date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-11-27
2,675
Ukraynanın imzalayacağı sənədin fotoları yayıldı - Foto
Ukraynanın Avropa İttifaqının assosiativ üzvlüyü ilə bağlı imzalayacağı sənədin fotoları yayılıb. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, sənəd təxminən min səhifədən ibarətdir. Ukrayna mətbuatı artıq sənədin eskizlərinin Nazirlər Kabinetinin əlində olduğunu bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Yanukoviç Vilnüsə gedəcəyini, amma heç bir sənədə imza atmayacağını qeyd etmişdi.
2013-11-27
2,676
Prezident videosu ilə gündəmə gəldi - Video
İranda iqtidara gəldiyi gündən öz hərəkətləri ilə təəccübləndirən prezident Həsən Ruhani bu dəfə də videosu ilə gündəmə gəlib. İslahat tərəfdarı olan biri kimi tanınan Ruhani avqustun 3-də prezident olduğu zaman verdiyi açıqlamadan hissələri İran xalqının müxtəlif təbəqələrindən olan insanların musiqi müşayiəti ilə oxuduğu ağ-qara video sosial şəbəkədə böyük izləmə qazanıb. Bərabərlik və dialoqa səsləyən video ABŞ mətbuatında prezident Barak Obamanın 2008-ci ildəki seçkilərdən əvvəl "Yes We Can" (Biz Bacararıq) kampaniyası çərçivəsində hazırlanan video-çarxın bir nüsxəsi olaraq şərh edilib.
2013-11-27
2,677
Elmar Məmmədyarov eks-həmkarını qəbul edib
Elmar Məmmədyarov İspaniyanın sabiq xarici işlər naziri Migel Anxel Moratinos və İspaniyanın Cenevrə və Moskvadakı keçmiş səfiri Xuan Antonio Marçı qəbul edib. "Axar.az" məlumat verir ki, İspaniya nümayəndələri Azərbaycanda gördükləri sürətli və dinamik inkişafın onlarda müsbət təəssüratlar doğurduğunu qeyd ediblər. Görüş əsnasında Azərbaycan ilə İspaniya arasında əlaqələrin daha da inkişaf etdirilməsi, enerji, turizm, sənaye, kənd-təsərrüfatı kimi sahələrdə əməkdaşlıq, ticarət əlaqələrinin təşviq edilməsi və birbaşa hava xəttinin açılması məsələləri müzakirə edilib.
2013-11-27
2,678
Suriya "Cenevrə - 2" konfransında iştirak edəcək
Suriya rəhbərliyi 22 yanvarda keçiriləcək II Cenevrə konfransında iştirak edəcək. Bu barədə Suriya Xarici İşlər nazirliyindən məlumat verilib. "Axar.az"ın xəbərinə görə, Suriya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Suriyanı Bəşər Əsədin əmrlərini yerinə yetirəcək olan bir heyət konfransda təmsil edəcək. Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyasının rəhbəri Əhməd Əl-Carba konfransda iştirak üçün Azad Suriya Ordusuyla görüşüb. Əhməd Əl-Carbanın bildirdiyinə görə, Azad Suriya Ordusu bölgənin qida və tibbi ləvazimatlarla təmin ediləcəyi və həbs edilənlərin azad olunacağı təqdirdə konfransda iştirak edəcək.
2013-11-27
2,679
Bulvara 10 milyon pul ayrıldı - SƏRƏNCAM
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarda yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Axar.az" "AzərTac"a istinadən xəbər verir ki, sərəncama əsasən Dənizkənarı Bulvarda aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 10 (on) milyon manat ayrılıb.
2013-11-27
2,680
Zaqatalada olan silahlı insidentlə bağlı 8 nəfər həbs edilib
Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Zaqatala rayonunda baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən silahlı insident barədə yeni açıqlama yayıb. DİN mətbuat xidmmətindən verilən məlumata görə, açıqlamada bildirilir ki, cari il noyabrın 24-də Zaqatala rayonunda ağır cinayət hadisəsi törədilib. Rayonun Yuxarı Tala kəndi ərazisində "VAZ-2107" markalı avtomobildən "Hyundai Elantra" markalı avtobilin odlu silahla atəşə tutulması nəticəsində sərnişinlər - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov qətlə yetirilib, sürücü, Balakən rayon sakini Vüsal Əliqayev isə xəsarət alıb. Cinayətin xüsusilə ağır olduğunu və geniş ictimai rezonans doğurduğunu nəzərə alan DİN-in və Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə peşəkar əməkdaşlardan ibarət əməliyyat-istintaq qrupu yaradılaraq dərhal rayona ezam olunub, hadisə yerinə baxış və digər zəruri prosessual, əməliyyat-axtarış tədbirləri görülüb. "İsti izlər"lə bu ağır cinayətin əvvəllər məhkum olunmuş Samir Osmanov və digərləri tərəfindən törədilməsi müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə cinayətin iştirakçıları - Samir Osmanov, "VAZ-2107" markalı avtomobilin sürücüsü Bəhruz Layıcov, onun qardaşları Vüqar və Eldəniz, Vüsal Əliqayev, Pərviz Qarayev, Aydın Sayılov və Ömər Orucov saxlanılıblar. Əməliyyat-istintaq yolu ilə iş üçün mühüm əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan 1 avtomat silah, 1 patron darağı, 9 avtomat patronu və 1 mətbəx bıçağı götürülüb. Bu istiqamətdə aparılmış tədbirlərin davamı olaraq Bəhruz və onun qardaşı, hazırda həbsdə olan Harun Layıcova məxsus evlərə baxış zamanı isə Almaniya istehsalı olan 1 ədəd avtomat silah, 5 əl qumbarası, 4 ədəd radiostansiya, 1 fişəngatan tapança, 18 ədəd fişəng, 823 ədəd müxtəlif çaplı patron, 1 səs qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğunun detektoru, maska, qandal, xeyli sayda digər hərbi sursat, həmçinin 8 kiloqrama yaxın narkotik vasitə aşkar edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 120.2.7 və 228.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Baş vermiş ağır cinayət hadisəsi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir ("APA").
2013-11-27
2,681
Tələbələr Prezident Administrasiyasına yürüşə hazırlaşırlar
Kiyevin Müstəqillik meydanında Avropa İttifaqı ilə assosiasiya haqqında sazişin imzalanmasının dayandırılmasına etiraz edən tələbələr kolon şəklində Prezident Administrasiyasına tərəf yürüşə hazırlaşırlar. "Axar.az"ın Trend ə istinadən verdiyi məlumata görə, bu barədə təşkilatçıların sosial şəbəkəsində deyilir. Məlumata görə, 12 universiteti təmsil edən təqribən 15 min tələbə 20 dəqiqədən sonra assosiasiya haqqında sazişi imzalamaq tələbi ilə bağlı müraciəti Prezident Viktor Yanukoviçə təqdim etmək üçün meydandan Adminstrasiyaya tərəf yollanacaq. Qeyd edək ki, Ukrayna hökuməti ötən cümə axşamı rəsmi Kiyevlə Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasına dair qərar qəbul etmişdi.
2013-11-27
2,682
Ramil Usubov 1500 polisi cəzalandırdığını dedi
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin məruzəçisi xanım Maylis Repsi qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir DİN-in funksiyası və fəaliyyət istiqamətləri barədə qısaca məlumat verib, son illər Azərbaycan Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradıldığını diqqətə çatdırıb. O, qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz hələ Avropa Şurasının üzvü olmamışdan əvvəl, ötən əsrin 90-cı illərinin ikinci yarısında Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən, demokratik dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul edilib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamlarından irəli gələn vəzifələrin tam yerinə yetirilməsi məqsədi ilə DİN-də xüsusi Tədbirlər Planı hazırlanaraq icraya yönəldilib. Əməkdaşların peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində görülən işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. Yalnız insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən seminar-treninqlərdə son 4 ildə DİN-in 1500-ə yaxın əməkdaşı iştirak edib. Bildirilmişdir ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış 102 Xidməti, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi məqsədilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi, "Qaynar xətt", elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır. Daxili işlər naziri ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədilə, ATƏT-in Bakı ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvar ayından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında "Cəmiyyət dəstəkli polis" layihəsi həyata keçirildiyini, beynəlxalq təcrübəyə əsaslanaraq ölkə qanunvericiliyində müvafiq dəyişiklik edildiyini vurğulayıb. Qonağın nəzərinə o da çatdırılıb ki, əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər nazirliyin aidiyyəti idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür. Təkcə son 5 ildə və cari ilin 9 ayı ərzində vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1482 əməkdaş cəzalandırılmış, o cümlədən 114 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 109 nəfər tutduğu vəzifədən azad olunub, 20 nəfər isə cinayət məsuliyyətinə cəb olunub. Görülən bu və digər məqsədyönlü işlərin nəticəsi olaraq ötən il polis əməkdaşları barədə şikayətlərin sayı 26 faiz, o cümlədən insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciətlər 45 faiz, Ombudsman Aparatına edilən şikayətlərin sayı 2 dəfə azalıb. Polis orqanlarının müvəqqəti saxlama yerlərinin (MSY) müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görülür. 2000-ci ildən indiyədək respublikanın 32 şəhər/rayon polis orqanlarında yeni müvəqqəti saxlama yerləri inşa olunub, 51 MSY-də isə əsaslı təmir işləri aparılıb. Müasir dövrdə kütləvi informasiya vasitələrinin cəmiyyətin həyatında böyük və mühüm rolu olduğunu xatırladan nazir bu məqsədlə rəhbərlik etdiyi qurum tərəfindən ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi, hüquqi-maarifləndirmə işinin gücləndirilməsi yönümündə də zəruri işlər görüldüyünü bildirib. Xanım Maylis Reps səmimi qəbula, ətraflı məlumata və görülmüş işlərə görə təşəkkür edərək, insan hüquq və azadlıqlarının qorunması sahəsində istənilən ölkə polisi üçün vətəndaş dəstəyinin mühüm amil olduğunu vurğulayıb. Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, daxili işlər naziri məruzəçini maraqlandıran sualları ətraflı cavablandırıb ( Trend ).
2013-11-27
2,683
Prezident daha bir sərəncam imzaladı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 97-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 737-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. "Axar.az"ın xəbərinə görə, sərəncamda bildirilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 97-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 737-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1. "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamının icrasını "Azərbaycan Respublikasının "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 97-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 737-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin; 2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2013-11-27
2,684
Moskva metrosunun dəhşət və həyəcanı Bakıda yaşanacaq
Hədəf Nəşrləri dünya şöhrətli "Metro-2033" romanını çap etdi Moskva metrosunda baş verən dəhşətli hadisələrdən və insanlığın xilası uğrunda gedən mübarizədən bəhs olunan məşhur "Metro-2033" romanı Azərbaycanda nəşr olundu. Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, tanınmış rus yazıçısı Dmitri Qluxovskidən Azərbaycanda çap və yayım hüquqlarını alan nəşriyyat bu əsəri dilimizə tərcümə etdirərək oxuculara təqdim edib. Dünyanın 30-dan çoxölkəsində bestseller siyahısında olan bu roman elmi-fantastik macəra janrında ən yaxşılardandır. Qluxovski bu kitabına görə həm Rusiyada, həm də xarici ölkələrdə dəfələrlə mükafat alıb. Əsərin tərcüməçisi Elçin İbrahimovdur. Naşir Müşfiq XAN, redaktor isə Rüfət Əhmədzadədir. Dizayn və qrafika Teymur Fərziyə ("Proyekt Dizayn") məxsusdur. Kitabın məzmunu: 2033-cü il. Nüvə müharibələrindən sonra xarabalığa çevrilmiş dünyada insan soyu az qala tükənib, radiasiya səbəbindən şəhərlər yaşanması mümkün olmayan hala gəlib. Xarabalıqlar arasında isə dəhşətli mutant varlıqlar dolaşır. Və mutantların hücumuna məruz qalan Moskva metrosunu – bəşər övladının son qalasını xilas etmək lazımdır. Romanın qəhrmanı Artyom gərgin və həyəcan yaşadan bir macəra ilə, bu missiyanın öhdəsindən gəlir.
2013-11-27
2,686
"MOİK" - "Bavariya" - Canlı
(function() { var po = document.createElement('script'); po.type = 'text/javascript'; po.async = true; po.src = 'https://apis.google.com/js/plusone.js'; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(po, s); })();
2013-11-27
2,687
İcazəli intihar anbaan görüntüləndi - Video
İlk dəfə 1994-cü ildə Oreqon ştatında həkim müşahidəsi altında intihar qanunu qüvvəyə minib. Bu ştatdan başqa yalnız iki ölkə- İsveçrə və Niderland bu qanunun tətbiqinə icazə verib. Qanun qüvvəyə minəndən bəri 500 oreqonlu bu qanundan istifadə edərək həyatına son qoyub. Videoda bu təcrübənin reallaşdığı anlar lentə alınıb. Eftanaziya hüququndan istifadə edən isə Rocer Saqnerdir. O, Oreqonda qanunla intihar edən 343-cü insandır.
2013-11-27
2,688
Prezident iki medalın təsvirini təsdiqlədi - FOTO
Prezident "Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalının "əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" qanununda dəyişikliklər təsdiqlənib. Qanunla təsdiq edilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalının təsviri"ndə birinci hissədə "milli" sözündən əvvəl "mərkəzində aypara və səkkizguşəli ulduz olan" sözləri əlavə ediləcək. "35 mm" sözləri "36 mm" sözləri ilə əvəz ediləcək. Beşinci hissədə "səthlidir" sözündən sonra "orta hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur" sözləri əlavə ediləcək. "Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentlə halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd qırmızı rəngli xara lentin kənarlarından mərkəzinə doğru ardıcıl olaraq 1 mm enində qızılı rəngli, 3 mm enində göy və yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı rəngli təbəqə bərkidilir. "Üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm" sözləri "eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm" sözləri ilə əvəz ediləcək. "Azərbaycan Respublikasının "Qüsursuz xidmətə görə" medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" qanuna dəyişiklərə görə, birinci cümlədə "27 mm x 43 mm" sözləri "37 mm x 50 mm" sözləri ilə əvəz ediləcək. "Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, medalın 1-ci və 2-ci dərəcəsi üçün qızılı, 3-cü dərəcəsi üçün gümüşü rəngli, eni 4 mm olan təbəqə bərkidiləcək, "27 mm x 9 mm" sözləri "37 mm x 10 mm" sözləri ilə əvəz ediləcək.
2013-11-27
2,689
Abutalıbov Azadlıq meydanının altını oğluna verdi
Hökumət Evinin qarşısında yeni istifadəyə verilmiş yeraltı dayanacaq Bakı merinin oğlunun istifadəsinə verilib; bəs mer oğlu Londonda nə işlə məşğul imiş... Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov paytaxtın mərkəzində bu yaxınlarda istifadəyə verilmiş və dövlət vəsaiti hesabına inşa edilmiş nəhəng yeraltı avtomobil dayanacağının oğlu İsrafil Abutalıbovun şirkətinə icarəyə verib. Bu barədə məlumat virtualaz.org saytına mötəbər məlumatlı qaynaqdan daxil olub. Mənbənin bildirdiyinə görə, Hökumət Evinin qarşısında, Azadlıq meydanının altında inşa edilən 2 min yerlik avtomobil dayanacağının merin oğlunun şirkətinin adına rəsmiləşdirilməsi prosesi bu yaxınlarda başa çatıb. Mənbədən şirkətin adını öyrənmək mümkün olmayıb. Xəbər verdiyimiz kimi, Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov şəhərdə tikilən yeraltı dayanacaqlarda qiymətlərin yüksək olması barədə şikayətlərə cavab olaraq saytımıza bildirib ki, qiymətləri onlar yox, dayanacaqları icarəyə götürüb işlədən sahibkarlar müəyyən edir. N.Həsənov Azadlıq meydanının altındakı yeraltı dayanacağın da özəl sahibkara icarəyə verildiyini deyib, lakin şirkətin adını açıqlamayıb. Hökumət Evinin qarşısındakı yeraltı dayanacaq bu yaxınlarda istifadəyə verilib və BŞİH tərəfindən tikilib. Mənbə bildirir ki, dayancağın Abutalıbovun oğluna verilməsi merin "Qış parkı" layihəsini uğurla başa çatdırmasının əvəzində bir növ "mükafat" da saymaq olar. Yada salaq ki, H.Abutalıbovun oğlu İsrafil Abutalıbovun adı mətbuatda dəfələrlə gündəmə gəlib. Birinci səbəb onun deyildiyi kimi, vəhhabi təriqətinə qoşulması, ikincisi isə bir iş adamının icarəyə götürdüyü obyekti onun əlindən zorla alması mövzusuna görə. İ.Abutalıbovun biznesini hansı şirkət üzərindən yürütdüyü barədə məlumatlara gəldikdə isə "Müstəqil Spektr" MMC adlı şirkətin ona məxsusluğu iddiası merin oğlunun iş adamı ilə məhkəmə çəkişməsində irəli sürülmüşdü. Məlumdur ki, İ.Abutalıbov bir neçə il Azərbaycandan uzaqda, Londonda yaşayıb (onun vəhhabi təriqətinə də Londonda, yaxud İngiltərə paytaxtına getməzdən az əvvəl qoşulduğu deyilir-red.). Bəs Londonda olarkən Abutalıbovun oğlu nə işlə məşğul olurmuş? Qeyd edək ki, Azərbaycan praktikasında dövlət vəsaiti və ya dövlət təminatı ilə alınan xarici kreditlər hesabına inşa edilən obyektlərin sonradan nazirlərin və digər iri məmurların yaxınlarına işlətməyə verilməsi hadisəsi yeni deyil. Məsələn, təxminən 80 milyon dollara başa gələn Bakı Beynəlxalq Avtovağzalının nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun Virgin adalarında qeydiyyatdan keçmiş offşor şirkətinə verildiyi məlumdur. Yaxud Nəqliyyat Nazirliyinin xətti ilə ölkəyə gətirilən sərnişin avtobuslarını və taksiləri elə nazirin ailə üzvlərinin şirkətləri istismar edir. Bu baxımdan Bakı merinin şəhərdə yeni açılan yeraltı dayanacağı oğlunun şirkətinin istismarına, daha doğrusu, sərəncamına verməsinə təəccüblənməmək lazım gəlir. Hansı ki, söhbət kifayət qədər gəlirli biznesdən gedir. Bu dayanacaqda qiymətlər 2-6 manat arasında dəyişir. Azərbaycanda əhalinin orta aylıq qazancı nəzərə alınarsa, bu rəqəm kifayət qədər yüksək sayıla bilər. Çünki şəhərin mərkəzi hissəsində yerləşən idarə və müəssisələrin işçiləri avtomobillərini hər gün məcburən yeni açılan dayanacaqlarda park etməlidir. Virtualaz.org saytı internetdə araşdırma aparıb və İ.Abutalıbovun 2006-2010-cu illərdə Londonda nə işlə məşğul olduğuna dair bəzi maraqlı faktlar tapıb. İş adamlarının barəsində məlumatların toplandığı www.ccdni.com saytında yer alan məlumatlar belədir: İSRAFİL ABUTALIBOV was born in 1978 Posttown: LONDON Postcode: SW8 2JE ANDROUSH SHTRIKER LIMITED (dissolved) 2006.09.29 - 2010.04.27 İSRAFİL ABUTALIBOV was from 2007.05.01 to 2010.04.27 at ANDROUSH SHTRIKER LIMITED employed as Director (BUSINESSMAN). resigned Company address: ANDROUSH SHTRIKER LIMITED FLAT 548 HAMILTON HOUSE, ST GEORGE WHARF, LONDON, SW8 2JE Company documents: 11 - buy documents HAMILTON CONSULTANCY & ADVISORY LIMITED (dissolved) 2007.12.06 - 2009.11.24 İSRAFİL ABUTALIBOV was from 2007.12.06 to 2009.11.24 at HAMILTON CONSULTANCY & ADVISORY LIMITED employed as Director (BUSINESSMAN). Bu məlumatlardan göründüyü kimi, İ.Abutalıbov 1978-ci ildə anadan olub, 2006.09.29 -2010.04.27 tarixlər arasında Londonda qeydiyyatdan keçmiş "ANDROUSH SHTRIKER LIMITED" adlı şirkətin direktoru, 2007.12.06-2009.11.24 tarixləri arasında yenə də Londonda qeydiyyatdan keçmiş "HAMILTON CONSULTANCY & ADVISORY LIMITED" şirkətinin direktoru olub. Birinci şirkətin nə işlə məşğul olduğu məlum deyil, ikincisi isə məsləhət və konsaltinq xidməti ilə məşğul olub. İstisna deyil ki, Hökumət Evinin qarşısında açılmış yeraltı dayanacağın izlərini də Abutalıbovun oğlunun offşor şirkətlərinin birində axtarmaq lazımdır.
2013-11-27
2,690
Makedoniyalı İsgəndər əslində kim idi? - Tarix
Böyük sərkərdə Makedoniyalı İsgəndər təkcə özünün heyrətamiz hərbi uğurları ilə şöhrət qazanmayıb. Onu tarix səhifələrinə yazdıran əməllərdən biri də etdiyi sehrlər idi. Maraqlıdır ki, bütün bu gizli elmlər ona atasından keçmişdi. Yunan hökmdarının atasının o zaman Makedoniyada məşhur olan və "Varvar" deyə çağırılan II Flipp olduğu bilinir. Lakin İsgəndərin müasirləri məsələyə tamam başqa cür yanaşırlar. Qəribəlik orasındadır ki, böyük sərkərdənin anası Olimpiada belə, əri Flippi heç vaxt İsgəndərin valideyni adlandırmırdı. Əsilzadə qadın həmişə oğlunun tanrının nəslindən olduğunu deyirdi. Bu sözləri isə metafora hesab etməyə tələsmək lazım deyil. Əslində məhz elə onların arxasında həqiqət gizlənir. Əsas məsələ Olimpiadanın məşuqu ilə əlaqədardır. Yunan şahzadəsinin sevgilisi Misir fironu II Nextanobu idi və onu da digər hökmdarlar kimi həmyerliləri rəsmi olaraq öz torpaqlarının tanrısı hesab edirdilər. Çar Flippə gəlincə isə o, cəsur olsa da, xarici görünüş baxımından heç də cəlbedici deyildi. Təkgöz, vəhşi xasiyyətinə görə də "Varvar" ləqəbini qazanmışdı. Bundan əlavə demək olar ki, bütün vaxtını hərbi yürüşlərdə keçirirdi. Belə bir vaxtda hərbçi ərinin onunla əlaqəsinin olmaması üzündən gözəl qadının özünə "ürək yoldaşı" axtarması heç də təəccüblü deyil. Yunan şahzadəsi ilə Misir hökmdarının harada və nə zaman tanış olması ilə bağlı tarix hələ susur. Lakin bir-birinə yaxınlaşmanın təkcə bir səbəbi indiyə qədər məlumdur. Belə ki, həm Olimpiada, həm də Nextanobu magiyanın böyük biliciləri idilər. Demək ki, təkcə fiziki yox, həm də ruhi baxımdan yaxınlıq onların ortaq nöqtəyə gəlməsinə səbəb yaradırdı. Böyük səhv Nextanobu astroloq və müdrik kimi təkcə öz ölkəsində məşhur deyildi. Deyilənə görə firon bürcləri tərtib etmək, taleyi əvvəlcədən söyləməklə bərabər döyüşlərdə də məğlubedilməz idi. Müəyyən zaman sonra Nextanobu misirli həkimin libasında Pelluya gəlir və elə məhz burada da onların Olimpiada ilə görüşü baş tutur. Bir dəfə o öz sevgilisinin bürcünü hazırlayarkən tanrılar onun məşuqunun böyük insanın anası olacağı xəbərini verirlər. Doğumdan əvvəl Nextanobu yenidən Pelluya gəlir və gizli yollarla saraya daxil olur. Hamiləliyinin ağır keçməsi bundan əlavə ərinin də (Flipp doğulacaq uşağın onun olmasına əmin deyildi) bir tərəfdən onu öz şübhələri ilə cana yığması Olimpiadanı çox həyəcanlandırırdı. Doğum əməliyyatını aparmağı şəxsən Nextanobu öz boynuna götürür. Doğuşdan sonra o, şahzadəni təbrik edir, lakin səsindəki kədər dərhal sezilir. Bunu hiss edən Olimpiada böyük gələcəyə sahib olan övladlarının doğuluşuna görə niyə sevinmədiyini soruşur? Firon oğlanın ulduzların göstərdiyi vaxtdan tez doğulduğunu, buna görə də həyatının mükəmməl, amma çox qısa olacağını ona söyləyir. Tanrının oğlu Birisi gün də şahzadə üçün uğurlu olmur. Səbəb isə Flippin yeni doğulmuş uşağı öz oğlu və xələfi kimi tanımaqdan imtina etməsi idi. Bu yeni bəla haqqında hələlik şəhəri tərk etməmiş Nextanobuya məlumat göndərilir, ikinci isə bunun qarşılığında hər şeyi yoluna qoyacağına söz verir. Gecə makedoniyalı hökmdar yuxusunda "sənin oğlunu şəxsən Misirin Amon-Ra allahı göndərib" deyən şahin görür. Flippin sona qədər yuxuya inanması bəlli deyil, bilinən təkcə onun bundan sonra hər nəyə qarşı İsgəndəri tez-tələsik öz taxtının varisi elan etməsidir. Nextanobu ilə Olimpiada arasında yazışmalar sonrakı dövrlərdə davam edir, amma fironun bundan sonra saraya əvvəlki kimi gəlib öz sevgilisi ilə görüşməsi mümkün olmur. Səbəb isə bu vaxtlar Misirin ağır günlər yaşamasıdır. Taleh elə bil özü hökmdarı imtahana çəkir. Əvvəlcə taxta iddialı qohumlarının üsyanı, farsların hücumu, daha sonra isə ən yaxın dostunun və ölkə ordusunun rəhbərinin satqınlığı onsuz da yaxşı olmayan vəziyyəti daha da qəlizləşdirir. Lakin bütün bunlara rəğmən Misirin inkişafı dayanmır, onun hökmdarı döyüşdən-döyüşə öz mövqeyini daha da gücləndirir. Əslində fironun sirli qələbələrinin mənbəyi gizli otaqda saxlanılan kiçik mücrüdə idi. Hər dəfə ölkənin üzərini təhlükə alanda o öz sirli otağına çəkilir, mücrüsünü açır və orada mumdan hazırlanmış bir neçə oyuncaq çıxarırdı. Əgər təhlükə dənizdən gözlənilirdisə, o zaman hökmdar böyük fincan götürərək onu su ilə doldurur, daha sonra içində mumdan düzəldilmiş oyuncaqlar olan balaca gəmiləri həmin suya buraxırdı. Bütün bunlardan sonra çar sehri oxuyur və ölkə sularına daxil olan gəmilər isə öz-özlərinə batırdılar. Pusquda gözləyən Misir əsgərləri də bu vəziyyətdən istifadə edərək rahat qələbələrini qazanırdılar. Bu hal dəfələrlə olub. Lakin günlərin bir günü kəşfiyyatçılar farsların yenidən yürüş edəcəyi xəbərini gətirirlər. Bunu eşidən firon gülür və öz otağına yollanır. Sehrə başladığı andan etibarən onun talınmadığını görən Nextanobu kartlar, müxtəlif gizli işarələr vasitəsiylə qələbənin qeyri-mümkünlüyü qənaətinə gəlir. Allahlar bu dəfə Misiri yox farsları seçirlər. Onların əmrinə tabe olan hökmdar isə bundan sonra öz gizli otağından heç kəsə görünmədən çıxıb, sadə paltar geyinərək sakitcə şəhəri tərk edir. Tanrının vətənə dönüşü Tezliklə o, Pelluya sevgilisi və oğlunun anasının yanına gəlir. Bu vaxtlar İsgəndərin 13 yaşı tamam olurdu. Misirli həkim kimi özünü tanıdan Nextanobu sarayda özünə yer edir və qısa zaman kəsiyində Aristotellə dost olur. Onlar hər ikisi öz növbələrində İsgəndərin müxtəlif sahələr üzrə müəllimləri olurlar. Aristotel müxtəlif elmlər üzrə, Nextanobu isə magiya istiqamətində dərs keçməyə başlayır. Gənc yunanın birinci savaşı ərəfəsində firon müqəddəs mücrüsünü ona verir və İsgəndərə döyüşlərdə buradakı oyuncaqlardan istifadə qaydasını öyrədir. Elə bunun nəticəsi idi ki, bütün döyüşlərdə şans böyük sərkərdənin üzünə gülür. Həqiqi atası kimi o da bütün toqquşmlardan qələbə ilə ayrılır. Gənc hökmdar mücrünü həmişə özü ilə daşıyır, hətta ona ən yaxın dostlarının da əl vurmasına icazə vermirdi. Hökmdar olduqdan sonra ilk iş kimi o, Misiri farsların tabeliyindən xilas edir. Ələ keçirdiyi bütün ölkələr heç də asanlıqla yunanlının hakimiyyətini tanımırdılar, yalnız misirlilərdən başqa. Onlar həmin dəqiqə onu Misir hökmdarlarının nəslindən bilib öz fironları elan edirlər. Tarix yenə də Nextanobunun bu işdə nə qədər əməyi olması ilə bağlı susur. Amma mühafizəkar Misirin adi yunanlını xoş niyyətlə qəbul edib, başa yüksəltməsindən də məlum olur ki, İsgəndərin əslinin haradan olması hər kəsə bəlli idi. İgəndər də öz növbəsində bu qədim ölkəyə ürəyini bəxş etməklə misirlilərin göstərdikləri xoşgörüyə cavabını verir. Allahların ona bəxş etdiyi gücün sayəsində o, çoxlu ölkələr və xalqları tabeliyinə salır. Böyük sərkərdənin həyat yolu ömrünün 33-cü ilində sona çatır. Ölərkən gənc yunan Amon vadisində tapşırılmağını vəsiyyət eləyir. Bu o vadi idi ki, hakimiyyətinin ilk illərində kahinlər ona dünyaya gəliş məqsədini söyləmişdilər. Məhz bundan sonra İsgəndər imperiyasını Hindistana qədər yaymağı bacarmışdı.
2013-11-27
2,691
Xoşqədəm Hidayətqızı kimin meyitini gətirdi? – Foto
Bu dəqiqələrdə Bakı Hava limanında "Səni axtarıram" verilişinin aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı cənazə gətirərkən görüntülənib. "Axar.az" sosial şəbəkədən aldığı bu informasiyanı X.Hidayətqızının özü ilə aydınlaşdırıb. Həddən artıq yorğun və üzülmüş olduğunu bildirən telejurnalist bir anaya oğlunun cənazəsini gətirməyin nə qədər kədərli olduğunu izah etməkdə çətinlik çəkdiyini söylədi: "Sarsıntı içindəyəm, övladını tapdıq, amma sağ deyil, cənazəsini gətiririk. Çox üzülürəm..." Oğul cənazəsinin kimə aid olduğuna gəldikdə isə X.Hidayətqızı bu barədə danışa bilməyəcəyini dedi.
2013-11-27
2,692
İstanbulda azərbaycanlılar həbs edildi - VİDEO
Türkiyənin Atatürk hava limanında Gömrük Komitəsinin əməkdaşları 4 Azərbaycan vətəndaşını saxlayıb. Buna səbəb 1 milyon dollarlıq mobil telefonu qanunsuz yolla bu ölkəyə keçirmək cəhdi olub. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, faktla bağlı cinayət işi açılıb. Məsələnin araşdırmasını paytaxt Ankaranın Gömrük Komitəsi aparır. Saxlanılan şəxslər 2 min ədəd son model telefonu bağlamalarda qaçaq yolla Türkiyə ərazisinə keçirməyə cəhd ediblərmiş. Gömrük və Ticarət Nazirliyindən verilən yazılı açıqlamada deyilir ki, telefon qaçaqmalçılarını mülki geyimli gömrük əməkdaşları saxlayıb. Məlum olub ki, onlar hər hansı gömrük bəyannaməsi göstərmədən telefonla dolu bağlamaları Atatürk Aeroportundan çıxararaq İstanbula doğru istiqamət almaq istəyiblər. Saxlanılanlar barəsində qaçaqmalçılıq ittihamı ilə araşdırma başladılıb.
2013-11-27
2,693
Dağıstanlı deputatdan miqrantlara zərbə
Rusiya Dövlət Dumasının konstitusiya qanunveriсiliyi və dövlət quruсuluğu komitəsinin sədr müavini Rizvan Qurbanov miqrantların vəziyyətini ağırlaşdıran yeni qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, yeni layihəyə görə, Rusiyaya vizasız gəlməyə iсazəsi olan miqrantlar yarım ildə yalnız 90 gün ölkədə qala biləсəklər. Qanun layihəsinin izahediсi qeydində bildirilir ki, mövсud qanunveriсilik vizasız miqrantlara Rusiyada 90 gün qalmaq hüququ verir. Ona görə də miqrantlar 90 gün fasiləsiz ölkədə qaldıqdan sonra Rusiyadan çıxırlar və dərhal geri giriş edirlər. Nətiсədə onlar demək olar ki, daima ölkədə qala bilirlər. Yeni qaydalar isə vizasız miqrantlara 180 gün ərzində bir dəfə giriş etməklə ölkədə toplam 90 gün qalmasını nəzərdə tutur. Qanun layihəsini hazırlamış Rizvan Qurbanov 1961-сi ildə Dağıstanın Bunyaksk şəhərində anadan olub. Milliyyətсə lakdır. 1979-81-сi illərdə Azərbayсanın Gənсə şəhərində əsgəri xidmətdə olub.
2013-11-27
2,694
DÇ-2014 stadionu çökdü, kran aşdı: 3 ölü
2014-cü ildə futbol üzrə dünya çempionatı keçiriləcək "San-Paulo DÇ-2014" stadionunun tavanı çöküb və tikinti kranı aşıb. Nəticədə ən azı 3 nəfər ölüb. "Korintians" arenasının tikintisi gələn ay tamamlanmalı idi. İnşaatçılar stadionun damında tamamalama işləri görürlər. İlkin məlumata görə, arenanın konstruksiyasında da nasazlıq yaranıb. Tikintini aparan firma hadsisənin səbəbləri barədə hələ ki, məlumat vermir. Ölənlərdən iki nəfəri fəhlə olub. Belə getsə, stadion verilən vaxta hazır olmaya bilər. FİFA-nın tələbinə görə "Korintians" arenanın tikintisi gələn ay yekunlaşmalıdır. Arenada həftənin 7 günü, hər gün 24 saat iş gedir ki, stadion deyilən vaxtda təhvil verilsin.
2013-11-27
2,695
Maydanda mitinq artıq 5 gündür davam edir
Ukraynada Avrointeqrasiya tərəfdarlarının hökumətin AB-nin "Şərq tərəfdaşlığı" müqaviləsindən imtina etməsinə qarşı Kiyevin baş meydanı olan Maydanda, Avropa meydanında və Nazirlər Kabinetinin qarşısında keçirdikləri mitinq bu saatlarda davam edir.
2013-11-27
2,696
MOİK-in prezidenti: "Bakı bu oyunlara hazırdır"
Rusiya MOK-nın prezidenti Aleksandr Jukov Avropa olimpiya komitələrinin Romada keçirilən 42-ci Baş Assambleyasının yekunlarını şərh edərkən 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının təqdimatından da danışıb. "Axar.az"ın xəbərinə görə, Aleksandr Jukov bildirib ki, "Assambleyada çox maraqlı təqdimatlar, o cümlədən 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının təqdimatı olub. Azərbaycan paytaxtı artıq bu oyunlara hazırdır: yeni stadionlar tikilib və belə güman etmək olar ki, I Avropa oyunları müvəffəqiyyətlə keçəcək. Hələlik proqramda idmanın bütün növləri əks olunmayıb, lakin biz orada olimpiya proqramına daxil olmayan idman növlərini – çimərlik futbolu, karate və başqa idman növlərini görəcəyik".
2013-11-27
2,697
"Şöhrət", "Azərbaycan Bayrağı", "Vətənə xidmət" təsdiqləndi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qərara əsasən bir sıra sərəncamlar imzalayıb. "Axar.az" məlumat verir ki, İlham Əliyev "Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında", "Şöhrət" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında" , "Vətənə xidmətə görə" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi barədə" sərəncam imzalayıb.
2013-11-28
2,698
"Real Madrid" - "Qalatasaray" - Canlı yayım
Yaranan texniki problemlər üzündən saytdan birbaşa yayımı verə bilmirik. Qeyd etdiyimiz linkə daxil olaraq, izləyə "Real Madrid" - "Qalatasaray" qarşılaşmasını izləyə bilərsiniz. "REAL MADRİD" - "QALATASARAY" (CANLI YAYIM)
2013-11-28
2,700
Berluskoni Senatda qalmaqal yaratdı
Azayaşlı ilə intim münasibətə görə məhkum olunan İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni senator statusundan da məhrum edilib. İtaliya Senatı keçirdiyi açıq səsvermədə bununla bağlı qərarı qəbul edib. Berluskonini deputat toxunulmazlığından məhrum edən bu müzakirələr qalmaqal səviyyəsinə qalxıb. Berluskoni tərəfdarları səslərini qaldırıb, keçmiş Baş nazirin adını qışqırıblar. Bu məlumatla paralel, Rusiya Prezidenti Vladimir Putinin İtaliya səfəri çərçivəsində Berluskoni ilə görüşməsi və onların arasında sıcaq münasibət medianın diqqətindən yayınmayıb. Bəzi məlumatlara görə, Putin şəxsi dostu saydığı Berluskonini qorumaq üçün ona diplomat statusu vermək niyyətindədir.
2013-11-28
2,701
Əlil insanın heyrət doğuran gücü - Foto
1982-ci ildə Avstraliyada doğulan Serbiya əsilli Nik Vujiciç çox nadir hallar görülən genetik xəstəliyə görə bəzi orqanları olmadan dünyaya göz açıb. "Tetra-ameliya" sindromundan əziyyət çəkən Nik qolları və ayaqları olmadığına görə gənclik illərində ağır depressiyaya düşüb. Məktəbdə uşaqlar masqaraya qoyduğu üçün səkkiz yaşında intihara cəhd edib. 10 yaşında suya atılıb özünü boğmaq istəyib. Ancaq ailəsini çox sevdiyi üçün bunu etməyib. Hər şey anasının ona bir məqalə oxutmasından sonra dəyişib... Vujiciçin oxuduğu məqalə fiziki qüsurlu olan, lakin buna baxmayaraq heç təslim olmayan bir insan haqqında idi. Bu yazını oxuyandan sonra Vujiciçin həyata baxışı dəyişib və qüsurlu olduğunu qəbul edib. Qısa zamanda təkcə gündəlik işlərinin öhdəsindən gəlməyi öyrənib. Bədənində yerləşən iki ayaq barmağı ilə qələm tutub, yazı yazmağa başlayıb. Kompüterdən istifadə etməyi, tennis topu ilə oynamağı, ritm alətlərində çalmağı, saçını daramağı və üzünü qırxmağı öyrənib. Yeddinci sinifdə oxuyanda məktəbin uşaq təşkilatına üzv olub. 17 yaşında olanda isə mühazirəçi olduğu tədbirlərdə yüzlərlə insana ümid bəxş edib. Qısa müddətdən sonra "Life Without Limbs" (Bədən üzvləri olmadan həyat) dərnəyini yaradıb. Kana Miyaxara adında bir qızla evlənib.
2013-11-28
2,702
Balinanın qarnı bomba kimi partladı – Video
Faro adasında ölü olaraq tapılan və 50 tondan çox ağırlığı olan balinanın qarnı bomba kimi partlayıb. Videonu təqdim edirik:
2013-11-28
2,703
Striptizçi idi, ulduz oldu
Şut Ze Arrovun Bob adıyla tanınan burlesk rəqsçinin həyatını fotosessiya etməsi hay-küyə səbəb olub. "Axar.az"ın "Hürriyyət"ə istinadən verdiyi xəbərdə bir qadının "yüngül" həyatda tapdığı "ağır" xoşbəxtlikdən bəhs edilib. Belə ki, 2002-2006-cı illər ərzində əyləncə klublarında rəqqas kimi fəaliyyət göstərən Bob hər gün səhnədə çıxış edən bir qadının, yəni öz həyatını ictimailəşdirdiyinə görə çəkinmədiyini bildirib. O bu sahəyə gəldiyi gündən gerçək adının unudulmasını tələb etdiyini və həmin andan Bob kimi həyatına davam etdiyini bildirib. Bu sahədən əldə etdiyi məşhurluq ilə fəxr edən Bob uşaqlığını çətin şəraitdə keçirdiyini deyib. O, 15 yaşına çatdığında evini, ailəsini tərk etdiyini qeyd edib: "15 yaşıma çatanda əsla xoşbəxt qadın ola bilməyəcəyimi anladım. O gündən sonra xoşbəxtliyin ipini buraxıb, öz xoşbəxtliyimi tapacaq yolun ardınca getdim. İndi əsl xoşbəxtliyin nə olduğunu hiss edə bilirəm". Qeyd edək ki, "striptiz" adlı səhnə sənəti ilk dəfə 1895-ci ildə Parisdə yaranıb.
2013-11-28
2,704
Bu görüntülər inanılmazdır - Video
null
2013-11-28
2,705
Azərkimya İstehsalat Birliyində bomba tapıldı - Video
Sumqayıtda zavodda partlayıcı qurğu tapılıb. Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Azərkimya İstehsalat Birliyinin polietilen zavodunda yaşanıb. FHN-nin 112 xidmətinə partlayıcı qurğu qoyulması ilə bağlı daxil olan zəngdən sonra dərhal əraziyə nazirliyin xususi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Kinoloq və pirotexniki şlər üzrə mütəxəsislər apardıqları axtarışlar nəticəsində fəhlələrin aşkar etdikləri 1 ədəd F1 markalı əl qumbarası tapılıb. Sursata baxış keçirilən zaman onun döyüşə yararlı olduğu məlum olub və qəsəbə ərazisindəki partlatma meydanında partladılaraq zərrəsizləşdirilib. Zavod ərazisinə təkrar baxış zamanı isə əlavə təhlükəli əşya tapılmayıb. (ANS)
2013-11-28
2,706
Roman tərcüməçisini həbs etmək istəyirlər
106 il öncə yazılan roman qalmaqala səbəb olub. Qalmaqal yaradan roman Don Juanın eşqbazlığına həsr olunub. İddiaya mövzu olan kitabı tanıyaq Bu kitab Apollinerin ən çox mükafat alan əsəri olub. Hətta romanın motivləri əsasında 1986-cı ildə film də çəkilib. Əsər 15 yaşındakı gəncin cinsi oyanışından bəhs edir. Gənc Rocer ətrafındakı qadınları müşahidə edərək mərhələ-mərhələ öz bədənini kəşf edir. Sonda o, kiçik Rocerdən ehtiraslı "Don Juan"a çevrilir. Don Juan kim idi? O, qadınların ən sevdiyi kişi, etiraz edə bilmədiyi adam idi. Bülənt Somayın sözləri ilə desək, o, yatdığı hər qadına aşiq olan, hər qadını bir dünya gözəli olaraq kəşf edən adam idi. Ədəbiyyat tarixinin ən eşqbaz obrazı olan Don Juanın hekayəsi fərqli yazarların qələmi ilə dəfələrlə izah edilib. 106 il bundan öncə Quliam Apollinerin yazdığı roman "mədəniyyət mirası" olaraq qorunsa da, Türkiyə məhkəməsində ədəbsiz olması iddiası ilə mühakimə olunub. Etirazın xüsusi hədəfi kitabı türk dilinə tərcümə edən tərcüməçiyə ünvanlanıb. Tərcüməçiyə 10 il həbs cəzasının verilməsi tələb olunur. Buna əsəs səbəb romanda xarakterin cinsi istismar edildiyi iddiasıdır. Mühakimə olunan şəxs məhkəmədə hakimə "istismar olunan nədir və hardadır deyə sual verəcəm",- deyib. Qeyd edək ki, məhkəmə bu il dekabrın 17-sində keçiriləcək.
2013-11-28
2,707
İranda eşq qadağası - Foto
Özünə məxsus qayda-qanunlarıyla bütün dünyanın diqqətini çəkən İran İslam Respublikası qoyduğu qadağalarla hər kəsi təəccübləndirir. Eşqbazlıq etmək qadağandır İranda hətta eşqbazlıq etmək belə qadağan olunub. Bu ölkədə qadınlarla tanış olmaq istəyən, onlarla münasibət quran gənclərə cərimələr, həbs cəzası və işgəncə verilmə ehtimalı var. Lakin hər cür təhlükə ilə üz-üzə qalmalarına baxmayaraq, iranlı oğlanlar qarşı cinslə münasibətlər qurmaqdan çəkinmirlər. Qadağalarla razılaşmayan gənclər çıxış yolunu avtomobillərinin şüşəsindən bir-birlərinə telefon nömrələrini verməkdə görürlər. Qeyd edək ki, bu qadağa İranda ilk təəccübləndirən qadağalardan deyil. Burada Qərb stilində saç kəsdirmək, itlərlə bir evdə yaşamaq, insan formasında olan uşaq oyuncaqlarından istifadə, kompüter oyunları da yasaqlar sırasındadır. Həmçinin bu ölkənin TV aparıcılarına kosmetikadan istifadə etmək, veriliş zamanı aşırı musiqi səsləndirmək olmaz. Ən maraqlı qadağalardan biri də insanların musiqi züm-zümə etməsinin məhdudlaşdırılmasıdır.
2013-11-28
2,708
Pivəyə görə 29 min cərimə
Türkiyənin Antalya şəhərində saat 24:00-dan sonra içki satışına rekord cəza qüvvəyə minib. Mübahisələrə baxmayaraq, sentyabrın 9-da qüvvəyə minən içki tənzimləməsi haqqında qanunla əlaqədar olaraq ilk cəzalar Antalyada icra olunub. Qanunun qüvvəyə minməsindən sonra polis şəhər mərkəzində fəaliyyət göstərən 4 iş yeri haqqında saat 24:00-dan sonra spirtli içki satdıqlarına görə protokol tərtib edib. Cəza 29 min lirədən başlayır.
2013-11-28
2,709
80 il eyni şirkətdə işləyib
80 il eyni şirkətdə işləyən və bu rekordu qoruyub saxlayan Alfred Feld dünən ölüb. Feld "Qoldman Saş" firmasının işçisi olaraq işə başlayanda 18 yaşındaymış. 98 yaşında həyatını itirən veteran, son günlərində belə işə gəlib-getməyə davam edirmiş. Hər gün eyni saatda yuxudan durur, hər gün günorta yeməyini eyni kətildə yeyirmiş. Şirkətin maliyyə müəssisəsində ən aşağı vəzifədən işə başlayan və illər sonra idarəçiliyə qədər yüksələn Feldin ölümündən sonra şirkətdə bütünlüklə yas havası yaranıb.
2013-11-28
2,710
Bu ruhları həyatda görsəydiniz, nə edərdiz? - Foto
Foto-rəssam Kristofer MakKininin sürrealizmə olan marağı on illərdir onun sənətində əsas yer alır. Bu dəfə fotoqraf meşədə əsas qəhrəmanı ruhlar olan qeyri adi bir fotosessiya etmək qərarına gəlib. Bəs siz bu ruhları həyatda görsəydiniz nə edərdiz?
2013-11-28
2,711
"Qalatasaray" belə məğlub oldu - Video
Çempionlar Liqasında V turun ikinci oyun günündə 8 qarşılaşma baş tutub. Günün maraqlı qarşılaşmalarından biri Madriddə Türkiyə təmsilçisi "Qalatasaray"la İspaniyanın kral klubu "Real Madrid" arasında baş tutub. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb. Bu nəticələrdən sonra "Qalatasaray" turnir cədvəlində 3-cü sıraya enib. Qrupdan növbəti mərhələyə çıxmaq üçün Cim-Bom mütləq son turun qarşılaşmasında "Yuventusa qalib gəlməlidir. "Axar.az" "Real Madrid" - "Qalatasaray" qarşılaşmasından görüntüləri təqdim edir.
2013-11-28
2,712
ABŞ-da nəşr edilən ilk kitab 14,2 milyon dollara satıldı – Foto
ABŞ-da çap edilən ilk kitab "Bay Psalm Book" auksiona çıxarılıb. "Axar.az"ın məlumatına görə, Nyu-Yorkda baş tutan auksionda 1640-cı ildə çap edilən bu kitab maliyyəçi Devid Rubenşteyn tərəfindən alınıb. Məlumat üçün bildirək ki, bu günə qədər sadəcə 11 nüsxəsi qorunan bu əsər Massaçusets Koloniyasının Pürietn liderləri tərəfindən Kembricdə çap edilib. Kitabda müxtəlif dini mətnlər yer alıb. Qeyd edək ki, ən bahalı kitab ünvanı isə 1994-cü ildə 30,8 milyon dollara satılan Leonardo da Vincinin əlyazmalarına aiddir.
2013-11-28
2,713
Aeroportda 2,7 milyonu oğurlanan azərbaycanlı danışdı
Moskvadakı dəhşətli soyğunun yeni təfərrüatları bəlli oldu Xəbər verdiyimiz kimi, bu gün - noyabrın 27-də səhər tezdən Moskvanın "Şeremetyevo" aeroportunda avtomatla silahlanmış maskalıların hücumuna məruz qalaraq 2,7 milyon dolları oğurlanan şəxsin kimliyi açıqlanıb. Məlum olub ki, bu, Zaur Qədimov adlı azərbaycanlıdır. Dəhşətli soyğun hadisəsini təsadüfən şahidlərdən biri lentə ala bilib və çəkdiyi kadrı "Life News"a təqdim edib. Həmin kadrdan görünür ki, qara maskalı, kamufulyajlı şəxs əlindəki avtomatı yerə yıxılmış Zaur Qədimovun başına dirəyib. Kadrda maskalılardan daha biri gözə dəyir. Moskva hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, hücum edənlər 10 nəfər olub. Onlar polis vəsiqəsi təqdim edərək və Z.Qədimovu gözləyən cangüdənləri əllərinə qandal keçirdərək mikroavtobusa mindiriblər, avtopark ərazisindən çıxarıblar və geri qayıdaraq milyonlarla dollarla gələn sərnişini gözləməyə başlayıblar. Bu zaman maskalılardan bir neçəsi əlləri qandallanmış cangüdənlərə nəzarət edib. Basqına məruz qalan Z.Qədimov da danışıb. "Virtualaz"ın məlumatına görə, o bildirib ki, aeroportun D terminalından çıxan kimi maskalıların hücumuna məruz qalıb. Z.Qədimov bildirib ki, ona hücum edən maskalılar 6 nəfər olub. Maskalılar Z.Qədimovu avtomatla hədələyərək onu tünd-göy rəngli "Sobol" mikroavtobusa mindiriblər və aeroportun ərazisindən çıxarıblar. Z.Qədimov deyib ki, aeroportun ərazisindən çıxan kimi hücum edənlər onun əlindəki çantanı alıblar, özünü isə avtomobildən yola atıblar.
2013-11-28
2,714
Bəxtiyar Əliyev BMT-də Azərbaycandakı korrupsiyadan danışdı
BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv dövlətlərin V konfransı və Parlamentlərin Korrupsiya əleyhinə Qlobal Təşkilatının (GOPAC) növbəti toplantısı Panamada keçirilir. "Axar.az"ın Milli Məclisdən aldığı məlumata əsasən, tədbirlərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bəxtiyar Əliyev iştirak edir. Noyabrın 29-dək davam edəcək tədbirdə dünyanın bir sıra aparıcı ölkələrinin mütəxəssisləri dəvət olunub. Tədbirdə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının tətbiqi, bu sahədə parlamentlərin rolu, əməkdaşlıq məsələləri, böyük korrupsiyaların təqib olunması və görülən işlər barədə fikir mübadiləsi aparılacaq.
2013-11-28
2,715
Diplomatik skandal: səfir Qahirədən çıxarıldı - Foto
Türkiyənin Qahirədəki səfiri Hüseyn Avni Botsalı ölkəyə geri qayıdıb. Səfir Botsalı "Türkiyə Hava Yolları" təyyarəsiylə Türkiyə saatı ilə 23:40-da İstanbul Atatürk Hava limanına gəlib. Həyat yoldaşı Botsalı tərəfindən qarşılanan səfir jurnalistlərə görünmədən aeroportdan uzaqlaşıb. Xatırladaq ki, bir neçə gün öncə Misir hökuməti Türkiyənin Qahirədəki səfirini "arzulanmaz şəxs" elan etmişdi və ölkədən çıxarılmasını istəmişdi. Bunun qarşılığında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da anoloji addım atdı və Misir səfirini "arzulanmaz şəxs" saydıqlarını bəyan etdi. Türkiyə Prezidenti Abdullah Gül Misirin bu addımından təəssüfləndiyini və qısa müddətdə problemin aradan qaldırılacağına ümid etdiyini bildirsə də, görünən odur ki, münasibətlər gərginləşməkdə davam edir. Türkiyə səfiri Hüseyn Avni Botsal diplomatik missiyasını saxlayaraq, artıq geri dönür. Ankara-Qahirə diplomatik münasibətləri daha da gərginləşir.
2013-11-28
2,716
Bu gün qar yağacaq
Bu gün səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 7-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında noyabrın 28-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
2013-11-28
2,717
Ukrayna Avropa Birliyi ilə Rusiyanı bir-birinə vurdu
Vilnüsdə keçiriləcək "Şərq partnyorluğu" zirvə toplantısının əsas məqsədi Ukrayna ilə Avropa Birliyi arasında assosiativ sazişin imzalanması olsa da, Kiyev bundan imtina etdi. İndi zirvə toplantısında günün mövzusu assosiativ imzanın Gürcüstan və Moldova ilə imzalanmasıdır. Avrokomissiyanın verdiyi ən son məlumata görə toplantıda həmçinin AB-nin böhranın qaydaya salınmasında aparılan əməliyyatlarda Gürcüstanın qismən iştirakı və Ukrayna ilə tək aviasiya zonası ilə bağlı razılaşmanın paraflanması haqda müzakirə aparılacaq. "Axar.az" toplantının rəsmi saytı istinadən xəbər verir ki, son dəyişikliklərə baxmayaraq, Vilnüsə bütün iştirakçı ölkələrin nümayəndələri gələcək. Bunlar Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandır. Toplantının birinci günü Litvanın prezidenti Dalya Qribauskayte, Avropa ittifaqının başçısı Herman van Rompey və Avrokomissiyanın nümayəndəsi Joze Manuel Barrozu Ukraynadakı vəziyyətlə bağlı müzakirələr aparacaq. Gün AB üzvləri və altı iştirakçı ölkənin şam yeməyi ilə bitəcək. Müqavilələrin imzalanması ayın 29-na planlaşdırılır. Ekspertlər Ukrayna hökumətinin qərarının səbəblərini müzakirə edərkən, Rusiya ilə AB bir-birini Ukraynaya təzyiqdə günahlandırır. Ukrayna assosiativ sazişi imzalama prosesini dayandırdıqdan sonra ticari- iqtisadi əməkdaşlığı müzakirə etmək üçün Kiyev üçtərəfli ( Rusiya-Ukrayna- AB) komissiyanın yaradılmasını təklif etdi. Moskva öz razılığını versə də, AB təkidlə bildirir ki, Ukrayna ilə AB-nin assosiasiyası ikitərəfli mövzudur və Rusiyanın iştirakı olmadan müzakirə edilməlidir. AB-nin Rusiyadaki nümayəndəsi bəyan etdi ki, AB hər iki ölkə ilə partnyorluq məsələlərini müzakirə etməyə hazırdır, lakin Rusiyanı Ukrayna ilə assosiasiya haqda danışıqlara qoşa bilməz.
2013-11-28
2,718
Heydər Əliyevin saat bağışladığı əsgər fəraridir? – Video
Heydər Əliyevin cəbhə bölgəsində, səngərdə çoxsaylı erməni öldürdüyünə görə saat bağışladığı əsgər Adil Vəliyev hələ də "Qarabağ veteranı" adını ala bilmir. Bu barədə "Axar.az"a Adil Vəliyevin özü məlumat verib. A.Vəliyev bildirir ki, 1991-96-cı illərdə Qarabağın müxtəlif məntəqələrində döyüşlərdə iştirak edib: "Erməni terrorçunun başını kəsməsilə məşhur olan İbad Hüseynovun komandirliyi altında döyüşmüşəm, kəşfiyyatda 5 il xidmət eləmişəm. Ancaq uşağım ağır xəstə olduğu üçün qısa müddətə təcili olaraq evə gəldim. O zaman xidmət edənlər bilir ki, köhnə əsgərlərə münasibət bir qədər loyal idi. Yəni hərdən bir neçə günlük evə gəlmək ciddi narahatlıq sayılmırdı. Mən bir neçə gündən sonra yenidən hərbi hissəyə qayıtdım, amma barəmdə axtarış elan edildiyini öyrəndim". Buna baxmayaraq, A.Vəliyev xidmətini davam etdirdiyini bildirir: "İndi o bir neçə günlük evə gəlməyimi əsas göstərib, mənə Qarabağ veteranı vəsiqəsi vermirlər. Halbuki mən nümunəvi xidmət keçmişəm, 1994-cü ildə ümummilli lider Heydər Əliyev şəxsən özü mənə səngərdə saat bağışlayıb". Müdafiə Nazirliyindən münasibət öyrənməyə çalışırıq.
2013-11-28
2,719
Mövqelərimiz atəşə tutuldu
"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər veri ki, erməni silahlı bölmələri dünən Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-11-28
2,721
Sumqayıtda qəza – sürücü öldü
Sumqayıtda sürücünün ölümü ilə nəticələnən qəza hadisəsi baş verib. "Axar.az" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qəza şəhərin H.Zeynalabdin qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Cəsarət Mehdiyev idarəetməni itirərək qəza törədib. Belə ki, "Mercedes" markalı avtomobili yolayrıcısına vurub. Sürücü hadisə yerində ölüb.
2013-11-28
2,722
Osmanlı hökmdarının məqbərəsi partladıldı
Liviyanın paytaxtı Tripolidə yerləşən Osmanlı hökmdarının qədim məqbərəsi partladılıb. Naməlum şəxslər 1551-1553-cü illərdə Tripolinin Osman imperiyası tərkibinə keçməsindən sonra ilk hökmdarı olan Murad Ağının məqbərəsini partladıb. Məqbərədə yerləşən türbəyə zərər dəyməyib. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, partlayışı radikal islamçılar törətmiş olduğu ehtimal edilir. Liviyanın dövlət başçısı bu hadisəni tördənləri qınadığını bildirib.
2013-11-28
2,723
Ədliyyə Nazirliyi “Gündəm xəbəri” yalanladı
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 14 saylı cəzaçəkmə müəssəsində baş vermiş ölüm hadisəsi ilə əlaqədar məlumat yayıb. "Axar.az" məlumat verir ki, müraciətdə "Gündəm xəbər" qəzetinin yayımladığı məlumatın heç bir fakta əsaslanmadığı göstərilib. Penitensiar Xidmətin yayımladığı müraciətin tam mətnini təqdim edirik: ""Gündəm xəbər" qəzetinin 27 noyabr 2013-cü il tarixli sayında dərc olunmuş "14 saylı cəzaçəkmə müəssisəsində qətl" başlıqlı yazıdakı məlumatla bağlı Ədliyyə Nazirliyinin Penitensiar xidməti aşağıdakıları bildirir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş, 1975-ci il təvəllüdlü məhkum Qasımov Ceyhun Vaqif oğlu yazıda qeyd edildiyi kimi, 22.11.2013-cü il tarixdə 14 saylı cəzaçəkmə müəssisəsində deyil, 23.11.2013-cü il tarixdə Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində sol ağciyərin infiltratif vərəmi, qaraciyərin dekompensasiya mərhələsində olan qarışıq mənşəli serrozu, xroniki qaraciyər çatışmazlığı, assit, toksiki ensefolopatiya və II-III dərəcə ağciyər-ürək çatışmamazlığı diaqnozu ilə vəfat etmişdir. 21.07.2012-ci il tarixdən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum C.V.Qasımovla bağlı aparılmış tibbi müayinələr zamanı toplanmış anamnez nəticəsində onun uzun müddət inyeksion yolla narkotik vasitələrin istifadəçisi olduğu müəyyənləşdirilmişdir. 09.11.2013-cü il tarixdə o, "Xroniki bronxitin kəskinləşməsi "Ağ ciyər vərəmi" diaqnozları ilə İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilmişdir. Həmin müəssisədə aparılan patogenik, simptomatik müalicə kurslarına baxmayaraq xəstəliyin kliniki gedişində mənfi dinamika izlənilmiş və 23.11.2013-cü il tarixdə məhkum C.V.Qasımov qara ciyər çatışmazlığından vəfat etmişdir. Beləliklə, "Gündəm xəbər" qəzetinin 27 noyabr 2013-cü il tarixli sayında dərc olunmuş "14 saylı cəzaçəkmə müəssisəsində qətl" başlıqlı yazıda göstərilən hallar tamamilə uydurulmuş mülahizələrin və məkrli düşüncənin təzahürüdür. Bilə-bilə, qəsdən, mənfur niyyətlərlə ayrı-ayrı dövlət orqanlarına, o cümlədən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə, Azərbaycanın müstəqil dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi, habelə ölkəmizin iqtisadi, siyasi, hüquqi, mədəni həyatında, abadlaşdırılmasında müstəsna xidmətləri olan ayrı-ayrı vəzifəli şəxslərə qarşı müxtəlif xarakterli böhtan və təxribatlarla dolu uydurulmuş məlumatların yayılması Azərbaycan Mətbuat Şurasının "Qara Siyahı"sında özünə yer almış "Gündəm xəbər" qəzetinin fəaliyyəti üçün təsadüfi deyildir. İctimai fikri çaşdırmağa, məhkum və təqsirləndirilən şəxslərin yaxınları arasında təşviş və narahatçılıq yaratmağa, eləcə də hədəf götürdükləri xidmət sahəsinin normal fəaliyyətinə, işgüzar nüfuzuna xələl gətirməyə cəhd edən bu mətbu nəşrin fəaliyyəti nəinki "Kütləvi İnformasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir, eyni zamanda bu fəaliyyətə hüquqi qiymət verilməsi zərurətini yaradır".
2013-11-28
2,724
Rusiya gəmisi Xəzərdə xarab oldu
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Çilov adası yaxınlığında Rusiya Federasiyasına məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Qoryaçi" qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub. Əməliyyatın nəticələri barədə əlavə məlumat hələlik yoxdur.
2013-11-28
2,725
Kürd neftinə ABŞ-dan veto
"İraq federal hökumətinin təsdiqi olmadan İraqın hər hansı bir yerindən neft ixracını dəstəkləmirik". ABŞ Dövlət katibi sözçüsü Jen Psaki İraq federal hökumətinin təsdiqi olmadan İraqdan neft ixracatını dəstəkləməyəcəklərini söyləyib. Psakiyə gündəlik mətbuat brifinqində "İraq Kürd Regional Rəhbərliyi"nin (IKYB) baş naziri Neçirvan Bərzaninin Türkiyədəki görüşləri haqqında da sual verilib. Bir jurnalistin Bərzaninin yeni ildən əvvəl bir boru xətti üzərindən Şimali İraqdan Türkiyəyə neft nəql etməyə başlayacağı istiqamətindəki açıqlamasını xatırlatmasından sonra Psaki bu mövzuya münasibətlərində hər hansı bir dəyişiklik olmadığını qeyd edib: "Bu məsələdə mövqeyimiz dəyişməyib. İraq federal hökumətinin sərəncamı olmadan İraqın hər hansı bir yerindən neft ixracını dəstəkləmirik",- deyə cavab verib.
2013-11-28
2,726
Çadra cəriməsinə görə Fransanı məhkəməyə verdi
Pakistan əsilli bir Fransa vətəndaşı din azadlığının pozulması əsası ilə çadra qadağasını Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət edib. AİHM 23 yaşındakı Pakistan əsilli qadının din və vicdan azadlığının pozulduğu və cinsi ayrı-seçkiliyə məruz qalması əsası ilə müraciətini müzakirə etməyə başlayıb. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra qərarını başqa bir tarixdə verəcəyini açıqlayıb. Xatırladaq ki, Fransa əhalisinin 8%-i müsəlmandır. 2011-ci ildə qəbul olunan qanuna görə, ictimai yerlərdə üzü bağlı libaslarla gəzmək qadağandır. Və bu qanunu pozan şəxs 150 avroya qədər cərimə və həbs oluna bilər.
2013-11-28
2,727
İstənilən verilişə, istənilən vaxt bax: Yenilik
Azərbaycan teleməkanında rəqəmsal yayıma keçiddən sonra telekanallarda istənilən verilişi istənilən vaxt izləmək imkanı yaranacaq. "Axar.az"ın xəbərinə görə, bu barədə Trend ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli qeyd edib ki, bu xidmət "on demand" (tələbə görə) adlanır: "İnsanlar tutaq ki, hər hansı bir verilişi və ya futbol oyununu izləmək istəyir, amma həmin vaxt işdə olur və yaxud baxmağa vaxtı olmur. Belə olduğu halda həmin verilişi və ya oyunu əvvəlcədən sifariş edir və sonra vaxtı olanda baxır. Rəqəmsal yayıma keçiddən sonra bunlar tədricən Azərbaycanda da baş verəcək, yəni həmin xidmətlərdən istifadə etmək imkanları yaranacaq". MTRŞ sədri qeyd edib ki, bu xidmətlər ödənişli əsaslarla müəyyən qurumlar tərəfindən göstərilə bilər: "O xidməti təşkil edən qurumlar da olmalıdır, çünki bu, artıq biznes fəaliyyətidir. Yəni müəyyən qurumlar görəcəklər ki, bu, gəlirli biznes sahəsidir, onunla məşğul olacaqlar. Yəni MTRŞ bu işlə məşğul olmayacaq". N.Məhərrəmli əlavə edib ki, hazırda rəqəmsal yayıma keçid prosesi davam edir: "Bunun üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi xeyli işlər görüb. Artıq Azərbaycan ərazisinin böyük hissəsi rəqəmsal yayımla əhatə olunub. Amma paralel şəkildə analoq yayım da davam edir. Təbii ki, həm rəqəmsal, həm də analoq yayımın paralel şəkildə davam etməsi uzunmüddətli ola bilməz. Çünki bu, maliyyə baxımından da ziyanlıdır". MTRŞ sədri bildirib ki, burada əhalinin aztəminatlı hissəsi də nəzərə alınır: "Biz bununla bağlı Azərbaycan hökumətinə müraciət etmişik. O müraciət gündəmdədir və bildiyimə görə, müsbət həll olunacaq. Yəni, əhalinin həmin aztəminatlı hissəsi üçün dekoderlərin alınması məqsədilə maliyyə vəsaiti ayrılarsa, biz rəqəmsal yayıma keçid prosesini istənilən an başa çatdırmağa hazırıq. Ola bilsin ki, 2013-cü ildən sonra müəyyən qədər analoq yayım da rəqəmsal yayımla paralel şəkildə davam etsin". Qeyd edək ki, 2013-cü ilin sonuna qədər rəqəmsal yayıma keçidin tam başa çatdırılması planlaşdırılırdı.
2013-11-28
2,728
Polis itləri axtarır
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsiyyəti bilinməyən 30 yaşlı bir nəfər Seyhan bölgəsində pitbull cinsindən olan itlərin hücumuna məruz qalıb. İtlərdən qaçaraq canını qurtarmaq istəyən həmin şəxs səndələyərək kanala düşüb. Kanalda çırpındığını görən bir nəfər suya tullanaraq onu xilas etməyə çalışsa da, istəyinə nail ola bilməyib. Qısa zamanda suda gözdən itən şəxsi axtarmaq üçün hadisə yerinə dalğıclar cəlb edilib. Həmin şəxsin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Polis hazırda itləri axtarır.
2013-11-28
2,729
Obama kral ilə İran haqda danışdı
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev prezident Barak Obamanın İranın nüvə proqramı ilə bağlı Cenevrədə imzalanmış müqavilə haqda Səudiyyə Ərəbistanı kralı Abdullah ilə telefon danışığı apardığı barədə məlumat yayıb. Obama danışığında İranın Cenevrə razılaşmasının öhdəliklərini yerinə yetirməsinin əhəmiyyətli olduğunu vurğulayıb. ABŞ Dövlət Departamentinin məlumatında qeyd edilir ki, dövlət katibi Con Kerri gələn həftə Baş nazir Binyamin Netanyahu ilə İranın nüvə məsələsini müzakirə etmək üçün İsraili ziyarət edəcək.
2013-11-28
2,730
Avtobus aşıb, xəsarət alan var
"Axar.az" saytı rus mətbuatına istinadən xəbər verir ki, Moskva vilayətində 40 sərnişindən ibarət avtobus aşıb. Hüquq-mühazfizə orqanlarının verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərərçəkmişlər isə xəstəxanaya yerləşdirilməkdən imtina ediblər. İlkin məlumata görə, qəzaya səbəb qeyri-sabit hava şəraitinin hökm sürməsi olub. Hadisənin təfərrüatları araşdırılır.
2013-11-28
2,731
Hicablı və qısa ətəklilər prezidentlə bir yerdə - Fotolar
Türkiyənin prezidenti Abdullah Gül beynəlxalq səviyyəli elm olimpiadalarında uğur qazanan tələbələri Çankaya Köşkündə qəbul edib. Tələbələr arasında hicablılarla bərabər qısa ətək geyinən tələbələr də olub. Görüşün fotoları Prezident Administrasiyasının internet saytında yerləşdirilib. Həmin fotoları təqdim edirik:
2013-11-28
2,732
Kürd nefti İraqla Türkiyəni bir-birinə vurdu
İraq dövləti İraq Kürd Regional rəhbərliyi ilə (İKRR) boru xəttinin imzalanması mövzusunda Türkiyəni xəbərdarlıq edib. İraqın Baş naziri Malikinin sözçüsü Musəvi "İraq Kürd Bölgəsi ilə boru xətti müqaviləsinin imzalanmasına qarşı olduğumuzu Türkiyənin Bağdaddakı səfirinə bildirdik. Bu cür razılaşma olsa, Bağdad-Ankara əlaqələri ciddi şəkildə pozula bilər", - deyib. Xatırladaq ki, dünən Türkiyənin Baş naziri R.T.Ərdoğanla İraq Kürd Bölgəsinin (İKRR) baş naziri Nəçirvan Bərzani İraq neftini Türkiyəyə transfer etmək barəsində müzakirə üçün Ankarada görüşüblər. Görüşdən sonra Bərzani gələn ilin əvvəllərindən neft transferinin gerçəkləşdirilə biləcəyini vurğulayıb.
2013-11-28
2,733
Böyük Bakının İnkişaf Planı müzakirəyə çıxarıldı
"Axar.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dünən Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə İctimai Ekoloji Şuranın iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ekoloji rəy almaq üçün ETSN-yə təqdim olunmuş "Böyük Bakının Regional İnkişaf Planı"na Nazirliyin verəcəyi ekoloji rəy müzakirəyə çıxarılıb. Eyni zamanda iclas zamanı gündəlikdə duran digər məsələ, "Azərsu" ASC tərəfindən ekoloji rəyin verilməsi üçün ETSN-yə təqdim olunmuş "Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sisteminin "Master Planı"na veriləcək ekoloji rəyin layihəsi də tanış olmaları üçün Şura üzvlərinə təqdim olunub. Növbəti iclasda həmin sənədin müzakirəsi, sənədə Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin təklif və əlavələrinin salınması qərara alınıb.
2013-11-28
2,734
Kişilərin evini soyan qadın saxlanıldı
Üç nəfərin evindən oğurluq edən qadın ələ keçdi. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) "Axar.az"a verilən məlumata görə, noyabrın 27-si saat 07:00-də Vüsal Ramazanovun Yeni Günəşli qəsəbəsindəki mənzilindən oğurluğa cəhd olub. Suraxanı polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Mətanət Hacıyeva yaxalanıb. Müəyyən olunub ki, o, noyabrın 22-də Babəli İsbatovun həmin qəsəbədəki mənzilindən 2 ədəd bankomat kartı və şəxsi sənəd, noyabrın 25-də isə Cəmilə Qurbanovun mənzilindən, açıq qapıdan keçmə yolu ilə pul, 1 cüt qızıl sırğa, şəxsiyyət vəsiqəsi, bankomat və sığorta kartları oğurlayıb.
2013-11-28
2,735
Əliyevin saat bağışladığı əsgərlə bağlı açıqlama – Rəsmi
Müdafiə Nazirliyi I Qarabağ savaşının iştirakçısı Adil Vəliyevə niyə "Qarabağ veteranı" adının verilməməsinə aydınlıq gətirib. Müdafiə Nazirliyindən "Axar.az"a verilən məlumata görə, eks-prezident Heydər Əliyevin mükafatlandırdığı müharibə iştirakçısının məsələsinin araşdırılacağı söylənilib. İdarənin mətbuat katibliyi məsələ ilə bağlı Adil Vəliyevin şəxsən Müdafiə Nazirliyinə müraciət etməli olduğunu dedi: "O, Müdafiə Nazirliyinin Fəxri Adlarının və Veteran Adlarının Verilməsi Komissiyasına müraciət etməlidir. Bununla yanaşı Müdafiə Nazirliyinin "mod.gov.az" saytına girib, orada da müraciət bölməsi vasitəsilə bizə yaza bilər. O, müraciət göndərsin, biz verək arxivə, araşdırsınlar". Daha sonra mətbuat katibliyindən adını vermək istəməyən şəxs məsələnin komissiyada araşdırılıb qərar veriləndən sonra A.Vəliyevin özünə yazılı ərizə ilə cavab veriləcəyini bildirdi: "O, hərbçidir. Əmri var və ona görə də yazılı müraciət olunmalıdır. "Yutub"da gedən video-çarxla komissiya ona veteran adı verə bilməz". Qeyd edək ki, Adil Vəliyev I Qarabağ savaşı zamanı milli qəhrəman İbad Hüseynovun rəhbərliyi altında kəşfiyyatçı kimi savaşıb. O, bu günə qədər "Qarabağ veteranı" adı ala bilməyib.
2013-11-28
2,736
Eks-müdafiə naziri 3 ay həbs edilə bilər
Rusiyanın eks-müdafiə naziri Anatoli Serdyukova laqeydlik maddəsi ilə cinayət işi açılıb. Onu 1 il islah işləri, yaxud 3 ay həbs gözləyir. Qeyd edək ki, o çıxarılacaq qərarlara tabe olmağa hazır olduğunu bildirib. İstintaq zamanı məlum olub ki, Serdyukov şifahi formada büdcə hesabına Astraxan vilayəti Krasa kəndindən Məktəbli adasına avtomobil yolu çəkilməsini əmr edib. O ərazidə "Jitnoe" qeyri-kommersial müştərək şirkəti yerləşir. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Serdyukovun sərəncamı ilə orada hərbçilər işləyib, lakin büdcənin xərclənməsi haqda heç bir sənədləşmə aparılmayıb. Nəticədə ölkəyə 56 milyon rubl ziyan dəyib. Məlumata görə, hazırda Serdyukov Rusiya ərazisindədir. Ölkəni tərk etmə icazəsi məsələsi daha sonra həll olunacaq.
2013-11-28
2,737
Bakıda “avtoşlar”ın yarışı: qəza anı - Video
Bakıda gecə saatlarında yolda sürət yarışına çıxan avtomobillərdən biri qəza törədib. "Axar.az" Trend ə xəbər verir ki, paytaxtda gecə vaxtı iki avtoxuliqan yolda sürətlə ötüşərkən onlardan biri qarşısına çıxan digər avtomobili ötmə əməliyyatını düzgün yerinə yetirməyib və üfüqi nişanlanma xəttinin (qoşa xətt) tələbini pozub. Sürətini nizamlaya bilməyən "avtoş" sürücünün "lotu"luğu idarə etdiyi avtomobilin yolun sol kənarında dayanmış "cip"lə toqquşması ilə nəticələnib. "Cip" isə zərbənin təsirindən arxada dayanmış digər minik avtomobilinə, o da özündən sonrakı avtomobilə dəyib və beləliklə qəza zəncirvari xarakter alıb. Qəzanı törədən avtomobil toqquşmadan sonra tüstülənməyə başlayıb. Bu zaman avtomobilldə "avtoş" sürücüdən başqa daha dörd dostunun olduğu məlum olub. Qeyd edək ki, bu ilin 10 ayı ərzində Bakıda 846 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 284 nəfər ölüb, 846 nəfər yaralanıb.
2013-11-28
2,738
Moskva polisindən azərbaycanlılara qarşı daha bir hücum
Bu dəqiqələrdə Moskvanın şimal-qərbində yerləşən və azərbaycanlıların da çox sayda olduğu topdansatış meyvə-tərəvəz bazasına polis gözlənilməz reyd keçirir. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Dmitrovski şosesinə yaxın, Şimal qəsəbəsində yerləşən bazara bir neçə avtobusda çox sayda polis əməkdaşı gətirilib. Polisin bazardakı əcnəbilərin sənədlərini yoxladığı bildirilir.
2013-11-28
2,739
Şəmkirdə güclü külək yanğına səbəb olub
Ötən gün axşam saatlarında Şəmkir rayon ərazisində müşahidə olunan güclü külək rayonun elektrik təsərrüfatında ciddi fəsadlar yaradıb. "Axar.az" Kəpəz TV-yə istinadən xəbər verir ki, Rayon mərkəzi və ətraf kəndlərdə elektrik enerjisinin verilişi məcburi qaydada dayandırılıb. Enerji verilişi ancaq bu gün səhər saatlarında bərpa olunub. Bundan başqa külək yanğına da səbəb olub. Belə ki, elektrik naqillərinin qısa qapanması nəticəsində rayonun Qılıncbəyli kəndində İlham İsgəndərova məxsus fərdi yaşayış evinin həyətində olan 25 ton ot tayasından 15 tonu yanıb. Əraziyə cəlb olunan iki yanğınsöndürənin köməkliyi ilə alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.
2013-11-28
2,740
Heydər Əliyev Mərkəzi ətrafındakı binalar sökülür – Özəl
Nərimanov rayonunda köhnə binaların sökülməsinə start verilir. "Axar.az"ın əldə etdiyi məlumata görə, paytaxtın Nərimanov rayonunda, Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzi ilə "Saatlı bina" adı ilə tanınan bina arasındakı 6 bina söküləcək. Həmin binalarda yaşayan sakinlərin "Axar.az"a bildirdiyinə görə, onlara evlərindən çıxmaq üçün dekabrın 15-nə qədər vaxt verilib: "Bizə deyirlər ki, bu köhnə binaları söküb, yerində 7 mərtəbəli binalar tikəcəklər. Bu binalardakı əhali artıq başqa yerlərdə kirayə ev axtarır. Hamının kirayə pulunu da dövlət qarşılayacaq. Elə adam var ki, ona 300 manat, elələri də var ki, 400-500 manat verəcəklər. Deyirlər, iki il kirayə oturandan sonra burda tikiləcək binalardan mənzilimizi verəcəklər. Biz də razılaşmışıq", – deyə, sakinlər bildirib. Sakinlər onu da bildiriblər ki, arzusunda olan şəxs evini hər kvadrat metrinə görə 1500 manatdan sata da bilər: "Burda heç kim evini satmaq istəmir. Şəhərin ən yaxşı yerlərindən biridir. Hamı 2 il başqa yerdə yaşayacaq, binalar tikilən kimi daha geniş evlərə geri qayıdacaq. Bu bizə sərf edir". Məlumat üçün bildirək ki, bu binalar 3 və 4 mərtəbəlidir. Böyüklüyündən asılı olaraq, həmin binalarda 30, 45, 60 və daha çox ailə yaşayır. Binaların sökülməsinə gələn ilin əvvəlindən başlanılması gözlənilir. Tikinti işlərinin isə 2015-ci ildə Bakıda keçiriləcək "Avropa Oyunları"na qədər yekunlaşacağı bildirilib. Qeyd edək ki, həmin binaların fasadı 3 il öncə yüksək səviyyədə təmir olunsa da, binalar "xruşşovka"lardır və artıq öz ömürlərini vbaşa vurublar. Ötən il həmin sıradakı köhnə "xruşşovka"lardan biri söküldü, sakinlər yaxınlıqdakı yeni tikiliyə köçürüldülər. Əvəzində isə sakinlərin ürəyincə olan yaşıllıq ərazisi daha da genişləndirildi.
2013-11-28
2,741
Avropa İttifaqının nümayəndəsi təhdid edildi
Rusiyadakı Avropa İttifaqı nümayəndəsinə rəsmi Moskva tərəfindən təzyiqlər edilib. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Avropa İttifaqının Rusiyadakı nümayəndəsi Viqaudas Uşaçkas xəbər verib. O, həmçinin Kiyevə qarşı edilən təzyiqləri diqqət mərkəzində saxladıqlarını deməklə yanaşı, ona qarşı edilən təhdidləri də jurnalistin diqqətinə çatdırıb. Rəsmi Moskva tərəfindən edilən hansı təzyiqlərdən söhbət getdiyini soruşanda isə V.Uşaçkus heç nə deməyib. O, sadəcə, "biz heç kimə təzyiq göstərib, nəyəsə məcbur etmirik",- söyləyib. O, Rusiya ilə strateji dialoqu aktivləşdirmək istədiklərini də bildirib: "Vilnüs sammitindən sonra Rusiya ilə Avropa İttifaqı arasında münasibətləri yeniləmək gərəkəcək". V.Uşaçkus həmçinin üçtərəfli danışıqlar məsələsinin heç bir zaman baş tutmayacağını da deyib: "Biz mütəmadi olaraq Ukrayna ilə olan danışıqları Rusiyanın da nəzərinə çatdırmışıq. Lakin bundan sonra olacaq danışıqları ancaq ikitərəfli formatda apara bilərik".
2013-11-28
2,742
Çingiz Qənizadə baş nazirə müraciət etdi
80 saylı İmişli-Beyləqan seçki dairəsindən millət vəkili seçilən Çingiz Qənizadə baş nazir Artur Rasizadəyə müraciət edib. Millət vəkili prezident seçkiləri öncəsi İmişli rayonunun 24 , Beyləqan rayonunun isə 17 kəndində görüşlər zamanı bəzi kənd məktəblərinin acınacaqlı vəziyyəti ilə də tanış olub. Ç.Qənizadə seçicilərinin xahişi ilə həddindən artıq bərbad və acınacaqlı vəziyyətdə olan İmişli rayonu H.Hüseynov adına Qızılkənd tam orta məktəbi, Beyləqan rayonu Rövşən Əliyev adına Gödəklər kənd tam orta məktəbi, Şərq qəsəbəsi tam orta məktəbi və Xalac (Aşıqalılar) kənd tam orta məktəbinin əsaslı təmir və ya yeni müasir məktəb binalarının inşası ilə bağlı müvafiq tədbir görməsini xahiş edib. Millət vəkili müraciətinə həmin məktəblərin görüntüsünü əks etdiən foto-şəkilləri də əlavə edib. "İnanıram ki, qeyd etdiyim problem 2014-cü ildə öz həllini tapacaq" , - deyə millət vəkili bildirib.
2013-11-28
2,743
İsrail prezidenti Fələstinlə təcili sülhdən danışdı
İsrailin prezidenti Şimon Peres hesab edir ki, Fələstinlə təcili sülh bağlanmalıdır. "Münaqişənin həlli iki ölkə və xalq arasında olan məsələlərə əsaslanmalıdır. Sülhə ehtiyac var və bu, mümkündür",- bu fikirləri Peresin sözlərinə istinadən "Röyter" agentliyi yazıb. Məlumat üçün qeyd edək ki, İsraillə danışıqlarda heç bir irəliləyiş olmadığı üçün noyabrın 13-ü bütün fələstinli siyasətçilər heyəti istefa vermişdi. Noyabrın 27-si BMT-nin Baş Assambleyası 2014-cü ili Fələstin xalqı ilə həmrəylik ili elan edib.
2013-11-28
2,744
Çelentanonun qızı lesbiyan olduğunu etiraf edib
"Axar.az" saytı xarici mətbuata istinadən xəbər verir ki, Adriano Çelentanonun 45 yaşlı kiçik qızı Rozalinda jurnallardan birinə verdiyi müsahibəsində lesbiyan olduğunu etiraf edib. O, italyan aktrisası Simona Barioni ilə münasibətdə olduğunu təsdiqləyib. Cütlük hətta ailə qurmaq istəsələr də bu, gələcək plan olaraq qalır. Belə ki, İtaliyada eynicinslilərin evliliyi qadağandır. Rozalindanın seçimi ailəsi ilə olan münasibətinə heç cür təsir etməyib. Adrianonun həyat yoldaşı Klaudia Mori qeyd edib ki, onlar hər zaman qızlarını dəstəkləyiblər: "Bizim qızımıza olan sevgimiz dəyişilməzdir, biz, sadəcə, onu xoşbəxt görmək istəyirik. O, xoşbəxtdirsə, biz də xoşbəxtik".
2013-11-28
2,745
Bir gündə 52 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınıb. "Axar.az"ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə1 nəfər ölüb, 2 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 34 nəfər həbs edilib.
2013-11-28
2,746
Jurnalist həkim terroru ilə bağlı Çingiz Qənizadəyə müraciət etdi
Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının (Niftəliyeva) "Medi Sina" klinikasında həkim terroru nəticəsində öldürülməsindən sonra Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işi istintaqının gedişindən narahatlığını növbəti dəfə gündəmə gətirib. Istintaqın gedişini ictimai nəzarətdə saxlamaq üçün jurnalist bu gün millət vəkili Çingiz Qənizadəyə müraciət edib. Müraciətdə bildirilir: "Hörmətli Çingiz müəllim! Sizə müraciətimin səbəbi bu il sentyabrın 20-də həyat yoldaşım, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, ədəbi tənqidçi Elnarə Tofiqqızının (Niftəliyeva) "Medi Sina" klinikasında əməliyyat zamanı həkim terroru nəticəsində dünyasını dəyişməsinə hüquq-mühafizə və səhiyyə strukturlarının qeyri-adekvat münasibətidir. İctimaiyyətin diqqətində olan və gündəmdə saxlanan bu məsələ haqqında yəqin ki, məlumatınız var. Əlavə olaraq bildirim ki, "Medi Sina" klinikasında baş verən qətldən sonra yoldaşımın nəşi ekspertizadan keçirilib, ilkin və yekun rəylər açıqlanıb. Hər iki rəydə E.Tofiqqızının "nəfəs çatışmazlığı" səbəbindən dünyasını dəyişdiyi təsdiqlənib. Hazırda Tibbi Komissiya rəyi hazırlanır və həkimlərin məsuliyyətsizliyi aydınlaşdırılır. Ancaq məsələ bundadır ki, Nəsimi Rayon Prokurorluğunda sentyabrın 25-də cinayət işi qaldırılsa və faktiki olaraq həkim səhlənkarlığı ilə bağlı ekspertizanın yekun rəyi ortada olsa da, istintaq qrupu demək olar ki, heç bir fəaliyyət göstərmir. İstintaq qrupu yalnız ilk günlər həkimlərin və zərərçəkmiş kimi mənim ifadəmi aldıqdan sonra, "komisyon rəyi gözləməklə" məşğuldur. Halbuki bu işdə həkim məsuliyyətsizliyi və səhlənkarlığından əlavə, daha böyük cinayət gizlənir. Əvvəla, cərrahiyyə əməliyyatını həyata keçirən həkimlər – Mahir Məmmədov, Fərəcullah İdrisov və Firuz İbrahimov – heç biri "Medi Sina" klinikasının həkimləri deyillər. Onkoloq Mahir Məmmədov 1 saylı Hərbi Hospitalın onkologiya şöbəsinin müdiri, Fərəcullah İdrisov Topçubaşov adına Klinik Cərrahiyyə Elmi Tədqiqat İnstitutunun cərrahı, Feruz İbrahimov isə 1 saylı Şəhər Klinik Xəstəxanasının (Semaşko) anestezioloqudur. İndiyə qədər aydınlaşdırılmayıb ki, bu insanlar öz əsas iş yerlərindən sentyabrın 20-də, 5-ci gün necə ayrılıblar. İkincisi, Səhiyyə Nazirliyinin daxili qərarı ilə, onkoloji əməliyyatlar özəl klinikalarda aparıla bilməz, qadağandır. Mən bu qərardan xəbərsiz olmuşam, amma bu daxili qərarı həkimlər yaxşı bilirlər. Onlar bu faktı məndən gizlətməklə, əslində, tamah məqsədilə əvvəlcədən cinayətə əl qoyublar. Üçüncüsü, əməliyyat üçün niyə "Medi Sina"nın seçilməsi və məndə nə qədər pul alınması yönündə heç bir araşdırma aparılmayıb. Məlumat üçün deyim ki, məndə əməliyyat üçün 1000 (min) manat pul alan Fərəcullah İdrisovun əslində əməliyyatı kimlərlə və necə danışdığı, "Medi Sina"da əməliyyat otağını necə götürdüyü hələ də aydınlaşmayıb. Mən əməliyyata gedənə qədər "Medi Sina" adlı klinikanın mövcudluğundan xəbərsiz olmuşam. Əməliyyata məni məcbur edən şəxs ailəmizə yaxın hesab etdiyim Fərəculla İdrisovdur. Məhz o, tamah məqsədilə mənim ona inamımdan sui-istifadə edərək, məni əməliyyatın vaciblyinə inandırmış, digər iki həkimlə razılaşmış və bu üçlük əvvəlcədən düşünülmüş surətdə qeyri-qanuni əməliyyat aparmışlar. Bu barədə Nəsimi Rayon Prokurorluğunda ifadəmdə ətraflı göstərsəm də, istintaq qrupu heç bir araşdırma aparmayıb. Əksinə, bu üç həkimdən yalnız biri – Firuz İbrahimov özünə vəkil tutub və o vəkil qeyri-rəsmi söhbətlərdə artıq digər iki həkimin istintaqla anlaşdığını, məsuliyyətdən yaxa qurtarmaq üçün razılaşdırlarını bildirib. Dördüncü, istintaq hələ də aydınlaşdırmayıb ki, bu əməliyyata heç bir ehtiyac olmadığı halda niyə biz əməliyyatın vacibliyinə inandırıblar. Beşinci, bu əməliyyat üçün narkozun verilməsinə ehtiyac olmadığı halda, əməliyyat öncəsi bizim israrlarımıza baxmayaraq, hər üç həkim niyə israrla narkozdan istifadəni vacib saydı? Altıncı, tamah məqsədi ilə bu cinayətə qol qoyan hər üç həkim hazırda da iş başındadırlar və onların növbəti qurbanlarının kim və ya kimlər olduğu (və ya olacağı) məlum deyil. İstintaq müddətində bu həkimlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı Səhiyyə Nazirliyi heç bir addım atmayıb və bu cinayəti görməzdən gəlməklə məşğuldur. Bu qədər ictimailəşmiş və xüsusi narahatlıq yaradan qətllərlə bağlı Səhiyyə Nazirliyi niyə önləyici addımlar atmır? Hörmətli Çingiz müəllim! Son aylar həkim terrorundan nə qədər ailənin bədbəxt olduğunu, necə faciələrin yaşandığını və bunun ictimaiyyət arasında necə narahatlıq yaratdığını yəqin ki, müşahidə edirsiniz. Cinayətin cəzasızlığı, həkim terroruna qarşı loyal münasibət faktiki olaraq bəzi mənfəətpərəst, pasientə qazanc mənbəyi kimi baxan həkimlərin sırasını genişləndirir və onların əl-qolunu açır. Nə qədər ki, bu tip həkimlər öz layiq olduqları cəzanı almırlar, onlar yenə də xəstələri aldadıb, yalançı əməliyyatlara inandırmaq və qətllər seriyasını davam etdirməklə məşğul olacaqlar – necə ki, məşğuldurlar. Ona görə də bu həkim terrorundan heç kim sığortalanmayıb; bu terror artıq şəxsi müstəvidən çıxıb, ictimai əhəmiyyət kəsb edir və ciddi ölçü götürülməlidir. Bu müraciətlə bir hüquq müdafiəçisi və millət vəkili kimi, həyat yoldaşım Elnarə Tofiqqızının qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işiylə maraqlanmağınızı, Baş prokurorun və Səhiyyə nazirinin diqqətinin bu cinayətə cəlb edilməsi üçün lazım olan addımları atmağınızı, həmçinin Milli Məclisdə həkim terroru məsələsini müzakirəyə çıxarmağınızı Sizdən xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm".
2013-11-28
2,747
Qasırğa minlərlə insan həyatına son qoydu
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Filippində dağıdıcı Hayyan qasırğası qurbanlarının sayı 5560 nəfərə çatıb. Bu barədə yeni rəsmi məlumatı yerli media yayıb. Cümə axşamı Filippinin Fövqəladə Hallar üzrə milli xidməti ölənlərin yeni siyahısını açıqlayıb. Takloban və Palo şəhərlərində daha 57 nəfərin ölümü təsdiqlənib. Xatırladaq ki, 8-9 noyabrda Filippinin mərkəzi hissəsindən ölkəyə böyük ziyan vuran dağıdıcı Hayyan qasırğası keçib. Minlərlə insan itkin düşüb, yüz minlərlə ailə evsiz qalıb. Qasırğa, demək olar ki, 585 min evi dağıdıb və 588 min evi zədələyib.
2013-11-28
2,748
Rusiya hava-kosmik müdafiə qüvvələrini Arktikada yerləşdirir
Rusiya Hava-Kosmik Müdafiə (HKM) Qoşunları bölmələrinin Arktikada yerləşdirilməsinə və Uzaq Şimalda raket hücumundan xəbərdarlıq sisteminin radiolokasiya stansiyasının (RLS) tikintisinə başlayıb. "Axar.az"ın Trend-ə istinadən məlumatına görə, bunu HKM Qoşunları komandanı general-mayor Aleksandr Qolovko RİA Novosti-yə müsahibəsində deyib. A.Qolovko bildirib: "İrkutskda və Kalininqradda yeni RLS-lərin tikintisi başa çatıb, Yenisey, Orsk, Barnaul və Vorkuta şəhərlərində RLS-lərin yaradılmasına başlanılıb". Komandan xatırladıb ki, cari ildə Armavirdə (Kuban) Azərbaycanda Qəbələ RLS-in istismarının dayandırılmasını tamamilə kompensasiya edən yüksək zavod hazırlıqlı RLS döyüş növbəsinə qoyulub: "İşimizdə mühüm istiqamət radiolokasiya sahəsinin inkişafıdır. Bu, xüsusilə şimal istiqamətinə aiddir. Artıq Arktika zonasında radiotexniki bölmələrin yerləşdirilməsinə başlanılıb".
2013-11-28
2,749
Fətullah Güləni Ərdoğanla Gül vurur
"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Fətullah Gülən qrupunun fəaliyyətinin qarşısının alınması haqqında qərar Milli Təhlükəsizlik Komitəsində verilib. Milli Təhlükəsizlik Komitəsinin 2004-cu ilin avqustunda keçirdiyi yığıncaqda "Fətullah Gülən qrupunun fəaliyyətinin qarşısının alınması haqqında qərar" başlığıyla "Gülən camaatına qarşı plan hazırlanması" tövsiyə qərarı olaraq hökumətə bildirilibmiş. 2004-cü il 25 avqust tarixli MTK qərarının altında o vaxtkı prezident Əhmət Nejdət Sezər, baş nazir R.T.Ərdoğan, baş qərargah rəisi Hilmi Özkök və Xarici İşlər naziri olan Abdulla Güllə bərabər beş ayrı nazirin də imzası var. Gülən camaatına qarşı görüləcək tədbirlər baş nazirlik "tətbiqi təqib və koordinasiya təşkilatı" çərçivəsində Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi və MİT məsləhətçilərinə tapşırılıb.
2013-11-28
2,750
Timoşenkodan Avropa Birliyinə gözlənilməz çağırış
Timoşenko Avropa Birliyinin (AB) Ukrayna ilə imzalayacağı assosiativ üzvlük müqaviləsi üçün özünün azad edilməsi də daxil olmaqla bütün şərtləri ləğv etməsinə dair çağırış edib. Ukraynada Timoşenkonun azad edilməsi üçün etiraz aksiyaları davam etdiyi zamanda qızı Yevgeniya Timoşenko anasının AB-yə müqavilə üçün qoyulan bütün şərtlərin ləğv edilməsi çağırışını açıqlayıb. Timoşenko Vilnüsdə görüşən bütün avropalı liderlərə "hamınızı mənim də azad edilməyim daxil olmaqla bütün şərtləri ləğv edərək müqaviləni imzalamağa çağırıram" mesajını göndərib.
2013-11-28
2,751
Qarabağ 2040-da geri qayıdacaq
2040-cı ildə Ermənistandan bir nəfər erməni qalmayacaq. "Axar.az" məlumat verir ki, bu barədə informasiya "Aykakan Jamanax" qəzetində yayımlanıb. Qəzet son günlər Rusiya mətbuatının Ermənistanda miqrasiya ilə əlaqədar yazdıqlarına uyğun olaraq apardığı araşdırmalardan sonra bu nəticəyə gəlib. Məqalədə təkcə son üç il Ermənistandan 250 min insanın köç etdiyi bildirilib. Qəzet aparılan araşdırmanı Ermənistan hökumətindən adının hallanması istəməyən yüksək vəzifəli şəxslərin də təsdiqlədiyini yazıb. Qeyd edək ki, bu vaxta qədər "Qallup İnterneyşınal" təşkilatının apardığı sorğulardan sonra erməni əhalisinin 58%-nin Avropa və ABŞ-da qohumlarının olduğu bəlli olub. Bununla yanaşı, elə bu qədər insanın da ölkədən getmək istədiyi üzə çıxıb.
2013-11-28
2,752
"Rusiya Qərbi Qarabağın müstəqilliyi ilə təhdid edir"
"Media forum" saytının suallarını politoloq Hikmət Hacızadə cavablandırır. - Vilnüsdə Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının sammiti başlanır. Bu toplantı Azərbaycana nə vəd edir? - Vilnüs sammiti demokratiyanın, insan haqlarının, sağlam düşüncənin, plüralizmin yayılmasının növbəti mərhələsidir və toplantını tarixi hadisə kimi qiymətləndirirəm. Bəlkə də dünya miqyaslı bir addım deyil, amma bizim üçün çox əhəmiyyətlidir. Hesab edirəm ki, keçmiş sovet ölkələri, o cümlədən Azərbaycan Avropa yolunu gedəcək. - Avropa İttifaqı 2009-cu ildən 6 ölkədə Şərq tərəfdaşlığı proqramını həyata keçirir. Proqramın müsbət nəticələri varmı? - Azərbaycan, demək olar ki, bu proqramda iştirak etmir. Baxmayaraq ki, sənədlərə qol çəkmişdik. Amma bir iş, nəticə görmədik. Bu da təəssüf doğurur. Avropa İttifaqı proqramlarının hamısı dayanaqlı inkişafa, şəffaflığa yönəlib. Biz bu proqramlardan mütləq yararlanmalıyıq. Proqramların icrası demokratiya, sağlam rəqabət, ədalət, şəffaflıq, azad seçki, korrupsiyasız, rüşvətsiz cəmiyyətinin olmasını tələb edir. Bunlar da Azərbaycan hakimiyyətinin məqsədlərinə daban-dabana ziddir. İqtidar nümayəndələri isti yerlərdə oturublar, yağlı yerləri tutublar və xımır-xımır yeyirlər. Onlara heç bir dəyişiklik lazım deyil, bunu istəmirlər. Təəssüflər olsun ki, vəziyyət belə ağırdır. - Niyə Avropa İttifaqı öz proqramının yerinə yetirilməsini tələb etmir? Qurumun buna təsir imkanları varmı və ondan istifadə edibmi? - Avropanın gücü çatmır. Ona görə də proqramın yerinə yetirilməsi üçün Azərbaycana təzyiq edə bilmir. Şərq tərəfdaşlığı proqramı könüllü şəkildə demokratiya, inkişaf, şəffaflıq istəyən ölkələr üçündür. Kim istəyir könüllü şəkildə proqrama qoşulur, onu həyata keçirir, faydasını da götürür. Başqa bir təzyiq aləti yoxdur. Seçkilərin azad, demokratik olması üçün Avropa İttifaqı Azərbaycana qoşun göndərməyəcək ki! Hazırda Qərbdə də vəziyyət yaxşı deyil, iqtisadi böhran davam edir, İran, Suriya, beynəlxalq terrorçuluq problemləri var. Hələlik Qərb öz problemləri ilə məşğul olur. Ona görə də demokratiyanı ayaqlar altına atan, korrupsiya, rüşvətlə məşğul olan rejimlərə təzyiq göstərə bilmir. Təəssüflər olsun ki, günümüzün reallığı belədir. - Şərq tərəfdaşlığı proqramının uğur qazanması yalnız dövlətdən asılı idi, yoxsa vətəndaş cəmiyyəti, demokratik institutlar da burada hansısa rol oynaya bilərdi? Vətəndaş cəmiyyətinin proqramda iştirakını necə qiymətləndirirsiniz? - Azərbaycan kimi ölkələrdə hökumət hər şeyi nəzarət altında saxlayır. Hazırda bizdəki vəziyyət Leonid Brejnevin SSRİ-ni idarə etdiyi dövrdəki kimidir. Tərpənmək mümkün deyil. Vətəndaş cəmiyyətinin nümayəndələri, gənclər, fəallar ciddi təzyiqlə üzləşirlər, köklü dəyişikliyə nail ola bilmirlər. Hökumət ölkəyə xarici dəstəyi azaltmaq siyasəti yürüdür. Vaxtilə Bakıda Soros Fondu vardı, vətəndaş cəmiyyətinin formalaşmasına kömək edirdi, amma bu fond fəaliyyətini dayandırdı. Başqa xarici təşkilatların da fəaliyyətini məhdudlaşdırıblar. "Azadlıq", "Amerikanın səsi", "BBC" radiolarının FM dalğasında yayımını qadağan etdilər. 2014-cü ilin yanvarından ATƏT-in Bakı ofisinin statusunu azaldacaqlar. Hökumət bütün qüvvəsi ilə mütərəqqi xarici təsirlərin qarşısını almağa çalışır. Ona görə də heç bir nəticə yoxdur. Buna baxmayaraq mərd fəallar, jurnalistlər, demokratiya fədailəri qəhrəmancasına işlərini davam etdirirlər. - Qeyd etdiniz ki, hökumət mütərəqqi xarici təsirləri məhdudlaşdırır. Amma hökumət hesab edir ki, bu, ölkənin daxili işlərinə müdaxilənin qarşısının alınmasıdır... - Birincisi, belə yanaşma kökündən səhvdir. İkincisi, Azərbaycan Helsinki Yekun Aktını imzalayıb. Aktın insan haqları bölməsinin girişində qeyd olunub ki, demokratiya, insan haqları heç bir ölkənin daxili işi deyil, hər kəs bu haqda ön narahatlığını bildirə bilər. Sənəddə yazılıb ki, Helsinki Yekun Aktını imzalayan ölkələr xarici dövlətlərin, beynəlxalq təşkilatların tənqidini anlayışla qəbul edəcəklər, buna etiraz bildirməyəcəklər və demokratiya, insan haqları sahəsində xaricdən edilən yardımlar tam qanunidir. Mərhum prezident Heydər Əliyev həmin sənədi imzalayıb. - Vilnüs sammitində ən yüksək və ən aşağı qiyməti hansı ölkələr alacaq? Azərbaycanın öhdəliklərini yerinə yetirməsi necə qiymətləndiriləcək? - Azərbaycan sammitdə yalnız vizaların sadələşdirilməsi sazişini imzalayacaq. Rəsmi Bakı Şərq tərəfdaşlığı proqramının digər istiqamətlərinə qoşulmayıb və tərəfdaşlıq, assosiativ üzvlüklə bağlı proqramda iştirak etmirik. Proqramın yerinə yetirilməsi sahəsində ən yüksək balı Gürcüstan, Moldova ala bilər. Ukrayna ilə bağlı vəziyyət aydın deyil, proseslər davam edir. Azərbaycan isə kənarda qalıb. Bu, çox məyusedici durumdur. - Azərbaycan ya Avropa İttifaqı, ya da Gömrük İttifaqı seçimi qarşısında qalıbmı? - Hökumət rəsmiləri bəyan ediblər ki, bizim işimiz yaxşı gedir, öz problemlərimizi həll etmişik, gəlirli yerləri tutmuşuq, qismətimizdən narazı deyilik, yavaş-yavaş yeyib dağıdırıq. Rəsmilər açıq şəkildə deyirlər ki, nəyə görə dəyişməliyik? Biz buradayıq, buranın ağasıyıq. Niyə harasa birləşib oranın şərtlərini qəbul etməliyik? Ona görə də Azərbaycan nə Avropa İttifaqını, nə də Gömrük İttifaqını seçir. Amma Rusiya prezidenti Vladimir Putin Azərbaycanla bağlı hansısa qərar versə və təzyiqləri artırsa, vəziyyət dəyişəcək. Bir nüansı da unutmaq olmaz ki, ölkəyə təzyiq etmək asan deyil. Əvvəla, bizim neftimiz, qazımız və pulumuz var, Ukrayna kimi xarici borc içində batmırıq. İkincisi, Azərbaycan Qərb üçün vacib ölkədir, çünki Avropa və ABŞ-ın strateji maraqları var, onları həyata keçirmək lazımdır. Qərb bizim ölkəyə münasibətdə xüsusi strategiya tətbiq edir. Həmin strategiya rəsmi xarakter daşıyır və mahiyyəti ondan ibarətdir ki, Qərb demokratiya və insan haqları məsələsində Azərbaycanı dəstəkləmir, amma ölkənin müstəqilliyini tam dəstəkləyir. Avropa və ABŞ açıq şəkildə bəyan edir ki, Azərbaycanın hərbi aeroportlarının, strateji obyektlərinin Rusiyanın əlinə keçməsinə imkan vermərik, çünki onların özlərinə də lazımdır. - Gömrük İttifaqının perspektivi varmı və Azərbaycan bu ittifaqa qoşula bilərmi? - Gömrük İttifaqına qoşulması üçün rəsmi Bakıya təzyiqlər var. Amma bununla Azərbaycanı nəyəsə məcbur etmək mümkün deyil. Çünki hələlik güclü təzyiqlər yoxdur. Bir müddət sonra necə olacağı məlum deyil. Təzyiqləri artıra, hətta Qarabağda müharibəyə başlaya bilərlər. Azərbaycanı Gömrük İttifaqına daxil etmək istəyənlər bunun hər ikisini edə bilərlər. İndiki vəziyyətdə isə Azərbaycanı nəyəsə məcbur edə bilməzlər. Gömrük İttifaqının perspektivinə gəlincə, mən bununla bağlı optimist deyiləm. Çünki ittifaqı Moskva idarə edir. Rusiya isə bütün sahələrdə iflasa uğrayıb. Rusların siyasəti, iqtisadiyyatı, strategiyası, mədəniyyəti uğursuzluğa düşür olub, işləyə bilmirlər, konsepsiyaları yoxdur. Hər gün bir təyyarələri qəzaya uğrayır, partlayışlar baş verir. Bütün bunlar böyük bir səhvin nəticəsidir. Qərb Moskvaya təklif edir ki, imkan verin işləri biz quraq, Rusiyanı iflasdan xilas edək. Amma Moskva bununla razılaşmır, deyir ki, lazım deyil, hər şeyi biz özümüz həll edəcəyik. Əslində isə özləri heç nə bacarmırlar. Belə bir vəziyyətdə Rusiya iflasa uğramış həyat tərzini, bacarıqsızlığını Azərbaycana da yaymaq istəyir. Biz onsuz da problemlər içindəyik, iflasla üz-üzə qalmışıq, ağır sınaqlar astanasındayıq, indi bircə ruslar çatışmır. - Şərq tərəfdaşlığı proqramının növbəti mərhələsində Azərbaycanın daha çox iş görməsi, Avropaya inteqrasiyanı sürətləndirməsi mümkündürmü? - Yaxın zamanlarda heç nə dəyişməyəcək. Bir qədər zaman lazımdır. Üç-dörd ildən sonra Gürcüstanda durumun necə olacağını, Ukrayna assosiativ üzvlük sazişini imzalasa nələr baş verəcəyini görəcəyik və bunlar bizim üçün örnək rolunu oynayacaq. Amma Azərbaycanın təhlükəsizliyi məsələsini də unutmamalıyıq. Dağlıq Qarabağ münaqişəsində Rusiya ermənilərə kömək edir, bizə isə heç kim yardım etmir. Belə olan halda Azərbaycan Qarabağı necə geri qaytarsın, ermənilərin işğal etdiyi torpaqları necə azad etsin? Biz təkbaşına Rusiya-Ermənistan ittifaqına qarşı vuruşa bilmərik. Deməli, Azərbaycan başqa yerlə birləşməlidir. Bu tamamilə aydındır, bunu görmək üçün alim olmağa ehtiyac yoxdur. Azərbaycan da özünə dost tapmalı, onunla birləşməlidir. - Bu dostu harada tapmaq, kimlə birləşmək olar? - Qərblə. Avropa İttifaqı, ABŞ və NATO Azərbaycana yaxşı dost olar. Əgər orayla birləşsək, bir qədər balans yaranar, vəziyyət dəyişər, Rusiya da Ermənistanla başqa formada danışar. Amma biz hazırda acizik. Milyardlarla dollar xərcləyib silah almağımız da səhv addımdır. Bunu çox nahaq yerə etmişik. Hətta indikindən beş qat artıq silah alsaq da, Rusiyayla döyüşməyə gücümüz çatmaz. - Ukraynada baş verənlər Azərbaycanın balanslı və ehtiyatlı siyasətinin doğru olduğunu təsdiqləyirmi? - Ukraynanın vəziyyəti başqadır və Azərbaycanla müqayisə oluna bilməz. Ukraynanın qazı, nefti, pulu yoxdur, borcun içində batır. Rusiyaya bir neçə milyard dollar borcludur. Rusiyaya ehtiyat hissələri satır, buradan qazanc götürür. Azərbaycana da təzyiq rıçaqları tapacaqlar, Rusiyada yaşayan soydaşlarımızı oradan çıxaracaqlar, yaxud da bizi Dağlıq Qarabağın müstəqilliyini tanımaqla təhdid edə bilərlər. Belə çətinliklər yaşaya bilərik. Mübarizə gedir, kim daha güclüdürsə, qalib çıxır. - Azərbaycanın hansı addımı Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımasına gətirib çıxara bilər? - Burada Azərbaycanın siyasəti və hərəkəti əhəmiyyətli deyil. Mübarizə Qərblə Rusiya arasında gedir. Qərb Moskvanın xoşuna gəlməyən addım atsa, onda Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımaqla təhdid edə bilər.
2013-11-28
2,753
Vüqar Səfərli “Azadlıq”a göndərdiyi məktubu görməyib - Şok
"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə KİV DF sədri Vüqar Səfərlinin imzası ilə daxil olan məktubda Fondun redaksiyaya yardım ayırmasının dayandırılması əksini tapıb. Diqqətimizi çəkən məqam isə KİV DF kimi nüfuzlu bir qurumun mətbuat orqanına göndərdiyi məktubda həddən artıq orfoqrafik səhvin mövcudluğu oldu. Əcəba, mediada orfoqrafiya qaydalarının və ana dilinin qorunması üçün layihələr maliyyələşdirən və bu sahəyə xüsusi diqqət ayırdığına heç bir şübhə olmayan Prezident yanında KİV-ə Dəstək Fondu bir neçə cümləlik məktubunda niyə bu qədər yanlışlığa yol verib? Xüsusilə nəzərə alsaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət dilinin qorunması haqqında Dövlət Proqramını təsdiqləyib, onda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun bu qədər orfoqrafik səhvlərlə məktub göndərməsini heç cür anlamaq olmur. Daha bir əlavə isə Vüqar Səfərlinin özü ilə bağlıdır. Media çevrəsində tanınan və mətbuatda peşəkarlığı ilə seçilən KİV DF sədri Vüqar Səfərlinin məktubu imzalayarkən bir və ya iki səhvin gözündən yayınması normal qarşılanardı – bəlkə də, amma 7 cümlədə 16 orfoqrafik yanlışlıq, ələlxüsus, yardımın məbləğini "30.000 min manat" göstərmək (30.000 manat əvəzinə) diqqətdən yayına bilməzdi. Dilə xüsusi həssaslığı və peşəkarlığı ilə seçilən KİV DF sədri Vüqar Səfərli ilə əlaqə saxlayıb, bu yanlışlıqların səbəbini öyrənməyə çalışdıq. Vüqar müəllim bildirdi ki, məktubun göndərilməsindən xəbərsizdir: "Sizə bir söz deyim ki, dünən məktubun mənə göstərilməsini tapşırmışdım, deyəsən, mənə göstərmədən göndəriblər". Bəs, görəsən, "Azadlıq" qəzetinə göndərilən məktubda Vüqar Səfərlinin imzasının yerinə kim qol çəkib?
2013-11-28
2,754
Baş həkim: Ruhi xəstələrin qaçması işçilərin günahıdır
"Bakının Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından ruhi xəstələrin qaçmasından sonra xəstəxananın mühafizəsini təşkil edən polis əməkdaşlarının sayı artırılmasa da, keyfiyyət yüksəldilib". Bu barədə cümə axşamı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov deyib. Baş həkim hadisənin baş verməsində müəyyən səhlənkarlığa yol verildiyini də istisna etməyib: "Hər kəs öz işini vicdanla aparsaydı, heç bir şey olmayacaqdı. Ya səhlənkarlıq ediblər, ya bilmirəm nə ediblərsə, bu hadisə baş verib. Həmin xəstələr xeyli müddət xəstəxanada müalicə olunublar. Psixologiyada belə bir sindrom var ki, girov götürülən şəxs vaxt keçdikcə cinayətkara polisdən daha çox hörmət edir. Hətta polis cinayətkarı vurmaq istəyəndə cinayətkarı müdafiə edir. Yəni, insanlar yanaşı işləyəndə bir-birinə qarşı sayıqlığı itir". A.Rəsulov qeyd edib ki, bunun üçün sadəcə təcrübə lazımdır: "Bizdə təcrübəli mühafizəçilər var. Tibb bacısı gəlir dəmir barmaqlıqlı qapının yanına, mühafizəçi görür ki, yaxınlıqda xəstə var, xəstəyə deyir ki, 3-4 addım geri çəkil. Xəstə geri çəkiləndən sonra qapını açır, tibb bacısını içəri işçi zonaya buraxır, sonra bağlayır. Xəstə isə 1-2 saniyəyə özünü qapıya çatdıra bilmir və mühafizəçi qıfılı bağlayır. Bu hadisə baş verən zaman isə tibb bacısı içəri girəndə 3 nəfər xəstə düz onun yanında olub. Qapını açan kimi xəstələr cumublar üstünə. Bununla da istədiklərinə nail olublar". Onun sözlərinə görə, Azərbaycanda ruhi xəstələr barədə insanları maarifləndirməyə ciddi ehtiyac var: "Bu tipli ruhi xəstələrdə yaddaş pozulmur. Təfəkkürdə çox cüzi miqdarda pozuntular olur ki, bu da planlaşdırmaya heç bir təsir göstərmir. Bu xəstələrdə davranışda güclü pozuntular olur, özünü cəmiyyətdə normal apara bilmir. Yəni, ruhi xəstə o demək deyil ki, heç nə başa düşmür, heç nə tanımır. O yalnız qocalıq psixozları və ya alzheimer xəstəlikləri zamanı olur. Camaatda belə bir fikir formalaşıb ki, ruhi xəstələr zəncirli dəlilərdir. Xüsusilə də, Maştağanın adı gələndə buranı dəlixana adlandırırlar. Bu, düzgün deyil. Bu istiqamətdə insanları maarifləndirməyə ehtiyac var". Baş həkimin sözlərinə görə, qaçan xəstələrdən biri - 23 yaşlı Elvin Nəsrullayev bir neçə gün əvvəl polisin müşayiəti ilə könüllü şəkildə geri qayıdıb. Hazırda digər 4 xəstənin geri qaytarılması istiqamətində ciddi işlər aparılır. Qeyd edək ki, noyabrın 15-də saat 06:15 radələrində Bakının Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındıraraq oradan qaçıblar. Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənov bir gün sonra - noyabrın 16-da özünü binadan ataraq intihar edib. (Trend)
2013-11-28
2,755
“Zuğulba görüşü”ndən sonra Şahbaz Xuduoğlu da nikbinləşib
"İnanırıq ki, yaxın günlərdə metrolarda kitabların satışı bərpa ediləcək". Bu sözləri "Axar.az"a açıqlamasında "Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu metrostansiyalarda kitab satışının qadağan edilməsindən sonra nəşriyyatda yaranmış problemlərdən danışarkən dedi. Naşir bildirdi ki, yaranmış vəziyyət onların işlərinə daha canla-başla yanaşmasına kömək edir: "Metrolarda kitab satışının əngəllənməsi nəşriyyatın işinə təsir etməyəcək. Ekstremal şəraitlərdə biz daha sürətli və çevik işləməyə alışmışıq. O mənada heç nə bizim işimizi əngəlləmir. İşimizin dayanması ilə bağlı rəsmi qərar və rəsmi sənəd də yoxdur. Bu baxımdan, bundan sonrakı fəaliyyətimizdə hər hansı bir problem və əngəldən söz gedə bilməz. İşimizi necə lazımdırsa, davam etdiririk. Prezidentlə media rəhbərlərinin görüşündən və dövlət başçısının mediaya olan münasibətindən sonra inanmıram ki, bu problem uzun çəksin. Ona görə düşünürəm, yaranmış vəziyyət yaxın günlərdə öz həllini tapacaq". "Məsələnin yaxın günlərdə həll olmayacağı halda Prezidentə müraciət ediləcəkmi" sualına isə naşir belə cavab verdi: "İstənilən məsələnin hüquqi yol ilə həll edilməsinin tərəfindəyəm. Əgər hardasa iş məhdudlaşırsa, onun hüquqi həllinə çalışmaq lazımdır. Siz dediyiniz formada müraciətlər o qədər də effektli deyil. Prezidentin bu məsələ ilə bağlı münasibəti aydındır. Medianı qəbul etdi və onlara bəyan etdi ki, media azad olmalıdır və onların fəaliyyətinə heç bir halda qadağa qoyula bilməz. Müəyyən mənada mən kitabı da medianın içində görürəm və hesab edirəm ki, bu deyilənlər nəşriyyatların da fəaliyyətinə aid edilir. Əslində bu elə o deməkdir ki, kitabların yayımına da əngəl yaratmaq olmaz". Kitabların yayımı ilə bağlı yaranmış problemdən danışan Şahbaz Xuduoğlu çıxış yolu kimi heç bir yardım aksiyası və bu cür marafonlar təşkil etməyəcəyini bildirdi: "Bununla bağlı heç bir marafon və yardım aksiyası təşkil etməyi düşünmürük. Məsələni siyasiləşdirmək və ictimai rezonansı daha da artırmağı düşünmürəm. Kitab bu xalqın mədəni və mənəvi sərvətidir. Bunun ətrafında yaranmış problemi hay-küylə həll etmək düzgün deyil. Biz kitabımızı nəşr etməyə çalışacağıq. Əgər əngəllərlə qarşılaşsaq, problemin həllini məhkəmədə axtaracağıq. Bizim üsulumuz budur".
2013-11-28
2,756
Naməlum şəxs kasıb adamın kartına 50 milyon qoydu
"Axar.az"ın məlumatına görə, İstanbul şəhərində Ali Oğuz adlı bir nəfər işıq borcunu ödmək üçün bankomatdan pul çəkmək istəyib. Lakin bu zaman o, bank kartının hesabında olan məbləği gördükdə təəccüblənib. Hesabında 3 min lirə (1161 manat) olması gərəkən Ali Oğuz, ekranda 49 milyon 973 min 518 lirə (təxminən 19,3 milyon manat) yazıldığını görüb. Bundan sonra o elektrik borcunu ödəmək üçün hesabından pul çəkmək istəyəndə kartın blokda olduğunu anlayıb. Hadisədən xəbər tutan bank rəhbərliyi polisə məlumat verib. Hazırda İstanbul polisi Ali Oğuzun hesabına bu qədər pulun necə və kim tərəfindən göndərildiyi araşdırır. "Milyonçu" olan şəxs isə polisə verdiyi ifadəsində zənginliyinin qısa müddət davam etdiyini söyləyib: "Hesabımdakı rəqəmi gördükdə təəccübləndim. Səhv olduğunu o dəqiqə başa düşdüm. Hesabında 50 milyon olub communal borcunu ödəməyən kasıb varlı oldum. O hesabdakı 3 min lirə mənimdi, lakin kartım blokda olduğu üçün onu da istifadə edə bilmirəm".
2013-11-28
2,757
Azərbaycanın ticarət apardığı ölkələr – Siyahı
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 147 ölkə ilə 28 mlrd. 798 mln. 625 min dollar məbləğində ticarət əməliyyatı aparıb. "Axar.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 22 mlrd. 848 mln. 986 min dolları və ya 79%-i 15 ölkə ilə aparılan dövriyyənin payına düşüb. Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı 15 ölkənin siyahısında bu ilin 10 ayına görə İtaliya birinci olub. İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi hesabat dövründə 5 mlrd. 066 mln. 500 min dollar təşkil edib ki, bu da ümumi dövriyyənin 17%-ni tutub. Ticarət dövriyyəsində önə çıxan ikinci ölkə İndoneziyadır. Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 mlrd. 544 mln. 272 min dollardır. İndoneziya ilə ticarət dövriyyəsi hesabat dövründə Azərbaycanın ümumi dövriyyəsinin təxminən 9%-ni tutub. İlin 10 ayında Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı üçüncü ölkə Rusiya Federasiyası olub ki, bu ölkə ilə də ticarət dövriyyəsinin həcmi 2 mlrd. 176 mln. 376 min dollar təşkil edib. Rusiya ilə ticarət dövriyyəsi ümumi dövriyyənin 7%-i qədər olub. Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı başqa bir ölkə isə Türkiyə olub. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 1 mlrd. 644 mln. 181 min dollar təşkil edib. Yanvar-oktyabr aylarında 1 mlrd. 630 mln. 985 min dollar dövriyyə ilə Almaniya Azərbaycanın beşinci ticarət tərəfdaşı olub. Ticarət dövriyyəsində öndə olan növbəti ölkə 1 mlrd. 568 mln. 412 min dollar dövriyyə ilə Tailand olub. Hesabat dövründə Böyük Britaniya 1 mlrd. 323 mln.158 min dollar dövriyyə ilə Azərbaycanın yeddinci ən böyük ticarət tərəfdaşı olub. Azərbaycanın ən çox ticarət apardığı növbəti ölkə Fransadır. Bu ölkə ilə ilin 10 ayında 1 mlrd. 304 mln. 442 min dollar məbləğində ticarət dövriyyəsi qeydə alınıb. ABŞ da Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı 10 ölkə arasında yer alıb. Bu ölkə Azərbaycanla 1 mlrd. 188 mln. 688 min dollar məbləğində ticarət əməliyyatı aparıb. Hesabat dövründə ticarət dövriyyəsində öndə olan ölkələr arasında 1 mlrd. 019 mln. 433 min dollar dövriyyə ilə İsrail də yer alıb. Azərbaycanın ticarət əməliyyatı apardığı digər ölkələrə gəlincə isə bu ölkələr Hindistan (910 mln. 762 min dollar), Yunanıstan (749 mln. 475 min dollar), Ukrayna (670 mln. 847 min dollar), Portuqaliya (527 mln. 344 min dollar), Çin (524 mln. 104 min dollar) olub.
2013-11-28
2,758
Vüqar Səfərli: “Biz “Azadlıq”a güzəşt etmişik”
"Azadlıq" qəzeti ilə aramızda heç bir problem yoxdur və gələcəkdə də olmayacaq. Bu sözləri KİV DF-nin icraçı direktoru Vüqar Səfərli Fondun "Azadlıq" qəzetinin layihə maliyyələşdirilməsini dayandırması haqda danışarkən dedi. Vüqar Səfərli qəzetlə əməkdaşlığa xitam verməmişdən əvvəl, xeyli müddət "Azadıq"a güzəşt etdiklərini bildirdi: "Biz o pulu "Azadlıq" qəzetinin hesabına keçirsək, cərimələrə silinəcək. Ona görə də layihələri dayandırmışıq. Burda hər hansı qərəzdən söhbət gedə bilməz. Borcları silinəndən, hesablarındakı həbs qalxandan sonra "Azadlıq" qəzeti ilə aramızda əməkdaşlıq bərpa olunacaq. Onu da deyim ki, biz o layihəni onların hesabına həbs qoyulan kimi də saxlaya bilərdik, amma məsələnin bir müddətdən sonra həll olunacağını düşündük. İndi görürəm ki, problem öz həllini tapmır. Özü də "Azadlıq" qəzeti layihə çərçivəsində qeyd olunan materialları verir, biz isə onlara pul ödəyə bilmirik. Ona görə də qərara gəldik ki, layihəni dayandıraq. Yenə deyirəm, burda heç bir siyasi motiv yoxdur". Xatırladaq ki, "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev "Azadliq.info"ya verdiyi açıqlamada KİV DF-nin qəzetlə olan əməkdaşlığa siyasi sifariş əsasında son qoyduğunu bildirib.
2013-11-28
2,759
Putin Gümrüyə əsəbi gəlir
Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının komadiri Vladimir Putini qarşılamayacaq. "Axar.az"ın "168 Jam" qəzetinə istinadən verdiyi məlumata görə, hərbi bazanın komandiri Andrey Ruzinski məzuniyyətini məhz bu gün götürüb. Qəzet Andrey Ruzinskiyə V.Putinin səfəri öncəsi bu addımı atmağı Rusiya Müdafiə Nazirliyindən məsləhət bilindiyini qeyd edib. Məqalə müəllifi V.Putinin məhz həmin komandirin onun gözünə görünməsini istəmədiyini bildirib. Qeyd edək ki, A.Ruzinski bir müddət öncə Qarabağ müharibəsi olarsa, 102-ci hərbi bazanın Ermənistanın mövqeyini müdafiə edəcəyini bildirmişdi. Rusiyanın müdafiə naziri Serqey Şoyqu azərbaycanlı həmkarı ilə görüşü zamanı bunu təkzib etsə də, erməni həmkarı Seyran Ohanyan dünənki çıxışında bir daha A.Ruzinskinin fikrini təsdiqləyib.
2013-11-28
2,760
Deputatlıqdan da, sədrlikdən də getməyim mümkündür
"2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı hələ ki, düşünmürəm. Bu barədə danışmaq hələ tezdir, vaxtı çatanda, qərarımı verəcəyəm". Bu sözləri "Axar.az"a Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməyəcəyi ilə bağlı mediadakı açıqlamasını şərh edərkən dedi. "Həmişə demişəm ki, VHP gəncləşməlidir, biz yerimizi gənclərə verməliyik. İndi də o fikirdəyəm. Ancaq parlament seçkilərində iştirak etməməklə bağlı qərarım olarsa, bu, heç də o demək deyil ki, siyasətdən və Azərbaycanın ictimai həyatından tamamilə çəkilib, yaradıcılıqla məşğul olacağam. Dünya azərbaycanlıları, diaspor, Güney problemləri ilə daha yaxından məşğul olmaq istəyirəm. Bu işlər strateji və ölkəmizin, insanlarımızın gələcəyi üçün daha böyük işlərdir. Əlbəttə ki, gənclərimiz ehtiyac hiss edərsə, tövsiyyələrimizi də əsirgəməyəcəyik".
2013-11-28
2,761
Şəhərə raket düşdü: 40 ölü
Suriyanın şimalındakı Raqqa şəhərində yaşayış məntəqəsinə "Skud" raketinin mərmisinin düşməsi nəticəsində ilkin məlumatlara görə, 220 adam yaralanıb, 40 adam ölüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgədə onlarla evin yerlə-yeksan olduğu, çoxlu ev və nəqliyyat vasitələrinin yandığı, əhalinin dağıntı altında qalan ölü və yaralıları çıxarmağa çalışdığı və təcili yardımların şəhərdəki xəstəxanalara ərazidəki yaralıları daşıdığı qeyd edilib. Raket mərmisinin düşdüyü yerdə 5 metr dərinliyində 8 metr diametrində bir çuxur açıldığı bildirilib.
2013-11-28
2,762
Vilnüs sammitində qalmaqal
Bir qrup adam zala əllərində "Siz Putindən qorxursunuz?" plakatları ilə daxil olub Vinüsdə Sərq tərəfdaşlığı proqramı çərçivəsində keçirilən biznes-forumda qalmaqal yaranıb. "Axar.az"ın Ukrayna mətbuatına istinadən məlumatına görə, qalmaqal biznes-forumda Ukrayna baş nazirinin birinci müavini Sergey Arbuzovun çıxışı zamanı olub. Belə ki, o çıxış edən zaman bir qrup adam zala əllərində "Siz Putindən qorxursunuz?" plakatları ilə daxil olublar və Ukraynanın hakimiyyəıtinin mövqeyini qarşı çıxdıqlarını bəyan ediblər. Onlar Ukrayna hakimiyyətini qorxaqlıqda ittiham ediblər. Arbuzov isə öz növbəsində bildirib ki, assosiativ saziş imzalama prosesini müvəqqəti dayandırsa da, Ukraynanın Avrointeqrasiya ilə bağlı xarici siyasətində hər hansı dəyişiklik yoxdur: "Ukraynanın Avropaya inteqrasiyasının alternativi yoxdur və bu yoldan geri çəkilmək mümkün deyil. İnanıram ki, bu, Ukrayna üçün tarixi andır və heç kim demir ki, Avrointeqrasiya prosesi yüngül prosesdir. Biz öz haqqımız uğrunda mübarizə aparıb avrointerqasiya prosesini dərinləşdircəyik". Bundan sonra biznes-frumda iştirak edən Şərq tərəfdaşlığına üzv altı ölkənin təmsilçisi onun bu çıxışını alqışlarla qarşılayıb. S.Arbuzovun çıxışından sonra təhlükəsizlik qüvvələri etirazçıları zaldan çıxarıb.
2013-11-28
2,763
Bakı meri Məlahət Rəhimovanı işdən azad etdi
Dünən jurnalist Aynur Elgünəşin "Qafqazinfo"da araşdırma yazısı dərc olunmuşdu. "Uşaq bağçasında rüşvət skandalı" başlıqlı həmin yazıda Bilgəh qəsəbəsində yerləşən 281 saylı uşaq bağçasının müdirəsi rüşvət almaqda ittiham olunurdu. Eyni zamanda bağçadakı anti-sanitariya, uşaqların krandan su içməsi video-materiallar formasında təqdim olunurdu. Onu da deyək ki, material saytımızda yerləşdiriləndən sonra sözügedən bağçanın müdirəsi Məlahət Rəhimova redaksiya ilə əlaqə saxlayaraq barəsində deyilənləri təkzib etmiş, bunu böhtan adlandırmışdı. İndicə aldığmız xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün gözlənilmədən 281 saylı bağçaya gedib. Bakı meri bağçanın tərbiyəçisi olmuş Sevinc Ağazadəni də qəbul edib. Sevinc Ağazadə saytda işıqlandırılan faktların həqiqət olduğunu təsdiqləyib və şikayətini yazılı şəkildə təqdim edib. Sevina Ağazadə "Qafqazinfo"ya bunları deyib: "Faktlar araşdırılması üçün Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərildi və Hacıbala müəllim bağçanın müdirəsi Məlahət Rəhimovanı işdən azad etdi. Mənim də sənədlərim yoxlanılması üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərildi". Söylənilənləri M.Rəhimova da təsdiqləyib: "Hacıbala müəllim məni işdən çıxartdı. Bağçada yoxlamalar başlayıb. Hələ başıma nə gələcəyini bilmirəm. Görək də nə olur".
2013-11-28
2,764
“Avromeydan boşaldılmayacaq” - QƏRAR
Ukraynada Avropaya inteqrasiya tərəfdarları "Avromeydan"da noyabrın 29-a qədər qalacaq. Bu barədə bu gün müxalifətin yaydığı açıqlamada bildirilir. Aksiyanın komendantı Yeqor Sobolovun sözlərinə görə, hələlik Nazirlər Kabineti, Prezident Administrasiyası, Ali Rada qarşısında aksiya keçirmək planlaşdırılmır: "Amma kimsə öz fikrinin bu dövlət qurumlar qarşısında ifadə etmək istəsə, biz buna mane ola bilmərik"
2013-11-28
2,766
Rövnəq Abdullayev 4 min mühafizəçisini işdən qovur
Dövlət Neft Şirkətinin (ARDNŞ) Təhlükəsizlik İdarəsi bağlanır. 4 min işçi ixtisara salınır. Bu məlumatı virtualaz.org saytına adıçəkilən idarədə işləyənlər veriblər. Mühafizə xidmətinin işçiləri deyiblər ki, onlara özlərinə başqa yerlərdə iş tapmaq üçün iki-üç ay vaxt verilib. Daha çox "ARDNŞ Mühafizə Xidməti" adı ilə tanınan Təhlükəsizlik İdarəsinin işçiləri bildiriblər ki, onlar bu xəbərdarlıqdan narahatdır, çünki işsiz qalacaqlar: "Bizə vaxt veriblər ki, özümüzə iş yerləri tapaq. Heç yerdə iş salıb itirməmişik ki, onu tapaq da. Hara gedəcəyik? Hərəmizin bir çətən külfəti var. 4 min işçinin ailə üzvlərini də üstlərinə gəlsək, belə çıxır ki, ARDNŞ prezidenti Rövnəq Abdullayevin bu qərarı nəticəsində ən azı 20 min insan ac qalacaq". ARDNŞ Təhlükəsizlik İdarəsinin işçiləri ən yaxşı halda Bakıdakı yaşayış binalarının və obyektlərin tikintilərində iş tapa biləcəklərinə ümid edirlər. Nəzərə alsaq ki özəl şirkətlərin tikinti bumu seyrəlib, onda bu ümidlərin doğrulacağı da sual altına düşür. ARDNŞ işçilərinin verdiyi digər məlumata görə, Təhlükəsizlik İdarəsi ləğv olunandan sonra hazırda fəaliyyət göstərən 36 komandadan 11-i saxlanılacaq. Həmin komandalar isə "Pro-Sekurity" adlı mühafizə şirkəti ilə müqavilə əsasında yenidən işə götürüləcək. Yada salaq ki, Təhlükəsuizlik idarəsinin işçiləri həm Dövlət Neft Şirkətinin, həm də müqavilə əsasında özəl neft strukturlarının mühafizəsi ilə məşğul olur. Onlar əsasən şirkətin strateji obyektlərinin mühafizəsinə cavabdehlik daşıyırlar. Aylıq məvacibləri 350 manat civarındadır. Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə virtualaz.org-a açıqlamasında xəbəri təkzib etdi: "Yaxın vaxtlarda şirkətin hər hansı idarəsində ixtisar gözlənilmir". ARDNŞ rəsmisindən əslində elə bu cür rəsmi cavabdan başqa heç nə gözləmirdik də. Onu dərc etməklə yanaşı bunu da vurğulamalıyıq: bu ixtisar xəbərini redaksiyamıza ixtisar olunacaqları barədə konkret rəsmi şəxslərdən konkret xəbərdarlıq alan konkret əməkdaşlar veriblər... Qeyd edək ki, ARDNŞ-in Sosial İnkişaf Departamenti də bu yaxınlarda ləğv olunub və xeyli işçi ixtisara salınıb. Şirkətin tabeliyindəki "Azəriqaz"da da bir neçə qurumun ləğv ediləcəyi və ixtisarların aparılacağı planlaşdırılıb. "Azəriqaz" əməkdaşlarına bununla bağlı şifahi xəbərdarlıq da edilib. Bunu virtualaz.org saytının əməkdaşı ilə söhbətində qurumun əməkdaşları deyiblər. Qeyd edək ki, bu ixtisarlar əslində neft gəlirlərini gözlənilən azalması ilə bağlıdır.
2013-11-28
2,767
Prezidentdən “Polis veteranı” ilə bağlı sərəncam
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının "Polis veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Qanunundakı dəyişikliklərin tətbiqi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırır ki, "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında" Prezidentin sərəncamının icrasını "Azərbaycan Respublikasının "Polis veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 738-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin.
2013-11-28
2,768
Nazirliyin Zaqataladakı əməliyyatı - Video
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Zaqatalada baş vermiş atışma ilə bağlı birgə məlumat yayıblar. Cari il noyabrın 24-də Zaqatala rayonunda ağır cinayət hadisəsi törədilib. Rayonun Yuxarı Tala kəndi ərazisində "VAZ-2107" markalı avtomobildən "Hyundai Elantra" markalı avtomobilin odlu silahla atəşə tutulması nəticəsində sərnişinlər - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov qətlə yetirilib, sürücü - Balakən rayon sakini Vüsal Əliqayev isə xəsarət alıb. Cinayətin xüsusilə ağır olduğunu və geniş ictimai rezonans doğurduğunu nəzərə alan Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə peşəkar əməkdaşlardan ibarət əməliyyat-istintaq qrupu yaradılaraq dərhal rayona ezam olunub, hadisə yerinə baxış və digər zəruri prosessual, əməliyyat-axtarış tədbirləri görülüb. "İsti izlər"lə bu ağır cinayətin əvvəllər məhkum olunmuş Samir Osmanov və digərləri tərəfindən törədilməsi müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə cinayətin iştirakçıları - Samir Osmanov, "VAZ-2107" markalı avtomobilin sürücüsü Bəhruz Layıcov, onun qardaşları Vüqar və Eldəniz, Vüsal Əliqayev, Pərviz Qarayev, Aydın Sayılov və Ömər Orucov saxlanılıblar. Əməliyyat-istintaq yolu ilə iş üçün mühüm əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan 1 avtomat silah, 1 patron darağı, 9 avtomat patronu və 1 mətbəx bıçağı götürülüb. Bu istiqamətdə aparılmış tədbirlərin davamı olaraq, Bəhruz və onun qardaşı, hazırda həbsdə olan Harun Layıcova məxsus evlərə baxış zamanı isə Almaniya istehsalı olan 1 ədəd avtomat silah, 5 əl qumbarası, 4 ədəd radiostansiya, 1 fişəngatan tapança, 18 ədəd fişəng, 823 ədəd müxtəlif çaplı patron, 1 səs qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğunun detektoru, maska, qandal, xeyli sayda digər hərbi sursat, həmçinin 8 kiloqrama yaxın narkotik vasitə aşkar edilib. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7 və 228.1-ci maddələri ilə cinayət işi başlanıb. Baş vermiş ağır cinayət hadisəsi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
2013-11-28
2,769
Azərbaycan millisi Ermənistanla qarşılaşacaq
Azərbaycanın futbol üzrə yığma komandalarının rəqibləri məlum olub. Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 4-cü qrupda Slovakiya, Macarıstan və Ermənistan komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək. Bu gün İsveçrənin Nyon şəhərində, həmçinin 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 10-cu qrupda Belçika, İsveçrə və Bosniya və Herseqovina komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2014-cü il oktyabrın 23-dən 28-dək Belçikada keçiriləcək. (Trend)
2013-11-28
2,770
“Faynanşal Tayms” Ərdoğanı “xalqı bölən adam” adlandırdı
İngilis "Faynanşal Tayms" qəzeti Türkiyə Baş naziri Ərdoğanın son 10 illik siyasi fəaliyyət müddətini qiymətləndirən iki analiz yazısı yayımlayıb. 2003-cü ildə Türkiyəni tərk edən qəzetin keçmiş Türkiyə müxbiri Leyla Bulton "Ərdoğan: Türk xalqını bölən adam" başlıqlı məqalə yazıb. Ərdoğanın cəsur bir islahatçıdan avtoritara çevrildiyi ifadə edilən yazıda Gəzi parkı etirazlarının 10 il əvvəlki Türkiyəni hansı dərəcədə dəyişdirdiyinə diqqət çəkilib. Bulton yazısında bu ifadələri işlədib: "Ölkədə iki əsas xarakter var: daha zəngin, daha etiraza meylli orta sinif və ölkədə son 10 ildir demokratik seçkiylə hakimiyyətə gələn tək partiyalı hökumət. Qismən Ərdoğanın uğurlarıdır. Ölkədə hələ də kifayət qədər məşhur olan siyasətçi qarşıdan gələn seçkilərdə də qalib olmağı qarantiləyir". Bulton həmçinin Ərdoğanın demokratik olmayan mövqeyinin partiyanın qurucuları arasında olan ölkə Prezidenti Abdulla Gül və Baş nazir Bülənt Arınç tərəfindən də etirazla qarşılandığına diqqət çəkib. Yazar bildirib ki: "Ərdoğanın məqsədi 2023-cü ilə qədər Türkiyəni iqtisadi cəhətdən dünyanın ən böyük 10 ölkəsindən biri etməkdir. Bu da ildə yüzdə 15 faiz artım tələb edir. Mümkünsüz kimi görünür".
2013-11-28
2,771
Ata qatilinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Masallı rayon sakini, 42 yaşlı Aqil Mirzəyevin məhkəməsi başa çatıb. "Axar.az"ın "Gün.az"a istinadən məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə A.Mirzəyev 15 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, A.Mirzəyev ötən il dekabrın 21-də Sabunçu rayonunda 75 yaşlı atası Nəriman Mirzəyevə və 72 yaşlı anası Tərlan Mirzəyevaya kəsici alətlə çoxsaylı xəsarətlər yetirib. Bundan sonra A.Mirzəyev evi yandıraraq hadisə yerindən qaçıb. Qonşuların köməkliyi ilə ərlə arvad yanan evdən çıxarılsa da, qadının həyatını xilas etmək mümkün olub.
2013-11-28
2,772
Avropa Ukraynanın istədiyi 160 milyardı inanılmaz saydı
Avropa qonşuluq siyasəti və onun genişlənməsi məsələsi üzrə avropalı komissar Ştefan Füle hesab edir ki, Ukraynanın AB ilə azad ticarət zonasına daxil olmasının nizamlanması üçün tələb etdiyi pulu qeyri-mütənasib hesab edir. "Ukraynanın xərclərinin nizamlanması üçün tələb etdiyi 160 milyard avro inanılmazdır. Bu rəqəmi gələcək 10 ilə bölsək, Ukrayna ÜDM-nin 10%-ni təşkil edər". Bu sözləri Vilnüsə keçirilən toplantıda Füle öz çıxışında deyib. O, eləcə də qeyd etdi ki, ukraynalı biznesmenlər daha çox xərclərdən yox, yatırımlardan və modernləşmədən danışmalıdırlar. Məlumat üçün qeyd edək ki, Ukrayna prezidenti Yanukoviç bildirmişdi ki, ölkənin Avropa standartlarına keçməsi üçün illik 20 milyard avroya ehtiyacı var. Bu rəqəm 2017-ci ilə qədər 160 milyard təşkil edəcək.
2013-11-28
2,774
Bir addım qabağa, iki addım dala – Reytinq açıqlandı
Azərbaycan millisi yeni reytinq cədvəlində 7 pillə gerilədi. "Axar.az" xəbər verir ki, FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Son 2 matçında qələbə qazana bilməyən millimiz ötən ayla müqayisədə 7 pillə geriləyib. Hazırda hesabında 363 xal olan Azərbaycan yığması 95-ci pillədə qərarlaşıb. Reytinqin ilk 3 pilləsi isə dəyişilməz qalıb. İspaniya (1507), Almaniya (1318) və Argentina (1251) yığmaları liderliyini qoruya bilib. Qeyd edək ki, FİFA növbəti reytinq siyahısını dekabrın 19-da açıqlayacaq.
2013-11-28
2,775
Satdığı evin pulunu oğurladılar
Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava qəsəbəsi, ev 261 "B"də yaşayan Qurban Xəlilov soyğuna məruz qalıb. Hadisə bu il sentyabrın 19-da baş versə də, onun pulunu oğurlayan şəxslər hələ də tapılmayıb. Hadisənin təfərrüatlarını "Axar.az"a açıqlayan Qurban Xəlilov böyük bir façiə ilə üzləşdiyini vurğulayıb: "Bacanağım evini satmaq istədi. Sənədləşmə işlərinə vaxtı olmadığı üçün etibarnamə verərək alğı-satqını, sənədləşmə işlərini mənə həvalə elədi. Mən də yaxın qohum kimi təmənnasız olaraq fikirləşdim ki, ona kömək edim. Razılaşdım və işlə məşğul olmağa başladım. Alıcı ilə razılaşandan sonra evin pulunu banka köçürdülər". Hadisə baş verən gün Q.Xəlilov uzun sürən sənədləşmə prosesini bitirib pulu bacanağına təhvil verməli idi. Lakin soyğunçular buna imkan verməyib. Belə ki, evin pulu Nizami rayonu ərazısındə, "Neftçilər" metrosu yaxınlığında yerləşən "Texnikabank"dakı hesaba köçürülüb. Q.Xəlilov 50 min 966 manat məbləğində pulu bankdan götürüb çıxarkən iki nəfər naməlum şəxs bağlamanı onun əlindən alaraq qaçıb. Q.Xəlilovun sözlərinə görə, sonradan pulu aparan şəxslərin tapılıb geri alınması üçün Nizami rayon Polis İdarəsinə müraciət edib. Araşdırma zamanı soyğunçuluq hadisəsinin anbaan təhlükəsizlik kameralarında əksini tapması üzə çıxıb. Lakin iki aydan artıqdır davam edən axtarışlar bir nəticə verməyib. Həmin pulu sahibinə ödəməyə heç bir maddi imkanı olmadığıni deyən Q.Xəlilov məsələyə ciddi yanaşılması və hadisəni törədən şəxslərin tapılıb istintaqa cəlb olunması üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinski müraciətə cavab olaraq bildirib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 180.3.2-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rəis əlavə edib ki, müraciət, baxılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib və rəhbərliyə cinayəti törədən şəxslərin tapılması istiqamətində zəruri tədbirlərin gücləndirilməsi tapşırılıb. Lakin Q.Xəlilov deyir ki, polisin sayğısızlığından bu günədək axtarışlar bir nəticə verməyib.Vətəndaşın narazılığına aydınlıq gətirmək üçün sözügedən cinayət işini araşdıran Nizami RPİ-nin müstəntiqi Abdulla Cəlili ilə əlaqə saxladıq. Cinayəti törədən şəxslərin axtarışlarının davam etdiyini bildirən müstəntiq bu istiqamətdə elə bir yeniliyin olmadığını qeyd edib.
2013-11-28
2,776
Ailə quran gənclərə şad xəbər
Azərbaycanda ailə quran iki işsiz gəncdən biri dövlət tərəfindən icbari olaraq işlə təmin ediləcək. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli açıqlamasında bildirib ki, bu yeni hazırlanan "Gənc ailələrin sosial müdafiəsi" haqqında qanun layihəsində əksini tapıb. H.Rəcəbli qeyd edib ki, layihədə qanunda nikaha girən işsiz cütlükdən birinin dövlət tərəfindən işlər təmin olunması ilə bağlı xüsusi müddəalar var: "Bunun üçün xüsusi kvotalar da müəyyənləşdiriləcək. Məqsəd sosial durumu ağır olan ailələrin bu vəziyyətdən birdəfəlik çıxarmaqdır". Qanun layihəsinin tezliklə müzakirəyə çıxarılması gözlənilir ("APA").
2013-11-28
2,777
İlham Əliyev Vilnüsə yollandı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına işgüzar səfərə gedib. "Axar.az" məlumat verir ki, dövlət başçısını Vilnüs Beynəlxalq Aeroportunda Litvanın rəsmi şəxsləri qarşılayıblar. İlham Əliyevin bu gün Şərq tərəfdaşlığı konfransına qatılacağı gözlənilir.
2013-11-28
2,778
Səlim Müslümov daha bir şəxsə vəzifə verdi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatı həyata keçirilib. "Axar.az" xəbər verir ki, nazir Səlim Müslümovun müvafiq əmrinə əsasən, Oktay İbrahimov Aparat rəhbərinin müavini təyin olunub. O.İbrahimov uzun müddət "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Potensialının Gücləndirilməsi" layihəsinə rəhbərlik edib. 4-5 ay bundan öncə isə DSMF-dəki işindən kanarlaşdırılıb. O. İbrahimovun DSMF-nin keçmiş aparat rəhbəri, hazırda ƏƏSMN-nin aparat rəhbəri olan Əjdər Ola yaxın adam hesab olunur. Qeyd edək ki, bu S.Müslümovun vaxtilə işdən çıxardığı şəxsi vəzifəyə gətirməsi ilə bağlı ikinci faktdır. Belə ki, bu ayın əvvəlində Müslümov bu ilin may ayında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru vəzifəsindən azad etdiyi Çingiz Əliyevi Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi təyin edib. Ç.Əliyev də hazırda ƏƏSMN-nin aparat rəhbəri olan Əjdər Ola yaxın adam hesab edilir. İstər C.Əliyevin, istərsə də O.İbrahimovun işdə yol verdiyi qüsurlara görə vaxtilə Fondda tutduqları vəzifədən alındığı iddia olunur./qafqazinfo/
2013-11-28
2,779
Ç.Qənizadə: “Həkim terroru Parlamentin gündəliyinə salınacaq”
"Bu işin obyektiv araşdırılması yönündə əlimdən gələni edəcəyəm və müqəssirlərin qanun qarşısında cavab vermələrini təmin etmək üçün Baş Prokurorluğa rəsmi müraciət göndərəcəyəm". Bu sözləri millət vəkili Çingiz Qənizadə jurnalist Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızının həkim terroru nəticəsində öldürülməsindən sonra ona etdiyi müraciətə cavab olaraq "Axar.az"a dedi. Millət vəkili həmçinin Anar Niftəliyevin ona müraciətinin yaxın zamanlarda Parlamentin gündəliyinə çıxarılacağını da bildirdi: "Mən özümü bütün jurnalistlərin dostum hesab edirəm və bu, həqiqətən də belədir. Mən tək-tük adamlardanam ki, jurnalistlərlə bir yerdəyəm və onların da mənə olan dəstəyini öz üzərimdə hiss edirəm. Bu baxımdan Anar müəllimin mənə müraciət etməsi təbiidir və bundan əvvəl də ANS-in əməkdaşı Afət Telmanqızının həkim səhlənkarlığı nəticəsində ölən gəlinləri ilə bağlı mənə müraciət olmuşdu və mən bu haqda prokurorluğa rəsmi müraciət göndərdim. Anar müəllimin isə mənə müraciətini yaxın saatlarda mətbuatdan izlədim və hesab edirəm ki, həyat yoldaşını bu yaşda itirmək çox böyük faciədir. Zənnimcə, bu müraciət bu yaxınlarda rəsmi şəkildə parlamentə daxil olacaq və rəsmi qeydiyyata alınacaq. Bundan sonra da bu işin obyektiv araşdırılması üçün əlimdən gələni edəcəyəm. Buna tam əmin ola bilərsiniz".