date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-12-02 | 3,095 | Bakıda ilk dəfə - Yürüş | Təmiz Dünya və Yaşıl Velosipedçilər Klubu "Qadınlara qarşı şiddətə YOX" başlığı altında Bakıda velo-yürüş keçirib. "Axar.az" məlumat verir ki, belə yürüş Bakıda ilk dəfə təşkil olunub. Velo-yürüş dekabrın 1-i, saat 12.00-da Azadlıq Meydanından başlayıb. Otuzdan çox velosipedçi insanları cəlb etmək məqsədilə qırımızı rəngdə köynək geyiniblər. Təşkilat velo-yürüşün əsas məqsədi insanların diqqətini cəlb etməklə qadınlara qarşı hər növ təzyiq və zorakılığın qəbul olunmazlığını diqqətə çatdırmaqdır. Aksiyanın birinci mərhələsi Bayraq Meydanında başa çatıb. Burada yürüş iştirakçıları toplaşaraq "Qadınlara Qarşı Zorakılığa Yox" şüarı yazılan plakat qaldıraraq insanlara isti mesajlar veriblər. |
2013-12-02 | 3,096 | Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsi həll olunarsa... ” | "Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, bütün Qafqazda sülh və sabitlik olar". Bunu Tiflisdə keçirilən GUAM PA-nın VI yığıncağında iştirak edən Azərbaycan Milli Məclisi sədrinin birinci mavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan bütün beynəlxalq tədbirlərdə münaqişələr və onların həlli məsələlərini həmişə gündəmə çıxarıb: "Biz bu məsələni NATO PA, AŞ PA, Avropa Birliyində həmişə qaldırmışıq. Dağlıq Qarabağ məsələsi bizim üçün bir nömrəli məsələdir və sözsüz, həmişə çalışırıq ki, dünya ictimaiyyətinin diqqətinə çatdıraq ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu münaqişənin həlli eyni zamanda bütün Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olunması deməkdir. Ona görə də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Azərbaycan torpaqları mütləq azad edilməlidir". (APA) |
2013-12-02 | 3,097 | Baş nazir üç il sonra Çinə tarixi səfər etdi | İngiltərə Baş naziri Devid Kameron Çin Baş naziri Li Keqianqın dəvəti ilə paytaxt Pekinə 3 günlük səfər edib. "Axar.az"ın məlumatına görə, sonuncu dəfə 2010-cu ilin may ayında İngiltərə Baş naziri təyin olunduğu dönəmdə Çinə rəsmi səfər edən Kameronun bu ölkəyə ikinci səfəridir. İkitərəfli iqtisadi və siyasi əlaqələr yaratmaq üçün Kameron keçən il Tibetin ruhani lideri Dalay Lama ilə Londonda görüşməsi Çinlə əlaqələrə ağır zərbə vurmuşdu. Çinin həssas olduğu bu məsələdə İngiltərəyə qarşı göstərdiyi mövqe nəticəsində Kameron ölkəsinin Tibetin müstəqilliyini dəstəkləmədiyini elan edib. Qeyd edək ki, Kameronun Çin prezidenti Xi Jinpinq və digər çinli liderlərlə də görüşməsi gözlənilir. |
2013-12-02 | 3,098 | Kiyev İstanbuldakı konsulunu geri çağırdı | Ukrayna XİN noyabrın 30-na keçən gecə Kiyevin Müstəqillik Meydanında dinc aksiyanın dağıdılmasına etiraz edən Ukraynanın İstanbuldakı baş konsulunu geri çağırıb. Bu barədə baş konsul Boqdan Yeryomenko öz "Facebook" səhifəsində bildirib. O, xarici işlər naziri Leonid Kojara tərəfindən dekabrın 7-nə qədər Kiyevə çağırıldığını söyləyib. Qeyd edək ki, B. Yeryomenko Kiyevdə mitinqin dağıdılmasını işğalçıların və faşistlərin əməlləri ilə müqayisə edib. Nazir L. Kojara deyib ki, diplomat bununla dövlət qulluqçusunun andını pozub. (APA) |
2013-12-02 | 3,099 | Cəmil Həsənli Bakı Dövlət Universitetindən çıxarılıb | Milli Şuranın prezidentliyə keçmiş namizədi, tarix elmləri doktoru, professor Cəmil Həsənli müəllim işlədiyi Bakı Dövlət Universitetindən çıxarılıb. "Axar.az" xəbərinə görə, o, "Media forum" saytına bildirib ki, sentyabr ayından universitetə getmir: "2011-ci ildə könülü şəkildə BDU-da ştatdan çıxmışam. Amma müqavilə əsasında saathesabı dərs deyirdim. Əsasən də bir neçə magistr və doktorantın elmi rəhbəri idim və onları yetişdirirdim. Bu il sentyabrın əvvəlində universitetdən zəng etmişdilər, yeni tədris ilinin birinci yarısı üçün mənə dərs ayrılmışdı və dərs cədvəlinə də düşmüşdüm. Sonradan isə universitet rəhbərliyi mənə ayrılan dərsin ləğv olunması tapşırığı verib. Tarix fakültəsinin dekanlığı dərsi başqa müəllimə verib, adımı dərs cədvəlindən çıxarıblar. Ona görə də sentyabrdan BDU-da dərs demirəm. Ora mənim üçün çox əziz və doğma yerdir. 2011-ci ildə ştatdan çıxandan sonra çox cüzi məvacib alırdım. Mənim əsas maraq və məqsədim yaxşı tarixçilər yetişdirmək idi. İndi bu imkandan məhrum edilməyimə təəssüflənirəm". Cəmil Həsənli hesab edir ki, BDU-dan uzaqlaşdırılması Milli Şuranın prezidentliyə namizədi olması, seçki dövründə etdiyi çıxışlarda hakimiyyəti sərt tənqid etməsi, ölkədəki korrupsiya və rüşvətxorluqla bağlı faktlar açıqlaması və bunu edən şəxslərin adlarını çəkməsi ilə bağlıdır. Cəmil Həsənli 1975-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, daha sonra bu elm ocağının aspiranturasında təhsil alıb. 1980-ci ildən başlayaraq BDU-da müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. 20-dən çox kitabın müəllifidir. |
2013-12-02 | 3,100 | Yeni ilə qədər əfv gözlənilmir - AÇIQLAMA | Bu il üçün əfv sərəncamının imzalanacağı nəzərdə tutulmayıb. "Axar.az"ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova bildirib. Deputatın sözlərinə görə, qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində əfvin olması nəzərdə tutulmur. Qeyd edək ki, prezident İlham Əliyev tərəfindən sonuncu əfv fərmanı bu ilik oktyabr ayında verilib ("Azvizion.az"). |
2013-12-02 | 3,101 | Metroda sərxoş kişi faciədən döndü | Metroda sərxoş kişi qatar xəttinə yıxılıb. "Axar.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, dekabrın 1-də saat 18:00 radələrində metronun "Xalqlar Dostluğu" stansiyasında Lerik rayon sakini Əfsər Bayramov sərxoş halda qatar xəttinə yıxılıb. O, qatar xəttə yaxınlaşmadan düşdüyü yerdən çıxarılıb və xəsarətlər aldığı üçün xəstəxayana yerləşdirilib. |
2013-12-02 | 3,102 | Ukraynada jurnalisti belə döydülər - Foto | Ukraynada "Maydan"da döyülən jurnalist – Aleksandr Perevoznikin fotoları yayımlanıb. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, jurnalistin dəfələrlə özünün mətbuat nümayəndəsi olmasını deməsinə baxmayaraq, polislər buna fikir verməyiblər. Jurnalist "Berkut"un 7-8 əsgərinin onu döydüyünü bildirib. O, mitinqin ortasından könüllülər tərəfindən çıxarılaraq, ilk yardım edildiyini söyləyib. Qeyd edək ki, Ukraynadakı mitinqlər zamanı artıq 40 jurnalist xəsarət alıb. |
2013-12-02 | 3,103 | Bu gün Azərbaycanda 43 cinayət baş verib | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınıb. "Axar.az"ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 14 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 10 nəfər həbs edilib. |
2013-12-02 | 3,104 | Qubalı milyarderdən 2 milyardlıq bazar | Əslən Qubadan olan milyarder Zarah İliyev Moskvada böyük bir ticarət mərkəzinin tikintisinə başlayıb. Bu barədə "İsrail.info" portalı xəbər yayıb. Portalın yazdığına görə, ticarət mərkəzinin təkcə 200 min kvadrat metr olan sahəsinə İliyev 100 milyon dollar xərcləyib. Həmin ərazidə isə gələcəkdə "Lotos Siti" adlanacaq böyük ticarət mərkəzi tikiləcək. Artıq indidən Lotosun böyük bir ticarət şəhərciyi olacığı proqnozlaşdırılır. İliyev həmin şəhərciyin tam ərsəyə gəlib istifadəyə verilməsinə 2 miylard dollar pul xərcləyəcək. Xatırladaq ki, "Forbes"in yazdığına görə, İliyevin varidatı 6 milyard dollar civarındadır. |
2013-12-02 | 3,105 | Putinin Ermənistan səfəri başladı | Rusiya prezidenti Vladimir Putin artıq Ermənistana çatıb. "Axar.az" məlumat verir ki, rus lideri hazırda Gümrü şəhərindədir. Onun burada 102-ci hərbi bazanı ziyarət edəcəyi bildirilir. Bununla yanaşı, onun "Rusiya. Ermənistan. Gömrük İttifaqı" üçüncü regional forumunda iştirakı gözlənilir. Putinin özü ilə bərabər 6 nazir və 11 qubernator gətirdiyi bildirilib. Bununla bərabər, ölkənin digər böyük şirkətlərinin rəhbərləri də rus prezidenti ilə birgə Gümrüyə gəlib. Putinlə birgə "Rosatom", "Qazprom", "Rusal", "İnter RAO", "VTB" şirkətlərinin prezidentləri Ermənistandadır. Qeyd edək ki, Putinin Gümrüdən sonra erməni soyqırım abidəsinə əklil qoyacağı bildirilib. |
2013-12-02 | 3,106 | Rusiya vətəndaşından marixuana tapıldı | Rusiya Federasiyası istiqamətindən Azərbaycana "Xudat" gömrük postundan keçməklə gələn Rusiya vətəndaşı Amrulla Qallacovun idarə etdiyi "VAZ-21043" markalı, H 755 KX 05 RUS dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı həyata keçirilib. "Axar.az"ın xəbərinə görə, baxış zamanı avtomobildən 3 kiloqram 480 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır. |
2013-12-02 | 3,107 | AZTV-dən İTV-yə daha bir transfer | İTV-də İctimaiyyətlə Əlaqələr Departamentinin işdən uzaqlaşdırılan rəhbəri Tahir Məmmədovun yerinə təyin olunmuş şəxsin adı artıq məlumdur. Departamentin yeni müdiri də AzTV-dən gətirilən kadrdır. Cəmil Quliyev İTV-yə direktor olduqdan sonra AzTV-dən İTV-yə transfer edilən Akif Cabbarlı bu müddət ərzində texniki şöbədə çalışıb. Ancaq rəsmi iş yeri kimi İTV-nin texniki şöbəsi göstərilsə də, o, 1 aydan artıq müddət imiş ki, ictimaiyyətlə əlaqələr departamentin işi ona tapşırılıbmış. A.Cabbarlı departamentə rəhbər təyin edildikdən sonra ona köməkçi də verilib. Bu şəxs isə Cəmil Quliyevin köməkçisi Yalçın Verdiyevin qardaşı Elçin Verdiyevdir. Bu isə İctimaiyyətlə Əlaqələr departamentini yeni rəhbərini Cəmil Quliyevlə yaxın münasibətindən xəbər verir (aznews.az). |
2013-12-02 | 3,108 | Putinin səfəri Gümrünü iflic etdi - Özəl | Vladimir Putinin Gümrüdə olması ilə əlaqədar şəhərdə heç kim evindən bayıra buraxılmır. "Axar.az"ın şəxsi mənbədən əldə etdiyi məlumata görə, artıq şəhərdə ictimai nəqliyyatın da hərəkəti dayandırılıb. Şəhər mərkəzində isə heç kimin bayıra çıxmasına icazə yoxdur. Gümrü kənarında isə polis insanların hətta ən kiçik qruplar şəklində dolaşmasına icazə verilmir, sadəcə, taksilər yalnız şəhər kənarında fəaliyyət göstərir. Qeyd edək ki, bu gün Ermənistana gələn V.Putin birbaşa Gümrüyə yollanıb. |
2013-12-02 | 3,110 | İcra başçısı müavininin işdən çıxarılmasının təfərrüatı – Şok | "Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov bu gün işdən çıxmayıb, o, artıq 2 aya yaxındır ki, Azərbaycandan qaçıb". Bu barədə "Axar.az"a özəl mənbədən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, bu gün Binəqədi rayin icra başçısı Xaləddin İsgəndərovun öz birinci müavini Qəzənənfər Novruzovu işdən çıxardığı barədə verdiyi xəbər yeni deyil. Qaynağın məlumatına görə, Bakı-Sumqayıt yolunun çıxacağında, Avtovağzalla üzbəüz Binəqədi rayon ərazisinə düşən hissənin abadlaşması üçün büdcədən 2 milyon vəsait ayrılıb: "Ancaq Qəzənfər Novruzov bu vəsaiti Bakı şəhər Yaşıllaşma Təsərrüfatı Birliyinin Binəqədi şöbəsində çalışan səlahiyyətli bir şəxsin əli ilə mənimsəyib, işin üstünün açılması anında isə ölkədən qaçıb". Yaşıllaşma Təsərrüfatı Birliyi Binəqədi şöbəsinin rəis əvəzi kimi adı hallanan həmin şəxsin mənimsəmələrə görə artıq həbs olunduğunu bildirən mənbənin sözlərinə görə, Q.Novruzovun əməlləri bununla yekinlaşmır: "Binəqədi rayon icra başçısının Binəqədi qəsəbə nümayəndəsi başqa adam olsa da, ora Qəzənfər Novruzovun qohumu Nicat adında şəxs de-fakto rəhbərlik edirdi. Biləcəri ərazisində fərdi evlərin tikintisinə qeyri-rəsmi icazə verilməsini həyata keçirən də məhz o idi. Hazırda orda da külli miqdarda rüşvət faktının araşdırılması gedir". Əlavə məlumat öyrənməyə çalışırıq… |
2013-12-02 | 3,111 | İTV-dən 5 əməkdaşın istefasına açıqlama | "Onlar istefa ərizəsi yazmayıb. Sadəcə, ITV ilə bağladıqları müqavilələrin müddətləri bitib. Belə görünür ki, onlarla əmək müqaviləsi imzalanmayacaq". "Axar.az"ın xəbərinə görə, bunu Modern.az saytına İTV-dən verilən rəsmi açıqlamada bildiriblər. Qeyd edək ki, bu gün "aznews.az" İTV-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, İctimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov, həmçinin bu ilin sentyabrına kimi İTV-nin İnformasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı, "Carçı-film" Yaradıcılıq Birliyində müavin Qərənfil Xəlilovanın istefa verdiyi barədə xəbər yayıb. İTV-dən Modern.az-a verilən məlumata görə, sözügedən şəxslərlə bağlı hələ son qərar verilməyib: "Hələlik dəqiqləşdirmələr aparılır. Ancaq istefa söhbəti yoxdur. İstefa ərizəsi kadrlar şöbəsinə, yaxud rəhbərliyə hələ ki, daxil olmayıb. Ümumiyyətlə, vəzifələri imkan vermir ki, onlar istefa ərizəsi yazsın". |
2013-12-02 | 3,113 | Ukraynanın qərb şəhərlərində müddətsiz aksiya başlayıb | Ukraynanın qərb hissəsində yerləşən şəhərlərdə avrointeqrasiya tərəfdarları müddətsiz kütləvi etiraz aksiyalarına başlayıblar. Onlar bazar günü Batkivşina partiyasının lideri Arsen Yaçenyukun çağırışına cavab olaraq kütləvi aksiyalara başlayıblar. Ternopol şəhər şurasının teatr meydanında keçirilən toplantısında da dinc aksiyalarla bağlı qərar qəbul edilib. Şəhər rəhbəri Sergey Nadal əhalini işə getməməyə və meydana toplaşmağa çağırıb. Lvovda isə əhali Taras Şevçenkonun abidəsi önünə toplaşıb. Etiraz aksiyasına qoşulan şəxslər mitinqin təşkilat komitəsini yaradıblar. Daha əvvəl Lvov vilayətinin rəhbəri Pyotr Kolodi sakinləri ümummilli tətilə çağırmışdı. Onun sözlərinə görə, hər bir işçi özü niyə mitinqə getməsini anlamalı və qərar verməlidir. İvan-Frankovski şəhər nümayəndəsi Viktor Anuşkeviçus və onun köməkçisi maaşları saxlanmamaq şərtilə məzuniyətə çıxıblar. Məlumata görə icraiyyə komitəsinin digər üzvləri də analoji addım atıblar. (ANS) |
2013-12-02 | 3,114 | Yol terroru Gəncədə - Bir ölü | "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, dekabrın 1-də saat 20 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində Qəbələ rayon sakini Rəşadət Cəlilov "Mercedes" markalı avtomobili idarə edərkən yolu keçən şəhər sakini Həmayə Nəbiyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada dünyasnı dəyişib. |
2013-12-02 | 3,116 | Hələ belə boşanma səbəbi eşidilməyib | Kişi arvadından həddindən artıq təmiz olduğu üçün boşanır. "Axar.az"ın məlumatına görə, Türkiyədə bir kişi arvadının təmizliyə xüsusi həssaslığının olması üzündən bezdiyini deyib və boşanmaq üçün məhkəməyə müraciət edib. O, 4 ildir birlikdə yaşadığı həyat yoldaşından 100 min lirə mənəvi, 400 min də maddi olmaqla, ümumilikdə 500 min lirə (təxminən 250 min manat) təzminat tələb edib. Kişi məhkəməyə verdiyi ərizədə boşanma səbəblərini aşağıdakı kimi qeyd edib: "Hamamda şampunların və əl sabunlarının islanması onun üçün problem olub. Evdə corabsız gəzmək qadağan idi. Evə tük və saçın düşməsi, hətta yataqda balış üzərində tükün olması da problemə çevrilirdi. Ev təmziləndikdən sonra isə tualetə girmək qadağan idi. Evdə mətbəxin çirklənməməsi üçün yemək də bişirmirdi. Bütün yeməkləri restoranlardan sifariş edirdi",– deyə, kişi ərizəsində yazıb. Bütün bu səbəblərə görə evliliyə davam edə bilməyəcəyini söyləyən kişi, boşanmağın son çarə olduğunu bildirib. |
2013-12-02 | 3,117 | Həmyerlimizin maşını qatar altında qaldı - Video | "Axar.az" xəbər verir ki, Gürcüstan Respublikasının vətəndaşı olan Azərbaycanlının maşını qatar yolunda qəza edib. Qəzaya məruz qalan sürücünün "Axar.az"a verdiyi məlumata görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda dəmiryolunun üzərində baş verib. Qəza zamanı ölən və yaralanan olmasa da, maşının sahibinə ciddi ziyan dəyib. Qeyd edək ki, videoda olay barəsində danışan şəxs maşını qəzaya məruz qalan avtomobilin sürücüsüdür. |
2013-12-02 | 3,118 | “Sol Cəbhə” Fransanı titrətdi | Bu gün Parisdə "Sol Cəbhə" tərəfindən "Vergi inqilabı üçün" adıyla təşkil olunan etiraz yürüşündə 100 min adam iştirak edib. "İtali" meydanında başlayan yürüş Bersidəki Maliyyə Nazirliyinin yaxınlığında sona çatıb. Aksiyada "Sərmayənin vergiləndirilməsi", "ƏDV artımının ləğvi", "Vergi ədalətsizliyini dayandırın!" kimi şüarlar səsləndirilib. Maliyyə Nazirliyi qarşısından keçən nümayişçilər, nazirlikdən avtomobillərlə uzaqlaşan nazirlik işçilərinə də fit çalaraq etiraz edib. Etirazçılar "Sol Partiya" lideri Cen-Luk Melençonun nitqindən sonra heç bir qarışıqlıq salmadan dağılışıblar. |
2013-12-02 | 3,119 | Gülər Əhmədovaya hökm oxundu | Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi keçirilib. Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən iclasda keçmiş deputata 3 il hökm oxunub. Məhkəmənin hakimi Gülər Əhmədovanın bu prosesdən əvvəl məhkumluq yaşamadığını, 3-cü çağırış Milli Məclisin deputatı olmağını, himayəsində azyaşlı uşağın olması, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi və məhkəmədə davranışlarını nəzərə alınaraq, o, 3 il azadlıqdan məhrum olunub. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Eks-deputat Gülər Əhmədovanın cəzası saxlanıldığı tarixdən - 2013-cü il fevralın 13-dən hesablanır. Qeyd edək ki, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirli bilinib. |
2013-12-02 | 3,120 | Siyavuş Novruzov işdən çıxarılan məmuru təriflədi | Binəqədi rayon icra başçısının işdən çıxarılan birinci müavini, adı korrupsiyada hallanan və ölkədən qaçdığı bildirilən Qəzənfər Novruzov millət vəkili Siyavuş Novruzovun əmisi oğlu və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Məhəmməd Novruzovun qardaşıdır. "Axar.az"a daxil olan bu məlumatı dəqiqləşdirmək üçün, nəhayət, deputat Siyavuş Novruzovla əlaqə yarada bildik. Millət vəkili adı çəkilən şəxslə əmioğlu olması barəsində xəbərləri təkzib etdi. Ancaq bildirdi ki, qohumluq əlaqələri olmasa da, Qəzənfər Novruzovu yaxından tanıyır: "Onunla heç bir qohumluq əlaqələrim yoxdur. Lakin onu yaxşı tanıyıram. Çox yaxşı kadrdır və bir neçə rayonda çalışıb". |
2013-12-02 | 3,122 | Cavid Qurbanovun babasının heykəlini sökdülər - Fotolar | "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanovun babası, Azərbaycanın məşhur aşıqlarından biri olan Dədə Şəmşirin Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki heykəli sökülüb. Bu məlumatı yerli sakinlər "Axar.az"a bildiriblər. Cəmi bir neçə ay əvvəl ucaldılan və təmtəraqla açılışı keçirilən bir heykəlin sökülməsi xəbərini dəqiqləşdirmək üçün olay yerinə yollandıq. Sakinlərlə söhbətdən məlum olub ki, bu heykəl təxminən 3 ay bundan qabaq sökülüb. Belə ki, Cavid Qurbanov küçənin girəcəyindəki zibilliyi abadlaşdırıb, çox da hündür olmayan barı ilə əhatələyib, gül kolları əkilib, yaşıllıq salınıb. Sakinlərin istirahət etməsi üçün skamyalar qoyulub. Postamentin üstündə aşığın tuncdan tökülmüş büstü və yanında da Şəmşir bulağı qurulub, həmçinin Aşıq Şəmşirin şeirlərindən parçalar yazılıbmış. Sakinlər heykəlin sökülməsinin səbəbini bilmədiklərini də dedilər. Binəqədi rayon icra hakimiyyəti ilə əlaqə yaratma cəhdlərimiz isə növbəti dəfə alınmadı. |
2013-12-02 | 3,124 | Asəf Quliyev: “Buyursunlar, istefamın əsl səbəbini açıqlasınlar” | "Onlar məni qeyri-səmimilikdə ittiham edir, amma özləri istefa səbəbimi açıb demirlər". Bu sözləri Asəf Quliyev AXCP sədrinin müavini Gözəl Bayramlının onu qeyri-səmimilikdə suçlamasına cavab olaraq "Axar.az"a dedi: "Anlaya bilmirəm ki, qeyri-səmimi deyəndə nə demək istəyirlər. Mən istefamın səbəblərini demişəm və dediyim sözün üstündə də dururam. Onlar isə məni səmimi olmamaqda ittiham edirlər. Əllərində əsas varsa, buyursunlar və istefamın əsl səbəbini açıqlasınlar. Yenə də deyirəm: mən Milli Şuradan kimlərə görə getdiyimi bildirmişəm". Xatırladaq ki, sabiq AXCP funksioneri Asəf Quliyev mətbuat konfransında verdiyi açıqlamada Milli Şuradan istefa verməsinin səbəblərindən biri kimi Arif Hacılının Milli Şuranın rəhbərliyinə gətirilməsi, Milli Şuraya qarşı olduqları halda Pənah Hüseyn və Rauf Arifoğlunun Cəmil Həsənlinin vəkili təyin edilməsini göstərib. |
2013-12-02 | 3,125 | Ermənistan növbəti dövlət şirkətini Rusiyaya satdı | "ArmRosqazprom"un bütün səhmləri Rusiyaya veriləcək. "Axar.az" xəbər verir ki, bu barədə açıqlama ilə "Qazprom"un rəhbəri Aleksey Miller çıxış edib. O bu axşam sənədin legitimləşməsi üçün Ermənistan rəhbərliyi ilə müqavilə imzalayacaqlarını bildirib. A.Miller Ermənistan hökumətinin əlində olan şirkət səhmlərinin sonuncu 20%-nin bu axşam tamamilə "Qazprom"un əlinə keçəcəyini deyib. Aleksey Miller həmçinin artıq Ermənistana qazın Rusiyadakı daxili qiymətlərə uyğun satılacağını da söyləyib. |
2013-12-02 | 3,126 | “Renault” da İrana gəlməyə hazırlaşır | Fransanın "Renault" firması İrana avtomobil ehtiyat hissələrini göndərmək üçün hazırlıq işləri aparır. Bu barədə Asiya Okeaniya bölməsi rəhbəri Qils Normandin deyib. "Axar.az"ın məlumatına görə, İran və "5 +1" qrupu (altılıq) arasında əldə edilən nüvə razılaşmasından sonra Avropa firmaları İrana avtomobil hissələri göndərmək üçün danışıqlar aparır. Bu istiqamətdə "Total" və "Lukoyl" kimi neft şirkətlərindən başqa avtomobil sektoru də hərəkətə keçib. Qils Normandin məsələylə bağlı deyib ki, ehtiyat hissələrinin göndərilməsi ilə bağlı hazırlıq işləri yekunlaşıb. Yalnız maliyyə ilə bağlı məsələlər müzakirə edilir. |
2013-12-02 | 3,127 | Sabah hökumətin taleyi həll edilir | Ukrayna Radası sabah Nazirlət Kabinetinin istefaya göndərilməsi ilə bağlı məsələni səsverməyə qoymağı planlaşdırıb. "Axar.az" məlumat verir ki, bu barədə açıqlama ilə "UDAR" partiyasının sədri Vitali Kliçko çıxış edib. O, Radanın dövlət quruculuğu və özünüidarəetmə komitəsinin üzvlərinin qanun layihəsinin səsverməyə göndərilməsi üçün razılığa gəldiyini deyib. "Mənim də üzv olduğum komitənin daxilində məsələni müzakirəyə qoyduq. 8 nəfər lehinə olmaqla qanun layihəsinin səsverməyə çıxarılması təsdiqləndi". |
2013-12-02 | 3,128 | Deyirlər, xalan oğlu müxalifətçidi... | Noyabrın 30-u Əməkdar artist İlqar Cahangirin 45 illik yubileyi idi. İlqar bəy indi "Sonuncu fəsil" adlı teleserialda çəkilir. Eyni zamanda "PERO Production"ın təşkil etdiyi "Aktyorluq kursları"nda dərs deyir. İlqar bəylə adi söhbətlərimiz belə çox səmimi, maraqlı olur. Bu dəfə söhbətə elə "Oda" teatrı mövzusuyla başladıq. Noyabrın 30-da yayımlanan müsahibəmizin ardını təqdim edirik: (Davamı) (əvvəli burada) - Aktyor üçün vacib olan şeylərdən biri hansı müəllifin, hansı rejissorun əlində işləməkdir. 5 il 15 il yaxşı rejissor əlində işləmək aktyoru peşəkarlaşdırır. Elə gözəl aktyorlarımız var ki, səriştəsiz rejissorların əlində məhv olub gedir. Öz bacarığını, istedadını itirir. Bir daha demək istəyirəm, hər teatrın özündə studiyalar olmalıdı, peşəkar, yaşlı aktyorlar gənc nəsil aktyorlara məşğələlər, dərslər keçməlidirlər, gəncləri yönləndirməlidirlər. Təəssüf ki, bizdə belə şeylər yoxdu. Onlar boşboğazlıq etmirlər Bir tərəfdən də bizdə belə bir şey var ki, o şeyi bacaran adam çox danışmır. Peşəkar adamlar, peşəkar aktyorlar heç vaxt özlərini gözə soxmurlar. Mənim mono-tamaşamda da var belə bir şey: "özünü güllə qarşısına verənlər danışa bilmirlər". Onların danışmağa vaxtı olmur. Onlar özlərini sənətə, elmə, peşələrinə həsr edirlər. Onlar çıxıb boşboğazlıq etmirlər. Bu gün bizim elə müəllimlərimiz, pedaqoqlarımız, rejissorlarımız, aktyorlarımız var ki, - neçəsini saya bilərəm - Abbas Qəhrəmanov, Qurban İsmayılov kimi aktyorlar - özlərinə qapanıblar, halbuki onlar bizə, gənclərə çox şey öyrədə bilərlər. Peşəkar aktyorumuz Vidadi Həsənov da özünü bütünlüklə sənətinə həsr edən pedaqoqlarımızdan biridir. Hər yerdə yaratmaq olar Belə bir fikrimiz var ki, gələcəkdə "ODA" teatrında belə peşəkar aktyorlarla tamaşalar hazırlayaq. İndi hələ ki, məkan olaraq o imkanlarımız yoxdur, amma inşallah gələcəkdə, belə planlar nəzərdə tutulur. Söhbət, teatrı genişləndirməkdən yox, bir az da teatrallaşdırmaqdan gedir. Əvvəllər mənə desəydilər ki, burda (Zirzəmidə. – red.) teatr yaradıblar, deyərdim ki, orda heç vaxt teatr yaratmaq olmaz. Amma mən gördüm ki, hər yerdə teatr yaratmaq olar, küçədə, kafedə, çardaqda, zirzəmidə.., hər yerdə yaratmaq olar. Əsas odur ki, sən istə və çalış, cəhd eləsən, istədiyin hər şeyi edə bilərsən. Ola bilsin, müəyyən çətinliklərimiz olacaq, mane olacaqlar, yerimiz narahat olacaq, amma zamanla hər şey yoluna düşür. Hələ ki, bizə heç bir maneə törədən yoxdur. Dəfələrlə gəlib "yoxlasalar" da, dəyib-dolaşmırlar hələ ki. Bizlə çalışan aktivist gənclər var, onlarla maraqlananlar olub, onlara nəzarət olub, gəlib tamaşa boyu qapının ağzında gözləyiblər, amma girib mane olmayıblar. Şam alıb qoymuşuq ki, birdən işığı-filan kəsərlər tamaşanı şam işığında oynayaq. Teatrdı da, gülməli ya ağlamalı Teatr yeganə yerdir ki, bu günün hadisəsini göstərir. Tamaşa canlıdır, tamaşaçı görür və eşidir. Əvvəllər teatr deyəndə onun ictimai-siyasi tərəfini düşünmürdülər, teatrdı da gülməli və ya ağlamalı, gülüb-əylənməkçün yer. Amma indi-indi artıq anlamağa başlayıblar ki, əslində elə deyil. Teatr daha çox düşünmək üçün məkandır, bizə real həyat hadisələrini göstərməlidir. Xarici ölkələrdə, elə bizə qonşu ölkələrdə Türkiyədə, Gürcüstanda belə teatrlar çoxdu. Tarixdə belə şeylər var, hətta. "Çünki, o alçaq məni göstərir", deyərək, şah öz saray aktyorunun başını vurdurur. Aktyor təlxək formasını geyinib şahın bütün haqsızlıqlarını, ədalətsizliklərini göstərir... 5 milyon manat böyük məbləğdi Deyirlər ki, seriallara böyük maliyyə ayrılır, amma bu məbləğ heç də böyük maliyyə deyil. Təbii ki, 5 milyon manat böyük rəqəmdi, amma bu başqa ölkələrlə nisbətdə cüzi məbləğdir. Bir dəfə bir türk tanışla seriallar barədə söhbət edirdik, o da kino adamıdı, bizim serialı göstərirdilər. Ondan soruşdum, deyir, 90 dəqiqəsinə 80-100 min dollar pul xərclənir, dedim biz 90 dəqiqəni 20 min dollara çəkmişik. Dedi, siz 20 minə bu cür çəkmisizsə, gör 90 minə necə serial çəkərdiz. Bu reallıqlar da var. Bizim seriallarda mövzu problemi var, hamısı ailə-məişət mövzusu üzərində qurulur. Başqa mövzulara müraciət etmək lazımdı. İnandırıcı çəkmək lazımdı, mövzu tamaşaçıya inandırıcı gəlməlidir. "Deyirlər xalan oğlu müxalifətçidi, qoy işimizi görək də" İşlər çox da olsa, ailəyə vaxt ayırıram. Düzdür, əvvəlki kimi deyil, amma xeyirdən-şərdən qalan adam deyiləm, maşallah, qohum-əqrəba da çoxdur bizdə. Bir xalam oğlu var, rayonda yaşayır, balaca biznesi var. Bir dəfə zəng vurmuşdu ki, sən neynəmisən orda, deyirlər, xalan oğlu müxalifətçidi, qoy işimizi görək də. Dedim, get işini gör də, oturmusan rayonda balaca biznesinlə məşğul olursan, guya burda nə olur bitir, xəbəriniz var? (gülür) Bəzən belə hadisələr də olur. Yeyib-içən oğlan deyiləm Bir müddət işsiz qalanda borc almışdım dostlardan, indi də işləyib o borcları qaytarmaqla məşğulam (gülür). Özüm, ümumiyyətlə yeyib-içən oğlan olmadığım üçün, belə deyək, çox pul da xərcləmirəm. Siqaret çəkmirəm, 40 yaşıma qədər içki də içməmişəm, amma indi hərdənbir dostlarla azca içirəm. Kişiyik də... Ətrafımdakı qadınlar ailədə, evdə heç vaxt problem yaratmayıb. Kişiyik də, həyatımızda həmişə qadınlar olur. Müxtəlif təkliflər də olub qadınlardan, hələ də olur. Dostlar-filan görəndə, biləndə, təəccüblənirlər, "qınayırlar" ki, niyə cavab vermirsən, qarşılıq vermirsən bu qadınlara? Niyə də olmasın ki? Mən də acıqlanıram ki, yaxşı, bəsdirin (gülür). "05" açarı gətirmişdilər ki, sənindi bu Hələ yeniyetmə vaxtımda, sovet vaxtı, "05" açarı gətirmişdilər ki, sənindi bu. Açarı elə vurmuşdum gətirənin üzünə, alnı yarılmışdı. Səmimi deyirəm, məni tanıyanlar da bilirlər ki, elə şeylərdən uzağam. 25-30 illik dostlarım var, heç biri deyə bilməz ki, İlqarla filan yerə getmişik, filan şeylər eləmişik. Hər kişiliyi eləmişik, amma belə şeylərə getməmişəm mən. Bir dəfə Rusiyadan gəlmişdilər, film çəkilirdi onunla bağlı. Ölçülər lazım idi, bir-bir dedim mən də, ayaqqabı 40, kostyum ölçüm 48-50, köynək 41, boyum 1.75. Orda bir azərbaycanlı qadın vardı, geyim üzrə nə isə işçiydi, mənə dedi, əsl Azərbaycan standartlarıdır, ölçüləriniz Azərbaycan kişi standartlarına tam uyğundur. |
2013-12-02 | 3,129 | Saakaşvili etirazçılara dəstək üçün Ukraynaya getdi | Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Maydan hadisələrinə dəstək vermək üçün Ukraynaya yollanıb. "Axar.az"ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, onu bu səfərdə Acariya Muxtar Respublikasının eks-prezidenti Levon Varşolimidzenin müşaiyət etdiyi bildirilib. Mixail Saakaşvilinin burada müxalifət liderləri ilə görüşəcəyi söylənilib. Keçmiş prezidentin mənsub olduğu Vahid Milli Hərəkat Partiyasından isə səfər haqqında heç bir informasiyaya sahib olmadıqlarını bildiriblər: "Biz Mixail Saakaşvilinin səfəri ilə bağlı heç bir informasiyaya sahib deyilik. Yəni biz səfəri nə təsdiq, nə də təkzib edə bilərik". |
2013-12-02 | 3,130 | Fəhmin Hacıyev: “Bu, azərbaycanlılara təhqirdir” | "İndiki mərhələdə Ukrayna hökumətinin səhv qərarı Azərbaycanın da müstəqilliyini təhlükə altına qoyur" Ukraynada siyasi böhran getdikcə dərinləşir. Hökumətlə Avrointeqrasiya tərəfdarları - müxalifət - arasında münasibət artıq pik həddə çatıb. Bu hadisələr fonunda ölkədəki vəziyyət, oradakı azərbaycanlıların fəaliyyəti ilə əlaqədar Ukraynada yaşayan siyasi ekspert Fəhmin Hacıyevlə söhbətləşdik. - Ukraynada baş vermiş hadisələri necə qiymətləndirirsiniz? - Əvvəla onu deyim ki, bu hadisələr Ukraynada güclü vətəndaş cəmiyyətinin mövcudluğunu göstərdi. Ukrayna xalqının əksəriyyəti rus imperiyasının boyunduruğunda yaşamaq istəmir və Rusiyanın bütün təzyiqlərinə qarşı dirənməyə, sonadək mübarizə aparmağa hazırdır. Yanukoviç hökumətinin Ukrayna xalqının iradəsinin əksinə qərar verməsi cəmiyyətdə ciddi etiraza səbəb oldu və ölkə üzrə təqribən iki milyona yaxın insan aktiv etiraz bildirərək, meydanlara axışdı. Hətta Yanukoviçin siyasi qalası hesab olunan Donetskdə də insanlar meydanlara çıxdılar. - Sizcə, meydandakılara güc tətbiqi hansı nəticələrə gətirib çıxaracaq? - Meydanda ciddi güc tətbiqinin olduğunu düşünmürəm. Epizodik təxribat xarakterli hadisələr ola bilər ki, bu da etirazları dayandıra bilməz. Əksinə, daha da gücləndirər və gücləndirir də. Əgər hökumət axmaqlıq edib ordunun gücündən istifadə etmək istəsə, ordu xalqın tərəfinə keçəcək və inqilab olacaq. - Ölkədə hakimiyyət dəyişikliyi gözləmək olarmı? - İstənilən halda Ukrayna xalqı Yanukoviç hakimiyyətinə səs verməyəcək və seçkilərin nəticələrinin saxtalaşdırılmasını qəbul etməyəcək. - Yanukoviç ölkəsinin AB "Şərq Tərəfdaşlığı"na assosiativ üzlükdən imtina etməsini Ukraynanın iqtisadi vəziyyəti ilə əlaqələndirdi. Sonra bu keçid üçün 160 milyard pul gərək olduğunu bildirdi. Daha sonra isə Vilnüsdə Rusiya qarşısında tək qaldığını söylədi. Maraqlıdır, Yanukoviçin irəli sürdüyü bütün bu arqumentləri nə dərəcədə doğru hesab etmək olar? - Mən Ukraynanın iqtisadi göstəriciləri barədə tam məlumata malik deyiləm. Amma onu deyə bilərəm ki, Yanukoviçin göstərdiyi səbəblər dərsini pis bilən şagirdin müəllim qarşısında özünə bəraət qazandırmaq üçün ani uydurduğu bəhanələrə daha çox bənzəyir. Yanukoviçin geri çəkilməsinin əsas səbəbinin şəxsi hakimiyyətini qorumaq olduğu qənaətindəyəm. Əgər Vilnüsdə Ukrayna Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" proqramına imza atsaydı, Ukrayna iqtisadiyyatının Avropa standartlarına uyğunlaşdırılması çox sürətlə gedəcəkdi. Ukraynaya güclü investisiya axını olacaqdı ki, bu da iqtisadiyyatın inkişafına güclü təkan verəcəkdi. Viktor Yuşşenkonun dövründə Ukraynada onlarla xarici kapitallı banklar fəaliyyət göstərirdi. Yanukoviç gəldikdən sonra bu banklar sıxışdırılmağa başlandığı üçün əksəriyyəti geri dönməyə məcbur oldu. Qalanlar isə elə vəziyyətə salınıblar ki, ölkə iqtisadiyyatına yatırmaq üçün kredit ayırmırlar. Ukraynada təqribən on milyondan bir az çox ailə, 50 milyona yaxın əhali var. Bu ailələrin təqribən iki milyona yaxını Avropadan gələn pul hesabına dolanır. Azərbaycanlılar çörək pulu dalınca əsasən Rusiya və Türkiyəyə üz tutduqları kimi, ukraynalılar da əsasən Avropaya gedirlər. Qeyri-rəsmi hesablamalara görə, Ukraynaya Avropadan ayda 1,5 milyard avrodan çox vəsait gəlir. Rusiyadan isə əsasən Yanukoviç komandasına yaxın olan biznesmen və məmurlar faydalanırlar. Yəni əhalinin ümumi yaşayışına Rusiyanın ciddi təsir edəcəyi inandırıcı deyil. Qısa müddətli çətinliklər ola bilərdi ki, buna da Ukrayna xalqı hazır olduğunu meydanlarda bildirdi. - Fəhmin bəy, sizcə Aİ və ABŞ bölgəni qazanmaq üçün Ukraynada yenidən narıncı inqilab etməyə çalışacaqmı? - Bir şeyi unutmayaq ki, xalq öz müqəddəratını təyin etmək üçün iradə göstərdikdə ona kömək edilir. Son hadisələr isə göstərdi ki, Ukrayna xalqı Avropa ailəsində yaşamaq istəyir və buna nail olmağa çalışır. Sözsüz ki, Ukrayna xalqının bu mübarizəsi dünyadan böyük dəstək görəcək. - Aİ üçün lazım olan ən mühüm bölgə itdi. Maraqlıdır, bu hadisələr fonunda bizim ölkənin taleyi ilə bağlı politoloqlar hansı proqnozlar verirlər? - Məncə, nəticə çıxarmaq çox tezdir. Hadisələr yeni başlayır və uzun müddət davam edəcək. Yalnız silah dili ilə danışa bilən rus imperializminin çökdürülməsi prosesi hələ bitməyib. Sovet İttifaqı dağılmış olsa da, faktiki olaraq Rusiya hegemonluğu keçmiş sovet respublikalarında qalmaqdadır. Orta Asiya respublikalarında, Belarusda, Ermənistanda və qismən Azərbaycanda bunu daha çox müşahidə etməkdəyik. Sovet İttifaqının süqutunda ən böyük rolu Ukrayna oynayıb. Rusiyanın da taleyi Ukraynadan asılıdır. Ona görə də Ukrayna uğrunda mübarizə şiddətli olacaq. Sovet İttifaqı dağıldıqdan sonra isə ilk olaraq Baltikyanı ölkələr Rusiyanın caynağından xilas edildi. O zaman da Rusiya Baltikyanı ölkələrə müxtəlif cür təyziqlər edirdi. Amma xalqın iradəsi hər şeyi həll etdi. Bilirsiniz ki, Baltikyanı ölkələr BMT-nin 1949–cu il qərarı ilə Sovet İttifaqı tərəfindən işğal olunmuş ərazilər hesab olunmasına baxmayaraq, SSRİ dağılana qədər Moskva tərəfindən idarə olunub. Sonrakı mərhələdə üç Qafqaz respublikası, Moldova, Belarus və Ukrayna idi. O zaman Azərbaycan və Belarus hakimiyyətləri milli maraqları şəxsi maraqlarına qurban verdilər. Ermənistan Rusiyanın təsir dairəsindən çıxmağı, ümumiyyətlə, düşünmürdü. Gürcüstan, Moldova və Ukrayna hakimiyyətləri isə milli maraqları üstün tutaraq hakimiyyətlərini demokratik qüvvələrə qansız verə bildilər. Son prezident seçkilərində rusiyapərəst qüvvələrin Ukraynada hakimiyyətə gəlmələri vəziyyəti dəyişdi və Ukrayna avrointeqrasiyadan bir az geri qaldı. Moldova ilə Gürcüstan isə düzgün seçim etdi. Ukrayna hökumətinin səhv qərarını Ukrayna xalqı qəbul etməyəcək. Ya bu hökumət qərarını dəyişəcək və yaxud yeni hakimiyyət mütləq Avrointeqrasiya tərəfdarı olacaq. Sözsüz ki, indiki mərhələdə Ukrayna hökumətinin səhv qərarı Azərbaycanın da müstəqilliyini təhlükə altına qoyur. - Ukraynadan sonra Rusiya Qafqaza üz tutacaqmı? - Rusiya Qafqazdan nə zaman üz çevirmişdi ki, indi də geri dönsün?! Keçmiş Sovet İttifaqı ərazisində indiki mərhələdə iki geostrateji yer var. Qafqaz (xüsusən Azərbaycan) və Ukrayna. - Ukraynadakı azərbaycanlılar Maydan hadisələrində aktiv iştirak edirlərmi? - Biz Maydan hadisələrində iştirak edirik. Diskussiyalara qatılırıq və Ukrayna xalqının yanında olduğumuzu səmimi ifadə edirik. - Başqa bir məsələ isə Ukraynada millətçi təşkilatlardır. Son günlər mətbuat millətçilərin immiqrantlara qarşı münasibətinin kəskinləşdiyini yazıb. Sizin buna fikriniz necədir? - Ukraynanın millətçi təşkilatları azərbaycanlılarla yaxın dostluq münasibətlərindədir. Ümumiyyətlə, bütövlükdə Ukrayna xalqı ilə azərbaycanlılar arasında problem yoxdur. Burada olmuş bir neçə hadisədə isə Rusiyanın barmağını axtarmaq daha doğru olardı. - İlham Əliyevin Kiyevə səfəri zamanı Odessada miqrantlarla millətçilər arasında iğtişaş yaşanmışdı. Səbəb isə bir azərbaycanlının ukraynalı tələbəni öldürməsi idi. Hətta oradakı vətəndaşlarımız qorxularından çölə çıxmadıqlarını da bildirirdilər. Bizə maraqlıdır, millətçilərin birdən-birə bu qədər fəallaşması nəyin nəticəsidir? - Bu hadisəni kimlərsə qəsdən şişirdib. Tələbəçilikdə belə hadisələr çox ola bilər və buna milli qarşıdurma donu geyindirmək yumşaq desək, təxribatdır. - Ukraynadakı diasporumuzdan verilən açıqlamada belə cümlə yer almışdı ki, azərbaycanlıların ən zəif təbəqəsi (kobud desək, bir növ savadsız) Ukraynaya gəlir. Sizcə, miqrantlara qarşı münasibətin dəyişməsinə səbəb bu deyil? - Bu fikir kökündən səhvdir və azərbaycanlılara təhqirdir. Adama deyərlər, zəifi gücləndirmək, ona güclü olmanın yollarını anlatmaq sənin ən azı vicdan borcundur. |
2013-12-02 | 3,131 | Rauf Vəliyev 40 gəminin doğranmasına göstəriş verdi | "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 40 gəmini istismara yarasız olduğu üçün doğrayacaq". Bu haqda "Axar.az"a Xəzər Gəmiçiliyidən bildiriblər. Qeyd olunur ki, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyevin göstərişi ilə, aparılan yoxlamaların məntiqi nəticəsi olaraq artıq 40 gəminin yaxın günlərdə doğranıb satılacaq: "Bu gəmilər istismara yarasız olan 3.000 tonluq tankerlər, quru yük daşıyan gəmilər və bir neçə sərnişin gəmisidir". Doğranacaq gəmilər "2-nci dib" deyilən arakəsmələri olmayan və beynəlxalq konvensiyaların tələblərinə uyğun gəlməyən gəmilərdir. Beynəlxalq konvensiyaların tələblərinə görə, gəmilər ilk 20.000 saat üzdükdən sonra əsaslı təmir olunmalı və yenidən istismara buraxılmalıdır. Ümumilikdə isə 60.000 saatdan çox üzən gəmilər istismar müddətini başa vurmuş hesab olunur. Doğranacaq 3.000 tonluq tankerlər isə artıq 35 ildir ki, alınıb və hazırda yararsız vəziyyətdədir. Gəmilərin vaxtında doğranaraq metal kimi satılması idarəyə 20.000.000-na yaxın qazanc gətirəcək ki, bu pula da 2 ədəd 13.000 tonluq tanker almaq hədəflənib. Xatırladaq ki, artıq istifadə müddəti bitmiş bu gəmilərin indiyə qədər doğranmamasının səbəbi kimi təmir adı altında yeyintilər göstərilir. Hazırda buxtada çürüməkdə və təmir adı altında çirkli pulların silinməsində yardımçı olduğu deyilən gəmilərin hamısı balansdan silinəcək və doğranacaq. |
2013-12-02 | 3,132 | Elmar Məmmədyarov BMT nümayəndəsini qəbul etdi | Elmar Məmmədyarov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az" məlumat verir ki, görüşdə Azərbaycanla sözügedən təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyəti və yaxın gələcəkdə inkişaf perspektivləri müzakirə edilib. Qonaq Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasını ölkəmizin bu təşkilat ilə əməkdaşlığında müsbət addım kimi xüsusi qeyd edib. Sven Alkalay təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli biznes mühitinin yaradılmasından məmnun olduğunu və məhz bunun ölkə bazarının xarici iş adamları üçün cəlbedici yerə çevrilməsinə şərait yaratdığını qeyd edib. |
2013-12-02 | 3,133 | Dövlət Sosial Müdafiə Fonduna sədr təyin olunub - Sərəncam | Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin edilib. "Axar.az" məlumat verir ki, Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, Elman Lütvü oğlu Mehdiyev Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilib. E.Mehdiyev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. 1994-1996-cı illərdə Dövlət vergi xidməti orqanlarında çalışıb. 1996-2003-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləyib. 2003-cü ildən Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini təyin edilib və Fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb. E.Mehdiyev iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Evlidir, 2 övladı var. |
2013-12-02 | 3,134 | Neft Daşlarında faciə: fəhlə öldü | null |
2013-12-02 | 3,135 | Cəmil Quliyev İsmayıl Ömərovun daha bir kadrını "vurdu" | İTV-nin baş direktoru Cəmil Quliyev daha bir yetkilini vəzifəsindən uzaqlaşdırıb. "Axar.az"ın məlumatına görə, bu dəfə Maliyyə Departamentinin direktor müavini, əslən Gürcüstandan olan Hamlet Mollayev postu ilə vidalaşıb. Xatırladaq ki, bir müddət əvvəl bu departamentin direktoru Şəfəq Nəcəfova və departamentin daha 5 əməkdaşı işdən çıxarılmıştı. Onların yerinə AzTV-nin əməkdaşları təyinat almışdı ("AzNews.az"). |
2013-12-02 | 3,136 | İki təyyarə toqquşdu - Anbaan | ABŞ-ın Viskonsin ştatının səmasında iki təyyarə toqquşub. "Cessna" markalı təyyarələrin toqquşması və onlardan birinin səmada alışması nəticəsində yaşanan faciədən 9 skaydayver-paraşütçü zorla qurtulub. Təyyarələr səmada toqquşublar. Toqquşma anını skaydayverlərdən biri videoya çəkib. Paraşütçülər ölümdən qurtulmaq üçün 3650 metrdən aşağı atılıblar. Superior şəhəri yaxınlığında baş vermiş olayda 9 paraşütçü və yanan təyyarənin pilotu Mett Flendler sağ qalıblar. İkinci təyyarə ciddi zədələr alsa da, yerə endirilib./Milli.az |
2013-12-03 | 3,137 | Mahsun Kırmızıgül keçəl oldu | Mahsun Kırmızıgül 2014-cü ildə ekranlara çıxacaq "Möcüzə" filmi üçün saçlarını qurban verib. Filmdə ruhi xəstə olan adamın həyatı lentə alınıb. "Möcüzə" filminin baş rollarını Talat Bulut, Büşra Pekin və Mert Turak kimi aktyorlar ifa edib. Adıçəkilən filmdə ruhi xəstəni canlandıran Kırmızıgül roluna görə başını keçəl qırxdırıb. Qeyd edək ki, ən yaxın dostlarına belə keçəl halıyla görünmək istəməyən aktyor film çəkilişlərindən sonra Amerikaya gedib. |
2013-12-03 | 3,138 | “Rusiya Filmləri Həftəsi” başlayır | Dekabrın 5-dən 10-na qədər Bakının "Nizami" kinoteatrında"Rusiya Filmləri Həftəsi" keçiriləcək. "Axar.az" Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, həftə zamanı son illərin ən yaxşı filmləri, o cümlədən "Matç", "İki gün", "Metro", "Mən yanında olacağam" və digər filmlər nümayiş olunacaq. Teatra giriş pulsuzdur. |
2013-12-03 | 3,139 | ABŞ-da dünyanın ən eybəcər iti ölüb - Foto | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatında dünyanın ən eybəcər iti ölüb. Bildirək ki, it 2007-ci ildə rəsmi olaraq bu ada layiq görülüb. İtin adı Elvud, ləqəbi isə Yoda idi. Elvud - nazik saçsız qara bədəni, uzun dili, böyük qulaq və bir kor gözü ilə fərqlənirdi. Məlumat üçün qeyd edək ki, it "Hamı Elvudu sevir" adlı uşaq kitabının personajı olub. Bundan əlavə, o, evsiz insanlara və tərk edilmiş heyvanlara yönəlmiş xeyriyyə tədbirlərində iştirak edib. |
2013-12-02 | 3,140 | Ermənistanla Rusiya arasında bir neçə saziş imzalanıb | Rusiya ilə Ermənistan arasında qaz sahəsinə aid bir neçə sənəd imzalanıb. Həmin sənədlər "ArmRosqazprom" QSC-nin səhmlərinin satışı, qazın qiyməti və "ArmRosqazprom" üçün güzəştləri nəzərdə tutur. Konkret olaraq Ermənistan hökuməti Rusiyanın "Qazprom" şirkəti ilə "ArmRosqazprom" QSC-yə güzəştlərin edilməsinə dair saziş imzalayıb. "Qazprom" "ArmRosqazprom"un nizamnamə kapitalında 80% paya, Ermənistan isə 20% paya malikdir. Moskva ilə İrəvan həmçinin Ermənistana idxal olunan qaz, neft məhsulları və emal olunmamış almazlara ixrac rüsumlarının ləğvinə dair saziş imzalayıb ("APA"). |
2013-12-02 | 3,141 | Putin Ukrayna hadisələrindən danışdı | Ukraynadakı hadisələr inqilabı yox, daha çox talanı xatırladır. "Axar.az"ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İrəvanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib. Putin hesab edir ki, Kiyevdə və digər şəhərlərdə baş verənlər Ukraynanın Avropa İttifaqı ilə münasibətlərinin nəticəsindən asılı deyil. "Mənim fikrimcə, bu, daxili siyasi prosesdir, müxalifətin legitim hakimiyyəti titrətmək cəhdidir. Bunlar bu gün üçün yox, 2015-ci il prezident seçkiləri üçün hazırlanıb", - deyə o bildirib. |
2013-12-02 | 3,142 | "Forsaj" qəhrəmanının ölməsi xəbəri yalan çıxdı - Foto | Bütün dünyada sarsıdıcı xəbərə səbəb olan "Forsaj" filmindən tanınan məşhur aktyor Pol Uokerin ölüm xəbəri təkzib edilib. Xəbər verdiyimiz kimi, Rusiya mətbuatında yayılan xəbərdə məşhur aktyorun ağır yol qəzası nəticəsində ölməsi haqqında məlumatlar yayılsa da, bu gün onun sağ olması və ağır əməliyyatdan sonra yaşadığı bildirilib. Hətta aktyorun əməliyyatdan sonrakı şəkilləri də yayılıb. Qeyd edək ki, aktyorun ölümü ilə bağlı xəbəri ilk olaraq xarici mətbuat yayıb. |
2013-12-03 | 3,143 | Qızın qaçırılması anbaan lentə alınıb - Video | Qazaxıstanda gəlinin qaçırılması ilə bağlı olan video internetdə böyük səs-küyə səbəb olub. Bu videonu yerləşdirən Kayrat Kojabekov adlı istifadəçi qeyd edib ki, video 2012-ci ildə Cənubi Qazaxıstanın Maktaaral rayonundatelefonla qeydə alınıb.Videoda da göründüyü kimi, cavan oğlan və onun qohumları qızı zorla evə gətirirlər. Qız ağlayaraq burda qalmayacağını bildirir. Oğlanın qohumları isə qızı güclə evin içində saxlayır. Onlardan bəziləri fiziki gücdən də istifadə edir.Bu videoya baxan hər kəs qıza qarşı edilən bu zorakı hərəkətdən əsəbiləşirlər. Belə ki, insanın qaçırılması və azadlıqdan məhrum olması cinayət əməli sayılır. Kayrat Kojabekov isə profilində gəlinin qaçırılmasını onun regionu üçün adi hal olduğunu yazıb: "Videodakı qız isə ordakı oğlanla qalmağa məcbur idi: indi onun oğlu var",-deyə əlavə edib. (() => { var zoneInfo = { slot: '/22785635315/22888590577', size: [600, 338], zoneId: '22887590577', }; var adviadAd = document.createElement('div'); adviadAd.setAttribute("style", "min-width: 600px; max-height: 338px; text-align:center;"); adviadAd.setAttribute("id", zoneInfo.zoneId); let script = document.createElement('script'); script.defer = true; script.src = "https://ssp.adviad.com/v1/get_ads.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(script); let findCenter = document.createElement('script'); findCenter.defer = true; findCenter.src = "https://ssp.adviad.com/v1/findCenter.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(findCenter); script.onload = function () { adviadFetchKeys(zoneInfo) } findCenter.onload = function () { setElement(adviadAd) } })() |
2013-12-02 | 3,144 | Bakıda Qız qalasının qarşısında zəncirvari qəza | Bakıda Neftçilər prospektində Qız qalasının qarşısında zəncirvari qəza baş verib. "Axar.az"ın xəbərinə görə, 6 avtomobil zəncivari olaraq bir-birinə toqquşub. İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. Qəza nəticəsində yüngül xəsarət alanlar olub. Qəza baş verdikdən sonra Neftçilər prospektində tıxac yaranıb. Yol polisi hal-hazırda tıxacın aradan qaldırılması üçün müvafiq tədbirlər görür ( Trend ). |
2013-12-02 | 3,145 | Qazaxda yol-nəqliyyat hadisəsi baş verib | Qazax rayonunda qəza baş verib. Hadisə axşam saat 20:00 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ- 2106 markalı maşınla "Mersedes" markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmasada, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerində Yol Patrul Xidmətinin əməkdaşları araşdırmalara başlayıb. (ANS) |
2013-12-02 | 3,146 | Putin İrəvanda "Dağlıq Qarabağ"dan danışdı | Rusiya Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa təmasların bərpasını alqışlayır. Bu sözləri İrəvanda keçirdiyi brifinqdə Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı regional və beynəlxalq məsələlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi həlli ilə bağlı məsələyə toxunulub. "Bildiyiniz kimi mən bir müddət öncə Bakıda səfərdə olmuşam. Biz Azərbaycan prezidenti ilə Qarabağ nizamlanması perspektivlərini ətraflı müzakirə etdik. Noyabrın 19-da Vyanada keçirilən görüşün pozitiv xarakterli olmasını qeyd etmək mənə olduqca xoşdur. Biz tərəflərin sağlam düşüncəsinə və münaqişəni həll etmək səylərinə ümid edirik. ATƏT-in Minsk qrupu çərçivəsində buna hərtərəfli dəstək verəcəyik", - deyə o vurğulayıb. (APA) |
2013-12-03 | 3,147 | Dünyanın ən qəribə hadisələri - Fotolar | Avstriyada layihə üçün ölü təqlidi edərək şəkil çəkdirən sənətçinin fotoşəkilləri İnterpolda cinayət işinin başlamasına səbəb olub. Avstriyanın Vyana şəhərində təhlükəsizlik dəstələri İnterpolun da qarışdığı bu cinayəti həll etmək üçün iş başına keçib.Əllərindəki fotoşəkillərdə görünən ölü qadını araşdıran polis kadrların "ölüm" mövzulu bir layihə üçün çalışan sənətçiyə aid olduğundan xəbərsiz idi.Konsept sənətçisi Siqrid Flekseder ortağı Kristian Tomas ilə birlikdə "Ölümün 4 mövsümü" adlı bir layihə hazırlayıb.Reyslər üzərində cəsəd görüntüsü verən Flekseder ortağıyla birlikdə çəkdiyi kadrları yayılmaq üçün nəşriyyata göndərib. Şəkilləri nəşr edən işçilər gördüklərinə heyrətləniblər və polisə müraciət ediblər.Şəkilləri araşdıran mərkəz işçiləri isə vəziyyəti İnterpola xəbər veriblər. "Cinayəti" araşdıran detektivlər şəkillərin göndərildiyi ünvana gedərək faktlar toplamağı planlaşdırarkən Fleksederlə qarşılaşırlar. Bundan sonra vəziyyət anlaşılıb. Flekseder mövzuyla əlaqədarbunları deyib: "Kimin daha çox təəccübləndiyini təxmin edə bilmirəm. Qarşımda İnterpolu görəndə mən daha çox heyrətlənmişdim, yoxsa yaşayan bir cəsədlə qarşılaşan polislər!?" Kürəyində tabutla ünvan axtardı İzmirin Çiğli mahalında baş verən intihar yerinə getmək istəyən cənazə maşınının sürücüsü, əlində telefon kürəyində tabut ünvan axtarıb. Hadisə yerinin məskunlaşma yerinə uzaq və kimsəsiz bir bölgədə olması cənazə işləri qruplarına da çətin anlar yaşadıb. Böyük bir tarlanın ortasında olan binaya çatmaqda çətinlik çəkən cənazə işlərinin səlahiyyətli şəxsi kürəyində tabut, əlində telefonla ünvan axtarıb. Hamilə olduğunu anlamadan 7 ay basketbol oynayıb 23 yaşında Braziliyalı qadın basketbolçu hamilə qaldığını anlamadan 7 ay boyunca komandasında turnirlərə qatılıb. Silviya Kristina Gustavo Roça adlı gənc idmançı hamilə olduğunu 7 aylıq körpəsini dünyaya gətirməzdən yalnız 3 gün əvvəl, qarnında ağrı hiss edəndən sonra müraciət etdiyi həkimdən öyrənib. Körpəsinə Luis Ferdinand adını qoyan gənc ana:"Hamilə qaldığımdan xəbərsizdim. Yalnız bir az kökəldiyimi düşünürdüm",- deyib. |
2013-12-02 | 3,148 | Misirdə siyasi partiyaların yaradılması qadağan edildi | Misirin əsas qanununa düzəlişlər edilməsi üçün yaradılan "Komissiya-50" adlı Konstitusiya Komissiyası ölkənin yeni konstitusiyasının layihəsini təsdiq edib. "Axar.az"ın məlumatına görə, sənəd Misirin müvəqqəti prezidenti Ədli Mənsur tərəfindən imzalanmaq üçün ona təqdim ediləcək, Ə.Mənsur onu imzalayandan sonra isə konstitusiyaya dair ümumxalq referendumunun tarixi təyin ediləcək. Sənədin preambulunda qeyd edilir ki, Misir Ərəb Respublikası mülki idarəetmə sistemli müasir demokratik dövlətdir. 247 maddədən ibarət olan Konstitusiyanın 45 maddəsi fəhlə və kəndlilərin hüquqlarına həsr edilib. Yeni Konstitusiyaya görə, dini prinsip üzrə siyasi partiyalar yaradılması qadağan edilir. Sənəddə həmçinin Məşvərət Şurasının ləğv edilməsi və yalnız bir palatadan ibarət parlament yaradılması nəzərdə tutulub (bundan əvvəl ölkənin qanunvericilik orqanında iki palata vardı – Xalq Məclisi və Məşvərət Şurası). Misirin yeni Konstitusiyasına əsasən, prezident vəzifəsinə namizədi ölkə parlamentinin ən azı 20 üzvü və ya səsvermə hüququna malik olan ən azı 25 min vətəndaş dəstəkləməlidir. Bu halda namizədi dəstəkləyənlər hər əyalətdən ən azı 1000 nəfər olmaqla ən azı 15 əyaləti təmsil etməlidirlər. Konstitusiya ümumxalq referendumunda təsdiq ediləndən sonra prezident və parlament seçkiləri keçirilməsi üçün altı ay vaxt ayrılır. Prezident və parlament seçkilərinin keçirilməsi ardıcıllığı Misirin qanunları ilə tənzimlənəcəkdir. Bu halda həmin seçkilərdən birincisi əsas qanun qüvvəyə minəndən ən azı 30 gün və ən çoxu 90 gün sonra, digər seçkilər isə Konstitusiya qüvvəyə mindiyi gündən altı ay müddətində keçirilməlidir. Yeni Konstitusiya layihəsində ölkənin müdafiə nazirinin Silahlı Qüvvələrin Ali Şurası ilə razılaşdırılmaqla təyin edilməsi nəzərdə tutulur. Sənəddə müstəqil məhkəmə sistemi haqqında maddə vardır. Bu sistemdə hakimlər yalnız ölkənin qanunlarına tabedir, onlar bərabər hüquq və vəzifələrə malikdirlər. Qeyd etmək lazımdır ki, Konstitusiya Komissiyasının tərkibinə əsas siyasi partiyaların və vətəndaş cəmiyyətinin, dünyəvi müxalifətin, dini icmaların nümayəndələri və digər məşhur ictimai xadimlər daxildir. |
2013-12-02 | 3,149 | Selincerin vəsiyyətinə əməl etmədilər | Amerikanın məşhur yazarı Devid Selincerin ölümündən əvvəl yazdığı və heç yerdə nəşr etmədiyi üç əhvalat (hekayə) virtual aləmə sızdırılıb. "Axar.az"ın məlumatına görə, "Çovdarlıqda uçurumdan qoruyan" adlı məşhur romanın müəllifinin ölümündən sonra çap edilən hekayələrin ona məxsus olması yazıçının araşdırmaçısı olan Kennez Slavenski tərəfindən təsdiqlənib. O, açıqlamasında bildirib ki, hər üç hekayənin tərzi Selincerin qələmi ilə uyğun gəlir. Həmin hekayələr isə bunlardır: "Paula", "Birthday Boy" (Ad günü oğlanı) və "The Ocean Full of Bowling Balls" (Bolinq toplarıyla dolu okean). Qeyd edək ki, Selincerin vəsiyyətində hekayələrin onun ölümündən ən tez 50 il sonra yayılacağı bildirilir. Hesablamalara görə, 2010-cu ildə dünyasını dəyişən 91 yaşlı yazarın hekayələri 2060-cı ilə qədər gizli saxlanılmalı idi. |
2013-12-02 | 3,150 | Müsəlman dünyasının ən nüfuzlu xadimləri - Siyahı | Müsəlman dünyasının ən nüfuzlu 500 xadiminin siyahısı açıqlanıb. "Axar.az"ın xəbərinə görə, bu siyahı hər il ekspertlər arasında qlobal səviyyədə aparılan sorğu əsasında İordaniya Kral Strateji Araşdırmalar İnstitutu tərəfindən tərtib olunur. Siyahıya Əl-Əzhar Universitetinin şeyxi Məhəmməd ət-Tayib başçılıq edir. O, bu siyahıda Səudiyyə Ərəbistanı Kralı Abdullanı geridə qoyub. Üçüncü yerdə İranın dini lideri Ayətulla Xameneyi, daha sonra İordaniya Kralı II Abdulla və Mərakeş Kralı VI Məhəmməd gəlirlər. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu il 6-cı, İndoneziya Prezidenti Susilo Bambanq Yodxonono 7-ci yerdə qərarlaşıblar. İraq şiələrinin başçısı Ayətulla Sistani 8-ci, Oman Sultanı Kabus 9-cu yerləri bölüşürlər. İlk onluğu Əbu-Dabinin vəliəhd şahzadəsi, BƏƏ ordusunun Baş Komandanı Məhəmməd bin Zayed Əl-Nahyan tamamlayır. 2013-cü ilin siyahısında yeni adlar yer alıb: pakistanlı məktəbli Malala Yusefzai, İran Prezidenti Həsən Ruhani, Pakistanın Baş naziri Nəvaz Şərif, İndoneziyada tanınmış vaiz Həbib Lütfü Yəhya. |
2013-12-02 | 3,151 | Gülər Əhmədovanın qadın qohumları saçyoldusuna çıxdı - Video | Bu gün Ağır Cinayətlər Məhkəməsində eks-deputat Gülər Əhmədovanın işi ilə bağlı son məhkəmə iclasından sonra ilginc olaylar yaşanıb. Hakim G.Əhmədovaya hökm oxuyandan sonra məhkumun prosesdə iştirak edən ailə üzvləri ilə görüşməsinə imkan yaradılıb. G.Əhmədova bacısı Gülnar Əhmədova və qardaşı İlqar Mikayıloğlunun ikinci həyat yoldaşı kimi adı hallanan Zülfiyyə Babayeva (Zülfiyyə Babayeva ANS TV-də "Hökm" verilişinin aparıcısı və G.Əhmədovanın vəkillərindən biridir – red.) ilə görüşüb. Amma qısa söhbət insidentlə müşayiət olunub. Məhkəmə işçilərinin gözü qarşısında Gülnar Əhmədova Zülfiyyə Babayevanı ağır söyüşlərlə təhqir edərək onu döyüb. Əlbəyaxa olan qadınları güclə ayırsalar da, mübahisə az sonra yenidən Ağır Cinayətlər Məhkəməsinin dəhlizində davam edib. ANS TV-nin tanınmış aparıcısı İlqar Mikayıloğlunun birinci həyat yoldaşı da davaya qoşulub. Gəlin-baldız Zülfiyyə Babayevanı yenə döyüblər. Qadınları yenidən ayıraraq məhkəmə binasını tərk etməyə məcbur ediblər. Publika.Az əməkdaşının bildirdiyinə görə, Gülər Əhmədovanın bacısı Gülnar Əhmədovanın üzündə Zülfiyyə Babayevanın hücumundan sonra dırnaq və qan izləri aydın görünüb. Qadınların hansı səbəbdən dalaşmaları bəlli deyil. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Xatırladaq ki, bu gün Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir. ("publika.az") |
2013-12-03 | 3,152 | Sibel Canın mahnısı plagiat çıxdı | Bəstəkar Cavit Dəringölün qızı Ahu Payız mahnının 2008-ci ildə həyatını itirən atasına aid olduğu iddia edib. Sibel Canın oxuduğu mahnı haqqında İstanbul Respublika Baş Prokurorluğuna müraciət edən Payız ərizəsində müəllif hüquqlarının qorunmasını tələb edib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, artıq Sibel Can məsələyə münasibət bildirib. O bu cür vəfasızlıq etmədiyini dəfələrlə Türkiyə mətbuatına açıqlayıb: "Bir musiqiçi qızı olaraq belə bir vəfasızlıq edə bilmərəm. Mənim üçün hər mahnı çox əhəmiyyətlidir. Adımın belə bir hadisədə hallanması məni çox təəssüfləndirir. Hamı bilsin ki, mahnının bütün ödənişlərini etmişəm. Mən heç kimin haqqını yemərəm". Qeyd edək ki, Türkiyə Prokurorluğunun apardığı araşdırmadan mahnının Cavit Deringölə aid olduğu aydın olub. Məsələ ilə əlaqədar olaraq mahnının hazırkı müəllifi kimi çıxış edən Naci Köçəndən təzminat ödənilməsi tələb olunub. |
2013-12-02 | 3,153 | İlham Əliyev: "Bu, Azərbaycanın brendidir" | Azərbaycan Prezidenti İlham Əliyevin "Euronews" telekanalına müsahibəsi - Bilirəm ki, Siz informasiya texnologiyaları sektoruna xüsusi diqqət yetirirsiniz. Bu barədə ətraflı danışa bilərsinizmi? - Bəli, bu, hazırda Azərbaycan iqtisadiyyatının inkişafı üçün əsas istiqamətlərdən biridir. Bu sektorun çox böyük perspektivi vardır. Bu, ideyalar yaradan, ölkəmizdə ümumi təhsilin səviyyəsinin yüksəlməsinə təkan verən sektordur, bizim aparıcı beynəlxalq elmi araşdırmalara qoşulmağımıza kömək edir. Eləcə də, əlbəttə ki, iqtisadiyyatın, xüsusən də qeyri-neft sahəsinin inkişafı üçün informasiya texnologiyaları sektoru böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, bu il ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. Bu, əsasən onunla əlaqədardır ki, bu il Azərbaycanın ilk süni peyki buraxılıb. Bu minvalla biz kosmik sənayesi olan ölkəyə çevrildik. Həmin peyk tamamilə Azərbaycan mütəxəssislərinin idarəsinə verilib. Biz bu proqramı daha da genişləndirmək niyyətindəyik. Yaxın vaxtlarda ikinci, üçüncü peyklər də buraxılacaqdır. Bizim ölkəmizi informasiya texnologiyalarının tamamilə əhatə etməsi əhaliyə müasir xidmətlər göstərilməsinə imkanlar yaradacaqdır. Bildiyiniz kimi, ölkəmizdə bu yaxınlarda əhaliyə kütləvi xidmətlər göstərən "ASAN xidmət" fəaliyyətə başlayıb. Bu, əslində Azərbaycanın brendidir. Regionlarda informasiya-kommunikasiya texnologiyaları inkişaf edir. Hazırda biz genişzolaqlı internetin hər bir kənddə tətbiqi üzərində işləyirik. Bu layihəni dövlət maliyyələşdirəcəkdir. Hazırda bu istiqamətdə xeyli iş görülür. "Bakutel" sərgisinin iştirakçılarının sayı ilbəil artmaqdadır. Yeni tədqiqatlar üzə çıxır. Biz təkcə neft-qaz əməliyyatlarının, humanitar əməkdaşlığın deyil, eləcə də regionumuzda müasir texnologiyaların mərkəzinə çevrilmək istəyirik. - Siz elektron hökumət - "ASAN xidmət"i xatırlatdınız. Sizcə əhalinin hökumət strukturlarına məhz bu cür müraciət etməsi nə qədər vacibdir? - Bu, çox mühüm məsələdir. Bu, bizə korrupsiya ilə mübarizə aparmağa, bürokratizmi aradan qaldırmağa, əhaliyə birbaşa almalı olduğu xidmətləri maneəsiz əldə etməyə kömək edir. Təəssüf ki, bu, həmişə baş tutmur. Buna görə də "ASAN xidmət" özündə bir neçə funksiya daşıyır. Birincisi, müasir xidmətlər göstərilməsi, ikincisi, korrupsiya ilə mübarizə, şəffaflıq, kadrların hazırlanması. "ASAN xidmət" sistemində artıq yüzlərlə könüllü çalışır. Onların əksəriyyəti gənclərdir. Bu könüllülər özləri gələrək insanlara təmənnasız yardım edirlər. Bu, dövlət ilə vətəndaşlar, dövlət məmurları ilə dövlət təsisatları arasında qarşılıqlı münasibətlərin yeni formasıdır. Təsadüfi deyil ki, "ASAN xidmət" sisteminin həyata keçirilməsindən bir ildən də az vaxt ötsə də, artıq 500 mindən çox vətəndaş bu xidmətə müraciət edib. Heç bir şikayət olmayıb. Hamı razıdır. Bu, həqiqətən müasir Azərbaycanın brendinə çevrilib. Biz ölkəni modernləşdiririk, siyasi sistem də modernləşdirilir. Bu halda biz bütün sahələri modernləşdirməliyik. İnsanlar üçün elə bir şərait yaratmalıyıq ki, onlar razı qalsınlar və arayışların alınmasına hədər yerə vaxt itirməsinlər. Halbuki, indi bu sənədləri bir neçə dəqiqə ərzində əldə edə bilirlər. - Bu sərgi Sizin elan etdiyiniz "İnformasiya-kommunikasiya texnologiyaları ili"nin özünəməxsus aynasıdır. Siz bu sərgi barədə nə düşünürsünüz? Axı, Siz birinci dəfə deyil ki, "BakuTel" sərgisinə baş çəkirsiniz. O, elə bil dəyişib, daha da böyüyüb... - Mən hər il "BakuTel" sərgisində oluram. Əlbəttə, o, ildən-ilə genişlənir, iştirakçıların sayı artır. Məni sevindirən odur ki, həm yerli, həm də xarici şirkətlərin sayı çoxalır. Deməli, biznes artmaqdadır, informasiya texnologiyaları üzrə aparıcı beynəlxalq şirkətlərin Azərbaycana diqqəti də artır. Biz bu işə başlayanda qarşımıza belə bir məqsəd qoymuşduq ki, o, ənənəvi neft sərgisi kimi beynəlxalq nüfuz qazansın. Neft sərgisi bizə neft-qaz yataqlarını inkişaf etdirməyə kömək göstərmişdir. Biz neft-qaz layihəsinə başlayanda Azərbaycanı çox az ölkə tanıyırdı. "BakuTel" də eyni vəzifəni daşıyır. İndi biz bütün dünyada təkcə neft-qaz ehtiyatlarına malik olan ölkə kimi deyil, həmçinin gələcəkdə yüksək səviyyəli elmi potensiala və informasiya-kommunikasıya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq. Əlbəttə, Azərbaycanın bu sahədə dəb qanunvericisi rolunu oynayacağını düşünmək sadəlövhlük olardı. Mən həmişə demişəm ki, biz dəb qanunvericilərinin bir addımlığında olmalıyıq və ən müasir texnologiyaları iqtisadiyyatımıza tətbiq etməliyik. Bu proseslərdə dövlət təminatçı kimi çıxış edir, çünki maliyyənin əksər hissəsini dövlət təmin edir. Fərdi sektor isə dövlətin ardınca, yaxud onunla paralel olaraq addımlayır və bizim yaratdığımız bütün imkanlardan istifadə edir. Biz yüksək templərlə irəli gedirik, müasir dövlət qururuq. Bu gün müasir texnologiyalar olmadan heç bir dövlət normal inkişaf etməyə qadir deyildir. - Mümkünsə, "TASİM" layihəsi barədə də bir neçə kəlmə deyərdiniz. Çünki bu, böyük, qlobal layihədir, həm Azərbaycan, həm də region üçün vacibdir. - Bəli, biz bir çox qlobal layihələrdə - kommunikasiya, energetika və nəqliyyat layihələrində iştirak edirik. Bizim coğrafi vəziyyətimiz elədir ki, həm Şimal ilə Cənub, həm də Qərb ilə Şərq arasında təbii kəsişmə nöqtəsiyik. Lakin infrastruktursuz belə coğrafi mövqenin heç bir əhəmiyyəti yoxdur. Deməli, onu səmərəli infrastrukturla gücləndirmək lazımdır. Energetika dəhlizləri bu gün Avropanın və digər qitələrin diqqətini cəlb edir. Həyata keçirdiyimiz nəqliyyat layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yollarının birləşdirilməsi, həmçinin qitələrarası əhəmiyyət daşıyacaqdır. Bu yol İpək Yolunun bərpasıdır, Çindən Londona qədər gedib çatacaqdır. Kommunikasiya sahəsində də belədir. Elektron xidmətlərlə əlaqədar Azərbaycanda inşa olunan kommunikasiyalar insanları, ölkələri yaxınlaşdırmağa xidmət edir və Azərbaycana uzun illər boyu dividendlər gətirəcəkdir. TASİM layihəsi də bu qəbildəndir. Yəni, bütün bunlar ölkənin ümumi inkişaf konsepsiyasına daxildir. Bizdə olan potensialdan - coğrafi mövqedən, təbii ehtiyatlardan, insan potensialından istifadə etməklə ölkəmiz inkişaf edəcəkdir. Əlbəttə ki, bizə öz məqsədlərimizə çatmaqda kömək edən xarici tərəfdaşlarımızla fəal işləməklə buna nail olacağıq. - Çox sağ olun, cənab Prezident. |
2013-12-03 | 3,154 | "Azercell" təkzib edir, abunəçilər təsdiq | "Azercell" ünvanına səslənən "müdhiş fırıldaq" iradını rədd edir Ekspertlər isə lider şirkətin müştəriləri aldatmasını təsdiqləyir "Azercell" Telekom MMC ən çox bazar payı və 4 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur". Azercell.com saytında şirkət haqqında ilk məlumat bu sözlərlə başlayır. Amma 4 milyondan çox istifadəçisi olan mobil operatorun xidmətindən abunəçilərin demək olar ki, əksəriyyəti narazılıq edir. Ümumiyyətlə, Azərbaycanda mobil operatorların, o cümlədən də "Azercell"in xidmət haqqının baha olmasından istifadəçilər şikayətçidir. Digər narazılıq isə istifadəçilərin sim nömrəsinə davamlı göndərilən reklam xarakterli kampaniyalarla bağlıdır. Axar.az saytı da 20 noyabr 2013-cü ildə "Azercell"-in müdhiş fırıldaqları" başlıqlı yazısında bu məsələyə toxunub. Yazı müəllifi qeyd edib ki, "Azercell" şirkəti müxtəlif üsullarla abonentlərindən külli miqdarda pul mənimsəyir. "Bölgələrdə xüsusi tarifdən yararlan!" kampaniyasından misal çəkən müəllif yazır ki, "Bölgə tarifinə qoşuldunuz! Bakı və Abseron 1dəq = 10qəp. Bölgələr 1 dəq = 5 qəp və 3-cü dəq. sonra pulsuz" mesajı yalançı reklamdır. Çünki bu məlumat Bakı və Abşeron ərazisindəkilərə şamil olunmur və bu barədə ilk mesajda məlumat verilmir. Pulsuz data-karta 10 ay pul xərcləməlisən Yaxud "Pulsuz data-kart alın" mesajını müəllif "Azercell" şirkətinin daha bir fırıldağı adlandıraraq şirkətin internet istifadəçilərinə data-kart satması ilə əlaqələndirib: "Ancaq bu data-kart pulsuz verilsə də, maya dəyərinin iki qatından da çoxunu şirkət həmin istifadəçidən tutur. Satış zamanı istifadəçiyə satış nöqtəsində heç bir müqavilə və şərtlər təqdim olunmur. Lakin istifadəçinin şəxsiyyət vəsiqəsinin surəti satıcı tərəfindən götürülür. Bir müddət sonra data-kartı işlədib-işlətməməsindən asılı olmayaraq şirkətə 10 ay pul ödəməyə məcbur edilir. Birinci ay 5 AZN, növbəti 9 ay isə 10 AZN pul ödəməlidir. Bu da ümumilikdə 95 AZN təşkil edir. Beləliklə, bir data-kart istifadəçiyə 95 manata başa gəlir. İstifadəçi bu pulu ödəmədiyi təqdirdə məhkəməyə verilərək cərimə olunur. Eyni zamanda, internetdən istifadə edərkən istifadəçilərin balansına yüksək miqdarda borclar da yazılır". "50.000 xal qazandın" oyunu 118 qəpik tuturmuş... Daha bir irad isə "TƏBRİKLƏR! 50.000 xal QAZANDIN!!! 8228-ə elə indi SMS göndər, xallar balansına keçsin!" müsabiqədə iştirak mesajı ilə bağlıdır. Qazanc əldə etmək həvəsində olan abonent mesaj göndərdikdə müəllif yazır ki, balansından 1.18 manat (118 qəpik) pul çıxılır və əvəzində o, sadəcə, müsabiqəyə real olaraq qoşulmuş milyonlarla sms-dən birinin sahibi olur. "Sindibad" bəlası... Daha sonra məqalədə yazılıb ki, şirkətin fırıldaqlarından biri də onun kontakt provayderi olan "Sindibad" şirkəti ilə bağlıdır: ""Azercell" abonentləri şikayət edir ki, hər ay balanslarından məchul istiqamətlərə pul çıxırlar. Müştəri xidmətləri ilə əlaqə saxladıqda isə deyilir ki, siz "Sindibad"a qoşulmusuz və bu pullar ona görə çıxılır. "Azercell"in "Facebook" səhifəsində bununla bağlı yetərincə şikayət var. Abonentlər and-aman edir ki, onlar bu xidmətə qoşulmayıblar və bu onların istəklərindən kənarda baş verir. Bəs əslində nə baş verir? "Azercell" şirkətinə milyonlar qazandıran provayder şirkətlər öz xərclədikləri pulun müqabilində "Azercell" abonentlərinin xəbəri olmadan onları hansısa internet xidmətinə abunə edir... Təəssüf ki, media reklam müqaviləsinə sadiq qalaraq, "Azercell" şirkətinin abonentlərin cibinə girməsi faktlarını işıqlandırmır" . "Azercell Telekom" təəssüf edir: "Məqalə qərəzli və əsassızdır" "Azercell Telekom" MMC sadalanan iradlara cavab olaraq Publika.Az saytına təkzib məktubu ünvanlayıb. Məktubda bildirilir ki, yazılanlar qərəzli və əsassızdır. Odur ki, şirkət mövzu ilə bağlı mövqeyinin saytda işıqlandırılmasını xahiş edib. Məktubda bildilir: "Məqalədə "Söz azadlığı, insani dəyərlərə hörmət kimi məfhumları əsas tutduğunu hesab edən media orqanında "Azercell" şirkəti müxtəlif üsullarla abonentlərindən külli miqdarda pul mənimsəyir", "Şirkətin abonentləri aldadaraq külli miqdarda pul qazandığı saysız-hesabsız fırıldaq maxinasiyaları var", "təəssüf ki, media reklam müqaviləsinə sadiq qalaraq, "Azercell" şirkətinin abonentlərin cibinə girdiyini və min fırıldaqla, dərisini soyduğu barədə faktları işıqlandırmır" kimi qərəzli, əsassız ifadələrdən ibarət məqalənin dərc edilməsi təəssüf hissi doğurur. Məqalədə müəllif "Bölgə" tarifi ilə bağlı "Azercell Telekom" MMC tərəfindən abunəçilərin telefonlarına göndərilən sms-lərdə fırıldağa yol verildiyini iddia edir. Belə ki, məqalə müəllifi iddia edir ki, abunəçiyə göndərilən ilk sms-də tarif planı tam şəkildə izah olunmur. Qeyd edək ki, "Bölgə" tarifi adından da göründüyü kimi ölkəmizin bölgələri üçün nəzərdə tutulub, müvafiq olaraq da Bakı və Abşeron xaric bütün ərazilərə şamil edilir. "Bölgə" tarifinın əksər şərtləri "Azercell Telekom" MMC-nin ötən il istifadəyə verdiyi "Bölgəm" kampaniyası ilə eynidir. Məlumat xarakterli SMS alan abunəçinin və ümumiyyətlə, "Azercell Telekom" MMC-nin abunəçilərinin hamısında bu kampaniya və "Bölgə" tarifi haqqında kifayət qədər məlumat var. Belə ki, bu barədə KİV-də kifayət qədər ətraflı məlumatlar yayımlanıb. Üstəlik, həmin kampaniyada iştirak etmiş abunəçilər müvafiq "Bölgə" tarifindən yararlanmaq imkanı əldə etmişlər. Həmçinin, abunəçilər "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, qüvvədə olan tariflər (o cümlədən "Bölgə" tarifi) və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə müraciət etməklə əldə etmək imkanına malikdirlər. Göstərilənləri nəzərə alaraq məqalədə qeyd edilənlər əsassızdır". Məktubda daha sonra qeyd edilir ki, müəllif məqalədə eyni zamanda "Azercell" şirkətinin daha bir fırıldağının internet istifadəçiləri üçün satdığı data-kartla bağlı olduğunu iddia edir: "Qeyd olunur ki, "Azercell" ilə əməkdaşlıq edən telefon dükanlarında və ya başqa satış yerlərində bu data-kartlar pulsuzdur. Sadə vətəndaş isə "pulsuz" sözünü eşidib data-kartı sevə-sevə alır. Lazım olan da, olmayan da. Ancaq bu data-kart pulsuz verilsə də, maya dəyərinin iki qatından da çoxunu şirkət həmin istifadəçidən tutur". Nəzərinizə çatdırırıq ki, "Azercell Telekom" MMC tərəfindən data-kartların satışı ilə bağlı 2 cür təklif movcuddur. 1. http://www.azercell.com/ru/personal/internet/internet_devices/#modem Abunəçi cəmi 29 AZN ödəməklə data-kartı (3G MAX modem) əldə edir və sonra mövcud olan İnternet paketlərindən birini seçir, alır və xidmətlərdən istifadə etməyə başlayır. 2.http://www.azercell.com/ru/personal/internet/internet_packages/#.UpRCJmSzvhk Abunəçi data-kart almaq istəmirsə, bunun üçün ona uyğun olan kampaniya təqdim edilir. Kampaniyanın şərtlərinə əsasən 10 faktura dövrü ərzində ayda 9 AZN ödəməklə hər ay 4 GB İnternet paketi əldə edir. Bu zaman abunəçi əldə etdiyi data-karta görə (3G MAX modem) ödəniş etmir. Yalnız kampaniya şərtlərində nəzərdə tutulan müddət bitməmiş, abunəçi xidmətlərdən imtina edərsə, onda abunəçidən data-kart (3G MAX modem) üçün müəyyən edilmiş 29 AZN məbləğ tələb olunur. Bundan əlavə kampaniyaya qoşulan abunəçilərdən ilk dəfə 1-ci natamam fakturada müvafiq İnternet paketi üçün müəyyən edilmiş məbləğə 50% endirim tətbiq edilir. Beləliklə birinci ay fakturalı xətt olduğuna görə, 9 manatın yarısı tutulur. 4,5 AZN və qalan 9 ay üçün 9 AZN tutulur. 9 ay * 9 AZN +4,50 AZN = 85,50 AZN. Bu rəqəm də müəllifin iddia etdiyi kimi 95 AZN deyil, 85 AZN təşkil edir və bu göstərilən məbləğ məhz abunəçinin bu müddət ərzində istifadə etdiyi 4 GB həcmli İnternet paketinə görə müəyyən edilmiş məbləğdir. Bu şərtlər də bütün reklam, kampaniya məlumatlarında, həmçinin satış nöqtələrində ətraflı şəkildə izah edilir, "Azercell Telekom" MMC-nin rəsmi internet səhifəsində də öz əksini (http://www.azercell.com/az/personal/internet/unlimited_internet/unlimited/#.UpRCp2Szvhk) tapıb. Bu səbəbdən də məqalədə göstərilənləri tam əsassız hesab edirik. Məqalədə 8228 Uğurlu SMS xidməti ilə bağlı qeyd olunan iradlara gəlincə isə bildiririk ki, "Azercell Telekom" MMC tərəfindən təqdim edilən mobil rabitə xidmətləri çərçivəsində abunəçilər 8228 qısa nömrə vasitəsi ilə "Uğurlu SMS" lotoreyasında iştirak etmək imkanına malikdirlər. Müvafiq məzmun təminatı "Azercell Telekom" MMC-nin əməkdaşlıq etdiyi 3-cu şəxs ("ABC Content" MMC) tərəfindən həyata keçirilir. Abunəçilər müvafiq xidmətdən istifadə qaydaları, tarifləri ilə bağlı məlumatlar əldə etməsi üçün, həmçinin yükləmələrin məzmunu, keyfiyyəti və s. barədə mülahizələri əlaqədar məzmun təminatçısı olan "ABC Content" MMC-yə müraciət edə bilərlər. Məqalədə Azercell-in kontakt provayderi olan "Sindibad" şirkəti ilə bağlı abunəçilərin narazılıqlarına da toxunulub: ""Azercell" abonentləri şikayət edir ki, hər ay balanslarından məchul istiqamətlərə pul çıxırlar. Müştəri xidmətləri ilə əlaqə saxladıqda isə deyilir ki, siz "Sindibad"a qoşulmuşuz və bu pullar ona görə çıxılır". Məlumat üçün bildirək ki, "Azercell Telekom" MMC tərəfindən təqdim edilən mobil rabitə xidmətləri çərçivəsində abunəçilər məzmun təminatçısı olan "Sindbad" MMC tərəfindən verilən xidmətlərdən istifadə etmək imkanına malikdirlər. Abunəçilər müvafiq internet saytı vasitəsi ilə və ya müəyyən qısa nömrəsinə sorğu yazıb göndərməklə xidmətlərə abunəlik əldə edib pulsuz yükləmə (video klip, musiqi parçası, Java oyun və s.) etmək, yaxud müxtəlif internet saytlarda əməliyyatlar həyata keçirilməsi, məzmun və s. (qoroskop, müxtəlif əyləncəli testlər və başqaları) əldə edilməsi imkanına malikdir. Nəzərinizə çatdırırıq ki, Abunə Müqaviləsinin müddəalarına əsasən "Azercell Telekom" MMC telekommunikasiya şəbəkəsindən istifadə etməklə üçüncü şəxs(lər) tərəfindən göstərilən xidmətlər və ya belə xidmətlərə görə verilən hesablar habelə, üçüncü şəxs(lər) tərəfindən rabitəyə müdaxiləyə görə məsuliyyət daşımır. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı tövsiyə edilir. Abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən xidmətləri həyata keçirən məzmun təminatçısı olan təşkilatlardan reklam məlumat xarakterli sms-lərin göndərilməməsi üçün "Azercell Telekom" MMC-yə, "Azercell Telekom" MMC-də öz növbəsində məzmun təminatçılarına müraciət edə bilər. Abunəçilər "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949\2002, Fakturalı xətt abunəçiləri (012) 4905252\6565, E- poçt: [email protected]; [email protected], o cümlədən online müştəri xidmətləri\şəxsi kabinetim) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Bundan başqa, abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən xidmətlərdən imtina etmək üçün "Stop" sözünü müvafiq qısa nömrəyə göndərə bilərlər. Abunəçilər müvafiq xidmətdən istifadə qaydaları, tarifləri ilə bağlı məlumatlar əldə etməsi üçün, həmçinin yükləmələrin məzmunu, keyfiyyəti və s. barədə mülahizələri əlaqədar məzmun təminatçısı olan təşkilatlara müraciət edə bilərlər. Həmçinin də, müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən xidmətlər həyata keçirən məzmun təminatçısı olan təşkilatlara da birbaşa müraciət edərək iştiraklarını dayandıra, reklam\məlumat xarakterli SMS-lərin göndərilməməsini xahiş edə bilərlər. Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin şirkətimizdə mövcud olan prosedura və təlimatlara əsasən "Azercell Telekom" MMC-yə hər hansı müraciət daxil olduqda lazımı araşdırmalar aparıldıqdan sonra yoxlanılmış konkret məsələyə dair ətraflı izahlar, cavablar müvafiq müddət ərzində təqdim olunur. "Azercell Telekom" MMC ilə KİV arasında da çox sıx əməkdaşlıq mövcuddur. Hər hansı abunəçinin, 3-cü şəxsin və yaxud KİV nümayəndəsinin müraciətinə baxılmaması, vaxtında cavablanmamağı, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa, aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün "Azercell Telekom" MMC-yə təqdim etməyinizi xahiş edirik". Müştəri "Azercell"lə "Sindibad"ın oyununa düşüb ciddi əsəb keçirir İKT üzrə ekspert Cahid İsmayıloğlunun bildirdiyinə görə, vətəndaşlar hər hansı bir mobil operatordan mesaj aldıqda onun məzmununa diqqət etməlidir, çünki bu mesajlar çox hallarda aldadıcı olur: "Məsələn, "50 min xal qazandın" mesajında abonenti aldadaraq məcbur edirlər ki, istifadəçi təsdiq kodunu mesaj gələn nömrəyə göndərsin. Bu da istifadəçilərdə ciddi narazılıq doğurur. Yaxud "Sindibad"la bağlı sms-lər istifadəçinin öz razılıq mesajını aldıqdan sonra gəlsə də, abonent sonradan bunu əhəmiyyətli olmadığını bilib imtina etmək istədikdə "Azercell" onu üçüncü tərəfə - "Sindibad"a yönəldir. "Sindibad" müştəri üçün əlçatan olmadıqda, istifadəçi ötür-ötür oyununa düşür, vaxt, enerji itkisindən yorulur və ciddi əsəb keçirir". Hüquqşünas İradə Cavadova: "Azercell" birbaşa istehlakçı hüquqlarını pozur" Hüquqşünas İradə Cavadova isə bizimlə söhbətində dedi ki, rəhbərlik etdiyi İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinə mobil operatorların fəaliyyəti ilə bağlı bir çox şikayətlər daxil olub. Araşdırdıqda isə məlum olub ki, bu faktlar birbaşa istehlakçı hüquqlarını pozur: "Azərbaycan mobil operator bazarında inhisarı əldə saxlayan ən güclü şirkət "Azercell"dir. Bu şirkət vətəndaşla mübahisəsində bəzən gücündən istifadə edərək hətta məhkəmələrə də təzyiq edə bilir. Bizə bir şikayətçi müraciət etmişdi - Elnarə Həşimova. O, Koreya Respublikasında işgüzar səfərdə olub. Səfər müddətində onun 1 manatlıq internet balansı olmasına baxmayaraq, özündən xəbərsiz ona balans artırılıb və 3 mindən çox borc gəlib. Bu səbəbdən onun sim nömrəsi artıq uzun müddətdir ki, bağlanıb. Halbuki buna "Azercell"in hüququ çatmır. Bu xanımın işgüzar səfəri faktiki boşa çıxıb və o ziyana məruz qalıb. Birlik adından "Azercell"ə etdiyimiz məktublara da heç bir cavab verilmir, məsuliyyətsizlik edilir. Vətəndaş hazırda məhkəməyə müraciət edib. Digər bir vətəndaş da ölkə daxilində eyni vəziyyətlə üzləşib". "Stop" komandası çox hallarda işlək olmur Hüquqşünas həmçinin vətəndaşlara təklif edilən reklam sms-lərindən imtina xidmətlərinin çox hallarda işlək olmadığını dedi: "Məsələn, mən "Stop" komandasından istifadə etsəm də, heç bir faydası olmayıb. Əslində başqa operatorla keçmək niyyətindəyəm, amma əlaqə vasitələrini bu nömrə üzərində qurmuşam deyə, "Azercell"dən istifadə etmək məcburiyyətindəyəm. Halbuki mən passiv istifadəçiyəm, bu nömrə yalnız zəng üçün mənə yararlıdır". Taariflər olduqca bahalıdır İradə Cavadova taariflərin bahalı olmasından da narazılıq etdi: "Həmçinin mobil operatorun müştəri ilə bağladığı müqavilə o qədər kiçik şriftlə verilir ki, istifadəçi onu oxuya bilmir və yazılanlardan xəbərsiz imzalayır. Ümumiyyətlə, Azərbaycanda mobil operatorlarla bağlı vətəndaşların yaşadığı problem olduqca çoxdur". Ekspert Osman Gündüz: "Mobil operatorla istifadəçi arasındakı müqavilə anlaşıqlı dildə olmalıdır" "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, mobil operatorla müştəri arasında bağlanan müqaviləyə önəm verilməlidir. Mobil operatorun "Sim" və digər nömrələrini aldıqda isə müştərilər müqaviləni oxumur: "Müştəri əgər mobil operatorun hər hansı kampaniyasına qoşulursa, belə məsələlər operatorla istifadəçi arasında olan müqavilə ilə tənzimlənir. Amma adətən bu müqavilələri heç kim oxumadan imzalayır. Həmin müqavilələr də kifayət qədər mücərrəd hazırlanır. Məsələlər dəqiqliklə öz əksini tapmır. Ona görə burda vacibdir ki, vətəndaşlar hansısa kampaniyaya qoşulanda, ümumiyyətlə xidmətdən istifadə edəndə müqavilədə yazılanları diqqətlə oxusun, təklif onu qane etmədikdə imtina etsin. Müqavilələr mütləq anlaşıqlı dildə tərtib olunmalıdır. Abonent hər hansı kampaniyaya qoşulmazdan öncə onun şərtləri ilə diqqətlə tanış olmalıdır. O şərtlərdə operatorun reklam göndərməsi qeyd edilməyibsə, o zaman mobil operatorun abonentə reklam göndərməsi qanunsuzdur. Ümumiyyətlə, Azərbaycan məkanında mobil operatorların müqavilə məsələsinə aydınlıq gətirilməlidir, elə etmək lazımdır ki, istifadəçinin hüquqları tapdanmasın!" |
2013-12-03 | 3,155 | Benzinin qiyməti qalxdı: ehtimallar özünü doğrultdu | Rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb Bu gün Azərbaycan Tarif Şurası növbəti iclası keçirilib. İclasda rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara ("Azərenerji" ASC və "Azərikimya" İB) satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılıb. Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxılıb və qərar qəbul edilib. Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilib. Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilib. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb. Tarif Şurasının iclasında həmçinin, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı tarif həddi kimi təsdiq edilib, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV daxil olmaqla 30 qəpik/kiloqram) saxlanılıb. İclasda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının, kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib. Rabitə xidmətləri üzrə yeni tariflər 1 yanvar 2014-cü il tarixindən təsdiq olunmuş digər tariflər isə 3 dekabr 2013-cü il tarixindən tətbiq ediləcək (APA). Məlumat üçün qeyd edək ki, bir sıra ekspertlər, o cümlədən millət vəkilləri 2014-cü ilin dövlət büdcəsində benzinin və neft məhsullarının qiymətinin artmasının nəzərdə tutulduğunu bildirərək, bu barədə dəqiq proqnozlar versələr də, Taarif Şurası qiymət artımı ilə bağlı müraciət daxil olmadığını əsas gətirərək, bu proqnozları təkzibləmişdi. |
2013-12-03 | 3,156 | Pələng öz təlimçisinə hücum edib - Foto | Avstraliya zooparklarından birində pələng öz təlimçisinə hücum edib. Hər şey, 50 nəfər uşaq da daxil olmaqla seyrçinin gözü önündə baş verib. Təlimçi Devid hər zaman olduğu kimi öz işini görürdü. Birdən pələng ona hücum edib və boynundan yapışıb. Zərərçəkəni pələngdən uzaqlaşdırıb və dərhal ilk yardım göstəriblər. Pələng onun boğazında iki ciddi yara qoyub. Zooparkın direktorunun sözlərinə görə, heyvana qarşı heç bir tədbir görülməyəcək. Çünki bu aqressiyanın təzahürü yox, təlimçinin səhvi olub. |
2013-12-03 | 3,157 | Pan Gi Mun Ukraynaya səsləndi | Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun Ukraynada keçirilən etiraz aksiyaları ilə bağlı tərəfləri soyuqqanlı olmağa çağırıb. "Axar.az" xəbər verir ki, BMT baş katibi Ukraynadakı hadisələrlə bağlı tərəfləri hər cür şiddətdən qaçmağa və demokratik prinsiplər üçün sərbəst toplaşmaq və fikir azadlığına hörmət etməyə səsləyib. Baş katib demokratik bir Ukrayna üçün tərəfləri məsələni müzakirə ilə həll etməyə çağırıb. |
2013-12-03 | 3,158 | Xaçmaz rayonunda yanğın olub | Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində (rayon mərkəzindən 10 km aralı) yanğın baş verib. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən məlumatına görə, ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının ev əşyaları 14 kv.m və tavanı 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2013-12-03 | 3,159 | Su havada qaldı – Video | Siz heç suyun havada qaldığını gördünüzmü? Bu maraqlı görüntünü şahidi olmaq üçün videoya baxmaq kifayətdir. |
2013-12-03 | 3,160 | Viktoriya Nuland postsovet ölkələrinə səfər edəcək | ABŞ-ın dövlət departamenti bu gün Avropa və Avrasiya işləri üzrə dövlət katibinin müavini Viktoriya Nulandın Moldova, Ukrayna və Gürcüstan da daxil olmaqla postsovet ölkələrinə səfər edəcəyi haqda dəqiq məlumat verib. Brüsseldə keçirilən NATO nazirlər görüşündən sonra 3-4 dekabr Nuland Kişinyova gedib Moldova hökuməti ilə "avrointeqrasiya yolu"nu müzakirə edəcək. Dekabrın 5-i isə Nuland və onun koməkçisi ATƏT-in nazirlər görüşündə iştirak edəcək . Dövlət departamentinin məlumatında bildirilir ki, Nuland Ukraynanın rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək. ABŞ Gürcüstan, Moldova və Ukraynanın avrointeqrasiyasını dəstəkləyir. |
2013-12-03 | 3,161 | Benzin məsələsinə ekspert rəyi – “Bu hələ başlanğıcdır” | İqtisadçı Qubad İbadoğlu tezliklə benzinlə yanaşı elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də bahalaşdırılacağını söyləyib. "Axar.az" məlumat verir ki, ekspert belə bir açıqlama ilə öz "feysbuk" səhifəsində çıxış edib. O, bununla da Tarif Şurasının Azərbaycan Respublikasının qanunlarına zidd hərəkət etdiyini vurğulayıb. "Tarif Şurası"Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanunu"nun prinsiplərinə və "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə" nin 3.15-ci maddəsinə əməl etmədən qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmadan və ya aparsa da onun nəticələrini ictimaiyyətlə bölüşmədən yeni qiymət artımına əsassız qərar verdi". Ekspert belə artımlarını davamlı olacağını bildirib. Q.İbadoğlu bununla da əsasən vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girməyə üstünlük verildiyini yazıb. "Əsasən də iri vergi ödəyicilərinin ( o cümlədən də "Azərenerji" ASC, "Azərbaycan Dəmir Yolları" QSC, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərsu" ASC) maliyyə intizamsızlığı hesabına yaranan 2,4 milyard manatlıq borcu büdcəyə yığa bilməyən hökümət aksizləri, ƏDV və sair istehlak vergiləri üzrə vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girmək siyasətinə üstünlük verir". Ekspert bu templə gələn il ölkədə inflyasiyasiyanın 2 rəqəmli olacağının qaçınılmaz olduğunu bildirib. |
2013-12-03 | 3,162 | Cəbhədə atışma: düşmən susdurulub | Cəbhə xttində Ağdam, Goranboy, Füzuli və Xocavənd istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2013-12-03 | 3,163 | Cəbhə xəttində növbəti monitorinq keçiriləcək | Cəbhə xəttində növbəti monitorinq keçiriləcək. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 4-də Füzuli rayonunun Qaraxanbəyli kəndinin şimalında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Peter Svedberq keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirəcəklər. |
2013-12-03 | 3,164 | Prezident administrasiya rəhbərinin istefasını qəbul etmədi | Ukrayna prezidenti Viktor Yanukoviç Prezident Administrasiyasının rəhbəri Sergey Levoçkinin istefasını qəbul etməyib. "Axar.az" xəbər verir ki, Levoçkin istefa ərizəsinin qəbul edilmədiyini deyib. Onun sözlərinə görə, prezident bu məsələyə ölkədə vəziyyət stabilləşəndən sonra baxılacağını vurğulayıb. Levoçkin vəzifəsinə davam edəcəyini deyərək "İndi mənim vəzifəm vəziyyətin dinc yolla stabilləşdirilməsi üçün çalışmaqdır" deyə vurğulayıb. Qeyd edək ki, administrasiya rəhbəri "Avromeydan"da aksiyaçılara qarşı zor tətbiq edilməsinə etiraz olaraq istefa vermişdi. Hakim Regionlar Partiyasının deputatları- İnna Boqoslobskaya, David Jvaniya və Nikolay Rudkovski də istefa verib. ("Aznews") |
2013-12-03 | 3,165 | Ukraynada hökumətin istefası üçün səslər kifayət qədərdir | Nikolay Azarovun kabinetinin istefaya göndərilməsi üçün Radada səslər kifayət qədərdir. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Radanın vitse-spikeri Ruslan Koşulinski çıxış edib. O, artıq parlamentdə müxalifəti müdafiə edəcək kifayət qədər qüvvənin olduğunu bəyan edib: "Biz bu gün müxalifətin əsas tələbi kimi hökumətin istefa məsələsini müzakirə edəcəyik". Öz növbəsində isə ölkə mətbuatı artıq N.Azarov hökumətinin istefaya göndərilməsi haqqında qanun layihəsinin qəbul ediləcəyini yazıb. Bunun üçün isə hakim partiyaya müxalifəti dəstəkləmək əmrinin verildiyini qeyd edib. |
2013-12-03 | 3,166 | Kriştiano Ronaldo “ən dəyərli futbolçu” oldu | Real Madridin portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İspaniya çempionatı 2012/2013 mövsümünün ən dəyərli futbolçusu adına layiq görülüb. Bu barədə məlumat ölkənin professional futbol liqasının saytında yayılıb. Oyunçu keçən mövsüm 34 qol vuraraq və qola səbəb olan 10 ötürmə edərək milli birinciliyin gümüş "medalçısı" olub. Ən yaxşı oyunçu adına 46 qol 12 ötürmə ilə Leonel Messi layiq görülüb. Ən yaxşı məşqçi adını Atletiko komandasının məşqçisi Dieqo Siemone, qapıçı adını - Tibo, müdafiəçi adını isə Serxio Ramos alıb. |
2013-12-03 | 3,167 | Xüsusi təyinatlılar parlamenti mühasirəyə aldı | Ukraynanın xüsusi təyinatlı "Berkut" birləşməsi dekabrın 3-ü səhər saatlarından etibarən Ali Radanı mühasirəyə alıb. "Axar.az" xəbər verir ki, radanın qarşısına çox sayda hökümətə əleyhinə olan qüvvələr toplaşıb. Mitinqdə müxalifət liderləri çıxış edir. Nümayişçilər Ukrayna himnini oxuyaraq "milis xalqladır" şüarları səsləndirirlər ("Aznews.az"). |
2013-12-03 | 3,168 | “Dəniz Gəmiçiliyi”ndə maxinasiya: “ölü can” əməliyyatı - Özəl | "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev 100-ə qədər dənizçinin donanmadan uzaqlaşdırılması istiqamətində tapşırıq verib. "Axar.az"a Səhmdar Cəmiyyətdəki mənbələrdən daxil olan məlumata görə, Xəzər Gəmiçiliyinin 100-dən artıq dənizçisi özəl firmalarla müqavilə əsasında beynəlxalq sularda işləsələr də, adları donanmanın təmir gəmilərində və digər strukturlarda qeydiyyatda imiş. Bildirilir ki, XDG-nin kadrlar idarəsinin rəis müavini Firudin Ömərov bu məsələdə məsuliyyət daşıyan şəxs kimi diqqət mərkəzindədir. Qaynağın sözlərinə görə, "Kaspar"ın keçmiş sədri Aydın Bəşirovun yaxın qohumu olan F.Ömərovun hazırda fəaliyyəti ciddi təftiş edilir. Həmçinin, sədrin tapşırığı ilə özəl şirkətlərlə müqavilə əsasında beynəlxalq sularda xidmət edən, adı isə təmir idarələrində "pripiskaya" salınan "ölü canlarla" Gəmiçilik arasında olan əmək müqaviləsinə xitam verilməsi istiqamətində işlər aparılır. Məsələyə münasibət bildirməsi üçün Xəzər Dəniz Gəmiçiliyi QSC-nin kadrlar idarəsinin rəis müavini Firudin Ömərovla əlaqə saxladıq. F.Ömərov bildirdi ki, məzuniyyətə çıxmış işçilərimizin istirahət müddətində harda işləməsininb bizə aidiyyəti yoxdur. O ki qaldı adı burda gedib, özləri olmayanlara, bu, tamamilə yanlış xəbərdir. |
2013-12-03 | 3,169 | Qiymətlərin qalxmasının iqtisadi əsasları varmı? – Rəy | Bu gün benzinin və neft məhsullarının qiymətinin qalxması barədə Tarif Şurasının qərarı qüvvəyə mindikdən sonra Vüqar Bayramova rəy bildirməsi üçün etdiyimiz müraciətə iqtisadçı-ekspert bir müddət əvvəl qələmə aldığı fikirlərini yenidən təqdim etməklə cavab verdi. Ekspert münasibətinin maraqlı olduğunu nəzərə alıb, yazını təqdim edirik: "Son zamanlar müzakirə edilən məsələlərdən biri də Azərbaycanda benzinin qiymətinin yüksəldilməsidir. Neft istehsal edən ölkədə benzinin qiymətinin yüksəldilməsinin gündəmə gətirilməsi məsələsi iqtisadi baxımdan əsaslandırılıbmı? Əvvəla, neft ölkələrində benzinin qiymətinin yüksəlməsi və ya ümumiyyətlə dəyişdirilməsi heç də bütün hallarda və əslində əksər məqamlarda bazarın diqtəsi ilə baş vermir. Bunun səbəbi sadədir: neft ölkələrində benzinin qiymətini heç də Nyu York birjasında alıcıların hansı qiymət ödəməsi deyil, hasil edilən neftin maya dəyəri müəyyənləşdirilir. İkincisi, benzin strateji məhsul olduğu üçün onun qiymətinin artırılması yalnız sadəcə sənaye və aqrar sektorda xərclərin artmasına deyil, eyni zamanda, digər istehlak məhsullarında psixoloji qiymət artımlarına səbəb olur. Nəhayət, benzinin qiymətinin artırılması büdcə daxil olmalarının strukturunda hər hansı dəyişikliklərə səbəb olmadığı üçün bu dəyişikliyin fiskal təsirləri olduqca zəifdir. Bu zaman sual yaranır: Hal-hazırda benzinin qiymətinin artırılmasına ehtiyac varmı? Cavab sadədir: yeni qiymət artımlarının iqtisadi bazası yoxdur. O zaman sual oluna bilər: niyə? Bu sualin da cavabı sadədir: Əvvəla, Azərbaycan Xəzəryanı ölkələr arasında benzini ən yüksək qiymətə satan ikinci ölkədir. Benzinin pərakəndə qiymətində biz Xəzəryanı regionda yalnız Rusiyaya uduzuruq: Rusiyada benzin Azərbaycan ilə müqayisədə 7 sent baha satılır. Bununla belə, ölkəmizdə müqayisə edilən benzinin qiymətinin 77 sent olduğunu nəzərə aldıqda oxşar benzin Qazaxıstanda 71, Türkmənistanda 22 sentə təklif edilir. İranda isə əvvəllər 9,7 sentə təklif edilən benzinin 1 litrinin qiyməti sanksiyaların tətbiqindən sonra 48 sentədək yüksəlsə də, yeni qiymət də bizdəkindən 38 faiz ucuzdur. Beləliklə, Xəzəryanı ölkələrdəki qiymətlərin müqayisəsi ölkəmizdə yeni qiymət artımlarına stimul yaratmır. İkincisi Azərbaycan benzinin 1 litri 77 sentə təklif edildiyi halda Amerika Birləşmiş Ştatlarında bu göstərici cəmi 75 sentdır. Nefti idxal edən və orta aylıq əmək haqqı Azərbaycan ilə müqayisədə 4 dəfə çox olan ABŞ-da qiymətlər bizdən aşağıdırsa, o zaman Azərbaycanda yeni qiymət artımlarını əsaslandırmaq çox çətindir. Üçüncüsü Faktiki olaraq, hal-hazırda ölkəmizdə benzin istehsalı və satışı subsidiya almayan sektordur. Bu isə o deməkdir ki, benzinin satış qiyməti onun istehsal xərcindən çoxdur. Bu isə indiki qiymətlər ilə benzin satışının mənfəətli olmasına imkan verir. Ona görə də tənzimlənən qiymətlər siyahısına daxil edilən benzinin satışı gəlirli olduğu üçün qiymət artımlarının müzakirə mövzusuna çevrilməsi məqsədə uyğun deyil. Dördüncüsü, benzinin istehsal xərclərində hər hansı və eləcə də neftin dünya bazar qiymətində kəskin dəyişikliklər olmadığı halda qiymət artımları üçün iqtisadi əsas tapmaq mümkün deyil. Beşincisi benzinin pərakəndə qiymətinin sadəcə neft ölkələri ilə müqayisəsi göstərir ki, biz heç də hətta indiki qiymətlər ilə benzini ucuz qiymətə satmırıq. Təbii ki, Venesuelada benzinin 1 litrinin 1 sentə satılması heç də doğru təcrübə olmasa belə, Səudiyyə Ərəbistanının da benzinin qiymətinin 16, Birləşmiş Ərəb Əmirliyində 44 və hətta Misirdə 46 sent olduğunu da müqayisə üçün nəzərə almalıyıq. Altıncısı Azərbaycanda benzinin qiymətinin Avropa ölkələri ilə müqayisə edilməsi iqtisadi baxımdan uğurlu deyil. Çünki benzinin qiymətinin müqayisəsi ilə yanaşı, benzin xərclərinin əhalinin gündəlik və illik xərclərindəki payına diqqət yetirmək lazımdır. Məsələn, litri 2,15 dollara satılan İtaliyada benzinin əhalinin illik gəlirində payı cəmi 1,65 faizdir. Və ya Fransa üçün uyğun göstəricilər 2.03 dollar və 0,85 faizdir. Əgər əksər Avropa ölkələrində benzin xərcləri əhalinin gəlirlərinin 2 faizindən aşağıdırsa, o zaman bunun sosial təsirləri hiss ediləcək dərəcədə deyil. Qeyd edim ki, bu göstərici Azərbaycan üçün 3,72 faizdir. Nəhayət Əgər Azərbaycan "Avro 2" standartlarına uyğun benzin təklif edirsə, inkişaf etmiş ölkələrdə "Avro 5" standartlarına uyğun benzin satılır. Bu halda hətta mövcud keyfiyyətlər də qiymətlərin inkişaf etmiş ölkələr üzrə tam müqayisəsinə imkan vermir. Deməli, bu gün benzinin qiymətinin artırılmasına deyil, onun keyfiyyətinin yüksəldilməsinə diqqət ayırmaq lazımdır". |
2013-12-03 | 3,170 | Müxalifət lideri mübarizəyə davam edəcəyini dedi - Fotolar | Tailandda hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Aksiyaçılara liderlik edən Sutep Taqsuban parlament buraxılsa belə, savaşmağa davam edəcəyini söyləyib. Setup paytaxt Banqkokda aksiyaçılara müraciətində bildirib ki, parlament buraxılsa və yenidən seçki çağırışı edilsə belə, kampaniyalarına davam edəcəklər: "Savaşmağa davam edəcəyik. Çünki xalqın qanını sormaq, xalqdan oğurlamaq, konstitusiyaya hörmətsizlik etmək və bizi qul vəziyyətinə salmaq üçün yenidən geri qayıda bilərlər. Məhz buna görə insanlar seçkidən məmnun qalıb, evlərinə qayıtsa belə, mən təkcə burada olacağam". Sutep həmçinin xalqı Banqkok Metropoliten Polis İdarəsini işğal etməyə çağırıb. Banqkokda aksiyaçıların çoxu müxalifətdə olan Demokrat Partiyasını dəstəkləyənlərdir. Onlar zibil və inşaat maşınları ilə Nazirlər Kabinetinin binasına girməyə çalışıblar. Ancaq nəticədə polis müdaxiləsi ilə qarşılaşıblar. İstefasını tələb edilən baş nazir Yinlak Şinavatra isə hakimiyyətə qarşı olan aksiyaçıların tələblərini qəbul etməyin mümkün olmadığını və istefa verməyəcəyini açıqlayıb. Xatırladaq ki, Tailandda bir həftədir davam edən və bəzən zorakılığın baş verdiyi aksiyalarda son üç gün ərzində ən azı üç nəfərin öldüyü, 200-dən çox insanın isə yaralandığı bildirilir. |
2013-12-03 | 3,171 | Novruz Məmmədov: “Onlara əhəmiyyət vermək lazım deyil” | "Cənubi Qafqazın, ümumən Qafqazın geosiyasət aləmində çox mühüm bir region olmasını hələ 19-cu əsrdə Qərb geosiyasiyasətşünasları, başda da geosiyasətin atası olan Fridrix Ratsel və digərləri dilə gətiriblər. Onlar hələ o zamanlar bildiriblər ki, dünyanın geosiyasi cəhətdən ən mühüm bölgəsi Balkanlar, ondan sonra Cənubi Qafqazdır. "Axar.az" xəbər verir ki, bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İranla Qərbin məlum anlaşmasından sonra regionda Azərbaycanın əhəmiyyətinin azalması yönündə səslənən iddialara münasibətini bildirərkən dilə gətirib. "Düzdür, Yaxın Şərq də mühüm regionlardan biri hesab edilir, ancaq Yaxın Şərq o dövrlərdə o qədər də böyük maraq kəsb etmədiyi üçün onun adı xüsusi qeyd olunmayıb" - deyən PA rəsmisinin sözlərinə görə, indi Balkanlarda məsələlər yavaş-yavaş öz yoluna-qaydasına düşür və o, artıq əhəmiyyətini bir qədər itirir. N.Məmmədov bildirib ki, Qafqaz isə dünyada mühüm geosiyasi region kimi qalır, birinci yerdədir və Qafqaz ətrafında nə baş verir-versin, kim nə deyir-desin, o, mühüm geosiyasi region kimi böyük əhəmiyyət kəsb edəcək: "Bu, heç də təsadüfi deyil ki, hələ 6 min əvvəl Böyük İpək Yolu buradan keçib. Yəni, Gündoğan ölkədən - Çindən tutmuş Böyük Britaniyaya qədər bir məsafəni əhatə edib. İndi də bu yol var, qalıb və dünyanı hansı cür qurursan-qur, amma məsələn, dəmiryolu çəkmək lazım olarsa, mütləq bu yoldan gəlib keçməlidir, buradan çəkilməlidir. Bu yolun üstündə Orta Asiya ölkələri və 3 Cənubi Qafqaz ölkəsi var və bunlar da daim dünyanın diqqətini cəlb edir, etməkdədir. Odur ki, indi Azərbaycanın guya əhəmiyyətinin azalması ilə bağlı kimsə nə deyirsə, onu qəsdən ortaya atır, yəni, qərəzli şəkildə belə bir fikri ortaya qoyur. Geosiyasətlə ciddi məşğul olanlar isə heç zaman belə qeyri-ciddi fikir söyləməzlər". PA rəsmisinin dediyinə görə, Azərbaycan, Cənubi Qafqaz dünyanın 4 ən mühüm vektorunu özündə birləşdirir: "Bu region indi Şərqlə Qərbi, İslam aləmi ilə Xristian aləmini, Şimalla Cənubu birləşdirir ki, bunlar da elə-belə məsələlər deyil. Azərbaycan, Cənubi Qafqaz bunların birləşdiyi bir məkandır. Odur ki, bu region həmişə mühüm əhəmiyyət kəsb edən region olacaq. Eyni zamanda, indi İranla bağlı nə baş verib ki? Bu problemi özləri yaratmışdılar və bütün prosesləri də siyasiləşdirəndə ondan böyük konflikt yaratmaq olur. İndi nə baş verib, heç nə, sıfırdan qayıtdılar yenə sıfır vəziyyətinə. Deyilənə görə, sadəcə, İrana imkan verilir ki, nüvə enerjisindən sülh məqsədləri üçün istifadə etsin. İran da bunu həmişə deyirdi, ancaq arada nə isə problem yaranmışdı. İndi İran da deyir icazə verirəm, gəlin, baxın, görün nə işlər görürəm, amma eyni zamanda, imkan verin, sanksiyaları götürün, öz dövlətimi inkişaf etdirin. Yaxşı, belə olan halda kimsə nə üçün düşünməlidir ki, Azərbaycanın əhəmiyyəti azalır? Bunlar qərəzli söhbətlərdir. Azərbaycan uğurlu, müstəqil xarici siyasət kursu yeridən dövlət olduğu üçün məhz belə qərəzli fikirlər səsləndirirlər və onlara da qətiyyən əhəmiyyət vermək lazım deyil". |
2013-12-03 | 3,172 | Ermənilər ordumuzun əsgərini yaraladılar | Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Hadisə cəbhənin Xocavənd istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Əlisi Firdovsi oğlu Muradov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, Ə. Muradov Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb. |
2013-12-03 | 3,173 | Müavinindən Cəmil Quliyevə ağır ittihamlar | "İTV-də qalmağımı İsmayıl Ömərov xahiş etmişdi" "Peşəkarlarla işləmək başqa şeydi" Xəbər verdiyimiz kimi dünəndən başlayaraq İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) "köhnə komandadan" qalan bütün işçilər kütləvi şəkildə vəzifəsindən azad olunur. Bunu müqavilənin vaxtının bitməsi ilə izah edən İTV rəhbərliyi yeni komanda yığmağa hazırlaşır. Gedənlərin sırasında İTV direktorunun müavini Çingiz Aslanov da var. Belə ki, AzNews.az-a daxil olan məlumatda keçmiş müavinin də işinə son verildiyi, bu gündən işə gəlməmək tapşırıldığı deyilirdi. AzNews.az direktor müavini ilə əlaqə saxlayıb işdə olub-olmadığı ilə maraqlanıb. Ç.Aslanov işə gəldiyini, lakin artıq çıxmağa hazırlaşdığını söyləyib. Çingiz Aslanov AzNews.az-a açıqlamasinda işdən azad olunmasını müqavilə vaxtının bitməsi ilə əlaqələndirib: "Düşünürəm ki, müqavilə vaxtım bitib. Ona görə işdən çıxarmaq istəyirlər. Əslində mən çoxdan getmək istəyirdim. İsmayıl Ömərov gedəndən az sonra ərizəmi yazıb azad olunmaq istəyimi bildirmişdim. Lakin İsmayıl Ömərov və bəzi hörmətli şəxslər məndən xahiş etdilər ki, qalıb yeni rəhbərliyə kömək edim. Artıq müstəqil işləyirlər, hamını tanıyırlar. Mən gedə bilərəm". Ç.Aslanov getməkdə israrlı olmasına da aydınlıq gətirib: "Problem başqadır. Bilirsiniz, peşəkarlarla işləmək başqa şeydir". AzNews.az-ın "Bəs, indiki rəhbərlik peşəkar deyil?" – sualına cavabında yeni iş metodu ilə razılaşmadığını bildirib: "Onların iş metodu İTV prinsiplərinə uyğun deyil". Ç.Aslanov bir neçə həftə istirahət edəcəyini və yeni iş barədə sonra düşünəcəyini deyib: "İşdən bu gün azad olunmuşam. Hələlik təklif yoxdur. Bir neçə həftə istirahət etmək istəyirəm". |
2013-12-03 | 3,174 | ABŞ-ın “qiyamət” şifrəsi bəlli oldu | ABŞ-ın nüvə silahının kodunun 1962-1977-ci illər arası yalnız "00000000" olduğu ortaya çıxıb. "Hürriyət"in verdiyi xəbərə görə, ABŞ prezidentinin daim yanında gəzdirdiyi çantadan aktiv edilə bilən raketlər 1962-1977 illər arası yalnız "00000000" şifrəsi yığılaraq partladıla bilərdi. "Axar.az" "Todayifoundout" saytına istinadən xəbər verir ki, şifrənin təcili vəziyyətdə unudulacağından ehtiyat edildiyi üçün bu qədər sadə bir şifrə istifadə edilib. 1970-1974-cü illər arası baş verə biləcək bir hücumda nüvə raketləri aktiv etməkdə məsul zabitlərdən sayılan Dr. Bruce G. Bleyr, Strateji Hava Komandanlığının prioritetinin şifrənin təhlükəsizliyindən çox "lazım olduğunda sürətli və asan bir şəkildə hücum təşkil edə bilmək" olduğunu söyləyib. Bleyr şifrənin 1977-ci ildə daha mürəkkəb bir şifrəylə əvəz olunduğunu bildirib. |
2013-12-03 | 3,175 | Ukraynada çevrilişin bütün əlamətləri var | Ukraynanın Baş naziri Nikolay Azarov ölkədə hökumətə qarşı olan aksiyalar üçün bir çevrilişin bütün əlamətlərinin göründüyünü deyib. Rusiyanın "İnterfaks" agentliyinin xəbərinə görə Nikolay Azarov avropalı diplomatlarla görüşü əsnasında hökumətin Kiyevdəki parlament binasının ələ keçirilməsi planlarından xəbərdar olduğunu bildirib. Ölkə mediasının çoxunun dəstəyini qazanan müxalifət Azarov hökumətini devirə bilmək üçün 450 yerdən ibarət olan parlamentin 226-nın səsini qazanmalıdır. Müxalifətin isə parlamentdə 170 yeri var. Kiyevdəki Müstəqillik Meydanına aksiyalar davam edir. Ölkənin bir çox şəhərlərindən aksiyaçıların etirazına qoşulmaq üçün paytaxta gəldiyi bildirilir. |
2013-12-03 | 3,176 | “Mobil danışıqların qiyməti düşəcək” – Rəsmi | Azərbaycanda mobil operatorlar danışıq qiymətlərini aşağı sala bilər. "Axar.az" xəbər verir ki, bunu Rabitə və informasiyaları texnologiyaları nazir Əli Abbasov bildirib. Onun sözlərinə görə, mobil sektorda bazar münasibətləri ilə tənzimlənir, amma burada da müəyyən məhdudiyyətlər var: "Yəni mobil operatorlar arasında olan hər dəqiqənin qiymətini tənzimləyici orqan olaraq Nazirlik təyin edir. Nazirlik tərəfindən mobil operatorlar üçün təyin edilən qiymət 5 qəpikdir. Mobil operatorlar nə qədər çalışsalar da, mobil danışıqlarını 5 qəpikdən aşağı sala bilmirlər. Lakin biz artıq nazirlik tərəfindən müəyyən edilən qiymətin 5 qəpiklə 2 qəpik arasında müəyyən etməyi planlaşdırırıq. Bundan sonra mobil operatorlar da danışıqların qiymətini aşağı sala biləcəklər". |
2013-12-03 | 3,177 | Kiyevdə Radanın ətrafında mindən çox adam toplanıb | Kiyevin mərkəzində parlament binasının ətrafında mindən çox adam yığışıb. Binaya girişi "Berkut" qrupu qoruyur. Qruşevski küçəsində avtobuslar yolu bağlayıb. İnsanlar çox sıx dayanıb. Hökumət binasının ətrafında 500 nəfər toplanıb, orada girişi polislər qoruyur. Sadovaya kuçəsində təxminən 400 nəfərlik dəstə formalaşıb. Onlar ölkəyə qarşı şüarlar səsləndirir. Vəziyyət stabildir. |
2013-12-03 | 3,178 | Türkiyədə 47 terror təşkilatıyla bağlı həyəcan siqnalı | Türkiyə kəşfiyyat dairələrinə Suriyada savaşan "Əl-Qaidə" ilə əlaqəli terror təşkilatlarının Türkiyədə terror aktı törətməyə hazır olduğu kəşfiyyat xəbəri daxil olub. İki ildən çoxdur vətəndaş qırğınlarının yaşandığı Suriyada "Əl-Qaidə" ilə əlaqəli çox sayda radikal silahlı islam terror qruplaşmalarının olduğu ortaya çıxıb. Kəşfiyyat dairələri hələ də bölgədə fərqli adlar altında 47 ayrı islami terror qrupunun varlığını dəqiqləşdirib. Bu qrupların ən vacibləri "Əl-Nüsrə" və "İraq Şam İslam Dövləti" (İŞİD) olduğu bildirilib. |
2013-12-03 | 3,179 | Avropa ölkələrində benzin neçəyədir? – Statistika | Dekabrın 2-də Tarif Şurasının benzinin və neft məhsullarının qiymətini qaldırması və qərarın dekabrın 3-dən qüvvəyə minməsi bir daha yanacağın Azərbaycandakı qiymətləri ilə dünya ölkələrindəki qiymətləri müqayisəni gündəmə gətirdi. Bunu nəzərə alaraq, Avropa ölkələrindəki qiymətləri təqdim edirik. |
2013-12-03 | 3,180 | Türkiyədə də avtomobil qazının qiyməti qalxdı | Türkiyədə LPG (avtoqaz) avtomobil istifadəçiləri bu səhər yuxudan rekord artımla oyanıb. Bu artım LPG-yə bir dəfəyə edilən ən yüksək artım olaraq tarixə düşüb. LPG-nin litri 30 kuruş (13 qəpik) yüksəlib. Artımla birlikdə İstanbulda 1 litr LPG-nin qiyməti 2.81 lirədən (1.07 AZN) 3.11 lirəyə (1.19 AZN), Ankarada 2.61 lirədən (1 AZN) 2.91 lirəyə (1.11 AZN) qalxıb. Türkiyədə milyonlarla avtomobildə yanacaq olaraq üstünlük verilən LPG-nin qiymətinə bu gecədən (3 dekabr) keçərli olmaqla 13 qəpiklik rekord artım gəlib. Artımdan sonra qiymətlər avtoqazda yüzdə 13.75, ev qazlarında isə yüzdə 15.21 nisbətində artıb. Artıma səbəb olaraq "xarici maliyyələrdəki artım) göstərilib. Amma neftin qiymətində dəyişiklik olmamasına rəğmən LPG-də artım olması sual yaradıb. İstanbulda 1 litr LPG-nin qiyməti 2.81 lirədən (1.07 AZN) 3.11 lirəyə (1.19 AZN) qalxsa da, Ankarada isə 2.61 lirədən (1 AZN) 2.91 lirəyə (1.11 AZN) yüksəlib. Avtoqazla bərabər evlərdə işlədilən qazların qiymətində də artım olub. |
2013-12-03 | 3,181 | Zahid Oruc Tarif Şurasından izahat tələb edir | Zahid Oruc qiymət artımına görə Tarif Şurasında izahat tələb edir "Bazar iqtisadiyyatı dövründə qiymətlərin, tariflərin artması təbiidir və bu dünyanın əksər ölkələrində özünü göstərir" "Axar.az" xəbər verir ki, bunu Milli Məclisin (MM) dekabrın 23-də keçirilən növbəti plenar iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc dilə gətirib. O, xatırladıb ki, qiymət artımlarının ola biləcəyi ilə bağlı hələ bir müddət öncə büdcə müzakirələri zamanı hökumət təmsilçiləri anonslar vermişdilər. Bu baxımdan, millət vəkili hesab edir ki, son qiymət artımının qəfilliyi, gözlənilməzliyi başadüşüləndir. Z.Oruc eyni zamanda qeyd edib ki, qiymət artımlarının aztəminatlı təbəqələr tərəfindən qarşılanması üçün hökumət tərəfindən müvafiq addımlar atılmalıdır: "Həmçinin, bu məsələ ilə bağlı spekluyasiyalara yol verilməməsi, insanların avtobuslarda, metrolarda, digər ictimai yerlərdə hökumət əleyhinə qaldırılmaması üçün Tarif Şurası təcili olaraq əsaslı-sübutlu şəkildə çıxıb xalqa izahat, məlumat verməlidir". |
2013-12-03 | 3,182 | Qüdrət Həsənquliyev qiymət artımına qarşı çıxdı | "Əmək haqlarında 10 faiz artım müqabilində qiymətlər 30 faizə yaxın artır. Bu, yanlış siyasətdir və artımın ölkə iqtisadiyyatına heç bir müsbət təsiri olmayacaq". Bunu Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev Taarif Şurasının benzin və neft məhsullarının qiymətinin artırılması qərarını şərh edərkən bildirib. Millət vəkilinin sözlərinə görə, yanacağın qiymətinin qalxması bütün sahələrdə bahalaşmaya gətirib çıxaracaq ki, bu da inflyasiyanı artıracaq, bir neçə ildir birrəqəmli olaraq stabilləşən inflasiyanın birdən-birə sürətlənməsi isə əhalinin yaşam səviyyəsinə mənfi mənada təsir göstərə bilər. |
2013-12-03 | 3,183 | “Hökumət vətəndaşlarla gizlənqaç oynamamalıdır” - Fazil Mustafa | "Qiymət artırmazdan öncə vətəndaşlar məlumatlandırılmalı idi". "Axar.az" xəbər verir ki, bunu Milli Məclisin (MM) dekabrın 3-də keçirilən növbəti plenar iclasında çıxışı zamanı millət vəkili Fazil Mustafa bildirib. O, bazar iqtisadiyyatı şəraitində qiymət artımlarının olmasının gözlənilməz olmadığını diqqətə çatdırıb. F.Mustafa bununla belə hesab edir ki, hökumət vətəndaşlarla gizlənqaç oynamamalıdır: "Qiymətləri artırmazdan öncə vətəndaşları buna hazırlamaq, eyni zamanda, əmək haqlarını, məvacibləri artırmaq lazım idi". |
2013-12-03 | 3,184 | Vaqif Səmədoğlu əməliyyat olunmayacaq | "Səhhəti normaldır" "Əməliyyat gözlənilmir, ancaq müalicə prosesi keçəcək. Hər gün əlaqə saxlayırıq, səhhəti normaldır" – Vaqif Səmədoğlunun səhhəti ilə bağlı ailəsindən verilən məlumatda belə deyilir. Hazırda İsrailin paytaxtı Tel – Əviv şəhərində müalicə olunan Vaqif Səmədoğlunun ölkəyə nə vaxt qayıdacağı ilə bağlı isə dəqiq xəbər yoxdur. Xalq şairi Vaqif Səmədoğlu bədxassəli şişdən əziyyət çəkir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müalicə xərclərini öz üzərinə götürməsindən sonra Vaqif Səmədoğlu iki gün əvvəl İsrailə yola düşüb. Vaqif Səmədoğlu 1939-cu ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasında təhsil alıb. 1968-71-ci illərdə Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında incəsənət redaksiyasının müdiri, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub ("Kulis.Az"). |
2013-12-03 | 3,185 | “Bozbaş pikçers” yazmağım belə, verilişin baxımlılığını artırır | "Axar.az" virtual məkanda, sosial şəbəkələrdə populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsini davam etdirir. Davamlı olaraq virtual aləmin məşhurları ilə söhbətlərimiz olacaq. Layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və "feysbuk"un "1" nömrəsi olduğunu isbatlayan müsahibimiz mükafatlandırılacaq. Layihəmizin bu dəfəki qonağı tanınmış tele-aparıcı İlkin Həsənidir. İlk sual sizin sosial mediadakı fəaliyyətinizlə bağlıdır. TV jurnalistlərindən tək-tük insan sosial mediada populyardır. Siz də bunlardan birisiniz. Uğurunuzun və bu sahəyə marağınızın səbəbi nədir? - Bu sahəyə marağım lap çoxdan yaranıb. 2007-ci ildə "feysbuk"da qeydiyyatdan keçəndə orda azərbaycanlı görəndə sevinirdim. Dost siyahımda 2-3 adam var idi. Onlar da xaricdə təhsil alanlar idi. Əvvəl bu şəbəkələrdən daha çox görə bilmədiyim dostlarımla ünsiyyət üçün istifadə edirdim. Amma indi bu şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Əgər paylaşımların 50 faizi ətrafda gördüyüm maraqlı hadisələrlə bağlıdırsa, 50 faizi də işimlə, sənətimlə bağlıdır. Bəzən statusumda "bu şənbə 21:40-da "Bozbaş pikçers"" olacaq sözlərini yazmağım belə, verilişin baxılmasına kömək olur. Sosial media həm də çatışmazlıqların aynasıdır və problemlərə bir növ güzgü tutur. Hansısa problemlər sizi daha çox narahat edir və sosial mediada onun təbliğini istəyərdiniz? - Gündəlik həyatda baş verənlər, misal üçün nəqliyyatımızda olan problemlər, bəzi qurumlarda olan çatışmazlıqlar, xidmət sahələrində olan özbaşınalıq və s. mənim daha çox marağımda və diqqətimdədir. Bəs bunları göstərmək TV işinə əngəl olmur ki? - Bəzən sosial şəbəkələr bu problemlərin aradan qaldırılması üçün bir təkan verir. Yox, əngəl olmur. Televiziyadakı işim ilə sosial şəbəkələrdəki fəaliyyətimi və aktivliyimi qarışdırmıram. İş ayrı, sosial şəbəkədəki aktivlik ayrı olmalıdır. Sosial aktivliyinizlə və vətəndaş mövqeyinizlə bağlı işdə hansı çətinliyiniz olub? - Qətiyyən, heç bir çətinliyim olmayıb. Bəzən dost-tanışlarım "nə işinə qalıb" deyə narazılıq bildiriblər. Amma əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanda azad internet var, hər kəs istədiyi kimi öz fikrini yaza bilər. Düzdür, bəziləri tənqidlə təhqiri səhv salırlar. Misal üçün? - Misal üçün kiminsə fotosunu paylaşıb təhqirə yol verirlər. Fərqi yoxdur, bu, müğənni də ola bilər, aparıcı da, siyasi xadim də. Belələri sağlam tənqiddən uzaq olanlardır. İsveçdə "Avroviziya" yarışmasının çəkilişlərində olan zaman haqqınızda tənqidi yazı getmişdi. Yetərincə kəskin idi. İsveçdən Azərbaycanla bağlı hazırladığınız tənqidi süjetlərlə bunun nə kimi əlaqəsi var idi? - Olanlar qaldı may ayında, noyabrdan danışaq. Sosial mediada aktiv olmayan, belə demək mümkündürsə, vətəndaş mövqeyi olmayan və şou auditoriyasından qırağa çıxmayan TV aparıcıları ilə kontaktda olmaq sizi sıxmır? - Onlarin da öz kütləsi, öz tamaşaçıları var. Misal üçün onları heç kim məcbur edə bilməz ki, sosial aktivlikləri olsun. Hər hansı bir ictimai hadisəni səhifəsində işıqlandırmaq uçun heç kimi məcbur etmək olmaz axı. Onların maraq dairəsi öz sənətləri və öz işləridir. Elə ona görə də, öz şəkillərini mahnılarını, çıxışlarını paylaşmaqla məşğul olurlar. Bəs siz onlara sosial mediada aktivliyi təbliğ edirsinizmi? Edirsinizsə, reaksiyaları nə olur? - Təbliğ deməzdim, sadəcə, məsləhətlərim olub. Bəzən onda "əşi nə işimə qalıb e" cavabını alıram. Doğrudan nə işinə qalıb? - Məndən məsləhət verməkdir. Sizcə, şou incəsənət və televiziyadakı məşhurların çatışmayan cəhəti hansıdır? - Bəzilərində çatışmayan cəhət səmimiyyətdir. O səmimiyyəti onlar nə TV-də, nə də sosial şəbəkələrdə yarada bilirlər. Bəs ümumi olaraq desək? - Misal üçün, nəyi deyirsiniz? Məsələn, bir neçə il öncə Səməd Səmədovdan canlı yayımda himnimizin müəllifini soruşdular, bilmədi. İntellektuallıq baxımından onları necə qiymətləndirirsiniz? - Misal olaraq Emin Ağalarovu göstərmək istəyirəm. Sosial şəbəkələr vasitəsilə, əsasən də instaqram vasitəsilə bu insana hörmətim günü-gündən artır. Həm də minlərlə izləyicisi var. Azərbaycandan çox xarici ölkələrdə olur və Azərbaycana qonaq kimi bir neçə müddətlik gəlir. Sizcə, onun Azərbaycan şou biznesi ilə nə qədər əlaqəsi var? - Yox, mən onun səmimiyyətini deyirəm. Görülən işlərin düzgün işıqlandırılması və s. Bütün bunlar tanınmış insan üçün vacib amillərdən biridir. Azərbaycan şou-biznesinin "mətbəxində" olanları soruşuram. Bu qədər ölkə gəzmisiniz, insanlarla kontaktda olmusunuz. Onların intellekti hansı səviyyədədir? - O ki qaldı müğənnilərimizin intellektinə, bu barədə danışa bilməyəcəm. Susacam. Aralarında bu intellektə sahib olan çox az sayda müğənni var. Kitab oxumaqla da iş bitmir. Xarici ölkələrə sırf toylara görə deyil, istirahət və gəzmək üçün getsələr yaxşı olar. Çünki bu gəzintilərin də intellektin formalaşmasına təsiri olur. Necə düşünürsünüz, kitabı oxumaqla bərabər nə olmalıdır? Sosial aktivlik, ya nə? - Bəli, sosial aktivlik olmalıdır. Çünki o tanınmış insan kimisə ictimai məsələlərə yönəldə bilər. Hansısa kitabın fotosunu paylaşaraq "mən bu kitabı oxudum əladır, siz də oxuyun" desə, inanin ki, ən azından 5 nəfər onun dediyini edəcək. Bu da müsbət bir haldır. Amma bir şərt var ki, o məsləhəti verən adam sosial mediada etibar qazanmış birisi olsun. İzləyicilərinizin sayına baxanda bu etibarı qazandığınızı yəqin etmək olur. Nələrdənsə keçmisiz bunun üçün? - Bu gün mən bu izləyicilər və bu kütlə üçün maraqlıyam. Əgər səhərdən axşama qədər ancaq öz şəkillərimi paylaşmaqla məşğul olsam, o kütlənin heç dörddə biri məni izləməz. Nə qədər tanınmağımdan asılı olmayaraq, belə insanı izləmək heç mənim özümə də maraqli olmaz. "Feysbuk" və "Tvitter"dən gəlir məqsədilə istifadə edirsənmi? - 2011-ci ildə klub və restoran biznesində özümü sınadım. Heç kimin tanımadığı bir əyləncə məkanını "Feysbuk" və "Tvitter" vasitəsi ilə geniş auditoriyaya tanıtdım. Demək istədiyim odur ki, bu sosial şəbəkələri ağıl ilə işlətsən, ondan pul da qazana bilərsən. Necə ki, bu günün özündə neçə adam var, bundan istifadə edir. İndi yeni bir işim də olacaq. O biznesi də sosial şəbəkələr vasitəsilə qaldırmaq fikrim var. Bir media şirkətim və bu şirkətin nəzdində olan "Evoluşin" jurnalı olacaq. Media şirkəti reklam və tanıtım çarxları və digər sahələri əhatə edəcək. İzləyicilərini filtrasiya etsək, ən çox hansı qəbildən olan insanlar olacaq? - Əlbəttə ki, əvvəldə TV gəlir. Ordan tanıyıb sevənlər daha çoxdur. Tanınmışlığımın ikinci səbəbi sosial aktivliklə bağlıdır. Səmimi olmasaydım, yerlərini dəyişib deyərdim. İctimai məsələləri sosial mediadakı səhifənizdə işıqlandırmağı dayandırmaq şərti ilə fantastik məbləğdə iş təklif etsələr, razılaşarsınızmı? - "Sənə bu işi veririk, burdan əl çək" formasında təklif olsa, təbii ki, buna "yox" deyəcəyəm. Bir dəfə bir tanışıma sual verdim ki, nə əcəb "feysbuk" və "instaqram"dan istifadə etmirsən? Cavab verdi ki, mənim həyatım o qədər maraqlı keçir, elə şeylərə nə vaxt qalır, nə ehtiyac. Özüm də daxil olmaqla bütün sosial media istifadəçilərinə arzu edirəm, gələcəkdə həyatımız elə maraqlı olsun ki, sosial şəbəkələr yadımıza belə düşməsin. "Həyatımız maraqlı olsun" deyəndə problemlərin həllini deyirsiniz yəqin? - Problemsiz həyat yalnız dəlilərdə olur. Qoy elə problemli olsun, amma maraqlı olsun. Problem demişkən, "Space" telekanalı ilə İdris Cəfərov məsələsinə münasibətiniz necədir? Sizə görə İdris necə jurnalistdir? Haqlıdırmı? - İdris əla oğlandır. Yaxşı teleaparıcıdır. Amma etdikləri mənə çatmır. Sözün düzü, bu hərəkətləri ona yaraşdırmıram. |
2013-12-03 | 3,186 | Eldar Namazov Milli Şuradan getməsiylə bağlı danışdı | Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov vəzifəsindən getmək niyyətindədir. Bu barədə siyasətçi "Axar.az"a özü məlumat verib. Kiyev şəhərində səfərdə olan Eldar Namazov Milli Şuranın istefa vermək üzrə olan sədri Rüstəm İbrahimbəyovla məsləhətləşmələr apardığını da dedi: "Milli Şura üzvlüyündən çıxmağımdan söhbət getmir. Ancaq İcra Aparatının rəhbəri vəzifəsində qalıcı olmaq da düzgün deyil. Çünki bu qurumda El hərəkatı ilə yanaşı, 2 böyük partiya da təmsil olunub və onların da icra aparatında təmsil olunmaq haqqı var". Siyasətçi qurumdakı təmsilçilikdən getmək istəməsinin səbəbləri sırasında Milli Şuradakı vəzifələrin daimi olmamasını göstərdi. Bundan başqa, Eldar Namazov Milli Şuranın 2-ci adamı postunu tərk etməsini işlərinin çoxluğu ilə də əlaqəsi olduğunu dedi: "Bildiyiniz kimi, Milli Şura ilə bərabər, Ziyalılar Forumu və El Hərəkatında rəhbər vəzifədəyəm. İşlərin çoxluğu imkan vermirsə, deməli, Milli Şuradakı vəzifəmi orda təmsil olunan 2 partiyadan olan dostlarla paylaşmalıyam. Bu, çox təbii bir şeydir. Bununla bağlı Rüstəm müəllimlə də məsləhətləşmələr aparmışıq. Demişəm ki, Cəmil bəylə danışıb özləri mənim yerimə bir nəfər razılaşdırsınlar və həmin şəxs İcra Aparatının rəhbəri olsun. Bu təklifimi Rüstəm müəllim də müsbət qarşılayıb. Ancaq bir də təkrar edirəm ki, indiki vəziyyətdə Milli Şura üzvlüyündən getməkdən söhbət belə gedə bilməz". |
2013-12-03 | 3,187 | Aqil Abbas qiymət artımına haqq qazandırdı | 90 faiz bahalaşma olacaq "Büdcə qəbulu zamanı 27-ə faizə qədər qiymət artımından daxil olan vəsait nəzərdə tutulmuşdu. Ona görə də qiymətlərin qalxmaması mümkün deyil. Əkilən hər kənd təsərrüfat məhsulunun qiyməti qalxan enerji və yanacağın qiymətindən 3 dəfə çox qalxacaq. Bu, həm əkəndə həmin qiymət öz təsirini göstərir - məsələn 30 faiz yanacağın qiyməti qalxıbsa, 30 faiz həm əkəndə (çünki ona texnika sərf olunur), həm yığımda, şumda, aratda, həm də daşınmada qalxacaq. Beləliklə, ümumilikdə 90 faizlik bahalaşma olacaq". Bu sözləri Tarif Şurasının yanacağın qiymətinin qaldırılması ilə bağlı verdiyi qərara münasibət bildirən millət vəkili İqbal Ağazadə dedi: "Əsas artımlar yanvar ayından olmayacaq. Ölkədə istehsal olunan məhsulların qiyməti 90 faizə qədər qalxacaq, amma burda məsələ ölkə daxilində qiymətlərin qalxması deyil. Əgər daxili bazarda qiymət artımları bu şəkildə davam edərsə, o zaman xarici bazar daxili bazarı sıradan çıxaracaq. Yəni İran, Türkiyə, Pakistan kimi ölkələrin ucuz məhsulları daxili bazarda özünə yer edəcək". Ağır fəsadlar qaçılmazdır Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qiymət artımının ağır fəsadlarını əhalinin öz üzərində hiss edəcəyini bildirdi: "Düşünürəm ki, yanacağın qiymətinin qaldırılması digər sahələrdə qiymətlərin artımına səbəb olacaq. Hökumət bu qərarla düzgün addım atmayıb. Bu artım əhalinin üzərinə düşəcək və əhali bunun ağırlığını hiss eləyəcək. Bunun qarşısını almaq üçün düzgün iqtisadi-siyasət yeritmək lazımdır". Narahat olmağa dəyməz Millət vəkili Aqil Abbas isə hesab edir ki, qiymət artımının hər hansı bir ciddi fəsadları olmayacaq: "Qiymət qalxımından insanlar narazıdır, amma bunun hər hansı bir ciddi fəsadları olmayacaq. Dünyanın bütün yerlərində qiymət artımı müşayiət olunur. Hətta Türkiyədə iki gündən bir qiymətlər artır. Bundan başqa, qiymət artdıqca, maaşlar da artır və bu da qiymət artımını önləyir. Yəni vətəndaş bunun fəsadlarını üzərində o qədər də hiss eləmir, narahat olmağa dəyməz". |
2013-12-03 | 3,188 | Sumqayıtda xeyli silah-sursat tapıldı | "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Sumqayıt ŞPİ əməkdaşları tərəfindən S.Vurğun küçəsinin dəniz kənarında 3 ədəd "F1", 1 ədəd "RQD-5" qumbarası, 2 ədəd ov tüfəngi, 1 ədəd pnevmatik tapança və onun darağı, 1 ədəd süngü bıçaq, 1 ədəd ov tüfənginin qundağı, 2 ədəd ov tüfənginin çaxmağı, 2 ədəd ov tüfənginin alt tutacağı, 1 ədəd tank əleyhinə mərmi və 59 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. |
2013-12-03 | 3,189 | Məscidin imamından Fazil Mustafaya sərt ittihamlar | "Qasımbəy" məscidinin imam-cüməsi Samir Ağayev Fazil Mustafanın irəli sürdüyü fikirlərlə bağlı "Təriqət əleyhinə dissertasiya müdafiə edən təriqətçi deputat" başlıqlı məqalə yazıb. Yazını təqdim edirik. "Son günlərdə millət vəkili Fazil Mustafanın aşura və Əhlibeyt məktəbi barədə mətbuatda irəli sürdüyü fikirləri yəqin ki, gördünüz. Doğrusu, mən onu sivil və obyektiv bir ziyalı bilirdim. Təəssüflər olsun ki, onun son yazıları məni təəccübləndirdi. Əvvəlki fikirlərinə cavab verildiyindən üstündən keçirəm. Saytların birində "Azərbaycanda bir məktəb belə açmayan şərəfsizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır" deyə fikir səsləndirən Fazil Mustafa bununla nə demək istəmişdir görəsən? Fazil bəy! "Şərəfsizlər" dedikdə kimləri nəzərdə tutmusunuz? Kimlər bir məktəb tikməklə "şərəfli" statusunu qazanır? Belə çıxır ki, sizin nəzərinizdə şərəfli olmağın meyarı məktəb tikməkdir. Kimin tərəfindən tikilməsi isə qətiyyən fərq etməz. Nurçular, vahabilər hətta ermənilər belə Azərbaycanda bir məktəb tiksələr siz onlara "şərəfli" statusunu verəcəksiniz. Fazil bəy! Yazınızı oxuyanda "şərəfsizlər" sözünün şiələrə ünvanlandığı açıq-aşkar bilinir. Şiəlik bu xalqın ənənəvi məzhəbidir. Bu xalq məktəbsiz deyil ki, hansısa bir məktəb tikdirməlidir. Məktəbi olmayanlar məktəb tikir. Nurçulara gəldikdə isə həmin məktəblərdə balalarımıza elm öyrətmək adı altında öz ideologiyalarını aşılamaları heç kəsə gizli deyildir. Xalqımızın övladlarına yad bir ideologiyanı aşılamaqla yanaşı, onları tariximizə və tarixi şəxsiyyətlərimizə bədbin edirlər. Mən dəfələrlə onların məktəbini bitirən məzunlarla təmasda olmuşam. Onlarda Azərbaycanın böyük oğlu Şah İsmayıl Xətaiyə qarşı qəribə bir kin və nifrətin olduğunu görürəm. Bunun səbəbi nədir "acaba"? "Siğədən doğulanlar" ifadəsinə gəldikdə isə deməliyəm ki, bu nikah qanunu şiə məzhəbinin fiqhində təsbit olunmuşdur. Bununla yenə şiələri təhqir etmisiniz. Bu haqqı sizə kim vermişdir? Indiyə qədər bircə nəfəri göstərə bilərsinizmi ki, bu yolla dünyaya gəlsin? Gəlin belə bir müqayisə edək: Azərbaycanda dini kəbin kəsdirmək qanunda nəzərdə tutulmayıb, indi kimlərinsə bunu əlində bəhanə edib bizə vələdüz-zina deməyə haqqı varmı? Əlbəttə ki, xeyir. Çünki, bütün din və məzhəb mənsubları, hətta bütpərəstlər belə öz qanununa uyğun kəbin kəsdirsələr, o kəbin düz, onlar da halalzadədirlər. Bu bütün islam təriqətlərinin birmənalı olaraq qəbul etdiyi bir nəzərdir, cənab təriqətlər əleyhinə dissertasiya müdüfiə edən! Azərbaycanda kifayət qədər dini kəbin deyil, "zaqs"la dünyaya gələnlər var, indi bizim onlara "kəbinsiz dünyaya gələnlər" deməyə haqqımız varmı? Ümumiyyətlə bu cür cahilanə yanaşmalar, bu təhqirlər məzhəblərarası söhbətləri qızışdırır. Siz bunu bilməmək qədər cahil deyilsiniz. Müsəlmanların indiki dövrdə ən çox birliyə ehtiyacı olduğu halda bu sözlərlə kimin dəyirmanına su tökmək istəyirsiniz? "Mən heç bir təriqəti qəbul etmirəm" fikrinə gəldikdə isə mümkünsüz bir iş olmaqla yanaşı, həm də adətən yaşadığı cəmiyyətin ideologiyasını deyil başqa bir ideologiyanı qəbul etmiş, amma özünü bu və ya digər səbəbdən gizlədən insanlara xasdır. Xüsusilə son dövrlərdə "nə şiəyəm, nə də sünnü, Quran yolu gedən əsl müsəlmanam" deyə fikir səsləndirən vahabiləri görürük. Elşad Miri kimilər də özünü bu yolla gizlətmək istəyirlər. Əgər biz qəbul etsək ki, doğrudan da siz heç bir təriqəti qəbul etmirsiniz, onda yeni bir təriqət yaratmış olursunuz. Çünki, hər bir təriqət elə digər təriqətləri qəbul etmədiyi üçün yaranıb, cənab təriqətlər əleyhinə dissertasiya müdafiə edən! Məhərrəm ayı girəndən siz aqressivləşmisiniz, hirsiniz o həddə çatıb ki, xalqı artıq təhqir edirsiniz. Tövsiyəmiz budur ki, məhərrəmlik girəndə aşura mərasimləri keçirilməyən qeyri-müsəlman bir ölkəyə (əgər tapa bilsəniz) istirahətə gedəsiniz. Elə bir normal ölkənin olmadığını nəzərə alsaq, onda bircə ölkə qalır, o, da Ermənistandır. Qoy bu mərasimlərdə səsləndirilən "Hüseyn vay" sədaları qulağınıza dəyməsin. Əsəbləriniz də sakitləşər. Allah Təala bu xalqı fitnəkarlardan qorusun. Amin!" az.islam.az |
2013-12-03 | 3,190 | Bakıda “Cip”in avtobusla toqquşma anı - Video | Bakıda idarəetməni itirən "Cip" yolda maneəni aşaraq avtobusla toqquşub. "Axar.az" xəbər verir ki, Bakıda yolayrıcında dönmə əməliyyatını yerinə yetirən "Cip"in sürücüsü idarəetməni itirib və nəticədə avtomobil prospektin ortasındakı maneəni aşaraq əks istiqamətli hərəkət yoluna çıxıb. "Cip" yalnız hərəkətdə olan sərnişin avtobusu ilə toqquşduqdan sonra dayanıb. "Axar.az" Trend ə istinadən həmin qəzanın videogörüntüsünü təqdim edir: |
2013-12-03 | 3,191 | Azərbaycanda miqrantlara qarşı cəza sərtləşdirilir | Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliklər nəticəsində əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə ölkə hüdudlarından kənara məcburi çıxarma cəzası təyin ediləcək. Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişikliklər müzakirə edilərək qəbul olunub. Dəyişiklik barəsində məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məcəlləyə edilən digər dəyişikliyə əsasən, barəsində Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məcəllənin 318-1 maddəsinə edilən dəyişikliyə əsasən isə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə görə - iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, təkrar törədildikdə, insan həyatı üçün təhlükəli üsulla törədildikdə - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır ( Trend ). |
2013-12-03 | 3,192 | Baş nazir müxalifətin tələbini yerinə yetirdi - Yeniləndi | 13:35 Ukrayna müxalifəti Baş nazir Nikolay Azarovun Radaya gəlməsi üçün bir saat vaxt verib. Axar.az məlumat verir ki, bu barədə açıqlama ilə Batkivşina (Vətən) Partiyasının sədri Arseni Yaçenyuk çıxış edib. O, N.Azarovla yanaşı Daxili İşlər nazirinin də parlamentə gəlməsini tələb edib. A.Yaçenyuk əks halda qanun layihəsi təsdiqlənsə belə, qeyri-qanuni hesab ediləcəyini bildirib: "Azarovsuz prosedur qanunsuzdur. Biz bir saat vaxt veririk. Qoy, bura gəlsin". 15:13 Ukraynanın Baş naziri Nikolay Azarov müxalifətin tələbini yerinə yetirərək Radaya gəlib. Baş nazirdən fərqli olaraq, Daxili İşlər naziri Zaxarçenko ziyarətçilərin arasında olmayıb. Hökumət rəhbərinin tələb edilən vaxtdan 50 dəqiqə gec gəldiyi söylənilib. N.Azarov parlamentə daxil olan kimi müxalifətin etiraz səsləri eşidilib. |
2013-12-03 | 3,194 | İTV-də vergi yoxlamaları təsdiq olundu | İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) Maliyyə Departamentinin direktor müavini Hamlet Mollayev də dünən postu ilə vidalaşıb. İşdən uzaqlaşdırılmasının səbəbləri ilə bağlı "Aznews.az"-ın suallarını cavablandıran H.Mollayev deyib ki, bu qərarı İTV rəhbərliyi verib. Şirkətdə vergi yoxlamalarının davam etməsinə baxmayaraq, vəzifəsindən kənarlaşdırılmasına da münasibət bildirən mühasib bu addımın düzgün olmadığını söyləyib: "İşdən çıxdım, qurtardı. Artıq məsuliyyət daşımıram". Bəs, mühasibi vergi yoxlamalarının nəticəsindən asılı olaraq, işində hər hansı nöqsana yol verməkdə ittiham olunma ehtimalı narahat etmir ki? H.Mollayev hesab edir ki, onunla bağlı qərar məhz yoxlama bitdikdən sonra verilməli idi. Buna baxmayaraq, o, əmindir ki, heç bir nöqsan çıxmayacaq: "Vergi yoxlamaları bitməli, sonra mənimlə bağlı qərar verilməli idi. Problem olarsa, cavab verməyə hazıram. Lakin heç bir problem çıxmayacağını bilirəm. Sadəcə, yoxlamalar üçün sənədlər təqdim olunmalıdır. Mən olmadıqdan sonra həmin sənədləri kim təqdim edəcək? Bu barədə rəhbərliyi xəbərdar etdim. Şifahi söhbətimiz oldu. Lakin son qərar belə oldu ki, mən işi təhvil verim". Xatırladaq ki, "Axar.az" olaraq İctimai TV-də mart ayında başlayan vergi yoxlamasının 6 ay müddətinə dondurulduğunu, dekabrın ikisində isə yenidən başlayacağını yazsaq da, Vergilər Nazirliyi və İctimai TV-dən münasibət bildirməmişdilər. İndi isə İTV-nin mühasibi vergi yoxlamasını təsdiqlədi. |
2013-12-03 | 3,195 | Eks müdafiə naziri günahını boynuna almadı | Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov bu gün səhlənkarlıq maddəsi ilə dindirilsə də, günahını boynuna almayıb və ifadə verməkdən imtina edib. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə Serdyukova ölkəni tərk etmə qadağası qoyulub. Rusiyanın araşdırma komitəsinin rəsmi nümayəndəsi V. Markin bildirib ki, eks nazirə ittiham irəli sürüləcək. |
2013-12-03 | 3,196 | AFFA klublara cəza yağdırdı | İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul edilib. "Axar.az"ın məlumatına görə, Topaz Premyer Liqasının XV turunun "Rəvan" - "Qəbələ" matçının 85-ci dəqiqəsində "Rəvan" klubunun 27 №-li futbolçusu Rəşad Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub. "Simurq" - "Qarabağ" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Bundan başqa "Sumqayıt" - "Neftçi" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Həmin oyunun 90-cı dəqiqəsində "Sumqayıt" klubunun 4 №-li futbolçusu Samir Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. "Xəzər Lənkəran" - AZAL matçında isə AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Eyni oyunun 56-cı dəqiqəsində AZAL klubunun 20 №-li futbolçusu Branislav Arseniyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.86-cı dəqiqədə isə "Xəzər Lənkəran" klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. |
2013-12-03 | 3,197 | Radada inqilab sədaları – Video | Radada Ukrayna müxalifəti inqilaba çağırış edib. "Axar.az" məlumat verir ki, "Svoboda" fraksiyasının liderinin çıxışından sonra müxalif deputatlar ayağa qalxaraq "Revolyuçiya"(İnqilab) sədaları ilə qışqırıblar. Hadisənin baş vermə anını təqdim edirik. |
2013-12-03 | 3,198 | Özünüzü şəhid etməyin, İmam Hüseyn nə sünnidir, nə şiə | Qasımbəy məscidinin imam-cüməsi Samir Ağayev millət vəkili Fazil Mustafanı sərt şəkildə ittiham edən yazıyla çıxış edib. Fazil Mustafa həmin məqaləyə yazdığı cavabı "Axar.az"a göndərib: GÜNÜN ABSURDU "Mən heç bir təriqəti qəbul etmirəm" fikrinə gəldikdə isə mümkünsüz bir iş olmaqla yanaşı, həm də adətən yaşadığı cəmiyyətin ideologiyasını deyil, başqa bir ideologiyanı qəbul etmiş, amma özünü bu və ya digər səbəbdən gizlədən insanlara xasdır. Xüsusilə son dövrlərdə "nə şiəyəm, nə də sünnü, Quran yolu gedən əsl müsəlmanam" deyə fikir səsləndirən vəhabiləri görürük. Elşad Miri kimilər də özünü bu yolla gizlətmək istəyirlər". Bu sözləri Qasımbəy məscidinin imam-cüməsi Samir Ağayev bizi ittiham edərək yazıb. İslama dəxli olmayan "islam.az" saytında yerləşdirilib. Yazı absurd ittihamla dolu olduğundan cavaba layiq bilmirəm. Bu barədə çox sayda məqalələrim var və lazım olarsa, bir də oxumaq üçün paylaşarıq. Ancaq çox maraqlı bir detala toxunmaq istərdim. Xatırlayırsınızsa, Aşura günündə hörmətli Allahşükür Paşazadə açıqlama vermişdi və mən də onu təqdir edərək geniş auditoriyada paylaşmışdım. Hələ də mənim səhifəmdə var. Mətn belə idi: "İmam Hüseyn nə sünni, nə də şiədir. O, müsəlmandır". Çox gözəl, tərbiyəvi əhəmiyyət daşıyan, cahilliyə rəvac verməyən sözlərdir, deyilmi? İndi, hörmətli Samir Ağayev, dərinə getmək lazım deyil, özünüzü şəhid etməyə də gərək yox, sadəcə, sual verirəm, bu ifadəsinə görə cənab Paşazadənidəmi vəhhabi hesab edirsiniz? Belə bir cəsarət sahibisinizsə, sadə bir iş görün: Qafqaz müsəlmanları Ruhani idarəsinin başçısı hörmətli Allahşükür Paşazadəyə kəskin etirazlarla dolu bir yazı yazın. Əgər yazmazsanız, məndən sözlərinizə görə üzr istəməniz ən səviyyəli davranışınız olardı. |
2013-12-03 | 3,199 | Aksiyaçılar nazirliyə girdi | Banqkokda polis baş nazirliyin ətrafındakı barrikadaları ləğv edib. Daha öncə xəbər verdiyimiz kimi, Tailandda bir həftədir davam edən və bəzən zorakılığın baş verdiyi aksiyalarda son üç gün ərzində ən azı üç nəfərin öldüyü, 200-dən çox insanın isə yaralandığı bildirilir. Ancaq bu dəqiqələrdə polis baş nazirliyinin ətrafındakı beton barrikada və tikanlı məftilləri götürərək aksiyaçılara içəri girə biləcəyini elan edib. Barrikadalar götürüləndən sonra polis və aksiyaçılar qucaqlaşıblar. Aksiyaçılar həmçinin polislərə gül hədiyyə ediblər. Polisin bu addımının Banqkokda gərginliyi yatırtmaq üçün atdığı bildirilib. Tailandın Baş nazir müavini Ponqtip Tipkançana hökumətin fəaliyyətinə davam etdiyini, ancaq polisdən geri çəkilməsini istədiyini söyləyib. Tipkançana "bu aksiyalarda iştirakçıların simvolik olaraq bu yerləri işğal etmək istədiklərini gördük və bunun üçün şərait yaratdıq. Bu gün gözyaşardıcı qazdan istifadə etməyəcəyik, toqquşma olmayacaq. Əgər içəri girmək istəsələr, buna icazə verəcəyik"-, deyib. Aksiyaçılar bu irəliləyişi qələbə hesab edib. Ancaq aksiyaçıların lideri Sutep Taqsuban mübarizəni davam etdirəcəyinə və hökuməti devirməyə and içib. |
2013-12-03 | 3,200 | Hökumət yanacağın qiymətini niyə qaldırdı? - Araşdırma | Bu gündən Tarif Şurasının qərarı ilə Azərbaycanda avtomobil yanacaqları üçün yeni qiymətlər müəyyənləşdirilib. Təbii ki, bizdə belə bir praktika yoxdur ki, Tarif Şurası qiymətlərin dəyişildirilməsinin iqtisadi əsaslandırılmasını ortaya qoysun və isbat etsin. Yəni bunun müzakirə predmetinə çevrilməsinə ehtiyac belə qalmasın və cəmiyyət qiymət dəyişikliyinin real bir fakt kimi qəbul etsin. Ona görə də hər dəfə Azərbaycanda Tarif Şurası qiymət artımı ilə bağlı qərar çıxaranda və bundan cəmiyyət gecə yarısı xəbər tutanda (!), səhərisi gün və bəzən də digər günlər ancaq müzakirə obyekti bu olur ki, hökumətin fikri nədir görəsən? Nəyə görə hökumət? Çünki Azərbaycanda Tarif Şurası əksər sivil ölkələrdəki kimi müstəqil bir qurum kimi çıxış etmir və onun üzvləri elə hökumətin yüksək vəzifəli məmurları, daha dəqiq desək, nazir müavinləri və komitə sədrlərindən təşkil olunub. Hətta postsovet ölkələrinin Avropaya inteqrasiya kursu götürmüş ölkələrində (Ukrayna, Moldova, Gürcüstan) bu təşkilat Tənzimləyici orqan adlanır və hökumətə heç bir tabeçiliyi yoxdur. Qərbdə isə Tənzimləyici orqan parlamentə tabedir və büdcədən maliyyələşır. Ora bazarda monopol "söz sahibi" olan həm hökumət, həm də özəl qurumlar qiymət və xidmət haqlarının təyin edilməsi ilə bağlı müraciət edə bilərlər. Tənzimləyici orqanın vəzifəsi təklifə baxmaq, bazardakı vəziyyəti araşdırmaq və mübahisəli vəziyyət yaranarsa, maliyyələşdirməni öz boynuna götürərək yerli və beynəlxalq (müstəqil) ekspertlərdən ibarət audit təşkil etməkdir. Yalnız bundan sonra bu orqan qiymətlərlə bağlı qərarını mətbuatda dərc edir və 30 gündən 45 günədək müddət qoyulur ki, maraqlı tərəflər qərarla tam tanış olsunlar. Burda çox maraqlı bir maddə var. İstehlakçı Tənzimləyici orqanın çıxardığı qərarla bağlı onu və ya ona müraciət etmiş monpolisti məhkəməyə vermək hüququ var. Ona görə bu qədər müddət verilib ki, maraqlı tərəflər bir-birilərinə olan bütün inamsızlıqlarını hüquqi müstəvidə həll etsinlər və bundan sonra yazılmış tarixdən qərar icra edilməyə başlasın. İndi bunları oxuyandan sonra görürsünüzmü Azərbaycan reallığı ilə istehlakçının hüquqlarının real qorunduğu məkanlarda nə qədər fərq var! Keçək məsələnin ikinci hissəsinə. Qiymət artımı labüd idimi? Əlbəttə. Bununla bağlı Azərbaycanın tanınmış ekspertləri hələ oktyabr ayının sonunda hökumət parlamentə 2014-cü ilin büdcə layihəsini təqdim edərkən həyəcan təbili vurmuşdular. "Caspian Barrel" bununla bağlı hökumətin kommunal sektorda enerji xərclərinin artımları cədvəlini dərc etmişdi. Artımın iqtisadi əsası varmı? Əvvəla, il boyu bircə dəfə də olsun hökumətin iclaslarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məsələ qaldırmayıb ki, onun emal müəssisələri ziyanla işləyir və ya alınan benzin və dizel yanacağına sərf edilən vəsaitlə onun topdansatış qiymətləri arasında bir disbalan ayaranıb və buna görə də tariflərə baxılması ehtiyacı var. SOCAR-ın açıqladığı 2012-ci il maliyyə hesabatına görə, şirkət emal sektorundan 2.5 milyard manat gəlir əldə edib. İkincisi, SOCAR daim dövlət büdcəsinə ödəmələri aybaay artırır. Özü də bu o zaman baş verir ki, SOCAR "Azərenerji"yə satdığı qazın pulunu tam həcmdə ala bilmir və 9 ayın yekunlarına görə bu borc 200 milyon manata qədər yüksəlir. Nəzərə almaq lazımdır ki, SOCAR-ın xam neftin ixracında azalma var. Əgər SOCAR-da mənfəətin azalması prosesi emal sektorunda da baş versəydi, məntiqlə Dövlət Neft Şirkəti büdcəyə ödəmələrini 2013-cü ilin 10 ayında 14,2% artıra bilməzdi... Üçüncüsü, SOCAR öz emal müəssisələrinə neftin 1 barrelini 10 dollara satır. Bu qiymətə xammal alan müəssisə necə bəyan edə bilər ki, "bizim istehsal etdiyimiz yanacağın maya dəyəri özünü doğrulda bilmir?" Bəs onda 100 dollardan xammal alan emal müəssisələri neyləməlidirlər? Bir də SOCAR-ın istehsal etdiyi benzinin keyfiyyəti ilə həmin 100 dollara xammal idxal edən NEZ-nın məhsullarının keyfiyyətini də yanaşı qoymaq olmaz axı... Dördüncüsü, yanacağın indiki artım tempinin bu qədər yüksək olmasına (dizel yanacağı üçün - 34%, A-92 markalı benzin üçün – 28% və A-95 markalı benzin üçün – 33,5%) demək olar ki, heç bir bazar iqtisadiyyatı olan ölkədə rast gəlməzsən. Hətta yanacaq bazarı qismən tənzimlənən qonşu Qazaxıstanda belə hökumətin qərarı ilə noyabrda yanacağın qiyməti orta hesabla 5,6% artmışdı. Bazar ölkələrində qiymətlər artsa da, onların azalan vaxtları da olur. Bizdəki kimi ancaq yuxarı xətlə inkişaf etmir. Bəs niyə birdən-birə belə artım? Dövlət Statistika Komitəsinin məlumatlarını təhlil edərkən məlum olur ki, SOCAR 2008-ci ildən ixrac neft məhsullarını kəskin itirməyə başlayıb və hazırda bu azalma 50%-ə qədər artıb. Bu illərdə demək olar ki, daxili bazarda yanacağa olan tələbat da o nisbətdə artmağa başlayır. Bunun obyektiv səbəbləri ölkəyə gətirilən avtomobillərin böyük sürətlə artmasıdır. Təbii ki, gətirilən avtomobillər hərəkət etməlidir, hərəkət üçün isə yanacaq gərəkdir. Bundan əlavə, daxili bazarda yanacağın həddən artıq istehlakının artmasına təkan verən bir səbəb də şəhər infrastrukturunun artan avtomobil tələbatını ödəyə bilməməsidir. Məhz bu səbəbdən də külli miqdarda neft məhsulu izafi xərclənməyə başlayıb 2010-cu ildən. Neft Araşdırmaları Mərkəzinin təqribi hesablamalarına görə, əgər normal şəhər infrastrukturu mövcud olsaydı və yollardakı təmir-tikinti işləri illərlə uzanmasaydı (bir küçənin əsaslı təmiri bəzən 4-5 il çəkir, yeni yolların çəkilişi isə yubanır) və avtomobillərin texniki baxışı normativlərə əsasən həyata keçirilsəydi, onda SOCAR xarici bazara çıxardığı əlavə neft məhsulları hesabına ildə 300-350 milyon dollar əlavə qazanc əldə edə bilərdi. Ona görə də hökumət indiki qiymət artımı hesabına SOCAR-ın xarici bazarlarda itirdiyini müəyyən mənada daxili bazarın artan tələbatı hesabına kompensasiya etmək qərarına gəlib. Yaxın gələcəkdə daxili bazar genişlənəcək, SOCAR-ın isə xarici bazara neft məhsul ixracı imkanları məhduddur. Bu baxımdan daxili bazar daha perspektivlidir və dünya bazarı kimi hər hansı qiymət risklərindən sığortalanıb. SOCAR-a isə yaxın beş ildə masştablı layihələr həyata keçirmək lazımdır. Düzdür onların reallaşdırılması üçün beynəlxalq kreditlər, dövlətin dəstəyi, Neft Fondunun vəsaitləri lazım olacaq, ancaq stabil gəlir mənbəyi kimi daxili bazarın öz yeri var. İlham Şaban Neft Araşdırmaları Mərkəzinin rəhbəri |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.