date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-12-09 | 3,718 | Hansı partiyaların qeydiyyatı ləğv olunacaq? | Azərbaycanda siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb olunacaq, əks halda, həmin partiyalar qeydiyyata alınmayacaq, yaxud fəaliyyəti ləğv olunacaq. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun 5-ci maddəsinə əlavələr təklif olunur. Bu təklif qəbul olunarsa, partiyaların fəaliyyəti necə olacaq? Məsələ ilə bağlı siyasi partiyalardan münasibət öyrəndik. "Bizim problemimiz yoxdur, amma..." Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Axar.az"a açıqlamasında dedi ki, onların qərargahla bağlı heç bir problemləri olmasa belə, təklif edilən qanunu qeyri-demokratik sayır: "Sədri olduğum Azərbaycan Demokrat partiyasının ləğv edilməsindən söhbət getmir. Bizim qərargahımız var. Amma düşünmürəm ki, bu qanun hansısa partiya sədri üçün ciddi problem olsun. Çünki belə bir qanun layihəsi qəbul ediləcəyi halda bütün partiya rəhbərləri öz evlərini qərargah kimi göstərib fəaliyyət göstərə bilər. Ancaq hər halda bu qanun qeyri-demokratikdir və biz bunun əleyhinəyik". Onsuz da qeydiyyatımız yoxdur Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər qanun layihəsinin onlara heç cür təsir edə bilmiyəcəyini dedi: "Bizim onsuz da rəsmi qeydiyyatımız yoxdur. Ona görə də bu bizi elə də maraqlandırmır. Qoy qeydiyyatı olanlar bu barədə düşünsün". Bu, demokratiya yolunda maneədir AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bu qanun layihəsinin qəbul olunacağına inanmadığını bildirdi: "Açığı, inanmıram ki, hakimiyyət belə bir qanun layihəsini qəbul etsin. Çünki bu cür qanunun qəbul edilməsi ağ olardı. Əlbəttə, biz bu qanunu demokratiyanın inkişafı yolunda maneə kimi qiymətləndiririk. Bu cür qanun demokratik qaydalara qətiyyən uyğun gəlmir". |
2013-12-09 | 3,719 | Ukraynada müxalifətə qarşı güc tətbiq edilməyəcək | Viktor Yanukoviç ölkənin güc strukturlarının rəhbərləri ilə görüşüb. "Axar.az" məlumat verir ki, görüş hər kəsdən gizli şəkildə prezident malikanəsində baş tutub. V.Yanukoviç görüş əsnasında Daxili İşlər naziri, Baş prokuror, Dövlət mühafizə idarəsinin rəhbərlərini qəbul edib. Güc strukturlarının nümayəndələri ilə yanaşı görüşdə Nikolay Azarovun da olduğu bildirilir. Hələlik danışıqların mövzusu barədə mətbuata heç bir açıqlama verilməyib. Müxalifətə hücum haqqında əmr verilməyib Bu informasiya ilə Ukrayna mətbuatı Daxili İşlər Nazirliyindəki mənbələrinə istinad edərək yazıb. Mətbuat həmçinin hücum haqqında hələlik heç bir əmrin verilmədiyi haqqında məlumat yayıb: "Bizə heç bir hücum haqqında əmr verilməyib. Hazırda Maydanda olan işçilərin hamısı daxili işlər orqanlarının nümayəndələridir". |
2013-12-09 | 3,720 | “Orda qızlar 15 yaşından oğlanlarla yaşayır” | "Nəzərə almırlar ki, azərbaycanlı qızlar avropalılardan fərqli olaraq, 15 yaşından hansısa oğlanla vətəndaş nikahında yaşamır, hansısa oğlanla oturub-durmurlar. 18 yaşları tamam olanda normal şəkildə, qanunvericiliyə uyğun olaraq nikaha daxil olurlar. 18 yaşı tamam olan qız fizioloji və bioloji baxımdan nikaha daxil olmaq üçün münasibdir. Biz nikah yaşını daha da artıraraq, 18 yaşı tamam olan normal, gözəl-göyçək bir qızın nikaha daxil olmasını əngəlləyək?" Bu sözləri Milli Məclisin Sosial-siyasət Komitəsinin sədri Hadı Rəcəbli BMT-nin xüsusi məruzəçisi Raşida Mancunun ölkəmizdə erkən nikahla bağlı açıqladığı statistikaya və nikah yaşı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən söyləyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan real olaraq erkən nikah məsələsini gündəmə çıxarır, statistikanı ortaya qoyur: "Avropada 15 yaşlı qızlar "Boy friend" adı ilə vətəndaş nikahında yaşayırlar. Yaxşı olar ki, Azərbaycanda erkən nikahla bağlı statistikanı açıqlayanlar Avropada "Boy friend" adı ilə vətəndaş nikahında yaşayanların rəsmi qeydiyyatını aparsınlar". H.Rəcəbli əslində, avropalılarda erkən nikah olduğuna və bu statistikanın aparılmadığına diqqət çəkib. "Avropada azyaşlı qızlar hələ məktəb dövründən oğlanlarla intim münasibətdə olurlar. Bu baxımdan onlar bizdə "erkən nikah artımı" problemini qabarda bilməzlər", - deyə millət vəkili qeyd edib. Qeyd edək ki, Azərbaycanda qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələrini araşdıran BMT-nin xüsusi məruzəçisi Raşida Mancunun ölkəmizdə 2013-cü ildə 5000 azyaşlının erkən nikaha girdiyini açıqlayıb. Həmin statistikada ötən il bu rəqəmin 4 min olduğu göstərilir. Xüsusi məruzəçi, Raşida Mancu zorakılığın səbəbləri və fəsadlarını aradan qaldırmaq üçün siyasi iradə və dövlət, qeyri-dövlət sektorunun vəzifəsinin mühüm olduğunu deyib. "Qadına qarşı zorakılığa insan haqqları, vətəndaş və siyasi, iqtisadi, sosial mədəni haqqları prizmasından yanaşmaq lazımdır. Bu kompleks yanaşma olduğu təqdirdə qadınlara qarşı zorakılığın yerli-dibli ləvği istiqamətində işlərin aparlmasından söhbət etmək olar". |
2013-12-09 | 3,721 | Kiyevdə kütləvi dava olub, bir azərbaycanlı öldürülüb | Ukraynanın paytaxtı Kiyevdəki "Troyanşina" topdansatış bazarında azərbaycanlılarla gürcülərdən və ukraynalılardan ibarət ticarətçi dəstə arasında kütləvi dava baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, kütləvi davanın baş verdiyi dekabrın 6-dan 7-nə keçən gecə davada iştirak edən azərbaycanlılardan biri bazarın yaxınlığında vəhşicəsinə qətlə yetirilib. Dekabrın 7-si səhər saatlarında hadisə yerində meyiti aşkar edilən həmin şəxs əslən Yevlax rayonundan olan Gəncə şəhər sakini 37 yaşlı İlham Hüseynovdur. O, daş kərpiclə döyüldüyündən, meyiti baş hissəsi tamamilə parçalanmış, əzilmiş halda tapılıb. Bazarda çalışan və adının çəkilməsini istəməyən azərbaycanlıların verdiyi məlumata görə, dava ticarət maraqları üstündə baş verib: "Hadisəyə səbəb İlham Hüseynovla gürcülər arasında olan konflikt səbəb olub. Aralarında biznes mübahisəsi yaranıb, nəticədə gürcülərə qoşulan ukraynalılardan ibarət bir dəstə ilə bazarda çalışan azərbaycanlılar arasında dekabrın 6-da kütləvi dava düşüb. Səhəri gün isə İlham Hüseynovun meyiti bazarın yaxınlığındakı kərpic qalağının yanında tapılıb. Meyit aşkar olunan zaman davada iştirak edən gürcü və ukraynalılar aşkar formada qətli törətdiklərini bazarda elan edərək, azərbaycanlıların hamısını eyni aqibət gözləyəcəyini bildirərək kütləvi formada hədələyiblər". Hadisə ilə bağlı yerli milis tərəfindən cinayət işi qaldırılıb, qətli törədənlərin müəyyənləşdirilməsinə çalışılır. Azərbaycanın Ukraynadakı səfirliyindən isə bildiriblər ki, hadisə barədə yenicə məlumat alıblar və araşdırma aparılaraq tədbir görüləcək (APA). |
2013-12-09 | 3,722 | Qorbaçov Heydər Əliyevə otağında nə deyib? – “Tam məxfi” | Rusiyanın "Tam məxfi" verilişi Heydər Əliyevin Politbürodan və vitse-premyerlikdən Qorbaçova rəqib olduğu üçün uzaqlaşdırılmasından başlayaraq, əhəmiyyətli bir dövrü əhatələyən sənədli film çəkmişdi. Bu filmdə nələr vardı? 1980-ci illərdə belə bir fikir var idi ki, Andropov öldükdən sonra Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi ola bilər. Heydər Əliyevin xatirələrində bu fakt belə dilə gətirirdi: "Xarici və yerli mətbuatda çoxlu şayiələr və proqnoz xarakterli versiyalar var idi ki, mən Sov.İKP MK-nın Baş katibi ola bilərəm. Səhv etmirəmsə, "Times" qəzeti məni hətta SSRİ-nin "parlayan ulduzu" adlandırmışdı. Təbii ki, bu fikri artıq özümə yaxın buraxmağa başlamışdım". Və bu cür rəylər təbii ki, Qorbaçovun xoşuna gəlmirdi… 1987-ci il oktyabrın 19-u Qorbaçov Heydər Əliyevi otağına dəvət edir və bu sözləri deyir: "Sən getməlisən". Daha sonra Əliyev "səhhətində olan problemə görə" vəzifəsindən istefa verir. ...Beynəlxalq Münasibətlərin məzunu və həmin institutun müəllimi İlham Əliyev də işdən azad edilir və xaricə çıxışı yasaqlanır. Onun KQB nəzarətindən necə çıxdığını heç kim bilmir ...1991-ci il. Azərbaycanda vəziyyət çox ağırdır, iqtisadiyyat tənəzzül edir. Bu zaman Qorbaçov Heydər Əliyevə Moskvadan çıxmağa imkan vermir, KQB onun hər addımını izləyir. Ancaq Heydər Əliyev Moskvanı tərk edir və Azərbaycana qayıdır. Bu vaxta qədər onun KQB-nin gözündən necə yayındığını bilən yoxdur. 1993-2003-cü illərdə H.Əliyev Azərbaycana rəhbərlik edir. Onun hakimiyyəti zamanı Ermənistanla döyüşlərə son qoyulur. Atəşkəs müqaviləsi imzalanır. İqtisadiyyat inkişaf etməyə başlayır... Bu maraqlı dövrün qısa xronikasına həsr olunan "Tam məxfi" verilişini Heydər Əliyevin vəfatının 10-cu ildönümü ərəfəsində izləməyə dəyər... |
2013-12-09 | 3,723 | Prezident Qəbələyə 3 milyon manat ayrıldı | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonununda avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına əsasən xəbər verir ki, sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Mirzəbəyli-Çuxur-Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb. |
2013-12-09 | 3,724 | Avromeydana xüsusi təyinatlıların hücumu başlanır | Avromeydandakı etirazçılar xüsusi təyinatlılar tərəfindən sıxışdırılmağa başlanılıb. Axar.az məlumat verir ki, bu açıqlama ilə Batkivşina Partiyasının sədri Arseni Yaçenyuk çıxış edib. O, hazırda xüsusi təyinatlıların ilk dəfə olduğu kimi etirazçıları silah gücünə qovmaq metodundan istifadə etmədiyini söyləyib: "İkinci ssenari var. Bu dinc etirazçıların xüsusi təyinatlılar tərəfindən sıxışdırılmasıdır. Ona görə də biz indi ora gedirik". |
2013-12-09 | 3,725 | "Aİ-Azərbaycan əlaqələri öz nəticəsini verir" | Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əlaqələr öz nəticəsini verir. Bnu Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclasında çıxış edən Litvanın xarici işlər naziri Linas Linkyaviçyus bildirib. Onun sözlərinə görə, Aİ və Azərbaycanın bir-birinə yaxınlaşmasını görmək çox sevindiricidir. Nazir deyib ki, Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq üzrə mühüm addımlar atılıb: "Bunlar arasında "Cənub Qaz Dəhlizi", "Şahdəniz" layihəsi və digər mühüm infrastruktur layihələrini vurğulamaq olar". Dağlıq Qarabağ münaqişəsinə toxunan Litva XİN rəhbəri bildirib ki, bu münaqişənin həlli Aİ-nin xarici siyasətinin əsas prioriteti olaraq qalır. L.Linkyaviçyus Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada baş tutan görüşünü və prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesini irəlilətmək istəyini alqışlayıb. Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəklədiklərini bəyan edib. (Trend) |
2013-12-09 | 3,726 | "Azərbaycan üçün əsas maneə Qarabağdır" | Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. "Axar.az"ın Trend-ə istinadən xəbərinə görə, bunu Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclasında çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Onun sözlərinə görə, bu əməkdaşlığın əsas məqsədi ölkənin modernləşdirilməsi üçün Azərbaycana ən yaxşı Avropa strandartlarını və təcrübəsini gətirməkdən ibarətdir. M.Məmmədquliyev bildirib ki, Azərbaycanın Aİ-yə inteqrasiyasında əsas problemlərdən biri Dağlıq Qarabağ münaqişəsidir: "Bu münaqişə təkcə regionun inkişafına mənfi təsir etmir, eləcə də ümumilikdə regiondan kənarda da öz mənfi təsirlərini göstərir". Nazir müavini qeyd edib ki, əsas siyasi və iqtisadi qurum kimi, Aİ-nin mövqeyi Azərbaycan üçün çox vacibdir: "Biz hesab edirik ki, Aİ bu münaqişənin həllində çox güclü rol oynaya bilər. Bu, təkcə Azərbaycan və Ermənistanın deyil, həmçinin bütün regionunun məsələsidir". |
2013-12-09 | 3,727 | Polisə atəş açan kürd terrorçu bir güllə ilə vuruldu - Video | Türkiyənin Hakkari şəhərinin Yüksəkova kəndindən polisə atəş açan terrorçu snayper tərəfindən bircə güllə ilə vurulub. Cümə günü başlayan hadisələrə görə iki nəfər PKK tərəfdarı ölüb. Bunu öz etirazını bildirmək üçün PKK tərəfdarları əllərində PKK bayraqları dükan və mağazalara molotov kokteyli ilə hücum ediblər. Onların arasında olan bir nəfər silahlı şəxs polisə atəş açıb və snayper tərəfindən vurulub. Saniyə-saniyə görüntülənib Video görüntülərdə atəş açan PKK tərəfdarının əlindəki avtomatla polisə tələ qurduğu görünür. Arada gizləndiyi yerdən çıxaraq hədəf axtaran terrorçu sonradan polis tərəfindən zərərsizləşdirilib. |
2013-12-09 | 3,728 | Qusar sakini donvurmadan öldü | Bu gün Qusar rayon Sudur kənd sakini, 1960-cı il təvəllüdlü Novruzbəyov Şeydabəy Əliybəy oğlu donvurmadan ölüb. Qusar Rayon Prokurorluğunun əməkdaşları hazırda hadisə yerindədir. İlkin ehtimala görə, Ş. Novruzbəyov spirtli içki qəbul edərək sərxoş vəziyyətdə küçədə yatdığı üçün donvurmadan həyatını itirib. Araşdırma aparılır. (APA) |
2013-12-09 | 3,729 | Dünyanı bir-birinə vuran adam “ilin adamı” seçildi | ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden ilin adamı seçilib. "Axar.az" məlumat verir ki, bu "Qardian" qəzetinin keçirdiyi sorğulardan sonra ortaya çıxıb. Belə ki, qəzet keçirdiyi sorğulardan sonra oxucuların əksər hissəsi məhz Snoudeni ilin adamı seçiblər. Qəzet internetdə aparılan sorğular zamanı səslərin təkcə 40%-nin ABŞ və digər qərb ölkələri ərazilərində yaşayan şəxslərdən toplanıldığını qeyd edib. |
2013-12-09 | 3,730 | Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb | Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseynlə görüşüb. Səfir A.Çikaidzeni daxili işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib və Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) ilə mövcud səmərəli əməkdaşlığı vurğulayıb. Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, tərəflər əməkdaşlığın əsas istiqamətlərini və gələcək planları müzakirə ediblər. (Trend) |
2013-12-09 | 3,731 | Bakıda yaşayış evində yanğın olub | Bakıda şəhəri Nizami rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən xəbərinə görə, Nizami rayonunda ümumi sahəsi 42 kv.m ikiotaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 4 kv.m və mətbəxin lambirdən ibarət tavanın 5 kv.m sahəsi yanıb. Yanğın zamanı mənzilin sahibi yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2013-12-09 | 3,732 | Binanın həyətindən 30 ağacı kəsdilər – Foto/Video | Bakı Şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 50 ünvanında yaşayan sakinlər "Axar.az"a müraciət edərək mənzil hüquqlarının pozulduğunu bildirir və məsələ ilə bağlı kömək istəyirlər. Sakinlər binanın həyətindəki ağacların kəsilməsindən və bina ərazisində gedən tikinti işlərindən şikayətlənir. Dediklərinə görə, yaşadıqları binanın ərazisində tikinti aparmaq üçün 5 metr dərinliyində bünövrə qazıblar və bu onların yaşadığı bina üçün təhlükədir. Bina sakinləri deyir ki, tikintinin aparılması üçün həyətdən 30-a yaxın ağac kəsilib. Sakinlərin başqa bir şikayəti isə səs-küylə bağlıdır. Onlar bildirir ki, aparılan tikinti işlərinə görə səs-küydən və toz-torpaqdan binada yaşamaq mümkünsüz hala gəlib. "Axar.az"ın fotoreportyorunun hadisə yerindən çəkdiyi fotoları və video-süjeti təqdim edirik: |
2013-12-09 | 3,733 | Nalbandyan: “Əgər Türkiyə sərhədlərin açılmasını istəyirsə..." | Xəbər verdiyimiz kimi, Davudoğlu 12 dekabrda "Qaradəniz İqtisadi Əməkdaşlıq zirvəsi" çərçivəsində İrəvanı ziyarət edəcək və iki ölkə arasındakı əlaqələrin yenidən normallaşması üçün təkliflə çıxış edəcəyi gözlənilir. "Axar.az"ın xəbərinə görə, rəsmi Ankara Ermənistandan 1993-cü ildə işğal etdiyi Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan daxil olmaqla yeddi rayondan ən azı ikisindən çıxmasını istəyəcək. Türkiyə bunun qarşılığında Ermənistan ilə qarşılıqlı olaraq sərhədləri açmaq mövzusunda addım ata bilər. Diplomatlar Davudoğlunun İrəvana çatdıracağı təklifin Ermənistan üçün vacib bir fürsət olacağını düşünürlər. Məsələ ilə bağlı rəsmi İrəvan açıqlama verib. Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan açıqlamasında, "Əgər Türkiyə sərhədlərin açılmasını istəyirsə, əvvəlcə erməni soyqırımını tanımalıdır", - deyib. İki rayonun geri qaytarılmasını isə Nalbandyan təxribat adlandırıb. |
2013-12-09 | 3,734 | “Verilişə baxdım, əsəblərim pozuldu” | Bu gün televiziya məkanında kifayət qədər sosial yönlü verilişlər olsa da, hər biri tamaşaçını məmnun edəcək qədər şanslı ola bilmir. Verilişlər insanların problemlərini həll etmək üçün nəzərdə tutulsa da, əslində son qərar daim məhkəmə prosesində bilinir. Belə vəziyyətdə isə cavabsız qalan sual yaranır. Əgər son qərar məhkəməyə aiddirsə… "Jurnalistikanın inkişafına yardım" fondunun sədri Qulu Məhərrəmlinin fikrincə, televiziya verilişləri olduqca böyük işlər görməyə qadirdir. Sadəcə, hər şey məhsulun tamaşaçıya necə təhvil verilməsindən asılıdır: "Əslində televiziya verilişləri üçün heç bir qadağa yoxdur. Amma ailədaxili məsələlərdən hər hansı bir şou düzəltmək yolverilməzdir. Təəssüf olsun ki, bizdə biabırçı detallar hədsiz dərəcədə qabardılır". Verilişlərin əksəriyyətində şou yaradılır "Bu cür verilişlərə diqqət etsəniz, əksəriyyətində rahatlıqla şouya rast gələ bilərsiniz. Onlar bir ailənin dramını tamaşaçıya təqdim etdikdən sonra şou yaradıb, bu şəkildə də sonlandırırlar. Hətta aktyor oyunu ilə ifadə olunan tamaşalandırılmış sujetlər də olur. Ən böyük problemimiz… "Biz xammalı birbaşa efirə verməklə verilişimizə reytinq toplamağa çalışırıq. Təəssüf olsun ki, bizdə bütün problemləri məişət səviyyəsinə endirirlər. Bizim ən böyük problemimiz, bacarıqsılığımızla əlaqəlidir". Maraqlı etməklə, doğru etmək arasında fərq Tanınmış media eksperti Zeynal Məmmədlinin fikirləri elə də fərqli deyil: "Bəzən televiziyalar öz maraqlarını nəzərə alıb, köklü problemləri gizlədərək, verilişləri keyfiyyətsiz hazırlayırlar. Bəzi tele-aparıcılar "maraqlı etməklə, doğru etmək" arasında fərq qoya bilmirlər. Bu cür verilişlər daha çox kommersiya kanallarında baş verir. Burada əsas məsələ problemin həlli deyil, yayım vaxtı reklam qazanmaqdır. Televiziya məkanında rəqabət mühitinin olmaması, monopoliyanın, müəyyən qadağalar nəticə etibarı ilə bu verilişlərin keyfiyyətsiz alınmasına səbəb olur. Efir yalnız problemi üzə çıxarda bilər Verilişlərin əldə etdiyi son qərar heç bir məhkəmə prosesinə müdaxilə və ya təsir edə bilməz. Televiziya efirinin məhkəmədən fərqi odur ki, o, ictimai mühakimədir. Bunları nəzərə alaraq, verilişin rəhbəri duyğuları istismar etməməlidir. Format, təqdimat dəyişdirilməlidir Psixoloq Elmir Əkbərin fikrincə, bu cür verilişlərə edilən müraciətlərin içində kifayət qədər sui-istifadələr olur: "Əslində, bu verilişlərə müraciət sonda olmalıdır. Əgər vətəndaş məhkəməyə müraciət edib, heç bir nəticə əldə edə bilmirsə, sonda bu verilişlərə müraciət edə bilər. Amma bəzən onlar verilişlərə birbaşa müraciət edirlər. Əsas problem məsələnin işıqlandırılmasından asılıdır. Təəssüf olsun ki, bunlara bəzi verilişlərdə riayət olunmur. Şou xatirinə tamaşaçının əsəbləri ilə oynayırlar". "Filan verilişə baxdım, əsəblərim pozuldu" Bəzən bizə müraciət edənlərin sırasında "filan verilişə baxdım, əsəblərim pozuldu" deyənlər də olur. Bu cür verilişlər ailədaxili konfiliktlərə də gətirib çıxarda bilər". Psixoloq bu cür verilişlərlə bağlı son dərəcə diqqətli olmağı tövsiyə etdi. |
2013-12-09 | 3,735 | Milli Məclisi qarışdıran ifadə protokollardan çıxarıldı | BDP-nin TBMM-i qarışdıran "Türkiyə Kürdüstanı" ifadəsi üçün AKP-nin açdığı müzakirələr başa çatıb. AKP rəhbərliyi BDP deputatlarının müxalif açıqlamasında Türkiyənin Şərq-Cənub-Şərq bölgəsinin "Türkiyə Kürdüstanı", "Kürdüstan" olaraq adlandırıldığı, Abdullah Öcalanla əlaqədar "Kürd xalq öndəri hörmətli Öcalan" deyildiyi hissələrin konstitusiyaya zidd olduğunu söyləyib. Bir ilk yaşandı AKP TBMM-də müzakirə başladıb, təklif irəli sürüb və təklif qəbul edilib. TBMM tarixində ilk dəfə müxalifətin açıqlaması səbəbiylə "Büdcə Qanunu"nun bir cildi geri götürülüb. Konstitusiya müzakirələrinin sonuna qədər uyğun yeni bir mətn çap edilərək qanuna əlavə ediləcək. |
2013-12-09 | 3,737 | ABŞ ordusu MAR-da üsyançılarla vuruşa bilər | Pentaqon Mərkəzi Afrika Respublikasında (MAR) Fransa və Afrika hərbiqulluqçularının beynəlxalq kontingentə logistika dəstəyi göstərilməsi vasitəsilə hərbi əməliyyatda iştirak edə bilər. Mənbənin sözlərinə görə, hazırda Pentaqona MAR-da beynəlxalq əməliyyata dəstək vermək üçün sorğu daxil olub. ABŞ bu ilin əvvəlində Malidə fransız qoşunlarına "Əl-Qaidə" beynəlxalq terror təşkilatının yaraqlılarına qarşı kampaniyası zamanı göstərdiyi eyni bir yardımı MAR-da da göstərə bilər, mənbə bildirib. Bu halda söhbət hərbçilərin və yüklərin hava daşınması, eləcə də kəşfiyyat məlumatlarının verilməsi barədə gedə bilər, mənbə qeyd edib. (Trend) |
2013-12-09 | 3,738 | Londonda Santa Klausların ənənəvi yürüşü keçirilib - Video | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Londonda və Avropanın digər şəhərlərində yeni il qabağı Santa Klausların ənənəvi yürüşü keçirilib. Minlərlə vətəndaş 2 kilometr məsafəni qət ediblər. Bununla da onlar nəinki London sakinlərinin əhvalını qaldırıblar, eyni zamanda, xeyriyyəçilik üçün pul toplamağa kömək olublar. |
2013-12-09 | 3,739 | Ukrayna Baş prokurorluğu önündə "yatan adam" aksiyası | Ukraynanın paytaxtı Kiyevdə bir qrup etirazçı Ukrayna Baş prokurorluğu binası önündə "yatan adam" aksiyası keçirib. "Axar.az"ın xəbərinə görə, Kiyev Regional İdarə Məhkəməsi 7 yanvar 2014-cü ilə qədər Ukrayna Baş prokurorluğu binası qarşısında nümayişləri qadağan etməsinə baxmayaraq, iş saatının başlamasına yaxın bir qrup şəxs binanın önündə yataraq giriş qapısını bağlayıb. "Yatan insan"lar bu yolla Ukraynada keçirilən etiraz aksiyalarında həbs olunanların buraxılmasını tələb ediblər. Ukraynada davam edən etiraz nümayişlərində müxaliflər prezident və hökumətin istefasını, erkən prezident və parlament seçkiləri, həbsdə olan keçmiş Baş nazir Yuliya Timoşenko daxil olmaqla siyasi məhbusların sərbəst buraxılmasını istəyir. |
2013-12-09 | 3,740 | "Maydan"dan canlı yayım | Live streaming video by Ustream |
2013-12-09 | 3,741 | Mehriban Əliyeva tanınmış aktrisanın müalicəsini üzərinə götürdü | Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən aktrisa Xanım Qafarovanın müalicəsini üzərinə götürüb. Bu barədə əməkdar artist Aybəniz Haşımova Facebook-da yazıb. Onun yazdığına görə, KİV-də Xanım Qafarovanın xəstəliyi barədə məlumatlar yayıldıqdan sonra Mehriban Əliyeva məsələyə müdaxilə edib. Qeyd edək ki, Xanım Qafarov neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. O, bu gün AzNews.az-a müsahibəsində xəstəliyi barədə məlumat vermiş və müalicə üçün pulunun olmadığını bildirmişdi: "2009, 2011, 2012-ci illərdə xəstəlikdən əməliyyat olundum. Hər iki döşümü və uşaqlığımı götürdülər. Həmin əməliyyatlar Bakıda aparılıb. Dedim ki, daha bitər. Nə bilim ki, müəyyən vaxtdan sonra bu məni yenidən ağuşuna alar. Bir baxdım ki, xəstəlik sümüklərimdə yeriyir. Ay Allah, belə də dərd olar? Dedilər ki, fizioterapiya lazımdır. Onun da son texnologiyası Türkiyədədir. Yəni, şüa veriləndə ancaq xəstəlik olan yerlərə verilir, başqa orqanlara ziyan vurmurlar. Mən də bu məqsədlə Türkiyəyə getdim. Orada mənə dedilər ki, bunun üçün 10 min manat lazımdır. Bunu eşidəndən sonra Azərbaycana qayıtdım. Daha nə edim?. Xəstəliyə güc gəldim. Yoxsa o əməliyyatların qarşısında çoxdan ölmüşdüm. 6 yaşlı qızım da mənimlə birlikdə bu əziyyətə qatlaşır. Axı onun belə bir vaxtı deyil. O, xəstə olduğumu bilir. Hər dəfə evə gələndə mənə deyir ki, anacan sağaldın? Bilirsən mən anayam, əlbəttə ki, qızımın taleyini düşünürəm. Amma bilirsiniz ki, mənim ev problemim də vardı. Onunla bağlı müraciət etmədiyim yer qalmadı, heç kəs mənə əl tutmadı. Bundan sonra da taleyimlə barışdım. Mən sizin sayt vasitəsiylə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edirəm. Mənə əl tutun, imkan verməyin ki, 6 yaşlı qızım anasız qalsın." ("Musavat.com") |
2013-12-10 | 3,742 | Avropa çərşənbə axşamı Ukrayna hadisələrinə qiymət verəcək | Avropa parlamenti çərşənbə axşamı Strasburqda keçiriləcək iclasda Ukraynada son hadisələrlə bağlı qətnaməsini nəzərdən keçirəcək və oradakı vəziyyəti müzakirə edəcək. "Axar.az"ın Trend-ə istinadən xəbərinə görə, bu barədə Ukrayna-Avropa Birliyi əməkdaşlıq komitəsinin sədri Pavel Koval bildirib. "Sabah Strasburqda saat üçdə Ukraynadakı vəziyyətlə bağlı diskussiya başlayacaq. Bizdə xüsusi qətnamə var, hansınaki çərşənbə günü səs veriləcək. Sabah qətnaməyə yenə əlavələr olacaq, lakin hər şey Meydandakı vəziyyətdən asılı olacaq", - Koval bildirib. |
2013-12-10 | 3,744 | 147 ton kitab 15 qəpiyə satıldı | Milli Kitabxana tərəfindən tullantıya göndərilən 147 ton kitab və tarixi xeyli qədim olan yüzlərlə nadir əsərin kilosunun 15-50 qəpik arası qiymətə satıldığı ortaya çıxıb. "Axar.az" Türkiyə mətbuatına istinadən bildirir ki, "Milli Kitabxana Rəhbərliyi"ndə mədəniyyətə ciddi tərzdə laqeyd yanaşmanın baş verdiyi məlum olub. Dəyər-dəyməzinə həyata keçirilən satışı izləyən kolleksiyaçıların kitabları kilosu 15-50 qəpik arası qiymətə alaraq hərracda yüksək qiymətə satdıqları və kolleksiyalarına qatdıqları müəyyən olunub. Mədəniyyət və Turizm naziri Ömər Poladın bir gün öncə "Tvitter" hesabından etdiyi "Milli Kitabxanada bir çox əsərlə əlaqədar cinayət təşkil edən hərəkətlər təsbit etdik" şərhində nəzərdə tutulan sui-istifadə faktı ortaya çıxıb. Nazirin işarə etdiyi sui-istifadə halları, ilk olaraq kitabxananın administrativ yığıncağında məlum olub. Bu yığıncaqda Milli Kitabxananın möhürü vurulmuş bir əsərin "Konya Yazma Əsərlər Başqanlığı"na satıldığı məlumatı verilib. İlk araşdırmada 2007-ci ildə 102 ton kitab və yazılı materialın, 11 yük maşını ilə tullantı anbarına göndərildiyi və protokollaşdırılaraq təhvil verildiyi müəyyən olunub. 2011-ci ildə də 45 ton kitabın 15 ton olmaqla üç partiya halında qeyd olunan anbara aparıldığı ortaya çıxıb. Tullantı kitabları satışa çıxaran anbar işçilərinin satdığı kitablar kitab kolleksiyaçılarının böyük marağına səbəb olub. Hətta bir kolleksionerin kiloqramı 15-50 qəpik arası dəyişən qiymətlərə satılan bu nəşrlərdən 15 ton almağı da böyük diqqət çəkib. |
2013-12-10 | 3,745 | Mustafa Balbay azadlığa buraxıldı | Türkiyənin "Cumhuriyet" qəzetinin Ankara təmsilçisi, köşə yazarı Mustafa Balbay azadlığa buraxılıb. Balbayın azadlığa buraxılması qərarı Sincan həbsxanasında icra edilib. Həbsxana önündə yığışan CHP tərəfdarları sevinclərini gizlətməyib. Onlar "Bu başlanğıcdır, mübarizə davam edəcək" sloqanı səsləndiriblər. Qeyd edək ki, M.Balbay "Ergenekon" adlı qeyri-leqal təşkilata qarşı aparılan istintaq çərçivəsində 2009-cu ilin martın 6-da saxlanılıb. O, 2013-cü ilin avqustun 5-də məhkəmənin qərarı ilə 34 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. (APA) |
2013-12-10 | 3,746 | Gəncədə suyun qiyməti qalxdı | Gəncədə avtomobillərlə satılan suyun qiyməti qalxıb. "Axar.az" "Regionsesi.az" saytına istinadən xəbər verir ki, şəhərin Bağmanlar yaşayış massivində artıq içməli su yeni qiymətlə satılır. Sakinlərin bildirdiklərinə görə yanacağın qiyməti qalxana kimi içməli suyun 10 litri 20 qəpiyə alınırdısa da hazırda bu qiymət 30 qəpiyə kimi qalxıb. Sürücülər qiymət artımını benzinin qiymətinin artması ilə əlaqələndirilər. Başqa ərazilərdə də suyun qiymətinin artacağı gözlənilir. |
2013-12-10 | 3,747 | Dəməşqdə qırğın: 34 ölü | Əsəd rejiminə bağlı olan livanlı Hizbullah və İraqlı Abul Fadıl Abbas şiə qrupları Dəməşqdə Nəbilər bölgəsində böyük bir qırğın törədib. "Axar.az"ın xəbərinə görə, 34 nəfəri öldürən Əsəd rejminə bağlı qrup öldürdükləri vətəndaşların bəzilərinin başlarını kəsib cəsədlərini yandırıb. Öldürülən 34 nəfərdən 22-sinin uşaq olduğu bildirilib. Suriya müxalifəti və İnqilabçı Güclər Milli Koalisiyası bununla bağlı bəyanat yayıb və qırğının baiskarlarının cəzalandırılacaqları bildirilir. |
2013-12-10 | 3,748 | Yaponiya meymunları qarın gəlişinə insan kimi sevindilər | Qar yağarkən onların üzlərində olan sevinc hissini görməmək mümkün deyil. Yaponiyanın şimal adalarında yaşayan "Nihonzaru" adlı meymun növləri ilin bütün günü qarın yağmasını səbirsizliklə gözləyirlər. Bu növdən olan meymunlar qara olan münasibətində insanlardan heç də fərqlənmirlər. İl boyu qarın gəlişini gözləyən meymunlar hətta qartopu belə oynayırlar. Dünyada kökü kəsilmək üzrə olan "Nihonzaru" meymun növünün nümayəndələri nəinki qartopu oynamaq, hətta qardan adam hazırlamaqda da olduqca təcrübəlidirlər. Meymunların ən böyük alışqanlıqları isə qartopudan sonra vanna qəbul etmələridir. Qeyd edək ki, yaponiyalı "Nihonzaru" meymun növünün cəmi 114.431 ədəd qaldığı və kökünün nisbətən kəsilməyə doğru getdiyi bildirilir. |
2013-12-10 | 3,749 | Lavrov və Liberman Suriyanı müzakirə etdi | Rusiya xarici işlər naziri Sergey Lavrov İsrail xarici işlər naziri Aviqdor Liberman ilə görüşüb. "Axar.az"ın xəbərinə görə, Xarici işlər nazirləri İranın nüvə proqramını, Suriya problemini və Fələstin ilə sülh məsələlərini müzakirə edib. Görüşdə Lavrov Suriyada silahlı qarşıdurmaların dayandırılmasını, iqtidar və müxalifət qüvvələri arasında sülh müzakirələrinin tez bir zamanda başlamasının vacibliyini vurğulayıb. Lavrov ölkəsinin Fələstin - İsrail müzakirələrində Rusiyanın dəstək verməyə hazır olduğunu bildirib. Rusiya-İsrail İqtisadi Əməkdaşlıq Şurasının yığıncağında iştirak etmək üçün Moskvaya gələn Liberman səfərin regional və qlobal mövzuları müzakirə etmək üçün yaxşı bir fürsət olduğunu deyib. |
2013-12-10 | 3,750 | Ukraynada öldürülən azərbaycanlının qatili saxlanıldı | Dekabrın 9-da Kiyevin "Troeşina" topdansatış bazasında Gəncə şəhər sakini İlham Hüseynov qətlə yetirilib. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporundan (UABD) verilən məlumata görə, qətli törətmiş gürcü killer artıq həbs edilib. UABD-nin əldə etdiyi versiyaya görə, hadisə Yevlax rayonundan Kiyevə işləməyə gəlmiş bir azərbaycanlının borcu üzündən baş verib. "O, milliyyətcə ukraynalı bir nəfərə borclu imiş. Həmin ukraynalı bazara gələrək borcunu tələb edib, lakin Yevlax sakini borcu ödəyə bilməyib. Daha sonra Ukrayna sakini bir gürcünü də münaqişəyə cəlb edib. Bu zaman bazarda işləyən azərbaycanlılar, o cümlədən əslən Yevlaxdan olan Gəncə sakini, 37 yaşlı mərhum İlham Hüseynov da borclu azərbaycanlının müdafiəsinə qalxıblar. Vəziyyəti belə görən borc sahibi və onun gürcü müdafiəçisi bazarı tərk etməli olurlar. Onlar iş gününün sonunu gözləyiblər və bazardan çıxan azərbaycanlılardan qisas almaq üçün mərhum İlham Hüseynovu qətlə yetiriblər. Yəni, əldə olan ilkin versiya budur". Lakin UABD-dən bildiriblər ki, ən doğru versiya iş günü başlayandan sonra hüquq-mühafizə orqanları tərəfindən veriləcək. (ANS) |
2013-12-10 | 3,751 | Dindarların kanalı ilə məzələndilər - Video | "Nur" təriqətinin media orqanı olaraq tanınan "Samanyolu Xəbər" və "STV"nin ekranlara gətirdiyi axırıncı mədrəsələr xəbəri məsxərəyə qoyulub. Kiçik bir qızın ağladığı yerdə yayımlanan xəbəri montaj edən bobiler.org internet saytı sosial mediada böyük marağa səbəb olub. Və həmin video: |
2013-12-10 | 3,752 | 86 saniyədə 100 min ədədi satılan telefon | Çinin ən sürətlə böyüyən telefon firmalarından biri olan "Xiaomi" 86 saniyəlik qısa müddətdə 100 min ədəd "Mi3" model telefon satmağı bacarıb. 86 saniyədə 100 minlik satış rəqəminə çatan şirkət 10 dəqiqə içində ümumən 150 min telefon satıb. "WeChat" adlı mesajlaşma platformasıyla birlikdə gələn və buna görə də istifadəçilərdən belə maraq görən "Mi3" telefonlarının orta hesabla qiyməti 330 dollardır. "Nvidia Teqra" 4 ekran genişlənməsindən və 800 MHz sürətində "Kvalkom Snəpdraqon" prosessordan güc alan telefonda 13 meqapiksel cüt LED fləşli kamera var. 2 GB daxili yaddaşa malik telefonun boz, qara, çəhrayı, mavi rəngli modelləri var. |
2013-12-10 | 3,753 | Məzəli avtoqəzalar - Video | null |
2013-12-10 | 3,755 | 200.000 dollar xərcləyib pişik adam oldu - Fotolar | Amerikan aborigen Devid Evner totem heyvanına olan qaplana oxşamaqdan ötrü plastik əməliyyata 200.000 dollardan çox pul xərcləyib. Hətta bütün dişlərini sökdürüb pişiklərinki kimi görünən dişlərlə əvəzləyib, üzünə qaplan cizgiləri kimi görünən döymələr vurdurub, üst dodağını dəyişdirib və içərisinə paslanmayan poladdan cərrahi pişik bığları yerləşdirib. Qulaqlarını itiləşdirib və üzünün müxtəlif yerlərinə slikon qoydurub. Pişik adam bir neçə televiziya verilişinə çıxandan sonra olduqca məşhur olub. |
2013-12-10 | 3,756 | Hacı İbrahimin oğurlanan pulları qaytarıldı | Hacı İbrahim Nehrəmlinin ofisindən oğurlanan 135 min manatın 105 mini ona təhvil verilib; iş adamı polisin davranışlarından və operativliyindən razı qalıb. "Axar.az"ın xəbərinə görə, bu barədə "Yeni Müsavat" qəzetinə Hacı İbrahim özü məlumat verib. Hacı İbrahim polisin bu cür operativ reaksiyasından və DİN rəhbərliyinin olayla yaxından maraqlanmasından razı qaldığını deyib: "Sağ olsunlar, məsələyə belə yanaşdılar, nəticədə oğurlanan məbləğin əhəmiyyətli hissəsi geri qaytarıldı. Füzuli, heç sən demə, pulu polisə verməyibmiş. Özündə saxlayırmış. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun pulu saxladığı yer aşkarlanıb. Yerdə qalan 30 min manat da bu günlərdə bizə təhvil veriləcək". Xatırladaq ki, dekabrın 7-də məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu "Avesta" konserninin ofisindən oğurluq olub. Bu yaxınlara kimi Hacı İbrahimin mühafizə xidmətinin rəhbəri işləmiş Füzuli Nəbiyev və onun yaxın qohumu Əlizamin Əliyev sözügedən konsernə gələrək maaş almaq adıyla mühasibin boğazına bıçaq dirəyərək ondan kassadakı 135 min manatı zorla alıb qaçıblar. Hadisədən dərhal sonra polis oğurluqda iştirak edənləri saxlayıb. |
2013-12-10 | 3,757 | “Berkut” döyüşçüləri barrikadaları məhv etdi - Video | "Berkut" xüsusi təyinatlıları və Ukrayna polisi Kiyevin Bankovoy və Lüteran küçələrinin kəsişməsində aksiya iştirakçılarının blok postuna hücum ediblər. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aksiyaçıların arasına təxribatçılar girib və polislərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Lüteran küçəsində olan çadır şəhərcik xüsusi təyinatlılar tərəfindən sökülüb. "Svoboda"nın lideri O.Tyaqnibokun sözlərinə görə, hadisə "qansız" ötüşməyib. Hər iki tərəfdən zərərçəkənlər var. Çadır şəhərciyinin komendantının sözlərinə görə, hadisə yerində 50-yə yaxın mitinq iştirakçısı, minlərlə polis olub. |
2013-12-10 | 3,758 | Bakı-Quba yolunda qəza: polislə mübahisə yaşandı - Foto | Bu gün səhər saatlarında Bakı-Quba yolunda ağır yol qəzası baş verib. Bakı-Quba yolunun 25-ci km-də, Sumqayıt şəhərinin girişində "Vaz-21015" markalı 90-NF-257 dövlət nömrə nişanlı və "Hunday Sonata" markalı 90-CB-662 dövlət nömrə nişanlı avtomobillər qəza törədib. "Hunday" avtomobilinin sürücüsü ciddi xəsarət alıb. Hadisə şahidlərinin "Axar.az"a verdiyi məlumata görə, sürücünün ayağı sınıb, amma bir saata yaxın müddətdə təcili yardım maşınının gəlməməsi qalmaqal yaradıb. Təcili Tibbi Yardım maşını gecikdiyi üçün "Hunday" avtomobilinin sürücüsünün qohumları polislərlə mübahisə etməyə başlayıblar, polislərdən tibbi yardımı dərhal çağırmağı tələb ediblər. Hazırda sürücü xəstəxanaya yerləşdirilib, polis faktla bağlı araşdırma aparır. |
2013-12-10 | 3,759 | Rusiya Kubanın 29 milyard dollar borcunu sildi | Oktyabr ayında Rusiya və Kuba arasında imzalanan razılaşmaya görə, Kubanın SSRİ-yə olan borcunun 90%-i silinib. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 32 milyard dollar ümumi borcun 29 milyardı silinib. Bu hadisə iki ölkə arasında iqtisadiyyatın inkişafına və yeni investisiyaların qoyulmasına gətirib çıxaracaq. Qalan 3,2 milyard dollar gələcək 10 il ərzində ödənilməlidir. |
2013-12-10 | 3,761 | Əcnəbi futbolçu: "Bir ay Bakı küçələrində gecələdim" | Futbol komandasında oynamaq adı ilə Kotdivuardan (Fil Dişi sahili, Afrika qitəsi) Azərbaycana gətirilən və insan alverinin qurbanı olan şəxslərlə bağlı "Aznews.az"a maraqlı məlumat daxil olub. Uğurlu futbol karyerası xəyalı ilə Azərbaycana gələrkən insan alveri qurbanına çevriləcəklərini güman belə etməyən gənc futbolçular üçün artıq geriyə yol yoxdur. Ölkələrində vəziyyət gərgindir, tayfalar arasındakı qanlı savaşlarda çox sayda qohum və yaxınlarını itiriblər. Geri qayıdacaqları təqdirdə onlar ya bu savaşın qurbanı, ya da qanlı cinayətin iştirakçısı olacaqlar. Hər halda, hazırda "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin sığınacağında yerləşdirilən Toure Morifere belə deyir. Bakı küçələrində itirilən arzular... Tourenin cəmi 17 yaşı var. 1996-cı ildə Kotdivuar Respublikasının Man şəhərində anadan olub. Natamam orta təhsillidir. Ölkəsində 4-cü diviziya klubu olan "Oxygene" futbol komandasında oynayıb. Dediyinə görə, onu Azərbaycana gəlməyə "Oxygene" klubunun prezidenti Gnadre Jacob və "Totodrou" klubunun prezidenti Bahi razı salıb. Üstəlik bu məqsədlə ondan iki milyon CFA frankı (təxminən 3050 avro) pul alıblar: "Bu pula bütün xərclərin (bilet, viza, otel, yemək və s.) daxil olduğu bildirildi. Ümumilikdə 16 nəfər Kotdivuar vətəndaşı Azərbaycana gətirilib, onlardan səkkizi Gnadre Jacob ilə iyulun 17-də, mən və digərləri isə iyulun 27-də gəlmişik. Biletlərimiz gediş-dönüş bileti idi. 1 aylıq elektron viza almışdım və bu sənəd Jacobda olub. Azərbaycanda Novxanıda "Olimpik Hotel"də qalmışıq. Ötən il də bir qrup futbolçu Azərbaycana gətirilib Azərbaycanda olarkən "Sumqayıt", "Qarabağ" və digər komandalarla müxtəlif vaxtlarda dörd yoldaşlıq oyunu keçirən kotdivuarlı futbolçular iki dəfə udub, iki dəfə isə uduzublar. Ancaq sonradan onları ölkəmizə gətirmək üçün 3 min avrodan çox pul alan "Oxygene" klubunun prezidenti Gnadre Jacob 8 futbolçu ilə Kotdivuara qayıdıb: "Azərbaycanda olarkən məşqçimiz türk idi. Türkiyə vətəndaşı olan Korel adlı futbol meneceri bizə Azərbaycan futbol klublarının birində oynamağı təşkil etməli idi". Ancaq Korel adlanan bu şəxs ölkəsinə geri qayıdıb və futbolçulara heç bir iş təklifi olmayıb. Hətta həmsöhbətimiz deyir ki, Korellə Jacobun işbirliyi olub və onlar hətta ötən il də bir qrup kotdivuarlı futbolçunu Azərbaycana gətiriblər. Bu il gətirilən futbolçulardan 8 nəfəri geri qayıdıb, daha sonra digər 6 futbolçu gedib. Təbii ki, bunun üçün onlara ailələrinin göndərdiyi pulla cəriməni ödədikdən sonra: "Mənim isə pulum olmadığı üçün qayıda bilmədim, çünki ailəm Jacoba ödənilən pulu belə borc almışdı". "1 ay küçədə yaşadım" Beləcə vətənindən çox-çox uzaqlarda, məşhur futbolçu olmaq arzusu ilə gəldiyi, bəlkə adını belə düz tələffüz edə bilmədiyi Azərbaycanda qaldığı oteldən də çıxarılan Toure noyabrın 29-dək, yəni 1 ay küçədə yaşayıb: "Küçədə qalarkən məni polis saxlamışdı, sənədlərimi təqdim etməyimi tələb etdi. Lakin sənədlərimin üstümdə olmadığını bildirdim. Polis əməkdaşı bununla bağlı heç bir tədbir görmədi. Kotdivuar və digər Afrika ölkələrindən bir çox futbolçunun Gürcüstan futbol klublarında oynadığını bilirdim və buna görə də Gürcüstana getməyə qərar verdim". Bu dəfə fırıldaqçı taksi sürücüləridir Toure bu dəfə də Gürcüstan arzusu ilə "Qırmızı Körpü" keçid məntəqəsinə gedib. Amma fürsətçilər hər yerdə var və bu dəfə də aldadılıb: "Orda tanış olduğum iki taksi sürücüsü məndən müəyyən qədər pul alıb, Azərbaycan-Gürcüstan sərhədini keçirəcəyinə söz verdi və gecələmək üçün yer təşkil etdilər. Amma səhər taksi sürücüsünü nə qədər gözləsəm də, gəlmədi - sonradan aldadıldığımı başa düşdüm. Qayıtmağa pulum olmadığı üçün "Kamaz" markalı yük maşını sürücüsündən xahiş edib, yük yerində Bakıya qayıtdım. Daha sonra futbol klubu tapmaq üçün əvvəllər də məşq etdiyimiz Sumqayıta getdim. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yaxınlığında Ruslan və Ceyhun adlı iki şəxslə tanış oldum və onlar məni gecə qalmaq üçün internet klubda yerləşdirdilər". "Kotdivuara qayıtmağa qorxuram" Bundan sonra həmsöhbətimiz nəhayət ki, həmin Ruslan adlı şəxsin köməyi ilə "Azərbaycan Miqrasiya Mərkəzi"nin sığınacağına gəlib. Təbii ki, tək yox, onunla bərabər Azərbaycana gətirilən və daha sonra küçələrdə yaşamağa məcbur olan başqa bir həmyerlisi Traore Sekou ilə birlikdə. Hazırda hər iki gənc İctimai Birliyin sığınacağında yaşayır. Ölkələrinə qayıtmaq istəmirlər. Səbəbini isə Traore Sekou belə izah edir: "Kotdivuarda vəziyyət gərgindir, təhlükəsizlik təmin olunmur. 2002-ci il prezident seçkilərindən sonra "Bete" tayfasından olan keçmiş prezident və "Mandinka" tayfasından yeni seçilən prezident arasında qarşıdurma ölkədə vətəndaş müharibəsinə səbəb olub. Üsyançı qruplar arasında mübarizə çoxsaylı mülki insanın itkisinə səbəb olur. Gəncləri bu qruplara qoşulmağa məcbur edirlər və bundan imtina edənləri hətta yandıraraq öldürürlər. Silahdan istifadə mənsub olduğumuz "Mandinka" tayfasının adətlərinə ziddir, lakin indi bizi buna məcbur edirlər. Ordu insanlara özlərini müdafiə etmək üçün odlu silah paylayır, bu da ölkədə özbaşınalığın, oğurluq, quldurluq kimi cinayətlərin artmasına səbəb olub. 2002-ci il hadisələrindən etibarən tayfalararası mübarizə daha da qızışıb. Nəticədə çoxlu qohumlarımı, yaxın dostlarımı itirmişəm. Ölkədə baş verən aclıq da ora dönməməyimə daha bir səbəbdir. Kotdivuara qayıtmağa qorxuram, həm həyat və sağlamlığım təhlükə altında ola bilər, həm də qiyamçı qruplara məcburi qoşulmaq istəmirəm". Bütün bunları nəzərə alaraq hər iki həmsöhbətimiz Azərbaycanda onlara qaçqın statusu verilməsi üçün Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevə müraciət edib. Əlövsət Əliyev: "Faktlar dəfələrlə çoxdur" Hazırda kotidivuarlı gənclərə hüquqi yardım göstərən "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyini rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, Kotdivuar-Qana-Misir-Türkiyə-Azərbaycan aviareysi ilə ölkəmizə gələn hər iki futbolçunun gediş-dönüş biletləri olub. Sonradan onların Azərbaycana gəlməsi üçün pul verdikləri şəxs - Jacob 8 futbolçu ilə Kotdivuara qayıdıb. Qalan iki futbolçu isə ölkələrinə qayıda bilmədiklərinə görə küçələrdə gecələməli olublar: "Maraqlıdır ki, onları hətta küçədə polis saxlayıb, sənədlərini təqdim etmələrini istəyib. Lakin sənədlərinin həmin vaxt üstlərində olmadığını qeyd etsələr də, polis əməkdaşı bununla bağlı heç bir tədbir görməyib". Ə.Əliyev bildirir ki, bu, əcnəbilərin futbol oynamaq adı ilə aldadılaraq ölkəmizə gətirilməsi ilə bağlı ilk hadisə deyil: "Əvvəllər də Azərbaycan Miqrasiya Mərkəzinə hüquqi yardım almaq üçün müraciət etmiş əcnəbilər arasında aldadılaraq futbol oynamaq məqsədilə gətirildiklərini və Novxanıda yerləşən "Olimpik Otel"də nəzarət altında saxlanıldıqlarını bildirən şəxslər olub. Hesab edirik ki, bu kimi faktlar hazırda üzə çıxarılanlardan dəfələrlə çoxdur və araşdırılması zəruridir. Eyni zamanda, əcnəbiləri qəbul etmiş hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Buna görə də Azərbaycan Miqrasiya Mərkəzi olaraq bu faktların araşdırılması və araşdırmaya yardım etmək məqsədilə hər iki gənc futbolçunun müəyyən müddətdə Azərbaycan ərazisində yaşamasına icazə verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişik". |
2013-12-10 | 3,762 | Lİftdə qaldı, xilasedicilər gəldi | Dünən gecə saatlarında Yasamal rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində xoşagəlməz hadisə baş verib. Belə ki, bir nəfər binanın liftində köməksiz vəziyyətdə qalıb. Hadisəyə səbəb isə liftin texniki nasazlığı olub. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərdə bildirilir ki, hadisə yerinə gələn xilasedicilər liftdə köməksiz vəziyyətdə qalan şəxsi çıxarda biliblər. Xilasetmə əməliyyatı gecə saat 02:10-a qədər davam edib. Sonda xilasedicilərin səyi nəticəsində köməksiz şəxs liftdən çıxarıla bilib. |
2013-12-10 | 3,763 | Əsədin növbəti qətliamı: 72 ölü | Suriyada hökumət qüvvələrinin rəhbərlik əleyhdarlarına qarşı ağır silahlarla təşkil etdiyi əməliyyatlarda 9-u uşaq olmaqla 72 adamın öldüyü bildirilib. Suriya İnsan Haqları Təşkilatının (SNHR) verdiyi açıqlamada hökumət qüvvələrinin müxaliflərə qurudan və havadan təşkil etdiyi hücumlar nəticəsində Hələbdə 27, Xumsda 19, Şam ətraflarında 15, İdlib və Dərada 3, Həma və Quneytrada 2 və Lazkiyədə 1 nəfər olmaqla 72 adamın öldüyü qeyd edilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya Yerli Koordinasiya Komitəsi (LCC) də açıqlama verərək Əsəd qüvvələrinin paytaxt Şamın Dəreyya, Müdammiyə, Duma, Bərza və Yərmuq bölgələrinə raket, tank və toplarla hücum etdiyini bildirib. Şamın mərkəzində Salehiyyə bazarına düşən top mərmiləri nəticəsində çoxlu adamın yaralandığı açıqlanan şərhdə şəhərin Bağdad prospektində də şiddətli partlayışların baş verdiyi qeyd edilib. |
2013-12-10 | 3,764 | Kənan Doğulu: “Bakıya 600 min avroya gəlmişəm” | Dekabrın 7-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən Kenan Doğulu Bakıya 600 min avro qonorar qarşılığında gəldiyini bir daha təkrarlayıb. "Axar.az" xəbər verir ki, K.Doğulu "Azvizion.az"a müsahibəsində Azərbaycandan heç bir müğənnini tanımadığını da bildirib. Türkiyəli sənətçi "çox köhnə və əfsanə olmuş" müğənnilərimizi tanıdığını deyib və misal kimi Əzizə Mustafazadənin adını çəkib. Qeyd edək ki, Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə sağ-salamatdır, Avropada yaşayır, "çox köhnə və əfsanəyə" çevrilməyib hələ. |
2013-12-10 | 3,765 | Bakıda avtoş qəza törətdi - Video | Bakıda yolda sürət yarışına çıxan "avtoşlar"dan biri qəza törədib. Avtoxuliqan paytaxtda gündüz saatlarında "manevrlər" edərkən yolun qarşı tərəfinə çıxaraq bir minik avtomobilinə və sərnişin avtobusuna çırpılıb. Sürətini nizamlaya bilməyən "avtoş" sürücünün idarə etdiyi "VAZ 2107" markalı avtomobil ciddi deformasiyaya uğrayıb. Qeyd edək ki, bu ilin 10 ayı ərzində Bakıda 846 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 284 nəfər ölüb, 846 nəfər yaralanıb (Trend). |
2013-12-10 | 3,766 | Kiyevdə vəziyyət ciddiləşdi - əlavə xüsusi təyinatlılar gəldi | Kiyevə əlavə 15 avtobus xüsusi təyinatlı göndərilib. "Axar.az" məlumat verir ki, bu informasiyanı Ukrayna mətbuatı Daxili İşlər Nazirliyindəki mənbələrinə istinadlanaraq yazıb. Mətbuat yeni gələn təyinatlıların sayının 300 nəfər olduğunu bildirib. Bununla yanaşı, yeni gələnlərin digərlərini əvəz etməyəcəyini, onlarla birgə nəzarəti daha da artıracaqları qeyd edilib. Qeyd edək ki, hələ dünən Kiyevə 730 nəfər xüsusi təyinatlı gətirilmişdi. |
2013-12-10 | 3,767 | İngiltərə faşizmə “hə”, kommunizmə ”yox” dedi | "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada "kommunist" sözünü istifadə etmək qadağan olunub. Birmenqemdə yerli hakimiyyət orqanları "kommunist" sözünü istifadə etməyi qadağan edib. Bildirilir ki, bu, siyasi baxımdan düzgün deyil. Britaniya mətbuatına görə, qadağan olunmuş sözlərin siyahısı yerli qəzetlərdə dərc olunub. Hakimiyyət orqanları bu sözü "qırmızılar" və ya "bolşeviklər" kimi adlandırmağı tövsiyə ediblər. Qadağan olunmuş sözlərin siyahısı məktəblərə də təqdim olunub. Maraqlı burasıdır ki, "faşist" və "nasist" sözləri İngiltərədə siyasi cəhətdən düzgün olmayan söz hesab olunmur. |
2013-12-10 | 3,768 | Ərəblər Türkiyədən çoxarvadlılıq vizası istədi | Nazirlik qanunda düzəliş etmək üçün araşdırmaya başlayıb. Axırı vaxtlar Türkiyədə daşınmaz əmlak alışını artıran körfəz ölkələri vətəndaşları satın aldıqları mülklərdə özləri ilə bərabər arvadına və uşaqlarına görə verilən bir illik yaşamaq vizasını digər arvadlarına da icra edilməsi üçün müraciət ediblər. "Ətraf mühit və Şəhərsalma Nazirliyi"nin də "Qarşılıqlı Əlaqələr" qanun çərçivəsində bu cür düzəlişlər etmək üçün incələməyə başlandığı öyrənilib. Xatırladaq ki, keçən il aprel ayında TBMM-də səs vermədən keçə "Qarşılıqlı Əlaqələr" (Mütekabiliyet Yasası) qanununda xarici vətəndaşların mülk aldığı təqdirdə üç ay olaraq icra edilən yaşamaq vizası bir ilə qaldırılıb. Birinci dərəcəli qohumluq əlaqəlilərə də verilən (arvad və uşaq) bu vizaya molla kəbini daxil edilmir. |
2013-12-10 | 3,769 | AKP “Hizbullah”la əlaqə qurur - İddia | Kürdistan İcmaları Birliyi (KCK) terror təşkilatının İcra Şurasının sədri Duran Qalxan seçkilərdən əvvəl maraqlı açıqlamalar verib. Türkiyənin hakim partiyası AKP-nin ciddi səs itkisi yaşadığını deyən Qalxan bu itkini cənub-şərqi və şərqi Anadoluda yaşayan kürdlərin səsini alaraq kompensasiya etmək istədiyini deyib. Seçkilərin çox vacib olduğunu diqqətə çatdıran Qalxan AKP seçkini qazansa büsbütün bir məhv prosesinə başlayacağını iddia edib. AKP-nin ABŞ və AB tərəfindən tənqid edildiyini, Gülən tərəfdarları ilə davaya girdiyini və hakimiyyət içində hakimiyyət davasının olduğunu bildirən Qalxan bu səbəblə AKP səs faizinin azaldığını deyib və əlavə edib: "İndi də səs qazanmaq üçün KDP (Kürdistan Demokrat Partiyası), Hizbullah, MİT (Milli Kəşfiyyat Təşkilatı), JİTEM (Hərbi-Polis Kəşfiyyat Terrorla Mübarizə) ilə ittifaq qurur". AKP MİT və JİTEM-çiləri namizəd göstərəcək "Sterk" kanalına danışan Qalxan AKP-nin daha çox itirməməkdən ötrü MİT və JİTEM-çiləri namizəd göstərdiyini deyib. AKP-nin son kozrlarından istifadə etdiyini deyən Qalxanın müsahibəsində maraqlı hissələr bunlar olub: "Hər kəs ittifaq yaratmağa çalışdığı kimi, əlindəki bütün imkanları da səfərbər edir. Özünə görə cəmiyyətin ən təsirli hesab etdiyi şəxsləri namizəd göstərir. Millət vəkillərini, nazirlərini,- ki bunların hamısı MİT və JİTEM ilə çirkli əlaqələri olan şəxslərdir". |
2013-12-10 | 3,770 | Metro stansiyalarında bomba həyəcanı | "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Kiyev metropoliteninin mətbuat xidmətindən "Azadlıq Meydanı", "Teatralnaya" və "Kreşşatik" stansiyalarında partlayıcı olması haqda xəbər verilib. Stansiyaların giriş və çıxışı bağlanıb, qatarlar isə stansiyada dayanmadan hərəkət ediblər. "Kreşşatik", "Azadlıq Meydanı" stansiyaları bu gün ənənəvi rejimdə işləyir. "Teatralnaya" stansiyasının 4 saat, digər iki stansiyanın isə 7 saat sonra açıldığı bildirilir. |
2013-12-10 | 3,771 | İrəvanda Davudoğluna “yol xəritəsi” təklif ediləcək | Ermənistan Türkiyə ilə bağlı sərhədlərin açılması üçün "yol xəritəsi" hazırlayıb. "Axar.az" məlumat verir ki, bu barədə "Aravot" qəzeti Ermənistanın Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadlanaraq yazıb. Qəzet Əhməd Davudoğlunun İrəvana səfəri zamanı hazırlanmış təkliflərin ona təqdim ediləcəyini yazıb. Bununla yanaşı qəzetin xəbər qaynağı yol xəritəsinin şərtlərinin demək olar ki, dəyişmədiyini də açıqlayıb. Belə ki, soyqırım tanınmalı, sərhədlər açılmalı, sonra isə Qarabağ konfliktində vasitəçi olmağa icazə verilməlidir. |
2013-12-10 | 3,772 | Bakının bəzi rayonlarının suyu kəsiləcək | Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən verilən məlumata görə, fasiləyə Kür-Bakı su kəmərinin (1200 mm diametrli) Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza səbəb olub. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir (Trend). |
2013-12-10 | 3,773 | Bakıda bu yollar bağlanacaq - Siyahı | Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Axar.az"a açıqlamasında bildirib ki, dekabrın 12-də Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibətilə paytaxtda keçiriləcək tədbirlərlə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq. Mərasimə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə həmin gün saat 07:00-dan başlayaraq ziyarət bitənə qədər Fəxri xiyabandan Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. V.Əsədov qeyd edib ki, M. Müşfiq küçəsi ilə H. Cavid prospektlərinin kəsişməsində, M.Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində, M.Hüseyn küçəsi - Teleteatrın binası yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək. Şöbə rəisi sürücülərdən alternativ yollardan istifadə etməyi, ziyarətə gələnlərdən isə ictimai nəqliyyatdan istifadə etməyi xahiş edib. |
2013-12-10 | 3,774 | Siyasi partiyalara “qərargah” tələbi nə deməkdir? – Ekspert | Tanınmış hüquqşünaslar qərargahı olmayan siyasi partiyaların qeydiyyata alınmaması və ya fəaliyyətinin ləğv olunması haqda Milli Məclisin plenar iclasında təklif olunun qərara "Axar.az"da münasibət bildirdilər. Anlaşılmaz qanun layihəsidir Hüquqşünas Xalid Bağırov hesab edir ki, təklif olunan layihə anlaşılmazdır: "Partiyanın harada fəaliyyət göstərməyini nizamlamaq çətindir. Məsələn, biri səyyar partiyadır və ona qərargah lazım deyil. Belə olduqda, qanun bunu necə tənzimləyəcək? ABŞ-da partiyanın strukturları belə yoxdur. Onu da bildirim ki, bu gün texnikanın inkişafı nəticəsində internet vasitəsilə geniş əlaqə imkanı yaranıb. Kiminsə ümumi dəyərlər uğrunda fəaliyyət göstərməsi onların bir ofisdə oturması anlamına gəlmir. Bu gün siyasi sistem daha ciddi islahatlar tələb edir, amma bu, siyasi partiyalara bu cür tələbin qoyulması anlamına gəlməməlidir". İmkanlar yaradılmalıdır Vəkil Əsabəli Mustafayevin fikrincə, dövlət qanunda dəyişikliklər etməklə siyasi partiyaların fəaliyyət istiqamətində köməklik göstərməlidir: "Açığını deyim ki, bu qanun layihəsini təqdir etmirəm. Məncə, demokratikləşmə prosesi gedən ölkədə qanun partiyaların mənzil-qərargahla təmin olumnasına yardım göstərməlidir. İndi özəlləşməmiş qeyri-yaşayış sahələri dövlətin sərəncamındadır. Ona görə də bu qanunla əlavə şərt qoymaq əvəzinə, dövlət siyasi partiyalar üçün müəyyən imkanlar yarada bilər". Normal qarşılamıram Hüquqşünas Müzəffər Baxışov da bu layihəni normal qarşılamadığını bildirdi: "Siyasi partiyaya "qərargahın yoxdursa, siyasi fəaliyyət göstərə bilməzsən" qadağası qoymaq olmaz. Siyasi partiya qanunun tələbinə uyğun qeydiyyatdan keçirsə, o partiyanın qərargahının olub-olmaması fəaliyyətini məhdudlaşdıra bilməz". Əvvəlcə aydınlıq gətirilsin, sonra... Hüquqşünas Əlövsət Əliyev isə bildirdi ki, qanun layihəsinin təfsirindən öncə, onunla ətraflı tanış olmaq lazımdır: "Əvvəla, çox yaxşı olardı ki, bu qanun layihəsi ictimai müzakirədən keçirilsin. Təəssüf ki, bu olmayıb və mən də qanun layihəsi haqqında mediadan xəbər tutmuşam. Yəni qanun əlimizdə olmadığı üçün, orda hüquqi baxımdan hansı məsələnin necə qoyulduğunu müstəqil ekspertlər bilmir. Mediadan xəbər tutmuşuq və mənim də diqqətimi çəkən "rəsmi qərargah" sözüdür. Bu ifadəyə də aydınlıq gətirilməlidir. "Rəsmi qərargah" deyəndə, nə nəzərdə tutulur? Partiyanın adına olan özəl əmlak, partiyanın dövlətdən icarələdiyi rəsmi bina, yoxsa hansısa sahibkardan kirayə götürdüyü mənzil? Partiya sədri qərargah kimi öz şəxsi mülkünü formal olaraq hüquqi sənədlərdə "rəsmi qərargah" göstərə bilər, ya yox? Yəni bütün bu suallara aydınlıq gəlməlidir, ondan sonra layihə haqqında ciddi fikir bildirmək olar". |
2013-12-10 | 3,775 | Əli Həsənov: "Bu, təhlükəli tarix idi" | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar "Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 12 dekabr 2003-cü il Azərbaycan üçün həm faciəvi, həm də təhlükəli tarix idi: "Lakin biz ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində bu təhlükədən qurtula bildik. Ulu öndər Heydər Əliyevin doğum günü - 10 may sevinc günüdürsə, onun vəfatı günü - 12 dekabr bizim üçün faciəvi gündür. Biz o günədək hesab edirdik ki, Heydər Əliyev yalnız Azərbaycan xalqına məxsusdur. Lakin həmin gün gördük ki, o, bütün dünyaya məxsusdur. Heydər Əliyev bütün dünyaya xidmət edirdi. Bütün dünya siyasətçiləri ondan bəhrələnirdi, ondan məsləhət alırdılar". Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın inkişafı dayanmayıb, davam edir. Azərbaycan yeni eraya qədəm qoyur: "Bu gün bizim işğal olunmuş torpaqlarımızdan başqa ciddi problemimiz qalmayıb. Prezident İlham Əliyevin iradəsi və bacarığı ilə bu problemi də həll edəcəyik". Əli Həsənov bildirib ki, Heydər Əliyev yenidən hakimiyyətə qayıdanadək Ermənistandan qaçqın düşmüş və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün həyatı yaşamağa məcbur olmuş insanlar üçün, demək olar ki, heç bir iş görülməmişdi. Lakin Heydər Əliyevin hakimiyyəti illərində onlara dövlətin diqqət və qayğısı artırıldı, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görüldü. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlər üçün görülmüş işlərin 92 faizi məhz son 10 ilin payına düşür. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış maketə baxış keçirilib. Daha sonra Azərbaycan və ingilis dillərində nəşr olunmuş "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabının təqdimatı olub (Trend). |
2013-12-10 | 3,776 | Mikayıl Cabbarov İrşad Əliyevin bacısını işdən çıxardı | Təhsil naziri Mikayıl Cabbarovun tapşırığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılan "təmizləmə" əməliyyatı yüksək vəzifəli məmur ailələrindən də yan keçməyib. BŞTİ-nin Ümumtəhsil şöbəsinin əməkdaşı Simuzər Əliyeva da işdən azad edilib. Uzun müddət Xətai rayon təhsil şöbəsində yüksək vəzifələrdə işləyən, BŞTİ yarandıqdan sonra isə qurumda fəaliyyətə başlayan S.Əliyeva Kürdəmirin icra hakimiyyətinin başçısı İrşad Əliyevin bacısıdır. S.Əliyeva BŞTİ-də Səbael rayon məktəbləri üzrə əlaqələndirici vəzifəsini daşıyıb. Ancaq yeni nazirin tapşırığı ilə idarədə "təmizləmə" işləri aparılarkən şöbənin bir neçə əməkdaşı kimi icra başçısının bacısı da vəzifədən kənarlaşdırılıb. Qeyd edək ki, İrşad Əliyev 1991-1992-ci illərdə Azərbaycan Kommunist Partiyasının Goranboy rayon komitəsinin birinci katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992-1994-cu illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri, 1994-2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2005-2012-ci illərdə isə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib (Aznews.az). |
2013-12-10 | 3,777 | Sonuncu arzum it olmaqdı... | O, Muxtarov qəsəbəsindən, el arasında "Dvadçatı" deyilən qəsəbədən yuxarıda, Salyan şosesinin üstündə Bayıl dağları ilə üz üzə yolun kənarında özünə yuva qurub. Burda yaşayır, əgər buna yaşamaq demək mümkündürsə. Yolun sağ tərəfində, dağın ətəyində qəbiristanlıq, sol tərəfində isə uçurumdan aşağı da Bibiheybət neft yataqları var. Bu miskin kimsəsiz insanın "lövbər atdığı" ərazinin aşağı tərəfində milli sərvətimiz olan neftin hasil olunduğu, yuxarıda isə axirət dünyamızın başlandığı yerdi. Tən ortada, yolun kənarında isə şəhərimizin ən bədbəxt adamlarından biri, Hacıyev Ceyhun Kamal oğlu zir-zibilin, üfunətin içərisində özünün lənətə gəlmiş həyatını yaşamaqda davam edir. Alma, para çörək, dişlənmiş kolbasa Dənizçi dostum, əslən Zəngilan rayonundan olan Rasim onun yerini nişan verdi mənə: "Gedək o bədbəxtin şəklini çək, haqqında yaz. Bəlkə ona sahib duran tapıla, haradasa ona sığınacaq verələr". Rasimin nişan verdiyi yeri yuxarıda təsvir etdim. Bu talesiz vətəndaşımızın "isti ocağını" təsvir etməyə çətinlik çəkirəm. Bunu görmək gərəkdir. Görmək və insanımızın iztirabını çəkmək. Şosenin kənarındakı daş barının üstünə qalxdıq. Həyatın sərt, laqeyd, qarmaqarışıq sifətini görmüş birisi olsam da, qarşımda açılan bu acınacaqlı səhnə, əminəm ki, illər boyu məni tərk etməyəcək; karton yeşiklərin, nimdaş, çirkli əskilərin arasındakı paketlərdə alma, para çörək, dişlənmiş kolbasa və s. vardı. "Bu onun azuqə saxlancı olan yerdi. Anbarıdı da, "kolpitkası"dır – dənizçi termini ilə deyir Rasim. Kafelərin qabağındakı zibilliklərdən yığır, gətirir bura. Almaları isə mən almışam, yemir, "bacım gilə gedəndə əliboş getməyim, uşaqlara meyvə aparım",- deyir həmişə. Artıq üçüncü dəfədir ki, ona alma, çörək, sosiska alıram. Kolbasanı istəmir. Bunu da yəqin kimsə verib, bir diş vurub, qalanı qalıb, - Rasim ucuz kolbasa qırığını göstərir,- Almalar qalır çürüyür, sonra özü yeyir. Yenə də saxlayıb ki, bacısının evinə gedəcək". Cənazə Ortalıqda isə sanki bir cənazə uzadılıb - kəfənə bükülmüş halda. Şəkillərini çəkirəm. Sonra Rasim onu haylayır. "Paket cənazə" tərpənir və o qədər də yaşlı olmayan bir insanın yuxulu, yorğun, miskin baxışları ilə qarşılaşıram. Rasim həmişə olduğu kimi, zarafatcıldır: - Ayə, Ceyhun, kopoğludu yalan deyən, yuxuda "anaşnan" idin, hə? - Yox, yuxu-zad görmürdüm. Yatmışdım. Bir qədər söhbətə çəkirəm. Məlum olur ki, 1967-ci ildəndir. Uşaqalıq illəri "Xrebtovı"da keçib. Ömrünün 20 ilinə yaxınını isə "BOMJ" kimi sürüb. Ailəli olmayıb. Elə onlar da məni çölə atdı - Ceyhun, nə vaxta qədər "Xreptovı"da yaşamısan? - 11 yaşıma qədər Yasamalda, "Xrebtovı"da yaşamışıq. Sonra "Çermet"ə köçdük. İndi 47 yaşım var. Doğulduğum evdə bacım yaşayır. - Bacının xəbəri var səndən? Bilirmi burda bu acınacaqlı vəziyyətdə yaşadığını? - Var. Amma bilmir ki, burda oluram. Küçədə qalmağımı bilir. O, qaçqınla yaşayır. Əri zəngilanlıdır. Elə onlar da məni çölə atdı. Mənə sahib olmadı. - Neçə ildir ki, çöllərdəsən? - 1995-ci ildən. Arada gedib-gəlirdim evə. Daha getmirəm. Evə qoymurlar ki, məni. Bacım da ailəsi ilə çətinliklə yaşayır. - Uşaqları var? - Hı, hı... – mızıldayır, burnunu silib əlavə edir,- var, maşallah, yaxşı uşaqlardı. Məni istəmək olar? - Uşaqlar dayını çox istəyər. Səni istəmirlər? Heç səninlə maraqlanmırlar? - Mənim nəyimi istəsinlər? Məni istəmək olar? Bu saat hamı üçün çətindir, mən gedim onlarla necə yaşayım? Özüm də xəstə adamam. Babasil öldürür məni - Haran ağrıyır? - Hər yerim, qarnım, qaraciyərim, böyrəyim... Babasil öldürür məni, çölə çıxanda qışqırığım aləmi götürür. Çöldə yağışın, qarın altında yatan adam necə olar, səncə? Küçələrdəyəm. Arada gedirəm evə, uzaqdan baxıram. İndi getmirəm. Piyada çox uzaqdır. Avtobusa da minməyə qoymurlar. Deyirlər səndən iy gəlir – leş iyi. - Evə niyə uzaqdan baxırdın, qovurlar səni? - Qovmurlar e, yola vermirlər. Dava-dalaş salırlar, sıxışdırırlar. Bacımın qaldığı ev mənim ata yurdumdu. Bacımın əri Zəngilanın Məmmədbəyli kəndindəndi. Adı Əzimdi. Mən də işləyə bilmirəm. Narazılıq olur. Deyir, mən qazanım o yesin? Gecələr basır bacımı döyür. Bacımgilə getmək istəyirəm - Sən rəsmi qeydiyyatda hansı ünvandasan? - "Çermet"dəki evimizdə qeydiyyatdayam. Ünvanı sözlə deyə bilmirəm, amma gedib tapıram. Nəyinə lazımdır e, mənə yiyə duran yoxdu onsuz da. - Qohumların evə qoymurlar, heç olmasa səni bir yerə düzəltmədilər qalasan? - Qocalar evinə getdim, orda mənə dedilər ki, sən cavansan. Həm də onlar məndən iş tələb edir. Mən işləyə bilmirəm axı. Bacım gilə getmək istəyirəm, amma yeznəmiz pis adamdı, onu incidəcək. - Havalar soyuyur, yağış, qar yağacaq, sənə çətin olacaq burda... - Havalar yağışlı, qarlı olanda gedirəm şəhərə. Yiyəsiz evlər var, yarımçıq tikililər var, şadlıq evlərinin istixanalarının "padvalı" var, girirəm orda yatıram. İstəyirəm çox yaşayam, amma belə yox... - Özün də cavan adamsan, əlindən nə işsə gəlməlidir axı, sənin. Bəlkə maraqlansan, sənə iş verən tapılardı, kiminsə bağında xidmətçi, bağban olardın. - Onlar məndən narazılıq edəcəklər. Mən heç nəyi bacarmayacam, bilirəm. - Ata-anan rəhmətə getdi, bacınsa ərə. Sən də ki, taleyin umuduna qaldın. - Həyatdır da, mən istəyirəm çox yaşayam, amma belə yox, adam kimi... - Bacın nə vaxt ərə getdi? Toyunda oynadın? Ailədə daha kim vardı? - Bacım 1992-ci ildə ərə getdi. Ailədə hər kəs vardı. Atam, anam, qardaşlarım. Rəhmətə gedənimiz yox idi. Bacımın toyunda qardaş kimi oynadım, ürək sözümü dedim, xeyir-dua verdim. Bacım da xəstədir. Onun ürəkkeçməsi vardı. İndi bilmirəm necədir. Yeznəmiz bacımızı evimizə görə aldı. Sonra Zəngilan ermənilərə keçdi, onun qohum-əqrəbası tökülüb gəldi. Bizi burunladılar. Qardaşlarım da var. Böyükləri mənəm. Onların da ailəsi var. Yaşayırlar. Qonaqları gələcəkdi, məni göstərmək istəmədilər - Onlar da səninlə maraqlanmır? - Yox, onların da öz ailəsi var, çətindir indi yaşamaq. Qardaşımın birinin adı İlqardı. 2010-cu ilin noyabrında getdim onlara. O məndən kiçikdi. Martın 20-nə qədər qaldım onlarda. Bayram ərəfəsi məni evdən qovdular. Qonaqları gələcəkdi, məni göstərmək istəmədilər. - Necəydi orda, burdan yaxşı idi, yoxsa münasibət elə idi ki, buranı ordam yaxşı hesab edirsən? - Orda yaxşı idi. İsti hamamda çimirdim. İsti yemək yeyirdim. Qardaşım arvadı arada mənə də yeməyi bol çəkirdi. İstəyirdim uşaqları mənə əmi desin. Demirdilər. Utanırdım həyətdən çölə çıxmağa. Məhəllə uşaqları qardaşım balalarına lağ eləyər, uşaqlar mənə görə pərt olarlar, deyə.. Amma sonra gördüm ki, qardaşım balaları özləri maraqlıdır məni uşaqlara göstərib məzələnsinlər. Mənə "yuyun, çim" deyəcəklər - Səninlə maraqlanan olubmu heç - dövlət adamları, QHT-lər? - Heç mən istəmirəm ki, məni harasa aparsınlar. Narazılıq edəcəklər. İş tələb edəcəklər, mənə "yuyun, çim" deyəcəklər. - Sən yuyunmaq, çimmək istəmirsən ki? - İstəyirəm e, ancaq özüm üçün istəyirəm. Qocalar evində elə qocalar var ki, özlərini 100 ilin adamı kimi aparır. Mənə iş buyuracaqlar. Məni heç yerə aparmaq lazım deyil. - Sənin də arzuların var yəqin?.. - Bacımı görmək istəyirəm. Onu çox istəyirəm,- fikrə gedir, sonra əlavə edir: -Nə olsun ki o məni istəmir. - Bəs ananı? - Anam ölüb, ürək xəstəsi idi. Adı Sona idi. Bizim "Sona" adlı kafemiz vardı. Oranı işlədirdi anam. Öz adını qoymuşdu kafeyə. Anamdan sonra qardaşlarım işlədirdi. Bir dəfə getdim ora. İstədim kənardan baxam, görəm kafe necədir? Yuxuda görürəm anam təzədən ölüb, mən də isti yemək yeyirəm - Necəydi, işlədirdi qardaşların oranı? - Dağıdıblar. Yoxdu kafe. Qardaşlarım oranı indi "makler" otaqları edib. Atamın adı Kamaldır, familiyamız isə Hacıyevdir. Elə bilirsən unutmuşam? Yox. Atam bəlkə də ölməyib, sağdır. O, 1933-cü ildəndi. Bəlkə də ölüb, bu vaxta qədər qalmaz. Anam öləndə eşitdim, getdim. Düzdür, o məni heç istəməyib. İstəsəydi, qoruya bilərdi. Mən onun ilki idim. Gördü ki, işləyə bilmirəm, o da məndən üz döndərdi. Anam öləndə yasında isti yeməklər yedim. Onda məni qovmadılar, qaldım evin bir küncündə. Zir-zibillikdən tapdıqlarımla dolanırdım da indiki kimi. Onda sevindim ki, anamın yasında dadlı bozbaş yedim, aş-qara yedim. Hərdən yuxuda görürəm ki, anam ölməyib, sağdı. Sonra ölür, məni yenə də aparıb isti yemək verirlər. Ceyhunu dünənin xatirəsindən bu günə qaytarıram: - Bura necə girirsən, bir gir baxım da,- müşəmbə yatağını göstərirəm. - Neynirsən axı? - Sonra yatağına girir,- bax, belə, asandı,- deyir.- Girirəm "klyonka"ların arasına, külək atmasın deyə, kəndirlə bağlayıram, nəfəsimlə isidirəm, tərləyirəm içəridə. Yayda isə bu "raskladuşka"da yatıram. Qışda aşağıdan soyuq çəkir axı. Rusiyada da qadınım olub, Bakıda da - Heç qadın dostun olub? - Hə, olub. İndi mənə it də yaxın durmaz. Mən "Çermet"də 8 illik məktəbi bitirib 56 saylı peşə liseyində oxudum. Radio-televiziya təmiri ustası idim. Bir az da işlədim. Əsgərlikdə də rabitəçi idim. Rusiyada xidmət etmişəm. Orda da qadınım olub, Bakıda da. - Yuxuna girir həmin qadınlar? - Yox, ürəyim istəmir axı qadını, həm də xəstəyəm də. Yayda arada əl-ayaq çəkiləndə Şıxovda sanatoriyanın altındakı "pljaya" gedib çimirdim. Yuyunurdum da, təmizlik də lazımdır axı. Bax, onda məni tez-tez görən cavanlar maral kimi bir qadın verdilər mənə. Puluynan e, pulunu özləri "platit" eləmişdilər. Heç nə oldu... Utandım... – Birdən başını qaldırıb üzümüzə baxır,- yox, deyəsən siz məni dolayırsız. Bəlkə mənə vergi verilib? Əmin olduqdan sonra ki, onu ciddi sorğuya tutmuşam, deyir: - Qocalmışam da yəqin. Sənə bir söz deyim. Məni səndən, bir də Rasimdən başqa adam yerinə qoyub danışdıran olmayıb. Hamı lağ edir. Bir qədər də fikrə gedir, sonra: - Bayaq yuxumu soruşdun. Yuxuma əvvəllər hadisələr girirdi. Məni nə gözləyir, başıma nə gələcək, nə olacaq. Hamısı da düz çıxırdı. Onda mən məscidə yaxın yerdə yatırdım gecələr. Bibiheybət tərəfdə. Əvvəl fikirləşdim ki, bəlkə mənə vergi verilib? Sonra gördüm yox. Onda sonra da qovdular oradan, gəldim bura. Yuxuda çox şeyi görmək istəyirəm. Amma görə bilmirəm. Ancaq atam-anam yadıma düşür. Heç onlar da məni istəmədilər. Bacımı görmək istəyirəm, bacımı çox istəyirəm, lap çox. - Ceyhun, deyirsən ki, 1995-ci ildən bu gündəyəm, indi bizim ölkənin prezidenti kimdir? - Cənab İlham Heydər oğlu Əliyev. Bundan qabaqkı seçkilərdə getdim ona səs verdim. Bu dəfə də getdim "Dvadçatı"da bir məktəbdə səs verəm, içəri keçməyə qoymadılar. - Sən televizora baxmırsan, qəzet oxumursan, hardan bildin ki, seçkidir? -Divara şəkillər vurmuşdular, qəzetə qalanda isə tapıb oxuyuram. Hələ kitab da oxuyuram. Zibillikdə o qədər kitab var. - Ceyhun, səninlə sağollaşıram. Sonuncu arzunu de, onu da yazım. - İt olmaq istəyirəm. Bir dəfə yuxarıda - Badamdar tərəfi göstərir,- bir həyətdə it gördüm. Onu əzizləyirdilər. Tər-təmiz idi. Yemək verirdilər ona, damının içini təmizləyirdilər. Belə adam olmaqdansa o cür it olmaq istəyirəm. |
2013-12-10 | 3,778 | Elmar Vəliyev dünya məşhurlarını Gəncəyə gətirir | Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncəlilər üçün gözlənilməz addım atıb. "Axar.az"ın "AzVision.az"a istinadən verdiyi məlumata görə, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin 2016-cı ilin "Avropa gənclər paytaxtı" seçilməsindən sonra E.Vəliyev bu qələbəni xüsusi qeyd etmək qərarına gəlib. İcra başçısı tarixi qələbəni qeyd etmək üçün möhtəşəm konsert proqramının keçirilməsini tapşırıb. Belə ki, E.Vəliyev konsertdə hansı popuylar müğənninin iştirak etməsini gənclərin öhdəsinə buraxıb. Bunun üçün də icra başçısı tapşırıq verib ki, gənclər hansı dünya ulduzunu Gəncədə görmək istəyirsə, o müğənni şəhərə gətiriləcək. Bu müğənninin kim olmasından asılı olmayaraq. Şəxsən icra başçısının özü bu barədə göstəriş verib. Bunun üçün hətta "feysbuk"da sorğu keçirilir ki, gənclər hansı ulduzun Azərbaycana gətirilməsini istəyir? "Əziz gənclər, hamımıza yaxşı məlumdur ki, Gəncə şəhəri Avropanın Gənclər Paytaxtı seçilərək tarixi qələbəyə imza atıb. Bu münasibətlə Gəncədə möhtəşəm tədbirlər keçiriləcək. Qalibiyyətin sahibi siz gənclər olduğunuz üçün, aranızda belə bir sorğu keçirtmək qərarına gəldik. Gəncədə bu qələbə münasibəti ilə konsert keçirtsək, hansı dünya şöhrətli mügənnini Gəncədə görmək istərdiniz? (fikirləriniz önəmlidir, fəal olun!)"-deyə sosial şəbəkədə şəhər sakinləri arasında sorğu keçirilir. Səsvermədən sonra ən çox səs toplayan müğənni Gəncədə təşkil olunan konsert proqramında iştirak edəcək. Qeyd edək ki, Gəncəyə gətiriləcək məşhurlar sırasında Şakira, Rihanna, Cenefir Lopez və tanınmış türk müğənnilərinin adı çəkilir. |
2013-12-10 | 3,779 | Qafqazlılar Moskvada mitinq keçirəcək | "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, qafqazlılar Moskvada mitinq təşkil edəcək. Təşkilatçılar aksiyanın keçirilməsi üçün Manej Meydanını seçiblər. Mitinqdə məktəblərdə hicab geyinmək icazəsi, yeni məscidlərin tikilməsi və müsəlman fəalların həbsdən azad olunması kimi tələblər səslənəcək. Məlumat üçün qeyd edək ki, Noyabrın sonlarında vəkil Murad Musayevə dəstək üçün Ümumi Qafqaz mitinqi Mahaçqalada baş tutub. Belə aksiyaların hazırlığı barədə Mərkəzi Asiya diasporlarının nümayəndələri bildirib. |
2013-12-10 | 3,780 | İstanbul 6 saat işıqsız qalacaq | İstanbulda nə az, nə çox, düz 6 saat işıqsızlıq hökm sürəcək. "Axar.az"ın türk mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, İstanbulun 492 küçəsində 6 saatlıq işıqsızlıq hökm sürəcək. 6 saatlıq elektrik kəsintisi probleminin bu gün axşam saatlarına qədər aradan qaldırılacağı bildirilir. Ümumilikdə 492 küçədə baş verəcək elektrik kəsintisi prosesi iki bölgüdən ibarət olacaq. Kəsinti küçələrin bəzilərində saat 08:00-17:00-da, bəzilərində isə 09:00-15:00 arası baş verəcək. Qeyd edək ki, artıq bəzi küçələrdə elektrik verilişi dayandırılıb. |
2013-12-10 | 3,781 | 1000 günə 130 min qurban - SOS | Suriyada 1000 gündür davam edən vətəndaş müharibəsində 128 min suriyalı həlak olub. Onlardan 100 mini uşaq olub, 2 milyona yaxın insan xəsarət alıb və zərər çəkib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, 16 min insan itkin düşüb, bundan başqa 2,2 milyon insan, çoxu uşaq olmaq şərti ilə qaçqın olmaq məcburiyyətində qalıb. Statistika BMT-nin qaçqınlar üzrə agentliyi tərəfindən hazırlanıb. Məlumata görə əhalinin 1/3 – 6,5 milyon insan evsiz qalıb. Tibb infrastrukturuna ciddi ziyan dəyib. Ölkənin 60 % xəstəxanası sıradan çıxıb, dağıdılıb. Vətəndaş müharibəsi ucbatından neft sektoru yox səviyyəsinə düşüb. Münaqişə 2011-ci il martın 15-dən İordaniyanın Dərya şəhərində kütləvi etiraz aksiyasından başlayıb. Ondan sonra Suriyada üsyançılar qruplaşmağa başlayıb. |
2013-12-10 | 3,782 | Bu gün Ümumdünya Futbol Günüdür | Hər il dekabrın 10-da keçirilən bu gün Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən təsdiq edilib. Futbol nədir? O, təkcə oyun və ya məşğuliyyət deyil, həm də bir həyat tərzidir. Futbola ilk dəfə Çində rast gəlinsə də, bəzi mənbələr bunun İngiltərədə yaşayan sakson tayfalarına aid olduğunu bildirirlər. Qeyd edək ki, bu idman növü planetin ən məşhur idman növü kimi ilk sıralardadır. |
2013-12-10 | 3,783 | Nobelli yazarlar kütləvi izlənməyə qarşı birləşdi | Dekabrın 10-u "Dünya İnsan Haqları Günü" ilə əlaqədar olaraq 83 ölkədən aralarında 5 Nobelli yazarın da olduğu 530 yazar "Virtual çağda demokratiya müdafiəsi" başlıqlı kütləvi izlənməyə qarşı ortaq manifest nəşr edib. Nobelli yazarlar Orxan Pamuk, J.M.Koetzi, Elfrid Jelinik, Qunter Qras və Tomas Tranströmerin imza atdığı bəyannaməyə Türkiyədən Yaşar Kamal, Buket Uzunər və Murathan Munqan da dəstək verib. BMT-ni virtual təqibə qarşı "Beynəlxalq Virtual Haqlar Bəyannaməsi" yaratmağa dəvət edən açıqlama bu gün İngiltərədə "Gardian", Almaniyada "F.A.Z", Fransada "Le Monde", Türkiyədə "Hürriyyət" qəzetləri olmaqla 30 ölkənin hərəsində bir qəzetdə çap olunub. "Kütləvi izləməyə qarşı yazarlar təşəbbüsünə" bu (www.change.org/izlənirik) ünvanda dəstək vermək mümkündür. Bəyannaməni təqdim edirik: "Kütləvi izlənmələrin son aylarda artdığı danılmaz bir həqiqətdir. Dövlət çox asanlıqla cib telefonunuza, e-mailinizə, sosial şəbəkələrdəki hesablarınıza və internetdə etdiyiniz axtarışlara göz qoya bilir. Siyasi düşüncələriniz, fəaliyyətiniz izlənir. İnternet şirkətlərinin əməkdaşlığı ilə məlumatlarınız toplanır və yığılır, beləcə, edəcəyiniz işlər qabaqcadan məlum olur. Fərdin toxunulmaz bütünlüyü demokratiyanın təməl prinsipidir. İnsan bütünlüyü bədənin ötəsindədir. Bütün insanların düşüncələrində, şəxsi çevrələrində və münasibətlərində izlənilməmə və rahat buraxılma haqqı var. Bu təməl insan haqqının içi, kütləvi izlənmə məqsədi ilə texnoloji vasitələrin dövlətlər və şirkətlər tərəfindən pis məqsədlə istifadə edilməsi yoluyla boşaldılaraq qüvvəsiz hala gətirilib. İzlənilən adam artıq özgür deyil; izlənilən cəmiyyətdə isə demokratiya yoxdur. Demokratiyanın etibarlılığını davam etdirə bilməsi üçün demokratik haqlarımız gerçək həyatda olduğu kimi virtual aləmdə də tətbiq olunmalıdır. Hər kəsin, demokratik vətəndaş olaraq fərdi məlumatlarının qanuni yollardan hansı ölçüdə və kimlər tərəfindən toplana biləcəyinə, saxlana biləcəyinə, istifadə oluna biləcəyinə qərar vermə; bu məlumatların harada saxlandığı və necə istifadə ediləcəyi haqqında məlumat sahibi olma; məlumatların qanuni olmayan yollarla toplanması halında silinməsini təşkil etmə HAQQINA SAHİB OLMASINI TƏLƏB EDİRİK. BÜTÜN DÖVLƏTLƏRİ VƏ ŞİRKƏTLƏRİ bu haqlara hörmətlə yanaşmağa çağırırıq. BÜTÜN VƏTƏNDAŞLARI bu haqları qorumağa çağırırıq. BMT-ni virtual çağda insan haqlarının qorunmasının əhəmiyyətini qəbul etməyə və "Beynəlxalq Virtual Bəyannamə" yaratmağa dəvət edirik. BÜTÜN DÖVLƏTLƏRİ bu razılaşmanı imzalamağa və sadiq qalmağa dəvət edirik". |
2013-12-10 | 3,784 | “Fridom Haus” Yanukoviçin istefasını istədi | "Ukraynada mitinqlərin bitməsinin tək yolu Viktor Yanukoviçin istefa verməsidir". "Axar.az" məlumat verir ki, bu sözlər "Fridom Haus" təşkilatının öz saytında yaydığı bəyanatda yer alıb. Təşkilat həmçinin Ukraynada vəziyyətin yenidən qarışmasında bütün günahların məhz prezidentdə olduğunu bildirib: "Növbəti silah və güc tətbiqi artıq ABŞ və Avropa İttifaqı Ukrayna hakimiyyətinin nümayəndələrinə məqsədyönlü sanksiyaların tətbiqi ilə bağlı addımlar atmağı düşünməlidir". |
2013-12-10 | 3,785 | Usubov hansı polis rəislərini sərt tənqid etdi? – Özəl | Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov sonuncu kollegiya iclasında bir neçə rayonun polis idarəsi rəisinin ünvanına sərt ittihamlar səsləndirib, onların fəaliyyətini kəskin tənqid edib. Daxili İşlər Nazirliyindən adını açıqlamayan zabitin sözlərinə görə, R.Usubov əsasən, Cəlilabad, Samux, Şabran və paytaxtın bir neçə rayon polis rəisinin işindən narazılıq ifadə edib. Nazir son qərarını verməsə də, bəzi rayonların fəaliyyətinin təftiş edilməsi tapşırığını da dilə gətirib. Ehtimal olunur ki, R.Usubov ona verilən məlumatların yoxlama ilə təsdiqini tapacağı təqdirdə, ciddi ölçü götürəcək. Etibarlı mənbə təsdiqləyir ki, xüsusi tənqid hədəfinə tuş gələnlərdən biri Şabran rayon Polis İdarəsinin rəisi Azad Məmmədovdur. Nazirin A.Məmmədov haqqında ciddi ölçü götürmək qərarının qarşısını isə polis rəisinin rəsmən məzuniyyətdə olması alıb. Şabran Rayon Polis Şöbəsindən "Axar.az"a həqiqətən də A.Məmmədovun məzuniyyətdə olduğunu təsdiqlədilər. Qeyd edək ki, A.Məmmədov iki il əvvəl - 2011-ci ildə Şəki Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək, Şabran rayonuna polis rəisi təyin edilib. |
2013-12-10 | 3,786 | Deputatların maaşı qaldırıldı - Siyahı | Milli Məclis (MM) deputatlarının maaşı qaldırılır. "Axar.az" xəbər verir ki, bu barədə "Femida.az"a MM-dən verilib. Belə ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklik ediləcək. Maaş artımına əsasən, MM-in sədri 2250 manat (indiyədək 1950 manat olub), sədrin I müavini 2025 manat (indiyədək 1755 manat olub), Milli Məclis sədrinin müavini 1912,5 manat (indiyədək 1650 manat), Milli Məclisin komitə sədri 1800 manat (indiyədəkj 1560 manat olub), sıravi deputat isə 1575 manat (indiyədək 1365 manat olub) maaş alacaq. Layihə MM-in dekabrın 17-də keçirilən iclasında müzakirə olunacaq və yeni maaş bu il dekabrın 1-dən hesablanacaq. |
2013-12-10 | 3,787 | Gün ərzində 48 cinayət faktı - Statistika | Dünən, dekabrın 9-da nə az, nə çox düz 48 cinayət hadisəsi qeydə alınıb. "Axar.az"ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qeydə alınmış cinayət faktlarından 24-ünün üstü "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Qeydə alınmış cinayət hadisələrinin sıralarında yol nəqliyyat hadisələri də var. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Bu sıraya narkotiklərlə əlaqəli faktlar da aiddir. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Qeyd edək ki, cinayət törətdiklərinə görə 28 nəfər tutulub. |
2013-12-10 | 3,788 | Sabah Azərbaycanda qar yağacaq | Sabah Azərbaycan ərazisində hava dəyişəcək, temperatur bir neçə dərəcə enəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin axşama doğru Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağıntılı olacaq. Şimal küləyi güclənəcək. Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın temperaturu 6-8, ikinci yarısında isə 1-3 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında günün ikinci yarısında şimal və qərb rayonlarında, axşam saatlarında isə əksər rayonlarında hava yağıntılı olacaq, sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq. Dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır (Trend). |
2013-12-10 | 3,789 | Türkiyə Azərbaycanın mövqeyini nəzərə almır | "Türk-kürd məsələsində hökumətin uğurundan sonra əsas hədəf Ermənistanla problemin yoluna qoyulmasıdır". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ona görə, Qarabağla bağlı irəliləyiş olmasa, Türkiyənin nə edəcəyini söyləmək çətindir: "Real siyasət onu göstərir ki, Ermənistanın hər hansı cəsarətli addımlar atması şübhəlidir. Üstəlik, Rusiyanın burada təsiri var". Politoloq kürd məsələsində irəliləyişə əsas səbəb kimi neft amilini qeyd etdi. O, məhz böyük pullara görə türk-kürd məsələsində məqsədyönlü addımlar atıldığını söylədi: "Burada isə məsələ başqadır. Ortada Rusiya amili var. Rusiya istəsə sərhədlər açılacaq. Amma hər şeyə rəğmən Azərbaycanın mövqeyi də nəzərə alınmalıdır. Hazırkı zamanda isə Azərbaycanın mövqeyi nəzərə alınmır. Bu isə Türkiyə üçün müsbət bir şey vəd etmir". Türkiyə topu Ermənistana ötürüb Siyasi ekspert Elxan Şahinoğlu isə hazırda Davudoğlunun səfəri ilə bağlı çox şayiələrin yayılacağını bildirdi: "Yol xəritəsi, iki rayonun qaytarılması ilə bağlı şayiələr çox yayılıb. Bunları çox güman ki, Türkiyə rəsmi Bakı ilə danışıb, razılaşdırıb. Amma kim zəmanət verə bilər ki, iki rayon azad ediləcək?" O, Davudoğlunun İrəvana çox optimist yollandığını qeyd etdi. Politoloq artıq qərar vermək vaxtının Ermənistanın əlində olduğunu söylədi: "Türkiyə çox güman ki, Rusiya ilə Ərdoğanın səfəri zamanı çox şeyi razılaşdırıb. Artıq Türkiyə topu Ermənistana ötürüb. Amma onun bundan nə isə müsbət nəticə gözləməsi qeyri-mümkün bir şeydir". Qeyd edək ki, yaxın günlərdə Davudoğlunun İrəvana səfər edəcəyi gözlənilir. Səfər zamanı türk nazirin iki ölkə arasında sərhədlərin açılması ilə bağlı məsələni öz həmkarı ilə müzakirə edəcəyi güman edilir. Bununla yanaşı Ermənistan mətbuatı artıq ölkənin Xarici İşlər Nazirliyində yeni yol xəritəsinin hazırlandığı haqqında məlumat yayıb. Mətbuat artıq yol xəritəsində hər iki tərəfə təklif olunacaq bəndlərin də hazır olduğunu bəyan edib. |
2013-12-10 | 3,790 | Sürət Hüseynov saxlanıldı – Özəl | Keçmiş Baş nazir Sürət Hüseynov Dubayda hava limanında saxlanılıb. Bu barədə "Axar.az"a etibarlı mənbədən məlumat daxil olub. Hüseynov ötən cümə günü Dubaydan 14.10 reysi ilə Bakıya uçmaq istərkən pasport yoxlaması zamanı BƏƏ polisi tərəfindən saxlanılıb və məntəqəyə aparılıb. Adıçəkilən reys Hüseynova görə yarım saatdan çox ləngiyib. Amma Bakıya sabiq baş nazirsiz uçub. Sürət Hüseynov bir də iki saatdan sonra sərbəst buraxılıb. O, gecə reysi ilə Bakıya qayıda bilib. Mənbənin dediyinə görə, Hüseynovun saxlanılmasının səbəbi məlum deyil. Bəlli olan isə təkcə odur ki, Hüseynovun Dubayda biznes şəbəkəsi yarada bilib. O, İranın Bəndər Abbas limanı vasitəsi ilə maşın idxalıyla məşğuldur. Məsələ ilə əlaqədar Sürət Hüseynovun özü ilə əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Onun ölkədə olmadığını bildirdilər. |
2013-12-10 | 3,792 | “Milli ÖN”də yığılan əlavə pullar kimə çatır? | Şəhərdə populyar olan "Milli ÖN" ödəniş sistemi köşkləri vaxta qənaət etməyə imkan verdiyindən hamı onun xidmətindən yararlanır. Əslində həmin xidmət uzun növbələrə son qoymaq, rahat və təhlükəsiz ödəniş etmək məqsədilə yaradılıb. Lakin son vaxtlar sakinlərin kütləvi surətdə bu köşklərə müraciəti burada da uzun növbələrin, eləcə də müəyyən problemlərin yaranmasına səbəb olub. Şəhər sakini Zülfüqar Həsənov mənzilinə aid qaz smartkartını yükləmək üçün "Elmlər Akademiyası" metrosunda qoyulan "Milli ÖN" terminalına pul ödəyib. Lakin nə ödənişin qəbul olunmasını göstərən işıq yanıb, nə də ona bu ödəmə ilə bağlı çek verilib. Hara müraciət edəcəyini bilməyən Z.Həsənov yanında dayanan vətəndaşların köməyi ilə "qaynar xətt"ə zəng vurub və ödənişin qəbul olunduğunu öyrənib. Əlavə "xidmət haqqı" kimə çatır? Sadalanan bu və digər problemlər vətəndaşlar arasında maariflənmənin aparılmamasından irəli gəlir. Xidmətlə bağlı hər hansı sual yarananda hara müraciət edəcəklərini, hansı şirkətin bu xidməti reallaşdırdığını belə bilmirlər. Çünki qurum vətəndaşlarla ünsiyyətdə, təbliğat işlərində maraqlı deyil. Xidmətin əsas üstünlüyü ödənişin təhlükəsiz olması və buna görə əlavə komissiya haqqı alınmamasıdır. Lakin müşahidələrimiz göstərdi ki, şəhərətrafı kənd və qəsəbələrdə xırda ticarət obyektlərində quraşdırılan "Milli ÖN" köşklərində ödəniş edərkən, sakinlərdən məbləğındən asılı olmayaraq hər əməliyyata görə 10-20 qəpik əlavə ödəniş tələb olunur. Xidmət pulsuzdursa, yığılan əlavə pullar kimə çatır? Terminallardakı texniki nasazlıqlar nə ilə bağlıdır? Bu və digər suallarımızı ödəniş sistemi köşklərini idarə edən "Komtec LTD" MMC-yə ünvanladıq. Şirkətin kommersiya direktoru Teymur Cəfərov əlavə rüsumların onlara heç bir aidiyyətinin olmadığını bildirdi: "Əlavə ödənişi həmin obyektlərin rəhbərləri və ya əməkdaşları tələb edir. Onların yol verdiyi belə qeyri-qanuni tələblərə qarşı mübarizə aparırıq. Biz ödəyicilərin narazılıqlarına anında müdaxilə edərək, problemi operativ həll etməyə hazırıq. Vətəndaşlardan xahiş edirəm ki, belə hallarla qarşılaşdıqda, dərhal şirkətə müraciət etsinlər". Növbələrdən xilas ola bilmədik Qeyd edək ki, "Milli ÖN" terminallarından yararlanan vətəndaşlar ya ödədiyi məbləğə görə çeki ala bilmir, ya ümumiyyətlə pul qəbul edilmir, ya da hər hansı məbləği ödəsə də, onun qəbul olunub-olunmaması barədə məlumat ala bilmir. Belə problemlər və uzun növbələr tez-tez müşahidə olunur. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu insanların əlyetərliyinin tam təmin olunmaması ilə izah etdi. Onun sözlərinə görə, Bakıətrafı qəsəbələrdə, şəhərdən nisbətən uzaq yaşayış məntəqələrində, eləcə də bəzi regionlarda hələ də ödəmə terminalları quraşdırılmayıb. Ona görə də sakinlər ödəniş etmək üçün şəhərə üz tuturlar. Nəticədə sadalanan problemlər ortaya çıxır. Bəzən terminalların qarşısında kiçik növbələrin yarandığını etiraf edən T.Cəfərov bunu əhalinin xidmətə olan inamının artması ilə izah edir: "İnsanlar elektron ödəniş sisteminə üstünlük verir. Biz problemi aradan qaldırmaq üçün hər şey edirik. Hazırda bir necə yüz köşkün quraşdırılması gözlənilir. Ödənişin qəbulu ilə bağlı isə heç bir problem yoxdur. Bütün terminallar çek kağızları ilə təmin olunub". Problem yaranarsa, vətəndaşlar "Milli ÖN" ödəniş sistemi köşklərinin üzərində göstərilən *0010 qısa nömrəsinə zəng edərək suallarını yerindəcə aydınlaşdıra bilərlər. "Milli ÖN"də nəyi və necə ödəmək olar? Ödəniş sistemi köşklərində stasionar və mobil rabitə, internet, kommunal xidmətlər ("Azərenerji", "Bakelektrikşəbəkə", "Azəriqaz", "Azərsu"), kabel televiziyası, sığorta, bank xidmətləri, şəbəkə marketinqi, totalizator oyunları, TQDK xidmətləri, eləcə də səyahət, əyləncə üçün nəzərdə tutulan ödənişləri etmək olar. Son aylarda vətəndaşlar bank kreditlərini də "Milli ÖN" terminallarına etibar edirlər. Kreditlərin ödənişində gecikmələrin xeyli azaldığı bildirilir. T.Cəfərov təkcə ötən ay 100 mindən artıq insanın kredit ödəmək üçün həmin terminallardan istifadə etdiyini vurğulayıb. Bundan əlavə, tezliklə terminallarda plastik kartlarla ödəniş aparmaq mümkün olacaq. T.Cəfərov onlayn ödəniş portalının tezliklə işə düşəcəyini dedi. Hazırda sistemin üzərində sınaq testləri yekunlaşmaq üzrədir. Gələcəkdə isə şirkət elektron ödəniş sahəsində Azərbaycanda və digər üç ölkədə lider olmağı hədəfə alıb. |
2013-12-10 | 3,793 | İlham Əliyev Pakistan səfirini qəbul etdi | İlham Əliyev Pakistanın Azərbaycandakı səfiri İkramullah Məhsudu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Azərbaycan ilə Pakistanın qardaş və dost ölkələr olduğunu vurğulayan dövlət başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə davam etdiyini deyib. Dövlət başçısı iki ölkə arasında münasibətlərin regional əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını deyib. Səfirə Azərbaycandakı diplomatik fəaliyyətinə görə təşəkkürünü bildirən prezident ona gələcək işlərində də uğurlar arzulayıb. |
2013-12-10 | 3,794 | Avromeydan Timoşenkonun azadlığını istəmir | Avromeydan iştirakçılarının yalnız 38,5%-i Yuliya Timoşenkonun azadlığının tərəfdarıdır. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu nəticə Avromeydan iştirakçıları arasında keçirilən sorğulardan sonra ortaya çıxıb. Belə ki, etirazçıların 80,1% hökumətin dərhal istefa verməsini tələb edib. Viktor Yanukoviçi sevməyənlərin sayının 75% olduğu bəlli olub. Ən maraqlı nəticə isə parlamentin istefaya göndərilməsi bağlı suallar verilən zaman ortaya çıxıb. Rəyi soruşulanların yalnız 55,6%-i Radanın dərhal buraxılmasının tərəfdarı kimi çıxış edib. Qeyd edək ki, sorğu "İlka Kuçeriv adına Demokratik Təşəbbüslər" İnistitutu tərəfindən keçirilib. |
2013-12-10 | 3,795 | Elif Şəfəqin yeni romanı plagiat çıxdı | Yazıçı Əlif Şəfəqin "Ustam və mən" kitabı çıxmadan əsərin plagiat olduğu xəbəri çıxıb. Şəfəqin kitabının mövzusunu yazar Joze Saramagonun "Filin səfəri" kitabından götürüldüyü iddia olunur. Saramagonun "Filin səfəri" kitabının əsas mövzusu Avropa qitəsinin ən qərbindən, Lissabondan Vyanaya doğru yola çıxan fil ilə sahibi yoxsul Subhronun qəribə səfərinin hekayəsidir. Əlif Şəfəqin də romanında fil və sahibinin qeyri-adi hekayəsinin yer alması diqqət çəkir. Bu səbəbdən də yazarın çıxacaq kitabı haqqında indidən "plagiat" iddiası yayılıb. |
2013-12-10 | 3,796 | Yanukoviçin eks-prezidentlərlə görüşü başladı | Viktor Yanukoviçlə Ukraynanın üç eks-prezidentinin görüşü başlayıb. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə informasiyanı eks-prezident Viktor Yuşşenkonun mətbuat katibi İrina Vannikova verib. Dəyirmi masaya müxalifət partiyalarının liderlərindən heç kim dəvət edilməyib. Qeyd edək ki, görüşdə üç eks-przident - Leonid Kravçik, Leonid Kuçma və Viktor Yuşenko iştirak edəcəklər. |
2013-12-10 | 3,797 | “Milli Şura öz işiylə məşğul olsa, daha yaxşıdır” | "Milli Şuranın qiymət artımı ilə bağlı mitinq keçirmək istəməsi konstitusion haldır. Amma düşünürəm ki, siyasi partiyaların sosial hüquqların müdafiəsi ilə məşğul olması yalnışdır. Bu bir tərəfdən ölkədə demokratik institutların, həmkarlar ittifaqlarının, istehlakçı birliklərinin inkişafına və ortaya çıxmasına mane olur". Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu dedi. O bildirdi ki, siyasi partiyalar öz işləri ilə məşğul olsalar, daha yaxşı olar: "Bu sahəyə mane olmaqla bərabər, həm də siyasi partiyalar sosial problemlərlə yüklənir və əslində hansı işlərlə məşğul olmalı olduqlarını undurlar. Hesab edirəm ki, hər bir sahədə olduğu kimi, bu qiymət artımı məsələsində də müvafiq olaraq həmkarlar ittifaqları və istehlakçıların hüquqlarını müdafiə edən təşkilatlar aksiya keçirməlidir." Milli Şuraya irad tutan Sərdar Cəlaloğlu sədri olduğu Azərbaycan Demokrat Partiyası üzvlərinin 15 dekabrda keçiriləcək mitinqdə iştirakından da danışdı: "Bizim partiyanın üzvləri konstitusion hüquqları kimi Milli Şuranın qiymət artımı ilə bağlı keçirəcəyi mitinqdə iştirak etməkdə sərbəstdirlər. Mən onların bu hüquqlarına müdaxilə etmək hüququm yoxdur". |
2013-12-10 | 3,798 | Tolerantlıq Mərkəzi dini icmaları maliyyələşdirəcək | "Axar.az" xəbər verir ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə BMT-nin Baş Assambleyası tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65 ilinin tamam olması münasibəti ilə "Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları" mövzusunda konfransda DQİDK, BMT Azərbaycan və İSESCO tərəfindən təsis edilmiş Milli Tolerantlıq Mərkəzi tərəfindən həyata keçiriləcək dini icmalar üçün "Hörmət naminə birləş" layihə müsabiqəsi elan edilib. Layihədə Ümumdünya insan hüquqları bəyannaməsinin 18-ci maddəsində nəzərdə tutulmuş fundamental azadlıqlardan hesab edilən vicdan azadlığının və bu azadlığın ölkəmizdə təsbitinin təzahürü olaraq qeydiyyatdan keçmiş dini icmalar tərəfindən həyata keçiriləcək layihələr sağlamlığı məhdud yeniyetmələrin təhsil ehtiyaclarının qarşılanmasına, məhbusların cəmiyyətə inteqrasiyasına və ailə dəyərlərinin qorunmasına hədəflənib. Eyni zamanda Azərbaycanda mövcud dini tolerantlığın gücləndirilməsi əsas istiqamətlərdəndir. Layihənin əsas prinsipi cəmiyyət üçün faydalı fəaliyyətin həyata keçirilməsi, o cümlədən, dini icmaların cəmiyyətə inteqrasiyasının daha da gücləndirilməsidir. Proqramda iştirak etmək üçün müxtəlif konfessiyalara mənsub olan ən azı üç dini icma birlikdə sosial layihə təklif etməlidirlər. Hər layihə üçün 5000 manatadək maliyyə ayrılması nəzərdə tutulub. |
2013-12-10 | 3,799 | Pakistan Azərbaycana yeni səfir təyin edib | Pakistan Azərbaycana yeni səfiri təyin edib. Diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, bu vəzifəyə Xalid Osman Kayser təyin olunub. X.O.Kayser səfir təyin olunana qədər Pakistan Diplomatik Akademiyasının rektoru vəzifəsində çalışıb. Qeyd edək ki, əvvəlki səfir İkramullah Məsud ölkəmizdə diplomatik missiyasının başa çatması ilə əlaqədar prezident İlham Əliyev tərəfindən qəbul olunub (APA). |
2013-12-10 | 3,800 | Ermənilər Laçını tərk edirlər – Video | Ermənilərin işğalı altında olan Laçın və onun kəndlərində acınacaqlı vəziyyət yaranıb. "Artsakh.tv"nin yaydığı videosüjetə görə, doğum statistikası kifayət qədər yüksək olan bu kənddə həyat dayanıb: Laçının Təzəkənd kəndində məktəb yoxdur, əkin-biçin, heyvandarlıq sıfır vəziyyətindədir, sosial durum həddən artıq ağırdır, hətta içməli su problemi belə var. Orada qalan az sayda əhali dözülməz şəraitdən bezib Laçının kəndlərindən çıxırlar (Avrasiya.net). |
2013-12-10 | 3,801 | Bu il Rusiyadan 181 azərbaycanlı deportasiya olunub | 2013-cü il başlayandan bu günə kimi Rusiyadan 181 Azərbaycan vətəndaşı deportasiya olunub. Bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, 2013-cü ilin yanvarın 1-dən dekabrın 5-nə kimi 160 Azərbaycan vətəndaşı məhkəmənin qərarı ilə, 21 Azərbaycan vətəndaşı isə yerli FMX orqanının rəhbərinin qərarı ilə Rusiyadan deportasiya olunub. FMX-dən bildirilib ki, bu ilin sentyabr, oktyabr və noyabr aylarında 36 nəfər Azərbaycan vətəndaşı Rusiya Federasiyasının ərazisindən çıxarılıb: "2013-cü il sentyabrın 1-dən noyabrın 30-dək olan müddətdə 33 Azərbaycan vətəndaşı məhkəmənin qərarı ilə, 3 nəfər isə yerli FMX orqanları rəhbərinin qərarı ilə Rusiyadan çıxarılıb". Qeyd edək ki, Rusiya FMX və Daxili İşlər Nazirliyi 2013-cü ilin yay aylarından başlayaraq paytaxt Moskva və digər regionlarda miqrantlara qarşı "təmizləmə" əməliyyatı keçirib. Xüsusi təyinatlı polisin - OMON-un keçirdiyi əməliyyatlar nəticəsində bazarlarda fəaliyyət göstərən miqrantlar saxlanılaraq polis bölmələrinə aparılıb. Bu ilin oktyabr ayında isə Azərbaycan vətəndaşı Orxan Zeynalovun Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinməsi Azərbaycandan olan miqrantlara qarşı təzyiqlərin artmasına səbəb olub. Belə ki, bu hadisədən sonra polisi azərbaycanlılara məxsus bazarlarda müntəzəm reydlər keçirib. Nəticədə azərbaycanlıların sahibi olduğu bir neçə bazarın fəaliyyəti dayandırılıb (APA). |
2013-12-10 | 3,802 | Suriyalı müxaliflər dərman istehsalına başladı | Əsəd rejiminə qarşı ən böyük birlik olan "İslami Cəbhə" dərman qıtlığını aradan qaldırmaq üçün özləri dərman istehsal etməyə başlayıb. Suriyada davam edən müharibədə Əsəd rejimi tərəfindən mühasirədə olan bir çox bölgədə qida və dərman qıtlığına görə ölümlərin artacağı gözlənilir. Suriyalı həkimlər xəstəxanalara qida və dərman qıtlığından üzündən xeyli insanın gəldiyini və dərman çatışmazlığından müayinə oluna bilməyən xəstənin öldüyünü qeyd edib. Dünya mediasına səslənən həkimlər təcili yardım və insanın ölməməsi üçün mühasirənin təcili surətdə bitməsini tələb edib. Yaralı və xəstə insanlar həkim və dərman probleminin olmasına rəğmən, sınıq-salxaq baraklarda və antisanitar məkanlarda müayinə edilir, doğum sancısı olan qadınlar tibbi yardım olmadan doğur, xəstələr narkozsuz əməliyyat olunurlar. Əsəd rejiminə qarşı ən böyük birlik olan "İslami Cəbhə" keçən ay dərman qıtlığına çarə olmaq üçün öz dərmanlarını istehsal etməyə başlayıblar. İlk olaraq mühasirə altında olan Şərqi Qutaya yardım edəcəklərini bildirən qrup daha sonra bir çox bölgəyə yardım edəcəklərini deyib: "İslami Cəbhə"nin bu cəhdi Suriyada mülki əhali və dirənişçilər arasında olduqca böyük bir sevinc və uğur olaraq qiymətləndirilib. Hələlik "Aqumentin" və "Parasetamol" adlı dərmanları istehsal edən qrup ilk istehsalını qablaşdırıb Şərqi Qutaya göndərib. |
2013-12-10 | 3,803 | Rəbiyyət Aslanova: “...Cəmiyyət yaşaya bilməz” | Hüquq pozuntuları biganəlikdən qaynaqlanır. "Axar.az" xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova "Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları" mövzusunda keçirilən konfransda çıxışında deyib. O bildirib ki, insan hüquqlarının təmin olunması, səmərəli müdafiəsi məqsədilə mükəmməl qanunvericilik bazası yaradılıb: "Bu sahədə həm nəzəri, həm də əməli inkişaf hiss olunur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" buna nümunədir. Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib". Beynəlxalq hüququn abstrakt bir anlayış olmadığını deyən R.Aslanova Azərbaycanın öz üzərinə düşən hüquqi vəzifələri yerinə yetirdiyini vurğulayıb: "Bununla belə, Azərbaycana qarşı bu həssaslıq göstərilmir. Azərbaycanın 1 milyondan çox insanının hüquqları pozulsa da, beynəlxalq qurumla onların hüquqlarını müdafiə etmir". Tolerantlıqdan danışan komitə sədri söyləyib ki, Azərbaycanda müxtəlif dini inanclı insanlar mehriban şəkildə yaşayır: "Azərbaycanda heç zaman dini zəmində qarşıdurma olmayıb və bundan sonra da olmayacaq. Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət vətəndaşından ayrı deyil. Ona görə də ölkədə hər bir vətəndaşın hüquq və azadlığının qorunması, onların dini etiqad azadlığının təmin olunması ali məqsəddir. Dövlətlə yanaşı, dini konfessiyalar da cəmiyyətdaxili münasibətlərə müdaxilə etməli və bu münasibətləri saflaşdırmalıdır". Cəmiyyətdə xeyirxahlıq hissi olmasa, o cəmiyyətin yaşaya bilməyəcəyimi deyən Rəbiyyət Aslanova əlavə edib ki, insanların bir-birinin hüququnu pozmadan, problemlərə qarşı həssaslıq göstərərək məqsədə çatmaq mümkündür. |
2013-12-10 | 3,804 | ABŞ-dan Çinə xəbərdarlıq: Azad edin! | Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerri Çinə xəbərdarlıq edərək, Nobel Barış Mükafatçısı Liu Şiaobonun azad edilməsini tələb edib. Kerrinin açıqlaması Liunun dövlətə qarşı dağıdıcı fəaliyyətlərinə görə həbs edilməsinin beşinci ildönümündə yayımlayıb. Kerri həmçinin 2010-cu ildən indiyə kimi ev həbsində olan Liunun xanımı Liu Şianın da azad edilməsini istəyib. Kerri, xanım Liunun basqılara görə depressiyaya düşdüyünü bildirib. Xatırladaq ki, Liu Şiaobo Çində siyasi islahat tələb edən bir manifestin yazılmasında iştirak edib və buna görə dövlətə qarşı dağıdıcı fəaliyyətdə təqsirləndirilərək, 11 il həbsə məhkum edilmişdi. O, Çin hökumətindən gələn şiddətli etirazlara rəğmən, keçən il Nobel Barış Mükafatını qazanmışdı. |
2013-12-10 | 3,805 | Azərbaycan ədəbiyyatında ilk dəfə “U geni” | Azərbayanda ilk dəfə olaraq, "U geni"ndə elmi detektiv janrına müraciət edilib. Detektiv yazar Müşfiq Xanın yeni kitabı oxuculara təqdim olunub. Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, "U Geni" adlı kitabda Müşfiq Xanın 3 yeni əsəri toplanıb: "U Geni", "Yolka işığında qətl", "Yataqdakı qatil". Kitabın redaktorları tanınmış yazarlar Pərviz Cəbrayıl və Rüfət Əhmədzadə, korrektorları Zülfiyyə Sadıqova, Elçin Əfəndi, dizayneri Teymur Fərzidir. Yazarlıqdan əlavə, bioloqgiya elmləri üzrə fəlsəfə doktoru olan müəllif, kitaba daxil olan "U Geni" əsərində elmi detektiv janrına müraciət edib. Bu janrdan istifadə xarici ədəbiyyatda sıx müşahidə olunsa da, Azərbaycan ədəbiyyatında ilk hadisə sayıla bilər. Müşfiq Xan öz kitabı haqqında danışarkən belə deyib: "İnsan məntiqinin gücündən qaynaqlanan xəfiyyə ədəbiyyatının oxucularına arxayınlıqla "U geni" adlı növbəti əsərimi təqdim edirəm. Bu əsərdə hadisələr məşhur azərbaycanlı alim və onun tapıntısı olan "U geni" ətrafında cərəyan edir". Digər əsərlərin də oxucularda maraq doğuracağına ümid edirəm. Kitabda yeni xəfiyyə obrazı – Jöl Ismert, "Sonuncu hədiyyə" romanından tanıdığınız Sato ləqəbli Saday Oğuz, "Tənha canavar", "Ümidlərin izi ilə" romanlarından yaxşı bələd olduğunuz məxfi şöbənin mayoru Mikayıl Qüdrətovla sizi müəmmalı cinayət sirrlərinin açılması gözləyir". Müşfiq Xan qeyd edib ki, hazırda özünün növbəti detektiv romanını – "Qatil üçün nekroloq" kitabını çapa hazırlayır. |
2013-12-10 | 3,807 | Kanada Arktikanı tərkibinə qatır | Kanada Şimal qütbünü öz torpaqlarına qatmaq istəyir. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Kanadanın Xarici İşlər naziri Con Berd çıxış edib. Nazir tezliklə məsələ ilə bağlı BMT-yə sənədlərin göndəriləcəyini bəyan edib. O, indiyə qədər heç bir dövlətin bununla bağlı narazılıq nümayiş etdirmədiyini bildirib. Qeyd edək ki, şimal qütbü dünya təbii qazının 30%-ni, neftinin isə 15%-ni özündə cəmləyib. |
2013-12-10 | 3,808 | Xəstəxanada müdhiş olay: xəstə qaçarkən dünyasını dəyişdi | Bakıdakı 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına daxil olan, daha sonra oradan qaçmağa cəhd edən xəstə dünyasını dəyişib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında bildirib ki, Bakı şəhəri, Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü pasiyent Elşən Mahir oğlu Əhmədli dekabrın 2-də Bakı şəhəri Təcili Tibbi Yardımın göstərişi əsasında 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına daxil olub. Qəbul zamanı pasiyent psixi oyanıq vəziyyətində olub. Bununla əlaqədar o, klinikada müvafiq spesifik müalicə alıb. Artıq dekabrın 6-da xəstə sakitləşib, şöbədə davranışı qənaətbəxş olub. A.Qədirli bildirib ki, lakin bu gün iki sanitarın müşahidəsi ilə rentgen müayinəsinə aparılarkən sanitarları itələyib, pilləkəni tullanaraq qaçmağa cəhd edib: "Pasiyent aşağı tullanarkən yerə yıxılıb və başından ağır zədə alıb. Xəstəyə dərhal ilkin tibbi yardım göstərilib və Təcili Tibbi Yardıma xəbər verilib. Lakin keçirilən əməliyyatlara baxmayaraq xəstə aldığı zədədən dünyasını dəyişib. Hadisə ilə əlaqədar 21-ci polis bölməsinə və Bakı şəhəri Nəsimi rayon prokurorluğuna məlumat verilib". Qeyd edək ki, Elşən Əhmədli 2009-cu ildən etibarən "Şizofreniya paranoid forma" diaqnozu ilə dəfələrlə Bakı şəhəri 2 saylı Kliniki Psixiatriya Xəstəxanasında, eləcə də Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicələr alıb.(Trend) |
2013-12-10 | 3,809 | FHN öz əməkdaşlarına ev verdi | Fövqəladə Hallar Nazirliyi Bakının Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, 107 ünvanında tikdiyi 12 mərtəbəli binanı öz əməkdaşlarının istifadəsinə verib. "Axar.az"a bu barədə məlumat FHN-nin mətbuat xidmətindən daxil olub. Tədbirdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov iştirak edib. Nazir istifadəyə verilən mənzillərin şəraiti ilə tanış olub. O, mənzillərin açarlarını sahiblərinə təqdim edib. Qeyd edək, 12 mərtəbəli bina 144 mənzildən ibarətdir. Bunlardan 48-i 3 otaqlı, 96-sı isə 2 otaqlıdır. |
2013-12-10 | 3,810 | Tofiq Yaqubludan "Azadlıq"a etiraz | Qəzet siyasi məhbusun yazısının özək abzasını çıxaramağı, yazını "Yeni Müsavat"ın əleyhinə çevirməyi üstün tutub Məlum olduğu kimi, dünən Müsavat Partiyası başqanının həbsdə olan müavini, "Yeni Müsavat" qəzetinin köşə yazarı Tofiq Yaqublunun "Azadlıq" qəzetində yazısı dərc olunmuşdu. Həm adı çəkilən qəzetin bəzi əməkdaşları, həm də bəzi siyasi funksionerlər bu faktı ("Yeni Müsavat"ın köşə yazarının öz yazısını "Azadlıq"da dərc etdirməsini) "Yeni Müsavat"ın əleyhinə çevirərək yazırdılar ki, bunun özü çox şeydən xəbər verir. Yəni "Yeni Müsavat"a öz yazarından etiraz var və bu yazar kimin haqlı, kimin daha mübariz olduğunu, hakimiyyətdən çəkinmədiyini, ixtisara yol vermədiyini yaxşı bilir. Bu gün məlum olur ki, "Azadlıq" qəzeti Tofiq Yaqublunun məqaləsini ixtisarla dərc edib. Bu barədə xəbər tutan siyasi məhbus vəkili Nemət Kərimlidən öz fikirlərini "Yeni Müsavat"a və "Azadlıq" qəzetinə çatdırmağı istəyib. Aldığımız məlumata görə, T.Yaqublunun yazısında ixtisar olunan abzasda söhbət "Yeni Müsavat"ın Baş redaktoru Rauf Arifoğlunun dövlət başçısına "Jurnalistlərin dostu" mükafatının verilməsi mərasiminə qatılmasından bəhs olunub. T.Yaqublu senzuradan keçməyən həmin abzasda baş redaktorun bu hərəkətlə medianın problemlərini qaldırmasını, öz qəzetinin xilası üçün atdığı addımı bəyəndiyini, hətta alqışladığını yazıb. Ancaq "Azadlıq" qəzeti bu abzası ixtisar edərək, yazını öz mənafeyinə uyğunlaşdıraraq yaymağı üstün tutub ("Musavat.com") |
2013-12-10 | 3,811 | Daha bir icra başçısı özünə gənc müavin seçdi | Tərtər rayon icra başçısı Ceyhun Cəfərov icra hakimiyətində kadr dəyişiklikləri həyata keçirib. Tərtər Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, icra başçısı Tərtər rayonunun YAP-ın sədri Ramiz Şabanovu özünə birinci müavin təyin edib. Bu vəzifəni daha öncə bir müddət əvvəl işdən çıxarılan Vidadi Bəylərov yerinə yetirirdi. C.Cəfərov Humanitar məsələlər üzə müavin vəzifəsinə 28 yaşlı Elvin Umudovu təyin edib. O, bundan əvvəl Rayon Gənclər idman idarəsinin rəisi vəzifəsində işləyib (Azvision.az). |
2013-12-10 | 3,812 | Avromeydan: Avropanın ən böyük mitinqi! | Avromeydan Avropa İttifaqı tarixində ən böyük tərəfdar toplayan mitinqdir. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Avropa Parlamentinin üzvü, Belçikanın keçmiş baş naziri Qi Verxovstat çıxış edib. O, Rusiyanın narahatçılığını nəzərə almağın elə də vacib olmadığını söyləyib: "Aydındır ki, ukraynalılar öz seçimlərini edəcəklər və biz ümid edirik ki, bir daha güc tətbiq edilməyəcək". |
2013-12-10 | 3,813 | İrandan Peresə sərt cavab | İsrail prezidenti Şimon Peresin İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşə hazır olduğu istiqamətindəki açıqlamalarına İrandan mənfi cavab gəlib. İran tərəfi bildirib ki, sionist rejimin rəsmiyyətini tanımırıq. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu mövzuyla əlaqədar jurnalistlərin suallarına cavab verən İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Afham bildirib ki, İran İslam Respublikasının Sionist rejim haqqındakı fikir və düşüncələrində heç bir dəyişiklik olmayıb və olmayacaq: "Sionist rejimin rəsmiyyətini tanımırıq", - deyən Afham bildirib ki, bu cür açıqlamaların sözügedən rejimin içində olduğu qapalılıqdan xilas olmaq üçün istifadə etdiyi reklamdan başqa bir şey deyil: "Sionist rejim müsəlman ölkələrdə cəmiyyətə təsir etməyə çalışır". Qeyd edək ki, İsrail prezidenti Şimon Peres Təl-Əvivdə təşkil edilən bir konfransda İranlı həmkarı Həsən Ruhani ilə görüşə hazır olduğunu və İranı düşmən olaraq görmədiklərini söyləmişdi. |
2013-12-10 | 3,814 | “İqtidarla münasibətim çox normaldır” | "Mənim gəlirim yoxdur, öz gəlirim ara-bir olur. Ancaq ailəmin və yaxınlarımın gəliri var. İndi elə böyük gəlirə də ehtiyacım yoxdur". Bu sözləri Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən və Müstəqillik Aktına imza atan deputatlardan biri Etibar Məmmədov "Publika.Az"a müsahibəsində deyib. Pedaqoji fəaliyyətlə məşğul olmadığını deyən E.Məmmədov siyasi fəaliyyətə də ehtiyac qalmadığını bildirib. Özündən sonra yeni nəsil yetişdirməklə bağlı suala isə MİP-nın lideri belə cavab verib: Hazırda müxalifət və iqtidarla münasibətlərinin normal olduğunu deyən E.Məmmədov gələcək planları və siyasi fəaliyyətini bərpa-edib-etməyəcəyi ilə bağlı sualları cavablandırmaqdan yayınıb. |
2013-12-10 | 3,815 | Şeyxin xahişinə Prezidentdən reaksiya | Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Bakının Səbail rayonundakı Mustafa Sübhi küçəsinin adı dəyişdirilərək Nabat Aşurbəyova adlandırılıb. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu barədə BŞİH başçısı Hacıbala Abutalıbov bu gün sərəncam imzalayıb. Qeyd edək ki, Mustafa Sübhi (1888-1921) Türkiyə Kommunist Partiyasının lideri, Nabat Aşurbəyova (1795-1912) isə məşhur Azərbaycan xeyriyyəçisi olub. Təzə Pir məscidi onun şəxsi vəsaiti ilə tikilib. Özünün və oğlu Hacı Abbasqulunun məzarları məscidin giriş qapısındadır. Təzə Pir məscidi keçmiş Mustafa Sübhi, bu gündən Nabat Aşurbəyovanın adını daşıyan küçədə yerləşir. Nabat xanım dövlətli Bakı taciri Hacı Musa Rza Rzayеvin həyat yoldaşı olub. Onların izdivacından bir oğlan (Hacı Abbasqulu Rzayеv) və 2 qız - Əşrəf (Zülеyxa) xanım və Gülbəstə xanım dünyaya gəlib (APA). Xatırladaq ki, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Təzə Pir məscidinin yerləşdiyi küçənin adının dəyişdirilməsi ilə bağlı Bakı meri Hacıbala Abutalıbova müraciət etmişdi. Bakı meriyasından isə bu işin onların səlahiyyətində olmadığı bildirilmişdi. Prezident İlham Əliyevin tövsiyyəsindən sonra Bakı İcra Hakimiyyəti məsələni dərhal həll edib. |
2013-12-10 | 3,816 | Sabir Rüstəmxanlının əsərləri xaricdə nəşr edildi - Foto | Bu il xalq şairi, millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlının "Ömür kitabı" adlı əsəri Böyük Britaniyada ingilis dilində - Sabir Rustamkhanlı. "My road of lite" - nəşr olunub. Bu barədə DAK mətbuat xidmətindən məlumat verilib. S. Rüstəmxanlının "Göy Tanrı" romanının birinci hissəsi isə Almaniyada almanca - Sabir Rustemkhanlı. "Der Himmels Gott" nəşr edilib. Məlumat üçün bildirək ki, kitabların satış ünvanlarını internet vasitəsilə elektron kataloqlarda tapmaq mümkündür. |
2013-12-10 | 3,817 | 15 manat borc alıb, ANS-ə gəldim – Foto | Küçədə gecələyən, yatmağa quru torpaqdan başqa yeri olmayan, valideyn qayğısından məhrum uşaqlar tez-tez rastımıza çıxır. Onlara əhəmiyyət vermədən yanlarından keçib gedirik. Ancaq nə yaxşı ki, kimsəsiz, yurdsuz-yuvasız küçə uşaqlarının qayğısına qalan sığınacaqlar var. Belə sığınacaqlardan biri də "Balababa Məcidov-82" ünvanında yerləşən "Azərbaycan Uşaqlar Birliyi"nin nəzdində yaradılıb. "Axar.az" olaraq biz də uşaqların sığınacaqdakı yaşayışı, gün-güzəranı ilə maraqlanmaq istədik. Darvazada bizi sığınacaqda yaşayan uşaqlardan biri qarşıladı. Əvvəlcədən xəbər verdiyimiz üçün bizdən heç bir şey soruşmayıb, salamlaşaraq içəri dəvət etdi. Pənah yeri Həyətdə üç ev var, bunlardan ikisi sığınacaq üçün nəzərdə tutulub. Bir qədər hündür ikiotaqlı, səliqəli kiçik ev valideyn himayəsindən məhrum olmuş azyaşlı uşaqlar və yaşından asılı olmayaraq qadınlar üçün nəzərdə tutulub, birmərtəbəli başqa kiçik ev isə oğlanlar üçün. Anama nifrət edirəm Əvvəlcə qadınların yaşadığı sığınacağa baş çəkdik. İçəri çox səs-küylüydü. Burada 2-3 yaşlı valideyn qayğısından məhrum 10-12 uşaq var. Üç nəfər gördüyü zorakılıq üzündən evdən qaçan 19-22 yaşlarında qız. Onlarla söhbət edirəm, sığınacağa necə gəlmələri, burdakı həyatları barədə. 22 yaşlı Türkan anasının üzündən evdən qaçdığını deyir. - Anama nifrət edirəm, onu heç vaxt görmək istəmirəm. Həmişə məni döyürdü evdə. Evin böyük qızıyam. Anam atamdan ayrılmışdı deyə, bütün hirsini mənim üstümə tökürdü. Türkan küçə uşaqlarının sığındığı yerdə özünü çox rahat hiss edir. Bir həftədir ki, evlərindən qaçıb. Ucar rayonundandır. Dediyinə görə, anası onu oxumağa qoymayıb, 13 yaşında ərə vermək istəyirmiş. Deyir ki, uşaq da olsa, anasına qarşı çıxa bilib. - Çox zorakılıq görmüşəm, indi artıq rahatam. Anam məni o qədər ac saxlayıb ki, mədəm xəstəliyə düşüb, müalicə alandan sonra, oxumağı, yazmağı öyrənmək istəyirəm. Türkan Huseynova bir daha evlərinə dönmək istəmir. Onun həyatı sığınacaqdan başlayır, geridə qalan günləri silmək istəyir həyatından. Hər kəsin öz hekayəsi var bu sığınacaqda. Onların da qayğıya, diqqətə ehtiyacı var. Kimisi ailə zorakılığından, kimisi uşaq vaxtı küçəyə atıldığından ürək yanğısı ilə danışır. Burada həyat mənə nağıl kimi gəlir 19 yaşlı Əfsanə deyir ki, bütün o dəhşətlərdən sonra sığınacaqdakı həyat ona nağıl kimi gəlir. Üç il qabaq valideynlərinin hər iksini itirən Əfsanə iki il xalasının himayəsində qalıb. Amma xalası onu hər gün döyüb, anasını təhqir etdiyindən, artıq orda qala bilməyib və evdən qaçıb. Elə o gündən sığınacaqda yaşayır. Boş vaxtlarında burda təmizlik işlərinə baxdığını deyir. İngilis dilini öyrənir. Sığınacaq o qədər də böyük deyil. Buna baxmayaraq, burda bir rahatlıq hiss edir adam. Sanki qışın soyuğuna, yayın istisinə baxmayaraq, küçələrdə yatan uşaqların, diqqətdən–qayğıdan kənar körpələrin arzularının ünvanıdır bura. Burda danışdığımız, söhbətləşdiyimiz hər kəsin arzuları, istəkləri onların keçmişini, dəhşətli həyat hekayətlərini öz kölgəsində qoyur. Təkcə Nadirdən başqa. Nadir ümidsizdi və nə edəcəyini bilmir. İki həftədir ki, sığınacağa pənah gətirib. Valideynlərini 6 yaşından itirib. Bundan sonra nənəsi onu Gəncə şəhər Uşaq evinin himayəsinə verib. On altı yaşına qədər burda yaşayıb, uşaq evindən çıxanda nənəsinin yanına qayıdıb. Nənəsi rəhmətə gedəndən bəri, özünün dediyi kimi, küçələrdədir. Əmim oğlu deyir, səni öldürəcəyik - Mən uşaq evindən çıxanda əmimgil bizim evdə yaşayırdı. Mən isə nənəmlə qalırdım. O da rəhmətə gedəndən sonra mən öz evimi istədim. Əmimgil gədəbəylidir. Çox zalımdırlar. Onlarla bacara bilmirəm. Əmim çox içir, həyat yoldaşı da çox amansızdır. Gücüm çatmır onlara. Atam-anam sağ olanda bizim evimiz var idi, onlar öldü, evimizə əmimgil sahib çıxdı, məni də evə qoymurlar. 8 sot torpaq sahəm var idi. Onu da əmim oğlu əlimdən alıb, özünə ev tikib. Əmim oğlu deyir, torpağını alsan, səni öldürəcəyik. 15 manat borc alıb ANS-ə gəldim Nadir Məmmədov ANS telekanalına "Adam içində" verilişinə çıxıb, dərdini anlatmaq və bəlkə o verilişdə ona kömək edərlər deyə, Bakıya üz tutub. - Bura Bakıya gəlmək üçün 10 manat birindən, 5 manat birindən borc pul aldım. Bakıda bir gün küçədə yatdım. ANS də verilişə çıxdım. Ancaq nə xeyri. Nadir mülklərini əmisigildən almaq üçün vəkilə ehtiyacı olduğunu deyir. ANS telekanalında "Adam içində" verilişindən sonra ona kömək ediləcəyinə ümid edir. Sığınacağa da elə "Adam içində" verilişinin köməkliyi ilə gəldiyini bildirir. Bakı adamı qorxudur Uşaq yaşından uşaq evində böyüdüyü üçün dünya görüşünün dar olduğunu deyir. Nadir üçün Bakı çox böyük şəhərdir. Burda yaşamaq ona çox çətin gəlir. Gəncə ilə Bakı çox fərqli olduğunun soruşuram. - Gəncə çox balacadır, Bakı çox böyük. Burda yaşamaq çətindir. Heç yeri tanımıram. Arada çıxıb sığınacaqdakı uşaqlarla gəzirik bir az. Bakı adamı qorxudur. Nadir bizimə söhbəti boyu başını qaldırmır, hərdən başını qaldırıb mənə baxanda üzü qızarır, gözlərinin dolduğunu hiss edirəm. O isə: "Vallah, bilmirəm axırı necə olacaq" kəlməsindən tez-tez istifadə etdiyindən ümidsizliyini anlamaq çətin olmur. Ondan necə bir həyatda yaşamaq istədiyini soruşuram, yenə də üzündəki ifadə dəyişir, kədərli səslə: "Arzular o qədərdir ki, evim olsun, ailəm olsun. Evim-eşiyim olmayandan sonra necə ailə qurum?" – deyir. Əsas işimiz baxımsız uşaqlarla işləməkdir Azərbaycan Uşaq Birliyi təşkilatının rəhbəri Kəmalə Ağazadə sığınacağı təşkilatın nəzdində yaratdıqlarını deyir: - Sığınacağın 17 nəfər daimi sakini var, bunların 10-12-si balaca uşaqlardır. Burda müvəqqəti yaşayanlar da olur, 3-4 həftəyə, 2-3 aya yenidən normal həyatlarına qayıdırlar. Əsas işimiz baxımsız uşaqlarla işləməkdir. Reabilitasiya keçib ailələrinə qaytara biliriksə, qaytarırıq, qaytara bilmədiklərimiz də olur, küçədən gətirdiklərimiz də. Kəmalə xanımla söhbəti bitirəndə deyir: "Arzu edirəm ki, elə bir gün gəlsin ki, sığınacağa heç bir uşağın ehtiyacı olmasın". Elə biz də bir gün Nadirin və onun kimi sığınacaqda yaşayan bütün uşaqların evlərinə dönməsi ümidi ilə Kəmalə xanımın arzusuna qoşuluruq. Heç bir uşaq valideyn qayğısından, diqqətindən kənarda qalmasın. |
2013-12-10 | 3,818 | Ruslar Əliyevə Sərkisyandan daha çox inanır - Sorğu | Qazaxstan və Belarus prezidentləri rusların ən çox inandıqları liderlərdir. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi çıxış edib. Sorğunun nəticələrinə əsasən, üçüncü yeri 10% səslə Viktor Yanukoviç tutub. Azərbaycan prezidenti İlham Əliyev isə 5%-lik səslə rusların ən çox inandığı liderlər arasında dördüncü yerə layiq bilinib. Siyahıda növbəti yerləri Qırğızıstan, Ermənistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan və Moldova liderləri bölüşüblər. Sorğu Rusiyada 1600 nəfər arasında keçirilib. Qeyd edək ki, Rusiyanın forpostu sayılan Ermənistanın liderinə rusların daha az inanması sorğuya marağı artırıb. |
2013-12-10 | 3,819 | Prezidentlərin görüşü bitdi | Yanukoviç dekabrın 1-də həbs olunanları azad edəcək. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ukraynanın ilk prezidenti Leonid Kravçuk çıxış edib. Dəyirmi masada iştirak edən eks-prezident hazırkı ölkə rəhbərinin buna söz verdiyini deyib. Prezidentlərin görüşü ilə bağlı verilmiş rəsmi açıqlamada isə Yanukoviçin hökumət və müxalifət rəhbərləri arasında görüşlərin keçirilməsinə razı olduğu da bildirilib. |
2013-12-10 | 3,820 | Mandela 50 illik düşmənləri görüşdürdü | Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandela üçün rəsmi mərasim təşkil olunub. Bu gün Cənubi Afrikanın eks-prezidenti, dünyanın azadlıq simvolu Nelson Mandela üçün Consburqda rəsmi anım mərasimi təşkil olnub. 95 min nəfərlik Sovetodakı "FNB" stadionunda təşkil olunan anım mərasimində doxsana yaxın dövlət başçısı iştirak edib. Obama Kuba lideri ilə salamlaşıb Mərasimin ən diqqət cəlb edən anlarından biri ABŞ prezident Obamanın təxminən əlli ildir düşmən ölkə Kuba lideri Fidel Kastronun qardaşı, Raul Kastro ilə əl sıxışması olub. |
2013-12-10 | 3,821 | Güc nazirlərimiz səfirlərlə görüşdü | Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla İran arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə İran Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Əmir Fərəci Moez də iştirak edib. Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov isə Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempeli qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir bu münasibətlə onu təbrik edib, ölkəmizdəki diplomatik fəaliyyətində ona uğurlar arzulayıb. İkitərəfli əməkdaşlığın ATƏT, BMT, Avropa Şurası və digər təşkilatlar çərçivəsində həyata keçirildiyini də deyən R.Usubov ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların ekspertlərinin, o cümlədən alman mütəxəssislərin də rolu olduğunu, qanunların icrasına böyük önəm verildiyini diqqətə çatdırıb. Beynəlxalq qurumların xətti ilə şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması yönündə keçirilən layihələrdə, seminar-treninqlərdə Almaniyadan olan ekspertlərin də yaxından iştirak etdikləri, buna misal olaraq "Kütləvi iğtişaşların qarşısının alınmasında polisin fəaliyyətinə dair" təlim-seminarların təşkil olunduğu nəzərə çatdırılıb. Sonra səfirə DİN-in əsas funksiyaları və vəzifələri, eləcə də kriminogen durum barədə ətraflı məlumat verilib. Daxili İşlər naziri cinayətkarlıqla mübarizədə qazanılmış uğurlardan danışıb, sabitliyin, əmin-amanlığın nümunəvi təmininin ölkə vətəndaşları ilə bərabər, əcnəbilərin də təhlükəsizlik şəraitdə yaşayıb işləmələrinə, ölkəmizin iqtisadiyyatına külli miqdarda xarici kapital qoyulmasına əlverişli şərait yaratdığını vurğulayıb. Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən xanım H.Tempel görüşün Beynəlxalq İnsan Hüquqları Gününə təsadüf etdiyini xatırladaraq, istənilən ölkə üçün daxili sabitliyin, təhlükəsizliyin təmin olunmasının əsas vəzifələrdən biri olduğunu, bu istiqamətdə Azərbaycanın daxili işlər orqanlarının böyük işlər gördüyünü diqqətə çatdırıb, müasir dövrdə insan hüquqlarına və qanunların aliliyinə riayət edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. |
2013-12-10 | 3,822 | Ərdoğanı prokurorluğa çağıracaqlar | Türkiyənin "Tərəf" qəzeti və Baransunun vəkili Veysəl Ox Respublika Baş Prokurorluğuna ərizə təqdim edib. Təqdim olunan ərizədə Baş nazir Rəcəb Tayyib Ərdoğandan şikayət edilib. Şikayətə səbəb isə Baş nazirin dekabrın 7-də etdiyi çıxışında qəzeti vətənə xəyanətdə günahlandırmasıdır. 50 min TL təzminat Ərizədə Baş nazirin "vətənə xəyanət" sözləriylə qəzeti hədələməsi ilə qurumun nüfuzuna xələl gətirməsi əsas gətirilərək ondan 50 min tl təzminat tələb olunub. Xatırladaq ki, R.T.Ərdoğan son çıxışlarından birində "indi baxıram, bəzi media qrumları əl-ələ veriblər. Dövlətin sirlərini faş etməyin adı azadlıq deyil, vətənə xəyanətdir" sözlərini işlədərək "Tərəf" qəzetinin adını çəkib. |
2013-12-10 | 3,823 | Nəqliyyatda qiymət dəyişikliyinin statistikası – Rəsmi | Statistika komitəsi ötən ay ərzində nəqliyyat sektorunda olan qiymət dəyişiklikləri barədə statistik göstəricini təqdim edib. "Axar.az"ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərdə bildirilir ki, bu ay ərzində nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə 2,1 faiz bahalaşıb. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşıb. Hava nəqliyyatında da qiymət dəyişiklikləri özünü göstərməkdədir. MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 1,0 faiz, digər xarici ölkələr üzrə isə 1,3 faiz bahalaşıb. Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə isə 1,5 faiz ucuzlaşma müşahidə edilib. Qeyd edək ki, boru kəməri vasitəsilə neftin nəql olunma tarifində də bahalaşma müşahidə olunub. Burada isə artım 4,0 faizdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.