date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-12-03 | 3,201 | Spiker millət vəkilinə ana söyüşü söydü | Radanın spikeri deputatlardan birinə iclas zamanı ana söyüşü söyüb. "Axar.az" məlumat verir ki, baş vermiş skandalın mərkəzində spiker Vladimir Rıbak dayanıb. Belə ki, müxalifət partiyaları ilə müzakirə zamanı spiker əsəblərinə hakim ola bilməyib. Müxalif deputatın bir neçə tələblə çıxış etməsinə dözməyən V.Rıbak oturduğu kürsüdən birbaşa millət vəkilinin ünvanına ana söyüşü ünvanlayıb. Qeyd edək ki, bu, Radada spikerin ilk belə hadisəsi deyil. O, bir neçə ay əvvəl də iclasların birində deputata söz verərkən eyni kəlmələrdən istifadə etmişdi. |
2013-12-03 | 3,202 | İsveçrə ABŞ-a qarşı casusluq istintaqı başlatdı | ABŞ-ın İsveçrədə apardığı qeyri-qanunu dinləmə və casusluq fəaliyyətinə görə cinayət işi açılıb. İsveçrə Federal Baş Prokurorluğu ABŞ-ın İsveçrədə apardığı qeyri-qanuni dinləmə və casusluq fəaliyyəti üçün cinayət işi açıb. Baş Prokurorluq iddianı cəmiyyət adından açarkən birbaşa ABŞ-ı hədəf almaq əvəzinə, "İsveçrədə qadağan olunmuş fəaliyyət göstərən xarici ölkələr" ifadəsini cinayət işinin səbəbi kimi göstərib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluq cinayət işi üçün lazımlı və haqlı başlanğıc dəlillərin olduğu ifadəsinə də yer verib. Cinayət işində qadağan olunmuş fəaliyyətlərinin davam etdiyinə dair kifayət qədər dəlil olduğu da vurğulanıb. |
2013-12-03 | 3,203 | Hindistan Suriyaya yardım edəcək | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Hindistan hökuməti Suriya kimyəvi silahının məhv edilməsi əməliyyatında kömək etməyə hazırdır. Bunun üçün Haaqada təşkil olunan fonda 1 milyon dəyərində maliyyə yardımı təklif etmək qərarına gəlib. Xəbərdə , həmçinin, o da qeyd edilir ki, Hindistan öz ekspert xidmətini də işə cəlb edə bilər. Bildirək ki, kimyəvi silahın məhv edilməsində 35 kommersiya kompaniyası da iştirak etməyə hazır olduğunu bildirib. Onların təklifi isə ekspertlər tərəfindən dəyərləndiriləcək. |
2013-12-03 | 3,204 | İlham Əliyevin qızlarının məktəbli - Fotoları | Prezident İlham Əliyevin qızlarının sosial şəbəkələrdə yeni fotoları yayılıb. "Axar.az" xəbər verir ki, fotolar təqribən Leyla və Arzu Əliyevaların məktəb dövrlərinə təsadüf edir. Həmin fotonun 1999-cu ildə çəkildiyi qeyd edilir. "Nargiz" jurnalının baş redaktoru Ülviyyə Rəhmanovanın və Aida Mahmudovanın da yer aldığı həmin fotolar onlara məxsus instagram səhifəsində yerləşdirilib ("Qafqazinfo"). |
2013-12-03 | 3,205 | Baş nazir İlham Əliyevi təbrik etdi | İspaniyanın Baş naziri Mariano Rahoy Brey İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. "Axar.az"ın məlumatına görə, təbrik məktubunda bildirilib: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İspaniya Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm. Əminəm ki, prezidentliyinizin yeni dövründə ölkələrimiz arasındakı yaxşı əlaqələr daha da möhkəmlənəcəkdir. Sizə ölkələrimizi biri-birinə bağlayan ənənəvi dostluq ruhunda ən xoş arzularımı yetirir, əziz Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm". |
2013-12-03 | 3,206 | Əlil uşaqların konserti təşkil edilib | "Axar.az" xəbər verir ki, Xaçmazda əlil uşaqlar konsert proqramı ilə çıxış ediblər. "3 Dekabr Beynəlxalq əlillər günü" münasibətilə Xaçmaz İcma Əsaslı Reabilitasiya Mərkəzi (İƏRM) xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün konsert proqramı təşkil edib. Bu münasibətlə şəhərdəki "Aygün" şadlıq sarayında xüsusi tədbir keçirilib. Mərasimin əvvəlində İƏRM-in əlil uşaqlarla gördüyü işlərdən bəhs edən video-çarx nümayiş etdirilib. Bundan sonra fiziki cəhətdən qüsurlu uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. Uşaqlar mahnılar oxuyub, rəqs edib və müxtəlif tamaşalardan səhnəciklər göstəriblər. Tədbirdə rayon icma hakimiyyətinin, təhsil şöbəsinin, sosial-müdafiə mərkəzinin və QHT-lərin təmsilçiləri iştirak ediblər. |
2013-12-03 | 3,207 | Tehran Körfəzlə körpülər qurur | İranla "5+1" qrupunun nüvə razılaşmasından narahat olan Körfəz ölkələrinin narahatçılığını aradan götürmək üçün region ölkələrinə səfərə çıxan İran Xarici İşlər naziri Cavad Zərif Səudiyyə Ərəbistanına regional sabitlik üçün birlikdə iş qurmaq çağırışı edib. Zərif, Küveyt və Ümmandakı danışıqlarından sonra dünən Dubaya keçərək Qatar əmiri Şeyx Təmim bin Həmid əl-Sani və həmkarı Xalid Atiyə ilə görüşüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərif bir gün əvvəl Muskatda Sultan Kabus ilə görüşündən sonra razılaşmanın Körfəz ölkələrinin xeyrinə olduğunu bildirərək "Bölgədə və İslam dünyasında son dərəcə əhəmiyyətli olan Səudiyyə Ərəbistanı ilə əlaqələrimiz genişlənməlidir. İran və Səudiyyə Ərəbistanı bölgənin sülh və sabitliyi üçün birlikdə çalışa bilər",- deyib. Nüvə razılaşmasının yolunu açan və altı ay davam edən Amerika-İran gizli görüşlərinə vasitəçilik edən Ümmana da təşəkkür edib. Zərif Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də getmək istədiyini vurğulayıb. BƏƏ Xarici İşlər Naziri Abdullah Bin Zeyd keçən həftə səfəri zamanı İranla ortaq iqtisadiyyat komisiyyası qurmaq istədiklərini bildirmişdi. |
2013-12-03 | 3,208 | Baş nazir istefaya getmədi - Yenilənib | 15:55 Nikolay Azarov Avromeydanın dağıdılmasında güc tətbiq edildiyinə görə üzr istəyib. "Axar.az" məlumat verir ki, bu barədə baş nazir Radada çıxışı zamanı deyib. O, baş verən hadisələrə görə özü və prezidentin üzrünün qəbul edilməsini istəyib: "Mən hökumətin adından hüquq mühafizə orqanlarının Maydanda törətdikləri hadisələrə görə üzr istəyirəm. Bu hadisələrə görə hökumət və prezident təəssüf hissi keçirir". 16:00 Ukrayna Radası hökuməti istefaya göndərə bilməyib. "Axar.az" məlumat verir ki, bunun üçün parlamentdə tələb olunan səslərin hamısı toplana bilməyib. Nikolay Azarovun istefaya göndərilməsinə yalnız 186 deputat səs verib. Qeyd edək ki, N.Azarovun vəzifədən çıxarılması ilə bağlı qanun layihəsinin qəbul olunması üçün minimum 226 səs tələb olunurdu. |
2013-12-03 | 3,210 | Erməni nazirlər Putini avtobusda qarşılayıblar | Erməni nazirlərə öz minik avtomobilləri ilə Vladimir Putini qarşılamağa getməyə icazə verilməyib. "Axar.az" məlumat verir ki, bu barədə informasiya "Joxovurd" qəzetində yayımlanıb. Qəzet avtomobillərin, sürücülərin yoxlanmasına baxmayaraq, məmurlara son anda qadağa qoyulduğunu yazıb. Əvəzində isə erməni nazirlər avtobusda İrəvan aeroportuna gətiriliblər. Qəzet qadağanın tətbiqi haqqında əmrin rus prezidentinin mühafizəsinin istəyi ilə verildiyi bildirilib. Əsas səbəb kimi isə V.Putinə qarşı terror təhlükəsi göstərilib. |
2013-12-03 | 3,211 | Yasamal rayonundakı yanğın söndürüldü - Yenilənib | Yasamal rayonu, Zərdabi-71 a ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasında yanğın söndürülüb. Bu barədə "Axar.az"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal rayonu üzrə Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Hissədən bildirilib ki, yanğına elektrik naqillərindəki nasazlıq səbəb olub. Bir neçə mərtəbədə naqillər yanıb. Yanğının söndürülməsi üçün əraziyə iki yanğınsğöndürən maşın cəlb edilib. Qısa zamanda yanğın söndürülüb və evlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan və ya ölən olmayıb. Qeyd edək ki, Yasamal rayon Zərdabi-71a ünvanında yanğınla bağlı az öncə məlmat yayılmışdı. |
2013-12-03 | 3,212 | Azərbaycanda yarım milyon əlil var | 3 dekabr "Beynəlxalq Əlillər Günü" Sosial Xidmətlərə Təşəbbüs İB (SXT) tərəfindən qeyd edilib. Tədbir əlilliyi olan şəxslərin problemlərinə diqqəti cəlb etmək, eyni zamanda təşkilatın beş illik fəaliyyəti ilə bağlı hesabat xarakteri daşıyırdı. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məsul şəxsləri, UNİCEF-in Bakı nümayəndəliyinin rəsmiləri, müvafiq QHT-lər, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib. 1992-ci ildən BMT-nin Baş Assambleyasının qərarı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya 2 oktyabr 2008-ci ildə qoşulub. Ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 520 793 əlilliyi olan şəxs var. Onlardan 62 886 nəfəri uşaqlardır. Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyi 2008-ci ildən əlilliyi olan insanların hüquqlarını müdafiə edir və öz fəaliyyətlərində BMT Əlilliyi Olan Şəxslərin Hüquqlarına dair Konvensiyasının təyin etdiyi prinsip və dəyərləri rəhbər tutur. Yalnız 2013-cü ildə təşkilat 400 əlilliyi olan uşağa xidmət göstərib. Təşkilat 4 ildir Səyyar Xidmət Layihəsi ilə Quba və İsmayıllı rayonlarında olan uşaqlara, son ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Oğuz, Qəbələ, Ağsu, Şamaxı, Qobustan rayonlarındakı uşaqlara evdə reabilitasiya xidmətləri, Sumqayıt şəhərindəki Uşaq İnkişaf Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş reabilitasiya xidmətləri göstərir. SXT Əlilliyi Olan Şəxslərin Hüquqlarına dair BMT Konvensiyası Haqqında Maarifləndirmə Layihəsi, De-İnstitutlaşma Pilot Layihəsi, Reabilitasiya Xidmətlərinin Gücləndirilməsi Layihəsi, İnkişaf və İştirak üçün İdman Layihəsi ilə cəmiyyətin həssas qruplarına yardımını göstərib. |
2013-12-03 | 3,213 | El hərəkatından Rüstəm İbrahimbəyova yeni vəzifə təklifi | Bu gün baş tutacaq Milli Şuranın növbəti sessiyasında EL hərəkatı Rüstəm İbrahimbəyovun fəxri sədr statusda qalması təklifini irəli sürəcək. Bu barədə EL hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev "Axar.az"a açıqlamasında bildirdi. Eldəniz Quliyev həmçinin bugünkü toplantıda EL hərəkatının təklifinin qəbul olunmayacağı təqdirdə atacaqları addımları da dəyərləndirdi: "Qeyd edim ki, Rüstəm müəllimin indiki istefa ərizəsi də sessiyanın mühakiməsinə verilib. Hesab edirəm ki, sessiya bizim təkliflə razılaşsa, Rüstəm müəllim Milli Şurada fəaliyyətini davam etdirməyə etirazını bildirməyəcək. Əgər bu məsələdə hər hansı bir fors-major situasiya olarsa, EL hərəkatı fasilə götürüb Milli Şura və gələcək addımları haqqında ciddi müzakirələrə başlayacaq". |
2013-12-03 | 3,215 | “Milli Məclisin sədri hələ də bilmir ki…” – Fazil Mustafa | Oqtay Əsədovun Milli Məclisin fəaliyyətini öz əhval ruhiyyəsinə və iş rejiminə uyğunlaşdırmasını ancaq zarafatla yola vermək mümkündür. "Axar.az" xəbər verir ki, bunu deputat Fazil Mustafa bu gün Milli Məclisin plenar iclasında sədr Oqtay Əsədovla aralarındakı mübahisəni şərh edərkən bildirib. O deyib ki, Milli Məclisdə müzakirələr zamanı mənim çıxışa yazılmadığım tək bir məsələdə müzakirələr dayandırılıb: "Növbəti məsələdə söz alarkən bildirdim ki, deyəsən, mən çıxışa yazılmayanda müzakirələri dayandırırsınız. Cavabında isə Milli Məclisin sədri əsəbi şəkildə bildirdi ki, özünü yüksək qiymətləndirirsən, digər deputatları aşağılayırsan. Cavabım o oldu ki, bunu özündənrazılığa görə deyil, zarafat olaraq vurğuladım. Və spikerə kobudluq etməməyi tövsiyyə etdim. Cavabında isə mənimlə zarafatının olmadığını, danışığıma fikir verməyimi bildirdi". F.Mustafa qeyd edib ki, Milli Məclisin sədri hələ də bilmir ki, deputatın istənilən məsələ ilə bağlı replika hüququ və hətta ciddi, yaxud da yumorla sözünü ifadə etmək haqqı var: "Bu halda isə heç kəsə, o cümlədən parlamentin sədrinə deputatın sözünü kəsməyə və onunla kobud danışmağa səlahiyyət verilmir. Həm də anlaşılmadı ki, bu sözlərlə mən kimi aşağılamışam. Əsl aşağılanan müzakirəyə yazıldığı halda danışmaqdan məhrum edilən deputatlardır. Bunu isə Milli Məclisin sədri dəfələrlə edir. Hesab edirəm ki, hörmətli Oqtay Əsədovun Milli Məclisin fəaliyyətini öz əhval-ruhiyyəsinə və iş rejiminə uyğunlaşdırmasını ancaq zarafatla yola vermək mümkündür". |
2013-12-03 | 3,216 | Elmar Məmmədyarov NATO-ya yollandı | Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Brüsselə gedib. "Axar.az" məlumat verir ki, nazirin başçılıq etdiyi nümayəndə heyətinin NATO-nun mənzil qərargahında keçiriləcək tədbirdə iştirak etməsi planlaşdırılıb. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirləri iclasının sabah başlayacağı xəbər verilir. Elmar Məmmədyarovun Brüsseldə çıxışı edəcəyi və ikitərəfli görüşlər keçirəcəyi bildirilir. |
2013-12-03 | 3,217 | Baş redaktorlar benzinin bahalaşmasına nə dedi? - Reaksiya | "Bakıya motosikletlərin gətirilməsinə başlanılmalı, velosipedlərin hərəkəti üçün yollar çəkilməlidir, şəxsən mən benzinin qiymətinin artmasına etirazımı motosiklet almaqla göstərmək niyyətindəyəm. Həm təmiz hava almaq, həm də tıxacdan canı bu cür qurtarmaq olar. Bundan əlavə, cibimə də qənaət etmiş olaram". Bunu benzinin qalxması xəbərinə reaksiya olaraq "Qafqazinfo" xəbər portalının Baş redaktoru Elbrus Ərud sosial şəbəkədəki profilində yazıb. Bu statusdan sonra maraqlandıq: görəsən, Baş redaktorlar benzin bahalaşmasını necə kompensasiya etmək niyyətindədirlər? Fayton "Ann.az" xəbər portalının baş redaktoru Zahir Əzəmət də məsələyə satirik yanaşdı. "Axar.az"a danışan redaktor dedi ki, Bakıda kütləvi olaraq faytonlardan istifadənin tərəfindədir: "Görünən odur ki, Bakıya texnika yaraşmır, bizimki elə qədim şeylərdi. Nə maşın, nə motosiklet? Təklif edirəm ki, paytaxtda faytonlardan istifadə olunsun". Baş redaktor həmkarı Elbrus Ərudun təklifinə də belə cavab verdi: "Elbrus etiraz kampaniyası kimi motosikletlərdən istifadəni təklif edir. Anlamıram, o motosikletlər su ilə çalışacaq? O da benzinlə işləyir də..." Piyada "Etatist.com" saytının Baş redaktoru Şəhriyar Məcidzadə benzinin qiyməti ilə bağlı verdiyi təklifləri sadalayarkən dedi ki, redaktorlar elə kampaniya başlatmalıdır ki, bu, cəmiyyətə də mesaj olsun: "Bütün redaktorlarla birlikdə işə kollektiv olaraq, piyada getməyi təklif edərdim. Biz maşını olmayan və ya maşını olub da bu bahalaşmada maşın sürməyi tədricən unudacaq ölkə vətəndaşının halını media qurumlarının simasında göstərmiş olarıq". Velosiped yaxşıdır "Aznews.az" saytının Baş redaktoru Elçin Zahiroğlu da Elbrus Ərudun təklifini məqbul saymadığını dedi: "Motosiklet yaxşı variant deyil - həm benzini var, həm də yağı, axı, neft məhsullarının da qiyməti qalxıb, deməli, maşın yağı da qalxıb. Fayton da uğurlu deyil. At bəyəm yem yeməyəcək? Benzinin qiyməti mütləq yemə də təsir göstərəcək. Hələ faytonu saxlamaq üçün "qarajı" demirəm. Ən yaxşı variant velosipeddir - nə yağ yeyir, nə də benzin. Güc düşür özümüzə. Həm də bu gün Parlamentdə də velosiped yolu məsələsi gündəmə gəldi. Deməli, tıxac da olmayacaq". Baş redaktor artan qiymətlərə yumorla yanaşmağın əslində pozitiv olmasından ruhlandığını da söylədi: "Əgər bizlər artan qiymətlərə aqressiya yox, bir az yumor, bir az da ağılla yanaşırıqsa, bunun özü cəmiyyətdəki pozitivlikdən irəli gəlir. Benzin hara qalxır qalxsın, təki bu qalxmalar - sərvətimizin nüfuzunun qalxması ilə, vətəndaşların əhval-ruhiyyəsi, həyat şəraiti ilə düzmütənasüblük təşkil etsin". |
2013-12-03 | 3,218 | Saxlanılan gəmimizdəki 4,5 min tonluq qaçaqmal kimindir? | Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Mühəndis Mustafa Əli" gəmisi saxlanılıb. Bu haqda "Axar.az" saytına Xəzər Dəniz Gəmiçiliyi QSC-dəki etbarlı mənbə bildirib. "Mühəndis Mustafa Əli" tankeri Türkmənbaşı limanından Mahaçqalaya 4.500 ton Hidrotəmizləyici dizel yanacağı apararkən öz sularımızda saxlanılıb. Gəmi bu ilin sentyabrndan ay yarım Dübəndi terminalına yaxın yerdə lövbərdə dayanıb. Hazırda isə Rauf Vəliyevin göstərişi ilə terminalın körpüsündə dayanan gəmidə araşdırmalar aparılır. Yükün kimə məxsus olduğu hələ məlum deyil. Heç bir qurum yükə sahib çıxmır. İdarənin İstismar Xidmətinin maye yük daşıma şöbəsinin inispektoru Namiq Quliyev artıq bu işlə məşğul olmadığını və bu haqda bizə heç nə deyə bilməyəcəyini söylədi. Qeyd edək ki, hazırda yükünün kimə məxsusluğu araşdırılan "Mühəndis Mustafa Əli" gəmisinin kapitanı Asim Fətəliyev, baş mexaniki isə Məmmədəli Muradovdur. Xatırladaq ki, adı çəkilən gəminin saxlanmasından bir müddət əvvəl Xəzər Dəniz Gəmiçiliyinin "Naftalan" tankeri eyni limandan qaçaqmal olaraq Mahaçqalaya xam neft apararkən Rusiya Federasiyasının sərhədçiləri tərəfindən nəzarətə götürülmüşdü. Məlum olmuşdu ki, rəsmi sənədlərə görə gəminin yüksüz olması deyilsə də, gəmidə 4.300 ton xam neft olub. |
2013-12-03 | 3,219 | Yuan məşhurluqda avronu keçdi | Yuan avroya nisbətən ticarətdə daha çox üstünlük verilən valyutadır. "Axar.az" məlumat verir ki, bu informasiyanı "Blomberq" agentliyi yayıb. Agentlik 2013-cü ildə dünyanın ticarət anlaşmalarının 8,66%-nin yuanla aparıldığını bildirib. Çin valyutası Almaniya, Sinqapur, Honkqonq və Avstraliyadakı ticarət anlaşmalarında daha çox özünə məhşurluq qazanıb. "Blomberq" hazırda yuanın yalnız ABŞ dollarından geri qaldığını qeyd edib. |
2013-12-03 | 3,220 | ARDNŞ yanacağın qiymətinin qalxmasına münasibət açıqlayıb | David Məmmədov: "Yanacağın bahalaşmasının istehlak bazarına təsiri 3,8% olacaq" Azərbaycanın daxili bazarında avtomobil benzini və dizel yanacağının qiymətinin dekabrın 3-dən etibarən artırılması hazırkı iqtisadi şəraitdə qaçılmaz olub və bir neçə iqtisadi amillə bağlıdır. Bunu öz açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bəyan edib. Yanacağın bahalaşmasının səbəbləri barədə danışar D.Məmmədov ilk növbədə bildirib ki, bu məhsullarla bağlı sonuncu dəfə qiymət artımı 2007-ci ilin fevralında baş verib və beləliklə son təxminən 7 il ərzində qiymətlər eyni səviyyədə olub: "Bu müddət ərzində dünya və Azərbaycan iqtisadiyyatında ciddi proseslər gedib, iqtisadi durum yaxşılaşıb, əhalinin gəlirləri artıb və eyni zamanda yanacağa tələbat daim artmaqdadır. Bundan başqa, apardığımız tədqiqatlar göstərir ki, Azərbaycanda yanacağın qiyməti qonşu ölkələrlə müqayisədə aşağıdır. Həmçinin, Azərbaycanın regional nəqletmə dəhlizi olmasını nəzərə alaraq, bu, bazarda müəyyən qeyri-mütəşəkkil ixraca da səbəb olur və disbalans yaranır. Bütün bu amilləri nəzərə alaraq, bu şəraitdə əvvəl-axır qiymətlərin artımı baş verməli idi". Eyni zamanda D.Məmmədov bu artımın iqtisadiyyata və istehlak bazarına təsirini etiraf etsə də, lakin bu təsirin ciddi olmağını vurğulayıb. D.Məmmədovun sözlərinə görə, Dövlət Neft Şirkətinin beynəlxalq məsləhətçilərlə birgə hazırladığı makroiqtisadi ssenariyə görə, hazırkı qiymət artımının istehlak bazarına təsiri 3,8% səviyyəsində proqnozlaşdırılır. D.Məmmədov həmçinin dekabrın 2-dən 3-nə keçən gecə ölkədəki yanacaq-doldurma məntəqələrinin (YDM) fəaliyyətini müvəqqəti dayandırması və əhaliyə yanacaq satmaması məsələsinə də aydınlıq gətirib. Belə ki, bu, YDM-lərdə mövcud avadanlıq və hesablama-kassa aparatlarının yeni qiymətlərə uyğunlaşdırılması, mal qalığının hesablanması və inventarlaşması işləri ilə bağlı olub. Çünki bu, həm daxili sistem, həm də vergilərin hesablanması üçün zəruri bir tədbirdir ("APA"). |
2013-12-03 | 3,221 | Pol Uokerin ölümüylə bağlı şok iddia - Foto | Adrenalin dolu qorxulu filmlərin qəhrəmanı olan Pol Uokerin ölümü ilə bağlı daha ilginc bir iddia ortaya çıxıb: Bildirilir ki, amerikalı vətəndaşlar Pol Uokeri gördüklərini iddia edirlər. İddialarda aktyorun belə xəbəri yaymasına əsas səbəb kimi iyul ayında təqdim olunacaq "Forsaj" adlı film göstərilir. İddialara görə bütün bunlar filmin piarı üçün edilir. "Axar.az" Türkiyə mətbuatına istinadən bildirir ki, aktyor filmin təqdimatında "mən ölmədim, hər şey sizə dərs vermək üçündür" adlı başlıq və "Altı gün" adlı mahnı ilə səhnəyə çıxacaq. Şəkillər Pol Uokerə aid deyil "Tvitter" və "Feysbuk" sosial şəbəkələrində yayılan şəkillərin Pola aid olmadığı da bildirilir. Hər kəs şəkillərin Pol Uokerə aid olduğuna inansa da, əslində fotolar 2011-ci ildə Afrikada missionerliklə məşğul olan bir adamın keçirdiyi qəzada çəkilən şəkillərdir. Məlumatlarda bildirilir ki, Pol Uokerin ölməsi haqqında yayılan məlumatlar bir günə hazırlanıb. Qeyd edək ki, aktyorun ölməsi və ya yaşaması haqqında dəqiq məlumat yoxdur. |
2013-12-03 | 3,222 | İki partlayış: 3 ölü, 13 yaralı | Əfqanıstanın Helmand və Nenqarhar vilayətlərində baş verən iki partlayışda 3 adamın öldüyü 13 adamın isə yaralandığı bildirilib. Əfqan mətbuatının xəbərinə görə, Helmand vilayətinin Marke mahalında polis avtomobilini hədəf alan motosikletli hücumda 2 adam ölüb, 10 adam da yaralanıb. Ayrıca, Nenqarhar vilayətinin Çaparhar mahalında Təhlükəsizlik komandirinin də olduğu avtomobilin minaya düşməsi nəticəsində Təhlükəsizlik komandirinin öldüyü və 3 adamın da yaralandığı açıqlanıb. |
2013-12-03 | 3,224 | Ərdoğanın namizədi “Əl-Qaidə”çi çıxdı – Video | Türkiyənin Baş naziri R.T.Ərdoğan bu gün partiyasının toplantısında bələdiyyə sədrliyinə namizədlərinin adlarını açıqlayıb. "Əl-Qaidə" məhkəməsində hakim qarşısına çıxan və iki ay həbsdə qalan Osman Gülaçar hal-hazırda AKP-nin Van bələdiyyə sədrliyinə namizədidir. Osman Gülaçar, 15 oktyabr 2009-cu ildə Van Polis idarəsinin terrorla mübarizə şöbəsinin əməliyyatı nəticəsində yaxalanmışdı. Gülaçar məhkəmədə "Əl-Qaidə"nin Vandakı "məsul" şəxsi olmaqla günahlandırılmışdı. Gülaçar Vanda şəriətçi fikirləri ilə tanınır. Bir çox yığıncaqlarda "yəhudilər və xristianlarla dost olmayın, onların arxasınca getməyin, yəhudilər sizin düşməninizdir" ifadələrindən istifadə edir. Videonu təqdim edirik: |
2013-12-03 | 3,225 | Azərbaycanda 24 yaşlı qız 4 aydır itkin düşüb | Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1989-cu ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuş Tünzalə Zahid qızı Rəsulova bu il avqustun 1-də Gəncə şəhəri Məhsəti qəsəbəsindəki yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb. İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 65 santimetr, orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən gedərkən əynində göy rəngli cins şalvar, yaşıl rəngli köynək, ayağında ağ rəngli ayaqqabı olub. Tünzalə Rəsulovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 461-11-84 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur. |
2013-12-03 | 3,226 | Cəmil Həsənli Milli Şuranın sədri seçildi | Milli Şuranın sessiyasında qurumun sədri Rüstəm İbrahimbəyovun sədr postundan istefa ərizəsi müzakirəyə çıxarılıb. Sessiyada R.İbrahimbəyovun ərizəsi qəbul olunub. Onun əvəzinə Cəmil Həsənli Milli Şuranın sədri postuna seçilib. Sessiyada R.İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsi təklifinə isə Müsavat başqanı İsa Qəmbər etiraz edib. İ.Qəmbər bildirib ki, R.İbrahimbəyov Rusiya vətəndaşı olduğundan Milli Şuranın fəxri sədri seçilməməlidir. Ancaq səs çoxluğu ilə R.İbrahimbəyovun fəxri sədr olması qərara alındı. |
2013-12-03 | 3,227 | 12 ildə 1035 əsgər intihar edib | Türkiyə "Milli Müdafiə Nazirliyi"nin məlumatlarına görə, 2002-ci ildən bəri 1035 əsgər intihar edib. Milli Müdafiə naziri İsmət Yılmaz 12 ildə hərbi xidmət çəkən 1035 çavuş və baş çavuşun intihar etdiyini açıqlayıb. CHP İstanbul millət vəkili Mahmud Tanalın sualına cavab verən nazir Yılmaz hərbi xidmətdə intihar edərək vəfat edən əsgərlərin sayını açıqlayıb. Yılmazın cavabına görə 2002-ci ildə 157, 2003-cü ildə 95, 2004-cü ildə 87, 2005-ci ildə 99, 2006-cı ildə 85, 2007-ci ildə 88, 2008-ci ildə 83, 2009-cu ildə 75, 2010-cu ildə 80, 2011-ci ildə 65, 2012-ci ildə 69, 1 yanvar – 30 oktyabr arasında 52 nəfər olmaqla cəmi 1035 əsgər intihar edib. |
2013-12-03 | 3,228 | Əli Abbasov: "Neft gəlirlərinin həcmi azaldılacaq" | 2020-ci ilə Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) neft gəlirlərinin həcmi indiki 47 faizdən 20-25 faizədək azaldılacaq. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan-ABŞ biznes forumunda çıxış edərkən deyib. Onun sözlərinə görə, buna iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı hesabına nail olmaq planlaşdırılır: "Azərbaycan kimi kiçik miqyaslı bazar üçün iqtisadiyyatın irimiqyaslı quruculuq işlərində innovativ yanaşma tətbiq etmək vacibdir. Kapitalı təbii resurslardan asılı olan iqtisadiyyatın digər sahələrinə, daha doğrusu, texnoloji tutumlu məhsul və xidmətlərə ayırmaq lazımdır". Ə.Abbasov qeyd edib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bu sahədə hökumətin siyasətini formalaşdırmaq və İKT sektorunun inkişafı üçün əlverişli zəmin yaratmaq tapşırılıb. Nazir əlverişli mühitin yaradılmasına yardım edə biləcək üç əsas istiqaməti müəyyənləşdirib: "Birincisi, elmin inkişafı, ixtisaslaşdırılmış ali məktəblərin, bənzər İT universitetlərin yaradılması, tələbələrin xaricə təhsilə göndərilməsi hesabına insan resurslarının inkişafıdır. İkincisi, inkişaf üçün əlverişli mühitin yaradılmasıdır. Söhbət vergi qoyma siyasəti, gömrük və fiskal siyasəti, investisiyalar və sairdən gedir. Hökumət sahibkarlar üçün əlverişli mühit yaratmaq məqsədilə onların hər biri üzrə zəruri və mümkün olan hər şeyi edir". Onun sözlərinə görə, üçüncü önəmli istiqamət kapitaldır: "Azərbaycan bu baxımdan təbii resurslara sahib olmayan digər ölkələrlə müqayisədə daha çox üstünlüyə malikdir və neft sahəsindən əldə edilən gəlir iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına ayrılır". Ə.Abbasov xarici investorları maraqlandıra biləcək istiqamətləri də müəyyən edib. Onların sırasında xarici şirkətlərin yerli və Azərbaycanın təşəbbüs göstərdiyi regional layihələrdə iştirak imkanı var. Nazir bildirib ki, Azərbaycan yeni klasterlərin qurulmasına investisiya yatırmağa hazırdır. Söhbət innovasiyaların və ixracat yönümlü məhsulların yaradılmasından gedir. (Trend) |
2013-12-03 | 3,229 | Rəsul Quliyev Milli Şuradan çıxarılıb | ACP-nin sabiq lideri Rəsul Quliyevin Milli Şuradan xaric edilməsi məsələsi qurumun bu gün keçirilən sessiyasında müzakirəyə çıxarılıb. ACP sədri Sülhəddin Əkbər bildirib ki, Milli Şuranın Əsasnaməsində üzvün xaric edilməsi mexanizmi yoxdur. O, Rəsul Quliyevin özü ilə əlaqə saxlamadan bu məsələnin müzakirəyə çıxarılmasının da yolverilməz olduğunu söyləyib. Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, Rəsul Quliyevin Milli Şuranın üzvü kimi saxlanılması qurumun özünə hörmətsizliyidir. Səsvermə keçirilib və Cəmil Həsənli təxminən 40 nəfərin Rəsul Quliyevin qurumdan çıxarılması təklifinin lehinə səs verdiyini söyləyib. S. Əkbər isə bunu etirazla qarşılayıb: "Azərbaycanın tanınmış siyasi xadimi ilə bağlı səsverməni təxminlərlə yola vermək düzgün deyil. Mən buna rəsmən etiraz edirəm". Cəmil Həsənli isə Rəsul Quliyevin öz fəaliyyəti ilə özünü Milli Şuradan kənar qoyduğunu bildirib. (APA) |
2013-12-03 | 3,230 | Benzinin 1 dollardan yuxarı olmasının əsası var – Rəy | Benzinin bahalaşması bu gün geniş müzakirələrə səbəb olub. Müxtəlif təbəqələrdən olan insanlar bu məsələyə fərqli yanaşmalarını açıqlayıb. İqtisadçı ekspert Rövşən Ağayev isə benzinin qiymətini dünyadakı qiymətlərlə müqayisə edən insanların, yaxud qurumların bir neçə vacib məqama diqqət yetirməsini önəmli sayıb. Ekspert özünün "Feysbuk" səhifəsində benzinin baha satıldığı ölkələrdə xammal mənbələrinin olmamasını, əhalinin alıcılıq qabiliyyətinin yüksək olmasını xüsusi vurğulayıb: "Dünyanın ən nəhəng neft emalı zavodlarına malik, amma özünün nefti olmayan, xammalı idxal edən 2 ölkəsində - İtaliya və Sinqapurda benzinin hər litrinin 1 dollardan yuxarı olmasının iqtisadi əsası var. Çünki onlar Azərbaycan kimi neft ölkəsindən xam neftin hər tonunu hazırda 740 dollara alır və bu qiymətə alınan xammaldan emal olunan hazır məhsulun qiymətinin baha olması iqtisadi baxımdan əsaslandırıla bilər. Azərbaycanda isə Dövlət Neft Şirkətinin neft-qaz çıxarma idarələri neft emalı müəssisələrinə xam neftin hər tonunu 56 manata (təxminən 70 dollara) - yəni xaricdəki emal zavodlarının aldığı qiymətdən 10 dəfə ucuz satır. Belə vəziyyətdə Dövlət Neft Şirkətinin az qala dünya bazar qiymətlərilə vətəndaşına benzin satmasını iqtisadi baxımdan əsaslandırmaq çətin olacaq. İndi təsəvvür edək ki, ölkə daxilində özəl bir neft emalı zavodu var - hökumət ona 56 manata xam neft satardı?" R.Ağayevin fikrincə, əhalinin gəlirləri ilə müqayisədə Azərbaycan həmin ölkələrdən xeyli geri qalır. Bu baxımdan da qiymət artımına haqq qazandırmağı ədalətli saymır: "Əhalinin gəlrləri ilə məhsul və xidmətlərin dəyəri arasında uyğunluq - daha doğrusu, gəlirlərin real alıcılıq qabiliyyətini müqayisə edək. Norveçdə bir litr benzin 2,5 dollardı. Amma vergilər çıxıldıqdan sonra aylıq orta əmək haqqına 2200 litr benzin almaq mümkündür. Azərbaycada isə hazırki qiymət və vergilər çıxıldıqdan sonra rəsmi elan olunan aylıq orta əmək haqqına 550 litr benzin almaq olar. Bir vacib məqamı da qeyd edim. Norveçdə 2,5 dollara satılan "Avro 5" standartına uyğun benzidi, bizdə hələ hökumət indi "Avro 3"-ə keçəcəyini deyir". |
2013-12-03 | 3,231 | Batumi Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb | Bu gün Batumi Beynəlxalq Hava Limanı hava şəraitinin kəskin pisləşməsi nəticəsində fəaliyyətini müvəqqəti dayandırıb. Pis hava şəraiti və güclü külək səbəbindən Batumi-İstanbul reysi təxirə salınıb. Bu gün saat 18:00-da İstanbula uçmalı olan təyyarənin sərnişinləri artıq hava limanının binasını tərk ediblər. Hava yaxşılaşdıqdan sonra aeroport işini bərpa edəcək. (Trend) |
2013-12-03 | 3,232 | Benzinin bahalaşmasına qarşı imza toplanır | Dekabrın 3-də benzinin bahalaşmasına qarşı internetdə imzatoplama kampaniyası başlanıb. Petisiya prezident İlham Əliyevə ünvanlanıb. "Murad A." adlı internet istifadəçisi kampaniyanı belə əsaslandırıb: "Bu gün yanacağın qiymətinin qalxması yaxın gələcəkdə ərzaq məhsullarının da qiymətinin artmasına təsir edəcək. Bunu görmək istəmiriksə, hamı bir yerdə olmalı və vətəndaş fikrini söyləməlidir. Belə etsək, inanıram ki, prezidentimiz bizi eşidəcək və dəstəkləyəcək". Petisiyada 5 min imzanın toplanmasına çağırılır. Müraciətə artıq 3900-ə yaxın imza atılıb. İmzatoplama avaaz.org –ictimai petisiya saytında aparılır. |
2013-12-03 | 3,233 | “Axar.az”ın müdaxiləsindən sonra bankla razılaşdılar | Bakı şəhər sakini Sədaqət Novruzovanın evini girov qoyaraq saxta sənədlərlə adına kredit götürüldüyü və nəticədə ailə faciəsi ilə üzləşdiyi barədə xəbər vermişdik. Yazıda qeyd olunurdu ku, S.Novruzovanın dayısı Asif İsgəndərov ondan sui-istifadə edərək Nərimanov rayon Sabit Rəhman küçəsi 29,2 ünvanında yerləşən mənzilini girov qoyub 40 min manat kredit götürüb. Sonradan isə krediti ödəməkdən imtina edib. Mübahisələr məhkəmələrdə araşdırsa da, A.İsgəndərov borcunu ödəməyib. Çarəsiz qalan ailə "Axar.az"a üz tutub. Məsələ mediada yayıldıqdan sonra S.Novruzova krediti götürdükləri "Nikoylbank"la razılığa gələ bilib. Bu barədə açıqlama verən S.Novruzova bildirib ki, bankla aparılan danışıqlar nəticəsində pulun bir hissəsini ödəməklə evin sənədlərini geri almağa müvəffəq olub. Belə ki, əvvəllər həmin vətəndaş kreditin 31 min 500 manatını ödəyib. İndi isə 16 min 500 manat ödəyərək evi girovluqdan azad edib. Bankla razılaşmaya əsasən, S.Novruzova əlavə faizləri ödəməkdən azad edilib. Xatırladaq ki, dayı tərəfindən aldadılan S.Novruzova məcburuyyət qarşısında qalaraq 2009-cu ilin aprel ayına qədər ümumilikdə borcun 31 min 500 manatını özü ödəyib. Lakin bir necə aydan sonra S.Novruzova da imkansız olduğunu deyərək dayısından verdiyi sözə əməl etməsini istəyib. Lakin A.İsgəndərovu krediti qaytarmağa məcbur edə bilməyiblər. 2012-ci ildə məhkəmə qaydasında borcun ödənməsini təmin etmək qərarına gəliblər: "Sonra biz dayımı məhkəməyə verib məhkəmə qaydasında borcu tanıtdıq. Lakin o borcu ödəməkdən imtina etdi. A.İsgəndərov məhkəmə qərarını icra etmədiyinə görə Nizami rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib". |
2013-12-03 | 3,234 | 15 günə 200 min nüsxə satıldı - Rekord | Türkiyənin tanınmış yazarı Əhməd Ümid yeni romanı ilə bu ölkədə satış rekordunu yeniləyib. Yazarın "Bəyoğlunun ən gözəl qardaşı" adlı romanı 15 gündə 200 min ədəd nəşr edilib. Bununla da Əhməd Ümid "Everest" nəşriyyatında çap edilən "Bəyoğlunun ən gözəl qardaşı" adlı romanıyla ən çox kitab satan yazar siyahısını alt-üst edib. |
2013-12-03 | 3,235 | Ukrayna və “Qazprom” arasında razılıq əldə edilib | Ukraynanın "Naftoqaz" şirkəti Rusiyanın "Qazprom" konserni ilə oktyabr-dekabr aylarında alınmış qazın ödənişini 2014-cü ilin yazında həyata keçirilməsinə dair razılığa gəliblər. Bu barədə "Naftoqaz" şirkətinin rəhbəri Yevgeni Bakulin bildirib. "Bölgələrdə bu günə olan problem və məsələləri həll etmək üçün biz oktyabr, noyabr və dekabr üzrə ödənişləri yaz mövsümünə keçirtdik", deyə o bildirib. Qeyd edək ki, Ukraynanın energetika naziri Eduard Stavitski noyabrda "Naftoqaz" və "Qazprom"un Rusiya qazının Ukraynaya tədarükü üzrə yeni ödəniş qrafikinə dair kompromisli razılaşmaya nail olduqlarını bildirmişdi. Nazir o zaman razılaşmanın təfərrüatlarını açıqlamamışdı. "Naftoqaz" rəhbəri həmçinin əlavə edib ki, Nazirlər Kabinetinn fəaliyyətinin bloklanması səbəbindən şirkət avqust ayı üzrə olan qaz borcunu dekabrın 7-dək ödəyə bilməyəcək. Bakulinin sözlərinə görə, avqust ayı üzrə olan qaz borcunun həcmi 765 mln. dollar təşkil edir. (APA) |
2013-12-03 | 3,236 | Kiyev Moskva və Brüsselə nümayəndə göndərir | Ukraynadan Moskva və Brüsselə eyni anda iki nümayəndə heyəti yollanacaq. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə baş nazir Nikolay Azarov çıxış edib. O, Avropa İttifaqı və Rusiya ilə eyni anda danışıqlara başlamaq istədiklərini bildirib. N.Azarov Brüseldə ölkəsinin təşkilata sərfəli şərtlərlə qəbulu üçün müzakirələri davam etdirəcəklərini açıqlayıb. O bunun Yanukoviçlə Avropa liderləri arasında razılığın nəticəsi olduğunu qeyd edib. Moskvaya gəldikdə isə baş nazir Rusiya ilə strateji və iqtisadi əməkdaşlığı gücləndirməyi hədəflədiklərini söyləyib. |
2013-12-03 | 3,237 | Belçikada dəhşətli yol qəzası | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın şimal-qərbində kütləvi avtomobil qəzasında ən az iki nəfər həlak olub. Yol qəzasında 50 avtomobil və yük maşını bir-biri ilə toqquşub. Nəticədə, onlarla adam yaralanıb. İlkin məlumata görə, hadisəyə səbəb havanın dumanlı olması olub. Hollandiya mətbuatının verdiyi xəbərə görə, onlarla insan maşınlarda hərəkətsiz qalıb, onların çoxu yaralanıb. Xilasedicilər hələ ki, bütün xəsarət alanlara baş çəkə bilməyiblər. Ona görə də ölən və yaralananların dəqiq sayı hələ ki, bilinmir. Maşınların toqquşması nəticəsində bir neçə maşından, ümumiyyətlə, heç nə qalmayıb. |
2013-12-03 | 3,238 | Bakıda ağır yol qəzası - Foto (Yenilənib) | Bu gün axşam saat 21:00 radələrində Bakının Badamdar qəsəbəsində zəncirvari qəza baş verib. Hadisə Qurd qapısına yaxın ərazidə qeydə alınıb. "Şaqman" tipli yük maşını üç minik maşınına ağır xəsarət vurub, ağır yaralılar var. Xəsarət alan minik maşınları "Hyundai", "Mercedes" və "Daweoo" markalı avtomobillər olub. Hazırda hadisə yerində FHN-in xilasediciləri işləyir. Onlar "Daweoo" avtomobilini qaynaqla kəsərək ağır yaralını içəridən çıxarmağa çalışırlar (APA). |
2013-12-03 | 3,239 | Bakıda Monteneqronun fəxri konsulluğu açılıb | Monteneqronun Azərbaycanda fəxri konsulluğu açılıb. "Axar.az"ın xəbərinə görə, bu ölkənin Azərbaycandakı səfiri Ramo Braliç konsulluğun açılışının hər iki ölkə üçün əlamətdar hadisə olduğunu bildirib. Səfir qeyd edib ki, fəxri konsulluğun fəaliyyətə başlaması Azərbaycan ilə Monteneqro arasında müxtəlif istiqamətlərdə, xüsusilə də siyasi, iqtisadi, kənd təsərrüfatı və mədəni sahələrdə əlaqələrin inkişafını sürətləndirəcək. Qeyd edib ki, qurumun fəaliyyətə başlaması ölkələr arasında bir sıra yeni layihələrin reallaşması baxımından da vacibdir. İki ölkə arasında qısa müddət ərzində yüksək əməkdaşlıq əlaqələrinin qurulduğu da diqqətə çatdırılıb. |
2013-12-03 | 3,240 | Suriya qonşu ölkələrdən yardım qəbul edəcək - Türkiyə istisnadır | BMT qonşu ölkələrin ərazilərindən Suriyanın zərər görmüş rayonlarına birbaşa humanitar yardım tədarükü ilə bağlı Dəməşqin razılığını alıb. "Axar.az"ın Trend-ə istinadən xəbərinə görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos jurnalistlərə deyib. Onun sözlərinə görə, Türkiyə ilə sərhəd rayonlar istisnadır: "Belə ki, Suriya hakimiyyətində bu rayonlarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı narahatlıq var". |
2013-12-03 | 3,241 | Gümrüdəki rus bazasının müddəti artırıldı | 102-ci hərbi bazanın genişləndirilməsi və gücləndirilməsi Ermənistanın təhlükəsizliyinin təminatıdır. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistanın prezident administrasiyasının rəhbəri Viqen Sərkisyan çıxış edib. O, Putini Gümrüdəki hərbi bazaları gəzməyə Serj Sərkisyanın özünün şəxsən dəvət etdiyini qeyd edib. Bununla yanaşı, V.Sərkisyan iki ölkə arasında razılaşmaya əsasən, 102-ci hərbi bazanın ölkədə fəaliyyətinin uzadıldığını da söyləyib. "Bu bazanın əvvəlki kimi təhlükə anında yalnız köhnə SSRİ sərhədləri xaricində istifadəsi ilə əlaqədar məhdudiyyət aradan götürülüb. Qısası, bazanın fəaliyyət sahəsi xeyli genişləndirilib. Bizim üçün həmin bazanın super müasir olması və əsgərlərinin peşəkarlıq səviyyəsinin yüksəkliyi hər şeydən maraqlıdır". Qeyd edək ki, hələ bir müddət əvvəl 102-ci bazanın komandiri Andrey Ruzinski rus qoşunlarından Dağlıq Qarabağda istifadə olunacağını söyləmişdi. |
2013-12-03 | 3,242 | Şahmat-Boks Turniri təşkil edilib - Foto | Moskvada Dünya Professional Şahmat-Boks Turniri təşkil edilib. "RİA Novosti"nin verdiyi xəbərə görə, dünyanın 6 ölkəsindən turnirə qatılan boksçular bu dəfə əzələləri ilə bərabər beyinlərini də işə salmalı olub. Həm güclü, həm də ağıllı olanlar üçün gələcək vəd edən bir idman növü olaraq görünən şahmat boksu idmançıların boksla və şahmatla eyni anda məşğul olduğunu xarakterizə edən qeyri-adi bir idmandır. Qaydalara görə rəqibi mat, ya da nokaut etmək lazımdır. Bir raundun ardınca şahmat masasına oturulur. Masada müəyyən bir müddətdə "mat" vəziyyəti yaranmazsa, yenidən rinqə qayıdılır. Hər şahmat raundu 4 dəqiqə, hər boks raundu 3 dəqiqə olmaqla görüş 39 dəqiqə davam edir. Hər raund arası idmançılara paltarlarını dəyişdirmək üçün 1 dəqiqə fasilə verilir. Hər rəqibin şahmat raundunda hücum etmək üçün 12 dəqiqəsi var. Şahmatda "mat" olan, ya da müddəti ötürən, boksda isə nokaut olan, yaxud hakim qərarı ilə məğlub elan edilən oyunçu görüşdən məğlub ayrılır. Şahmat oyunu bərabər bitdikdə boksda daha çox xal qazanan görüşün qalibi olur. Ən maraqlı tərəf burasındadır ki, əgər boksda da bərabərlik yaransa, oyunu şahmatda qara fiqurlarla oynayan tərəf qazanır. |
2013-12-03 | 3,243 | Dünya Çempionatının püşkü atıldı | Braziliyada keçiriləcək Dünya Çempionatının püşkatma mərasimində iştirak edəcək milli komandaların hansı torbalarda yer alacağı məlum olub. "Axar.az"ın məlumatına görə, çempionata ev sahibiliyi edəcək Braziliya ilə yanaşı I torbada yer alacaq komandalar İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, İsveçrə və Uruqvay milli yığmalarıdır. Digər torbalarda isə komandalar dünya sıralamasındaki reytinqinə görə deyil, ölkələrin yerləşdikləri qitələrə görə formalaşdırılıb. Beləliklə, Afrikanın 5 və Cənubi Amerikanın 2 milli komandası II torbada, Asiyanın 4 və Şimali, Mərkəzi Amerikanın 4 millisi III torbada, Avropanın 9 milli yığması IV torbada yer alıb. Qaydalara görə, eyni qitədən iştirak edən ölkələr eyni qrupa düşməyəcək. Yalnız Avropanın 2 ölkəsinin millisi bir qrupda yer ala biləcək. Dünya Çempionatında iştirak edəcək milli komandaların torbalarda yer aldığı siyahı belədir: I torba: Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Belçika, Almaniya, İspaniya, İsveçrə. II torba: Əl Cəzair, Kamerun, Kotdivar, Qana, Nigeriya, Çili, Ekvador. III torba: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta Rika, Honduras, Meksika, ABŞ. IV torba: Bosniya və Herseqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Hollandiya, Portuqaliya, Rusiya. |
2013-12-03 | 3,244 | Yazarlarımızın ilk oxucusu kimdir? | Yazarlarımızın ilk oxucusu kimdir? Görəsən yazarlarımız yazılarını birinci kiminlə paylaşır, kənar birinin düşüncələrini bilmək üçün ilkin olaraq kimə müraciət edir? Çapdan öncə heç vaxt yazılarımı paylaşmamışam Bədii yaradıcılığa hələ tələbəlik illərindən başlamış yazar Saday Şəkərli yazılarını ilk olaraq "Feysbuk" sosial şəbəkəsində paylaşdığını bildirdi. O, sosial şəbəkələrdə aktiv müzakirələrin onun yazılarına yaxşı təsir etdiyini, bununla da səhvlərini daha tez aşkarladığını qeyd etdi. Yazıçı Afaq Məsud isə yazılarını ilk olaraq həyat yoldaşı ilə bölüşür: "Yazılarımı ilk olaraq həyat yoldaşımla paylaşıram. Buna səbəb isə onun bədii zövqünə inanmağımdır. Bundan başqa, o, yazılarımda qüsur gördükdə mənə bildirir. Onun fikirləri mənə daim maraqlı olub". Xalq şairi Musa Yaqub isə bu cür adətinin olmadığını, yazılarını çapdan öncə heç kimlə bölüşmədiyini bildirdi. O, nadir hallarda yazılarını qızı ilə bölüşür. Şair bildirdi ki, bəzən yazılarını məclislərdə xoş sözlər qismində dostlarına təqdim edir. Qismət də Afaq xanım kimi yazılarını ilk olaraq həyat yoldaşı ilə bölüşür. Buna səbəb isə həyat yoldaşının daha yaxında olması və onun zövqünə xüsusi etibar etməsidir: "Amma bəzən yazılarımı yazar dostlarımla da paylaşıram. İnternet vasitəsi ilə yazar dostlarımın elektron poçtlarına göndərib hər birinin fikrini alıram. Onların tərif və tənqidləri mənə hər zaman maraqlıdır". İndi yazılarımı kimsəylə paylaşmıram "Daş yuxular" əsərinin müəllifi, son zamanların ən böyük qalmaqalını yaşayan nasir Əkrəm Əylisli isə yazılarını bir zamanlar yazar dostları ilə paylaşdığını, amma son dövrlərdə kimsəylə bölüşmədiyini bildirdi: "Bir zamanlar bütün yazılarımı yazar dostlarımla paylaşırdım. Bu siyahıya Anar, Ramiz Rövşən, Yusif Səmədoğlu və başqa tanınmış yazıçılar daxil idi. O ki qaldı ailə üzvləri ilə bölüşməyə, bunu etməmişəm. Çünki bizim ailədə məndən başqa ədəbiyyatla məşğul olan olmayıb. Aqşin Yenisey də həyat yoldaşının ilk oxucusu olduğunu bildirdi. Amma bunun səbəbi fərqli imiş: "Mənim yazılarıma xüsusi maraq hər zaman həyat yoldaşım tərəfindən olur. Hər axşam evə gələn kimi yazılarım, şeirlərimlə maraqlanır. Buna səbəb isə mənim şeirlərimi sevməsi deyil, sadəcə, növbəti şeirimin hər hansı bir qıza aid olub-olmadığını müəyyən etmək istəyidir. Mən heç vaxt yazılarımı kiminləsə bölüşmürəm. Çünki hər zaman öz düşüncələrimə güvənmişəm". |
2013-12-03 | 3,245 | Məşhur “Farengeytlə 451 dərəcə” necə yazılıb | Məhşur yazıçı, 2012-ci ilin iyun ayının 5-də dünyasını dəyişmiş Rels Bredberi "Paris Revyu" dərgisinə verdiyi kiçik müsahibədə əsərlərini necə, hansı şəraitdə yazdığını anladıb. "Yazma ehtirasım məni hər gün yazı masasına doğru aparır. Məndə on iki yaşımdan bəri belədir". Planlı şəkildə yazıb-yazmadığına aid sualı yazar belə cavablandırıb: "Plan-proqram məsələsində əsla narahat olmuram. Bəzən içimdə yeni şeylər yaranır, mən onları yox, onlar məni planlaşdırır. Onlar məni yazmağa məcbur edərək, yazı masasına doğru itələyir". İstənilən yerdə yaradıcılıqla məşğul ola bilərəm "Los Ancelesdəki kiçik evimizdə qardaşım və valideynlərimlə yaşayarkən, qonaq, ya da yataq otağında yazardım. Mənim yaradıcılığıma radioyla birlikdə ana-atam və qardaşımın söhbətləri yoldaşlıq edərdi. Daha sonra "Farengeytlə 451 dərəcə" əsərini yazmaq istəyəndə Kaliforniya Universitetinə gedirdim və orada içinə on sent atdıqda otuz dəqiqə istifadə edə biləcəyim bir yazı makinası tapmışdım. Həmin makina mənə bu kitabı yazmaqda xeyli ilham verdi". |
2013-12-03 | 3,246 | Ötən ayın acı yol terroru: 86 ölü, 247 yaralı | Noyabr ayında Azərbaycanda 86 nəfər "yol terroru"nun qurbanı olub. "Axar.az" Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatlara əsasən xəbər verir ki, noyabrın ayı ərzində respublikanın avtomobil yollarında 165 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 86 nəfər ölüb. Bundan başqa 80 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar. Hazırda faktlarla bağlı araşdırma aparılır. |
2013-12-03 | 3,247 | Yeni şeir kitabı: “11-ə qədər” | Yeni nəsil Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan şair Mətləb Ağanın "Qanun" nəşriyyatında "11-ə qədər" adlı şeirlər kitabı çap edilib. Ədəbiyyata ötən əsrin 90-cı illərində gəlsə də, "11-ə qədər" Mətləb Ağanın oxucularla ilk görüşüdür. 500 tirajla çap olunan kitabda şeirlər 3 bölümdə təqdim olunur. Kitabın sonunda "Mətləb Ağa haqqında deyilənlərdən" bölümündə isə Nəriman Əbdülrəhmanlının, Məti Osmanoğlunun, Əkbər Qoşalının, Həyat Şəminin, Təranə Yusif Turanın, Səhərin, Aytən Nəsibbəylinin və digər çağdaş qələm adamlarının Mətləb Ağa yaradıcılığı haqqında düşüncələri yer alıb. Kitabın redaktoru və ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədri Namiq Hacıheydərlidir. |
2013-12-03 | 3,248 | Qolları və ayaqları sındı, ancaq əl çəkmədilər – Video | Parkur özünəməxsus idman növüdür. Porfessional olmadan öncə treyserlər az səhvə yol vermirlər. Bu video-çarx insanı nəfəssiz qoyan uğursuz parkur fəndlərinin yığmasıdır. |
2013-12-04 | 3,249 | Siçan boyda maral | Asiya maralcıqları, yaxud kançili (Tragulus) – cütdırnaqlı məməlilərin maralcıqlar ailəsinə daxildir. Onlar dünyanın ən kiçik dırnaqlılarındandır. Bədəninin uzunluğu 40-75 sm, ağırlığı isə 0,7–8 kq-dır. Təhlükə zamanı onlar gizlənməyə çalışır, bu alınmırsa, düşmənə müqavimət göstərir - öz iti dişləri ilə yırtıcıları və ya insanı möhkəm dişləyə bilirlər. |
2013-12-04 | 3,250 | İslandiyada polis ilk dəfə adam öldürdü | İslandiya tarixində polis ilk dəfə atəş açaraq adam öldürüb. Cinayət sayının ən az olduğu ölkələrdən biri, 323 min əhalisi olan İslandiyada polis bir ilkə "imza atıb" və təşkil edilən əməliyyatda ilk dəfə bir adamı öldürüb. Polis, paytaxt Reykyavikdəki evindən ov tüfəngiylə hara gəldi atəş açan 59 yaşlı adamı tutmaq üçün əməliyyat keçirib. Binanı boşaltdıqdan sonra polis silahlı adamla ünsiyyətə girməyə çalışıb, daha sonra pəncərələrdən göz yaşardıcı qaz atsa da, məqsədinə nail ola bilməyib. Xüsusi qrupun binaya girməsindən sonra silahlı adam atəş açmağa başlayıb. Bir polis kaskasından, digəri gülləkeçirməz jiletindən vurulub. Polisin atəş açması nəticəsində yaralanan silahlı adam aparıldığı xəstəxanada ölüb. Təhlükəsizlik üzrə rəis Haraldur Cohanesen mətbuat konfransı keçirərək, bu bənzərsiz hadisədən polisin üzüldüyünü bildirib və ölən adamın ailəsinə başsağlığı verib. Öldürülən adamın atəş açan vaxt içkili, ya da narkotikin təsiri altında olub-olmadığını təyin etməkçün istintaq başladılıb. İslandiyada bir çox adam ov tüfəngi saxlasa da, cinayət hadisələri barmaqla sayılacaq qədərdir. Ölkədə çalışan 600 polisdən çox azı silah daşıyır. |
2013-12-04 | 3,251 | Məşhur robot Bakıda "Gangnam Style" oynadı - Video | Dekabrın 2-də Bakı Sərgi Mərkəzində "BakuTel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb. Sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda "Titan" robotu nümayiş etdirilib. Məşhur robotun "Gangnam Style" rəqsi böyük marağa səbəb olub. Videonu təqdim edirik: |
2013-12-03 | 3,252 | Benzinin qiyməti nəqliyyatda təsirini göstərdi - Video | Şəhərdaxili avtobuslarda 20 qəpik olan marşrutların bəziləri gediş haqqını 40 qəpiyə qaldırıb. Gecəboyu paytaxtın müxtəlif istiqamətlərindəki yanacaqdoldurma məntəqələrinin qarşısında eyni mənzərə müşahidə olunurdu. Heç kim benzini köhnə qiymətə satmaq istəmirdi. Amma çox keçmədi ki, məntəqələr yanacağı sürücülərə yeni tariflərlə təklif etməyə başladılar. Gecə yanacaqdoldurma məntəqələrinin lövhələrində artan benzinin qiyməti yazılmasa da, gün ərzində problem həllini tapdı. Bütün məntəqələrdə benzinin satış qiyməti yeni tariflərə uyğunlaşdırıldı. Gözlənilmədən qalxan benzinin qiyməti bu gün şəhəriçi avtobuslarda qiymət artması ilə müşahidə olundu. 20 qəpik olan marşrutların bəziləri gediş haqqını 40 qəpiyə qaldırmışdı. Nəqliyyat Nazirliyi isə avtobuslarda qiymətin süni şəkildə artırıldığını bildirərək, sərnişinləri gediş haqqını əvvəlki qayda ilə ödəməyə çağırır (ANS). |
2013-12-04 | 3,253 | Ədəbiyyatda olduğumu 40 yaşından sonra dərk etdim | Yazıçı Nəriman Əbdülrəhmanlının gerçəkləşməyən arzularını öyrənmək istədik. "Axar.az"ın eyni adlı lahiyəsi çərçivəsində yazıçını sosial şəbəkədə sorğu-suala tutduq. Deyəsən, vaxt qıtlığından həmişə əziyyət çəkən yazarın bu dəfə belə bir problemi yox idi. Hər dəfə qısaca salam-kəlamdan sonra xudahafizləşərdi. İndisə həvəslə söhbətə girişdi. Beləliklə, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı "Gerçəkləşməyən arzular"da... Bəzən maddi ehtiyac ucbatından tərcümə etməli oluram - Qardaş, deyəsən təzə kitabın çıxıb? - Hə... - Təbrik edirəm. Bu, neçənci romandır? - Təşəkkür edirəm... Cap olunmuş dördüncü romandır... - Amma kitablarının sayı çox olmalıdır, məncə. - Hə, çoxdur... - Yaman xəsissən sözə... Nə qədər kitabın çıxıb? - Tərcümə və antologiyalarla birgə 40-a yaxın kitabım var. - Nəriman bəy, kitablarının kəmiyyəti qədər də keyfiyyəti var. Səndə xaltura olmaz. Amma de, səni tərcümə daha çox sıxır, yoxsa öz əsərini ərsəyə gətirmək? - Əlbəttə, tərcümə. Çünki bəzilərini maddi ehtiyac ucbatından tərcümə etməli oluram. Amma çalışıram ki, bu, keyfiyyətə təsir eləməsin. - Sən deyəsən yaradıcılığa ilk dəfə şeirlə başlamışdın... Gənclik illərindən üzü bəri ədəbiyyatla yoldaşlıq etməndə şeirlərin körpü rolu oynadı. - Yox, onlara şeir demək olmazdı, sadəcə, sözlə təması sınaqdan keçirməkdi. Eləcə də, ilk hekayələrim. Mən 40 yaşından sonra ədəbiyyatda olduğumu dərk etdim. Ona qədər həyatı və yazmağı öyrənmişəm... - Demək 40 yaşa qədər ədəbiyyatda arzularını gerçəkləşdirə bilmədin, amma gerçəkləşəcək arzularına doğru yol aldın. - Elədi... Məncə, nəsrdə əsl yaradıçılıq məhz 40 yaşdan, yetərincə həyat təcrübəsi qazanandan sonra başlayır. Bu gün Kamal Abdullanın dünyanı dolaşan romanları buna sübutdu. - Kamal müəllim də sənin son romanın haqqında yaxşı fikirlər söyləyib. Amma müəllif kimi hansı əsərini özünün möhürü hesab edirsən? - Çətin sualdı. İki povest, dörd roman, iyirmiyə yaxın hekayəm var. Bir romanımı da redaktə edirəm. Yazdıqlarımın heç birini fərqləndirmək istəməzdim. Ümumiyyətlə, bu, oxucuların işidi... - Bəs indiyə qədər gerçəkləşməyən arzuların çoxmu olub? - Gerçəkləşməmiş arzularım… istədiyin qədərdi. Planımda daha iki irihəcmli əsər var. Hələ ki, öz vaxtını gözləyir. Ömür möhlət versə... - Verər inşallah! Ədəbi aləmdəki uğurların göz önündədir. Bəlkə yazıçı Nəriman ata, oğul, qardaş, dayı Nərimanla müqayisədə arzularına çatıb? Yoxsa əksinədir? - Bu sarıdan şikayətim yoxdu. Qismətimə düşənlə razıyam... Məncə, pis oğul, pis ata, pis qohum olmamışam. - Səni indiki durumda ən çox nə narahat edir ? - İndi məni ən çox narahat edən "Qanun" nəşriyyatına olan təzyiqlər, süni maneələrdi. On ilə yaxındır həmin nəşriyyatla işləyirəm, Şahbaz Xuduoğluyla nəşriyyatın qurulmasında, ilk uğularında payım var. Onlarla istedadlı, yaradıcı adama dayaq duran, milləti aydınlatmağa çalışan bir quruma qarşı bu cür münasibət ən azı insafsızlıqdı. Bu məsələ ədalətli həllini tapmasa, cəmiyyətimiz çox şey itirəcək. Yaradıcılıqla məşğul olmaq qəhrəmanlıqdı - Ağrılı mövzudur. Hamımızı narahat edir. Amma sənin özünü fərdi olaraq narahat edən problemlərin varmı? - Təbii ki, maddi qayğılar ucbatından yazı-pozuya kifayət qədər vaxt sərf edə bilmirəm. Yaradıcı adam maddi və mənəvi cəhətdən tam sərbəst olmalıdı. İş, ailə qayğıları arasında yaradıcılıqla məşğul olmaq qəhrəmanlıqdı... - Maddi sıxıntıların mənəvi sarsıntılar yaratdığı anlar olur. Sən bu sıxıntılar içərisində dostlarından daha çox kimi xatırlayırsan, kimi daha çox yanında istəyirsən? - Çox olub. Daha çox mərhum yazıçılarımız İsa İsmayılzadə, Arif Mustafazadə, Natiq Səfərov, Eyvaz Əlləzoğlunu xatırlayıram. Çünki onların çəkdikləri sıxıntıların şahidi olmuşam... - Allah rəhmət eləsin hamısına. Nəriman, ən çox hansı arzunun gerçəkləşməyəcəyindən nigaransan? - Tərtib etdiyim antologiyalar var, nəşr olunmayıb. Bir neçə kinossenarim var, təəssüf ki, hələ çəkilməyib. Bir də dördcildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyam hazırdır, amma o da dərc olunmayıb. Onlara görə çox nigaranam. Az qala dünyanı dolandım, bir ömür qədər... - Səni necə xarakterizə etmək olar, xəyalları gerçəkləşən, yaxud arzusu gözündə qalan yazar? - Məncə, bunların heç birini mənə şamil etmək olmaz. Gerçəkləşən arzularımla gerçəkləşməyənlərin çəkisi təxminən bərabər olar. - İndi harda işləyirsən? - Altı ildi, necə deyərlər, azad sənətkaram, tərcümə və redaktə hesabına dolanıram. - Sən tərcümə edirsən. Özün necə, tərcümə olunmusan? - Bir neçə hekayəm rus və ingilis dilinə çevrilib. Bir povestim Türkiyədə nəşr olunub. "Könül elçisi" romanımı Fəthi Gədikli türkcəyə çevirib, İstanbulda nəşr olunacaq. Yolçu - Ən son çıxan əsərin adı nə idi? - "Yolçu"… - "Yolçu"yacan nə qədər yol keçdin? Bu yol səni yormadı ki, yolçu qardaş? - Uzun yol keçdim... Az qala dünyanı dolandım, bir ömür qədər... Amma hələ yorulmamışam. Bundan sonra da hər şey ömrün möhlətindən asılıdı. |
2013-12-04 | 3,254 | ABŞ Quam adasına 2 min ölü siçan atıb | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Amerika aviasiyası Quam adasına 2 min ölü siçan atıb. Bu, adanın ekoloji sistemini təhlükədə qoyan ilanların azalmasına gətirib çıxarmalıdır. Məlumat üçün bildirək ki, Sakit Okeanın qərbində Mariana adasının arxipelaqında yerləşən Quam Amerika Birləşmiş Ştatlarının tərkibinə daxildir, lakin bu adanın sakinlərinin seçkilərdə səs vermək hüququ yoxdur. Adanın üçüncü hissəsində ABŞ hərbi bazası yer alıb . |
2013-12-04 | 3,255 | Ukraynada səfərbərlik elan edildi | Ukraynanın hakim Regionlar Partiyası mərkəzi hakimiyyət orqanlarının inzibati binalarının qorunması üçün üzvlərini səfərbərliyini elan edib. "Axar.az"ın "Musavat.com"a istinadən xəbərinə görə, partiya hesab edir ki, müxalifət Avropa inteqrasiya meyllərindən və ukraynalıların gözləntilərindən sui-istifadə edir, ictimai rəydən manipulyasiya üçün yararlanır. |
2013-12-04 | 3,256 | 11 yaşlı uşaq zəncirlənib - Fotolar | Çinin Zheyianq əyalətində yaşayan 11 yaşındakı He Zili bir yaşında olanda başında zərbə alıb. Və nəticədə zehni problemləri yaranıb. Ancaq onu digər zehni qüsurlu uşaqlardan ayıran isə, ailəsi tərəfindən zəncirlə bağlı halda yaşamağa məhkum edilməsidir. Ailəsi balaca övladının başqalarına zərər verməsinə mane olmaq üçün onu zəncirə bağlamaqdan başqa çarələrinin olmadığını deyib. He Zili fiziki qüsurlu babası və zehni qüsurlu atası ilə birlikdə yaşayır. Anası isə xərçəng xəstəliyindən vəfat edib. He bayıra çıxmaq istəyəndə ayağına bağlı zəncirin bir ucunda babası, ya da atası tutaraq gəzdirilir. Evdə isə zəncirlə bir sütuna bağlı şəkildə olur. |
2013-12-04 | 3,257 | Audiokitabların kitabxanası yaradıldı | Artıq Türkiyədə də audiokitabların öz kitabxanası var. Bu cür kitabların ilk istifadəsi gözdən əlillər üçün nəzərdə tutulsa da, qüsuru olmayan insanlar tərəfindən də onlara böyük maraq var. Səsli kitabların xüsusi özəlliyi ondan ibarətdir ki, ondan təkcə asudə vaxtlarınızda deyil, həm də məşğul olarkən yararlana bilərsiniz. Belə ki, belə kitablardan avtomobil idarə edərkən, velosiped sürərkən, yatmazdan əvvəl dinləyib faydalana bilərsiniz. Audiokitab almaq üçün nə etməlisiniz? Bunun üçün İstanbul Böyükşəhər, Kadıköy Bələdiyyəsinin səsli Kitabxanasına üzv olmaq lazımdır. Səsli kitablar eyni zamanda görmək qabiliyyətindən məhrum olmuş tələbələrin imtahanlara hazırlaşmasına da yardım olur. Artıq 356 kitab dinləyicilərə təqdim edilib. Qeyd edək ki, layihə çərçivəsində bu vaxta qədər ən çox səsli kitab axtarışında olan şəhərlər İstanbul, Ankara və Ərzurum olub. |
2013-12-04 | 3,258 | Rusiya yunan limanlarından yararlanmaq istəyir | Rusiya Müdafiə naziri Sergey Şovqu Yunanıstana səfəri zamanı bu ölkənin Baş naziri Antonis Samarasa rus hərbi gəmiləri üçün yunan limanlarından istifadə etmək istədiyini deyib. "Axar.az"ın xəbərinə görə, Afinaya səfər edən Rusiyanın Müdafiə naziri Sergey Şovqu Yunanıstan Baş naziri Antonis Samaras ilə görüşüb. Şovqu yunan Baş nazirə "Rus gəmilərinin burada daha aktiv bir şəkildə fəaliyyət göstərməsini, ehtiyaclarını yunan limanlarında qarşılamalarını istəyirik", - deyib. Bu istək üzərinə Samaras bu məsələni mətbuatın olmadığı bir mühitdə müzakirə etməyi təklif edib. Qeyd edək ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinə dair razılaşma əldə edilib. |
2013-12-04 | 3,259 | Ərdoğan yeni taksi dayanacaqları yaratdı | Türkiyə Baş naziri R.T.Ərdoğanın təlimatından sonra "marşrut taksi", "tarixi köşk", "gəmi körpüsü" tərzində daş dayanacaqlar tikilib. Qeyd edək ki, Baş nazir Ərdoğanın İstanbuldakı taksilərlə görüşü əsnasında səsləndirdiyi "Gəlib-keçici deyil, dayanacaqlar daşdan olmalıdır" şəklindəki sözlər, Böyükşəhər Bələdiyyəsini və "İstanbul Taksiçilər Biznesmen Otağı"nı (İTEO) hərəkətə keçirib. Hazırlıqlar görüləndən sonra taksiçilərin ehtiyaclarına və şəhərin görünüşünə uyğun taksi dayanacaqları modelləri hazırlanıb. Dizaynı hazırlanan 10 model içərisindən seçilən 5 dayanacaq modeli tikilməyə başlayıb. Taksiçilərin bütün ehtiyaclarını ödəyə biləcək şəkildə nəzərdə tutulan və "marşrut taksi", "tarixi köşk", "gəmi körpüsü" kimi fərqli dizaynlara sahib müasir dayanacaqlar İstanbulda maraqla qarşılanacaq. |
2013-12-04 | 3,260 | Bu saç düzümüdür yoxsa tatu? - Fotolar | Bədəndə tatular bizi təəccübləndirməsə də, bu cür saç düzümləri ilə diqqət mərkəzində qalmamaq mümkün deyil. |
2013-12-04 | 3,261 | “Amazon” pilotsuz hava təyyarəsi ilə fəaliyyətə başlayır | "Amazon" internet ticarət saytı yeni dövrə imza atmağa hazırlaşır. "Amazon"un rəhbəri Cef Bezos qonaq olduğu verilişdə pilotsuz hava vasitələriylə daşınma tətbiq edəcəklərini söyləyib. Sifariş saytının rəhbəri Cef Bezos "SBS" televiziyasında gedən "60 dəqiqə" verilişində maraqlı açıqlamalar verib. Bezos "Amazon"un 2.3 kq ağırılığına qədər sifariş olunan yüklərin çatdırılmasını pilotsuz qurğu vasitəsilə etməyi planlaşdırdıqlarını bildirib. Bezos pilotsuz hava vasitələrinin paketləri "Amazon"un anbarından götürüb sifarişçilərin evlərinə aparacağını ancaq hələ 4-5 il kütləvi istifadəyə verilməyəcəyini də sözlərinə əlavə edib. Yeni sistemlə internetdən verilən sifarişlərin yarım saat içində təslim ediləcəyi gözlənilir. "Amazon" pilotusuz hava vasitələrinin testlərinə artıq başlayıb. Layihə təsdiq gözləyir "Prime Air" adı verilən layihə hal-hazırda ABŞ "Hava Tənzimləmə Dairəsi"ndən təsdiq gözləyir. Bezos pilotsuz hava vasitəsi layihəsiylə əlaqədar olaraq, "axın vaxtlarda pilotsuz təyyarələri görmək yük maşınlarını görmək qədər təbii olacaq" deyə bildirib. Cef Bezos bu layihəsi ilə çox səs-küy yaradacaq. Digər tərəfdən keçən aylarda ABŞ-ın məşhur qəzetlərindən biri olan "Voşinqton Post"u satın alan Bezos eyni zamanda qatı Obama fanatı olaraq da tanınır. |
2013-12-04 | 3,262 | Diana barədə həqiqət heç vaxt bilinməyəcək | Bir çox qəzetlər Şahzadə Diananın cinayətin qurbanı olduğu iddialarını son həftələrdə yenə manşetlərə çıxarırlar. İngilis polisi isə Şahzadə Diananın ölümü ilə bağlı olan sənədlərə yenidən göz atmaq barədə heç fikirləşmir. Diananın ölümüylə bağlı şübhəsini "Deyli Expres" birinci səhifəsində "Diananın ölümünün ört-basdır edilməsi oğullarının həqiqəti bilməsini əngəllədi" başlıqlı yazıyla verib. Qəzet iddia edir ki, Diananın əsl ölüm səbəbinin üzə çıxmasına mane olanlar var. Bu da Şahzadə Uilyam və Şahzadə Harrinin analarının cinayətə qurban gedib-getmədiyi ilə əlaqədar həqiqəti öyrənmələrinə mane olur. |
2013-12-04 | 3,263 | Quru dəri üçün qış maskası | Artıq qış fəslidir və hər bir xanım dərisinin külək və soyuqdan zərər çəkməməsi üçün müxtəlif vasitələrə əl atır. Bu fəsildə quru dərilərə xüsusi qulluq edilməlidir. Quru dərilər üçün sizə təqdim edəcəyimiz maskanı evdə hər bir xanım rahatlıqla hazırlaya bilər. Bunun üçün 1 xörək qaşığı badam yağı, 1 çay qaşığı nəmləndirici krem, 1 xörək qaşığı bal, 1 ədəd yumurta sarısı lazımdır. Hazırlanması və istifadəsi: Yumurtanın ağını və sarısını bir-birindən ayırdıqdan sonra yumurtanın sarısına 1 xörək qaşığı badam yağını, 1 çay qaşığı nəmləndirici krem və 1 xörək qaşığı bal əlavə edib qarışdırın. Quru dəri üçün qış maskası fırça və ya da pambıq ilə dəriyə sürtülməli və yarım saat sonra ilıq su ilə dəri yaxşıca yuyulmalıdır. Ardından mütləq dəriyə uyğun nəmləndirici krem istifadə etməniz məsləhətdir. |
2013-12-04 | 3,264 | Piylənmənin qarşısını alan meyvələr | Meyvələr nə qədər sağlam qida sayılsalar da, bəzilərinin tərkibində təbii şəkər olduğundan onlardan çox istifadə edildiyində piylənməyə səbəb olurlar. Bəzi meyvələrsə, əksinə, piylənmənin qarşısını alır. Bu meyvələrdən bir necəsini təqdim edirik. Vitaminlərlə zəngin olan avokado piylənmənin qarşısını alır, qan dövranını sürətləndirir. Qaraciyərdə piylənməni azaldan hindqozu həm də tox qalmanızı təmin edir. Bu da sizin az yemənizi və incə qalmanızı təmin edir. Bir çox faydaları ilə tanınan limon həm qaraciyərin təmizlənməsində, həm də piylərin əriməsində çox təsirlidir. Bir çox araşdırmaya görə, piylərin əriməsinə böyük təsir edən meyvələrdən biri də qreypfrutdur. Con Hopkins Universitetinin mütəxəssislərinə görə, hər gün 1 ədəd qreypfrut yeyən insan 13 həftəyə 1 kilo çəki ata bilər. Meyvələrlə yanaşı bir çox tərəvəzlər də piylənmənin qarşısını alır. Bu baxımdan pomidor çox faydalıdır. Araşdırmalara görə, tərkibindəki C vitamini və amin turşusu piylənmənin qarşısını alır, həm də yaranmış piyləri əridir. |
2013-12-04 | 3,265 | Masallıda ev yandı | Masallı rayonu yanğın hadisəsi baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki,Rayonun Şıxlar kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan (hər mərtəbəsi 125 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiylaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğında xəsarət alan olmayıb. |
2013-12-04 | 3,266 | Türkiyə ilə AB vizasız rejimə keçir | Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyə vətəndaşları üçün Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi müqabilində readmissiya haqqında sazişin imzalanmasına razılıq verməsindən sonra Ankara və Brüssel viza sazişi üzrə konkret addımlar atmaq niyyətindədirlər. "Axar.az" Trend ə istinadən xəbər verir ki, Türkiyə üçüncü ölkələrin vətəndaşları üçün readmissiya haqqında sazişi bəyənəcək, eyni zamanda, "yol xəritəsi"nə uyğun olaraq, Türkiyə vətəndaşları üçün Avropa İttifaqı ilə vizasız rejim üzrə danışıqlara başlanılacaq. Readmissiya haqqında saziş həyata keçirildikdən sonra Avropa İttifaqı Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinə razılıq verməsə, Ankara prosesi dayandıra bilər. Əgər proses sazişin imzalanmasında sonra lazımi qaydada davam etsə, Türkiyə vətəndaşları 3 ildən sonra Avropaya vizasız gedə biləcəklər. |
2013-12-04 | 3,267 | Güclü külək Azərbaycanda ciddi fəsadlara səbəb olub | Ötən gün respublika ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti regionlarda fəsadlara yol açıb. Güclü külək Göyçay, Ucar, Zərdab və Ağdaş rayonlarında ciddi fəsadlara səbəb olub. Əsən güclü küləyin təsiri nəticəsində Göyçay, Ucar, Zərdab və Ağdaş şəhərlərinin bir hissəsində və bütün kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Güclü külək bir çox yerdə ağacları, elektrik, rabitə və işıqlandırma dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb. İlkin məlumata görə, hazırda qeyd olunan yaşayış məntəqələrində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, internet kəsilib. Bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Külək bəzi evlərin və yardımçı tikililərin üzərindəki dam örtüyünü qoparıb. Qasırğa şəklini alan külək hazırda da davam edir. Bu səbəbdən fəsadların aradan qaldırılması istiqaməntində işlər hələlik aparılmır ("ANS"). |
2013-12-04 | 3,268 | Rövnəq Abdullayevin şirkətindən rekord göstərici | Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsi noyabrda 163 ton avtomobil benzini, 80 min 12 ton dizel, 7 min 293 ton təyyarə yanacağı və 179 ton soba mazutu ixrac edib. ARDNŞ-nin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə, 2013-cü ilin yanvar-noyabr aylarında 14 min 198 ton avtomobil benzini, 824 min 292 ton dizel yanacağı, 115 min 935 ton təyyarə yanacağı və 657 ton soba mazutu ixrac olunub. Cari ilin noyabrında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 928,27 dollar, təyyarə yanacağının - 962,00 dollar, dizel yanacağının - 909,73 dollar, 1 faizli kükürdlü mazutun - 601,19 dollar təşkil edib. |
2013-12-04 | 3,269 | Elnarə Tofiqqızının son yazısı ədəbiyyat dərgisində | "Yazı" ədəbiyyat dərgisinin yeni sayı işıq üzü görüb. Tənqidçi Elnarə Tofiqqızına həsr olunmuş bölmədə qələm dostlarının, tələbələrinin və mərhumun özünün son yazısı yer alıb. Dərgidə bu ilin ədəbiyyat üzrə Nobel ödülünü qazanmış Kanada ədibi Elis Manronun iki hekayəsi verilib. Nəsr bölməsində Fərhad Yalquzağın "Dumana qarşı", Ramilə Qurbanlının "Müharibə minatürləri" romanları, Vahid Məhərrəmlinin "Ölüm vaxtı" povesti, Ataqam, Sevinc Elsevər, Umbulbanu, Mübariz Örən, Həmid Piri, Məhbubə və Azad Qaradərəlinin hekayələri çap olunub. Poeziya bölümündə Ziba Xəlil, Elşən Əzim, Yasemin Pulat, Fikrət Şahbazlı, Taleh Eminoğlu və Aynur Cavidin şeirləri yer alır. Dərginin esse və tənqid bölümündə Niyazi Mehdinin, Mətanət Vahidin, Kənan Hacının elmi-tənqidi yazıları verilib. "Yazı" dərgisinin yeni sayını "Azərmətbuatyayımı"ın və "Qasid"in köşklərindən əldə etmək mümkündür ("Media forum"). |
2013-12-04 | 3,270 | “Newsweek” yenidən çap olunacaq | ABŞ-ın ən məşhur həftəlik qəzeti olan "Newsweek" çap versiyasını bərpa etmək istəyir. Keçən ilin oktyabrında qəzet ancaq onlayn versiyada fəaliyyət göstərəcəyini bəyan etmişdi. "Axar.az"ın xarici mətbuata istinadən verdiyi məlumata görə jurnalın baş redaktoru C. İmpoko bildirdi ki, qəzetin çap versiyası yanvar-fevral aylarında yenidən buraxılacaq. İmpoko həmçinin qeyd etdi ki, qəzet reklamların yox, abunələrin üzvlük haqqı ilə mövcud olacaq. Buna görə üzvlük haqqı bir az bahalaşacaq. |
2013-12-04 | 3,271 | Bakı-Sumqayıt yolunda yük maşını aşdı, tıxac yarandı | Bakı-Sumqayıt yolunda yük maşını aşıb. "Axar.az"ın Trend ə istinadən verdiyi məlumata görə, hadisə saat 9:30 radələrində Saray postuna yaxın ərazidə baş verib. Yük maşının içərisində olan xurma yola dağılıb. Hadisə ilə əlaqədar yolun Bakı istiqamətində böyük tıxac yaranıb. Hazırda polis yük maşınının yoldan kənarlaşdırılmasına çalışır. |
2013-12-04 | 3,272 | Kiyevdə 9 nəfər həbs edildi | Kiyevdə prezident administrasiyası ətrafında iğtişaşın təşkilində iştirak edən 9 şübhəli 2 ay müddətinə həbs edilib. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məlumatı prokurorluq verib. Dekabrın 1-i prezident və digər iki administrasiya binasını ələ keçirməyə cəhd edən 9 nəfər saxlanılıb. Kiyev polisi 11 cinayət işi açıb. |
2013-12-04 | 3,273 | Detroyt şəhəri bankrot oldu | ABŞ-ın Detroyt şəhərinin bankrot olduğu bəlli olub. "Axar.az" məlumat verir ki, şəhərin hazırkı borcu 18 milyard dollardır. Şəhər rəhbərliyinə borcun azaldılması ilə bağlı göstəriş verilib. Bununla yanaşı, məhkəmə Detroytun kreditorların hücumlarından müdafiə olunması haqqında qərar verib. Hazırda şəhərin 100 min kreditora borclu olduğu bəlli olub. |
2013-12-04 | 3,274 | Ruslana “Maydan”da gecələyir – Foto | Müxalifət Ukraynada sürpriz lider yaradır. "Axar.az"ın məlumatına görə, Ukraynada Avropa Birliyi ilə əməkdaşlıq müqaviləsinə imza atmayan və istiqamətini Rusiyaya çevirən hökumət əleyhinə mitinqlər 1 həftədən çoxdur ki, davam edir. Mitinqdə sıravi insanlarla yanaşı dünya miqyasında tanınmış ulduzlar da iştirak edir. Onlardan biri də 2004-cü ildə "Avroviziya" mahnı müsabiqəsində qalib olmuş Ruslanadır. Gecələri də mitinqin keçirildiyi "Maydan"da keçirən Ruslana, müxalifətə çox yaxından dəstək göstərir. Mitinqdə olanlar bildirib ki, Ruslana polisə qarşı barrikadaların qurulmasında iştirak edir. |
2013-12-04 | 3,275 | Aydın Bəşirov Odessada şəxsi donanma alıb – Özəl | Xəzər Gəmiçiliyi (Kaspar) idarəsinin sabiq rəisi Aydın Bəşirov Odessada 50-dən çox gəmisi olan şəxsi donanmaya sahibdir. Bu ilginc məlumatı "Axar.az"a həmin donanmada işlədiyini iddia edən və adının açıqlanmasını məlum səbəbdən istəməyən şəxs verdi. Qaynağın sözlərinə görə, Ukraynada qeydiyyatdan keçən və Aydın Bəşirovun oğlu İlqar Bəşirovun rəhbərlik elədiyi bu şirkət "Sail Traidind" adlanır. Donanmanın tərkibində tankerlər, quru yükdaşıyan və yedək yük gəmiləri var. Qeyd olunur ki, oğul Bəşirovun rəhbərlik etdiyi özəl gəmiçilik idarəsi "Kaspar" gəmilərindən daha çox yükdaşıma ilə məşğul olur. İddia olunur ki, əslində, Aydın Bəşirovun Xəzər Gəmiçiliyinə məxsus gəmiləri işlək vəziyyətə gətirməməsinin bir səbəbi də özünün "Sail Traidind" şirkətinin daha fəal işləməsi istəyindən irəli gəlib. Xəzər Dəniz Gəmiçiliyinə sifarişləri yerinə yetirmək üçün gəmilərin yetərli olmaması görüntüsünü yaratmaqla, sifarişlərin bir hissəsi özəl şirkətinə transfer edilib. Məlumata görə, "Sail Traidind"in əmlakı milyardlarla ölçülür. |
2013-12-04 | 3,276 | Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın baş həkimi istefa verdi | Bakı Slavyan Unuversitetinin dekanı Elnarə Tofiqqızının həkim terroru nəticəsində dünyasını dəyişdiyi "Medi Sina" klinikasının baş həkimi Abbas Bağırov klinikadakı işindən çıxıb. Bunu zərərçəkənin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov mediaya açıqlamasında bildirdi. Onun sözlərinə görə, Müvəkkil Hüquq Mərkəzində aparılan müstəqil təhqiqat klinikaya sorğu göndərərkən artıq A.Bağırovun orada işləmədiyi müəyyənləşib. "Ancaq onun vəzifəsindən istefa verməsi məsuliyyətdən qurtarması anlamı daşımır", - deyə hüquqşünas qeyd etdi. S.Vəkilov istintaqa ilk vəsatətlərini təqdim etdiyini də vurğuladı: "İş materialları ilə artıq tanışam və bir qrup şəxsin dindirilməsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda yaradılan istintaq qrupunun rəhbəri Ələkbər Rzayevə vəsatət təqdim etmişəm. Hesab edirəm ki, istintaqın obyektiv aparılmasında həmin şəxslərin dindirilməsi mühüm əhəmiyyət kəsb edir". Xatırladaq ki, tənqidçi Elnarə Tofiqqızı bu il sentyabrın 20-də "Medi Sina" Tibb Mərkəzində əməliyyat zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb. İşin obyektiv araşdırılıb günahkarların cəzalandırılması üçün zərərçəkən ölkə başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. Hazırda cinayət işinin istintaqı Baş prokuror Zakir Qaralovun nəzarətindədir. |
2013-12-04 | 3,277 | Ərəfatın zəhərləndiyi təsdiqləndi | Fransız alimləri Fələstin Azadlıq Təşkilatının lideri Yasər Ərəfatın zəhərlənərək öldürüldüyünü tam sübut edib. "Axar.az" məlumat verir ki, bu informasiyanı "Frans Press" agentliyi öz mənbələrinə istinadən yazıb. Agentlik Yasər Ərəfatın heç bir şiddət uyğulanmadan zəhərləndiyini bildirib. Alimlər tərəfindən ölümə səbəb kimi isə, ümumi infeksiya göstərilib. Lakin agentliyin mənbəsi hələlik fransız alimlərin onun hansı maddə ilə zəhərlənməsi haqqında informasiya verməkdən çəkindiklərini bildirib. Qeyd edək ki, Y.Ərəfatın öldükdən sonra onun şəxsi əşyaları arasında aparılan araşdırmalar zamanı "poloniya-210" maddəsi aşkarlanıb. FAT liderinin də məhz bunun nəticəsində zəhərləndiyi güman edilir. |
2013-12-04 | 3,278 | Bakıda motosiklet mikroavtobusun altına düşdü - VİDEO | Motosikletin Bakının mərkəzi yolunda, Mərkəzi Neftçilər Xəstəxanasının ətrafında yol hərəkəti qaydalarını kobud şəkildə pozması qəzaya səbəb olub. "Axar.az" Trend ə istinadən xəbər verir ki, motosikletin sürücüsü yolun eninə hərəkət edərək yolun digər istiqamətinə çıxmaq istəyib. Nəticədə mikroavtobusla toqquşub. Mikroavtobus motosikleti bir neçə metr sürüyüb. Trend həmin qəzanın videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin 10 ayı ərzində 2426 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 971 nəfər ölüb, 2558 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. |
2013-12-04 | 3,279 | Rasim Balayev: “Bu əzabdır, artıq boğuluram” | "Evdə dörd divar arasında oturmaq çətin deyil ki, əzabdır. Nə edim, qismətimdə bu əzablar da varmış, dözməliyəm". Bunu Xalq artisti Rasim Balayev "Aznews.az"a açıqlamasında deyib. R.Balayevin sözlərinə görə, ona maraqlı ssenarilərin olacağına dair söz verilsə də, indi vədinə əməl edən yoxdur: "Yaxşı ssenari yoxdur. Düzdür, çəkirlər, onlar da məni qane etmir. O qədər söz verən var ki. Amma hanı? Onların biri də vədinə əməl etmir. Odur ki, bekarçııqdan boğuluram. Aktyorun vəzifəsi çəkiliş meydanıdır. Nə qədər ki, belə ssenarilər var, o meydanlarda da bizim yerimiz yoxdur". |
2013-12-04 | 3,280 | Dünya Çempionatının topu təqdim olundu | Latın Amerikası mətbuatının verdiyi xəbərə görə, çərşənbə axşamı Rio-de-Janeyroda 2014-cü ilin Dünya çempionatının futbol topunun rəsmi təqdimolunma mərasimi keçirilib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, topun adı Brazukadır. Futbol topu Braziliyanın Fluminens futbol klubunun hücumçusu Fred tərəfindən təqdim olunub. Maraqlısı budur ki, topu istehsal edən firma dekabrın 3-də, yəni topun təqdim olunma mərasimi günündə doğulan uşaqlara topun dublikatının hədiyyə veriləcəyinə söz verib. |
2013-12-04 | 3,281 | Bu cür davam etsə, müharibə olacaq | PKK terror təşkilatının rəhbərlərindən olan Cəmil Bayık barış müzakirəsində lazım olan addımların atılmadığı təqdirdə təşkilatın üzvlərinin Türkiyəyə geri qayıdacağını bildirib. Türkiyənin Hakkari şəhərinin yerli qəzetinə müsahibə verən Bayık şərtləri qəbul etməsi üçün hökumətə yaza qədər vaxt verdiklərini deyib. Müzakirə üçün lazım olan addımların atılmadığını deyən Cəmil "bu cür davam etsə, Türkiyədə müharibə olacaq. Partizanlar yenidən şimala qayıdacaq"-, deyib. |
2013-12-04 | 3,282 | 7 kamikadze hücumu: 24 ölü, 5 yaralı | İraqda baş verən 7 ayrı kamikadze hücumunda 24 adam ölüb, 50 adam da yaralanıb. İraqın Tikrit şəhərində bu gün baş verən 4 bombalı hücumda 3-ü polis olmaqla 10 adam ölüb. 25 polis də yaralanıb. Yaşanan hadisələrdən sonra şəhərdə küçəyə çıxmaq qadağan edilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bağdadın Əl-Tarımiyyə mahalında isə 3 canlı bomba "Əl-Tarımiyyə İcra Hamimliyi"nin binasına hücum edib. Təhlükəsizlik qüvvələri ilə yaranan qarşıdurma nəticəsində 12 adam ölüb, 20 adam yaralanıb. Yaralananlar arasında Əl-Tarımiyyə şəhərinin icra başçısı Məhəmməd Cessam Əl-Məşhədaninin də olduğu məlum olub. Digər tərəfdən Bakubaya bağlı Bələdruz mahalında polis mərkəzinə bomba dolu avtomobillə hücum etmək istəyən canlı bomba təhlükəsizlik qüvvələri tərəfindən vurularaq öldürülüb. İlk hücumdan sonra eyni bölgədə ikinci bombalı avtomobilin partlaması nəticəsində 1 adam ölüb 5 adam isə yaralanıb. |
2013-12-04 | 3,283 | Marqvelaşvilidən abxaz və osentinlərə Avropa mesajı | Avropa İttifaqı ilə vizasız rejim haqqında müqavilədən Abxaziya və Cənubi Osetiyanın vətəndaşları da istifadə edə biləcəklər. "Axar.az"ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə prezident Georgi Marqvelaşvili çıxış edib. O, müqavilədən abxazların və osetinlərin Avropaya getmək üçün yararlana biləcəklərini söyləyib: "Biz Suxumi və Çxinvalinin insanlarına sübut edəcəyik ki, onları ələ keçirmək fikrimiz yoxdur. Biz sadəcə olaraq, onlara göstərmək istəyirik ki, müasir və demokratik Gürcüstan üçün onlara ehtiyacımız var". |
2013-12-04 | 3,284 | Papa haqqında maraqlı iddia | Mart ayında Katoliklərin ruhani lideri seçilən Papa Fransuanın gecələr gizlicə Vatikandan çıxaraq evsizlərə və yoxsullara pul payladığı iddia olunur. Paytaxt Buenos Airesdə baş yepiskopkən xəstə və yoxsullara qayğı göstərməsi ilə tanınan Argentinalı din xadimiylə əlaqədar iddia, Vatikandakı vəzifəsi yoxsullara pul paylamaq olan Baş yepiskop Konrad Krajevskinin bir müsahibəsindən qaynaqlanıb. İnternet saytı "uCatholic"ə danışan Krajevski, Papanın davamlı olaraq gecələr çölə çıxdığını və yoxsullara pul payladığını bildirib. |
2013-12-04 | 3,285 | Nazarbayeva azərbaycanlı sevgilisinə ad günü keçirdi - Video | Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayevin keçmiş arvadı Mayra Nazarbayevanın azərbaycanlı iş adamı ilə münasibətləri barədə xəbərlər yayılıb. Bir müddər əvvəl Azərbaycan mətbuatında da bu barədə müəyyən informasiyalara rast gəlinib. "Axar.az" sözügedən məsələyə dair yeni təfərrüatlar əldə edib. Məlumata görə, Mayra Nazarbayevanın hazırkı sevgilisi Zaur Abdullayev bir müddət əvvələ qədər Türkiyədə yaşayıb. 5 il əvvəl ailəsi ilə İstanbula köçüb və bir müddətdən sonra Türkiyə vətəndaşlığı alaraq orada böyük bir şirkət qurub. "Vatan Madençi" adlanan bu şirkətin hazırda müflis vəziyyətə düşdüyü bildirilir. Adının çəkilməsini istəməyən bilgili mənbə bizə Z.Abdullayevin hazırda Türkiyədə məhkəməyə verildiyini deyib. İddiaçı onun həyat yoldaşıdır. Zaur Abdullayev iki oğul atasıdır və o, Mayra Nazarbayeva ilə münasibət qurduqdan sonra ailəsini taleyin ümidinə buraxıb. "Axar.az" dəqiqləşdirib ki, iş adamının xanımı hazırda İstanbulda kirayədə yaşayır. Belə ki, Z.Abdullayevin rəhbəri olduğu şirkətin dövlətə və ayrı-ayrı şəxslərə külli miqdarda borcu olduğundan məhkəmə onun əmlakının müsadirə olunması barədə qərar verib. Nəticədə onun artıq keçmiş hesab olunan ailəsi evsiz qalaraq, kirayə mənzilə sığınıb. S.Məmmədova isə keçmiş əri barədə məhkəməyə şikayət edərək ailə qurduqdan sonra əldə etdikləri əmlakın yarısını tələb edir. Qeyd edək ki, Mayra Nazarbayeva hazırda İnterpolun axtarışındadır. Onun tutularaq Qazaxstana gətirilməsində şəxsən Nursultan Nazarbayevin özü maraqlıdır. Məlumatlara görə, bu qadın Nazarbayevlər ailəsinə məxsus böyük pulları ölkədən çıxarıb. Bundan başqa onun böyük miqdarda qara brilyantlara sahibləndiyi də bildirilir. Həmin brilyantların Azərbaycan bazarına da ayaq açdığına dair məlumatlar var. M.Nazarbayeva birinci nikahdan olan oğlu Daniyara Malayziyanın hazırkı baş nazirinin qızını alıb. Onun hələ də tutlmamasında məhz bu ailənin böyük rol oynadığı iddia olunur. Azərbaycanlı iş adamı Z.Abdullayevin isə bu münasibətlərdə öz marağı var. "Axar.az" təfərrüatları təqdim edəcək. Təqdim etdiyimiz video Bolat Nazarbayevin Fransanın Kann şəhərindəki malikansində çəkilib. Bu malikanə də artıq Mayranın əmlakı hesab olunur. Burada Mayra Zaur Abdullayevə ad günü mərasimi təşkil edib. Videoda həm Mayra, həm də Zaur Abdullayev görüntülənir – 1-ci dəqiqədən sonra. |
2013-12-04 | 3,287 | “Nar Mobile” abunəçiləri necə aldadır? | Ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları vaxtaşırı yeni kampaniyalar və yeni xidmətlər təşkil etdiklərini bəyan etsələr də, abunəçilər davamlı olaraq onların fəaliyyətindən narazılıq edirlər. İş o yerə çatır ki, bəziləri operatorlarını dəyişmək məcburiyyətində qalır. Çünki təklif olunan tarif və xidmətlərlə real vəziyyət arasında ziddiyyət mövcuddur. Azərbaycanda 3 mobil rabitə operatorundan biri olan "Nar Mobile" isə abunəçiləri ilə açıq şəkildə oyun oynayır. Bunun şahidi olmaq üçün sözü gedən operatorun müştərisi olmaq bəs edir. "Limitsiz paket" 2 günə necə bitdi? Oktyabrın 27-sində Nərimanov metrostansiyası yaxınlığında yerləşən "Nar Mobile" Xidmət Mərkəzindən 070-970-93-05 nömrəli "Data kart" aldıq. Və xidmət mərkəzində çalışan işçidən onu aylıq limitsiz internet paketinə keçirməyini istədik. Əməliyyat icra edildi. Və növbəti ayın – noyabrın – 27-də 20 AZN-lik paketin müddəti bitdiyinə görə internet xidməti dayandırılacağı xəbərdarlığı edildi. Deyilən kimi də oldu – noyabrın 27-də limitsiz paket bitdi. "Nar Mobile" Müştəri Xidmətləri ilə əlaqə saxlayıb interneti hansı yolla aktiv edəcəyimizi öyrəndik. Sualları cavablandırmaqda səlahiyyətli olan operatorun söylədiyinə görə, aylıq limitsiz paketi aktiv etmək üçün ya nömrəni planşetdən çıxarıb hansısa mobil telefona yerləşdirərək balansını artırıb müəyyən kodu sms vasitəsilə göndərmək lazımdır, ya da müştəri xidmətlərinə yaxınlaşıb nömrəni təqdim edərək 20 AZN ödəmək. İkinci variantın daha əlverişli olduğunu düşünüb, iki ədəd 10 manatlıq danışıq kartı aldıq və ilk dəfə getdiyimiz yerə - "Nar Mobile"nin Nərimanovdakı xidmət mərkəzinə yollandıq. Mərkəzdə əyləşən operatora danışıq kartının göstərdiyimiz nömrəyə yüklənməsini, daha sonra isə aylıq limitsiz paketin aktiv edilməsini istədik. 5-10 dəqiqədən sonra operator məbləğin balansa yükləndiyini, aylıq limitsiz internet paketin isə aktiv edildiyini bildirdi. Lakin internet aktivləşəndən cəmi 2 gün sonra xidmət yenidən dayandırıldı və internetdən istifadə tamamilə mümkünsüz hala gəldi. "777" Nar Mobile Müştəri Xidmətləri ilə əlaqə saxladıq, problem haqda məlumat verdik və Xidmətin əməkdaşından bu cavabı aldıq: "Noyabr 27-də sizin balansınıza sadəcə 20 AZN-lik danışıq kartı yüklənib və heç bir paket seçilməyib. Sizdə "aylıq limitsiz paket" aktivləşdirilmədiyinə görə 2 gün ərzində internetdən etdiyiniz istifadə birbaşa 20 manatlıq vəsaitdən çıxıb. Hazırda balansınızda vəsait yoxdur". Sistem xətası və abunəçi sarsıntısı Ertəsi gün yenidən Nərimanov metrostansiyası yaxınlığında yerləşən xidməti aktivləşdirmək üçün müraciət etdiyimiz "NAR Mobile Xidmət Mərkəzi"nə yollandıq. 2 gün öncə danışıq kartını nömrəyə yükləyən və aylıq paketin aktivləşdirildiyini deyən Rauf adlı operatora internetin kəsildiyini və "Nar Mobile Müştəri Xidmətləri"ndən bizə, "bu nömrədə aylıq internet paket seçilməyib", deyildiyini bildirdik. Operator bir daha nömrəmizi soruşub kompüterində yoxlanış etdi. Yoxlanışı bitirdikdən sonra, "sizdə aylıq internet paketin aktiv olunduğu göstərilir", - dedi. Planşetimizi təqdim edib, "özünüz yoxlayın" söylədik. Yoxladılar və: "Bu, sistemin problemidir, nömrənizi qeydə aldım, sabaha qədər problem aradan qaldırılacaq", - söylədi. Üstündən 4 gün ötüb, ancaq hələ də internet xidməti bərpa olunmayıb. Və məsələnin ən pis tərəfi odur ki, indi karta hansısa məbləği yatırmaq da mümkün deyil. Bu günlər ərzində operatorla bir neçə dəfə əlaqə saxlamağımıza baxmayaraq, məsələnin texniki şöbə tərəfindən araşdırıldığı və problemin nə zaman həll ediləcəyini bilmədiklərini deyirlər. Beləcə, bu yekəlikdə "Nar Mobile" şirkəti 4 gündür "sistem xətasını" aradan qaldıra bilmir. Görünür, bu şirkətdə istifadəçinin hüququ heç nə ifadə eləmir. Onlar üçün əsas olan vətəndaşı cəlb eləmək, limitsiz internet paketi təklif etdiyini deməklə, pul almaq və sonra da "sistem xətası" adı ilə abunəçinin cibinə girməkdir. Maraqlıdır ki, 2 gündür "Nar Mobile" şirkətinin nə rəhbərliyi, nə də mətbuat katibliyi ilə əlaqə saxlamaq olur. |
2013-12-04 | 3,288 | Rafiq Səməndərə ağır itki - Yeniləndi | Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında publisist Rafiq Səməndərin oğlunun ölümü ilə bağlı baş verən hadisənin təfərrüatı əksini tapıb. Bildirilir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən 1979-cu il təvəllüdlü Ələddinov Kamran Rafiq oğlu hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində K.Ələddinovun vəfat etdiyi müəyyən edilib. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:20-də başa çatıb. Qeyd edək ki, hadisə barədə məlumatı və dəm qazından boğulan K.Ələddinovun tanınmış publisist Rafiq Səməndərin oğlu olduğu barədə xəbəri "Aznews.az" saytı yaymışdı. Rafiq Səməndər məşhur "Yuxu" filminin ssenari müəllifi, Hacıbaba Bağırovun iştirakı ilə çəkilmiş "Sonqulunun sərgüzəştləri" ssenari müəlliflərindən biridir. Onun yaradıcılığının şah əsəri kimi 20 yanvar şəhidlərinə həsr olunmuş "Şəhidlər" kitabı göstərilir. Qarabağ hadisələrindən bəhs edən ikinci kitabı "Girovlar" adlanır. *** Hadisə ilə bağlı "Aznevs.az" yeni təfərrüatlar əldə edib. Məlumata görə, K.Ələddinovun 35 yaşı olub. Hadisənin təfərrüatlarına gəlincə, olayın dekabrın 3-də axşam saatlarında baş verdiyi güman edilir. Hadisə baş verən zaman K.Ələddinovun həyat yoldaşı və uşaqları qayınatasıgildə olub. Ailə üzvləri ona zəng etsələr də, telefona cavab verməyib. Daha sonra ailə üzvləri evə gəlib, ancaq qapını açan olmayıb. Dekabrın 4-də səhər saatlarında yenidən evə gedən ailə üzvləri içəri daxil olduqdan sonra hamamda K.Ələddinovun cəsədi ilə qarşılaşıblar. |
2013-12-04 | 3,289 | “Kürdəm və Kürdistanda yaşayıram” | Türkiyədə bələdiyyə seçkilərində AKP-nin Diyarbəkir namizədi Qalib Ənsarioğlu deyib ki, Türkiyədə kürdlərin yaşadığı coğrafiya Kürdistandır. Qalib Ənsarioğlunun qatıldığı bir TV proqramında Diyarbəkir bələdiyyəsinin sədri Osman Baydəmirin dilə gətirdiyi "Türkiyə Kürdistanı" ifadəsi ilə bağlı ona verilən suala belə cavab verib: "Türkiyədə kürdlərin yaşadığı coğrafiya Kürdistandır. Bu bir irqin yaşadığı coğrafiya anlamına gəlir. Bu, bölünməyə çağırış deyildir". |
2013-12-04 | 3,290 | “Hizbullah” lideri qətlə yetirildi | "Hizbullah" partiyasının liderlərindən biri Həsən Hulu əl Lakis Livanın paytaxtının cənubunda öz evi yaxınlığında qətlə yetirilib. Partiyanın nümayəndələrindən biri "Al Mayadin" telekanalının jurnalistinə bildirib ki, bu onların liderinə qarşı olan ilk sui-qəsd deyil. Hizbullahçıların fikrincə, cinayətin arxasında ərəb ölkələri və xalqının düşməni olan İsrail durur. |
2013-12-04 | 3,291 | Jurnalistlərin döyülməsinə görə 20 cinayət işi açıldı | Kiyevdə jurnalistlərin döyülməsi ilə əlaqədar olaraq 20-dən çox cinayət işi açılıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Kiyev polisi bazar günü keçirilən etiraz aksiyası zamanı təzyiqə məruz qalmış media işçilərinin bütün müraciətlərinə dair cinayət işi açıb. Məlumata görə, jurnalistlərin döyülməsi ilə bağlı polisə 26 müraciət məktubu daxil olub. Onların hamısına dair cinayət işi artıq açılıb. Bunlardan ikisi Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır, digər müraciət məktubları isə prokurorluğa təqdim olunub. |
2013-12-04 | 3,292 | Sumqayıtda adam oğrusu tutuldu | "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 140 və 143-cü maddələri (adam oğurluğu) ilə axtarışda olan Şirxan Əmiraslanov tutulub. |
2013-12-04 | 3,293 | Sumqayıt Polis İdarəsinə yeni rəis müavini təyin olundu | Sumqayıt Şəhər Polis İdarəsində yeni təyinat olub. Bir neçə gün əvvəl öz raportu ilə işdən uzaqlaşan idarənin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Azər Cahangirovun yerinə idarənin xidmət üzrə rəis müavini Süleyman Nemətov təyinat alıb. A.Cahangirovun isə hələlik sərəncamda olduğu bildirilir. Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini A.Cahangirov Daxili İşlər Nazirliyinin rəhbərliyinə raportla müraciət edərək işdən azad edilməsini xahiş edib. A.Cahangirovun yerinə təyinat alan S.Nemətov əvvəllər Nəsimi Rayon Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Bu ilin yanvarında o, Sumqayıt Şəhər Polis İdarəsi rəisinin xidmət üzrə rəis müavini vəzifəsinə gətirilib ("APA"). |
2013-12-04 | 3,294 | İqtidar deputatı: “Birpartiyalı parlament təhlükəsi var” | "Proporsional seçki sisteminin bərpası Konstitusiya dəyişikliyinin mövzusudur". "Axar.az" xəbər verir ki, bunu millət vəkili Musa Quliyev dilə gətirib. O, bildirib ki, konstitusiya dəyişikliyi hazırda gündəmdə olmadığına görə bu məsələnin aktuallığı barədə fikir söyləmək, düşünürəm ki, o qədər də yerində olmaz: "Nə vaxt Konstitusiya dəyişikliyi gündəmə gələrsə, bu məsələni müzakirə etmək olar", - deyən millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, proporsional seçki sistemi o ölkələrdə özünü daha yaxşı doğruldur ki, orada iqtidar və müxalifət balansı təxminən bir-birinə yaxın olsun: "Yəni, siyasi qüvvələr, siyasi güclər balansı bir-birinə yaxın olsun ki, cəmiyyət şəxslərə deyil, partiyalara öz münasibətini, fikrini bildirsin. İndi biz yenidən proporsional sistemə keçsək, yenə səslərin tam böyük əksəriyyətini hakim partiya olan YAP götürəcək. O zaman belə demək mümkünsə, qorxuram ola bilər ki, heç bir müxalifət partiyası seçki barajını keçə bilməsin". M.Quliyev sözlərinə əlavə edib ki, ya gərək bitərəflər hansısa bir partiya ilə yaxınlığına görə müqavilə bağlayıb, o partiyada təmsil olunsunlar və o xətt ilə keçsinlər. "O xətt də haqlı olaraq narazılıq yarada bilər, həmin partiyanın üzvləri deyəcəklər ki, yerimizi bizim partiyadan olmayana verirsiniz. Yəni bu problem də var ortada. Bu baxımdan, Azərbaycanda bu günləri proporsional sistemin bərpasının uğurlu bir model olacağına inana bilmirəm". |
2013-12-04 | 3,295 | Snoudenin sirlərinin bir faizi çap olunub | "Qardian" qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin verdiyi materialların yalnız bir faizini çap edib. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə "Qardian" qəzetinin baş redaktoru Alan Rabridcer çıxış edib. O, kəşfiyyat materiallarının çap edilməsini vətənə xəyanət hesab etmədiklərini söyləyib. Baş redaktor həmçinin bu materiallarda heç bir təhlükə hiss etmədiklərini dəqiqləşdirdiklərini də bildirib: "Bizim redaksiya vətənpərvərlərdən təşkil olunub. Bu materiallarla bağlı Böyük Britaniyanın və ABŞ-ın yüksək vəzifəli şəxslərinin hər biri artıq məlumatın heç bir təhlükə törətmədiyini bildiriblər". |
2013-12-04 | 3,296 | Təhsil Naziri məktəblərdəki problemlərdən danışdı | Azərbaycanın bölgələrində məktəblərin istiliklə təchizatı yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və keçirilməlidir. "Axar.az"ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün jurnalistlərə bildirib. Nazir qeyd edib ki, bu, təhsil sisteminin maliyyələşdirilməsi xüsusiyyətlərindən irəli gəlir. M.Cabbarovun sözlərinə görə, regionlardakı məktəblərdə şagirdlərdən sinifləri isitmək məqsədilə odun pulu yığılırsa, buna görə Təhsil Nazirliyinə konkret faktlarla müraciət edilsin. Nazir deyib ki, Bakı məktəblərinin istilik sistemi ilə təchizatı istiqamətində müvafiq hazırlıq işləri görülüb: "Bir sıra məktəblərdə bu işlər başa çatdırılsa da, bəzilərində hələ də davam edir" ( Trend ). |
2013-12-04 | 3,297 | İnternetdə soyğunçu virus yayılıb | Yeni bir virus kompüterlərdəki faylları şifrələyir, sonra da bu şifrəni açmaq üçün istifadəçidən haqq istəyir. "Security.nl"in xəbərinə görə, "CryptoLocker" adını daşıyan virus əvvəlcə özünü kompüterlərə yoluxdurur. Sonra da kompüterlərdəki əhəmiyyətli faylları müəyyənləşdirib şifrələyir. Şifrələnən faylı aça bilməyən istifadəçi isə hakerin əlinə düşür. 100-300 dollar arası pul tələb edir Virus şifrəni açma qarşılığında istifadəçilərdən 100 ilə 300 dollar arası ödəniş tələb edir. Ancaq işi böyüdən virus, internet üzərindən pul köçürməsində iz qalmaması üçün istifadəçilərdən yeni virtual pul vahidi olan "Bitcoin" də istəyə bilir. |
2013-12-04 | 3,298 | Rus hərbi bazalarının genişlənməsi: Azərbaycanı nə gözləyir? | "Rusiya 102-ci hərbi bazanı genişləndirməklə bölgədə nəzarətini gücləndirmək istəyir". Bu sözləri "Axar.az"a açıqlamasında siyasi ekspert İlqar Vəlizadə deyib. O, Gümrüdəki hərbi bazanın Dağlıq Qarabağa müdaxiləsinin inandırıcı olmadığını söyləyib: "Doğrudur, bazanın imkanları genişləndirilir, amma bu, Rusiyanın başqa hədəfləri üçündür. Onlar bölgədə öz nəzarət funksiyalarını genişləndirmək istəyirlər". İ.Vəlizadə Rusiyanın bununla regionu və digər ətraf əraziləri diqqət mərkəzində saxlamaq niyyətində olduğunu qeyd edib: "Ermənilərə gəlincə isə, həmişə rus bazalarını öz qarantları kimi göstərirlər. Buna görə də hər dəfə rusları provokasiyaya çəkməyə çalışırlar. Lakin ruslar ermənilərdən daha geniş düşünür və məqsədləri daha geniş arealı əhatə edir". Politoloq Zərdüşt Əlizadə isə Rusiyanın bu addımını faktiki olaraq Ermənistanın işğalını dərinləşdirməsi hesab edir: "Rusiya nəyə görə Azərbaycanla münasibətləri korlamalıdır? Ermənistanın könlünü almaq üçünmü? Onsuz da bunu edir. Doğrudur, Rusiya Qarabağın işində bilavasitə iştirak edib, amma bundan o yana yox. Ruslar özləri də hər zaman savaş sözü gələndə həyasızcasına deyirlər ki, yox lazım deyil, mümkün olmaz". Politoloq həmçinin Ermənistan dövlət adamlarının açıqlamasının sərsəm bəyanat olduğunu qeyd edib: "Ermənistan dövlət adamlarının dedikləri boş bir şeydir. Onsuz da yalan diplomatiyanın qanunudur. Yalan olmasa, siyasət də olmazdı". Qeyd edək ki, dünən Ermənistan prezident administrasiyasının rəhbəri Viqen Sərkisyan 102-ci hərbi bazanın köhnə SSRİ daxilində müharibələr zamanı istifadə edilə biləcəyini və ölkəsinin müdafiə qarantı olduğunu bəyan etmişdi. |
2013-12-04 | 3,299 | Baş nazir hökuməti istefaya hazırlayır | Nikolay Azarov hökumətdə dəyişikliklərin ediləcəyinə söz verib. "Axar.az" məlumat verir ki, Ukraynanın baş naziri bəzi nazirlərin vəzifədən uzaqlaşdırılacağına söz verdiyini deyib. N.Azarov həmçinin yeni kadrlarla bağlı Viktor Yanukoviçə müraciət edəcəyini söyləyib: "Hökumətdə kim etibar qazanmayıb və öz işini yerinə yetirə bilməyibsə, istefaya getməlidir. Öz işini bacara bilməyənlər ictimaiyyət və qanun qarşısında cavab verməlidir". |
2013-12-04 | 3,300 | Təyyarələrimizin ana dili | Bir necə gün öncə Ukraynadan qayıtdım... Təəssüratlar, beynimdə dolaşan suallar, cavablarla... Bir də təəssüflərlə təbii... Həmişə Azərbaycandan ayrılanda da, ona qovuşanda da içimdə qarışıq hisslər olur, bilmirəm öz vətənimə qayıtdığıma görə sevinim, ya kədərlənim!? Bu iki hissin arasında var-gəl edib, sonra da özümü inandırmağa çalışıram ki, hələ heç nəyin sonu deyil. Amma illərdir ki, başlanğıc da gəlib çıxmır və mən hər dəfə başqa bir ölkəyə gedib qayıtdıqdan sonra cavabı alınmayan sualların sayı çoxalır. Kiyevdə üzərində Azərbaycanın bayrağı olan təyyarəyə mindim, elə ilk anda qanım qaraldı, çünki mən bələdçi xanımla öz dilimdə salamlaşdım, o isə mənə rus dilində cavab verdi. Dişlərimi sıxıb dözdüm, amma deyim ki, artıq bizim üçün adi sayılan hal məni gözlədiyimdən daha artıq qəzəbləndirdi. Bəlkə də ona görə ki, yenicə elə bir ölkədən ayrılmışdım ki, orda adamın yabançı olduğunu bilə-bilə öz dillərində danışırdılar, ancaq xahiş etdikdən sonra rus dilində ünsiyyət saxlayırdılar. Elə bir ölkədən qayıdırdım ki, orda xalq meydana çıxıb seçmək istədiyi yoldan onu sapdırmaq istəyənlərin iradəsinə qarşı getmək cəsarətini nümayiş etdirirdi. O ölkədən ki, burda kimsə vətənpərvərliyi arealizm, millətçiliyi geriçilik adlandırıb rişxənd etmirdi. Bir söz demədim, ukrayinalılar kimi üsyan etmədim... Təyyarədə xidmət başladı və bələdçilər hamı ilə ucdantutma rus dilində danışmasına bu dəfə dözə bilmədim. Bələdçi xanımdan şikayət kitabını istədim. Təlaşlandı, səbəbini soruşdu, bu dəfə də rus dilində... Dedim, indi öz dilində bunu etməməyi xahiş etdi. Mən etiraz etdim və bildirdim ki, şikayətim xidmətlə, yeməklə bağlı olsaydı, keçərdim, düşünərdim ki, sizə nə verilirsə, onu da paylayırsınız. Amma dava yemək davası deyil. Nə isə, mən şikayət kitabına öz iradımı yazdım və elə bu arada da orda yazılmış şikayətlərə baxdım. Məni ən çox öz vətəndaşlarımızın rəyləri maraqlandırdı. Sayları çox azdı, iki-üç nəfər yeməkdən şikayətlənmişdi, bir o qədər də öyrəşdiyimiz kimi, "öz ömründən kəsib" bələdçilərin, AZAL-ın ömrünə çalanmasını yazmışdı ki, təki həmişə belə xidmət etsinlər. Bir az öncə ayrıldığım ölkədə insanlar indi mənim davasını döydüyüm problemi çoxdan arxada qoyublar. Onlar artıq gələcəkləri ilə bağlı problemləri masaya yatırır, bizsə hələ də öz dilimizdə danışmamağın davasını döyməklə məşğuluq. Biz 22 il ərzində bu məsələni həll edə bilmədik, amma meydanlarda qoyub gəldiyim xalq artıq bu kimi xırda məsələləri çoxdan arxada qoymuşdu. Təyyarədən enəndə bayaq mənə rus dilində cavab verən bələdçi indi öz dilində sağollaşdı. Bilirdim ki, bu dəyişmə qısa müddətlidir, ən çoxu bir gündən sonra bu hadisə onların yadından çıxacaqdı. Amma nə olardı ki, heç olmasa həftədə bir sərnişin minəydi bu təyyarəyə və şikayət edəydi. Yeməkdən deyil, öz dilinin "doğma" yadların əlində əsir qaldığından... |
2013-12-04 | 3,301 | Bu gün 55 cinayət törədilib | "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınıb ki, onların da 24-ü "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 26 nəfər tutulub. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınıb ki, onların da 24-ü "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 26 nəfər tutulub |
2013-12-04 | 3,302 | Krımdan Kiyevə yüzlərlə xüsusi təyinatlı gəlir | Ukrayna DİN ordusunun yüzlərlə döyüşçüsü və "Tiqr" xüsusi qüvvələri Krımdan Kiyevə aksiyalarda asayişi qorumaq üçün gəlir. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Kiyevə yollanan daxili qoşun və "Tiqr" xüsusi qüvvələrinin döyüşçülərinə şlem, qalxan və şəxsi müdafiə üçün vasitələr paylanıb. Amma onlara silah verilməyib. Ukrayna baş nazirinin sözlərinə görə, aksiyalar zamanı 163 polis xəsarət alıb. |
2013-12-04 | 3,303 | Ayın kitabı – “Bir gün” oldu | "Qanun" nəşriyyatı hər ay olduğu kimi, noyabr ayında da ən çox satılan kitabları müəyyənləşdirdi. Noyabr ayının ən çox satılan kitabları: 1. BİR GÜN - David Nicholls 2. VƏ DAĞLARDAN SƏDA GƏLDİ – Xalid Hüseyni 3. DA VİNÇİ ŞİFRƏSİ – Dan Brown 4. VARLI ATA, KASIB ATA - Robert T. Kiosaki Şeron L. Lester 5. BİR-BİRİMİZƏ DEMƏDİYİMİZ SÖZLƏR- Mark Levi 6. İTİRİLMİŞ SİMVOL- Dan Brown 7. ÇƏRPƏLƏNG UÇURAN- Xalid Hüseyni 8. STAYLZDA MÜƏMMALI HADİSƏ – Aqata Kristi 9. DOSTLARI NECƏ QAZANMALI VƏ İNSANLARA TƏSİR ETMƏLİ – Deyl Karnegi 10. SİÇANLAR VƏ ADAMLAR- Con Steynbek 11. ANTİXRİST- Fridrix Nitsşe 12. QARA QƏHVƏ- Aqata Kristi 13. HAKİMİYYƏTİN 48 QANUNU- Robert Qrin 14. MƏN NECƏ İDİOT OLDUM- Martin Paj 15. SİRR- Ronda Bern 16. 99 FRANK – Frederik Beqbeder 17. SEVGİLİ CON- Nikolas Sparks 18. 100 İLİN TƏNHALIĞI – QABRİEL QARSİA MARKES 19. KOMİTET 300 – John Coleman 20. XƏZ PALTOLU MADONNA – Səbahəddin Ali Noyabr ayında ən çox satılan 20 Azərbaycan yazarının kitabı: 1. UZUN ÇƏKƏN SÖZARDI - Çingiz Abdullayev 2. YENİ CƏNGAVƏR QADINLARIN QƏBİLƏSİ - Çingiz Abdullayev 3. ATAMIN RUHU – Sabir Rüstəmxanlı 4. HAMMURAPPİ QANUNU – Çingiz Abdullayev 5. ŞƏRQ KÜLƏYİ – Çingiz Abdullayev 6. ÖLÜMÜNÜ ÖZÜN SEÇ – Çingiz Abdullayev 7. QƏRB BÜRKÜSÜ- Çingiz Abdullayev 8. АДЕПТЫ СТУЖИ - Çingiz Abdullayev 9. MİLYARDIN DƏYƏRİ - Çingiz Abdullayev 10. DİFAİ FƏDAİLƏRİ – Sabir Rüstəmxanlı 11. BAKÜ – AŞKIN GÜZERGAHI – Aytən Vahid 12. SOYUQDAN DÖNMƏYƏN CƏSUSLAR – Çingiz Abdullayev 13. BƏLƏDÇİ – Eyvaz Zeynalov 14. SOYUĞU QORUYANLAR – Çingiz Abdullayev 15. BAKI BULVARI – Çingiz Abdullayev 16. AÇ MƏNƏM – Nərmin Kamal 17. QILINC VƏ QƏLƏM – Məmməd Səid Ordubadi 18. LOTU BƏXTİYAR – Bəhram Çələbi 19. MƏNİM GÖZƏL ALİBİM – Çingiz Abdullayev 20. BAKI VƏ AZƏRBAYCAN TARİXİNƏ DAİR ƏSƏRLƏR – Məmməd Əmin Rəsulzadə |
2013-12-04 | 3,304 | Deputatın qardaşı oğluna ağır həbs qərarı - Hökm | "1001 gecə" istirahət mərkəzində ölümlə nəticələnən insidentə görə həbs edilən Rəşad Mirələmovla - deputat Hüseynbala Mirələmovun qardaşı oğlu - bağlı maraqlı məlumat yayılıb. Bildirilir ki, R.Mirələmov bundan əvvəlki həbsi dövründə cəzasının çəkmədiyi hissəsini də çəkəcək. Bu barədə qərar Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə qərarına əsasən, Rəşad Mirələmova təyin edilmiş tibbi xarakterli məcburi tədbir ləğv edilib. Həmin tədbirin ləğv edilməsi barədə Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilən vəsatət təmin olunub. Məhkəmə qərara alıb ki, Rəşad Mirələmov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 07 iyul 2004-cü il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 8 il 2 ay 3 gün müddətində olan hissəsini çəkmək üçün xüsusi rejimli cəzaçəkmə müəssisəsinə göndərilsin. Qeyd edək ki, R.Mirələmov psixi xəstəlikdən əziyyət çəkdiyi üçün cəzanın qalan hissəsini çəkməkdən azad edilmişdi. Məhkəmə isə R.Mirələmovun psixi xəstəlikdən sağaldığını əsas gətirərək hesab edib ki, ona təyin olunmuş cəzanın qalan hissəsni çəkmək üçün cəzaçəkmə müəssisənə göndərilməlidir. R.Mirələmov 2010-cu il 16 iyuna qədər ona verilən cəzanın 6 il 9 ay 27 gününü çəkib. Psixi xəstəliklə bağlı məcburi müalicəyə göndərildiyi üçün cəzanın qalan hissəsini çəkməkdən azad edilib. O, 2012-ci il iyulun 17-də "1001 gecə" istirahət mərkəzində daha bir qətl hadisəsi törədib. Ölümlə nəticələnən hadisə ilə bağlı mühakiməsi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. R.Mirələmovun vəkili Kamandar Nəsibov AzNews.az-a bildirib ki, Lənkəran məhkəməsinin qərarı ilə bağlı Şirvan Apellayasiya Məhkəməsinə şikayət verilib: "Hamı bilir ki, Rəşad psixi xəstəlikdən əziyyət çəkib və məcbur müalicəyə göndərilib. Bununla bağlı bütün sənədlər var. Lənkəran məhkəməsinin onun sağaldığını əsas gətirərək belə bir qərar çıxarmasından apellyasiya şikayəti vermişik. O ki qaldı "1001 gecə"də baş verən hadisəyə, Rəşad Mirələmov hadisəni özünümüdafiə zəminində törədib. Onun hədə-qorxu ilə kimdənsə pul tələb etməsi məhkəmədə təsdiqini tapmır. Çünki Rəşad pulu özü üçün yox, əmək haqqı ödənilməyən fəhlələr üçün alıb. İndi növbəti məhkəmə gedən dövrdə Rəşad Mirələmovun cəzasının çəkilməmiş hissəsini çəkməsi üçün cəzaçəkmə müəssisinə göndərilməsi barədə qərar doğru deyil. Çünki Rəşad Mirələmov sağalmayıb". Qeyd edək ki, Rəşad Mirələmovun hazırda "Makarov" markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməkdə, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməkdə ittiham olunur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.