date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-11-29
2,883
Gürcüstanda komunizmə qadağa qoyuldu
Gürcüstanda faşizm və kommunizm simvollarından ictimai yerlərdə istifadəyə qadağa qoyulub. "Axar.az"ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, artıq bununla bağlı ölkə parlamentində qərar qəbul olunub. Qərara əsasən kommunizm və faşizmlə bağlı simvol, hansı abidənin hazırlanması və ya bu ideologiyanın liderlərinin adlarının harasa verilməsi qadağan olunub. Qaydanı pozanları isə 1000 lari (təxminən 500 AZN) cərimə gözlədiyi bildirilib.
2013-11-29
2,884
Azərbaycan diasporunun rəhbəri ölümlə hədələnir
Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamı Şahin Məmmədovun evinə silahlı basqından sonra yerli milis tərəfindən təzyiqə məruz qalan Azərbaycan diasporunun rəhbəri Rasim Uğurluyev özünə və ailəsinə qarşı ölüm təhdidləri alır. Luqansk Azərbaycanlıları Konqresinin sədri olan R.Uğurluyev APA-ya bildirib ki, Ş.Məmmədov hadisəsindən sonra evinə olunan basqınla bağlı rəsmi orqanlara və mediaya etdiyi müraciətlərdən sonra özü və övladları ilə bağlı öldürüləcəyi, məhv ediləcəyi xəbərdarlıqlarını alıb: "Tanışlarım mənə ismarış göndərir ki, özüm və ailəmin həyatı barədə ehtiyatlı olum. Əvvəlcə o hadisəni törədənlərlə əlaqəli yerli mafiozlar məni hədələyirdilər. Amma dostlarım bildirir ki, həm Şahin Məmmədov hadisəsi, həm də özümlə bağlı baş verən təzyiqlərdən sonra Ukraynanın dövlət orqanlarına, mətbuata etdiyim ardıcıl müraciətlər narahatlıq doğurub, məni aradan götürmək istəyirlər. Məqsəd də odur ki, məni aradan götürüb burada danışa biləcək kimisə saxlamasınlar, Şahin Məmmədovu da itirsinlər". R.Uğurluyev artıq bir diaspor rəhbəri kimi fəaliyyət göstərməkdə çətinlik çəkdiyini və hər gün təqib olunduğunu bildirib. Bununla bağlı Ukrayna rəhbərliyinə müraciət edəcəyini deyən R.Uğurluyev qeyd edib ki, artıq Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsini şifahi olaraq məlumatlandırıb. Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat və informasiya şöbəsinin şöbə müdiri Elşad Miraləm isə APA-ya bildirib ki, bu barədə heç bir ölçü götürə bilməsələr də, məsələni bu gündən araşdıracaqlar. Ş.Məmmədov hadisəsinin və R. Uğurluyevin evinə basqının baş verdiyi 16 noyabrdan sonra onlarla əlaqə yaradılıb-yaradılmaması ilə bağlı suala isə E.Miraləm cavab verməyib. Qeyd edək ki, noyabrın 16-da axşam Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və hazırkı fəalı, iş adamı Ş.Məmmədovun evinə xeyli sayda maskalı şəxslər tərəfindən basqın olub. Basqın zamanı baş vermiş atışma nəticəsində Ş.Məmmədovun açdığı atəş nəticəsində basqınçılardan biri ölüb. Hadisə günü R.Uğurluyevin də evinə yerli milis xüsusi təyinatlıları tərəfindən basqın olub və icazəsiz evində axtarış aparılıb. Özünü isə həmin gecə milis idarəsində saxlayıblar.
2013-11-29
2,885
Nazirlər dekabr ayı nə iş görəcək - Qrafik
Ölkə prezidentinin tapşırığına uyğun olaran dekabr ayında da nazirlər, komitə sədrləri əhali ilə görüşləri davam etdirəcəklər. "Axar.az" "Azərtac"a istinadən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü il dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikini təqdim edir:
2013-11-29
2,886
“Qanun”da bu vəziyyətdə işləyirlər - Fotoreportaj
İşçilər kitabların içində "itib-batıb" "Qanun" nəşriyyatında yaranmış vəziyyət barəsində xəbər vermişdik. Qısaca qeyd edək ki, Metropolitenin stansiyalarında kitab satışınının qadağan edilməsindən sonra nəşriyyata 80 mindən artıq kitab geri qayıdıb. Nəşrlər Evindən "Axar.az"ın fotoreportajını təqdim edirik.
2013-11-29
2,887
Obama Netanyahuya “tənqidlərindən əl çək” dedi
Obama Netanyahudan Cenevrə konfransında İranla əldə olunan razılaşmaya etiraz etməməyi tələb edib. "Vaşinqton Post" qəzetində qeyd olunan məlumatda bildirilir ki, ABŞ prezidenti Barak Obama İsrail baş naziri Benyamin Netanyahuya Cenevrədə İranla "5 +1 qrup"u arasında əldə edilən razılaşmayla əlaqədar sensasiyalı açıqlamalar verməməsini və bunun razılaşmanı risk altına ala biləcəyini deyib. Obama Netanyahudan tənqidlərindən imtina edib, amerikalı səlahiyyətlilərin tərəfində olmağını istəyib. Qeyd edək ki, İsrail İran və "5+1" qrupu arasında razılaşmadan sonra böyük narahatçılıq keçirdiyini və bunun "tarixi bir səhv" olduğunu bildirmişdi.
2013-11-29
2,888
Bir gündə 50 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınıb. "Axar.az"ın Daxili İşlər Nazirliyi saytına istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 24 nəfər həbs edilib.
2013-11-29
2,889
Bakıda itkin düşən 12 yaşlı qız danışdı
Avtorallidə itkin düşən və 6 gün sonra tapılan qız danışdı. "Axar.az" xəbər vermişdi ki, noyabrın 23-də Bakıda avtoralli yarışını izləmək adı ilə evdən çıxan 12 yaşlı Lalə Məmmədova və onların qonşusu, 17 yaşlı Qönçə dünən axşam polis tərəfindən tapılıb. Lalənin atası daha öncə açıqlamasında qızının Qönçəyə uyaraq qaçdığını söyləmişdi. Lalə isə açıqlamasında evdən qaçmadığını və qohumlarına getdiyini bildirib: "Gün.az"a açıqlamasında, "Mən evdən qaçmamışdım. Hövsandakı qohumumuzgilə getmişdim. Amma bundan evdəkilərin xəbəri yox idi", - deyib. "Bəs evdən xəbərsiz olaraq 6 gün qohumunuzgildə niyə qaldınız?" sualına isə cavab alınmayıb. Telefonu bir qadın Lalənin əlindən alıb və ona danışmağa imkan verməyib. Daha sonra isə Lalənin atası Müşfiq Məmmədov telefonu götürərək bir daha qızının Qönçə tərəfindən "yoldan çıxarıldığını" təkrarlayıb. Xatırladaq ki, M.Məmmədov daha öncə qızı Lalə və qonşuları Qönçənin 6 gün ərzində müxtəlif internet klublarında gecələdiklərini söyləmişdi. Onların dünən axşam "Sahil" metrosu yaxınlığında tapıldığını bildirmişdi.
2013-11-29
2,891
Biz “Sizə zəfər gətirəcəyik”
Bu torpağın son qurbanı mən olsam, Öz odumda yanıb külə tən olsam, Eldən ötən güllələrə dən olsam, Ata millət, "oğul" deyib ağlama, Ağlamağın yeri deyil, ağlama! (Məmməd Araz) Doğrudan da, "ağlamağın yeri deyil". Çünki biz "Sizə zəfər gətirəcəyik!". Əziz oxucu, şərəfli Azərbaycan xalqı, yenilməz millətim!.. Bilirsinizmi, bu fikri haçan, harada düşünmüşəm, bu gerçəkləşdirəcəyimiz və gerçək olacaq arzumuzu harada qəsd etmişəm? İndiyə qədər ölkəmizdə səslənişinə belə inanmadığınız 35 dərəcə şaxtalı Azərbaycan torpağında – Murovda... Qələbəmizin istinad nöqtəsi, başlanğıcı oradır! Güllə səslərinə diksinən və don vurmuş bir münaqişə həllini məhz həmin o 35 dərəcə şaxtadan – mənfur düşmənə əsir düşməyən nöqtədən tapacaq. Onu SİZƏ biz gətirəcəyik – Azərbaycan zabiti və əsgəri! Bir də... bilirsinizmi niyə belə inamlıyam? Azərbaycan Ordusunun zabiti kimi, ilk növbədə o qələbəyə özüm inanıram! Onu bizlərin – Azərbaycan Ordusunun zabit və əsgərlərinin qazanacağına inanıram! O inamı məndə və bizlərdə həmin o 35 dərəcə şaxtaya bürünüb düşmən ayağına təmas tanımayan TORPAQ yaradıb! Bildinizmi? Torpaq əsir düşməmək üçün özünü şaxtaya bürüyüb – sahibinin əli-ayağı sığal çəksin, yurd tiksin üstündə, sinəsinə bayraq sancsın! Qələbə cücərdən, qəhrəmanlar yetişdirən bir torpaq əsir qala bilməz! Biz gücümüzü torpaqdan alırıq! Vətəndaşın – fərq etməz mülki vətəndaş və ya hərbçi olsun – ən böyük qüruru dövlətinin gücünə arxalanmaqdır, dövlətin gücü isə onun ordusundadır! Orduya olan sevgimiz Tanrıya olan sevgimiz qədər olmalı ki, bu inam bizi zəfərə, qələbədən-qələbəyə aparsın... Orduya olan inamımız isə inanclarımızın alisi olmalıdır! Bu fikri o mənada deyirəm ki, 30 il Elzas-Lotaringiya alman əsirliyində qalanda, Fransa xalqı heç kimi – nə prezidenti, nə də özünü ittiham etmədi, əksinə, hər şeyi unudub… ancaq kilsəyə və orduya yardım etdi, dəstək oldu! Çünki vətəndaş dövlətinin gücünə arxalanmaqdan böyük qüruru olmadığını nümayiş etdirəndə qarşılığını da vətəndaşlara zabitlər və əsgərlər yaşadır! Allah isə bu vəhdətə qələbə ərməğan edir! Buna görə də… çalışmalıyıq ki, ORDUmuz güclü olsun. Bunun üçün də bilməliyik: - Biz görünən gözük... - Biz bizə tuşlanan ölümün gözünə dik baxmağı bacaranlarıq. Bir zabit kimi deyirəm: "Sizə zəfər gətirəcəyik!" Mən buna inanıram! Ona görə də biz sizin güvənc yeriniz, siz bizim and yerimiz olun. Siz bizə isti nəfəs göndərin ki, biz nəfəsinizə bürünüb sizə qələbə göndərə bilək. Sevgili millət, əziz soydaşlar! Bilin ki, könlümüz bu yurda, ruhumuz qələbəyə bağlıdır. Unutmayın ki: - Başımız bu Vətən yolunda fəda olmaq üçün hazırdır! - Sinəmizi düşmənə sipər, kürəyimizi sizə etibar edirik. Harada vətən torpağı varsa, ayağımız orda, gözlərimiz müstəqilliyimizə dikilib! - "Sizə zəfər gətirəcəyik!" – dualarınızı üstümüzdən əskik etməyin, ağbirçək nənələr, hələ də başından qara yaylığını açmayan şəhid anaları! O möhtəşəm gün uzaqda deyil. Qisas günü şanlı zəfər tariximiz olacaq. Bu, bir əsgər marşı, tarixin tələbi, işğal olunmuş yurdun harayıdır: "Sizə zəfər gətirəcəyik!". "Ey qəhrəman övladın şanlı vətəni" – bu bir əsgər anasının duası, əsgər atasının düyünləşən, yumruqlaşan qeyrətidir. Bu, bir azadlıq himni, zəfər zəngidir. Şanlı yurdum! Unutma ki, bizə bir müsibət gəlsə, sənə gələr. Sənə gələn müsibətin qarşısında sipər kimi dayanmışam. Gələn bəla, qəza-qədər məni alsın, təki sənin bircə qarış torpağına namərd yağı əl dəyməsin! Şanlı yurdum! Qisasını almaq üçün burdayam mən! Sənə gələn hər zərbəyə sinəsiylə sipər çəkən bir əsgərəm. İndi bildinmi mən kiməm? Sevgili millət, əziz soydaşlar! Bizə hər səhər xoş sözlər göndərin! Gözlədiyiniz ən gözəl səhəri sizə gətirəcəyik, taleyimizin ən gözəl anlarını, müharibənin dolaşıq kələfini açacaq bir sabah gətirəcəyik sizə! Unutmayın: Bu döyüşdü – əzilən var, əzən var, Ölüm hökmü qoltuğunda gəzən var; Burda "bizik", nə "mən" vardır, nə "sən" var. Yox, ağlama, ana millət, ağlama! Qorxuram ki, sına millət, ağlama. (Məmməd Araz) Bəli, bu döyüşdü, "burda "bizik", nə "mən" vardır, nə "sən" var", Azərbaycan əsgərini qələbəyə ruhlandıran, şanlı, böyük, yenilməz bir VƏTƏN var... Yaşasın şanlı Azərbaycan Ordusu! Ehtiyatda olan baş leytenant
2013-11-29
2,892
Rusiya Aİ və Ukrayna arasındakı danışıqlara qoşula bilər
Rusiyanın Avropa İttifaqı (Aİ) və Ukrayna arasında assosiasiya haqqında danışıqlara qoşulması tamamilə qəbuledilməzdir. Bunu Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Vilnüsdə III "Şərq tərəfdaşlığı" sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, söhbət Aİ ilə Ukrayna arasındakı ikitərəfli sazişdən gedir: "Biz bu danışıqlara üçüncü ölkəni necə cəlb edə bilərik? Biz üçüncü iştirakçı tərəfindən vetonun qoyulmasına yol verə bilmərik". Bununla belə, X.M.Barrozu enerji təhlükəsizliyi problemləri daxil olmaqla, ayrı-ayrı enerji məsələləri üzrə Rusiya-Ukrayna-Aİ üçtərəfli danışıqlarının keçirilməsini istisna etməyib: "Biz iqtisadiyyat, ticarət və ya enerji kimi ayrı-ayrı sahələr haqqında fikir mübadiləsi apara bilərik. Aİ Ukrayna ilə belə danışıqlara hazırdır. Lakin Rusiyanın assosiasiyalar haqqında danışıqlar formatına qoşulması tam istisna edilir". (Trend)
2013-11-29
2,893
İbrahim Tatlısəs boşandı
Məhşur türk müğənnisi İbrahim Tatlısəs 2 il əvvəl ailə qurduğu Ayşəgül Yıldızdan elə birinci məhkəmə prosesindəcə boşanıb. "Kiçikçəkməcə Ədliyyəsi"nə gələn cütlüyün məhkəməsi təxminən 15 dəqiqə çəkib. Gizlilik qərarına görə, məhkəmənin keçirildiyi binanın birinci mərtəbəsinə heç kim buraxılmayıb. Boşanmalarına səbəb kimi "yola getməmək" göstərilən cütlük boşanmadan sonra məhkəmədən ayrı-ayrı çıxıblar. Tatlısəs mühafizəçi ordusuyla gəldiyi ədliyyə binasının qarajından çıxıb. Keçmiş arvadının isə başqa qapıdan çıxdığı bildirilir. Qeyd edək ki, 2011-ci ilin 13 martında hücuma məruz qalıb sol tərəfli iflic olan Tatlısəs, xəstəxanada yatdığı müddətdə, 29 sentyabrda Ayşəgül Yıldızla evlənmişdi. Ayrılacaqları haqqında çoxlu dedi-qodular çıxsa da, cütlük həmişə bu iddiaların yalan olduğunu bildirirdi. Cütlüyün aprelin 9-da Əlif Ada adını qoyduqları qızları dünyaya gəlmişdi.
2013-11-29
2,894
Araz Əzimovun Braziliyaya səfər etdiyi məlum oldu
Xarici İşlər nazirinin müavini Araz Əzimov Braziliyada səfərdə olub. "Axar.az" məlumat verir ki, səfər 25-27 noyabr tarixlərində gerçəkləşib. Səfər çərçivəsində nazir müavini Araz Əzimov və Braziliya Xarici İşlər nazirinin müavini Karlos Paranyos arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı tərəflər son 20 ildə iki ölkə arasındakı əlaqələrin inkişaf dinamikası və əldə olunmuş nailiyyətlər haqda müzakirələr aparıblar. Həmçinin ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub. Tərəflər regional, beynəlxalq sülh və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Səfər zamanı nazir müavini Araz Əzimov Braziliya parlamentində, Braziliya müdafiə nazirliyində və digər qurumlarda yüksək səviyyəli görüşlər keçirib.
2013-11-29
2,895
Polisin kağızında Ərdoğan haqda nə yazılmışdı - Şok
Türkiyənin Baş naziri Ərdoğan 12 sentyabr referendumundan əvvəl təşkil olunan Milli Təhlükəsizlik Komitəsinin (MTK) toplantısında Hərbi-Polis Baş Komandanı Şənər Əruyğuru acıladığı ortaya çıxıb. Daha əvvəl xəbər verdiyimiz kimi, "Tərəf" qəzetinin Fətullah Gülən qrupunun fəaliyyətinin qarşısının alınması qərarının Milli Təhlükəsizlik Komitəsində (MTK) alındı" başlıqlı xəbəri ilə birlikdə yayımlanan 2004-cü il MTK ilə əlaqəli sənədlər böyük rezonans doğurub. Hökumətlə dini çevrələr arasındakı mədrəsələr mübahisəsindən doğan gərginlik Ərdoğan və Abdullah Gülün də imzasının olduğu sənədin yayılması ilə tamam başqa məcraya yönəlib. 12 sentyabr referendumundan əvvəl təşkil olunan MTK toplantısında Hərbi-Polis Baş Komandanı Şənər Əruyğuru sərt şəkildə acıladığı ortaya çıxıb. Cibindən kağız çıxarıb, oxumağa başladı Hərbi-Polis Baş Komandanı Şənər Əruyğurun qatıldığı sonuncu MTK toplantısı olub. O vaxtkı prezident Əhməd Necdət Sezər tərəfindən Əruyğura söz verilib. Hamı Şənər Əruyğurun salamlama və vida nitq ilə çıxış edəcəyini gözlədiyi vaxt o, cibindən kağız çıxararaq oxumağa başlayır: Kağızda iqtidarın köhnəfikirlilər və manqurtlarla necə dost olduğu, dindar çevrələrə necə qol-qanad verdiyi, irticanın bu hökumətin vaxtında necə kök saldığı kimi ifadələr yazılmışdı. Şənər Əruyğurun bu nitqi salonda sədalanan "kəs lan!" nidasıyla kəsilib. Bu qışqırığın sahibi Ərdoğan olub.
2013-11-29
2,896
Əli Həsənov AB ilə sazişdən danışdı
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Birliyi (AB) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanmasını şərh edib. Ə.Həsənov "APA"ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsdə III "Şərq tərəfdaşlığı" sammitində iştirakı və AB ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması Birliklə ölkəmiz arasında ikitərəfli əlaqələrin inkişafına xidmət edir: "Bununla yanaşı, qeyd etməliyəm ki, cənab İlham Əliyev bütün məsələlərə, o cümlədən ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da dərinləşdirilməsinə ilk növbədə Azərbaycanın milli maraqları prizmasından yanaşır. Nüfuzlu beynəlxalq qurumların potensialından ölkənin siyasi, iqtisadi, sosial, humanitar yüksəlişi üçün maksimum bəhrələnmək Azərbaycanın xarici siyasətinin başlıca prinsiplərindən birini təşkil edir. Viza rejiminin sadələşdirilməsi də Avropa ilə Azərbaycan arasında təmasların güclənməsinə, vətəndaşlarımızın Avropa ölkələrinə işgüzar, turizm və digər məqsədlərlə səfərlərinin asanlaşmasına, bu sahədə mövcud bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edəcək". Şöbə müdirinin sözlərinə görə, Azərbaycan müxtəlif beynəlxalq formatlardakı iştirakını həm də bütün regional maraqları nəzərə almaqla həyata keçirir: "Bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızda Azərbaycanın milli maraqları başlıca amildir və bu əməkdaşlıq heç bir halda başqa region dövlətlərinin müvafiq maraqlarını pozmur. Bu, belə olub, belə də olacaq. Gələcəkdə də əməkdaşlığın inkişaf etdirilməsi milli maraqlarımıza cavab verəcəksə, biz lazımi addım atacağıq, verməyəcəksə, təbii ki, mövcud formatla qənaətlənəcəyik".
2013-11-29
2,897
“Prezident mənə tapşırdı ki, birinci oranı təmizlə”
Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosisal müdafiəsi naziri Səlim Müslümov bu gün keçirdiyi iclada əlilliyin təmin olunması və dərəcələrin verilməsi ilə məşğul olan tibbi sosial ekspert kommisyalarının (TSEK) rəhbərlərini cəzalandırıb. Nazir yol verdiyi nöqsanlara görə elə iclas zalındaca 14 zona komissiyasının rəhbərini tutduğu vəzifədən azad edib. Nazir ilk növbədə tibbi sosial ekspert komissiyasının işinə diqqət yetməsinin təsadüfi olmadığını deyib: "Bu barədə mənə cənab prezident tapşırdı ki, ilk növbədə oranı təmizlə. Çünki TSEK çirkaba bulaşıb". Qeyd edək ki, nazir iclasda nazir müavininə tapşırıq verib ki, ilin sonuna kimi arayış sistemi ləğv olunsun və bu sistem tamam elektronlaşdırılsın. Səlim Müslümov həmçinin əlilərin, ev növbəsinə, maşın növbəsinə duranların siyahısının çıxarılması tapşırığını da verib ( Trend )
2013-11-29
2,899
Obama Rusiyaya gəlir
ABŞ prezidenti Barak Obama gələn il keçiriləcək "səkkizliklər" sammiti üçün Rusiyaya gələcək. Bu barədə məlumatı ABŞ-ın Moskvadakı səfiri Maykl Makfol açıqlayıb. O, bu barədə öz "Tvitter" səhifəsində yazıb: "Barak Obama 2014-cü ildə Rusiyaya səfər etməyi planlaşdırıb".
2013-11-29
2,900
İsrail Əl-Qaidəni Əsəddən üstün tutdu
İsrail Suriyadakı daxili konfliktin həll olunmasına yönəlmiş beynəlxalq qüvvələrlə əməkdaşlıq etmək niyyətində deyil. "Axar.az"ın "RİA-Novostiy"ə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə İsrailin xarici işlər naziri Aviqdor Liberman çıxış edib. O, ümumiyyətlə, Suriyada daxili savaşın bitməsində maraqlı olmadıqlarını deyib. Nazir Suriyada Bəşər Əsədin yerinə Əl-Qaidənin gəlməyinə də razı olduqlarını söyləyib: "Biz İranının müttəfiqi olan Bəşər Əsəd və "Hizbullah"la heç vaxt əməkdaşlıq etmərik. Biz Bəşər Əsədin yerinə Əl-Qaidə meylli qrupun gəlməsinə də razıyıq". A.Liberman həmçinin ölkəsinin daxili savaşa yalnız onları qarşı hər hansı bir təhlükə duyduqları zaman girəcəklərini bildirib.
2013-11-29
2,901
Sərkisyan Türkiyəyə qarşı Avropadan kömək istədi
Serj Sərkisyan Avropa İttifaqından sərhədlərin açılması ilə bağlı Türkiyə təsir edilməsini istəyib. "Axar.az"ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, prezident bu sözləri Vilnüs sammitində çıxışı zamanı deyib. O, Türkiyənin rəsmi İrəvanı qeyri-qanuni olaraq blokadada saxladığını söyləyib. S.Sərkisyan bütün təkliflərə baxmayaraq, hələ də rəsmi Ankaranın Ermənistanla sərhədləri açmaq fikrində olmadığını, lakin Avropa dəyərlərinin mənimsənilməsi nəticəsində zamanla Türkiyənin öz keçmişi ilə barışacağına ümid etdiyini söyləyib.
2013-11-29
2,902
İranla ABŞ yenidən dostlaşdı
İran və ABŞ yeni ticarət palatası yaradıb. "Axar.az"ın "Franspress"ə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə ticarət palatasının üzvü Əbdülfəzl Xədcani çıxış edib. O, ticarət palatasının bir ay müddətində öz işinə başlayacağını bəyan edib. Ə.Xədcani bununla yanaşı İranla ABŞ arasında birbaşa aviareyslərin bərpa olunacağını da bildirib. O, ilk aviareysinin Nyu Yorkla İranın kurort şəhəri olan Kiş şəhəri arasında reallaşacağını söyləyib.
2013-11-29
2,903
Bağdad Türkiyəni terrora dəstəkdə suçladı
"Türkiyə və Səudiyyə Ərəbistanı terrorçuları dəstəkləyir". Bu barədə "Səna Xəbər Agentliyi" məlumat yayıb. "Axar.az"ın xəbərinə görə, Bağdad rəhbərliyi rəsmi Ankaraya Türkiyə və Ərəbistan kəşfiyyatının Suriya, Livan və İraqda terrorçuları dəstəklədiyi barədə sənədlər təqdim edib. İraqlı bir heyət Ankaraya gizli səfər həyata keçirib və qaçaq terrorçuların İraqa qaytarılması üçün türk rəsmiləri ilə görüşüb. Bir neçə gün əvvəl Türkiyəyə gizli bir səfər reallaşdıran İraqlı heyətin Türkiyə Milli Kəşfiyyat İdarəsi rəhbəri ilə görüşdüyü bildirlib.
2013-11-29
2,904
Milli Aerokosmik Agentliyinin həyəti yandı
Milli Aerokosmik Agentliyinin binasında yanğın olub. Hadisə agentliyin Mərkəzi Seçki Komissiyasının arxasında yerləşən inzibati binasında qeydə alınıb. Binanı qara tüstü qatı bürüyüb və yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb edilib. Milli Aerokosmik Agentliyindən isə bildirilib ki, yanğın agentliyin binasında yox, həyətində qeydə alınıb: "Ərazidə olan zibillikdə baş verən yanğın binaya keçmək üzrə olarkən yanğınsöndürənlər tərəfindən qarşısı alınıb. Agentliyin binasına ziyan dəyməyib". (APA)
2013-11-29
2,905
“Yalan, iftira və böhtandır” – Bakı meri
Bakıda tikilmiş yeraltı dayanacaqların idarə olunması ilə bağlı mediada məlumatlar dərc edilmişdi. Bildirilirdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Hökumət Evinin qarşısında, "Azadlıq" Meydanının altında dövlət vəsaiti hesabına inşa edilmiş və bu yaxınlarda istifadəyə verilmiş iki min yerlik yeraltı dayanacağı oğluna icarəyə verib. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla "SİA"ya açıqlama verib. Mer bildirib ki, mətbuatda dərc olunanlar yalan, iftira və böhtandır, həqiqəti əks etdirmir: "Bu "fakt"ı yazan jurnalist və bunu dərc edən mətbu orqan məsələyə qərəzli yanaşıb. Bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil. Dövlətin vəsaiti hesabına tikilən və Bakı sakinlərinin istifadəsinə verilən dayanacaqlar Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır və həmin struktir tərəfindən idarə edilir, yığılan vəsaitlər bank vasitəsilə dövlətin hesabına köçürülür".
2013-11-29
2,906
Ərdoğanın həyat yoldaşı millət vəkilini məhkəməyə verdi
Əminə Ərdoğan onu təhqir edən Kamer Gənci məhkəməyə verib. "Axar.az"ın məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan bir neçə gün öncə "Yaponiya Milli Günü"ndə onu təhdid edən CHP-dən olan millət vəkili Kamer Gənc haqqında məhkəməyə şikayət edib. Ə.Ərdoğanın vəkillərinin Ankara Cümhuriyyət Məhkəməsinə verdikləri şikayət ərizəsində müdafiə etdikləri şəxsin həmin tədbirdə çıxışı zamanı Kamer Gəncin hər kəsin qarşısında ona qarşı bağıra-bağıra tərbiyəsizlik etdiklərini bildiriblər. "Kamer Gənc nəzakət qaydalarını pozaraq "Əminə xanım, sən hansı üzlə burada çıxış edirsən?" deyib. Araya mühafizəçilər girməsinə baxmayaraq, o Əminə Ərdoğana tərəf getmək istəyib və insanların gözü qarşısında skandal yaranmasına səbəb olub. K.Gəncin bu hərəkəti Ə.Ərdoğanın qüruruna toxunub, onun şərəf və ləyaqətinə alçaldıb",– deyə, ərizədə qeyd edilib. Məhkəmə müraciətə baxacaq və bundan sonra həmin hadisə ilə bağlı qərar çıxaracaq.
2013-11-29
2,907
Avropa İttifaqı 2015-də Ukraynanı öz aralarında görür
Ukrayna 2015-ci ilin birinci yarısında Avropa İttifaqının asosiativ üzvü ola bilər. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə açıqlama ilə Litva prezidenti Dalya Qribauskaytes çıxış edib. O, 2015-ci ildə Riqa sammitində Ukraynanın yenidən iştirak edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Ukraynanın məhz həmin il Aİ-nin assosiativ üzvü olacağına ümid etdiyini söyləyib.
2013-11-29
2,908
Rüstəm İbrahimbəyovun istefasına YAP-dan münasibət
"Biz əvvəldən demişdik ki, Rüstəm İbrahimbəyov bunları yarı yolda qoyub gedəcək və siz də bunun şahidi oldunuz". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov R.İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefa verməsinə münasibət bildirərkən deyib: "Biz dəfələrlə bildirmişdik ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmayacaq, Azərbaycana gəlməyəcək, bu seçki prosesində bir ssenari əsasında ortaya atılmış bir insandır, öz ssenarisinə də bəzi uğursuz artisləri yığıb və bunun nəticəsində fəaliyyətinə xitam verəcək. Bunların hamısının şahidi olduq. Hətta Milli Şuradakılar özləri bəyan etdilər ki, Rüstəm İbrahimbəyov ona görə Milli Şuranın sədri idi ki, bizə vəd vermişdi ki, imkanlı dostlarından pul toplayıb bizə maddi dəstək göstərəcək və Milli Şura fəaliyyət göstərəcək". S.Novruzov əlavə edib ki, bu bir daha onu göstərdi ki, Milli Şura Azərbaycan xalqının maraqları ilə deyil, ayrı-ayrı qurumların, ayrı-ayrı varlı adamların iradəsinin ifadəsi ilə fəaliyyət göstərən qurumdur: "Onların da bir hissəsi sonradan fikirlərini dəyişdilər, sonradan bir hissəsi maddi dəstək göstərməkdən imtina etdilər və yaxud da Rüstəm İbrahimbəyov aldı, vermədi. Bu fəaliyyətini başa çatdırdıqdan sonra da Rüstəm İbrahimbəyov özünün yaradıcılıq fəaliyyətini davam etdirəcək". S.Novruzov Cəmil Həsənlinin Milli Şuranın sədri olması məsələsinə də münasibət bildirib: "O ki qaldı Cəmil Həsənliyə, o da ABŞ-a bir uğursuz səfər etdi və gəlib bəyanat verir ki, guya Milli Şuranın gələcək fəaliyyəti ilə bağlı ABŞ-da müzakirələr aparıb. 5-6 referent, ekspert və Azərbaycanın əleyhinə olan QHT-lərlə, ABŞ-ın siyasi həyatında tanınmayan insanlarla toplaşıb nəsə müzakirə aparıb. Bundan sonra hesab edirəm ki, Milli Şuranın taleyi də İctimai Palatanın taleyi kimi olacaq, tarixin arxivinə gedəcək". (Trend)
2013-11-29
2,909
Dünya çempionu Avropa İttifaqına müraciət etdi – Video
2015-ci ildə prezident seçilsəm, Avropa İttifaqı ilə münasibətləri yenidən yoluna qoyacağam. "Axar.az"ın Litva mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə "UDAR" partiyasının sədri Vitali Kliçko çıxış edib. O, Vilnüsdə keçirdiyi sammitdə Yanukoviçi Ukraynanın inkişafına mane olmaqda günahlandırıb: "Bu gün Ukrayna əlindən daha bir inkişaf şansını çıxartdı. Yanukoviç və hökumət əllərindən gələn hər şeyi ediblər ki, Ukrayna inkişaf etməsin və 20 il öncəki vəziyyətində qalsın". V.Kliçko Yanukoviçin Avropa İttifaqından istədiyi 160 milyard pulu onun şantaj, yalan dolu siyasətinin bir parçası adlandırıb.
2013-11-29
2,910
Sadələşmiş vizadan kimlər istifadə edə biləcək? – Rəy
"Bu, ilkin addımdır, daha çox buna bir niyyət ifadəsi kimi baxmaq olar". Bu sözləri politoloq Ərəstun Oruclu bu gün Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı sammitində Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi barədə sazişə münasibət bildirərkən dedi. "Axar.az"a danışan politoloq Avropa ilə Azərbaycan arasında gediş-gəliş olmasına baxmayaraq, mövcud çətinlikləri də qeyd etdi: "Bir sıra hallarda hər iki tərəfin vətəndaşları üçün çətinliklər yaranırdı. Məsələn, Bakıda Avropa səfirliklərindən viza almaq xeyli problemli işdir. Amma Azərbaycan səfirliklərinin özündə də Avropa ölkələrinin və Amerika vətəndaşlarının viza almaları qat-qat çətin hesab olunur. Söhbət təkcə bürokratiyadan getmir, həm də müəyyən məhdudiyyətlərdən gedir. Bəzi jurnalistlər, ictimai xadimlər üçün Azərbaycan səfirliklərində "qara siyahı"lar olur. Bu baxımdan Avropaya təhsil dalınca gedən gənclərimiz və iş adamlarımıza sadələşdirilmiş viza rejiminin xeyri dəyəcək. İstənilən halda tərəflər arasında sadələşdirilmiş viza rejiminin tətbiqi gələcəyə doğru müsbət addımdır. Amma onu qeyd edim ki, bu vizasız gediş-gəliş deyil, müxtəlif təbəqələr üçün, yəni dövlət rəsmiləri, iş adamları, tələbələr üçün sadələşdirilmiş viza rejimidir".
2013-11-29
2,911
Sərkisyan Əliyevlə belə görüşdü - Video
Vilnüs Sammitinin yekununda xatirə şəkli çəkilərkən qeydə alınan maraqlı məqam.
2013-11-29
2,912
Nazir BŞTİ-ni “təmizləməyə“ başladı: 12 nəfər çıxarıldı
Təhsil naziri Milkayıl Cabbarovun əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılan struktur dəyişikliyi bir qrup əməkdaşın işdən çıxarılması ilə nəticələnib. AzNews.az-a daxil olan məlumata görə, struktur dəyişikliyi ilə əlaqədar bütün əməkdaşlara öz xahişlərinə əsasən işdən çıxmaqla bağlı ərizə yazdırılıb. Daha sonra əməkdaşlardan işlə təmin olunmaqla bağlı daha bir ərizə alınsa da, 12 əməkdaşın ərizəsi təmin edilməyib. Onlar işdən azad ediliblər. Bu əməkdaşlar arasında Strateji təhlil və kadrlarla iş, eləcə də Ümumtəhsil sektorunun əməkdaşları olub. İşdən çıxarılanlar arasında dövlət qulluğunda işə qəbulla bağlı imtahanı uğurla verərək, idarədə işlə təmin edilən iki əməkdaş da var. Məlumata görə, məsələ ilə bağlı artıq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edilib. Qeyd edək ki, AzNews.az məsələ ilə əlaqədar Bakı Şəhəri üzr Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tarıquliyevaya sorğu ilə müraciət etsə də, gün ərzində sorğu cavablandırılmayıb.
2013-11-29
2,913
Cəmil Həsənli Milli Şura sədri olmağa razılıq verdi
Prezidentliyə keçmiş namizəd Cəmil Həsənli Rüstəm İbrahimbəyovun onun Milli Şuraya sədrliklə bağlı təklifinə münasibət bildirib.
2013-11-29
2,914
Moldova Rumıniya ilə birləşməyəcək
Moldova Rumıniya ilə birləşməyə hazır deyil. "Axar.az"ın Litva mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Moldovanın baş naziri Yuri Lyanke çıxış edib. O bunu Moldovanın avrointeqrasiya ilə bağlı dəqiq məqsədlərinin olması ilə əlaqələndirib: "Biz Avropa İttifaqına qəbul edilsək, ümumi siyasətimiz, ticarətimiz, iqtisadiyyatımız olacaq. Heç bir daxili sərhədimiz olmayacaq. Bax biz bunun üçün çalışacağıq". Qeyd edək ki, dünən jurnalistlərə verdiyi müsahibəsində Rumıniya prezidenti Trayan Basesku Moldova ilə birləşmək istədiklərini bəyan etmişdi.
2013-11-29
2,915
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
Noyabrın 29-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Cəlilabad şəhərində Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin qəbulunu keçirib. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 56 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 99, digər məsələlərlə bağlı müraciət edən 71 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
2013-11-29
2,916
Əl-Qaidənin müxalifləri öldürmə səhnəsi – Video
Suriyada Əl-Qaidə terror təşkilatına bağlı olan "İraq-Şam İslam Dövləti" (İŞİD) xadimləri yenə rejimə qarşı vuruşan İslamçı bir təşkilatın liderilə altı üzvünü "şəriət qaydalarına uyğun mühakimə edərək" izdiham qarşısında edam edib. Edam görüntüləri dünən rejim müxalifi "Suriya İnsan Haqları Müdafiə Təşkilatı" tərəfindən internetdə yayılıb. Görüntülərdə üzü maskalı və qara geyinmiş bir qrup İŞİD xadimi ilə qarşılarında diz çökdürülmüş yeddi müxalif görünür. İslamçı "Qureba Əl-Şam" qrupuna aid olduqları iddia edilən altı yaraqlıyla liderləri Hazan Cəzirənin "adam qaçırmaqda" günahlandırıldığını söyləyən üzü maskalı Əl-Qaidə yaraqlısı daha sonra silahla yüzlərlə adamın qarşısında İslamçıları tapançayla bir-bir vurub. Görüntülərin Türkiyə sərhədinə yaxın yerləşən İdlibə aid Atarib qəsəbəsində lentə alındığı bildirilir.
2013-11-29
2,917
Aktivistlərlə xüsusi təyinatlılar arasında qarşıdurma
Kiyevdə Müstəqillik meydanında aktivistlərlə "Berkut" xüsusi təyinatlı milis dəstələri arasında qarşıdurma yaranıb. Təqribən 300 nəfərdən ibarət xüsusi təyinatlı dəstə aktivistləri əhatəyə alaraq meydandan çıxartmağa çalışırlar. Meydanın yaxınlığında "Berkut"un bir neçə avtobusu dayanıb. Aktivistlər dəmir çəpərləri sındırmağa başlayıblar ( Trend ).
2013-11-29
2,918
“Milli Şurada islahatlara ehtiyac var və mütləq olacaq”
"Axar.az" Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin "Media forum"a verdiyi müsahibəni təqdim edir: - Milli Şuranın sədri Rüstəm İbrahimbəyov vəzifəsindən istefa vermək istəyir. Bunu necə qiymətləndirirsiniz? - Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri kimi göstərdiyi fəaliyyəti yüksək qiymətləndirirəm. Demokratik qüvvələrin birləşməsi ideyası Rüstəm bəyə məxsus idi. O, bu işin öhdəsindən layiqincə gəldi, müxalif partiyaları, müxalif düşüncəli ziyalıları, gəncləri, QHT-ləri, vətəndaş cəmiyyəti fəallarını Milli Şura ideyası ətrafında birləşdirdi. Ötən müddət göstərdi ki, Milli Şura səmərəli ideyadır. Prezident seçkisi Milli Şuranın sınaqdan uğurla keçdiyini təsdiq etdi. Milli Şura ideyası Rüstəm İbrahimbəyova məxsus olduğuna görə biz istərdik ki, qurumun sədri kimi fəaliyyətini davam etdirsin. Şəxsən mən onun rəhbərliyi altında işləməyi daha məqsədəuyğun sayıram. Rüstəm İbrahimbəyov həm də böyük sənətkardır və bir sıra layihələr üzərində çalışır. Həmin işlərlə əlaqədar olaraq bir müddət Bakıya gələ bilməyəcək, Azərbaycanda olmayacaq. Ona görə də Milli Şura sədrliyindən getmək qərarına gəlib və bununla bağlı təklifini şura üzvlərinin müzakirəsinə təqdim edib. O hesab edir ki, Milli Şura sədrliyindən getməsi və Azərbaycanda olan şəxslərdən birinin quruma rəhbərlik etməsi daha effektiv olar. Ona görə də Rüstəm İbrahimbəyov Milli Şuraya yeni sədrin seçilməsini istəyir. Amma özü Milli Şurada qalır və bundan sonra da qurumun fəaliyyətində yaxından iştirak edəcək, bacardığı, imkanı çatdığı qədər şuraya kömək edəcək, qurumun fəaliyyət istiqamətlərinin müəyyən olunmasında aparıcı şəxslərdən biri olacaq. Milli Şura sədrliyindən istefa verib-verməməsindən asılı olmayaraq Rüstəm İbrahimbəyov bizim liderimizdir. - Rüstəm İbrahimbəyov sədrliyə sizin namizədliyinizi irəli sürüb. Sədr olmağa razılıq vermisinizmi? - Sədrin kim olmağı məsələsini Milli Şuranın sessiyası həll etməlidir. Əgər şura üzvləri hesab etsələr ki, mən quruma rəhbərlik edim, bununla razılaşacağam. Milli Şura prezidentliyə namizəd olmaq məsələsini mənim üzərimə qoydu və bu missiyanı yerinə yetirməli oldum. Yəqin ki, indi də belə olacaq. - Cəmil bəy, Milli Şuranın qarşısında duran əsas vəzifə nədir və bundan sonra qurumun prioriteti nə olacaq? - Milli Şuranın əsas məqsədi və vəzifəsi millətimizi haqq və hüququna qovuşdurmaqdır. Azərbaycanda demokratiya uğrunda böyük mücadilə gedir, müstəqilliyin azadlıqla tamamlanması kimi böyük bir problem var. Millət müstəqilliyə nail olub, ancaq azadlıq əldə etməyib. Bizim əsas işimiz millətin azadlığına nail olmaqdır. Bundan başqa sosial-iqtisadi sahədə və inzibati idarəetmədə ciddi islahatlara ehtiyac var. Bizim qarşımızda bu islahatlara nail olmaq kimi ciddi problem var. Milli Şura bu istiqamətlərdə fəaliyyətini davam etdirəcək, Azərbaycanın siyasi, mənəvi mühitində böyük rol oynayacaq, islahatların həyata keçirilməsində, gerçək dəyişikliklərə nail olmaq sahəsində öz sözünü deyəcək. - Milli Şurada islahatlara ehtiyac varmı? - İslahatlara ehtiyac var və mütləq olacaq. İnteqrasiya getməlidir, təşkilatlanma gücləndirilməlidir, yeniləşmə olmalıdır. Milli Şuranın işlək bir quruma çevrilməsi təmin olunmalıdır. Xeyli ideya var və onları təkliflər paketi şəklində hazırlayıb Milli Şuranın sessiyasında səsləndirəcəyik. - Qurumun fəaliyyətində davamlı iştirak etməyənlər üzvlükdən çıxa bilərmi? - Biz artıq bu işə başlamışıq. Ötən sessiyada ilk addımlar atıldı və bir neçə nəfər üzvlükdən çıxarıldı. Milli Şuranın sessiyalarında davamlı olaraq iştirak etməyənlərin üzvlüyünə xitam verildi. Bu iş davam etdiriləcək, Milli Şuranın fəaliyyətində, işində yaxından iştirak etmək istəyənlər, buna bacarığı və həvəsi olanlar qurumun strukturlarında təmsil olunacaqlar. Əsas odur ki, işi bacarana tapşıraq. Bunun nəticəsində Milli Şura çevik və mobil fəaliyyət mexanizmi əldə edəcək. - Milli Şuranı 2015-ci ilin parlament seçkisinə qədər qoruyub saxlamaq mümkün olacaqmı? Şuranın parlament seçkisində bir blok kimi iştirak etməsi haqda ilkin müzakirələr gedirmi? - Milli Şura uzun bir dövr üçün nəzərdə tutulub. Azərbaycan müxalifətinin, demokratik düşüncəli ziyalıların, gənclərin birliyinin uğurlu formatıdır. Bunu parlament seçkisinə qədər qoruyub saxlamağa çalışacağıq. Parlament seçkisi haqqında danışmaq tezdir. Amma Milli Şuranın fəaliyyət istiqamətlərini müəyyənləşdirəndə bu məsələyə də baxacağıq.
2013-11-29
2,919
Marqvelaşvili Avropa İttifaqından istifadə etmək istəyir
Gürcüstan Avropa İttifaqı vasitəsilə Abxaziya və Cənubi Osetiya konfliktlərini həll etmək istəyir. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Gürcüstan prezidenti Georgi Marqvelaşvili çıxış edib. Prezident həmçinin seperat respublikalarda yaşayan vətəndaşları demokratik Gürcüstana cəlb etmək istədiklərini də deyib: "Biz inanırıq ki, Abxaziya və Cənubi Osetiyada yaşayan soydaşlarımız üçün təklif edəcəyimiz çoxlu arqumentlər var".
2013-11-29
2,920
Rusiya kosmosu zibilləmək üzrə birinci oldu
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Rusiya kosmik tullantı sayına görə dünyada birinci olub. ABŞ isə öz növbəsində orbitdə hərəkət edən kosmik aparatların sayına görə ilk pillədədir. Araşdırma nəticəsində məlum olub ki, kosmik tullantı miqdarına görə Rusiya Federasiyası 1-ci (6125), ABŞ 2-ci (4627), Çin isə 3-cü (3672) yerdədir.
2013-11-29
2,921
Azərbaycanda minlərlə avtomobil tıxacda qalıb
Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci km-də Kür çayı üzərində yerləşən körpüdə avtomobillərin hərəkəti dayanıb. "Axar.az"ın "APA"ya istinadən məlumatına görə, ağır tonnajlı avtomobilin yükünün körpüyə ilişməsi nəticəsində avtomobil körpünün üstündə dar yolda hərəkətsiz qalıb. Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkətində ciddi problem yaranıb. Artıq 3 saat yaxındır, Sabirabad-Şirvan və əks istiqamətdə avtomobillər tək-tək, çox çətinliklə hərəkət edir. Nəticədə ərazidə minlərlə avtomobilin tıxacı yaranıb. Qeyd edək ki, Kür çayı üzərindəki körpüyə paralel yeni körpü inşa olunur.
2013-11-30
2,922
Maydanda mitinq davam edir
Kiyevdə Ukraynanın Avropaya inteqrasiyası tələbilə keçirilən aksiyalar davam edir. Hazırda insanlar "Avropa" meydanına toplaşmağa başlayıblar. Aksiyadan canlı yayımı təqdim edirik: Live streaming video by Ustream
2013-11-29
2,923
İlham Əliyev İspaniyanın Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Vilnüsdə İspaniya Krallığının Baş naziri Mariano Rahoy Brey ilə görüşmüşdür. Baş nazir Mariano Rahoy Brey dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. O, İspaniya Kralının salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan ilə İspaniyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulandı. İqtisadiyyatın biznes, inşaat, kənd təsərrüfatı, energetika və digər sahələrində əlaqələrimizin genişləndirilməsilə bağlı ətraflı müzakirələrin aparıldığı görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmi qeyd edildi. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev İspaniya Kralının salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Krala çatdırmağı xahiş etdi.
2013-11-29
2,924
Prezidentin Litvaya səfəri başa çatdı
Noyabrın 29-da Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Estoniya Respublikasının Baş naziri Andrus Ansip ilə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında Vilnüs Sammiti çərçivəsində imzalanan viza rejiminin sadələşdirilməsinə dair sənədin əhəmiyyəti vurğulandı və bundan Estoniya tərəfinin məmnun qaldığı qeyd olundu. Ölkələrimizin turizm, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində əməkdaşlığının yaxşı perspektivlərinin olduğu bildirildi. Bununla da noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasına işgüzar səfəri başa çatdı.
2013-11-29
2,925
Sumqayıtda intihara cəhdin qarşısı alınıb
Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs ruhi xəstədir və giriş qapısını içəridən intihar etmək məqsədilə bağlayıb. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.
2013-11-29
2,926
“Karikaturalarla Papa Fransisko”
Xalqa kilsə vasitəsilə deyil, onların arasında olmaqla kömək edilə biləcəyini deyən Papa Fransisko fikirlərinin uşaqlara daha çox təsir etməsi üçün uşaq romanında qəhrəman olub. "Karikaturalarla Papa Fransisko" adlı kitabın üz qapağında Vatikandakı məşhur "Müqəddəs Petrus" kilsəsinin qarşısında təsvir edilən Fransisko, "Tanrının ən gözəl sözlərini uşaqlara aydın şəkildə açıqlayacağı" sözünü verir. Təkcə İtaliyada satışa çıxarılan və dekabrda 2-ci dəfə çap olunacaq kitabda tapmacalar və rəngləmə hissələri var.
2013-11-29
2,927
İlham Əliyev Fransua Olland ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq bildirildi. Fransa Prezidenti Fransua Olland Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğuladı. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edildi və bu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olundu. İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti qeyd edildi. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.
2013-11-29
2,928
ABŞ Ukraynaya xəbərdarlıq etdi
ABŞ Avropa meydanına qarşı güc sanksiyaları olacağı təqdirdə bunun ikitərəfli münasibətlərə ciddi təsirinin olacağı ilə bağlı Ukrayna hakimiyyətinə xəbərdarlıq edib. Aksiya iştirakçılarına qarşı güc tətbiqi ABŞ və Ukraynanı münasibətlərinə mənfi təsir edə bilər. Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payyet "Amerikanın səsi"nin Ukrayna xidmətinə müsahibəsində bildirib. "ABŞ üçün söz və mətbüat azadlığı – fundamental prinsiplərdir. Biz həmişə bunun bizim üçün əsas prioritet olduğunu deyirik. Bu dəyərlərə hörmət ikitərəfli strateji münasibətlərimizin əsaslarından biridir. Bu prinsiplərdən aralanmağın ağır nəticələri ola bilər", - deyə səfir qeyd edib. ("Azadlıq" qəzeti)
2013-11-29
2,929
XİN Lari Kinqin Qarabağa səfərini araşdırır - Rəsmi
"CNN-nin məşhur aparıcısı Lari Kinqin qondarma "Dağlıq Qarabağ"a nəzərdə tutulan səfəri həqiqətə uyğun deyil". "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Abdullayev bildirib. Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün Azərbaycanın Los-Ancelsdəki Baş Konsulluğuna müvafiq tapşırıq verilib. "Məsələni araşdırmalıyıq ki, müvafiq mövqeyimizi orataya qoya bilək. Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan mətbuatı mövcud vəziyyətlə əlaqəsi olmayan məlumatları şişirdir və yalan təqdim edir. Ermənistan mətbuatından hər şey gözlənilir. Dəfələrlə həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatları Ermənistan mətbuatının işıqlandırdığının şahidi olmuşuq", - deyə XİN rəsmisi bildirib. Xatırladaq ki, guya bu yaxınlarda CNN teleşirkətinin əfsanəvi aparıcısı Lari Kinq qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" Bako Saakyanla görüşüb. Görüş əsnasında Saakyan onu Qarabağa dəvət edib. Kinq də dəvəti qəbul edib. Bako Saakyan isə Lari Kinqin yaxın zamanda Qarabağa səfər edəcəyini haqda erməni mətbuatına informasiya yayıb. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri ilk dəfə deyil. Rəsmi Bakı isə buna heç vaxt biganə qalmır və aldadılaraq qondarma "Dağlıq Qarabağ"a gələnləri "qara siyahı"ya salır və onların Azərbaycana gəlişini yasaqlayır.
2013-11-29
2,930
Ödənişli təhsil alan yetim uşaqlara şad xəbər
Milli Məclisin dekabrın 3-də keçiriləcək iclasında "Təhsil haqqında" qanunda dəyişiklik ediləcək. Bu barədə Modern.az-a parlamentdən məlumat verilib. Qanunda təklif edilən yeni dəyişikliyə görə, bundan sonra ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və ata-ana himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Qanunda edilən dəyişikliklə bağlı prezident İlham Əliyev müvafiq layihəni Milli Məclisə göndərib. Dəyişikilik "Təhsil haqqında" qanunun 14-cü maddəsinə edilib. Qanuna əlavə edilmiş 14.8-1 bəndi həmin imtiyazı şərtləndirir. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə, özəl, ali və orta ixtisas təhsili müəssələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdəsi hesabına ödənilir"-deyə təklif olunmuş dəyişiklikdə qeyd edilib. Qanuna təklif olunan dəyişiklik Milli Məclisin dekabrın 3-də keçirləcək plenar iclasının gündəliyinə salınıb.
2013-11-29
2,931
O, düz 1500 dəfə polisə düşüb
ABŞ-ın Kentukki əyalətində yaşayan 64 yaşındakı Hanri Örli düz 1500 dəfə polis tərəfindən yaxalanıb, ya da həbs olunub. Örlinin ən çox törətdiyi cinayət isə sərxoş halda ətrafda olanları narahat etmək, başqalarının ərazisinə icazəsiz girmək və dilənməkdir. ABŞ-ın "Smokin Qan" internet saytında yerləşdirilən xəbərə görə, Hanri Örli ilk dəfə 1970-ci ildə polis tərəfindən yaxalandığı vaxt 20 yaşında olub. İndiyə qədər 1500 dəfə yaxalanan Örli ilk dəfə sənədsiz silah gəzdirmək üstündə cinayət məsuliyyətinə cəlb olunub.
2013-11-29
2,933
Yük maşını iki azyaşlının üzərindən keçib
Yevlax şəhərində məişət tullatılarını daşıyan yük maşını iki azyaşlı uşağın üzərindən keçib. Onlardan biri hadisə yerində dünyasını dəyişib, digərinin ayağı sınıb. Şahidlərin sözlərinə görə, 2001-ci il təvəllüdlü Vüsalə Saleh qızı Kərimova və 2008-ci il təvəllüdlü Könül Anar qızı Kərimova maşının altında oynayırlarmış. Bu zaman azyaşlıların orada olmasından xəbərsiz sürücü maşını hərəkətə gətirib. Yevlax Şəhər Polis Şöbəsinin Yol Polis Bölməsinin İstintaq idarəsində faktla bağlı araşdırma aparılır. Yaralı Könül Kərimova Yevlax Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib. (Trend)
2013-11-29
2,934
İngiltərə bunu etmək istəyirsə, AB-dən ayrılsın
İngiltərə Baş naziri Kameronun "miqrantları deportasiya etmək" barədə fikrinə AB Komissiyasından sərt reaksiya gəlib. Komissiya sədrinin müavini Redinq deyib ki, İngiltərə bunu etmək istəyirsə, AB-dən ayrılması lazımdır. Daha əvvəldə İngiltərənin AB-dən ayrılmasının lazım olduğu tezisini müdafiə edən Kameron indi də öz ölkəsində miqrantların deportasiya edilməsini istəyib. Devid Kameron xüsusilə Şərqi Avropadan İngiltərəyə gələrək küçədə yatanları vurğulayaraq, bunların İngiltərəyə işləmək üçün qüvvə deyil, İngiltərəyə yük olduqlarını dedi. AB-dən ayrılsın, sonra bu fikirləri müdafiə etsin AB Ədalət Komissarı olan Redinq bildirib ki, İngiltərə AB üzvü olduğu müddətcə bu mövzu müzakirə edilə bilməz. İngiltərə ortaq bazardan çıxmaq istəsə o zaman bu fikirləri müdafiə edə bilər.
2013-11-29
2,936
Bir gecədə iki qədim kilsə yandı
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, noyabrın 28-də gecə saatlarında Tatarıstanın iki ayrı rayonunda qədim kilsələrdə yanğın baş verib. Kilsələrdən biri 1873-cü ildə, digəri isə 1904-cü ildə tikilib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, həmin kilsələrdə xidmət yalnız kilsə bayramlarında aparılırdı. İlkin məlumata görə, yanğına səbəb qısaqapanma olub, lakin hal-hazırda hadisənin təfərrüatları araşdırılır. Yanğın nəticəsində ölən və xəsarət alan yoxdur.
2013-11-29
2,937
Bakıda saxlanılan iranlı azadlığa buraxılıb
Bakıda həbsdə olan İran vətəndaşı Həsən Fərəci bu gün səhər azadlığa buraxılıb və İrana göndərilib, lakin İrana keçmək istəyərkən Biləsuvar və Astara sərhədlərində problemlə üzləşib. Bu barədə İran səfirliyinin Bakıdakı baş konsulu Möhsin Molayi bildirib. M.Molayi bildirib ki, Biləsuvar sərhəd gömrük idarəsindən ona ölkədən çıxmaq üçün Dövlət Miqrasiya Xidmətindən sənədin olmamasını səbəb gətirib, sənədi almaq üçün Lənkəran şəhərinə göndəriblər. Dövlət Miqrasiya Xidmətindən sənədi aldıqdan sonra İrana keçmək istəyərkən Astara sərhədindən ona bildiriblər ki, Bakıya qayıtmalı və özünü polis idarəsinə təqdim etməlidir. Hazırda Fərəci Bakıya qayıdır. M.Molayi bildirib ki, şənbə günü Fərəcinin probleminin həlli istiqamətində Azərbaycan tərəfi ilə danışıqlar aparacaq və tez bir zamanda məsələnin həllinə çalışacaq. Baş konsulun sözlərinə görə, Həsən Fərəcinin günahsızlığı sübut edildiyindən, azadlığa buraxılıb. Qeyd edək ki, Həsən Fərəci oktyabrın 31-də İsrailin Azərbaycandakı Səfirliyinin qarşısından keçərkən şübhəli şəxs qismində saxlanılıb. (Trend)
2013-11-30
2,938
ABŞ-ın prezidenti qadın olacaq
"Yaxın zamanlarda ABŞ-ın növbəti prezidenti qadın olacaq". Bu barədə ABŞ prezidenti Barak Obama deyib. ABC telekanalına verdiyi müsahibəsində Ağ Evin başçısı qeyd edib ki, ABŞ-ın dövlət orqanlarında çoxlu sayda qadın çalışır və heç kəs şübhə edə bilməz ki, növbəti seçkilərdə ABŞ-ın prezidenti qadın olacaq. Ölkənin birinci xanımı Mişel Obama isə bildirib ki, o, Obamanın yerinə ölkə prezidenti olmaq istəmir. (ANS)
2013-11-30
2,939
Ötən il Rusiyada 20 min adam QİÇS-dən ölüb
Rusiya QİÇS Araşdırma Mərkəzinin açıqladığı məlumata görə 2012-ci ildə Rusiyada 20 min adam QİÇS-dən ölüb. Mərkəzin araşdırmasına görə, ölkədə HİV virusu daşıyan 780 minə yaxın adam var. "Axar.az" xəbər verir ki, mövzuyla əlaqədar mətbuat konfransı keçirən QİÇS Araşdırma Mərkəzinin rəhbəri Vadim Pakrovski 2013-cü ilin ilk 8 ayında 58 min adamda HİV virusu aşkarlandığını açıqlayıb. İlin sonuna qədər bu rəqəmin 70 minə çatacağından narahatlıq keçirdiklərini bildirən Pakrovski, "Dünyada HİV virusu daşıyıcılarının və ölənlərin sayında azalma müşahidə edilərkən, Rusiyada vəziyyət tam tərsinədir",- deyə vurğulayıb. Digər tərəfdən "Rusiya İnsan Sağlamlığı və İstehlakçılara Nəzarət Təşkilatı"nın apardığı araşdırmaların nəticələrinə görə, son 26 ildə Moskvada HİV virusuna yoluxan adamların sayı 37 mindir. Virus daşıyıcılarının təxminən yarısı 15-39 yaş arası şəxslərdir.
2013-11-30
2,940
Qobustanda yol terroru: 3 ölü - Foto
Noyabrın 29-da saat 21:37-də Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan magistral avtomobil yolunun 61-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Qəzanın baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Qobustan rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, sürücüsü məlum olmayan KamAZ markalı 90 JF 164 dövlət nömrə nişanlı yük avtomobili ilə şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi VAZ 2106 markalı 07 BD 435 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb. Qəza zamanı VAZ 2106 markalı avtomobildə olan sərnişin (kişi) zərbə nəticəsində avtomobilin ön hissəsindən yerə düşüb. O aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. Ağır deformasiyaya uğramış VAZ 2106 markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və şəxsiyyəti məlum olmayan digər sərnişin (qadın) də aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri adıçəkilən avtomobildən çıxararaq hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib. (APA)
2013-11-30
2,941
Şeyx sevincindən 800 metrə dırmaşdı
Dubay şahzadəsi və Dubay icra heyəti rəhbəri Şeyx Həmdan bin Məhəmməd bin Rəşid əl Məktum Dubayın "EXPO 2020"-yə ev sahibliyini udmasını qeyd etmək üçün dünyanın ən yüksək binası olan Bürc Xəlifənin təpəsinə çıxıb. "Axar.az"ın xəbərinə görə, 828 metrlik binaya çıxan Şeyx Həmdan bildirib ki, bu ölkəsinin tarixində ən böyük hadisədir. Bu tarixi qələbə bir daha təsdiq edib ki, BƏƏ dünyada böyük hörmətə sahibdir. Qeyd edək ki, Dubay 116 səslə 47 səs toplayan Rusiyanın Yekaterinburq şəhərini ötə bilib. "EXPO-2020"-nin ev sahibliyi uğrunda həmçinin Braziliyanın San Paolo və Türkiyənin İzmir şəhərləri də mübarizə aparıblar. "EXPO-2020" "Gələcək naminə birləşən düşüncələr" şüarı altında keçiriləcək.
2013-11-30
2,942
Tanınmış teleaparıcı "Space"dən getdi: Cinə görə - Video
Bu gün aparıcılar Ramal Hüseynov və Kəmalə Əzizqızı efirə çıxmaqdan imtina ediblər. Buna səbəb ötən gün "Space"-də canlı yayımda qonağın içindən "cin" çıxarılması səhnəsinin ölkədə yayılmasıdır. Saat 13:30-da isə "Günaydın" verilişinin əvvəlki buraxılışlarından biri yayımlanıb. Verilişi bundan sonra kimin aparacağı bilinmir. "Showlife.az"ın əldə etdiyi məlumata görə, tanınmış teleaparıcı Ramal Hüseynov fəaliyyətini APA TV-də davam etdirir. O, yenə də internet televiziyada səhər verilişini aparacaq.
2013-11-30
2,943
Həyət, yoxsa kompüter oyunları?- Video-sorğu
Bir vaxtlar "Bənövşə", "7 şüşə", "ortada qaldı", "əlüstə kimin əli", "gizlən qaç", "səndə məndə", "klas-klas" kimi məşhur oyunlar var idi. Onlara olan bağlılıq o qədər böyük idi ki, hər dəfə həyətdə bu cür uşaqları evə toplamaq olmurdu. Amma indi vəziyyət tam dəyişib. Hərəkətsiz internet oyunları fiziki aktiv oyunları üstələyir İndi uşaqlar aktiv oyunların əvəzinə internet oyunlarına daha çox üstünlük verir. "Qaçdı-tutdu" oyununun əvəzinə müharibə tipli internet oyunlar, "gizlən-qaç"ın əvəzinə hansısa gizlilik funksiyasını daşıyan oyunlar və daha nələr… Üz tutduğum "244" nömrəli məktəbin uşaqlar arasında keçirdiyim sorğudan bəlli oldu ki, internet oyunlarına maraq pik nöqtədədir. Ən qəribəsi isə odur ki, internet oyunlarına maraq göstərən uşaqların əksəriyyəti birinci sinif şagirdləridir. Qeyd edim ki, Azərbaycan dili bölməsində təhsil alan uşaqlar internet oyunları sevdiklərini bildirsələr də, Rus dili bölməsində təhsil alanlar tam əksini düşünürdülər. Uşaqlarla söhbətimə müdaxilə edən müəllimə bildirdi ki, onların internet oyunlarına meylli olmasının səbəbi məhəllələrdə oynamaq üçün şəraitin az olmasıdır. Valideyn Mənsurə Novruzovanın fikrincə isə, komputer oyunları övladında asılılıq yaradıb və artıq "o dünyadan" heç cür uzaqlaşdıra bilmir. Uzaqlaşdırmaq istədikdə isə, övladında əsəbi pozğunluq müşahidə edir. Bəs məsələyə psixoloji yanaşma necədir? Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, indiki uşaqların əksəriyyəti məsum xəyallar qura, kədərlənə, dərin düşünə bilmir. Buna səbəb isə onların dar dünyalarında, hədsiz geniş bilgilərin olmasıdır. "Bəzən onların gətirdikləri bəhanələr belə, o qədər təcrübəli olur ki, çaşıb qalmamaq mümkün olmur. Məncə, bunların başında zorakılıq tipli oyunlar dayanır. Valideynlərin isə buna necə razı olduğunu anlaya bilmirəm". İnsanların arasında zombiləşmə gedir Psixoloq zaman keçdikcə insanların içində həssaslıq, mərhəmət hissinin azaldığını da müşahidə etdiyini deyir: "Zaman-zaman hər şey sadələşməyə doğru gedir. Təbii ki, bu, heç də xoşagələn hal deyil. Burda nöqsanlar çoxdur. Həyətdə oynanılan oyunların heç bir bənzəri ola bilməz. Bu cür oyunlarda həm fiziki aktivlik, həm də ünsiyyət var. İnternet oyunlar isə insani hisslərini azaldan, emosiyaları öldürən gücə sahibdir. Zaman keçdikcə insanların içində həssaslıq, mərhəmət hissinin azaldığını hiss etmək olur. Bütün bunlar komputerləşmə prosesindən meydana gələn səbəblərdir. Bu oyunlarda müəyyən davranış modelleri var ki, uşaq onları gələcəkdə reallaşdıra bilər. Təəssüf ki, bu, cəmiyyətdə artıq norma halını alıb". Öz növbəmdə qeyd edim ki, sonuncu dəfə "Bənövşə" bəndinə 2007-ci ildə rast gəlmişdim.
2013-11-30
2,944
Kilsələrin yanması teraktdır – Rəsmi
Tatarıstan respublikasında iki qədim pravoslav məbədin eyni vaxtda yanması ilə bağlı prokurorluq "terakt" maddəsi ilə cinayət işi qaldırıb. "Axar.az"ın məlumatına görə, Tatarıstanın Baş prokuroru İldus Nafikov bu gün iki kilsənin eyni vaxtda yanması hadisəsi ilə bağlı kollegiyanın fövqəladə toplantısını keçirib. "Şübhə etmirik ki, kilsələrin yanması heç də təsadüfü hadisə deyil. Tatarıstan hüquq-mühafizə orqanları adekvat addım atmalıdırlar", - deyə Nafikov bildirib. Tatarıstan prokurorunun hadisəyə bu cür reaksiya verməsi təsadüfü deyil. Noyabrın 27-də Albay Mamadış və Rıbno-Slobod rayonlarındakı yanğınlardan əvvəl, noyabrın 16-da Çistopolda daha bir ibadətgah yanmışdı.
2013-11-30
2,945
İlin sonuna 31 gün qaldı
Hazırda dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da XIII Qriqorinin tərtib etdiyi təqvim istifadə olunur. 4 oktyabr 1582-ci ildə tərtib olunan təqvimdən fərqli tarixlərdə istifadə edilməyə başlanılıb. Qriqorinin hazırladığı təqvimə görə, bir il 12 aydan ibarətdir. Təqvimə görə bu gün 2013-cü ilin 335-cü günüdür və 2014-cü ilin başlanmasına 31 gün qalıb. Qeyd edək ki, Papa XIII Qriqorinin tərtib etdiyi təqvimdən öncəki Yuli Sezara aid olub. Hər iki təqvimdə kifayət qədər bənzərliklər var.
2013-11-30
2,946
Ərdoğanın kürsüdən göstərdiyi gizli işarə
Baş nazir Ərdoğanın çıxış edərkən barmağıyla "iki" göstərməsi ailədə uşaqların sayıyla bağlı müzakirələrə öz damğasını vurub. Bu gün Baş nazir Ərdoğan AKP-nin 21 bələdiyyə başçısı namizədlərini açıqlayıb. Maraqlı anların yaşandığı tədbirdə Baş nazir ailədə uşaq sayı 3-dən az olanlara zarafatla xəbərdarlıq edib. Ordu rayonu bələdiyyə başqanlığına namizəd Ənvər Yılmazın adının elan olunmasından sonra Baş nazir Ərdoğan çıxış elədiyi kürsüdən Yılmaza əliylə "iki" işarəsi göstərib.
2013-11-30
2,947
"Pana Film" təkzib etdi - Yenilənib
"Qurdlar Vadisi"ndə işlər qarışıb. Yayılan məlumatlara görə, serialın iki ssenaristi çəkilişlərdə iştirak etməkdən imtina edib. Türkiyənin ən uzunömürlü serialı olan "Qurdlar Vadisi – Pusu"da anlaşılmazlıqlar baş verib. Baş verənlər haqqında dəqiq məlumatlar olmasa da, serialın çəkilişlərinə təsiri özünü açıq şəkildə biruzə verib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, 204-üncü bölümdən sonra Raci Şaşmazın ssenari qrupundan ayrıldığı iddia edilirdi. Bütün bu xəbərlər yayıldıqdan sonra çalışqan ssenaristin filmdən ayrılıb-ayrılmadığı haqqında dəqiq məlumatlar yoxdur. Qeyd edək ki, "Qurdlar Vadisi" pərəstişkarları bu həftə serialın yeni bölümünü gözləsələr də, "yazete.com" tərəfindən yeni bölümün çəkilməyəcəyi bildirilib və serialın taleyi sual altındadır. 02:55 "Axar.az" xəbər verir ki, mətbuatda yayılan "Qurdlar Vadisi Pusu serialının ssenaristlərinin ayrılması barədəki xəbərlərə "Pana Film"dən açıqlama gəlib. "Pana Film"in açıqlamasını olduğu kimi təqdim edirik: "Bu gün bəzi saytlarda şirkətimizin ssenari qruplarıyla bağlı yayılan xəbərlər bağlı açıqlama vermək məcburiyyəti yaranıb. 1. Bahadır Özdener və Cüneyt Aysan "Pana Film"in ortaqlarıdır və şirkətimizdən ayrılmalarından söhbət belə gedə bilməz. 2. 10 ildən çoxdur ki, davam edən türk televiziya tarixinin ən uzun ömürlü və ən çox izlənən layihəsi olan "Qurdlar Vadisi Pusu" serialının ssenari qrupunda bəzən dəyişikliklərin olması həm zəruri həm də təbiidir. Bu dəyişikliklər bəzən "qan təzələmək" üçün, bəzən də yorğunluqdan ola bilir. Layihənin hər pilləsində baş verən bu dəyişiklik bir ay əvvəl serialın ssenari qrupunda da gerçəkləşib. Bahadır Özdener və Cüneyt Aysan serialımızın ssenari qrupundakı vəzifələrini öz istəkləriylə digər ssenarist dostlarına həvalə ediblər. "Qurdlar Vadisi Pusu" hər həftə artan performanslarıyla uzun müddətli "qaçışına" davam etməkdədir. İctimaiyyətə sayğılarla".
2013-11-30
2,948
Ərlərindən qorumaq üçün döyüş növləri öyrədiləcək
Ailədə zorakılığın artması səbəbi ilə Argentinanın Misyonens əyalətində hökumət aqressiv ərdən qorunmaq üçün qadınlara özünü müdafiə kurslarını keçməyi təklif edir. Məşqlərdə döyüş növləri öyrədiləcək. Lakin yerli hökumətin ideyasının əleyhdarları da var. Argentinanın milli deputatı Mariya Storani bildirib ki, bu ideya ölkədə zorakılığın eskalasiyasına gətirib çıxara bilər.
2013-11-30
2,949
240 milyon illik tualet tapıldı - Elm
Elm adamları minlərlə dinozavrın nəcisini toplanmış halda aşkar ediblər. Qalaqlanmış dinozavr nəcisini arxeoloqlar tapıntı olaraq qorumaq qərarına gəlib. Elm adamları bildirir ki, toplanmış nəcisin sayəsində keçmiş dövrdə dinozavrların qidalanma rejimini, xəstəliklərini və bitki növlərinə olan alışqanlıqlarına dair əhəmiyyətli ipucları əldə edə bilərlər. Qalaqlanmış nəcisin 40 sm uzunluğunda və bir neçə kilo ağırlığında olduğu bildirilir. Mütəxəssislər nəcislərin sahiblərinin ətrafda sümükləri olan və dinozavr atası kimi tanınan "Dinodontosaurus" növünə aid olduğunu düşünür. Qeyd edək ki, 240 milyon illik qazıntı məkanı "dünyanın ən köhnə ümumi tualeti" olaraq adlandırılıb.
2013-11-30
2,950
Maşın sürmək qadağası şeytandan qoruyurmuş
Səudiyyə Ərəbistanında baş müfti Şeyx Əbdüləziz Bin Abdullah qadınların avtomobil sürməsinin qadağan olunmasının cəmiyyəti şeytandan qoruduğunu deyib. Səudiyyə Ərəbistanı dünyada yeganə ölkədir ki, orada qadınların avtomobil sürməsi qadağandır. Keçən ay ən az 16 qadın qadağanı ciddiyə almadığına görə cəzalandırılıb. Baş müfti Şeyx Əbdüləziz isə "qadınlara avtomobil sürmək icazəsinin verilməsi cəmiyyətin ən böyük narahatlıqlarından biri olmamalıdır. Qadağa şərdən qorunmaq üçündür"-, deyib. Baş müftinin sözləri gənc fəalların əvvəlki gün Daxili İşlər naziri Şahzadə Məhəmməd Bin Nayiflə görüşdükləri zaman Nayif onlara səlahiyyətlilərin qadağaya yenidən baxacağı deyib. Aziə Əl Yusif adlı fəal "bu hüququn bizə verilməsi üçün kralın sənədi təsdiqləyəcəyini güman edirik"-, deyib.
2013-11-30
2,951
AB Gürcüstana hər zaman dəstək verəcək
"Gürcüstanın çətin vəziyyətə düşəcəyi halda, Avropa Birliyi yardım əlini uzadacaq". Bu sözləri Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvili Vilnüsdə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Avropa Birliyinin Gürcüstana münasibəti yaxşıdır. "Belə sammitdə ilk dəfə iştirak etdiyimə görə deyə bilmərəm ki, Avropa Birliyinin bizim ölkəmizə qarşı münasibəti yaxşılığa doğru necə dəyişib, ancaq görürəm ki, bizə qarşı münasibət çox yaxşıdır. İndi Avropa Birliyinə daxil olan ölkələrin Gürcüstana böyük dəstəyi var və bu dəstəklə Gürcüstan istənilən çətinlikdən çıxa bilər. Bu dəstək nəticədə Gürcüstan Şərq Tərəfdaşlığı çərçivəsində gələcəkdə də Avropa Birliyi ilə nəzərdə tutulan istənilən sənədi imzalamağa hazırdır", - Gürcüstan prezidenti belə deyib. Bu arada ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, Avropa Birliyinin Şərq Tərəfdaşlığı çərçivəsində hazırladığı Assosiativ sazişin Gürcüstanla Moldova tərəfindən imzalanmasını ABŞ dəstəkləyir. (ANS)
2013-11-30
2,952
Robbi Uilyams özünə homoseksual dedi
Görünür, bu gün dünya şou-biznesinin ən çox müzakirə olunan xəbəri də məhz budur. 39 yaşlı britaniyalı ifaçı özünü yarı-homoseksual adlandırıb. İndi dünyanın hər yerində Uilyamsın fanatları bu xəbəri müzakirəyə çıxardıb. Bu, nə ola bilərdi? Əlverişlı PR, yoxsa həqiqət? Robbi hal-hazırda Aida Fildlə evlidir. Bu yaxınlarda onların körpəsi dünyaya gəlib. Bütün bu faktları nəzərə alsaq, musiqiçinin homoseksuallara heç bir aidiyyatı olmadığı təsdiq olunur. Lakin Uilyamsın sözlərinə görə, o özünü 49%, bəzən isə 50% homoseksual hiss edir. Düzdür, o artıq bildirib ki, homoseksuallıqla heç bir əlaqəsi yoxdur, amma bu xəbər hələ də çoxlarında sual işarəsi doğurur.
2013-11-30
2,953
“İran və ABŞ arasında problemlər çox çətindir"
İran prezidenti Həsən Ruhani bu ölkənin nüvə obyektlərinin ləğvi ehtimalını istisna edib. Bununla belə, Həsən Ruhani ABŞ-la münasibətlərin düzələcəyinə ümid edir. "100 faiz yox", - Həsən Ruhani nəşrə müsahibəsində Tehranın nüvə obyektlərinin ləğvinin mümkünlüyü barədə suala cavabında deyib. İran prezidenti bəyan edib ki, İranın hərbi strategiyası nüvə silahı əldə etməyi nəzərdə tutmur. Onun sözlərinə görə, İran uranın dinc məqsədlər üçün zənginləşdirilməsini davam etdirmək niyyətindədir. "İran və ABŞ arasında problemlər çox çətindir və qısa vaxt ərzində həll oluna bilməz. Çətinliklərə baxmayaraq, son 100 gün ərzində müəyyən aydınlıq yaranıb", - Həsən Ruhani "Financial Times"ə müsahibəsində deyib. ("musavat.com")
2013-11-30
2,954
İraqda kütləvi partlayışlar və edamlar - 51 ölü
İraqın müxtəlif rayonlarında yaraqlılar tərəfindən cümə günü törədilmiş partlayışlar və kütləvi edamların qurbanı 50 nəfərdən artıq insan olub. Zorakılıq dalğası ölkənin paytaxtı Bağdadı, eləcə də əsasən sünnilər yaşayan regionları bürüyüb. Bağdadda, Diyala, Naynava və Salah-əd-din əyalətlərində, eləcə də Kərkük şəhərində terror və kütləvi gülləbaranlar nəticəsində ölənlərin ümumi sayı cümə günü 51 nəfər təşkil edib. İraqda gərginliyin artması sünni və şiə islam icmalarının qarşıdurması ilə bağlıdır. Sünnilər Səddam Hüseynin hakimiyyəti zamanı İraqın dövlət qurumlarında hakim mövqe tutublar, lakin ABŞ-ın silahlı müdaxiləsi və Səddam Hüseynin devrilməsindən sonra şiələr sünniləri sıxışdırıblar. Onlar bir sıra mühüm dövlət vəzifələrini, o cümlədən onlar arasında daha nüfuzlu olan baş nazir postunu tutublar. (Trend)
2013-11-30
2,955
Kəbənin genişləndirilməsi zamanı qəza baş verib - Foto
Kəbənin genişləndirilməsi zamanı binalardan birində çökmə əmələ gəlib. Əhməd Əl Mənsuri bildirib ki, genişləndirmənin ikinci mərhələsində söküntü işləri zamanı binanın bir bölümündə çökmə baş verib. Ölən və yaralanan olmayıb. "Axar.az" xəbər verir ki, Kəbədə çökmə səbəbiylə genişləndirmə işləri müəyyən müddətə təxirə salınıb. Kəbə qapısının qarşısında birinci mərhələ işlərinin böyük hissəsinin tamamlandıqdan sonra "Qızıl Nov" adı verilən yerin qarşısındakı ikinci bölümdə genişləndirilmmə işləri daxilində söküntü işlərinə başlanılmışdı. Həcc ziyarətinin bitməsindən sonra başlayan ərazinin genişləndirmə işləri 24 saat fasiləsiz davam etdirilir. Bir Türk şirkətinin icra etdiyi ikinci mərhələ genişləndirmə işlərinin 2014-ci ilin həcc ziyarətinə qədər tamamlanması planlaşdırılır.
2013-11-30
2,956
İrandakı zəlzələ tektonik silahla törədilib – Sensasiya
"Buşəhr yaxınlığında bir-birinin ardınca baş verən zəlzələlər təbiət hadisəsi deyil, supergüclərin İrana qarşı istifadə etdiyi tektonik silahların nəticəsidir". Bu sözləri məlum səbəbdən adının açıqlanmasını istəməyən tanınmış azərbaycanlı alim "Axar.az"a İranın Buşəhr vilayətində 28 noyabr tarixində 8 nəfərin ölümü, 190-dan çox insanın yaralanması ilə nəticələnən 6,1 ballıq zəlzələni şərh edərkən bildirib. Alimin sözlərinə görə, İranın ən böyük Atom Energisi Stansiyasının yerləşdiyi Buşəhrdə bir-birinin ardınca baş verən zəlzələlər təsadüfü deyil: "Necə olur ki, 2010-cu il avqustun 10-da açılışı edildikdən və bütün dünyanın diqqəti Buşəhrə yönələndən sonra bu şəhər və onun ətrafında zəlzələlərin sayı görünməmiş səviyyədə artır? Əvvəlki illərdən fərqli olaraq, məhz son 3 ildə İranda zəlzələlərin sayı bir neçə dəfə çoxalıb və onların böyük hissəsi Buşəhr vilayətində, Buşəhr Atom Stansiyasının yaxınlığında baş verir". Həmsöhbətimiz dediklərinə sübut kimi yalnız 2013-cü ildə Buşəhr ərazisində onlarla zəlzələnin olduğunu qeyd etdi ki, bunların da 2-si dəhşətli dağıntılarla və tələfatla müşayiət olunub: 1) 9 aprel 2013: Buşəhr vilayətində 6,1 bal. 39 ölü, 1000 yaralı, külli miqdarda tələfat. İran matəm elan edir. 2) 13 aprel 2013. Buşəhr yaxınlığında, Kaki və Şonbey şəhərləri. 4,1 bal. 3) 24 aprel 2013. Eyni gündə İranda 3 təkan, biri Buşəhrdə, 4,7 bal. 4) 29 aprel 2013. Kaki də daxil olmaqla, Buşəhr ətrafındakı şəhərlərdə 8 ardıcıl zəlzələ – 1,4-3,3 bal arasında 5) 2 may 2013. Buşəhr yaxınlığı, Kaki, 4,8 bal. 6) 6 may 2013. Buşəhr yaxınlığı, Kaki. 5,1 bal. 7) 9 may 2013. Buşəhr, 4 bal gücündə ardıcıl təkanlar. 8) 24 may 2013. Kaki, 3,9 bal. 9) 23 iyun 2013. Buşəhr vilayətində, Dəşti və Dəştistanda 4 bal gücündə 2 təkan. 10) 11 avqust 2013, iki ardıcıl təkan. Buşəhrdən 90 km aralıda. 11) 1 oktyabr 2013. Buşəhrin 65 km-dəki Borazcan vilayəti. 4,2 bal. 12) 22 oktyabr 2013. Buşəhrdən 20 km məsafədə, 4,2 bal. 13) 24-25 oktyabr 2013. Buşəhrdə 3,4 bal gücündə 3 təkan. 14) 28 noyabr 2013. Buşəhrdə, 6,1 bal. İlkin məlumat: 8 ölü, 193 yaralı, yüzlərlə dağıntı, külli miqdarda ziyan. Alimin bildirdiyinə görə, bu, yalnız Buşəhrdə, 2013-cü ildə olan natamam siyahıdır: "Bu siyahı tam deyil və əksəriyyətini İran hakimiyyəti gizlədir. Həmçinin tələfatı gizlətməsə də, zəlzələlər zamanı dağıntılar barədə də İran məlumat vermir". Tədqiqatçı əsas hədəfin Buşəhrlə İrana görk vermək olduğunu dedi: "Hələ "Altılıq"la ilkin razılıq o demək deyil ki, bütün məsələlər qaydasına düşdü. Bu ərəfədə Şanxay təşkilatı – İranın əsas neft idxalçıları Çinin başçılığı ilə toplaşdı, sanki Avropa Birliyinin Şərq Tərəfdaşlığına alterntiv olduqlarını göstərmək istəyirdilər. Dünyanın iqtisadi baxımdan yenidən bölüşdürülməsi prosesi gedir: Avropa və ABŞ Şanxay təşkilatının – Çinin enerji qaynağını, yəni İranı əlindən almaq və perspektivdə dünya ağalığına iddialı olan bu ölkəni ram etmək istəyir, Rusiya bu bölgüdə müəyyən güzəştlərə razıdr, amma öz fövqəlgücünü də qəbul etdirməkdə israrlıdır. Belə şəraitdə İranı daha da zəif düşürmək və təklifləri sürətlə qəbul etdirmək vacibdir. Ona görə də supergüclər tektonik silahlardan istifadəni davam etdirirlər". Müsahibimiz bi silahların yeraltı süxurlar müəyyənləşdirməklə, tamamilə uzaq ərazidən istifadə olunduğunu da bildirdi: "Bəzi ehtimallara görə, bu silahlar hələ istənilən dəqiqliklə işləmir. Ancaq mən belə düşünmürəm. Son hadisələr göstərdi ki, təbiət hadisəsini yaratma gücündə olan bu silahlar artıq kifayət qədər təkmilləşib və hədəfə dəyir". Araşdırmaçı alim ABŞ Dövlət katibi Con Kerrinin "İrana sanksiyaları gücləndirmək və neft satışını məhdudlaşdırmaq prosesini dayandırdıq, amma bu o demək deyil ki, onun ixracına şərait yaradacağıq. Altı ay müddətində sanksiyların yumşaldılması yox, daha da gücləndirilməməsi müzakirə mövzusudur. Yalnız 6 aydan sonra İran atom silahı əldə etmək istəmədiyini sübuta yetirərsə, ondan sonra sanksiyalar yumşaldılacaq", sözlərini də təsadüf hesab etmir. Onun sözlərinə görə, ABŞ bunun müqablində öz neftini təklif etməklə, dünya bazarında neftin qiymətinin qaxlmamasını, əksinə, ucuzlaşmasını təmin edir. Nəticədə isə Avropa Birliyi ölkələrinin İran neftinə tamah salaraq, yumşalmasının qarşısını alır və strateji planlarını davam etdirir. "İran bu iqtisadi-siyasi və gizli hərbi-tektonik hücumların qarşısında acızdir" deyən müsahibimizin sözlərinə görə, tektonik hücum yenə də davam edəcək: "İran tamamilə siyasi-iqtisadi kursunu dəyişənə və Çinin enerji mənbəyi rolundan imtna edənə qədər, zəlzələlər dayanmayacaq".
2013-11-30
2,957
Ərdoğan təyyarədə mahnı oxudu - Video
Türkiyə Baş naziri R.T.Ərdoğan məşhur türküçü Neşet Ərtaşın heyranı olaraq tanınır. Onun bir səyahət zamanı təyyarədə müğənninin "Könül dağı" mahnısını oxuyarkən çəkilən videosu videosu yayılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarədə çəkilən videoda Ərdoğan qarşısındakı vərəqləri çevirərək mahnını oxuyur. Qeyd edək ki, Ərdoğan iştirak etdiyi bir çox verilişdə Neşet Ərtaşın mahnılarını oxuyur və hər fürsətdə onun sevgi və insanlığa dair fikirlərindən misal çəkir.
2013-11-30
2,958
Maydan dağıdıldı - Video
Aksiya iştirakçılarını "Avromeydan"dan dağıdan zaman insanlar xəsarət alıb. "5-ci kanal" xəbər verir: "Zərərçəkənlər var. Demək olar ki, bütün zərəçəkənlər başından xəsarət alıb." Narıncı inqilab iştirakçıları koalisiyasının mətbuat katibi bildirib ki, aksiyanı dağıtmaq üçün minə yaxın xüsusi polis dəstəsi - "Berkut"un əməkdaşları cəlb olunub. "İnsanları dəyənəklərlə öldürürdülər! Qazdan istifadə edirdilər! Maydanda partlayışlar eşidilirdi! Bir çox insan yaralanıb. İnsanları Maydandan zibil kimi qovurlar!"- xəbərdə deyilib "KUPR" mətbuat xidmətinin məlumatlarına görə aktivistlər saxlanıb, Maydanda isə mobil bağlantı kəsilib.
2013-11-30
2,959
Helikopter pivəxananın üzərinə düşdü - Yeniləndi
Şotlandiyada polis helikopteri pablardan birinin üzərinə düşüb. "Axar.az"ın "Assoşeyted Pres"ə istinadən verdiyi məlumata görə, qəza ölkənin ən böyük şəhəri olan Qlazqoda baş verib. Polis qəza anında pabda 100 nəfərə yaxın insanın olduğunu bildirib. Helikopterin klubun damına düşməsi nəticəsində partlayış baş verməyib. Qlazqo polisi qəza nəticəsində heç kimin ölmədiyi haqqında verdiyi ilkin məlumat artıq təkzib edilib. "Deyli meyl" qəzeti bu qəzada artıq üç nəfərin həlak olduğu haqqında xəbər yayıb. Mətbuat hazırda qəza yerində onlarla xilasedicinin işlədiyini bildirir. Hadisə şahidləri hələ də pabda çoxlu insanın olduğunu və oradan çıxa bilmədiyini deyiblər. *** Yeni yayılan məlumatda ölənlərin sayının 6 nəfərə qalxdığı bildirilir, 32 nəfər isə yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.
2013-11-30
2,960
Yanukoviçə qarşı 100 min səs toplandı
Ağ Evin saytında Yanukoviçə qarşı sanksiyaların tədbiq edilməsi ilə bağlı elan edilmiş petisiyada 100 min səs toplanıb. "Axar.az" məlumat verir ki, artıq ABŞ Senatında Yanukoviçə qarşı sanksiyaların tədbiqi ilə əlaqədar məsələnin müzakirə ediləcəyi bildirilib. Ağ Evin rəsmi saytında 100 min səs toplanması rəsmi şəkildə elan edilib. Yanukoviçə qarşı elan edilmiş petisiyada səslərin toplanması 3 sutka ərzində baş tutub. Qeyd edək ki, bitmə müddəti dekabrın 26-na qədər nəzərdə tutulmuş petisiyada yalnız ABŞ vətəndaşları iştirak edə bilərdilər.
2013-11-30
2,961
Cəbhədə atışma: itki yoxdur
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi pozulmaqda davam edir. "Axar.az"ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Ağdam rayonunun Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-11-30
2,962
Aksiya iştirakçıları polis furqonunu həbs edib
Milli deputat Anatoli Qrisenkonun başçılığı ilə aksiyanın 50-yə yaxın iştirakçısı Azadlıq meydanından çıxarılmağa çalışılan polis maşınını çevrəyə alıblar. Furqonun içində saxlanılan aksiya iştirakçıları var. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, furqonun qarşısı avtomobillə alınıb. Hadisə yerinə yeni xüsusi təyinatlılar gəlir. Daha öncə də xəbər verdiyimiz kimi, aksiya iştirakçıları vəhşicəsinə döyülüb. Onlarla zərərçəkən var. Kiyev polisinin verdiyi məlumata görə, Maydan iştirakçılarını dağıtmaq qərarı avrointeqrasiya və xüsusi təyinatlılar arasında bir neçə toqquşmadan sonra verilib. Bildirilir ki, əməliyyat zamanı etirazçılar polisləri daş-qalaq edib və polis avtobusunu zədələyib.
2013-11-30
2,963
Ruslana yazdı: "Kilsədə gizlənmişəm" - Video
Müğənni Ruslana Ukrayna xüsusi təyinatlılarının əlindən kilsədə gizlənib. "Axar.az" məlumat verir ki, bu barədə müğənni öz "feysbuk" səhifəsində məlumat yayıb. O, xüsusi təyinatlı dəstənin mitinq iştirakçılarına hücumundan sonra heç kəsin Maydana geri dönə bilmədiyini qeyd edib: "Biz Mixayolovski kilsəsindəyik. Yanımızda təxminən 100 nəfər var. Aramızda yarlılar var". Qeyd edək ki, Ruslana Yanukoviçə qarşı etiraz aksiyaları başlayan gündən Avromeydandakı mitinqlərdə iştirak edir.
2013-11-30
2,964
Suriyada yeni qətliam: 91 ölü
Suriya İnsan Haqları Təşkilatı (SNHR) tərəfindən edilən açıqlamada Bəşər Əsədə aid hərbi qüvvələrin müxaliflərin sıx olduğu bölgələrdə top, raket və döyüş təyyarələri ilə keçirdiyi əməliyyatlar nəticəsində paytaxt Şamın ətraflarında 41, Xumsda 11, Hələbdə 10, İdlibdə 9, Deyruz Zorda 5, Həmada 3, Quneytrada 2, Raqq və Xaseke şəhərlərində 1 nəfər olmaqla 91 adamın öldüyü bildirilib. Ölənlərdən 10-u uşaq, 5-i qadındır. Suriya İnqilab Şurasından (SRGC) verilən açıqlamada isə paytaxt Şamın Yərmuq, Duma, Dəreyya, Qabun və Müdammiyə şəhərlərinin ətrafının və Nəbəkə diyarının hökumət qüvvələrinin ağır hücumlarına məruz qaldığı deyilib. Hələbdə 80-ci briqada ətrafında Azad Suriya Ordusu (ÖSO) ilə hökumət qüvvələrinin şiddətli qarşıdurmalarının yaşandığı qeyd edilən açıqlamada, müxaliflərin şəhərdəki Neyrab Hərbi Aerodromunda yerli istehsal olan raketlərlə etdiyi hücumda rejimə böyük ziyan vurduğu qeyd edilib.
2013-11-30
2,965
"Uşaq Avroviziya”sı Kiyevdə keçiriləcək
Builki müsabiqə Kiyevdə baş tutacaq. 12 ölkənin ən yaxşı ifaçıları 11-ci "Uşaq Avroviziya" mahnı müsabiqəsində iştirak edəcək. Təşkilatçıların sözlərinə görə, hazırkı hazırlıq yüksək səviyyədə gedir. Tədbirin prodüseri Roman Kerik bildirib ki, müsabiqənin təşkilatçılığında çoxlu Avropa mütəxəssisi işləyir. Səhnə dekoru yunanlı mütəxəssis Antonis Kapoqridisə, ssenari müəllifliyi britaniyalı yazıçı Aleks Vorrala məxsusdur. Bundan başqa, işıqlandırma almaniyalı Cerri Appeltə, yayım rejissorluğu isə estoniyalı Marek Milə aiddir.
2013-11-30
2,966
“Telekanallarda peşəkarlıq yoxdur“- MTRŞ
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan telekanallarında şit, bayağı verlişlərin hələ də yayımından narahatdır. Bu barədə Trend-ə eksklüziv açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. N.Məhərrəmlinin sözlərinə görə, Şura arzulayır ki, Azərbaycan teleməkanında belə verilişlər olmasın: "Amma Teleşura televizya kanallarının yaradıcılıq işlərinə müdaxilə etmək səlahiyyətində deyil. Biz tövsiyələr edirik, amma kanallar özəl qurumlardır, onlar kommersiya fəaliyyəti ilə məşğuldurlar. Ona görə də bəzən onu əsas gətirərək, bu işləri görürlər. Biz daim çalışırıq ki, televizya kanalları bütün fəaliyyətlərini kommersiya maraqlarına uyğun qurmasınlar. Onlar təkcə kommersiya qurumu deyil, eyni zamanda ictimaiyyət qarşısında məsuliyyəti olan bir qurumdur. Ona görə də onlar bütün verilişlərdə xalqın, dövlətin mənafeyini hər şeydən uca tutmalıdırlar. Doğrudur, kommersiya da lazımdır. Amma o kommersiya daha yüksək keyfiyyətli verilişlər əsasında olarsa, biz çox məmnun olardıq". MTRŞ hesab edir ki, Azərbaycanda efir hamı tərəfindən eyni formada qəbul olunmur: "Tutaq ki, gənclər efirdə fərqli musiqini eşitmək istəyir, yaşlı nəsil fərqli musiqi eşitmək istəyir. Yəni bütün bunları balanslaşdırmaq televizya kanallarından yüksək peşəkarlıq tələb edir. Çox təəssüf ki, o peşəkarlıq yoxdur. Çox təəssüf ki, aparıcılarla bağlı bizim problemlərimiz qalır. Aparıcıların yüksək peşəkarlığı, geniş dünya görüşünə malik olmaları, səhnə mədəniyyəti, Azərbaycan ədəbi dil qaydalarına riayət etmələri və digər bu kimi məsələlərlə bağlı narahatlıq qalır".
2013-11-30
2,967
Dünyanı gəzən yapon qız Fəvvarələr meydanında – Özəl video
Musiqi ilə vəhdət təşkil edən bu səsin sahibi yaponiyalı Hideki Sakomizudodur. Hideki Yaponiya Konservatoriyasının məzunudur. Bu vaxta kimi dünyanın 46 ölkəsində olub. Olduğu ölkələrdə də bu təzdə, yəni "Bütün dünya uçün oxu!" şüarı ilə şəhərlərin mərkəzi küçələrində mini konsert proqramları verib. İncə səs tembrinə malik Hideki bundan öncə Gürcüstan və Türkiyədə "küçə konserti" proqramı ilə çıxış edib, bundan sonra isə Ermənistana səfər edəcək. Hidekinin ifasında olan musiqini paylaşırıq.
2013-11-30
2,968
Pakistan ilk nüvə stansiyasını qurur
Dünyada nüvə silahına sahib barmaqla sayılan ölkələrdən biri olan Pakistan xroniki elektrik böhranına qarşı ilk nüvə stansiyasının təməlini atılıb. Pakistanın baş naziri Nəvaz Şərif ölkənin ən böyük nüvə enerji stansiyasının təməlatma mərasimində iştirak edib. Və altı oxşar layihənin də planlaşdırıldığını qeyd edib. Kəraçidə təməlinin atıldığı nüvə stansiyasının 2019-cu ildə istismara verilməsi gözlənilir. Planlaşdırılan digər enerji layihələri arasında külək enerjisinin istehsalı da var. Dünya Nüvə Birliyi yeni layihənin maliyyə dəyərinin təxminən 10 milyard dollar olacağını bildirib. Pakistanın baş naziri dəstəyi üçün Çinə təşəkkür edib. Həmçinin hökumətinin Çin şirkətlərinin sərmayələrini də asanlaşdıracağını qeyd edib.
2013-11-30
2,969
Azərbaycanlı iş adamı beynəlxalq axtarışa verilir- Foto
Rusiyada miqrantlara qarşı hücumlara start verilməsinə səbəb olan Bryulova hadisələrindən sonra bu ərazidəki meyvə-tərəvəz bazasının keçmiş rəhbərləri beynəlxalq axtarışa veriləcək. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, qanunsuz miqrasiyada günahlandırılan bazanın əsas səhmdarı İqor İsayev və baş direktoru Əliasab Hacıyev xaricdə gizlənir. İ.İsayevin Birləşmiş Ərəb Əmirliklərində, Ə.Hacıyevin isə Azərbaycanda gizləndiyinə dair məlumatlar var. Hər iki şəxs hazırda Rusiyada axtarışdadır. Yaxın zamanda hər iki şəxs beynəlxalq axtarışa veriləcək. Qeyd edək ki, hər iki şəxsə qarşı cinayət işi Orxan Zeynalovun Yeqor Şerbakovu öldürdüyü bildirilən hadisədən 3 gün sonra açılıb. Onlar qanunsuz miqrasiyada ittiham edilirlər.
2013-11-30
2,970
Putin İrəvanda “soyqırım” abidəsini ziyarət edəcək
Vladimir Putin Ermənistana səfəri zamanı erməni soyqırımının şərəfinə qoyulmuş abidəni ziyarət edəcək. "Axar.az" məlumat verir ki, bu informasiyanı "Qraparak" qəzeti Ermənistan Prezident Administrasiyasındakı mənbələrinə istinadən yazıb. Qəzet Rusiya prezidentinin İrəvan aeroportunda endikdən sonra birbaşa Gümrüdəki 102-ci hərbi bazaya gedəcəyini vurğulayıb. Buradakı tədbirlərdə iştirak etdikdən sonra onun İrəvana qayıdacağı və "soyqırım" abidəsi olan Çiçirnakaberdə əklil qoyacağı bildirilir. Qəzet mənbəsinə istinadlanaraq rus prezidentinin gəldiyi gün öz ölkəsinə geri dönəcəyini qeyd edib. Qeyd edək ki, Vladimir Putinin Ermənistana səfəri dekabrın 2-də baş tutacaq.
2013-11-30
2,971
Dünya tarixini 2 dəqiqəyə sığdırdı - Video
Fransada bir tələbə öz diplom işini video şəklində "yazıb". Video fotolardan istifadə edilməklə hazırlanıb. Tələbə videoya belə ad verib: "Our story in 2 minutes" (Tariximiz iki dəqiqədə). Gənc tələbə dünya tarixinin keçdiyi inkişaf yolunu iki dəqiqə içində təsirli şəkildə izah edib.
2013-11-30
2,972
Azərbaycan NATO tədbirlərinə qatılır
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri dekabr ayında NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər. Bu barədə "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, Azərbaycan hərbçiləri dekabrın 10-12-də Finlyandiyanın Tusula şəhərində keçiriləcək NATO-nun və tərəfdaş ölkələrin Arxa Cəbhə idarəsi ekspertlərinin daimi qrupunun işçi görüşündə iştirak edəcəklər. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, həmçinin dekabrın 10-13-də İstanbulda keçiriləcək NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma İşçi görüşündə iştirak edəcəklər. Hər iki görüşdə Azərbaycan və NATO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunacaq.
2013-11-30
2,973
Rövşən Almuradlıya ağır itki
Tanınmış kinorejissor Rövşən Almuradlıya ağır itki üz verib. Ötən gün rejissorun anası dünyasını dəyişib. Rövşən Almuradlı "Axar.az"a bildirdi ki, mərhumun 3 mərasimi bu gün Sumqayıt şəhərində keçirilir. Allah rəhmət eləsin!
2013-11-30
2,974
Maydan savaşı - Videolar
null
2013-11-30
2,975
Ramiz Rzayev Əli İnsanovun məhkəməsindəki ədalətsizlikdən danışıb
"Çox təəssüf ki, məhkəmələr əsasən ittiham tərəfinin vəsatətlərini təmin edir" "Axar.az"ın "APA"ya istinadən məlumatına görə, bunu Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin yığıncağında çıxış edən Ali Məhkəmənin Cinayət İşləri Kollegiyasının sədri Şahin Yusifov deyib. Ş.Yusifov bildirib ki, həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı xeyli problemlər var: "Məhkəmələr prokurorluğun həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimatlarını 98 faiz təmin edir. Bizim tələbimiz ondan ibarətdir ki, bu məsələ ilə bağlı beynəlxalq konvensiyanın tələblərinə qanunvericiliyə əməl edilməli və bu problem həll edilməlidir. Ali Məhkəmənin sədri Ramiz Rzayevin da fikri belədir ki, əgər Avropa Məhkəməsi Azərbaycana qarşı qərar qəbul etsə, həmin işdə pozuntuya yol vermiş hakim gəlib Plenumda izahat verəcək. Əli İnsanovun işində hakim müdafiəçinin əlavə şahidin çağırılıb dindirilməsi barədə vəsatətini təmin etməyib, ona görə də Azərbaycana qarşı qərar qəbul edilib". Kollegiya sədri qeyd edib ki, məhkəmə həqiqəti müəyyən etməlidir: "İşi obyektiv araşdırmaq lazımdır. Çox təəssüf ki, məhkəmələr əsasən ittiham tərəfinin vəsatətlərini təmin edir. Əgər hansısa hakim müstəqil qərar qəbul edə bilmirsə, ədalətli hökm çıxara bilmirsə, elə öz xoşu ilə hakimlikdən getməlidir".
2013-11-30
2,976
Onun qulağının dibinə elə vuraram ki…
"Biri toyda mənə əliylə işarə edib, "ə, bura gəl" desə, dözə bilmərəm: Kim olur-olsun, onun qulağının dibinə elə vuraram ki, gözü ovcunun içinə düşər". Bu sözləri müğənni Yaqub Zurufçu toylara getməməsinin səbəbi ilə bağlı sualı cavablandırarkən "Aznews.az"a deyib. Müğənni əlavə edib ki, sənətkar toya getməz: "Sənətkarın toyda nə işi? Sən ürək qoyub oxuyursan, bir də baxırsan, orada biri içib özünü idarə edə bilmir, böyürür, gic-gic hərəkətlər edir. Belə adamın qarşısında mən oxuyaram? Dünyasında oxumaram. Nəyimə lazım? O pulu mən balama yedirmərəm. Sənətkar gərək, özünə qiymət versin".
2013-11-30
2,977
7 il sonra Tacikistanın xarici işlər naziri dəyişdi
Tacikistan prezidenti İmaməli Rəhman yeni hökuməti təyin edib. "Axar.az" tacik mətbuatına istinadən xəbər verir ki, ölkə lideri Rəhman yeni kabinetində bir çox dəyişiklik edərkən, 2006-ci ildə xarici işlər naziri vəzifəsinə gətirilən Həmrohon Zərif vəzifəsindən uzaqlaşdırılıb. Yeni xarici işlər naziri Tacikistanın Birləşmiş Millətlər Təşkilatının nəzdindəki daimi nümayəndəsi olan Sirokiddin Aslov oldu. 1964-cü il doğumlu Sirokiddin Aslov 2004-2005-ci illərdə xarici işlər nazirinin müavini vəzifəsini icra edib. 2005-ci ildə ölkənin BMT-nin nəzdindəki daimi nümayəndəsi elan olunub. Rəhman 2006-ci ildəki prezident seçkisindən sonra Zərifi xarici işlər naziri vəzifəsinə təyin etmişdi. Zərif 2002-2006-ci illərdə də Tacikistanın ABŞ səfiri vəzifəsində işləyib.
2013-11-30
2,978
İstirahət günü hava necə olacaq?
İstirahət günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Bu barədəEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında dekabrın 1-də havanın temperaturunun gecə 6-9, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 1-də hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir ( Trend ).
2013-11-30
2,979
Kliçko Yanukoviçin istefasını tələb etdi
Vitali Kliçko Yanukoviçin hakimiyyətdən getməsini tələb edib. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, "UDAR" partiyasının sədri Yanukoviçin güc tətbiqi əmri verməklə özü öz istefasını tezləşdirdiyini bildirib. Kliçko "Maydan"da mitinq iştirakçılarının döyülməsini vəhşilik adlandırıb. O, hər şeydə birbaşa Yanukoviçi günahlandırıb. Kliçko bununla yanaşı təcili olaraq Azarov və ümumi hökumətin istefaya getməsini, yenidən prezident, parlament seçkilərinin keçirilməsini tələb edib. Partiya sədri həmçinin ukraynalıları dekabrın 1-də yenidən mitinqə çıxmağa səsləyib.
2013-11-30
2,980
Prezident oğlu gömrük rəisi oldu
Tacikistan prezidenti Emoməli Rəhmon böyük oğlunu Milli Gömrük Xidmətinin rəhbəri təyin edib. "Axar.az"ın "APA"ya istinadən xəbərinə görə, 25 yaşlı Rüstəm Emoməli əvvəllər xidmətin sədr müavini vəzifəsində çalışıb və Qaçaqmalçılıqla mübarizə departamentinə başçılıq edib. Bundan əvvəl isə İnvestisiyalar və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Kiçik və orta sahibkarlığın dəstəklənməsi idarəsinin rəhbəri olub. Rüstəm Emoməli 2012-ci ilin yanvarından Tacikistan Futbol Federasiyasına başçılıq edir. Bir zamanlar Düşənbənin "İstiqlal" komandasında futbolçu kimi də çıxış edib. Qeyd edək ki, Tacikistan prezidentinin 9 övladı var. o, 2010-cu ildə qızı Ozoda Rəhmonu xarici işlər nazirinin müavini təyin edib. Digər qızı Zarina Rəhmon dövlət televiziyasında diktor vəzifəsində çalışır. Kiçik oğlu Somon Emoməli 2012-ci ildə Buxarestdə keçirilən informasiya texnologiyaları üzrə olimpiadada "ən yaxşı layihə müəllifi" mükafatına layiq görülüb.
2013-11-30
2,981
Con Kerri Davudoğluyla İrandan danışdı
Xarici İşlər Naziri Əhməd Davudoğlu ilə ABŞ Dövlət Katibi Con Kerri arasında telefon danışığı olub. "Axar.az" xəbər verir ki, ABŞ dövlət katibi Kerri dünən axşam Xarici İşlər naziri Əhməd Davudoğluya zəng edib. İranın nüvə proqramı məsələsi, Suriyadakı vəziyyət müzakirə edilib. Con Kerri 6 ay içərisində nüvə proqramı ilə bağlı atılacaq addımlar barəsində Davudoğluya məlumat verib. Davudoğlu Cenevrə konfransında əldə edilən razılaşmayla əlaqədar Con Kerrini təbrik edib və Türkiyənin hər cür dəstək verməyə hazır olduğunu bildirib.
2013-11-30
2,982
Səlim Müslümov: “Cəzalandırma davam edəcək”
"İlk tələb etdiyim məsələ Tibbi-Sosial Ekspert komissiyalarında mövcud qüsurların aradan qaldırılmasıdır. Dünən mətbuatda da müvafiq komissiyanın 14 rəhbərinin işdən azad edildiyi haqda məlumat verildi. Biz statistik göstəricilər əsasında orta respublika göstəricisindən mənfi istiqamətdə yuxarı göstəricilərə malik olan komissiyaların sədrlərini cəzalandırdıq. Bu proses davam edəcək". Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, 17 700-dən artıq şəxs yerlərdə TSEK-lərdə müayinələrdən keçib və onlara əlillik verilməsi barədə qərar qəbul olunub: "Pensiya almaq üçün Dövlət Sosial Müdafiə Fondu və ya yerli orqanlardan müavinət almaq məqsədilə onlara sadəcə arayış verilməli idi. Amma bu sənəd onlara verilməyib. Onların içində 2011-ci ildən qalan onkoloji, dializ, hətta birinci qrup xəstələr var idi. Biz təcili surətdə bu məsələ ilə məşğul olduq. Bir gündə 2 280-dən artıq şəxsə müvafiq arayışın verilməsi təmin olundu". S.Müslümov əlavə edib ki, digər 15 mindən artıq şəxsin işlərinə isə demək olar ki, 5 gün ərzində baxılıb: "Təxminən 10 mindən çox işə baxılıb. Bu nə çətin məsələ idi ki, insanları 2 il süründürüblər?" Nazir qeyd edib ki, ümumiyyətlə, arayışların verilməsi, ünvanlı sosial yardımların təyin olunması avtomatlaşdırılacaq və digər məsələlərə yeni baxış, yeni yanaşma olacaq.
2013-11-30
2,983
Ukraynalılar Ağ Evi Yanukoviçi devirməyə çağırdı
Ağ evin rəsmi saytında Ukraynada hakimiyyətin dinc yolla devrilməsi ilə bağlı petisiya yaradılıb. "Axar.az" məlumat verir ki, petisiyaya "Ukrayna xalqına hakimiyyəti dinc yolla devirmək üçün yardım edin" adı verilib. Petisiyada rəsmi Vaşinqtondan Ukraynadakı hakimiyyətin devrilməsi üçün yardım edilməsi istənilib. Elan edilmiş səsvermədə təxminən bir ay müddətində 100 min insanın səsinin toplanması nəzərdə tutulub. Bu saata kimi petisiyanı 10 min insan imzalayıb.
2013-11-30
2,984
Aydın Xırdalanlı rəhmətə gedib, Vüqar isə mütrübdür
Son bir ildə Azərbaycanda və Rusiya telekanallarında kifayət qədər məşhurluq qazanan meyxanaçı İntiqam və Ehtiram qardaşlarıyla görüşüb, səmimi bir söhbət etmək qərarına gəldik. Söhbətimizin baş tutması üçün Ehtiramla birgə İntiqam bəyin Saray qəsəbəsində yerləşən, hazırda təmir işləri aparılan bağ evinə yollandıq. Bakı kəndlərinin ab-havasıyla dolu ortamda elədiyimiz söhbəti oxucalarımızın ixtiyarına veririk. - Tı kto takoy? - Rüstəmov İntiqam Fətullah oğlu. 1968-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. 1984-cü ildən meyxana sənətilə məşğul oluram. Orta təhsilliyəm. - Rüstəmov Ehtiram Fətullah oğlu. Sumqayıtda dünyaya gəlmişəm. 1992-1993–cü illərdən meyxana sənətinə maraq göstərərək, bu günə qədər sənətimi davam etdirirəm. Ali təhsilim yoxdur. Qazaxıstanın prezidenti bizi çağırdı İntiqam: - Əvvəla onu deyim ki, "Davay, do svidaniya"nın uğurları tək bizim üçün olmadı. O bizim meyxana sənətinə böyük uğur gətirdi. Tanınmayan yerlərdə tanıtdıq meyxananı. İndi bu sənəti ölkəmizdən kənarda da tanıyırlar. Bizə isə şəraitimizi düzəltməyə maddi tərəfdən, məşhurluq tərəfdən böyük fayda verdi. Həmçinin də "Davay, do svidaniya" meyxana sənətinin möhürünü vurdu. Biz öz sənətimizi demək olar ki, dünyanın yarısına tanıtdıq. Ehtiram: - Mən öz növbəmdə onu deyə bilərəm ki, bu meyxananın uğuru o qədər böyük oldu ki, bizi böyük dövlət başçıları dəvət elədi. Misalçün, Qazaxıstanın prezidenti Nazarbayev bizi çağırdı, Rasiyanın müxtəlif yüksək vəzifəli dövlət məmurlarının qəbulunda olduq, öz prezidentemizin qarşısında çıxış elədik. İntiqam: - Bir sözlə, biz meyxananın yolunu açdıq. Qoy indi bacarırlarsa, gedib Rusiyada meyxana ilə çörək qazansınlar. - Müxalifət qafiyənizi şüar etməsəydi... Ehtiram: - Bizim siyasətə qarışacağımız yoxdu. O qafiyə müxalifətin şairi Abay tərəfindən şüar kimi səsləndirilib, o da bizdən götürüb. Ondan sonra "Yutub"da baxımı da çoxalıb. Milyonlarla insan baxdı o videoya, beləliklə, bizə diqqət artdı. İntiqam: - "Tı kto takoy, davay, do svidaniya" elə sözlərdən qurulub ki, bu, rus xalqı üçün çox maraqlı deyim halını alıb. Məncə, müxalifətin mitinqində səsləndirilməsəydi də, bu meyxana gec-tez öz yerini tutacaqdı. Pişiyin ağzı ətə çatmayanda... Ehtiram: - Sizin saytınızda gedən yazıda Aydın Xırdalanlı deyib ki, "davay do svidaniya"da uğur yoxdur və onlara sənətkar deməzdim. Bilirsiniz necədi? Pişiyin əli ətə çatmayanda, deyər, iy verir. Ola bilər ki, Aydın bizim qazandığımız uğurlardan görməyib hələ. Belə də ki, Allah Aydına rəhmət eləsin... İntiqam: - Aydın bizim meyxanalarla bəhrələnən şair olub. "Uğur gətirmədi" fikrini isə Aydın özü üçün deyir. Bütün dünya bilir ki, bu meyxana bizim sənətə necə uğur gətirib. O ki qaldı sənətkar deməyə, mən neynirəm Aydının bizə sənətkar deməsini? Bizə ağıllı-başlı adam sənətkar desin. Vüqarın gözəl artistliyi var İntiqam: - Maştağalı Vüqar da deyib ki, onlarda "uğur var, məhsul yoxdur". Mən belə cavab vermək istəyirəm ki, "artist" - rus sözüdür, bizim dilimizdəsə "mütrüb" deyirlər buna. Vüqar da İncəsənəti bitirib. Bir də Vüqar deyir ki, "qızıl fond"da yazılarım var. Vüqarın "qızıl fond"da nə yazısı ola bilər? Bəlkə, Azərbaycan haqda dediyi meyxana olar. Ümumən Vüqarın da meyxana sənətində böyük bir uğuru olmayıb. O, ancaq müğənnilərə qoşulub, nəsə yazıb, gündəmə gəlib. Vüqar yaxşı teatr tamaşaları yaradır. Mən ona demişəm, qoy öz işiylə - artistliklə, mütrüblüklə davam eləsin. Belə işlər onda gözəl alınır. O, artıq bir-iki dəfə efirdə özü demişdi ki, mən meyxanadan uzaqlaşmışam. Mən səhnədə də fikir verirəm, onun gözəl artistliyi var. İncəsənəti qurtarıb da... Aydından tər gedərdi... İntiqam: - Mənim ən güclü gördüyüm şair - Ehtiramdır. Çünki Ehtiram gedib Rusiya telekanallarında meyxana deyib. Mənə elə gəlir ki, rus kanalına çıxıb orda iki kəlmə söz danışa biləcək şair Azərbaycanda yoxdur. Yəni dünyaya çıxış üçün Ehtiramdan güclüsü yoxdur. Ehtiram kazak dilində də meyxana deyə bilir. Ehtiram: - Qazaxıstan prezidenti Nazarbayevin də qarşısında çıxış eləmişəm. Nazarbayev özü mənə dedi ki, kazak dilində də "kuplet" de. Mən tezbazar onların dilindəki sözləri düz-qoş eləyib dedim. Bunun özü də bir istedaddır. Bax, indi onun qabağında Aydın Xırdalanlı olsaydı, ayaqları tir-tir əsəcəkdi. Tər gedəcəkdi Aydından. İntiqam: - Aydından onsuz da anadangəlmə tər gedir (gülür). Ehtiram: - Fatihəəə... Oqtayın meyxanadan başı çıxmır Ehtiram: - Oqtay Kamil də deyib ki, onların meyxanasında qrammatik səhv var. Onu mən də bilirəm. Amma ki, Rusiyada telekanalın aparacısı İvan Urqant özü bizə dedi ki, siz bunu qrammatik desəniz, bizim üçün maraqsız olar. Oqtay özü də dostumuzdu, həmkarımızdı... İntiqam: - Mənim dostum deyil Oqtay. Mənim dostum, Tanya ilə gəzən Oqtay idi, "Makidon". O da qocalıb getdi. Oqtay Kamil heç öz dilimizdə dediyi meyxanalarda qrammatik qaydaları qorumur. Rus deyir, belə deyin. Oqtay rus dili bilir? Ondan soruşsan "myəqki znak" nədir, deyəcək - saqqız. Özü də, Oqtaya Samirəyə görə hörmət eləyirlər deyə, indi "xod" gedir. Təbii ki, son cümlə zarafatıydı. Amma mən onların da uğurlarına sevinirəm. Oqtay özü yaxşı meyxana deyəndi, amma yaxşı başı çıxmır meyxanadan. Toy qiymətləri... İntiqam: - Bakıya, rayonlara 2-3 minə, Rusiyadan olan dəvətlərə 10-15 minə gedirik. Dost-qardaşların toyuna havayı da gedirik. Özü orda versə də sağ olsun, verməsə də. Varlını da, kasıbı da nəzərə alırıq. Biz YAP-ın üzvüyük! Ehtiram: - Allah bizim prezidentimiz cənab İlham Əliyevə can sağlığı versin. O, çox gözəl insan, çox gözəl dövlət başçısıdır. Cənab prezidentimiz sağ olsun ki, bizim əziyyətimizi qiymətləndirdi. Biz də İntiqamla qərara gəldik ki, prezidentimizə bir klip həsr edək. İnşallah, bu yaxında efirlərdə də olacaq. İntiqam: - Ölkəmizdəki bütün nailiyyətlər göz qabağındadır. Paytaxtımızı görəndə elə bilirsən ki, xarici dövlətdəsən. Biz klipimizdə də görülən işləri qeyd eləmişik. Bəzi şairlər hakimiyyətə qarşı yazılar yazsa da, o baxır hansı hakimiyyətə qarşı yazırsan. Əgər hakimiyyət gözəldirsə, ona qarşı pis nə yazmaq olar? Millət yaxşı da dolanır. Mən incəsənət xadimi kimi, şair kimi öz borcumu yerinə yetirib cənab prezidentimizə aid belə bir meyxana yaratmışam. Seçkilərdə də hər ikimiz cənab İlham Əliyevə səs verdik. Biz ikimiz də YAP-ın üzvüyük. Yeniliklər Ehtiram: - Gənc müğənnimiz Elnur Məmmədovla köhnə musiqimiz olan "Rəna" mahnısına musiqi ilə meyxananı sintez edərək yenilik gətirmişik. Kiyevdə bu musiqili meyxanaya klip çəkiləcək. Bundan əlavə, "çastuşka" ilə meyxananın sintezinə də İntiqamla birgə Nail Naiboğlunun rejssorluğu altında klipimiz çəkiləcək. Onu da qeyd edim ki, seçkilər öncəsi səkkiz dövlət tədbirinə dəvət almışdıq. Axar.az-dan: Bu, layihəmizin son yazısı idi. Necə deyərlər - "Davay, do svidaniya".
2013-11-30
2,985
Fazil Mustafa nurçuları tənqid edənləri şərəfsiz adlandırdı
"Azərbaycanda bir məktəb belə açmayan şərəfsizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır. Məsələn, əgər 10 məktəb açsam, məndən xoşbəxt insan ola bilməz. İndi bunlar yüzlərlə məktəb açan adamları təhqir obyektinə çevirirlər, amma özləri bir məktəb də açmayan şərəfsizlərdir. Elə ona görə də bu məsələlərdə güzəştə getmək olmaz". Bu sözləri millət vəkili Fazil Mustafa son günlər mətbuatda haqqında gedən yazılara münasibət bildirərkən "Axar.az"a dedi. Millət vəkili həmçinin haqqında səslənən ittihamlara, onu "nurçu" adlandıranlara da sərt şəkildə cavab verdi: "Biri var qanuni nikahdan doğulanlar, biri də var siğə yolu ilə dünyaya göz açanlar – bunlar çox fərqli şeylərdi. Yəni nikahdan doğulanlar, ümumiyyətlə, İlahi bir insan münasibətinin tənzimlənməsini həyata keçirirlər. Amma siğədən doğulanlar müvəqqəti nikahdan doğulanlar sayılır, onlarçün doğulma meyarı kimi, qiymətləndirmə meyarı da eyni formada olur... Mən, ümumiyyətlə, İslamda təriqət əleyhinə dissertasiya müdafiə eləmişəm. İslamda da təriqətliyi müsbət qarşılamıram. İndi bu insanlar təkcə onu demirlər. Onlar mənim İslamın daha vəhşi din olaraq göstərilməməsi üçün atdığım addımlar müqabilində mənə nə deməlidirlər? Məsələn, kimə isə içki içdiyinə görə "alkoqolik" deyirlər. Onlar baxır ki, mən içki içmirəm və ya əyyaş həyat keçirmirəm. Normal ibadətimi edirəm və heç bir təriqəti qəbul eləmirəm. İndi bunlar görün nə qədər hazırlıqlı olmalıdırlar ki, mənim fikirlərimi təkzib eləsinlər. Amma onu edə bilmirlər. Buna görə də mənə iyrənc şəkildə şər atırlar. Ümumiyyətlə, mənim hər hansı bir təriqətlə əlaqəm ola bilməz, çünki yanaşmam fərqlidir. İndi mənim nurçularla hansısa fikirlərim üst-üstə düşürsə, onu izah eləsinlər! Mən deyirəm ki, baş yarmaq, zəncir vurmaq insana, İslama xas xüsusiyyət deyil. Əlbəttə ki, bunları deyəndə də mənə istənilən ad qoşacaqlar. Bunları vaxtilə Mirzə Cəlil də, Sabir də deyəndə, onları da daş-qalaq ediblər. Bu adamlar hətta nurçuluq səviyyəsində də özlərini inkişaf etdirmiş adamlar deyillər, amma durub indi onları tənqid edirlər".
2013-11-30
2,986
İlham Əliyev dedi ki, ürəyimlə bacarmıram
"Eşitdim ki, rəhmətlik Heydər Əliyev xəstədir, Amerikaya gəlib. Durdum mindim təyyarəyə, uçdum Amerikaya. Dedim ki, mən onunla görüşə gəlmişəm. Bunu eşidəndən sonra xəbər göndərdi ki, heç yerə getməsin, bəs onunla görüşəcəm. Bu sözləri tanımış müğənni Yaqub Zurufçu "Aznews.az"a müsahibəsində deyib. Müğənni həmin görüşdə "Ayrılıq" mahnısını pianoda ifa etdiyini deyir. "Baxdım ki, bu necə kövrəlib, dəhşətə gəldim. İlham Əliyev də orada idi. Qəfildən qayıtdı ki: "Yaqub bəy, neçə ildir qürbətdəsən?" Dedim ki, 28 ildir. Baxdı, baxdı, dedi: "Mən 4 gündür Amerikadayam, ürəyimlə bacarmıram. Sən bu 28 ili qürbətdə necə qalmısan? Sənin kimi ürəkli insan, Azərbaycanı sevən sənətkar vətənsiz necə dayana bilib?" Qayıtdım ki, belə qalmışam da, yanmışam, yanmışam, ürəyimdə bir ovuc kül qalıb. Belə baxıb dedi: "Yaqub, sənə bura lazım deyil. Oxuyursan, amma vətən üçün. Sən çıx, Azərbaycana gəl". Bu söz mənə elə bil ürək verdi, dayana bilmədim. Birbaşa Azərbaycana gəldim".