date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-11-28 | 2,781 | Prorektor tələbə narahatlığına aydınlıq gətirdi | Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan Universitetində baş verən etirazlardan sonra növbəti etiraz Sumqayıt Dövlət Universitetindən gəldi. Adları çəkilən hər üç universitetdə problemlər bənzər olsa da, Sumqayıt Dövlət Universitetində vəziyyət bir az fərqlidir. Bu dəfə tələbələr heç bir aksiya keçirməyiblər. Onlar sadəcə, "Milli.az" xəbər portalına müraciət edərək bildiriblər ki, universitetin iqtisadiyyat fakültəsində bütün kurs işləri ləğv olunsa da, bu, "tarix fakültəsi"nə aid edilməyib. Rektorlar öz yerlərində deyil Məsələyə münasibət bildirən təhsil eksperti Etibar Əliyev bildirdi ki, bu sahədə ciddi islahatların aparılmasına ehtiyac var: - Bu ali məktəb sözün əsl mənasında özbaşınalıq mənbəyidir. Mən əminliklə deyə bilərəm ki, universitetdə etirazın əsas səbəbi təkcə imtahanlar deyil, imtahan öncəsi toplanılan vəsaitlərdir. Ümumiyyətlə, bəzi rektorlar öz yerlərində deyil. Məncə, Ali məktəblərdə ciddi islahatlar həyata keçirilməlidir. Universitetdə rektorun 1-2 qohumu işləyir Məsələ ilə əlaqədar olaraq universitet ilə əlaqə saxladıq. Universitetin prorektoru Əkbər Ağayev yayılan məlumatı təkzib etdi. "Axar.az"a danışan prorektor bu cür məlumatların təxribat xarakterli olduğunu, açıq formada qərəz nümayiş etdiyini bildirdi. Prorektor, hazırki rektor Nadir Qəhrəmanovun qohumlarının universitetdə cəmlənməsi və rektorun ali məktəbi əsarət altına alması ilə bağlı mətbuatda yayılan xəbərlərə də münasibət bildirdi: "Bu informasiyalar tam yanlışdır. Ola bilər, universitetdə rektorun bir-iki qohumu işləyir, amma bu, universitetin əsarət altına alınması kimi qiymətləndirilməməlidir". Qeyd edək ki, Nadir Qəhrəmanov 13 iyun 2000-ci ildən bəri Sumqayıt Dövlət Universitetinin rektorudur. |
2013-11-28 | 2,782 | İrəvan iki rayonun Azərbaycana qayıtmasından danışdı | Ermənistanın Xarici İşlər Nazirliyi iki rayonun Azərbaycana qaytarılacağını təkzib edib. "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu təkzibi Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan səsləndirib. O, Türkiyə tərəfinin tez-tez bu tip informasiyalar yaydığını və bunun heç bir məntiqə sığmadığını söyləyib: "Biz, mənbəmiz var deyərək yayılan axmaq informasiyalar barəsində şərh verməyə ehtiyac duymuruq". Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatında Azərbaycanın iki rayonunun geri qaytarılacağı ilə əlaqədar informasiya yayımlanmışdı. |
2013-11-28 | 2,783 | “Avromeydan”da agentlərin təxribat cəhdləri - Video | Artıq Kiyevdəki "Yevromeydan"da xəfiyyəliklə məşğul olan şəxslər peyda olub. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu şəxslər bir qrup insana pul verərək digərləri haqqında məlumat öyrənməyi istəyiblər. Ölkə mətbuatı xəfiyyəliklə məşğul olan insanların mitinq iştirakçılarının hər bir şeyi haqqında məlumata sahib olmağa çalışdıqlarını bildirib. Artıq internet portallarda bu tip şəxsləri ifşa edən video-görüntülər peyda olmağa başlayıb. Mətbuatda bunun vasitəsilə gələcəkdə mitinq iştirakçılarına təzyiq göstəriləcəyi yazılıb. Həmin görüntülərdən birini təqdim edirik: |
2013-11-28 | 2,784 | Prezident Tahir Salahovu təbrik etdi | Azərbaycan Prezidenti İlham Əliyev xalq rəssamı Tahir Salahovu 85 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Sizi - müasir dövrün görkəmli sənətkarını 85 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Siz təsviri sənət tarixinə "sərt üslub"un banilərindən biri kimi həmişəlik daxil olmusunuz. Şərq və Qərb mədəniyyətlərinin bütün çalarlarını özündə əks etdirən bənzərsiz yaradıcılıq dəst-xəttiniz əsrlərin və minilliklərin qovuşuğunda xüsusi əhəmiyyət daşıyır. Son illərin məhsulu olan əsərləriniz əyani surətdə nümayiş etdirir ki, ecazkar rənglər dünyasının dərin sirləri, gözəllik, xeyirxahlıq və əmək mövzuları ən ali bəşəri dəyərlər olaraq yenə də Sizin diqqət mərkəzinizdədir. Əsərlərinizdə doğma Azərbaycanın həyatının ahəngi daim hiss olunmuşdur. Günəşi, dənizi, nefti, qədim Azərbaycan əfsanələrinin ruhunu və Abşeronun ab-havasını tərənnüm edən rəsmləriniz milli mədəniyyətimizin möhtəşəm hadisəsi kimi qəbul edilir. Ərsəyə gətirdiyiniz portretlər, peyzaj və natürmortlar bütünlükdə Azərbaycan rəssamlıq məktəbinə geniş şöhrət qazandırmışdır. Teatr rəssamı və monumental layihələrin rəhbəri olaraq xidmətləriniz danılmazdır. Siz fırça ustalarının bir çox nəslinin yetişdirilməsində böyük rol oynamısınız. Sovet İttifaqı miqyasında ictimai fəaliyyətiniz mədəni siyasətin həyata keçirilməsinə sanballı töhfə vermiş və neçə-neçə yaradıcı insanın sənət aləmində öz yolunu tapmasına kömək etmişdir. Layiq görüldüyünüz çoxsaylı təltiflər və fəxri adlar fitri istedadınıza müxtəlif ölkələrdə verilən yüksək qiymətin etirafıdır. Sərgilərinizin coğrafiyası, eləcə də dünyanın məşhur muzeylərində saxlanan əsərləriniz dünya incəsənətinin inkişafında əhəmiyyətli yer tutduğunuzu təsdiq edir. Əminəm ki, Siz yaradıcılığınızın pərəstişkarlarını bundan sonra da sevindirəcək, Azərbaycan təsviri sənətinin ənənələrini zənginləşdirəcək və şöhrətini artıracaqsınız". |
2013-11-28 | 2,785 | Azərbaycan Silahlı Qüvvələrində "NATO günləri" keçirilir | Noyabrın 25-dən 28-dək Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" mövzusunda seminar təşkil edilib. "Axar.az" xəbər verir ki, NATO-nun Hərbi Əməkdaşlıq idarəsinin Hazırlıq və İcra şöbəsinin Qrup koordinatoru polkovnik Yusuf Bayazitin (Türkiyə Silahlı Qüvvələri) rəhbərlik etdiyi tədbirin məqsədi Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil müəssisələrində müəllim və komandanlıq heyətinə, kursantlara və dinləyicilərə Şimali Atlantika bloku haqqında ətraflı məlumatı çatdırmaq olub. Tədbir müddətində iştirakçılara NATO-nun strukturu, yaranma tarixi, məqsədi, siyasəti və strategiyası, onun yeni strateji konsepsiyası, transformasiya prosesi və islahatlar, tərəfdaşlıq münasibətləri, NATO-nun rəhbərliyi altında keçirilən sülhməramlı və böhranlara cavab vermə əməliyyatları haqqında təqdimatlar verilib və dəyirmi masa müzakirələri aparılıb. |
2013-11-28 | 2,786 | Rumıniya Moldova ilə birləşmək qərarı verdi | Moldova ilə birləşmək rəsmi Buxarest üçün ən vacib layihə olmalıdır. "Axar.az"ın "TVR-1" istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ruminiya prezidenti Trayan Basesku çıxış edib. O, Moldovadan bununla bağlı istəyin olacağı təqdirdə Rumıniyanın da onu dəstəkləyəcəyini bildirib: "Bizim üçün birinci məqsəd NATO, ikinci məqsəd Avropa İttifaqı olub. Mənə elə gəlir ki, bundan sonra Buxarest üçün əsas məqsəd şübhəsiz Moldova ilə birləşmək olmalıdır". T.Basesku həmçinin bu vaxta qədər Moldova üçün gördüyü bütün işlərin hamısını birləşmək uğrunda etdiyini etiraf edib: "Mən hətta siyasətçilərin fikrini əsas götürmürəm. Xalq bir yerdə olmaq istəyir və heç vaxt bu təklifi rədd etməyəcək". |
2013-11-28 | 2,787 | Moldova Avropa İttifaqının assosiativ üzvü oldu | Moldova Avropa İttifaqı ilə assosiativ üzvlüklə müqaviləni paraflaşdırıb. "Axar.az" məlumat verir ki, Şərq tərəfdaşlığı konfransında tərəflər müqaviləyə imza atıblar. Moldova hökuməti təxminən 900 səhifəlik sənədin altına imza atıb. Bununla bərabər tam assosiativ üzvlüyün təsdiqlənməsi ilə bağlı sənədin 2014-cü ilin payızında imzalanacağı bəlli olub. Moldova hökuməti sammit çərçivəsində öz vətəndaşlarının Aİ-yə gediş-gəlişi ilə bağlı vizanın sadələşdirilməsinə də nail olacağına ümid etdiyini söyləyib. |
2013-11-28 | 2,788 | Dünyada “İlin adamı” kim olacaq – Namizədlər | "Axar.az" saytı xarici mətbuata istinadən xəbər verir ki, Amerikan jurnalı "Time" "İlin adamı" adına layiq görülən namizədlərin siyahısını açıqlayıb. Siyahıya daxil olan 42 namizəd arasında prezidentlərdən Rusiya - Vladimir Putin, ABŞ - Barak Obama, Suriya - Bəşər Əsəd, həmçinin, İran - Həsən Ruhani yer alıb. "Time"(Zaman) redaksiyası namizədlər içərisinə Roma Papasını, eyni zamanda, amerikan xüsusi xidmətini ifşa edən Edvard Snoudeni və Boston marafonunda terrorun təşkil edilməsində şübhəli bilinən Çarneyev qardaşları da daxil edib. Hal-hazırda siyahıya tamaşaçıların rəğbətinə amerikan ifaçısı Mayli Sayrus liderlik edir. Bildirək ki, Rusiya prezidenti 8-ci, Suriya lideri Bəşər Əsəd 7-ci, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə 5-ci yerdə qərarlaşıb. Səsvermə dekabrın 4-də "Time" jurnalının saytında keçiriləcək, nəticələri dekabrın 6-da bəlli olacaq. "İlin adamı" isə ayın 11-də elan ediləcək. Xatırladaq ki, 2012-ci ildə İldə Barak Obama "İlin adamı" adına layiq görülüb. |
2013-11-28 | 2,789 | Arınçdan Fətullah Gülən açıqlaması | Türkiyədə "Fətullah Gülən qrupunun fəaliyyətinin qarşısının alınması qərarının Milli Təhlükəsizlik Komitəsində (MTK) alındığı" iddialarını cavablandıran baş nazir müavini Bülənt Arınç "bu qərar alınmış olsa belə, sadəcə, hökumətə məsləhət görülmüş ola bilər. Ki, hökumət də bunu qətiyyən yerinə yetirməyib", deyib. Bursada jurnalistlərin suallarını cavablandıran Bülənt Arınc "Tərəf" qəzetinin "Fətullah Gülən qrupunun fəaliyyətinin qarşısının alınması qərarı 2004-cü ildə MTK-da alınıb" başlıqlı xəbərini şərh edib: "2004-cü il bir yana, biz 2002-ci ilin axırlarında hakimiyyətə gəlmişik. 11 ildir ki, iqtidardayıq. 11 ildə bu MTK-da legitimliyi qəbul olunan mövzuların heç biri həyata keçirilmədiyi kimi, bunun tam əksinə, dindarları, dini çevrələri, fərdi olaraq insanları narahat edə bilən, onları təqib edən, onlarla əlaqəli mənfi işlərin heç birini görməmişik". |
2013-11-29 | 2,790 | "Trabzonspor" və digər 13 iştirakçı növbəti mərhələdə - UEFA (Yenilənib) | Bu gün UEFA Avropa liqasında qrup oyunlarının V turu çərçivəsində görüşlər keçirilib. "Axar.az" xəbər verir ki, Türkiyə təmsilçisi "Trabzonspor" öz meydanında Kipr təmsilçisi "Apollon Limasol"u qəbul edib. "Trabzonspor" qrup liderliyini davam etdirmək üçün "Appolon Limasol" üzərində qələbə qazanmağa çalışıb ki, bunun da öhdəsindən layiqincə gəlib. Bu nəticələrdən sonra "Trabzonspor" növbəti mərhələyə adını yazdıran 16 komandadan biri olub. Bu qrupun digər qarşılaşması Polşada yerli Leqiya komandasıyla İtaliya təmsilçisi "Latsiyo" arasında baş tutub. "Latsiyo" Polşa səfərindən qələbəylə ayrılıb. "Axar.az" "Trabzonspor" qarşılaşmasını canlı olaraq təqdim edib. Günün digər qarşlaşmalarında qeydə alınan nəticələr bunlardır: 21:00. "Kuban" (Rusiya) 4-0 "Sent Qallen" (İsveçrə) 00:05. "Suonsi" (İngiltərə) 0- 1 "Valensiya" (İspaniya) 00:05. "Çernomorets" (Ukrayna) 2-1 "Dinamo" (Xorvatiya) 00:05. "Ludoqorets" (Bolqarısran) 2-0 PSV (Hollandiya) 00:05. "Elfsborq" (İsveç) 0-1 "Zalsburq" (Avstriya) 00:05. "Esbyerq" (Danimarka) 2-1 "Standard" (Belçika) 21:00. "Rubin" (Rusiya) 1-1 "Maribor" (Sloveniya) 00:05."Uiqan" (İngiltərə) 1-2 "Zulte Varegem" (Belçika) 00:05. "Dnepr" (Ukrayna) 4-1 "Panduri" (Rumıniya 00:05. "Pakuş Ferreyra" (Portuqaliya) - "Fiorentina" (İtaliya) 00:05. APOEL (Kipr) 0-0 Makkabi" (Təl-Əviv, İsrail) 00:05. "Bordo" (Fransa) 0-1 "Ayntraxt" (Frankfurt, Almaniya) 22:00. "Rapid" (Avstriya) 2-1 "Tyun" (İsveçrə) 22:00. "Genk" (Belçika) 3-1 "Dinamo" (Ukrayna) 22:00. "Sevilya" (İspaniya) 1-1 "Eştoril" (Portuqaliya) 22:00."Liberets" (Çexiya) 1-2 "Frayburq" (Almaniya) 22:00. "Riyeka" (Xorvatiya) 0-0 Gimaraynş" (Portuqaliya) 22:00. "Lion" (Fransa) 1-0 "Betis" (İspaniya) 22:00. "Legiya" (Polşa) 0-2 "Latsio" (İtaliya) 22:00. "Trabzonspor" (Türkiyə) 4-2 "Apollon" (Kipr) 22:00. "Tromse" (Norveç) 0-2 "Tottenhem" (İngiltərə) 21:00. "Anji" (Rusiya) 1-1 "Şerif" (Moldova) 22:00. "Alkmaar" (Hollandiya) 2-0 "Makkabi" (Hayfa, İsrail) 19:00. "Şaxtyor" (Qazaxıstan) 0-2 PAOK (Yunanıstan) Bu nəticələrdən sonra, "Ludoqorets", "Zalsburq", "Esbyerq", "Rubin" , "Fiorentina", "Dnepr", "Ayntraxt", "Genk", "Liyon", "Trabzonspor", "Latsiyo", "Totenxem", "PAOK", "Alkmar" klubları növbəti mərhələyə yüksəliblər. |
2013-11-28 | 2,791 | Ukrayna Avropa İttifaqı ilə müqaviləni parafladı | Ukrayna aviasiya sahəsində Avropa İttifaqı ilə münasibətləri paraflaşdırıb. "Axar.az" məlumat verir ki, müqavilənin imzalanması Şərq Tərəfdaşlığı sammitində baş tutub. Avrokomisiyyanın vitse–prezidenti Siym Kallas Avropa İttifaqı ilə Ukraynanın bundan sonra aviasiya sayəsində partnyor olacağını bəyan edib. O, tezliklə hər iki tərəfin məhz bunun sayəsində uğurlar əldə edəcəyini söyləyib. |
2013-11-28 | 2,792 | Azərbaycanın Vilnüs sammitində ilk etirazı | Vilnüsdə səfərdə olan iqtisadçı ekspert Qubad İbadoğlu "feysbuk" səhifəsində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platforması adından Polşanın Xarici İşlər naziri Radoslav Sikorskinin sammitdəki çıxışına cavab olaraq etiraz bəyanatını paylaşıb. "Axar.az" Qubad İbadoğlunun paylaşdığı etiraz bəyanatını təqdim edir: "Vilnüs Sammitinin Şərq Tərəfdaşlığı: Varşavadan Vilnüsədək panelində Polşanın Xarici İşlər naziri Radoslav Sikorski çıxışında Azərbaycan və Belarus arasındakı fərqi izah edərkən, Belarusu Avropa, Azərbaycanı isə hələ də Avropa mənsubiyyəti sual doğuran ölkə adlandırıb. Bununla əlaqədar olaraq Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platforması adından bəyanatla çıxış edib. Bəyanatda qeyd olunur ki, Azərbaycan Avropa mənsubiyyətini 1918-ci ildə qurduğu Demokratik Cümhuriyyət dövründə həyata keçirdiyi islahatları ilə hələ 100 il bundan əvvəl təsdiq edib. Azərbaycan enerji siyasəti Avropanın təhlükəsizlik maraqlarını nəzərə alaraq həyata keçirilir. Odur ki, Milli Platforma Polşanın Xarici İşlər naziri Radoslav Sikorskinin çıxışında səsələndirdiyi fikrə izahat verməsini və onun diplomatik qaydalara uyğun olmayan ifadəsinin Polşa hökuməti və Avropa Birliyi rəsmiləri tərəfindən dəyərləndirilməsini tələb edir". |
2013-11-28 | 2,793 | Səlim Müslümov şöbə müdirlərini işdən qovdu | Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 3 rayonun şöbə müdirlərini vəzifədən kənarlaşdırıb. "Axar.az" xəbər verir ki, kənarlaşdırılanlar nazirliyin Nizami rayon şöbəsinin müdiri Musa Ağamalıyev, Nəsimi rayon şöbəsinin müdiri Natiq Heydərov və Xətai rayon şöbə müdiri Cavanşir İsgəndərovdur. Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri İlham Məmmədov "Aznews.az"a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib: "İş saatı bitdiyindən, bu barədə heç bir məlumat verə bilməyəcəyik. Qaynar xəttə zəng edin". Qaynar xətt isə cavab vermədi. Nazirlikdəki mənbəmiz isə bu şəxslərin işdən uzaqlaşdırılması barədə hələ əmr imzalanmadığını, ancaq ərizələrinin alındığını bildirdi. |
2013-11-28 | 2,794 | Lənkəran-Lerik yolunda ağır qəza - ölən var | Lənkəran-Lerik yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın Cənub TV-yə istinadən verdiyi məlumata görə, bu gün saat 14 radələrində Lənkəran-Lerik avtomobil yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində 51 yaşlı Şahverdiyev Akif Əziz oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Lerik istiqamətində hərəkətdə olarkən 80 m dərinlikdə olan dərəyə aşıb. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobil isə yararsız vəziyyətə düşüb. Hadisənin dəqiqi səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. |
2013-11-28 | 2,795 | Rusiya səfirliyinə terror hücumu: 1 ölü , 9 yaralı - Yenilənib | 19:43 Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub. Bu barədə diplomatik nümayəndəliyin əməkdaşı bildirib. Onun sözlərinə görə, atəş nəticəsində heç kəs xəsarət almayıb. Səfirliyin nümayəndəsi deyib ki, diplomatik missiyanın yerləşdiyi rayon bu gün minaatanlardan intensiv atəşə məruz qalıb: "Minalardan biri səfirliyin ərazisində partlayıb. Xəsarət alan yoxdur. Partlayış baş verən yerə maddi ziyan dəyib. Daha bir mina isə səfirlik ərazisindən kənarda partlayıb". 21:00 Noyabrın 28-də Rusiyanın Suriyadakı səfirliyi intensiv atəşə tutulub. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, Dəməşqdə yerləşən səfirliyin atəşə tutulması nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb. Xəsarət alanlar arasında Rusiya vətəndaşları yoxdur. Ancaq səfirliyə külli miqdarda maddi ziyan dəyib. Rusiya tərəfi baş verən hadisəni terror aktı kimi qiymətləndirib. |
2013-11-28 | 2,796 | Prezident özəlləşmə qanununu təzələdi | Prezident İlham Əliyev "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 800-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. "Axar.az"ın xəbərinə görə, sərəncamda bildirilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 800-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. |
2013-11-28 | 2,797 | İlham Əliyev Litva Baş naziri ilə görüşdü - Foto | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Vilnüsdə Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius ilə görüşüb. Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan tərəfindən Litvaya investisiya qoyuluşu, ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirilib, ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. |
2013-11-28 | 2,798 | İlqar Cahangir teatrların çətin durumundan danışdı | Bu gün "Azadlıq" radiosunun "Pen klub" verilişində "Oda" teatrının bağlanması mövzusunda debat olub. Verilişin qonaqları teatrın təsisçisi və redaktoru Elmin Bədəlov, teatrın aktyoru Nihad Qulamzadə olub, debata telefonla qoşulan əməkdar artist İlqar Cahangir də bu mövzuda öz fikirlərini bildirib. İlqar Cahangirin fikirlərini təqdim edirik: "Teatrlara azca dəstək olsalar, teatrlar özünü saxlayar. Teatrlardan kommunal xərclər, vergi alınmamalıdır. Azərbaycan Dövlət Dram Teatrının binasının yanındakı bütün binalarda işıq yanır, bircə teatr binasında başqa. Teatr canlı sənətdir. Ədəbiyyat azad mövzularda yazır, amma onu səhnəyə gətirmək çətin olur. Bu gün Azərbaycan teatrında müasirlik yoxdur. İctimai-siyasi məsələləri səhnəyə gətirmək olmur. Ölkədə müstəqil teatrlar yaranmalıdır. Gürcüstanda, Türkiyədə belə teatrlar çox, bizdə isə yoxdur. Belə deyək ki, hələ başlamayıblar. İnkişaf gedir, həyat davam eləyir, 20 ildə yüzlərlə idman zalları tikilib, bircə dənə də teatr tikilməyib. Hər küçədə, hər məhəllədə teatr olmalıdır. Əyləncə mərkəzləri, kafelər sonsuz sayda, teatrlar yox səviyyəsindədir. Hər yerdə teatr yaranmalıdır, xalq teatrları olmalıdır. Bu gün gənclər tam başqa cür dünya görürlər, bu günün gəncləri teatrları daha azad, daha müstəqil görmək istəyirlər. Bu günün gənclərinin teatrları yox dərəcəsindədir. Bu günün Hacı Qarası, bu günün Otellosunun obrazı yaradılmalıdır, bu günün Romeosunu, Ezopunu oynamaq lazımdır səhnədə. Dövlət teatrlarında buna şərait yoxdur. Vəziyyəti dəyişməkçün işləmək lazımdır, sadəcə, işləmək". |
2013-11-28 | 2,799 | ABŞ Ərdoğanı da dinləyib | Milli Təhlükəsizlik Agentliyinin (NSA) G-20 zirvəsində bütün liderləri dinlədiyi iddia edilib. Növbəti dinləmə skandalı Eduard Sonudenin açıqladığı axırıncı sənədlərlə ortaya çıxıb. NSA-nın 2010-cu ildə Kanadanın Torontoda şəhərində təşkil olunan G-20 zirvəsinə qatılan bütün liderləri Kanadanın NSA-sı olaraq tanınan kəşfiyyat idarəsi CSEC ilə dinlədiyi irəli sürüb. Kanadanın rəsmi yayın orqanı "CBC"yə göndərilən hesabata görə, G-20 zirvələri üçün NSA-nın dinləmək istəyi hələ də vəzifədə olan baş nazir Stefan Jozef Harper tərəfindən qəbul edilib. "Top Secret" (Tam Məxfi) damğası və təhlükəsizlik səviyyəsi ilə hökumətə göndərilən və qəbul olunan tələbə görə, ABŞ-ın Ottavadakı səfirliyində altı gün ərzində aralarında Türkiyənin Baş naziri Ərdoğan da olmaqla G-8 və G-20 üzvü olan 25 ölkə lideri dinlənilib. |
2013-11-28 | 2,800 | “Galaxy” və “iPhone”ların ən böyük dərdləri | "Ağıllı telefonlar"ın ciddi problemləri üzə çıxır. "Axar.az" xəbər verir ki, yeni dövr texnologiyası olan "ağıllı telefonlar" son zamanlar milyonların seçimi olmasına baxmayaraq, bu telefonlarda bir sıra problemlər mövcuddur. Bəzilərində tez-tez donma müşahidə edilir, bəziləri enerjini yaxşı saxlamır, bəziləri isə proqramları yaxşı dəstəkləmir və.s. Araşdırma şirkəti olan "Fixya"nın məlumatına görə, enerji qənaəti məsələsində ən pis vəziyyətdə olan telefon "iPhone 5S"dir. Bu telefonlarda xüsusilə 3G açıq olduğu zaman enerji daha sürətli boşalır. İstifadəçilər də buna görə öz iradlarını bildirirlər. Təhlükəsizlik məsələsində barmaq izi texnologiyası da istifadəçilərin ehtiyatla davrandığı vəziyyətlərdən biridir. İstifadəçilər bir çox hallarda problemə çevrilən barmaq izindənsə, şifrəli təhlükəsizliyə daha üstünlük verirlər. Bunu nəzər alan "Galaxy" yeni istehsal ediləcək "S5" modellərində barmaq izi yerinə "göz tanıma" texnologiyasına yer verəcək. Bu sistemin nə qədər təhlükəsiz olduğu isə zamanla üzə çıxacaq. "Samsung Galaxy S4" istifadəçilərinin ən çox şikayət etdiyi məsələ isə 13 meqapiksel kamerasının işə düşməsi zamanı cihazın həddindən artıq istilənməsidir. Bu telefon təkcə kameradan istifadə zamanı deyil, digər proqramları istifadə edən zaman da çox istilənir. Ümumiyyətlə, "ağıllı telefonlar" insanlar üçün bir çox üstünlüklər yaratsa da, ideal işləyəcək səviyyəyə hələ çatmayıb. Çünki elə bir model yoxdur ki, hələ ondan şikayətlənməyən bir nəfər də olmasın. |
2013-11-28 | 2,801 | Qadının qulağı kəsilməyincə... | 25 noyabr "Qadınlara zorakılığa qarşı beynəlxalq mübarizə və həmrəylik" günü idi. Bu günün tarixi Mirabel bacıları ilə bağlıdır. Patria, Minevra və Maria bacıları Dominikan Respublikasında Trujillo diktaturasına qarşı mübarizə hərəkatının əsas üzvlərindən idilər. Dəfələrlə həbs edilmiş və işgəncə görmüşdülər. Nəhayət, 1960-ci ilin 25 noyabrında hər üç bacı təcavüzə uğrayıb , öldürülüb, uçurumdan atılmışdı. Hökumət əvvəl bu hadisəni avtomobil qəzası kimi göstərməyə çalışmış amma bacarmamışdı. Daha da alovlanan hərəkat diktaturanın məhvi ilə nəticələndi. Mübarizənin rəmzi bacılar isə "üç kəpənək" adlandırılmağa başladı. Həmin gün sadəcə Latın Amerikasında qeyd edlilrdi. 1999-cu ildən isə Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Qadınlara şiddətə qarşı beynəlxalq mübarizə və həmrəylik" günü kimi elan edildi. Əslində bu mövzuya toxunmağımın səbəbi nə bu günün anlamı, nə də Mirabel bacılarıdır. İki gün ərzində mediamızı izlədim və bu haqda bir-iki sentimental yazıdan başqa bir şey görmədim. Bu susqunluq məni bu mövzuya gətirdi. Qadınları asılılığı mərhələli olaraq əldən-ələ keçir. Balaca qız atadan, qardaşdan, gənc qadın ərindən, yaşlı qadın oğlundan asılıdır. Hava qaralmağa başlayanda avtobusda, metroda, yolda sənə yönələn baxışlar dəyişir. İş, məktəb, qohum, qonşu, hansı çevrə olur-olsun sənə özünü olduğundan fərqli qəliblərə salmağını diktə, az sonra tələb edir. Mitinqdən gələn qadınların arxasınca avtobusdakı digər qadınlar "bunların əri, qardaşı yoxdu görən?" deyir. Öz qulaqlarımın şahidiyəm. Söz demək istəyən var? Başını qaldırmaq istəyən? Azad yaşamaq istəyən? Cəmiyyət o saat həmrəy olacaq o "pozğuna" ad qoymaqda. Görünüşdə hər şey yolundadır. Daxildə isə qadınlar qızıl şərbət içib qan qusur. Təəssüf. Ölkənin ən mühafizəkar insanlarının yaşadığı Cənub zonasının qadınları dəstə-dəstə televiziya proqamlarına tökülüşüb. Hamısının da bir problemi var - məişət zəminində zorakılıq. Sanki ölkənin Qərb bölgəsi fərqlidir. Daha dünən mənim də doğulduğum rayondan gələn gənc qadın televiziyada ağlayırdı: "İki uşağım var. İşləyib onlara baxmaq istəyirəm. Hara gedirəmsə, dul qadınam deyə əxlaqsız təklif edirlər",- deyirdi. 25 noyabrda isə hər gözünün gördüyünə flaşmöb keçirdən təşkilatlar dərin səssizliyə qapandı. Uçanın, qaçanın xəbərini düzəldən, sorğu üstünə sorğu yayımlayan mediamız əlini qolunu yanına saldı. Bir qadın zorlanmadığı, qulaqları kəsilmədiyi, videosu yayılmadığı müddətcə xəbər dəyəri daşımaz. Qınamaq olmaz, hər şey ictimai marağa xidmət edir. Qadın haqları isə cəmiyyətin topuğundan da aşağı bir mövzudur. |
2013-11-28 | 2,802 | XX əsrdə erməni terroçular üçün ən ağır cəza | Terror. Hər gün demək olar ki, hər yerdə eşitdiyimiz, 21-ci əsrin insanını qorxu altında saxlayan və hər an istənilən şəxs üçün potensial təhlükə olan yeganə söz. Müasir dövrdə əksər dünya alimləri terroru sosial amillərlə əlaqələndirirlər. Belə ki, əgər cəmiyyətə qarşı nifrət duyan və yaxud burada uğur qazana bilməyən əksər insanlar məhz terror təşkilatlarının çadırının altına toplaşmış olurlar. Onlar bəzən buraya cəlb olunarkən əsl həqiqət uğrunda mübarizə aparacağına inanır, lakin sonradan çox zaman səhv yolda olduğunu anlayırlar. Buna da əsasən təşkilatın apardığı təbliğat işləri şərait yaratmış olur. Gözəl nitqləri ilə insanları heyran edənlər daha sonra onları ən ağrılı yerlərindən vururlar. Bu da artıq həmin şəxslərdə başqa bir qrupa qarşı nifrətin yaranmasına səbəb olur. İstər müasir, istərsə də keçmiş terror təşkilatları hər biri manipulyasiya üsulundan geniş istifadə edirlər. Yaxşı, bəs bu qədər dəhşəti bir kəlmədə birləşdirən anlayış necə yaranıb? İlk terror təşkilatını yəhudilər yaradıb Alimlərin fikrincə, dünyada ilk terror Makedoniyalı İsgəndərin zamanında baş verib. Gələcək imperatorun atasının dövləti idarəetməsinə dözməyən bir qrup insan çar II Flipə qarşı sui-qəsd hazırlayıb. Lakin fərziyyələr bununla bitmir. Bəzilərinə görə, dünya tarixində ilk terrorçular məhz təşkilat şəklində hazırkı Fələstin ərazisində birləşiblər. Bu, romalıların hakimiyyətini qəbul etməyən millətçi yəhudilər idi. Onlar özlərini sikarilər (xəncərlilər) adlandırırdılar. Belə adlanmalarının əsas səbəbi isə həmin təşkilatın üzvlərinin üzərlərində siku-xəncər gəzdirmələri idi. Onların başlıca məqsədi yəhudi xalqını Roma əsarətindən azad etmək idi. Bunun üçün sikarilər tez-tez romalılarla əməkdaşlıq edən, onlarla həlim münasibəti olan yəhudi tacirlərini qətlə yetirirdilər. Təşkilat üzvləri həyata keçirdikləri hər bir terror aktının Allah tərəfindən onlar üçün buyurulduğuna inanırdılar. Sikarilərə görə, romalıların əlini sıxan hər bir insan vətən xainiydi. Yəhudi tacirlərinin qətlə yetirildiyini görən romalılar artıq hərəkətə keçməyin lazım olduğu qənaətinə gəlirlər. Ölkədə yaranmış üsyanı yatırmağa gələn qoşunlar bunun vasitəsilə həmçinin sikarilərin də sonuna çıxmış olurlar. Terrorun təkcə şərqdə olduğunu düşünmək gərək deyil. XI-XII əsrlərdə Avropada katolik kilsəsinin hökmranlığı sürürdü. Artıq bu dövrlərdən başlayaraq, papalar onlara qarşı çıxan insanları və daha dəqiq hökmdarları cəzalandırmaq üçün bir neçə yeni təşkilat yaratmış olurlar. Bu, tarixə monarxmaxiya kimi düşmüşdür. Papalar məhz bu təşkilatlar vasitəsilə bir neçə Avropa hökmdarının sonuna çıxmışdılar. Bunlar arasında Oranlı Vilhelm (1584), III Henri (1589) və IV Henrinin (1610) adları da var. Adları çəkilən hökmdarlar tarixdə katolik kilsəsinin ən böyük düşmənləri kimi tanınmışlar. Həşiş çəkənlər Tarixdə ən sirli terror təşkilatları sırasına Xoşaşinləri də (həşiş çəkənlər) aid etmək gərəkdir. XI-XII əsrlərdə fəaliyyət göstərən bu təşkilatı Avropada asasinlər kimi tanıyırlar. Şiə müsəlmanlardan təşkil olunmuş qrup əsasən ismaililər təriqətinə aid idi. Onların əsas mərkəzi hazırkı İran İslam Respublikasının ərazisində yerləşən Həmədan şəhəri idi. Ələmut Qalasında yerləşən asasinlərin əsas hədəfi Bağdad xəlifələri idi. Fəaliyyət göstərdikləri müddət ərzində ismaililər tarixdə bir neçə xəlifənin olümünə səbəb olmuşlar. Sikarilər kimi onlar da törətdikləri hər bir əməldə özlərini haqlı hesab edirdilər. Şiə təriqətinin tərəfdarı olmaları sünnilərə qarşı döyüşdə Allahın onların tərəfində olduğuna inanmaqları üçün səbəb yaradırdı. Lakin asasinlərin də sonu çatdı. Bir neçə yüz il fəaliyyət göstərən təşkilat monqollar tərəfindən məhv edildi. 1256-ci ildə Ələmut qalasında monqolların bayrağı dalğalandı. İnqilabdan sonra ona terror dedilər Fransa inqilabı və ondan sonrakı zamanda vəziyyət çox gərginləşdi. Dövlətlərin sayının artması, elm və texnologiyanın inkişafa doğru yönəlməsi, insanların şüurunda yeni anlayışların meydana gəlməsi və digər şeylər terrorun həcminin artmasına zəmin yaradırdı. Belə ki, artıq Qərbi Avropa inqilablarının təsiri ilə oyanan digər Avropa ölkələri də artıq dövlətçilik tarixində yeni bir gediş eləmək qərarına gəlirlər. Lakin buna qarşı heç də hamı tolerant reaksiya nümayiş etdirmir. Bəziləri yeni yaradılacaq dövlətdə monarxiyanın ləğv edilməsini, bəzilərinin isə onun qalmasını istəməsi və ya kapitalizmin tam şəkildə tətbiq edilməsini arzulamaması onların müəyyən təşkilat halında birləşib özlərindən güclü olanlara qarşı gizli, amma zor tətbiq edərək mübarizə aparmasına səbəb yaradırdı. Lakin bu o demək deyil ki, təkcə hakimiyyətdə olmayan və ona çata bilməyən şəxslər terrora əl atırdılar. Əksinə, elə hökumətlər var ki, özlərinin hakimiyyətini uzatmaqdan ötrü bütün güclü müxalifləri məhv etmək üçün terror həyata keçirmişlər. Məsələn, Yakobinçilər və SSRİ-nin qırmızı terroru. Müasir zamanımızda da terror aktları səngimək bilmir. Onun tiplərinin sayının artması dövrün, zamanın inkişafı ilə əlaqədardır. Hazırda alimlər terrorun 6 tipini müəyyənləşdiriblər. Bunlar millətçi terrorizm (PKK, Bask Vətəni və Azadlıq təşkilatı), dini terrorizm (Əl-Qaidə, Hizbullah, Yəhudi ravvin Meera Kaxanın təşkilatı, yaponların "Aum Senrike"si), dövlətlər tərəfindən dəstəklənən terrorizm (Hizbullah – İran), solçu ekstremist terrorizm (alman Baader Meynxof, Yaponiyanın Qırmızı Ordusu və italyanlarım Qırmızı Briqadası), sağçı ekstremist terrorizm (yeni neonasist, antisemit qrup aiddir), anarxist terrorizmdir. Təəssüf ki, indinin özündə bu qüvvələrin hər biri əvvəlki kimi öz gücünü qoruyub saxlamağı bacarıb. Ona görə də çox zaman onlarla aparılan mübarizə sonda xeyli insanların itirilməsinə səbəb olur. "Nemezis" planı və cəzasız qalan erməni terrorçuları Son 50 ildə dünyada baş verən terrorların sayı xeyli artıb. Əgər statistikaya nəzər yetirsək, görərik ki, hazırda bütün dünyada ən çox tanınan millətçi və dini terror təşkilatlarıdır. Onların sayı XX əsrin əvvəli ilə müqayisədə üç dəfəyə qədər artıb. Burada çox zaman dövlətləri də günahlandırmaq gərəkdir. Çünki əksər vədələrdə həbsdən azad olunmuş terrorçu ya öz evinə qəhrəman kimi dəvət edilir və yaxud həbs edilməyə imkan verilmir. Əsas dövlətin mənafeyi nəzərə alınır. Bu, hər yerdə belədir. Fransada da, ABŞ-da, Kanadada və sairə. Ötənlərdə Kanada həbsxanalarının birindən erməni terrorçular Q.Miroşyan və X.Nobaryan buraxıldılar. Bundan dərhal sonra onlar Ermənistana dəvət edildilər və onları xüsusi hörmətlə ölkədə qarşıladılar. Üstəlik xüsusi adla da təltif etdilər. Həmin şəxslər isə 1985-ci ildə Türkiyənin Kanadadakı səfirliyi qarşısında partlayış törətmişdilər. Partlayışdan sonra ömürlük həbs cəzasına məhkum edilmişdilər. Lakin bu uzun müddət davam etməmiş və 25 ildən sonra hökumət onları sərbəst buraxmışdı. Əksər analitiklərin fikrincə, ermənilər belə hərəkətlər vasitəsilə dünyanın digər dövlətlərinin diqqətini "erməni soyqırımı"na cəlb etməyə çalışırlar, lakin hələ indiyə qədər bunlardan heç biri uğurla nəticələnməyib. Təəssüf ki, baş verən terrorçu hərəkətlərinə əksər dövlətlər diqqət yetirməyə çalışmırlar. Çox zaman məhz onlar öz geopolitik maraqlarından asılı olaraq, bəzən mahnının əsas sifarişçisi olurlar. Nəticədə hər şey sadə vətəndaşın başında partlayır. Bir məqama diqqət edək, tarixçi Jerar Libaridyan yazır ki, təkcə 1903-1906-cı illərdə erməni terrorçuların həyata keçirdikləri aktların sayı 105 idi. Bunlara görə isə heç kim cəzalandırılmamışdı. 1919-cu ildə "Daşnaksütyun" partiyası "erməni terroru"nu həyata keçirən Osmanlı hökumətinin rəhbərlərini cəzalandırmaqdan ötrü yeni plan hazırlayır (Plan "Nemezis" adlanırdı). Nəticədə, Tələt paşa 1921-ci ildə terrorçu Teyleryan tərəfindən öldürülür. Tezliklə, Almaniya hökuməti onun günahsız olduğunu bəyan edir. Daha sonra isə britaniyalılar heç nə olmamış kimi digər birini Torlakyanı həbsdən azad edir. Halbuki o, Azərbaycan Demokratik Respublikasının Daxili İşlər naziri Behbud xan Cavanşirin qətlində təqsirləndirilirdi. Lakin məhkəmə buna da bəhanə tapmışdı: "əqli cəhətdən sağlam deyil". Ümumiyyətlə, ermənilər XX əsr boyunca çox aktiv fəaliyyətlə məşğul olmuşlar. Türkiyənin Qərbdəki elçilərinə cəzasız qalan basqınları, Əsənboğa hava limanının tutulması, Münhen Olimpiadasında israillilərin ölümündə əlləri var idi. XX əsrdə erməni terroçular üçün ən ağır cəza 1977-ci ildə SSRİ-nin paytaxtında üç partlayış baş verdi. KQB partlayışı üç nəfərin həyata keçirdiyini bildirdi. Bunlar A.Stepanyan, Z. Baqdasaryan, S. Zatikyan idilər. O zamanki Ermənistan rəhbərliyi bunu gizləməyə, daha dəqiq desək, faktları məhv etməyə çalışsa da, heç bir şey alınmadı. Brejnev məsələnin tam araşdırılmasını əmr etdi. Bu zaman Moskvadakı hüquq müdafiəçiləri dəfələrlə ona müraciət etsələr də, heç bir şey alınmadı və sonda terroçular güllələndilər. Bu, hələlik XX əsrdə erməni terroçular üçün verilmiş ən ağır yeganə cəza idi. Hazırda dini terrorizm digərlərindən xüsusiylə fərqlənir. Onların fəaliyyətlərinin zirvəsi isə Əl-Qaidə təşkilatının həyata keçirdiyi 11 sentyabr hadisəsi idi. Məhz bununla ABŞ-ın qəlbinə xəncər saplanmış oldu. Amerika iqtisadiyyatı bir günün içərisində sanki iflic olmuşdu. Amerika həmin partlayışın nəticəsində 100 milyard pul itirdi. Nəticədə ölkənin indekslərdəki səhmləri xeyli aşağı düşdü. Rəhbərlik isə bunları aradan qaldırmaqdansa hər şeyin qiymətin aşağı saldı. Artıq Amerikada kral dairəsində çox ucuz qiymətə qala bilərdin. Lakin bu onun qəzəbini soyutmadı. Nəticədə bu qəzəb dünyaya yeni müharibələr bəxş etdi. Əvvəlcə Əfqanıstan, sonra isə İraq ABŞ-ın hədəfində dayandı. Bundan öz məqsədləri üçün istifadə edən ölkə islam aləmində hələ də elə xoş münasibətlə qarşılanmır. Sonluq: Doğrudur, hazırda əksər ölkələr terrorla mübarizə etdiyini bəyan edirlər, amma ortada nə var? Heç nə. Yenə Əl-Qaidə, ASALA, PKK, Qırmızı Briqada, Hizbullah, Yaponların Qırmızı Ordusu, ETA, Həmas və digərləri əvvəlki mövqelərində qalıblar. Yaxşı bəs onlar üçün bu şəraiti kim yaradır? Bu qədər silahın alğı-satqısı hardandır? Bu qədər güc onlara haradan keçib? Axı ola bilməz ki, hər hansı dünən yaranmış cırtdan bir təşkilat dövlətdən güclü olsun? Terrordan ən çox zərər çəkən ölkələr 1994-2004-cü illərdə ölənlərin sayı - ölkələr üzrə 1. ABŞ - 3238 2. Rusiya - 2111 3. Hindistan -1938 4. İsrail - 1274 5. Kolumbiya - 1135 6. İraq - 1122 7. Əlcəzair - 869 8. Pakistan - 783 9. Uqanda - 471 10. Şri-Lanka - 409 XXI əsrin ən böyük terror aktları Adı, Tarix, Ölkə 5) Moskva metrosu 06.02.2004 Rusiya 6) Madrid 11.03.2004 İspaniya 7) İraqda ardıcıl partlayışlar 24.06.2004 İraq 8) Beslan 01.09.2004 Rusiya 9) London partlayışları 07.07.2005 Böyük Britaniya 10) Kaxtaniya 14.08.2007 |
2013-11-28 | 2,803 | Ukrayna prezidenti Vilnüsə getdi | Ukrayna prezidenti Viktor Yanukoviç Şərq Tərəfdaşlığı Sammitinin işində iştirak etmək üçün Litvaya gedib. Prezidentin bu səfəri Avropa İttifaqı ilə sazişin imzalanmayacağı barədə bəyanatdan sonra ölkədə keçirilən genişmiqyaslı aksiyaların nəticəsi kimi xarakterizə olunur. Yanukoviçin səfər proqramında ikitərəfli görüşün nəzərdə tutulmadığı bildirilir. |
2013-11-28 | 2,804 | "Trabzonspor" - "Apollon Limasol" - Canlı yayım | "Axar.az" xəbər verir ki, Türkiyə təmsilçisi "Trabzonspor" öz meydanında Kipr təmsilçisi "Apollon Limasol"u qəbul edir. "Trabzonspor" qrup liderliyini davam etdirmək üçün "Appolon Limasol" üzərində qələbə qazanmağa çalışacaq. "Axar.az" aşağıda qeyd edilən linklər vasitəsi ilə qarşılaşmanı canlı təqdim edir. "TRABZONSPOR" - "APOLLON LİMASOL" CANLI YAYIM "TRABZONSPOR" - "APOLLON LİMASOL" CANLI YAYIM |
2013-11-28 | 2,805 | İlham Əliyev Devid Kemeronla görüşüb | Noyabrın 28-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun görüşü keçirilib. "Axar.az"ın xəbərinə görə, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunan görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2013-11-28 | 2,806 | İlham Əliyev Latviya Prezidenti Andris Berjinslə görüşdü | Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Andris Berjins arasında görüş keçirilib. "Axar.az"ın xəbərinə görə, Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi və digər sahələrdə dostluq əlaqələrinin inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2013-11-28 | 2,807 | İranda güclü zəlzələ: 8 ölü, 60 yaralı - Fotolar | İranın Buşəhr vilayətində Borazcan şəhərindən 14 kilometr məsafədə 5,7 bal gücündə zəlzələ baş verib. IRNA agentliyinin verdiyi məlumata görə, bu barədə İran Seysmoloji Xidməti xəbər yayıb. Yerli vaxtla saat 17:21-də baş vermiş zəlzələ nəticəsində bəzi evlərə ziyan dəydiyi bildirilir. "Fars" agentliyinin məlumatına görə, zəlzələnin mərkəzi Buşəhr şəhərinin 65 kilometrliyində yerləşən Borazcan şəhəridir. Zəlzələ Buşəhr əyalətinin bütün bölgələrində hiss olunub. Əhali təşviş içində küçələrə axışıb. IRINN kanalının məlumatına görə, Buşəhr vilayət başçısının müavini Şapur Rüstəmi deyib ki, Dəştestan və Borazcan şəhərlərində elektrik enerjisi kəsilib, rabitə və digər infrastruktura ziyan dəyib. Hazırda həmin şəhərlərə və ətraf yaşayış məntəqələrinə xilasedicilər və ekspert qrupu göndərilib. Ş.Rüstəminin sözlərinə görə, evlərin divarlarında çatlar əmələ gəlib, bəzi evlərin divarları dağılıb. Buşəhrdə böhran mərkəzi yaradılıb. İranın Qırmızı Aypara Cəmiyyətinin mətbuat katibi Hüseyn Dərəxşan ISNA agentliyinə deyib ki, zəlzələ nəticəsində Borazcan şəhərinin Dəhqayi kəndində 3 nəfər yaralanıb. İranın Böhran vəziyyətinin idarə edilməsi təşkilatının sədri Həsən Qədəmi isə bildirib: "Bizdə olan son məlumatlara görə, baş vermiş zəlzələ nəticəsində çox sayda insan yaralanıb və həmvətənlərimizin bir neçəsi ölüb". Onun sözlərinə görə, hadisə nəticəsində 8 nəfər ölüb, 44 nəfər yaralanıb, o cümlədən 10 nəfərin vəziyyəti ağırdır. ISNA agentliyinin məlumatına görə, bu yeraltı təkanlardan sonra indiyədək müxtəlif bal gücündə daha 5 zəlzələ baş verib. Buşəhr vilayətindəki bütün xəstəxanalarda fövqəladə vəziyyət elan olunub. Xilasetmə işləri davam etdirilir. IRINN kanalının məlumatına görə, Buşəhr vilayətinin başçısı Firudin Həsənvənd deyib ki, zəlzələ nəticəsində 8 nəfər həlak olub, yaralıların sayı isə 60 nəfərdir: "Onlardan 3 nəfərinin vəziyyəti olduqca ağırdır. İndiyədək 130 nəfər ambulator müayinə olunub". O bildirib ki, evləri dağılmış və zəlzələdən ziyan görmüş vətəndaşların müvəqqəti yerləşdirilməsi üçün idman komplekslərində şərait yaradılır və əhaliyə çadırlar paylanır. Xilasetmə işləri səhərə kimi davam edəcək |
2013-11-28 | 2,809 | Rüstəm İbrahimbəyov MŞ sədrliyindən istefa verdi | Dramaturq bunula artıq quruma xüsusi məktub da göndərib Milli Şuranın sədri Rüstəm İbrahimbəyov tutduğu bu postan istefa verir. Bu barədə "Azadlıq" qəzetinə İbrahimbəyovun özü məlumat verib. Milli Şuranın dekabrın 3-nə təyin olunan sessiyası ilə bağlı əməkdaşımızın suallarını cavablandırarkən R.İbrahimbəyov deyib ki, o, qurumun sədrlik institunun saxlanmasına tərəfdardır və bu posta Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənlini təklif edir. R.İbrahimbəyov təklifini artıq yazılı şəkildə Milli Şuraya göndərdiyini bildirib: "Mən təkilfimi Bakıya, Milli Şuranın sessiyasına göndərmişəm. Düşünürəm ki, obyektiv səbəblərdən Bakıda ola bilmədiyim üçün sədrlikdən getməyim yaxşı olar. Bu vəzifəni Cəmil bəy üzərinə götürsə yaxşıdır. Çünki o, daim Bakıdadır və Şuranın işində birbaşa iştirak edə bilir. Doğrudur, bizim qərarların qəbulu və başqa məsələlərlə bağlı məsləhətləşmək imkanımız var və məsləhətləşirik. lakin elə vəziyyətlər yaranır ki, yerində qərar vermək lazım gəlir, mənimlə əlaqə isə texniki səbəblərdən hər zaman alınmır. Bu baxımdan da Milli Şuranın üzvlüyündə qalmaq və içində fəal iştirak etməklə sədrlikdən getmək qərarına gəlmişəm". İbrahimbəyov bununla bağlı Cəmil Həsənli ilə danışdığını da bildirib: "Cəmil bəy buna razılıq vermirdi. O, həmsədrlik institunun yaradılması ilə də razılaşmırdı, mənim sədrliyim altında fəaliyyət göstərmək mövqeyində idi. Amma danışıqlarımızın sonunda mənə elə gəlir ki, Cəmil bəy təklifimlə razılaşdı". Rüstəm İbrahimbəyov yalnız sədrlikdən istefa vermək istədiyini, mövqeyində qaldığını və Milli Şuranın işində fəal iştirak edəcəyini təkrar vurğulayıb və bildirib ki, bütün hallarda son qərarı Şura üzvləri sessiyada verəcəklər. O, sadəcə təklifini göndərib və sədrliyə Cəmil Həsənlinin namizədliyini əsaslandırmalarla təklif edib. Hansı qərarın qəbul olunacağı isə Milli Şuranın üzvlərindən asılıdır. Musavat.com bildirir ki, bu məsələ - Milli Şurada tək sədrlik, yoxsa həmsədrlik nifaq almasına dönüb. Bu məsələdə qurumun təsisçiləri arasında fikir ayrılığının olması səbəbindən Milli Şura parçalanmaq ərəfəsində gəlib. Rüstəm İbrahimbəyovun bu addımı əslində parçalanacağı yəqin kimi görünən Milli Şuranı xilas etməyə hesablanıb. Musavat.com-un müxbiri onu da aydınlaşdırıb ki, 28 noyabrda professor Cəmil Həsənli Müsavat Partiyasının qərargahında İsa Qəmbərlə görüşüb. Tamamilə mümkündür ki, görüşdə bu mövzu da müzakirə edilib. Çünki Müsavat Partiyası MŞ-da həmsədrliyə qarşıdır və Cəmil Həsənlinin tək sədr olması ideyasını dəstəkləyir. |
2013-11-28 | 2,810 | Obamanın reytinqi 41 faiz aşağı düşüb | CNN televiziya şirkəti Minnətdarlıq Günü ərəfəsində Prezident Barak Obamanın reytinqini müəyyənləşdirmək üçün ictimai rəy sorğusu keçirib. "Axar.az"ın məlumatına görə, rəy sorğusunun nəticələri göstərir ki, ABŞ prezidentinin reytinqi 41 faiz aşağı düşüb. Rəy sorğusu son iki həftədə beş milli obyektiv rəy sorğusunun, o cümlədən "Gallup" ictimai rəy sorğusu institutunun (noyabrın 24-26-da), CNN və Beynəlxalq rəy araşdırmaları korporasiyasının (Opinion Research Corporation-ORC International, noyabrın 18-20-də), Amerika tədqiqatlar qrupunun (noyabrın 17-20-də), "CBS News" televiziya kanalının (noyabrın 15-18-də), "ABC News" televiziya kanalının və "Washington Post" qəzetinin (noyabrın 14-17-də) apardıqları rəy sorğularının orta faizinin hesablanması yolu ilə tərtib edilib. CNN telekanalının rəy sorğuları proqramının direktoru Kitinq Holland təsdiq edir ki, ikinci müddətə prezident olduğu dövrdə Obamanın reytinqi Bill Klintonun və Ronald Reyqanın ikinci prezidentlik müddəti dövründə qazandıqları reytinqdən xeyli aşağıdır. Belə ki, 1997-ci ilin noyabrında Klintonun reytinqi 59 faiz, 1985-ci ilin noyabrında Reyqanın reytinqi 65 faiz olub. Lakin 2005-ci ilin noyabrında Corc Buşun reytinqi 37 faiz təşkil edib ki, bu da prezident Obamanın reytinqindən aşağıdır. |
2013-11-28 | 2,811 | İlham Əliyev qeyri-rəsmi ziyafətdə | "Axar.az" xəbər verir ki, Vilnüsdə "Şərq tərəfdaşlığı" Sammitində iştirak edən dövlət, hökumət və nümayəndə heyəti başçıları üçün noyabrın 28-də qeyri-rəsmi işçi naharı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işçi naharda iştirak edib. |
2013-11-29 | 2,812 | “Azəriqaz” Qarabağ əlillərilə çalışmaq istəmir | Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Nəsimi rayon Qaz İstismar Sahəsində çalışan Əhməd Rəhmanov adlı işçidən redaksiyamıza şikayət daxil olub. Şikayətçinin sözlərinə görə, son bir ildə dörd dəfə həkim komissiyasından keçib: "İyun ayında ARDNŞ tərəfindən təşkil edilən həkim komissiyası "Azəriqaz"da çalışan əlillərin işə yararlı olduğu barədə rəy verdi. Lakin "Azəriqaz" bu rəylə razılaşmır". Məsələni araşdırmaq üçün "Azəriqaz" İB mətbuat katibi Araz Ağayevlə əlaqə saxladıq: Adətən Sosial ekspert komissiyasının rəyi olur "Bizim müəssisə heç bir işçisinə təzyiq göstərmir. Heç kim də işdən çıxarılmaqla hədələnməyib. Sadəcə, Qarabağ əlillərindən tibbi sosial ekspert komissiyalarının rəyi olur adətən. Məsələ bundan ibarətdir". |
2013-11-29 | 2,813 | Azərbaycan Avropa ilə əməkdaşlığı genişləndirir | Noyabrın 28-də Litvanın paytaxtı Vilnüs şəhərində II "Şərq tərəfdaşlığı" biznes forumu keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə "Şərq tərəfdaşlığı"na üzv ölkələrin dövlət rəsmiləri və Avropa İttifaqının nümayəndələri çıxış edərək biznes forumun üzv ölkələrin hökumətləri və biznes dairələri arasında əməkdaşlığın inkişafına geniş imkan yaratdığını qeyd edib, "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində görülmüş işlər barədə məlumat veriblər. Tədbir çərçivəsində biznes üçün yeni imkanlara, Şərq və Qərb əlaqələrinə dair iclaslar da keçirilib. Biznes forumda Azərbaycanı təmsil edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev sualları cavablandırıb. "Avropa İttifaqı ilə iqtisadi əməkdaşlıq Azərbaycana nə kimi təsir göstərir və gələcəkdə daha dərin əməkdaşlıq üçün hansı perspektivlər vardır" sualına cavabında Ş.Mustafayev bildirib ki, Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı və səmərəli münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biridir: "Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişinə, 2006-cı ildə Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə "Şərq tərəfdaşlığı" təşəbbüsünə əsaslanır. Hazırda Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqı ölkələrinin xüsusi çəkisi 41%-dən çox olub. Bu ilin 10 ayında isə Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb və ümumi ticarət dövriyyəsindəki payı 43%-i keçib. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1122 Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Avropa İttifaqının bir çox ölkələri ilə ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 13 ölkə ilə hökumətlərarası komissiya yaradılıb". Nazir qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: "2006-cı ildə enerji üzrə strateji əməkdaşlığa dair anlaşma memorandumunun və 2011-ci ildə "Cənub Qaz Dəhlizi"nin təsis edilməsinə dair Birgə Bəyannamənin imzalanması, həmçinin Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Cənubi Qafqaz boru kəməri kimi mühüm transmilli layihələrin həyata keçirilməsi, Trans-Anadolu və Trans-Adriatik təbii qaz boru kəmərlərinin inşası ilə bağlı qərarların qəbul edilməsi bu istiqamətdə əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Ölkədə inkişafın davamlılığının təmin edilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və özəl sektorun inkişafı, sosial siyasət əsas prioritetlərimizdir". Ş.Mustafayev bildirib ki, Azərbaycan bundan sonra da Avropa ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək, qabaqcıl Avropa təcrübəsini tətbiq etmək, birgə ikitərəfli və regional layihələr həyata keçirmək niyyətindədir. "Xüsusilə, qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi sahəsində Azərbaycan hökumətinin gələcək addımları nədən ibarətdir və Avropa İttifaqı ilə daha sıx əlaqələr böyük həcmdə xarici sərmayələrin axınına xidmət edəcəkmi" sualına cavabında isə iqtisadiyyat və sənaye naziri qeyd edib ki, Azərbaycan iqtisadiyyatına 156 milyard ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun da təqribən yarısı xarici investisiyalardır: "Ümumi investisiyaların 65%-i qeyri-neft sektoruna yönəldilib. 2008-ci ildən başlayaraq qeyri-neft sektoruna xarici investorlar tərəfindən yatırılmış investisiyaların həcmi neft sektoruna qoyulan investisiyaları üstələyib. Belə ki, son 5 ildə qeyri-neft sektoruna qoyulan xarici investisiyalar neft sektoruna qoyulan investisiyaları hər il orta hesabla 17% qabaqlayıb. Təkcə 2012-ci ildə qeyri-neft sektoruna yatırılan xarici investisiyaların həcmi neft sektoruna qoyulan investisiyaların həcmindən 25% çox olub. Azərbaycanın qeyri-neft sektoruna xarici sərmayə qoyan ölkələr arasında Avropa Birliyi ölkələrinin payı 36,5% təşkil edir. Bunlar əsasən Böyük Britaniya, Niderland, Almaniya, Fransa və İtaliyadır". Nazir deyib ki, 2020-ci ilə qədər Azərbaycan qeyri-neft sektorunun ÜDM-dəki payını 80%-dək artırmaq niyyətindədir: "Bu məqsədlə heç şübhəsiz ki, xarici investiyalardan da istifadə olunacaq. Ölkəmizdə investisiya qoyuluşu üçün prioritet sahələr kimya sənayesi, kənd təsərrüfatı, İKT və turizmdir. Azərbaycanda investisiya qoyuluşu üçün əlverşli şərait yaradılmışdır, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, Azərbaycanda sabitlik, o cümlədən makroiqtisadi sabitlik mövcuddur, ölkə qanunvericiliyi Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırlır, inzibati prosedurlar sadələşdirilir, şəffaf mexanizmlər tətbiq olunur, "elektron hökumət"in tətbiqi üçün zəruri tədbirlər görülür. Azərbaycan əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir". Ş.Mustafayev əlavə edib ki, Avropa İttifaqının 20 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırıması, 17 ölkə ilə isə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb və bu istiqamətdə tədbirlər davam etdirilir. Bütün bunlar isə gələcəkdə də Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşuna və qeyri-neft sektoru sahəsində əlaqələrimizin genişlənməsinə imkan verəcəkdir. (Trend) |
2013-11-29 | 2,814 | Almaniya Avropanın ən yaşlı ölkəsidir | Avropadakı demoqrafik inkişafdan təsirlənən ölkələrin siyahısı açıqlanıb. Federal Xalq Araşdırmaları İnistitu bu barədə məlumat yayıb. "Axar.az" xəbər verir ki, Almaniya Avropanın ən yaşlı ölkəsidir. Avropa Birliyi (AB) üzvü ölkələrin vətəndaşlarının yaş ortalaması 41,5 olaraq qeydə alınıbsa, Almaniyada bu rəqəm 45-dir. Verilən açıqlamada bildirilir ki, şərqi və qərbi Almaniya arasındakı yaş fərqi artıb. Əgər şərqi Almaniyada yaşayan vətəndaşların yaş ortalaması 47,1-ə çatıbsa qərbi Almaniyada yaşayan vətəndaşların yaş ortalaması 44,5 olub. Avropa ölkələri arasında İtalyanlar 43,8 yaş ortalaması ilə ikinci sırada qərarlaşıb, bundan sonrakı yerdə Bolqarıstan 42,7 yaş ortalaması ilə gəlir. |
2013-11-29 | 2,815 | Mühafizəçidən rəqs edən uşağa möhtəşəm cavab - Video | Azarkeşlərin arasında olan balaca uşağın oyun başlamazdan əvvəl rəqs etməsinə stadionun mühafizəçisindən gözəl rəqslə cavab gəlib. ABŞ-ın "Detroit Pistons" klubu azarkeşlərinin oyundan qabaq maraqlı görüntüləri videoya çəkilib. Videonu təqdim edirik: |
2013-11-29 | 2,817 | Rusiya Qara dəniz donanmasını gücləndirir | Rusiya Müdafiə Nazirliyinin təlimatı ilə hazırlanan "Novorossiysk" ilk dizel elektrik sualtı qayığı Sankt Peterburqda dənizə salınıb. 2016-ci ilə qədər Qara dəniz donanmasına daha 5 ədəd dizel elektrikli sualtı qayığının təhvil verilməsi gözlənilir. Rusiya Hərbi Dəniz Qüvvələri Komandanı Viktor Çirkov mətbuata açıqlamasında bildirib ki, "Novorossiysk" gəmisinin suya salınması Müdafiə Nazirliyinin və Hərbi Dəniz Qüvvələrinin ağır zəhməti sayəsində baş tutub: "Ümid edirəm ki, sualtı qayıq Qara dəniz donanmasında öhdəsinə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirə biləcək". Hərbi Dəniz Qüvvələri Komandanlığından yayılan məlumatda isə bildirilir ki, "Novorossiysk" layihəsi, Müdafiə Nazirliyinin Qara dəniz donanmasının hərbi gücünü artırmaq və dizel elektrik sualtı qayıqlarının inkişaf etdirilməsi istiqamətində uzun müddətdir planlaşdırdığı bir layihədir (ANS). |
2013-11-29 | 2,818 | Türkiyəli nazir Əhməd Qayanın məzarını ziyarət etdi - Foto | İzmirin də namizəd olduğu "EXPO 2020"-nin təsdiqlənməsi üçün Fransanın paytaxtı Parisdə olan Mədəniyyət və Turizim naziri Ömər Çəlik Əhməd Qayanın məzarını ziyarət edib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ömər Çəlik qırmızı qərənfil və Türkiyədən gətirdiyi torpağı Əhməd Qayanın məzarına qoyub. Ziyarəti ilə bağlı açıqlama verən Ömər Çəlik bildirib ki, insanın öz vətənindən uzaqda olması çox büyük bir acıdır. Bu üzdən Türkiyədən torpaq gətirdik. Mədəniyyət və Turizm naziri Ömər Çəlik ziyarətlə bağlı Türkiyədən ötən illərdə təzyiqlər və zülm nəticəsində ayrılmış insanlara bir növ mesaj göndərmək istədiyini vurğulayaraq, "İstəyirik ki, Türkiyədə heç kim - milliyətindən, fikirlərindən, düşüncələrindən asılı olmayaraq - ölkəsini tərk etmək məcburiyyətində qalmasın", - deyib. |
2013-11-29 | 2,819 | İstanbul bələdiyyə başqanının kortejində qəza - Foto/Video | İstanbul valisi Qədir Topbaşın mühafizə dəstələrinin olduğu korteji Xaliç körpüsünə doğru gedərkən idarəetməni itirib və yol kənarındakı bariyerlərə çırpılaraq alovlanmağa başlayıb. Qəza nəticəsində avotmobildə olan mühafizə dəstəsinə məxsus iki nəfər yüngül xəsarət almaqla qəzadan yayınıb. Yaralılardan biri kortejdəki digər avtomobil vasitəsi ilə xəstəxanaya çatdırılıb. Xilasetmə qüvvələri yanğına müdaxilə edərək alovun daha da böyüməsinin qarşısını alıb. |
2013-11-29 | 2,820 | Ərdoğan və Bəşər Əsəd: bir yerdə, gülə-gülə… | Türkiyə mediası Baş nazir Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsədin 2010-cu ilə aid birgə şəklini yayımlayıb. "Axar.az"ın məlumatına görə, 2 il 8 ay 2 həftə öncə çəkilən bu şəkildə qonşu ölkə liderləri arasında səmimi münasibət, dostluq əlaqələrinin əksi tarixləşib. Amma zaman dəyişdi, Suriyada daxili savaş başladı, Bəşər Əsədə qarşı radikal çıxışlar edənlər sırasında Ərdoğan öndə gələnlərdən oldu və Suriya lideri də ən sərt açıqlamalarını Türkiyəyə ünvanladı: indi Əsəd təyyarələri Türkiyə sərhədlərini pozur, Türkiyə daxilindəki etiraz aksiyalarında Suriya prezidentinin "para izi" axtarılır; Türkiyə "xalqına qarşı terror həyata keçirən diktator Əsədin" bir an tez hakimiyyətdən getməsini tələb edir. |
2013-11-29 | 2,821 | Gəncədə oğul atasını və qardaşını bıçaqlayıb | Gəncədə oğul atasını və ögey qardaşını bıçaqlayıb. Şəhər sakini İsbəndiyar Məcid oğlu Zeynalov atası Məcid Zeynalovu və ögey qardaşı Taleh Zeynalovu yaşadığı mənzildə bıçaqlayıb. Dərhal hər iki yaralı qonşuların köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra hər iki yaralının həyatını xilas etmək mümkün olub. Şahidlərin sözlərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. (Kəpəz Tv) |
2013-11-29 | 2,822 | “2015 Subaru WRX” yoldadır | Los Angeles Avtomobil Sərgisində bir çox avtomobil istehsalçısı yeni modellərini sərgi iştirakçılarına təqdim edib. Sərgidə ən çox diqqət çəkən avtomobillərdən biri "2015 Subaru WRX" olub. Yeni dizaynda hazırlanan vasitə, eksteryer ilə daha fərqli bir görünüş təqdim edib. Amma avtomobil adəti üzrə Subarunun idman xarakterini üstündə daşıyır. Vasitədə 2.000 sm həcmə sahib 268 a.g-də 4 silindrli turbo BOXER mühərrik var. Drev Filipsin çəkdiyi fotoşəkillərə qalereyamızda baxa bilərsiniz. |
2013-11-29 | 2,823 | Qış aylarında saçınız quruyursa... | Qış aylarında saçınız quruyursa Kosmetoloq Pərvin Bulgak saçınızı canlandırmaq üçün bu maskanı təklif edir. Qaydalar: Yarım stəkan noxud unu 2 qəhvə qaşığı dəfnə yağı 1 qəhvə qaşığı gül yağı İlıq su əlavə edin. Hazırlanması: Noxud unu tapa bilməsəniz, noxudu blenderdən keçirin. Noxudu, dəfnə yağını və gül yağını birlikdə qarışdırın. Tərkib maye halında olana qədər su əlavə edin. Saçın diblərindən uclarına qədər sürtün və 15 dəqiqə saxladıqdan sonra yuyun. Həftədə 1 dəfə təkrarlayın. |
2013-11-29 | 2,824 | AB Ukraynanı razı sala bilmədi | Noyabrın 28-29-da Vilnüsdə keçirilən "Şərq tərəfdaşlığı" sammitinin birinci günündə Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ukrayna rəhbərliyini rəsmi Kiyev tərəfindən dondurulmuş assosiasiya haqqında sazişi imzalamağa razı sala bilməyiblər. "Axar.az" xəbər verir ki, Litva Prezidenti Dalya Qribauskayte bildirib ki, Aİ-nin arqumentləri Ukrayna Prezidenti Viktor Yanukoviçə çatmadı: "Biz hələ görürük ki, bu mövqe dəyişməyib". Qeyd edək ki, Ukrayna hökuməti ötən cümə axşamı rəsmi Kiyevlə Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasına dair qərar verdikdən sonra Ukraynanın paytaxtında etiraz aksiyalarına start verilib. |
2013-11-29 | 2,825 | Yevlaxda yeməkxana yandı | Bu gecə Yevlax rayonunun Xaldan qəsəbəsində yeməkxana binass yanıb. "Axar.az"ın Fövqəladə Hallar nazirliyinə istinadən məlumatına görə, rayonun Xaldan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 4 otaqdan ibarət yeməkxananın tavanı və dam örtüyünün yanar konstruksiyaları 55 kv.m sahədə yanıb. Yeməkxananın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Saat 06:27-də yanğınsöndürənlər tərəfindən söndürülən yanğında ölən və yaralanan yoxdur. |
2013-11-29 | 2,826 | ABŞ-da yeni neft ehtiyatları birjanı öldürdü | ABŞ-da yanacaq ehtiyatının artması səbəbi ilə "qara qızıl"a olan tələb azalıb və cümə axşamı London birjasında neftin qiyməti enib. Şimal dənizlərinin neft markası "Brend Crude Oil"in yanvar ayı fyuçersləri 0,39 dollara - bareli 110,93 dollara enib. ABŞ Enerji Nazirliyinin həftəlik xülasəsində ABŞ neft ehtiyatının 3 milyon barelə qədər, yəni 0,8 % yüksəldiyi bildirilib. Ancaq daha öncə "Platts" agentiliyinin sorğusunda iştirak edən analitiklərin fikrinə görə, ehtiyatlar 1,5 milyon barel azalmalı idi. |
2013-11-29 | 2,827 | Eksperimental Xəstəxanada rüşvət tüğyanı - Reportaj | Baş həkim bizi niyə qovdu? Ölkəmizdə həkim terrorunun baş alıb getdiyi vaxtda bir də dövlət xəstəxanalarında bütün müayinələrin - həkim məsləhətindən tutmuş analizlərə qədər hər şeyin pullu olmasıyla bağlı şikayətlər daxil olur. Xatırladaq ki, dövlət xəstəxanalarında vətəndaşlara göstərilən bütün səhiyyə xidmətləri dövlət hesabına həyata keçirilməlidir və Səhiyyə Nazirliyinin bu haqda sərəncamı 2008-ci il fevralın 1-dən qüvvəyə minib. Bu sərəncama nə dərəcədə əməl olunur, şikayətçi vətəndaşlar nə qədər haqlıdır? Vəziyyəti öyrənmək üçün M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutuna üz tutduq. Talan başlayır Qapıdan içəri daxil olan kimi qeydiyyat şöbəsindəki xanım gəlişimin səbəbini soruşdu. Müayinə olunmaq üçün gəldiyimi dedim. Şikayətimin daxili orqanlardan olduğunu bildirdikdən sonra qeydiyyat şöbəsində çalışan tibb işçisi heç bir sənəd tələb etmədən məni qeydiyyata aldı və birinci mərtəbədə yerləşən 8 nömrəli otağa, Mətanət həkimin yanına göndərdi. Otağa keçib həkimə ağzımdan qan gəldiyini dedim. O da öz növbəsində bir-iki sual verib cavab aldıqdan sonra məni ağ ciyərimi yoxlatdırmaq üçün tomoqrafiyaya göndərdi. Artıq xəstəxananın vahiməsinə qapılmışdım və özüm də inanmağa başlamışdım ki, vəziyyətim heç də yaxşı deyil. Görünür, narahatlığım üzümdə çox aydın əks olunmuşdu. Həkimin sual dolu baxışlarından sonra dilləndim: "Çox ümidsiz bir vəziyyətdə gəlmişəm bura. Kaş ki, hər şey qaydasında olsun". Mətanət xanım da məni qeydiyyata saldı. Qeydiyyatı bitirdikdən sonra ayağa qalxdım. Tomoqrafi olan otağa girmək istəyəndə həkim xanım dilləndi: - 65 manat ödəməlisiz. Niyəsini soruşdum? Üzümdəki narazılıq həkimi narazı saldı: - Başqa xəstəxanada 80-100 manatdır, biz hələ ucuz edirik. Pulsuz müayinə üçün arayış Buranın dövlət xəstəxanası olduğunu və Səhiyyə Nazirliyinin sərəncamını xatırladıram. Yenidən həkimin qəbuluna qayıdıram, 65 manatın çox olduğunu deyirəm. Həkim nə qədər imkanımın çatacağını soruşur, ümumiyyətlə pulum olmadığını deyirəm. - Pulsuz müayinə və müalicə istəyirsənsə, göndəriş gətirməliyəm, - həkim bildirir. Ümidsiz halda arayış gətirə bilməyəcəyimi bildirirəm və sağollaşıb ayrılıram. Cavansız, bu yollara düşmüsüz Mühafizəçidən baş həkimin otağını soruşuram. İkinci mərtəbəni göstərir. Növbə tutub gözləyirəm. Nəhayət, bir saatdan sonra baş həkim Yusif Əliyevin qəbuluna gedirəm. Özümü təqdim edirəm və jurnalist olduğumu deyirəm. - Dövlət xəstəxanasında həkim məndən 65 manat pul istəyir, bunu necə izah edə bilərsiniz? Baş həkimin əsəbiləşdiyi dərhal sezilir: - Təxmini olaraq mən sizi eşitdim, nə istədiyinizi başa düşdüm. Kim sizi öyrədib bura göndərib, çox təəssüf edirəm. Cavansız, bu yollara düşmüsüz. Əgər kimsə qanunu pozubsa, hüquq-mühafizə orqanlarına yazarsınız. Vəssalam, məsələ bitdi. Həkim bunları deyəndən sonra qapını bağlayıb çıxır, mən isə onun ardınca. Və suallarımı davam etdirirəm: - Burda konkret qiymətlər var. Məsələn, USM-in qiyməti 20 manatdır, buna nə deyə bilərsiniz? - Elə bir şey yoxdur, bu, başdan-ayağa sizin uydurmanızdır. - Deməli, verilən sərəncama burda məhəl qoyulmur? - Heç kim qaydanı pozmur, qanunu pozan sizsiz ki, camaatı aldadırsız. De ki, jurnalistəm, özünü təqdim et. Oğurluq gəlib burda reportaj edirsən. 647 nəfər işçinin yanında baş həkim durub onların nə işlə məşğul olduğunu bilə bilməz. Sağ olun, mənim sözüm bu qədər. Baş həkim əsəbi halda məndən canını qurtarmağa çalışır, çıxış qapısını göstərib çıxa biləcəyimə işarə edir. Qan təhlili 10 manat, tomografiya 60 Xəstəxanada adam əlindən tərpənmək olmur. Yavaş-yavaş xəstələrə yaxınlaşıram. Tomoqrafiyaya gələn xəstələrdən nə qədər pul ödədiklərini öyrənmək istəyirəm. Məlum olur ki, yanaşdığım ilk xəstə tomoqrafiya üçün 60 manat pul ödəyib. Dəhlizdə üstünə "Qan təhlili" yazılan qapıya yaxınlaşıram. Qapının yanında iki xəstəni söhbətə tuturam. Onlar da qan təhlilinə 10 manat ödəyəcəklərini deyirlər. Başqa xanım xəstəyə yaxınlaşıram. - Həkim müayinəsindən keçəndə pul ödəmisiz? - Əlbəttə. - Nə qədər? Xanım ağzını açmaq istəyəndə ağ xələtli ucaboy bir xanım bizə yaxınlaşır, müsahibimlə arama keçir. - Nə istəyirsiz? – acıqla, qışqıra-qışqıra soruşur. - Niyə bura gəlmisiz? Nə soruşursuz? Xəstə olduğumu deyirəm. O isə mənim jurnalist olduğumu başa düşüb, bəlkə də artıq onlara xəbərdarlıq edilib. Əlilə mənə toxunmaq istəyəndə kənara çəkilirəm. Mühafizəçini çağırır. Mühafizəçi məndən xəstəxananı tərk etməyi tələb edir. Xəstəxanadan çıxıb həyətdə oturan xəstələrə yaxınlaşmaq istəyəndə yenidən iki mühafizəçi və məni dəhlizdən çıxartmağa can atan ağ xələtli xanım qışqıra-qışqıra mənə tərəf gəlir. Yaşamaq da, xəstələnmək də çox çətindir Qadın çox əsəbi halda mühafizəçilərə məni xəstəxana darvazasına qədər təqib etməyi tapşırır. Oradan uzaqlaşıram. Darvazadan çıxanda bir xəstə mənə yaxınlaşır və danışmağa başlayır: - Şəkidən gəlmişəm, boğazımda balaca bir şiş var. Amma səbəbini tapa bilmirlər. Neçə vaxtdır bura gəlib-gedirəm. Həkim müayinəsi 15-20 manatdı. Mədəmə boru salmışdılar (endoskopi – red.), 30 manat istədilər. Çox çətindir - yaşamaq da, xəstələnmək də... USM 20, tomoqrafiya 65, ümumi qan təhlili 10 manat... Hələ Allah bilir sonra hansı analizlərə göndərəcəklər. Bilmirsən altından necə çıxasan. Yox, deyəsən kasıb təcili ölməlidi... |
2013-11-29 | 2,828 | Medvedev Tahir Salahovu təbrik etdi | Rusiyanın baş naziri Dmitri Medvedev SSRİ-nin Xalq rəssamı Tahir Salahovu 85 illik yubileyi münasibəti ilə təbrik edib. O, rəssamın necə bacarıqlı və qabiliyyətli olduğunu, onun uğurlarını öz teleqramında qeyd edib. Bununla yanaşı Tahir Salahovun çox gözəl pedaqoq olduğu və bacarıqlı rəssamlar yetişdirdyindən danışıb. Medvedev rəssama can sağlığı və uğurlar arzulayıb. |
2013-11-29 | 2,829 | Cəbhə xəttində atəşkəs pozulub | Cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəs rejimi pozulub. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Kəngərli, Sarıcalı kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2013-11-29 | 2,830 | Gülyaz Teymur Əmrahın evlilik təklifini rədd etdi… | Yüksək dərəcəli vokalist müğənni Gülyanaq Məmmədova ilə söhbətimizdə çox məsələlərə toxunduq və maraqlı cavablar aldıq. - İfanız türk tamaşaçısını heyran edib. Deyəsən, siz də həmkarlarınıza qoşulub Türkiyə şou-biznesinə qatılmaq istəyirsiniz? - Əbəs yerə deməyiblər ki, qonşu-qonşuya baxar, canını oda atar. Yox, zarafat edirəm. Mən digər sənətçilərdən fərqli olaraq Türkiyə şou-biznesinə özüm qatılmadım, heç elə fikrim də yox idi. Türkiyədən dəvət aldım. İki tanınmış kanalda TRT xəbər və Kanal 24-də çıxışım oldu. TRT xəbər çıxışımdan sonra Bakıya dönər-dönməz Kanal 24-dən təklif aldım. İfamı çox bəyəndiklərini və öz kanallarında qonaq görməkdən şərəf duyduqlarını söylədilər. Mən də təklifi yüksək qiymətləndirib yenidən qardaş Türkiyəyə yola düşdüm. Ən əsas onu deyim ki, mən başqa müğənnilər kimi gedib orda kanallara pul verib dəvət almıram. Buna görə də mənim üçün bu gözləniləməz təklif şərəf duyacağım bir addım oldu. İnanın ki, ifam zamanı hamısı susub mat-məəttəl baxırdılar. Efirdən sonra pərdəarxası danışıqlar oldu. İnanın ki, onların dili ilə desək, qız səndə nə "qıtlax" var, sən bizi heyran elədin. Azərbaycan deyəndə ancaq Zeynəb Xanlarova düşür bizim yadımıza, vəssalam. - Niyə, Gülyanaq xanım, bu gün Röya, Aygün və bir çoxları deyirlər ki, biz Türkiyə şou-biznesinə qoşulmuşuq. Bu, yalandır ki? - Bilmirəm, vallah. O əziyyətlər Azərbaycan şou-biznesi üçündür. Fakt olaraq onların dediyi sözləri deyirəm. Onlar mənə söylədi ki, biz Azərbaycan sənətçisi deyəndə bir tək Zeynəb Xanlarova yadımıza düşür. Təbliğat olunmalıdır ki, biz onları tanıdığımız kimi onlar da bizi tanısınlar. Nəyə görə biz onların ən adi, özlərinin qiymət vermədiyi, saymadığı bir müğənnini gətirib Azərbaycanda şah kimi başda otuzdururuq, yüksək qonorar verib ən gözəl konsert salonlarında ulduz edirik? Bəs niyə onlar bizim ulduzlarımızı tanımasın? Günah yenə də özümüzdədir. Azərbaycanda gözəl ifalar var. Mən "Kəkliy"i canlı ifa etdim, əlləri havada alqışladılar. Biz təbliğimizi gözəl qurmalıyıq. Bu işdə Qənirə Paşayevaya minnətdaram. Mən orda bir neçə Azərbaycan sənətçisinin adını çəkdim ki, onlar sizin şou-biznesə qoşulublar, dedilər ki, biz sizin ifanız kimi ifaları bəyənirik. İstədilər ki, orda qalıb müəllim kimi dərs verim. Amma dedim ki, Azərbaycanda dərs verirəm, gözəl tələbələrim var. Özləri də bildirir ki, pop eşitməkdən bezmişik, daha "türk sanat" eşitmək istəyirik. İki özümüzdən oxuyanda, bir də onlardan oxudum. - Yeni konsert düşünürsünüz? - Tələblərimlə dinləyicilərə gözəl bir gün yaşatmaq istəyirik. Amma məşqlərə vaxtım yoxdur. Vaxt azlığından əziyyət çəkirəm. İnşallah, bu aylarda həyata keçirməyi planlaşdırırıq. - Yeri gəlmişkən, bəs Gülyaz xanım niyə Teymur Əmrahın evlilik təklifini rədd etdi? - Bilirsiniz, Teymur bizim ailəvi dostumuz, qardaşımızdır. Həm də Gülyazın oğlu özü boydadır, o indən belə ailə qurmaz axı. Mediya hər hadisəni qabardır. Ürəyin kimi sevib, kimi sevməyəcəyini heç kim bilmir. O, qəlbin öz əmridir. Bacım da bu təklifi eşitdi və hörmət edərək "yox, mənim ailə quran yaşım deyil",- deyib, sakitcə bu söhbəti bağladı. Biz yenə də Teymur bəylə dostuq. - İlhamə Quliyeva bəzi müğənnilərə titul verir. Siz necə, istəmirsinizmi birini də sizə versin? - Mənə ulu öndərimiz Heydər Əliyev bir fəxri ad verib. İnşallah, davamını İlham Əliyev verər. Dövlətin diqqəti, qayğısı bizə yetir. Prezidentimiz bizi evlə və prezident təqaüdü ilə mükafatlandırıb. Mənim üçün önəmli olan prezidentin verdiyi fəxri adlardır. İlhamə Quliyevaya hörmətim var, amma başqa ada ehtiyacım yoxdur. - Bu gün yaşlı sənətçilərimiz cavan müğənniləri tənqid edərək gündəmdə şou yaradırlar. Münasibətiniz necədir? - Gənclərimiz gözəl oxuyur. Pisləri də var. Amma təhqir yox, tənqid edib mədəni şəkildə yol göstərsinlər. Bu nədir axı, dava-dalaş edib illərlə yığdıqları hörməti də gözdən salırlar. Münasibətim əlbəttə ki, pisdir. Yerlərini bilsinlər. Paxıllıq etməklə, söz atmaqla gözdən düşürlər. Həmişə belə olub, belə də olacaq. Gələn gedir, yerini gənclər alır. Gərək səhnədən üzüsulu gedəsən ki, hörmətli olasan. Baxın, Elmira Rəhimovaya. Xanım-xatınlığını neçə qoruyur. Zamanında oxuyub, dəsti xəttini qoyub, çəkilib kənardan cavanları izləyir, yol göstərir. Bu gün bu qalmaqallı işlərə qarışsa, kim onun adını çəkəcəkdi? Heç kim. Bu gün cavanlarla dava edən yaşlı sənətçilər hörmətdən düşür. Amma mən özüm bir sənət adamı kimi daim böyüklərə hörət edirəm, haqqımda nə desələr də, fikirləşirəm ki, o efirdə oxuynda mən kənddə oynayırdım. Adam hardan hara gəldiyini unutmaz. - Gülyanaq xanım, indi bir çox müğənnilərimiz cangüdənlə gəzir. Siz belə ehtiyat tədbirindən istifadə etməyi düşünmürsünüz? - Xalq məni Gülyanaq elədi, tanıtdı. İndi mən yekəlim ki, ondan mənə zərər gələcək? Mənə xalqdan sevgidən başqa heç bir pislik gəlməyib. Mən heç kimə yüksəkdən aşağı baxa bilmərəm. - Bəs siz neçə qalmaqaldan uzaq qala bilirsiniz? - Üç-dörd dəfə bizi də əsəbləşdirdilər. Amma biz bacılar səbirli olub sözün sonuna yetdik. Yalanı, doğrunu öz dillərindən eşitdik. Natavan Həbibinin bizi pislədiyini çatdırdılar. Zəng etdik, dedi, əksinə, tərifləmişəm ki, bizi təmsil edən müsabiqələrə o bacılar qoşulmalıdır. Sonra Şəbnəm Tapdıq. Həm də bir insanı hamı sevə bilməz axı. Mənim üçün belə dava-şavalar maraqlı deyil. İnsanlara da niyə bu söz-söhbət maraqlıdır, bilmirəm. Sonra da medianın üstünə atırlar. Günah özlərindədir. - Toylara siz də gedirsiniz. Olubmu ki, pulunuzu verməyələr? Və yaxud toyda döyülmə… - (Qulaqlarını çəkir) Allah eləməsin. Yox, elə pis hadisələrlə hələ ki, rastlaşmamışam, şükür. Amma pulumu kəsiblər. Toya dəvətlilər gəlməyib, gözlənilməz hadisələr olub, üç-dörd dəfə pulumu kəsiblər. Mən toyda 6 saat canlı oxuyuram. - Deyirlər, bacınızla küsülüsünüz. Ona görə tədbirlərədə cüt görünmürsünz… - Yox, qətiyyən, iraq. Sadəcə, onun işi olur, mən gedirəm çağrılan yerə, ya da mənim işim olur, o gedir. Tam təsadüfdür, küsülü deyilik. Biz çox mehriban ailəyik. Gözdən, nəzərdən uzaq olsun. Həm də nə qədər bir yerdə olaq, oxuyaq? Axı adam tək də oxumaq istəyir ki, ürəyini boşaltsın. Bir də iki qız üçün duetlik mahnılar gec-gec yaranır. - Özünüzü şou əhli hesab edirsiniz? - O qazanda həm varam, həm də yox. Bir də görürəm özüm də bilmədən o qazanda qaynayıram. Orda olsaq da, təsadüfən düşsək də, qalmaqalsızıq. Elə pis bir zamana gəlmişik ki, 20 illik hörmətini bu günə, bir dəqiqəyə məhv edərlər. Bəzən bildiklərimizi də demirik, susuruq. Güya deyənlərə kim qulaq asır? Əli Mirəliyev özü deyir, özü eşidir. O gün baxıram bir verilişdə Əli Mirəliyev neçə gözəl danışdı ki, sənət toydan ibarət deyil. Toyu efirə gətirmək olmaz. Bəyəndim. Amma kimdir ona qulaq asan? Heç kim. Hamı öz işindədir. Toyunu çoxaltmaqla məşğuldur. - Ailə ilə sənət bir yerdə yola gedirmi? - Gedir e, çox cətin. İkisi də vaxt-zaman istəyir. Amma ikisini də razı salamq çox cətindir. - Gün ərzində neçə saat muğam dinləyirsiniz? - Muğamı bir saatdan artıq dinlmək olmur. Şəxsən məni yorur. Muğamı həzm etmək ağırdır. Ona görə az-az qəbul etməlisən ki, başa düşəsən. Hər şey qədərində gözəldir. - Eşitdik, estetik əməliyyat eşqinə düşmüsünüz? - Yox-yox, bu hardan çıxdı? Mənə deyirlər, qulaqlarını bir az arxaya elətdir, heç fikirləşmirəm də belə şeyi. Mən botoksun, estetikin əleyhinə deyiləm, sadəcə, elə edirlər ki, olan-qalan yaraşıqları da əldən gedir, meymun vəziyyətinə düşürlər. Məsələn, 40 ildir atamı keçəl görürəm. Hamıdan da yaxşı ad-san qazanıb, sözü keçən kişidir. Tərəfadarıyam, burnun eybəcərdi, psixolojı təsir edir, formaya sal. Dodaqlarını şişirdirlər, sonra da efirdə iki dişinin arasına alıb başlayırlar çeynəməyə. O qədər əsbiləşirəm! 70 yaşında olan biri çıxır, yaşını danır, özünü 50 yaşında göstərməyə çalışır. Başa düşmürəm niyə. Allah sonumuzu xeyir eləsin. |
2013-11-29 | 2,831 | Prezidentdən xahiş etdim ki... | "Axar.az" Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının müsahibəsini təqdim edir. "Ömrümüzü baltalaya-baltalaya gedirik" - Sabir müəllim, son vaxtlar cəmiyyətdə dəyişkən proseslər gedir. Bunlar sizin ümumi əhvalınıza necə təsir edir? İçinizdə yorğunluq hissi varmı? - Yaradıcılıqdan və işdən yorulmuram, mənasız söz-söhbətlərdən və həyatımızdakı bir çox gərəksiz münaqişələrdən yoruluram. Cəmiyyət bir neçə təbəqəyə bölünür. Görünür, tarixən belə olub. Onun bir növü cəmiyyətin mühərriki, onu hərəkətə gətirən, onu irəli aparan, millətin beyninə qida verən, taleyi üçün məsuliyyət daşıyan, ikinci növü isə məsuliyyətsizcəsinə, dedi-qodu, qeybətlə cəmiyyətdə ikitirəlik, üçtirəlik salan, illər uzunu yaradılan mənəvi dəyərləri gözdən salmaqla, gələcəyə ümidsizlik aşılamaqla məşğul olan təbəqə. İstər-istəməz buna bənzər hadisələrlə rastlaşanda onun psixoloji təsiri altında olursan. Təbii ki, biz indi buna öyrəşmişik. Görünür, bir tərəf odqalayandı, bir tərəf də odu söndürən. Bir növ bədənimizdə, psixoloji durumuzmuzda zəhərə, zəhərləyənlərə qarşı imunitet yaranıb. Bizim mühitə bioloji alışqanlığımız var. Bir çox məsələlərə sakit, normal gözlə baxanda, onlar dözülməzdir. İnsan gərginliklərin içindən keçib uzun müddət yaşaya bilməz. O insanın ömrünü çürütməkdi. Sonra görürsən ki, biz buna vərdiş etmişik. Doğulandan ölənə kimi ömrümüzü baltalaya-baltalaya gedirik. Amma təbiətin də öz qanunauyğunluqları var. Ağac nə qədər çox baltalanırsa, bir o qədər sıx pöhrə verir. Ona görə də elə bir yorğunluq hiss etmirəm. Bütün günü gərgin iş şəraitində oluram. Təbii ki, yazmaq məni heç vaxt yormur. "Haqqımda elə böhtanlar yazırlar ki..." - Konket olaraq, bu gün Sabir Rüstəmxanlını nə narahat edir? - Bir də görürsünüz ki, qəzetin bir köşəsində, bir küncündə nəsə yazırlar. Heç özüm haqqında demirəm. Özüm haqqında ciddi nə yazacaqlar?! Elə şeylər yazırlar ki, oxucu görür ki, böhtandı. İki ziyalımızı mətbuat səhifəsində bir-birini söyən görəndə, ya gənclərlə yaşlı nəsil arasında mənasız atışamaları görəndə və yaxud da ölkənin ümumi taleyi ilə bağlı ağlasığmaz uydurmalar eşidəndə, narahat oluram. Bu gün qəzet səhifələrində təhlillər yer alır. Onların çoxu ciddi elmi əsaslara, beynəlxalq aləmdə baş verən ciddi reallıqlara söykənmir. Belə yazıları oxuyanda adam üzülür. Düşünürəm, niyə bu səviyyədəyik?! Bu həm mətbuat, həm televiziyalarımıza aiddir. Axşam evinə yorğun gedirsən. Televizoru açan kimi bir serial çıxır qarşına. Serialda personajlar yarırus, yarıazərbaycan dilində danışır. Axı sənin nə ixtiyarın var millətin evinə girəsən, milləti bu cür təhqir edəsən? Sən küçədə, bazarda, öz xarabanda danışırsan, danış. Amma sənin o boyda televiziyada, camaatın gözü qabağında bu cür danışmağa nə ixtiyarın var? Bu problem təkcə seriallarda deyil. Aparıcılarımız da bu cür danışırlar. 22 ildir Azərbaycan müstəqildir. Müstəqilliyin nə demək olduğunu başa düşürlər?! Nə diriyə hörmət edirlər, nə ölüyə. Baxırsan, ekranlara çıxanların sifətinə, geyiminə: qadınlı-kişili nə vəziyyətdədirlər, İlahi?! Mənim hörmət etidiyim ANS TV-ni və başqa TV-ləri açırsan, iki gündən bir meyxana gedir. Bütün Azərbaycana meyxana oxutduracaqlar sanki! Bunun şeiri şer, musiqisi musiqi deyil; orada oturanların danışığı normal danışıq deyil... Amma içində istedadlı adamlar da var, təbii ki, buna heç kim heç deyə bilməz. Digər bir məsələ. Səhər tezdən TV-ləri açanda 4 kanalda birdən muğam oxuyurlar. Sağ olsun Mehriban xanım, Azərbaycanın unudulmaqda olan, ögey münasiət bəslənilən musiqisinə həyat verdi. Muğam Mərkəzi yaratdı. Mehriban xanımın diqqəti bu sahəyə yönəlib deyə, səsi olan da, olmayan da muğam oxuyur. Televiziyalarda koordinasiya olmalıdır, heç olmasa, bir-birinin kanalına baxsınlar və təkrar eyni şeyləri verməsinlər. Bu günlərdə xaricdən gələn qonağın biri mənə dedi ki, sizin televiziyalarda xəbər çatışmır, deyəsən, sizdə ancaq konsertə üstünlük verirlər. Fikir verin: millətimiz müharibə şəritindədir, ciddi xəbər proqramlarının olması son dərəcə vacibdir. Bəzən insanlar belə şeylərdən yorulur. Baxırsan çörəyi də, suyu da var. Amma bir tikə çörək də onun üçün zəhərə dönür. Millətin dəyərlərinin dəyişdiriliyini, adətin-ənələrinin unudulduğunu, televiziyada, mətbutda milli strategiyadan uzaqlaşdırıldığını görəndə, insanlarda milli dəyər duyğusu yox olur. Məktəblərimizin, təhsilimizin milli strategiyası olmalıdır. O olmayanda, əlbəttə ki, çətin olacaq. Bu gün gənc nəsil işğal altında olan rayonlarımızın işğal tarixini bilmirsə, onda düşmənə qarşı nə cür mübarizə aparacağıq? Bəlkə, burada bizə qarşı qəsd var? İçimizdə narahatçılıq yaradan bu şeylərdir. Yoxsa, şəxsi məsələlərə qalsa, Allaha şükür, bir qələmimiz var, hələ ki, öz qaydasında işləyir. "Hansı məqamda qabağa düşüb sözümüzü deməmişik?" - Yeri gəlmişkən, Azərbaycanda ziyalı sözünün kəsəri itib. Bu haqda nə düşünürsünüz? Doğurdanmı, ziyalı sözünə olan münasibət ögeyləşib? - Ziyalı məsələsi çox ciddi problemdir. Son vaxtlar baxıram ki, Türkiyə televiziyalarında Atatürkə qarşı açıq-aşkar bəzi verilişlər var. Hətta biri deyirdi ki, Atatürk olmayacaqdı, bir başqası ortaya çıxıb vəziyyəti dəyişəcəkdi. Tamamilə yanlış yanaşmadır. Şəxsiyyətin rolu tarixi proseslərdə danılmazdır. Böyük sərkərdələrin yetişməsi nadir prosesdir… Ziyalı da hər gün yetişmir. Bu gün biz müstəqilliyimizi əldə etmişik. 1918-ci ildə bu müstəqilliyi quran Avropada təhsil almış bir dəstə var idi. Onların sayı 100-ə çatmırdı. Onlar olmasaydılar - Dumada, Qafqaz Seymində -Azərbaycanın müstəqiliyi olmazdı. O zaman Azərbaycan adlı bir dövlət qurmaq istəmirdilər. Bu torpaqları parçalayıb xristian xalqlarına vermək istəyirdilər. Həmin ziyalıların iradəsi bu dövləti qurdu. Təəssüf ki, bugün də həmin ziyalıların qiymətini verməmişik. Azərbaycanın son tarixi dövrlərində də ziyalıların böyük rolu olub. Bütün tarix boyu ağıllı dövlət başçıları ziyalıları həmişə qoruyublar, sarayın ətrafına yığıblar. Bəziləri deyirdilər ki, ziyalıları sarayın ətrafına yığırdılar ki, mədhiyyə desinlər. Qətiyyən elə deyil. Ağıllı padşahlar ziyalıları ətrafına yığırdılar ki, onlara himayədar olsunlar. Dövlətin möhkəmlənməsi ilə bağlı məsələlərdə hakimlərə yardım etsinlər. O dövrün tarixini, ədəbiyyatını yazıblar. Sovet dövründə də ziyalılara xüsusi münasibət olub. Amma müstəqillik dövründə nə baş verdisə, qınanan ziyalı təbəqə oldu. Bu gün cəmiyyət ziyalıdan çox şey umur. Mənə elə gəlir ki, əsl ziyalıların əksəriyyəti buna hazırdır. Həm yazmağa, həm də silah götürməyə. Bunun müqabilində təhdidlə üzləşəndə, bütün baş vermiş günahlar onların çiyninə yüklənəndə, dözülməz olur. Son 25 ildə millətin taleyi ilə bağlı hansı məsələlər ortaya çıxıb ki, biz onlardan qaçmışıq? Hansı məqamda qabağa düşməmişik? Sözümüzü deməmişik? Mən özümü fikirləşirəm ki, hər halda düşmənlərimizə cavab verən ilk kitabı mən yazmışdım. Onu qızlarımıza cehiz kimi verirdilər. Xalqı meydana çağıran, hərəkatın yaranması üçün xalqa müraciət edən, meydanda günlərlə çıxış edən və ardınca ilk müstəqil "Azərbaycan" qəzetini yaradan, ondan sonra azad mətbuatın yaradılması, bütün bunlar harada nə lazım olubsa, etmişəm. İlk müstəqil Azərbaycan deputat bloku yaratmışdıq. Onun sədrlərindən biri idim. Elə onun da təsiri ilə Müstəqillik Aktını qəbul etdik. Belə düşünürəm ki, təvazökarlıqdan uzaq olsa da, bir adam öz həyatında vətəninin taleyi ilə bağlı boynuna nə düşürsə, onu ancaq bu cür edə bilər. Bizim mühitdə, bizim şəraitimizdə nəyə bacarmışamsa, onu da etmişəm. Bunun müqabilində bir də görürsən ki, dünən yumurtadan çıxanlar bu millətin taleyindən, o hərəkatdan xəbərsiz, heç bir məsuliyyət duyğusu olmayan, ancaq gəlib o bəhərdən barınan, gen-bol hər şeyi olan, bizim sıxıntılarımızın mində birini yaşamayan adamlar ziyalılara dil uzadırlar, o cümlədən də mənə. "Mənə qarşı olan kampaniyanın səbəbi odur ki..." - Bu yaxınlarda sizə qarşı "qara piar" kampaniyası təşkil olunmuşdu. Hazırda kampaniyaya son qoyulubmu? - Düşünmürəm ki, son qoyulub… Bəzən mənim hər hansı qohumumun, tanışımın dilindən də bir kəlmə söz çıxanda, ondan mənə qarşı istifadə etmək üstəyirlər. Mənim sözüm isə bir kənarda qalır. Mənə qarşı olan kampaniyanın səbəbi odur ki, milli ideyalara, milli dəyərlərə xidmət edən adamlardan biriyəm. Mənim kimi adamaların olması, görünür, cəmiyyətdə bəzi dairələrə sərf etmir. Onlar mənim dediyim məhz o nöqtələri hədəf seçirlər ki, bu, millətin gələcəyi ilə bağlıdır. - Sona qədər mübarizə aparmaq fikriniz varmı? - Belə bir qayğım yoxdur. Şərə qarşı nə cür mübarizə aparacaqsan ki? Mən öz yolumu gedirəm. Vicdanı olan zaman keçdikcə görür ki, yanlış deyib, yanlış yazıb. Daxilində etiraf edir ki, düz yolda deyil. Bu işə qəsdli şəkildə qoşulanlar isə əyninə qızıldan don geyinsən, peyğəmbər övladı olsan da, o yoldan dönməyəcək. Onun niyyəti bəllidir. Təbii ki, onlara qarşı mübariz aparmaq əsəbləri korlamaq deməkdir. Mənə qarşı kimsə, nəsə desə, ayda, ildə bir kərə sözümü deməklə cavab verirəm. Hər gün mənə bir daş atacaqlar deyə, bununla məşğul ola bilmərəmki! Elə yalanlar var ki, heç ona cavab vermək lazım deyil. Mənim həyatımın 40 ili bu millətin gözü önündədir. Əgər millət bunu görməyəcəksə, o yazılan şər-böhtana inanacaqsa, qoy inansın. Onda biz elə buna layiqik. "Bəzən iqtidar partiyasının təmsilçisi dialoqda elə şeylər deyir ki..." - İqtidar-müxalifət dioloqu baş tutmur. Sizcə bunun səbəbi nədir? - Bizim cəmiyyətdə son vaxtlar ittiham mövzularından biri də budur ki, niyə sən tam iqtidarın və ya radikal müxalifətin yanında deyilsən? Mən 21 ildir vətəndaş həmrəyliyi yolunu seçmişəm. Bu yol sizin dediyiniz dialoq yoludur. Cəmiyyətin müxtəlif qütblərinin yaxınlaşması yoludur. Bu yaxınlarda Prezident jurnalistlərlə görüş keçirib. Görürəm ki, mətbuatda normal yazılar gedir.Müəyyən ümidlər yaranıb ki, mətbuatın problemləri həll oluna bilər. Hər şeyi dialoqla həll etmək olar. Düşmənimiz qala-qala, öz içimizdə düşmən axtarmağımız gülüncdür. Ona görə də mənim mövqeyim dialoqdur, milli birlikdir. - Bəs hansı tərəf addım atmalıdır? - Təmsil olunan tərəflərin dediyi söz real söz olmalıdır. Mən gedib ölkədən kənarda Azərbaycan hakimiyyəti adından vədlər verib, söz deyib, nəsə həll edə bilmərəm. Millət vəkili kimi öz boynuma düşən və imkan daxilimdə olan məsələlərdən danışa bilərəm. Bəzən iqtidar partiyası adından dialoq zamanı qərar verirlər, amma bilmirlər ki, partiya onu o şəkildə qəbul edəcək, ya yox. Yəni görüş naminə görüş yox, hazırlanmış, əsaslanmış dialoqlar olmalıdır. - ATƏT bir neçə dəfə iqtidar-müxalifət nümayəndələrini bir araya gətirib. Olmazmı ki, bunu içimizdən bir ziyalı təşkil etsin? - Onun məsuliyyəti ağırdır. Bizim cəmiyyətdə daim dialoq gedir. Heç kim içində nəyisə gizləmir. İqtidar mətbuatında, müxalifət mətbuatında bir-birlərinə yetərincə qarşılıqlı ittihamlar var. Bu, əslində, nəticəsiz dialoqdur. Mən nəticəsi olan bir dialoq istəyirəm. Bir sıra milli məsələlərdə müxalifətlə iqtidar arasında elə də ciddi fikir ayrılığı yoxdur. Ən çətin məqamlar hakimiyyət bölgüsü zamanı olur. Buna da normal baxmaq lazımdır. "Namizədliyimi verməyəcəyəm" - 2015-ci ildə növbəti parlament seçkiləri olacaq. Sizin həmin vaxt konkret hədəfləriniz olacaqmı? - Mən bu barədə hələ düşünmürəm. Çox güman ki, namizədliyimi verməyəcəyəm. - Bəs niyə namizədliyinizi verməyəcəksiniz? Bunu nə ilə əlaqələndirirsiniz? Bəlkə siyasi proseslərdən yorulmusunuz? - Mən siyasi proseslərdən yorulmamışam. Əksinə, onların daha vacib olan sahəsi ilə məşğul olmaq istəyirəm. Yaşımın elə bir vaxtıdır ki, özümü bəzi xırda məsələlərdən, gündəlik siyasətdən daha yuxarıda görürəm. Dünyada yaşayan azərbaycanlıların inteqrasiyasının güclənməsi, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın təhsildən tutmuş o ölkələrdəki problemlərinə qədər, yardım etmək istəyirəm. - Artıq seçkilər bitib. Bilmək olarmı ki, kimə səs verdiniz? - Elə şeylər var ki, onu paylaşmağa ehtiyac yoxdu. - Bayaq televiziyalarda olan dil məsələsinə toxundunuz. Siz bir dəfə qeyd etmişdiniz ki, bəzi məmur övladlarının bir çoxu Azərbaycan dilində danışa bilmirlər.Yenə sözünüzün üstündə durursunuz? - Dil məsələsi millətin ölüm-dirim məsələsidir. Dil varsa, millət var. Azərbaycanda başqa dillərin öyrədilməsi yaxşı prosesdir. Mən istəyirəm ki, insanlar bir çox dili bilisinlər. Amma bütün bunlar öz dilimizin unudulması hesabına ola bilməz. Uşaq balacalıqdan öz dilində oxumalıdır. Ana dilində oxumaq onun beyninin düzgün inkişafına gətirib çıxarır. Yaponlar bunu araşdırıb ki, ana dili insanların beyninin bir yarımkürəsində, digər dillər o biri yarımkürəsindədir. Öz dilində pəltək danışan məmur olmamalıdır. Bu, millətə həqarətdir. Niyə səfirlər gəlib 1-2 ildə bu dili öyrənirlər, bizim insanlar öyrənə bilmirlər, Azərbaycan dilində elə danışırlar ki, elə bil ermənidir danışan. "Övladlarımdan razıyam" - Övladlarınızı düşündüyünüz kimi tərbiyə edə bilmisiniz? - Bunu iddia etmək çətindir. Son 25 ildə o qədər mürəkkəb həyat yaşadıq ki, özümüzə vaxt sərf edə bilmədik. Özümüzü unutduq. Hətta qələmdən ayrı düşdük. 1991-1995-ci illərdə nazir oldum. 4 il öz kitablarım yada düşmədi. Ancaq son illərdə sevinirəm ki, kitablarım çap olunur. - 4 il nazir də olmusunuz. Siyasi proseslərin içində ola-ola övladlarınıza yetərincə qayğı göstərə bilmisiniz? - Övladlarım böyüyüb. İndi hərəsinin öz ailəsi var. Onlardan razıyam. Başqa şərait olsaydı, daha çox diqqət ayırardım. İndi təkcə sonbeşiyimiz Aydan yanımdadır. O biri övladlarıma göstərə bilmədiyim qayğını da çalışıram ki, ona göstərim. "Mən o havanı dünyanın heç bir yerində görməmişəm" - Hobbiniz nədir? - Hobbim üzməkdir, ən azından iki gündən bir. İmkanım olsa, boş vaxtımı təbiətdə keçirərəm. - Geriyə baxanda hansı illəri qaytarmaq istərdiniz? - Mən hər şeyə realist baxmağa çalışıram. Mümkün olmayan şeyi arzulamaram. Ancaq təbii ki, yaşadığımız uşaqlıq illəri və böyüdüyümüz torpaq nə qədər kasıb, sadə görünsə də, insana şirindir. Mənim Yardımlıda dağın döşündə balaca bir evim var. Dünyanın harasına gedirəmsə, elə o yamacdaki tək evi görürəm. Oraların xüsusi havası var. Mən o havanı dünyanın heç bir yerində görməmişəm. Birdən-birə Dədə Qorqud dövrünə qayıdıram. Bu yaxında Prezidentin Yardımlıya səfəri zamanı xahiş etdim ki, kəndimizin yolları düzəldilsin. Sağ olsun, indi 7-8 kəndi birləşdirən yol asfaltlanır. İnsan yaşa dolduqca, içindəki xiffət artır, həyatın mənası, bəlkə də mənasızlığı haqqında daha çox düşünür. Nə yaxşı ki, həyatımı sözə bağlamışam. Nə yaxşı ki, yazaram, düşündüyümü ifadə edirəm. Kifayət qədər sevgi qazanmışam. Ömrümün xəcalət gətirən bir nöqtəsi yoxdur. Bütün bunlar insana təskinlik verir. - Sabir müəllim, bəs içinizdə peşmançılıq hissi varmı? - Ömür o qədər qısadır ki, səhvləri düzəltməyə vaxt çatmır. Hər kəsin ömrründə müəyyən səhvlər olub, olur və bundan sonra da olacaq. Amma ona ilişib qalmağa imkan yoxdur. Rəhmətlik Elçibəy deyirdi ki, "o qədər ideyalar verirsən ki, amma o ideyaların çoxunun ardınca getmirsən". Deyirdim ki, "mən ideya mühərrikiyəm. Onların hamısnın arxasınca gedə bilmərəm və ona vaxtım da çatmaz". Elə arzular var ki, gerçəkləşdirmişəm. Bu, bir rahatçılıq gətirir. Peşmançılıq heç nəyi geri qaytarmır. Onun əvəzini məsuliyyətlə doldurmaq lazımdır. Bu psixolji tərbiyə üsuludur. Ekstremal vəziyyət mənim baharımdır. Görünür, mən o gərginlikdə yaşamağa öyrəşmişəm.İçimdə yetişməmiş nəyisə demirəm. Zamanın axarında öz daxili tempim var. "Deyirlər ki, yaşlılıq dövrü daha gözəl olur" - Bir çox insanlar yaşları artdıqca, qorxurlar. Siz yaşlanmaqdan qorxmursunuz? - İnsanın bütün yaş mərhələlərini yaşaması gözəldir. Doğrusu, mən qocalıq fikrini özümə yaxın buraxmıram. Qoca odur ki, bütün işlərini kənara atıb, dəniz sahilində nərd oynayır. Mən hələ Milli Məclisdəyəm, siyasət meydanındayam, beynəlxalq aləmdəyəm. Hər iki aydan bir xarici ölkələrə gedirəm. Gecə-gündüz də qələmim işləyir. Amma reallıq var. Cavan vaxtlarımda gündə bəzən 35 səhifə yazırdım, indi isə 7-8 səhifə yazanda çox sevinirəm. Bu yaşın gətirdiyi nöqsan, zəiflikdir. 35 və 60 yaş arasında elə ciddi bir fərq yoxdur. Bunu ona görə deyirəm ki, qoy gənclər narahat olmasınlar. Mənim yaşıma gəlib çatanda heç nə itirməyəcəklər. Sadəcə, əvvəlki bir çox əyləncədən əl çəkməlisən. Bir limit qalır əlində, onu daha qənətlə işlədirsən. - Daxilinizdə qorxu hissi yer alıbmı? - Mənim içimdə heç vaxt qorxu olmayıb. İndi qorxuya bənzər başqa bir şey var. Bəzən yaxınlarımız narahatçılıq çəkəndə, mənim nüfuzum yardımçı olur. Amma cəmiyyətimiz getdikcə laqeydləşmədə və dəyərləri itirməkdədir. İndi bəziləri Rüstəmxanlı soyadını eşidəndə daha quduzluqla yanaşırlar. 20 il bundan əvvəl bizə bir çınqıl atanı daş-qalaq edərdilər. İndi bir-birimizi müdafiə edə bilmirik. Fikirləşirəm ki, uşaqlarımız necə cəmiyyətdə yaşayacaqlar? Bunun qorxusu var içimdə... ("Modern.az"). |
2013-11-29 | 2,832 | Rüstəm İbrahimbəyovun Milli Şuraya müraciəti - Tam mətn | Məlum olduğu kimi, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bu qurumun rəhbərliyindən istefa vermək qərarını açıqlayıb. "Contact.az" R. İbrahimbəyovun Milli Şuraya müvafiq müraciətini yayıb. "Axar.az" həmin müraciəti təqdim edir. "Prezident İlham Əliyevin prezidentliyinin üçüncü dövründə Milli Şuranın fəaliyyət proqramının hazırlanması üçün mühüm mərhələ açılıb. 2013-cü ilin prezident seçkiləri ərəfəsində yaradılan təşkilatımız bu mərhələdə öz tarixi missiyasını layiqincə yerinə yetirdi: Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli seçkilərə gələn seçicilərin əksəriyyətinin dəstəyini qazandı və son 20 ildə ilk dəfə olaraq dünya birliyi Azərbaycanda keçirilən prezident seçkilərinin ümumqəbul olunmuş demokratik normalara cavab vermədiyini etiraf etdi. Bizim ümumi qələbəmizə ən çox töhfəni iki partiya verdi: Xalq Cəbhəsi və Müsavat partiyaları. Klassik Xalq Cəbhəsi Partiyasının, El hərəkatının və digərlərinin də rolu böyük oldu. Ümid etmək istərdik ki, bu partiyalar və təşkilatlar bundan sonra da demokratik qüvvələrin ümummilli birliyi kimi Milli Şuranın ideyalarını dəstəkləyəcək. Bu gün Şuranın fəaliyyəti Azərbaycan cəmiyyətinin demokratik dəyişikliklərə hazıq olduğunu üzə çıxardı. Əvvəllər pərakəndə vəziyyətdə olan müxalifət qüvvələri ümummilli maraqları məhdud partiya maraqlarından üstün tutmağa qadir olduğunu və birlikdə fəaliiyət göstərməyin effektiv olduğunu nümayiş etdirdi. Bu, Milli Şuranın bundan sonra da Azərbaycanda demokratik islahatlarda birləşdirici rolunu oynayacağına ümid doğurur. Lakin Milli Şuranın yaradılması ideyasının təşəbbüsçüsü kimi mən, onun yaradılması zamanı başa düşmüşdüm ki, demokratik qüvvələrin koalisiyasının bu qədər geniş tərkibi tədricən mövcud partiyalararası fikir ayrılıqları səbəbindən dəyişəcək. Məsələn, qəflətən demokratikyönlü mətbuata prezident seçkilərinin nəticələrindən və seçkiqabağı dövrdə Milli Şuranın hərəkətlərindən narazılıqla bağlı məlumatlar sızmağa başladı. Bu cür rəyləri obyektiv hesab etmirəm. Nəhəng maliyyə vasitələri, inzibati resurslar və zorakılıq aparatı ilə müdafiə olunan hakim rejimin seçkiləri açıq şəkildə saxtalaşdırmağa başladığı bir şəraitdə biz yalnız mənəvi qələbə əldə edə bilərdik ki, buna da nail olduq. İndi də bundan sonra hakimiyyət tərəfindən təşkil edilən mümkün hücumlara məruz qalacaq Milli Şuranın gələcəyi haqda bir neçə kəlmə. Şübhəsiz ki, müxtəlif səbəblərdən Şura üzvlərinin bir hissəsi qurumu tərk edə bilər. Lakin əminəm ki, bizim sıralarımız vətəndaşların əsas hüquqlarının pozulduğu, korrupsiya rejiminin hökm sürdüyü ölkədə demokratik islahatların qaçılmaz olmasına inanan insanlarla genişlənəcək. Bu cür düşüncələrə inanan şəxs və Milli Şuranın işində fəal iştirak etmək niyyətində olan şəxs kimi mən bununla yanaşı yaxın sessiyada Şuranın sədri vəzifəsindən azad edilməyimlə bağlı məsələ qaldıracam. Son illər mən vaxtımın və gücümün çoxunu ölkədə hakimiyyətin də hesablaşa biləcəyi ictimai rəyin formalaşmasına yönələn ictimai-siyasi fəaliyyətə ayırdım. Ziyalılar Forumunun və Milli Şuranın işində iştirak məndən fəallıq tələb edirdi və indi də edir. Bəzən mən bir sıra obyektiv səbəblərdən bu fəallığı göstərə bilmirəm. Öz fəaliyyət tərzimlə əlaqədar uzun müddət Azərbaycandan kənarda qalmalı oluram. Və mənim bir sıra yaradıcılıq öhdəliklərim də var ki, onların yerinə yetirilməsi üçün təəssüf ki, az vaxt qalır. Mən Milli Şuranın sədri postuna professor Cəmil Həsənlinin namizədliyini təklif edirəm. C.Həsənli bundan əvvəl də Azərbaycanda və onun hüdudlarından kənarda yüksək dəyərləndirilib. Son prezident seçkiləri prosesində isə məlum oldu ki, onun timsalında xalqımız görkəmli siyasi xadim qazanıb. Milli Şuraya siyasətə qəlbinin səsi, Azərbaycanda demokratiyanın qələbəsinə təmənnasız səyləri ilə gələn milli ziyalıların parlaq nümayəndəsinin rəhbərlik etməsini mühüm hesab edirəm. Mənim fikrimcə, Cəmil Həsənli məhz belə şəxsiyyətdir. Hörmətlə, Rüstəm İbrahimbəyov" |
2013-11-29 | 2,833 | Azərbaycanda ev telefon nömrələrində yenilik | Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) öz şəbəkəsinə stasionar abonent nömrələrinin daşınması xidmətini tətbiq edib. "Axar.az"ın xəbərinə görə, bu barədə cümə axşamı Trend-ə İB-nin baş direktorunun müavini Xankişi Kişiyev deyib. Onun sözlərinə görə, xidmət operatorun telekommunikasiya qovşaqları hüdudunda (Bakı şəhəri və paytaxtın qəsəbələri) göstərilir: "Vətəndaşlar yeni yaşayış yerinə köçərkən telefon nömrəsini saxlaya bilərlər". X.Kişiyev hesab edir ki, xidmətin əsas istifadəçiləri arasında şirkətlər və dövlət müəssisələri ola bilər: "Gələcəkdə xidmətin respublika ərazisi üzrə genişləndirilməsi istisna edilmir. Bu, "Bakı Telefon Rabitəsi" və "Aztelekom"un birgə səyləri sayəsində mümkün olacaq". Xidmətin tətbiqi fiksasiya edilmiş rabitə abonentlərinə operatorun dəyişdirilməsi halında öz telefon nömrəsini saxlamağa imkan verəcək. Nömrənin daşınması abonent nömrəsinin bir operatorun şəbəkəsindən digərinin şəbəkəsinə tam miqrasiyasını nəzərdə tutur. |
2013-11-29 | 2,834 | Elşad Abdullayevin adamı həbs edildi | Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq müəllimi həbs edilib. Bu barədə Binəqədi rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, Göyçay rayon sakini, 1970-ci il təvəllüdlü Afaq Rafiq qızı İbrahimova tutularaq istintaqa təhvil verilib. Polisdən həmçinin bildirilib ki, A. İbrahimova əvvəllər ABU-da çalışıb. Xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən A. İbrahimovanın həbsinin ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı olub-olmadığı məlum deyil ("APA"). |
2013-11-29 | 2,835 | Nişanlısı Berluskoni üçün Papaya yalvardı | Rüşvət və saxtakarlıqdan dörd il həbsə məhkum olan və əvvəlki gün də senatorluqdan azad edilən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni üçün gənc nişanlısı, Papa Fransiskodan yardım etməyini istəyib. Əvvəllər televiziya aparıcısı olan 28 yaşındakı Françeska Paskal "senatın qərarı bir növ çevrilişdir. Həmin vaxtı izah edə bilməyəcəyim dərəcədə bir əsəb keçirdim. Papa Fransiskodan məni hüzuruna qəbul etməsini və Berluskoninin faciəvi hekayəsini dinləməsi üçün müraciət etdim",- deyib. |
2013-11-29 | 2,836 | Rusiyada 380 min miqranta qadağa qoyuldu | Rusiyada 380 min xarici vətəndaşın ölkəyə gəlişinə qadağa qoyulub. "Axar.az" məlumat verir ki, bu barədə açıqlama ilə Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski çıxış edib. O, qadağanı həmin vətəndaşların miqrasiya haqqında qanunvericiliyi pozması ilə əlaqələndirib. K.Romodanovski bu qərarı miqrasiya haqqında qanunu pozan xarici vətəndaşlara qarşı atılan zəruri addım adlandırıb. |
2013-11-29 | 2,837 | Liviyada silahlı hücum: 4 ölü, 6 yaralı | Liviyanın Benqazi şəhərinin müxtəlif yerlərində təşkil edilən silahlı hücumlarda 4 əsgər ölüb, biri ağır olmaqla 6 əsgərsə yaralanıb. Liviya ordusunun "Xüsusi Qüvvələr" sözçüsü polkovnik Meylud əz-Zəvi açıqlama verərək, naməlum şəxslərin Benqazi şəhərinin ətrafında Bevabətü Buhadi yolunda dəniz piyadasına aid hərbi bölüyə təşkil etdiyi silahlı hücumda 3 əsgərin öldüyünü, 3 əsgərin yaralandığını bildirib. Bu vaxt Benqazi şəhərinin əs-Sabiri bölgəsində naməlum şəxslərin təşkil etdiyi hücumda 1-ci Piyada Briqadasında əsgər Məhəmməd İbrahim əl-Abdelinin öldüyü bildirilib. Benqazidəki təhlükəsizlik qaynaqlarından alınan məlumata əsasən, Abdeli başından vuraraq öldürüblər. Digər məlumatda da Benqazi şəhərində başqa bir hərbi patrula təşkil edilən hücumda biri ağır olmaqla 3 əsgər yaralanıb. Benqazinin Suriya prospektində patrul xidmətində olan əsgərlərə atəş açılıb. |
2013-11-29 | 2,838 | 8 yaşlı Messi gəlir - o, kimdir? - Video | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, "Real" (Madrid) və "Barselona" klubları 8 yaşlı argentinalı futbolçu Kladio Qabriel Nankufillə yaxından maraqlanır. Hər iki klub azyaşlını öz akademiyasına götürmək uğrunda mübarizə aparır. 2014-cü ilin əvvəllərində Kladio hər iki klubun akademiyasını ziyarət edəcək. Argentinalı futbolçunun hansı komandanı seçəcəyi böyük maraqla gözlənilir. Qeyd edək ki, Lionel Messidə olduğu kimi, Kladionun da boyla bağlı problemi var. Belə ki, Nankufil boyca həmyaşıdlarından geri qalır. Kataloniyalılar artıq onun normal inkişafını təmin etmək üçün hər cür müalicəsini ödəməyə hazır olduğunu bildiriblər. |
2013-11-29 | 2,839 | Avropayla Azərbaycan arasında saziş imzalandı - Yeniləndi | 10:44 Vilnüsdə keçirilən "Şərq Partnyorluğu" toplantısının əsas intriqası yenə də Ukrayna ilə assosiativ sazişin imzalanma məsələsidir. Baxmayaraq ki, Ukrayna Nazirlər Kabineti assosiativ sazişin imzalanmasına hazırlıq prosesini dayandırmışdı, Ukrayna heyətinin üzvləri, xüsusilə Baş nazirin müavini Sergey Arbuzov toplantı iştirakçılarına Ukraynanın Avrointeqrasiya yolundan heç vaxt dönməyəcəyini və bu məsələnin bir daha müzakirə olunacağını bildirib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, AB nümayəndələri də öz növbəsində Ukraynanın qərarını dəyişəcəyinə ümid etdiklərini bildiriblər. "Ukrainskaya Pravda" qəzeti yazır ki, bu gün Kiyev və AB arasında 2014-cü il ferval-mart AB-Ukrayna toplantısında assosiativ sazişin imzalanma ehtimalını istisna etməyən ikitərəfli deklarasiya qəbul oluna bilər. Toplantıda AB və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi məsələsi də gündəmdədir. 11:43 Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar. Sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle, Litvanın xarici işlər naziri Linas Linkyaveçus imzalayıb. Sözügedən saziş Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb. Xatırladaq ki, sənəd gələn il Azərbaycanla AB arasında readmissiya haqda saziş imzalandıqdan sonra qüvvəyə minəcək ( Trend ). |
2013-11-29 | 2,840 | Rusiya miqrantlar üçün məmurlar təyin edir | Moskvada millətlərarası münasibətləri möhkəmləndirmək üçün hər rayona xüsusi məmurlar təyin ediləcək. "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya Regionlararası Əməkdaşlıq Departamentinin sədr müavini Yuri Nujdin çıxış edib. O, hazırda həmin idarələrin hansı işlərlə məşğul olacağı ilə bağlı sənədlərin hazırlandığını bildirib. Y.Nujdin həmçinin hazırda həmin idarələrin rəhbərlərinə hansı səlahiyyətlərin veriləcəyinin də bəlli olmadığını söyləyib. |
2013-11-29 | 2,841 | Əhməd Şahidov: “Moskvada biznesim var” | "Axar.az" virtual məkanda, sosial şəbəkələrdə populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsini davam etdirir. Davamlı olaraq virtual aləmin məşhurları ilə söhbətlərimiz olacaq. Layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və "feysbukun" "1" nömrəsi olduğunu isbatlayan müsahibimiz mükafatlandırılacaq. Layihəmizin bu dəfəki qonağı özünün feysbuk səhifəsində 140 minə yaxın insan yığmağı bacarmış gənc yazıçı Əhməd Şahidovdur. Əhməd 6 kitab müəllifidir. "Sən də yer ver aşka",(2011), Sevdiyim qadın"(2012) , "Gecələr ağlayan qadın"(2012), "Samir"(2013), "Sıfır nöqtəsi" (2013) kimi roman və şeirlər kitabları ilə yanaşı, rus dilində dərc edilmiş bir elmi monoqrafiyanın da müəllifidir. Sosial şəbəkədə məşhurluğunun səbəbi nə olub? - "Sevdiyim qadın" adlı romanımı yazanda ədəbiyyat çevrələrində müəyyən qədər də olsa tanındım. Ancaq "Samir" romanından sonra populyarlıq baxımından çox irəli gedə bildim. Elə adicə yol ilə gedəndə də insanların münasibətlərindən tanıdıqlarını hiss edirəm. Bir çoxları "Samir" romanına görə məni qınayır, hətta lağ edirlər. Amma bu məni qətiyyən narahat etmir. Əsas olan odur ki, mən o obrazı yarada bilmişəm. Romandakı obraza və real həyatdakı Samiraldoya insanların münasibəti olduqca mənfidir. Hər halda razılaşmasalar belə, onların tanıdığı Samir obrazı var və bunu inkar edə bilməzlər. "Mavi"nin həyatından kitab yazmaq zərurəti hardan yarandı? - Mən o əsərdə mavidən deyil, həyatda yaşayan və cəmiyyətin qəbul etmək istəmədiyi bir insanın obrazını canlandırmışam, bu, faktdır. Ancaq bu mənim o cür həyat tərzini təbliğ etməyim anlamına gəlmir. Kitabda özümə istinad nöqtəsi kimi müqəddəs "Qurani-Kərim"i götürmüşəm. Dərd ondadır ki, insanlarımız kitab oxumur, sadəcə, görünüşə baxıb qiymət verirlər. Elə yazıçı ilə oxucuları arasında uçurum da buradan başlayır. Demək istədiyim odur ki, "Samir" romanının qəhrəmanı qatı cinayətkarlar qədər təhlükəli insan deyil. O öz həyatını yaşayır və nə edirsə də, öz ziyanına edir. Lakin cəmiyyətdə saysız-hesabsız cinayətkarlar var, küçədə hər an bizi öldürə biləcək, bizdən oğurluq edəcək potensial qatillər və oğrularla rastlaşırıq. Onlara o cür münasibət bəsləmirik, lakin fiziki və əqli cəhətdən qüsurlu olan bir "mavi"ni az qalırıq öldürək. Hələ o şəxsin mavi olub-olmamasını da dəqiq bilmirik, sadəcə, güman edirik. Necə olur ki, həm "Samir" romanını yazıb, həm də xarici ölkə prezidenti ilə görüşmək və diplomatik tədbirlərdə iştirak etmək imkanı əldə edirsən? - İxtisasca filoloqam. Dilçilik və ədəbiyyat üzrə təhsil almışam. Bakı Slavyan Universitetində, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəm var. Hazırda Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 6-cı kursunda hüquq təhsili alıram. Burada heç bir təzad yoxdur. Mən özümü siyasətçi hesab etmirəm və ədəbiyyat da mənim peşəkar fəaliyyətimdir. Cinsi azlıqdan bəhs edən kitab yazmaq zərurəti hardan yarandı? - Mən yazıçıyam və cəmiyyətdə olan hər şeydən yazmaq mənim həm haqqım, həm də vəzifəmdir. Kimsə nələrsə barədə danışmaqdan utanır və ya qorxursa, bu onun öz problemidir. O ki qaldı "Samir" romanına, əslində bu, ciddi bir əsərdir. Əsərdə stilist Samiraldonun cinsi azlıq olması ilə bağlı səhnələrə elə də çox yer verməmişəm. Çünki mən onun o cür olub-olmaması barədə məsuliyyəti öz boynuma götürə bilmərəm. Mən, sadəcə, cəmiyyətdə o cür insanlara münasibətdən yazmışam. Əslində, həmin romanda əsasən sosial problemlərdən bəhs olunur. Nədir sosial problem? Orada elə ailələr təsvir edilib ki, qız uşaqlarının doğulmasını istəmirlər. Oğlan uşağı xəstə doğulanda onu uşaq evinə vermək istəyirlər, hətta övladlarından imtina edirlər. Əsərdə təsvir edilən bütün bu qeyri-insani davranışlar cəmiyyətimizdən götürülüb. Cəmiyyət Samiraldo adında birisi ilə mübarizə aparır. Əslində isə Samiraldoların heç kimə ziyanı yoxdur. Bu həyat onundursa, onu necə yaşayacağını də özü müəyyən edir. Ancaq hamı onu daşlayır. Sosial şəbəkələrdə hamı onun şəklini görən kimi təhqirlər yağdırır. Burada diqqəti başqa bir məqama çəkmək istəyirəm. Gəlin görək, bir ailəni qətlə yetirmiş, cəmiyyətə ziyan vurmuş və bundan sonra da ziyan vurma ehtimalı yüksək olan bir cinayətkara qarşı həmin cəmiyyət və insanlar Samiraldoya davrandıqları kimi kobud münasibət bəsləyə bilərmi? Dərd orasındadır ki, həbsdə yatıb çıxandan sonra da bütün ətrafı və qohumları həmin caniyə "sən kişisən, halaldı sənə" deyir. Bunun da real səbəbləri var. Fikirləşirlər ki, pisləyərəm, gəlib məni də öldürər, döyər. Amma Samiraldodan heç kim qorxmur, hamı çox asanlıqla onu daş-qalaq edəcək cürəti özündə tapa bilir. Çünki bilirlər ki, Samiraldo kimilər özlərini müdafiə etməkdə acizdirlər. Sizə elə gəlmir ki, cəmiyyətdə aqresiyya var və bütün bunlar onun təzahürüdür? - Bəli, düz qeyd edirsiz. Mən də düşünürəm ki, cəmiyyətdə bir aqressiya var. Buna özünü ifadə instinkti də demək olar. İnsanlar içindəki aqresiyyanı çıxarmaq istəyirlər. Başqasına görə yığılmış aqresiyanı özündən zəifin üzərində çıxarmaq halları cəmiyyətimizdə çoxalıb. Bu, olduqca təhlükəlidir. Heç fikir vermisizmi, yolda gedəndə hansısa bahalı maşın bizim hüquqlarımızı pozanda, yolumuza çıxanda və ya işıqforun qaydalarına riayət etməyəndə, buna səsimizi çıxarmırıq, çəkinirik. Vay o gündən ki, bu qaydaları pozan "Jiquli" sürücüsü olsun. Az qalırlar basıb gözünü çıxarsınlar həmin adamın. İnsanlar "Reync-Rover" və ya "Porşe" sürənə bunu edə bilməzlər. Görürsüzmü nə qədər ikiüzlülük var cəmiyyətimizdə? Həmin "Reync-Rover" və ya "Porşe" sürən adam maşının sürətini qaldıranda deyirik ki, halaldır buna, qoçudur e, gör necə sürür. Avtoşluq edən kasıb olanda deyirlər ki, bu, qudurğanlıqdır. Samiraldoya olan münasibət də elə bu cürdür. Bir müddət Parlamentdə millət vəkilinin köməkçisi kimi çalışırdın. Qanunverici orqandakı fəaliyyətin davam etsəydi, "Samir" romanı yenə də yazılacaqdımı? - Siz nəsə bu "Samir" romanı haqqında daha çox danışmağa üstünlük verirsiz. Sizi başa düşürəm, amma yenə olsun, cavab verim. Əlbəttə ki, davam edəcəkdim yazmağa. Hər hansı orqanda çalışmağı ədəbi fəaliyyətimə əngəl olaraq görmürəm. Harda olmağımdan asılı olmayaraq, yaradıcılığım davam edəcək. Mən içimdəki bu dalğanı boğa bilmərəm. Yayımlamasam da, yenə yazacam. Hazırda yazdığın kitab varmı? - Bəli, hazırda bir kitab üzərində işləyirəm. Kitab "Həccə Şahid" adlanır. Bildiyiniz kimi ötən ilin oktyabr-noyabr aylarında Həcc ziyarətində oldum. Səfər zamanı gördüyüm, eşitdiyim, duyduğum nə var idisə, o kitabda hamısı öz əksini tapıb. Buna "səfərnamə" janrında yazılmış əsər də demək olar. Çünki kitabda əsasən yol xatirələrim yer alıb. Bundan başqa, ziyarət zamanı yaşadığımız xoşagəlməz olayları, zəvvarlar arasındakı bəyəndiyim və bəyənmədiyim məqamları yazmışam. Bundan əlavə, bu kitabda Həcc ziyarətinin bütün mərhələləri haqqında da geniş məlumat vermişəm. İndi deyəcəyim məlumatı heç bir yerdə deməmişəm. Bunu eksluziv olaraq, sizə deyirəm. Həcc ziyarəti xatirələrimdən ibarət olan həmin kitabı bir qəzet qiymətinə satışa çıxaracam. Kitabın qiyməti 50 qəpik olacaq. Amma kifayət qədər irihəcmli kitab olacaq. Təxminən 200-250 səhifəlik nəzərdə tutmuşam. Kitabın təkcə bir ədədinin nəşriyyat xərci 2 manatdır. Məntiqlə mən o kitabı ən azı 4 manata satışa çıxarmalı idim. Mən ziyana düşsəm də, o kitabı öz cibimin hesabına nəşr etmək istəyirəm. İstəmirəm ki, belə bir kitabdan pul qazanım. Onu da deyim ki, kitabın satışından əldə edilən o 50 qəpik də elə onu satan mağazalara və kitabın satışını təşkil edənlərə çatacaq. Ancaq digər kitablarımın qiyməti 5-6 manatdır. Bir az da insanlara örk olsun deyə bunu edirəm. Çünki, bəzən deyirlər ki, kitabların qiyməti çox bahadır və almaq olmur. İndiki şəraitdə isə bir qəzeti almayıb əvəzində onun pulu ilə həmin kitabı almaq olar. Bəs kitabları hansı pul ilə çap edirsən? - Dostlar sağ olsun, onlar kömək edirlər. Ailə imkanımız normaldır, Moskvada biznesimiz var. Bütün bunlar imkan verir ki, kitablarımı öz hesabıma çap etdirə bilim. Biznes deyəndə nəyi nəzərdə tutursan? Moskvada marketimiz var. Böyük marketdir, gündəlik lazım olan bütün məhsullar satılır. Tez-tez xarici səfərlərdə olursan. Bu səfərləri kimlər təşkil edir? - Səfərlərimin hamısı şəxsi tanışlıqlarımın hesabına baş tutur. İlk zamanlarda ölkədən çıxıb hər hansı tədbirdə çıxış etmək çətin idi. Ancaq indi bunları etmək çox asandır. Çətini azacıq tanınana qədərdir. Ondan sonrası isə asandır. Həm də özümü PR qabiliyyətinə malik birisi kimi təsdiq etmişəm. Çünki kitablarımın və xarici səfərlərimin media ilə, sosial şəbəkələr ilə tanıtımını da özüm həyata keçirirəm. Özümün şəxsi saytım var, 140 minlik rəsmi feysbuk səhifəm var. Bütün bunlarla PR işimi də asanlıqla qura bilirəm. Yeri gəlmişkən, feysbuk səhifəsini ödənişli reklama qoyurdun. Səhifənin reklamına nə qədər pul xərcləmisən? - Uzun zamandır ki, feysbuk sosial şəbəkəsindəki səhifəmi ödənişli reklam edirəm. Xərclədiyim pul o qədər də çox deyil. Üst-üstə 10 min manata yaxın pul xərcləmişəm və 140 min izləyicim var. Bunların da 80 faizindən çoxu Türkiyə və Şimali Kiprdən olan istifadəçilərdir. Ona görə də, mənə tez-tez dəvətlər gəlir, tədbirlərə çağırırlar. Məsələn, bu yaxınlarda Türkiyənin Süleyman Dəmirəl və Mehmet Akif Ersoy universitetlərindən dəvətlər almışam. Ayrı-ayrı vaxtlarda keçiriləcək konfranslarda iştirak etmək xahiş olunur. Əvvəlki dəvətlərdən fərqli olaraq, bu dəfə mənim tək çıxış etməyimi istəyirlər. Böyük bir salon qarşısında çıxış edəcəm, Türkiyə-Azərbaycan münasibətləri barədə geniş məruzə edəcəm. Ümumiyyətlə, feysbuk səhifəmi görüb, yaradıcılığımı izləyən müxtəlif ölkələrdən dəvətlər gəlir, dövlət başçıları və nazirlər ilə görüşlərimi görüb sevə-sevə dəvət edirlər. Gənc yazarlardan kimlərlə dostluq edirsən? - Cəlil Cavanşir və Əsəd Qaraqaplanla dostluq edirəm, Aqşin Yenisey, Dilqəm Əhməd və s. yazarlar ilə də ümumi tanışlığım var. Ancaq hər gün davamlı olaraq görüşüb-söhbət etdiyim yazar dostum yoxdur. |
2013-11-29 | 2,842 | Metroda telefon oğrusu tutuldu | Metroda telefon oğrusu tutuldu: siz də diqqətli olun "28 may"da telefon oğurlayan şəxs saxlanılıb. "Axar.az" xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. İdarədən bildirilib ki, noyabrın 28-i saat 16:00 radələrində metronun "28 may" stansiyasında Savad Bayramlının cibindən telefon oğurlanıb. Oğurluqdan şübhəli bilinən Cəlilabad rayon sakini Zeyqəm Şükürov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır. |
2013-11-29 | 2,843 | Bakıda xeyli sayda hərbi sursat tapılıb | Bakıda xeyli sayda patron aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları Balaxanı Şəhər Tullantıları Poliqonundan 1 ədəd AKM sandığı, 1 ədəd PM sandığı, 124 ədəd 5,45 və 8 ədəd 9 millimetrlik patron tapıblar ("APA"). |
2013-11-29 | 2,844 | Çin hərbi təyyarələri ABŞ-a cavab verdi | Çin hökuməti hərbi təyyarələrini Şərqi Çin dənizi ərazisinə göndərib. Çin Hərbi Hava Qüvvələrinin nümayəndəsi qeyd edib ki, hava müdafiə sahəsi elan etdikləri bölgədə onlar "mütəmadi patrul əməliyyatı" keçirəcəklər. Daha öncə Pekin Yaponiya ilə mübahisəli ərazi olan Senkaku adalarını öz hava gəmisini tanıma zonası elan etmişdi. |
2013-11-29 | 2,845 | İmtahan verən şagirdlər üsyan etdi: "Biz imamıqmı" | Türkiyədə "Təməl təhsildən orta təhsilə keçid sistemi" imtahanı keçirlib. İmtahanda sualları cavablandıran şagirdlərin imtahandan çıxandan sonra verdikləri sual diqqəti cəlb edib. Milli Təhsil Nazirliyinin "Səviyyə Yoxlama İmtahanı"nın (SBS) əvəzinə tətbiq etdiyi "Təməl təhsildən orta təhsilə keçid sistemi" imtahanı keçirilib. İzmirdə 53 min 130 şagird imtahana girib. Şagirdlər ən çox riyaziyyat və din testlərində çətinlik çəkdiklərini bildiriblər. Biz imamıqmı? Suallar içərisində "Ehram nədir?", "Vəqf nədir?", "Say nədir?", "Zəkatın fərzləri nədir?", "Zəkat kimlərə verilir?" kimi suallar qarşısında qalan şagirdlər "Tvitter"də belə üsyan ediblər: "Gecələr riyaziyyatdan suallar həll etmək yerinə dini sualları həll edəydim kaş ki..." "Dini suallar riyaziyyat suallarından çətin idi. Belə də şey olarmı? Birdəfəlik bütün məktəbləri "imam-xətib" edin də, canımız qurtarsın!" "Dini suallar riyaziyyat suallarından çətin idi. Biz imamıqmı?" |
2013-11-29 | 2,846 | Səlim Müslümov daha bir müdiri uzaqlaşdırdı | Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 3 rayonun şöbə müdirlərini vəzifədən kənarlaşdırıb. Kənarlaşdırılanlar nazirliyin Nizami rayon şöbəsinin müdiri Musa Ağamalıyev, Nəsimi rayon şöbəsinin müdiri Natiq Heydərov və Xətai rayon şöbə müdiri Cavanşir İsgəndərovdur. "Axar.az"ın "AzNews.az"a istinadən məlumatına görə, dünən yeni nazir daha bir şəxsin vəzifədən kənarlaşdırılması barədə əmr imzalayıb. Bu dəfə vəzifəsini itirən şəxs Abşeron rayon Sosial Müdafiə Mərkəzinin direktor müavini Elxan Süleymanov olub. Məlumata görə, nazir rayon şöbələrindəki vəziyyətin yoxlanılması üçün tapşırıqlar verib. Əksər rayonlarda ciddi nöqsanlar aşkarlanıb. Buna görə də, nazirliyin əksər rayon şöbələrinin rəhbərlərinin dəyişdiriləcəyi gözlənilir. |
2013-11-29 | 2,847 | Serbiyada miqrantlar meşələrdə məskən salır | Serbiya vətəndaşları Asiya və Afrikadan gələn qaçqınların köçürülməsinə etiraz edir. Belə ki, böhran girdabında olan ölkələrdə və hərbi münaqişələrdən qaçqın düşmüş insanların bu ölkəyə böyük axını başlayıb. Hələ Serbiyanın özündə bu il 4 min nəfər qaçqın düşərgəsində məskunlaşmaq istəyib. Qaçqınlar üçün ən müasir mərkəz Belqraddan 50 kilometr cənubda olan Boqovaccada yerləşir. Bu mərkəz cəmi 150 nəfər üçün nəzərdə tutulub, ona görə də hər qaçqını qəbul edə bilmir. Bu səbəbdən yüzlərlə miqrant ətraf meşələrdə çadırlarda məskən salıblar. Havaların soyuması ilə əlaqədar olaraq Serb orqanları onlar üçün müvəqqəti mənzil tapmağa cəhd göstərəndə onların bu təşəbbüsü yerli vətəndaşların müqaviməti ilə qarşılaşıb. |
2013-11-29 | 2,848 | “Tehran Cenevrə danışıqlarında uğurlu oldu” | İranın Çindəki səfiri Mehdi Səfəri bildirib ki, Cenevrə danışıqlarında Tehranın məqsədi nüvə probleminin həlli və bununla bağlı bütün sanksiyaların götürülməsiydi. Səfəri: "Tehran Cenevrə danışıqlarında uğur qazandı",- deyib. Çin televiziyasına müsahibə verən Səfəri Cenevrə danışıqlarının çox əhəmiyyətli olduğunu qeyd edib: "Biz danışıqlarda İran İslam İnqilabının ali lideri və prezidentin direktivlərinə əsasən İranın nüvə silahlarıyla müharibəyə hazırlaşmadığını, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsini istədiyimiz barədə razılığa nail olmaq mövzusunda müvəffəqiyyətli idik". Səfəri deyib ki, biz bu razılaşmaya görə özümüz xoşbəxt hiss edirik; əlbəttə ki, biz heç vaxt nüvə silahından istifadə etməmişik və problem yoluna qoyularsa, Cenevrə razılığını tamamilə həyata keçirərik". "Axar.az" İRNA-ya istinadən xəbər verir ki, Uranın 20 faiz zənginləşdirilməsi barədə suala Səfəri, "İranın belə bir niyyəti yox ikən keçdiyimiz maneələr İranı belə bir addımı atmağa məcbur edir". |
2013-11-29 | 2,849 | Litva prezidenti Yanukoviçi biabır etdi | "Ukrayna rəhbərliyinin seçdiyi yolun onları hara apardığı bəlli deyil". "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Litva prezidenti Dalya Qribauskaytes çıxış edib. Bu gün Şərq Tərəfdaşlığı sammitinə gələn qadın prezident Yanukoviçin siyasətini məntiqsiz adlandırıb. O, Ukrayna rəhbərliyinin ölkəsi üçün cavabdehlik daşımaqdan qaçmağa çalışdıqlarını söyləyib: "Yanukoviç və komandası hər şeydən canını qurtarmaqla bütün iqtisadi problemlərinin həllini Rusiya ilə Avropa İttifaqının çiyinlərinə atmağa çalışırlar". |
2013-11-29 | 2,850 | “Halal” şirkətinin haram qatdığı məhsullar | İqtisadiyyat və Sənaye Nazirliyi "Halal Dad" müəssisəsınə qarşı iş qaldırıb. Nazirlikdən verilən məlumatda deyilir ki, nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Abşeron rayonu, Hökməli ŞTQ, Şamaxı Şossesində yerləşən "Halal Dad" cəmiyyətinə məxsus müəssisədə yoxlama aparıb. Bəlli olub ki, müəssisə istehsal etdiyi kolbasa və sosiskaların markalanmasında düzgün məlumat verməməklə istehlakçıları aldadır. Xəbərdə deyilir ki, məhsulların istehsalında camış ətindən istifadə edilir. Lakin markalanmada bu haqda məlumat verilmir. Bundan əlavə, məhsulların halal prinsiplərinə uyğun olmasına dair müvafiq sertifikatlaşma yoxdur. Amma məhsulların markalanmasında "halal" sözündən istifadə etməklə əhali çaşdırılır. Buna görə də "Halal Dad" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb ("Virtualaz"). |
2013-11-29 | 2,851 | Elşad Abdullayevin dekanı nədən gecəyarısı həbs edilib – Təfərrüat | Bu gün dələduzluq ittihamı ilə həbs edilən Azərbaycan Beynəlxalq Universitetinin müəllimi olmuş Afaq İbrahimova haqqında daha ətraflı məlumat yayılıb. "Axar.az"a daxil olan məlumatda bildirilir ki, A.İbrahimova ABU-nun Aqronomiya fakültəsinin dekanı işləyib. Dekan vəzifəsinə adi şəxsin seçilmədiyini diqqətə çatdıran qaynağın sözlərinə görə, bu fakt A.İbrahimovanın Elşad Abdullayevin yaxın adamı olmasını təsdiqləyir. A.İbrahimova vaxtilə ABU-ya "testdənkənar qəbul" əməliyyatlarında da iştirak edib. Mənbənin məlumatına görə, hazırda bir neçə şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən A.İbrahimovanın ABU maxinasiyalarında iştirak səviyyəsi də araşdırılacaq: "Dekan olduğu müddətdə ABU-dakı rüşvət mexanizmində yer alan bir şəxs kimi A.İbrahimova həddən artıq informasiyaya malikdir. İstintaqın gedişində onun cinayət işinin Elşad Abdullayevin cinayət işinə birləşdiriləcəyi gözləniləndir", - deyə mənbə qeyd edir. Qaynağın sözlərinə görə, A.İbrahimova gecə yarıdan sonra, təxminən 01:00-da həbs olunub: "Çoxsaylı şikayət, dələduzluq maddəsi A.İbrahimovanın gecə yarı, qəflətən həbsi üçün kifayət deyil. Həbsin gecə yarı aparılmasının səbəbi A.İbrahimovanın ABU maxinasiyalarında iştirakını təsdiqləyən sənədləri əldə etməkdir". |
2013-11-29 | 2,852 | Arif Hacılı İbrahimbəyovun istefasından danışdı | Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumda tutduğu rəhbər vəzifədən getmək istəyi ilə bağlı quruma müraciət ünvanlayıb. Kinorejissor qurumda öz yerinə sədr olaraq Milli Şuranın vahid namizədi Cəmil Həsənlini gördüyünü qeyd edib. Bir müddət öncə Müsavat partiyası funksionerləri ilə Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov arasında qurumda həmsədrlik institutunun yaradılması məsələsində fikir ayrılığı yaranmışdı. Müsavatçılar qurum rəhbərinin ölkədən uzaqda olmasını əsas gətirərək həmsədrlik institutunun yaradılmasının önəmini vurğulayırdılar. Bəs bundan sonra necə olacaq? Müsavat partiyası həmsədrlik məsələsində öz mövqelərində qalacaqmı? Məsələ ilə bağlı Müsavat partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı "Axar.az"a açıqlamasında bildirdi ki, onlar bu məsələ ilə bağlı fikir bildirsələr də, heç də təkid etməyib: "Müsavat partiyası Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı məsələlərin müzakirəsində iştirak edib. Ancaq biz bu məsələdə təkid etməmişik. Hesab edirik ki, Milli Şuranın yenidən canlandırılması və səmərəli fəaliyyətinin təmin edilməsi üçün ilk növbədə Milli Şura tərəfindən konkret istiqamətlər ortaya qoyulmalı və bu istiqamətlər birliyin üzvü olan qurumlarla razılaşdırılmalıdır". Arif Hacılı bildirdi ki, digər məsələlərdə olduğu kimi, burda da Milli Şuranın yaradılmasında iştirak edən əsas siyasi qüvvələrin mövqeyi önəmlidir: "Yalnız bundan sonra sədrlik məsələsi müzakirə obyektinə çevrilməlidir. Çünki problemlərin həlli heç də kimin sədr və ya həmsədr olmasından asılı deyil. Milli Şuranın indiyə qədərki fəaliyyəti göstərdi ki, bir çox pozitiv hallar mövcuddur. Bundan sonra isə birliyin fəaliyyət istiqaməti müəyyənləşdirilməli və həmin istiqamətlər Milli Şuranı yaradan əsas siyasi qüvvələr tərəfindən razılaşdırılmalıdır. Sonra isə sədrlik məsələsini müzakirə mövzusu etmək olar". |
2013-11-29 | 2,853 | “Müsəlman qardaşlar”a qoşulan bacılar zorlandı | Misirdə 14 qadın "Müsəlman Qardaşlar" təşkilatına üzv olduqlarına görə "terrorist təşkilata bağlı olma" cinayəti ilə 11 il həbs cəzasına məhkum olunub. "Axar.az" xəbər verir ki, ən kiçiyi 15 yaşında olan qadınlardan yeddisi hələ 18 yaşı tamam olmadığı üçün islah evinə göndərilib. Çərşənbə axşamı da bir qrup qadın etirazçının eynilə Hüsnü Mübarəkin dövründə müxaliflərə edildiyi kimi, təhlükəsizlik qüvvələri tərəfindən çölə buraxılaraq ac-susuz qoyulduğu iddia edilib. İddiaya görə, keçici rəhbərliyin çıxardığı yeni aksiyalar haqqında qanuna etiraz edən 14 qadın, nümayişlərdən sonra nəzarətə götürülərək şəhərin mərkəzindən 10 kilometr uzaqlıqda yerləşən çölə buraxılıb. İngiltərənin "Tayms" qəzetinin yazdığı xəbərə görə, bəzi qadınlar təhlükəsizlik qüvvələrinin işçiləri tərəfindən zorlanıblar. Aktivistlərdən Ayda əl-Kəşif prokurorluğa aparıldıqdan sonra onlara mülki geyimli 10 adamın hücum etdiyini açıqlayıb. |
2013-11-29 | 2,854 | Yanukoviç “Rusiya qarşısında tək qalmışam” dedi | "Mən Rusiya kimi böyük dövlətə qarşı tək dayanmışam". "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Viktor Yanukoviç deyib. O, Litva prezidenti Dalya Qribauskaytes və Almaniyanın kansleri Angela Merkellə qeyri-rəsmi söhbəti zamanı Rusiyanın təzyiqindən şikayətlənib. Ukrayna prezidenti bu vaxta qədər heç bir Avropa dövlətinin onlara doğru vəd vermədiklərinə görə, müqaviləni imzalamayacağını bildirib: "Mən istəyərdim ki, siz məni də dinləyəsiniz. Mən üç il yarımdır ki, təkəm. Çox güclü Rusiya ilə qeyri-bərabər şərtlərdə baş-başa qalmışam". O, daha sonra həmkarlarına müqavilənin imzalanmamasına əsas səbəb kimi təzə üzv olan ölkələrin iqtisadiyyatını misal göstərib. |
2013-11-29 | 2,855 | Ermənistanla sərhədləri açmaq üçün maliyyə ayrılıb | Türkiyə Ermənistanla sərhədləri açmağı planlaşdırıb. "Axar.az"ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, artıq bunun üçün ayrılacaq maliyyə yardımının miqdarı da bəlli olub. Belə ki, 11,6 milyon kvadrat metrlik sahədən 4 milyonunun artıq minalardan təmizlənməsi planlaşdırılıb. Bunun üçün isə rəsmi Ankaraya 52,4 avro pul lazım olduğu yazılıb. Mətbuat artıq pulları kimlərin verəcəyinin bəlli olduğunu da bildirib. Maliyyə vəsaitinin 75%-ni Avropa İttifaqının, 25%-ni isə Türkiyə Müdafiə Nazirliyinin verəcəyi məlum olub. Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə məhz Dağlıq Qarabağda baş verən işğalçı müharibəylə əlaqədar bağlayıb. |
2013-11-29 | 2,856 | Bakıda avtoralli zamanı itkin düşən azyaşlı qızlar tapıldı | Evdən qaçan 12 və 17 yaşlı qızlar "Bulvar" yaxınlığından tapılıb. "Axar.az" "Gün.Az" istinadən xəbər verir ki, noyabrın 23-də Bakıda avtoralli yarışını izləmək adı ilə evdən çıxan 12 yaşlı Leyla Məmmədova və onların qonşusu 17 yaşlı Qönçənin axtarışı başa çatıb. Bir neçə gündür təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi nəhayət dünən axşam saatlarında onları tapıblar: Bununla bağlı Gün.Az-a açıqlama verən Leylanın atası Müşfiq Məmmədov bildirib ki, onlar Sahil metrosunun yaxınlığından tapılıblar: "Hazırda qızım prokurorun yanındadır. Hadisə ilə bağlı onunla ətraflı söhbət edirlər. Bildiyim odur ki, qızımı özündən 5 yaş böyük olan Qönçə yoldan çıxardıb, onlar da qaçıblar. Qönçənin atası da, anası da ölüb. Onu da indi bibisinə təhvil veriblər. Polislər onları tapanda yanlarında başqaları da olub. Amma polislər onların kim olduğunu mənə demədilər" – deyə, M.Məmmədov söyləyib. Evdən qaçdıqları 6 gün ərzində Leylanın ona tez-tez anonim nömrələrdən zəng etdiyini deyən M.Məmmədov, bu 6 gündə onların internet klublarında gecələdiklərini bildirib: "Bu neçə gündə mənə anonim nömrədən zəng edib "gəlirəm, gəlirəm" deyirdi, amma məni aldadıb gəlmirdi. İndi öyrəndim ki, Qönçənin telefonu ilə zəng edirmiş. Onların evdən qaçmalarına hər hansı oğlan söhbəti, ya da qaçırılma məsələsi səbəb olmayıb. Sadəcə gedib əylənmək istəyiblər. Uşaqdır da, sözə aldanıb qaçıb gedib. Onları tapanda sağlam vəziyyətdə olublar. Üzərlərində ətirdən başqa heç nə olmayıb". Qızının məktəbdə yaxşı oxuduğunu deyən Müşfiq Məmmədov, hər zaman nəzarətinin Leylanın üzərində olduğunu sözlərinə əlavə edib: "Məktəbdən heç vaxt onun barəsində şikayət olmayıb. Evdə də hansısa zorakılıq olmayıb. Onunla hər zaman yaxşı davranmışam. Qızım indi psixoloji olaraq gərginlik keçirir. Düşünürəm ki, ona psixoloji yardım olunsa yaxşı olar. Mən özüm "moyka"da işləyirəm. Ayda 300-350 manat qazancım var. Evi normal dolandırmışam. Qızımın da dolanışıqdan şikayəti olmayıb. Qızımın evdən qaçmasından keçmiş yoldaşımın xəbəri olmayıb. Ana nənəsi bilirdi, o da ona deməmişdi. Neçə gündə bu məsələyə görə də məni axtarmayıb". |
2013-11-29 | 2,857 | Gürcüstan Avropa İttifaqı ilə müqaviləni imzaladı | Gürcüstan Avropa İttifaqına assosiativ üzvlüklə bağlı müqaviləni rəsmən paraflaşdırdı. "Axar.az" məlumat verir ki, bununla bağlı Vilnüsdə xüsusi təqdimat mərasimi keçirilib. Belə ki, tədbirdə Avropa İttifaqının rəhbər şəxsləri, Moldova və Gürcüstan liderləri iştirak ediblər. Müqavilənin bir gün öncə imzalandığı, lakin bu gün rəsmi təqdimat mərasimi olduğu bildirilib. Avropa İttifaqı Gürcüstan və Moldovanı rəsmən assosiativ üzv etməklə bağlı müqaviləni 2014-cü ilin payızında imzalayacağını bəyan edib. |
2013-11-29 | 2,858 | Abdullah Gülə sui-qəsd həyəcanı – Həbs | Türkiyədə prezident köşkünün ətrafında gəzən bir şübhəli şəxs həbs edilib. Şəxsin çantasından silah, narkotik maddə və bir ədəd CD çıxıb. Narkotik və təcavüz kimi 17 cinayət üzrə əvvəllər məhkum olmuş Mehmet Saleh Adlı "prezidentə sui-qəsd cəhdi" iddiası ilə həbs olunub. "Hürriyət"in xəbərinə görə, hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, Bingöl şəhərində qeydiyyatda olan 33 yaşlı Saleh Adlı, 25 noyabr tarixində Prezindet köşkünün ətrafında gəzərkən görünüb. Mühafizəçilər özünü şübhəli aparan Salehin üstünü və çantasını yoxlayıb. Silah və şifrəli CD Saleh yoxlanılan zaman sənədsiz tapança, çantasında narkotik maddə və şifrəli CD aşkar olunub. Sui-qəsdə cəhd şübhəsinə ilə Terror və Kəşfiyyat komandaları köşkə çağırılıb. Şübhəli buradakı ilk sorğu-sualdan sonra Ankara Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinə aparılıb. |
2013-11-29 | 2,859 | Rəmiş: Maşınımda nanay çalıb oynatdığım gözəllər indi… | Əməkdaşımız gitara ustası Rəmişlə söhbət edib. Söhbət sayta yerləşdirilmək üçün hazırlanır. Müsahibədə yer alan maraqlı məqamlardan birini təqdim edirik. - Bəs sizə nə vaxt fəxri ad verəcəklər? - Öləndən sonra. Ancaq bu fəxri adı mənə ölümümdən sonra vermələrini istəmirəm. Axı bir də Rəmiş doğulmayacaq. Mənə sağlığımda qiymət verin. 17 il səhnədən küsüb getdim, dedilər, səhnə sənsiz yetim qalıb, dön geriyə. Məni mən yox, barmaqlarımın sehri geri qaytardı. Gözlərimi yumub, gitara ilə bir anlıq dərdləşdim. Dünyanın gərdişindən sual verib, cavab aldım. Barmaqlarımdan çıxan həzin musiqi insanları ovsunladı, bəzən üsyankar ritmlərlə tamaşaçılarımı düşmən üstünə səslədim. Bir əlim ilə gitara, bir əlim ilə piano, ayaqlarım ilə zərb çalıb möcüzə göstərirdim. Ancaq bu ifalarım bir fəxri ada, Prezident təqaüdünə dəymədi. Zamanında maşınımda əlim ilə nanay çalıb oynatdığım gözəllər indi fəxri ad alıb məni saymır. Budur ədalət? Bir-birindən ilginc fikirlərlə zəngin olan müsahibəni gözləyin. |
2013-11-29 | 2,860 | Əfsanəvi aparıcı Qarabağa gedir | CNN teleşirkətinin əfsanəvi aparıcısı Lari Kinq Ümumdünya Erməni Fondu "Ayastan"ın təşkil etdiyi "Telemarafon-2013"də iştirak edib. Telemarafon Los-Ancelesdə keçirilib. Tanınmış aparıcı burada qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyanla görüşüb. Görüş əsnasında Saakyan onu Qarabağa dəvət edib. Məlumatda bildirilir ki, Kinq dəvəti qəbul edib. Bu barədə marafonda canlı efir zamanı arxiyepiskop Ovnan Terteryan bildirib. O, Lari Kinqin yaxın zamanda Qarabağa səfər edəcəyini ehtimal etdiyini deyib. (ANS) |
2013-11-29 | 2,861 | Oqtay Əsədov Sankt-Peterburqda görüşlər keçirib | Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-də Sankt-Peterburq şəhərinə səfər edib. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Matvienko, Qazaxıstan Parlamenti Senatının sədri Kasımjomart Tokayev və bu ölkənin Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb. Burada keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Noyabrın 28-də nümayəndə heyətinin üzvləri MDB PA-nın Şura iclasında iştirak ediblər. İclasın gündəliyindəki 29 məsələdən biri - MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili məsələsi idi. MDB PA-nın müşahidə missiyasının hazırladığı yekun sənəddə 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkiləri yüksək qiymətləndirilib. Qeyd olunub ki, ölkəmizdə seçkilər şəffaf, ədalətli, seçici hüquqlarının qorunması şəraitində və beynəlxalq hüquq normalarına uyğun keçirilib. Tədbirlərdə deputatlardan Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Mirkazım Kazımov, Aslan Cəfərov, Hacı Salayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər ( Trend ). |
2013-11-29 | 2,862 | Türkiyə kürdlərlə altı neft müqaviləsi imzaladı – Məxfi | Kürd neftinin Türkiyəyə nəqli üçün imzalanan müqavilələr hələ ictimaiyyətə açıqlanmayıb. Kürd neftinin və qazının Türkiyəyə nəql edilməsi üçün dünən Türkiyənin baş naziri R.T.Ərdoğan ilə İraq Kürd Regional rəhbərliyinin baş naziri Bərzani arasında davam edən üç saatlıq görüşdə altı müqavilənin imzalandığı ortaya çıxıb. İmzalar var, açıqlama yoxdur "Radikal"ın xəbərinə görə, rəsmi olaraq açıqlanmasa belə, enerji əməkdaşlığına dair hazırlanan müqavilələr imzalanıb. Açıqlanmamasına səbəb isə ABŞ-ın müqaviləni dəstəkləməməsidir. |
2013-11-29 | 2,863 | Avropa İttifaqı Şurasının prezidenti İlham Əliyevi təbrik edib | Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Herman Van Rompuy Azərbaycanı və ölkə prezidenti İlham Əliyevi Avropa İttifaqı ilə viza sadələşdirilməsinə dair sazişin imzalanması münasibətilə təbrik edib. Herman Van Rompuy bunu Vilnüsdə 3-cü Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilən imzalanma mərasimində çıxışı zamanı bildirib. Herman Van Rompuy deyib: "Viza sadələşdirilməsinə dair sazişin imzalanması Azərbaycanın Aİ-yə daha da yaxınlaşması istiqamətində atılan növbəti addımdır". Aİ Şurasının prezidenti qeyd edib ki, Aİ Azərbaycanla yaxın zamanda readmissiya sazişi və mobillik üzrə tərəfdaşlığa dair sazişin imzalanmasını səbrsizliklə gözləyir. Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar. Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle, Litvanın xarici işlər naziri Linas Linkyeviçyus imzalayıb. Xatırladaq ki, sənəd gələn il Azərbaycanla Aİ arasında readmissiya haqqında saziş imzalandıqdan sonra qüvvəyə minəcək. Qeyd edək ki, bir müddət əvvəl xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend-ə bildirmişdi ki, saziş imzalandıqdan sonra Milli Məclisdə və Avropa Parlamentində ratifikasiya olunacaq. Bundan əlavə, Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli müqavilələr imzalamaq lazımdır. Nazir müavinin sözlərinə görə, müqavilə kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes xətti ilə xaricə gedən vətəndaşlara aiddir. (Trend) |
2013-11-29 | 2,864 | Vilnus sammitində kreslo qalmaqalı – Özəl | Vilnus sammitinin plenar iclasında Şərq tərəfdaşlığı ölkələri arasında ayrı-seçkilik edilib. "Axar.az" məlumat verir ki, Avropa İttifaqı ilə müqaviləni imzalamaqdan imtina edən dövlətlərin liderləri arzuolunmaz şəxslər kimi arxa oturacaqlarda əyləşdiriliblər. Belə ki, plenar iclasın keçirildiyi zalda sevimli ölkələr kimi Azərbaycan, Gürcüstan və Moldovanın liderlərinə ön cərgədə yer verilib. Onlar Aİ-nin rəhbər şəxsləri ilə yanaşı oturublar. Müqaviləni imzalamaqdan imtina edən Ermənistan və Ukrayna prezidentləri isə ikinci cərgədə görünməz yerlərdə əyləşdiriliblər. Baş verən hadisə dünya mətbuatının gözündən yayınmayıb. |
2013-11-29 | 2,865 | Bakıda “onlayn” kazino aşkar edildi | "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Xırdalan şəhərində Bakı şəhər sakini Vüqar Həsənovun və Xocalı şəhər sakini Dadaş Eyvazovun "onlayn" sistemi ilə kazino-qumarxana təşkil etmələri müəyyən edilib. Kazino-qumarxanaya baxış zamanı kompüter dəstləri və uduşa qoyulmuş pul müsadirə edilib. Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb. |
2013-11-29 | 2,866 | Apteklərdə yasaq edilmiş maye satanlar tutuldular | "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Sahib Xudiyev və Gədəbəy rayon sakini Elman Qarayev İran İslam Respublikasından gizli yolla gətirilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən apteklərdə satışı və səhiyyə müəssisələrində istifadəsi qadağan olunan, narkotik tərkibli göz damcısı olan "Tropin" mayesini 200 ədəd "Naftizin" dərman preparatının flakonlarına qablaşdırıb satarkən tutulublar. E.Qarayevin Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evə baxış zamanı müxtəlif mayelər və şpris götürülüb. Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb. |
2013-11-29 | 2,867 | Hesablama Palatası Cəmil Quliyevi yoxlayır – Özəl | Hesablama Palatası İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni yoxlamalara başlayır. "Axar.az"ı məlumatlandıran mənbənin sözlərinə görə, hələ 2013-cü ilin martında, İsmayıl Ömərov İctimai TV-nin baş direktoru olarkən Vergilər Nazirliyi tərəfindən yoxlama başlamışdı. Amma Cəmil Quliyevin baş direktor seçkisindən sonra vergi yoxlaması "donduruldu". "Dondurulan" yoxlamanın donu isə dekabrın 2-də açılacaq - 6 aydan sonra. Qeyd edək ki, 2013-cü ilin may ayının 8-də Hesablama Palatasının kollegiya iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi üzrə audit proqramı müzakirə olunaraq təsdiq də edilib. May ayında proqram təsdiq edilib, amma auditin nəticələri elan olunmayıb: necə ola bilər ki, vergi yoxlaması 6 ay müddətinə dondurulur və audit proqramı təsdiqləsə də, açıqlama verməkdən birmənalı imtina edir? Qanunvericilik buna imkan verirmi? İctimai televiziyanın büdcəsi xalqın vergiləri hesabına formalaşdığından, bu barədə şəffaf açıqlamaların verilməsi vacibdir. Ancaq təəssüf ki, Hesablama Palatası suallarımızı cavablandırmaqdan imtina etdi. Bu, büdcə vəsaitinin təsdiqlənməsi ilə bağlıdır "Axar.az"a danışan iqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, yoxlamaların 6 aydan sonra yenidən başlanması səbəbini və ümumiyyətlə, 6 aylıq "dondurulmuş yoxlama" anlayışını izah etməkdə çətinlik çəksə də, ola bilsin ki, dekabrda başlayan yoxlama gələn il dövlət büdcəsindən İTV üçün ayrılan vəsaitin hesaba köçürülməsinin təsdiqlənməsi ilə bağlıdır: "Dövlət büdcəsindən maliyyələşən qurumlara vaxtaşırı Hesablamalar Palatasının yoxlama aparılması onun vəzifə borcudur. Bu yoxlamalar olmadıqda, büdcə vəsaitlərinin necə xərclənməsi haqqında doğru-dürüst məlumat almaq mümkün olmur. Ona görə də çox güman ki, belə bir yoxlamaların aparılmaması və yaxud da ertələnməsinə hər hansı bir nüfuzlu şəxsin təsiri ola bilər. Onu da bildirim ki, Hesablama Palatası ən azından ilin sonuna qədər büdcədən ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı müəyyən arayışlar yazmalıdır. İlin sonuna da çox az müddət qalıb. Büdcədən maliyyələşən bir çox şirkətlər və yaxud hökumət idarələri bu arayışı almadan büdcədən maliyyələşmədə çətinliklə üzləşə bilər. Ona görə də düşünürəm ki, formal olsa da, İTV-də yoxlamalar aparılıb, arayış yazılacaq. Çünki büdcədən maliyyələşən hər hansı bir təşkilata ayrılan vəsaiti Hesablama Palatasından keçən il üçün verilən arayış şərtləndirir". |
2013-11-29 | 2,868 | Bakıya gətirilən avtobuslar bahalaşıb | Azərbaycana iri və ortatutumlu sərnişin avtobuslarının gətirilməsi davam etdiriləcək. Bunu Azərbaycan Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, hazırda sərnişinlərin daşınması üçün həm iri, həm də ortatutumlu avtobuslardan geniş istifadə olunur: "İritutumlu avtobusların ortatutumlu avtobuslarla əvəz edilməsi manevr etməyin çətin olduğu dar küçələrdə həyata keçirilib, başqa marşrutlarda isə iritutumlu avtobuslardan istifadə olunur. Ölkəyə iri və ortatutumlu avtobusların gətirilməsi gələcəkdə də davam etdiriləcək". 2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 665 avtobus idxal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21,9 faiz azdır. İdxal olunan avtobusların ümumi dəyəri 31,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 27,3 faiz azdır. Ümumilikdə ötən il Azərbaycana 1038 ədəd avtobus gətirilib ki, bu da 2011-ci ildə qeydə alınan göstəricidən 58,5 faiz çoxdur. İdxal olunan avtobusların ümumi dəyəri 49,88 milyon dollardan artıq olub. Bu, 2011-ci ilin göstəricisindən 88,1 faiz çoxdur. |
2013-11-29 | 2,869 | Nazir 14 sədri işdən və iclasdan qovdu | Səlim Müslümov 14 TSEK rəhbərini işdən azad edərək iclasdan qovub Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirib. İclasda nazir müavininə tapşırıq verilib ki, dekabr ayının sonunadək arayış sistemi ləğv olunsun və elektronlaşdırılsın. Daha sonra S.Müslümov Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib ("APA"). |
2013-11-29 | 2,870 | Şad xəbər: Şengen vizası ucuzlaşır | Avropa İttifaqı (Aİ) Azərbaycan vətəndaşları üçün Şengen vizası üzrə rüsumlarının məbləğini 60 avrodan 35 avroyadək azaldacaq. Bu, cümə günü Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycanla Aİ arasında imzalanmış viza rejiminin sadələşdirilməsi barədə sazişdə nəzərdə tutulur. Bu barədə cümə günü Trend ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. M.Məmmədquliyev deyib ki, bundan başqa, Azərbaycan vətəndaşlarının ayrı-ayrı kateqoriyaları üçün rüsum tələb olunmayacaq: "Bu, Aİ ölkələrinə təhsil, müalicə xətti ilə, yaxud öz qohumlarının yanına gedənlərə şamil ediləcək. Saziş, həmçinin diplomatik pasport sahibləri üçün vizasız rejimin tətbiqini nəzərdə tutur". Onun sözlərinə görə, müqavilə sayəsində viza alınması üçün təqdim edilməsi tələb olunan sənədlərin sayı azalacaq, vizaların verilməsi üçün konkret zaman çərçivəsi müəyyən ediləcək. Nazir müavini bildirib ki, müqavilə kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes xətti ilə xaricə gedən vətəndaşlara aiddir. Lakin bu dəyişikliklər çox güman ki, 2014-cü ilin yayında və ya payızın əvvəllərində qüvvəyə minəcək: "Müqavilənin qüvvəyə minməsi üçün readmissiyalar haqqında sazişin imzalanması vacibdir ki, bu da gələn ilin ilk aylarında, yəni fevralda, ən uzağı martda planlaşdırılır. Bundan sonra Milli Məclisdə və Avropa Parlamentində paraflanma proseduru başlayacaq. Daha sonra hər iki sənəd eyni vaxtda qüvvəyə minəcək". Bundan əlavə, Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli müqavilələr imzalamaq lazımdır. Bu gün Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar. |
2013-11-29 | 2,871 | Zöhrab Əmirxanlının "Nə günahı var" | Tanınmış jurnalist Zöhrab Əmirxanlı "Feysbuk" sosial şəbəkəsindəki hesabında yazıb: "... Lap çoxdanın söhbətidi. Yeri behişt olsun, N. Kəsəmənlinin "Açılma, sabah..." şeiri təzəcə işıq üzü görmüşdü. Oxudum və heyran oldum. Üstündən xeyli ötəndən sonra hardansa ağlıma gəldi ki, görəsən, bir vəfasıza, bir üzüdönüyə görə bütün kainatı zülmətə qərq eləməyə dəyərmi, dəyməzmi?! Çox da göydə çoxdu ulduz, Daha mənə yoxdu ulduz, Hər şeyi unutdu o qız, - Açılma, sabah, açılma... N. Kəsəmənli Götürüb, bir cızma-qara elədim. AÇILAN SABAHIN NƏ GÜNAHI VAR... O qız ilqarına vəfasızdısa, Ürəyi, nəfəsi soyuq buzdusa, Andı unutdusa, əhdi pozdusa, - Açılan sabahın nə günahı var... Bu qədər yalvarma gözdən enmişə, Yalvarma ocağı, odu sönmüşə, Qoy qurban olmasın üzüdönmüşə, - Açılan sabahın nə günahı var... Həyatın üzü boz, özü sərtdisə, Bir dönükdən yana ruhun pərtdisə, Sevilib atılmaq sənə dərddisə, - Açılan sabahın nə günahı var... Deyilsə yaxşıdı söz vədəsində, Qardaş, hər əzaba döz vədəsində, Qoy, sabah açılsın öz vədəsində, - Açılan sabahın nə günahı var... |
2013-11-29 | 2,872 | Gömrük İttifaqı Dağlıq Qarabağı üzvü etdi | Dağlıq Qarabağ de-fakto Gömrük İttifaqının tərkib hissəsi kimi qəbul edilib. "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistan Respublika Partiyasının deputatı Qaqik Minasyan çıxış edib. O artıq bunu Gömrük İttifaqının digər üzvlərinin də de-fakto tanıdıqlarını bəyan etdiklərini söyləyib. "Ermənistana gələn mallar Dağlıq Qarabağa, orada istehsal olunanlar isə bizim vasitəmizlə Gömrük İttifaqının digər ölkələrinə göndərilir". Hakim partiyanın deputatı Minskdəki müzakirələr zamanı digər təşkilat üzvü ölkələrlə Ermənistanın Dağlıq Qarabağla heç bir sərhəd keçid məntəqəsinin olmayacağı ilə bağlı razılaşmaya gəldiklərini də bildirib. "Bu çox vacibdir. Çünki bununla Dağlıq Qarabağ faktiki olaraq Gömrük İttifaqının ərazisi kimi qəbul edilib". Q.Minasyan həmçinin iqtisadi cəhətdən artıq Gömrük İttifaqının bütün ölkələrinin bunu de-fakto tanıdığını da söyləyib. Qeyd edək ki, hələ bir müddət öncə Rusiyanın Ermənistandakı səfiri parlament qarşısında çıxış edərkən Dağlıq Qarabağın Gömrük İttifaqına istənilən yolla qəbul ediləcəyini bəyan etmişdi. |
2013-11-29 | 2,873 | Bolqarıstan Türkiyə ilə sərhədinə "Çin səddi" çəkir | Bolqarıstan hərbçiləri Türkiyədən gələn qeyri-leqal miqrant axınının qarşısını almaq üçün sərhəddə 3 metr hündürlüyündə, 33 km uzunluğunda məftilli maneə tikintisinə başlayıb. Bu maneə Bolqarıstana 2,5 milyon avroya başa gələcək. Tikinti fevralın sonunda bitəcək. Respublika DİN-in məlumatına görə hazırda Bolqarıstan ərazisində 8 minə yaxın qaçqın var. Onlardan çoxu suriyalıdır. Ölkədə miqrasiya mərkəzləri artıq dolub. Qeyri-leqallarla mübarizə üçün Bolqarıstan parlamenti əlavə vəsait ayırmağı düşünür. |
2013-11-29 | 2,874 | Putini mitinqlə qarşılayacaqlar | Vladimir Putinin Ermənistana səfəri zamanı mitinq keçiriləcək. "Axar.az" məlumat verir ki, bu barədə açıqlama "Feysbuk" sosial şəbəkəsində yaradılmış "Dostoynaya rodina" erməni qrupunda yerləşdirilib. Artıq mitinq keçiriləcək məkan da bəlli olub. Belə ki, aksiyanın 2 dekabr saat 13:00-da İrəvanın Azadlıq meydanında başlanacağı planlaşdırılıb. Bununla yanaşı mitinq iştirakçılarının daha sonra prezident rezidensiyasının qarşısına qədər yürüş edəcəkləri də qeyd edilib. Qrupda V.Putinin səfərinin 1920-ci ildə Ermənistanda sovet hakimiyyətinin qurulması tarixi ilə üst-üstə düşməsinin ermənilər üçün təhqir olduğu bildirilib. Qeyd edək ki, ekspertlər məhz buna görə mitinqin daha geniş kütləni əhatə edəcəyini proqnozlaşdırıblar. |
2013-11-29 | 2,875 | İranda baş verən dəhşətli zəlzələnin görüntüləri –Video | İranın Buşəhr vilayətində Borazcan şəhərindən 14 kilometr məsafədə 5,7 bal gücündə zəlzələ baş verib. "İRNA" xəbər agentliyinin xəbərinə görə, hadisə nəticəsində 8 nəfər ölüb və 190 nəfər yaralanıb. Onlardan 12-sinin vəziyyəti ağırdır. 250 ev və iş yerinin dağıldığı bildirilib. Həmçinin bölgə elektrik enerjisi ilə təmin olunmur. Ölən və yaralananların sayının artması ehtimalı var. |
2013-11-29 | 2,876 | Ərdoğan onu da məhkəməyə verib | Özünü "dərzi yamağı" olaraq təqdim edən məşhur modelyer Barbaros Şansal haqqında Türkiyənin baş naziri R.T.Ərdoğanı "tivtter"də təhqir etdiyinə görə məhkəməyə verilib. Şansal haqqında Ərdoğan üçün "şərəf və ləyaqəti alçaltmaq" suçuyla 2 il 3 ay həbs olunmasını tələb edən ittihamnamədə, "tivtter"dəki paylaşımları edən şəxsin həqiqi şəxsiyyəti və ünvanının tapılmamasına rəğmən, məhkəməyə verməyə lazım olan qədər şübhə tapıldığı" qeyd edilib. |
2013-11-29 | 2,877 | Sezən Aksuya Fazil Saydan sərt reaksiya | Məşhur bəstəkar və pianoçu Fazil Say son çıxardığı albomuna görə onu təbrik edən Sezən Aksuya "Tvitter"dən sərt reaksiya verib. Fazil Say bir-iki həftə bundan əvvəl çıxan albomuna görə onu təbrik edən Sezən Aksunu "12 sentyabr referendumu" mövzusunda qınayıb. F. Say atdığı tvitdə "Sezən Aksu bir ortaq dost vasitəsilə "ilk mahnılar" albomuna görə təbriklərini və təşəkkürlərini çatdırıb. Kaş ki, özüm üçün, qızım üçün və həmçinin bizim kimi azad Türkiyədə yaşamaq istəyən milyonlarla insan üçün bu vəziyyəti yaradan bir siyasi partiyanın dəstəkçisi olmasaydı... bu təbrikə sevinmək gözəl olsaydı..." Sezən Aksuya saxta "təşəkkürlər" cavabı yazmağın belə içindən keçmədiyini bildirən Say, "hüceyrələrim belə bunu istəmir. Geriyə tək bir sual qalır; o neyləyəcək? Bu vəziyyətə görə xoşbəxtdirmi? Elədirsə, uğurlar diləyirəm. Bundan sonrakı gözəl həyatında... Bizimkisə fərqli olacaq, deyəsən",- yazıb. |
2013-11-29 | 2,878 | Avropa İttifaqı GUAM ilə əməkdaşlığa başlayır | Vilnüsdə Şərq Tərəfdaşlığı Sammitindən sonra GUAM Aİ-GUAM birgə layihələrinin həyata keçirilməsi üçün platforma ola bilər. GUAM-a üzv olan ölkələrin XİN rəhbərləri belə hesab edirlər. Qurumun katibliyindən verilən məlumatda bildirlir ki, xüsusilə söhbət energetika, nəqliyyat, ticarət, turizm, təhsil, beynəlxalq cinayətkarlıqla mübarizə sferalarında əməkdaşlığın perspektivlərindən gedir. Bu barədə Cümə günü Vilnüsdə keçirilən sammitdə iştirak çərçivəsində GUAM-a üzv ölkələrin XİN rəhbərləri tərəfindən qəbul edilmiş birgə rəsmi məlumatda bildirilir. XİN rəhbərləri, habelə Avropaya inteqrasiya prosesində GUAM-a üzv dövlətlərin nail olduqları irəliləyişi də qeyd ediblər. Nazirlər GUAM dövlətlərinin beynəlxalq səviyyədə tanınmış suverenliklərinin və ərazi bütövlüklərinin təmin olunması üçün Aİ-nin dəstəyinin vacibliyini də vurğulayıblar. XİN rəhbərləri bir daha qeyd ediblər ki, GUAM Aİ və qurumun prinsiplərini paylaşan digər tərəfdaşlarla əməkdaşlığa dəvət edən açıq təşkilatdır. (Trend) |
2013-11-29 | 2,879 | “Şərq tərəfdaşlığı”nın yekun Bəyannaməsi qəbul olundu | Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramını Vilnüsdə keçirilən III zirvə toplantısının yekun Bəyannaməsi qəbul olunub. Sənəddə son 2 ildə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində viza rejiminin liberallaşdırılması, nəqliyyat, enerji, təhsil, gənclik siyasəti, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı sahələrində əldə olunmuş tərəqqi qeyd edilir və bu istiqamətlərdə əməkdaşlığın davam etdiriləcəyi bildirilir. AB və tərəfdaş ölkələr strateji baxımdan vacib sahələrdə sıx əməkdaşlığı bundan sonra da inkişaf etdirəcəklərini vurğulayıblar. Yaxın illər üçün qarşıya qoyulan məqsədlərə demokratiyanın inkişafı, insan haqlarına hörmətin təmin olunması və hüquq sahəsində islahatların davam etdirilməsi daxildir. Əsas diqqət müvafiq ölkələrlə assosiasiya sazişinin həyata keçirilməsinə yönələcək. Liberal viza rejiminin ciddi şəkildə inkişafı da proqramın gündəmində ön sıralarda qalacaq. Enerji təhlükəsizliyi qarşılıqlı olaraq gücləndiriləcək və qarşılıqlı enerji əlaqələri yenidən düzənlənəcək ki, şərq tərəfdaşları tədricən AB-nin enerji bazarına inteqrasiya olsunlar. Qeyd edək ki, "Şərq tərəfdaşlığı"nın növbəti sammiti 2015-ci ilin ilk yarısında Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək ("APA"). |
2013-11-29 | 2,880 | Möhtərəm hakim, mən anqırmışam, ya eşşək?.. | Möhtərəm hakim, mən anqırmışam, ya eşşək?.. Əvvəllər adına İslah Əmək Kaloniyası, indi isə eləcə, Cəzaçəkmə Müəssisəsi deyilən cəza evlərində baş verən hər bir maraqlı hadisələr haqda kitab bağlamaq olar. Eləcə də yolu bu tərəflərə "düşən" cəza çəkənlərin keçdikləri həyat yolu haqda. Cəza evləri – həbsxanalar ağuşuna aldığı insanların həyat hekayətlərinin ən maraqlı nəql olunduğu və dinlənildiyi yerdi. Görüntü və rəsmi deyiliş budur ki, əməllərində cinayət tərkibi olanlar müəyyən müddət bura "ezam" olunur, boyunlarına düşən cəzanı çəkir, islah olunur və azadlığa çıxırlar. Ömrünün yarıdan çoxunu burda keçirənlər, gedib yenidən qayıdanlar da yetərincədir. Bəziləri fəxrlə "xodkasının" çox olması ilə öyünür, bayırda yaşamağın mümkünsüzlüyündən bəhs edirlər. "Bura bizim evimizdir",- deyənlər də çoxdur. Belələri ilk dəfə və qismən yüngül cəza ilə həbs olunanlara "passajir" deyə müraciət edirlər. Onların nəzərində "sərnişin" olanlar, yəni burada müvəqqəti ömür yaşamağa məhkum olanlar "aralıq uşağı" ola bilməz, onları yola vermək olar ki, həyatlarını yaşasınlar. Buranın öz qanunları var - sərt və ədalətli. "Çöldə" özlərinə gün ağlaya bilməyənlərin, "içəridə" söz sahibi olmaları da bəzən bu yazılmamış "qanunların" diqtəsi ilə gerçəkləşir. Buranın güclüsü həqiqətin, düzgünlüyün yanında olanlardı. Sözsüz, fiziki gücünə, maddi imkanına, administrasiya ilə qurduğu əlaqələrə görə günlərini "Bağdaddakı kor xəlifə" kimi keçirmək istəyənlər də var. Amma, hər hansı "bespredellik" "sxodkanın" qərarı ilə aradan qaldırılır. Verilən qərar, çıxarılan hökm icra olunana qədər qüvvədə olur. Bütün bunlarla yanaşı, CÇM-də də haqsızlıqlar, yerlibazlıqlar, qarşıdurma, çəkişmə, mənsəb və nüfuz savaşı var. Burda da insanlar alın yazılarına, bəxtə-taleyə tapınır, tikanlı məftillərlə çalın-çarpaz əhatələnmiş hündür daş hasarların arasında "ömür çürüdür", gün keçirirlər. Eynən "çöldəki" kimi... Burda darıxmaq olmaz... Ömrünün qısa müddətini bu insanların əhatəsində keçirmiş birisi kimi, o ağrılı günlərin unudulmaz xatirələri mənimlə həmişə yaşayır və yaşayacaq. "Straqaç"ların təbirincə dustaqlıqda olan günlərimi "passajir" kimi yaşasam da, əslində mən heç də onların düşündükləri kimi sərnişin olmadım. Bağlı qapılar arxasında keçirdiyim 1 il 1 ay 29 günü bacardıqca səmərəli keçirdim. Çoxlu mütaliə etdim, şeirlər, iki povest, bir neçə hekayə, bir roman və publisistik yazılar yazdım. "Burda darıxmaq olmaz" şeirlər kitabım çıxdı, "Lənətlənmiş həyat" povestim, onlarla publisistik yazılarım çap olundu. Bu yazımda heç də dəyərli oxucularıma yaradıcılıq hesabatı vermək fikrində deyiləm. Sadəcə, məhbəs divarları arasında da ürəyin istədiyin işin qulpundan yapışmaq olar, burda da daxili azadlığını qoruyub saxlamaq mümkündür. İnsanların azadlıqdan, doğma insanlardan, cəmiyyətdən təcrid olunması, heç də daxili azadlığından, düşüncələrinin sərhədsiz hüdudlarından təcrid olunması demək deyil. Burda da yaşayırsan - yaşamağın, fiziki azadlığın qədrini yenidən və daha dərindən dərk edərək yaşayırsan. Təkcə zəhrimara qalmış darıxmaq olmaya. "Burda darıxmaq olmaz, həm də darıxmamaq" yazmışdım. Onu da orda, tikanlı məftillərlə qurşağı bağlanmış dar duracaqda dərk etmişdim ki, darıxmaq dünyanın ən axmaq peşəsi, darıxanlar isə ən kövrək adamlarıymış, göz yaşları içərimizdə gəzdirdiyimiz daşlardı, ata bilməyəndə əriyib su olarmış... Burda hər kəsin bir həyat tarixçəsi var - rəngsiz-boyasız. AĞ VƏ QARA hərflərlə yazılmış bu alın yazılarını vərəqlədikcə, talelərinin qara zolağında vurnuxa-vurnuxa qalanları bura gətirib çıxaran yollarda onlarla yol-yoldaşı olduqca hallarına acımamaq, heyfsilənməmək olmur. Sözsüz ki, söhbət "passajirlərdən" – sərnişinlərdən gedir. Boş çaydan, "dolu" baş... "Bura necə oldu düşdün, sən cinayətkara oxşamırsan",- deyə soruşduğum Masallının dağətəyi kəndlərinin birinin sakini olan Sulduz adlı dustaq: -"Eşşəyimin güdazına getdim",- deyir və siqaretimə qonaq olduqdan sonra CÇM-in tibb məntəqəsində kirələdiyim, guya burjuy kimi ayı 150 dollara qaldığım otağımda yerini rahatlayıb, özünün həyat tarixçəsini danışır: - "Uçaskovı" ilə aram yox idi. Eşşəklə yay uzunu meşədən qurumuş, sınmış ağac budaqlarını daşıyırdım, qışda yandırmağa görə. Təndirdə çörək bişirmək üçün də çır-çırpı yığırdım. İstəyən olanda satırdım da. Bunları dolanışıq üçün edirdim. Onunçün də üç eşşək yükü odun, çırpı aparmışdım. Amma pulunu verməmişdi. Bir dəfə kənd çayxanasında oturub çay içirdim. Gördüm gəldi, çay sifariş verdi və çayçıya dedi ki, çayın pulunu Sulduzdan alarsan. Dedim ki, çay içirsən, pulunu ver də, mən niyə verirəm? Məni lağa qoydu, "bu da özünü kişi sayır", - deyib məsxərəyə qoymağa başladı. Mən də dedim ki, mən kişiyəm, halal zəhmətimlə dolanıram, amma sən onun-bunun hesabına evinə bazarlıq edirsən. Mənə acığı tutdu. Söydü məni, cavabını qaytardım. Gördüm çox kişilikdən, haqdan-ədalətdən dəm vurur, dedim həyətinə odun aparmışam, qışda yandırıb qızınacaqsan, pulumu niyə vermirsən? Dedi, əcəb edirəm. Çayxanadakıların da əksəriyyətinin bundan zəhləsi gedirdi. Cavab qaytarmağımın onlara da xoş gəldiyini görüb, ona: - Mən səni başa düşürəm e, sənin verimlə aran yoxdu, səninki alımdı. Amma eşşəyim başa düşmür, səni görəndə anqırır ki, bəs buna odun aparmışıq, pulunu al, mənə arpa yedizdir. Eşşəyi başa sala bilmirəm ki, bu adam "uçaskovı"dır, ona görə də başa düşmür ki, başqasının zəhmətinin hesabını ödəməlidir. Elə bunu demişdim ki, "uçaskovı" gəlib mənim stolumdakı boş çayniki qaldırdı: - Bu boş çayniki boş təpənə çırparam, – deyib, var-yox söyüşü söydü. Sonra çayniki yerinə qoydu. Mən də bu boş çayniki götürüb çırpdım onun "dolu" başına. Çayxanadakı ağsaqqallar işin böyüməsinə imkan vermədilər. Aranı bir təhər sakitləşdirdilər. Amma hədələdi məni, dedi gör sənə neyləyəcəyəm. "Möhtərəm hakim, mən anqırmışam ya eşşək?.." Bu hadisədən 10 gün sonra, eşşəklə yenə də meşədən odun gətirirdim. Bunun qohumları qonşuluqda yaşayır, onların evlərinin tuşuna çatanda yazıq eşşək anqırdı. Sən demə, 5-6 yaşlı bir uşaq da həyətdəki ağacda tut yeyirmiş. Eşşəyin anqırtısına uşaq diksinir və yıxılır yerə. Qolu-qıçı sınır, beyin silkələnməsi baş verir. Məni verdilər məhkəməyə ki, guya bilərəkdən eşşəyin səsini çıxartmışam. Məhkəmədə hakimə dedim ki, möhtərəm hakim, mən anqırmışam ya eşşək? Dedi ki, şahidlərin ifadəsinə görə, anqıran eşşək olub. Dedim, onda eşşəyi tutun da. Zaldakılar gülməkdən uğundu. Hakim mənə 6 il iş verdi. Az qalıb, yaxınlarda çıxacağam". Sulduz ömrünün 6 ilini "ot zvanka, do zvanka" burda keçirdi. Kasıb olduqları üçün yanına gələn də demək olar ki, heç olmayıb. "Uçaskovı"dan bezən əhlikef kənd uşaqlarının ara-sıra sözü bir yerə qoyub onun yanına gəldikləri bir-iki dəfə istisna olmaqla, onu heç kim yada salmırdı. Sözünün sahibi olması isə onu əsl "mujik" kimi tanıtmışdı, başını aşağı salmadan "srok"unu" çəkirdi. İndi çoxdan azadlıqdadır. O da "passajir" idi. İnanmıram ki, bir daha o yolun yolçusu olsun. Elə özü də deyirdi ki, kənd uşaqları söz veriblər, azadlığa çıxan kimi, mənə ya at, ya da lülkalı motosiklet alsınlar, eşşəklə mənimki gətirmir... |
2013-11-29 | 2,881 | Yanukoviç Aİ-na yeni şərtlərini açıqladı | Ukrayna Prezidenti Viktor Yanukoviç Avropa İttifaqı (Aİ) ilə assosiasiyalar haqında sazişin şərtlərini açıqlayıb: BVF ilə əməkdaşlığın bərpa edilməsi, Aİ tərəfindən tətbiq edilən ticarət məhdudiyyətlərinə yenidən baxılması, Avropanın Ukraynanın qaz nəqliyyat sisteminin (QNS) modernləşdirilməsində iştirakı, Ukrayna ilə Rusiya və Gömrük İttifaqı ölkələri arasında iqtisadi əməkdaşlıqda ziddiyyətlərin aradan qaldırılması. bu barədə RİA Novosti xəbər verir. Yanukoviç cümə günü sammitin plenar iclasında çıxışı zamanı bəyan edib ki, Ukrayna və Aİ Kiyevə iqtisadi yardım proqramını işləyib hazırlamalıdırlar. Bu proqram Ukrayna hökumətinə Aİ ilə assosiasiyalar haqqında sazişin imzalanmasına hazırlığı həyata keçirməyə imkan verəcək. Yanukoviçin fikrincə, bu proqrama daxil edilə biləcək addımların siyahısı belədir: Avropa İttifaqının sektorlar üzrə büdcə dəstəyi proqramlarının blokdan çıxarılması, makromaliyyə yardımı resurslarının ayrılması, beynəlxalq maliyyə institutları tərəfindən təsirli dəstəyin göstərilməsi. Вu kontekstdə Ukrayna tez bir zamanda BVF və DB ilə əlverişli şərtlərlə səmərəli qarşılıqlı fəaliyyətin bərpasında maraqlıdır. Prezident, həmçinin Aİ tərəfindən Ukraynanın ixracının ayrı-ayrı mövqelərinə dair ticarət məhdudiyyətlərinə yenidən baxılmasını zəruri hesab edib ( Trend ). |
2013-11-29 | 2,882 | "Azadlıq" etiraz aksiyası keçirdi | "Qasid" isə yenə vaxt istədi. "Axar.az"ın xəbərinə görə, "Azadlıq" qəzetinin kollektivi bu gün saat 12:00-da "Qasid" yayım firmasının qarşısında piket keçirib. Kollektiv firmanın qəzetə olan 60 min manatdan artıq borcunu verməyi tələb edib. Aksiyaya cavab olaraq "Qasid"in direktor müavini Ağəli İsmayılov qəzetin rəhbərliyi ilə görüşüb. O, qəzetə borcu etiraf etdiklərini, lakin bunu ödəməyə hazırda imkanlarının olmadığını deyib və dekabrın 5-nə qədər vaxt istəyib. Bildirib ki, həmin gün qəzet rəhbərliyi ilə problemi əsaslı şəkildə müzakirə edib, çıxış yolu tapmağa çalışacaqlar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.