date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-11-22
2,155
Ukrayna Azərbaycanı meydanda tək qoydu – Rəy
Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılması haqqında qərar qəbul edib. Rəsmi Kiyev bundan sonra Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlanması üçün fəal dialoqu bərpa edəcəyini açıqlayıb. Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırlması rəsmi Kiyevin bu ay Vilnüsdə keçirilməsi nəzərdə tutulan "Şərq Tərəfdaşlığı" proqramından imtinası kimi də qiymətləndirilə bilər. Çünki assosiativ üzvlük "Şərq Tərəfdaşlığı" proqramının tərkib hissəsi hesab olunur. Ukraynanın bu imtinası Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə rəsmi səfərindən sonraya təsadüf etdi. Hələ ölkə prezidenti Ukraynada rəsmi səfərdə olarkən bir çox siyasi analitiklər bu səfəri Rusiyanın təzyiqindən qorunmaq və ən əsası, Qərbə inteqrasiya baxımından iki ölkənin birlik nümayişi kimi qiymətləndirirdilər. Ukrayna bizə təminat verəcək gücdə deyil Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu "Axar.az"a açıqlamasında Ukraynanın imtinasının Azərbaycan üçün ciddi problemə yol açmayacağını bildirdi: "Azərbaycanın bu məsələdə Ukrayna ilə nə qədər əməkdaşlıq elədiyini demək çətindir. Yəni prezidentin bu səfərində Avrointeqrasiya məsələsində iki ölkə arasında vahid mövqe nümayişi olmadı. Əlbəttə ki, bu, Ukrayna hakimiyyəti tərəfindən acı bir etinasızlıq göstəricisidir və Yanukoviçin birinci addımı deyil. Əvvəl onu hakimiyyətə gətirən Rusiyaya etinasızlıq etdi, Avropaya tərəf üz tutdu, daha sonra da Avropadan üz döndərib Rusiyaya qayıtdı. Məncə, buna adi yanaşmaq lazımdır. Çünki hər bir ölkənin öz mövqeyi var. Ukraynanın imtinası bizim üçün problem olmamaldır. Çünki Ukrayna o gücə sahib olan ölkə deyil ki, bizə hər hansı bir formada yardım etsin. Biz bu məsələdə Avropadan təminat almalıyıq. Vəziyyəti qiymətləndirmək üçün hələ tezdir Politoloq Vəfa Quluzadə isə bu məsələyə münasibət bildirməyin hələ tez olduğunu dedi: "Hadisələrin hansı axarla davam edəcəyini izləmək və yalnız bundan sonra proqnoz vermək olar. Hələli bu məsələdə konkret fikir bildirmək tezdir".
2013-11-22
2,156
İlham Əliyev Zambiya səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Zambiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Frederik Şumba Hapundanın etimadnaməsini qəbul edib. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, səfir Frederik Şumba Hapunda fəxri qarovul dəstəsinin qarşısından keçdi. Frederik Şumba Hapunda etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Səfir Frederik Şumba Hapunda Zambiya Respublikasının Prezidenti Маykl Satanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Ölkəsinin Azərbaycan ilə əməkdaşlığın enerji, sənaye, turizm, kənd təsərrüfatı, ticarət və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyən Frederik Şumba Hapunda bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi. İkitərəfli münasibətlərimizin inkişafı üçün geniş imkanların olduğunu qeyd edən diplomat ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyinin diqqətə çatdırdı. Dövlət başçısı İlham Əliyev Azərbaycan ilə Zambiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, biznes sahələrində inkişaf etdirilməsi üçün imkanların öyrənilməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin BMT çərçivəsində fəal əməkdaşlığının önəmini qeyd etdi. Dövlətimizin başçısı Frederik Şumba Hapundanın Azərbaycandakı diplomatik fəaliyyəti müddətində əməkdaşlığımızın inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev Prezident Маykl Satanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Zambiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
2013-11-22
2,157
Allahşükür Paşazadənin səlahiyyəti Türkiyəyə verilib
"Axar.az" Gürcüstandakı müsəlman icması ilə bağlı olduqca maraqlı məlumatlar əldə edib. Saytın Tiflisdəki mənbələrdən əldə etdiyi məlumata görə, Gürcüstanda yaşayan azərbaycanlıların 4 şeyxi var. Yəni ki, 4 ayrı- ayrı şəxs özünü buradakı azərbaycanlıların şeyxi sayır və heç biri başqasına güzəştə getmək istəmir. Digər məlumata görə isə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Allahşükür Paşazadənin Gürcüstandakı statusu ləğv edilib və orda yaşayan müsəlmanların Türkiyə Cümhuriyyətinin Dəyanət vəqfinə tabe edilməsi nəzərdə tutulur. Mənbə onu da deyib ki, bu qərar Türkiyənin Dəyanət Vəqfi ilə keçirilmiş görüşdən sonra verilib. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Axar.az"a danışdı. Qurumun sözçüsü olan xanım bildirdi ki, QMİ-nin Tiflisdəki nümayəndəliyi əvvəl olduğu kimi fəaliyyət göstərir və heç bir problem yoxdur: "QMİ-nin Gürcüstandakı nümayəndəliyi əvvəlki kimi normal fəaliyyət göstərir. Bizim hətta Batumda da nümayəndəliyimiz var. Ruhani idarə nəinki müsəlmanların kompakt yaşadığı yerdə, hətta müsəlmanların az olduğu bölgələrdə də özünə nümayəndəlik açıb". Rəhimə Dadaşova 4 nəfərin şeyxlik etməsi məsələsinə də aydınlıq gətirdi: "Gürcüstandakı şeyxlərin sayı barəsində bir söz demirəm. Sadəcə, onu deyirəm ki, QMİ Gürcüstandakı nümayəndəliyimizin fəaliyyətini təmin edir və onun işinə daim nəzarətdə saxlayır. Bizim oradakı nümayəndəmizin adı Əli Əliyevdir". Qonşu respublikadakı nümayəndənin təyinat, yoxsa seçki ilə seçilməsi ilə də maraqlandıq. Rəhimə Dadaşova bu səlahiyyətin QMİ-də olduğunu dedi: "Həmin idarənin statusu nümayəndəlik olduğuna görə, Şeyx həzrətləri tərəfindən təyin edilir. Ancaq onların fəaliyyəti həmişə nəzarət altında olur. Fəaliyyətlərində hər hansı yanlışlıq olarsa, bizim hüquqi olaraq onu dəyişməyə ixtiyarımız çatır". Rəhimə Dadaşova QMİ-nin Gürcüstandakı səlahiyyətinin Türkiyə hökumətinin Dəyanət Vəqfinə verilməsi məsələsinə də aydınlıq gətirib: "Bilirsiz, söz-söhbətlərə reaksiya vermirik. Faktlardan danışırıq. Fakt isə ondan ibarətdir ki, bizim orda nümayəndəliyimiz var və onların da heç bir problemi yoxdur. QMİ rəhbəri təkcə bütün Qafqazın şeyxi deyil. Şeyx həzrətləri həm də Qafqaz Xalqları ali Dini şurasının sədridir. İcazənizlə bu cür söz-söhbətlərin hamısının haradan qaynaqlanmasını açıqlayım. Bizim oradakı nümayəndəliyimiz Gürcüstan qanunvericiliyinə uyğun olaraq xidmət göstərir. Hakimiyyət dəyişikliyi olan zaman dini icmaların fəaliyyəti ilə bağlı qanuna dəyişiklik oldu və biz orda fəaliyyət göstərən nümayəndəliyimizi yenidən qeydiyyatdan keçməli olduq. Məsələ, sadəcə, bundan ibarətdir. Onun-bunun dediyi fikirlərə reaksiya vermək lazım deyil. Onların qanunlarına icmaların fəaliyyəti və qeydiyyatı ilə bağlı dəyişiklik olduğu üçün bizim oradakı idarə, sadəcə olaraq, təzə qanunlara görə yenidən qeydiyyatdan keçirilib. Bu 2012-ci ildə olub. Biz nümayəndəliyimizi yenidən qeydiyyatdan keçirdikdən sonra təntənəli tanıtım tədbiri də keçirdik". Qurumun mətbuat xidmətinin rəhbəri QMİ-nin səlahiyyət dairəsindən danışarkən bu arealın genişləndiyini dedi: "Əgər söhbət QMİ-nin səlahiyyət dairəsindən gedirsə, biz rahatlıqla deyə bilərik ki, idarəmizin səlahiyyətləri daxilində olan və sirayət etdiyi coğrafiya yetərincə genişlənib. Harada azərbaycanlılar yaşayırsa, biz orda qanuni olaraq nümayəndəlik açmışıq və bu istiqamətdə işlər bu gün də davam etdirilir".
2013-11-22
2,158
Kömək etmədi... – Foto
"Buz meydançası"nın növbəti qurbanı yenə də zərif cinsin nümayəndəsi oldu. Artıq xəbər verimişdik ki, "28 May" metrostansiyasında pillələrin ortasından tutacaq quraşdırıblar, dünən pillələrə taxılmış sürüşmə əleyhinə örtüklər isə çıxarılıb. Görülən tədbirlərə baxmayaraq, metronun bu stansiyasında daha bir insident baş verib. "Buz meydançası"nın növbəti qurbanı yenə də zərif cinsin nümayəndəsi olub. Orta yaşlı qadın piləkəndən sürüşərək xəsarət alıb. Modern.az saytının əməkdaşının hadisə yerindən çəkdiyi şəkilləri təqdim edirik.
2013-11-22
2,159
Kabinetində keçinən generalın son sözü
General Məhəmməd Abbasquliyev Dövlət Sərhəd Xidmətinin rəis müavini təyin olunana qədər Naxçıvanda çalışıb. 1999-cu ildə Naxçıvan Sərhəd dəstəsinin Qərargah rəisi təyin olunan M.Abbasquliyev 2003-cü ilə qədər bu vəzifəni icra edib. Elə həmin il Sərhəd Qoşunlarının Nəzarət Buraxılış Məntəqələrinin rəisi vəzifəsinə təyin olunub. General Məhəmməd Abbasquliyevin ən son çalışdığı yer Dövlət Sərhəd Xidmətinin rəis müavini vəzifəsi olub. General-mayor M.Abbasquliyev 2006-cı ildə "Vətənə Xidmətə görə" (3-cü dərəcəli), 2010-cu ildə isə "Azərbaycan bayrağı" ordenləri ilə təltif olunub. Uzun illər xüsusi xidmət orqanında çalışdığı üçün avtobioqrafiyası kifayət qədər gizli saxlanan Məhəmməd Abbasquliyev haqqında məlumatlı olan şəxslərin hər biri onu dəmir intizamlı, işinə sadiq peşəkar hərbçi kimi tanıdırlar. Qeyd edək ki, generalımız bu gün kabinetində vəfat edib. Məlumata görə, o, sonuncu dəfə katibəsindən çay istəyib. Katibəsi çayı gətirdikdən qısa müddət sonra isə generalın kabinetində infarkt keçirdiyi və dünyasını dəyişdiyi bəlli olub. Millət vəkili Aydın Mirzəzadə də generalla bağlı xatirələrini "feysbuk" səhifəsində paylaşıb. A.Mirzəzadə yazıb: "İndicə internet saytlarında Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev kabinetində infarkt nəticəsində dünyasını dəyişməsi xəbərini eşitdim. Çox pis oldum. Onu şəxsən tanıyırdım. Məhəmməd müəllimlə Sərhəd Xidmətində keçirilən tədbirlərin birində tanış olmuşduq. Sonradan dəfələrlə dövlət və sərhədçilərin tədbirlərində görüşmüş və onu yaxından tanıya bilmişdim. May ayında isə birlikdə Lənkərana sərhəd zastavasına birlikdə gedik. Yolda kasıb bir ailədən çıxmağından, SSRİ dövründəki hərbi qulluğundan, 1992-ci ildə Qarabağ döyüşlərinə görə Vətənə qayıtmağından danışdı. Xaraktercə təmkinli, zəhmətkeş, məsuliyyətli və səmimi bir insan idi. O əskəri, tabeliçiyində olan zabiti çox gözəl başa düşürdü, onlara qarşı çox diqqətcil idi. Onun dünyasını dəyişməsinə inana bilmirəm, o çox tez getdi, onun yeri çox görünəcək. Uşaqları hələ tam ərsəyə gəlməmişdi, məktəb yaşlı oğlu ilə nəfəs alırdı. Səni itirdik, Məhəmməd. Allah rəhmət eləsin!"
2013-11-22
2,160
Elmira Süleymanova Fəxri fərmanla təltif edildi
Ombudsman E. Süleymanova bu günlərdə yaradılmasının 20 illiyi qeyd olunan "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib. "Axar.az" Ombudsman Aparatının mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin qurumun İdarə Heyətinin üzvü olan Müvəkkil bu mükafata Azərbaycan və qazax xalqları arasında sülh və dostluğun möhkəmləndirilməsində böyük töhfələrinə, milli-mənəvi dəyərlərin təbliğində fəal iştirakına, insan hüquqlarının müdafiəsi və təmin olunması sahəsində xidmətlərinə görə və "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin yaradılmasının iyirmi illiyi münasibətilə layiq görülüb. "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin prezidenti, professor Eldar Günaydın bu mükafatı İnsan Hüquqları üzrə Müvəkkilə təqdim edib. Qeyd olunmalıdır ki, ölkəmizdə hələ iyirmi il əvvəl yaradılmış və səmərəli fəaliyyət göstərən "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyəti hər iki müstəqil respublikanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edir. Bu qurum müstəqillik illərində iqtisadiyyat, elm və mədəniyyət, həmçinin insan hüquqları sahəsində böyük nailiyyətlərə imza atmış iki qardaş dövlət arasında qarşılıqlı əlaqələrin, dostluq və tərəfdaşlığın daha da möhkəmləndirilməsinə kömək edir, öz töhfələrini verir.
2013-11-22
2,161
Fermerlər yolları traktorlarla bağladılar - Video
Fransada etiraz edən fermerlərin yolları bağlaması nəticəsində Parisə gedən yollarda uzunluğu bir neçə kilometrə çatan tıxac yaranıb. "Axar.az"ın xəbərinə görə, əsas magistral yolları traktor və buldozerlərlə kəsən fermerlər bildirirlər ki, yalnız hakimiyyət orqanları onların tələblərini yerinə yetirməyə razılaşacağı təqdirdə geri çəkiləcəklər. Tətilçi fermerlər paytaxtın özündəki körpüləri də bağlamağa çalışıblar, lakin polis onları şəhərə buraxmayıb. Fransada taxıl istehsalçılarına hökumətin ayırdığı subsidiyalar onsuz da Avropada ən aşağı səviyyədədir. Bununla belə, hökumət həmin subsidiyaları 40 faiz azaltmaq niyyətindədir. Bundan əlavə, taxıl istehsalçıları ikiqat vergitutma ilə üzləşirlər. Üstəlik, yük maşınlarının sahibləri ətraf mühitin çirkləndirilməsinə görə ekoloji vergi ödəməli olacaqlar. Fransa Fermerləri Həmkarlar İttifaqlarının rəhbəri Fransua Lekok bu tətilin səbəblərini izah etməyə çalışaraq deyib: "Biz ölkəmizi iqtisadi tənəzzülə sürükləyən, fermerləri müflisləşdirən bu hökumətlə barışmaq istəmirik. Axı biz alıcıların mənafeləri üçün işləyirik".
2013-11-22
2,162
Əmrah Tvitterdə 5 milyon dollarlıq pay aldı
100-ə yaxın daşınmaz əmlakı olduğu təxmin edilən türk müğənnisi Əmrah, məşhur sosial şəbəkə sayılan Tvitterin səhmlərinin satışına laqeyd qalmayıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyada 232 milyon aktiv istifadəçisi olan Tvitterin birjadakı sürətlə yüksəlişi Əmrahın diqqətini çəkib və o, keçən həftə xalası oğlu Uğur Türkərlə İspaniyaya gedib. Aktyorluq və müğənnilikdən qazandığı pulu daşınmaz əmlaka yatırdığı hamıya məlum olan Əmrah Tvitterdən 5 milyon dollarlıq pay alıb. Bu ay birjaya sürətlə daxil olan Tvitterin hissə qiyməti 26 dollar olaraq təyin olunsa da, Nyu-York birjası açılışına 45.10 dollardan başlayıb.
2013-11-22
2,163
Ziya Məmmədov pulsuz internet vəd edir
"Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxta 1200 avtobus və 5 minə yaxın "London taksisi" gətiriləcək". "Axar.az"ın xəbərinə görə, bunu "Modern.az"a Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib: "İnsanlar avtobus gözləyərkən boş dayanmayacaqlar. Dayanacaqlarda planşet, mobil telefon vasitəsiylə intenet xidmətindən istifadə edəcək, sistemin pulsuz olmasından yararlana biləcək. O ki qaldı avtobus dayanacqlarında Wi-Fi şəbəkəsinini qurşdırılmasına, bu 2014-cü ilin birinci rübündən həyata keçriləcək. 2015-ci ildə paytaxtda keçiriləcək Avropa Olimpiya Oyunlarına qədərsə bütün dayanacaqlar bu şəbəkə ilə əhatə olunacaq. Hazırda bu layihə üzərində işləyirik".
2013-11-22
2,164
İrəvan aeroportunun ruslara verilməsi təsdiqləndi
"İrəvandakı Erebuni hava limanının istifadə edilməyən hissələri müvəqqəti olaraq Rusiya aviabazalarına veriləcək". "Axar.az"ın məlumatına görə, bu açıqlama ilə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arçruna Ovanesyan çıxış edib. O bunu Rusiya aviabazalarının modernləşdirilməsi və təhcizatı məqsədiylə edildiyini bildirib: "Biz Rusiyaya Erebuni hava limanının istifadə edilməyən zonalarını müvəqqəti olaraq verəcəyik. Bu ərazilərdən isə vertolyot eskadriliyası üçün dayanacaq kimi istifadə olunacaq". Ovanesyan hazırda ruslarla hava limanında ortaq istifadə etdikləri obyektlərin olduğunu söyləyib. O, bu obyektlərin içərisində bir neçə uçuş və eniş zolağının da olduğunu bildirib. Qeyd edək ki, bir müddət öncə Ovanesyan Erebuni ilə bağlı mətbuatda yer alan bütün faktları inkar etmişdi.
2013-11-22
2,165
Gülər Əhmədovanın səhhəti ilə bağlı açıqlama - Rəsmi
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova huşunu itirdiyi üçün hakim Əlisultan Osmanovun sədrliyi ilə keçən iclas yarımçıq qaldı. Proses başlamamışdan əvvəl dəmir barmaqlıqlar arxasında olan sabiq deputatın vəziyyəti pisləşəndən sonra dərhal təcili tibbi yardım çağırıldı. G.Əhmədovanın səhhəti qənaətbəxş olmadığına görə, proses noyabrın 25-dək təxirə salındı. Hazırda həbsdə olan keçmiş millət vəkilinin səhhəti ilə bağlı təcridxanadakı tibb məntəqəsinə yerləşdirildiyi deyilir. "Modern.az"a açıqlamasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov bildirib ki, Gülər Əhmədovanın palataya yerləşdirilməsinə heç bir zərurət yoxdur. Onun sözlərinə görə, sabiq millət vəkilini səhhəti hazırda normaldır, həyatı təhlükəsi yoxdur. "Məhkəmədən qayıdanda da səhhəti stabil olub. Gülər Əhmədovanın səhhəti nəzarət altındadır. Onun xəstəxanaya köçürülməsinə heç bir zərurət yoxdur". Gülər Əhmədovanın halının pisləşməsinə eşitdiyi bəd xəbər səbəb olub. Belə ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Gülər Əhmədovaya Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilməsini istəyib. Qeyd edək ki, iclasdan öncə mediada belə xəbərlər dolaşırdı ki, guya Gülər Əhmədovanın özünə bildirilib ki, oxunacaq hökmdə 2 il şərti cəza veriləcək. Onda tezliklə azadlığa çıxacağına əminlik yaransa da, məhkəmə iclasından əvvəl eks-deputata 3 il azadlıqdan məhrumetmə cəzası veriləcəyi deyilib. Bu xəbərdən sonra təzyiqi qəfil qalxan Gülər Əhmədovanın səhhəti pisləşib. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.
2013-11-22
2,166
Bakıda 2 marşrut xətti bağlandı, 11-i dəyişdirildi
Paytaxtın yol şəbəkəsindəki gərginliyi azaltmaq məqsədilə bəzi marşrut xətlərində dəyişikliklər edilib. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AzərTAc-a bildirib ki, metronun "Qara Qarayev", "Neftçilər" və "Nəriman Nərimanov" stansiyaları ətrafındakı tıxacların aradan qaldırılması məqsədilə 102, 131, 163, 166, 15, 42, 80, 54, 70, 11, 43 nömrəli marşrut xətlərində dəyişikliklər aparılıb. 87 və 121 nömrəli marşrutlar isə digər marşrut xətləri ilə paralellik təşkil etdiyindən onların istismarı dayandırılıb. . O deyib ki, əgər sərnişinlər əvvəllər 131 nömrəli marşrutla Maştağadan metronun "Nəriman Nərimanov" stansiyasınadək gəlirdisə, indi metronun "Koroğlu" stansiyasına, buradan isə ya 184 nömrəli marşrutla, ya da metro ilə "Nəriman Nərimanov" stansiyasına gələ biləcəklər. Bu cür tədbirləri həyata keçirməkdə məqsəd manevretmə qabiliyyəti az olan iri və ortatutumlu avtobusların şəhərin mərkəzində yaratdığı tıxacları aradan qaldırmaqdır. Belə tədbirlər sərnişinlərin yollardakı vaxt itkisinin qarşısının alınmasına da səbəb olacaq.
2013-11-22
2,167
Latviyada üç günlük matəm elan olundu
Latviyada noyabrın 21-də paytaxt Riqanın "Maxima" ticarət mərkəzinin damının uçması nəticəsində həlak olanlarla bağlı üç günlük (23-25 noyabr) matəm elan olunub. "Axar.az"ın xəbərinə görə, hazırda ticarət mərkəzində ölənlərin sayının 33-ə çatdığı, 44 nəfərin yaralandığı, dağıntılar altında onlarla adamın qaldığı bildirilir ("Mediaforum"). Xatırladaq ki, ticarət mərkəzinin damının uçması nəticəsində 21 nəfər ölüb, 50 nəfər yaralanıb. Ölənlərin sayının artacağı isə hələ də istisna edilmir.
2013-11-22
2,168
Azərbaycanda buna da əl atdılar - Foto
"Axar.az" Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında cəza çəkən 1975-ci il təvəllüdlü məhkum Sultanov Teymur Cəfər oğlu etapla müəssisəyə daxil olan zaman üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı plastik kapron qabda olan toyuq ətindən hazırlanmış yeməyin içərisində, toyuq ətinin dərisinə bükülərək gizlədilmiş bir ədəd qara rəngli "Nokia-1800" markalı mobil telefon aşkar edilərək götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.
2013-11-22
2,169
Əl-Qaidə Yəməndən çıxdı
Əl-Qaidə terror təşkilatı artıq Yəməni tərk edib. "Axar.az"ın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Yəmən prezidenti Əbd Rəbbo Mənsur Xadi çıxış edib. O, artıq terror təşkilatının demək olar ki, Yəmən ərazisində olmadığını bəyan edib: "Biz artıq Əl-Qaidəni məğlub etmişik. Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinin köməyi sayəsində artıq Yəməndə Əl-Qaidə bizim ərazimizdə yoxdur". Prezident hazırda terror təşkilatının digər qeyri-stabil ərəb ölkələrində özlərinə yer etməyi planlaşdırdıqlarını bildirib. O bu ölkələr sırasında Misir və Suriyanın adını xüsusilə vurğulayıb.
2013-11-22
2,170
PKK-nın yeni silahı: Kandilvud
PKK təbliğatlarını vizual yolla aparacaq. PKK terror təşkilatının beynəlxalq film festivalları kimi mükafatlı mərasimlərə film, qısa film və sənədli filmlərlə qatılaraq Türkiyə əleyhinə təbliğat aparacağı məlum olub. Adlar ilə çəkilişlərin ediləcəyi yerlər bəlli olub. PKK-nın vizual yolla terror təbliğatını əsas vasitə seçdiyi bildirilir. Filmlər üçün reklam yayımlanacaq "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK rəhbərliyi çəkilən filmlərin reytinqinin qalxması, daxili və xarici iştirakçıların çox olması üçün reklam işlərinə başlamağı qərara alıb. Həll müddətində dağ heyətinin yüzdə 20-sini sərhəddən kənara çıxaran PKK, şəhərdəki fəaliyyətlərini sürətləndirib. Molotov kokteylli aksiyalarını artıran təşkilat, bölgə əhalisindən vergi adı altında pul yığmağa davam edir.
2013-11-22
2,171
"Rafiq Tağı Mükafatı" təqdim olunacaq
"Axar.az" xəbər verir ki, 23 noyabr 2013-cü il tarixində yazıçı – publisist Rafiq Tağının vəfat etməsinin ikinci ili tamam olacaq. Rafiq Tağı 2011-ci ilin 19 noyabr tarixində sui-qəsdə məruz qalıb və 23 noyabr tarixində vəfat edib. Dalğa Gənclər Hərəkatı 2012-ci ildə yazıçının xatirəsini əbədiləşdirmək məqsədi ilə "Rafiq Tağı Mükafatı" təsis edib. Ötən il bu mükafata Azərbaycan cəmiyyətinin aydınlaşması istiqamətində göstərdikləri xidmətə görə Ağalar Məmmədov, Elnur Astanbəyli və Seymur Baycan layiq görülüb. Dalğa Gənclər Hərəkatı ənənəyə sadiq qalaraq bu il də daha 4 nəfəri "Rafiq Tağı Mükafatı" ilə təltif edəcək. Mükafatın sahiblərinin adı 23 noyabr 2013-cü il tarixində saat 15:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat zalında açıqlanacaq. Qeyd edək ki, 23 noyabr 2013-cü il tarixində saat 12:00-da Rafiq Tağının məzarı ziyarət olunacaq. Mükafatın təqdimetmə mərasimi açıq keçiriləcək.
2013-11-22
2,172
Mədət Quliyev məhkəməyə verildi
Buna səbəb Alyansın sorğu və müraciətlərini adı çəkilən qurumun cavablandırmamasıdır. Belə ki, bir müddət öncə "Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair" ilk hesabatını hazırlayan "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı bəzi sualların cavablandırılması, eləcə də Alyans üzvlərinin həbs yerlərinə daxil olub monitorinq aparmaq, dustaqlarla görüşüb onları narahat edən problemlərin araşdırılması ilə bağlı Penitensiar Xidmətin rəisi Mədət Quliyevə rəsmi müraciət etmişdi. Lakin Penitensiar Xidmət informasiya sorğusunu cavablandırmamış, həbs yerlərində monitorinq aparmaq təşəbbüsünə isə icazə verməmişdir. Alyansın yaydığı məlumatda bildirilir ki, qurumun Penitensiar Xidmətə qarşı olan iddia ərizəsi cari ilin iyun ayından 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmədə icraata götürülüb. İşə hakim Şərafət Məmmədova baxıb. 5 ay davam edən məhkəmə prosesinə bu gün yekun vurulub. Məhkəmə prosesində Penitensiar Xidmətin nümayəndəsi və iddiaçı, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev iştirak edib. Hakim Şərafət Məmmədova heç bir fikir bildirmədən və əsaslandırma aparmadan iddianı təmin etməyib. Hüquq- müdafiəçisi Oqtay Gülalıyev məhkəmənin qərarını qanunsuz hesab edib və bildirib ki, informasiya sorğusunu cavablandırmaq elementar hüquqi prosedurdur və qanunla, eləcə də qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub; "Təəssüf doğuran haldır ki, Azərbaycanda hüquqi nihilizm baş alıb gedir. Məhkəmələr icra qurumlarından, nazirliklərdən tam asılı vəziyyətdədirlər. İnformasiya sorğusunu cavablandırmaq hər bir vəzifəli şəxsin, dövlət qurumunun vəzifəsidir. Təəssüf ki. məhkəmələr bir çox hallarda qanunu deyil, vəzifəsini icra eləməkdən imtina edən məmurları müdafiə edir. Nəzərə alanda ki, sorğularda verilən sualların çoxu ictimai vəsait olan dövlət büdcəsindən xərcləmələrlə bağlıdır məhkəmələrin bu iddiaları təmin etməməsi acınacaqlı vəziyyət yaradır. Bütün bunlara baxmayaraq biz məhkəmənin qanunsuz qərarından Apelliyasiya şikayəti verəcəyik və mübarizəmizi davam etdirəcəyik"
2013-11-22
2,173
Afət Telmanqızı: "Səhiyyə Nazirliyi donmuş vəziyyətdədir"
null
2013-11-22
2,174
“Baku Challange GT3”ün bazasından eksklüziv - Fotoreportaj
Yarışa ciddi hazırlıq gedir
2013-11-22
2,175
“Baku Challange GT3”ün alman meneceri “Axar.az”a danışdı – Özəl
Noyabrın 22-24 tarixində ölkəmizdə "Baku Challenge GT3" turniri keçiriləcək. Bu mötəbər yarışda 15 tarixi Formula-1 və 30 şəhər avtomobili iştirak edəcək. Yarışda 15 ölkə təmsil olunacaq. Avtomobil turnirinin baş tutacağı yolun uzunluğu 4 km.-dir. Yarış keçiriləcək yolun kənarları təhlükəsizlik məqsədi ilə beton lövhələr üzərindəki dəmir konstruksiyalarla hasarlanıb. Formula-1 yarışlarında kifayət qədər təcrübəli ölkələrdən sayılan Almaniya yığmasının siti (şəhər) maşınlar üzrə 8 yarışçıya sahib komanda meneceri J.Bernard bizimlə öz fikirlərini bölüşdü: - Azərbaycana gəlişimiz ilk dəfədir. Ölkəniz çox xoşumuza gəldi. Lakin onu da qeyd etmək istəyirəm ki, nəzərdə tutulan yolda yarışmaq o qədər də asan olmayacaq. Şəhər ərazisində yarış avtomobili sürmək pilotlar üçün çətinlik yarada bilər. Yarışda iştirak edən avtomobillərdən favorit hesab olunanı "McLaren"dir. Lakin hansı pilotun fovorit olması hələ dəqiq bilinmir. Bunu yarış göstərəcək. Bu yarışdan sonra Almaniyada ən məşhur turnirlərdən biri olan "Racetrack Nürburgring" turnirində iştirak edəcəyik. Bu gündən etibarən başlanan yüngül məşq prosesi və texniki işlərin necə görülməsi ilə bağlı əməkdaşımızın lentə aldığı fotoları sizlərə təqdim edirik. P.S. Sabahkı yarışa hazırlıqla bağlı əməkdaşlarımızın "Baku Challange GT3"ün bazasından hazırladığı eksklüziv fotoreportajla burada tanış ola bilərsiniz.
2013-11-22
2,176
Həştərxan sammitində nəticə olmayacaq
Həştərxan sammitində Xəzər dənizinin statusu ilə bağlı qərar qəbul olunmayacaq. "Axar.az"ın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya prezidentinin dövlət sərhədlərinin delimatasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov çıxış edib. O, Xəzərin statusu ilə bağlı konvensiyanın hazırlanmasının gecikdirilməsinə əsas səbəb kimi işin böyüklüyü və çətinliyi ilə əlaqələndirib. Tərəflər arasında fikir ayrılıqları qalması sualına gəlincə isə Bratçikov belə bunun qəsdən ictimaiyyətdən gizlədildiyini bildirib: "Biz ictimai müzakirələrə vaxtımızı sərf etmək istəmirik. Əsas məqsədimiz kompromis yollar axtarıb tapmaqdır. Praktika göstərir ki, bu davranış qaydası hər zaman uğur qazandırır".
2013-11-22
2,177
İlham Əliyev Latviya prezidentinə başsağlığı verdi
Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Andris Berzinşə Riqada baş vermiş hadisələrlə əlaqədar məktub ünvanlayıb. "Axar.az" məlumat verir ki, Prezident məktubda Riqa şəhərindəki ticarət mərkəzinin dam örtüyünün çökməsi nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib. O, hadisə nəticəsində yaralananların tezliklə sağalmasını arzulayıb. "Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".
2013-11-22
2,178
Ərdoğan "Şanxay"a üzv olmaq istəyir
Peterburqda təşkil edilən Ali Əməkdaşlıq Şurasının yığıncağından sonra Baş nazir Ərdoğan mətbuat konfransında Putindən Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatına qəbul etməsini istəyib. "Axar.az"ın xəbərinə görə, Ukraynanın Avropa Birliyi ilə ortaq razılaşmasını təxirə salmasına münasibət bildirən Putin "Türkiyənin Avropa Birliyi ilə təcrübələrindən faydalanmaq istəyirik",- deyib. Ərdoğan isə Putinə cavab olaraq "Türkiyənin bu sahədə 50 illik təcrübəsi var…" bildirib. Daha sonra Ərdoğan deyib: "Gəlin, Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatına üzv götürün. Bizi də bu çətinlikdən xilas edin".
2013-11-22
2,179
Dünyanın ən sürətli 10 futbolçusu məlum oldu
FİFA dünyanın ən sürətli 10 futbolçusunu müəyyənləşdirib. Mütəxəsislərin fikrincə, bu furbolçular aşağıdakılardır: 10 - Aleks Sançes 9 – Ariyen Ruben 8 – Frank Riberi 7 – Ueyn Runi 6 - Lionel Messi 5 – Teo Uolkat 4 - Kriştiano Ronaldo 3 - Eron Lenon 2 – Qeret Beyl 1 – Antonio Valensia
2013-11-22
2,181
Prezident seçkiləri, AŞPA-nın qərarı və... – Rəy
Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Vyanada keçirilmiş Daimi Komitəsinin toplantısında Azərbaycandakı 9 oktyabr prezident seçkilərinə dair hesabat müzakirə edilərək təsdiqlənib. Bu faktı müxalifət və iqtidar düşərgəsi necə qiymətləndirir? AŞPA Daimi Komissiyasının təsdiqindən sonra da prezident seçkiləri məsələsi növbəti dəfə müzakirə predmetinə çevrilə bilərmi? Avropa Şurası çoxdan satılıb Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı "Axar.az"a açıqlamasında bunun nəticəsi əvvəlcədən bilinən bir qərar olduğunu dedi: "AŞPA-nın bu hesabatı təsdiqləməsi xəbəri əhəmiyyətsizdir. Çünki AŞPA öz mahiyyətini itirib. AŞPA-nın satılmış bir qurum olması əvvəlcədən bəlli idi. Buna görə bu qərarı gözlənilməz bir şey kimi qarşılamırıq". Məntiqli və obyektiv qərardır Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu hesabatın qəbul və təsdiq edilməsinin məntiqli olduğunu söylədi və bildirdi ki, tək Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti deyil, eləcə də digər təşkilatların böyük əksəriyyəti, həmçinin ATƏT Parlament Assambleyası Azərbaycanda keçirilən seçkiləri yüksək qiymətləndiriblər. Onun sözlərinə görə, seçkilərdən sonra nəticələr dəfələrlə müxtəlif beynəlxalq qurumlar tərəfindən müzakirə olunub: "Çünki ölkəmizdə azad, ədalətli, şəffaf və demokratik seçkilər keçirilib. Qərəzli yanaşan yeganə beynəlxalq təşkilat var ki, o da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Sonda bəlli oldu ki, onların yaydığı hesabat da tamamilə yalan və böhtandan başqa bir şey deyil. Azərbaycanda keçirilən seçkilər zamanı 1500-dən artıq beynəlxalq müşahidəçi seçkilərin gedişatını və nəticələrini yüksək qiymətləndirib".
2013-11-22
2,182
“XL”də Oğuz Çətin baş məşqçi olmayacaq – Özəl
"Fənərbaxça"nın əfsanəvi futbolçusu Oğuz Çətin "Xəzər-Lənkəran"ın məşqçilər korpusunda yer alacaq. Bu barədə "Axar.az"a klubdaxili mənbədən məlumat verilib. Bildirilir ki, Toşakın istefaya göndərilməsi hələ bir neçə tur əvvəl planlaşdırılırdı. Hətta bu gün ölkə Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Bakı" – "Xəzər Lənkəran" (3:0) oyununda uzun illər Türkiyə milli komandasının məşqçilər korpusunda yer alan və son olaraq Quus Hiddinklə birlikdə Türkiyə yığmasında çalışan Oğuz Çətinin klub rəsmiləri ilə matçı izləməsi də təsadüfü deyilmiş. Amma "Xəzər Lənkəran"dakı qaynağımız medianın yaydığı məlumatı təkzib edərək Oğuz Çətinin Toşakın yerinə Lənkəran klubuna rəhbərlik etməyəcəyini qeyd etdi: "Oğuz Çətin məşqçilər korpusunda yer alacaq, amma o, baş məşqçi kimi olmayacaq". Bu isə "Xəzər Lənkəran"da yeni məşqçi erasının başlanğıcından xəbər verir. Özəl qaynağımız Toşakın yaxın günlərdə istefaya göndəriləcəyini də bildirdi.
2013-11-22
2,183
Rəsulzadənin 130 illik yubileyi ilə bağlı Prezident sərəncamı
2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
2013-11-22
2,184
Masallı Mamedin keçirdiyi “sxodka”
10 saylı CÇM-də Mamedin gəlişindən sonra yaxşılıqlara doğru dəyişikliklər nəzərdən yayınmırdı. Ən azından dustaqların arasında bir-birinə qarşı olan haqsızlıq, oğurluq, "işverənlik" aradan qalxmışdı. Güclü, zəifin başağrısına çevrilmirdi. Hər kəs ehtiyat edirdi. Məndə belə bir təəssürat yaranmışdı ki, artıq dustaqların hamısı gəlib, hər hansı bir narazılıqlarını deməyə adam tapmışdılar. Axı, hər hansı bir şikayəti Müəssisənin işçilərinə demək, "zapodlo" sayılırdı. Amma buna baxmayaraq, rejimə, ən çox da müəssisənin rəis müavini polkovnik-leytenant Vəli Şirinova "işləyənlər" də az deyildi. Demək olar ki, bütün zabitlərin və nəzarətçilərin "sukaları" vardı. Bunsuz da onların işi getməzdi. Elə hər iki tərəfin. Əksəriyyəti "mostavik"lər olan bu işbazlar ciddi oğlan sayılmasalar da, xəbər daşımağı yaxşı bacarırdılar. Bəzən onlar dustağın hansısa problemini həll etməkdə yardımçı olmaqla, özlərinə qarşı doğmalıq yarada bilirdilər. Yaxşılarından iraq, necə ki, bu ifadə "zonda" işlənirdi, belələri əvvəl-axır "lomlanırdı". 10–cu "zon" özünün həm də narahat dövrünü yaşamaqdaydı Haqqında qısaca olsa da ötənlərdə bəhs etdiyim Möhsünün narahatçılığı isə uzaqdan bilinirdi. Onunla aramız yox idi. Bir vaxtlar yeri düşdükcə söhbət etdiyim bu adamdan uzaq gəzməyi qərara almışdım. Digər tərəfdən isə, mənim elə də boş vaxtım olmurdu. Səhərin açılışı ilə idman, mütaliə, sonra şahmat, filmə baxmaq, futbol oynamaq və axşamlar yazmaq. Bütün bunlar mənə gərək olmayan adamlardan uzaq durmağıma əsas idi həm də. Möhsünlə bağlı isə danışacağım bu əhvalat salam-kəlama son qoymuşdu. İmkanlı adamın ucuz siqaret oğurlamağı Əziz adlı dustaq gedəndən sonra Cəlilabad əhlinin ağsaqqalı mən sayılırdım. Və bir gün bizim əhldən olan Araz mənə dedi ki, Möhsün onun siqaretlərini oğurlayıb. İnanmadım. Möhsün "bedalaqa" (kasıb) dustaq deyildi. Həm də ziyarətçiləri də kifayət qədər idi. Pis dolanmırdı. Onun Arazın siqaretini götürməsini ağlıma sığışdıra bilmirdim. Həm də bu siqaretlər bahalı deyildi. Möhsün kifayət qədər bahalı siqaret çəkərdi. Məsələni böyütmək lazım deyildi. Onların əhl başçıları ilə söhbət etdik. Möhsünü söhbətə çağırdıq. Məsələylə bağlı "kurs" etdik. Əvvəlcə boynuna almadı. Araz hər şeyi olduğu kimi danışdı: "O, iki gündür məndən tez qalxır yerindən, üzümə baxır və ehmalca şkafdan siqaretləri götürüb cibinə qoyur. Mən özümü yuxululuğa vururdum". Möhsün başını aşağı salıb: "Düzdür, götürmüşəm, cəmi 4 qutu siqaret idi. Kasıb, yetim dustaqlar var əhlimizdə. Onlara verdim",- dedi. Nə isə o gündən o adamla üz-üzə gəlmək istəmirdim. Bayırda böyük biznes imkanları vardı. Elə 2 ədəd yanacaqdoldurma məntəqəsinin sahibi olmağı bəs edərdi ki, kasıb-kusuba diqqət ayırsın. Amma kiməsə xoş gəlmək üçün cibinin pulu ilə deyil, oğurladığı siqaretlərlə hörmət qazanmaq istəyirdi. Bu söhbət elə orada da "ölmüşdü". Kəşfiyyatçı kapitan İndi Möhsünün çox rahatsız görünməsinə əhəmiyyət vermək istəmirdim. Amma Göytəpə şəhərindən olan dustaq Nizar mənə demişdi ki, Mamed Möhsünlə maraqlanıb, nəsə xoş olmayan söhbət olacaq onun üçün. Əgər, bunu Nizar deyirdisə, demək, informasiyada yanlışlıq ola bilməzdi. O, hərbçi idi. Gədəbəydə kəşfiyyat batalyonunun komandiri olmuşdu. Əsgərlərini çox istəyir və onları bacardıqca qoruyurmuş - həm düşməndən, həm özümüzkülərdən. Elə əsgərlərini qoruduğuna görə də həbs olunmuşdu. Onun hekayətindən bunu başa düşmümüşdüm ki, hərbi hissənin xüsusi şöbəsinin rəisi əsgərləri "muçit" edərmiş, onları bir-birindən xəbərçiliyə sövq etdirərmiş. O, kəşfiyyatçı əsgərlərdən zabitlərin nə işlə məşğul olduqlarını xəlvətcə ona çatdırmasını tələb edirmiş. Bu haqda komandirlərini məlumatlandıran keçmiş əsgərlər bu gün də Nizarı ziyarət edir, ona sovqat gətirir, xərcləmək üçün cibinə pul "basırdılar". Axı Nizar "osobist"ə uşaqlarını narahat etməməyi tapşırdıqda mübahisələri duşmüş, dava-dalaş başlamışdı. Nəticədə kəşfiyyatçı kapitan "konselyariya siçovul"u olan "osobist" mayoru, öz təbirincə desək, dəli inək balasını tapdalayan kimi tapdalamışdı. Nəticə isə hərbi tribunalın çıxardığı 4 il azadlıqdan məhrum edilmə hökmü olmuşdu. İşə Mamed qarışır Nizarın mənə ötəri, söhbət əsnasında dediyi sözlərdən sonra imkan tapıb Mamedin yanına getdim. O, "Promzondakı" "xatasında" siqaret çəkə-çəkə televizora baxırdı. Bir az söhbət etdikdən sonra sözü yenə gətirib "sxodka" məsələsinin üstünə çıxartdım. "Sənə deyərlər",- dedi. Növbə ilə zorladılar... Mamed "Sançastın" həyətində oturmuşdu. Bratva, zonun aralıq uşaqlarından bir neçə nəfər də ətrafında idi. Kimisi çöməlmişdi, kimisi isə kətil üstündə yerini rahatlamışdı. Mənə qəribə gələn o oldu ki, belə "sxodka"ların gecədən keçmiş, qapalı bir yerdə keçirilməsi haqda eşitdiyimin əksi olurdu indi. Amma bu dəfə gündüz və açıq havada söhbət ediləcəkdi. Möhsün pərt halda boynunu büküb ayaq üstə durmuşdu. Ona divan qurulmuşdu. Üzdəniraqların "barakından" bir cavan oğlan özünün qəmli, faciəli hekayətini danışırdı: "Mən sənə hər şeyi danışdım. İndi də danışım, qoy eşitsinlər, özü də eşitsin,- Möhsünə tərəf baxdı və davam elədi.- Bunu mən "detski"də olanda bizim kameraya saldılar. Briqadir idi, guya. Kameranın "polejeniya"sına mən baxırdım. Bu adam gələndən sonra başladı bizi incitməyə. 15 yaşım vardı. Məndən yaşda kiçiklər, böyüklər də vardı. Kamerada təmizlik işlərini növbəli edirdik. Bu isə yaşlı olduğundan razı olmadıq işləsin. Amma bu adam hər kəsi mənim üstümə qaldırdı, kiminə siqaret, kiminə yemək verib, məni "smotriyaşşi"likdən uzaqlaşdırtdı. Kamera yoldaşlarım bunun sözü ilə oturub-dururdular. Uşaqlara dedim ki, bu poqonlara işləyir, onlar mənə inanmadılar. Bir gecə yatdığım yerdə uşaqlar üstümə hücum çəkib, mənim ağzımı, qollarımı bağladılar. Baxıb gördüm ki, bu da siqaret çəkərək qımışır. Uşaqlar əvvəl buna təklif etdilər, amma o özü olmadı, "mən bunun anasını tapıb onunla olacam",- dedi. Uşaqlar məni növbə ilə zorladılar. Sonra da xəbər verdilər ki, bu "aportaçenni"dir, məni üzdəniraqların kamerasına saldılar. O vaxtdan mən "aportaçenni" olaraq təmiz oğlanlarla danışa bilmirəm". Mamed Möhsünə tərəf döndü. Möhsün: "Düz demir, qədeş, belə olmayıb, o, uşaqları incidirdi, mənə qarşı hörmətsizlik edirdi. Uşaqlar sözü bir yerə qoydular, mən mane ola bilməzdim. Özüm onlardan qorxurdum, ehtiyatlanırdım",- dedi və ardınca da yalvar–yaxar dolu baxışlar, özünə haqq qazandırma üsullarına əl atma. Mamed başqa "zonlar"da olan həmin kameradakı uşaqlardan gələn "molyevkala"rı oxutdurdu. Demək, məsələni tam aydınlaşdırmamış, iştirakçıların fikrini öyrənməmiş "sxodka"ya başlamamışdı. "Molyevka"larda hamı "11-ci barakın" sakininin dediklərini təsdiq edirdi. Onlar Möhsün tərəfindən yoldan çıxarıldıqlarını yazır, günahlarını etiraf edirdilər. Mamedin çıxardığı hökm Hamı Mamedə baxırdı. Nə olacaq, görəsən, nə deyəcək? Hökmün veriləcəyi anı kənardan sakitcə izləyənlərdən biri də mən idim. Qanuni oğru isə arxasında əyləşdiyi stolun üstündən "Parlament" siqaretini götürdü, qara dəri gödəkçəsinin cibindən kibrit qutusunu çıxarıb siqaretini yandırdı. Dərin bir qullab vurdu. Kibrit qutusunu tələsmədən cibinə qoydu. Stolun üstündə isə yenə də alışqan vardı. Onun alışqanla siqaretini yenə də yandırmaması diqqətimdən yayınmadı. "Vaxt tapıb soruşacam..." - yenə də yerində olmayan axmaq fikir gəldi ağlıma. Sən o oğraşlardansan ki, zamanə sizlərin üzündən oğraşlaşıb... Mamed Möhsünə cəmi bircə dəfə baxdı. İkrah, nifrət dolu baxışlarla baxdı və siqareti elə sümürdü ki, az qala ovurdları bir-birinə dəydi. O: "Sən günaha o vaxt batmışdın ki, uşaqların "detski" kameraya girməyinə razılıq vermişdin. Bu sənin qorxaq və satqın olmağından, zəifliyindən xəbər verir. Səni ora ona görə atıblar ki, orda özünü tanıyan, haqsızlıqla barışmayan uşaqlar olub. Onları sənin kimi "prodajnı şkura"ların əlləriylə sındırıblar. Sən onun ayaqlarını, qollarını sındırsaydın, fiziki şikəstliyinə səbəb olsaydın, bu gün bu adam nə səndən söz açardı, nə biz bura toplaşıb sənin murdar "morda"na baxardıq. Sən onun həyatını sındırıbsan, sən onu öldürübsən, onun bütün həyatı qabaqdadır və sən onun həyatının qabağına sədd çəkibsən. Sən necə yatırsan, nə görürsən yuxuda. O uşaqlar ki, qətl törədiblər, oğurluq ediblər, dava-dalaş salıblar, onlarda bir qorxusuzluq, mərdlik olub, "vnujden" olublar, kim istər ki, burda qohumundan, qardaşından uzaq düşüb qalsın? Üzə vurmasalar da, peşmançılıq keçiriblər, amma heç bir kəsə bildirmədən. Sən o oğraşlardansan ki, zamanə sizlərin üzündən oğraşlaşıb". Gözləniməyən hökm... Mamed yenidən siqaret yandırdı, bu dəfə də kibritlə. Siqaretin tüstüsü ciyərlərinə çatmamış ətrafdakı "strimlyaqa"lara baxdı. Ayağa durdu, asta addımlarla "sançastın" həyətində gəzişməyə başladı. Aralıq uşaqları Möhsünə bir-iki qapaz vurdular, "dur rədd ol burdan",- dedilər, gedəndə arxasına da təpik ilişdirdilər. Möhsün sevinirdi. Qədeş çoxlarının, elə Möhsünün də gözlədiyi hökmü verməmişdi. Amma onun yaxşı oğlanların arasında söz demək hüququ alınmışdı, ancaq öz həyatını yaşamalı idi. "Zon"un həyətindəki pişiklər, siçanlar təki... insan kimi yox. Möhsün "sançast"ın həyətindən və insanların arasından qovulandan sonra Mamed yerində əyləşdi: "Sözümü o qardaşlara deyirəm ki, özlərini tanıyır, yerlərini bilir. Kim ki, bu yolu özünə seçib, gərək "posajir"ləri yola versin. Onlara çətindir. Hər kəs burdan çıxmaq istəyir, bilirəm. Hər kəsi ailəsinin yanına salamat qayıtmalıdır. Burda həkim var, müəllim var, onlar qıraqda lazımdır insanlara, onları qoruyun, demirəm, burda onları "minən" var, onları elə dustaqlardan, "bespredel"lərdən qorumaq lazımdır. Pis şeylərə qurşanmasınlar. O dustaqlar da yadda saxlasın ki, uşaqların damarını deşir, onların məhv olmasına şərait yaradır, onlarla daha pis olacaq. Dövlət əmlakını mənimsəyənlərə xüsusi "diqqət" Bu mənim Mamedin apardığı ilk və son "sxodkası" – toplantısı idi. Mamedlə 21 günlük cəzaçəkmə müəssisəsindəki tanışlığın xatiratını isə bir kitaba sığışdırmaq mümkün idi. Mamedin vaxtıyla dövlət əmlakını mənimsəmiş, vəzifə tutub sərvətlər əldə etmiş dustaqlara da xüsusi "diqqəti" vardı. "Obnaliçka"nın imperatoru adlanan Kürdov Əhməd isə Mamedin tapşırığı ilə görüş yerlərinin bütün otaqlarını təmir etdirdi və qapıları yenilətdirdi. Onun haqqında hətta nəzarətçilər və zabitlər də xoş sözlər deyirdi. Onu yoluxmağa gələnlər də çox olurdu. İş adamları, kriminal aləmdə tanınanlar, nə vaxtsa problemini həll etdiyi adamlar... Rusiyadan isə bir dəfə bir rus qadın da gəlmişdi. Görüş yerində bir neçə nəfərlə oturub çay içirdilər. Ona "qrev" olaraq müxtəlif sayda və xeyli çəkidə ərzaq gələrdi. O, bütün bunları kasıb dustaqların arasında bölüşdürtdürərdi. Xeyirxah idi. Öləümündən sonra kitab yazmaq Bir dəfə ona haqqında kitab yazacağımı dedim. Razılaşmadı. Xeyli söhbət etdik. Dedim ki, siz qanuni oğrular haqda ancaq öləndən sonra kitab yazılır. Olmaz ki, biriniz haqda sağ olarkən yazılsın?. Razılaşmadı. Özü haqda heç nə danışmadı. Danışmaq istəmirdi. 2007-ci il iyul ayının 11-də mən azadlığa çıxarkən onunla xudahafizləşəndə kitab məsələsinin üstünə bir daha gəldim. Yenə də razılıq vermədi. Amma "mənim haqda öyrənmək istəsən, Moskvada Seymur var, onu taparsan",- dedi. Ona yazdığım şeiri özünə verdim. Təşəkkür etdi. Həmin şeiri "Burda darıxmaq olmaz" kitabıma saldım. Həmin kitabdakı şeirlərin hamısı dustaqlığın ilk günündən yazılan şeirlər idi. Yazıldığı tarixdən ardıcıllıqla düzülən şeirlərin sonuncusu Mamedə yazdığım şeir idi. Mənim azadlığa çıxacağım günün axşamı yazılmışdı...
2013-11-22
2,185
Müxaliflər birləşdi
Suriyada müxalif qruplardan 6-sı "İslami Cəbhə" adı altında birləşdiyini açıqlayıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan videoda, Suriyada davam edən qarşıdurmalarda Əsəd qüvvələrinə böyük itkilər verdirən güclü müxalif qruplardan sayılan "Ahrar-uş Şam İslami Hərəkatı", "Ceyş-ul İslam", "Təvhid Tuqayı", "Sukur-uş Şam", "Liva-ul Haqq", "Ənsar-uş Şam", "Kürd İslam Cəbhəsi" adlı qrupların "İslami Cəbhə" adı altında birləşdiyi və bütün əməliyyatların bir yerdən idarə ediləcəyi qeyd edilib. Suriyadakı digər qruplara da çağırış edilən bildirişdə, "İslami Cəbhə"nin müstəqil, hərbi, siyasi və ictimai bir təşkilat, məqsədinin isə Əsəd rejimini tamamilə devirmək olduğuna diqqət çəkilir, son məqsədinin isə İslami əsaslara söykənən bir dövlət qurmaq olduğu bildirilib.
2013-11-22
2,186
Putin ABŞ-a sataşdı
"Amerikalı dostlarımız telefon danışığının məzmununu ətraflı olaraq təqdim edə bilərlər". Bu sözləri Ərdoğanla ortaq mətbuat konfransı zamanı Vladimir Putin deyib. "Axar.az"ın xəbərinə görə, Ukraynanın Avropa Birliyi ilə iqtisadi əməkdaşlıq sahəsində ortaq razılaşmanı təxirə salmasını və Litva-Ukrayna prezidentlərinin telefon danışıqları ilə əlaqədar suala cavab verən Putin, "bunu amerikalı dostlardan soruşmaq lazımdır",- deyərək, bununla da "telefon danışıqlarının dinlənilməsi" məsələsinə işarə edib. Putin Ukraynanın Avropa Birliyi ilə ortaq razılaşmanın əldə ediləcəyi təqdirdə Ukrayna ilə olan gömrük əməkdaşlığının iflasa uğrayacağına da eyham vurub. Sonra isə deyib: "Biz siyasi səbəblərə görə deyil, yalnız texniki səbəblər üzündən buna qarşıyıq. Avropa Birliyinin Rusiyanın bazarını ələ keçirmək riski var".
2013-11-22
2,187
Elmar Məmmədyarov Yaponiya səfirini qəbul etdi
Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Tsuquo Takahaşini qəbul edib. "Axar.az" məlumat verir ki, səfir etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib. Daha sonra nazir Takahaşini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və diplomatik fəaliyyətində ona uğurlar arzulayıb. Səfir isə öz növbəsində diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
2013-11-22
2,188
“Fazil Mustafa və Elşad Miri əməvidir”
Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu öz "feysbuk"səhifəsində son günlər mətbuatda Aşura ilə bağlı tənqidi fikir bildirənlərə cavab verib. "Axar.az" xəbər verir ki, Hacı İlqar ilahiyyatçı Elşad Mirini və millət vəkili Fazil Mustafanı sərt tənqid edərək, onları "əməvi ruhlu" adlandırıb: "Elşad Mirinin və Fazil Mustafanın Aşuraya qarşı qərəzli və əməvi ruhlu yanaşmalarını şiddətlə qınayıram. Bunu milli-mənəvi dəyərlərimizə, İslam vəhdətinə və qardaşlığa qarşı təzahür edilən bir hal kimi dəyərləndirirəm".
2013-11-22
2,189
Uşaq interneti yaradılır
Rusiyada uşaqlar üçün ixtisaslaşdırılmış rusdilli internet - zona ".ДЕТИ" yaradılacaq. "Axar.az" məlumat verir ki, bu domendə uşaqlar üçün maraqlı layihələr təqdim ediləcək. Yeni domen zonası Runetdə ilin sonunda işə salınmalıdır. Burada saytlar yaratmaq mümkün olacaq. Yeni domen zonasında internetin azyaşlı istifadəçiləri üçün yalnız maraqlı, faydalı və təhlükəsiz saytlar fəaliyyət göstərəcək.
2013-11-22
2,190
Bərdədə dəhşətli yol qəzası
Bərdə rayonunda ağır yol qəzası baş verib. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərə görə, Bərdə rayonu, Mirzalıbəyli kəndində vətəndaşa məxsus "VAZ" markal minik avtomobili idarəetməni itirərək yolun kənarında su arxına aşması nəticəsində yol-qəza hadisəsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Nəticədə minik avtomobilində sıxılmış vəziyyətdə qalmış avtomobilin sürücüsü yanğınsöndürənlər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq təcili tibbi yardım xidmətinə təhvil verilib Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
2013-11-22
2,191
İlham Əliyev İcra Hakimiyyətində - Fotolar
Prezident İlham Əliyev Bakının Səbail Rayon İcra Hakimiyyətinin Üzeyir Hacıbəyli küçəsində yerləşən binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. "Axar.az" Azərtac-a istinadən xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görülən işlər barədə İlham Əliyevə məlumat verib. Bildirilib ki, bina əsaslı şəkildə yenidən qurulub, burada çalışan əməkdaşlar üçün ən müasir tələblərə cavab verən şərait yaradılıb. Sovet dövründə rayon partiya və icraiyyə komitələrinin fəaliyyət göstərdiyi binada əsaslı təmir və yenidənqurma işləri nəticəsində əlavə mərtəbə inşa olunub, fasad yenilənib. Təmir zamanı bina, ilk növbədə dəmir-beton konstruksiyalarla möhkəmləndirilib, yenidənqurma işlərində keyfiyyətli yerli inşaat materiallarından da istifadə olunub. Birinci mərtəbədəki 200 yerlik iclas zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılıb. Qeyd edib ki, yeni korpusun 2-ci mərtəbəsində ən müasir tələblərə cavab verən yüksək texniki imkanlara malik konfrans zalı yaradılıb. Burada vətəndaşlarla onlayn video qəbulların həyata keçirilməsi nəzərdə tutulub. Sakinlər binaya gəlmədən rayon icra hakimiyyətinin nümayəndələri və məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Binada rayonun bütün ərazisi üzrə vahid elektron xəritə-məlumat bazası yaradılıb. Dövlət başçısının tapşırığı ilə rayonun Badamdar qəsəbəsində inşa olunacaq yeni idman zalının layihəsi ilə də tanışlıq olub. 2400 kvadratmetr ərazisi olacaq bu idman zalında ən müasir şəraitin yaradılacağı bildirilib. Görülən işlərlə yaxından tanış olan prezident müvafiq tapşırıqlarını verib.
2013-11-22
2,192
İran prezidentindən Qərbə xəbərdarlıq
İran prezidenti Həsən Ruhani terrordan danışdı. "Axar.az" xəbər verir ki, H.Ruhani bildirib ki, İran bölgədə dinclik və sabitlik istəyir: "Əgər İranla "altılıq" ölkələri arasında müzakirələr müvəffəqiyyətlə nəticələnsə, bundan bölgə və bütün dünya faydalanacaq. Bəziləri terror, qarşıdurma və çaxnaşma yaradaraq məqsədlərinə çata biləcəklərini hesab edirlər. Ancaq həmin qüvvələr yenə də öz proqnozlarında səhv edirlər". İran prezidenti deyib ki, Qərblə müzakirələrdə "hərbi variant masa üzərindədir" təhdidinin heç bir təsiri olmayacaq: "İran xalqı heç bir zaman milli mənafeyindən və haqlarından, həmçinin müəyyənləşdirdiyi "qırmızı xətlər"dən geri addım atmayacaq" ("Azvision.az").
2013-11-22
2,193
Con Kennedi sui-qəsdi: 6 versiya
ABŞ-ın 35-ci prezidenti C.Kenedinin Dallasda ölümündən düz yarım əsr ötür. Buna baxmayaraq, hələ də sifarişçinin kim olduğu naməlum olaraq qalır. Bu naməlumluq bir çox versiyanın inkişaf etməsinə gətirib çıxarıb. "Axar.az" 6 versiyanı təqdim edir. 1. MKİ və FTB 1995-ci ildə ABŞ ordusunun keçmiş kəşfiyyatçısı və Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı Con Nyuman qatil Li Harvi Osvaldın şəxsi işinin Kenedinin ölümündən öncə və sonra dəyişikliklərə məruz qaldığı haqda sübutları ictimailəşdirir. Nyumanın verdiyi məlumata görə, xüsusi təyinatlılar sui-qəsdin ola biləcəyi haqda məlumat verə bilsələr də, lakin bunu etmirlər. Bundan əlavə 2007-ci ildə MKİ-nin eks-agenti olan Hantın kitabı çixir. Orda sui-qəsdin MKİ agentlərinin təşkil etdiyi bildirilir. Daha sonra Hantın oğlu bu məlumatları "Rolling Stone" jurnalına təsdiqləyir və bildirir ki, atası ölümdən öncə cinayətin arxasında MKİ-nin Kubada əməliyyat rəhbəri olan Conson, agentlər Kord Meyer, Uilyam Harvi, David Sançesin durduğunu deyir. 2. Pentaqon C.Kenedinin bəzi tərəfdarları ehtimal edirdi ki, prezidentin ölümü ABŞ-ın Vyetnama hərbi müdaxiləsinə heç bir maneə olmamağı üçün təşkil olunmuşdu. Belə fikirlər var ki, Kenedi amerikalıların Vyetnam münaqişəsində iştirakını istəmirdi. Ona görə o, müharibədə maraqlı olan şəxslərin hədəfinə çevrildi. Texasın keçmiş senatorunun sözlərinə görə, əgər Kenedi sağ olsaydı, Vyetnam müharibəsi olmazdı. Digər versiyaya görə isə, onun "soyuq müharibəni" SSRİ ilə bitirib barış istəməsi idi. 3. ABŞ-ın Məxfi xidməti Şübhələr var ki, Amerika dövlətinin 1-ci şəxslərinin mühafizəsi ilə məşğul olan Məxfi xidmət bu faciənin qarşısını almaq üçün heç nə etməyib. Bu məlumata görə, sui-qəsd haqda onların xəbəri olub. Bundan əlavə avtomobilin ön oturacağında oturan Məxfi xidmətin əməkdaşı R. Kellermanın hadisə zamanı prezidenti qorumağa və ya 1-ci atəşdən sonra ona hər hansı bir kömək etməyə cəhd göstərməməsi faktı sui-qəsd nəzəriyyəçilərini şübhələndirir. Rəsmi məlumata görə, atəş bir neçə dəfə açılıb. 4. Mafiya Cinayətin sifarişçisi Amerika mütəşəkkil cinayət təmsilçiləri də ola bilərdi. Onları buna sövq edən qisas hissi idi. Kenedinin prezidentliyi zamanı mafiya təşkilatlarına qarşı açılan cinayət işləri 80%-dək çoxalmışdı. 5. Kuba hökuməti "Uoren komissiyası" bildirdi ki, onun əməkdaşlarına Kenedinin ölümünə Kuba komandanı Fidel Kastro və onun ətrafının əlaqədar olması ilə bağlı onlarla sənəd daxil olub. Konspiroloqlar kubalı liderin onu dəfələrlə öldürmə cəhdlərinə məhz belə cavab vermək istədiyini bildirib. 6. SSRİ Konspiroloqların ən aydın versiyası isə Kenedinin ölümü SSRİ-yə sərf etməsidir və ona görə onlar Dallasda Kenediyə sui-qəsd hazırlayıb. Ən çox şübhəyə səbəb isə qatilin bir müddət SSRİ ərazisində yaşaması olub. Sui-qəsd nəzəriyyəsinin tərəfdarları səbəbin çox sadə olduğunu bildirir. Nikita Xruşşov "Karib böhran"ına görə qisas alırdı. Lakin bu fərziyyəyə heç bir sübut yoxdur.
2013-11-23
2,194
Ən ekzkluziv çanta modelleri
Çanta yeganə geyim atributudur ki, o qadının daxili dünyasından xəbər verir. Çantaların seçimi isə xanımların cəsarətindən asılıdır. Bu geyim növündə istifadə olunan rənglər kifayət qədər cəsarət tələb edir. Belə ki, ən ekzkluziv və heç zaman dəbdən düşməyən çanta modellerini təqdim edirik.
2013-11-23
2,195
Şəkildə gördüklərinizə inanmaq çətindir
İnsanlar öz bədənləri ilə hansı qeyri-adilikləri yarada bilər? Bəlkə də istənilən qəribəlikləri yarada bilərlər, amma bu cürünü yarada bilmək hər kəsin əlində olan iş deyil. Hər kəsin marağına səbəb olacaq fotoları təqdim edirik.
2013-11-23
2,196
Donuz qripindən bu qidalarla qorunun
Qırmızı bibər: Portağalın tərkibində olan C vitamini, bunda ikiqat artıqdır. C vitamini qripin təsirini 80 faiz azaldır və faydalıdır. Qatıq: Tərkibində faydalı olan probiotik bakteriyası bağırsaqlarda mikroblara qarşı döyüşən güclü bir təsirdir. Beləcə, qrip virusu bədəndə azalır. Yaşıl çay: Tərkibində immuniteti gücləndirən "epigallocatechin gallate" kimyəvi maddə vardır. Hər gün 3 fincan içmək tövsiyə edilir. Qırmızı böyürtkən: ABŞ-ın elm adamları hər gün 200 milliqram qırmızı böyürtkən yeməklə qrip riskinin 31 faiz azaldığı təyin olundu. İmmunitet sistemini gücləndirir. Badam: Xəstəliklərlə döyüşən antioksid E vitamini ilə zəngindir. Qripdən qorunmaq üçün hər gün bir pay olaraq 24 dənə badam yeməyə çalışın. Təzə kartof: Tərkibində olan "beta carote", qripdən qoruyur. Bədəndə A vitaminə çevrilir və qripə qarşı faydalıdır. Toyuq şorbası: Bədəndə mukus çatışmazlığını artıraraq qripin boğaz ağrısı və öskürəyin qarşısını alır. Sarımsaq: Sülfür maddəsi qrip mövsümündə bu xəstəliyə tutulma riskini 2.5 qat azaldır və virusu yox edir. Təzə və yerli sarımsaq daha təsirlidir. Zəncəfil: Tərkibində təbii olan "gingerol" maddəsi, hər cür infeksiyanı məhv edir. Zəncəfil çayını içməniz məsləhətdir. Qoz: Antioksid qrip və xərçəngin qarşısını alaraq qoruyur. Tərkibindəki selenyum maddəsi digər qidalardan 10 qat daha çoxdur. Sitrus bitkiləri: Tərkibində C vitamini var. Xüsusi ilə siqaret çəkən hər kəsin qripə tutulma riski daha yüksək olduğu üçün bol-bol C vitamini qəbul etməniz vacibdir. Bal: Təbii maddələrə malikdir. Çaya və qatığa qataraq istifadə etsəniz təsiri daha da güclü olar. Kələm: İspanaq və kələm kimi tünd yaşıl yarpaqlı tərəvəzlər immunitet sisteminə və qripə qarşı çox təsirlidir. D vitamini ilə zəngindir. Göbələk: Tərkibində beta-qlukan maddəsi qripə qarşı qoruyur və faydalıdır. İmmunitet sistemini gücləndirərək zəifləmənin qarşısını alır. Yulaf: Lif, E və B vitamini ayrıca immunitet sistemini gücləndirən minerallar və beta-qlukanlarla zəngindir. Alma: Elm adamları nizamlı olaraq alma yeyən insanların qripə tutulma riskinin azaldığını söyləyir. Hər gün C vitamini ehtiyacının 25 faizini qarşılayır. Qırmızı ət: İmmunitet sistemini hərəkətə keçirmək üçün qırmızı ət istifadə etmək lazımdır. Yetkin yaşda olan hər kəsin, hər gün 40-60 qram ət yemələri tövsiyə edilir. Balıq: Tərkibindəki omeqa 3 qrip və bənzər infeksiyaları uzaq tutaraq məhv edir. Həftə içi 2 boşqab balıq şorbası yeməniz vacibdir. Soğan: Tərkibində "quercetin" maddəsi və təbii antibiotiklər var. Qripə qarşı immunitet sistemini gücləndirir.
2013-11-22
2,197
Di Kaprio pələnglər üçün 3 milyonundan keçdi
Məşhur Amerika kinoaktyoru Leonardo Di Kaprio Nepalda pələnglərin nəslini qorumaq və artırmaq üçün Dünya Vəhşi Təbiət Fonduna (WWF) 3 milyon dollar bağışlayıb. Nepal hökuməti Fondla birgə nəsli kəsilməkdə olan növlərin qorunması üçün bir sıra tədbirlər həyata keçirəcək. Məlumat üçün qeyd edək ki, aktyor 1998-ci ildə öz adına ekoloji tədbirlər üçün qrant mükafatı fondu təsis edib və ümid edir ki, onun köməyi ilə Nepalda pələnglərin sayı 2022-ci ilə kimi ikiqat artacaq. Çünki məhz bu il ənənəvi Çin təqviminə əsasən pələng ilidir. Yerli Nepal orqanlarının verdiyi xəbərə görə, hal-hazırda ölkədə 200-ə yaxın pələng var.
2013-11-22
2,198
Sarkisyan Əliyevlə görüşündən danışdı
"Azərbaycan Prezidenti ilə görüş çox güman ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların yeni mərhələsi və yeni başlanğıc anlamına gəlir". Bu sözləri Ermənistan Prezidenti Serj Sarkisyan ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti ilə keçirdiyi müşavirədə deyib. "Vyanada Azərbaycan Prezidenti ilə görüşü necə qiymətləndirirsiniz və danışıqlar prosesində müəyyən irəliləyiş barədə danışmaq olarmı" sualını S. Sarkisyan belə cavablandırıb: "İrəliləyiş barədə danışmağa çətinlik çəkirəm, lakin görüşdən sonra mənim görüşü necə qiymətləndirməyim barədə verilən suala qısa cavab verdim: normal. Doğurdan da normal qiymətləndirirəm, o baxımdan normal ki, bu görüş çox güman ki, danışıqların yeni mərhələsi və yeni başlanğıc anlamına gəlir. Təqribən iki il idi ki, görüşmürdük, bu isə o deməkdir ki, danışıqlar yüksək səviyyədə dayandırılmışdı". S.Sarkisyanın sözlərinə görə, Azərbaycan tərəfində problemi həll etmək arzusunu görüb və özü də ən qısa müddət ərzində münaqişənin həllində maraqlıdır: "Hər şey tərəflərin bu məsələni hansı şərtlərlə həll edəcəyindən asılı olacaq". S.Sarkisyan qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə dekabrın əvvəlində dövlət başçılarının yeni göstərişləri əsasında danışıqlar mərhələsini başlamaq tapşırığı verilib: "Dekabrda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir".
2013-11-22
2,199
Con Toşak istefa verdi
Topaz Premyer Liqasında baş məşqçi istefası reallaşıb. Belə ki, "Xəzər Lənkəran" futbol klubunun baş məşqçisi uelsli Con Toşak istefa verib. "Axar.az"ın xəbərinə görə, bu gün "Bakı" komandası ilə keçirilən görüşdə ağır məğlubiyyətlə üzləşən Con Toşak klubdan ayrılmaq qərarına gəlib. Qeyd edək ki, son bir ayda qeydə alınan 3-cü böyük hesablı məğlubiyyət olub. 8 aylıq fəaliyyəti dövründə 31 qarşılaşma keçirən uelsli mütəxəssis 9 qələbə, 10 bərabərlik, 12 məğlubiyyətə şahidlik edib.
2013-11-22
2,200
ABŞ Qarakənd faciəsi ilə əlaqədar bəyanat verib
ABŞ Dövlət Departamentinin mətbuat katibi 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonundakı Qarakənd səmasında törədilmiş terror aktı ilə əlaqədar bəyanatla çıxış edib. "Axar.az"ın xəbərinə görə, məlum olduğu kimi, həmin gün içərisində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarından ibarət sülhyaratma missiyasının üzvləri olan Mİ-8 helikopteri erməni silahlıları tərəfindən vurulub, nəticədə Azərbaycanın siyasi elitası da daxil olmaqla helikopterdəki bütün sərnişinlər həlak olub. Bu hadisə həmin ilin sentyabr ayında Jeleznovodsk şəhərində başlayıb sülh danışıqlarının dayandırılmasına səbəb olub. Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bildirib ki, o dövrdə baş verən çoxsaylı faciələrdən biri olub. 1991-ci il 20 noyabr hadisəsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə əngəl yaranıb. Cen Psaki daha sonra deyib ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla tənzimlənməsi regionda sabitliyə, tərəqqiyə və barışığa gətirib çıxara bilər.
2013-11-22
2,201
Mənzildə qadın meyiti tapılıb
Nərimanov rayonunda 1939-cu il təvəllüdlü Qasımova Rəfiqə Eyvaz qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Qasımova Rəfiqə Eyvaz qızı vəfat edib. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
2013-11-22
2,202
Napoleonu dəli və... imperator edən qadın
Napoleonun gələcək həyat yoldaşı 1763-cü ildə Martinika adasında plantator ailəsində dünyaya göz açıb. Heç nə bu sadə kəndçi qızının müəyyən zaman keçdikdən sonra Fransa imperiyasının birinci xanımı olacağına işarə etmirdi. Hətta doğmalarına belə bunun haqqında onun dünyaya gəlişi zamanı söyləsəydin, gülərdilər. Buna səbəb də var idi, çünki onlar saray işlərindən çox uzaqda idilər. Jozefinanın 16 yaşı olanda bəxt ulduzu öz şəfəqlərini bu gənc qızın üzərinə salır. Vikont Aleksandr de Boqarnenin həyat yoldaşı olan gələcək imperatriçə sonradan əri ilə birgə Parisə yollanır. Paris günləri Burada o hər zaman adi olan həyatının günlərini davam etdirirdi. 15 il sürən evlilik zamanı iki uşaq dünyaya gətirmişdi – Ejena və Qortenziya. 1794-cü ildə onun taleyində yenidən bir dönüş yaşandı. Vikont həbs edildi, daha sonra isə gilyotində edam edildi. Jozefinanı da az qala eyni tale gözləyirdi, amma sonda bəxti üzünə güldü. 9 termidor çevrilişi. Məhz bu, qadının "Konsyerjeri" həbsxanasından azad olmasına səbəb oldu. Artıq iki uşağıyla dul qalmış qadının qarşısında yalnız bir sual dururdu – bundan sonra nə etmək lazımdır? Bütün pul ehtiyatlarının bitməsinə və böyük borcların yaranmasına baxmayaraq, Jozefina artıq yeni qərar vermişdi. Paytaxtın ali təbəqəsinin həyatında yaxından iştirak etməli idi. Elə bu qərar qadını iki uşağı ilə yaşamasına kömək edirdi. Ona maddi köməyi kişilər göstərirdilər. Artıq elə də cavan olmayan, amma öz gözəlliyini və təravətini əvvəlki kimi qoruyub saxlayan qadının qarşısında əksər kişilər diz çökürdülər. Bonapartla tanışlıq 1795-ci ilin sentyabrında Parisin ən möhtəşəm salonlarından birində 9 termidorun aparıcı şəxslərindən olan Pol Barras, Jozefinanı gənc general Bonopartla tanış etdi. Yeri gəlmişkən, burada Barrasın xeyir güdmədən hərəkət etməsini söyləmək yalan olardı. Ən azı o bir müddət idi ki, Jozefina və onun iki uşağının əziyyətinə qatlanırdı. Jozefinanın pula ehtiyacının olmasını öyrənməsi və bunu qarşılaması onun üçün zərərlə başa gəlirdi, üstəlik Barrasın Tereza Talyenlə də əlaqələri pozulurdu. Ona görə də nə olur-olsun, kəndçi qızını özündən uzaqlaşdırmaq lazım idi. Artıq məqsədinə nail olmuşdu. Birinci görüşdən etibarən Bonapartla Jozefina bir-birinə qarşı həddindən artıq maraq göstərməyə başladılar və tezliklə bu maraq sevgiyə çevrildi. Bu, gənc general üçün də sərfəli idi. Çünki belə etməklə o, "respublikanın kralı"nın xüsusi himayəsinə sığına bilərdi. Göy yaqutla bəzədilmiş üzük və: "Bu, taledir" Bu sevgi macərası o qədər fırıtınalı oldu ki, artıq bir il sonra Napoleon və Jozefina bələdiyyə binasında vətəndaş nikahına girdilər. Əlavə olaraq, tərəflər bir-biriləri arasında nikah müqaviləsi imzaladılar. Toy hədiyyəsi kimi Napoleon həyat yoldaşına göy yaqutla bəzədilmiş üzük hədiyyə etdi. Onun üzərində xüsusi qrafika ilə işlənmiş bir söz yazılmışdı: "Bu, taledir". Bütün bunlardan sonra isə Pol Barras yeni cütlüyə Bonapartın İtaliya ordusuna rəhbər təyin edilməsi barədə xəbər verdi. Beləliklə, toydan cəmi iki gündən sonra Napoleon cəbhəyə Sardiniya və Avstriya ordularına qarşı döyüşməyə yollanır. Onun həyat yoldaşı isə Parisdə qalaraq, yenidən öyrəşdiyi həyat tərzinə qayıdır. Yeni həyat yoldaşının yeni statusu artıq maddi vəziyyəti yaxşılaşmış qadının heç nəyə ehtiyat etmədən kifayət qədər pul xərcləməsinə şərait yaradırdı. Napoleon yeni arvadına hər poçt stansiyasından ehtiras və şəfqət dolu məktublar göndərirdi. O, qardaşına yazırdı: "Sən özün əla bilirsən ki, Jozefina mənim bu dünyada valeh olduğum yeganə qadındır. Əgər o məni sevmirsə, o zaman mənim yer üzündə yaşamağımın nə mənası var?". Bonapart Jozefinaya az qala yalvarırdı ki, onun yanına köçsün. Bu zaman o, yalandan hamilə olduğunu bildirir. Gələcək imperatriça belə etməklə canını ərinin yürüşlərinin cazibədarlıqlarından qorumağa çalışırdı. Furenin arvadı və Jozefinadan boşanmaq Misiri işğal edəndən sonra Napoleon anası, bacıları və qardaşlarından öyrənir ki, sən demə, həyat yoldaşı üçün Paris əri olmadan belə darıxdırıcı deyil. Buna cavab kimi o, leytenant Furenin arvadını özü üçün əsas favorit edir. Hətta vəziyyət o yerə çatır ki, artıq əsgərlər də onu "sizin general xanımınız" deyə çağırırdılar. Fransaya qayıdan zaman isə general tam ciddi şəkildə Jozefinadan boşanmaq qərarına gəlir. Lakin qadın üçün bu boşanma dəhşətli faciə ola bilərdi. Jozefina nəhayət ki, ərini düzgün qiymətləndirmədiyini anlamışdı. O, hər şeydən birdən-birə məhrum olmamaq və öz ərinin hörmətini təzədən geri qaytarmaq üçün yeni addımlar atmağa başlayır. Günlərlə ərinin qapısının ağzında onunla görüşməkdən ötrü gözləyir, uşaqlarını onu bağışlaması üçün Bonapartla danışmalarına razı sala bilir. Sonda istədiyinə nail olur. Napoleon çox dözmür və həyat yoldaşını bağışlayır. Jozefinanın iki milyonluq borcunu ödəyir. "Xeyir mələyi" Heç də axmaq qadın olmayan madam Bonapart bu situasiyadan özü üçün nəticə çıxardı. Bundan sonrakı zamanda ərinin səbrini imtahana çəkməyin yaxşı nəticələr verməyəcəyini anlayan qadın ikinci dəfə belə səhv buraxmamağa çalışdı. Çünki ikinci dəfə Napoleon onu bağışlamayacaqdı. Münasibətlərin davam etməsi Napoleon Bonapart üçün də sərfəli idi. Çünki o, Jozefinanın simasında özünə dost, məsləhətçi, iti ağla sahib həmsöhbət, etibarlı müttəfiq qazanmışdı. Məhz bu qadın özünün mükəmməl diplomatik bacarığını göstərərək, generalla yuxarı təbəqənin nümayəndələri arasında münasibətlər yaradırdı. Tezliklə gələcək imperatorun tərəfinə zadəganları çəkməklə Fransanın siyasi tarixində mühüm rol oynamış oldu. Jozefina xeyriyyəçiliklə məşğul olur, məsləhətyönlü məktublar yazır, nazirdən hər hansı aristokratın müsadirə edilmiş mülkünün geri qaytarılması üçün xahiş edir, emiqrantların işi ilə maraqlanır və digər işlər görürdü. Bunun sayəsində tezliklə o hər kəs tərəfindən "xeyir mələyi" deyə çağırılmağa başlandı. Kariesdən məhv olmuş və qaralmış dişlər Bir sözlə, Napoleon Bonapartın beş il ərzində 1799-cu ilə qədər apardığı oyunda Jozefina onun ən yaxın partnyoru oldu. Ona görə də o hər zaman təkrarlayırdı ki, Jozefina tale tərəfində ona verilmiş talismandır və yalnız onun qarşısında o öz fantastik yüksəlişlərinə görə ona borcludur. Jozefina indi daha çox ərini itirəcəyindən qorxurdu və belə olmaması üçün əlindən gəldiyi qədər çalışırdı. O, artıq gənc deyildi və gözəlliyini də günü-gündən itirirdi. Xüsusilə kariesdən məhv olmuş və qaralmış dişlərini göstərməməkdən ötrü ağzını açaraq gülə bilmirdi. Jozefinanın kifayət qədər çox rəqibləri vardı. Belə ki, Napoleon daima qadınlarla əhatə olunurdu. O özü hər zaman bunları deyərək gülərdi: "Bonaparta qadınlar etiraz edə bilərlər, Napoleona isə heç vaxt!" Necə imperatiriçça olmamaq olar? Nəyin naminə olur-olsun, Jozefina hər zaman ərini yaxınlığında, özünə aid olan bir cəmiyyətdə saxlamağa çalışırdı. Bir tərəfdən onun yüksəlişinə çalışsa da, digər tərəfdən böyük əziyyətlərin hesabına ərini müəyyən qədər çətin vəziyyətə salmağa çalışırdı. Napoleonun Fransanın imperatoru olması onun üçün heç sərfəli deyildi. Bunun arxasında heç bir özəl siyasi motiv gizlənmirdi. Səbəb, sadəcə, Jozefinanın qadınlıq qorxusu ilə bağlı idi. O, bundan sonra taxt üçün varis dünyaya gətirə bilməyəcəyindən və ümumiyyətlə, uşağı olmayacağından qorxurdu. Əgər belə bir vəziyyət yaşansaydı, o zaman Bonapart imperator olan kimi boşanma qaçılmaz olacaqdı. VII Piyin tacı Buna görə də xanım Bonapartın Fransanın ən birinci antibonapartçısı olması üçün əlində ən sadədən tutmuş ən ciddiyə qədər kifayət qədər səbəbi var idi. O, hətta özünə müttəfiq axtarmağa da cəhd etmişdi. Belələrindən biri polis nazirin simasında Jozef Fuşe idi. Onun vasitəsilə birinci konsulun ifrat dərəcədə olan niyyətlərinə qarşı mübarizə aparmaq olardı. Napoleon bu ittifaqı asanlıqla dağıtdı. O, Fuşeni senator təyin etdi və ona kompensasiya ödədi. Jozefinanı isə onun sonsuzluğunun həlledilməz problem olmadığını anlatmaqla sakitləşdirməyə çalışdı. Həll variantı kimi isə qızı Qortenziyanı kiçik qardaşı Luiyə ərə verərək, bu evlilikdən doğulan uşağı oğulluğa götürüb varis etməyi təklif etdi. Artıq çıxış yolunun tapıldığı hesab edilirdi. 30 noyabr 1804-cü ildə Napoleonla Jozefinanın kilsədə evlənmə mərasimləri təşkil olundu. İki gün sonra isə o, papa VII Piyin əlindən tacı alaraq, əvvəlcə onu özünə, sonra isə həyat yoldaşı üçün tac qoyma mərasimi keçirtdi. Avstriyalı Mariya-Luiza Sonraki beş il ərzində Jozefina imperatriça olaraq qaldı. Tale ona son və ən güclü zərbəsini endirdi. Taxtın varisi, Qortenziyanın oğlu vəfat etdi və boşanma sonunda baş tutdu. Napoleon həyat yoldaşını Habsburqların nəslindən olan avstriyalı Mariya-Luizaya dəyişdi. 1809-cu ilin 15 dekabrında Napoleonun son qərarını öyrənən Jozefina huşunu itirərək yerə yıxılır. Boşanmadan sonra Napoleon yazırdı: "Mən tələb edirəm ki, o bütün həyatı boyu imperatiriça titulunu saxlasın. Ən başlıcası isə qoy mənim ən əziz adamım ona qarşı olan hislərimdən şübhələnməsin". Jozefinaya ömrünün sonuna qədər imperatiriça kimi hörmət edildi. Bonapartdan sonra Jozefina de Boqarne 29 may 1814-cü ildə Napoleonun Elbaya sürgün edilməsindən sonra vəfat etdi. Deyilənlərə görə, onun ən son sözləri – "Elba!" "Napoleon!" – olub. İmperator sonuncu dəfə özünün uğursuz gedişini - hakimiyyəti geri qaytarmağa cəhd edəndə Jozefinanın şəxsi həkimini yanına çağıraraq, onun ölümünün səbəblərini soruşmuşdu. Həkim isə, sadəcə, bunları demişdi: "Dərd, hüzn, sizə görə qorxu". 5 may 1821-ci ildə Napoleon Müqəddəs Yelena adasında vəfat etdi. O, ölümqabağı bu sözləri sayıqlayırdı: "Ordu... Fransa... Jozefina..."
2013-11-22
2,203
Yeməkdən dərhal sonra əsla bunları etməyin!
Sevdiyimiz bəzi şeylər o qədər zərərlidir ki... Sağlamlığımızı qorumaq, sağlam bir həyat yaşamaq bizdən asılı olmur. Yemək yedikdən sonra bunları etmək olmaz... Siqaret çəkməyin: Mütəxəssislərin araşdırmalarına görə, yeməyin ardından dərhal yandırılan bir siqaret 10 siqaret çəkməyə ekvivalent sayılır. Və bu vəziyyət xərçəngə tutulma riskini artırır. Meyvə yeməyin: Yeməkdən sonra yeyilən meyvə mədənizin hava ilə dolmasına səbəb olur. Çay içməyin: Yeməkdən dərhal sonra çay içmək sağlamlığa ziyan vurur. Əsla kəmərinizi boşaltmayın: Yeməkdən sonra kəmər boşaltmaq bağırsağın düyün düşməsinə səbəb olur. Gəzməyin: Yeməkdən dərhal sonra gəzmək yediyiniz qidalardakı qida elementlərinin həzmi çətinləşdirir. Gəzməyi 1 saat sonra təxirə salmanız hər istiqamətdən daha faydalı olacaq. Duş qəbul etməyin: Yeməkdən sonra alınan duş qan dövranını əl və ayaqlara doğru çoxaldır. Həzm sistemi üçün də zərərlidir. Dərhal yatmayın: Yeməyin dərhal ardından yatmaq da həzm sisteminin hərəkətinə, bağırsağın iltihabına və mədə narahatlığına səbəb olur. Həm də kökəlmənizə səbəb olar.
2013-11-22
2,204
Moskva metrosunda daha bir vəhşilik - Video
Dünən axşam Moskva metrosunda vaqona minmiş monqoloid görkəmli qeyri-slavyan gəncin slavyan gənclər tərəfindən döyülməsinin video görüntüsü bu gün "Yutub"a yerləşdirilib. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, sifətdən qeyri-slavyan olduğu açıq görünən gənci vaqonun "Savelovskaya" və "Çexovskaya" stansiyaları arasında durmadan döyürlər. Rus mətbuat orqanları onun üzərinin çirkli olduğunu iddia etsələr də əşyalardan gəncin tələbə və yaxud yaxud əsgərlikdən təxris olmuş qeyri-slavyan rusiyalı olduğu anlaşılır. Çünki ona kənardan "Ordudansan?" deyə sual verilir. Daha sonra qatar "Çexovskaya" stansiyasında dayanır və içəridən qız səsi gəlir: "Atın onu bayıra". Maraqlıdır ki, stansiyada olan polislər döyülmüş qeyri-slavyanın slavyanlar tərəfindən çölə atılmasına heç bir reaksiya vermirlər.
2013-11-22
2,205
Erməni müğənni "Bakılı balasıyam" oxudu - Video
Virtual dünyada erməni müğənninin Azərbaycan mahnılarını Azərbaycan dilində oxumasını əks etdirən video-çarx yayılıb. Video-çarxı 51904 "azerbaycanlı azerbaycanov" adlı "YuTub" istifadəçisi paylaşıb. İfaya "Tut ağacı boyunca" mahnısı ilə başlayan erməni əsilli müğənni Migel Movsiyan "Bakılı balasıyam" mahnısının təhrif edilmiş sözləri ilə oxumağa davam edir. 7 dəqiqə fasiləsiz ifa edən Movsiyan Azərbaycanın tanınmış müğənnilərinin repertuarından müxtəlif mahnıları oxuyub. İfanın ortasında məşhur Bayatı Şiraza da müraciət edən Migel səsi çatmadığı üçün bunu davam etdirə bilmir. 21 noyabr 2013-cü il tarixdə portala yüklənən videonun harada və nə zaman çəkilməsi barədə məlumat verilməyib. savash.org ​
2013-11-22
2,206
Abdullah Gül Marqvelaşvilini Türkiyəyə dəvət edib
Gürcüstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Prezident Georgi Marqvelaşvili ilə Türkiyə Prezidenti Abdullah Gül arasında telefon danışığı olub. "Axar.az"ın xəbərinə görə, Abdullah Gül Georgi Marqvelaşvilini prezident seçilməsi münasibətilə təbrik edib. Tərəflər Gürcüstan-Türkiyə münasibətlərinin perspektivləri barədə fikir mübadiləsi aparıblar. Prezident Abdullah Gül Gürcüstan dövlətinin başçısını Türkiyəyə səfərə dəvət edib. Gürcüstan Prezidenti bu səfərin yaxın gələcəkdə baş tutacağını söyləyib.
2013-11-22
2,207
Dəfnə yarpağının möcüzəvi faydaları
Kosmetik məqsədlə dəfnə yarpağından əldə edilən yağ antiseptik keyfiyyətə malikdir. Dəfnə yarpaqları ilə hazırlanan duş hər kəsin gərginlik və revmatizm ağrilarını aradan qaldıraraq bədəni sakitləşdirir. Dəfnə yağı və sabunu dəfnə ağacının zeytuna bənzəyən meyvəsindən yığılıb hazırlanır. Hazırlanan sabun saç və dəri sağlamlığı üçün istifadə edilir, çox təsirlidir. Revmatizm narahatlığına masaj yağı ilə birlikdə lokal olaraq istifadə edilir. Sədəf və eqzemada istifadə edilən bitki mənşəli kremlərin içində də olur. Dəfnə yağı spazma və digər ağrıları aradan qaldırmaq üçün istifadə edilir. Dəfnə yağından Hatayda sabun hazırlanır. Dəfnə sabunu saç diblərindəki kəpəyi təmizləyir və yağlanmanın qarşısını alır. Dəri gözəlliyi üçün istifadə edilir və faydalıdır. Dəridəki ləkələri təmizləyir və gözə çarpan dərəcə də dolğun göstərir. Quru dərini nəmləndirir. Hamilə xanımların istifadə etməsi təhlükəlidir. Dəfnə yağı allergiyaya səbəb ola bilər. İstifadə edilən dəfnə növü "Laurus nobilis" olaraq bilinən Aralıq dənizi dəfnəsidir. Zəhərli dəfnə növləri olduğu üçün hansı növünün istifadə edildiyindən əmin olmaq lazımdır. Çöl dəfnəsi, Ərəbistan dəfnəsi kim növləri zəhərlidir.
2013-11-23
2,208
"Əsrin qırğını" nümayişi ölümlə nəticələndi
Misirin Süveyş şəhərində ''Rəbiyə qırğınının 100-cü günü münasibəti ilə keçirilən aksiyada bir uşaq öldürüldü. "Axar.az"ın xəbərinə görə, Süveyş şəhərində faciəyə etiraz edən nümayişçilərə müdaxilə edən zərbə əleyhdarları tərəfdarlarının açdığı atəş nəticəsində 10 yaşındakı Semir Məhəmmədin həyatını itirdiyi bildirildi. Məhəmməd Mursinin zərbə əleyhdarlarının nümayişə qatılıb qatılmadığı hələ bilinmir.
2013-11-23
2,209
Toyda avtomat işə düşdü: üç ölü - Video
Yəməndə toyda Kalaşnikov avtomatı ilə Gangnam Style rəqs edən gənc təsadüfən üç nəfəri güllələyib. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, News" qəzetinin saytında yerləşdirilmiş videoya istinadən bildirir. Videoçarxdan açıqca görünür ki, bir qrup gənc bu məşhur rəqsi oynayır. Şənliyin ən gərgin çağında üç nəfər yerə yıxılır. Güllə atan adamın qonaq olduğu bildirilir.
2013-11-23
2,211
"Altılıq" Cenevrəyə toplaşır - Yeniləndi
ABŞ dövlət katibi Con Kerri İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak etmək üçün yaxın saatlarda yenidən Cenevrəyə gələcək. "Axar.az"ın xəbərinə görə, bu barədə məlumatı Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib. Onun sözlərinə görə, AB ali nümayəndəsi Ketrin Eştonla və danışıqlarda istirak edən komanda ilə məsləhətləşmələrdən sonra Con Kerri Cenevrəyə getməklə bağlı qərar verib. "Altılıq"ın (Rusiya, Koreya, ABŞ, İngiltərə, Fransa, Almaniya) İranla nüvə proqramı ilə bağlı növbəti müzakirəsi Cenevrədə çərşənbə günü başlayacaq. İsrail, ABŞ və bəzi Qərb ölkələri İranı dinc nüvə proqramı pərdəsi altında atom silahı hazırlamaq istəyində suçlayır. İran isə bu iddiaları rədd edir və nüvə enerjisi layihəsindən geri durmayacağını bəyan etməklə, bunu haqqı sayır. Xatırladaq ki, noyabrın 7-də Con Kerri Yaxın Şərqə səfərini yarımçıq qoyaraq Cenevrəyə, bu danışıqların ilk mərhələsində iştirak etməyə gəlmişdi. Danışıqlar nəzərdən tutulduğundan bir gün artıq davam etsə də, nəticə olmamışdı. Hazırda danışıqların 3-cü mərhələsi davam edir. Noyabrın 24-də Ketrin Eştonla İran Xarici İşlər nazirinin görüşü nəzərdə tutulur. Danışıqlar arzulanan istiqamətdə gedərsə, növbəti həftənin çərşənbə günü ilk ciddi addım atıla bilər. Bəzi optimist müşahidəçilər bu danışıqları İranın atom energisi problemini dinc yolla həll etmək üçün gözəl şans hesab edirlər. *** Böyük Britaniyanın Xarici İşlər Naziri Uilyam Heyq öz Tvitter hesabında şənbə günü "Altılıq"ın İranla danışıqlarında iştirak etmək üçün Cenevrəyə səfərə çıxacağını açıqlayıb. Fransanın XİN rəhbəri Loran Fabiusun da bu gün Cenevrəyə gələcəyini RİA NOVOSTİ diplomatik mənbələrə istinadla xəbər verir. Rusiya XİN başçısı Sergey Lavrov isə 22 noyabrdan artıq Cenevrədədir və İran Xarici İşlər naziri ilə görüşə hazırlaşır. *** Çinin xarici işlər naziri də artıq Cenevrədədir
2013-11-23
2,212
“Sultan’s” restoranı etiraz edir
"Sultan’s" restoranı "Sultan" restoranının qurbanı olub. Natəmizlikdə ittiham olunan "Sultan" restoranı olduğu halda, bəzi saytlar "Sultan’s" restoranın loqosunu və ünvanını göstərərək məlumat yayıblar. "Sultan’s" restoranının rəhbərliyi barələrində iddia olunan məlumatların yanlış olduğunu və onlara aid olmadığını bildirib: "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bizim restoranda araşdırma aparıb və biz bu araşdırmadan uğurla çıxmışıq. Restoranımızın mətbəxində bütün təmizlik normaslarına riayət olunur. Müştərilərimizə hər zaman təzə qida təqdim olunur. Amma bəzi xəbər saytları məlumatı dəqiqləşdirmədən bizim adımızdan itifadə edib, xəbərlərində ünvanımızı göstərib, "Sultan" restoranı ilə "Sultan’s" restoranını səhv salıblar". "Sultan’s" restoranını rəhbəri bu xəbər saytlarının yanlış xəbər verdikləri üçün onların nüfuzuna xələr gətirdiyini bildirib: "Bu kimi xəbərlər bizim nüfuzumuza kölgə salır. Təəssüf edirk ki, belə məlumata adımız hallanıb." Qeyd edək ki, dünən bəzi xəbər saytlarında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Sutan" adlı restoran haqqında açıqladığı məlumatda səhvən "Sultan’s" restoranın ünvanın göstəriblər.
2013-11-23
2,213
Kiyevdə mitinq keçirildi - Yeniləndi
null
2013-11-23
2,214
İsveçdəki səfirimiz Qarabağ məsələsini qaldırdı
Azərbaycan Respublikasının İsveç Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Adış Məmmədovun İsveç Parlamentinin sədri Per Vesterberq ilə görüşü keçirilib. Görüşdə Azərbaycan-İsveç münasibətləri müzakirə olunub, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Səfir Avropanın enerji təhlükəsizliyi məsələsində ölkəmizin rolundan danışaraq Azərbaycan tərəfindən həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətinə toxunub. Sonra səfir A. Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Parlament Sədrinə geniş məlumat verib, Azərbaycan dövlətinin və hökumətinin konflikt ilə bağlı mövqeyini bildirərək münaqişənin həllində beynəlxalq təşkilatların daha da fəal olmalarının zəruriliyini vurğulayıb. Öz tərəfindən Per Vesterberq Azərbaycanın – Avropa əlaqələrinin daha da inkişaf etdirilməsini tövsiyə etmiş, hər iki ölkənin Parlamentinin bu istiqamətdəki fəaliyyətinin zəruri olduğunu vurğulayıb.
2013-11-23
2,215
AKP və YAP gəncləri görüşdü
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər Birliyinin üzvləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə 22-25 noyabr tarixlərində ölkəmizə işgüzar səfərə gəliblər. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun müşaiyəti ilə AKP Gənclik Qollarının üzvləri öncə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını, sonra Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər. Daha sonra nümayəndə heyəti Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanovun, Milli Məclisin sədr müavini Bahar Muradovanın qəbulunda olublar, Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Gənclər Fondunda görüşlər keçiriblər.
2013-11-23
2,216
Ukrayna Avropanın 1 milyard təklifindən imtina edib - Səbəb
"Şərq Tərəfdaşlığı çərçivəsində assosiativ sazışı imzalayacağı təqdirdə Avropa Birliyi Ukraynaya 7 il müddətinə bir milyard avro kredit boyun olmuşdu". "Axar.az"ın xəbərinə görə, bu sözləri Ukraynanın Baş naziri Nikolay Azarov səsləndirib. Baş nazir bildirib ki, Ukrayna Avropaya adaptasiya üçün lazım olan texniki reqlamnetin həllinə dəstək verməyi AB-dən daha əvvəl xahiş etmişdi və AB bir milyard kredit ayıracağını bildirmişdi. "Ancaq Ukraynanın texniki adaptasiyası üçün yaxın 10 ildə 165 milyard avro tələb olunur". Bu sözlərlə Nikolay Azarov Avropa Birliyi ilə assosiativ müqavilədən imtina etməsinin maliyyə səbəblərini izah etməyə cəhd göstərir. Qeyd edək ki, Azarov daha bir açıqlama ilə AB ilə asosiativ sazışdən imtinanın Rusiyanın iqtisadi əhatəsinə aid olan Gömrük İttifaqına qoşulacağı anlamına gəlmədiyini bildirib. Ukrayna hakimiyyətinin bu gözlənilməz qərarı Radada ciddi etirazla qarşılanıb, müalifət hökuməti parlamentdə fitə basıb. Bu saatlarda isə Ukrayna müxalifəti etiraz aksiyası keçirir. Aksiyanın aparıcı qüvvəsi məşhur boksçu Vitali Kliçkonun "Udar" (Zərbə) partiyasıdır. Zərbə Partiyası Radada yerlərin sayına görə hakim partiyadan sonra 3-cü terdə dayanır.
2013-11-23
2,217
Bakı-Balakən qatarında problem: sərnişinlər yolda qaldı
Bakı-Balakən qatarı Qaradağ rayonunda problemlə üzləşib, artıq 3 saatdır gecikir. "Axar.az"ın Trend ə istinadən verdiyi məlumata görə, saat 21:15-də Bakıdan Balakən istiqamətində hərəkət edən sərnişin qatarı artıq 3 saatdır ki, yəni 22:00-dan etibarən Qaradağ rayonu ərazisində dayanıb. Qatar rəisinin sözlərinə görə, elektrovozunda problem var: "Problemin nə vaxt aradan qaldırılacağı hələ dəqiq məlum deyil". Sərnişinlər narazılıq edir.
2013-11-23
2,218
Vulkan püskürdü, ada yarandı: anbaan - Video
Yaponiyada bir vulkan püskürməsi nəticəsində yaranan kiçik ada kameralara belə düşdü: ​
2013-11-23
2,219
Özünü qatarın altına atdı, sağ qaldı - Video
Türkiyədə bir nəfərin özünü qatarın altına atdığı anın görüntüləri yayılıb. Xoşbəxtlikdən, intihara cəhd edən şəxs heç bir xəsarət almayıb: ​
2013-11-23
2,220
Ən tez edilən sevgi etirafı 88 gün çəkir
Amerikalı alimlərin apardığı araşdırmalardan bəlli olub ki, kişilər ən tez sevgi etiraflarını 88gün sonra edirlər. Psixoloqlar bu müddət ərzində kişilərdə əminlik hissinin daha yaxşı formalaşdığını bildirirlər. Kişilərdən fərqli olaraq qadınlarda etiraf ən azı 138-gün sonra baş verir. Araşdırmalardan əldə edilən göstəricilərə görə kişilərin 39%-i sevdikləri xanımları ailələri ilə tanış etsələrdə, qadınların 23%-i bunu etməkdən çəkinirlər. "Axar.az"ın xarici mətbuata istinadən verdiyi məlumatda bildirilir ki, kişilər sevərkən bunu çox rahatlıqla dilə gətirsələrdə, qadınlar üçün vəziyyət tam fərqli olur. Kişilərin 80%-i sevdiklərinə qarşı unutqan olurlar Araşdırmalarda kişilərin 80%-nin özəl günləri unutduğu bildirilsədə, onların sevdikləri xanımın əlindən ilk dəfə tutduğu günü unutmadıqları bildirilib. Bəlli olub ki, kişilərin 37%-i evlilikdən sonra 1 il boyunca həyat yoldaşlarında onlara qarşı qorxu yaratmaqda qətiyyətli olurlar.
2013-11-23
2,221
Heyva vərəm xəstəliyinin dərmanıdır...
Mədə həzmini və bağırsaqların yaxşı işləməsinisürətləndirir.İshalı kəsməkdə təsirlidir, lakin çox yedikdə qəbizliyəsəbəb olur. Qaraciyərdə olan fəsadları aradan qaldırır.Qanı təmizləyir və qan dövranını yaxşılaşdırır.Ürək döyüntüsünü tənzimləyir. Bronxit və vərəm kimi ağciyər xəstəliklərinə qarşı təsirlidir. İnkişaf etməkdə olan uşaqlar üçün sümük inkişafı baxımından faydalıdır.
2013-11-23
2,222
Eştonla Zərif bir gündə iki dəfə görüşdü
22 noyabrda AB ali nümayəndəsi Ketrin Eştonla İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında ikinci müzakirə başlayıb. Bu barədə açıqlamanı Ketrin Eştonun mətbuat katibi Maykl Mann verib. Xatırladaq ki, gec saatda başlayan bu görüş İran XİN başçısı ilə AB ali nümayəndəsinin bu gün ikinci dəfə baş tutan görüşləridir. İlk görüş bir neçə saat əvvəl olmuşdu. Həmin görüşdən sonra Rusiya XİN başçısı Sergey Lavrovla bağlı qapı arxasında görüşən Eşton Ketrin yenidən Məhəmməd Zəriflə görüşə ehtiyac duyub. Hazırda "Altılıq"ın XİN başçıları Cenevrəyə gəlir. Şənbə günü gərgin müzakirələrin başlayacağı istisna deyil.
2013-11-23
2,223
Bakıda ağır yol qəzası: 1 ölü - Foto
"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gecə Bakı şəhəri, Suraxanı rayonunda 90 NL 376 dövlət nömrə nişanlı "Daewoo" və 10 RS 553 dövlət nömrə nişanlı "BMW" markalı 2 minik avtomobili toqquşub. Sonradan "BMW" alışıb. Hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, "Daewoo" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalaraq hadisə yerində keçinib. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşın cəsədini avtomobildən çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 03:20-də başa çatıb (Foto APA-nındır).
2013-11-23
2,224
Mehriban Əliyeva sərgi açılışında - Fotolar
Noyabrın 22-də Parisdəki Mədəniyyət mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirənsi açılıb. "Axar.az" AzərTAC-a istinadən xəbər verir ki, sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak edib. Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı, vitse-prezident Leyla Əliyevanı və qonaqları salamlayıb, "Azərbaycan tolerantlıq məkanı" adlı sərgidə nümayiş etdirilən fotoların müəllifi Reza Deqatinin Azərbaycanın, həmçinin Fransanın böyük dostu olduğunu bildirib. Səfir sərgidəki fotoların dünyanın bir çox ölkələrində tolerantlığın mövcud olduğunu bildirərək sərginin bir qədər əvvəl UNESCO-da nümayiş etdirildiyini xatırladıb. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək bildirib ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc yanaşı yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və unikal formasının yaranmasına səbəb olub. Leyla Əliyeva qeyd etib ki, multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir və bu gün ölkəmizdə mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin nümayişi məhz Azərbaycan dövlətinin bu milli xüsusiyyətin qoruyub saxlanması, daha da inkişaf etdirilməsi və dünyada təbliği istiqamətindəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir. Fransa Senatının Qafqaz-Azərbaycan dostluq qrupunun üzvü Jan-Mari Bokel sərgidə nümayiş etdirilən fotolardan mütəəssir olduğunu bildirərək qeyd edib ki, bu gün multikulturalizmi siyasi dövriyyədən çıxarmağa çalışan bir sıra Avropa dövlətlərindən fərqli olaraq dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevirə bilən Azərbaycanı bu nailiyyətlərinə görə yalnız alqışlamaq olar. Senator bu yaxınlarda Azərbaycana səfər etdiyini, Gəncədə olduğunu xatırladaraq ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dostluq və mehriban şəraitdə yaşadığını, Azərbaycandakı tolerantlığın digər ölkələrə nümunə olduğunu, həmkarlarının Azərbaycanın dostu olduğunu, tolerantlığın insanlar arasında ünsiyyət yaratması istiqamətində əhəmiyyətini vurğulayıb, bütün dünyada qorxu hökm sürdüyü bir vaxtda tolerantlığın vacibliyini diqqətə çəkib. İSESKO-nun baş direktoru Dr. Əbduləziz Osman Əl-Tüveycri bildirib ki, müstəqillik qazandıqdan sonra Azərbaycan yüksək sürətlə inkişaf etməklə yanaşı, tarix boyu bu ölkədə formalaşan mədəni və dini müxtəlifliyin unikal harmoniyasının yaranmasına nail olub. Məhz bu cəhətdən Azərbaycan dünyanın bir çox ölkələrinə, xüsusilə də İslam coğrafiyasının dövlətlərinə nümunə ola bilər. Baş direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ölkəmizin ərazilərinin işğal edilməsini müasir sivil dünya üçün dözülməz fakt olduğunu bildirib və torpaqlarımızın tezliklə azad olmasına çağırıb. Sərgidə nümayiş etdirilən fotoların müəllifi, Parisdə yaşayan dünyanın tanınmış fotoqraflarından biri, əslən azərbaycanlı olan Reza Deqati sərgi iştirakçılarına Azərbaycanda rastlaşdığı dözümlülük mühitinin dünyada unikal modellərdən biri olduğunu vurğulayaraq Heydər Əliyev Fonduna bu nəcib təşəbbüsə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Sərgidə Fransanın dövlət və hökumət rəsmləri, UNESCO-nun baş direktoru, Parisin VII rayonunun meri, senatorlar, deputatlar, tanınmış incəsənət ustaları, fransız ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik korpusun əməkdaşlarından ibarət 500 qonaq iştirak edib.
2013-11-23
2,225
Moskvada yarışan həmyerlimiz növbəti mərhələdə - Foto/Video
Rusiyanın birinci kanalında yayımlanan "Qolos" vokal müsabiqəsində iştirak edən həmyerlimiz Fərid Əsgərov növbəti mərhələyə keçib. Alla Puqaçovanın "Röya kimi məhəbbət" ("Lyubov poxojaya na son") mahnısı ilə çıxış edən Fərid münsifləri heyran qoyub. Dima Bilan da onun ifasına biganə qalmayaraq həmyerlimizi növbəti mərhələyə keçirdib. Məlumat üçün qeyd edək ki, Fərid əvvəlcə Leonid Aqutinin komandasında yer almışdı. O, Yelena Maksimova ilə "Sənin gözlərində" ("İn your eyes") mahnısını ifa edəndə Aqutin sonda Yelena Maksimova ilə yarışmaya davam etmək istədiyini açıqlayıb. Lakin Fərid müsabiqəni tərk etməyib. Çünki yarışmanın qaydalarına uyğun olaraq digər münsif Dima Bilan onu öz komandasına daxil edib.
2013-11-23
2,226
Bakı mağazalarında yararsız ərzaq satılır - Monitorinq
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin müxtəlif yerlərində yerləşən mağazalarda monitorinqlər keçirib. "Axar.az"a bu barədə məlumat İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirilib. Monitorinqlər zamanı Bakının Sabunçu, Nizami rayonlarında, eləcə də Sumqayıt, Tovuz, Yevlax, Xaçmaz, Ağsu, Cəlilabad, Masallı rayonlarında mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı 300 kiloqramdan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Nazirliyin mətbuat xidməti qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəyini söyləyib.
2013-11-23
2,227
Neft kəmərində partlayış 44 can aldı
Çinin Şandun vilayətində partlayan neft kəməri 44 nəfərin ölümünə daha 136 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub. Qeyd edək ki, daha öncə 35 ölü 166 yaralı olduğu xəbər verilmişdi. "Axar.az" xəbər verir ki, partlayış cümə günü yerli vaxtla 10:30-da Sindao şəhərində "Sinopec" neft-kimya korporasiyasının neft kəmərində təmir işləri aparan zaman olub. İlkin məlumata görə, partlayışa səbəb neft sızması olub. Neft 1000 kv/ km əraziyə yayılıb. Qəzalı borudan neft Syaoçjou çayına sızaraq 3000 kv/km ərazini çirkləndirib. Elə həmin günü bütün yanğın mənbələri söndürülüb. Xilasedici işlər davam edir. Məlumat üçün qeyd edək ki, neft kəməri avqust ayından istifadəyə verilmişdi. Onun tikintisinə 210 milyon dollar xərclənib.
2013-11-23
2,228
Kürd dövləti yarandı
Suriyanın şimalında kürd dövləti yaradılıb. "Axar.az"ın "Qolos Rossiyi"yə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə yeni yaradılmış dövlətin nümayəndəsi Xakem Xalo çıxış edib. O bu planın Kürd Demokratik İttifaq Partiyası tərəfindən hazırlandığını bəyan edib. X.Xalo Əl-Kamışlı şəhərində keçirilən görüşlərdən sonra ölkənin yeni parlamentinin də yaradıldığını deyib. Yeni yaradılmış parlamentin tərkibində 61 millət vəkilinin yer aldığını söyləyib. Onların ərəb, kürd, çeçen və xristianlardan ibarət olduğunu bildirib. Xakem Xalo yeni yaradılmış dövlətin ərazisində hazırda seçkilərin keçirilməsi üçün qanunvericiliyin hazırlandığını da söyləyib. Kürd agentliyi olan "Fırat news" isə yeni yaradılmış dövlətin Rojave adlandırıldığını bildirib. Qeyd edək ki hələ bir müddət öncə Suriyanın şimalında kürdlər Demokratik İttifaq Partiyasının bayrağını qaldırmışdılar.
2013-11-23
2,229
Soçidə medal qazananlara pul mükafatı kəsildi
Rusiyanın Baş naziri Dmitri Medvedev Soçidə keçirilən Qış Olimpiya Oyunlarında qızıl medalçılara 4 milyon rubl (121 min) veriləcəyi haqda sərəncam imzalayıb. Sənəddə deyilir: "2014-cü il Soçidə keçirilən XXII Qış Olimpiya Oyunları və XI Qış Parolimpiya Oyunlarındaki nəticələrinə görə rus idmançılara aşağıdakı pul mükafatı təyin edilsin: qızıl medal - 4 miyon rubl (121) gümüş medal – 2,5 milyon rubl (76 min dollar) bürünc medal- 1,7 milyon rubl (52 min dollar) Sənəddə qeyd edilir ki, məşqçi və idman yığması mütəxəssislərinin mükafat məbləği İdman və Maliyyə Nazirliyinin təsdiqi ilə müəyyən olunacaq.
2013-11-23
2,230
MTN əməliyyat keçirdi: terrorçular həbs edildi
Qrupun iki üzvü həbs olunub, onlardan xeyli silah-sursat götürülüb Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan vətəndaşları Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu şübhəli şəxs qismində tutulublar. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3 (terrorçuluq, yəni odlu silahdan, silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətməyə hazırlıq) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb. Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Məlumatda bildirilir ki, 2013-cü ilin oktyabr ayında İnternetdə "feysbuk" sosial şəbəkəsində "Enekin Skayvoker" adı ilə qeydiyyatdan keçmiş istifadəçi səhifəsində hazırda Qusar rayonunda olan "Əmir Fərman Çətin"in "Şeyx Mirzahmad al-Qusari"dən Azərbaycanda şiələrə qarşı "cihad" etmək barədə fətva aldığına dair bəyanat yerləşdirilib. Bundan başqa, "Enekin Skayvoker" profilində əlində soyuq silah qismində olan bıçaq tutmuş Fərman Çətinin və Şeyx Mirzahmad Əl-Qusarinin birlikdə fotoşəkli də yayımlanıb. Həmin fotoşəklin altında isə Azərbaycanda dini nifrət və ayrı-seçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə İslam dininin şiə təriqətinə mənsub olanlara qarşı "cihad etmək haqda fətva", təhqir və hədə dolu digər ifadələrlə yanaşı, Bakıda fəaliyyət göstərən "Məşədi Dadaş" məscidinin axundu Həsənov Şahin Hüseyn oğlunun qətlə yetirilməsi barədə çağırışlar əksini tapıb. Həyata keçirilmiş antiterror tədbirləri nəticəsində özünü "Fərman Çətin" kimi qələmə verən şəxsin - Nəriman Mirzəyev, "Şeyx Mirzahmad Əl-Qusari"nin isə Mirzəhməd Rüstəmov olduqları müəyyən edilib. Məlum olub ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə şiə təriqətinə mənsub şəxslərin həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdirinlər. Onlar şiə təriqətinə mənsub şəxslərin kütləvi toplaşdığı məkanlardan biri olan - Bakı şəhəri, Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılması üçün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq-mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra, öz ətraflarında həmfikir toplamaq üçün Nəriman Mirzəyev İnternetdə "facebook" sosial şəbəkəsində şiə təriqətinə mənsub şəxslərə qarşı "cihada başlamaq", o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırdıqları cinayəti başa çatdıra bilməyiblər. MTN-in keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri ilə Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov yaxalanıblar. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş baxış nəticəsində Nəriman Mirzəyevin üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd "Makarov MP 371" siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, yaşadığı mənzildən 1 ədəd "Kalaşnikov" avtomat silahı, həmin silah üçün 1 daraq, 14 patron, 3 "F-1" tipli əl qumbarası və onlara aid 3 alışdırıcı, Mirzəhməd Rüstəmovun üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd "Makarov MP 371" siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, onun mənzilindən 2 "F-1" tipli əl qumbarası və onlara aid 2 alışdırıcısı aşkar olunaraq götürülüb. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, əməliyyatı əks etdirən video-çəkiliş bu gün telekanallarda nümayiş etdiriləcək.
2013-11-23
2,231
Müxbirimizi nədən doğramaq istədilər? – Dənizdən reportaj
Onların da çörəkləri sudan çıxır. Sözün həqiqi mənasında belədir. Söhbət zamanı nədən danışırlar danışsınlar, mövzu nə olursa-olsun, axırı gəlib suya, balığa çıxacaq. Aşıq gördüyün çağırar, məsəli necə də yerindədir. Yayın qızmar istisi, payızın çiskinli-yağışlı günləri, qışın soyuğu-sazağı onları heç qorxutmaz. Maraqlı müsahibdirlər. Əlbəttə ki, söhbət balıqçılardan gedir. O balıqçılardan ki, onları Xəzərin sahil boyu hər yerində görmək mümkündür. Bu yazımda həm onlardan, həm də sözün həqiqi mənasında balıqçılıqla məşğul olan, oliqarxlara güvənən, əllərində balıq ovuna icazələri olsa da, əslində brokonyerliklə məşğul olanlardan bəhs edəcəm. Bu dağı aş o üzə, görəcəksən ki… Şıxov qəsəbəsi ərazisində dənizin sahilindəki xırda qayalıqlarda düzülmüş balıqçılarla söhbət edirəm. "Bizimki balıq ovu deyil, biz eləcə baş qatırıq. Qarmaqla nə qədər balıq tutmaq olar ki?". Əksəriyyəti belə deyir. Bu dağı aş o üzə, görəcəksən balıqçı gəmilərini, gəlib zavodda "gizləniblər", ov onlarınkıdır. Əslən Laçından olan Ata Behbudovla söhbət edirəm. Bir vaxtlar "Aktau" gəmisində çalışmışıq. Mənim bosmanım olub. Həyatının yarıdan çoxu dənizdə keçən Ata kişi: - Bilirsən də, dənizçiyəm. Bosman işləmişəm. İndi həm təqaüddəyəm, həm də zavodda təmirdə dayanan gəmilərdən birində matros kimi növbə çəkirəm. Gəmidən düşəndə vaxtımın çoxunu balıq tutmaqla keçirirəm,- deyir. - Oğlum Vaqif də dənizçidir. Gəmi kapitanı olacaq. Hələlik kapitanın böyük köməkçisidir. Gəmidə işləyəsən, günün-güzaranın dənizdə keçə, balıqçılıqla məşğul olmayasan, bu inandırıcı deyil. Sən ki məni tanıyırsan, neçə illər kapitanım olubsan. Birgə macəralarımız çox olub. Dişimin dibini dəyişməyə çatır - Yorulmamısan? Bəlkə nəvələrnən vaxtını keçirəsən? - Nəvələrin məndən başqa da babası var. Amma məni daha çox istəyirlər. Niyə? Çünkü onlara diri balıq aparıram, dənizə gəzməyə gətirirəm. Yorulmağa gələndə isə, mən burda yorğunluğumu unuduram. Ürəyimdən əməliyyat olundum. İndi yaxşıyam. İnan, mənim qanımdan da yosun iyi gəlir. Həkim dedi ye. Dedi, səni əməliyyat edəndə burnuma fərqli qoxu gəldi, dərman iyini yox elədi. Həm də dolanışığıma kömək edir balıqçılıq. Qonşulara, yaxın qohumlara satıram. Ucuz-zad vermirəm. Elə bazar qiymətinə. Papirosumun, arağımın, cavanlıqdakı günahlarımla qoca vaxtı dişimin dibini dəyişməyə çatır. - Ay Ata, bəs demirsən, arvad bildi, səni bu yaşında bihörmət elədi? - Arvadda arvadlıq qoymuşam ki qala, çoxdan istifadəsi bitmiş invertar kimidir. Qarıynan ancaq ötənləri paylaşırıq. Dostam arvadımla, inan, komandir, bu yaşımda ondan həya eləyirəm, işığı söndürməmiş əynimi dəyişmirəm yanında… Əvvəl adam tuturdum, indi də balıq tuturam - Mən polisin milis olan vaxtının adamıyam. Polis kimi az işlədim. Pensiyadayam. Vaxtım çox olur. Allah başına daş salsın, bir dustağım vardı. Tez-tez tuturdum onu, oğurluq-zad eləyirdi. "Uçastkovı" işləyirdim də... İnan ki, onsuz darıxırdım. Tuturdum, tənbeh edib, özüm də buraxırdım. 2-3 dəfə oturmuşdu. Yazığım gəlirdi də. Axırda tanışlıqla onu yaxşı bir yerə qarovulçu düzəltdim. İnan əliəyri adam ona bu qədər malın etibar edilməsindən xoflandı, başlardı pis əməlindən əl çəkməyə. Dost olduq. Balıqçılığa da məni o öyrətdi. Özü öldü getdi, umurunu mənə verdi. Mənim işim elə tutmaq olub da... Əvvəl adam tuturdum, indi də balıq.– Bu sözləri isə Tapdıq kişi deyir. Keçmiş milis-polis. Tı ne mojeş pit Kənardakı qayalıqda iki nəfər dalaşır. Məlum olur ki, dava-dalaş "raçki" üstündədir. Arıq üzü tüklü kişi: - Ala Vityuxa, keçən dəfə çaxırımı götürüb aradan çıxıbsan, indi də "raçki"lərimi "xəkizdəyirsən". Adam kişi olar, alə... Vitya çaxırın əvəzinə 5 dənə şamayka balığını onun səbətinə qoyduğunu deyir və özünü bu əməlinə görə oğru saymır. - Tı ne mojeş pit, adımızı batırısan, pis elədim? İçib avtobusda leş iyi verəcəkdin. Aparıb özüm içdim, sənə də balıq verdim ki, evinə aparasan... - Bunlar hər gün belədir, səhərdən-axşama bir-birlərini qapırlar,- başqa balıqçı belə deyir. Səni doğrayıb dənizə ataram Gəmi təmiri zavodunun cənub hövzəsində təmirdə dayanan gəmilərin yaxınlığında balaca buxtada onlarla gəmi dayanıb. Gəmilərdən birinə yaxınlaşıram. Körpüdə dayanıb seyr edirəm. Şıdırğı balıq alveri gedir. Bir neçə sual verirəm. Həvəslə cavab verirlər. Məlum olur ki, bu aralar havalar ürəkaçan olmadığına görə ovları da ürəkaçan deyil. Balıqçı gəmilərinin hamısı köhnə gəmilərdi. İstismar müddəti çoxdan başa çatmış bu gəmilərin əksəriyyəti hansısa oliqarxa, yaxud oliqarxlaşmış iş adamlarına məxsusdur. Əslində, belə gəmilərin açıq dənizə çıxması çox qorxuludur. Amma kapitanları köhnənin təcrübəli dənizçiləri olduğundan səfərləri uğurlu olur. Baxmayaraq ki, müasir texniki avadanlıqlar bir yana, çoxunda heç köhnədənqalma xilasedici qurğular və avadanlıqlar yoxdur. Suallarım cavan bir oğlanı bezdirir deyəsən: - Day-day, işin–gücün yoxdur? Mane olma. İşimin elə sual vermək olduğunu deyirəm. Cibimdən fotokameranı çıxarıb gəminin şəklini çəkmək istəyirəm. - Məzələnirsən biznən, sən bilmirsən axırı pis olar, şəklimizi çəkib, işverənlik edəcəksən? Söz davamız qızışır, cavan oğlan göyərtədəki iri bıçağı götürüb cəld körpüyə adlayır. Onu tuturlar. - Səni doğrayıb dənizə ataram, qanını bağlayaram. Mənim də dənizçi damarım tutub, əynimdən gödəkcəmi çıxarmışam, döyüşə hazır vəziyyətdəyəm. Bizim donanmanın yaxınlığında olan matroslar səs-küyə axışır. Az qala balıqçılarla dava yaşanacaq. Matroslardan biri: - Komandir, bəri gəl, bunların arxasında bilmirsən kimlər durub? Söz-söhbət səngiyir. Yaşlı balıqçılardan biri mənim boynumu qucaqlayır: - Sən də düz eləmədin də, özü də neçə illərin kapitanısan, günün dənizdə keçib, şəkil çəkmək nədir? Gəmilərdən birinə gedirik. Artıq dənizçilər çay dəmləyib, balıq qızardıblar. - İçkimiz yoxdur, əvvəlki vaxtlar deyil, içəri içki keçirtmək olmur,- vaxtıyla matrosum olmuş Yaşar adlı dənizçi deyir. - Heç lazım da deyil,- deyirəm. *** ...Bir-neçə saat sonra isə sizin oxuduğunuz bu olayı artıq yazmağa başlamışdım.
2013-11-23
2,232
Pensiya ümidinə qalan qocalar - Reportaj
Qiymətlərin qalxacağı haqqında söz-söhbətlər istər-istəməz pensiya ilə dolanan və ailə saxlayan qocaları göz önünə sərir: onların halı necə olacaq? Ümumiyyətlə, pensiyalar illərin yorğunluğunu ahılların canından çıxara bilirmi? Məkan axtarırıq, qocaların "gününü öldürmək üçün" getdiyi parklardan birinə üz tuturuq. Dram Teatrının qarşısında yerləşən parkda yaşlıların oturduğu oturacaqlara yaxınlaşırıq. Bizi görən kimi ayağa qalxırlar. Jurnalist olduğumuzu o dəqiqə anlayırlar. 20-30 nəfər başımıza toplaşıb yaşayışlarından həvəslə danışmağa başlayır. Dövlət xəstəxanaları da pul alır 80 yaşlı Əli Əsədullayev 190 manat təqaüd alır. Deyir ki, bu pulla dolanmaq çox çətindir: - Nəvələrim və qızım var, güclə yaşayırıq. Qızım xəstələnmişdi, dövlət xəstəxanasında müayinə üçün pul istədilər. Halbuki dövlət xəstəxanalarında müalicə pulsuz olmalıdır. Dilənçilik edib o pulu topladım. Deputatlar 190 manatla yaşaya bilərmi? - Milli Məclisdəkilərə baxın. Deputatlar özlərini bir dəfə mənim yerimə qoysunlar, görsünlər hələ 190 manatla yaşaya bilərlər? Nəinki bir ay, heç bir həftə də yaşaya bilməzlər. Biz evdə ancaq kartof yeyə bilirik, bir də şükürlər olsun ki, hər gün çörək alıb uşaqların qarnını doydura bilirəm. Nəvəm məndən ət istəyir, pensiyanı qaldırsaydılar, ara-sıra ət alardım, amma pensiya qalxmağa macal tapmamış qiymətlər kəllə-çarxa çıxır. Oğlumla ölçüm birdir, onun paltarlarını geyinirəm... Müharibə əlili Məhəmməd Abbasov 169 manat pensiya aldığını deyir: - Kommunal xərcləri ödəyə bilmirəm. Qışda soyuqdan donuram. Paltarla yatıb-dururam. Yaxşı ki, uşaqlar var, oğlumla ölçüm birdir, onun paltarlarını geyinirəm. Deyirlər, hələ acından heç kim ölməyib. Vallah ölsək, bundan yaxşıdır, sürünə-sürünə yaşayırıq. Qarnımızı doydura bilmirik, nə istirahət? - Burdan-bura Mərdəkana dincəlməyə gedə bilmirik. Bir adam balası kimi qarnımızı doyuzdura bilmirik, harasa gedib istirahət eləməkdən danışmaq hara, biz hara! Bu söhbətdən sonra qiymətlərin qalxacağı barədə nəsə soruşmağa lüzum görmürük: bəlkə də olmayacaq bahalaşmaya görə qocaları niyə dübarə narahat edək?
2013-11-23
2,233
Anasının sevgilisini öldürən oğlana 9 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 16 yaşlı Aydın Orucovun məhkəmə prosesini başa çatıb. Məhkəmənin hökmü ilə anasının xanəndə sevgilisini öldürməkdə təqsirləndirilən yeniyetmə 9 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın xəbərinə görə, ağır cinayət hadisəsi 2013-cü il iyulun 12-də Nəsimi rayonu, Salamzadə küçəsi, 34 ünvanda baş verib. Həmin ünvanda sənətçi Samir Mustafayev öldürülüb. Qətli törədən yeniyetmə Samiri oğru zənn edərək qətlə yetirib. Mərhumun mobil telefonundakı "SMS" oxunandan sonra məlum olub ki, Samir gecə evə oğru kimi yox, yaxın münasibətdə olduğu qadının yanına gəlibmiş. Hadisə baş verən gecə ikinci mərtəbədə olan Aydın Orucov birinci mərtəbədən səs eşidərək, aşağı düşüb. Birinci mərtəbədə anası yatan otağa çatanda Samirlə üz-üzə gəlib.Onu oğru zənn edərək, bıçaqla iki dəfə vurub. Xanəndə evdən qaçsa da, Aydın onu təqib edib. Samiri "Papanin" körpüsünün altında tutub və bıçaqla daha bir zərbə vuruib və hadisə yerindən uzaqlaşıb. Orta məktəbin 11-ci sinif şagirdi olan Aydın ifadəsində Samiri evlərinə məhz oğurluğa girməsinə görə vurduğunu deyib. Məlum olub ki, Samirin telefonunda son "SMS" Aydının anası tərəfindən yazılmış "Qapı açıq olacaq, girərsən içəri" olub. Bu "SMS"-dən sonra Samirin Aydıngilin evinə hansı məqsədlə getməsi aydınlaşıb.
2013-11-23
2,234
General Fəxri Xiyabanda dəfn olundu - Yenilənib
Ötən gün iş otağnda dünyasını dəyişən Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Üzrə Baş İdarənin rəisi general-mayor Məhəmməd Abbasquliyev II Fəxri Xiyabanda dəfn olunacaq. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mərhum bu gün saat 11:00-da 2-ci Fəxri Xiyabanda torpağa tapşırılacaq. *** Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) qurumun rəis müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyevlə vida mərasimi keçirilib. "Axar.az" "AzNews.az"a istinadla xəbər verir ki, mərasimdə generalın yaxınları, Silahlı Qüvvələrin yüksək rütbəli zabit heyəti, hərbçi yoldaşları, Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri iştirak edib. Mərasimdə bildirilib ki, general-mayor Məhəmməd Abbasquliyev tutduğu vəzifələrdən asılı olmayaraq, özünü daim səriştəli və bacarıqlı hərbçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcrübəli komandir kimi tanıdıb. Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında, DSX-ində aparılan islahatların həyata keçirilməsində, şəxsi heyətin Milli dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olub. General II Fəxri Xiyabanda dəfn olunub. Xatırladaq ki, general-mayor Məhəmməd Abbasqulu oğlu Abbasquliyev ötən gün – noyabrın 22-də 48 yaşında vəfat edib. M. Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kəlboruc Dizə kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet Ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001-2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə M. Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib. M.Abbasquliyev xidməti dövründə əldə etdiyi nailiyyətlərə görə, "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlər, Azərbaycanın və xarici dövlətlərin 12 medalı ilə təltif edilib. Allah rəhmət eləsin!
2013-11-23
2,235
İranda növbəti zəlzələ: ziyanlar araşdırılır
İranın İlam əyalətində ötən gecə iki güclü zəlzələ baş verib. Bu barədə İRNA agentliyi məlumat verib. Yerli vaxtla 22:00-da olan birinci təkan Rixter cədvəli üzrə 5,4, ikinci təkanlar 5,6 bal gücündə olub. İlam əyalətinin bir neçə şəhərində, o cümlədən İvan və Çavar şəhərlərində əhali gecəni küçələrdə qalıb. Baş vermiş zəlzələdən sonra indiyədək həmin bölgədə daha 34 dəfə yeraltı təkanlar qeydə alınıb. İlam əyalətinin dağ kəndlərinə zəlzələ nəticəsində dəymiş ziyanı araşdırmaq məqsədilə xilasedici qüvvələr və mütəxəssislər göndərilib. Bu gün İlam əyalətinin bəzi şəhərlərində orta məktəblərdə tətil elan olunub. Qeyd edək ki, ötən gün də İranın Kirmanşah əyalətinin Qəsr-e Şirin şəhərində Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş vermişdi.
2013-11-23
2,236
Ustad rəqqas: Gəlin maşınını pilləkənlərin üstünə sürmüşdülər
Ona özü haqda danışmaq çətin gəlir. Deyir ki, mənim haqqımda həmişə başqaları danışıb. Bir vaxt dillərdən düşmürdü. Həyatı boyu rəqslə məşğul olub. Rəqsi ilk dəfə atasından öyrənib. Deyir ki, atam toylarda məni önə çəkirdi, sonra bağçada fəallığım özünü göstərdi: "Hələ uşaq yaşlarımda vedrəni nağara əvəzi əlimə götürüb ifa edirdim, eyni zamanda da rəqs edirdim". Beləliklə, müsahibimiz Rəqqas Kamildir. Rəşid Behbudov gəldi, özüylə yenilik gətirdi - İlk fəaliyyətinizə kimlərlə başlamısız? - İlk müəllimim Böyükağa müəllim olub, 1951-ci ildən 1955-ci ilə qədər onun tələbəsi olmuşam, onun vaxtında Moskva-Bakı yolunu Zabrat yoluna çevirmişdik. Çox tez-tez Moskvaya gedib-gəlirdik, həmişə də qızıl medalla qayıdırdıq. 1955-ci ildə Varşavadan qayıdanda Rauf Hacıyev orkestr qurmuşdu, bizi də ora dəvət etdi. Çünki Varşavada üçüncü turdan Gürcüləri geridə qoyub birinciliklə vətənə döndük. Beləliklə, Rauf Hacıyevin sayəsində özfəaliyyətdən birbaşa professional səhnəyə keçdik, bizim bir-birindən zəngin qastrol səfərlərimiz başladı. Sonradan Rauf Hacıyev oldu nazir, onun yerinə bədii rəhbər olaraq Rəşid Behbudov gəldi və özüylə yenilik gətirdi, ansamblın görkəmini yaxşı mənada dəyişdi. Beş qardaşın bircə bacısını qaçırmışdım - Rəqs məşqlərinə hansı yaşdan başlamaq şərtdir? - Rəqsdə konkret yaş həddi yoxdur. Sadəcə, uşağı rəqsə qoyanda birinci onun sağ-sol bilməsinə önəm versinlər. Çünki bunu bilmək birinci şərtdir. - Səhnədə "Naz eləmə"nin möhürünü vuran Kamil müəllim sevdiyi xanıma sevgi etirafını necə edib? - Mən sevdiyim xanımı - beş qardaşın bircə bacısını qaçırmışdım. Bir-birmizi sevirdik, zorla qaçırmamışam. 5 qızım, 8 nəvəm, 7 nəticəm var və ailəmlə qürur duyuram. Xanımım 6 il öncə dünyasnı dəyişib, sevdiyin xanımın yoxluğunu, tənha qalmağı Allah heç kimə göstərməsin. O rəqs gəlinin ismətini itirir - Toylardakı rəqslər sizdə nə təəssürat yaradır? - Mənə bir cütlük müraciət edib, müasir rəqsin öyrədilməsini xahiş etdilər, mən də dedim ki, mən müasir rəqs qurmuram, sizə vals təklif edə bilərəm. Müasir rəqs bəy-gəlin rəqsi deyil, gəlin gərək ağır ola, o rəqs isə gəlinin ismətini itirir. Bir də gəlin toyda gərək bir dəfə oynasın, ya bəylə, ya da nəslin ağsaqqal-ağbirçəyiylə, indi buna əməl edən kimdir? Gəlin-bəy hər havaya oynayır. Halbuki mən toylarda "Qoçəli"dən başqa heç bir havanı rəqs etmirəm. Mən Kamil Dadaşovam - Bəs öz toyunuzu necə xatırlayırsız? - Toyum "Domsovet"in böyük yemək salonunda olub, gəlin maşınını pilləkənlərin üstünə sürmüşdülər. Toy deyildi, əsl şou idi, müğənnilər də oxuyurdu, rəqslər də ifa olunurdu. - Sonda oxuculara sözünüz nə olardı? - Mən Kamil Dadaşovam, özüm haqda danışmağı heç vaxt sevməmişəm, çünki buna ehtiyac olmayıb, məni sənətim insanlara təqdim edib, tanıdıb. Heç vaxt heç kəsi təkrar edib, oxşamağa çalışmamışam, öz yolum, öz dəsti-xəttim olub. Məni insanlar buna görə sevib, mən də xalqımı sevirəm. Mən Xalq artisti deyiləm, xalqın artistiyəm. Allah xalqımı mənə çox görməsin, uzun ömür, can sağlığıyla, xoş niyyət, əməli salehlik və hər günə şükür etməklə ömrün anlarını gözəl yaşasınlar.
2013-11-23
2,237
Tacikistanın baş naziri 14 il sonra dəyişdi
Tacikistanda yeni hökumət yaratma planları həyata keçirən prezident İmaməli Rəhman köklü dəyişikliklər yolunda daha bir addım atıb. "Axar.az"ın xəbərinə görə, Rəhman 18 ildir müdafiə naziri postunda yer alan Şerali Xeyrullayevdən sonra 14 il baş nazir postunda olan Axıl Akilovu da yeni kabinetə daxil etmədi. Rəhman tərəfindən bu gün imzalanan qərarda Axıl Akilov baş nazirlik vəzifəsindən azad edildi. Tacikistanın yeni baş naziri Soqd əyalətinin keçmiş qubernatoru Kohir Rasulzoda oldu. 1999-cu ildə baş nazirlik vəzifəsinə gətirilən Axıl Akilov prezident Rəhman ilə birlikdə 14 il vəzifədə oldu.
2013-11-23
2,238
ATV kanalı satıldı - 1,1 milyarda
"Çalık Qrup"u uzun müddətdir satmağı planlaşdırdığı ATV kanalını nəhayət ki, satıb. ATV-nin yeni sahibi 3 inşaat şirkəti olub. "Gazeteciler.com" saytı TV8-in ardından ATV-nin də satıldığı xəbərini yayan ilk media orqanı olub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk mediasında yenidən böyük dəyişikliklər olub. TV8 və "Axşam" qəzeti ilə "SkyTürk"ün də içində olduğu "Türkmedia"nın satılmasından sonra bu dəfə də ATV satılıb. ATV-nin yeni sahibləri ATV-nin yeni sahibi Kalyon İnşaat, Kolin və Limak üçlüyünün birgə ortaqlığı olub. "Çalık Qrup"un 1.1 milyard dollara aldığı ATV-Sabah qrupunun ən önəmli markası olan ATV-nin yeni sahibi artıq Kalyon İnşaat-Kolin-Limak ortaqlarıdır. Aerodrom inşaatını alan qrup ATV-nin yeni sahiblərini cümhuriyyət tarixinin ən böyük tenderi olan İstanbuldakı 3-cü aerodrom inşaatından tanıyırıq. 4 şirkətdən ibarət Limak-Cengiz-Mapa-Kalyon-Kolin ortaq qrupu tenderi 22 milyard 152 milyon avro ilə qazanmışdı. Artıq ATV-nin sahibi bu qrupda olan 3 firmadır. Firmaların ortaq xüsusiyyətlərindən biri inşaat sektorunda fəaliyyət göstərmələridir. LİMAK: Ortaqlıqda iştirak edən Limakın təməli 1976-cı ildə atılıb. Daha çox inşaat işləri ilə məşğuldur. KALYON: Kalyon şirkətinin əsasını da 1974-cü ildə qurulan inşaat şirkəti təşkil edir. KOLİN: ATV-nin üç ortağından biri olan Kolin də bir inşaat şirkətidir. Təşkilatın təməli 1977-ci ildə qoyulub.
2013-11-23
2,239
Nazirdən etiraf: "Maaş azdır, baxçalar yoxdur..."
Təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunub. M.Cabbarov etiraf edib ki, respublikada məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4 faiz, kəndlərdə 8,7 faiz, ölkə üzrə isə 16,5 faiz təşkil edir. Nazir son illər bu sahədə müəyyən addımların atılmasına rəğmən, bu sahədə həllini gözləyən problemlərin qaldığını da önə çəkib. - Ölkənin yaşayış məntəqələrinin əksəriyyətində məktəbəqədər təhsil müəssisəsi yoxdur. Dövlət Strategiyasında uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumlarının hazırlanması, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması, məktəbəqədər, eləcə də ümumi təhsil müəssisələrində uşaqlara pulsuz əsaslarla müvafiq xidmətlərin göstərilməsi (dərs və ya təlim vəsaitləri və s.) də strateji hədəflər sırasında yer alıb. 12 illik ümumi təhsili tətbiq edən ölkələrin sayı 170-i ötüb Daha sonra 12 illik təhsilə toxunan nazir bu sistemin artıq dünyanın 170 ölkəsini əhatə etdiyini bildirib. - Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14 ildir. Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 illik ümumi təhsil tətbiq olunur. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Ümumiyyətlə, hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələr dünya üzrə çoxluq təşkil edir. Nazir 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar ölkəmizdə 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinin tətbiq olunacağını deyib. "Bu modelə mərhələli şəkildə keçmək planlaşdırılır". Müəllimlərin əməkhaqqının 2 dəfəyədək artacaq Mikayıl Cabbarovun müsahibədə ən önəmli aşıqlamalarından biri də müəllimlərin maaşının artırılmasıdır. Nazir bildirir ki, təhsil xərclərini Ümumi Daxili Məhsulun 5-6 faizinə çatdırmaqla, müəllimlərin əməkhaqqını 2 dəfəyədək qaldırmaq nəzərdə tutulur: - Bu gün müəllimlərimizi əməkhaqqının artırılması məsələsi çox maraqlandırır və bu barədə tez-tez müraciətlər olunur. Dövlət Strategiyasında bu məsələ də öz əksini tapmışdır. Belə ki, strategiyada müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətən mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə tutulmuşdur. Bununla bağlı daha dəqiq meyarlar fəaliyyət planında öz əksini tapacaqdır.
2013-11-23
2,240
Ukrayna polisi aksiyanı dağıda bilmədi - Video
Ukrayna polisi gecə "Maydan"dakı aksiya iştirakçılarına müdaxilə etmək istəsə də, heç bir nəticə əldə edə bilməyib. "Axar.az"ın "liga.net" saytına istinadən verdiyi məlumata görə, bu gün ölkədə aksiyaların miqyasının daha da genişlənəcəyi gözlənilir. Sayt səhər saat 06:00-da "Maydan"da təxminən 100 nəfərə qədər adam qaldığını bildirib. Həftənin istirahət günləri olduğu üçün bu gün aksiyaya minlərlə insanın qoşulacağı proqnozlaşdırılır. Müxalifət insanların sayının 50-60 min arasında olduğunu deyib. Qeyd edək ki, "Axar.az" olaraq bu mitinqi gecə saatlarında canlı olaraq oxuculara təqdim etmişdik. Polisin aksiyanı dağıtmaq istədiyini əks etdirən kadrları təqdim edirik:
2013-11-23
2,241
Nazirliyin şöbə rəisi dünyasını dəyişdi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lerik rayon Qeydiyyat Şöbəsinin rəisi Elşad Xanoğlan oğlu Ağayev dünyasını dəyişib. Lerik rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Elşad Ağayev noyabrın 21-də 57 yaşında vəfat edib ("Azvision.az")
2013-11-23
2,242
Məscidlərə kilid vuruldu - İraqda
İraqda dini şəxslərə qarşı edilən hücumlara etiraz olaraq məscidlər kilidləndi. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqda sünnilərə aid ən böyük birlik kimi qəbul edilən "İraq Fiqh Birliyi" dövlət tərəfindən yeni açıqlama verilənə qədər məscidləri bağlı saxlayacaqlarını söyləyib. Açıqlamada Bağdad İmam və Natiq Birliyi üzvlərindən Qasım əl-Məşədaninin 3 gün öncə öldürüldüyü xatırladılaraq, bu hadisədə Maliki hökumətini günahlandırılır. Xatırladaq ki, İraqın Əl-Ənbar, Səlahəddin, Kərkük, Mosul və Bağdad şəhərlərində Maliki hökumətinin yürütdüyü siyasətə qarşı etirazlar 6 aydır davam edir. Etirazçılar həbsxanalardakı sünni məhbuslara qarşı edilən təzyiqlərin dayandırılmasını tələb edir. Maliki hökuməti isə etirazçıları ölkəni ayrı-seçkilik yaratmaqda ittiham edir.
2013-11-23
2,243
Ermənilər rus hərbinə sığındıqlarını etiraf etdilər
Rusiya Erebuni aeroportuna görə Ermənistana pul ödəməyəcək. "Axar.az"ın "Aysor.am"a istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi David Tanoyan çıxış edib. O, maliyyə məsələsi haqqında ümumiyyətlə heç bir söhbətin müzakirə edilmədiyini söyləyib: "Rusiya hərbi və aviabazalarına görə heç bir maliyyə ödəmir. Əvəzində təhlükəsizliyimizi qoruyur və məncə bu, maliyyədən daha artıqdır". David Tanoyan İrəvandakı hava limanında nə qədər vertolyotun yerləşəcəyini də deyib. O, aeroportda Rusiyanın 18 hərbi vertolyotunun olacağını bildirib.
2013-11-23
2,244
Latviyada ölənlərin sayı 52-ə çatdı - Yeniləndi
Latviyanın paytaxtı Riqada "Maxima" ticarət mərkəzinin çökməsi nəticəsində ölənlərin sayı 51-ə çatıb. "Axar.az"ın xəbərinə görə, iki gün əvvəl baş verən hadisəylə bağlı axtarışları davam etdirən xilasedici dəstələr Zolitudidə "Maxima" ticarət mərkəzində damın uçması nəticəsində dağıntılar altından daha 4 cəsədin çıxarılmasıyla ölənlərin sayı 52-ə yüksəlib. Polis ölənlər arasında 3 xilasedicinin də olduğunu bildirib. Qəzadan sonra bir araya gələn nazirlər kabineti ölkədə 3 günlük matəm elan edib. Xatırladaq ki, bu, müstəqilliyini elan etməsindən bu yana Latviyada baş verən ən böyük faciə hesab edilir.
2013-11-23
2,245
Xəstəxanaya aparılarkən öldü – Yol terroru
"Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, noyabrın 22-də saat 00.10-da Yasamal rayonu İnşaatçılar prospektində Bakı şəhər sakini Nihad Maqsudov idarə etdiyi "Toyota-Prado" markalı avtomaşınla yolu keçən Elmira Hüseynovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
2014-01-17
2,246
Əzrayılla çilingağac oynayan Bakı fəhlələri - Fotoreportaj/Yeniləndi
2013-11-23 12:42 Onların hər anı ölümdür *** 2013-01-17 17:14 Dünən Azərbaycan Texniki Universitetində tikintidə ölüm hadisəsi baş verib. "Axar.az" olaraq hələ 23 noyabr 2013-cü ildə bu təhlükəni sezərək "Əzrayılla çilingağac oynayan Bakı fəhlələri" adlı fotoreportaj təqdim etmişdik. Həmin fotoreportaj Azərbaycan Texniki Universitetindəki təmir-tikintidən hazırlanmışdı. Təəssüf ki, narahatlığımız özünü doğrultdu. Belə bir hadisənin baş verməsi təhlükəsi ilə bağlı xəbərdarlıq səsimiz təəssüf ki, eşidilmədi. Həmin fotoreportajı bir daha təqdim edir və fəhlələrimizi bir daha ehtiyatlı olmağa səsləyirik.
2013-11-23
2,247
Bakıda iki sutenyor həbs edildi
Bakı şəhər sakinləri Kamran Əsgərov və Şükür Abdullayev qadınları fahişəliyə cəlb etdikləri üçün polis tərəfindən saxlanılıb. "Axar.az"ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Kamran Əsgərov və Şükür Abdullayev gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiklərinə görə saxlanılıb.
2013-11-23
2,248
"Səbət”də yoxlama: Rəhbər həbs olundu
"Azeri Retail" MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, "Azeri Retail" MMC-nin "Səbət" marketlər şəbəkəsində yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin "Səbət" marketlər şəbəkəsinin müdiri vəzifəsində işləmiş Seymur Məmmədov və Rac Heydərovun həmin vəzifədə işlədikləri müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə maddi məsuliyyətlərinə verilmiş malların satışından əldə edilən 102.973 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
2013-11-23
2,249
"I Avropa Oyunları"nın loqosunun təqdimatı keçirilib
Bu gün "Baku – 2015 Avropa oyunları"nın loqosunun təqdimat mərasimi keçirilib. "Axar.az"ın Trendə istinadən xəbərinə görə, Romadan tədbirə videokörpü ilə qatılan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarının Bakıda keçirilməsindən qürur hissi keçirir və tədbirin yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək. Loqonun dizayneri Azərbaycandan olan Adəm Yunisov seçilib. Qeyd edək ki, təqdimat mərasimi Bakı, Madrid və Romada eyni vaxtda keçirilib. Bakıda keçiriləcək bu yarış "I Avropa oyunları" kimi tarixə düşəcək.
2013-11-23
2,250
Bolqarıstan “Eurovision-2014”dən imtina etdi
Layihənin maliyyələşməsində çətinliklər olduğu üçün Bolqarıstan Danimarkada keçiriləcək "Eurovision-2014" müsabiqəsində iştirak etməyəcək. "BNT" telekanalı büdcənin azalması ucbatından yarışda iştirak edə bilməyəcəklərini bildirib. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə eyni səbəblərdən Serbiya da yarışda iştirakdan imtina edib. Daha öncə Çexiya, Slovakiya, Kipr, Xorvatiya və bəzi digər ölkələr maliyyə məsələlərinə görə iştirak etməyəcəklərini bildirmişdirlər.
2013-11-23
2,251
Ukraynada həbs edilən qatil azərbaycanlı kimdir?
Ukraynada Milli Rabitə Akademiyasının 3-cü kurs tələbəsi olan Azərbaycan vətəndaşının qətl törətməkdə şübhəli bilinərək həbs edildiyi xəbəri təsdiqlənib. Adı açıqlanmayan həmyerlimiz Dvoryanski küçəsində 26 yaşlı şəxsi bıçaqla öldürməkdə şübhəli bilinir. Hadisə barədə polisə təcili tibbi yardımdan xəbər veriblər. Onlar xəsarət alan şəxsdə kəsici və deşici xəsarətlərin olduğunu bildiriblər. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, səhər saat 5 radələrində 2 nəfər tələbə yataqxanasının yanından keçərkən onlardan birinin mobil telefonu zəng çalıb. Bu vaxt telefon sahibi zəng edəni eşitmədiyindən söyüş söyməyə başlayıb. Həmin vaxt diskotekadan gələn tələbələr yataqxananın qarşında yığışıb söhbət edirlərmiş. Naməlum şəxsin telefonla söyüşlə danışmasını özünə təhqir kimi qəbul edən isə bizim həmyerlimiz olub. Onlara irad bildirdikdən sonra tərəflər arasında mübahisə başlayıb və həmyerlimiz 26 yaşlı şəxsə bıçaqla zərbə endirib. Təqsirləndirilən şəxs artıq həbs olunub və onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Ukrayna qanunvericiliyinə görə, 26 yaşlı həmyerlimizi 7 ildən 15 ilə qədər ciddi cəza gözləyir (APA). Xatırladaq ki, bu qətl hadisəsi ilə bağlı məlumatı "Axar.az" olaraq Ukraynadakı mənbələrimizə istinadla yaymışdıq. Təkrar edək ki, hadisə Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfər etdiyi gün baş vermişdi və bu faktdan sui-istifadə edərək, milli hissləri qızışdırmağa çalışan və bir müddət əvvəl Kiyev, Odessa və Xarkovda peyda olan skinhedlərin qarşısını almaq üçün Ukrayna hakimiyyətinin xüsusi təyinatlı polis qüvvələrindən istifadə etdiyi bildirilirdi. Qətli törədən şəxs isə Yevlax şəhərində anadan olan Məhəmməd Allahverdiyev adlı tələbədir, o, qiyabi təhsil alır. Hazırda şübhəli şəxs qismində saxlanılan M.Allahverdiyev barəsində cinayət işi həmin gün qaldırılmışdı və bu barədə də "Axar.az" olaraq Dövlət Diaspor Komitəsinin təkzibi zamanı yazmaq məcburiyyətində qalmışdıq.
2013-11-23
2,252
Dünən Azərbaycanda 60 cinayət baş verib
Dünən Azərbaycanda gün ərzində Daxili İşlər Nazirliyi tərəfindən 60 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, bu barədə açıqlama DİN-dən verilib. Qeydə alınan cinayət faktlarından 27-si "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə isə 30 nəfər tutulub.
2013-11-23
2,253
Yüksək maaş alanlara BƏD XƏBƏR
2014-cü ilin büdcə layihəsinə görə, deyəsən, sürprizlər çox olacaq. Kommunal xidmətlərin və yanacağın qiymətində bahalaşma ilə yanaşı, vergi dərəcələri də artırıla bilər. "Azad İqtisadiyyata Yardım" İctimai Birliyinin sədri Zöhrab İsmayıl "Bizim Yol"a bildirdi ki, gələn ilin büdcə zərfində fiziki şəxslərin gəlir vergisinin yuxarı həddi də artırılacaq. Yəni yüksək maaş alan işçilərdən daha çox vergi tutulacaq: "Hazırda aylıq gəlirlər 2500 manatadək olarsa 14 faiz, 2500 manatdan çox olarsa 25 faiz həcmində vergiyə cəlb edilir. İndi çox güman ki, ikinci pillədə vergi dərəcəsi artırılacaq. Gələn il bütün vətəndaşları gözləyən sürpriz yanacağın və kommunal xidmətlərin bahalaşması olacaqsa, yüksək maaş alanları isə gözləyən ikinci bir sürpriz daha çox vergiyə cəlb edilmələrdir. Bir neçə il öncə də yüksək idi. Sonra da həmin həddi aşağı saldılar". Z.İsmayıl əlavə etdi ki, burada məqsəd neft gəlirlərinin azalmasını yüksək əməkhaqqı alanlardan çox vergi cəlb etməklə, habelə kommunal xidmətlərini artırmaqla kompensasiya etməkdir: "Hasilatın Pay Bölgüsü sazişi üzrə çalışanlar yüksək maaş alırlar. Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi 18 faizə yaxın azaldılıb, neft hasilatı aşağı düşüb, büdcədə rekord həddə kəsir var. Hökumət bunu müxtəlif yollarla kompensasiya etməyə çalışacaq". Bu arada, Azərbaycanda yüksək əməkhaqqı alanların sayı maraq kəsb edir. 2012-ci il üzrə ayı tam işləmiş işçilələrə hesablanmış əməkhaqqının ölçülərinə görə bölgüsünə nəzər yetirək: 93 manat 50 qəpiyədək (2013-cü ildə bu rəqəm 105 manat olub) əməkhaqqı alanlar 1,7 faiz 93 manat 50 qəpik-200 manat alanlar 50,1 faiz 201-400 manat alanlar 25,7 faiz 401-600 manat alanlar 11,2 faiz 601-800 manat alanlar 6,3 faiz 801-1000 manat məvacib olanlar 2,2 faiz 1001-1700 manat məvacib sahiblərinin sayı 1,5 faiz 1700 manatdan çox alanlar isə 1,3 faiz təşkil edir. Göründüyü kimi, 2500 manatdan yüksək əməkhaqqı alanların sayı heç 1 faiz təşkil etmir. Belə olan halda, hökumət onların məvaciblərindən tutulan vergi yükünü artırmaqla nəyi dəyişə biləcək? Büdcənin vergi daxilolmalarında əhəmiyyətli artımına təsir göstərmək mümkündürmü? Z.İsmayıl bildirdi ki, neft şirkətlərində çalışanlar arasında kifayət qədər yüksək əmək haqqı alanlar var və onlardan tutulan vergi büdcə təşkilatlarından gələn gəlir vergisi səviyyəsindədir: "Gələn ilin büdcəsində, hətta bu daxilolmaların artacağını görür. Əslində, büdcə layihəsində ifadə olunan iki göstərici Azərbaycanda büdcədən maliyyələşən təşkilatların işçilərinin sosial durumunu tam ifadə edir. 2014-cü ildə Hasilatın Pay Bölgüsü sazişləri üzrə təxminən 10 min işçisi olan podratçılar və subpodratçıların əmək haqqı gəlirləri üzrə vergiləri 270 milyon manat, 600 min nəfərdən çox işçisi olan büdcə təşkilatlarının əməkhaqqı üzrə vergiləri 235 milyon manat təşkil edəcək. Bu göstəricilər, xarici neft şirkətlərində çalışanlarla büdcə təşkilatlarında çalışanların maaşlarında dəfələrlə fərq olduğunu göstərir. Təsəvvür edin ki, 2012-ci ildə neft hasilatı sahəsində orta əmək haqqı 1402 manat olduğu halda, məsələn təhsil sektorunda 287,3 manat olub. 2500 manatdan yüksək əmək haqqı alanların sayı az olsa da, aldıqları məvaciblər bundan çox yüksəkdir. Xarici neft şirkətlərində menecerlər var ki, 15-20 min manat əmək haqqı alırlar. Buradakı vergi yükünü artıranda büdcəyə daxilolmalar da artacaq, hətta 50-60 milyon manat büdcə təşkilatlarından gələn gəlir vergisini üstələyəcək. Büdcə təhlilindən görünür ki, vergi dərəcələrinin aşağı həddi qaldırılmayacaq. Çünki bunun büdcə təşkilatlarından vergi daxilolmalarında da hiss etmək olardı. Burada sadəcə olaraq, əməkhaqlarının 10 faiz artımı nəticəsində gəlir vergisinin artması hiss olunur. Ən yüksək artım HPBS üzrə fəaliyyət göstərən podratçı və subpodratçı şirkətlərdə çalışanların gəlir vergisində aydın görünür. Onların maaşı o qədər arta bilməz. Çox güman ki, vergi dərəcəsi qaldırılacaq".
2013-11-23
2,254
Azərbaycanda yol polisi bir nəfəri güllələdi - ŞOK
Noyabrın 22-də Göyçay rayonunda güllələnmə hadisəsi baş verib. Rayon sakini Vüqar İsgəndərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq, Gəncə şəhər sakini Anar Məmmədova ayağından xəsarət yetirib. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vüqar İsgəndərovun yol polisi inspektoru olduğu bildirilir. Göyçay RPŞ-dən V.İsgəndərovun yol polisi inspektoru olduğu təsdiqlənib. RPŞ-dən verilən məlumata görə, V.İsgəndərov hadisədən 2 gün əvvəl raport yazaraq işindən azad olunub. Şöbədən hadisənin təfərrüatını bildirmədilər: "Daha artıq məlumat verə bilmərik. Mümkünsə DİN-in mətbuat xidməti ilə əlaqə saxlayın". Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə AzNews.az-a bildirilib ki, V.İsgəndərov saxlanılıb. Ondan müvafiq sənədləri olan 1 ədəd "İJ-43" markalı ov tüfəngi götürülüb.
2013-11-23
2,255
Azərbaycanın əməkdar artisti saxlanıldı - Yenilənib
"Bu dəqiqələrdə 22-ci polis bölməsinin əməkdaşları "Zirzəmi" kafesində yerləşən "Oda" tetarında axtarış aparır". Bu haqda Oda teatrının yaradıcılarından olan jurnalist Elmin Bədəlov "Axar.az"a açıqlamasında bildirib. Jurnalistin dediyinə görə, 22-ci polis bölməsinin əməkdaşları teatrda axtarışa səbəb kimi qonşuların şikayətini əsas gətiriblər. Xatırladaq ki, bu dəqiqələrdə Elmin Bədəlovla yanaşı, teatrın tamaşalarında rol alan əməkdar artist İlqar Cahangir və gənc fəal Nihad Qulmazdənin sahə müvəkkili tərəfindən izahatları alınır. Məlumatı dəqiqləşdirmək üçün teatrın yerləşdiyi mərkəz ərazini əhatə edən 9, 39 və 22-ci saylı polis bölmələri ilə əlaqə saxladıq. Növbətçi hissələrdən bildirdilər ki, belə şəxslərin saxlanılması və ya izahatı alınması barədə heç bir məlumat yoxdur. 13:59 Hadisəni dəqiqləşdirmək üçün İlqar Cahangirlə əlaqə saxladıq. Əməkdar artist bildirdi ki, artıq hər üç aktyor sərbəst buraxılıb. Aktyor onu da bildirdi ki, bəzi saytlarda yayılan xəbərlər doğru deyil, sizin də yazdığınız kimi, aktyorların izahatları polis bölməsində deyil, "Oda" teatrının yerləşdiyi əraziyə məsul sahə müvəkkilinin otağında alınıb. Teatrın bundan sonrakı fəaliyyəti ilə bağlı isə, aktyor heç bir problemin olmayacağına inanır.
2013-11-23
2,256
Şahmat Olimpiadası: 3 komanda ilə yarışacağıq
2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadasında ölkəmiz turnirin ev sahibi kimi üç komanda ilə təmsil olunacaq. "Axar.az" xəbər verir ki, birinci komandaya Azərbaycanın güclü şahmatçıları, ikinci yığmaya gənclər daxil olacaq. Həmin gənclər arasında birinci komandanın heyətində çıxış edəcək istedadlı şahmatçılar da ola bilər. Azərbaycanın üçüncü yığması qadınlardan ibarət olacaq. Xatırladaq ki, FİDE tərəfindən təşkil edilən 42-ci Şahmat Olimpiadası 2016-cı ilin payızında Azərbaycanın paytaxtında keçiriləcək. FİDE-nin Baş Assambleyası bu barədə qərarı 2012-ci il sentyabrın 8-də qəbul edib.