date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-11-26
2,572
Zaqatala qatillərindən daha biri ələ keçdi
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində 4 nəfərin olduğu avtomobili avtomatdan güllə atəşinə tutan Balakən rayon sakini, 1991-ci il təvəllüdlü Osmanov Samir Rəşid oğlu tutulub. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, Zaqatala rayon prokuroru İlham Həsənəlizadə faktı təsdiq edərək bildirib ki, Samir Osmanovdan hadisə zamanı istifadə etdiyi avtomat silah da maddi sübut kimi götürülüb. Tutulan şəxs yaralı halda ələ keçirilib. Əldə edilən informasiyaya görə, Samir Osmanovun öz əlindəki silahdan açılan güllələrdən biri noyabrın 24-də baş verən hadisə zamanı elə onun öz əlinə dəyib. S. Osmanovun müayinəyə ehtiyacı olduğu üçün o xəstəxanaya yerləşdirilib. Samir Osmanovun müalicə olunduğu xəstəxana hazırda Daxili Qoşunların əsgərləri tərəfindən mühasirəyə alınıb. Zaqatala rayon polis idarəsinin növbətçisi telefonla söhbətində əlavə informasiyaya malik olmadığını bildirdi. Xatırladaq ki, hadisənin daha bir iştirakçısı, Balakən rayon sakini Vüqar Lahıcov bu gün səhər saxlanılıb. Məlum silahlı insidentdə əlaqəsi olan daha bir neçə nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində "VAZ-2107" markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi "Hyundai" markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb. V. Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.
2013-11-27
2,573
Dünyanın ən qoca adamı - Foto
O,1980-cı ildə Boliviyada dünyaya gəlib. Çoban olaraq çörək pulu qazanan Karmela Flores Laura bu il 123 yaşını qeyd edib. Özünü hələ də tam sağlam hiss etdiyini bildirən Laura bunu təmiz dağ havası və daim aktiv hərəkətdə olması ilə əlaqələndirib. 3 övladı, 16 nəvəsi və 39 nəticəsi olan Carmelo Flores Lauranın ömrü dağlarda çobanlıq etməklə keçib. Laura uzun ömür sürməsinin səbəbini daim dağlarda olan yabanı bitkilər və meyvələr yeməsi ilə əlaqələndirib. O, xüsusi olaraq vurğulayıb ki, makaron və şəkərdən uzaq durması onun hələ də fiziki aktiv qalmasına səbəb olub.O, makaron və çörəyin tərkibində olan protein və kaloriləri alternativ qidalardan alıb. Qeyd edək ki, dünyanın ən qoca adamı dağın başındakı komasında yaşayır.
2013-11-27
2,575
Ana sevgisinin əks tərəfi də varmış - Foto
Valideynlər öz uşaqlarını nə qədər ideal böyütmək və onları qorumağa çalışsalar da, bəzən bu uşaq və valideyn arasında böyük bir sıldırım yaradır. Uşaqlar psixoloji problemlərlə qarşılaşır. Bu fotosessiya uşaqlar və analar arasındakı problemləri, valideynlərin uşaqlar üzərində olan total nəzarətini ortaya qoyur.
2013-11-26
2,576
Tağı Əhmədov-ANS qarşıdurması davam edir - Video
Tağı Əhmədovla bağlı ANS-in efirində gedən süjet sosial şəbəkələrdə ciddi müzakirə predmetinə çevrilib. Yanaşmalar müxtəlifdir. Kimi bunu təqdir edir, Metropoliten rəhbərinin davranışını eynilə bizim kimi pisləyir, kimi də məsələyə başqa prizmadan yanaşır. "ANS Tağı Əhmədovu vurdu" şəklində. Əslində, ANS heç kimi vurmur və bu haqqı ANS-ə heç kim də verməyib. Konkret Tağı Əhmədov məsələsinə gəlincə, o özü özünü vurur. Öz təbirincə desək, ağa davranışları, kobud qaba rəftarı, ölçüsüz-biçimsiz hərəkətləriylə. Əgər o, bu hərəkətləri son bir ayda ikinci dəfədir ki, ANS-in əməkdaşlarına qarşı yönəldirsə, biz nədən susub durmalıyıq ki? Yoxsa, bu millət qarşısında xidmətimiz Tağı Əhmədovun xidmətlərindən azdırmı? Hansı ki, o, bu xidməti uzun illərdir ki, göstərir və necə göstərir, nə cür göstərir bu da artıq başqa bir söhbətin mövzusu deyil. Çünki, sən susduqca, adam elə bilir ki, haqlı odur. Hərçənd, Tağı Əhmədovu haqsız çıxarmaq üçün onlarla faktı gözüyumulu sadalamaq olar. Onlardan biri metropolitendəki ticarət obyektlərnidən qazanılan milyonlardır ki, bu milyonlardan dövlətin büdcəsinə metropolitenin nə qədər vergi ödədiyi haqda məlumat belə yoxdur. Bir-iki il bundan əvvəl Tağı Əhmədov bu haqda radio müsahibələrindən birində ona ünvanlanan dinləyici sualına belə cavab vermişdi- "Heç bir qəpik də ödəmirəm". Bunu o sualı verən yoldaşa heç bir aidiyyatı yoxdur. Buyurun. Ənənəvi tərz. Və yaxud, başqa bir misal. Metro kartlarına qoyulan depozitlərin taleyi kart sisteminə keçəndən hələ də açıq qalır. Nəzərə alsaq ki, metropoliten kart sisteminə 2006-cı ildən keçib, 7 ildə bu depozitlərin hara sərf edildiyi, onlardan gələn gəlirin aqibəti ilə bağlı bir dənə də hesabat ortalıqda yoxdur. Nəqliyyatın vahid kart sisteminə keçilməsiylə bağlı Nəqliyyat Nazirliyinin təklifini isə Tağı Əhmədov ümumiyyətlə yaxın buraxmır. Halbuki dünyanın metro sistemləri məhz belə işləyir. Bu yerdə deyə bilərsiz ki, dünyanın metro rəisləri də Tağı Əhmədov kimi kresloya yapışıb qalmayıblar. Hətta ən çox vəzifədə qalan Rusiyanın metropoliten rəhbərləridir ki, heç onları da Tağı Əhmədovla müqayisə etmək olmaz. Onlar bu vəzifəni maksimum 7-8 il daşıyıblar. Vaşiqtonda nəqliyyat sektorunun başına keçən şəxs bu il seçilib, amma 2015-ci ildə postu təhvil verməlidir. Qardaş Türkiyənin təcrübəsini də bilsək pis olmaz. Dünyanın ən qədim metrosu sayılan İstambuldakı Tunel Metrosu 1875-də inşa edilib. Burada metro rəisləri vaqonlardan tez dəyişir. Təsəvvür edin, hər 8 ildən bir vaqonlar, hər beş ildən bir, yəni hər bələdiyyə seçkilərində metro rəhbərləri dəyişir. Bizim Tağı Əhmədov isə nə vəzifəsini dəyişmək fikrindədir, nə də xasiyyətini. Halbuki, hər ikisini dəyişməyin tam məqamıdır. Metropoliten rəhbəri Tağı Əhmədov bir sıra anlaşılmaz qərarlarını belə izah edir ki, ona yuxarıdan tapşırılanları yerinə yetirir. Maraqlıdır, prezident Məhəmməd Əmin Rəsulzadənin 130 illiyini dövlət səviyyəsində qeyd etmək barədə sərəncam verir. Tağı Əhmədov isə Məmməd Əmin Rəsulzadənin barelyefini metronun 28 may stansiyasından yığışdırır. Deməli, prezident Rəsulzadəyə ehtiram göstərir. Bəs, Tağı Əhmədov kimin tapşırığını yerinə yetirir?
2013-11-27
2,577
"Seltik" - "Milan" - Canlı
null
2013-11-27
2,578
Türkiyəyə milyardlar yatıran
Türkiyədə çalışan azərbaycanlı iş adamı, "Palmali Qrup"un prezidenti Mübariz Mənsimov "Milliyyət" qəzetinə müsahibə verib. Müsahibənin azərbaycanlı oxucular üçün maraqlı olacağını nəzərə alıb, təqdim edirik: Qaradənizin əsas daşıyıcısı Mübariz Mənsimov Türkiyənin Bodrum şəhərində Yalıkavakda tikdikləri Palmarinanın arxasındakı ərazidə Parisin məşhur prospekti Şanzelizə oxşayan bir prospekt inşa edəcəklərini, bu yay ora Las Veqas və Brodvey şoularını gətirəcəklərini söylədi. O, 270-dən artıq gəmisi ilə Qara dəniz neft daşıyıcılığının 100-də 65 faizini həyata keçirir. İşinin böyük qismi dənizdə olsa da, 40 ölkədə 45 min işçisi olan "Palmali Qrup"u, eyni zamanda, enerji, daşınmaz əmlak və turizm sektorunda da yatırımlar edir. Parisi Bodruma gətirən "Palmali Qrup"un bu qədər sürətlə böyüməsində 12 yaşından bəri sadəcə 3 saat yatmasının, yoxsa hərbçi ailəsindən olduğu üçün o intizamı həyatında əsas qanun kimi qəbul etməsinin payının daha çox olması məlum deyil, amma Mənsimovun enerjisinə çatmağın çətin olduğu məlumdur. Bodrumda 120 metrlik gəmilərin belə yan aldığı Palmarinanı 5 aya tikdirmişdi. Elə bilirdik bitib. Sən demə, hələ Parisin məşhur Şanzelisiz (Champs-Elysees) prospektı varmış. Palmarinanın arxasında Parisi canlandıracaqlar. Səki kafelərinin, restoranların olacağı prospekt Şanzelisizdən geri qalmayacaq. Bodrumdakı marinanın arxasında yerləşən böyük torpaq sahəsi bunun üçün ayrılıbmış. Mənsimovun iş görmə sürətinə baxdıqda "yerli Şanzelisiz"in 3-4 ay içində tamamlanacağını təxmin etməküçün öncəgörən olmağa ehtiyac yoxdur. "Marina 5 ayda 45 milyon TL endossament edir. Sadəcə biz yox, Bodrum da qazandı. Buradan Aralıq dənizinə açıldı", - deyir. İndi Yalıkavakda 500 milyon dollarlıq nəhəng bir turizm kompleksi sərmayəsinə başlayırlar. Gördüyüm qədəriylə bu sərmayələrlə Bodrumun mərkəzi Yalıkavaka doğru sürüşür. Həftədə 4 gün yemək bişirir, plovu əladır. Uzun müddət tək yaşadım - Dənizçilər gözəl yemək bişirər? Mətbəxlə aranız necədir? - Uzun müddət tək yaşadığım və gəncliyimdə bir müddət gəmidə aşpazlıq etdiyim üçün bilirəm də, sevirəm də yemək bişirməyi. Müxtəlif növ yeməklər bişirə bilirəm. Evdə olanda həftədə 3-4 gün yeməyi özüm bişirirəm. Uşaqları məktəbə aparmazdan əvvəl nahar hazırlamağı, stress atmaq üçün, dostlarım üçün yemək bişirməyi sevirəm. Makaronu, plovu gözəl bişirirəm. Boru, dəniz rəqib ola bilməz - Yeni neft boru xətti "Trans Anadolu Qaz Boru Xətti" proyektində (TANAP) varsınız? - SOKAR-la onsuz da həmkaram. Çox işlərdə birik. - Binaya girərkən rast gəldiyim oğlunuz Məcidə "atan nə işlə məşğuldur" deyəndə "gəmiçidir" dedi. Ən böyük işiniz neft daşıyıcılığıdır, həqiqətən də... Boru xəttləri tankerlərə rəqibdir? - Əsas işimiz, bəli, neft quyularının xidmətləri, nəqliyyat, tankerlərdi, dünyada ilk üçlüyə girən flotumuz var. Liman işlərimiz var. Sualınıza gələndə isə qətiyyən elə deyil. Dəniz daşıyıcılığı tarix boyu ən ucuz, ən effektiv nəqliyyat növü olub. İstər qatar, istər təyyarə nəqliyyatından çox aşağı qiymətə başa gəlir. - Bakı-Ceyhan boru xəttindən illik 50 milyon xam neft gəlir. Bu gəmilərə ziyan verir? - Xeyr. Boruyla gələn neft zatən dəniz olmayan yerlərdən gəlir. Dəniz olan yerdə boru daşıyıcılığı effektiv deyil, sərf eləməz. Gəmiçiliyin alternativi gələcək 50 ildə belə olmayacaq. - Neft daşıyıcılığının nə qədərinə nəzarət edirsiniz? - Qara dəniz neftinin 100-də 65-dən çoxuna biz nəzarət edirik. Şahəng ilə eyni cür hərəkət edirik - Marinaya böyük pul yatırdınız? İlk 5 ayda nə qədər yatırım etdiniz? - 120 metrlik gəmi belə bu yay bizim limana gəldi. İyundan başlayaraq bu günə qədər ilk 5 ayda 45 milyon TL yatırım edilib. - Yeni turizm kompleksiniz harada olacaq? Nə qədərə başa gəlir? - Yenə Yalıkavakda. Çox lüks bir otel tikdirəcəyik. Bura 500 milyon dolları keçər. İçində otel, villalar, qolf sahəsi olacaq. 2014-cü ildən başlayacağıq, bir ilə bitirməyi planlaşdırırıq. Bu il hələ ki, Marinanın böyüməsi var. Biz marinanı hələ bitirməmişik. Bu il onu da tamamlayacağıq... - Fərid bəylə ortaq nə edəcəksiniz? - O hələ məlum deyil. Fərid Şahəng istəsə ortaq olar. Tək də ola bilərik. Biz Fərdi Şahəng ilə qardaşıq, istədiyi an, istədiyi nisbətdə, istədiyi şirkətə, istədiyi qiymətlə ortaq olar. Bizim aramızda söz ola bilməz. Çox sevdiyim bir insandır. İkimizin də başı eyni işləyir. O da mənim kimidir. Çox düşünməyi sevməz, sürətlə qərar verər. Sürətlə irəli gedər. Marinadakı restoranların az qala hamısı "Doğuş Qrup"a aiddir. "Palmalife"ın detoks qrupu qışda İstanbulda işləyəcək - Çox şıx görünürsünüz. Detoks oteliniz var. İdman edirsiniz? - Hər səhər üzür və qaçıram. Amma son vaxtlar 1.5 kilo kökəlmişəm. Bodrumdakı "Palmalife" otelimizin detoks qrupu qışda 3 ay İstanbulda işləyəcək. Gündə iki saatlıq paketlər hazırlayacaklar. Onlar gələnə qədər verə bilməsəm mən də o paketlərdən götürəcəm artıq! Sağlamlıq, konqres, qolf turizmi, marina, bunlar Bodrumun ehtiyacı olan sərmayələr. Qış aylarında bir fabrikdə 5 adam işləsə belə, cəmi 300-400 adamlıq izdiham yaranar. Bodrum sezonluq bir yer olmaqdan çıxmalıdır. Bodrum Türkiyənin ən qiymətli yerlərindən biridir. Bilirəm, müharibədən heç kim xeyir görməz. - Üç il əvvəl ermənilərlə sərhədin açılmasıyla bağlı Azərbaycanla əlaqələrimiz gərginləşdi. Bir müddət əvvəl Azərbaycan prezidenti Əliyev ölkəmizə ziyarət edib Ərdoğanla görüşdü. Yeni səhifə açıldığı görülür. Siz nə düşünürsünüz? - Türkiyə prezidenti Abdulla Gülün Əliyevin şərəfinə verdiyi ziyafətdə mən də var idim. Bir Azəri olaraq çox xoşbəxtəm. Bu gün artıq iki dövlətin təkcə şüarlarda deyil, həqiqətən tək bir millət olduğunu görürük. Sözün düzü, Ermənistanla sərhədlərin asanlıqla açılacağını düşünmürəm. O sərhədi türk xalqı bağlayıb. Onsuz da, baş nazir Ərdoğan, "Qarabağ problemi həll edilmədiyi müddətcə o sərhəd açıla bilməz", deyib. Təbii ki, Qarabağ problemi həll edilsə, açılsın, niyə açılmasın. Özüm hərbçi nəslindən olsam da, bir şeyi bilirəm ki, heç bir müharibədən heç bir xeyir gələ bilməz. Azərbaycan torpaqlarını geri versələr, hər şeydən əvvəl Ermənistan üçün yaxşı olar. Azərbaycan ilə, Türkiyə ilə ticarət əlaqələri inkişaf edər. Kasıb vəziyyətdə yaşayan Ermənistan xalqı da daha xoşbəxt həyat sürər. Bir lobbi icazə vermir bu işin dostluqla, razılaşma ilə bitməsinə. Düşmənlik, kin yaxşı şey deyil. - Düzələn əlaqələrin iş dünyasına təsiri necə olar? - Bilirsiniz, Əliyevin siyasəti çox dəqiqdir. İstəyi Türkiyədən iş adamlarının Azərbaycana gedib tenderlərə qoşulub sərmayə qoymağıdır. Eyni cür Azəri iş adamlarının Türkiyədə iş qurması. Bunu həmişə prioritet hesab edib. Azərbaycanın son üçü ildə Türkiyədə qoyduğu sərmayə 17 milyard dollara çatıb... Mənsimovla reportaj edərkən 13 yaşındakı qızı Nüşabə otağa girdi. Piano dərsinə getməmişdən əvvəl atasına baş çəkməyə gəlmişdi. O vaxta qədər suallara böyük ciddiyyətlə cavab verən atasını möhkəm-möhkəm qucaqlayanda cib teleonumun kamerası işə düşdü, fürsəti qaçırmadım! Pomidor, pendirlə hazırlanmış buterbrod ən sevdiyim yeməkdir - 15 il əvvəl Türkiyəyə gəlib burada yaşamağa başlayan Mübariz Mənsimov ilə bu qarşımda oturan Mənsimovun lüks vərdişləri necə dəyişdi? - Bir çox türk iş adamını başa düşmürəm. İqtisadiyyat sinifində buna sadə həyat deyər. Xeyr, əfəndim, buna xəsislik deyirlər. Qazancımın yüzdə 10-nu özümə, ailəmə, dostlarıma xərcləməyi sevirəm. Lüks nədir? Yetər ki, rahat olsun, hər şeyi geyinərəm. Pomidor, pendirlə hazırlanmış buterbrod ən sevdiyim yeməkdir. 15 il bundan əvvəl kiçik təyyarə ilə uçurdum, indi böyük təyyarə ilə uçuram. Lüksdü, ya yox, mənimçün fərq etməz. Kiçik təyyarədə də bir kresloda otururdum, böyükdə də. Ev desəniz? Sovet dövründə hər kəs bərabər yaşayırdı, bilirsiniz. Dövlətin hər şeylə təmin etdiyi 60 metrlik bir evdə doqquz uşaq böyümüşük. Evin böyüklüyü xoşbəxtlik mənasına gəlmir. Evdəkilər razılaşsa, balaca evə köçərəm. Üzməyi, dənizin altında gəzməyi çox sevirəm. Suyun altının lüks olub olmağını bilmirəm! Varlı müştərini Bodrum Yalıkavak çəkdi - Marinada daha nələr edəcəksiniz? - Hələ üstündə tikinti aparmadığımız böyük bir ərazimiz var, marinanın arxasındakı yolun üstündə. Orada daha çox əyləncə sektorunu genişləndirəcəyik, dükanlar, restoranlar, küçə kafeləri olacaq. Palmarinanın dünyada alternativi yoxdur, Şanzelisizin balacası kimi təsəvvür edin. Uşaqlar üçün çox gözəl əyləncə mərkəzi də olacaq. 40 milyon dollara başa gələcək. Palmarinanın dünyada alternativi yoxdur. Bu dəqiqə 100 faiz doludur. Bir gündə 80 metrlik 6 gəmi yan alır... 3 milyard dollarlıq gəminin yan aldığı çox gün oldu yayda. Hər gün ortalama 20 min adam Marinaya girib-çıxdı. İtaliya, Yunan adalarından varlı müştəriləri ora cəlb elədik. Yeni ildə daha böyükn surprizlər olacaq. - Necə surprizlərdir bunlar? - Doğuşun şirkəti İMG ilə Las Veqas, Brodveydən böyük şoular gətirəcəyik. Razılaşmalar üçün Amerikaya gedirik. Məqsəd varlı xarici turistləri Türkiyəyə cəlb eləməkdir. Bodrumun Marbelladan, Portaçelidən, İbizadan, Naysdan, Monakodan çox daha üstün bir yer olduğunu göstərmək istəyirik. Hal-hazırda Yalakavakda daimi işləyən personalımız üçün ailələriylə birlikdə qalacaqları 300 adamlıq mənzil tikirik. Köhnə Sovet Rusiyası kimi... Bodrumda üç otel, bir Marinamız var. Biz mənzil verə bilmədyimiz personalımızın da kirayəsini ödəyirik. Kommunist rejimin hər şeyi pis deyildi ki. Təhsil, sağlamlıq xidmətləri, insanların bərabərliyi vardı. İnsanların zəmanəti vardı. İşçinə yaxşı şərait yaratmalısan - Kapitalizm yaxşı işləmirsə, demokratiya demək deyil. Ən güclü demokratik tərif sosializmdə var, hər kəsin bərabər olması. Amma Sovetlər Birliyi dağılanda elə olmadığını gördük. Bu gün kapitalizmin də çat verdiyini görürük. İşçinə yaxşı şərait yaradacaqsan ki, qarşılığını görəsən. Dünyada ən çox neft daşıyan bir nömrəli şirkətik. Bunu hər halda mən tək başıma etmədim, kapitanlar, mühəndislər etdi. İl sonunda mütləq mükafat verirəm. Uşaqlarıma da deyirəm, bizim yediyimiz çörək parçası işçilərimizin sayəsindədir. Paylaşmağı bilmək məcburiyyətindəyik. Xaricdə qazanıb Türkiyəyə yatırdım - Otel xaricində hansı yatırımlarınız var? - Mən xaricdə qazanıb Türkiyəyə yatırım etdim. Təkcə limanlara qoyduğumuz sərmayə 1 milyard dolları keçib. Limanlarda 2 milyard dollarlıq yeni gəmi sifarişimiz var. Enerjiyə böyük sərmayə qoyuruq. Futbolçunun anası bizim də anamızdır - Fərid Şahənglə yaxın dostsunuz. Fənərbaxça bu il yaxşı oynayır. Fərid bəy sizə sataşır? - Heç futboldan danışmırıq. Fənərli qardaşım Fərdi bəy də, "Qalatasaray"lılar da inciməsin, amma mənə görə Türkiyənin tək xalq komandası "Beşiktaş"dır. Köhnə idmançıyam. Xuliqanlığı dəstəkləmirəm. İdmanda xuliqanlıq, söyüş olmasın yetər. Mənim Azərbaycanda klubum var. 9 milyonluq Azərbaycan xalqından 3 milyonu bu komandanı dəstəkləyir. Ağızlarından bircə dənə də olsun söyüş çıxmaz. Bu söyüşləri futboldan yığışdırmaq lazımdır. Futbolçunun anası, bacısı bizim anamız, bacımızdır.
2013-11-27
2,579
Litva parlamentinin sədri Avromeydanda
Lirva Seyminin sədri Loretta Qraujinene Ukraynada Avroiteqrasiya tərəfdarlarının Avropa meydanında keçirdiyi mitinqdə çıxış edib. "Axar.az"ın məlumatına görə, L.Qraujinena çıxışında deyib ki, Litva Ukrayna xalqının düzgün seçim etdiyinə, Ukraynanın uğuruna inanır: "Litva və Ukrayna Avropa Birliyində olacaq" – deyən parlament sədri Meydana çıxan ukraynalılarla fəxr etdiyini söyləyib.
2013-11-27
2,580
ABŞ Senatı İrana sanksiyaları dayandırmır
İrana qarşı yaxın vaxtlarda istənilən yeni sanksiyaların qəbul edilməsi nüvə problemi üzrə danışıqlara xələl gətirəcək. "Axar.az" Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki jurnalistlərə bildirib. Demokrat çoxluğunun lideri Harri Rid senatda bazar ertəsi bildirib ki, senat Cenevrədə İranın nüvə problemi ilə bağlı əldə olunmuş sazişə baxmayaraq, dekabrda İrana qarşı sanksiyaların sərtləşdirilməsinin mümkünlüyü haqqında məsələyə baxacaq. "Danışıqlar zamanı istənilən yeni sanksiyaların qəbul edilməsi faydalı olmayacaq və səylərimizi riskə məruz qoya bilər", - Psaki deyib. Bununla yanaşı, onun sözlərinə görə, əgər İran yaxın altı ay ərzində razılaşmaya əməl etməsə və ya yarım ildən sonra yekun razılaşmadan imtina etsə, onda administrasiya sanksiyaların bərpasını və hətta sərtləşdirilməsini mümkün sayır.
2013-11-27
2,581
Azarov: “İndi söz Avropa Birliyinindir”
"Axar.az"ın məlumatına görə, bu açıqlamanı Ukraynanın Baş naziri Nikolay Azarov verib. Qeyd edək ki, noyabrın 21-də Ukrayna AB-nin "Şərq Tərəfdaşlığı" üzrə Assosiativ müqavilənin imzalanması hazırlıqlarını davam etdirməyi dayandırdıqdan sonra AB müzakrələri ikitərəfli formatda – Rusiyasız - davam etdirməyi irəli sürüb. Baş nazir sözünü belə əsaslandırıb ki, bir tərəfdə Avrointeqrasiya, digər tərəfdə Rusiya tərəfdarları var, belə olan halda müzakirələr üçtərəfli aparılmalıdır. "Rusiya bizim bu təklifimizi qəbul edib. İndi söz Avropanındır", - deyə Azarov bildirib.
2013-11-27
2,582
Yəhudilər böhrana görə Avropadan gedirlər
Fransada yaşayan yəhudilər bu ölkəni tərk edərək İsrailə immiqrasiya edirlər. "Axar.az"ın xəbərinə görə, keçən ilin yanvar-sentyabr aylarında 1469 yəhudi Fransanı tərk edibsə, 2013-cü ilin 9 ayında bu rəqəm 2185-ə çatıb. Yəhudi Agentliyinin yaydığı məlumatda bildirilir ki, son zamanlar müxtəlif ölkələrdən İsrailə köçən yəhudilərin sayında artım müşahidə edilir. Bu ilin yanvar-sentyabr aylarında beş qitədən 13903 yəhudi İsrailə köçüb. ABŞ yeganə ölkədir ki, oradan immiqrasiya edən yəhudilərin sayı 8 faiz azalıb. Agentlik yəhudilərin Fransadan immiqrasiya etməsinin səbəbini ölkədə maliyyə böhranı ilə əlaqələndirib. Avropa ölkələri arasında yəhudilər ən çox Fransada yaşayırlar və onların sayın təqribən 500 minə yaxındır.
2013-11-27
2,583
Ürəyimi qoyub gəldim…
Hər dəfə İstanbulun "hava qapısına" yetərkən özümdən asılı olmadan vaxtı müəyyənləşdirmək üçün gözüm gəzir və hər dəfə saat əqrəblərinin Bakıdan çıxarkən son dəfə baxdığım kimi qalmasından təəccüblənirəm: sanki heç zaman keçməyib, Bakıdan hansı saatda ayrılıramsa, İstanbula da o saatda çatıram – azacıq dəqiqə fərqilə. Yəqin Bakıdan gedəndə ürəyimizi, canımızı, ruhumuzu burda qoyub çıxmağımızın fərqində olduğu üçün ZAMAN da dayanır! Yalnız "öz saatıma" - Bakının zamanına baxanda təsəlli tapıram: Vaxt dayanmayıb, Orda qoyub gəldiyim ürək döyünür; həm də Vaxtımız düz iki saat irəlidədir. *** Doğmadan-doğmadır İstanbul: eyni səmadır, eyni sözlərdir, eyni təkliyim… Amma kənar səslərin xaostik musiqisindəki fərq həm səmanın rəngində, həm də dənizin pıçıltısında özünü göstərir. Burda dəniz mənə sevgi nəğməsi pıçıldamır, onu yalnız xatırladır; burdakı səma sığındığım məkan deyil – hər gecə işığının gözümdə bərq vurduğu, adbaad tanıdığım ulduzları necə tapacam? Bura mənim vaxtım deyil: öz ZAMANımdan geri düşmüşəm… Qumru da yoxdur, soruşum ki: "Saat neçədir, Qumru sən qonduğun budaqda…" *** Burda saatlar Bakı vaxtına qurulub: hər yerdə bizim faciəmiz, dərdimiz deyilir, yazılır, göstərilir; hər yerdə ağrımızı tanıtmaq, onu dünyanın kif basmış qulağına bağırmaq, tor görən gözünə yaxınlaşdırmaq istəyirik. Burda ağrımızı, dərdimizi, sevgimizi qışqırırıq – qardaşlarımızla birgə! Amma qışqırmaqla, söyləməklə, göstərməklə dərd, kədər, sevgi yaşanmaz ki! Sevgi də, dərd də Orda – Bakıda yaşanır: səssiz-səmirsiz. *** Canıma şəfa axtarırdım, özümü qardaşların müayinəsinə verəcəkdim. Həkimlər nə tapacaqlar, axı: mənim ki canım, ürəyim Azərbaycanda qalıb! Mən öz Vaxtımda deyiləm: öz Zamanında olmayanlara həkim çarə edə bilməz. *** Özündən getmək asandı: bir neçə dəqiqəyə huş apara, bir neçə dəqiqəyə İstanbula çata bilərsən. Özünə qayıtmaq çətindi: gərək həkimlər saatlarla çalışa, gərək bir neçə dəqiqəyə getdiyi yolu təyyarə 4-5 saata salamat qayıda. Dörd-beş günə dörd-beş saatı adlayıb, Orda qoyduğumuz özümüzə qayıdacağım anı səbirsizliklə gözləyirəm: amma bu "ÖZ" türkiyəlilərin dediyi "kəndimiz" deyil, məhz ÖZümüzdür. Ayağım İstanbula yenicə dəyib, amma… "Saat neçədir, Qumru…"
2013-11-27
2,584
Anqola məscidlərin sökülməsini təkzib edir
"Anqolada İslam dininin qadağan edilməsi və məscidlərin sökülməsinə dair xəbərlər həqiqətə uyğun deyil". Bu sözləri Türkiyənin Luanda səfirliyindən bir diplomat deyib. "Axar.az"ın məlumatına görə, Dünya Xəbər Agentliyinə açıqlama verən və bu mövzunun həssas olduğu üçün adının açıqlanmasını istəməyən diplomat vurğulayıb ki, səfirimiz bu məsələ ilə bağlı rəsmi görüşlər keçirir. Məsələ ilə bağlı paytaxt Luanda da belə bir məlumata rast gəlmədik. Digər yandan "İnternational Business Times"a danışan Vaşinqtondakı Anqola səfirlik nümayəndəsi bildirib ki, Anqola Respublikası insanların dini inanclarına müdaxilə edən ölkə deyil. Ölkəmizdə bir çox din var və bu inanc azadlığı deməkdir. Anqolada katolik, protestant, baptist, müsəlman, evanjelik insanlar yaşayır. "İnternational Business Times"a danışan digər səfirlik nümayəndəsi də, "Hələ də Anqolada İslamın qadağan edildiyinə dair bir məlumata rast gəlmədik. Biz də sizlər kimi məsələni internetdən izləyirik", - dedi. Çəkilən fotolar Anqoladan deyil Kütləvi İnformasiya Vasitələrində (KİV) Anqoladakı İslam qadağasına sübut olaraq göstərilən fotoşəkillərdən birinin keçən il oktyabr ayında bir məscidin sökülməsinin ardından mətbuatda dərc edildiyi, eyni zamanda da həmin şəklin 2008-ci ildə də xəbər portallarından birində yerləşdirildiyi bildirilir. Diplomatın sözlərinə görə, bu şəkillər Anqolada çəkilməyib, Anqolada məscidlər sökülmür.
2013-11-27
2,585
Qanda olan şəkəri yüksəldən qidalar
Mütəxəssislər qanda olan şəkəri yüksəldən qidaları açıqlayıb. Diabet xəstələrinin uzaq dayanacağı qidaları təqdim edirik. 1. Şəkər və şəkərli qidalar 2. Tort və şirniyyatlar 3. Bal 4. Cemlər və marmeladlar 5. Peçenye 6. Şokolad 7. Bəhməz 8. Hazır meyvə suları 9. Quru meyvələr 10. Düyü plovu 11. Makaron 12. Börəklər
2013-11-27
2,586
Burun tutulmasının təbii yolla müalicəsi
Qış aylarının ən böyük dərdlərindən biri də qrip və soyuqdəymədən yaranan burun tutulmasıdır. Burun tutulması sadə bir problem kimi görünsə də, nəfəs almanıza təsir etdiyindən baş ağrısı və halsızlıq yaradır. Burun tutulmasından təbii yollarla xilas olmaq mümkündürmü? Yarım stəkan suya çay qaşığının dörddə bir hissəsi qədər duz və çay qaşığının dörddə bir hissəsi qədər karbonat qatıb qarışdırın. Suyun təmiz və qaynadılmış olmasına diqqət yetirin. Burunun bir deşiyini bağlayın, hazırladığınız maddəni o biri burun deşiyinizə iynə və ya bənzər bir vasitə ilə fışqırdın. Suyu ovcunuza tökərək burnunuza çəkə bilərsiniz. Hazırlanmış maddə burun tutulmasının qarşısını alır və çox təsirlidir. Ev şəraitində tərkibi hazırlamaq çətin olsa, apteklərdən dəniz suyu şəklində satılan burun spreylərindən alıb istifadə edə bilərsiniz. Bu cür alternativ müalicəvi üsulları həkimə məsləhət etmədən tətbiq etsəniz, faydalı və çox təsirli olduğunu görəcəksiniz.
2013-11-27
2,587
Yaşlanmanın qarşısını alan maska
Ebru Şallıdan yaşlanmanı gecikdirən maskanın tərifi. Bu maska ilə dərinizin daha dolğun və parlaq görünməsini, cavanlaşmasını hiss edəcəksiniz. Dəriyə çox faydalı bir bitki dən hazırlanmış Cökə maskası dərinin yaşlanmasının qarşısını alır, dəriyə dolğun və rahatlıq hissi verir. Vasitələr: - 2 tutam cökə - 1 fincan isti süd Hazırlanması və istifadəsi: Maska tətbiq olunmazdan əvvəl dərinin təmizlənməsi vacibdir. Südü istilədib içərisinə 2 tutam cökəni atıb 15 dəqiqə dəmləyin. Daha sonra süzüb üzünüzə masaj edərək sürtün. 15-20 dəqiqə saxlayın və üzünüzü ilıq su ilə yuyun. Bu maskanı həftədə 2-3 dəfə tətbiq etməniz məsləhətdir. Dərinizin parlaq, dolğun və gözəçarpan olduğunu görəcəksiniz.
2013-11-27
2,588
Anar "Meydan"da Gömrük İttifaqından danışdı - Video
Xalq yazıçısı, AYB sədri Anar Meydan TV-yə müsahibə verib. Yazıçı müsahibəsində ədəbi görüşləri ilə bərabər, son günlər baş verən geosiyasi proseslərə də münasibət bildirib. Müsahibəni təqdim edirik.
2013-11-27
2,589
“Soçi-2014” qeyri-adi yolla reklam edilir
Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına həsr olunan təqvim hazırlanıb. "Axar.az"ın ANS-ə istinadən məlumatına görə, ilin 12 ayın hər birinə aid posterlərdə açıq-saçıq geyinən qızlar təsvir olunub. Şəkillərdəki şüarlarla tamaşaçıları yarışlara dəvət edilib.
2013-11-27
2,590
"Barselona" - "Ayaks": ən maraqlı anlar - Video
Çempionlar Liqasında V turun ilk oyun günündə bir sıra qarşılaşmalar keçirilib. Günün ən gözlənilməz nəticəsi Amsterdamda qeydə alınıb. Belə ki, qrupunun lideri olan Barselona səfərdə gözlənilmədən Ayaksa məğlub olub. "Axar.az" olaraq qarşılaşmadan ən maraqlı epizodları və qolları təqdim edirik.
2013-11-27
2,591
İsrail iki fələstinlini qətlə yetirdi
İsrail əsgərlərinin Əl-Xəlil şəhərinə bağlı Yatta əyalətində iki fələstinlini öldürdüyü bildirilir. "Axar.az"ın xəbərinə görə, bu haqda "Yediot Aronot" qəzeti məlumat yayıb. Bildirilir ki, Yattada keçirilən əməliyyatda əsgərlərin nəzarətə götürmək istədiyi ərazidə fələstinlilərin etirazı ikisinin ölümünə səbəb olub. Öldürülən fələstinlilərin İsraildəki bəzi məntəqələrə bombalı hücum təşkil etməyi planladıqları iddia edilir.
2013-11-27
2,592
Bakı-Qazax yolunda ağır qəza: ölən var
Bakı-Qazax avtomaqistralında ölümlə nəticələnən qanlı yol nəqliyyat hadisəsi baş verib. Yük "KAMAZ"ının təkərinin partlaması Bakı-Qazax avtomagistralında dəhşətli qəzaya səbəb olub. "Axar.az" "Trend"ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ağstafa rayonu ərazisində baş verib. Qazaxdan paytaxta sərnişin daşıyan "Mercedes sprinter" markalı avtomobil qarşıdan gələn "KAMAZ"la toqquşub. Qəza yük avtomobilin qabaq təkərinin partlaması və sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Zərbənin gücündən içində sərnişin olan mikravtobus magistral yolun kənarında olan arxa düşüb. Nəticədə "Mercedes sprinter"in sürücüsü 41 yaşlı Qazax rayon Xanlıqlar kənd sakini Mətləb Musatafayev və yol kənarında dayanan Ağstafa rayon Aşağı Göycəli kənd sakini Niyaməddin Tağıyev yerindəcə dünyalarını dəyişiblər. Mikroavtobusda olan digər 7 sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, zərərçəkənlərdən İlqar Tağıyev, Orxan Əhmədov, Ceyhun Həşimov ilk yardım aldıqdan sonra evə buraxılıblar. Digər yaralılar, 1 qadın olmaqla 4 nəfər isə həkim nəzarətindədir. Faktla ələqədar BDYP-nin İstinaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
2013-11-27
2,593
Samuxda avtomobil yandı
Samux rayonu, Hacallı kəndində vətəndaşa məxsus "UAZ" markalı yük avtomobilinin mühərriki yanıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına əsasən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-11-27
2,594
Nyu York: Hər beşinci uşaq aclıqdan əziyyət çəkir
Nyu Yorkda hər altı böyük insandan və hər beş uşaqdan biri aclıqdan əziyyət çəkir. Məlumat Nyu York Siti Aclığa Qarşı koalisiya təşkilatının məruzəsində yazılıb. 2010-2012-ci illərin statistikasına görə, şəhər sakinlərinin 16 %-i (1,4 milyon insan) yemək azlığından əziyyət çəkir. Onlardan 406 min 260-ı uşaqdır. Şəhərin ən "ac" rayonu Bronks, ikincisi isə Manhetten sayılır. 2012-ci ildə yoxsulluq həddindən aşağı səviyyədə yaşayan nyuyorkluların sayı 1,7 milyon 2008-ci ilə nisbətən 100 min daha çoxdur. Məruzənin müəllifləri qeyd edir ki, buna səbəb "Sendi" qasırğası, büdcə maliyyələşməsinin və sosial yardımların azalmasıdır.
2013-11-27
2,595
MTN-də daha bir rəis işdən çıxarıldı
Milli təhlükəsizlik naziri Eldar Mahmudov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir. "Axar.az"ın "AzNews.az"a istinadən verdiyi məlumata görə, MTN-nin Səbail rayon şöbəsinin sədri də vəzifəsindən kənarlaşdırılıb. Onun sərəncama göndərildiyi bildirilir. MTN-nin İctimai Əlaqələr Mərkəzindən xəbəri nə təkzib, nə də inkar ediblər. Qeyd edək ki, MTN-də kadr dəyişikliyi bir neçə gün əvvəl başlayıb. Belə ki, nazirliyin Nərimanov rayon şöbəsinin rəisi Natiq Abuzərli təqaüd yaşına çatdığına görə pensiyaya göndərilib. Bundan əlavə xidmət müddəti başa çatan bir neçə əməkdaş isə təqaüdə çıxarılıb. E.Mahmudovun islahatları davam etdirəcəyi bildirilir.
2013-11-27
2,596
Uşaq bağçasında rüşvət skandalı - Video
Bir narazılıq bir neçə qanunsuzluğun üstünü açdı. "İşə düzəlmək üçün 2 min manat verdim, lakin aldadıldım". Bu sözləri Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yaşayan Sevinc Seymur qızı Ağazadə deyir. Ölkə başçısına, Heydər Əliyev Fonduna, Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Uşaqlar Birliyinə şikayət məktubu ünvanlayan xanım deyir ki, 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Kollecini bitirib. Bu ilin may ayında Bilgəh qəsəbəsində yerləşən 281 saylı uşaq bağçasına iş üçün müraciət edib: "Bağçanın müdirəsi Məlahət Rəhimova diplomumu İcra Hakimiyyətinə aparandan sonra cavab verəcəyini bildirdi. Üç gündən sonra məni yanına çağıraraq ixtisasımın uyğun olduğunu və Bakı şəhər İcra Hakimiyyətindən də mənim işə qəbulum üçün 3 min manat pul istədiklərini bildirdi". "Üç ay pulsuz işlədim" S.Ağazadə istənilən məbləğlə razılaşmayıb. Bir həftədən sonra M.Rəhimova onu yenidən bağçaya çağırıb və tərbiyəçiyə ehtiyac olduğunu deyib: "Məlahət xanım mənim işə qəbul olunduğumu və sentyabrın 5-də əmək kartı alacağımı bildirdi. Məni 3 aya yaxın məcburi iki növbədə işlətdikdən sonra dedi ki, 2 min manat verməlisən. Məcburiyyət qarşısında qalıb 2 min manatı verdim. Bir neçə gündən sonra isə dedi ki, İcra Hakimiyyətindən Eldar müəllim şirinlik istəyir, 100 manat da gətir. Onu da verdim". Lakin yenə də S.Ağazadənin əmri verilməyib. Əlacsız qalan tərbiyəçi Bakı Şəhər İcra Hakimiyyətinə gedib və orada öyrənib ki, heç sənədləri quruma təqdim olunmayıb: "Sən demə, məni 3 ay aldadaraq işlədib və bu müddətdə bir qəpik də pul verməyib. Buna etiraz etdikdə isə məni təhqir edib qovdu və məvacibimi vermədi. Şərəf adlı başqa bir qadından 2500 manat alaraq mənim yerimə götürdü". Müxtəlif qurumlara müraciət edən S.Ağazadənin problemləri həll olunmayıb. Verdiyi 2 min manat hissə-hissə qaytarılsa da, işlədiyi ayların məvacibi ödənilməyib. "Xörək qazanlarını evinə göndərirdi" Çalışdığı 3 ay müddətində qanunsuzluqlarla rastlaşdığını deyən şikayətçinin sözlərinə görə, bağçada əməlli-başlı alver gedir: "3 ayda çox hadisələrin şahidi oldum. Uşaqlara səhər yeməyi verilmirdi, günorta yalnız sup bişirdilər. Krandan soyuq su içizdirilirdi. Buna etiraz edəndə də Məlahət xanım deyirdi ki, heç nə olmaz, ölməzlər. Xörək qazanlarını evinə göndərirdi. Bağçaya gələn məişət avadanlıqlarını və ərzaqları satışa göndərirdi". S.Ağazadə onu da deyir ki, bağçaya uşaq qəbulu 50-100 manat arası dəyişir: "Valideynlər şikayət edirdi ki, uşaqlar evə ac gəlirlər. Bəziləri hətta yemək gətirib verirdilər ki, heç olmasa qızdırıb verin uşaq yesin. Ümumiyyətlə, o bağçada mənim kimi aldadılanlar çoxdur. Məndən başqa 3 nəfər də eyni problemi yaşayıb. Şikayət edəndə də yalanlayır, belə bir şey olmadığını deyir. Ona görə də hər şeyi sübutlarla etməyə çalışırıq". "Böyüyüm icazə vermir" Baş verənlərə münasibət bildirən Məlahət Rəhimova öncə bağçadan reportaj hazırlamağı məsləhət gördü: "Belə çıxır ki, Sevinc 3 ay bura material toplamağa gəlirmiş. O, burda təcrübə keçirdi, işə qəbul olunmadı. Mənə nə pul verib, nə də bu barədə danışmışıq. Dediklərinin hamısı yalandır. Hər günorta uşaqlara iki növ yemək verilir, qayğısına qalırıq. Mən sizi bağçaya dəvət edirəm, buyurun, gəlin, öz gözünüzlə görün". Lakin bir qədər sonra M.Rəhimova təkrar arayaraq reportaja icazə verilmədiyini bildirdi: "Böyüklərim mənə icazə vermədi. Ona görə də bağçaya buraxılmayacaqsız. Nə istəyirsizsə, yazın. Mən ancaq böyüklərimin sözünə qulaq asa bilərəm. Onlar icazə verməsə, nə sizi bağçaya buraxa bilərəm, nə də danışa". "Böyüyünüz kimdir?" sualına bağça müdirinin cavabı belə oldu: Bakı şəhər İcra Hakimiyyəti. Bizə Tamella xanım nəzarət edir. O da icazə vermir. Özü ilə danışaram, əgər razılıq versə, soyadını və telefonunu verərəm, əlaqə saxlayarsız". Lakin "Tamella xanım" deyilən şəxs buna da razı olmadı. Bakı şəhər İcra Hakimiyyətindən isə bu barədə açıqlama vermək istəmədilər. Problemi bağça rəhbərliyi ilə həll etməyi məsləhət bildilər. M.Rəhimovasa reportajın mümkünsüzlüyünü dedi. Çəkilişdəkilər həqiqətdirmi? S.Ağazadə anası İradə xanımla M.Rəhimovanın söhbətinin səsyazısını və bağçadan bir neçə görüntünü "Qafqazinfo"ya təqdim edib. Görüntülərdən birində uşaqlara krandan su içirildiyi aydın görünür. Ancaq bu, elə çəkiliş aparan şəxsin özü tərəfindən edilir. S.Ağazadə də etiraf edir ki, çəkiliş mətbəxdə çalışan xanımlardan biri tərəfindən aparılıb və həmin xanım da rəhbərliyin tapşırığını necə yerinə yetirdiyini sübut etmək istəyir. Səsyazmada isə M.Rəhimova təkcə 2 min manat aldığını deyil, test imtahanında az bal toplamış oğlunu ali məktəbə düzəltmək üçün nə qədər pul verməli olduğunu da etiraf edir. Güman ki, əlaqədar orqanlar faktı araşdırıb, həqiqətin üzə çıxmasına yardım edəcəklər ("Qafqazinfo.az"). ​
2013-11-27
2,597
Türkiyədə yenə zəlzələ oldu
Saat 06:13-də mərkəzi Mərmərə olan 4.7 gücündə zəlzələ meydana gəlib. Zəlzələ İstanbulda da hiss olunub. "Boğaziçi Universiteti Kandili Rəsədxanası və Zəlzələ İnstitutu Milli Zəlzələ İzləmə Mərkəzi"nin məlumatlarına görə, zəlzələ səhər saatlarında Təkirdağın Mərmərə Ərəylisi mahalının 13 kilometr cənubunda, yerin 9.6 kilometr dərinliyində baş verib. Zəlzələ Təkirdağ və mahalları ilə bərabər İstanbulda da hiss edilib.
2013-11-27
2,598
Hərbi Dəniz Qüvvələrində total yoxlamalar başladı
Şahin Sultanovu həbs edə bilərlər; Vitse-admiralın adı əsgər ərzağının oğurlanmasına da qarışdı Noyabrın 25-dən etibarən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində 12 nəfərdən ibarət təhqiqat qrupu total yoxlamalara başlayıb. Yoxlamanın bu qoşun növünün bütün sahələrini əks etdirəcəyi haqda məlumat var. Yoxlamaya səbəb isə Bibiheybət qəsəbəsində yerləşən və vitse-admiral Şahin Sultanova tabe olan hərbi hissədə baş verən hadisədir. Belə ki, yeni nazirin təyin etdiyi Hərbi Polis İdarəsinin rəisinin göstərişinə əsasən göstərilən ərazidə qəfil reyd keçirilib, hərbi hissənin ərzaq anbarından böyük miqdarda ərzaq məhsulları çıxarılması faktı qeydə alınıb. Oğurluq hadisəsinin qarşısı alınıb, aktlaşdırılıb və ərzaq anbarı möhürlənib. Olay haqda müdafiə nazirinə məlumat verilib. Müharibə şəraitində olan bir ölkədə əsgərə veriləcək ərzağın talan edilməsi nazirin qəzəbinə səbəb olub. Belə məlumat var ki, Ş.Sultanov tabeliyində olan hərbi birləşmədə vəziyyətə nəzarət edə bilmir. Belə qanunsuzluqlar isə hər gün baş verir. Zakir Həsənovun oğurluq hadisəsinə münasibəti çox kəskin olub və o, bununla bağlı nazirliyin arxa cəbhə xidmətlərinə Hərbi Dəniz Qüvvələrində yoxlamalara başlanılmasına göstəriş verib. Müdafiə Nazirliyi sistemində adı korrupsiya qalmaqallarında hallanan generallardan biri də Şahin Sultanovdur. Vitse-admiralın adı hərbçilərin hüquqlarını müdafiə etmiş hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun sifarişlə həbs olunmasında, zabitlərə plana düşmüş evləri müqabilində dövlət tərəfindən ayrılmış 2 milyon manat dəyərində kompensasiyanın, hərbi hissənin köçürülməsi üçün ayrılmış əlavə 2 milyon manat pulun mənimsənilməsində hallanırdı. Bundan başqa, Səfər Əbiyevlə yaxın münasibətlərdən istifadə edərək "kod 555" adı ilə tanınan vətəndaş Elxan Hacıyevlə birgə xarici ölkələrə hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarını satması, qanunsuz metal satısı, hərbi obyektləri, onların altındakı torpaqları balansdan silərək öz adlarına saxta sənədlər əldə etməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Qubada, Qusarda, Şəkidə, Türkiyədə villalar alması, hərbi hissənin əsgər və işçilərini bu villalarda qanunsuz işlətmələri, işçilərin rüşvətlə vəzifələrə təyinatı, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması kimi məsələlərdə hallanıb ("Musavat"). Yazıda adı hallanan hər kəsi, o cümlədən Şahin Sultanovu da dinləməyə hazırıq.
2013-11-27
2,599
Cəbhədə atışma: düşmən susduruldu
"Axar.az"ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-11-27
2,600
Rusiya qoşunlarını Dağlıq Qarabağda yerləşdirir
Rusiya sülhməramlılar adı altında öz qoşunlarını Dağlıq Qarabağda yerləşdirmək istəyir. "Axar.az"ın "1in.am" saytına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə "Konkord" araşdırmalar mərkəzinin rəhbəri David Şahnazaryan çıxış edib. O, Ermənistanda narazılığın artdığını, qısa müddətdən sonra isə bunun idarə olunmayacaq səviyyəyə gəlib çatacağını bildirib. Ekspertin sözlərinə görə, hazırda yalnız Rusiyanın sayəsində ölkədəki kütləvi narazılığın üzünü maskalamaq mümkün olub. D. Şahnazaryan həmçinin Rusiyanın Ermənistanda hərbi bazalarının genişləndirməkdə əsas məqsədinin Dağlıq Qarabağ konfliktini həll etməmək olduğunu da bildirib: "Hazırda Rusiyanın qarşısında iki məqsəd var. Birinci Dağlıq Qarabağ konfliktini həll etməmək, ikincisi isə öz qoşunlarını sülhməramlılıq adı altında Qarabağda yerləşdirmək". Ekspert həmçinin Vladimir Putinin İrəvana səfəri məsələsinə də toxunub. "Əgər bu işgüzar səfərdirsə, qoy heç olmasa onu Azərbaycandakı kimi baş nazirin müavini qarşılasın. Qoy heç olmasa burada dövlətin şərəfi qorunsun". D.Şahnazaryan tezliklə ölkəni kütləvi iğtişaşların alacağı ilə də bağlı proqnoz verib. Ekspert bunun hökumətin Gömrük İttifaqına getməsiylə əlaqədar olacağını söyləyib.
2013-11-27
2,601
Quldurlar 45 gündən sonra ələ keçdi
Bakıda quldurluq edən keçmiş məhkumlar saxlanılıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. İdarədən bildirilib ki, oktyabrın 8-i saat 00:30 radələrində Ziya Bünyadov prospektində iki nəfər Bakı şəhər sakini İsmət Xudaquliyevin boğazına bıçaq dirəməklə pulunu və 2 ədəd mobil telefonunu alaraq qaçıblar. Cinayətkarların tutulması üçün Nərimanov polisi 45 gündən çox axtarış-əməliyyat tədbirləri keçirib. Quldurluqda şübhəli bilinənlər - əvəllər məhkum olunmuş Ruslan Səfərov və Şamxal Məmmədov dünən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
2013-11-27
2,602
Xəbər göndərmişdilər... qızımın toyuna getmədim...
Əlisəmid Kürə "oturub çay içərik, söhbət edərik, çoxdandır görmürəm səni",- deyib, görüşə çağırdım. Razılaşdı. AYB-nin yaxınlığında görüşüb "Təbəssüm" restoranına gəldik. Yol boyu ordan-burdan danışdıq. Hiss etdim ki, gecənin bir aləmində zəng edib görüşmək istəməyim, səhəri günə çay üçün vədələşməyim onda bəzi suallar doğurub. Amma heç nə soruşmadı. Restoranın ikinci qatında sakit bir guşədə yerimizi rahladıq. Sifarişimizi verdik. Xidmətçi oğlanın təklif etdiyi soyuq yeməklərdən və salatlardan qəti olaraq imtina etdi. Cibimdən fotoaparatı, diktofonu çıxartdım. - Hə, Əli necəsən? - Sağ ol. Şükür... Belə də, gördüyün kimi, arzuladığın kimiyəm. Bunlar nədi, sən məni müsahibə götürməyə çağırıbsan? Yenə də "Yol"un çörəyini yeyirəm - Sənə dedim axı, çay içərik, söhbət edərik. İndi də söhbətimizi edək. Əli, sən bizim yaddaşımızda şair kimi, dost kimi, öz sözünün sahibi kimi qalmaqla yanaşı, həm də yaşadığın bu ömürdə tutduğun yol ilə də fərqlənə bilmisən, seçilmisən. Həm "Yol" qəzeti, həm də özünəməxsus olan həyat yolunla... Gələn il 60 yaşın tamam olacaq. Arxada nə qaldı, hansı arzuların boynubükük qalıb gerçəkləşdiyi zamanı gözlədi və gerçəkləşməsi mümkün olmadı. - Hə, ay Faiq, arxada o qədər gözəl hisslər, günlər qaldı ki... Alnını ovuşdurur: - Sən bundan çəkirsən? - stolun üstündəki siqaretdən götürür. Yandırıb dərin bir qullab vurduqdan sonra ağzından sözlər tüstü ilə birgə çıxır. - Arxada nə qaldı, deyirsən? Arxaya baxmırsan e, arxadan səni o günlər səsləyir. Xoş bir səda qulaqlarını qıdıqlayır. Boylanırsan o səsə tərəf... Şükür, mən o yolu keçmişəm. - Nə işlə məşğulsan, necə dolanırsan? - "Yol" dedin bayaq. Sözün bütün mənalarında mən yenə də o "Yol"un çörəyini yeyirəm. Halal çörəyini... Mən dəyişə bilmirəm - İndi də çörəyini yediyin o "Yol"a qədər, o "Yol"dan sonra həyatında keçdiyin bir yol da var. Atan Cəfər müəllim tanınan, hörmət sahibi olan bir kişi idi. Ətrafında ziyalılar, yazıçılar, sənət və o dövrün siyasət adamları olub. Sözsüz, bu insanları tanımağın da səndə hansısa duyğuların oyanmasına səbəb olub. Müxtəlif arzuların da olub. Hansı arzuların arxasınca düşdün? - Vallah, bu yaxınlarda bir müsahibə oxudum. Rusiyanın futbol məşqçisi var, Fabio Kapello... Bax ondan müsahibə götürüblər və sual veriblər ki, keçmişə salam vermək istəsəydin, nə edərdin? - Bəs sən, Əlisəmid, keçmişə salam vermək imkanın olsa idi, nə edərdin? - Kapello deyir ki, keçmişə salam vermək mümkün olsaydı, atama zəng edərdim, salamlaşardım, hal-əhval tutardım. Mən də atamla danışmaq, onunla halallaşmaq istərdim. Bəzən soruşurlar ki, bir daha doğulsaydın, yenəmi bu ömrü yaşayardın? Allaha and olsun, bir günündən belə imtina etməzdim... - Yəni keçdiyin bu ağrılı-acılı günləri təkrar yaşayardın!?. - Təkrar niyə, yenidən yaşayardım... İstər onun həbsxanası, dəlixanası olsun. Hara düşmüşəm e... bütün günlər mənim taleyim, alın yazımdır. Çünki həmin ağrılı, ağır günlərdə adam öz dostlarını, bacı-qardaşını, yaxınını, salam verib salam aldığı adamları sınayır. Sınayır, tanıyır kim, kimdir. Heç kəsə arzulamıram o günləri... Biz yaradıcı adamlarıq, hissiyyatlı oluruq. İndi çox adama zəng vurmaq istəyərəm və deyərəm ki, mən həmin Əlisəmidəm, dəyişməmişəm. "Ulduz" jurnalında sənin şeirin çıxmışdı, orda yazmışdın ki, həmənki Faiqəm, dəyişməmişəm, yadındadır? Mən onlara deyərdim ki, necə görünürəmsə, necə varamsa həmənəm, heç dəyişməmişəm. Mən dəyişə bilmirəm, qardaş... Deyəcəm, inanmayacaqsız... - Bunlar çox kövrək məqamlardı. Bax, həyatda çox-ağrı acı görübsən, dost xəyanətindən tutmuş, tanımadığın, yaxşılıq etdiyin kimsənin sənə qarşı olan haqsızlığına qədər... Amma hər nə olursa-olsun, hamımız arzularla yaşayırıq. Bəziləri gerçəkləşir, bəziləri elə içimizdə boğulub ölür. Sənin hansı arzuların həyata keçməyib? - Arzular deyəndə, o qədər arzular olub ki... İndi yadıma sala bilmirəm gerçəkləşməyəni hansıdır. - Ola bilməz ki, arzularının hamısı gerçəkləşsin. - Allaha and olsun, deyəcəm, inanmayacaqsız, mən bu vaxta qədər nə arzulamışamsa, o da olub. Nəyə nail ola biləcəyəmsə, onu da arzulamışam yəqin... Ürəyimdə kiçicik arzularım qalıb - Kürdəmirdə bir kor balabançı var, yaxınlarda onun haqqında hazırlanan verilişə baxdım. "Yolçu" verilişində... Sən ada bax e, "Yolçu"... 85 yaşlı qoca, kor kişini danışdırırlar. Axırda da balabanını verdilər ki, çal... Baxdım, baxdım... Səhər uşaqlar yuxudan durandan sonra dedim, gəlin, sizə bir şeir oxuyum, axşam yazmışam. Mənə dedilər ki, sənin axşam özündən xəbərin yox idi. Mən şeirlərimi əvvəl evdəkilərə oxuyuram. İndi sənə deyəcəyim şeir həm də həmin sualına cavabdır: Bir adaşım yaşayır Kürdəmirdə - Muradxanlı kəndində. Gecəyarı ekranda gördüm "Xəzər" TV-də Əvvəl-əvvəl danışmadı, dinmədi Dizlərinin üstdə gözləri yol çəkdi barmaqlarının Sonra adamlar yığışıb könlünü aldılar onun. Ovutdular. Çıxartdı mücrüdən balabanı Dedi: mənim işim BALABANla, NEYlədi. Adaşım, balabançı kor Əlisəmid Sonra gör neylədi adaşım, balabançı kor Əlisəmid Qəfil nəfəs verdi balabana Sığalladı asta-asta, bala-bala. Asta çaldı balabanı Tələsdi yavaş-yavaş, bala-bala. Dağı arana daşıdı, aranı dağa Anasızın balasını ağlatdı, balasızın anasını ağlatdı. Qəribi çağırdı qürbətdən Qəfil balabanı qoydu qırağa Ürəyinin işığı üzündə Üzü nur, üzü pir Əlisəmid Çalğı çoxdan qurtarıb Nə baxırsan əlləri üzündə, gözləri barmaqlarının ucunda Adaşım balabançı kür Əlisəmid Adaşım balabançı kor Əlisəmid... Ay Faiq, o balabanın səsi hələ də qulaqlarımdadır. Ürəyimdə kiçik arzularım qalıb. Mən İncəsənət Universitetini bitirmişəm, teatrşünaslıq fakültəsini. Amma rejissor olmaq, filmlərə çəkilmək istəyim olub. Oğlum Qorqud Kino Akademiyasını bitirdi, aktyordu. Bir-neçə filmə, seriala çəkilib. İndi də "Göyçək Fatimə"yə çəkilir. Bax, dediyin gerçəkləşməyən arzularım ola bilsin ki, budur, onu da oğlum gerçəkləşdirir. İçimdə bir çəkilmək yanğısı olub, elə indi də var... Mənim yaradıcılığımda qəribəlik var - Gənclik illərində çox güman ki, hansısa rolda özünü görüb, çəkilmək istəyibsən. Bəs bu yaşda hansısa filmə çəkilmək imkanın olsaydı, necə bir rola, xarakterə üstünlük verərdin? - Ancaq özümü canlandırmaq istərdim. Həyatım elə bir kinodur, bunu məndən başqa kim oynaya bilər?! Bilirsən, mənim yaradıcılığımda qəribəlik var. İlk şeirimdən son şeirimə qədər yanbayan düzsən, görərsən ki, bunlar ayrı-ayrı şeirlər deyil, bir romandır, bir filmin ssenarisidir. - Sənin bir "Kentavr" adlı kitabın da işıq üzü görmüşdü. Səni, dəli-dolu Əlisəmidi, şairimizi bu kitabdan sonra kentavr kimi təsəvvür etdim. - Hə, həyatımın müəyyən yaşantılarıdır. O kitabdan sonra onlarla "kentavr" yazıldı. "Əlisəmidə ithaf edirik" yazanlar da oldu... Sən heç yemək yeyə-yeyə şeir yazıbsan, yəni şeiri fikirləşib hazır eləmisən içində? Ədəbiyyata gətirdiyim dinozavr uşaqlar var - Birinci kitabın nə vaxt çıxdı, istədiyin vaxt, yoxsa gecikdi? - Yox, gecikdi, çox gecikdi. Sabir Rüstəmxanlı sağ olsun, o kömək elədi kitabımın dərc olunmasına. O, çox yazarın ümüdlərinin sönməsinə imkan verməyib. O zaman biz, bir neçə nəfər kitabımız çıxmadan AYB-nin üzvü olmuşduq. İndi nə var AYB-yə üzv olmağa... Mənim arxamda həmişə böyük kişilər dayanıb. Rəhmətə gedənləri də var, sağ qalanları da... Məni ədəbiyyat aləmində həmişə seviblər, xoş xatırlayıblar. Rəhmətlik Xəlil Rza Ulutürk, Məmməd Araz, Nüsrət Kəsəmənli... Allah ömür versin - Ramiz Rövşən, Vaqif Bayatlı... Sonra da elə olub ki, mən onları onların məni çap etdiklərindən yaxşı çap etmişəm. Mənim də ədəbiyyata gətirdiyim yaxşı dinozavr uşaqlar var ha! İndi hamısı ədəbiyyatda öz sözünü deyir. Məncə pis ata deyiləm - Oğlun Qorqud haqqında ürəkdolusu danışdın. Sənin ilk məhbusluğun zamanı yazdığın bir şeir var, övladına müraciət edirsən... - Hansını deyirsən, "Alo, mən səni görürəm"i? - Hə... "Alo, ata, sən məni eşidirsən? Alo, qızım mən səni görürəm",- şeirini deyirəm. Sən o uşaqlarını görürsən indi? - Məni tanıyanlar bilir ki, pis ata deyiləm. Hamı bilir ki, mən balalarımdan heç də uzaq olmamışam. Nə olsun onlardan ayrılmışam, onlarla bir yerdə deyiləm. Bax, indi mən səninlə oturub çörək yeyirəm. Əgər o uşaqlardan arxayın olmasam, onların sıxıntı keçirdiyini bilsəm, boğazımdan su nədir, heç hava da keçməz. Mənim balalarım, xüsusi ilə də qızlarım bir-birlərini o qədər çox istəyirlər ki. O xanımla ayrılsam da, bu biri uşaqlarımla onun uşaqları çox mehribandır... - O uşaqları dizinin üstündə saxlayanda, saçlarını tumarlayanda qəlbindən keçirdiyin arzuların, planların olub. Onları necə görmək, necə böyütmək istəyirdin və nəyi bacardın, onlarla bağlı hansı arzuların çin olmadı? - Hamı istəyər ki, balası səhər yuxudan duranda evdə atasını görsün. Ata da balasının qayğısına qalsın, onunla bir evdə yaşasın. Amma nə edəsən, taledir... Ancaq mənim gözlərim yenə də onların üstündədir. Onlar mənim balalarımdır. Qardaşım bu yaxınlarda Rusiyadan gəlmişdi, onlar da gəlib əmiləri ilə görüşdülər. Qardaşım uşaqların anasına zəng etdi, səmimi danışdılar. Biri telefonun bu başında, o biri o başında ağlaşma qurdu. Deyim indi onunla heç danışmayın ki, mən ayrılmışam? Bilirsən, o qədər bir yerdə yaşayıb bir-birinə yad olanlar var ki... Amma biz ayrı yaşasaq da, düşmən deyilik. Dünyaya uşaq gətirmişik, bunun məsuliyyətini hiss etməliyik... Qızımın toyuna getmədim... - Uşaqların, maşallah böyükdür. Köçəni, evlənəni varmı? Övlad toyunda oynamaq axı ata üçün ən gözəl arzudur. - Qorqudu görək bu yaxınlarda evləndirə bilərəm ya, yox?! Pulsuz edəcəm onun toyunu... Amma qızlardan biri yaxında ailə həyatı qurub, toyuna iki gün qalmış xəbər elədilər. Getmədim. Bilirsən, mən balamın toyuna qonaq kimi getmək istəmədim. Mənə xəbər göndərmişdilər. Heç özləri də deməmişdi... Gərək mən ata kimi əvvəldən orda olaydım... Faiq, bunu ixtisar eləmə, xahiş edirəm, gəl bunu içək onların sağlığına... Övlad çox şirin şeydir. Bəlkə də "Balabançı" şeirim elə bu hissdən yazılıb. Oğlum Xan Eyvaz yaşında Saçlarını sığallayıb telini yana darayır Məndən xəbərsiz dram dərnəyinə gedir Səhnədə özgə taleyini yaşayır Hamletin monoloqunu söyləyir Mefistofelə kəllə atır Hərdən Kefli İsgəndər olur... Mənə qıydın, balama qıyma, Tanrım Sonu ölümlə bitən rollar sevdası var başında Qoyma balamı Hamlet ömrü yaşaya, Kefli İsgəndər ola oğlum xan Eyvaz yaşında... Dağınıq fikirlər Sonra o özü danışır, suallar vermək istəmirəm "Səninlə neçə dəfə görüşmüşəm, bütün danışdıqlarımız yadımdadır. Fəvvarələr bağında, düz 15 il bundan qabaqkı söhbətimiz... Rafiq Tağını dəfn etməyə aparanda o tufanlı havada az qala qəzaya düşməyimiz də..." *** "Heç istəmirdim oğlum bu sənətin arxasınca getsin, onun futbola marağı vardı. "Neftçi"nin bazasına aparmışdım. Sonra gördüm uşaq əzilir, özüm mane oldum. Mədəniyyət gimnaziyasında oxuyanda elə küçədən tutub aparıblar film çəkilməyə. 300 uşağın içindən seçiblər". *** "Yox, mənim oğlum dava adamı deyil. Düzdür, O da mənim kimi haqsızlığa dözmür, o cəhətdən xoşuma gəlir. Mən hər şeyə reaksiya verirəm, o da elədir. O, qəbula gedəndə mənim şeirlərimi deyib. Yaxşı qiymət almışdı. O, mənim dostumdur, anasına demədiklərini mənə deyir. Yaşamadığım həyatımı yaşayır və yaşayacaq". "Qalatasaray" hələ udmamışdı - Fəvvarələr bağında mənə sən bir söz dedin. Onda "Qalatasaray" hələ udmamışdı. 2000-ci ilin iyun ayı idi. "Qalatasaray" həmin gün axşam Avropa kubokunu uddu. Sən dedin ki, səninlə Salama böyük bir qibtə var, amma siz özünüzü elə bil ki, tanımırsınız. Həmin gün kitabımın təqdimatı idi. Əjdər Ol dedi ha, durun qalxın yuxarı..., həmin günü deyirəm. Səlim Babullaoğlu yaxşı yazmışdı, "sanki bir el şənliyi idi". Sonra məndən bir veriliş də çəkdi. Heç kəsə pislik eləməmişəm "Pislik nədirsə, mən onu bacarmadım. İnsanlar vardı aramızda, adına "haqq dünyası" dediyimiz dünyaya qovuşublar indi... Fikirləşirəm ki, niyə belə oldular? Nə ömür yaşadılar axı... Kimin şeiri idi, səhərdən müəllifini yadıma sala bilmirəm. Deyir ki: "BİR AĞA Kİ QUL ÇIXARA BAZARA, AĞA AĞLAR, BAZAR AĞLAR, QUL AĞLAR". Möhürə bax e. Gələn il 60 yaşım tamam olur". *** "Oxuyuram sizin saytı. Təzədir, bilirəm. Yox, yaxşı uşaqlar toplaşıb ora, tanıdıqlarımı deyirəm də... Anar, heyf onun itkisindən, yaxşı jurnalistdir. Pərviz... Sən heç də, qardaşsan. Yağmur xanım da sizdə işləyir də (Zümrüd Yağmuru nəzərdə tutur.-F.B.). Kişi nəfəsi var onda... Təpər var e... Üzünü də görməmişəm . Amma yazılarını çox oxumuşam". "Xalq sevir" ifadəsi saxtadır "Mənim haqqımda yazılanlar var e, düz ard-arda, bir roman olacaq. Əlisəmidi tanıyanlar bu cür tanıyıb qəbul edir də. "Xalq sevir" ifadəsi saxtadır. Sən kimsən e, xalq səni sevsin. Artistlər, müğənnilər və s. deyir bunu... Hansı şairi çox sevirlər, ona qibtə edirlər, arxasınca danışırlar. Nə edək, duraq öldürək o şairi ki, onun oxucuları var? Nüsrət Kəsəmənli, Ələkbər Salahzadə də hər ikisi gözəl şair idi. Ələkbər öldü, xalqın xəbəri olmadı. 60-cı illərdə "Ağ zanbaq kimi açıldı sabah" yazmışdı Ələkbər... Adi meyxanaçı və meyxanəçinin qəbrinə qədər çəkib televizorda verirlər. Xalqın adından danışmaq düzgün deyil". *** "Məni də tanıyırlar. Təkcə Salyana yox, Azərbaycanın harasına getsəm tanıyanlar olacaq. Bir dəfə oğlumla şəhərə çıxdıq. Deməli, cibimdə pulum yox idi. "Şərq" bazarının yanından gəlib vağzaldan keçdik üzü aşağı. "Vətən" kinoteatrına qədər getdik. Yalan olmasın, ora qədər mənimlə azı 200 adam görüşdü. Vaqif Bayatlı, Fuad Poladov... o adamlar ki, küçədə adama salam verməzlər. Oğlum dedi ki, dədə, sənlə şəhərə çıxmaq olmur. O qədər adamla görüşürsən, mən qalıram qıraqda". *** "Bir şeirim var: "Mən macəra axtarmadım, Macəra məni tapdı". Səhərdən mənə suallar verirsən, gerçək olmayan arzularımı soruşursan. Bilirsən mən nə arzulayıram? Qarabağ, Şuşa, daha nə bilim nə... bunları yox. Arzu edirəm ki, Azərbaycan insanının üzü daima gülsün. Çıx bax, hamının üzündən qəm tökülür. İnsanlarımız gülürsə, demək Qarabağ da alınıb, Şuşaya da gedib çıxmışıq. İstəyirəm bu arzum gerçək olsun..."
2013-11-27
2,603
Aybəniz Haşımova: “Atam anamı 7 dəfə qaçırdıb” - Video
"Baxmayaraq ki, ailəmizdə qanunlar sərt idi, mən çox sərbəst böyümüşəm".Bu sözləri APA TV-nin "Kimsən sən" verilişinin qonağı olan Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova qızı Aynişanla söhbətində deyib. Müğənni xoşbəxt uşaqlıq illərini həvəslə xatırlayır: "Bəlkə də bütün dünyanı axtarsaydılar, mənim qədər xoşbəxt uşaq tapmazdılar. Uşaqlıq həyatımı rəssam kimi tabloya çəksəm, hər kəs həsəd aparar. Çünki hamı məhz elə bir uşaqlıq yaşamaq arzusundadır". Aybəniz Haşımova uşaqlıqda müğənni olmaq istəmədiyini gizlətməyib: "Mən sadəcə yaxşı təhsil almaq istəyirdim. Müğənni olmaq fikrim yox idi. Arzum ali təhsil alıb prokuror olmaq idi. Ancaq o zamanlar Heydər Əliyev mənim səsimi eşidib dedi ki, onu Bakıya oxumağa gətirin. Amma evdən buraxmadılar. Mən də bir həftə yemək yemədim, hamıdan küsdüm. Ancaq sonda ailəm razılaşdı və mən Bakıya gəlib, ən yaxşı müəllimlərdən dərs aldım". Əməkdar artist hamıya inanmağının zəif cəhəti olduğunu və buna görə bəzən peşmançılıq çəkdiyini deyib: " Mən hamını yaxına buraxıram. Onun dərdi-səri, xeyri-şəri hamısı mənimdir. Məncə, doğrusu da elə budur. Saxtalığı sevmirəm. İnsan mənim üçün ya var, ya da yoxdur. Yalandan gülməyi bacarmıram. Amma bir müddət sonra insanların əsl siması açılır. Buna görə əsəbiləşirəm. Düşmənim yoxdur. Hamımızın adı bəlli olan bir düşmənimiz var. Sadəcə, məni istəyib-istəməyən var". Əməkdar artist "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı qızı Aynişan Quliyevanın yox, tələbəsi Fərid Məmmədovun təmsil etməsinə də münasibət bildirib: "Aynişan seçim turuna öz istəyi ilə qatılmışdı, mənim yox. Ona görə də müsabiqəyə Fərid getdi". Sonda valideynlərini yadına salan Aybəniz Haşımova atası ilə anasının çətin baş tutan nikahından danışıb: "Valideynlərimin hər ikisi bəy övladı olub. Atam o qədər yaraşıqlı kişi idi ki, anamı ona vermirdilər. Babam deyirmiş ki, yaraşıqlı kişinin macəraları çox olur. Atam anamı 7 dəfə qaçırdıb. Axırda babamgil və anam insafa gəlib və toyları olub".
2013-11-27
2,604
8 milyon tələb edən cinayətkarlar yaxalandı
Polislər oğurladıqları kişiyə görə 8 milyon tələb edən 3 cinayətkarı yaxalayıb. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, noyabrın 19-u Moskvanın Kojuxovski küçəsində naməlum şəxslər bir kişini zorla maşına oturduraraq qaçırdıblar. Daha sonra girovun qohumlarından pul tələb ediblər.
2013-11-27
2,605
Toyu yasa döndərən "toy karvanları"
Bu ilin əvvəlindən Bakıda "toy karvanları"ndakı nəqliyyat vasitələrinin iştirakı ilə 41 yol qəzası baş verib. "Toy karvanı terroru" nəticəsində 8 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyi (DIN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. Bölmə rəisinin sözlərinə görə, qeydə alınan hadisələrdən 21-i ölüm və xəsarətlə, 20-si isə maddi zərər dəyməsi ilə nəticələnib. V.Əsədov bildirib ki, bu istiqamətdə təhlükəsizliyin təmin edilməsi üçün yetərincə təbliğat aparılıb, əlavə tədbirlər görülüb. Bunun nəticəsində onlarla sürücü inzibati məsuliyyətə cəlb edilib: "Belə ki, müşahidə kameraları vasitəsi ilə bəy-gəlin maşınını müşayiət edən zaman avtoxuliqanlıq edənlərin görüntüləri əldə edilib və bunun əsasında 8 nəfər məsuliyyətə cəlb edilib. İşıqforun qırmızı işığında hərəkət edən 16, yolayrıcılarını keçmə qaydalarını pozan 24, üfüqi nişanlanma xəttinin (qoşa xətt) tələbini pozan 59, lüzumsuz olaraq səs siqnallarından istifadə etdiyinə görə 32, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə isə 26 sürücü inzibati məsuliyyətə cəlb edilərək barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb". Bölmə rəisi qeyd edib ki, bundan əlavə, yol hərəkəti qaydaları pozulduğuna görə 3 halda bəy və gəlin onları daşıyan bəzədilmiş avtomobildən düşərək digər avtomobillə hərəkət etmək məcburiyyətində qalıblar. Onlardan birində sürücü işıqforun qırmızı işığında keçdiyinə görə saxlandıqda məlum olub ki, onun sürücülük vəsiqəsi də yoxdur. İki halda isə bəy-gəlin avtomobili dövlət nömrə nişanı olmadığına görə saxlanılıb.
2013-11-27
2,606
Azərbaycanda hərbi hissədə yanğın olub
Hərbi hissədə yanğın olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissəyə məxsus anbarda meydana gələn yanğına sobada baş verən nasazlıq səbəb olub. Nəticədə xeyli sayda hərbi geyim yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
2013-11-27
2,607
Birinci xanımın çıxışı yapon səfirliyində skandal yaratdı - Video
Yaponiyanın "Milli Gün"ü münasibətilə səfirliyin dünən Türkiyədə təşkil etdiyi gecədə Baş nazir R.T.Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın çıxışı ana müxalifətin nümayəndələri ilə qalmaqal yaranmasına səbəb olub. Çıxış zamanı reaksiya verən CHP Tunceli millət vəkili Kamer Gəncə Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız sərt cavab verib. Bundan sonra ara qarışıb. Gecə Yaponiyanın Türkiyədəki səfiri Yutaka Yokoinin ev sahibliyi ilə təşkil edilib. Tədbirdə Əminə Ərdoğan, nazir Yıldız, Maliyyə naziri Məhmət Şimşək və AKP-li Mövlud Çavuşoğlu da iştirak edib. Tərbiyəsiz Tədbirdə Əminə Ərdoğanın çıxışı zamanı CHP-li Gəncin, "Sən burda nə adla danışrsan" sözlərini deməsi salonda gərginlik yaradıb. Nazir Yıldız Gəncə müdaxilə edib. Yıldız isə Gəncə: "Tərbiyəsizlik etmə. Çıx çölə. Tərbiyəsiz",- deyə qışqırıb. Əminə Ərdoğan isə o dəqiqələrdə çıxışını davam etdirib. M. Çavuşoğlu da tədbirdən uzaqlaşdırılan Gənci sakitləşdirməyə çalışıb. Özünü biabır etdi Nazir Yıldız çıxışda jurnalistlərin suallarına cavab verərkən, "Əminə xanımın eşidib-eşitməməsi önəmli deyil. Mən eşitdim və reaksiya verdim",- deyib. Əminə Ərdoğan da Gəncin sözlərinə qarşılıq olaraq "Özünü biabır etdi" deməklə kifayətlənib. AKP-li M. Çavuşoğlu: "Pulsuz içkilərin təsiriylə sözlə hücum etdi. Bu qədər alçaq hərəkət eləyəcəyini bilməzdim",- deyib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Fatma Şahin, "Gənc, düşünülməmiş və səviyyəsiz sözləriylə yenə də özünə yaraşanı etdi",- deyə fikir bildirib. Kamer Gəncdən açıqlama Gənc öz "Tvitter" hesabında bu hadisə haqqında tvit atıb: "Bu axşam Yapon səfirliyinin tədbirində iştirak etdim. Səfirin çıxışından sonra TC adına Əminə Ərdoğan çıxış etməyə başladı. Əminənin TC-ni təmsil etmə hüququ olmadığını, Tamer Yıldız ordaykən onun niyə çıxış etdiyini soruşdum. Mühafizəçilər və Taner üstümə hücum etdi. Milli Məclisdə də bu məsələyə aydınlıq gətirilməsini tələb edəcəyəm".
2013-11-27
2,608
Fransa Afrikaya hücum edir - Müharibə
Fransanın Müdafiə naziri Jean-Yves Le Drian parçalanma təhlükəsi ilə üzləşən Mərəzi Afrika Respublikasına 1000 əsgər göndəriləcəyini açıqlayıb. "Axar.az"ın məlumatına görə, Fransa qeyd edilən ölkəyə hərbi müdaxilə edəcəyində qərarlıdır. Müdaxilənin dəqiq vaxtı bilinməsə də, əməliyyatların məhdud çərçivədə olacağı söylənilir. Bildirilir ki, bu əməliyyatın məqsədi ölkədə sabitliyi yenidən bərqərar etməkdir. Fransanın Müdafiə Nazirliyi müdaxilənin sərt və hədəfə istiqamətlənmiş olacağını da açıqlayıb. Ölkənin Xarici İşlər naziri Laurent Fabius hazırda həmin ölkədə 1,5 milyon insanın aclıqdan əziyyət çəkdiyini bildirib və ölkənin soyqırım təhlükəsi ilə üzləşdiyini sözlərinə əlavə edib. Prezident Fransua Olland isə beynəlxalq ictimaiyyəti Mərkəzi Afrikadakı xaosa son qoymaq üçün hərəkətə keçməyə çağırıb. Qeyd edək ki, Fransa 2013-cü ilin yanvar ayında da digər bir Afrika ölkəsi olan Maliyə hərbi müdaxilə etmişdi. Həmin müdaxilənin məqsədi isə ölkəni terrordan təmizləmək idi.
2013-11-27
2,609
Ukraynanın bizə 29 milyard borcu var
İtaliyada təşkil olunan mətbuat konfransında danışan Putin Ukraynanın Rusiya banklarına olan borcunun 30 milyard dollara çatdığını xatırladıb. Ukrayna banklarının "Sberbank", "Qazprombank", "VEB" və "VTB" Rusiya banklarına olan borclarını xatırladan Putin: "Cəmi 20 milyard dollar və 280 milyard rubl. Bu da ümumilikdə 29 milyard dollardan çox məbləğ deməkdir. Biz Ukrayna ilə əməkdaşlıq edirik və edəcəyik. Enerji, iqtisadi sahələrdə də əməkdaşlığımıza davam edəcəyik", - deyib.
2013-11-27
2,610
Heydər Əliyev Fondu müalicə xərcini üzərinə götürdü
"Gələn həftə müayinə üçün Almaniyaya gedəcəm. Artıq bununla bağlı bütün hazırlıqlar görülüb". "Axar.az"ın xəbərinə görə, bunu "AzNews.az"a Xalq artisti Rafiq Hüseynov bildirib. Onun sözlərinə görə, müayinə və müalicə xərclərinin ödənilməsində dövlət dəstəyi olacaq: "Almaniyadakı həkim tanışdır. Onun belə əməliyyatların öhdəsindən gəldiyini deyirlər". R.Əliyev bildirib ki, dostları onun müalicəsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edib. Fonddan Xalq artistinin müalicəsi ilə bağlı bütün köməkliyi göstərəcəklərini bildiriblər. Xatırladaq ki, R.Hüseynovun ağciyərində bir müddət əvvəl xərçəng xəstəliyi aşkarlanıb.
2013-11-27
2,611
Nazirin bəslədiyi köpək balığı öldü
Gürcüstanın sabiq Baş naziri, milyarder Bidzina İvanişvilinin akvariumundakı köpək balığı ölüb. "Axar.az"ın məlumatına görə, bu barədə hüquq müdafiəçisi Nikoloz Mjavanadze xəbər verib. O, bu məlumatı hansı mənbədən əldə etdiyini deməsə də, etibarlı adamdan eşitdiyini qeyd edib: "Bidzina İvanişviliyə məxsus köpək balığı noyabrın əvvəlində ölüb. Heyvanın ölümünə keyfiyyətsiz suyun səbəb olduğunu deyirlər. Belə bir fikir mövcuddur ki, "Tbilvoda"nın su verdiyi borular müəyyən olunmuş standartlara uyğun gəlmir və ekspertizanın aparılması lazımdır". Onun sözlərinə görə, Bidzina İvanişvili balığın ölümündən çox təsirlənib. O, mütəxəssislərə suyun keyfiyyətini yoxlamağı tapşırıb. Qeyd edilir ki, köpək balığı İvanişvilinin biznes mərkəzinə bu ilin oktyabrında gətirilib və nəhəng akvariumda yerləşdirilib. Onun üçün okean mühitinə maksimum uyğun şərait yaradılıb. O da bildirilir ki, bu şəraitin yaradılması üçün 25 ton duz sərf edilib.
2013-11-27
2,612
Gözünü açır, şüursuz vəziyyətdə baxır – Sahib İslamov
Noyabrın 1-də səhər saatlarında jurnalist Sahib İslamovu Xocasən qəsəbəsində "Jiquli" markalı avtomobil vurub və həmkarımız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 1 saylı Klinik Xəstəxanasında 24 gündən bəri komada qalan jurnalist Sahib İslamovun səhhəti ilə maraqlandıq. Jurnalist həmkarımızın qayınatası Şıxəli Mirzəyevin "Axar.az"a dediklərinə görə, jurnalist hələ də koma vəziyyətindən çıxmayıb, ancaq palataya köçürülüb: "Sahib palataya köçürülüb, ancaq hələ də yatır, koma vəziyyətindən çıxmayıb. Hal-hazırda reanimasiyada qalmalı olsa da, nə üçünsə palataya köçürülüb. Gözünü açır, şüursuz vəziyyətdə baxır, vəssalam. Başqa heç bir irəliləyiş yoxdur. Həkimlər palataya köçürülməsinə səbəb olaraq Sahibin xüsusi xidmətə ehtiyac duymasını göstərirlər. Yeməlidir, içməlidir və s. Həkimlər deyir ki, yaxşı olacaq, darıxmayın. Ancaq tam sağalmağına uzun vaxt lazım olacaq". Foto Natiq Ədilovundur.
2013-11-27
2,613
Biz "kasıb qohum" ola bilmərik
Tərəflər normal şərtlərlə razılığa gələndə və Ukrayna iqtisadi cəhətdən buna hazır olanda Avropaya inteqrasiya haqqında assosiasiyası sazişini imzalayacaq. "Axar.az"ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Viktor Yanukoviç ölkənin televiziya kanallarına müsahibəsində deyib. Xəbəri UUN agentliyi yayıb. Yanukoviç bildirib: "Biz özümüz üçün rahat olan səviyyəyə çatan kimi və saziş bizim maraqlarımıza cavab verdikdə, biz normal şərtlərlə razılığa gələ bildikdə imzalanma haqqında danışıqlar aparacağıq. Biz heç yerdə əlini uzatmış "kasıb qohum" ola bilmərik". Onun sözlərinə görə, o cümlədən xarici siyasət üzrə qəbul edilən istənilən dövlət qərarının əsasında Ukraynanın milli maraqları dayanmalıdır: "Əsas amillər Ukraynanın maraqlarıdır. Biz və şəxsən mən daim qəbul edilən hər hansı qərarın əsasına yalnız Ukraynanın maraqlarını, milli maraqları qoyuruq". Viktor Yanukoviç onu da bildirib ki, Ukrayna özünün bütün xarici siyasət tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətləri dəstəkləməlidir ( Trend ).
2013-11-27
2,614
Ledi Qaqa Zəki Mürenin şəklini oğurladı - Video
Ledi Qaqa Zəki Mürenin 1998–ci ildə çıxan "Alqışlarla yaşayıram" albomunda istifadə etdiyi fotoşəklin eynisini "Alqış" adlı klipində istifadə edib. Ledi Qaqanın Mürenin fotoşəklin kənarına atdığı imzası və "Alqışlarla yaşayıram" yazısını da olduğu kimi saxlaması diqqət çəkib.
2013-11-27
2,615
Putinin zirehli maşını İrəvanda
Rusiya prezidentinin Ermənistana səfəri ilə bağlı artıq 60 nəfərlik nümayəndə heyəti İrəvana gəlib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı "Aykakan Jamanax" qəzeti yayıb. Nümayəndə heyətinin artıq İrəvan mehmanxanalarında yerləşdirildiyi bildirilib. Qəzet onların əsas hissəsinin isə "Armeniya Mariot" otelində qaldığını yazıb. "Aykakan Jamanax" həmçinin Putinin zirehli maşınının da İrəvanda olduğunu söyləyib.
2013-11-27
2,616
FHN beşmərtəbəli binaları sökmək istəyir
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sovet dövründə tikilmiş, bugünkü keyfiyyət standartlarına cavab verməyən beşmərtəbəli panel binaların sökülməsini təklif edir. Amma hökumət bu məsələdə gözləmə mövqe tutur. "Axar.az"ın xəbərinə görə, bunu Trend ə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Ekspertiza İdarəsinin rəisi Lətif Zeynalov bildirib. Onun sözlərinə görə, bu təklif əsas etibarilə Bakının mikrorayonlarındakı "xruşovkalara" aiddir: "Bu binalardakı ikiotaqlı mənzilin sahəsi 30 kvadrat metrdir. Otaqlar kiçikdir, isitmə sisteminə malik deyil. Kanalizasiya və su təchizatı sistemi çox pis vəziyyətdədir. Əgər özəl şirkətlər üçün əlverişli şərait yaradılarsa, boşaldılan ərazidə yeni, keyfiyyətli yaşayış massivləri salmaq olar". L.Zeynalov bildirib ki, bir neçə il əvvəl Cənubi Koreyadan olan mütəxəssislər bu məsələyə maraq göstərsələr də, layihə inkişaf etdirilməyib.
2013-11-27
2,617
ABŞ bombardmançı təyyarələri Çinə meydan oxudu
ABŞ Çinin şənbə günü hava müdafiə sahəsi elan etdiyi bölgəsinin üzərində "uçan qala" olaraq bilinən "B-52" bombardman təyyarələrinin reydini keçirib. Çin hava ərazisinə icazəsiz girən təyyarələrin "təcili müdafiə tədbiri" ilə qarşı-qarşıya qalacağını söyləsə də, lakin ABŞ hərbi təyyarələrinə qarşı hələ də heç bir addım atılmayıb. Çinin "Şərqi Çin dənizində yeni genişlənən hava müdafiəsi sahəsi" bəyanatı Yaponiya və Çin arasında təhlükəli vəziyyətin artmasına səbəb olub. 40 ildən çoxdur Yaponiya və Çin arasında mübahisəli ərazi olan Senkaku adaları məsələsində Yaponiyanın tərəfində olduğunu göstərmək üçün ABŞ Çinin iddia etdiyi bölgədə qırıcı təyyarələrini uçurub. Məlumatı mətbuata Pentaqonun əməkdaşı verib. Əməkdaş qeyd edib ki, ABŞ beynəlxalq hava ərazisi hesab etdiyi bölgədə təlim uçuşlarını davam etdirəcək. Bununla ABŞ Çinin bu əraziləri özününkü saydığını qəbul etmədiyini göstərib. ABŞ qeyd edib ki, məsələ Yaponiya və Çin arasında bölgədə hegemonluq anlaşılmazlığından irəli gəlir. Vaşinqton xəbərdarlıq etmişdi Çin açıqladığı qərarda bölgəyə girən təyyarələri yoxlama, izləmə və ona qarşı hərbi müdaxilə haqqı olduğunu söyləyib. Ancaq Yaponiya da eyni bölgəyə iddia etdiyi üçün Vaşinqton bu qərara sərt reaksiya verib. ABŞ-ın Müdafiə naziri Çak Hagel açıqlamasında bildirib ki, Çinin bəyanatı bölgədə sülhün pozulması istəyi kimi anlaşılır. Bu təktərəfli hərəkət yanlış anlama riskini artırır və bu qərar ABŞ-ın bölgədəki hərbi əməliyyatlarının aparılma tərzini dəyişdirə bilməz. ABŞ-ın B-52 qırıcılarına heç bir müdaxilə etməyən Pekin indi buna necə cavab verəcəyini düşünür.
2013-11-27
2,618
Məşhur futbol məşqçisi əməliyyat olunacaq
"Axar.az" saytı xarici mətbuata istinadən xəbər verir ki, Rusiya millisinin keçmiş baş məşqçisi Qus Hiddinqin artritlə bağlı əməliyyat edilməsi gözlənilir. Hollandiyalı məşqçi yanvarda Cənubi Koreya xəstəxanalarından birində dizindən əməliyyat olunacaq. 67 yaşlı məşqçinin əməliyyatını Son Çun Sob aparacaq. Qeyd edək ki, Qus Hiddinq koreyalılar arasında böyük populyarlığa malikdir. Belə ki, 2002-ci ildə Cənubi Koreya milli komandası məhz onun rəhbərliyi altında tarixi boyu ilk dəfə dördüncü yeri tutub. Məlumat üçün bildirək ki, Hiddinq 2001-ci ilin fevralında oxşar əməliyyat keçirdib. Lakin az sonra artrit yenidən özünü büruzə verib və məşqçinin hərəkət etməsində çətinlik yaradıb.
2013-11-27
2,619
Putin Avropa Birliyinə məsləhət verdi
"Məncə, Yanukoviçin üçtərəfli danışıqlar təklifi qəbul edilməlidir". "Axar.az"ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib. O, bunun üçün Ukraynanın bütün danışıqlardan azad olmasının gərəkdiyini söyləyib: "Məncə, Ukrayna Avropa İttifaqına assosiativ üzvlüyü ilə bağlı bütün danışıqlardan azad olmalı, Yanukoviçin üçtərəfli danışıqlar təklifi qəbul edilməlidir". Daha sonra Putin Rusiya, Aİ, Ukrayna arasında əlaqələri genişləndirmək üçün birbaşa biznes əlaqələri yaratmağı da təklif edib.
2013-11-27
2,620
ABŞ-a qaçanlar batdı: 20 ölü
Haitidən ABŞ-a gedən immiqrantların gəmisi batıb. "Axar.az"ın məlumatına görə, gəmi Baham adalarında batıb. İlkin açıqlamada bildirilir ki, göyərtəsində 150 immiqrantın olduğu gəmi həddindən artıq yükləndiyi üçün ağırlığa tab gətirməyib. Qəzada 20 nəfər ölüb. Amma onların sayının 30-a qədər yüksələ biləcəyi söylənilir. Digər insanların xilas edilməsi üçün isə xilasetmə əməliyyatları aparılır. Qeyd edək ki, immiqrantlar Baham adalarından keçməklə ABŞ-a getmək istəyiblər.
2013-11-27
2,621
Şəmsin Konyadan qaçması və qətli - VI hissə
Təbii ki, Kimya Xatunun ölümündən sonra, həm alacağı cəzadan, həm də bu hadisədən sonra ona düşmən kəsilmiş Mövlanənın oğlu Əla-əd-Din Çələbinin təqiblərindən gizlənmək üçün Şəms Təbrizi Konyadan qaçmalı olur. Şəms Təbrizi qaçdıqdan bir müddət sonra Mövlanə öyrənir ki, o, Şama gedib. Bu xəbəri eşidən kimi, Şəmsi geri gətirməsi üçün Mövlanə oğlu Sultan Vələdi Dəməşqə göndərir. Sultan Vələd təxminən bir ay sürən Şama səfərini, Şəmsi necə axtarıb tapmasını və onunla geri dönüşünü özünün "İbtidanamə" əsərində maraqlı bir hekayə şəklində rəvayət edir. Şəmsin ikinci dəfə Konyaya gəlişi təxminən 1245-ci ilə təsadüf edir. Şəmsin yenidən Konyaya gəlişində Konya əxiləri, başda əxi Xoca Nəsirəddin Mahmud (Türkiyədə bu şəxs bizim Molla Nəsrəddin adlandırıdığımız qəhrəmanla eyniləşdirilir. Bu şəxs həm də Əxi Əvrən adı ilə məşhurdur), ədliyyə naziri Nusrətu-d-Din Əhməd və daha beş nəfər olmaqla, Kimya Xatunu öldürməsi, monqolların Qeysəridə törətdikləri qırğınlarda iştitak etməsi və söhbətləri zamanı məcusiliyi müdafiə edən bəzi ifadələr söyləməsi səbəbilə Şəms Təbrizinin qətlinə qərar verirlər. Şəmsin qətlə yetirilməsi ilə bağlı mövləvi qaynaqlarında, o cümlədən Sultan Vələdin "İbtidanamə" və "İnthanamə" əsərlərində məlumatlar mövcuddur. Bu qaynaqlarda deyildiyinə görə, Şəms Təbrizi bir qrupa qoşularaq onların söhbətlərində iştirak edibmiş. Bu söhbətlər zamanı orada olanlar öz müridlərinə başqa alimlərin dediklərinə istinadən dərs verirmişlər. Onların söhbətlərinə bir müddət qulaq asandan sonra, Şəms Təbrizi bu elm adamlarına qəzəblənərək demiş ki, siz nə qədər onun-bunun sözünə istinadən danışacaqsınız? Aranızda Allah, ya da "peyğəmbər mənə bunu dedi, onu dedi" deyə biləcək bir igid yoxdurmu? Şəms Təbrizinin bu söylədiklərini eşidən qrup üzvləri onun dediklərini bəyənməmiş və onun sözlərinin islama zidd olduğunu iddia edərək Şəmsə etiraz ediblər. Şəms Təbrizinin həmin elm adamlarına söylədiyi iradlara diqqətlə baxsaq, görərik ki, bu iradlarında da o, yenə hülul inancını təbliğ etməyə çalışıb. Qeyd etdiyimiz bu hadisə Konya üləmasında Şəms Təbriziyə qarşı qəzəb və nifrət oyatmışdı. Başqa bir rəvayətə görə, Səlcuqlu sultanının ədliyyə naziri olan Nüsrətu-d-Din Əhmədin evində qurulmuş bir məclisdə səma ayini icra edilən zaman Nüsrətu-d-Din Şəms Təbriziyə söz atır və bunu eşidən Cəlaləddin Rumi Şəmsi də özü ilə apararaq məclisi tərk etməli olur. Əflakinin yazdığına görə, ədliyyə naziri Nüsrətu-d-Din Əhməd və sulatının vəziri Xoca Nəsirəddin Mahmud öz adamları ilə elə həmin gecə Mövlanənın mədrəsəsinə gəlir və Şəmsi evdən çağırmaq üçün dəstədən birisini içəri göndərirlər (içəri göndərilən şəxs böyük ehtimalla Mövlanənın oğlu Əlaə-d-Din Çələbi olub). Həmin şəxs içəri girəndə, Mövlanə ilə Şəmsin söhbət etdiyini görür və Şəmsə deyir ki, səni bayırda gözləyənlər var. Şəms qapıya çıxandan sonra qışqırıq səsi eşidən Mövlanə cəld yerindən qalxıb Şəmsin arxasınca evdən çıxır, amma qaranlıqda heç nə görə bilmir. Mövlanə gecəni yatmayaraq Şəmsi gözləyir, amma Şəms bir də geri dönmür. Mövlanə səhər qapıya çıxanda, orada qan izləri görür və dərhal oğlu Sultan Vələdlə gəlini Fatma Xatunu yanına çağıraraq onlara Şəmsi axtarmağı əmr edir. Təbii ki, Sultan Vələd ilə Fatma Xatun Şəmsin başına gələnləri öyrənə biliblər, çünki Şəmsi öldürən şəxslərin kimiliyi bəllidir. Onlardan bəziləri bu şəxslərdir: Əxi Bədrəddin Gövhərtaş, Nəcibu-d-Din Müstəvhi, ədliyyə naziri Nüsrətu-d-Din Əhməd, vəzir Əxi Əvrən Xoca Nəsirəddin Mahmud, Seyyid Şərəfu-d-Din (Mövlanənın oğlu Əlaə-d-Din Çələbinin bu qətldə iştirak edib-etməsməsi haqqında əlimdə dəqiqi məlumat yoxdur, yalnız ehtimal). Adlarını sadaladığım şəxslərin hamısı dövlət məmurları olduğundan, belə düşünmək olar ki, bu qətl Kimya Xatunu öldürdüyünə görə, ədliyyə tərəfindən Şəms Təbriziyə çıxarılmış ölüm hökmünün icrası idi. Əgər bu, məhkəmənin hökümü idisə, onda bu hökmün yanlış bir formada icra olunduğunu da qeyd etmək lazımdır. Bəlkə də, Şəmsin qatilləri istintaq və məhkəmənin uzun sürəcəyini düşünərək bu üsla əl atmalı olmuşdular. Bu söylədiklərim subyektiv mülahizələrdən başqa bir şey deyil. Bir sözlə, Şəmsi bu yolla qətlə yetirərək onun cəsədini Əxi Bədrəddin Gövhərtaşın bağçasındakı quyuya atırlar. Bəzi iddialara görə, Şəmsin sümükləri hələ də həmin quyudadır.
2013-11-27
2,622
“Azadlıq” etiraz aksiyası keçirəcək
"Azadlıq" qəzetinin kollektivi noyabrın 29-da "Qasid" mətbuat yayımı firmasının qarşısında etiraz aksiyası keçirəcək. Məlumatı noyabrın 27-də qəzetin baş redaktor müavini Rahim Hacıyev yayıb. Rahim Hacıyev deyib ki, "Azadlıq"ın böhran vəziyyətində olmasının əsas səbəblərindən biri də "Qasid" yayım firmasının qəzetə olan külli miqdarda borcunu ödəməkdən imtina etməsidir: "Artıq il yarımdır ki, bu yayım firması ara-sıra cüzi məbləğdə ödəmələr istisna olmaqla "Azadlıq"ın pulunu vermir. "Qasid"in qəzetə borcu hazırda 60 min manata çatıb. Dəfələrlə rəhbərliklə danışıqlar aparmışıq, firmanın qarşısında etiraz aksiyaları keçirmişik. Amma heç bir nəticəsi yoxdur. "Qasid"dən pulumuzu ala bilmədiyimizə görə qəzetin "Azərbaycan" nəşriyyatına böyük məbləğdə borcu yaranıb. Bu səbəbdən "Azadlıq" qəzetinin kollektivi noyabrın 29-da yenidən "Qasid" firmasının qarşısında etiraz aksiyası keçirəcək" ("Mediaforum").
2013-11-27
2,623
Əsəd daha 68 can aldı
Suriya ordusunun müxtəlif şəhərlərdə rəhbərlik əleyhdarlarına qarşı ağır silahlarla təşkil etdiyi hücumlarda 11-i uşaq, 6-sı qadın olmaqla 68 adamın öldüyü bildirilib. Suriya İnsan Haqları Təşkilatının (SNHR) açıqlamasında Əsəd rejiminə aid hərbi qüvvələrin müxaliflərin əlində olan ərazilərə etdiyi hücumlarda paytaxt Şamın ətrafında 34, Hələbdə 15, İdlibdə 7, Xümsda 5, Dərada 4, Həmada 2 və Kuneytrada 1 nəfər olmaqla 68 adamın öldüyü bildirilib. Açıqlamada başda Hələb olmaqla təhlükəsizlik qüvvələrinin rəhbərlik əleyhdarlarının olduğu bölgələrə ağır silahlarla hücum etdiyi bildirilib. Digər tərəfdən Suriya rəsmi xəbər agentliyi "SANA" təhlükəsizlik qüvvələrinin ölkə daxilindəki təşkil etdiyi əməliyyatlarda onlarla silahlı qrupu zərərsizləşdirdiyi və nəqliyyat vasitələrini məhv etdiyi haqqında məlumat yayıb.
2013-11-27
2,624
Bakı Metropoliteni ANS-i yıxıb-sürüdü
ANS telekanalının Metropoliten rəhbəri Taği Əhmədov barəsində yayımladığı sujetlərə qarşı Bakı Metropolitenindən kəskin cavab gəldi. Son günlər ANS telekanalı ilə Bakı Metropolitenin rəisi Tağı Əhmədov arasında gərginlik yaşanır. Buna səbəb Metropoliten rəisinin mətbuat nümayəndələri ilə keçirdiyi brifinqlərdə ANS-in əməkdaşlarına qarşı kobud hərəkətləridir. Xatırladaq ki, telekanalda Tağı Əhmədov haqda sonuncu kəskin süjet 26 noyabr tarixində "Xəbərçi"nin axşam buraxılışında efirə gedib. ANS səviyyəsiz kanaldı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva ANS-in Tağı Əhmədov haqda səsləndirdiyi ittihamlara cavab verdi: "Çox təəssüflər olsun ki, ANS telekanalında Tağı müəllim haqda həqiqəti əks etdirməyən fikirlər səsləndirilir. Müəllifin efir əxlaqına sığmayan fikirləri telekanalın necə səviyyəsiz olduğunu göstərir. Şəxsən mən Tağı müəllimin yerində olsaydım, düşünmədən onları məhkəməyə verərdim. ANS telekanalı Tağı müəllimi ittiham edir, amma özləri primitiv və əxlaqi dəyərlərə zidd olan şou proqramları ilə tamaşaçıların zövqünü korlayırlar". Mətbuat xidmətinin rəhbəri ANS-in efirində gedən süjetdə Metropoliten rəhbərliyinin kart sisteminə keçiddən sonra gəlir depozitlərini qeyri-qanuni yolla mənimsəməsi ittihamına da aydınlıq gətirdi: "Onların ittihamı haqsız və məntiqsizdir. Yığılan vəsaitin istifadəsi qanuni yolla həyata keçirilir, amma onlar bizi sanki hüquq-mühafizə orqanının əməkdaşları kimi ittiham edirlər. Metropolitendə heç bir mənimsəmə halları baş verə bilməz. Buna tam əmin ola bilərsiz". Rəsulzadəyə möhtəşəm bir abidə ucaldılacaq Nəzakət Tarverdiyeva həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin "28 may" metrostansiyasından mozaik pannosunun silinməsi və metro keçidlərində qəzet satışının qadağası məsələsinə də aydınlıq gətirdi: "Tağı müəllimi "28 may" metrostansiyasından Rəsulzadənin mozaik pannosunun silinməsi məsələsində ittiham edirlər. Onlar başa düşməlidir ki, metrostansiya təmirdədir və təmir yekunlaşdıqdan sonra Rəsulzadənin adına yaraşan şəkildə bir abidə ucaldılacaq. Buna tam əmin ola bilərsiz.
2013-11-27
2,625
Rusiyadan ABŞ-a sərt cavab
"Ağ evin Yanukoviçə sanksiyaların tədbiq edilməsi ilə bağlı elan etdiyi petisiya absurddur". "Axar.az"ın "zn.ua"yə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya Dumasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Aleksey Puşkov çıxış edib. O, nə qədər adamın petisiyaya imza atmasından asılı olmayaraq, bu sənədin heç bir legitimliyinin olmayacağını deyib. Puşkov həmçinin Obama administrasiyasının bu oyunlara getməyəcəyinə ümid etdiyini söyləyib və heç bir qərarın Ukrayna xalqının seçimindən üstün ola bilməyəcəyini deyib.
2013-11-27
2,626
Göstəriş verilən kimi qəzet satışı bərpa olunacaq – Rəsmi
"Tağı Əhmədov özü də qeyd etdi ki, o, icraçıdır və bu məsələ onun səlahiyyətlərinə aid deyil. Nə vaxt göstəriş verilsə, qəzet satışı o vaxt da bərpa olunacaq". Bu sözləri "Axar.az"a açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Nəzakət Tarıverdiyeva metropolitan ərazisində qəzet satışının bərpa olunub-olunmayacağı barədə sualı cavablandırarkən dedi. Xatırladaq ki, bir müddət əvvəl metro keçidlərində qəzet, kitab və jurnal satışı dayandırdı. Bakı Metropoliteni buna səbəb kimi "Metro-Servis"in müqaviləni pozaraq, fəaliyyətini dayandırmasını əsas göstərdi. "Metro-Serviz"in direktoru Bəkir Cəfərov isə şirkətin təsisçisinin Tağı Əhmədov olduğunu və fəaliyyətin də onun iradəsi ilə dayandırıldığını açıqladı.
2013-11-27
2,627
Bakıda itkin düşən qızın əlamətləri açıqlandı
"Axar.az" "Gün.az"a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin təhqiqatçısı Bilal İsmayılov oyabrın 23-də Bakıda keçirilən GT3 avtomobil yarışına baxmaq üçün evdən çıxıb və bir daha geri qayıtmayan 12 yaşlı Lalənin əlamətlərini deyib. O söyləyib ki, Laləni görənlər, onun yerini bilənlər və ya onun haqqında eşidələnlər 012 491 02 02 nömrəsinə zəng vuraraq məlumat verə bilərlər. Lalənin əlamətləri isə aşağıdakılardır. Boyu - 155 sm Gözlərinin rəngi - qonur Üz görünüşü - yumrusifətdir Saçlarının rəngi – şabalıdı Əynində göynək cins şalvar, qara keta və boz rəngli idman gödəkçəsi olub.
2013-11-27
2,628
Azarov “Maydan” liderlərini qəbul etdi
Ukrayna müxalifətinin liderləri baş nazir Nikolay Azarovla görüşəcək. Axar.az-ın "Liqa.net" saytına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Batkivşina Partiyasının lideri Arseni Yaçenyuk aksiya iştirakçıları qarşısında çıxış edərkən deyib. Mitinq iştirakçılarının qarşısına çıxan Yaçenyuk görüşün saat 10:00 (Bakı vaxtı ilə saat 12:00) olacağını söyləyib. O, baş nazirin avrointeqrasiyanı dayandırmaları haqqında qərarlarından geri çəkilməsi üçün çalışacağını qeyd edib. Qeyd edək ki, Rusiya mətbuatının verdiyi məlumatda artıq görüşün baş tutduğu xəbər verilib.
2013-11-27
2,629
İbrahimbəyovun rejissor dostuna cinayət işi açıldı – 40 milyonluq iddia
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla birgə çəkdiyi filmlərlə dünyada məşhur olan rejissor Nikita Mixalkova məxsus şirkətlə bağlı cinayət işi açılıb. Cinayət işi səhmlərinin bir hissəsi Nikita Mixalkova məxsus olan "Çel Prom-Daymond" şirkətinin xarici şirkətə 40 milyon rubl dəyərində brilliant satması ilə bağlıdır. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mixalkovla bərabər kürəkəni Albert Bakova da məxsus olan şirkət 2012-ci ildə "Dundela limited"lə 10 milyon dollar dəyərində brilliantın satışına dair müqavilə imzalayıb. Daha sonra isə 1 milyon 250 min dollar, yəni 40 milyon rubl dəyərində brilliantın təhvil verildiyi sənədlərdə əksini tapıb. Bu ilin iyununda tərəflər arasında təhvil-təslim aktı imzalanıb. Bu akta əsasən 1479,75 karat, 11 695 ədəd brilliant sahibinə verilib. Araşdırma nəticəsində məlum olub ki, müqavilə qanunsuzdur və bu, "Qiymətli daşlar və qiymətli metallar" haqqında qanunu pozur. Çünki kinorejissorun brilliant satdığı şirkət Rusiya ərazisində fəaliyyət göstərmir, qeydiyyatı yoxdur. Cinayət işi Çelyabinsk prokurorunun şəxsi nəzarəti altındadır. Xəbərdə bildirilir ki, oktyabr ayında "ÇelProm-Daymond"dan 7,2 milyon rubl dəyərində almaz müsadirə edilib. Qeyd edək ki, N.Mixalkovun Rüstəm İbrahimbəyovla sıx yaradıcılıq əməkdaşlığı olub. 1970-ci ildə N.Mixalkov R.İbrahimbəyovun ssenarisi üzrə ilk debütünü - "Müharibənin sonunda bir sakit gün" qısametrajlı filmini çəkib. Bundan başqa onlar bütün dünyada məşhur olan "Ura, sevgi ərazisi", "Günəşdən usanmışlar" kimi filmlərə imza atıblar. Bu filmlər çox sayda beynəlxalq mükafatlara layiq görülüb.
2013-11-27
2,630
Roma papası ”müsəlmanları sevin” dedi
Roma papası katolikləri müsəlmanları sevməyə çağırıb. Papa Fransisk xristian-katoliklərinə müraciətində İslamla yaxınlaşmanın əvəzsiz əhəmiyyətini vurğulayıb. Bundan başqa o, əlavə edib ki, katoliklər özlərinin islam ölkələrindən görmək istədiyi sevgi və hörməti müsəlman immiqrantlarına qarşı göstərməlidirlər.
2013-11-27
2,631
Məşhur iş adamları ölümdən döndülər
Türk iş adamı Acun İlıcalının təyyarəsiylə İstanbula gələn "Trabzonspor" futbol klubunun rəhbəri İbrahim Hacıosmanoğlu və Əli Ağaoğlu havada ciddi təhlükəli anlar yaşayıb. "Trabzonspor" rəhbəri İbrahim Hacıosmanoğlu keçən həftə Əli Ağaoğlu və 8 iş adamıyla klubunun "Əskişəhərəspor"la oynadığı matçdan sonra İstanbula qayıtmaq üçün Acun İlıcalının keçən ay təxminən 25 milyon TL verib aldığı 10 adamlıq "Challenger 300" (çelıncer) model təyyarəsini kirayəyə götürüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor"un "Əskişəhər"i 1-0 udması ilə kefləri yaxşı olan iş adamlarının bu sevinci uzun çəkməyib. Trabzon aeroportundan qalxandan bir az sonra təyyarə kompüter sistemindəki bir səhv üzündən 80 dərəcəlik bucaqla yüksəlməyə başlayıb. Təhlükə son anda sovuşdu Havaya qalxan təyyarədəki nasazlıq rabitə qülləsindəki pilot tərəfindən aradan qaldırılıb. Burnu təxminən 85 dərəcə qalxan təyyarənin bu vəziyyəti 95 dərəcəyə qalxsaydı pilot müdaxiləsinə baxmayaraq, təyyarə xilas edilə bilməyəcəkdi. Amma təyyarəni avtomatik pilotdan alan kapitan soyuqqanlı davranaraq yavaşca təyyarənin burnunu endirərək normal vəziyyətə gətirib. Sevənlərimizin duaları sayəsində yaşayırıq Acun İlıcalıdan kirayələdikləri təyyarə ilə İstanbula gələrkən böyük təhlükədən qurtulan Trabzonspor Klub rəhbəri İbrahim Hacıosmanoğlu yaşadıqlarını belə izah edib: "Əli Ağaoğlu və 8 dostumuzla birlikdə Trabzondan İstanbula qayıdırdıq. Qalxandan bir az sonra təyyarə avtomatik pilotda olduğu üçün dikəlməyə başladı. Buna görə təyyarədə çaxnaşma yaşandı. Ancaq təcrübəli pilot dostumuzun sayəsində xilas olduq. Sonradan öyrəndiyimizə görə, təyyarə 85 dərəcəyə qədər yüksəlib. 90 dərəcəyə az qalıbmış. Veriləcək sədəqəmiz varmış. Sevənlərimizin duası sayəsində yaşayırıq. Bu dəqiqə yeni doğulmuş körpə kimiyik".
2013-11-27
2,632
Sürücü qəza yerində öldü
"Axar.az" DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 27-də saat 02.00-da Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsində qəsəbə sakini Cəsarət Mehdiyev "Mersedes" markalı avtomobili idarə edərkən onu yolayrıcısına vurub. Zərbənin təsirindən sürücü hadisə yerində ölüb.
2013-11-27
2,633
AKP-çilərin seks kaseti yayılacaq
Türkiyənin "Sözcü" qəzetinin yazarı Emin Çölaşan bugünkü köşəsində çox maraqlı bir məlumat paylaşıb. AKP ilə Fətullah Gülən tərəfdarları arasındakı davasında AKP-lilərin şəxsi həyatlarının lentə alındığı kasetlərin yayına hazırlandığını xatırladan Çölaşan ona da bir kasetin gətirildiyini bildirib. Emin Çölaşanın köşəsini ixtisarla təqdim edirik: "Redaksiyaya bir neçə gün əvvəl poçtla gələn zərfin içindən bir kaset çıxdı. Bizim redaksiyaya hər gün nələrsə gəlir... Məktublar, kitablar və başqa şeylər... Kasetin üstündə "filan şəxslə əlaqədardır, lütfən izləyin" deyə bir yazı vardı. İstər-istəməz izlədik. Gözlərimlə görməsəydim inanmazdım. Çox qısa şəkildə izah edim: Türkiyədə çox ciddi birinin ən yaxındır... Və yataq səhnələri. Həmçinin kasetdə əlavə olaraq qadının və kişinin adları və telefon nömrələri də göstərilir. Kasetə baxdıq. Nə lazım idisə, onu elədik və kaseti yandırdıq. Bu kaset, sadəcə, bizim redaksiyamıza gəlibmi? Bilmirəm. Məncə, başqa ünvanlara da göndərilib. Görəsən bu kaset mədrəsələr davasına görə gözlənilən qurşaqdan aşağı zərbələrin ilk mərhələsidirmi? Ya da bazara çıxarılan (lakin bizə göndərilməyən) başqa kasetlər də varmı? Onu da bilmirəm. Sevgili oxucularım, Türkiyə bunların hakimiyyəti altında bu cür idarə edilir. Bir tərəfdən qızla oğlan bir yerdə oxusa seks sayılır, onları ayıraq. Məktəblərdə "Quran"ı öyrədək, hər kəsə din dərsi verək qışqırıqları!.. Bir tərəfdən də kasetlər, qanunsuz telefon dinləmələri, qurşaqdan aşağı zərbələr... Onlardan olmayanları bu cür rüsvay edirlər. Siyasətdən kənarlaşdırdılar... Allahın böyüklüyünə baxın ki, indi də bazarda onların seks kaseti (bəlkə də kasetləri) dolanır. Deyəsən bu xəmir hələ çox su aparacaq..."
2013-11-27
2,634
Gürcüstan 2014-də Avropa İttifaqına qoşulacaq
Gürcüstanın Avropa İttifaqının assosiativ üzvü olmasına heç nə mane ola bilməyəcək. "Axar.az"ın "Rustavi 2" telekanalına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Gürcüstanın Xarici İşlər naziri Maya Pandjikidze çıxış edib. O, Vilnüsdə danışıqların dayandırılmasına heç nəyin mane ola bilməyəcəyini söyləyib. Nazir artıq hər bir şeyin hazır olduğunu, üzvlüklə bağlı yalnız texniki məsələlərin qaldığını bildirib. M.Pandjikidze həmçinin assosiativ üzlüklə bağlı razılaşmanın 2014-cü ilin sentyabrında imzalanacağına əmin olduğunu qeyd edib.
2013-11-27
2,635
Dağlıq Qarabağın müstəqilliyi tanındı
Kaliforniya ştatının Haylend şəhəri qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyıb. "Axar.az"ın "aysor.am"a istinadən verdiyi məlumata görə, bu informasiya tanınmamış respublikanın Xarici İşlər Nazirliyi tərəfindən yayımlanıb. Şəhər şurası Dağlıq Qarabağın müstəqilliyini tanımaqla yanaşı ABŞ hökumətinə də müraciət edib. Müraciətdə Dağlıq Qarabağın müstəqilliyinin tanınması və eyni zamanda münaqişənin həllində Amerikanın yaxından iştirak etməsinə çağırış yer alıb. Qeyd edək ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması Bako Saakyanın Kaliforniyada səfəri zaman baş verib. O bu gün Los-Ancelesin erməni icmasının üzvləri ilə görüşüb.
2013-11-27
2,637
Oda Teatrı polisi məhkəməyə verir
Polis tərəfindən fəaliyyətinə maneə yaradılan Oda Teatrı məhkəməyə müraciət edəcək. Teatrın təsisçisi və direktoru Elmin Bədəlovun "Axar.az"a verdiyi məlumata görə, artıq bununla bağlı hüquqi işlər də aparılır: "Məlum olduğu kimi noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin və həmin idarənin 22-ci polis bölməsinin əməkdaşları teatrımıza daxil olaraq axtarış aparmışdılar. Polis əməkdaşları teatra daxil olarkən heç bir məhkəmə qərarı və hər hansı bir sənəd təqdim etməyiblər. Teatr üzvləri bununla bağlı sənəd tələb etsələr də, buna məhəl qoyulmayıb. Eyni zamanda teatrın yerləşdiyi "Zirzəmi" adlı məkanın açarları, icarə müqaviləsi polislər tərəfindən müsadirə edilərək, teatrın fəaliyyəti bir günlük dayandırılmışdı. Bunlarla yanaşı həmin gün teatrın tamaşası təxirə salınmış, "Zirzəmi" məkanında keçiriləcək tədbir də hadisə üzündən baş tutmamışdı. Biz bütün bunları qanunsuzluq hesab edir və tədbirlərin təxirə düşməsi, teatrın fəaliyyətinə əngəl yaradılması büdcəmizdə ciddi maliyyə sıxıntıları yaradıb. Eyni zamanda bütün bunlar baş verəndən sonra teatra maddi ziyan dəyib. Oda Teatrı da baş verənlərlə bağlı məhkəməyə müraciət hazırlayır. Artıq tanınmış vəkillər qarşıdakı günlərdə iddia ərizəsini məhkəməyə göndərəcək". Qeyd edək ki, teatr yaranmış problemlərə baxmayaraq, fəaliyyətini davam etdirir. Noyabrın 30-da 3 dəfə tamaşa nümayiş etdirəcəklər. Teatra dekabrın 1-də icarəyə götürdükləri məkanı tərk etmələri tapşırılıb.
2013-11-27
2,638
İtkin düşən qızın atası: “İki gündür anası da itib”
İtkin düşmüş Leyla Məmmədovanın atası Müşfiq Məmmədov "Hafta.az"a açıqlamasında qızının noyabrın 23-ü "Avtoralli" yarışlarına qatılmaq üçün ondan icazə alıb evdən çıxdığını bildirib: "Məndən yol üçün 1 manat pul aldı. Yarışlar evimizin yaxınlığında keçirilirdi deyə, tək getməyinə etiraz etmədim". Müşfiq Məmmədovun sözlərinə görə, qızı Leyla həmin gün onunla mobil telefonla əlaqə saxlayıb: "Ona görə polisə gec müraciət etdim ki, mənə gizli nömrədən zəng etmişdi, deyirdi ki, gələcəm, gələcəm... Axır vaxtlar ona çoxlu zənglər gəlirdi, buna görə də hirsimdən telefonunu alıb sındırmışdım. Bilmirəm, ona zəng edənlər kimlər idi, çoxlu dostları var idi. Artıq telefona mən cavab verməyə başlamışdım, buna görə də özlərini yalandan başqa adam kimi təqdim edirdilər". 12 yaşlı qızın evdənqaçma ehtimalı da az deyil. Çünki Leylanın atası ilə söhbətdə qızın evdə zorakılığa da məruz qaldığı məlum oldu: "Anası ilə ayrılmışıq, gətirdi qızı, atdı üstümüzə, getdi. Yasamalda yaşayırdı, amma indi o da axtarışdadır. 2 gündür ki, o da itib. Dayısı Leylanı döyürdü, mən onu heç vaxt döyməmişəm. Anasının adı Kristina Məmmədovadır. Leylanın yerini bilən bir adam var. Bu, qonşuluqda yaşayan 16 yaşlı bir qız dostudur, təəssüf ki, o da indi itib. Buna görə də danışa bilmir, yəqin ki, bir yerdədirlər". 4 gün əvvəl itkin düşən Leyla Məmmədova 253 nömrəli məktəbin şagirdidir. Maraqlıdır ki, Müşfiq Məmmədov həmin məktəbə çox nadir hallarda getdiyini bildirib: "Belə də... Arada, 1-2 dəfə getmişəm həmin məktəbə".
2013-11-27
2,639
Almaniyada doğulan türklərə vətəndaşlıq veriləcək
Almaniyada 22 sentyabr seçkilərindən sonra koalisiyon hökumət yaratmaq üçün görüşlərə başlayan Xristian Birlik Partiyası ilə Sosial Demokrat Partiyası razılığa gəlib. "Axar.az"ın xəbərinə görə, Sosial Demokrat Partiyasının qərargahında keçirilən görüş 17 saat davam edib. Koalisiya müqaviləsinin bu gün Xristian Demokrat Partiyasının lideri və hazırki Almaniya kansleri Angela Merkel tərəfindən ictimaiyyətə bildiriləcəyi gözlənilir. Tərəflərin Almaniyada doğulan türk miqrantlarına da vətəndaşlıq verilməsi barədə razılığa gəlindiyi bildirilir. Sosial Demokrat Partiyası koalisiya müqaviləsini dekabr ayının əvvəlində təxminən 460 min üzvünün təsdiqinə təqdim edəcək. Nəticənin 15 dekabrda elan olunacağı qeyd edilir. Koalisiya hökumətində kimlərin nazir olacağı barədə də SPD-də referendum keçiriləcək.
2013-11-27
2,640
İlham Əliyev qubernatora “Dostluq” ordeni verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd edib. Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığa toxunan Aleksandr Jilkin son illər ticarət dövriyyəsinin 4 dəfə çoxaldığını vurğulayaraq bunun növbəti illərdə daha da artacağına ümidvar olduğunu bildirib. Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb, bu əlaqələrin möhkəmlənməsinə Aleksandr Jilkinin verdiyi töhfəni yüksək qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında dostluq əlaqələrinin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib. Həyata keçirilən birgə layihələrə toxunan dövlətimizin başçısı paytaxtımızda istifadəyə verilməsi nəzərdə tutulan "Həştərxan-Bakı" parkını dostluğumuzun yaxşı nümunəsi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə Aleksandr Jilkinin Azərbaycanın "Dostluq" ordeni ilə təltif edildiyini dedi və ordeni ona təqdim edib. Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycanın yüksək ordenlərindən olan "Dostluq" ordeni ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
2013-11-27
2,641
İraqda terrorçular 13 əsgər və polisi qətlə yetiriblər
"Associated Press" agentliyinin verdiyi məlumata görə İraqda intiharçı-terrorçuların son üç hücumu nəticəsində 13 əsgər və polis qətlə yetirilib, daha 32 nəfər yaralanıb. "Axar.az"ın xəbərinə görə, terrorçulardan biri Bağdaddan 50 kilometr şimalda yerləşən Tarmiya şəhərindəki hərbi obyektin qapısı yaxınlığında özünü partladıb. Hadisə yerində çoxlu insan toplaşandan sonra həmin terrorçunun cinayət yoldaşı elə oradaca da ikinci partlayışı törədib. Nəticədə doqquz nəfər həlak olub. Bağdad şəhərinin şimal həndəvərində yerləşən Taci yaşayış məntəqəsində bir intiharçı özü ilə polis məntəqəsinə gətirdiyi partladıcı qurğunu işə salıb, nəticədə dörd polis əməkdaşı ölüb, daha doqquz nəfər yaralanıb. Agentliyin məlumatına görə noyabr ayında terror hücumları nəticəsində artıq 373 nəfər həlak olub.
2013-11-27
2,642
950 dollar üçün özlərini “QİÇS”ə yoluxdururlar
Yunanıstanda iqtisadi böhran xalqı intihara aparır. İnsanlar 950 dollar dövlət yardımı üçün özlərinə "HİV"ə yoluxmuş iynə vururlar. Nəticədə intiharlar çoxalır, narkomanların sayı artır. İqtisadi böhranın təsirlərinin artdığı və işsizliyin 27% olduğu Yunanıstanda xalq çarəni "QİÇS"də tapıb. Dünya Səhiyyə Təşkilatının (DST) yaydığı hesabatda ölkədə son vaxtlarda qeydə alınan "HİV" virusunun təxminən yarısında xəstələrin özlərini bilərəkdən yoluxdurduqları bəlli olub. Dövlətin "HİV" xəstələrinə verilən aylıq 950 dollardan yararlanmaq üçün insanların belə bir şey etdikləri bildirilib.
2013-11-27
2,644
Hafiz Hacıyev: “Tağı Əhmədovun vəzifədən getmək vaxtıdır“
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla media işçiləri arasındakı dava-dalaş müzakirə olunmaqda davam edir. ANS telekanalının metropoliten rəisi haqqında hazırladığı video-süjetdən sonra siyasətçilər də buna öz münasibətini bildirməyə başlayıb. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Axar.az"a danışaraq Tağı Əhmədov haqda sərt sözlər dedi: "Tağı Əhmədovda bir balaca kobudluq var. İstəməzdim ki, o, insanlarla, əsasən də jurnalistlərlə bu cür davransın. Media işçiləri ilə davranışlara diqqətlə yanaşmaq lazımdır. Prezident həmişə jurnalistlərə qarşı diqqətli olur, onların dostudur, onların qayğısına qalır, ev problemlərinin həlli üçün çalışır. Gərək onun məmurları da bu cür olsun. Tağı müəllimin davranışları heç də düzgün deyil. Onun yaşının o vaxtıdır ki, gərək ona sual verən jurnalistlərlə xoş və mülayim davransın. Belə hərəkətlər prezidentin apardığı uğurlu siyasətə kölgə salır. Məmurlar bunu başa düşməlidir. Onlar görməlidir ki, prezident necə sadə yaşayır, jurnalistlərin dostudur, xalqın rahatlığı üçün çalışır. Onlar prezidentdən artıq deyil ki?" Partiya sədri metropoliten rəisinin vəzifədən getmək vaxtının çatdığını da bildirdi: "Düşünürəm ki, buraxdığı səhvlər bunu deməyə əsas verir ki, Tağı Əhmədovun vəzifədən getmək vaxtıdır. Uzun illərdir ki, o bu vəzifədə rəhbər kimi çalışır. Azərbaycanda hələ o siyasi mədəniyyət formalaşmayıb ki, kimsə vəzifəsindən çıxarılmamış özü istefa versin. Bu nadir hallarda olan məsələdir. Düşünürəm ki, prezidentin siyasi kursuna xələl gətirən adamlar siyasətdən getsələr yaxşıdır. Kimsə dövlətə yükdürsə, dövlət başçısına yükdürsə vəzifəsindən getməlidir. Tağı müəllim də belə səhvlər buraxdı və onun sözlərindən belə çıxdı ki, bunun etdiyi bütün yalnışların arxasında dövlət dayanır". Tağı Əhmədov haqqında danışan Hafiz Hacıyev, AXC qurucularının şəkillərinin metrodan yığışdırılmasının yanlış addım olduğunu da dilə gətirdi: "Tağı Əhmədov dedi ki, mən kiməm ki, özbaşına hərəkət edib nəyisə yığışdırım. Rəsulzadənin şəkillərinin "28 may" metrosundan yığışdırılmasının da göstərişinin yuxarıdan gəldiyini dedi. Bu, çox ciddi yanlış bir çıxış idi. Bu siyasi savadsızlıqdan irəli gəlməklə bərabər, həm də qeyri dəqiq məlumatdır. Prezident Məhəmməd Əmin Rəsulzadənin adının əbədiləşdirilməsi və yubileyinin qeyd edilməsi üçün sərəncam verir. Tağı Əhmədov isə bu cür səhvə yol verir". Hafiz Hacıyev Tağı Əhmədovun dövlət büdcəsinə verməli olduğu vergidən də danışdı. O bildirdi ki, Metropoliten rəisinin vergi verməməsi qanunların kobud şəkildə pozulmasıdır: "Hər kəs qanun qarşısında bərabərdir. Tağı Əhmədov dövlət büdcəsinə vergi vermirsə, bu cür hərəkət onun özünə arxayınlığıdır. "Dövlət büdcəsinə 1 qəpik də olsa vergi vermirəm" sözünü demək qanunsuz hərəkət olmaqla bərabər onun siyasətdə naşı olmasından xəbər verir. O, bilməlidir ki, onun bu cür çıxışına görə dövlət özü çətin vəziyyətə düşür".
2013-11-27
2,645
Oktay Əsədov nüvə təhlükəsizliyindən danışacaq
Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak edəcək. "Axar.az" Trend ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-29-da Sankt-Peterburqda səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə deputatlardan Mirkazım Kazımov, Hacı Salayev, Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Aslan Cəfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Parlamentlərarası Assambleyanın Şura iclasında MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Assambleyanın nəzdində sağlamlığın qorunması üzrə Ekspert Şurasının fəaliyyəti, sərhəd xətləri olmayan Avropanın qurulmasında parlamentlərin rolu və bir sıra təşkilati məsələlər müzakirə ediləcək. Plenar iclasda isə "Arxeoloji irsin qorunması haqqında", "Elektron sənəd haqqında", "Antikorrupsiya monitorinqi haqqında", "Kommersiya sirri haqqında", "Ekoloji audit haqqında", "Təhsil Məcəlləsi və Vergi Məcəlləsi haqqında", "Elmi parklar haqqında" və digər model qanun layihələri müzakirə olunacaq, bu layihələrə dair şərh və tövsiyələr dinləniləcək. Milli Məclisin sədri "Müasir dünyada nüvə təhlükəsizliyi: Nüvə silahlarının tərksilah olunması prosesində və onun yayılmasının qarşısının alınmasında parlamentarilərin rolu" mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxış edəcək. Səfər çərçivəsində O.Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
2013-11-27
2,646
Sabah N!DA-çıların məhkəmə baxışı başlayır
Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində N!DA Vətəndaş Hərəkatının 7 üzvü və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işinin məhkəmə baxışı başlayır. Hakim Cavid Hüseynovun sədrlik edəcəyi məhkəmə prosesi saat 10:30-da başlayacaq. Xatırladaq ki, ötən prosesdə məhkəmə adı çəkilən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul etmişdi. Qeyd edək ki, bu ilin mart ayında gənclərə qarşı Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və "Nida" üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.
2013-11-27
2,647
Britaniya evsizləri ölkədən qovacaq
Böyük Britaniyanın baş naziri Devid Kameron Avropa Birliyi vətəndaşlarının AB ölkələri arasında rahat hərəkətini məhdudlaşdırmağı təklif edir. Onun "Financial Times" qəzetində yazdığı məqalədə bildirilir ki, məhz bu qanun kütləvi miqrasiyalara səbəb olur. Baş nazirin fikrincə "İnsanların güvənini qaytarmaq üçün" AB-də dəyişikliklər lazımdır. Və yeni müqavilə üçün danışıqların vaxtı gəlib çatıb. Kameron yazır ki, britaniyalılar gələn ilin yanvarından məhdudiyyətlər götürüləcək Rumıniya və Bolqarıstandan mümkün miqrant axınından narahatdırlar. Baş nazir bildirib ki, Britaniya xarici miqrantlara maddi yardım və güzəştləri məhdudlaşdıracaq. Eləcə də açıq hava altında gecələyən evsizlər ölkədən qovulacaq.
2013-11-27
2,648
Zakir Həsənov rütbələri bərpa edib
Müdafiə Nazirinin əmri ilə Silahlı Qüvvələrdə Hərbi Ticarət işləri ilə məşğul olacaq bir qurum da fəaliyyətə başlayır. "Axar.az" xəbər verir ki, bunu hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov facebookda yazıb. MN-nin Hərbi Nəşriyyatına rəis vəzifəsinə təyin edilən polkovnik-leytenant Rəşad Abuzərovla bağlı əmrin ləğv edildiyini bildirən Ü.Cəfərov qeyd edib ki, işindən azad edilmiş, istefada olan polkovnik Pənah Abdullayevin vəzifələrini isə Nəşriyyatın baş mühəndisi həyata keçirir: "Yeni nazir, general-polkovnik Zakir Həsənovun əmri ilə SQ Hərbi Həkim Komissiyasının sədri mayor Vidadi Quliyevin əvvəlki tibb xidməti polkovnik-leytenantı rütbəsi bərpa edilib. Bundan əlavə də o sahədə çalışan bir neçə şəxsin də hərbi rütbələri yenidən artırılıb. Hətta , Heydər Əliyev Fondunda övladı çalışan bir zabitin də polkovnik rütbəsi bərpa edilib". Hərbi jurnalist, Naxçıvandan narahatedici xəbərlərin gəldiyini də yazıb. O, bildirib ki, oktyabrda şəxsi heyətlə görüşən yeni müdafiə naziri, uzun illər orada xidmət keçən zabitlərin tədricən Bakıya və digər qarnizonlara təyinatına başlanılacağına söz verib: "Ancaq təəssüflər olsun ki, bu günə kimi bu işə başlanılmayıb. Müdafiə Nazirliyinin rəhbərliyinin atdığı yanlış addımlardan biri də odur ki, bu yaxınlara kimi nazirlikdə yüksək vəzifə tutan bir neçə zabitin birdən-birə aşağı vəzifəyə təyin edilməsidir. Bunun nəticəsində də həmin zabitlər aldıqları məvacibdən 250-300 manat itiblər". Onun yazdığına görə, müdafiə naziri Zakir Həsənovun ordudan ehtiyata tərxis etdiyi bir neçə zabit digər güc strukturlarında xidmətlərini davam etdirmək istəyi ilə müvafiq qurumlara müraciət ediblər. Hətta onlardan bir neçəsi istəklərinə nail də olublar. Onlardan birinin adı da göstərmək olar. MN-nin HHQ və HHM qoşunlarından ehtiyata tərxis edilmiş polkovnik Faiq Məmmədov artıq Dövlət Sərhəd Xidmətinin aviasiya idarəsində zabit kimi xidmətini davam etdirir.
2013-11-27
2,649
Prezident 160 milyard bazarlıq təklif etdi
"Əgər 160 milyard avro verilsə, Avropa İttifaqının assosiativ üzvlüklə bağlı müqaviləsini imzalamağa hazıram". "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ukrayna prezidenti Viktor Yanukoviç çıxış edib. O, Ukraynanın Aİ-nin assosiativ üzvü olması üçün həddən artıq böyük maliyyəyə tələb etdiyini söyləyib. Yanukoviç hazırda Ukraynanın çox ciddi dəstəyə ehtiyacı olduğunu bildirib: "Müxtəlif cür qiymətləndirmələr mövcuddur. Hər il 20 milyarddan aşağı olmayaraq pula ehtiyacımız var. 2017-ci ilə qədər isə təxminən 160 milyard lazımdır".
2013-11-27
2,650
Əhmədinejadı həbs gözləyir
İran parlamentinin ekspertiza işləri şöbəsinin rəhbəri Müctəba Mələk Əfzəli noyabrın 27-də jurnalistlərə keçmiş prezident Mahmud Əhmədinejadın məhkəməsinin təxirə salınmasından danışıb. Noyabrın 26-da Əhmədinejadın məhkəməsi keçirilməli idi. "Axar.az" "Mediaforum" saytına istinadən xəbər verir ki, keçmiş prezident ona qarşı irəli sürülən ittihamları dinləmək üçün əvvəlcədən Tehran Cinayət Məhkəməsinə çağırılsa da, prosesə gəlməyib. İlkin məhkəmə iclası müttəhimsiz və hətta onun vəkili olmadan keçirilib və hakim işi dayandıraraq məhkəməni təxirə salıb. Müctəba Mələk Əfzəli deyib ki, Əhmədinejad prezident olduğu vaxtda İdman və Gənclər Nazirliyini vaxtında yaratmaqdan imtina etməkdə, İran Milli Neft Şirkətinin əsasnaməsini vaxtında hazırlayıb təqdim etməməkdə, Tehran metrosu üçün xarici valyuta ilə büdcə ayırmamaqda və daha bir neçə qanunsuz əməldə günahlandırılır: "İrandakı məhkəmə qanunlarına görə, müttəhim yalnız üzrlü səbəbdən (xəstəlik, yoldaşının ölümü, təbii fəlakət baş verdikdə və sair) məhkəməyə gəlməyə bilər. Əhmədinejad növbəti məhkəməyə gəlməsə və ya gəlməməyi üçün qaneedici dəlillər göstərə bilməsə, o həbs edilə bilər". Məhkəmənin növbəti iclasının vaxtı haqda məlumat yayılmayıb.
2013-11-27
2,651
Nazir Qusara ilk dəfə səfər etdi
Müdafiə naziri Zakir Həsənov Qusar rayonunun "N" saylı hərbi hissəsində olub. Bu barədə "Axar.az"a hərbi mənbələrdən məlumat verilib. Hərbi hissə komandiri Oruc Abdullayev Zakir Həsənova şəxsi heyyət ilə bağlı məlumat verib. O. Abdullayev həmçinin hərbi hissədə görülən abadlıq və yenidənqurma işləri barəsində də naziri məlumatlandırıb. Zakir Həsənov hərbi hissəni gəzib və şəxsi heyyətlə tanış olub. Müdafiə naziri daha sonra Qusar rayonun icra başçısı və hüquq mühafizə orqanları ilə görüşüb. Qeyd edək ki, Zakir Həsənov Qusar rayonuna nazir olaraq ilk dəfə rəsmi səfər edib.
2013-11-27
2,652
Avropaya səfərlər asanlaşacaq
Vilnüs sammiti Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq baxımından əlverişli imkan olacaq. "Axar.az"ın Trend-ə istinadən məlumatına görə, bunu Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle "Avropa İttifaqı və Azərbaycan Vilnüs sammiti ərəfəsində" başlıqlı məqaləsində bildirib. Ş.Füle qeyd edib ki, viza rejiminin sadələşdirilməsinə dair sazişin, ardınca isə readmissiya sazişinin imzalanması Azərbaycan vətəndaşlarının Avropaya səfər etməsini asanlaşdıracaq". Aİ komissarının sözlərinə görə, hər bir tərəfdaş unikaldır və qarşılıqlı əlaqələr üçün unikal xüsusiyyətlərə malikdir: "Azərbaycana gəlincə, sözsüz ki, enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır və biz artıq birgə səylərimiz nəticəsində konkret fayda görürük. "Cənub Qaz Dəhlizi" artıq nəzəri layihə deyil və reallaşdırılmaq üzrədir". Ş.Fülenin sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq ümumi dəyərlərə - demokratiya, insan hüquqları və fundamental azadlıqlar və qanunun aliliyi - əsaslanır: "Biz, həmçinin İslam dünyası ilə ənənəvi əlaqələri sayəsində Azərbaycanın "Şərq tərəfdaşlığı"nda oynadığı xüsusi rolu anlayırıq". Ş.Füle vurğulayıb ki, bu sadalananlar Azərbaycanın "Şərq tərəfdaşlığı" və "Vilnüs" sammitində fəal iştirakı üçün əsas səbəblərdir: "Biz bu əməkdaşlığın daha da genişlənməsinə sadiqik".
2013-11-27
2,653
Davudoğlu: Türkiyə və İran bir gün əl-ələ versə...
Tehranda olan Davudoğlu Orta Şərq Strateji Araşdırmalar İnstitutunda keçirilən konfrans zamanı nüvə müzakirələrində əldə olunan razılaşma ilə əlaqədar Cavad Zərifi təbrik edib. Müzakirələrdə əldə edilən nəticənin barış və sabitliyin bərpa olunmasında önəmli olduğunu deyən Davudoğlu Türkiyənin də bu razılaşmadan məmnun qaldığını deyib. Davudoğlu Türkiyənin yerləşdiyi bölgəni gərginlik içində görmək istəmədiyini vurğulayaraq, "Bölgəmizdə heç bir yerdə nüvə silahı görmək istəmirik. Ümid edirik ki, dünyada nüvə silahları tamamilə ortadan qaldırılacaq". Bir çox problemin yaşandığı Yaxın Şərqlə bağlı fikir bildirən Davudoğlu, "Bu bölgə hamımıza aiddir" deyərək siyasi dialoqa ehtiyac olduğunu bildirib. Məhərrəm ayında İraqda şiələrin sıx yaşadığı bölgələrə səfər etdiyini xatırladan Davudoğlu deyib: "İndi birləşmə zamanıdır. Əgər problemli məsələlər siyasi dialoqla müzakirə edilsə, güc tətbiq etməyə heç bir ehtiyac qalmayacaq". Türkiyə Baş Naziri Davudoğlu daha sonra bildirib ki, Türkiyə-İran əlaqələri İkinci Dünya Müharibəsindən sonra müttəfiq halına gələn və Avropa Birliyinin yaradılmasında müstəsna rol oynayan Fransa-Almaniya əlaqələri qədər əhəmiyyətlidir: "Məncə, Türkiyə və İran bir gün əl-ələ verdikləri zaman bu, yalnız ikisinə faydalı olmaqla qalmayacaq, regional sabitliyin onurğa sütunu olacaq",- dedi.
2013-11-27
2,654
Deputat Kərim Hüseynovun oğlu kütləvi yol qəzası törədib
"Axar.az"saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Dağıstan parlamentinin deputatı Kərim Hüseynovun 17 yaşlı oğlu Moskvanın mərkəzində baş verən yol qəzasının günahkarıdır. Yol-nəqliyyat hadisəsi noyabrın 10-da baş verməsinə baxmayaraq, bu haqda mətbuata yalnız indi məlum olub. 17 yaşlı İskəndər Mercedes-Benz S500 maşını ilə hərəkət edən zaman irəlidə görünən Toyota RAV4 maşınına, daha sonra isə Audi Q5, Volksvagen-Tuareq və Mercedes E klass-a çırpılıb. Təkanın gücündən Audi Q5 səkiyə uçub. Qəza nəticəsində 10 milyon rubl dəyərində nəqliyyat vəsaitləri ciddi xəsarət alıb.
2013-11-27
2,655
Hücum olsa, Rusiya bizi müdafiə edəcək - Savaş
"Ermənistana Azərbaycan tərəfindən hücum olsa, Rusiya hərbi bazaları bizi müdafiə edəcək". "Axar.az"ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə qonşu ölkənin müdafiə naziri Seyran Ohanyan çıxış edib. O, Ermənistandakı rus hərbi bazaları ilə yanaşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də müdafiə olunacaqlarını bildirib. "Ermənistana hücum olarsa, 102-ci hərbi baza ilə yanaşı, KTMT çərçivəsində də hər kəs bizə kömək edəcək. Ermənistanın təhlükəsizliyi görə narahat olmağa dəyməz". O, həmçinin erməni ordusunun cəbhə xəttini nəzarətdə saxladığını və istənilən an hücum etməyə hazır olduqlarını da söyləyib.
2013-11-27
2,656
Müdafiə Nazirliyinin bir cümləlik təkzibi – Rəsmi
Müdafiə Nazirliyi Bakı və Gəncə ətrafında yerləşən hərbi hissələrdən ağır hərbi texnikanın daşınması faktını təkzib edib. "Axar.az"a bu barədə informasiya Müdafiə Nazirliyinin mətbuat katibliyindən verilib. Nazirlik istənilən halda bunu uydurma və şayiə olduğunu deyib. İnformasiya ilə bağlı nazirliyin sorğumuza verdiyi cavab isə qısa və konkret olub: "Müdafiə Nazirliyi bildirir ki, bəzi kütləvi informasiya vasitələrində gedən bu cür məlumatların heç bir əsası yoxdur".
2013-11-27
2,657
Afət Telmanqızı: "Həkimlər baş verənləri gizlədiblər"
ANS telekanalının əməkdaşı Afət Telmanqızı noyabrın 27-də "Media forum" saytına açıqlama verib. "Axar.az" xəbər verir ki, jurnalist gəlinlərinin ölümü ilə bağlı Sumqayıtdakı 1 saylı doğum evinin həkimlərinin Yasamal Rayon Prokurorluğunda ifadə verdiyini deyib: "Əməliyyatı aparan həkim Sevda Xanbutayeva ifadəsində bildirib ki, əməliyyat yaxşı keçib, sonra nə olduğunu bilmir. Digər həkimin də ifadəsi alınıb. Əsas öz səhvlərini deməyiblər ki, əməliyyat zamanı qanitirmə olub, bu da valideynlərdən və yaxınlardan gizlədilib. Xəstənin bədənində cift qalığı qalıb, bu da bədəndə zəhərlənməyə səbəb olub. Doğum evinin baş həkimi İmmi Ələkbərzadəni də prokurorluğa dəvət edəcəklər. İşi aparan müstəntiq İsmayıl Abıyev bildirir ki, yaxın bir neçə gün ərzində dindirilmə başa çatandan sonra bütün məlumatları toplayıb ekspertizaya göndərəcəklər. Səhiyyə Nazirliyinin doğuşa yardım komissiyası apardığı araşdırmanın nəticəsini gələn həftə açıqlayacaq". Afət Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynova oktyabrın 4-də Sumqayıtdakı 1 saylı doğum evində qeysər əməliyyatından keçirib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb. Xəstə Bakıdakı Mirqasımov adına Respublika Xəstəxanasına gətirilib. Müayinə zamanı bəlli olub ki, əməliyyat zamanı xəstə çoxlu qan itirib. Onun bədənində cift qalığı qalıb və bu da bədəndə zəhərlənmənin yaranmasına səbəb olub. Pərvinə Hüseynova orada vəfat edib. "Media forum"a danışan Afət Telmanqızı qeyd edib ki, hər bir əməliyyat öncədən planlaşdırılmış şəkildə olmalıdır: "Bir həftə ərzində müəyyən müayinələr, yoxlamalar aparılır. Gəlinimiz Pərvinə Hüseynova da, ailə olaraq biz də bu əməliyyatı nəzərimizdə tutmamışdıq. Həkimlər çağırıb ki, müayinə olunsun. Müayinə vaxtı gəlinin anasını inandırıblar ki, biz bunu mütləq əməliyyata götürməliyik. Həkimlərə güvənib razılıq verib. Səbəb kimi də arterial təzyiqinin 130 olmasını göstəriblər. Hamilə qadın üçün 130 təzyiq normaldır. Zəng vurub anam da deyiblər ki, gəlininiz mütləq əməliyyat olunmalıdır. Ancaq anam narazılığın bildirib ki, əgər heç bir fəsad yoxdursa, niyə əməliyyat olunmalıdır? Həkim bildirib ki, istəsəniz də, istəməsəniz də biz əməliyyatı edəcəyik. Anam, qardaşım xəstəxanaya gedənə qədər artıq əməliyyat gedirmiş. Əməliyyata tibbi göstəriş olmalıdır. Parlamentdə qəbul olunan yeni qanuna əsasən, tibbi göstərişsiz əməliyyat olunmur. Tibbi göstəriş o halda ola bilər ki, təbii doğuşdan sonra ananın səhhətində hansısa problemlər yarana bilər. Nəyə görə əməliyyat olunmalıdır, səbəb nədir? Bu səbəbi deyən yoxdur".
2013-11-27
2,658
Tağı Əhmədovun səsi Bakı kənarından gəldi
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ezamiyyətdədir. "Axar.az"ın xəbərinə görə, bu barədə Lent.az-a özü məlumat verib. Belə ki, əməkdaşımız bir neçə gündür mətbuatın əsas tənqid hədəfinə çevrilən T.Əhmədovla əlaqə saxlayaraq, haqqında səsləndirilən fikirlərə münasibət öyrənməyə çalışıb. Son günlər mətbuat nümayəndələrinin telefonlarını açmadığı və danışmaq istəmədiyi bildirilən T.Əhmədov əməkdaşımıza deyib ki, hazırda Bakıda deyil, bu səbəbdən də suallara cavab verə bilməyəcək: "Mən indi Bakıda deyiləm. Bakıdan kənarda "komandirovka"dayam. Danışa bilməyəcəm". T.Əhmədov əməkdaşımızla söhbətinə bildirib ki, "komandirovka"sının müddəti 10 gündən sonra bitəcək və Bakıya, işinin başına qayıdacaq.
2013-11-27
2,659
Türmədə danışıq kartı olmayan telefon tapıldı
Bakı İstintaq təcridxanasında gizli saxlanc yerində qadağan edilmiş əşya aşkar olunaraq götürülüb. "Axar.az"ın Trend-ə istinadən xəbərinə görə, noyabrın 27-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Asif Samir oğlu Əliyevin kamerasına baxış keçirilib. Baxış zamanı kameranın gəzinti otağındakı gizli saxlanc yerindən ona məxsus olan, daxilində danışıq kartı olmayan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Faktlar üzrə araşdırma aparılır.
2013-11-27
2,660
Qəza hökumətin istefası ilə bitdi
Latviyanın Baş naziri Valdis Dombrovskis tabeliyində olan hökumətin istefaya getdiyini bəyan edib. "Axar.az"ın İnterfaks-a istinadən xəbərinə görə, bunu Baş nazir ölkə Prezidenti Andris Berzinşlə görüşdən sonra jurnalistlərə deyib. Qeyd edək ki, noyabrın 21-də Riqadakı "Maksim" Ticarət Mərkəzində faciə baş vermişdi. Binanın divarlarının və damının uçması nəticəsində 54 nəfər həlak olmuş, daha 39 nəfər yaralanmışdı. Ölkənin insan hüquqları üzrə müvəkkili Yuris Yansonsun sözlərinə görə, faciəyə görə məsuliyyəti Latviya hökuməti də öz üzərinə götürməlidir. Eyni zamanda, Baş nazir istefa barədə düşünməlidir. Dünən Latviyanın daxili işlər naziri Rihards Kozlovskis də faciənin günahkarlarının aşkar olunmayacağı və layiqli şəkildə cəzalandırılmayacağı təqdirdə istefaya getməyə hazır olduğunu bəyan edib.
2013-11-27
2,661
Millət vəkilindən bahalaşma proqnozu
"Hesab edirəm ki, benzin, su, işıq və qazın qiymətində artım müşahidə olunacaq". Bu haqda "Axar.az"a danışan Ümid Partiyasının sədri fikirlərini belə əsaslandırdı: "Qiymətlərin bahalaşması büdcədə yüz faiz nəzərdə tutulub. Biz bunu parlamentdə dövlət büdcəsinin qəbulu zamanı da müşahidə etdik. Hesab edirəm ki, benzin, su, işıq və qazın qiymətində artım müşahidə olunacaq. Ola bilsin, düşünə bilərsiz ki, artım baş versə, əməkhaqları da artacaq, amma əməkhaqılarında artım müşahidə olunmayacaq. Yəni hakimiyyət sosial problemin aradan qaldırılması üçün heç bir tədbir görməyəcək". Millət vəkili hakimiyyətin siyasi partiyalarların maliyyələşməsi ilə bağlı siyasətini də tənqid etdi və həmçinin parlamentdə təmsil olunmayan ana müxalifət partiyalarının maliyyələşmədən kənar qalmasına da münasibət bildirdi: "Biz siyasi partiyaların maliyyələşməsi ilə bağlı düzəliş təklif irəli sürəcəyik və bu məsələnin müzakirə olunmasını xahiş edəcəyik. Özü də bizdə bu, siyasi partiyaların maliyyələşdirilməsi hesab oluna bilməz. Türkiyə parlamentində təmsil olunan partiyalara ayrılan pullara nəzər yetirin - milyonlarla pul ayrılır onlara, amma bizdə onlarla müqayisədə qəpik-quruş ayrılır. Hesab edirəm ki, bu, demokratikləşmə problemidir. Demokratik sistem olsaydı, müxalifətin də real gücünü bilmək olardı. Əlbəttə ki, bu da onların parlamentdəki həqiqi sayından asılı olacaqdı. Onu da deyim ki, Ümid Partiyası ölkənin ən güclü partiyalarından biridir, amma biz parlamentdə bir nəfərlə təmsil olunuruq, çünki seçki vaxtı bizim bir neçə üzvümüzün haqqı tapdalanıb".
2013-11-27
2,662
Quyruqlu ulduzun günəşin yanından keçməsi canlı yayımda
NASA Günəşin ən yaxınlığından keçəcək "İSON quyruqlu ulduzu"nun keçməsini canlı yayımlayacaq. "Axar.az"ın məlumatına görə, bəzi kosmonavtların əsrin quyruqlu ulduzu olmağa namizəd göstərdiyi "İSON", sabah Günəşin 1,2 milyon kilometr yaxınlığından keçəcək. NASA bu anı "Google"un pulsuz xidməti olan "Google Hangout" vasitəsilə Bakı vaxtı ilə 22:00 – 00:30 aralığında canlı yayımlayacaq. Yer planeti ilə Günəş arasındakı məsafənin 150 milyon kilometr olduğunu nəzərə alsaq, quyruqlu ulduzun Günəşə hansı dərəcədə yaxınlaşacağını təsəvvür etmək də çətin olmayacaq. Mütəxəssislər İSON-un nüvəsinin 500 metrdən daha böyük olduğu üçün onun Günəşin təsirindən parçalanmayacağına ümidlidir. Məlumat üçün bildirək ki, elmi adı "C/2012 S1" olan quyruqlu ulduz, Rusiyadakı "International Scientific Optical Network (ISON)" elmi araşdırma qurumu tərəfindən kəşf edildiyi üçün ona ISON adı verilib.
2013-11-27
2,663
Milli Şuranın sessiyası növbəti dəfə təxirə salındı- SƏBƏB
Milli Şuranın sessiyası növbəti dəfə təxirə salınıb. Milli Şuradan bildirilib ki, sessiyanın keçirilməsi ilə bağlı müzakirələrdə fikir ayrılığı yaranıb. Müzakirələr zamanı qurumda təmsil olunan iri təşkilatların rəhbərləri sessiyanın gündəliyi ilə bağlı məsələdə ortaq məxrəcə gələ bilməyiblər. Əsas mübahisələr Milli Şuranın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair müddəaların müzakirəsində ortaya çıxıb: "Qurumun rəhbər strukturunda dəyişiklik edilməsi – həmsədrlik institutunun yaradılması, yaxud da Rüstəm İbrahimbəyovun istefaya göndərilməsi təklifləri Milli Şuranın rəhbərlərinin keçirdiyi yığıncaqda çözülməsi mümkün olmayıb. Qurumun noyabrın 30-da keçirilməsi nəzərdə tutulan sesiyasının baş tutmamasının kökündə də bu fikir ayrılığı dayanıb". Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli isə AzNews.az-a açıqlamasında qurum daxilində yaranan fikir ayrılığının kəskin şəkil aldığını deməsə də, Milli Şuranın bu həftə keçirilməsi nəzərdə tutulan sessiyasının təxirə salındığını təsdiq edib. Onun sözlərinə görə, sessiyanın gələn həftə keçirilməsi nəzərdə tutulub ("Aznews.az").
2013-11-27
2,664
İlham Əliyev qanunda dəyişikliklər etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qərara əsasən bir sıra sərəncamlar imzalayıb. "Axar.az" məlumat verir ki, İlham Əliyev Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" , "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununu "Mədəniyyət haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" , İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
2013-11-28
2,665
"Qalatasaray"a Madriddə ağır zərbə - Yeniləndi
Bu gün Çempionlar Liqası V turun ikinci oyun günündə A, B, C, D qruplarında oyunlar keçirilib. Azərbaycanlı azarkeşlərində maraqla gözlədiyi qarşılaşma B qrupunda Madriddə baş tutub. Qardaş Türkiyə təmsilçisi İstanbulda olduğu kimi Madriddə də ağır məğlubiyyətlə üzləşib. Qrupun digər qarşılaşmasında Yuventus öz meydanında Danimarka təmsilçisi Kopenaqenə heç bir şans verməyib. "Axar.az" V turun ikinci oyun günündə baş tutan qarşılaşmaları onlayn olaraq təqdim etdi A qrupu 23:45. "Bayer" (Almaniya) 0-4 "Mançester Yunayted" (İngiltərə) Qol: Valensiya, 22, Smalinq,77, 30, Evans, Nani, 88 23:45. "Şaxtyor" (Ukrayna) 4–0 "Real Sosyedad" (İspaniya) Qol: Adriano, 37, Aleks, 58, Douqlas, 68, 87 B qrupu 23:45. "Real" (İspaniya) 4-1 "Qalatasaray" (Türkiyə) Qol: Beyl, 37, Arbeloa, 51, Di Maria 63, İsko, 81 Umut, 38 23:45. "Yuventus" (İtaliya) 3–1 "Kopenhagen" (Danimarka) Qol: 29, Vidal, 60 (pen), 63 Melberq, 56 C qrupu 23:45. "Anderlext" (Belçika) 2-3 "Benfika" (Portuqaliya) Qol: Mbemba, 19, 52 (avt), Bruno, 77 Matiç, 34, Rodriqo, 90 23:45. PSJ (Fransa) 2–1 "Olimpiakos" (Yunanıstan) Qol: İbrahimoviç, 7, Kavani, 90, Manolas, 78 D qrupu 21:00. MOİK (Rusiya) 1- 3 "Bavariya" (Almaniya) Qol: Honda, 61, Roben, 17, Götze 56, Müller, 65 23:45. "Mançester Siti" (İngiltərə) 4 –2 "Viktoriya" (Çexiya) Qol: Aqüera, 32 (pen), Nəsri, 65, Neqredo, 78, Djeko, 89 Horova, 43, Ted, 69
2013-11-27
2,666
Yanukoviçə sanksiya üçün 84 min səs qaldı
Ağ Evin saytında Yanukoviçə sanksiya tətbiq edilməsi əlaqədar olan petisiyada 16 min səs yığılıb. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, səslərin sayı 100 minə çatacağı təqdirdə sənəd prezident Barak Obamaya təqdim ediləcək. Sanksiyaların Nikolay Azarov və Ukrayna Nazirlər Kabinetinin bütün üzvlərini əhatə edəcəyi bildirilib. Qeyd edək ki, Ağ Evin saytında elan olunmuş səsvermədə yalnız ABŞ vətəndaşları iştirak edib.
2013-11-27
2,667
Tağı Əhmədov haqqında xanımı danışdı
Tağı Əhmədov-ANS qalmaqalının indiki pik həddində Metropoliten rəisinin xanımı Salatın Əhmədlinin açıqlaması yayılıb. Metropoliten şefinin xanımı "Modern.az"a deyib: - Bəzən eşidirəm ki, deyirlər o, çox kobuddur, əsəbidir və sair. Amma əslində elə deyil və onun ürəyi çox yumşaqdır. O, uşaqlıqdan elədi və elə də böyüyüb. Tağı müəllim insanları çox sevir. Elə bir aparat icad edib insan ürəyini öyrənə bilsəydilər, görərdilər ki, adamların çoxu göründüyü kimi deyil. İstər yaxşı, istərsə də pis mənada. Tağı müəllim bəzilərinin dediyi kimi kobud yox, incə, həssas və saf qəlblidir. Mən deyirəm ki, Tağı müəllimin 20 uşağı olsaydı belə, eyni sevgini hər birinə verərdi. İndi də harda uşaq görsə, əyilib üzündən öpər. Onda kin-küdurət, paxıllıq, həsəd yoxdur. Bəzən kimsə gəlib başqası haqqında pis nəsə danışır. Hər zaman deyirəm o insana qulaq assan da, inanma və işin əslini öyrənməyə çalış, ara vurmağının səbəbini öyrən. Belə müzakirələrimiz çox olur. Onun işi çox ağırdır. Çiyinlərinə çox ağır bir yük götürüb. Heç onun işinə aid olmayan insanlar da kömək üçün ona müraciət edir. Mən də deyirəm çalış, bacardıqca kömək elə". Salatın Əhmədlinin sözlərinə görə, Tağı Əhmədov milləti üçün çalışan insandır. "İnsanların xeyir işlərində də, hüzrlərində də kömək etməyə çalışır. Kimsə bilmir ki, o, hətta gecələr də işləyir. Telefonları söndürmür. Gecələr də metro ilə əlaqə saxlayır. Bir devizi var: Əgər metro gecə-gündüz işləyirsə, deməli mən də işləməliyəm. Onunla bərabər mən də "işləyirəm". Arada mən onun əsəblərini sığallamaq üçün zarafat edirəm. Sakitləşdirməyə çalışıram. Nəvələrimizin məzəli sözlərini danışıram. İstifadə etməyi xoşlayan insanlar çox yükləyirlər onu, istirahətə də gedə bilmir, istirahətdən yarımçıq qayıtdığı vaxtlar da olub.
2013-11-27
2,668
Elmir Əkbərli danışdı: “Dedilər, başını kəsərik”
Tanınmış psixoteropevt Elmir Əkbər ANS telekanalının "Adam içində" verilişində qonaq olarkən nəzərdə tutulan dini xurafat mövzundakı çıxışında "vəhabi" qruplaşmalarının adını çəkərək onları tənqid edib. Aparıcı veriliş bitəndən təxminən bir saat sonra şəhərdə basqıya məruz qalıb. Ardınca psixoliqun telefonuna olunan zəngdə ölümlə hədələnib. Hadisə ilə bağlı Elmir bəylə əlaqə saxlayıb fikirlərini öyrəndik: "ANS telekanılandakı çıxışımdan sonra gözləmədiyim basqılara məruz qaldım. Heç vaxt inanmızdım ki, bir qrup insan çıxışıma görə mənə bu qədər aqressiv münasibət göstərər. Verilişdən çıxandan sonra şəhərdə vəhabi təriqətinin üzvü olduğunu ehtimal etdiyim bir qadının basqısına məruz qaldım. O, əlini atıb çantadan nəsə çıxartmaq istədi. Həmin anda çox narahat oldum. Xoşbəxtlikdən yaxında polisin olduğunu görüb ona şikayət edəcəyimi bildirəndən sonra həmin qadın məndən uzaqlaşdı. Daha sonra özümə qarşı sosial şəbəkələrdə kəskin təhdidlərlə rastlaşdım. Hətta bu məsələ ilə bağlı telefonuma bir qadın zəng edib, "Deyəsən başın bədəninə ağırlıq edir, sənin başını kəsərik" dedi. Mən bu məsələnin ciddiyətini göz önünə alıb hüquq-mühafizə orqanlarına müraciət etdim. Onlar gözləmədiyim tərzdə bu məsələyə həssas yanaşdılar. Çox sağ olsunlar, hər birinə minnətdarlığımı bildirirəm, onlar mənə stimul verdilər. Ailə üzvlərimin stress yaşamaması üçün olayı televiziya kanallarının işıqlandırmasını istəmədim".
2013-11-27
2,669
Moskvada azərbaycanlıların bazarında bomba həyəcanı
Moskvanın cənubunda yerləşən Orexovo metrostansiyasının yaxınlığında yerləşən Orexovskiy bulvar küçəsindəki bazara partlayıcı mina qoyulması barədə xəbər polisi ayağa qaldırıb. Rusiya paytaxtındakı mənbədən aldığımız məlumata görə, bu bazarda 100-dən çoxazərbaycanlı çalışır. Hazırda əraziyə kinoloqlar cəlb olunublar. Bazar mühasirəyə alınıb.Hamı bayıra çıxarılıb. Həmyerlilərimiz dükanlarını açıq qoyub qaçıblar. Bomba həyəcanının nə vaxt bitəcəyi isə bilinmir.
2013-11-27
2,670
Çempionlar Liqasının iki qarşılaşması – Canlı yayım
Çempionlar Liqasında V turun ikinci oyun günündə növbəti qarşılaşmalar keçiriləcək. "Axar.az" bu gün keçiriləcək olan qarşılaşmalardan "Moik" – "Bavariya" və "Real Madrid" – "Qalatasaray" qarşılaşmalarını canlı olaraq təqdim edəcək. 21:00. "MOİK" (Rusiya) - "Bavariya" (Almaniya) 23:45. "Real" (İspaniya) - "Qalatasaray" (Türkiyə)
2013-11-27
2,671
Sərnişindən 2,7 milyon dollar oğurlandı
"Axar.az" "İnterfaks"a istinadən xəbər verir ki, İstanbuldan Şeremetyevə enən təyyarənin sərnişininə silahlı quldurlar hücum ediblər. Onun mühafizəçisini zərərsizləşdirərək 2,7 milyon dollarını oğurlayıblar. Mətbuat xidmətinin nümayəndəsi bu barədə açıqlama verib: "Kamuflyaj və maskada olan bir neçə naməlum şəxs İstanbuldan Şeremetyevə enən təyyarənin sərnişininin çantasını oğurlayıb. Çantanın içində böyük ehtimalla 2,7 milyon dollar olduğu bildirilir".
2013-11-27
2,672
Suriyada 11000-dən çox uşaq həyatını itirib
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Suriya vətəndaş müharibəsində 11000-dən çox uşaq həyatını itirib. Onların 128 nəfəri kimyəvi silah hücumu nəticəsində şəhid olub. Qlobal təhlükəsizlik üzrə ixtisaslaşmış Oxford Research Group (Oksford Tədqiqat qrupu) yeni araşdırmasında 17 yaş və daha aşağı yaş aralarında 11.420 uşaq ölümü qeyd edildiyi barədə yeni açıqlama yayıb. Hesabatda 2011-ci ilin mart ayından 2013-cü ilin avqust ayına kimi əldə olunan məlumatlar təhlil edilib. Tədqiqat mərkəzi əlavə edib ki, ölüm səbəbi qeyd olunan 10586 uşaqdan 128-i 2013-cü ilin avqust ayının 21-də kimyəvi silah nəticəsində öldürülüb. Münaqişə zamanı 764 körpə edam olunub, 389-u isə snayper gülləsi ilə həyatını itirib.
2013-11-27
2,673
KİV DF “Azadlıq”a maliyyə ayırmağı dayandırdı
KİV-ə Dövlət Dəstəyi Fondu "Azadlıq" qəzetinin layihələrini maliyyələşdirilməyi dayandırıb. Bu barədə Fondun icraçı direktoru Vüqar Səfərli "Azadlıq"ın baş redaktoru Qənimət Zahidə məktub göndərib. Məktubda deyilir: "2013-cü ilin ikinci yarımilliyi üçün "Azadlıq" qəzetinin redaksiyasına maliyyə yardımı ayrılmasına dair Fondla redaksiya arasında 28 iyun 2013-cü il tarixli 18 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 5.2-ci maddəsinə əsasən maliyyə yardımı redaksiyanın digər hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən, qanunvericiliyə uyğun olaraq tətbiq edilən maliyyə sanksiyalarının (cərimələrin) ödənilməsi üçün istifadə edilə bilməz. Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2012-ci il tarixli qətnaməsinə əsasən (sədrlik edən S.Mehrəliyev), iddiaçı Məmmədova Kəbirə Meybulla qızının işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə borclu "Azadlıq" qəzeti redaksiyasından 30 000 (otuz) min manat tutularaq "Ruhi Əsəb Əlil Qocalar evinin" hesabına köçürülməsi qət edilmişdir. İcra vərəqəsi 25 sentyabr 2013-cü il tarixdə verilmişdir. İcra işi üzrə 24 oktyabr 2013-cü il tarixdə Yasamal Rayon İcra Şöbəsi tərəfindən "Azadlıq" qəzeti redaksiyasının bank hesabına həbs qoyulub. Yuxarıda qeyd edildiyi kimi, "Azadlıq" qəzeti redaksiyası ilə Fond arasında bağlanmış müqaviləyə əsasən, tərəfimizdən ayrılan maliyyə yardımı redaksiyanın digər hüquqi və fiziki şəxslər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirildiyi təqdirdə maliyyə yardımının verilməsi dayandırılır. Odur ki, "Azadlıq" qəzetinin redaksiyasına ayrılan maliyyə yardımı dayandırılır".
2013-11-27
2,674
Rusiyada “İslamçı yaraqlılar” həbs olundu
Rus polisi silah-sursatla yaraqlanmış olan bir qrup radikal İslamçının həbs olunduğu barədə məlumat verib. Həbs olunan 15 adamın Misirdə qurulan İslamçı "Təkfir və Hicrət" qrupu üzvü olduqları iddia edilib. Polis Rusiyanın paytaxtı Moskvanın şərq bölgələrindəki dairələrə etdiyi basqında üç ədəd əllə hazırlanmış bomba və bomba istehsalı üçün istifadə edilən fitillər ələ keçirib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, Rusiyada 2010-cu ildə "Təkfir və Hicrət" qrupu "etnik və dini qruplar arasında düşmənçiliyə təhrik etmə"də günahlandırılaraq qadağan edilmişdi.