date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-11-23 | 2,257 | Misir Türkiyə səfirini “arzulanmaz şəxs” elan etdi | Misir Türkiyənin Qahirədəki səfiri Hüseyn Avni Botsalını "arzulanmaz şəxs (persona non grata)" elan edib. Misirin Xarici İşlər Nazirliyi Botsalıdan dərhal ölkəni tərk etməyi tələb edib. Türkiyə ilə diplomatik əlaqələrin dərəcəsini azaltmaq qərarı verən Misir Ankaradakı səfirini də geri çağırıb. |
2013-11-23 | 2,258 | İki supergücün nazirləri Cenevrədə təkbətək | Cenevrədə Con Kerri ilə Sergey Lavrovun təkbətək görüşləri başlayıb. "Axar.az"ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, görüşün nəticələri haqqında hələlik heç bir informasiya verilmir. Ümumiyyətlə, tərəflərin bu gün görüşəcəkləri sual altında idi. Bəzi ekspertlər artıq görüşün nəticəsinin sırf "Altılığ"ın verəcəyi qərara da təsir edəcəklərini açıqlayıblar. |
2013-11-23 | 2,259 | Misir-Türkiyə qalmaqalına Abdullah Güldən cavab | Türkiyə prezidenti Abdullah Gül az əvvəl Misirdə yaşanmış səfir qalmaqalıyla bağlı açıqlama verib. Prezident "ümid edirəm ki, əlaqələrimiz yenidən bərpa olunacaq. Türkiyə ilə Misir bir almanın yarısı kimidir",- deyib. Gül Giresunda verdiyi açıqlamada "Misirdə baş verənlərə görə çox narahatıq. Orada fövqəladə vəziyyət var. Misirin tez bir zamanda demokratiyaya qovuşmasını istəyirik",- ifadəsini işlədib. |
2013-11-23 | 2,260 | İlham Əliyev səfirlərin etinadnaməsini qəbul etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Yeni Zelandiya və Yaponiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Taha Makferso və Tsuquo Takahaşinin etimadnaməsini qəbul edib. "Axar.az"ın Prezidentin rəsmi sayıtna istinadən xəbərinə görə, Azərbaycan ilə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayan dövlətimizin başçısı əməkdaşlıq imkanlarının araşdırılmasının və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin önəmini qeyd edib. Səfirlər yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib. Onlar ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəklərini deyiblər. |
2013-11-23 | 2,261 | "Baku World Challenge” yarışında qәza - Foto | Noyabrın 23-də Bakıda FİA GT Series-in final mərhələsi - "Baku World Challenge"nin sərbəst sürüş üzrə yarışları başlayıb. Yarış iki gün davam edəcək. "Axar.az"ın xəbərinə görə, yarışın ilk günü dörd avtomobil qəzaya uğrayıb. Qəzaya uğrayan avtomobillərin biri "Mersedes", ikisi "Audi" və biri "Corvette"dir. Qəza zamanı "Audi" markalı avtomobillərdən birində yanğın baş verib, lakin alovun qarşısı dərhal alınıb. Pilot vaxtında avtomobili tərk etdiyindən xəsarət almayıb. Qeyd edək ki, yarışda 14 beynəlxalq komanda və 30 avtomobil iştirak edir. |
2013-11-23 | 2,262 | Polisin adam güllələməsi olayının təfərrüatı | Göyçayda keçmiş polis əməkdaşının Gəncə sakinini güllələməsinin təfərrüatları məlum olub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dünən axşam saatlarında Göyçay şəhərində qeydə alınıb. Şəhər sakini Vüqar İsgəndərov özünə məxsus fərdi yaşayış evinin həyətində Yeni Gəncə qəsəbə sakini, 1989-cu il təvəllüdlü Məmmədov Anar Zöhrab oğluna ov tüfəngindən bir dəfə atəş açaraq onu ayağından yaralayıb. Məlumatda bildirilir ki, Anar Məmmədov Vüqar İsgəndərovun evində heç kimin olmamasından istifadə edərək oğurluq məqsədilə həyətə daxil olub. Şəxsi avtomobili ilə evinə gələn Vüqar İsgəndərov həyətində yad adam görüb. Anar Məmmədov həyətə daxil olan ev sahibini görən kimi hasarın üstünə çıxaraq qaçmaq istəyib. Ev sahibi onu dayandırmaq istəsə də, Anar Məmmədov çağırışa məhəl qoymayıb. Bu vaxt Vüqar İsgəndərov ov tüfəngindən atəş açaraq onu ayağından yaralayıb. Yaralı Anar Məmmədov Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşını ilə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. O, əməliyyat olunub və hazırda xəstənin vəziyyəti normaldır. Məlumata görə Vüqar İsgəndərov Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşı olub. Hazırda isə təqaüddədir. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. |
2013-11-23 | 2,263 | Avtomobil su kanalına düşdü | Ağdam rayon sakini Çingiz Süleymanovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil idarəetməsini itirərək su kanalına düşüb. Hadisə şahidlərinin "Axar.az"a bildirdiyinə görə, Bərdə rayonunun Mirzalıbəyli kəndində baş verən hadisədə sürücü Çingiz Süleymanov hadisə yerində keçinib. Avtomobildə olan digər sərnişin Abbas İbrahimov isə ağır yaralanıb. Yaralı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır. |
2013-11-23 | 2,264 | Qatilim 30-35 yaşlı, hündür, dolu adamdı - Rafiq Tağısız 2 il | Atam ateist deyildi... Bu gün Rafiq Tağının ölümündən 2 il keçir. 2011-ci il noyabrın 19-da yaşadığın binanın yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanmışdı. Xəstəxanaya yerləşdirildikdən 4 gün sonra xəstəxana palatasında dəqiq məlum olmayan səbəbdən vəfat etdi. İki ildir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılan cinayətin hələ də heç bir nəticəsi yoxdur. Bu cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Qatil və sifarişçilər hələ də azadlıqdadır. Bu dəfəki "Şair ailəsi" layihəsini Rafiq Tağıya və ailəsinə həsr etmişik. Ədəbiyyatın və insanlığın kisəsindən gedən Rafiq Tağı haqqında həyat yoldaşı Mailə xanım və qızı Qəmər danışdı. Oğlu Asiman işlərilə bağlı söhbətimizə qoşula bilmədi. Söhbəti elə Rafiq mövzusuyla başladıq, daha doğrusu, Rafiqsizlik... Ruhu şad olsun. Rafiqsizlik... Rafiq Tağının ailəsi 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yaşayır. 2 otaqlı sadə mənzilləri var. Evləri sadə, təmirsiz, amma eyni zamanda çox xoş auralı, rahat evdir. Bizi qapıda Mailə xanım qarşıladı, "necəsiz?" sualını soruşanda "Rafiq Tağısız necə olacağıq?" dedi... Elə söhbətimiz də belə başladı: - 2 il Rafiq Tağısız... çətindi, çox çətindi... Bir-iki dostları var ki, gəlib yoxlayır. Adlarını çəkmək istəmirəm, ən çox Vaqif (V.B.Odər – red.) gəlir. Anasını iki ildi "aldadırıq". Xaricdədi, kitabı çıxıb deyirik. 90-a yaxın yaşı var, deyir, gəlsin, ölməmiş mən də görüm, gəlsin, Asimanı evləndirsin... Mən də Masallıdanam. Anasının məndən xoşu gəlib, göstərib Rafiqə. Çox qız göstəribmiş, məni bəyənib. Moskvadan məzuniyyətə gəlibmiş, anası deyib, ta bu dəfə evləndirəcəm, buraxmayacam. Məni gördü, bəyəndi, alıb apardı, getdik Moskvaya. Çoxdan yaşayırdı orda. 89-un axırları avqustun 1-2-si Moskvada olduq. Toyumuz olmayıb Rafiq toy eləməyi xoşlamırdı, həm də tələsirdi. Bura məzuniyyət götürüb qardaşı Rafaelin toyuna gəlmişdi. Orda məni gördü, bəyəndi, alıb apardı. Toyumuz olmayıb bizim. Qardaşının toyuna qalmadı, qız toyunda oldu, oğlan toyu olmamış çıxıb getdik. Moskvada evi var idi, mən qala bilmədim orda, bir neçə ay sonra çıxıb gəldik. Mən 1990-cı ilin 20 yanvar günü gəlmişəm. O qanlı-qadalı, dəhşətli gündə gəldim Bakıya. 6 ay sonra da qardaşı bu evi tapdı, ordakı evlə dəyişdik, ondan sonra da Rafiq gəldi. Orda da həkim kimi xəstəxanalarda işləyirdi. Əvvəldən bu evdə yaşamışıq. Rafiq bura gələndən bir neçə ay sonra burda da həkim kimi işləməyə başladı. Rafiq bütün yeməkləri sevirdi, daşdan yumşaq nə versən, yeyərdi. Amma ən xoşladığı yemək plov (aş) idi. Mürəbbələri çox sevirdi, hamısını, elə arıq olmağına baxmağın, yeyimcil idi. Qısqanclıqları vardı Siqaret çəkməzdi, araq da ki, dilinə vurmurdu. Ümumiyyətlə, ailələri belədi, içib-çəkən deyillər, qardaşlığa çox mehribandılar. Mən belə mehriban qardaşlar görməmişəm. Başqa qadınlarla – dostları, həmkarlarıyla danışıb-gülsə də, qısqanclıqları vardı, ailədə bir az başqaydı. Hər yerə aparmazdı məni, hara getsək də, özüylə aparıb, özüylə gətirərdi... Kinoya, teatra çox gedərdik. Moskvada da aparardı, burda da. Evinin dirəkləri də qızıldan olardı Rafiq Tağı ömrü boyu yazılarının pulunu almamışdı, axırıncı 3 yazısından başqa,- səhv eləmirəmsə. Bütün yazılarının qonorarını alsaydı, evinin dirəkləri də qızıldan olardı. Niyə almırsan, deyəndə də, mən pula görə yazmıram ki, deyərdi. Qəribə adam idi, rəhmətlik. Çox ürəyiaçıq idi, heç kimi boş qaytarmazdı. Amma evə dostlarını-filan çox dəvət eləməzdi. Dostları gələndə də mən yemək hazırlayıb mətbəxdən verərdim, özüm gəlib oturmazdım heç vaxt. Sevmirdi belə şeyləri. Kədərli mahnılar dinləyərdi həmişə, dinləyəndə də gözü dolardı. Qərəzli yazılarını oxumurdum Vaxtım olanda yazılarını oxuyurdum, maraqlı olanları, hekayələrini daha çox oxuyurdum. Rafiqin hirsli yazılarını, qərəzli hesab elədiyim yazılarını oxumurdum, qəti oxumurdum. Dalaşırdım ki, niyə belə yazmısan? Dediyindən dönmürdü heç vaxt. Amma sonralar hər şeyi yazmırdı, soruşurdu ki, bunu yazım, ya yazmayım, çıxarırdı sərt yerlərini, məsləhətləşib yazırdı. Elçibəy haqqında yazıya görə hədələnmişdi O vaxt həbs olunmamışdan əvvəl də hədələr olurdu. Elçibəy haqqında yazı yazmışdı bir dəfə, ona görə hədələyirdilər. Amma danışan adam deyildi, zəng-filan gəlirdi, amma heç vaxt demirdi bizə. 3 il vermişdilər o vaxt, 1 il 1 ay çəkib çıxdı. Rafiqin yadigarları... Asiman 1991-ci ildə anadan olub, Qəmər 1996-da. Rafiq nənəsinin adını qoyub Qəmərə. Qəmər BDU-da oxuyur, 1-ci kurs tələbəsidir. Asiman "Qərb Universiteti"ni bitirib. Bacılarım, Rafiqin qardaşları, dostları kömək edirlər dolanışığımıza, başqa gəlir yerimiz yoxdu. Dövlətdən-filan yardım görməmişik. Vaqif müəllim Qəmərin Universitetə hazırlaşmağına çox köməklik edib, çox sağ olsun. Qəmər danışır - xatirələr... - Məktəbdə tanıyırdılar atamı. Müəllimlərim də oxuyurdular yazılarını. Universitetdə də bildilər Rafiq Tağının qızıyam, hamısının atama hörməti var. Bir dəfə sevimli yazıçılarımız haqqında prezentasiya hazırlamışdıq. Mən təqdimatım da öz atam haqqındaydı. Atamın yazdıqlarının demək olar ki, yarısını oxumuşam. İki cildlik "Şahzadə Dipendranın məhəbbəti" kitabını, hekayələrini oxumuşam. Oxuyub, deyirdim ki, niyə belə yazmısan? Deyirdi, mən həyatda olanları, gördüklərimi yazmışam. Birinci atamın yanına qaçırdım Bizim kimi ata-bala yox idi. Mən xəstələnəndə deyirdi, qızım mən xəstələnim, sən xəstələnmə. Atama hər şeyi danışırdım, ürəyim sıxılanda, ya nəsə darıxanda birinci atamın yanına qaçırdım. Arada soruşurdu ki, məni niyə bu qədər çox istəyirsən? Deyirdim, nə bilim, bütün qızlar atasına bağlı olur da, mən də elə... Deyirdi, dəyən olmasa, 90-93 il yaşayacam. Heç bir xəstəliyim filan yoxdu. Zarafatla deyərdi ki, var-dövlətli adamlar mənim qədər rahat yatmırlar, mən başımı atıb yatıram, bir də səhər dururam. Onlar narahat olurlar ki, gəlib var-dövlətlərini aparacaqlar, mənim pulum yox, qiymətli bir şeyim yox, özümü aparmayacaqlar ki... Bütün yazılarımın içində qızım var İşdən gələndən sonra bütün günü bir yerdə olurduq. Arada ilham gəlirdi, gedib kompüteri açıb otururdu yazmağa. Mən də gedib "mane" olurdum, şuluqluq edirdim. Deyirdi, bütün yazılarımın içində qızım var. Hər hekayəmin içində sən varsan. Əslində, istəmirdim sərt yazılar yazsın, çay aparırdım, başını qarışdırırdım, "papa yazma" deyirdim. Asiman da deyirdi, elə sərt şeylər yazma. Atam ateist deyildi Çox adam deyir ateist idi, bu haqda heç söhbət gedə bilməz. Bütün günü atamla ailəsi, biz olmuşuq. Atam təkcə Allaha inanırdı. Elə mən də Allahdan başqa heç nəyə inanmıram. Mailə xanım... - Qəməri çox istəyirdi. Evə gələn kimi qucaqlayırdı, öpürdü, əzizləyirdi. Amma vurulmamışdan bir az qabaq, işdən gəlib otağına keçdi, fikirliydi elə bil. Həmişə olduğu kimi də Qəmər qaçdı yanına. İşə, ya uzağa gedəndə tez-tez zəng vurub ancaq Qəməri soruşurdu: Qəmər dərsdən gəldi, Qəmər yeməyini yedi, Qəmər nə bilim nə... Bu dəfə həmişə olduğu kimi yanaşmadı: "Qəmər, çıx çölə, bir azdan gələrsən",- dedi. Nəsə, zəng-filan eləmişdilər bəlkə, bilmirəm. Qapını örtüb tək qaldı otaqda. Vurulub gələndə də Qəmərə bildirməmişdi. Həmişə işdən gec gələndə, zəng vurub deyirdi ki, narahat olmayın, bir az gec gələcəm. O gün işdən də tez gəlirmiş, evə çatanda 10-a qalırdı, təxminən 10 dəqiqə... Marşrutdan düşəndən sonra evəcən təxminən 200-300 metrlik yol var. Rafiq deyirdi, "marşrutdan düşəndən sonra bir az gəldim, sonra hiss elədim ki, kimsə qaça-qaça gəlir arxamca, fısıltı səsi gəlirdi. Fikirləşdim, yəqin pul-filan oğurlayacaq, çantamı boş tutmuşdum əlimdə, bərk sıxdım. Birdən fısıltı səsi kəsildi, onda gördüm arxadan dəfələrlə bıçaqla vurdu". Yaxşı ki, götürübmüş Çantasında bir kitab vardı, gənc yazarın idi, vermişdi ki, oxuyub rəy bildirsin. Onu götürüb yolda, işdə oxuyurdu. Deyirdim, niyə götürürsən, yorulursan, qoy evə. Deyirdi, yox oxuyuram. Yaxşı ki də götürübmüş. Sonra qatil önünə keçəndə əlbəyaxa olublar. Ürəyinə vurmaq istəyəndə portfeli qabağa verib, bıçaq kitaba dəyib, ürəyinə çatmamışdı. Evdə baxdım, portfel cırılmışdı, kitabın da üz qabığı. İndi o kitab da portfel də polisdədi. Özü də çox yerdən vurmuşdular rəhmətliyi. Polislər deyirdi 8 bıçaq vurublar, amma paltosunda çox bıçaq yeri var idi, bəlkə də çoxu keçməmişdi. O qədər bıçaq zərbəsindən sonra evə gələ bilməsi möcüzə idi, qonşular da belə deyirdi. Qəmərə görəmi gəlmişdi, mələklər gətirmişdi, ya necə, ordan bura piyada gəlməsi möcüzə idi. Həmin gün lift də işləmirdi, 5-ci mərtəbəyə nərdivanla çıxmışdı. Necə gül kimi getmişdisə, elə də gül kimi gəlmişdi Sonra müstəntiqlərlə ora baxmağa getdik, nə yerdə, nə də nərdivanlanlarda bir damcı qan yox idi. Heç paltarlarında da qan yox idi, necə gül kimi getmişdisə, elə də gül kimi gəlmişdi. Bütün qan içəridə qalmışdı, rəhmətlik üşüyən idi, qalın geyinmişdi, üstündən də qara qalın palto geyinmişdi. Evə girən kimi "məni vurublar" dedi. İnanmadım, dedim, zarafat eləyirsən. Ağ köynək geymişdi, üstündə toz-torpaq yox, bir qram qan yox idi, dalaşanda yerə-filan yıxılar da adam. Zarafatcıl adam idi, dedim, zarafat eləyirsən. Dedi, yox vallah. Onda inandım. Qəmərə dedi ki, keç o biri otağa, özü hamam tərəfə getdi. Sonra mən yaxasını açıb qanı gördüm, dəli oldum. Sonra özüm hamama girəndə, balaca güzgü var hamamda, onda qan ləkəsi görmüşdüm, ora keçəndə yəqin götürüb baxıbmış yarasına güzgüdə. Təcili yardıma özü zəng vurub çağırmışdı Elə danışırdı, elə hərəkət eləyirdi, elə bil vurulmayıb bu adam. Özü təcili yardıma zəng vurub çağırdı, iş yoldaşıyla danışdı, sonra qardaşı İlqar gəldi, onunla bir xeyli danışdı. Birinci Qəmərə dedim ki, İlqara zəng vurub desin Rafiqi bıçaqlayıblar, tez gəlsin. Elmlərdən bura 15 dəqiqəyə güllə kimi gəlmişdi. İlqar yaralarını görən kimi, dedi, Rafiq sevinirəm ki, ürəyinə dəyməyib. Rafiq elə öz iş yoldaşlarına - həkim dostlarına zəng vurmuşdu, onlar gəlib apardı. Dalağı çox zədələnmişdi, ona görə çıxarmışdılar dalağını, bircə orası ağrıyırdı, bircə ora toxunanda yavaş ol, ağrıyır, deyirdi. Həkimlər də günahkardı Rafiqin ölümündə qatil qədər həkimlər də günahkardı. O cür ağır xəstəni reanimasiyadan bir gün sonra çıxarmazlar. Bir gün yarımdan sonra çıxardılar. Bir gün saxlayıb, işlərin görürmüşlər orda. O vaxt həkimin biri (adını unutmuşam) verilişdə çıxıb demişdi ki, yoldaşı küftə-bozbaş verib, ondan olub. Hamısı yalandı, axırıncı gün qardaşı zəng vurdu ki, bulyon gətir, həkim icazə verdi. Mən də gəldim bişirdim, sonra zəng gəldi ki, tez xəstəxanaya gəlin. Yanında Asiman qalırdı, məni qoymurdu ki, Qəmər tək qalmasın evdə. Asiman da təzə gəlmişdi, ordan Rafiq göndərib ki, neçə gündü burdasan, get dincəl bir az. O da təzə gəlmişdi ki, zəng gəldi, getdik xəstəxanaya. Biz gedəndə artıq keçinmişdi. O yeməyi də gəlib evdə çölə tökdüm, heç kim yemədi. Bu dəfə otaqdan hazır şəkildə gətiriblər iynəni Baldızımın oğluyla İlqar ordaydı həmin gün. Baldızımın oğlu deyir ki, həmişə dayımın yanında vururdular iynəni, özü baxırdı, filan şeydən filan qədər vurun deyirdi. Bu dəfə otaqdan hazır şəkildə gətiriblər iynəni, özü də o tibb bacısını görməmişdik biz, hamısını tanıyırdıq, onu birinci dəfə görürdük. Dərmanın rəngi sap-sarı idi, elə onda şübhələndik, amma heç nə etmədik. Bir az sonra pisləşib ölüb... Planlı şəkildə həyata keçiriblər hamısını. Bu cinayətin dinlə heç bir əlaqəsi yoxdur Bir neçə gün əvvəl polisə çağırmışdılar, amma getmədim. Dedim nə vaxt taparsız qatili, onda gələrəm. İki ildi çağırıb izahat alırlar məndən, ortada heç nə yoxdu. Özü də mən inanmıram, bu cinayətin dinlə heç bir əlaqəsi yoxdur. Kimlərinsə əli var burda, hissiyyatım belə deyir. Burdakı kameraların da hamısını yığıb apardılar, sildilər içini, məhv elədilər, Allah bilir... Orda dəllək vardı, Rafiq həmişə ona vurdururdu saçını, deyirdi, kasıb adamdı, qoy çörək pulu olsun. Hər gün orda olardı, həmin gün o da olmayıb yerində. Hamısı əvvəlcədən qurulurmuş, neçə gün imiş təşkil edilirmiş. "Məni vuran 30-35 yaşında, hündür, dolu adam idi" Rafiq deyirdi, "Cumub arxadan vurdu, üzünü tam görmədim. Məni vuran, təxminən, 30-35 yaşında, hündür, dolu adam idi. Maska geyməmişdi, şərflə bağlamışdı üzünü. Mən ondan qorxmaqdansa o qorxurdu, tövşüyürdü, vurduqca həyəcanlanırdı, danışmırdı". Vurub qaçandan sonra maşın səsi gəlib, demək, tək deyillərmiş, gözləyən varmış onu. Qaçıb maşının qapısı vurulub, sürüb gediblər. Yəni, orda bu boyda həngamənin düşdüyü bir kamera olmayıb?! Qorxurlar, üstünü açmağa qorxurlar... Mən ancaq qatilin kim olduğunu bilmək istəyirəm, kim vurub onu, kimdi bizim düşmənimiz? Kimsə təşkil elətdirib bu hadisəni? Nə pulunu götürmüşdülər, nə telefonunu. Çantasında nə vardısa hamısı ordaydı. Rafiq Tağının Moskvadakı qızı... Rafiqin ordakı ailəsiylə heç bir əlaqəmiz yoxdu. Bir qızı var, qızın anası ölüb. Qaynımgil əvvəllər gedəndə uşağa hədiyyə-filan alırdılar. Qadın pis qadın idi, xasiyyəti pis idi, uşağı da əmilərinə qarşı öyrədirdi. Sonra Rafiq qardaşına da qadağa qoydu onları yoluxmağı. 28-29 yaşı olar qızının, ailə qurmayıb hələ. Heç bir əlaqəmiz yoxdu, amma hər halda Rafiqin ölümünü bilər. |
2013-11-23 | 2,265 | İran “Altılıq”la razılaşıb | Biz "altılıq"la ortaq qərara yaxınıq. "Axar.az"ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu açıqlama ilə altılıqla görüşdən sonra İran Xarici İşlər nazirinin müavini Abbas Araqçı çıxış edib. O, demək olar ki, bütün məsələlərdə razılığa gəldiklərini bildirib: "Biz artıq bütün məsələləri müzakirə etmişik. Yalnız iki-üç məsələdə ortaq nəticəyə gələ bilməmişik". |
2013-11-23 | 2,266 | Tağı Əhmədov "sürüşməyindən" danışdı | "Stansiyada təmir aparmış şirkətin rəhbərinə dedim ki, oranı sən o günə qoymusan, amma mənim xizəyin üstündə sürüşən karikaturalarımı yayırlar" |
2013-11-23 | 2,267 | “Əl-Qaidə” rəsmən Türkiyəyə qonşu oldu | "Əl-Qaidə"nin İraqdakı qolu İraq Şam İslam Dövləti Türkiyə ilə Suriya arasındakı Atma şəhərini işğal edib. "Röyter" agentliyinin xəbərinə görə, Suriyada 32 aydır davam edən və 120 mindən çox insanın həyatını itirdiyi vətəndaş savaşında Əsədə qarşı döyüşən qruplaşmalardan biri "Əl-Qaidə" terror qruplaşması ölkənin şimal sərhədindəki Atma şəhərini işğal edərək Türkiyəyə qonşu olublar və artıq bölgəni şəriət qanunları ilə idarə edirlər. |
2013-11-23 | 2,268 | Rusiya XİN müavini İranla razılığa inanmır | İranla və "altılıq" arasında Cenevrə görüşündə mühüm sıçrayışın olacağına inanmıram. "Axar.az"ın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov çıxış edib. O, artıq buna ümidini itirdiyini də söyləyib: "Baxın, biz illərdir İran tərəfdən dəyişilən fərqli komandalarla bu danışıqları aparırıq. Amma hər dəfə məsələ gəlir bir məqamın üzərində dirənib qalır. Nüvə proqramının sülhməramlı olduğuna necə inanaq". |
2013-11-23 | 2,269 | Təyyarə kitabxanaya döndü | Çankırı Bələdiyyəsinin "Türk Hava Yolları"ndan aldığı "Airbus A 300" tipli sərnişin təyyarəsi bundan belə kitabxana olaraq istifadə ediləcək. "Axar.az" xəbər verir ki, 375 nəfərlik sərnişin tutumu olan təyyarə geniş ölçülərə malikdir. Təyyarədə eyni zamanda 150 şagirdin kitab oxuması üçün şərait var. Təyyarə bundan belə həm kafe, həm də kitabxana kimi fəaliyyət göstərəcək. Çankırı Bələdiyyə başqanı İrfan Dinç jurnalistlərə verdiyi açıqlamada "Airbus A 300" təyyarəsini satın aldığını bildirib. Dinçin verdiyi məlumata görə, təyyarə hissələrə bölünmüş halda 5 tır vasitəsilə ilə gətirilib. |
2013-11-23 | 2,270 | Qadınları nə və necə ağladır? | Statistikaya görə ən az ağlayan qadınlar belə ömürlərinin 16 ayını göz yaşı axıtmaqla keçirirlər. Araşdırmaya görə, göz yaşı axıtmanın böyük qismi uşaqlıq, yeniyetməlik və gənclik çağına təsadüf edir. Bu norma isə orta yaş dövründə nisbət ən azalır. Qadınlar 19-yaşdan sonra çox az hallarda ağlayırlar. Onlar bu dövrdən sonra ciddi səbəb olmadan göz yaşı axıtmağı özləri üçün əksiklik hesab etdiklərindən, bu cür vərdişlərini unutmağa çalışırlar. Bəs qadınlar ən çox nəyə ağlayır? 19-23 yaş arası tökülən göz yaşlarının əsas səbəblərinin sevgi və romantik filmlər olduğu bildirilir. Qadınları ən çox üzən səbəblərin isə uzun zaman sürən münasibətlərin bitməsi olur. İddialara görə qadınları 25 yaşdan sonra ağlatmaq elə də asan olmur. Bu yaşdan sonra onları ağladan yeganə varlıq romantik filmlərdir. Qadın ən çox hansı filmləri izləyərkən ağlayır? "Ruh" - bu film iki aşiqdən bəhs edir. Sevgili cütlüklərdən biri yolda axmaqlar tərəfindən öldürülsə də, onun sevdiyi xanım sevdiyini ruh olaraq sevməyə davam edir. Bu filmlər siyahısına məşhur "Titanik" filmi də aiddir. Bu film iki aşiqin bir-birinə olan sevgisinin böyüklüyündən bəhs edir. Film milyonları ağladan gücə sahibdir. Filmə baxarkən ən çox ağlayanlar isə xanımlardır. Xanımları ağladan digər film isə "Qumsal" filmidir. Bu filmdə amerikalı gəncin səyahət etdiyi Tailandın paytaxtı olan Banqkok şəhərində yaşanan macəralardan bəhs edilir. Bu siyahıya aid olan digər film isə "Larry McMurtry"nin yazdığı əsər əsasında çəkilən "Sevgi sözcükləri" filmidir. Filmdə kifayət qədər romantik səhnələr mövcuddur ki, bu da xanımların göz yaşlarına səbəb olur. "Subay və centlmen" - bu filmdə də, həmçinin, romantik səhnələr çoxluq təşkil edir. Film dostluğun və kamilləşmənin bir zamana təsadüf etdiyi sevgi hekayəsidir. Siyahıya aid olan digər filmlər bunlardır: "Sevgi hekayəsi", "Külək kimi əsdi", "İngilis xəstə" "Fil adam", "Çiyin çiyinə". Qeyd edək ki, sadaladığımız filmlər qadınları ən çox ağladan filmlərdən hesab edilir. |
2013-11-23 | 2,271 | Çinlilərin qəribə toy adətləri… | Çində bəyin ailəsi toydan əvvəl astroloqa müraciət edir. Astroloq cütlüklərin bir-birinə uyğun olub-olmaması barədə məlumat verir. Əgər cütlüklərdə uyğunsuzluq olarsa, valideynlər toyun baş tutmasına icazə vermirlər. Bundan əlavə, çinlilər iyun ayının son 15 günündə evlənməyi uğursuz hesab edirlər. Digər özəllik isə budur ki, gəlinin ətrafında yalnız eyni bürcün nümayəndələri dövrə vura bilərlər. Qeyd edək ki, çinlilər gəlinin toy zamanı qırmızı ayaqqabı və qırmızı fata taxmağını uğurlu hesab edirlər. |
2013-11-23 | 2,272 | “Real Madrid” “bilet pulsuzdur” kampaniyası keçirdi | "Real Madrid" və "Qalatasaray" klublarının qarşılaşmasından əvvəl "5 kq yemək gətirənə bir bilet pulsuzdur" kampaniyası böyük marağa səbəb olub. Növbələr yaranıb Maçdan əvvəl təşkil olunan qida yardımı kampaniyasına dəstək olan azarkeşlər oyunun olacağı "Santyaqo Bernabue" stadionunun qabağında böyük növbələr yaradıblar. Möhtac xalqa dəstək olacağıq "Real Madrid" klubu böyük marağın qarşısında təəccüblərini gizlətməyərək, kampaniyaya ayırdığı 2 min biletə 3 min də əlavə edəcəyini bildirib. Əllərində yeməklərlə stadionun qarşısında növbəyə dayanan azarkeşlər "bu kampaniya ilə həm klubumuzun oyununu izləmək şansımız olacaq, həm də, böhrana görə yardıma möhtac xalqa dəstək olacağıq",- deyiblər. |
2013-11-23 | 2,273 | XX əsrin sirli və qaranlıq tarixi - Foto | II təqdimat XX əsr sirli və qaranlıq tarixi ilə zəngindir. Səbəbi hələ də açılmayan hadisələr hər zaman diqqət və maraq çəkici olub. Bu cür hadisələrdən bəzilərini sizin nəzərinizə bir neçə gün ərzində çatdıracağıq. |
2013-11-23 | 2,274 | “Allah qayıdır?!” Ukraynada | Dünən Ukrayna Millətçilər Konqresinin binasında yazar Zümrüd Yağmurun "Allah qayıdır?!" kitabının təqdimat mərasimi keçirilib. Xatırladaq ki, müəllifin "Allah qayıdır?!" romanı 2010-cu ildə Bakıda nəşr olunub, 2013-cü ilin noyabrında isə kitab ukrayn dilinə tərcümə olunaraq bu ölkədə çap olunub. Kitaba ön sözü Lvov Universitetinin ədəbiyyat kafedrasının müdiri, tanınmış alim professor İqor Pavlyuk yazıb. Pavlyuk kitabı mənəvi dəyərinə görə İncillə müqayisə edərək, müasir ədəbiyyatın parlaq nümunələrindən biri adlandırıb. Təqdimetmə mərasimində Ukrayna millətçilər Konqresinin sədri Stepan Bratsun Zümrüd Yağmurun kitabından bəhs edərkən bildirib ki, belə bir əsərə Ukraynada da ehtiyac var. Çünki əsərdə göstərilən hadisələr, baş verənlər bir qədər fərqli olsa da, Ukraynada da baş verir. Tədbirdə çıxış edən Ukrayna Jurnalistlər Birliyinin icraçı direktoru, kitabın Ukraynada dərc olunmasında böyük rolu olan Elxan Nuriyev də çıxış edərək dedi ki, Azərbaycandan burda kitabların dərc olunması ilə bağlı çox təkliflər gəlir. Amma ədəbiyyatda elə mövzular var ki, onla hər zaman aktualdır. Bu da xalqların azadlığıdır. Bu baxımdan Zümrüd Yağmurun əsəri də mənə gələn kitablar içində ən dəyərli hesab etdiyim kitab kimi diqqətimi cəlb etdi və mən düşünürəm ki, seçimimdə yanılmamışam. Çünki kitaba olan reaksiyalar bunu deməyə əsas verir. Daha sonra Çeçenistanın milli qəhramanı, "Millət və dövlət" qəzetinin baş redaktoru Mariya Bazelyuka söz verildi və o kitabı bir nəfəsə oxuduğunu, əsərin reallıqları tam əks etdirdiyini bildirərək qeyd etdi ki, Zümrüd Yağmurun romanını o qədər bəyənib ki, təkçə oxucu kimi qalmayıb, həm də bu əsər haqqında mətbuatda məqalə ilə çıxış edib. Təqdimatda həmçinin Ukraynaşünaslıq institunun direktoru, tarix elmələri doktoru Pyotr Konenenko, xalq deputatlarından Koşçineç, Oleq Matkiyvskiy və digərləri çıxış edərək əsəri yüksək qiymətləndirib. Mərasimin sönubda isə yazıçının özü çıxış edib. O, Azərbaycandakı duruma diqət çəkib və bildirib ki, indi burda ikiyə parçalanmış, bir parcası işğal altında olan, genosidə məruz qalmış bir xalqın yazarı kimi çıxış etməkdə məyusdur. Təqdimetmə mərasimində jurnalistlər də iştirak edib. "Ukrayna" dərgisinin müxbiri isə yazardan geniş müsahibə alıb və əsərin əsas qayəsi ilə maraqlanıb. |
2013-11-23 | 2,275 | O bədbəxt qız indi UNESKO-nun səfiridir - Foto | 1972-ci il iyunun 8-də Nik Ut adlı fotoqraf tərəfindən çəkilən ürəkağrıdan fotoda viranə qalmış bir kəndin sakinlərinin yaşadıqları acılar əks etdirilib. Çəkilən şəklin sayəsində kəndin yaşadıqları acılar dünya səviyyəsində hər tərəfə yayılıb. Şəkildə gördüyünüz qaçan qızın paltarları bomba partlaması nəticəsində cırıq-cırıq olub. Paltarsız qalan qız həyatı ilə mübarizə aparamağı bacarıb. O, hər şeyə rəğmən ağır müharibədən sağ qurtulub. Hər şey bitdikdən sonra o, müharibənin onda buraxdığı yanıq izlərindən qurtulmaq üçün nə az, nə çox, 17 dəfə dəri nəqli əməliyyatı keçirib. Hətta həkimlər onun yaşayacağına inanmasalar da, o, iki ildən sonra tam sağlam şəkildə həmin dəhşətin yaşandığı kəndə qayıdıb. Bəs fotoda çılğın göz yaşları ilə, əliyalın qaçan qızın kim olduğunu bilirsinizmi? O, 1963-cü ildə, Vyetnamın Sayqo şəhərinin şimalında bir kənddə dünyaya gələn adi qız usağı idi. Hələ uşaq vaxtı keçirdiyi müharibə acıları onda vətənpərvərlik ruhunun formalaşmasına səbəb olmuşdu. ABŞ döyüş təyyarələrinin atdığı bombalara baxmayaraq, xoşbəxt uşaqlardan biri idi. Bu məsum qızın iki qardaşı bombalamadan sonra diri-diri yanaraq ölmüşdü. Hələ uşaq ikən bu cür faciə ilə qarşılaşan balaca qızcığaz bombalamadan sağ çıxmağı bacararaq, müharibənin simvoluna çevrilib. Fotoqraf: "Çox pis görünürdü, öləcəyini düşünürdüm" "O gün, bir çox fotoşəkil çəkmişdim və qəsəbədən ayrılmaq üzrəydim. Tam o sırada iki təyyarə gördüm. Hər iki təyyarə dörd dənə "napalm" bombası atdı. Beş dəqiqə sonra kömək qışqırıqları ilə insanlar qaçmağa başladılar. Həmin qızcığaz məni gördüyü an "mənə su verin, yanıram, qovruluram,"- deyə qışqırmağa başladı. Vəziyyəti çox ağır idi, öləcəyini düşünürdüm. Qeyd edək ki, fotoda müharibənin dəhşətindən qaçan balaca qızcığaz hazırda iki övlad anasıdır, UNESKO-nun səfiridir. Kim Puc müharibə haqda danışarkən belə demişdi: "Mən Napalm atəşindən qaçan kiçik qızdım. Döyüşdən danışmaq istəmirəm, çünki tarixi dəyişdirmək olmaz. Sizdən yalnız döyüşün faciəsini xatırlamanızı və bununla dünyada baş verən döyüşləri, insanların bir-birlərini öldürmələrini dayandırmaq üçün nə isə etməyinizi istəyirəm". |
2013-11-23 | 2,276 | Toyda qab sındırmaq evlənənlərin tezliklə boşanacağından xəbər verir | (ardı) Avropanın batil inancları çox olan ölkələrdən biri sayılan irlandlardan sizə danışmışdıq. İndi isə digər bir qitənin ən çox batil inanclı ölkəsi Tailandın inanclarının kiçik hissəsini sizə təqdim edirik. - Tailandlılar düşən ulduzlardan qorxurlar. Əfsanəyə görə pxipxunqtay ruhu bu yolla dünyaya geri qayıtmaq istəyir. Bu ruh dünyaya doğulmamış körpələrin vasitəsi ilə geri qayıtmaq istəyən bütün ruhların toplu obrazıdır. Düşən ulduza baxmaq, hətta onlar haqda danışmaq belə, hamilə qadınlara olmaz. - Tailandda çərşənbə günləri saç ustasına getmək olmaz. Onlar düşünür ki, bu gün saça olunan hər hansı bir prosedur bədbəxtlik gətirə bilər. - Onların fikrincə, əgər axşam dırnaq tutsanız, hirsli olacaqsınız. -Yeməyi tərifləmək qəti qadağandır, yoxsa pis ruhlar qarnınızı ağrıdar. - Yeməyi yeyəndə birlikdə bitirmək olmaz, yoxsa onlar hamısı birdən ölər. - Toydan sonra yeni evlilərdən heç biri birinci yatmamağa çalışır, çünki kim gec yatsa o daha çox yaşayacaq. - Toyda qab sındırmaq evlənənlərin tezliklə boşanacağından xəbər verir. |
2013-11-23 | 2,277 | Qardaşı qızı ilə evlənən əmi 18 il sonra boşandı- Foto | Türkiyənin Adana bölgəsində bir ailənin nikahı ər-arvadın sənədlərdə əmi-qardaş qızı kimi göstərilməsi səbəbindən ləğv edilib. Bahattin Alto adlı şəxs uzun müddətdir ki, həyat yoldaşı olan əmisi qızı sənədlərdə əmi-qardaş qızı kimi göstərilib. Bunu əsas götürən məhkəmə nikahın ləğvi barədə qərar çıxarıb. 40 yaşlı Bahattin Alto əmisinin 32 yaşlı qızı Semire Alto ilə evli olub. Ancaq təsadüf nəticəsində məlum olub ki, əmi uşaqları olan ər-arvad sənədlərdə "əmi-qardaş qızı" kimi görünür. "Sənədlərə səhv qeyd olunub. Səmirə mənim qardaşım qızı deyil, əmim qızıdır. Biz təkrar evlənmək istəyirik" deyə B.Alto bildirib. Qeyd edək ki, cütlüyün 6 övladı var. 4 il davam edən məhkəmə prosesinə səbəb olan qeydlər isə B.Altonun anasının vəfat etməsi səbəbi ilə yaranıb. Anası öldüyü üçün ata nənəsi B.Altonu öz övladı kimi qeyd etdirib. Bu isə ailə üçün problemlər yaradıb ("Aznews.az"). |
2013-11-23 | 2,278 | Şəmkir və Qaradağda bıçaqlanma hadisəsi | Şəmkir rayonunun Dəllər qəsəbəsinin ərazisində rayon sakini Sakit Məmmədov qısqanclıq zəminində həmin qəsəbə sakini Aytən Məmmədovaya bıçaqla xəsarət yetirib. S.Məmmədov Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Digər hadisə isə Qaradağ rayonunda baş verib. Polis əməkdaşları Zaur Əliyevə bıçaqla xəsarət yetirmiş Sahil qəsəbə sakini Ramil Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir ("Azərtac"). |
2013-11-23 | 2,279 | Göyçayda doğuş zamanı ana ölüb, uşaq xilas olunub - Yenilənib | Azərbaycanda növbəti dəfə doğuş zamanı ana və bətnindəki körpəsi dünyasını dəyişib. Göyçay Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə bu gün saat 19:00 radələrində xəstəxananın doğum şöbəsində baş verib. Doğuş zamanı Göyçay şəhəri, Cəlil Məmmədquluzadə küçəsi ev 14-də yaşayan 1991-ci il təvəllüdlü Quliyeva Xəyalə Akif qızı və bətnindəki qız övladı dünyasını dəyişib. Mərhum X. Quliyeva ötən il Qəbələ şəhərindən Göyçay rayonuna gəlin köçüb və bu, ilk doğuşu olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində gedib. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırmalara başlanıb. 21:36 Doğuşu aparan mama-ginekoloq həkim Zəhra Salmanova APA-ya açıqlamasında bildirib ki, hamilə qadın Xəyalə Quliyeva hamiləliyinin 9 ayı ərzində həkim nəzarətində olub. O doğuşdan əvvəl də təkrar müayinədən keçərək doğuşa götürülüb. Həkimin sözlərinə görə, qadının səhhətində heç bir ciddi problem olmayıb, sadəcə 46 faiz qan azlığı müəyyən olunub. "46 faiz qan azlığı ölümə səbəb ola bilməz. Hətta 26 faiz qan azlığı olan hamilə qadınlarda doğuş normal keçirilir. Ölümün səbəbi mənim üçün də müəmmalıdır", deyə Zəhra Salmanova qeyd edib. Həkim Zəhra Salmanova qeyd edib ki, doğuş başa çatan zaman qadında boğulma və qıcolma halları baş verib. Dərhal reanimotoloqlar çağırılıb, qadına qan köçürülüb və digər xilasetmə tədbirləri görülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, ananın həyatını xilas etmək olmayıb. Qeyd edək ki, uşağı xilas etmək mümkün olub, hazırda o həkim nəzarətindədir. Ölümün səbəbi hələlik müəyyən olunmayıb. Meyit tibbi ekspertizaya göndərilib. Ekspertizanın nəticələri əldə olunandan sonra ölümün dəqiq səbəbləri müəyyən olunacaq. |
2013-11-23 | 2,280 | Metronun "Nərimanov" stansiyasında həyəcan | Metronun "Nəriman Nərimanov" stansiyasında həyəcanlı anlar yaşanıb. "Axar.az"ın məlumatına görə, həyacanlı gərginliyin yaranmasına səbəb sərnişinlərdən birinin əlində olan planşetin stansiyanın platformasına düşməsi olub. Bunun ardınca platformanın kənarında qatar gözləyən sərnişinlərdən biri stansiyanın hərəkət zolağına enərək planşeti götürüb və xanıma qaytarıb. Elə bu an stansiya növbətçisi həmin istiqamət üzrə platformaya yaxınlaşan qatarın maşinisti ilə əlaqə saxlayaraq qatarı dayandırmaq haqda təlimat verib. Sərnişinlərin və stansiya işçilərinin köməyilə platformadan çıxarılan sərnişin ərazidən uzaqlaşmaq istədikdə buna imkan verilməyib və hadisə yerinə dərhal polis əməkdaşları çağrılıb. Əraziyə gələn Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan sərnişin dərhal yaxınlıqdakı polis bölməsinə aparılıb. Qeyd edək ki, məlumatda həmin şəxs izahatı alındıqdan sonra sərbəst buraxıldığı bildirilir. Baş veren hadisədə xəsarət alan olmayıb. |
2013-11-23 | 2,281 | Xankəndidəki qohumu ilə Tiflis otelində görüşən azərbaycanlı kimdir? | Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində bir neçə azərbaycanlı qalıb. Belə bir iddia ilə İrina Kovalçuk adlı müəllif seqodnya.ua saytında Qarabağa səfərinin nəticələrinə həsr etdiyi məqalədə çıxış edib. Müəllif iddia edib ki, Qarabağda 60 yaşlı azərbaycanlı qadınla görüşü təşkil olunub: "Xahiş etdilər ki, adını açıqlamayım. 60 yaşlı qadın Xankəndidə qalıb, müharibənin ilk günlərində onun erməni olan əri ölüb. Qadın özünü erməni hesab edən övladlarına görə burdan getməyib". Müəllif yazısında iddia edib ki, qadın hərdən azərbaycanlı olduğunu unutduğunu deyib: "Çoxdan vətənimdə olmamışam. Öz xalqını sevməyən və hörmət etməyən şəxs başqa milləti də sevə bilməz" deyə qadın bildirib. Müharibədən söhbət düşəndə o, göz yaşlarını saxlaya bilmirdi. Deyirdi ki, o zaman təkcə ona yox, hamıya çətin idi. "Mən özümüzünküləri başa düşürəm. Amma indi vəziyyət elə gətirib ki, Qarabağın müstəqilliyinə nail olmaq lazımdır. Mənim üçün ən əsas övladlarımdır, Burda onlara görə qalmışam. Qızımın və oğlumun bir saçını bütün millətimə dəyişmərəm" deyə o bildirirdi". Müəllif bildirib ki, qadın 1980-ci ilə qədər müəllim işləyib: "Onun Bakıda qohumları var. Onlarla 18 illik ayrılıqdan sonra 2 il əvvəl Tbilisidə görüşüb. Qohumlarını internet vasitəsilə tapan qadın ata, anası və qardaşının öldüyünü eşidib. Qohumları ilə Tbilisidə görüşən qadına vətəndən valideynlərinin məzarından bir ovuc torpaq gətirilib. Həmçinin ona verilən, üzərində "Azərbaycan" yazılan xalçanı indi o, xatirə kimi saxlayır". |
2013-11-23 | 2,282 | Bakıda "Hundai" yandı | Bakıda axşam saatlarında yanğın hadisəsi baş verib "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Nizami rayonunda "Hundai " markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın saat 18:27-də yanğınsöndürənlər tərəfindən söndürüb. |
2013-11-23 | 2,283 | Vyana görüşünün təfərrüatları bəlli olur - Video | Azərbaycan prezidenti İlham Əliyevin ermənistanlı həmkarı Serj Sarkisyanla keçirdiyi görüşün təfərrüatları bəlli olur. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə eksklüziv müsahibəsində deyib ki, rəsmi İrəvan danışıqları davam etdirməkdə maraqlı kimi görünüb: "Burada əsas məqsəd müəyyən fasilədən sonra bu görüşlər seriyasını başlamaq idi. Yaxşı şərait hiss olundu. Ermənistan tərəfinin bu danışıqlarda müəyyən proseslərdən nəticə çıxararaq danışıqların irəli getməsi üçün məramı olduğu nümayiş etdirildi". Novruz Məmmədovun geniş açıqlaması sabah Mir Şahinin təqdimatında efirə gedəcək "Hesabat" verlişində olacaq. Onu da deyək ki, o, həmçinin rəsmi Bakının Vilnüs görüşünə qatılmasını da şərh edib. |
2013-11-23 | 2,284 | Ərdoğan: "Misir səfirindən Türkiyəni tərk etməsini istədik" | Baş nazir Ərdoğan Trabzonda iştirak etdiyi yığıncağda Misirdə yaşanan diplomatik böhrana münasibətini bildirib. "Axar.az"ın xəbərinə görə, Baş nazir Ərdoğan bildirib ki, Misirdə səfirimizə qarşı atılan addımı biz də eyni ilə Misirin Ankaradakı səfirliyinə qarşı etdik. Bizim bu addımımız Misir xalqına qarşı deyil, zərbəçi Misir hakimiyyətinə qarşıdır. Biz demokratiya uğrunda mübarizə aparanların yanındayıq. Türkiyə səfirinin Misiri tərk etməsi tələbinə qarşı adekvat addım atıldığını söyləyən Ərdoğan qeyd edib ki, səfirimizə qarşı olan rəftarı biz də onlara qarşı etdik və 29 noyabra qədər Türkiyəni tərk etməsini istədik. |
2013-11-23 | 2,285 | "Qalatasaray" - Sivasspor" - Canlı | Bu gün, Türkiyə Super Liqasında XII turun qarşılaşmaları keçirilir. "Axar.az" "Qalatasaray" - "Sivasspor" qarşılaşmasını canlı olaraq təqdim edir. Aşağıda qeyd etdiyimiz linkə daxil olaraq qarşılaşmanı izləyə bilərsiniz. "QALATASARAY" - "SİVASSPOR" |
2013-11-23 | 2,286 | “Atletiko” və “Lans”ın “Baku 2015” forması rəsmən təqdim olundu | İspaniyanın "Atletiko" (Madrid) və Fransanın "Lans" klubları bundan sonra matçlara yeni forma ilə çıxacaq. "Axar.az"ın Trend-ə istinadən məlumatına görə, hər iki komandanın formasının üzərindəki "Land of Fire Azerbaijan" sözləri dəyişdirilib. "Land of Fire Azerbaijan" 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının loqosu və "Baku 2015" sözləri ilə əvəzlənib. Bununla bağlı bu gün Lans şəhərində formaların təqdimatı keçirilib. Təqdimata qatılan "Lans"ın sahibi və "Atletiko"nun sponsoru Hafiz Məmmədov bu hadisə münasibəti ilə hamını təbrik edib. O, əmin olduğunu bildirib ki, yeni forma hər iki komandaya uğur gətirəcək. |
2013-11-23 | 2,287 | Azərbaycanlı terrorçularla bağlı əməliyyat çəkilişi - Video | Ölkədə terror planlaşdırılan və ələ keçirilən qrup üzvlərinin tutulması əməliyyatını əks etdirən video-çəkiliş bu gün telekanallarda nümayiş etdirilib. Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan vətəndaşları Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu şübhəli şəxs qismində tutulublar. |
2013-11-23 | 2,288 | Riqada “Maxima” ticarət mərkəzinin damı təkrar çöküb | Hadisə baş verən zaman binada bir qrup xilasedici işləyib. Latviya paytaxtı Riqada "Maxima" ticarət mərkəzinin damının bir hissəsi bu gün xilasetmə işləri zamanı çöküb. Hadisə baş verən zaman binada bir qrup xilasedici işləyib və onlardan heç biri zərər görməyib. "Yoxlama aparıldı, məlum oldu ki, bütün xilasedicilər sağdır", - deyə Latviya Daxili İşlər Nazirliyindən bildirilib. "Maxima" ticarət şəbəkəsinə aid binanın divarı və 500 kvadratmetrlik damı noyabrın 21-də axşam uçub. Hadisə nəticəsində 54 adam həlak olub, 40 nəfər xəsarət alıb. Dağıntılar altında 15 nəfərin cəsədi qalır (ANS). |
2013-11-23 | 2,289 | İraqda bombalı hücum - 12 ölü, 59 yaralı | İraqın Tuzhurmatu və Telafer şəhərlərində bombalı hücum baş verib. "Axar.az"ın xəbərinə görə, təhlükəsizlik qaynaqlarının verdiyi məlumatda bildirilir ki, Tuzhurmatu şəhərində bomba yüklü maşın partladılıb. Nəticədə 10 nəfər ölüb, 45-i yaralanıb. Hadisədə yaralananlar Kərkükdəki xəstəxanalara yerləşdirilib. Telafer şəhərində polis bölməsi yaxınlığında bomba yüklü maşının partladılması nəticəsində isə 2 nəfər ölüb, 12-si yaralanıb. Ölənlərdən birinin polis olduğu bildirilir. |
2013-11-23 | 2,290 | Moldova da ayağa qalxdı | Moldovada ölkənin müxtəlif bölgələrindən olan on minlərlə insan, paytaxt Kişinyovda hökümətin Avropa Bİrliyi ilə assosasiya üçün hazırlıq işləri görməsinə qarşı etiraz aksiyası keçirib. Kütləvi yürüşdə kommunistlər üstünlük təşkil edib. Etirazçılar rəsmi Vilnüsün hazırladığı inteqrasiya sənədlərinin cinayət tərkibli və xalqın maraqlarına zidd olduğunu bildirib, Assosasiya müqaviləsi ilə xalqın Avropa Birliyinin quluna çevrilmək istəmədiyi mesajını ifadə edib. Aksiya iştirakçıları əllərində kommunist partiyasının və Sovet İttifaqının bayraqlarını daşıyıb. Bəzi qadınlar öz mübarizələrinə dəstəyi artırmaq üçün küçəyə dini ikonalarla çıxıb. Kommunist partiyasının lideri Vladimi Voronin, Qərbin diktə etdiyi Avropa standlarlarına ehtiyac olmadığını və Moldovanların təkbaşına demokratik dövlət qurmağa qadir olduğunu bildirib. Partiya lideri gizli danışıqlara girməklə hökuməti dövlətə qarşı xəyanətdə ittiham edib: "İqtidar bizi, bu ölkənin xalqını açıq-aşkar aldadır. Onlar heç nə soruşmurlar, parlamenti, ictimai rəyi ümumiyyətlə saymırlar və beləcə, Vilnüsdə, Avropa Birliyinin Sammitində gizli sənəd imzalmaq niyyətindədirlər. Onlar bunu etməklə ölkənin Konstitusiyasını və qanunlarını pozurlar", - deyə Moldova Kommunist Partiyasının lideri Vladimir Voronin bildirib. Voronin əlavə edib ki, Rusiya, Belarus və Qazaxıstan Moldovaya daha ucuz yanacaq təklif edə bilər. Qeyd edək ki, Moldova hökuməti gələn həftə Litva paytaxtında Avropa Birliyi ilə əməkdaşlıq sazişi bağlamağı planlaşdırır. Rusiya bunun baş verəcəyi təqdirdə qaz təchizatını dayandıra biləcəyini bildirib. Artıq keyfiyyətin standardlara cavab verməməsi adıyla Rusiyada Moldova şərablarının satışına qadağa qoyulduğu bildirilir. |
2013-11-24 | 2,291 | İlham Əliyev Bosniya və Herseqovina xalqını təbrik edib | Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: "Hörmətli cənab Sədr, Bosniya və Herseqovinanın milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı ənənəvi dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq diləyirəm". (Trend) |
2013-11-24 | 2,292 | Ukraynanın qərarına ABŞ-dan münasibət - Video | Ukrayna qərarını verdi. Noyabrın 28-29-u Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Zirvə toplantısı ərəfəsində Ukrayna Avropaya inteqrasiya prosesini dayandırdı. Bəs bu qərar Şərqi Avropa tərəfdaşlığı proqramının digər üzvlərinə, o cümlədən Azərbaycana necə təsir edəcək? "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, hələ bir neçə gün əvvəl Vaşinqton Ukraynanı Avropa Birliyi ilə Assosiasiya müqaviləsini imzalamağa çağırırdı. Bu gün isə artıq bunun yaxın gələcəkdə, Vilnüs Zirvəsi çərçivəsində baş verməyəcəyi aydındır. Rəsmi Vaşinqton öz məyusluğunu gizlətmir. Departament sözçüsü Cen Psaki Dövlət Katibinin Ukraynaya planlaşdırılan səfərinin də təxirə salındığını elan edir. Görünür, Con Kerrinin Kiyevdə keçiriləcək ATƏT-in Zirvə toplantısında iştirakdan imtina qərarı Ukraynanın seçiminə etirazı nümayiş etdirməyə hesablanıb. Vilnüs zirvəsinə aparan yolun asan olacağını heç kəs düşünmürdü. Lakin Zirvə ərəfəsində əvvəl Ermənistanın, indi isə Ukraynanın Avropaya arxa çevirməsi Vaşinqtonda Rusiyanın təzyiqinə baş əymək kimi dəyənləndirilir. ABŞ paytaxtında hesab edirlər ki, Rusiyanın ticarət məhdudiyyətləri tətbiq etməsi, sərhədə nəzarət qaydalarını gücləndirməsi, bilinən və bilinməyən təhdidlər öz nəticəsini verib. Bununla belə, Gürcüstan öz seçimində qərarlı görünür. Gürcüstanın ABŞ-dakı səfiri Arçil Gegeşidze deyir ki, Tiflis öz qərarını verib və Vilnüsda Avropa Birliyi ilə olan Assosiasiya müqaviləsini imzalayacaq: "Biz Assosiasiya müqaviləsini imzalayacağıq və dərhal da bu prosesə baş vurmağa hazırıq. Rusiya, əlbəttə ki, bu prosesdən narazıdır. Rusiya bunu, özünün dediyi kimi, milli maraqlarına zidd hesab edir. Ukrayna və Moldovaya qarşı ticarət məhdudiyyətləri, embarqolar tətbiq edir. Gürcüstan bu təzyiq prosesindən artıq keçib və şükürlər olsun ki, salamat çıxıb". "Şərq Tərəfdaşlığı"nın 6 üzvündən 2-nin Vilnüs zirvəsinə əliboş getməsi diqqəti digər 4 ölkəyə yönəldir. Avropa Birliyi və ABŞ zirvəyə bir neçə gün qaldığı vaxt bu əməkdaşlığın Rusiyaya qarşı yönəlmədiyini və üzv ölkələrə misli görünməmiş dividentlər vəd etdiyini iddia edirlər. ABŞ hökuməti Vilnüs sammiti ərəfəsində yaranmış şəraiti "imkan" adlandırır. Bəs iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan üçün fürsət nədən ibarətdir? Zirvə toplantısına ev sahibliyi edəcək Litva özünü Şərq Tərəfdaşlığının ən gözəl nümunəsi hesab edir. Litvanın ABŞ-dakı səfiri Azərbaycanı çox götür-qoy etmədən Avropa, eləcə də, ABŞ bazarlarının təklif etdiyi misilsiz azad bazar imkanlarından yararlanmağa çağırır. Litvanın ABŞ-da səfiri Darbo Laikas: "Litva "biz bunu edə bilərik" fəlsəfəsinin ən gözəl nümunəsidir. Sovetlər bizi işğal etmişdi, iqtisadiyyatı dövlət idarə edirdi. Biz Assosiasiya müqaviləsini imzaladığımız gündən üzv qəbul olunanədək iqtisadiyyatımız 6 dəfə, üzv olduğumuz gündən də indiyədək daha 2 dəfə böyüyüb. Bu gün Litva - dünyaın ən sürətlə böyüyən iqtisadiyyatlardandır". Lakin Azərbaycan üçün seçim yalnız iqtisadi faktorlara əsaslana bilməz. Torpaqlarının 20%-i işğal altında olan Azərbaycan üçün ərazi bütövlüyünə dair aydın zəmanət verilmədiyi halda, Şərqi Avropa tərəfdaşlığı bir o qədər də cəlbedici görünməyə bilir. |
2013-11-24 | 2,293 | Cim-Bom azlıqda qalan rəqibini məğlub etdi | Türkiyə Super Liqasının XII turunda "Qalatasaray" komandası "Sivasspor"u "Türk Telekom Arena"da qəbul edib. "Axar.az"ın xəbərinə görə, Türk Telekom Arenada baş tutan qarşılaşma "Qalatasaray"ın 2-1 üstünlüyü ilə yekunlaşıb. "Qalatasaray"a 3 xalı gətirən qolları Burak Yılmaz və Səlçuq İnan vurub. Droqba son dəqiqələrdə 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib. "Sivasspor"un qolunu isə Djebbur vurub. Qarşılaşmada "Sivasspor"dan Ümid, Manual Da Kosta və Çiçinyo qırmızı kart almaqla qarşılaşmanı yarıda tərk ediblər. "Qalatasaray"da isə Dani qırmızı kartla cəzalandırılıb. |
2013-11-24 | 2,294 | Ermənistan parlamentində seksual azlıq problemi | "Erməni gəncliyi şəhər nəqliyyatında gedişlərin bahalaşmasına qarşı deyil, cinsi azlıqlara qarşı mübarizə aparsa, xalqa daha çox fayda verər". ANS-in xəbərinə görə, bu barədə hakim Respublika partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan bildirib. Bu çıxış sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Erməni gəncləri Qalust Saakyanı bununla bağlı sərt tənqid ediblər. Məsələn, Ruben Markosyan adlı gənc yazıb: "Məhz biz onlara qarşı mübarizə aparırıq. "Parlament çoxluğu" və "seksual azlıq" - bu iki anlayış getdikcə daha da yaxınlaşır. Tezliklə, sinonim olacaq". |
2013-11-24 | 2,296 | "Lans" azarkeşlərindən Hafiz Məmmədova jest - Video | Bakı futbol klubunun prezidenti Hafiz Məmmədovun səhmlərinin yarısına sahib olduğu Fransanın "Lans" klubu azarkeşləri onun şərəfinə şüarlar səsləndiriblər. Xatırladaq ki, İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları bu gün keçirilən oyunlara yeni formalarla çıxıb. Həmin komandalar formalarının üzərində "Bakı-2015" titul reklamı ilə çıxış ediblər. Qeyd edək ki, bu gün, keçirilən qarşılaşmada "Lans" öz meydanında "Şatoru" komandası üzərində 2-0 hesablı qələbə qazanıb. "Axar.az" həmin görüntüləri təqdim edir. |
2013-11-24 | 2,297 | Suriyada bombalı hücum - ölənlər var | Suriyada müxalif silahlı qruplar hakimiyyət qüvvələrinə qarşı bomba yüklü maşınlarla hücum həyata keçirib. "Axar.az"ın xəbərinə görə, hücum nəticəsində çoxsaylı insanın həlak olduğu və yaralandığı bildirilir. Müxalif qüvvələr tərəfindən Bəşər Əsəd qüvvələrinə aid ən böyük nəzarət məntəqəsinə bomba yüklü maşınla təşkil edilən hücumda 100-ə qədər əsgərin öldüyü deyilir. Ölənlərin və yaralananların sayı barəsində dəqiq məlumat verilmir. |
2013-11-24 | 2,298 | ABŞ-ı fırtına vurdu: 8 ölü | ABŞ-ın qərbində tüğyan edən güclü qar fırtınası 8 nəfərin ölümünə səbəb olub. "Axar.az"ın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, avtomobil qəzaları, elektrik dirəklərin və ağacların aşması insanların ölümünə səbəb olub. Güclü qar fırtınası gecə saatlarında Kaliforniya, Nevada, Arizona və Nyu-Meksika ştatlarında müşahidə olunub. Sinoptiklər hava şəraitinin bundan sonra daha da sərtləşəcəyini proqnozlaşdırırlar. |
2013-11-24 | 2,299 | “Baku World Challenge” yarışının final mərhələsi başladı | Bakıda GT3 dünya avtomobil yarışının final mərhələsinə start verilib. Seçim turunda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edir. Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayrağı Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilir. Ferrari, Mclaren, Audi, Mercedes, Corvette, Lamborghini, Porsche, Nissan kimi markalar bu gün final mərhələsində birinci yer uğrunda mübarizə aparacaqlar. Start ötən gün təsnifat yarışında ilk dörd yeri qazanan avtomobillərlə başlayacaq. Yarışa WRT, Sebastien Loeb Racing, BMW Sports Trophy, HTP Gravity Charouz komandalarının, müvafiq olaraq - Audi R8, Mercedes SLS AMG, Ferrari 458, McLaren MP-4 avtomobilləri ilə start veriləcək. Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, avtomobil yarışının seçim turunun başlanılması ilə əlaqədar olaraq artıq birbaşa Azneft dairəsindən Bayıl qəsəbəsi və Bayraq meydanı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub. Onun sözlərinə görə, final mərhələsi başa çatanadək təhlükəsizliyin tam təmin edilməsi məqsədilə sürücülər, xüsusulə bölgədən paytaxta və paytaxtdan bölgəyə hərəkət edərkən alternativ yollardan istifadə etməlidir. V.Əsədov bildirib ki, qeyd edilən müddətdə bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yol kimi 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçmək, "20-ci Sahə" dairəsindən isə Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətlər üzrə hərəkət təmin edilib. Paytaxtın Neftçilər prospekti - Azneft dairəsindən Bayıl qəsəbəsi və həmin istiqamətlər üzrə respublikanın bölgələrinə çıxış mümkün olmadığından, Niyazi küçəsi ilə Mehdi Hüseyn küçəsindən keçməklə Parlament və Mətbuat prospektləri, eləcə də 3-cü kənar dairəvi yolla hərəkət edilməsi tövsiyə olunur. Yarışı izləyən tamaşaçıların daşınması üçün metronun İçərişəhər, Elmlər Akademiyası, Sahil stansiyaları Azneft dairəsi, Səməd Vurğun bağı, "Yeni Bulvar" ərazisindən xüsusi sərnişin marşurutları fəaliyyət göstərir. Qeyd edək ki, artıq 2013 FIA GT seriyasından olan avtomobillərin Baku World Challeng yarışı start götürüb. Yarışda 14 beynəlxalq komanda və 30 avtomobil iştirak edir. Bu yarış sentyabrın əvvəlində Navarrada keçirilmiş 2013 FIA GT seriyasından olan avtomobillərin yarışının son mərhələsinə dəstək yarışı kimi təşkil edilir. Qeyd edək ki, yarış Eurosport və Almaniyanın RTL televiziya kanalları vasitəsilə canlı yayımlanır. Ümumilikdə isə turnur dunyanın 175 televiziya kanalı ilə nümayiş etdiriləcək ( Trend ). |
2013-11-24 | 2,300 | İranın nüvə proqramı geri çəkiləcək | İranın nüvə proqramı yaxın 6 ay ərzində irəliyə doğru "hərəkət etməyəcək". "İTAR-TASS" agentliyinin məlumatına görə, bu barədə bazar günü "Altılığın" Cenevrədə İranla danışıqlarının yekunlarını şərh edən Böyük Britaniyanın Xarici İşlər naziri Uilyam Heyq bildirib. "Böyük və ümidverici razılaşma əldə olunub, - nazir deyib. - Nəticədə, yaxın 6 ay ərzində İranın nüvə proqramı irəliyə doğru hərəkət etməyəcək, hətta qismən geri çəkiləcək". |
2013-11-24 | 2,301 | ABŞ İranla gizli danışıqlar apardığını təsdiqlədi | ABŞ İranla gizli danışıqlar apardığını təsdiqləyib. Reuters agentliyin məlumatına görə, danışıqlar zamanı İran və "Altılıq" ölkələri arasındakı razılaşmaya yardım edən konseptlər hazırlanıb. Danışıqlar tamamilə məxfi olub və bundan ABŞ-ın regiondakı əsas müttəfiqi İsrailin də xəbəri olmayıb. Qeyd edək ki, Cenevrədə İran və "Altılıq" ölkələri arasında İranın nüvə proqramı ilə bağlı razılıq əldə edilib ("Musavat.com"). |
2013-11-24 | 2,302 | 10 il 5 gündən sonra tarix yazıldı | İrana qarşı inamsızlıq və əsas iddialar artıq arxadadır. Bu açıqlama ilə İranın nüvə proqramı ilə bağlı danışıqlar aparan "Altılıq" - ABŞ, Almaniya, Rusiya, Çin, Fransa, Böyük Britaniya çıxış edib. Razılaşmaya görə, İran nüvə proqramını saxlayır, ABŞ və Avropa Birliyi isə iqtisadi sanksiyaları yumşaldırlar. İranın nüvə enerjisi əldə etmə haqqının tanındığını da İranın Xarici İşlər naziri Məhəmməd Zərif deyib. Ancaq bundan sonra İran MAQATE ilə daha yaxından əməkdaşlıq edəcək və araşdırmaları şəffaf keçiriləcək. Müşahidəçilər 10 il 5 günlük iqtisadi-siyasi təzyiqlərin, diplomatik danışıqların nəhayət nəticə verdiyini söyləyiblər. |
2013-11-24 | 2,303 | Prezident mətbuatın problemlərinin həllinə göstəriş verdi - Foto | Prezident İlham Əliyevə "Mətbuatın dostu" mükafatının təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Mətbuat Şurasının rəhbərliyi, İdarə Heyətinin üzvləri iştirak ediblər. Tədbirdə iştirak edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun verdiyi məlumata görə, prezident İlham Əliyev bidirib ki, "Mətbuatın dostu" seçilmək onun üçün şərəfdir. "Mən dostluğa sadiqəm", - deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan mətbuatı xarici təsirlərdən azad olmalıdır və dövlət bunun üçün hər şeyi etməyə hazırdır. Prezident iqtidar-müxalifət münasibətlərinin də ölkə daxilində, dialoq yolu ilə həll edilməli olduğunu bildirib. Rauf Arifoğlu prezidentlə söhbətdə Azərbaycan mətbuatının problemlərinə də toxunub, qəzetlərin yayımına yaradılan əngəllərlə bağlı İlham Əliyevə məlumat verib. Dövlət başçısı məsələnin həllinə göstəriş verib ("Musavat"). |
2013-11-24 | 2,304 | Gözəllik yarışmasında yağışa düşdülər - Fotolar | Gözəllik yarışmasında iştirakçılar yağışa düşüblər. "Axar.az"ın Türkiyə mediasına istinadən xəbərinə görə, Filippində təşkil edilən "Miss Earth" yarışmasının 90 gözəli təqdimat pozası verən zaman yağış yağmağa başlayıb. Gözəllər bir anda qaçaraq düşərgəyə gediblər. |
2013-11-24 | 2,305 | Səhər yeməyini tək yeməmək üçün evləndim - Yazıçılar | Adətən yaradıcı insanların çətin həyatları, özlərinə aludəlikləri, ailədən daha çox işə vaxt ayırdıqları söylənilir. Buna görə də bir çoxunun ailə həyatı uğursuzluqla nəticələnir. Bu yazıçıların isə yaradıcılıqları ailəsiz bəlkə də alınmazdı. 500 səhifəlik bir kitabın qətli Paulo Koelyo və rəssam xanımı Kristinanın sevgi hekayəsi bir mərclə başlayıb. Paulo sirk işçilərinin əlindəki ilanı öpsə, Kristina da onu öpəcəkdi. Və Paulo hər kəsin təccüblü baxışları altında ilanı dodaqlarından öpmüşdü. Paulo Kristinanın hisslərinə o qədər güvənir ki, onun əvvəlcədən istəmədiyi şeyləri etmir. Hətta 500 səhifəlik bir kitabının əlyazmalarını xanımı uyğun görmür deyə, beton qarışdıran maşına atır. Öz uşaqları yoxdu, Paulo bunu istəməyib. Ancaq onlarla yetim uşağın qayğısına qaldıqları bir qurumları var. Paulo deyir ki, ona bağlanmaqdan çox qorxurdum və 10 il ərzində düşünürdüm ki, elə bu gün məni tərk edəcək, onda da onu itirməkdən qorxurdum. 33 ildir ki, birlikdə yaşayan cütlüyün rəsmi nigahları yoxdu. Sadəcə, bir jurnalist xanımıydı... Handə Altaylı uzun müddət, sadəcə, məşhur jurnalist Fatih Altaylının xanımı kimi tanınırdı. Bir gün isə roman yazmağa başladı, romanları yüz minlərlə satıldı və tərcümə edildi. Dediyinə görə, kitablarının yazdıqca hər hissəsini ərinə oxudur. Onları Qalatasaray liseyi, Boğaziçi universiteti və Zeynəb adlı qızları birləşdirir. Jurnalist və yazarın sözlərdən hörülmüş dünyasında 20 illik bərabərlikləri davam edir. Səhər yeməyini tək yeməmək üçün evləndim Qabriel Qarsia Markes və xanımı Mersedesin sevgi hekayəsi onun əsərlərinə bənzəyir. Harda başlayır, harda bitir, nə qədəri yalandı, nə qədəri gerçəkdi, bilinmir. Mersedes hər kitabda, hər çətinlikdə onu dəstəkləyib; üzüyündən, mətbəx əşyalarına qədər hər şeyi girov qoyub evə baxır, əri isə roman yazırdı. Onların iki oğlu var. Qabo: "Səhər yeməyini tək yeməmək üçün evləndim,- deyir.- Amma 55 il bunun üçün həddən artıq çoxdur". Gənc qızla görüntüləri yayılana qədər Can və Dilək Dündar - bu iki jurnalistin 20 yaşlı oğullarının da olduğu 21 illik evlilikləri ideal görünürdü. Ta ki Canın gənc qızla görüntüləri yayılana qədər. Can Dündar bir müddət üzüksüz göründü. Ancaq sevgi xəyanətdən də güclüdür və onlar evliliklərinə davam edir. Dündar Ayşə Armana deyir: "Evinin, sarsıntıya davamlı olub-olmadığı ancaq zəlzələdə anlaşılır. Elə bir sarsıntı idi. Anladıq ki, davamlı imiş. Yıxılmadıq". Dekabrist xanımı Zülfü Livaneli və Ülkər Livaneli 47 ildir evlidirlər. Zülfü Livaneli kitablar yazarkən, mahnılar bəstələrkən, filmlər çəkərkən, siyasi məhbus olarkən, sürgünə gedərkən, ölkəyə gəlib qəhrəmana çevrilərkən həmişə bərabər idilər. 20 yaşlarından birlikdə olan cütlüyün 46 yaşlı bir qızı var. Ər kapitalist, xanımı sosialist Ərtoğrul və Tansu Öztürk 47 ildir bir yastığa baş qoyur. Ərtoğrul Parisə oxumağa gedəndə Tansu məkdəbi atdı və onunla getdi. Ərtoğrul 20 il "Hürriyyət" qəzetinin baş redaktoru oldu. Çətinliklərlə dolu o günlərdə bir dəfə Tansu ona dəmir ütü atdı, az qala öldürəcəkdi. Ərtoğrul kapitalist, Tansu sosialistdir, bu da davalara səbəb olur. Amma davalar uzun çəkmir, çünki Ərtoğrul hamama girib qapını bağlayır və sakitləşəndə çıxır. Onların Gülümsün adlı qızı və iki nəvəsi var. İndi əri İstanbulda, Tansu İzmirdə yaşayır. Ərtoğrul Özkök həftə sonlarında, bayramlarda İzmirə xanımının yanına gedir. Evliliklərində yeni və daha yaxşı mərhələ olduğunu deyirlər. Çevriliş gecəsi elçilik Yazıçı Ahmet Ümit və xanımı Vildanın filmlərdəki kimi bir sevgi hekayələri var. Birlikdə təhsil aldıqları universitetdə tanış olublar. 1980-ci il 12 sentyabr çevriliş gecəsi elçilik olub. Tezliklə də evlilik. Siyasi fəaliyyətlərindən dolayı axtarışda olublar. Ona görə kimliklərini gizləyərək yaşamağa məcbur idilər. Bir il qaçaq olaraq Moskvada yaşayıblar. 8 il belə davam edib. Ən çətini də balaca qızları Gülə bütün bunları başa salmaq idi. Bir zamanların qaçaqları bu gün ölkələrinin ən önəmli ziyalılarıdır. 33 illik evliliklərində artıq nəvələri də var. "Anna Karenina" bir mesaj imiş Lev və Sofiya Tolstoylar 50 il bərabər yaşayıblar. Aralarında 17 yaş fərqi var idi. Sofiya bir növ onun redaktoruydu. Sofiya əlyazmaları dəfələrlə oxuyur və düzəlişlər edirdi. Leonun "Anna Karenina" əsərini gənc arvadına mesaj olaraq yazdığı da deyilir. Yəni məni tərk etsən, sonun Anna kimi ola bilər. Sofiya dünyaya 16 uşaq gətirmişdi. Çərpələng uçuran Xalid və Röya Hüseyini - əfqan əsilli amerikalıların tanışlıqları Xalidin atasının qonaqlığında olub. Bu yığıncaqda həkim bəy və hüquqşünas xanım saatlarla söhbət edib və 6 həftə içində evləniblər. Daha sonra Xalid çox satılan 3 kitabın müəllifi, Röya isə redaktoru oldu. Cütlük 20 ildir evlidir və Xalidin "gözümün nuru" dediyi iki qızları var. Virciniyanın qorxuları, qarabasmaları Virciniya və Leonard Vulf - dünyanı hələ də heyrətləndirən yazar xanım və onun nəşriyyatçısı olan əri. Virciniya yəhudiləri heç sevmirdi, amma yəhudiyə ərə getmişdi. Ona ərə gedəndə "məni cəlb eləmirsən, ancaq məni sevməyin məni ovsunlayır",- demişdi. 29 illik evlilikləri Virciniyanın qorxuları, qarabasmaları, xəstəlikləri ilə keçdi. Bu özünü usanmadan həsr etmə idi: onunla danışmaq, yazmaq, ağlamaq, həkimləri gəzmək. Leonard Virciniyaya dünyaya uşaq gətirməyə icazə verməyib, hesab edib ki, bu onun səhhətinə ziyan verə bilər. Amma Virciniyanın səsləri və qarabasmaları geri gələndə o, yenidən xəstəxanaya qayıtmamaq üçün intihar etdi. Məktubunda: "İnanmıram ki, dünyada iki insan bizim qədər xoşbəxt olsun",- yazırdı. |
2013-11-24 | 2,306 | Şotlandiya Böyük Britaniyadan çıxacağı vaxtı açıqladı | Şotlandiya müstəqil dövlət ola bilər. "Axar.az"ın Rusiya mətbuatına istinadən xəbərinə görə, Şotlandiya Böyük Britaniyanın tərkibindən çıxmaq üçün 2014-cü il sentyabrın 14-də referendum keçirməyə hazırlaşır. Əgər Şotlandiya xalqı referendumda müstəqilliyin lehinə səs verərsə Böyük Britaniyanın tərkibindən çıxacaq. Bu barədə Şotlandiyanın baş naziri Nikola Stercen bildirib. Baş nazir deyib ki, "Şotlandiyanın müstəqilliyə keçidi hər tərəfli hazırlanmış və planlaşdırılmış qaydada həyata keçirilməlidir. Hansı ki, bu, hər bir dövlətin tarixində baş verib." Qeyd edək ki, Şotlandiya 1707-ci ildən Böyük Britaniyanın tərkibinə daxil edilib, 1997-ci ildə isə muxtariyyət alıb. |
2013-11-24 | 2,307 | Çində partlayış zamanı ölənlərin sayı 52-ə çatıb | Çində neft borusunun partlaması nəticəsində ölənlərin sayı artmaqda davam edir. "Axar.az"ın "RiaNovosti"yə istinadən xəbərinə görə, xilasedicilər bazar günü daha 4 cəsədi çıxarmağa nail olub, 10 nəfərin vəziyyəti isə ağırdır. Qeyd edək ki, partlayış 5-ci gün Çinin Çindao şəhərində baş verib. Partlayışa səbəb neftin borudan axması olub. |
2013-11-24 | 2,308 | Muzeyə 22 alət verib... 22 qəpiyi yoxdur: Azərbaycanlı ixtiraçı | Əslində fikrimiz musiqi alətlərinin satışı və ya düzəldilməsi ilə bağlı reportaj hazırlamaq idi. Bir neçə musiqi mağazasını və usta emalatxanasını gəzəcəkdik. Onun üçün yolumuzun binasını Milli Konservatoriyanın həyətində yerləşən emalatxanadan saldıq. Musa usta ilə tanış olduq. Ancaq o da öz növbəsində bizi Azərbaycan Milli Konservatoriyasının nəzdində "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" elmi tədqiqat laboratoriyasının müdiri Məmmədəli Məmmədovla tanış etdi. Onunla danışmağımızı daha məqbul hesab elədi. Sonradan ustanın haqlı olduğunu gördüm. Ona görə də Musa ustaya təşəkkürümü bildirirəm. 15 ixtira Məmmədəli müəllim indiyə kimi musiqi alətlərində 27 təkmilləşdirmə işi aparıb. Onlardan 15-i yeni ixtira kimi Müəllif hüquqları agentliyində qeydiyyata alınıb. Bunlardan 9-u musiqi alətləri, 6-sı isə tar və kamançada təkmilləşmədən ibarətdir. Əsas ocaq buradır Çoxları kimi Məmmədəli müəllim də jurnalistlərdən gileylənməklə başladı söhbətə: - Gedirsiniz musiqi alətləri mağazalarını çəkirsiniz, başqa emalatxanaları gəzirsiniz. Ancaq musiqimizdə inqilab edən təkmilləşdirmə işlərinin burada getdiyindən xəbərsizsiniz. Əsas ocaq buradır. Burada musiqi alətlərini təkmilləşdirəndə, yeni alətlər ixtira edəndə ifaçı-ekspert kimi tarzən Ramiz Quliyev, Ağasəlim Abdullayev, kamança ifaçıları Fəxrəddin Dadaşov, Munis Şərifov kimi böyük sənətkarlar sınaq keçirir. Ancaq musiqi cəmiyyətimiz bütün bu proseslərdən xəbərsizdir. "Heydər Əliyev" sağ olsun - Milli musiqi alətlərinin təkmilləşdirilməsi (elmi tədqiqat) laboratoriyasının yaradılması üçün "Heydər Əliyev" fonduna məktubla müraciət etdim. Sağ olsunlar, işlərimə baxıb, müraciətimə müsbət cavab verdilər. Fotolarda təqdim etdiyimiz kimi, Məmmədəli müəllim bizi bütün işləri ilə tanış etdi. Həqiqətən milli musiqi alətlərimizdə inqilabi təkmilləşdirmə işləri aparıb, yeni musiqi alətləri ixtira edib. İşimin fanatıyam - Bir şəxs ki deyir, mən bütün bunları xalq üçün edirəm və durub nədənsə şikayətlənir, deməli, onun dediklərinin hamısı yalandır. İşimin fanatıyam. Mənim işim, mənə övladım kimidir. Övladından ötəri canını verən ata kiməsə şikayət edərmi? Məni oğlanlarım maliyyələşdirir - Oğlanlarıma yaxşı təhsil vermişəm. Bu gün yaxşı işlərdə işləyirlər. 4 min, 5 min maaş alırlar. Onlar mənə maddi dəstək olmasalar, bu işlərə ümumiyyətlə yaxın dura bilmərəm. Yəqin ki, bir zaman gələr - Xahiş edirəm, məsələyə daha realistcəsinə yanaşaq. İşlərinizin nə bir qazancı var, nə piarı. Məsələn, bura gəlməsəydik, sizi tanımayacaq, işlərinizdən xəbərdar olmyacaqdıq. - Yox niyə ki? Bizim yüzlərlə çəkilişlərimiz olub. Məsələn, məni bütün dövlət rəsmiləri tanıyır. Bayaq da qeyd etdiyim kimi, şəxsən məni bura Mehriban xanım, "Heydər Əliyev" fondu göndərib. Yəqin ki, bir zaman gələr... - Bu işdən qazancınız nədir? - Mən sizə bir söz deyim də. Sizə bu dediklərimi sayta yerləşdirmişdim. Hər iki oğlum neftçidir, "bp"də işləyirlər. Rus, ingilis, fransız, türk dilini mükəmməl bilirlər. Bir gün oğlumun müdiri mənimlə maraqlanıb ki, bəs atan nə işlə məşğuldur-filan. Oğlum da saytımı açıb göstərib ki, bu işlə. Görüblər ki, tədqiqat, ixtira-filan. Oğlum deyir ki, ata, inanırsan, o vaxtdan müdiriyyətin mənə qarşı münasibəti tamam dəyişdi. Bax, mənim əlim Dubaya (oğlu Dubayda işləyir.- red.) çatardımı? Görürsünüzmü, mən burada ola-ola, ata olaraq mənim işlərimə qiymət verdilər ki, bu, filankəsin oğludur. Yəni, bu elə-belə insan deyil. Bax, mənim qazancım budur. Mən də qazancımı irsi olaraq övladlarıma vermişəm. Yəni xalqım üçün dəyərli övladlar yetişdirmişəm. 280 manat maaş alıram - 280 manat maaşımdır. Ancaq bankomatdan təmiz 227 manat 50 qəpik çıxarıram. Muzeyə 22 alət verib... 22 qəpiyi yoxdur - Bu alətlərin çoxunu muzeyə də vermişəm. Düz 22 alət. Ancaq 22 qəpiyim yoxdur. Respublikada bu işlə məşğul olan yeganə insan mənəm - Azərbaycanda musiqi alətləlrinin təkmilləşdirilməsi ilə məşğul olan yeganə insan mənəm. Hələ də ümidimi itirməmişəm. İnanıram ki, öləndən sonra nə isə olacaq. Bilirsiniz, insan o vaxt ölür ki, onun bütün ümidləri ölür. Mənim isə ümidim ölməyib. Bu işlərin patentləşdirilməsinə 50 minim çıxıb - Yəqin ki, hər bir alətin patentləşdirilməsinə beş-altı yüz manatınız çıxıb. - Çox, lap çox. Ümumilikdə, bu işlərin hamısına 50 min manatdan çox pulum çıxıb. Xahiş edirəm, gəlin bu barədə danışmayaq. Bilirsinizmi, bu işlər olmasaydı, bu möhtəşəm (fotoları göstərir.- red.) insanlar mənim əlimi sıxmazdı. Ələkbər Ələkbərovun tarı 5 min manat olduğu üçün Müsahibimiz pul barəsində çox da danışmaq istəmədiyi üçün söhbətimizin məcrasını dəyişmək qərarına gəldik. Maraqlıydı ki, nə üçün musiqiçilərdən danışan zaman müsahibimiz köhnə nəslin fotolarını göstərir, ifaçı-ekspert kimi də alətləri onlar sınaqdan keçirir. Bəs gənclərdən bu yeniliyə maraq heçmi yoxdur? - Onlarla belə işləmirəm də. Ancaq gəlirlər, gedirlər. Cavandırlar da, qanlarının qaynayan vaxtıdı. Yenilikdən yararlanmaq istəmirlər. Bir tələbələr, bir də yaşlı nəsil maraq göstərir bu yeniliklərə. Ancaq o təbəqənin hələ ki, başı qarışıqdır. Məsələn, Ələkbər Ələkbərov deyir ki, Məmmədəli müəllim, mən bu tarımı beş minə almışam e. Birdən olmadı elə, oldu belə (gülür). Baxmayaraq ki, mən milyon faiz zəmanət verirəm. Ancaq deyirlər ki, biz belə öyrəşmişik də. Hələ ki, idarə edirik-filan. Gənclər yenilikdən heç zaman qaçmasın Müsahibəmizin sonunda Məmmədəli müəllim gənclərə səsləndi: - Son olaraq sözüm odur ki, gənclər yenilikdən heç vaxt qorxmasınlar, qaçmasınlar. İnsan öz mövqeyini həyatda yeniliklərlə qazana bilər. |
2013-11-24 | 2,309 | Holland heykəltəraş küləkdən möcüzələr yaratdı - Video | Teo Yansen holland rəssamı və kinetik heykəltəraşıdır. Heyvanların skeletinə bənzəyən böyük strukturlar yaradır. Bu strukturlar qumlu sahillərdə küləyin təsiri ilə hərəkətə keçir və canlı heyvan skeleti təsiri bağışlayır. Yansen özü bu heykəlləri "heyvan" və ya "canlılar" adlandırır. Yansen təkamülə təkan verən genetik alqoritmlərdən istifadə edərək "süni həyat formaları" yaradır. Genetik alqoritmlər mürəkkəb sistemlərin yaradılması, o cümlədən müxtəlif məsələləri həll etmək üçün dəyişdirilə bilər. |
2013-11-24 | 2,310 | Bakıda fəhlə tikintidən yıxılaraq öldü | Bu səhər Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəhlə ölümü hadisəsi baş verib. "Axar.az" "ANS PRESS"ə istinadən xəbər verir ki, şəxsiyyəti naməlum fəhlə tikintidən yıxılaraq ölüb. Məlumata görə, hadisə yerinə təcili yardım gəlsə də fəhlənin həyatını xilas etmək mümkün olmayıb. Hadisədən xəbərdar olduqlarını deyən Sabunçu rayon prokurorluğunun nümayəndəsi yıxılma faktını istisna edib və ilkin ehtimala görə fəhlənin ürək tutmasından öldüyünü bildirib. Prokurorluq əməkdaşı həmçinin hadisə yerində müstəntiqlərin işlədiyini, ölümün dəqiq səbəbinin və mərhumun şəxsiyyətinin araşdırmalardan sonra məlum olacağını deyib. |
2013-11-24 | 2,312 | Pentaqon: Dünya yeni buzlaşma astanasında - Tam məxfi | Con Mur bu ilin iyun ayında efirə gedən öz şou-proqramında çox təhlükəli məsələlər haqqında xəbər verdi. Con ABŞ Hərbi Hava Qüvvələri və "mavi dəbilqəlilər"in veteranı, VİP mühafizəçi və araşdırmaçı-yazardır. Həmin şou-proqramında o, Pentaqonun "Ani iqlim dəyişikliyi ssenariləri və milli təhlükəsizlik üçün onların nəticələri" adlı 19 səhifəlik məxfi sənədləri haqda məlumat verib. Bu sənədlərdə Amerikada ani iqlim dəyişikliklərindən və bunun milli təhlükəsizliyə nə dərəcədə təsir edəcəyindən söhbət gedir. Həmin hesabatlarda, iqlimin qəfil dəyişikliyi üzündən torpaq və resurslar üstündən dünyanı bürüyəcək müharibələrin başlayacağı bildirilir. Və göstərilir ki, bu dəyişikliklər Qolfstrimin itməsi və ya dayanması üzündən baş verəcək ki, əslində o, artıq dayanıb. Görəsən nəhəng risklə qarşı-qarşıya gələcək yer əhli bu haqda bir şey bilirmi? Əslində isə... Qolfstrim cərəyanının itməsi ilə bağlı ilk məlumatı italiyalı alim Canluici Zanqari 12 avqust 2012-ci ildə çap etdirdiyi məqaləsində verib. Son illər Zanqari öz komandası ilə birgə Meksika körfəzində apardığı tədqiqatlardan sonra bu nəticəyə gəlib. Məhz buradan dünyanın ən böyük isti cərəyanlarından biri öz başlanğıcını götürür. Professor belə nəticəyə peykdən körfəzin və Atlantik okeanının sularının hərəkəti ilə bağlı əldə etdiyi görüntülərin analizindən sonra gəlib. Sobanı neft sızıntıları alovlandırdı Qolfstrim cərəyanını çox zaman "mətbəx havası" və ya "Avropanın sobası" adlandırırlar. Həqiqətən də o, bütün Şimal yarımkürəsinə çox güclü təsir göstərmək qabiliyyətinə malikdir. Atlantik okeanıyla hərəkət edən Qolfstrim öz istiliyiylə Şimali Avropadan Murmanska qədər olan ərazini soyuq arktik küləklərdən qoruyur. Britaniya adlarının, Danimarkanın və Skandinaviyanın sahilləri bu isti cərəyanın sayəsində buzlaqlarla örtülməyib. O, həmçinin Qərbi Avropa və Amerika üçün rahat və isti iqlim yaradan əsas amildir. Əksər alimlər hesab edirlər ki, Şimali Atlantikada məhz Qolfstrimin peyda olması nəticəsində sonuncu böyük buzlaşma yox olub. Lakin hazırda məsələ qəribə forma alıb. "Avropanın sobası"nın yox olmağa doğru getməsi, yeni buzlaşma dövrünün meydana gəlməsinə şərait yaradır. Cərəyanın soyuq sularda uzunmüddətli hərəkət etməsinə əsas şərait Meksika körfəzində yaranır. O, körfəzdə güclü yerli cərəyanların təsiri nəticəsində özünə enerji yığır. Nəhayət, 2010-cu ildə bu "güc" birdən-birə yox oldu. Daha sonra isə bütöv soba dondu. Zəifləmənin əsas səbəbi 2010-cu ilin aprelində Meksika körfəzində yerləşən neft buruqlarının birində baş vermiş qəza oldu. Həmin vaxtlar suya 200 milyon qallon neft, bununla bərabər isə 10 milyon qallon neftlə bağlı olan digər maddələr axıdıldı. Neftlə bağlı maddələrin axıdılmasında isə başqa məqsəd var idi. "British Petroleum" şirkəti bununla neftin daha dərinlərə getməsinin qarşını almağa çalışırdı. Şirkətin istəyi baş tutmadı. Neft daha dərin qatlara yayıldı. Suyun üzü qaraldı və yapışqan formasını aldı. Körfəzin belə çirklənməsi isə burdan öz başlanğıcını götürən və enerji toplayan cərəyanın zəifləməsinə səbəb oldu. Dəyişikliyin ilk əlamətləri Peykdən əldə olunan materiallar əsasında bəlli olur ki, Qolfstrim əvvəlki formasında fəaliyyətini davam etdirmir. Onun zəifləmiş cərəyanları Karib hövzəsində sudan çıxaraq, Şimali Karolina ştatından 250 mil şərqə doğru olan məsafədə müxtəlif ayrı-ayrı hissələrə bölünür. Qolfstrim daha əvvəlki kimi Şimal Qərbi Avropaya doğru hərəkət etmir. Demək ki, öz başlanğıcını Qolfstrimdən götürən Şimali Atlantika və Norveç kimi cərəyanlar da artıq yoxa çıxıblar. Məhz bu cərəyanlar Avropanın şimal hissəsinin iqliminin mülayim keçməsinə kömək edirdilər. Hazırda isə Qolfstrimin suları əvvəlcə Afrikaya, daha isə sonra cənub istiqamətinə doğru hərəkət edir. Rus alimi professor Lotanikovun fikrinə görə isti Şimali Atlantika cərəyanının itməsi 2010-cu ildə Avropada müxtəlif iqlim anomaliyalarının meydana gəlməsinə əsas səbəb olub. Tədqiqatçının fərziyyəsinə görə, soyuq sularda hərəkət edən Qolfstrim təkcə okeana yox, həmçinin özündən 7 kilometr yuxarıda yerləşən atmosfer qatına da təsir etmək imkanına malik idi. Məhz bu cərəyanın itməsi havanın normal sirkulyasiyasının pozulmasına şərait yaradıb. Bunun nəticəsidir ki, Rusiyanın Avropa hissəsi yay aylarında isti hava kütlələrinin antisiklonunun hökmranlığına məruz qaldı. Daha sonra isə quraqlıq və yanğınlar ölkəni ovcunun içinə aldı. Elə həmin səbəblər ucbatından Mərkəzi Avropada və Asiyanın cənubunda – Hindistan, Pakistan və Çində güclü daşqınlar yarandı. Qolfstrimin yoxluğunu sübutlarını Qərbi Avropanında əhalisi öz üzərində hiss ediblər. 2010-cu ilin dekabr və noyabr aylarında Almaniyada son bir neçə on illiklər ərzində ilk dəfə 10 santimetr hündürlüyündə qar torpağın üstünü örtdü. Bundan başqa temperatur ölkə ərazisində mənfi 20 dərəcə selsiyə qədər aşağı düşdü. İngiltərədə isə son 100 il ərzində görünməmiş şaxtalar ölkəni cənginə aldı. Həmçinin başqa bir fakta keçsək, məsələnin nə qədər qəlizləşdiyini tam açıq şəkildə görə bilərik. Avropaya ən böyük qaz ötürücüsü olan Qazprom iqlim anomaliyaları ucbatından 2011-ci ilin yaz-yay dönəmində Avropaya satacağı qazı qış dönəmində satacağını bəyan edib. Professor Zanqari və digər mütəxəssislər 2011-2012-ci illər və ondan sonrakı vaxtlarda problemin daha da pişləşəcəyini bildirirlər. Onlara görə Avropada temperaturun düşməsi yaxın illərdə də davam edəcək. ABŞ-a yaxşı, Avropaya pis xəbər Bu vaxtlar ərzində Kanada parlamenti Şimali Atlantika cərəyanında olan dəyişikliklərlə bağlı situasiyanın araşdırılması üçün komissiya yaradıb. Ronald Rabbitin rəhbərliyi altında yaradılan komisiyyanın tərkibində Kanadanın məşhur alimləri və okeanoloqları cəmləşiblər. Bu qrupun sifarişi əsasında ölkənin kimyəvi korporasiyalarından birinin mütəxəssisləri tərəfindən okeanın flora və faunasına heç bir zərəri olmayacaq xüsusi bir boya hazırladılar. Rəngli boyalarla dolu olan konteyneri alimlər okeanın dərinliklərində partlatdılar. Boyalar partlayış yerindən bir neçə yüz metr məsafəyə qədər yayıldı. Okean sularına dağılmış rəngi gəmilərdən, təyyarədən və peykdən aydın şəkildə görmək mümkün idi. Nəticədə bəlli oldu ki, Zanqari haqlıdır. Qolfstrimin keçmis akvatoriyasında sularda heç bir hərəkət yoxdur. Belə ki, alimlər qrupu öz tədqiqatlarını dayandırmadılar. Bir neçə həftə sonra isti cərəyanın keçdiyi əvvəlki yerdən 800 mil cənubda yeni araşdırmalar aparıldı və yeni Qolfstrim tapıldı. Onun suları əvvəlkinə nisbətən bir neçə dərəcə sərin idi. Bütün bunlar komissiya tərəfindən bir müddət sonra tam təsdiqləndi. Onlar bəyan etdilər ki, Qolfstrim itməyib, o, yalnız öz marşrutunu dəyişib. Bunun nəticəsidir ki, Kanadada yazın gəlişi və temperaturun müsbət 10 dərəcəyə qədər yüksəlişi müşahidə olunub. Kanada cərəyanının peyda olması ABŞ və Kanada üçün yaxşı, Avropa üçün çox pis xəbərdir. Əvvəllər Böyük Britaniyanın, Skandinaviyanın sahillərini yuyan isti sular indi Qrenlandiya və Şimal Amerikanın şərq sahillərini isidir. İndi alimlərin qarşısında yalnız bir məqsəd var. Onlar bu dəyişiklərin Atlantik okean və Şimal yarımkürəsinin iqlimi üçün hansı təsirlərlə müşahidə olunacağını öyrənməyə çalışırlar. Yeni böyük cərəyanlar yaranacaq? Artıq bununla bağlı bəzi fərziyyələr var. əksər alimlər tərəfindən qəbul edilmiş nəzəriyyəyə görə, böyük buzlaşmaya əsas səbəb dünya okeanlarında suyun duzluluğunun azalmasıdır. Əvvəllər mövcud olan istiləşmə buzlaqların əriməsinə səbəb yaradırdı. Buna əsas misal kimi Qrenlandiya və Arktika buzlaqlarını göstərmək olar. Hazırda buzlaqların əriməsi davam etməkdədir, amma bu cür istiləşmənin nə qədər davam edəcəyi sualına isə heç kim cavab tapa bilmir. Buzlaqların əriməsinin daha da artması və okeana qarışmasının yaxın 80-100 ildən tez olmayacağı hesab edilirdi. Lakin indi situasiya nisbətən dəyişib. Belə ki, Kanada cərəyanının peyda olması ilə arktik və Qrenland buzlaqlarının inanılmayacaq dərəcədə tez əriməsi gözlənilir. Atlantik və Şimal Buzlu okeanlarının sularının duzsuzlaşması, eləcə də, Şimali Atlantik cərəyanın itməsi yaxın 20-30 ildə Avropa və Sibirdə yeni böyük buzlaşmanın yaranmasına gətirib çıxara bilər. Bunun şimal yarımkürəsində olacağı gözlənilir. Son zamanlar qlobal istiləşmə ilə əlaqədar olaraq, planetimizin iqqlimində qeyri-sabitlik müşahidə olunur. Qolfstrimin itməsi (daha dəqiq desək, onun zəifləməsi və yerini dəyişməsi) ilə bu qeyri-sabitlik daha da artacaq. Dünyada iqtisadi və sosial sahədə yeni ciddi fəsadlarla müşahidə olunacaq. İstisna deyil ki, bir müddət sonra olacaq soyuqlaşmanın ucbatından Skandinaviyanın əhalisinin kütləvi surətdə Amerikaya miqrasiya edəcəyi gözlənilir. Rusiyaya gəldikdə, burada uzun sürən qış və məhsulsuzluq təhlükəsi gözlənilir. Qolfstrimin zəifləməsi artıq bir dəfə 1300-cü ildə olub (hələ onun indiki kimi böyük hissəsinin itməsi yox, yalnız zəifləməsi nəzərdə tutulur!). Bu zaman yenidən yer üzündə soyuqlaşma meydana gəldi ki, bunu da kiçik buzlaşma dövrü adlandırırlar. Ekoloqlar alimin fikri ilə razılaşırlar Zanqarinin fikirlərinə görə Qolfstrimin hələ də əvvəlki formasına qayıtmaq şansı var. Bunun üçün ən yaxın zamanda mütləq Meksika körfəzində konsentratik cərəyanı yenidən buraxmaq gərəkdir ki, bu da dünya iqlimi üçün kardiostimulyator hesab edilir. Onu buraxılıb-buraxılmayacağı isə hələ bəlli deyil. Hazırda körfəzin dərinliyinin neftdən tam təmizlənməsi məsələsi nəzərdə tutulmur. Bundan əlavə, Zanqarinin dediyinə görə, dibdə qalmış neft daim genişlənir və yeni əraziləri tutur. Ekoloqlar da alimin fikirləri ilə razılaşırlar. Onlar Zanqaridən fərqli olaraq, bir şeyə də xüsusi diqqət yetirməyi məsləhət görürlər. "Koreksit və neftdən ibarət olan cəhənnəm kokteyli" nəinki Karib dənizini, həm də Atlantik okeanında olan bütün canlı həyatı məhv edə bilər. Bu isə artıq qlobal fəlakətdir. |
2013-11-24 | 2,313 | Rusiyalı politoloq Qarabağın müstəqilliyindən danışdı | "Əsas məsələni başa düşün: Sovet İttifaqı dağıldı və hamı səpələndi. Vahid Azərbaycan məhz bu zaman yarandı. Ancaq daha vahid Azərbaycan dünyada heç kəsə lazımlı deyil. Bir şeyə daha diqqətli olun ki, bu dünyada nələr baş verir". ANS PRESS-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sensasiyalı açıqlamanı Rusiya Strateji İnkişafın Modernləşdirilməsi Mərkəzinin vitse-prezidenti, politoloq Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, Qərb yalnız xüsusi hadisələrdə ölkələrin birləşməsinə razılıq verir: "Əsasən də bu iş onun ən yaxın tarixi dostlarına aid olanda bunu edir. Almaniyanı birləşdirdilər, amma Çexoslovakiyanı keçmiş SSRİ kimi, iki dövlətə - Çexiyaya və Slovakiyaya parçaladılar. Bu gün Azərbaycan da postsovet ölkələri arasında gücə çevrildiyi üçün, ABŞ-ın milli təhlükəsizliyinə qarşı birbaşa təhlükə mənbəyi olub. Azərbaycanın gücləndirilməsi həm də Qərbə sərfəli deyil. Avropaya daha çox suveren, zəngin Qarabağ dvləti əlverişlidir". Rusiyalı ekspert qeyd edib ki, Cənubi Qafqaz regionunda yaranmaqda olan bir neçə xırda dövlət var. O, həm də vurğulayıb ki, bu və ya digər formatda Amerika hərbi qüvvələrinin Cənubi Qafqazda yerləşdirilməsi vaxt məsələsidir. Onun sözlərinə görə, ABŞ hərbi bazaları bütün postsovet ölkələrində praktiki olaraq çıxacaq: "Bakı üçün bu məsələ ondan ibarətdir ki, bu mövcudluq ona nə qədər sərfəlidir, yaxud nə qədər sərfəli deyil. Belə deyək ki, Azərbaycanın yoxluğunda Amerika hərbi bazası Gürcüstanda yerləşib və ya əksinədir. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, belə "yataqlar" olan ərazilər əlverişlidir, ya yox... Çox zaman xeyr, əlverişli deyil". Politoloqun fikrincə, əslində ABŞ bu informasiyaları ötürməklə, heç kimə hücum emək fikrində deyil: "Amerikanın bu informasiya dalğasının səs-küyü altında kiçik Qafqaz dövlətləri öz güclərini daha da artıracaqlar". Ekspertin sözlərinə görə, əgər Azərbaycan açıq şəkildə və ya qismən anti-İran koalisiyasına girərsə, onda Tehran bu regionda hərbi əməliyyatların başlanğıcında Azərbaycanın ərazisinə mütləq zərbələr endirəcək: "Azərbaycan, ona nəzakətlə təklif edilmiş Amerika bazalarının yerləşdirilməsinə cəhd etsə də, etməsə də, ən çox zərər cəkən tərəf olacaq. |
2013-11-24 | 2,314 | Zaqatalada avtomobil atəşə tutulub: 3 ölü | Zaqatala rayonunda silahlı insident baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, "Hyundai" markalı maşına avtomatdan atəş açılıb. Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb. Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. |
2013-11-24 | 2,315 | Bakıda GT3 yarışının qalibləri müəyyənləşdi | Trend-in məlumatına görə, yarışlarda birinci yerə Belçikadan Stefan Ortelli, Lournes Vantor (Audi), ikinci yer Fransadan Rob Bell, Kevin Estre (Mclaren), üçüncü yeri Almaniyadan Maksimilan Buk, Alon Day (Mercedes) layiq görülüblər. Birinci yer üçün 100 min avro, ikinci yer üçün 50 min avro, üçüncü yerə görə 25 min avro məbləğində mükafat verilib. Qeyd edək ki, yarışda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edir. Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayrağı Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilib. Ferrari, Mclaren, Audi, Mercedes, Corvette, Lamborghini, Porsche, Nissan kimi markalar bu gün final mərhələsində birinci yer uğrunda mübarizə aparıblar. Start ötən gün təsnifat yarışında ilk dörd yeri qazanan avtomobillərlə başlayıb. Yarışa WRT, Sebastien Loeb Racing, BMW Sports Trophy, HTP Gravity Charouz komandalarının, müvafiq olaraq - Audi R8, Mercedes SLS AMG, Ferrari 458, McLaren MP-4 avtomobilləri ilə start verilib. Xatırladaq edək ki, yarış Eurosport və Almaniyanın RTL televiziya kanalları vasitəsilə canlı yayımlanıb. Ümumilikdə isə turnur dünyanın 175 televiziya kanalı ilə nümayiş etdirilib. |
2013-11-24 | 2,317 | "Allah.az" adlı sayt ideyası qalmaqal yaratdı | Qafqaz Müsəlmanları İdarəsinin qazilərindən biri və Bakı Kəndlər Birliyinin sədri "Allah.az" adlı saytın yaradılması ideyasına etitaz ediblər. Nardaran ağsaqqalı Natiq Kərimov bildirib ki, E.Mirinin ideyaları əksər hallarda Azərbaycan gerçəkliyinə, Azərbaycanın tapındığı İslam inancına zidd olur. E.Mirinin "Allah" adı ilə sayt açmasının əleyhinədir: "Azərbaycan əhalisinin 80 faizi şiə inanclıdır. Amma Elşad Mirinin ideyaları, səsləndirdiyi fıkirlər daha çox Səudiyyə Ərəbistanından gəlmə düşüncələrə oxşayır. Elşad Miri milyonlarla azərbaycanlının tapındığı Aşuranı başqa cür qələmə verməyə çalışır. Bizim alimlər istənilən məsələdə Elşad Miri ilə polemikaya hazırdır". Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəsmi dini vəhhabilikdir. E.Miri haqqındə səslənən ittihamlara cavab verib. O bildirib ki, Azərbaycanın tapındığı İslam dinini deyil, Allahın göndərdiyi dini yaşamağa çalışır: "Bunu da Onun göndərdiyi Kitabına və Elçisinin səhih sünnəsinə uyğun həyata keçirirəm. Azərbaycanın tapındığı İslam dini ildə bir dəfə Aşuraya gedib nəzir-niyaz paylamaqdırsa, haranısa pir halına gətirib ordakıların vasitəsilə Yaradandan nə isə istəməkdirsə, bir ölü üçün xərclənəni (yas məclislərindən çadırlara, mərmərdən olan baş və sinə daşlarından ehsanlara kimi olanları) Allah üçün xərcləməməkdirsə, Allahın dirilər üçün göndərdiyi Kitabını ölülər üçün oxuyub pul qazanmaqdırsa, əxlaqsızlığa siğə adı altında don geyindirməkdirsə, bəli, ağsaqqal düz buyurur, bu mənim tapındığım din deyil. İkincisi "Allah.az" adlı domeinin şiəliyə və ya sünniliyə nə aidiyyəti olduğunu anlaya bilmədim. Mən özümü Allahın əmrinə uyğun olaraq müsəlman adlandırır və hansısa məzhəbə özümü aid etmirəm. Allahımız da Quranda bizdən firqələşməməyi buyurursa, bu fərqli fikirdə olanların öz işidir... Kiminsə neçə faiz olmasının da bura nə aidiyyəti olduğunu başa düşmürəm. Üçüncüsü, səsləndirdiyim fikirlərin Səudiyyə ilə nə üçün əlaqələndirilməyini isə heç anlamıram. Yoxsa mən ordakı krallığı tərifləyirəm və ya onların etdiklərinə haqq qazandırıram, yaxud onlar "Allah.az"-ın açılmasının tərəfdarı olduqlarını demişəm... Allahıma şükürlər olsun ki, mən bu cür fikirlər səsləndirənlər kimi, İslamı hansısa ölkə ilə heç vaxt əlaqələndirmirəm və heç bir ölkəni də İslamın bayraqdarı olaraq qəbul etmirəm... Amma səsləndirdiyim fikirlərin Ərəbistan yarımadasından bizə gələn Quranla və Allahın sonuncu Elçisi ilə əlaqəlindirilirsə, buna ancaq təşəkkür edirəm... Dördüncüsü, mən milyonlarla azərbaycanlının tapındığı Aşuranı başqa cür deyil, Məhəmməd peyğəmbərin göstərişinə uyğun olaraq oruc tutmağa səsləyirəm. Allahın özünüzə zülm verməyin əmrinə uyğun olaraq ("Tövbə" surəsi, 9/36) əzadarlıq adı altında riyaya yol verməməyə çağırıram... Aşuraya isə tapınmırlar, Allaha tapınırlar". Elşad Miri sonda bildirib ki, "əgər bu mövzuda "alimlər"iniz polemikaya hazırdırlarsa, onda gərək bir az da öyrənsinlər ki, qarşıma çıxa bilsinlər". Məşədi Dadaş məscidinin imam-camaatı, Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənli də "Allah.az" adlı saytın yaradılmasını düzgün hesab etmədiyini "Aznews.az" saytına deyib. O bildirib ki, Allah-Təalanın təbliği başqa resurslarla da aparıla bilər: "Hər kəsin öz fikiri var. Amma mən bunun əleyhinəyəm. Rəbbimizin adının bu istiqamətli fəaliyyət üçün istifadə olunması məqsədəuyğun deyil. İnternet resurslarda belə işin görülməsi Allah-Təalanın şəninə yaraşmayan hərəkətdir". Xatırladaq ki, Elşad Mirinin "Allah.az" adlı sayt yaratma ideyasını və bu yöndə artıq hazırlıq işlərini bir müddət əvvəl "Axar.az" olaraq yazmışdıq. |
2013-11-24 | 2,318 | İlham Əliyev ABŞ konqresmenlərini qəbul edib | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də konqresmenlər - Vaşinqton ştatından demokrat Cim MakDermott, Virciniya ştatından demokrat Ceyms Moran, Missuri ştatından respublikaçı Billi Lonq, Nyu Cersi ştatından demokrat Donald Peyndən ibarət ABŞ nümayəndə heyətini qəbul edib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev ABŞ nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib. Konqresmenlər ölkəmizdə gedən sürətli inkişaf proseslərindən məmnunluqlarını ifadə ediblər. Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub, əməkdaşlığıın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. |
2013-11-24 | 2,319 | Şəkililər Avropa liqasına vəsiqə qazandılar | "Şəki" voleybol komandası Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə noyabrın 18-dən 23-dək Mingəçevir şəhərində davam edən kişilər arasında voleybol üzrə Azərbaycan çempionatının final mərhələsində uğurlu çıxış edərək yarışları ikinci pillədə başa vurmuşdur. Şəhər Gənclər və İdman İdarəsindən AzərTAc-a bildirmişlər ki, çempionatı yüksək səviyyədə keçirən Şəki voleybolçuları yalnız final oyununda Bakının "Neftçi" komandasına məğlub olaraq gümüş medallara sahib çıxmışlar. Yüksək liqada ikinci yeri tutan "Şəki" komandası, eyni zamanda, Avropa liqasına da vəsiqə qazanıb. |
2013-11-24 | 2,320 | 500 yaşlı qız cəsədi hər kəsi heyrətə salıb – Foto/Video | "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Cənubi Amerikada arxeoloqların tapdığı qeyri-adi cəsəd hər kəsi təəccübləndirib. 500 il əvvəl ink tayfasının qurban verdiyi 14-15 yaşlı yeniyetmə qızın cəsədi 6000 metr yüksəklikdəki buzların içində əsrlərlə qalıb və sanki elə bu günlərdə vəfat edib və hələ dəfn edilməyib. Onunla yanaşı biri 7 yaşlı oğlan, biri isə 6 yaşlı qız uşağı olmaqla daha iki qurbanın donmuş cəsədi aşkar edilib. "Maiden" (Qız uşağı) adlandırılan mumiya nümunəsini Ancelika Kortelsin başçılığı ilə Nyu-York universitetinin tədqiqatçı qrupu (City University of New York) tədqiq edib. Ənənəvi DNA analizi yerinə toxumalardakı zülallar tədqiq edilib və məlum olub ki, zahirən sağlam görünən yeniyetmə qızın ciyərində vərəmi xatırladan bakterial ağ ciyər infeksiyası olub. Tapılan bu infeksiya növünə bu qıza qədər heç bir vaxt rast gəlinməyib. Yaxın zamanlarda mətbuata haqqında bilgi verilən bu qeyri-adi mumiya 1999-cu ildə Luluyalyako (Llillailaco) vulkanının ətəklərində, Argentina və Çili sərhədin hüdudlarında dəniz səviyyəsindən 6739 metr yüksəklikdə tapılıb. Eyni vaxtda tapılan bu üç mumiya Misir balzamlama mumiyalarından fərqli olaraq adi qaydada dərin buz laylarının altında olublar. Yeddi yaşlı oğlanın cəsədi də tədqiq edilib, lakin altı yaşlı qızcığazın analizində tərəddüd yaranıb. Ehtimal olunub ki, onun cəsədini nə vaxtsa ildırım vurub, bu da araşdırmaların nəticələrində qeyri-dəqiqliyə səbəb ola bilər. Bu üç nəfərin qurban verildiyi güman edilir. Buna onların cəsədləri ilə yanaşı tapılan əşyalar: geyim, qızıl, gümüş, yemək dolu boşqab, hansısa naməlum quşun lələklərindən hazırlanmış nəfis baş örtüsü şahidlik edir. Tarixçilər hesab edir ki, inklər uşaqları qurbanlıq üçün çox gözəl olduqlarına görə seçiblər (eləcə də uşaqlar böyüklərlə müqayisədə daha təmiz varlıq hesab edildiyindən) və qurbangaha gətiriliblər. Çünki inklərin təcrübəsində uşaqları qurban verilməsinə elə də çox rast gəlinmir. Tədqiqatların yekun rəyi belə olub: Uşaqları qurban verməzdən əvvəl bir il ərzində şahlara layiq ərzaqlarla - qarğıdalı və qaxac edilmiş dəvə əti ilə bəsləyiblər. Halbuki buna qədər onlar kartof və tərəvəz kimi adi kəndli yeməyi ilə qidalanıblar. Videonu təqdim edirik. |
2013-11-24 | 2,321 | Konqresmenlər "Xocalı soyqırımı"nı andılar | Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndə heyəti noyabrın 24-də Fəxri xiyabana gələrək, ümummili lider Heydər Əliyevin məzarını və Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Qonaqlara erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi, törədilən qanlı hadisələr, o cümlədən Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. |
2013-11-24 | 2,322 | İlham Əliyev jurnalistlərə çağırış etdi | Bu gün Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi münasibəti ilə Zuğulbadakı iqamətgahında tədbir keçirilib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən bildirir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi münasibətilə təbrik edib. Bildirib ki, "RUH" Jurnalistləri Müdafiə Komitəsinin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib, sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə "Jurnalistlərin dostu" seçilib. Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov "Jurnalistlərin dostu" mükafatını Prezident İlham Əliyevə təqdim edib. Azərbaycan Prezidenti İlham Əliyev yenidən "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi münasibətilə təşəkkürlərini çatdırıb və çıxışında deyib ki, ölkəmizdə azad jurnalistikanın yaradılması və inkişafı istiqamətində 1980-ci və 1990-cı illərdə xeyli iş görülüb, 1998-ci ildə ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində ölkədə senzura ləğv edilib və bu da azad mətbuatın inkişafı istiqamətində mühüm addım olub. O vaxtdan bu günə qədər mətbuatın inkişafı ilə bağlı ölkədə önəmli qərarların qəbul olunduğunu deyən Prezident İlham Əliyev indi demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın böyük rol oynadığını bildirib: "Bu prosesə təkan verən mühüm amil dövlət siyasətidir və bu da Azərbaycanda vardır. Bu gün Azərbaycan demokratik inkişaf baxımından heç bir ölkədən geri qalmır, ölkədə söz və mətbuat azadlığı təmin olunur. Hazırda Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizi keçir, yaxın vaxtlarda bölgələrdə genişzolaqlı internet şəbəkəsi genişləndiriləcək. Azərbaycanda dinamik inkişafı təmin etmək üçün ictimai sabitlik vacibdir. Bunu son prezident seçkilərinin nəticələri də göstərdi. Bir daha məlum oldu ki, Azərbaycan cəmiyyəti sabitdir, müstəqillik, dövlətçilik və müasirlik prinsipləri bizim üçün üstünlük təşkil edir". Prezident İlham Əliyev bu gün ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin təmin olunduğunu, xarici siyasət sahəsində Azərbaycanın mövqelərinin möhkəmləndiyini bildirib. "Biz xoşbəxt xalqıq ki, bu gün ölkəmiz müstəqil siyasət aparır", - deyən dövlətimizin başçısı vurğulayıb ki, güclü dövlət quruculuğu prosesində demokratik prinsiplərin təmin olunması xüsusi yer tutur və Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı güclü iradə vardır. Hazırda erməni lobbisinin ölkəmizə qarşı qarayaxma kampaniyasının davam etdiyini deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılmasında media nümayəndələrini daha fəal olmağa çağırıb. Bildirib ki, Azərbaycan informasiya blokadasından çıxıb və bu sahədə mübarizə davam etdirilməlidir. Bəzi xarici dairələrin ölkəmizin uğurlu inkişafını qəbul etmək istəmədiyini, Azərbaycanın müstəqil xəttinin və bir çox məsələlərlə bağlı barışmaz mövqeyinin bəzi dairələri hərəkətə gətirdiyini və onlarda narahatlıq yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan hər zaman bu kimi hallara tutarlı cavab verir. Çünki Azərbaycan cəmiyyəti reallıqları bilir. "Biz bütün bunlardan qorunmaq üçün daha da güclü olmalıyıq və bütün bu proseslərdə medianın rolu böyükdür", - deyən Prezident İlham Əliyev ölkəmizlə bağlı xaricdə yayılan informasiyaların dövlət maraqlarına xidmət etməsində medianı həmrəy olmağa səsləyib. Bununla yanaşı, cəmiyyətdəki problemlərin işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirən dövlətimizin başçısı media işçilərinə yenidən onu "Jurnalistlərin dostu" seçdiklərinə görə təşəkkür edib. Sonra Əməkdar Jurnalist, Milli Məclisin deputatı Aqil Abbas, Əməkdar Jurnalist, professor Şirməmməd Hüseynov, Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən "Ahıl" Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edərək azad mətbuatın inkişafı ilə bağlı son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən danışıb, mətbuatın inkişafı ilə bağlı təkliflərini səsləndiriblər. |
2013-11-24 | 2,323 | Premyer Liqa – Liderlər xal itirdi - Video | Topaz Premyer Liqasında XIV turun qarşılaşmaları keçirilib. Son turun qarşılaşmalarında maraqlı nəticələr qeydə alınıb. "Axar.az"ın xəbərinə görə, turun mərkəzi oyununda "İnter" – "Neftçi" komandaları üz-üzə gəlib. Qarşılaşma gözlənilənlərin əksinə olaraq bankirlərin xeyrinə başa çatıb. Digər qarşılaşmada "Bakı" – "Xəzər Lənkəran" üzərində inamlı qələbə qazanmaqla, turnir vəziyyətində yerini qorumağı bacarıb. Lənkəran təmsilçisi isə qara zolaqdan xilas ola bilməyib. Qeyd edək ki, bu qarşılaşmadan sonra "Xəzər Lənkəran" komandasının baş məşqçisi uelsli Con Toşak istefa verib. Turun son qarşılaşmasında "Qarabağ" autsayder "Rəvan"la bacarmayıb. Qarşılaşma bərabərliklə yekunlaşıb. Turun digər oyunlarında qeydə alınan nəticələrlə və video görüntülərlə aşağıda tanış ola bilərsiniz. "Bakı" – "Xəzər Lənkəran" - 3:0 Qol: Cavid Hüseynov, 66; Risto Ristoviç, 70; Mindauqas Kalonas, 82 "Qəbələ" – AZAL - 1:0 Qol: Leonardo da Silva, 72 "Sumqayıt" – "Simurq" – 0:1 Qol: Stepan Polyak, 42 "İnter" – "Neftçi" – 3:1 Qol: Vaqif Cavadov, 33, 76; Aleksandr İaşvili, 81 - Karlos Kardoso, 65 "Qarabağ" – "Rəvan" 0:0 |
2013-11-24 | 2,325 | Rahim Hacıyev Prezidentlə görüşdə niyə yox idi? | "Mən bu görüşə dəvət olunmamışam, dəvət olunmadığım yerdə necə iştirak edə bilərdim?" Bu sözləri "Azadlıq" qəzetinin baş redaktor əvəzi Rahim Hacıyev bu gün İlham Əliyevin layiq görüldüyü "Jurnalistlərin dostu" mükafatının Zuğulba iqamətgahında keçirilən təqdimat mərasimində iştirak etməməsinin səbəbi barədə danışarkən dedi. "Axar.az"a açıqlamasında Rahim Hacıyev bu barədə geniş danışmağa heç bir ehtiyac olmadığını bildirdi: "Bu mövzu ətrafında əlavə şərh vermək istəmirəm. Yalnız onu deyə bilərəm ki, biz bu görüşə dəvət olunmamışıq". Mətbuat Şurasının sədri Əflatun Amaşov isə mətbuata açıqlamasında burada heç bir ayrıseçkilik olmadığını deyib: "Bu tədbirə istisnasız olaraq hər bir KİV üzrə baş redaktorlar dəvət olunmuşdu. Əvəzləyici, təmsilçi şəxslər görüşə dəvət olunmamışdı. Bu səbəbdən həm "Azadlıq" qəzeti, həm "Ayna"-"Zerkalo", həm də AzərTac dövlət agentliyi mərasimdə yox idi. Heç kimə heç bir ayrıseçkilik və qərəz olmayıb. Sadəcə, olaraq format belə idi ki, tədbirdə Kütləvi İnformasiya Vasitələrinin ancaq birinci şəxslərinin iştirakı nəzərdə tutulurdu. AzərTac Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov, "Ayna"-"Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı və "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid xaricdə olduqları üçün onlar tədbirdə iştirak edə bilmədilər. Xatırladaq ki, noyabrın 24-də Mətbuat Şurasının təşəbbüsü ilə ölkə prezidenti İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim edilib. Təqdimetmə mərasimində ölkənin ən tirajlı iki müxalifyönlü qəzetindən "Yeni Müsavat"ın baş redaktor Rauf Arifoğlu iştirak etsə də, "Azadlıq" qəzetindən təqdimetmə mərsimində iştirak edən olmayıb. |
2013-11-24 | 2,326 | "Antalyaspor" - "Fənərbaxça" - CANLI | Bu gün, Türkiyə Super Liqasında XII turun qarşılaşmaları keçirilir. Fənərbaxça hal-hazırki duruma görə, Super Liqada turnir cədvəlində ilk sırada qərarlaşıb. Antalyasporun qonağı olacaq Fənərbaxça rəqibləri ilə xal fərqini qorumaq üçün mübarizə aparacaq. Antalyaspor isə XI turdakı Konyaspor məğlubiyyətini unutdurmağa çalışacaq. "Axar.az" Antalyaspor – Fənərbaxça qarşılaşmasını canlı olaraq təqdim edir. "ANTALYASPOR" - "FƏNƏRBAXÇA" |
2013-11-24 | 2,327 | Yaşamaq istəyirsizsə, bunu izləyin! - Video | null |
2013-11-24 | 2,328 | Rauf Arifoğlu-Xədicə İsmayıl mübahisəsi - FB | "Azadlıq" radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayıl "feysbuk" profilində bu gün Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatının təqdimetmə mərasimində iştirak edən jurnalistləri "Bir qrup optimist yaltaq" adlandırmasına "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu reaksiya verib. Baş redaktor öz "feysbuk" statusunda yazıb: "Hörmətli Xədicə İsmayıl xanım öz profilində prezidentlə görüşdə iştirak edənləri "...bir qrup oportunist yaltaq" adlandırıb. Yaxşı da eləyib. Sonra da öz statusuna şərh yazaraq, məni fərqləndirib, adımı da zikr edib. Bu cür: "Roya Rafiyeva o gün təəccüblənibmiş Əflatun Amaşov "Yeni Müsavat"a gələndə. Gəlib, Rauf Arifoğlunu İlham Əliyevin təltif olunmasına çəpik çalmağa dəvət edirmiş yəqin…" Ona belə bir cavabım oldu - istərdim mənim dostlarım da oxusunlar: "Xədicə xanım, məni Amaşov dəvət etmədi bu tədbirə. Amaşov gələn gün bizim qəzetin qonşuluğunda redaktorların icra başçısı ilə görüşü vardı. Oradakıların hamısını qəzetə dəvət etdim, təkcə Amaşov gəlməyə ürək etdi. Bugünkü tədbirə isə dəvəti dünən Əli Həsənovdan aldım. Bir aydır telefonlarıma cavab verməyən hörmətli Əli Həsənov şəxsən zəng edərək, məni dəvət etdi. Mənim üçün bir fürsət idi, buraxmazdım. Getdim, sözümü də dedim. Prezident mükafat alanda isə əllərim məşğul idi, içəri keçirdiyim telefonla "musavat.com" üçün şəkil çəkirdim. Bu səbəbdən, həmin anda əl çala bilməzdim. Mənə diqqət ayırıb, adımı çəkdiyiniz üçün xüsusi təşəkkür edirəm". |
2013-11-24 | 2,329 | Qəza törətdi və qaçdı - Fotolar | Bu gün saat 21:00 radələrində Bakı şəhəri, Maştağa-Zabrat şossesində yol nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın hadisə yerində olan müxbirinin sözlərinə görə, hadisə iki minik avtomobili və bir sərnişin avtobusunun toqquşması nəticəsində baş verib. Maştağa istiqamətində hərəkət edən Bakı şəhər sakini Əmnağa Hüseynova məxsus 10-FT-526 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil eyni istiqamətdə arxadan sürətlə hərəkət edən "VAZ 2106" markalı avtomobilin onu vurması nəticəsində idarəetməni itirərək, 186 nömrəli sərnişin avtobusuna çırpılıb. Hadisənin əsas səbəbi kimi göstərilən "VAZ 2106" markalı avtomobilin sürücüsü hadisəni törətdikdən dərhal sonra qəza yerindən qaçıb. |
2013-11-24 | 2,330 | Əflatun Amaşov doğru deyir, yoxsa Rauf Arifoğlu? | Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ilə bağlı bu gün Zuğulba iqamətgahında keçirilən tədbirdə ölkənin əsas agentlik və qəzetlərindən olan "AzərTac", "Ayna-Zerkalo" və "Azadlıq" rəhbərliyinin təmsil olunmaması dəvət edən qurumu gündəmə gətirir: Tədbirə dəvəti hansı qurum həyata keçirib? Mətbuat Şurasının sədri Əflatun Amaşov "Axar.az"a açıqlamasında dəvətin hansı qurum tərəfindən aparılmasına aydınlıq gətirdi: "Bildiyiniz kimi, Prezidenti İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatını Jurnalistlərin Müdafiə Komitəsi verib. Yəni onların keçirdiyi sorğu əsasında Prezident qalib olub. Dəvəti də Jurnalistlərin Müdafiə Komitəsi ilə biz – yəni Mətbuat Şurası müştərək həyata etmişik". "Azadlıq" qəzetinin sədr əvəzi Rahim Hacıyevin baş redaktorun birinci müavini kimi yox, faktiki olaraq baş redaktor kimi bu vəzifəni icra etdiyini, baş redaktor Qənimət Zahidin artıq 2 ilə yaxndır faktiki olaraq qəzetdən uzaqlaşdığını xatırlatdıqda isə MŞ-nın sədrinin cavabı belə oldu: "Prezidentlə görüşə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və Azərbaycanın qocaman jurnalistləri dəvət olunmuşdu. Yerdə qalan 50 yerə isə nüfuzlu xəbər agentliklərinin, qəzet və saytların birinci şəxsləri çağırılmışdı. Biz burda seçim edəndə yalnz birinci şəxsləri nəzərdə tutduq, baş redaktor əvəzi isə bu siyahıya aid deyil". Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu "feysbuk" statusunda onu bu görüşə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsnovun telefon zəngi ilə dəvət etdiyini yazıb (Ətraflı BURADA). Belə olduqda isə sual yaranır: tədbirə dəvəti əsl həqiqətdə kim həyata keçirib və "yerdə qalan 50 yerə" seçilən nüfuzlu sayt və qəzet baş redaktorları hansı prinsiplə müəyyənləşib? Araşdırmanı davam etdiririk… |
2013-11-24 | 2,331 | İran səfirliyinin 4 əməkdaşı Azərbaycandan çıxarılıb? | "Səhər" televiziyası Azərbaycan hökumətinin ölkədən çıxardığı iranlı diplomatlar haqda xəbər yayıb. İranın Azərbaycandakı səfirliyinin daha bir əməkdaşı ölkədən deportasiya edib. Bu barədə İranın "Səhər" televiziyası məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Azərbaycan Respublikası hökuməti İran Mədəniyyət Mərkəzinin idarə məsələləri üzrə məsul şəxsini 3 saat həbs edib və onu 48 saatdan sonra Azərbaycan Respublikasını tərk etməyə məcbur edib. Eyni zamanda xəbərdə ötən il rəsmi Bakının İran səfirliyinin mədəniyyət məsələləri üzrə ekspertinin Azərbaycana daxil olmasının qarşısını aldığı xatırladılır: "2011-ci ilin dekabr ayından indiyə qədər 8 İran işçisi xidməti pasportlara malik olmalarına baxmayaraq Bakıdan çıxarılıb və yaxud ezamiyyətdən geri qayıtdığı zaman Azərbaycan Respublikasına girişinə icazə verilməyib. Tehranın Bakını strateji olaraq dəstəkləməsinə və dostluq siyasətini yürütməsinə baxmayaraq, bu müddətdə Azərbaycan hökuməti İranın Teleradio Təşkilatının nümayəndəliyi, İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəliyi və Bakıdakı Mədəniyyət Mərkəzinin işçilərindən bir qrupunun Azərbaycana daxil olmasına maneə yaradıb və onları Bakı hava limanı və yaxud quru sərhəd vasitəsi ilə İrana geri qaytarıb". Yazıda ötən ay İran səfirliyinin daha bir işçisinin xidməti pasporta malik olmasına baxmayaraq Azərbaycan Respublikasına girişinin qarşısının alındığı qeyd olunur. Ümumilikdə isə İranın səfirliyindəki 4 işçisi Azərbaycan Respublikasından məcburi olaraq çıxarılıb. Eyni zamanda "Səhər" televiziyasının xəbərində Azərbaycan hökumətinin ölkədə 20 ildən çox humanitar fəaliyyət göstərən İranın İmam Xomeyni adına İmdad Komitəsinin nümayəndəliyinə təzyiq göstərməklə ötən yay bu komitənin tibbi klinikasının fəaliyyətini dayandırdığı xatırladılır. |
2013-11-24 | 2,332 | İndoneziyada vulkanik həyəcan | İndoneziyada ən aktiv yanardağlardan hesab edilən Sinabunqun fəaliyyətə keçməsi ölkədə çaxnaşma yaradıb. "Axar.az"ın xəbərinə görə, 3 illik fasilədən sonra Şimali Sumatra əyalətindəki yanardağda son günlərdə partlayışların artması nəticəsində ətraf əraziyə yayılan iti və yandrıcı qaz ətraf ərazi üçün təhlükə törətməyə başlayıb. Səlahiyyətli şəxs Sutopo Purvo Nuqrohonun bildirdiyinə görə, yanardağın ətrafındakı 8 kənddən təxminən 12 min adamın evlərini boşaldaraq 16 əyalətdə qurulan çadırlara evuakasiya olunub. Şimali Sumatra əyalətindəki yanardağın püskürtdüyü külün 5 min metr yüksəkliyə və 2 kilometrlik əraziyə yayıldığı bildirilir. Səlahiyyətlilər xalqa yanardağın ən az 5 kilometrliyində yaşamaları barədə xəbərdarlıq edib. İndoneziyada 129 yanardağ arasında ən aktiv hesab edilən və son olaraq 2010-cu ilin avqust ayında püskürən Sinabunq yanardağı 2 nəfərin ölümünə və 30 min adamın da yaşayış yerlərini tərk etməsinə səbəb olmuşdu. |
2013-11-24 | 2,333 | Baş nazir “Gürcü arzusu” partiyasının sədri seçilib | Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının 3-cü qurultayında Gürcüstanın sabiq Baş naziri Bidzina İvanişvili partiyanın fəxri sədri vəzifəsindən də istefa verdiyini bəyan edib. "Axar.az"ın xəbərinə görə, qurultayda partiyanın sədri Baş nazir İrakli Qaribaşvili, baş katib isə energetika naziri Kaxa Kaladze seçilib. Partiyanın yeni nizamnaməsi təsdiq edilib, Siyasi Şuranın üzvlərinin sayı isə 21 nəfərdən 12 nəfərə endirilib. Xatırladaq ki, Gürcüstan prezidenti Georgi Margvelaşvili bu ilin noyabrın 20-də İrakli Qaribaşvilini baş nazir təyin edib. |
2013-11-24 | 2,334 | Putin Cenevrə görüşünə münasibət bildirdi | Rusiya prezidenti Vladimir Putin İran nüvə böhranının həlli ilə bağlı İran və "5+1 qrupu" arasında Cenevrədə əldə edilən razılaşmanın hər kəs üçün qazanclı olduğunu deyib. "Axar.az"ın məlumatına görə, Cenevredə əldə edilən razılaşmaya görə, İran uranı yalnız 5% həcmində zənginləşdirəcək və 20% zənginləşdirilmiş uran anbarını məhv edəcək. Putin dünyanın ən çətin düyünlərindən birinin həll edilməsində vacib addım atıldığını deyərək, əldə edilən razılaşmanın beynəlxalq aləm üçün önəmli olduğunu dedi. Razılaşmaya görə, İran iqtisadiyyatını çətin vəziyyətə salan iqtisadi sanksiyalar yumşadılacaq. Beynəlxalq aləm isə İranın nüvə enerji istehsal haqqını tanıyacaq. |
2013-11-24 | 2,335 | Prezident oğlunun faciəli ölümündə şok faktlar | Kazanda baş verən faciəli aviaqəzanın səbəblərini araşdıran Beynəlxalq Aviasiya komitəsi "qara yeşiklər"in şifrələrini açdıqdan sonra məlumat yayıblar ki, ekipaj təyyarəni eniş vəziyyətinə gətirərkən bir sıra səhvlərə yol veriblər. "Axar.az" xəbər verir ki, onlar təyyarəni yenidən yuxarı qaldıraraq ikinci dövrə vurmaqla səhvlərini düzəltməyə çalışıblar. Bu cəhd uğurlu alınmayıb. Görünür pilotlar təyyarənin burnunu çox yuxarı qaldırdıqlarına görə yuksəkliyi əldə edə bilməyiblər. Buna görə təyyarə sürətini itirib və burnu üstə yerə çırpılıb. "Təyyarə qəzaya uğrayana qədər bütün sistemləri düz işləyib" - deyə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov məlumat verib. Onun sözlərinə görə, Rusiyanın mülki aviasiyasında, xüsusilə ekipajın komandir heyətində təcrübəli pilotların çatışmazlığı hiss olunur. Kazanda nə baş vermişdi? Ötən bazar günü, 17 noyabrda Moskvadan uçan "Tatarıstan" aviakompaniyasına məxsus , Boeinq 737 sərnişin təyyarəsi Kazanda eniş edən zaman qəzaya uğrayıb. Qəza zamanı 6 ekipaj üzvü olmaqla 44 sərnişinin hamısı həlak olub. O cümlədən təyyarədə olan Tatarıstan prezidentinin oğlu İpək Minnixanov və Tatarıstan FTX (Federal Təhlükəsizlik Xidməti) idarəsini rəhbəri Aleksandr Antonov da həyatlarını itirib. |
2013-11-24 | 2,336 | Ukraynada Avropaya inteqrasiya tərəfdarları etiraz aksiyası keçirir | Nazirlər Kabinetinə girmək istəyən nümayişçilərlə polis arasında toqquşma olub, gözyaşardıcı qazdan istifadə edilib. Ukraynanın paytaxtı Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının etiraz aksiyaları keçiriblər. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, "İnterfaks"a isitnadla verdiyi məlumata görə, "Avropa Ukraynasına görə" marşı paytaxt Kiyevin böyük hissəsinə yayılıb. Aksiya iştirakçıları əsasən Avropa meydanına toplaşıblar. Aksiyada 100 mindən artıq insanın iştirak etdiyi qeyd edilir. Avropaya inteqrasiyanın tərəfdarı olan insanların əksəriyyətinin paltarına Avropa Birliyi və ölkə bayraqlarından ibarət lentlər bağlanılıb. Nazirlər Kabinetinin qarşısında toplaşanlarla polislər arasında toqquşma olub. Binaya girmək istəyənlər hüququ mühafizə əməkdaşlarına tüstü şaşkiləri atıblar. Nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib. Axşam saatlarına olan məlumata görə, Nazirlər Kabinetinin binası önünə yürüş ediblər. Daha sonra onlar yenidən Avropa meydanına qayıdıblar. Məlumata görə, sabah səhər saat 08:00-da aksiya iştirakçıları yenidən hökumət binasına yürüş edəcəklər. Aksiyanın dağıdılmasına iştirak edən "Berkut" xüsusi təyinatlılarıda artıq adıçəkilən ərazidə azalıblar. Avropaya inteqrasiya kursunu dəstək nümayiş etridmək üçün Lvov şəhərində də aksiyalar keçirilib. Aksiyanın təşkilatçıları Kiyevdə baş verənlərlə bağlı bu şəhərdəki aksiyaların müddətsiz olacağını bildiriblər. |
2013-11-24 | 2,337 | Rusiya lideri Roma Papası ilə görüşəcək | Noyabrın 25-də İtaliyaya rəsmi səfərə gedən Rusiya lideri Roma Papası ilə tarixi görüş keçirəcək. Rusiya prezidenti Vladimir Putin noyabrın 25-də Vatikana ilk rəsmi səfərini edəcək. BBC-nin məlumatına görə, bu səfər 1961-ci ildə SSRİ rəhbəri Nikita Xruşşovun Papa 23-cü Ciovaniyə yolladığı təbrik məktubundan sonra Moskva və Vatikan arasında ilk yüksək səviyyəli təmas olacaq. Maraqlıdır ki, Vatikanı ziyarət və Papa ilə görüş müraciəti Putindən gəlib. BBC-nin xəbərində deyilir ki, İtaliya mediası 25-26 noyabr tarixlərində İtaliyaya rəsmi səfərə gedəcək Putin səfər çərçivəsində Roma Papası ilə görüşmək istəyini bildirib. Yerli medianın yazdığına görə Papa ilə görüşə israr etməsinin əsas səbəbləri sırasında Suriya münaqişəsində iştirakı ilə Yaxın Şərqdə önəmli oyunçu olduğunu nümayiş etdirən Putinin həm də regionda xristianların hamisi roluna iddialı olması, eləcə də Rusiya Patriarxlığı ilə Roma katolik kilsəsi arasında buzları əritmək cəhdidir. Bu ilin yayında Papa Fransisk Rusiyada keçirilən G20 sammitindən əvvəl Putinə məktub yazaraq Suriyaya hərbi müdaxilədən qaçınılmasını və sülh siyasətinin yürüdülməsini istəmişdi. Beynəlxalq medianın qənaətinə görə, Vatikana səfər edəcək Putin Papa ilə birlikdə Suriya münaqişəsi ilə bağlı birgə müraciət edə və bununla da qlobal oyunçu imicini daha da möhkəmlədə bilər. Eyni zamanda artıq Roma Papası ilə Rusiya Pravoslav kilsəsinin patriarxı Kirill arasında neytral ölkədə görüş keçirilə biləcəyi haqda xəbərlər də yayılır. |
2013-11-25 | 2,338 | Ukrayna Maydanındakı aksiyadan eksklüziv - Fotolar | Yazıçı-publisist Zümrüd Yağmur "Allah qayıdır?!" kitabının təqdimat mərasimində iştirak etmək üçün Ukraynadadır. O, bu gün Avropaya inteqrasiya tərəfdarı olanların Ukraynanın baş meydanında - Maydanda, Avropa Meydanında və Nazirlər Kabinetinin qarşısında keçirdiyi aksiyaları izləyib. Z.Yağmurun çəkdiyi eksklüziv fotoları təqdim edirik. (Zümrüd Yağmurun təəssüratları BURADA) |
2013-11-25 | 2,339 | Zümrüd Yağmur Maydandan yazır | Ukraynaya gəlişim burada xalq etirazlarının başladığı günlərə təsadüf etdi. İlk günlər Kiyevin mərkəzində yerləşən Maydana çıxmış 100-150 nəfər etirazçının gün boyu davam edən aksiyası tədricən yüzlərin toplandığı mitinqə çevrilməyə başladı. Sanki sehrli bir əl hər ötən gün daha çox insanı meydana doldururdu. Hətta davamlı leysan yağışın olmasına baxmayaraq, meydan boşalmadı. İlk baxışdan adama elə gələ bilərdi ki, bir neçə yüz nəfərlik etirazçı bir azdan danışıb-yorulub dağılışacaq. Ancaq belə olmadı. Dünəndən başlayaraq mitinqlərdə iştirak edən insanların sayı pik həddə çatdı. Ölkənin regionları da daxil olmaqla, hər yerdən onminlərlə ukraynalı Kiyevin baş meydanı sayılan Maydanı və onunla qonşu olan Avropa meydanını insan seli ilə doldurdu. Maydandan Avropa meydanına başlayan yürüşdə iştirakçıların sayı o qədər çox oldu ki, iki meydan insan seli ilə birləşdi. Diqqəti çəkən məqamlardan bir də mtinqə çıxan çoxsaylı siyasi və ictima təşkilatların öz bayraqlarını götürməməsi idi. Meydanda Ukraynanın və AB-nin bayaraqları dalğalanırdı. Ən mühüm məqamlardan biri də böyük izdihamın yüksək səviyyədə idarə olunması idi. Çoxsaylı səyyar xidmət maşınlarından soyuq havada mitinqçilərə çay, kofe verilirdi. Axşamsa meydanı tərk etməmək üçün çadırlar qurulurdu. Açıq şəkidə hiss olunurdu ki, mitiqin texniki təşkilati işləri üçün böyük maliyyə resursaları sərf olunur. Ən qəribəsi də bidir ki, burda ən kiçik qeyri-adi hərəkət həmin dəqiqə nəzarətə götürülür, insanların təhlükəsizliyini elə mitiqçilərin özləri təmin edir. Çünki polis meydanlarda gözə dəymir. Ancaq uzaq məsafədə polisləri görmək mümkündür. Bu gün bazar günü olduğundan ölkənin hər yerindən insanlar Kiyevə axışmışdı və burda insanların sayı yüz mindən artıq olardı. Ən vacib amil və diqqətimi cəlb edən hal o oldu ki, mitinqə gələnlər sadəcə orda durmaqla qalmır, diqqətlə deyilənlərə, çıxışlara qulaq asır və çıxışlara yüksək emosional dəstək nümayiş etdirirdilər. Mitinqdə topa-topa durub öz aralarında söhbət edən, danışan bir adama belə rast gəlmədim. Mitinqdə insanlarla söhbət etdikdə bəlli olur ki, hər kəs ölkəsində nə baş veridyindən xəbərdardır və iqtidarın onun iradəsini nəzərə almadan qərar verməsi ilə razılaşmaq istəmir. Adamlar çox əminliklə söyləyirdilər ki, hakimiyyət öz istədiyi qərarı verə bilməz, onların istəyi, arzusu əsas götürülməlidir və hökumətin də işi onların rəyini nəzərə almaq olmalıdr. Onlar artıq Rusiyanın diktəsi ilə yaşamaq, hər hansı ölkənin maraqlarının öz istəklərinin fövqünə qaldırılması ilə barışmaq istəmirlər. Axsam saatlarına yaxın isə insanlar Nazirlə Kabinetinin binasına doğru yürüş etdilər. Bu zaman meydandan uzaqda yerləşmiş polis dəstələri Nazirlər Kabinetinin girişində kardon qurdular. İnsanların binaya girmək üçün göstərdikləri səylərə qarşı polis onların qarşısını kəsməklə reaksiya verdi. O gərgin anlarda polis mitinqçilərə müdaxilə etmədi, yalnız binanı mühafizə etməklə kifayətləndi. Bir neçə dəfə, polislərin üzərinə kütlənin təzyiqi artanda havaya tüstü bombası atıldı. Bundan qəzəblənən kütlənin "rədd ol, polis özünü biyabır etmə" şüarlarından sonra polis binanın giriş qapılarına doğru geri çəkildi və nəticədə mitinqçilər binanın giriş qapıları qarşısındakı daxili meydançanı da nəzarətə götürdülər. Qəzəblənmiş insanlar davamlı olaraq Baş naziri və hökuməti istefaya çağırırdılar. Axşam düşürdü, insanlar dağılmırdı, daha sonra alınan qərara uyğun olaraq insanlar Maydan və Avropa meydanında, eyni zamanda, Nazirlər Kabinetinin qarşısında qalmaq üçün 3 hissəyə bölündülər. Belə görünür ki, Ukrayna xalqı öz qərarında qətidir: onlar Rusiyanı deyil, Avropanı seçir və deyəsən, kimsə buna əngəl ola bilməyəcək! (Maydandan eksklüziv fotolar BURADA) |
2013-11-25 | 2,341 | Mitinqçilər daş, polis isə qaz atır | Ukraynada Avrointeqrasiya tərəfdarlarının hökumətin AB-nin "Şərq tərəfdaşlığı" müqaviləsindən imtina etməsinə qarşı Kiyevin baş meydanı olan Maydanda, Avropa meydanında və Nazirlər Kabinetinin qarşısında keçirdikləri mitinq bu saatlarda davam edir. "Axar.az"ın əməkdaşı xəbər verir ki, polis bir neçə dəfə mitinqçiləri dağıtmağa və gecəni keçirmək üçün Avropa meydanında qurulan çadırlara müdaxilə etməyə cəhd göstərib. Amma aksiya iştirakçıları bu cəhdləri ciddi etirazla qarşılayıblar və polisə daş-kəsəklə cavab veriblər. Polis isə qaz bombalarından istifadə edir. |
2013-11-25 | 2,342 | Bu gün Gülər Əhmədovaya hökm oxunacaq | Daha öncəki prosesdə prokuror ona 4 il iş istəyib; sabiq deputat son sözündə nə deyəcək? Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi davam edəcək. Xatırladaq ki, ötən proses G.Əhmədovanın səhhəti ucbatından baş tutmamışdı. Proses başlayan kimi halı pisləşən sabiq deputatı müayinə üçün Təcili Yardım Xidmətindən həkimlər gəlmişdi. Hakim isə onun səhhətinin pis olduğunu deyərək, prosesin davam etməsini doğru saymamışdı. Bu gün saat 10.30-a təyin olunan prosesdə isə G.Əhmədovaya hökm oxunacağı istisna deyil. Daha öncəki prosesdə prokuror sabiq deputata 4 il iş istəmişdi. Bəzi ekspertlər bunu keçmiş deputatın ittiham olunduğu maddələr üzrə minimal cəzadan da az cəza hesab edərək, bu gedişlə onun şərti azadlığa buraxılacağını istisna etməyib. Amma bugünkü prosesdə prosedurlara uyğun olaraq G.Əhmədovanın vəkili Əfsər Talıbov müdafiə çıxışı edəcək, vaxt qalarsa, G.Əhmədova da son söz deyəcək. Proses boyunca sabiq deputat istintaqa və Elşad Abdullayevə yönəlik tənqidi çıxışları ilə yadda qalıb. ABU-nun sabiq rektorunun gözləntilərindən fərqli olaraq, G.Əhmədova hakimiyyəti ifşa edən, onu tənqidə məruz qoyan hər hansı açıqlama, bəyanat verməyib. Onun son söz çıxışında da əvvəlki xəttindən fərqlənən hansısa nüansların olacağı gözlənilən deyil. Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq |
2013-11-25 | 2,343 | Cəlilabadda ev yandı | "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayonu, Alar kəndində (rayon mərkəzindən 19 km aralı), vətəndaşa məxsus ümumi sahəsi 320 kv.m (hər mərtəbəsi 160 kv.m) olan 2 mərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın və aynabəndin yanar konstruksiyaları və ev əşyaları 100 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. |
2013-11-25 | 2,344 | Türkiyədə güclü zəlzələ: tələfat yoxdur | Ötən gün axşam saatlarında Türkiyənin simal-şərqində yerləşən Bolu vilayətinin Ulumescid rayonunda 4,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend Anadolu agentliyinə istinadən bildirib. Boğaziçi Universitetinin Kandilli rəsədxanasının və Zəlzələ Araşdırmaları İnstitutunun məlumatlarına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:49 radələrində baş verib. Məlumatda bildirilir ki, zəlzələ nəticəsində hələlik dağıntı, ölüm və xəsarət halları qeydə alınmayıb. |
2013-11-25 | 2,345 | İranla “Altılıq”ın razılıq şərtləri açıqlandı | Noyabrın 25-i səhər saatlarında Cenevrədə İran və "Altılıq" arasında razılıq əldə edilib. "Axar.az" "Nyu York Tayms"a istinadən xəbərinə görə, müqaviləyə əsasən İran uranın zənginləşməsi üçün yeni sentrifuqalar yerləşdirilməsindən, reaktorun tikililməsindən imtina edir və beynəlxalq müfəttişlərin nüvə obyektlərinə girişinə razılıq verir, yarım il ərzində uranı 5 %-dan çox zənginləşdirmir. Qərb isə buna iqtisadi sanksiyanı 7 milyard dollara qədər yumşaltmaqla cavab verir. müqaviləyə əsasən, İran ABŞ və AB-yə məhdudiyyətlə karbohidrogenlər sata biləcək. Neft-kimya və avtomobil sənayesi sahəsində sanksiyalar da yumşaldalacaq, İranın sərnişin təyyarələrinin ehtiyat hissələri təchizatına imkan verilcək. Bu razılaşma artıq tarixi sənəd adlandırılıb. İranın XİN başçısı M.C.Zərif qeyd edib ki, bu müvəqqəti müqavilə "lazımsız böhrana son qoymaq imkanı" verir. AB ali nümayəndəsi Ketrin Eşton açıqlamasında bildirib ki, danışıqlar "qarşılıqlı hörmət və əməkdaşlıq" yönündə inkişaf edir. İsrail isə İranla dünya nəhənglərinin nüvə proqramı üzrə razılığını qınayıb. İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, bu "tarixi razılaşma" yox, əksinə, "tarixi səhv"dir. |
2013-11-25 | 2,346 | Daha bir məhkumda mobil telefon aşkar olundu | Cəzaçəkmə müəssisəsində qadağan edilmiş əşyalar aşkar olunub. "Axar.az"ın Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumatına görə, 24.11.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1966-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hikmət Əvəz oğlu Sultanovun yataq yerinə və üzərinə baxış keçirilərkən asılqandan asılmış idman gödəkçəsinin sağ qolunda gizlədilmiş daxilində "Sim" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. |
2013-11-25 | 2,347 | Vüqar Qobulu: Buna görə başım ağrıyacaqsa, eybi yox... | Bu dəfəki müsahibimiz, meyxana sənətində 25 il külüng çalan, yarışmalardan yaxşı tanıdığımız Vüqar Qobuludur. Zəruri qeyd: müsahibimiz əvvəlcədən, "mən necə danışacağam, elə də verərsiniz – "nöqtə-vergülünəcən", - şərtini kəsdi. Hətta müsahibəmizi əvvəldən axıradək öz mobil telefonunun yaddaşına da yazdı. Ona görə çarəmiz kəsildi – Vüqarın əlində o yekəlikdə dəlil sübut vardı deyə, müsahibimizin cümlə quruluşlarına bacardıqca müdaxilə etməməyə çalışdıq. - İmamcanov Vüqar Mürşid oğlu. 1972-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində buğa bürcü altında may ayının 18-ində dünyaya gəlmişəm. Xarrat-bənna ailəsində anadan olmuşam. 12 yaşımdan meyxana sənətinə olan marağımı hiss etməyə başladım. Rəhmətlik Əbülfəz Elçibəyin yaxın silahdaşlarından olan və gözəl qəzəllər sahibi Yaşar Ağamirzə oğlu Əlicanov ustadımdır. Bir sözlə, o, məni öz "qanadının" altına aldı. Məni tam qane edir Bizim gənclik dövrümüzə nisbətən meyxananın indiki vəziyyəti çox yaxşıdır. İndi sərbəstlik var. Yəni imkan verilib ki, satirik deyən satirik desin, musiqili deyən musiqili desin. Bugünkü meyxananın vəziyyəti çox gözəldir. Məni tam qane edir. Xalqın istəyinə doğru hərəkət etmək lazımdır Bizdən əvvəl Rəmzi Nizami yaşayıb. O, böyük ustad və gözəl satirik şair idi. Yadınıza gəlirsə, onun belə bir qafiyəsi varıydı: "Axı neçə illərdi yalan görmüşəm", daha sonra "Beşillik plan"ı tənqid edən meyxanalar deyirdi. Hazırdakı vaxtda musiqili meyxananın daha çox deyilməsinə mən belə münasibət bildirirəm: "Xalqın istəyinə doğru hərəkət etmək lazımdır". Son vaxtlar musiqili meyxananın gündəmə gəlməsində böyük rolu olan gözəl sənətkarlarımızdan biri Pərviz Bülbülədir. Musiqili meyxana ilə ən çox məşhur olan odur. Amma mən açıq deyirəm ki, musiqili meyxanaları ən çox xoşuma gələn Maştağalı Vüqarla, Qaraçuxurlu Namiqdir. "Protiv" getmək olmaz Dövrün tələbinə görə, musiqili meyxanalar lazımdır. Bir də görürsən yaşlı bir adam deyir ki, yığışdırın bu musiqili meyxanaları, mən deyişmə meyxana istəyirəm. Bu onun xarakteridir. Amma əhalinin əksər hissəsi musiqili meyxananı sevir. Mən də durub toyda deyə bilmərəm ki, ay camaat, mən musiqili meyxana demirəm. Onda meyxananın da vəziyyəti qəlizləşər, öz vəziyyətim də. Camaatın istəyinə "protiv" getmək olmaz. "Ağı ağ, qaranı qara" O ki qaldı mənim öz fikrimə, mən satirik meyxananın tərəfdarıyam: ağı ağ, qaranı qara. Mirzə Sabirin belə bir sözü varıydı : "Mən hələ gördüyümün dörddə birin yazmayıram", yaxud: Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz. Atılan toplara diksinməyiriz. Yəni mən satiranın, həqiqətin tərəfdarıyam. Təhqirin yox, gerçəyin. Amma hamı mən xarakterdə ola bilməz axı. Ustad adını o kəsə yaraşdırmıram ki... Mən heç vaxt deməmişəm ki, filankəsin yaşı 25-dir, bizim yaşımız 42-dir, o, bizimlə meyxana deyə bilməz. Çünki meyxana təblə bağlıdır. 16 yaşında bir cavanın elə bir təbi ola bilər ki, o, toyda bizim hamımızdan yaxşı çıxış edər. Ustad adını o kəsə yaraşdırmıram ki, meyxananı pis vəziyyətə salır, formadan çıxarır və özünə nifrət qazandırır. Nifrət qazanan insanlar... Adları konkret demək olmaz axı... Məncə, sənətin içində özünə ifrat dərəcədə nifrət qazanan insanlar yoxdur. Mən şəxsən özüm nə vaxt görsəm ki, meyxanaya nifrət gətirirəm, o vaxt sənətdən çəkilib gedərəm. İntiqamı 16-17 yaşımdan tanıyıram O qardaşları çox gözəl tanıyıram. İntiqamı 16-17 yaşımdan tanıyıram. İndi onun 45 yaşı var, o tanınanda, mən tanınmırdım. Daha sonra Ehtiramla tanış oldum. Onların uğuruna çox-çox sevinirəm. Çünki onların uğuru mənim uğurumdur. Onsuz da zamanında İntiqam məndən qabaq tanınıb, qoy elə indi də məndən irəlidə olsun. Hətta özüm bir neçə toyda olmuşam, məndən xahiş ediblər ki, "Davay do svidaniya" qafiyəsi ilə meyxana deyim. Demişəm də. Yəni mən həmkarlarımın irəlidə olmasına sevinirəm. Pul qazanıram Allah bərəkət versin, meyxana ilə pul qazanıram. Amma öz çərçivəm, öz səviyyəmdə. Meyxanadan başqa sənətim, peşəm yoxdur. Keçmişdən qalan süründürməçiliklər var Mənim fikrimcə, şairlər hakimiyyətə qarşı olmayıblar. Sadəcə, kimisi bugünkü çiçəklənən Azərbaycanın inkişafından yazdığı meyxananı deyib, kimisi də məzlumların tapdanmış haqqından satira deyib. Bu gün bunu rəhbərimiz də deyir ki, mən haqlı tənqidin tərəfdarıyam. Yenə deyirəm, böhtan, təhqir yox, haqlı tənqid. Yəni, demokratik cəmiyyətdə hakimiyyətin xeyrinə də söz deyən olmalıdır, satirik meyxana deyən də. Demokratiyanın elə sözü budu da... Məzlumların tərəfində olan meyxanaçı... Mən ümumiyyətlə, məzlumların tərəfində olan meyxanaçı olmuşam. Yəni haqqı tapdalanan kasıb təbəqənin tərəfində. Amma bu gün dövlətimiz Azərbaycan üçün çox iş görüb. Yaşıma görə deyirəm ki, 15 il qabaq bu cür Azərbaycan görmək mümkün deyildi. Mənim arzum odur ki, məmur özbaşınalıqlarının qarşısı alındıqca alınsın. Rəhbərlik çox sağ olsun ki, bunların qarşısını alır. Çox qudurğanlıqların qarşısı alınıb. Amma istəyirəm ki, mübarizə tam aparılsın. Bilirsən, seçicilər bizik də, kasıb təbəqəyik. Kasıbın da nə qədər gün-güzəranı yaxşı olsa, o, ümumi ölkənin adına və ölkə rəhbərinin adına gələn ucalıqdır. Rəhbərimiz çalışır. Ara-sıra keçmişdən qalan süründürməçiliklər var. Onların da qarşısı alınsa, lap gözəl olar. Buna görə başım ağrıyacaqsa, eybi yox... Mən etirazımı bildirməyə hər zaman qadirəm. 2001-ci ildə, baxmısınızsa, bir çox həmkarlarım mənə çıxışlarıma görə deyirdilər ki, "belə şeylərə görə başın ağrıya bilər". Dedim, nəyə görə ki? Bir-iki satirik meyxana demişəm. Buna görə "başım ağrıyacaqsa", eybi yox... Ola bilər, toylarımın sayı azalar, amma üzərimə düşən şairliyi yerinə yetirirəm. Görüm, hansı kanal nə danışır? Bütün ictimai-siyasi prosesləri izləyirəm, bütün xəbərlərə baxıram. Özü də bir yox, bir neçə kanalda gedən xəbərlərə baxıram. Görüm, hansı kanal nə danışır, hansı kanal nə deyir? Sadəcə, ictimai prosesləri izləmək əsəbləri gərgin vəziyyətdə saxlayır. Görünür, mənim həmkarlarımdan bəziləri ağıllıdır ki, özünü belə şeylərlə əsəbiləşdirmir. Sadəcə, toyuna gedir, musiqisin, meyxanasın deyir, gəlir evinə. Qarabağ alınsın, sərhədlərimiz bərpa olunsun Arzum odur ki, bizim meyxana sənəti, bizim dövrlərdə biz gördüyümüz kimi qapadılmasın, qadağan olunmasın. Bütün ustadlara, yaşından asılı olmayaraq bu gün meyxanamızı yaşadan insanlara təşəkkürümü bildirirəm. Konsertlərimiz olsun, amma Şuşada, Laçında, Xankəndində. Qarabağ alınsın, sərhədlərimiz bərpa olunsun. Qaçqınlarımız öz yurduna-yuvasına qayıtsın. Camaat mənim satiramdan çox qidalanıb... Bəlkə gözəl şeirlərimdən birini deyim... Camaat mənim satiramdan çox qidalanıb, bir dənə həyati şeirlərimdən birini verərsiz: Səni görüm açasan elə qol-qanad Ürəyi ləkəsiz varağ olasan İnsanlar içində insan sayılıb Ailədə nurlu bir çırağ olasan Bütün arzuların keçsin həyata Oğlun "evlənirəm" desin, ay ata! Gəlinini gətirəsən toya, büsata Xətadan, bəladan uzağ olasan Qonaq gedəndə də, gətirəndə də Yıxılanı yerdən götürəndə də Aldığıvı sahibinə yetirəndə də Dostlarıvın hamından qabağ olasan Artıq şey hörmətin salır insanın Nəbzini tutasan gərək dövranın Hərdən-bir olur da gözəl cananın Gərək yanında bir qonağ olasan Heç kəsin tifağın dağıtmayasan Ananı küsdürüb, qaçırtmasayan Atanın üzünə qayıtmayasan Qocalan vaxtında dayağ olasan Məşədi Vüqarın sözün biləsən Qəm-nisgil görmüyəsən, daim güləsən Gələndə el arasına elə gələsən Ariflər gözündə oyağ olasan "Ariflər gözündə oyaq" kəlamına sözardı: Söhbətimiz sona yetdikdən sonra Vüqar bəyin bizi dəvət etdiyi çay evindən ayrılıb redaksiyamıza yollandıq. Yolun yarısında Vüqar bəy zəng edib içdiyimiz çayın pulunun verilmədiyini həyəcanla xəbər verdi. Uzaqda olsaq da, xəcalət çəkə-çəkə qayıdıb çay pulunu verdik, sənətkar qarşısında borcumuzdan çıxdıq. Həmin vaxt dəyərli meyxanaçımız həmin çayxanada başqa qonağı ilə çay içirdi deyə, onunla yenidən sağollaşa bilmədik, redaksiyamıza qayıdıb kəkotulu bir çay içəndən sonra mətni hazırlamağa başladıq. |
2013-11-25 | 2,348 | Cəbhədə atəşkəs pozuldu: itki yoxdur | Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozmaqda davam edir. "Axar.az"ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Tərtər rayonunun Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2013-11-25 | 2,349 | Elnarə Tofiqızının ölümü ilə bağlı müstəqil təhqiqat başladı | Həkim terroru nəticəsində həyatını itirən Elnarə Tofiqqızının ölümü ilə əlaqədar cinayət işində zərərçəkmiş kimi tanınan mərhumun həyat yoldaşı Anar Niftəliyev artıq müstəqil təhqiqatın aparılması üçün vəkil tutduğunu bildirib. Bundan sonra zərərçəkmişin hüquqlarını Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Səməd Vəkilov təmsil edəcək. S.Vəkilov artıq işlə tanışlığa başlayıb və Nəsimi Prokurorluğunda açılan cinayət işini aparan müstəntiqlə görüşüb. Hüquqşünas açıqlamasında bildirdi ki, artıq müdafiə ilə bağlı sənədlər istintaq orqanına təqdim edilib: "İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevlə görüşdüm. Təfərrüata varmaq istəmirəm. Hələ ilk addımdır. Onu deyə bilərəm ki, baş vermiş cinayət işi ilə bağlı müstəqil tədqiqat aparılacaq və bu barədə ictimaiyyətə intensiv məlumat verəcəyik". Qeyd edək ki, zərərçəkmiş Anar Niftəliyev ötən həftə istintaqın hərtərəfli aparılmasına şərait yaradılması üçün Baş prokuror Zakir Qaralova məktub ünvanlayıb. Hüquqşünas artıq cinayət işinin istintaqının Baş prokurorun xüsusi nəzarətində olduğunu deyib. Xatırladaq ki, sentyabrın 20-də "Medi Sina" klinikasında əməliyyat zamanı Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı həkim səhlənkarlığı və məsuliyyətsizliyindən dünyasını dəyişib. Məhkəmə Tibbi Ekspertiza və Tibbi Anatomiya Birliyində aparılan ekspertizanın ilkin və yekun rəyində onun ölümünə səbəb kimi "nəfəs çatışmazlığı" göstərilib. Hazırda Tibbi Komissiya həkimlərin məsuliyyətini müəyyənləşdirir. |
2013-11-25 | 2,350 | Zaqatala gülləbaranında ölənlər kimdir? | Zaqatala rayonunda baş verən silahlı insident nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, onlardan biri Balakən rayonunun Mahmalar kənd sakini, 1981-ci il təvəllüdlü Cəfərov Vasif Rafiq oğlu, digəri 1979-cu il təvəllüdlü Bakı sakini Hüsənov Kamil Şamil oğludur. Hadisəni törədənlərdən saxlanılan yoxdur. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Zaqatalanın giriş-çıxışında postlar qurulub, maşınlar yoxlanılır. Qeyd edək ki, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, "Hyundai" markalı maşına avtomatdan atəş açılıb. Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb. Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Atəşə tutulan avtomobilin Balakən rayonunun Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. |
2013-11-25 | 2,351 | Elə bilirəm ki, vətən xainiyəm - Foto | 2013-cü il Tahir İmanov üçün çətin il olub. 12 il ərzində ilk dəfə KVN kollektivi işsiz qalıb. - Bu boyda şirkətin işsiz qalmasına səbəb nədir? - Maliyyə ilə bağlıdır. Nəzərinizə çatdırım ki, bizim bütün layihələr birbaşa sponsordan asılıdır. Əgər kənardan maliyyə dəstəyi olmasa, heç bir layihəmiz həyata keçib, gerçəkləşə bilməz. İstəyimiz də var, talantımız da, ancaq maliyyəmiz olmadığından, pis vəziyyətdə qalmışıq. Əslində, həyata keçirəcəyimiz bir layihəmiz var idi. Tam hazır olduğumuz zamanda təzyiqlə üzləşdik. Bu hadisələr faciəli sonluqlarla bitəcək - Təzyiqlər daha çox məmurlardan olur, yoxsa sənətçilərimizdən? - Bilirsiniz, hər zaman təzyiq olub və olacaq. Sizə deyim ki, məmurlarımız konsertlərimizə çox gəlir və parodiyalarımızı qəbul edirlər. Ancaq təəssüf hissi ilə demək istəyirəm ki, müğənnilərimizin yumoru və tənqidi qəbul edəcək intellektləri çox aşağıdır. Bu da onların savadsızlığından, dünya görüşlərinin az olmasından irəli gəlir. Konsertimizdən sonra təzyiqlər hələlik zənglər vasitəsilə olur: "Ay asacağıq, ay kəsəcəyik..." Baxmayaraq ki, hədə-qorxu gəlirlər, biz bütün təzyiqlərə hazırıq. Şükür edirik ki, fiziki təzyiq göstərən yoxdur. Sadəcə, gülməyim gəlir. Mən bədbin insan deyiləm, düşünürəm ki, hər şey yaxşı sonluqla olar. Sonunu birlikdə gözləyək. Biz üzərimizdə dövlətin dəstəyini hiss edib tənqidlərimizi hədəfə vururuq. Hamımız sözdə yox, əməldə Azərbaycan üçün yaşamalıyıq. Müğənnilərimiz nəinki təzyiq göstərir, hətta məhkəməyə də verirlər. İmanovlaru belə etdirəcəyəm, elə döydürəcəyəm. Ayıbdır, ey həmvətənlərimiz! Bu söhbətləri eşidəndə elə bilirəm vətən xainiyəm. Hədə qorxu gələnsinizsə, gedin, əsl vətən xainlərinə barmaq silkələyin. Müğənnilərimizin əksəriyyətinin nəinki yumor hissi, hətta intellekt səviyyəsi, savadı çox-çox aşağı səviyyədədir. Burda günah onların yox, təhsilin boynuna düşür. Ata-ana öyrətmədi, bəs məktəbdəki müəllim hara baxır? Bizim vaxtımızda dövlətlərin paytaxlarını bilməmək qəbahət sayılırdı. İndiki müğənnilər heç öz bayraqlarının rənglərinin mənasını bilmirlər, amma bu torpağın çörəyini yeyib, suyunu içib, yekə-yekə danışıb, gəzirlər. Bu hadisələr faciəli sonluqlarla bitəcək. İstənilən cəmiyyətin uğuru savadlı insanlardan asılıdır. Savadlı insan bu həyatda heç vaxt çörəksiz qalmaz. Az olar, amma daim çörəyi olar. Körpü tikintisinə ayrılacaq maliyyə səhnəciyi… - Ölkəmizdə "demokratiya" sözü dillərdən düşmür. Kimə nə zaman nə sərf edirsə, demokratiyadan yapışır. Siz necə, tənqidlərinizdə sosial məsələlərə toxuna bilirsinizmi? - Əslində, hədəfimiz budur. Bizim konsertlərə gələn hər kəs etiraf edə bilər ki, konsertimizin mövzuları demokratiya ilə üst-üstə düşür. Biz buna görə təzyiqləri gözə alıb, istənilən insanı parodiya edirik. - Sonuncu konsertinizdəki hansı parodiyanızın ətrafında söz-söhbətlər gəzir? - Məmurların körpü tikintisinə ayrılacaq maliyyənin miqdarından çox pul istəməkləri səhnəciyi daha çox danışılır. Hələ ki, qalmaqal olmayıb, ancaq haqqında çox danışılır. Bizə reklam çarxlarımızı asmağa icazə verilmir - Efirdə söylədiniz ki, sonuncu konsertimizdən sonra parodiya etdiyimiz məmurlardan sizə təzyiq oldu. Necə oldu, hansı səpkidə təzyiq gəldi? - Biz öz bannerlərimizi, afişalarımızı, reklam çarxlarımızı pulla asırıq, pulsuz yox. Hər bir konsert kommersiya xarakteri daşıyır, deməli, gəlir var və burada da sənin reklamın olmalıdır. Ancaq bizə öz reklam çarxlarımızı asmağa icazə verilmir. Səbəb Hacıbala müəllimi parodiya etməyimizdir - Kim icazə vermir? - Bakı Şəhər İcra Hakimiyyəti reklam departamentindən həmişə "yox" cavabı alırıq. Səbəbi? Heç biz də səbəbini bilmirik, amma bir balaca da olsa, bizim uğurlarımıza, Azərbaycan üçün təmənnasız etdiklərimizə hörmət etsəydilər, icazə verərdilər. Bizə kobud şəkildə "yox" deyirlər. Əslində, biz bunun səbəbini bilirik; səbəb bizim Hacıbala müəllimi parodiya etməyimizdir. Onlar açıq deməsələr də, hərəkətləri ilə "siz parodiya etməyin, biz reklamınızı asaq" deyirlər. Biz buna, sadəcə, təzyiq deyirik. Eləməyin, edək! Parodiya eləmisiniz, icazə vermirik! 1996-cı ildə Milli Məclisin spikerini parodiya etdim… - Hacıbala Abutalıbovun özü sizə şəxsən təzyiq göstərib? - Qətiyyən. O insan bizim aləmimizdə ən populyar məmurdur. Onun şəxsən özü və əməlləri diqqət mərkəzindədir. Şəhərdəki abadlıq işləri… Təbii ki, müsbət işləri ilə birgə, mənfi əməlləri də gözümüzdən qaçmır. 2001-ci ildə konsertdən sonra şəxsən özü məni otağına dəvət edib əlimi sıxdı və bəyəndiyini söylədi. O zamanlar bu mənim üçün böyük uğur demək idi. Məmurdan bu tərifi eşitmək təbii ki, bütün aktyorların və aktrisaların uğuru deməkdir, amma sizə deyim, heç də bütün məmurlar belə deyil. Sizə bir hadisəni xatırladım. 1996-cı ildə Milli Məclisin spikerini parodiya etdim. Reaksiyası, Hacıbala müəllimdən fərqli olaraq, tamam başqa cür oldu. Çox hörmətli Xarici İşlər naziri Elmar Məmmədyarovun onu parodiya etməyimizə tamam başqa tərzdə yanaşması oldu. Şəxsən özü birbaşa özümə təşəkkür etdi. Cahangir Əsgərovu parodiya etdik, onun da xoşuna gəldi. Müsbət hadisələrlə rastlaşanda artist, aktrisa özünü xoşbəxt hiss edir, çünki bu, sənətə, mədəniyyətə verilən qiymətdir. Aktyor və aktrisa üçün ancaq məmurun alğışı, dəstəyi lazımdır, təzyiqi yox. İstəyərdim ki, müğənnilərimizin də yumor hissi yüksəlsin. SSRİ vaxtından ta bu günə kimi zaçot, imtahan pulla olub - Bu gün sadə insanların etiraz etdiyi bir hadisəyə müğənnilər etraz etmir. Sizcə bunun səbəbi nədir? - Bilirsiniz, birincisi insan niyə etiraz etməlidir? Məmurun da, sənin də, mənim də iki əlimiz, iki gözümüz var. Demək, problem özümüzdədir. Hər bir insan üzərinə düşən işi məsuliyyətlə həyata keçirsə, nəticələr belə olmaz. Gərək bütün hadisələrin sonunda özmüzü görməyi bacaraq. Mən birdən-birə Tahir İmanov olmamışam, taksi sürmüşəm, qardaşım fəhləlik edib. Nə olsun, çox kasıb yaşamışıq. Günah özümüzdə idi, ali təhsildən yayınıb lazımsız işlərlə məşğul olurduq, sonra da bəhanələr gətirirdik. Bu dünyada ən asan iş bəhanə axtarmaqdır, ancaq ən cətini problemlərin həllini tapmaqdır. SSRİ vaxtından ta bu günə kimi zaçot, imtahan pulla olub. Oxuyan qiymətini alıb, oxumayan pul verib. Bu gün o məsələni şişirdib dam boyda etməyin bir mənası yoxdur. Gəlin, məqsədimizə doğru irəliləyək, çətin olandan başlayaq. - Bu gün böyük bir kollektivə rəhbərlik edirsiniz. Bu günün gəncləri ilə işləmək çətin deyil ki? - Vay, yaralı yerim!!! Çox cətindir, "çətindən də çətindir" desək, daha yaxşı olar. Çünki gənclərimiz çox elementar hadisələri bilmirlər. Məşqə gecikir, içəri daxil olur, üzr istəmir ki, bu boyda insanları gözlədib. Küçədə gedir, ucadan danışır, yerə tüpürür… İnanın, bir xarici qonağım Bakıya gələndə, onu küçədə gəzdirib, şəhəri tanıtmaq istəyəndə elə hadisələrlə rastlaşıram ki, qonağımın yanında utanıram. Veteranlarla işləmək çox zövq verir. Ana dilində danışa bilməyənlər milli sərvətimizə zərbə vururlar - Əlifbamızda "c" və "ç" hərflərini düzgün ifadə edə bilməyənləri parodiya edib, tənqid atəşinə tutmuşdunuz. Yenə də o hərfləri öyrətməyin mübarizəsini aparırsınız? - Əgər dövlət televiziyasında efirə çıxan diktor elə danışırsa, adi insanlara söz demək lazım deyil. Baxıb öyrəndikləri savadsızdır, baxan kütlə də o insanın arxasınca gedir. İndi bədbəxtçilik odur ki, tanınmış insanlar kütlənin axarına düşüb gedir. Mən bir rəhbər kimi deyə bilərəm ki, işçimin uğuru da, uğursuzluğu da mənim adımadır. Bu gün ana dilində danışa bilməyənlər milli sərvətimizə zərbə vururlar. İctimai televiziyada bir aparıcı var, radioda da çıxış edir. Onu eşidəndə az qalıram radionu sındırım. Əsəblərimin pozulmasını istəmədiyim üçün Azərbaycan efirinə baxmıram. Konsertə parodiyalar lazım olanda, iki-üç ay konsert öncəsi izləyirəm, bitdi-getdi. - Azərbaycanı tərk edib, başqa ölkədə yaşamaq istəyərsiniz? - Qətiyyən. Mən Azərbaycandan kənarda beş gündən artıq məcburiyyət qarşısında qalıram. Milyonlar da versələr, mən başqa ölkədə yaşamaram. Ölkəmin hər qarışı mənim üçün əzizdir. Bu vətəni çox sevirəm. Ancaq təzyiq qarşısında bu ölkədən gedə bilərəm. Foto: Emin Nihil |
2013-11-25 | 2,352 | Bakıda gənc oğlan evində tənha öldü | "Axar.az" FHN-in mətbuat xidmətinə istinadən bildirir ki, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər kişinin köməksiz vəziyyətdə qaldığı bildirilib. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları kəsərək içəri daxil olub. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə tapılan 1987-ci il təvəllüdlü Samir Tahir oğlu Süleymanov hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Həkimlər tərəfindən aparılmış ilkin müayinə zamanı S.Süleymanovun vəfat etdiyi müəyyən edilib. |
2013-11-25 | 2,353 | İran səfirliyi: “Əhməd Əhmədzadə Azərbaycandan çıxarılıb” | İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadə ötən gün təhlükəsizlik qüvvələri tərəfindən ölkədən çıxarılıb. "Axar.az" xəbər verir ki, bu barədə İran mediasına müsahibəsində İranın İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr əvəzi Mənsur Həqiqətpur deyib. İranın Azərbaycandakı səfirliyi də faktı təsdiqləyib, amma məsələnin detallarına daha sonra aydınlıq gətiriləcəyini bildirilib. |
2013-11-25 | 2,354 | Zakir Həsənov zabitlərin hərbi geyimini dəyişir - Özəl | Zakir Həsənov zabitlərin hərbi geyimində dəyişiklik edir. "Axar.az"ın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Müdafiə naziri Zakir Həsənovun növbəti dəyişikliklərindən biri zabitlərin hərbi geyimi ilə bağlı olacaq. Mənbənin bildirdiyinə görə, Z.Həsənovun cəbhə bölgəsinə səfəri zamanı geyindiyi və NATO standartına uyğun olan hərbi forma zabitlərin yeni uniforması olacaq. Bundan başqa, artıq zabitlərin geyiminin üzərində kəmər olmayacaq: "İndiki geyimlərdə kəmərlər görünüş cəhətdən yaxşı deyil. Kəmər vurulanda geyimin kəmərdən aşağıda qalan hissəsi normal görünmür. Amma yeni formalar daha səliqəli və görünüşlü olacaq" – deyə, mənbəmiz bildirib. Qeyd edək ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilib. |
2013-11-25 | 2,355 | 15 yaşlı azərbaycanlı qız Rusiyada yoxa çıxdı | Rusiyanın Rostov şəhərində 15 yaşlı həmyerlimiz Nailə Bağırova itib. "Axar.az"ın "İnterfaksa" istinadən verdiyi məlumata görə, bu açıqlama "Liza Alert Yuq" axtarış dəstəsindən verilib. Məlumatda 15 yaşlı qızın məktəbə gedərkən yoxa çıxdığı bildirilib: "Qız şənbə günü səhər tezdən evdən çıxıb. O, saat 08:40-da məktəbdə olmalı idi, amma heç ora qədər gedib çıxmayıb. Hələlik qızın harada olması haqqında məlumat yoxdur". |
2013-11-25 | 2,356 | Deputatlarımız Yunanıstana yollandı | Azərbaycan Respublikası Milli Məclisinin bir qrup nümayəndəsi Yunanıstana səfər edib. "Axar.az" məlumat verir ki, nümayəndə heyəti parlamentin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli rəhbərliyi altında Afinaya yola düşüblər. Yunanıstana gedəcək işçi qrupun tərkibində deputatlar Azər Badamov, Hüseynbala Mirələmov, Nazim Fərəcov və İqbal Məmmədov yer alıb. Milli Məclisdən verilən məlumatda səfərin Yunanıstan parlamentinin Azərbaycan ilə dostluq qrupunun rəhbəri Dimitris Kiriazidisin dəvəti ilə həyata keçirildiyi bildirilib. Qeyd edək ki, millət vəkillərinin Yunanıstana səfəri noyabrın 27-də başa çatacaq. |
2013-11-25 | 2,357 | Məmurlara bahalı maşınlar yasaq edildi | LDPR deputatları qanunvericiliyin ikinci oxunuşuna məmur avtomobilinin maksimal qiymətinin 1,5 milyon rublla məhdudlaşması haqda düzəliş əlavə ediblər. Dövlət Dumasına "Yedinaya Rossiya" deputatları tərəfindən təqdim edilən qanunvericilik birinci oxunuşda qəbul olunub. Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək. |
2013-11-25 | 2,358 | İslam dünyasının bakılı mürşidi anılır | Bakıda Beynəlxalq Muğam Mərkəzində "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəkvətilik" mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Qafqaz Universitetləri Birliyi və Milli Tolerantlıq Mərkəzi ilə birlikdə təşkil etdiyi simpoziuma Azərbaycan, Türkiyə, Orta Asiya və Balkan ölkələrindən qonaqlar, o cümlədən rəsmi şəxslər, elm adamları və din xadimləri qatılıblar. Simpozium "Əbədi işığın abidəsi - Şamaxı Cümə məscidi" adlı filmin nümayişi ilə başlayıb. Seyid Yəhya kimdir ? Seyid Yəhya XIV əsrin sоnlarında Azərbaycanın Şamaxı şəhərində dоğulub. Əsərlərinin çоxunu fars və ərəbcə yazması bu iki dilə hakim оlduğunu göstərir. Seyid Yəhya nəsəbi sağlam seyidlərdən sayılır.Şerlərində "Seyid" təxəllüsünü istifadə edib, əsərlərinin sоnunda adını "Yəhya əl-Hüseyni" yazaraq seyid оlduğunu bildirib. Babaları nəqiblər sülaləsindən оlub. Belə ki, atası "Bəhaəddin" Şirvanşahlar dövlətinin nəqibül-əşrəfi idi. 869/1463-64-cü ildə Müəllimi Şeyx Sədrəddin vəfatından sonra Seyid Yəhya Bakıya gəlib. Seyid Yəhyanın qəbri İrvanşahlar sarayı deyilən məkandadır, məscid (Keyqubad məscidi) yanındadır. |
2013-11-25 | 2,359 | Avromeydana daha üç lider çıxdı | Avropa meydanında keçirilən mitinqdən sonra müxalif partiyaların başçıları vətəndaşları Ukraynanın Avrointeqrasiyaya dəstək üçün keçirilən aksiyalarda iştiraka çağırıb. Daha öncə mitinqdə yalnız bir müxalif partiya iştirak etsə də, daha sonra üç partiyanın liderləri - "Batkivşina"dan Yasenyuk , "Udar"dan Kliçko, "Svoboda"dan Tengibok aksiyalara qoşulub. Qeyd edək ki, 2013-cü il noyabrın 21-i Nazirlər Kabineti Ukrayna və AB arasında Assosiativ sazişin imzalanmasına hazırlıq prosesinin dayandırılması üçün sərəncam vermişdi. Elə həmin gündən bu qərarla razı olmayanlar Avropa meydanına toplaşmağa başlayıb. Etirazçılar baş nazir Azarov hökumətinin istefasını və hazırlıq prosesinin dayandırılması üçün verilən sərəncamın dərhal ləğv olunmasını tələb edir. |
2013-11-25 | 2,360 | Azərbaycanda 17 min narkoman var | Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu 2007-2012-ci illəri əhatə edən dövr ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə mübarizə sahəsində əldə olunan nəticələri açıqlayıb. Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, 2007-2012-ci illəri əhatə edən dövr ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə mübarizə sahəsində 17 min 95 fakt aşkar edilib və qanunsuz dövriyyədən ümumi çəkisi 11 tona yaxın müxtəlif növ narkotik vasitələr götürülüb. Bu dövr ərzində qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin "qara bazar"da ümumi dəyəri 183 mln dollar təşkil edib. Bu növ cinayət törətdiklərinə görə 14 min 143 nəfər şəxs məsuliyyətə cəlb olunub. Onlardan 26 nəfəri 18 yaşadək, 3 min 394 nəfəri 30 yaşadək, 10 min 713 nəfəri 30 yaşdan yuxarı, 6 nəfəri orta məktəb şagirdi, 3 nəfəri ali məktəb tələbəsi, 153 nəfəri fəhlə, 13 min 125 nəfəri işləməyənlər, 14 nəfəri nəqliyyat işçisi, 386 nəfəri qadın, 13 min 757 nəfəri kişi, 3 min 437 nəfəri isə əvvəllər məhkum olunanlardır. |
2013-11-25 | 2,361 | Bacıların öldürüldüyü gün tarixə çevrildi | 25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə günüdür. Bu tarix Dominikanda inqilabi hərəkatın aktivistləri olan Mirabal bacılarının adı ilə bağlıdır. Ölkədə diktator Rafael Truxilonun rejiminə qarşı mübarizə aparan Mirabal bacıları 1960-ci ildə inqilabi hərəkatda iştiraklarına görə edam olunmuşdular. Mirabal bacıları Dominikan Pespublikasının milli qəhrəmanları elan olunublar və əyalətlərdən biri onların şərəfinə adlandırılıb. Diktator Truxilonun sevdiyi frazalaradan biri belə idi: "Kim ki mənim dostum deyil, düşmənimdir, o buna görə cavab verməli olacaq". Ona görə heç də təəccüblü deyil ki, Mirabal bacıları və onların həyat yoldaşları bir neçə dəfə həbsxanaya düşməli olublar. Lakin buna baxmayaraq, onlar doğma ölkələrində demokratiya və ədalətin bərqərar olması üçün əlindən gələni əsirgəmirdilər. Onlar "14 iyun İnqilab hərəkatı" yeraltı cəmiyyətinin üzvləri idi. Bu cəmiyyətin başında isə Minevranın həyat yoldaşı Manola Tavares Xusto dururdu. Xalq arasında Mirabal bacıları "Mirabalın kəpənəkləri" ləqəbini almışdılar. 1960-cı ilin noyabrın 25-də dörd bacıdan üçü (Mariya Tereza, Patria, Minevra) və Rufino de la Krus həyat yoldaşları ilə görüşə yollanırlar və növbəti dəfə Truxilo rejimi tərəfindən həbs edilirlər. Görüşdən sonra evə gedən yolda onlara pusqu qurulmuşdu. Diktator Truxilyonun sirli polis əməkdaşları Mirabal bacılarını zopa ilə vəhşicəsinə döyürlər, cəsədlərini isə uçurumdan tullayırlar. Az sonra bacıların cəsədi yerli sakinlər tərəfindən tapılır. Gənc qızların qəddarcasına öldürülməsi Dominikan Respublikasının əhalisi tərəfindən şok və təlatümlə qarşılandı. Bu hadisədən sonra Truxilyo diktaturasına qarşı çıxanların sayı daha da artdı. 1961-ci ilin mayın 30-da General Korteji pusquda dayanmış dəstələr tərəfindən yaxalanır, diktator güllələnir, rejim isə çökür. Yarım əsr keçməsinə baxmayaraq, dominikanlılar öz qəhrəmanlarını yaddan çıxartmayıblar. Mirabal bacıların xatirəsinə kitablar, şeirlər yazılıb, musiqilər bəstələnib, sənədli film çəkilib. Tarix və Coğrafiya Milli Muzeyində bacıların əşyalarının ekspozisiyası təqdim olunub. 1997-ci ilin martın 8-də ölkənin paytaxtı Santo-Dominqoda üç bacının təsviri olan xatirə lövhəsi açılıb. İndi isə daş sütunda "Un Canto a la Libertad" (Azadlıq mahnısı) yazılıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.