date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-21
4,767
Dünən ölkədə 55 cinayət baş verib
Dünən Azərbaycanda gün ərzində 55 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, qeydə alınmış cinayət faktlarının 16-sı "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib ki, bununda nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
2013-12-21
4,768
Timoşenkonun azad olması üçün petisiya yaradıldı
Ukraynanın eks-baş naziri Yuliya Timoşenkonun həbsdən azad edilməsi üçün Ağ Evin rəsmi saytında petisiya yerləşdirilib. Axar.az məlumat verir ki, bu barədə informasiyanı Batkivşina Partiyası yayımlayıb. Saytda yerləşdirilmiş petisiyada ABŞ prezidentindən dərhal Yuliya Timoşenkonun azad edilməsi üçün təcili tədbirlər görməsi tələb edilib. 19 yanvara qədər vaxtı olan petisiyanın 100 min səs toplamalı olduğu bildirilib.
2013-12-21
4,769
Nazirə verilən rüşvət saatla bağlı stenoqram üzə çıxdı - Video
Rza Zərrabın iqtisadiyyat naziri Zəfər Çağlayana 300 min frank (təxminən 700min TL) dəyərində "Patek Philippe" markalı İsveçrə saatı hədiyyə verdiyi bildirilib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayımlayıb. İddialara görə, saatı Rza Zərrabdan şəxsən nazirin özü istəyib. Azərbaycanlı iş adamı isə öz işçisi vasitəsilə 2013-cü il sentyabrın 24-də nazirin istədiyi saatı ölkəyə gətirdib. Daha sonra həmin saat öz adamı Murad Yılmaz tərəfindən Z.Çağlayanın köməkçisi olan Onur Kayaya verilib. Saat təqdim edildikdən sonra Murad Yılmaz müdiri Rza Zərraba mesaj yazaraq saatı təhvil verdiyi haqqında məlumat verib. Mətbuat Onur Kaya ilə Rza Zərrab arasında olan telefon danışıqlarının stenoqramını da çap edib. Stenoqramı təqdim edirik: Onur Kaya: "Nə vaxt İstanbulda olar?" Rza Zərrab: "İstanbula yox, mən Ankaraya göndərirəm axı". Onur Kaya: "Ankarada olar. Fərqi yoxdur. Ankara daha yaxşı olar". Bu isə 2013-cü il sentyabrın 24-də Murad Yılmazın nazirin mühafizə rəisi Əmrah adlı şəxslə aralarında olan dialoq: Murad Yılmaz (Rza Zərrabın adamı): "İsveçrədəyəm. Rəis bura göndərmişdi e... Saat 12-də Ankarada olacam. De görək, nə edək, necə edək?" Əmrah: "Biz səndən əmanət alacağıqmı?" Murat Yılmaz: "Yəni Bəy əfəndiyə verilməsi gərəkən bir əmanət var". Əmrah: "Anladım".
2013-12-21
4,770
Sabirabad rayonunun daha 2 kəndinə təbii qaz verilib
Bu gün Sabirabad rayonunun Qaraqaşlı və Quruzma kəndlərinə təbii qaz verilməsi münasibətilə tədbir keçirilib. "Axar.az" "Trend.az" a istinadən xəbər verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyi və Sabirabad Rayon İcra Hakimiyyətinin təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə məlumat verilib ki, ümumilikdə 668 abonenti olan Qaraqaşlı və Quruzma kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 114 290 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 668 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
2013-12-21
4,771
Axund nazirləri müdafiə etdiyi üçün məscid boşaldı - Video
Vanda qanunsuzluq əməliyyatları haqda danışan axund "bu qanunsuzluq əməliyyatı ABŞ və İsrailin işidir" dediyinə görə, bir qrup dindar məscidi tərk edib. "Axar.az" xəbər verir ki, Türkiyə Vanda cümə namazında bələdiyyə məscidinin axundu Rəhmi Arvasın xütbə zamanı işlətdiyi fikirlərə görə bir qrup dindar məscidi tərk edib. Vanın mərkəzindəki "Respublika" küçəsində yerləşən 800 nəfərlik bələdiyyə məscidindəki cümə namazı etiraz ilə yadda qalıb. Məscidin axundu Rəhmi Arvas cümə xütbəsində gündəmdəki qanunsuzluq əməliyyatı ilə əlaqədar "Bu ABŞ-ın və İsrailin, müsəlmanlar arasında fitnə-fəsad yaratmaq istəyənlərin işidir" deyəndən sonra dindarlardan reaksiya gəlib. İmamın siyasətlə məşğul olduğunu, iqtidarı və onların övladlarının rüşvət əməllərini müdafiə etdiyini bildirən 40 nəfərlik qrup buna etiraz etdiklərini deyərək, məscidi tərk edib. Xütbəsinə davam edən axund Rahmi bundan sonra namazı tamamlayıb. Van Müftiliyi hərəkətə keçib Məsciddəki etiraz Van Müftiliyini də hərəkətə keçirib. Axund Rəhmi Arvasın uzaq qohumu olan Van müftisi Nemətullah Arvas məsələdən xəbərdar olduğunu bildirərək "bələdiyyə məscidində problem olduğunu mənə deyiblər. Bununla əlaqədar tədbir görəcəyik. Mövzunun nə olduğunu və niyə bu cür hadisənin baş verdiyini araşdıracağıq", - deyib.
2013-12-21
4,772
Ərdoğandan səfirlərə: “İşimizə qarışmayın”
"Səfirlər ölkədəki bəzi təxribatçı hərəkətləri müdafiə edirlər. Onlara buradan səslənirik: işinizlə məşğul olun". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, 17 dekabrda keçirilən rüşvət əməliyyatını kəskin tənqid edib: "Bu, beynəlxalq əməliyyatdır. Səfirlər ölkədəki bəzi təxribatçı hərəkətləri müdafiə edirlər. Onlara buradan səslənirik: işinizlə məşğul olun! Biz sizi bu ölkədə saxlamağa məcbur deyilik. Əgər bizim səfirlər bunu sizin ölkədə etsələr, xəbər edin, o səfirləri biz mütləq geri çağırarıq". Qeyd edək ki, R.T.Ərdoğan bu gün rüşvət əməliyyatının arxasında olan bütün şəxslərin adını açıqlayacağını bildirmişdi.
2013-12-21
4,773
Şəkidə mütəşəkkil dəstə yaxalandı
Şəkidə polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda oğurluqla məşğul olan yeniyetmələrdən ibarət dəstə saxlanılıb. "Axar.az"ın Kanal S-ə istinadən verdiyi məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları 6 ay ərzində daxil olmuş ərizə və şikayətlərlə əlaqədar olaraq şəhər ərazisində əməliyyatlara başlayıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki sakinləri Quliyev Nicat Ramiz oğlu və Sadıqov Sadiq Əhməd oğlunun başçılıq etdiyi 8 nəfər yeniyetmədən ibarət dəstə saxlanılıb. Keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olub ki, Şəki sakinləri Sadıqov Sadiq, Quliyev Nicat, Musayev Cavidan, Zəkəriyəyev Ayaz, Həmidli Elvin, Alxasov Məhəmməd, Məhəmmədli Seyran və İsmayılov İntiqamın olduğu dəstə 6 ay ərzində şəhər ərazisində müxtəlif zamanlarda müxtəlif dükan, ev və avtomobillərdən oğurluq edib. Onlar oğurluq zamanı, əsasən, avtomobillərin audio sistemlərini, evlərdən elektron avadanlıqlar və s. əşyaları oğurlayıb. Polisdən verilən məlumata görə, dəstənin üzvləri şəhər ərazisində İqbal adlı şəxsə məxsus çayxananı ondan icarəyə götürüblər. Daha sonra onlar çayxanada toplaşaraq orada öz oğurluq planlarını cızıblar. Polisin məlumatına əsasən, həmin şəxslər saxlanılma zamanı polisə müqavimət göstəriblər. Həmçinin saxlanılanlardan Məhəmmədli Seyran dindirilmə zamanı polis əməkdaşına zor tətbiq edib. Polis həmçinin bildirib ki, dəstə üzvləri Şəkinin Arxüstü adlanan ərazisində bir gün ərazində 5 dəfə oğurluq ediblər. Aparılan araşdırmalar zamanı maraqlı faktlar da ortaya çıxıb. Belə ki, dindirilmə zamanı həmin şəxslərə polis tərəfindən vəkil təqdim olunub. Dindirilmə zamanı bəlli olub ki, dəstə üzvləri onlara təqdim olunan vəkilin qohumunun evini də qarət ediblər. Qeyd edək ki, dəstə üzvlərindən iki nəfər yetkinlik yaşına çatmayıb, digərlərinin yaşları isə 17-21 yaş arasındadır. Polisdən verilən məlumata görə, dəstə üzvlərinin sayının artması və oğurluqların digər şəhərlərdə olunması faktları istisna deyil. Qeydə alınmış bütün faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
2013-12-21
4,774
Paşazadə: “Haqqımda yazılanların sifarişçisini tanıyıram”
"Yeni Müsavat"da haqqımda gedən məqalənin kimlərin sifarişi əsasında yazıldığını yaxşı bilirəm. Lazım olsa ölkəyə qayıdan kimi böhtan xarakterli yazıların sifarişçilərinin adını açıqlayacağam". Bu sözləri millət vəkili Cavanşir Paşazadə "musavat.com" saytında gedən və Türkiyədəki son həbslərlə əlaqələndirilən "Rza Zərrabın Bakıdakı əsas adamı - Cavanşir Paşazadə..." adlı yazıya münasibət bildirirəkən "Axar.az" dedi. Millət vəkili həmçinin "Yeni Müsavat"ı məhkəmə ilə də hədələdi: "Mən o insanı (Rza Zərrab nəzərdə tutulur – red.) tanımıram və görsəm də tanımaram. Mənim o insanla heç bir əlaqəm yoxdur. Bu yazı jurnalist təxəllüyünün məhsuludur. İndi ölkə xaricindəyəm, yanvarın 10-da qayıdıram və ölkəyə qayıdan kimi "Yeni Müsavat" qəzetini məhkəməyə verəcəm. Bu arada Palmali Şirkətlər Qrupunun da bu çirkin işdə adını hallandırırlar. Türkiyə hüquq-mühafizə orqanları bir il ərzində tədqiqat aparıblar və cinayətkarları həbs ediblər. Əgər Mübariz Mənsubovun bu cinayətlərə aidiyyəti olsaydı, onu da həbs edərdilər. Ona görə də azərbaycanlı iş adamına bu cür böhtan atmaq düzgün deyil".
2013-12-21
4,775
Eldar Əzizov Prezidentin ad gününə hazırlaşır
Dekabrın 24-də Prezident İlham Əliyevin ad günü ilə əlaqədar Sumqayıtda hər il olduğu kimi yenə də tort hazırlanır. Artıq İcra hakimiyyətinin qarşısında bununla bağlı hazırlıq işləri də görülüb. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyəti məlumat verib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hələ Gəncə icra başçısı olarkən yaratdığı ənənəni davam etdirir və Prezidentin yaşına uyğun olaraq, bu dəfə hazırlanacaq tortun uzunluğu 52 metr olacaq. İcra hakimiyyətinin məlumatına görə, bu il tortun hazırlanmasında 24 mindən çox yumurta, 2 tondan çox un və eyni miqdarda şəkər, 300 kq qozdan istifadə edilir. Tortun təntənəli kəsilmə mərasimindən sonra şəhər əhalisinə paylanacaq.
2013-12-21
4,776
"Futbolpress.az" saytı fəaliyyətini bərpa etdi
Ötən ayın sonunda maliyyə və bəzi texniki problemlərə görə fəaliyyətini müvəqqəti dayandırdığını elan eləyən "futbolpress.az" saytı bu gün işə başlayıb. Saytın baş redaktoru Elçin Cəlilov bu haqda "Axar.az"a açıqlama verdi: "Sayt 4 illik fəaliyyətində bununla ikinci dəfə belə məcburi fasiləylə üzləşir. Ancaq idman mediasındakı rolumuzu və yerimizi hiss eləmək davam eləməkçün ən böyük stimul oldu. Üç həftəlik aradan sonra işi bərpa eləyə bildik. Bağlanma səbəbi maliyyə idi. İşçilərlə yolları ayrılmalı olduq. Ancaq toparlana bildik və bundan sonra daha yaxşı personalla yola davam edəcəyik. Bildirim ki, gələn ilin əvvəlindən xeyli marağa səbəb olmuş "FutbolPress" TV-ni də bərpa eləmək planım var. Oxucular bundan sonra saytımızı mütəmadi, həftənin bütün günləri oxuya biləcəklər".
2013-12-21
4,777
Güləş üzrə Azərbaycan çempionatı başladı
Bakıda güləş üzrə Azərbaycan çempionatı başladı. Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başladı. "Axar.az" "Trend.az" a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamam olmuş və yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar. Güləşçilər 55, 60, 66, 74, 84, 96 və 120 kiloqram çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Beynəlxalq Güləş Federasiyası tərəfindən çəki dərəcələrində gözlənilən dəyişikliyi nəzərə alaraq, çempionatda yarışan idmançılara 2 kiloqram artıq çəkidə güləşməyə icazə verilib. Yarışın ilk günü 55, 60, 66 və 74 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar. Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.
2013-12-21
4,778
Siyəzəndə maşın aşıb, xəsarət alanlar var
Bu gün səhər saatlarında Siyəzən-Bakı avtomobil yolunun 5-ci km-də iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bakı istiqamətində hərəkətdə olan Siyəzən rayon sakini, 29 yaşlı Zəka Dadaşovun idarə etdiyi 12 BD 130 dövlət nömrə nişanlı, "Mersedes" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində "Mersedes"in sürücüsü və onun 53 yaşlı sərnişini Şükufə Qəniyeva ağır bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Z. Dadaşovun vəziyyəti çox ağır olduğundan o, Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Ş. Qəniyevanın qolunda isə bir neçə sınığın olduğu bildirilir.(Apa.az)
2013-12-21
4,779
Prezident ad gününü köçkünlərin arasında qeyd edəcək
Dekabrın 24-də Gəncə şəhərində məcburi köçkünlər üçün salınan şəhəriyin açılışı olacaq. Uzun müddətdir ki, Gəncə şəhərində məktəb binalarında, universitet yataqxanalarında, bağçalarda müvəqqəti məskunlaşan məcburi köçkünlərin yerləşdirilməsi üçün şəhərcikdə işlər artıq tamamlanıb. İndi məcburi köçkünlər yeni şəhərciyin açılışını gözləyirlər. Qaçqınları və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Gəncənin paytaxt istiqamətindən giriş hissəsindəki ərazidə 25 ədəd çoxmərtəbəli yaşayış binası və digər sosial obyektlər inşa olunub. 1200 yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, 500 yerlik mədəniyyət evi, musiqi məktəbi, həkim məntəqəsi, elektron ATS və digər sosial obyektlər də məcburi köçkünlərin istifadəsinə veriləcək. İlk mərhələdə Gəncə şəhərində məskunlaşan 1500 məcburi köçkün ailəsinin yeni binalara köçürülməsi nəzərdə tutulur. Onların köçürüldükləri yataqxanalar isə təmir olunaraq tələbələrin ixtiyarına veriləcək. Hazırda Gəncə şəhərində köçkünlər 50-dək müxtəlif yataqxanalarda yerləşiblər. Məcburi köçkünlər üçün yeni şəhərciyin açılışının dekabrın 24-nə planlaşdırılması həm də ölkə başçısı İlham Əliyevin ad gününə təsadüf edir. Verilən məlumata görə, Gəncədəki açılışda prezident İlham Əliyevin də iştirakı gözlənilir. Bununla da prezident İlham Əliyev ad gününü məcburi köçkünlərlə birgə keçirəcək. Xatırladaq ki, prezident 2011-ci ildə ad günündə Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirak etmişdi. Dekabrın 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ad günüdür. Ölkə başçısının 52 yaşı tamam olur (Modern.az).
2013-12-21
4,780
Oğlu həbsdən buraxılan nazir bəyanat yaydı
Oğlu rüşvət əməliyyatı zamanı saxlanılan, üç gün sonra məhkəmə qərarı ilə azadlığa buraxılan Tükiyənin meşə və şəhərsalma naziri Ərdoğan Bayrakdar bəyanatla çıxış edib. Verilən məlumata görə, Ərdoğan Bayrakdar oğlu Abdullah Oğuz Bayrakdarın və daha bir neçə nəfərin barəsində həbs - qətimkan tədbirinin seçilməsinə əsas olmadığından sərbəst buraxıldığını bildirib. Nazir bəyan edib ki, rüşvət işində adı keçən adamlardan heç birinin onunla əlaqəsi yoxdur: "Oğlumun və iş yoldaşlarımın məsum olduğuna inancım tamdır".(musavat.com)
2013-12-21
4,781
Bakıda iki mənzildə yanğın olub
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzilin mətbəxində 2 kv.m sahədə mətbəx mebeli yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan dördotaqlı mənzilin mətbəxində "BEKO" markalı soyuducu yanıb, yüksək temperaturdan plastik pəncərə çərçivəsi əriyib. Mənzil yanğından mühafizə olunub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb (Trend.az).
2013-12-21
4,782
1111 müsəlman cütlük evləndirildi
Nigeriyanən Kano vilayətində təşkil edilən toy mərasimində 1111 cütlük evlənib. Dövlət proqramı çərçivəsində müsəlmanlar üçün keçirilən toyda boşanmış qadınlarla boşanmış kişilərin nikahı kəsilib. Nigeriyanın Ailə və Sosial Təminat Nazirliyindən verilən məlumata görə, onların belə bir üsula əl atmasına səbəb son illər ölkədə boşanmaların say çoxluğudur. Ölkənin Kano qubernatorunun müavini Abdullahi Ömər Qanduje yenidən evlənən cütlükləri təbrik edərək, bildirib: "Bu məscidə yığışmağımızın səbəbi kütləvi toydur. Əvvələr boşanmış insanların yenidən ailə qurmaları çox gözəldir. Hamınızın bəxtəvər olmasını Allahdan diləyirəm! Müsəlman ailələri dağılmamalıdır. Ölkəmizdə son vaxtlar boşanmaların sayı artır, nikahdan kənar doğulan uşaqlar əzablara düçar olurlar. Belə uşaqlar ata tərbiyəsi və ya ana şəfqəti olmadan böyüyür, küçə adlamlarına çevrilirlər. Bu bəlanın qarşısını almalıyıq" (AzNews.az).
2013-12-21
4,783
İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Akihitoya təbrik məktubu ünvablayıb. Təbrikdə deyilir: "Yaponiyanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Yaponiya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi və humanitar əlaqələrimiz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir. İnanıram ki, dövlətlərarası münasibətlərimizin genişlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik". İlham Əliyev Akihitoya möhkəm cansağlığı, işlərində uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.
2013-12-21
4,784
Ərdoğan: "Bu dəzgahın içində çox çirkli bir ittifaq var"
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Ordu vilayətinin Fatsa rayonunda xalqın qarşısında çıxış edərkən ölkəsində baş verən qalmaqallı olaylara da toxunub. Ərdoğan deyib: "Bu gün bura millətimlə dərdləşməyə gəlmişəm. Bu qardaşınız böyük şəhər bələdiyyə başçılığına seçildi. O zamanlar kimsə seçiləcəyimə inanmırdı. Amma bilmirdilər ən böyük güc haqqdır , ən böyük haqq millətdir. Bələdiyyə başçısı seçildim, komalara girdilər". Baş nazir müxalifət partiyalarını suçlamaq ənənəsinə sadiq qalıb: "CHP çirklilik deməkdir, susuzluq deməkdir, zibil dağları deməkdir. Biz İstanbulu tərtəmiz etdik. Nə edəcəklərini şaşırdılar, ilk gündən bəri bizə hücum başladılar. Bu qardaşınızı yıpratmaq istədilər, manşetleriyle , oyunlarıyla gəldilər. Allahın izni ilə, alınımızın açıq olaraq vəzifəmizi gördük". Ərdoğan ona və partiyasına qarşı olanlarla səslənib: "Buradan sərmayə ətraflarına səslənirəm. Boşuna oynayırsınız. Siz itirərsiniz, siz. Mediaya səslənirəm. Siz itirərsiniz, siz. Yalanlarla böhtanlarla iqtidarı yıpratmağa çalışırsınız. Mənim millətim bunun əvəzini sizə ağır ödətdirər . 30 Martda hər şey ortaya çıxacaq. 2002-ci ilin noyabrında verdiyiniz səlahiyyət bu seçkidə güclənməsi bunlara çox əhəmiyyətli bir dərs olacaq. Ölkəmiz , millətimiz üçün çalışırıq. Bizim əfəndimiz millətdir. Mediayla icra edilən bu qaralama kampaniyası yalnız AKP-yə qarşı deyil, xalqa qarşıdır. Bu dəzgahın içi-çölü bir-birinə qarışıb, kökü dışdadır. Bu dəzgahda maşa olaraq istifadə edilirlər. Dövlət içinə sızmış dövlətə paralel olmaq istəyənlər var. Etibar sui-qəsdi etməyə çalışırlar. Belə xaincə, hüquq xarici bir hücuma bu günə qədər heç məruz qalmamışdıq. Gəzi parkı olaylarında bunu sınadılar, müvəffəqiyyətli ola bilmədilər. Bu dəzgahda əxlaq yox , qayda heç yox. Bu dəzgahın içində çox çirkli bir ittifaq var. Yeni Türkiyəni həzm edə bilməyən qaranlıq ittifaqlar var" (Musavat.com).
2013-12-21
4,785
Şəkidə dələduzluqla məşğul olan Göyçay sakini tutulub
Şəkidə dələduzluqla məşğul olan Göyçay rayon sakini həbs edilib. Verilən məlumata görə, Şəki ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı üç il əvvəl Şəki rayon sakinlərini dələduzluq yolu ilə aldadaraq küllü miqdarda pulunu mənimsəyən 55 yaşlı Göyçay rayon sakini Vahid Məmmədov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, V.Məmmədov 2010-cu il ərzində ayrı-ayrı vaxtlarda etibardan sui-istifadə etməklə və aldatma yolu ilə Şəkinin Şin kənd sakinləri Şükür Ağamirzəyevin 1500 manat, Mirzalı Həsənovun 5650 manat, digər rayon sakinləri Mahir Qarayevin 4650 manat və Fərhad Süleymanovun 2200 manat pulunu mənimsəyib. Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, V.Məmmədovun digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır (Apa.az).
2013-12-21
4,786
Nazir Əli Abbasov Şamaxıda vətəndaşları qəbul edib
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dekabrın 21-də Şamaxı rayonunda vətəndaşları qəbul edib. Nazir qəbul zamanı Ağsu, Şamaxı, Qobustan rayonlarından gələn 50-ə yaxın vətəndaşı dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Nazir görüşdə vətəndaşların səsləndirdiyi müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə göstəriş və tapşırıqlar verib. Müraciətlər əsasən yeni salınan kəndlərdə elektron ATS-lərin qurulması, internet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, telekommunikasiya, televiziya və radio yayımı xidmətlərindəki mövcud vəziyyət, bu xidmətlərin keyfiyyəti, işədüzəlmə, poçt şöbələrinin fəaliyyətinin daha da genişləndirilməsi məsələləri ilə bağlı olub. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerində həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb (Apa.az).
2013-12-21
4,787
Putinin "Femen" üzvünə zillənən baxışı - Fotolar
Hannoverdəki "Hannover Messe" sənaye sərgisində Femen aktivistinin Putinə hücumu dünyada əks-səda doğurmuşdu. Hadisədən şoka düşən Putunin həmin anda çəkilən maraqlı şəkli 2013 ilin fotosuna çevrilib. "Axar.az" "Euronyus"a istinadən xəbər verir ki, 2013-cü ilin ən yaxşı şəkilləri sırasına daxil olan fotoda Putinin çılpaq qıza zillənən baxışları dünya mediasının diqqətini çəkib.
2013-12-21
4,789
Türkiyədə polis məmurunun meyiti tapıldı
Türkiyənin paytaxtı Ankarada Təhlükəsizlik Müdirliyinə bağlı Qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində işləyən təhlükəsizlik amirinin meyiti tapılıb. "Axar.az" "Haberler.com"a istinadən xəbər verir ki, avtomobildə meyiti tapılan amirin hansı səbəbdən öldüyü barədə məlumat verilməyib. Qeyd edək ki, son günlər Türkiyədə keçirilən "Rüşvət əməliyyatı" polis idarələrini də əhatə edib.
2013-12-21
4,790
Millət vəkilinin Ərdoğan hakimiyyətini sarsıdacaq çıxışı - Video
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Muharrəm İncənin parlamentdəki çıxışını təqdim edirik: MUHARREM İNCE- 2013 BÜTÇE by mubuyuk
2013-12-21
4,791
Soyğunçuya pis sürpriz - Video
ABŞ-ın Sietl ştatında bir metrobus sərnişini talan etmək istəyən adam gözləmədiyi bir reaksiya ilə qarşılaşıb. "Axar.az" xəbər verir ki, metrobusa minən soyğunçu, əlindəki silahla bir sərnişinin yanına yaxınlaşır. Silahı sərnişinin üzünə doğru tutan sərnişinin qarşılıq verməsi ilə oğru təəccüb içində qalır. Digər sərnişinlərin də köməkliyi ilə zərərsizləşdirilən soyğunçunun o anları təhlükəsizlik kamerasına düşüb. Həmin videonu təqdim edirik:
2013-12-21
4,792
Rza Zərrab: "Biz saxtakarlıq etmədik"
Bu gün axşam saatlarında, Türkiyədə rüşvət əməliyyatı zamanı saxlanılan "Halkbank"ın baş direktoru Süleyman Arslanın və iş adamı Rza Zərrabın istintaqa verdiyi ifadələrin bir hissəsi haqqında mediaya informasiya ötürülüb. Türkiyə mediası yazır ki, evindəki ayaqqabı qutularından çıxan 4,5 milyon dollarla bağlı müstəntiqin suallarına cavab verən Süleyman Arslan pulun ianə olduğunu deyib. Onun sözlərinə görə, ianə bir sıra şəxslərdən Makedoniyada Balkan Universiteti və Osmancıkda İmam Hatip Litseyinin tikintisi üçün toplanıb. Arslanın vəkili də bildirib ki, toplanan vəsaitlə bağlı bütün sənədlər istintaqa təqdim edilib. Rza Zərrab ifadəsində isə hər gün 1 ton qızıl satdığını deyib. O, bildirib ki, bunun üçün dostlarının rəsmilərlə münasibətlərindən istifadə edib. Ancaq Rza Zərrab bu məsələdə hansısa qanunsuz məqamlar olması iddialarını rədd edir. Onun sözlərinə görə, əldə edilən pullar banklar vasitəsilə heç bir qaranlıq əməliyyat olmadan ölkəyə gətirilib və çıxarılıb. R.Zərrab ifadəsində bir sıra polis rəhbərlərinin və qəzetçilərin ondan rüşvət istədiyini də dilə gətirib. Onun sözlərinə görə, bəzən əməliyyatlar zamanı sənədlər qaydasında olsa da gecikmələr olub. R.Zərrab iddia edib ki, bu zaman polis qəzetçilərə xəbər sızdırır və o saxta dövriyyə ilə məşğul olması xəbərləri ilə təhdid edilirmiş. Zərrab "biz saxtakarlıq etmədik" deyərək ona qarşı yönələn ittihamları rədd edib. ("Musavat.com")
2013-12-21
4,793
Ağcabədidə yaşayış evində yanğın olub
Ağcabədi şəhərində yaşayış evində yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi şəhərində ümumi sahəsi 40 kv.m olan qamışdan ibarət 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m və 1 otağı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-21
4,794
“Kəpənəyin röyası” şansını itirdi
Türkiyənin tanınmış rejissoru Yılmaz Ərdoğanın çəkdiyi "Kəpənəyin röyası" adlı film Oskar mükafatı qazana bilmə şansını itirib. Film Amerikan Kino Sənətləri Akademiyasının dünən nəşr etdiyi 9 filmlik qısa siyahıda yer almayıb. Akademiya oktyabr ayında mükafata 76 filmin namizəd olduğunu açıqlamışdı. Bu siyahıda Səudiyyə Ərəbistanından olan qadın rejissor Haifə əl Mənsur tərəfindən gizlicə çəkilmiş "Vacda" da yer almayıb. 50 ildə ilk dəfə Pakistandan Oskara namizəd olan film "Zinda Bhaaq" da mükafat şansını itirib.
2013-12-21
4,795
Lüks avtomobillər necə hazırlanır – Video
Yəqin ki, hər bir avtomobilsevər üçün lüks maşınlarının addımbaaddım hazırlanma prosesi maraqlı olar. Bu video-çarx sizə "Rolls Royce" kimi maşının yığılma prosesini göstərəcək.
2013-12-21
4,796
Rza Zərrab xərçəng xəstəsidir
Türkiyədə "Rüşvət əməliyyatı" zamanı həbs edilən Ebru Gündəşin həyat yoldaşı, iş adamı Rza Zərrabın məhkəməyə verdiyi ifadədə də xərçəng xəstəsi olduğunu bildirib. "Axar.az"ın Sabah-a istinadən xəbərinə görə, Zarrab ifadəsində təcili olaraq müalicə almasının lazım olduğunu bildirərək deyib: "Mənim böyrəyimdə şiş var. Xərçəng diaqnozu qoyulub. Saxlanıldığım 4 gün ərzində şiş 1 sm böyüyüb. Mən kimya terapiyaya başlamalıyam. Bu xəstəliklə əlaqəli də bütün sənədlərim var. "Haseki" xəstaxanasında da bu diaqnoz dəqiqləşdirilib".
2013-12-21
4,797
Daha bir ana doğuş vaxtı öldü
Bu gün axşam saatlarında 36 yaşlı qadın Ağdam Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı keçinib. Ölən qadın əslən Ağdam rayon sakini olan, hazırda Bakıda yaşayan 1977-ci il təvəllüdlü Əsgərova Gülmirə Bəxtiyar qızıdır. Məlumata görə, hamilə olan Əsgərova Gülmirə bir neçə gün əvvəl Bakıdan Ağdam rayonuna, anasıgilə gəlib. Bu gün axşam saatlarında onun vəziyyəti pisləşib. Saat 17-18 radələrində qadın kəskin qanaxma ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb. O, doğuş zamanı güclü qanaxmadan həyatını itirib. (APA)
2013-12-21
4,798
Yeni il səyahəti harada daha ucuz başa gəlir? - Araşdırma
250 manatlıq biletlər Yeni il qabağı 500 manata qalxıb. Yeni ilin gəlişi turizm şirkətlərinin işinə təsir edib. Bayramda istirahət günlərini dəyərləndirmək istəyən insanlar tətillərini xaricdə keçirmək istəyirlər, bu da turizm şirkətlərində canlanmaya səbəb olub. Əlaqə saxladığımız bir çox turizm şirkətlərinin menecerləri qiymətlərin ötən illə müqayisədə bahalaşdığını bildirdilər. Eyni zamanda keçən ilə nisbətən bayramda xaricə getmək istəyənlərin sayının azaldığı da vurğulandı. Avia-biletlərin qiymətlərinə gəlincə, iki dəfə bahalaşma olduğunu deyən Turizm şirkətləri, məsələn, digər vaxtlarda 250 manat olan biletlərin indi 500-550 manata qədər yüksəldiyi bildirildi. Hansı ölkədə yeni il səyahəti daha ucuz başa gəlir? "Turan Turizm" şirkətinin baş meneceri Qafqaz Bilalovun sözlərinə görə, son bir həftə ərzində qiymətlər daha da qalxıb. Buna səbəb isə yeni il qabağı bütün yerlərin tutulmasıdır. Menecer ən çox Türkiyə, Dubay, Ukrayna, Avropa ölkələrinə gedişin reallaşdığını bildirdi. Ən bahalı istirahətin qiyməti Ukraynaya getmək, 1 həftəlik yeni il tətili keçirmək üçün 1000 manat, Avropaya 1500 manat, Dubaya isə ən ucuz həftəlik istirahət 500-600 manata başa gəlir. "Royal Travel Azərbaycan"turizm şirkətindən suallarımızı cavablandıran Mərdan Əskərovun sözlərinə görə, bazarda canlanma yüksək deyil: "Hazırda ən ucuz biletin qiyməti 500 manatdır. Hansı ki, onları digər vaxtlarda 200-250 manata əldə etmək mümkün idi. Ölkə daxili turizmdə isə Şahdağa üz tutanlar daha çoxdur. Bəzi ailələr yeni il istirahətlərini Şahdağda keçirmək üçün şirkətimizə müraciət edir". "Axar.az"ın apardığı araşdırma zamanı bəlli oldu ki, 7 günlük yeni il tətilini yaddaqalan etmək üçün ən azından 2000 manatınızdan keçməyi gözə almalısınız.
2013-12-21
4,799
Afrikada Amerika təyyarələri vuruldu
Cənubi Sudanda üsyançılar iki Amerika təyyarəsini vurub. "Axar.az"ın əldə etdiyi məlumata görə, təyyarənin vurulması nəticəsində 3 amerikalı əsgər yaralanıb. Təyyarələrdən birinə ciddi ziyan dəyib. Amerika təyyarəsi Cənubi Sudanın Jonqley əyalətinin mərkəzi Bor şəhərinə hərəkət edərkən silahlı hücuma məruz qalıb. Son məlumatlara görə, yaralanan Amerika əsgərlərindən birinin vəziyyəti ağırdır. Yaralıların Keniyanın Nayrobi şəhərinə aparıldığı bildirilib. Hücumla bağlı ABŞ Afrika Komandirliyi hələ də münasibət bildirməyib. 2011-ci ildə referendumla müstəqilliyini elan edən Cənubi Sudan Sudan ilə sərhəd və neft razılaşmasının əldə edilməməsi səbəbindən tərəflər arasında toqquşmalar başlayıb.
2013-12-21
4,800
Nobel prospektində ağır yol qəzası: 5 yaralı
Bakının Nobel prospektində ağır yol nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının binası yaxınlığında, prospekt boyunca hərəkət edən "Jeep" və "Mercedes Benz " markalı avtomaşınlar toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, sürətlə hərəkət edən "Jeep" qarşı yola çıxaraq əvvəlcə işıq dirəyini aşırıb. Daha sonra isə "Mercedes Benz"ə çırpılıb. Nəticədə "Jeep"də olan 3 nəfər və "Mercedes Benz"də olan 2 nəfər ağır bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xətai Rayon Dövlət Yol Polis Şöbəsindən verdilən məlumata görə, qəzanın iştirakçısı olan "Jeep" markalı avtomaşın yolda nəqliyyatın hərəkətinə mane olduğu üçün dərhal hadisə yerindən evakuasiya olunub. Faktla bağlı araşdırma aparılır.
2013-12-21
4,801
Hitlerin ruhlarla gizli söhbəti
1889-cu il aprelin 20-də falçıları ilə məşhur olan Bavyera şəhərində dünyaya gələn Hitlerin tez-tez işlətdiyi bir sözü olub: "Mən insanların bilmədiyi gücləri birləşdirib ən güclü Alman irqini yaradacağam". Hitler hər zaman beyninin içindən eşitdiyi səslə danışdığını deyirdi. O bu səslərin onu təqib etdiyini, buna görə də özünü narahat hiss etdiyini bir neçə dəfə dilə gətirib. Herman Rauşninqin "Hitler mənə dedi ki" adlı kitabında yazılanlara görə, bir gün dostları ilə yemək yeyən Hitlerin qulağına "qalx, buranı tərk et!" kimi səslər gəlməyə başlayıb. Dərhal qalxan Hitler bir neçə addım atdıqdan sonra yenidən geri qayıdıb: "Elə yeni oturmuşdu ki, bir əl qumbarası partladı. Hitlerdən başqa digər əsgər yoldaşları həyatlarını itirdi. Onu təqib edən bu səs bəlkə də onu qoruyurdu. Son zamanlar hər kəs onu bu cür fərqliliyinə görə qınayır və axmaq olduğunu düşünürdülər. Hətta Hitler gözünə heç kimə görünməyən varlıqların göründüyünü də deyirdi. İddialara görə, bunu görən zaman Hitleri heç cür sakitləşdirmək olmurdu. Yuxudan qışqıraraq oyanırdı Yaxınlarının dediyinə görə o, röyasında tez-tez vahiməli varlıqlar görər, buna görə də qışqırıb oyanardı. İddialara görə, yatağında titrəyən, vurnuxan Hitler birdən otağın mərkəzində dayanıb, "o, yenə burdadı, o, yenə bura gəldi",- deyə anlaşılmaz sözlərdən istifadə edirdi. Onu tez-tez qarabasmalar təqib edib. Hətta onun ruhlarla söhbət etdiyi də iddia olunur. Hİtlerin bu qəribə alışqanlıqları ömrünün sonuna qədər davam edib. Baş verənlərin nə ilə əlaqəli olması isə hələ də məlum deyil. Psixoloji durumu xeyli fərqli olan Hitlerin hər kəsin geydiyi geyimdə özünü çox narahat hiss etdiyi bildirilirdi. Hər zaman vaxtın bitəcəyi düşüncəsi onu narahat edirdi. Hər zaman "az qaldı, çox az qaldı, vaxt çatmayacaq" kimi ifadələrdən istifadə edirdi. O, gücünün gizli, gözəgörünməz varlıqlardan qaynaqlandığına əmin idi. Hitlerin qəribə düşüncələri bununla bitmir. O, dünyanın alt təbəqəsində, yerin altında başqa bir dünyanın varlığına da inanırdı. Qeyd edək ki, Hitlerin astronomiya ilə xüsusi maraqlanması insanların diqqətinə səbəb olub. Onun hətta magiya ilə məşğul olduğu da iddia edilir.
2013-12-21
4,802
Fərid Həsənov "Türkvizyon" mahnı müsabiqəsinin qalibi oldu
Bu gün Türkiyənin Eskişehir şəhərindəki Anadolu Universitetində türk dünyasının ilk və yeganə musiqi yarışması olan "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə Azərbaycanı təmsil "Yeni ulduz" mahnı müsabiqəsinin qalibi olan Fərid Həsənov "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin qalibi olub. Qeyd edək ki, o, müsabiqəyə "Yaşa" adlı mahnı ilə qatılıb. Xatırladaq ki, Türk Musiqi Birliyi (TBM) televiziya kanalı, TÜRKSOY təşkilatı və "Eskişehir-2013" Türk Dünyasının Mədəniyyət Paytaxtı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqəyə Azərbaycan da daxil olmaqla 24 ölkənin təmsilçisi qatılıb. Onlardan 12-si müsabiqənin final mərhələsinə vəsiqə qazanıb. Finalda Azərbaycan, Türkiyə, Belarus, Kosova, Qazaxıstan, Bosniya və Herseqovinya, Tatarıstan, Ukrayna, Rusiya Federasiyasının Altay muxtariyyəti, Şimali Kipr Türk Respublikası, Qırğızıstan və Özbəkistan təmsilçiləri iştirak ediblər. (Trend)
2013-12-21
4,803
Putinin sevdiyi Azərbaycan filmi mükafat aldı
Rusiyanın Tula şəhərində keçirilmiş "Gülümsə, Rusiya!" festivalında Azərbaycan kinemotoqrafının istehsalı olan "Qorxma, mən səninləyəm! 1919" filmi mükafat alıb. Filmin rejissoru Yuli Qusman, bəstəkarı isə Polad Bülbüloğludur. Yenicə istehsal onunan film ilk dəfə dekabrın 15-dən 20-dək keçirilən Tula festivalında təqdim edilib. Filmə "Ölkədə yumor hissinə verilən töhfəyə görə" mükafatı verilib. Filmin rejissoru Yuli Qusman dekabrın 20-də mükafatı alan zaman söyləyib: "1919-cu il - Azərbaycanda Şərqin ilk demokratik respublikasının vaxtlarıdır. Düzdür, o, çox yaşamadı - respublikaya Qırmızı Ordu girdi və 1990-cı illərə qədər orada qaldı. Vaxtı biz tam formal istifadə etmişik, buna görə də tarixi film deyil, şən, əyləncəli, musiqili film çəkmişik". Yuli Qusman filmin 30 il qabaq çəkilmiş "Qorxma, mən səninləyəm!" filminin davamı olduğunu bildirib. Deyib ki, filmin yaradıcıları - o, Lev Durov, Polad Bülbüloğlu və Muxtarbek Kantemirov yenidən bir araya gəlmək istəsələr də, heç cür alınmayıb. Rejissor danışıb ki, Rusiya və Azərbaycan prezidentləri bir araya gələndə məlum olub ki, hər ikisi "Qorxma, mən səninləyəm!" filmini sevir, onlar söhbətdə hətta filmdən zarafatları da səsləndiriblər (ANS).
2013-12-21
4,804
Quantanamo məhbusları azadlığa buraxılacaq
ABŞ Senatı Kubada yerləşən Quantanamo hərbi həbsxanasında saxlanılan 158-dən çox məhkumun ölkələrinə geri göndərilməsi üçün qərar qəbul edib. "Axar.az"ın məlumatına görə, ABŞ tərəfindən "terrora maliyyə dəstəyi verən ölkə" kateqoriyasında olan ölkə vətəndaşları isə azadlığa buraxılmayacaq. Qeyd edək ki, 10 il əvvəl Amerikanın Kubadakı Quantanamo hərbi bazasında həbsxana açılıb. Həbsxananın açılması göstərişini ABŞ hərbçilərinin Əfqanıstandakı hərbi əməliyyatlarından sonra prezident Corc Buş vermişdi. Burda əsasən terrorçu təşkilatların üzvləri və terrorçularla əlaqədə ittiham olunanlar saxlanılır.
2013-12-22
4,805
Suriyada İran komandiri öldürüldü
Suriyalı müxaliflər Dəməşqdə İran İnqilab Gözətçiləri komandirlərindən Əbu Əl Fadl Şirevaninin qarşıdurmalarda öldürüldüyünü bildiriblər. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, suriyalı müxalif qruplar rejimə bağlı ordu birlikləri ilə yanaşı, iraqlı şiələr, Livanda fəaliyyət göstərən Hizbullah və İran İnqilab Keşikçiləri ilə savaşdıqlarını iddia edir. Daha əvvəl də bu ölkədə İran İnqilab Keşikçiləri komandirləri öldürülüb. Qeyd edək ki, Suriyada Əsədə bağlı ordu birliklərlə müxaliflər arasında yaşanan qarşıdurmalarda 134 nəfər öldürülüb.
2013-12-22
4,806
Əsl dostluğun testi - Video
Yaradıcı avropalılar artıq çoxdandır ki, reklamlara bir neçə məna yükləyir. Məşhur pivə brendi "Carlsberg" eyni anda həm reklam çarxı çəkib, həm də əsl dostluğun testini keçirib.
2013-12-22
4,807
"Titanik"in real görüntüsü - Video
101 il bundan əvvəl, 1912-ci il aprel ayının 15-də ilk dəfə ən böyük və ən gözəl sərnişin gəmisi "Titanik" Şimal Buzlu Okeanında aysberqə dəyərək, qəzaya uğrayıb. Qəzadan cəmi 3 saat sonra gəmidə olan sərnişinlərdən üçdən-ikisi buzlu suda boğularaq, yaxud donaraq ölüb, gəmi isə okeana qərq olub. "Axar.az" olaraq 1912-ci ildə "Titanik" gəmisinin real görüntüsü olan videonu təqdim edirik. Bu video gəminin batmasından 36 saat əvvəl çəkilib.
2013-12-22
4,808
Dünyanın ən böyük möcüzə gəmisi – Video
Onun dünyada analoqu yoxdur! O, ölçülərinə və imkanlarına görə dünyanın bütün gəmilərini qabaqlayır. "Oasis of the Seas" (Dəniz oazisi) – adlı bu gəminin ölçüləri: Uzunluq – 361, en - 66, hündürlük 72 metr. Ölçülərinə görə məşhur Titanikdən beş dəfə böyük olan bu gəminin yük götürmə qabiliyyəti - 225 min tondur. 2704 kayutu olan bu gəmi 6360 sərnişin götürür, 2160 ekipajı var. Sərnişinlər 12 min ekzotik və canlı bitkisi, 56 ağacı olan "meşədə" istirahət edə bilirlər. Bu harasıdır! Gəmidə kazino, fontanlı park, bütün növ ərzaq və istədiyin geyimi tapmaq imkanı verən mağazalar var.
2013-12-22
4,809
2013-ün ən çox qazanan idmançıları
"Forbes" jurnalı hər il olduğu kimi bu il də ən çox qazanan 100 idmançının siyahısını açıqlayıb. Siyahıda birincilik ötən il olduğu kimi yenə də amerikalı qolfçu Tayqer Vudsa məxsusdur. İllik gəliri 78.1 milyon dollar olan Tayqer Vuds birinci sırada məskunlaşıb. İl ərzində 6 turnirin qalibi olan Vuds gəlirlərinin böyük qismini sponsorlardan təmin edir. Vudsu 71.5 milyon dollar illik gəliri ilə isveçrəli tennis ustası Rocer Federer izləyir. Federer sponsorlardan ilə 40 milyon dollar gəlir əldə edir. Ötən il altıncı sırada olan ulduz basketbolçu Kobe Bryant bu il 61.9 milyon gəlirlə üçüncü sırada yer alıb. Siyahıda ən çox qazanan futbolçu isə 8-ci sırada yer alan Devid Bekhemdir. O, 47.2 milyon gəlirlə Messi və Ronaldo kimi futbol fenomenlərini geridə qoyub. Kriştiano Ronaldo 44 milyon gəlirlə ikinci ən çox qazanan futbolçudur. Ronaldonu 41.3 milyon dollar gəliri ilə Lionel Messi izləyir.
2013-12-22
4,810
Ev şəraitində bədəni pilinq edə bilərsiniz
Qış aylarında soyuqdan quruyan və çatlayan dərilər üçün ev şəraitində pilinq maskasını asan üsulla hazırlamaq mümkündür. Almanın tərkibindəki turşu dərinizin quruluğunu aradan qaldırır. Hindqozu, ya da zeytun yağı isə dərinizi nəmləndirərək yumşaldır. Duşa girmədən 5 dəqiqə əvvəl hazır edəcəyiniz pilinqi bədəninizə sürtün və yuyunun. Darçın və almanın xoş ətirli qoxusu sizi ovsunlayacaq və yumşaq bir dəriyə qovuşacaqsınız. Almalı pilinqi həftədə bir dəfə tətbiq edə bilərsiniz. Bu qışı hamar bir dəri ilə keçirməniz üçün ev şəraitində hazır edə biləcəyiniz çox praktik bədən pilinqinin tərkibini sizə edirik. Hazırladığınız bədən pilinqini bədəninizə sürtmədən əvvəl biləyinizin iç qismındə test etməyi unutmayın. Maska üçün yarım kasa şəkər tozu, 3 xörək qaşığı hindqozu və ya zeytun yağı, 2 xörək qaşığı rəndələnmiş alma, az miqdarda darçını qatın. Hazırlanması: Bütün məhsulları qarışdırın. Hazırladığınız qarışığı duşa girmədən öncə bədəninizə masaj edərək sürtün. Maska quruyanadək gözləyin, daha sonra duş qəbul edib parlaq və təmiz dəriyə qovuşun.
2013-12-22
4,811
Türk diplomatın Parisdə öldürülməsindən 34 il ötür -Foto
Bu gün türk diplomat Yılmaz Çolpanın Fransanın paytaxtı Parisdə qətlə yetirilməsindən 34 il ötür. Məlumata görə, Türkiyənin Parisdəki turizm müşaviri Yılmaz Çolpan 1979-cu il dekabrın 22-də erməni terror şəbəkəsi "Asala" tərəfindən öldürülüb. Çolpan ermənilərin Parisdə qətlə yetirdiyi 2-ci diplomat olub. Hadisədən sonra xəbər agentliklərinə zəng vuran bir şəxs qətli "erməni soyqırımı ədalət birliyi" adlı təşkilat tərəfindən həyata keçirildiyini bildirib. "Türkiyə hökuməti ermənilərin haqlarını vermədiyi üçün türk diplomatları öldürürük" – deyə zəng vuran şəxs bildirib. Xatırladaq ki, erməni terror təşkilatı "Asala" Türkiyənin xarici ölkələrdə vəzifəli olan 42 diplomatını öldürüb. (ANS)
2013-12-22
4,812
Ərəb Birliyi nazirləri Fələstin üçün bir araya gəldi
Misirdə Ərəb Birliyi Xarici işlər nazirləri Fələstin məsələsini müzakirə edib. "Axar.az"ın əldə etdiyi məlumata görə, yığıncağda Qəzzaya tətbiq olunan embarqonun qalxması və paytaxtı Qüds olan Fələstin dövlətinin qurulması məsələləri müzakirə edilib. Yığıncağda müzakirə edilən məsələlərin Con Kerriyə çatdırılmasında Ərəb Birliyinin baş katibi Nəbil əl-Ərəbi və sabiq Liviya xarici işlər naziri Məhəmməd Əbdüləzizə xüsusi tapşırıq verilib. Yığıncağın sonunda bəyyannamə qəbul edilib. Paytaxtı Qüds olan və 1967-ci ildə işğal edilən torpaqları da əhatə edən müstəqil Fələstin dövlətinin qurulmasının vacib olduğunu bildirən bəyannamədə İsrailin apardığı siyasətin qəbul edilməz olduğu vurğulanıb. Bəyannamədə Yəhudi məskunlaşma yerlərinin inşası və fələstinlilərə qarşı aparılan hərbi əməliyyatın dayandırılması və ABŞ-ın hadisələrə müdaxilə edilməsi istənilir.
2013-12-22
4,813
Bakıda şirkətdə yanğın oldu
Bakı şəhərində "KARVAN-L" şirkətində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda "KARVAN-L" şirkətinə məxsus sahəsi 1000 kv.m olan katalizator və boya istehsalat sahəsində soba və nasosxana ətrafına dağılıb yağ 50 kv.m sahədə yanıb. Ərazidə olan 2 ədəd 25 tonluq, 2 ədəd 40 tonluq hidron-asetonla dolu olan çənlər və nasosxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-22
4,814
Adı rüşvət qalmaqalında hallanan nazir istefa verdi
Adı rüşvət qalmaqalında hallanan Uruqvay İqtisadiyyat naziri Fernado Lorenzo istefa verib. "Axar.az" Sabah-a istinadən xəbər verir ki, Uruqvay İqtisadiyyat naziri Fernando Lorenzo dövlət hava yolları "Puluna"nın satış layihəsində rüşvət aldığı iddia edilir. İstefa qərarını qəbul edən Uruqvay prezidenti Jose Mujika nazirin parlaq keçmişi olmasına baxmayaraq, məhkəmənin şəffaf keçirilməsi üçün bu addımı atdığını deyib. Dövlət Başçısı Mujika Nazir Lorenzonun örnək bir davranış sərgilədiyini bildirərkən deyib: "Məhkəmə Lorenzonun günahsız olduğunu təsdiqləyənə kimi onunla hökumət arasında hər hansı bir əlaqələr qurulmayacaq".
2013-12-22
4,815
İraqda qanlı olaylar: 27 ölü
İraqın müxtəlif şəhərlərində həyata keçirilən hücumlar nəticəsində 27 nəfərin öldüyü, 39-nun yaralandığı bildirilib. Təhlükəsizlik qaynaqlarından verilən məlumata görə, Əl-Enbar şəhərində 4 polis məmuru məruz qaldığı silahlı hücum nəticəsində öldürülüb. Hücumu həyata keçirən 2 nəfər həbs edilib. "Axar.az"ın əldə etdiyi məlumata görə, Kərkük şəhərinin Ət-Tarikiye əyalətində bəzi evlərə şəxsiyyəti hələ də müəyyən edilməyən şəxslər basqın edib. Təcavüzkarlar evdən zorla çıxardığı 6 nəfəri edam edib. Şəhərin qərbində keçirilən bombalı hücum nəticəsində isə İraq ordusunda xidmət edən bir komandir həyatını itirib, yaralanan digər komandir xəstəxanaya yerləşdirilib. Səlahəddin əyalətində hərbi hakim Əhməd Əl-Batavinyə də məruz qaldığı silahlı hücumun ardından yerləşdirldiyi xəstəxanada ölüb. Hücumda Batavinyənin 3 mühafizəçisi və katibi yaralanıb. Bu gün Enbar şəhərində hərbi birliyə edilən bombalı hücumda isə 15 əsgər ölüb, 34-ü yaralanıb.
2013-12-22
4,816
Məhkəmə Tiflis merinin səlahiyyətlərini dayandırdı
Tbilisi şəhər məhkəməsinin hakimi Dali Metreveli şəhərin meri Qiqi Uqulavanın səlahiyyətlərinin dayandırılmasına dair qərar qəbul edib. Gürcüstan Baş Prokurorluğu məhkəməyə merin barəsində həbs qətimkan tədbiri görülməsinə və səlahiyyətlərinin dayandırılmasına dair qərar qəbul edilməsi barədə müraciət etsə də, hakim Qiqi Uqulavanın 50 min lari məbləğində girov ödəməsi müqabilində həbs cəzası verilməyib. Tbilisi şəhərinin meri "Tbilisinin inkişaf fondu"nun büdcəsindən 50 milyon lariyədək pulu mənimsəməkdə təqsirli bilinir. (AzərTac)
2013-12-22
4,817
ARDNŞ yunan şirkətinin 66 faizini aldı
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Petroleum" şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan "DESFA" şirkətinə məxsus səhmlərin 66 %-nin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən "Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb. ARDNŞ-in verdiyi məlumata görə, imzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. İmzalanma mərasimində qeyd olunub ki, "DESFA" şirkətinə məxsus səhmlərin böyük hissəsisinin ARDNŞ tərəfindən alınması Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində rolunun artırılması, eləcə də Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik hadisədir. ("AzNews.az")
2013-12-22
4,818
Rza Zərrabın iranlı “Rəis”i - Foto
Türkiyədə rüşvət əməliyyatının vaxtından əvvəl həyata keçirilməsi üzündən iş adamı Rza Zərrabın "Rəisim" dediyi iranlı milyarder Babək Zəncanini yaxalamaq mümkün olmayıb. O, bu həftə Antalyada Rza Zərrabla görüşməliymiş. ABŞ-ın dünyadakı bank hesbalarını dondurduğu Babək Zəncani Türkiyədəki işlərinin həyata keçirilməsini Rza Zərraba tapşırıbmış. 39 yaşlı Babək Zəncaninin 13,5 milyard dollarlıq sərvəti var. Türkiyə polisinin həyata keçirdiyi əməliyyat nəticəsində ifşa olunan dəstənin "1 nömrə"si sayılan Babək Zəncani hava yolları şirkəti, maliyyə qurumları və çoxlu sayda neft tankerlərinin sahibidir. Onun Türkiyədə "Onur Air" hava yolları şirkətini, eləcə də, "Ulusoy" və "Varan" avtobus şirkətlərininin səhmlərinin yarısını satın aldığı bilirilir. Rza Zərrab və Babək Zəncani Təbrizdə tanış olublar. Təxminən bir il əvvəl Dubaya uçan təyyarədə axtarış zamanı tapılan 1, 208 ton qızılın əsl sahibinin məhz Babək Zəncani olduğu iddia edilir. ("Musavat.com")
2013-12-22
4,820
Sevdiyim 10 kitab
Bu qeydlərimi Yeni il hədiyyəsi seçimində sizə kömək üçün yazdım. Əsərlər arasında seçim etmək çətindir. Xüsusən bir naşir kimi. Oxucu üçün daha asandır. Naşir gərək oxusun, nəşr etsin, sonra da oxucuları inandırsın ki, bu kitab oxunmalıdır. Kitablara olan münasibətim bir neçə meyara görə fərqlənir. Əlbəttə, buraxılan kitabın satılması ilk amildir. Kitab satılmalıdır. Vəssalam. Bu mənə görə ilk meyardır. Kitabın gözəl, zövqlü, səliqəli, ələ və gözə yatımlı olması da mütləqdir. Son dərəcə səliqəli, şokolad qutusu kimi bəzəkli kitabı götürüb düşünürəm, görəsən, bu bizim dildə oxunacaqmı?! Mətnə baş vurursan. ölkəsindəki reytinqə baxırsan. Fikrin qətiləşəndə içindən bir səs də gəlir. Mənim səs duyumum pis deyil. Ona həmişə inanmağa çalışıram. Oxuduğum bir kitab mənə təsir etdisə, demək, onun oxucusu olacaq. Buna tam əminəm. Öz oxucularımızı mən uzaqdan, əllərində kitab paketi olmasa belə, hətta yerişlərindən tanıyıram. Onlar, həm digital gənclik, həm də orta yaşın nümayəndələridir. Hərəkətlərində bir əminlik, fikirlərində aydınlıq və dürüstlük var. Onlar qorxmurlar, yaltaq deyillər. Onlar qarşılarındakı insanlara dözümlü, dinləməyi bacaran, fikir mübahisələrindən yorulmayanlardır. Onlar etibarlıdır. Soyuq, isti bilməzlər. Yarmarkalarmızı qaçırmazlar. Buraxdığımız kitabları anında əldə edərlər. Lazım gələndə bizimlə bərabər dayanaraq kitab satarlar. Digital nəsil Çak Palanik, Selincer, Martin Paj, Beqbeder, Murakami, Mark Levi, Jostein Gaarder, Tabukkini oxuyar. Xanımlar Seselia Ahern, Paulo Koelyo, Fransuaza Saqan, David Nikols, Cudit Maknot, Stefani Meyer, Elizabet Gilberti izlər. Nisbətən siyasi və ictimai aktiv gənclik Corc Oruel,Tabukki, Filip Moro Defarj, Sartr, Voyniç, Kamyü, Cek Londonun "Martin İden", Markesin "Patriarxın payızı", "Yüz ilin tənhalığı"nı, M.Qandinin "Bütün insanlar qardaşdır", Bzejinskinin "Şahmat taxtası"na üstünlük verir. Fəlsəfi fikrə üstünlük verənlər isə Nitsşe, Kamyü, Sartr, Erix Fromm, Umberto Ekonu oxuyar. Bir də var klassika: Onları sabit oxucular sevər. Düma, Tolstoy, Dostoyevski, Remark, Herman Hesse, Heminquey, Stendal, Şarlotta Bronte, Somerset Moem və sair. Detektiv ustaları Aqata Kristi, Den Braun, Konan Doylunun kitablarını nəşr etməkdə davam edirik. Özünü inkişaf sahəsində isə Karnegi, Kiosaki, Robert Qrin, Cerri Foks, Allen Karr, OSHO, Ronda Bern, Stiven Kovi, John Grey, Robin Şarma bizim əsas seçimlərimizdir. Türk yazarlarının tam ayrı yeri var. Məncə, bizim oxucu və ədəbiyyatçılarımız Tanpınarı tanımalıdır. O cümlədən Orhan Pamukdan sonra avropa dillərinə sürətlə çevrilən yazarlar həmin an bizdə nəşr olunmalıdır. İndi qayıdıram seçim etdiyim on kitaba: Onları belə düzürəm: 1) Con Steynbek "Siçanlar və adamlar". 2) Corc Oruel "1984" 3) Orhan Pamuk "QAR" 4) Amin Maalof "SƏMƏRQƏND" 5) Sartr "SÖZLƏR" 6) Heminquey "Kilimancaro qarları" 7) Xalid Hüseynin hər üç əsəri təsirlidir. Məncə, onları belə bölmək olar "Çərpələng uçuran" – dostluq, "Min möhtəşəm günəş" – nifrət, "Və dağlardan səda gəldi" – sədaqət haqqında ən yaxşı əsərlərdi. 8. ) Murakamı – "Norveç meşəsi" 9) Antonio Tabukki – "Pereyra iddia edir". 10) Dino Bussati – "Tatar çölü" "Siçanlar və adamlar" "Balaca Şahzadə" qədər təsirli bir qısa romandır. Dünya ədəbiyyatının bütün işığını sanki bu iki əsər daşıyır. Onluğa daha çox rəqəmlər daxil olsaydı, oraya "Hüzur","Mən necə idiot oldum", "Xəz Paltolu Madonna", "Məsumiyyət Muzeyi", "Eşq", "Lolita", "Heyvanıstan", "Qara Kitab"ı da əlavə edərdim. Bu siyahını ona görə yazdım ki, YENİ İL bayramlaşmasında kitab seçərkən çətinlik çəkməyəsiniz.
2013-12-22
4,821
Türkiyə ilə Suriya sərhədində atışma oldu
Suriyadan Türkiyəyə keçməyə cəhd edən 10 nəfərlik qrupla əsgərlər arasında qarşıdurma baş verib. Bu barədə Türkiyə Baş qərargah rəhbərliyindən məlumat verilib. "Axar.az"ın Anadolu agentliyinə istinadən xəbərinə görə, Türkiyəyə keçməyə cəhd edən 10 nəfərlik qrupa xəbərdarlıq edilsə də buna məhəl qoyulmayıb. 2 motosikletlə sərhədi pozmaq istəyənlər qəfildən əsgərlərə 4 dəfə atəş açıb. Əsgərlərin silahlı müdaxiləsindən sonra qurup Suriya tərəfinə geri qayıtmalı olub.
2013-12-22
4,822
Şəkidə qadın dəm qazından zəhərləndi
Şəkidə 45 yaşlı qadın dəm qazından boğulub. Şəki Şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə dekabrın 21-i axşam saatlarında rayonun Daşüz kəndində qeydə alınıb. Şəki rayonu Daşüz kənd sakini, 1968-ci il təvəllüdlü Yunusova Gülər Nəzir qızı yaşadığı evin vanna otağında ailə üzvüləri tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb. Müayinə zamanı məlum olub ki, Gülər Yunusova dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Şəki rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)
2013-12-22
4,823
ABŞ-da fırtına nətəcəsində ölənlər və yaralananlar var
ABŞ-ın mərkəzi və cənub hissəsində baş verən fırtına nəticəsində iki nəfər ölüb. Verilen məlumata görə, azı beş nəfər də xəsarət alıb. İndiyədək 20-yə yaxın ev dağılıb, on minlərlə adam işıqsız qalıb. ABŞ-ın meteoroloji xidməti vəziyyətin pisləşəcəyi, eləcə də, İndiana və Luiziana ştatlarında tornadonun formalaşdığı barədə xəbərdarlıq edib (Musavat.com).
2013-12-22
4,826
ABŞ kəşfiyyat sənədlərini açdı
ABŞ milli kəşfiyyat qurumunun başçısı Ceyms Klepper bir çox əlavə kəşfiyyat sənədlərinin açıqlanmasına göstəriş verib. "Axar.az"ın məlumatına görə, açıqlanması məqbul sayılan kəşfiyyat sənədlərində "əl-Qaidə" terrorçularının izinə düşə bilmək üçün ABŞ Milli Təhlükəsizlik Agentliyinə telefon danışıqlarını və internet məlumatlarını toplamağa nə vaxt icazə verilməsindən bəhs olunur. C.Klepperin bəyanatında bildirilir ki, telefon danışıqlarını və internetdəki yazışmaları izləməklə bu məlumatları toplamağa ilk dəfə prezident Corc Buş (kiçik Buş) tərəfindən, özü də 11 sentyabr terror aktlarından sonra terrorçuları izləmək üçün qəbul olunan ayrıca dövlət proqramı çərçivəsində icazə verilib. Kəşfiyyat rəhbərinin sözlərinə görə, C.Buşun bu göstərişi sonradan xarici dövlətlərin kəşfiyyat qurumlarının fəaliyyətini müşahidə edib izləməyə icazə verən qanunla əvəz olunub (Virtualaz.org).
2013-12-22
4,827
Tailand müxalifəti küçələrə 3 milyon adam çıxaracaq
Tailandda vəziyyət yenidən gərginləşib. Ölkə müxalifəti bu gün paytaxt Banqkokda növbəti kütləvi aksiyasını keçirir. Minlərlə etirazçı Baş nazir Yinqlak Şinavatranın evinin önünə toplaşıb. Etirazçılar Şinavatranın növbədənkənar parlament seçkilərindən qabaq hakimiyyətdən getməsini və siyasi islahatların aparılmasını tələb edirlər. Yinqlak Şinavatranın evinin qarşısında təhlükəsizliyi təmin edən polislərlə etirazçılar arasında qarşıdurma da baş verib. Anti-hökumət aksiyaları bir neçə gün davam edən səssizlikdən sonra yenidən başlayıb. Yinqlak Şinavatra bu ayın əvvəllərində etirazçıların təzyiqi altında parlamentin Aşağı Palatasını buraxsa da, bu müxalifət tərəfdarlarını razı salmayıb. Onlar fevralın 2-də növbədənkənar parlament seçkiləri keçirilənədək Şinavatranın istefa verməsini tələb edirlər, Şinavatra isə konstitusiyaya əsasən müvəqqəti Baş nazir səlahiyyətlərini icra etməli olduğunu deyib. Tailand müxalifəti isə bu günlərdə 3 milyonadək insanı küçələrə çıxaracağını bəyan edib (Anspress.com).
2013-12-22
4,828
Xodorkovski Rusiyaya qayıda bilәcәkmi?
"YUKOS"un keçmiş rәhbәri Mixail Xodorkovski bildirib ki, yalnız o zaman Rusiyaya qayıda bilәr ki, zәrurәt yarandığı halda xaricә gedә bilәcәyinә әmin olsun. "Axar.az" bu haqda Rusiya mәtbutaına istinadәn xәbәr verir. Cümә günü Rusiya prezidenti Vladimir Putin Xodorkovskinin әfv edilmәsi haqda sәrәncam imzalayıb vә "YUKOS"un keçmiş rәhbәri dәrhal azad edilib. Xatırladaq ki, onun 10 il 10 aylıq hәbsi avqustda bitirdi. Son bilgilәrә görә, Xadorkovski indilәr Berlindәdir. "Obyektiv sәbәblәrdәn mәn Rusiyaya yalnız o halda qayıda bilәrәm ki, zәrurәt yarandığı halda xaricә gedә bilәm. İndiki ailә vәziyyәtimdә bu, çox vacib şәrtdir",- bu sözlәri Xodorkovski The New Times jurnalına verdiyi müsahibәdә deyib. Bundan qabaq isә Rusiya dövlәt başçısının mәtbuat katibi Dmitri Peskov bildirmişdi ki, Xodorkovskinin ölkәyә girişi tam sәrbәstdir. Bununla yanaşı o, Xodorkovskinin azad edilmәsi qarşılığında hәr hansı şәrtin olub-olmaması haqda әlavә açıqlama vermәmişdi.
2013-12-22
4,829
Avtobus qəzası haqda yeni məlumat - Yeniləndi
null
2013-12-22
4,830
Hündürmərtəbəli binada yanğın baş verib
Bu gün Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Bünyadzadə küçəsində hündürmərtəbəli binada yanğın hadisəsi baş verib. Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi faktı təsdiq edib. Şahidlərin verdiyi məlumata görə isə yanğın elektrik şitinin yanmasından sonra baş verib. Yanğın əsasən hündürmərtəbəli binanın 15 və 16-cı mərtəbələrini əhatə edib. Yanğın söndürülüb, hadisənin baş vermə səbəbləri araşdırılır. Yanğın zamanı xəsarət alan olmayıb (ANSPress).
2013-12-22
4,831
Yeni il qabağı bazarlar "yanır" - Fotoreportaj
Yeni il öncəsi ölkədə yanacağın qiymətinin artması ilə növbəti bahalaşma dalğasıyla üz-üzə qaldıq. Süni bahalığın bir çox hallarda real vəziyyətə təsir göstərdiyi Azərbaycanda qiymət artımına start verilməsi heç bir neçə gün də çəkmədi. Fürsətbazlar həmişə var və onlar üçün həqiqət ancaq öz mənafelərinin qorunması üçün hər yolun məqbul hesab edilməsindən ibarətdir. Bazarlarda, mağaza və marketlərdə aparılan müşahidələr bu fikrin möhkəmlənməsindən başqa heç nəyə xidmət etmədi. Öncədən qeyd edək ki, Yeni il ərəfəsində paytaxtın bir neçə rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək. Əslində bu hər həftəsonu keçirilən yarmarka ənənəsindən başqa nəsə deyil, yəni ortada geniş şəkildə reklama ehtiyacı duyulan böyük bir yenilik yoxdur. Yenilik təkcə ondan ibarətdir ki, bu yarmarkalarda qiymət artımı gözləniləndir. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi qiymətlərin qaldırılmayacağını və nəzarətdə saxlanacağını deyir. Amma o da aydındır ki, yanacaq bahalaşıbsa rayonlardan Bakıya məhsulun daşınma xərcində də artım gözləniləndir. Xüsusən nəzərə alsaq ki, ölkəmizdə hansı bayram olmasından asılı olmayaraq qiymət artımı bayram əhval-ruhiyyəsinə birbaşa təsir edəcək səviyyədə olur, o zaman bu Yeni ilin də əvvəlkilərdən fərqlənəcəyini güman etməyə dəyməz. Xüsusən də əgər ortada "süni qiymət artımı" iddiasına cavab ola biləcək yanacağın bahalaşması kimi bir faktor var. Satıcı çox, alıcı yox... Yolumuzu saldığımız Təzə bazarda bunun təzahürlərini hiss etmək çətin deyil. Günorta saatları olmasına baxmayaraq, bazarda alıcı çox az idi. Demək olar ki, hər satıcıya heç bir alıcı belə düşmədiyinə görə birdən -birə iki potensial müştərini qarşılarında görən satıcıların "reklamına" söz ola bilməz. Hər kəs öz satdığı malı tərfiləyir, bəzən hətta him-cimlə qarşı piştaxtadakı həmkarının malını pisləmək bahasına da olsa. Amma çox keçmədən məlum olur ki, hər ikisi malı eyni yerdən alır, buna görə də yaxşı yaxud pis anlayışı həqiqəti əks etdirmir. Bunu isə satıclar bazar ənənəsi ilə izah edirlər: "Əgər qonşunun malını pisləyib öz malını tərifləməsən satmaq olmaz". Düzdür, bu dostcasına deyil. Amma əgər ortada evə axşam çörək aparmaq qovğası varsa, bazar dostluğu bir anda arxa plana keçir. "Hələ camaat maaş almayıb" Bazarda daha çox göz dəyən məhsul nar, boranı və sitrus meyvələridir. Ən ucuzundan sitrus meyvələrindən başlayaq. Mandarinin qiyməti hər kilosu üçün 80 qəpiklə 1 manat arasında dəyişir. Əlbəttə bu qiymət keyfiyyətinə görə bir çoxlarının bayram süfrəsinə yaraşdırmayacağı mandarinin qiymətidir. Daha yaxşısını almaq üçün hər kiloya 2 manat xərcləmək lazımdır. Apelsin 2-3 manatdan satılır. Nar 2 manat, boranı isə daha ucuz-80 qəpiyə təklif olunur. Satıcılar alıcı azlığından şikayətlənirlər. Səbəbini qiymət artımı ilə izah etmirlər, onların fikricə qiymətlər o qədər də yüksək deyil: "Amma nədənsə alıcı azdır. Yəqin ay sonuna yaxındır, hələ camaat maaş almayıb. Bayram qabağına ümidimiz var". Satıcıların sözlərinə görə, bəziləri bayram günlərində satmaq üçün indidən topdansatışdan meyvə-tərəvəz tədarükü görüb. Amma heç də hamısı yox. Çünki qazancından artırıb bayram ehtiyatı toplamaq da hər adama nəsib olmur. 3 manatlıq alma 12 manat Satıcılar deyir ki, qiymət artımı ilk növbədə onların cibinə təsir gəstərib. Çünki topdansatışda qiymətlər artırılıb. "Baxın, bu 20 kiloluq alma qutusunu indi 15 manata satırıq, çünki 12 manata alırıq. 4 gün əvvəl isə cəmi 3 manata alır, 5 manata satırdıq. Birdən-birə 4 dəfə bahalaşıb. Bir həftə əvvəl 5 manata 20 kilo alma alan alıcımız indi 15 manat eşidəndə inanmır. Başa sala bilmirik ki, bu, bizdən asılı deyil. Bunda bizə cəmi 2 manat pul qalır. 2 manata görə hamı ilə üz-göz oluruq. Çünki bura gələnlər əsasən daimi müştərilərdir". Malı hardan almalarına gəlincə, əksər bazarlar kimi bu bazarda da satıcılar topdansatış mərkəzi kimi Meyvəli bazarı seçir. "Orda da qiymətlər artıb, çünki əksər mallar rayondan gətirilir. Xaricdən gətirilən malların da qiyməti qalxıb. Amma əsl bahalaşma yanvarda olacaq. Amma məcburuq alaq. Bir-iki gün sonra bu qiymətlərə də öyrənəcəklər. İndi bir az çətin gəlir, 1 ay sonra elə bil heç nə olmayıb. Hamı elə təzə qiymətlərə alışacaq"- bunu da bir az əvvəl qiymətlərin bahalığından danışan satıcı deyir. Bazarın gülü kartof Bazarda qiyməti ilə hamını təəccübləndirən məhsul son bir həftənin qəhrəmanı olan kartofdur. 1 manat 30 qəpik- 1 manat 50 qəpik. Heç bir satıcı qiymətin niyə bu qədər artdığını izah edə bilmir. Sadəcə onu deməklə kifayətlənirlər ki, topdansatış bazarlarında onlara pərakəndə qiymətdən cəmi 20 -30 qəpik ucuzuna mal təklif olunur: "Kartofun qiyməti birdən-birə bahalaşdı. Əvvəlki gün heç kəs almadı ki, qiymət düşəcək. Amma kartof elə maldır ki, almasan olmur. İndi daha bu qiymətə öyrəşiblər. Düzdü əvvəl 3 kilo alan indi bir kilo alır, amma alır da. Deyinirlər, amma alırlar. Bizə nə lazımdı ki, malımız satılsın. Kartof olub bazarın gülü..." Bazarda bayram süfrəsini bəzəyəcək başqa məhsullar- məsələn, xiyar, pomidor, digər meyvələr kifayət qədər bahadır. Məsələn, xiyarın bir kilosu 2 manata satılır. Pomidor da qiymətinə görə ondan geri qalmır. Alıcıya gəlincə, hələlik azdır, amma satıcılar bayram günlərinə böyük ümid bəsləyir: "Bizimkilər son qəpiklərini də bayram süfrəsinə xərcləyirlər". Qazaxdan Bakıya yol 40 manat bahalaşıb Təzə bazarda Yeni ilin ərəfəsində olduğumuzu hiss etdirəcək heç nə yoxdur-bircə hind toyuqlarından başqa. Diri halda satılan hind toyuqları 20 manatdan başlayan qymətlərlə təklif olunur. Amma bu qiymətə aldanmayın. Əgər yeni ili müasir dünya ilə ayaqlaşıb hind toyugu yeməklə qarşılamaq istəyirsinizsə 20 manat sizə bəs etməyəcək. Çünki bu qiymətə aldığınız diri çəkili hind toyuğu bir bayram süfrəsi üçün çox azdır. Nəzərə alsaq ki, yarmarkalarda hind toyuğunun bir kilosu 9 manata satılacaq, o zaman ən yaxşı variant yarmarkaları gözləməkdir. Ətin qiyməti isə hələlik dəyişməyib 8-10 manat. Amma qəssablar bayram günləri qyimətin bir daha enməmək şərti ilə artacağına ümid edirlər: "Diri heyvanı Qazaxdan gətirmək üçün rayondan gələn maşına əlavə 40 manat veririk. Bunu çıxartmaq lazımdı ya yox?" "Bahalaşma yanvardan başlayacaq" Bazarlar qədər elə marketlərdəki qiymətlərdə də artım hiss edilir. Amma satıcılar bunun kütləvi olaraq bütün məhsullara şamil edilmədiyini bildirirlər. Dediklərinə görə, biz çox məhsulların qiymətində artım 20 qəpikdən o tərəfə keçmir. "40 qəpiklik tum indi 60 qəpik olub. Uşaqlar üçün şirniyyatın ədədində 10-20 qəpik bahalaşma var. Əsas mallar hələlik anbarda olan mallar olduğuna görə qiymət artımı yoxdur. Çünki əvvəldən alındığına görə köhnə qiymətlərlə satılır. Amma məsələn Rusiyadan gətirilən konftlərdə 50 qəpiklə 1 manat arasında bahalaşma var. Kərə yağlarında da qiymət artıb". Elə marketlərdə də deyirlər ki, bahalaşma dalğası əsasən yanvardan başlayacaq. Daha doğrusu, anbarlarda köhnə mallar satılıb qurtarandan sonra. Bir sözlə, yeni ilə yeni qiymətlərlə... "aznews.az"
2013-12-22
4,832
Suriya ordusu Türkiyə sərhədini bombaladı - Video
Suriya ordusu Türkiyə sərhədinə, Hatay əyalətinə yaxın ərazidə müxaliflərin nəzarətində olan Bab əl Hava sərhəd məntəqəsini bombalayıb. "Doğan" agentliyinin məlumatına görə, Suriya Hava Qüvvələrinə məxsus təyyarələr Hatayın Reyhanlı elindəki Cilvəgözü sərhəd məntəqəsinə 4,5 km məsafədə yerləşən Bab əl Havaya aviazərbələr endirib. Çoxsaylı ölü və yaralının olduğu bildirilir. Türkiyə yaralılara yardım etmək və ərazidən çıxarmaq üçün Bab əl Havaya təcili yardım maşınları göndərib. Orta məktəb bombalandı Bu arada Xüms şəhərində bir avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsndə ən azı 6 adam həyatını itirib. Terrorn Umm əl Əhməd qəsəbəsində bir orta məktəb binası yaxınlığında baş verib. Müxalifət tərəfdarı Suriya İnsan Haqları Birliyinin üzvü Rami Abdurrəhman həyatını itirənlər arasında uşaqların olduğunu da söyləyib. Valilikdən isə ölənlərin 10 nəfərə çatdığı, bunlardan 5-nin uşaq olduğu bildirilib.
2013-12-22
4,833
Türkiyә polisindәn mәtbuata sәrt yasaq
İstanbul Polis İdarәsinin yaydığı yazılı açıqlamada bütün Türkiyә әrazisindә mәtbuat nümayәndәlәrinin polis idarәlәrinә daxil olması bu gündәn etibarәn yasaq edilib. "Axar.az" Türkiyә mәtbuatına istinadәn xәbәr verir ki, polisin yaydığı yazılı açıqlamada belә deyilir: "Rәhbәrliyin tәlimatıyla 22.12.2013-cü il tairixindәn etibarәn mәtbuat nümayәndәlәrinin bütün Türkiyә әrazisindә polis idarәlәrinә girişi yasaqlanır. Hәr hansı bir yenilik vә ya açıqlama olacaqsa Polis özü mәtbuatı dәvәt edәcәkdir. Polisin Vәtәn vә Qeyrәttәpәdә yerlәşәn mәbuat üçün xidmәti otaqlarının açar vә giriş kartlarını tәhvil vermәlәri KİV nümayәndәlәrindәn xahiş olunur".
2013-12-22
4,834
Gülənin qarğışına AKP-dən cavab – Savaş
Fətullahçıların (Gülən camaatı – Gülən təriqəti) lideri Fətullah Gülənin son video-müraciətində qarğış etməsinə Türkiyənin hakim partiyası olan AKP-dən cavab gəlib. "Axar.az"ın məlumatına görə, AK Partiyasının Qaziantep millət vəkili Şamil Təyyar Türkiyə mediasına açıqlamasında bildirib ki, təriqətçilərə ən böyük zərbə qarğışdır. "Vəzifədən çıxmaları mürşidlərinin qarğışı qədər zərbə deyil". Qeyd edək ki, artıq AKP-yə yaxın media Fətullah Gülənə qarşı xəbərlərdə bitərəfliklərini qorumadan, birbaşa münasibət sərgiləyir və nurçulara kəskin münasibətlərini ortaya qoyurlar.
2013-12-22
4,835
Qaradağda kütləvi dava: iki nəfər xəstəxanalıq oldu
Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kütləvi dava olub. Məlumata görə, əvvəlcə iki nəfər arasında başlanan kiçik mübahisə sonradan böyük davaya çevrilib: ona yaxın şəxs Taleh Əsgərov adlı şəxsə hücum çəkərək onu döyüb. Taleh isə onlardan canını qurtarmaqdan ötrü yaxınlıqda ərzaq mağazası işlədən qardaşı Oqtayın yanına qaçıb. Onu döyən şəxslər isə bu dəfə mağazaya hücum edərək, hər iki qardaşı möhkəmcə döyüb, mağazanı dağıdıblar. Dava zamanı Taleh bıçaq xəsarəti, Oqtay isə kəllə-beyin travması və bədəninin müxtəlif yerlərindən möhkəm zədə alıb. Qardaşlar dərhal Musa Nağıyev adına xəstəxanaya çatdırılıb. Xəbəri aldıqdan sonra AzNews.az-ın əməkdaşı xəstəxanaya yollanıb və xəsarət alan şəxslərin yaxınları ilə söhbət edib. Onlar bildiriblər ki, cinayəti törədən şəxsləri tanıyırlar. Lakin onların saxlanması üçün polis hələlik heç bir addım atmayıb: "Məsələ ilə bağlı polisə şikayət etmişik. İş Şövqi adlı müstəntiqdədir. Lakin o, hadisədən üç gün keçməsinə baxmayaraq, işi törədənlərin heç birini dindirməyib. Bu gün onunla əlaqə saxladıq, dedi ki, gərək həmin adamları tapıb mənə versinlər ki, dindirim. Məsələ burasındadır ki, heç bizim uşaqları da dindirməyiblər. Bizim uşaqları döyən, dələduzluq edən həmin uşaqlar daim dava salır, müxtəlif məqsədlər üçün adamları döyüb, təzyiqlər göstərirlər, lakin polis həmin şəxsləri saxlamır. Yəqin bu dəfə də o niyyətdədirlər". Qaradağ Polis İdarəsinin növbətçi hissəsindən isə məsələ barədə məlumatlı olduqlarını bildirsələr də, hadisə ilə bağlı geniş məlumat verəsi səlahiyyətli şəxslərin işdə olmadığını bildiriblər: "Bu gün istirahət günüdür, sabah zəng vurun, ətraflı məlumat versinlər" (Aznews.az).
2013-12-22
4,836
Xodorkovski mətbuat konfransı keçirdi – Video
Rusiya Prezideti Vladimir Putinə yazdığı əfv ərizəsindən sonra azad olunan və Almaniyaya gedən "YUKOS" şirkətinin eks-sahibi, məşhur Mixail Xodorkovski bu gün ilk mətbuat konfransını keçirib. "Axar.az" bu mətbuat konfransının dünya ictimaiyyətinin diqətində olduğunu nəzərə alaraq, bütün çəkilişini olduğu kimi təqdim edir:
2013-12-22
4,837
Maşın, ev, yaşayış binası yandı – Xronika
Bu gün ölkə üzrə bir neçə yanğın hadisəsi qeydə alınıb. "Axar.az" Fövqəladə Hallar Hazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu yanıb. Sabunçu rayonunda ümumi sahəsi 70 kv.m olan taxta konstruksiyalardan ibarət tikilinin 40 kv.m sahəsi, Tovuz şəhərində isə məxsus ümumi sahəsi 252 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağı 35 kv.m sahədə və dam örtüyü yanıb. Yasamal rayonunda isə coxmərtəbəli yaşayış binasının şaxtasında 5-ci mərtəbədən 12-ci mərtəbəyə qədər elektrik naqilləri 200 p.m yanıb. Yanğın zamanı mənzillərdən 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğınların hamısı FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb. Araşdırma aparılır.
2013-12-22
4,838
Harun Yəhya Gülәn-Ərdoğan savaşına qoşuldu
"AKP ilə camaat arasında olan savaşı bitirmək üçün vasitəçilik edəcəm". "Axar.az" məlumat verir ki, bu açıqlamanı Harun Yəhya təxəllüsü ilə məşhur olan yazıçı Adnan Oktar verib. O, bu davanın başlanmasını ölkə üçün bədbəxtik adlandırıb. "AKP ilə camaatın (nurçuların) qarşı-qarşıya qalmaması üçün əlimizdən gələni edəcəyik. Heç kim iştaha düşməsin. Bu savaşı bitirəcəyik".
2013-12-22
4,839
Berluskoni hədiyyə almağa pul tapmır
"Silvio Berluskoninin yeni il gecəsi bayram ağacı bəzəyib, hədiyyələr almağa pulu yoxdur". "Axar.az" məlumat verir ki, bu informasiyanı İtaliya mətbuatı yayımlayıb. Mətbuat eks-baş nazirin uzun müddət davam edən məhkəmə prosesindən sonra demək olar ki, heç nəyi qalmadığını yazıb. Onun həyat yoldaşı ilə yaşadığı villanın istilik sistemləri də söndürülüb. Mətbuat malikanənin borc ucbatından gizlincə satışa çıxarıla biləcəyini yazıb.
2013-12-22
4,840
Fətullah Gülən haqqında şok sənəd yayımlandı
Camaatın (nurçuların) "silahsız terror təşkilatı" adlandırıldığı sənəd ortaya çıxıb. "Axar.az" məlumat verir ki, bu informasiya Türkiyə mətbuatında yer alıb. Mətbuatda sənəd Ərdoğanın "camaata (nurçulara) qarşı əməliyyatlar keçirəcəyik" deməsindən sonra ortaya çıxıb. Burada Fətullah Gülən və qrupunun düşmən saydıqları adamlar haqqında arxiv yaradıb, ondan şantaj kimi istifadə etdikləri, eləcə də maliyyə və kəşfiyyat şöbələrinə adamlarını yerləşdirərək vacib şəxsləri dinlədikləri bildirilib. Qeyd edək ki, sənəd 2001-ci ilə aiddir.
2013-12-22
4,841
Rusların ümidi Avromaydanadır
Avromaydan Rusiyada etirazların başlaması üçün impuls olacaq. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya "Həmrəylik" hərəkatının liderlərindən biri İlya Yaşin çıxış edib. O, rəsmi Moskvanın müxalifətə qarşı təyziqi bundan sonra artıracağını da bildirib. "Kreml bundan sonra bizə qarşı daha sərt olacaq ki, Kiyevdəkilər Moskvada təkrar olunmasın. Bizim ümidimiz Avromaydanadır".
2013-12-22
4,842
Jrinovskinin ən maraqlı savaşları - Video
Məşhur siyasətçi Vladimir Jrinovskinin adı Rusiya mətbuatında yenidən gündəmə gəlib. "Axar.az" məlumat verir ki, bu dəfə rus informasiya saytları liberal demokratların liderləri ilə bağlı yeni-yeni videolar yayımlayıblar. Rus mətbuatında paylaşılan videolarda əsasən V.Jrinovskinin konfliktləri və əlbəyaxa davaları yer alıb. Mətbuat bunu, partiya sədrinin Vladimir Putin tərəfindən iki nömrəli siyasətçi adlandırmasının nə qədər səhv olduğunu göstərmək üçün edildiyini bildirib. Hazırda təqdim edəcəyimiz kadrlar mətbuatda yer alıb və bir ay bundan əvvəl V.Jirnovskinin görüşlərindən toplanılaraq hazırlanılıb:
2013-12-22
4,843
Ərdoğana və Gülənə aid media holdinqlər – Siyahı
Türkiyədə "rüşvət əməliyyatı"nın nur təriqətinin (Türkiyədə fətullahçılara "camaat" deyilir) lideri Fətullah Gülənə bağlı şəxslər tərəfindən aparıldığı və bu əməliyyatın "Ərdoğansız AKP", "AKP-siz Türkiyə"yə hesablandığı rəyi artıq dərinləşməkdədir. Bir vaxtlar siyasi-dini baxımdan dost olan, hazırda isə üz-üzə dayanan Ərdoğanla Gülənin savaşının getdikcə daha aşkar müstəviyə çıxması ilə medianın mövqeyi də dəyişir. Artıq təkcə informasiya verməklə kifayətlənməyən media qurumları həm də ortaya münasibət qoymağa başlayıblar. Bu isə Ərdoğana və Gülənə aid media qurumlarını göz önünə gətirir: Türkiyədə əsas media qrupları hansılardır və kimi çətiri altındadır? Beləliklə, Türkiyənin əsas media holdinqləri: Albayraq Qrupu Qəzet: Yeni Şəfəq TV: TV Net, Cine5, SuperSSport, Gala TV, Viva TV. Radio: Show Radyo, Radyo 5, Nostalji Türk, Radyo Viva. Ciner Qrupu TV: Kanal 1, Habertürk. Dergi: FHM, Arena, Rolling Stone, OK, Marie Claire, Empire, Süper Dergi, PC Magazin, Seventeen, Marie Claire Maison, Electronic Gaming Monthly, Joy. İnternet media: Habertürk.com, Guncel.net. Radio: Habertürk Radyo Çalık Qrupu Qəzet: Sabah, Takvim, Yeni Asır, Pas Fotomaç. TV: ATV Dərgi: Yeni Aktüel, Bebeğim və Biz, Sinema, Sofra, Home Art, Şamdan Plus, Para, Global Enerji, Transport, Hukuki Perspektifler, Cosmopolitan, Harper’s Baazar, Auto Classic, Auto Motors & Sport, Cosmo Girl, Cosmopolitan Bride, Esquarie, Forbes Türkiye, House Beautiful, Hülya Radio: Radyo City. Nəşr: Turkuvaz Dağıtım (əvvəlki adı - Merkez Dağıtım) Çukurova Qrupu TV: Show TV, SKY Türk, Digital&Pay TV, Lig Tv, ShowMax, ShowPlus, GoldMax, GoldMax2, MovieMax, MovieMax2, ActionMax, TürkMax, MovieMax HD, ComedyMax, DiziMax, MyMax, İz TV, Estore Tv, S’nek TV. Qəzet: Akşam, Tercüman, Güneş. Radio: Alem FM, Lig Radyo. Dərgi: Alem, Total Film, Stuff, Platin, FourFourTwo, AutoCar, Eve, Maxim. Doğuş Qrupu TV: NTV, Kral TV, CNBC–e, e2, NBA TV, NTVSpor Radio: NTV Radyo, Radyo Eksen, Radio N101, Billboard Radio. Dərgi: CNBC-e dərgisi + e2 kanalı eki, Motor Boat, National Geographic, National Geographic Kids, CNBC–e Business, Billboard, Slam, F1 Racing, Evo. İnternet media: ntvmsnbc.com, ntvspor.net, cnbce.com,e2.tv.tr NTV Kitab Yayınları da Doğuş Qrupa aiddir. Fəza Qrupu Qəzet: Zaman, Today's Zaman. TV: Samanyolu TV, Samanyolu Haber TV, Mehtap TV, Ebru TV, Yumurcak TV. Dərgi: Aksiyon, SIZINTI, Yeni Ümit Haber Ajansı: Cihan Haber Ajansı İnternet media: Samanyoluhaber.com, zaman.com.tr Radio: Burç Fm, Dünya Radyo, SamanyoluHaber. Foks Qrupu TV: Fox TV, Baby TV, FX TV, FoxLife, National Geo Turkey. İhlas Qrupu TV: TGRT Haber TV, TGRT Pazarlama TV. Agentlik: İhlas Haber Ajansı. Qəzet: Türkiye Gazetesi. İnternet media: İhlas.net Radio: TGRT FM KANAL 7 Qrupu TV: Kanal 7, Ülke TV, Kanal7 Int, TVT. Radio: Radyo7, İstanbul'un Sesi Radyosu. İnternet media: Haber7.com, Cafesiyaset.com, Rotahaber.com, Tumspor.com, NewsTime7.com Koza İpək Qrupu Qəzet: Bugün TV-Radio: Kanaltürk Star (Sancaq) Qrupu Qəzet: Star. TV: Star, Star Auropa Doğan Qrupu Qəzet: Hürriyet, Milliyet, Posta, Vatan, Radikal, Fanatik, Referans, Turkish Daily News. TV: Kanal D, Star TV, CNN Türk Digital&Pay TV: Dream TV, Dream Türk, D Max, D Yesilçam, D Plus, D Çocuk, D Spor, BJK TV, GS TV, FIX TV, Movie Smart, Movies 24, Comedy Smart, Pembe Smart, D Shopping, TAY TV, Emlak TV. Time Warner & Doğan Ortaklığı: TNT TV, Cartoon Network TV Dərgi: Atlas, Auto Show, Blue Jean, Burda, Capital, Chip, Dr. Kuşhan’la Diyet, Ekonomist, Elele, Elle, Elle Decor, Ev Bahçe, Evim, Formsanté, Güncel Hukuk, Hafta Sonu, Hello, Hey Girl, İstanbul Life, Level, Lezzet, Maison Française, Pc Net, Seda Magazin, Seninle, Tempo, Yacht Türkiye, Goal. (Ayrıca 16 çocuk ile 2 gənçlik dərgisi) Agentlik: Doğan Haber Ajansı. Radio: RadyoD, Radyo Moda, CNN Türk Radio, Slow Türk. Beynəlxalq: Euro D, Euro Star. Kanal D Romania TV TME; qəzet: Iz Ruk v Ruki, Expressz, Oglasnik. İnternet media: Hurriyet.com.tr, Milliyet.com.tr, Yenibiris.com, Insankaynaklari.com, Hurriyetemlak.com, E–Kolay E–Kolay.net, Azbuz.com, HepsiBurada.com, Gayet.net, HerEveLazim.com.tr, HemAlHemSat.com, GeziSitesi.com, OnPunto.com, TatilSepeti.com. Nəşr və yayım: Yaysat, DPP Dergi Pazarlama Planlama, Doğan Printing Center, Dogan Ofset. (D Productions, Kanal D Home Video, MedyaNet, Doğan Kitap, Altın Sayfalar, DMC, Doğan Telekom, Smile ADSL, D&R.) Bu media qruplarının biri – Fəza Qrupu Fətullah Gülənə bağlıdır. Digər bütün media qruplarını AKP hakimiyyətdə olduğu bu illər ərzində özününküləşdirib. Müxalifətə aid olan və ya müstəqilliyə meylli bu qruplardan kənarda Türkiyədə media nümunələri var. Onlar aztirajlıdır, media qrupu səviyyəsində və ya ictimaiyyətə siyasi təsir gücü olmayan, əksəriyyəti şou-maqazin xarakterli mediadır.
2013-12-22
4,844
AKP-dən Gülənə qarşı yeni hücum - Video
Fətullah Gülənin bəd dua və qarğış etməyin pis əməl olduğunu bildirən videosu yayımlanıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeni video bütün sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biridir. Qeyd edək ki, dünən Fətullah Gülənin rüşvət əməliyyatı ilə bağlı video-açıqlaması yayımlanmışdı. Burada təriqət lideri onlara şər atanlara qarğış etməklə cavab vermişdi. Videonu təqdim edirik.
2013-12-22
4,846
Yük maşını yoldan çıxaraq aşıb
Sabirabad rayonunda "A-Trans-Motors" MMC -yə məxsus qumla yüklənmiş "Shaqman" markalı yük maşını yoldan çıxaraq aşıb. Hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində baş verib. Ağır yüklü avtomobilin təkəri sürüşərək yoldan çıxıb və çevrilib. Sürücü hadisə yerindən qaçıb. Ona görə də polislər onun şəxsiyyətini dərhal müəyyənləşdirə bilməyiblər. Qəza ilə bağlı yolda tıxac yaranıb. Qəzanın nəticələri aradan qaldırılıb (Apa.az).
2013-12-22
4,847
Liviyada partlayış: 6 ölü, 15 yaralı
Liviyanın şərqində yerləşən Benqazi şəhəri yaxınlığında terrorçu-kamikadze hərbi bazanın girişində avtomobil partladıb. Məlumata görə, partlayış nəticəsində azı 6 hərbçi ölüb, 15 nəfər yaralanıb.Hərbi baza Benqazi şəhərindən 50 km şərqdə yerləşir (musavat.com).
2013-12-22
4,848
Rumıniyada 40 maşın toqquşub
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, 4 nəfər xəsarət alıb. Rumıniyanın Alba əyalətində asfaltın buz olması səbəbindən 40 avtomobil toqquşub. Rusiya mətbuatına istinadən verilən məlumata görə, qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, 4 nəfər xəsarət alıb.
2013-12-22
4,849
Viktor Yanukoviç Moskvaya gedir
Ukrayna prezidentgələn həftə Moskvaya yollanacaq. Verilən məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. Nazir müavini deyib ki, Moskva şəhərində keçiriləcək Avrasiya Ali Şurasının iclasında Ukrayna, Belarus və Qazaxıstan prezidentləri də iştirak edəcək. İclasa həmçinin digər ölkə başçıları, xüsusilə Ermənistan və Qırğızıstan prezidentləri də dəvət edilib. Karasin bildirib ki, Avrasiya İqtisadi Birliyi 2015-ci ilin əvvəlində yaradılacaq (musavat.com).
2013-12-22
4,850
"Rüşvət əməliyyatı" İzmirdə də təsirini göstərdi
İstanbulda "Rüşvət əməliyyat"ı çərçivəsində polis amirlərinin yerlərinin dəyişdirilməsi İzmirə də siraət edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdə də təyinatlar ilk olaraq İzmir Təhlükəsizlik İdarəsinə 13 şöbə və bölgə müdirinin yerinin dəyişdirilməsi ilə başlayıb. Daha əvvəl Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinə təyin olunan Emin Göktaş bu dəfə Şahidlərin Qorunması İdarəsinə təyin edilib. Şahidlərin Qorunması İdarəsi Şöbə müdiri Şövkət Canıtez Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, bu idarənin müdiri Mehmet Akpınar Bornova İlçə Təhlükəsizlik müdir müavini vəzifəsinə gətirilib.
2013-12-22
4,851
İstanbulda gərgin anlar: polisə hücum çəkdilər
Kadıköy meydanına toplaşan aksiya iştirakçıları polisi daşa basaraq dəyənəklərlə onlara hücum çəkiblər Türkiyənin İstanbul şəhərinin Kadıköy meydanında keçirilən etiraz aksiyasında gərginlik yaşanıb. Verilən məlumata görə, etirazçılar 17 dekabrda həyata keçirilən korrupsiya əməliyyatı ilə bağlı şüarlar səsləndiriblər. Bundan sonra aksiya iştirakçıları polisi daşa basaraq dəyənəklərlə onlara hücum ediblər. Polis isə su şırnağı və bibər qazı ilə aksiya iştirakçılarına müdaxilə edərək geri çəkilib. Halı xarablaşan bir qadının təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilir ("Musavat com").
2013-12-22
4,852
ABŞ sabiq İsrail Baş nazirini də dinləyib
Amerika və İngilis kəşfiyyatı sabiq İsrail Baş nazi Ehud Olmerti də dinləyib. Bu barədə Edvard Snouden tərəfindən Nyu-York Taym-sa verilən 2009-cu il tarixi sənədlərdə bildirilir. "Axar.az"ın Sabah-a istinadən xəbərinə görə, Kəşfiyyat təşkilatları peyk siqnalları vasitəsi ilə sabiq İsrail Baş naziri Ehud Olmertin və yaxın ətrafında olan səlahiyyətlilərin elektron poçt adresini izləyib. Olmert məsələ ilə bağlı açıqlamasında elektron poçt ünvanının gündəlik işlər üçün istifadə etdiyini və hər hansı bir dövlət sirrinin bu ünvanda yerləşdirilmədiyini deyib.
2013-12-22
4,853
"Şahdəniz": 200 milyard gəlir, 10 min iş yeri
1994-cü ildə Azərbaycanda "Əsrin müqaviləsi" imzalandı. Həmin dövrdə bir çoxları onun əhəmiyyətini tam anlamasalar da sonradan neft müqaviləsinin Azərbaycanı hansı səviyyəyə çıxaracağı əyani şəkildə aydın oldu. 19 il əvvəl bağlanan kontraktın məntiqi davamı bu həftə Bakıda imzalanan "21-ci əsrin müqaviləsi" oldu. Bununla da "Şahdəniz" yatağından qaz hasilatının ikinci mərhələsinə start verildi; bununla da Azərbaycan öz qazını Avropaya nəql etmək üçün lazım olan qaz kəmərləri infrastrukturunu əldə edəcək. Bu isə ölkənin qaz ehtiyatlarının qiymətinin artması deməkdir. Layihənin təsirini hər bir vətəndaş hiss edəcək. Çünki layihə çərçivəsində bütün işlərin görülməsi zamanı Azərbaycan şirkətlərinə üstünlük veriləcək. 17 dekabr - bu tarix indiyə qədər bizim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Amma bundan sonra biz bu günü əhəmiyyətli bir tarix kimi qeyd edəcəyik. Çünki məhz bu gündə Azərbaycan qazının Avropaya nəqlinə imkan verən sənədlər imzalandı. "Şahdəniz" yatağının işlənməsinin 2-ci mərhələsinə başlamaq üçün yalnız konsorsiumun yekun investisiya qərarını verməsi qalmışdı. Bu da öz həllini tapdıqdan sonra artıq bütün maneələr aradan qalxdı. Beləliklə, 1,2 trilyon kubmetr qaz ehtiyatı olan "Şahdəniz" də hasilatın ikinci mərhələsi üzrə işləri görəcək şirkətlər öz payını müəyyən etdilər. Azərbaycanın Dövlət Neft Şirkəti Statoil-in layihədəki 6,7% hissələrini alaraq ikinci payçaya çevrildi. SOCAR layihədə 16,7%-lə iştirak edəcək. BP isə layihənin operatoru olmaqla bərabər, ən böyük paya malik şirkəti oldu. İmzalanma mərasimi gözlənilməz qərarlarla da yadda qaldı. Əgər əvvəl "Şahdəniz" qazının TAP-la Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyaya çatdırılması nəzərdə tutulurdusa, indi yeni ölkələrdən söhbət gedir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu layihənin bir çox Avropa ölkəsini əhatə edəcəyini deyib: "Bizim "Şahdəniz" in ilkin mərhələdə əhatə etdiyi ölkələrlə, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan, İtaliya ilə sıx əməkdaşlığa ehtiyacımız var. Növbəti mərhələdə biz Monteneqro, Xorvatiya ilə əməkdaşlıq edəcəyik. Biz bu kəmərin Balkanlara qədər uzadılmasını planlaşdırırıq. Eyni zamanda mən ümid edirəm ki, biz qarşıdaki illərdə Ruminiya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla işləyəcəyik. Bu kəməri ordakı məntəqələrə çatdırmaq üçün". Əslində, Azərbaycan qazının Balkanlara çatdırılması məsələsi hələ oktyabrda, Azərbaycan prezidentinin Türkiyəyə səfəri zamanı müzakirə olunmuşdu. Hətta Türkiyənin Baş naziri bu barədə açıqlama da vermişdi. "Mən təklif elədim ki, biz Balkanlarda böyük qaz layihələri həyata keçirək". Bundan cəmi 1 ay sonra Azərbaycan qazının Balkanalara nəqli ilə bağlı memorondum imzalandı. Balkanlarda möhkəmlənmək, Azərbaycanın nüfuzunun bu bölgədə artması beynəlxalq arenada yeni dəstək deməkdir. Bu layihəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Monteneqro Prezidenti Filip Vuyanoviç bununla ölkəsində əhalinin rifah səvyyəsinin yüksələcəyini deyib: "Bu layihə çərçivəsində mənim ölkəmdə yeni iş yerləri açılacaq. Yeni investisyalar qoyulacaq, iqtisadiyyat inkişaf edəcək. Əhalimizin rifahi yaxşılaşacaq. Buna görə Azərbaycana, Prezident İlham Əliyevə təşəkkür edirəm". Digər məsələ, Ruminiya, Macarıstan və Avstriya isə demək olar ki, Nabucco layihəsinin marşrutunda yerləşir. Avropa Birliyinin uğrunda mübarizə apardığı bu layihə qəbul olunmasa da, indi söhbət Azərbaycan qazının bu xətt üzrə nəqlindən gedir. "Nabucco"dan imtina edilərkən, bunun Moskvanın təzyiqi ilə baş verdiyi deyilirdi. Amma bu ölkələrin bazarının hədəfdə saxlanması cəsarətli bir addım sayıla bilər. Bütün bu layihələrin reallaşması dövlət büdcəsinə əlavə vəsait daxil olmasına, eyni zamanda ölkədə yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Hesablamalara görə, "Şahdəniz-2" qazının Avropaya satışı ölkəmizə 200 milyard dollar gəlir gətirəcək. Təkcə yatağın istismarı, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi işləri 10 min yeni iş yeri deməkdir. Bundan əlavə xidmət və digər yardımçı işlər də nəzərə alınsa, bu rəqəmin daha böyük olacağını demək olar. (ANS)
2013-12-22
4,854
"Məqsədi və hədəfi çox fərqli olan böyük bir tələ ilə üz-üzəyik"
"Məqsədi və hədəfi çox fərqli olan böyük bir tələ ilə üz-üzəyik". Bunu Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan korrupsiya qalmaqalı ilə bağlı açıqlamasında deyib: "Nə mənim, nə övladımın, nə də onun qədər dəyərli həmkarlarımın səhv addım atması doğru deyil. Qarşıdakı günlərdə hər şey aydın olacaq". Nazir bütün bu hadisələrdən üzüağ çıxacaqlarını bildirib. Xatırladaq ki, İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub. Bununla yanaşı, korrupsiya qalmaqalını araşdıran yüksək vəzifəli polis məmurları işdən azad edilib. Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub. Həmçinin korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır. Qeyd edək ki, bu gün Türkiyədə korrupsiya qalmaqalında adı hallanan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmir həbsdən azad edilib. Həmçinin məhkəmənin qərarı ilə daxili işlər nazirinin oğlu Barış Gülər və iş adamı Rza Zərrab barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həbs olunanlar arasında iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan da var. (Trend)
2013-12-23
4,855
Mir Şahin Rövnəq Abdullayevi niyə təbrik etdi? - Video
"Şahdəniz-2" müqaviləsi üzrə investisiya sazişinin imzalandığı gün Yunanıstanın öz qazpaylayıcı şəbəkəsini Azərbaycana satmaqdan imtina etməsi barədə xəbər yayıldı. Bundan əlavə, bəzi ekspertlər Dövlət Neft Şirkətinin Norveçin "Statoil" və Fransanın "Total" şirkətinin payının bir hissəsini almasını, Türkiyənin layihədə payının artırılmasını "Şahdəniz-2"-nin həyata keçirilməsində problemlər kimi xarakterizə etdilər. Mir Şahin bu və digər mövzulara Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə müsahibədə aydınlıq gətirib. "Azərbaycanda axır 10 ildə böyük qaz yataqları aşkar olunub. Şahdənizdən sonra Abşeron, Ümid, Babək çox prespektivlidir və böyük imkanlar görünür. Bu böyük qaz potensialını 2 trilyon yarımdan yuxarı olan ehtiyatları yataqda durursa, xalqa heç bir xeyir gətirmir. Bilirsiniz ki, qaz layihəsini həyata keçirtmək neftdən çox-çox çətindir. Nefti uzaqbaşı dəmir yolu, gəmi ilə gətirə bilərik, amma qazı boru xəttləri infrastrukturu olmasa, bu potensialı istifadə etmək qeyri-mümkündür. "Şahdəniz" layihəsinin 2-ci fazasının həyata keçirilməsi mühümdür ki, Azərbaycanın gələcək 50 ilinin iqtisadi potensialına böyük imkanlar yaransın. Biz "Şahdəniz-2" layihəsini həyata keçirməklə, boru kəmərinin genişlənməsi, TANAP-ın tikilməsi və TANAP-da Avropaya birləşən TAP-ın tikilməsi ilə artıq Azərbaycan qaznın Avropaya yolunu açmağa nail olmuşuq. Əgər bu infrastruktur olmasa, "Abşeron" qaz yatağından çıxan qazın heç bir qiyməti olmaz. Bunun iqtisadiyyatda böyük effekti olacaq. Bu layihə həmçinin qeyri-neft sektorunun inkişafına da böyük təkan verəcək. "Şahdəniz-2" o qədər böyük yataqdır ki, onun potensialı bu 50 milyardlıq infrastrukturun qurulmasına imkan verir. Qalan yataqlar ondan istifadə edərək bəhrələnəcəklər. "Statoil" şirkəti bu layihədəki 10 faizlik payını bizə satdı. Bundan başqa, onlar bu layihədəki öz üstünlük haqlarını da SOCAR-a verdilər. Satış söhbəti olacağı təqdirdə burda söz haqqı Azərbaycan dövlətindədir. Bunun kimə satılmasına ancaq biz icazə verə bilərk. Türkiyə dövləti də bizə müraciət edərək paylarının artırılmasını xahiş ediblər. Cənab Prezidentin göstərişi ilə onların TANAP-dakı payı 10 faiz artırılıb ki, bu da 30 faiz deməkdir. Bununla bağlı artıq sənədlər hazırlanır. Minimum 51 faiz pay sahibi olmaqla TANAP-ın bütün hüquqları bizdədir. Biz payçılarımıza heç bir səs hüququ vermirik". Sonda Rövnəq Abdullayev Yunanıstanın DESFA qazpaylaıyıcı şəbəkəsinin özəlləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Bəzi KİV-lərin yaydığı məlumatları təkzib edən R. Abdullayev deyib ki, SOCAR tenderi udub, qazpaylayıcı şəbəkənin özəlləşdirilməsində heç bir problem yoxdur (ANS).
2013-12-23
4,856
Bakıda yazıçı evində tənha öldü - Yeniləndi
2013-12-23 00:31:50 Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1952-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən Əzizova Nəzakət Məhərrəm qızı huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə nəticəsində N.Əzizovanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. *** 2013-12-23 10:20:50 Nəzakət Əzizova Yazıçılar Birliyinin üzvü olub. Bir neçə kitab müəllifidir. Həmçinin Hüseyn Cavid dramaturgiyasının araşdırmaçılarından biri kimi tanınıb.
2013-12-23
4,857
İsraildə bombalı hücum: xəsarət alan var
Təl-Əvivdə bələdiyyə avtobusunda bomba partlayıb. "Axar.az"ın məlumata görə, partlayış nəticəsində bir nəfər yaralanıb. Polis hadisənin terror aktı ola biləcəyini açıqlayıb. Təhlükəsizlik qaynaqlarından verilən məlumatda bildirilir ki, paytaxt Təl-Əvivdə şəxsiyyəti hələ də müəyyən olunmayan şəxslər bələdiyyə avtobusuna paket qoyub. Paketdə bomba olduğundan şübhələnən sürücü polisə xəbər verib. Hadisə yerinə gələn polis bombanın zərərsizləşdirilməsi üçün tədbir gördüyü zaman bomba partlayıb. Bombanın təsiriylə avtobusun şüşələri qırılıb, ətrafa ciddi ziyan dəyib. Qeyd edək ki, 2012-ci ilin noyabr ayında da Təl-Əvivdə bələdiyyə avtobusunda bomba partlamışdı. Həmin hadisə zamanı 23 nəfər xəsarət almışdı.
2013-12-23
4,858
Ötən ilin terror qurbanları - 15.400
Dünyada terror aktlarından həlak olan və yaralananların sayı ildən ilə artır. Ötən il dünyada 8400 terror aktı qeydə alınıb və 15 min 400 nəfər terrorun qurbanı olub. Bu barədə Terrorizmi Öyrənən və Terrorizmə Qarşı Mübarizə Aparan Konsorsium məlumat yayıb. Məlumatda bildirilir ki, terror aktları ən çox Pakistan, İraq və Əfqanıstanda törədilib. Hindistan, Nigeriya, Somali, Yəmən, Tailand və digər ölkələr də vaxtaşırı terrora məruz qalıblar. Bu ölkələrlə müqayisədə Avropada terror aktlarının səviyyəsi xeyli aşağıdır. Ötən il Avropa ölkələri arasında Fransa və Şimali İrlandiya daha çox terror aktlarına məruz qalıb. Keçən il Fransanın Tuluz şəhərində və Korsika adasında bir neçə nəfərin ölümü ilə nəticələnən terror aktı qeydə alınıb. (AzərTac)
2013-12-23
4,859
Sabiq müdafiə naziri Dadaş Rzayev işdən çıxarılır
Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayev Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsindən, bununla da Müdafiə Nazirliyindəki ştatdan çıxarılacaq. Bu barədə hərbi mənbələrdən məlumat verilib. D.Rzayevlə yanaşı həmin təşkilatda rəhbər vəzifələrdə çalışan digər şəxslər – Məhəmmədhüseyn Sarıyev və polkovnik Həsən Əmirovun da vəzifələrindən və MN-dən tutduqları ştatdan çıxarılacağı gözlənilir. Məlumatı verən mənbə bunu Müdafiə Nazirliyinin yeni rəhbərliyinin sözügedən təşkilatda dəyişikliklər etməsi arzusu ilə əlaqələndirir. Digər məlumata görə, sözügedən qərarın kökündə adları çəkilən zabitlərin keçmiş müdafiə naziri Səfər Əbiyevin "qruplaşmasına" daxil olması durur ("milaz.info").
2013-12-23
4,860
Ərdoğanı kəfənə bürünüb qarşıladılar - Video
Türkiyə Baş naziri Ərdoğan Trabzon Havalımanında bir qrup tərəfindən kəfən geymində qarşılanıb. Üzərlərinə kəfən geyinən qrup üzvləri "Kəfənimizlə gəldik, ölümünə sizinləyik" yazılmış pankartlar qaldırıblar. Burada onu gözləyənlərə xitab edərək onlara möhkəm olmalarını 30 martda keçiriləcək bələdiyyə seçkilərinin fərqli olacağını və bunun sevincini birlikdə yaşayacaqlarını deyib. Baş nazir Ərdoğan Türk Hava Yollarına aid təyyarə ilə axşam saatlarında Pakistana səfərə yola düşüb.
2013-12-23
4,861
Zaqatalada yol qəzası: maşın yandı
Zaqatalada avtomobilin yanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Sumaylı kəndi ərazisində baş verib. Zaqatala rayon sakini Rahib Məmmədov idarə etdiyi "VAZ 2101" markalı avtomobillə Sumaylı kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı dəmir hasara vurub. Qəza nəticəsində sürücü Rahib Məmmədov heç bir xəsarət almasa da, qəzadan sonra avtomobildə qəfildən yanma baş verib. Hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində "VAZ 2101" markalı avtomobilin yanar konustruksiyaları yanaraq avtomobil yararsız hala düşüb. Fakla bağlı Zaqatala rayon Polis Şöbəsində və Zaqatala rayon DYMH-də araşdırma aparılır. (ANS)
2013-12-23
4,862
"Qalatasaray"dan möhtəşəm qələbə - Foto
Keçmiş rəqibi "Fənərbaxça"nın Karabük stadionunda itirdiyi 3 xaldan sonra zirvəyə qalxmaq üçün dözümü qalmayan "Qalatasaray" "TT Arena"da Avropa kuboklarında iştirak etmək üçün yoluna uğurlara davam edən "Trabzonspor"u qəbul edib. Burak Yılmazın atdığı qollarla meydandan qələbə ilə ayrılan "Qalatasaray" "Fənərbaxça" ilə arasındakı xal fərqini 8-ə endirməyi bacardı. "Trabzonspor"dan isə tək topu qarşı tərəfin qarşısına Olcan Adın vurub. Oyunun birinci hissəsi heç-heçə başa çatsa da, ikinci hissədə "Qalatasaray" qarşı tərəfə təzyiqləri daha da artırıb. Komandanın hollandiyalı ulduzu Vesley Sneyder başladığı hücumlarla "Trabzonspor" ciddi təhlükəyə çevrilib. Oyunun 60-cı dəqiqəsində Burak Yılmazın vurduğu qol "Qalatasaray"a ilk qələbəni qazandırıb. 65-ci dəqiqədə isə Olcan Adın vurduğu qolla hesabı bərabərləşdirib - 1:1. "Sarı-qırmızı"lar 2 dəqiqə keçməmiş, yəni 67-ci dəqiqədə Burakın vurduğu qolla yenidən önə keçdilər. Oyunun sonrakı dəqiqələrində sarı-qırmızılar bir neçə dəfə qarşı tərəf üçün təhlükəli vəziyyət yaratsalar da, növbəti qələbələri qazana bilməyiblər. Beləliklə, oyun 2:1 "Qalatasaray"ın qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə "Cim-Bom"un xal hesabı 30-a qalıb, "Trabzonspor" 24 xalla bir qədər də geriləyib. QALATASARAY: 2 - TRABZONSPOR : 1 Stadion: Türk Telekom Arena Hakimlər: Fırat Aydınus, Serkan Ok, Aleks Taşçıoğlu Qalatasaray: Muslera, Sabri Sarıoğlu, Gökhan Zan, Semih Kaya, Riera (80 - Chedjou), Yekta Qurtuluş, Melo, Selçuk İnan (88 - Ceyhun Gülselam), Sneijder (85 - Aydın Yılmaz), Burak Yılmaz, Droqba Trabzonspor: Onur Rəcəb Kıvrak, Bosinqva, Mustafa Yumlu, Bamba (85 - Qədr Keleş), Aykut Dəmir, Olcan Adın, Aykut Akgün, Zokora, Colman, Yusuf Ərdoğan (70 - Emre Güral), Henrique Qollar: 60 və 67-ci dəqiqlələrdə Burak Yılmaz ("Qalatasaray"), 65-ci dəqiqədə Olcan Adın ("Trabzonspor") Qırmızı kart: 76-cı dəqiqədə Colman ("Trabzonspor") Sarı kartlar: 45 +1 dəqiqədə Mustafa Yumlu, 64-cü dəqiqədə Bamba ("Trabzonspor"), 77-ci dəqiqədə Riera, 79-cu dəqiqədə Droqba ("Qalatasaray") (anspress).
2013-12-23
4,863
Bakıda avtomobil yandı
Bu gecə Bakı şəhərində avtomobil yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, şəhərin Binəqədi rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 02:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Cəlilabad rayonunda da yanğın hadisəsi baş verib. Rayonun Sabirabad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.
2013-12-23
4,864
“Apple” Çin bazarına girdi
"Apple" firması son nəsil "iPhone"-ların Çində satışı haqda Çin mobil əlaqələr operatoru "China Mobile" ilə müqavilə imzalayıb. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, "Çin "Apple" üçün çox vacib bazardır"- deyə firmanın icraçı direktoru Tim Kuk bildirib. iPhone 5S və 5C-nin satışı Çində 2014-cü il yanvarın 17-dən baş tutacaq. Qeyd edək ki "China Mobile"ın 760 milyon müştərisi var.
2013-12-23
4,865
Zaqatalada "Mercedes" piyadanı vurdu
Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qazax rayon sakini İlqar Adil oğlu Mamedov "Mercedes" markalı, "99 EL 535" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əvvəlcə "Niva" markalı avtomobillə toqquşub, sonra idarəetməni itirərək yolun kənarı ilə hərəkət edən piyada - Zaqatala şəhər sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Şamil Həsən oğlunu vurub. Yaralı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır hesab edilir.Fakla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır (Trend.az) .
2013-12-23
4,866
Boksçularımız Rusiyadan 8 medalla qayıdırlar
Rusiyanın Xantı-Mansiysk şəhərində boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub. Verilən məlumata görə, komandamız turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub. 56 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov finalda yerli boksçu Murad Arslanovu məğlub edərək 1-ci yerə layiq görülüb. Abdulqadir Abdullayev də (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Baku Fires" klubunun üzvü həlledici döyüşdə Çin idmançısı Vei Fenq üzərində qələbə qazanıb. Qeyd edək ki, A.Abdullayev yarımfinalda belaruslu Leonid Çernobayevi 1-ci raundda nokauta salmışdı. 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenso Sotomayor yerli boksçu Georgi Lizunenko ilə qarşılaşmada üstün olsa da, hakimlər qələbəni rəqibə veriblər. Batraz Qurtsiyev də (81 kq) yarışı gümüş medalla başa vurub. Boksçumuz finalda yerli komandanın üzvü Eduard Əbdürrəhmanova uduzub. Rüstəm Musayev (49 kq), Nəsrəddin Məmmədov (60 kq) Tamerlan Abdullayev (69 kq) və Kamran Mehdiyev (91+kq) isə bürünc medalla kifayətləniblər (Trend.az).
2013-12-23
4,867
Ərdoğandan gözlənilməz Pakistan səfəri
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Pakistana gedib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan pakistanlı həmkarı Nəvaz Şərifin dəvətilə Pəncab əyalətinin paytaxtı Lahora gedib. Mətbuat səfərin ikinci hissəsinin sabah İslamabadda davam edəcəyini bildirib. Pakistan prezidenti Məmnun Hüseynlə görüşü planlaşdırılan Ərdoğanın həmçinin baş nazirlə də görüşəcəyi nəzərdə tutulub (Ensonhaber.com).
2013-12-23
4,868
39 yaşlı qadın intihar etdi
Şəkidə 39 yaşlı qadın intihar edib. Şəki rayon Prokurorluğundan verilən məlumata görə, dekabrın 22-də 1974-cü il təvəllüdlü Əbdürrəhmanova Əntiqə Abakər qızı Şın kəndində yaşadığı evdə özünü asaraq intihar edib. Hələlik intiharın səbəbləri məlum deyil. Lakin onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Qeyd edək ki, 39 yaşlı Əntiqə Əbdürrəhmanova iki övlad anasıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır (Trend).
2013-12-23
4,869
Jurnalistlər Göygöldə sonuncu alman vətəndaşının evində - Foto
Mədəniyyət və Turizm Nazirliyinin bir qrup KİV nümayəndəsi ilə 2013-cü il üçün "Azərbaycanın sənətkarlıq paytaxtı" elan olunan Göygöl rayonuna təşkil etdiyi "Media turu" çərçivəsində jurnalistlər Göygöl rayonunda olublar. Jurnalistlər ilk olaraq Göygöl rayon Tarix Diyarşünaslıq Muzeyində olublar. Almanlarla ünsiyyətdə olan yerli sakin Fikrət İsmayılov jurnalistlərə məlumat verib ki, muzey əvvəllər almanlar tərəfindən tikilən kilsə olub və 2008-ci ildə restavrasiyadan sonra rayon tarix diyarşünaslıq muzeyi kimi istifadə olunur. Almanların 1818-ci ildə Gəncəyə gəldiyini deyən F.İsmayılov qeyd edib ki, onlar 122 il burada yaşayıblar: "Göygölü məhz almanlar yaşayış məskəni kimi inşa ediblər. Burada yaşadıqları müddətdə onlar əsas məşğuliyyəti şərabçılıq olub. 1903-cü ildə almanlar Hacıkənddən Göygölə su kəməri inşa ediblər". Göygöl rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Rita İbrahimova jurnalistlərə bildirib ki, muzeydə 2000-ə yaxın eksponat qorunur və onlardan bir çoxu Göygölə səfər edən almanlar tərəfindən hədiyyə edilib. İl ərzində muzeyi 5000-ə yaxın turistin ziyarət etdiyini deyən R.İbrahimova qeyd edib ki, Göygölə gələn xarici turistlər içərisində daha çox vaxtilə burada yaşayan almanların nəvə və nəticələridir: "Onlar Göygöldə yerləşən babalarının qəbrlərini ziyarət edir, evləri və yaşayış tərzlərindən xəbər verən ev əşyaları ilə tanış olurlar". Daha sonra media mənsubları Göygölün sonuncu alman vətəndaşı olan Viktor Klaynın evi ilə tanış olublar. Jurnalistlərə məlumat verilib ki, V.Klayn 1 sentyabr 1935-ci ildə anadan olub və 29 mart 2007-ci ildə 72 yaşında vəfat edib. Qeyd edək ki ,hazırda evin hər bir əşyası qorunur və evin gələcəkdə muzeyə çevrilməsi planlaşdırır. Bundan sonra jurnalistlər Göygöl "Azərbaycanın sənətkarlıq paytaxtı" adlı sərgi ilə tanış olublar. Sərgidə Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Mədəniyyət və Turizm Nazirliyini Mədəniyyət Siyasəti şöbəsinin müdiri Fikrət Babayev və Göygöl rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Sərgidən sonra jurnalistlər Göygöl "Azərbaycanın sənətkarlıq paytaxtı" adlı konsert proqramına qatılıblar. (Anspress.com)
2013-12-23
4,870
AKP-dən rüşvət etirafı - İlk
"On bir ildir AKP iqtidardadır. Bu rüşvətləri son aylarda almadılar ki? Nə oldu, istifadə etmək indimi işinizə yaradı?" "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Türkiyə Konstitusiya Komissiyasının rəhbəri Burhan Kuzu çıxış edib. Dünən tvitter hesabında bu sözləri yazan B.Kuzu camaatı bu videoları yaymaqda günahlandırıb: "Adamdan soruşarlar: on bir ildir harada idiniz? On bir ildir AKP iqtidardadır. Yoxsa bu rüşvətlər son aylardamı alındı? İstifadə etmək indimi işinizə yaradı?" Qeyd edək ki, AKP nümayəndələri bu günə qədər rüşvət əməliyyatında irəli sürülən bütün faktları inkar edirdilər.
2013-12-23
4,871
Baş Prokurorluq həkim terroruyla bağlı hərəkətə keçib
Həkim terroru nəticəsində həyatını itirən tənqidçi Elnarə Tofiqqızının ölüm işinin araşdırılması ilə bağlı Baş Prokurorluq hərəkətə keçib. Bu barədə "Axar.az"a mərhumun həyat yoldaşı, zərərçəkən Anar Niftəliyevin vəkili Səməd Vəkilov açıqlama verib. Onun sözlərinə görə, hazırda çinayət işinin materialları öyrənilmək üçün Nəsimi Rayon Prokurorluğundan alınıb: "Ötən həftə zərərçəkən Anar Niftəliyevin Baş prokuror Zakir Qaralova müraciətindən sonra nəhayət qurumdan reaksiya verilib. Belə ki, mərhum Elnarə Tofiqqızının ölüm faktının araşdırılması istiqamətində aparılan istintaqın materialları Nəsimi Rayon Prokurorluğundan alınaraq öyrənilməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Baş Prokurorluğun işi öyrəndikdən sonra zəruri tapşırıqlar verəcəyini gözləyirik". S.Vəkilov müstəqil tədqiqatın gedişinə də aydınlıq gətirib. Araşdırma üçün "Medi Sina" Tibb Mərkəzinə sorğu verdiyini deyən hüquqşünas mərkəzin cavabdan yayındığını bildirib.