date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-11-20
1,945
İtaliyanın baş nazirindən etiraf - Qalmaqal
Amerika və Böyük Britaniyanın xüsusi xidmət orqanları italiyalıları da izləyib. "Axar.az"ın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə İtaliyanın baş naziri Enriki Lutto çıxış edib. O, ölkə parlamenti qarşısında çıxış edərkən, İtaliyanın yerli hakimiyyət orqanları və diplomatik missiyalarının dinlənildiyini bildirib. E.Lutto məsələ ilə bağlı artıq araşdırma aparıldığını söyləyib. Onun sözlərinə görə, İtaliya xüsusi xidmət orqanları dinləmələrdə iştirak etməyiblər.
2013-11-20
1,946
Milli Şura yeni etiraz aksiyalarına başlayır – ÖZƏL
Muilli Şura Cəmil Həsənlinin ölkəyə qayıtmasından sonra etiraz akisyalarına başlayacaq. Bu barədə "Axar.az"a Milli Şuradakı qaynaq məlumat verib. Qaynağın sözlərinə görə, Cəmil Həsənli noyabrın 22-də ölkəyə qayıdır. Qurum üzvləri uğurlu vaxt kimi dekabrın ikinci yarısı və yeni ilin ilk ayını seçiblər: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) prezident seçkilərinə dair yekun hesabatı yanvar ayında açıqlayacaq. Ona görə də aksiyaları da həmin dövrə salmaq məqsədəuyğun hesab edilir", - deyə mənbə bildirir.
2013-11-20
1,947
İqtisadiyyat Nazirliyi xalqın cibindən oğurlayır
Ermənistan İqtisadiyyat Nazirliyi şəkər, kakao, kofe, süd üçün xərcləri dövlət hesabından ödəyir. "Axar.az" məlumat verir ki, belə bir faktı Ermənistanın "Joxovurd" qəzeti yazır. Qəzet bildirir ki, böyük məbləğlər bir dəfəyə xərclənmir. Əvvəlcə büdcədən 40 min, sonra 25 min, növbəti dəfə isə 49 min dram və sairə məbləğdə götürülür. Qəzet bununla da nazirliyin xalqın cibindən oğurluq etdiyini vurğulayır. "Joxovurd" artıq məsələ ilə bağlı əlində faktların olduğunu bildirir.
2013-11-20
1,948
Millimizin son oyununda maraqlı məqamlar - Video
Dünən Azərbaycan milli komandası növbəti yoxlama matçına çıxıb. 2013-cü ildə son oyununa çıxan milli komdamız səfərdə Qırğızıstan millisiylə qarşılaşıb. Qarşılaşma millimiz üçün uğursuz nəticələnib. Belə ki, özündən zəif rəqib sayılan Qırğzıstanla qarşılaşma 0-0 hesabıyla başa çatıb. "Axar.az" millimizin Bişkekdə keçirilən qarşılaşmasından video görüntüləri təqdim edir.
2013-11-20
1,949
“Ən yaxşı sosial çarx” - Qaliblər
Azərbaycan Gənclər Fondu "Ən yaxşı sosial çarx" adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsi keçirib. Müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirmək olub. Müsabiqədə 14-29 yaş arasında olan gənclər və gənclərin təşəbbüs qrupları iştirak edib. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanmış qısametrajlı sosial çarxlar bu istiqamətləri əhatə edib: - Yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti; - Vətənpərvərlik; - Ekologiya və ətraf mühitin qorunması; - Gənclik və təhsilin təbliği; - Milli adət və ənənələrimiz; - Müasir ailə dəyərləri. Müsabiqəyə ağ-qara və yaxud rəngli, 3 dəqiqəyə qədər çəkilmiş çarxlar təqdim olunmuşdu. Müsabiqə ərzində 55 ədəd, qeyd olunmuş istiqamətlərə uyğun sosial çarx təqdim olunmuş, sosial çarxlar münsiflər heyəti tərəfindən izlənilib qiymətləndirilmişdi. Qalib çarxların təqdimatı və qaliblərin mükafatlandırılması mərasimi dünən saat 19:00-da, "28 Mall" Ticarət və Əyləncə Mərkəzinin 5-ci mərtəbəsində yerləşən "28 Cinema"da keçirilib. Birinci yerin qalibi İlkin İmanovun çəkdiyi sosial çarx olub. Bakı Film İnstitutunun təşəbbüsüylə çəkilən "Uzaqda olmayanlar" adlı çarx isə "Ən yaxşı sosial çarx" müsabiqəsində 3-cü yerin qalibi olub. Müsabiqə üzrə 1-ci yer 2000 manat, 2-ci yer 1500 manat, 3-cü yer sahiblərinə isə 1000 manat məbləğində pul mükafatı verilib.
2013-11-20
1,950
Səməd Seyidovun İsrailə "məxfi səfər"i - İddia
Ötən həftə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov İsrailə "məxfi səfər" edib. O, ən yüksək səviyyədə görüşlər keçirib. Azərbaycan tərəfi bu haqda məlumat verməsə də, S.Seyidov baş nazir Benyamin Natanyahu ilə görüşüb. "Axar.az"ın "musavat.com"a istinadən verdiyi xəbərə görə, İsrail mətbuatında yayılan məlumatlardan məlum olub ki, S.Seyidovun səfəri İsrail –Azərbaycan beynəlxalq assosiasiyası – Azİz və İsrail XİN tərəfindən təşkil olunub. S.Seyidov Knessetdə olub, İsrail-Azərbaycan parlamentlərarası assosiasiyanın sədri Amnon Koen ilə görüşüb. S.Seyidov həmçinin Knessetin spikeri Yuli Edelşteyn ilə görüşüb. Sonra S.Seyidov İsrail hökumətinin rəhbəri Benyamin Natanyahu ilə görüşüb. "Sizin İsrailə səfəriniz bir daha göstərir ki, ölkələrimiz arasında münasibətlər düzgün istiqamətdə inkişaf edir", -baş nazir vurğulayıb. O ümidvar olduğunu bildirib ki, hər iki tərəf münasibətlərin və ikitərəfli faydalı əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün maksimum səy göstərəcək. Səfər başa çatdıqdan sonra İsrailin Bakıdakı səfiri Rafael Xarpaz jurnalistlərə bildirib ki, yaxın vaxtlarda İsrail və Azərbaycan arasında diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşlarının İsrailə səfərinin sadələşdirilməsi haqda saziş imzalanacaq. "Azərbaycan bizim üçün mühüm dövlətdir və yaxın vaxtlarda vizasız səfərlər məsələsi həll olunacaq", - səfir qeyd edib. O, ikitərəfli münasibətləri yüksək qiymətləndirib və tezliklə İsraildə Azərbaycan səfirliyinin açılacağına ümidvar olduğunu bildirib. "İnanırıq ki, Azərbaycan hökuməti İsraildə öz səfirliyini açacaq", - diplomat bildirib. Bu məsələ Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun və Səməd Seyidovun İsrailə səfəri çərçivəsində də müzakirə olunub.
2013-11-20
1,951
Ərdoğan Əhməd Qayaya hücum edənləri top atəşinə tutdu – Foto/Video
Türkiyədə 1999-cu il 12 fevral tarixində "Şou-biznes Jurnalistləri" dərnəyinin təşkil etdiyi mükafatlandırma gecəsində Əhməd Qaya "kürd əsilli olduğum üçün kürdcə mahnı yazıram və bu mahnıya klip çəkirəm. Bu klipi yayınlayan ürəkli insanların olduğunu da bilirəm" cümləsindən sonra çəngəl-qaşıq atəşinə tutulduğunu çoxları xatırlayır. Orada olub da səsini çıxarmayan bütün sənətçilər hərəsi illər sonra özünə bir cür haqq qazandırmağa çalışmışdı. Dünən isə Türkiyənin baş naziri R.T.Ərdoğan partiyasının toplantısında həmin gecədə Əhməd Qayaya qarşı çıxan sənətçiləri tənqid atəşinə tutub. Ancaq o gecədə bu günkü iqtidarla heç bir problemi olmayan və dəstək verən sənətçilər də olub. Ərdoğan toplantıda "Gəzi hadisələrində bizə hücum edənlər kimlər idisə, o vaxt Əhməd Qayaya hücum edənlər də onlar idi",- deyib. Ərdoğanın sülh prosesində layihəsi olan "Aqil insanlar" heyətində yer alan, sonradan istefa verən və vaxtıyla "Əhməd Qayaya hücum edilən zaman tualetdə idim" deyən məşhur aktyor Qədir İnanıra da "yalançının şamı söndü, görüntülər ortadadır",- deyə Baş nazir cavab verib. Bəs Qayanın "çəngəlləndiyi" həmin mükafatlandırma gecəsində başqa kimlər var idi? Kimlə sadəcə seyrçi qalmışdı? Kimlər sonradan özünə haqq qazandırmağa çalışdı? İbrahim Tatlısəs, Ajda Pekkan, Sərdar Ortac, Adnan Şənsəs, Muazzez Ərsoy və Məhsun Qırmızıgül... Diyarbəkirdə İraqın kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani ilə Ərdoğanın görüşməsində sülh prosesinə dəstək vermək üçün mühacirətdən qayıdan kürd aşıq Şivan Pərvər ilə duet oxuyan İbrahim Tatlısəs də o vaxt Əhməd Qayanı müdafiə etməyənlərdən olub. Həmin hücumdan sonra sənətçilərin özlərinə bəraət qazandırmaq üçün səsləndirdiyi fikirlər: Sərdar Ortac Əhməd Qayadan sonra səhnəyə çıxaraq "Onuncu İl" marşını (Türkiyə Cümhuriyyətinin yaranmasının onuncu ili şərəfinə yazılmış mahnıdır) xorda oxumuş və "bu vətən bizimdir, başqalarının deyil" demişdi. Buna görə görüşdə neçə ildən sonra üzr istəyib: "Həmin vaxt eyforiyada idim. Cəzasını çəkdim. Ancaq çəngəl atmamışam. Atmışamsa əlim qırılsın". Adnan Şənsəs mükafat gecəsində "Onuncu İl" marşının ən alovlu solisti olub. İndi isə Ərdoğan haqda "o, Allahın bu ölkəyə lütfüdür" deyir və əvəzində Ərdoğan ona "Adnan abi" deyə qarşılıq verir. Muazzəz Ərsoy da Əhməd Qayanın susdurulduğu gecənin "vətənpərvərlik xoru"nda yer alanlardan idi. Ərdoğan ilə yaxın dost olduğu deyilir. AKP-nin təşkil etdiyi bütün xüsusi konsertlərin əvəzolunmaz solistidir. Ajda Pekkan Ərdoğan ilə birlikdə Somaliyə gedib. Və mükafat gecəsində "Onuncu İl" marşını oxudan Sərdar Ortacın yanaqlarını oxşayaraq təbrik edən meqastardır. Məhsun Qırmızıgül Əhməd Qaya kürdcə klip çəkdirəcəyini açıqladığı zaman linç edilərkən səhnədə "Onuncu İl" marşını oxuyub. Qırmızıgül illər sonra kürdcə mahnı da oxuyub, klip də çəkdirib. İbrahim Tatlısəs də o gecədə mükafat alan müğənnilərdən biridir. Tatlısəs illər sonra, o gecə üçün tənqidlərə məruz qaldığı zaman özünə belə haqq qazandırıb: "Nə vaxtı ki, Əhməd Qaya ilə əlaqədar bir şey yazsam, bəzi sənətçilər "sən də orda idin" deyir. Mən orada deyildim. Orada olsaydım, çəngəl atardımmı, axmaqsınızmı? Bəli, mən də həmin gecə mükafat aldım. Kaş ki, almazdım. Mən saat 11-də Taksimdəki "Maksim" kazinosunda səhnədən çıxıb, ora getdim. Və orada öyrəndim, bəylər. Mən hər dəfə izah etməkdən bezdim, ancaq siz məni yormaqdan bezmədiniz. Hansı şərəfsiz məni orada görübsə, əvəzini ödəməyə hazıram. Bəs siz? Vallah yoruldum, billah yoruldum". ​
2013-11-20
1,952
Avtomobil ikiyə bölündü - Qəza
Bakıda avtomobildə baş verən yanğın söndürülüb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, yanğın "Mercedes" markalı, 10 ON 990 dövlət nömrə nişanlı avtomobildə qeydə alınıb. Həmin avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dirəyə çırpılıb. Nəticədə maşın iki yerə bölünüb və avtomobildə yanğın başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Hadisə yerində araşdırma aparan Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Hikmət Vəliyev bildirib ki, hadisə zamanı avtomobildə olan iki nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün altında qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
2013-11-20
1,953
Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - Yenilənib/Foto
17:35 Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. "Axar.az"ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. 19:10 "Axar.az"ın xəbərinə görə, Azərbaycan Respublikasında rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək, məzarları üzərinə güllər qoyub.
2013-11-20
1,954
Rəis istefaya göndərilənlərdən danışdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçilərinin kütləvi şəkildə istefaya göndərilməsi xəbərinin yayılması ilə bağlı məlumat vermişdik. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Dövlət qulluğu və kadrlarla iş sektorunun müdiri Hüseyn Rəhimov "Axar.az"a bildirdi ki, heç bir kütləvi istefa və ya işdən çıxarılmadan söz gedə bilməz: "Bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Heç kimi işdən-filan çıxarmayıblar. Nə də heç kim istefa verməyib. Əmək Müfəttişliyində dünənə qədər kim çalışırdısa, həmin insanlar yenə də çalışırlar".
2013-11-20
1,955
Aİ Mərkəzi Asiyaya 1 milyard avro ayıracaq
Avropa İttifaqı Mərkəzi Asiyada demokratiyanın inkşafı üçün 1 milyard avro ayıracaq. "Axar.az"ın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, bu açıqlama Avropa İttifaqının inkişaf üzrə komissarı Andres Piebalqs çıxış edib. O, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan nazirləri keçirdiyi görüşlərdən sonra belə bəyanat verib. Komissar növbəti yeddi il ərzində Avropa İttifaqının Mərkəzi Asiyada demokratiyanın inkişafı üçün yardım ediləcəyini bildirib. A.Piebalqs maliyyənin hansı vilayətlərə ayrılması ilə bağlı ikitərəfli danışıqlardan sonra qərara gəlinəcəyini söyləyib. Avropa İttifaqının bu yardımından yalnız Qazaxıstanın kənar qalacağı bildirilib.
2013-11-20
1,956
UEFA Azərbaycan futbol klublarının reytinq cədvəlini açıqlayıb
UEFA 2013-2014-cü il mövsümü üçün futbol klublarının reytinq cədvəlini açıqlayıb. "Axar.az"ın xəbərinə görə, Land of fire Azerbaijan" yazısı ilə çıxış edən "Atletiko Madrid" klubudur. Onun ardınca "Bavariya", üçüncü "Real Madrid", dördüncü "Barselona", beşinci isə PSJ komandalarıdır. Azərbaycan klublarında reytinq sıralamasında geriləmə müşahidə olunur. Belə ki, ötən mövsüm son açıqlanan reytinqlə müqayisədə "Qarabağ" 7 pillə geriləyərək 99-cu pillədə yer tutub. "Neftçi" əvvəlki yerini qoruyub saxlamışdır - 129. "Xəzər-Lənkəran" 4 xal itirərək 173-cü, "İnter" isə 174-cü yerdə qərarlaşıblar. Maraqlıdır ki, "Xəzər-Lənkəran" və "İnter" kollektivləri "Fənərbaxça" kimi komandalardan yüksək pillədə qərarlaşıb.
2013-11-20
1,957
Azad Rəhimov AOK-un iclasına gedir
Noyabrın 22-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak etmək üçün bu ölkəyə gedəcək "Axar.az"ın xəbərinə görə, tədbirdə komitənin prezidenti və baş katibinin hesabatları dinləniləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq. Noyabrın 23-dək davam edəcək tədbirdə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər haqqında Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının və Bakı Avropa Oyunlarının Əməliyyat Şirkətinin hesabatları dinləniləcək. Xatırladaq ki, Baş Assambleyada 2013-2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni tərkibi seçiləcək.
2013-11-20
1,958
Öcalan: “Bərzani ilə Diyarbəkirə getmək istəyərdim”
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Diyarbəkirdə Məsud Bərzani ilə görüşü haqqında danışan PKK-nın keçmiş idarəçilərindən və Abdullah Öcalanın Şimali İraqda yaşayan qardaşı Osman Öcalan: "Mən də hörmətli Məsud Bərzani ilə Diyarbəkirə getmək istəyərdim. Həll və barış müddətində üstümə düşən rolumu oynamaq istəyirəm", - deyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şimali İraqda yayımlanan "Avene" adlı qəzetə açıqlama verən Osman Öcalan baş nazir Ərdoğan və Məsud Bərzaninin Diyarbəkir görüşünü qiymətləndirib. Öcalan, Bərzaninin Diyarbəkir ziyarətindən Abdullah Öcalanın xəbəri olduğunu bildirərək, "Əgər Öcalan görüşə qarşı olsa, PKK bu görüşə qarşı etiraz aksiyası keçirərdi. PYD bu görüşü istəmirdi, amma qarşı çıxmadı",- deyib. Mən də olmalıydım Osman Öcalan Məsud Bərzaninin Diyarbəkir səfərinin məqsədinin həll və barış müddətinə dəstək olduğunu, iddia edildiyi kimi Bərzaninin Abdullah Öcalanın yerinə keçmək məqsədi olmadığını deyib: "Mən də hörmətli Məsud Bərzani ilə Diyarbəkirə getmək, orada həll müddətində rolumu oynamaq istəyirdim. Bərzaninin yanında mənim kimi adam olmalıydı. Həm başqan Öcalanın qardaşıydım, həm də uzun illər PKK içində mübarizə aparmışam. Həll və barış müddətində üstümə düşən rolumu oynamaq istəyirəm. Mən iki il əvvəl vətənimə və torpaqlarıma dönmək istədiyimi söylədim. Hələ də geri qayıtmaq istədiyimi söyləyirəm".
2013-11-20
1,959
Bank əməkdaşının intiharının təfərrüatları – Foto
"Problemli kreditlər şöbəsi" müdirinin hansı problemləri olduğu müəmmalıdır
2013-11-20
1,960
Türkcə “Gələcəyin ən vacib 10 dili” arasında
"Britiş Kansl" türk dilini Birləşmiş Krallıqda gələcək 20 ildə ən vacib on dil arasında göstərib. "Britiş Kansl"ın yayımladığı "Gələcəyin Dilləri" hesabatına görə türkcə, ərəbcə, ispanca, fransızca, çincə, almanca, portuqalca, italyanca, rusca və yaponca Birləşmiş Kraqllıqda gələcək 20 ildə iqtisadi, geopolitik, mədəni və təhsil işləri üçün vacib olacaq. Hesabatda bu dillərdən birində və ya bir neçəsini danışa bilməmək gələcəkdə Birləşmiş Krallıqda qlobal mövqeyini və rifahını mənfi yöndə təsir edəcəyini bildirib. Hesabatda həmçinin Birləşmiş Krallıqda bu dilləri bilənlərin sayının olduqca az olduğu qeyd edilib. "Britiş Kansl" "Gələcəyin ən vacib 10 dili" siyahısında İngiltərənin xarici ölkələrlə ticarət, diplomatik, təhlükəsizlik və turizm əlaqələrini diqqətə alaraq hazırlayıb. Hesabatda "YuQov" adlı araşdırma şirkətinin ölkədə həmin dilləri danışanlarla əlaqədar anketinə də yer verilib. Nəticəyə görə, Birləşmiş Krallıqda 15% fransızca, 6% almanca, 4% ispanca, 2% italyanca, 1% ərəbcə, çincə, rusca və yaponca, 1%-dən az isə türkcə portuqalca danışa bilirlər.
2013-11-20
1,961
Gürcüstanın iqtisadi vəziyyəti - Katastrof
Hazırda Gürcüstanın iqtisadiyyatı katastrofik vəziyyətdə deyil. "Axar.az"ın "Qruziya online" saytına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Gürcüstanın baş nazirliyinə namizəd İrakli Qaribaşvili çıxış edib. O, ölkə iqtisadiyyatının yenidən inkişafa doğru addımladığını bildirib. Qaribaşvili ölkənin vəziyyətinin qeyri-stabil olmasını movcud siyasi şəraitlə əlaqələndirib: "Ölkədə uzun müddət qeyri-stabil vəziyyət hökm sürüb. Hökumət belə vəziyyətdə ölkəyə investorları necə cəlb edə bilərdi? Əgər ölkədə ikihakimiyyətlilikdirsə, sərmayədarları necə razı salmaq olar? Bu, mümkünsüzdür".
2013-11-20
1,962
Həsən Fərəci Azərbaycanda təzyiqə uğramasından danışdı - Foto
null
2013-11-20
1,963
Prezident ədliyyə məmurlarına rütbə verdi - Siyahı
"Axar.az"ın xəbərinə görə, prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir: 1. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin. 2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavini Nizaməddin Qurban oğlu Cəlilova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin.
2013-11-20
1,964
İlham Əliyev və Lukaşenko səfirliyin açılışında olub
Bakıda Belarus Respublikasının Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimi olub. "Axar.az"ın xəbərinə görə mərasimdə prezident İlham Əliyev və Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko iştirak edib. Prezidentlər səfirliyin binasının rəmzi açılışını bildirən lenti kəsiblər. Qeyd edək ki, səfirliyin binasının inşasına 2012-ci ilin iyununda başlanıb. Dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcəkdir. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa olunub.
2013-11-20
1,965
Siqaret satışında inqilabi qərar
Nyu York meri Blumberq vəzifədən gedənə yaxın siqaret lobbisini hirsləndirəcək bir qərar imzalayıb. Blumberq Nyu York şəhəri daxilində 21 yaşdan aşağı adamlara siqaret satışını qadağan edib. Ən ucuz siqaret paketinin qiymətini isə 10.50 dollara qaldırıb. ABŞ-da birinci dəfədir ki, bir şəhər 21 yaşdan aşağı adamlara siqaret satışını qadağan edib. "Axar.az" Amerika mətbuatına əsasən xəbər verir ki, Nyu York meri Maykl Blumberqin vəzifədən getməyinə az qalıb. Siqaretə qarşı müharibə elan edən Blumberq gedənə yaxın daha bir əhəmiyyətli qərar verib. Nyu York icra hakimliyinin tibbi işçiləri siqaretin satış yaşının 18-dən 21-ə qaldırılmasının gənclər arasında siqaret çəkmə vərdişini azaldacağına ümid edir. Şəhərin tibbi komissarı Tomas Farli bu qərarın, xüsusilə 16 yaş qrupundakı gəncləri siqaretdən qoruyacağını iddia edib. "Hal-hazırda satış yaşı 18 olduğu üçün məktəblərdə 18 yaşlı uşaq 16 yaşındakı uşaq üçün siqaret ala bilir. 3 ay sonra qərar qüvvəyə minəcək qanunla 16 yaşlı uşaq siqaret satın almaq üçün 21 yaşlı adam tapmaq məcburiyyətində qalacaq. Xüsusilə, məktəblərdə bu mümkün olmayacaq",- Farli deyib.
2013-11-20
1,966
“Quantanamo” məhbuslarının yarısı yəmənlidir
ABŞ-ın Kubadakı Quantanamo həbsxanasında son 10 il ərzində saxlanılan, eləcə də ölən və sərbəst buraxılan məhbusların siyahısı dərc edilib. "Axar.az"ın xəbərinə görə, məhbuslar içərsində günahı olmayan böyük əksəriyyətinin sayının 164 nəfər olduğu müəyyən olunub. Dərc olunan sıyahıda məhbəs həyatı yaşayanların yarısından çoxu Yəmən vətəndaşlarıdır. Sonrakı sırada Əfqanıstan və Səudiyyə Ərəbistanı gəlir. Siyahıda Tacikistan, Mərakeş, Malayziya, Çin, Küveyt kimi bir çox ölkənin vətəndaşları da var. 11 Sentyabr hücumlarının ardından başlayan həbs prosesində "SİA" tərəfindən Keniya, Əfqanıstan, Niger, Yəmən kimi ölkələrin vətəndaşları sadəcə, şübhəli kimi Quantanamo həbsxanasında ciddi əsas olmadan saxlanılır. Qeyd edək ki, əsgəri həbsxanada saxlanılan alman vətəndaşı Murad Hiyləgər adlı tək türk, həbs olunduqdan beş il sonra sərbəst buraxılmışdı. Hiyləgərin həbsxana günləri barədə yazdığı kitab əsasında alman rejissor Ştefan Şaller film çəkib.
2013-11-20
1,968
Böyük Britaniyada əhalinin borcu şok həddə çatdı
Böyük Britaniya əhalisinin kredit borcu rekord səviyyəyə - 1,43 trilyon funt sterlinqə çatıb. "Axar.az"ın xəbərinə görə, bu barədə Londonun "İndependent" qəzeti məlumat verib. Qəzetin yazdığına görə, hər britaniyalı ailənin borcu orta hesabla 54 min funt sterlinq (87 min dollar) təşkil edir. Bu da 2003-cü ilin göstəricisindən iki dəfə çoxdur. Mütəxəssislər bildirirlər ki, hazırda britaniyalıların borcu Birləşmiş Krallığın ümumi daxili məhsulunun 94 faizini təşkil edir.
2013-11-20
1,969
Rusiya Ermənistana 3 min əsgər göndərdi
RF-nin Ermənistandakı 102-ci bazasına 3 min əsgər gəlib. "Axar.az"ın xəbərinə görə, Ermənistanda yerləşən Rusiya hərbi bazasında payız çağırışçısı olan yeni əsgərlərin yerləşdirilməsi üzrə kütləvi tədbirlər həyata keçirilir. Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatına görə, RF-dən 3 minə yaxın gənc əsgər Ermənistana gəlib. Yüksək dağlıq ərazilərə uyğunlaşmanın artırılması və mövsüm xəstəliklərinin profilaktikası məqsədilə hərbi həkimlər şəxsi heyəti dərindən müayinə edəcək. Əsgərlərin mövsüm xəstəliklərinə yoluxmasının qarşısını almaq üçün Yerevan və Gümrü qarnizonlarında peyvəndlər vurulur. Qeyd edək ki, indiyədək 102-ci bazadakı hərbiçilərin ümumi sayı 3-5 min arasında dəyişirdi. Bir neçə ay əvvəl baza rəhbərliyi şəxsi heyətin artırıldığını bildirib və bu məqsədlə hərbiçilərin mənzillərində yaşayan ermənilər hərbi şəhərciklərdən köçürülüb. Beləliklə, şəxsi heyətin sayı artıq əvvəlki rəqəmlərdən çoxdur. Son aylar RF hərbi-siyasi rəhbərliyi yeni silah növlərinin göndərilməsi də daxil olmaqla, 102-ci bazanın gücləndirilməsi məqsədilə bir sıra başqa addımlar da atıb. Bu prosesin məntiqi davamı 102-ci bazanın komandiri polkovnik Ruzinskinin Azərbaycan Dağlıq Qarabağ üzərində suverenliyini bərpa etməyə çalışarsa, bazanın Ermənistan tərəfdə iştirak edəcəyi haqqında qalmaqallı bəyanatı oldu ("Virtualaz.org").
2013-11-20
1,970
Xəritədə cəsəd tapıldı – Qəribə
"Google" şirkətinin məşhur xəritə proqramı olan "Google Maps"da cəsəd görüntüsü qeydə alınıb. Bu cəsəd 2009-cu ildə ABŞ-ın San Fransisko əyalətində aldığı güllə yarasından dünyasını dəyişən 14 yaşlı uşağa məxsusdur. "Google Maps"da oğlu Kevin Barreranın cəsədini görən ata dərhal "Google" şirkətiylə əlaqə yaradaraq bu görüntünün xəritədən çıxarılmasını tələb edib. Cinayətin baş verdiyi vaxtda peykdən çəkilən görüntünün "Google Maps"a yüklənilməsindən sonra ortaya çıxan faciə ilə əlaqədar şirkət daha ciddi yöndə çalışmağa başlayıb. Görüntünü aradan qaldırmaq üçün mühəndislər işə cəlb olunub. "Peykdən çəkilən fotoşəkli görüncə özümü uşağımı dünən itirmiş kimi hiss etdim" deyən ata Jose Berreranın "Google"a etdiyi müraciətə internet nəhəngindən gələn açıqlama belə olub: "Ümumiyyətlə peyk görüntülərini əvəzləmək kimi bir planımız yoxdur. Ancaq bu hadisəni istisna olaraq qiymətləndirdiyimiz üçün övladını itirmiş atanı üzmək istəmirik və buna görə də lazımı işlərə başlamışıq".
2013-11-20
1,971
Venesiya sakinindən şəhərə 40 milyon miras
"Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, 92 yaşlı Venesiya sakini Anna Mariya öz mülkünün hamısını Venesiya üçün vəsiyyət edib. Onun qoyduğu mülk 40 milyon avro məbləğindədir. Anna Mariya deyib ki, mülkünün ehtiyacı olanlara bağışlamaq istəyir. Bundan başqa, Venesiya sakini ona məxsus olan torpaq sahəsinin satılmamasını tələb edib. O, torpaq sahəsindən gələn gəlirin kasıblara paylanılmasını istəyib.
2013-11-20
1,972
Tualetsiz ailələr seçkiyə buraxılmayacaq
Hindistanın Bixar ştatının baş naziri Nitiş Kumar elan edib ki, evində tualeti olmayan sakinlər yerli rəhbərlik seçkisinə iştiraka buraxılmayacaq. Kumarın sözlərinə görə, ştatda 20 milyondan çox evdə tualet yoxdur, dövlət proqramı iləsə maksimum 11 milyon evə tualet tikə bilər. O, ştat sakinlərini məbədlərə yox, tualet tikmək üçün ianə verməyə çağırıb. "Axar.az" "The Times of İndia"ya istinadən xəbər verir ki, "Məbəd yerinə tualet" çağırışını daha öncə Hindistan Milli partiyası da etmişdi, lakin parlamentdə mühafizəkarların narazılığına səbəb olmuşdu. Onların fikrincə, bu yanaşma insanlarda inancı məhv edir. May ayından Madhya-Pradeş ştatında evlənən kişiləri gələcəkdə yaşayacaqları evdə tualet tikməyə məcbur ediblər. 2009-cu ilin göstəricisinə görə, 1,2 milyard əhalinin yarısının evində tualet olmayıb.
2013-11-20
1,973
Bakıda "Mersedes" yandı
Bakıda dəhşətli yol qəzası baş verib. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Bakının Sabunçu rayonunda "Mersedes" markalı minik avtomobili elektrik dirəyinə çırpılıb. Nəticədə yanğın hadisəsi baş verib. Yanğın zamanı avtomobilin mühərrik hissəsi yanıb, qalan hissəsi mühafizə olunub. Qəza nəticəsində 3 nəfər xəsarət alınıb.
2013-11-21
1,974
Ölümlə üz-üzə gəldilər - Video
Himalay dağına səyahət edən bir qrup alpinist dünyanın ən təhlükəli yollarından birini videokameraya çəkib. Dik uçurum və yol üzərindəki bir şəlalə bənzərsiz görüntüsüylə görənləri heyran qoyub. Hindistan ərazisində yerləşən 6 min 400 metr yüksəklikdəki Kiştvar Kailaş dağına dırmaşmaq üçün yola çıxan ingilis alpinist Mik Fovler və dostları mikroavtobusla yüzlərlə metr yüksəklikdəki dağ yolunu qət ediblər. Dünyanın ən təhlükəli yolu hesab edilən Himalay dağında yerləşən bu dar yol yuxarı hissəsi qayalıqdan, aşağı hissəsi isə uçurum qayalıq və çaydan ibarətdir. Qeyd edək ki, Hindistanda hər il təhlükəli dağ yollarında meydana gələn yol qəzalarında çox sayda insan həyatını itirir.
2013-11-21
1,975
Məşhur Hollivud ulduzlarının övladları – Foto
Bu uşaqlar dünyanın ən şanslılarından sayıla bilərlər. Çünki ən məşhur soyadlar, qayğı, sevgi, milyonlara varislik onları sonradan tapıb. Qan, ya da rəng fərqi ola bilər. Bəs kim deyə bilər ki, o sənin deyil? Drena De Niro Soyadının da xəbər verdiyi kimi o Robert De Nironun 6 övladının ilkidir. Drena aktyorun həyat yoldaşı Diahnne Abbottun ilk evliliyindən olan qızıdır. De Niro balaca Drenanın 8 yaşı olanda ona öz soyadını verib və rəsmən atası olub. Sonra daha beş uşağı olan Robert De Niro Drenanı heç vaxt yanından ayırmayıb. İlk nəvəsi də qızının oğlu Raphaeldir. Artıq Drena De Nironun 46 yaşı var, atasının sənətini davam etdirir, ən kiçik bacısı Helen ilə arasında nə az nə çox 44 yaş fərq var. İzabella Ceyn (21) və Konnor Antoni (19) Tom Kruzun Nikol Kidman ilə birlikdə övladlığa götürdüyü uşaqları. Hər ikisi Kruz soyadını daşıyır. Kruz və Kidman ayrıldı, yenidən ailə qurdu və övladları oldu. Ancaq ilk övladları həmişə yanlarındadı. Və Tom Kruzun onlarla fəxr etdiyi açıq-aydın görünür. Klaudiya Roz(20) O Hollivudun ən gözəl qadınlarından biri olan Mişel Payferin qızıdır. Mişel 35 yaşı olanda yalnız yaşayan bir qadın olmasına rəğmən, övladlığa uşaq götürməyə qərar verir. Yeni doğulan Klaudiyanın isə heç kimi yox idi. Elə bu ərəfədə aktrisa öz gələcək həyat yoldaşı Devid ilə tanış olur. Onların toyları və qızlarının xaç suyuna salınma mərasimi eyni gündə olur. Bir il sonra isə Mişel oğlunu dünyaya gətirir. Oskar Maksimilan və Eva "Oskar"a namizəd aktyor Huq Jekmanın oğlu və qızı. Jekman və həyat yoldaşı hamiləlik zamanı iki uşaqlarını itiriblər. Bu hadisədən sonra onlar övladlığa uşaq götürməyə qərar veriblər. Yenidoğulmuş qız və ondan bir neçə yaş böyük oğlan. 45 yaşlı aktyor bütün zamanını artıq məktəbə gedən uşaqlarına ayırır. Onu tez-tez uşaqlarını məktəbə aparıb gətirərkən görmək olar. Teo(25) və Mikaella(17) Şpilberq Dünyanın ən məşhur rejissoru Stiven Şpilberqin soyadını daşıyan altı uşaqdan ikisidir. Stiven aktrisa xanımı Keyt ilə dörd uşaqlarının olmasına rəğmən, kiçik yaşlı bu uşaqları övlalığa götürüblər. 66 yaşlı rejissorun ən kiçik övladı sevimlisi Mikaelladı. Onlar zahirən bənzəmir, amma Stiven Şpilberqin bütün dünyaya yönləndirdiyi o sakit baxışları doğma övladlarından daha çox bu iki uşağına keçib.
2013-11-21
1,976
İnsan əsl sevgini iki dəfə hiss edir
Deyilənə görə, sevgi elə bir hissdir ki, onu sözlərlə ifadə eləmək, sadəcə, mümkün deyil. Britaniya alimləri də bu istiqamətdə genişmiqyaslı sorğu aparıblar və insanın əsil sevgini həyatı boyu cəmi iki dəfə hiss etməsi nəticəsinə gəliblər. Sorğuda 2 min könüllü iştirak edib və nəticəsi alimlərin özünün də marağına səbəb olub. İlk məhəbbət sorğu iştirakçılarının əksəriyyətində qarşılıqsız olub. Onların 70%-i sevdiyi şəxsdən ayrılandan sonra sevmədiyi insanla ailə həyatı qurublar. Ona görə də sorğunun nəticəsinə inansaq, hər 7-ci şəxs sevgi olmadan öz həyat yoldaşıyla yaşayır. Alimlər bundan başqa daha bir maraqlı faktı da aşkarlayıblar. Belə ki, qadınlara nisbətən kişilər daha çox sevgililərinə bağlı olurlar. Onların 37%-i evlərinin rahatlığı naminə münasibəti saxlamağa hazır olduğunu bildiriblər. Xatırladaq ki, daha öncə Berkli universitetinin psixoloqları ailə xoşbəxtliyinin məhz qadınların əlində olduğunu sübut ediblər. Ağıllı qadınların cəldliyi və taktikası ailə münaqişəsini daha tez həll etməyə kömək edir.
2013-11-20
1,977
22 nəfərin qatili edam edildi
Noyabrın 19-da səhər bədnam qatil Jozef Pol Franklin Missuru ştatında ölüm inyeksiyası vasitəsilə edam edilib. "Axar.az"ın xəbərinə görə, edam ABŞ-ın Ali məhkəməsi ölüm cəzası haqqında məhkəmə hökmünün apellyasiyası üzrə qəti qərar qəbul edənədək bir neçə saat təxirə salınıb. Ağ irqin üstünlüyü tərəfdarı olan Jozef Pol Franklin 1977-ci ildə Missuri ştatının Sent Luis şəhərindəki sinaqoq yaxınlığında Herald Qordonu öldürdüyünə görə ölüm cəzasına məhkum edilib. O, 1977-1980-ci illərdə 22 qətl törətməkdə günahlandırılıb. Onun qurbanları qara irqin nümayəndələri, yəhudilər və başqa irqlərin nümayəndələri ilə fiziki əlaqələri olan ağ irqə mənsub insanlar olub. Franklin öz hərəkətlərini ABŞ-da irqi müharibəyə başlamaq planı kimi izah edib. O, 1981-ci ildə "Hustler" pornoqrafik jurnalının sahibi Lerri Flinti və vətəndaş hüquqları uğrunda mübarizə hərəkatının lideri Vernon Jordanı qətlə yetirmək cəhdindən sonra tutulub. Franklin edam ərəfəsində yeməkdən və hər hansı bir bəyanat verməkdən imtina edib. Ölüm iynəsi ona yerli vaxtla səhər saat 06:07-də vurulub.
2013-11-21
1,978
Britni Spirsin əkizi axtarılır
Britni Spirs aktiv surətdə yeni videosunda çəkilmək üçün dublyor axtarır. Məlumata görə, oxşarının dəqiq nəyə dublyorluq edəcəyi hələ dəqiqləşdirilməyib. Əsas tələblər bunlar qeyd olunur: 21-33 yaş arası ağdərili sarışın, boyu 165sm, çəkisi 59kq, ayaq ölçüsü 38. Təxmini parametrləri isə 81-69-89 olmalıdır. Qeyd edək ki, məşhur ifaçı artıq bir dəfə "Till The World Ends" (Dünyanın sonuna kimi) videoklipində dublyorun köməyindən istifadə edib.
2013-11-21
1,979
Dünyanın ən seksual kişisi...
"People" jurnalı "Maroon 5" Amerika pop-rok qrupunun solisti Adam Levini 2013-cü ilin ən seksual kişisi adına layiq görüb. Adam Levin bu barədə açıqlama da verib: "Mən bu xəbəri eşidəndə çox təəccüblənmişdim və hətta mənə elə gəlirdi ki, onlar zarafat edir. Lakin bu heç də zarafat deyilmiş. Əlavə edim ki, heç gözləmirdim". Məlumat üçün bildirək ki, dünyanın ən seksual kişi siyahısını"People" jurnalı 1985-ci ildən bəri hər il dərc etdirir. Ötən il isə bu ada amerikalı aktyor Çenninq Tatum layiq görülüb.
2013-11-21
1,980
Ölkələrin qəribə bənzərlikləri - Foto
Sosial şəbəkələrdən birinə maraqlı fotolar yayılıb. Kimlikləri dəqiq bəlli olmayan şəxslər dünya ölkələrini aşağıdakı kimi təqdim ediblər. Söhbət hansı ölkənin hansı əşyaya bənzəməsindən gedir.
2013-11-20
1,981
AŞPA-nın iclasları Vyanada keçiriləcək
Noyabrın 22-də Vyanada Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək. "Axar.az"ın xəbərinə görə, iclaslarda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Rafael Hüseynov iştirak edəcəklər. İclaslarda Avropada miqrasiya, qaçqınlar və məcburi köçkünlərlə bağlı problemlər, Azərbaycanda və Gürcüstanda prezident seçkilərinin nəticələri, gender bərabərliyi, diskriminasiya və qadınlara qarşı zorakılıqla mübarizə, nəhəng meqapolislərdə idarəçiliyin təşkili, AŞPA üzvlərinin davranışına nəzarət və digər mövzularda müzakirələr aparılacaq.
2013-11-21
1,982
Qadın olmağın çətin olduğu 22 ölkə
Bəlkə də qadın olmaq hər yerdə, bütün ölkələrdə çətindir?! Bu sual hələ də aktuallığını itirməyib və yəqin ki, hələ uzun müddət cavab da tapılmayacaq. Amma "betərin də betəri var" deyirlər. Bəzi ölkələr var ki, o ölkələrdə qadın olmaq çox çətindir. Məlumatları izlədikcə bəlkə də həmin ölkələrdə qadın olmağın nə qədər ağır olduğunu hiss edib orda dünyaya gəlmək istəməzsiniz. Beləliklə, qadınların yaşayışının çətin olduğu ölkələrin siyahısını təqdim edirik. Misir Misirdəki qadınların 99.3%-i cinsi təcavüzə, 91%-i isə qadın sünnətinə məruz qalır. Ölkə siyasətindəsə demək olar ki, təmsil olunmurlar. Şəkildə gördüyünüz qadın, "cinsi təcavüzə yox!" mitinqində iştirak edən bir misirli qadındır. İraq İraq parlamentində qadın millət vəkili yoxdur. Bundan əlavə, iraqlı qadın pasport almaq istərsə, kişi qohumunun icazəsini almalıdır. Şəkildəki qadın isə 2013-ci ildəki seçkilərdə səsvermədə iştirak edən qadına aiddir. Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanında qadınların maşın idarə etməsinə qanunla qadağa qoyulub.Bu ölkədə təcavüz və nikahdan kənar cinsi əlaqə "zina" sayılır. Suriya Suriyada qadınlar üçün qanuni evlilik yaşı 17-dir. Amma burda hətta qızlar 12-13 yaşında da evləndirilir. Yəmən Yəməndə qızların yalnız 53%-i ibtidai sinfə göndərilir. Qadınların mində ikisi doğum əsnasında həyatını itirir. Sudan Sudanda qızlar üçün qanuni evlilik yaşı 10-dur. Hər 30 qadından biri hamiləlik zamanı həyatını itirir. Livan Livan qanunlarına görə təcavüz edən adam, təcavüzə uğrayan qadınla evlənmə haqqına sahibdir. Qeyri-qanuni abort edən qadın isə 7 il həbsə məhkum olunur. Fələstin Fələstində qadınların oxuma-yazma faizi 92.6%-dir. Lakin ölkənin iş həyatında qadınların rolu çox azdır. Qadınlar üçün evlilik yaşı, Qərbi Şəriyədə 15, Qəzzada isə 17-dir. Somali Daxili müharibələr nəticəsində həddindən artıq zərər görən Somalidə 2012-ci ildə doğum əsnasında ölüm sayı dünyada rekord həddə çatıb. Ayrıca hazırlanan bir hesabata görə, Somalidəki düşərgələrdə hər il 1200 qadın təcavüzə məruz qalır. Cibuti Bu ölkədə cinsi təcavüzləbağlı qanun yoxdur. Qadınların 93%-i qadın sünnətinə məruz qalır. Bəhreyn Bəhreyndə qadınların 33%-i ailədaxili şiddətə məruz qalır. Bir qadının şahidliyi, yarım adamın şahidliyinə bərabərdir. Bu da o deməkdir ki, 2 qadın, 1 kişiyə tay tutulur. Mauritius Mauritiusda qadınların yalnız 9%-i doğum yoxlanışından keçir. 1 aylıq körpəykən 69%-i qadın sünnətinə məruz qalır. Birləşmiş Ərəb Əmirliyi Birləşmiş Ərəb Əmirliklərində evlilikdən kənar uşaq dünyaya gətirmək həbslə nəticələnir. Müsəlman olmayan bir kişi ilə evlənmək də qanuna görə qadağandır. Liviya Liviyada da durum fərqli deyil. Burda da qadınların 99%-dən çoxu ailədaxili şiddətə məruz qalır. Tunis 12 Dekabr 2012-ci il tarixində Tunis dövlətinin ilk "Ailə daxili şiddət mərkəzi və təcili yardım xidməti" açılıb. Tunisdə qadınlar eyni işdəçalışdığı halda, kişiyə görə 33% daha az maaş alır. Məlumat üçün bildirək ki, Qətər, Küveyt, Kəmərlər, Oman, İordaniya kimi ölkələrdə də oxşar vəziyyət yaşanmaqdadır.
2013-11-21
1,983
Məşhur rəssamların tabloları bu gün çəkilsəydi...
"Ağıllı" cihazlar artıq əlimizdən düşməz olub. İndi onlar bizim həyatımıza elə daxil olub ki, hətta keçmişdən qalan bir çox sənət əsərlərini belə, onlarla birgə canlandırmaq fikri bizə yad görünmür. Cənubi Koreyalı sənətçi Kim Dong-Kyu "Art X Smart" adlı sərgisində sənət tarixinin ən qiymətli tablolarında "ağıllı" cihazların yerini müəyyənləşdirib. Bunun nəticəsində ortaya əyləncəli işlər çıxarıb. Beləliklə, klassiklər Kimin gözüylə...
2013-11-20
1,984
Yeni nazirlər təyin edildi
Gürcüstan Konstitusiyasında edilmiş dəyişikliyə müvafiq olaraq ölkənin yeni seçilmiş prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçirilmiş inauqurasiyasından sonra hökumət tam tərkibdə istefaya gedib. "Axar.az"ın xəbərinə görə, 2012-ci ilin oktyabrında keçirilmiş parlament seçkilərində ən yüksək nəticə qazanmış hakim "Gürcü arzusu" koalisiyasının üzvləri siyasətdən mülki cəmiyyətə keçdiyini bəyan etmiş Baş nazir Bidzina İvanişvilinin əvəzinə bu vəzifəyə daxili işlər naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb. İ.Qaribaşvilinin hökumətin yeni tərkibini və yeni komandanın "Güclü, demokratik, bütöv Gürcüstan uğrunda" proqramını parlament üzvlərinin müzakirəsinə təqdim edib . İrakli Qaribaşvili hökumətin gələcək fəaliyyət proqramı barədə ətraflı məlumat verib, ölkənin siyasi kursunun dəyişməyəcəyini vurğulayıb və deputatların çoxsaylı suallarını cavablandırıb. Təxminən səkkiz saatadək davam edən müzakirələrdən sonra deputatlar parlamentin növbədənkənar sessiyasında 93 səs lehinə, 19 səs əleyhinə olmaqla hökumətin yeni tərkibini təsdiq ediblər. Yeni hökumətdə Baş nazir vəzifəsini tutmuş İrakli Qaribaşvilinin bundan əvvəlki - daxili işlər naziri vəzifəsinə Tiflis şəhər baş polis idarəsinin rəisi polis polkovniki Aleksandr Çikaidze təyin edilib. Hökumətin 19 üzvü arasında yeganə dəyişiklik də yalnız budur. Digər nazirlər öz vəzifələrində qalıblar.
2013-11-21
1,985
Dahi fizikin arvadına yazdığı gizli məktub
Riçard Feynmanın arvadına yazdığı, lakin heç vaxt oxumadığı məktub... Dahi fizik Riçard Feynmanın həyat yoldaşı Arlin Feynman 25 yaşında 1945-ci ilin iyununda vərəmdən vəfat edir. Riçard Arlinə 13 yaşından aşiq idi. 19 yaşında onlar nişanlanır. Həmin vaxt Arlin artıq ağır xəstə idi. Riçardın çox böyük qayğı ilə yanaşdığı yoldaşı onun qollarında vəfat edir. Bu hadisədən sonra Riçard çox böyük sarsıntı keçirir. 1946-cı ilin oktyabrında həyat yoldaşının ölümündən 16 ay sonra Feynmanınona yazdığı məktub 43 il sonra,onun ölümündən sonra açılır. Zərf saralmış və sürtülmüş idi, sanki uzun müddət cibdə gəzdirilmişdi. "Əziz Arlin, Gözəlim, mən sənin dəli divanənəm... Bilirəm, bu sözləri eşitmək səni necə xoşbəxt edir, lakin yazmağımın yeganə səbəbi bu deyil. Yazmağımın əsas səbəbi odur ki, bu mənim içimi isidir. Çoxdandı sənə yazmırdım, demək olar ki, iki ildi. Amma bilirəm, məni, bu tərs praqmatiki bağışlayacaqsan. Düşünürdüm ki, sənə yazmağın bir mənası yoxdur. Əziz yoldaşım, indi bilirəm ki, keçmişdəki kimi yenə sənə yazmalıyam. Demək istəyirəm ki, səni sevirəm. Səni sevmək istəyirəm və həmişə səni sevəcəm. Sən öləndən sonra səni sevməyin nə olduğunu bilmək çətin deyil, ancaq mən səni yenə də qorumaq, qayğına qalmaq istəyirəm. Sənin də məni sevib qayğıma qalmağını istəyirəm.Səninlə problemlərimi müzakirə etmək nə qədər xoş idi... Bu vaxta kimi heç ağlıma da gəlmirdi, ancaq biz səninlə çox şeylər edə bilərdik, paltar tikə, çin dili öyrənə, kinoproyektor ala bilərdik. Bəs indi mən bunu edə bilərəmmi? Yox... Sənsiz çox yalnızam. Sən mənim bütün ideyalarımın və macəralarımın ilham pərisi idin. Sən xəstə olanda narahat olurdun ki, mənə ehtiyacım olanı verə bilmirsən. Ancaq narahat olmağa ehtiyac yox idi. Mən sənə hər zaman deyirdim ki, sənin varlığın mənə yetər. Və mən bunu indi daha yaxşı başa düşürəm. Sən artıq mənə heç nə verə bilməsən də, mən səni heç vaxt başqasını sevə bilməyəcək qədər çox sevirəm. Və mən bunun elə belə olmasını istəyirəm. Çünki sən ölü olsan da, bütün sağlardan qat-qat yaxşısan. Bilirəm sən deyəcəksən ki, mən axmağam və mənim xoşbəxt olmağımı istəyirsən. Sən yəqin təəccüblənəcəksən, lakin bu iki il ərzində mənim heç rəfiqəm olmayıb (səndən başqa)... Və sən bununla heç nə edə bilmərsən. Elə məndə... Anlamıram. Qarşıma çox qız çıxıb, onların arasında çox gözəlləri də olub, lakin 2-3 görüşdən sonra onların mənim üçün sadəcə boş yer olduğunu və tək qalmaq istədiyimi anladım. Mənim üçün ancaq sən varsan. Həqiqi sən. Mənim əziz yoldaşım, sənin dəlinəm. Mən yoldaşımı sevirəm. Mənim yoldaşım ölüb. Riç P.S. Xahiş edirəm məktubu sənə göndərmədiyim üçün məni bağışlayasan. Sənin yeni adresini bilmirəm". Ceyms Qleykin "Dahi: Riçard Feynmanın həyatı və elmi" kitabından
2013-11-20
1,986
Səlim Müslümov daha bir məmuru işdən çıxartdı
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bu gün daha bir kadr islahatı həyata keçirib. "Axar.az"ın xəbərinə görə, nazirin bu gün imzaladığı sərəncamla İmişli rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Barat Xəlilov tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, Barat Xəlilov bu vəzifəyə keçmiş nazir Füzuli Ələkbərovun dönəmində təyin olunmuşdu. Son dövürlər mətbuatda mütəmadi olaraq Barat Xəlilovun vəzifəsindən sui-istifadə etdiyi və aztəminatlı şəxslərə ünvanlı sosial yardım verilməsində saxtakarlığa yol verməsi haqda yazılar dərc olunurdu ("Avropa.info").
2013-11-20
1,987
Azərbaycan rəsmiləri İrana gedir
Noyabrın 24-də Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının XXI iclası işə başlayacaq. "Axar.az"ın xəbərinə görə, üç gün davam edəcək iclasda nəqliyyat, ticarət, enerji, ətraf mühit və kənd təsərrüfatı sahələri üzrə 2012-1013-cü illərdə görülən işlərin hesabatları dinləniləcək, 2014-cü ilə dair iş proqramında əksini tapmış təkliflərlə bağlı qərarlar qəbul ediləcək. Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə iclasda təmsil olunacaq.
2013-11-20
1,988
Məsud Bərzanidən Türkiyəni silkələyən açıqlamalar
İraq Kürd Regional rəhbəri (İKRR) Məsud Bərzani Türkiyədə iştirak etdiyi görüşlərdən danışıb. O maraqlı açıqlamalar verib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, M.Bərzani deyib ki, mənə Diyarbəkirdə 300 cütün evlənmə mərasimi olacağı və mərasimdə iştirak edib-etməyəcəyim barədə sual ünvanlandı: "Mən bunu müsbət dəyərləndirib, dəvəti qəbul etdim. Daha sonra Şivan Pərvərin də iştirak edilməsi istənildi. Təbii ki, Şivan Pərvər iştirak etmək istəmirdi. Mən onunla təkbətək görüşdüm və onu Türkiyəyə gəlməyə razı sala bildim". Kürdüstan bayraqları məni xoşbəxt etdi Bərzani Diyarbəkirdə çox yaxşı qarşılandığını və Kürdüstan bayraqlarını görməkdən xoşbəxt olduğunu deyib: "Təsadüfən məktəbdən çıxan kiçik uşaqların əllərində Kürdüstan bayrağını görmək məni çox xoşbəxt etdi. Bir insanın belə qarşılanması həqiqətən qürurvericidir". Ərdoğana məktub yazdım Baş nazir Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildəki Diyarbəkirdə çıxışı zaman bir qanuna imza atdığını deyən Bərzani bildirib ki, bundan sonra baş nazirə göndərdiyi məktubda kürd reallığını qəbul etməsindən ötəri hər cür dəstəyi verməyə hazır olduğunu yazıb. Ərdoğanın "Kürdüstan" ifadəsini ilk dəfə istifadə etməsini çox əhəmiyyətli bir inkişaf kimi dəyərləndirən Bərzani deyib: "Xalqın kürd bayrağını qaldırması və kürd paltarları ilə mərasimlərə qatılması Türkiyə siyasətində əhəmiyyətli dəyişikliklərin olduğunu göstərir. Şivan Pərvər və İbrahim Tatlısəsin "Peşmərgə" marşı oxuması da əhəmiyyətlidir. Turqut Özal konstitusiyanı dəyişdirmək istədi, ömürü çatmadı "Turqut Özalı bir neçə dəfə görmək fürsətim oldu. Kürt problemini həll etmək üçün çox səmimi bir görüntüsü vardı. Görüşlərimizdən birində mövcud Konstitusiyada özünün belə oxuduğu zaman utandığı bəzi maddələrin olduğunu və bunların dəyişdirilməsinin lazım olduğunu dedi. Özal, "Bu konstitusiyanı dəyişdirə bilsəm, Türkiyədə kürdlərin haqqlarını verə bilərəm", demişdi. Amma bunları etməyə ömürü çatmadı". Sunaya göndərdiyimiz məktub qəbul edilmədi Bərzani daha sonra bildirib ki, atam Molla Mustafa Bərzani 1966-cı ildə Kürd kəndlərinə edilən basqınların qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatına və bir çox ölkəyə məktub göndərdi. Bu ölkələrdən biri də Türkiyə idi. Məktubu Almaniyadakı büromuzdan o vaxtkı respublika prezidenti Cövdət Sunaya göndərdik, amma geri gəldi, qəbul edilmədi. Çünki o dövr kürd dili, kürd paltarı və kürd bayrağı qadağan idi. Süleyman Dəmirəl Şivan Pərvərin həbs olunmasını istədi "Süleyman Dəmirəl 1977-ci ildə baş nazir idi və Diyarbəkirə səfəri əsnasında bölgədəki bir sıra görüşlər keçirdi. Ona yeni başlayan hadisələrin qarşısının necə alına bilcəyi barədə bir çox təkliflər edildiyi əsnada hər kəsin sözünü kəsərək, Şivan Pərvər adlı gənc sənətçinin tutulmasını istədiyini dedi".
2013-11-21
1,989
Prezident Prezidentə "Azadlıq" verdi
ABŞ-da ən yüksək vətəndaş nişanı hesab edilən "Azadlıq Medalı"na bu il Bil Klinton daxil olmaqla 16 nəfər layiq görülüb. Ağ Evdə təşkil edilən mərasimdə çıxış edən Barak Obama bildirib ki, builki mərasim daha xüsusi əhəmiyyət kəsb edir. Çünki sabiq prezident Kennedinin bu mükafatı təyin etməsinin 50 ili tamam olur. Mərasimdə Kennedi ailəsindən Ethel Kennedi ilə Robert F.Kennedi və səfir Karolina Kennedinin oğlu Jak Şhlossberq də iştirak edib. "Azadlıq Medalı" ölkənin milli təhlükəsizliyi, dünya sülhü, mədəniyyət sahəsində əhəmiyyətli addımlar atan şəxslərə verilir. "Axar.az" bu il "Azadlıq Medalı"na layiq görülən 16 şəxsin siyahısını təqdim edir: - ABŞ-ın 42-ci prezidenti Bil Klinton - Məşhur tok-şou aparıcısı Oprah Vinfrey - Bütün zamanların ən yaxşı beyzbol oyunçularından biri olaraq göstərilən Çikaqo Kubsun əfsanə oyunçusu Katıya Banks - "Vaşinqton Post"un köhnə rejissoru Mən Bredli - ABŞ Konqresində xidmət edən ilk Yaponiya mənşəli amerikalı Daniel İnouye - 2002 Nobel İqtisadiyyat Mükafatı sahibi Daniel Kahneman - Senatda 30 ildən çox xidmət göstərən Riçard Luqar - Kountri musiqisinin əfsanəsi Loretta Linn - Nobel Kimya Mükafatı sahibi Mario Molina - Kosmosa gedən amerikalı ilk qadın astronavt Selli Ride - Hüquqşunas Rus İdin - Caz sənətçisi Arturo Sandoval - North Karolina Universiteti basketbol məqşçisi Deyən Simith - Qadın haqqları müdafiəçisi Qloria Staynem - Mədəni haqlar müdafiəçisi Kordi Tindell "C.T." Vivian - Məhkəmə hakimi Patrisia Vald
2013-11-21
1,991
Prezident karatedə doqquzuncu dan aldı
Qırğızıstan prezidenti Almazbek Atambayev Cənubi Koreyaya səfəri zamanı taekvando üzrə doqquzuncu dan alıb. "Axar.az"ın ANS-ə istinadən məlumatına görə, ona kəmər və diplom təqdim edilib. Qırğız lider öz növbəsində ölkəsində bu idmanı inkişaf etdirməyə söz verib. Təqdimat mərasimində idmançıların nümunəvi çıxışı olub. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də bir az öncə eyni titulu almışdı. Ona da kəmər və diplom təqdim etmişdilər. Qərb mətbuatı buna kinayə ilə yanaşmışdı və onu Çak Norrisə bənzətmişdi.
2013-11-21
1,992
Gülnarə Kərimova həbs xəbərini təkziblədi
Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova Daşkənddə həbs edilib. Bu haqda Gülnarə Kərimova Tvitter hesabındakı yazıb: "Mən polis idarəsindəyəm. Maraqlısı odur ki, Rusiya, Qazaxıstan və digər ölkələrdən müxtəlif insanlardan dəstək xarakterli yazılar gəlsə də, Özbəkistan susur". Prezident qızının hansı polis idarəsində saxlanıldığı bildirilmir. *** Gülnarə Kərimova özünün həbsi xəbərini təkzib edib. "Musavat.com"un məlumatına görə, Gülnarə Kərimova "Özbəkistan prezidentinin qızı həbs edildi" xəbərini yayan Twitter istifadəçisinə cavab verib ki, saxlanılan tələbələr üçün polis şöbəsinə gedib.
2013-11-21
1,994
Ermənilərin dağıtdığı evlər tikilir - Horadizdə
Horadizdə erməni işğalı zamanı dağıdılmış evlər bərpa edilərək yenidən sakinlərin istifadəsinə veriləcək. "Axar.az" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 27 iyun tarixli Sərəncamına uyğun olaraq həmin evlər bərpa olunub, sahiblərinə qaytarılacaq. Bunun görə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6 milyon manat ayrılıb. Qeyd edək ki, erməni işğalı nəticəsində Horadiz şəhərində 227 ev və 3 çoxmənzilli bina dağıdılmışdı. Füzuli Rayon İcra Hakimiyyə bildirib ki, iyul ayından 129 evdə və 2 komunal binada, bu yaxınlarda isə daha 76 evdə bərpa işlərinə başlanılıb. Evlərin bəzisi bərpa edilir, tamamilə dağıdılmış evlərin yerində isə yeniləri tikilir. Artıq bərpa olunmuş və yeni tikilmiş 45 evin sakinlərin istifadəsinə verilməsinə başlanılıb.
2013-11-21
1,995
Tərcümə mərkəzi yandı
Bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tərcümə mərkəzində yanğın olub. Mərkəzin içərisində olan avadanlıqlar 20 kv.m sahədə yanıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, tərcümə mərkəzinin qalan hissəsi, bitişik notariat kontoru və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb, xəsarət alan yoxdur. Daha bir yanğın hadisəsi Neftçala şəhər sakinin evində olub. Vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli 1 otaqlı ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bu yanğın zamanı da ölən və yaralanlar olmayıb.
2013-11-21
1,996
Atışma: 3 ölü 3 ağır yaralı
ABŞ-ın Texas ştatı Hyuston şəhəri yaxınlığında dünən gecə baş verən atışmada 3 nəfər ölüb, 2 nəfər yaralanıb. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, atəş səsləri 16:30-da Saypress yaşayış məntəqəsində eşidilib. Nəticədə 2 qadın və 1 kişi öldürülüb, daha 2 qadın 1 kişi isə xəstəxanaya ağır vəziyyətdə çatdırılıb. Polislər atəş açanları axtarır. Qeyd edək ki, ötən cümə atışma nəticəsində Hyustonda 1 nəfər ölmüş,3 nəfər xəsarət almışdı.
2013-11-21
1,997
Gülər Əhmədova yenidən hakim qarşısına çıxır
Bu gün sabiq millət vəkili Gülər Əhmədovanın növbəti məhkəmə prosesi keçiriləcək. "Axar.az"ın xəbərinə görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq. Bundan öncəki məhkəmədə sabiq deputat barəsində irəli sürülən ittihamlara etiraz edərək haqsız yerə həbsə atıldığını bildirsə də dövlət ittihamçısı Eldar Həmzəyev G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir ("Azvision.az").
2013-11-21
1,998
Ölümdə şübhəli bilinən şəxsə bəraət verildi
Sevinc Babayevanın Türkiyəyə gedərək, istintaqdan yayınmasına yardım edən və onun ölümündə şübhəli bilinən türkiyəli iş adamı Səlcuq Ağlayan dünən İstanbulda keçirilən məhkəmədə bəraət alıb. Bu barədə Səlcuq Ağlayan özü məlumat verib. S.Ağlayan mərhum Sevinc Babyevanın İstanbulda ölməsi epizodu üzrə saxlanılmışdı, daha sonra isə İstanbulu tərk etməmək şərtilə azad olunmuşdu. Azərbaycandan müstəntiqlər dəfələrlə İstanbulda onu dindirmişdilər. S. Ağlayan uzun müddət apardığı məhkəmə davasından sonra ölkədən çıxmaq qadağasını nəhayət aradan qaldıra bilib. Son vəsatəti üzrə 20 noyabrda məhkəmə ona S.Babayevanın ölüm epizodu ilə bağlı bəraət verib. S.Ağlayan deyib ki, bu faktı türk ədalətinin zəfəri hesab edir: "Aylarla məni və bu epizodu araşdırdılar. Nəhayətdə bildilər və qəbul etdilər ki, heç bir suçum yoxdur" ("Musavat.com").
2013-11-21
1,999
Cəbhədə gərginlik: düşmən susdurulub
Bu gecə erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. "Axar.az"ın müdafiə Nazirliyinə istinadən xəbərinə görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
2013-11-21
2,000
Murad Köhnəqala hakimiyyətə satılıb
Mən öləndən sonra çamadanımı axtararsınız, hamısı ordadır Yaxın günlərdə "Feysbuk" sosial şəbəkəsində Murad Könəqalanın mühacirətə getməsi xəbəri yayılıb. Murad Köhnəqala əvvəlcə Litvaya yollanıb. Bakıdakı dostlarına deyib ki, tələbə yoldaşı, yazıçı Yanis Eşotsla görüşməyə gedir. Amma bir müddət sonra onun sorağı Rusiyadan gəlib. Bu günlərdə isə Murad Köhnəqalanın siyasi sığınacaq almaq üçün İsveçə getdiyi məlum olub. O, İsveçdə müvafiq qurumlara bildirib ki, din əleyhinə fikirlərinə görə dəfələrlə hədələnib. Bir müddət əvvəl Murad bəydən aldığımız müsahibəni təqdim edirik. İlk şeirinizi neçənci ildə yazmısınız? - 5-ci sinifdə oxuyanda yazmışam. İl dəqiq yadımda deyil. İlk dəfə hansı qəzet ya jurnalda çap olunmusunuz? - Sovet dövründə Tovuz rayonunda "Həqiqət" adlı rayon qəzeti çıxırdı, ilk dəfə orada çap olunmuşam. Amma respublika səviyyəli "Azərbaycan pioneri" qəzetinə yazılar göndərirdim, çap eləmirdilər. "Azadlıq" yoxsa "Yeni Müsavat"? - Hər ikisi. Hər ikisi ilə bağlı unudulmaz xatirələrim var. Şeir yazmağa başlayanda örnək aldığınız şair var idi? - Realist şeirlərimə örnək olaraq Əli Kərimi sevmişəm, sonra Nazim Hikməti tanımışam. Bunlardan sonra ən çox bəyəndiyim yunan şairi Yanis Ritsos olub. Lakin bu gün özümü onların hər üçündən daha güclü şair hesab edirəm. Şeir yazmaqda, ümumiyyətlə məqsədiniz nədir? - Bəs sizin bu sualı verməkdə məqsədiniz nədir? Sənət üçün yazırsınız yoxsa cəmiyyətçün? - Dəli adamdan məntiq gözləmək düzgün deyil. İlk qonorarınız haradan və nə qədər olub? - İlk qonorarımı Moskvada tələbəlik vaxtı "Komsomolskaya pravda" qəzetindən qazanmışam. Tatar şairləri şeirlərimi rus dilinə çevirib, çap etdirmişdilər, sonra qonorarımı gətirib özümə verdilər. Hansısa müəlliflər ya kitablar sizin həyatınıza, yazılarınıza təsir edib? - Mənə əsas təsir edən Cek Londonun yaradıcılığıdır. Daha doğrusu, onun sərt həyat təsvirləri. Dostoyevski və ya Murakami kimi yazıçılar ümumiyyətlə, mənə təsir etmir. Bu tip nağılvarı yazarlar zəif iradəli oxucular üçündür. İlk yazınızın mövzusu yadınızdadı? - Siz lap açar deşiyindən baxırsız... Yazılarınıza başlığı siz seçirsiniz, yoxsa sayt redaktorları? - Elə də olur, belə də. "Kulis" yoxsa "Publika"? - Alma desəm gələrsən, armud desəm, gəlməzsən. Həmişə istədiyiniz mövzuda yazmısız, yoxsa məhdudiyyətlər olub? - Məhdudiyyətlər həmişə olub. Lakin istədiyim mövzunu, istədiyim formada yazmışam. Mən öləndən sonra çamadanımı axtararsınız, hamısı ordadır. Son illərdə oxuduğunuz ən yaxşı yerli roman? - Yerli heç bir əsər oxumamışam. Son oxuduğum kitab Viktor Pelevinin "Törəmənin müqəddəs tarixçəsi" romanıdır. Açığı, çox da xoşuma gəlmədi. Uşaqlığınızın ən dəhşətli xatirəsi? - Məndən kiçik bacım iki-üç metr hündürlüyü olan pilləkəndən yıxılmışdı, illərlə yuxularımda mən də həmin hündürlükdən yıxılırdım. Hansı (yaxud da necə) ölkədə yaşamaq istəyərdiniz? - Hansısa Avropa ölkəsinin kiçik bir şəhərinə köçüb, məmnuniyyətlə, orada süpürgəçi işləyərək ömrümü başa vurardım. Facebook sosial şəbəkəsində "fake" profiliniz var? - Xeyr. Mən heç vaxt saxta imza ilə yazı yazmamışam, saxta profilim də yoxdur. Belə şeylər xarakterimə uyğun deyil. Murad Köhnəqalanın həyatında onu sevən qadınların yeri? - Həyatımda çox qadınlar olub. Amma onların heç biri, heç nəyi yadımda qalmayıb. Çünki o qadınlarla sevgi münasibətləri yox, ötəri, müvəqqəti əlaqələr qurmuşam. Qəribədir ki, bütün ömrü boyu şiddətlə sevəcəyim qadınla yaşımın bu çağında rastlaşmışam. Zarafatcıl adamsınız... Heç öz zarafatlarınıza özünüz gülürsünüz? - Mən istənilən situasiyada lətifə düzəldə bilirəm. Hətta faciəni yüngülləşdirmək üçün onu yumora çevirmişəm. "Facebook-roman"ınızın axırı necə oldu, çap olunacaqmı? - Roman demək olar ki, hazırdı, axırını da oxuyanda bilərsiz. Düşünürəm ki, bu, qeyri-adi, yeni tipli əsərdir. AYO niyə yarandı və niyə fəaliyyəti bu "səviyyəyə" gəlib çıxdı? - AYO-nu şəxsən mən yaratmışam, adını mən qoymuşam, ən maraqlı tədbirlər mənim başçılığımla keçirilib. Mən AYO-nu tərk etdikdən sonra, həmin təşkilatın mənasını özümlə apardım. Məndən sonra nə qədər hıqqansalar da mənalı bir iş görə bilmədilər. Özünüz haqqında eşitdiyiniz ən inanılmaz şayiə hansıdır? Olubmu belə şey? - Haqqımda eşitdiyim ən gülməli ifadə budur: "Murad Köhnəqala hakimiyyətə satılıb". Necə uşaq olmusunuz? Sakit yoxsa dəcəl? - Çox dəcəl. Anam indiyə qədər mənim dəcəlliklərimdən danışır. Sevdiyiniz yazarlar, şairlər hansılardı? (yerli və əcnəbi) - Rasim Qaraca, Həmid Herisçi, Elxan Qaraxanlı, Aqşin, Şərif Ağayar, Seymur Baycan, Günel Mövlud, Nərmin Kamal, Sevinc Pərvanə, Ayxan Ayvaz, Cəlil Cavanşir, Mövlud, Əsəd Qaraqaplan. Əcnəbiləri demək istəmirəm, çünki bu adlarını saydığım yazarlarımız pis vəziyyətə düşər. Amma ən çox sevdiklərimdən birini deyim: Vladimir Vişnevski. Axırıncı dəfə nə vaxt və hansı yalanı danışmısız? - Mən istənilən an yalan süjeti qura bilirəm. "Axırıncı dəfələr" çoxdur. Niyə yazırsız? - Hardan bilirsiz ki, yazıram? Heç çılpaq şeir yazmısız? - Bütün şeirlərim özüm kimi lütdür. Hansı bayramları sevirsiniz? - Yeni ili. O da qarlı günlərdə yalnız Rusiyada qeyd etmək şərtilə. Amerikanın Suriyaya hücumu nə dərəcədə realdır? - Beynəlxalq siyasətlə məşğul deyiləm. Yaradıcılığınızdakı son yeniliklər? - Son vaxtlar ayrı-ayrı insanlar haqda portret yazıları yazıram. Sırf qonorar üçün. Deyilənə görə, maraqlı alınır. Yeni yazarlara tövsiyyələriniz… - Riskli olsunlar, özlərinin yaratdığı obrazlardan qorxmasınlar. Müasir gənclərin şeirə münasibəti sizi qane edir? - Bəs sizi qane edir? Nə vaxtsa polislə bağlı probleminiz olub? - Polislə kimin problem olmur ki? Son illərdə oxuduğunuz ən yaxşı yerli roman? - Ay qız, eyni sualı nə qədər təkrarlamaq olar? Sizi yazmağa nə ruhlandırır? - Ruhlanmaq mütləq lazımdır? Müsahibə verməyi xoşlayırsız? - Ay qız, yaxamdan əl çəkəcəksən, ya yox?
2013-11-21
2,001
İsrail daha ABŞ-a arxalanmır
İsrailin XİN rəhbəri Aviqdor Liberman deyib ki, bəzi beynəlxalq məsələlərdə Vaşinqtonla münasibətlərin pisləşdiyinə görə İsrail özünə yeni partnyor axtarmaq niyyətindədir. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, Sderotda keçirilən forumda çıxış edərkən XİN rəhbəri deyib: "İsrail və onun strateji partnyoru olan ABŞ arasında əlaqələr zəifləyib. Bu aydındır. ABŞ Şimali Koreya, Əfqanıstan, Pakistan, İran, İraq, Suriya, Misir, Çin və başqa ölkələr tərəfindən təhdidlə üzləşə bilər. Bundan əlavə onların çoxlu daxili iqtisadi problemləri də var. Bununla əlaqədar sual verirəm: bəs beynəlxalq arenada bizim yerimiz hardadır?" O, qeyd edib ki, İsrail ərəb və islam dünyasının pulundan asılı olmayan və onlarla əməkdaşlıq etmək istəyən ölkələrlə münasibət qurmalıdır. Lakin Limberman hansı ölkələri nəzərdə tutduğunu dilə gətirməyib.
2013-11-21
2,002
Təhminəni mən oynasaydım, indi... - Foto/Video
Məşhurlarla bir gün Azərbaycan Respublikasının əməkdar artisti, 46 yaşlı Mehriban Xanlarovanı elə səhər saatlarında gözəllik salonlarından birində yaxaladıq. Canlı yayıma hazırlaşan aktrisa saçını və makiyajını şəxsi vizajistinə düzəltdirirdi. Aktrisayla söhbətimizə, nəyə görə serialın vizajistlərinə deyil, şəxsi ustalarına düzəltdirdiyini öyrənməklə başladıq. Seriallardakı vizajistlər səriştəsizdir - Təəssüf ki, bizim seriallardakı vizajist və saç ustaları səriştəsizdirlər. Mən güvənib, onların qarşısında otura bilmirəm. Çünki onlar mənim nə istədiyimi anlamırlar. Mən yalnız öz vizajist və saç ustama güvənə bilirəm. - Görünüş aktrisanın fəaliyyətində nə qədər rol oynaya bilir? - Məncə, aktrisalıqda əsas obrazdır. Təbii ki, görünüş lazımdır, amma elə də önəmi yoxdur. Sadəcə, iddialı olmaq, səliqəli görünmək lazımdır. İstər çirkin ol, ya da gözəl - əsas odur ki, obrazı canlandırmağı bacarasan. Çünki biz daha çox sənət axtarırıq. Tamaşaçını görünüşüm yox, obrazım cəlb etməlidir. Rejissorlar özlərinə bağ, arvadlarına ev alır, serialı unudurlar… - Bəlkə məni kinoya, seriala çəkməyəcəklər. Onda nə ilə dolanmalıyam? Rejissorlar özlərinə bağ, arvadlarına maşın alır, serialı unudurlar. Rejissorlar aktrisalara bacardıqca az pul verməyə çalışırlar. Mən prezidentin mükafatını almasam, acından ölənin biri olaram. - Milyonlar qazanan aktrisalar da var, kirayədə yaşayan da. Bu, nə dərəcədə ədalətlidir? - Əlbəttə, aktirasanın kirayə qalması yaxşı deyil. Təəssüf olsun ki, Azərbaycanda sənətçilərə düzgün qiymət vermirlər. Bizim üçün 5 milyon manat pul ayrılsa da, bunlardan yararlana bilmirik. Acınacaqlı vəziyyətdə yaşayıram Kim inciyir incisin. Heç kəsi aldatmayacam, şəxsən mən acınacaqlı şəraitdə yaşayıram. Serial çəkimlərinə görə aylıq 500 manat maaş alıram. Bu əməkdar artistə verilən qiymətdirmi? Mən dilənməliyəm, ya sürünməliyəm? Bu hesablamalara görə mən hər yerə eyni paltarla getməliyəm. İncəsənət qurban tələb etsə də, bu qədər yox da. Bəzən hətta elə olur ki, üç ay maaş vermirlər... Bu nə deməkdir, bilirsiniz? Mən brend geyinə bilmirəm. Ayaqqabımı İrandan 10 manata gətiriblər. Məcburam belə geyinməyə, çünki o pulla başqa cür etmək olmaz. Türk aktyorlara bizim haqqımızı yedizdirirlər - Təcrübəli aktyor və aktrisalarımız varkən, bu sahəyə Türkiyədən aktyorların cəlb ediləməsi nə qədər doğrudur? - Türkiyədən gətirdikləri aktyorlara bizə verilən puldan qat-qat çox pul verirlər. Necə olur ki, onlara 30-40 min verirlər, amma yerli xalq artistlərimizə 500 manat? Yanıb tökülürəm. İndi kimi gəldi, kinoya çəkirlər - Kim tanınmaq, məşhur olmaq istəyirsə, onu seriala çəkirlər. Nə bilim modeldir, guya dünya gözəlidir. Hansı ki, mən onlarda heç gözəllik görmürəm. Reklam üçün çəkilirlər. Mən çəkildiyim seriallarda həmkarlarımın kimliyinə diqqət edirəm. - Müxtəlif seriallarda eyni aktrisalar daha çox oynayır. Bu nə ilə əlaqəlidir? O aktrisaları əvəz edən oyunçular yoxdur, yoxsa aktrisa qıtlığıdır? - Aktyorlarımız aclıq ucbatından, kirayə qaldığı evin pulunu ödəyə bilsinlər deyə, bir neçə filmə çəkilməyə razılıq verirlər. Bu isə düz deyil. Tamaşaçılar seriallara baxanda artıq serialları qarışdırır. Ən əsası isə odur ki, rol dəyişsə də, aktrisalar eyni qalır. Bu filmdə necə oynayırsa, o biri serialda da heç bir motivasiyaya uğramadan eyniylə oynayır. Dəyişən heç nə olmur, gözlər eyni baxır. Ümid edirəm ki, dövlətimiz öz sənətkarlarımızın ev problemini aradan qaldırar, onlar da bu cür məcburiyyət qarşısında qalmazlar. - Mehriban xanım, sənətkarlarımızın ev problemlərinə toxunmuşkən rəhmətlik Səyavuş Aslanın adı da bu siyahıda idi. Nə üçün Səyavuş Aslan kimi dəyərli sənətkarımızla vida mərasimində sizdən başqa heç kim göz yaşı axıtmadı? - Səyavuş böyük sənətkardır. Axı necə ağlamamaq olar… Səyavuş Aslan ikinci dəfə gəlməyəcək dünyaya. O ki qaldı ağlamağa, hər kəs öz ürəyini, qabiliyətini göstərdi. İndiki aktrisalar rollarına möhür vura bilmir - İndiki aktrisalarda möhür vurmaq yoxdur. Onlar, sadəcə, çəkilirlər. O vaxt yaxşı alınırdı hər şey. O rejissorların suyundanmı, çörəyindənmi, nədəndi bilmirəm, amma o vaxt hər şey yaxşı olurdu. Mən "Sarıköynək" filminə çəkilmək üçün çoxsaylı adamlar içindən seçildim. Allah Şahmara rəhmət eləsin. Çünki mən onun filmində aldığım Zibeydə obrazı ilə öz möhrümü vurdum sənətə. Bu gün də o obrazın çörəyini yeyirəm. Biz hələ serial çəkə bilmirik - Seriallarımızın keyfiyyətindən razısınızmı? - Serial çəkimləri heç də yaxşı deyil. Biz hələ serial çəkə bilmirik. Bu sahədə nə Braziliya, nə Hollivud, nə də ki, Hindistan seriallarına çata bilərik. Yaxşı seriallar o vaxt çəkiləcək ki, artıq həmin vaxt heç kim cibini düşünməyəcək. - Deyilənə görə, teatrdan serial və ya serialdan teatra gedən aktrisa rolu obrazlaşdırarkən çətinlik yaşayır. Bəs sizdə necə? - Teatrdan gəlib, kinoda çəkilə bilməmək kimi fikirlər rejissorların özlərinin təxəyyül, fantaziyalarının nəticələridir. Mənə bu söz gülməli gəlir. Həmin rejissorlara deyirəm ki, mən eyni aktrisayam. Teatrda da gülə, ağlaya bilirəm, serialda da... - Nəyə görə bizim kinolarımız "Kan" film festivalına çıxa bilmir? - Bizim festivalda iştirak etməyimiz çətin məsələdir. Festivalda yalnız adamı olanların filmləri gedir. Belə deyərdim bu festivalda iştirak etmək elə də asan deyil". Mehriban xanımla söhbətimizə davam edə-edə artıq saç və makiyajı hazırlandı. Tələsik halı ilə efirə gecikən əməkdar artistin telefonlarına gələn zənglər ara vermirdi. Qeyd edək ki, hər zəngdə əməkdar artistdən bir şey xahiş edilirdi. "Günə baxan"da Salondan çıxan əməkdar artist ilə birlikdə ANS-də yayımlanan "Günə baxan" verilişinə yollandıq. Verilişdə ekspert kimi çıxış etdikdən sonra müsahibəmizə davam etdik. - Nəyə görə canlandırdıqları obrazlara görə daha çox xanım sənətçilər tənqid olunurlar? - Çünki bizim cəmiyyət aktrisanın oynadığı obrazı qəbul edə bilmir. Xaricilərin oynadığı erotik səhnələrə böyük kef ilə baxsalar da, bu rolu özümüzünkülər oynayanda ağızlarına gələni deyirlər. Çünki bu artıq cəmiyyətdə belə formalaşıb. O ki qaldı son zamanlar Vəfa Zeynalova haqqında deyilənlərə, mən o rolda qeyri-adi şişirdiləcək heç nə görməmişəm. Amma bu hadisə yetəri qədər şişirdildi. Rol almamağım üçün mənə cadu elətdirirlər… - Hər bir aktrisa kimi mən də problemlərlə qarşılaşmışdım. O qədər olub ki, məni tamaşadan, kinodan çıxartdırsınlar! Amma qurban olum Allaha, məni buranı Allah özü burub... Hələ rollarımın əlimdən alınması, rol verilməməsi üçün cadu elətdirənlər də var idi. Təhminə obrazını mən oynasaydım… - O vaxt Təhminə obrazı mənə təklif olunmuşdu. Sonradan Maral Konrat oynadı. Amma maraqlısı odur ki, indi sevilə-sevilə baxılan o filmdə mən oynasaydım, adıma deyilməyən söz qalmazdı. Deyirlər o veriliş sənin olmalı idi… - Yaxın gələcəkdə veriliş açmaq istəyirəm. Artıq bu barədə layihələr də təqdim etmişəm. Amma təəssüf, heç biri qəbul olunmayıb. Hələ ki, gözləyirəm. Hamı mənə deyir ki, "Səni axtarıram" verilişini sən aparmalı idin, o əsil sənin formatına uyğun bir verilişdir. Həqiqətən də elədir. Əməkdar artist müsahibənin bu yerində artıq namaz vaxtının çatdığı üçün bizdən qısa müddətlik ayrılmalı oldu. "Məşhurlarla bir gün" layihəsi çərçivəsində Mehriban Xanlarovanın ilk dəfə hicablı fotolarını təqdim edirik. Namazını qıldıqdan sonra yenidən söhbətə qayıdan aktrisa "Toy gecəsi" adlı serialın çəkiliş hazırlıqlarına başladı. Çəkilişdə xeyli yorulan aktrisa gününü bir stəkan çay ilə yekunlaşdırdı.
2013-11-21
2,003
Penitensiar xidmətdə 3 rəisə rütbə verildi
Penitensiar xidmətin bir sıra rəhbər şəxslərinin rütbələri artırılıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Ədliyyəsinin 95 illik yubileyi münasibətilə ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə Penitensiar xidmətin aşağıdakı əməkdaşlarına ədliyyə polkovniki rütbəsi verilib: - Vüqar Əsədov - Penitensiar xidmətin Katibliyinin rəisi - Mübariz Məmmədov - Penitensiar xidmətin Məhkumların əməyinin təşkili şöbəsinin rəisi - Fikrət Qafarov - Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi.
2013-11-21
2,004
Azərbaycanla Ermənistanın baş diplomatları görüşür
Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan dekabrın 5-6-da Kiyevdə keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində görüşəcəklər. "Axar.az"ın verdiyi xəbərə görə, bu barədə cümə axşamı jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Xoqan bildirib. O, qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəldilmiş səyləri bundan sonra da dəstəkləməyə hazırdır ( Trend ).
2013-11-21
2,005
Təqdimat: Depardyeni gözləyirdilər, Qarayev gəldi - Foto
Dünən şəhərimizdə I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başladı. Nizami Kino Mərkəzində keçirilən mətbuat konfransı ilə açıq elan olunan festivalda açılış filmi olaraq məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" filmi nümayiş olundu. Festivalın açılışını Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev edib. Festivalın açılışında iştirak edə bilməyən Jerar Depardyenin festivalın yekun mərasimində iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, "Qafqaza qayıdış" filmində 1858-ci ildə Qafqaza, o cümlədən, Azərbaycana səyahət etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Dümanın "Qafqaz" əsərində yazdıqlarını incələyərək, onun izi ilə Jerar Depardyenin Azərbaycana səyahətindən bəhs olunur. Aleksandr Düma kimi Jerar Depardye də səyahət zamanı maraqlı insanlara rast gəlir, bir-birindən gözəl məkanları kəşf edir. Məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Deviler, ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir. Festivala ümumilikdə 38 ölkədən 140 rejissor 215 film təqdim edib. 31 ölkədən 74 rejissorun filminin iştirak etdiyi müsabiqə proqramında 14 azərbaycanlı rejissorun da filmi yer alıb. Kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi mükafatlandırmaq üçün təqdim edəcək. I yerə layiq görülən filmlərə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə layiq görülən filmlərə Gümüş mükafat - diplom və mükafat, III yerə layiq görülən filmlərə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro təqdim ediləcək. Festival 24 noyabra qədər davam edəcək.
2013-11-21
2,006
Bakıda zəncirvari qəza, ölən var - Yenilənib
10:53 Bakıda zəncirvarı qəza baş verib. "Axar.az"ın "APA"ya istinadən xəbərinə görə, hadisə Nobel prospektində qeydə alınıb. Bir neçə maşının toqquşması ilə nəticələnən qəzada xəsarət alanların olduğu bildirilir. Toqquşan avtomobillərdən biri təcilli tibbi yardım maşını olub. Hazırda ərazidə böyük tıxac yaranıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Nobel prospektində baş verən qəza ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə bildirilir ki, adıçəkilən prospektdə, Neftayırma zavodunun qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar şəhər istiqamətində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Sürücülərə alternativ yollardan (Babək pr.) istifadə etmələri tövsiyə olunur. 11:03 Bakıda baş verən zəncirvarı qəzada bir nəfər ölüb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, iki "Mercedes", "Audi", "Toyota Pajero", "Hyundai" və "Medi Klub"a məxsus təcilli tibbi yardım avtomobillərinin toqquşması nəticəsində "Mercedes"lərdən birinin sürücüsü ölüb. Onun meyiti hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən maşından çıxarılıb.
2013-11-21
2,007
"Altılıq"ın İranla "atüstü" görüşü
"Altılıq" və İranın Cenevrədə keçirilən 1-ci plenar görüşü artıq başa çatıb. Görüş cəmi 10 dəqiqə davam edib. İran XİN rəhbərinin sözlərinə görə, görüşdə danışıqlar cədvəlinin detalları müzakirə edilməliydi. Bu görüşdən sonra İsrail və Avropa nümayəndələrinin görüşü nəzərdə tutulur. Avropa Birliyinin mətbuat katibi Maykl Mann "Twitter"də "ikitərəfli format"da olan görüşün artıq başladığını bildirib. Xatırladaq ki, İranın Ali dini lideri Xameneyı bu görüş ərəfəsində İsraili "bölgənin quduz iti" adlandırmış, Fransanı mövqesizlikdıə suçlamışdı.
2013-11-21
2,008
Zakir Həsənov daha bir generalı “məzuniyyətə” göndərdi
Azərbaycan Silahlı Qüvvələrinin daha bir generalı vəzifəsindən kənarlaşdırılır. "Axar.az"ın AzNews.az-a istinadən məlumatına görə, bir neçə gün əvvəl müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrinin rabitə rəisi Baş Qərargah rəisinin müavini general-mayor Fazil Adil oğlu Aşumovu məzuniyyətə göndərilib. Mənbənin sözlərinə görə, general illik planına uyğun deyil, vəzifədən uzaqlaşdırılması niyyəti ilə məzuniyyətə çıxarılıb. Məzuniyyətdən qayıdandan sonra onun istefaya göndəriləcəyi bildirilir. Qeyd edək ki, F. Aşumov sabiq nazir Səfər Əbiyevin yaxın adamı kimi tanınıb.
2013-11-21
2,009
Roma belə əxlaqsız hökmran görməmişdi
İkinci imperator, birinci tiran – Tiberi "İnsanlar qul olmağa adət ediblər" Tiberi. Roma imperatoru "Yazıq Roma xalqı, elə ləng çənədə çeynəniləcək ki…" Oktavian Avqust. Birinci Roma imperatoru Eramızın 37-ci ilində martın 16-da Roma xalqı imperator Tiberinin ölüm xəbərini alıb küçələrə töküldü. Xalq "Tiberini Tibrə" (Tibr çayına) bağıraraq bayram etməyə başladı. İmperator Tiberi Romadan uzaqda, Kapridəki villasında ölmüşdü. Uzun illədrdi ki, imperator sui-qəsdlərdən ehtiyat etdiyi üçün ya Kapri adasında, ya da Kampaniyadakı villasında yaşayırdı. Həyatının son altı ilində isə o, Romaya ayağını belə qoymamışdı. Xalqın isə sevinməyə haqqı vardı. Çünki Roma hələ ki, bütün tarixi boyunca belə bir tiran, manyak və əxlaqsız hökmran görməmişdi. Amma bu, hələ başlanğacdı. Romanı irəlidə daha böyük tiranlar və daha böyük əxlaqsızlıqlar gözləyirdi. İmperatorun yeznəsi və oğulluğu Eramızdan əvvəl 12-ci ildə imperator Avqustun yaxın dostu, silahdaşı və varisi, qızı Yuliyanın əri Aqrippa ölür. Aqrippanın ölümündən sonra Avqust qızına ər, özünə isə varis axtarmağa başlayır. Həmişə təsiri altında olduğu Klavdiya ondan oğlu Tiberini seçməsini istəyir və buna nail olur. Çox sevdiyi arvadı Vipsani ilə xöşbəxt yaşayan Tiberi birdən imperatordan arvadını boşaması və onun qızı ilə evlənməsi haqqında əmr alır. İşin qəribə tərəfi o idi ki, Tiberinin birinci arvadı Vipsani Yuliyanın ölən əri Aqrippanın birinci kəbindən olan qızı idi. Tiberi arvadından göz yaşları içində ayrılır. İmperator ona keçmiş arvadı ilə görüşməyi qadağan edir. Onların oğlu Druz isə Avqustun evinə aparılır və orda tərbiyə olunur. Yuliya Romada əxlaqsızlığı ilə ad çıxarmışdı və Aqrippadan 5 uşağı vardı. Daha əvvəllərdə o Tiberini yoldan çıxarmağa və yatağına salmağa dəfələrlə cəhd etmişdi. Evləndikdən sonra Tiberinin sevgisinə nail ola bilməyən Yuliya yenidən ehtirasını kənarda söndürməyə davam edir. Arvadının əxlaqsızlığından təngə gələn Tiberi könüllü olaraq Romanı tərk edir və bununla da Avqustun qəzəbinə nail olur. Nəhayət Romada gəzən dedi-qodulardan bezən Avqust qızını Romadan tənha bir adaya sürgün edir və onu Tiberidən boşayır. Yuliyanının yaşadığı adaya kişilərin ayaq basması yasaqlanır. Tiberi imperator olduqdan sonra isə keçmiş arvadını faktiki olaraq acından öldürür. Eramızın 4-cü ilində dalbadal iki nəvəsini itirən Avqust məcburən Tiberini oğulluğa götürür və bununla da Tiberi Avqustun hakimiyyətinin varisinə çevrilir. Bir müddət sonra Avqust fikrini dəyişib nəvəsi Aqrippa Postumu varis elan etmək istəsə də, Liviyanın işə qarışması nəticəsində Avqust fikrindən daşınmalı olur. Aqrippa Postum isə sürgün olunur. Avqustun öldüyü gün Aqrippa Postum da öldürülür. Tiberi imperator olur Eramızın 14-cü ilində Avqust Kampaniyada ölür. Oğlunu təcili olaraq Kampaniyaya çağıran Liviya imperatorun ölümünü gizli saxlayır. Eyni zamanda sürgündə olan Avqustun nəvəsi Aqrippa Postumun öldürülməsi haqqında göstəriş verir. Tiberi Kampaniyaya gəldikdən sonra hərbi tribun ona əmrin yerinə yetirildiyini və Aqrippa Postumun öldürülüdyünü bildirir. Tiberi heç kimə belə bir əmr vermədiyini söyləyir. Özünü təmizə çıxarmaq üçün Tiberi Aqrppanın ölümünün Senat tərəfindən araşdırılmasını tələb edir. Lakin gizli əmrlə senatorlara hakimiyyətin digər iddiaçısının ölümünün araşdırmağı yasaqlayır. Aqrippanının ölümü tez bir zamanda unudulur. Avqustun dəfnindən sonra senata gələn Tiberi hakimiyyəti qəbul etməkdən imtina edir. O bir zaman Avqustun etdiyi kimi artistlik edir və hakimiyyət yükünü daşıya bilməyəcəyini bəyan edir. Lakin gözləntisinin əksinə olaraq Senat ona hakimiyyəti qəbul etmək üçün yalvarmır. Hətta senatorlardan biri yerindən, "Ya idarə elə, ya da çıx get",- deyə qışqırır. İşarə o qədər açıq idi ki, Tiberi naz etməkdən həmən vaz keçir və Senatın verdiyi hakimiyyəti qəbul edir. İmperator olaraq Senatla ilk təmasını Tiberi heç zaman unutmur. O, Senata olan nifrətini gizlətmir. Sonradan o senatorların heç birini öz ətrafına yaxın buraxmır. Hətta senatorlara onu salamlamaq imkanı belə verilmir. Ancaq Tiberinin problemi təkcə Senatla bağlı deyil. İlliriya və Almaniya orduları yeni imperatoru qəbul etməkdən imtina edir. Ordunu sakitləşdirmək üçün Tiberi özünün varisi və oğulluğu Germaniki Almaniyaya yollayır. Almaniyadan qələbə ilə geri dönən Germanik Şərq canişini olaraq Suriyaya yola düşür. Bir neçə ildən sonra ordunun və Roma xalıqının sevimlisi gənc Germanik orda zəhərlənərək ölür. Ölməmişdən əvvəl o atalığının dostu Suriya valisi Pizonu onu zəhərləməkdə ittiham edir. Romada imperağorun öz oğulluğunu zəhərləməsi haqqında şayilər dolaşır. Buna baxmayaraq Tiberi Pizonu müdafiə edir. Germanik xalqın və ordunun böyük sevgisini qazandığına görə Tiberinin qorxusuna çevrilmişdi və demək olar ki, imperator öz oğulluğuna olan həsədini gizlədə bilmirdi. Ona görə də Tiberinin oğulluğunu öldürülməsi haqqında dolayısı ilə əmr verməsi gözləniləndi. Bir qədər sonra Pizon intihar edir və bunula da Germanikin öldürülməsi söz-söhbətinə son qoyulur. Pornoqrafiya artistləri Gənclik illərində özünün qatı əxlaqsızlığını gizlədə bilən Tiberi çoxları tərəfindən sevilir. O, gözəl hakim, vəkil, istedadlı sərkərdə kimi tanınır. Avqustun hakimiyyət illərində o bir çox müharibələrə qatılır və Roma torpaqlarını genişləndirir. Lakin hakimiyyətə gəldikdən sonra bir qarış da torpaq almır. Tiberi ümumiyyətlə, dövlətin işləri ilə çox az maraqlanır. Hətta əyalətlərə uzun illər boyu valilər təyin olunmur. Gənclik illərində özünü nümunəvi vətəndaş və görkəmli sərkərdə kimi tanıdan imperator yaşlandıqdan sonra vaxtını ancaq əyyaşlıq və pozğunluq içində keçirir. 56 yaşında sonsuz hakimiyyət sahibi olan Tiberi hakimiyyətə gəldikdən bir neçə il sonra içində gizli saxladığı bütün pislikləri ortaya qoyur. Hələ dünya onun etdiyi vəhşiliklərin və əxlaqsızlıqların şahidi olmaışdı. Ondan sonra pozğunluq və əxlaqsızlıq imperatorlar üçün adi qaydaya çevrildi. İmperatorların işi, sadəcə, əyyaşlıq və eyş-işrətlə vaxt keçirməkdən ibarət oldu. İlk illər o, hakimiyyətini itirməkdən qorxur və nümunəvi vətəndaş olduğunu nümayiş etdirməyə çalışırdı. Lakin tam olaraq hakimiyyəti ələ aldıqdan sonra ortaya heç kimin tanımadığı bir Tiberi çıxdı. Artıq yaşlanan imperator bütün zamanını eyş-işrətə həsr edirdi. Onun içində sözün həqiqi mənasında bir canavar doğulmuşdu. Eramızın 26-cı ilində Romanı tərk etdikdən sonra isə Tiberi Kapri adasını tamamilə eyş-işrət və orqazm adasına çevirir. Adadakı 12 villanın hər yerində "Venera guşələri" yaradılır. Bu güşələrdə gecə-gündüz yeniyetmə "pornoqrafiya artistləri" hazır dayanır. Çünki hər an imperator "Venera guşələri"ndən birinə təşrif gətirə bilərdi. Əgər imperator adadakı meşədə gəzintiyə çıxırdısa, onun yolu boyunca hər addımda yeniyetmə oğlan və qızlar sevişirlər. Tiberi gəzərək onları seyr edir, xüsusilə yeniyetmələrin homoseksual oyunlarını böyük maraqla izləyirdi. Axşamlar imperator şərab içir və müxtəlif otaqlarda sevişən yeniyetmələri seyr edirdi. Hər yerdən dəstə-dəstə adaya gətirilən yeniyetmə qız və oğlanlarla xüsusi müəllimlər məşğul olur, azyaşlı uşaqlara seksual pozğunluğun bütün sirrləri öyrədilirdi. Gecələr isə imperator adətən öz yatağına bir neçə azyaşlı oğlan alır, onları əzizləyərək "mənim balıqlarım" deyə çağırırdı. Tiberinin öz yatağına aldığı qızlar isə bir qayda olaraq azyaşlı və bakirə olurdular. Bununla yaşlı imperator öz sönməkdə olan şəhvətini doyuzdurmağa çalışırdı. Tiberinin saysız yataq otaqlarını rəssamlar pornoqrafik şəkillərlə bəzəmişdilər və bütün divarlarda çılğın orqiyalar təsvir olunmuşdu. Bu otaqlara girən abırlı bir adam ikinci dəfə həmin otaqlara girmək istəmirdi. Tiberinin ziyafətlərində yeniyetmə qul qızlar lüt halda qonaqlara qulluq edirdi. Bu zaman imperatordan izinsiz kiminsə lüt cariyələrə toxunması Tiberinin ciddi qəzəbinə səbəb ola bilərdi. Ona görə hər kəs imperatorun eyş-işrətə başlamasını gözləyərdi. İmperatorun yatağına saldığı və "Venera guşələri"ndə seyr etdiyi yeniyetmə oğlanların böyük hissəsi isə qulların uşaqları deyil, Roma patrisilərinin uşaqları idi. İmperator sadist Tarix adətən Tiberinin zalımlığına və dəhşətli işgəncə növləri tapmasına da mat qalır. Bir qayda olaraq Kapri adasında hər gün onlarla, bəzən isə, yüzlərlə dustaq, ya da qul qətl olunurdu. Adətən qətliamlar dənizə açılan qayanın üstündə həyata keçirilir və cəsədləri dənizə tullayırdılar. Aşağıda isə qayıqla üzən qullar sağ qalanları avarlarla öldürürdü. Bütün bunları Tiberi şəxsən izləyir və dəhşətli edamlardan böyük həzz alırdı. Tiberinin ən çox sevdiyi öldürmə üsulu isə adamı gerçəkdən dəhşətə gətirir. Demək olar ki, hər gün imperator ziyafətlər verir və bu ziyafətlərdə şərab su yerinə axırdı. İmperatorun qonaqları isə Kapriyə qonaq dəvət olunan Romanın tanınmış şəxsləri olardı. Kifayət qədə içki içildikdən sonra Tiberinin işarəsi ilə qullar birdən kiminsə üzərinə atılırdı. Tiberinin xoşlanmadığı zavallını qullar yerə yıxır və cinsiyyət orqanını nazik iplə möhkəmcə bağlayır, sonra yenidən imperatorun "qurbanının" boğazına şərab tökürdülər. Sonra isə Tiberi saatlarla qonaqları ilə oturub şərab içir və dəhşətli iztirabdan qovrulan "qurbanının" yalvarışlarına qulaq asırdı. Nəhayət zavallının sidik kisəsi partlayır və sidikdən qanı zəhərlənən "qurban" dəhşətli əzablarla ölürdü. Bütün bunları diqqətlə seyr edən və inanılmaz həzz alan Tiberi səhərə yaxın ziyafəti sakitcə tərk edir və yataq otağına keçirdi. Yataq otağında isə yaşlı imperator yatana qədər yeniyetmələr pornoqrafik tamaşalar göstərirdilər. Buna görə də Tiberinin ziyafətinə dəvət olunan hər kəs dəhşətli qorxu içində gecə boyu başına nələr gələcəyinin həyəcanı ilə yaşayırdı. İy verən qoca keçi Tiberinin digər əyləncəsi isə Romanın tanınmış ailələrinin qadınlarını zorla yatağına salması idi. Roma tarixçisi Qay Svetoniy Trankvil yazır ki, Malloni adlı tanınmış romalı xanımı onunla yatağa girməyə məcbur etsə də, başqa pozğun hərəkətlərə məcbur edə bilmir. Ona görə də bədbəxt qadını şərləyib həbs etdirir. Məhkəmədə qadından hələ də peşman olub-olmadığını soruşduqda isə, qadın onu iy verən qoca keçi adlandıraraq xəncərlə özünü öldürür. Elə o zamandan da Tiberini romalılar "iy verən qoca keçi" adlandırmağa başlayırlar. Bir dəfə qurban mərasimində Tiberinin məbəddə qulluq edən iki qardaşa gözü düşür. Hər iki yeniyetmə ilə elə məbəddəcə mərasim başa çatar-çatmaz cinsi əlaqədə olan Tiberi sonradan yeniyetmələrin hər ikisinin dizlərinin sındırılmasını əmr edir. Bir dəfə isə dəniz sahilində gəzərkən bir balıqçı onun qarşısında diz çöküb böyük bir balığın ondan hədiyyə olaraq qəbul edilməsini istəyir. Tiberi balıqçının hədiyyə etdiyi balıqla sifətinə vuru-vura öldürülməsini tələb edir. Zavalı balıqçını elə o şəkildə də öldürüb dənizə atırlar. Donosçuluq Tiberinin dönəmində "donosçuluq" ən hörmətli peşəyə çevrilmişdi. Bu həm də toxunulmazlıq yaradırdı. İmperator "donosçulara" toxunmurdu. Əksinə, onlara imtiyazlar verirdi. Hər hansı bir "donosçunun" gətirdiyi xəbər isə yoxlamağı düşünmürdü. Sadəcə, edam hökmü verirdi. Xəbərçilərin vasitəsi ilə Tiberi böyük sərvət toplayırdı. Şərlənərək öldürülən insanların bütün sərvəti ona qalırdı. Bunun üçün də o, Romanın ən varlı adamlarını şərləyib öldürürdü. Həddindən artıq xəsis olan Tiberi demək olar ki, heç kimə hədiyyə verməzmiş. Onun hakimiyyəti dövründə adını əbədiləşdirəcək heç bir böyük tikinti işləri də aparılmırdı. Pul tələb etdiyinə görə Tiberi müharibə aparmaqdan da tamamilə imtina etmişdi. Onun dönəmində İran Kiçik Asiyanı və Qafqazı yenidən geri qaytarmışdı. Hətta İran şahı Artaban yazdığı məktubda onu təhqir etsə də, Tiberi özünü İran şahına cavab vermək üçün əziyyətə salmaq istəməmişdi. Artaban onu əxlaqsız və pozğun adlandıraraq öz qohumlarını öldürməkdə ittiham etmişdi. İmperator öz ailəsini məhv edir Tiberinin vəhşiliyi və qəddarlığı heç bir sərhəd tanımırdı. O, faktiki olaraq hakimiyyətinə şərik ola biləcək hər kəsi öldürürdü. Buna görə də hakimiyyətinin sonuna yaxın qohumlarından ancaq bir neçə adam sağ qala bilmişdi. Onlardan biri isə Germanikin kiçik oğlu, gələcək imperator Kaliqula idi. Qohumları arasında o ilk nifrətini qardaşı Druza qarşı yönəltmişdi. O qorxurdu ki, anası və Avqust onu deyil, qardaşının varis seçərlər. Ona görə də o qardaşını şərləyərək Avqusta sui-qəsd hazırlamaqda ittiham edir. Avqust buna görə Druzu əvvəl sürgün edir, sonra isə öldürülməsini əmr edir. Öz arvadı Yuliyanı isə o, sürgündə ölümə məhkum edir. Anası isə elə hakimiyyətinin ilk illərində onun ağır yükünə çevrilir. Çünki anası onunla hakimiyyəti bölüşməyi tələb edir. Hər halda Liviya ona hər an hakimiyyəti kimin verdiyini başına qaxanc edir. Tiberinin Avqustun varisi və daha sonra imperator olması sözsüz birbaşa anası Klavdiyanının zəhmətinin bəhrəsi idi. Liviya tam 40 il oğlunun imperator olması üçün mübarizə aparmış, siyasi intriqalara getmiş və sonucda oğlunu imperator taxtına otuzdura bilmişdi. Ancaq bir neçə ildən sonra Tiberi lə anasının arasında ciddi gərginlik və münaqişə meydana çıxır. Münaqişəninin tək səbəbi isə Liviyanının oğlu ilə birlikdə hökmranlıq etmək istəməsi, Tiberinin isə buna dözmək istəməmsi idi. İmperator Avqustun arvadı və imperator Tiberinin anası elə bu üzdən həyatının son günlərini tənhalıqda keçirir. O, öldükdən sonra isə Tiberi Senatda anası üçün yas saxlamağı qadağan edir. Oğlanlarına qarşı isə Tiberi heç bir zaman atalıq sevgisi göstərmir. Öz doğma oğlu Druza olan ikrahını isə gizlətmir. Əvvəl oğulluğu Germanikin, sonra isə doğma oğlu Druzun ölümü onda heç bir depressiya yaratmır və imperator pozğun həyat tərzi sürməyə davam edir. Germanik öldükdən sonra isə Tiberinin onun arvadı və oğlanları ilə haqq-hesab çəkməyə başlayır. Germanikin arvadı Aqrippinanın döyə-döyə gözlərini çıxarırlar. Bundan sonra bədbəxt qadın özünü acından öldürmək isətəsə də, Tiberinin əmri ilə onu zorla yedirirlər. Çünki Tiberidən ölüm istəyənlərə heç bir zaman ölüm vermir, zorla onları yaşamağa məcbur edir. Ölümdən qorxanları isə öldürür. Bir dəfə Karnul adlı birisinin işgəncələrə dözməyərək öldüyü xəbərini alan imperator qəzəblə yumruğunu sıxaraq demişdi: "Karnul əlimdən qaçdı". Germanikin oğlanları Neron və Druz isə İmperatorun əmri ilə acından öldürüldülər. Neron Ponti adasında, Druz isə imperatorun sarayının zirzəmisində acından öldü. Onları dəfn belə etmədilər. Uzun müddət sonra yeniyetmələrin sümüklərini toplayıb atalarının yanında torpağa tapşırdılar. Yalnız Germanikin oğlu Qay Kaliqula sağ qalmağı bacardı və Tiberidən sonra imperatorluq çələngini başına qoydu. Amma imperator bir il daha artıq yaşasaydı, Qay Kaliqulanın və doğma nəvəsi Tiberinin ölümü qaçılmaz olacaqdı. O öz nəvəsi Tiberini ümumiyyətlə qəbul etmir, onu bic hesab edirdi. Tiranın ölümü 37-ci ilin əvvələrində Tiberinin səhhəti birdən bir-birə pisləşməyə başlayır. Buna baxmayaraq o özünün orqiyalarını davam etdirir. Martın 16-da imperator Mizendəki villasında huşunu itirir. Onun yanında olan əyanı Makron və varisi Qay Kaliqula imperatorun öldüyünü zənn edirlər. İmperatorun ölüm xəbəri yayılır və ətrafdakılar Qay Kaliqulanı təbrik etməyə başlayırlar. Bir qədər sonra Tiberi gözlərini açır. Ətrafdakılar dəhşətlə otaqdan qaçır. Lakin Makron və Kaliqula özlərini itirmirlər. İkili imperatorun üstünə cümür. Kaliqula Tiberinin paltarını ağzına soxaraq onu boğur. Bəzilərinə görə isə Kaliqula daha əvvəldən imperatora gec təsir edən zəhər veribmiş. Romanı əxlaqsızlıq içində boğan imperator Tiberi ölərkən 78 yaşı vardı. Onun cənazəsini Romaya aparıb yandırdılar. İmperatorun ölümü ilə bağlı Senat matəm elan etmədi. Xalq isə bayram edirdi.
2013-11-21
2,010
Dekabrda Azərbaycan Gürcüstanla bir araya gəlir
"Axar.az"ın Diplomatik mənbələrdən əldə etdiyi məlumatlara görə, 2013-cü ilin sonuna qədər, Tiflisdə Azərbaycan–Gürcüstan hökumətlərarası birgə Komissiyasının növbəti görüşü keçiriləcək. Əldə etdiyimiz məlumata görə, görüşün əsas məqsədi Gürcüstan və Azərbaycan arasında iqtisadi sahədə münasibətləri inkişaf etdirməkdədir. Məlumata görə, Tiflisdə Azərbaycanın Milli Sərgisinin və Bakı şəhərində Gürcüstanda istehsalı olan məhsullardan ibarət Gürcüstan Milli Sərgisinin təşkil olunması nəzərdə tutulur. Milli sərgilər ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin gələcək inkişafı və ikitərəfli əməkdaşlığın yeni hüdudlarının müəyyənləşdirilməsi üçündür. Onu da qeyd edək ki, bəhs edilən görüşün dekabr ayında keçirilməsi nəzərdə tutulur.
2013-11-21
2,011
Fətullah Gülən Ərdoğandan üzr istəyəcəkmi?
Türkiyədə hökumətə yaxınlığı ilə bilinən "Akit" qəzetindən Gülən tərəfdarlarını əsəbiləşdirəcək açıqlama Bu fikri "24 TV"də "Açıq Fikir" proqramına qonaq olan "Akit" qəzetinin baş redaktoru Həsən Qaraqaya səsləndirib. Mədrəsələr mövzusunda danışan Həsən, Fətullah Gülənin Ərdoğanı firona oxşatdığı üçün üzr istəməli olduğunu bildirib: "Bu ölkənin seçilmiş baş nazirinin ünvanına ağır ifadələr səsləndirirsən, bu həm iki vətəndaşdan birinin səsini qazanaraq iqtidara gələn baş naziri, həm də ona səs verəni incitmək deməkdir. Bu cür ifadələrə görə cənab Gülən baş nazirdən üzr istəyib bu gərginliyə son qoymalıdır".
2013-11-21
2,012
Tağı Əhmədova qarşı imzatoplama kampaniyası başladı
"Axar.az" xəbər verir ki, Bakı Metropoliteni ilə bağlı imzatoplama kampaniyası başlanıb. Səbəb isə, metronun 28 may stansiyasının təmirdən sonra yerə sürüşkən mərmər daşların döşənməsidir. İmzatoplama ideyasının müəllifi gənc fəal Nərmin Rəhimlidir. "Change.org" petisiya saytında təşkil edilmiş elektron imzatoplama kampaniyasının məktubunda yazılıb: "Cənab Tağı müəllim, Biz, aşağıda imza edənlər, ictimai nəqliyyatdan istifadə edən Azərbaycan vətəndaşları kimi sizə müraciət edərək bildiririk ki, əhalinin ən sıx istifadə etdiyi stansiyalardan 28 May metro-stansiyası təmirdən sonra istifadə üçün yararsız hala düşüb. Stansiya daxilində perronlara döşənmiş "mərmər"dən olduğu söylənən döşəmə əhalinin hərəkətini çox çətinləşdirir, həyat və sağlamlığına ciddi təhlükə törədir. Təsadüfi deyil ki, istər sosial şəbəkələrdə, istər mətbuatda tez-tez yıxılan, xəsarət alan vətəndaşlarla bağlı məlumatlar yayılır. Pilləkənlərdən əlavə perronlarda da eyni materiallardan istifadə olması əhalinin relslərin üzərinə yıxılması təhlükəsini, bədbəxt hadisələr riskini dəfələrlə artırır. Daha ciddi bədbəxtliklərin baş verməməsi üçün öncədən tədbirlərin görülməsini və dərhal bu problemin həllini təmin etməyi xahiş edirik. Bu müraciət eyni zamanda Nəqliyyat nazirinə və problemin həllinə nəzarətin təmin edilməsi üçün Cənab Prezidentə də ünvanlanıb".
2013-11-21
2,013
Məscidin axundu bacısını zorladı
Türkiyənin Dini Qurumlarla İş Üzrə Nazirliyindən Qarsın bir kəndinə axund olaraq göndərilən 28 yaşındakı A.B. və 25 yaşındakı M.B. Ərzurumun Yakutile kəndində yaşayan bacıları 21 yaşındakı H.B.-yə təcavüz etdikləri iddiası ilə həbs olunublar. İki qardaşa pul verərək təcavüz edən daha iki nəfər də həbs olunub. Polisə müraciət edərək qardaşlarının ikisindən də şikayətçi olan H.B. keçən həftənin cümə günü axund olan qardaşı tərəfindən dəfələrlə təcavüzə uğradığı iddia edib: "İlk təcavüz hadisəsini bacım R-yə danışdım. Heç kimə deməməyimi, deyəcəyim təqdirdə qardaşımın işdən qovulacağını dedi. Qardaşımın təcavüzündən hamilə qaldım. Ankaraya apardı, abort olundum. Daha sonra da kiçik qardaşım M.B. təcavüz etdi. Həmçinin N.Ç. və E.P.nin təcavüzünə uğradım".
2013-11-21
2,014
Biz azadlığı qəlbimizdə itirmişik
Vahe Avetiyan Ermənistan ordusunda xidmət edib, "Azadlıq Ordusu" qurub, Qarabağda azərbaycanlılara qarşı vuruşub, Qarabağın erməni torpağı olduğu illüziyasına inanıb. Ancaq 1992-ci ildən Ermənistandan mühacirət etmək məcburiyyətində qalıb. Öz ölkəsindən kənarda yaşasa da, heç vaxt Qarabağ konfliktindən və Qafqazdan özünü uzaq hesab etmir. Yazılarının demək olar ki, hamısı məhz bu regionla bağlıdır. O, həmçinin Qarabağ müharibəsində olan bütün reallıqlar haqqında danışan tək-tük adamlardandır. Beləliklə, hazırda Stokholmda yaşayan Vahe Ahanyanla müsahibəni təqdim edirik. Görüş qərarını Kreml verir - Cənab Avetiyan, prezidentlərin görüşündən müsbət qərar gözləyirdinizmi? - Bizim prezidentlərin görüşü Kremlin təyinatıdır və qərarları da o verir. Siz Kremlin azərbaycanlılar və ermənilər üçün nə isə müsbət qərar verdiyini xatırlaya bilərsinizmi? Görüşə gəlincə isə nəzəri olaraq nə isə gözləmək mümkün idi. Amma yenə deyirəm, yalnız nəzəri. Mənim cavabım yox idi. Baş redaktor satqın və köpəkdir - "Aykakan Jamanax" qəzeti Rusiyanın Gümrüdəki bazalarını genişləndircəyini yazır. Daha sonra onlar bildirirlər ki, bir müddət sonra məhz buna görə Gümrü qapalı şəhər olacaq. Sizcə, bu, Ermənistana necə təsir edəcək? - "Aykakan Jamanax" qəzeti KQB-nin əlaltı vasitələrindən biri, oliqarx tərəfindən maliyyələşdirilən, müntəzəm olaraq müxalifətin sözünü nəzarət altında saxlayan mətbuat orqanıdır. Bu qəzetin baş redaktoru satqındır, xidmətlərinə qarşılıq rüşvət kimi hazırda parlamentdə oturur. O, saxta adlandırdığı seçkilərin hesabına indi vergi ödəyicilərinin çörəyini yeyir. Bu qəzetin yazdığı hər şey yalandır. İcazəniz olsaydı, mən heç bunu şərh etmək istəməzdim. O, erməni hakimiyyətini tənqid edə-edə bir tərəfdən də rus silahının məğlubedilməzliyini təbliğ edən köpəkdir. - Sizcə, konflikti necə həll etmək olur? Bunun həlli əsasən, kimdən asılıdır? - Bizdən - sadə vətəndaşlardan. Səndən və məndən. Biz indi sakitcə söhbət edirik. Təsəvvür edin ki, 1000 adam belə danışır. Sonra milyonlarla insan sadəcə sülh şəraitində yaşayır. Belə, çox sadə. Rusiya erməni silahını Azərbaycana çevirdi - Siz əvvəllər orduda xidmət eləmisiniz, 1988-1992-ci illərdə. Maraqlıdır, niyə birdən-birə ordudan getdiniz? - Mən orduda xidmət eləməmişəm. Mən onu özüm yaratmışam. Elə bil xeyirxah əsgər öz qardaş-bacıları ilə Ermənistanın azadlığı üçün Sovet İttifaqına qarşı savaşırlar. Bu belə də adlanırdı – Azadlıq Ordusu. Getməyə səbəblərim çox oldu. Səbəblərdən biri odur ki, mən heç vaxt fikirləşmirdim ki, iki il müddətində mübarizə apardığım Sovet imperiyası bir azdan bizim dostumuz olub, silahı, müharibəni Azərbaycana tərəf çevirəcək. Mən Qarabağ hərəkatındakı çekistlərdən olmamışam. Mənim müəllimlərim onillərini Sovet həbsxanalarında keçiriblər, Azərbaycanda yox. Mən Arkyanın tələbəsi idim. O, demokratik Azərbaycanı Sovet İttifaqı üçün partnyor hesab edirdi, düşmən yox. Məhz buna görə Qorbaçov onu ölkədən deportasiya elədi. O, hamının planlarını dəyişdi. O, sülh, insan haqları haqqında fikirləşirdi, lakin mənim soydaşlarım ancaq kabab və qovurma anlayırdılar. Qarabağda vuruşduğuma peşman deyiləm - Qarabağda vuruşduğunuz üçün peşmansınızmı? - Xeyr. Mən cəza əmaliyyatlarında iştirak etməmişəm, əsirləri zəhərləməmişəm, şərəfi ayaqlar altına atmamışam. Bunların heç birinə şahidlik etməmişəm, susmuşam. Mənim vicdanım ləkəli deyil. Bundan əlavə, mən axmaq gənc idim. Daim öz böyüklərinə inam ruhunda tərbiyə edilmiş gənc. Əgər gəncləri ölümə o yaşlılar aldadıb aparıblarsa, qoy onlar öz qəlbləri haqqında düşünsünlər. Serj Sarkisyan – aşağı rütbəli çekist - Serj Sərkisyanı necə xarakterizə edirsiniz? - Yerli, aşağı rütbəli çekist. - Bayaq Rusiya faktını qabartdınız. Rusiya, yoxsa ABŞ?! Bunlardan hansı Qarabağ problemi həll edə bilər? Vuruşduğumuz yetər! - Rusiya və ABŞ heç öz problemlərini həll edə bilmirlər. Əgər özlərində olanı həll edə bilmirlərsə, haradasa, nəyisə necə həll edə bilərlər? Artıq tarix tərəfindən sınanıb ki, onlarda hələlik yalnız sıyıq düzəltmək alınır. Onlar heç harda, heç nəyi həll etməyiblər. Həll etdikləri yalnız bir şey olub: görəsən, yerliləri qul edək, yoxsa yox. Əziz qonşularım, bir az öz ambisiyalarımızı aradan qaldırmaq lazımdır. Biz azad olsaq, bir-birimizə bu məsələdə kömək edə bilərik. Artıq vuruşmağımız kifayətdir. - Təsəvvür edək ki, Rusiya yoxdur, artıq Ermənistan müstəqil siyasət yürüdür. Necə fikirləşirsiniz, hökumət başında oturan adamlar problemi həll edə bilərmi? - Yox, onlar məhkəməyə gedər. Sonra malları əllərindən alınaraq dövlət büdcəsinə verilər. Daha sonra isə ən əzazilləri əmək koloniyalarına göndərilər. Sonra isə sizinlə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalananda müharibədən əziyyət çəkənlər üçün azərbaycanlılarla birgə xüsusi zonalar yaradılar. Biz orada insan haqları, demokratiya haqqında kurslar təşkil edərik. Onların uzun müddət məşğuliyyəti olar... - Kimin söylədiyi yadımda deyil, amma bir söz var ki, Ermənistan azadlıq arzuları Qarabağ zirzəmisində batıb. Bu fikirlə razılaşırsınızmı? - Xeyir. Biz azadlığı qəlbimizdə itirmişik. Kimsənin özü istəmədən xilası yoxdur - Gəlin təssəvvür edək ki, 1991-ci ildə Şuşada bir erməni anadan olub. Hazırda 22 yaşı var. O fikirləşir ki, Qarabağ həmişə müstəqil olub. Ona görə azərbaycanlılar sonradan buralara gələrək torpaqları işğal ediblər və ataları sonra mübarizə aparıb Qarabağı azad edib. Maraqlıdır, görəsən, o nə vaxtsa yanıldığını etiraf edə bilərmi? - Əgər rəis boyunlarının arxasında piy qatı bağlayıbsa, xalqın cibində isə siçanlar oynayırsa, o zaman camaat özünü aldadılmış hiss edir. İnsan özünü siyasətin ucbatından aldadılmış hesab etmir. O, daha yaxşı başa düşdüyü şeylərdən ötrü, sosial ədalətsizliklərə görə özünü aldadılmış sayır. Siyasət elmi botanika və kvant fizikasına bənzəyir. Amma heyf ki, birinci halda beynini sarı mətbuatla yuyan istənilən şəxs özünü siyasətçi hesab edir. - Bəs bu insanı necə xilas etmək olar? - Əgər özü istəməsə, heç kim onu xilas edə bilməz. Təhsil və dərin analiz. Bax bu iki şey insanın sadiq xilaskarıdır. Bizim yalnız bir düşmənimiz var - Cənab Avetiyan, bu konfliktin gələcəyi barədə nə fikirləşirsiniz? - Hər şeyi düşünmək olar. Biz öz kollektiv xəstəliyimizi adlaya bilməyib, təzədən Sovet İttifaqının tərkibinə vəhşi qafqazlılar kimi qayıda bilərik. Yaxud da tamam əksi ola bilər. Bir-birimizə nəhayət deyə bilərik ki, bizim yalnız bir düşmənimiz var və yalnız uzunqulaq belə düşmənə sahib ola-ola qonşusu ilə dalaşar.
2013-11-21
2,015
Bu günün mədəniyyət afişası
TEATR "Gəncə qapıları" tamaşası Bu gün - 19:00 Azərbaycan Dövlət Akademik Milli Dram Teatr bilet: 6-10 AZN KİNO "Enderin oyunu"(ABŞ) Cinema City "Reportaj" Cinema City "Qravitasiya"(ABŞ, Böyük Britaniya) Park Cinema (Metropark) "Mahmud və Məryəm"(Azərbaycan, Türkiyə) "Nizami" kinoteatrı "Toy əhvalatı"(Rusiya) Park Cinema, Park Cinema (Metropark) "Türk dilini yeni öyrənənlər üçün"(Almaniya) 28 Cinema "Hind xoruzları: Gələcəyə geri" (Rusiya) 28 Cinema, Cinema City, "Nizami" kinoteatrı "Benimle oynarmısın"(Türkiyə) Park Cinema (Metropark) "Tor 2: Zülmət səltənəti"(ABŞ) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Əyləncədən sonra"(İspaniya) "Nizami" kinoteatrı "Sonuncu Veqas"(ABŞ) 28 Cinema, Cinema City, Park Cinema, Park Cinema (Metropark), "Nizami" kinoteatrı "Castin və cəngavərlərin şücaəti"(Ispaniya) 28 Cinema, Cinema City, Park Cinema, Park Cinema (Metropark) "Sevgidən sonra"(Belçika, Lüksemburq, Fransa) "Nizami" kinoteatrı "Orta məktəb"(ABŞ) "Nizami" kinoteatrı "Mənim dünyam"(Türkiyə) "Nizami" kinoteatrı "Telekinez"(ABŞ) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Məsləhətçi"(ABŞ,Böyük Britaniya) Park Cinema (Metropark) "Vay başıma gələnlər"(Türkiyə) Cinema City, Park Cinema (Metropark) "Neva"(Türkiyə) Park Cinema (Metropark) "Paris hər vəchlə"(Fransa) 28 Cinema "Super ata"(ABŞ) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Romeo və Cülyetta"(ABŞ) Park Cinema (Metropark) "Əsirlər"(ABŞ) Park Cinema (Metropark) "Məryam"(Türkiyə) Park Cinema (Metropark) "Adelin həyatı"(Fransa,Belçika,İspaniya) Park Cinema (Metropark) "Aclıq oyunları: Alov Yanacaq"(ABŞ) Park Cinema, Park Cinema (Metropark) SƏRGİLƏR "Rəssam baxışı kitab aləmində" sərgisi Bu gün - 18:00 Olimpia Skarrinin sərgisi 21 sentyabr - 30 noyabr Gazelli Art House "Latviya müasir incəsənəti: şüşə, parça, keramika" sərgisi Bu gün - 01 dekabr Qız Qalası "Hype" sərgisi 07 noyabr - 07 dekabr Kichik QalArt Gallery Mahmud Rüstəmovun sərgisi 16 noyabr - 10 dekabr YAY gallery Lalla Essaidinin sərgisi 15 noyabr - 14 yanvar Müasir İncəsənət Muzeyi
2013-11-21
2,016
Bakıda İran agenti saxlanılıb
Çərşənbə axşamı məlum olub ki, Azərbaycanda İran vətəndaşı saxlanılıb. O, İsrail səfirliyinə və onun əməkdaşlarına hücum cəhdində şübhəli bilinir. Azərbaycanlı detektivlər axtarış zamanı onun üzərindən İsrailin Bakıdakı səfirliyinin personalına hücum planını aşkar ediblər. Bu barədə noyabrın 20-də newsru.co.il İsrail televiziyasının 10-cu kanalına istinadən məlumat yayıb. Məlumatda deyilir ki, saxlanılan şəxs İslam İnqilabı Keşikçiləri Korpusunun agentidir. Məlumat dəqiqləşdirilir. Nəşr xatırladır ki, ötən ay Bakı məhkəməsi İran vətəndaşını 15 il azadlıqdan məhrum edib. O, İsrailin Bakıdakı səfirliyinə qarşı terror aktının hazırlanmasında ittiham olunub. Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, Mühakimə edilmiş Faiz Bəhram Həsən İranın Kəşfiyyat Nazirliyində çalışıb və İsrail səfirliyinə qarşı terror aktının hazırlanması və törədilməsi məqsədilə 2006-cı ildə Bakıya gəlib. Onun ifadələrinə görə, İsrail nümayəndəliyinin qarşısında etiraz aksiyasının hazırlanması, diplomatlara fiziki zərərin yetirilməsi və binanın partladılması ilə bağlı tapşırıq alıb. 2013-cü ilin mayında məhkəmə üç nəfər azərbaycanlı vətəndaşın barəsində hökm çıxarıb. Onlar Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi zamanı israillilərə qarşı terror aktının hazırlanmasında təqsirkar olduqlarını etiraf ediblər. Fariz Bayramov və İbrahim Sadıqov 11 il həbs cəzası alıb. Azər Nəzərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər üçü İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq ediblər. 2012-ci ilin dekabrında iş üzrə Kamal Rəcəbov (14 il həbs cəzası), Rəşad Şahbazov (13,5 il), Rəcəb Abbasov və Afiq Allahverdiyev (hər biri 12 il) mühakimə olunub ("Musavat").
2013-11-21
2,017
Gürcüstanın yeni Baş naziri BTQ-lə bağlı açıqlama verdi
Gürcüstanın yeni Baş naziri İrakli Qaribaşvili Bakı-Tbilisi-Qars dəmir yolu və "Şərq-Qərb" sürətli avtomobil magistralı tikintilərinin başa çatdırılmasını hökumətin prioritetlərindən biri olduğunu deyib. "Axar.az"ın xəbərinə görə, Baş nazir infrastruktur layihələrinin həyata keçirilməsi ilə Gürcüstanda müvəqqəti və daimi iş yerlərinin açılmasına şərait yaranacağını bildirib. Bildirib ki, birbaşa Avropa dəmir yolu xəttinə çıxış olan Bakı-Tbilisi-Qars layihəsi reallaşdıqdan sonra ildə 30 milyon ton yük daşınması mümkün olacaq, Asiyadan Avropaya konteyner və digər yüklərin axını güclənəcək.
2013-11-21
2,018
Ermənistanın hava limanı Putinə hədiyyə edilir
Ermənistanın "Erebuni" hava limanının Rusiya hərbi bazalarının tərkibinə verilməsi planlaşdırılır. "Axar.az" məlumat verir ki, bu informasiya bu gün Ermənistan mətbuatında yer alıb. Məqalənin müəllifi artıq bununla bağlı hökumət daxilində danışıqların aparıldığını deyib. O bu gecə keçiriləcək hökumət iclası zamanı məsələnin müzakirə planına salındığını yazıb. Qəzet belə bir hərəkətin Vladimir Putinin səfəri ilə əlaqədar olduğunu bildirib. Ermənistan hakimiyyəti məhz hava limanını rus prezidentinə hədiyyə etmək istəyir. Qəzet bununla əlaqədar artıq ruslara veriləcək obyektlərinin siyahısının hazırlandığını da bildirib. Məqalə müəllifi siyahıda Arşakunyasa küçəsində yerləşən hərbi şəhərciyin Rusiya hərbi bazalarının tərkibinə veriləcəyini yazıb. Onun sözlərinə görə, siyahıda həmçinin Araratyan və Şiraks küçələrinin də adları yer alıb. Məhz bu üç küçə arasında "Erebuni" hava limanı yerləşir. Bu isə 10 kv.km ərazini əhatə edir. Qəzet həmçinin Putinin səfəri zamanı daha nə qədər ərazinin onlara veriləcəyinin dəqiq məlum olmadığını bildirib.
2013-11-21
2,019
Davudoğlu Ermənistanla münasibətlərdən danışdı
"Türkiyə Qafqazda barışın təmin edilməsi üçün bütün lazımi addımları atmağa hazırdır". Bu sözləri Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu deyib. "Bizim arzumuz Türkiyə - Ermənistan münasibətlərinin normallaşması və Azərbaycan ilə Ermənistan arasındakı problemlərin həll edilməsidir". İngiltərə Xarici İşlər naziri Vilyam Haqu ilə ortaq mətbuat konfransı keçirən Davudoğlu önəmli açıqlamalar verib. "Ermənistan prezidenti Serj Sarksiyan və İlham Əliyev arasında Vyanda görüş keçirildi. Görüşlər davam edir. Eyni gün mən də Kerri ilə bu mövzunu ətraflı olaraq müzakirə etdik. Baş nazir Ərdoğanla Moskvaya səfərimiz zamanı da bu məsələ gündəmdə olacaq. Bütün problemli məsələləri müzakirə edəcəyik".
2013-11-21
2,020
Gülər Əhmədovanın məhkəmədə ürəyi getdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesinə baxılmalı idi. Əməkdaşımız verdiyi məlumata görə proses başlar başlamaz dəmir barmaqlıqlar arxasında olan Gülər Əhmədovanın ürəyi gedib. İlkin tibbi yardım göstərilsə də G.Əhmədova özünə gələ bilməyib. Baş vermiş hadisə ilə bağlı proses 25 noyabr tarixinə təxirə salınıb. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir ("Bizimyol")
2013-11-21
2,021
Ərdoğan “Bərzani səhv edib” dedi, amma... – Video
Türkiyənin Baş naziri R.T.Ərdoğan qonaq olduğu TV proqramında Diyarbəkirdəki tarixi görüşündən "Öcalan əfv oluna bilər" deyən Bərzaniyə "Bərzani səhv edib" deyib. Əslində Bərzani nə demişdi? İraq Kürd Regional rəhbəri (İKRR) Məsud Bərzani Türkiyə ziyarətindən sonra verdiyi açıqlamanın ən diqqət çəkən tərəfi Ərdoğanın "dağdakılar enəcək, həbsxanalar boşaldılacaq" sözlərini şərh edərək, "işlər mən dediyim çərçivədə inkişaf etsə, Abdulla Öcalan da daxil olmaqla əfv gələ bilər" cümləsi idi.
2013-11-21
2,022
Jurnalist 2-3 günə palataya köçürülür
Noyabrın 1-də səhər saatlarında "Avropa.info" saytının əməkdaşı, jurnalist Sahib İslamovu Xocasən qəsəbəsində "Jiquli" markalı avtomobil vurub və həmkarımız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hələ də 1 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsində yatan jurnalist Sahib İslamovun səhhəti ilə maraqlandıq. Jurnalist həmkarımızın qayınatası Şıxəli Mirzəyevin "Axar.az"a dediklərinə görə, jurnalistin səhhətində az da olsa irəliləyiş var: "Sahibin vəziyyəti yaxşılığa doğru gedir. Həkimlərin dediyinə görə, iki-üç günə palataya köçürüləcək".
2013-11-21
2,023
Rəsulzadənin nəvəsindən MÜRACİƏT
Rəsulzadənin ailəsi jurnalistləri və ziyalılarə köməyə çağırdı Görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin nəvəs onun ev muzeyinin yaradılması və məzarının köçürülməsi üçün ölkə ziyalılarına, ictimai-siyasi elitaya müraciət edib. Rais Rəsulzadə AzVision.az-a açıqlamasında bildirib ki, M.Rəsulzadənin ev muzeyinin yaradılması üçün ziyalılar, jurnalistlər həmrəy olmalıdır. "Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi ilə bağlı rəsmi qurumlara müraciət etməyi düşünmürük. Yaxşı olar ki, əvvəlcə onun muzeyi açılsın, onun adına layiq tədbirlər keçirilsin. Ondan sonra məzarının gətirilməsi gündəmə gələ bilər". R.Rəsulzadə hesab edir ki, bu məsələni ictimaiyyələşdirmək lazmdır. "Jurnalsitikanın qurucularından biri də Məhəmməd Əmin Rəsulzadədir. Jurnalsitlər bu məsələni mütəmadi olaraq qaldırırlar, danışılır, amma yenə ortada heç nə yoxdur. Ziyalılar, jurnalsitlər buna ciddi yanaşmalıdır. Çünki bu, mühüm mədəniyyət problemidir. Bu, şəxsi problem deyil, hamımızın problemidir. Eyni zamanda həm ziyalılar, həm də jurnalistlər tərəfindən müəyyən tələblər ortalığa qoyulmalıdır. Bu problem ictiamiləşdirilməlidir ki, nə etmək lazımdır ki, bu problem 20 il ərzində mütəmadi olaraq qaldırılmasın, bir dəfəlik həll olunsun".
2013-11-21
2,024
Vəzirov Azərbaycana qayıtmaq üçün kimlərdən xahiş edib?
1988-90-cı illərdə Azərbaycana rəhbərlik etmiş Ədürrəhman Vəzirov Azərbaycana qayıtmaq istəyir. Bu barədə Moskvadakı mənbələrdən məlumat daxil olub. "Axar.az"ı məlumatlandıran qaynağın sözlərinə görə, 83 yaşlı Vəzirov bu barədə Moskvada yaşayan Çingiz Hüseynova bildirib. Hüseynov isə yaxın dostu, tanınmış rusiyalı siyasətçi Yevgeni Primakova Vəzirovun bu arzusunu çatdırıb. "2 gün əvvəl onlar üçlükdə Moskvadakı "Araqvi" restoranında görüşüblər. Primakov bu məsələdə Vəzirova kömək edəcəyini bildirib. Söhbət əsnasında uzun illərdən sonra Ayaz Mütəllibovun da "əfv edilərək" Bakıya qayıda bilməsi xüsusi vurğulanıb. Eyni zamanda Hüseynovun yazıçı Anarla da bu barədə danışacağını bildirib". Xatırladaq ki, bir neçə il əvvəl Əbdürrəhman Vəzirovun prezident İlham Əliyev müraciət edərək Azərbaycana gəlmək istədiyini bildirmişdi.
2013-11-21
2,025
Hamballığa çağırılanda sevincdən uçuram – Foto/Video
Bura əməklərini satışa çıxaranların bazarıdır. Hər gün o bazarların yanından ötüb keçirik. Birimiz işə, başqa birimiz görüşə tələsirik. Onlar isə səhərdən axşama qədər yayın istisində günəş başlarına döyə-döyə, qışın soyuğunda qar-yağış altında bazarda özlərinə müştəri axtarırlar. Bu bazarlardan biri də Sumqayıtdadır. Buranın fəhlələri, öz dilləri ilə desək qulları, bazara girən hər insanın qabağına "ac insan yeməyə qaçan" kimi qaçıb özlərini yeyirlər. Dediklərinə görə, elə gün olur ki, alətlərini yığıb bazara gəlsələr də, heç nə qazana bilmirlər. Üstəlik o alətləri bazara gətirmək də pul tələb edir. Bazarda fəhləlik edən İsmayıl onları işlədənlərin arasında haqqını yeyənlərin olduğunu da dedi: - Hər gün saatlarla burda soyuğun qabağında durub gözləyirik ki, bir iş tapaq. Bəzən heç nə olmur. Elə yalandan alətləri yığıb bazara gətiririk. İndi də yay deyil ki, elə bazarda yatıb qalaq. Fəhlə kimi işlədənlər öz haqqımızı belə, çox vaxt bizə verməkdən boyun qaçırırlar. İş yerləri yoxdur. Rayonlarda demək olar ki, işsizlikdir. Biz də üz tutmuşuq şəhərə. Hər gün səhər burda yüzdən çox adam olur. Direktor deyir ki, 1000 manat gətir, səni fəhləliyə götürüm Ustalardan niyə elə yaxınlıqdakı zavodda işləmədiklərini soruşduq. Mahir adlı usta başına gələnləri danışmağa başlayır: - Bilmirik necə dolanaq. Alüminiumum zavodunun direktoru deyir ki, 1000 manat gətir, səni fəhləliyə götürüm. Mən 20 manat üçün saatlarla hər gün burda durub gözləyən adamam, hardan tapım 1000 manatı? Prezidentə üzümüzü tutub deyirik ki... Bazarda bütün rayonlardan olan vətəndaşlara rast gəlmək olar. Ağsu, Gəncə, Quba, Xaçmaz, Gədəbəy. Demək olar ki, bütün bölgələrdən. Bazara gedişimi fürsət bilən fəhlələr prezidentdən kömək istəməyi də unutmadı: - Biz prezidentə üzümüzü tutub deyirik ki, iş yerləri açsın, işləyək, pul qazanaq. Biz də uşaqlarımızın üzünə baxa bilək.
2013-11-21
2,026
15 illik əfsanə ölür
Bir zamanlar ən məşhur media oynadıcısı olan "Winamp", son illlər rəqabətə dözə bilmədiyinə görə yolun sonuna gəlib. 2000-ci illərdə kompüterlə tanışlığı olan insanların əksər hissəsinin "Winamp" istifadəçisi olduğu danılmaz faktdır. Həmin ərəfələrdə insanlar "Winamp"a o qədər sıx maraq göstərmişdi ki, hətta AOL Winampın təsiscisi Nullsoftu satın alaraq gücünə güc qatmışdı. Ancaq illər ötdükcə texnologiya və musiqi dünyasındakı trendlər də dəyişdi. "iPhone"ların araya çıxmasıyla "iTunes" proqramı, internetdən musiqi dinləmək üçün istifadə edilməyə başladı. Rəqib pleyerlər günü-gündən yenilikləriylə istifadəçilərin zövqünü oxşadığı bir vaxtda "Winamp" dizaynında heç bir yeniliyə imza atmadan öz sadə görüntüsünü qorudu. Nəhayət, 15 yaşlı Winamp ömrünün son aylarını yaşamağa başlayıb. AOL-dan verilən açıqlamada dekabr ayından etibarən Winampın bazadan çıxardılacağı və heç vaxt kompüterlərə yüklənilə bilməyəcəyi bildirilib.
2013-11-21
2,027
Ölü uşaq ağlamağa başlayıb - Heyrət
Çinin Anxuey əyalətinin mərkəzi klinikalarından birində yerləşdirilən ağır xəstəlikdən əziyyət çəkən körpənin valideynləri həkimlərin məsləhəti ilə müalicə kursunun dayandırılmasına razılıq veriblər. "Axar.az" Rusiyanın "İnterfax.ru" saytına istinadən bildirir ki, tibbi heyətin diaqnozuna görə, ölən uşaq matəm mərasimi zamanı daha dəqiq kremasiyadan (meyitlərin xüsusi sobalarda yandırılması) öncə dirilib. Körpənin bəxti gətirib ki, ölü ilə vida otağında uşaq birdən ağlamağa başlayıb. Krematoriyadan uşağı dərhal geri xəstəxanaya qaytarıblar. İndi həkimlər uşağı xilas etməyə çalışır. Yanlış diaqnozla ölüm xəbəri verən həkimlərə qarşı cinayət işi açılıb.
2013-11-21
2,028
Bu gün “Salam” günüdür
Bu gün Ümumdünya "Salam" günüdür. Xüsusi gün olan "Salam günü" 1973-cü ildən bəri bütün dünyada qeyd edilir. Bayramın əsas səbəbi insanlar arasında sülh yaratmaqdır. Bayram necə oldu yarandı? İki qardaş Maykl və Brayn Makkomak dünyada gedən qızğın müharibəni aradan qaldırmaq üçün bütün istiqamətlərə məktub göndəriblər. Məktubda yalnız səmimi salamlar yazılıb. Məktubda oxuyanlardan onu başqa yerlərə də göndərilməsi xahiş olunub. Bu təklif dünyada yaxşı qarşılanıb. O gündən 21 noyabr ümumdünya "Salam" günü kimi qeyd edilir. Xatırladaq ki, "Əs-Səlamu əleykum" kəlməsi "Allah sizə salamatlıq bəxş etsin" deməkdir. Salam, gününüz mübarək.
2013-11-21
2,029
Əsəd hökuməti 34 adam öldürdü
Suriya prezidenti Bəşər Əsədə aid ordu qüvvələrinin müxtəlif şəhərlərdə hökumət əleyhdarlarına qarşı ağır silahlarla təşkil etdiyi hücumda biri uşaq, dördü qadın olmaqla 34 adam ölüb. "Suriya İnsan Haqları Təşkilatı" tərəfindən verilən açıqlamada Şam rəhbərliyinə aid qüvvələrin müxaliflərə qarşı təşkil etdiyi hücumlar nəticəsində Şam yaxınlığında 19, Hama, Hələb və Dəra şəhərlərində 4, İdlib şəhərində 2, Deyruz Zor şəhərində 1 nəfər ölüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıqlamada Əsəd qüvvələrinin paytaxt Şamın Hərəstə, Duma, Bərzə, Yərmuq bölgələrinə top, raket və döyüş təyyarələriylə hücum etdiyi qeyd edilib.
2013-11-21
2,030
Nazir neft quyularından şikayətçidir
"Minopsislər Xəzər dənizində yaşayan canlılar, xüsusən də balıqlar üçün ciddi təhlükə yaradırlar". "Axar.az"ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazirin sözlərinə görə, təkcə minopsislər Xəzəryanı 5 ölkənin birlikdə vurduğu ziyandan daha çox ziyan vurublar. Bununla belə, nazir vəziyyətin tədricən sabitləşəcəyini düşünür: "Bu canlılar Rusiya gəmiləri vasitəsilə əvvəlcə Qara və Azov dənizlərinə, sonra isə Xəzər dənizinə gətirilir. Lakin hesab edirəm ki, onların Xəzər dənizinə vurduğu ziyan tədricən aradan qalxacaq. Çünki Qara və Azov dənizlərində belə bir problem çox ağır mərhələyə gəlib çatmışdı. Sonradan təbiət tədricən özünü tənzimlədi və problemin qarşısı xeyli alındı. Xəzəryanı 5 ölkəni birləşdirən Xəzər Bioresursları Komissiyası hazırda bu məsələ üzərində işləyir və eksperimentlər aparılır". Nazir bildirib ki, ekspertlər minopsislərin düşməni olan jele xarakterli bir canlının minopsisin öhdəsindən gəlməsini yoxlayıblar. Lakin o canlı da Xəzər dənizi üçün yaddır və minopsisləri məhv etdikdən sonra həmin canlıların nə kimi problemlər yaradacağı məlum deyil. Nazir neft quyularını günahlandırdı Daha sonra nazir Xəzər dənizinin əsasən Sovet dövründən qalmış köhnə neft quyuları tərəfindən çirkləndiyini və bunun daha çox Neft Daşları ətrafında baş verdiyini deyib. Ümumilikdə həmin ərazilərdə əvvəlki illərlə müqayisədə çirklənmənin on dəfələrlə azaldığını deyən nazir bunu daha modern texnologiyalardan istifadə olunması ilə izah edib. H.Bağırov bəzi beynəlxalq təşkilatlar tərəfindən Sumqayıt şəhərinin adının çirkli şəhərlər siyahısına salınmasına da münasibət bildirib. Onun sözlərinə görə, həmin hesabatlar siyasi xarakterlidir və cırtdan, cəmi bir neçə işçisi olan qeyri-ciddi təşkilatlar tərəfindən hazırlanır. "Hər kəsə məlumdur ki, hazırda Sumqayıtda ekoloji vəziyyət Sovet dövrünə nisbətən xeyli dərəcədə yaxşıdır, bioloji çirklənmə isə 10-20 dəfə azalıb. Bu isə daha müasir texnologiyalardan istifadə olunması ilə bağlıdır".
2013-11-21
2,031
Keçmiş nazirdən üz döndərən generallar - ÖZƏL
Noyabrın 3-ü keçmiş Müdafiə naziri Səfər Əbiyevin oğlunun "Buta Palace" şadlıq sarayında toyu oldu. Toy mərasimi Səfər Əbiyevin vəzifədən azad olunması ilə eyni vaxta təsadüf etdiyindən mətbuatın və ictimaiyyətin böyük marağına səbəb olmuşdu. Bu yaxınlarda, keçmiş nazirin övladının toyu ərəfəsində Müdafiə Nazirliyində yaranan ajiotajla bağlı "Axar.az"a ilginc məlumatlar daxil olub. Müdafiə Nazirliyinin yüksək çinli zabiti tərəfindən "Axar.az"a verilən məlumata görə, toydan bir gün əvvəl yeni nazir Zakir Həsənov toya dəvət edilən nazirlik əməkdaşları ilə iclas keçirib. Zakir Həsənov Səfər Əbiyevə hörmət əlaməti olaraq əməkdaşların toyda iştirak etməsini istəyib. Yeni nazirin istəyinə baxmayaraq, bəzi yüksək çinli zabitlər Səfər Əbiyevin övladının xeyir işində iştirak etməkdən imtina edib. Hadisənin şahidi olan nazirlikdəki qaynağımız bildirir ki, vaxtilə Səfər Əbiyevin vəzifəyə cəlb etdiyi və onun yaxın adamı hesab edilən General Qorxmaz Qarayev da dəvəti geri çevirənlər sırasında olub. Mənbəmiz onu da bildirir ki, vaxtilə Heydər Əliyevin vəzifədən azad etdiyi Qorxmaz Qarayev eks-prezidentin vəfatından sonra Səfər Əbiyev tərəfindən vəzifəyə gətirilib.
2013-11-21
2,032
İstanbulda şiddətli yağış qəzalara səbəb oldu
Ölkəmizdə isə yağmursuz hava şəraiti davam edəcək İstanbulda gecə saatlarında yağan şiddətli yağış nəqliyyatın hərəkətini iflic edib. Şəhərin müxtəlif yerlərində yağış üzündən sürüşkənləşən yollarda çoxlu qəza baş verib. "Axar.az" xəbər verir ki, ölkəmizdə isə yağmursuz hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata əsasən, noyabrın 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, havanın temperaturunun gecə 4-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Noyabrın 22-də Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
2013-11-21
2,033
İctimai TV-nin rəhbərliyində kadr dəyişikliyi
İctimai Televiziya və Radio Yayımları Şirkətində daha bir kadr dəyişikliyi olub. "Axar.az"ın xəbərinə görə, televiziyanın proqram direktoru Fuad Vəlixanov vəzifəsindən azad olunub. Onun yerinə isə İctimai Radionun proqram direktoru Abbas Rüstəmov təyin edilib. Hazırda isə radioda proqram direktoru vəzifəsinə təyinat olmayıb. Qeyd edək ki, Əməkdar incəsənət xadimi F.Vəlixanov AzTV və Lider TV-də departament rəhbəri olub. ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini işləyib. Cəmil Quliyev İTV-yə baş direktor seçildikdən sonra F.Vəlixanov adıçəkilən kanala proqram direktoru təyin olunmuşdu ("Lent.az").
2013-11-21
2,034
İlham Əliyev Lukaşenkonu qarşıladı
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun noyabrın 21-də rəsmi qarşılanma mərasimi olub. "Axar.az"ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Belarus Respublikasının Prezidentinə raport verdi. Belarus Respublikası və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Belarus Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Lukaşenkoya, Belarus Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər.
2013-11-21
2,035
Bir gündə 50 cinayət baş verib
Respublika ərazisində gün ərzində 50 cinayət faktı qeydə alınıb, onların da 32-si "isti izlər"lə açılıb. "Axar.az"ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə isə 29 nəfər həbs edilib.
2013-11-21
2,036
Zakir Həsənov daha bir generalı istefaya göndərir
Yaxın vaxtlarda Müdafiə Nazirliyində daha bir kadr islahatının həyata keçiriləcəyi gözlənilir. "Axar.az"ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, yeni nazir Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi general-mayor Natiq Əliyevi də istefaya göndərməyə hazırlaşır. Əldə etdiyimiz məlumata əsasən, hazırda məzuniyyətə göndərilən Natiq Əliyevin məzuniyyətdən dönən kimi, vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir. Artıq onun yerinə kimin gətiriləcəyi də müəyyənləşib. Qeyd edək ki, əvvəllər Ordu İdman Klubunun rəisi olan və il yarım bundan əvvəl Hərbi Tibb İdarəsinin rəisi təyin edilən Natiq Əliyevə bu ilin iyun ayının 26-da general-mayor rütbəsi verilmişdi.
2013-11-21
2,037
Ərim elə köpəyoğludur ki... - Reportaj
İstirahət günümü dostların dəvəti ilə Zərdabda keçirmək qərarını verdim. Şəhərin haylı-küylü yaşamından iki günlük də olsa canımı qurtarmaq, təbiəti o qədərdə göz oxşamayan bu aran rayonunda köhnə dostlarla birlikdə olmağın həzzini yaşamaq, Kür çayının sahilində ova çıxmaq istəyi ilə nağıllarda deyildiyi kimi, altdan geyinib üstdən, üstdən geyinib altdan qıfıllandım. Uzaq yolu yaxın etmək, yola körpü salmaq üçün Lökbatan dairəsindən özümə yol-yoldaşı götürmək üçün maşını saxladım, "Zərdaba gedirəm, bir nəfər. Gedən var?"- səsləndim. İki gənc yaxınlaşdı. Ucara gedəcəklərini dedilər. "Nə alacaqsan?" - deyə soruşdular. "Nə qədər çox olsa, başınızın ucalığıdır". Razılaşdıq. Nizami adlı çoxdanışan oğlan qabaqda, Mustafa adlı yolboyu telefonla kiminləsə mesajlaşan ikinci gənc isə arxada oturdu. Hər ikisinin sifətindən yorğunluq yağırdı. Nizami siqaret yandırmaq üçün icazə istədi. - Olar,- dedim,- çək. Gözlərim əlinə sataşdı. Barmaqları döyənək olmuş kimi idi. Hiss olunurdu ki, ağır işlə məşğuldur. Yola körpü salmaq qərarı verdim. Söhbətimiz alındı. Camaat adam balası kimi işləyirmiş Nizami: - Zirədə işləyirik. Daş karxanasında. Maşınlara daş yükləyirik, biri 3 qəpikdən. Günə 5-6, bəzən isə daha çox maşın yola salırıq. 6 nəfər fəhləyik. on gün işləyirik, on gün evdə oluruq,- deyir. 21 yaşlı bu oğlan 16 yaşından daş karxanasında işləyir: - Məndən iki yaş böyük qardaşım var. Ailəni dolandırmaqda atamıza yardımçı olduq. Ailəmiz böyük də olmasa, dolanışığımız yaxşı deyildi. Hər ikimiz daş atmağa gəldik. Əvvəllər Güzdəkdə işləyirdik. İki ilə yaxındır ki, Zirədəyik. Zirənin yaxşı tərəfi odur ki, daşları ağır deyil. Balıqqulağılıdır. Daş atmaq, maşınlara yükləmək çətin olmur. Karxananın sahibi isə yaxşı adamdır. Özü də hacıdır. Qalmağa şərait yaradıb orda, yemək-içməyimiz isə özümüzdəndir. Hələ olmayıb ki, nəyisə mahna edib fəhlənin pulunu kəssin. Güzdəkdə olanda bədbəxt hadisələrlə çox qarşılaşmışam. Burda hələlik ölüm-itim yoxdur. Amma neynəyək ki, daima əzab-əziyyətin içindəyik. Qışda soyuq, palçıq, yayda isti, toz-torpaq bezdirsə də, işləməliyik. İsti yeməyin olmaması, daima quru yeməklər də bir yandan, bizi pəndəm eləyir. Başqa nə edək, harda işləyək? Mən görməmişəm, amma deyirlər, Sovet vaxtı kolxoz-sovxoz olub, camaat adam balası kimi işləyirmiş, indi kim ki, kasıbdır, canı çıxıb ölməlidir". Gərək oxuyaydım... - Oxumadıq. Oxuya bilmədik. Doğrusu, həvəs də olmadı oxumağa. Uşaq vaxtından daşda işləyib evə pul gətirib, valideynlərimizi guya bəxtəvər etdik. Hamı bizi misal gətirirdi, bir qarışdılar, ailəni dolandırırlar, deyirdilər, kənddə bizdən söz düşəndə. Həm də oxumuşları görürdüm də... Alver edir, onun–bunun qapısında işləyirdilər. İş yeri yox idi. "İnjiner", aqronom, zootexnik... hamısı çöldə it günündə. Yenə də müəllimliyi oxuyanlar yaxşıdı. Pis-yaxşı dərsini verirsən, gəlirsən evinə. Amma onların da aldıqları maaş nəyə çatır ki... Neçəsi gözləyirdi biz qardaşları, karxanadan gələn kimi, gəlib borc alırdılar. Hə, oxumadım, müəllim. Həvəs də olmadı, "oxu" deyən də... Gərək bir peşə öyrənəydim, heç olmasa. Nə yaşım var e, 21-dir də... Attestatı yaxşı ki, ala bildim". Kəndimizin adı Küçəkənddir "Bizim Ucarın Qazqumlaq kəndi var, Ziyanın kəndi (Nəqliyyat Naziri Ziya Məmmədov nəzərdə tutulur. - F.B.). Bax, oranın adamları həm dəmir yolunda, həm də gəmilərdə işləyirlər. Ziya dəmir yolunda olanda hamı baxıb uşağını düzdü-qoşdu ora. Çünki qabağa düşənləri oldu. Bizim kəndin adı Küçəkənddir, elə küçədə də qaldıq. Siqaret yandırır. Futboldan danışır. Harda işlədiyimi soruşur. "Axar.az",- deyirəm. Bir dəqiqə keçməmiş arxadan Mustafa soruşur: - Müəllim, niyə girmək olmur, saytınıza? - Hücum var, vurub dağıdırlar,- deməyimi görürlər, "nə hücum?" deyə hər ikisi soruşur. Hiss edirəm ki, sayta hücumun nə demək olması onlara qaranlıq qalır. Mən də aydınlıq gətirmirəm. Ərim elə köpəyoğludur ki... Atbulaq kəndini keçirik. Yolun kənarında plastik kiçik vedrələrdə göbələk satılır. Birinin yanında dayanırıq. Orta yaşlı qadındır. Göbələyin qiymətini soruşub, "bazar olsun" deyirik. "Olmur bazar, qardaş, səhərdən dayanmışam, iki vedrə ancaq satmışam". Söhbətə tuturam. Adını demir. Şəklini çəkmək istəyirəm, razı olmur. Həyəcanla: "Neynirsən, ərim elə köpəyoğludur ki! Görüb-eləyər, bu yaşımda başımı kəsər",-deyir. - Bəs ərin hardadı, işləyir, yoxsa yox? - deyə soruşuram. - İş var, işləyə? Yəqin çayxanada olar, ya da günortasını yeyib, yatıb. Ayrılanda ürəyimdə deyirəm: "Hə, sənin ərin doğurdan da köpəyoğludur. Yoxsa arvada göbələk satdırıb, çayxanada avaralanmazdı..." Qazıməmmədski kukruz... Yolumuza davam edirik. Hacıqabulda yolun hər iki tərəfində sanki ocaqxanalar açılıb. Köhnə su bidonlarından hazırlanan sobaların üstündəki qazanlarda qaynadılan qarğıdalıların iyi ətrafa yayılır. Maşını saxlayıb, qiymətini soruşuruq. Qiyməti deməmişdən öncə, satıcı oğlan qarğıdalısına bəy tərifi verir: "Ves Azərbaycanı gəz, belə dadlı kukruz görməzsən, kitayski deyil e, bu, Qazıməmmədski kukruzdu". Söhbətə tutmaq istəyirəm. Şəklini çəkməyə qoymur. Jurnalist olduğumu bilib, "Xatozu məndən uzaq eləyin. Bizi onsuz da qoymurlar adam kimi yaşayaq. Arada gəlib dağıdırlar da. A kişi, Allahın bələdiyyəsi də haqq istəyir e. Day "uçaskovı" zalımın balasında nə günah? Onlar dədə-babadan ələ baxan olublar",- deyir. Adı Ramizdi. Ailəsini güc-bəlayla dolandırır, buna da şükr edir. Qarğıdalı alan Sabirabad prokuroru İkinci qarğıdalı satan azyaşlı oğlanın adı Əlimuxtardı. Dərsə niyə getmədiyini soruşuram. Sualıma başını qazandan çıxarmadan cavab verir: - Məktəb var, məktəbə gedəm? Tətildir də... Atama kömək edirəm, o bişirir, mən satıram. Hamı bizdən alır, hamı deyəndə, ağzının dadını bilənlər. Bir az da söhbət edib, qarğıdalı alıram: - Dadlıdır, qayıdanda birini də alacam. - İşıq haqqı, Sabirabadın prokuroru burdan həmişə kukruz alıb, böyüklərə göndərir, elə-belə adam deyil e... - Əlimuxtar deyir. Balaca satıcının böyük yalanına gülümsəyirəm və şəklini çəkmək istədiyimi deyirəm. - Çək, nə olacaq ki... Sonra mənə də verərsən. Burdan keçəcəksən də nə vaxtsa... Dilənmənin yeni üsulu Nizami və Mustafa ilə yol yoldaşlığımız bitdikdən bir qədər sonra yolun kənarında dayanmış qırmızı rəngli "Vaz-2106"nın sürücüsü əl edir. İşarə edir ki, maşınında nasazlıq var, saxlayım. Bura elə bir yerdir ki, yaxınlıqda heç nə yoxdur. Sürətlə gedən maşını bir qədər kənarda saxlayıb, geri verirəm. 30-35 yaşlarında bir kişidir. Maşındakı iki az yaşlı uşaq və cavan gəlin diqqətimi çəkir. Jiqulinin sürücüsü: - Tovuza gedirik. Əsgər yanına. Hadisə baş verib. Maşını nə təhər sürmüşəmsə motoru tökülüb. Üstümdə nə qədər pulum varsa verdim, düzəltdirdim. İnan, buracan gəldim, benzinim qurtardı. Mənə kömək elə, benzin alım. - Motoru bir-iki saata yığdırmaq olar? – soruşuram, dinmir. İki manat verirəm. Aldıqdan sonra: - "Koşilok"unda pulun var da, heç olmasa, 7 manat ver,- deyir. Birdən yadıma düşür ki, ay dad, mən bu atamı tanıyıram ki!.. - Mən səni tanıdım. Bir dəfə də Bakıda Raboçidə saxlamışdın. Əl elədin, saxladım. Onda da türmədə yatan adamın yanından gəldiyini dedin. 4 manat verdim. Sən onda da dedin ki, heç olmasa 7 manat ver. Niyə 7, məsələn, 10 yox? - O, mən olmamışam. - Deyir və uzaqlaşır. Hə, dəqiq o idi. Tanımışdım. Qarşıda mer-meyvə satılan xəfəngin yanında saxlayıram. Satıcı cavan oğlandır. Bazarlıq edirəm. Ayrılanda deyir: - O "nolaltı" səhər tezdən orda dayanıb, yalannan camaatdan pul yığır. Bu da onun işidir də, arvad-uşağı da girinc eləyib ki, adamların ona yazıqlığı gəlsin... Bu da dilənmənin yeni üsuludu...
2013-11-21
2,038
Prezidentlər təkbətək görüşdü
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü keçirilib. "Axar.az"ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi. Belarus Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirildi. Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.
2013-11-21
2,039
Şahbaz Xuduoğlu Vergilər Nazirliyini məhkəməyə verib
"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Vergilər Nazirliyinin Vergi Auditi Departamentini məhkəməyə verib. "Axar.az"ın xəbərinə görə, "Media forum" saytına açıqlamasında Şahbaz Xuduoğlu bildirib ki, məhkəməyə Vergi Auditi Departamentinin noyabrın 1-də "Qanun"da apardığı yoxlama zamanı nəşriyyatın sənədlərini və əmlakını qanunsuz götürməsindən şikayət edib. İddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub. Məhkəmə baxışı dekabr ayına təyin edilib. Şahbaz Xuduğolu deyib ki, nəşriyyatın hüquqlarını vəkil Müzəffər Baxışov müdafiə edəcək: "İddia ərizəsində Vergi Məcəlləsinin hansı maddələrinin pozulduğunu, yoxlama zamanı hansı qanunsuz hərəkətlərə yol verildiyini göstərmişik, sənədlərin qanunsuz götürüldüyünü əsaslandıran qanunvericilik aktlarından misallar gətirmişik". Vergilər Nazirliyinin Vergi Auditi Departamenti noyabrın 1-də "Qanun" nəşriyyatında yoxlama aparıb. Yoxlama zamanı nazirliyin əməkdaşları nəşriyyatın sənədlərini, əlyazmalarını və kompüterlərini götürüblər. Nəşriyyat fəaliyyətinə bir günlük ara verməli olub. Sonradan "Qanun" fəaliyyətini bərpa etsə də, sənədlər və avadanlıqlar hələ geri qaytarılmayıb.
2013-11-21
2,040
Əhməd Qayanın xanımı danışdı
Əhməd Qayanın xanımı Gültən Qaya "CNN Türk"də yayımlanan "5N 1K" proqramına qonaq olub. Gültən "Gəzi etiraz ruhudur. Əhməd Qaya etiraz ruhunun içində də olardı, Diyarbəkirdə də",- deyib. Proqrama telefonla qoşulan Gültən Qaya bunları deyib: "Təbii ki, prosesləri təəccüb içində izləyirəm. Çox təəssüf hissi ilə deyə bilərəm ki, danışıqlar mövzunun gözdən salmağa xidmət edir. Əhməd Qayanın siyasətin gündəminə gəlməyi çox normaldır. Türkiyə bu mövzunu əvvəllər heç müzakirə etməyib. İndi müzakirə etməyi çox təqdirə layiqdir. Ancaq mediadan bir xahişim var: mövzunu gözdən salmadan müzakirə etsəniz, çox yaxşı olar. Bu ölkədə hüquq olsaydı və ciddi olaraq işləsəydi, bu mövzu 14 il sonraya qalmazdı. Dava açmaq kimi bir fikrim yoxdur. Əhmədin də belə bir istəyi olmazdı. Biz daha demokratik bir ölkədə uşaqların gözlərini açmaq istəyirik. Fikrimcə, hüquq düzgün işləməlidir, tarix düzgün yazılmalıdır. Əhməd Qaya, fikri mərkəz xaricində olan, həyatı düzgün formada yaşamaq istəyən hər kəsin yanında idi. Gəzi etiraz ruhu idi. Əhməd etiraz ruhunun içində də olardı, Diyarbəkirdə". Qəbri Fransada qalacaq Baş nazir Ərdoğan Əhməd Qayanın qəbrinin Türkiyəyə gətirilməsi ilə əlaqədar daha əvvəl də mənimlə əlaqə saxlayıb. Diqqəti üçün təşəkkür edirəm. Ancaq Əhməd Qaya orada olmuş, burada olmuş fərq etmir, tarix bizdən asılı olmadan yazılır. Bu ölkə ayıbları ilə üzləşsin. Əhməd Qaya Fransada qalacaq.
2013-11-21
2,041
Romada “Bakı – 2015” - Təqdimat
Noyabrın 22-23-də İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin (AOK) 42-ci Baş Assambleyası keçiriləcək. "Axar.az"ın xəbərinə görə, assambleyada Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva, "Bakı – 2015" Avropa Oyunlarının Əməliyyat şirkətinin İcraçı direktorunun müavini Cim Şerr və başqaları iştirak edəcəklər. Assambleya seçki xarakteri daşıyacaq və iki gün davam edəcək tədbirdə, həmçinin AOK-un prezidenti, vitse-prezidenti, baş katibi vəzifələrinə və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək. Tədbir zamanı Avropanın kiçik dövlətlərinin iştirakı ilə keçiriləcək XV Oyunlarının hesabatı, Avropa Gənclərinin Olimpiya Festivallarının XI Qış və XII Yay buraxılışlarına dair yeniliklər, "Soçi – 2014" Qış Olimpiya Oyunları, "Rio – 2016" Yay Olimpiya Oyunları, "Pyeonçang – 2018" Qış Olimpiya Oyunları və 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları haqda təqdimatlar ediləcək. Noyabrın 23-də Avropa Oyunları ilə bağlı AOK-un Əlaqələndirmə Komissiyasının rəhbəri Spiros Kapralos, onun müavini Zlatka Matesanın iştirakı ilə "Bakı – 2015" Avropa Oyunlarını təqdimatı olacaq. A.Rəhimov, K.Nurullayeva və Cim Şerr Bakı şəhərinin oyunlara son hazırlıq durumu ilə bağlı məruzə ilə çıxış etməklə yanaşı, Milli Olimpiya Komitələrini maraqlandıran suallara cavab verəcəklər.
2013-11-21
2,043
Amerikalı qadın Afrikanı ayağa qaldırdı – Foto
Amerikalı televiziya aparıcısı Melissa Bakmanın silahla öldürdüyü aslanla şəkil çəkdirməsi etirazlara səbəb olub. Melissa Bakman silahla öldürdüyü bir aslanla verdiyi şəkli "Tvitter" hesabında paylaşaraq bu sözləri yazıb: "Cənub Afrikada möhtəşəm bir gün idi. Bir aslanın izinə düşdüm. Çox gözəl ov idi". Bu məsələdən sonra cənubi afrikalılar Bakmanın ölkədən çıxarılması üçün imzatoplama kampaniyası başladıblar. 12 min imza toplanıb. Bakmanın ölkənin milli dəyərlərinə hörmət etmədiyi üçün Cənub Afrikaya girişinin qadağan edilməsi tələb olunur.
2013-11-21
2,045
Abbas Abbasov narkobaronla bir arada – Foto
Abbas Abbasov Özbəkistanın ən varlı adamlarından sayılan narkobaron Salimbay Abduvəliyevlə dostluq edir, vaxtaşırı olaraq Moskvada görüşür və ictimai-siyasi məsələlər barədə müzakirələr aparırlar. "Axar.az"ı məlumatlandıran qaynağın sözlərinə görə, onların hər hansı biznes şərikliyi barədə səhih bilgi olmasa da, istisna deyil ki, onillərdir dostluq edən bu iki tanınmış simanı biznes maraqları birləşdirsin. Narkobaron Salim kimdir? Özbəkistanın kriminal avtoriteti, respublikanın ən varlı adamlarından olan narkobaron Salim Abduvəliyevin Londona qaçdığı haqqında Özbəkistanın "Uzmetronom" agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, o, MTS-Özbəkistan şirkətinin işiylə bağlı istintaqa çağrılıb və həbs təhlükəsi ilə Daşkəndi tərk edib. 63 yaşlı Salimbay ləqəbli Abduvəliyev Özbəkistanın ən qaranlıq şəxslərindən sayılır. Kolxozçu ailəsində anadan olan Salim 90-cı illərdə Əfqanıstandan keçən narkoticarəti tam əlinə alıb. Bu məqam onun həddindən artıq varlanmasına gətirib çıxarıb. Salim Abduvəliyevin nüfuzu o qədər böyük imiş ki, Daşkəndin mərkəzi küçələrinin birini öz atasının adına adlandıra bilmişdi - Kirqizbay-ota küçəsi. Ölkənin güləş federasiyasına da başçılıq edən Salim Abduvaliyevin dostları arasında xeyli tanınmışlar da vardı. Bu sıraya dünya və olimpia çempionları Mamiaşvili, Karelin kimi məşhur idmançılarla yanaşı, İosif Kobzon, habelə "Tayvançik" ləqəbli Alimjan Toxtaxunov, iş adamları Lev və Mixail Çyornılar, Renat Akçurin və digərləri daxildir. Abduvəliyevin ən yaxın dostlarından biri isə baş nazirin sabiq 1-ci müavini Abbas Abbasov sayılırdı. Onların dostluğunu təkcə hər ikisinin öz ölkələrində Güləş Federasiyasının rəhbəri olmaları birləşdirmirdi. Bəzi məlumatlara görə, bu dostluq hələ Abbas müəllimin Özbəkistanda çalışdığı dövrlərə gedib çıxır. Məlumata görə, dostlar tez-tez Moskvada və Daşkənddə də görüşürmüşlər, amma Abduvəliyev 90-larda bircə dəfə də olsa, Bakıya gəlməyib. Onun Heydər Əliyevdən ehtiyat etdiyi bildirilir.
2013-11-21
2,046
Zakir Həsənov Moskvada nazirlərlə görüş keçirib
Rusiyanın Qəbələ radiolokasiya stansiyasını (RLS) Azərbaycana təhvil verməsi ilə bağlı bütün cari məsələlər praktiki olaraq həll edilib. "Axar.az"ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvada MDB dövlətlərinin Müdafiə Nazirləri Şurasının 65-ci iclası çərçivəsində rusiyalı həmkarı Sergey Şoyqu ilə keçirdiyi ikitərəfli görüşdə deyib. Z.Həsənov bildirib: "Qəbələ RLS-in praktiki olaraq təhvil verilməsindən xəbərdaram. Məndə olan məlumata görə, orada problem yoxdur. Bütün cari məsələlər həll edilir və ya demək olar ki, həll edilib". Nazir əminliyini bildirib ki, iki ölkənin Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlığın digər məsələləri də bu gün həll ediləcək: "İki ölkə arasında tarixən qurulmuş əlaqələr davam və inkişaf edir". S.Şoyqu isə azərbaycanlı həmkarını müdafiə naziri təyin edilməsi münasibətilə təbrik edərək milli hərbi qüvvələrin möhkəmləndirilməsində və iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında uğurlar arzulayıb: "Bu, istənilən dövlətdə, xüsusən də Azərbaycan kimi ölkədə məsuliyyətli vəzifədir". Qeyd edək ki, görüşün yekunu olaraq Azərbaycan və Rusiyanın müdafiə nazirlikləri arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.
2013-11-21
2,047
Bolqarıstan yenidən ayağa qalxdı
Bolqarıstanın paytaxtı Sofiya şəhərinin mərkəzində etiraz aksiyası keçirən tələbələr Rakovski və Dondukova küçələrində hərəkəti dayandırıb. "Axar.az"ın xəbərinə görə, polis yol kəsişməsində oturmuş tələbələri ərazidən uzaqlaşdırmaq üçün güc tətbiq edib. Bu isə polislər və tələbələr arasında toqquşmaya səbəb olub. Bolqarıstanın paytaxtı Sofiya şəhəri bir neçə aydır ki, etirazların mərkəzinə çevrilib. Aksiyaların iştirakçıları paytaxtın mərkəzi küçələrini tutaraq hərəkəti dayandırır, polislərlə toqquşmalar baş verir. Etirazçılar hökumətin istefasını tələb edirlər.
2013-11-21
2,048
Canlı yayımda skandal – Video
Türkiyədə "Kanal D"də yayımlanan "Gənc Baxış" proqramına bu həftə "Yeni Türkü" qrupu qonaq olub. Proqramın sonrakı dəqiqələrində bir qrup ülkücü "bozqurd" işarəsi göstərərək "Ölərəm Türkiyəm" mahnısını oxumağa başlayıb. Salonun qarışdığını görən aparıcı proqramı yarıda kəsmək məcburiyyətində qalıb. Canlı yayım zamanı və canlı yayımdan sonra baş verən hadisələri sizə təqdim edirik: ​
2013-11-21
2,049
Nazirlər Kabinetinə bombalı hücum - Yenilənib/Video
Türkiyədə Nazirlər Kabinetinə bombalı hücum edən şəxs vurulub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 52 yaşında olan Toğrul Bayır Türkiyənin Nazirlər Kabinetinə üzərindəki bomba ilə girməyə cəhd edib. Dərhal mühafizəçilər onu əhatəyə alıblar və silahla vurublar. Yaralı şəxs xəstəxanaya çatdırılıb. Hadisə yerinə heç kim buraxılmır. Hadisə ilə bağlı açıqlama verən Daxili İşlər naziri Muəmmər Gülər həmin şəxsin psixoloji problemləri olduğunu söyləyib: "O polisə əvvəlcədən zəng edib xəbər verib. Havaya 2 dəfə atəş açılıb. Şübhəli şəxsin üzərində bombaya oxşar aksesuar çıxıb. Psixoloji problemli insan belə edər". Türkiyə Nazirlər Kabinetindən isə açıqlama verilib ki, həmin şəxs atəş açılmayıb: "Ona "dayan" əmri verilib və havaya iki dəfə atəş açılıb. Bundan sonra mühafizəçilər üzərinə atılaraq onu zərərsizləşdiriblər. Üzərindəkinin də bomba olub-olmadığı araşdırılır".