date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-14
4,139
5,5 bal gücündə zəlzələ oldu
Bu gün Tokio qonşuluğunda olan Tiba prefekturasında 5,5 bal gücündə zəlzələ olub. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə zəlzələnin episentri Sakit okeanda 50 km dərinlikdə olub. Yapon hökuməti Sunami təhlükəsinin olmadığını bildirib. Bununla yanaşı qurbanlar və dağıntılar haqda heç bir məlumat verilməyib.
2013-12-14
4,140
Avromeydan tərəfdarlarına qadağa
Avromeydan tərəfdarlarının Kiyevə gəlişinə qadağa qoyulub. "Axar.az" məlumat verir ki, bu barədə informasiya Ukrayna mətbuatında yer alıb. Belə ki ölkənin qərb bölgəsindən gələn Avromeydan tərəfdarlarının Kiyevə daxil olmasına polis qadağa qoyub. Mətbuatda yer alan informasiyada həmçinin bu tapşırığın ölkə rəhbərliyindən gəldiyi bildirilib. Qeyd edək ki, istirahət günlərində iqtidarla müxalifət tərəfdarları Kiyevin müxtəlif yerlərində aksiya keçirəcək.
2013-12-14
4,141
Ceyranbatanda bədbəxt hadisə
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində bədbəxt hadisə baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "VAZ" markalı minik avtomobili su kanalına düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib. Eyni zamanda, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 09:40-da başa çatıb.
2013-12-14
4,142
“A.M.A.Y” prezidenti müflis olub
"A.M.A.Y"ın aylardır maaş ala bilməyən işçi personalı kütləvi şəkildə işdən çıxıb; ticarət mərkəzi hərraca çıxarıla bilər Azərbaycanda ən böyük ticarət mərkəzlərindən biri olan "A.M.A.Y"da son günlər ciddi problemlər yaranıb. Ticarət mərkəzində icarəyə yer götürüb sahibkarlıqla məşğul olanlar obyektlərini bağlamaq məcburiyyətində qalıblar. Qeyd edək ki, ticarət mərkəzinin bir hissəsində söküntü işləri aparılır. Elə buna görə də ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlarda "A.M.A.Y"ın söküləcəyi ilə bağlı fikir formalaşıb. Ticarət mərəzində çalışan iş icraçıları isə "Yeni Müsavat"a açıqlamalarında ticarət mərkəzinin söküləcəyi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu söylədilər. Onların sözlərinə görə, məlumat var ki, ticarət mərkəzinin bir hissəsi hotelə çevriləcək: "Söküntü aparılır. Amma təmir işləri ilə bağlı. Bir neçə mərtəbədə təmir işləri aparılacaq". Ən böyük ziyan isə ticarət mərkəzinin sahibi, iş adamı Abdulla Abdullayevə dəyib. İş adamı nəhəng ticarət mərkəzində sahibkarları saxlamaq üçün aylıq haqlarının azaldılması ilə bağlı göstəriş verib. Lakin onun bu addımı da ticarət mərkəzini iflasdan qurtara bilməyib. Ticarət mərkəzinin fəaliyyətinə çox ciddi ziyan dəyib. Aylardır maaş ala bilməyən işçi personalı da kütləvi şəkildə işdən çıxıb. Abdulla Abdullayev isə ticarət mərkəzini hotelə çevirmək üçün hökumətdən indiyə kimi icazə ala bilməyib. "A.M.A.Y"ın sahibi bununla bağlı ölkəmizdə keçirilən "Eurovision" musiqi yarışması ərəfəsində də hökumətə müraciət etmişdi. O zaman da iş adamına "yox" cavabı verilmişdi. "A.M.A.Y"la bağlı yayılan digər məlumat isə ticarət mərkəzinin hərraca çıxarılmasıdır. Səbəb isə ticarət mərkəzinin sahibi A.Abdullayevin banklara olan külli miqdarda borcudur. İş adamı bu borcun bir qismini ticarət mərkəzinin bir hissəsini ofis kimi icarəyə verərək bağlayıb. Lakin o, sonda "A.M.A.Y"ı hərracla satmaq qərarına gəlib ("Musavat.com").
2013-12-14
4,143
Cəbhədə atışma: itki yoxdur
Ermənilər cəbhənin təmas xəttində yenidən atəşkəsi pozublar. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərindən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi atəşə tutub. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-14
4,144
Lavrov Avropa İttifaqındakı həmkarlarına əsəbiləşdi
Avropa İttifaqı Ukraynaya havayı gəlir mənbəyi kimi baxır. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edib. O, tezliklə Avropa İttifaqındakı partnyorları ilə məhz bu məsələ ətrafında danışacağını bildirib: "Avropa İttifaqındakı partnyorlarımız narahatdırlar ki, böhran vədəsində əllərindən kifayət qədər bahalı olmayan havayı gəlir mənbəyi çıxır. Biz bununla bağlı mütləq onlarla danışacağıq".
2013-12-14
4,145
Nazir vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəki şəhərində vətəndaşları qəbul edəcək. Nazir dekabr ayının 16-da, saat 11:00-da Şəki şəhərindəki Olimpia İdman Kompleksində (Salman Mümtaz küçəsi, 1) Şəki, Mingəçevir, Naftalan şəhərlərindən və Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağam rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. "Axar.az" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
2013-12-14
4,146
Tarixin ən sensasiyalı 10 idman hadisəsi - Video
Bu günə qədər idman dünyasında bizləri heyrətləndirən onlarla hadisənin şahidi olmuşuq. Toplanması çətin olsa da, idmanın müxtəlif sahələrindən bir araya gətirdiyimiz video görüntülər ''Tarixin ən sensasion 10 idman hadisəsi'' kimi yenidən sizi heyrətləndirmək gücündədir. 1. Zinəddin Zidan dedikdə ilk ağlımıza gələn gözəl ötürmələr və Leverkuzenin qapısına çempionlar liqasının finalında vurduğu möhtəşəm bir qol gəlir. Ən unudulmaz səhnələrdən biri - Zidanın Materazziyə vurduğu baş zərbəsi ilə özünə yaraşmayan tərzdə karyerasına son verməyi hələ də yaddaşlardadır. 2. 1997-ci ildə Mayk Tayson sensasion deyə biləcəyimiz bir hadisənin altına imza atdı. Evander Xolifieldin döyüş vaxtı qulağını dişləyib-qoparan Taysonun bu hərəkətindən heç kim bir şey başa düşmədi. Rəqibi təhrik edən hərəkətləri ilə əfsanə Tayson qarşınızda… 3. MakEnroyun hakimin yanlış qərarından sonra verdiyi reaksiya vərdiş etmədiyimiz qəbildəndir. Xeyli oyunçu-hakim dialoqu görsək də, beləsini görməmişdik… 4. Tennisçi Markos Baqdatisdən azerkeşlərin gözləmədiyi bir hərəkət. Əslində bu cür reaksiyalara ''Kapitan'' ləqəbli Rus tennisçi Yojnıy və Cokovicdə rast gəlmişik, amma bu dəfə Markos əsəblərini cilovlaya bilməyib ard-arda 4 raketkanı sındırır. 5. Psixopat hərəkətləriylə tanınan Luis Suarezin ən yadda qalan hərəkəti İvanovici dişləməsi olub. Suaresin 10 oyun cəzalanmağına səbəb olan hərəkətini təqdim edirik. 6. Qattusonun yumruğu… 7. Erik Kantona deyildiyi zaman yada düşən səhnə… 8. Amerika Basketbol Liqasının ən unudulmaz davası. Baş rolda Ron Artest… 9. Leqarrette Blount 2009-cu ildə universitetlər arası Amerika futbolu oyunun finalında… ​ 10. İzzi Alkantara, 2001-ci il.
2013-12-14
4,147
Digahda ev partladı
"Axar.az" FHN-nin rəsmi saytına istinadən bildirir ki, Abşeron rayonu, Digah qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 22 kv.m olan 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə 1 otağın yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Partlayış zamanı 3 nəfər yanıq xəsarəti alıb və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aidiyyəti üzrə aparılıb. Yanğınsöndürənlər evdə müvafiq təhlükəsizlik tədbirləri görüb. Yanğın saat 09:03-də söndürülüb.
2013-12-14
4,148
Güneydən özəl qar fotoları
Dünən Azərbaycan mətbuatında Güneyə yağan qarla bağlı xəbərlər yayıldı. Həmin xəbərlərdə soyuq, şaxta, sazaq vardı. Biz isə Güneyə yağan qarın istisini "Axar.az" oxucuları ilə bölüşmək istəyirik. Bir soydaşımız bizə bir az Güney qarı göndərib. Baxaq, gözümüzün qurdunu öldürək...
2013-12-14
4,149
İngilis jurnalı Gülən-Ərdoğan savaşından yazdı
İngiltərədə yayımlanan "Ekonomist" jurnalı Türkiyənin Baş naziri R.T.Ərdoğan və "Nurçu" təriqətinin lideri Fətullah Gülən arasındakı gərginlikdən yazaraq "Kim qalib gələcək?" deyə soruşub. 11 ildir iqtidarda olan Baş nazir Ərdoğanın ən böyük uğurunun ordunu siyasətdən xaric etmək olduğunu bildirən jurnal, Ərdoğanın bunu ABŞ-ın Pensilvaniya əyalətində könüllü sürgün həyatı yaşayan Türkiyənin ən ciddi din adamı Fətullah Gülənin sayəsində bacardığını yazıb. Ərdoğanın avtoritarlığına qarşı dözən tək qüvvə Güləndir Jurnal Ərdoğanın keçmiş əqidə dostu arasındakı gərginliyin Baş nazirin və Türkiyənin siyasi gələcəyinə də təsir edəcəyini bildirib. Jurnal həmçinin Gülənin İslamı daha loyal göstərməsinə baxmayaraq, Gülənin bir çox insan tərəfindən Ərdoğanın avtoritarlığına qarşı dözən tək qüvvə olaraq göstərildiyini qeyd edib. "Ekonomist" yazısına belə davam edir: Gülən İstanbulu AKP-nin əlindən ala biləcəkmi? "Gülən mart ayında keçiriləcək Bələdiyyə seçkilərində milyonlarla tərəfdarını Ərdoğan və islamçılığa söykənən AKP-yə qarşı hərəkətə keçirə biləcəkmi? Əgər bu alınarsa, onların dəstəyi İstanbulu AKP-nin əlindən almağa çatacaqmı? Ya da avqustda prezident seçkisi vaxtı Ərdoğanın Türkiyənin ilk seçilmiş prezident olma xəyalına necə təsir edəcəklər?". Gülən hərəkatı "paralel dövlətdir" Jurnal Ərdoğanın "paralel dövlət" olaraq təqdim etdiyi Gülən hərəkatının minlərlə sadiq adamlarının hüquq-mühafizə orqanlarında, nazirliklərdə və məhkəmədəki vəzifələrindən xaric olunduqlarını yazıb. Gülən tərəfdarlarında sübut və kasetlər var Jurnalda bu insanların əlində bəzi dəlil və kasetlərin olduğuna dair şayiələrin gəzdiyini, həmin dəlil və kasetlərdə isə AKP-nin korrupsiyaya bulaşdığı və ya da Ərdoğanın ətrafındakılarının xoş olmayan görüntülərinin olduğu bildirilib. "Ekonomist" bildirir ki, deyilənə görə, məhz bu insanlar 2004-cü ilədək MTK-nın (Milli Təhlükəsizlik Komitəsi) toplantısında Fətullah Gülən qrupunun fəaliyyətinin qarşısının alınması haqqında qərara Ərdoğanın da imza atdığını sübut edən sənədləri mətubata sızdırıb.
2013-12-14
4,150
Avropa İttifaqı Ermənistana gizli şəkildə pul ayırır
6 may 2012-ci il seçkisindən əvvəl Avropa İttifaqı Ermənistana müxtəlif yollarla gizli şəkildə 1,5 milyard avro ayıracağına söz verib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı hakimiyyətdəki mənbələrinə istinadlanaraq yazıb. Belə ki, mətbuat Avropa İttifaqının verəcəyi pulun məhz bu il rəsmi İrəvana təqdim edilməsinin nəzərdə tutulduğunu bildirib: "Pulun verilməsində əsas şərt kimi 2012-ci ildə keçirilən seçkilərin şəffaf olması göstərilmişdi. Çox yer bunu tanıdı, amma pulun verilməyi bir az gecikdirilib". Bununla yanaşı qəzetlər Avropa İttifaqının pulu gecikdirməyinin əsas səbəbini Ermənistanın Gömrük İttifaqı ilə olan münasibəti ilə əlaqələndiriblər.
2013-12-14
4,151
DİN Müdafiə nazirini yoxlayır – Özəl
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda genişmiqyaslı yoslamalara başlayıb, şəxsi heyətdən tutmuş maliyyə məsələlərinə qədər, qurum müfəssəl yoxlanılır. Bu barədə "Axar.az"a etibarlı mənbədən məlumat daxil olub. Mənbənin məlumatına görə, bu yoxlama Daxili Qoşunlara yenicə komandan təyin edilən Şahin Məmmədovun fəaliyyətinin təftişi deyil, əksinə, özündən əvvəlki komandanın fəaliyyətinin yoxlanmasıdır. Xatırladaq ki, Daxili Qoşunların keçmiş komandanı hazırkı Müdafiə naziri Zakir Həsənovdur. DİN Müdafiə nazirinin keçmiş fəaliyyətini niyə yoxlayır? Sualın aktuallığını nəzərə alaraq, ekspert Üzeyir Cəfərova müraciət etdik. Ü.Cəfərov Daxili Qoşunlarda aparılan yoxlamaların keçmiş Baş Komandan Zakir Həsənovun peşə fəaliyyəti dövründə yol verdiyi qüsurlarla bağlı olmadığını bildirdi: "Şahin Məmmədov yeni komandan təyin olunub. Komandan kimi təhvil aldığı qoşunun real vəziyyəti ilə bağlı tanış olmaq haqqı var. Bu da sadəcə, belə deyək, "təhvil-təslim" yoxlamasıdır. Çünki orda milyonlarla vəsait, o cümlədən avadanlıqdan söhbət gedir". Ü.Cəfərov bu cür məlumatın gizli saxlanmasının cəmiyyətdə müxtəlif şayiələrə səbəb olduğunu da bildirərək, səbəbini qurumların özündə gördüyünü dedi: "Elə Daxili Qoşunlardan özləri ictimaiyyətə məlumat verə bilərdilər ki, yeni komandanın fəaliyyətə başlaması ilə əlaqədar qoşun növündə təhvil-təslim prosesinin sənədləşməsi prosesi gedir. Bu, çox normal, çox sakit də qarşılanardı və təhvil-təslim məqsədi ilə aparılan yoxlama belə ajiotaja səbəb olmazdı".
2013-12-14
4,152
Gömrük İttifaqıyla bağlı gizli sənədlər mediada - Foto
Ukrayna Gömrük İttifaqına daxil olmaqla bağlı "yol xəritəsi" hazırlığına davam edir. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı verib. Belə ki, mətbuat Nazirlər Kabinetinin dekabrın 11-də keçirilən iclasının protokolunu ələ keçirib. Bu protokolda Baş nazir tərəfindən ölkənin İqtisadi İnkişaf Nazirliyinə Gİ-yə daxil olmaqla bağlı "yol xəritəsi"nin tam olaraq hazırlanıb başa çatdırılması əmrini verdiyi öz əksini tapıb. Bununla yanaşı, layihənin dekabrın 17-nə qədər hazırlanıb tamamlanması da tapşırılıb. Mətbuat İqtisadi İnkişaf Nazirliyinin artıq aktiv işə başladığını qeyd edib. Qeyd edək ki, dekabrın 17-də Ukrayna prezidenti Viktor Yanukoviçin Moskvaya səfəri nəzərdə tutulub. Müxalifət məhz burada Ukraynanın taleyinin həll olacağını deyib.
2013-12-14
4,153
İlham Əliyev müəllimləri təbrik etdi
Azərbaycan prezident İlham Əliyevin Azərbaycan Müəllimlərinin XIV Qurultayına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli qurultay iştirakçıları, sizi və sizin simanızda bütün Azərbaycan müəllimlərini səmimi qəlbdən salamlayır, hamınıza can sağlığı və xoşbəxtlik, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır. dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunmuşdur. Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. təhsil sistemində həyata keçirilən bütün işlər, o cümlədən son 10 il ərzində 2700 məktəbin tikilməsi, təhsilin maliyyələşdirilməsinin artırılması, idarə edilməsinin təkmilləşdirilməsi və digər islahatlar bütövlükdə təhsilimizin aparıcı qüvvəsi olan müəllimin mövqeyinin gücləndirilməsi üçün möhkəm zəmin yaradıb. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının qəbul olunmasından sonra keçirilməsi qurultayınızın Azərbaycan müəllimlərinin əvvəlki ali məclislərindən fərqləndirən mühüm hadisədir. Strategiya qarşıdakı dövr üçün milli təhsil sisteminin prioritet istiqamətlərini və başlıca məqsədlərini müəyyən edərək sizin qarşınızda xalqımızın gələcəyi naminə həyati əhəmiyyətli yeni vəzifələr qoyur. Onun tələbi sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafına xidmət etməsinin, təhsilin keyfiyyət göstəricilərinin ən yüksək səviyyəyə çatdırılmasının və bütün pillələrində köklü dönüş yaradılmasının, həmçinin müəlliminin səmərəli fəaliyyətinin dünya standartlarına uyğun təşkilinin təmin olunmasından ibarətdir. Qurultayınızın ötən müddət ərzində görülən işləri obyektiv qiymətləndirəcəyinə, tale yüklü məsələlər ətrafında müzakirələrin və qərarların ölkənin təhsil sisteminin təkmilləşdirlməsinə öz layiqli töhfəsini verəcəyinə ümidvar olduğumu bildirib hər birinizə uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycan müəllimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, Azərbaycançılıq məfkurəsinə sadiq və qloballaşan dünyanda ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsində bundan sonra da var qüvvəsini əsirgəməyəcəkdir ".
2013-12-14
4,154
Baş prokurorluqdan Qəbələ atışmasına reaksiya - Rəsmi
Dekabrın 13-də saat 17 radələrində Qəbələ şəhəri, İ.Qutqaşenli küçəsində yerləşən "Qəbələ" Ticarət Mərkəzinin qarşısında baş vermiş münaqişə zəminində rayon sakinləri - 1968-ci il təvəllüdlü Eldar Kərimovun və 1969-cu il təvəllüdlü Vasif Dadaşovun qəsdən öldürülməsi, 1987-ci il təvəllüdlü Zöhrab Cavadovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, hadisə yerindən 5 ədəd giliz, 1 ədəd patron, "Vinçester" tipli ov tüfəngi, qan nümunələri maddi sübut kimi götürülmüş, zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Rayonun Zarağan kənd sakini, 1977-ci il təvəllüdlü Ariz Rəsulzadə qeyd edilən ticarət mərkəzinin qarşısında mülki mübahisə ilə bağlı baş vermiş münaqişə zəminində avtomobilində gəzdirdiyi "Vinçester" tipli ov tüfəngindən atəş açaraq E.Kərimovu və V.Dadaşovu qəsdən öldürməsi, Z.Cavadova isə xəsarət yetirməsində əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir (Trend).
2013-12-14
4,155
Məndərəsin edam edildiyi adanın adı dəyişdirildi
27 may çevrilişində Demokratik Partiya üzvlərinin mühakimə olunduğu "Yassıada"nın adı "Demokratiya və Azadlıq Adası" olaraq dəyişdirilib. Türkiyə Daxili İşlər Nazirliyinin "Rəsmi Qəzet"inin bugünkü sayında yayımlanan "yer adlarının dəyişdirilməsinə dair" prezident Abdullah Gül, Baş nazir R.T.Ərdoğan və Daxili İşlər naziri Müammər Gülərin imzası olduğu fərmanda "İstanbul şəhərinin sərhədləri daxilində olan "Yassıada"nın adının "Demokratiya və Azadlıq Adası" olaraq dəyişdirilməsi 5442 sayılı şəhər İdarə Qanununun 2-ci maddəsinin "B" və "D" bəndlərinə görə uyğun görülüb" deyə yazılıb. Qərarın yayımlanması ilə birlikdə "Yassıada"nın adı rəsmən "Demokratiya və Azadlıq Adası" olaraq dəyişib. Üç seçilmiş asıldı Xatırladaq ki, "Yassıada Mühakimələri" 27 may 1960-cı il çevrilişindən sonra iqtidardan uzaqlaşdırılan Demokrat Partiya funksionerlərini, çevrilişi həyata keçirilən xunta tərəfindən "Yassıada"da qurulan xüsusi məhkəmədə mühakimə olunduğunu əhatə edir. "Yassıada"dakı mühakimələr nəticəsində Adnan Məndərəs, Fateh Rüşdü Zorlu və Həsən Poladqan elə "Yassıada"da edam ediliblər.
2013-12-14
4,156
Şahbaz Xuduoğlu Nazirliyi məhkəməyə verdi
"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Vergilər Nazirliyini məhkəməyə verib. Bu barədə nəşrlər evinin sahibi "Axar.az"a özü məlumat verdi. Naşir bildirdi ki, məhkəmə prosesi nəşriyyatdakı yoxlama işləri ilə bağlıdır: "Vergilər Nazirliyinin Audit İdarəsini məhkəməyə vermişik. Ona görə ki, dövlət məmuru səlahiyyətindən istifadə edərək, zorakı üsulla sənədləri götürüb. Bu qanunsuzluğa məhkəmədə baxılmalıdır". Şahbaz Xuduoğlu məsələ ilə bağlı hüquqi yardımından istifadə edəcəyi vəkildən də danışdı: "Vəkil də tutmuşuq. Birinci məhkəmə iclası olub, növbəti proses isə, gələn həftə olmalıdır. Hüquqşünas Müzəffər Baxışlı bizim hüquqlarımızı məhkəmədə qoruyacaq". Şahbaz Xuduoğlu məhkəmə prosesinin onlara mane olmadığını və işlərinin öz axarı ilə getdiyini dedi: "Yoxlama işləri fəaliyyətimizi iflic etməsə də, yaratdığı bir narahatlıq var. İnanıram ki, bu narahatlıq da aradan qalxacaq. Təbii ki, işlərimizi görürük, xarici müəlliflər və nəşriyyatlarla müqaviləmiz var. İşlər davam edir. Ancaq yenə də yoxlama işlərinin yaratdığı narahatlıq qalmaqdadır". Xatırladaq ki, Vergilər Nazirliyi "Qanun" nəşriyyatında aparılan yoxlama işlərinin müddətini daha bir ay uzadıb.
2013-12-14
4,157
Müdafiə Nazirliyi işdən qovulanlara sərt xəbərdarlıq etdi
Müdafiə nazirliyinin mətbuat xidməti mediaya yönəli açıqlama yayıb. Müraciətdə deyilir: "Son günlər Silahlı Qüvvələrlə bağlı mətbuatda yenə müxtəlif səpkili, qərəzli və çox vaxt həqiqətə uyğun olmayan yazılar dərc olunur. Əvvəllər Silahlı Qüvvələrdə xidmət edən, tutduqları vəzifələrdə müəyyən şəxsi mənafelər güdməklə nöqsanlara yol verən və bu səbəbdən də ordu sıralarından kənarlaşdırılaraq, xidmətdən təcrid edilmiş bəzi keçmiş hərbi qulluqçular kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır. Bu cür dezinformasiya xarakterli məlumatları yayanlar Silahlı Qüvvələrdə hazırda həyata keçirilən islahat və quruculuq işləri nəticəsində əldə olunan uğurlara kölgə salmağa cəhd edir. Müdafiə Nazirliyi dövlətin ərazisinin, müstəqilliyinin və suverenliyinin qorunmasının əsas təminatçısı olan Silahlı Qüvvələrimizə qarşı yönəlmiş bu kimi kampaniyalara son qoymağa dəvət edir, kütləvi informasiya vasitələrinə hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmasını və dəqiqləşdirildikdən sonra verilməsini tövsiyə edir.
2013-12-14
4,158
“Cenevrə-2”yə Türkiyə əvəzinə PKK gedir – Fotolar
Türkiyə Suriya siyasətində böyük uğursuzluq yaşadığı zamanda Suriya üçün ABŞ və Rusiya liderliyi altında, yanvar ayında təşkil olunacaq "Cenevrə - 2" Konfransı ilə əlaqədar çox qəribə hadisə yaşanıb. Buna görə Türkiyənin xaric olunduğu konfransa PKK qatılacaq. PKK-dan məlumat alan və Vaşinqtonda yaşayan kürd jurnalist Mutlu Çiviroğlu hadisəni bu cür izah edib: "KDP (Kürdistan Demokat Partiyası) ilə PKK arasındakı müzakirələr və ortaya çıxan müsbət atmosfer xüsusilə Rojavada böyük sevincə səbəb olub. PKK və KDP arasındakı razılığa görə Rojavanı Cenevrə Konfransında Yüksək Şura adına təkcə bir heyət təmsil edəcək. Bu aradakı fərqli düşüncələrə rəğmən, kürdlərin birlik şəklində beynəlxalq arenada görüşəcəklərini göstərir. Xatırladaq ki, Türkiyə Baş naziri Suriya böhranının əvvəlindən barış məqsədli konfransın təşkil olunmasını dəstəklədiyi üçün "Cenevrə - 2" Konfransında dəstək verdiyini bildirmişdi. Lakin sonradan naməlum səbəblərdən Türkiyənin konfransda iştirak etməyəcəyi üzə çıxdı.
2013-12-14
4,159
Türkiyədə terror təşkilatı üçün ianə topladılar – Video
Türkiyənin "Uludağ" Universitetində iki gün "Suriyaya yardım" kampaniyası keçirilib. Tələbələr isə yardım kampaniyası adı ilə yığılan pulların "Əl-Qaidə" ilə əlaqəli "Əl-Nüsrə" cəbhəsinə getdiyini iddia edərək ianə toplanmasına etiraz edib. "Əl-Nüsrə" üçün pul yığdıqlarını etiraf etdilər Kampaniyaya qoşulmaq istəyən tələbələr pulların kim üçün və kimlərin vasitəsi ilə yığıldığını soruşub. Tələbələrin iddiasına görə, kampaniyanı təşkil edənlər "Əl-Nüsrə" üçün pul yığdıqlarını etiraf ediblər. Tələbələrin etirazların davam etməsinə görə "yardım kampaniyası" universitet ərazisindən çıxarılıb.
2013-12-14
4,160
Dünən ölkədə 69 cinayət baş verib
Dünən Azərbaycanda gün ərzində 69 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, qeydə alınmış cinayət faktlarının 26-sı "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Bununla yanaşı respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
2013-12-14
4,161
Əməkdar artist nitqini itirə bilər - Şok
Azərbaycan Respublikasının Əməkdar artisti Mehriban Xanlarovanın nitqində problem yaranıb. Bununla bağlı "Axar.az"a danışan aktirasanın bacısı Lalə Atayeva bildirdi ki, aktrisa gələn həftə yenidən danışmağa başlayacaq. "Son günlərdə Mehriban xanımın səsində problem yaranıb. Həkimlər ona danışmağa icazə vermirlər. Amma hər şey qaydasındadır. Gələn həftədən normal həyatına davam edəcək. Həkimlər səs tellərində soyuqluq yarandığını bildiriblər. Düzdür, bu, mediada şişirdirilmiş bir formada anlaşıldı, amma ciddi bir problem yoxdur". Əgər danışsa, səsi tamam bata bilər... Əməkdar artistin bacısı bunu da əlavə edib ki, diqqətli olmaq lazımdır: "Həkimlər ona son günlərdə hədsiz diqqətli olmağı tapşırıb. Bildirdilər ki, əgər deyilənlərə riayət etməsə, səsini itirə bilər". Qeyd edək ki, aktrisa hazırda ev şəraitində müalicə alır.
2013-12-14
4,162
Azərbaycanın ilk elektron ticarət portalı
Axar.az" İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, sahibkarların bazara sərbəst çıxışının dəstəklənməsi, onların biznes əlaqələrinin genişləndirilməsi, mal və xidmətlərin elektron qaydada alqı-satğısının təşkili məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən elektron ticarət portalı – "www.b2b.az" yaradılıb. Almaniyanın GİZ təşkilatının dəstəyi ilə yaradılan portalın məqsədi yerli sahibkarlar tərəfindən istehsal olunan məhsullar və göstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaq yolu ilə onlar arasında biznes əlaqələrin qurulmasına dəstək göstərməkdir. Yanvar-oktyabr aylarında portalın xidmətindən 14 mindən çox, ümumilikdə isə 25 mindən çox istifadəçi yararlanıb. Portala müraciət edənlər arasında Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna, Almaniya, Qazaxıstan, Hindistan, Belarus, Böyük Britaniya, İndoneziya, Fransa, Gürcüstan, İran, İtaliya, BƏƏ, İspaniya, Yunanıstan, Cənubi Koreya, İsrail, Litva, Belçika, Çexiya, Danimarka, Macarıstan, Niderland və s. kimi ölkələrdən olan istifadəçilər də var. Qeyd: Azərbaycanın ilk elektron ticarət portalı olan www.b2b.az saytı "business to business" modeli əsasında qurulub. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Portaldan istifadə pulsuzdur.
2013-12-14
4,163
Abdullaya “dərin dövlət”dən dəstək - Özəl
"Paytaxtın iri ticarət mərkəzlərindən olan AMAY-ın inkişafı üçün dövlət dəstək verəcək". Bu barədə "Axar.az" a AMAY-a yaxın dairələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, uzun illərdən bəri tikilən ticarət mərkəzinin xərci həddindən artıq çox olduğuna və nəzərdə tutulandan az xeyir gətirdiyinə görə, obyektin sahibi iş adamı Abdulla Abdullayev ziyana düşüb. Buna görə də "AMAY"a dövlət tərəfindən dəstək verilməsi nəzərdə tutulur. Mənbə bildirir ki, Yeni ilin ilk günlərində biz bunun şahidi olacağıq: "Bir sıra bankların, dövlət qurumlarının və xidmətlətinin ticarət mərkəzinə köçürülməsi hesabına "AMAY"a dəyən ziyanın bərpası və mərkəzin inkişafı planlaşdırılır". Məlumatda o da bildirilir ki, AMAY-ın böyük bir mərkəz olacağını əvvəlcədən duyan bır sıra türk iş adamları burdan yer icarəyə götürmək üçün indidən müraciət etməyə başlayıblar. Abdulla Abdullayevin bu əlaqələrinin qurulmasını isə köməkçisi Timur Səlcuq koordinasiya edir: "Çünki onun Türkiyə ilə ciddi iş münasibətləri var və bu əlaqələr Abdulla Abdullayevin sahibi olduğu ticarət mərkəzinə türkiyəli iş adamlarını cəlb etmək üçün əvəzsiz rol oynayır", - mənbə bildirib. Xatırladaq ki, Timur Səlcuq Türk Dünyasında məşhur isimlərdən olan "dərin dövlət" mənsublarından Abdullah Çatlının yaxın silahdaşlarındandır və ülküçüdür.
2013-12-14
4,164
Rusiya Gömrük İttifaqını genişləndirir
"Biz Yeni Zelandiya və Avropa İttifaqına daxil olmayan digər ölkələrlə Gömrük İttifaqına üzvlüklə bağlı danışıqlar aparırıq". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edib. O, Norveç və İsveçrəni də hazırda Gömrük İttifaqına cəlb etmək niyyətində olduqlarını bildirib. Bununla yanaşı nazir yaxın zamanlarda Vyetnamın da İttifaqa üzv olacağını qeyd edib: "Əgər Vyetnamla danışıqlar alınsa, o zaman ASEAN ölkələri ilə də müzakirələrə başlanılacaq".
2013-12-14
4,165
Fətullah Gülənə gecəyarısı FTB basqını
Fətullah Gülənin ABŞ-ın Louisiana ştatındakı Baton Rouge şəhərində yerləşən məktəbinə FTB tərəfindən basqın olub. "Axar.az" "OdaTV"yə istinadən xəbər verir ki, FTB "Pelikan" təhsil Fondu (Pelican Educational Foundation) nəzdində "Kelinworth" Elm və Texnologiya məktəbinə gecəyarısı basqın edərək çoxlu sənədləri müsadirə edib. ABŞ saytlarında yer alan xəbərlərə görə, basqının səbəbi ilə əlaqədar FTB məlumat verməyib.
2013-12-14
4,166
Aygünü İlhamənin yanına buraxmadılar - Özəl
Xalq artisti Aygün Kazımova Mərkəzi Neftçilər Xəstəxanasında İlhamə Quliyevanı ziyarət edərkən qalmaqalla üzləşib. "Axar.az"ın əldə etdiyi məlumata görə, dekabrın 10-da, axşam saat 21:15-də müğənni Aygün Kazımova yaxın ətrafı ilə Mərkəzi Neftçilər Xəstəxanasında müayinədə olan Xalq artisti İlhamə Quliyevanı ziyarətə gəlib. Şahidlərin sözlərinə görə, mühafizəçi İlhamə Quliyevanın oğlu Orxan Nadirova Aygün Kazımovanın gəlişini xəbər verib. Orxan Nadirov isə ziyarəti mümkünsüz hesab edərək anasının dincəldiyini bildirib. Bu sözlərdən sonra mühafizəçi Aygün Kazımovanı İlhamə Quliyevanın olduğu palataya buraxmayıb. Palataya buraxılmamasını özünə qarşı təhqir hesab edən Aygün Kazımova mühafizəçi ilə sərt şəkildə mübahisə edərək xəstəxananı tərk edib. Xatırladaq ki, Aygün Kazımova mətbuata açıqlamasında İlhamə Quliyevanı ziyarət etdiyini və onun sağlıq durumunun yaxşı olmasından məmnunluq hissi keçirdiyini bildirmişdi. Media bu ziyarəti Aygün Kazımova ilə İlhamə Quliyeva arasındakı küsülülüyün aradan qaldırılması kimi dəyərləndirmişdir. Hadisə şahidlərinin bizə verdiyi məlumatda isə xalq artistləri arasında buzların ərimədiyi ortaya çıxır. Yeri gəlmişkən qeyd edək ki, İlhamə Quliyevanı xəstəxanada ziyarət edənlər Xalq artisti ilə çəkdirdikləri şəkilləri paylaşsalar da, Aygün Kazımovanın belə bir fotosu yoxdur. Qeyd: Bu foto yeni deyil, 2012-ci il sentyabr ayında yayımlanıb.
2013-12-14
4,167
“Gələn həftə Bakıya qayıdacağam”
"Mənə elə gəlir ki, əvvəlki səsimi itirmişəm" "İki gün idi özümü yaxşı hiss etmirdim, zəifləmişdim. Danışmağa çətinlik çəkirdim, oturduğum yerdə təngnəfəs olurdum. İndi yaxşıyam, özümü rahat hiss edirəm. Bu gün bir az yerimişəm". Bu sözləri Türkiyədə əməliyyat olunmuş xalq artisti, tanınmış diktor Rafiq Hüseynov deyib. O bildirib ki, əməliyyat bronxlarda aparıldığı üçün danışmağa çətinlik çəkir: "Narahatlığım səsimdəndir, mənə elə gəlir ki, əvvəlki səsimi itirmişəm. Amma həkimlər deyir, iki aya hər şey yaxşı olacaq, səsim yerinə qayıdacaq". R. Hüseynov ciddi həkim nəzarəti altında olduğunu və müalicəsinin davam etdiyini söyləyib: "Daim nəzarət altında olmalıyam. Müalicələr bitsin, növbəti həftə Bakıya qayıdacağam" (APA).
2013-12-14
4,168
Azadlıq meydanında 35 metrlik yolka qurulur
null
2013-12-14
4,169
Tanınmış teleaparıcıya ağır itki üz verib
Tanınmış teleaparıcı Rövşanə Bektaşiyə itki üzv verib. "Axar.az"ın "Vesti.az"a istinadən verdiyi məlumata görə, ötən gecə onun atası Ağasəf Səlimov kəskin ürək çatışmazlığından 64 yaşında dünyasını dəyişib.
2013-12-14
4,170
Federasiya ilə nazirlik arasında qalmaqal
Gənclər və İdman Nazirliyinin Qusar rayon şöbəsi Qusarda draytulinq üzrə çempionatın keçirilməsinə qadağa qoyub. Bu açıqlamanı "Axar.az"a Azərbaycan Respublikası Alpinizm Federasiyasının sədri Şirxan Məmmədov verib. O, bununla bağlı Qusar Rayon İcra hakimiyyətindən razılıq aldıqlarına baxmayaraq, İdman və Gənclər Nazirliyinin Qusar şöbəsinin yarışların keçirilməsinə mane olduğunu bildirib: "Dünən biz bununla əlaqədar yerli icra hakimiyyət orqanları ilə görüşlər keçirmişdik. Bizə heç bir problemin olmadığını dedilər. Lakin Gənclər və İdman Nazirliyinin Qusar rayon şöbəsinin nümayəndəsi heç bir əsas gətirmədən bizə tədbir keçirməyə icazə vermədi. İndi də heç bir əsas gətirmədən yolu bağlayıblar. Tədbir keçirməyə qoymurlar". Ş.Məmmədov nazirliyin bölgə üzrə nümayəndəliyinin qadağa ilə bağlı sonradan onlara dedikləri səbəblərin əsassız olduğunu qeyd edib: "Bizə deyirlər ki, əsasnaməniz təsdiq olunmayıb. Amma əsasnamə respublika yarışlarına aiddir. Bizdə isə daxili yarışlardır. Burada isə ancaq yerli icra orqanlarına tədbirin keçirilmə yeri haqqında məlumat verməlisən. Bu, həmişə belə olub. Sadəcə, bizə təzyiq göstərirlər ki, bu tədbirin keçirilməsinə mane olsunlar. Əvvəl bələdiyyə icazə vermirdi, indi də bunlar".
2013-12-14
4,171
Xutorda avtoqəza tıxac yaratdı - Foto
Nəsimi rayonu Xutor qəsəbəsi ərazisində, 3-cü mikrorayon dairəsində avtomobil qəzası baş verib. "Axar.az"ın hadisə yerində olan müxbirinin sözlərinə görə, 22 ZA 077 dövlət nömrə nışanlı TIR yük maşını 14 AA 034 dövlət nömrə nişanlı "Jiquli" minik maşınını səkiyə sıxaraq əzib. Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Həmin ərazidə yol təmiri işləri aparıldığından, onsuz da sıxlıq olan bu yolda böyük bir tıxac yaranıb. Yol polisi tıxacı aradan qaldırmaqda və maşınları hadisə yerindən götürməkdə tıxac səbəbindən çətinlik çəkir.
2013-12-14
4,172
Prezident FHN əməkdaşlarına orden və medallar verdi - Siyahı
Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. "AzerTac"ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin xidməti vəzifələrini yerinə yetirərkən fərqlənən aşağıdakı əməkdaşları təltif edilib: "2-ci dərəcəli Vətənə xidmətə görə" ordeni ilə Qasımov Əşrəf Məmməd oğlu Mirzəyev Rəfail Xalid oğlu "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə Lətifov Ragim Əhəd oğlu Mirzəyev Etibar Böyükbəy oğlu Süleymanov Pənah Hüseyn oğlu Tağızadə Faiq Cavad oğlu "Hərbi xidmətlərə görə" medalı ilə Aşurlu Kənan Məhərrəm oğlu Bağırov Sabir Nadir oğlu Cavadov Aqil Zülfüqar oğlu Cəbişov Vüqar Qulu oğlu Əliyev Elşən Helmi oğlu Əsədov Elçin Asqulu oğlu Hacıyev Şahzadə Akif oğlu Həsənova Mətanət Həsən qızı Hüseynov Azadil Əli oğlu Hüseynov Elşad Məmmədəli oğlu İmanov Kənan Şakir oğlu İmanov Ramiz Balaş oğlu Kələntərli Ərgüc Asif oğlu Paşayev Tural Şahmar oğlu Tahirov Vüsal Nadir oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə: Cəfərov Pərviz Qafar oğlu Ədilxanov Əvəz Yaqubxan oğlu Fəradov Rüfət Lətif oğlu Hüseynov Fuad Hüseynbala oğlu Kazımov Vüqar Etibar oğlu Qəhrəmanova Kəmalə Eldar qızı Məmmədov Vidadi Məmməd oğlu Muradov Raqif Murad oğlu Nəsirov Etibar Məhyəddin oğlu.
2013-12-14
4,173
Prezident həqiqi hərbi xidmətlə bağlı sərəncam verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağrılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2014-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar. Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar. Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.
2013-12-14
4,174
Elmar Hüseynov və İsrayıl Əliyev general oldu - Sərəncam
Prezident İlham Əliyev Elmar Hüseynova general-mayor hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanının birinci müavini Elmar Ramiz oğlu Hüseynova general-mayor hərbi rütbəsi verilsin. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrayıl Məhərrəm oğlu Əliyevə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.
2013-12-14
4,175
Naxçıvanın naziri artıq general-leytenantdır - Sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev Şamı Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı İsmayıl oğlu Abdullayevə general-leytenant hərbi rütbəsi verilsin.
2013-12-14
4,176
Gəncə bazarında yanğın olub - Foto/Yeniləndi
Gəncə bazarında yanğın hadisəsi baş verib. Yanğın bazarın girəcəyində, "pirojki" bişirilib satılan obyektdə baş verib. İlkin məlumatlara görə, yanğına səbəb obyektdə baş verən qaz partlayışı olub. Hadisə nəticəsində 60 kv.m sahəsi olan obyektlə yanaşı, ona bitişik qədim əşyalar satılan mağaza da yanıb. Əraziyə FHN-in 4 yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın söndürülüb. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. (Trend)
2013-12-14
4,177
Azarov Avropa İttifaqının əsas şərtini açıqladı
"Ukrayna telekanalları oliqarxların əlindədir və düzgün informasiya vermirlər". "Axar.az" məlumat verir ki, bu sözləri Ukrayna baş naziri Nikolay Azarov Maydan əleyhdarları qarşısında çıxış edərkən səsləndirib. O, Kiyevdə keçirilən etiraz aksiyalarının dayandırılmasının vacib olduğunu bildirib. Daha sonra assosiativ üzlüklə bağlı danışan Nikolay Azarov Avropa İttifaqından kompensasiya tələb edib: "Avropa İttifaqı bizdən üzv olduğumuz halda eynicinslilərin evlənməsini əsas şərt kimi irəli sürür. Biz bunu qəbul etməyəcəyik".
2013-12-14
4,178
Obama və Yıldırımın fərqli texnologiya baxışları - Video
Türkiyənin Nəqliyyat və Rabitə naziri internet saytında nazirliyin gələcək baxışlarını bu cür izah edir: "Nəqliyyat və rabitə xidmətləri ilə bərabər informasiya texnologiyalarının müasir sivilizasiya səviyyəsinin fövqündə təqdim edilməsini təmin edərək, ölkəmizin qlobal rəqabət gücünü və insanların həyat keyfiyyətini artırmaqdır". İndi bir video təqdim edəcəyik. Videoda iki nəfər danışır. Biri ABŞ-ın prezidenti Barak Obama, digəri isə Türkiyənin Nəqliyyat və Rabitə naziri Binəli Yıldırım. Görün Obama və Yıldırımın texnologiyaya baxışı arasında necə də dağlar qədər fərq var.
2013-12-14
4,180
Kür çayına düşən iki nəfər axtarılır
Samux rayonu Hacıallı kəndində Kür çayına 2 nəfərin düşməsi barədə məlumat yayılıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxslərin axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.
2013-12-14
4,181
"Millət lideri" mükafatı təqdim olundu
Astananın Akorda sarayında Qazaxıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə "Millətin lideri" dövlət mükafatının təqdimatı olub. "Axar.az" AzərTac-a istinadən xəbər verir ki, mərasimdə iştirak edən Prezident Nursultan Nazarbayev ölkənin ən vacib bayramı - Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qazaxıstan Prezidenti deyib ki, dövlət mükafatına ölkənin inkişafına əhəmiyyətli töhfələr verən şəxslər layiq görülürlər. Mükafat alanlar arasında ictimai-siyasi xadim Oljas Süleymenov da olub. N.Nazarbayev bildirib ki, Oljas Suleymenov görkəmli şair, ictimai-siyasi xadimdir. Ölkənin beynəlxalq əlaqələrinin inkişafında, mədəni-mənəvi tərəqqisində onun böyük xidmətləri olub. Qazaxıstan Prezidenti vurğulayıb ki, daxili sabitlik, dözümlülük, qarşılıqlı anlaşma ölkənin inkişafı üçün böyük əhəmiyyətə malikdir.
2013-12-14
4,182
Müdafiə Naziri Naxçıvan korpusunda dəyişiklik etdi
Müdafiə Nazirliyində daha bir kadr dəyişikliyi edilib. Naxçıvanın korpus komandirinin müavini polkovnik Fazil Ağalarov tutduğu vəzifədən azad edilərək, Bakı korpusunun qərargah rəisi vəzifəsinə təyin edilib. Etibarlı mənbədən aldığımız məlumata görə, Müdafiə naziri bununla bağlı əmr imzalasa da, korpus komandiri general-leytenant Kərəm Mustafayev hazırda Bakıda olduğu üçün Fazil Ağalarov Naxçıvandadı və onun səlahiyyətlərini icra edir. Yaxın günlərdə onun Bakıya gələcəyi gözlənilir. Polkovnik Fazil Ağalarovun yerinə isə polkovnik Hikmət Həsənov təyin edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı bu məlumatı nə təsdiq, nə də inkar etdi. Qeyd edək ki, Azərbaycanın yeni təyin olunan Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirlikdə mühüm islahatlar aparmaqla yadda qalıb. ("Xeberdar.az")
2013-12-14
4,183
MİS müdiri “Kubinka”nı satıb qurtarıb - İddia
Köhnə "Kubinka" adlanan küçələrdəki evləri hər kəs görüb yəqin. Alçaq, uzun illər qabaq tikilmiş bu evlərin qapıları küçəyə açılır. Burada yastı-yapalaq əski Bakıyla yeni göydələnli Bakını bir-birindən bircə addım ayırır. Bu cənub şəhərinin köhnə evlərində yaşayanlar buralara çox alışdıqlarını deyirlər. Elə 30 ildir ki, Balababa Məcidov 73 ünvanında ev tikib yaşayan Telli Babayeva da nə qonşularından, nə də evindən ayrılmaq istəyir. Amma iddia edir ki, 41 saylı MİS əməkdaşları onu buna məcbur edirlər. Evimi boşaldıb, qapısına qıfıl vurublar "Üzüm-gözüm bu divarlara çox öyrəşib. 30 ildir bu evdə yaşayıram. İndi evimi boşaldıb, qapısına da qıfıl vurublar. İnsan xəyalına hər şeyi gətirir, amma kiminsə gəlib sənin evini əlindən alacağını heç vaxt xəyalından belə keçirə bilmir". Telli Babayeva deyir ki, 30 il sonra Sevil Seyidzadə adlı şəxs onu məhkəməyə verib və məhkəmə qərarı əsasında yaşadığı evdən çıxarılıb. Özü də evdə olmayanda, MİS əməkdaşları onun bütün əşyalarını küçəyə töküb. Evə qayıdanda əşyalarını küçədə, qapını da qıfıllı görüb. İndi hara gedəcəyini də bilmir: "Soyuq adamı buz kimi kəsir, ilin–günün bu vaxtında hara gedim, bilmirəm. Elə dövrdür ki, kimsənin qapısını döyməyə də ürək etmirsən. 60 yaşım var, qoca adamam, mənim küçədə qalan vaxtım deyil axı". Elə küçənin ortasında toz-torpağa bulaşmış əşyalarını yerbəyer edə-edə danışırıq. "Evimdən ayrıla bilmirəm, 30 ildən sonra evindən ayrılmaq asan deyil", – deyir. Qoca vaxtında hara gedəcəyini özü də bilmir Sonanın qardaşı Həsən Məsimov söhbətə qoşulur: "Bacım illər sonra evsiz qalmasını heç ağlına da gətirməzdi. Qoca vaxtında hara gedəcəyini heç özü də bilmir. Yaxşı ki, mən gəlmişəm. Burda yaşamırdım, Rusiyadaydım. 30 il əvvəl bu evi tikəndə bura zibillik idi. O vaxtı MİS müdiri ilə razılaşıb, bu evi tikdik. 30 ildə beşdən çox MİS müdiri dəyişib. Bu evin sənədi yoxdur, amma işıq–qaz pulunun hamısını ödəyir. Bacımı küçəyə atmalarının səbəbi məhkəmənin çıxardığı saxta qərar olub. Sevil Seyidzadə adlı şəxs indi gəlib deyir ki, 1949–cu ildə babası burda yaşayırmış. Məhkəmə də qərar çıxardıb ki, o bu mülkü ala bilər. Amma onun sənədinin saxta olmasına əminəm". 71-73 labirinti Telli Babayevanın qarlı qış günündə küçədə qalması bizi də narahat etdiyi üçün məsələni araşdırmaq qərarına gəldik. Bakı şəhər 41 saylı MİS-ə getdik. MİS müdiri Fazil Qurbanovun dediyinə görə, Telli Babayeva mənzilini məhkəmənin sərəncamı əsasında boşaldılan ərazidə qeyri-qanuni yolla tikib. MİS müdiri, Balababa Məcidov 71 ünvanının MİS də heç bir sənədi olmadığını, ümumiyyətlə bu ərazi haqqında məlumatsız olduqlarını bildirdi: "Əvvəllər MİS olmadığı üçün bütün ərazi bir qurumun tərkibində olub. O vaxtı şəxsi mülklərin sənədləri isə mülk sahibinin özündə qalıb. Sonradan ərazilər bölündüyü və hər ərazinin özünün MİS –i olduğu üçün 71 ünvanının sənədləri də bizdə yoxdur. Ona görə də bu ərazinin Sevil Seyidzadəyə, yaxud Telli Babayevaya məxsus olması haqqında heç bir söz deyə bilmərəm. Təkcə onu bilirəm ki, Sevil Seyidzadənin 71 ünvanındakı sahənin onun babasına aid olması haqqında iddiası 1949–cu ildə məhkəmənin verdiyi çıxarış əsasında olub. Telli Babayeva isə bu ünvanın qonşuluğunda, yəni 71-də yox, Balababa Məcidov 73-də qeydiyyatdadır, yaşadığı ev də rəsmən ona aiddir. 71 ünvanındakı mənzili isə o, qeyri-qanuni tikib və kirayəyə veribmiş". Onun bu mülkə sahiblənmək hüququ var Vəkil Ceyhun Cəfərlinin sözlərinə görə, Telli Babayevanın bu məsələdə hüquqlarını qorumaq olar və əgər vətəndaş daimi olaraq 15 il bir mülkdə yaşayırsa, onun bu mülkə sahiblənmək hüququ var. Vəkil Xalid Bağırovun fikrincə isə, bu, Telli Babayevaya heç bir hüquq vermir ki, o bu ərazini mənimsəsin: "Qeyri-qanuni mənimsənilən mülkdə tikilən evi sənəd əsasında geri qaytarmaq olar. Həmin şəxsin illərdən bəri o mülkdə yaşaması bu ünvanın ona məxsus olması anlamına gəlmir". Telli Babayeva razılaşmır Telli Babayeva MİS müdirinin dedikləri ilə razılaşmır: "MİS" müdiri "Kubinka"nı saxta sənədlər əsasında satıb qurtarıb. Mən 83-cü ildə bura gəlin gəlmişəm, onlar deyir ki, 71 ünvanının sənədləri yoxdur MİS-də. Amma saxta sənəd düzəldib, Sevil Seyidzadəyə veriblər. O da bu iddia əsasında gəlib evi alıb. Bu sənəd saxtadır. 73 nömrəli mənzilin qapısı da 71 ünvanındakı həyətə açılır. Ona görə də mən indi evimə girə bilmirəm. Ancaq pəncərəni sındırıb ordan girə bilərəm. Amma mən niyə axı evimə pəncərədən girməliyəm? Həm "71", həm "73" mənim haqqımdır". Mövzunu diqqətdə saxlayacağıq.
2013-12-14
4,185
Yevlax-Aran-Mingəçevir yolunda yol qəzası - yaralılar var
Yevlax-Aran-Mingəçevir avtomobil magistralında ağır yol qəzası baş verib. Yüksək sürətlə idarə olunan "Mercedes" markalı minik avtomobili yolun kənarına çıxaraq aşıb. Nəticədə "Mercedes"in sürücüsü 1948-ci il təvəllüdlü Məhəmməd Behbudov və onun sərnişini 1955-ci il təvəllüdlü Zahid Muxtarov xəsarət alıblar. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. (EL TV)
2013-12-14
4,186
Kiyevə yeni mer təyin edildi
Kiyev şəhərinin meri vəzifəsini 1-ci vitse mer Anatoli Qolubçenko əvəz edəcək. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti yayıb. Mənbə bildirir ki, Kiyev şəhərinin meri Aleksandr Popov Maydan olayına görə, vəzifəsindən uzaqlaşdırılıb. Şəhər merinin vəzifəsini icra edən Anatoli Qolubçenko jurnalistlərə deyib ki, onun bu vəzifəni daşıması müvəqqəti xarakter daşıyır və hər şeyə həftənin 1-ci günü aydınlıq gətiriləcək. Xatırladaq ki, Kiyev şəhərinin meri Aleksandr Popov dekabrın 14-də ölkə başçısı Viktor Yanukoviçin sərəncamı ilə işdən çıxarılıb. Onun işdən çıxarılması Ukrayna Baş Prokurorunun vəsadətilə həyata keçirilib. (ANS)
2013-12-14
4,187
Prezident və Baş nazir məhkəməyə verildi
2013-cü ilin əvvəlində dövlət rəhbərliyinin elan etdiyi amnistiya ilə əlaqədar olaraq "Dövləti bizə qaytarın!" təşəbbüsü Çexiyanın keçmiş prezidenti Vatslav Klausu və keçmiş Baş naziri Petr Neçası, habelə bir sıra şəxsləri məhkəməyə verib. "Axar.az"ın AzərTac-a istinadən xəbərinə görə, buna Baş nazir dəftərxanasının keçmiş direktoru Yana Nadyovanın (hazırda Neçasovanın) işi üzrə telefon danışıqlarının polis dinləmələri barədə dərc olunmuş məlumatlarla əlaqədar yeni informasiya səbəb olub. "Dövləti bizə qaytarın!" təşəbbüsünün tərəfdarları Petr Qavlik, Qana Marvanova və Yaroslav Kuxarjın dediklərinə görə, əldə olunmuş informasiya təsdiq edir ki, keçmiş Baş nazir Petr Neças prezident amnistiyasının vura biləcəyi ziyanı dərk edə-edə şəxsi siyasi fayda əldə etmək məqsədi ilə sənədi imzalayıb. Məhkəməyə şikayət edən şəxslər keçmiş Baş nazir Petr Neçasın, keçmiş prezident Vatslav Klausun və digər şəxslərin öz səlahiyyətlərini aşmaq, ola bilsin ki, rüşvət alıb-verməsindən, habelə cinayətkar qəsddə iştirak etməsindən şübhələnirlər.
2013-12-14
4,189
Ərdoğana “Şəbi-Ərus”da etiraz - Video
Türkiyə baş naziri R.T.Ərdoğan "Şəbi-Ərus"da bir tədbirə qatılıb. Ərdoğan çıxış edərkən bir qrup adam onu fitə basıblar, daha sonra isə "Türkiyə səninlə qürur duyur" şüarları səslənib. Mədəniyyət və Turizm Nazirliyi və İstanbul Şəhər Bələdiyyəsinin birlikdə ikinci dəfə təşkil etdiyi "Şəbi-Ərus" tədbirində iştirak edən Ərdoğan çıxışı əsnasında bir qrup tamaşaçının fitli etirazı ilə qarşılaşıb. Etirazın davam etdiyi müddətdə bir başqa qrup da baş nazir Ərdoğana "Türkiyə səninlə qürur duyur" şüarlarıyla dəstək verib. Ərdoğanın çıxışı başa çatandan sonra salondan "yuh" səsləri ilə "Türkiyə səninlə qürur duyur" sədaları birlikdə yüksəlib.
2013-12-14
4,190
Nərimanov rayonunda ev yandı
Bakı şəhəri, Nərimanov rayonunda fərdi yaşayış evi yanıb. "Axar.az"ın FHN-in rəsmi saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı ev yanıb. Yanan evə bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-14
4,191
“İrana gedəndə boynunuzdan xaç asın”
"...Boynuna xaç asıb İrana gələn erməniyə hörmət və sayğı ilə yanaşan rejim nökərləri dilində "Allahu əkbər" deyərək gələn müsəlman türklərinə düşmən münasibət bəsləyirdi. Onlara çox əzab-əziyyət verilirdi. Bir dəfə vəzifəli bir məmurdan bunun səbəbini soruşdum. O, belə cavab verdi: - Ağa səfir, erməniyə ona görə İranda hörmət göstəririk ki, onlar xristiandır. Qoy, dünya xristianları görsün ki, biz onların dininə hörmət göstəririk. Mən isə ona belə cavab verdim: - Onda mən də öz xalqıma çatdıracağam ki, İrana gələndə boyunlarına xaç assınlar. İranda xaça hörmət daha yüksəkdir. Həm də sizin bu "müdrik" tövsiyyənizi sizin adınızdan çatdıracağam. Bu sözləri mənə adi bir iranlı deyil, məşhur bir din xadimi deyirdi.." (Bir neçə il İranda səfir işləmiş, Azərbaycanın tanınmış alimlərindən olan professor Əliyar Səfərlinin İran xatirələrindən)
2013-12-15
4,192
Müxalifət konfransa gedəcək heyəti seçməlidir - Şərt
BMT və Ərəb Birliyi Suriya xüsusi nümayəndəsi Əl-Ahdar əl-İbrahimi Suriyalı müxaliflərin II Cenevrə Konfransında iştirak edəcək heyət üzvlərinin adlarını dekabrın sonuna kimi açıqlamarını istəyib. "Axar.az"ın xəbərinə görə, oteldə yerlərin məhdud sayda olması səbəbi ilə II Cenevrə Konfransının ilk günü Cenevrədən bir saat aralıda yerləşən Montro şəhərində keçirilməsi planlaşdırılıb. Konfrans iştirakçılarına hələ də dəvətnamə göndərmədiklərini deyən Mattar Səudiyyə Ərəbistanı və İranın konfransa qatılıb-qatılmayacağı barədə hələ qərar verilmədiyini deyib. Konfransın başlayacağı tarixdə (22 yanvar 2014-cü il) Dünya İqtisadi Forumunun Davos konfransı və Cenevrə Saat Sərgisinin keçirilməsi səbəbindən Cenevrədə demək olar ki, bütün otellərdə yerlər sifariş edilib. Konfransın ilk günündə məsələ ilə bağlı iştirak edəcək ölkələr və bəzi beynəlxalq təşkilatların qatılacağı konfrans daha sonra İbrahimi və Suriyada döyüşən tərəflərin iştiak edəcəyi müzakirələrlə davam edəcək.
2013-12-14
4,193
Dilimizə niyə hörmət etmirik? - Video
Paytaxta fəaliyyət göstərən bir çox mağazaların adlarının xarici dillərdə yazılması ağıllarda sual işarəsi yaradır. Müstəqil bir ölkə kimi, öz dilinin olmasına baxmayaraq, nəyə görə mağazaların adları rus, ingilis və digər əcnəbi dillərdə yazılmalıdır. Yoxsa biz öz dilimizi bəyənmirik? Və ya bu sözlərin öz dilimizdə olan mənası cəlbedici səslənmir? Bu, Heydər Əliyevin imzası ilə qüvvəyə minən və bütün xidmət sahələrində dövlət dilinin işlənilməsi qanunlaşdıran Dövlət Dili haqqında Qanuna əməl edilmədiyi anlamına gəlmirmi? Biz nə Rusiyanın, nə də İngiltərənin müstəmləkəsi deyilik ki, daha çox bu dillərə məxsus sözlərdən istifadə edərək alıcıları cəlb edək. Məgər "rozes" sözünün əvəzinə "qızıl güllər" demək və ya "present"in yerinə "hədiyyə" deməyin nəyi pisdi? İdmançılarımız yarışlarda qalib gəldikləri zaman Azərbaycan bayrağını başları üstündə dalğalandırırlar. Əgər rus və ingilis dillərini öz dilimizdən çox seviriksə, bəlkə bu sevgini göstərmək üçün bayrağımızın yanında hər 3 ölkənin bayrağı olsun? Bu məsələ ilə bağlı Dövlət Dili haqqında Qanunda konkret bənd var. Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Təbii ki, dilimizə qarşı bu özgə münasibət təkcə mağazaların adlarında müşahidə edilmir. Məsələn, dövlət orqanlarına məxsus saytlar da heç də mağaza və iaşə obyektlərindən geri qalmır. Dövlət saytlarının Azərbaycan dilində olmamasına Rabitə və İnformasiya Nazirliyi nümayəndəsinin öz arqumenti var. Burda bir məsələ də var. Dövlət saytlarının adları ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərarlarda konkret olaraq "saytların adları mütləq şəkildə ingilis dilində olmalıdır" deyilmir. Qərara əsasən, İnternet saytları dövlət dilində və tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dildə tərtib olunmalıdır. Digər qərarda "Domen adları kimi Azərbaycan və ingilis dillərində olan adlar seçilə bilər. 3-cü qərarda isə İnternet informasiya ehtiyatının ünvanı Azərbaycan və ya ingilis dilində məna daşıyan formada müəyyən edilməlidir", - kimi qeyd edilir. Əgər saytların adları zəruri olduğu halda ikinci dildə olmalıdırsa, o zaman nəyə görə dövlət orqanları yalnız ingilis dilindən istifadə edirlər? Ekspertlər dövlət saytlarının adlarında vahid standartların olmasını daha münasib hesab edirlər. Burada saytların adlarının daha asan tapılması üçün ən ideal variant dövlət orqanlarının adlarının Azərbaycan dilində olan abreviaturalarından istifadə edilməsidir.
2013-12-14
4,194
Doğma teatrı Rəşid Behbudovu andı - Foto
Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli sənətkar, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr edilmiş anım gecəsi - konsert keçirilib. AzərTac xəbər verir ki, hələ sovet dövründə Rəşid Behbudovun özünün səyləri sayəsində yaradılmış Mahnı Teatrında keçirilən tədbirdə Milli Məclisin deputatları, respublika ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin təmsilçiləri ilə yanaşı, Rəşid Behbudovun ailə üzvləri – qızı və nəvəsi də iştirak edib. Xatirə gecəsinin əvvəlində Rəşid Behbudovun ifasında mahnı səslənib, Əməkdar artist Gülyanaq Məmmədova açılış sözü deyib. G.Məmmədova bildirib ki, bu gün Rəşid Behbudovun anadan olmasından 98 il və onun yaratdığı Mahnı Teatrının fəaliyyətə başlamasından 45 il keçir. Azərbaycanın estrada və opera müğənnisi (lirik tenor), aktyor, SSRİ Xalq artisti Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə anadan olub. Valideynləri oraya Şuşadan köçmüşlər. Atası Məcid Behbudov tanınmış xanəndə olub. 1956-cı ildə artıq tanınmış Azərbaycan müğənnisi Rəşid Behbudov "Azərbaycan" Dövlət Konsert Ansamblını, 1965-ci ildə isə həmin kollektivin bazasında Mahnı Teatrını yaradır. Mahnı Teatrı bir neçə il faktiki fəaliyyətdən sonra 1968-ci ildə rəsmi status alır. Mahnı Teatrı dünyanın bütün qitələrində 70 ölkədə yüzlərlə konsert proqramı ilə çıxış edib. Görkəmli müğənni 1989-cu il iyun ayının 9-da dünyasını dəyişmişdir.
2013-12-15
4,195
Bu gecə Azərbaycanda 23° şaxta olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Temperatur gecə 0°-yə yaxın, gündüz 2-5° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 millimetr civə sütunundan 774 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur. Temperatur gecə 5-10° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacaq. Temperatur gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq. Temperaturun gecə 1-6° şaxta, gündüz 1-5° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Temperaturun 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə gecə 18-23° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimalı var. Temperatur gecə 3° şaxtadan 2°-dək şaxta, gündüz 2-5° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
2013-12-15
4,196
Kəmaləddin Heydərov peşəkarların döyüşünü izləyir
Qəbələ Olimpiya kompleksində peşəkar boks gecəsi keçirilir. Tədbirə gələnlər arasında Azərbaycan Boks Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov da var. Tədbirə olimpiya çempionları Fərid Mansurov, Elnur Məmmədli və başqa tanınmış idmançılar, idman funksionerləri qatılıb. 5 döyüşdən ibarət gecədə maraqlı mübarizənin İBF və WBO versiyaları üzrə Avropa çempionu uğrunda Azərbaycan idmançısı Fariz Məmmədov və almaniyalı Matias Pelk arasında keçəcəyi gözlənilir ("Lent.az")
2013-12-15
4,197
Tanınmış türkiyəli aparıcı Bakıda – Foto
Türkiyənin tanınmış aparıcısı Simge Tertemiz ötən gün Bakıya gəlib. Şəhərimizdə geyim mağazalarından birinin açılışında iştirak edən Simge fotokameramıza maraqlı pozlar da verib. Qeyd edək ki, Simge Tertemiz "Star Tv"də yayımlanan "Starlife" verilişinin aparıcısıdır. ("Axsham.az")
2013-12-15
4,198
Saxta xərçəng dərmanı satan xərçəng xəstəsi çıxdı
Türkiyədə saxta dərman satan qrupun üzvü N.T.-nin qardaşının xərçəngdən öldüyü, özünün də xərçəng xəstəliyinə görə müalicə aldığı məlum olub. Bazarda qiyməti 2 manat 50 qəpik olan dərmanların etiketlərini dəyişdirərək "xərçəng dərmanı" adı ilə baha qiymətə satan 40 nəfərlik cinayətkar qrup məhkəməyə çıxarılıb. Qrup yaxalananda maraqlı məlumatlar da ortaya çıxıb. Müştəriləri arasında bir məşhur müğənni də olub Saxta dərman satan şəbəkənin özəl bir xəstəxana vasitəsi ilə yüz ayrı xəstəyə saxta dərman satdığı təsdiqlənib. İndi bu xəstələr bir-bir dəqiqləşdirilir. Siyahıda məşhur bir müğənninin olduğu söylənsə də, hələ ki, adını gizli saxlayırlar.
2013-12-15
4,199
Azərbaycanda ilk: draytulinq çempionatı keçirildi
"ClimBaku" İdman Dırmanma Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə keçirilən Draytulinq üzrə ilk Respublika Çempionatına start verilib. "Axar.az"ın xəbərinə görə, çempionat hava və ekstremal idman növləri assosiasiyası FAIREX tərəfindən Ekologiya Nazirliyinin dəstəyi ilə keçirilib. Çempionatda 130 oğlan, 30 qız iştirak edib. Nəticədə 18 nəfər oglan , 10 qız final mərhələsinə yüksəlib. Qeyd edək ki, final oyunları dekabrın 15-i keçiriləcək.
2013-12-15
4,200
Con Makkeyn də Maydana gəldi
ABŞ senatoru Con Makkeyn Kiyev şəhərinə səfəri zamanı müxalifət nümayəndələrilə görüşüb. ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Con Makkeyn Ukraynanın Daxili İşlər naziri Leonid Kojara ilə görüşdən sonra jurnalistlərə deyib ki, indi nümayişçilərlə görüşmək üçün Maydana gedəcək. Müxalifətçilərlə görüşü zamanı o, həmçinin, barrikadalara baxmaq üçün Mixaylovsk meydanına gəlib. "UDAR" partiyasının lideri ilə görüşdə Makkeyn bildirib ki, indi Ukraynaya xaricdən bütün lazımı dəstəklər gəlməlidir. Kliçko isə deyib ki, ABŞ rəhbərliyi də Maydandakı nümayişçilərə qarşı zorakılıq edən vəzifəli şəxslərə sanskiya tətbiq etməlidir. Xatırladaq ki, Con Makkeyn Kiyevdə Patriarx Filaretlə də görüşüb.
2013-12-15
4,201
Qar uçqunu 2 qəribin canını aldı - Foto
Türkiyənin Hakkari bölgəsinin Şəmdinli elində, İran sərhədində 3 gün öncə qar uçqunu altında qalan iki iranlının cəsədi tapılıb. "Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Şəmdinlinin 60 km-dəki Qayalar kəndinin yaxınlığında iranlıların kimliyi müəyyənləşib. Onlar Pərviz Dikhani və Zeynal Dərgahidir. Onların sərhəd ərazinə niyə gəldikləri barədə heç bir açıqlama verilmir. Qar uçqunu altından, cəsədlərin yanından ulaq da çıxarılıb.
2013-12-15
4,202
Fariz Məmmədov nokauta düşdü
Bu gecə Qəbələ Olimpiya İdman Kompleksində IBF, WBCA və WBO versiyaları üzrə kəmər uğrunda bok döyüşü keçirilib. Peşəkar boksçumuz Fariz Məmmədov 66,8 kq çəkidə olan almaniyalı Mattias Pelklə qarşılaşıb. Fariz Məmmədov görüşün 8-ci raundunda texniki nokauta məğlub olub. Almaniyalı boksçu texniki nokaut hesabına hər iki kəmərə sahib çıxıb. Qeyd edək ki, qarşılaşmanı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və oğlu, "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov da zaldan izləyib.
2013-12-15
4,203
Bakıda 9 mərtəbəli binada yanğın baş verib
Bakıda 9 mərtəbəli binada yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda 9 mərtəbəli binanın 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 5 otaqlı mənzilin mətbəxində məişət avadanlıqları və mətbəx mebeli 2 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Bundan başqa, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində dəhlizin və mətbəxin tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-15
4,204
112 il sonra qar yağdı
Misirin paytaxtı Qahirəyə yağan qar hər kəsi şoka salıb. Meteoroloqlar ölkədə son bir əsrdə qeyd alınmayan soyuq hava şəraitinin olduğunu, lakin qarı gözləmədiklərini deyiblər. Çünki Misirdə nadir hallarda havanın temperaturu aşağı düşür. Tez-tez yağış yağır, bəzən dolu yağdı müşahidə edilir. Ölkəyə sonuncu dəfə 112 il əvvəl qar yağıb.
2013-12-15
4,205
Bu gün Milli Şuranın mitinqidir
Bu gün Milli Şuraya daxil qüvvələr protest elektoratla birgə bahalaşmaya etiraz edəcək. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq metronun "İnşaatçılar" stansiyası yaxınlığındakı "Məhsul" stadionunda baş tutacaq. Hökumətin bahalaşmaya getməsinə, benzinin qiymətinin artırılmasına etiraz olunacaq. Mitinq saat 14-dən 16-dək davam edəcək. Şuranın sədri Cəmil Həsənli bir gün öncədən əhaliyə müraciət edərək hamını mitinqə çağırıb. Dekabrın 14-də günün ikinci yarısında isə Baş Prokurorluq mitinqlə bağlı xəbərdarlıq yaydı. Xəbərdarlıqda bildirilir ki, mitinq zamanı ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmasına yol verilməməli, mitinq təşkilatçıları və iştirakçıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış vaxtlarda və ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqla və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcək (Musavat).
2013-12-15
4,206
Nelson Mandela bu gün dəfn edilir
Cənubi Afrika Respublikasının eks prezidenti Nelson Mandela bu gün doğulduğu Kuna kəndində dəfn ediləcək. "ANS PRESS"in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, dəfn mərasimi tembu qəbiləsinin ənənəsinə görə keçiriləcək. Nelson Mandelanın qohumlarının xahişilə mərasimdə foto və video çəkilişlərinə icazə verilməyəcək, ancaq yerli kanalların birinə uzaqdan dəfn mərasimini çəkməyə razılıq verilib. Çünki onların çəkdiyi kadrlarla dünya ictimaiyyəti Mandelanın dəfn mərasimini izləyə biləcəklər. Xatırladaq ki, Nelson Mandela dekabrın 5-də Yohannesburq şəhərindəki evində 95 yaşında vəfat edib.
2013-12-15
4,207
Azərbaycan əraziləri “Böyük Kürdüstan” xəritəsində
Son zamanlar Türkiyədə baş verən və "Kürd açılımı" adını alan proseslərlə bağlı Türkiyədəki fəaliyyətini bir qədər arxa plana keçirən PKK öz tərəfdarlarına Azərbaycanda fəallaşmaq tapşırığı verib. "Yeni Müsavat"ın bu barədə əldə etdiyi məlumata görə, artıq bir neçə vaxtdı bu tapşırığın icrasına başlanılıb. Bununla bağlı bir müddət əvvəl İraqdan və Türkiyədən gələn, özlərini "hoca" adlandıran bir neçə nəfərin rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir neçə bölgəsində qapalı toplantılar keçirilib. Həmin toplantılarda iştirakçılara əsasən kürdlərin Azərbaycanda fəallaşdırılması, bir sıra tarixi şəxsiyyətlərin kürd millətindən olması barədə təbliğatın aparılması, Azərbaycanın bir sıra rayonlarının tarixi "Kürdüstan" əraziləri olduğu barədə insanlar arasında "maarifləndirici tədbirlər" həyata keçirilməsi tapşırılıb. Məlumatlara görə, həmin toplantıda iştirakçılara "Böyük Kürdüstan" xəritəsi təqdim olunub və bunun Azərbaycanda yayılmasının vacibliyi xüsusi olaraq vurğulanıb. Bildirilib ki, Azərbaycanda görüləcək əsas işlərdən biri də "Böyük Kürdüstan" təbliğatının ilk vaxtlarda daha çox sosial şəbəkələrdə aparılması olmalıdı. Azərbaycan hakimiyyətinin ən üst düzeyində bu məsələyə çox həssas yanaşıldığı və hüquq-mühafizə orqanlarının ölkənin daxilində separatçı meyllərə qarşı ciddi mübarizə apardığı vurğulanan həmin toplantıda bütün fəaliyyətin çox ehtiyatlı şəkildə həyata keçirilməsi tapşırılıb. Açıq müzakirələrin yalnız sosial şəbəkələrdə aparılmasına izn verildiyi bildirilib. Toplantıda iştirakçılara tapşırılıb ki, sosial şəbəkələrdəki "Böyük Kürdüstan" müzakirələrinə və təbliğatına mümkün qədər çox şəxslər cəlb olunsun. Bu toplantılardan sonra verilən tapşırıqların icra olunması istiqamətində işlərə başlanılıb və aldığımız məlumata görə, hazırda ölkənin bir neçə bölgəsində bu istiqamətdə təbliğat aparılır. Gedən proseslərdən kifayət qədər məlumatlı olan şəxslərin redaksiyamıza verdikləri informasiyalara görə, bir müddət öncə facebook-da başlanan və hazırda da davam edən "kürd müzakirələri" məhz sözügedən toplantıda verilən qərarların nəticəsidir. Mənbələrimiz hazırda Laçın Rayon Təhsil Şöbəsinin inspektoru olan Müqabil Baxışovun Nizami Gəncəvini kürd şairi adlandırmasını və sosial şəbəkələrdə bu istiqamətdə aqressiv təbliğat aparmasını təsadüfi saymırlar. Məlumatlı qaynaqlarımız sosial şəbəkədə çox ciddi müzakirələrə və etirazlara səbəb olan bu fəaliyyətin məhz qeyd etdiyimiz toplantı ilə birbaşa əlaqəli olduğunu deyirlər. Sosial şəbəkələrdəki fəaliyyətlə yanaşı hazırda xaricdən gələn tapşırıq əsasında ölkə boyunca başqa istiqamətlərdə də iş aparılır və bunun Azərbaycana qəsd olması faktı ortadadır. Bir neçə gün bundan əvvəl əlimizə yetişən bu bilgilərlə bağlı müəyyən araşdırmalar və dəqiqləşdirmələr apararkən İraq Kürdüstanının rəsmi televiziyasında Azərbaycan ərazilərinin də salındığı "Böyük Kürdüstan" xəritəsinin nümayiş olunması xəbəri gəldi. "GünAz TV"-nin məlumatına görə, hazırda İraq Kürdüstanının rəsmi televizyasında Azərbaycan şəhərlərinin daxil edildyi "Böyük Kürdüstan" xəritəsi müntəzəm olaraq nümayiş etdirilir. Həmin televizya İraq Kürdüstanının başçısı Məsud Barizaniyə bağlıdır və rəsmi olaraq Azərbaycanın onlarla şəhər və bölgəsi həmin xəritəyə daxildir. Bu isə açıq-aydın Azərbaycanın əzəli ərazilərinə qarşı torpaq iddiasıdır. Bu xəritədə İranın 6 vilayəti (ostan) Qərbi Azərbaycandan tutmuş, ta Xuzistana qədər və Şərqi Azərbaycanla Həmədan vilayətlərinin böyük bir hissəsi yer alıb. Həmçinin xəritədə Bağdadın ətrafı, Suriyanın quzeyi, Türkiyə ərazisinin böyük hissəsi və Naxçıvan Muxtar Cümhuriyyəti Kürdistan kimi göstərilir. Xəritənin əhatə etdiyi ərazidə müxtəlif millətlərdən ibarət 70 milyon insan yaşayır. İraq Kürdüstanının "Rudav" televiziyası həmin xəritəni əsasən hava xəbərlərinin təqdimatında istifadə edir. Məsələnin maraqlı tərəfi odur ki, bu xəritə Azərbaycanda keçirilən toplantıda iştirakçılara paylanan xəritənin eynisidir. İraq Kürdüstanından gələn xəbərlə "Yeni Müsavat"ın əldə etdiyi məlumatların üst-üstə düşməsi ölkəmizə qarşı planın yeni bir mərhələsinin icrasına başlandığını və bu istiqamətdə Azərbaycanda böyük işlərin aparıldığını göstərir. Məsələ ilə bağlı əlavə məlumatlar əldə etməyə çalışacağıq.
2013-12-15
4,208
Azərbaycanda nağd pul kütləsi 20 faizə yaxın artıb
013-cü ilin yanvar-oktyabr aylarında dövriyyədə olan pul kütləsi (dövriyyədəki nağd pulların (banklardan kənarda), maliyyə təşkilatlarının (kredit təşkilatlarından başqa) və fiziki şəxslərin hesablarındakı milli valyuta vəsaitləri qalıqları, M2) 2012-ci ilin analoji dövrü ilə müqayisədə 19,5 faiz artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2013-cü ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir. Belə ki, 2013-cü ilin ilk on ayı ərzində olan vəziyyətə görə, M2 göstəricisi 15017,8 milyon manat təşkil edib. 2012-ci ilin analoji dövründə bu rəqəm 12563,6 milyon manat olub. 2013-cü il ərzində nağd pul kütləsi (M0) 15,55 faiz artaraq 9724,4 milyon manat təşkil edib. 2012-ci ilin analoji dövründə bu rəqəm 8415,5 milyon manat olub. 2013-ci ilin yanvar-oktyabr aylarında olan vəziyyətə görə, genişlənmiş pul kütləsi (Broad Money Supply (M3) 17867,4 milyon manat təşkil edib ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan nəticədən (15606,6 milyon manat) 14,5 faiz çoxdur. İl ərzində sövdələşmələr üçün məbləğlər (transaction money (M1) 11836,6 milyon manat təşkil edib ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan nəticədən (10096,2 milyon manat) 17,24 faiz çoxdur. (Trend)
2013-12-15
4,209
Atatürükün dəfninin görüntüləri yayıldı - Video
Türkiyə Baş Qərargahı tərəfindən Mustafa Kamal Atatürkün nəşinin Anıtkabıra aparılıması ilə bağlı film yayımlanıb. Baş Qərargah tərəfindən 6 klip olaraq hazırlanan filmdə Atatürkün nəşinin aparılması ətraflı şəkildə izah edilir. Baş Qərargahın internet saytında yayımlanan film "75 il əvvəl Dolmabaxça ağlayır" , "Türk ulusu ağlayır " cümləsi ilə başlayır. "Axar.az" həmin görüntüləri təqdim edir.
2013-12-15
4,210
"Əjdaha" nədən qorxduğunu dedi
Azərbaycanın tanınmış müğənnisi Nadir Qafarzadə ən böyük qorxusunu açıqlayıb. ANS telekanalında "Bazar səhəri" proqramının qonağı olan müğənni istənilən qorxulu şeyin ona gülünc göründüyünü bildirib. Aparıcının bazar səhəri ilə bağlı verdiyi suala cavab verən müğənni tıxac olmadığı üçün bazar günlərini sevdiyini açıqlayıb. Txacların qorxulu və dəhşətli olduğunu deyən N. Qafarzadə tıxaclardan qorxduğunu vurğulayıb. Qeyd edək ki, proqramın aparıcısı Rövşanə Bektaşinin atası vəfat etdiyindən bu gün veriliş ANS-in tanınmış aparıcısı Elnarə Təhməzovanın təqdimatında nümayiş olunur.
2013-12-15
4,211
Külək avropalıları yeriməyə qoymur - Video
Norveçin cənubu ilə İsveçin şimal bölgələrində bir neçə gündür davam edən qasırğa hər iki ölkədə on minlərlə evin elektriksiz qalmasına səbəb olub. "Axar.az" xəbər verir ki, Norveçin Alesund şəhərində yolu keçmək istəyən vətəndaşların qasırğa səbəbiylə yeriməkdə çətinlik çəkdiyi anlar maraqlı görüntülər yaradıb. Yolu keçə bilməyənlərə polis yardım edib. Norveçin cənub və İsveçin şimal bölgələrində dünəndən başlayan "İvar" qasırğası həyatı iflic edib. Qasırğa səbəbiylə təxminən Norveçdə 40 min, İsveçdə də 60 min ev elektriksiz qalıb.
2013-12-15
4,212
Ancelina Coli çәkiliş zamanı özündən getdi - Foto
Keçirdiyi "Masteskomiya" əməliyyatından sonra sürətlə zəifləyən məşhur Hollivud aktrisası Ancelina Coli rejissoru olduğu "Unbroken" filminin çəkilişləri zamanı qəfildən huşunu itirərək yerə yıxılıb. "National Enquirer" qəzetinə bununla bağlı açıqlama verən mənbələrdən biri bildirib ki, Coli qəfildən yerə yıxıldığı üçün çəkiliş qrupu ilk anlar nə baş verdiyini kəsdirə bilməyib: "Yanına getdiklərində isə, onun öldüyünü zənn ediblər. Bənizi inanılmaz dərəcədə solğunlaşmış və çətinliklə nəfəs alırdı". Mənbənin sözlərinə görə, xəstəxanaya getməkdən imtina edən aktrisa, yenidən işinin başına qayıdıb və çəkilişlər qaldığı yerdən davam edib. Bir neçə gün əvvəl Radaronline.com xəbər portalına müsahibə verən məşhurların yemək-içməyinə və zəifləmə işlərinə nəzarət edən Alisiya Hunter (Alicia Hunter), Ancelinanın həddindən çox arıqladını və xüsusliə də üzünün bir dəri, bir sümük olduğunu söyləyib. Hunter, bundan çox narahat olduğunu da dilə gətirib. (ANS)
2013-12-15
4,213
4 saat ərzində milyondan çox seçici səs verib
Türkmənistanda bu gün yerli vaxtla səhər saat 7.00-da parlament seçkilərinə start verilib. "Axar.az" RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, Türkmənistan Mərkəzi Seçki Komissiyası ölkədə parlament seçkisində seçki məntəqələrinin açılması anından dörd saat ərzində seçicilərin 46%-inin səs verdiyini bildirib. Saat 11:00-a olan nəticələrə görə, 1.37 milyon nəfər (seçicilərin 45,93 %-i) artıq səs verib. Qeyd edək ki, ölkədə 3,063 milyon seçici qeydə alınıb. Ölkə ərazisində 2446, xarici ölkələrdə yaşayan ölkə vətəndaşları üçün isə 33 seçki məntəqəsi yaradılıb.
2013-12-15
4,214
Amerikalı həmsədr: “Gecələr Bakının üfüqü füsunkardır” - Foto
"Gecələr Bakının üfüqü füsunkardır". Bunu Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik sosial şəbəkədəki şəxsi səhifəsində yazıb. Səhifəsində Bakı şəhərinin gecə panoramını paylaşan Uorlik burda keçirəcəyi görüşlərdə məhsuldarlıq gözlədiyini bildirib. Bundan başqa amerikalı həmsədr mesajının sonunda "Dağlıq Qarabağa sülh" yazıb. Qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanda səfərdədir. Prezident İlham Əliyevlə görüşməsi gözlənilən həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə müzakirlərə davam edəcəklər. (ANS)
2013-12-15
4,215
Amerika vətəndaşı Azərbaycana qədim xalça bağışlayıb
Azərbaycanda 201 muzey fəaliyyət göstərir. Onlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev və 52-si Heydər Əliyev muzeyləridir. Bəs görəsən bu muzeylərin durumu necədir? Bütün bunları göz önündə tutaraq "Axar.az" olaraq muzeylərin son vəziyyəti, qiymətləri və əhalinin muzeylərə olan marağı haqda kiçik bir sorğu keçirdik. Eksponat boldur Musiqi Mədəniyyəti Muzeyinin direktor müavini Zemfira Əsədova ilə söhbətdən bəlli oldu ki, eksponat baxımından muzey korluq çəkmir: "Bizdə müxtəlif eksponatlar var. Musiqiyə aid alətlər, kitablar və.s. Hətta musiqini özündə əks etdirən eksponatlar toplusuna qədər. Bəzən musiqiçilərimiz özlərinə aid eksponatları muzeyimizə təqdim edir. Sonuncu dəfə Fərəc Qarayev özünə aid ləvazimatları muzeyimizə təqdim edib". Zemfira xanımla söhbətdən bəlli oldu ki, eksponat sarıdan sorun olmasa da, muzeyin binası köhnədir: "Hər kəs istəyər ki, binanın şəraiti yaxşı olsun. Təəssüf ki, muzeyin binasının durumu yaxşı deyil. Amma biz yenə də işimizə davam edirik. Söz veriblər, bizi yeni binaya köçürəcəklər. Ümid edirik ki, işimizə yeni binada davam edəcəyik". Muzeyi daha çox kimlər ziyarət edir sorusuna cavab olaraq Zemfira xanım əlavə etdi ki, müxtəlif təbəqə və yaş qruplarından baş çəkənlər olur: "Üz tutanlar arasında məktəblilər və tələbələr çoxluq təşkil edir. Son zamanlar əcnəbilər demək olar ki, gəlmirlər. Bizdə valideynlər övladlarını muzeyə gətirməkdə elə də maraqlı deyillər. Gələn uşaqlar da ancaq müəllimləri ilə gəlir. Qiymətlər isə 20 qəpik və 3 manat arasında dəyişir. Maaşlar aşağıdır. 150-160 manata işləyirik. Əlbəttə, biz də hər kəs kimi maaşımızın yüksək olmasını istəyirik… Amma maaş az olsa da, bütün işçilər öz işinin başındadır". Valideynlər övladlarını muzeyə gətirməkdə maraq göstərmirlər İstiqlal muzeyinin Elmi Fond şöbəsinin elmi işçisi Xankişi İmranın sözlərinə görə, muzeyə sonuncu dəfə Xocalı faciəsinə aid eksponatlar daxil olub: "Bizə müraciət edənlər arasında məktəblilər və müxtəlif sahələrə aid mütəxəssislər çoxluq təşkil edir. Bu yaxınlarda muzeyə kino çəkilişi ilə bağlı eksponatlar verilib. Biletin qiymətinə gəlincə, məktəblilər üçün 50 qəpik, tələbələr üçün 1, əcnəbilər üçün 5 manatdır. Onu da deyim ki, əcnəbilərin də muzeyə marağı kifayət qədər yüksəkdir. Bizə müraciət edənlərin əksəriyyəti məktəblərdən toplu şəkildə gəlirlər. Uşaqları isə valideynləri deyil, müəllimləri gətirir". Əcnəbilər daha çox maraq göstərir Tarix muzeyinin elmi katibi Fərhad Cabbarovun sözlərinə görə, muzeyə maraq qənaətbəxşdir: "Muzeyimizə əcnəbilər daha çox maraq göstərirlər. Əcnəbi tələbələr, ayrı-ayrı ölkələrin nümayəndə heyətləri də müraciət edirlər. Qiymətlər isə müxtəlifdir. Hər təbəqəyə görə dəyişir. Hətta bizdə müqaviləli müştərilər də var". Muzeyin elmi katibinin sözlərinə görə, xidmət haqqı böyüklər üçün 5 manat, şagird, tələbə və hərbi müdavimlər üçün 2 manatdır. Dünyanı fəth edən Azərbaycan xalçaları UNESKO-nun Qeyri-maddi Mədəni İrs nümunələri siyahısına salınan Azərbaycan Xalçaçılıq muzeyinə də maraq yüksəkdir. Xalçaları ilə dünyanı cəlb etməyi bacaran Azərbaycan hələ 13-14-cü əsrlərdə xarici ölkələrə çoxlu sayda xalça və xalça məmulatı ixrac edib. Muzeyin şöbə müdiri Aygün Abbasovanın sözlərinə görə, hazırda muzey köçmə ərəfəsində olduğundan 13 zalın cəmi üç zalı fəaliyyət göstərir. Muzeydə qiymətlər dərəcəyə bölünür. Adi vətəndaşlar üçün 1 man. 50 qəpik, uşaqlar üçün 30 qəpik, əcnəbi vətəndaşlara isə 5 manatdır. Tələbələrsə xidmətdən 60 qəpiyə yararlana bilərlər: "Bəzi insanlar var ki, onlara pulsuz xidmət göstəririk. Bu siyahıya hərbçilər, kimsəsiz uşaqlar, qocalar evinin sakinləri, təqaüdçülər və şəhid ailələri aiddir. İyun ayında Devit adlı Amerika vətəndaşı öz kolleksiyasından 17-ci əsrə aid olan xalçanı muzeyimizə təqdim etmişdi. Son üç ay ərzində muzeyimizə yeni eksponatlar daxil olmayıb. Çünki onsuz da muzeyimizin fondu olduqca zəngindir". Son olaraq onu da qeyd edək ki, Bakı şəhərində 22 muzey fəaliyyət göstərir.
2013-12-15
4,216
67-ci baharın astanasında olan şair
Bu gün Azərbaycanın tanınmış şairi Ramiz Rövşənin doğum günüdür. Bu gün tanınmış şair, yazıçı, esseist, kino-dramaturq, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Rövşənin 67 yaşı tamam olur. Rövşən Ramiz Məmmədəli oğlu Rövşən, 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. 1964-1969-cu illlərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, 1976-1978-ci illərdə Moskva Ali Ssenari kurslarını bitirib. 1971-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor, 1974-1975-ci illərdə kinostudiyanın ssenari emalatxanasında ssenarist, 1979-1987-ci illərdə ssenari redaksiya heyətinin üzvü, 1987-1992-ci illərdə kinostudiyanın baş redaktoru işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək, bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. R.Rövşən, 1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir. O, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür. Yazıçı Yaşar Əliyevin qardaşı, tərcüməçi Rövşən Ramizoğlunun atasıdır. (ANS)
2013-12-15
4,217
Prezident Minsk qrupu həmsədrlərini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru ( Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. "Axar.az" AzərTaca istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər müzakirə edilib.
2013-12-15
4,218
Sözün inflyasiyası
Hər bir cəmiyyət tarixin bütün dövrlərində öz kultlarını, hakim dəyərlərini yaradır. Əslində bu dəyərlər, müqəddəs sayılan kultlar o zamana qədər keçərli sayılır ki, onlara münasibətdə inam hissi sarsılmasın. Bu dəyərlər içərisində söz, sözə münasibət insanlıq tarixi boyu xüsusi rola sahib olub. Bir zamanlar Avropada "centlmen sözü" özlüyündə bir norma hesab olunub, hər hansı hüquqi müqaviləyə bərabər tutulub. Elə bizim özümüzdə də tariximizdən gəlmə "kişi sözü" deyilən bir məfhum var. Aleksandr Düma yazırdı ki, Azərbaycan türkləri söz verdilərsə, hər hansı hüquqi sənədə ehtiyac yoxdur, bu, kifayətdir. Yüz illər boyu söz vermək anlayışı cəmiyyətimizdə qanun, hüquq boşluğunu doldurub. Söz üstündə ölümə belə gedilib, fədakarlıqlar edilib. Bu gün isə mənzərə tam fərqlidir. Sözün müqəddəsliyi, pozulmazlığı, doğruluğu köhnə adamların nostaljisinə çevrilib. Söz məna ifadə edir, daşıdığı mənanın gerçəkləşəcəyinə təminat yaratmır. Cəmiyyətimizdə kütləvi inamsızlıq sözü o qədər dəyərsizləşdirib ki, söz verib qarşındakını arxayın salmaq artıq mümkün deyil. Söz zorsuz, arxasında güc olmadan heç bir dəyər daşımır. Söz infliyasyası onu ancaq ünsiyyət vasitəsinə çevirib, dəyər olmaqdan çıxarıb. Söz vermək, indi qarşısındakı sadəlövhü aldatma fəndi hesab olunur. Sözlərin dəyəri itdikcə onların bəzəyi, üslubu zənginləşir, pafosla təmtəraq qazanır. Bu gün cəmiyyətimizdə sözünə qurban gedənlər barmaqla sayıla biləcək qədərdir, ancaq sözə görə aldanıb qurban olanların sayı az qala əksəriyyət hesab oluna bilər. Söz insanların bir-birinin ayağı altında qurduğu tələ, boynuna ilişdirdiyi kəməndə çevrilib. Sözə münasibət bizi günahkara çevirir. Sözün müqəddəsliyini pozmağımızın ağrı-acısını belə getsə, çox çəkəcəyik. Bir yerdə öz qəbahətimizi sözlə gizlədə bilsək də, kimisə aldada bilsək də sonra o qəbahət öz fəsadını cəmiyyətdə törədir. Çünki aldadılan insan öz qəzəb və qisasını da bu cəmiyyətdən alır. Beləliklə, sözün qarğışına keçib yaşadığımız cəmiyyəti günah, qəzəb və nifrət burulğanına çeviririk. Sözün paklığını pozanda, təmizliyini ləkələyəndə onunla bərabər düşüncəmizi, əxlaqımız və mənəviyyatımızı da çirkləndirdiyimizın fərqində olmuruq. Ağzımızdan çıxan yalanın əvəzini, qisasını söz bizdən dilimizi, xarakterimizi yalana öyrəşdirməklə, vərdiş etdirməklə alır. Çünki o paklığını itirmiş dilə, zehniyyətə bir daha geri dönmək istəmir və beləcə, biz yalançıya, yalan aludəçisinə çevrilib hər gün dilimizlə daha çox günah becəririk. Danışdığımız yalan, bizə danışılan yalan varlığımıza hakim kəsilən aldanmaq qorxusunu yaradır. Dinclik hüzur tapmaq istədiyimiz yerdə aldanış qorxusu ilə səksəkə içərisində yaşamalı oluruq. Söz həm də bizə bir açardır. Əgər düşdüyümüz bataqlıqdan çıxmaq istəyiriksə, o zaman sözə münasibətimizi dəyişməli, sözün müqəddəsliyini və dürüstlüyünü geri qaytarmağı bacarmalıyıq. O zaman özümüzü də, ətrafımızı da sarmış yalandan qurtulmaq, inamımızı geri qaytarmaq imkanı qazana bilərik. Dürüst və gerçək söz həyatımıza, cəmiyyətimizə axan yalan çirkabının qarşısını kəsə bilər. Əks təqdirdə sözün qisasından qorxaq.
2013-12-15
4,219
Nazirlik ağac terroruna izn verib - İddia/Video
Bakının Naxçıvani küçəsində ağaclar kəsilir. Yaxın evlərin sakinləri üçün heç bir təhlükə kəsb etməyən və 40-dan çox yaşı olan ağaclar məhv edilir. Sakinlərin "yaşıl soyqırımı" dayandırmaq səyləri heç bir nəticə verməyib. Ağacları kəsənlər bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alıblar. Amma onlar bunu təsdiq edən heç bir sənəd göstərməyiblər. Ağacların kəsilməsi belə əsaslandırılıb ki, həmin ərazidə yerin altı ilə qaz kəməri keçir. Lakin sakinlər iddia edirlər ki, ağacların köklərinin qaz kəməri üçün heç bir təhlükəsi yoxdur. ("Minval.az")
2013-12-15
4,221
Milli Şuranın mitinqi başa çatdı - Foto
Milli Şuranın bu gün İnşaatçılar metrosu yaxınlığında yerləşən "Məhsul" stadionunda qiymət artımına etiraz olaraq keçirdiyi icazəli mitinqi başa çatdı. Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan və bu gün 14:00-dan 16:00-dək keçirilən mitinqin aparıcısı jurnalist Şahvələr Çobanoğlu idi. "Axar.az"ın müxbiri xəbər verir ki, mitinqdə AXCP sədri Əli Kərimli, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli çıxış ediblər. Mitinqdə qiymət artımına qarşı şüarlar səsləndirilib. İlkin məlumata görə, aksiyada 4-5 min civarında adam iştirak edib.
2013-12-15
4,223
ANS-in keçmiş əməkdaşı dünyasını dəyişdi
Azərbaycan mediasının tanınmış isimlərindən olan Şükür Səlimxanlı bu gecə dünyasını dəyişib. "Axar.az"ın məlumatına görə, dəfn bu gün Saray qəsəbə qəbiristanlığında keçirilib, hüzr mərasimi isə mərhumun son illər məskunlaşdığı Sumqayıtdakı evində keçirilir. 1959-cu il təvəllüdlü Şükür Səlimxanlı uzun illər Lənkəran Televiziyasının baş redaktoru işləyib. Daha sonra isə ANS-in cənub bölgəsi üzrə xüsusi müxbiri olub, müxtəlif qəzet və portallarla əməkdaşlıq edib. Həmkarımıza Allahdan rəhmət diləyirik.
2013-12-15
4,224
Rəsul Quliyevin “Yeni nəfəs”inə AXCP-dən cavab
"Yeni partiya yaratmaqla Azərbaycanın siyasi palitrasını dəyişmək mümkün deyil. 100-ə yaxın partiya var. Başqa mexanizmlər üzərində işləmək vacibdir". Bu sözləri Rəsul Quliyev, Hüseyn Abdullayev və Əli İnsanov tərəfindən "Yeni nəfəs" adlı partiya yaradılacağı barədə xəbərə münasibət bildirən AXCP sədrinin müavini Razi Nurullayev dedi. R.Nurullayevin sözlərinə görə, yeni partiya yaratmaqdansa, mövcud partiyaların gücləndirilməsi, onların sıralarına yeni simaların gəlməsi, partiyalar arasında müttəfiqliyin yeni mərhələsinin başlanmasına çalışmaq lazımdır: "Başımızı qatan xırda işlər çoxdur. Daşımaq üçün çiynimizə götürdüyümüz yük böyükdür. Danışmağa, müzakirəyə daha çox vaxtımız gedir. Birləşmək istəməyənləri, bizimlə olmaq istəməyənləri inandırmaq zamanımızı çox alır. Özümüz də yoruluruq, xalq da yorulur. Mümkün olan işlərin və ideyaların ardınca getmək müqabildir. Bir-birimizin başını mümkün olmayan işlərlə qatmağa nə ehtiyac var?" AXCP funksioneri görüntü yaratmaq cəhdindən uzaq olmaq zamanının çatdığını da sözlərinə əlavə edib.
2013-12-15
4,225
Avropa Ukrayna ilə əməkdaşlığı dayandırdı
Avropa Birliyi Ukrayna ilə assosiasiya sazişi barədə danışıqları dayandırdı. "Axar.az"ın məlumatına görə, bu barədə AB-nin komissarı Ştefan Füle öz "Tvitter" hesabında məlumat yayıb. Avrokomissarın sözlərinə görə, o, iqtisadi əməkdaşlıq sazışınin imzalanması hazırlıqları ilə bağlı Ukrayna Baş nazirinin müavini Sergey Arbuzovla müzakirələr aparsa da, Ukrayna hökumətindən heç bir cavab almayıb. "Sazişlə bağlı işlər dayandırıldı, çünki cavab yoxdur", - de Ş.Füle qeyd edib. Xatırladaq ki, Ukrayna hakimiyyəti xalqın tələbi ilə Avropa Birliyiin "Şərq Tərəfdaşlığı" assosiativ müqaviləsini imzalayacağını bəyan etmişdi.
2013-12-15
4,226
Bakı polisi: "Mitinqdə 700 iştirakçı olub"
Məlumat verir ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirdiyi aksiya ilə bağlı məlumat açıqlayıb. Daxili İşlər Nazirliyinin rəsmi saytında bildirilir ki, dekabrın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 14.00-dan 15.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 (yeddi yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
2013-12-15
4,227
Bakıya güclü qar yağacaq
Bakı və Abşeron yarımadasında dekabrın 16-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, arabir sulu qara keçəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində qar yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. "Axar.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
2013-12-15
4,228
İTV-yə qarşı İnterpress: niyə yarandı və kimlər var? - Foto
İctimai Televiziyanın Xəbərlər Departamentinin keçmiş rəhbəri İlham Sərxanlının yaratdığı saytda İTV-dən çıxarılan əməkdaşlardan heç biri hələlik yoxdur. "Axar.az"ın məlumatına görə, "İnterpress" adlanan və hazırlıqları aparılan bu saytın İctimai Televiziyadakı neqativlikləri işıqlandıracağı və Cəmil Quliyevə qarşı olacağı doğru xəbər deyil. Açıqlanmayan maliyyə qaynağı ilə fəaliyyətə başlayacaq saytda Günay Arda, Leyla Əliyeva, Ulvira Qarayeva kimi imzalar olacaq. Qeyd edək ki, Günay Arda və Leyla Əliyeva vaxtilə "Publika.az" saytının, Ulvira Qarayeva isə ANS TV-nin əməkdaşı olublar. İTV-dən çıxan əməkdaşların işləmək üçün dəvət edilmədiyi və hazırlıqların GünAz TV-nin bazasında aparıldığı bu sayta jurnalist axtarışı başlayıb. İlham Sərxanlı öz "feysbuk" hesabında 1 illik iş təcrübəsi olan həmkarlarını işə dəvət edib.
2013-12-15
4,229
Hövsanda aksiya: əhali yolu kəsdi
Hövsan qəsəbəsində sakinlər magistral yolu kəsiblər, həmçinin icra hakimyyətinin Hövsan qəsəbə nümayəndəliyinin qarşısında aksiya keçirirlər. Hövsan sakinlərinin "Axar.az"a bildirdiyinə görə, səbəb yolların bərbad olması, martşrut avtbuslarının vaxtlı-vaxtında işləməməsi səbəbindən sakinlərin yaşadıqları məşəqqətlərdən cana doymalarıdır. Bildirilir ki, qış aylarında keçilməz olan yollar uşaqların dərsə getməsinə və təhsil almalarına imkan vermir, həmçinin əhali vaxtında işə gəlib-gedə bilmirlər və nəticədə saatlarla yollarda qalmaqla bərabər, iş yerlərini də itirirlər. Məlumata görə, aksiyanın bir saata yaxındır başlamasına baxmayaraq, hələlik rayon icra hakimiyyətindən heç kim hadisə yerinə gəlməyib və danışıqlar aparmır. Hazırda yol kəsildiyi üçün Hövsan qəsəbə yolunda böyük bir tıxac yaranıb.
2013-12-15
4,230
Çin "dovşan"ının Aya endiyi an - Video
Çinin "Yuytu" (Nefrit dovşan) adlı lunaxodu bazar günü səhər onu daşıyan moduldan ayrılaraq yarım saat sonra Ayın səthinə çıxıb. ​ "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, proses bütünlüklə videoya çəkilib. "Nefrit dovşa"nı şənbə günü Bakı vaxtıyla 18.11-də "Çanye-3" təhqiqat aparatının bortunda ayın səthinə enib. Bazar günü səhər isə yerin peykinin səthinə çıxıb. Bu, Çin kosmik aparatının Aya ilk enişi kimi tarixə keçib. Lunaxod saatda 200 metr sürətlə hərəkət edə bilir. Onun əsas məqsədi Ayın geoloji quruluşu və səthindəki cismləri öyrənməkdir. "Nefrit dovşan"ın yerin peykində üç ay qalması nəzərdə tutulur. Lunoxod ilahə Çanyeyə məxsus mifik dovşanın şərəfinə belə adlandırılıb. ​
2013-12-15
4,231
Tarkan 1 milyonluq konsertə 6 TIR-la gəlir
Yeni ili Azərbaycandakı otellərdən birində qarşılaması nəzərdə tutulan Türkiyənin meqa-starı Tarkan ölkəmizə konsertin keçirilməsi üçün zəruri olan avadanlıqların yükləndiyi 6 TIR-la gələcək. "Axar.az" ANS-ə istinadən xəbər verir ki, TIR-lar Azərbaycana konsertdən 10 gün əvvəl göndəriləcək. Tarkanın orkestri, konsertin təşkilat heyəti ilə yanaşı, Azərbaycana daha 40 nəfərlik texniki heyətin də gələcəyi bildirilir. Xatırladaq ki, Tarkana Bakıdakı Yeni il şənliklərindən birində edəcəyi çıxışa görə 1 milyon ABŞ dolları qonorar ödənildiyi sözlənilir.
2013-12-15
4,232
Xoşqədəm Hidayətqızı verilişində dəyişiklik etdi
"Səni axtarıram" verilişi bu gündən başlayaraq, dekabrın 31-ə qədər hər həftənin bazar günü saat 21:00-da efirə gedəcək. "Axar.az"ın məlumatına görə, ATV-nin ən baxımlı verilişlərindən sayılan "Səni axtarıram"ın ilin sonuna qədər vaxtını bir saat geri çəkməsinə səbəb kanaldakı proqram dəyişikliyidir. Yeni ildən isə Xoşqədəm Hidayətqızının verilişi əvvəlki vaxtında yayımlanacaq.
2013-12-15
4,233
Cəmil Həsənli İsgəndər Həmidovun çıxış etməməsindən danışdı
"İsgəndər Həmidovun mitinqdə çıxış edib-etməməsi ilə bağlı heç bir məhdudiyyət olmayıb. Çıxış etməməsi onun özünün qərarı idi. Özü belə istəyirdi". Bu sözləri "Axar.az"a Milli Şuranın sədri Cəmil Həsənli İsgəndər Həmidovun bu gün keçirilən aksiyada çıxış etməməsi məsələsinə aydınlıq gətirərkən dedi. Onun sözlərinə görə, Milli Şuranın bununla bağlı heç bir qərarı olmayıb. Xatırladaq ki, İsgəndər Həmidov əvvəlki aksiyalardan fərqli olaraq, bu gün "Məhsul" stadionunda keçirilən mitinqdə çıxış etməyib və bu da sosial şəbəkələrdə müxtəlif versiyaların səslənməsinə gətirib çıxarıb.
2013-12-15
4,234
"20 min şəxsin sənədləri yoxlanılacaq" - Video
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə Tibbi Sosial Ekspertiza Komissiyalarından keçmiş, ancaq hələ də əlilliklərini təyin edən müvafiq arayışlarla təmin edilməyən 20 min şəxsin sənədlərini yoxlamağa başlayıb. 8 Ekspert Kommisiyyasının araşdırmasına görə, artıq onkoloji, dializ xəstələri və 1-ci qrup əlilliyə düşən 2300 nəfər bu arayışlarla təmin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov məlumat verib. (ANS)
2013-12-15
4,235
İsa Qəmbər Makkeyn və Ruslana ilə görüşdü
null
2013-12-15
4,236
Məşhur müğənninin adı qara siyahıya salındı - Video
Məşhur Rusiya ifaçısı Oleq Qazmanov 10 il bundan qabaq yazdığı mahnısı ilə beynəlxalq qalmaqala səbəb olub. Litva hakimiyyəti Qazamanovun "SSRİ-də istehsal olunub" (Sdelano v SSSR. - red.) mahnısında "SSSR" sözündən narazıdır və yalnız bu mahnıya görə məşhur ifaçının ölkəyə buraxılmasına qadağa qoyula bilər. Oleq Qazmanov isə "LifeNews"a müsahibəsində mahnının sözlərin dəyişdirmək fikrində olmadığını deyib və tələb edib ki, "SSSR" sözü əgər Litva hakimiyyətin belə narahat edirsə, onda Pol Makkartniyə də ölkəyə girməmək sanksiyası tətbiq edilsin. Belə ki, əfsanəvi ifaçının da "Back in U.S.S.R." mahnısı mövcuddur (AzVision.az).
2013-12-15
4,237
Premyer Liqada 17-ci tura yekun vuruldu
Bu gün Premyer Liqada 17-ci tura yekun vurulub. Son oyun günündə daha üç qarşılaşma keçirilib. İlk olaraq meydana "Bakı" və "Qarabağ" klubları çıxıb. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Türkiyəli mütəxəssis Mustafa Dənizlinin baş məşqçisi olduğu "Xəzər Lənkəran" klubu doğma azarkeşləri önündə "Rəvan"ı qəbul edib. İlk görüşündə "İnter"lə 0:0 bərabərə qalan Mustafa Dənizli Premyer Liqada ilk qələbəsini qazanıb. Cənub təmsilçisi rəqibini minimal hesabla məğlub edib - 1:0. Turun mərkəzi qarşılaşması Bakıda baş tutub. Burada çempionluq uğrunda mübarizə aparan iki komanda - "Neftçi" və "Qəbələ" klubları üz-üzə gəliblər. Oyun 2:1 hesabı ilə "Neftçi"nin qələbəsi ilə başa çatıb. Bununla da "Neftçi","Qarabağ", "Qəbələ" anoloji olaraq ilk üçlüyü tuturlar. 15 dekabr (bazar) Premyer Liqa, 17-ci tur 18:00."Neftçi" - "Qəbələ" - 1:1 (İkinci hissə) Qollar: Araz Abdullayev, 12-pen (1:0), Leonardo Da Silva, 45+1-pen. (1:1) Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov. 8-ci km qəsəbə stadionu 14:00."Bakı" - "Qarabağ" - 2:1 Qollar: Çesnauskis, 58 (1:0), Rauf Əliyev, 73 (2:0), Kapolonqo, 75 (2:1) Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov "Bakı" FK-nın təlim məşq bazasının stadionu 16:00."Xəzər Lənkəran" - "Rəvan" - 1:0 Qol: Mbilla, 27 (1:0) Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Fərid Məmmədov. "Xəzər Lənkəran" mərkəzi stadionu 14 dekabr (şənbə) "Simurq" - AZAL - 3:0 Qollar: Draqan Çeran, 25 (1:0), Raul Kostin, 45 (2:0), Ruslan Poladov, 85 (3:0) Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov. Zaqatala şəhər stadionu "İnter" - "Sumqayıt" - 2:0 Qollar: Abdulla Abatsiyev, 32 (1:0), Vaqif Cavadov, 88 (2:0) Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev. "Şəfa" stadionu (Trend).
2013-12-15
4,238
Şəhər üzərindən uçan adam hər kəsi heyrətə saldı - Video
null
2013-12-15
4,240
İrandan bir qrup sahibkar Bakıya gəlib
İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Yəhya Əli İshaqın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 15-də Bakıya gəlib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının dəvəti ilə baş tutub və dekabrın 19-dək davam edəcək. İrandan gələn 40 nəfərdən ibarət nümayəndə heyətində müxtəlif avadanlıq və materialların istehsalı sahəsində ixtisaslaşmış müəssisələrin rəhbərləri var.
2013-12-15
4,241
Maydan yatmır: oxuyur, şənlənir və tələb edir
Kiyevin mərkəzindəki Maydanda mitinq siyasətçilərin çıxışından sonra musiqi kollektivlərinin səhnəyə çıxması ilə şən əhvalda davam edir. "Axar.az" xəbər verir ki, hazırda tanınmış rus musiqi tənqidçisi və ictimai fəalı Artyom Troiski Maydanda ukraynca xalqı salamlayıb və Ukrayna ilə bütün dünyanın fəxr etdiyini söyləyib. İnsanlar tədricən dağılışmağa hazırlaşsalar da, xeyli aksiyaçı səhərə qədər Maydanda qalmaq niyyətini bildirib. Qeyd edək ki, bu gün Kiyevdə 2 böyük mitinq olub: Mariin parkında 15 min nəfərlik hakimiyyəti müdafiə edənlərin və Maydanda 18 minlik avrointeqrasiya tərəfdarlarının (Hər iki rəqəm Ukrayna DİN-ə aiddir).
2013-12-15
4,242
Mir Şahin: "Azərbaycan provokasiyalarla üz-üzədir"
Bir neçə gün əvvəl müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 10 ilini andıq, xidmətilərini xatırladıq. Onlar çoxdur. Amma Heydər Əliyevin imzasına bağlı bir əməl də var ki, Azərbaycan və azərbaycanlılar bu gün də, sabah da onun bəhrəsindən faydalanacaqlar. Söhbət 1994-cü ilin sentyabr ayında imzalanmış "Əsrin müqaviləsi" ilə tanınan məşhur konrtaktdan gedir. Məhz bu müqavilə Azərbaycanı yeni təhlükəsizlik sisteminə qoşdu və Bakı-Ceyhan əsas ixrac boru kəməri dövlətin təhlükəsizlik kəmərinə çevrildi. Bu müqavilənin imzalanması adi protokol qarası deyildi. Bu qlobal bir iqtisadi-siyasi dəyişikliyin bünövrəsi idi. Bu müqavilənin imzalanmasına razı olmayan güclü qüvvələr və onların maraqlarının Azərbaycanda icraçıları var idi. Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçışı təşkil edənlər, Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun qətlə yetirilməsi ilə ölkədə iğtişaşlara rəvac verilməsini planlaşdıranlar, Qarabağda vəziyyətin Azərbaycanın ziyanına dəyişdirilməsi və daha neçə-neçə ciddi səbəblər "Əsrin müqaviləsi"nin imzalanması əleyhinə atılan addımların tərkib hissəsi idi. Amma Heydər Əliyevin qolu güclü çıxdı və sənədə qoyulmuş bu qol Azərbaycan dövlətinin regionda əzələ nümayişi oldu. Və elə bununla da ölkənin iqtisadi qüdrətinin artırılmasına start verildi. Beləliklə, Heydər Əliyev "Əsrin müqaviləsi"nin müəllifi kimi tarixə düşdü. Bir neçə gün keçəcək, daha doğrusu, dekabrın 17-də Azərbaycanda 21-ci əsrin müqaviləsi imzalanacaq. Bu müqavilənin müəllifi isə İlham Əliyev olacaq. Şahdəniz, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP layihələrinin işlənməsi ilə bağlı imzalanan kontrakt Azərbaycanın yaxın 100 ilinin müstəqilliyinin əsas təminatçısı rolunda çıxış edəcək. Biz əslində, böyük bir tarixi günün ərəfəsində olduğumuz üçün fərqinə varmırıq. Söhbət 20 sentyabr kimi, 17 dekabrın da dövlətin və millətin təqviminə qırmızı rəngdə yazılacağından gedir. Və təbii ki, bu tarixi hadisə də ucuz başa gəlmir. "Əsrin müqaviləsi" kimi, bu sənədin imzalanması ərəfəsində də Azərbaycan müxtəlif provakasiyalarla üzləşir. İstər xaricdən, istərsə də daxildən bu böyük hadisənin qarışısını almağa çalışanlar var. Daxildə sabitliyi pozmağa cəhd edən qüvvələrin gücü az olsa da, hər halda ayrı-ayrı fəsadlara, qan qaraltmağa çatır. Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Azərbaycan Sərhəd Xidmətinin gördüyü tədbirlər göstərir ki, dövlət sərvaxtdır. Xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək imkanları isə 1993-94-cü ildə olduğu qədər deyil. O zaman tətbiq olunan texnologiyalar üçün də bu gün elə bir baza yoxdur. Buna görə də yeni üsullara əl atılır. Məsələn, məndən ötrü Qlobal Uitnes Təşkilatının yaydığı Hesabatla MTN-in təcridxanasından təşkil olunmuş qaçış və ya Şəmsi Rəhimovla Afiyyədin Cəlilovun qətli arasında məzmun fərqi yoxdur. Hər iki halda söhbət nəhəng tarixi layihənin qarşısının alınmasına yönəldilmiş addımlardan gedir. Mən indi sizə Qlobal Uitnes-in bəyanatındaki detallar barədə danışmayacağam. Ona görə yox ki, bu sənəddə səslənən fikirlərin araşdırılmasında maraqlı deyilik, sadəcə ona görə ki, bir az əvvəl qeyd etdiyimi provakasiyanın ictmailəşdirilməsinin tərəfdarı deyiləm. Dövlət Neft Şirkətinin bəyanatını da sizə təqdim etməyəcəyəm. Bircə onu deməyi lazım bilirəm ki, şirkət Hesabatda biznes partnoyrların seçilməsi ilə bağlı əks olunan bəyanatları qurumun dünyada artan nüfuzuna xələl gətirməyə cəhd kimi qiymətləndirir və bildirir ki, bəyanat öz qeyri-dəqiq məlumat bazasına əsaslanır və istifadə olunmuş məlumatların bir hissəsi təhrif edilib, digər hissəsi isə köhnəlib. Vəssalam. Bununla kifayətlənirəm. Gəlin, dekabr ayının 17-ni gözləyək. 21-ci əsrin müqaviləsi imzalansın. Elə həmin həftə biz Dövlət Neft Şirkətinin rezidenti ilə müsahibə edərik, ondan bütün suallara cavab alarıq. Məncə, o söhbətdən sonra boş yer qalmayacaq.
2013-12-15
4,243
"İrşad" Telekom müştərilərin nəslini araşdırır – Şikayət
"Axar.az"ın elektron poçtuna şikayət məktubu daxil olub. Məktubu göndərən vətəndaş "İrşad" Telekomun 28 may metro-stansiyası yaxınlığında yerləşən dükanlarından birində qarşısına çıxan xoşagəlməz haldan, yersiz süründürməçilikdən və müştərinin reklamlarla cəlb edilərək, sonda aldadılmasından yazıb. Məktubu təqdim edirik: "Bakıda yerləşən və paytaxt sakinlərini öz xidmətləri ilə qane etməyə çalışan İrşad Telekomda bu gün "səbr ölçmə" günü idi. Həftə içi işlədiyimdən və mobil telefon almaq istəyim istirahət gününə təsadüf etdiyindən, "İrşad Telekomun vədedici reklamlarına aldanaraq, mağazaya baş çəkməyi bu günə salası oldum. Şirkətin 28 May metrosunun yaxınlığında yerləşən "Azadlıq prospekti 24" ünvanındakı mağazasına yaxınlaşaraq içəri daxil oldum və hər kəs kimi mən də kredit mütəxəssislərinə yaxınlaşma fürsəti əldə etmək üçün sıra nömrəmi götürüb gözlədim. Uzun növbədən sonra yaxınlaşıb istəyimi bildirdim. Kredit mütəxəssisləri kreditə verəcəkləri 300 AZN-lik mobil telefonun müqabilində nəslimin və nəcabətimin həyatda qalıb-qalmaması, olan qalan mülkiyyəti, ulu babamdan tutmuş qayınatama qədər, qohumlarımın mülkiyyətinin kimin adına olması, qaz, su, işıq sayğaclarının necə işlədiyi haqqında suallara dəqiq cavab tapmaq həvəsində idilər. Onları qane edəcək cavabı verə bilməyəcəyimi düşünsəydim, nəinki kredit mütəxəssislərinin qarşısında Sovet "KQB"sinin əlinə düşmüş "vətən xaini" kimi davranılacağıma dözər, heç o mağazanın ətrafından keçməyi belə düşüncəmə yaxın buraxmazdım. Təəssüf ki, yalan vədlərə, reklamlara inanıb bu gün bu yanlışı etdim. Bu mağazada nə az, nə çox, 4 saat vaxt itirərək iş yerimin ünvanını, telefonumu bildirdikdən, qohum-əqrabamın siyahısını yazdıqdan və axşam saat 19:00-da qohumlarımı xəbərdarlıqsız narahat edilməsindən sonra evə əliboş qayıdası oldum. Amma bir məqamı anlamış oldum ki, mağazanın işçiləri bəlkə də rəhbərliyin göstərişlərindən irəli gələn davranış sərgiləyir və bu gün xüsusi olaraq müştərinin səbrini daşırtmaqdan ötrü bir-birilə rəqabətə girmişdilər... Həsən Babayev, jurnalist". Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
2013-12-15
4,244
Tualetə getmək üçün stüardessanı döydü
Krasnoyarsk-Moskva aviareysi ilə uçan təyyarə davaya görə Novosibirskdə məcburi eniş etməli olub. Krasnoyarsk-Moskva aviareysi ilə uçan təyyarə Novosibirskdə məcburi eniş edib. Buna səbəb sərxoş sərnişinin təyyarə bələdçisini döyməsi olub. "RİA Novosti"nin məlumatına görə, 1968-ci il təvəllüdlü sərxoş sərnişin qadağan olunan yerdə ayaqyoluna getmək istəsə də, bələdçi buna icazə verməyib. Onların arasında mübahisə yaranıb və sərnişin bələdçiyə 8-10 ağır zərbə endirib. Təyyarənin komandiri bundan sonra onu Novosibirsk ərazisində yerə endirmək qərarına gəlib. Sərnişin polis bölməsinə aparılıb, bələdçi isə xəstəxanaya yerləşdirilib. Onda beyin silkələnməsi və yumşaq toxuma əzələlərində zədələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.