date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-11-25 | 2,362 | Üzeyir Cəfərov nazirlikdəki sirləri açacaq | Müdafiə Nazirliyinin Şəxsi Heyət baş idarəsi tərbiyə işləri idarəsinin rəisi, general-mayor Vaqif Məmmədovun vəzifədən kənarlaşdırılmasının səbəbləri ilə bağlı ilginc məlumatlar yayılıb. "Axar.az"ın "AzNews.az"a istinadən xəbərinə görə, bir neçə gün əvvəl məzuniyyətə göndərilməsi adı ilə vəzifəsindən kənarlaşdırılan Vaqif Məmmədov nazirlikdəki kadr dəyişiklikləri ilə bağlı xəbərlərin mətbuata çıxmasında şübhəli bilinib. Məlumatı bizimlə bölüşən mənbənin dediklərinə görə, Səfər Əbiyevin əsas kadrlarından biri kimi tanınan general keçmiş "şef"i işdən çıxarılandan sonra mediaya yol tapan məlumatları hərbi ekspert, jurnalist Üzeyir Cəfərovun vasitəsilə həyata keçirirmiş. Ü.Cəfərovun nazirlikdə baş verən kadr dəyişiklikləri və generalların məzuniyyətə göndərilmələrinin əsl səbəbləri haqda son günlər mətbuata yeni xəbərlərin verə bilməməsinin kökündə də bu dayanır. Xatırladaq ki, ötən həftə general-mayor Vaqif Məmmədovun hələlik məzuniyyətə göndərildiyi, ancaq onun sonradan vəzifəsi ilə vidalaşacağı barədə xəbəri yaymışdıq. İlkin məlumat kimi orduda qeyri-döyüş itkilərinin artmasında məhz V.Məmmədovun adı hallandırılıb. Həmçinin, V. Məmmədovun kənd təsərrüfatı nazirinin sabiq müavini, keçmiş müdafiə naziri ilə kirvəliyi olan Aslan Aslanovla bağlılığı da xüsusi yer tutub. Xəbərə münasibət bildirən Üzeyir Cəfərov isə bildirib ki, Vaqif Məmmədovla onun şəxsi münasibətləri heç zaman olmayıb. Yalnız orduda xidmət etdiyi dövrdə bir neçə dəfə ümumi tədbirdə iştirak ediblər: "Çünki biz ayrı-ayrı qoşun növlərində xidmət etmişik. Heç bir zaman da yollarımız kəsişməyib. O mənim güdazıma gedə bilməz. İnformasiyanın bu şəkildə mətbuata yol tapması da maraqlıdır. Əgər belə bir əlaqəmiz olsaydı, açıq şəkildə deməkdən çəkinməzdim". Ü.Cəfərov əlavə edib ki, kadr siyasəti ilə bağlı məlumatları müdafiə nazirinin ən yaxın çevrəsindən alıb: "Hətta Baş Qərargah rəisi Nəcməddin Sadıqovun yaxın ətrafında olub, məcburən onun əmrlərinə tabe olan adamlar da baş verənlərlə bağlı mənimlə öz fikirlərini bölüşürlər və faktları çatdırırlar. Söhbət burada döyüş-əməliyyat məlumatlarından getmir. Nəcməddin Sadıqovun atmaq istədiyi addımlar, etdiyi hərəkətlər, qeyri-qanuni işlər, zabitlərə qarşı təhqirləri, həmin şəxslərin gözü qarşısında olub. Buna görə də çəkinmədən deyirəm ki, açıqlamışam, açıqlayıram və bundan sonra da mətbuata Müdafiə Nazirliyində baş verən neqativ halları açıqlayacağam". Ü.Cəfərov qeyd edib ki, onun nazirlikdəki kadr dəyişiklikləri ilə bağlı xəbərləri ordu rəhbərliyi üçün avantaj rolunu oynayıb: "İlk gündən Zakir Həsənovun təriflənilməsi mövqeyində dayanmağın əleyhdarı olmuşam. Artıq onun nazir təyin olunmasının bir ayı tamam oldu və gördüklərimin yalnız az hissəsini açıqlamışam. Yəqin ki, Müdafiə Nazirliyində son bir ayda baş verənlərlə bağlı mətbuat konfransı keçirəcəyik. Bu konfransda mətbuatın diqqətinə çox incə məqamları çatdırcayıq". |
2013-11-25 | 2,363 | Maydan yenə "narıncı"ya dönür: Ruslana da gəldi | Ukraynanın məşhur müğənnisi Ruslana Maydandakı aksiya iştirkaçılarına dəstək verdi. "Axar.az"ın "Ukrayna mediasına istinadən verdiyi məlumata görə, müğənni aksiya iştirakçıları arasında öz mahnılarını və dövlət himnini oxuyub. Ukrayna mətbuatı müğənninin xeyli müddət burada qaldığı haqqında məlumat yayıb. Qeyd edək ki, Ruslana "Avroviziya" beynəlxalq musiqi yarışmasının qalibi olub, 2004-cü ildə Ukraynadakı narıncı inqilab zamanı V.Yuşşenkonun əsas tərfdarlarından biri kimi çixiş edib. Eks-prezident isə Avropa İttifaqını günahlandırdı "Avropa İttifaqı Ukraynanı artıq çoxdan uduzub". "Axar.az"ın məlumatına görə, bu açıqlama ilə Ukraynanın eks-prezidenti Viktor Yuşenko çıxış edib. O, Rusiyanın Ukraynanın əldən çıxmaması üçün əlindən gələn hər şeyi edəcəyini bildirib: "Biz Avropadan daha dəqiq siyasi bəyanatlar gözləyirik. Ukraynanı Avropa uduzdu. Doğrudur, Ukrayna ideal deyil, amma onu necə var, elə də götürmək lazım idi". Yuşenko tez bir zamanda ölkənin Avropa İttifaqına qaytarılmayacağı təqdirdə azadlığına son qoyulacağını da bildirib. |
2013-11-25 | 2,364 | Obama: ABŞ İsrailə verdiyi sözlərə sadiq qalacaq | ABŞ prezidenti Barak Obama, İranla nüvə müzakirələrində razılığa gəlinməsinə böyük reaksiya verən və bunu "tarixi səhv olaraq" qiymətləndirən İsrail baş naziri Binyamin Netanyahuya ABŞ-ın İsrailə verdiyi sözlərə sadiq qalacağını söyləyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağ Evdən verdiyi yazılı açıqlamada İsrail ilə yaxın fikir mübadiləsi aparacaqlarını vurğulayan Obama, Netanyahudan geniş müzakirələr üçün ABŞ və İsrailin dərhal müşavirələrə başlamasını tələb edib. Obama açıqlamada ABŞ-ın İranın niyyətinə şübhəli baxmasına öz məqbul səbəblərinin olduğuna da diqqət çəkib. |
2013-11-25 | 2,365 | İran Azərbaycana nota verdi | null |
2013-11-25 | 2,366 | Azərbaycanda yeni aerodrom tikilir, yeri bilinmir | Türkiyənin HAVELSAN şirkəti Azərbaycanın hərbi aerodromun inşası layihəsinə qatılıb. "Axar.az"ın xəbərinə görə, bu barədə APA-ya açıqlamasında HAVELSAN şirkətinin baş direktoru Sadik Yamac məlumat verib. Şirkət rəhbərinin sözlərinə görə, başlanğıcda Azərbaycan hökuməti Sitalçay aerodromunun modernləşdirilməsi layihəsini elan etsə də, sonradan plan dəyişdirilib. Yeni hərbi hava limanının inşasına başlanılıb. Yeni hava limanında inşaat işləri Türkiyənin Koza Savunma, elektronik sistemlərlə təchizat, inteqrasiya və proqramlaşdırma ilə bağlı işləri isə HAVELSAN şirkətlərinə həvalə olunub. Ümumilikdə, aerodromda İT ilə bağlı bütün sistemləri, o cümlədən radarların "ağılını" HAVELSAN yazacaq. Qeyd edək ki, Bakı yaxınlığında inşa olunan aerodromun yeri açıqlanmır. |
2013-11-25 | 2,367 | Ermənilər Sərsəng anbarının məsuliyyətini üstündən atır | Ermənistanın nəzarəti altında olan Sərsəng su anbarı Azərbaycan üçün ciddi təhlükə yaradır. "Axar.az"ın verdiyi xəbərə görə, bunu "Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi" elmi-praktiki konfransda çıxışı zamanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib. O qeyd edib ki, Sərsəng su anbarı işğal edildikdən sonra Ermənistan hökuməti orada heç bir profilaktiki iş aparmayıb: "Çünki Ermənistanın buna sadəcə, maddi imkanı yoxdur. Nəticədə bu su anbarı təbii yolla dağıla bilər ki, bu da ətraf rayonların su altında qalmasına gətirib çıxarar. Ermənistan bu problemin həlli üçün Azərbaycanı bu məsələyə cəlb etməklə Sərsəng su anbarının məsuliyyətini Azərbaycanla bölüşmək istəyir, digər tərəfdən, danışıqlarda "Dağlıq Qarabağ Respublikası"nı bir tərəf kimi təqdim etmək məqsədi güdür". R.Rzayev problemin həlli kimi hesab edir ki, icmalar arasında dialoq qurulmalı, Sərsəng su anbarının mövcud durumunu öyrənmək üçün Azərbaycan və beynəlxaq mütəxəssislərdən ibarət ekspert qrupu yaradılmalıdır. |
2013-11-25 | 2,368 | Elmar Məmmədyarov İrana gedir | Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün İrana səfər edəcək. Bu barədə diplomatik mənbələrdən məlumat verilib. Mənbənin məlumatına görə, E.Məmmədyarov noyabrın 26-27-də Tehranda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirləri Şurasının XXI iclasında iştirak edəcək. Məlumata əsasən, E.Məmmədyarovun İran rəsmiləri ilə görüşlər keçirəcəyi və ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacağı ehtimal olunur. Qeyd edək ki, noyabrın 24-25-də Tehranda İƏT Nazirlər Şurasının XXI iclasına hazırlıq məqsədi ilə üzv dövlətlərin nümayəndələrinin iclası keçirilir. İclasda təşkilatın Bakı şəhərində fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin nizamnaməsinin razılaşdırılması, nəqliyyat, ticarət, enerji, ətraf mühit və kənd təsərrüfatı sahələri üzrə 2012-2013-cü illərdə görülən işlər, İƏT-in layihə və proqramlarının icra vəziyyətinin dəyərləndirilməsi və 2014-cü ilə dair iş proqramında əksini tapmış təkliflər müzakirə olunur. Həmçinin Nazirlər Şurasında qəbul edilməsi nəzərdə tutulan Kommunikenin mətni hazırlanır. İƏT Nazirlər Şurasının XXI iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan və İrandan nümayəndələr iştirak edəcəklər. |
2013-11-25 | 2,369 | Gülər Əhmədovanın məhkəməsi təxirə salındı | Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi keçirilib. "Axar.az"ın məhkəmədə iştirak edən əməkdaşı xəbər verir ki, məhkəmə prosesi 24 saatlıq təxirə salınıb. 26 noybar saat 10:30-da məhkəmə yenidən keçmiş deputatın işinə baxacaq. Məhkəmənin təxirə düşməyinə səbəb Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun Masallıdakı yaxınlarından birinin dünyasını dəyişməsidir. Daha öncəki məhkəmə prosesində prokuror sabiq deputata 4 il iş istəyib. Xatırladaq ki, keçmiş deputat Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. |
2013-11-25 | 2,370 | Qəzet köşklərində nə satılır? - Araşdırma | "Axar.az" saytı olaraq dünən bir neçə metro-stansiyanın həndəvərində olduq. Qəzet satılan köşklərdə indi əslində nələrin satıldığı ilə bağlı araşdırma apardıq. Və məlum oldu ki: "20 yanvar" metrosunda 28 nömrəli obyektdə əvvəllər qəzet satılırdı. İndi isə bura oyuncaq dükanı olub. "Nizami" metrosunun çıxışında yerləşən 160213 nömrəli obyekti qəzet qadağasından sonra başqa sahibkar işlədir və xırda məişət əşyaları (şam, fənər, stəkan, alışqan, sap) satmaqla məşğul olur. "Cəfər Cabbarlı" stansiyasının çıxışındakı qəzet köşkü isə qadağadan sonra boş qalıb. "Sahil" metrosunun girişində olan qəzet köşkü də indi oyuncaq dükanı olub. Satıcının dediyinə görə, onsuz da onlara qəzet satmaq sərf eləmirmiş. "Sahil" stansiyasının çıxışındakı qəzet köşkündə indi təsbeh, brelok, boyunbağı, qolbaq və s. bəzək əşyaları satılır. Söhbət zamanı satıcı bildirdi ki, qəzet satdığı zaman 200 manat icarə haqqı verirdi. İndi isə 350 manat olub. "İçərişəhər" metrostansiyasının çıxışındakı 1 saylı obyekt də həmçinin oyuncaq dükanına çevrilib. Xatırladaq ki, dünən Prezident İlham Əliyev Zağulbada "Juanalistlərin dostu" mükafatının təqdim edilmə mərasimində jurnalistlərlə görüşündə dövlət başçısı deyib: "Ölkəyə yeni köşklərin gətirilməsi ilə bağlı çıxış etmişdim. Köhnə köşklər dəyişdirilməli idi. Lakin mən də şəhərin müəyyən yerlərində olarkən bu köşklərin ətrafının sanki bazara çevrildiyini müşahidə etdim. Maraqlandıqdan sonra məlum oldu ki, bu köşklərdə çox vaxt uyğun olmayan əşyalar satılır. Ciddi şəkildə tapşırıq verdim ki, bu neqativ hallar aradan qaldırılsın. Düşünürəm ki, qəzet satışı üçün heç bir problem ola bilməz. Əgər bu varsa, dərhal aradan qaldırılmalıdır". |
2013-11-25 | 2,372 | Kiyev iğtişaşlarından CANLI YAYIM | Ukraynanın paytaxtı Kiyevdə Avropaya inteqrasiya tərəfdarları ilə polis arasında yeni toqquşmalar baş verib. Həmin hadisəni canlı olaraq təqdim edirik: |
2013-11-25 | 2,373 | Hərbi geyimdə kəmərin olmaması çox təhlükəlidir – Ekspert rəyi | Cəbhə bölgələrində qulluq edən zabitlərin yeni uniformasında kəmərin olmaması qanunsuzluqdur. Bu, döyüş şəraitində həm hərbi, həm də gigieniya baxımından yolverlilməzdir. Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov "Axar.az"ın cəbhə bölgələrində zabitlərə yeni hərbi geyimlərin tətbiqi və bu uniformalarda kəmərlərin ləğv edilməsi ilə bağlı yaydığı xəbərə münasibət bildirərkən dedi. Hərbi ekspert dediklərini belə əsaslandırdı: "Uniformanın üzərində olan kəmərin öz funksiyası var. Özü də bu cəbhə bölgələrində xidmət edən zabitlər üçün xüsusi məna daşıyır. Kəmər əsgər və ya zabitin döyüş ləvəzimatlarını gəzdirməsi üçün nəzərdə tutulan vasitədir. Təsəvvür edin, döyüş gedir və zabit ehtiyat maqazini əldə etməlidir. Kəmər olmadan o, bunu necə edə bilər? Yəni döyüş vaxtı cəldlik tələb olunur – maqazini və ya qumbaranı cibdə gəzdirmək əlavə təhlükədir. Bundan başqa, kəmər olmadan təhlükəli anlarda "döyüşə" komandası əmri ilə hərəkət getmək həyat üçün faciəvi sonluqla nəticələnə bilər". |
2013-11-25 | 2,375 | İlham Əliyev Ekmələddin İhsanoğlunu qəbul edib | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib. "Axar.az"ın xəbərinə görə, baş katib Ekmələddin İhsanoğlu yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, İslam Əməkdaşlıq Təşkilatını təmsil edən böyük müşahidə missiyasının seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri olduğunu vurğulayan Ekmələddin İhsanoğlu təşkilatın layihələrinə Azərbaycanın verdiyi dəstəyin önəmini qeyd edib. Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə olunub. |
2013-11-25 | 2,376 | ABŞ Azərbaycana 1 milyard investisiya yatırıb | ABŞ Azərbaycanda qeyri-neft sektoruna 1 milyard dollara yaxın investisiya yatırıb. İndiyədək ABŞ Azərbaycanda qeyri-neft sektoruna 880 milyon dollar investisiya yatırıb. "Axar.az" xəbər verir ki,bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri Rüfət Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda ABŞ investisiyası ilə 220 şirkət fəaliyyət göstərir. O, ABŞ-la Azərbaycan arasında kifayət qədər geniş ticarət əlaqələrinin mövcud olduğunu qeyd edib. R. Məmmədov keçən il ABŞ-la Azərbaycan arasında ticarət dövriyyəsinin 2,3 milyard dollar təşkil etdiyini xatırladıb: "İki ölkə arasında müxtəlif sahələrdə ticarət əməliyyatları aparılır. Hazırda energetika, kimya, məişət avadanlıqları, xidmət, yeyinti sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır". |
2013-11-25 | 2,377 | Türk təyyarəsi qəza enişi edib | "Türk Hava Yolları"nın (THY) İstanbul-London reysini həyata keçirən təyyarəsi məcburi eniş edib. "Sabah" qəzetinin verdiyi məlumata görə, buna səbəb yanğın iyinin hiss edilməsi olub. Təyyarə İstanbul aeroportunda məcburi eniş edib. Bütün sərnişinlər təxliyə olunub, reys isə təxirə salınıb. |
2013-11-25 | 2,378 | Bakı sakinindən saxta sənəd tutuldu | Bakı sakinin üzərində bir neçə quruma aid olan saxta vəsiqə çıxıb. Saxta sənədlərlə özünü polis kimi təqdim edən şəxs tutulub. "Axar.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Çevik Polis Alayı və Binəqədi polisinin birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rəşad Cəfərlidən öz adına olan 1 ədəd Xəzər RPİ PPXB-nin polis serjantı vəsiqəsi götürülüb. Bundan başqa ondan həmçinin 1 ədəd ÇPA-nın polis serjantı vəsiqəsi, 1 ədəd saxta sürücülük vəsiqəsi, 1 ədəd "Kenwood" markalı rabitə vasitəsi, içərisində saxta sənədlərin fotosürətləri olan flaşkart, 0,267 qram heroin və 5,24 qram marixuana götürülüb |
2013-11-25 | 2,379 | Meriyadan Tahir İmanovun “reklam qadağası”na cavab gəldi | Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidməti Tahir İmanovun reklam yasağıyla bağlı "Axar.az"a dediklərini təkzib etdi. "Planet parni iz Baku" KVN teatrının rəhbəri Tahir İmanov "Axar.az"a müsahibəsində dəfələrlə müraciət etmələrinə baxmayaraq, reklam bannerlərinin asılmasına Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsindən "yox" cavabının verildiyini bildirib. Teatr rəhbəri bunu tamaşalarında BŞİH başçısı Hacıbala Abutalıbovu parodiya etməkləri ilə əlaqələndirib: "Onlar bizə kobud şəkildə "yox" deyirlər. Əslində, biz bunun səbəbini bilirik; səbəb bizim Hacıbala müəllimi parodiya etməyimizdir. Onlar açıq deməsələr də, hərəkətləri ilə "siz parodiya etməyin, biz reklamınızı asaq" deyirlər. Biz buna, sadəcə, təzyiq deyirik. Eləməyin, edək! Parodiya eləmisiniz, icazə vermirik". Tahir İmanovun söylədiyi problemə münasibət öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə əlaqə yaratdıq. Adını açıqlamaq istəməyən idarə rəsmisi rəhbərliyin ezamiyyətdə olduğunu əsas gətirərək, sualımızı cavablandırmaqdan imtina etdi. BŞİH mətbuat xidmətinin rəhbəri Nuranə Məmmədova isə "Axar.az"a açıqlamasında Tahir İmanovun reklam qadağasıyla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirdi: "Tahir İmanovun sizə nə deyib-demədiyini bilmirəm, amma biz belə gülünc göstəriş verə bilmərik". |
2013-11-25 | 2,380 | Davudoğlu: “Biz Misirdə heç bir qrupu dəstəkləməmişik” | "Misir xalqıyla yaxın əlaqələrdə olmağa davam edəcəyik". Bu sözləri Xarici İşlər Naziri Əhməd Davudoğlu Bəhreyn Xarici İşlər Naziri Xalid bin Əhmədlə görüşü zamanı deyib. İki ölkə arasındakı təkbətək və regional mövzuların müzakirə edildiyi iki saat davam edən görüşdən sonra Davudoğlu və Bəhreyn Xarici işlər naziri Şeyx Xalid bin Əhməd ortaq mətbuat konfransı keçirib. Mətbua konfransında Misirlə bağlı verilən suallara cavab verən Xarici İşlər naziri Davudoğlu bildirib: "Türkiyə və Misir tarixi dostdur və türklər ilə misirlilər əsrlərdir davam edən və tarixin sonuna qədər davam edəcək olan dostluq əlaqələrinə malikdir. Misirdəki əsgəri çevrilişlə əlaqədar olaraq sözümüzü dediyimiz zaman məqsədimiz Misirin daxili işlərinə qarışmaq olmayıb. Biz Misirdə heç bir qrupu dəstəkləməmişik. Misirlə bağlı mövqeyimiz Misir xalqının seçimlərinə olan hörmətimizin göstəricisidir". |
2013-11-25 | 2,381 | İran xalqı nüvə razılaşmasını bayram edir (FOTO) | null |
2013-11-25 | 2,382 | Mətanət Əzizova: Qadınların öldürülməsi pik həddə çatıb | Bu gün dünyada "Qadın Zorakılığına Qarşı Mübarizə Günü" kimi qeyd olunur. Qadınlara qarşı zorakılıq adətən ailə daxilində baş verir. Bu zorakılıqdan nəinki qadınlar, ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir. Qonşu Türkiyədə hər gün 5 qadın ailədaxili zorakılıq səbəbilə həyatını itirir. Bu il 28 min qadın zorakılığa məruz qalıb. Son 5 ildə 802 qadın ailədaxili zorakılıq səbəbilə həyatını itirib. 4 min 500 nəfər də polisə və ya aidiyyəti qurumlara müraciət edərək özünü müdafiə etməyə çalışıb. Qadınlar arasında intihar artıb Azərbaycandakı qadınlara qarşı zorakılıqlarla maraqlandıq. Mövzuyla əlaqədar Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova qadınlara zorakılıqla bağlı statistika aparılmadığını dedi: "Qadın Krizis Mərkəzinə zənglər, müraciətlər artıb. Bu müraciətlər həm fiziki zorakılıq, həm də ki, psixoloji zorakılıqla bağlıdır. Son dövrdə qadınlar arasında intihar da artıb. Bu da ailə münaqişəsi zamanı yaranır. Burda da iki məqsəd var, ya qadın öz problemini qabartmaq istəyir, ya da artıq o zorakılıqlarla yaşamaqdan bezir. Heç bir yerdən köməklik görmürlər, məcburdurlar ki, intihar etsinlər. Son dövrdə ailə daxilində qadınların öldürülməsi problemi artıq pik həddə çatıb. Bu haqda demək olar hər gün yeni məlumatlar daxil olur. Zorakılıqla mübarizə üçün cəza tədbilərini ağırlaşdırmaq lazımdır. Bununla bağlı qanun cinayət məcəlləsindən çıxarılıb. Ailədə kişi qadını döyür, işgəncə verir, qadın məhkəməyə müraciət edir, kişidən 300 manat alırlar, məsələ "həll olunur". Çalışırıq ki, bunla bağlı qanunvericiliyə yeni maddələr əlavə olunsun. Bununla bağlı sosial roliklər çəkirik, dövlət qurumlarına müraciət edirik ki, mövzunu gündəmdə saxlayaq". |
2013-11-25 | 2,383 | DİN Göyçaydakı partlayışla bağlı rəsmi məlumat yayıb | Göyçay rayonu ərazisində tullantılar yandırılarkən şüşənin partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 24-də saat 14.00 radələrində Göyçay rayonu Heydər Əliyev prospektində yaşayan Qeys Gözəlovun həyətində təmizlik işləri aparan Şəkər kənd sakinləri Ağaəli Abdullayev və onun qardaşı Yasər tullantıları yandırarkən şüşə partlayıb və A.Abdullayev hadisə yerində ölüb. Yasərə isə xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla əlaqədar araşdırma aparılır. |
2013-11-25 | 2,384 | Dəm qazı daha iki nəfərin ölümünə səbəb oldu | Bakı və Sumqayıtda dəm qazından zəhərlənmə hadisəsi baş verib. "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, noyabrın 24-də Suraxanı rayonu Əmircan qəsəbə sakini Soltan Seymurov və Sumqayıt şəhərində yaşayan Zaqatala rayon sakini Həsən Həsənov evlərində dəm qazından zəhərlənərək ölüblər. |
2013-11-25 | 2,385 | Benqazidə həyəcan təbili çalındı | Liviya ordusu cihad tərəfdarlarıyla qarşıdurmalar nəticəsində üç əsgərin ölməsindən sonra Benqazi şəhərində "həyəcan vəziyyətinə" keçib və bütün əsgərlərə vəzifə başına qayıtmaları əmr edilib. Ordu adından çıxış edən Polkovnik Abdulla Əl-Saitinin "həyəcan vəziyyəti" elan etdiyini və bütün əsgərləri geri çağırdığını söyləyib. |
2013-11-25 | 2,386 | Şüşə partladı, bir can aldı | "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, noyabrın 24-də saat 14.00-da Göyçay rayonu H.Əliyev prospektində yaşayan Qeys Gözəlovun həyətində təmizlik işləri aparan Şəkər kənd sakinləri Ağaəli Abdullayev və onun qardaşı Yasər tullantıları yandırarkən şüşə partlayıb və A.Abdullayev hadisə yerində ölüb. Hadisənin iştirakçısı olan Yasərə isə xəstəxanada ilkin tibbi yardım göstərilib. |
2013-11-25 | 2,387 | "RoyalBank" vətəndaşı aldadıb | Gəncə şəhər sakini Cavanşir Bağırov əmanətini etibar etdiyi "RoyalBank"ı məhkəməyə verib. Buna səbəb vətəndaşa məxsus əmanətin geri qaytarılmasında ortaya çıxan mübahisələrdir. "Axar.az"ın məlumatına görə, bir müddət əvvəl Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilən "RoyalBank" ASC əmanətçilərinə kompensasiya ödəməkdən boyun qaçırır. C.Bağırovun sözlərinə görə, 2011-ci il avqustun 22-də imzalanan 165, 166. 167, 168, 169, 170 saylı müqavilələrlə 20 min manat və 10 min ABŞ dolları məbləğində pulunu "RoyalBank" ASC-nin Gəncə filialına qoyub. Əmanətlər "Depozit müqaviləsi" ilə aylıq 13 faiz olmaqla 14 ay müddətinə banka etibar edilib. Bu müqaviləyə görə, illik faiz dərəcəsi 11,1 faiz hesablanmalıdır. Beləliklə də qoyulan əmanət Əmanətlərin Sığortalanması Fondu tərəfində qaytarılacaq əmanətlər sırasına daxil olub. Sözügedən müqavilənin 5-ci maddəsində "RoyalBank"ın qəbul etdiyi həmin əmanətin Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanması barədə ayrıca müddəa əksini tapıb. "Royal Bank" ASC-nin lisenziyası ləğv olunduqdan sonra sığortalanmış əmanətini geri ala bilməyən C.Bağırov bildirib ki, bank əməkdaşları sənədləri saxtalaşdırıblar: "Mən pulu geri almaq üçün müraciət etdikdə Əmanətlərin Sığortalanması Fondundan bildirdilər ki, sənin əmanətin sığortalanmayıb. Səbəb kimi isə illik faiz dərəcəsinin 13 faiz olmasını göstərdilər. Lakin müqavilədə açıq-aydın görünür ki, illik faiz dərəcəsi 11,1 faizdir". Lakin C.Bağırov müqavilə bağlayarkən ona əmanətinin sığortalandığı bildirilib. Bu məsələ yazılı şəkildə müqavilədə də öz əksini tapıb. Lakin bank iflas etdikdən sonra bunun əksini iddia edib. Ona görə də haqqını geri almaq üçün C.Bağırov Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. Artıq dekabrın 3-də onun ərizəsi məhkəmədə araşdırılacaq. Bundan əlavə C.Bağırov müvafiq sənədləri araşdırmaq üçün Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəyini də bildirib. |
2013-11-25 | 2,388 | Terror təşkilatı ilk hədəfini göstərdi: Ərdoğan | Türkiyədə daha rahat terror aktı törətmək üçün "DHKP-C" terror təşkilatı Suriyadan düşərgə tələb edib. Əsəd ilə müzakirələrin davam etdiyi zamanda Ərdoğanın mühafizə komandasına 80 nəfərlik anti-terror dəstəsi əlavə edilib. Yunanıstanda əvvəlki kimi rahat hərəkət edə bilməyən "DHKP-C" terror təşkilatı Suriyada fəaliyyət göstərmək üçün rəsmi Şamla müzakirələrə başlayıb. Təşkilat Əsəddən təlim üçün düşərgə istəyib. Əsədlə müzakirələr davam etdiyi zamanda "DHKP-C" terror təşkilatının Türkiyə sərhədlərinə yaxın düşərgədən Türkiyədə əks-səda doğuracaq terror-aktı törədəcəyi qeyd edilib. "DHKP-C" terror təşkilatı bu qərara ona görə gəlib ki, Türkiyədə təşkil olunacaq terror-aktları üçün Avropadan silah-sursat gətirmək çətindir, Suriyada isə silah barəsində heç bir çətinlik yoxdur. Təşkilatdan onu da bəyan ediblər ki, Ankara və İstanbulda terror aktı törətməyə hazırlaşırlar. Təşkilatın ilk hədəfində Türkiyənin baş naziri Ərdoğanın olduğu öyrənilib. İkinci hədəfdə isə polis idarələrinin olduğu qeyd edilib. 80 nəfərlik anti-terror dəstəsi "DHKP-C" terror təşkilatı Türkiyə polisini və hakim partiya AKP-ni hədəf göstərəndən sonra Dövlət Mühafizə Xidməti Baş naziri qorumaq üçün 80 nəfərlik özəl komanda qurub. Baş nazirin mühafizəçilərindən ayrı işləyən bu komanda ani hücumlara qarşı çox çevikdir. Terrorla mübarizə polislərindən yaradılan 80 nəfərlik özəl komanda növbə ilə Baş nazirliyin, AKP-nin binasını və baş nazirin Keçiörəndəki evini 24 saat qoruyur. |
2013-11-25 | 2,389 | Zaqatalada öldürülən şəxs barədə ilginc məlumat | Noyabrın 24-də Zaqatala rayonunda baş verən silahlı insident zamanı həlak olanlardan biri haqqında ilginc məlumat yayılıb. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, ilginc məlumat Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, "Hyundai" markalı maşına avtomatdan atəş açılması zamanı ölənlərdən biri - Bakı şəhər sakini Vüqar Natiq oğlu Rəcəbov barədədir. Bakı şəhəri, Q.Qarayev prospekti 2517 (məlum səbəblərdən mənzilin ünvanını yazmırıq) ünvanında yaşayan V.Rəcəbovu qonşular MTN əməkdaşı kimi tanıyıblar. Əslən Lənkərandan olan, sözügedən ünvanda həyat yoldaşının ailəsi ilə bərabər yaşayan mərhum iki qız atası olub. V.Rəcəbovun qayınatası Yusif Abdullayevin uzun müddət Polis Akademiyasında dekan olduğu bildirilir. Hazırda təqaüddə olan Y.Abdullayevin qonşularla söhbətində kürəkəni V.Rəcəbovun Rusiyada hüquq-mühafizə orqanlarında işə düzələcəyi barədə danışdığı da xəbər verilir. Gələcəklə bağlı müxtəlif planlarının olduğunu deyən Y.Abdullayev hadisə baş verən gün, daha dəqiqi, dünən axşam müstəntiqlər tərəfindən dindirilib. Müstəntiqlər həmin ünvana gələrək Y.Abdullayevdən izahat alıblar. Bütün bunlar hadisə ilə bağlı kifayət qədər qaranlıq məqamların olduğunu göstərir. Mərhum V.Rəcəbov bu gün Xırdalan qəbiristanlığında dəfn olunacaq. |
2013-11-25 | 2,390 | Soydaşlarımız Təbrizdə dara çəkildi | İranın Şərqi Azərbaycan vilayətində 9 nəfər edam edilib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, məhbuslardan 6-sı qətldə günahlandırılaraq Təbriz şəhərinin mərkəzi həbsxanasının 9-cu bölməsində, 3-ü isə narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə digər bəndlərdə dara çəkilib. Onların ad və soyadları açıqlanmayıb. Edamlar ötən həftə icra edilsə də, bu barədə heç bir rəsmi mətbu orqan xəbər dərc etməyib. |
2013-11-25 | 2,391 | Səlim Müslümovun qohumu polis rəisi təyin olunur – Özəl | Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumu Zaur Bədəlov Sabunçu Rayon Polis İdarəsinə rəis təyin olunacaq. İndiki rəis, polis polkovniki Cavanşir Babayev isə Bakı Şəhər Baş Polis İdarəsinə daha yüksək vəzifəyə gedəcək. Bu barədə "Axar.az"a polisdəki mənbələrdən məlumat daxil olub. Məlumat üçün bildirək ki, polkonik-leytenant Zaur Bədəlov hazırda Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin rəisidir. |
2013-11-25 | 2,392 | Azərbaycanda terrorçu dəstə üzvləri ömürlük həbs edildi | Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktı həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən Samir Sanıyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Samir Sanıyev və digər iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, ötən il musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) antiterror əməliyyatı keçirib. Əməliyyatlar nəticəsində mahnı müsabiqəsi ərəfəsində Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək istəyən mütəşəkkil dəstə zərərsizləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri cari ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları "Hilton Baku" və "JW Marriot Hotel Absheron" və digər mehmanxanalarda, "Baku Crystal Hall"da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar. |
2013-11-25 | 2,393 | Zaqatalada 3 nəfəri güllələyən şəxs müəyyənləşdi | Zaqatalada avtomobili gülləbaran edən şəxsin kimliyi məlum olub. "Axar.az" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, noyabrın 24-də saat 16:00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində "VAZ-2107" markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi "Hyundai" markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb. V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb. Nazirlikdən bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb. Hazırda polis və prokuroqluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır. |
2013-11-25 | 2,394 | Moskvada 700 miqrant saxlanıldı | Rusiyada "Moskva" ticarət mərkəzində keçirilən əməliyyat zamanı 700 nəfər miqrant saxlanılıb. "Axar.az"ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu informasiya Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı şöbəsi tərəfindən yayımlanıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, ticarət mərkəzinin ərazisində qanunsuz miqrant, silah, narkotik vasitələrin saxlanılması ilə bağlı faktlar aşkar edilib. Bundan başqa bəyanatda 700 nəfərə yaxın şəxsin miqrasiya haqqında qanunu pozduqları və əvvəlki cinayətlərlə əlaqələrinin olub-olmadığını aydınlaşdırmaq üçün polis idarələrinə aparıldığı qeyd olunub. |
2013-11-25 | 2,395 | Müsavatdan cavab: "Eldəniz Quliyev keçmişə nəzər salsın" | "Milli Şura barəsində narazılıq subyektiv xarakter daşıyır. Bu narazılıqlar, bir çox halda Müsavat partiyası tərəfindən yaradılır". Bu sözləri APA-ya açıqlamasında Milli Şuranın üzvü, "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. Məsələ ilə bağlı Müsavat partiyasının divan üzvü Tural Abbaslı "Axar.az"a danışaraq Eldəniz Quliyevin sözlərinə Müsavat partiyası adından münasibət bildirdi. O, dedi ki, Eldəniz Quliyevin səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur və o keçmişə baxıb olanları təhlil etsə, hamıdan qabaq Müsavata haqq verəcək: "Müsavat partiyası heç bir məsələyə sosial sifarişin tələbləri və partiya maraqları çərçivəsində baxmır. Müsavat partiyası hər zaman məsələlərin Azərbaycanın dövlətçiliyi xeyrinə həll olunmasında tərəfdardır. Bu bizi bəzən haqsız qınaqlara məruz qoysa da, biz öz haqlı mövqeyimizdən çəkilməyəcəyik". Tural Abbaslı Milli Şurada Müsavatla bağlı narazılıq olan detallara aydınlıq gətirib: "Milli Şurada ehtiyat namizəd məsələsini gündəmə biz gətirdik. Əvvəlcə buna qarşı çıxanlar yetərincə idi. Proseslərin sonrakı inkişafı göstərdi ki, biz ehtiyat etməkdə və əlavə namizədin olmasını istəməkdə haqlı olmuşuq. Onda bütün Milli Şura Müsavatın başda müdafiə etdiyi mövqeyi müdafiə etməyə məcbur oldu. Müsavatla birlikdə təmsil olunanların fikir ayrılığı və etirazının başqa bir səbəbi Milli Şuranın ilkin vaxtlardakı tərkiblə formalaşmağı olub. Yenə də hadisələrin inkişafı onu göstərdi ki, Rəsul Quliyev, Əvəz Temirxan, Lalə Şövkət kimi insanlarla bir qurumda təmsil olunmaq düzgün deyil. Sonradan Şura üzvləri bunun doğru mövqe olduğunu özləri də təsdiqlədi". Müsavat partiyası ilə Milli Şura arasındakı fikir ayrılığından danışan Tural Abbaslı, bu cür situasiyalarda Müsavat partiyasının haqlı olmasının sonradan göründüyünü dedi: "Digər narazılıqlar və fikir ayrılıqları isə Milli Şuranın ideoloji xətti ilə bağlı olub. Müsavat həmişə o fikri müdafiə edib ki, Rəsulzadə-Elçibəy yolu qurumun ideoloji xətti olmalıdır. Biz bu gün də o fikirdəyik. Başqa bir fikir ayrılığı avro-inteqrasiya ilə bağlı olub. Müsavat partiyası o fikirdə olub ki, avro-inteqrasiya məsələsi Milli Şuranın prioritet istiqaməti olmalıdır. Yenə də qurum üzvləri sonradan, gec də olsa bu fikrə gəldilər. Əgər bu gün və ya sabah Müsavatla Milli Şurada təmsil olunanlar arasında hansısa fikir ayrılığı olacaqsa, sizi əmin edirəm ki, sonradan onlar da Müsavat partiyasının mövqeyinə gələcək və bizim fikirlərimizi bölüşəcəklər". |
2013-11-25 | 2,396 | Dünən Azərbaycanda 46 cinayət baş verib | Dünən Azərbaycanda gün ərzində Daxili İşlər Nazirliyi tərəfindən 46 cinayət faktı qeydə alınıb. "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 14 nəfər həbs edilib. |
2013-11-25 | 2,398 | İran parlamenti qarşısında aksiya | İranda narkotik qaçaqmalçılığına görə edama məhkum olunmuş şəxslərin həyat yoldaşları, anaları, uşaqları və digər ailə üzvlərinin iştirakı ilə Tehranda Parlament binası qarşısında etiraz aksiyası keçirilib. Bu barədə İRNA agentliyi xəbər verir. Məlumata əsasən, onlar Parlamentdən edam hökmünün daha yüngül bir cəza ilə əvəz olunmasını tələb ediblər. Etirazçılar əllərində "Edam hökmünü yüngülləşdirin" yazılmış plakatlar tutublar. İran KİV-nin məlumatına görə, artıq neçənci dəfədir ki, narkotiklərə görə edama məhkum olunmuş şəxslərin ailə üzvləri Parlament qarşısında etiraz aksiyası keçirir. Beynəlxalq KİV-in məlumatına görə, 2013-cü ilin əvvəlindən indiyədək İranda 400 nəfərdən çox şəxs edam olunub. İran KİV-nin məlumatına görə, hazırda bu ölkənin həbsxanalarında 300-dən artıq şəxs narkotik qaçaqmalçılığına görə edam olunacağı günü gözləyir ( Trend ). |
2013-11-25 | 2,399 | Canlı yayımda azərbaycanlı yazıçı döyüldü - Video | Rusiya prezidenti Vladimir Putinin 2012-ci il seçkiləri zamanı əsas dəstəkləyiciləridən olan Azərbaycan əsilli yazıçı Eduard Bağırov NTV kanalının efirində gedən canlı veriliş zamanı döyülübmüş. Dava dekabrın 11-də "Son söz" verilişinin canlı yayımında baş versə də, material mediada yenicə yayılıb. Rusiyalı siyasətçi, "Rusiya Ümumxalq İttifaqı"nın sədrinin müavini İvan Mironov Bağırovun ünvanına "Çamadan-Azərbaycan" ifadəsi işlədib. Bundan sonra Bağırov ona hücum etmək istəyərkən studiyadakılar tərəfindən döyülüb ("Virtual.az"). |
2013-11-25 | 2,400 | Məqsəd hakimiyyətin istefasına nail olmaq deyil - Ukraynadan | Əməkdaşımız Zümrüd Yağmur Ukraynadan xəbər verir: Kiyevdə güclü yağış yağmasına baxmayaraq mitinq davam edir. İnsanlar gecə də Maydanı tərk etməyiblər. "Avropa meydanı"nda isə daha çox çadır qurulub. Hətta gecə saatlarında Ukraynanın müxalifət partiyalarının nümayəndələri Maydanda açıq havada, soyuqda qalan tələbələrə "Avropa meyadnı"na gəlməyi təklif edərək, orda daha yaxşı şəraitin olduğunu bildirsələr də, gənclər onların təklifini qəbul etməyiblər. Onlar "Avropa meydanı"nda partiya bayraqlarının olduğunu əsas gətirərək öz yerlərində qalıblar. Azərbaycan mətbuatında keçən gün mitinqdə iğtişaşaların olduğu barədə məlumatlar gedib. Əslində Nazirlər Kabineti qarşısında mitinqçilərlə polis arasında qısa epizodlarla bir neçə dəfə itələşmələr baş verib, polis əsasən müdafiə mövqeyində dayanmağa üstünlük verib. Bir neçə dəfə isə polis havaya gözyaşardıcı qaz atmaqla aksiya iştirakçılarına xəbərdarlıq edib. Nazirlər Kabinetindən parlamentin binasına gedən yolda mən özüm 10-dan yuxarı polis avtobusu saydım, amma onlar əhaliyə qarışmır və avtobusların içindəcə gözləyirdilər. Bu gün də Maydan və "Avropa meydanı"ında yüzlərlə aksiya iştirakçısı meydanı tərk etməyib. Onlar gün boyu mitinqi davam etdirəcəklərini bildirirlər. Gün ərzində onlara yeni insanların qoşulacağı da gözlənilir. Bir neçə gün davamlı aksiyalar olmasına baxmayaraq, Kiyevdə normal həyat davam edir və şəhərdə tam sakitçilik hökm sürür. Burda görüşdüyümüz aksiya təşkilatçılarından olan şəxslər bildirirlər ki, məqsəd əslində birmənalı olaraq hakimiyyətin istefasına nail olmaq deyil, Avropa Birliyinin təklif etdiyi Assosasiya sazişinə mane olan Rusiyanın təyziqlərini neytrallaşdırmaq və Ukrayna cəmiyyətinin dəstəyini almaqdır. Bu, eyni zamanda hakimiyyətin daxilində olan Rusiyapərəstlərin mövqeyini zəiflətmək və prosesə mane olmaq imkanlarını məhdudlaşdırmağa xidmət edir. Ölkədə fəalliyyət göstərən bütün müxalif qüvvələr birlikdə hərəkət edir. Bundan başqa xüsusən axşam saatlarında parlamentin deputatları dəstə-dəstə meydanlara gəlir, çıxış edib insanları ruhlandırırlar. Hələ ki, mitinqlərə qarşı ən aqressiv münasibəti yağışlı və soyuq Kiyev havası göstərir... |
2013-11-25 | 2,401 | Bulvarda kişi meyiti tapıldı | Dənizkənarı Milli Parkda naməlum kişi meyiti tapıldı. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Səbail rayonu Dənizkənarı Milli Parkda dənizdə naməlum kişi meyitinin olması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. Görülən tədbirlər nəticəsində təxminən 30-35 yaşlarında naməlum kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. |
2013-11-25 | 2,402 | Kürdistan Muxtar Respublikası qurulacaq - Kritik | Corc Buşun 2-ci hakimiyyəti dövründə ABŞ Milli Təhlükəsizlik sözcüsü adıyla ölkəsinin ən kritik xarici siyasətinə istiqamət vermiş siyasətçilərdən biri olan Stefen Hadli Suriyadakı inkişaflar və Türkiyənin Suriyaya baxışı mövzusunda son dərəcə maraqlı açıqlamalar verib. "Hürriyyət" qəzetinə müsahibə verən Stefen Hadli Türkiyənin "Əl-Qaidə"ni dəstəklədiyi fikrinə qatılmadığını, ancaq Türkiyənin radikal qruplaşmaların ölkəyə girişinə mane olması gərəkdiyini söyləyib. Hadli, "Türkiyənin Şimali Suriyada öz sərhədində "Əl-Qaidə" dövlətinə ehtiyacı yoxdur", - deyib. Çox güman ki, Suriyadakı kürdlərin muxtar respublikası olacaq "Suriyada kürdlərlə Əl-Qaidə terrorçuları arasında mübarizə olduğu məlumdur. Gərək tezliklə Əsəd getsin ki, bu fərqli qruplaşmalar arasındakı qarşıdurmalar nəzarət altına alına bilinsin. Şimali Suriyanı "Əl-Qaidə" üçün təhlükəsiz sahə olmaqdan çıxarmaq məcburiyyətindəyik. Yəni bizim ümumi hədəfimiz bu olmalıdır. Bu alınsa və Suriya bu qorxunc faciədən çıxa bilsə, məncə, Suriya etnik azlıqlar çoxluq təşkil edən bölgələrə daha çox muxtariyyət verilə bilən bir ölkə olacaq. Dolayısıyla, kürdlərin yaşadığı bölgələrdə də güman ki, daha çox muxtariyyət olacaqdır". |
2013-11-25 | 2,403 | Baş nazirin gizli sənədləri yayıldı - Foto | Ukraynanın baş naziri Nikolay Azarov gizli şəkildə Gömrük İttifaqına girməklə bağlı sənədləri hazırlamaqla məşğuldur. "Axar.az"ın "gazeta.ua"yə istinadən verdiyi məlumata görə, bu açıqlamanı Ukrayna Radasının deputatı Sergey Kaplin edib. Onun sözlərinə görə, N.Azarov bu addımı xalqın keçirdiyi mitinqlərin əleyhinə olaraq atıb. S.Kaplin həmçinin sənədləri hazırlamaqla bağlı parlamentdən, ümumiyyətlə, heç bir kəsdən icazə alınmadığını da söyləyib. Deputat artıq hazır olan sənədlərin sürətini ictimaiyyətə təqdim edib. |
2013-11-25 | 2,404 | Politoloqlar Maydana fərqli baxır - Şərh | Noyabrın 21-i Nazirlər Kabineti Ukrayna və AB arasında Assosiativ sazişin imzalanmasına hazırlıq prosesini dayandıran sərəncamdan sonra ukraynalılar ardı-arası kəsilməyən mitinqlərə start veriblər. Tələb Avropa Birliyi ilə Assosiativ sazişi imzalamaqdan imtina edən hökumətə təzyiq etmək və qərarı dəyişməkdir. "Bu aksiyalar nə vəd edir" sualına yerli və beynəlxalq ekspertlər necə cavab verir? "Maydan" bizə də təsir edəcək "Axar.az"a Ukraynadakı etiraz aksiyalarını şərh edən Hikmət Hacızadə bildirdi ki, aksiyalar öz bəhrəsini bu gün verməsə də, ümumiyyətlə gedişata təsir edəcək: "Mütləq deyil ki, aksiya həmən günü, həmən hadisəyə təsir edib nəyisə köklü şəkildə dəyişsin, ancaq gələcəkdə yenə danışıqlar olanda xalqın etirazı nəzərə alınacaq". Aksiyaların qonşu dövlətlər, eləcə də, Azərbaycana mənəvi təsir göstərəcəyini də qeyd edən H.Hacızadə bildirdi ki, ölkəmiz Avropaya Assosiativ üzvlük oyununda hələ də iştirak etmir: "Ancaq biz də Avropanı istəyirik və bu məsələ mütləq gündəmə gələcək". Heç bir böyük dəyişiklik olmayacaq Rus ekspertlərin məsələ ilə bağlı açıqlamalarında isə bildirilir ki, dövlətin qərarından narazı olan 50 minə yaxın aksiya iştirakçısı 2004-cü ildə olduğu kimi Ukrayna cəmiyyətində böyük dəyişikliklərə səbəb olmayacaq. Onların fikrincə, indiki Maydan daxili siyası mübarizənin bir alətidir və güclü xarici amil yoxdur. Ekspertlər tezliklə mitinq iştirakçılarının dağılışacağını bildirib. Əlavə edək ki, rus politoloqların bu yanaşmasında həm də dövləti maraqların dayandığı istisna edilmir. |
2013-11-25 | 2,405 | Putin Papa ilə Suriyanı müzakirə edəcək | Rusiya prezidenti Vladimir Putin 25-26 noyabrda İtaliya səfəri çərçivəsində Papa Fransislə Vatikanda görüşəcək. Rus liderin Papa ilə Suriya böhranını müzakirə edəcəyi bildirilir. "Axar.az"ın xəbərinə görə, Kremlin xarici siyasət məsləhətçisi Yuri Uşakov Peterburqda sentyabr ayında Roma papasının Putinə mesaj göndərərək Suriya böhranının güc istifadə etmədən həllini istədiyini xatırladaraq, iki ölkə lideri arasında məsələnin yenidən müzakirə ediləcəyini bildirib. Görüşdə digər mövzuların da müzakirə ediləcəyini deyən Uşakov xüsusilə Orta Şərq və Afrikada xristian əhalinin nüfuzunun qorunması ilə bağlı məsələlər gündəmdə olacaq. Vatikanla rəsmi əlaqələrin qurulduğu 2009-ci ilin dekabr ayından bu yana dövlət başçıları səviyyəsində üçüncü görüş gerçəkləşəcək. Rusiya prezidenti 2000-ci və 2003-cü ildə Papa II. Con Polla və 2007-ci ildə də Papa XVI Benediktlə görüşüb. Putin səfər çərçivəsində Papa ilə əvvəl təkbətək görüş keçirəcək, sonra isə Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə Naziri Sergey Şoyqu görüşə qatılacaq. Daha sonra Putin Vatikan səfəri çərçivəsində Vatikan Baş naziri Pietre Parolin arasında görüş baş tutacaq. Xatırladaq ki, soyuq müharibə dövründə gərgin olan Rusiya ilə Vatikan əlaqələri son olaraq Sovet lideri Mixayıl Qorbaçovun 1989-cu ildə Papa II. Con Paulu ziyarət etməsindən sonra yumşalmağa başlayıb. Ancaq iki kilsə arasında min ildir davam edən ayrılıq səbəbi ilə Papanın Rusiya ziyarəti bu günə qədər reallaşmayıb. İki kilsənin nümayəndələri də ortaq məxrəcə gələ bilməmək üzündən əlaqələr qurulmayıb. |
2013-11-25 | 2,406 | YAP-dan referendum açıqlaması | YAP-dan referendum açıqlaması : "Gündəmdə belə bir məsələ yoxdur" Azərbaycanın Avrasiya İttifaqı ilə Avropaya inteqrasiya arasında seçim etmək üçün referendum keçirməyə hazırlaşması haqda deyilənlər əsassızdır. "Axar.az" xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifət mətbuatında Azərbaycan hakimiyyətinin Rusiya prezidenti Vladimir Putinin layihəsi olan Avrasiya Ittifaqı ilə Avropaya inteqrasiya arasında seçim etmək üçün referendum keçirmək barədə düşünməsi və bu prosesə hazırlaşması yönündə yer alan məlumatlara, səslənən iddialara münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, gündəmdə belə bir məsələ yoxdur. "Bildiyiniz kimi, referendum keçirmək üçün ilk öncə cəmiyyətdə, o cümlədən, Milli Məclisdə müzakirələr açılmalı, həmçinin, ümumxalq səsverməsinin keçirilməsi ilə bağlı sərəncam olmalıdır və sair. Ancaq gündəmdə və ortalıqda isə belə bir məsələ yoxdur. Bu baxımdan, bu yöndə deyilənlər tam əsassızdır"- deyə, o, bildirib. Bununla yanaşı, YAP rəsmisi Azərbaycanın Avropaya, Avroatlantik məkana inteqrasiyasında da heç bir problem olmağını vurğulayıb. "Azərbaycan Avroatlantik məkana inteqrasiya edir və bu yöndə də heç bir problem yoxdur. Azərbaycan həm Avropa İttifaqı, həm NATO, həm ATƏT, həm Avropa Şurası ilə yaxından əməkdaşlıq edir və bundan sonra da bu əməkdaşlıq davam etdiriləcək"- deyə, S.Novruzov sonda sözlərinə əlavə edib. |
2013-11-25 | 2,407 | İzmir su altında qaldı | "Axar.az" Türkiyə mətbuatına istinadən bildirir ki, İzmirdə yağan güclü yağış şəhər həyatını bərbad edib. Güclü yağışın təsirindən çox sayda ev və iş yerləri suyun altında qalıb və hazırda nəqliyyatın hərəkəti iflic vəziyyətdədir. Bu gün saat 04.00-də başlayan, xüsusilə saat 07.00-dan etibarən şiddətlənən yağış bütün şəhəri gərgin vəziyyətə salıb. Səhər saatlarında işə gedən insanlar nəqliyyatın hərəkətinin məhdudlaşması üzündən dayanacaqlarda sıxlıq yaradıb və nəticədə izdiham yaşanıb. Şəhər içindəki yağış sularının toplandığı ən böyük dərə olan "Meles"in dənizlə qovuşduğu nöqtədə pik həddə çatması aidiyyəti qurumları hərəkətə gətirib. Melesin Yaşıldərə hissəsində suyun səviyyəsinin artması nəticəsində dərə kənarındakı evlər də su altında qalıb. Ara-sıra internet və enerji xətlərində problemlər yaşanıb. Xilasetmə Dairə Rəhbərliyinin göstərişi ilə, 670 personal, 192 vasitə, 92 motopomp, 42 iş maşını, 18 yük maşını, 19 iş maşını, 4 ədəd xüsusi yük maşını, 29 kanal vasitəsi işə cəlb olunub. |
2013-11-25 | 2,408 | Ədliyyə naziri vitse-prezident seçildi | Panamada 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) "Qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə: çağırış və imkanlar" mövzusunda 7-ci illik konfrans keçirilib. Ümumi yığıncaqda Azərbaycan nümayəndə heyəti də iştirak edib. "Axar.az"a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfransda Azərbaycanı ədliyyə naziri, assosiasiyanın vitse-prezidenti Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. 105 ölkə və beynəlxalq təşkilatdan 500-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının, habelə mötəbər beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi forumun açılışı və ilk sessiyasına sədrlik Azərbaycanın ədliyyə nazirinə həvalə olunub. Giriş nitqi ilə çıxış edən nazir F.Məmmədov korrupsiyanın qanunun aliliyinə neqativ təsiri, IAACA-nın mühüm rolunu və ölkəmizin qurumun fəaliyyətinə dəstəyini qeyd edib, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və yaxşı təcrübələrin mübadiləsinə dair təkliflər irəli sürüb. Azərbaycan nümayəndə heyətinin üzvləri müxtəlif mövzular üzrə keçirilmiş müzakirələrdə fəal iştirak ediblər. Eyni zamanda, ümumi yığıncaqda təşkilatın prezidentinin, vitse-prezidentlərinin və İcraiyyə Komitəsi üzvlərinin seçkisi keçirilib. Çin Xalq Respublikasının Baş prokuroru Ç.Cianminq yenidən bu təşkilatın prezidenti, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov isə vitse-prezidenti seçilib. Forumun yekununda korrupsiyaya qarşı əhatəli tədbirlərə dair bəyannamə qəbul olunub. |
2013-11-25 | 2,409 | Allahşükür Paşazadə Ekmələddin İhsanoğlunu qəbul edib | Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Axar.az"ın xəbərinə görə, QMİ-də keçirilən görüşdə əməkdaşlıq əlaqələri, dini məsələlər barədə fikir mübadiləsi aparılıb. A.Paşazadə Azərbaycan ilə İƏT arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə etmiş, bu əlaqələrin perspektivlərindən söhbət açıb. O, Ekmələddin İhsanoğlunun Azərbaycana səmimi münasibətindən razılığını ifadə edib, İƏT-in daim Azərbaycana dəstək verdiyini diqqətə çatdırıb. Bakıda olmasından məmnunluğunu bildirən Ekmələddin İhsanoğlu Azərbaycan ilə İƏT arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışıb, əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini bildirib. E.İhsanoğlu bundan sonra da Azərbaycana dəstək verməyə hazır olduğunu vurğulayıb. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun iştirak edib. |
2013-11-25 | 2,410 | Misirdə balaban qalmaqalı | Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Misir Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "VI Beynəlxalq Səmaa Dini Musiqi Festival"-ında Azərbaycanın da iştirak etdiyi 12 ölkə təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, festivalın açılış günüdə 3 nəfərdən 2-i erməni olmaqla Rusiyanı təmsil edən iştirakçıların çıxışı azərbaycanlılar tərəfindən ciddi narazılıqla qarşılanıb. Buna səbəb, Avetis Manukyan tərəfindən ifa olunan milli musiqi alətimiz olan balabanın Ermənistanın nəfəs musiqi aləti kimi təqdim edilməsi olub. Bununla yanaşı, Misir Mədəniyyət Nazirliyi tərəfindən paylanılan xüsusi proqram kitabçasında Rusiya Federasiyasını təmsil edən iştirakçıdan birinin doğulduğu yer kimi Xankəndinin Ermənistan ərazisi kimi qeyd olunması Azərbaycanı təmsil edən nümayəndə heyətinin kəskin etirazına səbəb olub. Diaspor nümayəndələri bu barədə misirli festival təşkilatçılarına və iştirakçılara məlumat verib, bu məsələ ilə bağlı öz etiraz və iradlarını bildiriblər. Nəticədə ermənilərin yekun bağlanış konsertində iştirakı qadağan olunub ( Trend ). |
2013-11-25 | 2,411 | Nəqliyyat Nazirliyi jurnalsitin döyülməsinə reaksiya verdi | Jurnalist Abuzər Cəfərlinin "Musavat.com" saytına verdiyi məlumata görə, 5-6 nəfər mülki geyimli şəxs özlərini NN-in müfəttişləri kimi təqdim edərək, ona xəsarət yetirib, sənədlərini və maşınının mücrüsündəki 150 manat pulunu götürərək gediblər. Mətbuat məsələni birtərəfli şəkildə işıqlandırır Nəqliyyat nazirliyinin mətbuat katibi Namiq Həsənov "Axar.az"a açıqlamasında son günlər nəqliyyat müfəttişlərinin artan özbaşınalıqları və Abuzər Cəfərlinin döyülməsi xəbərinə aydınlıq gətirdi: "Bəzən mətbuat bu məsələni birtərəfli şəkildə işıqlandırır. Müfəttişlər onların icraatına daxil olan şəkildə lazım olan sənədləri vətəndaşdan tələb edirlər. Bu vaxt sürücü sənədi təqdim etməkdən imtina edir və nəticədə bəzi xoşagəlməz hallar baş verir. Düzdür, etiraf edirəm ki, bəzi müfəttişlər qanunsuz hərəkətlər törədir və biz onların qarşısını almaq üçün əlimizdən gələni edirik. Cəzası sübuta yetirilən əməkdaşlarımızı işdən azad edib, məsuliyyətə cəlb edirik. Təəssüflər olsun ki, hər hansı bir əməkdaşın özbaşınalığı Nəqliyyat Nazirliyinin adına yazılır. Jurnalist Abuzər Cəfərlinin döyülməsi məsələsini bu gün mətbuatdan oxudum. Doğrusu, onu tanımadım, amma bu, faktı araşdırmağımıza əngəl törətmir. Bu haqda lazımı tədbirlər görülür və əminəm ki, hadisədə günahkar olan sonda layiqli cəzasını alacaqdır". Müfəttişin üzərinə düşən vəzifə Nazirlik sözçüsü həmçinin sürücü sənədi təqdim etməkdən imtina edərsə, nəqliyyat müfəttişlərinin hüquqi cəhətdən üzərinə düşən vəzifə barədə məlumat verdi: "Bu vaxt müfəttişin sürücüyə qarşı hər hansı zorakı üsul tətbiq etməsi qanunsuzdur. Vətəndaş sənədi təqdim etməkdən imtina edərsə, müfəttiş dərhal bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmalıdır. Müfəttişin qanunsuz əməlləri haqda isə bizim "qaynar xətt" və DİN-in "102" xidməti ilə əlaqə yaratmaq yetərlidir". |
2013-11-25 | 2,412 | Suriya hökuməti İranı təbrik edib | "İranla əldə edilən razılaşmada məntiq təhdidə qalib gəldi". Bu sözləri Suriya Xarici İşlər Nazirliyindən deyiblər. "Axar.az"ın xəbərinə görə, Suriya Xarici İşlər Nazirliyi İran və "5+1 qrupu" arasında əldə edilən razılaşmanın tarixi zəfər olduğunu bildirərək, İran xalqını və hökumətini təbrik edib. Dəməşq rəhbərliyi razılaşmanın əldə edilməsini regional böhranların həllində və beynəlxalq aləmdə təhlükəsizliyin qorunmasında siyasi yolların hər cür xarici təhdidlərdən ən yaxşı yol olduğunu deyib. Bundan əlavə Suriya Xarici İşlər Nazirliyi İsrailin Orta Şərqdə sabitliyin bərpa edilməsində ən böyük maneə olduğunu vurğulayıb. |
2013-11-25 | 2,413 | Sabir Rüstəmxanlı: “Gözümüzü tüstü bürüyüb“ | "AMEA-nın prezidentinin Şamaxı rəsədxanası ilə bağlı qaldırdığı məsələ son dərəcə ağrılıdır". Bunu "Modern.az"a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, Şamaxı rəsədxanasının elmin inkişafında müstəsna xidmətləri var. "Şamaxı rəsədxanasını qorumaq Azərbaycanın mühüm bir elm sahəsinin inkişafı üçün yol açmağın bir yoludur. Astronomiya elmi inkişaf edir, Azərbaycan kosmik respublikadır. Ölkədə kosmosla bağlı elm sahəsinə ciddi fikir verilir. Artıq öz peykimizi buraxmışıq. Gələcəkdə bu sahə daha da inkişaf etdiriləcək. Kosmos təkcə ulduzlara raket göndərmək üçün deyil. Kosmos yeri öyrənmək üçündür". S. Rüstəmxanlı özünün "Sunami" romanında bu məsələyə illər öncə toxunduğunu deyir. "O romanımda yazmışam ki, bu rəsədxana insanın göyə baxan gözüdür. Biz insanlar havada, bu boyda kainatda qum dənəsiyik. Ətrafımızda, dünyada nələr baş verirsə, onu görməliyik. Şamaxı rəsədxanası bizim görən gözümüzdür, amma onun böyür-başına o qədər istirahət yerləri tikilib ki, o gözü tüstü ilə bürüyüblər. Romanda da var ki, hətta kosmos da fantastik bir şeydir. Kosmosdan gələn birisi deyir ki, baxın görün kainatda nələr baş verir. Ona görə də Akademiya prezidentin fikrini müdafiə edirəm". Qeyd edək ki, AMEA-nın prezidenti Akif Əlizadə Şamaxı rəsədxanasının yaxınlığında tikintilərə qadağa qoyulması üçün Prezident Administrasiyasına müraciət edib. |
2013-11-25 | 2,414 | Bombadan danışan uşaqların yanına bomba düşdü - Video | Təhlükəsizliyin tamamilə yox olduğu Suriyada insanlar küçələrdə ölüm qorxu ilə yaşayırlar. Bu vəziyyəti daha yaxşı izah edən video sosial şəbəkələrdə paylaşılıb. Şamın Cobar bölgəsində uşaqlar küçədə bir-biriləri ilə söhbət edən zaman bomba düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. |
2013-11-25 | 2,415 | Ex, Faiq, çort s vami | "Feysbuk" sosial şəbəkəsində xeyli dostum var. Bu xeyli dostun bir xeylisi də başqa millətin nümayəndələridir ki, ara-sıra onlarla yazışırıq. Yazışırıq deyəndə ki, vaxtım olanda onları mən "dürtürəm" və dürtməmə cavab olaraq onlar bu dürtülməyə reaksiya verirlər, gül və gülüş şəkli, arada da oxlanmış ürək şəkli göndərirlər. Bu virtual məhrəmliyin sonu hərdən virtual dalaşmaya gəlib çıxır. Dirənişimə rəğmən, "Ex, Faiq, çort s vami" yazıb, ağ bayaraqlarını qaldırdıqları vaxt da olur. Bu ağ bayraqların qalxmasından aldığım zövqü təsəvvür etmək yəqin ki, çətin olmaz. Bir həqiqəti də deyim ki, əks tərəfin arqumentləri də xeyli güclü olur və mən bunları bilə-bilə bəzən haqlı tərəfi haqsız çıxarıram. Bax, onda o tərəf mənə vaxt ayırmağın yersiz olduğunu dərk edir, mən isə heç də özümü o yerə qoymuram. Bu gün də belə oldu. Rusiyadan Tatyana Çumakova mənə yazdı ki, o nədi sizdə hansısa dini mərasim günü göydə Allah görünüb. Ardınca da soruşdu ki, bu "siğə" nə deməkdir? "Siğə"nin nə olmasını başa salmağı sonraya saxlayıb, Tanyaya dedim ki, yekə qızsan, küfr danışma. Göy üzündə Allah görünməyib, "prosto", buludlar göy üzündə səf-səf düzülüb və bu düzülüşdən "Allah" sözü oxunub. Hələ üzünü görmədiyim, əlini tutmadığım Tatyana cavabında gülüş işarəsi qoydu, və "Eh, siz müsəlmanlar...))))" yazdı. Hirs nə təhər vurdusa təpəmə, Tanyanı elə "FB"də virtualladım. Dedim, az, nə təhər olur, sizin üç hərflik "Boq"unuzun qüdrəti çatmır özünü nümayiş etdirməyə, bizim 5 həriflik "Allah"ımıza gülürsən? Çumakovanı "çmo" gününə qoydum. Dedim, şəkk eləmə. Azərbaycandakı toyuqların yumurtasına "La ilahə illəllah" sözünün yazılmasını ona xatırlatdım. Özü də ərəb qrafikası ilə. Dedim, az, nə təhər olur, Rusiyanın toyuq-cücə istehsal eləyən bölgələrindəki ev quşlarının birinin istehsalına heç olmasa kiril əlifbası ilə "Boq" sözü yazılırmı? Hələ, hansısa gavalının, göyəmin, pomidorun üstünə qurban olduqlarımızın gül kəlamlarının yazılmasını demirəm. Yazıq siğə həvəskarı olan Tanyanın matı-qutu qurudu. Heç nə yaza bilmədi, eləcə nöqtələr və mötərizənin ikinci qapanan tərəfini qoymaqla kifayətləndi. Mənası təxminən belə idi, daha sənə sözüm yoxdur və gülüş. Tanyaya dəxi başa saldım ki, Allah-Təala biz müsəlmanları sevdiyi kimi başqa dinin nümayəndələrini heç sevməz. Elə bu yaxınlarda Aşura günü Yevlax rayonunda məscidin minarələrinin üstündə nə təhər oldusa göydə buludlar dombalaq aşdı, yerlərini dəyişdi, nə bilim nə pəstahdan çıxdılarsa, qurbanı olduğumuzun adı yazıldı. Hər kəsin əli ağzında qaldı. Bəs biz müsəlmanların ahu-naləsidır də Amerikada, Avropada təbii fəlakətlər dal-dala düzülür. Tanrının bizə olan lütfü bundan ibarətdir. Bizim nəyimizə gərəkdir ki, torpaqlarımız işğalda, adamlarımız əsir-yesirdi. Əsas odur ki, Allahımız var, və bizləri sevir. Yumarta qabığındakı yazılarla, doğulan körpə uşağın göbəyində yazılan hədislərlə, pomidorun üstündəki ərəb qrafikası ilə yazılan kəlamlarla Allah-Təala yolunu azmışları düz yola qaytarmaq istəyir. Mənim bu patriotluğuma Tanyanının barmaqları qurudu klaviaturanın üstündə. Daha bir söz yazmadı... Tanya Çumakovanı "çmo" gününə nətəhər qoydumsa, siğənin nə olduğunu izah eləməyimə heç ehtiyac duymadı... |
2013-11-25 | 2,417 | Sabah bir neçə rayonda qaz olmayacaq | Sabah Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar noyabrın 26-da bu ərazilərdə qaz olmayacaq: * saat 09:00-dan 17:00-dək "Quba" qazpaylayıcı stansiyasında "Quba" və "Qəçrəş" ölçü qovşaqlarında * saat 10:00-dan 16:00-dək "Sulutəpə" qazpaylayıcı stansiyasında * saat 10:00-dan 18:00-dək "Xudat" avtomatik qazpaylayıcı stansiyasından Xudat şəhərinə gedən qaz kəmərində * saat 11:00-dan 13:00-dək "Böyükşor" qazpaylayıcı stansiyasında * saat 11:00-dan 14:00-dək "Kövər" qazpaylayıcı stansiyasında * saat 14:00-dan 15:00-dək isə "Sahil-2" qaz ölçü qovşağında. Təmir işləri aparılan müddətdə Quba rayonuna, Binəqədi, Xəzər və Sabunçu rayonlarının bir hissəsinə, Xaçmaz rayonunun Xudat şəhərinə və Yevlax rayonunun Kövər kəndinə təbii qaz verilişində fasilələr yaranacaq. |
2013-11-25 | 2,418 | Bətnindəki körpəni çəkiclə döydü - Video | İngiltərənin Birminghem şəhərində məsuliyyətsiz bir hamilə qadının bətnindəki körpənin nə qədər güclü və möhkəm olduğunu göstərmək üçün əlinə götürdüyü çəkiclə qarnına vurması uşaq haqları üzrə qurumları ayağa qaldırıb. 24 yaşlı Hiter Torp adlı qadın 8 aylıq hamiləykən bətnindəki körpənin nə qədər dözümlü olduğunu göstərmək üçün çəkiclə qarnına vurarkən körpənin atası Sin Hanlon da o dəhşətli səhnələri cib telefonuyla çəkib. Bu hadisədən bir neçə həftə sonra oğulları Conatan dünyaya gəlib. Görüntülərinin internetdə yayılmasından sonra uşaq haqları qurumları ayağa qalxıb. Məsuliyyətsiz ana haqqında istintaq açılıb, hadisənin "qəhrəmanı" olan qadın isə açıqlama verməkdən boyun qaçırır. |
2013-11-25 | 2,419 | Cenevrə - II konfransı yanvarın 22-də keçiriləcək | BMT Baş katibi Pan Gi Mun II Cenevrə konfrasının yanvar ayının 22-də keçiriləcəyi barədə məlumat verib. Pan Gi Mun bildirib ki, Cenevrə - II konfransında Suriya ilə bağlı məsələlər müzakirə ediləcək. Qeyd edək ki, Suriya hökuməti və müxalifəti arasında qarşıdurmaların başladığı tarixdən bu yana bu məsələ ilk dəfə olaraq Cenevrədə müzakirə ediləcək. Pan Gi Mun bu konfransın təşkil edilməsində ABŞ, Rusiya və Ərəb Birliyi Suriya Xüsusi Nümayəndəsi əl-Əhdər Əl-İbrahimiyə təşəkkür edib. Baş katib son olaraq Cenevreyə ümidlə gedəcəklərini bildirib. |
2013-11-25 | 2,420 | Ermənilər Kəlbəcər yolu üçün pul yığır | null |
2013-11-25 | 2,421 | “Türkiyədə minlərlə sənədsiz azərbaycanlı uşaq yaşayır” | Türkiyədə yaşayan sənədsiz uşaqların çoxu Naxçıvan Muxtar Respublikasının sakinlərinin birgə nikahından doğulan uşaqlardır. Bu məlumatı Movqe.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova verib. M. Əzizova bildirib ki, bu barədə Mərkəzə Türkiyədəki Qeyri Hökumət Təşkilatlarının rəhbərləri məlumat veriblər: "Bizə daxil olan məlumatlara görə, son illər Türkiyəyə işləmək üçün üz tutanların arasında Naxçıvan MR-nın sakinlərinin sayı kəskin artıb. Onlar bu ölkədə əsasən tikinti sahəsində çalışırlar. Naxçıvandan Türkiyəyə işləməyə gedənlərin sayı çox olduğundan, bu ölkədə doğulan uşaqların da sayı kəskin artıb. Onlar Naxçıvana qeyri-leqal yolla getdiklərindən Türkiyədə doğulan uşaqlarına sənəd ala bilmirlər. Son məlumatlara görə, Türkiyədə minlərlə sənədsiz azərbaycanlı uşaq yaşayır. Hazırda Türkiyədəki QHT-lər həmin uşaqları siyahıya almaq istiqamətində işlər aparırlar. Siyahıya alınmaya azərbaycanlıları yaşadıqları məhəllələrdən başlanılıb". |
2013-11-25 | 2,422 | Saakaşvili ABŞ-a mühacirət edib | Gürcüstanın keçmiş prezidenti ABŞ-da siyasi konsultasiyalar keçirir. Bu barədə "Axar.az"saytı keçmiş prezidentin "feysbuk" səhifəsinə istinadən xəbər verir. Keçmiş prezidentin sosial şəbəkədə yazdığına görə, Gürcüstandakı siyasi dəyişikliklər və ölkənin bundan sonrakı taleyi ilə bağlı ABŞ siyasi dairələri ilə bir sıra görüşlər keçirib. Bunların arasında Senator Con Makkeyn, Demokratlarin liderlerindən olan senator Cin Şaxin və 20-yə qədər senator və siyasətçilərlə faydalı əməkdaşlıqları üçün onlara təşəkkür edib. Gürcüstdandakı azərbaycanlı siyasi dairələrdən aldığımız məlumata görə isə, Mixail Saakaşvilinin səfərləri Gürcüstanın yox, özünün bundan sonrakı taleyi ilə bağlıdır. Çünki keçmiş prezidentin ölkəyə qayıdacağı halda həbs edilməsi məsələsi olduqca realdır və hakimiyyət dəyişikliyi olan andan bu məsələ gündəmdədir. "Axar.az"a danışan və adının açıqlanmasını istəməyən milliyətcə azərbaycanlı siyasətçi deyib ki, Saakaşvilinin ABŞ universitetlərindən birində professorluq etməsi ehtimal edilir. Mənbə deyir ki, ola bilsin, bu universitet Saakaşvilinin məzunu olduğu Harvard universiteti olsun. |
2013-11-25 | 2,423 | AB Rusiyanı ittiham etdi – bəyanat | Avropa İttifaqı Rusiyanı Ukraynaya təzyiqlər etdiyinə görə suçlayan rəsmi bəyanat qəbul edib. "Musavat.com"un məlumatına görə, bu barədə məlumat qurumun saytında yer alıb. AB-nin prezidenti Herman vam Rompey və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barozzo şəxsində verilən bəyanatda deyilir ki, Kremlin təzyiqlərinə baxmayaraq, Kiyevin AB ilə tərəfdaşlıq təklifini qəbul eləmək imkanı qalır. Məqalə müəllifləri hesab edir ki, ölkə vətəndaşları son günlər belə bir istəyi nümayiş etdiriblər. Ukrayna prezidenti Viktor Yanikoviç ölkənin qurumla assosiativ üzvlüklə bağlı sənədin imzalanmasının təxirə salınmasına baxmayaraq, dekabrın 28-29-da AB-nin Vilnüsdə keçiriləcək genişlənmə sammitinə qatılacağını bəyan edib. |
2013-11-25 | 2,424 | Anar Məmmədliyə ölkədən çıxmaq qadağan olundu | Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin ölkədən kənara çıxmasına qadağa qoyulub. Bu barədə Gozetci.az portalına A.Məmmədli məlumat verib: "Bu gün mənə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsindən bildirdilər ki, noyabrın 27-29-da Vilnüsda keçiriləcək Avropa Birliyi və Şərq Tərəfdaşlıq ölkələri sammitində iştirak edə bilməyəcəm. Çünki ölkənin bütün sərhəd-keçid məntəqələrində mənim hərəkət azadlığımın məhdudlaşdırılması barədə göstəriş verilib. Xatırladım ki, Vilnüs sammitinə dövlət nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Platformasının üzvü olan 10-dan artıq QHT nümayəndəsi dəvətlidir və mənim iştirakım iki ay öncədən planlaşdırılıb. Bu barədə Baş Prokurorluğu 2 həftə öncə məlumatlandırmışam. Sonuncu dəfə ötən həftə tədbirdə iştirak üçün səfər etmək imkanımı soruşmuşam. Bununla bağlı məndən geniş məlumat istəyiblər və ətraflı məlumat vermişəm. Ancaq bu gün zəng edib bildirdilər ki, ölkə sərhədlərini tərk edə bilmərəm və bu qadağa ən azı istintaqın sonunadək davam edəcək. İstintaqın başlamasından artıq 1 ay ötür və ötən müddət ərzində SMDT üzvlərinin ifadə azadlığı, birləşmək, toplaşmaq və seçki hüququnu məhdudlaşdıran istintaq prosesi aparılıb. İndi isə bizim hərəkət azadlığımızı məhdudlaşdırdılar. Buna da dözəcəyik və bu prosesin sonunu səbrlə gözləyəcəyik!" |
2013-11-25 | 2,425 | Suriyada 10 mindən çox qadın öldürülüb | Suriya İnsan Haqları Təşkilatı Suriyada daxili savaşın başladığı 2011-ci ildən bu yana 10 min 853 qadının öldürüldüyünü açıqlayıb. "Axar.az"ın xəbərinə görə, Suriya İnsan Haqları Təşkilatından verilən məlumatda 2011-ci ilin mart ayından bu yana təhlükəsizlik qüvvələrinin müxtəlif şəhərlərdə keçirdiyi əməliyyat nəticəsində 10 min 853 qadının həyatını itirdiyi, 7 min 500 qadının isə "cinsi təzyiqə məruz qaldığı" bildirilir. Ölənlər arasında 3 min 614 şəxsin azyaşlı olduğu, 461 qadının snayperçilər tərəfindən vurulduğu, 29 qadının da rejim tərəfindən işgəncələrə məruz qaldığı vurğulayıb. Hadisələr səbəbindən isə 2.1 milyon qadının ölkədən köç etmək məcburiyyətində qaldığı qeyd olunub. Qadın ölümlərinin ən çox baş verdiyi şəhərlər sırasında Dəməşq, Hələb, Xüms, İdlib və Dərə şəhərinin adı çəkilir. |
2013-11-25 | 2,427 | Xələf Xələfov pakistanlıları qəbul etdi | Xarici işlər nazirinin müavini Xələf Xələfov Pakistan İslam Respublikasının "Yüksək səviyyəli vəzifəli şəxslər üçün nəzərdə tutulmuş 99-cu Milli idarəetmə kursu"nun iştirakçılarını qəbul edib. "Axar.az" məlumat verir ki, bu, yüksək vəzifəli rəsmi şəxslərin regional, qlobal məsələlər barəsində biliklərinin və qərar qəbuletmə qabiliyyətlərinin artırılması üçün nəzərdə tutulub. Nazir müavini Azərbaycan-Pakistan siyasi əlaqələrinin yüksək inkişaf səviyyəsinə və dərin tarixi və mədəni-dini köklərə malik olduğunu qeyd edib. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. Xələf Xələfov beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəklədiyinə və Pakistan parlamentində Xocalı soyqırımının tanınması ilə əlaqədar qəbul edilmiş qətnaməyə görə Pakistan tərəfinə təşəkkürünü çatdırıb. |
2013-11-25 | 2,428 | CHP-dən suriyalılarla bağlı şok iddia - Fotofakt | CHP-nin sədr müavini Gürsəl Təkin minlərlə suriyalı mühacirə seçkilərdə səs vermələri üçün Türkiyə vətəndaşlığının verdilyini iddia edib. AKP hökumətinin mühacirlərlə əlaqədar siyasətinin sadəcə əmək istismarı ilə sərhədlənmədiyini deyən Təkin hökumətin suriyalı mühacirlərin seçkilərdə AKP-yə səs vermələri üçün Türkiyə vətəndaşlığı verildiyini bildirib. |
2013-11-25 | 2,429 | Planşet bazarında dəhşətli rəqabət başlayır | "Samsung" 2014-cü ildə planşetlərin tədarük həcmini 100 milyon ədədədək artırmağı planlaşdırıb. "Axar.az" məlumat verir ki, bu proqnozları "Digitimes" şirkəti verib. Şirkət 2014-cü ildə "Samsung"u izləyəcək digər şirkətlərin "ASUSTeK Computer" və "Lenovo" olacağını söyləyib. O, şirkətlərin planşet kompüterləri bazarında ikinci yeri tutan Cənubi Koreya istehsalçısından geriliyi azaltmağa çalışacaqlarını bildirib. "Digitimes" həmçinin, bu il "Samsung" planşetlərinin tədarük həcminin 35 milyon ədədi ödəyəcəyini söyləyib. "ASUSTeK"in nəticəsinin isə 12 milyon planşet olacağı bildirilib. Bundan başqa, şirkət "ASUSTeK"i üçüncü yer uğrunda sürətlə inkişaf edən Çinin "Lenovo" şirkəti ilə gərgin mübarizə gözlədiyini də bəyan edib. "Lenovo"ya gəldikdə isə bu şirkətin satışda qazandığı uğurları "Digitimes" əsasən daxili bazarda tələbatın olması sayəsində əldə olunduğunu bildirib. Lakin planşet bazarı oyunçularının əksəriyyətinin, o cümlədən "white-box" modeli üzrə çalışanlar məhsullarına diqqəti cəlb etmək üçün ucuz qiymətə qurğular təklif ediblər. "Digitimes"ın ekspertləri məhz buna görə "Lenovo"nun bu seqmentdə iştirak tempinin zəifləyəcəyini söyləyiblər. |
2013-11-25 | 2,430 | Şahbaz Xudoğlu: “80 min kitabı üstümüzə qaytarıblar” | "Metro-Servis" Yayım Şirkətində qəzet, kitab, jurnal və digər nəşrlərin satışına qadağa qoyulandan sonra metrostansiyalarda olan kitablar nəşriyyatımıza qaytarılıb". Bu sözləri "Axar.az"a açıqlamasında "Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu dedi. O bildirdi ki, il ərzində çap edilmiş kitabların hamısı nəşriyyata qaytarılıb: "Hər kitab çapdan çıxanda hərəsindən 150-200 ədəd olmaqla metrostansiyalara verilir. Bu qədər müəllifin və xarici ədəbiyyatdan olan kitabların hamısını nəşriyyata qaytarıblar. "Metro-Servis"i də qınamaq olmaz. Ancaq reallıq odur ki, 80 mindən çox kitab nəşriyyata qaytarılıb. Maddi tərəfi bir yana, bu qədər kitabı nəşriyyatda hara yığacağımızı belə bilmirik. İki gündür ki, metrolardakı kitabların hamısını qaytarırlar. Şəkildə gördüyünüz isə bunun cüzi hissəsidir". Şahbaz Xuduoğlu bildirdi ki, kitab və qəzetlərə qarşı çıxarılmış bu qərar əslində mədəniyyətə qarşıdır: "Kitab mədəniyyətdir. Bizim ordan itirdiyimiz maddiyatdırsa, xalq olaraq mədəniyyət sahəsindəki itkimizdir. Azərbaycanda kitaba həddən artıq ehtiyac var. Kitabın sahəsini genişlətmək lazımdır, daraltmaq yox". |
2013-11-25 | 2,431 | Milli Məclisin deputatları AŞPA-ya yolandılar | Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rafael Hüseynov və Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasına yola düşüblər. "Axar.az" məlumat verir ki, deputatlarımızın Strasburqda Demokratiya üzrə Dünya Forumunda iştirak edəcəkləri planlaşdırılıb. Milli Məclisin mətbuat xidmətindən verilən informasiyada forumda demokratiyanın inkişafı, vətəndaşların dövlət idarəçiliyində təmsil olunması, büdcənin formalaşmasında ictimaiyyətin rolu, seçkilərdə gənclərin fəallığı, elektron müraciətlərin araşdırılması mövzularında fikir mübadiləsi aparılacağı bildirilib. Noyabrın 30-da isə deputat Rafael Hüseynovun Parisdə AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak edəcəyi də nəzərdə tutulub. |
2013-11-25 | 2,432 | İslam dünyasının “Feysbuk”u açılır | "Salamvörld"ün sahibi Abdul-Vaxed Niyazov baş ofisinin islam aləminin mədəniyyət paytaxtı hesab etdiyi İstanbulda olacağını bildirib. Virtual dünyanın maraqla gözlədiyi sosial şəbəkə tez bir zamanda istifadəyə veriləcək: "İslam dünyasının "feysbuk"u olaraq adlandırılan "Salamvörld" 2014-cü ilin ilk günlərində istifadəyə veriləcək. İngiliscə, türkcə və ərəbcə yayımlanacaq saytın 17 ölkədə filialı yaradılıb. "Axşam" qəzetinə müsahibə verən "salamvörld"ün qurucusu Abdul-Vaxed Niyazov bunları deyib: Hədəfimiz 150 milyon üzvdür "Saytımızın baş ofisi İstanbuldadır. Çünki bu şəhər islam aləminin mədəniyyət paytaxtıdır. Hədəfimiz birinci il 15 milyon, 2017-ci ildə isə 150 milyon istifadəçi qazanmaqdır. Dünyada 1.7 milyard müsəlman var. 300 milyonu sosial şəbəkə istifadəçisidir. Ancaq islam coğrafiyasında "Feysbuk" kimi ciddi bir sosial şəbəkənin ünsiyyət platforması əskikliyi var. Statistikaya görə 2023-cü ildə bir milyard müsəlman sosial şəbəkədən istifadə edəcək. Biz 10 il sonrası üçün ən böyük addım atırıq". |
2013-11-25 | 2,433 | Ukrayna sazişə qoşulmaq üçün AB qarşısında iki şərt qoydu | Rəsmi Kiyev Avropa Birliyi (AB) ilə assosiativ üzvlüklə bağlı sənədi imzalamaq üçün iki əsas şərtinin olduğunu bəyan edib. Özü də bu şərtlər fonunda sabiq baş nazir Yuliya Timoşenkonun həbsdən azad edilərək Avropada müalicə alması məsələsi artıq gündəmdə deyil. Kiyevin şərtlərindən birincisi Beynəlxalq Valyuta Fondunun ölkəyə 10 milyard avro kreditin ayrılması və kommunal müəssisələr və dotasiyalı sənaye üçün qazın qiymətinin qaldırılması tələbindən imtinadır. İkinci şərt azad ticarət zonasında Ukrayna mallarının ixracına, o sırada metallurgiya məhsullarının ixracına qoyulan kvotanın götürülməsi ilə bağlıdır. Avrostrukturlardakı mənbədən bildirilib ki, AB bu şərtləri təmin eləməyə hazırdır, ancaq yalnız gələn ilin payızında – Avroparlamentə seçkilərdən sonra ("Musavat"). |
2013-11-25 | 2,434 | Şəmkirdə ağır yol qəzası: yaralananlar var | Bu gün saat 19 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonunun Dəllər Cəyir kəndindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. "Axar.az" "Kəpəz TV"yə istinadən məlumat verir ki, "VAZ 2107" və "VAZ 2109" markalı 2 minik maşınının toqquşması nəticəsində 2 nəfər ciddi bədən xəsarətləri alıb. Təcili olaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılardan birinin komada olduğu bildirilir. Həkimlərin sözlərinə görə, həmin şəxsin həyati təhlükəsi davam edir. Magistral yolun qəza baş verən hissəsində hərəkət müvəqqəti olaraq dayansa da, əraziyə əlavə polis naryadı cəlb olunduqdan sonra avtomobillərin hərəkəti bərpa edilib. Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqləri hadisənin baş vermə səbəblərini araşdırırlar. |
2013-11-25 | 2,435 | Sumqayıtdakı internat məktəb belə yandı - VİDEO | Sumqayıtda internat məktəbdə yanğın baş verib. "Axar.az" məlumat verir ki, yanğın nəticəsində 150 kv.m sahədə internat evinin I mərtəbəsində yerləşən anbarı yanaraq külə dönüb. 7-8-12-ci məhəllələrdə (Birləşmiş məhəllə) Sumqayıt şəhər Fars İngilis Təmayüllü İnternat Məktəbinin yataqxanasında baş verən yanğın təxminən saat 16:45 radələrində başlayıb. Təxminən 30 dəqiqə müddətində alov yanğınsöndürənləri məşğul edib. Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Tahir Quliyev yanğının səbəblərinin araşdırıldığını söyləyib. Fövqəladə Hallar Nazirliyi bu yanğınla bağlı açıqlama verib. Rəsmi saytda bildirilir: "Sumqayıt şəhərində ümumi sahəsi 4000 kv.m olan 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) yataqxana binasının 1-ci mərtəbəsində 3 otaqdan ibarət inventarlar saxlanılan anbarın yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar 100 kv.m sahədə yanmışdır. Yanğın zamanı 3-cü mərtəbədə müvəqqəti məskunlaşmış 15 nəfər məcburi köçkün yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür". |
2013-11-25 | 2,436 | Yaxşı yataqxananı ancaq seriallarda görmüşük - Fotoreportaj | Millət vəkili Qənirə Paşayeva parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş 13 noyabr tarixli iclasında tələbələrin yataqxana problemindən danışmışdı: "Məlum səbəblərdən yataqxanaların çoxunda qaçqın və məcburi köçkünlər məskunlaşıblar. İndi dövlətimizin maliyyə imkanları xeyli dərəcədə yaxşılaşıb və bu baxımdan yataqxanaların yenidən tələbələrin istifadəsinə verilməsi önəmli məsələlərdəndir. Tələbələrin böyük əksəriyyəti bahalı qiymətə başa gələn evlərdə kirayələməli olurlar. Xüsusən də imkansız təbəqədən olan tələbələr kirayə haqqı ödəməkdə əziyyət çəkirlər. Ona görə çox yaxşı olardı ki, növbəti ilin büdcəsində tələbələrin yataqxanalarla təmin olunması, yeni tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi məsələsi mütləq əksini tapsın". Bəs bu gün yataqxanalarda yerləşən tələbələrimizin gün-güzəranı necədir? Bu suala cavab tapmaq üçün yolumuzu Bakı Dövlət Universitetinin tələbə şəhərciyindən salıb, yataqxanadakı vəziyyətlə maraqlandıq. Açılmayan qapılar Yataqxanaya girən kimi, tələbələrin qaldıqları otaqların qapısını döyürəm. Heç kim məni otağına dəvət etmək istəmir. Hər kəs müxtəlif bəhanələr gətirir. Sonradan səbəb aydın olur: tələbələr yaşayış şəraitindən çox utandıqlarına görə "buyurun" deyə bilmir. Dəhlizdə bir-iki tələbəyə yaxınlaşıb danışmaq istəyirəm, amma onlar da vaxt darlığını bəhanə gətirib, tələsik uzaqlaşırlar. Xeyli foto çəkdikdən sonra biri yaxınlaşır: "Hardan gəlmisiz, kimsiz?"- bu tipli müxtəlif suallar verdikdən sonra, tələbələrlə yataqxana ilə, burdakı şəraitlə bağlı söhbət etmək istədiyimi bildirirəm. Adını, hansı rayondan gəldiyini soruşuram. İki xoruz əlləşdi... Həcər İbrahimova BDU-nun fizika fakültəsinin ikinci kurs tələbəsi olduğunu, Şəki rayonundan gəldiyini deyir. Rəsmən xahiş edirəm ki, məni içəri dəvət etsin. Həcər əvvəlcə tərəddüd edir. Sonra razılaşır. Utana-utana otaqlarını göstərir. Otaq çox basırıq olduğundan elə qapı ağzında çarpayıda otururam. Bu kiçik otaqda 4 nəfər qalır, bura onların mətbəxi, dərs çalışma otağı, eyni zamanda yatdıqları yerdir. Yataq otağı yox, məhz yatdıqları yer. - Necə yaşayırsız? - Özünüz görmürsüz? - Sualımıza sualla cavab verir. Və davam edir: - Yataqxana bərbad gündədir. Antisanitariya baş alıb gedir. Tarakanlar gəzir yerdə. Adam burda xəstəliyə düşməsə möcüzə olar. Mətbəx də, hamam da eyni gündədir. - Dörd nəfər üçün bir balaca otaq darlıq eləmir? - Otaqlar çox sıxlıqdır. Tərpənmək mümkün deyil, bir-iki nəfər üçün nəzərdə tutulan bu otaqda dörd nəfər tələbənin necə qaldığını təsəvvür eləyin də. Amma nə edə bilərik, bizim ayrı seçimimiz yoxdur. Kirayə də baha başa gəlir. - Dərs oxuyanda necə, dörd nəfər bir otaqda necə yola gedir? - Oxumaq mümkün deyil. İki nəfər oxuyanda birimiz də çıxıb, soyuq dəhlizdə oxuyuruq. Bura tələbələr üçün nəzərdə tutulsa da, maraqlıdır ki, əvvəldən burda dərs oxumaq üçün ayrı yer nəzərdə tutulmayıb. Daha sonra otaqda olan o biri tələbə də söhbətimizə qoşulur. Aytən Namazova birinci kurs tələbəsidir. O da yataqxanadakı şəraitin dözülməz olduğunu deyir. Burda qaldıqları üçün nə qədər pul ödədiklərini soruşuram. - İlinə yüz manat. Kirayədə qalmağa imkanım yoxdur. Həm də tələbə istəyər ki, əsl tələbəlik həyatı keçirtsin. Burda isə bu, mümkün deyil. Bura yaşayış üçün heç bir standarta cavab vermir. Biz bu ölkənin gəncləriyik, amma görün gənclər harda və necə şəraitdə dərs oxuyur, necə yaşayır. İnstituta daxil olanda böyük xəyallarım var idi. Biz yaxşı tələbə yataqxanasını ancaq filmlərdə, türk seriallarında görmüşük. Çox arzulayardım ki, bizim ölkənin gənclərinin də elə tələbə həyatı olsun. Burda isə hər şey tamamilə fərqlidir. Hər şey xəyallardakı kimi deyil. Gələn ilə ümid Yataqxanada nə qədər tələbə danışdırırsan-danışdır, fərqli cavab ala bilməyəcəksən. Ona görə də otaqda foto çəkiliş edib onlarla sağollaşırıq. Ümid gələn ilin büdcəsinə qalır. |
2013-11-25 | 2,437 | Bu ölkədə İslam dini qadağan edildi, məscidlər söküldü | Afrika dövlətlərindən Anqola İslam dinini ölkədə qadağan etdi. "Axar.az"ın Türkiyə mediasına istinadən xəbərinə görə, Anqola rəhbərliyi İslamı bir din kimi görmədiyini, İslamla əlaqədar olan hər şeyi ölkədə qadağan edəcəyini bildirib. Oktyabr ayının əvvəllərində Luanda şəhərində yaşayan müsəlmanlar məscidlərin icazəsiz söküldüyünü görüblər. Bundan sonra Anqola Mədəniyyət naziri Roza Kruz Silviya İslam dininə Ədalət və İnsan Haqları Nazirliyi tərəfindən qadağa qoyulduğunu, məscidlərin bundan sonra da söküləcəyini deyib. Qeyd edək ki, Anqola əhalisinin 95 faizi xristianlardan, 3 faizi isə müsəlmanlardan ibarətdir. |
2013-11-25 | 2,438 | İlham Əliyev sərəncam imzaladı | Azərbaycan Prezidenti İlham Əliyev "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, sərəncama əsasən, "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609, № 11, maddə 1013; 2007, № 4, maddə 361; 2013, № 8, maddə 975) 1-ci hissəsinin birinci abzasında "və əməkdar hüquqşünas" sözləri, "əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi" sözləri ilə əvəz edilsin. |
2013-11-25 | 2,439 | İlham Əliyev "Dövlət proqramı"na dəyişiklik etdi | Prezident İlham Əliyev 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, sərəncamda bildirilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nı "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram: Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 824; 2009, № 11, maddə 886; 2010, № 2, maddələr 78, 80, № 7, maddə 610; 2011, № 6, maddə 553) ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin: 1. "İxtisarlar" hissəsinə "AB Avropa Birliyi" sözlərindən sonra "ABOEMDA Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin; 2. "Təsdiq edilmiş və hazırda icra olunan strategiyalar, dövlət proqramları, konsepsiya, fəaliyyət və tədbirlər planlarının siyahısı" adlı 2 nömrəli əlavədə: 2.1. 2-ci bənddə "SEN" akronimi "ABOEMDA" akronimi ilə əvəz edilsin; 2.2. 3-cü bəndə "ABOEMDA" akronimi əlavə edilsin. |
2013-11-25 | 2,440 | Günəş Yer kürəsini dağıtmağa hazırlaşır - Elm | 1994-cü ildə medium Vanqa nənə dünyanı dəhşətə salan növbəti açıqlamasını verdi: "18 il sonra Yer Günəşdən üz döndərəcək. Əvvəllər isti olan ərazilər artıq buz bağlayacaq, nəticədə isə əksər heyvanlar məhv olacaqlar. İnsanlar enerjiyə görə savaşacaqlar, ancaq onların ürəklərindəki məhəbbət bunu saxlamağa kömək edəcək. Sonra isə zaman yenidən geriyə dönəcək. Dalğalar bir çox ölkələri yuyub yer üzündən siləcək". Əgər mediumun dediklərinə inansaq, belə çıxır ki, minillərdir bizi isidən Günəş, yaşadığımız planetdə qlobal qəzanın yaranmasına şərait yarada bilər. Proqnozlar Görəsən, bununla bağlı alimlər hansı proqnozu verirlər? Onlar bu kor qadının öncədən söylədiyi böyük təhlükəni təsdiqləyirlərmi? Axı əvvəlcədən işarə edilmiş hadisələr məhz bu il həyata keçməlidir. Görünür ki, son illər həqiqətən bizim əsas işıq mənbəyimiz özünü elə də adekvat aparmır. Məsələ burasındadır ki, XIX əsrin ortalarında alman astronomu Henrix Şvab yeni qanun hazırladı. Bu qanuna görə, Günəşdə aktivliyin qalxması və itməsi 11 illik dövr ərzində müşahidə olunur. Ləkələrin sayının çoxluğu günəşdə aktivliyin artmasının, onun itməsi isə zəifləməsinin göstəricisidir. Artıq iki yüz ildir ki, alimlər bu prosesi davamlı olaraq izləyirlər və indiyə qədər heç bir pozuntu ilə rastlaşmayıblar. Lakin indi məsələ bir az qəlizləşib. Görünür, Günəş bizim üçün sürpriz etmək qərarına gəlib. 2008-ci ildən etibarən o, yeni perioda daxil olmalı və belə olacağı təqdirdə aktivlik hazırda ən yüksək səviyyədə özünü göstərməli idi. Əlbəttə ki, ortaya sual çıxır: görəsən, bu, planetimiz üçün nə ilə nəticələnə bilər? Axı Günəşdə olan istənilən dəyişiklik bizim həyatımıza da təsir edir. Ən azından bunu dünya alimləri deyirlər. Buz dövrü Gəlin təsəvvür edək ki, Günəş hələ uzun müddət oyanmayacaq. Bu zaman nə ola bilər? Cavab çox asandır. Sadəcə olaraq, bizdən öncəki tarixə baxmaq lazımdır. Çünki belə hallar bizə qədər də baş verib. Məsələn, XIV, eləcə də XVII əsrin ortaları və XVIII əsrin əvvəllərində Günəşdə ləkələr demək olar ki, yox dərəcəsində idi (alimlər belə təzahürü "minimum Maundera" adlandırırlar). Bu vədələr yer üzündə kiçik buz dövrü hökm edirdi. "Parisli Matveyin xronikası"nda 1312-1315-ci illər arası İngiltərə, Şotlandiya, Almaniya və Fransanın şimalında ilin isti günlərində yağışlı havanın, soyuq günlərində isə dəhşətli dərəcədə şaxtaların hökmranlıq etməsi ilə bağlı məlumat verilir. Hətta İtaliyanı da soyuqlar öz cənginə almışdı. Əkinsiz keçən bir neçə il Avropada kütləvi aclığın baş qaldırmasına səbəb olmuşdu. XVII-XVIII əsrlər isə özünün kəskinliyi və sərtliyi ilə seçilir. Avropanın cənubunu soyuqlar öz hakimiyyəti altına almışdı. Vəziyyət hətta o dərəcəyə çatmışdı ki, 1621-1669-cu illərin qış aylarında Bosfor boğazında sular tam donmuşdu. İtaliya şəhərləri tam şəkildə qarla örtülmüşdü. Fransızlarla almanlar isə 1664-1665-ci illərin qış aylarında köç edən quşların ölərək yerə düşdüyünü müşahidə etmişdilər. Dalğalar ölkələri yuyur Lakin Günəşin əvvəl-axır öz aktivlik dövrünün ən maksimum həddə çatacağı ilə bağlı versiya da var. Amma alimlər ən çox başqa şeydən qorxurlar. Onlara görə bu möhtəşəm işıq mənbəyi qəflətən oyana və elə məhz bu zaman özündən fəzaya güclü ion axınının buraxmasına səbəb ola bilər. NASA alimlərinin hesablamasına görə bu, 2013-cü ildə özünü göstərəcək. Bəs, görəsən, oyanış yer üzünü nə ilə təhdid edir? Bu an Vanqanın öncədən söylədiklərinə diqqət etmək yerinə düşər. "Dalğalar çox ölkələri yuyacaq" Əslində burada məntiq var. Çünki Günəş Yer planetində seysmik və vulkanik proseslərə çox güclü təsir etmək qabiliyyətinə malikdir. Alimlər müəyyən ediblər ki, günəşdə aktivliyin yüksəlməsi planetimizdə zəlzələlərin baş verməsinə və vulkanların partlamasına səbəb yaradır. Məsələn, bundan əvvəlki dövrdə maksimum aktivlik 2001-ci ildə müşahidə olunub. Nəticədə Yer 1999-cu ilin sonlarında 2004-cü ilə qədərki dövrdə seysmik dalğaların törətdiyi qəzaları müşahidə etmək məcburiyyətində qalıb. Fərziyyələr görə, 2011-ci ildə Yaponiyada baş verən zəlzələ, məhz Günəşin Yerə güclü təsiri nəticəsində mümkün olub. Bu təsir planetə martın 10-da daxil olsa da, ayın 11-də özünü göstərib. Nəticədə, tez bir zaman ərzində Günəşin doğulduğu ölkənin başını bəla aldı. Bunun sayəsində təxminən güman etmək olar ki, işıq mənbəyində olan günəş tufanı yer üçün nə ilə nəticələnəcək. Zaman müharibə və inqilablarındır Hələ 1930-cu illərdə sovet alimi Aleksandr Çijevski "kosmik hava" anlayışını irəli sürmüşdü. O, hər kəsin bütün diqqətini günəşdə olan dəyişikliklərə yönəltməsini istəyirdi. Alimə görə bu cür hallar yer kürəsində mövcud olan bütün canlı həyata təsir edir. Məsələn, taxıl əkini, heyvanların, balıqların, həşəratların öz yerlərini dəyişməsi və təbii artımı məhz bu amillərlə əlaqədardır. Günəşdə güclü aktivlik və geomaqnit qasırğalar insanlarda xroniki xəstəliklərin meydana gəlməsinə, çoxlu gözlənilməz və xoşagəlməz hadisələrin baş verməsinə və səbəbi məlum olmayan ölümlərin sayının artmasına şərait yaradır. Bundan əlavə bizim "qaynar ulduz"umuz insanlara təkcə fiziki yox, həm də psixi baxımdan çox güclü təsir edir. Bunu sübut etməkdən ötrü bizdən öncəki tarixə yenidən nəzər yetirmək lazımdır. Günəşdə aktivliyin maksimuma qalxdığı dövrlər ərzində insanlığın taleyinə çox güclü təsir edəcək mühüm hadisələr baş verib: 1905 və 1917-ci illər Rusiya inqilabı, 1939-cu il İkinci Dünya Müharibəsi, 1991-ci il SSRİ-də dövlət çevrilişi. Günəşdə olan aktivliyin və yerdə baş verən proseslərin (sosial hadisələr də daxil olmaqla) arasında əlaqənin olmasını rus alimi Yuri Zayçev artıq çoxdan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu fəallıq yenidən sosial partlayışlara – müharibələrə, inqilablara, mənəvi, iqtisadi və digər böhranlara səbəb ola bilər. Elektroapokalipsis NASA-nın Günəşin müşahidəsi ilə məşğul olan mütəxəssisi Riçard Fişer gələcək üçün elə də ürəkaçan olamayan, çox kədərli proqnoz verib. Onun fikrinə görə, 2013-cü ildə yer kürəsində qlobal texnogen qəza baş verə bilər: "Maqnit qasırğası kommunikativ və kompüter sistemlərinin, telefon və peyk əlaqələrinin sıradan çıxmasına, aeroportların işində problemlərin yaranmasına səbəb olacaq". NASA-da baş verə biləcək kataklizmlərin ssenariləri Hollivud qəza filmlərinin süjetlərinə bənzəyir. Beləliklə, 2014-cü ildə Günəşdə iki güclü partlayış baş verəcək, hansı ki, bu, yerdə geomaqnit qasırğanın meydana gəlməsinə səbəb olacaq. Bunu dünyanın müxtəlif bölgələrində yaşayan insanlar müxtəlif cür, amma bu dəfə əvvəlkilərə nisbtən daha güclü hiss edəcəklər. Bu zaman hərfi mənada dünyanın sonu çatacaq. Daha dəqiq desək, elektrikin sonu olacaq. Bir an içərisində bütün enerqosistemlər, həddindən artıq yüklənəcək bütün transformatorlar sıradan çıxacaqlar. NASA-nın proqnozlarına görə, ABŞ-a ediləcək "kosmik hücumu"n elə ilk 90 saniyəsi ərzində əsas açar olan transformatorlar sıradan çıxacaqlar. Bunun da nəticəsində 130 milyon insan elektrik enerjisindən məhrum olacaq. Doğrudur, gün vurmasının özü əksər insanlar üçün elə də təhlükəli deyil, amma onun nəticələri... Təkcə elektroenergetikanın yenidən bərpa edilməsinə aylarla vaxt sərf ediləcək. Bu zaman ərzində meyvələrin saxlanması üçün gərəkli olan bütün soyutma sistemləri, benzindoldurma məntəqəsi, qaz və neft emalı, nəqliyyat və digər başqa şeylər fəaliyyət göstərmiyəcəklər. Hətta xəstəxanaların hər şeydən kənarda mövcud olan əlavə enerji ehtiyatı da sonrakı günlər ərzində fəaliyyət üçün kifayət etməyəcək. Bu şəkildə sistemin sıradan çıxması Yer üçün milyonlarla itkilərin baş verməsinə gətirib çıxaracaq. Bir sözlə, Günəşin qəfil oyanışı yer üzündə olan insan həyatını və digər canlıların fəaliyyətini bir an içində tamamilə dəyişdirə bilər. Bunun sayəsində isə bəşəriyyət öz tarixində yeni bir dövrə qədəm qoymaqla qarşı-qarşıya qalacaq. |
2013-11-25 | 2,441 | Bundan sonra Timoşenkonu heç kim görməyəcək | Yuliya Timoşenkonun yanına ziyarətçilərin gəlişinə qadağa qoyulub. "Axar.az"ın "tsn.ua"yə istinadən verdiyi məlumata görə, bu açıqlama eks-baş nazirin saxlandığı həbsxanadan verilib. Timoşenkonun yanına onun təhlükəsizliyinin təmin edilməsi ilə əlaqəli olduğuna görə, heç kimin buraxılmadığı bildirilib. Buna əsas səbəb kimi isə hazırda Xarkovda hökm sürən epidemiya göstərilib. Həbsxana rəisi isə ümumiyyətlə, bundan sonra yeni əmr gələnə qədər heç kimin, hətta Timoşenkonun ən yaxınlarının belə, onun yanına buraxılmayacığını deyib. |
2013-11-25 | 2,442 | Tailandda fövqəladə vəziyyət elan edilib | Tailandda hökumət əleyhinə nümayişlərin artması səbəbindən paytaxt Bankoqda fövqəladə hal elan edilib. "Axar.az"ın xəbərinə görə, baş nazir Yinqluk Şinavatranın bildirdiyinə görə, paytaxt Bankoqda nümayişçilərin Maliyyə Nazirliyindən sonra Xarici İşlər Nazirliyi binasına hücum etməsi paytaxtın böyük bir qismində fövqəladə vəziyyət elan edilməsinə gətirib çıxarıb. Ölkədə dünən başlayan və bu gün də davam edən nümayişlərdə etirazçılar polis bölmələrinə, televiziya kanallarının yerləşdiyi binalara hücum edib. Polis ölkədə bir çox yolları bağlayıb, insanlara küçəyə çıxmaq barədə qadağalar qoyub. |
2013-11-25 | 2,443 | İlham Əliyev “Enerji resurslarından istifadə haqqında” fərman imzalayıb | Azərbaycan prezidenti İlham Əliyev "Enerji resurslarından istifadə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 noyabr tarixli 512 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, prezident İlham Əliyev fərmanda bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Enerji resurslarından istifadə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-ci il 17 noyabr tarixli 512 nömrəli Fərmanını "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram: "Enerji resurslarından istifadə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 noyabr tarixli 512 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 121; 2003, № 10, maddə 582; 2007, № 8, maddə 769) 2-ci hissəsinin ikinci abzasına "Energetika Nazirliyi" sözlərindən sonra", alternativ və bərpa olunan enerji resurslarına münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin. |
2013-11-25 | 2,444 | Prezident dərsi | Dövlət başçısının bizə dedikləri və açıq demədikləri haqda Bazar günü Prezident İlham Əliyev şəhər kənarındakı iqamətgahında bizimlə görüşdü. Ölkənin əksər aparıcı KİV rəhbərləri dəvət olunmuşdu. Şənbə günü axşam bu barədə mənə də məlumat verildi və dəvət olundum. Düzdür, Prezidentə "Jurnalistlərin dostu" mükafatının təqdimat mərasimiydi. Əslində isə dövlət başçısı media rəhbərləri ilə görüşüb bəzi mesajlar vermək ehtiyacı hiss etmişdi. Bizim də Prezidentə deməli sözlərimiz vardı. Bizdən asılı olmayan səbəbdən deyəcəklərimizin hamısını deyə bilmədik; tənqidçi media adından çıxışı Rauf Arifoğlu etməliydi və etdi də. Yayımda yaranmış problemləri ətraflı şəkildə izah edə bildi. Ancaq təəssüf ki, həbsdə olan jurnalistlərlə, qəzetlərə qarşı məhkəmələrlə, medianın informasiya əldə etməsindəki çətinliklərlə, reklam bazarı ilə bağlı problemləri demək mümkün olmadı. Bir çoxları bu görüşü tənqid etsə də, düşünürəm ki, faydalı təmaslar idi. Çünki media və bu sektorda çalışanlar daim basqı altındadırlar. İndiki məqam da tənqidçi medianın ən ağır durumda olduğu dönəmlərdən biridir. Prezidentlə görüş bu basqıları müəyyən qədər və müəyyən müddətə də olsa, xəfiflədir. Bu, məsələnin bir tərəfidir. İkinci cəhət odur ki, media ilə dövlətin zirvəsi arasında dialoq imkanı yaranır. Prezident də bu görüşü faydalı saydı. "Deyə bilmərəm ki, tez-tez görüşürük, amma görüşüb danışırıq" deməsi belə təmasların daha da artacağı ehtimalını və ümidini yaradır. İki onillikdir, müxalifət iqtidarla dialoq istəyir. Və zaman-zaman hakimiyyətin çox aşağı səvəyyələri ilə müxalifət liderlərinin görüşü olub. Adını dialoq qoyub söhbətləşiblər. Amma Prezident səviyyəsində dialoq hələ ki, yalnız media rəhbərlərinə nəsib olur. Ona görə də redaktorların Prezident İlham Əliyevlə görüşünə irad tutanlar Əli Həsənovla və Əli Əhmədovla görüşlərini xatırlasınlar. Biz siyasətçi deyilik, hakimiyyət davası aparmırıq. Jurnalistik və hər bir jurnalistin də ən böyük arzusu ölkəsinin rəhbəri, başqa dövlət adamları ilə şəxsən görüşüb informasiya almaq, öz düşüncələrini bölüşmək imkanı qazanmaqdır. Biz də bu görüşdən çox faydalı məlumatlar aldıq. O məlumatların bir hissəsini həmkarlarım artıq cəmiyyətlə bölüşüb. Mən də bəzi məlumatlarımı, təəssüratlarımı və qənaətlərimi bölüşmək istəyirəm. Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin sammiti noyabrın 28-29-da Vilnüsdə keçiriləcək. Bu sammit Azərbaycan, eləcə də, Ukrayna, Gürcüstan, Ermənistan, Belorus və Moldova üçün yeni geosiyasi qərarlar vermək məqamıdır. Azərbaycan üçün bu ölkələrdən hər birinin mövqeyi mühüm məna kəsb edir. Bu sammitin bəyannamə layihəsi artıq açıqlanıb və təfərdaş ölkələrdən bəzilərinə Avropa perspektivli ölkə statusu vəd olunur. Bunlardan biri də Azərbaycandır. Veriləcək qərarlar üç hissədən ibarətdir: Assosiasiya Sazişi (AS), Dərin və Hərtərəfli Azad Ticarət Zonası Paktı (DHATP) və Viza Sazişi. Buna alternativ olaraq Rusiya Avrasiya İttifaqı və Avrasiya Vahid İqtisadi Məkanı, Gömrük İttifaqı təklif edib. Rusiya ilə siyasi ittifaqın ilkin bazası var – MDB. Eləcə də, bu altı dövlətin hər biri ilə vizasız gediş-gəliş rejimi də var. Ona görə Moskva MDB üzvü olan 5 dövlətin, eləcə də, Saakaşvilidən sonra quruma qaytarmaq istədiyi Gürcüstanın Avropa İttifaqına siyasi, iqtisadi və humanitar inteqrasiyasının qarşısını almaq üçün bütün mümkün olan və olmayan təsir rıçaqlarını işə salıb. Azərbaycanın qərar verməsini çətinləşdirən məqamlardan biri Ermənistanın Gömrük İttifaqına qoşulması və Ukraynanın da Avropa İttifaqı ilə AS və DHATP imzalamağa yaxın olması di. Azərbaycan Prezdenti seçildikdən sonra ilk səfərini Türkiyəyə, sonra isə Ukraynaya etdi. İki əsas strateji müttəfiqinin mövqeyi onun üçün önəm daşıyırdı. Azərbaycan hakimiyyəti nə Avropa ilə siyasi və ticarət sazişlərinə, nə də Rusiyanın Gömrük İttifaqına daxil olmaq istəyir. Bunu ölkənin müstəqil siyasət kursunun sonu kimi dəyərləndirir. Bu baxımdan, Türkiyənin dəstəyinə və Ukraynanın geosiyasi seçiminə çox önəm verir. Onu da deyim ki, Şərq Tərəfdaşlığı Sammitinin bəyannamə layihəsində dondurulmuş münaqişələrlə bağlı Azərbaycanı qane edə biləcək heç nə yazılmayıb. Üstəlik də Rusiyanın danışıqlarda vasitəçi missiyasını faktik olaraq dondurması, münaqişə yenidən alovlanarsa, Ermənistanın yanında yer alacağını aşkar deməsi, eləcə də, Ermənistanla hava hücumundan vahid müdafiə sistemi haqda qərar, Putinin böyük heyətlə Ermənistana səfərinin hazırlanması, bu ərəfədə Ermənistandakı rus hərbi bazasına əlavə 3 min hərbi qulluqçu göndərməsi Azərbaycanı çox narahat edir. Ona görə də ABŞ-ın patronajlığı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə də durumu zondaj etmək cəhdi kimi baxıldı – Azərbaycan bilmək istədi ki, Avrointeqrasiyanın xeyrinə qərar verəcəyi təqdirdə onu münaqişə bölgəsində hansı perspektiv gözləyir – sülh, müharibə və ya indiki kimi nə sülh, nə müharibə variantı. İndiki şərtlərlə sülh Azərbaycanın xeyrinə deyil, müharibə variantında Rusiya və dolayısı ilə İran Ermənistana dəstək verəcək, Qərb də müharibə istəmir. Ona görə bu dönəmdə nə sülh, nə müharibə vəziyyətinin davam etməsində maraqlıdır. Bu ərəfədə Azərbaycanın 5 rayonunun qaytarılması qarşılığında Türkiyə Ermənistanla sərhədi açmaq təklifini gündəmə qaytardı (Ermənistan Vyana görüşündə bəlkə mövqeyini yumşalda deyə). Ancaq rəsmi İrəvan birmənalı olaraq Rusiyanı seçdi. Ukrayna isə öz mövqeyni qəflətən dəyişib Avrointeqrasiya yolunun ortasında dayandı və Gömrük İttifaqı ilə bağlı Rusiya ilə danışıqlara qərar verdi. Bu, Azərbaycanın mövqeyinə yaxındır. Çünki Azərbaycan Aİ ilə yalnız viza sadələşdirməsinə razıdır ki, bunun analoqu olan sənədi Türkiyə ilə imzaladı. Demək istədi ki, ən yaxın demokratik müttəfiqim olan Türkiyədən yalnız iş adamlarının və ictimai xadimlərin viza almaq sorunu ortadan götürülürsə, daha uzaq müttəfiqlərə bu məsələdə daha liberal rejim təklif edə bilməz. Bu arada İranla yaranan sərhəd-keçid gərginliyinin də səbəbi bu idi – Tehran belə bir sazişin Türkiyə ilə imzalanacağını əvvəlcədən bildi və Culfada sərhəddə provokasiya törədərək iki sərhəd-keçid məntəqəsini bağladı. Türkiyə ilə Azərbaycan arasında vizanın tam ləğvinə imkan verməmək üçün rəsmi Bakını Naxçıvanın blokadası ilə təhdid etdi. Çünki İran da Azərbaycandan onun vətəndaşlarına münasibətdə vizanın götürülməsini uzun müddətdir ki, tələb edir. Azərbaycan isə manevr edərək Ankara ilə sadəcə vizanı yumşaltdı və bundan sonra İran sərhədi açdı. Amma gərginlik hələ də qalır; İran özünə qarşı da bu addımı gözlədiyini göstərir və təzyiqi yumşaq formada sürdürür. Rusiya da xüsusilə, Ukraynanın, eləcə də, Azərbaycanın və Gürcüstanın Aİ ilə tərəfdaşlıqdan daha dərinə getməsindən narahatdır – Aİ qərbdən və cənubdan onun sərhədlərinə daha da yaxınlaşmış olur. Bu ölkələr və ya onlardan ən önəmliləri Avropanın azad ticarət təklifinə razılıq verərsə, bu da Rusiyanın geoiqtisadi maraqlarına təhdid kimi dəyərləndirilir. Odur ki, Ukraynadan və Avstriyadan dönən Azərbaycan prezidenti Bakıda Belorus prezidentini qəbul etdi. Lukaşenko əslində daha çox Putinin Bakıya verdiyi sualların cavabı üçün gəlmişdi. Türkiyə Prezidenti Abdullah Gül hazırda Rusiyanın amansız təzyiqləri qarşısında qalan İlham Əliyevə "Dövlət Nişanı" verməklə ona ən yüksək dəstəyini ifadə etdi, arxasında duracağını sərgilədi. Ukrayna və Azərbaycan prezidentləri isə dövlətlərinin ali mükafatlarını bir-birinə verdilər – diplomatiya dilindən çevirəndə bu: "Biz eyni mövqedəyik, bir-birimizi müdafiə edəcəyik" deməkdir. Bu məqamda Azərbaycanda Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı verildi və o, ölkəsinin ictimai rəyini idarə edən Azərbaycan mediası rəhbərləri ilə görüşərək cəmiyyətinin başqa kəsimlərinə də səsləndi. Məlum məsələdir ki, Avrointeqrasiyanı strateji kurs kimi seçmiş Azərbaycana ən sərt və ən davamlı təzyiq Rusiyadan gəlir. Əgər Avropa Azərbaycanın daxilindəki satellitləri vasitəsilə ictimai təzyiq edirsə, Rusiyada azərbaycanlılara qarşı sözün gerçək anlamında müharibə aparılır. Orxan Zeynalovun o cür həbsi və daxili işlər nazirinin qarşısına əl-qolu bağlı əsir kimi gətirilməsi bu müharibənin elan edilməsi idi. Bu mənada Prezidentin və bütövlükdə dövlətin Azərbaycan mediasının dəstəyinə önəm verməsi aydındır. O, müxtəlif siyasi baxışların, ölkənin inkişafına dair fərqli fikirlərin olmasına rəğmən, hamının ümummilli məsələlərdə bir mövqedən çıxış etməsini istədi. Media rəhbərləri vasitəsilə bu istəyini müxalifətə də, başqa kəsimlərə də ünvanladı. İlham Əliyevin dediklərindən gəldiyim qənaətlər budur: Azərbaycan mediası xarici KİV-də çıxan və "Azərbaycana qarşı qara piar" olan tənqidi materialları daxili auditoriyaya çatdırmasın. Özü tənqid edə bilirsə, tənqid etsin. Eyni zamanda Azərbaycan jurnalistləri ölkənin idarəçiliyi, ölkədəki durum haqda tənqidi yazılarla xarici mətbuata çıxmasın, əksinə xarici mətbuatın yazdıqlarına cavab verməyə çalışsın. Müxalifət və hüquq müdafiəçiləri ölkədəki problemləri başqa dövlətlərin hakimiyyətləri ilə deyil, Azərbaycan hakimiyyəti ilə müzakirə etsin. Yəni Prezident səviyyəsində belə, ola biləcək dialoq təklif edilir. Bu şərtlə ki Azərbaycanın mediası və ictimai-siyasi qüvvələri xarici dairələrə apelyasiya etməsin. Bir sözlə, İlham Əliyev xarici dövlətlərin Azərbaycan müxalifətini və mediasını Azərbaycanın özünə qarşı silaha çevirməklə, istədiyi vaxt cəmiyyəti qarışdırmasına qarşıdır və bu yöndə hər kəsi həm təhlükədən xəbərdar etdi, həm də noyabrın sonunda Avropaya, dekabrın ortasında Rusiyaya veriləcək cavablardan sonra yaranacaq çətin durumda – hər iki cinahdan olası ağır pressinq zamanı bütün cəmiyyətin öz dövlətinə birmənalı dəstək olmasını istəmiş oldu. Bu görüşə dair kimin hansı fikirdə olmasından asılı olmayaraq, ölkənin birinci şəxsinin ümummilli məsələ haqda siyasi qərar verməzdən əvvəl öz mediası ilə, cəmiyyəti ilə məsləhətləşməsi və dəstək istəməsi yeni, müsbət, maraqlı və hamı üçün faydalı addımdır. Qocaman jurnalist, Azərbaycan mediasının patriarxı və canlı əfsanəsi, professor Şirməmməd Hüseynov bu görüşü və İlham Əliyevin mesajlarını "Prezident dərsi" adlandırdı. Bu ifadə ilə razılaşıb-razılaşmamaqda hər kəs azaddır. Bahəddin Həziyev, "Bizim Yol" qəzetinin baş redaktoru "Bizim Yol" qəzeti |
2013-11-25 | 2,445 | Rauf Arifoğlu mətbuata iki gün vaxt verdi | "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, prezident İlham Əliyevlə görüşün nəticəsinin olacağı ilə bağlı proqnozlar verib və Azərbaycan yazılı mediasına buna görə iki gün vaxt da təyin edib. "Axar.az"ın ANS-ə istinadən məlumatına görə, baş redaktor Facebook səhifəsində yazdığı statusunda, "Dostlar, hesab edirəm ki, 2001-ci ildə prezident Heydər Əliyevlə görüşüb, mətbuatı neçə zor durumdan çıxartdıqsa, analoji bir hadisə baş verib. O zaman da məni şiddətlə tənqid edənlər vardı ki, niyə getdin, niyə onunla danışdın..." - deyə onu tənqid edənlərə cavab verib. O, bildirib ki, 2001-ci ildə Facebook olsaydı, tənqidlər daha çox olacaqdı: "Olsun, bu da mənim və ümumi işin xeyrinədir. Lakin əminəm ki, doğru etmişəm, dəvəti qəbul edib, prezidentlə birbaşa təmas imkanından istifadə etmişəm, orada medianın problemlərini qaldırmışam. Prezidentin də münasibət, çıxış və mesajlarını mühüm hesab edirəm. Mənə elə gəlir ki, yalnız qəzet sənayesini deyil, daxili siyasəti əhatə edəcək dəyişikliklər gündəmə gələ bilər". R.Arifoğölu, qəzet yayımı ilə bağlı - indi məlumat aldığını və artıq göstərişin verildiyini deyib: "Və həftənin ikinci günündən etibarən bunun faydalarını iqtidarlı-müxalifətli, bütün media quruluşları, həm də oxucularımız, görəcəklər. Tədbirin adı, formatı ikinci dərəcəlidir mənim üçün. Mühüm olan qəzetləri qurtarmaqdır, buna təşəbbüs etməkdir. Bu şans da verildi, babat da işlədik. Anlayanlara minnətdaram, anlamayan, qərəz göstərən, ya da səmimi olaraq bu addımı qaralayanlara isə şükran borcum var. İndiki zamanda ünvanımıza ya sevgi, ya söyüşlə -qəzəblə xitab edən hər kəs önəmlidir". |
2013-11-25 | 2,446 | İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” haqqında qanuna dəyişiklik etdi | Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb. "Axar.az"ın xəbərinə görə, fərmanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 17 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə"nin 11.7-ci bəndində "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri" sözləri "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növlərinə dair bağlanmış icbari sığorta müqavilələri" sözləri ilə əvəz edilsin. |
2013-11-25 | 2,447 | Suda boğulan uşağın cəsədi tapıldı | "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Samur-Abşeron kanalının Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bir uşaq kanala düşüb. Hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər 2000-ci il təvəllüdlü Rzazadə Ərəb Əflatun oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:05-də başa çatıb. |
2013-11-25 | 2,448 | Türk F-16-larına “Vur” əmri verildi | "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Amasiya Merzifon 5-ci Ana Reaktiv Aerodrumundan "Vur" əmriylə havaya qalxan F-16 döyüş təyyarələri Ceylanpınar, Rəsulayn sərhəd xəttində kəşfiyyat uçuşu edib. Suriya-Türkiyə sərhədində yaşanan qarşıdurmalardan sonra Türk Silahlı Qüvvələrinə (TSK) aid hava qüvvələri hərəkətə keçib. Diyarbəkir 2-ci Hava Qüvvələri Komandirliyinə aid 8-ci Ana Reaktiv bazasının təyyarələri ilə Amasiya Merzifonda olan 5-ci Ana Reaktiv Hava limanından qalxan çoxlu F-16 döyüş təyyarəsi qarşıdurmanın tez-tez olduğu Ceylanpınar sərhədində olan Rəsulayn sərhədində kəşfiyyat uçuşu edib. 24 saat çəkən kəşfiyyat uçuşlarının təkcə Rəsulayn bölgəsində deyil, bütün sərhəd xətti boyu davam etdiyi öyrənilib. "Vur" əmriylə Diyarbəkir və Amasiya Merzifondan havaya qalxan "F-16" döyüş təyyarələrinin tam sursat yüklü halda sərhəddə kəşfiyyat uçuşlarını davam etdirdiyi bildirilib. |
2013-11-25 | 2,449 | Timoşenko aclıq elan etdi | Ukrayna baş naziri Yuliya Timoşenko aсlıq elan eləyib. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, o, Ukrayna hakimiyyətindən Avropa Birliyi ilə assosiasiya barədə sazişə imza atmağı tələb edir. "Sizinlə həmrəylik əlaməti kimi mən Yanukoviçdən assosiasiya barədə sazişə qol çəkməsi tələbi ilə müddətsiz aсlıq elan edirəm", - deyə Timoşenkonun vəkili Sergey Vlasenko Kiyevdəki Avropa meydanında keçirilən mitinqdə bildirib. Yeddi illik türmə сəzası çəkən keçmiş baş nazir hazırda xəstəxanadadır. Hazırda Vlasenko Kiyevdəki Avropa meydanında keçirilən mitinqdə Ukraynanın Avropa Birliyi ilə assosiasiya barədə sazişə qol çəkməsi tələb edilir. |
2013-11-25 | 2,450 | XX əsr: Yadplanetlilər yer üzündə | III hissə XX əsr sirli və qaranlıq tarixi ilə zəngindir. Səbəbi hələ də açılmayan hadisələr hər zaman diqqət və maraq çəkici olub. Bu cür hadisələrdən bəzilərini sizin nəzərinizə bir neçə gün ərzində çatdıracağıq. |
2013-11-25 | 2,451 | “Ukrayna Gömrük İttifaqına girməyəcək” | Ukrayna Ali Radasının sədri Vladimir Rıbak bildirib ki, Ukrayna hazırda Gömrük İttifaqına girmək barədə məsələyə baxmır. Bu barədə o, bu gün Kanadada jurnalistlərə bildirib. "…Məsələ o yerdədir ki, Avropada yerləşən və yaşayan Ukrayna çalışmalıdır ki, onun standartları Avropaya uyğun olsun və bunun üçün Avropa ailəsinə girmək üçün hər şeyi etməlidir", - deyə Rıbak vurğulayıb. Parlament sədri bildirib ki, hazırda Ukrayna "Avropa Birliyi qarşısında ev tapşırığını yerinə yetirib". (ANS) |
2013-11-25 | 2,452 | Dünyanın ən dəhşətli ölüm cəzaları | İnsanlar ömürləri boyunca bir sıra səhvlərə yol verirlər ki, bunlar da cəzasız qalmır. Bəzi ölkələr insanları cəzalandırmaq üçün azadlıqdan məhrum etməni seçsə də, çox sərt cəzalar tətbiq edən ölkələr də var. Ölüm cəzası necə reallaşdırılır? Ölüm cəzasının bir neçə növü var. Bir sıra Avropa ölkələrində aktual ölüm cəzası zəhərli iynə, elektrik stulundan istifadədir. Səudiyyə Ərəbistanında isə ən aktual cəza növü şallaqlar, daşqalaqlar vasitəsi ilə günahkarı cəzalandırmaqdan ibarətdir. Şallaqların sayı isə günahın növünə görə təyin edilir. Dünyanın ən dəhşətli edam cəzası isə 2012-ci ildə Cənubi Koreyada icra edilib. Belə ki, matəm günü saymamazlıq edən zabitlərdən birinə dünyada analoqu olmayan ölüm hökmü verilib. Onu yüksək bir nöqtəyə qoyaraq üzərinə top mərmisi atıblar. Məqsəd isə onun ölüsünün belə tapıla bilməməsi olub. Qeyd edək ki, edamdan sonra mərhumun cəsadinə aid cəmi bir neçə tikə tapılıb. Bəsit səbəblərə görə verilən ağır cəzalar Bəzi ölkələr var ki, orada bəsit səhvlərə görə belə, rahatlıqla edam cəzası verilə bilər. Bu ölkələrdən biri də Sudandır. Burada İslam dinindən imtina edənlər ya həbs edilir, ya da ölüm cəzası ilə cəzalanırlar. Bu ölkədə həm də homeseksuallara qarşı da fərqli edam növündən istifadə edilir. Bu cür cütlüklərin sayının azalması məqsədi ilə təyin olunan edam növündə cütlüklərdən biri qarşı tərəfin gözləri qarşısında ağır işgəncələr ilə öldürüldükdən sonra, o biri edam edilir. Nə qədər təəccüblü də olsa, Pakistanda ateistlərə - Allahdan imtina edənlərə, onu təhqir edənlərə ölüm cəzası verilir. Burada insanlara dinində azadlıq verildiyi bildirilsə də, açıq şəkildə İslam dinindən imtina edənlərin vəziyyəti elə də asan olmur. Ən dəhşətli edamların ev yiyəsi Yaponiya Yaponiya da edam cəzasının bol olduğu ölkələr sırasındadır. Burada ölüm cəzası alan şəxs 6 il dəmir barmaqlıqlar arasında asılacağı günün təyin olunmasını gözləyir. Və gün çatdıqda onun gözlərini bağlayaraq ölümün gerçəkləşəcəyi meydana gətirirlər. Yaponiyada ölüm cəzasına məhkum olunmuş şəxslər xüsusi gizli kameralarda saxlanılınır ki, bu kameraların yerindən isə ölkədə kimsənin xəbəri yoxdur. Qeyd edək ki, Yaponiyada ölüm hökmünü gerçəkləşdirən cəlladlara 250-260 dollar mükafat verilir. Edamların sayına görə ilk üçlükdə Çin, İran və İraq dayanır. Səudiyyə Ərəbistanında isə edam edilənlərin əksəriyyəti oğurluq ucbatından həyatlarına vida etməli olurlar. Ən qorxunc edam cəzalarının tətbiq olunduğu ölkə Dünyada ən vəhşi edam cəzaları Çində baş tutur. Bu ölkədə edam zamanı günahkarın başının yanında qaynar sac hazırlanır. Başı kəsilən adamın başını isə həmin qaynar sacın içinə basdırırlar ki, ölən öz gözləri ilə öz cansız bədənini görə bilsin. Onların fikrincə, qaynar saca girmiş başın gözlərində müvəqqəti görmə qabiliyyəti canlanır və o öz cansız bədənini görə bilir. Ən dəhşətlisi isə odur ki, onlar ən ağır cinayət törətmiş cinayətkarın cansız bədəninin dərisini insanların gözləri önündə soyub dənizə atırlar. Qeyd edək Çində ölümə məhkum olunanların əksəriyyəti uyğur türkləridir. |
2013-11-26 | 2,453 | Maydanda mitinq: Ruslana, bomba həyacanı - Video | Berkut Avropa meydanında bomba axtarır Kiyevdə mitinqlərin keçirildiyi meydanlardan bir olan Avropa meydanına "Berkut" xüsusi dəstəsinin əməkdaşları gəlib. "Axar.az" RİA NOVOSTİ-yə istinadən bildirir ki, deputatlardan birinin mikroavtobusda partlayıcı olması barədə ehtimalını səsləndirməsindən sonra xüsusi təyinatlılar müdaxilə edib. Hazırda mitinq davam edir. Axşam saatlarında aksiyaçılarla polis arasında yüngül toqquşma səbəbilə "Berkut"un gücləndirilmiş dəstələri meydana girsələr də, indi sakitlikdir. Hal-hazırda Ukraynanın tanınmış ifaçısı,"Eurovision - 2004"-ün qalibi Ruslana Maydandadır və canlı ifası ilə aksiyaçıları ruhlandırır. 9:21 Meydanlarda etirazları davam etdirən aksiyaçılar bu gecə Kiyevdə təhükəzilk xidmətinə aid avtobusda çox sayda dinləmə cihazı ələ keçidiklərini bildiriblər. Həmin əşyalar bu gün xarici ölkə səfirləri və jurnalistlərə nümayiş etdiriləcək. Bu barədə məlumatı müxalifətçi Oleq Taqnibok verib. Avtobus Avropa meydanına yaxın ərazidə dayanıb. Aksiyaçılar həmin ərazidən keçəndə onların mobil telefonları işləməyib və dinlənmə barədə ilkin şübhələr də bu zaman yaranıb. ICTV kanalında çıxış edən Taqbibokun sözlərinə görə, avtomobil olduqca gözəl maskalanıb: "İçəridə Avropa Birliyinin bayrağı, mavi-yaşıl lentlər olub. Onlar bu avtomobili yaxşı maskalayıblar, ancaq içəridə təhlükəsizlik xidməti əməkdaşları olub. İçəridə silah, naməlum aparat olub. Mitinqçilər avtobusdan bir neçə çamadan, kompyuterlər, xüsusi aparat götürüblər". Bütün bu cihazların dinlənmə üçün istifadə edildiyi bildirilir. Live streaming video by Ustream |
2013-11-26 | 2,455 | BDU tələbəsinin meyiti tapıldı - Fotolar | Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun meyiti tapılıb. "Axar.az" "Musavat.com"a istinadən xəbər verir ki, bu barədə "feysbuk"da onun dostları yazıblar. Gəncin nədən dünyasını dəyişdiyi hələlik məlum deyil. Xatırladaq ki, bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda dənizdə naməlum kişi meyitinin olması barədə məlumat əsasında dalğıc-xilasedicilər axtarış-xilasetmə işlərinin aparmış və təxminən 30-35 yaşlarında naməlum kişi meyitini sudan çıxarılaraq aidiyyəti üzrə təhvil vermişdilər. Meyit tanınması üçün Asim Məmmədovun ailəsinə göstərilib. Anası Asim Məmmədovun cəsədini tanıyıb. Qeyd edək ki, Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim "Mən belə yaşaya bilmərəm. Məni bağışlayın" qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, "feysbuk" şəbəkəsində belə bir status da yazıb: "Qoyun qılım namazımı, sonra kəsin boğazımı". Asim Məmmədovun yaxınları onun itkin düşməsi ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər. Asim Məmmədov sosial şəbəkədə fəal olan dindar gənclərdən biri kimi tanınır. O, bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanıb. |
2013-11-26 | 2,456 | Avropanı böyük təhlükə gözləyir | Avropada irqçi partiyalar Avropa Parlamentində qrup qura bilmək üçün əməkdaşlıq edir. Avropadakı iqtisadi böhran və ənənəvi problemlərlə mübarizə aparan siyasi axınlar zəmin itirməmək və radikal sağçıları dayandırmaq üçün tərəflərini möhkəmləndirir. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gələn il may ayında keçiriləcək seçkilərdə AP-nin vəziyyətinin mənfi istiqamətdə dəyişmə riski çox yüksəkdir. AP-də Avropa Xalq Partiyası (EPP) adı altında görüşən mühafizəkarlar, Sosialistlər və Demokratların (S&D) təmsil etdiyi sosial demokratlar, Liberal Qrup, Yaşıllar və kommunistlər siyasətlərini radikal sağ partiyaların gedişlərini zəiflədəcək tərzdə hazırlayır. AP-nə şübhəylə yaxınlaşan Mühafizəkarlar və İslahatçılar (ƏCR) ilə populist fikirlərilə diqqət çəkən Özgürlük və Demokratiya Avropası (EFD) də ənənəvi siyasətləri rədd edən yanaşmalarıyla bal toplamağa davam edir. Radikal sağ da birləşir AP-də qrup yaradacaq gücdə olmayan radikal sağ isə 2014-cü ilin mayında keçiriləcək Avropa seçkilərində bu tablonu dəyişdirmək üçün var gücüylə çalışır. 13 noyabrda Fransız Milli Cəbhənin (FN) lideri Marin Le Pen ilə Hollandiyadakı Özgürlük Partiyasının (PVV) lideri Qrit Vildersin görüşü, bu görüşdən dərhal sonra radikal sağın öndə gedən altı partiyasının Vyanada görüşü təsadüfi deyildi. Bu görüş radikal sağın ilk görüşü olmasa da, bu dəfə mövzu ortaq hədəfdir. O hədəf də AP-də bir qrup yarada bilməkdir. AP-də qrup meydana gətirə bilmək üçün isə ən azı yeddi ölkədən 25 parlament üzvü parlamentdə çıxış etməlidir. Radikal sağçılarla ortaq qrup yaratma həvəsi Hollandiyada immiqrant və müsəlman əleyhdarı kimi tanınan radikal sağçı Özgürlük Partiyasının (PVV) lideri Qrit Vilders Laheydə görüşdüyü Le Pen ilə Avropada əməkdaşlıq etmə qərarına gəlib. Vilders Hollandiyanın Avropa Birliyindən (AB) və ortaq pul vahidi avrodan çıxmasını, sərhədlərin immiqrantlara bağlanılmasını istəyir. Vilders həmçinin Fransız Milli Cəbhəsinin xaricində İsveç Demokratları, Belçikadakı Flaman Mənfəəti, Avstriyadakı Özgürlükçülər Partiyası, İtaliyadakı Şimal Liqası, Finlandiyadakı Gerçək Finlilər Partiyası və Danimarka Xalq Partiyasıyla ortaq əməkdaşlıq etmək istəyir. Vildersin Le Pen ilə əməkdaşlıq qərarına partiyadaşları da dəstək verib. İmmiqrantlara mənfi təsir edə bilər AP-nin İşçi Partiyasının üzvü Əminə Bozqurd xəbərdarlıq edib ki, Vildersin istədiyi bu qrup qurularsa, radikal sağ blokun səsi daha da yüksələr. AP-də qrup yaratmağın maddi yardım etmədən daha çox istifadə etmə mənasını verəcəyini də vurğulayan Bozqurd, immiqrant əleyhdarı partiyaların bu yolla Brüsseldə alınacaq qərarlar haqqında təsirli ola biləcəklərini dilə gətirib. Radikal sağ blokun qurulmasının eyni zamanda Avropa daxilində yaşayan immiqrantlara da mənfi təsir göstərə biləcəyini vurğulayan Bozqurd, bu partiyaların immiqrant haqlarını məhdudlaşdırma cəhdi edilə biləcəyini söyləyib. Bu baxımdan götürəndə AP seçkilərinin əhəmiyyətinin daha da artdığına işarə edən Bozqurd, xüsusilə immiqrantların səs vermələrinin lazım olduğunu bildirib. Bozqurda görə, radikal sağ partiyalara ən gözəl cavab səsvermədə olmalıdır. |
2013-11-26 | 2,457 | Eldəniz Quliyev: “Adamın başının yekəliyi ağlına dəlalət edir?” | Ziyalılar Forumu ilə Müsavat partiyası arasında yaşanan söz duelinə növbəti dəfə kinorejissor, Ziyalılar Forumu və El hərəkatının üzvü Eldəniz Quliyev reaksiya verib. "Axar.az" xəbər verir ki, Əhrar partiyasının sədri Vaqif Hacıbəylinin bu gün mediadakı açıqlamasına E.Quliyev bu dəqiqələrdə öz "feysbuk" statusunda ironiya ilə belə bir cavab yazıb: "Əhrar partiyasının (bəli, sən demə belə bir partiya da var!) sədri cənab Vaqif Hacıbəyli öz partiya üzvləriylə, yəni öz yeganə "papka"sıyla konsensusa gələndən sonra, "Musavat" saytında bolşevik bir məqalə dərc etdirib. Sitat: "... siyasi leksikonu ziyalıdan daha çox qaragüruhçu səviyyəsində olan Eldəniz Quliyev kimiləri Milli Şuranın rəhbərlərinə qarşı tənqidi mülahizələr söyləyənlərə qarşı böhtan, təhqir və şantajlara keçir..." İndi də aşağıdakı ifadələrə diqqət yetirin, bu sözlər də V.Hacıbəyliyə məxsusdu: "Rüstəm İbrahimbəyov da bir paz olub keçib bizə... A kişi, çıx get də!.." Əgər cənab Vaqif bəy müəllimin bu səviyyəsi, bu təfəkkürü, bu leksikonu və bu sayaq mülahizələri ziyalılığa uyğundusa, onda mən ən azından İspaniya kralıyam. İndi bütün dostlara və qeyri-dostlara bir sual ünvanlayım: Görəsən, adamın başının yekə olması onun ağıllı olmasına dəlalət edirmi? Edirsə, onda o adamın harada oldu, - ağzına və ağlına nə gəldi deməyə ixtiyarı varmı? Və bu, türkün məsəli, ağız ishalı sayılmırmı?.. Sonuncu cümlələri Vaqif Hacıbəyliyə şamil etmirəm. Çünki qətiyyən onun səviyyəsinə düşmək fikirində deyiləm. Heç, Əhrara "Ar" da demirəm. İyi günlər! ("Yeni Müsavat" iddia elədikləri kimi, həqiqətən obyektivdisə, qoy mənim cavab haqqımı tanısın)". |
2013-11-26 | 2,458 | ANS-in 22 yaşı tamam olur - Fotolar | Bu gün Azərbaycanda ilk müstəqil kanal olan ANS-in yaranmasından 22 il ötür. ANS-in ilk yayıma başlama tarixi 1991-ci ilin 26 noyabrında reallaşıb. 1990-cu ildə 3 nəfər gənc jurnalist - Vahid və Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən Azərbaycanda ilk müstəqil televiziya şirkəti kimi ANS yaradılıb. İlk reportajları cəbhə xəttində baş verənlər olub. ANS-ə ən çox məşhurluq gətirən isə Qarabağ müharibəsi zamanı cəbhə xəttindən hazırladıqları reportajlar və Milli Qəhrəman Çingiz Mustafayevin Xocalı faciəsindən çəkdiyi tarixi kadrlar olub. ANS Şirkətlər Qrupuna hazırda "ANS televiziya", "ANS-PRESS Nəşriyyat Evi", "ANS Kommers" və "ANS ÇM radio" daxildir. Qrupun prezidenti Vahid Mustavayevdir. "Axar.az" kollektivi olaraq ANS Şirkətlər Qrupunu ad günü münasibəti ilə təbrik edirik. |
2013-11-26 | 2,459 | "Biz ermənilərin təhlükəsizliyi üçün səs salırıq" - Video | İrəvanın "Erebuni" hava limanının yaxınlığında yaşayan yerli əhalinin bu gün ən böyük dərdi rus təyyarələrinin yaratdığı səs-küydür. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, "Erebuni" hava limanında yerləşən Rusiya hərbi bazasının komandiri polkovnik Aleksandr Petrov bu məsələyə münasibət bildirib: "Aerodrom şəhərdə yerləşir. Biz vertikal qaxıb düşə bilmərik ki! Mən bunu demişəm, yenə deyirəm: Yaxşı ki, bizim təyyarələr səs salır, əks halda düşmən təyyarələri səs salacaq. Biz İrəvan sakinlərinin təhlükəsizliyi üçün səs salırıq", - deyə Aleksandr Petrov vurğulayıb. Rus polkovnikinin "düşmən" dedikdə Azərbaycan təyyarələrini nəzərdə tutduğu şübhəsizdir. |
2013-11-26 | 2,460 | Dünyanın ən təhlükəli cinayət təşkilatı - Fotolar | "Axar.az" türk mətbuatına istinadən bildirir ki, "Mara Salvatrucha" (MS) adıyla tanınan kriminal şəbəkə, Cənubi Amerikanın ən təhlükəli cinayət təşkilatıdır. Xüsusilə Honduras və Salvadorda hegemonluq edən şəbəkə üzvləri bədənlərinə vurdurduqları əcaib döymələrlə digərlərindən fərqlənir. Qeyd olunan hər iki ölkənin həbsxanaları tamamilə şəbəkə üzvlərinin nəzarəti altındadır. Cənubi Amerikanın ən təhlükəli şəbəkə üzvlərinin fotoşəkillərini təqdim edirik. |
2013-11-26 | 2,461 | Con Kerri "II Cenevrə" müzakirəsinin anonsunu verdi: Suriya | ABŞ Dövlət katibi Con Kerri 22 yanvarda keçiriləcək II Cenevrə konfransı barədə önəmli açqlamalar verib. "Axar.az"ın xəbərinə görə, ABŞ dövlət katibi Con Kerri bildirib ki, "Cenevrə - II konfransı Suriya xalqının ağrılarına son qoyulmasında və bölgənin sabitliyinə təsir edəcək müharibənin sona çatdırılmasında əhəmiyyətli bir addım olacaq". O, daha sonra vurğulayıb ki, Suriyada 100 mindən çox insanın həyatını itirməsinə və milyonlarla insanın yerlərindən didərgin edilməsinə səbəb olan savaşa son qoyulmalı və qarşılıqlı razılığa əsaslanan yeni bir keçici hökumət yaradılmalıdır. Axan qanı dayandırmaq üçün Suriyanın yeni bir liderə ehtiyacı var". |
2013-11-26 | 2,462 | Dünyanın ən köhnə cadusu – Mif | Dünyanın ən köhnə cadularından olan "Vadou" adlı cadu Haitidə hələ də həyata keçirilir. Hər il bayram şənliyi kimi qeyd edilən bu cadunu icra edən rahibələr kəsdirdikləri qurbanla insanların içindəki pis niyyətli ruhları çıxardıqlarını iddia edirlər. Qaranlıq mağarada keçirilən "ruh çıxarma" prosesi iki nəfər rəhbər tərəfindən həyata keçirilir. Belə ki, iki nəfərdən biri ruh çağırarkən, digəri bədəndə olan pis ruhları çıxarmaqla məşğul olur. Kəsdikləri heyvanın qanını bir şüşə qaba yığan cadugər qadın heyvanın yaşadığı zamanda topladığı bütün enerjisinin onda olduğunu insanlara inandırır. Daha sonra kəsilən heyvanın qanını insanlara sürtərək onların bədənində olan pis ruhları çıxarır. Cadugər oxuduğu dualarla özünü məhv edəcək qədər qışqırır. Qeyd edək ki, cadu prosesi onlarla insanın gözü özündə baş verir. Və sonda içindən pis ruh çıxarılan insan huşunu itirərək, ondan azad olur. |
2013-11-26 | 2,463 | Qarsia Markesin adına içki buraxıldı | Kolumbiyada məşhur yazıçı, 1982-ci ilin Nobel ödülçüsü Qabriel Qarsiya Markesin şərəfinə rom meydana çıxıb. Ölkədə spirtli içkilərin ən böyük istehsalçısı yeni romuna Markesin adını verib. Müəlliflərin dediyi kimi, yeni içki növü 30, 17 və 12 illik ən yaxşı romlardan hazırlanıb. Zavodun mütəxəssisləri yarım il ərzində müxtəlif reseptlərin dadına baxıblar. Nəticədə kakao rəngli, qurudulmuş meyvə, ədviyyat şirinliyi ilə seçilən Markes romu əmələ gəlib. Qeyd edək ki, 2012-ci ilin sonunda eyni zavod məşhur kolumbiyalı rəssam və heykəltəraş |
2013-11-26 | 2,464 | Ərdoğan nə yeyir, nə içir | Dəbdəbəli süfrələri sevmir Yaxın çevrəsindən baş nazir R.T.Ərdoğanın necə qidalandığı, nələrə diqqət yetirdiyi, hansı yeməklərə üstünlük verdiyi və ən sevdiyi yeməklər araşdırılıb. Məlum olub ki, baş nazir içkiləri, şokolad, şəkər, loxum kimi məhsulları sevmir. Nahara xüsusi diqqət edir İşi nə qədər çox olsa da, Ərdoğan naharını heç vaxt gecikdirmir. Xüsusilə naharda az duzlu pendir məhsullarını seçir. Mürəbbə, çörək və başqa xəmir xörəklərini yemir. Bildiyiniz kimi, dəniz məhsulları insan sağlamlığı üçün son dərəcə əhəmiyyətlidir. Ərdoğan da belə yeməklərə üstünlük verir. Dəniz məhsulları növlərindən xüsusilə "Mezgit" və "Trabzon qalxan" balığını seçir. Yayla şorbası və tərəvəz Şorba növlərindən yağsız və unsuz olanları qəbul edən Ərdoğan, yayla şorbası və tərəvəz şorbalarını çox sevir. Baş nazir yeməkdən əvvəl mütləq təzə sıxılmış portağal və ya nar suyu içir. Beləcə, baş nazirin mədə turşusu qaydasına düşür. Ərdoğanın yemək menyüsündə ət qətiyyən yoxdur. Nişastalı məhsullar qadağandır Az qala hər yeməyində bol göy-göyərti və salat növləri istifadə edən Ərdoğana xolestrolu yüksək yeməklər verilmir, eyni zamanda düyü, nişastalı məhsullar da yemək qadağan edilib. Dəbdəbəli süfrələri sevmir Ərdoğan içki mövzusuna da diqqət edir. Dəbdəbəli yemək masalarının qurulmasını istəməyən Ərdoğan şirniyyatı da sevmir. Ərdoğanın ən sevdiyi yeməklər arasında Qaradəniz bölgəsinin məşhur mıxmılası da var. Eyni zamanda səhər yeməklərində bol göy-göyərti yeyir. Anadolu gəzintiləri zamanı yerli, amma yağsız yeməklərə üstünlük verir. Tərəvəz yeməklərini sevən Ərdoğanın ən sevdiyi tərəvəzlər brokili və təzə paxladır. Ən sevdiyi meyvə Trabzon xurmasıdır Baş nazirin süfrəsində "vacib" sayılacaq şeylərdən biri də meyvədir. Ən sevimli meyvəsi Trabzon xurması olsa da, ən çox yediyi meyvə almadır. |
2013-11-26 | 2,465 | Özü öldü, evi yandı - Qaxda | "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Qaxinqiloy kəndində (rayon mərkəzindən 5 km aralı) 1930-cu il təvəllüdlü Beroşvili Nikolay Mixayloviçə məxsus evdə yanğın olub. Ümumi sahəsi 165 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, N.M. Beroşvilinin meyiti aşkar edilib. Bitişik tikililər və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2013-11-26 | 2,466 | Horadizdə də Bayraq Meydanı tikilir - Foto | Füzuli rayonunda yeni Bayraq Meydanı inşa edilir. "Axar.az" "AzərTAc"a istinadən xəbər verir ki, Bayraq Meydanı Horadiz şəhərinin girişində, dəniz səviyyəsindən 218 metr yüksəklikdə yaradılır. Meydanda hündürlüyü 67,5 metr olan bayraq dirəyi ucaldılıb, yeddi hektardan çox ərazidə yaşıllıqlar salınıb, həmişəyaşıl ağaclar əkilib, meydana çıxmaq üçün pilləkənlər inşa edilib. Meydanda işıqlandırma sistemi qurulur, avtomobil yolu çəkilir. Bayraq Meydanında inşaat işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. |
2013-11-26 | 2,467 | Polkovnik yenidən Müdafiə Nazirliyinə qaytarıldı | Gəncə şəhərində yerləşən hərbi hissələr şəhərdən kənar ərazilərə köçürüləcək. "Axar.az" xəbər verir ki, bu haqda məlumat "Musavat.com"a Müdafiə Nazirliyinə yaxın qaynaqdan daxil olub. Digər bir məlumatda isə deyilir ki, Müdafiə naziri Zakir Həsənovun oktyabrın 25-də vəzifəsindən azad etdiyi polkovnik Mehman Qədiməliyev yenidən Müdafiə Nazirliyinin mühəndis-istehkam xidmətinin rəisi postuna qaytarılıb. M.Qədiməliyev I ordu birləşməsinin (Bərdə korpusu) mühəndis-istehkam xidmətinin rəisi təyin olunmuşdu. Qaynaq bildirib ki, M.Qədiməliyevin vəzifədən çıxarılması və yenidən təyinatının səbəbi bəlli deyil. Belə məlumatlar var ki, polkovnik yeni nazirə Səfər Əbiyevin yaxın adamı kimi təqdim edilib. Bundan sonra onun vəzifədən çıxarılması əmri verilib. Sonradan isə polkovnikin S.Əbiyevin kadrı olmadığı müəyyənləşib və o öz işini bilən kadr kimi yenidən əvvəlki vəzifəsinə təyin edilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.