date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-11-30 | 2,987 | Mən niyə rüşvət almadım | Azər Vali (Almaniya) Universitetdə dərs deyən vaxtlarimda tələbələrim məndən soruşurdular ki, müəllim, niyə rüşvət almırsınız. Əvvəl cavab verirdim ki, atam almayıb və məni də öyrətməyib. İnanmırdılar. Sonra deyirdim ki, məktəbdə anam müəllimə işləyən vaxt rüşvət verməyə imkanım olmayib; texnikumda dayim müəllim işlədiyinə görə rüşvət verməyə imkanım olmadı. Universitetdə müəllimlərim almadi deyə, mən də rüşvət verə bilmədim; özüm universitetə müəllim işinə düzələndə də rüşvət vermədim. Tələbələrim yenə inanmadılar. Sonra dedim ki, kafedradakı müəllim rəssam yoldaşlarım da almır. Yenə də inanmadılar. Daha sonra başqa arqument gətirdim ki, sizdən aldığım rüşvətdən qorxuram. Soruşdular, nəyə görə? Cavab verdim ki, mən sizlərdən aldığım rüşvətlə neçə illər yığıb, yeni tikilən evlərdən birində ev alacam. Zəlzələ olanda ev çökəcək üstümüzə. Komissiya yaradib biləcəklər ki, bu evi tikən memar rüşvət verib təhsil alib, rüşvət verib işə düzəlib, rüşvət verib binanın proyektini kimlərəsə təsdiq etdirib və rüşvət verib bu binani tikib. Bu binanın çökməsinin və ölənlərin səbəbkarı da o memardan rüşvət alanlar olub. Biri də ailəsi ilə birlikdə çöküntülər altında, o dünyada günahlarının cəzasını çəkir indi. Yenə də inanmadılar. Onda dedim ki, 122 tələbə hər semestrdə 50 manatdan mənə rüşvət versəniz, çox az olur dolanışıq üçün. Birdəfəlik yığışıb, 5-10 milyon verin, şələ-küləmi yığım, çıxıb gedim bu universitetdən. Onda inandılar. Amma bir qəpik də vermədilər. Sakitcə özüm çıxıb getdim xariciə, Murad Köhnəqala demiş, küçə süpürmək həsrəti ilə... |
2013-11-30 | 2,988 | Misirlilər ABŞ-da da ayağa qalxdı | Nyu Yorkda Misirdəki ''Səhər 7 Hərəkatı'' üzvü olan qızlara verilən ağır həbs cəzalarına etiraz etmək məqsədilə nümayiş keçirilib. "Axar.az" xəbər verir ki, ölkədə qanuni yolla seçilmiş prezident Məhəmməd Mursini vəzifəsindən uzaqlaşdıran general Sisi və onun tabeçiliyndə olan rəhbərliyə qarşı etiraz edilib. Etirazçılar gənc qızların barmaqlıqlar arxasında çəkilmiş fotoşəkillərini nümayiş etdiriblər. Məhbus qızların sərbəst buraxılmaları üçün çağırış edən qrup hazırkı hökumət əleyhinə şüarlar səsləndirib. Çox sayda qadın nümayişçinin iştirak etdiyi aksiyada baş nazir Rəcəb Tayyib Ərdoğanın da şəkilləri aksiyaçıların əlində olub. Aksiya təxminən 3 saat davam edib. Qeyd edək ki, Misirdə 31 oktyabrda polis tərəfindən saxlanılan qız şagirdlərdən 14-ü məhkəmə zamanı barələrində terror törətməyə cəhd, icazəsiz mitinqlərdə iştirak etmək, qeyri-qanuni təşkilatlara üzv olmaq maddələri ilə ittiham edilərək 11 il həbs cəzasına məhkum ediliblər. |
2013-11-30 | 2,989 | Ramal Hüseynov aparıcılıqdan "Cinçıxarma"ya görə çıxıb | "Space" telekanalının "Günaydın" verilişinin aparıcısı Ramal Hüseynov verilişdəki cin əməliyyatına görə aparıcılıqdan imtina etməsi ilə bağlı iddiaları cavablandırıb. O, "AzVision.az"a müsahibəsində bu iddiaların doğru olduğunu deyərək, verilişdən imtina etməsinə aydınlıq gətirib. - Space telekanalında aparıcısı oldğunuz verilişdən canlı efirdə "cin çıxarma" əməliyyatına görə imtina etdiyiniz deyilir. Bu iddialar nə qədər doğrudur? - Bəli, doğrudur. Layihə başlayanda biz belə danışmamışdıq. Yəni, bu mövzular, reytinq xətrinə olan mövzular bu səviyyəyə qaldırılmamalı idi. Biz də gördük ki,artıq vəziyyət dəyişir, ona görə də verilişə çıxmaqdan imtina etdik. - Veriliş başlamazdan əvvəl cin çıxardanın qonaq olacağını bilirdiz? - Mən öz adıma danışıram. Veriliş bitən kimi çıxıb gedirəm, veriliş başlamadan 5-10 dəqiqə əvvəl gəlirəm. Gələndə mənə xəbər verilir ki, mövzu nədir və kimlər qonaq kimi iştirak edəcək. Biz də bilirik ki, bu adam efirə çıxacaq. Həmin anda inkar edib efirə çıxmamaq olmur. Ən azından gərək heç kimi pis vəziyyətdə qoymayasan. İnsan fikirləşir ki, müzakirə edərik, bu səviyyəyə gəlməz. Çağırılan qonaqlardan, onların danışacağı şeyləri prodüsser və redaktor həll edir. Verilişin içində belə şey olacağını gözləmirdim. Bir dəfə, iki dəfə olur, üçüncü dəfədə məcbur olursan ki, heç kimə demədən verilişdən imtina edəsən. Canlı veriliş gedərkən imtina edib getmək olmur, etik deyil. Bu, layihəyə ziyan vurmaqdır. Çalışırsan ki, bir az mübarizə aparasan, dərhal getmək çıxış yolu deyil. Artıq görəndə ki, alınmır, heç nə edə bilmirsən, onda getməyə məcbur olursan. - Rəhbərlik bu etirazınızı necə qarşıladı? - Rəhbərlik bilmirdi. Mən gecə qərar verdim və onlara yazdım. Digər aparıcı ilə danışıb ona fikrimi bildirdim. O da mənlə eyni fikirləri bölüşdü, dedi ki, sən getmirsənsə, mən də getmirəm. İkimiz də eyni qərarı verdik və gecə rəhbərliyə fikrimizi bildirdik. Onların da zamanı az olduğundan təzə aparıcı tapa bilməzdilər, ona görə də efirə köhnə verilişlərimizdən birini verirlər. Birinci gün yəqin ki, özləri aparıcı tapıb efirə çıxararlar. - Bundan sonra həmin verilişin aparıcısı siz olmayacaqsız... - Yox, qətiyyən. Biz artıq bu oyunun içində olmaq istəmirik. - Veriliş "Soy" prodakşının layihəsidir və onun rəhbəri Oqtay Əliyev bu məsələ ilə bağlı mətbuata açıqlama verib. O açıqlama ilə tanışsız? - Hamı kimi mən də onun açıqlamasından bir şey anlamadım. Gah deyir ki, aparıcılar peşəkardır, amma digər tərəfdən də deyir ki, qısamüddətli müqavilə bağlamışıq. Buna kimsə inandı yəni? Yaxud da bunu kimsə başa düşdü? Adətən belə müqavilə olanda aparıcılar buna qol çəkir. Mənim belə imzalı müqaviləm varsa, çıxartsın versin mediaya, hamı da görsün. İkincisi, müqavilə o halda imzalanır ki, artıq prodüsserlər qərar verir ki, bu aparıcılarla bu layihəni başlayacağıq. Ondan sonra müqavilə bağlanır ki, ya 6 ay, ya da 1 il bu aparıcı bizimlə işləyəcək. Canlı efir ola-ola sınaq olmur. 5 aydır ki, biz bu verilişi hazırlayırıq. 5 ay ərzində onlar artıq qərar verməli idi ki, bu aparıcılar bizim işimizə yarayır, yoxsa yox. Bir həftə efirə əvvəldən yazılmış verilişlə çıxmışıq. Ondan əvvəl məşqlər etmişik. Son bir aydır ki, hər gün canlı efirə çıxırıq. İndi qərar verdilər ki, biz yararsızıq və müqaviləmiz pozulsun? Gülməli şeylər danışırlar. Əgər belə idisə, niyə 5-ci gün efirə təzə aparıcı ilə deyil, bizim verilişin təkrarı ilə çıxdılar? Əgər onlar bizi çıxarmışdısa, deməli, aparıcı tapıb sonra bizi çıxarmalı idilər. Efiri boş saxlaya bilməzdilər. Özləri verdikləri açıqlamaya inanır görəsən? - Layihəyə başlayanda sizə demişdilər ki, sizinlə sınaq müddətində çalışacaqlar? - Xeyr. Belə bir danışıq olmayıb. Məşqlər olub, bir həftə veriliş efirə əvvəldən yazılmış çıxıb, o müddət ərzində qərar verməli idilər ki, bizimlə işləyəcəklər, yoxsa yox. Ondan sonra neçə müddətdir ki, biz canlı efirə çıxırıq. Bu, ilk veriliş, deyil ki. Elə açıqlama vermək lazımdır ki, inandırıcı olsun. Bizim getməyimiz istənilən halda yaxşı addım deyildi, amma məcbur qalandan sonra bundan başqa çıxış yolu olmur. Ona görə də demək istəyirəm ki, yalan-yanlış açıqlama vermək lazım deyil. Gərək hər şey doğruları əks etdirsin. Yalan məlumatlar verib insanları çaşdırmaq və özlərinə güldürmək lazım deyil. |
2013-11-30 | 2,990 | Dünən ölkədə 57 cinayət olub | Dünən Azərbaycanda gün ərzində 57 cinayət faktı qeydə alınıb. "Axar.az"ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, onların da 29-u "isti izlər"lə açılıb. Bununla yanaşı cinayət məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Ümumilikdə cinayət törətdiklərinə görə 29 nəfər həbs edilib. Respublikanın avtomobil yollarında isə 7 qəza baş verib. Nəticədə 7 nəfər ölüb, 4 nəfər yaralanıb. |
2013-11-30 | 2,991 | Bu gecə məşhur aktyor vəfat edib | SSRİ xalq artisti, Vaxtanqov Teatrının korifey sənətkarı Yuri Yakovlev ağır xəstəlikdən sonra həyatının 86-cı ilində vəfat edib. Bu barədə teatrın direktoru Kiril Krok "Ria Novosti"yə bildirib. "Yuri Vasilyeviç bu gecə xəstəxanada həyatını itirib. Sənətkarla vida mərasimi Vaxtanqov teatrında təşkil olunacaq. Mərasimin keçirilmə tarixi isə hələ ki, məlum deyil",– deyə, o, əlavə edib. Məlumat üçün qeyd edək ki, Yuri Yakovlev "İvan Vasilyeviç peşəsini dəyişir" (Иван Васильевич меняет профессию), "Həyatın ironiyası" (Иронии судьбы, или С легким паром) kimi filmlərdə oynadığı obrazlarla silinməz iz buraxıb. |
2013-11-30 | 2,992 | “Maydan”dan qaçan insanları döyürlər - Video | Ukrayna saytlarında "Berkut" xüsusi təyinatlı polisinin "Maydan"dan 400 metr aralıda aksiyadan qaçan insanlara hücumu ilə bağlı kadrlar yayımlanıb. Kadrları təqdim edirik. |
2013-11-30 | 2,993 | Minlərlə etirazçı Mixaylovsk kilsəsinə sığındı - Ukrayna | Ukraynada "Avromeydan"dan qovulan hər kəs Mixaylovsk kilsəsinə toplaşıb. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, artıq kilsədə təxminən 1500-2000 nəfər insan yığışıb. Keşişlər kilsəyə üz tutan hər kəsi qəbul ediblər. Sosial şəbəkələrdə isə artıq Mixaylovsk kilsəsində etirazçılar üçün biotualet, çay və yeməyə ehtiyac olduğu haqqında məlumatlar yayımlanıb. |
2013-11-30 | 2,994 | Ruslana Maydana pul qarşılığında gəlmişdi | Ukraynadan qayıtdıqdan sonra Maydanın dağıdılması xəbərləri yayıldı. Mənim müşahidə etdiyim müddətdə polislər kənardaydı, müdaxilə etmirdilər. Amma indi izləyirəm ki, birdən-birə Maydana girdilər və hadisələrin məcrası dəyişdi. Əslində orda, hadisələrin mərkəzində olarkən gedişatın belə olacağını təxmin etmək çətin idi. Çünki hakimiyyət, necə deyərlər təmkinli, mitiqçilər də kifayət qədər mədəni təsir bağışlayırdı... Bu sonluq həm də gözlənilən idi Həmkarlar İttifaqının ölkə boyu tətillərin başlayacağını bəyan etməsindən sonra tələbələrin meydana axması hadisələrdə aqressiya çalarının artacağını düşünməyə əsas verirdi. Bir də dekabrın 1-də Ukraynanın müstəqillik günüdür və hakimiyyətin mitiqlərdə kütləviliyin daha çox olacağından narahatlıq keçirəcəyi, tədbir görəcəyi ehtimalı yaranırdı. Hərcənd ki, Ukraynada kimsə hakimiyyətin istefasını istəmirdi. Adi vətəndaşından tutmuş siyasətçisinə qədər, hər kəsin fikri bu idi ki, Ukrayna öz seçimini etməlidir. Və bu seçim də Avropadır. Hadisələr Bakıdan göründüyü kimi deyil Birincisi, Ukraynada siyasət və müxalifliklə kasıblar məşğul olmur. Hadisələrin mərkəzində olarkən öyrəndiyim faktlardan biri o oldu ki, burada milyonlarla məbləğ fırlanır: mitinq başlayan ilk gündən yeməklə, içməklə, çadırlarla təminatda heç bir problem yox idi: sanki əvvəlcədən hazırlaşmışdılar. Halbuki Baş nazir Yanukoviçin AB "Şərq Tərəfdaşlığı"na assosiativ üzvlükdən imtinasının dərhal ardınca mitinqlər başlamışdı. Bəs, bu qədər operativ təşkilatçılıq və maliyyə hardan gəlirdi? Müşahidələrimiz, müsahiblərimiz yerli iş adamlarının mitinqə böyük paralar xərclədiyini deməyə əsas verirdi. Ancaq yenə və yenə də bu qədər sürətli operativliyin, mitinqin ilk saatlarında yüksək maddi təminatın səbəbini anlamaq çətindir. Elə təəssurat yaranmasın ki, təminat təkcə ölkədaxili maliyyə hesabınadır. Maydana Avropadan da külli-miqdarda pullar axırdı. Ruslana 100 minə gəlmişdi? Ruslananın Maydanda iştirakını heç də fədakarlıq kimi qiymətləndirməyə tələsməyin. Ona Maydandakı çıxışına görə qonorar ödənilirdi. Hətta bəzi dairələrdə bu qonorarın 100 min olduğu da səsləndirildi. Təbii ki, Ukrayna xalqının əzmini, ruhunu heçə saymaq qətiyyən doğru olmaz və kimsə də düşünməsin ki, orda hər kəs mitinqlərə pulla gətirilir. Orda iştirak edən tələbələrin bir qismi könüllü iştirakçı olsa da, pul qarşılığında gələnlər də yox deyildi. Xüsusən maddi durumu ağır olan insanların prosesdən kənarda qalmaması üçün belə bir üsula əl atılırdı. Onlar nə istədiyini bilirdilər Onu da deyim ki, hadisələrdə iştirakçı olanların əksəriyyəti nə istədiyini, niyə burda olduğunu bilir. Onlar Avropanı əldə etməyə çalışır. Tələbələr Avropada da işləmək imkanı istəyir, sadə vətəndaşsa düşünür ki, burda güzaranını düzəldə bilməsə, Avropaya üz tuta bilsin. Yəni sırf praqmatik maraqların üstün olduğu siyasət elə real dünyanın qaydalarına uyğun da aparılırdı. Diqqəti çəkən başqa bir məqam... ...ondan ibarətdir ki, Lvov şəhərində iki universitetdə olduq. Çox az sayda müəllim vardı: bir necə dekan yardımçısı və kafedra müdirləri... Onlarla söhbətdən belə bəlli oldu ki, hətta rektorlar belə bu gün mitinqdə iştirak edir. Tələbələrin mitinqlərdə kütləvi iştirak etməsi də elə rektorlarla razılaşdırılıb. Bakı-Kiyev-Xarkov-Lvov-Bakı |
2013-11-30 | 2,995 | Türk sənətçi Bakıda möhtəşəm konsert verəcək | Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəq Bakıda konsert verəcək. Konsert dekabrın 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcək. "Axar.az" xəbər verir ki, uzun müddətdir davam edən konsert hazırlıqları artıq bitmək üzrədir. Sənətçinin budəfəki repertuarına yeni mahnılar daxil edilib. Qeyd edək ki, konsertin informasiya dəstəyi "AzNews.az" saytıdır. |
2013-11-30 | 2,996 | Daxili İşlər naziri Prezident Administrasiyasının rəhbəri olur | null |
2013-11-30 | 2,997 | Kiyevin Mixaylovsk meydanında mitinq başlayır - Canlı yayım | null |
2013-11-30 | 2,998 | Rusiyadan “Milyarderlər İttifaqı”na hücum - ÖZƏL | "Milyarderlər İttifaqı"nın fəal üzvü Söyün Sadıqovun iki ən böyük şirkətində total yoxlamalar başlayıb. Bu barədə Sadıqovun fəxri prezidenti olduğu "Azerros"dakı mənbədən "Axar.az"a xəbər daxil olub. Xəbərdə deyilir ki, srağagün Sadıqovun sahibi olduğu "Mosjilstroybank"da yoxlamalar başlayıb. Bankın fəaliyyəti faktiki olaraq dayanıb. Mənbənin dediyinə görə, nəinki Rusiyada, ümumiyyətlə, Moskvada o qədər də böyük olmayan bu bank vasitəsi ilə çirkli pulların yuyulması barədə hüquq-mühafizə orqanlarına siqnallar daxil olub. Hazırda banka heç kim buraxılmır. Yoxlama eyni zamanda Sadıqovun sahibi olduğu "Mosrekonstruktsiya" şirkətində də aparılır. Düzdür, şirkət fəaliyyətini davam etdirir, amma mühasibatlıq və maliyyə departamentinin rəhbərlərindən başqa heç kim ora buraxılmır. Mənbənin dediyinə görə, "Azerros"un və Rusiya Azərbaycanlıları İttifaqı – "Milyarderlər İttifaqı"nın mərkəzi aparatında çalışqanların heç biri 3 aydır ki, əmək haqqı almır. Bunun nədən qaynaqlandığı barədə işçilərə məlumat verilmir. |
2013-11-30 | 2,999 | Kiyevdə mitinqi dağıdanlara qarşı cinayət işi qaldırıldı | Ukrayna milisi Kiyevdə ötən gedə mitinqin dağıdılmasında iştirak edən "Berkut" xüsusi təyinatlılarına qarşı cinayət işi qaldırıb. UNİAN-in məlumatına görə, bunu Kiyevin milis rəisi Valeri Koryak deyib. Xatırladaq ki, ötən gecə Ukraynanın hüquq-mühafizə orqanları Arvopa meydanında əməliyyat keçiriblər. Mitinqin dağıdılması zamanı onlarla adam xəsarət alıb ("Musavat"). |
2013-11-30 | 3,000 | Çe Gevaranı kim öldürüb – Sənədlər | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə dekabr ayının əvvəlində "Çeni kim öldürdü" adlı kitabın təqdimatı olacaq. Kitabda əfsanəvi partizan liderinin CIA tərəfindən necə öldürüldüyü sənədlərlə izah edilir. Maykl Ratner və Maykl Stivin Smit adlı vəkillər tərəfindən qələmə alınan "Çeni kim öldürdü" adlı kitabda Kuba İnqilabının memarlarından olan əfsanəvi Ernesto Çe Gevaranın CIA tərəfindən öldürüldüyünü sübut edən sənədlər yer alıb. CIA-nın illərlə hazırladığı Çe Gevaraya dair bir çox sənədi ehtiva edən kitab artıq dekabr ayından Türkiyənin bir çox kitab mağazalarında öz yerini tutacaq. "Tərəf" qəzetindən Müjgan Halisin xəbərinə görə, Çe hələ gənc bir doktor ikən CIA tərəfindən izlənilib. Kitabda onun tutulması, yaralanması və silahsız buraxılmasından iki gün sonra 9 oktyabr 1967-ci ildə öldürülməsinə dair yazışmalar var. ABŞ hökumətinin, xüsusilə də CIA-nın Boliviya dövlətinin iştirakı ilə Çeni öldürdüyünü söyləyən Maykl Ratner və Maykl Stivin Smit daha əvvəl də Çe Gevaraya aid "Latın amerikalı inqilabçının ABŞ siyasi polis sənədi" adlı kitab yazıblar. |
2013-11-30 | 3,001 | Kürd liderlər bir-birinə dəydi | İraqın kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani İraqın Baş naziri Nuri Əl-Malikiyə "təzyiq göstərməyə davam etsən, "Kürdistan"ı elan edərəm", - deyib. Daha öncə də xəbər verdiyimiz kimi, Türkiyənin Baş naziri ilə İraq kürd regional rəhbərliyinin Baş naziri Nəçirvan Bərzani arasında İraq neftinin Türkiyəyə nəql olunması ilə bağlı görüşdə müqavilələrin imzalandığına dair iddia gərginliyə səbəb olmuşdu. Bundan sonra İraqın kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani İraqın Baş naziri Nuri Əl-Malikiyə "təzyiq göstərməyə davam etsən, "Kürdistan"ı elan edərəm", - dediyi məlum olub. Şimali İraqın "Bsanyus" agentliyi isə Ərdoğan ilə Bərzaninin imzaladığı müqaviləyə rəsmi Bağdadın etiraz etdiyini yazıb. Xəbərdə ABŞ-ın Bağdadı dəstəklədiyi üçün Ərdoğanın Malikini yola gətirməsinin vacibliyi qeyd edilib. Lakin problemin həll olunması üçün Enerji və Təbii Sərvətlər naziri Tanər Yıldızla bərabər, Nəçirvan Bərzaninin Ərdoğandan əvvəl Maliki ilə yanvar ayında görüşü gözlənilir. |
2013-11-30 | 3,002 | Hüquq müdafiəçisi Vidadi İsgəndərli həbs olunub | Göyçay rayon Polis Şöbəsindən verilən məlumata görə, bu gün Vidadi İsgəndərli Göyçay şəhərindəki mərkəzi parkda saxlanılıb. Polisdən onun sərxoş olduğu, dövlət əleyhinə və ayrı-ayrı məmurların ünvanına kobud sözlər söylədiyi, ictimai asayişi pozduğu bildirilib. Məlumatda qeyd olunub ki, ərazidə xidmət göstərən post patrul xidmətinin əməkdaşları V.İsgəndərlini ictimai qaydanı pozmamağa çağırsalar da, o, buna məhəl qoymayıb. V.İsgəndərli Polis Şöbəsinə gətirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə (polisin qanuni tələbinə əməl etməmə) inzibati protokol tərtib edilib. Göyçay Rayon Məhkəməsi Vidadi İsgəndərli barəsində 15 sutkalıq həbs qərarı verib ("APA"). |
2013-11-30 | 3,004 | Məni ancaq “Tarqovu”da tanıyırdılar – Yubiley | Bu gün sevimli aktyorumuz İlqar Cahangirin 45 illik yubileyidir. İlqar bəy 1967-ci ildə Ceyranbatan qəsəbəsində anadan olub. İlqar bəy indi "Sonuncu fəsil" adlı teleserialda çəkilir. Eyni zamanda Elmin Bədəlovun yaratdığı "Oda" teatrında da tamaşalar səhnələşdirirlər. İlqar bəylə adi söhbətlərimiz belə çox səmimi, maraqlı olur. Bu dəfə söhbətə elə "Oda" teatrı mövzusuyla başladıq. "Oda" teatrını yaratmaqda məqsədimiz "Uşaqlar öz maaşlarından pul qoyub yer tutdular. Sonra ssenarilər tapdıq, uyğun olanları, ənənəvi olmayanları seçib tamaşaya qoyuruq. "Oda" belə yarandı... Bu gün dünyanın hər yerində belə teatrlar var. Azərbaycanda da belə bir fərqli teatrın olmağını istədik. "Oda" teatrını yaratmaqda məqsədimiz cəmiyyətdə, ictimaiyyətdə baş verən hadisələrə biganə qalmamaq, bu mövzuda tamaşaçılara günümüzün reallığını göstərməkdir. Klassika olmalıdır, oxunmalıdır, amma niyə günümüzün mövzuları işlənilməsin, real həyat hadisələri səhnədə oynanılmasın?! İctimai hadisələrə, ailə-məişət, ümumiyyətlə, cəmiyyətə yaxın mövzularda tamaşalar hazırlamaq istəyirik. 22 illik teatr fəaliyyətimdə məni ancaq "Tarqovu"datanıyırdılar, amma 2 illik teatr fəaliyyətimdə "Tarqovu"dan başqa hər yerdə tanıyırlar. Seriala da çəkilirəm. Maddi cəhətdən də təmin olunmaq lazımdı. Həm də bir az publikaya işləmək lazımdı (gülür). Səmimi deyim, 22 illik teatr fəaliyyətimdə məni ancaq "Tarqovu"datanıyırdılar, amma 2 illik teatr fəaliyyətimdə "Tarqovu"dan başqa hər yerdə tanıyırlar. Hərdən xoş gəlir bu məşhurluq, hərdən də sıxılıram, çəkinirəm. Amma bu sıxılmaq qətiyyən sadə olmağım, ictimai nəqliyyatdan, metrodan istifadə etməyimdən qaynaqlanmır. Tamaşaçıların münasibəti hər yerdə çox yaxşıdı mənə. Maraqlıdır ki, oynadığım mənfi obrazlar da sevilir. Aktyor mütləq Universitet bitirməlidir Oktyabrdan İntiqam Hacılının təklifiylə "Pero Production"ın təşkil etdiyi Kino Atelyesində aktyorluq kursunda dərs deyirəm. Aktyorluq kursları çox olmalıdır. Bizdə belə bir yanlış fikir var ki, aktyor mütləq Universitet bitirməlidir, aktyor mütləq dövlət teatrlarında işləməlidir, aktyor mütləq boy-buxunlu, yaraşıqlı olmalıdır. Bizdə belə yanlış fikirlər var. Dünya kino-teatrında belə şeylər yoxdu. Yaxşı gənclər var, istedadlı, başqa sahədə təhsil alıblar. Kurs keçməklə gözəl aktyor ola bilirlər. Aktyor təkcə dövlət yox, özəl teatrlarda da çalışa bilər. Gürcüstanın özündə belə teatrlar doludur. Bir dəfə İntiqam Hacılı ilə belə söhbətimiz də düşdü, dedim, elə yaxşı aktyorlar var ki, kurs keçib televiziyaya, teatra gediblər. Hətta Kino Atelyesində ilk dəfə ayrıca olaraq kurs şəklində İntiqam Soltan dərs deyib. Ondan sonra Kamran Yunisin, Qurban Məsimovun başqa məktəblərdə kursları başladı. Bu çox yaxşı prosesdir. Və İntiqamla söhbətimiz alındı, Kino Atelyesində aktyorluq kursu götürdüm. Hazırda dərslər davam edir. Elmin deyir, sizi ictimai-siyasi xadim elədik, vahid namizəd də edəcəyik İstedadla bərabər adamda istək olmalıdı. Aktyor olmaqçün güclü istək lazımdı. Özüm şahidiyəm ki, neçə-neçə aktyora "bundan aktyor olmaz" deyiblər, adam öz üzərində işləyib, zəhmət çəkib, çalışıb, mükəmməl aktyora çevrilib. Yaxşı aktyorlarımız çoxdur, daha çox bizdə ssenarist, rejissor problemi var. Var yaxşıları, amma onların çoxu öz yerində deyil. Bu gün Azərbaycanda çox az adam öz yerində deyil. Elə adamlara səlahiyyət verilir ki, onlar bu işi bacarmır, bacaran adamların da səlahiyyəti yoxdur. İndi eşitmişəm Vidadi bəy, Pərviz bəy master-klaslar keçirlər. Çox sevindim. Belə dərslər hər teatrda olmalıdır. Peşəkar, yaxşı aktyorlar gənc nəsil aktyorlara dərs keçməli, məsləhətlər verməlidirlər. Ardı olacaq... 1.Saray aktyorları kimlərdir? 2.Dövlətin kino sahəsinə ayırdığı milyonlar hara xərclənir? 3.Xalam oğlu zəng eləyib deyir ki... 4.İlqar Cahangirə sovet dövrü "Jiquli Vaz 2105" avtomobilini kim təklif edib? 5.İlqar bəyin əsl Azərbaycanlı standartlarına uyğunluğu nədədir? |
2013-11-30 | 3,005 | Kiyev milisi təxribatçıları günahlandırır | Milis güc tətbiq etmək niyyətində olmayıb, aksiyanın dağıdılması təxribatçılar üzündən baş verib. Bunu Kiyev milisinin rəisi Valeri Koryak bəyan edib. "Mən sizi əmin edirəm ki, milis güc tətbiq etmək niyyətində olmayıb. Bunların hamısı şəraitə uyğun baş verib. Həmin şərait isə süni olaraq yaradılmışdı", - deyə o, brifinqdə bildirib. V. Koryakın sözlərinə görə, insanların meydandan çıxarılması ilə nəticələnən hərəkətlərə qəsdən yol verilmişdi: "Yaranmış şəraitə uyğun olaraq, mən "Berkut" xüsusi təyinatlı polis dəstəsini meydana göndərməyə qərar verdim" ("APA"). |
2013-11-30 | 3,006 | Gəncə Beynəlxalq Hava limanında bomba həyəcanı | Gəncə Şəhər Baş Polis İdarəsinə Gəncə Beynəlxalq Hava limanında bomba qoyulması barədə məlumat daxil olub. Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə məlumat saat 20 radələrində daxil olub. Xəbərə görə, aeroportda partlayıcının olması barədə polisə zəng edib məlumat verən şəxs öz şəxsiyyətini də açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. (APA) |
2013-11-30 | 3,007 | Türkiyədə Xocalı abidəsi ucaldıldı | Türkiyənin Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə hazırlanıb. Abidə Uşak bələdiyyəsinin Qara ağac piknik sahəsində ucaldılıb. Abidə çarpazlanan iki əldən, qucağında uşaq meyidi tutan kişi və nalə çəkən qadından ibarətdir. Ətrafında isə qırğını əks etdirən foto stendlər yerləşdirilib. Azərbaycanın İstanbuldakı konsulu Kənan Murtazov bələdiyyə sədri Əli Ərdoğanı və abidəni ziyarət edib. Konsul Xocalıda ermənilərin törətdikləri vəhşilikləri əks etdirən abidənin yüksəldilməsini təqdir edib. Bələdiyyə başçısı da öz növbəsində bildirib ki, "Xocalı qətliamı qardaş Azərbaycan xalqının yarasıdır. Biz də bu ağrını ürəklərimizdə hiss edirik. Buna görə qardaşlığımızı əks etdirən bu abidəni hazırladıq. Daha öncə söz verdiyimiz kimi abidənin hazırlanması və yaxın vaxtlarda açılışının olacağı bizi sevindirir". (ANS) |
2013-11-30 | 3,009 | Hindular Dünya Çempionatına qarşı çıxdı | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Amazonkoda yaşayan Cənubi Amerika hinduları "Dünya Çempionatı-2014" təşkili ilə bağlı Braziliyada hökumət siyasətinə qarşı etiraz aksiyası təşkil ediblər. Aksiyanın əsas səbəbi isə stadionun tikilişi üçün tropik meşələrin qırılması, hinduların kəndlərdən qovulmasıdır. Etirazçıların bir qrupu futbol ictimaiyyətinin diqqətini özünə cəlb etmək üçün Rio-de-Janeyroda "Marakana" stadionunun yaxınlığındakı düşərgəni dağıdıblar. |
2013-11-30 | 3,010 | Səhvən Bakıya göndərilən erməni Azərbaycandan danışıb | Ukraynadan deportasiya olunan Asatur Xaçatryanın anası Ukrayna hava yollarından ailəsinə dəyən mənəvi ziyanı ödəməyi tələb edir "Azərbaycanda mənə çox yaxşı münasibət olub". Bunu bu ilin yayında Ukraynadan deportasiya edilərək səhvən Bakıya göndərilən 22 yaşlı Asatur Xaçatryan deyib. Yanlışlıqla Kiyevdən Bakıya göndərilən gəncin anası Anuş Xaçatryan indi baş verən hadisəyə görə Ukrayna beynəlxalq hava şirkətidən onun ailəsinə dəyən mənəvi ziyanı ödəməyi tələb edir. Xatırladaq ki, iyul ayında Kiyevə gedən erməni gəncin hava limanında sənədlərində problem yaranıb. ANS-in xəbərinə görə, onu deportasiya edərək Ermənistana yola salmaq əvəzinə Azərbaycana göndəriblər. Bir necə saatdan sonra o yenidən Ukraynaya geri göndərilib. |
2013-11-30 | 3,011 | Yanukoviç Maydan hadisələrini tənqid etdi | Ukrayna prezidenti Viktor Yanukoviç Azadlıq meydanında güc tətbiqinə səbəb olmuş əməlləri sərt tənqid edib. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti tərəfindən yayılmış müraciətdə bildirilir. Ukrayna xalqına ünvanlanmış müraciətdə deyilir: "Mən qarşıdurmaya və insanların əzabına səbəb olmuş əməlləri kəskin qınayıram". Ukrayna prezidenti Baş Prokurorluqdan təcili qaydada Maydanda (Kiyevin Azadlıq meydanında) baş vermiş toqquşmanın istintaq nəticələrinin təqdim edilməsini tələb edib. "Günahkarların lazımi qaydada cəzalandırılması üçün təcili qaydada mənə və Ukrayna xalqına obyektiv və təxirəsalınmaz istintaqın nəticələrinin təqdim edilməsini tələb edirəm", - deyə prezident bildirib. Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi bölməsi olan "Berkut" şənbə günü səhər tezdən Kiyevin Azadlıq meydanında mitinqi dağıdıblar. Hadisə zamanı 35 nəfər yaralanıb və 35 nəfər saxlanıb (ANS). |
2013-11-30 | 3,012 | Bakıda ağır qəza: yaralılar var | Ziya Bünyadov prospektində "Mersedes" markalı iritonnajlı yük maşını 10-a yaxın minik avtomobilini əzərək, bir neçəsini yol kənarında qazılmış xəndəyə salıb. Yük maşını daha sonra özü də aşıb. Hadisə şahidləri qəza nəticəsində çoxlu sayda yaralıların olduğunu bildiriblər. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerində xilasetmə və təhlükəsizlik işləri görürlər. Yaralılar xəstəxanaya aparılıb. Hazırda Ziya Bünyadov prospektində qəza ilə bağlı nəqliyyatın hərəkəti dayanıb (APA). |
2013-12-01 | 3,013 | Avropa Birliyi də Ukrayna hakimiyyətinə qarşı çıxdı | Avropa Birliyi (AB) Kiyevdə nümayiş iştirakçılarına qarşı həddindən artıq güc tətbiq edilməsini sərt qınayıb. AB diplomatiyasının rəhbəri Ketrin Eşton ilə qonşuluq siyasəti və genişlənmə üzrə Avropa komissarı Ştefan Fülenin birgə bəyanatında Ukrayna hakimiyyəti nümayişin dağıdılmasının günahkarlarını taparaq cəzalandırmağa çağrılır. "Avropa Birliyi keçən gecə Kiyevdə polis tərəfindən dinc nümayişin dağıdılmasını sərt qınayır", - deyə rəsmi məlumatda bildirilir. Avropa komissarları qeyd ediblər ki, nümayişçilər artıq "bir neçə gündür ki, AB ilə siyasi assosiasiya və iqtisadi inteqrasiyaya bənzərsiz şəkildə dəstək ifadə edirlər" (ANS). |
2013-12-01 | 3,014 | Təhsil Nazirliyinin mətbuat katibi yeni universitet istəyir | Araşdırma universitetləri Təhsilin inkişafı üzrə Dövlət strategiyasının təsdiq olunması ali təhsildə keyfiyyətcə yeni dövrün başladığını ifadə edir. Bu da universitetlərin təkcə tədris mərkəzli fünksiyasını deyil, tədqiqat-innovasiya bazisini də müəyyənləşdirir. Yəni elmi araşdırmaların universitetlərə gəlməsi innovasiyanın da üfüqlərini genişləndirəcək. Bu həm də yeni araşdırma universiteti konsepti deməkdir. Bugün dünyanın, eləcə də ölkəmizin araşdırma universitetlərinə daha çox ehtiyacı var. XIX əsrin sonlarından başda ABŞ olmaqla elmi tədqiqat, araşdırma istiqamətində yeni universitetlər yaranmağa başladı. Bu proses o qədər geniş yayılmağa başladı ki, hətta 1869-1909-cu illərdə Harvard Universitetinin rektoru olmuş Çarlz Eliot əvvəllər universitetin "tədqiqatçılıq imperativi" olmağının əleyhinə olsa da, sonralar Harvardın ABŞ-ın ilk araşdırma universiteti sayılan Con Hopkinsə transfer olunan professorları gördükdə bu fikrindən vaz keçməyə başladı. Bu araşdırma universitetləri cəmiyyətin qarşısında duran yeni çağırış və vəzifələrin nədən ibarət olduğunu dəyərləndirmək üçün çox iddialı idi. Diplomdan sonrakı təhsil universitet anlayışının yeni dərketmə fazasına qədəm qoyduğundan xəbər verirdi. Doğrudur, hələ XIX əsrin ortalarında Qərbi Avropada elmin yeni funksiyası bu əsrin əvvəllərində meydana gəlmiş ali təhsilin milli sistemləri ilə çulğalaşmışdı. Araşdırma universitetlərinin ilkin modellərini Qərbi Avropadan mənimsəyən amerikanlardan fərqli olaraq Avropa universitetlərinin tədqiqat mühiti cəmiyyəti düşündürən konsepsiyaların alt zəminini yaratmaqda üzərinə düşən vəzifələrinin öhdəsindən bacarıqla gələ bilmədi. Onlar çoxsaylı improvizə ilə inkişaf edirdi ki, bu da universitetin "yeni araşdırma missiyasına" tamlıqda ekvivalent deyildi. Ancaq Avropa təcrübəsindən fərqli olaraq, bu dövrdə diplomdan sonrakı təhsildə ABŞ-da geniş yayılmış akademik mühit var idi. Bəs, ABŞ tədqiqat universitetləri necə inkişaf edirdi? Bu baxımdan Birləşmiş Ştatlar ali təhsili Avropadan xeyli yeniliklər əxz edib. Hələ 1776-cı ilə qədər Amerika koloniyaları kilsələr üçün ruhani hazırlayan doqquz kollecə sahib idi. Bircə Pensilvaniya Universitetinin sələfi olan Franklin Akademiyası mövcud idi. Qısa müddətdən sonra passionar amerikalılar universitet düşüncəsi ilə genişmiqyaslı quruculuq işlərinə başladı. Təhsil almaq, innovativ mühitə sahib olmaq üçün gənc amerikalılar dünyanın o dövr üçün ən inkişaf etmiş qitəsi Avropaya gedərək, ən yaxşı örnəkləri öz ölkələrinə gətirməyə və tətbiq etməyə müvəffəq oldu. Xüsusilə, yeni qurulan Amerika dövləti üçün körpülərin tikilməsi, yolların çəkilməsi, dağ-mədən sənayesində ixtisaslı mühəndis kadrlarına böyük ehtiyac var idi. Bu məqsədlə amerikalılar Fransanın Ecole Polytechnique təcrübəsini yaradıcılıqla mənimsəyərək tətbiq etdi. Amerikanın tədqiqat universitetləri XIX əsrin sonlarında alman modelində inkişaf edirdi. Bu mühitin nüvəsində yeni tədqiqat universitetlərinin yaranması ilə elmi kitabxana, laboratoriya və akademik jurnalların da əsası qoyuldu. Bu məktəblərin yaranması nəticəsində amerikalılar artıq xüsusi tədqiqat üçün xaricə getməməli idi. 1876-cı ildə yaranan birinci Amerika tədqiqat universiteti olan Con Hopkins elmi innovasiyaların nüvəsini təşkil edirdi. İş adamlarının ianəsi ilə qurulan Con Hopkinsi Avropanın eyniadlı qurumlarından fərqləndirən fakültələrə daha çox səlahiyyət verilməsi və akademik azadlıq mühitinin yaradılması ideyası idi. Beləliklə, yeni millətin (dövlətin) əsas mədəni dəyərləri onun tədqiqat yönümlü universitet təşkilatlarını formalaşdırdı. Cəsarət Valehov Təhsil Nazirliyinin mətbuat katibi |
2013-12-01 | 3,015 | Kiyevin mərkəzində gənc qız həlak olub - İddia | Maydanın dağıdılması zamanı Kiyevin mərkəzində gənc qız həlak olub. Bu barədə "Twitter" səhifəsində məlumat yayılıb. "Maydanda döyülmüş qız öldü. Bu ölkədə və hakimiyyətdə nələr baş verir? Sonra nə olacaq?", - deyə vurğulanır. Qızın ölümü barədə bir sıra Ukrayna KİV-ləri də məlumat yayıb. Ancaq Kiyev milisi faktı təsdiq etmir. Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhər Baş İdarəsinin mətbuat xidməti noyabrın 30-da yaydığı açıqlamasında qızın ölüm faktının təsdiqlənmədiyini bildirib (ANS). |
2013-12-01 | 3,016 | Rusiya "Gmail"dən rəsmən imtina edir - Səbəb | "Axar.az" xəbər verir ki, Rusiyanın təhlükəsizlik xidməti ölkənin rəsmi şəxslərinə "Gmail"ə daxil olmaqla, xarici internet şirkətlərinin xidmətlərindən istifadə etməmək barədə xəbərdarlıq edib. Rusiya Federal dövlət nümayəndəsi amerikalı keçmiş təhlükəsizlik işçisi Eduard Snoudendən aldıqları məlumatlardan sonra öz nümayəndələrinə "Google" və amerikalı digər şirkətlərin təqdim etdikləri xidmətlərdən faydalanmaqdan çəkinmələri barədə çağırış edib. Rusiya İnternet Koordinasiya Mərkəzi müdiri Andrey Kulişinkov da məsələylə bağlı bu layihənin qısa müddət içərisində tətbiq olunmasının vacibliyini vurğulayıb. |
2013-12-01 | 3,017 | "Fənərbaxça" - "Beşiktaş" derbisində 6 qol | Türkiyə Super Liqasında "Fənərbaxça" ilə "Beşiktaş" arasında XIII turun mərkəzi qarşılaşması baş tutub. Qarşılaşmaya qonaq komanda yaxşı başlayıb. Bunun nəticəsi kimi ilk hissə qonaqların 2-3 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə hücumlarını artıran "Fənərbaxça" hesabı bərabərləşdirməyə nail olub. Qarşılaşma 3-3 hesabı ilə yekunlaşıb. Qarşılaşmanın 30-cu dəqiqəsində "Fənərbaxça"dan Raul Meyreleş, 69-cu dəqiqədə isə Beşiktaşdan Nəcib qırmızı kart almaqla komandalarını azlıqda buraxıblar. Bu nəticədən sonra lider "Fənərbaxça" xal hesabını 32-yə çatdırıb, Beşiktaş isə 25 xalla turnir cədvəlində 3-cü sırada qərarlaşıb. Qeyd edək ki, "Axar.az" olaraq "Fənərbaxça" – "Beşiktaş" qarşılaşmasının canlı yayımını nümayiş etdirdik. |
2013-12-01 | 3,018 | Müxalifət Maydanı tərk etmir - Canlı yayım | Live streaming video by Ustream |
2013-12-01 | 3,019 | Azərbaycanlı gənc “milli feysbuk” yaratdı – “Azeluk” | Azərbaycanlı gənc milli sosial şəbəkəni istifadəyə verib, artıq bir saatdır ki, www.azelook.com ünvanlı şəbəkə aktivləşib. Bu barədə "Azeluk"un yaradıcısı olduğunu iddia edən vebmaster Şəhriyar Əlizadə "Axar.az"a məlumat verdi. Onun sözlərinə görə, uzun müddət idi ki, bu layihə üzərində işləyirdi və nəhayət, bu gün başa çatdı: "Cəmi bir saatdır istifadəyə vermişik, artıq 50-dən çox üzvümüz var. Bir ay müddətində 100 min olmağı hədəf seçmişik. İnşallah ki, istəyimizə nail olacağıq". Ş.Əlizadə təkbaşına, amma həm də dostlarının dəstəyindən yararlanmaqla həyata keçirdiyi bu layihənin üstünlüklərindən də danışdı: "Azeluk daha sürətli, daha çevikdir, həm də istifadəsi asandır. Ən əsası isə milli şəbəkəmizdir". ABŞ-ın internet inhisarından qurtulmaq üçün bütün dünya dövlətlərində bir gəlişmə olduğunu diqqətə çatdıran Ş.Əlizadə bu sosial şəbəkənin böyüyərək regionu, daha sonra isə dünyanı əhatələməsini arzulayır: "Ümid edirəm ki, iş adamları buna maliyyə ayıracaqlar. Artıq ilkin təkliflər də var. Yaxın günlərdə daha geniş tərkibdə fəaliyyət göstərəcəyimizə inanıram". |
2013-12-01 | 3,020 | Kiyevdə aksiyalara məhkəmə qadağası qoyulur | Kiyev Şəhər Dövlət Administrasiyası Müstəqillik Maydanı (Maydan), Avropa meydanı və həmçinin mərkəzi dövlət orqanlarının inzibati binalarının qarşısında aksiya keçirməyə qadağa qoyulması xahişi ilə İnzibati Dairə Məhkəməsinə müraciət edib. "Axar.az"ın məlumatına görə, bu barədə xəbəri Kiyev Şəhər Dövlət Administrasiyasının mətbuat katibliyi yayıb. Məlumatda bu qadağanın müddətinin dekabrın 1-dən yanvarın 7-ə qədər (2014-cü il) olan dövrü əhatə etdiyi göstərilib. Şəhər Administrasiyası bildirib ki, bu 37 gün ərzində aksiyaların Taras Şevçenko bağında, Mixaylovski və Sofiyski meydanlarında keçirilməsini mümkün sayırlar: "Maydanda və Avropa meydanında aksiya qadağası yalnız Yeni İl şənliyinə və yolkaların qurulmasına başlamaq istəyi ilə bağlıdır", - deyə Şəhər Administrasiyasının müraciətində qeyd olunur. |
2013-12-01 | 3,021 | Diplomatik inqilab: Obama İrana gələcək | ABŞ Prezidenti Barak Obama Tehrana rəsmi səfərə gəlmək niyyətindədir. "Axar.az"ın İRNA-ya istinadən məlumatına görə, bu səfərlə bağlı İran və ABŞ tərəfindən ortaq istək var, amma məsələ hələ müzakirə edilməyib. Diplomatik mənbələrdən daxil olan məlumatda isə Barak Obamanın rəsmi Tehrandan dəvət gözlədiyi bildirlir. Bu dəvətin göndəriləcəyi ehtimalı da çox yüksəkdir. Rəsmi səfərin gerçəkləşəcəyi təqdirdə Barak Obama 1979-cu il İran İslam İnqilabından sonra Tehrana gələn ilk ABŞ prezidenti olacaq. Amerika diplomatik mənbələrindən əldə olunan bilgiyə görə, ABŞ prezidentinin Tehrana səfəri 2014-cü ilin ortalarında reallaşa bilər. |
2013-12-01 | 3,022 | Təbiətin möcüzə divarları: Suyun altında şəlalə | Afrika sahillərindən 1200 mil məsafədə yerləşən Mauritius adasının cənub-qərbindəki təbii mənzərənin meydana gəlməsi görənləri sözün əsl mənasında heyrətləndirir. Yüksəkdən baxarkən suyun altında bir şəlalə varmış kimi görünən bölgə, əslində, bir illüziya nümunəsidir. Qum və alüvyonların hərəkətli halda olması səbəbindən meydana gələn ecazkar görüntü "Google"nin xəritə xidmətində də müşahidə olunur. |
2013-12-01 | 3,023 | Azərbaycanın poçt xidmətində yenilik | Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC SMS məlumatların köməyi ilə vətəndaşlara bağlamaların daxil olması haqqında bildiriş sistemini işə salıb. Bu barədə cümə günü MMC-nin baş direktorunun müavini Nazim Süleymanov bildirib. Onun sözlərinə görə, xidmət elektron ticarət portalları vasitəsilə sifarişli malları alanlara ünvanlanıb. Yeni xidmətin tətbiqi ilə sifarişçilər poçt şöbələrində onların adına nəsə gəlib-gəlmədiyinə özləri nəzarət etməyəcəklər. Bu barədə onlara SMS-lə məlumat veriləcək: "Əsas problem ondan ibarət idi ki, bağlama gələndə çox vaxt onu alana gecikmə ilə çatan bildiriş formalaşdırılırdı. Bu gün isə bağlama daxil olarkən onu alan müştəriyə bağlamanın daxil olduğu poçt şöbəsinin ünvanı ilə SMS-xəbərdarlıq göndərilir. Yeni xidmətdən faydalanmaq üçün müştəri malı alarkən özünün mobil telefon nömrəsini elektron kommersiya portalı vasitəsilə göstərməlidir". Mobil telefon nömrəsi poçt operatorunun məlumat bazasına daxil edilir və bundan sonra sifarişçiyə bildiriş göndərilir ( Trend ). |
2013-12-01 | 3,024 | Fazil Mustafa və Nəsiman Yaqublu Nizami Cəfərova qarşı | "Axar.az" xəbər verir ki, millət vəkili və Atatürk mərkəzinin rəhbəri Nizami Cəfərovun AXC-nin qurusucu Məhəmməd Əmin Rəsulzadə haqqında dedikləri müzakirə olunmaqda davam edir. Nizami Cəfərovun Rəsulzadənin məzarının Türkiyədən ölkəmizə gətirilməsinə qarşı çıxması etirazlara səbəb olub. Bundan başqa millət vəkilinin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsəri haqqında danışaraq ADR qurucusunu qeyri-ciddi və yanlış baxış təbliğ etməkdə ittiham edib. Məsələ ilə bağlı Rəsulzadə mərkəzinin rəhbəri Nəsiman Yaqublu "Axar.az"a danışdı. Araşdırmaçı bildirdi ki, Rəsulzadəyə qarşı sayğılı olmaq kimliyindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının borcudur: "Məhəmməd Əmin Rəsulzadə öz fəaliyyətində, yaradıcılığında yanlışa yol verməyən, qüsuru olmayan, səhvi olmayan bir şəxsiyyətdir. Özündən sonra bir dövlətçilik ənənəsi miras qoyub getmiş bir şəxsiyyətə hörmət etmək hər kəsin borcudur. Tutduğu vəzifədən asılı olmayaraq, bu, bütün vətəndaşlara aiddir. Kimsə Rəsulzadəni araşdırıb hansısa nüansla razılaşmırsa, bu onun şəxsi fikridir. Ancaq heç kimin haqqı yoxdur ki, şəxsi fikirlərində belə, bu cür şəxsiyyəti təhqir etsin. Rəsulzadə bu dövlətin qurucusudur və cibində bu ölkənin vətəndaşlıq vəsiqəsini gəzdirən hər kəs ona sayğı duymağa ən azı borcludur. Ölkə başçısının Rəsulzadənin adının əbədiləşdirilməsi ilə bağlı verdiyi sərəncam da onu göstərir ki, onun adı ilə bağlı böyük işlər görüləcək. İnanıram ki, dövlətin bununla bağlı görəcəyi işlər yaxın günlərdə cəmiyyətə təqdim ediləcək. Rəsulzadə həm də Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu olub. Müsəlman şərqində və türk dünyasında qurulan ilk demokratik dövlətin qurucusu haqqında xoşagəlməz danışmaq düzgün deyil". Bu müqayisəni Nizami müəllimdən gözləməzdim Məsələ ilə bağlı Millət vəkili Fazil Mustafa da öz mövqeyini bildirdi. "Axar.az"a danışan deputat öz həmkarının fikirlərinin yanlış olduğunu dedi. Deputat, Heydər Əliyev ilə Rəsulzadənin müqayisə edən Nizami Cəfərova öz iradlarını bildirdi: "Rəsulzadə haqqında bu cür danışmaq uğursuz müqayisədən başqa bir şey deyil. Rəsulzadə Azərbaycan dövlətçilik modelinin qurucusudur, amma Heydər Əliyev isə müasir Azərbaycan dövlətinin möhkəmlənməsində rol alan tarixi şəxsiyyətdir. Bu müqayisəni Nizami müəllimdən gözləməzdim. Bu tarixi şəxsiyyətləri müqayisə etmək çox uğursuzdur və açığı, müəyyən tarixi bilgisi olan adamlar bu cür açıqlama verməməlidir". Nizami Cəfərovun fikirləri haqqında danışan deputat, ADR qurucusunun məzarının ölkəmizə gətirilməsi məsələsində həmkarı ilə həmfikir olduğunu dedi: "Məmməd Əmin Rəsulzadənin məzarının bura gətirilməsinin mən də əlehinəyəm. Onun haqda bir yazı da yazmışdım. Birinci onun irsinə münasibət dəyişilməlidir. Ona daha səmimi, sağlam və hörmətə layiq yanaşılmaldır. Məzar gətirilməsi ilə bağlı bir yazım da var. Yəqin ki, bu yazını yaxınlarda təqdim eləyərəm. Bura gətirilib heykəl qoyandan sonra heykəlin və ya qəbrin ətrafına yığışmaqla məsələ həll olunmur. Hüseyn Cavidin məzarının Sibirdən gətirilməsini alqışladım, amma Rəsulzadə Sibirdə deyil ki, o da bir türk torpağındadır. Sadəcə, Məmməd Əmin Rəsulzadənin məzarının ziyarətini protokola salmaq lazımdır. Azərbaycanın dövlət başçısı Türkiyəyə səfər etdiyi zaman onun məzarını ziyarət etməlidir. Bu ona böyük bir sayğı olar". |
2013-12-01 | 3,025 | İran parlamenti qarşısında etiraz aksiyası | Bu gün səhər saatlarında Çayxanalar Birliyinin üzvləri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər. "Axar.az" Trend ə istinadən məlumat verir ki, onlar çayxanalarda qəlyandan istifadəni qadağan edən qanunun təsdiqlənməsinə etiraz ediblər. Məlumata əsasən, aksiyada İsfahan, Şərqi Azərbaycan, Fars və Tehran əyalətlərindən etirazçılar iştirak ediblər. Onlar parlamentdən çayxanalarda qəlyandan istifadəni qadağan edən qanuna yenidən baxılmasını və dəyişiklik edilməsini tələb edirlər. Qeyd edək ki, Çayxanalar Birliyi İranda xidmət sektorunun işçilərinin hüquqlarını müdafiə edir. |
2013-12-01 | 3,028 | "Farsaj"ın məşhur aktyoru yol qəzasının qurbanı oldu | "Farsaj" filmindən tanınan məşhur amerikalı aktyor Pol Uoker avtomobil qəzasında həlak oldu. "Axar.az"ın rus mətbuatına istinadən məlumatına görə, bu barədə məşhurun "feysbuk" səhifəsində məlumat verilib. Səhifədə yazılıb: "Biz böyük ürək ağrısı ilə təsdiq etməliyik ki, Pol Uoker bu gün yol qəzası nəticəsində həlak olub". Avtoşouda iştirak etməyə gedən aktyor Santa-Klarita şəhərində qəzaya uğrayıb. Şounun məqsədi Filippindəki qasırğadan zərər çəkənlərə kömək üçün vəsait toplamaq olub. P.Uoker dostunun idarə etdiyi avtomobilin sərnişini olub. Hadisə nəticəsində hər ikisi ölüb. |
2013-12-01 | 3,029 | Bələdiyyə binasında yanğın | Samuxda bələdiyyə binasında yanğın olub. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Samux rayonu, Əhmədbəyli kəndində (rayon mərkəzindən 11 km aralı) bələdiyyəyə məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli inzibatı binasında 1 ədəd pəncərə çərçivəsi 2 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2013-12-01 | 3,030 | Hakerlər hökümət saytlarını dağıdıblar | Ukraynanın hökümət saytları güclü kiber hücumlara məruz qalıb. Ukraynanın Daxili İşlər Nazirliyinin saytı hakerlərin hücum obyekti olub. Hakerlər DİN-in saytında mitinqlərin dağıdılmasına etirazlarını bildirib. Hakerlər Kiyevin Müstəqillik Meydanında polisin nümayişçilərə qarşı vəhşiliyinin yol verilməz olduğunu DİN-in saytının ana səhifəsinə yerləşdiriblər. Həmçinin bu hücumların başlanğıc olduğunu deyib. Hazırda DİN-in saytı fasilələrlə işləyir. Qeyd edək ki, Ukraynanın Avropa İttifaqı ilə assosasiya sazişini imzalamaqdan imtina etməsi barədə bəyanatı ölkədə güclü ictimai təpki ilə qarşılanıb (anspress) |
2013-12-01 | 3,031 | Sәadәt Cahangirin "Qırov"u Bakıda | Yazar Səadət Cahangirin ikinci şeirlər kitabının təqdimatı keçirildi Ötən gün AXCP-nin qərargahında "Azad Debatlar Mərkəzi"nin (ADM) təşkilatçılığı ilə AXCP Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetinin yazarı Səadət Cahangirin "Qırov" şeirlər kitabının təqdimatı keçirilib. Tədbirdə tanınmış siyasi xadimlər, hüquq müdafiəçiləri, yazıçılar, fəal gənclər iştirak edib. AXCP Gənclər Komitəsinin sədr müavini Ilham Hüseyn tədbiri giriş sözü ilə açaraq, kitabdakı şeirlərin məzmunu, ədəbiyyatın insan həyatındakı rolu və şeirin dəyərindən danışıb. Tədbirdə ilk çıxışçı "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli olub. Rövşən Hacıbəyli çıxışında Səadət Cahangirin hələ tələbəlik illərindən demokratiya uğrunda mübarizəyə qoşulduğunu, bu yolda ardıcıl olduğunu deyib: "Səadət xanımla tanışlığımız ötən əsrin sonlarına, Azərbaycanda müstəqillik uğrunda mübarizə illərinə təsadüf edir. Mübarizə meydanı dolub-boşalıb, burdan çoxları keçib. Ancaq Səadət yenə də gənclik əzmiylə bu yoldadır. Mübarizə meydanındadır. Onun bu gün təqdim olunan şeirlər kitabı da bir mübarizə manifestidir. Əməlləri və yazdıqları arasında fərq olmayan tək-tək şairlərdən saymaq olar Səadət xanımı". Sonra R.Hacıbəyli S.Cahangirin "Savaş adamları" şeirini oxuyub. Daha sonra tәdbirin qonaqları Eldar Hüseynov, professor Cəmil Həsənli, publisist Mehriban Vəzir, AXCP sədri Əli Kərimli, Nurəddin Məmmədli, Fuad Qəhərmanlı, yazıçı Zümrüd Yağmur kitab haqqında fikrilərini bölüşüblәr. Sonda Səadət Cahangir çıxış edərək hər kəsə təşəkkür edib və kitabın təqdimatından məmnun olduğunu bildirib: "Mən bu kitabı çap etdirəndə düşünürdüm ki, kitab azadlıqsevər insanların kitabı olacaq. Arzu edirəm ki, Azərbaycan həbsxana şeirlərinin deyil, sevgi şeirlərinin yazıldığı bir ölkəyə çevrilsin. Hər birinizə təşəkkür edirəm və sizinlə qürur duyuram". Tədbirin sonunda kitab satışa çıxarılıb və müəllif alınan kitablara ürək sözlərini yazıb. |
2013-12-01 | 3,032 | Türkiyə Avropaya yalvarmaq məcburiyyətində deyil | "Avropalı diplomatların Avropa Birliyinə üzvlük məsələsində sərgilədiyi mövqe Türkiyədə yorğunluq və küskünlük yaradıb". Bu sözləri Almaniyanın keçmiş baş naziri Qerhard Şröder deyib. "Axar.az"ın xəbərinə görə, Almaniyanın sabiq baş naziri Şröder bildirib ki, Türkiyənin birliyə qatılması iki tərəf üçün də qazanclı olacaq: "Türkiyə Avropa Birliyinə üzv olmaq üçün yalvarmaq məcburiyyətində deyil. Bizim milli mənfəətlərimiz üçün Türkiyədən xahiş etməyimiz lazımdır". Antaliyada keçirilən "Beynəlxalq Resort Turizm III" konqresində çıxış edən Şröder nazir olduğu müddətdə də Türkiyənin Avropa Birliyinə üzv olması məsələsini hər zaman dəstəklədiyini və hələ də bu mövqeyində qaldığını bildirib. Şröder daha sonra açıqlamasında: "Türkiyənin AB üzvü olması üçün bir neçə əsaslı səbəb var: Bunlardan ilki 1963-cü ildə Aropa İqtisadi Birliyi dövründə Türkiyəyə verilən tarixi sözdür ki, Almaniyanın və Avropanın xarici siyasətinin tutarlığı baxımından bu sözün yerinə yetirilməsi vacibdir", - deyib. |
2013-12-01 | 3,033 | Azərbaycanda 580 nəfər “QİÇS”dən ölüb | 2013-cü ilin 11 ayı ərzində Azərbaycanda 450 yeni İİV-ə (İnsanın İmmun çatışmazlığı Virusu) yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. "Axar.az" xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) ilə Mübarizə Mərkəzindən "Trend"ə verilən məlumata görə, onlardan 435-i (96,7%) Azərbaycan, 15 nəfəri (3,3%) isə əcnəbi vətəndaşlardır. Qeydiyyata alınmış 435 Azərbaycan vətəndaşından 279-u (64,1%) kişi, 156-sı (35,9%) qadındır. Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2013-cü ilin 1 dekabr tarixinədək Respublika QİÇS ilə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4234 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4090 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 144 nəfəri (3,4%) isə əcnəbilərdir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3202-si (78,3%) kişi, 888-i (21,7%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1289 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1272 nəfərdir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 580 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 572 nəfər olub. İİV-ə yoluxmuş 4090 Azərbaycan vətəndaşından 1074-ü (26,3%) Bakı şəhəri və Abşeron rayonunda, 2982-si (72,9%) respublikanın digər 54 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 35 nəfərin (0,8%) isə yaşayış yeri naməlumdur. 4090 nəfər Azərbaycan vətəndaşından 2373-də (58,0%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1271-də (31,1%) heteroseksual, 51-də (1,2%) isə homoseksual kontakt nəticəsində, 65-də (1,6%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş verib. 329 nəfərdə (8,0%) yoluxma yolu müəyyən edilməyib. Qeyd edək ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. |
2013-12-01 | 3,034 | Orxan Pamuk türkcə bilmir - İttiham | Türk yazarı Orxan Pamuk "Nobel" mükafatı alandan bəri çox ittihamlarla üzləşib. "Casus", "türk düşməni", "ermənipərəst"... İttihamlardan biri də onun türkcəsinin "bozuk", yəni qüsurlu olması ilə bağlıdır. Bu ittihamı əsaslandırmaq üçün, onun işlətdiyi deyilən belə bir cümləni misal gətirirlər: "İmam ikindi namazı saatinde cami balkonuna çıkarak ezan okudu". Tanınmış türk tarixçisi İlber Ortaylı bu cümlənin "Pamukun bir kitabında yer aldığını" deyərək əlavə edir: "O, nə ingiliscə, nə də türkcə bilir. Əvvəla, namaz saatı olmur, namaz vaxtı olur. Came balkonu yoxdur, came şərəfəsi var! Azanı da imam deyil, müəzzin verir. Bu nümunə göstərir ki, o, yaşadığı cəmiyyətin mədəniyyətindən xəbərsiz bir yazardır". Bəzi millətçi türk qəzetləri hətta bunu manşetə də çıxarmışdı. Bu söhbət televiziyaya da yol tapmışdı. Tezliklə bu iddia bir fakt kimi qəbil edilməyə başlandı. Pamukun başqa ittihamlara reaksiya vermədiyi kimi "came balkonu"na da əhəmiyyət verməməsi iddianın həqiqət kimi anlaşılmasına yol açdı. Pamukun özü İlber Ortaylıya cavab verməsə də, bəzi qəzetçilər məsələni araşdırmağa çalışmışdı. "BELƏ ÇIXIR Kİ, TÜRKİYƏNİN ƏN ÜNLÜ TARİXÇİSİ OXUMADIĞI..." Məsələn, Cem Erciyes ötən ilin sentyabrında "Radikal" qəzetində yazmışdı ki, o da sənət adamlarından soruşub. Məlum olub ki, onlar da Pamukun belə bir cümlə işlətdiyinə əmindirlər. Amma C.Erciyes qeyd edir ki, Pamukun kitablarının köhnə və yeni nəşrlərini ələk-vələk etsə də, belə bir cümləyə rast gəlməyib. Hətta Pamukun romanlarını çap edən nəşriyyatdan da xahiş edib ki, elektron variantdakı mətnlərdə bu cümlədəki sözləri axtarışa versinlər. Amma mətndən belə bir cümlə çıxmayıb. Nəşriyyat mətnlərə hər hansı düzəliş etmədiyini bildirib. C.Erciyes yazır ki, Pamukun kitablarında (həm bədii, həm publisistik) "namaz" və "saat" sözləri yalnız bir yerdə yanaşı işlənir. "Qar" romanının 95-ci səhifəsində belə bir cümlə var: "Onlar namaz saatini bekleyip uzun uzun dedikodu ederken..." C.Erciyes yazısını belə yekunlaşdırır: "Belə çıxır ki, Türkiyənin ən ünlü tarixçisi də oxumadığı. amma hardansa eşitdiyi bir şəhər əfsanəsini şişirdib". Yazar tarixçinin "bozuk" cümləni hardan götürdüyünü açıqlamasını istəyir. BU DA CAVAB... İ.Ortaylı "Milliyet" qəzetində ona cavab yazır. Bildirir ki, dediyi cümlə "Qar"ın 2002-ci ilə aid ilk nəşrində yer alıb və sonrakı nəşrlərdə düzəldilib. Tarixçi Pamukun dilinin qüsurlu olduğunu əsaslandırmaq üçün başqa nümunələr də gətirir: "İlk baskıya bakarsan (Kar, 2002) ancak 14. baskıda düzelttiğini bulabilirsin. İş sadece caminin balkonu, namaz saatinde, imam ve müezzin arasındaki ihtisas kargaşasında da değil. Bizim yazar "Lapa lapa kar yağar" demeyi de bilmiyor, "iri kar tanelerinden" bahsediyor. Üstelik o memlekette yaşayanlar bilirler, Kars’ta kar pek lapa lapa yağmaz, adamın beynine işler diye söz ederler. (Sahife 163, 2006). Orhan Pamuk’un Türkçesi hakkında bize çok laf düşmez. Tahsin Yücel gibi bir hoca, Orhan Pamuk’un dünya görüşüyle derdi olmayacağı halde, Kara Kitap’taki Türkçesini uzun uzun tenkit etti, edecek tabii; çünkü görevi. ("Orhan Pamuk’un Türkçesi gerçekten yetersizdir; bu nedenle, en yalın nesneleri, en yaygın sözcükleri bile birbirine karıştırır." Devamı için; Tahsin Yücel, "Kara Kitap", Hürriyet Gösteri, Kasım 1990, Sayı: 120, sahife 45-48). Bu konuda benden hesap soruluyor gibi geldiği için cevap yazdım; konu üzerinde fazla konuşacak ve yazacak değilim. Edebiyat tarihinde daha ilginç konular var". Amma nə İ.Ortaylı sözügedən cümlənin "Qar"ın 2002-ci il nəşrinin hansı səhifəsində yer aldığını deyir, nə də C.Erciyes-in buna reaksiya verib-vermədiyini İnternetdən tapa bildik. Məsələ tam aydınlaşmasa da, bir fakt kimi mediada yayılmaqda davam edir. ("Azadlıq.org") |
2013-12-01 | 3,035 | İqtidar deputatı xalqın tərəfinə keçdi | Ukraynanın xalq deputatı Nikolay Rudkovski hakim Regionlar Partiyasının parlament fraksiyasını tərk etdiyini bəyan edib. Kiyevdə aksiyanın dağıdılmasından sonra bu addımı atan deputat hökumətin istefasını tələb edib. "Musavat.com"un UNİAN-a istinadən verdiyi məlumata görə, o, meydanda baş verənlərdən utandığını bildirib: "Əksər həmvətənlərim kimi hesab edirəm ki, Ukrayna Avropadır". Xatırladaq ki, Radanın daha iki deputatı - David Jvaniya və İnna Boqoslovskaya da Regionlar Partiyasının parlament fraksiyasını tərk etmək niyyətlərini açıqlayıblar. Sonuncu həm də hakim partiyadan çıxmağı planlaşdırır. Şənbə günü səhər xüsusi təyinatlılar Kiyevin mərkəzində Avropa inteqrasiya tərəfdarlarının mitinqini dağıdıb. Əməliyyat zamanı 35 nəfər xəsarət alıb. Onlardan 7-si hələ xəstəxanadadır. Artıq müxalifətin mitinqləri Mixaylovsk meydanında davam etdirilir. |
2013-12-01 | 3,036 | Kiyevin milis rəisi istefa verdi | null |
2013-12-01 | 3,038 | Manqalyan Yer orbitini tərk elədi | "Axar.az" "Frans-Press" agentliyinə istinadən xəbər verir ki, Hindistanın "Manqalyan" Mars zondu yer orbitini tərk edib. Beləcə, hind cihazı Mars istiqamətinə yola düşüb. "Manqalyan"ın uçuşunun 10 ay sürəcəyi gözlənilir. O, Marsa 2014-cü ilin sentyabrında çatacaq. "Manqalyan"ın uçuşa hazırlanmasına noyabrın 5-dən başlanılıb. O, Hindistan Kosmik Agentliyinin Marsa göndərdiyi ilk kosmik aparatdır. Uçuş uğurla başa çatarsa, Hindistan ABŞ və Rusiyadan sonra Marsa kosmik aparat göndərən üçüncü dünya dövləti olacaq. |
2013-12-01 | 3,039 | Avrointeqrasiya tərəfdarları yenidən Maydanda | "Axar.az" "Lenta.ru"nun hadisə yerində olan müxbirinin verdiyi məlumata istinadən bildirir ki, Ukraynanın Avrointeqrasiya tərəfdarları yenidən Maydana qayıdıblar. Adamlar milis barrikadalarını aşaraq yavaş-yavaş meydana dolmağa başlayıb. Toplaşanlar "İnqilab" deyə qışqırırlar. Kreşşatik tərəfdən Maydana axışan kütlənin on minlərlə olduğu bildirilir. Müxalifət liderlərindən olan Arseni Yatsenok öz Feysbuk hesabında Maydanda artıq yarım milyon etirazçının toplaşdığını yazıb. *** Milisin hələ ki, nümayişçilərin fəaliyyətinə mane olmadığı bildirilir. Ukrayna DİN mətbuat xidmətinin rəisi Sergey Burlakov "Qromadske TV"nin canlı efirində deyib ki, öz tələblərini dinc şəkildə ifadə edəcəkləri halda milis avrointeqrasiya tərəfdarlarının qarşısını kəsməyəcək. Bununla yanaşı, DİN nümayəndələri dəfələrlə təkrar ediblər ki, kütləvi aksiya iştirakçıları tərəfindən törədilən hər hansı qanunsuz hərəkət və provokasiyanın qarşısı alınacaq. *** Xatırladaq ki, Ukraynanın prezidenti Viktor Yanukoviç və baş nazir Nikolay Azarov Maydanda milisin hərəkətini sərt tənqid etmişdi. Kiyev Milisinin rəisi Valeri Koryak noyabrın 30-da axşam, "Avromaydan" əməliyyatları ilə bağlı yaranmış narazılıqlardan sonra istefası ilə bağlı ərizəsini rəhbərliyə təqdim etmişdi. Daxili İşlər naziri isə xidməti araşdırma başa çatana qədər onu tutduğu vəzifədən kənarlaşdırmışdı. |
2013-12-01 | 3,040 | Onun istefasının əsil səbəbini bilirəm, lakin... - Qalmaqal | Asəf Quliyev keçirdiyi mətbuat konfransında Milli Şura və AXCP-dən istefasının səbəblərini açıqlayıb. Keçmiş AXCP funksioneri partiyadan ayrılmasını təşkilatının bloklara qoşulması ilə izah edib, daha sonra Milli Şuradan istefasının səbəblərinə aydınlıq gətirib: "Milli Şura cəmiyyəti öz ətrafında vahid namizədlə birləşdirə bilmədi. Qurumun apardığı xətt səhv idi və mən buna etiraz etdim. Təşkilat yaranan gündən, haqqında müxtəlif fikirlər formalaşdı. Eyni zamanda qurumun qarşısına qoyduğu məqsədlər, bir çox komitə və komissiyaların yaradılması işini başa çatdırmaması məndə inamsızlıq yaratdı". Keçmiş şura üzvü Milli Şura yarananda onun əleyhinə olanların quruma cəlb olunması və həmin şəxslərin Cəmil Həsənlinin vəkili təyin olunmasını səhv qərar hesab etdiyini deyib: "Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar. Bu, onların müsahibələrində də öz əksini tapıb. Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda, Milli Şuranın rəhbərliyində Cəmil Həsənlinin namizədliyi verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki bu cür hədəf, komanda ilə seçkiyə gedilməsi elə bu nəticəni verəcəkdi. Son iki il ərzində, xüsusilə seçki öncəsi Milli Şuradakı proseslər məndə fikir ayrılığı yaratdı". "Aznews.az" xəbər verir ki, A.Quliyev seçkidən sonra istefanın effekti olmayacağını düşünərək, hər iki qurumdan ayrılıb: "Əgər seçkidən sonra istefa versəydim, bu, cəmiyyətdə ajiotaj doğurmayacaqdı və düşünürəm ki, arxadan atılmış daş kimi qiymətləndiriləcəkdi". Rauf Arifoğlu: Söyləməyi etik bulmuram... "Asəf Quliyev gözünün içinə qədər yalan danışır. Onun istefasının əsil səbəbini bir çoxları kimi, mən də bilirəm. Lakin söyləməyi etik bulmuram... Ayıbdır, bu qədər yalan danışmasın, öz zibillərini bizim üzərimizə şər atmaqla ört–basdır etməsin. Böhtanın, yalanın, şərin də bir həddi, heç olmasa məntiqi olar". Bu sözləri isə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP-dən və Milli Şuradan istefa vermiş Asəf Quliyevin ittihamlarına cavab olaraq "Lent.az"a deyib. "Bəlkə buraya Amerika və Rusiya prezidentlərinin, Türkiyə baş nazirinin dünya çapındakı son hərəkətlərindən narazılığını da əlavə etsin? Başqa siyasi xadimlərin, qəzet redaktorunun özlərinə, hədəflərinə uyğun fəaliyyəti digər siyasi funksionerin öz təşkilatından istefasına necə təsir edə bilər; bu dəliliyin, anormallığın bir izahatı varmı? Arif Hacılı, Pənah Hüseyn AXCP rəhbərləridirlər ki, onların fəaliyyəti sənin xoşuna gəlməyəndə təşkilatından çıxıb gedirsən? Yenə Milli Şuradan getməyi birtəhər bağlamaq olar, bəs, AXCP? Hansı məntiqlə bir təşkilatın funksioneri digər təşkilatın rəhbərlərinin açıqlama və siyasi proqramına görə istefa verər?" R. Arifoğlu Asəf Quliyevin istefasının səbəbinin başqa olduğuna diqqət çəkib: "Onun istefasının səbəbi tamamilə başqadır, özəldir və bu 3 şəxslə heç bir ilgisi yoxdur". Baş redkator A. Quliyevi "özünü bitirmiş, siyasi həyatını məhv etmiş" adlandırıb və onun iqtidarda və müxalifətdə gizli himayə edənlərin olduğuna eyham vurub: "Ona baş qoşmamaq da olardı. Lakin görünən budur ki, onun dedikləri bu absurdları ciddi məsələ kimi gündəmə daşıyan iqtidarda və müxalifətdə müəyyən güclər, ona dəstəyini bildirən, gizli himayə edən "keçmiş" silahdaşları da ortaya düşüb. Burada birbaşa hədəf Müsavat Partiyası, onun rəhbərliyidir. Bu baxımdan, bu cür "donqili" ittihamlara cavab verərək, Asəf Quliyevin özünə və ona himayədarlıq edənlərə xəbərdarlıq edirəm". |
2013-12-01 | 3,041 | Kiyev savaş meydanına döndü - Canlı yayım | Nümayişçilər Kiyev meriyasını ələ keçiriblər. Onların meriyaya daxil olmaqda əsas məqsədləri isinmək və meriyanın tualetindən istifadə etməkdir. Aksiya iştirakçılarından biri deyib ki, biz, baş kəsən deyilik, biz avropalıyıq. Kiyevin "Müstəqillik meydanı"ndan 200 metr aralıda yerləşən Kiyev şəhər administrasiyasının bir neçə şüşəsi nümayişçilər tərəfindən sındırılıb. ans.press |
2013-12-01 | 3,042 | Avromeydan Yanukoviçin rezidensiyasına “yürüdü” - İnqilab | Aksiya artıq inqilab xarakteri alır. Bunu Ukraynada keçirilən mitinqdəki əsas müxalifət liderləri elan ediblər. "Axar.az"ın məlumatına görə, "Avromeydan" iştirakçıları yüzlərlə maşınla Ukrayna Prezidentinin Kiyev ətrafındakı Novoye Petrovsa kəndində yerləşən "Mejiqorye" rezidensiyasına yürüş etdiblər, ancaq onların yolunu milis kəsib. Bu barədə sosial şəbəkədə aksiya iştirakçıları xəbər veriblər: "300 maşın "Mejiqorye! İrəli!" yazan yürüş iştirakçılarından biri şəkil də paylaşıb. Bundan əvvəl isə buldozerlə hərəkət edən bir qrup aqressiv aksiya iştirakçısı Prezident Administrasiyasının ələ keçirmək istəyirblər, amma Daxil Qoşunların əsgərləri hücumun qarşısını alıblar: gözyaşardıcı qaz, partladıcı maddələr və dəyənəklərlə alıblar. Qeyd edək ki, hazırda yüzlərlə aksiya iştirakçıxının, yüzdən artıq milisin yaralandığı qeyd olunur. Kiyev şəhərinin mərkəzindəki aurı-ayrı küçələrdə qeyri-sabit vəziyyət davam edir. Mitinqçilər şəhər meriyasının və həmkarlar ittifaqının binasına daxil olublar. Müxalifət liderləri mitinqin inqilaba çevrildiyini elan ediblər. |
2013-12-01 | 3,043 | Ay ilə bağlı inanılmaz faktlar - Video | Amerikan astronavtının 40 il gizli saxladığı fotoları üzə çıxarmasından sonra dünya Ay ilə bağlı inanılmaz faktlardan heyrətə gəldi. Belə məlum oldu ki, Ayda həyat var və Yerin süni peyki əslində yadplanetlilərin süni yolla yaratdığı bazadan başqa bir şey deyil. Sadəcə, indi alimləri heyrətə gətirən bir sual var: nə əcəb bu "planet" dağılmır?.. Amerika kosmonovtlarının Aya endikdən sonra bir-başa yayımlanan video-təsvirlərində yaranan 2 dəqiqəlik kəsilmənin sirri də astronavtın 40 illik razılaşdırılmış susquya son qoymasından sonra üzə çıxdı. Buyurub izləyə bilərsiniz. |
2013-12-01 | 3,044 | Nyu Yorkda qatar qəzası: 4 ölü, 63 yaralı | Nyu Yorkda qatarın relsdən çıxıb aşması nəticəsində 150 sərnişindən ilkin məlumata görə 4 nəfər həlak olub, 63 nəfər yaralanıb. Yaralılardan 11-nin vəziyyəti çox ağırdır. "Axar.az"ın RİA NOVOSTİ-yə istinadən məlumatına görə, Nyu Yorkun yanğından mühafizə xidmətinin rəhbəri Salvator Kassano bildirib ki, adi gündə faciənin miqyası daha böyük olardı: "İş günündə sərnişinlərin sayı qat-qat artıq olacaqdı və bu da faciənin böyüdəcəkdi". Xatırladaq ki, bu gün Metro-Nort şirkətinin qatarı Bronskda sübh çağı Spuyten Duyvil stansiyasına dönən zaman relsdən çıxaraq qəzaya uğrayıb, biri çaya, 4 vaqon isə çay kənarına düşüb. Qəza zamanı ölənlərin sayının artacağı istisna edilmir. |
2013-12-01 | 3,045 | Xalqımızın kökündəki səhvlərini düzəltməyə çalışıram | Millət vəkili Fazil Mustafa "Təriqətçi-deputat Fazil Mustafanın təxribatçı hikkəsinin sirri" adlı yazını sosial şəbəkədə paylaşıb və "Zəruri qeyd" adı ilə öz profilində belə bir status yazıb: "Birlik" İM-nin saytında gedən bu iki yazıdan küləyinin hansı ölkədən əsdiyini söyləməyimə lüzum yox. Olsun. Bizim mübarizəmiz Azərbaycanın sağlam gələcəyi üçündür və bu yol daxildə də, xaricdə də xeyli insanı rahatsız edəcəkdir. FB-də yazılan statuslarımda mən çox zaman siyasi kimliyimə də xələl gətirə biləcək fikirləri ifadə etməkdən çəkinmirəm, çünki əvvəl-axır bu yükü kimlərsə öz üzərinə götürməlidir. Bir şeylə razıyam ki, həqiqətən də mən bu xalqın tarixi köklərindəki yanlışlıqların yeni nəsil üçün düzəldilməsi üçün çalışıram və bu kökün qurdlardan, taxtabitilərdən təmizlənməsi üçün səy göstərirəm. Bu ölkədə siyasi hakimiyyətin icazəsi ilə də olsa, biznes maraqları ilə üst-üstə düşsə də, kimliyindən asılı olmayaraq bir rus, bir yəhudi, özünü şiə, nurçu, taliban, sələfi adlandıran kimsə, katolik, provaslav olsun, alman, amerkan olsun - kim Azərbaycan övladı üçün modern və səviyyəli təhsil verən bir məktəb açırsa, onun əllərindən öpürəm. Kimlər ki, cəhalət, nadanlıq yayan məktəbləri himayə edirsə, onlara qarşı da barışmaz münasibətim var. Turan Yazqana Allah rəhmət etsin, məhdud imkanları ilə Azərbaycanda açdığı Atatürk məktəblərini, Türkiyə Diyanət Vakfının məktəbini niyə də təqdir etməyim? Əgər özümüzdə bunu edəcək düşüncə aşağıdırsa, bir nəfər belə zəngin adamın məktəb açması dövlət səviyyəsində stimullaşdırılmırsa, yaxşı alternativləri qorumaq hər birimizin borcu deyilmi? Azərbaycanda təhsil siyasətinin yanlış olduğunu və əhalinin savadsızlaşdırılmasına xidmət etdiyini məgər hər platformada dilə gətirmirəmmmi? Qaldı təriqətçilik məsələsinə, yadıma maraqlı bir epizod düşdü. Bunu rəhmətlik Əbülfəz bəylə bir söhbətim zamanı yaddaşımda saxladım və bu günə qədər də haqqımda deyilənlərə məhz bu baxış bucağından yanaşmağa üstünlük verirəm. Bir dəfə söylədim ki, içki məsələsi ilə bağlı haqqında xeyli böhtanlar yazırlar, bəlkə bir dəfə buna açıqlama gətirəsiniz? Cavabı mənim üçün ibrətamiz idi: Bu məmləkət insanının böyük çoxluğu, ildə bir-iki gün dini mərasimlərdə, bir də kimsə vəfat edəndə Allahı xatırlayır, sonra hər kəs özünü tam nəzarətsiz hiss edir. Ona görə də axirət qorxusu olmayan bir cəmiyyətdə, ən salamatı, içki içməyimlə bağlı iradların bildirilməsidir. Bütün günü alnını yerə qoyub ibadət etsəm də, elə böhtanlarla qarşılaşacağam ki, bu böhtana şükür edəcəyəm. Anlada bildimmi? |
2013-12-01 | 3,046 | Polşa Ukraynaya nota verdi | Varşava Kiyevdə polyakların döyülməsindən narahatdır. Polşanın Xarici İşlər Nazirliyi Ukraynanın Varşavadakı səfiri Markiyan Malskini dəvət edərək ona etiraz notası təqdim edib. Polşa hökuməti bununla Kiyevdə bu gün yerli hüquq-mühafizə əməkdaşları tərəfindən polyakların döyülməsindən narahatlıq ifadə edib. "Polşa XİN-i Ukraynanın insan haqlarına riayət sahəsində öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirəcəyinə ümid edir" – notada bildirilir. Görüş zamanı rəsmi Varşava həmçinin, Ukraynada vəziyyətin inkişafından və dinc aksiyaçılara qarşı güc tətbiqindən nigarançılıq bildirib. Ukrayna səfiri baş verənlərdən təəssüf hissi keçirdiyini bəyan edib və iki polyakın döyülməsinə görə üzrxahlıq edib. Diplomat insidentin ətraflı araşdırılacağına söz verib.("musavat.com") |
2013-12-01 | 3,048 | 11 ayda 77 hərbçi ölüb, 91-i yaralanıb | 2013-cü ilin on bir ayı ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 77 nəfər təşkil edib. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin verdiyi məlumata görə, ötən müddətdə 91 nəfər yaralanıb və ya xəsarət alıb. Dünyalarını dəyişənlərin 10-u döyüş (erməni gülləsi), 67-si isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib. 9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 14 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 2 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 12 nəfər xəstəlikdən dünyasını dəyişib. 16 nəfər intihar edib. Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 9-u Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır. Yaralılara və xəsarət alanlara gəlincə (91 nəfər), onların 17-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 7-i intihara cəhddən, 4-ü mülki şəxslərlə davadan, 9-u erməni gülləsindən, 2 nəfər mina partlayışından, 1-i naməlum səbəbdən, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 47-si isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 64 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 6 nəfər Dövlət Sərhəd Xidmətinin, 20 nəfər Daxili Qoşunların, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur ("Musavat.com"). |
2013-12-01 | 3,049 | Rusiya İranda yeni nüvə stansiyası inşa edir | Rusiya 2014-cü ildə Buşəhrdə yeni nüvə stansiyasının inşasına başlaya bilər. Bu barədə İran Atom Enerji Təşkilatı rəhbəri Əli Əkbər Salehi deyib. "Axar.az"ın Rusiya mətbuatına istinadən məlumatına görə, İranla Rusiya 4 min meqabayt gücə malik nüvə stansiyasının tikilməsi üçün görüşləri davam etdirir. Salehinin bildirdiyinə görə, Rusiya tərəfi tikintiyə başlamağa hazırdır. Xatırladaq ki, Cenevrədə İran və "5+1" ölkələrinin İranın nüvə proqramı məsələsində razılaşma əldə edilib. İran uranın 5%-dən artıq zənginləşdirilməyəcəyi ilə bağlı razılaşmanı imzalayıb. |
2013-12-01 | 3,050 | Qax-Şəki yolunda "yol terroru" - 3 ölü | Qax-Şəki yolunda 3 nəfərin həlak olması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə saat 19:00 radələrində yolun Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndləri arasından keçən hissəsində qeydə alınıb. VAZ 2106 markalı avtomobil "Ford" markalı xırdatutumlu yük avtomobili ilə toqquşub. Nəticədə bir nəfər hadisə yerindəcə dünyasını dəyişib. Digər iki nəfərdən biri xəstəxanaya çatdırılarkən yolda, bir nəfər isə xəstəxanada vəfat edib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir. Bir nəfər isə ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib (Trend). |
2013-12-01 | 3,051 | Xalq dindən bir şey anlamaz | Bizim insanımız dinləməyə və bölüşməyə maraqlı. Hər kəs bir "mən". Bu "mən"ləri yönəltməyin üsülü başbilən "mən"i yalanlaşdırmaqdır. İran idarəetmə sistemi bunu hələ Əhəməni zamanından anladı. Və Turan övladları köçəriləşdirdi. Molla bir kahin; bilən adam, dolu adam demək. Bu dolu elmin dolusu. İslamı qəbul edən başbilənlər oldu ilk. Xalq dindən anlamaz. Dini tanıdanları tanıyar. Din tanıdanlar kim? Bunu bilmək gərəkir. Molla tarix səhnəsində görünməyə başlayandan dinpərəstlik başladı. Molla kahinin davamı oldu. Mollapərəstlik İslamı bitirdı. Molla elm dolusu olmadı, nağılbaz oldu. Nağıl bitmədikcə canı şüşədə olan div ölməz. Ölsə də başqa bir nağılda dirilər. Nağıllar mağara sevər, Qaranlıq - şam işığı. Başbilən mollalar olanı hər sahədən yalnız molla boylanır. Ziyalı da molla, siyasətçi də, yazıçı da, mütrüb də. "Azərbaycan" qəzeti düşmənlərimizdən yazır. Molladan lətifə danışır. Millət vəkili Babəkdən vurub, Xətaidən çıxır, keçisaqqal biri isə keçi çıxmaz dağlara daş atır. Mollalıq bir xəstəlikdir, mağara içində bitməyən yalan nağılların vurğunu olub yaşamaqdır. Bu da keçer… |
2013-12-01 | 3,052 | Mir Şahin: "Vaqifi gözləyəcəm və..." | Prezident İlham Əliyev bu il təkcə jurnalistlərin yox, uşaqdan böyüyə - çoxunun dostu olduğunu sübut etdi. Ayağını itirmiş körpə İmrana, qan xərçənginə tutulmuş Nicat Dağlara böyük dost oldu. İndi də böyük şairimiz Vaqif Səmədoğlunun yanındadır. Zəmanəmizin böyük şairi Vaqif bədxassəli şişdən əziyyət çəkir. Dövlət başçısı onun da müalicə xərclərini öz öhdəsinə götürüb. Bizimlə söhbətdə şair Prezidentə əslində bir ömürlük təşəkür etdi. Vaqif Səmədoğlu ilə görüşdə mən sözün həqiqi mənasında o dünyanı görüb qayıtdım. Bu axşam İsrailə müalicəyə yollanan Vaqif Səmədoğlunun nə qədər güclü insan olduğunun, vur-tut 75 yaşı olan adamın bu az yaşı ilə əbədiyyətə qədər tarixi olan ölümün qarşısında necə şax və şux dayandığının şahidi oldum. Mən indi sizə Vaqif Səmədoğlu ilə müsahibəmizin bir-iki fraqmentini, ölməz şairimizin məhz ölümlə bağlı fikirlərini təqdim edəcəyəm. Ona görə ki, o ölümə ömrünün növbəti stansiyası tək yanaşır. Bədəni zəifləsə də ruhi əzəmətindən və zarafatından qalmayan Vaqif Səmədoğlu ilə tam müsahibəni yaxın vaxtlarda sizə təqdim edəcəyik. Danışdığımız kimi, Vaqif Səmədoğlu İsraildən qayıdır və biz onunla söhbəti davam etdiririk. Açıq deyirəm: Mən Vaqif müəllimi pianino çalan, şeir deyən, zarafat edən, velosiped sürən, Avropa Şurasında Azərbaycanın adından danışan, hətta dəniz qırağında Motosikl sürərkən 3 çılpaq xanım qarşasında özünü itirərək yerə yıxılan yerdə təsəvür edə bilirəm. Amma Vaqif Səmədoğlunu ölən yerdə təsəvür etmirəm və etməyəcəyəm. Gözləyəcəyəm. Qayıtsın və ölümlə zarafatı buraxıb, həyatla ciddi söhbət eləsin. Bu onda daha yaxşı alınır. Xərçənglə mübarizə aparan, Türkiyədə əməliyyata hazırlaşan başqa bir ziyalımız Rafiq Hüseynovu da həmin söhbətə dəvət edəcəyəm. Xəsis deyiləm. Orijinallıq olsun deyə müəlliflik hüququnu onunla bölüşməyə hazıram. Vaqi Səmədoğlu müsahibədə belə bir fikir işlətdi. Mən heç vaxt demokratiya uğrunda mübarizə aparmamışam, mən müstəqillik uğrunda mübarizə aparmışam. Ona görə ki, mən müstəqilliyin nə olduğunu anlayıram. Mir Şahin Ağayev (ANS) |
2013-12-02 | 3,053 | Azərbaycanda siqaretin qiyməti artdı | Bakının bir neçə mağazasında, ölkəyə xaricdən gətirilən və daxili istehsal olan siqaretlərin qiymətində 10-20 qəpik arasında artım baş verib. Qiymət artımı "Viceroy", "West", "LD", "Winston"un bütün növlərində və digər populyar siqaret markalarında müşahidə olunub. Qeyd edək ki, satıcılar siqaretlərin qiymətinin istehsalçı firmalar tərəfindən artırıldığını deyiblər. Təəssüf ki, istirahət günü olduğundan məsələyə rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb. (ANS) |
2013-12-02 | 3,054 | Özümə yazığım gəlir | Allahın sözü Vaqif Səmədoğlu təkcə yazdıqlarına görə şair deyil, o, həm də yaşam tərzinə görə Şairdi; daha doğrusu, Vaqif Səmədoğlu bütün həyatı ilə bitməyən, tükənməyən, həmişə kənardan cəlbedici görünən, amma kimsənin yaşaya bilmədiyi, yaşamaq istəmədiyi bir Şeir ömrünü yaşayıb. Kimlərsə bu Şeiri böyük Səməd Vurğunun ən möhtəşəm əsərlərindən biri, kimlərsə zahid, mürşid, sufi, kimlərsə rind, mürid, sofi, kimlərsə dünyanın özü, kimlərsə Allahın sözü kimi oxuya bilər. Amma heç kim bu Şeiri və Şairi bir bütöv olaraq görüb-duyub-hiss edib, yaşamaq imkanında deyil. Çünki Vaqif Səmədoğlu təkcə söz deyil, həm də səsdi – sözün bütün ağırlığı hopmuş bu səsin yükünü tutmaq üçün vaqif olmaq lazımdı. Hər oxuyan Molla Pənah Vaqif olmadığı kimi, hər fikir adamı da Səmədoğlu Vaqif deyil. Vaqif Səmədoğlunun üzündə sanki tarixin xəritəsi çəkilib; diqqətlə baxsan, bu xəritədə Adəmin Yer üzündə sığındığı məkandan tutmuş Sovet repressiyalarına qədər hər hadisənin əlamətini tapmaq olar. Amma hamı kimi, biz də bilirdik ki, nə bu Şeiri tam, doğru-dürüst, bəlli və anlaşıqlı dildə oxumaq olar, nə də bu xəritəni. Bu Şeir dünya dilində olmadığı kimi, Xəritə də kimsənin nüfuz edə bilməyəcəyi simvollarla doludur. İnsanın baş aça bilmədiyi sirrin qarşısında marağını cilovlamaqdan ayrı əlacı yoxdur. Biz də - həmkarım Vəsilə Vahidqızıyla birgə bu xəritəyə maddım-maddım baxdıq, amma gücümüz yetən qədər Şeirdən bir-iki misranı höccələmək istədik... Bizim vaxt itirən vaxtımız deyil Vaqif Səmədoğlu da zamana qalib gəlmək üçün çalışıb. Amma görünür, əsas olan zamana qalib gəlmək deyil, ona uduzmamaqdır. "Yəqin yaşla bağlıdır, qəribə bir qorxu yaranıb məndə – ən adi, fizioloji qorxu: vaxt itirmək və uduzmaq qorxusu. Fikirləşirəm ki, hansısa bir kitaba iki günümü sərf edərəm, nəticədə vaxt itirərəm. Axı, 72 yaşda vaxta uduzmaq olmaz. Hər sahədə, hər yerdə uduza bilərəm – təkcə vaxta məğlub ola bilmərəm, o yaşım deyil". Görəsən, şair uduzmamaq üçün nələr düşünüb? "Oxuduqlarımı təkrar oxuyuram; onda əmin oluram ki, uduzmayacam, əksinə, qazanacam, nəsə yeni bir şey tapacam". Niyə, yeni ədəbiyyat o qədərmi şübhə yaradıb ki, özü demiş, "həyat və bədii təcrübənin" yetişdirdiyi zövqlü bir oxucuda "vaxt itkisinin mümkünlüyü" rəyi formalaşıb? Ədəbiyyatımızdakı yeni nəsil heçmi yaxşı əsərlər ortaya qoymur? Həmkarım Vəsilə Vahidqızının narahatlığını anında tutur: - Var, yaxşı əsərlər yazılır, amma fövqəladə heç nə yoxdur. Bir də ki, istedadlı və ya istedadsız nəsillər olmur, istedadlı və istedadsız fərd olur. Hər kəsin özünüifadə hüququ var Hər tərəf kitabdı – nəsil şəcərəsi haqda yazdığını bədii sənət nümunəsi kimi çap etdirən kim, roman adına cızma-qara yazan kim, gülüş hədəfi olan söz yığınını şeir adıyla təqdir edən kim. Söz qəbiristanlığı ölkəni başına götürüb – doğulan sözlərin ölüsünü dirisindən ayırmaq olmur: qurunun oduna yaş da yanır, söz kəsərdən düşür, şair hörmətdən. - Hamı çap olunmaq istəyirsə, niyə narahat olmalıyıq? Hər kəsin özünü ifadə etmək hüququ var. Həm də oxucusuz əsər yoxdur. Bəzən mənimçün ədəbiyyat məfhumuna uyğun gəlməyən söz, poeziya anlayışına yaraşdırmadığım şeir kiminsə zövqünü oxşaya bilir, öz oxucusunu tapır. Kütləvi çapın təhlükəsi olsaydı, 100 il, 200 il öncə olanların ağırlığını öz çiynimizdə hiss edərdik. Bu yük varsa da, hiss olunmayacaq qədərdir. Mentalitetin donquldanmaq kompleksi - Narahat olunası başqa məqamlar var. Şəxsən tanıdığım elə adamlar var ki, müxtəlif yerlərə çoxlu pullar xərcləyirlər, ancaq tarixdə qalacaq bir iş, tutaq ki, bina tikmirlər, yol çəkmirlər; məscid tikirlər, məscidə getmək üçün yol salmırlar, məktəbə, təhsilə pul ayırmırlar. Bu gün memarlıq baxımından qalacaq şeyləri dövlət, prezident tikdirir – etiraf edək də. Paradoksdur, çünki imkanlı şəxslər tikməlidirlər bu abidələri. Ancaq məndən soruşmayın ki, hansı mənasız işlərə külli miqdarda pullar xərcləyir həmin adamlar. Soruşmuruq. Amma lazımsız kitablara sərf olunan pulları da o mənasız xərclərin siyahısına aid edib-etməməyiniz maraqlıdır. - Aid deyil, çünki lazımsız kitab anlayışını lazım olduğundan artıq şişirtmirəm. Bilirsiz, son vaxtlar diqqətimi nə çəkir? Vəsilə xanımın təbirincə desək, Azərbaycan cəmiyyəti televizora nəyisə izləmək üçün yox, nəyisə tənqid etmək üçün, deyinmək üçün, donquldanmaq üçün baxır. Kitabı da eləcə, tənqid etmək üçün oxuyurlar: mənim nəslimin nümayəndələri gəncləri "əxlaqsız şeylər yazdığını", "mənasız sözlər işlətdiyini" öyrənmək niyyətiylə oxuyurlar, gənclər də bizi "avamlığımızı", "köhnəldiyimizi", "artıq kimsəyə gərək olmadığımızı" "bilmək" üçün. Qəribədir, hə? Həmişə gözəl mentalitetimizdən, milli xüsusiyyətlərimizdən danışmışıq. Ancaq belə murdar "mentalitetimizin" adını çəkmirik. Mentalitet deyən kimi Koroğlu yada düşür. Məgər Həmzə fransız idi? Amma bizim kimi şairi də narahat edən məqamlar var: - Bəzi ədəbiyyata dəxli olmayan təmayüllər var ki, əsas da nədir bir-birləri üçün yazırlar. Bir-birlərindən tərif eşitmək üçün evlərdə, məclislərdə çayxanalarda. Bir də mövzu, təşbeh, bənzətmə eyniliyi. Gəncləri oxuyursan, nə qədər "bu şəhər" demək olar? Bu şəhər birini sıxıb, ikisini sıxıb, üçünü, ... hamısını? Bu şəhəri bir-birlərinə oxuya-oxuya deyirlər ki, bəh-bəh. Bax o bir-birləri üçün yazmaq... Sonra çıxa bilməyəcəklər ey o çərçivədən. Artıq alışacaqlar elə yazmağa. Yazanda gərək...... nə atan, nə anan, nə dostun... Sən və bir də qələm. Yazanda ən yaxşı dostun yəqin özün olmalısan. Yazır və əvvəldən bilir ki, bu misra kimin xoşuna gələcək. Yazıram və bilirəm ki, bu misranı oxuyanda Anar deyəcək ki, bəh, Vaqif müəllim, nə demisən! Onda demək o oldu həmmüəllif də. Gülürsüz... Özümə yazığım gəlir Bizsə gülmürük, düşünürük. Narahat olan ziyalıların əsas arqumenti budur: bayağı musiqi, bayağı ifaçı kimi, bayağı sözlər də zövqləri korlayır; axı, ədəbiyyatın funksiyası var – zövq formalaşdırır, fövqündə insan dayanan cəmiyyət yaradır. - Ədəbiyyat heç bir zaman zövq formalaşdırmayıb; nə milli ideya, nə iqtisadi inkişaf, nə də siyasi fəallıq yaradıb. Ədəbiyyatın təsir gücü və hədəfi həmişə fərd olub. Ədəbiyyat – hansısa bir insanın mənfi, gərəksiz instinktlərini boğub. Amma bütövlükdə ədəbiyyatın "kütləvi təsirini" biz uydurmuşuq – öz rolumuzu çoxaltmaq, hörmətimizi artırmaq üçün. Ədəbiyyatın kütləvi təsiri olsaydı, L.Tolstoyun "Hərb və Sülh"ündən sonra iki böyük dünya müharibəsi baş verməzdi – hələ ortadakıları, nisbətən kiçik olanları demirəm. Aristotel bilirsiniz nə deyib? Deyib ki, indiki gəncliklə gələcəyimiz yoxdur. Bu sözləri oxuyanda düşündüm ki, Aristotel belə cəfəng fikir deyibsə, daha heç nə. Məni divara dirədiniz, özümə yazığım gəlir bu saat… - Deyəsən, Aristoteli də ondan gənc olanlar bəyənmir… - Ədəbiyyatı yaşlara niyə bölürsən, Anar? Ədəbiyyatda yaş yoxdur; mən heç vaxt yaş oxumuram, əsər oxuyuram. Sizə bir söz deyim? Biz hər sahədə fövqəladə bir şey gözləyirik. Gözləyirik ki, poeziyada "Hophopnamə" baş versin, dramaturgiyada "Ölülər" yaransın… Bu, həsrətin, Nəhənglik, Həqiqət, Heyrət həsrətinin göstəricisidir – necə ki insan hər gün bir xoş söz, bir sevgi dolu baxış gözləyir. Gözləməkdə bir eyib yox, amma belə əsərlər əlbəttə, yüz ildə bir gəlir. Fikrim aydındı? Aydındı, Vaqif müəllim, əlbəttə aydındı. Həm də o aydındı ki, adını çəkdiyiniz iki MİRZƏinin – Ələkbərin və Cəlilin yaşıdı olanlar da "Hophopnamə"ni və "Ölüləri" görmürdülər, "Xəmsə"yə dikilmişdilər. Sonra biləcəkdik ki, nə Sabirdən bir də gələsidir, nə də Mirzə Cəlildən. İndi də bilmirik. Bilmirik ki, Vaqif Səmədoğlundan da bir daha gəlməyəcək… 2011-ci il |
2013-12-02 | 3,055 | Türk təyyarəsi enişdə quyruğunu əzdi - Video | İstanbul- Malaqa səfərini gerçəkləşdirən Türk Hava Yollarına aid 737 nömrəli sərnişin təyyarəsi dünən günorta saatlarında Malaqa hava limanına eniş edərkən təhlükəli anlar yaşanıb. Belə ki, eniş zamanı təyyarənin quyruğu yerə dəyib. "Axar.az"ın verdiyi məlumata görə, içərsində 72 sərnişinin olduğu təyyarənin enişi anbaan görüntülənib. Təyyarənin quyruğunun yerə dəyməsindən sonra enişi gerçəkləşdirə bilməyən pilot təkrar havaya qalxmaq məcburiyyətində qalıb. İkinci sınağında Malaqaya saat 15:50-də enişini reallaşdırmağa nail olub. |
2013-12-02 | 3,056 | Azərbaycan-İran sərhədində atışma: bir hərbçi həlak olub | Azərbaycan-İran sərhədində sərhədçilərlə sərhəd pozucuları arasında atışma olub, bir hərbçi həlak olub, ikisi isə yaralanıb. Hadisə dekabrın 1-də saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verib. Sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib, bir nəfər hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafidir. Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA) |
2013-12-02 | 3,057 | Səddam Hüseyn dövrünə aid toplu məzarlıq aşkar edilib | İraqın Səmavə şəhərinə bağlı Busay bölgəsində 56 nəfərə aid toplu məzarlıq aşkar edilib. "Axar.az"ın məlumatına görə, İraq Kürd bölgəsi rəhbərliyinin nümayəndəsi Ərəm Əhməd bildirib ki, 10 gün əvvəl aldıqları bir şikayət əsasında qazıntı işləri aparıblar. Qazıntılar nəticəsində məlum olub ki, aşkarlanan 56 adamın cəsədi Nuqresalam həbsxanasında həbsdə olan məhkumlara aid olub. Ərəm Əhməd açıqlamasında "Baas rejimi dövründə zərər çəkmiş olan bütün İraqlılar üçün təzminat verilməsi nəzərdə tutulub. Ancaq yaşanan siyasi böhran səbəbiylə bu qanun 2 ildir təsdiq edilmir", - deyib. Ərəm Əhməd daha sonra bunları deyib: "Nuqresalam həbsxanası 1960-cı ildən bu yana var. 1988-ci ildəki Ənfal hərəkatı zamanı bir çox kürdləri buraya gətirirdilər. Bu həbsxana işgəncələr səbəbiylə xalqın arasında "ölüm yolu" olaraq bilinir. Nuqresalam həbsxanasında məhkum həyatı yaşanların aclıqla və işgəncəylə qətlə yetirildiyinə dair məlumatlar əld etmişik. Hətta bəziləri diri-diri basdırılıb". |
2013-12-02 | 3,058 | 3 şəhərimizdə 3 ev yandı | "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, bu gecə ölkənin müxtəlif şəhərlərində 3 evdə yanğın olub. Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan (hər mərtəbəsi 108 kv.m) ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 108 kv.m sahədə yanıb və evə bitişik ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları (üst örtüyü şifer, atma taxtalardan ibarət) yüksək temperaturdan qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülən ikinci yanğın hadisəsi Cəlilabad şəhərində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Sonuncu yanğın hadisəsi Ağdaş rayonu, Yenikənd kəndində olub. Kənd sakininə məxsus ümumi sahəsi 88 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı itki baş verməyib. |
2013-12-02 | 3,059 | Bu gün Gülər Əhmədovaya hökm oxuna bilər | Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi davam edəcək. Xatırladaq ki, ötən prosesdə G.Əhmədovanın vəkili Əfsər Talıbov müdafiə nitqi söyləmiş, hakim söz üçün sabiq deputata imkan yaratmışdı. Amma G.Əhmədova səhhətindəki problemləri əsas gətirərək, hələ çıxış üçün hazır olmadığını demişdi. Bu gün saat 10.30-a təyin olunan prosesdə isə G.Əhmədovanın çıxış edəcəyi gözlənilir. Çıxışın ardınca sabiq deputata hökm oxunacağı da istisna deyil. Çünki G.Əhmədovanın işinə baxan hakim heyəti dekabrın 5-ə (həftənin cümə axşamına) NİDA-çıların məhkəməsini təyin edib. Bu isə onu göstərir ki, heyət həftənin bazar ertəsi və cümə axşamı gününə təyin etdiyi G.Əhmədova üzərində məhkəməni bazar ertəsi günündə yekunlaşdıracaq. Daha öncəki prosesdə prokuror sabiq deputata 4 il iş istəmişdi. Bəzi ekspertlər bunu sabiq deputatın ittiham olunduğu maddələr üzrə minimal cəzadan da az cəza hesab edərək, bu gedişlə onun şərti azadlığa buraxılacağını istisna etməyib. Amma G.Əhmədovanın sağlıq durumu bu məsələdə xüsusi rol oynayacaq. Əgər sabiq deputat səhhətinin qaydasında olmadığını deyib, çıxışdan imtina etsə, qərarın verilməsi də uzana bilər. Proses boyunca sabiq deputat istintaqa və Elşad Abdullayevə yönəlik tənqidi çıxışları ilə yadda qalıb. ABU-nun sabiq rektorunun gözləntilərindən fərqli olaraq, G.Əhmədova hakimiyyəti ifşa edən, onu tənqidə məruz qoyan hər hansı açıqlama, bəyanat verməyib.Onun son söz çıxışında da əvvəlki xəttindən fərqlənən hansısa nüansların olacağı gözlənilən deyil. Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib ("Musavat"). |
2013-12-02 | 3,061 | Zəlzələ Şabranı titrətdi | Azərbaycanın Şabran rayonunda zəlzələ baş verib. "Axar.az" Respublika Seymoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, yeraltı təkanlar bu gecə saat 00:50-də qeydə alınıb. 3.80 maqnitudada və 21 km dərinlikdə baş verən zəlzələ bəzi insanlar tərəfindən hiss olunub. |
2013-12-02 | 3,062 | Baş nazirin dəbdəbəli villası - Video | Gürcüstanın yenicə sabiqə çevrilən baş naziri, biznesmen Bidzina İvanişvilinin villasının görüntüsü: |
2013-12-02 | 3,063 | Arif Hacılı Asəf Quliyevin iddialarına cavab verdi | Asəf Quliyevin istefası ilə bağlı səsləndirdiyi fikirlər ciddi arqumentlər deyil. "Axar.az"ın "SİA"ya istinadən məlumatına görə, bunu Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib: "Əvvəla Cəmil Həsənlinin namizədliyi demək olar ki, yekdilliklə qəbul olunub. İkincisi, biz Cəmil Həsənlinin seçki qərargahına rəhbərlik edərək öz vəzifəmizin öhdəsindən kifayət qədər bacarıqla gəlmişik. Bunun nəticəsi idi ki, bir neçə gün ərzində biz imzaları toplayaraq Cəmil Həsənlinin namizədliyinin qeydə alınmasını təmin etdik. Eyni zamanda Cəmil Həsənlinin təbliğat-təşviqat kampaniyası işində faktiki olaraq seçkiyə gələcək insanların əksəriyyətinin səsini alacaq qədər ciddi fəaliyyət göstərdik. Ona görə də qeyd etdiyiniz şəxsin guya bizim harasa təyin olunmağımızla bağlı və Cəmil Həsənlinin prezidentliyə namizəd olması ilə bağlı istefa verdiyi fikirlərini yəqin ki, ictimaiyyət ciddi qəbul etməz". |
2013-12-02 | 3,064 | Üstündən yarım kilo narkotik çıxdı | Bakı şəhər sakinindən yarım kiloya yaxın narkotik götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsi və 4-cü PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sabir Ələkbərovdan 440 qram marixuana aşkar olunaraq götürülüb ( Trend ). |
2013-12-02 | 3,065 | Cəbhədə atışma: itki yoxdur | Erməni silahlıları altı istiqamətdə atəşkəs rejimini pozublar. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Məzəmli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Qaraqaşlı, Nəmirli, Füzuli rayonunun Qaraxanbəyli, kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2013-12-02 | 3,066 | Ölən və yaralanan hərbçilərimizn adı məlum oldu | Ölən və yaralanan hərbçiləri adı məlum olub Azərbaycan-İran sərhədində sərhədçilərlə sərhəd pozucuları arasında silahlı insident baş verib, bir hərbçi həlak olub, ikisi isə yaralanıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ötən gün saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verib. Silahlı insident, sərhəd naryadının, sərhəd pozucularının qarşısının alınması zamanı baş verib. Bir nəfər hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafi olduğu bildirilir. APA-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə, silahlı insident Lerik rayonu ərazisində baş verib. İnsidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətiriblər. İnsident zamanı həlak olan hərbçi 37 yaşlı mayor Maqsud Nağıyevdir. 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. Məlumata görə, hər iki yaralı yaxın saatlarda Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir. Hadisənin baş vermə səbəbləri Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırılır. |
2013-12-02 | 3,067 | Yanukoviçə qarşı silahlı üsyan təklifi – Ağ Ev | Son iki gündə Ağ Evin saytında Ukrayna hakimiyyətinə qarşı yaradılmış petisiyaların sayı 11-ə çatıb. "Axar.az" məlumat verir ki, yeni yaradılmış petisiyaların əksər hissəsində hakimiyyətin silah gücünə devrilməsi təklif olunub. Artıq zor gücünə hakimiyyətin devrilməsi üçün elan edilmiş petisiyaların hər birində 7 min səs toplanıb. Bununla bərabər Yanukoviçin hakimiyyətinin sülh yolu ilə devrilməsi üçün şənbə günü elan edilmiş petisiyada 56 min imza yığılıb. Qeyd edək ki, Ağ Evin rəsmi saytında elan edilmiş petisiyada 100 min səs toplanılmalıdır. Əgər lazımı qədər imza yığılarsa, sənədlərin ABŞ prezidentinə göndərilməsi nəzərdə tutulur. |
2013-12-02 | 3,068 | “Eksperimental Xəstəxana”da rüşvət tələbinin yazısı – Audio | Dövlət xəstəxanalarında rüşvət alma halı ilə bağlı saytımıza gələn şikayətlər əsasında "Eksperimental xəstəxanada rüşvət tüğyanı" adlı reportaj hazırlamışdıq. Çəkiliş zamanı "Axar.az"ın əməkdaşları adıçəkilən xəstəxanada müayinə və analizlər üçün pul tələb edilməsinin şahidi olmuşdular. Əməkdaşlarımızın yaxınlaşıb söhbətləşdiyi xəstələr də həkimlərin pul istədiklərini demişdi və pulsuz heç bir xidmətdən yararlana bilmədiklərindən gileylənmişdilər. Ən xırda müayinədən qan təhlilinə qədər, hər şeyin öz qiyməti olduğunun şahidi olmuşduq. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Vətəndaş rüşvət verməsin Mətbuat xidmətinin əməkdaşı Səbahət Əhmədova bu kimi halların son vaxtlar çox az olduğunu bildirdi və vətəndaşların özlərini aktiv olmağa səslədi: "Vətəndaş rüşvət verməməlidir. Əgər belə hallara rast gələrsə, qaynar xəttlə əlaqə saxlamalıdır. Qaynar xəttə məlumat daxil olandan sonra bu məlumat öz təsdiqini taparsa, o zaman bu barədə ölçü götürülür. İşdə rüşvət alan həkimi işdən çıxartmaqdan cinayət işinin açılmasına qədər, müxtəlif cəzalar gözləyir. Daha yaxşı olar ki, siz bu barədə Səhiyyə Nazirliyinin "Qaynar xətt"i ilə əlaqə saxlayasınız. Çünki bu cür halların qeydə alınması və araşdırılması ilə məşğul olan qurum odur". "Qaynar xətt"ə zəng "Qaynar xətt"ə zəng edərək xəstəxanadakı rüşvətxorluqla bağlı məlumat verdik. Xəstəxanaya nə vaxt getdiyimizi, hansı həkimə müraciət etdiyimizi soruşdular. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi ilə əlaqə saxladıqdan sonra gün ərzində bizi məlumatlandıracaqlarını dedilər. Bütün günü, hətta daha 3 gün gözləsək də, heç bir cavab gəlmədi. Baş Prokrorluğun laqeydliyi Baş Prokrorluğun mətbuat xidmətindən isə məsələyə heç bir rəy bildirmək istəmədilər və Səhiyyə Naziriyinin mətbuat xidməti ilə əlaqə saxlamağımızı, bu məsələnin onların səlahiyyətinə aid olduğunu söylədilər. İndi bildinizmi ki, niyə dövlət xəstəxanalarında rüşvət tüğyan edir? P.S. Yeri gəlmişkən, ötən yazımızda Baş həkimin faktı inkar etdiyini və bizi qovduğunu yazmışdıq. Amma biz reportajı hazırlayarkən danışıqları qeydə almışdıq. İndi isə səs yazısını oxucuların ixtiyarına, "Qaynar xətt"in və Baş həkimin hüzuruna təqdim edirik… |
2013-12-02 | 3,069 | Maydanda xəsarət alanların sayı 165 nəfərə çatıb | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Kiyevin mərkəzində baş verən aksiyada 165 etirazçı təcili yardım heyətinin həkimlərinə müraciət edib. Onlardan 109 nəfəri xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, daha əvvəl 112 nəfərin xəsarət aldığı bildirilirdi. Şəhər administrasiyasının səhiyyə şöbəsinin məlumatına görə, Ukraynanın paytaxtındakı tibb müəssisələrində etirazçılar üçün dərman və digər lazımi tibbi məhsullar mövcuddur. |
2013-12-02 | 3,070 | Parisdə vergi siyasətinə qarşı kütləvi aksiya keçirilib | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, minlərlə fransız dövlətin vergi siyasətinə qarşı etiraz aksiyasında iştirak edib. Aksiyalar, əsasən, Paris və Bretanda keçirilib. Mitinqlərə nəqliyyat şirkətləri də qoşulub və bir neçə min yük maşını ölkənin əsas magistral yolunu bağlayıb. Nümayişçilərin əsas tələbi verginin hər kəs üçün eyni olmasıdır. Məlumat üçün qeyd edək ki, etirazçıların sözlərinə görə, bugünkü Fransada böyük şirkətlər kiçik müəssisələrlə müqayisədə bir neçə dəfə daha az vergi ödəyirlər. |
2013-12-02 | 3,071 | Avromeydanda xəsarət alan 35 jurnalist - Siyahı | Avromeydanda baş verən hadisələri işıqlandıran zaman 35-dən çox xarici və yerli jurnalist döyülüb və xəsarət alıb. "Xronika"nın mediatrener və bloggeri Zoya Kazanji xəsarət alan KİV nümayəndələrinin siyahısını hazırlayıb: 1. "İctimai televiziya"nın jurnalistləri Dmitri Qnap və Yakov Lyubiç döyülüblər, kameraları sındırılıb, yaddaş kartları əllərindən alınıb. 2. "5-ci kanal"ın jurnalisti Natalya Jijko və operator Yuri Usik daşqalaq edilib. 3. "Reuters" agentliyinin fotoqrafı Qleb Qaraniçin "Berkut"un hücumu zamanı başı partlayıb. 4. "Ryadom s vami" informasiya agentliyinin jurnalisti Dmitri Prinxo jurnalist vəsiqəsi olmağına baxmayaraq, polislərin hücumuna məruz qalıb, nəticədə başı partlayıb. 5. "Euronews "un operatoru Roman Kupriyanov Bankovoyda çəkiliş aparan zaman "berkutlular" çəkiliş aparmamağı əmr etsələr də, o buna qulaq asmayıb. "Berkutlular" onun əllərinə döyüb. Operator xəstəxanaya yerləşdirilib. 6. Polşalı jurnalist Pavel Penyajek Prezident Administrasiyası ətrafında baş verən hadisələri işıqlandırdığı üçün "berkut"çular" tərəfindən başından ən az 10 zərbə alıb. 7. "LİQABiznesİnform"un fotojurnalisti Aleksandr Perevoznik Bankovoydakı qarşıdurmanı işıqlandırdığı zaman KİV nümayəndəsi olduğunu dediyi halda 8 nəfər "berkut"çu tərəfindən vəhşicəsinə döyülüb. 8. Bankovoyda "Ukraynskaya nedelya"nın jurnalisti Valeriya Burlakovanın ayağı altında səs bombası partlayıb. Jurnalist üçün təcili yardım çağırıblar. 9. "Ukraynsakaya Pravda" və "İctimai televiziya"nın jurnalisti Mustafa Nayem Bankovoyda başından xəsarət alıb və qaz atəşinə tutulub. 10. IB.UA-dan Maks Levin Bankovoyda çəkiliş zamanı hematoma və ağır xəsarətlər alıb. 11. Danimarkalı jurnalist Yoxanes Vamberq Andersen noyabrın 30-u "avromeydanı" dağıdan zaman polis ona videoçəkiliş aparmağa mane olub və başına zərbələr endirib. 12. Jitomirdən "20 minut" qəzetinin baş redaktoru Vlad Puçiç 13. AFP jurnalisti Sergey Supinski Avromeydan hadisələrini işıqlandıran zaman ayağından xəsarət alıb. 14. "İnsayder"in fotomüxbiri Maksim Kudines "berkut"çular tərəfindən xəsarət alıb, fotokamerası məhv edilib. 15. "Associated Press"in jurnalisti Sergey Çuzavkov Kiyevdə mitinq iştirakçıları ilə polis arasında toqquşma zamanı baş travması ilə xəstəxanaya çatdırılıb. Onun üzünə daş dəyib. 16. UBR telekanalının operatoru. ( Adı dəqiqləşdirilir) 17. "Ukraynskaya Pravda"nın jurnalisti Dmitri Larin "Berkut" əməkdaşı tərəfindən xəsarət alıb. Onun jurnalist vəsiqəsi əlindən alınıb, jileti əynindən çıxarılıb. 18. Fotoqraf Anatoli Stepanov jurnalist olduğunu dediyinə baxmayaraq, xüsusi təyinatlılar onun başını partladıb, əlini sındırıb. 19. Fotomüxbir İvan Çerniçkin Bankovoyda səs bombasının təsirindən ayağından xəsarət alıb. 20. Operator Aleksandr Zakleskiy polislər tərəfindən döyülüb. 21. "Müstəqil jurnalist ittifaqı"ndan Anton Çernışov döyülüb, kamerası tamamilə yararsız hala salınıb. 22. "Denqi" verlişinin jurnalisti Denis Danko başından xəsarət alıb. 23. "5-ci kanal"ın operatoru İvan Nakoneçnıy "Berkut"dan yumruq zərbələri alıb. Onu yerdə sürütləyib və hasardan o tərəfə atmaq istəyiblər. 24. "Ukraynskaya nedelya"nın müxbiri Stanislav Kozlyuk xüsusi təyinatlılar tərəfindən döyülüb. 25. "Vidia" diasporasının mediaportalının yaradıcılarından biri və jurnalist Natalya Figel hücuma məruz qalıb. 26. "Demokratik Ukrayna"dan Yaroslav Qalatanın ayağı altında qumbara partlayıb. Sıyrıntılar var. 27. "Jitomir.info" saytının fotoqrafı Mixail Zaqorski Bankovoya hücum zamanı üzündən dəyənək zərbəsi alıb, yanağı partlayıb. 28. "Şərhlər" nəşriyyatın müxbiri Dmitri Kaçura "Berkut" döyüşçüsü tərəfindən belindən daşla zərbə alıb. 29. "Ukraynskiye Novosti"nin jurnalisti Yevgeni Qolovenkonun ayağı altına işıq-səs bombası atılıb. Nəticədə huşunu itirib. 30. "Comments.ua"nın baş redaktor müavini Oleq Havrukun başı partlayıb, əlindən və belindən xəsarət alıb. 31. Avropanın "EPA" press- foto-agentliyinin fotoqrafı Sergey Doljenko da xəsarət alıb. 32. Mosvkanın "Novaya qazeta"sından Yevgeni Feldmana daşla xəsarət yetirilib. 33. "Cenzor.net" saytının baş redaktoru Yuri Butusovun başını partladıblar. 34. "LifeNews"dan Emin Kalantarovun əlini zədələyib, kamerasını sındırıblar. 35. Azad jurnalist Sergey Polejakanı əllərindən vurublar və kamerasının obyektivini zədələyiblər. |
2013-12-02 | 3,072 | Hərbi maşın qəzaya uğradı: yaralı var | Azərbaycanda hərbi maşın qəzaya uğrayıb. "Axar.az"ın "APA"ya istinadən məlumatına görə, hadisə Qazax rayonunda qeydə alınıb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsus "Zil" markalı yük avtomobili dağlıq ərazidə idarəetməni itirərək aşıb. Nəticədə sürücü, müddətdən artıq xidmət edən hərbçi Əfqan Salıfov xəsarət alıb. Yaralı hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Yaralı hərbçinin vəziyyətinin kafi olduğu bildirilir. Qeyd edək Ə. Salıfov Qazax rayonundan hərbi xidmətə çağırılıb. |
2013-12-02 | 3,073 | Zakir Qaralov vətəndaşlarla görüşəcək | Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşların nəzərinə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il dekabrın 13-də saat 11:00-da Şirvan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. |
2013-12-02 | 3,074 | Sədərək Ticarət Mərkəzində yanğın - Video | Bu gün saat 09.25 radələrində Sədərək Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. "Axar.az" xəbər verir ki, "Baymedia"nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın "Şirniyyat bazarı" adlanan ərazidəki anbarlardan birində olub. Yanğın anbarın ventilyasiya sistemindən başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub və qısa müddət ərzində yanğının qarşısı alınıb. |
2013-12-02 | 3,075 | Zakir Həsənov Koreyaya getdi | Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Koreya Respublikasına rəsmi səfərə yola düşüb. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, dekabrın 4-dək davam edəcək səfər çərçivəsində Z.Həsənovun bir sıra görüşləri planlaşdırılır. |
2013-12-02 | 3,076 | Sərhədçi səhv əməliyyatın qurbanıdır? – Rəsmi cavab | Hərbi ekspert Üzeyir Cəfərov Dövlət Sərhəd Xidmətinin Astara rayonu ərazisində baş vermiş atışma hadisəsinə münasibət bildirib. "Axar.az" məlumat verir ki, o, bu barədə "feysbuk" hesabında yazıb. Ekspert qeyd edib ki, əgər məlumat doğrudursa, onda bu sadəcə general-leytenant Elçin Quliyevin istefası və Lənkəran Sərhəd Dəstəsinin komandirinin və digərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnə bilər: "Dünən gecə bu məlumatın təcili yayılması onu deməyə əsas verir ki, DSX-nin başbilənləri istəməyiblər ki, səhər bu hadisə haqqında dəqiq və dolğun məlumat yayılsın. İndi qoy açıqlasınlar ki, 1 hərbçiyə atəş açıb onu öldürənlər, ikisini isə yaralayan kimlər olub? Bizə verilən məlumat isə ondan ibarətdir ki, hadisə səhv qurulmuş əməliyyat nəticəsində baş verib və öz hərbçilərimiz yoldaşlarına səhvən atəş açıblar. Gözləyək görək DSX nə məlumat verir?" Dövlət Sərhəd Xidməti isə hələ də məsələ ilə bağlı geniş informasiya yaymayıb. İdarənin mətbuat katibliyindən "Axar.az"a verilən məlumatda hadisə ilə bağlı araşdırılma aparıldığını, yaxın zamanlarda bununla bağlı daha geniş informasiya veriləcəyi bildirilib. Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidməti Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib ki, nəticədə də bir nəfər hərbi qulluqçu həlak olmuş, iki nəfər isə yaralanmışdır. Hadisədə həlak olan hərbçi 37 yaşlı mayor Maqsud Nağıyev, yaranlananlar isə 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabovdur. |
2013-12-02 | 3,077 | And olsun Allaha, yalan demirəm... | Dostun dəlidirsə... "Azərbaycan" nəşriyyatında olanlar İlyas Ərnəfəsi yəqin ki, tanıyır. Çünki yaz-yay İlyas nəşriyyatın qabağında var-gəl eləyir, əliylə kiməsə nəyisə göstərir. Hətta hərdən danışa-danışa gülür də. Bura onun, necə deyərlər, "toçkas"ıdı, heç kimin qabağına qaçıb pul istəmir, kim nə versə, alıb cibinə qoyur. Əlbəttə, onu əvvəllər tanıyanlar üçün bu mənzərə çox ağrılıdır, ancaq şəxsən mənim üçün daha məşəqqətlidir. Gənc yaşlarımızda Həmid Herisçi, İlyas və mən çiynimizdə çanta Bakının küçələrində də çox veyillənmişik. Çayxanalarda oturub söhbətləşmişik, kafelərdə yeyib-içmişik, jurnal-qəzetlərdə çap olunmuşuq. Onda İlyas nəsr yazırdı, bizsə şer. Onun anası uşaqlığından rəhmətə getmişdi, atası isə onu evdən qovmuşdu. Nənəsi saxlamışdı. Yadımdadır, bir hekayəsində yazmışdı ki, bir dəfə nənəm mənim üstümdə qonşularla dalaşanda əlinə balta götürmüşdü, mənsə onun tumanından tutub ayağına qısılmışdım. O, kimsəsiz, istedadlı, əyilməz və yaraşıqlı oğlan idi. Onun kimsəsi elə Həmidlə mən idim. Vədələşib görüşərdik. Gəlirdim ki, Həmidlə çayxanada oturublar. Salamlaşan kimi İlyas deyirdi ki, gedək kafedə yemək yeyək. Həmid dəli olurdu: "A kişi, indicə adama bir dənə plov yemədikmi, sən yenə acsan?" Mən də gülüb deyərdim ki, əşi, istəyirsə gedək. Arıq cüssəsinə baxmayaraq o, heç vaxt yeməkdən doymurdu. Bəlkə də bu, onda bir yetimlik xəstəliyi idi. İçəndə isə çox şən olurdu. Familiyası Əfəndiyev idi. Mən biləni, "Ərnəfəs" təxəllüsünü ona Xəlil Rza Ulutürk vermişdi. Bu yolla da "İlyas Əfəndiyev" olmaqdan qurtulmuşdu. Sonralar mən Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna qəbul oldum. Bir də eşitdim ki, bəs, yazıçı Elçin İlyasla Vəli Səyyadini öz təşkilati və şəxsi dostluq xətti ilə Riqa Universitetinə təhsil almağa göndərib. Həmidi tanıyanlar bilir, o, çiyni heybəli köhnə dərvişlərdəndi. Dəfələrlə mənim yanıma Moskvaya gəlmişdi. Tələbə yoldaşlarım Həmidi yaxşı tanıyırdı. Həmid dəfələrlə İlyasla Vəliyə dəyməyə Latviyaya da getmişdi. Neyləsin, hərəmiz bir şəhərdə yaşayırdıq, Bakı da indiki kimi çox darıxdırıcı idi. Həmid hərdən Moskvaya mərhum rusdilli şair Aydın Əfəndi ilə də gəlirdi. Bir dəfə lap gül vurmuşdu, İlyası götürüb Moskvaya mənim yanıma gəlmişdi. İlyas bir-iki il oxuyandan sonra təhsilini yarımçıq qoyub Bakıya qaçmışdı. Nə qədər eləmişdilər bir də geri qayıtmamışdı. Həmid deyir ki, İlyas orda kök bir rus qadını ilə yaşayırdı, ikinci dəfə gedəndə gördüm ki, o qadının İlyasdan bir oğlu olub. İlyas qadının evində qalırmış. Deyir, bir gün getdim ki, İlyas su tökür, qadın isə uşağın arxasını yuyur. Deyir, məni görəndə İlyas o qədər güldü ki, məni də gülmək apardı. Mən institutu qurtarandan sonra bir az Bakıda işlədim. Bir də 1993-cü ildə, Surətin üsyanı vaxtı təsadüfən Azərbaycandan çıxdım. Bir də 1996-cı ilin yazında Bakıya qayıtdım. Rusiyaya getməmişdən əvvəl həmişə nəşriyyatın mətbəəsinin kafesində yığılardıq. İlyas da ora tez-tez gəlirdi. 1996-cı ildə Bakıya qayıdanda bir ilə yaxın idi ki, arağı atmışdım. Fikirləşdim ki, gedəcəm kafeyə, tanışlardan birinci kimi görsəm onunla yüz qram araq içəcəm. İçəri girdim ki, İlyas ortadakı sütunun böyründəki stolda dirsəklənib. Üç il qabaq onu harada qoyub getmişdimsə, elə oradaca tapdım. Məni görəndə o qədər sevindi ki... Qucaqlaşıb görüşdük. Oturan kimi yüz qram vurmaq məsələsini dedim. "Harda itib-batmısan?" - dedi. Mən də ordan-burdan danışdım. Arağın 400 qramını İlyas içdi, dedik-güldük. And olsun Allaha, yalan danışmıram, birdən İlyasa dedim ki, ayə, nə yaxşı indiyə qədər dəli olmamısan. İlyas xeyli güldü. Sonra dedi ki, sən burda olmayanda mən sənin şerlərini bir neçə dili tərcümə eləmişəm. Yapon dilinə, fars dilinə, bir də fransız dilinə. Dedim, İlyas, yekə oğlansan, məni dolama. İlyas sifətini ciddiləşdirib "dolamaq nədi?" dedi: "Mən o şerlərə hələ musiqi də bəstələmişəm". Sonra da İran müğənnisi Ququşun hansısa mahnısına uyğun, guya farsca, ancaq anlaşılmayan sözlərlə bir mahnı oxudu. Onun oxuduğu bu mahnı məni o qədər kədərləndirdi ki, bildim, artıq İlyas dəli olub. İndi, isti vaxtlarda nəşriyyatın çölündə, soyuq vaxtlar isə şüşəbəndin içərisində var-gəl eləyir İlyas. Pul toplayıb kafeyə girir. Bir yemək götürür, bir də 250 qramlıq bir araq. Heç vaxt sərxoş olmur. Nitqində rabitə pozulub. Xırdaca bir cümlə deyirsə, arxasında çoxlu rabitəsiz sözlər deyir. Bu yaxınlarda gedib onunla kafedə üzbəüz oturdum. Bilmirəm söhbətimiz alınırdımı. Onun dediyi sözləri başa düşə bilmirdim. Mənim dediklərimi bilmirəm İlyas başa düşə bilirdimi. Ancaq orada mənə dedi ki, bilirəm (sonra rabitəsiz sözlər), sənin iki uşağın var (yenə rabitəsiz sözlər). Həmidin də (rabitəsiz sözlər) bir oğlu var (rabitəsiz sözlər). Məni ağlamaq tutdu, göz yaşlarımı ona bildirmədən yaylıqla yox, stolun üstündəki cod kağızla silmək istədim. İlyas cibindən bir dənə salfet çıxarıb kirimişcə qabağıma itələdi. 2009 |
2013-12-02 | 3,078 | Kiyevdən anbaan - Canlı | Ukrayna Prezident Administrasiyasının binası ətrafına aksiya iştirakçıları toplaşmağa başlayıb. Nazirlər Kabinetinin yaxınlığında da adamların sayı artıb və 500 nəfərə çatıb. Live streaming video by Ustream |
2013-12-02 | 3,079 | Aydın Mirzəzadə məni aldatdı... | Respublikanın Əməkdar artisti, Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri Yalçın Rzazadə ilə müsahibəni təqdim edirik. Azərbaycanın səhəri mənimlə açılır - Yalçın bəy, yaman başınız qarışıb, nə vaxt zəng edirik, "tədbirdəyəm" deyirsiniz. Deyəsən sizsiz bir tədbir də keçmir? - Bəli elədir. Hansısa tədbirə "gəlməyəcəyəm" deyəndə, etiraz səsləri ucalır: "Yox, nə danşırsınız, Yalçın bəy, siz nəhəng sənətkarsınız, tədbirlər sizsiz yaraşıqsızdır". İş çoxdur, yubileylər keçirilir. Mən kafedra rəhbəriyəm. Müəllimləri, dərsi nizamlamaq mənim işimdir. Həm də estrada fakültəsi ən ağır fakültədir. Hamı oxumaq istəyir. Nəzər salsanız, görərsiniz ki, muğam kafedrasına 10 uşaq sənəd verirsə, estradaya 500 nəfər sənəd verir. - İstənilmək, arzu olunan olmaq bir sənətçi üçün gözəl münasibətdir? - Bəli. Məni görən, tanıyan hər bir insan ifamı dinləyir, sonra yaxınlaşıb söyləyir ki, sizi 10 il bundan əvvəl dinləyəndə də eyni səs idi, bu gün də. Mənə Azərbaycandan bir manat kömək yoxdur - Müalicə üçün Türkiyəyə yola düşmüşdünüz. Yenə müalicə pulunuzu türk vətəndaşları ödədi? Əsas olan məsələ, səhhətiniz necədir? - Mənə tapşırıblar ki, özünü pis hiss etsən belə, "pisəm" demə. Yaxşıyam, hələ ki, yaşayıram. Çox yaxşıyam, yaxşıdan da yuxarıyam deyim ki, yaxşı olum. Bəli, yenə də türk vətəndaşları mənə kömək elədi. Təkcə bilet pulumu düzəldə bildim. Bütün müalicəmin və 40 gün orada qalacaq yerimin, gəzməyimin pulunu türk qardaşlarımız ödədilər. Mənə Azərbaycandan bir manat kömək yoxdur. Hətta nəzərdə tutulmayan bir xəstəliyim də orda üzə çıxdı. Sol diz qapağıma su yığılmışdı. Müayinə zamanı bilindi. Onu da müalicə elətdirdim. Hələ ki, hər səhər duranda, şükür, "bu gün də yaşadım" deyərək, günə davam edirəm. Elə bildim gözlərimi əbədi yumacağam - Gözünüz aydın olsun, oğlunuza toy edib gəlin gətirdiniz. Allah sizə baba olmağı nəsib etsin. Oğlunuzun yaşı çox azdır. Niyə belə tez evləndirdiniz? - Üç övladım var. Allah bütün ata-analara övlad toyu görməyi nəsib eləsin. Mən də istədim, gözüm arxada qalmasın. İki balamı evləndirmişəm, tək bu qalmışdı. Bunu da evləndirib əlini-ayağını yığdım. Ürəkdir açılır, yumulur. Elə dünən də tutdu, bir anlıq elə bildim gözlərimi əbədi yumacağam, amma həkim gəldi, iynə vurdu, handan–hana gözlərimi aça bildim. Ona görə də oğlumun toyunu tez elədim. Bu mənim sənətimin əsas sirridir - Sənətinizdə nə yeniliklər var? - Bir sənətkarın yeniliyi yoxdursa, bu onun sonu deməkdir. Bəli, mən xəstə olmağıma baxmayaraq, yenə də yazıram. Yeni bir mahnım var. Mən çox mahnı yazmıram, bir mahnını 3-5 aya ərsəyə gətirirəm. O mahnının hər sözünü qəlbimdə özümünkü edib mənimsəyir, sonra ifa edirəm. Məhz buna görədir ki, mənim ifam gələndə səsim yüz nəfərin içindən seçilir. Bu mənim sənətimin əsas sirridir. Mənim ifamda səslənən bir çox mahnıları bu gün başqaları oxuyur, amma möhürünü mən vurmuşam. Gəlib deyirlər ki, Yalçın bəy, mən sizin "Dədə Qorqud"da oxuduğunuz mahnını ifa etmək istədim, amma çox çətindir. Dinləyəndə elə başa düşdüm ki, bu dəqiqə oxuya biləcəm, ancaq sonra baxdım ki, yox, çox çətindir". Mən mahnımın hər hərfini mənimsəməsəm oxumaram. Baxın, bu gün oxunan mahnıların hansının sözü yadda qalır, hansı fonda salınacaq. Heç biri də yadda qalmayacaq, çünki aylıq mahnılardır. Boğazdan yuxarı nəyinsə xətrinə oxunan mahnılardır. Yataq otağında, vannada klip çəkilməz - Bir müsahibənizdə bu gün çəkilən klipləri sərt tənqid etmisiniz. Sizcə, klip necə olmalıdır? - Bu gün çəkilən kliplər açıq-saçıqlığına görə baxılır. Klip mahnının izahını verməlidir. Yastığı qucaqlayıb yataq otağında, vannada klip çəkilməz. Bu nədir, nə oyundur, anlaya bilmirəm. İndi də "Əlvida"nı oxuyanda baxıram ki, tamaşaçılar ağlayır. Bu gün mən klip çəkdirə bilmirəm, maddi gücüm çatmır, amma ifalarımın hamısı "Qızıl fond"da saxlanılır və bu mənim üçün yetər. Bu gün mənə soyuducumun dolu olmağı lazımdır - Maddi durumunuzla bağlı bir dəyişiklik var? - Heç bir dəyişiklik yoxdur. Mənə sağlığımda qiymət vermək lazımdır. Məni təqdim edəndə "təkrarsız sənətkar, adı dillər əzbəri olan sənətçi, nəhəng səsli" və sair kimi şanlı–şöhrətli sözlər söyləyirlər. Bunların heç birini istəmirəm. Bu gün mənə soyuducumun dolu olmağı lazımdır. Müalicəmin getməsi üçün maddiyat lazımdır. Mən öləndən sonra haqqımda deyilməsin ki, acından öldü. Dünən ürəyim tutanda həkimlər evimə gəlib, iynə vurub, bir az yaxşılaşmağımı gözlədilər. Gözləri divarlarda, tavanda qalmışdı. Dedilər ki, gözümüzlə görməsəydik, inanmazdıq ki, sizin kimi bir sənətkar belə bir evdə qalır. Biz Yalçın Rzazadənin evinə gedirik deyəndə fikirləşdik ki, indi üç mərtəbəli bir evə gedəcəyik, amma… Vallah utanıram. Mənim balkonumda iki dəqiqə durmaq olmur. Təmirsiz olduğu üçün göydən başımıza nə gəldi düşür. Evimin də divarları uçub-tökülür. Mən villa istəmirəm, sadəcə, rahat bir evdə, təmir düşünmədən ömrümü başa vurmaq istəyirəm. Mən öləndən sonra ailəmin aqibətini düşünürəm. Sənətkar iş düşünməlidir, soyuducusunun içini necə doldurmağı yox. Dünən bir yubileydə bir dostla danışırdıq. Deyirəm filankəs böyük sənətkardır, qayıdıb nə desə yaxşıdır: "O, böyük sənətkardır, siz nəhəng". Bu günüm üçün bu sözü qazanmışam, amma pul qazanmamışam. Nə olsun ki, deputatdır... - Deputat Aydın Mirzəzadə mənə söylədi ki, siz ona zəng edəsiniz. Mən də sizə Aydın Mirzəzadənin nömrəsini verdim. Danışdınızmı? - Çox sağ olun, vasitəçi oldunuz, danışdıq. Mənə söylədi ki, məktub yaz, yazdım. Bir az keçdi yenidən zəng etdim, amma get-gəldən başqa heç nə qalmadı, heç bir yardım olunmadı. Deməsinlər, söz verməsinlər, mən boyda bir sənətkarı bu boyda aşağı salmağa ixtiyarları yoxdur. Nə olsun ki, deputatdır? Bu gün onun pulu məndən çoxdur, amma mənim mənliyim var, mən insanam, sonra özümdən utanıram. Mən özüm ciddi adamam və hər kəsin də fikrinə ciddi yanaşıram. Kişi eləməyəcəyi sözü deməməlidir. Axı mən ümid edib, gözləyirəm. Bir də ki, toxun acdan nə xəbəri. Türk vətəndaşları Səlim Güvənər, Osman Güvənər, Əlican bəy, Soltan bəy qardaşları mənim öz millətimdən deyil, amma mənə qardaşımdan doğmadırlar, çünki ən pis günümdə onlar yanımdadır. Məni İstanbulda elə qarşılayıb, elə yola salırlar ki, özümü şah kimi hiss edirəm. Mən bu günə kimi kiminsə qapısını döyməmişəm, dilənçilik etməmişəm. Bu gün maddi durumum aşağıdırsa, bu mənim mənliyimin, səviyyəmin aşağı olması deyil. Mən Azərbaycan üçün can qoymuşam, yalandan, boğazdan yuxarı "Azərbaycana canım qurbandır" deməmişəm. Bu torpaqda atam-babam yatır. Mən pulu vətənimdən üstün tutsaydım, mənim üçün xarici ölkələrdə hər bir şərait quran dostlarımın sözünə baxıb, vətənimi tərk edərdim. Bu torpaqda doğmalarımın qəbri var, bu torpaqdan su içib, çörək yemişəm. Ac qalaram, amma mən vətənimə haramzadəlik eləmərəm. Mənə yer edir ki, niyə türk oğulları bunu edir, mənim öz millətimin oğulları gedib pulunu bivec yerlərə xərcləyir, amma öz vətəndaşına bir yardım etmir. Sağlığımda bir gecəmi keçirsinlər - Azərbaycan səhnəsinə kişi geymlərinin dəbini sizin gətirdiyiniz söylənilir. Düzdür? - Bəli, mən Azərbaycana zövq gətirdim, kənd baryerini mən sındırdım, səhnə geyimini mən öyrətdim. Mənim bu gün elə səhnə geyimim, elə ayaqqabım var ki, qiymətindən xəbərsizəm. Hamısını mənə türk qardaşlarım hədiyyə edib. Mən hər bir insan kimi hər qidanı yeyən deyiləm. Tort, xəmir xörəkləri ömrümdə yeməmişəm. Dadını belə bilmirəm. Mənim yeməklərim fərqlidir. Az və təmiz yeyirəm. Eləcə də geyimlərim həmişə eksklüziv olub. Mən Azərbaycan səhnəsinə zövq gətirdim. Belə baxıram ki, ölənlərə yubiley təşkil edib, gecə keçirirlər. Ancaq mənim ən böyük arzumdur ki, sağlığımda bir gecəmi keçirsinlər. Yalçın Rzazadə - ev alverçisi?.. - Yalçın bəy, Mədəniyyət və Turizm Nazirliyinə məktub yazıb ev istəyəndə oranın işçisi sizi ev alverçisi adlandırmışdı. Bu məsələ nə yerdə qaldı? - Məktubuma, kömək istəməyimə cavab olaraq bu mesaj gəldi. Mənim ağrıyan ürəyim parça-parça oldu. O məktubu yazmağıma peşman oldum. Bilirsiniz, o qıza zəng edib "bu, nə sözdür, demisiniz, ay xanım?" soruşanda cavabında "mən də eşitmişəm" söylədi. Güya prezident mənə üç ev verib, onları kirayə verib özüm kirayədə qalıram və indi də yeni bir ev istəyirəm. Bəxtəvər başıma, yalansa, doğru olsun. İnsandır da ağzına nə gəlir danışır. Heç məktubuma da bu cavabdan başqa yaxşı bir söz gəlmədi. Çalışıb-vuruşdum, sonunda ac qaldım - Bu sənəti seçdiyiniz üçün peşmansınız? - Sənətkar olduğum üçün çox peşmanam. Əvvələr pul istəməzdim, kiçik bir xoş söz məni xoşbəxt edərdi. Elə xalq sevgisi üçün çalışıb-vuruşdum, amma sonunda ac qaldım. Mənim pulum olsa, ancaq gözəl kostyumlar alaram. Yenə də deyəcəksiniz, xalqın gözünü oxşamaq sizə qalıb? Amma mənim xəmirim belə yoğurulub. Fikirləşirəm ki, prezident təqaüdü almasayadım, mənim aqibətim necə olardı? Yəqin dilənçilik edərdim. Mən sadə, təmiz, təmirli otaq istəyirəm ki, orada yaradıcılığımla məşğul olanda divarı görüb fikirləşməyim ki, bunu necə təmir etdirim. Otağımda kimlərisə dinləmək üçün bir maqnitofon istəyirəm. Arzularım kimin üçünsə gülməli və kiçik görünə bilər, amma mən bunlarla xoşbəxt olmağı bacarıram. Bunlar olmayanda sınıqlıq əmələ gəlir. Mən pafosla Azərbaycan deyə bilmirəm. Rəhmətlik anamı çox sevirdim, ancaq sevgimi bircə dəfə dilimə gətirmədim. (Ağlayır.) Onun yolunda gözümü qırpmadan canımı verərdim. Sevgimi dildə bildirmirəm, amma canımı verərəm. Baxamayaraq ki, mən çətin vəziyyətdə yaşayıram, ancaq prezident seçkilərində səsimi birinci verdim. Bizi kişi sözlü, kişi əməlli öyrədiblər. Mən canlı tarixəm, qiymətimi bilsələr də, bilməsələr də bu, belədir. Azərbaycan üçün bütün ilklərin imzası mənə məxsusdu. İlk dəfə gitara ilə ifa edən, ilk dəfə səhnəyə zövq gətirən. Sağ olun. Bu qədər bəsdir. Sağlıq olsun, yenə sizinlə görüşək. |
2013-12-02 | 3,080 | “Sərkisyanın atası gəldi”, Ermənistanda həbslər başladı | Vladimir Putinin Ermənistana səfərinə bir saat qalmış artıq ölkədə həbslər başlayıb. "Axar.az" məlumat verir ki, bu gün İrəvan polisi 4 nəfəri saxlayıb. Aktivistlərin əllərində tutduqları plakata görə həbs edildikləri söylənilib. Belə ki, Putinin səfəri ərəfəsində onların "Sərkisyanın atası gəldi" şüarı olan plakatla şəhərdə gəzdikləri bildirilib. Ermənistan polisi aktivistlərin həbs olmasına əsas səbəb kimi polisin əmrinə tabe olmamağı göstərib. Bəzi aktivistlərin mülki geyimli polislər tərəfindən saxlanılıdığı da bildirilib. İrəvan küçələrində isə "Gömrük İttifaqına yox" şüarları olan plakatların yerləşdirildiyi söylənilib. Artıq erməni mətbuatı bu plakatları gəzdirən şəxslərin kütləvi həbsinin həyata keçirildiyini təsdiqləyib. Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri gözlənilir. |
2013-12-02 | 3,081 | Yollar dondu, 70 avtomobil bir-birinə dəydi - Video | "Axar.az" saytı xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın Massaçusets ştatında yolların donması nəticəsində 70-dən çox avtomobil bir-birinə dəyib. Nəticədə, 35-dən çox insan xəsarət alıb, onlardan ikisi isə ciddi zədələnib. Hal-hazırda yolda maşınların hərəkəti dayandırılıb. |
2013-12-02 | 3,082 | Şah İsmayıla qələbə qazandıran hərbi biclik | Çox keçmir ki, Şeybani xan tələyə düşdüyünü və bu tələdən sağ çıxmağın mümkün olmadığını anlayır... 1510-cu il dekabrın 2-si idi... "İRANIN SAPIQ ŞAHI" Şah İsmayıl elə qəzəblənmişdi ki, onun kəllə sümüyündən badə düzəltdirmişdi. Orta Asiyanın qüdrətli özbək hökmdarı, Çingiz xanın nəslindən olan Məhəmməd Şeybani xan dəfələrlə "İranın sapıq şahı"na hədə dolu məktublar yazmış, onu şiəlikdən imtina etməyə, "həqiqi din yoluna qayıtmağa" çağırmış, üstəlik də "kəmağıl" adlandlrmışdı. Şah İsmayıl gəlib onu Mərv şəhərində yaxalamışdı. Şeybani xan səfəvi ordusu ilə açıq döyüşdən yayınıb Mərv şəhərinin qala divarları arxasında gizlənmişdi. Amma Şah İsmayıl hərbi dərsliklərə düşəsi fənd işlədərək onu oradan çıxarmışdı. Əgər məşhur "Troya atı" əməliyyatı bir yunan mifidirsə, Şah İsmayılın elədiyi bir gerçəkdir. Bu barədə irəlidə ətraflı danışacağıq. Hələliksə iki hökmdar arasında tarıma çəkilmiş münasibətlər haqda. İMAM RZANIN QƏBRİ Şeybani xan Şah İsmayıla bəzi məktublarında heç şah da demir, onu monqolca "daruqa" adlandırır. Yəni dövlətə yox, onun hansısa əyalətinə rəhbərlik edən şəxs. Bir dəfə isə o, Şah İsmayıla dərviş çomağı və sədəqə kasası göndərmişdi. Bununla şahın zadəgan yox, "dərviş nəslindən" olduğuna işarə etmişdi. Şeybani xan Şah İsmayıla yazır ki, sünnəni tanısın, haqq yoluna qayıtsın: "Əks halda İranı saysız müharibələr meydanına çevirib, qüdrətli qolumdan güc olan qələbə qılıncımla, sənin möhkəmləndirdiyin İsfahanı yerlə yeksan edərəm. Baxmayaraq ki, onun qala divarlarını göyün yeddinci qatına qaldırmısan. İran əhlini elə cəzalandıraram ki, məhşər gününə qədər yadından çıxmaz". Şeybani xan qonşu dövlətin güclənməsindən, ərazisini genişləndirməsindən ehtiyat edirdi. Şah İsmayılınsa doğrudan da özbəklərə ərazi iddiası vardı. Bu da Şeybani xanın nəzarətində olan Xorasan idi. Şiələrin müqəddəs saydığı İmam Rzanın qəbri olan yer. Şah İsmayılın Orta Asiyaya yürüşü Şeybani xan üçün qətiyyən əlverişli olmayan bir vaxtda başladı. Həmin vaxt xana Səmərqənddən xəbər çatdırmışdılar ki, oğlu Məhəmməd Teymur qazaxlarla döyüşü uduzub. Xanın özü isə Əfqanıstan tərəflərdən yenicə qayıtmışdı. Onun xəzərələrə qarşı yürüşü elə də uğurlu olmamışdı. Qoşunları yorğun idi. Bir tərəfdən də Şah İsmayılın dalbadal tutduğu şəhərlərdən qaçıb gələn özbək əsgərlər döyüşəsi halda, ovqatda deyildi. Səfəvi ordusu Xorasanı, Məşhədi asanlıqla alıb Mərv üzərinə yeriyir. Şəhəri mühasirəyə alır. Amma bir müddət sonra - 1510-cu il dekabrın 2-də (bəzi məlumatlara görəsə, noyabrın 30-da) Şah İsmayıl gözlənilmədən mühasirəni dayandırır. Şeybani xana belə bir məzmunda məktub yazır: "Sən söz vermişdin ki, bizimlə İranda, yaxud Azərbaycanda görüşəcəksən, amma sözünün üstündə durmadın. Amma biz vədimizə əməl etdik və Xorasana gəldik. Bizimlə üz-üzə gəlməkdən yayındın. İndi biz qışı Xorasan ətrafında keçirmək üçün geri çəkilirik, yazda - zanbaqlar açanda yenidən səninlə döyüş meydanına atılacağıq". "GERİ ÇƏKİLMƏ" ƏMƏLİYYATI Səfəvilər doğrudan da çadırlarını söküb, yır-yığış edib gedirlər. Şah İsmayıl "geri çəkilmə" əməliyyatının mümkün qədər inandırıcı alınmasına çalışır. 2-3 min köhnə çadır yandırılır, guya düşmən əlinə keçməməsi üçün. Şeybani xan şahın məktubunu alandan sonra Şah İsmayılın iradəsizlik və zəiflik göstərdiyini düşünüb qoşunu ilə birlikdə Mərvdən çıxaraq "geri çəkilən" səfəvi ordusunu izləməyə başlayır. Bu zaman səfəvi qoşunu "dabanına tüpürüb" qaçmağa başlayır. Şəhərdən 24 kilomet aralıda yerləşən körpünü də keçir. Onların ardınca isə Şeybani xanın qoşunu. Amma çox keçmir ki, xan özünü tələyə saldığını və bu tələdən sağ çıxmağın mümkünsüzlüyünü anlayır. Çünki Şeybani xanın qoşunu keçəndən sonra səfəvi əsgərləri çayüzərindəki həmin körpünü dağıtmışdılar və özbəklərin geriyə yolu bağlanmışdı. Şah İsmayılın 17 minlik ordusu Şeybani xanın əsgərlərini dövrəyə alır. Şiddətli döyüş başlanır, qan su yerinə axır. Özbəklərdən qırılan qırılır, qaçanları isə səfəvi əsgərləri haqlayıb qılıncdan keçirir. Başını itirən Şeybani xan 500 nəfərdən ibarət qvardiyası və əyan-əşrəfi ilə birlikdə qaçıb özünü çardivara salır. Bu, yalnız bir girişi olan, çöllükdə mal-heyvanı yığmaq üçün istifadə edilən və dörd tərəfdən qum təpələrilə əhatələnmiş bir yerdi. Səfəvi əsgərləri çardivarı dövrəyə alıb xanın dəstəsi üzərinə ox yağışı yağdırmağa başlayırlar. Özbəkləri bir tərəfdən oxlar qırır, o biri tərəfdən isə öz hürkmüş, yaralanmış atları tapdalayır. BAŞ BİR YANA, QOL BİR YANA... Meyitlərin altından Şeybani xanın da ruhsuz bədəni çıxarılır. Başı kəsilib Şah İsmayılın ayaqları altına atılır. Şah Şeybani xana və əmirlərinə məxsus yaraq-əsləhənin döyüşdə xüsusi fərqlənmiş səfəvi əsgərləri arasında bölünməsini əmr edir. Döyüşdə ölən düşmən əsgərlərinin başından isə piramida düzəldilir. Şah İsmayılın əmri ilə Şeybani xanın başının dərisi çıxarılıb samanla doldurulur və onun müttəfiqi olan Osmanlı sultanı 2-ci Bəyazidə göndərilir. Xanın kəsilmiş qolu isə onun digər müttəfiqi - Mazandaran hökmdarı Ağa Rüstəmə göndərilir. Şah nifrət etdiyi Şeybani xanın kəllə sümüyündən qızıldan tökmə qədəh hazırlamağı əmr edir. Və həmin qədəhdən öz məclislərində istifadə edir. İran və Azərbaycanın bütün şəhərlərinə qasidlər bu möhtəşəm qələbə haqda xəbər çatdırır və bu, məscidlərdə, küçələrdə təntənəli şəkildə camaata elan edilir. Böyük Azərbaycan şairi Məhəmməd Füzuli də "Bəngü badə" poemasında görkəmli Azərbaycan sərkərdəsi Şah İsmayıl haqda yazacaqdı: Ol ki başlar zamanda bəzmi-fərağ, Padişahlar başından eylər əyağ*. ________ *badə Mərv zadəganları Şah İsmayılı itaətkarlıqla qarşılayırlar. Şah da şəhər əhalisini bağışlayır. O, yerli əhalinin rəğbətini qazanıb buranı Səfəv İmperiyasının ucqarında möhkəm qalaya çevirmək niyyətində idi... ("Azadliq.org") |
2013-12-02 | 3,083 | İlham Əliyevdən YUNESKO-ya müraciət | YUNESKO-Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanınmasına geniş imkanlar yaradıb Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçılarına müraciə ünvanlayıb. Prezidentin ünvanladığı müraciəti Baş nazirin müavini Elçin Əfəndiyev oxuyub. Müraciətdə deyilir: "Daim inkişaf edən və möhkəmlənən YUNESKO-Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanınmasına, onun nailiyyətlərinin dünyada nümayiş olunmasına geniş imkanlar yaradıb. Azərbaycan muğamının, aşıq sənəti və xalçaçılığın, tar ifaçılığı və Novruz bayramının, xalqımızın maddi-mənəvi irsinin qiymətli abidələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin görkəmli nümayəndələrinin təbliğinin YUNESKO tərəfindən diqqət mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir: "Hörmətli sessiya iştirakçıları! Sizi Bakı şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə bundan sonrakı fəaliyyətinizdə yeni-yeni uğurar diləyirəm. Sessiya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illiyinə təsadüf edir. Konvensiyanın qəbul edilməsi ötən müddət ərzində dünyada mədəni müxtəlifliyin təşviqi və qeyri-maddi mədəni irsin qorunması istiqamətində beynəlxalq strategiyaların həyata keçirilməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulduğu vaxtdan etibarən ölkəmizdə müvafiq silsilə tədbirlər təşkil olunub və mühüm layihələr gercəkləşdirilib. YUNESKO Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir. Onun fəaliyyət dairəsinə aid bütün sahələrdə əməkdaşlıq Azəraycan dövlətinin həmişə diqqət mərkəzində olub. Cari ilin iyul ayında təhsil, elm, mədəniyyət və informasiya sahələrində əməkdaşlıq haqqında çərçivə sazişinin imzalanması ilə Azərbaycan və YUNESKO arasında qarşılıqlı faydalı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və qlobal cağırışların həllində birgə səylərimizin daha da gücləndirilməsinə əlverişli zəmin hazırlayıb. Əminəm ki, sessiya öz qərarları ilə ümumbəşəri mədəni irsin qorunub saxlanması, dünya mədəniyyətləri arasında dialoq və anlaşmanın dərinləşməsi işinə layiqli töhfəsini verəcək" (Azvision.az). |
2013-12-02 | 3,084 | Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsait açıqlandı | Azərbaycan Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsait 11 ay ərzində 48 988 202 AZN təşkil edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Dekabrın 1-i tarixinə fondun bank hesabına toplanmış vəsait 48 988 202 AZN, 211 791 ABŞ dollar və 593 Avro təşkil edib. Qeyd edək ki, noyabrın 1-nə olan göstərici - 47 586 569 manat, 211 791 ABŞ dolları, 593 Avro təşkil edib. Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır (Aznews.az). |
2013-12-02 | 3,085 | Ukrayna Daxili Qoşunları hərbi əməliyyat xəbərini təkzib etdi | Ukraynanın Daxili Qoşunlarının mətbuat xidməti KİV-in meydanda hərbi əməliyyatı məhz onların keçirməsi məlumatını təkzib edib. Mətbuat xidmətinin bəyanatında belə deyilir: ""Berkut"la şəkillərin altından öz nəticəsini obrazdan çıxaran və inamla "daxili qoşunlar" yazan birinin, sadəcə, bir məqsədi ola bilər - yanlış məlumat yaymaq. Bu cür şər atmaq biabırçılıq və ayıbdır". Kimin günahkar olduğunu və hansı cəzanı çəkəcəyini aydınlaşdırmaq üçün araşdırma qrupu yaradılıb. "Berkut"u isə meydana yollamağa kimin qərar verdiyi artıq bəllidir - DİN baş idarəsinin rəisi Valeri Koryak. Onun sözlərinə görə, polislər aqressiya göstərməyi düşünmürdülər, lakin aksiya iştirakçıları onları təxribata çəkib. |
2013-12-02 | 3,086 | Binəqədinin icra başçısı öz müavinini işdən çıxarıb | Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov özünün birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib. Modern.az saytınınxəbərinə görə, bu barədə icra başçısının özü 7-ci mikrorayon Fərman Məlikov küçəsindəki "Xeyir-şər evi"ndə sakinlərlə keçirdiyi səyyar görüşdə məlumat verib. Qəzənfər Novruzovun işdə yol verdiyi nöqsanlara görə vəzifədən çıxarıldığını deyən Xaləddin İsgəndərov birinci müavininin buraxdığı səhvlər barədə ətraflı məlumat verməyib. Qeyd edək ki, bu görüşdə icra başçısı ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 136 nəfər mikrorayon sakini iştirak edib. Görüşdə sakinlər 7-ci mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə minnətdarlıqlarını bildirməklə yanaşı, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını da xahiş ediblər. Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib. Eks-birinci müavin Qəzənfər Novruzovun adı müxtəlif qalmaqallarda hallandırılırdı. Eyni zamanda, Binəqədi sakinləri arasında da ondan narazılıq edənlərun çox olduğu bildirilir. |
2013-12-02 | 3,087 | Zabitimizin öldürülməsinə İrandan reaksiya - Rəsmi | "Biz sərhəddə mövcud olan kiçik problemlərin ictimailəşdirilməməsi barədə razılığa gəlmişdik". Bunu İranın Sərhəd Qoşunları Komandanı general Hüseyn Zülfüqari deyib. O, Azərbaycan-İran sərhədində ötən axşam baş verən atışmaya münasibət bildirib. İran rəsmisinin sözlərinə görə, Azərbaycan mediası sərhəddə olan insidentlə bağlı məsələni gündəmə gətirməli deyildi. "Biz qonşu ölkələrin təxminən 14 sərhədçiliyi ilə birbaşa əlaqəyə malikik. Fikrimcə, Azərbaycan Respublikası kimi heç bir ölkə bu məsələni gündəmə gətirmir. Sırf yaxşı və müsbət əlaqələrimizin olduğunu söyləyirəm, lakin əməldə qanunlara sadiq olduğumuzu nümayiş etdirməsək, yaxşı olmayacaq", – deyə H.Zülfüqari bildirib. Qeyd edək ki, dekabrın 1-də saat 19:30 radələrində Dövlət Sərhəd Xidməti Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib. Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin verdiyi məlumata görə, insident zamanı bir nəfər hərbi qulluqçumuz həlak olub, ikisi isə yaralanıb ("Modern"). |
2013-12-02 | 3,088 | Suriyada qətliam davam edir: 101 ölü | Suriya prezidenti Bəşər Əsədə aid ordu birliklərinin müxtəlif şəhərlərdə həyata keçirdiyi hücumlar nəticəsində 101 nəfər öldürülüb. Onlardan 17-si uşaq, 8-i qadındır. Bu barədə Suriya İnsan Haqları təşkilatı məlumat verib. "Axar.az"ın xəbərinə görə, Suriya İnsan Haqları Təşkilatının açıqladığı məlumatda rejimə bağlı birliklərin müxaliflərin sıx toplaşdığı bölgələrə qurudan və havadan reallaşdırdığı hücumlar nəticəsində Hələb şəhərində 43, paytaxt Dəməşqdə 35, İdlibdə 9, Həmasda 6, Dərreydə 4, Deyruz Zorda və Quneytrada iki nəfər olmaqla 101 adamın həyatını itirdiyi bildirilib. |
2013-12-02 | 3,089 | İTV-dən kütləvi istefalar - Yenilənib | İTV-dən işdən çıxarılanlar siyahısına yeniləri əlavə olunub. AzNews.az-ın məlumatına görə, bunlar İTV-nin Türkiyə müxbiri Rəhimə Mirzəyeva, operator Dilqəm Mirzəyev, "Carçı-film" Yaradıcılıq Birliyinin böyük rüdakroru Anar Məmmədov, telekanalın Aran bölgəsi üzrə müxbiri Əminə Rəhimova, Gəncə müxbiri Vaqif Tanrıverdiyevdir. Bu arada AzNews.az-a analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılovun işdən çıxarılmasının səbəbləri məlum olub. Mənbə bildirir ki, onun işdən çıxarılması Cəmil Quliyevin müavini Şaiq Məmmədovla aralarında yaranan problem olub. Şaiq Məmmədov əvvəlcə onun müəllifi olduğu "Yekun" analitik proqramınıın aparıcılığına yiyələnib, sonra isə İTV-dən çıxarılmasına müvəffəq olub. *** 12:55 AzNews.az- a daxil olan məlumata görə, bu gün İctimai Televiziyanın bir qrup əməkdaşı işdən çıxarılıb. Belə ki, televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, ictimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, analitik proqralar departamentinin direktoru Füzuli İsmayılov, həmçinin bu ilin sentyabrına kimi İTV-nin informasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı istefa verib. İşdən çıxarılanlar arasında "Carçı-film" Yaradıcılıq Birliyində müavin Qərənfil Xəlilova da var. Qeyd edək ki, işdən çıxarılanlar özləri istefa verdiklərini bildirir. Məlumatlara görə, İTV-dən kütləvi işdən çıxarılmalar əmək müqavilələrinin vaxtının bitməsi ilə əlaqələndirilir. Belə ki, adı çəkilən əməkdaşlarla bağlanmış müqavilələr dekabrın 1-də başa çatıb. Bu gün kütləvi şəkildə işdən əməkdaşlarla yeni müqavilə imzalanmayacağı bildirilib. Bunu isə İTV rəhbərliyi "yuxarıdan verilən tapşırıq"la əlaqələndirib. Xatırladaq ki, bir müddət öncə AzNews.az analitik proqramlar departamentinin direktoru, "Prezident seçkiləri-2013" teledebatların moderatoru Füzuli İsmayılov efirdən uzaqlaşdırılması barədə məlumat yaymışdı. |
2013-12-02 | 3,091 | Zabitlər Kərəm Mustafayevə etiraz edir – ÖZƏL | "Naxçıvandakı hərbi birləşmədə gərginlik son həddə çatıb. Hərbi birləşmədə xidmət çəkən zabitlər yaxın günlərdə korpus komandiri, general-leytenant Kərəm Mustafayevin qanunsuz əməllərinə qarşı Müdafiə naziri Zakir Həsənova müraciət imzalayacaqlar". Bu haqda Naxçıvan hərbi birləşməsində xidmət çəkən zabitlərdən biri "Axar.az" a məlumat verib. Adının gizli saxlanılmasını istəyən mənbənin verdiyi məlumata görə, gərginliyin bu həddə çatmasına səbəb indiyə qədər istifadə olunmamış məzuniyyətlərə görə zabitlərə pul verilməməsidir. Həmçinin Birləşmə komandirinin qeyri-qanuni olaraq zabitlərin məvacibindən pul tutulmasıdır. Xüsusən ehtiyat hissəsinin alınması və digər məsələlərlə bağlı bölük, batalyon səviyyəsində olan zabitlərdən texnika ilə bağlı pullar tutulur. Kərəm Mustafayevin məhv etdiyi zabitlər Məlumatda bildirilir ki, Naxçıvandakı vəziyyətin bu qədər gərginləşməsinə səbəb Kərəm Mustafayevin uzun illər vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və tabeçiliyində olan zabit və əsgər heyətinə qarşı amansız rəftarı olub. Naxçıvanda xidmət çəkən zabit heyəti üzləşdikləri haqsızlığa baxmayaraq, keçmiş Müdafiə naziri Səfər Əbiyevin dövründə etiraz edə bilmirdilər. Çünki onlar Kərəm Mustafayevin faktiki olaraq müstəqil siyasət yürütdüyünü və Səfər Əbiyevə tabe olmadığını anlayırdılar. Zakir Həsənovun Müdafiə naziri təyin edilməsindən sonra isə vəziyyət dəyişib. Artıq zabitlər qanuni olaraq haqlarını tələb etməyə başlayıblar. Özəl qaynağımız korpus komandirinin hədəfinə tuş gələn zabitlərin sonrakı aqibəti haqda saytımıza sensasiyalı məlumat verib. Kərəm Mustafayevin təzyiqləri nəticəsində 2009-cu ildə polkovnik Kamandar Covarov, 2010-cu ildə polkovnik Şəfayət Rəsulov, 2011-ci ildə Azər Əliyev və Əbdül Babayev (Əbdül Babayev sonradan Müdafiə Nazirliyində başqa bir vəzifəyə gətirildi – red.) müxtəlif psixoloji travmalar alıblar. 2009-cu ildə bir nəfər polkovnik-leytenant, 2010-cu ildə isə bir polkovnik psixoloji pozuntu diaqnozu ilə ordu sıralarından tərxis ediliblər. 2011-ci ildə isə iki nəfər polkovnik-leytenant Naxçıvandakı hərbi hospitalda və Bakıda yerləşən mərkəzi hərbi hospitalda bu diaqnoz üzrə müalicə alıblar. Respublika Hərbi Prokurorluğu susur Mənbə qeyd edir ki, Naxçıvan Hərbi Prokurorluğu Kərəm Mustafayevin qanunsuz əməlləri qarşısında gücsüzdür. Respublika Hərbi Prokurorluğu isə şikayət olmasa, Naxçıvandakı vəziyyətə müdaxilə edə bilməyəcəyini bildirir. İndiyə qədər zabitlərin Kərəm Mustafayevdən şikayət etməsi mümkünsüz olub. Hətta Naxçıvanda xidmət edən zabitlər üçün xüsusi olaraq viza rejimi də tətbiq olunub. Məlumatda o da bildirilir ki, Respublika Hərbi Prokurorluğunun Naxçıvandakı hərbi hissələrin məvacibinin ödənilməsi üzrə tabel cədvəlləri ilə tanış olması kifayət edir ki, Kərəm Mustafayevə qarşı cinayət işi qaldırılsın. Mövzunu davam etdirəcəyik... |
2013-12-02 | 3,092 | "Elşad Abdullayev məhkəməyə adamlarını göndərdi" | Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan məhkəmə iclasında sabiq deputat Gülər Əhmədova son sözünü dedi. "Axar.az"ın məhkəmə zalında olan reportyorunun verdiyi məlumata görə, sabiq deputat məhkəmədə son çıxışı zamanı cinayət məcəlləsinin 63-cü maddəsinin 4-cü bəndini əsas gətirərək qanunsuz çəkilişin cinayət işinə əlavə olunmasına etiraz edib. Bundan başqa, sabiq millət vəkili Elşad Abdullayevlə olan münasibətlərinə də toxunaraq bildirib ki, sabiq rektorla 2010-cu ildə Parlament seçkiləri vaxtı isti münasibəti olub. Hətta "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə Gülər Əhmədovanın məhkəmə çəkişməsi vaxtı Elşad Abdullayev öz adamlarını məhkəmə zalına göndərərək Əvəz Zeynallıya qarşı təzyiq ediblər. Gülər Əhmədova həmçinin sonda üzünü hakimlərə tutaraq bu sözləri dedi: "Sizdən xahişim odur ki, ədalətli olmaqla bərabər həm də mərhəmətli olasız. Çünki səhhətimdə problemlər var, mən ailəmin yanında olmalıyam. Həbs müddətinin ev dustaqlığı ilə əvəz olunmasını da sizdən xahiş edirəm". Sabiq deputat onun həbsinin ev dustaqlığı ilə əvəz olunması məsələsini parlamentin gündəminə gətirdiklərinə görə keçmiş həmkarlarına təşəkkür etməyi də unutmayıb. Xatırladaq ki, məhkəmə saat 15:00-a qədər təxirə salınıb. Ehtimal edilir ki, yekun qərar bu vaxt veriləcək. |
2013-12-02 | 3,093 | Bahar Muradova: "Rüstəm İbrahimbəyov müxalifətə lazım deyil" | "Rüstəm İbrahimbəyovun hansısa bir təşkilatın sədri kimi ciddi fəaliyyətinin şahidi olmadım. Ona görə də onun hansı vəzifədən, hansı səbəbə görə istefa verməsi cəmiyyət üçün maraqlı deyil". Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Trend-ə Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən istefa verməsinə münasibət bildirərkən deyib. B.Muradova qeyd edib ki, öz işinin başında olmayan, ictimai-siyasi proseslərə heç bir təsir göstərmək gücündə olmayan və uzaqdan-uzağa qiyabi fəaliyyət göstərən bir şəxsin ciddi olmayan bir qurumun rəhbərliyindən istefa verməsi təkcə bəlkə o qurumda olan, amma onun da bu vəzifədən daha tez istefasını istəyən adamlar üçün önəmli ola bilər: "Çünki elə bu qurum yaranarkən və onun rəhbərliyinin seçimləri çox böyük ajiotaj ilə keçirilərkən də mənim fikrim bundan ibarət olmuşdu ki, nə Rüstəm İbrahimbəyov radikal müxalifətə, nə radikal müxalifət Rüstəm İbrahimbəyova lazımdır. Bu, zaman üçün bəzi dairələrin görmək istədiyi haldır, əhəmiyyətsiz anlar gəldiyi tədqirdə onların yolu mütləq ayrılır və bu da baş verdi". Vitse-spiker bildirib ki, seçki ərəfəsində Azərbaycanda çoxlu sayda belə qurumlar yaradılır və maraqlısı odur ki, bu qurumları yaradanlar eyni adamlardır: "Belə qurumların yaranması və dağılması Azərbaycanın ictimai-siyasi mühitinə heç zaman təsir göstərməyib. Ona görə də həmin şəxslərin yaratdığı bu qurumun dağılması da Azərbaycanın ictimai-siyasi mühitinə hər hansı bir təsir göstərmir. İmitasiya ilə məşğul olan adamlar üçün bəlkə bu bir əhəmiyyət kəsb edərdi, amma artıq o da çox əhəmiyyətsiz görsənir". |
2013-12-02 | 3,094 | Kiyev bazarları tətilə başladı | Kiyevdə fəaliyyət göstərən dörd bazar ümumölkə tətillərinə qoşulub. Axar.az-ın Batkivşina Partiyasının saytına istinadən verdiyi məlumata görə, bazardakı satıcılardan heç biri bu gün işə gəlməyib. Artıq bazarların siyahısı dərc olunub: "Lesnoy", "Yunnost", "Anela" və "Perova". Qeyd edək ki, şənbə günü Batkivşina Partiyasının sədri Arseni Yaçenyuk ümumölkə səviyyəsində tətillərin başlayacağını bəyan etmişdi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.