date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-12-11 | 3,932 | Prezidentin qızı Beynəlxalq Məhkəməyə üz tutur | Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın əvəzinə saxta Tvitter səhifəsi işlədənlər beynəlxalq məhkəməyə veriləcək. Bu informasiyanı Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova özünün Tvitter səhifəsində yazıb. Mənbənin fikrincə, Tvitterdə onun əvəzində səhifə işlədənlər pullu sifarişlə işləyənlərdir. Gülnarə Kərimova hesab edir ki, ona qarşı kompramat materiallar yazanlar "UzReport" özbək saytının yaradıcısı Rövşən Curayev, bacısı Lolanın əri Timur Tillayev və "Fergana.ru" saytının baş redaktoru Daniil Kislovdur. (ANS) |
2013-12-11 | 3,933 | Redaksiya basıldı, yoxsa QHT Şurası şantaj olundu? | "Cumhuriyyet.az" saytı 11 dekabr saat 14:00 radələrində basqına məruz qalıb. Bu barədə məlumat saytda və sosial şəbəkələrdə yayılıb. Saytın redaksiyası iddia edir ki, basqını Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev təşkil edib. Saytın iddialarına görə, özünü QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbu orqanının baş redaktoru Şahin Məhərrəmov kimi təqdim edən şəxs və daha bir nəfər redaksiyaya gələrək rəhbərliyi təhdid edib. Yayılan məlumatda bildirilir ki, redaksiyaya gələn şəxslər etirazlarını Cumhuriyyet.az saytında yer alan "QHT-lərə səlib yürüşü və Azay Quliyevin maxinasiyaları" başlıqlı yazıyla əsaslandırıblar: "Etirazını bildirən bu şəxslərə qarşı tərəfin mövqeyini dərc edə biləcəyimizi desək də, onlar bununla razılaşmadı. Özünü Şahin Məhərrəmov kimi təqdim edən şəxs "Yeni Cumhuriyyət" qəzetinin və "Cumhuriyyet.az" saytının Baş redaktoru Nəsimi Şərəfxanlını açıq şəkildə təhdid etdi: "Bu yazını çıxartmasan və bir də bizim idarə haqda yazsan sənin cavabını küçədə verəcəyik, mənim itirdiyim adam tapılmır". Məsələyə aydınlıq gətirmək üçün "Axar.az" olaraq Şahin Məhərrəmovla əlaqə saxladıq. QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbu orqanlarına nəzarət etmədiyini və bu sahəyə heç bir aidiyyəti olmadığını bildirən Ş.Məhərrəmov "Cumhuriyyet.az" saytını növbəti dəfə yalan məlumat yaymaqda suçladı: "Nəsimi Şərəfxanlı artıq uzun müddətdir ki, Şuraya qarşı böhtanlar yağdırır. Bu dəfə mənim adımı çəkmişdi və "QHT xeber" saytının rəhbəri Sənan Nəcəfovla birlikdə redaksiyaya öz etirazımı bildirmək üçün getdim. Əvəzində isə N.Şərəfxanlı mediaya belə bir açıqlama göndərib, bir daha mənə şər atdı". "QHT xeber" saytının redaktoru Sənan Nəcəfov isə bildirdi ki, "Cumhuriyyet.az" saytının redaksiyasına Şahin Məhərrəmov onun təklifi ilə gedib: "Əvvəla, Şahin Məhərrəmov Şurada işləyən 4-5 mühasibdən biridir, onun media qurumlarına heç bir aidiyyəti yoxdur. Yazıda qeyd olunurdu ki, guya Şahin Azay Quliyevin qohumudur, halbuki onların heç bir qohumluq əlaqəsi mövcud deyil. Mən də Ş.Məhərrəmova təklif etdim ki, gedək, Nəsimi Şərəfxanlının böhtan kampaniyasını genişləndirmə və sənin adını ora daxil etmə səbəbini öyrənək. Doğrusu, bir həmkar kimi getdim ora və düşündüm ki, nə qədər olmasa da, bir-birimizi anlaya bilərik. Maraqlıdır ki, Nəsimi Şərəfxanlı "Gündəm-xəbər" qəzetinin redaktoru olarkən da belə böhtanlar yazırdı. Etiraz etdik və o, qəzetində təkzib verdi, yanlış məlumatlar əsasında yazdığını etiraf elədi. Ancaq "Gündəm-xəbər"dən uzaqlaşandan və "Cumhuriyyet.az" saytına redaktor gələndən sonra yenidən böhtan kampaniyasına başladı. Əhəmiyyət vermədik, çünki artıq onun şantaj və reketlik yolunu tutduğunun fərqində idik. Ş.Məhərrəmovun adını hallandırmağa başlayanda isə ora getmək və görüşmək istədim. Söhbət etdik, N.Şərəfxanlı dedi ki, jurnalistəm, nə istəyirəm yazıram və s. Ancaq heç inanmazdım ki, biz ordan uzaqlaşandan sonra N.Şərəfxanlı bizə belə bir böhtan ata bilər. Təəssüf edirəm ki, belə bir hal oldu: biz getdik ki, adam kimi probleminin nədən ibarət olduğunu aydınlaşdıraq, əvəzində isə N.Şərəfxanlının növbəti şər-böhtanı ilə üzləşdik. İndi ora getməyimizə də, onunla söhbət etməyimə də çox peşmanam və həm də təəssüf edirəm ki, bizim sıralarımızda belə "həmkarlarımız" var". |
2013-12-12 | 3,934 | Fenomen | Bu fenomenin arxasında qeyri-adi istedad, ilahi vergi, Tanrının çox nadir şəxsiyyətlərə nəsib etdiyi heyrətamiz yaddaş və işgüzarlıq, Vətən və millət sevgisi, xalqına xidmət amacı dayanır. Ancaq bütün bunlar yenə də o fenomeni aydınlatmaqda acizdir. Çünki elə şəxsiyyətlər də var ki, onlar bir xalqın taleyini, müqəddəratını, gələcəyini müəyyənləşdirir və xalqın tarixini yaradırlar. Belə şəxsiyyətlər təkcə fenomen deyil, dövlətin simvoludur. Dünyada dövlətinin simvoluna çevrilən fenomenlər çox deyil. ABŞ-da Corc Vaşinqton, Türkiyədə Mustafa Kamal Paşa və… Azərbaycanda Heydər Əliyev! Millətlərinin yeni epoxası bu şəxslərin adıyla bağlıdır. Ona görə də Heydər Əliyev Azərbaycan dövlətinin simvolu, dövlətçiliyin banisi, yeni dövrün qurucusu, millətinin taleyini, müqəddəratını həll edən milli lider kimi əbədiləşib. Heydər Əliyev şəxsiyyəti hər şeydən öncə özündə bütün sosial, siyasi, mədəni, mənəvi, milli keyfiyyətləri birləşdirən, qəbul etdiyi hər bir qərarla yaratdığı yeni tarixi dönəmi zənginləşdirən, bütün sahələri mükəmməl bilən böyük istedad, fenomenal qabiliyyət sahibi, genişmiqyaslı strateq, bənzərsiz dövlət xadimidir. Heydər Əliyev Azərbaycan xalqının Türk Dünyasına və dünya siyasətinə bəxş etdiyi nadir fenomendir. Özündən sonra böyük ənənə qoyan Heydər Əliyev heç bir azərbaycanlının nail olmadığı məqamlara ilk olaraq yiyələnib. 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin ilk azərbaycanlı rəhbəri Heydər Əliyev oldu. O vaxta qədər erməni və rus millətinə mənsub şəxslərin çoxluq təşkil etdiyi DTK Heydər Əliyevin gəlişi ilə azərbaycanlıların xeyrinə dəyişdi və yerli kadrların yetişmə ənənəsinin bünövrəsi qoyuldu. Heydər Əliyev Azərbaycan tarixində Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ baş nazirinin birinci müavini olan ilk azərbaycanlı idi. Rəqiblərinin belə etiraf etdiyi kimi, fenomenal, irimiqyaslı və istedadlı dövlət xadimi olan Heydər Əliyev dünyanın superdövləti SSRİ-ni idarə edən yeganə türk kimi təkcə Azərbaycanın yox, həm də Sovet dövlətinin taleyini müəyyənləşdirirdi. Sovet rejiminin "sovet xalqı" adı altında xalqları assimilyasiya etdiyi, rus dili və mədəniyyətinin digər SSRİ xalqlarına təsiri dövlət siyasəti səviyyəsinə qaldırıldığı zaman Heydər Əliyev 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olmasıyla bağlı maddə saldırmağa nail oldu. Həmin vaxt Bakı şəhərindəki 200 orta məktəbdən 173-də rusdilli, 27-də isə Azərbaycan dilində təhsil aparılırdı və faktiki olaraq ana dili təhlükə altındaydı. Heydər Əliyevin atdığı bu addım görünməmiş cəsarət, qeyri-adi uzaqgörənliklə bərabər, xalqın dilini və milli kimliyini qorumaq istəyinin sübutu idi. Sov.İKP MK Siyasi Bürosunun üzvü olan Heydər Əliyev SSRİ baş nazirinin birinci müavini işlədiyi dönəmdə Azərbaycanın maraqları yüksək səviyyədə qorunurdu. Və Azərbaycan bütün dünyada Heydər Əliyevin adı ilə tanınırdı. Təsadüfü deyil ki, Qarabağ münaqişəsi Heydər Əliyevin politbürodan uzaqlaşdırılmasından cəmi bir ay sonra başlandı. Nə qədər ki Heydər Əliyev Azərbaycan və SSRİ rəhbərliyində çalışırdı, ermənilər Qarabağa iddia etməyə cəsarət etmirdilər. *** 70-80-ci illər Azərbaycan mədəniyyətinin qızıl dövrü kimi qiymətləndirilir. Məhz bu illərdə elm, mədəniyyət xadimləri, yazıçılar dövlətin yüksək himayəsi altında idilər – Heydər Əliyev sənət adamlarının maddi və mənəvi ehtiyaclarının ödənilməsi ilə ciddi məşğul olur, onları hər mənada qoruyurdu. Heydər Əliyev söz və sənət adamlarını himayə edir, onların türk milli şüurunu və azadlıq istəyini oyadan yazılarının çapına şərait yaradır, bu azad düşüncəli insanları DTK-nın təzyiqlərindən qoruyurdu. Heydər Əliyevin himayəsi ilə oxuculara çatdırılan bu əsərlər yeni, milli düşüncəli gənclərin yetişməsinə səbəb oldu ki, həmin gənclər Azərbaycan Milli Azadlıq Hərəkatının əsas təkanverici qüvvəsinə çevrildilər. Ermənistanın blokadaya aldığı Naxçıvan Muxtar Respublikasının ən ağır günlərində isə xalqın israrlı tələbi ilə Heydər Əliyev Naxçıvan Ali Məclisinə rəhbərlik etməyə başladı. Dövlət səviyyəsində ilk dəfə olaraq Azərbaycanın milli, üçrəngli bayrağı Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində dalğalandı. Əhalinin yoxsulluq, gərginlik, ümidsizlik içində yaşadığı dönəmdə Heydər Əliyev "Ümid" körpüsü ilə Naxçıvan-Türkiyə münasibətlərinin əsasını qoydu. Heydər Əliyevin şəxsiyyəti və nüfuzu nəticəsində illərlə siyasi və iqtisadi blokadada yaşayan Naxçıvan, Ermənistanın sistemli hərbi müdaxilələrinə baxmayaraq, ərazisinin bir qarışını da düşmənə vermədi. 1993-cü il. Azərbaycan bir neçə yerə parçalanma təhlükəsi qarşısındadır. Vətəndaş müharibəsi labüd görünür. Azərbaycan neftinə sahiblənmək istəyən xarici qüvvələr ölkə rəhbərliyini istədiyi şərtlərə razı salmaq üçün Azərbaycanda ciddi dövlət çevrilişləri hazırlayıblar. Bir-biri ilə mübarizə aparan silahlı qruplaşmalar erməni-rus hərbi birləşmələrinin sistemli hücumları qarşısında geri çəkilir, Azərbaycanın rayonları bir-birinin ardınca işğal olunur. Yoxsulluq, aclıq, səfalət o dərəcəyə çatıb ki, insanlar sabaha inamlarını büsbütün itiriblər. İnflyasiya 100 faizlə ölçülür. Məhz belə şəraitdə xalqın israrlı təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkəni xaosdan, pərakəndəlikdən, qarşıdurmalardan xilas etdi. Bir-biri ilə çəkişən bütün silahlı qruplaşmalar zərərsizləşdirildi. 1993-cü ilin iyun, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hərbi çevrilişlərinin qarşısı alındı. Ölkəni vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev bir güllə belə atmadan, vətəndaş qarşıdurmasına getmədən fitri istedadı, siyasi təcrübəsi və xalqa inamı ilə Azərbaycanı parçalanmadan, uğursuzluqlardan qorudu və siyasi sabitliyi bərpa etdi. Məsələn, adi bir fakt – yeni nəslin yaxşı yadındadır, 2000-ci il noyabrın 25-də Bakıda güclü zəlzələ olanda Heydər Əliyev gecə yarı Prezident Sarayına, işə qayıtdı və dərhal hökumət nümayəndələrinin məsuliyyəti birə-on artdı, xalq əmin oldu ki, ən təhlükəli məqamda prezident öz iş otağındadırsa, deməli, təşvişə səbəb yoxdur, yəni xaosun qarşısını aldı. 1993-cü ildə də beləydi – təkbaşına Gəncəyə getdi, danışıqlar apardı, ən çətin məqamlarda gecə bəzən səhərə kimi iş başında olurdu. Onun xalqla birgə çalışması hamıda bir əminlik yaratmışdı. Xalqda dövlətin, dövlət başçısının necəliyi barədə əski təsəvvürləri də o bərpa etdi. Azərbaycanın dövlətçilik ənənəsi birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Yalnız Heydər Əliyevin gəlişi ilə hakimiyyətə yiyələnməyin yeganə yolunun seçkilərdən keçdiyi barədə təsəvvür formalaşdı. Çeşidli adlarla tarixin ayrı-ayrı zaman kəsimində ziyalıları, dövlət xadimlərini, siyasi və milli liderləri düşündürən Türk Birliyi ideyası heç vaxt fikirlərdən, düşüncələrdən çıxmayıb. Ancaq türk milli idealını gerçəkləşdirmək, bu yolda ilk real addımı atmaq bu vaxta qədər heç bir siyasi liderə nəsib olmamışdı. Heydər Əliyev bu ideologiyanın zamanında həlli üçün zəmin hazırlanması işini ilk olaraq məharətlə yerinə yetirdi – Türkiyə ilə münasibətləri "Bir millət, iki dövlət" müstəvisinə ucaldan ümummilli lider Bakı-Tiflis-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərləri vasitəsilə türk dövlətlərinin böyük iqtisadi əsaslarını hazırladı. Bu transxəzər layihələri təkcə iqtisadi və siyasi deyil, həm də Azərbaycan və Türkiyəni bir-birinə gerçək tellərlə bağlayan kəmərlərdi. Layihələrin davamı olaraq müxtəlif vaxtlarda Qazaxıstan və Türkmənistan qaz və neft ehtiyatlarının Bakı-Ceyhanla nəqlinə dair təkliflər paketi isə Türk birliyinə gedən yolun əsaslarıdır. Böyük İpək Yolu, Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryol xətti də bütün iqtisadi və siyasi strateji əhəmiyyəti ilə bərabər, türk ideallarının gerçəkləşməsi yolunda atılan addımlardır. Heydər Əliyev Türk Dövlətlərinin zirvə görüşlərinin təşəbbüsçüsü və təşkilatçısıdır. Hazırda reallaşan Türk Dövlətləri Parlament Assambleyasının yaradılması ideyasının müəllifi də Heydər Əliyev idi. Türk Birliyinə çalışan Heydər Əliyev həmçinin Azərbaycançılıq ideologiyasının banisidir. Bu ideologiyanın bünövrəsində dayanan türkçülüyü bilir və türk birliyinə gedən yolda atdığı addımlarla Azərbaycanın türk dövlətlərinin mərkəzinə çevrilməsi perspektivlərini görürdü. Tarixən bütün türk dünyasının ideoloji bazasını həmişə azərbaycanlılar təşkil edib. Türk təsəvvüfünün ən ünlü simaları azərbaycanlılardır. Türk birliyi ideyasının müəllifləri də Əlibəy Hüseynzadə, Ə.Ağaoğlu kimi Azərbaycan mütəfəkkirləridir. Heydər Əliyev yenə də böyük azərbaycanlı ideoloq olaraq bu ideyanı yenidən dirçəltdi. Heydər Əliyevi fərqləndirən cəhət isə odur ki, o, bunu təkcə ideologiya kimi gündəmə gətirmədi, həm də reallaşma yollarını göstərdi və ilk cəsarətli addımlarını da özü atdı! *** Heydər Əliyev 1970-ci illərdə başladığı işi davam etdirdi. Azad sözün, fikir plüralizminin, insan haqlarının qorunması yönündə ciddi siyasi addımlar atdı və mətbuat üzərindəki senzuranı, həmçinin ölüm hökmünü ləğv etdi. Azərbaycanı Avropa dövləti sayan Heydər Əliyev qurduğu dövlətin dünya arenasına çıxması, tanınması və güclənməsi yönündə bütün varlığı ilə çalışdı. Və 2000-ci ilin yanvarın 25-də Azərbaycan Avropa Şurasına üzv seçildi. Ordu quruculuğu, peşəkar zabitlərin yetişməsi, dövlətin iqtisadi, siyasi və hərbi gücünün artması Heydər Əliyevin adıyla bağlıdır. Bu gün Azərbaycanın təkcə orduya ayırdığı vəsaitin Ermənistanın bütün dövlət büdcəsinə bərabər olması Heydər Əliyevin 1994-cü ildən başladığı iqtisadi, siyasi və hərbi islahatlarının, düzgün strategiyanın nəticəsidir. Heydər Əliyev bu siyasətin bəhrəsini gələcək nəsillərin görəcəyini bilir və məhz buna da çalışırdı. Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənənin, inam ocaqlarının bərpası da Heydər Əliyevin adı ilə bağlıdır. Allahsız sovet imperiyasının dağıtdığı Bibiheybət məscidini bərpa etdirən Heydər Əliyev keçmiş müsəlman sovet respublikaları içərisində Məkkəni ziyarət edən ilk prezident oldu… Gənclərə qayğı, yeniyetmələrin yüksək ali təhsilə yiyələnməsi, idmanın inkişafı Heydər Əliyevin qarşıya qoyduğu hədəflər idi. Hazırda beynəlxalq yarışlarda Azərbaycan bayrağının tez-tez dalğalanması da Heydər Əliyevin əsasını qoyduğu layihələrin nəticəsidir. İndi Qafqazın ən güclü dövləti Azərbaycandır. Ölkəmizin iqtisadi və siyasi imkanları ildən-ilə genişlənir və bütün bunları Azərbaycan xalqına bəxş edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi heykəl kimi ucalır… Onun həyatı, tərcümeyi-halı çağdaş Azərbaycan dövlətinin bioqrafiyasıdır. Çünki onun tarixini yazan da, yaradan da Heydər Əliyevin özü idi. Nə tarix, nə də millətimiz müstəqil Azərbaycan dövlətinin qurucusu – Ulu öndər Heydər Əliyevin əziz xatirəsini heç vaxt unutmayacaq! Heydər Əliyev – O, Azərbaycan deməkdir! ("Lent.az") |
2013-12-12 | 3,935 | Gürcüstandan Ukrayna xalqına dəstək | "Ukrayna Avropa Birliyinə daxil olmalıdır. Ukrayna xalqı Kiyevdə həyata keçirilən aksiyaların köməyilə hökuməti Avropaya doğru yol almağa məcbur edir". Bu bəyanat Gürcüstan parlamentinin son iclasında səsləndirilib. Gürcüstan parlamentinin yaydığı bəyanatda deyilir: "Gürcüstan parlamenti ukraynalıların azad seçim uğrunda apardığı mübarizəni dəstəkləyir və Kiyevdə dinc nümayiş edənlərə qarşı milislərin amansız davranışını pisləyir. Gürcü xalqı inanır ki, Ukrayna Gürcüstan kimi Avropa ailəsinin tam hüquqlu bir üzvü olacaq və beynəlxalq demokratiya cəmiyyətində layiqli yer tutacaq". (ANS) |
2013-12-12 | 3,936 | Dünyanın ən böyük qələmi - Foto | "Faber-Castelli 9000" adlı qələm Malaziyada Faber-Kastelli binası önündə yerləşən dünyanın ən böyük qələmidir. 2002-ci ildə malaziyalı bir dülgər tərəfindən hazırlanan qələmin hündürlüyü 20 metrdir. Layihə 7000 adam tərəfindən hazırlanıb. Qələmin hazırlanması 2 ilə başa gəlib. "Ginnesin rekordlar kitabı"a dünyanın ən böyük qələmi olaraq düşüb. Əvvəlki rekord da "Faber-Castelli" şirkətinə məxsus olub. Bu 2001-ci ilə təsadüf edib. |
2013-12-12 | 3,937 | Ailənin sevgi məktubları 800 minə satıldı | Rus çar ailəsi Romanovlar sülaləsinə aid əşyalardan ibarət kolleksiya İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda 4,25 milyon dollara satılıb. "Axar.az"ın xəbərinə görə, "Hotel des Ventes"də keçirilən hərracda İ.Nikolayın bacısı Olqaya aid 230 məktub 830 min dollara alınıb. Məktublarda imperiya ailəsinin yaşadığı eşq və hakimiyyətləri dövründə baş verən maraqlı hadisələr əks olunub. Məktublar amerikalı bir dəniz zabiti tərəfindən II Dünya Müharibəsində Almaniyadan götürülüb. Hərracda İ.Nikolayın baldızı Yelena Pavlovnaya hədiyyə etdiyi 66 sm uzunluğundakı farfor isə 1,7 milyon dollara satılıb. Qeyd edək ki, Rus çar ailəsinə aid əşyalar bu günə kimi öz əhəmiyyətini saxlayır. Daha əvvəl də II Nikolaya aid məktub və əşyalar 1,3 milyon dollara satılmışdı. |
2013-12-12 | 3,938 | Stansiyadan bomba tapıldı | İkinci Dünya Müharibəsinin sona çatmasından 65 il keçməsinə baxmayaraq Bavariyanın ikinci böyük şəhəri Nürnnberqdə qatar stansiyasında partlamayan bomba tapılıb. "Axar.az" xəbər verir ki, Nürnberq Bələdiyyəsi tərəfindən verilən açıqlamaya görə, bir metr uzunluğundakı bomba zərərsiz hala gətirilib. İnşaat işləri əsnasında bombanın tapılması ilə qatar və avtobus nəqliyyatı dayandırılıb. Yaxınlığda yerləşən yaşayış evlərindən 1300 vətəndaş təxliyyə edilib. Bomba məhv edilmək üçün İnqolştat şəhərinə aparılıb. |
2013-12-12 | 3,939 | Nəqliyyat müfəttişləri ilə bağlı rüşvət qalmaqalı - Video | Göygöl rayon polis şöbəsinin qarşısında Nəqliyyat Nazirliyinin Gəncədə yerlən Departamentinin əməkdaşları taksi sürücüsü Əsgər Əhmədovdan rüşvət istəyərkən Avropa.info-nun əməkdaşı bu hadisənin video görüntüsünü çəkib. VAZ-2107 markalı 20 AE 283 dövlət qeydiyyat nişanlı maşının sahibi Əsgər Əhmədov da sayta açıqlamasında taksi xidməti ilə məşğul olduğunu və ailəsini çətinliklə dolandırdığını bildirib. Onun dediyinə görə, Nəqliyyat Departamenti onlardan dövlət rüsumundan əlavə rüşvət olaraq aylıq alır. |
2013-12-12 | 3,940 | Ruhi xəstəxanaya quzu gətirdi - Foto | Xalq artisti İlhamə Quliyevanın müayinə olunmaq üçün xəstəxanaya yerləşdirilməsi haqda xəbər vermişdik. "Axar.az"ın "Axşam.az"a istinadən məlumatına görə, bir çox məşhurlarla yanaşı, ATV telekanalında yayımlanan "Özünə bax" zövq yarışmasının siması Ruhi Əliyeva da xalq artistinə baş çəkib. Sənətkarın yanına prodüser Toliklə birgə gedən Ruhi ona bişirilmiş bütöv bir quzu aparıb. Səhhətinin yaxşı olduğu görülən İ.Quliyeva quzunun dadına baxmağı da unutmayıb. |
2013-12-12 | 3,941 | Gəncədə zəncirvari yol qəzası | Dekabrın 11-də saat 23:30 radələrində Gəncənin Şah İsmayıl Xətai prospektində zəncirvari yol qəzası baş verib. "Axar.az" Kəpəz TV-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, "VAZ 2107" və "Priora" markalı avtomobillər Şəmkir istiqamətindən prospektlə şəhərə doğru hərəkətdə olarkən avtoxuliqanlıq edərək öz aralarında yarışmağa başlayıblar. Bu zaman sürətlə hərəkət edən "Priora" markalı avtomobil "VAZ 2107"-ni, sonra digər bir "VAZ 2107"-ni, daha sonra isə yol kənarında dayanan "VAZ 2106" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb. Əraziyə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin müstəntiqləri cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hazırda polis qəzanı törədərək aradan çıxan "Priora"nın sürücüsünü axtarır. |
2013-12-12 | 3,942 | Bakıda ev yandı | "Axar.az" Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda evdə yanğın olub. Yanğın nəticəsində evdə olan əşyalara ciddi ziyan dəyib və evə bitişik tikilmiş fəaliyyət göstərməyən mağazanın lambirdən ibarət tavanı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; |
2013-12-12 | 3,943 | "Vaşinqton tayms"ın Azərbaycana aid xüsusi buraxılışı | Dekabrın 11-də ABŞ-ın nüfuzlu mətbu orqanlarından olan "Vaşinqton Tayms" qəzetinin Azərbaycana həsr olunmuş "Rəngarəngliyi/müxtəlifliyi hiss et" ("Feel the Diversity") başlıqlı xüsusi buraxılışı dərc edilib. Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən verilən məlumata görə, xüsusi buraxılışda ABŞ-ın ictimai-siyasi xadimləri, o cümlədən ABŞ Konqresinin nümayəndələrinin müəllifi olduğu Azərbaycan haqqında məqalələr dərc edilib. Missisippi ştatından olan respublikaçı senator Rocer Vikerin (Roger Wicker )"Azərbaycanın ABŞ-la əməkdaşlığı mürəkkəb regionda demokratiya və təhlükəsizliyi təşviq edir" başlıqlı məqaləsində Azərbaycanın siyasi arenada uğurlarından bəhs edilir, ölkəmizin ABŞ ilə ortaq çağırışlara qarşı birgə mübarizə apardığı bildirilir, terrorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq xüsusilə vurğulanır. Şimali Karolina ştatını ABŞ Nümayəndələr Palatasında təmsil edən respublikaçı konqresmen Hovard Koblun (Howard Coble) "Azərbaycanla müttəfiqliyi qəbul etmək vaxtıdır" başlıqlı məqaləsində Azərbaycanın xüsusilə enerji sahəsində uğurlarından bəhs olunur və uğurlu enerji strategiyasının növbəti parlaq nəticəsi olan "Cənub Qaz Dəhlizi" layihəsi barəsində məlumat verilir. Məqalədə, həmçinin Azərbaycanın İran və Rusiya ilə sərhəd olması faktı önə çəkilərək, belə həssas qonşuluq şəraitində Azərbaycanın müstəqil siyasi xətt istiqamətinə sadiqliyi diqqətə çatdırılır. Texas ştatını təmsil edən konqresmen Cin Qrinin (Gene Green) müəllifi olduğu məqalədə ABŞ-ın Azərbaycanla münasibətlərinin hər iki ölkənin milli maraqlarının qorunması baxımından önəmli olduğu bildirilir. Əhalisinin əksəriyyətinin İslam dininə etiqad etdiyi dünyəvi Azərbaycanın ABŞ-ın Yaxın Şərq regionundakı ən yaxın müttəfiqi olan İsraillə iqtisadiyyat və təhlükəsizlik sahəsində güclü əlaqələr qurduğu diqqətə çatdırılır. Oklahoma ştatından olan respublikaçı konqresmen Cim Bridenstaynın müəllifi olduğu "Xəzər hövzəsinin enerji resursları Amerikanın təhlükəsizliyinə bərabərdir" başlıqlı məqaləsində isə Azərbaycanın siyasi müstəqilliyin saxlanılması yolunda uğurlu siyasi xətt yürütdüyünü və bu çox mühüm amilin qiymətləndirilməli olduğu vurğulanır. Buraxılışda, həmçinin Xəzər regionunda ən böyük telekommunikasiya və informasiya texnologiyaları sərgisi olan "BakuTel-2013" barədə məlumat verilir və Azərbaycan hökuməti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldığı bildirilir (Trend). İlk dəfə olaraq 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları da xüsusi buraxılışda geniş işıqlandırılıb. Xüsusi buraxılışla aşağıdakı keçiddə tanış olmaq olar: http://www.washingtontimes.com/specials/azerbaijan-feel-diversity-special-report/ |
2013-12-12 | 3,944 | Deputatlarımız Ukraynaya getdilər | Milli Məclisin deputatları Ukraynada keçiriləcək təkrar parlament seçkilərini müşahidə etmək üçün dekabrın 12-dən 16-dək Kiyev şəhərində səfərdə olacaqlar. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın, deputat Rüfət Quliyev isə GUAM Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcək müşahidəçilər missiyasına qatılacaqlar. Səfər zamanı deputatlarımız bir sıra seçki məntəqələrində müşahidə aparacaq, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar (Publika.az). |
2013-12-12 | 3,945 | “Twitter”də Böyük Corc Buşun səhifəsi yaranıb | ABŞ-ın eks prezidenti böyük Corc Buş "Twitter"də öz səhifəsini yaradıb. "Biz Barbara ilə ABŞ heyətinə qoşulub CAR-ın keçmiş prezidenti Nelson Mandelanın vida mərasiminə getmək istərdik. Biz CAR sakinləri və Mandela üçün dua edirik". "Axar.az"ın xarici mediaya istinadən xəbərinə görə, bu sözləri Buş özünün ilk və hələki yegənə tvitində yazıb. Öz səhifəsində o, gülümsəyən ağ qara şəklini qoyub. |
2013-12-12 | 3,946 | Bakıda ev partladı: xəsarət alanlar var | Masazırda evdə partlayış baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Partlayış zamanı evin plastik qapısı və pəncərələri qırılıb, divarlarda çatlar əmələ gəlib. Yanğın zamanı evdə 3 nəfər yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
2013-12-12 | 3,947 | Bakı yol polisindən sürücülərə müraciət: Diqqətli olun! | Bakı yol polisi qarlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir. Onun sözlərinə görə, avtomobil əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir. V.Əsədov sürücülərə avtomobili yüksək sürətlə idarə etməməyi, şüşəsiləni işlək olmayan avtomobillərlə yola çıxmamağı, ətrafdakıları yağış suları ilə islatmamağı tövsiyə edir. Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə və ehtiyatlı olmağa çağırıb. Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xəbərdarlıq edib. Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraiti soyuq və arabir yağıntılı olacaq. Arabir güclü şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında dekabrın 12-də gecə və gündüz 0-3 dərəcə isti olacaq (Trend). |
2013-12-12 | 3,948 | Cəbhədə gərginlik: düşmən susdurulub | Cəbhə xəttində gərginlik davam edir. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz və Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2013-12-12 | 3,950 | İlham Əliyev Fəxri Xiyabanda | Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin abidəsini ziyarət edir. "Axar.az"ın əməkdaşının verdiyi məlumata görə, anım törənində Prezidentin ailə üzvləri, həmçinin Baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və dövlətin yüksək çinli məmurları iştirak edirlər. Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib. Xatırladaq ki, bu gün Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı bütün ölkə boyu anım tədbirləri keçirilir. Səhər saatlarından başlayaraq, Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı ictimaiyyət tərəfindən ziyarət edilir. |
2013-12-12 | 3,951 | Bakı qışa təslim oldu - Foto | Bakıya yağan ilk qar şəhərimizin qışa hazırlığının nə səviyyədə olduğunu üzə çıxardı. Bütün Bakı rəsmən ilk qara təslim olub. Yollarda inanılmaz tıxaclar yaranıb, qəzalar baş verir. Nəqliyyatın hərəkətində uzun fasilələr yaranıb. Təmiri yarımçıq yollarda yaranan çala-çökəklər su ilə dolaraq əsil qəza mənbəyinə çevrilib. Müxbirimizin həvəskar fotoaparatla çəkdiyi şəkilləri təqdim edirik. |
2013-12-12 | 3,952 | Leyla və Arzu Əliyevaların Yeni il yolkası - Foto | Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyevanın artıq Yeni il yolkası hazırdır. Azərbaycan Prezidentinin qızları instaqramda yolkanın yanında olan şəkillərini yayıb (Avropa.info). |
2013-12-12 | 3,953 | İstanbul–Bakı aviareysi təxirə düşdü | İstanbul-Bakı aviareysi əlverişsiz hava şəraitinə görə təxirə salınıb. Məlumata əsasən, Türkiyədə bu gün ümumilikdə 48 aviareys təxirə salınıb ki, bunlardan 11-i beynəlxalq uçuşlardır. Qəzetin məlumatına əsasən, təxirə salınan aviareyslər arasında İstanbul-Təbriz, İstanbul-Tbilisi reysləri də var. Dünən Türkiyədə əlverişsiz hava şəraitinə görə 90 daxili aviareys təxirə salınıb (Trend). |
2013-12-12 | 3,954 | ABŞ səfirliyində partlayış | Bu gün Əfqanıstanın paytaxtı Kabulun mərkəzində, ABŞ səfirliyinin yanında partlayış olub. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, partlayış yerinin yaxınlığında, eləcə də NATO-nun qərargahı yerləşir. Partlayış ucbatından ABŞ səfirliyində siqnalizasiya işə düşüb. Təfərrüatlı məlumat verilmir. |
2013-12-12 | 3,955 | Etibar Pirverdiyev işığın qiymət artımından danışdı | "Elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı tərəfimizdən heç bir təklif verilməyib". Bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yanacağın qiymətləri qalxsa da, elektrik enerjisinin qiymətlərində artım gözlənilmir: "Baxmayaraq ki, yanacağın qiyməti qalxıb, əhaliyə enerjinin satışı indiki qiymətdə davam edəcək. Qiymətlərin qalxması ehtimalı da yoxdur". Qışla bağlı elektrik enerjisinin verilməsində fasilələrin yaranacağını istisna etməyən ASC prezidenti, belə hallara qarşı tədbirlər gördüklərini vurğulayıb (APA). |
2013-12-12 | 3,956 | Məbədləri yandıran islamçılar tutuldu | Polis Çistopolenin qeyri-ənənəvi islama etiqad edən bir neçə sakinini saxlayıb. Noyabrın 17-si 22 yaşlı şübhəlinin yanına 30-yaşlı dostu gəlib. O, molotov kokteyli hazırlayıb və şübhəli ilə gecə saat 1-2 arasında planlaşdırılmış cinayət törədiblər. Onlar iki kilsəni yandırıb. Xoşbəxtlikdən keşikçi yanğını tez görüb və alovu söndürməyə müvəffəq olublar. Digər cinayət səhər 5-də baş verib. Onlar "ibadətxana evi"ni yandırıb. Bina külə dönüb. Onların daha hansı cinayətlərdə iştirak etdikləri polis tərəfindən araşdırılır. |
2013-12-12 | 3,957 | Bakı–Sumqayıt yolunda möhtəşəm tıxac – Fotolar | Abşeron yarımadasına yağan qəfil qar Bakı–Sumqayıt yolunda tıxaca səbəb olub. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, gecədən yağan qar səhər saatlarından etibarən Bakı–Sumqayıt yolunda avtomobillərin hərəkətini yararsız vəziyyətə salıb və nəticədə magistral yolda möhtəşəm tıxac yaranıb. Xatırladaq ki, Yol polisi əməkdaşları avtomobillərin hərəkətini nizamlamağa çalışsalar da, bu cəhdlər hələ ki, uğursuz alınır. |
2013-12-12 | 3,958 | Əsgərimiz minaya düşdü | Azərbaycan Ordusunun hərbçisi minaya düşüb. Hadisə cəbhə bölgəsində qeydə alınıb. Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən "N" saylı hərbi hissəsinin əsgəri, 18 yaşlı Cəfərov Nizaməddin Niyazi oğlu minaya düşərək ağır yaralanıb. Yaralı hərbçi hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Qeyd edək ki, N. Cəfərov Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılıb.(apa) |
2013-12-12 | 3,959 | Nazirlik qarla bağlı məlumat yaydı | Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeorologiya Departamenti dekabrın 11-i axşamdan 12-si səhərədək Azərbaycan ərazisində müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat yayıb. "Axar.az" "ETSN"in mətbuat xidmətinə istinadən məlumat verir ki, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 11-i gündüz hava şəraiti əsasən yağmursuz keçib, lakin 11-i axşamdan 12-si səhərədək qeyri-sabit olub, əksər rayonlarda yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub. Qar örtüyünün hündürlüyü Bakıda 6, Rvarudda (Lerik) 40, Altıağacda 29, Gədəbəydə 25, Yardımlıda 23, Xınalıqda 21, Lerikdə 20, Daşkəsəndə 19, Göygöldə 16, Kəlvəzdə 14, Sarıbaşda 13, Ağdərədə 12, Naxçıvanda 11, Şərurda 9, Şamaxıda 7, Şahbuzda 5, Mərəzədə 4, İsmayıllıda 3, İmişli, Lənkəran, Göyçayda 2, Cəfərxan, Biləsuvar, Kişçay (Şəki), Zərdab, Qəbələ, Xaçmazda 1, Quba-Qusar zonasında 20-32 sm-ə çatıb. Şimal-qərb küləyinin sürəti Neftçalada 20, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-23, bəzi yerlərdə 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metr təşkil edib. Qeyd edək ki, əlverişsiz, intensiv qar haqqında xəbərdarlıq 2 gün əvvəlcədən əlaqədar təşkilatlara çatdırılıb. |
2013-12-12 | 3,960 | Azərbaycanlılar Nijeqorodu tərk edir – Kritik | Rusiyanın Nijeqorod əyalətində azərbaycanlılara qarşı münasibət pisləşib. Bu barədə informasiya "Axar.az"a həmin vilayətdə yaşayan bir qrup soydaşımız tərəfindən daxil olub. Soydaşlarımız artıq bölgədə vəziyyətin həddindən artıq pisləşdiyini qeyd ediblər: "Şəhərlərin birində ermənilərlə nasistlərin davası oldu. O vaxta qədər də vəziyyət yaxşı deyildi, lakin indi ondan da ağırdır". Soydaşlarımız artıq xeyli azərbaycanlının Nijeqorodu tərk edib getdiyini də bildirib: "Bilmirəm, nə vaxta qədər olacaq, amma burada çalışmaq artıq mümkün deyil. Vəziyyət o həddə çatıb ki, övladımızı da bayıra buraxanda qorxa-qorxa buraxırıq ki, nə isə olacaq. Əvvəllər belə deyildi, axır iki gündə daha da fəallaşıblar". Bildirilir ki, vəziyyət gün-gündən ağırlaşsa da, vilayət rəhbərliyi və polis dəstələri məsələyə qarışmaqdan imtina edirlər: "İndiyə qədər heç harada əlində avtomat polis görməmişdim. İndi hara getsən, polis görəcəksən, amma nə xeyri, onlar da demək olar ki, işə qarışmırlar". Qeyd edək ki, bir müddət əvvəl Nijeqorod vilayətinin Arzamas şəhərində ermənilərlə nasistlər arasında münasibətlər kəskinləşmişdi. Bundan sonra şəhərdə skinhedlərin bütün miqrantlara qarşı hücumunun artdığı qeydə alınmışdı. |
2013-12-12 | 3,961 | Ermənistan Davudoğlunu mitinqlə qarşıladı - Foto | Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri ilə bağlı hazırda İrəvanda mitinqlər başlayıb. "Axar.az"ın erməni mətbuatına əsasən verdiyi məlumata görə, aksiyanın əsas təşkilatçıları erməni tələbə ittifaqları olub. Hazırda onların İrəvan küçələri ilə hərəkət etdiyi qeyd edilib. Aksiyanın "genosid" və ədalətsizliyə son qoyulması məqsədi ilə keçirildiyi bildirilir. |
2013-12-12 | 3,962 | Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı | "Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov və idarənin əməkdaşı Ramin Qocayevin dəvəti ilə prokurorluğa getdim və orada görüşümüz oldu". Bu barədə jurnalist Anar Niftəliyev məlumat verib. Onun sözlərinə görə, Baş prokurora etdiyi müraciətlə əlaqədar keçirilən bu görüşdə şikayəti dinlənilib: "Həyat yoldaşım, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həkim terroru nəticəsində ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işinin istintaqının ləng getməsi, zərərçəkən kimi istintaqa verdiyim iddialarla bağlı istintaq hərəkətlərinin yubadılması, həmçinin məndə olan qeyri-rəsmi məlumatlar haqqında danışdım". A.Niftəliyev qeyd edib ki, N.Abbasov bu cinayət işinin şəxsən Baş prokuror Zakir Qaralovun nəzarətində olduğu və bununla bağlı xüsusi tapşırıq verdiyi barədə onu məlumatlandırıblar: "Sabahdan başlayaraq, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsində istintaq materiallarının araşdırılacağı və zəruri addımlar atılacağını bildirdilər". Xatırladaq ki, tənqidçi Elnarə Tofiqqızı 20 sentyabr 2013-cü ildə "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişib, 25 sentyabr 2013-cü ildə Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb. |
2013-12-12 | 3,963 | Kiyevdə barrikadaların hündürlüyü 3-4 metrə çatdı | Kiyevin mərkəzində müxalifət tərəfdarları "Azadlıq" meydanında etirazçıların olduğu ərazini qoruyan barrikadaların hündürlüyünü 3-4 metrə qaldırıblar. Barrikadaları qar və buzla doldurulmuş zibil kisələri ilə düzəldilib. Etirazçılar Kreşşatnik küçəsinə gələn ən kiçik dalanları belə, barrikadalarla bağlayıblar. Hazırda Kiyevdə mülayim hava var, qar sürətlə əriyir. |
2013-12-12 | 3,964 | Öcalan Mandelaya çələng göndərdi | PKK lideri Abdullah Öcalanın keçən həftə həyatını itirən keçmiş Afrika prezidenti Nelson Mandelanın cənazə törəninə çələng göndərib. Sosial şəbəkələrdə Öcalan tərəfindən Mandelanın cənazə törəninə göndərildiyi bildirilən çiçəklərin fotoşəkilləri paylaşılıb. "CNN İnternational"ın (SNN İnternəşnl) məşhur xəbər aparıcısı Kristin Amanpur bu fotoşəkillərdən birini paylaşaraq, "Mandelanı həbsxanadan yad etdi. Kürd lider Abdullah Öcalanın cənazə törəni üçün göndərdiyi bu çiçəkləri gördüm", deyə tvit atıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mandelanın Cənubi Afrika bayrağına bürünmüş cəsədi, dünənki rəsmi anım mərasiminin ardından bu səhər hamının ziyarət etməsi üçün paytaxt Pretoriadakı hökumət binasına aparılıb. Mandelanın cəsədi hökumət binasında qaldığı hər günün sonunda təkrar hərbi xəstəxanaya aparılacaq. 95 yaşında həyatını itirən əfsanəvi liderin cəsədi şənbə günü doğma şəhəri Kunuyaya aparılacaq, səhərisi gün isə dəfn ediləcək. |
2013-12-12 | 3,965 | Ağlı-qaralı günlər kadrlarda - Video | null |
2013-12-12 | 3,966 | Qarın ilk qurbanı polis oldu | Ağsu-Kürdəmir avtomobil yolunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Ağsu rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dünən axşam saat 17:00 radələrində Ağsu-Kürdəmir avtomobil yolunun 16-cı km-liyində, Ağsu rayonu ərazisində qeydə alınıb. Kürdəmir rayon sakini, 1958-ci il təvəllüdlü Məmmədov Faiq Balakişi oğlunun idarə etdiyi "Mitsubishi" markalı maşın aşıb. Nəticədə sürücü və onun həmyerlisi olan sərnişin, 1961-ci il təvəllüdlü Hacıbala Ramazan oğlu Bəkirov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin, 25 yaşlı Araz Əfqan oğlu Baxşəliyev isə ağır vəziyyətdə Ağsu Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Məlumata görə, sürücü F.Məmmədov uzun illər polis sistemində çalışıb və bir neçə il əvvəl təqaüdə çıxıb (APA). |
2013-12-12 | 3,967 | ABŞ-ın Ermənistandakı səfiri Bakıya gəlir | Amerika Birləşmiş Ştatlarının Ermənistandakı, Gürcüstandakı səfirləri gələn il Bakıda görüşəcəklər. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev məlumat verilib. Səfirlik rəsmisi Riçard Morninqstarın Ermənistan səfəri zamanı xarici işlər naziri Edvard Nalbandyanla görüşdüyünü deyib. "Görüşdə həmçinin ABŞ dövlət katibinin müavini Erik Rubin və ABŞ-ın Gürcüstan, Ermənistan və Azərbaycandakı səfirləri iştirak ediblər. Bir il bundan öncə belə bir görüş Tiflisdə olub. Gələn il isə ABŞ-ın bu 3 səfirliklərinin görüşü Azərbaycanda olacaq". Qeyd edək ki, görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland və Ermənistandakı səfiri Con Heffern də iştirak edib (Azvision.az). |
2013-12-12 | 3,968 | Müsavat Milli Şuradan kənar qüvvələrlə əməkdaşlığa başlayır | "Müsavat Partiyası Milli Şuradan kənarda olan qüvvələrlə, ictimai təşkilatlarla, şəxslərlə tərəfdaşlarını müəyyən etmək istiqamətində səylər göstərir". Bunu öz açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A.Hacılı deyib ki, partiya Divanın məlum qərarından irəli gələn addımların atılması üçün həm partiya strukturlarında, eyni zamanda digər siyasi tərəfdaşlarla bu istiqamətdə müzakirələri davam edəcək. "Divanın sonuncu qərarını Müsavat Partiyasının Milli Şurada qalması kimi dəyərləndirmək olarmı" sualına isə A. Hacılı belə cavab verib: "Divanda gedən müzakirələrdən uzağa gedən nəticələr çıxartmaq lazım deyil. Müzakirələr davam edir. Müsavat Partiyası həm Milli Şurada olan, həm də bu qurumda olmayan siyasi qüvvələrlə müzakirələr apararaq, öz müttəfiqlərini, əməkdaşlıq edəcəyi tərəfdaşları müəyyən etmək istiqamətində səylər göstəririr". O əlavə edib ki, Müsavat Partiyası demokratik düşərgədə əməkdaşlıq münasibətlərinin qorunmasının tərəfdarıdır: "Bu məsələlər barədə qərarlar tərəfdaşlarla müzakirələrdən sonra qəbul olunacaq. Müttəfiqlik edəcəyimiz qurumları müəyyənləşdirəcəyik" (Aznews.az). |
2013-12-12 | 3,969 | Rusiya Ukraynaya təzyiqini təsdiqlədi | "Biz Ukraynaya Gömrük İttifaqı ilə bağlı danışıqlarda çox təzyiqlər etmişik". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya Baş nazirinin müavini İqor Şuvalov çıxış edib. O, uzun müddət Rusiyanın məhz buna görə qınaq obyektinə çevrildiyini bildirib. İ.Şuvalov həmçinin bu qədər sərtliyin bəzən məhz Rusiyanın təsiri nəticəsində Ukraynanın Avropa Birliyi ilə müqavilə imzalamadığı düşüncəsinin yarandığına şərait yaratdığını söyləyib. |
2013-12-12 | 3,970 | Sərkisyan deputatlara rus dili öyrədir | Ermənistan parlamentində deputatlar üçün rus dili kursları yaradılacaq. "Axar.az" məlumat verir ki, bu informasiya Ermənistan mətbuatında yayımlanıb. Mətbuat dil kurslarının yaradılmasının ölkənin Gömrük İttifaqına daxil olmağa hazırlaşması ilə əlaqədar olduğunu qeyd edib. Qəzetlər bununla Ermənistanın Rusiyaya özlərinin nə qədər etibarlı müttəfiq olduqlarını sübut etməyə çalışdığını yazıb. "Qraparak" qəzeti isə öz etibarlı mənbələrinə istinadlanaraq dil kurslarının təşkil edilməsi ilə bağlı əmrin prezidentin verdiyini bildirib. |
2013-12-12 | 3,971 | Külək Azneft meydanındakı Bayrağı yerə atdı - Foto | Bakının "Azneft" meydanı yaxınlığında quraşdırılan bayraq yerə düşüb. Bayrağın yerə düşməsinə səbəb hava şəritinin sərt olmasıdır və şiddətli küləkdir. Bayrağın hazırkı fotosunu təqdim edirik (Qaynar.info). |
2013-12-12 | 3,972 | Rus mafiyasının üzvləri həbs edildi | "Axar.az" İspaniyanın yerli media orqanlarına istinadən xəbər verir ki, ispan hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya cinayətkar dəstəsinə məxsus olan səkkiz nəfəri saxlayıb. Bu şəxslər çirkli pulların yuyulması, vergidən yayınma və saxta sənədlərin hazırlanmasında şübhəli bilinirlər. İspan polisi qeyd edib ki, bu qruplaşma Moskva cinayətkarlarının birləşdiyi ən böyük dəstələrdən biridir. |
2013-12-12 | 3,973 | Rusiya Çingiz Aytmatovun 85 illiyini qeyd edir | Dekabrın 12-si Rusiya və Qırğızıstan ədəbiyyatının klassiki Çingiz Aytmatovun 85 illiyidir. Bu gün Rusiya Aytmatovun yubileyini qeyd edir. Çingiz Aytmatov rus və qırğız dilində yaradan sovet yazıçısıdır. O, 2008-ci il iyunun 10-u Nürnberqdə vəfat edib. |
2013-12-12 | 3,974 | FHN-nin Akademiyası modernləşdirildi | Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramında Akademiyanın yeni tədris mərkəzinin açılışında iştirak edəcək. "Axar.az"ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 02 iyun tarixli Sərəncamına əsasən yaradılan FHN-nin Akademiyasında kursantların daha müasir və rahat şəraitdə təhsil almaları üçün yeni tədris mərkəzləri tikilib. Tədris üçün nəzərdə tutulan yeni 4 ədəd 9 mərtəbəli binanın açılışı isə Prezident İlham Əliyevin iştirakı ilə 16 dekabrda FHN işçilərinin peşə bayramı günündə ediləcək. Əldə etdiyimiz məlumata görə, yeni binalardan ikisi yalnız dərs keçmək üçün istifadə ediləcək. Artıq həmin binalara müasir tədris ləvazimatları yerləşdirilib. Rusiya Federasiyası, Belarus Respublikası və Ukraynanın Fövqəladə Hallar Nazirliyinin tədris müəssisələrinin auditoriya, laboratoriya, fənn otaqları və poliqonlarında istifadə edilən maket, maneken, qurğu və avadanlıqlardan istifadə prosesi, onların hazırlanması və əldə edilməsi barədə məlumat toplanıb. Hazırda bunların Akademiyada tətbiq olunmasına dair işlər görülür. Bir binada fövqəladə hallarla bağlı süni yaradılan praktiki təlim aparatları quraşdırılıb. Kursantla həmin binada praktiki təlimlər keçəcəklər. Bir bina isə kursantların və Akademiya işçilərinin istirahəti üçün nəzərdə tutulub. Hazırda istifadə edilən tədris binası isə kursantlar üçün yataqxanaya çevriləcək. Bu proses isə mərhələli şəkildə tədris ilinin sonuna qədər həyata keçiriləcək. Həmin bina yataqxanaya çevrildikdən sonra kursantlar indiki kimi bir otaqda 10-12 nəfər deyil, 2-3 nəfər qalacaqlar. Kursantlar üçün otaqda hər bir şərait yaradılacaq. Məlumat üçün bildirək ki, Akademiyada tədris Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirilir. Təhsil müddəti dörd ildir. Kursantlar təhsil müddətində yemək, xüsusi geyim forması, yataqxana ilə təmin olunur və təqaüd alırlar. |
2013-12-12 | 3,975 | Rusiyadan qovulanlar 10 il geri dönə bilməyəcək | Rusiyanın miqrasiya haqqında qanununu pozan şəxslərə ağır cəzalar veriləcək. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib. O, qanunu pozan hər kəsin cəzalandırılacağını qeyd edib. Bununla yanaşı, prezident hər hansı cəza ilə ölkədən qovulan şəxslərin Rusiyaya girişinə 10 il müddətinə qadağa qoyulacağını da söyləyib. V.Putin cəzanın ağırlığının işlənən cinayətin çəkisindən asılı olacağını deyib. |
2013-12-12 | 3,976 | ANS “Alın yazısı”ndakı kadrları niyə kəsdi? – Video | Tanınmış telejurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı, həkim terrorunun qurbanı olan Pərvinə Hüseynova ilə bağlı ANS telekanalında yayımlanan "Alın yazısı" proqramında sujetlər hazırlansa da, kanal rəhbərliyinin tapşırığından sonra görüntülərin efirə getməsi qadağan olunub. Bu cür hal ANS-də ikinci dəfədir ki, baş verir. "Həkim terroru" ilə bağlı hazırlanan proqramın görüntüləri bundan əvvəl də kəsilərək efirə getməyinin qarşısı alınmışdı. Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Elçin Əlibəylinin "Açıq söhbət" proqramında anons edilən kadrlar efirə getməmişdi. Və bu da E. Əlibəylininin insan ölümü ilə alverdə ittiham edilməsinə səbəb olmuşdu. Həmin olayın təkrarı ANS-in öz əməkdaşı olan Afət Telmanqızının yaxını Pərvinə Hüseynovaya aid verilişdə təkrar yaşanıb. "Alın yazısı" proqramında həkim terroru ilə bağlı sujetlər hazırlansa da, kanal rəhbərliyi həmin görüntüləri efirə buraxmayıb. 50 saniyəlik süjetə baxaraq özünüz də əmin ola bilərsiniz ki, verilişin anonsunda Afət Telmanqızı və mərhumun yaxınları həkimlərin əməlləri barədə danışırlar. Amma verilişdə Afət Telmanqızının danışdıqlarını görə bilmədik. Xanım jurnalist efirə gedən videoyazıda ümumiyyətlə gözə dəymədi. Verilişin tam mətni olan videoya baxaraq özünüz də əmin ola bilərsiniz ki,anonsda danışan və həkim terrorunu qeyd edən Afət Telmanqızının dedikləri efirə buraxılmayıb. Anonsla tutuşdurduqda, rəhmətə gedən Pərvinə xanımın ailəsinin danışdıqlarının əsas hissələri də verilişdə görünmədi. "Axar.az" müqayisə üçün anonsu və efirə gedən verilişin özünü təqdim edir. Tərəflərin münasibətini öyrənməyə çalışırıq. |
2013-12-12 | 3,977 | Ərdoğanın müavini dəyişir | Bülənt Arınçın yerinə yeni namizədin adı səslənir. "Axar.az"ın xəbərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan siyasətdən gedəcəyini açıqlayan müavini Bülənt Arınçın yerinə bəzi namizədlər haqqında düşünür. Türkiyə mətbuatı yazıb ki, Ərdoğanın müşaviri Əfqan Ala hazırda Arınçın yerinə ən real namizəddir. Onun 2015-ci ildə hakim partiya tərəfindən millət vəkilliyinə namizədliyinin sürüləcəyi də bildirilir. Əfqan Əlanın Ərdoğana müavin təyin edilməsindən sonra müşavir vəzifəsinə isə daxili işlər nazirinin müşaviri Seyfullah Hacımüftüoğlunun gətiriləcəyi gözlənilir. |
2013-12-12 | 3,978 | Anar Nağılbaz qiymət artımına rep yazır | "Mən də ailə saxlayıram və bu mənim ailə budcəmə zərər vurur. Reper olaraq qiymətlərin bahalaşmasına etiraz kimi bu mövzuda rep yazacağam". Bu sözləri tanınmış reper Anar Nağılbaz ölkədəki qiymət artımına etiraz olaraq "Axar.az"a bildirib. Anar Nağılbaz sənətçilərin qiymət bahalaşmasına göstərdikləri reaksiyalara da münasibət bildirib: "Bir tərəfdən qınamıram, amma bir tərəfdən də qınayıram. Çünki status-kvo deyilən anlayış var, yəni insanlar bir tikə çörəyə görə hər hansı mövzuya fikir bildirməkdən vaz keçirlər. Müğənnilər lazım gələn anda danışırlar, hətta siyasətə də qoşulub, millət vəkili olurlar. Əgər biz demokratik, azad cəmiyyətdə yaşayırıqsa, onda hər hansı bir məsələdə fikrimizi sərbəst şəkildə ifadə edə bilərik. Ümumiyyətlə, qiymətlərin bahalaşması məni çox narahat edir". |
2013-12-12 | 3,979 | Bjezinski Ukraynadan sonra Belarusiyanı hədəf göstərdi | "Əvvəlcə Ukrayna, aradınca isə Rusiya Avropanın bir hissəsi olacaq". "Axar.az" məlumat verir ki, bu sensasiyalı bəyanatla məşhur siyasətçi Zbiqnev Bjezinski çıxış edib. O, Ukraynanın bütün həyatının Avropayla bağlı olduğunu bildirib: "Ukraynanın Rusiyadan üz çevirməsi nifrətlə bağlı deyil. O, sadəcə böyük Avropanın ayrılmaz hissəsidir". Zbiqnev Bjezinski həmçinin tezliklə belə hərəkatların Belarusiyada da başlayacağını qeyd edib. Qeyd edək ki, Zbiqnev Bjezinski hazırda dünyada müasir ABŞ siyasətinin qurucularından biri hesab edilir. O, məşhur "Böyük şahmat taxtası" əsərinin müəllifidir. |
2013-12-12 | 3,980 | Nalbandyan Davudoğlu ilə Qarabağdan danışmayacaq | "Ermənistan - Türkiyə münasibətlərini hər hansı digər məsələlər vasitəsilə yerindən oynadıb yoluna qoymaq uğursuz və məntiqsizdir". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan çıxış edib. O, türk mətbuatının Ermənistanda Davudoğlunun Qarabağ məsələsinin müzakirə edəcəyi haqqında yazdıqlarını da məntiqsizlik adlandırıb: "Biz hər zamankı kimi öz şərtlərimizi deyirik. Danışıqlar üçün heç bir ilkin şərt lazım deyil". |
2013-12-12 | 3,981 | Putin ABŞ-a sərt mesaj göndərdi | "Rusiya heç vaxt hərbi üstünlüyünü əlindən verməyəcək". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib. O, hər kəsə Rusiyanın əlindən hərbi üstünlüyünü almaq barədə düşünməməyi məsləhət görüb: "Rusiya heç vaxt hərbi üstünlüyünü əldən verməyəcək. Bizə qarşı atılan bütün texniki və siyasi addımlara cavab verəcəyik". |
2013-12-12 | 3,982 | Hər birinə 3.860 il həbs cəzası verildi | İspaniyada 3 ETA üzvünün hər birinə 3 min 860 il həbs cəzası verilib. Terrorizmlə bağlı iddialara baxan Beynəlmiləl Məhkəmə hərbi polis ofisinə bombalı hücum etməkdə günahlandırılaraq mühakimə olunan 3 ETA üzvünün hər birinə 3 min 860 il həbs cəzası verib. Ancaq cəza alan ETA üzvləri İspaniyadakı terrorizm qanununa görə ən çox 40 il həbsxanada qalacaqlar. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burqosda 2009-cu ilin 29 iyulunda hərbi polis ofisinə təşkil edilən bombalı hücumda içində təxminən 700 kiloluq partlayıcı maddə olan vasitə partladılıb, amma hücum haqqında əvvəlcədən xəbər tutulduğuna görə ofis boşaldılaraq itkinin qarşısı alınıb. Qeyd edək ki, Bask bölgəsinin müstəqilliyi üçün mübarizə aparan və Avropa Birliyi terror təşkilatları siyahısında olan ETA 2011-ci ilin oktyabr ayında silahlı hücumlarına son qoymağı qərara aldıqdan sonra heç bir hücum reallaşdırmayıb. |
2013-12-12 | 3,983 | Nizami Qocayev məhkəməyə çağırıldı | "Proseslərdən sonra beş yüzə yaxın adam polisə çağırılıb, onlardan pul alınıb" İsmayıllı hadisələri ilə bağlı Şəki ağır cinayətlər məhkəməsində keçirilən prosesdə ilk dəfə vəkillərdən birinin vəsatəti qəbul edildi. Söhbət İsmayıllı rayon polis şöbəsinin rəisi Nizami Qocayev, müavini Şöhrət Kərimov və hadisələr zamanı iştirak etmiş iki jurnalistin prosesə dəvət edilməsindən gedir. Bu məsələni məhkumların yaxınlarından bir çoxu razılıqla qarşılayıb. Rayon ağsaqqallar birliyinin sədri Heybət Balayev deyir ki, bu qərarı alqışlayır: "Nəhayət ki ölkə məhkəmələrinin tarixində nadir rast gəlinən qərarlardan biri də qəbul olundu. Əgər ciddi şəkildə araşdırılsa və iradə ortaya qoyulsa, baş verənlər cəmiyyətə güzgü kimi görünəcək. Artıq hesab edirəm ki, bəziləri öz qazdığı quyuya özü düşəcək". Heybət Balayev deyir ki, onun özü də Şəki ağır cinayətlər məhkəməsinə teleqram vuraraq, prosesdə iştirak etməsini istəyib: "Biz nə vaxtdır bəyan edirik ki, günahsız insanlar məhbəsdə, günahkarlar isə azadlıqdadır. Burada hadisələri sakitləşdirmək istəyi olmayıb, məhz polis şərait yaradıb ki, olaylar məcrasından çıxsın, böyüsün, xaos yaransın. Orada beyni qızmış, əsəbləri gərilmiş cavanlar olub və qızışdırmalardan sonra moteli yandırıblar. Sonra da polis onları həbs etməyə başladı. Proseslərdən sonra beş yüzə yaxın adam polisə çağırılıb, onlardan pul alınıb. Adam var ki, iki oğluna görə 5 min pulu alınıb". Həbsdə olan Xəyal Şaranovun atası Sergey Şaranov: "Qərarı alqışlayıram. Mən demirəm ki, konkret kimsə günahkardır. Qoy həmin vaxtlarda hadisə yerində olan məmurlar, polislər, jurnalistlər məhkəməyə dəvət edilsinlər. Yaxşıca araşdırsınlar görək bu nə idi, kimlər bunu etdilər? Allah haqqı gedib-gələ bilmirik, imkansızlıqdır. Xəyalın bir yaşı tamam olmamış övladı var. Ailəmizin heç yerdən gəliri yoxdur. İndi özünüz təsəvvür edin də necə durumdayıq?! Üstəlik məhkəməni də oyun-oyuncağa çeviriblər". Polis rəisi və müavininin məhkəməyə çağırılmasının vəziyyəti dəyişməyəcəyini güman edənlər də var. Onlar düşünürlər ki, bu qərar mərkəzi hakimiyyətlə razılaşdırılıb və bir jesti xatırladır. Sonda məhkəmə yenə yuxarıdan gələn sifarişi əsas götürəcək. Həbsdə olan Şakir Mustafayevin anası Əminə Mustafayeva da deyir ki, axırıncı prosesdən sonra baş verənlər onda məhkəməyə qarşı inamsızlıq yaradıb: "O üzdən heç nəyə inanmıram. Həmin prosesdə Tofiq Yaqublu dedi ki, bu hadisələr məmur övladlarının qudurğanlığı nəticəsində baş verib. Bu gün İsmayıllının mərd oğulları həbsdədir. Həmin an dövlət ittihamını müdafiə edən iki nəfər prokuror onun sözünü kəsdilər. Həmin an mən özümdən asılı olmayaraq yerimdən dedim ki, bunu prezidentimiz dedi, niyə belə reaksiya verirsiniz? İstəmirlər ki, məmurların övladları haqda nə isə ağır ifadələr işlədilsin. Bütün ittihamlar yalan, saxta, qurma şeylərdir. Yazıblar ki, Səftər Ağamalıyevin rəhbərliyi ilə bu hadisələr həyata keçirilib. Onda Səftər Ağamalıyev indi də İsmayıllı cavanlarına müraciət eləsin ki, məhkəmənin binasını yandırın, yandıracaqlar? Bu sadəcə həyasızlıqdır, biabırçılıqdır. Görün Azərbaycanın hüquq sistemini kimlər idarə edir, insanlarımıza kimlər ittiham irəli sürürlər?" Həbs edilənlərin valideynlərinin ittihamlarını polis qəbul etmir. DİN-in mətbuat xidməti bildirib ki, məhbusların valideynlərinin hər hansı iddiaları varsa, bunu məhkəmədə bildirsinlər. /azadliq.org/ |
2013-12-12 | 3,984 | “Ən qısa hekayə” müsabiqəsi başladı | "Kulis.az" dərgisi "Ən qısa hekayə" müsabiqəsi keçirməyi qərara alıb. Bu haqda "Axar.az"a məlumat verən "Kulis.az" saytının redaktoru Ağa Cəfərli deyib ki, müsabiqə üçün yazılar dekabrın 13-dən 23-nə qədər qəbul olunacaq. Müsabiqənin şərtləri aşağıdakı kimidir: 1. Hekayələr Azərbaycan dilində yazılmalıdır. 2. Hekayələr üçün mövzu məhdudiyyəti qoyulmur. 3. Hekayələrin həcmi 500 işarədən (boşluqsuz) artıq olmamalıdır. 4. Müsabiqə üçün göndərilən bütün hekayələr "Kulis.az" saytında dərc olunacaq. 5. İştirakçılar [email protected] ünvanına yazı ilə birlikdə məktubda özləri haqqında məlumat (ad, soyad, ata adı, təhsil səviyyəsi, əlaqə nömrələri, fotoşəkil) göndərməlidirlər. 6. Hər iştirakçı yalnız bir hekayə göndərə bilər. Hekayələr əvvəlcə heç bir KİV və internet resurslarında çap edilməməlidir. Çap edilmiş hekayələr müsabiqəyə buraxılmayacaq. 7. Qaliblər müsabiqənin iştirakçılarının arasında 25 dekabrda, saat 15.00-da APA Holdinqdə keçirilən açıq səsvermə ilə müəyyən ediləcək. Səsvermədən dərhal sonra mükafatlandırma mərasimi başlayacaq. 8. Birinci yerin qalibi 300, ikinci yerin qalibi 200, üçüncü yerin qalibi 100 manat pul mükafatı ilə mükafatlandırılacaq. 9. "Facebook" sosial şəbəkəsində keçirilən sorğunun qalibi isə "Kulis.az"ın xüsusi diplomu ilə təltif ediləcək. Xatırladaq ki, Təşkilat Komitəsinin üzvləri: Sədr: Qan Turalı, üzvlər: Ağa Cəfərli və Mirmehdi Ağaoğludur. |
2013-12-12 | 3,986 | Dünən ölkədə 49 cinayət törədilib | Dünən Azərbaycanda gün ərzində 49 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, onların 16-sı dərhal açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Bununla yanaşı daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Respublikanın avtomobil yollarında isə 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 3 nəfər yaralanıb. |
2013-12-12 | 3,987 | Fuad Qəhrəmanlı: “Məni tutanda əvəzimə Zümrüd gedir...” | Bu dəfə yazıçı-publisist Zümrüd Yağmurun ailəsinə qonaq düşdük. Zümrüd xanımın həyat yoldaşı Fuad Qəhrəmanlı ilə Zümrüd xanım haqqında danışdıq. Mehdiabad qəsəbəsində həyət evində yaşayırlar. Həyətdə olan gözəl bağçaya Fuad bəy qulluq edir. Qəsəbənin "zirvəsində" yerləşən evin həyətindən sanki bütün Mehdiabad ovuc içi kimi görünür. Bizim göstərmək istədiyimiz isə bu ocağın içidir. Fuad bəydən sual-cavab şəklində deyil, özü istədiyi kimi danışmasını rica etdik. Həyatda iki şey mənim üçün uğur hesab oluna bilər - İmtahanda heç nə bilməyən tələbəyə deyirlər ki, nə bilirsən, onu danış. Əslində, elə ən çətini də odur. Həyatda iki şey mənim üçün uğur hesab oluna bilər. Birincisi, elə bir çətinlik yoxdur ki, məni sındıra, yolumdan sapdıra bilsin, ikinci də təbi ki, Zümrüddür. Şansım kimi qiymətləndirirəm Zümrüdü. Dua edirdim ki, Türkiyəyə getməyi alınmasın Zümrüdlə ilk tanışlığım 1998-ci ildə olub. O vaxt "Bütöv Azərbaycan Birliyi"nin toplantılarında tanış olmuşuq. Zümrüd "Önər" adlı jurnal buraxırdı, mənim də orda "Milli üstünlük kompleksi" adlı yazım çap olunmuşdu. Sonradan məlum oldu ki, Zümrüd o vaxt gündəliyində mənim haqqımda yazıb: "Bu gün Fuad bəy gəlmişdi. Çox istedadlı gəncdir, gələcəyinə böyük etimadım var". O vaxt təbii ki, heç bir münasibətimiz yox idi. Amma ilk görüşdən nələrsə hiss etmişdim. Bunun fərqinə sonra vardım. Zümrüd təhsillə bağlı Türkiyəyə getməliydi, mən də yataqxanada qalırdım. Heç bir münasibətimiz olmasa da, oturub dua edirdim, elə olsun ki, Türkiyəyə getməyi alınmasın. Alınmadı da. Onda məndən soruşsaydılar ki, bunu niyə eləyirsən, yəqin ki, izah eləyə bilməzdim. Bir neçə günlük münasibətdən sonra həbs O vaxt Ensiklopediyada işləyirdi. İki-üç gün idi Zümrüdə onu sevdiyimi demişdim ki, həbs olundum. Mənim valideynlərim, qohumlarımın çoxu Naxçıvanda yaşayırdı, həbsdə olduğum müddətdə Zümrüd məni tək buraxmadı, sonacan yaxın dostum Alı Rzayla onun diqqətində oldum. Həbsdən çıxandan sonra da ailə qurduq. O gün-bu gün, bir yerdəyik! Axtardığım adamı tapmışam Zümrüdün də müxalif mövqeli olması münasibətlərimizin alınmasında yəqin ki, rol oynayıb. Biz tanış olanda da azad mövqeliydi, yəni mənim təsirimlə-filan olmayıb, qətiyyən. Zümrüd ruhən də elə insandı, tanış olanda gördüm ki, elə axtardığım adamı tapmışam. Zümrüdün ailəsi müxalif fikirli insanlar deyil, əksinədir. Amma ailə qurmaq barədə qərarımızı valideynlərə bildirdik, onu öz ailəsi, məni də öz ailəm yaxşı tanıdığından, qərarımıza qarşı çıxan olmadı. Ailələrimizin razılığı ilə evləndik. Həddindən çox həssasdır Zümrüdün bir çətin tərəfi var, insanı anlatdığından da çox başa düşə bilir. Yəni hər kəs özü üçün bir "doza", hədd müəyyənləşdirir. Harada, necə davranacağı, nəyi necə eləyəcəyi barədə... Amma Zümrüdlə münasibətdə çizdiyimiz sərhədlər formal xarakter daşıyır. Çünki o adamı başa düşmək lazım olandan daha çox başa düşür, anlayır. O baxımdan bu məni bəzən narahat edir, həm də həddindən çox həssasdı. Söz Zümrüdə görə qanundur Onun sözə verdiyi dəyəri, mən heç vaxt verə bilmərəm. Söz vermək anlayışı var bizdə, o söz Zümrüdə görə qanundur. Sözə çox mötəbər yanaşır. Məsələn, mən "sözdü də verdim, keçdi, nə vaxtsa yerinə yetirərəm" kimi yanaşa bilərəm sözə, amma o, yox. Sözə həddindən çox dəyər verir. Sevdiyim, amma uyğunlaşa bilmədiyim cəhətlərindən biridir bu. Mənə görə sözə o qədər məna yükləmək lazım deyil. Çayı-filanı özüm dəmləyib içirəm Ev işlərini demək olar ki, Zümrüd özü görür. Bayram təmizliyində-zadda köməkçi lazım olur. Nə vaxt ki, yazı, roman yazır, o vaxtlar mane olmuram ona, çayı-filanı özüm dəmləyib içirəm. Belə məsələlər bizim aramızda adətən sözsüz həll olunur. Öz işini başqasına buraxmır. Evə bazarlıq-filan kimi, bağçada kişiyə aid işləri də mən özüm görürəm. Demək olar ki, usta çağırmırıq heç vaxt. Bir dəfə evləri ikimiz birlikdə rəngləmişdik, usta çağırmadan. Bunu da iş kimi yox, əyləncəyə çevirib etmişik. İşdən kənar vaxtı demək olar k, həmişə bir yerdə keçiririk. Bəzən fikirləşirəm ki, düzgün yaşamamışıq biz, özümüzə, əyləncəmizə daha çox vaxt ayıra bilərdik, birliyimizi daha yaxşı dəyərləndirmək olardı. Daha gözəl yaşaya bilərdik... Uşaqlar... İki qızımız var, 13 yaşlı Selcan və 9 yaşlı Sənay. İki qızımızın ikisinin də adını Zümrüd qoyub, çünki mənə düşmürdü o məsələlər. Əvvəldən razılaşmamız vardı, oğlan olsa mən, qız olsa, o qoyacaqdı. Türk tərkibli adlar olsun istədik, Selcan "Dədə Qorqud"dandı, Sənayı da Zümrüd "sən" və "ay" sözlərinin birləşməsindən yaradıb, "sən aysan" yəni… Qızlarım qəhrəmandılar məktəbdə. Bir adam bir söz deyə bilmir, bata bilmir onlara. Sənay musiqiylə də məşğul olur, pianino dərsi alır. Selcansa kübar şeyləri heç sevmir. Hər ikisi 115 saylı şəhər məktəbində təhsil alırlar. Selcana görə, anası həddən artıq qayğıkeşdir. Deyir, o qədər qayğı göstərir, bəzən adamı lap bezdirir bu qayğı. Zahirən Sənay daha çox oxşayır anasına, elə daxilən də... Çox duyğusaldı. Selcansa çox praqmatikdi. Onlara sərmayə yatırmağa, varidat qoymağa imkanımız yoxdu. Yeganə istinad nöqtəmiz, onların ağıl və istedadıdır. Mitinqlərdə, aksiyalarda Zümrüdlə birlikdə iştirak edirik, amma uşaqları yalnız icazəli, daha doğrusu, uşaqların da getməyinə icazə verilən mitinqlərə aparırıq. Məni tutanda əvəzimə Zümrüd gedir... Bir dəfə mənim əvəzimə Zümrüdü tutmuşdular. Gəlib evdən aparmışdılar məni, elə ev paltarımda. Qaz işçisi adıyla qapını döymüşdülər. Məni aparanda Zümrüd dedi ki, onu aparırsınızsa, məni də aparın. Apardılar da. Məni daha tez buraxmışdılar. Zümrüd evə gələndə onu qapıda gözləyirdim. İnsan o zaman gerçək rahatlığı tapır ki, əyləncəsində, əlavə vaxt keçirməyində, lap belə deyək, avaralanmağında da yanında olacaq, o boşluğu dolduracaq, onu duya biləcək həyat yoldaşı var. Zümrüd qısqancdır Baxmayaraq ki, 13 ildir evliyik, mənə olan hissləri təravətini itirməyib. Bizim ikimizin də FB parollarımız, mail kodlarımız bir-birimizdə var, sərbəst şəkildə girib baxa bilirik. Bəzən elə olur ki, biri yazır: "Salam, eşq olsun", filan, o dəqiqə tutur söhbətə ki, bunu əvvəldən tanıyırdın, yoxsa yox? Belə şeylər olur yəni, yalan deyə bilmərəm. Açığı, arada məndə də olur qısqanclıq, amma mən daha çox arxayınam. Bilirəm ki, Zümrüd ona FB-da birbaşa "Necəsən?" yazan adamı bloka atır. Yəqin ki, anam oxumaz bu yazını... Zümrüd plovu xüsusi zövqlə bişirir. Bizim ailədə mətbəx işi belə formalaşır ki, Zümrüd nəyi bişirsə, ən dadlısını bişirir. Subay vaxtı yemədiyim xörəkləri evlənəndən sonra yemişəm. Zümrüd çox dadlı yemək bişirir. Əvvəllər ümumiyyətlə badımcan yeməzdim, plovu xoşlamazdım, indi hamısını yeyirəm. Zümrüdün əlinin dadına o qədər öyrəşmişəm ki, kənarda yemək yeyəndə o ləzzəti ala bilmirəm. Hamı adətən anasının bişirdiyi yeməyi ən dadlı yemək hesab eləyir. Mən də elə hesab eləyirdim. Yəqin ki, anam oxumaz bu yazını, amma indi Zümrüdün yeməkləri mənimçün dünyanın ən dadlı yeməkləridi. İlk dəfə "səni sevirəm" dediyim gün Qadınların adətən önəm verdiyi hadisələrin, günlərin unudulması hər bir kişidə qadınların daha çox narazı olduğu məqamlardan biridir. Zümrüd mənə də unutduğum tarixləri xatırlatmaqla yaddaşıma həkk eləyib. Məsələn, aprelin dördü qız toyumuzun ildönümü günüdür, mayın 13-ü mənim Zümrüdə ilk dəfə "Səni sevirəm" dediyim gündür. Oturub saatlarla keçmişdən danışa bilirik. Müxtəlif yerlərdə kirayələrdə qalmışıq, bir yerdən başqa yerə çox daşınmışıq. Kirayədə Zümrüdün üşüməyi belə yadımdadır. Keçmiş baxımından bir-birimizə çox diffuziya eləmişik, eyni adama çevrilmişik. Bəzən elə olur ki, bir-birimizin ayrıca nöqtələrimizi tapa bilmirik. Biz nədə fərqli düşünürük? Bilmirəm... Zümrüd mənimçün köhnəlmir Çox gözəl bir şey var ki, Zümrüd mənimçün köhnəlmir. İlk günlər necəydisə, bu gün də elədir və yəqin ki, sabah da elə olacaq. Əsas odur ki, ailədə tərəf müqabili oxunmuş kitaba çevrilməməlidir. Və yaxud baxılmış filmə. Serial kimi uzanıb getməlidir, yəni ömür boyu davam edəcək... Naxçıvanlılardan da yaxşı bişirir... Zümrüdə deyirəm, Allah üzümə baxıb ki, sən dadlı yemək bişirə bilirsən, yoxsa səni ata da bilməyəcəkdim, məcbur olub dözəcəkdim. Mətbəximizdə əsasən cənub mətbəxinin yeməkləri bişirilir. Naxçıvan mətbəxindən "bozpört" adlı yemək var, ən çox onu bişirir Zümrüd. Bir də bizdə göy yeməkləri olur, onları çox dadlı bişirir. Arada deyirəm ki, naxçıvanlılardan da yaxşı bişirirsən. Bir də bizim ikimizin bişirdiyimiz kabab çox məşhurdu dostlar arasında. "Bu kababdan mən heç yerdə yeməmişəm",- kim gəlsə, bizə bu sözü deyir. Zümrüd ətə fərqli ədviyyatlar, otlar vurub basdırma eləyir, mən də çox gözəl bişirirəm. Ancaq mənə kabab çəkməyi birinci Zümrüd öyrədib. 13 mayı hər il qeyd eləyirik, bir dəfə də dostumgildə bu günü qeyd eləyəcəkdik, kabab çəkirdik, Zümrüd gəlib əti şişə düz çəkmədiyimizi dedi, orada öyrətdi. Yeməklərə də yaradıcı yanaşır. Ümumiyyətlə, Zümrüdün müşahidə qabiliyyəti güclüdü, evdə usta-filan işləyəndə onlara da işlərilə bağlı gözəl məsləhətlər verir. Naxçıvanlısan, ya Masallıdan?.. Evdə uşaqlarla sən naxçıvanlısan, ya Masallıdan kimi söhbətlər heç vaxt getmir, getməyib də. Sən Azərbaycanlısan, demişik həmişə. Ümumiyyətlə, siyasətlə məşğul olan kimsə bölgə təmsilçisi statusunda çıxış etmir, etməməlidir. Mən ləhcədən tələbə vaxtından uzaqlaşmışam. Qadağa olan yerdə, səmimiyyət olmur Bizim evdə qadağalar, "olmazlar" yoxdur. Bütün məsələlərdə məsləhətləşirik. Eləcə də geyim məsələlərində. Özümüzün də, uşaqların da geyimini bir yerdə alırıq, bir yerdə seçib, qərar veririk. "Mən bunu belə eləyirəm, bunu alıram" anlayışı yoxdu bizdə. Hər qərarda ailənin rəyləri mütləq nəzərə alınır. Bir-birimizə imperativ qaydada hansısa qadağanın qoyulmasından söhbət gedə bilməz. Bu qaydanın özü etimadsızlıqdan irəli gəlir, qadağa olan yerdə, səmimiyyət olmur. Qarşı tərəf sənin fikirlərini nəzərə almırsa, artıq sənin qoyduğun qadağanın, şərtin heç bir əhəmiyyəti yoxdur. Əvvəllər heç də zövqlü geyinmirdim Ailədə geyim zövqünü Zümrüd müəyyənləşdirib. Əvvəllər heç də zövqlü geyinmirdim. İndi zövqüm o qədər incələşib ki, səfərə, xarici ölkələrə gedəndə Zümrüdə çox zövqlü qadın paltarlar, kosmetika, ətirlər-filan alıram. Zövqlərimiz də artıq demək olar ki, eyniləşib, vəhdət təşkil edir. İndi musiqi zövqümüz də, film, serial zövqümüz də eynidir. Bu eynilik heç vaxt bezdirmir məni. Zümrüd sağı-solu bilinməyən, nə edəcəyi həmişə əvvəlcədən bəlli olmayan, sürpriz qalan adamdır. Adam həmişə eynidir özüyçün, özündən bezirmi? Yox. Bizdə də elə... Mübahisələr Təkcə, Zümrüdün ifrat məsuliyyətli olması bəzən mübahisələrə səbəb olur. Məsələn, bəzən mən namaz vaxtı nə isə başqa işlə məşğul olub namazın vaxtını ötürürəm. Buna reaksiyası çox pis olur, deyir, sənin kimi qılsam, elə mən də namaz qılaram. Sanki hərbçi məsuliyyəti, nizam-intizamı var. Ancaq artıq Zümrüd də bilir ki, mən bundan sonra dəyişən deyiləm, mən də çalışıram ki, hörmətsizliyə yol açacaq şeylər eləməyim. Bir-birimizi nəzərə alıb, uyğunlaşırıq. Evə pul gətirən "aparat" Evləndikdən bir az sonra Azərbaycan ailəsində adətən cütlüklər bir-birini tez tükədirlər. Kişi keçir uşaqların atası, evə pul gətirən "aparat" statusuna, qadın da uşaqların anası, evdə, mətbəxdə işləri yürüdən makina. Zümrüd təkcə uşaqlarımın anası deyil, onun ayrıca kimliyi var mənimçün. Biz ailə modelimizi özümüz yaratmışıq. Zümrüd mənimçün bir dəyərdir. Bizim valideynlik statusumuzdan başqa bir də dostluq statusumuz var. Allahıma həmişə şükür eləmişəm Düşüncə baxımından da heç bir boşluq hiss eləmirəm. Zümrüd danışmaq, bölüşmək baxımından heç vaxt maraqsızlaşmır mənimçün. Adətən bizdə media üçün danışanda bir az qeyri-səmimilik olur, amma mən bütün düşündüklərimi deməyə çalışdım, hətta çox şişirdilmiş kimi görünər deyə qorxub, düşündüklərimin hamısını demədim. Allahıma həmişə şükür eləmişəm, razı olmuşam ki, Zümrüdü mənim qabağıma çıxarıb. Bir cümləylə ifadə etməli olsam, deyərəm ki: Zümrüd mənim şansımdır! Abıyevlərlə heç bir münasibətimiz yoxdur Zümrüd həm də çox yaxşı gəlindir. Həmişə mənə deyir ki, evə, anana, bacına zəng eləmək lazımdır. Bayramlarda, xüsusi günlərdə yadıma o salır. Telefon nömrəsini həmişə o yığır, çünki mən ev telefonumuzu bilmirəm. Həmişə çalışır ki, öz anamın yanında həm də ona diqqətli oğul kimi görünüm. Zümrüdün ailəsinə gəlincə, onun ailəsi (ata, anası, bacı, qardaşları) normal Azərbaycan ailəsidir. Amma əmiləriylə (Abıyevlər.- red.), onların övladlarıyla heç bir münasibətimiz yoxdur. Doğrusu, bu münasibətlərin pozulması mənə qədər olub, Zümrüd bizim tanışlığımızdan çox qabaq onlarla olan bütün əlaqələrini kəsib. Dost çevrəmiz – evə gəlib-gedən – o qədər geniş deyil. Bir az qapalı yaşayırıq. |
2013-12-12 | 3,988 | Onlarla körpə donaraq öldü - Faciə | Vətəndaş müharibəsinin böyüdüyü Suriyada qəfildən gələn soyuq havalar onlarla körpənin donaraq ölməsinə səbəb olub. Suriyada qışın gəlməsi ilə başlayan şaxtalar da bir yandan xalqa qənim kəsilib. İdlibin Rastan qəsəbəsində altı aylıq bir körpə kimi onlarla körpə donaraq can verib. |
2013-12-12 | 3,989 | Bağçada mənşəyi bəlli olmayan ərzaq tapıldı - Araşdırma | Son günlər sosial şəbəkələrdə Mingəçevirdəki uşaq bağçalarının açınacaqlı durumunu əks etdirən fotoşəkillər yayılıb. Həmin şəkillərdə ucqar kəndlərdə belə, az hallarda rast gəlinən mənzərə hamını heyrətləndirib. Döşəməsi olmayan bağçada uşaqların necə saxlandığı, onların sağlamlıq məsələləri sual doğurur. Ölkənin 4-cü iri şəhəri sayılan Mingəcevirdə təhsil müəssisələrinin qandonduran durumu Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi əməkdaşlarının da diqqətini çəkib. Komitənin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi Mingəçevir şəhərinin təhsil müəssisələrində reydlər aparır. Komitədən "Axar.az"a daxil olan məlumata görə, yoxlamalar zamanı bağça binalarının qəzalı vəziyyətdə olması gözdən qaçmayıb. Ortaya çıxan digər neqativ məqamlar da bu sahənin tamamilə diqqətdən kənarda qaldığını deməyə əsas verir. Bağçada mənşəyi bəlli olmayan ərzaq Reydlərin əsas məqsədi "Təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların qidalanması üzrə dövlət standartı"nın vəziyyətini öyrənmək olub. Yoxlamalar ilk olaraq 5 saylı "Arzu" uşaq bağçası və 12 saylı sanatoriya tipli "Şəfa" uşaq müəssisəsində, eləcə də 2 saylı orta məktəbdə aparılıb. Komitə əməkdaşları hər iki bağçada sanitar normaların pozulduğu, mətbəxdə və anbarda qida keyfiyyətinə qoyulan tələblərdən kənar məhsulların istifadəsi, məhsulların saxlanma şəraitinin uyğunsuzluğu müşahidə olunub. Həmçinin, qidalanma ilə bağlı milli standartın tələblərinə riayət olunmadığı üzə çıxıb. Ən dəhşətlisi isə mənşəyi məlum olmayan ərzaqlardan istifadə edilməsidir. Onların haradan və necə əldə etdilməsi barədə Komitə əməkdaşlarına heç bir sənəd təqdim edilməyib. Araşdırma zamanı uşaq bağçalarında istilik sisteminin və isti suyun olmaması, kortəbii şəkildə çəkilən elektrik naqillərinin üstü açıq vəziyyətdə istifadə edilməsi diqqət çəkib. Aşkar edilən nöqsanlarla bağlı hər iki uşaq bağçasına xəbərdarlıq edilib. İcra hakimiyyəti xəbərsizdir Komitə əməkdaşları Mingəçevir şəhər 2 saylı orta məktəbin qarşısında kustar üsulla hazırlanan köşkdə şagirdlərə milli standartın tələblərinə uyğun olmayan malların satıldığını da aşkar edib. Yoxlama zamanı orada siqaret, saqqız, turşu və xırdavat mallarının, eləcə də mənşəyi məlum olmayan şirniyyat məhsullarının bir yerdə satıldığı üzə çıxıb. Məsələyə aydınlıq gətirilməsi üçün Mingəçevir şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İH-nin baş məsləhətçisi Elşən Əliyev "Axar.az"a açıqlamasında Komitənin şəhərdəki təhsil müəssisələrində araşdırma aparmasını təsdiqlədi: "Yoxlamalar hələ davam edir. Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsinin nəticələri isə hələ bizə məlum deyil. Onlar bu məlumatları rəsmi məktubla bizə göndərəcəklər. Yalnız bundan sonra biz həmin yoxlamalarla bağlı mövqeyimizi bildirə bilərik. Hələlik isə bir söz deyə bilmərəm". Qeyd edək ki, "Təhsil müəssisələrində təlim-tərbiyə alanların qidalanması üzrə dövlət standartı" bu ilin sentyabr ayından etibarən tətbiq olunmağa başlayıb. Burada təhsil müəssisələrində istifadəsinə icazə verilən ərzaqların dəqiq siyahısı verilib. Lakin üzə çıxarılan faktlar həmin siyahının paytaxtdan kənara çıxmadığını göstərir. Görünən mənzərə onu deməyə əsas verir ki, uşaq bağçalarının icra hakimiyyətlərinin balansına verilməsi heç də uğurlu addım sayıla bilməz. Məktəbəqədər tərbiyə müəssisələrinin yenidən Təhsil Nazirliyinə qaytarılmasını müzakirə etməyə dəyər. |
2013-12-12 | 3,990 | Prezident ehsan verir | Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ümummilli lider Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan verilib. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, ölkəmizin bütün şəhər və rayonlarından ictimaiyyətin nümayəndələri mərasimdə iştirak ediblər. Ehsan mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb. Dövlətimizin başçısı mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı sahəsində gördüyü misilsiz işlərdən danışıb. Sonra ehsan süfrəsi açılıb. Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edib. |
2013-12-12 | 3,991 | Rusiya qazın əvəzində Krım bazalarını istədi | Rusiya Ukraynaya satacağı qazın qiyməti bağlı yeni təkliflər hazırlayıb. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı "Röyter" agentliyi Rusiya hakimiyyətində mənbələrə istinadla yazıb. Agentlik Rusiyanın Ukraynaya satacağı qazın qiymətini aşağı salmağa razılaşdığını, lakin əlavə şərti olduğunu qeyd edib. Belə ki, Rusiyanın Krımdakı hərbi bazalarının daha da gücləndirilməsi və əlverişli şərtlər təklif edilməsi müqabilində qazın qiymətinin aşağı salınacağı bildirilib. |
2013-12-12 | 3,992 | Rus rublu dəyişdirilir - Foto | Rusiyada rublun simvolu dəyişdi. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın milli valyutası olan "rublun" yeni simvolu ortası xətli "P" hərfi oldu. Rusiyanın Mərkəzi Bankından verilən məlumata görə, rublun yeni simvolunun müəyyələnləşdirilməsi üçün aparılan sorğuda əhalinin əksəriyyəti bu simvola səs verib. 5 fərqli simvol üçün səsvermədə 280 min nəfər iştirak edib və onların 61 faizi ortası xətli "P" hərfinin yeni simvol olmasına səs verib. Bildirilib ki, yeni simvolla olan rubllar 2014-cü ildən etibarən dövriyyəyə buraxılacaq. Məlumat üçün bildirək ki, rublun simvolunun dəyişdirilməsi ilə bağlı çalışmalar 2007-ci ildən etibarən aparılırdı. |
2013-12-12 | 3,993 | Elçin Əlibəyli həkimlə razılığa gəldi | Tanınmış teleaparıcı Elçin Əlibəyli onu dələduzluqda ittiham edən "Elmed" klinikası ilə anlaşıb. Bu barədə Azvision.az-a açıqlamasında Elçin Əlibəyli özü məlumat verib. Onun sözlərinə görə, tərəflər arasındakı problem artıq öz həllini tapıb: "Bu məsələ həm mən tərəfdən, həm də onlar tərəfindən həll olunub. Məsələyə mənim heç bir aidiyyətim yoxdur, ümumiyyətlə aidiyyətim olmayıb. Burada bir anlaşılmazlıq olub. O da aydınlaşdırılıb. İndi əlaqə saxlayıb, onlardan da soruşa bilərsiniz". E.Əlibəyli dələduzluq faktı ilə bağlı heç bir polis idarəsinə çağrılmadığını da bildirib. Qeyd edək ki, teleaparıcı Elçin Əlibəyli dələduzluqda ittiham olunur. Məlumata görə, Bakıda fəaliyyət göstərən tibbi klinikalardan birinin rəhbəri polisə müraciət edərək, teleaparıcı Elçin Əlibəylinin klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat alıb, lakin vədinə əməl etməyib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, qaytarmayıb. |
2013-12-12 | 3,994 | Sürücülərin nəzərinə: Qış təkəri olmayanlar saxlanılacaq - Rəsmi | Azərbaycanda sərt hava şəraiti və yolların buz bağlaması ilə əlaqədar olaraq, ölkənin bəzi magistral yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Axşam saatlarında Şamaxı, Quba və Qusar istiqamətində yolların buz bağlayacağı barədə məlumat daxil olub. Bu səbəbdən də bəzi avtomobillərin həmin istiqamətdə hərəkətinə məhdudiyyət qoyulacaq: "Əsas etibarilə şinləri qış mövsümünə uyğun olmayan nəqliyyat vasitələrinin bu istiqamətdə hərəkətinə məhdudiyyət qoyulacaq. Əhalidən xahiş olunur ki, həmin istiqamətlərə əsas etibarilə hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən və yaxud ictimai nəqliyyatdan istifadə etməklə getsinlər. Konkret olaraq Şamaxı, eləcə də Ağsu aşırımları istiqamətində hərəkət edən nəqliyyat vasitələri deyilən tələblərə cavab vermədikdə Pereküşküldə yerləşən stasionar postdan buraxılmayacaqlar. Həmin nəqliyyat vasitələri aşağı yolla, yəni Bakı-Qazax yolu ilə Kürdəmirdən keçməklə gedə bilərlər. Bundan əlavə, Quba-Qusar istiqamətində hərəkət edən avtomobillər də Xaçmaz yoluna yönləndiriləcək". (Trend) |
2013-12-12 | 3,995 | Həbsxanada inanılmaz ölüm - Video | ABŞ-da məhkumla həbsxana gözətçisi arasında baş verən dava ölümlə nəticələnib. Gözətçi məhkumu sözün əsl mənasında başına alıb, yerə çırpıb. Həbsxanada nəzarət məmuru olaraq işləyən Şon Demetrius Maklayn vəhşicəsinə döydüyü məhkum başından və boynunda ciddi xəsarət alıb. Hadisədən sonra 13 gün reanimasiyada yatan məhkum ölüb. Məhkəməyə çıxarılan gözətçi "bilərəkdən adam öldürmə" cinayəti ilə həbs olunub. |
2013-12-12 | 3,996 | Sabah üçün hava proqnozu - Bütün Azərbaycanda | Bakıda və Abşeron yarımadasında: Əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-4° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcəkdir. Nisbi rütubət 85-95 faiz olacaqdır. Gecə və səhər yollar buz bağlayacaq. Naxçıvan Muxtar Respublikasında: Bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 3-8° şaxta, bəzi yerlərdə 14°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında: Bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında: Yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında: Qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 18-23° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında: Bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında Havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperaturun gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında soyuq, qeyri-sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaqdır. |
2013-12-12 | 3,997 | Qarda Bakı küçələrində ancaq belə gəzmək olar – Foto | Sosial şəbəkədə olduqca maraqlı foto yayılıb. Xeyli müzakirələrə səbəb olan bu foto ilə sosial şəbəkə istifadəçiləri Bakının qara təslim olan küçələrində yalnız bu cür qorunmağın mümkünlüyünü iddia edirlər. Fotoya baxıb, özünüz də qərar verə bilərsiniz... |
2013-12-12 | 3,998 | Sumqayıtda vəhabilərin atışmasının təfərrüatları - Rəsmi | Dekabrın 11-də saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ektremist təmayüllü "xəvarici"lərlə "sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş vermiş, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri almışlar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, daha sonra "Çay evi"nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə ediblər. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, xəsarət alan olmayıb. Məlumat daxil olan kimi Şəhər Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gəlib, zəruri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilib, maddi sübutlar götürülüb. Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılıb. Təxirəsalınmaz tədbirlərlə daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istərkən yaxalanıblar. Şübhəli şəxs qismində axtarılan Elçin Əkbərovun yaşadığı evə baxış zamanı 2 ədəd qumbara aşkar edilib. Xəsarət alan E.Məmmədli və E.Nəzərəliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisənin digər iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri davam etdirir. |
2013-12-12 | 3,999 | Bakı meriyasından ilk qar açıqlaması | Bakı Şəhəri İcra Hakimiyyəti qar nəticəsində yaranan problemləri aradan qaldırılması üçün bütün gücünü səfərbər edib. Bu sözləri BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova "Axar.az"a açıqlamasında dedi. O, BŞİH-in qışa ideal səviyyədə hazır olduğunu da bildirdi: "İcra hakimiyyətinin balansındakı texnika səhərdən etibarən şəhərin müxtəlif yerlərində fəaliyyət göstərir. BŞİH qışa tam olaraq hazırdır. Ona görə də bu məsələdə artıq problem görmürəm". Xatırladaq ki, dünən gecə saatlarından Bakıya qar yağıb. Bakı meriyasının qışa necə hazır olduğunu müəyyən etməyi şəkilləri növbəti dəfə təqdim etməklə oxucuların ixtiyarına buraxırıq. |
2013-12-12 | 4,000 | Milli Şuranın mitinqinə icazə verildi - Rəsmi | Milli Şuranın dekabrın 15-də keçirmək istədiyi mitinqlə bağlı Bakı meriyasına edilən müraciətə cavab verilib. Bu barədə "Qaynarinfo"ya açıqlamasında mitinqin təşkilatçılarından olan Tural Abbaslı məlumat verib. T.Abbaslının dediklərinə görə, Bakı meriyası Milli Şuranın mitinq üçün istədiyi yerlərdən "Məsul Stadionu"nu aksiya üçün uyğun bilib. Mitinq saat 16:00-dan 18:00-a qədər keçiriləcək. |
2013-12-12 | 4,001 | Teleaparıcı razılaşdığını deyir, direktor və təhqiqatçı isə susur | Xəbər verildiyi kimi, "ElMed" klinikası teleaparıcı Elçin Əlibəylidən 34 min manatın mənimsənilməsi ilə əlaqədar Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsinə şikayət etmişdi. Elçin Əlibəyli isə bugünkü açıqlmasında "ElMed" klinikası ilə razılığa gəldiyini və qarşı tərəfin iddialarından geri çəkildiyini bildirib. "ElMed" klinikasının direktoru Ramil Quliyev Axar.az-a açıqlamasında bu məsələ ilə bağlı heç nə deyə bilməyəcəyini bildirdi: "Bu barədə heç bir şey deyə bilmərəm. Başım qarışıqdır, özüm sizinlə əlaqə saxlayacağam". Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən işi araşdıran təhqiqatçı Vüsal Əhmədov da faktı nə təkzib, nə də təsdiq edə biləcəyini söylədi. Beləliklə, klinika ilə Elçin Əlibəylinin hansı formada razılaşdığı və ümumiyyətlə, E.Əlibəyliyə pulu şəxsən verdiyini və əlində təkzibedilməz faktlar olduğunu deyən "ElMed" klinikasının direktoru Ramil Quliyevin iddialarından necə geri durduğu anlaşılmaz qalır. |
2013-12-12 | 4,002 | Yazıçı Anar hərbi forma geydi - Foto | Bu şəkildə millət vəkilləri Aydın Mirzəzadə, Hadı Rəcəbli, Xalqı yazıçısı Anar və Müdafiə Nazirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu, eləcə də Müharibə veteranları, əlilləri və şəhid ailələri cəmiyyətinin sədri Mehdi Mehdiyev yer alıb. Sosial şəbəkədə yayılan və müzakirələrə səbəb olan bu foto ilə bağlı Xalq yazıçısı Anar bildirdi ki, şəkil 17 sentyabr 2013-cü ildə cəbhə xəttinin yaxınlığındakı hərbi hissələrinin birində çəkilib: "Biz vaxtaşırı olaraq cəbhə bölgəsinə gedirik, əsgərlərlə görüşürük. Bu şəkil də o görüşlərdən bir xatirədir". Xalq yazıçısı yaşından asılı olmayaraq, torpağı işğalda olan vətənin hər bir övladının hərbi forma geyməsini yox, geyməməsinə qeyri-adi baxmaq lazım gəldiyini söylədi. |
2013-12-12 | 4,003 | Xırdalanda dəhşətli yanğın söndürüldü - Foto/Video | 19:11 FHN-in yanğınsöndürənləri tərəfindən yanğın söndürüldü, ocaqların tam söndürülməsi istiqamətində işlər davam etdirilir (Yanğının söndürülməsini əks etdirən foto əlavə olundu). *** 18:32 "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, Xırdalan şəhəri, 28-ci məhəllədə tikilən yeni binada yanğın bir saatdan artıqdır ki, davam edir. Binanın sonuncu mərtəbəsi bütövlükdə yanır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yangınsöndürənlər briqadası cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər görülür. Lakin əlverişsiz hava şəraiti yanğının qarşısının alınmasına mane olur. Fövqəladə Hallar nazirliyinin rəsmi saytında yanğınla bağlı bildirilir ki, Xırdalan şəhərində onüçmərtəbəli yaşayış binasının çardağında yanğının qarşısının alınması işləri davam etdirilir. Nazirliyin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyyə edir və təhlükəsizlik tədbirləri görürlər. Xəsarət alanlar barəsində məlumat yoxdur. |
2013-12-12 | 4,004 | Avropanın varlı və kasıb dövlətləri bəlli oldu - Siyahı | Avropa İttifaqının ən varlı dövləti Lüksemburqdur. "Axar.az" məlumat verir ki, bu, "Avrostat"ın apardığı araşdırmalardan sonra bəlli olub. Siyahıda Lüksemburqu Avstriya, İrlandiya və Niderland izləyib. "Avrostat"ın apardığı araşdırmalardan sonra Avropa İttifaqının ən kasıb ölkələrinin adları da bəlli olub. Rumıniya və Bolqarıstan bu siyahıda ən sonuncu yerləri tutublar. Avropa İttifaqına daxil olan ölkələr Avropa İttifaqına daxil olmayan ölkələr |
2013-12-12 | 4,005 | ANS-dən münasibət: “Belə məsləhət bilmişik” | Tanınmış telejurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı, həkim terrorunun qurbanı olan Pərvanə Hüseynova ilə bağlı ANS telekanalında yayımlanan "Alın yazısı" proqramında süjetlər hazırlansa və anonsları efirə getsə də, kanal rəhbərliyinin tapşırığından sonra verilişdən çıxarılıb. Məsələ ilə bağlı "Axar.az"a danışan ANS TV-nin Bədii və Publisistik Verilişlər Departamentinin baş redaktoru Samirə Səfərəliyeva bildirdi ki, bu mövzu şirkətin daxili işidir: "Guya siz yazılarınızda ixtisar etmirsiniz? Nəyi efirə verib-verməmək bizim daxili işimizdir. Bunun heç kimə aidiyyəti yoxdur. Belə məsləhət bilmişik və etmişik". |
2013-12-12 | 4,006 | Zakir Həsənov İrana dəvət edildi | Müdafiə naziri Zakir Həsənov İrana rəsmi səfərə dəvət edilib. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Zakir Həsənova səfərlə bağlı dəvət göndərib. Dəvət məktubu İranın müdafiə naziri Hüseyn Dehqan tərəfindən dekabrın 10-da göndərilib. İranlı nazir Zakir Həsənova müdafiə sektorunda münasibətləri möhkəmlətmək təklifi edib ("Qaynar.info"). |
2013-12-12 | 4,007 | Matye Kassoviç “11 sentyabr” filmi çəkəcək | Kinorejissor və aktyor Matye Kassoviç 2001-ci ilin sentyabrın 11-də Dünya Ticarət Mərkəzinə edilən terrordan bəhs edəcək film çəkməyi planlaşdırır. Kassoviç çəkiləcək filmində hadisə ilə bağlı olaraq tamaşaçıya yeni bir baxış təqdim etmək istəyir. Belə ki, baş vermiş hadisənin rəsmi versiyası rejissoru qane etmir: "Bu hadisə ilə bağlı deyilənlər yalandır",- deyə Kassoviç əminliklə bildirib. |
2013-12-12 | 4,008 | Kseniya Sobçak Ukrayna xalqını dəstəkləyir | Məhşur jurnalist Kseniya Sobçak Kiyevdədir. O, Kliçko qardaşlarından müsahibə alıb, daha sonra Maydana getmək istədiyini bildirib. Həmişə qalmaqalları ilə gündəmdə olan jurnalist Ukrayna xalqını dəstəklədiyini söyləyib. "Rusiyanın edə bilmədiyini ukraynalılar həyata keçirsə, mən onlara görə çox şad olaram",- deyə Sobçak bildirib. Kseniya Sobçak "Avromaydan"da olarkən fikirlərini "Feysbuk" sosial şəbəkəsində paylaşıb: "Hal-hazırda burada on minlərlə adam var. Camaat borş bişirir. Məni də doğmaları kimi qarşıladılar". |
2013-12-12 | 4,009 | Davudoğlu iki rayonun qaytarılmasından danışdı - Yeniləndi | Türkiyə və Ermənistan xarici işlər nazirləri – Əhməd Davudoğlu və Edvard Nalbəndyanın İrəvan görüşü başa çatıb. Axşam saatlarında baş tutan görüş bir saat yarım çəkib. Görüşdən sonra Nalbəndyan jurnalistlərin suallarına cavab verməkdən imtina edib. Ermənistan XİN-in görüşlə bağlı bir neçə saat sonra açıqlama yayacağı bəlli olub. Əhməd Davudoğlu isə yalnız türk jurnalistləri ilə təmasda olacağını söyləyib. *** "Bir çox mövzuda fikir ayrılıqlarımız var. Buna baxmayaraq, mütəmadi olaraq görüşlərin keçirilməsi önəmlidir". "Axar.az" Türkiyə saytlarına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu Ermənistan XİN başçısı E.Nalbəndyanla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. Türk və erməni xalqlarının əsrlərdir bir yerdə yaşadığını deyən Davudoğlu bildirib ki, biz digər qonşularımızla olduğu kimi, Ermənistanla da əlaqələrimizin yüksək səviyyədə olmasını istəyirik. Ermənistanın işğal etdiyi iki rayondan çəkilməsi durumunda Türkiyənin sərhədləri açacağı ilə bağlı iddialara cavab verən Davudoğlu bildirib ki, nə mənim tərəfimdən, nə də Türkiyə hökuməti adından elə bir təklif irəli sürülməyib: "Belə bir müzakirə etməmişik. Bizim hədəfimiz dialoq və görüş mühitinin möhkəm bir psixoloji zəmində yaradılmasıdır". Türkiyə, Gürcüstan və Azərbaycan arasında çox geniş əməkdaşlıq imkanlarını inkişaf etdirdiklərini deyən Davudoğlu qeyd edib ki, Ermənistanın da bu iqtisadi layihələrin bağçası olmasını istəyirik: "Türkiyənin 2008-ci ildə təklif etdiyi "Qafqazda sabitlik" təklifimiz hələ də gündəmdədir". |
2013-12-12 | 4,010 | UEFA AFFA-ya 1,5 milyon köçürdü | Azərbaycan klublarının cari mövsüm üçün avrokuboklarda çıxışı ilə əlaqədar UEFA tərəfindən AFFA-ya 1 milyon 415 min avro məbləğində vəsait köçürülüb. "Neftçi" PFK-ya ölkə çempionu olduğu üçün 200 min, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində çıxış etdiyinə görə 175 min, "İnter" PİK və "Xəzər Lənkəran" FK Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə apardığı üçün hər iki kluba 250 min, "Qarabağ" FK-ya isə Avropa Liqasının play-off mərhələsində iştirak etdiyinə görə 540 min avro məbləğində vəsait ayrılıb. Qeyd olunmuş pul vəsaitləri AFFA tərəfindən müvafiq olaraq klubların hesabına köçürülüb. (Trend) |
2013-12-12 | 4,011 | Heydər Əliyevin xatirəsi Həştərxanda da yad edildi - Foto | Bu gün Rusiya Federasiyasının Həştərxan şəhərində mərhum prezident Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Şəhərinin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsi önündə keçirilmiş anım mərasimində Həştərxan vilayəti və şəhərinin rəhbərliyi, iş adamları, diaspor təmsilçiləri, "AMOR"-un Həştərxan bölməsinin üzvləri, ictimaiyyət nümayəndələri, bu şəhərdə yaşayan həmvətənlərimiz və tələbələrimiz iştirak ediblər. Anım mərasimində çıxış edənlər mərhum prezidentin dahi şəxsiyyət olduğunu vurğulayıb, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrinin əhəmiyyətindən danışıblar. Natiqlər Azərbaycan iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin inkişafında, ölkənin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətləri sadalayıb, Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, əvəzsiz lideri və bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azərbaycanın yaradıcısı, qurucusu oldu. Çıxışlarda həmçinin Heydər Əliyev hələ SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərməsi söylənilib: "Bu gün Ulu Öndərin siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Rusiya Federasiyası ilə, o cümlədən Həştərxan vilayəti ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Belə ki, bu gün Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Bakı şəhərinin və Həştərxan vilayətinin Nərimanov rayonları arasındakı sıx dostluq və qardaşlıq əlaqələri məhz bu diqqət və qayğının məntiqi nəticəsidir". Qeyd edək ki, bu gün eyni zamanda Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin akt zalında məktəb kollektivinin və şagirdlərinin iştirakı ilə mərhumprezidentin anım mərasimi keçirilib. Anım tədbirində çıxış edən məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər Heydər Əliyevin fəaliyyəti, SSRİ və Azərbaycanın tarixində unudulmaz rolu haqqında məlumat veriblər. Bildirilib ki, Heydər Əliyev Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürüb. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycanın inkişafı naminə əlindən gələni əsirgəməyib: "Ulu Öndər nəinki Azərbaycan xalqının parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur". Çıxış edənlər Heydər Əliyevin SSRİ zamanı və müstəqilik dövrü Azərbaycan-Rusiya münasibətlərinin inkişafında xidmətlərini xüsusi qeyd edərək, dahi rəhbərin ölkələrimizin ikitərəfli əlaqələrində əsil dönüş yaratdığını vurğulayıblar. Eyni zamanda onlar Azərbaycan və Həştərxan vilayəti arasında mövcud səmərəli ikitərəfli əməkdaşlıq, o cümlədən həyata keçirilən genişmiqyaslı layihələrdən məlumat veriblər. |
2013-12-12 | 4,012 | Yol terroru: Ana və azyaşlı qızı öldü | Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda ağır yol qəzası baş verib. Qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 80-ci km-də, Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhəri Sabunçu rayon sakini, 1959-cu il təvəllüdlü Davudov Azər Hüseyn oğlu idarə etdiyi "Nissan Xterra" markalı, 90 SA 548 nişan dövlət nömrəli avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində avtomobilin sürücüsü Azər Davudov xəsarət almasa da, avtomobildə olan həyat yoldaşı, 1966-cı il təvəllüdlü Davudova Gülcöhrə Məhəmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan digər sərnişinlər, Zaqatala şəhərində doğulan, hazırda Bakı şəhərində yaşayan, 1969-cu il təvəllüdlü İbrahimova Nərgiz Rafiq qızı və onun azyaşlı övladı, 2008-ci il təvəllüdlü İbrahimova Firuzə İlham qızı isə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçiniblər. Qəzada ölən Nərgiz İbrahimova bu gün səhər saatlarında Zaqatala rayonunun Qımır kəndində ölən atası Rafiq Xamməmmədovun dəfn mərasimində iştirak etmək üçün rayona gəlirmiş. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır. (APA) |
2013-12-12 | 4,013 | Məhəmməd Peyğəmbəri təhqir edən şəxsin məhkəməsi başlayıb | Həzrəti Məhəmməd haqqında təhqiramiz karikaturalar paylaşan "Charile Hebdo" jurnalı əleyhinə açılan məhkəmə başlayıb. "Axar.az"ın məlumatına görə, Parisdə keçirilən məhkəmə prosesi Fransadakı bəzi Ərəb Müsəlman dərnəkləri "xalq arasında kin və nifrəti aşıladığı" səbəbi ilə jurnalı məhkəməyə verib. Həmin dərnəklər şikayətlərində jurnaldan 780 min avro da maddi təzminat tələb ediblər. Jurnalın vəkili isə ifadə və düşüncə azadlığına müdaxilə edilməyəcəyini, mübahisənin bağlandığını və onları məhkəməyə verən dərnəklərin cəmiyyət tərəfindən ciddiyə alınmadıqlarını deyib. Məhkəmə işi barədə qərar yaxın günlərdə veriləcək. |
2013-12-12 | 4,014 | İranın Səhiyyə Nazirliyindən şok QİÇS etirafı – Video | İran siğədən sonra indi də QİÇS xəstəliyi ilə gündəmdədir. Son 10 ildə QİÇS-ə yoluxma 20% artıb. Səhiyyə naziri Haşimi deyib: "27 min nəfər HİV virusuna yoluxub, 70 min nəfər isə xəstə olduğunu bilmir. Sayları yüz minə çatan QİÇS xəstələrinin 5%-i yetkinlik yaşına çatmamış fəhlələrdir". Mütəxəssislərin bildirdiyinə görə, xəstəliyin artmasına əsas səbəblərdən biri siğə nikahıdır. |
2013-12-12 | 4,015 | İranda azərbaycanlı fəallar həbs edildi - Foto | İranın Azərbaycan vilayətlərində 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının qurduğu Milli Hökumətin yaranmasının 68-ci ildönümü qeyd olunub. Bununla bağlı bu gün yerli vaxtla 14:00-16:00 arasında Qoşaçay (Miyandab) şəhərinin Qıcılı kəndində 21 Azər Hərəkatının şəhidlərindən biri olan Xanəli Motiinin məzarı başında anma mərasimi keçirilib. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tədbirə basqın edib və mərasim iştirakçılarına qarşı güc tətbiq edib. Həbsə alınanların əksəriyyəti Qoşaçay, Marağa və Məlikkəndi (Məlikan) şəhərlərinin sakinləridir. Onlardan 5 nəfərinin ad və soyadları müəyyənləşib. Bunlar Daryuş Əndəlibian, Yusif Muxtari, Cavad Sudbər, Həbib Mənafiazər (hamısı Qoşaçay) və Muxtar (Artan) İbrahimidir (Məlikkəndi). Hazırda həbsə alınan azərbaycanlı fəalların harada saxlanıldığı barədə heç bir məlumat yoxdur. (APA) |
2013-12-12 | 4,016 | Kamal Abdulladan yeni kitab | Bir necə gün öncə 63 yaşını qeyd edən yazar Kamal Abdulla "Hekayələr" adlı kitabını çapa hazırlayır. İndiyə qədər daha çox romanları ilə diqqət çəkən yazar bildirib ki, o, hekayələrini bir kitabda toplayıb, yaxın zamanlarda oxucuların ixtiyarına verəcək. Yazarla söhbətdən o da məlum oldu ki, kitaba müxtəlif illərdə yazılmış hekayələr daxil ediləcək. |
2013-12-12 | 4,017 | "Qazel" benzindoldurma məntəqəsinə girdi | Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. "Qazel" markalı yük maşını Sumqayıt yolundakı benzindoldurma məntəqəsinə girib. Nəticədə yük maşının qabaq hissəsi tamamilə əzilib. Ərazidə işləyən polislər hadisənin hansı səbəbdən baş verdiyini araşdırır. Hadisə nəticəsində xəsarət alanalar barədə məlumat yoxdur. (ANS) |
2013-12-12 | 4,018 | Aİ Rusiya ilə Ukraynadakı vəziyyəti müzakirə etmək istəyir | Avropa İttifaqı (Aİ) Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukraynadakı vəziyyəti müzakirə etmək istəyir. Bu barədə cümə axşamı Aİ Şurasına sədrlik edən Litva XİN rəhbəri Linas Linkyaviçyus bildirib. "Digər ölkələrin təzyiqlərinə gəldikdə, bu barədə biz dəfələrlə danışmışıq, açıq danışmaq bizim borcumuzdur, biz bu məsələni qaldıracağıq. Düşünürəm ki, qarşıdakı imkan bazar ertəsi RF XİN rəhbəri ilə (Lavrovla) qeyri-formal görüşüdə bu məsələni müzakirə etmək olacaq", - Avropa Komissiyasının saytında yayımlanan mətbuat konfransında Linkyaviçyus deyib. Lavrov Aİ ölkələrinin xarici işlər nazirləri ilə dekabrın 16-da Brüsseldə görüşəcək. Bundan öncə Ukrayna Avropa İttifaqı ilə assosiasiya haqqında saziş imzalamaqdan imtina edib. Çərşənbə günü Rusiya Federasiyası baş nazirinin müavini İqor Şuvalov bildirib ki, Ukrayna ilə Rusiya gömrük məsələləri üzrə danışıqlarda hüquqi çərçivədə fəaliyyət göstərib. (Trend) |
2013-12-12 | 4,019 | Tam məxfi: SSRİ-nin Marsa hücumu - Video | 1971-ci il dekabrın 2-si "Zemlyan" Sovet kosmik aparatı Mars üzərinə enir. "Əgər ölkədə siyasi iradə olsaydı, bəlkə də Mars 1970-ci illərin ortalarında əlçatan olardı",- deyə rus alimlərindən biri bildirdi. "Korporat enerji" Mars layihəsi ilə artıq 40 ildir ki, məşğuldur. Keçən əsrin ortalarında alimlər insanın Marsın səthinə enəcəyi günü arzulayırdı. Alim-konstruktor Sergey Korolyov hesab edirdi ki, SSRİ-nin kosmik proqramının ən vacib hissəsi Mars olmalıdır. 1960-cı ildə ilk peykin buraxılmasından cəmi 3 il sonra SSRİ Marsın öyrənilməsi üçün iki planetlərarası kosmik stansiyalar göndərdi, ancaq onların heç biri planetə çatmadı. Marsda sfinks? Bu törəmənin daha sonrakı və dəqiq şəkli bu fikri təkzib edərək, sadəcə, küləyin aşınmasından ortaya çıxdığını üzə çıxardı. Yeganə uğur 1962-ci ilin noyabrında Sovet avtomatik stansiyası Mars-1-in uçuşunu hesab etmək olar. Onun uçuşu 140 gün davam edir və 106 milyon km. uzaqlıqdan əlaqə saxlanıla bilir. Lakin o da Marsın orbitinə çatmır. Mars üçün birinci mübarizə Rusiyanın məğlubiyyəti ilə başa çatır. 1965-ci il iyulun 14-ü ABŞ-ın aparatı çəkdiyi 25 şəkli Yerə göndərir. Və Marsın boş səhraları insanların planet və marslılar haqda olan bütün təsəvvürünü yerli-dibli dəyişdirir... |
2013-12-12 | 4,020 | “Onun məzarı xalqın ziyarətgahına çevrilib“ | Bu gün Nərimanov rayonunda mərhum prezident Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev deyib ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib: "Ulu öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər". A.Fərzəliyev qeyd edib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır: "1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. "Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi" kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur". Anım mərasimində çıxış edən millət vəkili Siyavuş Novruzov və digərləri mərhum prezidentin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışıblar. Natiqlər Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin bu gün dünyanın və regionun inkişaf etmiş dövləti olduğunu bildirdilər. Artıq Azərbaycan regionun iqtisadi və siyasi mərkəzlərindən biridir. Regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir. Bildirilib ki, Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi tədbirlər miqyasına görə onilliklərin çərçivəsinə sığmır. Onun dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin edib. Qeyd edək ki, Nərimanov rayonu ərazisində təhsil, səhiyyə ocaqlarında, idarə və təşkilatlarda da Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi tədbirlər keçirilib. Həmçinin rayon ərazisində, bir neçə yerdə Nərimanov Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsini anmaq məqsədilə ehsan süfrələri açılıb. |
2013-12-12 | 4,021 | Cordano Bruno nə üçün yandırılıb? – Üç Allah | Cordano Brunonu alim adlandırmaq yanlışlıqdır. Hər halda elmi həqiqət heç vaxt onun ciddi maraq obyekti olmayıb. Bununla bərabər istər sağlığında, istərsə də ölümündən sonra Brunonun ideyaları elmi dairələrdə hələ də güclü tərəfdaş toplaya bilməyib. Səbəb isə çox sadədir: Cordano Bruno nə riyaziyyatçı, nə də ki astronom idi, təbiət elmlərindən isə yalnız müəyyən dərəcədə başı çıxırdı. Brunonun əsərləri ilə tanış olmaq qərarına gələnlər onların heç bir elmi əsasının olmadığını dərhal hiss edərlər. O öz əsərlərində nə bir düsturdan, nə də ki bir sxemdən istifadə edib. XVI-XVII əsrlərdə alimlərin istifadə etdiyi dialektik metod və problemə rasional elmi yanaşma Brunoya tamamilə yabançıdır. "Təbiət qanunlarını tədqiq edən" bu şəxsin "elmi" metodologiyası hətta antik dövr alimlərinin qurmalarından da zəifdir. Onun metodu - poetik ilham, poetik obrazlar və fəlsəfi ritorika metodudur ki, burada da mistika və panteizm elementləri xeyli üstünlük təşkil edir. İnsan allah... C.Bruno üç Allahın mövcud olduğunu iddia edirdi: Kainatı yaradan - birinci Allah, bütün dünya - ikinci Allah, insan isə üçüncü Allahdır. İnsan ruhunun cövlan edə biləcəyi dünyaların sayı çoxdur. Əsərlərində bu və digər psevdo-dini nəzəriyyələri inkişaf etdirmək, özünün heç də elmi xarakter daşımayan nəzəriyyələrini əsaslandırmaq məqsədilə Kopernikin təlimindən yararlansa da, elə bununla da təlimi təhrif olunmuş şəkildə şərh etmişdi. Kopernikin gözdən salınması Dəqiq söyləsək, Bruno Kopernikin ideyalarını fəlsəfi araşdırmalar vasitəsinə çevirməklə, həmin ideyaları sadəcə olaraq hörmətdən salmışdı. Katolik Kilsəsi Kopernikin nəzəriyyəsini 1512-ci ildən başlayaraq, bir əsr ərzində tamamilə sakit qarşılayırdı. Əslində 1616-cı ildə bu nəzəriyyənin pislənilməsi məhz C.Bruno ilə əlaqədardır. O, ciddi elmi konsepsiya əsasında qeyri-elmi məzmunlu fəlsəfi və xristianlığa zidd nəticələr çıxarmaq mümkün olduğunu göstərmişdi. Çiçəklər meydanında edam Cordano Bruno (1548-1600). Bu mütəfəkkir 1600-cü il fevralın 17-də Romada Çiçəklər meydanında yandırıldı. Onun bu cəzaya məhkum edilməsinə səbəb nə olub? Onun elmi baxışlarımı? Əlbəttə ki, xeyr, ona görə ki, bu italiyalı mütəfəkkirin ideyalarını nəinki müasir, hətta XVI əsr elminin meyarları üzrə yanaşsaq belə, bunların elmə heç bir aidiyyəti olmadığını görmüş olarıq. Brunonun adının bu günə qədər məşhur olması isə ilk növbədə onun həyatının faciəli finalı ilə bağlıdır. Tam məsuliyyətlə demək olar ki, o özünün elmi baxışlarına və kəşflərinə görə cəzalandırılmayıb. Bu zaman yeni sual doğur - niyə? Cavab isə çox sadədir. Onun nə elmi baxışları, nə də dünyanı və elm aləmini silkələyəcək kəşfləri olub! Əslində bu italiyalı mütəfəkkir alim yox, ilahiyyatçı filosof idi. Təbii-elmi kəşflər isə onu, ilk növbədə, həyatın məğzini, kainatın mövcudluğunun mənasını və əsla elmi xarakter daşımayan digər məsələlər barəsində baxışlarını təsdiqləmək vasitəsi kimi maraqlandırırdı. Qaliley və Bruno Əvvələn, ondan başlayaq ki, o dövrün alimlərinin istifadə etdiyi dialektik metodlar - sxolastika və riyazi metod Brunoya məlum idi. Amma ən maraqlı məqam odur ki, o, həmin metodlara ikrah hissi ilə yanaşırdı. Bəs, bunların əvəzində özü nə təklif edirdi? Bruno öz fikirlərini ciddi elmi traktatlar şəklinə salmaq əvəzinə, onların poetik və obrazlı formasına, ritorik gözəlliyinə üstünlük verirdi. Ona görə, ən dəqiq və ən həyati elm... magiya idi! Onun metodologiyasının meyarları poetik vəznlər və lull incəsənətində özünə yer edirdi. Brunonun fəlsəfəsi isə çox vaxt bir-biri ilə zəif əlaqələndirilmiş ədəbi motivlərin və fəlsəfi mühakimələrin özünəməxsus məcmusu idi. Buna görə də təəccüblü deyildir ki, Qalileo Qaliley Brunonu heç vaxt alim, xüsusən astronom hesab etməyib. Qaliley əsərlərində Brunonun adını çəkməyi belə özünə sığışdırmırdı. Adətən belə hesab edilir ki, Brunonun baxışları Kopernik ideyalarının davamıdır. Lakin faktlar göstərir ki, o, Kopernikin təlimi ilə yalnız səthi tanış olub və alimin əsərlərinin şərhində kobud səhvlərə yol verib. Əlbəttə, Kopernikin heliosentrizm nəzəriyyəsi Brunonun baxışlarının formalaşmasına böyük təsir göstərib. Lakin artıq qeyd etdiyimiz kimi, Bruno Kopernikin ideyalarını asanlıqla və cəsarətlə interpretasiya edir, öz fikirlərinə müəyyən poetik forma verirdi. Bruno iddia edirdi ki, Kainat sonsuzdur və əbədi mövcuddur. Kainatda sonsuz sayda dünyalar var və bu dünyaların hər biri quruluşuna görə Kopernikin Günəş sistemini xatırladır. Onun sonsuzluğu məsələsində Kopernik ifrat dərəcədə ehtiyatlı davranır, bu məsələsini nəzərdən keçirməkdən imtina edirdi. Bruno isə bu məsələdə Kopernikdən xeyli irəli gedirdi. Lakin Brunonun cəsarəti onun ideyalarının elmi cəhətdən təsdiqlənməsinə deyil, həmin dövrdə çox populyar olan hermetizm ideyalarının təsiri altında formalaşmış okkult-magik dünya baxışına əsaslanırdı. Məsələn, hermetizmə görə, təkcə insan deyil, dünyanı da ilahiləşdirmək qəbul edilib. Buna görə də Brunonun dünyagörüşünü çox vaxt panteist dünyagörüşü kimi səciyyələndirirlər (panteizm dini təlimdir, bu təlimə görə maddi dünya ilahiləşdirilir). Beləliklə, Brunonu nəinki alim, hətta Kopernik təlimini populyarlaşdıran şəxs də adlandırmaq olmaz. Məsələyə xalis elmi baxımdan yanaşsaq, o Kopernikin ideyalarını magik xurafat dilində ifadə etməyə çalışmaqla əslində həmin ideyaları hörmətdən salıb. Bu isə labüd olaraq, ideyanın təhrif edilməsinə gətirib çıxarır, onun elmi məzmununu və elmi dəyərini heçə endirirdi. Bruno özü heç bir elmi nəticə əldə etməyib, onun "Kopernikin xeyrinə" arqumentləri isə yalnız müəllifin nadanlığını nümayiş etdirən mənasız sözlər toplusu idi. Nolaniyalı magiya ilə ciddi maraqlanır və hər şeydən göründüyü kimi, magiya sənətini praktikada fəal tətbiq edirdi. Buna görə də Katolik Kilsəsi ilə onun arasında münaqişə yaranmaya bilməzdi. Bütün bunlara əsasən qətiyyətlə demək olar ki, Cordano Brunonun baxışlarını elmlə əlaqələndirmək düzgün deyil. Buna görə də Roma ilə onun münaqişəsində dinin elmə qarşı mübarizəsi elementləri olmayıb və ola da bilməzdi. Bütün bunlarla yanaşı, Bruno fəlsəfəsinin dünyagörüşünün əsasları xristian dünyagörüşündən çox uzaqdır. Kilsənin nəzərində Bruno bidətçi idi, bidətçiləri isə o dövrdə yandırırdılar. Qaçqın rahib və dinsiz bidətçi Əgər həmin dövrə nəzər yetirsək görərik ki, mütəfəkkirlər də Kilsə ilə münaqişə vəziyyətində olublar. Brunonun həmin mütəfəkkirlərdən əsas fərqi ondan ibarətdir ki, o, şüurlu şəkildə xristianlığa zidd və kilsəyə qarşı yönəlmiş mövqedən çıxış edirdi. Bruno mütəfəkkir alim kimi deyil, qaçqın rahib və dinsiz bidətçi kimi mühakimə edilib. Onun işi üzrə materialları araşdırdıqda məlum olur ki, o, heç kəslə işi olmayan filosof deyil, Kilsənin şüurlu və fəal düşməni olub. Məsələn, Qaliley heç vaxt kilsə ilə özünün məxsusi elmi baxışları arasında seçim qarşısında qalmayıb, Bruno isə artıq öz seçimini etmişdi. O, dünya, Allah və insan haqqında Kilsənin təlimi ilə özünün "fədakar təşəbbüs" və "şübhə fəlsəfəsi" adlandırdığı dini-fəlsəfi təsəvvürlər arasında seçim edib. Əgər Bruno "azad filosof" deyil, alim olsaydı, Roma taxt-tacı ilə problemlərdən yaxa qurtara bilərdi. Təbiətşünaslıq da məhz ondan təbiətin öyrənilməsində poetik ilhama, magik sehrlərə deyil, ciddi rasional qurmalara əsaslanmağı tələb edirdi. Beləliklə, yuxarıda yazılanlardan ən son belə nəticəyə gəlmək olar ki, Bruno özünün elmi baxışlarına görə yox, tamam başqa səbəblərlə edam edilib. |
2013-12-12 | 4,022 | Mühafizəçisi Heydər Əliyevin infarkt səbəbini açıqladı - Video | "Heydər Əliyev ürək xəstəliyini 1987-ci ildə Moskvada - Qorbaçovdan könüllü təqaüdə getmək haqqında ərizə yazmaq göstərişini alanda qazanmışdı. Bu göstərişdən bir gün sonra o infarkt diaqnozu ilə Moskva Mərkəzi Klinik xəstəxanasına yerləşdirilir. Və nə az nə çox, düz üç ay bu xəstəxanada müalicə olunur". 1982-88-ci illərdə Heydər Əliyevin şəxsi mühafizəsinin rəisi olan Aleksandır İvanov o günləri belə xatırlayır. 1982-1988-ci illərdə Heydər Əliyevin şəxsi mühafizəsinin rəisi, Aleksandr İvanov: "Səhiyyə Nazirliyinin 4-cü həkim briqadası gəldi. Onu inandırmağa çalışırdılar ki, mütləq xəstəxanada yatmaq lazımdır. Heydər Əliyev nəsə tərəddüd edirdi. Amma eşidəndə ki, həkimlər xərək gətirmək haqda danışırlar, o ayağa qalxdı, ayaqqabılarını geyindi və liftlə aşağı düşdü". Bir ürəyin bu qədər ağır yükə nə qədər dözə biləcəyini isə o qarşıdakı 15 ildə sübut etdi. Bu 15 ildə nələr baş vermədi? Azərbaycan hansı ağrı-acılardan çıxmadı? Baş verənlərə nəzər salanda düşünürsən ki, o ürək öz sahibinə bəlkə lazım olduğundan da çox sədaqət göstərib. 10 il əvvəli - Heydər Əliyevin öldüyü 2003-cü ili isə çox yaxşı xatırlayıram. Azərbaycanın 1 nömrəli siyasət adamı artıq bir neçə ay idi ki, səhhəti ilə bağlı müayinələrdə idi. Əvvəlcə Türkiyənin Gülhanə, sonra Amerikanın Klivlend xəstəxanasında Prezidentin səhhəti təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində izlənilirdi. Amma maraqlıdır ki, yalan informasiyanı özgələr yox, özümüzünkülər yayırdı. Dəfələrlə "Heydər Əliyev öldü" xəbəri qəzetlərin manşetinə çıxarılmışdı. Bu yalan xəbərlərin qarşısına çıxan isə maraqlıdır ki, hətta bir dəfə Heydər Əliyevin özü olmuşdu. Cümlələri əvvəlki kimi nizamlı olsa da, səsinin nizamı pozulmuşdu. Hamıya gün kimi aydındır. Heydər Əliyev son günlərini yaşayır. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə müalicədən qabaq onunla baş tutan son görüşünü belə xatırlayır: "Rəngi saralmışdı. Özümdən ixtiyarsız gözümdən yaş gəldi, dedi ki, darıxma, biz hələ səninlə çox işləyəcəyik". Amma işləyə bilmədi. Soyuq dekabr günlərindən birində Heydər Əliyev öldü xəbəri yayıldı. Bu dəfə bu xəbərdə yalan yox idi. Onun dəfninə yaxın və uzaq ölkələrin əksəriyyətindən dövlət başçıları gəlmişdi. Hərəsinin Heydər Əliyevlə bağlı öz xatirəsi vardı. Rusiya prezidenti Vladimir Putin Azərbaycan xalqını Heydər Əliyevin timsalında bəxti gətirən xalq sayırdı. Ukaraynanın sabiq perezidenti Leonid Kuçma isə deyirdi ki, Heydər Əliyevin şəxsində özünə möhkəm dost tapıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə xatırlayırdı ki, Kremldə işləyərkən tez-tez Heydər Əliyevin yanına dəstək üçün gedərmiş. Polşa prezidenti Aleksandr Kvasnevski Heydər Əliyevi Mərkəzi Və şərqi Avropada baş vermiş böyük dəyişikliyin arxitektorlarından biri sayır, ABŞ-ın keçmiş prezidenti Corc Buş isə belə deyirdi: "Liderlik cətinliklərə qalib gəlməkdən ibarətdir. Heydər Əliyev məhz çətinliklərə qalib gələn liderdir. Mən onun cəsarətinə, misilsiz dünyagörüşünə, nadir natiqlik qabiliyyətinə heyranam". Bir belə tarixi şəxsiyyətlərdən sonra təbii ki, mənim kimi sadə bir jurnalistə söz düşmür. Amma mən sonda bir xatirəmi mütləq bölüşmək istəyirəm. 1998-ci ilin fevralı idi. Azərbaycanda ölüm hökmü ləğv olunmuşdu. Açıqlamanı şəxsən jurnalistlərə Heydər Əliyevin özü çatdırırdı. İşlədiyim qəzetdən Prezident Aparatına məni göndərdilər. Heydər Əliyevi ilk dəfə həyatda və yaxından onda görürdüm. Prezident Aparatında akkreditə olunan jurnailstləri Heydər Əleyev yaxşı tanıyırdı. Mən isə o vaxt onu Azərbaycanda ölüm hökmünün ləğvinə nail olan dövlət başçısı kimi tanıdım. Qəbri nurla dolsun! (ANS) |
2013-12-12 | 4,023 | Mingəçevirdə yaşayış evi yandı | Mingəçevir şəhərində yanğın hadisəsi baş verib. Hadisə bu gün 16:30 radələrində Mingəçevir şəhər sakini 1954-cü il təvəllüdlü Xəlilov Ramazan Əli oğluna məxsus ümumi sahəsi 90 kvadratmetr olan evdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı iki otaqlı evin 40 kvadratmetrlik hissəsi içəridəki əşyalarla birgə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğınsöndürənlər evə bitişik yardımçı tikililəri alovdan mühafizə ediblər. İlkin ehtimala görə yanğına elektrik naqillərində baş verən qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.(APA) |
2013-12-12 | 4,024 | Jijek - apokalipsis peyğəmbəri | Finlandiyanın "Aamulehti" qəzetindən (20.11.2013) Kari Salminenin filosof Slavoy Jijek haqda yazdığı "Finlandiyanın Jijeki, hardasan?" başlıqlı yazını təqdim edirik. Müasir dövrün ən ünlü filosoflarından biri Slavoy Jijek 1949-cu il martın 21-də Sloveniyanın Lüblyana şəhərində doğulub, indi də orada yaşayır. Freyd-Marks yönlü kulturoloqdur. Jak Lakanın əsərlərinin tərcüməçisi və təfsirçisi, nəzəri psixoanaliz məktəbinin rəhbəri, sosial tədqiqatlar institutunun prezidentidir. Finlandiya filosofları qorxaq "ana uşağı", paxıl və dünyada tanınmayan biridirlər. Onlar ictimaiyyət arasında olurlarsa, deməli, əsil filosof ola bilməzlər — filosofların dəyərləndirmələrinə görə. Populist və performans aktyoru Çiçəklənmə ssenaristi Pekka Himanen, fantastika elçisi Esa Saarinen, peşəkar mütəfəkkir Kristi Lonka, iqtidarın düşüncə yardımçısı İlkka Niiniluoto da – hamısı yanılır. Çünki tanınırlar, gördükləri işlərin müqabilində də şirkət və dövlətdən pul alırlar. Hansısa bir universitet idarəsinin zirzəmisindən axşam TV ulduzu, Slavoy Jijek kimi bir nərildəyən aslan çıxsa, görəsən, Finlandiyada buna necə reaksiya verərlər? Fəlsəfə peşəkarlarının fikrinə görə, Sloveniyalı Jijek — "Stalin hələ çox da dərinə getmədi" və "Lenin haqlıydı" deməklə kommunist totalitarizmi ilə naz-qoz eləyən populist və performans aktyorudur. Jijekin dediklərini düzgün anlamırlar O, paradokslar vurğunudur. Bundan başqa, gərək bu adamı fəaliyyət başında görəsən, o zaman Jijek püskürən bir insan vulkanına dönür. "Filmin gizli dili" (2006) adlı filmin davamı olan "Jijek və filmin gizli ideologijası" Tv-serialına bu gün bir bütün olaraq baxmaq gərəkdir. Millət belə filosoflar istəyir. Hər halda — millətin əsasən müdrikləri dinləyən bölümü. Jijekin əlləri bir an olsa belə, bir yerdə durmur. Onun əlləri düşüncə selini nevrotik stereotip jestlərlə ritmlərə bölür. Saçları daranmamış, ağzı köpüklü, gözlərindən od yağır. Jijek, məhşər gününün artıq gəldiyini və bunu liberal kapitalizmin gətirdiyini deyən apokalipsis peyğəmbəridir. Jijeksayağı mütəfəkkirlər özəlliklə aktiv solçu gəncləri cəlb edir. Bu insan az qala hər şeyə qarşı çıxır, çünki hər şey yalnız ideologiya, yanlış maariflənmə, bir də sistemə və onun lordlarına xidmət edən süni gerçəklikdir. Bu sapıq — başqa cür düşünməyə, ideologiyanın qücünü qırmağa cəsarət edən sağlam bir insandır. Nifrət edilən mütəfəkkir Son zamanlar Jijek Pussy Ruot hərəkatındakı Nadejda Tolokonnikova ilə məktublaşırdı. Filosof büsbütün məktubdaş və "cinayət yoldaşı"dır, bununla belə o da ya yandaş, ya qarşıdaş qaydaları hökm sürən toplum diqqəti altında yaşayandır. Filosofa görə, Pussi Potun fəaliyyətini avtoritar hakimiyyətə qarşı yönəlmış liberal protest sayırlar. Əslində isə məsələ daha da ciddidir və bu da liberallara mane olur. Jijek məktubunda yazır: "Siz stalinizm və müasir qlobal kapitalizmin arasındakı fasiləsizliyi nümayiş etdirirsiniz". Fəlsəfəni dadsız-duzsuz sayan mədəniyyət tədqiqatçısı Hanna Kuuselaya görə, Jijek bir çox cəhətdən nifrət edilən mütəfəkkirdir, bu üzdən də Jijeki çox asanlıqla lətifə söyləyənlər cərgəsinə qoşmaq olar. Bir-birini görkəmli filosof kimi qələmə vermək Finlandiyada media fiquru və fəlsəfə klounluğunu bacaran Jijek kimi birisi hansı gözümçıxdılara, linçlərə məruz qala bilər? Bizdə fəlsəfi fikir birliyini fəlsəfə nəzəriyyəsi dosenti Panu Raatikainen səsləndirir. O, demək olar ki, ilboyu Pekka Himanenə qarşı savaş açıb. Noyabr ayının əvvəlində öz köşəsində Finlandiyada fəlsəfənin dik duruşa ehtiyacı olduğunu yazır. Raatikaineni qıcıqlandıran odur ki, filosofları az qala toplum masqarası və ictimai zarafat kimi qəbul edirlər. Deyəsən, Raatikainen özünün çalışqan lətifəçi olduğunu görmür: "Hal-hazırda Finlandiyanın ictimai fəlsəfə imicində bir-birini görkəmli filosof kimi qələmə vermək adəti hökm sürür. Bunlar üçün önəmli olan özlərini toplumun projektorları hesab etmək, siyasi və maliyyə elitalarına yaxın olmaq və əlbəttə ki, öz pul kisələrinin ağırlaşmasını yəqinləşdirməkdir. Asta, əziyyətli akademik fəlsəfi araşdırma və onun nəşri bunları maraqlandırmır". Hakimiyətdəkilər üçün statistika Tənqid başadüşüləndir, amma Himanen kimilərinin elmi araşdırmaları hansı yolla, nə cür əngəlləmələrini anlamaq olmur. Hakimiyyətin "Gələcək 2013" adlı proyektinə aid raportları hazırlamağa Himanen də qoşulmuşdu. Bu proyektdə Finlandiyanın iqtisadi, ekoloji və mənəvi cəhətdən daha yaxşı yönəldilməsi üzərində düşünülmüşdü. Bundan daha da pis günahlar kəşf etmək heç də çətin iş deyil. İlin ortasında İlkka Niiniluoto Ahonun hakimiyyəti zamanı 1993-cü ilin iqtisadi durumu haqda "Finlandiyanın ruhsal durumu və gələcəyə baxış" adlı raport hazırlayıb. Hər iki dialoq peşəkarca nokauta göndərildi. Göründüyü kimi, filosof, qəddar elmi fəlsəfədən başqa heç bir işlə, xüsusilə də hakimiyətdəkilər üçün statistika ilə məşğul ola bilməz. Bəlkə hər şeyi tərsinə və dəli notlarla söyləyən Jijek kimi daha cəsarətli filosoflara ehtiyacımız var? Fəlsəfə zövqsüzlük, utanmazlıq və təhlükə donuna da girə bilər. Beləsi katalizator, ya da yeni növ oyun açarı qismində çıxış edə bilər. Fəlsəfi araşdırma önəmlidir, amma müqəddəs məcnunlar və ya dəbli şarman çalğıçıları oradan kənarlaşdırılmamalıdır. Onlar heç nə aparmır, əksinə - meydana əlavə nələrsə gətirir. |
2013-12-12 | 4,025 | Avropadan Ermənistana 25 mln. avro yardım | Avropa Komissiyası "Şərq Tərəfdaşlığı" inteqrasiya və əməkdaşlıq proqramı çərçivəsində Moldova, Gürcüstan və Ermənistan üçün 87 mln. avro həcmində əlavə vəsait ayırıb. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, qeyd olunan vəsait kənd tipli yaşayış məntəqələrində iqtisadi imkanların artırılması ilə bağlı layihələrə, enerji sahəsində islahatların həyata keçirilməsinə, əmək bazarında idarəçiliyin yaxşılaşmasına və sair layihələrə yönələcək. Ayrılan vəsaitlərin ümumi həcmi 87 milyon avro təşkil edir: Moldova – 35 mln., Gürcüstan – 27 mln., Ermənistan – 25 mln. avro. |
2013-12-13 | 4,026 | Gəncədə zəncirvari qəza: 4 yaralı - Fotolar/Yeniləndi | Axşam saatlarında Şah İsmayıl Xətai prospektində 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. "Axar.az" Kəpəz Tv-yə istinadən xəbər verir ki, Göygöl sakini Məmməd İsmayılovun idarə etdiyi VAZ 2107 markalı avtomobillə Samux sakini Museyib Hüseynovun idarə etdiyi Vaz 2107 markalı avtomobil toqquşub. Bu zaman avtomobillərdən biri sürüşərək hərəkətdə olan Ukrayna vətəndaşı Demyanenko Valentina Yuliyeviçin idarə etdiyi "BMV" markalı avtomobilə dəyib. Nəticədə VAZ 2107-də olan sərnişinlər Elmin Həsənov və Tahirə Süleymanova, eləcə də digər avtomobildəki Orxan Mehdiyev və Emin Nağıyev yaralanaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlər xəstələrin səhhətinin kafi olduğunu bildiriblər. Faktla bağlı araşdırma aparılır. *** Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qəza törədən "VAZ 2107"-nin sürücüsü Məmməd İsmayılov sərxoş vəziyyətdə olub. Qeyd edək ki, Valentin Yuriyeviç Demyanenko avarçəkmə üzrə 3 qat dünya çempionudur. O, 2012-ci ildə London Olimpiyadasında Azərbaycanı avarçəkmə idman növü üzrə təmsil edib. Fotolar APA-ya məxsusdur. |
2013-12-13 | 4,027 | Banderas Papa olacaq? | Papa Fransisin həyatından bəhs edən filmdə baş rolu məşhur aktyor Antonio Banderasın oynayacağı haqda məlumatlar yayılıb. Filmdə Argentinada xunta rejimi dövründə işgəncə görərək öldürülənləri və onların ailələrini qorumaq üçün Papanın apardığı mübarizə öz əksini tapacaq. Filmin rejissoru məhşur "Göl evi" filmini ekranlaşdıran Aleksandro Aqrestindir. Argentinada ekranlaşdırılacaq film "Bir rahibin hekayəsi" adlanacaq. |
2013-12-13 | 4,028 | Ukrayna Aİ ilə razılaşma imzalayacaq | Ukrayna Avropa İttifaqı ilə (Aİ) tezliklə assosiasiya haqqında saziş imzalanacaq. Bu barədə Ukrayna baş nazirinin birinci müavini Sergey Arbuzov genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle ilə birgə mətbuat konfransı zamanı bildirib. "Ukrayna milli strateji maraqlarını nəzərə alaraq, Aİ ilə tezliklə assosiasiya haqqında saziş imzalayacaq," - Arbuzov bildirib. Onun sözlərinə görə, Ukraynanın "siyasi iradəsi var". (Trend) |
2013-12-13 | 4,029 | Toy karvanına hücum: 10 ölü | Yəmənin Rida bölgəsində toy konvoyuna pilotsuz hava təyyarəsi ilə hücum edilib. "Axar.az" xəbər verir ki, Rida bölgəsində toy konvoyuna pilotsuz hava təyyarəsi ilə edilən hücum nəticəsində 10 nəfər ölüb, çoxlu sayda yaralılar var. Pilotsuz hava təyyarəsinin hansı ölkəyə aid olduğu barədə məlumat verilməyib. Yəmənin Abyan, Hadramevt və Şabve şəhərlərində də daha əvvəl ABŞ-a aid pilotsuz hava təyyarələri vasitəsi ilə Əl-Qaidə üzvlərini hədəf alan hücumlar təşkil edilmişdi. |
2013-12-13 | 4,030 | Kəbə 120 ilə belə dəyişdi - Video | null |
2013-12-13 | 4,031 | Dedektiv ədəbiyyatının ən yaxşı yazarları - Adlar | Amerikada keçirilən müsabiqədə dedektiv yazarları arasından ən yaxşılarının adı bəlli olub. Detektiv Yazarları Dərnəyi (CWA) üzvlərinin verdiyi səsvermə nəticəsində Aqata Kristi dedektiv ədəbiyyatının ən yaxşı yazarı seçilib. Bununla yanaşı, 600 yazar dedektiv ədəbiyatına verdiyi töhvələrə görə mükafatlandırılıb. Detektiv Yazarları Dərnəyi Londonda keçirdiyi mərasimdə fərqli zamanların ən yaxşı yazarlarını təyin edib. Açıqlanan siyahı belədir Bütün zamanların ən yaxşı dedektiv və ən yaxşı cinayət romanı Aqata Kristinin yazdığı "Rodjera Eqroidanın cinayəti" olub. Bütün zamanların ən yaxşı detektiv kitabı adına isə Artur Konan Doylun "Şerlok Holms" əsəri layiq görülüb. 1976-cı ildə dünyasını dəyişən Aqata Kristi yazıçılıq karyerası boyunca 66 roman yazıb. Qeyd edək ki, ilin ən yaxşı romanı adına layiq görülən "Rodjera Eqroidanın cinayəti" əsəri 1926-cı ildə nəşr olunub. |
2013-12-13 | 4,032 | Kişiləri rədd edən qadınların 20 klassik bəhanəsi | Kişilərin çoxu həyatlarının müxtəlif dövrlərində bu cür sözləri eşitmək məcburiyyətində qalıblar. Kimlərsə bu "cavabdan" depressiyaya düşür, kimlərsə heç nə olmamış kimi həyatlarına davam edir. Bu "maddələr" yarı-ciddi, yarı-zarafata hazırlanıb, belə şeyləri çox da ürəyinizə salmayın. Qadınları anlamaq ta qədimdən çox çətin olub, buna cəhd etməyin, məncə. Oskar Uayld boşuna deməyib ki, qadınlar sevilmək üçün yaradılıb, anlaşılmaq üçün yox. Bu da klassik bəhanələr: 1. "Sən məndən daha yaxşılarına layiqsən" (sizin yerinizə qərar vermək qadının vecinə deyil, əslində demək istəyir ki, siz kifayət qədər yaxşı deyilsiz). 2. "Sən əslində çox yaxşı insansan, amma..." (məncə, "amma"nı eşidən kimi aradan çıxmalısız, sonrasında eşitmək istəmədiyiniz cümlələr gələ bilər). 3. "Dost qalaq" (yanımda başqa kişi dostlarımın nələr etdiyini izah edəcək bir adam lazımdı da). 4. "Kişilərə inamım qalmayıb" (hə, bunu bir az müsbət cavab saymaq olar, bir dəfə də sizinlə sınaya bilər, möhkəm yapışın). 5. "Problem səndə deyil, məndədir" (bir dəfə kinoya, teatra getməmisiniz, bir kitab üzü açmamısınız, necə olmalıydı ki?!) 6. "Bu aralar yeni münasibət haqqında fikirləşmirəm. Hazır deyiləm" (fikirləşir əslində, amma sizinlə deyil. Bir həftə sonra başqa adamla görsəniz təəccüblənməyin). 7. "Aramızda yıxa bilmədiyim bir divar var" (ildə, ayda bir mesaj yazıb, zəng eləyəndə belə olacaqdı da, gecdi). 8. "Səndən elektrik almıram" (ən axmaq bəhanə budur, bunu deyən qadından elə uzaq olsanız yaxşıdır). 9. "Səni üzmək istəmirəm" (adama deyərlər, üzmək istəmirsən, hə de, bitsin də). 10. "Sən heç güzgüdə özünə baxmısan?" (bunu deməkçün bir az da üzlü olmaq lazımdı, Allah yaradıb onu da, nə deyəsən). 11. "Tipim deyilsən" (çox səmimi və açıq cavabdı, "sağ ol" deyib, mədəni sürətdə uzaqlaşın bu qadından). 12. "Mənə bir az vaxt ver" (yazıqdı bunu deyən qadın, sizi qırmamaqçün özünə əzab verir, gedin, o da rahat olsun, siz də). 13. "Mənim bağlanma problemim var. Bir adama bağlı qala bilmirəm" ("buynuzlu" görünməkdən çəkinmirsinizsə, bunu deyən qadınla münasibət qurmağa yenidən cəhd edin). 14. "Mənim sevgilim var" (sənə itirəcəyim vaxtı evdə pişiyimə sərf edərəm). 15. "Kaş ki, aramızda bu qədər yaş fərqi olmayaydı" (adətən evli adamlara deyilir bu söz, açıqlaması, "get, boşan, gələrsən"dir). 16. "Səni qardaşım kimi sevirəm" (sevgili kimi yox, amma yanımda ol, işim düşəndə lazım olursan). 17. "Bu dəqiqə həyatım çox qarmaqarışıqdı" (köhnə sevgilimlə hələ ipləri tam kəsməmişik, problem lazım deyil). 18. "Eyni yerdə işlədiyim adamla görüşə bilmərəm" ("dünyada bir sən qalsan, bir mən, sənə "hə" demərəm", deməkdi bu). 19. "Nişanlım var" (səninlə bir yerdə olmaqdansa istənilən yalanı deyərəm). 20. "Bu aralar karyeramla məşğulam" (işlə məşğul olmaq belə səninlə olmaqdan daha maraqlıdı). |
2013-12-13 | 4,033 | Mayli Sayrusdan dəli edən səhnə | Bir zamanların Disney şahzadəsi hesab edilən Mayli Sayrus Robin Ziçe ilə birlikdə göstərdiyi seksual səhnədən sonra böyük maraqla qarşılanıb. Bir müddət əvvəl öz açıq-saçıq səhnə şouları ilə qalmaqala səbəb olmuş Sayrusun bu hərəkəti onun ilin müğənnisi adını qazanmasına əngəl olmayıb. Bu il MTV Video Musiqi mükafat mərasimində müğənni Robin Ziçe ilə birgə səhnə alan Sayrus seksual şousu ilə hər kəsi təəccübləndirıb. Qeyd edək ki, müğənni son zamanlar imicində də xeyli dəyişikliklər edib. Belə ki, şıltaq qız görünüşündən seksual qadın imicinə keçən müğənni "Ziyankar top" və "Biz dayana bilmirik" kimi hitlərə damğasını vurub. 20 yaşlı müğənni MTV tərəfindən 2013-cü ilin ən yaxşı müğənnisi seçilib. Onun son klipləri və rəqslərinin karyerasına mənfi təsir göstərəcəyi haqda söz-söhbət gəzsə də, bütün bunlar onun ilin müğənnisi olmasına heç də mane olmayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.