date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-24
4,976
Simanı yadda saxlayan hormon tapıldı
Amerikalı alimlər simanı yadda saxlayan geni müəyyən ediblər. Bu genin adı OXTR-dı. O, bağlılıq, inam və sosial yaxınlaşmada vacib rol oynayan oksitosin hormonunun mənimsənməsinə cavabdehdir. Alimlər Britaniya və Finlandiya olan 198 ailə üzərində aparılan araşdırmadan sonra bu qənaətə gəliblər.
2013-12-24
4,977
2 ev, 1 çayxana yandı
Bu gecə ölkə daxilində 3 yanğın hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gecə Şəki, Kürdəmir və Balakən rayonlarında yanğın olub. Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət çayxananın içərisində 20 kv.m sahədə məişət əşyaları yanıb. Çayxana yanğından mühafizə olunub və yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Kürdəmir rayonu, Carlı kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqdan ibarət evin 2-ci mərtəbəsində 1 otağın tavanı 28 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Balakən rayonunda da yanğın olub. Rayonun Qullar kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.
2013-12-24
4,978
İlham Əliyev: "Hacıbala Abutalıbov mənə dedi ki..."
Yeni yaşayış binalarının tikintisi ilə bağlı hesab edirəm ki, bu sahədə də daha ciddi nəzarət olmalıdır, özbaşınalıq olmamalıdır. Bunu dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda yekun nitqi zamanı deyib. Prezident bildirib ki, hətta bu yaxınlarda yeni köçürülmüş ərazidə, hansı ki, ictimai yerlərin yaradılması nəzərdə tutulurdu, bir də gördüm ki, orada bina qaldırırlar: "Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir? Dedi ki, belə şey ola bilməz. Dedim ki, gedin yoxlayın, necə ola bilməz?! Getdi yoxladı, gördü ki, bəli, qanunsuz bina qaldırırlar. O yer iki həftə nəzarətsiz qaldı, dərhal kimsə gəlib orada bina qaldırmağa başladı. Təbii ki, dərhal söküldü və o binanı orada tikmək istəyən də öz payını almalıdır". Dövlət başçısı vurğulayıb ki,özbaşınalıq və anarxiya ola bilməz: "Qanunsuz tikirlər, sonra da gəlirlər bunu qanunsuz yollarla sənədləşdirirlər. Şəhərimizin bütün memarlıq ansamblı pozulur". İ.Əliyev hesab edir ki, yeni yaşayış binalarının tikintisi ilə bağlı məhdudiyyət qoyulmalıdır: "Hər bir layihə ciddi araşdırılmalıdır. Biz şəhərin mərkəzində bütövlükdə yeni binaların tikintisinə baxmalıyıq, bunları çox ciddi şəkildə məhdudlaşdırmalıyıq. Ona görə bu məsələlərə çox ciddi nəzarət olmalıdır və bu işlər planlı şəkildə görülməlidir. Bakının gələcək inkişafı ilə bağlı şəhərsalma konsepsiyası vardır, təsdiq edilibdir. Bax, bütün işlər onun əsasında görülməlidir" ( aznews.az).
2013-12-24
4,979
Neft yenidən ucuzlaşıb
Dekabrın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,41 dollar və ya 0,4% azalaraq 1 barelə görə 98,91 dollar təşkil edib. Dekabrın 23-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,21 dollar və ya 0,2% azalaraq 111,56 dollar olub. (Apa.az)
2013-12-24
4,980
Nəcməddin Sadıqovun qohumu nazirliyi gülləbaran edib
Vergilər Nazirliyinin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutan Samir Qurbanov Vergilər nazirinin müavini Namiq Əliyevin bacanağı, Namiq Əliyev isə general Nəcməddin Sadıqovun qudasıdır; Samir Qurbanov VN-in rəhbər şəxslərini "yığdıqlarınız haramdır, mənə zəkat verin" deyə təhdid edirmiş. Bir neçə gün öncə Vergilər Nazirliyinin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutan Samir Qurbanov haqda redaksiyamıza yeni şok məlumatlar daxil olub. Etibarlılığı şübhə doğurmayan mənbə bildirir ki, S.Qurbanov Vergilər nazirinin müavini Namiq Əliyevin bacanağıdır. Namiq Əliyev isə Müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Nəcməddin Sadıqovun qudasıdır. Mənbə Nəcməddin Sadıqovun oğlunun da vergi sistemində rəhbər vəzifədə çalışdığını bildirir: "Generalın oğlu Məmməd Sadıqov ötən ay Vergilər naziri Fazil Məmmədovun əmri ilə Bakı Şəhər Vergilər Departamentinin rəis müavini təyin olunub. Ona həmçinin polkovnik-leytenant rütbəsi verilib". Ötən saylarımızda S.Qurbanovun Vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biri, nazirin xaricdəki biznesinin idarəçiliyi ilə məşğul olan, "Ata-Holdinq" Müşahidə Şurasının üzvü Qafar Qurbanovun qardaşı olduğunu qeyd etmişdik. Q.Qurbanovun adı mətbuatda ilk dəfə ARDNŞ-in Monteneqroda ada alması ətrafındakı qalmaqalda hallanıb. Mediada gedən məlumatlara görə, icarə müqaviləsini ARDNŞ-in adından "Ata-Holdinq" ASC-nin Müşahidə Şurasının üzvü Qafar Qurbanov imzalayıb. Q.Qurbanov F.Məmmədova məxsus olması iddia edilən beşulduzlu "Excelsior" hotelini də idarə edir. Elitar hotel sayılan "Excelsior"da qiymətlər Avropa səviyyəsindən belə bahadır. Hotelin əyləncə mərkəzlərində vergi sisteminin rəhbər şəxsləri, iri biznesin təmsilçiləri dincəlirlər. Beləliklə, bir daha təsdiqləndi ki, S.Qurbanov sıradan biri yox, vergilər sisteminin elitasına çox yaxın bir şəxs olub. Məlumatlara görə, S.Qurbanov vəhabi məzhəbini qəbul edib və icmanın nüfuzlu üzvlərindən biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində 300 nəfər vəhabi olub. "AzNews.az" saytının məlumatına görə, S.Qurbanov bir neçə il Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb. Ancaq bu yaxınlarda uzun illər çalışdığı vəzifəsindən çıxarılıb. Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, o, mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat "paket" (qeyri-rəsmi maaş) də alırmış. Bu pul icmanın ehtiyaclarına xərclənirmiş. S.Qafarovu hiddətləndirən paketin kəsilməsi olub, o, rəhbərlikdən paketin bərpa olunmasını tələb edib. Məlumatlara görə, S.Qurbanovun hədəfində əsasən 2 şəxs olub - Vergilər naziri Fazil Məmmədov və onun yaxın qohumu, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov (bu şəxs də uzun müddət vergi xidmətində rəhbər vəzifələrdə çalışıb - red.). S.Qurbanov nazirliyin giriş qapısına və təhlükəsizlik kamerasına atəş açmaqla bu şəxslərə xəbərdarlıq edib. İnsidentdən sonra F.Məmmədovun və X.İsgəndərovun şəxsi mühafizəsi gücləndirilib, nazirliyin mühafizə xidmətinə sayıqlığı artırmaq tapşırılıb. Redaksiyamıza məlumat verən mənbə iddia edir ki, S.Qurbanov son vaxtlar Vergilər Nazirliyinin rəhbər şəxslərini "yığdıqlarınız haramdır, mənə zəkat verin" deyə təhdid edirmiş. Onun işdən çıxarılmasında da bu amil əsas rol oynayıb. Onun bu hərəkətindən dəfələrlə nazirə şikayətlər edilib. Sonda da F.Məmmədov onu işdən çıxartmaq haqda qərar qəbul edib. İnsident də bundan sonra baş verib. Mənbə maraqlı bir detalı da qeyd etdi. Özünü halal adam hesab edən S.Qurbanovun 30-a yaxın şəxsi avtomobili olub. Özü də istisnasız olaraq avtomobillərin nömrələrinin sonu "041" lə bitir. S.Qurbanovun bacanağı N.Əliyevin kimliyi ilə bağlı kiçik bir araşdırma apardıq. 1960-cı il təvəllüdlü əslən Gəncədən olan N.Əliyev Moskva Dövlət Universitetini bitirib. SSRİ Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda, Respublika Prokurorluğunda işləyib. Prezidentin 20 fevral 2004-cü il tarixli sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib. N.Əliyev F.Məmmədovun ən yaxın adamlarından biri sayılır. Məhz F.Məmmədovun təqdimatı ilə o, prokurorluq orqanlarından vergi sisteminə transfer edilib. Özü də dərhal nazir müavini postuna təyinat alıb. F.Məmmədovun rəhbərlik etdiyi Otüstü Hokkey Federasiyasının vitse-prezidentidir. S.Qurbanov hazırda həbs edilib. İşin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparılır. Ancaq Baş Prokurorluğun və Vergilər Nazirliyinin mətbuat xidmətləri bu barədə heç bir açıqlama vermirlər ("Musavat.com").
2013-12-24
4,981
Azərbaycanda qəbiristanlıqda yanğın olub
Lənkəranda yanğın hadisəsi baş verib. Hadisə ötən gecə şəhərin "Kiçik Bazar" qəbiristanlığının ərazisində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Qısa müddət ərzində yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın yaxınlıqda yerləşən, 51 yaşlı şəhər sakini Əlisa Məmmədova məxsus anbar və gözətçi otağını əhatə edib. Ümumi sahəsi 160 kv/m olan tikilinin 50 kv/m ərazisi tamamilə yanaraq sıradan çıxıb. Yanğınsöndürənlər tikilinin içərisində 2 qaz balonu da aşkarlayıblar. Yanğının baş verməsinin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, qəbiristanlıq ərazisindəki yanğın qəbir daşlarından bir neçə metr aralıda baş verdiyindən qəbir daşlarına ziyan dəyməyib (Apa.az).
2013-12-24
4,982
Türkiyədə zəlzələ oldu
Zəlzələ 5 kilometr dərinlikdə meydana gəlib Boğaziçi Universiteti Şamlı Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun internet saytında yayılan məlumata görə, Türkiyə saatı ilə 04:17-də mərkəzi Şolpan kəndində olan 4.1 bal gücündə zəlzələ qeydə alınıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ 5 kilometr dərinlikdə meydana gəlib. İlk zəlzələdən sonra Çolpanda Türkiyə saatı ilə 04:25-də 2.1 və 04:57-də 2.4 gücündə iki güclü zəlzələ də qeyd edilib.
2013-12-24
4,983
14 ildə ilk yanlış - metro bağlandı
BTS ( Banqkok Tranzit Sistemi ) kompaniyasının kompüter sistemi sıradan çıxdığına görə Banqkokda yerüstü metro fəaliyyətini tamamilə dayandırıb. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 14 il ərzində bu ilk texniki yanlışdır. Məlumata görə sistem yerli vaxtla 15:00-da sıradan çıxıb. BTS holdinqin rəhbəri yerli radionun efirində narahatçılığa görə sərnişinlərdən üzr istəyib.
2013-12-24
4,984
Qəbul qaydaları yanvarda açıqlanacaq
"Abituriyent" jurnalının 2014-cü il 1 saylı buraxılışının yanvar ayında nəşr olunması nəzərdə tutulur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, jurnalın həmin sayında ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları və qəbul proqramları, bütün imtahan fənləri üzrə həm qapalı, həm də açıq tipli test tapşırığı nümunələri, həmçinin həmin nümunələrin düzgün cavabları və abituriyentlər üçün digər bir sıra zəruri materiallar təqdim olunacaq (Trend.az).
2013-12-24
4,985
Ərdoğanın qardaşı oğlu polis bölməsinə basqın etdi - Video
"Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın qardaşı oğlu və yaxın mühafizəçisi Əli Ərdoğan polis bölməsinə hücum edib. Məsələ ilə bağlı yayılmış video görüntülər ortalığı qarışdırıb. "Yutub"a yüklənən videoda Əli Ərdoğanın polis bölməsində əmisi olan Baş nazirə etiraz edənlərə təhqirlər yağdırdığı və həmin şəxslərə işgəncə vermək üçün polislərə göstərişlər verdiyi açıq şəkildə görünür. "Etirazçıları ayaq üstə saxlamalısınız" deyə qışqıran Əli Ərdoğana polislər etiraz edəndə o, bölmənin yüksək rütbəliləri də arasında olmaqla polis işçilərinə söyüş və təhqirlər yağdırır. Ən maraqlısı odur ki, Ərdoğanın qardaşı oğlunun işgəncə əmrini yerinə yetirməyən polislər vəzifələrindən azad edilib. Trabzonda Baş nazir Ərdoğanın kortejinə yumurta atdığı iddiasıyla həbs edilən müəllim E.E.Seçilin başına gələnlər da buna bənzərdir. Seçil polis bölməsində ifadə verən zaman bölməni basan Baş nazir mühafizəçilərinin onları söyüb təhqir etdiyini əsas gətirərək şikayətçi olub.
2013-12-24
4,986
Türkiyəli məşhurlar Bakıda mükafat aldı - Foto
"JW Marriott Absheron Hotel"də V "The First 2013" mükafatlandırma mərasimi baş tutub. "Xəyal Production"un təşkilatçılığı ilə keçirilən gecəyə Türkiyədən tanınmış sənətçilər qatılıb. Aparıcılığını Samirə Rüstəmova və yazıçı, jurnalist Xəyal Rzanın etdiyi tədbirdə məşhur "Kaybolan yıllar" serialında baş rolu oynayan Saruhan Hunel, müğənni Aslı Hunel, əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıx, modelyer Gülnarə Xəlilova və il ərzində müxtəlif sahədə uğur qazanmış şəxslər mükafatlandırılıb. "O Səs Türkiyə"nin finalçılarından olan və "Üsyan" mahnısı ilə sevilən Ayda Mooşarrafın tədbirə gələcəyi gözlənilsə də, son anda bu, mümkün olmayıb. Xəyal Rza yaxın aylarda Aydanın xüsusi konsert proqramının təşkilini vəd edib. Qeyd edək ki, ötən illərdə keçirilən "The First" mükafatının təqdimetmə mərasiminə Türkiyədən şoumen Bəyazıt Öztürk, aktyor Erkan Petekkaya, aktrisa Serenay Sarıkaya, müğənni Soner Sarıkabadayı, Selami Şahin və digər məşhur ulduzlar gəlmişdi (Axşam.az).
2013-12-24
4,987
Səlim Müslümov 5 rəisi işdən qovdu
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun sədrliyi və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə respublikada əmək qanunvericiliyinə düzgün əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, iclasda vəzifəsini yarıtmaz şəkildə yerinə yetirən 5 regional müfəttişliyin rəisləri işdən azad edilib, 11 müfəttişliyin rəislərinə isə töhmət verilib. Daha 3 müfəttişlyin rəislərinin yerləri rotasiya qaydasında dəyişdirilib. Müfəttişliklərin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu diqqətə çatdırılıb. Bildirilib ki, dövlət nəzarəti həyata keçirilmiş müəssisələrin cüzi bir qismində cərimələrin tətbiq olunması, hətta bəzi regionlarda il ərzində 250-dək müəssisədə yoxlama aparıldığı halda, onlardan heç birinə qarşı cərimə aktının yazılmaması aparılan yoxlamaların əslində formal xarakter daşıdığını göstərir. Əməyin mühafizəsi üzrə laboratoriyaların faktiki olaraq fəaliyyət göstərmədiyi, əmək müfəttişləri arasında yoxlamalar üzrə qeyri-bərabər bölgünün mövcud olması və digər nöqsanlar da qeyd edilib (Trend.az).
2018-10-15
4,988
Qarabağı o qaytaracaq! - Fotosessiya
Prezident İlham Əliyev ən xırda sayılacaq olaya belə yüksək humanizmlə çox operativ reaksiya göstərən bir insandır... Siyasətçi haqqında siyasətdən, rəsmiyyətdən kənar yazı yazmaq mümkündürmü? Nə qədər yaxından tanımalısan, bələd olmalısan ki, sözün əsl mənasında, səmimi və reallığı əks etdirən bir yazı alınsın! Əlbəttə, çətindir. Amma məncə, hər bir azərbaycanlını maraqlandırır ki, onların dövlət başçısının protokoldan, işdən, rəsmiyyətdən kənar həyatında nə var, nələr var? İlk dəfə prezident seçildikdən az sonra şəxsi avtomobilində Bakıətrafı qəsəbələrdə yol çəkənlərə baş çəkməsi, burda ibtidai sinif şagirdi olan məktəbli oğlanla söhbəti o zaman ictimaiyyətdə bir az çaşqınlıqla qarşılanmışdı. Amma sonra ictimaiyyət Prezidentin xalqla belə protokolsuz təmaslarının daha tez-tez şahidi olacaqdı... Prezidentin öz ad gününü cəbhə bölgəsində, bir məcburi köçkünün ailəsində keçirməsini, ötən ilin dekabrında həyat yoldaşı ilə birgə evində yolka bəzəməsini... o məşhur fotonu yəqin, xatırlayırsınız. Onlayn mediada və sosial şəbəkələrdə günlərlə paylaşılan, müzakirə olunan, insanlara pozitiv enerji aşılayan o şəkil nə deyirdi bizə: İlham Əliyev həm də sadə bir insandır, həssas, qayğıkeş bir ailə başçısıdır, həyat yoldaşıdır, atadır... Bəli, bütün rəsmi titullarını, statuslarını bir kənara qoysaq, biz onu belə tanıyırıq. Rəsmi mövqeyi ilə nə qədər əlçatmaz görünsə də, yenə də əlçatan, ünyetən. Azərbaycanda sosial medianın imkanlarından onun qədər geniş istifadə edən ikinci bir siyasətçi yox. Son prezident seçkisi öncəsi bəzi vətəndaş cəmiyyəti fəalları onun "Facebook" və "Tvitter" hesablarından bəhrələnməsini rəqibləri ilə müqayisə etmişdi. Bəlli olmuşdu ki, sosial şəbəkələr vasitəsilə öz ismarıclarını, önəmli mesajlarını cəmiyyətə ötürən İlham Əliyev burada da birincidir. İstər-istəməz bunun seçkilərin nəticələrinə təsir edəcəyi bəyan edilmişdi... Hər şey gözlənildiyi, hətta arzu edildiyi kimi baş verirdi. 9 oktyabr seçkilərindən təxminən iki aya yaxın vaxt ötür. Azərbaycan üçün nə dəyişib? Azərbaycan insanı nə gözləyirdi, nə istəyirdi və nə baş verdi?.. Seçkiöncəsi üçüncü sektorun təmsilçisi olaraq, bölgələrdə onlarla görüşlərin, müzakirələrin birbaşa iştirakçısı kimi nəyin şahidi oldum? Əyalətlərin sadə və təmiz qəlbli insanları üçün bu seçki seçim anı deyildi, adi bir prosedur qayda idi. Çünki bu insanlar öz seçimlərini artıq etmişdilər, illər ərzində gördüklərini, görülənləri analiz edərək artıq prezident seçkilərinin favoritini özləri üçün müəyyən etmişdilər. Yaxşı yadımdadır: bölgələrdə keçirdiyimiz həmin görüşlərlə bağlı təəssüratlarımı bölüşdüyüm dostlardan biri belə bir sual vermişdi: "İlham Əliyev haqqında danışanda auditoriyada nə hiss edirdin? İnsanların gözlərində nə vardı?" Cavabımı olduğu kimi xatırlayıram: "İnsanların gözlərində işıq gördüm. O gözlər inamlıydı, parlayırdı və heç kəs məcburən oturmamışdı o auditoriyada". Gerçəkdən də Siyasətlə Mənəviyyatın qarşı-qarşıya, üz-üzə, göz-gözə dayandığı bir aksiyaydı bu seçki. İnsanlar siyasətdən, daha dəqiqi, siyasi oyunbazlıqlardan yorulub; xüsusən də yalan vədlərdən, doğrulmayan ümidlərdən, ildən-ilə uzanan Qarabağ söhbətlərindən. İnsanlar ümidlənmək istəyir, gələcəyə inamla baxmaq istəyir. Arxasında güclü bir dövlətin dayanmasını istəyir. İnsanlar ürəklənmək istəyir. Ümidsizliyin, yalanın, mənəviyyatsızlığın yanında olmaq istəmir insanlar. İnamın, Mənəviyyatın, Ləyaqətin yanında olmaq istəyirlər... Kimin ağlına gələrdi ki, yad bir ölkədə ömürlük həbs cəzasına məhkum olunan, taleyi Qarabağın taleyi kimi qeyri-müəyyən olan Ramil Səfərov günün birində ölkəsinə qayıda bilər? Hansı birimiz buna ümid edirdik? Ağlabatan görünürdümü bizə? Hətta kifayət qədər yüksək çinli rəsmilər tərəfindən Ramil Səfərovun azad edilməsi təşəbbüslərinə inamsızlıq aşılayan açıqlamaların şahidi olurduq. Amma... Günün birində məlum oldu ki, Ramilin Azərbaycana qayıdacağına, qaytarılacağına bir nəfərin çox güclü inamı bəsləyib! Prezident İlham Əliyev addım-addım, zərrə-zərrə bu azərbaycanlı zabitin azadlığa qovuşması üçün çalışıb, çarpışıb və bütün ermənipərəst beynəlxalq aləmin iradəsinin ziddinə gedərək Ramil Səfərovun Azərbaycana ekstradisiyasına nail olub. Və... Ramili Azərbaycana gətirən təyyarə hava limanında yerə enməmiş ona azadlıq verib. Azərbaycan zabiti ayağını öz vətəninə Qəhrəman kimi basıb!!! O, bunu siyasətlə, hiylə ilə etməmişdi - adım kimi əminəm. Siyasət bəlkə də, Ramilin bağlı qapısını açmayacaqdı. O, bunu sarsılmaz inamla, yüksək vətənpərvərliklə, azərbaycançılıqla, düşüncə energetikası ilə etmişdi və bu təmənnasız maraq - bir Azərbaycan gəncinin qurtuluşu ilə bitmişdi... Mübariz İbrahimov olayı orta statistik azərbaycanlının şüurunda şimşək kimi çaxmışdı. "Nə sülh, nə müharibə" şəraiti, "bütün dünyanı erməni havadarı" rolunda görmək Azərbaycan toplumunda get-gedə dərinləşən depressiyanın cığırlarını açmaqdaydı. Amma birdən... Heç gözləniləndən bir azərbaycanlı gənc, Azərbaycan ordusunun bir əsgəri erməni səngərinə girir, silahıyla düşməni biçir, saysız erməni əsgər-zabitini qətlə yetirir və qəhrəmanlıqla həlak olur... Bu, Qarabağı almağa bərabərdi bəlkə də. Bir əsgər torpaqları işğal altında inləyən üzüntülü bir toplumun ruhunu necə yüksəldir - indi adam fikirləşdikcə, təsəvvüründə o anları, o ayları canlandırmaq istədikcə necə bir qürur yaşadığımızın fərqinə varır... Mübariz adına layiq Mübarizlik etmişdi. Düşmənə sübut etmişdi ki, sizi torpaqlarımızdan süpürüb atmaq üçün bir neçə saat bəs edər, Azərbaycan gənci buna ruhən, mənən hazırdır, siz də ya təslim olmağa, ya da ölməyə hazır olun... Nəbzimiz, ürəyimiz, qəlbimiz Mübarizlə bir vururdu. İndi Dövlət və Xalq olaraq qarşıda bir vəzifə dururdu: Mübarizin nəşini düşməndən almaq! Almasaydıq, düşməndə qalsaydı, o RUH ölə, birdəfəlik məhv ola bilərdi. Buna yol vermək olmazdı. Azğınlaşmış, bir azərbaycanlı gəncin gözlənilməz qəhrəmanlığından şoka düşmüş Ermənistan onu bizə qaytarardımı, qaytaracaqdımı? Beyinləri məşğul edən sual bu idi... Və... Yenə də məhz bir nəfərin - İlham Əliyevin fədakarlığı sayəsində daha bir şad xəbər. Mübariz İbrahimovun cənazəsi Azərbaycana gətirilir. Təkcə onun yox, baş leytenant Fərid Əhmədovun da nəşi düşməndən geri alınır. Ali Baş Komandan hər iki zabitimizin ŞƏHİD ucalığıyla dəfn olunmasıyla kifayətlənmir. Mübariz İbrahimova "Milli Qəhrəman" adının, Fərid Əhmədova "İgidliyə görə" medalının verilməsi barədə sərəncam imzalayır. Hər iki qəhrəmanın dəfn mərasimində iştirak edərək onları son mənzilə yola salır... İlham Əliyev bu gənclərin meyitinin ermənilərdən alınması üçün nə etmişdi, kimlərlə danışıqlar aparmışdı, erməni tərəfini necə razı salmışdı - bu barədə heç nə bilmirik. Fiziologiya üzrə araşdırmalar aparan bir alimimiz danışırdı ki, əslində Mübariz İbrahimovun meyitini düşmənlər elə tanınmaz hala salmışdılar ki, onu sadəcə, baxmaqla tanımaq asan məsələ deyildi. Düşmən tərəfin təqdim etdiyi meyit heç qəhrəmanımızın öz nəşi olmaya da bilərdi. Amma İlham Əliyev bu məsələyə o qədər həssaslıqla, xüsusi diqqətlə yanaşıbmış ki, ən bahalı, ən çətin prosedurlarla, aparatlarla, mütəxəssislərin iştirakıyla onun məhz bizim qəhrəman olduğunu təsdiqlədəndən, valideynlərinin də bədənindəki hansısa nişanələri tanımasından sonra təhvil alınmasına icazə vermişdi. Və daha bir məqam... Xaçmazdakı "Nabran İstirahət Mərkəzi"ndə bədbəxt hadisə nəticəsində ayaqlarını itirən 2 yaşlı İmran Cəfərzadəyə münasibət... Ailəsi məhdud maddi imkanlarıyla bu körpəni necə müalicə etdirəcəkdi? Əməliyyatlar Avropa ölkələrindən birində keçirilməliydi və reabilitasiya prosesinə böyük pullar tələb edilirdi. Ümidini tamamilə itirmiş valideynlər, İmranın müalicəsi üçün ianələr toplanmaqda və... qəflətən məlum olur ki, hadisədən xəbər tutmuş dövlət başçısı və ölkənin birinci xanımı balaca İmranın müalicə xərclərini öz üzərlərinə götürüb! Ürəkləri riqqətə gətirən AN! Sıravi vətəndaş üçün arxasında güclü bir dövlətin, insanpərvər, vətənpərvər bir liderin dayandığını görmək nə qədər xoş imiş. Dərhal Avropanın ən yaxşı xəstəxanası seçilir. Xüsusi təyyarə ilə balaca İmran Almaniyadakı bütün Avropanın ən böyük, ən üstün xəstəxanası sayılan "Charite"yə yola salınır... Bu, elə bir məqam idi ki, əslində dövlət başçısı öz ağır iş qrafiki şəraitində hansısa istirahət mərkəzində hansısa bədbəxt hadisənin baş verməsindən xəbər tutmaya da bilərdi. Ancaq bəlli oldu ki, Prezident İlham Əliyev ən xırda sayılacaq olaya belə yüksək humanizmlə çox operativ reaksiya göstərən bir insandır... Daha bir qürur anı. Ağır xəstəliyə tutulan jurnalist Nicat Dağların Almaniyada müalicə xərclərini öz üzərinə götürmək və onun sağalmasına nail olmaq... Hər zaman bu hakimiyyətin əleyhinə yazılara imza atan Nicatın siyasi mövqeyini nəzərə almadan ona sahib çıxmaq və illər öncə verdiyi "mən 50 milyonluq azərbaycanlının Prezidentiyəm" bəyanatına sadiqliyini nümayiş etdirmək gerçəkdən daha bir qürur anıdır. Prezident İlham Əliyev öz humanist siyasəti ilə sübut edir ki, o, yalnız "yaxşılığa yaxşılıqla" deyil, "yamanlığa da yaxşılıqla" cavab verən bir azərbaycanlıdır. Öz şəxsi nümunəsi ilə hər kəsə də məhz bu mesajı diqtə edir... Əlbəttə, onlarla belə misallar çəkmək olar. Yaşlı, köməyə ehtiyacı olan mədəniyyət və incəsənət xadimlərinin xarici ölkələrdə müalicəsinə dəstək vermək, imkansız jurnalistlər üçün yaşayış binalarının tikintisi, müharibə veteranlarına, əlillərə, məcburi köçkünlərə diqqət və qayğı, ən ucqar bölgələrə çəkilən abad yollar, tikilən, təmir edilən məktəblər, uşaq bağçaları, mədəniyyət mərkəzləri, məscidlər, tarixi abidələr, su, işıq, qaz probleminin həlli, gündən-günə gözəlləşən əyalət kəndləri, qəsəbələr, şəhərlər, az qala hər gün dəyişən paytaxt Bakı, sosial-iqtisadi inkişaf... Son 10 il ərzində ölkədə gedən nəhəng quruculuq-abadlıq işləri barədə təəssüratları bir yazıya sığışdırmaq, şübhəsiz, çətindir. Və məqsəd də bu yazıda bunları xatırlatmaq deyil. Bizi bu nəhəng prosesin yeganə müəllifi olan dövlət başçısının şəxsiyyətinin gücü ilgiləndirir. Bu işləri yalnız böyük maliyyə, yüksək peşəkarlıq və işgüzarlıq hesabına reallaşdırmaq mümkün deyil, zənnimizcə. Bu prosesin arxasında gözlə görülməyən güclü bir Ruh, sonsuz bir Sevgi var, Ruhla Sevgini bir qəlbə sığdıran Mənəviyyat var, dəyərlərimizə Sədaqət var, Ləyaqət, Vətənpərvərlik, İnsanpərvərlik var... İlham Əliyev şəxsiyyətinin ən maraqlı tərəflərindən biri də onun hər zaman, hər yerdə yalnız Qələbəyə can atmasıdır. Biz bunu onun mötəbər idman yarışlarında ölkəmizi təmsil edən idmançıların çıxışlarına münasibətində də görmüşük, "Eurovision" beynəlxalq musiqi yarışmasında azərbaycanlı sənətçilərin uğurlarına necə sevinməsində də şahid olmuşuq. O, Azərbaycanı bütün yarışlarda birinci yerdə görmək istəyir!!! Onun qələbə yanğısı, qələbə arzusu bir həqiqətin də üstünü açır: Qarabağı məhz O qaytaracaq!!! Kim Qarabağ müharibəsində Azərbaycanı zəif, uduzmuş sayırsa, yanılır. Uduzmaq odur ki, məğlubiyyətlə barışasan. İnsan ürəyində yenilmədikcə məğlub sayılmır. Çünki qəlbində təslim olmayan insan hər zaman yeni bir həmlə edər, dirəniş göstərər və inadlı, israrlı mübarizə ilə qalib gələr... Azərbaycan yeni bir QƏLƏBƏnin astanasındadır. O Qələbənin adı Qarabağdır... O qələbənin bir adı da İrəvandır. Çağdaş tariximizdə hələ heç bir siyasi xadim İrəvana - indi Ermənistan ərazisi sayılan qədim Azərbaycan torpaqlarına iddia etməyib. Bu qələbə naminə - Qələbələrimiz naminə DUA edək! Tanrı bizi eşidir... 2013.12.24
2013-12-24
4,989
Bakı Dəmiryolu Vağzalı şəhərdən kənara köçürülür
Bakı şəhərinin mərkəzindən keçən dəmir yolları köçürüləcək. Dövlət, Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, şəhərin mərkəzində yerləşən dəmiryolu xətləri bütünlüklə başqa əraziyə köçürüləcək. Böyük Bakının Regional İnkişaf Planında hətta Bakı Dəmiryolu Vağzalının da şəhərin mərkəzindən kənara çıxarılması nəzərdə tutulub. Komitədən bildiriblər ki, Bakının Baş Planına uyğun olaraq, gələcəkdə yerüstü metro xətlərinin də tikintisi planlaşdırılır. "Yaxın gələcəkdə paytaxtdakı sıxlığı, tıxacları aradan qaldırmaq üçün elektrik qatarları istifadəyə veriləcək. Eləcə də yerüstü metro xətlərinin istifadəyə verilməsi planlaşdırılır. Məsələn, Abşerondan Dübəndiyə kimi yürüstü metro xətti inşa edilə bilər. Bütün bunların hamısı Bakının Regional İnkişaf Planında konsepsiya kimi irəli sürülüb. Niyyətlər 2030-cu ilə kimi öz həllini tapacaq. İndi bu təkliflərin təsdiqlənməsini gözləyirik"-deyə Komitədən bildirilib (Modern.az).
2013-12-24
4,990
ABŞ Ərdoğana cavab verdi
"Biz ABŞ-la münasibətləri tam korlamaq niyyətində deyilik. Bunun pis nəticələri olacaq". "Axar.az" məlumat verir ki, bu sözləri Türkiyə mətbuatına adını çəkilməsini istəməyən yüksək vəzifəli hökumət nümayəndəsi deyib. Mənbə Rəcəb Tayyib Ərdoğanın ABŞ-la bağlı açıqlamalarından sonra rəsmi Vaşinqtonun axır ki, səssizliyini pozduğunu söyləyib. O, Türkiyəyə Qərbdən təzyiqin artdığını bildirib. Mənbə hökumətin hələ bir müddət ABŞ-la bağlı heç bir açıqlama verməyəcəyi ilə bağlı qərar qəbul etdiyini açıqlayıb. Qeyd edək ki, bir müddət əvvəl Ərdoğan ABŞ səfirini ölkəsinin işinə qarışmaqda günahlandırmışdı. Baş nazir səfirlərin növbəti belə bir addımında ölkədən qovulacaqları ilə hədələmişdi.
2013-12-24
4,992
Polis idarəsi partladıldı
Qahirədən şimalda - Əl Mənsur şəhərində polis idarəsi partladılıb, 8 nəfər həlak olub, 80 nəfər yaralanıb. "Axar.az" "Əl Əhram" portalına istinadən xəbər verir ki, dağıntılar altında onlarla insan var. Məlumata görə, partlayış o qədər güclü olub ki, 5 mərtəbəli polis idarəsi binasının sağ tərəfi tamamilə dağılıb.
2013-12-24
4,993
Əli Həsənov yeni şəhərciyin açılışını etdi
Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün yeni salınmış 25 beşmərtəbəli yaşayış binasından ibarət köçkün şəhərciyinin açılış mərasimi keçirilib. "Axar.az" Kəpəz TV-yə istinadən xəbər verir ki, açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da iştirak edib. Mərasim iştirakçıları ərazidə aparılan tikinti işləri, xidmət sahələri, Kəlbəcər rayon İcra Hakimiyyətinin yeni inzibati binası, Mədəniyyət evi və köçkün ailələrinə verilən mənzillərlə tanış olublar. Şəhərciyə işğal olunmuş 9 rayondan didərgin düşmüş 1500 ailə (6700 məcburi köçkün) köçürüləcək. Qeyd edək ki, şəhərciyin tikintisinə 2013-cü ilin mart ayından başlanılıb və tikinti işləri sentyabr ayında yekunlaşıb.
2013-12-24
4,994
Zavod yandı: FHN işçisi həlak oldu - Fotolar/Video
11:15 Bakının Binəqədi rayonunda Ağac Emalı Zavodunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə "Dərnəgül" metrostansiyasının yaxınlığında yerləşən zavodun ərazisində baş verib. Hadisə yerinə Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının maşınları cəlb olunub. Yanğın zamanı ölən və yaralanlar barədə məlumat verilmir (ANSPress). Hal-hazırda yanğın davam edir *** Bakının Binəqədi rayonunda Ağac Emalı Zavodunda baş verən yanğının təfərüatları artıq bəlli olub. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın gecə saat 03:30 radələrində başlayıb. Hadisə yerinə FHN-nin əməkdaşları gəliblər. Daha sonra yanğının şiddətli olması saat 08:30 radələrində ikinci dəstənin gəlməsini məcbur edib. Yanğın zamanı xilasetmə işləri aparan yanğınsöndürmə briqadasının əməkdaşı Zaur Eyvazov panelin uçması nəticəsində dünyasını dəyişib. 1988-ci il dekabrın 30-da anadan olan Z.Eyvazov ailəli imiş, 26 dekabrda 1 yaşı olacaq övladının ad gününə hazırlaşırmış. Əməkdaşımızın verdiyi məlumata görə, 2 hektar ərazisi olan İstehsalat sahəsinin 600 kv.m ərazisi yanıb. Hazırda yanğın söndürülüb. Ocaqların söndürülməsi işləri davam edir. Hadisənin baş vermə səbəbləri araşdırılır. *** Hadisə yerində Binəqədi Rayon Polis İdarəsi, Binəqədi Rayon Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının olduğu bildirilib.
2013-12-24
4,995
Türmədə narkotik tapıldı - Axtarış
Penitensiar xidmətin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə narkotik vasitələr aşkar olunub. "Axar.az"ın Penitensiar Xidmətin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 23-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1962-ci il təvəllüdlü, məhkum Babaəli Sahib oğlu Talıbovun şəxsi əşyalarına özünün iştirakı ilə baxış keçirilən zaman sellofana bükülümuş 7 ədəd, ümumi çəkisi 3,940 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb. Qeyd edək ki, Babaəli Sahib oğlu Talıbov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.2; 234.4.3; 66.3 və 67.5 maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Faktla bağlı araşdırma aparılır.
2013-12-24
4,997
Sabirabadda rəzalət: qaza hava vururlar - Özəl/Foto
Sabirabad rayonunda indiyəcən görünməmiş rəzalət baş verib. Rayondakı mənbədən "Axar.az"a daxil olan məlumata görə, Qaz İdarəsi rəisinin göstərişi ilə qaz borularına kompressorla adi hava vurulur. Mənbə bildirir ki, hava qazla qatışmasa da, həcmdə qazın yerin tutur. Bu da sayğaclarda özünü göstərir. Yandırdığın qaz isə verəcəyin pula ekvivalent olmur, üstəlik qazın sıxlığı da azalır. Tayon sakinlərindən "Axar.az"a göndərilən bu şəklin Sabirabadın Tərlan Novruzov küçəsində çəkildiyi qeyd edilir. Bildirilir ki, bu hadisə İ.İsgəndərov, R.Behbudov, M.Əsədov, İ.Qayıbov küçələrində də baş verir. Rayon sakinlərinin redaksiyamıza göndərdiyi bu məlumat və fotofakta münasibət öyrənmək üçün Sabirabad rayon Qaz İdarəsinin rəisi Qənimət Səmədovla artıq iki gündür ki, əlaqə saxlaya bilmirik: idarənin telefonlarına cavab verən tapılmır. Q.Səmədovun açıqlamasını almağa çalışırıq…
2013-12-24
4,998
Pənah Hüseynovun ailəsində ağır itki
Azərbaycanın keçmiş Baş naziri Pənah Hüseynin anası Adilə Hüseynova 77 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı Pənah Hüseynin yaxınları "Musavat.com"a veriblər. Adilə Hüseynova Sabirabad rayonunun Qaraqaşlı kəndində yaşayırdı. Yas mərasimi də o kənddə keçiriləcək Allah rəhmət eləsin!
2013-12-24
4,999
Azərbaycanda gəmi kapitanı faciəli şəkildə öldü
Azərbaycanda gəmi kapitanı faciəli şəkildə ölüb. Neftçala Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Kür çayının rayonun Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb (APA). 1970-ci il təvəllüdlü Azər Xeyrulla oğlu Qarayev kapitanı olduğu "YG 3" yedək gəmisində yükləri qaldırmaq üçün olan qurğunun qırılması nəticəsində yükün altında qalaraq dünyasını dəyişib. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozduqda insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb .
2013-12-24
5,000
Sınıq Körpüdə 5 kilometlik tıxac yaranıb
Artiq 3 gündür ki, Azərbaycanla Gürcüstan arasında yerləşən "Sınıq körpü" Sərhəd Buraxılış Məntəqəsində (SBM) növbələr müşahidə olunur. Verilən məlumata görə, əsasən də Gürcüstan ərazisindən Azərbaycana kecid zamanı uzun tıxaclar yaranır və hazırda tıxacın uzunluğu 5 kilometr məsafəyə çatıb. Sürücülər yaranan vəziyyətdən narahat olduqlarını ifadə ediblər: "Artıq 3 gündür ki, axşam saatlarına Gömrük postuna yaxınlaşsaq da, növbədə 10 -12 saata qədər gözlədikdən sonra Azərbaycan tərəfə kecə bilirik". Sürücülər bu vəziyyətin əsasən şənbə, bazar və bayram günlərində daha acınacaqlı olduğunu deyirlər. Sərhəd Buraxılış Məntəqəsindən isə bununla bağlı hec bir məlumat verilmir. Gürcüstan Gömrük İdarəsi problemin Azərbaycan tərəfdə olduğu bildirib (Anspress.com).
2013-12-24
5,001
Müsəlmanlardan Fransa ordusuna ultimatum
Mərkəzi Afrika Respublikasında Seleka milisləri ilə xristianlar arasındakı qarşıdurmalara dünən sülhməramlı qüvvələr də qarışıb. Paytaxt Banqidəki aerodromun girişində Fransaya dəstəkçün aksiya keçirən xristianlar, prezident Mişel Djotodianı istefaya çağırıb. Nümayişçilər Afrika Birliyində çalışan Çad əsgərlərinin də ölkədən çıxmasını istəyib. Çad birliklərinin nümayişçilərin avtomobillərinə daş atmasından sonra havaya və kütləyə atəş açması nəticəsində 1 adam ölüb. Çad lideri İdris Debay İtno martda prezident François Bozizeni devirib yerinə öz dəstəklədikləri Djotodianı gətirən Selekaya ağıl verməkdə günahlandırılırdı. Bu vaxt prezident nümayəndələri də ölkəyə 16 min əsgər göndərən Fransanı bazar günü 3 keçmiş Selaka milisini öldürməkdə günahlandırıb. Açıqlamada "öldürülənlərin prezident mühafizəçiləri" olduğu bildirilərək "soyuqqanlılıqla öldürüldükləri" söylənilib. Fransa nümayəndələri isə açıqlamasında belə deyib: "Əsgərlərin üzərinə atəş açmağa hazırlaşdıqları üçün Seleka milisləri öldürülüb". "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müsəlmanlar isə Fransanın təkcə xristianları qorumaq üçün gəldiyini iddia edərək aksiya təşkil edib. Keçmiş Turizm Naziri və Ədalət Üçün Mərkəzi Afrika Xilaskarları Hərəkatının lideri Abakar Sabon Fransaya ultimatum göndərib. Həm müsəlmanlar, həm özünə təmsil səlahiyyəti verən Selekalılar adından danışdığını ifadə edən Sabon belə deyib: "Xristian milislərə dəstək 1 həftə içində kəsilməzsə Fransaya qarşı aksiyalara başlayacağıq və ölkəni müsəlman şimal və xristian cənub olaraq ikiyə böləcəyik".
2013-12-24
5,002
Hakan Şükür Lig TV-dən qovulub
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumətin hazırlıq kurslarıyla bağlı şərhlərindən sonra AK partiyadan istefa verən İstanbul millət vəkili Hakan Şükürün Lig TV-dəki şərhçilik işinə son verilib. Qeyd edək ki, millət vəkili olan Hakan Şükürün Lig TV-də futbol şərhçisi kimi çalışması polemika mövzusu olmuşdu.
2013-12-24
5,003
Prezidentin ad gününə hazırlanan tort kəsilmədi
Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında hazırlanan 52 metrlik tort dekabr ayının 29-da kəsiləcək. Bu sözləri Sumqayıt şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ayaz İmaməliyev "Axar.az"a danışarkən dedi: "Hazırlanan tort dekabr ayının 29-da kəsiləcək. Bu tort Yeni il münasibətilə şəhər əhalisinə paylanılacaq". A.İmaməliyev Prezident İlham Əliyevin ad gününə hazırlanan və Prezidentin yaşına uyğun olaraq, 52 metr uzunluğunda nəzərdə tutulan tortun kəsilmə mərasiminin ənənəvi olaraq niyə dekabrın 24-də deyil, dekabrın 29-da, Yeni il ərəfəsində kəsiləcəyinə aydınlıq gətirməyib.
2013-12-24
5,004
Saakaşvilinin Ukraynaya girişinə qadağa qoyuldu
Ukrayna Mixail Saakaşvilinin ölkəyə gəlişinə qadağa qoyub. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Regionlar Partiyasının nümayəndəsi Oleq Çarev çıxış edib. O, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyinə rəsmən müraciət etdiklərini və nəticəyə nail olduqlarını bildirib. O.Çarev Gürcüstanın eks-prezidentinin artıq Ukraynada rəsmən persona-non qrata elan edildiyini bəyan edib.
2013-12-24
5,005
Nazir oğlunun evində tapılan milyondan danışdı
Türkiyə Respublikasının Daxili İşlər naziri Müəmmər Gülər "böyük rüşvət" əməliyyatı çərçivəsində həbs olunan oğlu Barış Gülərin evindən çıxan 1 milyon 200 min dollar pul haqqında danışıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalist Tolqa İşığa açıqlama verən Gülər oğlunun həbsə layiq olmadığını ifadə edərək, belə deyib: "Mənim oğlum dünyanın ən təmiz insanlarından biridir". Baxçaşəhərdəki villanın pulu Oğlunun evindən çıxan pullar haqqında da danışan Gülər deyib: "O pullar oğlumun Baxçaşəhərdəki villasının satışından əldə edilən puldur. Bütün sənədləri də məhkəmədə təsdiqlənib. Satış əsnasında ipoteka problemi yaranıb. Buna görə də banka qoyulsaydı, qaynağının göstərilməsi mümkün olmayacaqdı. Ona görə də 1 milyon 200 min dollarlıq ipoteka probleminin həll olunması üçün gözləyiblər".
2013-12-24
5,006
"Total" və "Statoil" TANAP-dan imtina etdi
Fransanın "Total" və Norveçin "Statoil" şirkətləri TANAP (Trans-Anadolu boru kəməri) layihəsində iştirakdan imtina edib. "OilPrice"ın verdiyi məlumata görə, buna səbəb layihənin ümumi dəyərinin bahalaşması olub. İlkin olaraq "Statoil" layihədə 12%, "Total" isə 5% həcmində iştirak payı almağı planlaşdırsa da, TANAP-ın dəyərinin yüksəlməsindən sonra, bu şirkətlər layihədə iştirak etmək marağında olmadıqlarını bildirib. Bununla da, adıçəkilən şirkətlərin almaq istədiyi səhmlərin Azərbaycan Dövlət Neft Şirkəti, BP, həmçinin Türkiyənin TPAO və "BOTAŞ" şirkətləri arasında bölünəcək. Nəticədə, Türkiyə tərəfi TANAP-dakı iştirak payını daha da artırmaq imkanı qazanıb. Qeyd edək ki, bundan əvvəl Türkiyə iştirak payını 20%-dən 30%-dək artırmaq niyyətində olduğunu açıqlayıb. Hazırda TANAP layihəsində ARDNŞ-in payı 80%, Türkiyənin payı isə 20%-dir. Lakin Azərbaycan öz payından 29%-i BP (12%), "Statoil" (12%) və "Total" (5%) şirkətlərinə təqdim etmək niyyətində olub. Xatırladaq ki, Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2014-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir, həmin vaxt kəmərin illik nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetr qazın 10 mlrd. kubmetri Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək (APA).
2013-12-24
5,007
Cəbhədə atışma: itki yoxdur
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Nəmirli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-24
5,008
Avropa İttifaqından Ərdoğana xəbərdarlıq
"Ərdoğanın son zamanlar etdiyi hərəkətlər Türkiyənin Avropa Birliyinə üzv olmasını riskə atır". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Avropa İttifaqının genişləndirmə üzrə komissarı Ştefan Füle çıxış edib. O, Ərdoğanın son zamanlar yürütdüyü siyasətin məhkəmə hakimiyyətinin müstəqilliyi üçün ciddi təhlükələr yaratdığını bildirib. Açıqlamada polis rəislərinin iki gün içərisində dəyişdirilməsi və rəhbərlərinə məlumat verməklə bağlı yeni qaydaların tətbiqi müstəqilliklə bağlı ciddi problemlərin yaradacağı qeyd edilib.
2013-12-24
5,009
Zəkəriyə Öz nazir övladlarının işini çətinləşdirdi - Video
Korrupsiya əməliyyatının üçüncü günündə polis idarəsinə gələn Respublika Baş prokuroru Zəkəriyə Öz şübhələlilərə veriləcək sualların dəyişdirilməsinin qarşısını almışdı. Türkiyəni çalxalayan korrpusiya və qaçaqmalçılıq əməliyyatının üçüncü günündə Respublika Baş prokuroru Zəkəriyə Öz polis idarəsinin 3-cü mərtəbəsindəki əməliyyat mərkəzinə daxil olub. Niyə gəldiyim bəlli deyilmi? "Axar.az" xəbər verir ki, Banditizm və korrupsiya ilə Mübarizə İdarəsinə gəlib, üçüncü mərtəbəyə çıxmamışdan əvvəl jurnalistlərin "niyə gəlmisiniz" sualına prokuror Öz "niyə gəldiyim bəlli deyilmi?" cavabını verib. Zəkəriyə Özə daxil olan məlumata görə, istintaqda xüsusən nazirlərin övladları ilə əlaqədar gizli telefon danışıqlarının bəzi bölümlərinin nəzərə alınmayacağı, çıxarılacağı və ya dəyişdiriləcəyi bildirilib. Bunda da məqsəd nazir övladlarının azad edilməsini asanlaşdırmaq olub. Məhz bundan sonra Baş prokurorun polis idarəsinə getdiyi məlum olub. İstintaqı araşdıran idarə müdirləri və şübhəliləri sorğulayan müstəntiqlərlə şəxsən görüşən baş prokuror Özün şübhəlilərə veriləcək sualların möhürlü bir nümunəsini götürərək protokol tərtib etdiyi bildirilib.
2013-12-24
5,010
“O səs Türkiyə”də maraqlı anlar yaşandı - Video
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən "O səs Türkiyə" musiqi yarışmasında maraqlı anlar yaşanıb. Proqram əsnasında ağlayan bir qız uşağı Acun Ilıcalının diqqətini çəkib. Niyə ağladığını soruşanda isə "Murat Boz üçün" cavabını verib. Acun Ilıcalı azyaşlı tamaşaçının könlünü almaq üçün Murat Bozu qucaqlamasına şərait yaradıb. ​
2013-12-24
5,011
911-ə 400 dəfə zəng vurub məhkəməyə düşdü
Amerikanın Los Ancelos şəhərində yaşayan 43 yaşlı Linit Yonq adlı qadın üç il ərzində 911 təcili yardım xidmətinə 400 dəfədən çox zəng vurub. Bir ildə 220 dəfə Məhkəmə qadının 180 günlük həbs cəzasına, əlavə olaraq psixoloji müalicə almasına da hökm verib. Amerika mediasında yayılan xəbərlərə görə, Yanq hər gün ən azı 6 dəfə təcili yardım xidmətinə zəng vurur. Qadının təkcə bu ilin yanvar və sentyabr ayları arasında 220 dəfə 911-ə zəng vurduğu bildirilib. Təzminat iddiası qaldırılıb "Axar.az" xəbər verir ki, bununla bərabər Linet Yanqın tez-tez evinin yaxınlığında yerləşən xilasetmə məntəqəsinə gedərək hər hansı bir narahatlığı olmadığına baxmayaraq, müalicə görmək istədiyi bildirilib. Fevral ayında isə təcili yardım xidmətini lazımsız yerə məşğul etdiyinə görə Yanqa açılan təzminat iddiasının ilk məhkəməsi keçiriləcək.
2013-12-24
5,012
İrandan Rza Zərrabla bağlı açıqlama gəldi
İran Xarici İşlər Nazirliyi Türkiyədə keçirilən korrupsiya və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs olunmuş iş adamı Rza Zərrabla bağlı açıqlama verib. "Mehr" xəbər agentliyinin məlumatına görə, İran xarici işlər nazirinin Asiya və Sakit okean regionu üzrə müavini İbrahim Rahimpur bildirib ki, Türkiyədəki son hadisələr tək R.Zərrabla bağlı deyil: "Məsələ bu ölkədəki quruluşun pərdə arxasında cərəyan edən qarşıdurmalardan qaynaqlanır". Onun sözlərinə görə, soyadını Sərraf olaraq dəyişdirmiş iş adamı haqqında bəzi iddialar ortaya atılıb: "Biz mövzunu hələ araşdırdığımızdan, bir qiymətləndirmə edə bilməyəcəyik. Düzdür, İranla bağlı bəzi iqtisadi əlaqələr gündəmə gətirilib. Lakin bu məsələ Türkiyənin daxili məsələsidir. Mövzu qarmaqarışıq olduğundan, mühakimə üçün şərtlər əlverişli deyil". İ.Rahimpur R.Zərrabın rəsmi şəxs və dövlətlə əlaqəsi olmadığından, onun həyata keçirdiyi bank əməliyyatlarının İranla nə qədər əlaqəli olduğu haqqında məlumatlara malik olmadığını deyib: "Son bir həftədəki bütün məlumatlar medianın ortaya atdığı məlumatlardır. Ancaq həyata keçirilən həbslər mövzunun ciddiliyini göstərir" (APA).
2013-12-24
5,013
Əkrəm Əylisli: Anar şər-böhtan südü əmib
Anar: "Ermənipərəst Əkrəm Əylisli abrına qısılıb xəcalət çəkməkdənsə" Əkrəm Əylisli: "O, şər-böhtan içində böyüyüb, şər-böhtan südü əmib" Azərbaycan Yazıçılar Birliyi yazıçı Əkrəm Əylisli ilə bağlı bəyanat yayıb. Anar Rzayev bu dəfə Ə.Əylislini "danosbaz" adlandırıb. Əkrəm əylislinin bu məsələyə münasibət bildirməsindən öncə, həmin bəyanatı olduğu kimi təqdim edirik: "Daima ermənipərəst mövqedə duran və son əsəriylə bunu bir daha təsdiq edərək xalqımızın nifrətini qazanmış Əkrəm Əylisli abrına qısılıb xəcalət çəkməkdənsə, yenə qalmaqalla gündəmdə qalmaq həvəsinə düşüb və təbii ki, yenə bunun ən asan yolunu Yazıçılar Birliyi haqqında növbəti yalanlar uydurmaqda görür. Son müsahibəsində təşkilatımız barədə oxuculara köhnə - yeni yalanlar sırayır. Deyir ki, Xalq yazıçısı İsmayıl Şıxlını vəzifəsindən MK katibi Həsən Həsənov uzaqlaşdırıb. Yaxşı məlumdur ki, H.Həsənov görkəmli yazıçımız İsmayıl Şıxlıya həmişə böyük hörmətlə və rəğbətlə yanaşıb. Yeri gəlmişkən, H.Həsənov o vaxt ideoloji işlər üzrə yox, başqa sahədə katib işləyirdi. Yazıçılar İttifaqının birinci katibi işlədiyi müddətdə İsmayıl müəllimin şəkər xəstəliyi şiddətləndi və yalnız onun özünün israrlı təkidləri nəticəsində vəzifəsini tərk etdi. Bu hadisə Ə.Əylislinin uydurduğu kimi Qurultayda yox, Yazıçılar İttifaqının 1987-ci il 18 iyununda keçirilən Plenumunda baş verdi. Əkrəm də o vaxt indi yazdığı kimi Əylisdə yox, Bakıdaydı, odur ki, heç kəs onu, özü dediyi kimi, xüsusi olaraq Bakıya dəvət etməmişdi. Plenumda Yazıçılar İttifaqının Birinci katibi vəzifəsinə, Anarın namizədliyini ilk olaraq Ə.Əylisli təklif etdi. Bu doğrudur. Bu təklifi İsi Məlikzadə, Tofiq Bayram, İsa İsmayılzadə, və İsmayıl müəllimin özü də dəstəklədi və Anar yekdilliklə Birinci katib seçildi. Bir müddət bundan əvvəl Ə.Əylisli bütün bunları unudaraq yazırdı ki, Anarın Yazıçılar İttifaqının rəhbəri seçilməsi o vaxt DTK sədri olan Vaqif Hüseynovun təşəbbüsü idi. İndi deyir ki, Anarın namizədliyini MK katibi H.Həsənovun tapşırığı ilə edib. Yaxşı olar ki, Ə.Əylisli heç olmasa özü üçün müəyyənləşdirsin, Anarın namizədliyini irəli sürərkən kimin tapşırığını yerinə yetirirmiş - MK-nın ya DTK -nın. Bu Plenumdan az sonra Anarın təklifiylə Ə.Əylisli Yazıçılar İttifaqının katibi seçildi. Erməni millətçiləri Qarabağ avantürasına başlayanda və şəxsən Anarı millətçilikdə ittiham edəndə isə Ə.Əylisli Moskvaya "Drujba narodov" jurnalına danos verdi ki, burda yeganə beynəlmiləlçi o özüdür, yazıçı həmkarlarının içində özünü təhna hiss edir və uşaqlıqdan başqa xalqlara öz xalqından çox etibar edib. Qəzəblənən ictimaiyyət Əylislini nəinki katiblikdən, hətta Yazıçılar İttifaqından çıxarmağı tələb edirdilər. Ə.Əylislinin jurnalda onun sözlərinin təhrif edildiyini deməsini nəzərə alaraq ona qarşı heç bir tədbir görülmədi. Bu hadisədən sonra xeyli müddət yenə Yazıçılar İttifaqının katibi vəzifəsində çalışdı. Vaxtiylə uğurlu nəsr əsərləri yazmış Ə.Əylislinin əsl sifəti və xisləti isə yenə "Drujba narodov" jurnalında dərc etdirdiyi "Daş yuxular"da açıldı". Yazıçı Əkrəm Əylisli isə açıqlamasında bildirdi ki, Yazıçılar İttifaqının sədri Anar Rzayev 25 ildir ki, bu millətin ziyalısına yalan deyir: "25 ildir ki, onun dilinə düz söz gəlməyib. Mən arzu edirəm ki, o, 25 il də bundan sonra yalan deyə-deyə orada otursun. 25 ildə o, bir dəfə doğru söz demədi. Mən bunu eşitmədim. Nə qədər yalan olar? Kim ki düz danışır, ona qarşı şər kampaniyasına keçir. Məni danosbaz adlandırana bax. Ayıb deyil? Bəs deyil? Mən açıq şəkildə deyirəm ki, Həsən Həsənovun tapşırığını yerinə yetirmişəm. Ayrı nə deməliydim? Həsən Həsənov mənə bir ay zəng elədi, zorla Əylisdən Bakıya gətirdi. Dedi ki, belə bir məsələ olacaq. Bunlar bizə şər-böhtan atır. Onlar şər-böhtan içində böyüyüblər. Şər-böhtanın südünü əmiblər. 1937-ci ildə salamat qalanların övladlarını Yazıçılar İttifaqına sədr qoymaq olmaz. 37-də xalqı satanlar indi də satır və ömrü boyu da satacaqlar. Anar istər insanlar, istərsə də Yazıçılar İttifaqı haqqında bir həqiqəti yaxına buraxmır". Ə.Əylisli onu ermənipərəst adlandıran birlik sədrinə sərt cavab verdi: "Bu alçaq sözüdür. Ermənipərəst nə deməkdir? Anar gərək belə sözü dilinə gətirməsin. Bu adam hər şeyi satıb, ağzına gələni danışır. İndi də keçib erməni sözünə. Bədii əsəri bədii əsər kimi oxu və dəyərləndir. Burada siyasət-zad yoxdur. Bu adam bunu bilmirsə, Yazıçılar Birliyinə necə rəhbərlik edə bilər? Əxlaqsız və mənəviyyatsız işlər heç kimə başucalığı gətirməyib. Mən xalqımın yanında xəcalət çəkiləsi heç nə etməmişəm. Və üzü ağam, xalqımın böyüklüyünü görmüşəm, inanmışam. Mən xalqın içindən çıxmışam. Anar üçün isə xalq abstrak bir şeydir. O, nə biləcək xalq nədir? 40 ildir kabinetdə oturan Anar xalqın nə olduğunu haradan biləcək? O, xalqı harada görür? Bunlar bilmir ki ermənipərəst sözünü kimə desinlər? Onlar Azərbaycanı sevən insanlarına vurdular bu damğanı. Bu adam həqiqətin qarşısında heç nə tapmır. Həsən Həsənov sağdır, kim istəyir soruşsun. O, hələ 5 ildə orada oturmaq istəyir. Otursun da. Mən bəyəm ona mane oluram?" Xatırladaq ki, Əkrəm Əylislinin dekabrın 20-də yayımlanan müsahibəsi qalmaqala səbəb olub. Yazıçı həmin müsahibədə bir çox maraqlı faktlar açıqlayıb. Əsas qalmaqala səbəb isə Anarın Yazıçılar Birliyinə sədr seşilməsi prosesi, məsələlərdə Həsən Həsənovun iştirakı ilə bağlı məqamdır. (Aznews.az)
2013-12-24
5,014
Dünən ölkədə 77 cinayət baş verib
Dünən Azərbaycanda gün ərzində 77 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, qeydə alınmış cinayət faktlarının 19-u "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib ki, bunun da nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
2013-12-24
5,015
Yanukoviçin insultu təkzib olundu
Ukrayna KİV-də prezident Yanukoviçin insult diaqnozu ilə "Feofaniya" klinikasına yerləşdirildiyi haqda şayiə yayılıb. Lakin bu məlumat təkzib olunub. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, prezident administrasiyasından olan mənbə Yanukoviçin sağlam olduğunu bildirib. Bu arada "İnsayder" nəşriyyatı prezident kortejinin "Feofaniya"nın qarşısında şəklini əldə edib. Ancaq xəstəxanaya kimin gətirildiyi məlum deyil.
2013-12-24
5,016
Elçibəyin evindən - Fotoreportaj
Heç bir jurnalistin üzünə açılmayan arxiv "Gündəlik Teleqraf"da Eks-prezidentin yayınlanmamış arxivi "Gündəlik Teleqraf"da Elçibəyin arxivinin taleyini araşdırmağa başlayanda təsəvvürümə gətirməzdim ki, uzun illərdir mediadan uzaq gəzən Elçibəy ailəsi onun arxivini fotoaparatın yaddaşına köçürməyimə izn verəcək. Mərhum prezidentin həyat yoldaşı Həlimə Əliyeva davamlı israrlarımdan sonra "Vorovski"dəki evlərində arxivi çəkməyimə razı oldu. Əslində, bir aydan çoxdur davam edən araşdırmamızın məqsədi Elçibəyin çıxışlarının əks olunduğu kasetlərin üzə çıxmasıdır. Görüntülərin məhv olması ilə bağlı narahatlığa görə o dövrdə kasetləri inventarlaşdıran şəxslərdən tutmuş, Elçibəyin mühafizə xidmətinin əməkdaşlarına qədər çox adamdan soraqlaşdım. Amma bu araşdırmanı təqdir edənlərlə yanaşı, önəmsiz hesab edənlər də tapıldı. Bütöv Azərbaycan Birliyinin Rəyasət heyətinin üzvü Nəsib Nəsibli kimi. O, bu işin Azərbaycan üçün fövqəladə bir şey olmadığını demişdi. Əbülfəz bəyin kasetlərinin, sənədlərinin, hətta əşyalarının kimdə olduğu barədə ümumi isimlər var: Oqtay Qasımov, Mirmahmud Mirəlioğlu, İsaq Əvəzoğlu, "Doktor" ləqəbli Zakir Məmmədov, Əli Kərimli, Əli Mürsəloğlu, Çingiz Göytürk. Konkret sayı, məzmunu bəlli olmayan materiallar, kasetlər, məktub və sənədlər... Hər kəs də əlindəkilərin göz bəbəyi kimi qorunduğunu deyir. Buna şübhəm yox. İnternet əsrindəykən kasetlərin orijinallarını özündə saxlamağı ilə fəxr edənlər niyə onları "youtube" və digər sosial şəbəkələrə yükləmir? Kim qarant verir ki, həmin kaset sahibləri dünyasını dəyişəndə övladları ona sahib çıxacaq? Gənc nəsil niyə Əbülfəz bəyi ayrı-ayrı şəxslərin xatirəsi, yazdığı kitablar, söylədiyi fikirlərlə tanısın ki? Onun öz səsini dinləmək, ideyaları ilə birbaşa tanış olmaq üçün lentə köçürülmüş video kasetlərə baxmaq şansı varkən. Keçən il getdiyim həmin evə yollanıram. Elə yazılar var ki, orda jurnalistliyi bir kənara qoymaq lazımdır. Çünki bəzi şeylər millət üçün dəyərdir. Bir materialı hazırlamaq da bəzən tarixi missiya ola bilər. "O kostyumu şəkildə görmüşəm" Böyük bir tarixi ağuşuna alan evdə olmaq, tarixi əsərlərin fotosunu çəkmək imkanı yaranmışdı mənim üçün. Həyacanlıydım. İçəri girən kimi Elçibəyin taxta çarpayısı gözümə sataşır. Həlimə xanım məni ordubadlıların məşhur mürəbbəsi- cevizlə çaya qonaq edir. Çay içə-içə apardığım araşdırmadan danışırıq, əşyalardan, kasetlərdən söz açırıq. Evə daxil olan kimi ətrafı gözdən keçirirəm. Ətrafdakı bütün əşyalar obyekt kimi görünür mənə. Hər şeyi fotoaparatın yaddaşına köçürmək istəyirəm. Elçibəyin divardakı fotosunu çəkirəm, Həlimə xanım deyir ki, Əbülfəz bəyin əynindəki həmin kostyumu elə şəkildəcə görüb. Tünd boz rəngli kostyumun aqibətinin necə olduğu ona bəlli deyil. Çayımı içib mənəvi xəzinəni görmək üçün səbirsizlənirəm. Kitabların evin damında saxlandığını deyən Həlimə xala yuxarının soyuq olduğunu deyib mənə geymək üçün jaket verir. Pilləkənlə yuxarı qalxıram. Diktofona ehtiyac duymuram. Heç qələm-dəftər də götürməmişəm. Bu gün fotolar danışacaq... Həlimə xanımı şəxsən tanımayan gənc həmkarlarım çox vaxt onun mediadan uzaq qalmasını anlaya bilmirlər. Onunla üç-dörd dəfə həmsöhbət olduğumdan xasiyyətinə bir qədər bələdəm. Bu sadə qadın çox danışmağı sevmir. Vaxtilə ölkənin birinci şəxsinin xanımı olan Həlimə Əliyevadan bir dəfə də olsun giley eşitmədim. Hələ ötən il bu evdə əməkdaşımız Sevil Hilalqızı ilə qonaq olanda ancaq nəvələrindən danışdıq. Qonşularından öyrəndik ki, əslində, ailənin sosial problemləri kifayət qədərdir, amma bir yerə ağız açıb o problemlərdən danışmayıb. Heç bir jurnalistin üzünə açılmayan arxiv "Gündəlik Teleqraf"da Hansısa televiziya kanalından Elçibəy arxivini çəkmək üçün müraciət edənlərə də "yox" cavabı verən Həlimə xanım heç bir jurnalistin üzünə açılmayan, dəyərli əşyaların saxlandığı otağın qapılarını açır. Hər divarı tarix olan evdə fotoaparatımın işığı dayanmadan yanıb-sönür. Evin küncünə qalaq-qalaq yığılmış portretləri, mebeldəki əşyaları, son istifadə etdiyi qənd qabını, stəkan-nəlbəkinin belə fotosunu çəkirəm. Mebeldəki bütün əşyaları bir-bir diqqətdən keçirirəm. Az sayda əşyanın üzərində inventar nömrəsini görürəm. Gördüklərimi də obyektivə köçürürəm. Bu tarixi əşyaları, kim bilir, bir də nə zaman çəkmək imkanı yaranar. Kitab rəfinin bir gözünə toplanan diplomlara baxıram, portretlər içərisində Həlimə xanım bizə Türkiyənin əfsanəvi aktrisası Türkan Şorayın rəsmini göstərir. Deyir, Türkan Şorayın rəsmi "Yasamal"dakı evdən gəlib. "Klassik türk musiqisi" adlı sandıqçanın fotosunu çəkirəm. Kitab rəfinə baxıram: "Həzrəti Məhəmmədin həyatı", Seyid Əzimin "Qəzəllər"i, Atatürkün portretlərinin üstünlük təşkil etdiyi evdə Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvinin xalça üzərində əllə işlənmiş portretləri var. Evdəki yazı masası, əsalar, Əbülfəz bəyin istifadə etdiyi odekolon, telefon aparatı, xalçanın üzərindəki qılınclar hamısı otaqdadır. Təqvim vərəqi də olduğu kimi qalır. Elçibəyin son iş günü qeyd olunub: 1 iyul 1999-cu il. AXCP Ali Məclisinin sessiyası. Həlimə xala evin ortasındakı çemodanı göstərib deyir ki, paltarlara Çilənay Səmədbəyli dərman vurub ki, xarab olmasın. Yaşar Əliyev əşyaların aparılması üçün 2 maşın ayırıb İkinci mərtəbə muzeyi xatırladır mənə. Səssiz, tarix qoxuyan əşyalar, kitablar, rəsmlər...Əbülfəz bəyin qızı Çilənay Səmədbəylinin övladları- indi Türkiyədə olan Alpər və Elturanın oyuncaqları kiçik divanın üstünə səpələnib. Üçüncü mərtəbəyə qalxıram. Yeşiklərə yığılmış kitablar, toz basmış faks aparatları, ayaqqabı qoyulan şkaf, "Azadlıq" qəzetinin ofisindən gətirilmiş arakəsmənin pəncərə və qapıları. Bu əşyaların daşınması üçün Azərbaycanın Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev o zaman iki maşın ayırıbmış. Elçibəyin Türkiyədə müalicə olunduğu xəstəxananın müdiriyyəti müalicə üçün istifadə olunduğu avadanlıqları da ailəyə təslim edib ki, muzeyinə təhvil verilsin. Hazırda faktiki olaraq muzey funksiyasını yerinə yetirən bu damda əşyalar toz içindədir. Həlimə xanım hündür pilləkənləri çıxıb hər gün əşyaları təmizləyə bilmir. Hazırda qutularda saxlanan 5 mindən çox kitabın yanında, "Xaqani 33"dəki ofisin qabağında asılan və üzərində "Azərbaycan Respublikasının Prezidenti, Milli Azadlıq Hərəkatının Lideri və Bütöv Azərbaycan Birliyinin sədri Əbülfəz Elçibəy 1997-ci il noyabrın 1-dən 2000-ci ilin iyunun 1-dək bu otaqda işləmişdir" yazılmış lövhə də qoyulub. 1 saat vaxt keçirdiyim bu evdə çəkdiyim fotoların Elçibəysevərlər üçün maraqlı olacağını düşünüb onları sizə təqdim edirəm. Həlimə xanımla əşyaların aqibəti barədə söhbətim, əşyalar inventarlaşarkən kasetləri, Elçibəyə məxsus əşya və geyimləri özündə saxlayıb Elçibəyin xanımına verməyən şəxsin kim olduğu barədə növbəti yazımda məlumat verəcəyəm. P.S. Sağollaşıb yola düzələndə söhbətə başım necə qarışmışdısa, paltomu da Həlimə xanımın verdiyi jaketin üstündə geyindiyimin fərqində olmamışdım. Həlimə xanımın gülümsəyərək: "paltonu jaketin üstündən geyinmisən, özü də Bəyin jaketinin..." sözləri qulağımda cingildəyir, qəribə hisslərlə evi tərk edirəm...
2013-12-24
5,017
AKP-dən qəzetlərlə bağlı şok qərar
"AKP-yə yaxın olan qəzetlərdə hökumət haqqında informasiyalar xüsusi qrup tərəfindən hazırlanıb oxunandan sonra dərc ediləcək". "Axar.az" məlumat verir ki, bu informasiya Türkiyə mətbuatında yer alıb. Yaradılmış qrupun başında mədəniyyət naziri Ömər Çəlikin dayandığı bildirilib. Məhz onun hökumət haqqında bütün xəbərlərin yayımına nəzarət edəcəyi qeyd edilib. Mətbuat həmçinin camaata yaxın olan qəzetlərin məşhur köşə yazarlarının artıq AKP-yə yaxın mətbuat orqanlarına transfer olduğunu da yazıb. Yeni yaradılmış qrupun qarşısında duran əsas məqsədlərdən birinin də bütün hadisələri xarici qüvvələrlə əlaqələndirməkdən ibarət olduğu bildirilib. Mətbuat Ömər Çəlikin nəzarət edəcəyi mətbuat orqanlarının siyahısını dərc edib:
2013-12-24
5,018
Dini idarədən Gülənin qarğışlarına cavab gəldi
Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dini İşlər üzrə İdarə (DİB) Fətullah Gülənin "bəddua videosuna" sərt reaksiya verib. "Axar.az" xəbər verir ki, Fətullah Gülənin geniş ictimai müzakirələrə səbəb olan qarğışı DİB və "Alo, Fitva" qaynar xəttinə ünvanlanan "islamın qarğışa yanaşması" mövzusunda sualların cavabı birmənalı şəkildə mənfi olub. DİB "Hz. Peyğəmbər İslam dininə düşmən olanlara belə qarğış etməyib, onların hidayəti üçün dua edib" fikri cavab kimi çatdırılıb. Qarğışın İslam dinindənki yeri ilə əlaqədar suallara cavab verən dosent-doktor Xəlil Altundaş müsəlmanarın qarğışdan çəkinərək, bir-birinin hidayəti üçün dua etməyinin lazım olduğunu bildirib: "Müsəlmanlar bir-birinə qarğış eləməzlər. Bu, İslam əxlaqına ziddir. Hz. Peyğəmbər İslam dininə qarşı düşmən olanlara belə qarğış eləməyib".
2013-12-24
5,019
Ərdoğan köşə yazarına Güləndən şikayət etdi
"Bacarırsa bu qarğışı kimə etdiyini açıqca söyləsin". "Axar.az" məlumat verir ki, bu sözləri baş nazir Rəcəb Tayyib Ərdoğan Pakistanda olduğu zaman deyib. Mətbuat Ərdoğanın aeroportda köşə yazarı Mustafa Ünalla söhbət edərkən ona Fətullah Güləndən şikayət etdiyini yazıb: "Bu, necə qarğışdır, kimə edir bunu? Bacarırsa, kimə qarğış etdiyini də söyləsin. Bacarırsa, ad çəksin". Bu haqda məlumatı "Sabah" qəzetinin söhbətə şahid olan köşə yazarı verib.
2013-12-24
5,020
Erməni iş adamı Azərbaycanın hesabına pul köçürdü
Ukraynanın Luqansk şəhərində erməni iş adamı həmyerliləri ilə arasında yaranmış fikir ayrılığına görə maraqlı jest edib. Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev açıqlamasında bildirib ki, erməni əsilli tanınmış iş adamı Robert (soyadı təhlükəsizliyi baxımından açıqlanmır) erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu xeyli vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürüb. Köçürülən vəsaitin məbləği açıqlanmır. O bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib, azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini deyib. İş adamı bundan sonra da nəzərdə tutulan aylıq vəsaiti erməni diaspor təşkilatının deyil, məhz Azərbaycan diasporunun hesabına köçürəcəyini bildirib (APA).
2013-12-24
5,021
İran paytaxtını dəyişir
Bu gün İran parlamenti ölkə paytaxtının Tehrandan köçürülməsini nəzərdə tutan qanun layihəni təsdiqləyib. "Radiofərda" xəbər verir ki, iclasda 214 deputat iştirak edib. Qərarın lehinə 110, əleyhinə 67 nəfər səs verib, 10 nəfər isə bitərəf qalıb. Layihə yeni paytaxt müəyyənləşdirildikdən sonra Tehranda yerləşən siyasi və inzibati strukturların köçürülməsini nəzərdə tutur. Ancaq İran hökuməti paytaxtın köçürülməsinin əleyhinədir və bununla bağlı İranın ali dini liderinin qərar qəbul etməsini təkid edir.(APA)
2013-12-24
5,022
Adil Mirseyid: “On gündən sonra, Faiq, on gündən sonra...”
Bu dəfə şair Adil Mirseyidin evinə qəfil qonaq qismində gedəsi oldum. Şairin sağlamlıq durumu ilə bağlı həm onu ziyarət etmək, həm də yazı yazmaq istədim. "Qəfil qonaq" layihəsində şairimizi söhbətə çəkəcəkdim. Doğrusu, əvvəlcə səhhəti ilə bağlı onu narahat etməmək üçün fikrimdən daşındım. Bir gün qabaq layihənin formatına "xəyanət" etdim. Axsam saatlarında şairin mobil telefonuna zəng vurdum. Səsi çox batıq idi. Hal-əhval tutduqdan sonra: - Sabah sizə gəlmək istəyirəm,- dedim. Razılaşmadı. - Özümü indi yaxşı hiss etmirəm. İnşallah, yaxşılaşım, özüm sənə zəng edərəm,- dedi. Sabahı gün Adilin səsindəki xırıltının, titrəyişin hələ də qulaqlarımda qaldığını hiss edib, foto-müxbirimiz İsmi bəylə onun yaşadığı, Xətai rayonu, M. Hadi küçəsində "kvadratlar" kimi tanınan ünvana yola düşdük. Şairin kirayədə qaldığı evin məhz hansı "kvadrat"da olmasını bilmədiyimizə görə, soraqlaşmalı olduq. 3-cü "kvadratda" ayaqqabı təmiri ustasına yaxınlaşıb: - Burda şair, rəssam Adil Mirseyid yaşayır, onun dəqiq ünvanını bilmirsiz ki? - soruşdum. Ayaqqabı ustası: - Mən onu tanıyıram, sakit adamdır, həmişə həyətdə gəzişir, başı aşağı adamdır. Mən bilirəm ki, o məşhur adamdır, amma heç kəsə yovuşmur. Hansı binada yaşadığını isə bilmirəm, havalar xoş olanda daim bayırda gəzişir. Pinəçi dükanının qarşısındakı ağsaqqallar isə, bizə Mənzil İstismar İdarəsinə getməyi məsləhət bildi. "Onlar dəqiq deyəcək", – dedilər. Elə də oldu. Bir qadın: - Adil müəllim 93-cü binada yaşayır, mərtəbəni, mənzili isə deyə bilmərəm, - deyib nişan verdi. 93 saylı binaya yaxınlaşırıq, artırmada bir kişi siqaret çəkir. Ondan soruşuram. O, bizə Adilin yaşadığı mənzili nişan verir. Baxın, stolun üstündəki dərmanlara Qapının zəngini sıxıram. Səs yoxdur. Sonra qapını döyürəm. Gözləyirəm, bir-iki siqaret çəkirəm və yenidən qapını ehmalca döyürəm. Qapı cəftəsinin səsi gəlir. Şairin həyat yoldaşı Nüşabə xanım qapını açıb, bizdən bir-neçə dəqiqə gözləməyi xahiş edir. Bu uzun çəkən bir neçə dəqiqəyə 3 siqaret çəkirəm. Qapı açılır və evin xanımı bizi otağa dəvət edir. Nüşabə xanım: - Dostları zəng edir, gəlmək istəyirlər. Razılıq vermir. Heç biz də onun narahat olmasını istəmirik. Tibb bacısı bir az olar gedib. Yatmışdı. İndi oyatdıq. Bir baxın, stolun üstündəki dərmanlara, iynələrə... - Vallah, bura gəlişim jurnalist marağından çox, dost nigarançılığıdır. Adil bizim böyük qardaşımızdır. - Jurnalistləri heç başa salmaq olmur. Başa düşürəm ki, bu onların sənətidir. Amma deyəndə ki, sonra zəng edin, indi yatır, inanmırlar, qapıya qədər gəlirlər. Evə dəvət etməmək də olmur. Otağa da girən kimi... day nə bilim... Adillə hal-əhval tuturam: - Abi, maşallah, səni son dəfə şəhərdə görüb söhbət etdiyimizdən indiki halın çox yaxşıdır. Göz dəyməsin. - Sağ ol. Amma ağrıyıram. İnşallah 10 günə yaxşı olaram. Zəng edərsən, o vaxt səninlə lap yaxşı söhbət edərik, indi halım yoxdu... Adil dedi axı, indi yox Hiss edirəm ki, Adil dost, həmkar gəlişinə sevinir. Lakin üzücü ağrılar bu sevincin pardaqlanmasının, üzünə-gözünə çilənməsinin qarşısını alır. - Axşam siz zəng edəndə, Adil dedi axı, indi yox, sonra gələrsiz,– xanımı gileylənir. - Elə, açığı, Adilin o cür deməyinə görə gəldim. Adil heç zaman söhbət etməyə, görüşüb çay içməyə vədələşəndə, ədəbi müzakirəyə dəvət olunanda "yox" kəlməsi deməyib. Doğrusu, qorxdum ki, şairin ağrıları möhkəm olar, çox pis oldum. İndi maşallah, çox yaxşıdır. - İndi yaxşıdır bir az. İynələri vuruldu, yatmışdı, istirahət edirdi, siz gəldiniz. Şəklini çəkmək istəyirik. İsmiyə işarə edirəm. Razılaşmırlar. Adilə, "gəl iki qardaş şəkil çəkdirək",– deyirəm. Adil oturduğu yataqdan ayağa qalxsa da, Nüşabə xanım yenə də razı olmur: - Bu geyimdə, bu cür görünüşdə çəkməyin. Adil də etiraz edir: - Faiq, başqa vaxt, 10 gündən sonra... İsmi ikinci dəfə foto-kamerasını çantasında sahmanlayır. Söhbət zamanı, "müalicəsinə kömək edənlər varmı?"- soruşuram. "Hər kəs sağ olsun",- deyir. Və birdən qəfildən yadına düşürmüş kimi: - Tural neynir? Yenə orda, əvvəlki yerində işləyir? - Yox, indi "1937.az"dadır. - Onun məndən götürdüyü müsahibə maraqlı alınmışdı... Elçini görürsən? (E.İsgəndərzadəni nəzərdə tutur). Bakıdadır? - Sonra xanımına tərəf dönür: -Faiq Elçinlə həm qonşudur, həm qardaş kimidirlər, yaxın dostdurlar. - Elçin mənim qardaşımdır,– Nüşabə xanım deyir. - Hə, Bakıdadır. Dünən bir yerdə idik. Təzə gəlib. Dedi mütləq Adilə dəyməliyəm. Heç kəsə inam qalmayıb Adilin yatağının yanındakı stulun üstündə də dərmanların yanında göy cildli bir kitab var. - Kimi oxuyursan? - Nə bilim e... Həkim çox hərəkət eləməyə qoymur, heç oxumağa da... Adillə yarım saatlıq görüşümdə söhbətimizin onu yoracağından qorxuram. Ayağa qalxıram. Sağollaşıram. Nüşabə xanım: - Siz Allah, bağışlayın, qəfil gəldiniz. Qabaqcadan adam biləndə ki, qonağı gəlir, yır-yığış edir, hazırlıq görür. - Narahat olmayın. Siz bizi bağışlayın ki, xəbərsiz gəlib, sizi, şairi rahatsız etdik. Amma mətbuat üçün yox e, elə özümüz üçün şairlə şəkil çəkdirsəydik, yaxşı olardı, – şəkil çəkməyin razılığını almaq üçün inad edirəm. - Heç kəsə inam qalmayıb. İstəmirəm Adilin belə şəkli çəkilsin. Özü dedi axı, sağalan kimi sizə zəng edəcək... Adillə qucaqlaşıb, şairin 60 yaşında hələ də kirayədə yaşadığı mənzildən çıxırıq. Hər ikimizin dilində "Allah şəfa versin", - duaları...
2013-12-24
5,023
“Media forum” saytına yenidən güclü haker hücumu edilib
Dekabrın 24-ü səhər saatlarından "Media forum" saytına yenidən güclü haker hücumu edilib. Nəticədə bir neçə saat saytın açılmasında və materialların yerləşdirilməsində problemlər yaranıb. Dekabrın 19-da da "Media forum" saytına kəskin haker hücumu olmuşdu. Mütəxəssislərin hesablamasına görə, həmin gün səhər saatlarından axşam saat 7-yə qədər serverə əsasən xarici İP-lərdən 300 min dəfədən çox süni bağlantı olub, bu isə saytın işini iflic edib.
2013-12-24
5,024
Bakı ətrafında 50 su anbarı tikiləcək
Son üç ildə Bakı şəhəri və ətraf qəsəbələrdə 820 km uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan 7 ədəd su anbarı tikilib. Həmçinin, 53 min mənzildən ibarət 900 çoxmənzilli yaşayış binalarının daxili supaylayıcı sistemləri yenilənib, 120 min ədəd smart-kart tipli sayğac quraşdırılıb. Bu layihələr Bakı şəhərinin mərkəzi də daxil olmaqla, paytaxtın bütün qəsəbə və yaşayış massivlərini əhatə edib. Bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov prezident İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib. ASC sədri qeyd edib ki, Dövlət Proqramının icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 mln. 760 min nəfərə çatdırılıb. Bakı şəhəri və ətraf qəsəbələrdə xidmət göstərilən əhalinin 78%-nin fasiləsiz içməli su təminatına nail olunub. O, sutkada 520 min kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisinin davam etdirildiyini və 2014-cü ildə başa çatdırılacağını açıqlayıb: "Mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan Zirə, Türkan, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin edəcək Qala-Zirə-Pirallahı kəmərinin davam edən tikintisi də 2014-cü ildə başa çatdırılacaq. Abşeron yarımadasında yaranan çirkab suların idarə olunması üçün 11 ünvanda ümumi uzunluğu 50 km olan tunel tipli kanalizasiya kollektorlarının tikintisinə start verilib". "Azərsu" başçısı bildirib ki, qarşıdakı illərdə yeni Dövlət Proqramına uyğun olaraq ətraf qəsəbələrdə 450 km magistral su xəttinin və ümumi tutumu 500 min kubmetr olan 50 su anbarının, 6500 km içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur. O, əlavə edib ki, bu işlər başa çatdıqdan sonra Bakı şəhərində və ətraf qəsəbələrdə yaşayan bütün əhali fasiləsiz içməli su ilə təmin olunacaq.(APA)
2013-12-24
5,025
Daxili işlər naziri istefa ərizəsini təsdiqlədi
Türkiyəni daxili İşlər naziri Müəmmər Gülər ölkədəki rüşvət qalmaqalından sonra ölkənin Baş naziri Rəcəp Tayyip Ərdoğana istefa ərizəsini təqdim etdiyini təsdiqləyib. Bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat verib. M.Gülər bildirib ki, ölkədə başladılan rüşvət əməliyyatı 2014-cü il bələdiyyə seçkilərinin qarşısını almağa yönəlib (Trend).
2013-12-24
5,026
Bakı-Quba yolunda dəhşətli qəza: 5 ölü - Yeniləndi/Foto
Bakı-Quba yolunun 22-ci kilometrliyində betonqarışdıran maşın "Nissan-Tiida" markalı minik avtomobili ilə toqquşub, nəticədə 5 nəfər ölüb Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. İlkin məlumata görə, "Mersedes" markalı minik avtomobili qəza şəraiti yaradarkən betonqarışdıran maşın qəzadan yayınmaq istəyib və yolun qarşı tərəfinə çıxaraq "Nissan-Tiida" ilə toqquşub. Nəticədə betonqarışdıran maşın "Nissan-Tiida"nın üzərinə aşıb. Minik avtomobilində olan 5 nəfər hadisə yerindəcə keçiniblər. Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend ə bildirib ki, betonqarışdıran maşın Bakı istiqamətinə hərəkət edərkən eyni istiqamətdə hərəkətdə olan "Mersedes" markalı minik avtomobili qəza şəraiti yaradıb. Betonqarışdıran maşın qəzadan yayınmaq istəyəndə maneə çəpərlərini qıraraq qarşı tərəfdən gələn "Nissan-Tiida" markalı minik avtomobilinin üzərinə aşıb. Faktla bağlı araşdırma aparılır. *** Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Bakı-Quba yolunun 22-ci kilometrliyində "Mersedes-Benz" markalı yük avtomobili idarəetməni itirərək yolayrıcı metal çəpərə çırpılmış və daha sonra "NİSSAN" markalı minik avtomobilinin üzərinə aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "NİSSAN" markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış, şəxsiyyətləri məlum olmayan 5 nəfər hadisə yerində vəfat etmişdir. Xilasedicilər vətəndaşların cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:06-da başa çatıb. Qeyd edək ki, bu, son sutka ərzində respublikada baş verən ikinci ağır yol qəzasıdır. Belə ki, 23 dekabr 2013-cü il tarixdə saat 23:45 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 115-ci km-də 1979-cu il təvəllüdlü İsmayıllı rayon sakini Xəlilov Ramil Rövşən oğlunun idarə etdiyi "VAZ-21011" markalı, 60-BH-117 dövlət qeydiyyat nişanlı avtomobillə 1992-ci il təvəllüdlü Şamaxı rayon sakini Musayev İlyas Şahbala oğlunun idarə etdiyi "VAZ-21015" markalı, 90-HK-259 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ-21011" markalı avtomobildə olan sərnişin 1981-ci il təvəllüdlü İsmayıllı rayon sakini İskəndərova Günel Ələskər qızı, habelə "VAZ-21015" markalı avtomobildə olan sərnişinlər, Şamaxı rayon sakinləri 1991-ci il təvəllüdlü Həsənov Həsənağa Binyəm oğlu və 1993-cü il təvəllüdlü Aslanov Musa Abbas oğlu hadisə yerində ölüblər, hər iki avtomobilin sürücüləri, eləcə də "VAZ-21011" markalı avtomobilin digər sərnişinləri 2008-ci il təvəllüdlü Xəlilov Əliheydər Ramil oğlu və 2010-cu il təvəllüdlü Xəlilov Abbas Ramil oğlu xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
2013-12-24
5,027
Prezident Güldən rüşvət əməliyyatına ilk açıqlama
Türkiyənin prezidenti Abdullah Gül rüşvət əməliyyatı ilə bağlı ilk açıqlamasını verib. Abdullah Gül bunları deyib: "Məhkəmə müstəqildir. Hamı bunun nəticəsini görəcək. Korrupsiya varsa, heç kim bunu ört-basdır edə bilməz".
2013-12-24
5,028
Ərdoğan pul payladı, gizli kameralara yaxalandı – Video
"Axar.az" xəbər verir ki, Türkiyənin gündəminə bomba kimi düşən rüşvət əməliyyatı çərçivəsində oğlu həbs olunan və məhkəmə tərəfindən azad edilən Ətraf Mühit və Şəhərsalma naziri Ərdoğan Bayraqdarın həvəskar kamera tərəfindən çəkilən videosu "yutub"a yüklənib. Bildirilir ki, Ərdoğan bu şəkildə oğlunun azad olunmasına sevincini ifadə edib. Trabzonda çəkilən və qısa müddət ərzində sosial şəbəkələrin gündəminə yerləşən görüntülərdə Bayraqdarın pul payladığı görünür:
2013-12-24
5,029
Gürcüstanda yanacağın qiyməti bahalaşıb
Bu gün, dekabrın 24-dən etibarən Gürcüstanda yanacağın pərakəndə satış qiyməti bahalaşıb. Yanacağın bahalaşmasına səbəb Gürcüstan milli valyutasının (lari) rəsmi məzənnəsinin ucuzlaşması ilə bağlıdır. Qiymət artımı Gürcüstan ərazisində fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrini əhatə edib və artım 1 litr yanacaq üçün təxminən 5-7 tetri (2,5-3,5 qəpik) təşkil edib. Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə qurumu olan "SOCAR-Georgia" şirkətinin baş direktoru Mahir Məmmədovun verdiyi məlumata görə, bahalaşma Gürcüstanda "SOCAR" brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə də təsir edib. Onun sözlərinə görə, yanacağın pərakəndə satışının qiymətində 5 tetri artım var: "Gürcüstanda yanacağın qiymətinin artması normal prosesdir. Bu ölkədə yanacağın qiyməti dünya bazarı qiymətlərinə uyğun satılır və son zamanlar dünya neftin və neft məhsulları bazarında baş verən qiymət artımı mütləq buradakı qiymətlərə də təsir etməli idi. Son aylar lari 6-8% devalvasiya olunub". M.Məmmədov deyir ki, bu qiymət artımı yanacaq istehlakçılarına və avtomobil sahiblərinə ciddi təsir etməyəcək: "Ola bilər ki, Yeni İl bayramı ərəfəsində alıcılarımıza bayram hədiyyəsi olaraq yanacağın qiyməti ucuzlaşdırılsın. Çalışacağıq ki, Yeni İl ərəfəsində bu qiyməti heç olmasa əvvəlki qiymətə qədər endirək. Bəlkə də əvvəlki qiymətdən də daha ucuz elədik". Qeyd edək ki, bu gün Gürcüstanda "Super" markalı benzinin 1 litri qiyməti 2,20 laridən 2,30 lariyə, "Premium" markalı benzinin qiyməti 2,15 laridən 2,25 lariyə, "Avroreqular" isə 1,99 laridən 2,10 lariyə qaldırılıb. Dizel yanacağının 1 litri isə 2,07 laridən 2,10 lariyə qədər artırılıb (APA).
2013-12-24
5,030
Ukrayna Rusiyadan 3 milyard dollar aldı
Ukraynanın Mərkəzi bankı Rusiyanın Milli Rifah Fondundan (MRF) 3 milyard dollar alıb. Bu barədə məlumatı Rusiyanın baş naziri D.Medvedev verib. Ukraynanın baş naziri Nikolay Azarov faktı təsdiqləyib. Qeyd edək ki, dekabrın 17-si bağlanan müqaviləyə əsasən, Rusiya MRF-dən Ukraynanın qiymətli kağızlarına 15 milyard dollar yatırım edəcək.
2013-12-24
5,031
İlham Əliyevi kimlər təbrik etdi? - Siyahı
"Axar.az" məlumat verir ki, artıq dünyanın müxtəlif liderləri prezidentə təbrik ünvanlayıb. İlham Əliyevə təbrik ünvanlayan liderlərin siyahısını təqdim edirik:
2013-12-24
5,032
Səlim Müslümov tələbə yoldaşına vəzifə verir
Cəlilabadda "Sobes" uğrunda savaş gedir Cəlilabad rayonunda yaşayan oxucularımızdan redaksiyamıza daxil olan məktubda bildirilir ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Cəlilabad Rayon Mərkəzinin direktoru Mirsüleyman Mirxaslını (Mirxaslı eyni zamanda YAP-ın Cəlilabad Rayon Təşkilatının sədridir) işdən azad edib. Mirxaslının işdən azad edilməsindən sonra boş qalmış vəzifə uğrunda rayonda müxtəlif sahələrdə çalışan 10-a yaxın məmur mübarizə aparır. Onların sırasında rayonun təhsil, səhiyyə, rabitə sahəsində çalışan məmurlarla yanaşı, İcra Hakimiyyətində çalışan bir məmur da var. İdarə isə artıq 3 həftəyə yaxındır direktorsuz qalıb və demək olar ki, "dondurulmuş" vəziyyətdədir. Oxucu daha sonra qeyd edir: "Rayonda yayılan son söz-söhbətlərə görə, artıq idarəyə direktor tapılıb. Bu, Beynəlxalq Bankın Cəlilabad rayon şöbəsinin sədri Natiq Abbasovdur. Natiq Abbasovun arxasında nazirlikdə çalışan yaxın qohumu durur. Şayiəyə görə, o, həm də yeni nazir Səlim Müslümovun tələbə yoldaşıdır". Sonda oxucu sual edir: "Nə üçün bankda 1500-1600 manat maaş alan şəxs 500-600 manat maaş verilən idarədə çalışmaq arzusundadır?" Məktubda yazılanlara aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi ilə əlaqə saxlamaq istəyimiz növbəti dəfə alınmadı. Məlumat üçün bildirək ki, Füzuli Ələkbərov vəzifədən gedəndən və Səlim Müslümov nazir kürsüsünə əyləşəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbələri faktiki olaraq medianın suallarından yayınmaqla məşğuldurlar.
2013-12-24
5,033
“Mən o sənətkarlardan deyiləm ki, 3-5 manata görə...”
Yeni il bayramına bir həftədən də az vaxt qalıb. Bu zamana qədər hər kəs bayramı harada və kimlərlə keçirəcəyini qərarlaşdırır. Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd etdiyimiz 31 dekabr təqvimi, həm də məhərrəmlik ayı və Məhəmməd Peyğəmbərin vəfat gününə təsadüf edir. "Axar.az"ın əməkdaşı mövzu ilə bağlı bir sıra tanınmış incəsənət adamı ilə söhbətləşib. Aybəniz Haşımova: "Bayramı ən yaxşı ailə ilə qeyd etmək olar" Xalq artisti Aybəniz Haşımova deyir ki, yeni ildə heç yerə getməyi düşünmür: "Yeni ili adətən ailəmin yanında keçirdirəm. Bayram günlərində harasa getməyi sevmirəm. Düşünürəm ki, bayramı ən yaxşı ailənin yanında qeyd etmək olar. Həm də bu il bayramla məhərrəmlik üst-üstə düşür. Ona görə təmtəraqlı bayram keçirmək fikrim yoxdur. Yeni il ilə əlaqədar olaraq bir sıra bayram şənliklərinə də dəvət edirlər. Fürsətdən istifadə edib həmin insanlarla, təşkilatçılara və dəvət edənlərə öz təşəkkürümü bildirirəm. Ancaq heç bir şənlikdə iştirak etməyi düşünmürəm". Brilyant Dadaşova: "Buta Palas"da olacam" Xalq artisti Brilyant Dadaşova isə kimsəsiz uşaqlar üçün təşkil ediləcək şənlikdə iştirak edəcəyini deyir: "Yeni il günü heç yerə getmək fikrim yoxdur. Bir şənlikdə iştirak edəcəm. O da "Buta Palas"da keçirilir. Ölkənin birinci ledisi Mehriban xanım Əliyeva kimsəsiz uşaqlar üçün 3 günlük möhtəşəm bayram şənliyi təşkil edir. Həmin tədbirdə iştirak edəcəm. Ancaq yeni il dəqiqələrində öz evimizə olacağam. Ənənəvi olaraq bayram dəqiqələrini evdə keçirdirəm". Flora Kərimova: Yeni ildə telefonla danışacağam" Xalq artisti Flora Kərimova da həmkarları kimi yeni ili evdə keçirəcək: "Yeni il ilə bağlı çox tədbirlərə və şənliklərə dəvət ediblər. Ancaq onların heç birində iştirak etmək fikrim yoxdur. Heç bir tədbirdə, şadlıq sarayındakı şənlikdə iştirak etmək istəmirəm. 2014-cü ili evdə qarşılayacağam. Yaxınlarım Azərbaycandan kənarda olsa da, yeni ili evimizdə qarşılayacağam, uşaqlarımla, nəvələrimlə telefonla danışacağam". Baloğlan Əşrəfov: "Bunu öz sənətimə təhqir kimi qəbul edirəm" Xalq artisti Baloğlan Əşrəfov da yeni ili öz ailəsi ilə keçirəcəyini və 31 dekabrda oğlunun doğum günü olduğunu dedi: "Mən neçə illərdir ki, yeni ili öz ailəmlə birlikdə qeyd edirəm. Çünki 31 dekabr oğlumun doğum günüdür. Ənənəvi olaraq yaxın qohum-əqrəba bizim evə yığışır və oğlumun doğum gününü qeyd edirik. Bu il də elə olacaq. Həm də bu il Məhərrəmlik ayına təsadüf edir. Allahın icazə verdiyi nemətlərdən yeyib evdə olsaq, günaha da girmərik. Bayram da Allahın bayramıdır, Məhərrəmlik günü də. Elə etmək lazımdır ki, günah sahibi olmayaq. Yeni ili heç bir şadlıq sarayında və ya restoranda keçirmək fikrim yoxdur. Dəvət ediblər, məni də orada görmək istədiyini bildiriblər. Ancaq mən o sənətkarlardan deyiləm ki, yeni ili 3-5 manat pula görə kiminsə restoranında keçirdim. Bunu öz sənətimə təhqir kimi qəbul edirəm".
2013-12-24
5,034
İlham Əliyev dünyada “İlin adamı” elan edildi - Foto
Geniş oxucu kütləsinə malik "Hind okeanının və Ərəb dənizinin səsi" (VİOAS) jurnalı Azərbaycan Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan edib. Jurnal bu münasibətlə cari ilin dekabr ayında dərc olunan xüsusi Milad nəşrini Azərbaycana həsr edib. Qeyd edək ki, Seyşel adaları Respublikasında nəşr olunan VİOAS jurnalı strateji əhəmiyyətə malik olan Hind okeanı və Ərəb dənizi regionunun səsini dünyaya çatdırmaq missiyasını üzərinə götürüb. Jurnalın əsas məqsədi regiondakı əsas geosiyasi prosesləri işıqlandırmaqla yanaşı, ekosistemin qorunması və qlobal istiləşmə, dəniz quldurluğuna qarşı mübarizə, turizmin inkişaf etdirilməsi məsələlərinə diqqəti yönəltmək, eləcə də, Hind okeanında və onun sahillərində yaşayan xalqlar arasında dostluğun və mehriban münasibətlərin möhkəmləndirilməsinə töhfə verməkdir. Eyni zamanda, hazırda BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü olmaq yönündə fəaliyyət həyata keçirən Seyşel adaları Respublikasında Azərbaycanın qurumdakı 2012-2013-cü illəri əhatə edən ikiillik fəaliyyəti dövrü diqqətlə izlənilir. Təsadüfi deyil ki, jurnalın redaksiya heyətinin oxuculara müraciətində bildirilir ki, Azərbaycan Prezidentinin "İlin adamı" seçilməsi heç də yalnız Onun xalqın böyük dəstəyi ilə növbəti dəfə prezident seçilməsi və şəxsi liderlik keyfiyyətləri ilə bağlı deyil. Bu qərar həm də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətinin və vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlməsinin nəticəsidir. Bu münasibətlə, jurnalın üz qabığında "İlin adamı" kimi təqdim olunan Prezident İlham Əliyevin 10 illik fəaliyyətindən sonra 2013-cü il oktyabrın 9-da yenidən xalqın böyük dəstəyi ilə prezident seçilməsi, habelə, indiyədək ölkədə yoxsulluğu 90 faiz azaldan dövlət başçımızın ümumi daxili məhsulun həcmini 2020-ci ilədək iki dəfə artıracağı qeyd olunur. Azərbaycanın sosial-iqtisadi və siyasi uğurlarına böyük diqqət ayıran VİOAS jurnalının sözgedən sayının ilk məqaləsi də "İlin adamı" başlığı altında Prezident İlham Əliyevin dövlət başçısı kimi 10 illik fəaliyyəti dövründə ölkəmizin keçdiyi inkişaf yoluna həsr olunub. Jurnalın nəşriyyatçı şirkətinin rəhbəri Ceyms Mançamın müəllifi olduğu məqalədə yüksək iqtisadi inkişafa nail olan, yoxsulluğun sürətlə və kəskin azaldıldığı, müasir və firavan cəmiyyətin qurulduğu Azərbaycanın son 10 ildəki nailiyyətlərini dünyada təkrarlaya biləcək ölkənin olmadığı xüsusi vurğulanır. Müəllif qeyd edir ki, məhz Prezident İlham Əliyevin güclü, ardıcıl və xalq tərəfindən dəstəklənən liderliyi olmadan bu yüksək göstəriciləri əldə etmək mümkün olmazdı. Bunun məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində səslərin 84,59 faizini toplayaraq növbəti 5 ildə də dövlət başçısı seçilib. Azərbaycanla bağlı şəxsi müşahidələrinə əsaslanan C.Mançam məqalədə göstərir ki, onun ölkəmizlə yaxından tanışlığı Mərkəzçi Asiya-Sakit okean Beynəlxalq Demokratların (CAPDİ) vitse-prezidenti kimi 9 oktyabr seçkilərini müşahidə etmək üçün Azərbaycana dəvət olunması və Filippin Milli Assambleyasının keçmiş sədri, hazırda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) həmsədri Xose de Venesiyanın başçılıq etdiyi müşahidəçi qrupun tərkibində ölkəmizə səfəri ilə bağlıdır. Daha sonra Azərbaycan haqqında bir sıra məlumatların verildiyi yazıda Prezident İlham Əliyevin 1993-cü ilin oktyabrından 2003-cü ilin oktyabrınadək Azərbaycanın prezident olmuş Ulu öndər Heydər Əliyevin davamçısı olduğu vurğulanır. Qeyd olunur ki, 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ümummilli lider 2003-cü ildə vəfat edib. Müəllif yazır ki, 52 yaşlı Prezident İlham Əliyev islahatçı lider kimi analoqu omayan inkişafa, ölkənin yüksək səviyyəli xarici əlaqələrinin qurulmasına, yoxsulluğun kəskin şəkildə azalmasına nail olub. Təsadüfi deyil ki, təxminən 10 illik fəaliyyətindən sonra Prezident İlham Əliyevə 2013-cü il seçkilərində ciddi rəqib sayılacaq siyasi fiqur olmayıb və prezidentliyə iddialı olan müxalifət namizədləri seçkilərin nəticəsində siyasi arenada layiq olduqları yerə sahibləniblər. Ölkəmizdəki seçkiqabağı mühitlə bağlı fikirlərini də bölüşən müəllif qeyd edir ki, Azərbaycan Hava Yolları ilə Londondan Bakıya yola düşməzdən əvvəl, təsadüfən "BBC" radiosunun reportajlarının birində Azərbaycanın mənfi tonda təqdim edilməsinin şahidi olub: "Bu, mənin Bakıda gərgin, mübahisəli və sərt siyasi atmosferlə üzləşəcəyimi güman etməyimə səbəb oldu. Lakin xoşbəxtlikdən, mən hər zaman "cəmiyyətin nəbzinə" inanan birisi olmuşam, çünki bu, bəzən ölkənin vəziyyətini və əhval ruhiyyəsini statistikalardan və peşəkar siyasi təhlillərdən daha yaxşı izah edir. "Cəmiyyətin nəbzi" insanların həqiqi hisslərini və onların bu gün və sabahla bağlı gözləntilərini dəqiq əks etdirir. Bu nöqteyi-nəzərdən, çox keçmədən anladım ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının üzvləri tərəfindən fəal şəkildə dəstəklənir və partiyanın üzvü olmayanların çoxu seçkilərdə tanıdıqları, fəaliyyətinə bələd olduqları liderə səs verəcəklər". Seçkilərdən sonra Prezident İlham Əliyevin xalqa müraciətində Azərbaycanın son 10 ildən artıq müddətdə dünyada ən sürətli iqtisadi artıma malik olan ölkələrdən birinə çevrilməsi ilə bağlı fikirlərini xatırladan müəllif qeyd edir ki, bu gün Azərbaycanın gələcəyi işıqlı görünür: "ÜDM-də böyük artımla yanaşı, neft gəlirlərinin səbəb olduğu sosial rifah ölkədə əmanətlərin üçqat artmasına səbəb olub. Seçkisonrası müraciətində Prezident Əliyev qarşıdakı illərdə ölkənin inkişafına zəmin yaradan "Azərbaycan 2020: Gələcəyə baxış" strategiyasından bəhs edib. Ümumilikdə, bu strategiya çərçivəsində ölkənin adambaşına düşən ÜDM-in həcmi 2020-ci ilədək iki dəfə artırılacaq, bu isə öz növbəsində infrastrukturun yenidən qurulması, nəqliyyat, şəhər xidmətləri və özəl sektorun inkişafına ayrılan diqqət sayəsində Azərbaycanı ənənəvi iqtisadiyyatdan biliklərə əsaslanan iqtisadiyyatı olan ölkəyə çevirəcək". Məqaləyə əsasən, Dövlət Neft Fondundakı maliyyə vəsaitlərinin də yardımı ilə 2014-cü ildə böyük həcmdə dövlət investisiya xərclərinin iqtisadi artıma təkan verəcəyi gözlənilir. Həmçinin, yeni qaz yatağındakı kəşfiyyat işlərinin yatağın 2015-ci ildə istismarı yönündə irəliləməsi də Azərbaycanın enerji gəlirlərinin gələcəkdə daha da artacağından xəbər verir. Müəllif, həmçinin qeyd edir ki, VİOAS jurnalının "İlin adamı" kimi Mərkəzi Asiyanın Qafqaz regionundan olan bir lideri - Prezident İlham Əliyevi seçməsi ötən əsrdən etibarən dünyanın nə qədər çox dəyişdiyini göstərir: "Bu o deməkdir ki, Azərbaycan artıq əksər gənc dövlətlər üçün inamlı və hərtərəfli inkişaf modelinə çevrilib". Müəllifin fikrincə, Prezident İlham Əliyev ağıllı və qətiyyətli liderlik keyfiyyətlərini özündə birləşdirən, XXI əsrin başlanğıcında dövləti "üçüncü dünya" ölkəsi səviyyəsindən müasirliyə aparan dövlət xadimlərinin bir nümayəndəsidir. Hazırkı qloballaşmanın təsiri altında güc balansının Atlantikdən Hind və Sakit okeanlarına doğru dəyişdiyinin vurğulandığı yazıda qeyd olunur ki, Seyşel adaları da bir vaxtlar "xırda dövlət" adlanırdı. Buna baxmayaraq, qloballaşma belə bir fikri deməyə əsas verir ki, "dənizlə əhatə olunmuş heç bir dövlət kiçik deyil" və kiçik ölkələrdə yaşayan xalqlar heç də mütləq şəkildə "kiçik xalqlar" deyil. Bu baxımdan, məqalədə bildirilir ki, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan ölkə Prezidentinin ağıllı rəhbərliyi altında bu vəzifənin öhdəsindən layiqincə gəlib. Müəllif qeyd edir ki, BMT TŞ-yə qeyri-daimi üzv seçilməsinə çalışan Seyşel adaları Respublikasının Prezidenti Ceyms Mişel bu istəyinə çatmaq üçün Prezident İlham Əliyevdən nümunə götürməlidir: "Bu baxımdan, Prezident Mişel bizim Azərbaycan Prezidentini VİOAS-ın xüsusi Milad buraxılışı üçün "İlin adamı" elan etməyimizə əsas verən liderlik keyfiyyətlərini öyrənsə, uğur qazanar". VOİAS jurnalının qeyd olunan sayında əksini tapan "Azərbaycan beynəlxalq səviyyədə ədalətin bərpasına mühüm töhfələr verir" başlıqlı yazıda isə Azərbaycan Xarici İşlər Nazirliyinin ölkənin BMT TŞ-dəki sədrlik müddətinin başa çatması ilə əlaqədar 5 noyabr 2013-cü il tarixində dərc olunan bəyanatına istinadla Azərbaycanın BMT TŞ-yə sədrliyi dövründə beynəlxalq səviyyədə ədalətin bərpasına və beynəlxalq hüququn prinsiplərinə mühüm töhfələr verdiyi vurğulanır. Yazıda bildirilir ki, bu müddət ərzində Azərbaycan etibarlı tərəfdaş olaraq BMT TŞ-yə üzv ölkələr və digər beynəlxalq təsisatlar və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığı davam etdirib. Həmçinin qeyd olunur ki, 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Azərbaycan TŞ-yə sədrliyi icra edib. Bu müddət ərzində qurumda bir sıra mühüm qərarlar qəbul olunub, beynəlxalq sülh və təhlükəsizlik məsələləri müzakirə edilib. Eləcə də, Azərbaycanın təşəbbüsü ilə BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı BMT TŞ-də yüksək səviyyəli görüş keçirilib. Noyabrın 1-dən etibarən isə Şuraya sədrlik Azərbaycandan Çinə keçib. Beləliklə, göründüyü kimi, Azərbaycanın sosial-iqtisai inkişaf modeli və xarici siyasət fəaliyyəti beynəlxalq səviyyədə uğurlu nümunə və model kimi qəbul olunur. Bu baxımdan, nüfuzlu VİOAS jurnalının Prezident İlham Əliyevi "İlin adamı" elan etməsi Azərbaycanın son illərdə daxili və xarici siyasətdə qazandığı uğurların müəllifi olan dövlət başçımıza beynəlxalq səviyyədə verilən yüksək qiymətin, habelə ölkəmizin dünyadakı nüfuzunun durmadan artmasının təsdiqidir (Trend.az)
2013-12-24
5,035
Ankara bələdiyyə başqanının oğlu Azərbaycana qaçdı?
Türkiyədə Rəcəb Tayyib Ərdoğan iqtidarını sarsıdan və arxasında Fətullah Gülənin dayandığı 17 dekabr həbs əməliyyatının ardınca Ankara Böyükşəhər bələdiyyə başqanı Məlik Gökçəkin oğlu Osman Gökçəkin Azərbaycana qaçdığı məlum olub. Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, üç nazir oğlunun də həbs olunduğu əməliyyatdan sonra "Beyaz TV"-nin sahibi olan başqan oğlu "iş dalınca" təcili Azərbaycana uçub. Məlumatı internet portallarından birinə AKP-yə yaxın qaynaq verib. Melik Gökçək növbəti dəfə AKP-nin Ankara bələdiyyə başqanlığına namizədliyi irəli sürülüb. Bildirilir ki, namizədliyi açıqlanmazdan əvvəl o, baş nazir Ərdoğanın lehinə tez twitter mesajları yayırmış. Lakin Melik Gökçək 17 dekabrdan bu yana bir dəfə də olsun Fətullah Gülən təriqətinin əleyhinə mesaj yaymayıb. Ankara bələdiyyə başqanının təriqəti qəzəbləndirəcək hər hansı bəyanatla çıxış etməkdən çəkinməsi AKP içərisində onun əleydarlarını daha da qəzəbləndirib. Bələdiyyə başqanının oğlunun sahibi olduğu "Beyaz TV" isə açıq şəkildə Fətullah Güləni vurmasa belə siyasətə dair tok-şoularında təriqəti tənqid edən ekspertlərə tribuna verir. Müşahidəçilər qeyd edir ki, Melik Gökçək Fətullah Gülənlə Ərdoğan arasında müharibədə kimin üstün gələcəyini gözləyir və bu mərhələdə tərəflərdən hansısa birini dəstəkləməməyi üstün tutur. Qeyd edək ki, Ankara bələdiyyə başqanının oğlu birinci dəfə deyil Azərbaycana qaçır. 2009-cu ildə Türkiyədəki bələdiyyə seçkiləri ərəfəsində də Melik Gökçəkin oğlu yaralı halda Bakıya qaçmışdı. Bəs bələdiyyə başqanının oğlu həmin il Bakıya niyə qaçmış, yaxud qaçırılmışdı? Xatırladırıq ki, həmin seçki ərəfəsində AKP-nin Ankara Keçiörən bələdiyyə başqanlığına namizəd Turqut Altınokla bağlı qalmaqal baş verib. Keçmiş MHP-çi olan və AKP qurulduqdan sonra bu partiyaya keçərək Keçiörən bələdiyyə başqanı seçilən Altınok bu seçkilərdə namizədliyini verdikdən onun seks görüntüləri internetdə yayılıb. T.Altınok bu görüntülərin yayılmasında Melik Gökçəki günahlandırıb. Bildirilib ki, görüntülərin yayılmasını Gökçəkin bizneslə məşğul olan oğlu Osman təşkil edib. Nəticədə T.Altınok namizədliyini geri götürməyə məcbur olub və uzun müddətdir intriqalarda olduğu Ankara bələdiyyə başqanı ilə haqq-hesab çəkməyi qərara alıb. O, görüntüləri yayan Osman Gökçəki ayağındab tapança ilə vurub. Lakin bu hadisə Gökçəkin seçki kampaniyasına zərbə vura biləcəyinə görə gizli saxlanılıb, hadisəni gizlətmək üçün Gökçəkin oğlu Osman Gökçək Türkiyədəki xəstəxanalara da yerləşdirilməyib. Onu gizli şəkildə əvvəlcə Dubaya, 4 gün sonra isə Bakıya gətirib, buradakı xəstəxanaların birinə yerləşdiriblər. Daha sonra izi itirmək məqsədilə Ankara bələdiyyə başqanının oğlunu Bakıdan naməlum ölkəyə aparıblar (Virtualaz.org).
2013-12-24
5,036
Azərbaycan səfirliyindən Türkiyəyə "Rza Zərrab" etirazı
"Rza Zərrab heç vaxt Azərbaycan vətəndaşı olmayıb". Bunu "Hürriyet" qəzetinə açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat müşaviri Elsevər Salmanov deyib və Rza Zərrabın türk mediasında Bakı doğumlu olaraq təqdim edilməsinə etirazını bildirib. "Bu şəxs Bakıda doğulmayıb. Azərbaycanın dövlət orqanlarında bu barədə hər hansı sənəd yoxdur. O, nə keçmişdə, nə də indi Azərbaycan vətəndaşı olub. Gələcəkdə də ola bilməz". Xatırladaq ki, ötən gün "Axar.az" olaraq Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət etmiş və türk mediasının Rza Zərrabı "1984-cü il, Bakıda zəngin ailədə doğuldu" kimi təqdimatına münasibətini öyrənməyə çalışmışdıq. "Rüşvət əməliyyatı"nın əsas adamlarından sayılan bir şəxsin iranlı soydaşımız kimi deyil, Azərbaycan vətəndaşı kimi təqdim edilməsini araşdırdıqlarını bildirən E.Salmanov araşdırma bitən kimi buna etirazlarını bildirəcəklərini qeyd etmişdi.
2013-12-24
5,037
Moskvada iki azərbaycanlı güllələnib
Moskvada avtomobildə güllələnən sürücü və sərnişin Azərbaycan əsillidir.. Məlumata görə atəşə məruz qalmış azərbaycanılılar qardaşdırlar və Moskvada "qara inkassatorlar" qismində işləyiblər. Bildirilir ki, bu gün cinayətkarlar iki xarici markalı avomobildə azərbaycanlıların olduğu maşının qarşısını kəsərək atəş açıblar. Nəticədə bir nəfər ölüb, digəri isə yaralanıb. Cinayətkarlar avtomobillərdən birini qoyaraq digərinə minərək hadisə yerindən uzaqlaşıblar. Aparılan tədbirlər nəticəsində onların olduğu ikinci avtomobil də tərk edilmiş vəziyyətdə tapılıb.Məlumatda oda billdirilir ki, zərbaycanlıların olduğu avtomobildən əmlak oğurlanıb (Trend.az)
2013-12-24
5,038
Prezident ad gününü əlillər evində keçirdi
Prezident İlham Əliyev Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışında iştirak edib Bu gün Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak edib. Prezident İlham Əliyev və Mehriban Əliyeva əvvəlcə tibb məntəqəsinə baxdılar. Sonra dövlətimizin başçısı və xanımı mərkəzdə sağlamlıq imkanları məhdud gənclər üçün yaradılmış şəraitlə, habelə idman zalı ilə tanış oldular. Mərkəzlə tanışlıqdan sonra prezident və xanımı sağlamlıq imkanları məhdud gənclərlə görüşdülər(AzVision.az).
2013-12-24
5,039
Azərbaycanlı iş adamı qətlə yetirildi
Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamının evinə silahlı basqın edilib, ev sahibi və həyat yoldaşı güllələnərək qətlə yetirilib. Bu barədə Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresinin sədr müavini Akif Hümbətov açıqlamasında bildirib ki, bu gün səhər yerli vaxtla saat 10.30 radələrində iş adamı Vidadi Məmmədov evində silahlı basqına məruz qalıb. O, həyat yoldaşı Yavər Məmmədova ilə birlikdə güllələnib. A. Hümbətovun sözlərinə görə, qətlə yetirilən V. Məmmədovun evi ona məxsus kafe-restorana bitişikdir: "Səhər övladları və onlarda yaşayan tələbə qohumları dərsə getdikdən sonra evə naməlum şəxslər tərəfindən silahlı hücum olub, ev güllə-baran edilib, Vidadi Məmmədov və həyat yoldaşı qətlə yetirilib. Hazırda ərazi milis tərəfindən mühasirəyə alınıb, araşdırma gedir. Hadisənin törədənlərin kimliyi hələlik məlum deyil. Milis əməkdaşları hadisəni törədənlərin kimliyi barədə yaxın vaxtlarda bizə məlumat verəcəklərini bildiriblər" (APA).
2013-12-24
5,040
Elman Abdullayevin Rza Zərrabdan xəbəri yoxdur
"Mən türkiyə mediasının Rza Zərrabın Bakıda anadan olduğunu yazmasından xəbərsizəm". Bu sözləri Elman Abdullayev Rza Zərrabın Bakı doğumlu olması ilə bağlı Türkiyə mətbuatının yazdığına münasibət almaq üçün "Axar.az"ın sualına cavab olaraq dedi. Mətbuat katibi bildirdi ki, bunu aydınlaşdırmağa çalışacaq: "Bu yazılanları və faktı araşdırıb, sonra məlumat verərəm". Qeyd edək ki, 17 dekabrda türkiyədə başlayan "rüşvət əməliyyatı" qardaş ölkəni silkələyib: həm türkiyə, həm də Azərbaycan mediası bu önəmli məsələyə olduqca geniş yer ayırır. "Rüşvət əməliyyatı"nda həbs edilən əsas adamlardan biri də Rza Zərrabdır ki, türk mediası hər informasiyada onun "1984-cü il Bakı doğumlu" olduğunu bildirir.
2013-12-24
5,041
Azərbaycanlı iş adamı erməni fonduna pul köçürüb – Tərs üz
Ukraynanın Luqansk şəhərində erməni iş adamı həmyerliləri ilə arasında yaranmış fikir ayrılığından sonra erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu xeyli vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürüb. O, bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib. Azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini deyib. Bu xəbərdən sonra eyni hadisənin əks tərəfini düşündük: təsəvvür edək ki, hansısa azərbaycanlı bizə əsəbiləşərək, erməni dispor təşkilatına pul köçürür. Belə vəziyyətlə üzləşəriksə, reaksiya necə olar? Orda hansısa məkrli niyyət var Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Axar.az" açıqlamasında ermənilərin bu cür məsələlərdə səmimiliyinə inanmadığını bildirdi: "Ermənilər hər zaman belə hiyləgər metodlardan istifadə edirlər. Hesab edirəm ki, orda hansısa məkrli niyyət var. Ermənilər ənənəvi olaraq müəyyən dövrlərdə bu cür xoş münasibət göstəriblər, amma həlledici məqamda Azərbaycana həmişə arxandan zərbə vurublar. Ona görə də ermənilərin bu cür addımlarının səmimiliyinə inanmıram". Akif Nağı eyni addımı azərbaycanlı iş adamının atacağı təqdirdə münasibətinin tamamilə mənfi olacağını qeyd etdi: "Bu, birmənalı məsələdir. Ermənilərə yaxşılıq etməyin mənası yoxdur". O erməni vicdanlı adamdır Politoloq Zərdüşt Əlizadə isə erməni iş adamının addımını müsbət qiymətləndirdi: "Görünür, o erməni vicdanlı adamdır. Vicdanlı və cəsarətli. Azərbaycanda da vicdanlı və cəsarətli adamlar var. Münaqişə son nəticədə Azərbaycan və erməni xalqının düşmənlərinə xeyirdir, Azərbaycan və erməni xalqlarını əsarətdə saxlayıb onun cibinə girən adamlara xeyirdir". Bizdə elə mərifət yoxdur Yazıçı Seymur Baycan: "əgər belə bir şey varsa, alqışlamaq lazımdır". Ancaq Baycan eyni addımı azərbaycanlı iş adamının ata biləcəyinə inanmadığını dedi: "Kimdir bizdə elə pul verən?! Bizimkilər ancaq Şakiraya pul xərcləyə bilər. Mənim Moskvada yaşayan bir dostum var. Azərbaycanlılar hər gün kafeyə yığışıb danışırmış ki, bizim millət elə, bizim belə və s. Bir gün çıxarıb 100 dollar qoyub ortaya, deyib, gəlin, kimin imkanı var, pul atsın, göndərək Azərbaycana. Hərə bir bəhanə ilə aradan çıxıb. Bizimkilər elə restoranda vətən, millət deyib araq içirlər. Bizdə elə mərifət yoxdur".
2013-12-24
5,042
Azarov Gömrük İttifaqı ilə sənəd imzalamayacaq
Nikolay Azarov Rusiyada Gömrük İttifaqına üzvlüklə bağlı heç bir müqavilə imzalayacaq. "Axar.az" məlumat verir ki, bu açıqlama Ukrayna Nazirlər Kabinetindən verilib. Məlumatda Ukraynanın Moskvada keçirilən konfransda, sadəcə, müşahidəçi qismində çıxış etdiyi, Kabinetin Gömrük İttifaqı ilə münasibətlərin təkmilləşdirilməsi üçün bundan sonra da çalışacağı bildirilib. Qeyd edək ki, bu gün Rusiyada Gömrük İttifaqının növbəti konfransı keçirilir. Toplantının əsas müzakirə mövzusunun təşkilatın öz əhatəsini genişləndirməkdən ibarət olduğu bildirilib.
2013-12-24
5,043
Rafiq Hüseynov: “Danışmaqda çətinlik çəkirəm”
Tanınmış diktor əməliyyatdan sonra açıqlama verdi Tanınmış diktor, xalq artisti Rafiq Hüseynovun bu yaxınlarda ağciyərində xərçəng xəstəliyi aşkar edildiyi üçün Türkiyəyə əməliyyata yola salındı. Əməliyyatdan sonra Bakıya dönən diktorun sağlıq durumunun nə yerdə olduğunu öyrənmək üçün onun özü ilə əlaqə saxladıq. Danışmaqda xeyli çətinlik çəksə də, o, əməliyyatın uğurlu keçdiyini dedi: "Türkiyədə əməliyyat olundum. Əməliyyatdan sonra danışmaqda çətinlik çəkirəm. Ancaq həkimlərin dediyinə görə, əməliyyat uğurla başa çatıb. Ancaq gələcəkdə sözsüz ki, müalicəni davam etdirəcəm (musavat.com). " "Müalicənin davamı üçün yenidən Türkiyəyə qayıdacaqsınızmı" sualına isə diktor bunu dəqiq bilmədiyini dedi: "Sırada kimyəvi terapiya müayinəsinə başlanılmalıdır. Müayinə üçün akademik Əhliman Əmiraslanovla görüşəcəyik. Ancaq dəqiq bilmirəm, bu terapiyaya Bakıdamı, yoxsa Türkiyədəmi başlayacam. Bu yaxınlarda həkimlərlə məsləhətləşib bir addımlar atacağıq. " Xatırladaq ki, R.Hüseynovun müalicə xərclərini Heydər Əliyev Fondu qarşılayır .
2013-12-24
5,044
Nazarbayev rusların hökmranlığına üsyan etdi
"Qazaxıstan Rusiya vətəndaşlarının Avrasiya İqtisadiyyat Komissiyasında üstünlük təşkil etməsindən narazıdır". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxış edib. N.Nazarbayev bununla bağlı Kremldə yenidən danışıqların getdiyini bildirib: "Biz belə qərara gəlmişdik ki, 23 departament yaradaq. İndi o departamentlərdən yeddisinə belarus və qazaxlar, doqquzuna isə ruslar rəhbərlik edəcək. Hələ üstəlik bir neçə sədrin müavini də ruslardan ibarətdir. Amma əvvəl belə bir prinsip qəbul olunmuşdu ki, hər üç dövlət eyni səviyyədə təmsil olunacaq".
2013-12-24
5,045
Müəllim hazırlığı sahəsində dəyişikliklər olacaq
Kolleclərdə müəllim hazırlığının keyfiyyəti Təhsil Nazirliyini qane etmir. Bunu nazirliyin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, son illər Azərbaycan kolleclərində müəlim hazırlığı işi məhdudlaşdırılıb. Lakin bundan sonra Təhsil Nazirliyi bu işlə daha ciddi məşğul olmaq fikrindədir: "Təhsil Mazirliyi tərəfindən müəllimlərin işə qəbulu həyata keçirilir. Ötən il 20 minə yaxın müəllim mərkəzləşmiş müsabiqədə iştirak edib. Onun xeyli hissəsi kollecləri bitirən məzunlar olub. Ancaq onlardan yalnız barmaqla sayılacaq qədər məzun işə qəbul olunub. Bu bizə əsas verir ki, deyək ki, kolleclərdə müəllim hazırlığının keyfiyyəti bizi qane etmir". Şöbə müdiri qeyd edib ki, beynəlxalq təcrübədə də kollec səviyyəsində müəllim hazırlanmır. Müəllimlər yalnız yalnız ali təhsil, hətta bəzi ölkələrdə magistratura səviyyəsində hazırlanır. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində kolleclərdə müəllim hazırlığının tamamilə məhdudlaşdırılması və yalnız ali təhsil səviyyəsində hazırlanmasına keçilməsi qarşıda duran əsas vəzifələrdən biridir: "Azərbaycanda bakalavr təhsili 4 ildir və tələbə bu illəri başa vurduqdan sonra müəllim kimi məktəbdə fəaliyyət göstərə bilər. Biz nəzərdə tuturuq ki, o, həmin 4 ilin 3 ilində pedaqoji sahə üzrə nəzəri biliklər əldə edə bilər. Son bir ildə isə bilavasitə məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilər. Hətta fikrimiz var ki, ehtiyacı olan ucqar kənd məktəblərinə də müəllimlər göndərilsin və orada işləsinlər. Orada təcrübəli müəllimlər gənc müəllimlərə rəhbərlik etsinlər, təcrübə mübadiləsi sayəsində onlar peşəkar təcrübi bacarıqlar əldə edərək məktəbə hazırlıqlı müəllim kimi gəlsinlər. Eyni zamanda, nəzərdə tutulur ki, internatura müddətində müəllimlərin əməyi qismən stimullaşdırılsın". (Trend)
2013-12-24
5,046
İsrail Qəzzaya havadan hücum etdi
İsrail təyyarələri Qəzzaya hava hücumları təşkil edib. "Axar.az"ın əldə etdiyi məlumata görə, İsrail ordusu Qəzza Şəridi sərhədində israilli bir vətəndaşın öldürülməsindən sonra bu addımı atıb. Fələstin tərəfi Xan Yunusda baş verən İsrail hücumlarını təsdiqləyib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
2013-12-24
5,047
Qafqazlıların Moskvada milyonluq mitinqi
"26 yanvar tarixində Rusiyada yaşayan qafqazlıların Manej meydanında mitinqi olacaq". "Axar.az" məlumat verir ki, bu barədə informasiya Rusiya mətbuatında yayımlanıb. Mətbuat qafqazlıların mitinqə milyondan çox insan toplamaq fikri olduğunu bildirib. Əsas etirazın hökumətin məscidlərin tikintisinə, hicaba qoyduğu qadağa və ksenofobiya ilə bağlı olacağı qeyd edilib. Manej meydanında keçiriləcək mitinqdə əsasən Şimali Qafqazdan, Tatarıstandan və Orta Asiyadan olan vətəndaşların iştirak edəcəyi deyilib.
2013-12-24
5,048
Əfsanəyə dönən Zəncani danışdı
Artıq günlərdir Türkiyəni silkələyən rüşvət əməliyyatında həbs edilən, əslən Təbrizdən olan azərbaycanlı iş adamı Rza Zərrabın "rəisi" kimi tanınan Babək Zəncani barəsində yayılan xəbərlərə münasibət bildirib. B.Zəncani bildirib ki, mediada günlərdir barəsində gedən xəbərlər onu bu açıqlamaları verməyə məcbur edib: "Türk mediasında günlərdir barəmdə heç bir əsası olmayan xəbərlərin yayılması məni bu deyilənlərlə bağlı açıqlama verməyə vadar etdi. Bildirmək istəyirəm ki, ticarət fəaliyyətimizdə heç bir qanunsuzluq yoxdur. İran vətəndaşlarına tətbiq olunan bir sıra ticari məhdudiyyətlər xaricində haqqımda hər hansı bir istintaq və məhdudiyyət yoxdur", - deyə Zəncani bildirib. ("Musavat.com") Rza Zərrab ilə bir neçə dəfə görüşmüşəm Zəncani Rza Zərrabla bir neçə dəfə görüşdüyünü də öz açıqlamasında bildirib: "Türkiyədəki ticarət fəaliyyətimin hamısı qeydiyyatdadır və heç bir qeyri-qanuni addım atılmayıb. Günlərdir adları hallanan kəslər içində iranlı olması səbəbiylə tanıdığım Rza Zərrab xaricində hər hansı bir şəxslə əlaqəm yoxdur. Onunla həyatımda cəmi bir neçə dəfə görüşmüşəm və heç bir ortaq ticari ilişgidən söhbət gedə bilməz"
2013-12-25
5,049
Azərbaycanlı milyonçunun adamı öldürüldü, pulu oğurlandı - Video/Yeniləndi
2013-12-24; 20:55 Bu gün günorta saatlarında Moskvada öldürülən və yaralanan azərbaycanlılar əslən Quba rayonundan olan milyarder Zarah İliyevin adamlarıdır. "Axar.az"ın əldə etdiyi məlumata görə, Rusiya paytaxtının Lyublino rayonununn Tixoretsiki bulvar küçəsində onların idarə etdiyi "Şkoda" markalı maşına basqın edənlər də maşında külli miqdarda pulun olduğunu biliblər. Bu barədə Rusiyanın NTV kanalı məlumat yayıb. Məlumatda göstərilir ki, 4,2 milyon rubl (128 000 dollar) pulu aparan şəxslər onu Moskva Ticarət Mərkəzinin sahibinə çatdırmalıymışlar. Adıgedən mərkəzin sahibləri isə qubalı milyarderlər Zarah İliyev və Qod Nisanovdur. Azərbaycanlı professor İlham Rəhimovun da həmin mərkəzdə payının olduğu bildirilir. Xatırladaq ki, Moskvanın cənubundakı Lyublino rayonunda qətl hadisəsi baş verib. Cinayətkarlar xarici markalı avtomobili atəşə tutaraq, hadisə yerindən qaçıb. "Şkoda"da olan naməlum şəxslər avtomobildən çıxaraq, digər "Şkoda"dakı sürücü və sərnişinə bir neçə atəş açıb. Nəticədə 1 nəfər ölüb, digəri yaralanıb. Hüquq-mühafizə orqanlarından "RİA Novosti"yə bildirilib ki, həm ölən, həm də yaralanan azərbaycanlıdır. Elәcә dә, onların qardaş olduğu bildirilir. Aparılan pulun ümumi həcmi isə 4 milyon rubldur. *** Basqınla bağlı yeni təfərrüatlar bəlli olub. Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov APA-nın Moskva müxbirinə açıqlamasında hadisənin təfərrüatları barədə danışıb. O, qətlə yetirilən və yaralanan şəxslərin Azərbaycanda doğulduqlarını bildirib: "Hadisə dünən saat 14:47 radələrində Moskvanın Lyublino rayonunda baş verib. Tixoretski bulvar küçəsində qara rəngli "Skoda Octavia" və BMW markalı avtomobillər "Chevrolet Cruze" markalı avtomobilin qabağını kəsib. "Skoda Octavia" və BMW-dən düşən 5 nəfər tibbi maskalı şəxs "Chevrolet Cruze"dakı şəxslərə odlu silahdan atəş açmağa başlayıblar. Nəticədə başından güllə yarası alan şəxs, 1964-cü ildə Azərbaycanda doğulmuş Yuşayev Binlyak Sergenoviç ölüb, onun sərnişini, 1970-ci ildə Azərbaycanda anadan olmuş Yuşayev Vitali Yakuboviç isə yaralanıb. Maskalı şəxslər gəldikləri BMW-ni hadisə yerində qoyaraq digər maşınla hadisə yerindən qaçıblar. Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində maskalı şəxslərin idarə etdiyi "Skoda Octavia" paytaxtın Stavropolsk küçəsində tapılıb. Həmin avtomobilin 2013-cü ilin avqust ayında qaçırıldığı məlum olub. Hadisəni törədən şəxslərin axtarışı isə davam edir". Rusiya mətbuatı Yuşayevlərin qardaş olduqlarını yazsa da, onların əmioğlu olduqları bildirilir. Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.
2013-12-24
5,051
Dağıstanlı və azərbaycanlı güləşçilər arasında kütləvi dava
Bakıda sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Böyüklər arasında keçirilən və "Sərhədçi" İdman-Olimpiya Mərkəzində baş tutan çempionat dünən başa çatıb. Çempionatın bağlanış günü isə kütləvi dava ilə yadda qalıb. Məlumatda deyilir ki, görüşlərin birində idmançılar arasında gərginlik yaşanıb. Azərbaycan vətəndaşlığını qəbul etmiş Dağıstan əsilli legionerlə yerli güləşçilərimizdən biri arasında keçirilən görüşdə əsəbləri gərilən idmançılar elə döşək üzərindəcə yumruq davasına çıxıblar. Bu davaya güləşçilərin zalda olan yaxınları və dostları da qarışıb. Bundan sonra dağıstanlılarla azərbaycanlılar arasında kütləvi dava başlayıb. Xəbərlərə görə, dava zamanı soyuq silahlar da işə düşüb və bıçaqlananlar da olub. Bıçaq xəsarəti alanlar Dağıstan vətəndaşları olub. Davaya səbəb olan idmançıların şəxsiyyəti barədə dəqiq məlumat yoxdur. Tərəflər arasında xeyli sayda xəsarət alan və yaralananların olduğu deyilir. Davaya qoşulan çoxsaylı adamları isə hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşları sakitləşdirib. Bu zaman tərəflər arasında saxlanılanlar da olub. Əldə etdiyimiz məlumata görə, faktla bağlı istintaq aparılır. Məsələ ilə bağlı virtualaz.org-a açıqlama verən Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mayis Musayev yarış zamanı idmançılar arasında doğrudan da insident yaşanması faktını təsdiqlədi: "Görüşlərin birində idmançılar arasında gərginlik yaşandı. Təşkilatçılar hadisəyə müdaxilə etdikdən sonra tərəflər sakitləşdirildi". M.Musayev insidentlə bağlı əlavə məlumat verə bilməyəcəyini söylədi. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləsə də əlavə məlumatın daha sonra veriləcəyini söylədi. Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur. ("Virtualaz.org")
2013-12-24
5,052
“Binə”də dəhşətli yanğın - Son dəqiqə/Fotolar
20:51:29 "Binə" Ticarət Mərkəzində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə yerinə çoxlu sayda canlı qüvvə və texnika cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. (APA) 22:57 "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğın ilkin versiyalara görə elektrik xətlərindəki qısaqapanmadan baş verib. Yanğın 5-ci sırada 4 və 5-ci korpuslarda başlayıb. Yarmarkanın tacirləri öz mallarını xilas etməyə çalışır. Böyük qarışıqlıq yaşanır. Yanğınsöndürənlər və polislər təhlükəni nəzərə alaraq tacirlərin mallarını çıxarması üçün içəriyə daxil olmasına məhdudiyyətlər yaradıb. Müxbirimiz xəbər verir ki, ilkin məlumata görə, 80-90 dükana ziyan dəyib. Ətraf dükanların sahibləri də öz mallarını xilas etməyə çalışırlar. Yanğın zonasında korpuslar dar olduğundan su dizə çıxıb. 10 dəqiqə əvvəl axır ki, dəhşətli yanğının qarşısı alınıb, yanğın ocaqları nəzarətə götürülüb. Son təhlükəsizlik əməliyyatları aparılır. Lakin dam və tavanların çökmə təhlükəsi hələ də qalır. Bir azdan hadisə yerindən video-görüntüləri təqdim edəcəyik.
2013-12-24
5,054
Ukraynada körpəyə Avromaydan adı verildi
Lvovdan olan gənc ailə yeni doğulan oğlan uşağının adını Avromaydan qoyub. Verilə məlumata görə, körpəyə bu ad Kiyevdə Avropa meydanında (Müstəqillik meydanı) keçirilən etiraz aksiyalarının şərəfinə verilib. Qeyd edək ki, Ukrayna paytaxtındakı aksiyalar hökumətin Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi imzalamaqdan imtina etməsi ilə əlaqədar keçirilir. Uşağa adı atası Yevgeni Tixun verib. O, hazırda mütəmadi olaraq etiraz aksiyalarında iştirak edir. Ata deyib ki, Avromaydandakı aksiyalarda iştiraka görə heç kəsdən pul almır: "Əgər oğlum gələcəkdə adını dəyişmək istəsə, o bunu edə bilər. Qohumlar və dostlar məni dəstəkləyirlər". Körpənin anası Mariya isə bildirib ki, ailəsi uşağa Avromaydan adını verməklə Ukrayna tarixinə öz töhfəsini verib. Xatırladaq ki, buna bənzər hadisə 2011-ci ildə Misirdə baş vermişdi. Həmin vaxt misirli ailə yeni doğulan qız uşağının adını Feysbuk qoymuşdu. Buna səbəb isə "Facebook" şəbəkəsi vasitəsilə Hüsni Mübarək rejiminin əleyhdarlarının aksiya təşkil edə bilmələri göstərilirdi (Trend.az) .
2013-12-24
5,055
Hollivud Türkiyəni çəkiliş məkanı seçir
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2023-cü ilə qədər turizmin inkişafını beşqat artırmağı hədəfləyib. Bunun üçün Türkiyənin gözəl təbiəti və tarixi məkanları reklamlarla dünyaya tanıdılacaq. Başqa maraqlı cəhətsə odur ki, bundan sonra Türkiyənin tarixi məkanları Hollivud filmlərinin çəkilişində yer alacaq. Beləcə, bu filmlərin sayəsində milyonlarla insan Türkiyəni tanımış olacaq. Bu xəbəri hazırlayarkən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin də ölkə turizminin inkişafı ilə bağlı hansı planların olmasını öyrənmək istədik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın köməkçisi kimi özünü təqdim edən, lakin adını deməkdən imtina edən xanım rəhbərin məzuniyyətdə olduğunu, özünün isə heç bir suala cavab verməyəcəyini dedi.
2013-12-24
5,057
Naftalanda öldürülən əsgərin anasından məktub var
Dekabrın 10-dan 11 ə keçən gecə xidmət etdiyi Naftalanın N saylı hərbi hissəsində müəmmalı şəkildə qətlə yetirilən əsgər Orxan Alıyevin ailəsi musavat.com-a məktub ünvanlayıb. Həmin məktubu təqdim edirik: * * * * Əslən Qərbi Azərbaycanlı olan Alıyev Orxan Şirazi oğlu 1994-cü il Bakı şəhərində anadan olub. Uşaqlıq illərindən idmana böyük maraq göstərib. Və bunun nəticəsi olaraq sağlam həyat tərzi sürüb, fiziki baxımdan heç bir problemi olmayıb. Heç bir zaman səhhəti ilə bağlı narazılığı olmayıb. Orxan vətəni Azərbaycanı qorumağı oxumaqdan üstün tutub və buna görədə Orxan oxumaq yerinə Azərbaycan ordusunun Silahlı Qüvvələri sırasına qoşulub. Xidməti zamanı səliqəli, qabaqcıl, vətənpərvər , qorxmaz əsgərlərdən biri olaraq seçilib. Bir az da Orxanın şəxsi həyatından: Bakıda sadə zəhmət adamlarının ailəsində 3-cü övlad- sonbeşik idi. Ata -baba yurdu Ulu Göyçəsini çox sevərdi. Göyçə ilə bağlı televiziya verilişlərinə, internet səhifələrinə , böyüklərin söhbətlərinə diqqət kəsilərdi. Xaraktercə, çox ciddi idi, fiziki cəhətdən güclü olsa da, özündən zəiflərin müdafiəçisi idi. Haqsızlığa dözmürdü. Həqiqət uğrunda daima mübarizə aparırdı. Çox qürurlu idi, amma, dikbaş deyildi. Onu sındırmaq mümkün deyildi. Ölümü sınmaqdan üstün tuturdu. Çox güman ki, özündən yuxarı çağırışçılara belə qürurlu əsgərlər xoş gələ bilməzdi. Görünür zəif, cılız, paxıllar Orxanın sınmayan qüruru qarşısında, ən böyük ədalətsizliyə də imza ata biliblər. Qeyd edək ki, çavuş Alıyev Orxan Şirazi oğlu dekabrın 10-dan 11 ə keçən gecə xidmət etdiyi Naftalanın N saylı hərbi hissəsində müəmmalı şəkildə qətlə yetirilib. ("Musavat.com")
2013-12-24
5,058
Xərçəng xəstəsinin son arzusu hamını təəccübləndirdi
ABŞ-ın Boston şəhərində 21 yaşlı xərçəng xəstəsinin son arzusu iti ilə vidalaşmaq olub. ABŞ-ın Boston şəhərində 21 yaşlı xərçəng xəstəsinin itiylə vidalaşarkən çəkilən şəkli paylaşma rekordları qırır. Xərçəng xəstəliyi üzündən yaşamaq şansı azalan Mayk Petrosino iti Rasti ilə vidalaşmaq arzusunu dilə gətirib. Bu səbəbdən də itini xəstəxanaya gətiriblər. Bildirək ki, şəkli ictimai mediada dostu paylaşıb. Həkimlər Mayka hələ 13 yaşında olarkən xərçəng diaqnozu qoyulublar və o bu xəstəlik üzündən bir ayağını itirib.
2013-12-24
5,059
Zakir Həsənov Abdullah Güllə görüşdü
Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün bir sıra görüşlər keçirib. Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz ilə görüşündə iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Müdafiə naziri Z. Həsənov həmçinin Türkiyə prezidenti Abdullah Gül tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında münasibətlər, o cümlədən müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyətində müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov. Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Tofiq Qasımov və digər şəxslər təmsil olunurlar. (APA)
2013-12-24
5,056
İvanişvili: "Dünyada Saakaşvili kimi prezident tapmaq mümkün deyil"
Saakaşvilinin inanılmaz cinayətləri açıldı Gürcüstanı dəyişən milyarder sensasion müsahibə verib; Bdzina İvanişvili siyasətdən gedəndən sonra "Forbes"ə hər şeyi danışdı... Gürcüstanın keçmiş baş naziri, Mixail Saakaşvilinin və komandasının hakimiyyətinə son qoyan "Gürcü arzusu" koalisiyasının lideri Bdzina İvanişvili siyasətdən gedəndən sonra ilk dəfə danışıb. Milyarder "Forbes" jurnalının redaktoru Yelena Berezanskayanı Tiflisdəki iqamətgahında qəbul edərək ona geniş müsahibə verib. Virtualaz.org saytı B.İvanişvilinin müsahibəsinin kifayət qədər maraqlı və sensasion məqamlarla zəngin olduğunu nəzərə alaraq onun tərcüməsini cüzi ixtisarla oxuculara çatdırır. *** Bdzina İvanişvili əsl oliqarxdır. 2004-cü ildə Rusiyadan Gürcüstana gedəndə o ölkədə dərhal ən zəngin adam oldu. Onun sərvəti 5.3 milyard dollardır, "Forbes"in son qlobal reytinqinə görə dünyanın ən zəngin adamlarının siyahısında 229-cu yerdədir. Onun sərvəti Gürcüstanın Ümumi Daxili Məhsulunun üçdə biridir. Lakin o, 2011-ci ilin oktyabrına qədər siyasətə qarışmadı - Tiflisdə hətta onu sifətdən tanıyan da yox idi. İvanişvili heç kimin gözləmədiyi halda müxalifət partiyası yaratdığını elan edənə qədər. Bir il sonra onun "Gürcü arzusu" parlament seçkilərini uddu, milyarder özü baş nazir oldu. Daha bir il sonra, 2013-cü ilin noyabrında o, vədini yerinə yetirərək öz komandasını hakimiyyətdə yerləşdirərək siyasətdən getdi. Bu iki il əzrzində onunla bağlı fantastik əhvalatlar baş verdi, hansı ki, İvanişvili bütün bunlar barədə ilk dəfə "Forbes"ə danışır. - Sizinlə 2005-ci ildə Parisdə baş tutan ilk görüşümüzdə dediniz ki, doğma kəndiniz Çorvilada oturmusuz və siyasət sizi maraqlandırmır. Bəs mövqeyiniz nə zaman və necə kardinal şəkildə dəyişdi? - Müxalifətin o vaxt mənə əli çata bilməzdi. Mən tamamilə qapalı adam idim və heç kimlə görüşmürdüm. - Hətta Mixail Saakaşvili ilə? - Onunla ilk dəfə "Qızılgül inqilabı" dövründə, prezident olmamışdan az əvvəl görüşmüşəm. 2004-cü ilin yanvarında. Mən o vaxt Parisdə yaşayırdım, bütün Gürcüstan kimi baş verən dəyişikliklərdən ruhlanmışdım. Mən dərhal Gürcüstana uçdum. Yolüstü Moskvaya baş çəkdim, orada bizneslə bağlı mühüm görüşlərim var idi. Məndən soruşdular ki, Gürcüstanda nə baş verir. Onları əmin etdim ki, bütün dəyişikliklər müsbətə doğrudur, yeni adamlarla dostluq etmək lazımdır və s. Fikirləşdim ki, hakimiyyətə ölkəni Avropaya çəkib aparacaq komanda gəlib. Gecləri yatmırdım, plan qururdum ki, onlara necə kömək edə bilərəm. Saakaşvili ilə ilk görüşdəcə dedim ki, ilk növbədə məmurların maaşlarını qaldırmaq lazımdır. Onda nazirlər və deputatlar ayda 10 dollar maaş alırdı. Mən onların maaaşlarını ciddi şəkildə qaldırmağı təklif etdim ki, rahat şəkildə ehtiyaclarını ödəsinlər, dərman, ərzaq ala bilsinlər. Axı nazirin uşağı evdə ac olsa və məktəbə gedə bilməsə, o özü isə milyonlarla dollarlıq müqavilələrə imza atsa korrupsiyanı necə dayandırmaq olar? Dedim ki, bu işə pul verməyə hazıram. Təklif etdim ki, fond yaradılsın və hər şey rəsmi olsun, Allah eləməmiş, rüşvətə oxşamasın. O, sevindi. Biz Soros Fondundan da yararlandıq, lakin Sorosun bu fonda verdiyi pul belə demək mümkünsə, cüzi idi. Maaşların artırılmasına yönəldilən bütün pulları mən verirdim. İki il yarımdan çox məmurlar bu fondun sayəsində yüksək maaş aldılar. Bu zaman heç kim maraqlanmırdı ki, pullar haradan götürülür. Digər fond isə orduya kömək üçün yaradıldı. Ora verdiyim pulların hesabına kazarmalar tikildi, əsgərlər üçün geyim alındı. O vaxta qədər əsgərlər cırıq krassovkalarda və ev çəkələklərində gəzirdi. Üstlərini örtməyə odeyalları da yox idi. Mən ancaq ona nəzarət edirdim ki, verdiyim pullara silah almasınlar. O vaxtlar polisə də kömək edirdim. - İlk mərhələdə bu işlərə nə qədər pul xərclədiniz? - Dəqiq məbləğ deyə bilmərəm. Gürcüstan üçün bu, çox böyük pul idi. - Saakaşvili sizə təşəkkür edirdi? - Hə, əlbətdə. Lakin mən ona həmişə belə cavab verirdim: "Mən bunu sənin üçün etmirəm". Ona imkan vermək olmazdı ki, özünü mənə borclu hesab etsin. İnsan vaxt keçdikdə borclu olduğu adamı nifrət etməyə başlayır. Mən hər şeyi gözəl başa düşürdüm. Lakin xəbərdarlıq edirdim ki, o vaxta qədər kömək edəcəyəm ki, ölkəyə xeyri dəysin. Əgər xeyri dəyməsə mən Saakaşvilinin yanından çəkiləcəyəm, əgər düşmən olsam ona qarşı ayağa qalxacağam. Mən bunu ona dəfələrlə demişdim, həmişə də cavabı "sağ ol" olurdu. İnqilab vaxtı əsas müxalifət telekanalı "Rustavi-2" idi. Mən mane olmurdum, ancaq özümün "Kanal 9"umu ehtiyatda saxlayırdım ki, əgər demokratik hərəkat sönsə, "Rustavi-2"nin başına nəsə gəlsə biz dərhal oyanaq. Saakaşvili hakimiyyətə gələndə hesab etdim ki, artıq təhlükə sovuşub və "Kanal 9"u bağladım. Bu, mənim ən böyük səhvim idi. Bütün bu müddət ərzində mən qapalı qaldım, ancaq Saakaşvili ilə görüşürdüm, Vano (Vano Merabişvili-baş nazir) ilə görüşmürdüm. Saakaşvili həmişə mənə təklif edirdi ki, gəlim. Ancaq bunu istəmirdim. Ev mənim üçün müqəddəsdir. Həmişə düşünürdüm ki, personal mənim Saakaşvilinin evinə gəldiyimi bilər və bütün ölkə bizim görüşümüz haqda öyrənər. Qapalı olduğum üçün televizora da demək olar ki, baxmırdım. Ona görə də hamıdan sonra öyrəndim ki, onlar demokratiya əvəzinə avtokratiya qurublar, sərt vertikal hakimiyyət formalaşıb və onlar bütün biznesi əllərində cəmləyiblər. 2007-ci il noyabrın 7-də nümayişlərin qəddarcasına dağıdılmasına qədər mən heç nə başa düşmürdüm, heç demə xalq bu hakimiyyətdən ciddi əziyyət çəkirmiş. - Siz Saakaşvilidən izahat almağa cəhd eləmədiniz? - Mən ondan ciddi izahat istədim. O dedi ki, təhlükə olub, dövlət çevrilişi hazırlayıblar və hər şeyi sonra izah edəcək. Axşam isə onlar "İmedi"yə (mərhum milyarder Badri Patarkatsişviliyə məxsus müxalifət telekanalı) basqın etdilər. Mən ona qışqırdım, tələb etdim ki, dərhal polisi dayandırsın. O, məni sakitləşdirdi, dedi ki, belə lazımdır, çevriliş hazırlanır. Ertəsi gün səhər Tiflisə uçdum. - Çevrilişi kim hazırlamışdı? - Heç kim. O, sadəcə olaraq məni aldadırdı. Müxalifət telekanalı ona sadəcə olaraq mane olurdu. Deyirdilər ki, Patarkatsişvili çevriliş hazırlayır. Patarkatsişvili doğrudan da onunla mübarizə aparırdı. Nəticədə Saakaşvili "İmedi"ni onun əlindən polis gücüylə aldı. Mən Tiflisə uçdum. Ona əllə salam vermədim, xahiş etdim ki, dərhal istefa versin. - Patarkatsişvili ilə danışdınız? - Yox. O, siyasətə girmək istəyirdi və bunu gizlətmirdi. Məndən soruşdu ki, onun tərəfdaşı olum, ancaq cavab verdim ki, mən siyasətlə məşul olmaq istəmirəm və prinsipcə heç kimlə tərəfdaşlıq etmirəm. O, xeyli dilə tutdu. Belə ayrıldıq ki, o məni barrikadanın qarşı tərəfində görməyəcək. Mən söz verdim. - Belə çıxır ki, Saakaşvili sizi aldadırdı? -Özü də necə. Mən azad ölkə qurmaq istəyirdim, insan azadlığının, söz azadlığının tərəfində idim. Ancaq birdən azad telekanalı xüsusi təyinatlılar ələ keçirir, jurnalistlər döşəməyə uzadılır. Televiziya söndürülür, bağlanır. Ayrılanda Saakaşviliyə yenə əl uzatmadım. Dedim ki, əgər istefa versə onunla hansısa formada ünsiyyətdə olaram. Əks halda sənin düşmənin olacağam. İki gün sonra o, zəng etdi və dedi ki, əgər kömək eləsəm, məsləhət versəm istefaya gedə bilər. Və o, istefa verdi. 2008-ci ilin yanvarında növbədənkənar seçkilər oldu. Saakaşvili seçkiləri uddu, ancaq bu seçkilərdən sonra müxalifət də ciddi fəallaşdı. Mən nə baş verdiyini təhlil etməyə başladım. Başa düşdüm ki, o, seçkini uda bilməzdi, ən azı 10 faizi çatmırdı. Xalq isə çoxdan başa düşürdü ki, o kimdir. Tədricən məndə onu görmək əhvalı azaldı, Saakaşvilidən qaçmağa çalışdım. Zəng edəndə arvadım ona cavab verirdi ki, özümü pis hiss edirəm. Başa düşdüm ki, demokratiya yox, diktatura quran adama kömək etmişəm. O vaxt onlar seçkiləri, mənim mövqeyimə görə, saxtalaşdırmışdılar. Seçkiləri sadə oğlan, o qədər də məşhur olmayan, birləşmiş müxalifətin lideri Levan Qaçeçiladze udmuşdu. Paytaxtda o, Saakaşvilini qabaqlamışdı. Badri də onunla dostluq edirdi. - Bəs Saakaşvilinin rejimindən xalqın niyə xoşu gəlmirdi? - Bütün biznesi əllərində cəmləmişdilər. "Verxuşka", əsasən dörd nəfər, Saakaşvilinin özü, baş nazir Vano Merabişvili, ədliyyə naziri Zurab Adeişvili və Tiflis meri Georgi Uqulava bütün pulları yığırdılar. Onların gəlirləri deyilənə görə, ayda 40-50 milyon dollar təşkil edirdi. Xüsusən Gürcüstan üçün fantastik pullar idi. Təkcə hər biznesmenə nəzarət etmirdilər, eyni zamanda bazardakı hər satıcıdan, gündə 10 dollarlıq alver edəndən də haqq alırdılar. Onların məqsədi təkcə əmlak və varlanmaq deyildi, nəzarətə almaq idi. Ancaq əmlakı da ələ keçirirdilər. Biznesi olan adamlar Saakaşvili hakimiyyətə gələnə qədər özlərini nisbətən azad və müstəqil hesab edirdilər. Ancaq Saakaşvili gələndən sonra biznesmenlərdən 100 dollar rüşvət almağı dayandırdı. Onlara deyirdilər: ya hər şeyini verməlisən, ya həbsxanaya gedib orda dincələcəksən. İnsanların yarısı verdi. Vermək istəməyənləri isə təqib etməyə başladılar, kimlərsə xaricə qaçmağa imkan tapdı, kimlərsə yox. Ən iyrənci bu idi: başa düşürdülər ki, xalq elə də qorxaq deyil və onlara təslim olmayacaq. Onlara lazım idi ki, insanları qorxmağa məcbur etsinlər. Ona görə də insanları heç nədən dama basırdılar ki, qonşuları görüb qorxsun. Ola bilərdi ki, adamın ümumiyyətlə heç bir günahı yoxdur, ancaq dalınca gəlib onu həbs edə bilərdilər. -Ancaq bu yolla o korrupsiyaya qarşı mübarizə apara bilirdi... -Təbii ki, aşağı və orta səviyyələrdə korrupsiya yox idi. Lakin korrupsiyaya qarşı təmiz əllə mübarizə aparmaq lazımdır, o cür yox ki, mübarizə nəticəsində hamı sənə tüpürsün. - Nəzarət necə baş verirdi? - Baş prokurorun xüsusi qrupu vardı və 5 min dollardan yuxarı pul köçürmələrinə nəzarət edirdi. Bu haqda hamı bilirdi. Beləliklə, praktiki olaraq bütün pul axını nəzarətdə idi. Və elə təşkil olunmuşdu ki, bu axınlar onların əlindən gəlib keçsin. Biz hakimiyyətə gələndə mən kənd təsərrüfatı nazirindən xahiş etdim ki, bu sahədə çalışan biznesmenləri toplasın. Onlarla açıq danışmaq istəyirdim ki, kənd təsərrüfatını necə inkişaf etdirmək olar, bu sahəyə necə kömək edə bilərik. Nazir mənə zəng edib dedi: "Mən şokdayam, bunlar biznesmen yox, qullardır". Toplaşanların hamısının sifətində əzilmiş ifadə var idi, gözlərini yalvaran baxışlarla zilləmişdilər. Gözləyirdilər ki, biz də onlardan nəsə tələb etməyə başlayacağıq. - Onları haqq verməyə məcbur edirdilər? -Özü də necə. Əmlaklarını başqa adlara rəsmiləşdirməyə məcbur edirdilər. Polis gəlirdi, insanlar həbsxanaya düşmək qorxusu altında bütün əmlaklarını dövlətə verirdilər. Əmlakın alınmasının digər yolu prosessual həlldən keçirdi. İnsanları məcbur edirdilər ki, günahlarını etiraf etsinlər. Onlar prokurorluqla sövdələşməyə girir və könüllü şəkildə nəsə verməyə razılaşırdılar. Bu cür hallar on minlərlədir. - Bəs insanları buna necə məcbur edirdilər? - Budur, məsələn. Biznesmenlərdən birinin evi olub və onu satmaq istəməyib. Onu ölümcül döyüblər, başını dağıdıblar, möcüzə sayəsində sağ qalıb. Onun evinin yerində isə Saakaşvili üçün prezident sarayı tikilib. Mən sonradan o adamı parlamentə deputatların yanına çağırdım. İşlə bağlı istintaq gedir. Onlarda belədir: könüllü versən səninlə dostluq edəcəyik, verməsən-həbsxanaya. Biznesmenlərə birdəfəlik ölməyə imkan vermirdilər, ancaq onları qullara çevirirdilər. Xarici sahibkarların da başlarını tumarlamırdılar. Mişa Maşkeviçdən soruşun (Qazaxıstanlı metallurguya maqnatı, İsrail vətəndaşı , milyarder Aleksandr Maşkeviç), onun Gürcüstanda farmasevtika layihəsi olub. Ona və partnyorlarına ciddi problemlər yaradıblar. Bir dəfə o, ümumiyyətlə Gürcüstana gələ bilməmişdi, saxlamışdılar və həbsxanaya basmqa istəmişdilər. - Bütün bunlar barədə nə vaxt öyrəndiniz? - 2008-ci ilin yanvarında, seçkilər vaxtı. O vaxta qədər mənə informasiya ancaq Saakaşvilidən və Merabişvilidən daxil olurdu. Mən başa düşdüm ki, səhv etmişəm. Lakin biz dinc ayrıldıq. İnaqurasiya günü mən ona zəng etdim və xahiş etdim ki, bir daha məni narahat etməsin. Hətta bundan sonra da dəfələrlə mənimlə barışmağa cəhd etdi. O vaxtdan mən baş verənləri ciddi şəkildə izləməyə başladım. Onlar gözə kül üfürmək üçün iki müstəqil telekanal saxlamışdılar. Müxtəlif siyasətçilər orada çıxış edə bilirdi. Mən növbəti seçkilərdə legitim hakimiyyət formalaşdırmaq üçün bu kanallara hər gün baxır, dəstək verə biləcəyim siyasətçiləri seçirdim. Üç il baxdım və anladım ki, heç kimə dəstək verməyə dəyməz. Getməyi qərara aldım.Burada qalmaq təhlükəli idi. 2010-cu ildə Paris yaxınlığında tez bir zamanda ev tikdim və köçməyə hazırlaşdım. Onların qarşısında salamat qalan təkcə mən idim, varlıları, kasıbları, zəifləri, güclüləri, hamını sadəcə olaraq məhv etmişdilər. Müxalifəti heç kim maliyyələşdirə bilməzdi. Təslim olmayan sonuncu prinsipial adamlar isə tam sıxışdırılmış halda idilər, hər şeyləri əllərindən alınmışdı. Qələbə əldə edəndən sonra mən onların hamısını topladım. -Siz 2010-cu ilin payızında getməyə hazırlaşdınız, ancaq 2011-ci ilin yazına qədər heç yana getmədiniz... -Son qərarı vermək çətin idi. Axı biz Avropaya gəzintiyə getmirdik, biz Gürcüstanı həmişəlik tərk etməli idik. Anam, onun 92 yaşı var, öz kəndindən heç yana getmək istəmirdi. Paris xanımımın xoşuna gəlir, o getməyə hazır idi. Beləliklə, mən bir ilə yaxın tərəddüd etdim. Bütün bu vaxt ərzində aydınlaşdıra bildim ki, mənim holdinqim "Karta"nın prezidenti Qiqa Çedelili onların agenti işləyir. O, mənim planlarım, Gürcüstandakı biznesim barədə çox şey bilirdi. Bütün bu informasiyanı Saakaşviliyə və komandasına ötürmüşdü. Bunu bilmək daha da iyrənc və eybəcər idi. Deməli bu ölkədə heç kimə etibar etmək olmaz. Qiqanın mənim arxamca casusluq etdiyini başa düşəndə mən onun vasitəsilə özümə sərf edən siqnallar ötürməyə başladım. Onlar istəyirdilər ki, mən mümkün qədər tez çıxıb gedim, mən Qiqa vasitəsilə siqnallar ötürürdüm ki, tezliklə gedəcəyəm. Qalmaq variantını nəzərdə tutmurdum. Qalmaq o demək idi ki, təkbaşına rejimə müharibə elan edəsən və ilk hücumdaca həlak olasan. Risk etmək istəmirdim, ailəmi təhlükəyə atmaq, onları qurban vermək fikrim yox idi. Lakin hər şey bir anda həll olundu. Günlərin birində arvadım yaxınlaşıb dedi: "Mən bilirəm ki, sən orada yaşaya bilməyəcəksən. Sən burada qalmalı və xalqa kömək etməlisən. Axı görürəm ki, bunu istəyirsən". -Bəs o doğrudur ki, əslində siyasi lider oğlunuz Uta olmalıydı? - Yox, bütün bunlar qurama idi. Biz ailəmizlə birlikdə mənim bəyanatımdan əvvəlki üç gün ərzində (İvanişvilinin 2011-ci il oktyabrın 7-də müxalifət partiyası yaratdığına dair bəyanatı nəzərdə tutulur) belə tamaşa qurduq ki, guya mənim böyük oğlum Parisdən gəlməyə və rejimlə mübarizəyə hazırlaşır. Bu barədə hələ heç kimə danışmamışdım, ilk dəfə sizə danışıram. - Bu səhnə nəyə lazım idi? - Əgər onlar eşitsəydilər ki, mən bəyanat hazırlayıram, çıxış etməyə imkan verməzdilər. Dərhal öldürərdilər, evimi partladardılar və daha nələr edərdilər. Mənə ölümdən yayınmaq lazım idi. Onlara başa salmaq lazım idi ki, əgər məni aradan götürsələr böyük oğlum yerimi tutacaq. Əmin etmək lazımdır ki, Uta mübarizdir və müxalifət lideri olmağa qadirdir. Onun kim olduğunu Gürcüstanda heç kim bilmirdi, Uta Parisdə yaşayır, universitetdə oxuyur, iqtisadçıdır. Sakit, milçəyi də incitməyən uşaqdır. İkinci oğlum Beradan fərqli olaraq. (Gürcüstanda populyar olan reper) Berunu onlar yaxşı tanıyırdılar, o stadiona 100 min adam toplaya bilir, rejimin əleyhinə çox mahnılar yazıb. Berunu hədələyirdilər, ancaq o mübariz uşaqdır, heç nədən qorxmur. Uta haqqında fikirləşdilər ki, deməli o bundan da mübariz olar. Bununla da inandılar ki, Uta fəal siyasi mübarizəyə başlayacaq. Arvadımla birlikdə etibarlı adamların vasitəsilə Utaya ssenari göndərdik ki, o özünü necə aparmalıdır. Bir də mənim bəyanatımın surətini göndərdik. Ona görə ki, bəyanatı Gürcüstanda səsləndirə bilməsəm onu Parisdə və ya İsveçrədə informasiya agentliklərinə versin. Ssenariyə uyğun olaraq Uta mənə zəng etdi və dedi ki, əgər mən siyasətə girmək istəmirəmsə o özü Parisdən qayıdacaq və mübarizəyə başlayacaq. Mən qışqırdım ki, sən axmaqsan, guya dilə tutdum, xahiş etdim ki, bunu eləməsin. O cavab verdi ki, əgər ölkəni atıb getsəm Parisdə mənimlə görüşməyəcək və danışdırmayacaq. "Bu, biabırçılıq olacaq. Biz Tiflisdə görüşməliyik" deyə o mənə bildirdi. Təbii ki, bizim bütün söhbətlərimiz dinlənilirdi. Ertəsi gün Qiqaya şikayətləndim ki, oğlumla bacara bilmirəm, o dəli olub, yola gəlmir, mənə Parisə getməyi qadağan edir. Qiqa isə artıq bizə təyyarə sifariş vermişdi və haqqını ödəmişdi. Sonra sözarası dedim ki, böyük oğluma çoxdandır sərvətimdən 500 milyon dollar ayırmışam. Əslində belə şey heç ağlımda yox idi. Nəticədə biz razılaşdıq ki, Qiqa mənim əvəzimdən Parisə uçur və oğlumun bank hesabını mənim verdiyim etibarnamə əsasında bloklayır. Mən yazdım ki, bu hesab haradadır. Yadımdadır ki, Qiqaya verdiyim kağızda "SocieteGenerale"və "Credit Lyonnais" banklarının adı keçirdi. Qiqa bir günün içində Fransa vizası aldı və uçmağa hazırlaşdı. Bu vaxt oyuna arvadım qoşuldu-o, oğluma zəng etdi və qəzəblə dedi ki, atan bank hesablarını bağlamaq qərarına gəlib. Belə dedi: "Sənin atan tamam qocalıb, hər şeydən qorxur, yaramaza etibarnamə verib ki, sənin hesablarını bağlasın. Gəl bura, mən səni dəstəkləyərəm. Mən onun pullarının üzərində sərəncam verə bilirəm". Arvadım doğrudan da pullarla bağlı sərəncam verə bilərdi və Qiqa bunu bilirdi. Mən Qiqaya zəng etdim və dedim ki, ciddi işə düşmüşəm, oğlumun bank hesablarını bağlamağın xeyri yoxdur. Ailəm mənə qarşı çıxıb və hər şey iflas olub. Mən heç yerə getmirəm, burada qalıb oğlumu gözləməliyəm. Ertəsi gün artıq mühafizəni hazırlamışdım, xeyriyyə fondumun rəhbəri olan İraklini (bu il noyabrın 20-də Gürcüstanın baş naziri təyin edilib) və öz holdinqimin mətbuat katibinin yanına göndərdim. Mətbuat katibinin informasiya agentlikləri ilə əlaqəsi var idi. İrakli ondan xahiş etdi ki, mənim bəyanatımı yaysın. O, etiraz etdi, əsas gətirdi ki, bunu öz şefi-holdinqin prezidenti Qiqa ilə razılaşdırmalıdır. Onda İrakli mənə zəng etdi və dəstəyi qıza verdi. Mən qıza dedim ki, göstərişimə əməl etsin, çünki holdinqin sahibi mənəm.Qız ağladı. Mən başa düşdüm ki, iş qəlizləşə bilər, mətbuat katibi Qiqaya işləyə bilərdi və onun göstərişlərini sözsüz yerinə yetirirdi. O, hansısa məqamda xəbəri sızdıra bilərdi və yaxud nəsə edərdi. Bəxtimiz onda gətirdi ki, qız axmaq çıxdı. O, mənim tələbimi yerinə yetirdi. Agentliklər tezliklə mənim bəyanatımı yaydılar. - Qorxurdunuz ki, sizi öldürərlər, ancaq hələ Saakaşvilinin və komandasının Gürcüstanda qətllərdə əli olduğunu təsdiqləyən dəlil yoxdur. O cümlədən keçmiş baş nazir Zurab Jvaniyanın qətlində... - Görəcəksiniz, çox qətllərin üstü açılacaq. Jvaniyanın məsələsində böyük şübhələr var, ancaq o vaxt istintaq getməyib. İstintaq indi başlayır. Onların hamının gözü qarşısında sadəcə olaraq öldürdükləri gənc bankirlə bağlı da istintaq olmayıb. (söhbət 2006-cı ildə öldürülən Sandro Qirqblianidən gedir.-Forbes). Strasburq məhkəməsinin sənədlərində göstərilir ki, prezident Saakaşvili və daxili işlər naziri Vano Merabişvili istintaqa hər cür maneələr törədiblər. Merabişvili artıq istintaq təcridxanasındadır, həmin bankirin qətli ona qarşı irəli sürülən ittihamlardan biridir. Jvaniya ilə bağlı istintaq təzə başlayır. İş illərlə yatıb qala bilərdi. Təsəvvür etmirsiniz, burada nələr baş verirdi. Bəzi amerikalılar və avropalılar başa düşürdülər ki, Gürcüstanda əslində nə baş verir, lakin onlar əsasən inanırdılar ki, demokratiya qurulur-Saakaşvili bu istiqamətdə piar aparmağa böyük pullar xərcləyirdi. - Bəyanatı verəndən sonra sakitləşdiniz? Həyatınız üçün artıq qorxmurdunuz? - Sonrakı ilk ay ərzində mən hər dəfə nümayişlərə qatılmağa gedəndə mühafizə rəisim ciddi narahat olurdu. Mənə "real sübutlar" gətirirdi ki, bu gün bizi hansısa körpünün yanında partladacaqlar, yaxud artıq evin damında mövqe tutmuş snayper bizi vuracaq. Ona qəsdən belə yalan məlumatlar sızdırırdılar ki, biz nahaq yerə narahat olaq, qorxaq. Mən onu sakitləşdirirdim. Ancaq təhlükə əlbətdə ki, var idi. Müharibə müharibədir. Mən hər dəfə evdən çıxanda arvadımla vidalaşırdım. - Bir ildən sonra parlament seçkilərini udmaq şansınızı necə qiymətləndirirdiniz? - Tam əmin deyildim ki, qalib gələcəyik. Onlardan fərqli olaraq, onlar ümid edirdilər ki, qalib gələcəklər. Axı hər şey nəzarətlərində idi. Amerikalılar və avropalılar da son ana qədər fikirləşirdilər ki, Saakaşvilinin partiyası qalib gələcək. Onlar ilkin olaraq hesablayırdılar ki, 60 faiz səs alacaqlar. Lakin seçkilər ərəfəsində hamı gördü ki, xalq kimin tərəfindədir. Saakaşvili seçkilərə bir həftə qalmış stadionu dolduracaq sayda mitinqçi yığa bilmirdi. Xalqı toplamaq ideyasını isə mən ona "başa saldım". Bir dəfə telefonda öz adamlarımdan biri ilə danışanda qəsdən dedim: "O, necə də axmaqdır. Seçkiqabağı kampaniya başa çatır, hələ də insanları mitinqə toplamayıb". Onlar telefon danışıqlarına qulaq asırdılar və qərara aldılar ki, mitinq təşkil etsinlər. Və tam iflas oldu. Bizim 28 sentyabr mitinqimizə az qala bütün şəhər gəlmişdi, 800 minə yaxın adam. Bu vəziyyətdə seçkiləri saxtalaşdırmaq onlar üçün xeyli mürəkkəb idi, hamı görürdü ki, xalq kimin tərəfindədir. -Sizcə xalq sizi niyə dəstəklədi? - Xalq hələ məni görməmişdi, ancaq haqqımda bilirdi. Mən heç vaxt danışmırdım ki, nə işlər görürəm, ancaq informasiyalar sızırdı. Axı 20 ildir ölkəyə kömək edirdim, bunu necə gizlədəsən. Yüzlərlə kilometr asfalt yol çəkdirmişəm, hansı ki, bu yollarla heç yük maşınları da gedə bilmirdi. Bir çox başqa işlər görmüşəm. - Bu cür layihələrin maliyyələşdirilməsinə təxminən nə qədər xərcləmisiniz? - 3 milyard dollardan çox. Dövlətə yardım da daxil olmaqla. Özümə və ailəmə ildə 5 milyon dollardan çox xərcləmirəm. Seçkilərə isə biz praktiki olaraq pul xərcləmədik. İmkan vermədilər. Bizim heç bir reklamımız olmadı. Hər tərəf "Vahid Milli Hərəkat"ın reklamları ilə dolu idi. Sovet dövründə necə ancaq Kommunist Partiyası var idi, bizdə də elə idi. Mənə oğlum Bera çox kömək etdi-o, regionlarda on minlərlə adamı stadionlara , öz konsertlərinə topladı. Eyni zamanda mənim tərəfimdən çox hiyləgər gedişlər oldu. Biz bunun hesabına qalib gəldik. Daha bir misal. Mənim partiya yaratmaq barədə bəyanatımın yayılmasından üç gün sonra Saakaşvili məni vətəndaşlıqdan məhrum etdi. Amerikalılara və avropalılara bu xoş gəlmədi. Seçki kampaniyası dövründə vətəndaşlığı qaytarmaq barədə fikirləşirdilər. Və bu onların tərəfindən gözəl gediş idi. Biz isə bundan qaçmalı idik. Mitinqlərdən birində mən ucadan qışqırdım:"Qoy bir cəhd eləsinlər, mənə vətəndaşlığı qaytarmasınlar!" və s. Bilirdim ki, onlarda ziddiyət ruhu dərhal işə düşəcək. O, kifayət qədər primitiv adamdır. Belə də oldu. Vətəndaşlığı mənə qaytarmadılar və bu kozır xaricilərlə danışıqlarda mənim işimə yaradı.Saakaşvilinin psixikasını bildiyim üçün ona bir çox belə fokuslar təşkil etmişəm. - Seçkilərdən sonra siz baş nazir oldunuz, ölkədə birinci şəxs. Lakin Saakaşvili prezident kimi qaldı. Belə şəraitdə necə işləyirdiniz? - Bir il ərzində bizə tərpənməyə imkan vermədilər. İstənilən həbs, hətta hansısa sənədlə bağlı sorğu –dərhal Amerika və Avropa ayağa qalxır. İndi onlar artıq dincəliblər. Ancaq bütün il bizə çətin oldu, addım-addım sübut etdik ki, ölkəni cinayətkarlar idarə edib. Biz baş nazir Vano Marabişvilini və müdafiə naziri Baço Axaliyanı həbs etdik. Ən çoxu buna gücümüz çatdı. Baş prokuror Zurab Adeişvili seçkilərin yekun nəticələri açıqlanandan əvvəl-oktyabrın 1-də qaçıb aradan çıxdı. - "Gürcü arzusu" adını kim fikirləşmişdi? - Bunu Bera düşünmüşdü. Onun studiyasının adı belədir – Georgian Dream.Beramənəçoxköməketdi, mənə görəiki ilini itirdi, indi təzədən Amerikayagedir. Onun Amerikaday enilayihəsi başlayır. Onun təkcə gürcü dilində yox, ingilis və fransız dillərində də çoxlu mahnıları var. - Qalib gələndən sonra hansı əsas vəzifələri qarşıya qoydunuz? - Düzgün təyinatlar etmək lazım idi. İndi təminat verirəm:bizim komanda, bizim hökumət istənilən Avropa ölkəsinin hökumətindən heç də pis deyil. Heç bir korrupsiya yoxdur. Onlar peşəkardır və vicdanla maaşa işləyirlər. Onlardan hardasa 20 faizi zəif idi, ancaq indi onlar da yaxşı işləyir. Hesab edirəm ki, bir ildə biz möcüzə yarada bildik. - Bu gün nə ilə fəxr edə bilərsiniz? - İlk növbədə onunla ki, əvvəl öz xalqına qənim kəsilən polis yenidən qurulub və tam Avropa standartlarına uyğunlaşıb. İndi xalq polisə etibar edir. - Axı bunu həmişə Saakaşvilinin uğuru hesab ediblər? - Burada polisdə korrupsiya nəzərdə tuturlar. Mən bununla razıyam. Biz bu nailiyyətdən istifadə edirik. Lakin korrupsiya yuxarılarda qalırdı, elit korrupsiya mövcud udu. O, pulu özü yığmaq üçün hər şeyi etmişdi. - Lakin o sərt sistem yaratmışdı. Heç kim rüşvət almırdı, çünki qorxurdular. Bəs birdən qorxmasalar onda necə? - İndi heç bir sərt sistem yoxdur, amma hamı qanuna əməl edir. - Buna necə nail olmusunuz? - Gürcülər mədəni, azadlıqsevən xalqdır. Saakaşvili onu feodalizmə çəkmişdu. O, real olaraq demokrat deyil, feodaldır. Saakaşvilinin səkkiz prezident iqamətgahı var idi. Elə ölkədə ki, istənilən nöqtəsinə vertolyotla yarım saata, maşınla iki-üç saata çatmaq olur. Dünyada belə prezident tapmaq mümkün deyil. Onun iki təyyarəsi, iki vertolyotu olub, daha üç vertolyotu sifariş vermişdi. Məlum oldu ki, biz buna görə 80 milyon dollar ödəməliyik. (İvanişvilinin özünün cəmi dörd evi var-Tiflisdə, Çorvila kəndində, dəniz sahilində Ureki adlanan yerdə və dağ kurortu Bakurianidə.-Forbes). Siyasətdən gedənə qədər hamı məndən soruşurdu ki, Saakaşvilini həbs etdirəcəyəmmi. Mən cavab verirdim ki, bilmirəm, bu məsələdə ədalət məhkəməsi işləyir. Lakin ona suallar var və hamı bunu bilir. Bu iş nəylə nəticələnəcək, bilmirəm. - Bir il ərzində daha nəyə nail oldunuz? - Səhiyyəyə. İndi hər vətəndaşın sığortası var, hətta mürəkkəb əməliyyatları da dövlət maliyyələşdirir. Əivvəl belə şey yox idi. Sovet sistemi dağılmışdı, yenisi qurulmamışdı. Həbsxanalarda da insanları pulsuz müalicə edəcəyik. - Bunu siz maliyyələşdirirsiniz? - Yox, büdcə pullarıdır. Biz vertolyotlarda qənaət etdik, yeni sifariş verilmiş üç vertolyotdan imtina etdik. Yüksək vəzifəli məmurlar üçün iqamətgahlar da tikmirik. Saakaşvilinin bu kimi əyləncələrindən 580 milyon dollara qənaət etdik. İkincisi kənd təsərrüfatıdır. Kiçik fermerlərə və kəndlilərə pulsuz kübrə payladıq, onların şumlarını pulsuz əksik. Bu proqram davam edəcək. Bu işdə pullardan bir hissəsini mənim fondum verib, büdcənin imkanları yetmir. Üçüncüsü təhsildir. 800-dən çox məktəbi təmir etdirdik, normal istilik sistemi ilə təchiz etdik. Bunu yeri gəlmişkən indiki prezident Georgi Marqvelaşvili etdi. O, əvvəl təhsil naziri işləyirdi. Çox yaxşı işlədi. Təhsilə daha az pul ayırdıq, ancaq effekti səhiyyə və kənd təsərrüfatında olduğu kimi yüksək oldu. Georgi özü də rezervlər tapırdı, dərslikləri pulsuz etdi. O, çox yaxşı menecerdir. - Bəs elitar korrupsiyanın qarşısını necə aldınız? - Balıq başdan iylənir. Əgər sən özün təmizsənsə ətrafında da təmiz adamlar toplaşacaq. Mən öz komandamda demokratiya yaratdım, tam etimada nail oldum. Hər bir komanda üzvü mənimlə bərabər səviyyədə mübahisə edə, öz mövqeyini müdafiə edə bilərdi. Bununla belə hamı gözəl başa düşür ki, aldatmaq olmaz. Məsələn, yaxın adamlarındam biri, o, daxili işlər nazirinin birinci müavini idi və partiyamızın qərargahına başçılıq edirdi, səhv etdi. Dərhal barəsində cinayət işi qaldırıldı. O, DİN-in tərkibindəki Təhlükəsizlik Xidmətinə rəhbərlik edirdi. Bu xidmət Saakaşvilinin dövründə Gürcüstanın müxtəlif məşhur adamlarının haqqında böyük həcmdə videokompromatlar toplamışdı. Orada 40 mindən çox adamın şəxsi həyatına dair görüntülər var idi. Bu görüntülərin çəkilməsinə bizim hesablamalarımıza görə 100 milyon dollardan çox pul xərclənmişdi. Həmin Təhlükəsizlik Xidmətinin rəhbəri, bizim tərəfdaşımız bu videotekadan istifadə etdi: haqqında pis nəsə yazdıqlarına görə qisas aldı və həmin məqaləni yazan adamın görüntülərini internetə yaydı. Orada hansısa seksual səhnələr var idi, məlum olurdu ki, adam geydir. Biz nəticədə bütün videotekanı jurnalistlərin qarşısında məhv etdik. Tərəfdaşımız isə qanunun bütün ciddiyəti ilə cavab verməli olacaq. İkinci adam-kənd təsərrüfatı naziridir. O, az qala mənim ən yaxın adamım idi. Onun tabeçiliyində olanlar traktorlar alanda hansısa pozuntuya yol veriblər. Hələlik korrusiya faktının olub-olmadığı məlum deyil, işlə bağlı istintaq gedir. - Bununla belə əminsiniz ki, sizdən sonra qalan komanda özünü tamamilə düz aparacaq? - Hamı görür ki, bizdə səhvləri bağışlamırlar. Bundan başqa heç nə lazım deyil. Gürcüstanda artıq heç bir korrupsiya olmayacaq. Mən buna tam əminəm. Tək-tük hallar əlbətdə ki, ola bilər. Belə hallar Avropada da olur. Lakin bütün hökumətin başdan ayağa korrupsiyalaşması bir daha olmayacaq. Mən buna yüz faiz təminat verirəm. İnsanlara söz vermişəm. - Bəs nazirlərinizin maaşı nə qədərdir? - Təxminən 1250-2500 avro arası maaş və bir o qədər də mükafat. Onların fərdi avtomobilləri və sürücüləri, bəzi əlavə üstünlükləri var. - Deyirsiniz ki, insanlara verdiyiniz bütün vədləri yerinə yetirdiniz. Ancaq budur, deyirlər ki, benzini iki dəfə ucuzlaşdıracağınıza vəd verdiniz, eləmədiniz... - Xeyr, iki dəfə ucuzlaşma haqda deməmişəm. Mənim sözlərimi təhrif ediblər. Həmişə demişəm ki, siyasəti xoşlamıram. Əsasən ona görə ki, hansısa bir vədin üzərində dayana bilər. İlk günlərdən vədlərdə xəsislik edirdim. Nə demişəmsə eləmişəm. Benzin doğrudan da 10-20 faiz ucuzlaşdı. Elektrik, qaz da ucuzlaşdı. - Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpası nə vaxt baş verə bilər? - İndi top Rusiya tərəfindədir. Biz diplomatik münasibətləri bərpa etməyə hazırıq. Ancaq bu hələ mümkün deyil. Abxaziya və Cənubi Osetiya işğal altındadır. Bu ərazilərin ayrılması Rusiyanın müdaxiləsi ilə baş verib. İndi fikrimcə bu Rusiyanın özünün milli təhlükəsizliyini təhdid edir. Ümid edirəm ki, Rusiya bunu başa düşəcək. Şimali Qafqaz mürəkkəb regiondur. Ərazisinin böyük hissəsi Rusiyanındır. Hər gün orada hansı problemlər yaşanır, mənim deməyim artıqdır. Ümid edirəm ki, Kreml dəhşətli nə baş verdiyini dərk edəcək. Təkcə Gürcüstan üçün yox, həm də Rusiya üçün. - Putinlə görüşməyi arzu edirdiniz? - Şans olmadı. Mən hazır idim. İndi rəhbərlik görüşə hazırdır. Lakin baza yoxdur. - Gürcüstan vətəndaşlığını qaytardılar? - Mənim hələ də Fransa vətəndaşlığım var. Fransız kimi baş nazir olmuşam. Əgər mənə həmin dövrdə Gürcüstan vətəndaşlığını qaytarsaydılar o zaman baş nazir ola bilməzdim. Saakaşvili Konstitusiyanı belə eybəcər hala salıb. İndi Ali Məhkəmə mənim Gürcüstan vətəndaşlığı məsələmə baxır. - Bəs siyasətdən nə qədər uzağa getmisiniz? - Cəmi bir ay keçib. Mən təzə-təzə normal yata bilirəm. O vaxt həddən çox işlədim. İndi imkan daxilində işləyəcəyəm. Fikirləşirəm, necə kömək etmək olar. Vəd etmişəm ki, vətəndaş cəmiyyətinin formalaşmasına, hökuməti nəzarət altında saxlayan, tənqid edən adamlar yetişdirməyə kömək edəcəyəm. - Qəti əminsizni ki, bir daha siyasətə qayıtmacaqsınız? - Bəli, əminəm. Mən söz vermişəm. Təminat verirəm ki, buraxıb getdiyim hakimiyyət əsl demokratik ölkə quracaq və heç vaxt korrupsiyalaşmayacaq. Görəcəksiniz. - Bəs qorxmursunuz ki, birdən harasa getsəniz və diqqətiniz yayınsa hər şey əvvəlki məcraya daxil olacaq? - Heç yerə gedən deyiləm. Və gözlərimi də bağlamayacam. Cəmiyyətin fəal üzvü kimi qalacağam. ("virtualaz.org")
2013-12-24
5,060
Nazir oğluna: “Qaça bilirsən, qaç”
Türkiyənin siyasi həyatını alt-üst edən 17 dekabr əməliyyatı ilə bağlı istintaqın daha bir neçə detalı, daha dəqiqi nazirlərdən birinin oğlu və daha sonra məşhur siyasətçilərdən biri ilə telefon danışığı mediaya sızdırılıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat günü nazirlərdən birinin oğlu saat 06.36-da atasına zəng edərək "məni aparmağa" gəldilər deyib. Atasının cavabı isə belə olub: "Qaça bilirsən, qaç". Oğlunun zəngindən sonra nazir siyasətçilərdən birinə zəng edib ona həbs ediləcəyi ilə bağlı narahatlığını deyib. Narahatlığını həm özünün, həm də başqa siyasilərin evlərinə polis basqınları ilə izah edib. Adıçəkilməyən siyasətçi nazirə iş yerinə getməsini tapşırıb və ona məsələ ilə məşğul olacağını deyib. Nazir daha sonra "mən sizə qabaqcadan bu xəbəri vermişdim" deyə şikayətlənib. Siyasətçi "sən araşdırma aparıldığını demişdin, düzdü" cavabını verib. Telefon danışığının bu hissəsində nazir qapının döyüldüyünü və polislərin gəldiyini deyir. Siyasətçi ona bildirir ki, əgər qaça bilərsə, qaçsın. Nazir bu arada saxlanmasının hansısa idman klubu ilə bağlı ola biləcəyini deyir. ("Musavat.com")
2013-12-24
5,062
İlham Əliyev ailə daxilində ad gününü belə qeyd edir - Foto
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Dövlət başçısı İlham Əliyevin 52 yaşı tamam olur. İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın Prezidentin doğum günündən paylaşdığı fotolar sosial şəbəkədə müxtəlif profillərdən dəstək alıb və hazırda ən çox bəyənilən statuslardandır. Həmin yayılan fotoları təqdim edirik:
2013-12-24
5,063
Ebru Gündəş canlı yayımda ağladı - Foto/Video
Türkiyədə fəaliyyət göstərən "Star TV"-nin efirində yayınlanan "O səs Türkiyə" musiqi yarışmasının münsiflər heyətinin üzvü olan sənət Ebru Gündəş canlı efirdə hisslərini cilovlaya bilməyərək ağlayıb. Aparıcı Acun İlicalının açıqlama vermək üçün söz haqqı verdiyi sənətçi əri Rza Zərrabı çox sevdiyini, sevərək evləndiklərini bildirib, deyib ki, bir qaranlıq dönəm yaşayırlar, inşallah bu dönəmi də arxada qoyacaqlar. Ebru Gündəş deyib ki, o Rza ilə evləndikləri zaman yaxşı və pis günlərdə bir yerdə olacaqlarına söz veriblər. Bundan əvvəl ağır xəstəlik keçirdiyini bildirən sənətçi tezliklə toparlandığını, bu dəfə də ağır günləri arxada qoya biləcəklərinə inandığını bildirib. Salona toplaşanlar Ebru Gündəşi alqışlayıblar. Sənətçi bu səhnədən təsirlənərək göz yaşını tuta bilməyib. Acun İlicalı Ebru Gündəşə hər cür dəstək verəcəklərini bildirib. ("Musavat.com")
2013-12-24
5,064
Anar-Əkrəm Əylisli davasının arxasında nə dayanır?
Uzun müddətdir səngimədən davam edən Anar-Ə.Əylisli qarşıdurması yenə alovlanıb. Azərbaycan Yazarlar Birliyi Əkrəm Əylisli ilə bağlı bəyanat yayıb və Anar bu dəfə Ə.Əylislini "danosbaz" adlandırıb. Bu məsələyə münasibət bildirən Əkrəm Əylisli isə bildirib ki, Anar Rzayev 25 ildir ki, bu millətin ziyalısına yalan deyir: "25 ildir ki, onun dilinə düz söz gəlməyib. Arzu edirəm ki, o, 25 il də bundan sonra yalan deyə-deyə orada otursun. 25 ildə o bir dəfə doğru söz demədi. Mən bunu eşitmədim". Ə.Əylisli onu ermənipərəst adlandıran yazıçı Anara sərt cavab verib: "Bu alçaq sözüdür. Ermənipərəst nə deməkdir? Anar gərək belə sözü dilinə gətirməsin. Bu adam hər şeyi satıb, ağzına gələni danışır. İndi də keçib erməni sözünə... Bədii əsəri bədii əsər kimi oxu və dəyərləndir. Burada siyasət-zad yoxdur". Biz bu qalmaqalla bağlı digər yazarlarımızın münasibətini öyrənməyə çalışdıq. Əlaqə saxlaya bildiyimiz yazarlarımıza iki sualla müraciət etdik: 1) Uzun müddətdir davam edən Anar-Əkrəm davasının kökündə nə dayanır? 2) Bir-birinə qarşı mediada açıq şəkildə səsləndirilən təhqiramiz ifadələri necə qiymətləndirirsiz? Rəşad Məcid bu məsələnin Əkrəm Əylisliylə Anar arasında şəxsi məsələ kimi dəyərləndirib bildirdi ki, heç nə deyə bilməz: "Mənim Yazarlar Birliyinin mətbuat xidmətinin yaydığı bəyanatdan xəbərim var. Fikirləri oxumuşam. Əkrəm Əylisli qısqanc adamdı, ömrü boyu istəyib ki, bu birliyinin sədri olsun. Əlbəttə ki, Anar həmişə haqlıdır". İki yaşlı adama "dalaşmayın" demək düzgün olmaz Şair Qismət bu məsələdə kimim haqlı olduğunu deməyin çətinliyini vurğuladı: "Əkrəm Əylisli və Anar davası onların arasında davam edən uzun illərin söhbətidir. Mənim bu haqda nə isə deməyim əslində gülməli görünər. Bu davanın səbəbini də demək çox çətindir. Müxtəlif zamanlarda bir-birinə qarşı belə ifadələr işlədiblər. Durub iki kifayət qədər yaşlı adama "dalaşmayın" demək düzgün olmaz. Bu onların şəxsi məsələsidir, bu məsələləri gündəmə gətirmək, mediaya çıxartmaq da onların individual məsələsidir". Əkrəm Əylisli radikal adamdır Yazar Qan Turalı bu məsələyə daha geniş münasibət bildirdi: "Açığı, deyim ki, Əkrəm Əylisliylə Anar dost olanda mənim atam da dünyada yox idi. Bu, 50 ildən də artıq tarixdi... Onlar əvvəl uzun müddət dost olublar. Bu qədər uzun müddət dost olan adamların indi belə düşmən münasibətdə olmaları mənə çatmır. Onların münasibətlərinin bu qədər neqativ olmağı son dərəcə maraqlıdır. Hamımıza məlumdur ki, bunların münasibəti 80-ci illərin sonlarından gərginləşməyə başlayıb. Müxtəlif xarakterli adamlar dost ola bilirlər, amma elə an gəlir ki, hərə öz xarakterinə uyğun hərəkət edir və sonra bu adamların dost olmağı mümkün olmur. Heç birini tərifləmək, tənqid etmək istəmirəm, amma açıq danışaq ki, Əkrəm Əylisli və Anar xarakter etibarilə çox fərqli adamlardır. Anar daha çox kompromisə getməyi sevən, hökumətlə və başqalarıyla dil tapmağı bacaran, hər kəsə istədiyini verən adamdır. Əkrəm Əylisli isə daha çox radikaldır. Əkrəm Əylisli sözü dərhal, birbaşa üzə deyən, yazılar yazan, insanlarla dava etməyə, konfliktə meylli adamdır. Anarsa düşündüyünü deyən adam deyil. O düşündüyünü ancaq düşmən olanda deyər adama... Bu onların öz işidir, mənim o yaşım da deyil ki, durub bu adamlara nəsə deyim, özləri bilərlər. Kiməsə xoş gələ bilər, kiməsə yox, amma məncə, bu hadisələri təbii axarına buraxmaq lazımdır. Adamların içindəkiləri belə açıq demələrinə də normal yanaşmalıyıq". Əkrəm Əlyisli cığallıq eləyir Yazar Elçin Hüseynbəyliyə görə isə, Əkrəm Əylisli cığal adamdır: "Əkrəm Əylisli cığallıq edir, Anar da deyir ki, cığallıq eləmə... Əlbəttə ki, bu məsələdə Anar haqlıdır. Ə.Əylisli zaman-zaman xalqı təhqir edib. Anar müəllim də ona cavab verir". Bunların ədəbiyyata heç bir dəxli yoxdu Seyran Səxavətinsə köhnə dava-dalaşın yenidən alovlanmasından xəbəri yox idi: "Bu mənim üçün köhnəlmiş, keçmiş bir şeydi, bu məsələni yenidən gündəmə gətirməyi sizə də məsləhət görmürəm. Onlar artıq sakitləşib, oturub hərəsi öz yerində... Bu məsələlərin kökündə nə dayanır, nə dayanmır, bunların ədəbiyyata heç bir dəxli yoxdu. Mənimçün maraqsız sual olduğuna görə bağışlayın, cavablandırmaq istəmirəm. Nəinki Anarla Əkrəm arasında, ümumiyyətlə, iki adam arasında təhqir dolu ifadələrin işlədilməsini doğru saymıram". Ədəbiyyatətrafı... Kamal Abdulla isə fikrini çox açıq və qısa ifadə etdi: "Mən ədəbiyyatətrafı söhbətlərdə yoxam... Saytınıza hörmətim var, təşəkkür edirəm". Bu davada Əkrəmi qalib saymaq olar Seymur Baycan bu davada Əkrəm Əylislini qalib sayır: "Yaxşı deyil, qoca kişilərdilər, gərək bir-birilərinə hörmət etsinlər. Onlar elə eləyirlər, gənclər onlara baxıb nə götürəcək?! Mənə elə gəlir ki, onların davası çoxdanın davasıdır. Çünki, Əkrəm həqiqi yazıçıdır, Anarsa, elə-belə... Anar atasının hesabına yazıçı olub. Süni, dekorativ yazıçıdır, bunların yola getməməsi normaldır. Dava eləmələrinin də səbəbi budur ki, Anar dəqiq bilir ki, Əkrəm əsl yazıçıdır. Əkrəm də bilir ki, Anar elə-belə yazıçıdır. Buna görə də onların yola getməsi mümkün deyil. Ə.Əylisli sona qədər barmaq boyda olsa da, azadlığını saxlayır, onu əldən vermir, bu da həmişə onu xilas edir. Anarın isə daha azadlığı qalmayıb. Bu davada Əkrəmi qalib saymaq olar".
2013-12-24
5,065
Mübariz Mənsimov rüşvət əməliyyatından danışdı - Video
Qardaş Türkiyədə əslində nə baş verir? Hadisələrlə bağlı qardaş ölkənin ən zəngin iş adamlarından biri azərbaycanlı Mübariz Mənsimov münasibət bildirib. "Palmali" şirkətlər qrupunun prezidenti, Mübariz Mənsimovun sözlərinə görə, rüşvət və qaçaqmalçılıqla bağlı saxlanılanlar barədə istintaq aparılır. "Əlbətdə ki, bunun Türkiyə üçün çox neqativ təsirləri var. Türkiyə iqtisadiyyatı 638 milyard türk lirəsi itirir. Nəticədə bu, hər kəsin cibindən çıxan puldur. Mən eşitməmişəm ki, bu məsələdə bir azərbaycanlı iş adamanın adı çəkilsin. Bu gün Türkiyə iqtidarı istər Azərbaycandan, istərsə də digər dövlətlərdən gəlib qanun çərçivəsində Türkiyədə sərmayə qoyurlar. Mediada bəzi boşboğazlıq və cəfəngiyyatlar deyilir. Bu, açıq şəffaf mediyanın olmamasını göstərir. Rza Zərrabı mən ümumiyyətlə tanımıram. Heç bir iş ortağım olmayıb, olada bilməz. Səhv adama böhtan atırlar, mən bu işin sonuna kimi gedəcəm". İş adamının sözlərinə görə, "Palmali" nəinki Zərrabla, ümumiyyətlə qanunsuz heç bir işdə ola bilməz. ""Palmali"nin və Mübariz Mənsimovun yaşam tərzi bəllidir". (ANS)
2013-12-24
5,066
Xaçmazda yol nəqliyyat hadisəsi: maşın çaya düşdü
Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. 1986-cı il təvəllüdlü Xaçmaz şəhər sakini Qeybullayev Cümşüd Əjdər oğlunun idarə etdiyi "Mercedes" markalı avtomaşın Qağacuq çayının üzərindəki körpüdən çaya düşüb. Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Axşam saatlarında Xaçmaz şəhəri ərazində daha bir yol nəqliyyat hadisəsi baş verib. 27 BB 357 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomaşınla 99 DM 429 dövlət qeydiyyatlı "Priora" markalı maşınla toqquşub. Bu qəzada xəsarət alan olmasa da minik maşınlarına ciddi ziyan dəyib. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. (APA)
2013-12-24
5,067
Atasından 5 yaşlı uşağa işgəncə - Video
Amerikada bir ata oğluna işgəncə verərcəsinə məşq etdirir. "Axar.az" xəbər verir ki, ABŞ-ın Texas ştatında oğlunun amerikan futbolçusu, yəni reqbi oyunçusu olmağını istəyən bir ata, hələ beş yaşındakı oğlunu, demək olar ki, işgəncə verərək məşq etdirməsi böyük reaksiyaya səbəb olub. İşgəncəni göstərən həmin videonu təqdim edirik:
2013-12-25
5,068
Ərdoğan Ankaraya döndü və rəqiblərinə cavab verdi - Foto
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Pakistandan qayıdarkən Ankara hava limanında jurnalistlərin suallarını cavablandırıb. O, Fətullah Gülənin son çıxışına cavab verib: "Bu axşam burdan bir şey söyləyirəm. Bədduaya lənət, duaya dəvət edirəm. Biz bəddua ilə deyil, dua ilə əmr olunduq". Rəcəb Tayyib Ərdoğan ana müxalifət lideri, CHP sədri Kamal Kılıçdaroğluna ca cavab veriö: "Millətin, tükü bitməmiş yetimin haqqını millətin kasasından alan varsa, biz bunun hesabını tələb edərik, hüquq da tələb edər. Bunun hesabını ana müxalifətin lideri tələb edə bilməz. O, əvvəlcə baş direktorluq etdiyi dövrlərin hesabatını versin". Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanı Ankarada çoxlu sayda adam qarşılayıb. ("Musavat.com")
2013-12-25
5,069
İlham Əliyev Səlim Müslümova açıq dəstək verdi
Bəzi hallarda ədalət pozulur. Ədalət pozulduqda insanların inamı itir. Çünki ən böyük problem odur ki, beynəlxalq əlaqələrdə, ölkələr arasındakı münasibətlərdə və istənilən sahədə ədalət pozulur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı zamanı sağlamlıq imkanları məhdud insanlarla görüşündə deyib. Prezident qeyd edib ki, hər yerdə ədalət olmalıdır: "Mən bilirəm, yəqin ki, siz də, ictimaiyyət də bilir, ünvanlı sosial yardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaqdır. Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım ala bilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi. Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallar haqqında, ədalət pozulduqda məlumat versinlər". Dövlət başçısı əmindir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün xoşagəlməz halları yaxın zamanda aradan götürəcəkdir: "Artıq işlər başlanmışdır. Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaqdır. Bilirsiniz, beynəlxalq əlaqələrdə də, beynəlxalq məsələlərdə də ədalət pozulur. Bizim Qarabağ kimi problemimiz ona görə həll edilmir ki, ədalət yoxdur. Ədalət yoxdur, əlbəttə. Beynəlxalq hüquq, ədalət, tarixi ədalət pozulur. Ancaq bəzi ermənipərəst qüvvələr bunu görmək istəmirlər. Ədaləti bərpa edəcəyik, həm ölkə daxilində, həm beynəlxalq müstəvidə". İlham Əliyev daha sonra deyib: "Ona görə istəyirəm ki, bu gün məni bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaqdır. Ədalət prinsipləri hər yerdə bərqərar olmalıdır. Həyatda, ailədə və cəmiyyətdə ədalət həmişə zəfər çalmalıdır. Ulu öndər Heydər Əliyev bunu hələ 1970-ci illərdə demişdi. Dahi Nizaminin kəlamıdır "Qoy ədalət zəfər çalsın". Bu gün də aktualdır. Hər bir ölkə üçün aktualdır, təkcə Azərbaycan üçün yox. Amma biz Azərbaycanda nümunəvi cəmiyyət formalaşdırırıq. Ona görə burada xoşagəlməz hallara yer olmamalıdır" (Trend.az).
2013-12-25
5,070
Türmədə nəyi bağışlamırlar?
İçərinin sərt qanunları... Bayılda keçirdiyim 4 ay 15 gündə türmə həyatına kifayət qədər alışmışdım. İşlədilən jarqonlardan tutmuş, bu qaranlıq dünyanın aydın qanunlarına qədər hər şeyi öyrənmək cəhdim, bəzən xoşluqla müşahidə olunmurdu da. Mənimki gec gəlib, tez öyrənmək kimi anlaşılırdı. Dəqiq bilirdim ki, mən "pasajir"əm, bir daha bu yolun yolçusu olmayacağam. Ən azı ümid edirdim. Baxmayaraq ki, yaxşı bilirdim, heç kəs bundan sığortalanmayıb və günlərin birində yenə də bu dar qəfəsdə ömür çürütməyin "ləzzətini" dadmaq iki vur ikidir. Amma daxilimdəki inam mənə, nə qədər mümkündür, buranın qanunları ilə yaxından tanış ol, deyirdi. Açığı, türmə həyatının acınacaqlı və arzuolunmaz olduğunu bir daha dəyərli oxucuların diqqətinə çatdırmaq yersiz olardı. Lakin bütün çirkabların içində saf bir şey tapmaq mümkün olduğu halda, burda da təqdirolunası şeylər kifayət qədərdi. Zamanı və yeri gəldikcə belə hallardan bəhs edəcəyəm. Türmə rəhbərliyi "oğru qanunları"na hörmətlə yanaşır Türmə rəhbərliyinin, əslində "oğru qanunları"na hörmətlə yanaşdığının şahidi oldum. Sözsüz ki, bu qanunlar hər şeyin doğru-dürüst olmasına hesablanıb. Adminstrasiyanın türmədə dolayısı yolla bu qanunların işləməsinə şərait yaratması da bundan irəli gəlir. Bayılda bunu da öyrəndim ki, dustaqların kamera şəraitində saxlanmasına baxmayaraq, "smotryaşi"nin bütün kameralarla əlaqə saxlamaq imkanları var. Hər kameranın özünün "ağsaqqalı" olur ki, əslində, bu ağsaqqallar türmə işçiləri ilə dustaqların arasında bir dəllal, iş düzüb-qoşan rolunu oynayırlar. Söszsüz ki, istisnalar var. Yəni özünü kriminal aləmin yolçusu bilənlər kifayət qədər bu qanunlara riayət edirlər. Eləcə də Türmənin "smotriyaşi"sinin ötürdüyü "malyavka"lardakı tapşırıqların "yerlərdə" həyata keçirilməsinə nəzarət də oğru dünyasına düşməyə cəhd edənlərin boynuna düşür. Köhnə dustaqların dediklərinə inansaq, əvvəllər heç də belə deyilmiş. Dustaqlar həqiqətən də bir-birinə doğma imişlər. Baxmayaraq ki, türmələrdə və cəzaçəkmə müəsisələrində dava-dalaş indikilərlə müqayisədə daha çox olarmış və bəzən bu dava-dalaşlar ölümlə də nəticələnərmiş. Kimi isə öldürüb, qanını bağlamaq xırda bir işdir Ümumiyyətlə, həbsaxanada kimi isə öldürüb, qanını bağlamaq çox asan və xırda bir işdir. Hər halda deyilənlərə söykənərək bu qənaətə gəlmək olar. Oğru dünyasınıun keçirdiyi "sxodka"larda çıxarılan hökmlər qeyd-şərtsiz həyata keçirilir. Acınacaqlı hallar onda olur ki, bəzən "bratva"nın və "obaşaq"ın qərarı da hansısa maraqlara söykənir. Pulun burada da böyük qüvvə olduğu danılmazdır. Çoxlarının "svetoy" kimi tanıdıqları, güvəndikləri avtoritetin bəzən türmə rəhbərliyi ilə əlbir olması üzə çıxır. Bu hər iki tərəfə sərf edir. Özünü oğru dünyasında söz sahibi kimi görmək istəyənlər dolanışıq və hakimi-mütləqlikləri üçün türmə rəhbərliyi ilə gizlin danışıqlara girir, əslində türmədəki "besperdel"liyin qarşısını almaqla, həm də onlara yardımçı olurlar. Heç bir rəis istəməz ki, onun sahəsində arzuolunmayan hallar baş versin. Bu baxımdan hər iki tərəfə sərf edən anlaşmalar, əslində "kimsəsiz" dustağın yersiz "başağrıları" ilə sonuclanır. Türmədə belə hallar bağışlanmır Bunun ağrısını həm də həmin "bərkgedən" dustağın özü çəkməli olur. Bir müddətdən sonra dustaqlara kimin rəhbərliklə təmasda olduğu haqda informasiya ötürülür. Təkzibolunmaz faktlar qarşısında qalan oğru aləmində guya nüfuzlu olan şəxs "sındırılır", içərinin qanunları ilə cəzalandırılır. Köhnə dustaqlardan dəfələrlə eşitdiyim belə halların, özüm də bir neçə dəfə şahidi olmuşam. Türmədə belə hallar bağışlanmır. Haşiyə: Sumqayıtlı Vüqarın azadlığa cığacağı günün axşamı dünyasını dəyişməsi məhz belə bir hadisənin sonucu kimi dəyərləndirildi. 2007–ci il aprel ayının 15 də azadlığa çıxacağı gözlənilən Vüqar ayın 14-də dünyasını dəyişdi. Dustaq dostlarının hazırladığı "provod"da dozadan artıq narkotik qəbul etdiyinə görə aprelin 15–nə, azadlığa çıxacağı günə adlaya bilmədi. Ölüm hadisəsi isə gözlərimizin önündə baş verdi. Vüqarı huşsuz halda "sançast"a gətirmişdilər. Yağışlı hava idi. Gecə 24.00 idi. 10 saylı CÇM-in rəis müavini ədliyyə polkovnik-leytenentı Vəli Şirinov evindən çağrılmışdı. Həkim briqadası dəvət olunmuşdu. Edilən masajlar, vurulan iynələr, göstərilən tibbi yardımlar nəticəsiz qaldı. Aprelin 15-də səhər saat 11 radələrində "Qaz-52" yük maşının banında Vüqarın meyidi CÇM-in həyətindən çıxarıldı. Müəssisədə söz-söhbət gəzdi ki, guya Vüqar kriminal aləmin yolçusu olsa da, əslində administrasiyaya işləyirmiş. Onun bu əməli elə türmə işçiləri tərəfdən dustaqlara ötürülmüşdü. Və dustaqların çıxardığı qərara görə, çoxlarının torbasını tikmiş Vüqara ölüm hökmü çıxarılıbmış. Pasajir Oğru dünyasında tanınan avtoritetlərlə söhbətlərim isə mənə çox maraqlı görünürdü. Amma hər dəfə də onların söhbətinə qulaq yoldaşı olmaq mümkün olmur. Gərək şərait elə yarana ki, bu söhbətlərin, xatiratların danışıldığı zamanı əldən verməyəsən. Mən bu baxımdan özümü "xoşbəxt pasajir" saya bilərəm (pasajir – təsadüf nəticəsində həbs olunan, yaxud bu dünyanın əbədi sakinləri olmayan ilkin dustaqlıq həyatı yaşayanlara deyirlər). İçəridə bilərəkdən olunan səhvlər heç zaman bağışlanılmır. İçərinin yazılmayan qanunları, çölün yazılı qanunlarından daha sərt və daha ədalətlidir.
2013-12-25
5,071
Bakıda yaşayış evində yanğın olub
Bakı şəhərində yaşayış evində yanğın olub. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 50 kv.m olan taxta konstruksiyalardan ibarət 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik tikili yanğından mühafizə olunub. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-25
5,072
Multimilyoner özünü 27 mərtəbəli binadan atdı
ABŞ-da multimilyonçu Robert Uilson intihar edib. 86 yaşlı Uilson özünü sahibi olduğu Manhettendəki 27 mərtəbəli binanın 16-cı mərtəbəsinin pəncərəsindən atıb. Polisin məlumatına görə, Uilson intihar etməmişdən əvvəl məktub yazıb qoyub. "Onun 86 yaşı var idi və bir neçə ay bundan əvvəl infakt keçirib. O həmişə deyib ki, əzab çəkmək istəmir və vaxtı gələndə o hazır olacaq",- deyə milyonlarla dollarını xeyriyyəçiliyə xərcləyən uğurlu iqtisadçının Uol stritdən olan dostu bildirib. Onun sözlərinə görə, Uilsonun əsas məqsədi öz varını ehtiyacı olan insanlara paylamaq idi. (ANS)
2013-12-25
5,073
“Apple”ın Milad bayramı çarxı - Video
"Apple" şirkəti Milad bayramında hər kəsin qəlbini isidəcək reklam çarxını təqdim edib. İlk görünüşdən özünə qapalı olan oğlanın ailəsinə olan sevgisini göstərən bu çarx hər kəsi təsirləndirəcək.
2013-12-25
5,074
Brilyant necə hazırlanır - Video
Hər bir qadının sahib olmaq istədiyi parlaqlığı ilə göz qamaşdıran brilyantın hazırlanma prosesini izləmək istəyirsinizsə video- çarxa baxmaq yetərlidir.
2013-12-25
5,075
Paytaxtda yol qəzası: xəsarət alan var
Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib. "Lexus" markalı avtomobil Bakının Heydər Əliyev prospektində hərəkətdə olarkən idarəetməni itirib səkiyə çıxaraq işıq dirəyinə çırpılıb. İlkin məlumata görə, xəsarət alan var. Onların sayı və şəxsiyyəti dəqiqləşdirilir. (APA)
2013-12-25
5,076
14 il sonra komandanlar bir araya gəldi
Pakistan və Hindistan arasında yerləşən Kəşmir sərhədində baş verən sərhəd pozuntularını müzakirə etmək üçün 14 il sonra hər iki ölkənin Ordu Hərbi Əməliyyatlar Komandirləri bir araya gəlib. "Axar.az"ın əldə etdiyi məlumata görə, hər iki hərbi lider arasında sonuncu görüş 1999-cu ildə baş tutmuşdu. Bu addımın atılması beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanıb. Qeyd edək ki, bu ilin 29 sentyabrında Nyu Yorkda görüşən hər baş nazirlər iki ölkənin ordu liderlərinin görüşü barədə razılıq əldə etmişdi. 2003-cü ildə imzalanan atəşkəs razılaşmasına baxmayaraq, bu müddət ərzində hər iki tərəfdən atəşkəs pozulub. Daha əvvəllər isə bu ölkələr arasında üç böyük müharibə baş verib.
2013-12-25
5,077
Robbi Uilyams estetik əməliyyat etdirəcək
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, tanınmış müğənni Robbi Uilyams 40 yaşına girəndə estetik əməliyyat etdirməyi planlaşdırdığını açıqlayıb. Robbi xarici görünüşünü itirməkdən qorxduğunu etiraf edib: "Hər şey, üz gərilmə və digər lazımi əməliyyatları etdirəcəyəm ki, formada qala bilim". O, həmçinin "Orta yaş böhranı sindromu bir müddətdir səssizcə mənə yaxınlaşır",– deyib.
2013-12-25
5,078
Keyt Uinslet oğlunun adını Ayı qoydu
Keyt Uinslet bu yaxınlarda dünyaya gətirdiyi oğlunun adını Ayı qoyub. "Axar.az"ın xarici mediaya istinadən verdiyi məlumata görə, məşhur aktrisa üçüncü əri Ned Rokenrolldan dünyaya gətirdiyi oğlunun adını "Ayı" mənası verən "Bear" qoyub. Körpə anasının Uinslet soyadını daşıyacaq. Xatırladaq ki, Keyt Uinsletin ilk ərindən 13 yaşlı bir qızı, ikinci əri Sam Mendesdən Co Alfie adlı bir oğlu var. Üçüncü əri Ned Rokenroll məşhur iş adamı Riçard Bransonun yaxın qohumudur. Əsil adı Ned Abel Smit olsa da, sonradan soyadını Rokenroll olaraq dəyişib.
2013-12-25
5,079
Geniş ekranlı “iPhone” gəlir
İddiaya görə yeni "iPhone"nun ekranı əvvəlki "iPhone"larla müqayisdə daha geniş olacaq. Yeni "iPhone"la tanışlığımıza bir neçə ay qalıb. Ancaq indidən bir çox qaynaq yeni "iPhone"larla əlaqədar gözləntiləri nümayiş etdirməyə başlayıb. "DigiTimes"ın verdiyi məlumata görə, sentyabr ayında nümayiş olunacağı gözlənilən yeni "iPhone"nun ekranı əvvəlki "iPhone"larla müqayisədə daha geniş olacaq. Bu da "Apple" məhsulunun "Samsung" və "HTC"dən geri qalmayacağı və 5 düymlük bir ekranla istifadəçilərin qarşısına çıxa biləcəyi şəklində şərh olunub.
2013-12-25
5,080
Yataqxanada yanğın baş verdi
Bakı şəhəri, Binəqədi rayonunda Mədəni Marif kollecinin yataqxananın həyətində taxta konstruksiyalardan özbaşına tikilmiş ümumi sahəsi 450 kv.m olan tikililərin 6 ailəyə məxsus olan 150 kv.m sahəsi yanıb. "Axar.az"ın FHN mətbuat xidmətindən aldığı məlumata görə, tikililərin qalan hissəsi və yataqxana binası yanğından mühafizə olunub. Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndür