date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-11-21
2,050
Baş prokuror təyin edildi
Gürcüstanın yeni baş prokuroru təyin edilib. "Axar.az"ın xəbərinə görə, bu vəzifədə Arçil Kbilaşvilini Otar Partsxaladze əvəz edib. Otar Partsxaladze indiyədək Gürcüstan Maliyyə Nazirliyi istintaq xidmətinə rəhbərlik edib. Tbilisi şəhərinin baş prokuroru Maya Macarişvilinin də istefa verdiyi bildirilir.
2013-11-21
2,051
Vəkili İlhamə Quliyevadan imtina etdi
Bu gün Yasamal Rayon Məhkəməsində xalq artisti Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. Maraqlıdır ki, iclasda İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva iştirak etməyib. Onu bu prosesdə başqa bir vəkil təmsil edib. Qeyd edək ki, Şəfiqə Nağıyeva tərəflər arasında keçirilən bundan əvvəlki məhkəmə prosesində də iştirak etməmişdi. Məhkəmədən AzNews.az-a verilən məlumata görə, hazırlıq iclasında məhkəmə baxışının vaxtı dekabrın 19-ə təyin edilib. İ. Quliyevanın vəkili Şəfiqə Nağıyevanın köməkçisi isə AzNews.az bildirib ki, Ş. Nağıyeva bu prosesdə İ. Quliyevanı müdafiə etməyəcək: "Şəfiqə Nağıyevanın icraatında ağır cinayət işləri olduğundan, onun bu iş üzrə məhkəmə prosesinə çıxması vaxt baxımından problem yaradır". Xatırladaq ki, Nazpəri Dostəliyeva İlhamə Quliyevanı "Mən yemirəm, yedizdirirəm" sözlərinə görə məhkəməyə şikayət edib. Nazpəri Dostəliyeva buna görə, İlhamə Quliyevaвфт 100 min manat tələb edir.
2013-11-21
2,052
Zakir Həsənov: “Kadr islahatları davam edəcək”
"Bundan sonra da hərbi xidmətə qayıdanlar olacaq" "Müdafiə Nazirliyində kadr islahatları davam etdiriləcək". "Axar.az"ın xəbərinə görə, bu fikirləri Rusiya paytaxtında səfərdə olan Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Z.Həsənov keçmiş Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin vaxtında istefaya göndərilmiş hərbçilərin yenidən vəzifəyə təyin olunmasına da münasibət bildirib. General bildirib ki, yeni təyinatlar həmin hərbçilərin keçmiş Müdafiə naziri tərəfindən istefaya göndərilmələri ilə əlaqəli deyil: "İstefada olan hərbçinin fiziki cəhətdən orduda xidmət etməyə imkanı varsa, yəni yararlıdırsa və hərbi təcrübəsi imkan verirsə, araşdırmalardan sonra həmin şəxsi ordu sıralarına dəvət edirik. İstefada olan hərbçilərdən bundan sonra da hərbi xidmətə qayıdanları olacaq" ("APA").
2013-11-21
2,053
Pərviz Həşimli aclıq aksiyasına başlayır
Vəkil Elçin Sadıqov bu gün MTN-nin İstintaq Təcridxanasında saxlanılan jurnalist, hüquq müdafiəsiçi Pərviz Həşimli ilə görüşüb. Bu barədə məlumat verən vəkilin sözlərinə görə, P.Həşimlinin səhhəti çox pisdir: "Bildirdi ki, onun belə şəraitdə saxlanılması faktiki olaraq işgəncədir, qeyri-insani və insan ləyaqətini alçaldan rəftardır. Bu üsulla onu həyatdan bezdirmək, özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər. Onun sağlamlığına qəsd edirlər. Həyatına olan təhlükədən qorxduğu üçün yeməkləri də yeyə bilmir. Özünü çox halsız hiss edirdi. Bildirdi ki, sabah istintaq təcridxanasının rəisinə məktub yazıb gələn həftənin birinci günündən aclıq aksiyasına başlayacaq. Tələbi isə ailəsi ilə görüşə icazə verilməsi, insan həyatına təhlükəli olmayan və insan ləyaqətini alçaltmayan şəraitdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına köçürülməsi və müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılması, dövlət orqanlarına və məhkəmələrə özünün yazdığı şikayətlərinin göndərilməsidir". Vəkil qeyd edib ki, bu gün görüşdən çıxandan sonra yazdığı qeydlər alınaraq sürəti çıxarılıb.
2013-11-21
2,054
Prezidentlərin geniş tərkibdə görüşü keçirilib
İlham Əliyev və Aleksandr Lukaşenko arasında təkbətək görüş başa çatıb. "Axar.az"ın xəbərinə görə, daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər.
2013-11-21
2,055
İlahiyyatçı “Allah.az” saytı açır
İlahiyatçı Elşad Miri "Allah.az" adlı sayt açmaq niyyətindədir. Bu məqsədlə o, eyniadlı domeni artıq qeydiyyatdan da keçirib. "Allah.az" adlı saytın yaranması xəbəri çox maraqlı gəldiyindən, Elşad Miri ilə əlaqə saxladıq. İlahiyyatçı "Axar.az"a dedi ki, həqiqətən də belə bir fikri var və bu, sırf islam dini ilə bağlı deyil: "Domenin alınmasının və saytın yaradılmasının əsas məqsədi İncildə, Tövratda, Quranda, Sintuizmdə, Brahmanizmdə, Konfutsionizmdə, Sintoizmdə, Buddizmdə və s. dinlərdə Allahla bağlı yer alan fikirlər haqqında məlumat verməkdir. Məqsədimiz odur ki, insanlar "Allah" sözünün hardan gəldiyini, Allahın adlarının və sifətlərinin hansı olmasını bilsinlər. Bir sözlə, Allahla bağlı maarifləndirici bilgilər yer alacaq. Saytda nəinki hansısa məzhəblə bağlı təbliğat olmayacaq, ümumiyyətlə hansısa dinin təbliğatı olmayacaq. Saytı yaratmaqda məqsədimiz odur ki, insanlarda onları yaradan haqqında, Allahla, Tanrı ilə bağlı təsəvvürləri olsun". Elşad Miri həmçinin qeyd etdi ki, saytla bağlı hazırlıq işlərinə bir neçə müddət öncə başlanılıb və bu istiqamətdə işlər dağvam etdirilir. Məsələyə Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu da münasibət bildirib. "Axar.az"a danışan "DEVAM" rəhbəri Elşad Mirinin açacağı sayta normal yanaşdığını deyib: "Normal addır, saytın bu adla fəaliyyətində heç bir problem görmürəm"
2013-11-21
2,056
Balaxanı zibilliyindən zibil əvəzinə silah-sürsat tapıldı
Balaxanı qəsəbəsi Təmiz Şəhərdə təmiz olmayan hadisələr olub. "Axar.az"ın DİN-in saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən noyabrın 20-də Balaxanı qəsəbəsi Təmiz Şəhər ASC-nin ərazisindən 1 ədəd tank əleyhinə mina, 3 ədəd patron və 1 ədəd "Voltran" tipli tapança tapılıb.
2013-11-21
2,057
Prezident malikanəsini universitetə hədiyyə etdi
Gürcüstanın yeni prezidenti Georqi Marqvelaşvili Tiflisin Avlabari rayonunda yerləşən rezidensiyasından imtina edib. "Axar.az"ın "Qruziya online" saytına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Prezident Administrasiyasının rəhbəri Laşa Abaşidze çıxış edib. Onun sözlərinə görə prezident artıq Atonelli küçəsində yerləşən təzə malikanəsində qalacaq. Marqvelaşvilinin köhnə rezidensiyası isə Gürcü-Amerika Universitetinə veriləcək.
2013-11-21
2,058
Rusiyanın müdafiə naziri erməni mətbuatını təkzib etdi
Moskvada Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü zamanı Ermənistandakı Rusiya hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin məlum bəyanatı müzakirə olunub. "Axar.az"ın xəbərinə görə, Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqo ilə görüşü zamanı Gümrüdəki 102 saylı hərbi bazanın komandanı Andrey Ruzinskinin "Krasnaya Zvezda" qəzetinə müsahibəsində səsləndirdiyi "Azərbaycan Dağlıq Qarabağda əməliyyata başlasa, hərbi baza münaqişəyə qoşula bilər" bəyanatını gündəmə gətirib. S.Şoyqu isə A.Ruzinskinin sözlərinin təhrif olunduğunu bildirib: "Çox güman ki, bu, müsahibəni götürən jurnalistin səhvi olub" ("APA").
2013-11-21
2,059
Azərbaycan - Belarus sənədləri imzalanıb
Prezident İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. "Axar.az" Prezidentin rəsmi saytına istinadən məlumat verir ki, "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsi"ni Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko imzaladılar. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Respublikası ərazisində yeni təhsil müəssisələrinin yaradılması haqqında Protokol"u Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Belarusun təhsil naziri Sergey Maskeviç imzaladılar. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında Məsləhətləşmələr Planı"nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikasiya sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol"u Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında 5 noyabr 2004-cü il tarixli Sazişə əlavələr və dəyişikliklər edilməsi haqqında Protokol"u Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Belarusun vergilər naziri Vladimir Poluyan imzaladılar. Prezident Aleksandr Lukaşenkonun respublikamıza rəsmi səfəri çərçivəsində iki ölkə arasında daha beş sənəd imzalandı. "Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti və Belarus Respublikası Qrodno vilayətinin Oşmyanski Rayon İcra Komitəsi arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç imzaladılar. "Gəncə şəhəri və Qomel şəhəri arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç imzaladılar. "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti və Belarus Respublikasının Dövlət Nəzarəti Komitəsinin Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Saziş"i Azərbaycanın Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin rəhbəri Adışirin Qasımov və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç imzaladılar. "Azərbaycan Diplomatik Akademiyası və Belarus Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Belarusun Yüksək Texnologiyalar Parkı Administrasiyası Dövlət qurumunun direktoru Valeri Tsepkalo imzaladılar. "Azərbaycan Diplomatik Akademiyası və Belarus Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Belarusun təhsil naziri Sergey Maskeviç imzaladılar. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatla çıxış ediblər.
2013-11-21
2,060
Prezident köməkçilərini studiyadan qovdu - Video
Priştinada Kosova dövlətinə aid "KTV"nin studiyasına dəvət olunan Kosovanın prezidenti Atifete Yaxyaqa çəkiliş zamanı daim və yersiz müdaxilələrə görə proqramın prodüsserlərini və köməkçilərini studiyadan qovub. Prezident Yaxyaqanı əsəbləşdirən köməkçilərinin studiyadan qovulmasından sonra çəkilişlər davam edib və proqram efirdə yayımlanıb. Ancaq çəkiliş zamanı montaj olunan bu görüntülər internetdə paylaşılıb. Xatırladaq ki, video yayılandan bir müddət sonra "Yutub"dan silinsə də, "Axar.az" bu görüntüləri əldə edə bilib. Həmin görüntüləri təqdim edirik:
2013-11-21
2,061
Müdafiə Nazirliyi üçün tikinti aparanlara cinayət işi açıldı
Müdafiə Nazirliyi üçün müvafiq tikinti işləri aparan bəzi şirkətlərin fəaliyyətində korrupsiya faktları aşkar edilərək barələrində cinayət işi açılıb. Bu barədə Trend ə hərbi mənbələrdən bildiriblər. Məlumata görə, Müdafiə naziri Zakir Həsənovun əmri ilə nazirliyin Mənzil-İstismar İdarəsi ləğv edilib, idarənin rəisi polkovnik-leytenant Hafiz Əliyev isə xidmətini davam etdirmək üçün ixtisasına uyğun olaraq Naxçıvandakı hərbi birləşməyə göndərilib. Bundan əlavə, nazirliyin müvafiq tikinti işlərini həyata keçirən bəzi şirkətlərin fəaliyyətində qanun pozuntuları aşkar edilərək barələrində cinayət işi açılıb. Onlar görülən işlərlə bağlı qiymətlərin süni şəkildə şişirdilməsində və korrupsiya cinayətlərində ittiham olunurlar.
2013-11-21
2,062
ATƏT-in cəbhədə keçirdiyi monitorinqi başa çatdı
ATƏT təmas xəttində monitorinq keçirdi. "Axar.az"ın müdafiə nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 21-də Azərbaycan Respublikasının Ağdam rayonunun Baş Qərvənd və Əhmədağalı kəndləri arasında yerləşən təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
2013-11-21
2,063
Timoşenkoya “azadlıq qərar”ı yenə çıxmadı
Ukrayna Parlamenti həbsdə olan keçmiş Baş nazir Timoşenkonun sərbəst buraxılmasını nəzərdə tutan qanunu rədd etdi. "Axar.az"ın xəbərinə görə, Ukraynada hələ də həbsdə saxlanılan keçmiş Baş nazir Yuliya Timoşenkonun sərbəst buraxılmasına imkan tanıyacaq qanunun parlamentdə rədd edilməsi ölkənin Avropa Birliyinə (AB) inteqrasiyasına zərbə vurdu. Xroniki bel ağrılarından əziyyət çəkən Timoşenkonun müalicə məqsədiylə Almaniyaya getmək üçün sərbəst buraxılması haqqında parlamentə təqdim edilən qanunun səs verməsi əsnasında ''Ayıb!" və "Rüsvayçılıq!'' deyə şüarlar səsləndirən müxalifət partiyası millət vəkilləri prezident Viktor Yanukoviçə Timoşenkonun bağışlanması üçün çağırış etdilər. Qanunun rədd edilməsindən sonra parlamentdə çıxış edən müxalifət lideri Arseniy Yatsenyuk Yanukoviçi "Ukraynanın AB ilə yaxınlaşmasına mane olmaqda" günahlandırdı.
2013-11-21
2,064
Cinayətkardan heroin tapıldı
"Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, noyabrın 20-də Nəsimi rayonu A.Mustafayev küçəsində naməlum şəxs Masallı rayon sakini Fərid Nuriyevə qarşı zor tədbiq edərək içərisində 281 manat olan pul kisəsini ondan alıb. Baş Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Şahin Şirinov tutulub və ondan 0,601 qram heroin götürülüb.
2013-11-21
2,065
Odessa, skinhedlər, qətl və Komitənin təkzibi
"Son günlər Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində Ukraynada yaşayan azərbaycanlılara qarşı milli zəmində təzyiqlərin olduğuna dair əsası olmayan məlumatlar yayılmaqdadır. "Axar.az"ın musavat.coma istinadən verdiyi xəbərə görə, Diasporla İş üzrə Dövlət Komitəsi rəsmi olaraq bildirir ki, Ukraynada azərbaycanlılara qarşı milli zəmində heç bir təzyiq, təhdid, yaxud soydaşlarımızın həyatına təhlükə yaradan digər hərəkətlər baş verməmişdir". Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumatda deyilir. Komitədən bildirilir ki, Dövlət Komitəsi Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi, habelə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə müntəzəm əlaqə saxlayır, azərbaycanlıların vəziyyəti, qarşılaşdıqları çətinliklər barədə mütəmadi məlumatlar alır: "Son günlər bəzi azərbaycanlıların da adının hallandırıldığı kriminal xarakterli hadisələrin milli, irqi, yaxud dini ayrı-seçkiliklə bağlı olduğuna dair iddiaları təsdiqləyən heç bir fakt, yaxud rəsmi məlumat yoxdur". Xəbərdə daha sonra vurğulanır ki, azərbaycanlıların təhlükəsizliyinə təhdid xarakteri daşıyan etnik ayrı-seçkilik tendensiyaların mövcud olduğuna dair KİV-də əksini tapmış məlumatlar həqiqətə uyğun deyil: "Dövlət Komitəsi bütün KİV nümayəndələrini bu cür yoxlanılmamış məlumatlara olduqca diqqətli və ehtiyatlı yanaşmağa çağırır, bir daha diqqətə çatdırır ki, belə informasiyaların yalnız müvafiq dəqiqləşdirilmələrdən sonra yayılması daha məqsədəuyğundur. Bu sahədə Dövlət Komitəsi bütün KİV nümayəndələri ilə əməkdaşlığa hazırdır. Xüsusi olaraq vurğulamaq istərdik ki, kriminal xarakterli hadisələrin soydaşlarımıza qarşı milli zəmində təhdidlərin "sübutu" kimi ictimaiyyətə təqdim olunması Ukraynada yaşayan azərbaycanlılar arasında təşviş və narahatlıq yaradır, eyni zamanda Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil". Xatırladaq ki, Ukraynada skinhedlərin yürüş keçirdiyi və Odessada bir ukraynalı tələbənin azərbaycanlı tərəfindən öldürülməsi ilə bağlı xəbəri "Axar.az" Odessa və Kiyevdə olan mənbələrindən bir neçə dəfə dəqiqləşdirdikdən sonra yaymlayıb. Əlavə edək ki, Odessada yalnız kriminal müstəvidə baş verən bu qətli törədən azərbaycanlı Yevlax şəhərində anadan olan Məhəmməd Allahverdiyev adlı tələbədir. Ölən ukraynalının qardaşı və anasının əlil olması bu məişət zəminində baş verən qətldən skinhedlərin istifadə etməsinə fürsət yaratsa da, Ukrayna hakimiyyəti milli gərginlik yaratmaq istəyənlərin qarşısını alıb. Bu qətlin Kiyev, Xarkov və Odessada qafqazlıların döyülməsi ilə bağlı 15-dək faktla və yüzdən artıq skinhedin Rusiyadan Ukraynaya gəlməsi ilə müşayiət olunması isə ilk gündən müəyyən şübhələrə yol açsa da, mənbələrimizin məlumatına görə, bunlar yalnız təsadüfdür. Hazırda şübhəli şəxs qismində saxlanılan M.Allahverdiyev barəsində cinayət işi qaldırıldığı bildirilir..
2013-11-21
2,066
Əliyev Lukaşenkonun şərəfinə ziyafət verdi
"Axar.az"ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə rəsmi nahar verilib. Dövlət başçıları naharda çıxış ediblər.
2013-11-21
2,067
Ermənistanla bir ittifaqda ola bilmərik
Bu ay Litva paytaxtı Vilnüsdə Avropa Birliyinin Şərq tərəfdaşlığı sammiti keçiriləcək. Mühüm sənədlərin müzakirə olunacağı sammit ərəfəsində bir çox siyasətçi və ictimai xadim Azərbaycanın Avropa Birliyinə inteqrasiya xətti seçməsinə tərəfdar olduğunu bildirir. Bu ərəfədə ən çox müzakirə edilən məsələlərdən biri də Rusiyanın təşəbbüsü ilə yaradılan Gömrük İttifaqına Azərbaycanın qoşulub-qoşulmayacağıdır. Yaxın gələcəkdə Azərbaycanın xarici siyasətində hansı addım atıla bilər? Avropa Birliyi və Şərq tərəfdaşlığı, yoxsa Rusiyaya doğru istiqamət alaraq Gömrük İttifaqına qoşulmaq? Müstəqilliyin ölkənin xarici siyasətində əsas amil olduğunu deyən YAP-ın İdarə Heyətinin üzvü, deputat Mübariz Qurbanlı bildirir ki, Azərbaycan dövlətüstü qurumlara daxil olmaq xətti yeritmir: "Bizim dövlətimiz yalnız bərabərhüquqlu təşkilatlara daxil olur. Gömrük İttifaqı və Şərq tərəfdaşlığı ilə bağlı assosiativ üzvlük məsələsi Azərbaycanın siyasətində dilemma məsələsi deyil. Bu geosiyasətdir, seçim edərkən çox məsələləri götür-qoy etmək lazımdır. Azərbaycan müstəqil siyasət yeridir. "Ya o tərəf, ya bu tərəf" yoxdur. Milli marağımız var, ona uyğun da addım atılmalıdır". "Media forum"a danışan deputat bildirir ki, Azərbaycan Vilnüs sammitində iştirak edəcək və son söz hökumətin verəcəyi qərardan asılıdır: "Hesab edirəm ki, dövlət rəhbəri milli marağımıza uyğun variantı götür-qoy edib öz qərarını verəcək. Gömrük İttifaqı ilə əlaqədar mövqe isə bəllidir. Azərbaycan təcavüzkar Ermənistanla eyni ittifaqda ola bilməz. Fikirləşsək ki, Qərbə inteqrasiya nəyisə həll edir, bu cür yanaşma da doğru deyil. Çünki müstəqil qalıb müstəqil siyasət yeritmək, xətt götürmək bəzən daha çox xeyir verir, nəinki müxtəlif güclərin döyüş və mübarizə meydanına çevrilmək. Ona görə seçim "ya o tərəf, ya bu tərəf" yox, milli maraq və müstəqil siyasətə uyğun addımlar olacaq".
2013-11-21
2,068
Sahil metrosuna sərnişin buraxılmır - Hadisə
Hazırda Sahil metrosunda eskalatorda problem yaranıb. "Qafqazinfo"ya hadisə şahidlərinin verdiyi məlumata görə, metronun giriş istiqamətində hərəkət edən eskalatorun sürahısı yerindən çıxdığı üçün eskalatorun hərəkəti dayandırılıb. Sözügedən eskalator təmirə bağlanıb və hələ ki, sərnişinlərin metroya girişinə icazə verilmir. Metronun qarşısında isə böyük tıxac yaranıb.
2013-11-21
2,069
Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb
Noyabrın 21-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. "Axar.az"ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Belarus Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
2013-11-21
2,070
Berluskoni ehtirasının qurbanı oldu – 7 il həbs
İtaliyanın eks baş naziri Silvio Berluskoniyə yenidən yeddi il həbs cəzası verilib. "Axar.az"ın "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, artıq məhkəmə Berluskoninin bilərəkdən yetkinlik yaşına çatmamış qadınla cinsi əlaqədə olduğunu sübuta yetirib. Məhkəmə eks Baş nazirin Rubi adında mərakeşli rəqqasəyə bunun üçün pul və qiymətli əşyalar verdiyini sübuta yetirib. Hakimlər Berluskonini həm də polisə rüşvət təklif etmə və şahidlərə təzyiq kimi maddələrlə də mühakimə ediblər.
2013-11-21
2,071
Hakim Aslan İsmayılovu məhkəmə zalından çıxardı
Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatının üzvünün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. "Axar.az" "APA"ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə İlkin Rüstəmzadənin vəkili Xalid Bağırov vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin barəsində olan həbs qətimkan tədbirinin müddəti 4 gündür, başa çatsa da, o, qanunsuz olaraq həbsdə saxlanılır. Vəkil İlkin Rüstəmzadənin dərhal azadlığa buraxılmasını istəyib. Dövlət ittihamçısı isə ötən prosesdə müdafiəçilərin verdikləri vəsatətlərə münasibət bildirib. Prokuror həmin vəsatətlərin əsasız olduğu üçün təmin olunmamasını xahiş edib. Daha sonra dövlət ittihamçısı məhkəmə baxışının başlanmasını istəyib. Vəkil Aslan İsmayılov isə deyib ki, dövlət ittihamçısı onunla bağlı vəsatətə münasibət bildirərkən yanlışlığa yol verib. Hakim Cavid Hüseynov Aslan İsmayılovdan əyləşməyi tələb edib. Vəkil isə onun bu şəkildə məhkəmə aparmasına etiraz bildirib. Bu zaman hakim vəkilin zaldan çıxarılmasını istəyib. A. İsmayılov zaldan çıxıb. Vəkillər bir daha çıxış edərək vəsatətlərinin təmin olunmasını xahiş ediblər. Təqsirləndirilən şəxslər isə iş üzrə məhkəmə baxışının başlanmasına razı olmadıqlarını deyib, cinayət işinə xitam verilməsini istəyiblər. Məhkəmə müşavirəyə gedib. Daha sonra prosesin sabah saat 10-na təyin olunduğu açıqlanıb. Qeyd edək ki, ötən prosesdə Zaur Qurbanlı və İlkin Rüstəmzadənin vəkili Xalid Bağırov müdafiə etdiyi şəxslərin yanında əyləşmələri, prosesdə audio və video çəkilişlərin aparılmasına icazə verilməsi, İ. Rüstəmzadəyə xuliqanlıqla bağlı verilmiş ittihama xitam verilməsi barədə vəsatətə qaldırıb. X. Bağırov vəsatətində Z. Qurbanlının digər vəkili Aslan İsmayılovun cinayət işinin materialları ilə tanış olmağa şərait yaradılmadığını bildirib. O bu qanun pozuntusuna görə, Z. Qurbanlı barəsində olan cinayət işinə xitam verilməsi və yenidən istintaq orqanlarına qaytarılması barədə vəsatət verib. Hakim vəsatətlərin növbəti prosesdə müzakirəyə çıxarılacağını deyib.
2013-11-21
2,072
Kadr islahatlarına Nəcməddin Sadıqov rəhbərlik edir – Qeyri-rəsmi
Zakir Həsənovun Müdafiə nazirliyində apardığı köklü kadr islahatları Baş Qərargah rəisi Nəcməddin Sadıqovun diktəsi ilə baş tutur. Bu barədə "Axar.az"a Müdafiə Nazirliyindəki özəl mənbə məlumat verib. Qaynağımızın bildirdiyinə görə, Daxili Qoşunların keçmiş komandanı Zakir Həsənovun Müdafiə naziri təyin olunandan sonra keçirdiyi köklü kadr islahatları onun öz istəyi ilə baş tuta bilməzdi. Buna səbəb Zakir Həsənovun rəhbəri olduğu yeni nazirlikdəki strukturların fəaliyyətindən məlumatsız olmasıdır. Yeni nazir isə fəaliyyətə başladığı bir ay ərzində Səfər Əbiyevin zamanında yüksək postları tutan və maraqlıdır ki, bu və ya digər formada keçmiş nazirə bağlı olan zabitləri həm də dəqiq analizlə saf-çürük edir. Qaynağın sözlərinə görə, bu qədər səhih bilgilərə və informasiyaya Zakir Həsənov sahib ola bilməzdi, çünki tamamilə başqa strukturdan müdafiə nazirliyinə gəlib. Mənbə onu da bildirir ki, Zakir Həsənovun Nəcməddin Sadıqova sonsuz güvəninin arxasında tərəflər arasında olan uzun illərə söykənən dostluq münasibətləri durur. Hətta bu yaxınlarda sərhəd bölgələrindəki hərbi hissələrin birinə səfər zamanı Nəcməddin Sadıqov ona ünvanlanan suala cavab vermək üçün ayağa qalxmaq istəyərkən Zakir Həsənov ona əziyyət çəkib ayağa qalxmamağı deyib. Bu isə nazirlə Qərargah rəisi arasında olan səmimi münasibətin göstəricisi kimi qiymətləndirilir. Son islahatlar artıq maraqlar üstündədir Qaynağımızın məlumatını dıqiqləşdirmək üçün hərbi ekspert Üzeyir Cəfərova müraciət etdik. Üzeyir Cəfərov Zakir Həsənovla Nəcməddin Sadıqovun dostluğu haqqında məlumatın yayıldığını təsdiqləməklə yanaşı, yeni nazirin dostuna hədsiz güvəninin onun üçün əlavə problemlərə səbəb ola biləcəyini qeyd etdi: "Çünki ilk vaxtlardan fərqli olaraq, son kadr islahatları heç də onun ordu quruculuğu istiqamətində cəmiyyətə verdiyi müsbət mesajlara uyğun gəlmir. Zakir Həsənov nazir təyin ediləndən sonra daha çox keçmiş nazir Səfər Əbiyevin dövründə xidməti fəaliyyətlərinə görə mənfi imic qazanmış zabitlərdən imtina etməsi ilə yadda qaldı. Bu islahatlar cəmiyyətdə ordu quruculuğu istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirildi. Ancaq son, məsələn, Silahlı Qüvvələrin peşəkar zabitlərindən hesab edilən Təşkilat-Səfərbərlik İdarəsinin rəhbəri general-leytenant Aydəmirov ordudan tərxis olunması və onun yerinə Biləcəri Toplanış məntəqəsində çağırış məntəqəsində çalışan Hikmət Xaliqovun təyin olunması, məncə, yanlış qərardır". Qeyd edək ki, Hikmət Xaliqov Nəcməddin Sadıqova yaxın adamlardan hesab olunur. General-leytenant Aydəmirovun isə Baş Qərargah rəisi ilə soyuq münasibətləri olub. Hətta tərəflər arasında bir neçə dəfə insident də yaşandığı bildirilir.
2013-11-21
2,073
Borca görə arvadının dayısını güllələdi
Bankların vətəndaşlara verdiyi yüksək faizli kreditlərin əvəzində onların mülklərini əlindən alması faktlarına tez-tez təsadüf edilməsi kimsəyə sirr deyil. Belə vəziyyətlə qarşılaşan növbəti bir vətəndaş bu gün "Axar.az"a müraciət edərək düşdüyü durumdan şikayət edib. Bakı şəhər sakini Sədaqət Novruzova dayısı Asif Davud oğlu İsgəndərovun ondan sui-istifadə edərək adına kredit götürdüyünü, lakin sonradan borcu qaytarmaqdan imtina etdiyini deyib: "Dayım mənim etibarımdan istifadə edərək 2007-ci il dekabrın 6-da Bakı şəhəri Xətai Rayon ərazisində yerləşən Dövlət Notariat Kontorunda mənə məxsus olan və Bakı şəhəri, Nərimanov rayon Sabit Rəhman küçəsi 29,2 ünvanında yerləşən mənzilimi girov qiyaraq kredit aldı. Həmin mənzili "Nikoyl" İnvestisiya Kommersiya Bankında girov qoyaraq ipoteka müqaviləsi bağlayıb və mənim adıma 40 min 20 manat məbləğində pul götürdü. Sonra dayım krediti ödəməkdən imtina etdi. Bundan sonra ailəmiz faciəvi vəziyyətə düşdü. Ərim Vahid Novruzov ov tüfəngi ilə dayımı güllələdi. Məhkəmə hökmü ilə ona cəza təyin edildi". "Sovet pasportu" hələ də işləyir? S.Novruzova daha sonra bildirib ki, sözügedən ipoteka müqaviləsi bağlanarkən həyat yoldaşı Ermənistan SSR, Yexednadzor Rayonunda anadan olmuş Novruzov Vahid Çərkəz oğlunun razılığı alınmayıb. Buna səbəb onun hələ də sovet dönəmində əldə etdiyi pasportla yaşamasıdır. Qeyd edək ki, Vahid Novruzovun şəxsiyyət vəsiqəsi almadığını Daxili İşlər Nazirliyinin BPQMİ MAPS şöbəsi 2012-ci il 27 iyun tarixli rəsmi arayışla təsdiq edib. Şəxsiyyət vəsiqəsinin olmamasına baxmayaraq, 6 saylı Notariat kontorunun notariusu Ə.İmanov isə Ermənistan SSR-in pasportu ilə saxta ipoteka müqaviləsi bağlayaraq, Sədaqət Novruzovanın adına olan mənzilin banka girov qoyulmasını təmin edib. "Nikoylbank" da həmin sənədlər əsasında S.Novruzovanın adına kredit ayırıb. Pulu isə Asif İsgəndərov hər ay özü ödəyəcəyinə söz verərək götürüb. Borcu qaytarmaq məqamında qohumlar arasında gərgin münasibət yaranıb. Məhkəmə bir il həbs verdi A.İsgəndərov borcu qaytarmaqdan imtina etdikdə evin sahibi məcburiyyət qarşısında qalaraq həmin krediti özü ödəyib. Lakin bir necə aydan sonra S.Novruzova da imkansız olduğunu deyərək dayısından verdiyi sözə əməl etməsini istəyib. Mübahisə daha da qızışıb və münaqişə zamanı həyat yoldaşı V.Novruzov A.İsgəndərovu ov tüfəngi ilə güllələyib. İş polis və məhkəmə orqanlarında araşdırılıb və V.Novruzov cəzalandırılıb. Lakin bununla da A.İsgəndərovu krediti qaytarmağa məcbur edə bilməyiblər. S.Novruzova 2009-cu ilin aprel ayına qədər ümumilikdə borcun 31 min manatını ödədiyini deyib. Onun sözlərinə görə, 2012-ci ildə məhkəmə qaydasında borcun ödənməsini təmin etmək qərarına gəliblər: "Sonra biz dayımı məhkəməyə verib məhkəmə qaydasında borcu tanıtdıq. Lakin o borcu ödəməkdən imtina etdi. Ona məhkəmə qərarını icra etmədiyinə görə, Nizami rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq hələ də bizim evimiz bankın girovundadır. Ərim V.Novruzov isə bildirir ki, azadlığa çıxan kimi dayımı öldürəcək". Son ümid yeri Ötən dörd il müddətində isə "Nikoylbank" kreditin üzərinə xeyli faiz hesablayıb. Bunu ödəməyə isə ailənin heç bir maddi təminatı yoxdur. Çıxış yolu kimi bank onlara evi təhvil vermələrini təklif edib. Qarşılaşdığı qanunsuzluqlar və ailə faciəsindən bezən S.Novruzova nəhayət, dünən Prezidentin həyat yoldaşı Mehriban xanıma müraciət edərək notariat kontorunun və bankın qanunsuz hərəkətlərindən şikayət edib. Və ona bu ailə faciəsinin qarşını almaqda yardım göstərməsini xahiş edib. Eyni zamanda S.Novruzova problemin araşdırılması üçün Respublika Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə İdarəsinə də müraciət edəcəyini bildirib.
2013-11-21
2,074
Xəzərin hüquqi statusu müzakirə edildi - Fotolar
Noyabrın 21-də Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun 34-cü iclası keçirilib. "Axar.az"ın xəbərinə görə, Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov tədbiri açaraq bildirib ki, Xəzəryanı region Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran üçün həyati vacib maraqlar zonasıdır. Bu ölkələrin milyonlarla sakinin rifahı Xəzərdə vəziyyətin inkişafından asılıdır. 2011-2012-ci illərdə neftlə çirklənmə halları zamanı regional hazırlıq, qarşılıqlı fəaliyyət və əməkdaşlıq, Xəzər dənizinin yerüstü mənbələrdən çirklənməsindən müdafiəsinə dair protokollar imzalanıb. Xəzərin dəniz mühitinin mühafizəsinə dair Tehran Konvensiyasına əlavələrin, hidrometeorologiya, Xəzərin bioloji ehtiyatlarının qorunub saxlanması və rasional istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması haqqında sazişlərin hazırlanması, habelə Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında 2010-cu ildə imzalanmış Sazişin ratifikasiyasına hazırlıq işləri başa çatmaq üzrədir. S.Lavrov deyib: "Əminik ki, 2010-cu ildə Bakı Sammitində dövlət başçılarının qəbul etdikləri qərarların həyata keçirilməsi üzrə görülən işlər gələn il Həştərxanda keçiriləcək 4-cü Xəzər Sammitinə hazırlığa başlamağa imkan verir. Ölkələrimizin liderləri əvvəl əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vəziyyətini hərtərəfli təhlil edəcək, regional sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinin gələcək prioritetlərini təsdiq edəcəklər". Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Bakı Sammitinin qərarında Xəzər təkinin bölünməsi ilə bağlı məsələnin nizama salınmasına vahid yanaşma əksini tapıb. Xüsusi işçi qrupu bu cür yanaşmanın həyata keçirilməsi metodlarının təfsilatlarını beynəlxalq hüquq normalarını, o cümlədən sərbəst gəmiçilik rejimi ilə əlaqədar normaları nəzərə almaqla müzakirə edəcəkdir. S.Lavrovun fikrincə, Xəzəryanı dövlətlər üçün Xəzər dənizinin biomüxtəlifliyinin, ilk növbədə nərə balığı növlərinin qorunub saxlanması da öncül məsələlərdəndir. S.Lavrov yaxın aylar ərzində Həştərxan zirvə görüşünün gündəliyini razılaşdırmaq və bu işin ilkin yekunlarını Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin gələn ilin yazında Moskvada keçiriləcək konfransında müzakirə etmək təklifini irəli sürüb.
2013-11-21
2,075
İngiltərə öz ixtiyarını ABŞ-a verdi
İngiltərənin Amerika Milli Təhlükəsizlik Agentliyinə (NSA) ingilis vətəndaşlarını izləmə və dinləmə səlahiyyəti verdiyi iddia edilir. "Axar.az"ın xəbərinə görə, ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş işçisi Edvard Snoudenin mətbuata verdiyi sənədlərdə 2007-ci ildən bu yana haqlarında cinayət törətdiklərinə dair heç bir şübhə olmadığı halda çox sayda ingilis vətəndaşının ABŞ tərəfindən dinlənildiyi deyilir. İngiltərə Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı bir münasibət bildirməyib. Belə ki, "Qardian" qəzeti dəfələrlə hökumət nümayəndələrindən bu barədə açıqlama almağa çalışsa da, bu cəhdlər bir nəticə verməyib.
2013-11-21
2,077
Rayonlara yağış yağacaq, duman olacaq
null
2013-11-21
2,078
Neftimiz bahalaşdı
Dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. "Axar.az"ın xəbərinə görə, Nyu Yorkun NYMEX ("New York Merchantile Exchange") birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 0,91 dollar azalaraq 93,89 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında isə "Brent" markalı neftin bir bareli 2,14 dollar bahalaşaraq 108,06 dollar olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bildirilib ki, "AzəriLayt" markalı neftin bir barelinin qiyməti London birjasında 0,12 dollar bahalaşaraq 111,28 dollara satılıb (AzərTac).
2013-11-21
2,079
Berti Foqts daha dörd il millidə - ÖZƏL
Azərbaycan milli yığma komandasının baş məşqçisi Berti Foqts daha dörd il yığmaya rəhbərlik edəcək. Bu barədə "Axar.az"a AFFA icraiyyə komitəsində təmsil olunan üzvlərdən birinə yaxın olan mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, artıq icraiyyə komitəsi AFFA-nın baş katibi Elxan Məmmədovdan lazımı tapşırıqları alıb və alman məşqçinin baş məşqçi postuna rəsmiləşməsi komitənin toplanışında formal xarakter daşıyacaq. Qaynağımız onu da bildirir ki, AFFA daxilində Berti Foqtsun təyinatı uzun mübahisələrə yol açıb. Azərbaycan Futbol Federasiyasının Prezidenti Rövnəq Abdullayev daha çox yerli məşqçinin millinin baş məşqçi postuna gətirilməsinin tərəfdarı olub. Hətta seçmə mərhələsinin ortasında Abdullayev jurnalistlərə açıqlamasında yerli məşqçiyə üstünlük verəcəkləri barədə fikir bildirmişdi. AFFA prezidentinin istəyi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu milliyə baş məşqçi təyin etmək idi. Federasiya daxilində isə Berti Foqtsun tərəfdarı olan qruplaşmaya vitse-prezident Elşad Nəsirov başçılıq edir. Nəsirov ümumiyyətlə milliyə daha çox əcnəbi məşqçinin təyin olunmasının tərəfdarıdır. Ölkə prezidenti İlham Əliyevin qrup yoldaşı olan Nəsirovun federasiya daxilində böyük nüfuza sahib olduğu bildirilir. Seçmə mərhələnin son iki oyununda Şimali İrlandiya üzərində qalibiyyət və güclü Rusiya üzərində qazanılan bir xal Berti Foqtsun daha dörd il milli komanda da qalmasına şərait yaratdı. Elşad Nəsirov - Rövnəq Abdullayev çəkişməsində isə birincinin qələbəsini rəsmiləşdirib.
2013-11-21
2,080
Putin: Ruslar sutkada cəmi 9 dəqiqə kitab oxuyur
"Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin rus ədəbiyyatıyla bağlı keçirdiyi iclasda Rusiya vətəndaşlarının kitaba olan marağının getdikcə azalması onu narahat edən əsas problemlərdən biri olduğunu qeyd edib. Prezident deyib ki, kitaba olan marağın azalmasının əsas səbəbi texnologiyanın inkişafıdır: "Mən əminliklə deyirəm ki, kitabın gənclər arasında təbliğinin aşağı düşməsi əsas problemlərdən biridir. Rusiya bundan sonra heç vaxt "dünyada ən çox kitab oxuyan ölkə" fəxri adına iddia edə bilməyəcək. Statistikaya görə, Rusiya vətəndaşları sutkada orta hesabla yalnız 9 dəqiqə kitab oxumağa sərf edir. Hətta, bu 9 dəqiqənin azalma ehtimalı da yüksəkdir". O, həmçinin əlavə edib ki, insanlar əvvəl onları maraqlandıran suallara məhz kitabda cavab tapırdı. Lakin indi başqa imkanlar mövcuddur.
2013-11-21
2,081
Prezident güclü, müxalifət isə zəifdir
"Bizim ən böyük səhvimiz siyasi fikir baxımından çox güclü olmağımız idi". "Axar.az" məlumat verir ki, bu sözləri Gürcüstanın Təhlükəsizlik Şurasının artıq eks sədri Qiqa Bokeriya işlədib. O, indiyə qədər digərlərindən daha güclü olmalarını Saakaşvili hakimiyyətinin ən böyük səhvi adlandırıb. Bokeriyanın sözlərinə görə, siyasi sistemdə onlara qarşı dayanan biri olmadığına görə, ölkə böyük problemlərlə qarşı-qarşıya qalıb: "Təsəvvür edin ki, liberal demokratik dəyərlərin güclü olmadığı bir ölkədə hökumət və prezident güclü, müxalifət isə zəifdir. Bu sistemin müxtəlif yerlərində zəifləmələrə gətirib çıxarır". Q.Bokeriya Saakaşvili hakimiyyəti dövründə edilən səhvlərin əksəriyyətinin onların günahı olduğunu qəbul etdiyini söyləyib.
2013-11-21
2,082
Şəkidə qadın kanalizasiya quyusuna düşdü
Şəkidə 52 yaşlı qadın 6 m dərinliyində olan kanalizasiya quyusuna düşüb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, hadisə Şəki şəhəri Dadaş Bünyadzadə küçəsi, ev 49 A ünvanında baş verib. 1961-ci il təvəllüdlü, Səlimova Şərqiyyə Valəddin qızı yaşadığı evin həyətyanı sahəsində kanalizasiya sistemi üçün qazılmış 6 m dərinliyində quyunun yanında gəzərkən qəfildən ayağı sürüşərək quyuya düşüb. Onu kanalizasiya quyusundan çıxarmaq üçün hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alan qadını quyudan çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
2013-11-21
2,083
Vizasız gedə biləcəyimiz ölkələr - Siyahı
"Axar.az" xarici mətbuata istinadən sizə vizasız gediş-gəlişin mümkün olduğu ölkələrin siyahısını təqdim edir. Bu siyahıda ən çox ziyarət edilən ilk beşliyə Zambiya, Antiqua Barbuda, Oman, Bəhreyn və Sudan aiddir. Vizasız gediş gəlişin mümkün olduğu ölkələr: Keniya, Qətər,Timor, İndoneziya, Dominikan Respublikası, Pakistan, Zellandiya, Kuk adaları, Montserrat Tanzaniya, Yunan adaları, Vatikan, Venesuela, İordaniya, Uruqvay, Ukrayna, Tuvalu, Trinidad Tobago, Tailand, Şili,Suriya, Şri Lanka, Sinqapur, Maldova, Makedoniya, Kolombiya, Maldiv adaları, Svazilend Krallığı, Solomon adaları, Seyşel adaları, Paraqvay, Palau, Nikaraqua, Mavriki, Makao, Kosta Rika, Karib hövzəsi, Kosova, Koreya Respublikası, Qırğızıstan, Qazağıstan, İran, Haiti, Gürcüstan, Şimali Kipr Türk Respublikası, Monteneqro, Honduras, Qvatemala, Xarvatiya, Fici adaları, Salvador, Ekvador, Mərakeş, Bolivya, Qətər, Braziliya, Bosniya Herseqovina, Beliz, Barbados, Baham adaları, Albaniya və Argentina aiddir.
2013-11-21
2,084
Əsəbi ər həyat yoldaşını kəlbətinlə…
Ağdamda ailə münaqişəsi zəmnində bıçaqlanma hadisəsi baş verib. Evin kürəkəni 39 yaşlı Şükür Həsənov həyat yoldaşı 34 yaşlı Esmira Həsənovanı başından kəlbətinlə vuraraq yaralayıb. Hadisə barədə xəbər tutan ana qızını həkimə aparmaq istəsədə, kürəkən buna imkan verməyib. Qaynanası ilə mübahisədən əsəbiləşən kürəkən onu bədəninin bir neçə nahiyəsindən bıçaqla yaralayıb. Yaralılar Ağdam Mərkəzi Rayon xəstəxanasına aparılıb. Həkim cərrah Kamil Həsənovun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Qeyd edək ki, kürəkən istintaqa cəlb olunub və faktla bağlı araşdırma aparılır.
2013-11-21
2,085
Dünyanı qadınlar idarə etsəydi necə olardı? - Foto
Yəqin ki, hər kəs üçün maraqlıdır: görəsən dünyanı qadınlar idarə etsəydi, dünyamız necə olardı? Və cavabı fotolarda:
2013-11-22
2,086
Müxtəlif xalqların batil inancları
Dünya xalqlarının batil inancları haqda maraqlı məlumatlar təqdim etmək niyyətindəyik – təbii ki, maraqlı qəbul olunsa. Siyahımızda birinci təqdim edəcəyimiz- ən çox batil inancları olan xalq kimi dünyada məşhurdur. Hətta Hollivud filmləri də bu inanclarından yan keçməyib. İrlandlar dünyanın ən çox batil inancları olan xalqından biridir. -Keçmiş zamanlarda qadınlar yeni doğulmuş uşaqlarını qucağına alıb saatlarla dərinliyi dizdən olan suyun içində gəzirdi. Beləcə onlar uşağın doğrudan da insan övladı, yoxsa insan cildinə girmiş hiyləgər pəri olduğunu yoxlayırdı. Belə ki, hər bir irland bilir ki, qulyabanılar sudan qorxur. -Digər bir irland inancı: pişiyi sevməyən insanlardan qorunun. -Mayın biri ya pulla, ya da havayı kimə olursa olsun alov(hətta siqaret çəkmək üçün kibritdə), yaxud işıq vermək öz evinə fəlakət gətirmək deməkdir. -İnək yağının dadlı olması üçün və cadugərlar sizdən uzaq dursun deyə mayın biri yığılmış otlarla inəyin quyruğundan çıxan yunu ağzı örtülmüş qazanda qaynadın. -2 piroq xoşbəxtliyə, 1-i isə bədbəxtliyədir və s.
2013-11-21
2,087
Qoz-fındığın möcüzəvi xeyri
Hələ Hippokrat qoz-fındığı böyrək xəstəliyi, mədə və qaraciyər üçün əsas dərmanlardan biri hesab edirdi. Karbohidrat, zülal, vitamin, minerallarla zəngin olan bu məhsulu avropalılar xüsusi dəyərləndirir. Çarlz Dan adına xərçəng İnstitutunun alimləri sübut ediblər ki, hər gün qoz-fındıq yeyən insanların ölüm riski 20 % aşağıdır. Bu məhsul xərçəng və ürək xəstəliyinə tutulmanın qarşısını alır. Tədqiqatçılar iki müşahidəni müqayisə edib. Birinci müqayisə 1980-ci ildən 2010-cu ilə kimi 76 min qadının cəlb olunması ilə keçirilib. Alimlər qoz-fındıq dietasını saxlayan könüllüləri müşahidə ediblər. İkinci təcrübə isə 1986-cı ildən 2010-cu ilə kimi kişilər arasında aparılıb. Nəticədə hər gün qoz-fındıq qəbul edən şəxslərin ölüm riski 20, həftədə 5-6 dəfə bu məhsulu yeyən insanlarınki isə 15% azalıb.
2013-11-21
2,088
İçərişəhərə görə mükafat aldıq
Azərbaycan İçərişəhərin qorunması və konservasiyasına görə "Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması" nominasiyasında "Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə - "Italian Heritage Award" nüfuzlu beynəlxalq mükafatına layiq görülüb. "Axar.az"ın xəbərinə görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, "İtalian Heritage Award" mükafatı restavrasiya, heykəltəraşlıq, mədəniyyət, incəsənət, muzey işi, arxeologiya və digər sahələrdə 26 nominasiyada təqdim edilir. Builki müsabiqənin 400-ə yaxın iştirakçısının təqdim etdiyi layihələri doqquz ay ərzində 25 nəfərdən ibarət münsiflər heyəti nəzərdən keçirib. UNESCO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş İçərişəhərə 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin hərtərəfli səyləri münsiflərin xüsusi diqqətini cəlb edib. Ölkə rəhbərliyinin qayğı və diqqəti sayəsində 2009-cu ildə İçərişəhərin "Təhlükədə olan Dünya İrsi" siyahısından çıxarılması xüsusi olaraq vurğulanıb. Mükafat Azərbaycanın İtaliyadakı səfirliyi vasitəsilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilib ("AzərTac").
2013-11-21
2,089
Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi dəyişdirildi
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ölkənin Milli Təhlükəsizlik Şurasının yeni katibinin təyin olunması barədə sərəncam imzalayıb. "Axar.az"ın xəbərinə görə, bu vəzifədə Qiqa Bokerianı Gürcüstan parlamentinin komitə sədri İrina İmerlişvili əvəz edib. Qeyd edək ki, Təhlükəsizlik Şurasının yeni katibi Gürcüstanda ilk general qadındır və Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ədliyyə naziri vəzifəsində çalışarkən onun müavini olub.
2013-11-21
2,090
"07" "Mersedes"i vurub qaçdı - Foto/Özəl
Paytaxtın Süleyman Sani Axundov küçəsində yol qəzası baş verib. "Axar.az"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 10-RT-097 dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı avtomobil "mersedes" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb. Şahidlərin dediyinə görə, hadisə 19:00-da baş verib. Ölən və yaralanan olmasa da, "mersedes" markalı avtomobilə ciddi ziyan dəyib. Maşının sahibi Fuad Allahverdiyevin əməkdaşımıza dediyinə görə, VAZ 2107-nin sürücüsü qaçdıqdan sonra 102 polis xidmətinə hadisə ilə bağlı məlumat verilib. "Axar.az"
2013-11-22
2,091
Qalın geyinmək bədəni zəiflədir
Soyuq havalarda həddindən artıq qalın geyinmək bədəni tərlətdiyi üçün zəiflədir. "Qat-qat qalın paltarlardan uzaq durun" deyən mütəxəssislərin bu təklifləri də var: 2-3 qat incə paltar geyinin. Ağız, burun və boğazınızı şal ilə bağlayın. Mikroblardan qorunun. Baş və qulaq hissəsinin soyuqlamaması, həm də sinüzitdən uzaq dayanmaq üçün mütləq şapka, papaq və ya beret geyinin. Təri çölə ifraz etdirən sintetik və ya lukralı atletləri seçin. Günəş işığını çəkib yığması üçün tünd rəng paltarlar geyinin.
2013-11-22
2,092
Arıqlamaq istəyənlərə xoş xəbər
Alimlərin yeni təcrübəsi dietoloqların gözü önündə keçirilib. Belə ki, onlar kolbasalı yumurta və bekondan ibarət ingilis səhər yeməyi ilə eksperiment aparıblar. Onlar proteinlə zəngin olduğu üçün aclığı dəf edir və uzun müddət tox qalmağa kömək edir. "Arqument" portalı xəbər verir ki, Missuri universitetində səhər yeməyi ilə bağlı təcrübə aparılıb. Aparılan təcrübədə 18 yaşından 55 yaşa kimi müxtəlif yaş aralarında qadın könüllülər iştirak edib. Kevin Makın rəhbərliyi ilə aparılan təcrübədə xanımlar 35 qramlıq proteindən ibarət səhər yeməyi qəbul ediblər. Qəbul edilən səhər yeməyi onlarda toxluq yaradaraq nəticədə arıqlamalarına səbəb olub.
2013-11-22
2,093
Müəmmalı XX əsr
XX əsr sirli və qaranlıq tarixi ilə zəngindir. Səbəbi hələ də açılmayan hadisələr hər zaman diqqət və maraq çəkici olub. Bu cür hadisələrdən bəzilərini sizin nəzərinizə bir neçə gün ərzində çatdıracağıq.
2013-11-22
2,094
10 saniyəyə bir neçə baş sarımsağı necə təmizləməli? - Video
Çox sadə. Bu video-çarxı izləmək yetər!
2013-11-22
2,095
Hindqozundan hazırlanan yağ necə istifadə olunur
Hindqozu yağı, doğru istifadə edildiyi zaman möcüzəvi bir antioksid funksiyasını yerinə yetirir. Sağlamlığınıza və gözəlliyinizə böyük faydaları var. Bəs hindqozu yağını necə istifadə edəcəksiniz? 1- Bütün hindqozu yağları eyni deyil Qatqısız, saf və orqanik hindqozu yağlarını seçin. 2- Saç maskası üçün istifadə edin: Hindqozu yağının içində olan komponentlər saç gövdəsində yaranan qırılmanın qarşısını alır. Saça güc və elastiklik verir. 3- Saçınızda hindqozu yağı varkən saçınızı qurutmayın: Bu, saçınızın yağlı görünməsinə səbəb ola bilər. 4- Dərinizi nəmləndirir: Orqanik hindqozu yağını az miqdarda əlinizə töküb, bədəninizə çəkə bilərsiniz. Çatlamış əl və topuqlar üçün də idealdır. 5-Üzünüz üçün seçməniz məsləhət deyil: Əgər üzünüzdə akne və ya dərinizdə istəmədiyiniz məsamə problemləri varsa, bu yağı üzünüzə çəkməniz dərinizi daha kobud, xoşa gəlməyən hala sala bilər. 6- Yeməklərin hazırlanmasında da istifadə edin: Yağı maye halda salatlara, qatı halda isə kərəyağı yerinə istifadə edə bilərsiniz.
2013-11-22
2,096
Keçi buynuzu, yoxsa həyat iksiri
Keçi buynuzu 8-10 metr yüksəkliyində, daim yaşıl qalan bir ağacda bitir, qara keçi buynuzun içində isə meyvələri olur. Olduqca qidalandırıcı və fərqli dadı ilə xüsusi bir qida olan keçi buynuzunun adı "harnap" olaraq da bilinir. Tərkibi A, B və E vitaminləri ilə bol miqdarda kalium, kalsium və fosforla zəngindir. Keçi buynuzu və bəhməz xüsusi ilə zəif və inkişafdan geri qalan uşaqlara faydalı bir qidadır. Keçi buynuzu necə istifadə edilir? Meyvələri təzə və quru olaraq yeyilir. Keçi buynuzunun yarpaqları və budaqlarının qurudulub qaynadılaraq çay kimi içilməsi də faydalıdır. Ayrıca keçi buynuzundan bəhməz də hazırlanır. Hər gün nizamlı olaraq müalicəvi keçi buynuzu bəhməzi yeyərək xüsusi ilə qan azlığı çəkənlərə və sperma azlığından şikayət edənlərə çox faydalıdır. Keçi buynuzu kalsium baxımından çox zəngindir (südün 3 qatı). İçindəki E vitamini sayəsində: öskürəyə, qripə, sümük əriməsinə və qan azlığına qarşı müalicəvidir. Bəlğəmi təmizləyir, sinəni yumşaldır, bronxları açır, siqaret çəkənlər üçün faydalıdır və nəfəs darlığına olduqca təsirlidir. (Alergiyalı nəfəs darlığı çəkənlərə də keçi buynuzu bəhməzi tövsiyə edilir.) Yüksək xam sellüloza, bağırsaq narahatlığına və mədə xorasına çox təsirlidir. Mədə və bağırsaq qazlarını çölə çıxararaq, mədə qabarıqlığını aradan qaldırır. Bağırsaq qurdunu, soxulcan kimi bağırsaq parazitlərini bədəndən təmizləyir. Yüksək mineral və vitamin tərkibli keçi buynuzu diş və diş ətləri üçün müsbət təsirlidir. Yüksək təbii şəkərlər, zəngin minerallar (xüsusilə sink) və vitaminlər (A, B, B2, B3, D) təbii güc və qidadan qaynaqlanır. Yüksək natrium və kalium sayəsində təzyiq, qaraciyər və ağciyərə çox faydalı təsirləri var. Qanın zəhərli maddələrini təmizləyir. İnsanın qorxulu yuxusunun və ağciyər xərçənginin qarşısını 90 faiz almaqda güclü təsirə malikdir. Ürəyə faydalıdır, möhkəm ürək döyüntüsünü azaldır. İnsan bədəninə girən radiasiyanı çıxarır. İshal və qəbizlikdən əziyyət çəkən hər kəsin istifadə etmələri üçün lazım olan bir meyvədir. Min dərdə dərman olan keçi buynuzu ağrı kəsici, antiseptik, immuniteti gücləndirmə vasitəsi kimi də istifadə oluna bilər. Keçi buynuzu eyni zamanda sperma sayını artıran özəlliyə malikdir. Aktiv sperma sayı az olan və az sperma sayından uşağı olmayan ata namizədlərinin istifadə etməsində böyük faydası vardır.
2013-11-21
2,097
Bakıda azyaşlı uşaq xilas edilib
Bakının Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:16-da başa çatıb.
2013-11-21
2,098
Sumqayıtda yol terroru daha bir can aldı
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində şəhər sakini Fərid Ramazanovun idarə etdiyi "Mercedes" və Şabran rayon sakini Şakir Babayevin idarə etdiyi ""Opel Astra" markalı avtomobillər toqquşub. Nəticədə xəsarət almış Ş.Babayev və F.Ramazanovun avtomobilində olan sərnişin Giləxanım Həsənova xəstəxanaya yerləşdirilib. G.Həsənova orada həyatını itirib. Abşeron rayonunun ərazisində isə Qobu qəsəbə sakini Namiq Hacıyevin idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Sürücü hadisə yerində ölüb. "Axar.az"ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin verdiyi məlumatda bildirilir ki, hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
2013-11-21
2,099
Azərbaycan - Braziliya - 20 il
Braziliyanın paytaxtı Brazilia şəhərindəki Klaudio Santoro adına Milli Teatrda Azərbaycan-Braziliya diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. "Axar.az"ın xəbərinə görə, tədbirdə çıxış edən səfir Elnur Sultanov 20 il ərzində Azərbaycan ilə Braziliya arasında münasibətlərdə möhkəm zəminin yaradıldığını bildirib, siyasi, iqtisadi və humanitar sahələrdə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Mədəniyyət sahəsində qarşılıqlı mübadilənin vacibliyindən danışan səfir Azərbaycanın Xalq Artisti, məşhur dirijor Yalçın Adıgözəlovu iştirakçılara təqdim edib, onun milli musiqimizin beşiyi sayılan Qarabağ bölgəsindən olduğunu qeyd edib və bu konsertin iki ölkənin daha da yaxınlaşmasına töhfə verəcəyinə əmin olduğunu bildirib. Braziliya simfonik orkestrinin baş dirijoru Klaudio Kohen çıxış edərək Azərbaycan-Braziliya mədəni əlaqələrinin hazırkı vəziyyətindən məmnunluğunu bildirib, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini qeyd edib. O, Azərbaycanın zəngin musiqi mədəniyyətinə malik olduğunu vurğulayıb. Sonra Braziliya simfonik orkestri maestro Yalçın Adıgözəlovun dirijorluğu ilə çıxış edib və Azərbaycan bəstəkarları Fikrət Əmirovun "Azərbaycan kapriçiosu", Qara Qarayevin "Yeddi gözəl", braziliyalı bəstəkar Heytor Villa Lobosun "Bakianos brazileyros" və rus bəstəkarı Pyotr Çaykovskinin "4-cü simfoniya" kimi musiqi əsərlərini ifa edib. Tədbirdə Braziliyanın rəsmiləri, tanınmış musiqiçiləri, bu ölkədə akkreditə edilən diplomatik korpusun üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Braziliyadakı səfirliyin dəstəyi ilə keçirilən bu konsert Azərbaycan dirijorunun Braziliyada, eyni zamanda, Cənubi Amerikada ilk çıxışı olub.
2013-11-21
2,101
"Biz sanballı münasibətlər qurmuşuq”
"Son bir neçə ildə Belarus-Azərbaycan münasibətləri möhkəmlənib, çox yüksək səviyyəyə çatıb. Biz iqtisadi əlaqələrdə, sənaye istehsalı sahəsində, humanitar sahədə, energetika sahəsində yaxşı nəticələr əldə etmişik. Lakin ən başlıcası, son illərdə fəal qarşılıqlı əlaqələr bizi bir-birimizə o dərəcədə yaxınlaşdırıb ki, artıq nəinki regionda, həm də bütün dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər". "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu noyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Belarus nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilmiş görüşdə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Belarus münasibətlərinin əsasını səmimiyyət, qarşılıqlı hörmət, qarşılıqlı dəstək təşkil edir: "Biz bu baza üzərində sanballı münasibətlər qurmuşuq. Bu gün bizim müəssisələr arasında əlaqələr genişlənir, investisiya layihələri, sənaye istehsalı ilə bağlı layihələr həyata keçirilir, təcrübə mübadiləsi aparılır. Başqa sözlə desək, bizim münasibətlərimiz tam dəyərli xarakter daşıyır". Prezident İlham Əliyev qeyd edib ki, Belarus prezidentinin Azərbaycana səfəri bu münasibətlərə yeni təkan verəcək: "Bu gün imzalayacağımız sənədlər də daha fəal əməkdaşlığımıza, bir-birimizi dəstəkləməyə, bir-birimizə kömək etməyə və birgə işləməyə kömək edəcək". Görüşdə çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko iki dövlət arasında yaranan səmimiyyətə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib: "Bu, təbiidir. Yəqin ki, bu, ümumiyyətlə, Sizin xalqın milli xarakterinə və bu xalqın bir hissəsi kimi Sizə də xas olan cəhətdir. Bizim nümayəndə heyətini, məni və ümumiyyətlə, Azərbaycanda belarusları həmişə səmimiyyətlə qəbul etdiyinizə görə sağ olun. Güman edirəm ki, bizim ölkədə Sizin xalqın, Sizin millətin nümayəndələrinə münasibət mənasında Sizin də bizə qarşı heç bir narazılığınız yoxdur və ola da bilməz. Buna görə çox sağ olun". Aleksandr Lukaşenko qeyd edib ki, iki ölkə arasında, ümumiyyətlə, istər siyasətdə, istərsə də diplomatiyada heç bir problem yoxdur: "Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik. Siz bizi həmişə dəstəkləmisiniz və dəstəkləyirsiniz. Biz də sizi həmişə dəstəkləmişik və dəstəkləyirik. Ticari-iqtisadi sahədə, iqtisadiyyatda da çox sanballı dinamika yaranıb". Belarus prezidentinin sözlərinə görə, 2006-2012-ci illərdə ticari-iqtisadi əlaqələrimizin genişlənməsinin göstəricisi olan əmtəə dövriyyəsi meyarı altı dəfə artıb: "Bu, çox sanballı göstəricidir. Lakin əmtəə dövriyyəsinin mütləq həcminin 300 milyon dollar təşkil etməsi qaneedici deyil. Bizim imkanlarımız daha çoxdur. Allaha şükür, bizim bu həcmi artırmağa imkanımız var. Bu problemi Sizinlə indicə müzakirə etdik – bu həcmi burada təkcə yığma əməliyyatları ilə məhdudlaşmayan istehsalatlar yaradılması hesabına artırmağa imkanımız var. Bu istehsalatlardan bəzilərinin lokallaşma dərəcəsi 40-60 faiz həcmindədir. Bu artıq müştərək istehsalat deməkdir. Əlbəttə, bizim sizinlə bərabər Azərbaycan torpağında istehsal edə biləcəyimiz məhsullar Azərbaycana sığmaz. Biz bu barədə danışdıq. Mən Prezidentdən xahiş etdim ki, onun beynəlxalq aləmdə nüfuzundan istifadə edərək biz üçüncü ölkələrdə birlikdə ticarətlə məşğul olaq. Bu, çox vacibdir. Biz beynəlxalq bazarlara fəal daxil olmalı və birgə istehsalatların məhsullarını birlikdə sataraq bu hesaba müvafiq mənfəət əldə etməliyik". Aleksandr Lukaşenko Belarus mütəxəssislərinin hökumətlərarası komissiya çərçivəsində sənaye kooperasiyası üzrə işçi qrupu yaradılması barədə fikirləşməyi təklif etdiklərini bildirib: "Təkbətək söhbətimizdə Siz bu barədə çox danışmısınız".
2013-11-21
2,102
Ukraynalılar "Sarı Gəlin"i Azərbaycan dilində ifa etdilər
Noyabrın 20-də V.Q.Korolenko adına Xarkov Dövlət Elmi Kitabxanasında İnternetə kütləvi girişin açılması və yeni xidmətlərin təqdim olunması münasibətilə təntənəli mərasim keçirilib. "Axar.az"ın xəbərinə görə, bu mədəniyyət ocağı "Bibliomost" müsabiqə proqramında qazanılmış qələbə sayəsində kompyuter avadanlığı dəsti əldə edib. Bill və Melinda Geyts Fondu müsabiqəyə 25 milyon ABŞ dolları ayırıb. Tədbir çərçivəsində konsert proqramında İ.P.Kotlyaryevski adına Xarkov Milli Universitetinin tələbələri Bojena Yakimenko Nadejda Melnik və Natalya Ped "Sarı gəlin" mahnısını Azərbaycan dilində ifa ediblər.
2013-11-22
2,103
Prezidentin qızı it damına salınıb - Foto
Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova rəhbərlik etdiyi "Mədəniyyət və incsənət forumu"nu bağlaması haqda məlumat yayıb. Bu haqda "Axar.az" "Fərqanə"yə istinadən xəbər verir. Prezident qızı Fondun vacib layihələrini başa çatdıracağını vəd edib, eləcə də Fond əməkdaşlarının işlə təmin ediləcəyi ilə bağlı təminat verdiyini açıqlayıb. "Özbəkistanın mədəniyyət və incəsənət forumu" fondu elm, mədəniyyət, təhsil və idmanın dəstəklənməsi məqsədilə 2004-cü ildə yaradılıb. Kərimova bu haqda öz Tvitter hesabında yazıb. O, həmçinin anası, prezidentin xanımı Tatyana Kərimova ilə aralarında olan konflikti də xatırladıb və guya anasının "onunla (Gülnarə ilə) bağlı olan hər şeyi məhv edəcəyini" deməklə onu təhdid etdiyini bildirib. Bundan başqa prezidentin qızı deyib ki, xalası oğlu Əkbərin həbsi məsələsində anasının da əli var. Xatırladaq ki, adı çəkilən Əkbərin (biznesmen Əkbərəli Abdullayev) həbsi haqda xəbərlər oktyabrda üzə çıxmışdı. Onu rüşvətxorluqda, vergidən yayınmaqda və talançılıqda ittiham etmişdilər. O zaman Gülnarə onun müdafiəsinə qalxmış və bildirmişdi ki, xalası oğlunun Özbəkistan və xaricdə olan hesablarını əlindən alıblar. Kərimova öz fondunu bağlaması haqda xəbər verəndən və anasının ünvanına ittihamlar səsləndirəndən dərhal sonra Tvitter hesabı ləğv edilmişdi. Xatırladaq ki, hələ bundan qabaq o, öz mikrobloqunda Özbəkistan güc strukturlarının ünvanına tənqidlər yazmış və öz ailəsi haqda sərt fikirlər səsləndirmişdi. Gülnarə anasını mistik ayinlərə aludəçilikdə günahlandırırdı. Kərimovanın bloqunun yoxa çıxmasından az əvvəl isə o, Fondunun təşkil etdiyi "Kelacak ovozi" (Gələcək əvəzi) layihəsinin iştirakçısı olan tələbələrin şərlənərək terrorçuluqda iştirak ittihamıyla həbs olunması haqda məlumat vermişdi. Buna görə də ölkədə qanunsuzluğun baş alıb getdiyini bildirmişdi. Bu hadisələrə qədər isə 75 yaşlı İslam Kərimovun qızı prezidentin siyasi varisi hesab edilirdi. Yeri gəlmişkən, son vaxtlar KİV-də yayılan xəbərlərə görə, onu it damına salıblar. Özbəkistanda onun nəzarət etdiyi telekanal və radiostansiyalar işini dayandırıb, Daşkənddəki ona aid olduğu deyilən dəbdəbəli dükanlar bağlanıb. Yaxın çevrəsində olan şəxslər isə, mühafizə xidmətinin rəisi də daxil olmaqla ölkəni tərk edib. İrəli sürülən versiyalardan birinə görə isə, prezidentin qızı it damına xalası oğlu Əkbərəlini müdafiə etdiyinə görə Özbəkistan Milli Təhlükəsizlik Bürosunun rəhbəri Rüstəm İnayətovla arasında yaranan münaqişədən sonra salınıb. Bu versiyaya inansaq, münaqişə onunla nəticələnib ki, prezidentə qızı haqqında kompromatlar çatdırılıb. Bu kompromatlarda xüsusilə hansısa bir qadının ölkənin sənaye müəssisələrindən qeyri-qanuni pay almasından söhbət gedir.
2013-11-21
2,104
Abdullah Gülün suflyoru işləmədi, nitqini kəsdi - Video
Türkiyə prezidenti Abdullah Gül Boğaziçi sammitində çıxışı zamanı qarşısındakı suflyorun yaratdığı problemlə əlaqədar çətin vəziyyətə düşüb. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, prezident suflyordakı mətni oxuya bilməyib. Buna səbəb isə mətndə cümlələrin tərsinə çevrilməsi olub. Bir qədər suflyora baxan Gül daha sonra problemin aradan qaldırılması üçün kömək istəyib. Gül vəziyyəti iclas iştirakçılarına izah etdikdə isə gülüşə səbəb olub. "Niyə gülümsədiyimi bəlkə də anlamısınız, ya da bu sizə yəqin ki, maraqlıdır. Bu suflyorlarla danışmaq daha rahatdır. Ancaq suflyorda bir problem olarsa, mütləq əlavə birinə ehtiyac duyursan. Suflyorda mətn tərsinə yazılmışdı. Ona görə də yaddaşın möhkəm olması vacibdir. Əslində mən klassik metodu sevirəm, lakin bunlarla daha asan olur". Daha sonra problem aradan qaldırılıb və Gül çıxışına davam edib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev heç vaxt suflyordan istifadə etməyib.
2013-11-21
2,105
Sabirabadda valideyn müəllimi döydü – Özəl
Sabirabad rayon 7 saylı Zülfü Hacıyev adına tam orta məktəbdə Azərbaycan reallığı üçün qeyri-adi sayılacaq hadisə baş verib, valideyn müəllimi haminin gözü qarşısında döyüb. "Axar.az"ın məlumat verən qaynağın sözlərinə görə, məktəbin 3-cü sinif şagirdi Suliddin Əlövsət oğlu Dadaşovu tədris hissə müdiri və ingilis dili müəllimi Ruhin Əsədov cəzalandırıb; döyüb, qulağını dartıb. Bundan əsəbiləşən Suliddin Dadaşovun atası Əlövsət məktəbə gəlib və müəllimi hamının gözü qarşısında o qədər döyüb ki, Ruhin Məmmədov xəstəxanalıq olub. Qaynaq bildirir ki, hazırda Sabirabad rayon Polis İdarəsində cinayət işi qaldırılıb. Sabirabad Polisi araşdırma aparır Sabirabad Rayon Polis İdarəsindən belə bir hadisənin baş verdiyini təsdiqləyərək, işin təhqiqatçısı, polis mayoru Mahir Nuriyevin icraatında icraatında olduğunu bildirdilər. Mayor Mahir Nuriyev isə "Axar.az"a açıqlamasında hadisənin oktyabrın 24-də baş verdiyini söylədi: "Ruhin Məmmədov 3-cü sinif şagirdi Suliddin Dadaşovu həqiqətən tənbeh etdiyini boynuna alıb. Belə ki, şagir dərslərini hazırlamadığına və dərsdə özünü yaxşı aparmadığına, sinifdə hay-küy salıb dərsə mane olduğuna görə müəllim onu cəzalanıb. Şagirdin atası Əlövsət isə oğlunun məktəbə getmək istəmədiyini və səbəb kimi də Ruhin müəllimin daima onu döydüyünü izahatında göstərib. Ata məktəbə gedib və Ruhin müəllimlə mübahisələri sonda dava ilə bitib". Mahir Nuriyev onu da qeyd etdi ki, hazırda ekspertizanın rəyi hazır olmadığına görə araşdırma aparılır və hələlik cinayət işi qaldırılmayıb. Ekspertizanın rəyindən asılı olaraq CM-nin 128, yaxud 132-ci maddələri ilə cinayət işi açıla bilər.
2013-11-21
2,106
Milanda rəssamlarımızın sərgisi keçiriləcək
Noyabrın 22-dən 29-dək Milan şəhərində "Chiesa Rossa" kitabxanasının binasında Azərbaycanın gənc rəssamlarının sərgisi keçiriləcək. "Axar.az"ın xəbərinə görə, sərgidə iştirak etmək üçün Azərbaycandan 19 nəfərdən ibarət nümayəndə heyəti noyabrın 22-dən 29-dək İtaliyada səfərdə olacaq. Sərgidə nümayiş etdirmək üçün 12 rəssamın 50 əsəri seçilib. Onlardan Günay Bəylərovanın "Xocalı fəryadı", Bəhriyyə Əliyevanın "Qızıl gül", Aynur Əsədovanın "Azərbaycan süvenirləri", Mehriban Mehdizadənin "Arşın mal alan", Ayan Kərimovanın "Süsənlər", Günay Mehdizadənin "Güllərin illüziyası", Tatyana Quliyevanın "Köhnə Bakı", Cəmilə Əliyevanın "Ortaq məxrəc", Ləman Kərimovanın "Qara üzüm", Azər Əsədovun "Qədim Bakı abidələri", Ramal Kazımovun "Darıxdırıcı gün" və Kəmalə Kərimovanın "Taxta stolun üzərində meyvələr" adlı rəsmlərinin adını çəkmək olar. Təşkilatçılar sərginin İtaliya sənətsevərlərinin, rəssamların diqqətini cəlb edəcəyinə ümid bəslədiklərini, humanitar və mədəni əməkdaşlığın inkişafına təkan verəcəyinə inandıqlarını bildirdilər. Sərginin sonunda rəssamlara səfirliyimiz tərəfindən sertifikat-plaketlər təqdim olunacaq.
2013-11-22
2,108
“Baku Challenge GT3” Bakıda - Video
Bu gündən paytaxtda bir sıra küçə və prospektlər bağlanacaq. Buna səbəb Bakının mötəbər bir yarışa ev sahibliyi etməsidir. "Baku Challenge GT3" və klassik Formula 1 yarışlarında iştirak edəcək avtomobillər artıq Bakıdadır. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, turnirdə Fransa, Almaniya, İtaliya, İspaniya və digər ölkələrin pilotları iştirak edəcək. 14 beynəlxalq komandanın yarışacağı "Baku Challenge"də paytaxt sakinləri 30 siti və 15 tarixi Formula-1 maşınlarının manevlərini canlı izləyə biləcəklər. Ötən il siti maşınlarının yarışı şou xarakteri daşısa da, bu dəfə turnirin final mərhələsi məhz Bakıda baş tutacaq. Avtomobillər Xəzər dənizi boyunca uzanan və milli bayrağın ətrafında dövrə yaradan, yeni təmir olunmuş 4 kilometr uzunluğunda yolda yarışacaqlar. Yarış dünyanın 175 televiziya kanalı vasitəsilə canlı yayimlanacaq. Sürücülər bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yol kimi 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən, eləcə də 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətdə hərəkət edə bilərlər.
2013-11-22
2,109
Con Kerri: “Misir inqilabı oğurlanıb”
Misirdə Mursinin devrilməsini demokratiyanın bərpa edilməsi hesab edən ABŞ dövlət katibi Con Kerri Mursi və tərəfdarlarını demokratiyanı oğurlamaqda ittiham etdi. "Axar.az"ın xəbərinə görə, ABŞ dövlət katibi Con Kerri Hüsni Mübarəki devirən Məhəmməd Mursi barədə bu sözləri dedi: "Təhrir Meydanındakı uşaqlar heç bir dini və ya ideoloji motivlə hərəkət etməmişdi. Onlar bir az təhsil, iş və normal həyat tərzi tələb etmiş və özlərini bu imkanlardan məhrum edən bir hökumətdən xilas olmaq istəmişdi. Bunun üçün sosial şəbəkədə təşkilatlandılar və beləliklə inqilab reallaşdı. Ancaq bu inqilab Müsəlman Qardaşları tərəfindən oğurlandı".
2013-11-22
2,110
"Dünya Çempionatı 2014"-ün 32 iştirakçısı bəlli oldu
2014-cü il iyunun 12-dən iyulun 13-dək Braziliyada keçiriləcək futbol üzrə XX dünya çempionatının final turnirinin iştirakçıları olan 32 yığma komandanın hamısı müəyyən olunub. "Axar.az"ın xəbərinə görə, Braziliya yığması çempionatda iştirak etmək hüququnu turnirin ev sahibi kimi qazanıb, qalan 31 komanda isə seçmə matçların yekunlarına əsasən müəyyən olunub. Avropanı dünya çempionatında 13 komanda – İngiltərə, Belçika, Bosniya və Herseqovina, Almaniya, Yunanıstan, hazırkı dünya çempionu İspaniya, İtaliya, Niderland, Portuqaliya, Rusiya, Fransa, Xorvatiya və İsveçrə yığmaları təmsil edəcək. Dünya çempionatında Cənubi Amerikanı Braziliya yığmasından başqa Argentina, Kolumbiya, Meksika, Uruqvay, Çili və Ekvador yığmaları təmsil edəcəklər. Afrika beş yığma ilə təmsil olunacaq - Əlcəzair, Qana, Kamerun, Kot-d'İvuar və Nigeriya. Asiyadan dünya çempionatına cəmi üç komanda vəsiqə qazanıb: İran, Koreya Respublikası və Yaponiya. Asiya regionunun seçmə turnirində oynayan Avstraliya yığması da final mərhələsinə yol tapıb. Şimali və Mərkəzi Amerika və Karib Dənizi Hövzəsi Ölkələri Futbol Konfederasiyası adından turnirə Honduras, Kosta-Rika və ABŞ komandaları qatılacaqlar. Dünya çempionatının final turnirinin püşkatma mərasimi 2013-cü il dekabrın 6-da Braziliyanın Kosta-du-Sauipe kurort şəhərində (Baiya ştatı) yerli vaxtla 13.00-da (Bakı vaxtilə 19.00-da) keçiriləcək. Braziliyada dünya çempionatı ölkənin 12 şəhərində - Rio-de-Janeyro, Resifi, Salvadore, San-Paulu, Portu-Aleqri, Manause, Fortaleze, Natale, Belu-Orizonti, Brazilia, Kuyabe, Kuritibe şəhərlərində keçiriləcək. Yarımfinal görüşləri Belu-Orizonti şəhərinin "Mineyran" və San-Paulu şəhərinin "Arena Korintians" stadionlarında, həlledici görüş isə Rio-de-Janeyronun "Marakana" stadionunda keçiriləcək.
2013-11-22
2,111
Misirdə “Rəbiyə qırğını” yad edilir
"Axar.az"ın xəbərinə görə, Misirdə hökumətə dəstək üçün Milli İttifaq Rəbiyə qırğınının 100-cü günü ilə bağlı bazar günü Rəbiyə Al-Adaviya və Nahda meydanlarında toplanacaq. "Rəbiyə Əsrin qırğını" şüarıyla aksiya bir həftə boyunca davam edəcək. Qırğınının 100-cü günü münasibətiylə bazar günü mətbuat konfransı keçiriləcək. İttifaqın üzvü Hafaci bildirib ki, dünya Misir xalqının zərbəçilər qarşısındakı mübarizəsi ilə əfsanəvi müqavimətin simvolu olan Rəbiyə işarəsini xatırlayacaq. Xatırldaq ki, 14 avqustda o vaxtkı hökumətə bağlı qüvvələr tərəfindən Rəbiyə Al-Adaviyya və Nahda meydanlarında silahlı müdaxilə nəticəsində 3 min 510 nəfər ölüb, 20 min 559 min nəfər yaralanıb, 2 min 144 şəxs həbs olunub.
2013-11-22
2,112
Atatürk Mədəniyyət Mərkəzi sökülür - Video
Bir müddət əvvəl Gəzi parkının ləğvini ortaya atan İstanbul bələdiyyəsi indi də qalmaqala səbəb olacaq yeni bir ideya ilə çıxış edir. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, bələdiyyə Atatürkün adına olan Mədəniyyət Mərkəzinin binasını sökmək istəyir. Təxminən 4 ay əvvəl ölkədə ixtişaşlara səbəb olacaq Gəzi parkı hadisələrinin təkrarlana biləcəyi qaçılmazdır. Bu xəbər ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Atatürk Mədəniyyət Mərkəzi yarasız hala düşdüyü üçün hökumət tərəfindən yenidən inşa edilməsi, lakin opera binası olaraq istifadəyə verilməsi istəyi bir çox fikir ayrılıqları yaradılıb. Əhalinin bir qismi mərkəzin köçürülmə fikrini dəstəkləsə də, əksəriyyəti buna qarşı çıxır. Binanın teatra çevrilməsini və mərkəzin fəaliyyətini dayandırlmasını Türkiyə Cümhuriyyətinin lideri Atatürkün adına yaraşan hal hesab etmirlər. Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik də Mərkəzin binasının standartlara cavab vermədiyini və bu səbəbdən bağlanacağını deyərək, ictimaiyyəti məsələyə siyasi rəy verməməyə çağırıb. Lakin bina bağlandıqdan sonra mərkəzin hara köçürüləcəyi, ümumiyyətlə, bu təşkilatın fəaliyyətinin qalıb-qalmaması hələ də sual altındadır. İstanbul Beyoğlu icra nümayəndəsi Hasan Şensesin sözlərinə görə, dövlət bu binanı yenidən inşa edir. "İnsanlar buranın dəyişdirilməsini istəmirlər. Hökumət də bu binayı yıxaq və yenidən müasir üslubda opera binası tikək təklifini irəli sürür. Amma hal-hazırda sponsorluqla təmir edilir. Hal-hazırda mədəniyyət mərkəzi olaraq təmir edilir. Opera binası olması yönündə verilmiş qərar yoxdur. Lakin hökumətin belə bir düşüncəsi var". Hazırda Mədəniyyət Mərkəzi təmamilə yararsız vəziyyətdədir. Hətta binanın uçma təhlükəsi belə var. Buna görə də binanın ətrafı 24 saat polis tərəfindən qorunur.
2013-11-22
2,113
AŞPA Azərbaycandakı prezident seçkilərini müzakirə etdi
Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair hesabat AŞPA Bürosunun iclasında qəbul edilib "Axar.az" "APA"ya istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada noyabrın 21-də keçirilmiş Avropa Şurası Parlament Assambleyası Bürosunun toplantısında Azərbaycanda və Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair hesabatlar müzakirə olunub. İngiltərəli deputat Robert Valterin hazırladığı "Azərbaycanda prezident seçkilərinin müşahidəsi (9 oktyabr 2013)" adlı hesabat müzakirə olunaraq qəbul edilib. Azərbaycan üzrə hesabat əsasən müsbət qiymətləndirilib və bu seçkilərin nəticələri səslərin bölüşdürlməsini əks etdirdiyini və Azərbaycan xalqının iradəsini ifadəsi kimi hesab olunub. Avropa Şurası Gürcüstana qarşı isə sanksiya tətbiq edib. AŞPA Bürosu Gürcüstandakı seçkilərin nəticələrinə dair müzakirələrdən sonra qəbul etdiyi hesabatında Gürcüstana qarşı iki il müddətinə sanksiyanın tətbiq olunacağını qəbul edib. Buna səbəb isə seçkilər zamanı Gürcüstan hökumətinin AŞPA müşahidəçi missiyasının tərkibindəki Rusiyalı millət vəkillərini ölkəyə buraxmaması olub. Büronun qəbul etdiyi sanksiyaya əsasən, iki il ərzində Avropa Şurasının heç bir tədbiri Gürcüstanda keçirilməyəcək. Büronun iclasında iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, AŞPA Bürosunun qəbul etdiyi hesabatla deputatların əksəriyyəti Azərbaycanda keçirilmiş seçkiləri çox müsbət və yüksək səviyyədə qiymətləndirdiklərini bildirib. "Bildiyiniz kimi, prezident seçkilərindən sonra AŞPA müşahidəçi missiyasının hazırladığı hesabat, burada, Vyanada müzakirə olunmalıydı və biz də bunu səbirsizliklə gözləyirdik. Və bu gün qurumun bürosunun iclasında müxtəlif məsələlərlə yanaşı, Azərbaycanda və Gürcüstanda prezident seçkiləri müzakirə olundu. Azərbaycanda prezident seçkiləri ilə bağlı artıq fikir mübadiləsi yox, AŞPA-nın Azərbaycandakı seçkiləri müşahidə etmiş müşahidəçi missiyasının rəhbəri Robert Valterin hazırladığı məruzə geniş şəkildə müzakirə olundu. Bu hesabatın içərisində bənd-bənd seçkiqabağı, seçki günü və seçkidən sonrakı vəziyyət təhlil olunub. Sabah isə AŞPA-nın Daimi komitəsinin toplantısında bu məsələnin müzakirəsi üçün ən əsas məsələ bu hesabatın bu gün büronun iclasında təsdiq və qəbul olunması lazım idi. Prosedurlara görə, belə sənədlər ilk olaraq Büro daxilində müzakirə olunur və qəbul olunduqdan sonra Daimi komitəyə və daha sonra Parlament Assambleyasına çıxarılaraq, ictimaiyyətə açıqlanır. Biz də bugünkü iclası çox səbirsizliklə gözləyirdik. Çünkü müxtəlif qurumlar, ayrı-ayrı şəxslər bu məsələ ətrafında müəyyən problemlər yaratmaq istəyirdilər. Amma mən bu gün Büronun iclasında çıxış edərək, Azərbaycanın mövqeyini bir daha Büro üzvlərinə çatdırdım. Büro üzvləri də öz növbələrində Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair öz mövqelərini bildirdilər. Və sizə deyim ki, bugünkü iclasda cənab Robert Valterin hazırladığı hesabat təsdiq olundu və bu sənəddə prezident seçkilərində Azərbaycan xalqının iradəsinin tam şəkildə öz əksini tapmışdır kimi sözlərini də tapa bilərsiniz". Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri həmçinin bildirib ki, iclasda seçkilər məsələsində Avropa təşkilatları arasındakı haçalanma da müzakirə olunub: "Əslində elə, bu əsas məsələlərdən bir idi. Avropa Şurası, Avropa Parlamenti, ATƏT-in Parlament Assambleyası Azərbaycanda keçirilmiş seçkiləri açıq, ədalətli və demokratik və Azərbaycan xalqının iradəsini əks etdirən seçkilər kimi qiymətləndirdi, ATƏT-in Demokratiya və İnsan Haqları Bürosu isə bu seçkilərdə hansısa ciddi pozuntuların olduğunu qeyd etmişdi. Bu məsələ ilə bağlı həm Büro üzvləri, həm də hesabatın müəllifi cənab Valter, həm mən də çıxış edərək, öz münasibətimizi bildirdik. Birmənalı olaraq, bu problem Azərbaycanın problemi deyil, bu Avropanın təşkilatları içərisində baş verən bir böhrandır. ATƏT-in Parlament Assambleyasının rəhbəri ATƏT-in özünün müşahidəçi missiyasının təqdim etdiyi sənədinə qarşı öz bəyanatı ilə çıxış etmişdi, söhbət cənab Mişel Vuazəndən gedir. O ki qaldı Avropa Parlamentinin və Avropa Şurasının birgə bəyanatına, o bəyanatın müəllifləri həm AP-də, həm AŞ-da öz fikir və mövqeləri üstündə dayanmışdılar və deputatların əksəriyyəti Azərbaycanda keçirilmiş seçkiləri çox müsbət və yüksək səviyyədə qiymətləndirdilər".
2013-11-22
2,114
İranda iyirmi minə yaxın insan zəhərlənib
İranın Xuzestan vilayətində iyirmi minə yaxın insan zəhərlənib İranın Xuzestan vilayətində aramsız yağışlar insanların kütləvi zəhərlənməsinə səbəb olub. Ölkənin rəsmi strukturlarının yaydığı məlumatda deyilir ki, atmosferin çirkli olması nəticəsində yağan yağışlar havanı kəskin ağırlaşdırıb. "Axar.az" xəbər verir ki, iyirmi minə yaxın insan "boğulma" diaqnozu ilə xəstəxanalara yerləşdirilsə də onların bir qismi ilkin tibbi yardımdan sonra xəstəxanaları tərk etib. Təbii fəlakət zonası elan edilən əraziyə əlavə xilasedici və səhiyyə qüvvələri cəlb olunub. Bildirilir ki, ölkənin müxtəlif bölgələrində sel və daşqınlar nəticəsində 18 şəhərə və 3 adaya ciddi ziyan dəyib. Yaxın günlərdə Kerman, Hormozqan və Sistan-Bülecüstan vilayətlərində yağıntının ümumi normadan dəfələrlə artıq olacağı proqnozlaşdırılır. Bu vilayətlərin çay və göl sahillərində, çökək ərazilərində məskunlaşan əhaliyə xəbərdarlıq olunub. Alborz və Tehran vilayətinin şimalında dağlıq ərazilərə qar yağması nəticəsində paytaxtın bəzi giriş-çıxış yolları bağlanıb. Gilan və Ərdəbil vilayətləri arasındakı Xalxal ərazisində isə güclü yağış avtomobil tunelinin uçmasına səbəb olub. Yol polisi sürücülərə yollarda yaranmış vəziyyətlə əlaqədar xəbərdarlıq edib.
2013-11-22
2,116
Aydın Bəşirovu geri qaytardılar
Ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovu Bakı Beynəlxalq Hava Limanından geri qaytarıblar. Sabiq CASPAR şefi Almaniyaya gedirmiş. Hava alanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb. A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, dekabrın 22-nə qədər ölkədən çıxmasına qeyri-rəsmi qadağa var. "Axar.az" "Yeni Müsavat"a istinadən xəbər verir ki, buna görə də A.Bəşirov aeroportdan geri qayıtmalı olub. Hava limanında əsəbiləşən A.Bəşirov bir neçə saat sonra Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sabiq rəisin hazırda həmin xəstəxanada müalicə olunduğu bildirilir. Qeyd edək ki, bu il oktyabrın 22-də prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradılması haqda sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin edilib. Bu sərəncam Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin uzun illər rəisi olan Aydın Bəşirovun tutduğu postun itirilməsinə səbəb olub. Bundan sonra Baş Prokurorluq ləğv olunan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus "İslam Səfərli" yük gəmisində yol verilmiş qanun pozuntularına dair Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmaların başlandığını açıqlayıb. Yük gəmisinin kapitanı Həşim Həsənov, gəmi kapitanının köməkçisi Səyyad İbadullayev barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə cinayət işi başlanıb. Hər iki şəxs həbs olunub. Hazırda da bu iş üzrə istintaq davam etdirilir. "İslam Səfərli"nin kapitanı, köməkçisi və heyət üzvləri Rusiya sularında neft məhsullarının oğurlanmasında, daşınmasında ittiham edilirlər. Bu cinayət işinin tam və hərtərəfli araşdırılması kifayət edir ki, Aydın Bəşirovu cinayət məsuliyyətinə cəlb etsinlər. Gələn məlumatlar onu deməyə əsas verir ki, bu fakt araşdırılmasa belə, sabiq rəis istintaqçıların sorğu-suallarını cavablandırmalı olacaq. Belə ki, A.Bəşirovun tutduğu posta təyin edilən Rauf Vəliyevin təhvil aldığı qurumda ciddi yoxlamalar başlatdığı barədə məlumatlar var. Qurumdakı qaynağımız deyib ki, təhvil-təslim prosesində hər bir sənəd çox diqqətlə araşdırılır, gəmilərdə və quruma aid bütün obyektlərdə yoxlamalar aparılır. Ən ciddi məqam isə R.Vəliyevin bütün toplanan faktları ölkə rəhbərliyinə təqdim etməsi ilə bağlıdır. Bildirilir ki, R.Vəliyev bu posta təyinatının 2 ayı dekabrın 22-də tamam olur. Həmin gün o, bütün toplanan korrupsiya faktlarını prezidentə təqdim edəcək. Bu təqdimetmədən sonra A. Bəşirovun durumu yaxşı olmayacaq. Yəqin ki, R.Vəliyevin hazırladığı qovluqdakı hər bir sənəd cinayət işlərində qırmızı xətlə keçən epizodların əsasını təşkil edəcək. Bundan başqa, A. Bəşirovun üzərinə bu il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Naftalan" tankerinin Rusiya tərəfindən geri alınması öhdəliyi də qoyulacaq. Xatırladaq ki, Rusiya FTX-nin yaydığı rəsmi məlumatda qeyd edilirdi ki, tankerdə oğurluq neft olub. Rusiya tərəfi iddia edir ki, neft Rusiyanın "LUKoil" şirkəti tərəfindən Xəzər dənizinin Həştərxan şelfindən hasil olunub və Bakı-Novorossiysk kəməri ilə nəql olunmaq üçün nəzərdə tutulub. Tankerin kapitanı Asif İsmayıl oğlu Məhərrəmov və köməkçisi Ülvi Nobel oğlu Sultanzadə bu gün də Mahaçqalada həbsdədir. Tanker Mahaçqala dəniz limanına çəkilərək nəzarət altında saxlanılır. Heyət üzvləri də faktiki girov vəziyyətindədir. Tankerin saxlanılmasından sonra belə məlumatlar da vardı ki, Rusiya tərəfi tankerin və heyət üzvlərinin azad edilməsi üçün A.Bəşirovdan 5 milyon dollar tələb edir. A.Bəşirov isə bu məbləği ödəməkdən yayınırdı. "Naftalan"ın saxlanılmasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə idarəsində neft oğurluğu faktına görə Rusiya Cinayət Məcəlləsinin 226.1 - strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı maddəsi ilə cinayət işi başlanıb. Gəmidə olduğu kimi gəmiçilik idarəsində də bütün "çp"lərə kapitan cavab verir. Gələn məlumatlar da onu deməyə əsas verir ki, A.Bəşirovun gəmisi artıq batıb.
2013-11-22
2,117
Moskva metrosunda miqrantın güllələnmə anı - Foto/Video
Moskva metrosunda iki silahlı şəxs sərnişinə atəş açaraq onu yaralayıb. Yaralı ağır vəziyyətdə xəstaxanaya çatdırılıb. "Axar.az" xəbər verir ki, hadisə noyabrın 17-də baş versə də, bu haqda xəbərlər KİV-ə yenicə daxil olub. Kadrlarda iki nəfərin bir gəncə hücuma keçmələri aydın görünür. Əvvəlcə onun başına tapança ilə vurulur, gənc kadrlardan itsə və sərnişinlər hadisə yerindən kənarlaşsa da, hücum edən gənclərdən digəri də tapança çıxararaq, döyülənə tuşlayır. Zərərçəkən Dağıstandan olan 30 yaşlı Həşim Lətifovdur. Hadisəni törədən şəxslərin kimliyi hələlik məlum deyil. Yaralanan dağıstanlı isə ağır vəziyyətdə xəstəxanadadır.
2013-11-22
2,118
Ədliyyə işçiləri Fəxri Xiyabandadır
Bu gün ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar Ədliyyə naziri Fikrət Məmmədov da daxil olmaqla, nazirlik əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edirlər. "Axar.az"ın məlumatına görə, bir neçə gündür başlayan 95 illik yubiley tədbirlərini bu gün keçirilən təntənəli tədbirlərlə davam etdirəcək ədliyyə işçilərindən Prezident İlham Əliyevin sərəncamı ilə mükafatlandırılanlar da olub. Belə ki, Ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova II dərəcəli dövlət ədliyyə müşaviri, Penitensiar Xidmətin rəis müavini Nizaməddin Cəlilova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verildi. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Ədliyyə Nazirliyinin Əsasnaməsini 22 noyabr 1918-ci ildə təsdiq edib. Heydər Əliyevin 2000-ci il noyabrın 11-də verdiyi sərəncamla, həmin tarix Ədfliyyə işçilərinin peşə bayramı olaraq təsdiqlənib.
2013-11-22
2,119
Ermənilər atəşkəsi yenə pozdular
"Axar.az"ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı və Ağdam rayonunun Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-11-22
2,120
Kimya müəssisəsində partlayış: 3 ölü, 40 yaralı
Bu gün Çinin şərqində yerləşən Şandun əyalətinin Tsindao şəhərində kimya müəssisəsində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 40 nəfər isə xəsarət alıb. "İTAR-TASS"ın verdiyi məlumata görə, partlayış dalğaları müəssisənin qapılarını sındırıb, yaxınlıqda dayanmış ekskavator və yük maşınlarını aşırıb. Hadisə yerinə 20 yanğınsöndürmə briqadası cəlb olunub.
2013-11-22
2,121
Türkiyə hökuməti PKK-ya qol-qanad verir
"General Vəli Kiçik Qarabağ uğrunda savaşa bilən bir əsgərdir" "Bu cinayətkara Türkiyədə az qala lider səviyyəsində legitimlik qazandırılır. Bununla da Türkiyənin bütövlüyü uğurunda, Vətən uğrunda, bayraq uğrunda savaşan əsgərlərin qanı batırılır. Mən baş verənlərdən çox narahatam" "Axar.az" Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Xalq şairi üzvü Sabir Rüstəmxanlının "Yeni Müsavat"a verdiyi müsahibəni təqdim edir: - Sabir bəy, PKK liderlərindən Məsud Bərzaninin Diyarbəkirdə dövlət rəsmisi olaraq qarşılanması, AKP iqtidarının terror liderləri ilə bunca yaxınlaşması Türkiyədə barış və sabitliyə gətirib çıxaracaqmı? - Bu gün Türkiyədə yaşananlar çox mürəkkəb prosesin bir parçasıdır. Əgər bu sürəc doğrudan da türk və kürd xalqlarının yaxınlaşmasına, ölkə daxilində demokratiyanın inkişafına, hər xalqın öz dilini, öz mədəniyyətini inkişaf elətdirməsi üçün şərait yaradılmasına xidmət eləsəydi, buna normal baxmaq olardı. Özünü dərk eləmiş hər hansı xalq əgər öz dilində məktəbi, televiziyası olmasını istəyirsə, buna zorla mane olmaq, ya da müqavimət göstərmək doğru deyil. Əgər kürd xalqının Türkiyə daxilində normal insan haqları ilə bağlı tələblərini dövlət qarşılayırsa, indiyə qədərki maneələr aradan qaldırılırsa, bu, Türkiyəni xeyrinə olan, əslində Türkiyəni bir dövlət olaraq möhkəmləndirən bir prosesdir. Ancaq çox təəssüf, Türkiyədə bu prosesin ayrı bir tərəfi də var. Türkiyədə bu işlərin arxasında bir terrorçu təşkilat dayanır. Türkiyə dövləti ilə danışıqlara gələn təpədən-dırnağa silahlanmış və Türkiyəyə qibtə eləyən terror qruplaşmasıdır. Bu qruplaşmanın onminlərlə insanın qətlinə fərman vermiş cani lideri bu gün İmralı cəza evində oturub özünü elə aparır ki, guya bütün ssenarini bu yazıb və Türkiyənin rəhbərləri də elə bu ssenari üzərində hərəkət eləyirlər. Ara-sıra bəyanatlar verir, ara-sıra məktublar göndərir, tez-tez görüşlər keçirilir. Bu cinayətkara Türkiyədə az qala lider səviyyəsində legitimlik qazandırılır. Bununla da Türkiyənin bütövlüyü uğrunda, Vətən uğrunda, bayraq uğrunda savaşan əsgərlərin qanı batırılır. Mən baş verənlərdən çox narahatam. - Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Vaşinqtonda PKK-lı Şivan Pərvərdən üzr istənilməsindən qürurla danışıb. Bu, Türkiyənin Vaşinqtona hesabatı kimi dəyərləndirilə bilərmi? - Bir daha deyirəm, çox mürəkkəb bir proses yaşanır, hər nə qədər Türkiyə dövlət xadimləri buna demokratikləşmə və Türkiyənin bölgədə liderliyi, dövlətin mövqeyinin güclənməsi açısından baxırlarsa da, ortada güclənən bir terror var, güclənən bir separatizm var, İraqın quzeyində güclənən kürd bölgə icması var. Artıq bu icma dövlət səviyyəsində qəbul olunur və təhlükəlisi odur ki, onlar indiki iddialarının heç birindən geri çəkilməyiblər. İndiyə qədər gedən proseslərdə yalnız Türkiyə geri çəkilməkdədir. Burda hüququ tapdalanan türk xalqıdır, əzilən türk xalqıdır, həqarət edilən, tarixi, qüruru, varlığı danılan türk xalqıdır. Məni incidən budur. Öcalan həbsxanada oturub kitab yazır və o kitablarda da türk tarixiylə bağlı çox şeyləri kürdlərin adına çıxır. Kürdlərin öz torpaqları kimi təqdim etmək istədikləri bütün ərazilər Şumerdən bəri qədim türk ocaqlarıdır. Diyarbəkir də qədim türk yurdudur. Bunları gözardı edib, bunları bir kənara qoyub, terror təşkilatlarının liderlərinin diqtəsiylə hərəkət eləmək, onları bu gün Türkiyəyə dəvət edib, az qala dövlət başçısı səviyyəsində qəbul etmək Türkiyənin xarici siyasətinin uğuru yox, uğursuzluğudur. Bu mənim şəxsi düşüncəmdir. Kaş ki biz yanılaq, kaş ki bu hadisələrdən, türk və kürd xalqları daha da sıx birləşmiş, bir dövlətin satışı altında qardaşcasına əl-ələ verib çıxsınlar. Buna ancaq sevinmək olar. Ancaq proseslər göstərir ki, Türkiyə tərəfi yumşaldıqca terrorçular, dağda olanlar geri çəkilmirlər, əksinə, mövqeləri daha da möhkəmlənir, bir tələb yerinə yetirildikdən sonra yenilərini ortaya qoyulur. Vaxtıykən "erməni soyqrımı" məsələsiylə bağlı bir fransız alimiylə İstanbulda eyni konfransda çıxış eləyirdim. Söhbətimiz zamanı o dedi ki, Fransada ermənipərəstlər, ermənilərin tərəfdarları çoxdur, ola bilsin, Fransada mənim kimi düşünənlər tək-təkdir, azdır. Ancaq mən özümün doğru olduğuma inanıram və heç kim də məni bu inamdan daşındıra bilməz. O da bundan ibarətdir ki, Türkiyədə heç bir soyqırım olmayıb, bu hadisələrdə Türkiyəni günahlandırmaq olmaz, Türkiyə haqlıdır. Qarabağ məsələsində də Azərbaycan haqlıdır. Türkiyə erməni soyqırımı məsələsində, Azərbaycan da Qarabağ məsələsində bir addım geri çəkilsə, ardınca ikinci, üçüncü, beşinci, on beşinci tələblər gələcək, bu ölkələrə daha ağır şərtlər irəli sürüləcək. Aydındır ki, bu planların müəllifi Qərbdir. Ancaq suçun böyüyü buna müqavimət göstərməyən hökumətlərdədir. PKK-ya münasibətdə Türkiyə iqtidarının tutduğu mövqe PKK-ya qol-qanad verir. Mənim kənardan gördüyüm budur. Bu olaylar öncəsi Türkiyədə atılan addımlar - ordunun zəiflədilməsi, bir sıra milli düşüncəli insanların zindanlara atılması, millətin müqavimət gücünün zəiflədilməsi, hətta "Nə mutlu türküm deyənə" sözünün ləğv edilməsi, "türk" kəlməsinə savaş elan edilməsi, məktəblərdə qürurunu öyrədən andın ləğv edilməsi prosesin türk xalqının xeyrinə davam etmədiyini sübut edir. Bütün bunlar olmasaydı, davutoğullarının verdiyi bəyanatlara, bu anlaşmanın Türkiyəyə barış və hüzur gətirəcəyinə inana bilərdik. Mən qorxuram ki, Türkiyədə türk və kürd xalqlarının qardaşlığının möhkəmləndirilməsi adına atılan addımlar sonucda konfliktləri daha da dərinləşdirsin. Allah Türkiyəni və türk xalqını bu bəlalardan hifz eləsin. - Amin. Sabir bəy, Ergenekon davasında həbs edilən Vəli Kiçik həbsxanada bugünlərdə başa çatdırdığı kitabında Azərbaycana görə həbs edildiyini bildirib. Bu haqda bilginiz varmı? - O kitabı oxumamışam. Oxumadığıma görə də hər hansı cümləyə əsaslanıb fikir bildirməyi doğru saymıram. Ancaq Vəli Kiçik mənim Türkiyədə tanıdığım ən böyük Türkiyə sevdalısı, Türkiyənin hər qarış torpağından ötrü canını verməyə hazır olan bir şəxsiyyətdi. Vəli Kiçik jandarm generalı idi, həmin səviyyədə olan bir hərbçinin dövlətin razılığı olmadan, dövlətin əmrləri olmadan hər hansı addım atdığını düşünmək sadəlövhlük olardı. Vəli Kiçik hər addımında Türkiyə dövlətinin və türk millətinin çıxarlarını nəzərə alıb. O bir sıra qonşu ölkələrdə də çalışıb, zamanında Azərbaycanla da əlaqələri olub. PKK ilə mübarizə aparanların ön sıralarında olub. Vəli Kiçik həm Türkiyə, həm Azərbaycan türklərinin maraqlarını bilən və ondan ötrü başından keçməyə hazır olan bir şəxsdi. Belə bir dəyərli insanın həbsinin motivləri hələ də bəlli deyil. Ancaq tək Vəli Kiçik deyil ki? Ergenekon davası ilə neçə-neçə dəyərli insan həbsə atılıb. Bu şəxslərin sözdə hansısa yanlışı ola bilər, biznes fəaliyyətlərində hansısa yanlışları ola bilər; ancaq türk xalqına, Türkiyə dövlətinə qarşı yanlış bir addımları olduğu iddiasını mən qətiyyətlə rədd edirəm. Ola bilər onlar Türkiyənin indiki iqtidarı kimi düşünmürlər. Ancaq iqtidar kimi düşünməmək kimisə cani kimi həbsə atdırmağa əsas ola bilməz. Hər hansı iqtidar xalqın qurduğu dövlətin marağını qoruya bilmirsə, atdığı addımlar xalqın xeyrinə deyilsə, o iqtidara qarşı çıxmaq müqəddəs kitabımız Qurandan başlayaraq, Ana Yasalara qədər təsbit olunan azadlıqdır. Buna görə insanlar günahlandırılmamalıdır. Hətta dövlətə, dövlətin maraqlarını sarsıtmaq başqadır, iqtidara münasibət tamam başqa. Ona görə də bir hökumətin onun kimi düşünməyənləri ömürlük həbsə məhkum etməsi həmin iqtidarın acizliyindən, demokratik mübarizə üsullarından uzaq olmasından xəbər verir. Vəli Kiçiyin Azərbaycana münasibətinə gəlincə, o bir əsgər idi. Lazım gələrsə, Qarabağ uğrunda savaşa bilən bir insandı.
2013-11-22
2,122
Ukraynalılar Azadlıq Meydanına çıxdı - Aksiya
"Üçüncü Respublika" hərəkatının rəhbəri Yuri Luçenko bütün ukraynalıları Yanukoviçə etiraz üçün Azadlıq Meydanına toplanmağa çağırıb. "Axar.az"ın "zn.ru" saytına istiadən verdiyi məlumata görə Luçenko meydana toplaşmış insanlardan digər yoldaşlarını da bura gəlməsini xahiş etmələrini söyləyib. Luçenko aksiya iştirakçılarına yoldaşlarına mesaj vaxitəsiylə "Mənim gələcəyimi oğurlayıblar. Mən meydandayam. Bəs sən haradasan?" şüarlarını ötürməyə çağırıb. O, meydana 100 mindən artıq insan toplaya bilsələr Nazirlər Kabinetini qərarını dəyişə biləcəklərini söyləyib.
2013-11-22
2,123
Yazma, nəslimi yer üzündən silər – Zərdabdan reportaj
Ucarın "dörd yol"undan Zərdab rayonuna qədər 15-20 km yolu ən tezi 1 saata getmək olar. Yolun üstündə yerləşən kəndlər Allahın unutduğu yerlərdir elə bil. Bu yol və yol kənarı kəndlər rayon rəhbərliyinin yadına düşmür, deyəsən. Sovetlərdən qalma asfalt döşənmiş yollar tamam dağılıb. Örüşdən qayıdan mal-qara yolu saymazyana halda o tərəf-bu tərəfə keçir. Yol boyu şoran torpaqlarda özünü rahat hiss edən yulğun ağacları sıralanıb. Ara-sıra əbrəşim, küknar və meyvə ağaclarına da təsadüf olunur. Kənd evlərinin həyətyanı sahələri isə meyvə ağacları, səliqəli əkilmiş gül kolları ilə bu yeknəsəqlikdə bir cənnət misalıdır. Mənə bu yeknəsəqliyin özündən maraqlı bir mənzərə açılırdı. Xələc kəndinin girəcəyində bir neçə ağsaqqal dayanıb. Yolu tanımırmış kimi maşını saxlayıram. Qərib adama hörmət və ehtiram burda da yüksəkdir. "Düz gedirsən, narahat olma, bu yol səni Zərdaba çıxaracaq,- qonaqpərvərlik göstərirlər,- düş, qonağımız ol, çayımızdan iç, çörəyimizdən kəs". Təşəkkür edirəm və maşından düşüb, siqaret yandırıram. Bir neçə dəqiqəyə ətrafdakı adamlar da yaxın gəlir. Məsləhət görürlər ki, ehtiyatlı sürüm, mal heyvanın qayıdan vaxtıdır. Yollar da ki, gördüyüm kimi, çala-çuxur. Yarımsaatlıq söhbətimiz zamanı jurnalist olduğumu bilirlər. İşsizlikdən, qarşılaşdıqları haqsızlıqdan, dolanışığn çətin olmasından, cavanların Rusiyaya gedib orda hamballıq etməsindən bəhs edirlər. -Bunlardan yaz e, gəlib yalandan başçı ilə görüşüb getməyin,- əlindəki ağaca söykənən ağsaqqal deyir bunu. - Yazaram, - deyirəm və əlavə edirəm ki, Zərdaba qonaq gedirəm, başçı ilə görüşməyə yox. Xudahafizləşirik. Zərdabın "dörd yol"unda taksi şoferindən Yarməmmədbağı kəndinə necə gedəcəyimi soruşuram. Mənim maşınla olduğumu görsə də: - 5 manat ver, aparım, - deyir. Aralanıram və illər öncə bir neçə dəfə getdiyim yolu yadıma salıram. Qəbiristanlığa araq qoymuşam Köhnə dostum İsmayıl məni Lələağacı kəndinə burulan yolda gözləyir. Bu kəndin içindən keçib Yarməmmədbağına gedəcəyik. 20 ildən çoxdur ki, görüşmürük. - Qəbiristanlığa araq qoymuşam, gedək içək onu, deyir və ötənləri yada salır. Neçə il qabaq yolun kənarındakı qəbiristanlığın kənarındakı ağaclıqda yeyib-içməyimizi yada salır. Böyük oğlum özümə oxşamadı, namaz qılan oldu - Oğlumun biri nənəsinin yanındadı. Kiçiyimdi o. Adı Sənan olsa da, kənddə hamı ona "quldur" deyir. Quldurluğu-zadı yoxdu, "prosto" nənəsigilin mal heyvanını qadağan olunan yerlərdə otarır, ələ keçmir, ona görə bu adı veriblər. Böyüyüm Amir isə heç özümə oxşamadı, mollalıq edir, namaz qılır. Ortancılım Kənandır. Evimin dirəyidir. O, başqa oğuldur. 6-cı sinifdən qoşuldu dayılarına getdi Saratova. İndi vəziyyəti pisdir. Orda da hər şey qəlizləşib, demişəm, yığışıb gələcək. Gör Bakıda ona bir iş düzüb qoşa bilərsən? Bunlar gecədən keçmiş, qonaq–qara dağılışandan sonra İsmayılla dərdləşdiklərimizdən yadımda qalanıdır. Yarməmmədbağı kəndində Nəsimi adına tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyən İsmayılla məktəbə gəlirik. Bazar günü olduğu üçün məktəbdə heç kəs yoxdur. Kəndin üç şəhidi var. Məktəbin qarşısında mərmər lövhədə onların xatirələri əbədiləşdirilib. Elə sinif otaqlarında da şəhidlərin şəkilləri, onların qısa, lakin mənalı həyat yolları haqda məlumat var. Bir azdan məktəbin direktoru Kamal müəllim də gəlir. Tanış oluruq. Məktəbin məzunları haqda ürək dolusu danışır: "600 baldan çox toplayanlarımız var. Heç bir repetitor yanına getməyiblər. Öz müəllimlərimizin dərslərində oturmaqla yüksək nailiyyət əldə ediblər". Məktəbdə qışa hazırlıq işləri başa çatıb. Sinif otaqlarını qızdırmaq üçün sobalar qoyulub. Həyətdə isə doğranmış odunlar var. Arxalı köpək qurd basar Kənd sakini Əli Süleymanov başına gələn qəribə olaydan bəhs edir: - Eşitdim jurnalist gəlib, ona görə gəldim. Qardaş, zibilə düşmüşəm. Poçtun müdirinin şoferi oğlumun idarə etdiyi "Opel" markalı şəxsi maşınımı arxadan vurub. Sığortası var. Amma sənədlərini vermir ki, sığorta maşını təmir eləsin. Deyir, müdirim qoymur. Müstəntiqin yanına getdik. Hadisə vaxtı gəlib ölçüb-biçmişdi. Bizə kömək etmək əvəzinə dağdan-dərədən danışdı. Görünür, umacağı var, deyə bilmərəm, açıq danışmadı. Nə isə hadisənin necə baş verməsi haqda fakt tərtib edib, amma vermir. Deyir, gərək 10 dəqiqə tez keçəydin ordan, o da səni vurmayaydı. Sözə bax e, bunu müstəntiq deyir. Rəisin yanında olduq, yaxşı adamdır. Rəis onu çağırıb, danladı ki, insanlarla bu cür rəftar etməzlər. Verdi "zadnıya". Amma poçtun müdiri şoferinə deyib ki, sığortanın sənədlərini vermə, ilin axırıdır, birdən yenə qıza elədin. Heç sözdü bu? Dərəbəylikdir vallah... Arxalı köpək qurd basar burda deyiblər... Təhməz dayının Nəbatat bağı Təhməz dayı Ucarın Pərvanlı kəndindəndir. - 40 ildən çoxdur ki, Kürdən rayona su vururam. İndi bir az aralıda təzə motorxana tikilib. Qardaşım oğlu işləyir orda. O da mənimlə yola getmir. Elə bilir ki, burdan milyonlar qazanıram, ona vermirəm. - Gözəl bağ-bağat salmısız... - Düz 40 ildir buranın nazıynan oynayıram. Bura sərəncam da almışam. SSRİ-nin hər yerindən əlimə düşən ağacı gətirib əkmişəm bura. Əvvəllər boş vaxtlarımı öldürmək istəyi idi. Amma indi elə bilirəm ki, bunlarsız yaşaya bilmərəm. - Təxminən neçə növ ağacın var? - Azərbaycanda olan ağacların bəlkə də 90 faizi burda var. Bizdə olmayan ağacları da Rusiyadan, Ukraynadan alıb, gətirib əkmişəm. Palmadı, yapon əzgilidi, banandı, yapon iydəsidi... nə bilim çox ağac var. Cavanlıqdan kurorta gedərdim. Həmişə gələndə ancaq ağac tingi gətirərdim. İki hektar ərazidi. - Eşitmişəm ki, sizə dəfələrlə müraciət eləyiblər buranı satasan. - Satmaq deyəndə, ay oğul, satmaram, amma mənə yaşayış üçün bir otaqlı ev versələr, verərdim. Verim buldozerin ağzına, yerlə yeksan edim buraları... - Demək siz bu boyda cah-calalı, 40 ilin əzab-əziyyətini, bu qədər ağacı, var dövləti bir otaqlı mənzilə dəyişməyə hazırsız? - Hə, vallah, bu saat çıxıb gedərəm. Bala, almaq istəyənlər var, amma mən də heç satmıram axı, bayaq bir söz idi dedim. Mənə imkan vermirlər də burda rahatçılıq tapam. Hazır eləmişəm tək başına. Milyonlar xərcləyirlər, park salırlar, gör bu gözəlliyi ala bilirlər? Yığıblar boğaza, hərdən fikirləşirəm, verim buldozerin ağzına, yerlə yeksan edim buraları... - Bəs sonra ürəyiniz ağrımaz? - Yox ağrıyıb eləməz. Çünki bizim millətə lazım deyil belə şey, oğul. Bura, bax, bilmirəm nətəhər deyim, baş ağrısı olmasın. Agcəbədidən, Ucardan, Göyçaydan o qədər vəzifə, pul sahibi olanlar gəlir ki... İnan, hər yay qonağı olan götürüb gəlir bura. Təmənnasız xidmətlərində dururam. Çıxarıb 3-dən 5 dən verənlər də olur, verməyənlər də. Özləri ilə gətirirlər azuqələrini, yeyib içirlər. Çaylarını qoyuram, manqalların yandırıram. Bura elə sanatoriyadır, qal burda - Özüm də ki, xəstə adamam. Həmişə sanatoriyaya gedərdim. Ucardan həkimim vardı, Şahin həkim. Nevropotoloq idi. Bura gəlmişdi. Dedi, kişi, sənin sanatoriyaya ehtiyacın yoxdur. Bura elə sanatoriyadır, qal burda. Bir otaqlı kümə də tikmişəm. Gecəm–gündüzüm burda keçir. Amma həmin həkim, Allah rəhmət eləsin, özü öldü. 15-16 ay onun xəstəsi oldum. Bu qiblə haqqı, oğul, bizim aramızda pul söhbəti olmadı. Rəhmətlik pul tamahkarı da deyildi. Ölümünə üç gün qalmışdı gəldi. Dedi, sənlə vidalaşmağa gəlmişəm. Üç gündən sonra mən gedirəm, dedi, elə getdi də. Rəhmətlik qonağı olanda bura gətirirdi. Bir avara oğlum var - Bax, bu ağacları, palmaları, bananları gətirib əkibsən, qulluğunda durubsan, bunları pulla alıbsan, ya hədiyyə ediblər? - Pulla almışam. Kim mənim kimi səfehdir ki, pulsuz paylasın? Srağa gün bir qadın gəlmişdi bura, jurnalist idi. Bir az söhbət elədik. On dənə palma ağacını çıxardıb verdim ki, apar həyətində ək. Dedim, məndən sənə hədiyyə. İşçilər gətirirəm, ağacları budayır, əhəngləyir. Quran haqqı, pensiyamı onlara verirəm elə. Mənə nə lazımdı axı, bu gün varam, sabah yoxam. Bezmişəm. Başçı da bu yandan rahatlıq vermir. Bax, Allaha and olsun ordan, o əkin yerindən darvazaya qədər ağacları verdim ona. Bəlkə 100 kub material olardı, iri-iri ağacları kəsdirdi apardı. Bir avara oğlum var. Gəlib baxmaz, sahib çıxmaz bunlara. Hərə bir cür bədbəxtdi, mən də belə bədbəxtəm. Yazma, nəslimi götüzdürər yer üzündən... - Bu ağacı görürsən, hələ indiyə qədər görməmişəm ki, gül-zad açsın. Xırda meyvələri olur, özü də təzyiqin dərmanıdı. Bax, bu isə bambuk ağacıdı. Ən qiymətli ağacdı da bu, yəqin bilirsən. Yüz əllidən çox qoz ağacım var. Bu yaxınlarda od vurub yandırdılar narlığı. Yalan olmasın, iyirmi ton nar yandı. Fikrə gedir. Ağır-ağır dillənir: - Eh nə bilim e qoymurlar da, imkan vermirlər. Həyatdı da. Goruma aparmayacam ha. Bizimdi də. Başçı qonağı olan kimi bura göndərir. Özü də dəfələrlə gəlib. İstirahət edib gedib. Bir də gördün mindi paroxoduna, bir dənə də aşıq var, oxutdura-oxutdura gəldi... Eh, ay oğul, elə şeylər var, danışacam, amma onları yazma, nəslimi götüzdürər yer üzündən... Mən qulaq asdım, amma yazmadım. Düşündüm ki, bu əməllərin sahibi yazıq kişini yerindən-yurdundan edə bilər... Qarabağı necə alıblar "Pasportstol vardı, mayor idi, gəldi, qardaşın otuzdurdu burda, məni də burunlayıb qovmaq istədi. 40 il əziyyət çəkmişəm, tutub əlimdən alırdılar. Getdim prokurorun yanına. Dedi, kişi, nədi dərdin, dedim yoldaş prokuror, sən çörək verən kişisən, dostun, qonağın olub gəlibsən, erkək kəsibsən, bir budunu yeyibsiz, qalanı qalıb mənə, balalarımı yedizdirmişəm, yetimə, əlsiz-ayaqsıza vermişəm artığını. Hamı dua edib sənə. Həyatımı vermişəm bu bağa, 10 mindən çox ağac bir o qədər gül-çiçək əkmişəm. Banan Afrikada elə bitmir, mən bu cür ovcumun içində böyütmüşəm o ağacları. İndi bəs pasportstol əlimdən alır oranı. Prokuror dedi iki, yəni sən o qədərdi ordasan, onu sənin əlindən ala bilərlər? Dedim, ay prokuror, bəs Qarabağı necə aldılar, bizimkilər o torpaq yaranandan orda yaşamayıb? Papiros çıxartdı. Çəkdi. İnan papirosu elə sümürdü ki, ovurdu yapışdı bir-birinə. Dedi, get, kişi, səni bir qurumsaq, nə qədər ki mən burdayam, tərpədə bilməz. O, prokuror qarabağlı imiş, sonradan bildim. Balaca göl də düzəltmişəm. 60 sot ərazidir. Balıqlarını kənd adamlarına paylayıram. Neynirəm e, dolanışığım var, dostlar qazanmışam. Sənə nə qədər ağac lazım olsa, qələm eləyim, verim, apar. Utanma. Qələm alveri Mən isə bir yandan yazacağımı yazını, o biri yandan isə Zərdab Miçurininin mənə bağışlayacağı qələmləri Bakıda neçəyə satıb, nə qədər qazana biləcəyimi düşünürəm. Ancaq bir qələm adamının işi deyil bu, yaxşısı gedib yazımı yazım...
2013-11-22
2,124
“Fövqəladə çempionat” yekunlaşdı
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qurumları arasında çoxnövçülük üzrə çempionatı keçirilib. "Axar.az"a Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata görə, yarışda 25 qurumdan 25 komanda, 100-ə yaxın idmançı ilə yarışıb. Respublika Olimpiya Mərkəzində baş tutan tədbirdə idmaçılar hündürlüyə və uzununa tullanma, yadro itələmə, 100 və 1000 metrə qaçış üzrə yarışıblar. İdman sağlamlıq klubu tərəfindən ilk dəfə keçirilən yarışda ilk üç yeri Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX), FHN Akademiya qurumlarının komandaları əldə edib. Şəxsi hesabda ilk yerə İbrahimov Asəf (DYMX) 16 xal ilə, ikinci yerə Quliyev Anar (DYMX) 36 xal vəHüseynov Elmir (Gəncə RM) 48 xal ilə üçüncü yerə layiq görülüblər.
2013-11-22
2,125
Bank adından saxta sənəd düzəldənlər yaxalandı
Paytaxt sakini Nəsib Gülməmmədovun və Cəbrayıl rayon sakini Mirbaba Səfərovun "Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin ipoteka müqaviləsi ilə girov altında olan altı avtomobilini bank adından Baş Dövlət Yol Polisi İdarəsinin ünvanına saxta məktublar tərtib etməklə girovdan çıxarmaları və aldatma yolu ilə başqa şəxslərə satmaları Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib. DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
2013-11-22
2,126
Məhkəmə Azadlıq meydanında aksiyaya qadağa qoydu
Ukraynada müxalifətin Azadlıq və Avromeydanında aksiya keçirməsinə məhkəmə qadağa qoydu. "Axar.az"ın "zn.ru" saytına istinadən verdiyi məlumata bu açıqlama Narıncı İnqilab İştirakçıları Koalisiyasının mətbuat katibliyindən verilib. Kiyev Dövlət Şəhər Administrasiyası mitinq keçirilməsinin əleyhinə çıxaraq məhkəmə prosesini qələbə ilə bitirib. 22 noyabrdan 7 yanvaradək Azadlıq Meydanında dinc aksiya keçirmək, nə isə quraşdırmaq, çadır yerləşdirmək qəbul olunmuş qərarda özün yer alıb. Ukraynanın "Kanal 5" televiziyası isə artıq buna bəzi insanların məhəl qoymadığını bildirib. Televiziya meydanda 500 nəfərdən çox insan toplaşdığı haqqında informasiya yayıb.
2013-11-22
2,127
Rusiyada "uçan boşqab" hazırlanır - Foto
Son bir neçə ildə özündə təyyarə və vertolyotların xüsusiyyətlərini daşıyan hibrid uçuş aparatları ilə bağlı layihələr həyata keçirilir. Məqsəd daha keyfiyyətli hava nəqliyyatı vasitələrinin hazırlanmasıdır. Belə layihələrlə bir neçə ölkə məşğul olur. Bəzilərinin tarixi isə 1980-ci ildən əvvələ dayanır. Həm təyyarə, həm vertolyot 2012-ci ildə Avropada hər cür səthə maksimal dərəcədə qısa məsafədən uçuş və enişlər edə bilən hibrid təyyarələrin layihəsi hazırlandı. Layihəyə Avropa Komissiyası nəzarət edir, rəhbər isə Riqa Texniki Universitetindən Aleksandr Qamalevdir. Bu aparat təyyarənin, dirijablın, vertolyotun bütün keyfiyyətlərini özündə birləşdirməlidir. Hazırda təyyarənin 4 yeni versiyasının hazırlanması planlaşdırılır. Yeni təyyarənin layihəsi 2014-ci ildə tamamlanacaq. Tümendən gələn ideya Avropa layihəsinin bünövrəsində Rusiya mühəndisi Aleksandr Filimonovun 1987-ci ildə təklif etdiyi ideya və inkişafı yatır. Təyyarənin eksperimental nümunəsi Tümendə 10 il ərzində hazırlanıb. "Bella – 1"in çəkisi 1,2 ton, uzunluğu 10 m, diametri isə 1,8 m olub. O, hərəsi 64 at gücünə malik iki hərəkət mühərriki ilə təchiz edilib. Disk formalı açılıb-qatlanan qanadları ilə "Bella-1" 300 km məsafəyə qədər 60-250 km/s sürətlə uçmağa qadirdir. 1997-ci ildə "Bella-1" sənaye nümunəsi və icad kimi Rusiya, ABŞ və Almaniyada patent alıb. ESTOLAS və "Bella-1" oxşar tədqiqatlar ABŞ-ın hərbi maraqlarına uyğun olaraq 2010-2012-ci illərdə aparılıb. Digər təyyarənın adı LEMV-dir. Onun uzunluğu 91,5 m, yükqaldırma gücü isə 1,1 tondur. Aparat 21 gün ərzində 6000 m hündürlükdə havada qalmalı idi. İlk uçuşu 2012-ci ilin avqustunda həyata keçib. Uçuşun müddəti 90 dəqiqə çəkib. 2012-ci ilin payızında LEMV layihəsi bağlanıb. İlkin plana görə 2013-cü ilin fevralında Əfqanıstanda sınaqdan keçməsi planlaşdırılsa da, bu, baş tutmayıb. Əvvəlcə layihəyə 517 milyon dollar pul ayırmaq düşünülsə də, yalnız 154 milyon dollar xərclənib. 2010-cu ildə Rusiyanın Ulyanovsk vilayətində "uçan boşqab" yaratmaq üçün beş illik proqram təsdiq edilsə də, layihə kağız üzərində qalıb.
2013-11-22
2,128
Çörəyi arabaçılıqdan çıxan qadınlar – Videoreportaj
Onları dinləyin
2013-11-22
2,129
Akif Əlizadə: “AMEA-da ciddi kadr problemi var”
"Azərbaycan Milli Elmlər Akademiyasında ciddi kadr problemi mövcuddur". "Axar.az"ın xəbərinə bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib. Akif Əlizadə bildirib ki, istedadı axtarmaq yox, becərmək lazımdır. Onun sözlərinə görə. AMEA-da istedadların yetişməsi üçün şərait yaradılması əsas götürülüb: "Gənclərin İntellektual İnkişaf Mərkəzi vardı, ancaq QHT statusunda idi. Ona görə də AMEA-nın institutlarında Gənc Alim və Mütəxəssislər şuraları yaradılır. Dekabra qədər institutlarda bu proses başa çatacaq və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası yaradılacaq". A. Əlizadə gənc alimlərin təcrübə üçün Avropaya göndərildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, dünyada nüfuzlu elm-məlumat bazaları var: "İstəyirik ki, bu sahədə alimlərimizə təlimlər keçsinlər. Həmin super elm-məlumat bazalarından istifadə ilə əlaqədar bizdən pul istəyirlər, yəqin ki, o vəsaiti də tapacağıq" ("APA").
2013-11-22
2,130
Bakıda Atatürk simpoziumu keçirilir - Foto
Bu gün saat 11.00-da Bakıda ATEV (Azərbaycan-Türkiyə Evi) təşkilatının təşəbbüsü ilə "Atatürk və Türk Milləti" adlı simpozium öz işinə başlayıb. "Axar.az"ın xəbərinə görə, simpoziumda Türkiyə və Azərbaycan parlamentlərinin deputatları, alimlər, Atatürk irsinin araşdırıcıları iştirak edirlər. Bununla yanaşı, Qazaxıstan, Özbəkistan, Macarıstan, Makedoniya, Krım, Quzey Kıprıs, Bolqarıstan, Yunanıstan, Güney Azərbaycan, Doğu Türküstan, Dağıstan və digər ölkələrdən "Türk Dünyası və Mustafa Kamal Atatürk" mövzusunda elmi tədqiqatlar aparmış mütəxəssislər simpoziumda təmsil olunurlar. Saat 15.00-da isə www.atev.az saytının təqdimatının keçirilməsi və ATEV tərəfindən "Atatürk və Türkçülük" mövzusunda elan edilmiş müsabiqəyə yekun vurularaq qaliblərə mükafatların verilməsi , simpoziumda iştirak edən qonaqlara ATEV-in adından ödüllər təqdim olunması gözlənilir. Tədbiri işıqlandırmaq üçün bir çox dövlətlərin media nümayəndələrinin də iştirak edəcəyi gözlənilir ("Yeni Musavat")
2013-11-22
2,131
21 ölü, onlarla yaralı
Riqada ölənlərin sayı 21 nəfərə çatıb "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Latviyanın Dövlət Yanğın və Xilasetmə Xidmətinin verdiyi məlumata görə, Riqada supermarketin dağılması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. Ölənlər arasında 3 xilasedici də var. Ümumiyyətlə isə, 40 nəfər xəsarət alıb. Onlardan çoxu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin supermarketin uçqunları altında qalan adamların sayı hələ ki, dəqiq məlum deyil.
2013-11-22
2,132
Davudoğlunu hələ belə görən olmamışdı – Video
Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Milli Məclisdə təşkil olunan Plan və Büdcə Komissiyasının toplantısında Suriya məsələsində müxalifətçilərin tənqidləri və CHP-li vəkil Özgür Özəlin "sizin də Əsəddən fərqiniz yoxdur" cümləsindən sonra əlini masaya vuraraq, "əgər bizi Bəşər Əsədlə bir tərəziyə qoyursunuzsa, sizi allaha və millətə tapşırıram" deyərək sərt reaksiya verib. Həmin polemikanı təqdim edirik:
2013-11-22
2,133
Vəkilindən Gülər Əhmədova ilə bağlı təkzib
Əfsər Talıbov: "Gülər Əhmədova hardan bilə bilərdi ki, məhkəmə onun barəsində hansı hökmü verəcək?" Sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmədə vəziyyətinin qəfil pisləşməsinin onun barəsində veriləcək hökmdən əvvəldən xəbərdar olması ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirilib. "Movqe.az"a bu barədə danışan G. Əhmədovanın vəkili Əfsər Talıbov bildirib ki, G. Əhmədovanın məhkəmə zalında vəziyyətinin pisləşməsi onun sağlamlığı ilə bağlıdır: "G. Əhmədovanın vəziyyətinin qəfil pisləşməsi, təyziqinin qalxmasının onun barəsində veriləcək hökmlə heç bir əlaqəsi yoxdur. G. Əhmədovaya hansı cəzanın veriləcəyindən onun əvvəldən xəbərdar olması mümkün deyil. Hansı cəzanın veriləcəyi ilə bağlı qərar müşavirə otağında müzakirə olunur. Qərar isə məhkəmə zalında açıqlanır. G. Əhmədova hardan bilə bilərdi ki, məhkəmə onun barəsində hansı hökmü verəcək? G. Əhmədovanın qəfil vəziyyətinin pisləşməsi ancaq onun sağlamlığı ilə əlaqədardır". Vəkil G. Əhmədovanın vəziyyətinin hələ də gərgin olaraq qaldığını söyləyib: "Dünən mən təcridxanada G. Əhmədova ilə görüşdüm. Vəziyyəti hələdə gərgin olaraq qalırdı. Bu gün günortadan sonra G. Əhmədova ilə yenidən görüşəcəm".
2013-11-22
2,134
Təyyarə qəzası qurbanlarının dəfn yeri müəyyən olundu
Şəhərin rəsmi saytında təyyarə qəzası qurbanlarının dəfn olunma yerinin müəyyən olunduğu bildirilib. Belə ki, 25 nəfər şəhər qəbiristanlığında, Respublikanın 6 vətəndaşı isə Tatarıstan Respublikasının müxtəlif ərazisində dəfn olunacaq. Daha 6 təyyarə qəzasının qurbanı Yoşkar-Olada, Kirov vilayətində, qalan 13 nəfər isə dəmir yolu ilə digər şəhərlərə daşınaraq torpağa tapşırılacaq. Xatırladaq ki, Boeing 737 500 təyyarəsi noyabrın 17-də Moskvadan Kazana uçuş zamanı qəzaya uğrayıb. Nəticədə 44 sərnişin, 6 ekipaj üzvü həlak olub.
2013-11-22
2,135
Şeyx Xocalı soyqırımına necə hörmətsizlik edib? - Foto
Xocalı soyqırımı günü Gürcüstanda erməni QHT-sinin təşkil etdiyi tədbirdə Gürcüstan müsəlmanlarının şeyxlərindən biri iştirak edib. Fotoda gördüyünüz işarələnən şəxs haqqında danışdığımız Əli Əliyevdir. "Axar.az"ın əldə etdiyi məlumata görə, bu foto erməni QHT rəhbəri Arnold Stepanyanın keçirdiyi tədbirdə çəkilib. İlginc tərəfi odur ki, foto adi təqvim günlərində deyil, 26 fevral Xocalı soyqırımı günündə ermənilərin QHT-nin keçirdiyi tədbirdə çəkilib. Gürcüstan müsəlmanlarının şeyxlərindən olan Əli Əliyev Xocalı soyqırımının ildönümü tədbirində iştirak etdiyi QHT nə işlə məşğul olur və onun rəhbəri olan erməni Arnold kimdir? Qısa Arayış: Arnolod Stepanyan - "Çoxmillətli Gürcüstan" adlı qeyri-hökumət təşkilatının rəhbəridir. Azərbaycanlıların Gürcüstanda sayını azaltmaq üçün Amerikadan xüsusi dərmanlar gətirib soydaşlarımız arasında yayır. QHT-nin əsas donoru xaricdəki erməni lobbisidir. Onların xaricdən baha qiymətə alıb xanım soydaşlarımıza payladığı dərmanlar sonsuzluq yaradır. Normalda həmin dərmanları Avropada yeni evlənən və qarşıdakı 10 il ərzində uşaq dünyaya gətirmək istəməyən insanlar istifadə edir. Həmin dərmanlarının bir gilə həbinin 40-60 dollar qiyməti var. Dərmanları Gürcüstanın azərbaycanlılar yaşayan əyalətlərindəki xanımlara paylamaqla onların yaxın 6-10 il ərzində dünyaya uşaq gətirmələrinin qarşısını alırlar. (Ətraflı məlumat üçün "Axar.az"da 2 gün öncə yayımlanan yazını oxuya bilərsiniz)
2013-11-22
2,136
Zakir Həsənovdan daha bir sərt qərar
Müdafiə naziri Zakir Həsənov xəstəlik adı ilə ordudan yayınanlarla bağlı qərar verib. "Axar.az"ın xəbərinə görə, bu barədə Qaynar.info-ya hərbi mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, nazir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri və həkim komissiyaları tərəfindən xəstəlik adı ilə xidmətə yararsız hesab olunaraq hərbi bilet alanlarla bağlı sərt ölçü götürmək qərarına gəlib. Hətta bununla bağlı nazirlikdə xüsusi komissiya yaradılıb. Bildirilir ki, "xidmətə yararsız" adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaq və onlara həmin biletləri verən aidiyyatı qurumlarda araşdırmalar aparılacaq. Qanun pozuntusuna yol verən şəxslər isə ciddi şəkildə cəzalandırılacaq. Komissiyaya kimin rəhbərlik edəcəyi hələ ki, bəlli olmasa da, həmin şəxsin adının yaxın günlərdə açıqlanacağı bildirilir.
2013-11-22
2,137
Tarkan Bakıya gəlir - 1 milyon qonorara
Türkiyəli ulduz Tarkan Yeni ili Bakıda qarşılayacaq. Tarkan Bakıda 1 milyon dollara konsert verəcək. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, meqastar Tarkan Şimali Kiprdə yerləşən "Cratos Otel"indən aldığı 205 min dollarlıq Yeni il gecəsi konserti təklifinə Bakıya görə "yox" deyib və 1 milyon dollar qarşılığında Bakıya gəlməyə razılıq verib. Onu da qeyd edək ki, Tarkan Bakıya ailəsi ilə birlikdə gələcək.
2013-11-22
2,138
2014-cü ilin büdcəsi təsdiqləndi
Milli Məclisdə 2014-cü ilin büdcə zərfinə daxil olan sənədlər təsdiqləndi. "Axar.Az" xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirib ki, büdcə layihəsinin xərcləri artırımayıb. "Yalnız büdcə xərclərinin strukturunda dəyişiklik edilib. Milli Məclisin maddi texniki bazasının möhkəmlənməsinə 752 min verilməsinə qərar verilib. Siyasi partiyalara ayrılan vəsaitin artırılması ilə bağlı təkliflər isə belə həll olunmalıdır. Hazırda siyasi partiyalara ayrılan vəsaitin 10 faizi istifadə olunmamış qalır. Həmin vəsaitin siyasi partiyalar haqqında qanuna dəyişiklik edilərək növbəti ilin büdcəsinə daxil edilə bilər". Nazir bildirib ki, bu balanslaşdırılmış büdcədir. Büdcənin gəlirləri 18 mlrd. 384 mln. manat ( 2013-cü illə müqayisədə 775 mln. manat və ya 4 % az, 2012-ci ilin faktiki icrasına nisbətən 1102,5 mln. manat və ya 6,4 % çox), xərcləri isə 20 mlrd. 63 mln. manat (2012-ci ilin faktiki icrasına nisbətən 15,2 %, 2013-cü ilə nisbətən 1,1 % çox) həcmində təsdiqlənibr.
2013-11-22
2,139
General Abbasquliyev iş otağında vəfat etdi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev vəfat edib. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, Məhəmməd Abbasquliyev iş otağında dünyasını dəyişib. Qeyd edək ki, Məhəmməd Abasquluyev uzun illər Milli Təhlikəszilik Nazirliyində çalışıb. Peşəkar kəşfiyyatçı və sərhədçi kimi tanınıb. Allah rəhmət eləsin!
2013-11-22
2,141
Ukrayna prezidenti Rusiyadan qorxduğunu dedi
Ukrayna Rusiyanın iqtisadi təzyiq və şantajlarına görə Avropa İttifaqı ilə müqaviləni imzalamağı bir az ertələmək məcburiyyətində qalıb. "Axar.az"ın "zn.ua"ya istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezideti Viktor Yanukoviç Litvalı həmkarı Daley Qribauskayteslə telefon danışığı zamanı deyib. Bu barədə məlumatı Litva prezidentinin mətbuat katibi mediaya ötürüb. Telefon danışığında Yanukoviç məhz Kremlin təzyiqindən qorxduğu üçün bu addımı atmaq məcburiyyətində qaldığını açıq etiraf edib.
2013-11-22
2,142
Rusiya Türkiyədən yardım istədi
Türkiyə Respublikasının Baş naziri Ərdoğan Rusiya Federasiyasının prezidenti Putinlə "Ali Əməkdaşkıq Şurası"nın yığıncağında təkbətək görüş keçirib. "Axar.az"ın xəbərinə görə, iki ölkə arasındakı inkişafdan danışan Putin bildirib ki, bizim təkbətək görüşlərimiz ölkələrimiz arasında gedən inkişafa mane olmayacaq. Təkbətək görüşlərdə Suriya böhranı və Orta Şərqdə yaşanan problemlər müzakirə ediləcək. Rusiya Suriya böhranının həlli üçün Cenevredə ikinci bir beynəlxalq konfransın keçirilməsi üçün Türkiyənin də konfransa dəstək verməsini istəyib. AƏŞ yığıncağında iki ölkə arasında enerji, gömrük və dövlət agentlikləri arasında 5 razılaşma və memorandum imzalanacaq. Görüşlərin ardından Ərdoğan və Putin birgə mətbuat konfransı təşkil edəcək. Bu gün axşam saatlarında Ərdoğanın Rusiyaya rəsmi səfəri başa çatacaq. Xatırladaq ki, Ərdoğan 5-6 sentyabr tarixlərində Sankt Peterburqda keçirilən G-20 zirvəsində Putinlə görüşmüşdü. Ərdoğan və Putin arasında bu görüşə qədər 4 dəfə telefon danışığı reallaşıb.
2013-11-22
2,143
Avstriyada Kamal Abdullanın “Yarımçıq əlyazma”sı təqdim edildi
Avstriyanın Qrats şəhərində yazıçı Kamal Abdullanın alman dilinə tərcümə olunmuş "Yarımçıq əlyazma" romanının təqdimatı olub. Qrats Karl Frants Universitetinin Alman dili və ədəbiyyatı institutunun təşkilatçılığı ilə keçirilmiş tədbir həmin universitetin "Dradivaberl" adlı kitab evində reallaşdırılıb. Tədbiri giriş sözü ilə açan Qrats Universitetinin Alman dili və Ədəbiyyatı İnstitutunun rəhbəri, professor Paul Portmann-Tselikas müəllif barədə məlumat verib, onu müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, tanınmış ədəbi tənqidçi, ədəbiyyatşünas, dilşünas və mədəniyyətşünas alim kimi səciyyələndirib. Qeyd edilib ki, yazıçının bu əsəri indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal və digər dillərə tərcümə edilərək, ABŞ, Rusiya, Misir, Fransa, Polşa, Qazaxıstan, Braziliya və s. ölkələrdə çap edilib və Qoldeqq nəşriyyatında Aygün Mehbalıyevanın tərcüməsində işıq üzü görən bu roman yazıçının alman dilli məkanda ilk debütü sayılır. Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartmann romanın əsas mövzusu, onun aid olduğu tarixi dövrlər, Azərbaycanda cərəyan edən hadisələrdən bəhs etmiş, yazıçının əsərin ana qayəsini təşkil edən tarixi şəxsiyyətlər və hadisələrə yanaşma tərzi, onları öz dili ilə ifadə üslubu barədə danışıb. O, eyni zamanda bu əsərdə əksini tapan və alman ədəbiyyatının önəmli əsərlərindən biri "Nibelunqlar nəğməsi" və "Kitabi Dədə Qorqud" arasında səsləşən məqamlara da toxunub. Almaniyanın Maynts Universitetinin professoru, "Kitabi Dədə Qorqud" dastanının XX əsrdə alman dilinə son tərcüməçisi, tanınmış türkoloq alim Hendrik Boeshotten romandakı Dədə Qorqud və Şah İsmayıl Xətai personajların reallıqla uzlaşan məqamlarına toxunub. Tədbirdə çıxış edən Kamal Abdulla kitabın alman dilində ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirıb, bu əsərin səs və sözə böyük qiymət verilən Avstriyada nəşr olunmasına görə məmnunluğunu ifadə edib. Müəllif qeyd edib ki, bu romanın dünyanın müxtəlif ölkələrində oxucular tərəfindən Azərbaycan ədəbiyyatının bir nümunəsi kimi maraqla qarşılanması və həmin əsərdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən və tariximizin önəmli dövrlərindən bəhs olunması onun üçün xüsusi əhəmiyyət daşıyır. Romanın tərcüməçisi Aygün Mehbalıyeva əsərin alman dilinə tərcüməsi ilə bağlı özünəməxsus məqamlara toxunub, tərcümə zamanı orijinalın keyfiyyətlərini qorumaqla Dədə Qorqud, Şah İsmayıl və müasir dövrlərə xas dil üslubuna xüsusi diqqət yetirildiyini bildirib. Sonra Azərbaycan və alman dillərində romandan parçalar oxunub. Sonda müəllif oxucuları maraqlandıran sualları cavablandırmış, əsərin ədəbi-bədii keyfiyyətləri ilə bağlı diskussiya aparılıb.
2013-11-22
2,144
Mərasimlərdə yerə “Qırmızı xalça” sərilməyəcək
Türkiyədə "Qırmızı xalça" ənənəsinə son qoyuldu. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş nazir Rəcəb Tayyip Ərdoğanın imzaladığı qərara görə bundan sonra rəsmi qarşılama və buna bənzər tədbirlərdə yerə "Qırmızı xalça" sərilməyəcək. Qərarda bunlar qeyd edilib: "Ölkə daxilində təşkil edilən qarşılama və yolsalma tədbirləri ilə yanaşı, açılış və buna bənzər tədbirlərdə "Qırmızı xaça" sərilməsinə son qoyulsun". Baş nazirin müavini Bülənt Arınç məsələ ilə bağlı açıqlamasında bildirib ki, "Qırmızı xalça" yerli-yersiz hər yerdə istifadə olunduğu üçün bundan sonra bu qaydaya ehtiyac olmadığını düşünürük.
2013-11-22
2,145
Tacik qadınlar ərlərinin deportasiyasını istəyir
Tacik qadınlar ərlərinin deportasiyası üçün Rusiya Miqrasiya Xidmətinə müraciət ediblər. "Axar.az"ın "lenta.ru"ya istinadən verdiyi məlumata görə, bu müraciəti artıq Rusiya Miqrasiya Xidməti də təsdiqləyib. Rusiya ilə yanaşı qadınlar yerli icra orqanlarına da eyni istəklə məktub ünvanlayıblar. Bunların hər birində qadınlar həyat yoldaşlarının, qardaşlarının geri qayıtmadıqlarına və ya onları ümumiyyətlə yaddan çıxartdıqlarına görə tacik kişilərinin rəsmən deportasiya edilməsini istəyiblər.
2013-11-22
2,146
Baş nazir parlamentdə fitə basıldı
Ukraynanın baş naziri Nikolay Azarovun nitqi Radadakı müxalifət partiyaları tərəfindən fitə basılaraq tamamilə dayandırılıb. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bundan sonra Baş nazir öz qorumalarının müşayiəti altında zalı tərk etmək məcburiyyətində qalıb. Baş nazirin çıxışı 15 dəqiqə çəkib. O, Radanı tərk edərkən müxalifət tərəfindən "Pozor"(Ayıb) sədaları səsləndirilib. Daha sonra millət vəkilləri Azarovun üzərinə qəzet və qanun layihəsinin kağızlarını tullayıblar.
2013-11-22
2,147
Bir gündə 64 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 64 cinayət faktı qeydə alınıb, onların da 34-ü "isti izlər"lə açılıb. "Axar.az"ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 17 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 30 nəfər həbs edilib.
2013-11-22
2,148
İngiltərəni sarsıdan hadisə
Londonda qul kimi evdə zorla saxlanılan üç qadın xilas edilib. "Axar.az"ın "Deyl Meyl" qəzetinin internet saytına istinadən verdiyi məlumata görə, İngiltərə polisi paytaxt Londonda otuz ildir qul kimi bir evdə saxlanılan üç qadını xilas etdiyini bildirib. Qadınlardan biri 69 yaşında Malaziya, biri 57 yaşında İrlandiya və o birinin 30 yaşında ingilis əsilli olduğu açıqlanıb. Həbs olunan iki şübhəlinin 67 yaşında bir kişi və bir qadın olduğu bildirilib.
2013-11-22
2,149
Ərdoğan Mursini gerçək demokrat adlandırdı
Baş nazir Ərdoğan Rusiyaya rəsmi səfərdən qabaq Misirin sabiq prezidenti Məhəmməd Mursi ilə bağlı önəmli açıqlamalar verib. "Məhəmməd Mursinin məhkəmə qarşısındakı hərəkətlərini alqışlayıram, ona hörmət edirəm, onu mühakimə edənlərə isə hörmətim yoxdur". "Axar.az"ın xəbərinə görə, daha sonra Ərdoğan indki Misir hakimiyyətini sərt tənqid edib: "70 il Misiri müvəffəqiyyətsizliyə məhkum edənlər bu gün Misiri idarə edirlər. Əgər demokratiyaya, millətin suverenliyinə hörməti olanlar olsa Mursiyə edilən bu hərəkətin qarşısını alarlar". Mursinin məhkəmədəki çıxışına münasibət bildirən Ərdoğan, "onun rəftarı, duruşu, ifadələrinin hamısı bir demokratın, gerçək bir azadlıq mübarizəsi aparan insanın duruşudur. Buna görə də ona hörmət edirəm",- deyib.
2013-11-22
2,150
Sahil metrosunda həyacan yaşandı – Özəl/Foto
Günorta radələrində Bakı metropoliteninin "Sahil" stansiyasında eniş eskalatorlarından birində texniki nasazlıq yaranıb və vətəndaşlar panikaya düşüb. Nasazlıq eskalatorun sürahilərindən birinin üzərindəki "rezin"in qırılması nəticəsində baş verib. "Axar.az"ın metroda olan əməkdaşı xəbər verir ki, hadisə baş verən zaman sərnişinlər arasında həyəcan yaşanıb. Eskalator qəfildən dayandıqdan sonra qarışıqlıq yaranıb. Xüsusilə qocalar və uşaqlar üçün pillələri qalxmaq çətin olub.
2013-11-22
2,151
"Ədliyyə nazirini parlamentə dəvət etmək lazımdır”
Milli Məclisin 22 noyabr iclasında danışan deputat Zahid Oruc hüquqi şəxslərin qeydiyyatı probleminə toxunub. "Axar.az"ın xəbərinə görə, deputat deyib: "İllərdir elə təşkilatlar var ki, qeydə alınmırlar. Bəzilərinin qeydiyyata alınması çox yubadılır. Hüquqi şəxsin qeydiyyata alınması niyə bu qədər gecikdirilir? Bu məsələlərə yenidən baxılmasını istəyirəm. Lazım gəlsə, ədliyyə nazirini parlamentə dəvət etmək lazımdır ki, bizə bu təşkilatların qeydiyyatının nə üçün yubandığını bildirsin".
2013-11-22
2,152
Aydın Bəşirov təkzib etdi
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovu Bakı Beynəlxalq Hava Limanında saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirib. "Publika.az"a açıqlamasında sabiq rəis haqqında yayılan məlumatların tamamilə cəfəngiyyat və yalan olduğunu deyib: "Bu məlumatlar heç bir həqiqəti əks etdirmir. Ağıllarına nə gəlir, yazırlar. Məlumatlar yalandır". Xatırladaq ki, mətbuatda ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovu Bakı Beynəlxalq Hava Limanından geri qaytarıldığı bildirilib. Qeyd olunur ki, sabiq CASPAR şefi Almaniyaya gedirmiş. Hava alanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb. A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, dekabrın 22-nə qədər ölkədən çıxmasına qeyri-rəsmi qadağa var.
2013-11-22
2,153
Nazir müəllimlərin maaş artımından danışdı
"Azərbaycan məktəb sistemində fəaliyyət göstərən 170 minə yaxın müəllimin təxminən 4 faizi 1-5 saat dərs yükünə malikdir" "Axar.az"ın "APA"ya istinadən xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Şurasının ümumi yığıncağındakı çıxışında deyib. Nazir bildirib ki, bu gün bəzi məktəblərdə müəllim sıxlığı yüksəkdir, bəzilərində isə müəllim çatışmır. Onun sözlərinə görə, kifayət qədər sadə optimallaşdırma tədbirlərini həyata keçirməklə müəyyən məsələlərin həllinə nail olmaq olar. M.Cabbarov qeyd edib ki, Azərbaycan məktəb sistemində fəaliyyət göstərən 170 minə yaxın müəllim ordusunun təxminən 4 faizi 1-5 saat dərs yükünə malikdir: "Bu kimi məsələlər və məhdudiyyətlər bizə imkan verir ki, optimallaşdırmanı tez bir zamanda həyata keçirə bilək. Hazırda da ümumi təhsil sistemində müəllimlərin əmək haqlarının artırılması və optimallaşdırma istiqamətində müəyyən işlər aparılır". Nazir qeyd edib ki, təhsilverənlə, təhsilalan arasında ünsiyyətin təbiətinin də dəyişilməsi lazımdır: "İllərlə, on illərlə vərdiş olunmuş işə yanaşmaların yenidən baxılması və yeni məzmunun məqsədindən necə istifadə etmək əsasdır. Təhsil sistemində mövcud olan müəllim ordusu, ali məktəblərdə, orta ixtisas təhsildə yeni məzmunun, məqsədlərin nədən ibarət olduğunu çatdıra bilirikmi və bu gündəlik fəaliyyətdə nə kimi məsələlər tələb edirikmi? Bu kimi suallara cavab tapılmalıdır".
2013-11-22
2,154
Əfqanıstanın əsgəri konvoyuna hücum - Taliban
Əfqanıstanın Badğis vilayətində əfqan təhlükəsizlik qüvvələrinin konvoyuna hücum təşkil edilib. "Axar.az"ın xəbərinə görə, Talibanın pusqusuna düşən əfqan əsgərlər ilə Taliban qrupunun üzvləri arasında qarşıdurma yaranıb. Qarşıdurmalar nəticəsində 2 əsgər, 6 talibançı ölüb. 23 nəfərin yaralandığı bildirilir.