date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-11-26 | 2,468 | Bu gün Gülər Əhmədovaya hökm oxunacaq | Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovaya bu gün hökm oxunacaq. Qeyd edek ki, noyabrın 25-nə təyin edilən məhkəmə prosesi baş tutmamışdı. Gülər Əhmədovanın vəkili Əfsər Talıbov qohumu rəhmətə getdiyindən ve prosesdə iştirak edə bilmədiyindən, məhkəmə bu günə təxirə salınmışdı. Dünən həmçinin Gülər Əhmədovanın səhhətində də problem yarandı ve sabiq deputata məhkəmə zalında həkim yardımı göstərildi. Beləliklə, G.Əhmədovanın məhkəmə prosesi bu gün, noyabrın 26-da saat 10.30-da Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq. Xatırladaq ki, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. |
2013-11-26 | 2,469 | Prezident oğurluq etdiyini dilindən qaçırdı | Venesuelanın prezidenti Nikolas Maduro bir daha çıxışında səhvə yol verib. Maduro bildirib ki, ölkənin ticarət sistemində çətin vəziyyət olduğu üçün qiymətlər üzərində nəzarət haqda qanun imzalanıb. "Demək istəyirəm ki, xırda və orta ticarətçilər bizim kimi oğurluq və öz xeyrinə işləyən kapitalistlərin qurbanı olur. Çünki onları ticarət mərkəzlərində sıxışdırıb istismar edirlər"-deyə Maduro bildirib. Hər kəsə Maduronun nə demək istədiyi aydın olsa da ki, əslində ölkə də xırda ticarətçilər kimi qurbandır, qurduğu cümlə tam əks məna verdiyindən onun çıxışı sosial şəbəkələrdə müzakirə və lağa səbəb olub. Bu Maduronun çıxışında buraxdığı ilk səhv deyil. |
2013-11-26 | 2,470 | "Mən necə Aygün Kazımova ilə yatdım..." | "Axar.az" virtual məkanda, sosial şəbəkələrdə populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsini davam etdirir. Davamlı olaraq virtual aləmin məşhurları ilə söhbətlərimiz olacaq. Layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və "feysbukun" "1" nömrəsi olduğunu isbatlayan müsahibimiz mükafatlandırılacaq. Layihəmizin bu dəfəki qonağı jurnalist və tanınmış fotobloqqer Turxan Kərimovdur. Çoxları onu Turxan Qarışqa imzası ilə tanıyır. Elə birinci sualımız da "Qarışqa"ilə bağlıdır. Qarışqa imzası hardan gəlir? - Səhv etmirəmsə, Mikayıl Müşfiq də "Qarışqa" imzasıyla yazıb. İndiki zamanda hamı oxucunu ASLAN, QARTAL, Begemot, Zürafə imzasıyla qorxutmağa çalışır. Bu ad özü cəmiyyətə etirazdı. Həm də çox işləməkdən gəlir. Qarışqa güc deməkdir. Onların qarşısını almaq çox çətin olur. Sosial şəbəkədə nə zamandan populyar olmağa başladın? - Nə bilim... 3-4 il olar. Mən 4-5 il əvvəl "feysbuk"da qeydiyyatdan keçmişəm. "Feysbuk"u könüllü Azərbaycan dilinə tərcümə edənlərdənəm. Daha sonra bir neçə gənc tərcüməçini də tərcümə prosesinə qoşmuşam. Pis-yaxşı, "feysbuk" azərbaycanca hazırlanıb. Düzdü, məndən başqa da xeyli adam bu prosesdə iştirak edib. Amma mən çalışmışam, bunu komanda şəklində təşkil edim. Özü də 2008-ci ildə. O zaman yerli və xarici mətbuat bu haqda informasiyalar dərc etmişdi. Elə o vaxtdan bilirdim ki, "feysbuk" bütün TV-ləri geridə qoyacaq. Ona görə bu işi böyük həvəslə görürdüm. Populyarlığa gəldikdə isə bu, daimi olmur. Populyarlıq hansısa bir vəziyyətə göstərdiyin münasibətdən asılıdır. Əgər pis bir hadisə baş veribsə, sən bunu müsbət qiymətləndirirsənsə, eşşəyin öldü! İnsanlar realda olduğu kimi "feysbuk"da da adamı daşa basır, üzünə tüpürür. Orda ictimai qınaq real cəmiyyətdən çoxdu. Virtuallıqdansa reallığa bircə addımdır. "Feysbuk"un Azərbaycan şəbəkəsində özünə rəqib olaraq kimi görürsən? Özündən daha tirajlı sosial media istifadəçisi tanıyırsanmı? Əgər varsa, kimdir? - "Feysbuk"da rəqibim Tağı Əhmədov və Hacıbala Abdutalıbovdu. Onlar virtuallıqda daha güclü və məşhurdurlar. Ağsaqqallarımızın yanında biz kimik ki? "Feysbuk"da populyar olmaq sənə nə qazandırıb? - Çox şey. Çoxlu tanışlarım var. Mən tanımasam da, məni çox tanıyırlar. Nazirliklərdə, banklarda, müxtəlif ofislərdə mənim izləyicilərim var. Bir dəfə Milli Bankın yanından evə taksiylə gedirdim. Taksi sürücüsü məni pulsuz apardı. Niyəsini soruşdum. Dedi ki, mən sənin "feysbuk" izləyicinəm. Belə hadisələr çox olub. Özünü daha çox jurnalist hesab edirsən, ya bloqçu və ya fotoreportyor? - Bu sahənin sərhədləri get-gedə itir. Əsas nəsə yazmaqdı. Trotski demiş, yaza bilmirsənsə də, yaz. Amma məncə, daha çox fotobloggerəm. Özümü daha çox fotoya yaxın hiss edirəm. Mənim çəkdiyim fotolar "CNN"də, "Röyter", "Assoşieyted Press"də çap edilib. Türkiyənin "Hüriyyət" qəzeti, "Sabah" qəzeti də fotolarımı dərc edib. Hə, mən fotobloggerəm. Vaxtı ilə atan Elxan Kərimovun fotomüxbir olmağının sənin seçiminə təsiri nə qədərdir? - Başqalarından fərqli olaraq, tez-tez ay atam belə edib, ay atam elə edib, demirəm. Yəni atamın kursunu-zadı yürütmürəm. Sadəcə, maraqlıdır bu sahə, ona görə bu sahədə çalışıram. Ola bilər, gələcəkdə musiqi sahəsində çalışım. Bəs, ümumiyyətlə, jurnalistikaya gəlməyində atanın rolu nə qədərdir? - Uşaqlıq illərim ağır keçib, azad seçki görməmişəm. Amma bunu bu sahəyə aid etmək olmaz. Uşaqlıqdan evdə şair, yazıçı, musiqiçi görən adamam. Qəzetçi ailəsindən gəlmişəm. Uşaqlıqda evdə qəzet buraxıb, elə evdəkilərə də satmışam. Sadəcə, özümə maraqlı gəldiyi üçün bu işlə məşğulam. Atan səndən razı idi? - Atam övlad kimi məndən razı idi. Sonra da vətəndaş kimi. Qardaşın da fotolar çəkir, sən də. Hansınız daha peşəkardır? - Mən hər zaman kölgədə qalmağı sevirəm. İstəmirəm gün məni yandırsın. Əziz daha peşəkardı. Onun işləri daha çox xarici KİV-lərdə dərc olunur. Onu xaricdə Azərbaycandakından çox tanıyırlar. Özünü müxalif sayırsanmı? - Mən özümü azad hiss edirəm. Azad adam da hər zaman çalışır azadlıq nitqləri söyləsin. Adını unutduğum bir müdrik deyir ki, insanlara köləlik yox, azadlıq haqda danışın. Azad adam həm də müxalif adamdı. Öz medianı qursan, hansı jurnalistlərlə birgə işləmək istəyərsən? - Mən daha çox vətəndaş jurnalistləriylə işləmək istərdim. Azərbaycan mətbuatı, oxucusu haqda düşünürəm. Saytların səviyyəsi aşağı düşüb. Bu, məqsədli şəkildə edilir. Bütün saytlar daha çox şou xəbərlərinə qaçırlar. Jurnalistlər oxucunu "Aygün Kazımova ilə necə yatdım" kimi başlıqlı xəbərlərlə aldatmamalıdılar. Onsuz da bu xalqı hamı aldadır. Heç olmasa, jurnalistlər bunu etməməlidir. Fəaliyyətinlə bağlı təhdidlər olubmu? - İstər azad, istər müxalif, istərsə də hakimiyyət jurnalistinə edilən təhdidi öz üzərimdə hiss edirəm. Bu sahəyə barmaq silkələmək, təhdidlər etmək istəyənlər adamı iyrəndirir. Jurnalistlər öz işlərini görürlər. Onlara mane olmaq yox, işləmələri üçün imkan yaratmaq lazımdır. Jurnalistikada ixtisaslaşma var. Məsələn, siyasətdən yazan və ya çəkiliş hazırlayan incəsənətdən və idmandan material hazırlamır. Səni isə hər yerdə görmək olur - həm mitinqdə, həm futbol oyununda və s. Bu, nə ilə bağlıdır? - Fotoqrafın gözü hər yerdə olmalıdır. Çünki hər yerdən xəbər doğa bilər. Jurnalistikada pul qazanmaq sənin üçün nə dərəcə önəmlidir? - Pul önəmlidir. Amma mən uzun zaman pulsuz çalışıb, çox şey öyrənmişəm. İndi də pis qazanmıram. Nə zamansa öz medianı qurmağı düşünürsən? - Hər şey vəziyyətdən asılıdır. Planlar, ideyalar, düşüncələr çoxdur. Sistemli və dağınıq formada olanları var. Siz burda, biz burda yaşayıb görərik. Amma indinin özündə mənim "feysbuk" profilim elə media orqanı kimi bir şeydir. Hətta bir dəfə statusumda pullu reklam da etmişəm. Sosial media ilə bağlı arzun nədir? Əlində olsa, nəyin reallaşmasını istəyərdin? - Ən böyük arzum... "Feysbuk"da tüpürmək, güllə atmaq "düymə"sinin olmasıdı. Düşünün ki, daş atmaq funksiyası var. Maraqlı olar, deyilmi? Son əvəzi: Başlıq seçməkdə daha çəkici adlardan istifadə etməyi qınayan Turxan Qarışqa müsahibəsi "Evdə qəzet buraxıb, evdəkilərə satmışam" başlığı ilə sayta qoyulandan sonra əlaqə saxlayıb, bir xahiş elədi: "Oxucuları elə öyrətmişik ki, başqa yol yoxdur. Xahiş edirəm, yazının adını dəyişin, "Mən necə Aygün Kazımova ilə yatdım..." qoyun". Onun istəyini nəzərə aldıq... |
2013-11-26 | 2,471 | Soydaşlarımızın İsveç aksiyası - Foto | Azərbaycan Federasiyası İsveç-AFİ Stokholmun Normalmstorq meydanında etiraz mitinqi keçirib. Mitinqdə güneyli və qüzeyli soydaşlarımız iştirak edib və İran rejiminin anti-Azərbaycan siyasətinə qarşı öz etirazlarını bildiriblər. Mitinq yerli vaxtla 15:00-da başlayıb, 16:30-a qədər davam edib. Etiraz aksiyasında AFİ rəhbəri Səttar Sevgin İsveç dilində çıxış edib və vəziyyəti iştirakçılara aydınladıb. Daha sonra AFİ-nin bəyannaməsini Aslan Sultani oxuyub. Mitinq iştirakçıları İranın anti-türk siyasətlərinı qınayıb və siyası məhbuslarımıza ən tez zamanda azadlıq tələb ediblər. Mitinqi Həsən Ağa Dəmirçinin tələbəsi olmuş Sutoy Qaradağlı aparıb və aksiyanın gedişində azadlıq haqqında musiqilər səsləndirilib. |
2013-11-26 | 2,472 | Cəbhə xəttində atışma: itki yoxdur | Ermənilər bu axşam mövqelərimiz atəşə tutublar. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Füzuli, Tovuz və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2013-11-26 | 2,473 | Zaqatala qatillərindən biri tutuldu | Zaqatalada baş verən atışma ilə əlaqədar bir nəfər həbs edilib. Zaqatala Rayon Polis Şöbəsindən bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində 4 nəfərin olduğu avtomobilə atəşin açıldığı "VAZ-2107" markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Vüqar Lahıcov saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində "VAZ-2107" markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi "Hyundai" markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb. V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb. Polis və prokurorluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır ("APA"). |
2013-11-26 | 2,474 | Obama 10 ildə ilk dəfə bacardıqlarını dedi | ABŞ prezidenti İranın nüvə proqramı ilə əlaqədar razılaşmanı dəyərləndirib. Barak Obama İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya (5+1) arasında İranın nüvə proqramı ilə bağlı əldə olunan razılıq barəsində açıqlama verib: "İrana daha əvvəl görünməmiş şəkildə tətbiq olunan investisiyalar uğura imza atmağımıza səbəb olub. Son on ildə ilk dəfədir ki, İranın nüvə proqramında inkişafı dayandırdıq. Proqramın əsas elementləri zərərsizləşdiriləcək. Beynəlxalq müfəttişlər İranın nüvə bazalarına daxil ola biləcəklər. Bütün bunlar İranın nüvə silahına sahib olmasına mane olacaq. Gələn aylarda isə İranın nüvə təhdidi ilə əlaqədar qəti olaraq hərtərəfli razılaşma əldə etmək üçün müzakirələri davam etdirəcəyik". |
2013-11-26 | 2,475 | Nazirin qardaşı mer binası tikir - Ən bahalı materialdan | Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, "Avesta" Şirkətinin sahibi "Xəzər adaları"nda yeni meriya binasının tikintisinə başlayıb. İş adamı Hacı İbrahim Nehrəmli bununla bağlı bildirib ki, tikintidə ən bahalı inşaat materiallarından istifadə olunur. Binanın gələn il üçün hazır olacağını söyləyən İ.Nehrəmli "Avesta" Şirkətinin bir neçə paralel tikinti apardığını və burada əmək haqlarının 500-3000 manar arasında dəyişdiyini bildirib. İ.Nehrəmli onu da vurğulayıb ki, dənizdə aparılan işlərin xüsusiyyəti və mürəkkəbliyi baxımından inşaat işlərinə daimi nəzarət olunur və tikintidə istifadə olunan materiallar laboratoriya nəzarətindən keçirilir. |
2013-11-26 | 2,476 | Azərbaycanlı prokuror müavini İranda öldü | Azərbaycanlı vəzifəli şəxs İranda xəstəxanada vəfat edib. "Axar.az"ın xəbərinə görə, Qazax rayon prokurorunun müavini Cabir Qasımov bir müddət əvvəl ürək əməliyyatı keçirmək üçün İrana gedib. O, İranda müalicə aldığı xəstəxanada bir neçə gün əvvəl dünyasını dəyişib. C. Qasımovun nəşi ötən gün Azərbaycana gətirilərək doğulduğu İmişli rayonunda torpağa tapşırılıb ("APA"). |
2013-11-26 | 2,477 | Səxavət Məmmədovun anım gecəsi keçirildi - Foto | Görkəmli xanəndə, muğam ustası Səxavət Məmmədovun 60 illik yubileyi Beynəlxalq Muğam Mərkəzində təntənəli şəkildə qeyd edildi. Gecənin aparıcısı xalq artisti İlham Əsgərov idi. Tədbirin ilk giriş anında aparıcı Səxavət Məmmədovun həyatından və yaradıcılığından söz açdı. Gecədə tanınmış muğam ustaları və Səxavət sevərlər qonaq idi. Xanəndə Arif Babayev, bəstəkar Siyavuş Kərimi, şair Qulu Ağsəs, xalq artisti Əlibaba Məmmədov, millət vəkili Qənirə Paşayeva, İslam Rzayev, Alim Qasımov, Nəzakət Teymurova, Mələkxanım Əyyubova, Aygün Bayramov ölməz xanəndə, muğam ustası Səxavət Məmmədov haqqında gözəl fikirlər, xatirələr söylədilər. Daha sonra Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov çıxış edərək bildirdi ki, inşallah gələn il atamın yubileyini öz torpağımzda qeyd edərik. Qeyd edək ki, bu gecə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Xan Şuşinski fondunun təşkilatçılığı ilə baş tutub. |
2013-11-26 | 2,478 | Ukrayna yenidən mitinqə hazırlaşır | Avrointeqrasiya tərəfdarları bu gün yenidən Ukrayna Nazirlər Kabinetinin qarşısında toplaşacaqlar. Axar.az məlumat verir ki, bu barədə informasiyanı Batkivşina Partiyası yayıb. Bəyanatda 26 noyabr tarixində yenidən Nazirlər Kabinetinin qarşısında saat 09:00-da aksiyanın başlayacağı bildirilib. Həmçinin piketin saat 18:00-da Avropa Meydanında davam edəcəyi qeyd edilib. Aksiyanın dinc şəraitdə keçəcəyi və xüsusi konsert təşkil ediləcəyi söylənilib. Qeyd edək ki, Ukraynada aksiyalar keçən həftənin cümə axşamından etibarən başlayıb. Artıq mitinqlərdə 100 minə qədər insanın iştirak etdiyi polis tərəfindən də təsdiqlənib. |
2013-11-26 | 2,479 | Əl-qolu bağlı vəziyyətdə 48 cəsəd tapıldı | Meksikada polis 22 gizli qəbirdə 48 insan qalığı aşkar edib. Hadisə yerində polis ekspertlər, prokuror və hərbçilər işləyir. Qətlə yetirilənlər arasında 2 qadın olub. Ölənlərin şəxsiyyətini müəyyənləşdirmək və araşdırma aparmaq üçün cəsədlər artıq Mexikoya göndərilib. İlk qalıqlar noyabrın əvvəli 2 itkin düşmüş federal polisin axtarışları zamanı tapılmışdı. Araşdırma zamanı "Halisko-Yeni nəsil" quldur qruplaşması ilə əməkdaşlıqda şübhəli bilinən 20 polis saxlanılmışdı. Hökumətin verdiyi məlumata görə, cəsədlərin çoxu əl-qolu bağlı vəziyyətdə və cəsədlərində işgəncə izləri olub. Ehtimal edilir ki, cəsədlər tez-tez rəqibləri qorxutmaq üçün qəddar üsullara müraciət edən narkotik kartellərin qarşıdurmasının qurbanları ola bilər. |
2013-11-26 | 2,480 | Körpünü bir ton partlayıcı ilə dağıtdılar - Video | Braziliyanın Rio de Janeyro şəhərində böyük bir körpülü yol qovşağının təxminən bir kilometrlik hissəsi partladılaraq dağıdılıb. 2016-cı il keçiriləcək Olimpiada öncəsi planlaşdırılan təmir işləri ilə əlaqədar olaraq Rio de Janeyronu şəhər ətrafıyla bağlayan əsas yollardan biri olan Perimentral yol qovşağı partladılıb. Bu işə məsul şəxslər bu bölgədə nəqliyyatın hərəkətini bir tunellə təmin etməyi planlaşdırırlar. |
2013-11-26 | 2,481 | Fərhad Əliyevin Londonda olması xəbəri yalan çıxdı | Fərhad Əliyevin Londona getməsi və oğlu ilə orada görüşməsi barədə xəbərlər yalandır. Keçmiş nazir Bakıdadır. Bu barədə "Axar.az"a F.Əliyevə yaxın şəxslər məlumat veriblər. Bildirilir ki, Fərhad Əliyev Londona getməyi doğrudan da planlaşdırır: "Dekabrın 15-də İngiltərəyə getməyə hazırlaşır. Oğlu Yusif Londonda, Oksford Universitetində təhsil alır, onunla görüşəcək. Ancaq hələlik Bakıdadır". Mənbənin sözlərinə görə, F.Əliyevin Bakıda olmadığı haqqında məlumat da təsadüfən yayılmayıb. Bildirilir ki, bu, eks-nazirdən açıqlama almaq istəyən media təmsilçilərindən yayınmaq məqsədi ilə edilib: "F.Əliyev daim medianın gündəmində olub, ona görə də kobud şəkildə mətbuatdan yayınmaqla jurnalistləri incitmək istəmir. Görünür, belə bir xəbərin dövriyyəyə buraxılmasında onun mətbuatdan ehtiyatla yayınması istəyi dayanır". |
2013-11-26 | 2,482 | İlham Əliyev fərmanda dəyişiklik etdi | Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" fərman imzalayıb. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, fərmanda bildirilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-ci il 23 oktyabr tarixli 977 nömrəli Fərmanını "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram: "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 582; 2007, № 8, maddə 769, №12, maddə 1246) 1-ci hissəsinin 5-ci bəndində aşağıdakı dəyişikliklər edilsin: 1. ikinci abzasa "Energetika Nazirliyi" sözlərindən sonra, "alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin; 2. üçüncü abzasa "Energetika Nazirliyi" sözlərindən sonra, "alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin; 3. dördüncü abzasa "Energetika Nazirliyinin" sözlərindən sonra, "alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin" sözləri əlavə edilsin. |
2013-11-26 | 2,483 | Parkda atışma: xəsarət alanlar var | "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Oklend şəhərinin şərqində naməlum şəxs atəş açıb. Məlumata görə, ən az 7 nəfər xəsarət alıb. Hadisə dünən gecə Verdes Karter parkında baş verib. Yeddi nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti müəyyən deyil. Naməlum şəxsin həbs olunması barədə heç bir məlumat yoxdur. Hadisənin digər təfərrüatları hələ ki, açıqlanmır. |
2013-11-26 | 2,484 | Koray Turqay Azərbaycandakı insan alverindən danışdı | "Azərbaycan insan alverinə qarşı mübarizədə çox yaxşı təcrübəyə malikdir" "Axar.az" xəbər verir ki, bunu Bakıda keçirilən İnsan alveri qurbanlarının müdafiəsinə həsr olunmuş beynəlxalq seminarda çıxışı zamanı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib. Səfir bildirib ki, bununla belə, bu sahəyə daha çox diqqət yetirilməlidir, çünki Azərbaycan insan alverində həm tranzit, həm də iqtisadiyyatın sürətli inkişafı ilə bağlı hədəf ölkəyə çevrilməkdədir. K.Tarqay bildirib ki, insan alverinə daha çox kasıb insanlar, miqrantlar, qadınlar və uşaqlar məruz qalırlar: "Bu qlobal bir problemdir və hüquq- mühafizə orqanları bu məsələ ilə daha ciddi məşğul olmalıdırlar". |
2013-11-26 | 2,485 | Milli Təhlükəsizlik Nazirliyində kadr dəyişikliyi | Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Bakı şəhərindəki rayon idarə rəisi işdən çıxarılıb. "Axar.az"ın "AzNews.az"a istinadən məlumatına görə, nazirliyin Nərimanov rayon İdarəsinin rəisi Natiq Abuzərli təqaüd yaşına çatdığına görə pensiyaya göndərilib. MTN-də başqa kadr dəyişikliklərinin aparıldığı da deyilir. Bundan əlavə xidmət müddəti başa çatan bir neçə əməkdaş isə təqaüdə çıxarılıb. MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə AzNews.az açıqlamasında xəbəri təkzib etməyib və bildirib ki, təmsil etdiyi qurum xüsusi xidmət orqanı olduğundan, buradakı kadr dəyişikliyi ilə bağlı sualları cavablandırmağı məqsədəuyğun hesab etmir. |
2013-11-26 | 2,486 | ATƏT-in Bakı ofisinin statusu dəyişir | Gələn il yanvar ayının 1-də ATƏT-in Bakı Ofisinin statusu Layihə Koordinatoru statusuna dəyişdiriləcək. "Axar.az"ın xəbərinə görə, bunu junalistlərə açıqlamasında ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Turqay deyib: "Bu barədə qərar bu ilin iyul ayında ATƏT-in Şurası tərəfindən qəbul olunub. Bu məsələ ilə bağlı Vyanada ATƏT-in Ba Katibliyi ilə Azərbaycanın Xarici İşlər Nazirliyi arasında görüş də keçirilib. Statusun dəyişməsinin ATƏT-in Bakı Ofisinin fəaliyyətinə, iş prinsipinə, strukturuna necə təsir edəcəyi isə hazırda müzakirə olunur". |
2013-11-26 | 2,487 | Ermənilərin 5 rayonu qaytaracağı inandırıcı deyil | Moldovalı ombudsman belə düşünür Bir müddət əvvəl mətbuatda ermənilərin işğal altında olan 5 rayonu qaytaracaqları haqda məlumatlar yer almışdı. "Axar.az"la əlaqə yaradan Moldovanın ombudsmanı, Azərbaycanın dostu Aurelia xanım Qriqoriya bu məsələyə münasibət bildirib. İndiki halda inandırıcı görünməsə də, əlbəttə ki, söhbət işğal olunmuş ərazilərin azad olunmasından gedirsə, bu məsələdə BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurasının qətnamələri birmənalı şəkildə yerinə yetirilməlidir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ və DQ ətrafı 7 rayon bütünlüklə azad olunmalıdır. Əgər 5 rayonun qaytarılması problemin sülh yolu ilə həll olunması üçün ilk addımdırsa və daha sonra qalan 2 rayon və DQ-nin də azad olunmasına gətirib çıxacaqsa, bu, ancaq xoş qarşılana bilər. |
2013-11-26 | 2,488 | Nursultan Nazarbayev Muxtar Şaxanovu niyə döyüb? | Oljas Süleymanov Rusiyaya lazım olan anda üzdə olur "Atatürk və Türk milləti" uluslararası simpoziumu öz işini başa çatdırdı. Toplantıda türk xalqlarının bu günü və sabahı müzakirə olundu. Simpoziumun iştirakçılarından olan Türk Dünyası Xalqları Assambleyasının genəl başqanı Yermentay Sultanmurad "Axar.az" ın qonağı oldu. Onunla müsahibəni "Axar.az"ın oxucularına təqdim edirik. - Yermintay bəy, bir-neçə gündür Bakıdasız, şəhərimiz xoşunuza gəldimi? - Bakı gözəl şəhərdir. Bütün dövrlərdə bu şəhər öz gözəlliyi ilə seçilib və fərqlənib. İndinin Bakısının isə tamam fərqli bir gözəlliyi var. - Necə düşünürsünüz, məruzəçisi olduğunuz simpoziumun işini uğurlu saymaq olarmı? - Əlbəttə. Belə simpoziumlar, toplantılar türk xalqlarının daha da yaxın olmasına, özünüdərkinə doğru atılan addımlardır. Mən Türk Dünyası Xalqları Assambleyasının genəl başqanı olaraq bunu və gələcəkdə də bu istiqamətdə görüləcək işləri alqışlayıram. - Bu toplantılar türk xalqlarına nə verəcək? - Bilirsiniz, bütünlüklə Qərb ölkələri və digər ölkələr üçün türk dünyası bir münbit sərvət və onların qidalandığı yerdir. Biz Böyük Türk dünyasının birliyinə nail olmaqla bu işğalçılıqdan xilas olmalıyıq. Sərvətlərimizə sahib olmaq, özümüzü idarə etmək gücündə olmalıyıq. Bizim bəzi ideoloji təxribatlara meylli olmağımızdandır ki, torpaqlarımız düşmən əsarətindədir. Bu qorxu indi də var, baxmayaraq ki, türk dövlətləri özlərinin müstəqilliyini elan ediblər. Türk dövlətlərindən birinə olunan basqıya göz yummaq, bunu mənim dövlətimə zərəri dəyməz anlamında fikirləşmək düzgün deyil. Biz türklər öz aramızda bütün ölkələrimizi və təşkilatlarımızı bir ideya ətrafında birləşdirməliyik. Türkün əski şöhrətini özünə qaytarmaq gərək. Avropanın mərkəzinə qədər böyük bir imperiya yaratmış bir xalq zaman keçdikcə sanki kiçilməkdədir. Əslində isə bu, belə deyil. Türk xalqları artıq böyük türk dünyasının, Turan dünyasının astanasındadır. - Sizin təmsilçisi olduğunuz Qazaxıstanda artıq "Turan" adlı yeni bir şəhər tikilir. Bu şəhər yaranmaqda olan Böyük Türk Dünyasının mərkəzi sayıla biləcəkmi? - Turan şəhəri 3 böyük Türk dövlətinin sərhədində tikilir. Qazaxıstan, Qırğızıstan və Türkmənistanın. Bu, respublikaların paytaxtına demək olar ki, eyni məsafədir. İnanıram ki, yeni salınan şəhər Turan ideologiyasına xidmət edəcək bir şəhər olacaq. Bu baxımdan həm də Türk dünyasının nüfuzlu adamlarının xidmətləri təkzibolunmazdır. Türkün böyük oğlu, bizim sevimlimiz Sabir Rüstəmxanlının və digərlərinin xidmətlərini xüsusi ilə qeyd etməliyəm. - Zaman-zaman türk dünyasının işıqlı adamları Turançılıq ideologiyası ilə məşğul olmuş, bunun gerçəkləşməsi üçün var gücləriylə çalışmışlar. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digərləri. Çağdaş dünyamıza qədər də bu ideyanın daşıyıcıları olub. Onlar daima təqib olunub, sürgünə göndəriliblər. - Elədir. Turançılıq elə bir ideya, elə bir sevdadır ki, buna çatmaq çətin olduğu qədər də şərəflidir. Türk xalqı savaş xalqı olub. Yəni işğalçı olmasa da, işğalçılara yerini göstərməyi bacarıb. Bu bir tarixdir və bu tarixi bu günümüzə fikir adamları, yazarlar gətirib çıxara bilib. - Muxtar Şaxanov, Oljas Süleymanov... Bunlar təkcə qazax xalqının yox, həm də türk dünyasının sərvətləridir. - Muxtar ağa vətənpərvər və türkçü bir şairdir. Onu çox sevirlər. Hələ sovetlər dönəmində o SSRİ Ali Sovetinin deputatı olarkən Moskvada Ali Sovetin sessiyasında çıxış üçün söz istəyəndə onun millətçi olmasını nəzərə alıb söz verməmişdilər, o isə rəyasət heyətini aldadıb, "ekologiya ilə bağlı söhbət edəcəm" deyib, tribunaya qalxandan sonra isə Qorbaçova üzünü tutaraq çıxış edib: siz aşkarlıqdan danışırsız, amma milyonlarla türk xalqının haqsız olaraq deportasiya olunmasına göz yumursuz. Krım tatarlarından bəhs edib, onların əzəli torpaqlarına qaytarılmasının vaxtı çatdığını deyib. Həm də əlavə edib ki, nədənsə bu qadağalar, haqsızlıqlar yalnız SSRİ-də yaşayan türk dilli dövlətlər üçün nəzərdə tutulur. Baxın, o vaxt Oljas Süleymanov da orda idi, deputat idi. Lakin onun səsinə səs vermədi. Ona təzyiqlər davam etdi. Haşiyə: Bu yaxınlarda Qazaxıstandan olan nüfuzlu bir yazarla söhbətimiz zamanı o da bu məsələyə toxunmuşdu. Və qeyd etmişdi ki, indi ölkənin prezidenti olan Nursultan Nazrbayev həmin vaxt Qazaxıstan Nazirlər Kabinetinin sədri olmaqla yanaşı həm də SSRİ Ali Sovetinin deputatı imiş. Muxtar Şaxanovun həmin çıxışının SSRİ prezidenti Mixail Qorboçovun qəzəbləndirdiyini görüb, fasilə zamanı şairi şillələməyə başlayıb ki, niyə millətçi söhbəti edirsən? - Oljas ağanın "Az i Ya" kitabı zamanında çox böyük bir səs-küyə səbəb oldu. Türkçülük, türkün özünüdərki bu əsərdə önəmli yeri tutur. - Mən bilirəm, Oljas Azərbaycanda böyük avtoritetə malikdir. Onu tanıyır, oxuyur və sevirlər. Bir yazıçı olaraq onun yaxşı yazar olmasına heç bir şübhə yoxdur. Onun xanımı bir yəhudi qızıdır və O.Süleymanov yəhudilər tərəfindən idarə olunur. Oljasın adını çəkdiyin kitabı Moskvanın düşünülmüş reaksiyası olmasaydı, sıradan bir kitab kimi qalacaqdı. Onun "KQB" yaratdı, fikir versəniz, görərsiniz ki, Oljas Rusiyaya lazım olan anda üzdə olur, lazım olmayanda onun millətçi çıxışlarına təsadüf belə etməzsən. O, paytaxt uşağı olub. Qazaxca belə danışa bilmir. Daima aulda doğulan qazaxa yuxarıdan baxıb və birdən-birə millətçi olub. Hanı bəs indi Oljas, onu da Turan ideyasına dəvət etmişik, amma o, yoxdur. Oljas sözünü tuta bilməyən yaramazdır. - Hər halda mən belə deməzdim, biz Türkün birliyindən, böyüklüyündən bəhs edirik və türkün dünya şöhrətli yazarına ittihamlar irəli sürürük. - Hər kəs öz fikrində qalsa yaxşıdır. Mən Oljas Süleymanovun böyük və istedadlı yazıçı olmasını danmıram. Mən deyirəm ki, Oljas və onun kimilər türkçülüyə ləkədir. - Yermintay bəy, artıq simpozium arxada qaldı. Qarşıda hansı planlarınız var? - Bir planımız var - Türk dünyasının birliyinə nail olmaq. Türkiyə, Qazaxıstan, Azərbaycan, İran və digər Türk dövlətlərinin birgə Gömrük fəaliyyətini yaratmaq, istehsalatda, idxal və ixracatda bacardıqca birgə fəaliyyət göstərmək. İqtisadi birliyə nail olduqdan sonra siyasi cəhətdən də birgə ola biləcəyik. O da düzdür ki, bu istiqamətdə bizə mane olanlar çox olacaq. - Çox sağ olun ki, vaxt ayırıb, redaksiyamızın qonağı oldunuz. - Siz sağ olun |
2013-11-26 | 2,489 | Dünyanın baş nazirləri bir araya gəlir | Mərkəzi və Şərqi Avropa ölkələri, eləcə də Çinin baş nazirləri Buxarestdə görüşəcəklər. "Axar.az" məlumat verir ki, sayca ikinci olan konfrans bu gecə keçiriləcək. Tədbirdə Rumıniya, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya, Xorvatiya, Estoniya, Litva, Makedoniya, Monteneqro, Polşa, Serbiya, Slovakiya, Sloveniya, Macarıstan, Çinin baş nazirlərinin və Latviyanın Xarici İşlər nazirinin iştirak etməsi planlaşdırılıb. Hökumət başçıları enerji, kənd təsərrüfatı, sənaye, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və turizm sahələrində əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparılması nəzərdə tutulub. |
2013-11-26 | 2,490 | Bu gün bizim Günümüzdür! | Dünyada hər zaman informasiya və onun yayılması əhəmiyyət kəsb edən mövzulardan olub. Qloballaşan dünyada informasiyanın mahiyyəti, insanlara təsiri, inkişafda rolu və başqa keyfiyyətləri aktualdır. Artıq 20 ildir qeyd olunan Ümumdünya "İnformasiya Günü" 1992-ci il noyabrın 26-da qəbul edilib. Xüsusi günün qeydə alınması üçün Forum keçirilib və forumda 29 ölkədən nümayəndələr iştirak ediblər. Xüsusi günün rəsmi qeydiyyatı isə 1994-cü ildə YUNESKO tərəfindən icra edilib. Qeyd edək ki, Ümumdünya "İnformasiya günü" Beynəlxalq Məlumatlandırma Akademiyasının təklifi ilə BMT-nin İqtisad və Sosial Məsləhət Şurası tərəfindən həyata keçirilir. |
2013-11-26 | 2,491 | Ateist əxlaqlı, dindar əxlaqsız ola bilər | Türkiyənin "CNN Türk" kanalında yayımlanan "Zidd Suallar" proqramında Ənvər Aysevərin suallarına cavab verən "Dəyanət İşləri Vəqfi Qadın Qolları" qurucusu və keçmiş başçısı, jurnalist yazar Aişə Sucu, "Quranda çadranın prezumpsiyası yoxdur",- deyib. Sucu Türkiyənin mübahisəli mövzularından biri olan çadra ilə bağlı fikirlərini açıqlayıb. Dindarlıq məsələsinin geyim əsasında müzakirə olunmasından narahatlıq keçirdiyini bildirən Sucu, çadraya azadlıqlar pəncərəsindən baxılmasının lazım olduğunu vurğulayıb. Suçu çadranın dini ölçüsü haqqında açıqlama verərək, İslamda çadranın fərz olmadığını və "Quranda çadranın prezumpsiyası yoxdur",- deyib. Ateist əxlaqlı, dindar əxlaqsız ola bilər Sucu, verilişin aparıcısının "inanmayan insan əxlaqlı ola bilməz?" sualına dindarlığın insan olmaqla o qədər də əlaqəli olmadığını deyib: "Vacib olan insani dəyərləri həyatına gətirməkdir". Din, ya da dindarlıq məsələsinin dəyərlər üzərindən müzakirə edilməli olduğunu söyləyən Sucu "Ateist əxlaqlı, dindar əxlaqsız ola bilər" deyə bildirib. |
2013-11-26 | 2,493 | Hafiz Məmmədovun “bahalı qol saatı”na “Bakı”dan açıqlama | "Bakı" klubundan Fransanın "Canal+ Sport" kanalının Hafiz Məmmədovla bağlı yayımladığı reportaja münasibət gəldi. Fransanın "Canal+ Sport" kanalı "Bakı" klubunun prezidenti və "Lans" klubunun himayədarı Hafiz Məmmədovla bağlı 25 dəqiqəlik reportaj hazırlayıb. Reportajda Məmmədovun Azərbaycanda 5 sözükeçən adamdan biri və 40-a yaxın şirkət sahibi olduğu deyilir. Reportajda xüsusi olaraq Hafiz Məmmədovun fransalı jurnalistlərə ümumi dəyəri 16 min dollar olan 2 qol saatını israrla hədiyyə etməsi xüsusi vurğulanıb. Bildirilir ki, hədiyyəni məcburi şəkildə qəbul edən jurnalistlər onları sonradan beynəlxalq söz azadlığını müdafiə təşkilatı olan "Sərhədsiz reportyorlar"a təhvil veriblər. "Sərhədsiz reportyorlar" da bu saatları sataraq, pulunu dünyada mətbuat azadlığına dəstək üçün xərcləyəcək. Hafiz Məmmədovun prezidenti olduğu "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov "Axar.az"a açıqlamasında fransalı jurnalistlərin iddia etdiyi bahalı qol saatı məsələsinə aydınlıq gətirdi: "Hafiz Məmmədov Azərbaycan futbolunun inkişafı üçün əlindən gələni edir. Qaldı, fransalı jurnalistlərin iddiasını qəbul etmirəm. Ola bilər, orda hər hansı bir hədiyyədən söhbət getsin, amma bu jurnalisti ələ almaq üçün bir vasitə deyil. Siz jurnalistlər də bir qədər diqqətli olmalısız. Bu insan futbolumuzun inkişafı üçün gecə-gündüz çalışır. Bu yaxınlarda "Atletiko"nun düşərgəsinə beş azərbaycanlı futbolçu göndərildi. Həmin uşaqlar aztəminatlı ailələrdən çıxıblar. Yəni onu demək istəyirəm ki, Hafiz müəllim səmimi iş görür və bu işləri danmaq olmaz". |
2013-11-26 | 2,494 | Firuz Səxavət nədən Məmməd Əmindən imtina edir - Şok! | Artıq bir neçə gündür ki, unudulmaz sənətkar Səxavət Məmmədovun qardaşı Firuz Səxavət "Axar.az"a zəng edərək, "Gör Azərbaycanı kimlərin əlində qoyub gedirik" başlığı ilə gedən müsahibəsindəki fotosilsilədən "divarda Məmməd Əmin Rəsulzadənin şəkli görünən" fotolarını çıxarmağımızı xahiş edir. Firuz Səxavət bunu "başının ağrıması", "tənqidlərə tuş gəlməsi" ilə əlaqələndirir və "karyerasına zərbə" kimi qiymətləndirir. Bu xahişə əvvəlcə etinasız yanaşsaq da, ardıcıl zəng və xahişlərdən sonra artıq təəccübümüzü saxlaya bilmədik və bunu ictimailəşdirmək qərarına gəldik. Məmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və ideoloqlarından biri kimi ölkəmizin tarixində şərəfli yer tutur. Bir neçə gün öncə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.Ə.Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində və təmtəraqla keçirilməsi haqqında böyük rəğbətlə qarşılanan Sərəncam imzalayıb. M.Ə.Rəsulzadənin divardakı rəsminin altında "şəklinin görünməsi" kimlərə və nə üçün problem yarada, "karyerasının üstündən xətt çəkdirə" bilər? Böyük məmnuniyyətlə, Firuz Səxavətdən Rəsulzadənin kimliyinin dərkini yox, inadla o şəkilləri çıxarmaq istəyinin səbəbini daha aydın və açıq formada bildirməsini xahiş edirik... Qeyd edək ki, fotolar Azərbaycan Milli Konservatoriyasında, Firuz Səxavətin dərs dediyi otaqda çəkilib. |
2013-11-26 | 2,495 | Elmira Süleymanova Pərviz Həşimli ilə görüşdü | "Axar.az" xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Elmira Süleymanova, Milli preventiv qrupun rəhbəri və monitorinq qrupunun üzvü Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlama Yeri (MSY) və İstintaq Təcridxanasına (İT) növbəti baxış keçirib. Baxışın məqsədi orada saxlanılan şəxslərlə görüşmək, saxlanılma şəraiti və vəziyyəti araşdırmaq olub. Ombudsman aparatının mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, orada saxlanılan şəxslərlə təkbətək görüş zamanı saxlanma şəraiti ilə bağlı şikayət daxil olmayıb. Müəssisənin tibbi təminat məsələləri araşdırılan zaman tibbi sanitar otağının müasir tibbi avadanıqla təchiz edildiyi, lazımi dərman preparatları ilə təmin olunduğu, həkimin 24 saat fəaliyyət göstərdiyi müəyyən edilib. Saxlanılan şəxslər qanunvericiliyə uyğun olaraq, gün ərzində 3 dəfə keyfiyyətli qida və 2 saat gəzinti ilə təmin olunduqları da məlum olub Müəssisədə saxlanılan digər təqsirləndirilən şəxslərlə yanaşı, " Bizim Yol" qəzetinin əməkdaşı Pərviz Həşimovla da görüşülüb və onun saxlanılma şəraiti və vəziyyəti ilə tanış olunub. Görüş zamanı P.Həşimov da saxlanma şəraiti və qidalanmadan narazılıq etmədiyi bildirilir. Eyni zamanda o, ittiham olunduğu maddələrlə razılaşmadığını, barəsində olan istintaqın sürətləndirilməsi, ailəsi ilə görüş və telefon danışıqları verilməsi, istədiyi qəzetlərlə təmin olunması və Bakı istintaq təcridxanasına köçürülməsi ilə bağlı Müvəkkilə müraiət edib Onun sənədləri ilə tanışlıq zamanı Səbail rayon məhkəməsinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında qərarında icranın MTN-nin MSY və İT-yə həvalə olunduğunun qeyd edildiyi müəyyən edilib. Həmçinin, MSY və İT-nin həkimi ilə söhbət zamanı P.Həşimovun müayinə olunaraq onun arzusu ilə elektrokardioqramının çıxarıldığı və narahatlığa səbəb olmadığı bildirilib. Eyni zamanda onun saxlandığı müddətdə vəkilləri ilə 20 dəfədən artıq təkbətək görüşlər keçirdiyi müəyyən edilib. Bundan başqa, P.Həşimovun təcridxanada ümumiyyətlə hər hansı aclıq aksiyası keçirmədiyi, onun gündəlik yeməyi qəbul etdiyi məlum olunub. Müvəkkil görüşdən sonra başçəkmənin nəticələrini və P.Həşimovun qaldırdığı məsələləri Milli Təhlükəsizlik naziri, İstintaq Baş İdarəsinin rəisi və MSY və İT-nin rəisi ilə ayrı-ayrılıqda müzakirə edib və bəzi məsələlərin müsbət həlli razılaşdırılıb. |
2013-11-26 | 2,496 | İlham Əliyev Fransanın xarici ticarət nazirini qəbul etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Fransanın xarici ticarət naziri, ikitərəfli iqtisadi əməkdaşlıq komissiyasının həmsədri xanım Nikol Brikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az"ın xəbərinə görə, Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı əməkdaşlığın nəticələrinin yüksək səviyyədə olduğunu dedi. Prezident İlham Əliyev Fransa şirkətlərinin ölkəmizdəki fəaliyyətinin genişlənməsinin önəmini qeyd etdi. İkitərəfli iqtisadi əməkdaşlıq komissiyasının iclasına toxunan dövlətimizin başçısı iclasda müzakirə olunacaq məsələlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. Fransanın yeni hökumətinin ilk naziri kimi Azərbaycana səfər etdiyini vurğulayan xanım Nikol Brik strateji baxımdan xüsusi əhəmiyyətə malik olan Azərbaycanda Fransa şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsində ölkəsinin maraqlı olduğunu dedi. Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı, yeni sahələrin müəyyənləşdirilməsinin əhəmiyyəti qeyd olundu, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. |
2013-11-26 | 2,497 | Serj Sərkisyan Avropadan imtina etdi | Serj Sərkisyan Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində iştirak etməyəcək. "Axar.az" məlumat verir ki, bu informasiya "Joxovurd" qəzetində yer alıb. Qəzet Avropa İttifaqının Ermənistanın təqdim edəcəyi sənədlərin heç birinə İrəvanın imza atmaq niyyətində olmadığını yazıb. Vilnüsə gedəcək heyətə gəlincə isə "Joxovurd" S.Sərkisyanın yerinə ölkənin xarici işlər naziri Edvard Nalbandyanın bu cavabdehliyi öz üzərinə götürəcəyini yazıb. "Aykakan Jamanax" Xarici İşlər Nazirliyinə istinad edərək, ümumiyyətlə, bəzi Avropa dövlətlərinin də Ermənistanı öz tərkibinə qəbul etməmək niyyətinin olduğunu bildirib. Qəzet həmçinin Rusiyanın təzyiqinin son günlər daha da güclənməsi nəticəsində Vilnüsdə Aİ-ilə bağlı məsələyə tamamilə son qoyulacağının hökumətin planında olduğunu yazıb. Xatırladaq ki, Ermənistanın Gömrük İttifaqına daxil olmaqla bağlı sənədləri parlamentə ratifikasiya olunmaq üçün göndərilib və yanvarda təsdiq ediləcəyi gözlənilir. |
2013-11-26 | 2,498 | Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçirilir | Noyabrın 26-da Tehranda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının XXI iclası keçirilir. "Axar.az"ın xəbərinə görə, İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilən iclasa təşkilata üzv dövlətlərin xarici işlər nazirləri, İƏT-in ixtisaslaşmış agentliklərinin rəhbərləri, səfirlər və digər yüksək vəzifəli şəxslər qatılıblar. İclasda Nazirlər Şurasının hesabatının və kommunikesinin qəbulu gözlənilir. |
2013-11-26 | 2,499 | Sumqayıtda yanğın törədən şəxs həbs olundu | Sumqayıtda, Mehdi Hüseynzadə küçəsində məcburi köçkünlərin yaşadıqları yataqxananın binasında baş vermiş yanğını söndürən şəxs həbs olunub. AzərTAc xəbər verir ki, yanğını törətməkdə şübhəli bilinən 33 yaşlı kişi saxlanılıb, Sumqayıt Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır. (Noyabrın 25-də saat 16.37-də Sumqayıtdakı İnternat məktəbində baş verən yanğın haqqında ətraflı məlumat BURADA) |
2013-11-26 | 2,500 | “Avromeydançılar” Nazirlər Kabinetinə doğru yürüş ediblər | 200 nəfər "Avromeydan" iştirakçısı Avropa meydanında yerləşən çadır şəhərciyindən Nazirlər Kabinetinə doğru yürüş ediblər. Məlumata görə, meydanın özündə də 200 nəfər insan var. Şəhər sakinləri zibil yığır. Onları mütəmadi olaraq dağılışmamağa çağırırlar. İştirakçılardan biri bildirib ki, Nazirlər Kabinetinin iclası sabaha planlaşdırılıb, ona görə "təşkilatı resurslar" qənaətlə cəlb edilib. |
2013-11-26 | 2,501 | Erebunidə ruslarla bərabər ermənilər də xidmət edəcək | Rusiya İrəvanda yerləşən "Erebuni" hava limanında "Mi-8" və "Mİ-24" vertolyotlarını yerləşdirəcək. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistandakı rus aviabazasının komandiri Aleksandr Petrov çıxış edib. O, artıq hökumətlə bütün məsələlərdə ən yüksək səviyyələrdə razılığa gəlindiyini də bildirib. Petrov həmçinin bir neçə gün müddətində vertolyotların "Erebuni" hava limanında olacağını da söyləyib. Aviabazanın komandiri yaxın müddətdə artıq burada rus vətəndaşları ilə yanaşı ermənilərin də xidmət edə biləcəyini deyib. Qeyd edək ki, vertolyot eskadrilliyasına qədər Ermənistanda "MİQ-29" təyyarələrindən ibarət aviabaza fəaliyyət göstərib. |
2013-11-26 | 2,502 | “Real Madrid” dünyanın ən bahalı idman klubu seçilib | Nüfuzlu "Forbes" jurnalına görə, Madrid "Real"ı dünyanın ən bahalı idman komandası adına layiq görülüb. Kral klubunun dəyəri 450 milyon dollar məbləğində qiymətləndirilib. Amerika beysbol klubu "Nyu York Yankiz" 443 milyon dollarla ikinci yerdə qərarlaşıb. Siyahıdakı üçlüyü ingilis futbol klubu "Mançester Yunayted" 433 milyon dollarla tamamlayır. Qeyd edək ki, jurnal ekspertləri markanın dəyərinin hesablanması zamanı liqanın gəlirini hesablamayıblar. Beləliklə,"Forbes" jurnalına görə, dünyanın ən bahalı 10 futbol klubu bunlardır: 1. "Real Madrid" (İspaniya, futbol) - 450 (milyon dollar) 2. "Nyu York Yankiz" (ABŞ, beysbol) - 443 3. "Mançester Yunayted" (İngiltərə, futbol) - 433 4. "Barselona" (İspaniya, futbol) - 361 5. "Dallas Kovboyz" (ABŞ, amerikan futbolu) - 273 6. "Boston Red Soks" (beysbol) - 237 7. "Los-Anceles Dodjers" (ABŞ, beysbol) - 225 8. "Nyu İnglend Petriots" (ABŞ, amerikan futbolu) - 223 9. "Bavariya" (Almaniya, futbol) - 203 10. "Arsenal" (İngiltərə, futbol) - 162 |
2013-11-26 | 2,503 | Neft hasilatı beş faiz azalıb | Norveçdə oktyabr ayının orta hesabla günlük neft hasilatı sutkada 1,402 milyon barel təşkil edib. 2012-ci ildə 1,472 milyon barel təşkil edən günlük neft hasilatı keçən ilə nisbətən 5% azalıb. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, keçən ay bir neçə yataqda neft hasilatının həcmi azalsa da, Norveçin neft direktoratının verdiyi proqnozlara uyğundur. 2013-cü ilin yanvarında bir sıra yataqda yaranan texniki problemlərə görə düşən neft hasilatı aprel ayından yenidən çoxalıb. Lakin iyunda illik minimumu yeniləyərək yenidən düşüb. |
2013-11-26 | 2,504 | “Tağı Əhmədov özünü apara bilmir” - Video | "Tağı Əhmədov özünü elə aparır ki, sanki metropoliten onun şəxsi mülküdür". "Axar.az"ın xəbərinə görə, bunu "AzVision.az"a açıqlamasında ANS Şirkətlər qrupu prezidentinin müşaviri Mais Məmmədov telekanalın Bakı Metropoliteninin rəisi Tağı Əhmədovu "mətbuatın düşməni" elan etməsinə münasibət bildirərkən deyib. M.Məmmədov hesab edir ki, metropoliten rəisinin jurnalistlər qarşısında özünü apara bilmir. "Materialda olan hər bir fakt dəqiqdir. Bizim müxbirimizi itələyib, o birinə kobud cavab verib. Süjetlərin birində deyir ki, maqazin mənimdir, nə istəyirəm onu da satıram. Bu nə deməkdir? Bu hərəkət ona yaraşmır. Böyük bir kollektivin rəhbəridir. Belə danışarlar heç? Sizinlə bu cür danışsalar, xoşunuza gələr?ANS-in jurnalistləri olmasın, digər jurnalistlərlə rəftarını görmüsünüz. Buna şərh lazım deyil". Qeyd edək ki, ANS telekanalının dünənki "Xəbərçi" buraxılışında Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla bağlı süjet efirə verilib. Süjetdə qurum sədri "mətbuatın düşməni adlandırılıb. |
2013-11-26 | 2,505 | Ziyad Səmədzadə Zahid Qaralova sərt cavab verdi | null |
2013-11-26 | 2,506 | Dərbənd azərbaycanlıları etiraz edir | Dağıstan 4 ərazi dairəsinə bölünəcək. Bu barədə Rusiyanın "İTAR-TASS" agentliyi məlumat yayıb. Dağıstan prezidenti Ramazan Abulatipovun dediyinə görə, bu addıma səbəb respublikanın idarə edilməsinin təminidir: "Rayon və şəhərlərdə vəziyyətlə bağlı informasiya keyfiyyətli və vaxtında respublika rəhbərliyinə çatmır. Bu sahədəki çatışmazlığı aradan qaldırmaq üçün, gec də olsa, qərar qəbul etdik". Məlumata görə, Dağıstan Şimal, Cənub, Şərq və Qərb regionlarına ayrılacaq, hər regionun da inzibati mərkəzi olacaq. Həmin regionlara isə Dağıstan prezidentinin səlahiyyətli nümayəndələri rəhbərlik edəcək. "Səlahiyyətli nümayəndə ya baş nazirin müavini, ya da nazir səlahiyyətində olacaq. Onlar daha təcrübəli və nüfuzlu insanların arasından seçiləcək. Bu işdə təsadüfi adamlar olmayacaq". Dağıstanın Cənub regionunun adminstrativ mərkəzi isə Dərbənd seçilib. Amma Dağıstan prezidentinin bu inzibati islahatı deyəsən bu qədim Azərbaycan şəhərində ciddi münaqişə yaradacaq. Söhbət ondan gedir ki, Abdulatipov Cənub regionuna avar millətindən olan yaxın qohumu Səid Kazimaqomedovu təyin etmək istəyir. Bu təyinat isə Dərbənddə yaşayan soydaşlarımız üçün qəbuledilməzdir. Dərbənddəki mənbələrdən aldığımız məlumata görə, onlar bir qədər əvvələdək Dağıstanını Azərbaycandakı nümayəndəliyinə rəhbərlik etmiş Məhəmməd Qurbanovun həmin vəzifəyə gətirilməsini istəyirlər. Məhəmməd Qurbanov Abdulatipov prezident təyin olunandan sonra Bakıdan geri çağrılmışdı və o, hazırda işsizdir. Kazimaqomedovun təyinatı barədə xəbərlər indidən şəhərdə gərginlik yaradıb. Artıq Rusiya prezidenti Vladimir Putinə müraciət də hazırlanır. Həmin müraciətdə təkcə səlahiyyətli numayəndə məsələsinə toxunulmur. Söhbət ondan gedir ki, indiki Dərbənd meri, miliyətcə ləzgi olan İmam Yaraliyev də bu vəzifəyə təyin olunandan sonra azərbaycanlılara qarşı təzyiq yolu seçib. Dərbənd şəhərinə ləzgi millətindən olanların kütləvi şəkildə köçürülməsi ilə şəhərin demoqrafik vəziyyəti dəyişdirilir. |
2013-11-26 | 2,507 | Avtomobili çaya aşırdı: Ölən var | "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 25-də saat 18.30-da Hacıqabul rayonu Rəncbərlər kəndinin ərazisində Nəvahi kənd sakini Şəkixan Zeynalov "TOFAŞ" markalı avtomobili idarə edərkən onu Pirsaat çayına aşırıb. Ş.Zeynalovun sərnişini, həmkəndlisi olan Şahnaz Məlikova hadisə yerində ölüb, özü və digər sərnişin Rəfiqə Bəbirova isə xəstəxanaya yerləşdirilib. |
2013-11-26 | 2,508 | Elmar Məmmədyarov İranda Qarabağı müzakirə etdi | Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan hərtərəfli regional əməkdaşlıqdan tam şəkildə fayda götürə bilməyəcəyik. "Axar.az" məlumat verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının yığıncağında deyib. Nazir həmçinin İƏT Tədqiqat Mərkəzinin yaradılması, elm və tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, regional inkişafa əsaslanan biliklərin təşviqi istiqamətində təkliflərini verib: "Biz inanırıq ki, İƏT Tədqiqat Mərkəzinin yaradılması və İƏT Tədqiqat Mərkəzinin Nizamnaməsinin erkən qəbul edilməsi bu məqsədlərə nail olmaq üçün katalizator rolunu oynaya bilər". |
2013-11-27 | 2,509 | Çelsi və Barselona məğlub oldu - (Yeniləndi) | Bu gün Çempionlar Liqasında V turun oyunları keçirilir. İlk oyun günündə E, F, G və H qruplarında qarşılaşmalar baş tutacaq. "Axar.az"ın xəbərinə görə, H qrupunda "Barselon"a səfərdə "Ayaks"ın, "Milan" Şotlandiyada "Seltik"in qonağı olacaq. F qrupunda turun mərkəzi görüşü Almaniyada "Borusiya Dortmund"la İtaliya təmsilçisi "Napoli" arasında baş tutacaq. "Baku – 2015" formalı "Atletiko Madrid" Sankt Peterbuqrda "Zenit"in qonağı olacaq. Turun digər qarşılaşmaları sabah baş tutacaq. Qeyd edək ki, "Axar.az" bu gün və sabah keçiriləcək Çempionlar Liqası oyunlarını onlayn olaraq təqdim edəcək. "E" qrupu "Bazel" 1 - 0 "Çelsi" Salah, 87 "Styau B." 0 - 0 "Şalke" "F" qrupu "Arsenal" 2- 0 "Marsel" Qol: Vilşere, 1, 65 "Dortmund" 3- 1 "Napoli" Qol: Reus, 10 (pen), Blazovski, 61,Aubamayenq, 78, İnsiqne, 71 "H" qrupu "Ayaks" 2-1 "Barselona" Qol: Soreroa, 19, Hosen, 42, Xavi 49 (pen) "Seltik" 0- 3 "Milan" Qol: Kaka, 13, Zapata, 49, Balotelli, 60 "G" qrupu "Zenit Peterburq" 1 - 1 "Atletiko Madrid" Qol: Alderveyreld, 74 (avtoqol) - Adrian, 53 "Porto" 1-1 "Austriya Vyana" Martinez, 48, Kyenast, 11 |
2013-11-26 | 2,510 | TQDK “Nəzarətçilərin elektron qeydiyyatı sistemi”ni yaratdı | Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Nəzarətçilərin elektron qeydiyyatı sistemi"ni yaradıb. "Axar.az" TQDK-nın saytına istinadən xəbər verir ki, sistemin yaradılmasında məqsəd komissiya tərəfindən keçirilən test imtahanlarına respublikanın ümumi təhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılmasıdır. Sistemdə zal nəzarətçilərinin qeydiyyatının müvafiq təhsil müəssisəsinin özü tərəfindən internet vasitəsi ilə aparılması nəzərdə tutulur. Bu sistem vasitəsi ilə ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici məktəb üzrə zal nəzarətçiləri bazasına istifadəçi adı və şifri ilə daxil olaraq mövcud nəzarətçilər bazasında nəzarətçi-müəllimin şəxsi və digər zəruri məlumatlarını dəqiqləşdirir və yeni nəzarətçilərin qeydiyyatını aparır. İnternet proqramının öyrənilməsi üçün "Elektron qeydiyyat sistemindən istifadə qaydaları" mövzusunda treninqlər keçirilir. |
2013-11-26 | 2,511 | Polis deyir, get kişi işi ilə məşğul ol, teatr nədir? - ODA | Əməkdar artistin teatrını bağladılar Noyabrın 23-də "Oda" teatrının fəaliyyət göstərdiyi zirzəmi polis işçiləri tərəfindən bağlanmışdı. Elə həmin gün teatrın təsisçisi, eyni zamanda direktoru Elmin Bədəlov və Azərbaycanın əməkdar artisti İlqar Cahangir Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsinin 14-cü sahə məntəqəsinə aparılıb izahat alındıqdan sonra sərbəst buraxılıblar. Noyabrın 24-ü, bazar günü İlqar Cahangirin ifasında "İtən vaxt" monotamaşası oynanılıb. Səhəri gün, noyabrın 26-sı zirzəminin sahibəsi teatra gələrək, 5 gün ərzində zirzəmini boşaltmaları haqda xəbərdarlıq edib. "Axar.az"a açıqlama verən Elmin Bədəlov bildirib ki, polis onlara dekabrın birinə kimi vaxt verib, daha sonra da zirzəminin sahibəsinə zəng vuraraq onları zirzəmidən çıxarmasını tapşırıb: "Polis deyir, get kişi işi ilə məşğul ol, teatr nədir? Mən oranı icarəyə götürmüşdüm. Müqavilə mənimlə yer sahibinin arasında bağlanmışdı. İndi yerin sahibəsi deyir ki, çıxın, mən problem istəmirəm. Həmin müqavilə uzunmüddətlidir. Qanunla bizi çıxara bilməzlər. Çıxarmaq üçün hər hansı bir əsas gətirməlidirlər. Oraya nə isə ziyan dəysə onda əsasları olar. Hətta əsasları olsa belə, xəbərdarlıq etdikləri gündən düz bir ay sonra çıxarmalıdır. Müqavilədə belə yazılıb. Ancaq buna baxan yoxdur və deyirlər ki, ayın 1-də tərk edin oranı". "Qonşuların şikayət etməsi söhbəti yalandır. Çünki yer sahibi və qonşular özləri deyirlər ki, heç bir şikayət olmayıb. Sadəcə olaraq, ölkədə nə qədər xalq teatrı var idisə, hamısının binasını söküb, bağladılar. Bizi də elə etmək istəyirlər. Çünki biz fərqli tamaşalar hazırlayırıq, digər teatrların cəsarət edib qoya bilmədiyi əsərləri biz səhnələşdiririk. Həmçinin müstəqil fikirli gənclər yığılıb bizim tamaşamıza gəlirlər. Bundan narahatdırlar. Amma bütün bunlara baxmayaraq, biz son fürsətdən yararlanacağıq. Və tamaşaçılarımızın istəyini nəzərə alıb şənbə günü tamaşa nümayiş etdirəcəyik. Əslində biz hər şənbə bir dəfə tamaşa nümayiş etdirirdik. Amma bütün baş verənləri bizə qarşı haqsızlıq hesab edib, qarşılığında gün ərzində bir dəfə yox, 3 dəfə tamaşa göstərəcəyik. Səhər, günorta və axşam. Bunun üçün arada fasilə lazım olacaq ki, növbəti tamaşaya hazırlaşaq. Mümkün olsaydı, dayanmadan səhərdən axşamadək tamaşa göstərərdik". Qeyd edək ki, "Oda" teatrı bu il iyulun 15-də "Evlənmə" tamaşası ilə fəaliyyətə başlayıb. Teatrın daimi yeri olmayıb, bu səbəbdən tamaşalar hər dəfə ayrı-ayrı ünvanlarda keçirilib. İki ay əvvəl teatr "ISR Plaza" otelinin arxasındakı yaşayış binalarının birinin zirzəmisinə köçmüşdü. |
2013-11-26 | 2,512 | Yaşar Nurinin ölümündən bir il ötdü | Bu gün uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat edən xalq artisti Yaşar Nurinin ölümündən bir il ötür. Ölməz aktyorun il dönümü qeyd ediləcək. Qeyd edək ki, Yaşar Nuri 2012-ci il noyabrın 22-də vəfat edib. 2-ci fəxri xiyabanda dəfn olunub. |
2013-11-26 | 2,513 | “Cənab hakim, siz rüşvətin verilməsi mexanizmini bilirsiniz” | Sabiq millət vəkili Gülər Əhmədovanın növbəti məhkəmə prosesi başlayıb. Ağır Cinayətlər Məhkəməsində bu gün səhər saat 10.30-da başlayan proses hazırda da davam edir. "Axar.az"ın əməkdaşının verdiyi xəbərə görə, keçmiş deputatın vəkili Əfsər Talıbovla məhkəmənin hakimi arasında "rüşvət" dialoqu keçib. Gülər Əhmədovanın hüquqlarını müdafiə edən vəkil çıxış edən zaman belə bir ifadə işlədib: "Burda həddindən artıq qondarma və şişirdilmiş ittihamlar var. Cənab hakim, siz də, biz də yaxşı bilirik ki, rüşvətin verilməsi mexanizmi necə olur". Əfsər Talıbov bu sözləri deyən zaman hakim ona etirazını bildirib: "Sizi bilmirəm, mən rüşvətin verilməsi mexanizmini bilmirəm". Bundan sonra Gülər Əhmədovanın vəkili çıxışına davam edərək Sevinc Babayeva ilə bağlı bir neçə fikir bildirib. O deyib ki, prokurorluq işçilərinin Sevinc Babayevanın ölənə qədər dindirilməməsi şübhəlidir: " Nəyə görə Sevinc Babayevanın ölümünə qədər onun ifadəsi alınmayıb? Öləndən sonra onun adının hallanmasının nə əhəmiyyəti var"? |
2013-11-26 | 2,514 | Asılmış bankirlə bağlı açıqlama - Rəsmi | Baş Prokurorluq "Bank of Baku"nun Əməliyyat Mərkəzinin şöbə müdiri Rauf Abdullayevin müəmmalı ölümü ilə bağlı "Yeni Müsavat"ın sorğusunu cavablandırıb. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov R.Abdullayevin ölümündən sonra Nərimanov Rayon Prokurorluğunda cinayət işinin başlandığını deyib: "Qeyd edilən faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma - maddəsi ilə cinayət işi başlanıb. Ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tibb ekspertizası təyin olunub və digər prosesual hərəkətlər yerinə yetirilib. Hazırda iş üzrə istintaq davam etdirilir". Xatırladaq ki, noyabrın 20-də səhər tezdən Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 63/65 ünvanda yerləşən "Bank of Baku"nun Əməliyyat Mərkəzinin yerləşdiyi binanın arxasında qaz borusundan asılmış kişi meyiti aşkarlanıb. Məlum olub ki, asılmış vəziyyətdə meyiti aşkarlanan şəxs uzun illər bankın "Problemli kreditlər şöbəsi"nin müdiri vəzifəsində çalışan 1956-cı il təvəllüdlü Rauf Abdullayevdir. Onun həyat yoldaşı yoxdur. 1 qızı var və o, ailə həyatı quraraq ayrı mənzildə yaşayır. Mərhum hər gün işdən qayıdandan sonra qızı ilə danışarmış. Noyabrın 19-da isə belə olmayıb. Buna görə də R.Abdullayevin kürəkəni bütün tanışlarından onu xəbər alıb. Lakin kimsə R.Abdullayevin işdən çıxaraq hara getməsi haqda məlumatlı olduğunu deməyib. Bundan sonra onun kürəkəni hüquq mühafizə orqanlarına üz tutub və R.Abdullayevin meyiti aşkar edilib. Oxşar olay ötən il də baş vermişdi. Azərbaycan Sənaye Bankının şöbə müdiri, 33 yaşlı Seymur Səmədov itkin düşmüşdü. Sonradan onun meyiti Xəzər dənizində aşkarlandı. Bu günə qədər S.Səmədovun müəmmalı ölümünün səbəbi ictimaiyyətdən gizli saxlanılır. |
2013-11-26 | 2,516 | Erməni prezidentinin ayağını tapdayan "Şah" | Şahmat üzrə Avropa çempionu "Axar.az"a danışır Bugünkü müsahibimiz müsəlman dünyasının hazırkı bir nömrəli şahmatçısı, şahmat aləmində "Şah" ləqəbi ilə tanınan Şəhriyar Məmmədyarovdur. Müsahibimizi əvvəlcə Varşavada baş tutan Avropa Çempionatındakı qələbə münasibətilə bir daha təbrik etdik. Daha sonra səmimi ortamda söhbətimizə başladıq: - Necəsiniz? - Turnirdən sonra yaxşıyam, yorğunluğu çıxmaq şərtilə. Teymur Rəcəbovla mən, əslində, dünya çempionatına getməliydik, amma yorğun olduğumuza görə istirahət etmək qərarına gəldik. - Yarış öncəsi komandada əhval-ruhiyyə necə idi? - Bilirsiz, Azərbaycan milli komandası Avropa çempionatlarında, demək olar ki, çox uğurlu çıxış edir. 2007-ci ildən başlayaraq Avropanın üçüncüsü, 2009-cu ildə Avropa çempionu, 2011-ci ildə isə ikinci yerə çıxmışdıq. Avropa çempionatı iki ildən bir olduğu üçün çox güclü çempionat sayılır. Onu da əlavə edim ki, Azərbaycan şahmatında son ildə ağır itki baş verib. Belə ki, Azərbaycan şahmatının çox güclü şahmatçılarından biri, dünyanın 10 şahmatçısı siyahısına daxil ola bilmiş Vüqar Həşimov son zamanlar sağlamlığı üzündən çox təəssüflər olsun ki, milli komandaya kömək edə bilmir. Bu itki də özünü komandada büruzə verir. Onu deyə bilərəm ki, turnirdən qabaq biz 6 nömrə kimi başlamışdıq. Bizdən qabaq Rusiya, Ermənistan, Ukrayna, İngiltərə, Fransa kimi çox güclü komandalar var idi. Biz hətta planlaşdırmışdıq ki, turnirdə üçüncü yerə çıxsaq, super olar. Amma bu il bəlkə də hamısından rahat oldu. Birinci turdan başlayaraq sona qədər qələbəni əldən vermədik. Biz heç vaxt onlara məğlub olmamışıq - Varşavada baş tutan Avropa çempionatının 9-cu turunda Ermənistan millisi ilə qarşılaşmısınız. Bu oyunu necə xarakterizə edərdiniz? - Ermənistanda həqiqətən ən güclü idman növü şahmatdır. Tarixən və indi də yetərincə güclü şahmatçıları var. Ermənistan millisinin ona görə bəxti gətirib ki, Ermənistan Şahmat Federasiyasının prezidenti Ermənistanın dövlət başçısıdır. Hər dəfə də yarışlara şəxsən özü gəlir. Biz oynayanda da gəlir başımızın üstündə durur, gedişlərə maraqla baxır. Bir dəfə hətta belə bir hadisə olmuşdu. Mən Olimpiada vaxtı tələsirdim və gedəndə bilmədən onun ayağını tapdaladım. O da "Şəhriyar, narahat olma, Şəhriyar, narahat olma",- dedi. Yəni ki, hamımızı tanıyır. Onlar üçün hər bir turnir böyük sınaqdır. Ermənistanla oynayanda qəribə situasiya yaranmışdı. Bizim 13, onların isə 12 xalı var idi və Ermənistan bizə qalib gəlsəydi, avtomatik çempion olurdu. Lakin bizə qalib gələ bilməsəydi, medal götürmürdü. Bizim isə əsas məqsədimiz Ermənistana uduzmamaq idi. Çünki heç-heçə də bizə sərf edirdi. Turnirdən qabaq Ermənistan milli komandası ikinci idi və onların bir nömrəli oyunçusu dünyanın iki nömrəli şahmatçısı idi. Ümumilikdə Ermənistan millisiylə 6 dəfə qarşılaşmışıq. Onun da üçü heç-heçə olub, üçündə isə biz qalib gəlmişik. Biz heç vaxt onlara məğlub olmamışıq. Oyuna çox rahat başladıq və başlayan kimi də üstünlüyü ələ aldıq. Onlarla heç-heçə elədik və Ermənistan millisi 4-cü yerə çıxdı. - İndiyəcən qazandığınız uğurların ən yadda qalanı hansı olub? - Bilirsiz, şahmatda titullar belə başlayır. Yeniyetmələrin Avropa, dünya çempionatı. Mən hər ikisinin qalibi olmuşam. Sonra Gənclərin dünya çempionatı. Gənclərin dünya çempionatı tarix boyu 48 dəfə keçirilib. Gənclər arasında bu titulu 2 dəfə qazanmışam. Bununla da dünya rekorduna imza atmışam. Sonra klublar arasında Avropa çempionu olmuşam. Dünya çempionatının ən yaxşı oyunçusu olmuşam. Şahmat olimpiadasının iki dəfə qızıl medalçısıyam. Blits üzrə Dünya çempionatında 3-cü yerə çıxmışam, rapid üzrə dünya çempionu olmuşam. Lakin klassik şahmat üzrə dünya çempionatında medalım yoxdur. İnşallah mart ayında baş tutacaq. - Belə çıxır ki, gələn il üçün hədəfiniz məhz klassik şahmat üzrə dünya çempionatında medal qazanmaqdır? - Sözsüz, mənim ən vacib yarışmam mart ayında olacaq. Dünya çempionatına getməməyimin də bir səbəbi budur. Bu turnirdə ciddi hazırlaşmağıma görə azad edilmişəm. - Şahmatçı ailəsində anadan olmusunuz. Bacılarınız da Türkan və Zeynəb məşhur şahmatçıdırlar. Hətta toyunuzda tort da şahmat formasında olub. Bəs şahmatdan bezdiyiniz an olubmu? - Bilirsiz, bezmək əlbəttə ki, mümkündür. O qədər gözəl nemətlər var ki, adam yeyir, doyur. İnsanların çoxu sevmədiyi işlə məşğul olur. Amma Allahıma şükür edirəm ki, sevdiyim işlə məşğulam. Ona görə gərək belə bir hədiyyəni qiymətləndirəsən. Bu işlə məşğul olmağı məni heç kim məcbur eləmir. Sadəcə, özümü yormuram. Bezəndə ara verirəm, 1-2 ay oynamıram. Dərsdən qaçmağı planlaşdırırdım - Əldə etdiyiniz uğurların qazanılmasında kimin əməyi var? - Bir çoxumuzda olduğu kimi, mənim də uğurlarımın qazanılmasında valideynlərimin rolu əvəzedilməzdir. Cəmi 8 yaşım olanda atam məni şahmata qoyub, o vaxtdan da mən bu idman növünü sevməyə başladım. Atam mənə şahmatı sevdirdi. Onların məni hansı çətinliklərə yarışlara göndərmələrinin şahidi olmuşam. Ona görə onların əməyini dana bilmərəm. - Deyirsiniz ki, 8 yaşından şahmata gedirsiniz. Bəs şahmatla paralel olaraq dərsləri necə çatdırırdınız? Ümumiyyətlə, məktəbdə necə oxumusunuz? - Çox dəcəl, eyni zamanda ağıllı uşaq olmuşam. Artıq 7 yaşım olanda 3 rəqəmlini çox rahat şəkildə bir-birinə vurmağı bacarırdım. 2 rəqəmlini bir-birinə vurmaq isə, sadəcə, gülünc idi. Mənim bu istedadıma görə qonşular hesab-kitab məsələlərini etmək üçün mağazaya aparırdılar. Bunun da qarşılığında onlar mənə konfet alırdılar, mən də sevinirdim (gülür). Birinci sinifdən hamı mənim oxumağıma həsəd aparırdı. 2-3-cü sinifdən dərsdən fəal şəkildə qaçmağı planlaşdırırdım. Get-gedə dərsdən qaçmaq xoşuma gəlməyə başlayırdı. Qaçanda çox vaxt "Seqa", "dendi" kimi oyunlar oynayırdım, bəzi "xuliqanlıqlar" edirdim. Şahmata başlayandan sonra dərslərə daha az vaxt ayırmağa başladım. Onu da deyim ki, məktəb direktorları da şagirdlərinə şərait yaratmalıdır. O cəhətdən mənim bəxtim gətirib. Təhsil Nazirliyindən də, məktəbdən də yarışlara getməyimə şərait yaradırdılar. Adam nə qədər eyni işlə məşğul olar? - Şahmatdan başqa nə ilə maraqlanırsınız? - Hər şeylə. Mən özümü sırf şahmatçı saymıram. Sırf şahmatçı saysam, elə bilərəm ki, 1-2 ilə dəli olaram. Adam nə qədər eyni işlə məşğul olar? Çalışıram nə maraqlı xəbər varsa, onu öyrənim. Məndə universallıq var. Elə bir iş yoxdur ki, ondan başım çıxmasın. Onu da əlavə edim ki, ümumiyyətlə, Azərbaycan gənclərində mövzu eyniliyi var. Fikir verirəm ki, onlar ancaq eyni söhbətlər eləyir. Bu, heç də xoş hal deyil. Əksəriyyəti eyni həyatı yaşayırlar. - Sizcə, bu, nədən qaynaqlanır? - Gənclər arasında sağlam rəqabətin olmamasından. Onlar bir-birindən ancaq mənfi xüsusiyyətləri götürürlər. Mənim Avropada çoxlu dostlarım var. Onlarla tamamilə fərqli mövzuda söhbətlər eləyirik. Həyatda dəyişiklik olmalıdır. Həyat elədir ki, gedən bir dəqiqə geri qayıtmır. Ona görə də risk eləyib fərqlənmək lazımdır. Bilirsiz, gənclik insana ona görə verilib ki, öz qocalığını təmin eləsin. Əgər gəncsənsə, güclüsən. Avropa insanları gəncliyində işləyirlər, qocalığında istirahət edirlər. Bizdə insanlar istirahətlə əyləncəni səhv salırlar. Ona görə mənim gənclərlə ünsiyyətim alınmır. Hirsimdən o qədər ağlamışdım ki... - Teymur Rəcəbovla münasibətləriniz necədir? - Bilirsiniz, lövhədə oynayanda rəqibik. Bu da normaldır. Çünki bu idmandır, burada mütləq biri udur, biri də uduzur. Komanda tərkibində biz dostuq. Lakin ayın 10-da yarışda Teymurla oynayacağam. Onda biz artıq rəqib olmağa məcburuq. Təbii ki, mən də udmaq istəyirəm, o da. Mən deyim ki, oyunu sənə hədiyyə edirəm?! Bu olmur axı... Hətta elə olub ki yarışda bacımla düşmüşəm və bir dəfə uduzmuşam. Ona görə hirsimdən o qədər ağlamışdım ki... Nəticədə, heç birimiz pul udmadıq. İntellektual insanlar rəqabəti normal qarşılayır. - Gənc şahmatçılardan kimi perspektivli hesab edirsiniz? - Azərbaycan şahmatı 2000-ci ildən çox böyük inkişafdadır. Şahmatçıların axın dövrü isə 2000-ci ildən 2008-ci ilə təsadüf edir. 2002-ci ildə Milli komandanın şərəfini qoruyan şahmatçılar indi də qoruyur. Bu, mənfi cəhətdir. Komandanın tərkibi dəyişməlidir. Biz də hiss eləməliyik ki, bizdən daha yaxşıları gəlir. Təəssüflə deyə bilərəm ki, elə oyunçu yoxdur. İdmançılar dəli olurlar - Azərbaycan Milli komandası bir neçə dəfə Avropa çempionu olub. Lakin hələ Dünya çempionu ola bilməmişik. Bizə mane olan nədir? - Dünya çempionatı təcrübəsi bizdə çox azdır. Tarix boyu cəmi iki dəfə oynamışıq və oynadığımız o anlarda xoş olmayan anlar yaşanıb. Komanda daxilində bəzi problemlər olub. Heyflər olsun ki, bu il də böyük uğur gözlənilmir. Çünki Teymurla mən iştirak edə bilməyəcəyik. İnandırım sizi ki, Avropa çempionu olduğumuza görə indi başqa ölkələr bizi məhv eləmək istəyir, bizimlə yarışmaq istəyir. Biz də istəmirik onlara bu şansı asanlıqla verək. Şahmat oyunu digər idman növlərindən fərqli olaraq başla oynanılır. Məsələn, boks da gözəl idman növüdür. Boksda zərbə vurandan sonra gözün qaralır və 10-15 gündən sonra sağalır. Amma başa vurulan zərbə ömür boyu getmir. Olur ki, yatıram, 2002-ci ildə uduzduğum oyun yadıma düşür. Ona görədir də, idmançılar karyerasını düzgün qurmayanda dəli olurlar. |
2013-11-26 | 2,517 | Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşdü - FOTO | Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. "Axar.az"ın XİN mətbuat xidmətinə istinadən xəbərə görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib, regional proseslərə dair fikir mübadiləsi aparılıb. |
2013-11-26 | 2,518 | Qadını şikəst edən cərrah məhkəməyə verilir - Həkim terroru | Bakıda həkim səhlənkarlığı və qeyri-peşəkarlığının qurbanı olan L.Mahmudova əməliyyat zamanı yanlışlığa yol verən həkimi məhkəməyə verir. Bu barədə AzNews.az-a məlumat verən L.Mahmudovanın sözlərinə görə, yanlış əməliyyatdan keçən 11 ay ərzində 3 min manatlıq uşaq bezindən istifadə etməli olub: "Ötən il oktyabrın 20-də Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində əməliyyat olundum. Ancaq əməliyyat zamanı yanlışlıqla sidik kanalı da kəsildi və o gündən sonra mən uşaq bezi ilə yaşamağa məcburam". Bu hadisədən sonra 48 yaşlı qadının ailə həyatı uğursuzluğa düçar olub, işini itirib: "18 yaşlı oğlum həm özünü, həm də məni dolandıra bilmir. Vəziyyətimlə əlaqədar işimi itirmişəm. Xəstəxanada Gülgəz həkim məni əməliyyat edib. Əməliyyatdan sonra vəziyyətim daha da pisləşdi. Sonra öyrəndim ki, sidik kanalının bir hissəsi kəsilib. Həkim indiyə qədər mənə ehtiyaclarımı ödəmək üçün 900 manat pul verib. Ancaq 11 ayda mən təkcə uşaq bezinə 3 min manat vermişəm. Buna görə də mənə dəyən mənəvi, maddi ziyana görə təzminat tələb edirəm". L.Mahmudova hüquqi yardımla bağlı "Təmiz dünya" İctimai Birliyinə müraciət edib. Qurumdan verilən məlumata görə, artıq məhkəməyə təqdim olunmaq üçün sənədlər hazırlanır. AzNews.az məsələ ilə bağlı xəbərdə adı çəkilən Gülgəz həkimlə əlaqə saxlamağa cəhd etsə də, xəstəxanadan onun işdə olmadığı və heç bir sualı cavablandırmayacağı bildirilib. |
2013-11-26 | 2,519 | Dünən Azərbaycanda 60 cinayət baş verib | Dünən Azərbaycanda gün ərzində Daxili İşlər Nazirliyi tərəfindən 60 cinayət faktı qeydə alınıb. "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 28 nəfər həbs edilib. |
2013-11-26 | 2,520 | Ermənistanda da “rəngli mitinq” başladı - Foto | İrəvanda Serj Sərkisyanın rezidensiyası qarşısında aksiya başlayıb. "Axar.az"ın "epress.am"a istinadən verdiyi məlumata görə, hazırda prezidentin malikənisinin qarşısında 40-50 nəfər adam toplaşıb. Saat 12:00-da başlayan mitinqin 17:00-da bitəcəyi bildirilib. Aksiyanın noyabrın 28-nə qədər davam edəcəyi söylənilib. Mitinqin təşkilatçısı Milli Müqəddarat Partiyasının sədri Payrur Ayrikyan bunun sayəsində prezidenti Vilnüsə getməyə və Avropa İttifaqı ilə müqavilə bağlamağa məcbur etmək istədiklərini bildirib. |
2013-11-26 | 2,521 | Günahkarlar cəzalansın! | Sevimli müəlliməmiz, əziz dostumuz, həmişə bizə analıq qayğısı göstərən, Elnarə xanımın vəfatı xəbərini sentyabrın 20-də almışdıq. O, Bakıdakı "MediSina" klinikasında, əməliyyat zamanı vəfat etmişdi. Hadisənin üstündən nə qədər vaxt keçib. Elnarə xanımın həyat yoldaşı, tanınmış jurnalist Anar Niftəliyev məhkəməyə müraciət edib. Azərbaycanın ən nüfuzlu jurnalistləri günahkarların tapılmasını tələb edən yazılar yazıblar. Hələ ki, araşdırmalarda müsbətə doğru bir dəyişiklik yoxdur. Əvəzində böyük bir utanc var, jurnalistika adına, insanlıq adına bir utanc. Teleaparıcı Elçin Əlibəyli məlum hadisə ilə bağlı hazırlayacağı verilişi özünün fırıldaqçı maraqlarına qurban verib. *** Dünən mediaforum.az saytı xəbər yayıb: "Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızının işi ilə bağlı müstəqil təhqiqat başlayıb. Mərhumun həyat yoldaşı, cinayət işində zərərçəkmiş kimi tanınan jurnalist Anar Niftəliyev müstəqil təhqiqat aparılması üçün vəkil tutub. Zərərçəkmişin hüquqlarını Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov təmsil edəcək. Səməd Vəkilov işlə tanışlığa başlayıb və Nəsimi Rayon Prokurorluğunda açılan cinayət işini aparan müstəntiqlə görüşüb. Hüquqşünas noyabrın 25-də yaydığı açıqlamasında bildirib ki, artıq müdafiə ilə bağlı sənədlər istintaq orqanına təqdim edilib: "İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevlə görüşdüm. Təfərrüata varmaq istəmirəm. Hələ ilk addımdır. Onu deyə bilərəm ki, cinayət işi ilə bağlı müstəqil tədqiqat aparılacaq və bu barədə ictimaiyyətə intensiv məlumat verəcəyik". Zərərçəkmiş Anar Niftəliyev ötən həftə istintaqın hərtərəfli aparılmasına şərait yaradılması üçün baş prokuror Zakir Qaralova məktub ünvanlayıb. Hüquqşünas artıq cinayət işinin istintaqının baş prokurorun xüsusi nəzarətində olduğunu deyib. Anar Niftəliyev iddia edir ki, həyat yoldaşı həkim səhlənkarlığı və məsuliyyətsizliyindən dünyasını dəyişib. Məhkəmə-tibb ekspertizasının rəyində ölümə səbəb kimi "nəfəs çatışmazlığı" göstərilib. Hazırda tibbi komissiya həkimlərin məsuliyyətini müəyyənləşdirir". Müəyyənləşsin, həkimlərin, jurnalistlərin, ictimai xadimlərin- hamının günahı müəyyənləşsin! Həkimlər nə qədər günahkardırsa, həmin faciə ilə bağlı verilişi məzhəkəyə çevirənlər onlardan çox günahkardır. Bu məsələdə hamının günahı var. Susuruq dostlar, susuruq. Haqqımız, əlimizdən alırlar, susuruq, sözümüzü əlimizdən alırlar susuruq. Vicdanlı müəlliməmizi əlimizdən alırlar, anamızın canına qıyırlar, susuruq. Sonra da kompüterin arxasına keçib hekayə, roman yazmaq istəyirik. Olmaz, belə olmaz. Allah bunu götürməz, Vallah, götürməz! Öz anasından görmədiyi qayğını, yaxşılığı Elnarə xanımdan görən Mövlud, bu vaxta qədər günahkarların cəzalandırılması üçün heç nə etməyibsə, gedib onların yaxasından tutub: "Qaytarın, Elnarə xanımı!",-deməyibsə, deməli, o da günahkardır. Cəzalansın, bütün günhakarlar cəzalansın! |
2013-11-26 | 2,522 | Salam Sarvan kitabının qonorarını çapdan əvvəl aldı | "Axar.az"a etibarlı mənbədən daxil olan məlumata görə, tanınmış şair Salam Sarvanın "Heykəl tənhalığı" şeirlər kitabı işiq üzü görəcək. ATV-nin layihəsi çərçivəsində işıq üzü görəcək kitabın qonorarı da müəllifə əvvəlcədən ödənilib. Salam Sarvandan yeni kitabının sevincini oxucuları ilə bölüşməsinin nə vaxta təsadüf edəcəyini soruşsaq da, o, bu haqda danışmaq istəmədi. |
2013-11-26 | 2,523 | Xəzərdə atışma: Rusiya vətəndaşı öldürüldü | Qazaxıstan sərhədçiləri Xəzər dənizində Rusiya vətəndaşlarına atəş açıblar. Nəticədə bir nəfər ölüb, biri isə yaralanıb. Bu barədə "APA" məlumat yayıb. Hadisə Qazaxıstanın ərazi sularında baş verib. Hərbi növbətçilik zamanı sərhədçilər helikopterdən sərhəd pozucularını müşahidə ediblər. "Bayda" tipli üzücü vasitələrdə olanlar sərhədçilərin dayanmaq tələblərinə məhəl qoymayaraq, qaçmağa cəhd ediblər. Cavabında hərbçilər üzücü vasitələrinin mühərriklərinə atəş açıblar. Nəticədə hərəsində 4 rusiyalı olan iki "bayda" saxlanılıb. Rusiyalılardan biri aldığı güllə yarasından keçinib, digəri ayağından yaralanıb. Zərərçəkəni "Astana" sərhəd gəmisi götürərək, tibbi yardım göstərib. Digər "bayda"lar təqibdən qurtularaq, Qazaxıstanın ərazi sularını tərk edib. Saxlanılanların yeri bilinmir. Bəli olub ki, onlardan ikisi Qazaxıstan sərhədini pozduğuna görə əvvəllər də məsuliyyətə cəlb olunaraq, Aktyubinsk vilayətinin ərazisindəki cəzaçəkmə müəssisində cəza çəkib. Xəzər dənizinin Qazaxıstan hissəsində vaxtaşırı nərə növlü balıqları ovlayan brakonyerlər saxlanılır. Onların saxlanılması zamanı sərhədçilər çox vaxt silahdan istifadə edirlər. |
2013-11-26 | 2,524 | Avropada raketdən müdafiə sisteminə artıq ehtiyac yoxdur | "İranla razılaşma əldə olunarsa, Avropada raketdən müdafiə sistemi yaratmağa ehtiyac qalmayacaq". Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Vladimir Putinlə İtaliyada gəzinti sırasında deyib. "Axar.az"ın xəbərinə görə, Lavrovun raketdən müdafiə sistemiylə bağlı açıqlamasına ilk reaksiya NATO-dan gəlib. NATO-dan bildirilən açıqlamada, "İranla nüvə proqramında razılaşma əldə olunmasına baxmayaraq, Avropada raketdən müdafiə sistemi məsələsini təkrar nəzərdən keçirməyi düşünmürük". NATO və ABŞ İran və Şimali Koreyadan nüvə proqramı ilə bağlı gələn təhdidlərə qarşı olaraq Avropada raketdən müdafiə sistemi yaratmaq fikrini müdafiə edirdilər. Raketdən müdafiə sisetmini öz təhlükəsizliyi baxımından təhdid olaraq görən Moskva isə buna qarşı çıxırdı. Rusiya və NATO 2010-cu ildə Lissabonda keçirilən görüşdə Avropada raketdən müdafiə sistemi məsələsində razılaşma əldə etmişdi. Ancaq NATO bu sisetmin Rusiyaya qarşı olmadığına dair bir söz verməmişdi. |
2013-11-26 | 2,525 | Kiyevdə qar da aksiyaçıları dağıda bilmir | Hazırda aksiyalar gedən Kiyevdə qar yağıb. Aksiya iştirakçıları Avropa meydanında böyük yanacaq çəlləklərində 2 tonqal qalayıb ətrafında qızınırlar. Bəzi kiyevlilər aksiyaçılara isti əşyalar gətirirlər. Təşkilatçılar mini mətbəx quraşdırıb isti çay paylayırlar. Bu dəqiqələrdə Avropa meydanında və Azadlıq meydanında 200 nəfərə yaxın etirazçı var. Kiyevdə temperatur 0 dərəcədir. Qeyd edək ki, aksiyalara səbəb Nazirlər Kabinetinin Ukrayna və AB arasında Assosiativ sazişin imzalanmasına hazırlıq prosesini dayandırmaq haqda sərəncam verməsidir. |
2013-11-26 | 2,526 | Gürcüstan və Ermənistan sərhədində atışma - iki ölü | Gürcüstan polisi dünən axşam iki nəfərin ölümü və bir nəfərin yaralanmasında təqsirli bilinən 6 nəfəri həbs edib. Bu barədə məlumatı Gürcüstan DİN-nin mətbuat xidməti yayıb. Məlumata görə həmin şəxslər noyabrın 25-də yerli vaxtla 19.00 radələrində "Sadaxlı" Gürcüstan-Ermənistan sərhəd keçid məntəqəsində "makarov " tipli tapançadan atəş açaraq, 3 Gürcüstan vətəndaşını vuraraq, hadisə yerindən qaçıblar. Xəstəxanaya çatdırılan 3 nəfərdən ikisi həyatını itirib. Hadisədən bir neçə dəqiqə sonra həmin şəxslər magistral yolda saxlanaraq həbs olunub. Onların üzərindən silah götürülüb ("Aznews.az"). |
2013-11-26 | 2,527 | Gülər Əhmədovanın məhkəməsində qərar verilmədi | Sabiq deputat Gülər Əhmədovanın Ağır Cinayətlər Məhkəməsində bu gün keçirilən məhkəmə prosesində qərar elan olunmayıb. "Axar.az"ın məhkəmədə olan əməkdaşının sözlərinə görə, hakim qərarın elan olunmasını və gülər Əhmədovun söz söz deməsini dekabrın 2-dəki prosesə saxlayıb. Son sözə hazır olmadığını deyən keçmiş millət vəkili səhhəti ilə bağlı həkim nəzarətinə götürülməyini xahiş etsə də, onun bu xahişi hakim tərəfindən qəbul edilməyib. Məhkəmə heyəti bildirib ki, onların belə bir səlahiyyəti yoxdur, bu qərarı qalnız Baş Prokurorluq verə bilər. Gülər Əhmədova isə cavabında bildirib ki, onunla eyni maddə üzrə ittiham olunan məhbəs yoldaşının bu cür vəsatətləri təmin edilib. Hətta ona dəmir barmaqlıq arxasında deyil, vəkilin yanında prosesdə iştirak etməyə icazə verilib: "O qadına deyiblər ki, sən qatil deyilsən, ona görə vəkilin yanında da dayanıb, prosesdə iştirak edə bilərsən. Bəs, mən kimi öldürmüşəm? Mənə qarşı niyə ayrıseçkilik edirsiniz?" Xatırladaq ki, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir, sentyabrın 23-dən iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Əlisultan Osmanov rəhbərlik edir. |
2013-11-26 | 2,528 | Bakıda İqtisadi Tədqiqat Mərkəzi yaradılacaq | İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Tehranda keçirilən XXI iclasında Bakıda İƏT-in İqtisadi Tədqiqat Mərkəzinin (İTM) yaradılması barədə qərar qəbul edilib. "Axar.az"ın xəbərinə görə, Nazirlər Şurasının təsdiq etdiyi hesabatın 43-cü bəndində yazılır ki, "Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi Tədqiqat Mərkəzi yaradılsın və onun əsasnaməsi təsdiq olunsun". Əsasnaməyə görə, İTM İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iqtisadi inkişafı ilə bağlı strateji araşdırmalar aparacaq, iqtisadi layihələr, yeni iqtisad modellər təklif edəcək, səmərəli proqramlar hazırlayacaq. |
2013-11-26 | 2,529 | Zakir Həsənov Mi-24-ləri modernləşdirir | null |
2013-11-26 | 2,530 | Türkiyə “Dailymotion”u bağladı | Türkiyədə "Yutub" video paylaşım saytının bağlanmasından illər sonra bu dəfə də məşhur video paylaşım saytlarından biri olan "Dailymotion"a (Deylimoşn) giriş məhkəmə qərarıyla bağlanıb. Adana 9-cu Sülh Cəza Məhkəməsinin 08.11.2013 tarixli qərarı ilə girişi bağlanılan "Dailymotion"a giriş Türkiyə daxilində mümkün olmur. Ancaq bu qadağa hələ ki, bütün serverlərdə tətbiq olunmayıb. "Dailymotion"un hansı səbəbə görə qadağan edildiyi isə hələlik məlum deyil. |
2013-11-26 | 2,532 | Qəzzada müharibə yenidən başlayır | Qəzzada tezliklə atəşkəs bitəcək. "Axar.az"ın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə "İslami cihad" qruplaşmasının rəsmi nümayəndəsi Əbu Əhməd çıxış edib. O, artıq İsrailin sülhün qorunmasında maraqlı olmadığını söyləyib: "Görünür, İsrail daha sakitlikdə maraqlı deyil. Təkcə son həftə ərzində onlar tərəfdən 20 pozuntu qeydə almışıq. Keçən ildən bu yana isə belə pozuntuların sayı 1300 olub. Belə olan halda biz əlimizi əlimizin üstünə qoyub otura bilmərik". Qeyd edək ki, İsrail və Fələstin arasında atəşkəs keçən il Misirin sayəsində əldə olunmuşdu. |
2013-11-26 | 2,533 | Azərbaycan ikinci peykini buraxacaq | Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Fransanın aidiyyəti qurumları ilə əməkdaşlıq edir və ikinci peykin orbitə buraxılması üçün müvafiq danışıqlar gedir. "Axar.az"ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan tərəfdən komissiyanın həmsədri, Maliyyə naziri Samir Şərifov Bakıda keçirilən Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyası çərçivəsində məlumat verib. O bildirib ki, son illər ərzində çox sıx şəkildə Fransa ilə kosmik sənayesinin inkişafında əməkdaşlıq inkişaf edir. "İlk telekommunikasiya peykini Fransanın Arian şirkəti orbitə çıxarıb və bu əməkdaşlıq davam etdirilir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Fransa şirkətləri ilə ikinci peykin orbitə buraxılması üçün müvafiq danışıqlar aparır və biz güman edirik ki, yaxın gələcəkdə bu danışıqlar konkret bir müqavilə ilə yekunlaşacaq". Qeyd edək ki, 2016-ci ildə ikinci telekommunikasiya peykinin orbitə buraxılması planlaşdırılır. |
2013-11-26 | 2,534 | Ərdoğandan Atatürk adına növbəti sanksiya - Fotolar | Bursanın mərkəzi Osmanqazi mahalında nəqliyyat polisi tərəfindən bir taksi sürücüsü 77 TL cərimələnib. Cərimənin səbəbi isə sürücünün maşının ön hissəsinə yapışdırığı Atatürk rəsmi olub. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, Nüsrət Bülənt Təkcan adlı şəxs ona məxsus 16 T 0920 dövlət nömrə nişanlı avtomobillə mərkəzi Osmanqazi mahalından müəyyən bir istiqamətdə hərəkət edən vaxt nəqliyyat müfəttişi tərəfindən saxlanılıb. Polis sürücü Nüsrət Təkcandan maşının üzərinə yapışdırdığı Atatürkün Kocatəpədə böyük hücum öncəsi çəkilmiş fotoşəklinin çıxarılmasını tələb edib. Nəqliyyat polisi bu işin qanuna zidd olduğunu vurğulayıb. Sürücü "mən Atatürkü çox sevirəm, bu şəkli də çıxartmıram" deyincə, polislə sürücü arasında mübahisə yaranıb. 77 TL cərimə olunmasına baxmayaraq, sürücü avtomobilindəki şəkli çıxarmaq barədə düşünmədiyini deyib. |
2013-11-26 | 2,535 | Rauf Arifoğlunun verdiyi vədə tamam oldu - Foto | Dövlət başçısıyla jurnalistlərin görüşündən sonra "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu prezident İlham Əliyevlə görüşün nəticəsinin olacağı ilə bağlı proqnozlar verdi və Azərbaycan yazılı mediasından buna görə iki gün vaxt istədi. R.Arifoğlu görüşün nəticələrinin iki gündən sonra bəhrəsini verəcəyini bildirmişdi. Bu gün "iki gün vaxt" tamam oldu. Prezidentlə görüşdən sonra R.Arifoğlunun optimist proqnozları özünü doğrultdumu? Bunu aydınlaşdırmaq üçün fotoreportyorumuz yeni quraşdırılmış, bir müddət əvvəl qəzetlərin yoxa çıxdığı köşklərlə maraqlanıb və fotolar çəkib. Fotolardan aydın görünür ki, yeni kökşlərdə qəzet satışı hiss olunacaq qədər bərpa olunub. Fotoları təqdim edirik. |
2013-11-26 | 2,536 | Avromeydanda mitinq başladı - Canlı Yayım | null |
2013-11-26 | 2,537 | Prezident Vilnüs sammitdə iştirak edəcək | Azərbaycan prezidenti İlham Əliyev noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III Şərq tərəfdaşlığı sammitində iştirak edəcək. APA-nın Avropa Birliyinin (AB) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sammit Avropa Birliyi Şurasının prezidenti Herman vam Rompeyin sədrliyi ilə keçiriləcək. Tədbirdə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu da iştirak edəcək. Sammitə AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, AB-nin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle, Avropa Parlamentinin prezidenti Martin Şults da qatılacaq. AB-nin "Şərq tərəfdaşlığı" proqramı üzrə tərəfdaş ölkələrdən isə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Ermənistan prezidenti Serj Sarkisyan, Ukrayna prezidenti Viktor Yanukoviç, Moldovanın baş naziri Yuri Lyanke və Belarusun xarici işlər naziri Vladimir Makeyin sammitdə iştirakı dəqiqləşib. Sammit çərçivəsində Azərbaycan prezidentinin bəzi ikitərəfli görüşləri də nəzərdə tutulur. Fransanın xarici ticarət naziri, Azərbaycan-Fransa hökumətlərarası komissiyanın həmsədri, xanım Nikol Brik komissiyanın bu gün Bakıda keçirilən VII iclasında jurnalistlərə açıqlamasında bildirib ki, sammit çərçivəsində Fransa prezidenti Fransua Oland və Azərbaycan prezidenti İlham Əliyevin görüşü baş tutacaq. |
2013-11-26 | 2,538 | Cəmil Həsənli ABŞ səfərindən danışacaq | Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli noyabrın 27-si saat 12-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda mətbuat konfransı keçirəcək. Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev deyib ki, Cəmil Həsənli noyabrın 14-dən 24-dək Amerika Birləşmiş Ştatlarına etdiyi səfərin yekunları barədə məlumat verəcək. Oqtay Gülalıyev onu da əlavə edib ki, Milli Şuranın növbəti sessiyasının bu həftənin sonuna kimi keçirilməsi gözlənir ("Mediaforum"). |
2013-11-26 | 2,539 | Çempionlar Liqasının iki qarşılaşması - Canlı yayım | Xəbər verdiyimiz kimi bu gün Çempionlar Liqasında V turun qarşılaşmaları keçiriləcək. "Axar.az" Rusiyada keçiriləcək "Zenit" – "Atletiko Madrid" və "Ayaks" – "Barselona" qarşılaşmalarının canlı yayımını təqdim edəcək. 21:00 "Zenit" – "Atletiko Madrid" 23:45 "Ayaks – "Barselona" |
2013-11-26 | 2,540 | “Avroviziya-2014”ün biletləri satışa buraxılır | "Axar.az" saytı xarici mətbuata istinadən xəbər verir ki, "Avroviziya-2014" mahnı müsabiqəsinin biletlərinin satılması 29 noyabrdan start götürür. "Avroviziya-2014" müsabiqəsi Kopenhagendə baş tutacaq. Biletləri hələ ki, Billetlugen.dk saytından əldə etmək olar. Qiymətlər 17 avrodan 245 avro arasında dəyişəcək. Müsabiqənin mayın 6-dan 10-a kimi keçirilməsi nəzərdə tutulur. Bildirək ki, noyabrın 29-u biletlərin ancaq bir hissəsi satışa buraxılacaq. İkinci hissəsi yanvarın 31-i, qalanının isə apreldə satılması nəzərdə tutulub. Məlumat üçün deyək ki, maliyyə problemindən dolayı Çexiya, Slovakiya, Kipr, Serbiya, Xorvatiya və digər Avropa ölkələri artıq "Avroviziya-2014" mahnı müsabiqəsində iştirak etməkdən imtina ediblər. |
2013-11-26 | 2,541 | Nəqliyyatda gediş qiymətləri qaldırılmayacaq - Rəsmi | "İritutumlu avtobusların şəhər nəqliyyatından yığışdırılması ilə bağlı xəbər saytlarında yayılan məlumatlar tamamilə əsassızdır". Bu sözləri "Axar.az"a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov dedi. O, bildirdi ki, iritutumlu avtobuslarla bağlı nazirliyin planı yayılan məlumatlarla tamamilə ziddiyət təşkil edir: "Biz nəinki iritutumlu avtobusların nəqliyyatdan yığışdırılmasını düşünmürük. Hətta Nəqliyyat Nazirliyinin planında var ki, iritutumlu avtobusların sayını şəhər nəqliyyatında artırsın. Çünki iri tutumlu avtobuslar manevr imkanlarına görə digərlərindən üstünlüyü ilə fərqlənirlər. Şəhər nəqliyyatındakı xırda tutumlu avtobusları artıq neçə ildir ki, yığışdırmışıq. Xətdə olan orta və iritutumlu avtobuslardır. Orta tutumlu avtobusları da ona görə saxlamışıq ki, şəhərin dar küçələrində iritutumlu avtobusların hərəkəti çətin ola bilər. O ki qaldı yığışdırmaq məsələsinə, mən bir daha deyirəm ki, nazirlik şəhər nəqliyyatında üstünlüyü məhz bu iritutumlu avtobuslara verir. Həmin iri avtobuslardan əlavə olaraq da gətirməyi nəzərdə tutmuşuq". Nazirliyin mətbuat xidmətinin rəhbəri nəqliyyatdakı qiymət artımının olacağı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirdi: "Qiymətlərin artımı Tarif Şurasının səlahiyyətində olan məsələdir. Bu artımın olması üçün nazirlik Tarif Şurasına heç bir müraciət etməyib və yaxın zamanlarda da belə bir təklif gözlənilmir". |
2013-11-26 | 2,542 | Məscidi partlatmaq istəyən daha bir nəfər tutulub - Foto | Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycanda insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönələn hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsi hüquqazidd əməllərlə bağlı başlanılan cinayət işi üzrə daha bir nəfər - Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Elxan Oktay oğlu şübhəli şəxs qismində tutulub. Bunu Trend-in "Ölkədə dini nifrət və ayrı-seçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə "cihad etmək haqqında fətva" verilməsi və Bakıda "Məşədi Dadaş" məscidinin axundunun qətlə yetirilməsi barədə çağırışlar edilməsi ilə bağlı açılan cinayət işində hasısa yeniliklər varmı?" sorğusuna cavabında Milli Təhlükəsizlik Nazirliyindən bildiriblər. Məlumata görə, cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir. Əhmədov Elxan Oktay oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Məlumat verildiyi kimi, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər. Onlar Bakı şəhəri, Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılması ücün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra öz ətraflarında həmfikir toplamaq üçün Nəriman Mirzəyev bu ilin oktyabrında internetdə "facebook" sosial şəbəkəsində "cihada başlamaq", o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırdıqları cinayəti başa çatdıra bilməyiblər. MTN-in keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri ilə Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov yaxalanıblar. Onların üzərindən və yaşadıqları evlərdən xeyli sayda odlu silah və döyüş sursatı aşkar olunaraq götürülüb. |
2013-11-26 | 2,543 | Hollivud ulduzu İsrail kəşfiyyatçısı çıxdı | Hollivudun tanınmış simalarından olan prodüser Arnon Milçen İsrail kəşfiyyatı üçün fəaliyyət göstərdiyini etiraf edib. "Axar.az" xəbərinə görə, 69 yaşlı sənət adamı bunu İsrailin "Channel 2" televiziyasına müsahibəsində deyib. Arnon Milçenin bu günə qədər Mossad üçün çalışdığı iddia edilsə də, Hollivud ulduzu barəsində deyilənləri ilk dəfə təsdiqləyib. Amerikalı prodüser hələ 1960-1970-ci illərdən İsrail kəşfiyyatı üçün fəaliyyət göstərən "Lakam" şirkətində işləyərək yəhudilər üçün silah və müdafiə sursatlarını təmin edibmiş.Arnon Milçen İsrailin hazırki prezidenti Şimon Peres xarici işlər naziri işlədiyi vaxt onunla tanış olaraq sionist rejiminin maraqlı üçün çalışmağa başlayıb. Hollivudun tanınmış siması öz karyerası ərzində 17 ölkədə 30-a yaxın şirkəti idarə edərək İsrailin büdcəsini pulla doldurub. O, hətta Cənubi Afrika Respublikasındakı diktator rejiminin imicini qorumaqla İsrailin uranla təmin olunmasını öz üzərinə götürüb (Faktxəbər). |
2013-11-26 | 2,544 | İcra başçısı yaşayış binasının həyətini satıb – Foto | "İki daşla hasar hörürlər. Bu, sadəcə hasar olmayacaq. Adi hasar bir daşdan olur. Bunlar 2 daş üstündə qaldırdıqları hasarı sonradan böyük tikiliyə çevirəcəklər. Hətta tikili olmadan da buradan tabut belə çıxartmaq mümkün olmayacaq. Daş hasara bir qapı qoyub ağzını da bağlayacaqlar. Nəinki oradan, hətta hasardan kənarda qalmış yerlərdən də istifadə mümkün olmayacaq. Blokların qapısının qarşısı elə daralıb ki, binada hər hansı kütləvi tədbir zamanı ciddi problem yaranacaq. Ən əsası, bir bədbəxt hadisə zamanı yanğınsöndürən maşınlar binaya yaxınlaşa bilməyəcək". Dəmiri daşla əvəzləyirlər Bu iddia ilə Şıxəli Qurbanov-1 ünvanının sakinləri ayağa qalxıb. Onlar "Aznews.az"a binanın Azərbaycan prospektinə düşən həyətini 38 saylı uşaq bağçasının zəbt etdiyini bildirib. Bina sakinlərinin sözlərinə görə, onların öz hesabına tikdirdikləri binanın 1-ci qatında uşaq bağçası yerləşib. Sonradan onlarla məsləhətləşərək uşaqların təhlükəsizliyi bəhanəsi ilə bağçanın qarşısı dəmir məhəccərə alınıb: "Həmin vaxt etiraz etmədik. Çünki açıq idi. Biz də orada otura bilirdik. Sonradan bağça təmirə dayandı. Sentyabrda təmirdən sonra bağçanın açılışı olmalıydı. Amma açılış olmadı. Sən demə, başqa məqsədləri varmış. Həmin məqsəd də bizə bu günlərdə məlum olub. Dəmir məhəccərin daş hasarla əvəzlənməsi söhbətini ortaya atanda biz təklif etdik ki, daş hasar lazım deyil. Yola "şlaqbaun" qoyulsun. Bunun üçün tələb olunan vəsaiti ayırmağa da hazırıq. Ancaq razılaşmadılar. Daş hasarı isə FHN-in tələbi kimi bəhanə göstərirlər. Guya uşaqların təhlükəsizliyi xətrinə belə lazımdır. Əslində isə bu, dövlət müəssisəsinin özəl obyektə çevrilməsidir". Dövlət müəssisəsi olan bağça özəl obyektə necə çevrilir? Sakinlərdən Rəxşəndə Əliyeva bildirib ki, bağça binada yerləşməsinə baxmayaraq, sakinlərin uşaqlarını bura götürmürlər: "Adı dövlət müəssisəsi olsa da, çoxdan özəl obyektə çevrilib. Bizim uşaqlarımızı bura götürmürlər. Hər müraciət edənə "yer yoxdur" deyirlər. Ancaq kənardan gələnlərdən 500 manat alıb yerləşdirirlər. Hər ayına da 50 manat alırlar". Prosesin başında Yasamal RİH dayanıb Sakinlər onu da bildirib ki, binanın həyətinin bağçanın ərazisinə qatılması prosesində Yasamal rayon İcra Hakimiyyəti xüsusi fəallıq nümayiş etdirir: "Özbaşınalıqlarını Dövlət Proqramını əllərində əsas tutub həyata keçirirlər. Hər dəfə sakinlərin qarşısına Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov çıxır. Özü də elə-belə yox. Hədə-qorxu, polis ilə. Deyir ki, həyətin bina sakinlərinə heç bir dəxili yoxdur. Həyət bağçanındır. İcra başçısının birinci müavini Səməd İslamov isə "Sizdən soruşan yoxdur. Gedin, öz işinizlə məşğul olun" deyir". Sakinlərin sözlərinə görə, onları provakasiyaya da çəkirlər: "Çalışırlar ki, binanın kişilərini polisə aparsınlar. Qadınları isə hədələyirlər. Hətta İcra Hakimiyyətinin müavinləri səviyyəsində hədə-qorxu ilə qarşılaşırıq. Kooperativin sədri İradə xanıma İcra Hakimiyyətində deyiblər ki, əsas təşkilatçı olduğu üçün onunla bağlı cinayət işi açılacaq. Bağça müdiri Sədaqət Qəribova da deyir ki, arxasında deputat dayanıb. Dediyinə görə, deputat Ərəstun Cavadov onun yeznəsidir. Odur ki, biz ona bata bilmərik". Dövlətin adı ilə həyata keçirilən özbaşınalıq Kooperativin sədri İradə Məcnunova AzNews.az-a açıqlamasında bildirib ki, sakinlərin nümayəndə heyəti Prezident Adminstrasiyasında da olub: "Qəbulda olduq. Bizə dedilər ki, Dövlət Proqramında bağçanın təmiri nəzərdə tutulub. Bağçadan kənardakı abadlıq işlərinin Dövlət Proqramına dəxili yoxdur". Sakinlərdən Xanım Rüstəmova isə deyir ki: "Kiminsə bu binaya gözü düşüb. Buranı öz obyekti kimi görür. Əks halda, yaxınlıqda 2 park ola-ola, uşaqlar üçün gəzinti sahəsi adı ilə yolu hasarlamazdılar. Üstəlik, həyətdə başqalarının da rahatlığı pozulur. İnanmıram ki, dövlət bir bağçaya görə, 60-dan çox ailənin rahatlığının pozulmasına razı olsun. İstirahət vaxtında müəllimlər uşaqları həyətə buraxır, nəzarətsiz qoyur və özlərinin isə başı söhbətə qarışır. Bu binada yaşayanlar üçün bir neçə saat əsl cəhənnəmə çevrilir. Lakin biz bunu indiyədək problemə çevirməmişik. Sakinlərin əsas narahatlığı əsası qoyulmuş bu tikili ilə bağlıdır. Bir məmur özbaşınalığından, qudurğanlığından və saymazlığından narahatıq. Biz bu qudurğan məmurlardan kimə şikayət etməliyik. Qanuni dövlətdə qanunsuz iş olmaz axı". Qanunlara təhlükəsizlik xətrinə də əməl olunmur Sakinlər elektrik cərəyanının keçdiyi yerdə iş getdiyini, təhlükəsizlik qaydalarına əməl olunmadığını vurğulayıb. Aqşin Feyzullazadə deyib ki, özbaşınalıq o həddə çatıb ki, sakinləri eşitmir, üstəlik heç bir qayda-qanuna da əməl eləmirlər: "Başqa vaxt İcra Hakimiyyəti yetkililərini tapmaq olmur. Ancaq 3 gündür hamısı gəlib bu tikintinin başında durur. Burada qaynaq işləri görülür. Hanı Elektrikşəbəkənin nümayəndələri? Axı, deyirdilər ki, elektrikdən qaynaq məqsədi ilə istifadəyə icazə verilmir? Onsuz da işsiz-gücsüz adamam. Hamını məhkəməyə verəcəm. Keçirdiyimiz bu gərgin günlərə, bizə vurduqları maddi və mənəvi ziyana görə, başda Zöhrab olmaqla hamını məhkəməyə verəcəm. Onlara sübut edəcəyəm ki, indi olduqları vəzifədə işləməyə haqları yoxdur". İlkin Mustafayev isə həyətdə əkdikləri ağacları məhv etmək yollarına diqqət çəkib: "İşə başlayanda ağac kəsməklə başladılar. İndi birbaşa kəsmirlər. Ağacın qabığını soyurlar. Quruduqdan sonra rahatca kəsəcəklər. Daha onların biznesinə mane ola bilməyəcək". İcraçı: Sifarişçidən soruş Həyətdə tikintini Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə "Azəri SA" MMC həyata keçirir. İş icraçısı Knyaz Məmmədov AzNews.az-a açıqlamasında deyib ki, məsələ ilə bağlı bütün sualları RİH-ə ünvanlamaq lazımdır. Onlara verilən sifariş 60 sm hündürlüyündə hasarın hörülməsidir. Sifariş üzrə iş icra olunur. "1 mm də kənara çıxmamışıq" Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov prosesin önündə getməsi barədə deyilənləri "mübaliğə" adlandırsa da, yaxından iştirakının izahını da verib. O, bunu uşaq bağçalarının onun kurasiyasında olması ilə əlaqələndirib. AzNews.az-a açıqlamasında şöbə müdiri Yasamal rayonunun uşaq bağçaları ilə bağlı problemlərini qabardıb: "Yasamal 242 900 nəfər əhalisi var. 1-6 yaş arasında olan uşaqların sayı isə 18 646 nəfərdir. Onların da cəmi 10 faizini uşaq bağçalarında yerləşdirmək mümkün olub. Rayonda 1937 nəfərlik tutumu olan 29 dövlət müəssisəsi var. Nəzərə alın ki, himayəsində 1-6 yaşlı uşaqları olan anaların işlə təminatında problem yaranır. 38 saylı uşaq bağçası sakinlərin ucbatından 2 aydır ki, yubanır". Gedən tikintiyə münasibət bildirən İH yetkilisi daş hasarın dəmir məhəccərin olduğu yerdən kənara çıxmayacağını vurğulayıb: "Biz əvvəlki dəmir məhəccəri daha səliqəlisiylə əvəz edəcəkdik. Lakin FHN-in tələbini yerinə yetirərək yerdən daş hasar, onun üzərində isə dəmir məhəccər qoymaq qərarına gəldik". Sakinlərin yad maşınların həyətə daxil olmasına məhdudiyyət qoymaq üçün "şlaqbaun" təklifinin müsbət qarşılandığını, öz vəsaitləri hesabına bunun problem olmadığını deyən şöbə müdiri bunun uşaq bağçasına dəxli olmadığını da bildirib. Binada yaşayanların uşaqların səs küyündən narahat olmalarına , oturmaları üçün yerin az qalmasına və s məsələlərlə bağlı iradlarına gəlincə, şöbə müdiri bunu anlayışla qarşılayıb: "Uşaq bağçasında uşaqların təhlükəsizliyi vacibdir. Lakin sakinlərin rahatlığı, oturmağa həyətlərinin olması, yerlərinin geniş olması da yaxşı olardı. Biz sakinlərin mənzillərindən tabut deyil, bəy-gəlin çıxarması, ya da maşın karvanlarını yerləşdirmək üçün ən yaxşı imkanlarının olmasını istərdik. Lakin hasarla onların yeri daralmayıb. Hasar əvvəlki məhəccərin yerindən 1 mm belə kənara çıxmadan tikilib. Sakinlər şikayətləri davam etdirməklə bağçanın köçürülməsini mübahisələndirə bilərdilər. Ya da başqa tələblərini irəli sürə, iradlarını bildirə bilərdi. İndiyədək bunu etməyiblər. İrəli sürdüklərini iradlarında isə haqlı deyillər". |
2013-11-26 | 2,545 | Bu şəkil Tvitterdə tufan qopardı - Foto | Qadınların olmadığı konfransda kişilər qadınları müzakirə edib Qadınlara qarşı zorakılığın ən çox yayıldığı ölkələrdən biri olan Səudiyyə Ərəbistanında qadının cəmiyyətdəki yerinin müzakirə edilməsi üçün bir konfrans təşkil olunub. Ancaq qadınların avtomobil istifadə etməsinin və kişinin icazəsi olmadan səyahətin belə, qadağan edildiyi ölkədə qadınların müzakirə edildiyi konfransın iştirakçıları da bütünlüklə kişilərdən ibarət olub. Qadınların olmadığı konfransda kişilər qadınlar haqqında danışıb, onlarla bağlı qərarlar veriblər. Bu şəkil Tvitterdə "tufan qoparıb". |
2013-11-26 | 2,546 | Aİ və Gömrük İttifaqı tərəfdarlarının sayı eynidir | Ukraynada Avropa İttifaqı ilə Gömrük İttifaqı tərəfdarlarının sayı eynidir. "Axar.az"ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu nəticəyə Kiyev Beynəxalq İnstitutunun keçirdiyi sorğulardan sonra gəlinib. Sorğunun nəticəsinə əsasən hər iki təşkilatın ölkədə tərəfdarlarının sayı 38%-dir. İnstitutun verdiyi açıqlamada əvvəllər ölkədə olan Aİ tərəfdarlarının aşkar üstünlüyünün artıq sona yetdiyi də bildirilib. Qeyd edək ki, 9-20 noyabr arasında keçirilən sorğularda 2044 nəfər insan iştirak edib. |
2013-11-26 | 2,547 | Pan Gi Mun Azərbaycana inanır | BMT-nin Baş katibi Pan Gi Mun İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Təbrik məktubunda qeyd olunur: "Hörmətli cənab Prezident, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram. Əminəm ki, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız həm birbaşa BMT, həm də təşkilatın Azərbaycandakı nümayəndəliyi ilə gələcəkdə də davam etdiriləcəkdir. Mən Azərbaycanın BMT-nin dəyər və prinsiplərinə sədaqətinə güvənirəm. Bu ilin oktyabr ayında Təhlükəsizlik Şurasının sədri kimi səmərəli fəaliyyətinə görə Azərbaycana təşəkkür edir və Birləşmiş Millətlər Təşkilatı ilə birgə sülh, təhlükəsizlik və davamlı inkişaf sahəsində qlobal çağırışların həllinə vacib töhfələrinizi yüksək qiymətləndirirəm". |
2013-11-26 | 2,548 | “Taym” jurnalı Sisi ilə Ərdoğanı yarışdırır | 2013-cü il "İlin adamı"nı seçmək üçün səsvermə keçirən "Taym" jurnalı, baş nazir Ərdoğan və Misir müqavimət hərəkatının rəhbəri general Sisini eyniləşdirərək səsverməyə çıxarıb. "Taym" jurnalının hər il təyin etdiyi "İlin adamı" bu il yenə redaktorların seçimləriylə təyin olunacaq, ancaq eyni zamanda səsvermə də başlayıb. Bu ilin seçim sistemində iki namizəd arasında seçim şansı var. Səsvermə dekabrın 4-də sona çatacaq, qalib dekabrın 6-sında məlum olacaq. Seçimlər iki şəxs arasında aparılacaq. Bu şəxslər arasında Türkiyə baş naziri R.T.Ərdoğan ilə iyulun 3-də Misirdə Məhəmməd Mursini devirən ordunun baş qərargah rəhbəri Əbdülfəttah əl-Sisi arasındakı uyğunlaşma xüsusilə Ankarayla Qahirə arasındakı əlaqələrin həddindən artıq gərginləşdiyi dövrdə diqqət çəkir. Müqayisə edilmə səbəbi belə açıqlanıb: Ərdoğan: Türkiyənin, ölkəsindəki "Wall Streei İşğal Et" üslublu etirazları (Gəzi parkı) ört-basdır edən, sözündən çəkinməyən baş naziridir. Onu tənqid edənlər etirazlara müdaxilənin Ərdoğanın avtoritar xəttinin bir işarəsi olduğunu bildirib. Sisi: Misirin Müdafiə Naziri və baş qərargah rəhbəridir; bu il demokratik şəkildə seçilən prezident Mursinin mübahisəli şəkildə devrilməsinə başçılıq edib. Ərdoğan və Sisi arasında say fərqi dəqiqəbədəqiqə artır. Hal-hazırda Sisinin səs sayı yüzdə 70-lə Ərdoğanın səsindən çoxdur. |
2013-11-26 | 2,549 | Rusiyada inanılmaz qəza - Video | Rusiyada prospektlərdən birində dəhşətli qəza hadisəsi baş verib. Belə ki, birdən-birə su borusunun partlaması nəticəsində avtomobillərdən biri qəzadan yayına bilməyib. "Axar.az" həmin görüntüləri təqdim edir. |
2013-11-26 | 2,550 | Aydın Xırdalanlı Faiq Ağayevdən üzr istədi – Sənədli-sübutlu | Xalq artisti Faiq Ağayev bu gün öz "feysbuk" profilində Aydın Xırdalanlının ondan rəsmən üzr istədiyini əks etdirən sənəd paylaşıb. Sənəddə meyxanaçı Aydın Xırdalanlı Faiq Ağayevdən belə üzr istəyir: "Bu yaxınlarda bir sıra KİV-də yayılan müsahibəmdə Azərbaycan Respublikasının Xalq Artisti haqda danişarkən ünvanına əsassız olaraq "narkoman" ifadəsini işlətdiyimdən təəssüflənir, səsləndirdiyim ittihamların yanlış olduğunu etiraf edirəm. Sevimli Xalq Artistimizin adını bu car nalayiq və alçaldıcı tərzdə hallandırmağımdan, etdiyim bu yolverilməz hərəkətimdən çox peşimanam. Çox təəssüf ki, səhhətimin hal-hazırkı durumu ilə bağlı səmimi hörmət bəslədiyim Faiq Ağayevə şəxsən üzrxahlıq edə bilmirəm. Bu müraciətimlə haqqında işlətdiyim xoşagəlməz ifadələrə görə xalq artistimizidən üzr istəyirəm. Əminəm ki, xeyirxahlıq və böyük ürəyi ilə tanınan Xalq Artistimiz səmimi peşmançılığımı qəbul eləyib məni bağışlayacaq. Aydın Hacı oğlu Quliyev". Əlavə edək ki, Aydın Xırdalanlı ""Axar.az"a müsahibəsində Faiq Ağayevin ünvanına "narkoman" ifadəsini işlətmiş və bunun hamı tərəfindən bilinən həqiqət olduğunu demişdi. (Müsahibəni buradan oxuya bilərsiniz) |
2013-11-26 | 2,551 | ABŞ-ın Quantonamo sirri açıldı | Quantonamo həbsxanasında Əl-Qaidənin üzvlərindən ikili agentlər hazırlanıb. "Axar.az"ın "Deyli Teleqraf"a istinadən verdiyi məlumata görə, bu layihəyə Corc Buşun prezidentliyi dövründə start verilib. Qəzet həbsxanada terrorçuların ABŞ-ın tərəfinə keçməsi üçün "Penni leyn" adlı xüsusi şöbənin də yaradıldığını bildirib. Bundan sonra isə Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etməyə razılıq verən şəxslərə istirahət üçün yerlər ayrılıb. Qəzet həmin şəxslər üçün ayrılmış otaqların hər birinin beş ulduzlu otel otaqlarından geri qalmadığını yazıb. Kifayət qədər təhlükəli olan bu proyekt nəticəsində 800 məhbusdan çox az bir hissəsi ABŞ-la əməkdaşlığa imza atıb. Qəzet "Penni Leyn" şöbəsinin 2003-2006-cı illər arasında mövcud olduğunu bildirib. |
2013-11-26 | 2,552 | Ukrayna Rusiya və Aİ ilə məsləhətləşmələr aparacaq | Ukraynanın Baş naziri Nikolay Azarov bəyan edib ki, ölkə Prezidenti Viktor Yanukoviç Vilnüs sammitində iştirak edərək Rusiya və Avropa İttifaqı (Aİ) ilə məsləhətləşmələr aparılması məsələsini müzakirə etmək niyyətindədir. "Axar.az"ın Trend-ə istinadən məlumatına görə, bu RİA Novosti "Reuters" agentliyinə istinadən xəbər yayıb. Ukraynanın Baş naziri bir qrup xarici jurnalistlə görüşündə bildirib ki, dekabr ayından etibarən rəsmi Kiyev Rusiya ilə münasibətlərin inkişafı üzrə "yol xəritəsi"ni tərtib etmək üçün danışıqlar masası arxasına əyləşəcək. Qeyd edək ki, Ukrayna hökuməti ötən cümə axşamı Avropa İttifaqı ilə assosiasiyalar haqqında müqavilənin imzalanmasına hazırlığın dayandırılmasına dair sərəncam verib. Nazirlər Kabineti bunu Rusiya və MDB ilə iqtisadi əlaqələrin inkişafının zəruriliyi ilə əsaslandırıb. |
2013-11-26 | 2,553 | İslamı qəbul edən erməni Suriyada öldürülüb | Erməni millətindən olan və İslamı dinini qəbul edən Egiş Karapetyan ad və soyadından imtina edərək Abdullah ismini götürən döyüşçü Suriyada öldürülüb. İrəvanda doğulan Karapetyan 10 il öncə İslam dinini qəbul edibmiş. Daha sonra o, Məkkəyə həcc ziyarətinə yola düşüb. Bundan sonra dini savadını artırmaq istəyən Karapetyan Misirdə təhsil alıb. Suriyada Bəşər Əsəd qoşunlarına qarşı döyüşlərdə iştirak edən Karapetyanın təxəllüsü Əbu Mühəmməd əl Erməni imiş. Döyüşlərin birində ölən Karapetyanın beş övladı var ("Avropa.info"). |
2013-11-26 | 2,554 | Polis cinayətkarı həbs etmir – İddia | Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü Zaur Ələsgərov bir il əvvəl avtomobil qəzasında ayağından məhrum olub. Lakin onu bu duruma salan sürücü hələ də məsuliyyətə cəlb edilməyib. "Axar.az"a danışan Zaurun atası Məhəmmədzakir Ələsgərovun sözlərinə görə, oğlu Zaur 2012-ci il noyabrın 23-də Neftçilər prospektində, Kukla Teatrının qarşısındakı yolu keçərkən "Mersedes-Benz E-klass" markalı avtomobil onu vurub: "Sürücü yaralını yolun ortasında qoyaraq dərhal hadisə yerindən uzaqlaşıb. Sonradan xəstəxanaya çatdırılan Zaur Ələsgərov Neyrocərrahiyyə İnstitutunda uzun müddət müalicə aldı. 5 min manatdan artıq pul xərcləmişik. Lakin onun tam sağalmasına lazım olan qədər pulumuz olmadığından müalicəsi yarımçıq qaldı". Səbail polisi cinayət işi qaldırıb, amma… Zauru vuran sürücünün tapılıb məsuliyyətə cəlb olunması ilə bağlı polisə müraciət edən M.Ələkbərov günahkarın hələ də üzə çıxarılmadığından şikayətçidir. Belə ki, valideynin ərizəsi əsasında 2013-cü ilin fevral ayının 26-da Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Məlum olub ki, qəzanı törədən "Mersedes-Benz E-klass" markalı 90 HU 310 nömrə nişanlı avtomobili həmin vaxt Nəhmətov Ruslan Tofiq oğlu idarə edib. Lakin maşın Bakıda çalışan türkiyəli iş adamına məxsus olub. Qeyd edək ki, qəzanı törədən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1-ci (az ağır xəsarət yetirmə) maddəsilə cinayət işi başlanılıb və axtarış elan edilib. Maşının sahibi olan türk iş adamının isə başqa bir qanun pozuntusuna yol verdiyinə görə Azərbaycandan deportasiya olunduğu bildirilir. İstintaqın gedişindən narazı qaldığını vurğulayan M.Ələsgərov günahkarın tapılaraq vurduğu zərəri ödəməsini istəyir. M.Ələsgərov onu da deyib ki, istintaq aparılarkən oğlu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində müayinədən keçib. Birliyin məhkəmə-tibb ekspertləri Z.Ələsgərovun baş-beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, sağ bud sümüyünün yerini dəyişən qapalı sınığı, sol qamış sümüyünün qapalı sınıqları diaqnozu qoyublar. Lakin bu diaqnozlara və vuranın şəxsiyyətinin müəyyənləşməsinə baxmayaraq, polis tədbir görmür. Ata bildirir ki, günahkarın üzə çıxaraq heç olmasa onun müalicəsinə kömək edəcəyinə ümid bəsləyir. İstintaq yekunlaşıb, iş məhkəməyə gedir İstintaqın gedişi və şikayətçinin iddialarına münasibət öyrənmək üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əməkdaşı, işin istintaqını aparan müstəntiq Mirrəvan Ağayevlə əlaqə saxladıq. Müstəntiq bildirdi ki, işin istintaqı yekunlaşıb, bir neçə günə qəza tərədən avtomobili etibarnamə ilə idarə edən sürücü Nəhmətov Ruslan Tağı oğlunun məsuliyyətə cəlb olunması üçün iş məhkəməyə təhvil verəcək: "Burda kiminsə qanundan yayınmasından söhbət gedə bilməz. O ki qaldı zərərçəkənə dəymiş maddi ziyanın ödənməsinə, bu, artıq məhkəmənin qərarından asılı olacaq". |
2013-11-26 | 2,555 | Suriyada yenidən qətliam: 56 ölü | Suriya prezidenti Bəşər Əsədə aid hərbi birliklərin müxtəlif şəhərlərdə müxaliflərə qarşı ağır silahlarla təşkil etdiyi hücumlarda ikisi uşaq olmaqla 56 adamın öldüyü bildirilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya İnsan haqları Təşkilatından (SNHR) verilən açıqlamada rejim qüvvələrinin rəhbərlik əleyhdarlarının yerləşdiyi bölgələrə raket, top və döyüş təyyarələrindən təşkil etdiyi hücumlar nəticəsində Şam ətrafında 27, İdlibdə 11, Hələbdə 7, Dərədə 5, Rakkada 3, Deyruz Zorda 2 və Humusda 1 olmaqla ümumən 56 adamın öldürüldüyü bildirilib. Ölənlər arasında 14 Azad Suriya Ordusu (ÖSO) üzvü də var. Suriya Yerli Koordinasiya Komitəsi (LCC) tərəfindən verilən açıqlamada da Əsəd qüvvələrinin paytaxt Şama müxaliflərin əlində olan Duma, Haresta, Bərzə, Yərmuq, Dareyya, Muaddamiyyə şəhərləri ətrafına və Şərqi Quta bölgəsinə ağır silahlarla hücum etdiyi bildirilib. Silahlı müxaliflərin Şərqi Quta bölgəsində hökumət qüvvələrinin əlindəki bəzi nöqtələri ələ keçirdiyi bildirilən açıqlamada, Əsəd qüvvələrinin Kasyon Dağından müxaliflərin idarəsindəki bölgələrə top atəşi başlatdığı qeyd edilib. |
2013-11-26 | 2,557 | Məhkəmə hökumətin sərəncamını qanunsuz hesab edəcəkmi? | Kiyev İnzibati dairə məhkəməsi Ukrayna Avropa Partiyasının hökumətin Ukrayna və Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasına dair sərəncamının qanunsuz olmasının tanınması barədə iddiasını baxmaq üçün qəbul edib. Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, məhkəmə iddiayaya dekabrın 10-da baxacaq. İddiaçı tərəf qismində çıxış edən Avropa Partiyası hökumətin adıçəkilən sərəncamının qanunsuz və etibarsız olmasını tanımağı tələb edir. İddiaçı tərəfin fikrincə, hökumətin sərəncamı Ukraynanın bir sıra qanunları ilə ziddiyyət təşkil edir və ölkə vətəndaşlarının hüquqlarını pozur ( Trend ). |
2013-11-26 | 2,558 | Bakıda "Audi" alovlandı | Bakıda vətəndaşa məxsus "Audi" yandı. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "Audi" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2013-11-26 | 2,559 | Baloğlan Əşrəfov Firuz Səxavəti qınadı | Artıq bir neçə gündür ki, unudulmaz sənətkar Səxavət Məmmədovun qardaşı Firuz Səxavət "Axar.az"a zəng edərək, "Gör Azərbaycanı kimlərin əlində qoyub gedirik" başlığı ilə gedən müsahibəsindəki foto-silsilədən "divarda Məhəmməd Əmin Rəsulzadənin şəkli görünən" fotolarını çıxarılmasını xahiş edir. Müğənninin dediyinə görə, bunun üçün onu incidirlər. Məsələ digər xəbər saytlarının da gündəmində olub. Bir sıra incəsənət adamları bu məsələyə münasibət bildirərək Firuz Səxavətin bu hərəkətinin doğru olmadığını bildiriblər. Xanəndə ilə bağlı Xalq artisti Baloğlan Əşrəfov da etirazını dilə gətirdi. "Axar.az"a danışan Xalq artisti dedi ki, Firuz Səxavətin bu cür davranması heç də təqdir edilən deyil: "Əgər ölkə başçısı Məhəmməd Əmin Rəsulzadənin adının əbədiləşdirilməsi ilə bağlı sərəncam veribsə, kiminsə belə bir hərəkət etməsi doğru deyil. Sənətçiyə yaraşan odur ki, dövlət başçısının təbrik etdiyi adama hörmət qoysun. Firuz Səxavət bu cür davranışı ilə səhv hərəkət edib". |
2013-11-26 | 2,560 | Müxalifət mitinqə hazırlaşır | Milli Şuranı təşkil edən partiyalar intensiv məsləhətləşmələr aparırlar. Burada əsas mövzu Avropa Birliyinin Vilnüs sammiti ərəfəsində, yaxud da həmin günlərdə Bakıda kütləvi aksiya keçirtməkdir. "Axar.az"ın xəbərinə görə, bu barədə "Musavat.com"a müxalifətdəki partiyalardan birinin lideri məlumat verib. O deyib ki, artıq bir sıra MDB ölkələrində, o cümlədən də Ermənistanda öz iqtidarlarını Avrointeqrasiyaya çağıran aksiyalar keçirilib. "Doğrudur, Azərbaycan prezidenti Vilnüsə, Avropa Birliyinin sammitinə getmək qərarı verdi; əgər belə olmasaydı mitinqin şüarları və xarakteri iqtidarın əleyhinə olacaqdı; lakin yenə də belə bir aksiyaya ehtiyac var. Qeyd etmək lazımdır ki, Müsavat Partiyası həftənin başlanğıcında Azərbaycan hakimiyyətinin Vilnüsdə keçiriləcək sammitdə yüksək səviyyədə iştirak etməsi çağırışı etdi və əslində cavab da aldı. Lakin bu tədbirdə Azərbaycanın Avropa ailəsinin tərkib hissəsi olması istiqamətində konkret və qətiyyətli qərarlar qəbul etməsi məqsədəuyğun sayılır. Bakıda keçiriləcək aksiya Azərbaycan iqtidarını bu məsələyə daha ciddi yanaşmağa təşviq edə, eyni zamanda, rəsmi Bakını sıxışdıran Rusiyaya da önəmli mesaj ola bilər". Məlumata görə, kütləvi aksiya ilə bağlı qərar hər an verilə bilər və müxalifət razılıq üçün meriyaya sadəcə bildiriş göndərərək, mitinqi elan edə bilər. |
2013-11-26 | 2,561 | Mikroavtobus yük maşını ilə toqquşdu: ölənlər var - Foto | Ağstafa rayonuda ağır yol qəzası baş verib. "Axar.az"ın "Anspress"ə istinadən məlumatına görə, bu gün axşam saatlarında sərnişin mikroavtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza zamanı mikroavtobusda olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Avtobus yük maşını ilə toqquşduqdan sonra yol kənarında dayanan piyadanı da vurub. Qəza nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb. Hələlik onların adları bəlli deyil. Digər yaralılar isə mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Rayonun hüquq mühafizə orqanı əməkdaşları ilə birgə prokuror da hadisə yerinə yollanıb. |
2013-11-26 | 2,562 | Qanunda dəyişikliklər edildi- Sərəncam | Azərbaycan Prezidenti İlham Əliyev "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 777-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. *** Prezidenti İlham Əliyev eyni zamanda "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 774-IVQD nömrəli Qanununun tətbiqi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. |
2013-11-26 | 2,563 | Vəfa Quluzadə Əliyevin Vilnüs səfərindən danışdı | Ölkə prezidenti İlham Əliyevin noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III Şərq Tərəfdaşlığı sammitində iştirak etməsinə politoloq Vəfa Quluzadə münasibət bilirdi. Bu haqda "Axar.az"a danışan təcrübəli politoloq Gömrük İttifaqının gələcək perspektivi və Avro-inteqrasiya məsələsində Ukrayna və Azərbaycan arasında olan fərqə də aydınlıq gətirdi: "Azərbaycan heç vaxt Rusiyaya inteqrasiya etməyib və etməyəcək də. Müstəqillik əldə edəndən sonra ölkəmiz Qərb yolunu tutdu və bu gün də bu yolu uğurla davam etdirir. Bu məsələdə Ukrayna bir az tərəddüd etdi, buna səbəb isə bizdən fərqli olaraq Ukraynanın daha çox Rusiyadan asılı olmasıdır. Ümumiyyətlə, Gömrük İttifaqının heç bir perspektivi yoxdur. Burda udan yalnız heç bir təbii sərvəti olmayan Belarus oldu. Çünki Belarus prezidenti Lukaşenko çox hiyləgər adamdır. Baxın, Kreml o qədər aciz vəziyyətə qalıb ki, bizi özündən asılı salmaq üçün Rusiyanın özünə pul qazandıran miqrant məsələsini qaldırır. Onu da deyim ki, Rusiya Qafqazda da real güc sahibi deyil. Rusiya yalnız Qərbin regionda onlara verdiyi azadlıqlar çərçivəsində hökmranlıq edə bilər". |
2013-11-26 | 2,564 | Göydən daş yağdı - Video | Əgər xəbərimiz olmasaydı, Siciliyada tez-tez püskürən böyük aktiv Etna vulkanı var, düşünərdik ki, Allah buranı daş yağışı ilə lənətləyib. |
2013-11-26 | 2,565 | "Zenit" - "Atletiko Madrid" - Canlı | null |
2013-11-26 | 2,566 | Lomonosov I Pyotrun oğlu imiş - Faktlar | Lomonosovun hamı tərəfindən qəbul edilmiş bioqrafiyası ilə tanışlığın ilk mərhələsində, sadə bir insanın Peterburqun yüksək təbəqəsinin sıralarına birdən-birə yüksəlməsinə təəccüb etmədən dayana bilmirsən. Akademikliyə qədər yüksəlmiş "arxangelskli kişi" bəzən öz həmkarlarını qarşısına yığıb onları çubuqla cəzalandırırdı. Bununla bərabər "kəndçi oğlu" bəzən çəkinmədən rus taxtının azyaşlı varisi Pavel Petroviçin də qulağından tutub dartırdı. Maraqlıdır ki, buna görə də heç kim ona cəza vermirdi. Alimin hər kəsə bəlli olan tərcümeyi-halı son dərəcə sadələşdirilib. Məhz bu bizə Mixailin həyatının ilk anında olan vəziyyətini öyrənməyə vadar edir. Əvvəlcə bundan başlayaq ki, onun kökü kəndli yox, kifayət qədər varlı olan meşşan ailəsi ilə bağlı idi. Barmaqarası baxış Ölkənin şimalında dövlətə məxsus olan kəndlilər dənizlərdən azad istifadə etmək hüququna malik idilər və buna görə xarici tacirlərlə iş aparırdılar. Lomonosovun atası isə bu sahədə elə də uğursuz adam deyildi. Ağ dəniz və Şimal Buzlu Okeanında öz qayığı ilə ticarət edirdi. Amma atanın heç bir fəaliyyəti onun oğlunun Moskvada yunan-latın slavyan akademiyasında, Kiyev ruhani akdemiyasında, Elmlər Akademiyasında təhsil alması və ya həmin yerlərdə işləməsinin səbəblərini açmağa kömək etmir. Hər dəfə kəndçi ailəsindən çıxan bu gənc təhsili üçün özünün ya dvoryan oğlu olması, ya da ki keşiş nəslindən gəlməsini tərcümeyi-halında yazmaqla müxtəlif yerlərə oxumağa gedə bilirdi. Maraqlıdır ki, administrasiya buna barmaqarası baxırdı. Nəhayət, 1736-1741-ci illərdə Lomonosov ilk dəfə sistemli təhsil almaq üçün Almaniyaya yollanır və burada məşhur filosof Xristian Hans Volfdan dərs alır. Sadə adam üçün belə tip təhsilin alınması ağlasığmaz bir şeydir. Əgər əfsanələrdən birinə nəzər salsaq, məsələni daha asan aydınlaşdırıla bilərik. Bu əfsanəyə görə Mixailin çar I Pyotrun nikahdan kənar oğlu olduğu deyilir. Nağıldakı kimi Ağıldankəm Alekseydən başqa Pyotrun oğlu yox idi. Rusiyanı imperiyaya çevirmiş bir hökmdarın başqa davamçısının olmaması ölkədəki siyasi vəziyyəti daha da qəlizləşdirirdi. Çariça Yekaterina isə imperator üçün yalnız qız övladı dünyaya gətirirdi. Artıq hökmdar məğlubiyyətini qəbul etmişdi. Deyilənlərə görə o, hərdən bununla bağlı müxtəlif qərarlar verirdi. Qərarların birində çarəsiz qalaraq bildirmişdi: "Əgər hansı gözəl mənə oğul nəsib etsə, onu dərhal özümə şahzadə edərdim". Məsələni bir az da dəqiqləşdirək. Hökmdar belə bir qərarı nağılda verir. Çarın bu etirafından sonra ona çıxışı olan arxangelskli təriqətçilər bundan istifadə etmək qərarına gəlirlər. Onu Ust-Tosnoda olan zaman yetim qız Yelena ilə görüşdürürlər. Bir azdan Pyotrun əmri əsasında gözəl Yelena ilə başqa bir yetim Vasili Drofoyevi evləndirirlər. Artıq getmək vaxtı çatanda o, təriqətçilərdən bir şey xahiş edir: "Əgər Tanrı oğul göndərsə, ona babam Mixail Fyodoroviçin şərəfinə Mixaylo adı verilsin. Mənim oğlum və onun üçün təyin edilmiş ata olan Vasili Lomonosov soyadı altında yaşasınlar. Hələ bu sirr yaşamalıdır. Amma mənim yaratdığım sirlər heç vaxt unudulmur". Alekseyin dəhşətli qətlindən sonra Pyotr hələ də oğlan övladı istəyirdi. Hər kəs ümid edirdi ki, Tanrı oğlan göndərəcək. 8 noyabr 1711-ci ildə Yelena oğlan övladı doğur. Ailədə hər kəs şad idi. Mərkəzdən ailəyə yardımlar gəlirdi. 1722-ci ildə Mişa Lomonosov əski təriqətçilərin Vıq çayında olan məktəbinə aparıldı. 1724-cü ildə onun taleyinə aydınlıq gəldi. Yelizavetanın hökmdar elan edilməsi onun taxta olan iddialarının məhvinə səbəb oldu. Qeyri- rəsmi doğulmuş oğlunun taleyi tez-tez imperator I Pyotru narahat edirdi. Ölümündən bir az əvvəl hökmdar sinod Feofan Prokoroviçə Mixaili təriqətçilərin yanından alıb Moskvaya göndərməsini xahiş etdi. Əfsanəyə görə o, Feofana belə deyir: "Əziz müəllim, onu Moskva məktəblərində oxut və onun qayğısına qal. Ümumiyyətlə, ona olmaq istədiyi şeyin arxasınca getməyə icazə ver". Ehtiyatlı Yelizaveta Sinodun rəhbəri Feofan Prokoroviç imperatorun dediyi kimi Lomonosovun qayğısını çəkirdi. Peterburq Akademiyası üç tələbəni xaricə oxumağa göndərdiyini açıqlayanda siyahıya Mixaylonun da adını salmışdı. Bu siyahının tərtibində Feofan Prokoroviçin rolu çox böyük idi. 1736-cı ildə Mixailin qəyyumu olan sinodun səhhəti pisləşir. Buna görə də Feofan hamını yanına çağırır. Bunların sırasında Pyotrun qızı Yelizaveta da var idi. O, Pyoturun sirrini hamıya açıqlayır. Lakin bu Yelizaveta üçün çox gözlənilməz olur. Əslində, bu, hökmdar qızının apardığı mübarizədə əsaslı problemlər yarada bilərdi. Buna görə də o, Lomonosovu sərhəddən kənarda saxlamaq niyyətində idi. Nəhayət, 1741-ci ildə Yelizaveta rus taxtının çariçası kimi təsdiqlənir. Lomonosov məhz bundan sonra vətənə geri qayıtmaq üçün icazə ala bilir. Ona Rusiyada həyatını qurmaqdan ötrü müəyyən vəzifələr təklif edilir. Lakin Mixail heç bir təklifi qəbul etmir. O, daha iki il aşağı təbəqənin nümayəndəsi kimi ölkəsində yaşayır. Bu, Pyotrun sirri haqqında məlumatlı olan zadəganları heyrətə salır. Maraqlıdır ki, Lomonosovun Pyotrun oğlu olması ilə bağlı şayiələr tezliklə ölkənin ən aşağı nümayəndələrinin arasına qədər yayılır. Yalnız 1753-cü il martın 1-də şayiələrə son qoymaqdan ötrü Yelizaveta Petrovna ona Koperski uyezdində 9 min desyatin torpaq və 212 kəndli ayırır. Göründüyü kimi, Rusiyada hakimiyyəti qorumaqdan ötrü Yelizaveta və Mixaylo arasında gizli saziş imzalanıb: alim taxta can atmamalı, onu ələ keçirməyə çalışmamalı, əvəzində isə ona elminin inkişafı üçün hər bir qayğı göstərilməli idi. Bütün bunlar yeni şahzadəni tamamilə qane edirdi. Lakin Yelizaveta üçün problem hələ bitməmişdi. O, elmlə məşğul olan sadə insanın konservativ rus cəmiyyətində hər zaman təhlükə olaraq qaldığını bildiyindən Mixail üzərində nəzarətini daha da gücləndirirdi. İnanılmaz təsadüf Lomonosov Pyotra həm xarakter, həm də xarici cəhətdən çox oxşar idi. Məsələn, hər ikisi hərəkətlərində çox səbirsiz idilər. Əlbəttə ki, Pyotrun buna haqqı çatırdı, lakin Mixaylo ilə bağlı məsələ bir qədər qəliz idi. Alimdə belə hallar artıq tələbəlik illərindən formalaşmağa başlamışdı. Bunu hansı səbəblə etdiyini isə aydınlaşdırmaq indiyə qədər mümkün deyil. Ümumiyyətlə, Lomonosovun xarici görünüşünü əks etdirən 4 portret var. Bunlardan ikisi 1750-ci illərdə avstriyalı rəssam Prenner tərəfindən çəkilib. Vortman və Fessar da daha iki qravüranı çəkərək alimə hədiyyə etmişdilər. Bu portretlərdə Pyotrla oxşarlığa səbəb olacaq kiçik detalları görmək mümkündür. Hər ikisinin boyca çox hündür olması buna bariz nümunədir. Amma yalnız bu onların eyni nəslin üzvü olması sualına cavab vermək üçün kifayət deyil. Bu, yalnız kiçik sübut kimi qəbul edilməlidir. Sonuncu ən mühüm oxşarlıq onların hər ikisinin nəslini davam etdirəcək oğlan övladına sahib ola bilməmələridir. Halbuki hər iki şəxsiyyət bunun üçün müəyyən gücə sahib idilər. |
2013-11-26 | 2,567 | Ağır əməliyyatdan qabaq həkimlər üçün oynadı - Video | Amerikalı Debro Koenin əməliyyat öncəsi rəqsi tezliklə internetdə onun yüzlərlə izləyicisinin artmasına səbəb olub. Belə ki, ağır əməliyyat olunacaq qız masaya uzanmazdan qabaq həkimlərlə birgə rəqs eləmək istədiyini bildirib: "Rəqs - mənim dərmanımdır. Mən buna görə də narkozdan öncə öz həkimlərimlə rəqs etmək istəyirəm". O bu sözləri öz mikrobloqunda yazıb. |
2013-11-26 | 2,568 | Cinayət Məcəlləsində dəyişiklik - Sərəncam | Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 771-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. "Axar.az"ın xəbərinə görə, sərəncamda bildirilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 771-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. |
2013-11-26 | 2,569 | Nazirlər sərhəd problemini müzakirə etdi - Tehran | Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif ilə görüşüb. "Axar.az"ın Trend-ə istinadən məlumatına görə, görüş əsnasında nazir Elmar Məmmədyarov İran İslam Respublikası ilə altılıq arasında Cenevrədə aparılan son danışıqların müsbət məcraya doğru yönəlməsinin Azərbaycan Respublikası tərəfindən alqışlandığını bildirib. Cavad Zərif 9 oktyabr tarixində Azərbaycanda keçirilmiş uğurlu prezident seçkiləri ilə əlaqədar Azərbaycan xalqını təbrik edib. Görüş zamanı ikitərəfli əsasda enerji, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunaraq, tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyanın iclasının keçirilməsi barəsində razılıq əldə olunub. Sərhəddə yaranmış vəziyyət ilə əlaqədar tərəflər arasında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov tərəfindən Cavad Zərif Azərbaycana səfərə dəvət olunub. Dəvət İran İslam Respublikasının xarici işlər naziri tərəfindən məmnuniyyətlə qəbul edilib. |
2013-11-26 | 2,570 | Ən ucuz və ən bahalı ali məktəblərimiz – Araşdırma | Belə bir deyim var: ən gözəl zövq, elmdən alınan zövqdür. Bəs, görəsən, bizim ali məktəbdə təhsil alan tələbələrimiz ən gözəl zövqdən faydalanmaq üçün nə qədər təhsil haqqı ödəyirlər? "Axar.az" olaraq ölkədə fəaliyyət göstərən ali məktəblərin ən ucuz və ən bahalı olanı ilə maraqlandıq. Ən bahalı və ən ucuz qiymətə təhsil verən ali məktəb hansılardır? Qeyd edək ki, qiymətlər fakültə və universitetlərə görə fərqlənir. Ölkədə fəaliyyət göstərən universitetlərin ən bahalı olanı Qafqaz Universitetidir. Burada ən yüksək ödəmə 4500 manatdır. Ən bahalı universitetlər sırasında "İctimai Siyasi Universitet", "Kooperasiya", "Turizm", "Asiya" "Avrasiya", "Odlar Yurdu","Qərb" və "Xəzər" universitetləri də yer alır. Qeyd edək ki, "Odlar Yurdu" universitetində minimum, orta və maksimum təhsil haqlarının miqdarında heç bir fərq yoxdur. Hər biri standart olaraq 3000 manat təşkil edir. "Qərb" universitetində də qiymətlər "Qafqaz" universiteti ilə müqayisədə heç də fərqli deyil. Burada da maksimum qiymət 3860 manatdır. Özəl universitetlərdən fərqli olaraq bəzi dövlət universitetlərindəki qiymətlər də elə fərqli deyil. Belə ki, Azərbaycan Diplomatik Akademiyası ən bahalı təhsil ocaqlarındandır. Burada ən bahalı fakültə 3500 manatdır. Bakı Dövlət Universiteti və Tibb Universiteti də bahalı universitetlərdən hesab edilir. Hər iki universitetdə ən bahalı fakültənin təhsil haqqı 3000 manatdır. Bəs ən ucuz təhsil haqqı təklif edən universitetlər hansılardır? Ən ucuz qiymət təklif edən universitetlər sırasında lider Milli Aviasiya Akademiyasıdır. Akademiyada təhsil 600 manata təklif edilir. Artım tendensiyası ilə ucuz universitetlər bunlardır: "Aqrar", "Azərbaycan Bədən Tərbiyyəsi və İdman akademiyası", "Müəllimlər Universiteti" və "Azərbaycan Texnologiya" universiteti. Sadalanan universitetlərin hər birində ən ucuz təhsil haqqı 900 manatdır. |
2013-11-26 | 2,571 | Gənclərin mübahisəsi qanla bitdi – Sumqayıt | Sumqayıt şəhərinin dəniz qırağı ərazisində yerləşən "Qala" əyləncə mərkəzinin yaxınlığında bıçaqlanma hadisəsi baş verib. "Axar.az"ın xəbərinə görə, bir-biri ilə mübahisə edən gənclər sonda bıçağa əl atmalı olublar. Baş vermiş olay nəticəsində iki nəfər ağır xəsarət alaraq Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıblar. Hadisəni törədən şəxs Elşad Əhmədəliyev isə üzərində gəzdirdiyi bıçağı da götürərək Polis İdarəsinə könüllü olaraq təslim olub. Faktla bağlı Sumqayıt şəhər Polis idarəsində cinayət işi açılıb, hadisə ilə bağlı araşdırma aparılır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.