasının qarşısında avtomobillər etiraz aksiyası keçirir. "Axar.az" xəbər verir ki, sürücülər qəza siqnallarının işə salıb eyni zamanda siqnal verirlər. Sürücülərin etirazı "Avromeydan"a toplaşanlara qarşı "Berkut" xüsusi təyinatlılarının zor tətbiq etməsi olub. Bu arada bəzi məlumatlara görə, "Berkut" döyüşçülərinə meydandakı hərəkətlərinə görə 500 dollar verilib. Müxalifətin Raddakı "Azadlıq" fraksiyasının "Avromeydan"a hücum ediləcəyi barədə məlumat yayıb. Deputat Oleq Osuxovskinin sözlərinə görə, Marinski parkındakı çadırlarda gecələyən aksiyaçılara qarşı təxribat gözlənilir. Bu ssenarinin sivil geyimdəki xüsusi təyinatlılar tərəfindən törədiləcəyi vurğulanıb ("Aznews.az").
2013-12-05
3,368
Ruminin Şəmsin qatilləri ilə savaşı - VII hissə
Şəms Təbrizinin qətlə yetirilməsindən sonra Konyada çox gərgin bir vəziyyət yaranır və Mövlanənin ətrafı ilə əxilər arasında dərin bir düşmənçilik baş qaldırır. Təbii ki, Şəmsin bu formada qətlə yetirilməsinə Mövlanə laqeyd qala bilməzdi və ona görə də əziz dostunu öldürənlərə qarşı bir savaşa başlayır. Mövlanə bu savaşa dərhal girmir. Bu da onun "Məsnəvi"nin ikinci dəftərinin əvvəlində yazdıqlarından bəlli olur: "Bir müddət "Məsnəvi"nin yazılmasında fasilə yarandı, Çünki qanın südə çevrilməsi üçün vaxt lazım idi". Yuxarıdakı beytdən belə anlaşılır ki, Mövlanə müvafiq şəraitin yaranmasını gözləyib və bu şərait yarandıqdan sonra yenidən "Məsnəvi"ni yazmağa başlayıb. Birinci dəftərdən fərqli olaraq, "Məsnəvi"nin sonrakı cildləri tamamilə dövrünün sosial məsələlərinə həsr edilib. Şəmsin qətl hadisəsindən sonra, Nəsrəddin Mahmud Xoca vəzirlikdən əzl edilir və bu işə monqolların müdaxiləsindən sonra Nəsrəddin Mahmud Konyadan Qırşəhərə köçməli olur. Mövlanənın oğlu Əlaə-d-Din Çələbi də onunla bilikdə gedir və orada hər ikisi də şəhərin əmiri Seyfəddin Toğrulun himayəsinə sığınırlar. Oğlunu geri qaytarmaq üçün əlindən gələni edən atanın bütün israrlarını rədd edən oğluna Mövlanə bir şer yazır, şerin sərbəst tərcüməsi belədir: Ey dost sən səhv edib başqa bir dostla getdin. Öz sənətini buraxıb başqasının işinə qoşuldun. Sənə yüz dəfə səni bağışladığımı söylədim, Sənə sənin düşdüyün vəziyyəti anlatdım. Ey özündən müştəbeh, sən yenə də baş alıb getdin. Sənə yüz nəsihət verdim, ayağındakı tikanı çıxardım, Gülüstan bir bağçaya gəlmədin, tikanların içinə girdin. Sən bir balıq olduğun halda, ilanla nə işin var? Ey yanlış iş edən, yenə də ilana qoşuldun getdin. Mənə deyirdin ki, səni dostluq mağarasında görə bilmirəm. Mən o mağarada olduğum halda sən bir başqası ilə getdin. Bu şerdə ilan dediyi Əxi Əvrəndir (əvrən sözünün mənası da ilan deməkdir). Dostluq mağarası dediyi yer isə Məhəmməd peyğəmbər ilə Əbu Bəkrin gizləndiyi mağaraya işarədir. Bir müddət sonra, təxminən 1261-ci ildə Qırşəhərdə əxilərin monqollara qarşı qaldırdığı üsyanda Nəsrəddin Xoca ilə Əlaə-d-Din Çələbi həlak olurlar. Nəsrəddin Xoca ilə Əlaə-d-Din Çələbinin ölüm xəbərini alanda, Mövlanə uzun bir şer yazır, şerin bir parçasının sərbəst tərcüməsi belədir: Hardadı mənim eşşəyim, hardadı mənim eşşəyim? Keçən il öldü mənim eşşəyim. Allaha şükr edirəm ki, eşşəyim öldü və başağrım dayandı. Öküz də onunla birlikdə öldüsə də, yenə kədərlənmirəm. Çünki o öküzdə mənim iyim-tüstüm qalmamışdı. Öküzlə eşşək öldülərsə, cəhənnəmə ölsünlər. Mənim dilbərim, mənim dilbərim, mənim dilbərim, mənim dilbərim mənə yetər. Eşşəyin qulağında bir halqa vardı, yalnız bu halqa qızıldan idi. Hayiflar olsun, hayiflar olsun, mənim o altunuma, hayiflar olsun. Eşşəyim dikbaşdı, itaət etmir, naz eləyir, arpa yemir. Qapının önünə də təzəkdən başqa bir şey qoymur. Zərərdən başqa da heç bir xeyrini görmədim. Burada eşşək - Nəsrəddin Xoca, öküz - oğlu Əlaə-d-Din Çələbidir, dilbər deyərək mədh etdiyi isə digər oğlu Sultan Vələddir. Beləliklə, Mövlanə şer yazmaqla öz düşmənləri ilə mübarizəyə başlayır. "Məsnəvi"nin altıncı dəftərinin müqəddiməsində, 273 beytdə Mövlanə deyir ki, mənim düşmənlərim vardı və onlar mənimlə savaşırdılar. Mən də onlarla savaşmaq üçün bu "Məsnəvi"ni yazdım. Bu haqda danışarkən düşmənlərinin firon, özünün Musa, "Məsnəvi"nin isə bu savaşda Musanın əsası olduğunu ifadə edir. Həmin müqəddimədə qeyd edir ki, firon zəlil olduğu kimi, mənimlə savaşanlar da zəlil oldular, mən isə müzəffər oldum. Bu müqəddimədə yuxarıda qeyd etdiklərimizi geniş bir şəkildə izah edir və sonda bu altıncı dəftər ilə əsərin bitirəcəyini də qeyd edir.
2013-12-05
3,369
AB-dən Türkiyəyə müjdə: Vizasız rejimin vaxtı bəlli oldu
Türkiyə AB ilə vizasız rejimin başlanması mövzusunda Avropa Komissiyası ilə razılığa gəlib. Xarici İşlər naziri Əhməd Davudoğlu Brüsseldə baş tutan danışıqlardan sonra AB ilə Türkiyə arasındakı viza sərbəstliyi haqqında razılaşmanın imzalanmasına qərar verildiyini açıqlayıb. Avropa Komissiyasının daxili işlərinə məsul üzvü Sesilia Malmstrom və qonşuluq siyasətindən məsul üzvü Stefan Füle ilə ortaq mətbuat konfransı keçirən Davudoğlu bildirib ki, bu gün burda Türk xalqı və AB üçün tarixi bir günə şahidlik edirik: "Türkiyə ilə AB-nin uzunmüddətli səylərindən sonra viza sərbəstliyi haqqında dialoqlarda razılaşmanın imzalanmasında razılığa gəldik. Türk xalqı ən gec üç il yarıma (bu müddət tez də tamamlana bilər) vizasız rejimə keçəcək". Davudoğlu 16 dekabrda vizasız rejimin Ankarada başlayacağını və razılaşmanın imzalanacağını söyləyərək bu dialoqların olduqca tez nəticələnəcəyinə ümid etdiklərini bildirib.
2013-12-05
3,370
Hesablama Palatası Nazim İbrahimovu yoxladı
APA-nın verdiyi məlumata görə, Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondundan Xızı rayon İcra Hakimiyyətinə, dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə, Ağstafa və Astara rayonları üzrə dövlət torpaq fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğuna dair auditin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq təsdiqlənib. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim edilməsi qərara alınıb. Kollegiya iclasında Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına ayrılan dövlət büdcəsi vəsaitlərinin proqnozlaşdırılması və icrasına, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ayrılan dövlət büdcəsi vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, habelə "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin struktur bölmələri (Şəki regional logistik bazası və Şəki rayon aqroservis filialı) tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalara dair audit proqramları da təsdiq olunub.
2013-12-05
3,371
Bakıda iki maşın toqquşdu: xəsarət alan var
Bakıda iki avtomobil toqquşub. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda "Daewoo" markalı avtobus ilə "Qaz" markalı minik avtomobili toqquşub. Nəticədə sərnişin avtobusu yoldan çıxaraq yol kənarında olan ərzaq mağazasına çırpılaraq deformasiyaya uğrayıb. Sürücüsü isə avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
2013-12-05
3,372
Dədə Mamedlə vida mərasiminə DİN generalları da gələcək
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Azərbaycanın görkəmli generallarından biri, DİN-in Kadrlar İdarəsinin uzun illər rəisi işləmiş "Dədə Mamed" kimi tanınan Məmməd Əsgərov dünyasını dəyişib. "Azərpoçt" MMC-dən "Axar.az"a daxil olan məlumata görə, mərhumla vida mərasimi bu gün saat 14:00-da yaşadığı Vorovski qəsəbəsində, Daxili Qoşunların binası ilə üzbəüz yerləşən şəxsi evində olacaq. Mərsimdə "Azərpoçt" rəhbərliyi iştirak edəcək. DİN mətbuat xidməti isə mərhumla vida mərasimində DİN generallarının iştirak edəcəyini təsdiqlədi. Xatırladaq ki, Dədə Mamed uzun illər çalışdığı DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifəsindən 2007-ci ilin sentyabrında, daxili işlər orqanlarında işləmək üçün mümkün son yaş həddi tamam olduğuna görə nazir Ramil Usubovun əmri ilə azad edilib. Bundan sonra hüquq-mühafizə orqanlarında xüsusi nüfuz sahibi olan general-mayor Məmməd Əsgərov "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsində rəis müavini vəzifəsində çalışıb.
2013-12-05
3,373
Evi yandı, xəbəri olmadı - Bakıda
Dünən gecə saatlarında Nizami rayonu, Naxçivanski küçəsi, bina 79 ünvanında yanğın baş verib. Binanın dördüncü mərtəbəsində baş verən yanğından gec xəbər tutan yaşlı rus qadın huşunu itirib. Qonşuların sözlərinə görə, bu qadının eşitmə qabiliyyəti zəifdir. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qısa zaman ərzində yanğını söndürə biliblər. Hadisə ilə bağlı araşdırma aparılır. Ölən olmayıb.
2013-12-05
3,374
Universitetdə silahlı qarşıdurma - ölən var
ABŞ-ın Uinqeyt universitetində silahlı qarşıdurma olub. Nəticədə, iki nəfər həyatının itirib. Amerikanın Uinqeyt universitetində naməlum şəxs atəş açıb. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər yaralanıb. Ölənlər arasında tələbə olub-olmadığı hələlik məlum deyil. Hal-hazırda universitet ərazisi polis nəzarətindədir, təcavüzkar axtarılır. Tələbələr isə universitetin yaxın korpuslarına sığınıb. Qeyd edək ki, bu, ABŞ-da sutka ərzində artıq ikinci silahlı qarşıdurma hadisəsidir.
2013-12-05
3,375
Liviya da şəriət dövləti oldu
Liviyada qanunvericiliyin əsasını şəriətin təşkil edəcəyi haqqında qərar verilib. "Axar.az" məlumat verir ki, bu qanun Liviya Milli Şurasında qəbul edilib. Deputatlar əsasən qanunvericilikdə Quran ayələrinin və hədislərin əsas götürüləcəyini qeyd ediblər. Bununla yanaşı artıq bütün dövlət idarələri və institutlara bu qanuna keçidlə bağlı informasiyanın göndərildiyi də bildirilib. Qeyd edək ki, Liviyanın mərhum lideri Müəmmər Qəzzafinin dövründə "Yaşıl kitab" ölkənin əsas qanunu kimi qəbul olunmuşdu.
2013-12-05
3,376
Sabirabad məmurlarının qovğasına nazirlər müdaxilə etdi
"Sabirabad Maliyyə şöbəsi ilə Təhsil şöbəsi müdiri arasında yaranan konflikt mediada əksini tapdıqdan sonra hər iki şöbənin tabe olduğu nazirliklərin müdaxiləsi nəticəsində bu gün Sabirabad təhsil işçilərinin əməkhaqqları köçürülüb". Bu barədə "Axar.az"a Sabirabad müəllimlərindən biri məlumat verdi. Təhsil işçisinin sözlərinə görə, dünən "Axar.az"ın problem ictimailəşdirməsi ilə ("Sabirabadda məmurların pul savaşının təfərrüatları") hadisənin təfərrüatlarından xəbər tutan Maliyyə və Təhsil nazirlikləri tərəfindən məsələyə müdaxilə edilib. Bundan sonra rayon Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşov və Təhsil şöbəsinin müdiri Elman Bünyadova xəbərdarlıq edilib və dərhal təhsil işçilərinin əməkhaqqlarının hesablarına keçirilməsi barədə göstəriş verilib. Sabirabad rayon Təhsil şəbəsinin müdiri Elman Bünyadov "Axar.az"a müəllimlərin əməkhaqqının artıq hesablarına köçürüldüyünü təsdiqlədi. Xatırladaq ki, Sabirabad müəllimləri Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşovla Təhsil şöbəsinin müdiri Elman Bünyadovun arasında yaranan fikir ayrılığına görə noyabr ayı üçün nəzərdə tutalan əməkhaqqını ala bilmədiklərini söyləmişdilər. Təhsil şöbəsinin müdiri E.bünyadov da faktı təsdiqləmişdi.
2013-12-05
3,378
Kliçko Azarovla aralarında olan söhbəti açdı
Vitali Kliçko Radada hökumətin istefası ilə əlaqədar olan səsvermə zamanı baş nazir Nikolay Azarovla etdikləri söhbəti açıb. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Kliçko Baş nazirin Avropa İttifaqı ilə müqaviləni imzalayacaqlarına söz verdiyini bildirib. "UDAR" partiyasının sədri hər şeyə rəğmən yenə də nazirə inanmadığını bəyan edib: "Azarov mənə dedi ki, bəs Vitali narahat olma, biz müqaviləni imzalayacağıq. Mən ona deyəndə ki, bəs bir həftə əvvəl niyə qol çəkmədiniz, o, sadəcə, durub üzümə baxdı".
2013-12-05
3,379
Osmanlı törəməsi olan London meri canlı verilişdə biabır oldu
Maraqlı həyat tərzi ilə həmişə gündəmdə olan London meri Boris Conson kasıb adamların İQ səviyyələri aşağı olduğu üçün uğurlu ola bilmədiklərini demişdi. Bu açıqlamasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan London meri Conson "LBS" radiosunda Nik Ferrarinin verilişində qonaq olub. Eton və Oksford məzunu olan siyasətçi İQ testi üzrə verilən 3 sualdan birinə də doğru cavab verə bilməyərək canlı verilişdə biabır olub. Merə ilk olaraq "Bir adam dörd tərəfi də cənuba baxan kvadrat şəkilli bir ev tikir. Evə bir ayı gəlir. Ayı nə rəngdədir?" sualı verilib. Conson heç nə deyə bilməyəcəyini söyləyərək "Qəhvəyi?" deyə soruşub. Amma belə bir ev ancaq Şimal Qütbündə tikilə bilər, ona görə də evə gələcək ayı da olsa-olsa bir qütb ayısı ola bilərdi. Yəni, cavab ağ idi. Verilişin aparıcısı Consona ikinci sualını verib: "3 alma arasından ikisini götürsən neçə alman olar?" Conson əvvəl "çoxlu", sonra da "bir alma" deyə cavab verib. Sualın cavabı isə əlbəttə ki, 2 almaydı. Verilişin sonuncu sualı: "Gecə saat 8-də yatmamışdan qabaq saatımın zəngini 9-a qurdum. Zəng çalmamışdan əvvəl neçə saat yatmış oluram?" Doğru cavab, siferblatlı zəngli saatlarda səhər-axşam fərqi olmadığına görə "bir saat" olmalı idi. Mer bu suala da doğru cavab verə bilməyib. Qeyd edək ki, Boris Conson "GQ" İngiltərə jurnalının oxucuları tərəfindən aparılan səsvermə nəticəsində İngiltərənin ən cazibəli adamı seçilmişdi. Kraliça Elizabet və baş nazir Devid Kameronu arxada qoyan Conson əslində Osmanlı törəməsidir. 48 yaşında olan Boris Conson Fərid Paşa hökumətində Daxili İşlər naziri işləmiş jurnalist Əli Kamal bəyin nəvəsidir.
2013-12-05
3,380
“Həkimlər anamı xərəkdən yerə saldılar” – Anası ölən jurnalist
AMEA-nın əməkdaşı, jurnalist Səadət Abbasovanın anası Abbasova Elmira Məcid qızının Biləcəri Dəmiryol Xəstəxanasında ilk tibbi müdaxilə zamanı vurulan iynədən dünyasını dəyişməsi ilə bağlı yeni məqamlar ortaya çıxıb. Səadət Abbasovanın AzNews.az-a verdiyi məlumata görə, anası yıxıldığı zaman təkcə ayağı burxulmayıb, həm də başı əzilib. Ancaq aparıldığı dəmiryol xəstəxanasında həkimlər bunu bilməyib: "Biz özümüz də bu barədə bilmirdik. Anam dedi ki, yıxılanda ayağı dəyib. Ancaq bu gün yuyucu bizə bildirdi ki, anamın başında şiş olub. Deməli o, yıxıldığı zaman təkcə ayağı burxulmayıb, həm də başı dəyib. Hətta xəstəxanada olanda iki dəfə qusub da. Ancaq həkimlər buna diqqət yetirməyiblər. Məlumdur ki, baş zədə alanda qusma mümkündür. Ancaq həkimlər bu məqamı diqqətə almadılar və biz anamızı itirdik". S.Abbasovanın sözlərinə görə, hətta anası travmatologiya şöbəsindən başqa şöbəyə aparılarkən xərəkdən də yerə salınıb: "Anam sağalacağına ümid edirdi. Hətta həkimlərə deyirdi ki, ayağına baxıb onu tez evə buraxsınlar, həkimlərə hörmət edəcək. Anamın başının zədələndiyini biz bilmirdik. Amma həkimlər buna diqqət yetirməli idilər ki, yıxılan adamda başqa zədələr də ola bilər. Hətta anam qusanda da onlar bunu diqqətə almadılar. Retgenə yalnız ayağı salındı". S.Abbasova travmatologiya şöbəsinin Zakir adlı həkimindən şikayətçi olduqlarının bildirib: "Biz ancaq Zakir həkimdən şikayətçiyik. O laqeyd yanaşmasaydı, anamın həyatını qurtarmaq mümkün idi. Hətta Zakir həkim bacıma meyiti eskpertizaya göndərməmək üçün ərizə də yazdırıb. Bu ərizədən sonra bəlkə nəsə etmək mümkün deyil. Ancaq mən yenə də deyirəm ki, anamın ölümündə Zakir həkimdən şikayətçiyik. İctimaiyyətə də çatdırmaq istəyirik ki, heç kəsin yaxını belə vəziyyətə düşməsin". Xatırladaq ki, Abbasova Elmira dekabrın 4-də ayağı burxulduğu üçün aparıldığı xəstəxanada sistem köçürülərkən damarından ard-arda bir neçə iynə vurulduğu zaman vəfat edib. Səadət Abbasovanın dediyinə görə, xəstəxanaya çatanda anasının qan təzyiqi düşməyə başlayıb. Rentgen etmək üçün aldıqları otaqda anasının ürək xəstəsi olduğunu bildirdikləri halda, həkimlər xəstəyə sistem köçürmək üçün damarından ard-arda bir neçə iynə vurublar və elə iynələrin altındaca xəstə keçinib.
2013-12-05
3,381
ABŞ kəşfiyyatı dünya üzrə 5 milyard mobil telefonu izləyir
"Axar.az"ın "FaktXəbər"ə istinadən verdiyi məlumata görə, Amerikanın Milli Təhlükəsizlik Agentli (MTA) gündəlik olaraq dünya ölkələrində təxminən 5 milyard mobil telefon istifadəçisini nəzarətdə saxlayır. Bu barədə MKİ-nin sabiq əməkdaşı Edvard Snoudenin gizli sənədlərinə istinadən "Washington Post" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, MTA mobil telefonunu dinlədiyi şəxslərin harada yerləşdiyini və nə danışdığına asanlıqla nazarət edir. Milli Təhlükəsizlik Agentliyi mobil telefonların izlənilməsi zamanı "CO-TRAVELER" adlı proqramdan faydalanır. ABŞ kəşfiyatı dünyanın istənilən yerində hər növ mobil telefon istifadəçilərinə siqnal ötürməklə onların nə etdiyini müəyyənləşdirə bilir.
2013-12-05
3,382
Azərbaycanda zəlzələ baş verib
Bu gün Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib. "Axar.az" Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ saat 10:57:58-də qeydə alınıb. Zəlzələnin maqnitudası 4.40 olub.
2013-12-05
3,383
Məmmədyarovla Nalbandyan nədən danışdı? - Görüş
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Kiyevdə keçirilən görüşü başa çatıb. "Axar.az"ın Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Nazirlər öncə təkbətək görüşüblər. Daha sonra isə ATƏT-in Minsk qrupunun üzvləri onlara qoşulub. Həmsədrlər və nazirlər yaxın həftələr ərzində yenidən görüşərək konfliktin sülh yolu ilə həlli üçün danışıqları davam etdirməyi planlaşdırıblar. Həmsədrlər bu məqsədlə yaxın günlərdə yenidən bölgəni ziyarət etmək istədiklərini qeyd ediblər. Azərbaycan XİN başa çatan bu görüşlə bağlı hələlik məlumat yaymayıb.
2013-12-05
3,384
Deputat İran səfirini həbsxanaya görüşə çağırdı
Son günlər İran tərəfi Azərbaycanda həbsdə olan bu ölkə vətəndaşlarının təzyiqlərə məruz qalması haqda müxtəlif iddialar səsləndirir. Ötən gün İranın Bakıdakı səfirliyi də Bəhram Feyzin adlı İran vətəndaşının saxlanma şəraitindən şikayət edərək onun həbsxanada aclıq aksiyasında başladığını bəyan etdi. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, millət vəkili Çingiz Qənizadə rəsmi Tehranın bu iddialarının yalnış olduğunu düşünür. Deputat ölkəmizdə həbsdə olan əcnəbi vətəndaşların, o cümlədən İran İslam Respublikası vətəndaşlarının heç bir təzyiqə məruz qalmadığını, aparılan monitorinqlər zamanı onların saxlanma şəraitinin normalara uyğun olduğunu bildirib. "Əcnəbilərlə Azərbaycan vətəndaşları arasında heç bir fərq yoxdur. Bu gün Azərbaycan vətəndaşlarının da, əcnəbilərin də saxlanma şəraiti, polisin müvəqqəti saxlanma yerlərindəki şərait və vəziyyət bütün beynəlxalq normalara uyğun gəlir. Belə olan halda, kimin üçünsə, nəyinsə ayrıca yaradılmasına ehtiyac yoxdur. Daxili İşlər orqanlarının nəzdində olan müvəqqəti saxlanma yerlərinin hamısı beynəlxalq standartlara cavab verən formada son bir neçə ildə yenidən qurulub". Millət vəkili Azərbaycanda məhbəs həyatı yaşayan iranlılardan danışıb. "Yalnız əcnəbi yox, Azərbaycan vətəndaşı da saxlanma şəraiti ilə bağlı hansısa bir problemin olduğunu qeyd edirsə, təbii ki, biz həmin şəxsə kömək etməliyik. Həmin qurumun rəhbərliyinə çatdırmalıyıq ki, belə hallar baş verməsin. Amma bəzən bu cür hərəkətlər siyasi maraqlar üçün, hansısa təşkilatların, partiyaların maraqları üçün edilirsə, bu, yolverilməzdir". Deputat İranın Bakıdakı səfirinə müraciət edərək onu iran vətəndaşlarının həbsdə olduğu cəzaçəkmə müəssisələrinə birgə baş çəkməyə çağırıb (Azvision.az).
2013-12-05
3,385
Binəqədi rayonunda kadr təyinatı niyə dəyişdi?
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun qalmaqallı birinci müavini Qəzənfər Novruzovun yerinə yeni təyinat rəsmiləşib. Binəqədi Rayon İcra Hakimiyyətindən "Axar.az"a verilən məlumata görə, başçısının 4 dekabr 2013-cü il tarixli əmri ilə başçının müavini İlqar Süleymanov birinci müavin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının baş təlimatçısı 25 yaşlı Aygün Əliyeva isə müavin təyin edilib. Xatırladaq ki, Xaləddin İsgəndərovun bir müddət əvvəl vəzifədən azad etdiyi Qəzənfər Novruzovun yerinə birinci müavin səlahiyyətlərini rayon icra hakiminin digər müavini Vüsar İsmayılov yerinə yetirirdi. Birinci müavinin səlahiyyətlərini icra etdiyi üçün məhz onun təyinatının artıq rəsmiləşdiyi barədə məlumat yayısa da, dünən bu xəbər özünü doğrultmadı. Qeyd edək ki, "Axar.az"ın V.İsmayılovun 1-ci müavin təyin olunması xəbərinə aydınlıq gətirməkdən Binəqədi Rayon İcra Hakimiyyəti imtina etmişdi.
2013-12-05
3,386
Rusiya Azərbaycanın hərbi helikopterlərini yoxlayır
"Rusiya Helikopterləri" (Vertolyot Rossii) şirkətinin Rostov-Dondakı zavodunda Azərbaycanın sifarişi ilə istehsal olunmuş Mi-35M tipli döyüş helikopterlərinin növbəti partiyasının sınaqları keçirilir. Rusiyaya məxsus hərbi internet saytlarında yeni helikopterlərin uçuş testləri zamanı çəkilmiş fotoları yer alıb. Məlumatlara görə, 20121 və 20124 bort nömrəli helikopterlərin uçuş testləri noyabr ayının ortalarında başlanılıb. Mi-35M helikopterlərinin növbəti partiyası yaxın günlərdə Azərbaycana göndəriləcək. Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidməti ilə "Rosoboroneksport" şirkəti arasında 2010-cu ilin sentyabrında imzalanmış müqavilə çərçivəsində 24 ədəd Mi-35M tipli döyüş helikopteri alınmalıdır. Rusiya tərəfi helikopterlərin çatdırılmasına 2011-ci ilin dekabr ayından başlayıb (APA).
2013-12-05
3,388
Ərdoğanın məhbəs yoldaşı danışdı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birlikdə həbs həyatı yaşayan Adnan Atay maraqlı çıxış edib. O: "Baş nazir layihələrini bizə izah etdikdə, biz sadəcə gülürdük",- deyib. O dövrdə Ərdoğanla birlikdə eyni həbsxanada cəza çəkən məhbus yoldaşı onunla bağlı xatirələrin hələ də canlı olduğunu bildirib. Hətta o, Ərdoğanın həbsxanada istifadə etdiyi çaydanın hələ də xatirə olaraq saxlandığını deyib. Adnan Atayın sözlərinə görə, Ərdoğanın həbsxanada etdiyi söhbətlər ancaq qardaşlıqdan, ölkə məsələlərindən ibarət olub: "O bizimlə çox səmimi idi. Bizə təkcə yoldaş olaraq deyil, həm də böyük qardaş kimi yanaşırdı. Onunla eyni kamerada olmasaq da, tez-tez görüşərdik. Tez-tez kamerama gələrək məni ziyarət edərdi". Layihələrini bizə danışanda gülürdük "Biz o vaxtlar onun danışdıqlarını gülərək dinləsək də, o, Baş nazir olacağına inanırdı. Onun qətiyyəti bizi təəccübləndirdi. 14 il öncə bizə danışdıqları hər bir layihəni reallaşdıra bildi". Ərdoğanın həbsxana yoldaşı sonda deyib: "O illər çox gənc idi, saçlarının ağardığını görüb kədərlənirik". Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 1999-cu ildə 4 aylıq həbs cəzası çəkib.
2013-12-05
3,389
2013-cü ilin ticarət statistikası açıqlandı – Rəsmi
"Axar.az" Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 147 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 101 ölkəyə əmtəə ixrac olunub və 138 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir. On ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 36,2 milyard ABŞ dolları təşkil etmiş və 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artıb. Dövriyyənin 27,3 milyard dolları ixracın, 8,9 milyard dolları idxalın payına düşüb, nəticədə 18,4 milyard dollarlıq müsbət saldo yaranıb. Ticarət əlaqələrinin 11,6 faizi MDB üzv-iştirakçı dövlətləri ilə, 43,1 faizi Avropa İttifaqı ölkələri ilə, qalan 45,3 faizi isə digər dövlətlərlə qurulub. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,5 faiz artaraq 1,4 milyard dollar təşkil edib. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 11,8 dollar artaraq 153,5 dollara bərabər olub.
2013-12-05
3,390
Zakir Həsənov ABŞ Dövlət katibinin müaviniylə görüşdü
"Ermənistanın danışıqları qəsdən uzatması regiondakı şəraitə mənfi təsir göstərir". "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bunu ABŞ Dövlət Katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edərkən deyib. Qonaq Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb. Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb. ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif sahələr üzrə səmərəli davam etdiyini bildirən müdafiə naziri ikitərəfli hərbi əməkdaşlıq istiqamətində uğurların olduğunu və bundan sonrakı fəaliyyətlərin inkişaf persektivlərini də qeyd edib. Bölgədəki vəziyyətə münasibətini bildirən amerikalı qonaq, regionda sülhün bərqərar olması üçün ABŞ-ın apardığı səylərə və əlaqələrin genişlənməsi təşəbbüslərinə də toxunub. Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar da iştirak edib.
2013-12-05
3,391
“Mavi Mərmərə”dən sonra ilk dəfə Türkiyəyə bu nazir gəldi
3 ildən sonra İsraildən Türkiyəyə ilk dəfə nazirlərdən biri səfər edib. "Axar.az"ın məlumatına görə, İsrailin ətraf mühit naziri Amir Perets "Aralıq dənizinin çirklənməsinə qarşı müdafiə müqaviləsi" adlı tədbirdə iştirak etmək üçün Türkiyəyə gedib. Perets bununla da 31 may 2010-cu ildə Mərmərə dənizində Türkiyəyə məxsus gəmidə 9 nəfərin öldürülməsi ilə bağlı iki ölkə arasında baş verən siyasi böhrandan sonra Türkiyəyə səfər edən ilk israilli nazir olub. Hava Limanında jurnalistlərin suallarını cavabsız qoyan nazir, yalnız "hər şey çox gözəl" deməklə kifayətlənib. Xatırladaq ki, iki ölkə arasındakı siyasi gərginlik İsrailin Türkiyədən üzr istəməsi ilə normallaşmışdı.
2013-12-05
3,392
Son dərəcə təhlükəli “Kobalt-60” oğurlandı
Meksikanın paytaxtı Mexikoda radioaktiv maddə daşıyan yük maşını oğurlanıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Meksika rəsmi dairələrinin bu hadisə ilə bağlı yaydığı açıqlamada radioterapiyada istifadə edilən "Kobalt-60"ın son dərəcə təhlükəli bir radioaktiv maddə olduğu və maddəni qoruyan qapağın qətiyyən açılmamasının vacibliyi bildirilib. Meksikada yerləşən "Nüvə Təhlükəsizlik Komissiyası" 2 nəfərdən ibarət olduqları təxmin edilən oğrulara "böyük risk altındasınız, radioaktiv maddənin olduğu paketə toxunmadan dərhal təhvil verin, əks halda nəticə ölümcül ola bilər" deyə çağırış edib. Meksika Səhiyyə Agentliyinə aid "Kobalt-60"ın tapılması üçün polisin 6 əyalətdə ciddi iş rejiminə keçirildiyi bildirilib.
2013-12-05
3,393
İlin ən yaxşı filmi məlum oldu
Hamının maraqla gözlədiyi "ilin ən yaxşı filmi" nominasiyasının ünvanı məlum oldu. "Axar.az"ın məlumatına görə, "Nyu York Film Tənqidçiləri Birliyi" film dünyasında bir neçə nominasiya üzrə qaliblərin mükafatlandırıldığı tədbirdə Devid Russelin "America Hustle" filmini "ən yaxşı" seçiblər. Filmin ssenaristi Erik Sinqer və Devid Russelə ən yaxşı ssenari mükafatı verilib. Bundan başqa "All Is Lost" (Sona doğru) filmindəki yüksək aktyorluq keyfiyyətinə görə, "Hollivud"un əfsanəvi isimlərindən olan Robert Redford "ən yaxşı aktyor" seçilib. "Ən yaxşı qadın aktrisa" mükafatına isə "Blue Jasmine" filmində oynayan Keyt Blanşett layiq görülüb. Qeyd edək ki, qaliblər günlük və ya həftəlik nəşrlərlə yanaşı, internet saytlarındakı tənqidçilərin səsləri ilə müəyyənləşir.
2013-12-05
3,394
İran səfiri Çingiz Qənizadə ilə həbsxanaya gedəcək
Ötən gün İranın Bakıdakı səfirliyi Bəhram Feyzin adlı İran vətəndaşının saxlanma şəraitindən şikayət edərək, onun həbsxanada aclıq aksiyasına başladığını bəyan edib. Bir müddət əvvəl də Bakıda həbsdə olmuş digər İran vətəndaşı Həsən Fərəci ailəsinə saxlanıldığı həbsxanadan şikayət etmişdi. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, millət vəkili Çingiz Qənizadə saytımıza açıqlamasında bu məlumataların yalnış olduğunu bildirib və İranın Bakıdakı səfirinə müraciət edərək onu iran vətəndaşlarının həbsdə olduğu cəzaçəkmə müəssisələrinə birgə baş çəkməyə çağırıb. AzVision.az Çingiz Qənizadənin təklifinə cavab almaq üçün İranın Bakıdakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirliyin mətbuat xidmətindən bildirilib ki, onlar da deputatın görüş təklifinə müsbət yanaşırlar. "Bizim yaydığımız məlumatda, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin baş konsulu Möhsün Mövlayi İran vətəndaşı Bəhram Feyzinin səfirlik nümayəndəsi ilə görüşü ilə bağlı məlumat qeyd olunub. Lakin bu barədə bir neçə dəfə nota təqdim etməyimizə baxmayaraq, hələ də məsələ təmin edilməyib. Biz də vətəndaşımızla görüşüb, onun saxlanma şəraiti ilə tanış olmaq istəyirik. Amma icazəsiz necə gedib, görüşə bilərik?".
2013-12-05
3,395
Türkiyədə keçirilən bir sorğunun çox ilginc nəticələri
"Kadir Has Universiteti" tərəfindən xalqın xarici siyasətə baxışını ortaya qoymaq üçün aparılan ictimai araşdırmaya görə türklər yüzdə 28 faiz nisbətində Azərbaycanı Türkiyəyə ən yaxın dost ölkə olaraq görürlər. "Kadir Has Universiteti" tərəfindən Türkiyə daxilində 26 şəhərdən min adamla telefon danışıqları vasitəsilə reallaşdırılan araşdırmaya görə, Suriya yüzdə 65 faizlik nisbətlə Türkiyə qarşısında ən əhəmiyyətli problem olaraq görülür. Sorğuda iştirak edənlərin yüzdə 72 faizi Türkiyənin müsəlman ölkələrə örnək ola biləcəyini düşünür, amma hökumətin apardığı xarici siyasəti uğurlu hesab edənlərin say nisbəti 2012-ci ildə yüzdə 34.7 faizdən yüzdə 25 faizə düşüb. "Türk Xarici Siyasəti İctimai Münasibətləri Araşdırma" adıyla nəşr olunan hesabatda ictimai əlaqələri inkişaf etdirmək üçün siyasi və iqtisadi əlaqələrin artırılması prioritet məsələ olaraq ortaya qoyulub. Hərbi qüvvə istifadəsinə dəstək olanların sayı minimum səviyyədədir. Qonşu ölkələrlə ortaq nazirlər kabineti yığıncaqlarını çox böyük nisbətlə dəstəkləyən iştirakçılar yüzdə 28 faiz nisbətlə Türkiyəyə ən yaxın dost ölkə olaraq Azərbaycanı görür. Sorğuda iştirak edənlərin 38.6-sı Türkiyənin dostu olmadığını bildirib. Türkiyə üçün təhlükə hesab edilən ölkələr arasında ABŞ və İsrail, Suriya və İran başda gəlir. Araşdırmanın maraqlı nəticələrindən biri də Türkiyənin Cənubi Kipr Respublikasının tanınmasına xalqın yüzdə 56 faizinin müsbət baxmasıdır. Türkiyədə 26 şəhərdən min adamla telefon danışıqları vasitəsilə reallaşdırılan araşdırmanın 2013-cü ilin oktyabrında tamamlandığı bildirilib.
2013-12-05
3,396
Tağı Əhmədovun müavini: “Vicdansızlıq edirlər...”
Metropolitendən sökülən evlər barədə açıqlama Xəbər verdiyimiz kimi, 7-ci mikrorayonda məcburi köçkünlərin də yaşadığı ərazidə Bakı Metropoliteni yeni tikintiyə başlayıb. Bununla əlaqədar sakinlər ərazidən köçürülür. Köçürülmə şərtləri isə qaneedici deyil. Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib. Əsasən, məcburi köçkünlərin ünvanladığı həmin müraciətdə onlara torpaq təklif edildiyi bildirilir. Həmin sakinlər isə torpağın pulla əvəzlənməsini istəyir. Bununla bağlı açıqlama verən Tikilən Bakı Metropoliteninin rəisi, Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov bildirib ki, yeni deponun tikintisi üçün hazırlıqlar çoxdan başlayıb. 200-dən artıq sakinə kompensasiya verilərək ərazidən köçürülüb: "7-ci mikrorayon ərazisində yeni depo tikilir. Bununla əlaqədar olaraq, sakinlər ərazidən köçürülür. Yerli sakinlərə kompensasiya, burada sonradan məskunlaşmış məcburi köçkünlərə isə torpaq verilir". O, nəinki köçürülmə şərti ilə razılaşmayanların, hətta kompensasiya məbləğindən narazı qalanların olduğunu etiraf edib: "30-dan artıq sakinlə işimiz məhkəmədədir. Bəziləri vicdansızlıq edir, daha çox qazanmaq istəyir. Məcburi köçkünlərlə də problemimiz var. Onlar da torpaq istəmirlər. Lakin bunu biz müəyyənləşdirmirik. Bu məsələ müxtəlif səviyyələrdə həll olunub. Hökumət bu cür qərar verib. Əvvəlcədən müəyyənləşdirilib ki, məcburi köçkünlərə torpaq, digərlərinə isə kompensasiya verilsin" (Aznews.az).
2013-12-05
3,397
ATƏT-in Baş katibi Ukrayna məsələlərinə qarışdı
ATƏT Ukrayna hakimiyyəti ilə müxalifət arasında vasitəçi olmaq istəyir. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə ATƏT-in Baş katibi Lamberto Zanner çıxış edib. O, Ukraynada vəziyyəti qaydasına salmaq üçün bütün tərəflərlə danışığa getməyə hazır olduqlarını bəyan edib: "Mən və ATƏT bu çətin situasiyadan çıxış yolları tapmaq üçün bütün tərəflərlə danışıqlara getməyə hazırıq". L.Zanner yaxın günlərdə verdiyi təklifin hər iki tərəfin də qəbul edəcəyinə ümidvar olduğunu qeyd edib.
2013-12-05
3,398
İlk tələbə jurnalist təşkilatının 4 yaşı tamam oldu
Bu gün Azərbaycanın ilk tələbə jurnalist təşkilatı "Gənc Reportyorlar Birliyi"nin 4 yaşı tamam olur. Bu barədə təşkilat sədri Məmməd Ağayev saytımıza açıqlamasında məlumat verib. O, 2009-cu ildən bu yana fəaliyyət göstərən təşkilatın hazırda öz ətrafında 1034 nəfər tələbə toplaya bildiyini qeyd edib. Bununla yanaşı sədr 12 nəfərlə yaradılan təşkilatın hazırda demək olar ki, ölkənin bütün Jurnalistika fakültələrində öz nümayəndəliyinin yaradıldığını da bildirib. "Məğlubedilməz və usanmaz bir komanda formalaşdıra bildik. Bu gün ölkə mediasında çalışan gənc-istedadlı jurnalistlərin müəyyən bir qismi məhz "Gənc Reportyorlar" Birliyinin üzvləridir. Bu təşkilat ətrafında yalnız vicdanlı, ləyaqətli, vətənpərvər, çalışqan, istedadlı gəncləri toplayıb". Qeyd edək ki, "Gənc Reportyorlar" Birliyi bu günə qədər 68 tədbir, 33 görüş keçirib, 2 beynəlxalq konfransda iştirak edib, 1 beynəlxalq konfransın təşkilatçılarından olub.
2013-12-05
3,400
ABŞ səfiri Anadolunu erməni torpaqları adlandırdı
ABŞ-ın Ermənistandakı keçmiş səfiri Türkiyənin şərq vilayətlərinin erməni torpaqları olduğunu bildirib. "Axar.az" məlumat verir ki, bu barədə informasiya "Vikiliks" sənədlərində yer alıb. Belə ki, eks-səfir Mari Yovaniviç ABŞ Dövlət Departamenti üçün göndərdiyi sənədlərdə Ermənistanla Türkiyə münasibətlərinə xüsusi yer ayırıb. O, türklərlə ermənilər arasında düşmənçilikdən danışarkən ölkənin şərq vilayətlərinin Ermənistana məxsusluğunu qeyd edib: "Onların iki məqsədi var: 1915-ci ildəki erməni soyqırımını tanıtmaq və ənənəvi erməni torpaqlarını Türkiyədən geri almaq".
2013-12-05
3,401
Ukrayna Xüsusi Təyinatlı Polisi ləğv edir
Ukrayna müxalifəti "Berkut" Xüsusi Təyinatlı Polis dəstəsinin ləğvi barədə qanun layihəsini Radada müzakirəyə çıxarıb. Axar.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Batkivşina Partiyasının sədri Arseni Yaçenyuk xəbər verib. O, bu gün qanun layihəsinin Radaya təqdim edildiyini bildirib: "Qanun layihəmizdə iki maddə var: "Berkut"un ləğv edilməsi və onun bütün zabitlərinin rütbələrinin əllərindən geri alınması".
2013-12-05
3,402
Bəhram Bağırzadə: “Qiymət artımı lap yaxşı oldu”
Tarif Şurasının 3 dekabr tarixindən benzin və neft məhsullarının qiymətini artırmasına görəsən sənət adamları necə yanaşır? Bu məqsədlə bir neçə sənətçiyə üz tutduq. "Mən Maliyyə Naziriyəm, ya iqtisadçıyam? Belə sualları mən cavablandırmıram". Bu sözləri "Axar.az"a Tarif Şurasının bahalaşma ilə əlaqədar qərarına münasibət açıqlamaq istəməyən Xalq artisti Afaq Bəşirqızı dedi. Xalq artisti Arif Babayev də qiymət artımının dövlətin səlahiyyətində olduğunu bildirdi: "Mən bir söz deyə bilmərəm. Qiyməti artırıb-azaltmağa gücüm çatmır. Ona görə də bu mənim səlahiyyətlərimə aid olan məsələ deyil". Tanınmış şoumen Bəhram Bağırzadə qiymət artımından narazı olmadığını dedi: "Bu, lap yaxşı oldu. Demək, lap çox işləyəcəyik. Mən iş adamıyam. Səhər saat 8-dən axşam saat 10-a qədər işləyirəm ki, daha çox maşın sürə bilim, daha çox qazana bilim".
2013-12-05
3,403
Rüstəm İbrahimbəyov: “Bu şayiələri kimin yaydığını bilirəm”
Rüstəm İbrahimbəyov: "Bu şayiələri kimin yaydığını bilirəm" "Yayılan yalan informasiya barədə məlumatım var. Bu şayiədir, kimsə bu yalan məlumatları qəsdən dövriyyəyə buraxır. Mənim yeni təşkilat yaratmaq fikrim yoxdur. Milli Şura və Ziyalılar Forumundakı fəaliyyətim mənə kifayətdir". "Axar.az"ın məlumatına görə, bu sözləri APA-nın Moskva muxbirinə verdiyi müsahibəsində Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov deyib. O bildirib ki, ayrıca təşkilat qurmaq fikri yoxdur: "Ümidvaram ki, Ziyalılar Forumunun da fəaliyyəti davam edəcək. Fəaliyyətimi bundan sonra da bu təşkilatlarda davam edəcəyəm. Mənə çox qəribə gəldi bu şayiələrin yayılması. Yazıblar ki, Rüstəm İbrahimbəyovun tərəfdarları... Bilirsiniz, mənim tərəfdarlarım əsasən Cəmil Həsənli, Eldəniz Quliyev, Eldar Namazovdur. Eldar Namazov açıq-aydın deyib ki, "El" Hərəkatı ilə çalışmaq istəyir. Ona görə də Milli Şuradakı vəzifəsində çalışmaq imkanlarının olmadığını açıqlayıb. Milli Şuraya sədr seçiləndən sonra orda İcra Aparatının mənası da itir. Təzə aparat yaradılmalıdır". İbrahimbəyov, Arif Hacılının müsahibə zamanı onun haqqında dediklərinə də münasibət bildirib: "Bu, Arif Hacılının öz fikirdir, mövqeyidir. Hər bir insanın öz mövqeyi var. Onun dediklərinin hamısı mənə gülməli gəlir. Amma belə şeylərə nə etiraz edə bilərəm, nə də təsdiq". Milli Şura haqqında danışan İbrahimbəyov El hərəkatının və Eldar Namazovun da bundan sonra Şurada qalacağını deyib: "Mən Bakıda olmadığım üçün o vaxt İcra Aparatı yaradıldı ki, gündəlik məsələləri həll etsin. Fikrimcə, hazırda Milli Şurada belə bir orqanın olması vacib deyil. Ona görə də Eldar Namazov istefa verib. Mənə elə gəlir ki, Eldar Namazov Milli Şurada qalacaq, "El" Hərəkatı da Milli Şuranın üzvü kimi qalacaq. Bu şayiələri kimin yaydığını və hansı məqsədlə yaydığını mən bilirəm. Milli Şura demokratik bir təşkilatdır. Hər bir təşkilatın üzvlərinin öz fikirləri ola bilər. Bizim təşkilatın da üzvlərinin öz fikirləri var. Amma mən səslənən bəzi fikirlərə ciddi yanaşmıram".
2013-12-05
3,404
“Bakı-Tiflis-Qars”a ilk qatarın buraxılacağı vaxt açıqlandı
"Qədim İpək yolu salındığı andan etibarən təkcə yük daşınmalarına yox, həm də xalqları və mədəniyyətləri yaxınlaşdırmağa xidmət edib. Bu, indi də belə olmalıdır". Bu sözləri Xəzər Forumunda keçirilən paneldə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib. Hazırda Azərbaycanın nəqliyyat sektoruna investisiya qoymaq üçün münbit şəraitin yaradıdığını bildirən nazir deyib ki, son 5 ildə ölkədə nəqliyyata cəlb olunan investisiyaların həcmi bütün iqtisadiyyata yönəldilmiş yatırımların 20%-nə bərabərdir. "Ölkəmiz Qafqazdan keçən Avrasiya nəqliyyat bağlantılarının bir çoxunun təşəbbüsçüsü və fəal iştirakçısıdır",- deyən Ziya Məmmədov qeyd edib ki, 2014-cü ilin sonunda Bakı-Tiflis-Qars dəmir yolu xəttinə ilk qatar buraxılacaq. Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda dəmir yolu parkının tam yeniləşdirilməsi həyata keçirilir. Bu da ölkənin dəmir yollarında hərəkətin ümumi sürətini artıracaq və yük daşınmalarını çoxaldacaq. Eyni zamanda yeni Bakı Dəniz Limanının qurulduğunu deyən Ziya Məmmədov bildirib ki, bundan sonra liman 25 milyon ton quru yük və 1 milyon ədəd konteyner qəbul edə biləcək (Azvision.az).
2013-12-05
3,405
Konqresmenlər Qarabağın müstəqilliyini tanıdı
ABŞ konqresmenləri qondarma Dağlıq Qarabağ Respublikasının müstəqillik gününə həsr edilmiş tədbirdə iştirak ediblər. "Axar.az" məlumat verir ki, tədbirə konqresmen Frenk Pollen və Edvard Roys qatılıb. Konqresmenlər Dağlıq Qarabağın azad ölkə kimi tanınmasında bundan sonra da yaxından iştirak edəcəklərini bildiriblər. Bununla yanaşı onlar ABŞ konqresi ilə Dağlıq Qarabağ parlamenti arasında əlaqələrin inkişafı üçün əllərindən gələn hər şeyi edəcəklərini qeyd ediblər. Konqresmenlər həmçinin Dağlıq Qarabağın azadlığının ABŞ Konqresi tərəfindən tanınmasına çalışacaqlarını söyləyiblər. Onların tədbirdə xüsusi nitqlə də çıxış etdiyi bildirilib. Qeyd edək ki, tədbirdə iştirak edən Edvard Roys Xarici Məsələlər üzrə Komitənin sədridir.
2013-12-05
3,406
Azərbaycan peykinin ilk müştərisi tapıldı
Livan telekanalları Azərbaycan peyki vasitəsi ilə yayımlanmağa başlayıb. "Axar.az" məlumat verir ki, bu barədə informasiya "Azərkosmos" ASC-dən verilib. Məlumatda "Azerspace/Africasat-1" peyki vasitəsilə 63 telekanal yayımlandığı qeyd edilib. Yayımlanan telekanallardan 8-nin Azərbaycana məxsus olduğu bildirilib. Televiziya kanalları ilə yanaşı, peyk vasitəsilə 11 radiokanalın yayımlandığı da açıqlanıb.
2013-12-05
3,407
İctimai birliklər yeni sınaq qarşısında
Azərbaycanda ictimai birliklərin üzvlərinin sayının açıqlanması məcburi olacaq. "Axar.az" "Femida.az"a istinadən xəbər verir ki, Milli Məclis "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna belə əlavələr edəcək. Qanunun 14-cü maddəsindəki (Dövlət reyestrinə daxil edilən məlumatlar) dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində əks etdirilməli məlumatlar sırasına ictimai birliklərin üzvlərinin sayı ilə bağlı məlumatlar da daxil ediləcək. Layihə parlamentin növbəti iclaslarından birində müzakirəyə çıxarılacaq.
2013-12-05
3,408
3 ay kurs keç, məktəb direktoru ol – Rəsmi
Dünəndən "Feysbuk" sosial şəbəkəsində Təhsil Nazirliyinin məktəblərə direktor seçilməsi ilə bağlı maraqlı təşəbbüs qaldırdığı haqqında xəbərlər yayılıb. Guya, 3 ay pedaqoji kurs keçən istənilən adam direktor ola biləcək. Bu xəbəri "ANS" TV-nin "İç Xəbər" verilişində aparıcı deyib. Bu xəbərə ziyalı təbəqə nümayəndələri haqlı olaraq sərt reaksiya versələr də, məsələyə bir az da ironik yanaşıblar. Ərəstun Oruclu və Aynur Zərrintacın məsələyə münasibətlərini təqdim edirik. Ərəstun Oruclu məsələyə bir az ironik yanaşır: "Müəllim olmayan istənilən şəxs 3 aylıq kurs keçdikdən sonra məktəb direktoru ola biləcək. Təhsil Nazirliyindən gələn bu nəcib təşəbbüs nədənsə bəzi insanlarımız tərəfindən süngüylə qarşılandı. Niyə, düzü anlamıram? Çobandan icra başçısı, "kqbşnik"dən molla ola bilər, amma məsələn, alverçidən və ya sürücüdən məktəb direktoru yox? Anlamıram bu məntiqi..." Aynur Zərrintac bu xəbərin acı nəticə doğuracağını belə ifadə etdi: "ANS-in xəbərində Təhsil Nazirliyinin yeni ideyasını - təhsil menecerlərinin hazırlanması xəbərini eşitdim. İstənilən şəxs 3 aylıq kurs hazırlığı keçməklə məktəbə direktor ola biləcək. Əgər mən fikirləşdiyimdisə, böyrü üstə olan evimizin olan-qalan taxtalarını da külək apardı, deməli". "İç Xəbər" verilişi aparıcısının "gələn ildən istənilən şəxs kurs keçməklə direktor ola biləcək, yəni, ixtisasından asılı olmayaraq hər kəs - həkim də, iqtisadçı da Təhsil Nazirliyinin təşkil etdiyi 3 aylıq pedaqoji kursu keçməklə direktor ola biləcək" kimi fikirləri yanlış olsa da, reportajda və Təhsil nazirinin açıqlamasında məsələ aydınlaşır: İstənilən ixtisasa sahib Ali təhsilli şəxs 3 ay kurs keçməklə "Təhsil meneceri", kurs keçən və eyni zamanda 5 illik pedaqoji təcrübəsi olan şəxslər isə direktor ola biləcək. Üç ay, gündə 3 saat Qeyd edək ki, 26 noyabrda Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan etmişdi. Təhsil Nazirliyinin rəsmi saytına istinadən deyə bilərik ki, təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji bilikləri olan, strateji düşüncə tərzi sərgiləyən ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları yetişdirmək olaraq göstərilir. Elanda qeyd edilir ki, təlimlərin müddəti 2014-cü il yanvarın 21-dən aprelin 21-inə qədərdir. Dərslər isə gündə 3 saat (həftəlik 15 saat) olmaqla, həftənin 5 günü təşkil ediləcək. Müsabiqədə iştirak üçün minimum Ali pedaqoji təhsil və 5 illik pedaqoji təcrübə lazımdır. Rəsmi münasibət Məsələylə bağlı "Axar.az"a açıqlama verən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirdi ki, belə bir təklif var: "ANS-də kimin nə danışdığı barədə dəqiq məlumatım yoxdur. Ya açıqlama verən adam nələrisə yanlış deyib, ya da tamaşaçılar yanlış anlayıb. Pedaqoji fəaliyyəti olmayan heç kim direktor ola bilməz. İstənilən adamın 3 aylıq pedaqoji kurs keçəndən sonra direktor işləməsi qeyri-mümkündür".