date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-06
3,512
Meriyaya aksiyalarla bağlı müraciət daxil olmayıb – Rəsmi
Benzin və digər yanacaq növlərinin qiymətinin artmasına görə paytaxtda 3 aksiya təyin edilib. Bu aksiyalardan birinin təşkilatçısı Milli Şuradır. Qurumun mitinq komitəsinin üzvü Seymur Həziyevin "Axar.az"a verdiyi məlumata görə, 15 dekabrda keçirilməsi planlaşdırılan aksiya ilə bağlı şəhər meriyasına müraciət olunacaq. Digər 2 aksiyanın isə təşkilatçıları barədə məlumat yoxdur və etiraz mitinqi barədə "fesybuk" sosial şəbəkəsində məlumat yayılıb. Aksiyalarla bağlı BŞİH-dən münasibət öyrəndik. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanlı BŞİH adından bunları dedi: "Milli Şura və digər birliklərdən mitinqlə bağlı BŞIH-ə heç bir müraciət daxil olmayıb və belə olan halda bizim mitinqlə bağlı mövqe ifadə etməyimiz mümkün deyil. Ancaq mən demirəm ki, hansısa müraciət olsaydı, əvvəlki mitinqlərdə olduğu kimi, bu dəfə də cavablandırardıq".
2013-12-06
3,513
AXCP öz üzvünü cəzalandırdı
AXCP İmişli rayon şöbəsi üzvü Vüqar Qədirovla "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında yaranan münaqişəni müzakirə edib. Müzakirədə vurğulanıb ki,Vüqar Qədirovun sosial şəbəkədə Rauf Arifoğlu ilə yazışmasında etik sərhədlər aşılıb, bu isə cəbhəçi üçün yolverilməz haldı. Bildirilib ki, hər bir cəbhəçi üçün virtual aləm və real fəaliyyətləri arasında parallelik olmalıdır, mübarizə meydanında göstərilən ləyaqətli, cəsarətli və etikalı mövqe vurtual aləmdə də göstərilməlidir, müzakirələr zamanı yaraşmayan ifadələr işlədilməməlidir. İclasda o da nəzərə alınıb ki, Vüqar Qədirov artıq səhvini başa düşüb və yazdığı qeyri-etik ifadələri silib. Rayon şöbəsində Vüqar Qədirova işlətdiyi nəlayiq ifadələrə görə töhmət elan olunub. Bu bardədə İmişli şöbəsinin sədi Əli Qasımlı məlumat yayıb. "İmişli rayon şöbəsi ümid edir ki, Qarabağ müharibəsinin qazisi (o, 2-ci qrup müharibə əlilidir), rejimlə qətiyyətli mübarizəsinə görə dəfələrlə həbs olunmuş Vüqar Qədirov bu partiya cəzasından düzgün nəticə çıxaracaq. Rayon şöbəsi həmçinin bəyan edir ki, bütün bunlardan sonra yaranmış münaqişəyə DİN-nin qanunsuz müdaxiləsi davam edəcəyi, Vüqar Qədirova qarşı repressiv addımlar atılacağı təqdirdə o, müdafiə olunacaq", - deyə məlumatda bildirilir. ("azadliq.info")
2013-12-06
3,514
Ağstafada zəncirvari qəza - Foto
Ağstafa rayonunda 3 avtomobilin iştiraki ilə yol nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, hadisə axşam saatlarinda Bakı-Qazax Gürcüstan magistral yolunun 452-ci km-də, Ağstafa şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, Qazaxdan Gəncəyə gedən "Ford" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn "VAZ 21011" markalı maşınla toqquşub. Ara məsafəsi saxlamayaraq qəzada iştirak edən digər "Ford" markalı mikroavtobus isə hadisə yerindən yayınıb. Şahidlərin bildirdiyinə görə, hadisəyə sürücülərin qayda ilə qadağan olunmuş yerdə - körpü üzərində ötmə əməliyyatını həyata kecirməsi səbəb olub. Bundan başqa şahidlər bildirib ki, "VAZ 21011"in işiq sisteminin işləməməsi birbaşa qəzaya səbəb olub. "Ford"un sərnişini Mahir Hüseynovda VAZ 21011 markalı avtomobilin qəfildən onların qabağına çıxdığını deyib. Qəza zamanı "VAZ 21011"in sürücüsü Ağstafa şəhər sakini 56 yaşlı İlyas Əsgərov xəsarət alaraq Ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər xəstənin vəziyyətinin normal olduğunu bildirib Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
2013-12-06
3,515
Bu dəfə Hitlerə hamı güləcək
Almaniyalı yazar Teymur Verməs İkinci Dünya müharibəsinin başa çatmasından uzun illər keçdikdən sonra Hitlerin ortaya çıxan çıxışını mövzu seçərək əsər yazıb. Kitabda Hitler Berlin televiziyalarının birində komediya proqramının ulduzu kimi təqdim olunur. İndi film çəkilişilərinə hazırlıq gedir. Film 2015-ci ildə nümayişə çıxarılacaq. Qeyd edək ki, filmin ssenarisi də əsərin müəllifi Teymur Vermes aiddir.
2013-12-06
3,516
Yanukoviç Putinlə görüşdü
Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşüb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirir. "Ukrayna prezidenti Çindən geri dönən zamanı Soçiyə enib. Qısa işgüzar görüş zamanı cari məsələlər müzakirə edilib", - deyə Peskov bildirir. Bu həftə Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarlarının iri miqyaslı etiraz aksiyaları fonunda Viktor Yanukoviç Çinə uçmuşdu. (ANS)
2013-12-06
3,517
Yol terroru 2 yaşlı uşağın ölümünə səbəb oldu
Bu gün axşam saatlarında Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb. VAZ 21011 markalı avtomobil "Mercedes" markalı maşınla toqquşması nəticəsində 2 yaşlı uşaq dünyasını dəyişib. Hadisənin təfərrüatları araşdırılır.
2013-12-06
3,518
Suriyada növbəti dəhşətli partlayış
Suriyalı müxaliflər ölkənin şimalında yerləşən Qamışlı bölgəsində baş verən partlayış nəticəsində çoxlu adamın öldüyünü açıqlayıb. "Axar.az"ın xəbərinə görə, təhlükəsizlik mərkəzinə yaxın yerdə baş verən partlayışda Əsəd ordusuna aid çoxlu əsgərin öldüyü bildirilib. Bu gün Suriyanın şimalındakı Hasakə şəhərinə aid Qamışlı bölgəsində şiddətli partlayış baş verib. Şəhərin silkələndiyi bildirilən partlayışdan sonra hadisə yerinə çoxlu xilasedici avtomobillər və təcili yardım göndərilib. Ölənlərin və yaralananların sayı hələ ki, dəqiq məlum deyil.
2013-12-06
3,519
Fransa XİN binasından Mandelanın posteri asıldı
Fransa dünən dünyasını dəyişən Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın yasını saxlayır. "Axar.az"ın xəbərinə görə, bununla bağlı olaraq Xarici İşlər Nazirliyi binasının ön hissəsində Mandelanın nəhəng posteri asılıb. Prezident Fransua Ollandın təlimatına uyğun olaraq Fransa ərazisində dövlət bayraqları yarıya qədər endirilib. Xatırladaq ki, Fransada dövlət bayraqları ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın və SSRİ lideri Jozef Stalinin ölümü zamanı yarıya qədər endirilmişdi.
2013-12-06
3,520
“Space”dən çıxan aparıcı ilə bağlı açıqlama – Rəsmi
"Gülnarə Bağırova kanalın əməkdaşı deyil, "Fatiyev Compani"nin işçisidir" "Space" kanalında yayımlanan "Qazan" və "Bizim mətbəx" verilişinin layihə rəhbəri Gülnarə Bağırovanın işdən çıxarılması haqda saytlarda xəbər gedib. G.Bağırovanın "Space"nin əməkdaşı olduğu bildirilir. Onun işdən heç bir əsas olmadan çıxarıldığı bildirilir. Lakin "Space" rəhbərliyi bildirir ki, G.Bağırova kanalın əməkdaşı deyil: "O, "Fatiyev Compani"nin əməkdaşıdır. Bu şirkət "Space" ilə müqavilə bağlayıb kanalda öz verilişlərini yayır. "Fatiyev Compani"nin rəhbəri Vüqar Fətiyev musavat.com-a açıqlamasında Gülnarə Bağırovanın işdən çıxarılmasını təsdiqlədi. V.Fətiyev də G.Bağırovanın "Space"nin əməkdaşı olmadığını söylədi: "Bizim şirkətin hazırladığı və "Space"də müqavilə əsasında efirə verilən "Bizim mətbəx" verilişinin formatında dəyişiklik edilib. Gülnarə Bağırova da yeni formata uyğun gəlmədiyi üçün onunla əməkdaşlığı dayandırmışıq".
2013-12-06
3,521
"DÇ-2014: püşkatmanın nəticələri
Bu gün 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. "Axar.az"ın xəbərinə görə, reqlamentə əsasən çempionatın 32 iştirakçısı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. A qrupu: Braziliya, Xorvatiya, Meksika, Kamerun B qrupu: İspaniya, Hollandiya, Çili, Avstraliya C qrupu: Kolumbiya, Yunanıstan, Fil Dişi Sahili, Yaponiya D qrupu: Uruqvay, Kosta-Rika, İngiltərə, İtaliya E qrupu: İsveçrə, Ekvador, Fransa, Honduras F qrupu: Argentina, Bosniya və Herseqovina, İran, Nigeriya G qrupu: Almaniya, Portuqaliya, Qana, ABŞ H qrupu: Belçika, Əlcəzair, Rusiya, Cənubi Koreya Qeyd edək ki, dünya çempionatının final mərhələsi gələn il iyunun 12-dən start götürəcək. Çempionatın açılış oyununda Braziliya ilə Xorvatiya üz-üzə gələcək. Final oyunu isə iyulun 13-də keçiriləcək. Hər iki mərhələnin oyunu Rio de Janeyrodakı məşhur "Marakana" stadionunda keçiriləcək.
2013-12-06
3,522
Vəzifə başında şiddət və təhqir – Qadın jurnalistlər
Dünyada qadın jurnalistlərin üçdə ikisinin vəzifə başında şiddətə və təhqirə məruz qaldığı bəlli olub. Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu (INSI) ilə Beynəlxalq Qadın Media Vəqfi (IWMF) tərəfindən aparılan araşdırmaya görə, qadın jurnalistlər daha çox şiddət görürlər. Birləşmiş Millətlərin (BM) Media və Cinsiyyət Qlobal Forumunda açıqlanan məlumatlarda bildirilir ki, media sahəsində işləyən qadın jurnalistlər, kişilərlə müqayisədə daha çox şiddətə məruz qalırlar. Qeyd edək ki, anketə qatılan qadın media mənsublarının 25-nin Asiya, 189-nun Şimali Amerika, 172-nin Avropa, 111-nin Afrika, 98-nun Latın Amerikası, 47-nin isə Ərəb ölkələrindən olduğu bildirilir. Azərbaycanda da qadın jurnalistlərindən iş başında belə hallarla qarşılaşıb-qarşılaşmadıqlarını soruşduq. Bəli oldu ki, Azərbaycanda da durum adı çəkilən ölkələrdən fərlənmir və elə burda da qadın jurnalistlər təhqir və şiddətə məruz qalırlar. Kişi jurnalistlər də eyni halla qarşılaşır "Azadlıq" qəzetinin müxbiri Aytən Məmmədova ilə söhbətimizdən belə bəlli oldu ki, jurnalist fəaliyyəti ilə məşğul olarkən o da bir sıra təhdidlərlə üzləşib: "Son zamanlar ən böyük şiddətlə Gülər Əhmədovanın məhkəmə iclasında qarşılaşmışam. Mən deməzdim ki, Azərbaycanda xanım jurnalistlər qaha çox təyziqə məruz qalır. Həmçinin kişi jurnalistlər də eyni halla qarşılaşır". Aytən xanım onu da bildirdi ki, əgər "telefonların dinlənilməsi, internet ünvanların izlənilməsini də şiddət hesab etmək olarsa, biz bunlarla hər gün qarşılaşırıq. Çünki jurnalistlər daim izlənilir. Konkret təhqirə gəlincə, xatırlayıram ki, bir neçə il bundan qabaq cinayət işi ilə bağlı yazdığım bir məqaləyə görə Baş Prokurorluğun Ağır Cinayətlərə dair istintaq idarəsinə ifadə verməyə çağırılmışdım. Cox zaman da zəng edib təhqiramiz ifadələrlə təhdid və tənqid edirlər". Ən azı həftədə bir dəfə "Yeni Musavat" qəzetinin müxbiri Sevinc Telmanqızı da hesab edir ki, aktiv fəaliyyət göstərən jurnalistlər daim təhdid və zorakılıqla üz-üzə qalırlar: "Hər gün olmasa da, ən azı həftədə bir dəfə bu halla qarşılaşırıq. Ən pis halda təhdid olunuruq. Biz bunu hər zaman ictimailəşdirmirik, günümüz bununla keçir. Son vaxtlar Gülər Əhmədovanın məhkəmə prosesində jurnalistlərə olan hörmətsizliyi görməmək mümkün deyil. Burada kimliyindən asılı olmayaq, hər kəs jurnalistlərə ən axırıncı adam kimi yanaşır. Jurnalistlərə qarşı itələmədən tutmuş, kobud davranışa qədər qarşılaşırıq. Ən böyük təpkini isə Gülər Əhmədova və Elşad Abdullayevlə bağlı yazı hazırlayarkən almışdım. Bəlli ki, burada narazı tərəflər var idi".
2013-12-06
3,523
Ərdoğan heykəllərlə savaşa başladı - Absurd
Avstraliyalı heykəltəraş Henrix Kripla aid çılpaq heykəllərin 30 ildir dayandıqları Qazi Universiteti İncəsənət fakultəsi emalatxanasının girişindən götürülməsi reaksiyalara səbəb olub. Müdiriyyət isə əsərləri muzeyə göndərdiklərini deyib. "Hürriyət"in xəbərinə görə, 1938-40-cı illər arasında düzəldilən və gənclik, gələcəyi simvolizə edən çılpaq qadın və kişi fiqurlu iki heykəl götürülüb. Baş nazirin heykəl fobiyası var Heykəltəraş Mehmet Aksoy götürülən heykəllə əlaqədar fikirlərini bildirib: "Heykəl ən böyük qorxu vəziyyətinə gəlib. Cəhalətin bu qədəri ağlasığmazdır. İncəsənətdəki çılpaqlıqla təbiətdəki çılpaqlığı səhv salırlar. Hələ də cahil vaxtlardakı heykəl antipatiyası davam edir. Universitetdən heykəl götürülür. Çünki Baş nazirin heykəl fobiyası var. Qorxur ki, görsə, birdən nə isə baş verər".
2013-12-06
3,524
Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi
Bakıda yaşayış binasında yanğın baş verib. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən xəbərinə görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasında 30 k.m elektrik kabelləri yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdəki sakinlər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunublar. Yanğın saat 19:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-06
3,525
Əsədin xaricilərdən ibarət ordusu - Fotolar
Rusiya, Venesuela, Yunanıstan, Ş.Koreya, Litva, İran, Livan və Yəməndən minlərlə əsgər və partizan Əsədlə çiyin-çiyinə Suriyada vətəndaş savaşında iştirak edir. 2011-ci ilin mart ayından indiyə kimi vətəndaş qırğınının davam etdiyi Suriyada Əsəd rejimini qorumaq üçün şiə, kommunist və sosialistlərdən ibarət olan xarici əsgərlər insanları öldürüb. İran, İraq və Livandan, Venesueladan Koreyaya, Yunanıstandan Yəmənə qədər bir çox ölkədən muzdlu əsgərləri toqquşmalarda istifadə etdiyi sosial şəbəkələrə sızan fotolarla ortaya çıxıb. Həmin fotoları təqdim edirik:
2013-12-06
3,526
7 saylı doğum evində körpə öldü
Bakıda 7 saylı doğum evində yeni doğulan oğlan uşağı ölüb. Xəstəxanadan verilən məlumata görə, Bakı şəhəri 7 saylı doğum evində həkimlər körpəsi ölən Naxçıvan sakini, 1982-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Əsgərovanın həyatı uğrunda mübarizə aparır. Hazırda Xəyalə reanmasiyaya yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti stabildir. Hadisə yerinə 25-ci polis bölməsinin əməkdaşları da gəliblər. Məlumata görə, bu X.Əsgərovanın ilk övladı olub və doğuş normal yolla həyata keçirilib. (ANS)
2013-12-06
3,527
Qayalara çırpılan paraşütçü ölümdən belə döndü – Video
ABŞ-da qayalardan birindən tullanan idmançı paraşütü açıldıqdan sonra qayalara çırpılaraq metrlərlə yüksəklikdən sərt bir şəkildə yerə düşüb. "Axar.az"ın xəbərinə görə, paraşütçünün ölümdən döndüyü qəza anı 3 fərqli kamera tərəfindən saniyəbəsaniyə görüntülənib. Bel sümüyündə fəqərə qırığı yaranan idmançının göz ətrafına 5, çənəsinə isə 6 tikiş qoyulub. Paraşütçünün sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
2013-12-06
3,528
150 dəqiqəlik dərman
İngiltərədə aparılan bir araşdırmaya görə həftədə 150 dəqiqəlik gəzinti, ya da velosiped idarə etmək ömrü uzadır. Həftədə 150 dəqiqə gəzən insanlarda depressiyaya düşmək riski minumuma enir. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, fiziki aktivlik ölümə mane olan əvəzolunmaz dərman vasitəsidir. Araşdırmada göstərilir ki, mütəmadi olaraq həftədə 150 dəqiqə gəzmək 7 min sinə, 5 min bağırsaq xərçəngi, 295 min növ diabet xəstəliklərinin qarşısını alır. İngiltərəli alimlər bildiriblər ki, gəzinti, hərəkətin ən normal və ən təbii şəklidir. Gəzinti hər kəsin rahatlıqla edə biləcəyi sadə və pulsuz müalicə üsuludur". Əlimizdə gediş kimi ani ölümlərə mane olan, kilonu idarə edən, ürək damar və şəkər xəstəliyinə maneə törədən bir dərman varkən, niyə də ondan istifadə etməyək?
2013-12-06
3,529
Qubada yaşayış evində yanğın baş verib
Quba rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən xəbərinə görə, Quba rayon mərkəzindən 7 km aralıda yerləşən Amsar kəndində ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin 2 otağının yanar konsruksiyalarının 54 kv.m sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-06
3,530
Ukrayna müxalifəti öz şərtlərini irəli sürdü
Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün öz şərtlərini irəli sürüb. Bu barədə UDAR partiyasının lideri Vitali Kliçko deyib. Kliçko bildirib ki, irəli sürülən şərtlər arasında Avropa meydanında saxlanılanların hamısının azadlığa buraxılması, etirazçıları noyabrın 30-da və dekabrın 1-də döyən milis əməkdaşlarının cəzalandırılması, daxli işlər naziri Vitali Zaxarçenkonun və bütün hökumətin istefası tələbi var. "Yalnız bundan sonra biz danışıqlara başlayacağıq", - deyə o vurğulayıb. (APA)
2013-12-07
3,531
Samuxda yol terroru: 3 yaralı
Samuxda ağır yol qəzası baş verib. "Axar.az"ın Trend-ə istinadən xəbərinə görə, hadisə bu gün saat 22 radələrində rayonun Qovlar Sarıkənd kəndi ərazisində qeydə alınıb. 38 yaşlı Əlixan Hüseynovun idarə etdiyi "Qazel" markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildəki sərnişinlər - 56 yaşlı Aybəniz Musayeva, 25 yaşlı Nargilə Qasımova xəsarət alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Növbətçi həkim Mehman Hüseynovun sözlərinə görə, xəstələrdən A.Musayevanın vəziyyəti ağırdır. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
2013-12-07
3,532
Mustang 2015 - Daha güclü, daha qənaətçil
2015-ci ildə satışa çıxarılacaq yeni "Mustang" həm daha güclü, həm də daha qənaətcil olacaq! Yenilənmiş görkəmi ilə 2015-ci ildə müştərilərilə görüşəcək olan "Mustang" satış tarixindən əvvəl 2500 ədədlik istehsalını yalnız Amerikadakı müəyyən əyalətlərə göndərəcək. "Mustang" "Ford" markası üçün ən əhəmiyyətli modellərdən biridir. 1964-cü ilin sonuna yaxın "Mustang"ın satışları 260.000 ədədə çataraq, inanılmaz rekorda sahib olub. 2 il sonra "Mustang"ın istehsalı tələbata uyğun olaraq 500.000-ə çatıb. Yeni mühərriklərin arasında 2.3 litrlik EcoBoost 4 silindrli turbo təchizatlı mühərrik iştirak edir. Bu mühərrik "Mustang"ı 305 at gücü ilə təmin edir. Avtomobilin digər mühərrik variantı isə 3.7 litrlik V6 versiyasında təqdim olunur. Bu mühərrik sayəsində "Mustang" 300 at gücünə yiyələnib.
2013-12-07
3,533
Azərbaycan millisi Avropa çempionu oldu
Azərbaycan Milli Budapeşt şəhərində keçirilən сüdo üzrə Avropa Çempionatının finalında paralimpiya yığmamız Ukrayna komandasına qalib gəlib. Paralimpiya Komitəsindən verlən məlumata görə, idmançılarımız həlledici görüşdə rəqib komandanı 3:2 hesabı ilə məğlub edib. Qeyd edək ki, final yolunda millimiz Rusiya və Türkiyə kollektivlərinə qalib gəlib. (APA)
2013-12-07
3,534
Psixoloq serialları nağıllardan daha xeyirli sayır - Video
Müasir dövrdə nağılların uşaqların həyatında yeri, onların tərbiyəsindəki rolu görəsən bir zamanlar olduğu kimi yenə də aktualdırmı? Yoxsa "valideyinlərindən çox zəmanəsınə bənzəyən" uşaqlar indi daha nağılların sehirli aləminə düşə bilmirmi? Rəngarəng cizgi filmləri, seriallar onları daha çox cəlb edir? Suallarımızın cavablarını psixoloqlarda aradıq. Nağıllar uşaqların psixologiyasını pozur Psixoloq Dəyanət Rzayevin fikrincə, Azərbaycan nağıllarında hədsiz yalan, aldatmaq cəhdləri var. Onun sözlərinə görə "Cırtdan", "Qoğal" və "Məlikməmməd" nağıllarında uşaqların psixologiyasına mənfi təsir edəcək amillər var: "Burda uşaqlara yalan danışmaq öyrədilir. Hətta "Cırtdan" nağılında rüşvət faktına belə rast gəlmək mümkündür. "Məlikməmməd" nağılına gəlincə, burda qardaş-qardaşa öz maraqlarına görə pislik edir. Bu, uşaqlar üçün heç də yaxşı nümunə deyil. Bu cür nağıllar onların psixologiyasını pozmaqla yanaşı, həmçinin şəxsiyyətin formalaşmasına da imkan vermir". Serialları daha çox sevirlər Nağıllarla bağlı sorğu apararkən ortaya çıxan mənzərədən bəlli oldu ki, uşaqlar arasında nağıllar heç də aktual deyil. Onlar seriallara baxmağa daha üstünlük verirlər. Bəs seriallar uşaq psixologiyasına necə təsir göstərir? Dəyanət Rzayevin fikrincə, yersiz, təhrikedici nağıllarla müqayisədə etik seriallar daha uyğundur. Onun sözlərinə görə, bu seriallar ən azı uşaqlarda gələcəyə baxış formalaşdırır. Biri var idi, biri yox idi Psixoloq bu kəliməni olduqca yersiz adlandırdı: "Burda müəyyən gizlilik var ki, bu da uşaqların şəxsiyyətinin formalaşmasına imkan vermir. Bu cür nağıllara meyilli uşaqlarda ikiləşmə müşahidə olunur. O ki qaldı sonda deyilən "göydən üç alma düşdü" kəliməsinə, bu çox yersizdir. Məncə, nağılı tam fərqli bitirmək olar. Bu yalnız xəyali fikirlərə əsaslanan cümlələrdir ki, onlardan da uşaqlar heç bir fayda əldə edə bilməz". Nağıl kitabları tapmaq müşkülə çevrilib Eyni suallarla Uşaq və Ailə Mərkəzinin rəhbəri, uşaq psixoloqu Kəmalə Baxışın fikirlərini də aldıq. Psixoloqun fikrincə, uşaqların nağıllarla maraqlanması vacibdir: "Seriallar uşaqların bədii ədəbiyyata marağını azaldır. Təəssüf ki, uşaqlar arasında nağıllar, cizgi filmlərinə olan maraq indi seriallara yönəlib. Kitab dükanlarında nağıl kitabları tapmaq müşkülə çevrilib. Satışda olan kitabların böyük əksəriyyəti keyfiyyətsiz kağızlardan hazırlanır, həm də şəkilsiz olur. Bu da uşaqların kitaba, nağıla olan marağını azaldır". Kəmalə xanım nağılların başlanğıcında olan "biri var idi, biri yox idi" kəlməsinə də münasibət bildirdi. O bu cümlənin anlaşılmaz olduğu ilə razılaşsa da, əslində uşaqları xeyli düşündürdüyünü də qeyd etdi.
2013-12-07
3,535
Zakir Həsənovun qovduğu kadrı Elçin Quliyev işə götürüb
"Hərbi Hava Qüvvələrində xidmət keçən polkovnik Faiq Məmmədov vəzifəsindən kənarlaşdırıb, ordu sıralarından tərxis olundu, amma bir neçə gün bundan əvvəl Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev bu şəxsi rəhbərlik etdiyi Sərhəd Qoşunlarında vəzifəyə təyin etdi". Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Müdafiə naziri Zakir Həsənovun nazir kimi fəaliyyətinin ay yarımlıq dövrünü xarakterizə edərkən "Azərinfo"nun sullarını cavab olaraq deyib. Ekspertin sözlərinə görə, F.Məmmədovun qanunazidd hərəkətləri ilə bağlı Respublika Hərbi Prokurorluğunda uzun müddət araşdırmalar aparılmış, onun cinayət tərkibli əməlləri yoxlanılmışdı. Ü.Cəfərov Müdafiə nazirinin uğurlu saydığı addımları kimi, qəbul etmədiyi kadr islahatlarına da toxunub. Hərbi ekspertin fikrincə, general-leytenant Yaşar Aydəmirov, polkovniklər Samir Musayev, Şəmsəddin Abuşev, Vidadi Əsgərov və digərlərinin heç bir səbəb olmadan vəzifələrindən uzaqlaşdırılması ordumuz üçün böyük itkidir.
2013-12-07
3,536
Bakıda dəhşətli yol qəzası: 4 ölü - Yenilənib/Fotolar
00:51 Bakının Yasamal rayonu, Moskva prospektində ağır yol qəzası baş verib. "Axar.az" "Xəbərdar.az"a istinadən xəbər verir ki, 01 BL 554 dövlət nömrə nişanlı "Daewoo Nexia" tuneldən çıxaraq qarşısındakı "Shagman" markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsidə minik avtomobilində olan 4 nəfər yerindəcə keçinib. Hadisə yerində FHN-nin əməkdaşları cəlb olunub. Avtomobilindən taksi kimi yararlanan sürücü Bakının Müşviqabad qəsəbəsindən Bakıya gəlirmiş. O, 20 Yanvar metrosuna doğru dönmək istərkən, qarşısındakı yük maşınına çırpılıb. "Şaqman"ın sürücüsü jurnalistlərə açıqlamasında hadisəni nəql edib. Deyib ki, onun maşınını nəqliyyat müfəttişləri saxlayıblar. Sürücü müfəttişlərlə söhbət etdiyi vaxt avtomobilin "Şaqman"a çırpıldığını görüb. Qəzanı görən müfəttişlər dərhal hadisə yerindən uzaqlaşıblar. Hadisə yerində böyük çaxnaşma yaranıb. İnsanlar müfəttişlərin hadisə yerinə gəlməsini tələb edirlər. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerindədirlər. *** Hadisə nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib və bu barədə rəsmi açıqlama verilib. yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü - 1987-ci il təvəllüdlü Bəhruz Hidayət oğlu Abbasov, 1996-cı il təvəllüdlü İsmət Zeynur oğlu Xəlilov, 1990-cı il təvəllüdlü Yaqub Yunis oğlu Tağıyev, 1977-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Hacıyev dünyasını dəyişib.
2013-12-07
3,537
Masallıda yanğın baş verdi
Masallıda dülgər sexində yanğın baş verib. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən məlumatına görə, Masallı rayonu Köhnə Alvadı kəndində ümumi sahəsi 300 kv.m olan dülgər sexinin çardağının yanar konstruksiyalarının 25 kv.m sahəsi və içərisinə yığılan 10 kub taxta materiallarının 1 kubu yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-07
3,538
Xristian – müsəlman qırğını: 281 ölü
Mərkəzi Afrika Respublikasında xristian və müsəlman qruplar arasında yaranan qarşıdurmalar nəticəsində 2 gün ərzində 300-ə yaxın adam həyatını itirib. "Axar.az"ın xəbərinə görə, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Antonio Mbao Boqo məlumat verib. Boqo ölənlərin sayının daha çox ola biləcəyini bildirib. Bölgədə axtarış işləri davam etdirilir.
2013-12-07
3,539
Oğlu yemək yemədi, atası polis çağırdı - Video
Adanada 6 ay əvvəl talassemiya xəstəliyinə tutulan 4 yaşındakı Yağıq Ulduz yemək yeməyib, dərmanlarını içmədiyi üçün atası Adana Qubernatorluğuna müraciət edib. Adanalı 4 yaşındakı Yağıq Ulduz bu il iyunun 15-də yüksək hərarətlə xəstəxanaya aparılıb. Uşağın 36 yaşlı atası Sait Ulduz tərəfindən xəstəxanaya aparılan uşağa infeksiya düşdüyü bildirilsə də, sonradan onun talassemiya xəstəliyinə yoluxduğu bildirilib. O gündən bəri həyatdan küsən Yağıq Ulduz yemək yeməkdən, dərman atmaqdan imtina edib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, övladına necə yemək yedirtmək barədə fikirləşən ata bunun çarəsini polislərdə görüb. Belə ki, övladının "Arka sokaklar" serialına olan sevgisini görüncə, tam fərqli hərəkət etmək qərarına gəlib. Polislərə olan sevgisinə görə övladının yemək yeyəcəyini düşünən ata Adana Polis İdarəsinə müraciət edib. İdarənin rəisi olan Hüseyn Ovu Coş əməkdaşlarını dərhal hadisə yerinə göndərib. Polislərin evə gəldiyini görən Ulduz hədsiz xoşbəxt olduğundan nahar etməyə razılıq verib. Belə ki, gələn iki polisdən biri Ulduza çay, digəri yemək yedirib. Nahardan sonra isə Ulduz ilk dəfə dərmanlarını qəbul edib. Qeyd edək ki, polislər bu vəziyyəti hər gün təkrarlayır. Hər şey isə Ulduzun həyatda qalması, yenidən sağalması üçündür. Uşağın atası bildirib ki, polislərə müraciət edərkən onların gələcəyini gözləmirmiş. İndi isə ən böyük istəyi odur ki, "Arka sokaklar" serialının qəhrəmanları oğlunu ziyarət etsin: "Əminəm ki, onların gəlişi oğlumu tamamilə sağalda bilər". Qeyd edək ki, hazırda 4 yaşlı Ulduz sağalmaq üçün ona veriləcək qan donorunu gözləyir.
2013-12-07
3,540
Pablo Pineda: Seks haqqında çox sərt danışırıq
İspaniyalı Pablo Pineda – Avropada Daun sindromu ilə yaşamasına baxmayaraq, ali təhsil alan ilk şəxsdir. Malağa Film Festivalında Pablonun baş rolda olduğu "Mən də" adlı sənədli film təqdim olunub. "Die Welt" ilə müsahibəsində o öz həyat hekayəsini, hisslərini, təhsilini, əlilliyi və uşaqların həddən artıq qayğı ilə əhatə olunmasından danışıb. Ölkəmizdə də Daun sindromundan əziyyət çəkən uşaqların olduğunu nəzərə alaraq həmin müsahibəni təqdim edirik. Güman edirik ki, Pablonun dedikləri həmin uşaqların valideynləri üçün dəyərli bələdçi olacaq. - Necə oldu ki, Daun sindromu haqqında öyrəndiz? - Bu barədə mənə ilk olaraq müəllimim danışdı. Təxminən 7 yaşım olanda o mənə Daun sindromunun genetikasını izah etdi. O yaşda demək olar ki, heç nəyi başa düşmürdüm. Yalnız iki sual verdim: Bir: "Mən axmaq deyiləm ki?" O, cavab verdi: "Xeyr". İki: "Mən dostlarımla məktəbə gedə bilərəmmi?" Dedi ki, problemsiz. Qalan bütün şeylər mənim üçün əhəmiyyətsiz idi. - Bu gün Daun sindromlu ispan uşaqların 85 faizi ümumi məktəblərdə təhsil alır. - Bəli, indi bu belədir. Amma əvvəllər belə şeylər yox idi. Bu bizim zamanın nailiyyətidir. Mən müntəzəm olaraq məktəbə gedən ilk Daun sindromlu şagird idim. - Sizdə məktəbdən hansı xatirələr qalıb? - Məktəbdə ən yaxşı vaxtımızı keçirmişik. Bu mənim həyatımı gözəl, maraqlı anlarla, eyni zamanda ağır iş təcrübəsi ilə zənginləşdirdi. Mən yeniyetmə olanda xüsusilə çətin idi. Bəzən elə olurdu ki, sanki mən öz bədənimdə mövcud ola bilmirdim. - Niyə müəllimlik peşəsini seçdiz? - İlk əvvəl mən vəkil olmaq istəmişəm, sonra jurnalist. Professor - mənim müəllimim izah etdi ki, həmin sahələrdə rəqabət çox güclüdür, sən müəllimlik sənətini öyrən. Bu gün mən müəllim olduğuma görə zərrə qədər də peşman deyiləm. Çox böyük həvəslə uşaqlarla işləyirəm və özümü lazımlı adam kimi hiss edirəm. - Siz bütün günü oxuyursuz? - Gün ərzində təxminən 6-7 saat oxumaqla məşğul oluram. Dünən istirahət günüm idi. Mən bayquş kimi gecələr oyaq qalmıram, gündüzlər aktiv işlə məşğul oluram. Həmişə kitabları musiqi sədaları altında oxuyuram. Gəlin açıq danışaq. Daun sindromu ilə yaşayan insanlar üçün təhsil almaq adi insanlarla müqayisədə üç qat ağırdır. Amma gələcək üçün mübarizə aparmaq lazımdır. - Avropada Daun sindromu ilə ilk universitet məzunu olmaq nə deməkdir? - Bu, böyük bir məsuliyyətdir. Mən bilirəm ki, bir çox valideynlərin Daun sindromlu uşaqları var. Onlara "sizin uşağınız bacarıqlıdır" deyəcək insanlar lazımdır. Kütləvi informasiya vasitələri həmişə sensasiya axtarır, bəzən bir gündə 30 dəfə mənə zəng vururlar. Mənə qarşı artan bu diqqət artıq məni bir qədər qıcıqlandırır. - Sizə iş təklifləri olurmu? - Hələ ki, yox. İmtahan verərək Malağa bələdiyyəsində bir vəzifə almağa, yəni sabit gəlirimi təmin edəcəyimə ümid bəsləyirəm. Ola bilər ki, təhsil sahəsində peşəkar istiqamət verən və ya məsləhətçi kimi işləyim. Mən çevik insanam. - Daun sindromu olan insanlara qarşı cəmiyyətin münasibətində problem nədir? - Cəmiyyətin ən böyük qüsuru fərqliliyi dərk etməkdə çətinlik çəkməsidir. Cəmiyyətin insanları qruplara ayırıb, onlara "homoseksuallar", "immiqrantlar", hətta "qadınlar" kimi damğa vurması anlaşılan deyil. Çoxları bilmir ki, həmin "başqaları" ilə necə davranmaq lazımdır. Cəmiyyət onları təcrid edir, uşaq kimi davranır, sadəcə, onlardan qaçır. Belə olan halda stereotiplər formalaşır, problemə yaxınlaşmadan öncədən mühakimələr meydana gəlir. Bu zaman da ispan sözü olan "discapacitado" (əlil) ifadəsi işlədilir. - Siz yəqin ki, bilə-bilə "fiziki qüsurlu şəxs" ifadəsini işlətmirsiz... - Kimisə "əlil" və ya "fiziki qüsuru olan adam" adlandırmaq özü elə təhqirdir. Niyə həmin adamları yalnız "digərləri" və ya "başqaları" kimi adlandırmayaq? - Siz əvvəlcədən fiziki patologiyası olması ehtimalı ilə embrionların abort edilməsi haqqında nə düşünürsünüz? - Mən abortun əleyhinəyəm. Amma mənəvi səbəbləri nəzərə almaqla deyil, sınaq düşüncəsinə görə. Bir xəstə uşağın embrionunun abort edilməsi çox ağır işdir. Amma xəstə uşaq embrionunun abort edilməsi hədsiz dərəcədə zəngin təcrübədir. "Digər" uşaqların valideynləri onlarla ünsiyyətdə olduqça daha da təkmilləşirlər, daha dözümlü və həmrəy olurlar. Bu, istifadə olunan bir şansdır. Biz həmişə yalnız ən yaxşını seçirik. Lakin hər şey eyni olarsa, biz əhəmiyyətli dərəcədə məyus olarıq. Güllər müxtəlifdi və hamısı gözəldi. Sosial homogenləşməyə səy göstərilməsi cəmiyyətin bəlasıdır. Əgər hamı eyni cür düşünərsə, bir-birinə bənzəyərsə, bu, faşizm olardı. - Siz öz ailənizin olmasını arzulayırsız? - Ədəbiyyatda Daun sindromu olan insanlar genetika, idrak, davranış və qavrama qabiliyyətlərinin olub-olmaması nöqteyi-nəzərindən təhlil edilir. Heç vaxt müzakirə etmirlər ki, məsələn, belə adamlar yaraşıqlıdırmı, ona görə də burada mənəviyyat önə çıxır. İspaniyada Frankonun 40 illik diktaturasından sonra və güclü Katolik Kilsəsinin mövcudluğu bu mövzunu tabuya çevirib. Seks haqqında çox sərt danışırıq. Bu, həyat və mənəviyyat reallıqlarını bölüşmək üçün lazımdır. Bəzi kütləvi informasiya vasitələrində demək olar ki, sensasiyaya patoloji aclıq hiss olunur. Məsələn, mən La Norianın intim münasibət və əlillik barədə danışacağı teleşousunda iştirak etməkdən imtina elədim. Televiziya işçiləri mənim imtina etdiyimi eşidəndə demək olar ki, çaşqınlıq içində qaldılar. - Faşizm qurulan zaman Avstriya və Almaniyada Daun sindromu ilə yaşayan saysiz-hesabsiz insanlar məhv edilmişdi. Müharibədən sonra elm təsdiqləyirdi ki, belə insanların ömrü 30 ildən artıq olmur. - Bu, ölkənin elmi və tarixinə əsasən ortaya çıxan bir mifdir. Bu gün vəziyyət tamamilə fərqlidir: biz yaşlaşırıq. Bu bizim fiziki və mənəvi enerjimizin dərəcəsindən asılıdır. Günümüzdə Daun sindromu ilə yaşayan bir çox gənc insanlar piylənmədən əziyyət çəkir. Şəxsən mən gərgin məşqlərin və pəhrizin nəticəsində 18 kiloqram arıqlamışam. Xoşbəxtlikdən mədəni bir ailədə, gündəlik qəzetlərin və kitabxananın əhatəsində böyümüşəm. Ona görə də məndə hər şeyə maraq daha tez oyanıb. Mədəniyyətin qadağan olunması insanı öldürməyin bir üsuludur. - Sizin fikrinizcə, Daun sindromlu uşaqların tərbiyəsində vacib olan nədir? - Mədəni baxımdan, Avstriya, İsveçrə və Almaniya İspaniyadan fərqlənir. Ona görə də aydındır ki, həmin ölkələrdə məni daha yaxşı başa düşərlər. Belə bir uşağı əlil kimi deyil, elə adi bir uşaq kimi tərbiyə etmək lazımdır. Ona təhsil vermək, maarifləndirmək çox vacibdir. Valideynlər Daun sindromlu uşaqlarla həmin xəstəliyin ən qatı düşmən kimi davranmalıdırlar - yəni sükutla. Belə uşaqlar komlekslərdən azad olmalıdırlar. Valideynlər həmişə onların yanında olmalıdır. Bunun məhz onların uşağı olduğunu nümayiş etdirməlidirlər. Daun sindromlu uşaqlara çox qayğı və diqqət göstərməyə ehtiyac yoxdur. Onlar daim mənəbi və fiziki stimul almalı və müstəqil şəkildə öyrənməlidirlər. Əks halda, onların valideynlərini valideyn adlandırmaq olmaz .
2013-12-07
3,541
Bir günlük xəyanət necə olur?
İngiltərə yeni aldatma növü təyin edilib. Burada məşhur olan ağıllı telefonlarla çox rahat şəkildə xəyanət etmək mümkündür. Telefonda olan proqramın sayəsində insanlar xəyanət edəcəyi şəxsi rahatlıqla seçə bilirlər. Sistemin xüsusi özəlliyi ondadır ki, burada yazılan mesajlar üzərindən 10 dəqiqə keçmədən silinir. Qısacası, xəyanətin izi heç vaxt tapıla bilməz. "Axar.az" Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirir ki, sistem iki hissədən ibarətdir. Burada subaylar və evlilər üçün fərqli qovluqlar var. Ən maraqlısı isə odur ki, sistem onlayn geyim alış-veriş xidməti kimi fəalliyyət göstərir. Burada tanış olan cütlüklərin münasibəti isə bir günlük üçün nəzərdə tutulub. Hesablamalarda göstərilir ki, sistemə müraciət edənlərin böyük əksəriyyəti xanımlardır. Qeyd edək ki, İngiltərədə buna bənzər digər dörd proqram da fəaliyyət göstərməkdədir. İlk proqram isə "Ashley Madison" sloqanı ilə məşhurdur.
2013-12-07
3,542
Badamın bilinməyən möcüzəvi faydaları
Kaliforniya Universitetində aparılan araşdırmaların nəticələrinə görə badamın içində dərmanların tərkibində olan bəzi maddələrin olduğu təsbit edilib. Eyni zamanda bəlli olub ki, nizamlı badam istifadə edənlərin beyin hüceyrələri daha gec yaşlanır. Aparılan başqa bir araşdırmanın nəticəsində badamın toxluq hissi yaradaraq yemək yemə istəyini azaltdığı da təsdiq edilib. Badam imtina edilməz çərəz növündən biridir. Bəs badamın faydaları nələrdir? Qanda olan şəkəri tənzimləyir. Bor baxımından zəngindir, sümükləri möhkəmləndirir. Badam bir Omeqa 3 qaynağı olaraq ürək və damar xəstəliklərinin qarşısını alır. Qanın laxtalanmasına mane olur, təzyiqi və şəkəri tənzimləyir. Tərkibindəki kalsium xolesterolu aşağı salır və sümük əriməsinin qarşısını alır. Badam eyni zamanda bədəni gücləndirir, dad duyğusunu artırır. O eyni zamanda hamiləlik dönəmində qadınlar üçün çox faydalıdır. Bizə ilk baxışdan adi görünən bu çərəz sidik yollarında və cinsi orqanlardakı iltihabların aradan qaldırılmasında da əhəmiyyətli rola malikdir. Xərçəng və infarkt kimi xəstəliklərə qarşı qoruyucudur. Badam yağından quru dəri, saç və dırnaq baxımında da istifadə etmək məsləhətdir. Sonda onu da xatırladaq ki, acı badamdan istifadə edərkən ehtiyatlı olmaq məsləhətdir. O öskürəyi kəssə də, çox qəbul edildiyi zaman zəhərlənməyə səbəb ola bilər.
2013-12-07
3,544
Dünya Ticarət Təşkilatı Bali paketini qəbul etdi
Dünya Ticarət Təşkilatının (DTT) üzvləri nazirlər konfransında Bali razılıq paketini bütün 10 sənəd daxil olmaqla qəbul ediblər. Deklarasiyada belə deyilir: "Biz nazirlər konfransının 9-cu görüşündə qəbul etdiyimiz danışıqların Dohi mərhələsində olan növbəti qərar və deklarasiyalarda həyata keçən irəliləyişi xoş qarşılayırıq". Dohi mərhələsi DTT çərçivəsində 2001-ci ildən heç bir irəliləyiş olmadan davam edirdi. Bütün ümid nazirlərin Bali konfransına yönəlsə də, uğur əldə ediləcəyinə sonadək etimad yox idi. Deklarasiyada DTT ölkələri təsərrüfat blokuna aid 5 sənəd, az inkişaf etmiş ölkələrə dəstək üçün isə 4 sənəd qəbul olunub.
2013-12-07
3,545
ABŞ bütün dünya telefonlarını dinlədiyini təsdiq edir
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi bütün dünya üzrə mobil telefonlardan edilən zənglər haqqında məlumat topladığını təsdiq edir, lakin bu halda heç bir qanun pozuntusuna yol vermədiyini bildirir. Agentliyin rəsmi nümayəndəsi xanım Vens Vayns bəyan edib ki, belə fəaliyyət Prezidentin xarici kəşfiyyatla mübarizə haqqında 12333 nömrəli fərmanına uyğun olaraq həyata keçirilir. V.Vayns ABŞ-ın xüsusi xidmət orqanlarının terrorçu və casuslarla mübarizə məqsədilə bu cür fəaliyyətlə məşğul olduğunu inkar etməyib, lakin bu işin xaricdə görüldüyünü qeyd edib (Trend).
2013-12-07
3,546
Kiyevdə Qazaxıstan səfirinin oğlunu döydülər
Kiyevdə keçmiş deputatın oğlu qaçırılıb, Qazaxıstan səfirinin oğlu isə döyülüb. Məlumatı Regionlar Partiyası fraksiyasının lideri Aleksandr Yefremov verib. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Qazaxıstan səfirinin oğlu ilə gedən Ali Radanın keçmiş deputatının oğlu maşınla naməlum istiqamətdə qaçırılıb, səfirin oğlu isə döyülüb. Hadisənin harada baş verdiyi və oğlanın harada olduğu bəlli deyil.
2013-12-07
3,547
Ermənilər rayonlarımızı atəşə tutdular
Ermənilər dünən və bu gecə mövqelərimizi atəşə tutublar. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-07
3,548
Sabah-sabah iki yanğın
Səhər saatlarında iki yanğın hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabirabad rayonu, Nəsimi kəndində, ümumi sahəsi 135 kv.m olan 3 otaq və aynabənddən ibarət evin bir otağının tavanı 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Digər hadisə Masallı rayonu, Böyük Xocavar kəndində ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
2013-12-07
3,549
Türk mediası Azərbaycan pişiyini ulduza çevirdi - Video
Bu görüntülər Azərbaycanda lentə alınıb. İtə hücum edən kareteçi pişik internetin yeni ulduzu olub. "ANS press"in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, pişik küçədə sahibi ilə gəzən balaca bir itə hücum edib. Sahibi itini xilas etmək üçün pişiyi qovub, itini qucağına alsa da, o pişiyin ikinci hücum həmləsindən qoruna bilməyib. Sahibinin qucağındakı itə hücum edən pişiyi aldığı təpik zərbəsi belə saxlaya bilməyib. Pişiklə mübarizəyə yoldan keçən bir gənc də qoşulub. Kareteçi pişik adı ilə internetə yüklənən pişiyin videosu tıklanma rekordu vurmaq üzrədir. ​
2013-12-07
3,550
Bu gün 11 dərəcə şaxta olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. "Axar.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
2013-12-07
3,551
Bin Ladenin İngiltərədə qəhrəman elan edildiyi il - Foto
"İndependent" qəzetində 1993-cü ildə yayımlanan bir müsahibədə dünyaya fərqli bir Üsamə Bin Ladendən bəhs edilib. 1993-cü ildə "İndependent" qəzetində Robert Faysk imzasıyla çap edilən müsahibədə bugünkündən çox fərqli bir Bin Laden portreti təqdim edilib. 1989-cu ildə Sovet ordusuna qarşı savaşan Üsamə Bin Laden qəzetdə "Sovetə qarşı döyüşən ordunu barış yoluna yönəltdi" cümləsi ilə təqdim olunub. Sudanda Sovet ordusuna qarşı savaşan Bin Laden burada apardığı mübarizəni qazandıqdan sonra ölkədə yol və liman inşaatlarının təməlini qoyub. Buna görə dünyanın diqqətini cəlb edən Bin Ladendən müsahibə alan "İndependent" geniş bir Bin Laden bioqrafiyası yayımlayıb. Robert Fayska müsahibə verən Bin Laden özünü sadə bir mühəndis və əkinçi olaraq təqdim edib. Sovet ordusuna qarşı mübarizə aparmaq vacib olduğu üçün savaşdığını ifadə edən Bin Laden nəticədə qələbə qazandığını dilə gətirib. Bin Ladenin həmçinin insanların iddia etdiyi kimi dağlarda döyüşçü yetişdirmədiyi, əksinə, mühəndisliklə məşğul olduğu, ölkəyə yollar və limanlar inşa etdiyi bildirilib.
2013-12-07
3,552
Malta Yanukoviçi qəbul etmədi, aksiyalar isə davam edir
Ukrayna prezidenti Viktor Yanukoviçin Maltaya səfəri ləğv edilib. "Axar.az" məlumat verir ki, bu informasiya Ukrayna mətbuatında yayılıb. Belə ki, Malta hökuməti Yanukoviçin səfəri zamanı heç bir rəsmi qarşılanma mərasiminin olmayacağını bəyan edib. Onlar bunu Ukrayna hakimiyyətinin Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı danışıqlardan imtina etməsi ilə əlaqələndirib. Mətbuat məhz buna görə Viktor Yanukoviçin Maltaya səfərinin ləğv edildiyini qeyd edib. Aksiyalar isə səngimək bilmir Bu arada Ukraynada yüzlərlə insan bu gün səhər "Azadlıq" meydanına axışıb. Aksiyalar davam edir. Aksiya iştirakçılarının bəzisi ərazini təmizləyir, bəziləri isə səhər yeməyi hazırlayıb paylayır. Gecə "Azadlıq" meydanında əlavə hərbi çadırlar qurulub.
2013-12-07
3,553
“Ermənistan çıxmaq istəyirsə...”
"Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmalıdır". "Axar.az" xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu "Habertürk" kanalında qatıldığı bir verilişdə ölkənin xarici siyasəti ilə bağlı sualları cavablandırarkə bunları deyib. Davudoğlu Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan əlaqələri haqqında suala cavab olaraq bildirib ki, Ermənistanla ən yaxşı münasibətlər qurulsa da, Cənubi Qafqazda sülh şəraiti təmin olunmayıbsa, bu münasibət pozula bilər: "Son zamanlar Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azerbaycan-Türkmənistan üçtərəfli əlaqələri və Rusiya ilə münasibətlərin inkişaf etdiyini nəzərə alsaq, bu mexanizmdə Ermənistan tək çatışmayan "halqadır". Ermənistan təcrid olunmaqdan çıxmaq istəyirsə, Azərbaycan torpaqlarının bütövlüyünə hörmət etmək məcburiyyətindədir".
2013-12-07
3,554
Cəmil Həsənli Milli Şuradakı gərginlikdən danışdı
"Müsavat Partiyasının Milli Şuranı tərk etməsini gözləmirəm. Əslində, məsələ mətbuatda daha gərgin görünür. Təhlükə o qədər də ciddi deyil". Bunu öz açıqlamasında Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli deyib. Müsavat Partiyasının başqanı İsa Qəmbərin və Milli Şurada təmsil olunan partiya funksionerlərinin açıqlamalarına da münasibət bildirən C. Həsənli deyib ki, Milli Şurada mühit demokratik əsaslara söykənir: "Təşkilatda fikir müxtəlifliyi labüddür. Müəyyən məsələlərə münasibətdə fikir ayrılığı da ola bilər. Bu fikir ayrılıqları da normal qəbul olunmalıdır". "Qarşılıqlı ittihamların və Müsavat Partiyasının Milli Şuranı tərk etməsi təhlükəsinin qarşısının alınması üçün danışıqlar aparılırmı" sualını da cavablandıran C. Həsənli deyib ki, daim Milli Şura üzvləri ilə görüşləri olur və bu ünsiyyətlər zamanı Milli Şuradakı vəziyyət də müzakirə edilir: "Əlbəttə, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov və digərləri ilə görüşlərim keçirilir. Mövcud vəziyyətlə bağlı ciddi müzakirələrimiz olur" (Aznews.az).
2013-12-07
3,555
Səfər Əbiyevin yeni vəzifəyə təyin olunması gözlənilir
"Müdafiə naziri Zakir Həsənovun təqdimatı zamanı Səfər Əbiyevə İlham Əliyevin adından təşəkkür edilib. Və bildirilib ki, məzuniyyətdən qayıtdıqdan sonra onun yeni vəzifəyə təyinatı barədə qərar ola bilər". Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib. Hərbi ekspertin sözlərinə görə, Səfər Əbiyev faktiki olaraq ordu sıralarından uzaqlaşdırılmayıb: "O, məzuniyyətə çıxıb. Adətən generalların məzuniyyəti 45 gün çəkir. Artıq onun məzuniyyətinin bitməsinə bir həftədən az vaxt qalıb. Hesab edirəm ki, məzuniyyətdən qayıtdıqdan sonra Səfər Əbiyevin yeni vəzifəyə təyinatı reallaşa bilər". Üzeyir Cəfərov həmçinin bildirib ki, hökumət nümayəndələri Səfər Əbiyevin oğlunun toyunda da yüksək səviyyədə təmsil olunub: "Bütün bunlar göstərir ki, Səfər Əbiyev "vurulmayıb", - deyə hərbi ekspert əlavə edib. Səfər Əbiyevin hansı vəzifəyə təyin olunacağına gəlincə, Üzeyir Cəfərov bu barədə məlumatlı olmadığını deyib: "Açığı, bu barədə heç nə deyə bilmərəm. Çünki hər hansı məlumatım yoxdur" (Azadliq.info).
2013-12-07
3,556
“Uca Atatürk” yazısına görə cəzalanacaqlar - Foto
Köynəklərində yazdıqları "Uca Atatürk" yazısına görə Nizam-İntizam Komitəsinə veriliblər. "Axar.az"-ın məlumatına görə, futbol üzrə Türkiyə kubokunda "Fənərbaxça" ilə "Fəthiyəspor" arasında baş tutan matçda qonaq komandanın formasınınm üzərindəki yazı Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən yolverilməz kimi dəyərləndirilib. Oyunun əvvəlində "Fəthiyəspor"un 11 futbolçusunun hər biri 1 hərfi bir köynəkdə yazılan "YÜCE ATATÜRK" (Uca Atatürk) yazılan sözlə meydanda futbolsevərlərin qarşısına çıxıblar. Futbola siyasətin və digər məsələlərin qarışdırılmasının əleyhinə olan FİFA-nın prinsiplərini nəzərə alan TFF məsələnin araşdırıldığını açıqlayıb: "Bütün dünyada futbol meydanlarının yalnız futbolun oynanıldığı və izlənildiyi yer olması əsas hədəfdir. Federasiyamızın da bağlı olduğunu beynəlxalq idman qurumlar bu məqsədə çatmaq üçün qlobal mahiyyətli qaydalar qəbul edib. Buna baxmayaraq "Fəthiyəspor" klubu "Fənərbaxça" ilə baş tutan oyunda bu qaydalara zidd hərəkət edib. Onlar hamımızın malik olduöumuz dəyələri yalnız özlərinə aid etməklə mübahisə yaradacaq formada istifadə ediblər. Bu kimi hərəkətlərin idman müsabiqələrində yolverilməsi mümkün olmadığı üçün məsələ ilə bağlı araşdırma aparılması üçün Nizam-İntizam Komitəsinə tapşırıq verilib. Bu məsələdə lazımi tədbirlər görüləcək" – deyə, TFF-dən verilən açıqlamada qeyd olunub. Qeyd edək ki, "Fəthiyəspor" gülçü rəqibini sürpriz şəkildə 2-1 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanmışdı.
2013-12-07
3,557
Zakir Həsənov Heydər Əliyevin addımını təkrarladı - Foto/Video
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir müddət öncə cəbhə bölgəsinə səfəri zamamı əsgərlərlə maraqlı hadisə baş verib. O, xatirə yazısı olan saatı əsgərlərdən birinə bağışlayıb. Bu barədə hərbi jurnalist, "Marş" proqramını aparıcısı Rahib Qərib sosial şəbəkədə məlumat yayıb. "Bu dəfə cəbhə xəttində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun getdiyi səngərlərdə də olduq. Müdafiə naziri ilə görüşdən xoş təəssüratlar hələ də əsgərlərin çohrəsinə hopub qalmışdı. Nazirin xatirə yazısı olan qiymətli saat bağışladığı əsgər elə sevinc və fəxrlə qolundakı o saatı bizə göstərdi ki, pafoslu olsa da, deyəcəyəm, ətrafa işıq saçırdı... Səngərlərdə işıq yoxdur, bağlı istehkamları işıqlandıran əsgərlərimiz, bəzən də o yerlər haqda səslənən qaranlıq fikirlər var. Qaranlıq qalanları işıqlandırmaq üçün hər kəs özünü sözün əsil mənasında düşmən çəpəri olan oğullarla bir cəbhədə hiss etməlidir..."-deyə, Rahib Qərib qeyd edib (Azvision.az). Xatırladaq ki, 1994-cü ildə döyüş zamanı cəbhədə olan Heydər Əliyev səngərdə əsgərlərdın birinə qol saatı bağışlamışdı.
2013-12-07
3,558
Rövnəq Abdullayev YAP-çıları işdən çıxarıb?
Rövnəq Abdullayev YAP üzvü olan 58 nəfəri işsiz qoyub. Bu barədə məlumat verən qaynağın sözlərinə görə, Rövnəq Abdullayevin imzaladığı 160 saylı 01.11.2013-cü il tarixli əmri ilə ARDNŞ Sosial Inkişaf Idarəsinin Mədəni-Kütləvi tədbirlər, istirahətin təşkili və təsərrüfat departamenti ləğv edilib. "YAP üzvü olan 58 nəfər mütəxəssisə heç bir iş təklif edilməyib. Ləğv edilən departament YAP-ın Suraxanı rayonundakı ilk təşkilatıdır. Işçilər də narazılıq edirlər. Dövlət Neft Şirkəti bu günədək ləğv edilən departamentlərdən fərqli olaraq işdən azad edilən 58 nəfər mütəxəssisə digər strukturlarında iş təklif etməyib". ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev öz açıqlamasında departamentin ləğv olunduğunu təsdiq etsə də, məlumatın yalan olduğunu söylədi. Bildirdi ki, ixtisara düşən işçilərə iş təklif olunub: "Dövlət Neft Şirkətində ixtisara düşən hər bir adama iş təklif olunur. Ancaq kimsə təklif olunan işi bəyənmirsə, bu başqa söhbətdir" (Azadliq.info).
2013-12-07
3,559
Ramil Usubov xüsusi əməliyyat qrupu yaratdı
Zaqatala rayonunda diş texnikinin evinə silahlı basqın edən maskalı şəxslərin axtarışı işlər davam etdirilir. Bu məqsədlə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət xüsusi əməliyyat-istintaq qrupu yaradılıb. "Axar.az" xəbər verir ki, aparılan tədbirlər zamanı cinayətkarların kimliyinin müəyyən edilməsi istiqamətində bəzi məlumatlar əldə edilib. Lakin istintaq sirri olduğundan onlar açıqlanmır. Qeyd edək ki, maska taxmış 3 naməlum şəxs dekabrın 5-dən 6-na keçən gecə saat 04.00-da, Zaqatala rayonunun Danaçı kənd sakini, diş texniki işləyən 1952-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Qurqunayevin evinə silahlı basqın edib. Quldurlar ev sahibini həyat yoldaşı və gəlininin gözü qarşısında döyərək ondan pullarını tələb ediblər. Ev sahibini döydükdən sonra evdə olan külli miqdarda pulu götürərək hadisə yerindən qaçıblar (Trend).
2013-12-07
3,560
“İsgəndər Həmidovu da “şmon” eləmişəm”
Bayıl türməsinə yolu düşən axırıncı jurnalist "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili oldu deyəsən, özü də cəmi bircə gün. Mətbuat Şurası və başqa jurnalist təşkilatları prezidentə müraciət etdilər, həbsi pislədilər və xahiş etdilər ki, jurnalistin azad edilməsi üçün göstəriş verilsin. Elə də oldu, səhəri Asif bəy azad olundu və bir neçə gündən sonra Bayıl türməsi – 1 saylı Bakı İstintaq Təcridxanası Kürdəxanıya, yeni binaya köçürüldü. Bundan sonra Bayıl türməsini içəridən görən jurnalist olmayacaq. "Bayıl"ın adı vahiməlidir. Amma kifayət qədər təcrübəsi olan, bir neçə dəfə dustaq həyatı yaşayanların dediklərinə inansaq, bura Gəncədəki və Şüvəlandakı istintaq təcridxanalarından qat-qat yaxşıdır. Sözsüz ki, Şüvəlanın 5-6 il bundan qabaq təmir olunmuş və yenidən tikilmiş hansısa korpusları istisna olmaqla. Gəncə türməsinin şəraitsizliyi haqqında isə bu türmədən "Bayıl"a etap olunanlardan eşitmişdim. Bayıl türməsi haqqında çoxlu deyimlər, əsatirlər, əfsanələr var. Dustaqların uzun, üzücü, cansıxıcı günlərində bu hekayətlərə yeniləri əlavə olunur. Batyanı unutmurlar... Dünyaca məşhur insanların yolu bu türmədən düşüb. İndi də Stalinin Bayıl türməsində keçirdiyi günlər haqqında söz-söhbət gəzir. Hiss edirsən ki, "ellər atası" barəsindəki söhbətlər kifayət qədər şişirdilir. Oğru dünyasının məşhur adamları – Lotu Bəxtiyar, Sabirabadlı Hikmət, Əmircanlı Söhbət, Lotu Cavanşir, Masallı Mamed və digərləri haqqındakı söhbətlər isə uzaq uşaqlıq illərinin qış gecələri danışılan nağıllardan da maraqlı və çəkicidir. Məsələn, rəhmətlik Batyanın – Lotu Bəxtiyarın təşəbbüsü və maliyyə yardımı ilə Bayıl türməsinin içərisində çörək bişirmə sexinin tikilməsini dustaqlar qədər ədliyyə zabitləri də fəxrlə danışırdılar. Hiss olunurdu ki, rəhmətliklə şəxsən tanış olanlar bundan məmnundurlar. Bayıl türməsinin çox səliqəli və çeşidli kitabxanası var. Həmin kitabxanın təmir edilməsində, zənginləşdirilməsində Lotu Bəxtiyarın rolu böyükdür. Bəxtiyarın kamerası heç vaxt bağlı olmurmuş, o, oğru dünyasının ən tanınan siması və sözübütöv kişi olduğu üçün buna heç fikir də vermirlərmiş. Deyilənlərə inansaq, dəfələrlə türmə rəisləri və digər işçilər ondan məsləhətlər alıblar. O, dustaqların mənəvi atası hesab olunurdu. Onun buradakı varlığı dustaqlar arasında "bespredel"in aradan qaldırılması demək idi. Türmənin həyətində iri bir əncir ağacı var idi, yaxınlıqda isə balaca çarhovuz. Batya hər gün bu ağacın altında oturub mütaliə edərmiş. Onun şeir yazdığı vaxtlar da olub. Mənimlə bir kamerada olanlardan rəhmətliklə eyni vaxtda "srok" çəkənlər də vardı. Onu unutmurlar, o, həmişə xatırlanır. Bayıl türməsində yaşananlar gözəl bədii materialdır və ömür vəfa etsə, bunları qələmə alacam. İnsan rəis 2006-cı il mayın 12-də həbs edilsəm də, "Bayıl"a mayın 14-də gətirildim. İki gün Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında qalmışdım. O vaxtlar müvəqqəti saxlanma təcridxanasının rəisi Cəmil adlı bir polkovnik idi və bu polkovnik həbs müddətimdə gördüyüm ən insaflı adamdı. Əslən Tovuzdan olan bu adam mənim Ziba Həsənova adlı tovuzlu baş həkimin əli ilə şərlənərək həbs olunduğumu dəqiq bilirdi. Elə kabinetindəki söhbətimizi yekunlaşdıranda da məni tezliklə azadlıqda görmək istədiyini söyləmişdi: "Allah qapını açsın, mərdimazardan uzaq ol, bütün meşələrdə çaqqal ovlamaq olar". Bura qardaşlıq "xata"sıdır Bayılda ilk baxışdan görünən vahimə ikinci gün adamı tərk edir, qarışırsan yüz ilin ölüsünə, köhnə dustaqdan seçilməməyə çalışırsan. Əlbəttə ki, bütün bunlar sənin qarşıdakı aylarını, illərini necə keçirəcəyinə, yaşamına hesablanıb; sel çör-çöpü tez aparır, ağır olmaq isə heç də çəkinin çox olması demək deyil. Söz ağızdan bişirilib çıxarılmalıdır, əks təqdirdə məsuliyyəti çox ağır olur. Hər halda "gənc" dustağa kameralarda "bratvalar" bu haqda danışırlar. "Bura qardaşlıq "xata"sıdır". Bu, tanışlığın ilk cümləsidir. "Şmonşik İslam" Bayıl türməsinin iç üzü, xarakteri "şmonşik İslam" deyilən kapitanla açılırdı. Bu insanın haqqında bircə kəlmə də xoş söz eşitmədim və güman edirəm ki, mən də bu adam haqqında xoş söz yaza və deyə bilməyəcəyəm. Baxmayaraq ki, Bayıla gəlişimin ilk günündən üzləşdiyim bütün "şmon"larda – yoxlamalarda mənə qarşı heç bir hörmətsizlik etməyib. Digər dustaqlara qarşı etdikləri isə zənnimcə, insani hisslərdən çox uzaq idi. Mənim jurnalist və şair olduğumu bilib deyirdi: "Mənim üçün kimin nə vəzifədə işləməsi önəm daşımır, mən öz nazirim olan İsgəndər Həmidovu da "şmon" eləmişəm". Sonra əlini şalvarımın balaqlarında gəzdirib əlavə edirdi: "Adamları oxuyuram, bilirəm kim hansı yuvanın quşudur". İstənilən halda yoxlanış ciddi olurdu və mənim acığım tuturdu. Məndən sonrakı dustaqları yoxlayanda isə İslamın mənə hörmət etdiyinin şahidi olurdum və nədənsə ona bu yaxşılığa görə ürəyimdə də olsa "sağ ol" deyə bilmirdim. Doğma sifət Bayılda rastlaşdığım ilk tanış və doğma sifət isə tanınmış yazar Əyyub Qiyas oldu. Bizi 1-ci korpusun ikinci mərtəbəsindəki karantin kamerasına aparanda təsadüfən Əyyubgilin "uşaqlarını" "proqulka"ya çıxarırdılar. Əslində bu, mümkün olan hadisə deyildi. Dustaqlar gəzintiyə çıxanda başqa kameradakılarla üz-üzə gələ bilməzdi. Əyyubu görəndə sevindim. Yox, bu sevinc heç də o sevinc deyildi ki, "nə yaxşı sən də burdasan, həbsdəsən". Bu bir doğma sifətin nuru idi, ürəyimə işıq çiləmişdi. Sonralar bu sevincə görə özümü çox qınayacaqdım. Salamlaşdıq. 3 gün karantində qaldıq və bu hər gün iki dəfə Əyyubgilin kamerasından bizim kameraya "qrev" gəldi. "Qrev" mənim adıma gəlirdi və bunun Əyyub tərəfindən göndərlidiyini hiss etmək çətin deyildi. O, "volya"da olduğu kimi, burda da həmişə bahalı siqaretlər çəkirdi. Bir dəfə də ayrı-ayrı gəzinti kameralarında - "bokslarda" təsadüfən qonşu olduq. Səsini eşitdim, hayladım. Hayıma cavab verdi, xeyli söhbətləşdik. Divarlar səsimizi saxlamadı, nədənsə heç "nadzor"lar da mane olmadı. Bizlər tikansız balıqlar idik. Sonradan ayrı-ayrı Cəzaçəkmə Müəssisələrinə "etap" olunduq. O məndən bir-neçə ay tez azadlığa çıxdı və diqqətini yenə də əsirgəmədi... Bura mənim evimdir Həbsxananı öz evləri kimi qəbul edənlər də var. Belələrinə doğrudan da böyük hörmət olunur. Hətta özlərini onlara bənzədən, yeri gəldi-gəlmədi adlarını çəkib, onlarla guya ki, yaxın olduqlarını göstərmək istəyənlər də az deyil. Amma ağı qaradan seçməyi bacaran gözlər kimin kim olduğunu ayırd edə bilir. Hər kəs layiq olduğu yerdə qərar tutur. Belə hadisələrdən biri də məhkəməmdən sonra yerləşdirildiyim 3-cü korpusun 96-cı kamerasında keçmiş polis işçisi və mal-qara oğrusu arasında yaranan mübahisədə özünü göstərdi. Umud Laçının Şəlvə dərəsindən idi. Hündürboy, qara uzun bığları, sivri burnu, qara iti gözləri vardı. Söhbətcil və macərapərəst insan idi. Bütün hadisələrin içində olmağı xoşlayırdı və bu da çox vaxt onu qınaq sahibi edirdi. "Podelnik" İmanı maya qoyub kamerasına gətirtmişdi. Bunların Məmməd adlı dostlarına isə ömürlük həbs cəzası kəsilmişdi. Hesablarında ölümlə yanaşı onlara mal-qara oğurluğu, qarət və digər cinayət tərkibi olan əməllər vardı. Umudla İmana müvafiq olaraq 11 və 12 il həbs verilmişdi. İman məhkəmənin hökmü ilə razılaşmamış, məhkəmə zalındaca özünü "lezva"lamışdı. Onların fikrincə, əməllərinə görə verilən cəza çox idi. Ümumiyyətlə, Umud özünü günahkar saymırdı: "Məni Məmmədə görə tutublar, mal-qara aparmağımı bilə bilməzdilər",- deyirdi. O, Məmmədlə dost idi və Məmmədin polislərdən gizlənməsi üçün şərait yaratmış, onu ərzaq və geyimlə təmin etmişdi. Polislər isə Məmmədin gizləndiyi qamışlığın yerini bilsələr də, tutmağa çəkinirmişlər. Birincisi, Məmməd silahlı imiş, ikincisi, kifayət qədər qaçaqçılıq təcrübəsi olan bu adamın dostları da onu bada vermir, izi azdırırmışlar. Günlərin birində Umudla İman dostunu qamışlıqdan çıxarıb Haramı düzü ilə yola salarkən hansısa ferma sahibi duyuq düşür, onları oğru zənn edir. Gecədən xeyli keçmiş bu tərəflərdə 3 nəfər yad atlının olması onları şübhələndirir, bunu basqın kimi başa düşürlər. Aralarında atışma baş verir. Məmməd iki nəfəri, ata və oğulu öldürür. Umud onu danlasa da, artıq gec idi. Umudgil dostunu yola salıb qayıdanda atının qantarğası qırılıb yolda itir. Elə bu qantarğanın kimə məxsus olduğu bilindikdən sonra ələ keçirlər. Məmməd isə Şəmkirdə dostunun evində gizlənərkən qonşular tərəfindən ələ verilir. Samir isə Bakıda doğulmuşdu. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, əmək fəaliyyətinə sahə müvəkkili kimi başlayıb. Evin yeganə oğul uşağı olan Samir çox keçmir ki, tutduğu vəzifənin öhdəsindən gələ bilməyəcəyini düşünür, qohum-qardaş, ata-anasının təkidlərinə baxmayaraq, ərizə yazıb polis sıralarından istefa ərizəsi yazır. Ərizəsi qəbul olunmamış təsadüfən narkotik daşıyıcısını tutur. Onun yalvar-yaxarına inanıb buraxır. Məlum olur ki, bu adam "mal"ı təyin olunan yerə çatdırdığına görə haqq alacaqmış. "Mal"ı təhvil verəndə izahatda göstərir ki, naməlum adam tiryəki atıb qaçıb, tutmaq mümkün olmayıb. Amma həmin tiryəkdən xırda bir bükümü şeytanın "sözünə qulaq asıb" evində gizləyir. Üstündən bir müddət keçəndən sonra bacısı uşağının ad gününə hədiyyə almağa pulu olmayan keçmiş hüquq-mühafizə işçsi tanış taksi sürücüsünə bu haqda danışır və satmaq üçün kömək istəyir. Taksi sürücüsü keçmiş polisin onu şərləyəcəyindən qorxaraq, bu barədə polisə məlumat verir və şərti alıcı ilə Samiri görüşdürür, nəticə 5 il həbs cəzası ilə yekunlaşır. Umud Samiri divara dirəmişdi: "Sən "paqon" daşımısan, yerin "şponka"nın altındadır. Bura mənim evimdir". Samirin qorxaq gözləri hər kəsdən kömək istəyirdi. Məsələ böyüyəcəkdi. Umudun fəxrlə danışdığı oğurluq hadisələrinə çox qulaq asmışdım. Həm də onun Apellyasiya Məhkəməsinə ünvanladığı ərizəni yazdığıma görə ittihamnaməsi ilə tanış idim. Umudun yadına saldım ki, qoca qarıların, əri, oğlu Qarabağda şəhid olmuş qadınların, gəlinlərin evindən oğurluq edib, başsız qalmış ailələri ruzisiz qoyub və bu da yaxşı hal deyil. Onu da dedim ki, Samir "paqonlardan" imtina edib, indi kim daha haqlıdır, kim yaxşı oğlandır? Umud mənim də vaxtı ilə "paqon" gəzdirdiyimi, gəmi kapitanı olmağımı əsas gətirib, "paqondaşımı" müdafiə etdiyimi bildirsə də, "Bayıl"dakı "böyük qardaşlara" göndərilən "molyevka" Samirin təmiz oğlan kimi cəza çəkməsinin xəbərini gətirdi. Samir xəlvətə salıb mənə ömrü boyu minnətdar olacağını dedi. 3 gündən sonra mən 6-cı korpusun 105-ci kamerasına köçürüldüm. Bu, "burjuy" kamerası idi və bunun üçün qardaşlarım 200 manat ödəmişdilər. (ardı var)
2013-12-07
3,561
Həkim terroru ilə bağlı istintaq hərəkətləri niyə aparılmır?
"Tənqidçi Elnarə Tofiqqızının həkim terroru nəticəsində ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işi aradan iki ay yarım ötməsinə baxmayaraq, heç bir ciddi istintaq hərəkəti aparılmayıb. Faktiki olaraq istintaq donmuş vəziyyətdədir. Halbuki istintaq hərəkətlərini zəruri edən ifadələr vermiş, iddialar qaldırmışam". Bu sözləri həkim terroru nəticəsində dünyasını dəyişən Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı, zərərçəkən Anar Niftəliyev deyib. İşin gedişi ilə bağlı prokurorluqda yaradılan istintaq qrupunun rəhbəri Ələkbər Rzayev isə qısa açıqlama ilə kifayətlənib: "Hazırda mümkün olan zəruri istintaq tədbirləri gedir. İstintaq başa çatdıqda obyektiv qərar qəbul ediləcəyinə şübhəniz olmasın". Qeyd edək ki, baş verən həkim məsuliyyətsizliyi ilə bağlı müstəqil araşdırma aparılır. Bu barədə danışan zərərçəkmişin vəkili, hüquqşünas Səməd Vəkilov səhiyyə mütəxəssislərinin rəyini alacaqlarını bildirib: "İstintaqa iddialar təqdim etmişik və araşdırmalar aparılmasını gözləyirik. Təəssüf ki, yola saldığımız həftə o iddialarla bağlı heç bir addım atılmadı. Həmçinin xəstəliklə bağlı tibb ekspertlərinin müstəqil rəyinin alınması ilə də məşğuluq. Bilirsiniz ki, mərhum Elnarə Tofiqqızının ölümündən əvvəl ölkənin bir sıra xəstəxanalarında müayinələri həyata keçirilib. Aparılan müayinə sənədləri əlimizdədir. Biz həmin müayinə sənədlərinə uyğun müstəqil həkim rəyləri alacağıq". Xatırladaq ki, 20 sentyabr 2013-cü ildə "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişən E.Tofiqqızının ölüm işi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda 25 sentyabr 2013-cü ildə cinayət işi başlanılıb. Hələlik həkimlərdən heç biri məsuliyyətə cəlb edilməyib. Millət vəkili Çingiz Qənizadə də Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində baş vermiş ölümü ilə bağlı mərhumun həyat yoldaşının Milli Məclisə daxil olmuş ərizəsini baxılması üçün Baş Prokurorluğa ünvanlayıb.
2013-12-07
3,562
Zakir Həsənov pilotsuz sualtı texnika alır
Türkiyənin "GATE Elektronik" şirkəti Bakıda insansız sualtı vasitələrin (İSV) təqdimatını keçirəcək. "GATE Elektronik" şirkətinin verdiyi məlumata görə, təqdimat Azərbaycan Silahlı Qüvvələrinin təklifi ilə təşkil olunur. Azərbaycanın hansı növ İSV-lərə maraq göstərdiyi haqda məlumat verməyən şirkət nümayəndələri sadəcə, Azərbaycan tərəfinin "GATE Elektronik"in İSV-ləri ilə yaxından maraqlandığını söyləməklə kifayətləniblər. Qeyd edək ki, hazırda "GATE Elektronik" şirkəti tərəfindən sualtı minaları zərərsizləşdirmək üçün "Çanaqqala" adlı bir dəfə istifadə olunan aparat (SSROV), "Gelibolu" adlı mülki məqsədli uzaqdan komandalı İSV (WCROV), "Milli AUV" adı verilmiş avtonom İSV və GMK-C adı verilmiş, hər cür şəraitdə çalışa bilən sualtı müşahidə vasitəsi istehsal olunur (APA).
2013-12-07
3,563
Hacı İbrahimin ofisinə basqın: 135 min aparıldı - Yenilənib
"Axar.az"a etibarlı mənbədən daxil olan məlumata görə, "Avesta" şirkətinin rəhbəri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin ofisinə basqın olub və 135 min manat aparılıb. *** Daxili İşlər Nazirliyinin rəsmi saytı artıq faktla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, dekabrın 6-da Nərimanov rayonu M.Araz küçəsində yerləşən "Avesta" Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobildə getmişlər. Bakı BPİ Dövlət Yol Polisi İdarəsi, Nərimanov RPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.
2013-12-07
3,564
"İsmayıllı məhkumları"nın valideynləri yardım istəyir
"İsmayıllı hadisələri"nə görə məhkum olunan gənclərin valideynləri bu saatlarda İsmayıllı İcra Hakimiyyətinin qarşısına toplaşmağa başlayıblar. Onların əsas istəyi övladlarının azad olunmasıdır. Bu barədə jurnalist Elçin İsmayıllı şəxsi "feysbuk" səhifəsində məlumat yerləşdirib. Xatırladaq ki, yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşan bir qrup şəxs tərəfindən "Çıraq" otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. *** İsmayıllı Rayon Polis İdarəsindən şəhərdə hər hansı aksiyanın olması xəbəri təkzib olundu. Adının açıqlanmasını istəməyən polis işçisinin sözlərinə görə, valideynlərdən bir neçəsinin İcra Hakimiyyətinin başçısı ilə görüşmək üçün qəbul otağına gəlməsini bu cür təqdim etmək doğru deyil: "Sakinlər vaxtaşırı olaraq icra başçısı ilə görüşürlər. İndi də ola bilsin ki, məhkumların valideynlərindən bir neçəsi xahiş üçün başçının yanına gəlib. Amma bunu aksiya kimi təqdim etmək kimə lazımdır?" Qeyd edək ki, "İsmayıllı hadisələri"ndə həbs olunanların valideynlərinin aksiya keçirməyə başladıqları haqqında xəbər sosial şəbəkədə yayılıb. *** İsmayıllı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, "İsmayıllı olayları"nda həbs olunanların valideynlərlə icra hakimiyyətində görüş keçirilib. Onların valideyn kimi narahatlıqlarını anladıqlarını deyən icra başçısı bu işin hüquqi müstəvidə həllini tapdığını, ona görə də hər hansı yardım göstərmək imkanının olmadığını söyləyib.
2013-12-07
3,565
Rus məmuru Ermənistanı forpost adlandırdı
Ermənistan Rusiyanın Qafqaz regionunda forpostudur. "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə MDB-nin strateji inkişaf mərkəzinin rəhbəri Aleksandr Qusev çıxış edib. O, Ermənistanın Gömrük İttifaqının tərkibində qalması üçün Rusiyanın istənilən yardımı edəcəyini bildirib: "Gömrük İttifaqının inkişafı və yaşaması Rusiyanın unikal forposta ehtiyacı var. Bölgədə isə forpost rolunu Ermənistan çox gözəl yerinə yetirir".
2013-12-07
3,566
Pentaqon: “Xəzər üzərində qəribə bədheybət” – Video
1967-ci ilin avqust ayında Amerikanın kəşfiyyatçı peyki Yerə sensasiyalı şəkillər göndərdi. Şəkildə təyyarəyə bənzər böyük aparat təsvir olunmuşdu. Onun uzunluğu 100 metr, ağırlığı 500 ton idi və o, Xəzər dənizinin üzərində 500 km/s sürətlə hərəkət edirdi. Pentaqon analitikləri bu obyekti "Xəzər qulyabanısı" adlandırır. Bu cür texnikanın yaranması Sovetlər Birliyini dəniz supergücü edirdi. O vaxt suyun müqavimətinə görə gəmilərin sürəti çox aşağı idi. Rus alimi Alekseyevin ağlına bütün situasiyanı dəyişəcək bir ideya gəlir. O, təklif edir ki, gəmilərə sualtı qanad qoyulsun. Konstruktorun bu yeniliyi suyun müqavimətini azaldaraq gəmilərin sürətlə hərəkət etməsinə səbəb olurdu. Sürəti daha da artırmaq üçün o, daha möhtəşəm ideya irəli sürür. Bunun üçün gəmiləri, ümumiyyətlə, suyun üzünə qaldırmaq lazım idi. Öz layihəsini həyata keçirmək üçün Xruşşovdan razılıq alandan sonra o, təcrübə aparmaq məqsədilə nəzərlərdən uzaq tənha bir yer tapmalı idi. Nəticədə o, Çikalovsk şəhərciyini seçir. Gəminin maketi 4 ilə hazır olur. Birinci sınağın Xəzər dənizində 1967-ci ildə keçirilməsi planlaşdırılır. Əməliyyat gizli sayıldığından onu Volqa çayı ilə Xəzərə bir aya gətirirlər. Lakin bu əməliyyat ancaq SSRİ əhalisi üçün gizli sayıla bilərdi, çünki ABŞ-ın artıq bu qəribə super qurğudan xəbəri var idi və onu araşdırmaq üçün qrup da yaradılmışdı. "Xəzər qulyabanısı" bütün ekranoplanların prototipi idi. Ekranoplanlar radara düşmürdü və minalanmış zonalardan rahat keçə bilirdi. Hələ ki, heç bir ölkə Alekseyevin bu uğurunu təkrarlaya bilməyib.
2013-12-07
3,567
Rafiq Hüseynov: "Hamınızı öpürəm"
"Hazırda Türkiyədəyəm. Özümü əla hiss edirəm. Çünki bilirəm ki, yanımda böyük həkim ordusu var. Bir şey olsa onlar əllərindən gələn dəstəyi verəcək". "Axar.az"ın xəbərinə görə, bunu "Aznews.az"a tanınmış diktor, Xalq artisti Rafiq Hüseynov deyib. Onun sözlərinə görə, dekabrın 9-da həkim müayinəsindən keçəcək: "Birinci gün müayinə olunacağam. Dekabrın 10-da isə əməliyyat günü bəlli olacaq. Sağ olsun ki, xalqım məni unutmur, hamınızı öpürəm". Xatırladaq ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, əməliyyat üçün Türkiyənin "Florens Naytngel Hospital" klinikasına müraciət edib. R.Hüseynovun müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
2013-12-07
3,568
“Qalatasaray” Mandelanı yad etdi - Fotolar
"TT Arena" stadionundakı Qalatasaray – Elaziqspor matçında Mandela anılıb. Dünən "TT Arena"da oynanan "Qalatasaray" "Elaziqspor" matçında Qalatasaray 2:0 hesabla qalib gəlib. Matçın sonunda "Qalatasaray"ın Afrika əsilli oyunçusu Didiye Droqba və Emmanuel Eboue Güney Afrikanın əfsanəvi lideri Nelson Mandelanı unutmayıb. Onlar formalarının altından geyindikləri, üstünə "Thank You Madiba" (Çox Sağol Madiba – Mandelanın ləqəbidir. – red.) və "Rest in Peace Nelson Mandela" (Nur içində yat Nelson Mandela) yazılmış kimonolarını sərgiləyərək, həyatını zəncilərin diskriminasiya olunmaması üçün mübarizəyə həsr edən lideri yad ediblər.
2013-12-07
3,569
Diaqnostika Mərkəzinin rəhbərliyinə yeni təyinat
Respublika Diaqnostika Mərkəzinə yeni direktor müavini təyin edilib. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Verilən məlumatda qeyd olunur ki, Bakı Şəhər Təcili Yardım Stansiyası baş həkimin müavini Oqtay Şahmalıyev vəzifəsindən azad olunaraq, Diaqnostika Mərkəzinə direktor müavini vəzifəsinə təyinat alıb (Lent.az)
2013-12-07
3,570
Həkim terroruna prokurorluğun münasibəti - Rəsmi
Bakıda stomatoloji klinikada baş verən ölüm faktı ilə bağlı rəsmi məlumat yayılıb. Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, dekabrın 5-də saat 12:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən "VİP DENTAL" özəl stomatoloji klinikada Məmmədov Elçin Seyfulla oğlunun üzərində keçirilən cərrahiyyə əməliyyatı zamanı ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında məhkəmə-tibbi ekspertin iştirakı ilə zəruri kriminalistik vasitələrdən istifadə edilməklə hadisə yerinə baxış keçirilib, Elçin Məmmədovun meyiti xarici müayinə olunub. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, klinikada həkim-stomatoloq kimi fəaliyyət göstərən Hüseynov Baxış Hüseyn oğlu qeyd edilən tarixdə ona müraciət etmiş E.Məmmədovun çənə nahiyyəsində cərrahiyyə əməliyyatı apararkən sonuncunun səhhəti qəflətən pisləşmiş və həyatının xilas edilməsi üçün tibbi yardım göstərilməsinə baxmayaraq, vəfat etmişdir. E.Məmmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə zəruri ekspertizalar təyin edilib, eyni zamanda, klinikanın fəaliyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir (Trend).
2013-12-07
3,571
İtkin düşən qız tapıldı
Gəncə şəhərində noyabrın 22-dən itkin düşən qız tapılıb. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirtdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini, noyabrın 22-dən itkin düşən 15 yaşlı Günay Salmanova tapılaraq ailəsinə təhvil verilib (APA).
2013-12-07
3,572
İntim kaset qalmaqalı Türkiyəni çalxalayır - Video
AKP ilə dindar çevrələr arasındakı davaya kaset mübahisələri damğa vurub. Yaxşı bəs bu kasetlər kimdədir? Yazar Əli Önər Türkiyədə hələ də çoxlu kaset olduğunu deyib. Ancaq ən qəribə iddia MHP-dən millət vəkili Lütfi Türkqandan gəlib. Türkiyə siyasət tarixinin indi ən çirkin dövrünü yaşadığını deyən Türkqan MHP-li millər vəkillərinin kasetlərinin çıxdığı vaxtda AKP-li bir nazirlə aralarında baş tutan dialoqdan danışıb. Millət vəkilinin dediyinə görə, MHP-liləri çəkən kameralar AKP-liləri çəksəydi, onlar heç məclisə gələ bilməzdilər. "CNN Türk" kanalında "Ne Oluyor?" proqramına qonaq olan Sayğı Öztürk, Lütfi Türkqan, Əli Önər və Altan Tan "Tərəf" qəzetinin yazdığı iddialarla AKP və dindar çevrələr arasındakı mübahisələri müzakirə ediblər. İşin içində iqtidarla Gülən var Türkiyə kəşfiyyatında İranın vacib fiqur olduğunu deyən Əli Önər iddiasında qeyd edib: "Hakan Fidan MİT-in (Milli Kəşfiyyat Təşkilatı) başına keçdikdən sonra Mossadın ondan narazı olduğu haqda xəbərlər yayıldı. Mossad niyə Hakandan narazı idi? Bizim kəşfiyyatımıza hər zaman ingilislər, almanlar və amerikalıların təsiri olublar. Kasetlərə gəlincə, bu sadəcə hökumətin, Fətullah Gülənin işi deyil, indi bir çox qruplar var ki, onlar vaxtında insanları izləyiblər, bu üzdən də çoxlu kaset var. Mübahisələr də məhz bu kasetlərin üstündə gedir. İşin içində iqtidar, Gülən, eyni zamanda dövlətin içində əvvəllər "kamalist" deyə tanınan bəzi qəyyumçu qruplar var. Bunlar dövlətin içindən tamamilə təmizlənməyib". Ən qəribə iddianın sahibi MHP-li Lütfi Türkqan da çox kasetin olduğunu və bu kasetlərin əl-əl gəzdiyini deyib. Millət vəkili onu da vurğulayıb ki, MHP bu siyasətə alət olmayacaq. Türkqan bütün bunların ləkə olduğunu dilə gətirərək bildirib ki, "Türkiyə siyasəti 1923-cü ildən indiyədək bu qədər murdarlığa alət olmamışdı".
2013-12-07
3,573
“Aksiyamıza müxalifətin qoşulmasını istəmirik”
"Razi bəyə təşəkkür edirəm. Yəqin 2005-ci ildən bu yana onunla görüşməmişik deyə, Razi bəy bizi unudub. Yenidən onunla tanış olmaq üçün "ayaqaçdı" edərik və beləcə onunla bir daha tanış olarıq. Hərçənd ki, biz onunla 2005-ci ildə birgə əməkdaşlıq etmişik. O zaman biz Dalğa Gənclər Hərəkatına rəhbərlik edirdik, Razi bəy isə" Yox!" hərəkatına". Bu sözləri Avropa Gənclər Hərəkatının sədri Ramin Hacılı ölkədəki qiymət artımını etiraz edərək aksiyalara başlayacaqlarını bəyan edəndən sonra AXCP sədrinin müavini Razi Nurullayevin sözügedən qurumu tanımadığını əsas gətirərək, aksiyaya qatılmayacağını fikrinə münasibət bildirərkən dedi. Ramin Hacılı qiymət artımı ilə bağlı keçirəcəkləri aksiya barəsində də danışdı. O bildirdi ki, müxalifət rəhbərlərinin etiraz aksiyasında qatılmasını istəmir: "Bizim keçirəcəyimiz aksiyada müxalifət partiyalarında təmsil olunan və orda rəhbər vəzifə tutan şəxslərin iştirak etməsini istəmirik. Bu aksiya müxalifət partiyalarının tədbiri kimi görünməsinə qarşıyıq. Kimsə vətəndaş olaraq gəlib iştirak etmək istəyirsə, buyursun gəlsin. Ancaq partiya şəklində kiminsə aksiyaya qatılmasını istəmirik. Yadınızdadırsa, əsgər ölümləri ilə bağlı ilk etirazlar xalq tərəfindən təşkil edilmişdi və normal aksiya keçirdi. Sonradan siyasi partiyalar bu məsələyə qarışanda nəticəni özünüz gördünüz. Bu aksiyanın da nəticəsi elə olmasın deyə, müxalifət partiyalarına müraciət edib demişik ki, aksiyaya qatılmasınlar".
2013-12-07
3,574
“Zakir Həsənov yanlış qərarlar verdiyini artıq bilir”
Hərbi ekspert Üzeyir Cəfərov "feysbuk" səhifəsində son günlər mətbuatın gündəmindən düşməyən Müdafiə nazirliyində baş verən dəyişikliklərə münasibətini bildirib. "Axar.az" Üzeyir Cəfərovun "feysbuk" səhifəsində yazdığı qeydləri tədim edir. Müdaifə nazirliyi mətbuat kimi müasir silahdan yararlana bilmir Hərbi ekspert son günlər Müdafiə nazirinin əsgərə saat bağışlaması haqda mətbuatda gedən yazıya münasibət bildirib: "Hörmətli dostlarım, mən demişəm və bu gün də deyirəm ki, mətbuat doğrudan da çox güclü silahdır. Çox təəssüf ki, bu ən müasir silahdan bizim Müdafiə Nazirliyindəki dostlarımız hələ də vaxtında və yetərincə istifadə edə bilmirlər. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun guya öz şəxsi saatını əsgərə bağışlaması ilə bağlı xəbəri oxuyanda, yadıma bir lətifə düşdü. Onu burda yazmayacağam. Amma bu hadisə hələ çox-çox əvvəl, nazirin Şəmkir və Bərdə hərbi birləşmələrinə tanışlıq məqsədi ilə etdiyi səfərləri zamanı baş verib. Özü də Müdafiə naziri bir əsgərə deyil, xeyli əsgər və çavuşa qiymətli hədiyyə kimi saat və digər qiymətli hədiyyələr təqdim edib. Üstündən bir ay keçəndən sonra indi bu məlumatı belə təqdim etmənin qətiyyən effekti yoxdur. Hər şeyi vaxtında və zamanında etmək lazımdır". Zakir Həsənov bəzi əmrlərinin yanlış olmasını başa düşüb "Müdafiə Nazirliyində son günlər o qədər maraqlı və diqqət cəlb edən hadisələr, təyinatlar həyata keçirilib ki, bax buna diqqət etmək lazımdır. Mən öz tərəfimdən bilərəkdən hələ bu haqda geniş danışmaq istəmirəm ki, qoy bizim hörmətli MN-dəki dövlətdən məvacib alan yoldaşlar zəhmət çəkib öz üzərinə düşən vəzifələri icra etsinlər. Mətbuatın və cəmiyyətin MN-dən çox ciddi gözləntiləri var. Hələliksə, daxildə çox maraqlı işlər baş verir. Məsələn, hörmətli Müdafiə naziri Zakir Həsənov artıq deyəsən, ona ilk günlər tez-tələsik imzalatdırılan bəzi əmrlərin yanlış olmasını başa düşüb. Səhra geyimlərində kəmər məsələsinə də nəhayət ki, qərar verilib. Döyüş bölgəsində xidmət keçən hərbçilər mütləq kəmər gəzdirəcəklər. Arxa cəbhədə xidmət keçənlərə isə kəmərsiz gəzmək icazəsi veriləcək". Hərbi sirr ələ keçirilə bilər Üzeyir Cəfərov həmçinin Müdafiə Naziriliyində həyata keçirilən müəmmalı təyinat haqda da yazıb: "Ləğv edilmiş bir neçə hərbi hissə və idarələrin əməkdaşları çaşqınlıq içərisində qaldıqlarından, Müdafiə nazirinə müraciət hazırlayıblar. Birini deyəcəyəm. Ləğv edilmiş Mənzil İstismar İdarəsinin lahiyə-smeta şöbəsinin işinin hansısa mülki firmalara verilməsi qərarı təcrübəli insanlarda narazılıq yaradıb. Axı "hərbi sir" deyilən bir anlayış var. Bir neçə yüksək rütbəli zabitin yenidən öz vəzifəsinə bərpa edilməsinə qərar verib. Davamı gəlsin, cənab general. Ətrafınızı da məcbur edin ki, bir az aktiv çalışsınlar. Hadisələrin arxasınca deyil, onların önlənməsi, operativlik nöqteyi-nəzərdən lazım olan addımların atılması üçün bir qədər zəhmət çəksinlər. Müdafiə nazirinin əmri ilə Maliyə İdarəsinə nəhayət ki, səlahiyyətli bir şəxs təyin edilib. Bu adam başqa qoşun birləşməsindən MN sisteminə gətirilib. Açmasını isə MN özü versə, yaxşı olar".
2013-12-07
3,575
Baş katib vitse-prezident seçildi
Avropa Gimnastika İttifaqının (AGİ) 25-ci seçki konqresinin keçirildiyi Sloveniyanın Portoroj kurort şəhərindən sevindirici xəbər gəlib. Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi, Azərbaycan nümayəndə heyətinin tərkibində forumda iştirak edən Fərid Qayıbov AGİ-nin vitse-prezidenti seçilib. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Bununla da ilk dəfə Azərbaycan nümayəndəsi Avropa gimnastikasının rəhbər heyətinə daxil olub. F.Qayıbovun namizədliyini 23 ölkənin nümayəndəsi dəstəkləyib ki, bu da əksəriyyət təşkil edib. Gələn ildən başlayaraq və dörd il müddətində F.Qayıbov seçilmiş digər iki - İsveç və İsveçrədən olan vitse-prezidentlərlə birgə İdarə Heyətinin müxtəlif iclaslarında və Avropa çempionatlarında iştirak edəcək. İkinci müddətə AGİ prezidenti seçilmiş fransız Jorj Qelzek bütün rəhbər heyəti təbrik edib və gələcək işin əsas prioritetləri barədə məlumat verib. Fərid Qayıbov gimnastikanın Azərbaycanda aparıcı idman növlərindən birinə çevrilməsi məqsədilə onun inkişafında və irəliləyişində on illik aktiv təcrübəyə malikdir. Onun bədii gimnastika üzrə irimiqyaslı beynəlxalq yarışların, eləcə də gimnastikanın müxtəlif növləri üzrə milli çempionatların idarə edilməsində və koordinasiyasında böyük təcrübəsi var. F.Qayıbov iki dəfə Beynəlxalq Gimnastika Federasiyası Şurasının üzvü seçilib.
2013-12-07
3,576
Əyyub Kərimov: “Heç cür anlaya bilmirəm ki…”
Milli Məclis "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna əlavələr etməyə hazırlaşır. Bu əlavələrdən sonra Azərbaycanda ictimai birliklərin üzvlərinin sayının açıqlanması məcburi olacaq. Bununla bağlı "Femida" qəzetinin redaktoru, hüquqşünas Əyyub Kərimov və Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlıyla əlaqə saxladıq. Mirvari xanım qərarın qəbul edilməsinin hansı səbəbdən doğması məsələsinə belə aydınlıq gətirdi: - Əgər üzvlərin sayını soruşsalar, məndə neçə ərizə olduğunu və hansı vaxtdan ərizə qəbulunu dayandırdığımı deyərəm. Onlar üçün bu sual çox böyük önəm kəsb edirsə, qoy soruşsunlar. Hesab edirəm ki, ictimai birliklər arasında fərq var. Bəziləri nə qədər üzvü olduğunu heç özləri də bilmir. Hansı ictimai birlik ki, müstəqildir, onların üzvləri də göz qabağındadır. Vəkil Əyyub Kərimov isə bu qanun layihəsinin ona heç cür aydın olmadığını və müzakirəyə çıxarılmadan heç bir fikir bildirə bilməyəcəyini dedi: - Deyək ki, o üzvlərin adı açıqlandı, çap olundu, nə olsun? Məqsəd nədən ibarətdir, bax, bu mənə çatmır. Nə dəyişəcək bununla?
2013-12-07
3,577
Bir gündə 79 cinayət: 9 ölü, 24 yaralı
Dünən Azərbaycanda gün ərzində 79 cinayət faktı qeydə alınıb. "Axar.az" DİN-in rəsmi saytına istinadən məlumat verir ki, qeydə alınan cinayətlərin 29-u "isti izlər"lə açılıb. Bununla yanaşı, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Daxili İşlər Nazirliyinin yayımladığı məlumatda avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verdiyi bildirilib. Bunun nəticəsində isə 9 nəfər ölüb, 24 nəfər yaralanıb.
2013-12-07
3,578
Ukraynanın Gömrük İttifaqına daxil olması xəbərinə reaksiya – Rəsmi
Viktor Yanukoviç Ukraynanın Gömrük İttifaqına daxil olması ilə bağlı məsələni Vladimir Putinlə müzakirə etməyib. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov çıxış edib. O, prezidentlər arasında əsasən energetika sahəsində əməkdaşlıq məsələsinin müzakirə edildiyini qeyd edib. "Energetika sahəsində əməkdaşlıq prezidentlərin əsas müzakirə mövzusu olub. Lakin nə qədər çalışılmağına baxmayaraq, tam nəticə əldə edilməyib".
2013-12-07
3,579
Siyasilər yeni ili harda keçirməyi düşünür? - Sorğu
Qarşıdan yeni təqvim ili gəlir. Yeni İl və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyli Günü eyni günə təsadüf etdiyindən, bizlər üçün 2 qat bayram sayılır. Xalqı daim həmrəy olmağa səsləyən siyasətçilərimiz "ikiqat bayram" harda keçirəcək? Milli Şuranın sədri Cəmil Həsənli: "Heç bir ölkəyə getmək fikrim yoxdur. Bakıdan çıxmayacam, rayonlara getməyi də düşünmürəm. Yeni ili ailəmin yanında keçirəcəm". Millət vəkili Siyavuş Novruzov "Yeni il ilə bağlı heç bir planım yoxdur. Azərbaycandan qırağa çıxmayacam. Ola bilsin ki, bölgələrimizdən birinə səfər edim, ancaq heç bir halda yeni ili ölkədən kənarda qeyd etməyi düşünmürəm". Millət vəkili Fəzail Ağamalı "Hələ ki, yeni il ilə bağlı bir planım yoxdur. Amma dəqiq deyə bilərəm ki, yeni ili ölkəmizdə qeyd edəcəm. Ola bilsin ki, hansısa rayona gedim". Millət vəkili İqbal Ağazadə "Heç hara getməyəcəm, yeni ili ailəmlə birgə keçirəcəm". Millət vəkili İlyas İsmayılov "Həmişə kimi bu yeni ili də bağ evimizdə ailəmlə birgə qarşılayacağıq".
2013-12-07
3,580
Bizə pasientlər nağıl danışdı, yoxsa həkimlər? – Reportaj
Ağciyər Xəstəlikləri İnstitutunda müalicə neçəyədir? Hər gün həkim terroru, hər gün hansısa həkimin tamahına qurban gedən pasientlər haqqında oxuyuruq. Biz də dövlət xəstəxanalarında pasientlərinin cibinə girənlərin olub-olmadığını öyrənmək üçün gəzirik. Bu dəfə yolumuz Ağciyər İnstitutunadır. "Həkimlər "lazım deyil" deyir, amma..." Bu sözləri bizə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Samir Quliyev dedi. Samir bir aydır ki, bu xəstəxanada yatır. Vərəm xəstəsidir. Xəstəliyə hərbi xidmətdə tutulduğunu deyir. Xəstəxanadakı şəraitlə bağlı onunla söhbət edirik. - Burda dostlarım çoxdur, çox istərdm ki, hamımız sağalıb evimizə gedək. Xəstəxanada qalmaq çox pis şeydir, əgər xəstəlik ağırdırsa, burda yatmağa məcbursansa, onda daha çox evi arzu edirsən. Amma dostlarım sağ olsun, qoymurlar darıxmağa. 100 manat aldılar - Müalicə necə gedir? - Burda qeydiyyatdan keçib, xəstəxanada yatmaq üçün 100 manat pul alıblar. "Lazım deyil, lazım deyil" deyirlər, amma pulu alıb ciblərinə qoyurlar. - Kimə verirsiniz ki, pulu? - Nə bilim, həkimlərə. Pul vermirsən olmur, verirsən də çatdıra bilmirsən. Samirlə sağollaşıram, bir gün sağalıb evinə dönəcəyi ümidi ilə ordan ayrılıram. İlham müəllim çox da pulgir adam deyil Əşrəf Əliyev də vərəm xəstəsidir, illər öncə yatıb burda, indi ancaq müayinəyə gəlir: - Bu xəstəxanada 3 ay yatmışam, iki minə yaxın pulum çıxıb. İndi hər ay yoxlanışa gəlirəm. Hər ay da 15-20 manat verirəm müayinəyə. Ondan özümü yoxlatdırmaq üçün məsləhət almaq istədiyimi deyirəm. - Məndən olsa, İlham müəllimin yanına gedin, yoxsa sizin 50 manatdan çox pulunuz çıxacaq. İlham müəllim bu institutun rəhbəridir, amma pulgir adam deyil. 15-20 manat versəniz, bəs edəcək. Bir də aşağıda, birinci mərtəbədə İlqar var... - Kimdir ki, o? - O da nə isə böyük adamdır. Amma bax ha, o, "uje" pul adamıdı. Sizə nağıl danışıblar İlqar həkimin otağı qəbul şöbəsində birinci mərtəbədə sol tərəfdə yerləşir. İlqar həkimdən xəstənin müayinə olunması və burda yatması üçün nə qədər pul lazım olduğunu soruşuram. Əvvəlcə xəstəliyin dərəcəsini, xəstəxanada yer olub-olmadığını müəyyənləşdirməyin lazım olduğunu deyir. Sonra uzaq qohumumun bu xəstəxanada yatmaq istəməsini, amma maddi cəhətdən sıxıntısı olduğunu deyirəm. O da bu işlərə Dursun həkimin baxdığını bildirir. Görüşürük. O, bütün deyilənləri təkzib edir: - Görünür, kimsə sizə nağıl danışıb. Burda heç kim pul vermir, heç kim də almır. Məsələ ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbəri İlham Qasımovla telefon əlaqəsi saxladıq. İlham Qasımov xəstələrin dediklərinin yalan olduğunu, belə söhbətlərin telefonla edilmədiyini bildirdi: - Mən gündə 20-30 müayinə edirəm, onların içində məcburi köçkünlər də var. Bu xəstələrin nəyi var ki, mənə də pul versinlər? Və telefonu qapatdı. Növbəti zənglərimizə isə cavab vermədi.
2013-12-07
3,581
Sərkisyan rus aparıcıya şərəf ordeni verdi
Rusiyanın məşhur televiziya aparıcısı Vladimir Solovyovə Ermənistanın şərəf ordeni təqdim olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, şərəf ordeni aparıcıya Ermənistanın maraqlarını müdafiə etdiyi üçün verilib. Vladimir Solovyovə mükafatı Ermənistan prezidenti Serj Sarkiyan təqdim edib.
2013-12-07
3,582
ABŞ-ı qar vurdu: 250 min adam işıqsız qaldı
Texas ştatının Dallas şəhərində güclü qar yağması nəticəsində 250 mindən çox sakin işıqsız qalıb. Yerli KİV-lərin verdiyi məlumata görə, şəhərin bir sıra yerlərində güclü şaxta səbəbindən elektrik naqilləri qırılıb. Qarın ağırlığına tab gətirməyən ağacların budaqları sınıb, bu da naqillərin qırılmasına səbəb olub. Dallas bölgəsində hazırda havaların kəskin soyuması vəziyyəti daha da mürəkkəbləşdirir. Cəmi iki gün bundan əvvəl havanın hərarəti müsbət 26 dərəcə olduğu halda, indi şaxta 10 dərəcəyə yaxınlaşır. Bu, dekabr ayı üçün Dallasda orta temperaturdan, demək olar ki, 20 faiz aşağıdır. Havaların pisləşməsi yol nəqliyyat hadisələrinin sayının artmasına səbəb olub. Yerli hakimiyyət orqanları əhaliyə zərurət olmadığı hallarda küçələrə çıxmamağı və avtomobildən istifadə etməməyi məsləhət görüb (Azərtac).
2013-12-07
3,583
Müxalifət TV kanala doğru yürüş edir
Ukraynada mitinqlərdə iştirak edən minə qədər aksiyaçı bu dəqiqələrdə "İnter" telekanalına doğru yürüşə başlayıblar. "Axar.az"ın "RİA Novosti"yə istinadən xəbərinə görə, yürüşçülər telekanalın fəaliyyətini saxlamaq niyyətində deyillər, sadəcə, aksiyanın mövcudluğunu kanal rəhbərliyinə nümayiş etdirmək istəyirlər. Məqsəd mitinqlərin ədalətli işıqlandırılmasına nail olmaq və ləyaqətli jurnalistlərə dəstək verməkdir.
2013-12-07
3,584
Kremlә soxulmaq istәyәn sürücü dәlixanaya salındı - Video
Moskvanın mәrkәzindә Kremlin Brovitski qapılarının giriş hissәsindә polis maşınını vuraraq qәza törәdәn şәxs sonradan psixi xәstәxanaya yerlәşdirilib. "Axar.az" xәbәr verir ki, bu haqda RF DİN mәtbuat mәrkәzindәn "RİA Novosti"yә xәbәr veriblәr. Xәbәrdә deyilir ki, dekabrın 6-sında Moskvanın mәrkәzindә Kremlin Brovitski qapılarının yanında döngә üçün nәzәrdә tutulmamış yerdә Dağıstan әsilli bir kişi idarә etdiyi "Volsfagen" markalı maşınıyla saat 12.30-da qәza törәdib. Polisin xidmәti avromobilini vuran şәxsin saxlanıldığı, polis şöbәsinә aparıldığı, sonradan isә psixiatriya xәstәxanalarından birinә yerlәşdirildiyi bildirilir. Xәbәrdә hәmin şәxsin Moskvada bir şirkәtin baş direktoru olduğu da diqqәtә çatdırılıb. Avtomobillәrin yüngül zədə aldığı vә xәsarәt alanın olmadığı bildirilsә dә, hadisәnin detalları haqda mәlumat verilmir.
2013-12-07
3,585
Kənan Doğulu Bakıda "Canlı performans" göstərir - Fotolar
Bu gün Heydər Əliyev Sarayında türkiyəli sənətçi Kənan Doğulu "Canlı performans" adı altında konsert proqramı ilə çıxış edəcək. "Axar.az"ın xəbərinə görə, türkiyəli sənətçi konsert öncəsi keçirilən mətbuat konfransında Bakının gözəlliyindən və verəcəyi konsertdən danışıb. Azərbaycanda olmaqdan məmnunluğunu bildirən türkiyəli sənətçi Bakının inanılmaz gözəlliyə sahib olduğunu bildirib. Bakının qısa müddətdə nail olduğu inkişafa heyran qaldığını deyib. Kənan Doğulu daha sonra Türkiyəli həmkarı Sezen Aksunun "Sarı gəlin"i erməni dilində oxuyub, albomuna əlavə etməsinə də münasibət bildirib: "Mən Sezenin yerinə heç bir şey söyləyə bilmərəm. Bircə onun özünü görəndə deyərəm ki, səni Azərbaycanda sevmirlər". Qeyd edək ki, bir saatdan sonra Heydər Əliyev Sarayda konsert verəcək sənətçini qardaşı Ozan Doğulunun başçılıq etdiyi 27 nəfərlik musiqiçi qrupu müşayiət edəcək.
2013-12-07
3,586
Maskalıların cinayət anı görüntüləndi - Video
Türkiyənin Hakkari şəhərinin Yüksəkova kəndində iki nəfərin ölümü ilə nəticələnən hadisənin videosu yayımlanıb. Polisə aid zirehli maşınlarda olan kameraların çəkdiyi görüntülərdə hadisə zamanı üzündə maska və əllərində avtomat olan cinayətkarlar görünüb.
2013-12-07
3,587
Yüzlərlə təyyarə reysi təxirə salınıb - Foto
Minlərlə sərnişin xeyli müddət aeroportlarda və təyyarələrin göyərtəsində gözləməli olub. "Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, Böyük Britaniyanın Hempşir şəhərində hava hərəkətini tənzimləyən mərkəzi idarəetmə sistemində baş verən nasazlıq ölkədə yüzlərlə avia reyslərin təxirə salınması ilə nəticələnib. Minlərlə sərnişin xeyli müddət aeroportlarda və təyyarələrin göyərtəsində gözləməli olub. Təkcə Londonun "Hitrou" aeroportunda saat 9.45-dən başlayaraq 60 reys təxirə salınıb. Paytaxt Londonun digər aeroportu "Qatvike"də hər 5 reysdən biri problemlə bağlı uça bilməyib. "British Airways" və "Ryanair" avia şirkətləri yaranan nasazlığa görə sərnişinlərdən üzr istəyib.
2013-12-07
3,588
Döyüş təyyarələri Rakkayı bombaladı: 12 ölü
Suriyada hökumət ordusuna bağlı döyüş təyyarələri ölkənin şimalında yerləşən Rakka şəhərini bombalaması nəticəsində 12 nəfər həyatını itirib. "Axar.az"ın xəbərinə görə, bombalama nəticəsində bir çox yaşayış evləri yerlə-yeksan olub. Böyük çaxnaşma yaşandığı bombardımanın ardından çox sayıda adamın da dağıntılar altında qaldığı bildirilib.
2013-12-07
3,589
Mixail Saakaşvili Maydanda çıxış edib - Foto
Avropa Parlamentinin xarici işlər üzrə Komitəsinin sədri Elmar Brok: "Avropaya cinayətkarlar deyil, gənclər getməlidir" "Əgər noyabr ayının 30-da "Müstəqillik meydanı"ndakı nümayişi güc yolu ilə dağıdanlar prezident Yanukoviç tərəfindən cəzalandırılmasalar, Ukraynanın bəzi məmurlarının Avropa Birliyinə girişinə qadağa qoyulacaq". Bunu Avropa Parlamentinin xarici işlər üzrə Komitəsinin sədri Elmar Brok Maydanda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Avropa Birliyinə cinayətkarlar deyil, gənclər getməlidir. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də Maydanda çıxış edərək bildirib ki, heç bir qüvvə insanların azadlığa doğru getməsinin qarşısını ala bilməz. Xatırladaq ki, 2010-cu ilin iyulunda Kiyev şəhərində Mixail Saakaşvili Viktor Yanukoviçi 60 illik yubileyi ilə bağlı təbrik etmişdi. Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər ki, indi isə Saakaşvili müxalifətçilərlə birləşərək Yanukoviçə qarşı çıxır. İqtidarda olan Regionlar və Ukrayna kommunist partiyalarının funksionerləri də belə çıxışları ölkənin daxili işinə qarışmaq kimi qiymətləndirirlər. Gürcüstanın xarici işlər naziri Mayya Pandjikidze də Saakaşvilinin Maydandakı çıxışına münasibət bildirib: "Saakaşvili öz bəyanatlarında sərbəstdir və onun mövqeyi Gürcüstanın indiki hakimiyyətinin mövqeyilə üst-üstə düşmür". Gürcüstanın iqtidarda olan "Gürcü arzusu" partiyasının lideri, baş nazir və ölkə parlamentinin sədri isə Kiyevdə baş verənləri şərh edərkən ehtiyatlı mövqedən çıxış ediblər. (ANS)
2013-12-07
3,590
“Qremmi” mükafatının qalibləri bəlli oldu
Maraqla gözlənilən "56-cı Qremmi" musiqi mükafatının təqdimetmə mərasimi ABŞ-ın Los Anceles şəhərində baş tutub. "Axar.az"ın məlumatına görə, dünya şöhrətli repçi Cey Zi 9 kateqoriya üzrə məşhur "Qremmi" musiqi mükafatını qazanıb. Bundan başqa, Farel Vilyams, Kendrik Lamar, Maklemorla Rayan Lyusin hip-hop dueti, həmçinin, Castin Timberleyk də 7 nominasiya üzrə mükafata layiq görülüb. İlin mahnıları və albomu isə belədir: İlin mahnısı: "Mənə səbəb ver", "Cənnətdən qovulan", "Nərə", "Alicənablar", "Eyni sevgi" İlin albomu: "Xoşbəxt həyəcan", "Təsadüfi xatirələr", "Soyğunçuluq", "Qırmızı" Agentlik gələn il ən nüfuzlu mükafatlar üçün Lorde kimi gənc ifaçıların da rəqabət aparacağını bildirib.
2013-12-07
3,591
İngiltərə XİN: "Bəşər Əsəd Suriyanı tərk etməlidir"
"Suriyada sülhün əldə edilməsi Bəşər Əsədin ölkəni tərk etməsiylə təmin edilə bilər". Bu sözləri İngiltərə Xarici işlər naziri Viliam Haque deyib. "Axar.az"ın Küveyt Xəbər Agentliyinə istinadən xəbərinə görə, Haque Küveyt Xarici işlər naziri və Baş nazir müavini Şeyx Sabah Xalid Əl Hamad Əl Səhər ilə görüşü zamanı "Cenevrə -II" konfransının gündəliyində olacaq Suriya böhranını müzakirə edib. Haque qərbin Bəşər Əsədin hakimiyyətdən getməsini istəmədiyi barədə ona ünvanlanan suala belə cavab verib: "Suriyada sülhün əldə edilməsi Əsədin ölkəni tərk etməsiylə təmin edilə bilər. Baş verən olaylardan sonra Suriyanın gələcəyində Bəşər Əsədi təsəvvür etmək qeyri-mümkündür". Haque İngiltərə və qərbin Əsədin hakimiyyətdə qalması variantını dəstəkləməyəcəylərinə inandığını bildirib. İngiltərə Xarici işlər naziri Haque ölkəsinin Suriyanın qanuni nümayəndəsi olaraq Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisyasını dəstəklədiyini deyib.
2013-12-07
3,592
ABŞ Müdafiə nazirinin Kabilə gözlənilməz səfəri
ABŞ-ın Müdafiə naziri Çak gözlənilmədən Əfqanıstanın paytaxtı Kabilə səfər edib. "Axar.az"ın xəbərinə görə, Haqel əfqanlı səlahiyyətlilərlə bölgənin təhlükəsizlik məsələlərini müzakirə edib. İranla nüvə sazişi əldə olunacağı təqdirdə ABŞ-ın regiondakı öhdəliklərinə əməl etməsində axsamaların yaşanacağı barədə deyilənləri təkzib edib. Qeyd edək ki, bu Haqelin Əfqanıstana son bir ay içərsində reallaşdırdığı dördüncü ziyarətdir.
2013-12-07
3,593
Ukrayna DİN: "Maydanda 10 min adam var"
Kiyevdə və bütün ölkədə Avropaya inteqrasiya tərəfdarlarının kütləvi aksiyaları ictimai asayişin pozuntuları olmadan keçir. Bu barədə şənbə günü Ukrayna DİN məlumat verib. "Paytaxtda və ümumilikdə ölkədə kütləvi aksiyalar ictimai asayişin kobud pozuntuları olmadan keçir. İnsanların daha çox toplaşması əvvəlki kimi şəhərin mərkəzindəki Müstəqillik Meydanındadır", - nazirliyin saytında yerləşdirilmiş məlumatda deyilir. Bildirilir ki, 10 mindən artıq vətəndaş burada toplaşıb. "Təxminən 3 min vətəndaş Ukrayna Ali Şurasının yanında etiraz aksiyaları keçirirlər", - məlumatda deyilir. Təxminən 6,5 min milis əməkdaşı və daxili qoşunların hərbi qulluqçuları ölkədə keçən aksiyalarda asayişi qoruyurlar. Paytaxtda ictimai asayişin mühafizəsini təxminən 4 min nəfər təmin edir. (Trend)
2013-12-07
3,594
Astarada yanğın olub
Astara rayonunda yeməkxanada yanğın baş verib. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən xəbərinə görə, Astara rayonu Pensər kəndində ümumi sahəsi 56 kv.m olan yeməkxananın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın saat 16:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-07
3,595
Təyyarəyə hücum: 21 ölü - Video
Suriya hava qüvvələrinə aid bir döyüş təyyarəsi ölkənin şimalındakı Hələb Bazaa qəsəbəsi istiqamətində hücuma məruz qalıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, hücüm zamanı təyyarə yanaraq qəzaya uğrayıb. Suriya Yerli Koordinasiya Komitəsinin apardığı araşdırmadan bəlli olub ki, hücum zamanı qəzaya uğrayan təyyarədə içində qadın və uşaq olmaqla 21 nəfər həyatını itirib. Bombalama nəticəsində qəsəbədə olan evlər də xeyli ziyan görüb. Belə ki, bir neçə ev uçub, bəziləri isə yüngül zədə alıb. Qeyd edək ki, hadisədə yaralananlar əraziyə ən yaxın xəstəxanalara yerləşdirilib.
2013-12-07
3,596
İsrail əsgərləri fələstinli gənci öldürdü
İsrail əsgərləri fələstinli gənci öldürüb. "Axar.az"ın xəbərinə görə, patrul gəzən İsrail əsgərlərinin Ramallahdakı Əl-Kelezon Mühacir Düşərgəsinə nəzarət etməsi fələstinli gənclərin etirazına səbəb olub. Daş atan fələstinlilərə əsgərlər güllə və gözyaşardıcı qazla cavab verib. Yaranan qarşıdurmada İsrail əsgərlərinin açdığı atəş nəticəsində başından yaralanan fələstinli gənc xəstəxanada dünyasını dəyişib.
2013-12-07
3,597
Masallıda yaşayış evində yanğın olub
Masallı rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən xəbərinə görə, Masallı rayon mərkəzindən 4 km aralıda yerləşən Şərəfə kəndində sahəsi 216 kv.m olan ikimərtəbəli 6 otaqlı ev yanıb. Evin bir tağında, 20 kv.m sahəni əhatələyən yanğının böyüməsinin qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-07
3,598
Emin Ağalarov Mandela üçün oxudu - Video
Populyar ifaçı Emin Ağalarov rəsmi YouTube videosaytında "Hope" adlı yeni kompozisiyasını təqdim edib. Mahnı sülh və bərabərlik uğrunda əfsanəvi mübariz Nelson Mandelanın xatirəsinə həsr olunub. Bu barədə Emin Ağalarovun rəsmi saytında məlumat yayılıb. İki gün öncə vəfat edən Nelson Mandelanın ümid barədəki sitatlarının yer aldığı bu kompozisiya Russ Ballard və Kris Vinter tərəfindən yazılıb. Beynəlxalq Sülh Gününə həsr olunmuş bu mahnının təqdimatı 2014-cü ildə olmalı idi. Amma həmin kompozisiya Cənubi Afrika Respublikasının ilk qaradərili prezidentinin vəfatı ilə əlaqədar olaraq bu gün - dekabrın 7-də təqdim edilib. "İfa etdiyim "Hope" mahnısı bu nəhəng şəxsiyyətin xatirəsinə həsr olunub. Mən özümü Nelson Mandelanın irsinə hörmət edən və gələcəyə ümidlə baxan milyonlarla insanın cərgəsinə aid edirəm" - deyə Emin Ağalarov bildirib. Populyar azərbaycanlı müğənni və iş adamı onu da deyib ki, bu sinqlin "iTunes" vasitəsilə satışından əldə olunan bütün vəsait Nelson Mandelanın yaratdığı və rəhbərlik elədiyi Uşaq Fondunun hesabına köçürüləcək. ("Virtualaz.org")
2013-12-07
3,599
Rusiya silaha 600 milyard xərcləyəcək
Rusiya hərbi qüvvələri 600 hərbi təyyarə və 1000 hərbi helikopter alır. Rusiyanın Voronej bölgəsində yerləşən hərbi aedromda 3 ədəd "YAK-130" hərbi təyyarəsinin təhvil-təslimi ilə bağlı tədbir keçirilirb. Bu tədbirdə çıxış edən Müdafiə naziri Sergey Şoyqu, təyyarələrin gözəl olduğunu, hətta hazır olmayan sahələrə də eniş edə bildiyini deyib. O, gün keçdikcə, ordunun daha modern silahlara ehtiyacının yarandığını və artıq 4-cü və 5-ci nəsil silahların istifadəsi ilə bağlı təlimlərin başladığını söyləyib. Şoyqu, orduda ixtisaslı işçilərə də ehtiyacın yarandığını və bununla da bağlı təlimlərin başladığını vurğulayıb. Nazir əlavə edib ki, Rusiya hərbi hava qüvvələrinin 2020-ci ilə qədər müasirləşməsi nəzərdə tutulub: "Bu müddət ərzində hərbi hava qüvvələrinə 600 döyüş təyyarəsi 1000 hərbi helikopterin alınması nəzərdə turulub. 2013-cü ildə orduya 13 ədəd "YAK-130" döyüş təyyarəsi gətirilib. Hazırda Borisoqlebsk təhsil bazasında 42 ədəd döyüş təyyarəsi var. 2015-ci ilə qədər daha 22 ədəd yeni "YAK-130" döyüş təyyarəsi təhvil veriləcək". Müdafiə naziri onu da söyləyib ki, 2020-ci ilə qədər Rusiya ordusunun modernləşdirilməsi üçün 600 milyard dollar dolların xərclənməsi planlaşdırılıb. (ANS)
2013-12-07
3,600
İctimai nəqliyyatda qarşılaşa biləcəyiniz ən qəribə görüntülər
.
2013-12-08
3,601
Bakıda zəncirvari qəza - Fotolar
Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində zəncirvari qəza baş verib. Mərkəzi Neftçilər Xəstəxanasınbın qarşısında baş verən qəzada "Niva", "Mercedes Benz ML", 49 saylı marşrut avtobusu və "Mercedes Benz C klass" markalı avtomaşınlar toqquşub. Yüksək sürətlə hərəkət edən "Mercedes Benz ML" markalı avtomobil öncə "Mercedes Benz C klass"a , daha sonra avtobusa çırpılıb. Yoldan çıxan maşın "Niva"ya çırpılıb. Zərbənin təsirindən "Niva" aşıb. Xətai Rayon Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Avtomaşınlara ciddi ziyan dəyib. Qəza ilə bağlı yolda böyük tıxac yaranıb. Yolda nəqliyyatın normal hərəkətini təmin etmək məqsədi ilə hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)
2013-12-08
3,604
Danimarka su altında qaldı
Danimarkanın Sjalland adasındakı Roskilde bölgəsində dəniz suyunun qalxması nəticəsində bəzi şəhərlər su altında qalıb. "Axar.az"ın xəbərinə görə, Danimarkada iki gündür davam edən yağış və fırtına dəniz suyunun qalxmasına səbəb olub. Roskilddə dəniz suyunun qalxması nəticəsində 70 min əhalisi olan Frederikssund, Frederiksvaerk, Holbaek və Jyllinqe şəhərlərini su basıb. Bu gün suyun qismən çəkilməsinə baxmayaraq, liman yaxınlığındakı Orxan Qazi məscidinin də daxil olduğu yüzlərlə bina hələ də su altındadır. Şəhərlərin bir qisimində elektrik enerjisi kəsilib. Dəyən maddi ziyanın böyük olduğu bildirilib. Roskilde şəhərində də 2 metr yüksələn dəniz suyu sahildəki tarixi Vikinq gəmilərinin yerləşdiyi muzeyi də əhatə edib.
2013-12-08
3,605
Bu il intihar edən hərbçilərimiz - Siyahı
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin araşdırmalarına görə, 2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayı 78 nəfərdir. Onlardan 16 nəfərinin intihar etməsi ehtimalı var. "Doktrina" JHAM direktoru Cəsur Sümərinli bəyan edir ki, aşağıda adları çəkilən hərbi qulluqçuların ölüm səbəbləri ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə dürüst məlumat verilməlidir. "Doktrina" JHAM həmin siyahını təqdim edir: 15 fevral. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən Hüseynov Nicat Habil oğlu bu il fevralın 11-də xidməti yerini özbaşına tərk edib. Fevralın 15-də isə onun meyiti Sumqayıt şəhəri ərazisindəki göldə tapılıb. İlkin ehtimala görə, əsgər intihar edib. Belə ki, onun məktubu tapılıb. Əsgər ölümündən əvvəl yazdığı məktubda sevdiyi qızdan bəhs edib. Qeyd edək ki, N. Hüseynov ötən ilin oktyabrında Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 28 fevral. Qazax rayon N saylı hərbi hissədə 1990-cı il təvəlüdlü əsgər Allahverdiyev Seymur Mürvət oğlu intihar edib. Müdafiə Nazirliyi bəyan edib ki, əsgər postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib. Əsgərin Göyçay rayonundan hərbi xidmətə çağrıldığı deyilir. Valideynləri bildirir ki, xidmətinin başa çatmasına bir ay qalmış hərbi hissədə döyülərək qətlə yetirilib. 3 mart. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən Tərtərdəki N saylı hərbi hissənin əsgəri, 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş acıb, aldığı güllə yarasından dünyasını dəyişib. 24 mart. Xüsusi Dövlət Mühafizə İdarəsinin əsgəri 19 yaşlı Məmmədov Məmmədağa Novruz oğlu özünü asaraq intihar edib. O, Səbayıl Rayonundan hərbi xidmətə çağırılıb. 6 aprel. Azərbaycan ordusunun əsgəri intihar edib. Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri İmanov Elman Yaqub oğlu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub. Faktla bağlı araşdırma aparılır. 20 aprel. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat edib. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, əsgərin ölümü ilə əlaqədar Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. 23 aprel. Naximov küçəsində yerləşən mənzillərin birində kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu Qafarov özünü asaraq intihar edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, ilkin ehtimala görə, intihar hadisəsi ailə münaqişəsi zəminində baş verib. 3 may. Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Mehman Musayevin itkin düşməsi barədə onun ailə üzvləri tərəfindən bu gün səhər polisə məlumat verilib. Daxil olan məlumat əsasında Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat qrupu yaradılıb və axtarışlara başlanıb. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, səhər saatlarında itkin düşmüş kimi qeydiyyata alınan M. Musayevin meyiti tapılıb. Mərhumun meyiti "Şəfa" stadionunun yaxınlığında qollarının damarları kəsilmiş vəziyyətdə aşkar edilib. Dərhal hadisə yerinə polis və prokurorluğun əməkdaşları gəlib. Meyit müayinə edilmək üçün ekspertizaya göndərilib. İlkin ehtimala görə, o intihar edib. Lakin M.Musayevin qətlə yetirilməsi də istisna edilmir. 16 may. Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 30 may. Şəmkir Hərbi Birləşməsinin N saylı hərbi hissəsində Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Samir Vaqif oğlu Mehdiyev özünü asaraq intihar edib. 27 iyun. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri dünyasını dəyişib. Hadisə Lerik rayonu ərazisində yerləşən sərhəd zastavasında baş verib. İlkin məlumatlara görə, silahla davranış qaydalarının pozulması nəticəsində əsgər Səmədov Xəzər Ağa oğlu dünyasını dəyişib. O, həqiqi hərbi xidmətə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən çağırılıb. Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluqla birlikdə araşdırma aparılır. 29 iyul. Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində əsgər, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, N.Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 1 avqust. Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində 19 yaşlı əsgər Elşad Şahlar oğlu İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində vəfat etdiyi bildirilir. Əsgər Elşad İsmayılov Goranboy rayonundan hərbi xidmətə çağırılıb. 29 avqust. DSX-nin Göytəpə şəhərində yerləşən hərbi hissəsinin əsgəri Məmmədov Nofəl naməlum səbəbdən özünü asaraq intihar edib. Nofəl Məmmədov Nofəl oğlu 1994-cü il, martın 23-də doğulub, 2012-ci ilin aprelində müddətli Goranboydan həqiqi hərbi xidmətə çağırılıb. 13 sentyabr. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, Anar Əsgərli özünün Facebook sosial şəbəkəsindəki səhifəsinəd hərbi xidmətdə olduğu müddətdə çəkdirdiyi fotoları paylaşmaqla yanaşı ölümündən əvvəl bir status da yazıbmış. "Bəlkə mənim də qismətimdə bir güllə oldu" deyə o bu statusunda qeyd edib... 4 oktyabr. Gəncə şəhərində Daxili Qoşunların müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğlunun meyiti tapılıb. Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə aşkarlanıb. Hərbçinin intihar etdiyi güman edilir.
2013-12-08
3,606
Bu müalicə mərkəzində xəstəni zəncirləyirlər – Heyrət
Əfqanıstanın Cəlalabad şəhərinin bir kəndində yerli "müalicə" hələ də çoxları tərəfindən istifadə edilir. Samar Kəl kəndindəki "Mia Əli Baba" adı verilən "müalicə" mərkəzində divara zəncirlənərək qapalı hücrədə saxlanılan insanlar "pis ruhlardan təmizlənirlər". Orta hesabla 40 gün müddətində bu hücrələrdə saxlanılan insanların bəzisi ruhi xəstə, bəzisi isə sadəcə atası ilə mübahisə etdiyi üçün buradadır. Məsələ burasındadır ki, hücrədə qapalı vəziyyətdə saxlanılanların hamısı bu qədər şanslı deyil. Zəncirli vəziyyətdə orada saxlanılan insanlar bəzən elə oradaca unudular və 6-8 ay sonra meyitlərini basdırmaq üçün gəlirlər. "Şeytani ruhlardan təmizlənmək" üçün "reabilitasiya" mərkəzinə gələnlərdən biri də Məhəmməddir. Çirkli bir mələfəyə bürünən Məhəmməd hücrəyə girməyinin səbəbini bu cür açıqlayır: "Atamla böyük mübahisəmiz düşdü. Bir motosiklet almaq üçün ondan pul istədim və o, məni bura bağladı. Çox əsəbiyəm. Həmçinin pis oldum".
2013-12-08
3,607
"İran nüvə silahını tam məhv edə bilməz"
"İranla nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi şansı 50%-dən yüksək deyil". Bu sözləri "Brookings" İnistitunda Saban Formunda çıxışı zamanı ABŞ prezidenti Barak Obama deyib. "Axar.az"ın xəbərinə görə, İranın nüvə silahının inkişaf etdirilməsinin dayandırılması üçün "5+1" qrupu və İran arasında əldə edilən razılığı müsbət dəyərləndirən Obama məsələ ilə bağlı İsrail Baş naziri Benyamin Netanyahu ilə baxış fərqliliklərinə da toxunaraq bunları deyib: "Netanyahu istəyir ki, İran nüvə silahını tamamilə məhv etsin, amma bu, reallıqda qeyri-mümkündür". Obama daha sonra bildirib ki, biz sanksiyaları davam etdirməklə İran xalqı İsrail və ABŞ-ın tələbləri ilə razılaşan deyil. Bu üzdən əldə ediləcək hər hansı bir razılaşma hər iki tərəf üçün qazanclı olacaq. Obama razılaşmanın "güvən" üzərində deyil, "təsdiq" üzərində qurulmasının vacibliyini vurğulayaraq deyib ki, bu səylər uğursuz olarsa, hərbi variant daxil olmaqla, bütün alternativ yollardan istifadə ediləcək.
2013-12-08
3,608
Ən mükəmməl əsərlərin siyahısı açıqlandı
Ən mükəmməl 10 romanın adı bəlli olub. Siyahı yazarların favorit kitabları, XX və XIX əsrin ən yaxşı romanları, əsərlərin sayı və ümumən yazarların qazandıqları bala əsasən tərtib edilib. Beləliklə, XX əsrin ən yaxşı 10 romanı 1. Lolita - Vladimir Nabokov 2. Möhtəşəm Getsbi - F. Skot Fitscerald 3. İtən zamanın izində - Markel Prust 4. Ulis - Ceyms Coys 5. Dublinliler - Ceyms Coys 6. Yüz ilin tənhalığı - Qabriel Markes 7. Səs və qəzəb – Uilyam Folkner 8. Dəniz fənəri - Virciniya Vulf 9. Bütün hekayələr - Flanneri Okonnor 10. Solğun atəş - Vladimir Nabokov XIX əsrin ən yaxşı 10 romanı 1. Anna Karenina - Lev Tolstoy 2. Madam Bovari - Qustav Flober 3. Hərb və Sülh - Lev Tolstoy 4. Haklberi Finin Macəraları - Mark Tven 5. Anton Çexovdan hekayələr - Anton Çexov 6. Martın ortası - Corc Eliot 7. Mobi-Dik - Herman Melvil 8. Böyük ümidlər - Çarlz Dikkens 9. Cinayət və cəza - Fyodor Dostoyevski 10. Emma - Ceyn Ostin Seçilən kitab sayına görə 1. Vilyam Şekspir - 11 2. Vilyam Folkner - 6 3. Henri Ceyms - 6 4. Ceyn Ostin - 5 5. Çarlz Dikkens - 5 6. Fyodor Dostoyevski - 5 7. Ernest Heminquey - 5 8. Frans Kafka - 5 9. Ceyms Coys, Tomas Mann, Vladimir Nabokov, Mark Tven, Virciniya Vulf - 4 Qazandıqları bala görə 1. Lev Tolstoy - 327 2. Vilyam Şekspir - 293 3. Ceyms Coys - 194 4. Vladimir Nabokov - 190 5. Fyodor Dostoyevski - 177 6. Vilyam Folkner - 173 7. Çarls Dikkens - 168 8. Anton Çexov - 165 9. Qustav Flober - 163 10. Ceyn Ostin - 161
2013-12-08
3,609
Heyrətamiz görüntü – Video
38 yaşlı yapon Keniçi Ebina Las Veqasda öz bacarığını nümayiş etdirərək "America Got Talent"in qalibi olub. Keniçinin münsifləri və tamaşaçıları heyran qoyan heyrətamiz bacarığının görüntüsünü təqim edirik:
2013-12-08
3,610
Zeytun yağı sümükləri möhkəmləndirir
İspan elm adamlarının araşdırmasına görə, zeytun yağı sümüklərin möhkəmlənməsini təmin edir. "Girona Tibb Mərkəzi"nin mütəxəssisləri zeytun yağı və zeytunun sümükləri möhkəmlənməsinə süddən daha çox təsiri olduğunu iddia edirlər. 2 il davam edən təcrübələrdə iştirakçılara xüsusi diet təyin edən mütəxəssislər bu qənaətə gəliblər. Könüllülərin yarısına tərkibində əsas zeytun və zeytun yağı olan Aralıq dənizi dieti tətbiq olunub. Digər yarısına isə az kalorili qidalardan istifadə etmək tövsiyyə olunub. Təcrübənin sonunda Aralıq dənizi dieti edənlərdə sümük inkişafını dəstəkləyən zülalın daha yüksək olduğu bəlli olub. Təcrübəyə qatılan digər könüllülərin sümük quruluşundasa heç bir dəyişiklik görülməyib.
2013-12-08
3,611
Polis silahsız tələbəni öldürdü
ABŞ-ın San-Antonio şəhərində (Texas ştatı) polis silahsız tələbəni qətlə yetirib. "Axar.az" xəbər verir ki, asayiş keşikçisi 23 yaşlı Kemeron Redusu avtomobili yüksək sürətlə idarə etdiyinə görə saxlayıb. Bundan sonra onların arasında naməlum səbəbdən münaqişə baş verib. Mübahisə zamanı polis əməkdaşı xidməti silahını çıxararaq tələbəyə bir neçə dəfə atəş açıb. Kemeron Redus aldığı ağır güllə yaralarından hadisə yerində ölüb. Onun üzərində hər hansı silahın olmadığı bildirilir. Hazırda insident ilə bağlı araşdırma aparılır. Polis əməkdaşı müvəqqəti xidmətdən kənarlaşdırılıb (APA).
2013-12-08
3,612
"Qalatasaray" Mandelaya görə cəzalanacaq
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Nelson Mandelaya görə "Qalatasaray"ın iki ulduzunu cəzalandıracaq. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb hər iki futbolçunun Superliqanın 14-cü turunda federasiyanın razılığı olmadan formalarının üstündə Mandelaya aid yazılar əks etdirməsi olub. Xatırladaq ki, "Elazığspor"la qarşılaşmada Emanuel Ebue köynəklərinə ingilis dilində "Rahat yat, Mandela", Droqba isə "Təşəkkürlər Madiba" yazdırıblar.
2013-12-08
3,613
Hacı İbrahim 135 mininin necə oğurlanmasından danışdı
Məşhur iş adamının ofisində müdhiş soyğun "Avesta" Konserninin rəhbəri olayla bağlı "Yeni Müsavat"a şok məlumatlar verdi: "Basqını mühafizə xidmətimin rəisi Füzuli Nəbiyev törədib; o deyib ki, Hacı İbrahimin doğmalarının hamısını öldürəcəm, gedib türmədə yatacam, mən filankəsin qohumuyam"; tanınmış iş adamı hüquq-mühafizə orqanlarından da şikayət etdi: "Oğurluq qalıb bir tərəfdə, hamı pulla maraqlanır..." Dekabrın 7-də Bakı şəhərində müdhiş oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin saytında yer alan məlumata görə, Nərimanov rayonu, M.Araz küçəsində yerləşən "Avesta" Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135 min manat pulu götürüb "İnfiniti" markalı avtomobildə hadisə yerindən uzaqlaşıblar. Bakı BPİ Dövlət Yol Polisi İdarəsi, Nərimanov RPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin şirkətin mühafizəçisi və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar. Araşdırmalar zamanı bu oğurluqla bağlı olduqca maraqlı məlumatlar əldə etdik. Belə ki, oğurluqda iştirak etmiş şəxslər "Avesta" şirkətinin rəhbəri, məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin mühafizə xidmətinin əməkdaşlarıdır. Füzuli Nəbiyevin hətta Hacı İbrahimin şəxsi mühafizə xidmətinin rəhbəri olduğu deyilir. Ötən gün Hacı İbrahimlə əlaqə saxlayıb bu oğurluq haqda onun özünün mövqeyini öyrənmək istəsək də bu, mümkün olmadı. Onun mobil nömrəsi bağlı göstərirdi və telefondakı avtocavablayıcı sistem ərəb dilində idi. Sonradan öyrəndik ki, Hacı İbrahim Dubayda işgüzar səfərdədir. Dekabrın 7-də axşamüstü, nəhayət, Hacı İbrahimlə telefon əlaqəsi yarada bildik. O bildirdi ki, təyyarədən indicə enib, artıq Bakıdadır. Ofisindən edilən oğurluqla bağlı sualımıza cavab verən iş adamı faktı təsdiqlədi və bildirdi ki, oğurluğu mühafizə xidmətinin rəhbəri Füzuli Nəbiyevin başçılıq etdiyi dəstə törədib: "Mən Dubayda ezamiyyətdə idim. Getmədən öncə tapşırmışdım ki, Füzulini işdən çıxarsınlar. Çünki ondan şübhələnmişdim. Tez-tez çantamdan, maşından pulum yoxa çıxırdı. Hara getməyim, kimlərlə görüşməyim haqda ora-bura məlumat verirdi. Dəfələrlə özünə xəbərdarlıq etdim, onu düz yola qaytarmaq istədim, alınmadı. Ona görə də xaricə getmədən öncə tapşırdım ki, Füzuli işdən çıxarılsın. Amma demişdim ki, maaşını ödəyin, sonra. O da dekabrın 7-də ofisə maaş almaq adıyla gəlib. 7 nəfərlik bandit dəstəsi ilə gəlib. Beş nəfər aşağıda gözləyib, Füzuli və Əlizamin Əliyev yuxarı qalxıblar. Əlizamin Füzulinin qohumudu, bizim ofisin arxasında yeni tikilən binanın komendatıdır. Onu işə Füzuli düzəldib. Onlar kassirin boğazına xəncər dirəyib, kassadakı 135 min manatı aparıblar. O pul işçilərin maaş idi. Dünən maaş verilməliydi". İş adamı bildirdi ki, Füzuli oğurluq zamanı onu və ailə üzvlərini hədələyib: "Qışqırırmış ki, Hacı İbrahimin oğlanlarını gedib xaricdə öldürəcəm. Ailəsini məhv edəcəm, heç kim də məni tuta bilməz. Mən filankəsin qohumuyam, heç kimdən qorxmuram. O, məni niyə işdən çıxartdı". Hacı İbrahim polisin davranışından narazı qaldığını bildirdi: "Oğrular deyiblər ki, oğurladıqları pulun 95 minini polislərə veriblər, polis isə onlarda cəmi 30 min manat olduğunu deyir. Mən başa düşə bilmirəm, polis niyə belə davranır?! Pulun 1 manatı da bizə qaytarılmayıb. Yəqin heç qaytarılmayacaq da. Oğurluq faktı qalıb bir tərəfdə, hüquq-mühafizə orqanları pulun dalınca düşüb. Hamı pulla maraqlanır". "Füzuli Nəbiyev sizin yerlinizdirmi" sualına Hacı İbrahim belə cavab verdi: "Vallah, heç bilmirəm o, haralıdır (yanındakı şəxslə dəqiqləşdirəndən sonra məlum olur ki, F.Nəbiyev Neftçala rayonundandır). Mən insanları haralı, hansı rayondan olmalarına görə işə götürmürəm. Mən yerliçilikdən uzaq adamam. İnsanlara bir gözlə baxıram. Haralı olması məni maraqlandırmır". Hacı İbrahim dedi ki, ona məlumatlar çatmağa başlayıb ki, oğurluq edən dəstəni gələn həftənin 1-ci günü məhkəmədən buraxacaqlar: "Bunlara kimlərsə söz verib, amma o söz verən adamlara xəbərdarlıq edirəm ki, niyyətləri baş tutmayacaq. Bu ölkədə sabitliyi pozmaq istəyən hər bir adam öz cəzasını layiqli şəkildə almalıdır. Yoxsa Azərbaycanda cinayətkarlıq baş alıb gedəcək. Günün günorta çağı hamının gözü qarşısında kassirin boğazına xəncər dirəyib 135 min manat oğurlayan cinayətkar dəstəni necə cəzasız buraxmaq olar?! Bəlkə o hadisə zamanı adam öləydi, kimsə yaralanaydı. Ona görə də hüquq-mühafizə orqanlarına səslənirəm, cinayət törətmiş bu adamlar mütləq şəkildə cəzalarını almalıdırlar".
2013-12-08
3,614
Hacıbala Abutalıbovun işdən çıxarılacağı xəbəri yayıldı
Bakı şəhər meri Hacıbala Abutalıbovun işdən çıxarılacağı barədə mediada məlumat yayılıb. Bunu "İnteraztv.com" etibarlı mənbələrə istinadla məlumat verib. Artıq Bakı meriyasına kimin rəhbər gətiriləcəyi ilə bağlı da ehtimallar əksini tapıb. Qeyd olunur ki, yeni mer Abşeronun İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov olacaq.