date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-01-04 | 5,712 | Əbru Gündəş Rza Zərrabla görüşdən imtina etdi | Türkiyənin məşhur müğənnisi Əbru Gündəş həbsxanada olan həyat yoldaşı Rza Zərrabla görüşmək üçün Yeni il bayramı ilə əlaqədar həbsxanalarda 4 günlük açıq görüşdən istifadə etməyib. Dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya iddiasıyla başlanan əməliyyat çərçivəsində həbs olunaraq Metris Həbsxanasına salınan Rza Zarrabı hər gün görmək üçün Bakırköy Prokurorluğundan xüsusi icazə alan Əbru Gündəş indi bu fürsətdən yararlanmayıb. Yeni il gecəsi 2 saat sorğulanan Gündəşin bu hadisədən sonra psixologiyasının pozulduğu və buna görə də R.Zərrabı ziyarət etmədiyi iddia olunur ("Teleqraf.com"). |
2014-01-04 | 5,713 | İnternet kafelərdə bunlara yasaq qoyuldu | Balıkesir Valiliyi hədsiz zorakılıq, oğurluq, arqo, qan, alkoqol, narkotik istifadəsi kimi mövzuları özündə cəmləşdirən 6 kompüter oyununun internet kafelərdə oynanılmasını qadağan edib. "Axar.az" xəbər verir ki, valilik "İş yerlərindəki kompüterlərdə, narkotik və intihara yönəltmə, cinsi istismar, ədəbsizlik, fahişəlik, şiddət, qumar və buna bənzər pis vərdişləri təşviq edən və 18 yaşındakı yeniyetmələrin psixoloji və fizioloji inkişafına mənfi təsiri ola biləcək oyunlar oynadılmayacaq" hökmünü ehtiva edən 9/g maddəsinə əsasən kompüter oyunlarının araşdırılıb qiymətləndirilməsi məqsədilə alimlərdən və mütəxəssislərdən ibarət komissiya yaradıb. Komissiya 56 kompüter və demoları araşdıraraq zorakılıq, oğurluq, arqo, qan, spirtli içki, narkotik istifadəsi kimi mövzuları ehtiva edən bir sıra oyunların internet kafelərdə oynadılmasının təhlükəli olacağını ifadə edən hesabat hazırlayaraq valiliyə təqdim edib. Yalnız 18 yaşdan yuxarılar üçün nəzərdə tutulan bu oyunların internet kafelərdə oynanılmamasını qərarlaşdıran Valilik oyun qadağasını kafe sahiblərinə yazılı şəkildə təqdim edib və internet saytlarının bu qərardan sonra həmin oyunları sildiyi bildirilib. |
2014-01-04 | 5,714 | Prezident də Gülənə qarşı çıxdı - Video | "Bir dövlət içində ayrı dövlət ola bilməz". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Abdullah Gül çıxış edib. O, belə bir şeyin mümkün olmadığını deyib: "Dövlət içində ayrı dövlət ola bilməz. Hər yerdə şəffaflıq qorunmalıdır. Məhkəmələrdə belə bir şeyə ümumiyyətlə yol verilə bilməz. Mən hökumətin qarşısına ancaq müxalifəti qoya bilərəm". Prezident zabitlərin həbs olunması ilə başa çatan Balyoz və Ergenekon əməliyyatları haqqında da danışıb: "Bununla bağlı çoxlu iddialar var ki, bunların bəziləri yanlışdır. Əgər cəmiyyətdə qurunun oduna yaş da yandı deyə söyləntilər varsa, o zaman bunun üzərinə getmək lazımdır". Abdullah Gülün canlı yayımından qısa bir hissəni təqdim edirik: |
2014-01-04 | 5,715 | Məşhur repçi öldürüldü | "50 Sent"in qurduğu hip hop qrupu G-Unit-in keçmiş üzvlərindən Camal Qrin Nyu Yorkda silahlı hücum nəticəsində həyatını itirib. "Axar.az" xəbər verir ki, "Mazaradi Foks" səhnə adıyla tanınan Qrinin ölümüylə əlaqədar "50 Sent" qrupu Tvitter vasitəsilə böyük kədər içərisində olduğunu ifadə edib və 42 yaşlı repçinin ailəsinə və yaxınlarına başsağlığı diləyib. ABŞ mətbuatında danışılan bu hadisə barədə bildirilir ki, Qrindən başqa daha 3 nəfər silahlı adamın atəşinə məruz qalıb. Boynundan və çiynindən vurulan adamın vəziyyətinin kritik, digər iki nəfərin isə həyatı təhlükəsi olmadığı bildirilib. |
2014-01-04 | 5,716 | Fətullahçıların yeni liderinin adı bəlli oldu | Fətullah Güləndən sonra camaata rəhbərlik edəcək şəxsin adı bəlli olub. "Axar.az" xəbər verir ki, bu informasiyanı Türkiyə mətbuatı yayımlayıb. Mətbuat yeni liderin Fətullah Gülənin yaxın adamları sırasında olduğunu qeyd edib. Əsas namizəd göstərilən adın Abdullah Aymaz olduğu bildirilib. Mətbuat həmçinin A.Aymazın indiyə qədər dünyanın dörd bir tərəfində yerləşən 1400 məktəbin hər birində olduğunu və əsas məmurların hamısı ilə yaxından tanışlığının onun namizədliyini daha da qüvvətləndirdiyini yazıb. Qeyd edək ki, Abdullah Aymaz Fətullah Gülənlə gənclik illərindən dostluq edir. Uzun müddət "Zaman" qəzetində, "Sızıntı" jurnalında, Mehtap TV və Cihan radiosunda fəaliyyət göstərib. Hazırda "camaat" arasında ən çox kitab müəllifi olan şəxs hesab olunur. Fətullah Gülənin toxunmağa cəsarət edə bilmədiyi mövzulara onun çəkinmədən toxunduğu bildirilir. |
2014-01-04 | 5,717 | Gülən Ərdoğana məktub göndərdi - Sülh | Fətullah Gülən Rəcəb Tayyib Ərdoğan sülh məktubu göndərib. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə "Türkiyə" qəzetinin köşə yazarı Yıldıray Oğur çıxış edib. O, bu gün Dolmabaxça sarayında Baş nazirlə hökumətə yaxın olan qəzetlərin jurnalistlərinin görüşündən sonra "Tvitter"də şok yaradacaq informasiya yazıb. "Fətullah Gülən Baş nazir Ərdoğana sülh məktubu göndərib". |
2014-01-04 | 5,718 | Tehranın köçürülməsi ilə əlaqədar işçi qrup yaradıldı | İran paytaxtının başqa bir əraziyə köçürülməsi prosesi ilə əlaqədar işçi qrup yaradılıb. APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli bildirib ki, paytaxtın köçürülməsi planı hələlik araşdırılma mərhələsindədir: "Hazırda ölkə parlamenti ilə hökumət birgə işçi qrupu yaradıblar. Bu planı qısa müddətdə həyata keçirmək mümkün deyil. Plan yalnız uzun müddətə reallaşa bilər". Nazir hələlik yeni paytaxtın hansı şəhər olacağı mövzusunda da qərar verilmədiyini deyib. Qeyd edək ki, ötən il dekabrın 24-də İran parlamenti ölkə paytaxtının Tehrandan başqa yerə köçürülməsini nəzərdə tutan planı təsdiqləyib. Plan yeni paytaxt müəyyənləşdirildikdən sonra Tehranda yerləşən siyasi və inzibati strukturların köçürülməsini nəzərdə tutur. |
2014-01-04 | 5,719 | Prezident qızının şəkilləri yayıldı - Fotolar | Leyla Əliyevanın yeni fotoları yayımlanıb. "Axar.az" xəbər verir ki, Leyla Əliyevanın fotoları "Feysbuk" sosial şəbəkəsində Nərgiz Paşayevanın qızlarının işlətdiyi "Aida & Ulviyya Mahmudova" profilində yerləşdirilib. Fotoları təqdim edirik. |
2014-01-04 | 5,720 | Çin polisinin görünməmiş kadrları – Foto | Dünyanın ən intizamlıları sırasında ön yerlərdən birini tutan Çin polisinin hazırlıq şəkilləri mətbuatda yayımlanıb. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayımlayıb. Şəkillərdə çinli qadın polislərin daim gülərüz olması üçün xüsusi metodlardan istifadə edildiyi bəlli olub. Qamətin düzlüyünü qorumaq üçün isə çinlilər hətta şiddətdən istifadə etməkdən belə çəkinməyiblər. |
2014-01-04 | 5,721 | Mobil rabitə: Paytaxt və bölgələrə qoyulan fərqlər | Ölkədə fəaliyyət göstərən mobil operatorların tarif siyasəti vətəndaşların haqlı narazılığına səbəb olub. Hər üç şirkət Bakıdan fərqli olaraq regionlarda daha aşağı qiymətlərlə xidmət göstərir və bunu hər gün reklam etməkdən çəkinmirlər. Ən bahalı mobil operator olan "Azercell" Bakı və Abşeron yarmadası istisna olmaqla bütün rayonlarda 3-cü dəqiqədən sonra pulsuz danışmaq imkanı verib. Regiondakı "Azercell" abunəçiləri cəmi 14 qəpik ödəyərək istədikləri qədər danışa bilərlər. Əlavə olaraq, "sevimli nömrə" tarifini əldə edərək daha böyük endirim qazanırlar. Bölgələrdə digər operatorlara zənglərin qiyməti də aşagıdır - bir dəqiqəsi 5 qəpik. Paytaxtda isə "Azercell"lilərə danışığın dəqiqəsi 7 qəpiyə, diğər operatora zənglər isə 10 qəpiyə başa gəlir. Bu vəziyyət digər mobil rabitə xidmətlərində də mövcuddur. "Bakcell" artıq iki ildir regionlarda "Doğma cin" tarifini tətbiq edir. Burada danışığın dəqiqəsi 2 qəpikdir. Həmin tariflə digər operatorlara zənglər də ucuz başa gəlir – 1 dəqiqə 5 qəpik. Sevimli nömrə ilə danışmaq isə 1 saatı cəmi 2 qəpik xərc tələb edir. Hər tərəfə 4 qəpik tarifi ilə rəqiblərini geridə qoyan "Nar mobile" da region əhalisini unutmayıb. Bakı və Abşeron yarımadası xaric bütün rayonlarda 2 manatlıq danışıq kartı yükləyən "Nar" abunəçisinə 30 dəqiqə pulsuz danışıq imkanı verilir. Kartların qiyməti artdıqca pulsuz dəqiqələrin müddəti də artırılır. Bəs hüquq nə deyir? Vətəndaşlar arasında fərq qoyulmasının iqtisadi və hüquqi tərəflərini araşdırmağa çalışdıq. "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir: "Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir". "Axar.az"a açıqlamasında hüquqşünas ekspert Ənnağı Məmmədli mobil operatorların paytaxtla regionlar arasında tarif fərqlərinə hüquqi qiymət verib. Onun fikrincə, regionlarda güzəştlərin tətbiq edilməsi vətəndaşların konstitusiyon hüqularına ziddir: "Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi vətəndaşların hüquq bərabərliyi prinsipini özündə ehtiva edir.Maddəyə görə, hər bir vətəndaş qanun qarşısında bərabərdir. Lakin istehlakçılara yaşayış yerinə görə fərqli güzəştlərin tətbiq edilməsi bərabərlik hüququnun pozulması hesab olunmalıdır". Məsələnin iqtisadi tərəflərinə aydınlıq gətirən iqtisadçı Rövşən Ağayev isə Bakı ilə regionlar arasında fərqli tarif siyasətinin mümkün olduğunu bildirdi: "Mən burada bir iqtisadi qanunauyğunsuzluq görmürəm. Özəl şirkət olduğundan mobil rabitə xidmətlərinin qiymət siyasətinə dövlət müdaxilə edə bilməz. Yəqin onlar da hesab edirlər ki, regionlarda əhalinin gəlirləri azdır. Ona əsasən də həmin bölgələr üçün ayrı qiymət tətbiq edirlər. Bu onların bazar münasibətlərindən doğan hüquqlarıdır". Pay bölgüsü bəlli deyil Lakin digər tərəfdən bazar iqtisadiyyatı prinsiplərinin hələ ki, Azərbaycanda tam işləmədiyini deyən R.Ağayev mobil operatorların bazardakı pay bölgüsünün açıqlanmadığını, bu sahədə şəffaflığın olmadığını vurğuladı. Onun fikrincə, pay bölgüsü bəlli olarsa, onların monopolist olub-olmadığı üzə çıxacaq. Əgər hər hansı şirkət bazarda inhisarçılıq edirsə, qanunla dövlət onun tarif siyasətinə müdaxilə edə bilər. R.Ağayev bu məlumatların açıqlanmamasını vətəndaşların hüquqlarının tapdanması kimi qiymətləndirdi. Əlavə etdi ki, tariflərin tənzimlənməsində paytaxtla regionlar arasında fərq qoymadan da dəyişən qiymətlər tətbiq etmək mümkündür: "Məsələn, bir çox ölkələrin təcrübəsində günün müəyyən saatlarında tariflərin dəyişməsi təcrübəsi var. Mobil operatorlar gecə və gündüz saatlarında fərqli qiymətlər tətbiq etməklə vətəndaşlara da güzəşt etmiş olarlar. Həm də bu qiymətlər bütün bölgələr üçün keçərli olmalıdır". |
2014-01-04 | 5,722 | Somerset Moem: "Kilsə xidmətçisi" | Somerset Moem Kilsə xidmətçısi Hekayə Günorta Nevil meydanındakı kilsədə xaç suyuna salınma mərasimi keçirilmışdı, ona görə də Albert Edvard Fomən hələ də iş paltarında idi. O, toy və dəfn mərasimləri üçün ayrılmış təzə xələtini geyinməmişdi, çünki o xələtin büzmələri elə şax idi ki, elə bil, yundan yox, tuncdan hazırlanmışdı. Albert hər gün geyindiyi xələtində idi. O, bu xələtda özünü yaxşı hiss edirdi, axı bu xələt onun işlədiyi kilsənin simvolu idi. Bu xələt əynində olmayanda (evə gələndə xələtini çıxarırdı) özünü birtəhər hiss edirdi, elə bilirdi ki, nə isə itirib. Albert iş paltarına yaxşı qulluq edirdi, onu özü hamarlayır, özü dı ütüləyirdi. Bu kilsədə xidmətçi olduğu 16 il ərzində onun çoxlu belə xələtləri olmuşdu. Ancaq o xələtlər köhnələndə Albertin onları atmağa əli gəlmirdi. O, köhnəlmiş xələtləri səliqəylə qatlayır və yataq otağındakı paltar şkafının axırıncı siyirtməsinə qoyurdu. Xidmətçı sakitcə öz işi ilə məşğul idi; rənglənmiş taxta qapağı xaç suyuna salmaq üçün işlədilən mərmər ləyənin ağzına örtdü, xəstə qoca qadın üçün gətirilmış stulu öz yerinə qoydu, sonra isə cübbələrin saxlandığı otaqda olan vikarını gözləməyə başladı ki, o çıxandan sonra oranı da yığışdırıb evinə getsin. Az sonra vikarı göründü, mehraba yaxınlaşanda diz çöküb dua etdi, sonra isə kilsə keçidinə tərəf getdi. Onun cübbəsi hələ də əynində idi: "O boş-boşuna nə gəzir? - xidmətçi öz -özünə dedi.- Məgər bilmir ki, mən də nahar etməmişəm?" Vikari bu kilsəyə yaxınlarda təyin edilmişdi. O, qırx yaşlarında qırmızısifət, ciddi bir kişi idi. Albert hələ də əvvəli vikarınin işdən çıxarılmasına heyfsilənirdi. O, aramla moizə oxuyar, eyni prixoda mənsub olduğu adamlarla tez-tez nahar edərdi, kilsədə hər şeyi özü istədiyi qaydada təşkil edirdi, ancaq heç vaxt boş şeylərə baş qoşmazdı - bu təzə gələn vikarı kimi hər yerə burnunu soxmurdu. Abert Edvard ən pis adamla da yola gedərdi. Kilsə yaxşı yerdəydi, işçilərin hamısı yaxşı adamlar idi. Yeni vikarı Şərqdən gəlmişdi və buradakı qayda-qanuna hələ uyğunlaşmamışdı. - Həmişə belə olmaz,- Albert Edvard deyirdi. – Qoy bir az vaxt keçsin, o da uyğunlaşacaq hər şeyə. Vikari kilsə keçidinə çatanda dayandı və Alberti səslədi: - Fomən, bir-iki dəqiqəliyə paltar saxlanılan yerə gəlin. Sizə deyiləsi sözüm var. Vikari onun da pilləkənlə çıxmasını gözlədi, sonra hər ikisi paltar saxlanılan otağa girdilər. - Bugünkü mərasim yaxşı keçdi, ser. Maraqlıydı, siz uşağı qucağınıza alan kimi o, səsini kəsdi. - Uşaqlar çox vaxt mənim qucağımda səslərini kəsirlər,- vikarı yüngülvari gülümsəyib dedi.– Mən artıq uşaqlarla necə rəftar etməyi öyrənmişəm. Ağlayan uşağın onun qucağında səsini kəsməsilə vikari lovğalanırdı və uşağın dayəsinin heyranlıqla ona baxmasından həzz alırdı, xidmətçi də bilirdi ki, o tərifdən xoşlanır. Albert Edvard otaqdakı iki ağsaqqalı da görəndə çox təəccübləndi. Çünki onların içəri girdiyini görməmişdi. Ağsaqqallar başlarıyla onu salamladılar. - Vaxtınız xeyir, mənim ağam. Vaxtınız xeyir, ser,- Albert hər ikisinə ayrı-ayrılıqda cavab verdi. Onların hər ikisi yaşlı idi. Demək olar ki, burada xidmətçi işləməyə başladığı vaxtdan onlar kilsə ağsaqqalı idilər. Ağsaqqallar əvvəlki vikarının neçə il qabaq İtaliyadan gətirdiyi stol arxasında oturmuşdular, vikari də onların ikisinin arasındakı stulda əyləşmişdi. Albert Edvard da stolun o biri başında onlarla üzbəüz oturdu və nigarançılıqla nə deyiləcəyini gözləməyə başladı. O, bir müddət əvvəl orqançalanın başına gələn müsibəti və hər şeyi ört-basdır etmək üçün necə narahat olduqlarını xatırladı. Nevil meydanındakı belə adlı-sanlı kilsədə onlar çox şeyi açıb-ağartmırdılar. Vikarınin qırmızı sifətindən mehribanlıq yağırdı, ağsaqqallar isə, əksinə, narahat görünürdülər. - Olsun ki, vikarı onlarla öcəşib,- xidmətçi öz-özünə dedi. – Yəqin ki, onlara bir iş buyurub, onlar da yerinə yetirməyiblər. Sözsüz ki, bu, belə olub. Albert belə fikirləşsə də, ürəyi səksəkəliydi. O, həmişə özündən böyüklərə hörmət edirdi, ancaq heç kəsə yaltaqlanmırdı. Bu dini idarədə işləməzdən qabaq o yaxşı evlərdə qulluq etmişdi. İşlədiyi evlərdə heç kəs ondan narazı qalmamışdı. Əvvəllər bir tacirin evində xidmətçi olmuşdu. Bir ilin içində isə dul bir qadın eşikağası vəsifəsini ona etibar etmişdi. Kilsədə boş yer olana qədər isə o, istefada olan bir səfirin evində eşikağası işləyirdi. Albert ucaboylu, arıq, ciddi, vüqarlı görünüşü olan bir kişi idi. Oz işinin ustası idi. Bununla belə o, mərifətli, özünəinamlı idi. Onun xarakterində bir eyib tapmaq çətin idi. Vikari söhbətə qəflətən başladı: - Fomən, sizə şad xəbər deməyəcəyik. Siz uzun illər burada işləmisiniz. Əgər desəm ki, siz işinizi həmişə can-başla yerinə yetirmisiniz, sözsüz ki, ağsaqqallar da mənimlə razılaşarlar. Ağsaqqallar başlarıyla onun sözlərini təsdiqlədilər. - Ancaq dünən ağlıma bir fikir gəldi ki, bu barədə ağsaqqallarla da məsləhətləşməyi lazım bildim. Belə ki, eşitdiyimə görə siz oxuyub-yazmağı bacarmırsınız. Xidmətçinin sifətində heç bir dəyişiklik görünmədi. - Bunu əvvəlki vikari də bilirdi, ser,- dedi. – O, deyirdi ki, savadsız olmağımın mənim işimə heç bir dəxli yoxdur. O, həmişə deyərdi ki, əsas olan həyat məktəbidir. - Birinci dəfədir ki, belə söz eşidirəm, - baş ağsaqqal səsini qaldırdı. - Demək istəyirsiniz ki, siz 16 il kilsədə işləmisiniz və savad almağa cəhd etməmisiniz? - 12 yaşım olanda ibadət etməyi öyrənmək istədim. Keşiş məni öyrətməyə çalışırdı, ancaq mənim bacarığım yox idi. Sonra isə başım işə qarışdı və mən də oxumaq barədə unutdum. Heç özüm də savadlı olmağa səy göstərməmişəm. Məncə, bir çox cavanlar oxumaqdansa bir xeyirli iş görsələr daha yaxşı olar. - Düzünü deyin, bəs siz təzə xəbərləri öyrənmək istəmirsiniz? - O biri ağsaqqal soruşdu. – Bəs heç məktub yazmırsınız? - Niyə ki, mənim ağam, oxumamış da keçinirəm. Son vaxtlar isə qəzetdəki şəkillərə baxmaqla nə baş verdiyini asanlıqla öyrənirəm. Arvadım oxumağı bacarır, mən məktub yazmaq istəyəndə o mənim əvəzimdən yazır. Hər iki ağsaqqal bunu eşidib təşvişlə vikariyə baxdılar, sonra isə başlarını aşağı dikdilər. - Belədir, Fomən, mən hər şeyi ağsaqqallarla müzakirə etmişəm və onlar da vəziyyətin mürəkkəb olması fikri ilə razılaşırlar. Bu cür adlı-sanlı kilsədə oxuyub–yazmağı bacarmayan bir adamı xidmətçi saxlaya bilmərik. Albert Edvardın arıq, sarımtıl sifəti qızardı, o, narahatlıqla yerində vurnuxdu, amma heç nə demədi. - Məni düzgün başa düşün. Sizdən heç bir şikayətim yoxdur. Siz işinizin öhdəsindən layiqincə gəlirsiniz. Sizin həm xasiyyətiniz, həm də bacarığınız haqda yüksək fikirdəyəm. Ancaq savadsız olmağınız hər şeyi korlayır. Belə məsələlərdə gərək ehtiyatlı olaq. - Təzədən oxumağa cəhd edə bilməzsiniz ki? - Baş ağsaqqal soruşdu. - Yox, ser, yox. Artıq gecdir. Özünüz də görürsünüz ki, yaşımın o vaxtı deyil ki, hər şeyə təzədən başlayım. Uşaq vaxtı hərflər beynimə girməyibsə, bundan sonra heç girməz. Həm də atalar deyib ki, qırxında öyrənən gorunda çalar. - Biz sizə qarşı sərt olmaq istəmirik, Fomən,- vikari dedi.-Ancaq ağsaqqallarla hər şeyi götür-qoy etmişik. Sizə 3 ay möhlərt veririk. Əgər bu müddətdə yazıb-oxumağı öyrənməsəniz sizi işdən çıxarmalı olacağıq. Bu təzə vikaridən Albertin heç əvvəldən xoşu gəlmirdi. O, elə əvvəldən deyirdi ki, belə məşhur kilsəyə onu təyin etməklə böyük səhvə yol veriblər. O, buradakılarla heç düz gəlmirdi. İndi də başlayıb bəzi işlərini qaydaya salmağa. Vikari özünün qədrini bilir və başqalarından ötrü işindən çıxarılmaq istəmir. - Məni qəmləndirdiniz, ser. Heç yaxşı iş görmürsünüz. Mən qoca kaftar bundan sonra oxuyub-yazmağı necə öyrənim? Uzun illər oxuyub-yazmağı bilmədən keçinmişəm. Heç vaxt özüm-özümü tərifləməmişəm. Mən özümü gözə soxmaq üçün yaxşı işləməmişəm. Savadlı olsaydım da elə bu cür işləyərdim. - Belə olan surətdə işdən çıxmalı olacaqsınız, Fomən. - Yaxşı, ser, hər şeyi başa düşürəm. Siz mənim yerimə bir adam tapan kimi işdən çıxaram. Albert əvvəlki kimi kilsə qapısını ehtiyatla örtüb çölə çıxanda hiss etdi ki, kövrəlib, hətta dodaqları da əsdi. Təzədən paltarsaxlanan otağa qayıtdı və xələtini ona məxsus olan asılqandan asdı. O, böyük dəfn mərasimləri və dəbdəbəli toyları xəyalına gətirib dərindən köks ötürdü. Albert hər yeri yığışdırdı, paltosunu geyindi, şlyapasını əlinə alıb çıxış qapısına tərəf yönəldi, kilsə qapısını da arxasınca bağladı. O, meydana çıxdı, ancaq o qədər fikirli idi ki, onu bir stəkan rəngli çay gözləyən evlərinə tətəf gedən küçəyə yönəlmədi, başqa tərəfə döndü və yavaş-yavaş addımlamağa başladı. Ürəyi dolmuşdu, nə edəcəyini bilmirdi. Əvvəlki kimi ev xidmətçisi olmağı isə heç təsəvvür belə etmək istəmirdi. Uzun illər işlədiyi yerdən ayrılmaq ona ağır gəlirdi və düşdüyü vəziyyətlə heç cür barışa bilmirdi. Albert bir xeyli pul yığmışdı, amma işləməsəydi bu pul onlara bəs etməzdi. Onsuz da hər şey getdikcə bahalaşırdı. Bu vəziyyətə düşəcəyi heç vaxt onun ağlına gəlməmişdi. Kilsənin xidmətçiləri axirət dünyası üçün orada işləyirdilər. Albert tez-tez öləndən sonrakı bazar axşamı vikarinin öz sədaqətli və nümunəvi xidmətçisinə necə dua edəcəyini göz önünə gətirirdi. İndi isə o bunu xatırlayıb dərindən köks ötürdü. Bəzi təsadüfü halları çıxmaq şərtilə Albett demək olar ki, nə siqaret çəkir, nə də içki içirdi. Eləcə, nahar vaxtı hərdən pivə içir, yorulanda isə arabir siqaret çəkirdi. İndi isə ona elə gəldi ki, bir qutu siqaret onu sakitləşdirə bilər. Ona görə də siqaret almaq üçün ətrafa boylandı. Amma siqaret satılan köşk gözünə dəymədi. O, bir az da irəlilədi. Küçə uzun idi, orada müxtəlif mağazalar var idi. Ancaq bircə köşk yox idi ki, adam gedib oradan bir qutu siqaret alsın. - Çox qəribədir,- Albet öz-özünə dedi. Dəqiqləşdirmək üçün gəldiyi yerə qayıdıb bir də baxdı. Yox, buna heç bir şübhə ola bilməzdi. O dayandı və dalğın halda küçənin o baş bu başına diqqətlə bir də baxdı. - Sözsüz ki, bu küçə ilə gedərkən siqaret almaq istəyən təkcə mən deyiləm,- fikirləşdi.- Şübhəsiz, burada bir köşk açıb konfet və siqaret satan adam uduzmaz. Ağlına gəlmiş fikirdən diksindi. - İdeya, bax, budur. Qəribədir, adam bir pis vəziyyətə düşəndə haradansa çıxış yolu da görünür. Yaxşı deyiblər ki, bir yandan bağlayan Allah bir yandan da açar. Geri döndü, evinə gəlib qapını açdı. - Bu gün sənə nə olub, heç danışmırsan?- arvadı arada ona söz atdı. - Fikirləşirəm. O, hər şeyi yaxşıca götür-qoy etdi və səhərisi həmin küçəylə gedərkən xoşbəxtlikdən gördü ki, balaca bir dükan icarəyə verilir. Bu, əsl ona münasib dükan idi. Bir gün sonra artıq həmin dükanı almışdı. Bir aydan sonra Nevil küçəsindəki kilsədən həmişəlik çıxandan sonra qəzet və siqaret satmağa başladı. Arvadı tez-tez deyirdi ki, o cür adlı-sanlı kilsədə xidmətçi işləmiş bir adam üçün bu, heç də yaxşı iş deyil. Albert ona cavab verirdi ki, zamanla ayaqlaşmaq lazımdır. Ümümiyətlə, onun işləri yaxşı gedirdi, onda ağlına gəldi ki, ikinci bir dükan da icarə götürüb, oraya bir işçi təyin etsin. Beləliklə, o, siqaret satılan dükanı olmayan başqa bir uzun küçə tapdı. Həmin küçədə də balaca bir dükanın icarəyə verildiyini görüb çox sevindi, dükanı alıb hər şeylə təmin etdi. Bu, onun uğuru idi. Bir gün ağlına gəldi ki, əgər onun iki-üç belə dükanı olsa bir az da qabağa düşər. Bundan sonra Albert siqaret satılan yeri olmayan və icarəyə verilən dükanı olan böyük küçə görəndə həmin dükanı icarələyirdi. On ildən sonra azı 10 dükanı var idi və bankda xeyli pulu yığılmışdı. Hər bazar ertəsi o özü dükanları gəzib həftəlik pulları toplayır və aparıb banka təhvil verirdi. Bir səhər bir dəstə qəbzi və bir ağır çanta dolusu pulu kassirə verəndə kassir dedi ki, müdir onu görmək istəyir. Kassir müdirin otağını ona göstərdi və Albert içəri girdi. - Mister Fomən, elə sizinlə söhbət etmək istəyirdim. Belə ki, sizin bizdə artıq pulunuz yığılıb qalıb. Heç dəqiq bilirsinizmi ki, o pul nə qədərdir? - Yəqin ki, bir–iki funt deyil. O pulları müəyyən bir məqsədə sərf edəcəm. - Bu səhət verdiklərinizdən başqa sizin bizdə 30 min funtunuz var. Bu, böyük məbləğdir. Belə məsləhət görərdim ki, siz o pulu əmanət kassasına keçirəsiniz. - Belə edə bilmərəm, ser. Bilirəm ki, o pullar bankda toxunulmaz hissədir. - Narahat olmağa dəyməz. Biz özümüz hər şeyi yoluna qoyacağıq. Sizin özünüzün də marağınız artacaq. Albertin sifəti qəribə görkəm aldı: - Belə işlərlə heç vaxt aram olmayıb, yaxşısı budur ki, qoyun o pullar elə sizdə qalsın. Müdir gülümsədi: - Hər şeyi biz özümüz edəcəyik. Gələn dəfə bura gələndə sizin işiniz bircə o olacaq ki, blanka qol çəkəsiniz. - Qol çəkərəm,- Albert tərəddüdlə dedi.- Bəs nəyə qol çəkdiyimi mən nədən biləcəyəm? - Şübhəsiz ki, siz oxumağı bacarırsınız,- müdir dedi. Mister Fomən yazıq-yazıq gülümsədi: - Yanılırsınız, ser, mən oxumağı bacarmıram. Bilirəm ki, bu sizə gülməli görünür. Mən nə yazmağı bilirəm, nə də oxumağı. Bircə adımı yaza bilirəm. Onu da bu işə keçəndən sonra öyrənmişəm. Müdir necə təəccübləndisə heç stuldan necə qalxdığını da bilmədi. - Siz nə danışırsınız? Doğrudan siz oxumağı bacarmırsınız? - Neyləmək olar, belədir. Oxumağa əvvəllər imkanım olmayıb. Sonralar isə nədənsə özüm istəməmişəm. Müdir ona elə baxırdı ki, sanki əcaib bir şey görürdü. - Demək istəyirsiniz ki, siz oxuyub yazmağı bacarmadan 30 min funt yığıb toplamısınız? Bu heç inanılası deyil. Aman Allah, bəs siz savadlı olsaydınız neylərdiniz? - Qulaq asin, deyim,- Albert fikirli-fikirli dilləndi.– Gedib kilsədə xidmətçi işləyərdim. İngilis dilindən çevirdi: Sevil Gültən |
2014-01-04 | 5,723 | Ermənilər Türkiyəyə yenə arxadan zərbə vurdular | Türkiyə ilə Ermənistan arasında münasibətlərin düzəlməsi ilə bağlı heç bir irəliləyiş müşahidə olunmayıb. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin iqtidaryönlü deputatı Naira Zoqrabyan çıxış edib. O, Türkiyədə hakimiyyət dəyişilmədikcə bu problemlərin qalacağını bildirib: "Nə vaxta qədər ki, Türkiyəni Osmanlı ideologiyasını irəli sürən şəxslər idarə edəcək, o zamana qədər də bu prosesdə irəliləyişlər görməyəcəksiniz". N.Zoqrabyan qonşularla problemsiz diplomatiya anlayışının rəsmi Ankaranın uydurması olduğunu da qeyd edib: "Türkiyə cəmiyyətinin müxtəlif təbəqələrində artıq ermənilərin genosidi qapalı mövzu kimi saxlanılmır. Lakin bu, hələlik türk düşüncəsinin kütləvi şəkildə dəyişilməsi üçün kifayət etmir". |
2014-01-04 | 5,724 | Ucar sakini dəm qazından zəhərləndi | Ucar sakini dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu gün saat 17:30 radələrində Ucar şəhərində 34 yaşlı qadın dəm qazından zəhərlənib. Qadın hamamda çimərkən boğulub. Şəhərin Füzuli küçəsində yaşayan Məmmədova Məhəbbət Sabir qızı hamada çimərkən vəziyyəti ağırlaşıb, dəm qazından boğulduğunu hiss edib. O, hamamdan çıxaraq kömək istəyib. Təcili yardımın köməyi ilə Ucar rayon mərkəzi xəstəxanasına çatdırılan Məhəbbət Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin həddindən ağır olduğunu bildirirlər. Məhəbbət Məmmədova iki uşaq anasıdır. O, əvvəllər Ağdaş rayonunda ərdə olub. Boşandıqdan sonra iki uşağı ilə atası evinə yerləşib. Hadisə də onun atası evində baş verib.(anspress) |
2014-01-04 | 5,725 | Göyçayda konyak zavodu yandı | Bu gün saat 18.00 radələrində Göyçay şəhərində konyak zavodunda yanğın baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində yerləşən konyak zavodunda saat 18:13-də qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin 4 avtomobili və сanlı qüvvəsi yeridilib. Yanğın 18:50-də söndürülüb. 1950-сi illərdən konyak zavodu kimi işə başlamış müəssisə bir neçə ildir ki, fəaliyyətini dayandırıb. Binada elektrik olmadığından yanğının nədən başladığı aydın deyil. Buna görə də hadisənin səbəbləri araşdırılır. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir ki, vətəndaşa məxsus ümumi sahəsi 1375 kv.m olan anbarın lambirdən ibarət tavanı 100 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-04 | 5,726 | Ərdoğan Gülənin sülh təklifindən imtina etdi | Fəthullah Güləndən Ərdoğana gələn barış məktubuna Baş nazir tərəfindən cavab verilib. "Sabah" qəzetinin yazdığına görə, barış məktubunda bütün baş verənlər geridə qalarsa, vəziyyətin yumşalacağına dair bir sıra vədlər yer alıb. Ərdoğan isə barış təklifinə sərt cavab verib. "Baş nazir o dönüşü olmayan nöqtənin keçildiyini deyir. Ərdoğan bildirib ki, artıq paralel dövlət məsələsində atılması gərəkən nə addım varsa, atacağıq. Geriyə dönüş yoxdur", - deyə qəzetin yazarı bildirir. Xatırladaq ki, "Türkiyə" qəzetinin köşə yazarı Yıldıray Oğur Güləndən sülh məktubu gəldiyini "Tvitter" hesabında yazmışdı. |
2014-01-04 | 5,727 | Tvitterdә bir statusa görә 80 qamçı | Səudiyyə Ərəbistanda yaşayan kişi tvitter sosial şəbəkəsində yazdığı statusa görə 3 ay azadlıqdan məhrumedilmə və 80 qamçı cəzası alıb. Ölkə mediasında yayılan məlumatlara görə, adı açıqlanmayan şəxs Şəms adlı müğənnini əxlaqsızlıqda günahlandırıb. Ərəb qanunlarına görə, əlində fakt olmadan bir qadına əxlaqsız demək ən böyük günahlardan biridir. Müğənninin məhkəməyə verdiyi adam onu təhqir etdiyi üçün 3 ay azadlıqdan məhrum edilib. Bununla bərabər, ona 80 qamçı vurulacaq ("Musavat.com"). |
2014-01-04 | 5,728 | Prezident xanımı və prezident anası sağalıb | ABŞ prezidentləri olmuş ata Corc Buşun xanımı, oğul Corc Buşun isə anası 88 yaşlı Barbara Buş bu gün Hyuston xəstəxanasını tərk edəcək. "Axar.az"ın Rusiya mediasına istinadən xəbərinə görə, bu barədə xəbəri Buş ailəsinin təmsilçisi Cim Makqrat verib. Keçmiş birinci ledi xəstəxanaya yüngül soyuqdəymə diaqnozu ilə birinci gün yerləşdirilmişdi. C.Makqratın sözlərinə görə, Barbara Buş həkimlərin nəzarətində müalicə kursu keçib və hazırda özünü əla hiss edir. Xatırladaq ki, Barbara Buş 2009-cu ildə ürək əməliyyatı keçirib. |
2014-01-04 | 5,729 | "Satılmaz Runi" son qәrarını verdi | İngilis futbolçusu Ueyn Runi karyerasının 10 ilini sərf etdiyi "Mançester Yunayted" klubuyla müqaviləni uzatmamaq qərarına gəlib. "Axar.az" xəbər verir ki, Runi klubu yayda tərk edəcək. Futbolçunun "Yunayted"lə müqaviləsini mətbuat hələ ötən yaydan müzakirə obyektinə çevirib. Hələ o vaxt Runi "Mançester"in London "Çelsi"sinin üç təklifindən birini qəbul etməsini istəyirdi. Lakin "Mançester Yunayted" hər dəfə "Runi satılmır" deyə cavab verirdi. Bundan əlavə, hələ sentyabrın əvvəlində yeni danışıqlar barədə söz gedəndə Runi imtina etmişdi. |
2014-01-04 | 5,730 | “Qurd Seyid və Şura”nın tanıtım çarxı rekord qırır - Video | Baş rolları Kıvanç Tatlıtuğ ilə Fərəh Zeynəb Abdullahın oynadığı "Kurt Seyid və Şura"nın ("Qurd Seyid və Şura") tanıtım çarxı böyük marağa səbəb olub. "Axar.az" xəbər verir ki, "Star TV" ekranlarında yeni ilin ilk dəqiqələri və yanvarın 1-də cəmi 4 dəfə yayımlanan və 8 milyon 883 min şəxs tərəfindən izlənən tanıtım çarxı reytinqləri alt-üst edib. Məlumat üçün bildirək ki, Kıvanç Tatlıtuğ serialda gözətçi alayının cəsur zabiti, Krım türkü Qurd Seyidi canlandırır. Qurd Seyidin ilk görüşdə aşiq olduğu, soylu bir ailənin zadəgan, gözəl və həyat dolu qızı Şura xarakterini isə Fərəh Zeynəb Abdullah ifa edir. |
2014-01-04 | 5,731 | Valeybolçularımız estonları məğlub etdi | Bu gün qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunda millimiz qələbə qazanıb. "Axar.az" AzərTAc-a istinadla bildirir ki, dünya çempionatının seçmə mərhələsində J qrupun oyunlarının keçirildiyi Azərbaycan Voleybol Mərkəzində milli komandamız Estoniya voleybolçuları ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə Azərbaycan millisi 3:0 hesabı ilə qalib gəlib. Komandamızın növbəti rəqibi Serbiya yığmasıdır. Bu görüş yanvarın 5-də Azərbaycan Voleybol Mərkəzində keçiriləcək. Qeyd edək ki, çempionatın üçüncü mərhələsində 5 qrupun hər birində 4 komanda olmaqla, ümumilikdə 20 ölkənin milli komandası mübarizə aparacaq. Qrupda birinci yeri tutan komanda dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Qrup ikinciləri arasında ən yaxşı nəticə göstərmiş bir kollektiv də həlledici mərhələyə yüksələcək. |
2014-01-04 | 5,732 | Sumqayıtda “Opel” yandı | Sumqayıt şəhərində vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. "Axar.az" FHN-in rəsmi saytına istinadın bildirir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-04 | 5,733 | Penza qubernatoru ölənlərin ailəsinə pul ayırdı – 100 min | Penza əyalət rəhbərliyi Ural şossesində baş verən qəzada həlak olanların ailəsinə quberniyanın ehtiyat fondundan 100 min rubl (təxminən 3,2 min ABŞ dolları) yardım etmək haqqında qərar verib. Qərarı əyalət sədrinin müavini Valeri Savin ictimaiyyətə açıqlayıb. Sərnişin avtobusun Penza yaxınlığında bu gün axşam saatlarında minik maşını və "Mersedes" markalı yük maşını ilə toqquşub. Nəticədə "PAZ" markalı sərnişin avtobusu alışıb: qəzada 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb ki, onların 14-ü xəstəxanaya yerləşdirilib. Beş meyit yaxınları tərəfindən artıq tanınıb. V.Savinin sözlərinə görə, 100 min rubl yardımdan əlavə hakimiyyət dəfni də öz üzərinə götürüb. |
2014-01-04 | 5,734 | Azərbaycanlı Rusiya kanalına direktor təyin olundu | 2014-cü il yanvar ayının sonundan etibarən Rusiya teleməkanında yeni TMB RU (Türk Müzik Birliyi Kanalı) kanalı yayıma başlayacaq. "Axar.az" xəbər verir ki, telekanalın icraçı direktoru Kənan Musayevin verdiyi məlumata görə, TMB RU MDB məkanında çox populyar olan TMB kanalının rus verisyasıdır. TMB-nin Rusiya və MDB dövlətləri üzrə partnyoru Vadim və Valeri İlişayevlərin rəhbərlik etdiyi V&V şirkətidir. "Rusiya tamaşacısı şərq musiqisini və ələxsus da türk musiqisini çox isti qarşılayır. Və artıq TMB-nin rusdilli verisyasında onlar bu musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar", - K.Musayev deyib. TMB.RU-nun yaradılmasının elə əsas məqsədi türk mədəniyyəti və musiqisinin daha dolğun təbliğatıdır. Yeni kanal TMB brendi ilə yayımlansa da, türk versiyasından bir çox fərqləri də var. İcraçı direktorun bildirdiyinə görə, TMB RU yalnız kliplər və klip rotasiyası ilə kifayətlənməyəcək. Türkdilli ölkələrin tanınmış simalarının təqdimatını da, musiqili və şou proqramların hazırlanmasını və yayımlanmasını da təmin edəcək. Öz ölkələrində populyar olan layihələrin və realiti şouların rus dilində yayımlanması da çox maraq doğurur. Artıq bir çox layihələrin hazırlanmasına start verilib. TMB RU artıq Yaxın Şərq və Ərəb dünyasının şou və musiqili layihələr üzrə iki nəhəngi - MBC ve Livanın LBC telekanalları ilə də əməkdaşlıq barədə ilkin razılığa gəlib. TMB RU öz yayımına ilk olaraq Moskva və Moskva vilayətinə kabel şəbəkə yayımı ilə başlayacaq. Bununla yanaşı, peyk ve internet yayımı da olacaq. Kanalın mərkəzi ofisi Moskva şəhərində yerləşir, yayım əhatəsi olan ökələrdə ofislərin açılışı nəzərdə tutulub. Xatırladaq ki, TMB (Türk Müzik Birliyi) – 17 türk dövlətinin musiqisini təmsil edən telekanaldır. |
2014-01-05 | 5,735 | Taliban: “Teraktı biz törətmişik” | "Taliban" hərəkatı Əfqanıstanın paytaxtı Kabuldə səfirliklərin yaxınlığında baş verən partlayışın məsuliyyətini öz üzərinə götürüb. Məlumatı "Röyter" agentliyi yayıb. Agentliyin xəbərinə görə, silahlılar beynəlxalq sülhməramlı qüvvələrin Kabulda yerləşən Camp Eggers hərbi bazasına daxil olan konvoyuna hücum etmək istəyiblər. Baza isə Almaniya və İtaliya səfirliklərinin yaxınlığında yerləşir. Hərbi bazanın yaxınlığında partlayan bomba nəticəsində sülhməramlı qüvvələrdən xəsarət alan olmayıb. Ancaq "Taliban" terakt nəticəsində ölən və yaralananların olduğunu bəyan edib. |
2014-01-05 | 5,736 | Putin Lukaşenko ilə birlikdə xokkey oynadı - Foto/Video | Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə birlikdə Soçidə xokkey oynayıb. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Soçidə Böyük İdman Kompleksində Rusiyanın tanınmış xokkeyçiləri bir araya gəlib. Qarşılaşmanı izləməyə gələn Putin və Lukaşenko bunu fürsət bilərək oyuna daxil olublar. İki ölkə liderləri eyni komandada iştirak edib. Veteran xokkeyçilər onlarla birgə oynayıblar. Qarşılaşmada Putin və Lukaşenkonun komandası 12-3 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Putin bu ilin fevral ayında start götürəcək Soçi qış olimpiya oyunlarının başlamasına qədər görülən işlərlə tanış olur. Dövlət başçısı səfəri zamanı Baş nazir Dimitri Medvedev ilə də xizək sürmüşdü. |
2014-01-05 | 5,737 | “Şəhid olmağım üçün Allaha dua edirəm” | "Azərbaycan dövləti istənilən vaxt öz torpaqlarını 24 saat ərzində azad edə bilər. Amma müharibənin Ermənistan üçün hansı fəsadlar yaradacağını erməni xalqı indidən dərk etməlidir". "Axar.az"ın məlumatına görə, bu sözləri millət vəkili Adil Əliyev öz "feysbuk" statusunda yazıb. A.Əliyev daha sonra qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin bütün çıxışlarında işğal altında olan torpaqlarımızın müharibə yoluyla azad oluna bilinəcəyini bəyan etməsi hər zaman Ermənistan üçün siqnal olmalı və bu, onları narahat etməlidir: - Təəssüflər olsun ki, işğalçı Ermənistan sülh şəraitindən sui-istifadə edir və özünə vaxt qazanır. Bu, sona qədər davam edə bilməz. Bu məsələdə beynəlxalq qurumların fəaliyyətsizliyi də işğalçı ölkəni ruhlandırır. Bu gün Azərbaycanın güclü ordusu var və ordu hücum əmrini gözləyir. Ermənistan rəhbərliyi unutmasın ki, Azərbaycan öz torpaqlarını 24 saat ərzində azad edər. Ordu bu əmri hər an icra edə bilər. Azərbaycan hərbi gücünü öz imkanları daxilində gücləndirdikcə, buna cavab olaraq da bəzi qüvvələr Ermənistanı silahlandırır və ona hər cür dəstək verirlər. Bölgədə balansı "tarazlaşdırmağa" çalışırlar. Amma bu mümkün deyil. Ermənistanın iqtisadi imkanları getdikcə tükənir, insanlar rahat yaşamaq üçün başqa ölkələrə üz tuturlar. Ölkə miqrasiya axını ilə üz-üzədir. Təsadüfi deyil ki, hələ bir neçə il bundan öncə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Qarabağ müharibəsi başlayan zaman ölkədə 4 mln əhalinin yaşadığını, indi isə 2,4 mln insanın qaldığını Rusiya mətbuatına verdiyi müsahibəsində qeyd etmiş, ölkənin gerçək mənzərəsini açıq-aydın göstərmişdi. Bu gün Ermənistanda elə hərbi hissələr var ki, formalaşa bilmir. Çünki insan resursı çatmır. Hesab edirəm ki, Ermənistanın əsas funksiyası Türk Dünyasına qarşı plasdarm kimi istifadə olunmasıdır. Ermənistan forpost bir ölkədir və lazım olan qüvvələr tərəfindən də Türk Dünyasına qarşı istifadə olunur. P.S. Mən vətənimin hər guşəsini sevirəm və vətənim üçün şəhid olmağa hazıram. Hər dəfə Allaha dua edirəm ki, məni vətən və torpaqlarımız uğrunda şəhid etsin. İnanın ki, boğazdan yuxarı danışmıram, bu fikirləri tam səmimiyyətimlə deyirəm... Əminəm ki, ölkəmizin gələcəyi üçün bu addımları ata biləcək insanlar çoxdur. Günü-gündən də çoxalır. Bu gün Prezidentimizin arxasınca gedənlərin böyük əksəriyyəti sağlam gənclərdən ibarətdir və həmin gənclər Ali Baş Komandanın əmrini gözləyir. Tanrı bizə belə şərəfli ölüm qismət eləsin. AMİN! |
2014-01-05 | 5,738 | Fətullah Gülən Ərdoğana сavab verdi | Türkiyədə сərəyan edən Fətullah Gülən-Rəсəb Tayyip Ərdoğan münaqişəsi bu gün yeni səhifəsi ilə yadda qalıb. Türkiyənin Baş naziri Ərdoğan bu gün jurnalistlərə Gülən camaatından özünə yeniсə imzalanmış və anlaşmadan bəhs edən bir məktub göndərildiyini söyləmişdi. Məktubun dərsxanalar və yeni təyinatlar mövzusunda olduğu bildirilmişdi. Bununla bağlı Jurnalistlər və Yazıçılar Fondundan (Gazeteciler ve Yazarlar Vakfı) сavab gəlib. Açıqlamada bildirilib: "Xoca Əfəndi tərəfindən göndərilən məktub hörmətli Baş nazir Ərdoğana xitabən yazılmadığı kimi, məzmunundan da heç bir "bazarlıq"dan söz açılmır". "Məsələnin əsli budur: fondumuzun fəxri prezidenti Fəthullah Gülən Xoca Əfəndi hörmətli bir dövlət böyüyümüzün göndərdiyi qiymətli bir insanla görüşüb; görüşdən sonra bir məktub yazaraq ona cavab verib", - deyə məktubda bildirilib. Yazıda Fəthullah Gülənin məktub yazaraq cavab verdiyi "dövlət böyüyü" ifadəsi ilə Türkiyə Prezidenti Abdullah Gülə işarə vurulub. (ANS) |
2014-01-05 | 5,739 | "Barselona" lider oldu - Feysbuk | "Barselona" futbol klubunun "Feysbuk" səhifəsində üzvlərin sayı 50 milyona çatıb. Bununla da klub sosial şəbəkələrdə ən çox üzvü olan klub sırasına yüksəlib. "Axar.az" xəbər verir ki, Kataloniya klubunun dünyadakı izləyiciləri arasında dördüncü sırada Türkiyə dayanır. Klubun rəsmi saytından verilən açıqlamaya görə, ən çox izləyicisi 4.73 milyonla İndoneziyadadır; 3.5 milyonla Meksika ikinci, 2.5 milyonla isə Braziliya üçüncü sırada yer alıb. Klubun rəsmi "Feysbuk" səhifəsinin ən çox izlənildiyi dördüncü ölkə isə 1.75 milyonla Türkiyədir. |
2014-01-05 | 5,742 | 20 yaşlı gənc özünü körpüdən belə atdı - Video/Yeniləndi | 01:43 Bu gün gecə saatlarında metronun "Koroğlu" stansiyasının yaxınlığında, Heydər Əliyev prospektindəki körpüdə intihar hadisəsi qeydə alınıb. Hadisə şahidlərinin "Minval.az"a verdiyi məlumata görə, bir nəfər 20 yaşlarında gənc körpünün dəmir konstruksiyasının üzərinə çıxıb və özünü oradan aşağı ataraq intihar edib. (Musavat.com) İntiharın səbəbi haqqında heç bir məlumat yoxdur. 02:15 APA-nın məlumatına görə, ərtafdakılar hadisə barədə müvafiq qurumlara məlumat verən kimi dərhal hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər gəlib, özünü körpüdən atmaq istəyən şəxsi fikrindən dönməyə çağırıblar. Lakin kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb. Təxminən 20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxsin həyatını xilas etmək mümkün olmayıb. 02:47 Sabunçu Rayon Polis İdarəsindən "Axar.az"a bildiriblər ki, hazırda hadisə yerində polis əməkdaşları ilə yanaşı, Sabunçu Rayon Prokurorluğunun müstəntiqləri araşdırma aparırlar. İntihar edən gəncin şəxsiyyəti hələ də müəyyən edilməyib. |
2014-01-05 | 5,743 | Müsəlmanlar İdarəsi hakimiyyətə etiraz etdi – Bəyanat | "Axar.az"ın elektron ünvanına Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri adından bəyanat daxil olub. Bəyanat müəllifi Gürcüstan müsəlmanlarına yeni şeyxin hakimiyyət tərəfindən təyin edilməsinə etiraz edir, bunu dini etiqad azadlığına müdaxilə sayır. Bəyanatı olduğu kimi oxucularımıza çatdırırıq: "Bismillahir-Rəhmanir-Rəhim Yenə dövlət! Yenə məmurlar! Yenə dini başçı təyin etmək! Əziz müsəlmanlar! Bildiyiniz kimi, dövlət məmurları təsis etdikləri idarədə Gürcüstan müsəlmanlarına yeni başçı təyin etdilər, başqa sözlə desək, Saakaşvili rejiminin etdiyini təkrarladılar. Bir fərqlə ki, bu dəfə təyin olunmuşu öz içimizdən seçdilər və bununla da batilə haqq donu geyindirməyə çalışdılar. Necə ki, İmam Əli (ə) buyurur: "Batil heç vaxt öz görkəmində təqdim edilməz. Ona haqq donu geyindirər, sonra təqdim edərlər". Onlar bununla incə bir hiyləyə əl atdıqlarını sübuta yetirdilər. Ortada isə heç nə dəyişmədi. Onlar problemi əsaslı şəkildə həll etməyərək eyni üsulu davam etdirdilər. Yenə səhv etdilər. Çünki sınanmışı sınamaq səhvdən başqa bir şey deyil. Onların bu addımı bizi mübarizəmizdə daha da qətiyyətli etdi. İndiki hakimiyyət yaxşı bilir ki, bizim Saakaşvili dövründəki etirazlarımız təkcə seçilənin kimliyinə görə yox, həm də seçənlərin kimliyinə, eləcə də onların təsisçiliyi ilə yaranan idarəyə görə idi. Biz dövlət məmurlarının özlərinin təsis etdikləri idarədə müsəlmanlara rəhbər təyin etməsinə etirazımızı bildirir və bunu qəbulolunmaz hesab edirdik. Çünki Uca Allahımız bizə belə öyrədib. O, Qurani-Kərimdə buyurur: "Hər hansı bir tayfa öz durumunu dəyişmədikcə, Allah da onun durumunu dəyişməz". Biz dövlətin dini fəaliyyətlərə nəzarət etməsinə qarşı çıxmırıq. Bu onların haqqıdır. Amma hər hansı bir dinə rəhbər seçmək də həmin dinin davamçılarının haqqı sayılır, ölkənin təhlükəsizlik qurumlarının yox. Onlara sualımız budur ki, eyni addımı gürcü xalqına qarşı atsaydılar, onlardan hansı reaksianı görərdilər? Başqa sözlə desək, dövlət məmurları İkinci İlyanı xiristian gürcü xalqına dini başçı təyin etsəydilər, o, bu gün sevimli bir rəhbərə çevrilə bilərdimi?! Vaqif Əkbərovun aqibətinə düçar olmazdımı?! Amma bizim ona böyük hörmətimiz var. Ölkəmizdə də onu sevməyən çox az adam tapılır. Bunun yalnız bir səbəbi var. O da budur ki, onu dövlət məmurları rəhbər təyin etmədilər. O, həqiqətən rəhbərliyə layiqli olmasını sübuta yetirərək bu səlahiyyəti özündə yaratdıqdan sonra həm xalq, həm də dövlət tərəfindən rəhbər kimi tanındı. Onun qəlblərə hökm etməsinin sirri də elə bundadır. Bizim dövlət məmurlarına tövsiyəmiz budur ki, müsəlmanlara başçı seçmək əvəzinə konstitusion boşluqları doldurmağa çalışsınlar. Ölkəmiz Sovetlər Birliyindən ayrılan yeganə ölkədir ki, hələ də Konstitusiyasında "Dini etiqad və vicdan azadlığı haqqında" bənd yoxdur. Haqq yerini tapana kimi biz hüquqi yollarla mübarizəmizi davam etdirəcəyik. Çünki haqq nazilsə də, haçansa üzüləcəyinə inanmırıq. Təsisçiləri dövlət məmurlarından ibarət olan Gürcüstan Müsəlmanları İdarəsinə təyin olunmuş İgidov Ramin qardaşımızdan, eləcə də dövlət məmurlarından tələbimiz budur ki, bu işi müsəlmanların öz öhdəsinə buraxsınlar. Allah bütün qəlbləri Öz nuru ilə işıqlandırsın! Mirhüseyn Əsədov Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri" |
2014-01-05 | 5,744 | FHN-dən intihar hadisəsi ilə bağlı açıqlama | Dekabrın 4-də, gecə saatlarında Sabunçu rayonu ərazisində, "Koroğlu" metrostansiyası yaxınlığından 20 yaşlı gəncin özünü körpünün üstündən ataraq intihar etməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. FHN-nin açıqlamasında bildirir: Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər intihar etmək məqsədilə körpünün üzərinə çıxmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilaesdicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılmış, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilmişdir. Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd etsələr də, vətəndaş heç bir psixoloji bağlantıya girməmiş və intihar niyyətini həyata keçirmişdir. O, körpünün qoruyucu dirəklərinə dəyərək təhlükəsizlik yastığının üzərinə düşmüş və dərhal Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 01:19-da başa çatmışdır |
2014-01-05 | 5,745 | Bu gecə: Nizamidə ev, Yasamalda maşın yandı | Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 265 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağının yanar konstruksiyaları 153 kv.m sahədə yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Gecə daha bir yanğın isə Yasamal rayonunda baş verib. Vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 03:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-05 | 5,746 | Zakir Həsənov Naxçıvana getdi | Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordusunun yeni tədris ilinə hazırlığını yoxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikasına gedib. Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir ki, Z.Həsənovun rəhbərlik etdiyi qrupun məqsədi hərbi hissələrin maddi-texniki və silah-sursatla təchizatının vəziyyəti, şəxsi heyətin sosial-məişət məsələlərini yoxlamaqdır. |
2014-01-06 | 5,747 | Bakı-Astara yolunda dəhşətli qəza - Fotolar/Yeniləndi | 05/01/2013. 12:14 Bakı-Astara yolunda dəhşətli avtomobil qəzası baş verib. Hadisə şahidlərinin "Axar.az"a verdiyi məlumata görə, bu gün səhər saatlarında Lənkəran şəhəri yaxınlığında, "Port" deyilən ərazidə Fuad Həsənovun idarə etdiyi 02 BA 768 dövlət nömrə nişanlı VAZ 21 03 markalı minik maşını əks istiqamətdə hərəkət edən 10 ZH 911 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını ilə toqquşub. Baş vermiş qəza nəticəsində VAZ 21 03 minik maşınında olan 3 nəfər - Fuad Həsənov, Gülnaz və Məhəbbət Həsənovalar hadisə yerindəcə keçiniblər. Şahidlərin məlumatına görə, qəzaya səbəb Fuad Həsənovun ötmə əməliyyatını düzgün yerinə yetirməməsi və əks istiqamətdə hərəkət edən TIR-ın yoluna çıxmasıdır. İlkin ehtimallara görə, qəza nəticəsində minik maşınında dünyasını dəyşənlər bir ailənin üzvü olublar. Onlar cənub bölgəsində N saylı hərbi hissələrin birində xidmət çəkən digər ailə üzvünün yanına görüşə gedirmişlər. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. 06/01/2013. 13:25 Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb. DİN-in rəsmi saytında qəza ilə bağlı bildirilir ki, yanvarın 5-də saat 10 radələrində Lənkəran rayonu Qumbaşı kəndinin ərazisində Bakı şəhər sakini Fuad Həsənovun idarə etdiyi "VAZ-2103" markalı və Hacıqabul rayon sakini Səxavət Rzayevin idarə etdiyi "Mersedes" markalı avtomobillər toqquşmuşdur. F.Həsənov və sərnişinləri - arvadı Gülnaz və qızı Məhəbbət hadisə yerində ölmüşlər. |
2014-01-05 | 5,748 | Yıldız Tilbədən heyranlarını üzəcək xəbər - Foto | 1994-cü ildə çıxardığı "Dəliqanlım" albomu ilə şöhrət qapısını açan Yıldız Tilbə pərəstişkarlarını üzəcək qərar verib. "Axar.az" xəbər verir ki, səhnələri tərk edəcəyini açıqlayan Yıldız Tilbə səhifəsinə "Bu gün özümdən heç xoşum gəlmir. Dünən və ondan əvvəlki bir neçə gün, sabah da belə olacağı görünür... Bazar ertəsi dəyişər hər şey, inşallah. Səhnələri buraxmağı düşünmək məcburiyyətindəyəm. Bir şeyi düşünmək gözəldi, lakin düşünmək məcburiyyətində olmaq həqiqətən çətindir. Mənə nə iş tövsiyə edərsiniz, nə etməliyəm bundan sonra? Çox yoruldum... Heç olmasa, sınayacağam. Bəlkə səhnəsizlik daha yaxşı olar. Musiqiyə isə davam. "Səhnələri buraxıram" deyincə eşidən hər kəs hər il verdiyim böyük konsertləri buraxdığımı hesab edəcək... Hər şeyin xeyirlisi olsun", – deyə son qeydini yazıb. |
2014-01-05 | 5,749 | Əfsanəvi futbolçu vəfat etdi - Video | Yanvarın 4-ündən 5-inə keçən gecə Protuqaliyanın əfsanəvi hücumçusu Eysebio 72 yaşında ürək dayanmasından vəfat edib. Mozambik əsilli Eysebio "Benfika" və Portuqaliya milli komandasında tanınıb. O, millisinin 1966-cı il dünya çempionatının yarımfinalına çıxmasında böyük rol oynayıb. Milli komandada iştirak etdiyi 64 oyunda 41 qol vurub. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında hesabına 9 qol yazaraq bombardir olub. 1965-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülüb, 1968 və 1973-cü illərdə isə "Qızıl buts" mükafatını qazanıb. 1960-1970-ci illərdə meydanlara "Benfika" formasıyla çıxıb və bu komandanın tərkibində 11 dəfə Portuqaliya çempionu olub, 5 dəfə isə Ölkə kubokunu qazanıb. "Benfika"da keçirdiyi 715 oyunda 727 qolun vurulmasında bir başa və dolayısı ilə iştirak edib. |
2014-01-05 | 5,750 | Həkimlərin bədbin proqnozu qüvvədə qalır | Həkimlər İsrailin keçmiş baş naziri Ariel Şaronun təzyiqini və ürək ritmini sabitləşdirə biliblər. "The Jerusalem Post"un verdiyi məlumata görə, bunu keçmiş baş nazirin müalicə olunduğu "Şiba" klinikasının direktoru Zeyev Rotteyn deyib. 85 yaşlı xəstənin "aslan kimi həyat uğrunda mübarizə apardığını" desə də, xəstəliyin inkişafı ilə bağlı bədbin proqnozu təsdiqləyib ("Musavat.com"). |
2014-01-05 | 5,751 | Tanınmış aktyorun səhhətindən xəbər var | Aylardır sağlamlıq problemləriylə məşğul olan Nejat İşlər uzun müddətdən sonra ilk dəfə jurnalistlərə görüntü verib. Bir tərəfdən sədəf xəstəliyi, digər tərəfdən qaraciyərindəki problemlər üzündən çətin günlər keçirən məşhur aktyor sonuncu dəfə keçən il noyabrın 8-də İstanbulda müalicə aldığı Amerikan Xəstəxanasında görüntülənmişdi. "Sabah" qəzetinin xəbərinə görə, xəstəliyi və müalicə müddəti boyunca Güvən Qıraç və Məltəm Cumbul kimi çox yaxın dostları xaric heç kimlə görüşməyən aktyor keçən həftə Gümüşlükdə jurnalistlərin qarşısına çıxıb. Məşhur aktyor dostlarıyla Gümüşlük Bələdiyyəsporun oyununu izləyərkən gördüyünüz şəkli çəkdirib. Müalicədən imtina edən, amma dostlarının təkidiylə xəstəxanada yatan N.İşlərın arıqladığı, lakin ovqatının yerində olduğu müşahidə edilib. |
2014-01-05 | 5,752 | Keçmiş nazir hökuməti sərt tənqid etdi | AKP-nin (Ədalət və İnkişaf Partiyası) qovulmaq tələbi ilə partiya nizam-intizam komissiyasına göndərilən və partiyadan istefa verən sabiq mədəniyyət naziri Ərtuğrul Günay hökuməti tənqid edib. Fikirlərini sosial şəbəkədə paylaşan Günay korrupsiya əməliyyatının unutdurulmağa çalışıldığını yazıb. "Korrupsiyanın gündəmdən düşməsi üçün meydana çıxan hər axmaqlığın dalınca düşsəniz, heç nə etmək olmaz: Necəsinizsə, elə idarə ediləcəksiniz". ("anspress.com") |
2014-01-05 | 5,753 | Qorbaçovla Tetçer 30 il öncə Azərbaycandan danışıb - Sənəd | 2014-cü ilin əvvəlində məxfiliyi qaldırılmış Britaniya arxiv sənədləri Mixail Qorbaçovla Margaret Tetçer arasında müzakirə edilmiş bəzi mövzulara işıq tutur. BBC xəbər verir ki, 1984-cü ildə Sovet İttifaqı liderinin Britaniyaya səfəri 400 səhifəyədək sənədlə əhatə olunur. "16 dekabr 1984-cü ildə baş nazir Tetçerlə Qorbaçovun Çekers iqamətgahındakı nahar vaxtı şəxsi söhbətin qeydləri", adlı sənəddə bır sıra yerli və beynəlxaq mövzular arasında Azərbaycanın adı da çəkilir. Həmin sənədin xülasəsi ilə aşağıda tanış ola bilərsiniz: Danışıq vaxtı baş nazir Tetçer Beynəlxalq Valyuta Fondunun (IMF) çox faydalı təşkilat olduğunu qeyd edib. "Adamlar öz həyat səviyyələrini öz zəhmətilə artırmaq imkanını istəyirlər. Bu bütün ölkələrə aiddir. Lakin hökumətlərin pulu yoxdur və onlar daha çox pul qazanmaq üçün adamlara kömək etməlidirlər. Buna mərkəzləşmiş və qeyri çevik iqtisadiyyata malik ölkələrdə necə nail oluna bilər?" Qorbaçov isə sosial və iqtisadi bərabərlik kimi mühüm məsələlərin müsbət şəkildə çözülmədiyi təqdirdə Sovet İttifaqının çox çətin bir vəziyyətdə qala biləcəyini deyib. Baş nazir Tetçer SSRİ-nin bu kimi bərabərliyə necə nail ola biləcəyini soruşanda Qorbaçov buna əsasən nail olunduğunu bildirib. "İşsizlik problemi həll olunub. Sovet İttifaqının bu məsələdə yanaşması Qərblə, xüsusilə də Britaniyada qəbul edilmiş yanaşmadan bir çox cəhətdən fərqlənir. SSRİ-də işçilərin sayı təkmilləşdirmə kurslarından öncə ixtisara məruz qalır. Əks praktika sadəcə olaraq işləməyəcəkdi. Artıq standartaşmış təhsil sistemi tətbiq olunur. Hər şey inkişaf edir. Əlbəttə ölkəni idarə etmək asan deyil, diqqət tələb edən məsələlər mövcuddur. Plan tutanlar 15 respublikadakı vəziyyəti nəzərə almalıdırlar və respublikaların özləri də razılıqlarını verməlidirlər. Bəzi Mərkəzi Asiya respubliklarında doğum səviyyəsi ölkənin digər hissələrindən daha yuxarıdır. İşçi resurslarının əmələ gəlməsi təhlükəsi var. Ama artıq bu problemin öhdəsindən gəlinıb. Son 10 il ərzində cənub respublikaları ilə bağlı vəziyyəti nəzərə almaqla qərarlar qəbul olunub. İndiyədək kənd təsərrüfatına önəm verən Azərbaycanın hərtərəfli inkişafı üzrə proqramlar var. Əvvəl gəncləri cəlb etmək üçün bu bölgələrdə iri sənaye müəssisələrini yaratmaq ideyaları mövcud idi, lakin onlar bir o qədər də düzgün alınmadı. İndi vurğu kənd bölgələri və sairə yerlərdə gəncləri işlə təmin edə biləcək yüngül sənayenin kiçik və orta ölçülü müəssisələrin yaradılmasına edilir. Yüz milyardlarla dollar irriqasiya layihələrinə xərclənib..." (Anspress.com) "Axar.az"dan qeyd: Material BBC-yə aid olduğuna görə il düzəlişi aparılmayıb. Lakin bildirək ki, Mixail Qorbaçov Sov.İKP MK Baş katibi vəzifəsinə 1985-ci il martın 11-də seçilib. |
2014-01-05 | 5,754 | Zakir Həsənov İnformasiya Xidmətinə yeni rəhbər təyin etdi | Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub. Bununla bağlı müdafiə naziri Zakir Həsənov yeni əmr imzalayıb. Əmrə əsasən, nazirliyin İnformasiya İdarəsində çalışan polkovnik-leytenant Vaqif Dərgahlı mətbuat xidmətinin rəisi təyin edilib. Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra qurumun mətbuat xidmətinə 7 il rəhbərlik etmiş sabiq deputat Eldar Sabiroğlu raport yazaraq Silahlı Qüvvələrdən təxris olunmasını xahiş edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa çatan kimi 2013-cü ilin dekabr ayında isə o, ordu sıralarından təxris edilib. ("aznews.az") |
2014-01-05 | 5,755 | "Şahdağ" otelində istirahət neçəyə başa gəlir? | "Şahdağ" otelində bir nəfərlik otağın qiyməti səhər yeməyi daxil 139, "Zirvə"də isə 109 manatdır Son günlər Qusardakı "Şahdağ" turizm kompleksinə gedənlərin sayı artıb. Hətta sosial şəbəkələrdə bu istiqamətdə yollarda avtomobil tıxaclarına dair fotolar paylaşılır. Bəs, Bakının 180 kilometrliyində yerləşən bu kompleksdə xizək sürməyin bir günü neçəyə başa gəlir? Xizək zolaqlarından istifadə böyüklər üçün bir günlük 22, yarım günlük 11 manatdır. 11 yaşına qədər uşaqlar üçün isə bu qiymətlər müvafiq olaraq 17 və 9 manat təşkil edir. Xizək və sürüşmək üçün digər avadanlıqların kirayəsi 30 manata başa gəlir. Kanatda bir dövrənin qiyməti 6 manatdır. ƏN UCUZ OTEL 109 MANATADIR Kompleksdə otel kirayələyib istirahət etmək istəyənlər bir qədər gözləməli olacaqlar. Burdakı otellərdə yanvarın 6-na qədər bütün yerlər tutulub. "Şahdağ" otelində bir nəfərlik otağın qiyməti səhər yeməyi daxil 139, "Zirvə"də isə 109 manatdır. Otellərdə ancaq Avropa yeməkləri verilir. Kompleksin baş aşpazı argentinalıdır. "Şahdağ" Qış-Yay turizm kompleksinin tikintisinə 2009-cu ilin sentyabrında başlanıb. 2 milyard avro dəyərləndirilən bu layihənin 4 mərhələdə, 6-7 ilə tamamlanması planlaşdırılır. Dövlət vəsaiti ilə yanaşı, layihəyə özəl investisiyalar da cəlb olunub. ("Azadlıq" radiosu) |
2014-01-05 | 5,756 | “Daşnaksütyun”dan sərt açıqlama | "Ermənistan bütün vasitələrlə çalışmalıdır ki, Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən tanınsın". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Daşnaksütyun partiyasının nümayəndəsi Arçvik Minasyan çıxış edib. O, Dağlıq Qarabağın müstəqilliyini qorumaqdan ötrü Ermənistanın daha bir neçə tədbir görməsinin vacibliyini vurğulayıb: "Azərbaycan tərəfindən təyziqlərə tab gətirməkdən ötrü Ermənistan mütləq Dağlıq Qarabağla hərbi əməkdaşlıq haqqında müqavilə imzalamalıdır. Gömrük İttifaqına daxil olduqda Dağlıq Qarabağı Ermənistanla eyni iqtisadi məkan kimi qəbul etmədikdə isə, rəsmi İrəvan bütün cəhdlərlə çalışmalıdır ki, Dağlıq Qarabağla ayrıca müstəqil danışıqlar aparılsın". |
2014-01-06 | 5,757 | İntihar edən gənclə bağlı yeni məlumatlar - Yeniləndi | 2014-01-05 17:08 Bakının Sabunçu rayonunda baş verən intihar hadisəsi nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib. 3 saylı Şəhər Klinik Xəstəxanasının morqunda naməlum kimi qeydə alınmış şəxs 27 yaşlı Rəfael Hümbətov imiş. Bu barədə mərhumun xalası oğlu Anar Əliyev məlumat verib. Anar Əliyevin söylədiyinə görə o, əsəb xəstəliyindən əziyyət çəkib. Ailəsinin ehtimalına görə o, intiharı da bu üzdən törətmiş ola bilər. Mərhum ailəli deyil və heç bir yerdə işləmir. Qeyd edək ki, Rəfael Hümbətov əslən qərbi Azərbaycandandır. O, yanvarın 4-ü gecə saatlarında "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxaraq intihar edib. Hadisə yerinə gələn FHN və Təcili Tibbi Yardım xidməti əməkdaşlarının hər cür yardımından imtina edən Rəfael Hümbətov həkimlərlə heç bir psixoloji bağlantıya girməyib və intihar niyyətini həyata keçirib. Faktla bağlı Sabunçu rayon polis idarəsində araşdırma aparılır.(APA) *** 2014-01-06 12:51 Bakıda özünü körpüdən ataraq intihar edən gənclə bağlı yeni məlumatlar üzə çıxıb. Verilən məlumata görə, 1986-cı il təvəllüdlü Hümbətov Rəfail Cümşüd oğlu əvvəllər Rusiyada işləyirmiş. O, orada tikinti sektorunda fəhləliklə məşğul olub. Yaxınları güman edirlər ki, Rəfael tikintidə zədə alıb və həmin vaxtdan onda psixi problemlər əəmələ gəlib. Doğmaları hesab edirlər ki, Rəfail Hümbətovun başına kərpic və ya hansısa başqa ağır cisim düşüb. Yaxınları Rəfaili yola gətiriblər və müailicə üçün Bakıya çağırıblar. O, Azərbaycana qayıtdıqdan sonra dəfələrlə bildirib ki, intihar edəcək. Qohumları bundan hər zaman ehtiyat edirlərmiş (Vesti.az) |
2014-01-05 | 5,758 | Senqal hərbçiləri Rusiya gəmisini həbs etdi | Senqal hərbçiləri Qvineya-Bissau sahillərində rus balıqçı gəmisini saxlayıblar. "Axar.az" bu haqda "İTAR-TASS"a istinadən xəbər verir. Bildirilir ki, Qvineya-Bissau sahillərində saxlanlan gəmidə 80-ə yaxın ekipaj üzvü var. Rusiya Balıqçılıq Agentliyindən verilən məlumata görə, gəmi Murmanskda qeydiyyatda olan "Feniks" Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. "Olqeq Naydenov" adlı bu gəminin Seneqal hərbçiləri tərəfindən həbs edilməsi bir neçə saat əvvəl məlum olub. Dörd nəfər hərbçi gəminin bortuna qalxaraq kapitandan gəmini Seneqal hərbi gəmisinin arxasınca sürməyi tələb edib. Tələbi yerinə yetirməkdən imtina edən kapitan qandallanaraq həbs edilib və radio-otağa salınıb. "Rusbalıqçılıq"dan bildirilib ki, gəmi heyəti balıqçılıq ərazisində qalmaq üçün guya mühərrikin xarab olduğunu dilə gətirib. Hal-hazırda gəmi qoşquyla aparılır. |
2014-01-05 | 5,759 | Afrikalılar İsraildən sığınacaq tələb etdi | İsrailə qaçaq yollarla gələn afrikalılar həbslərinin dayandırılıb sığınacaq verilməsi tələblərinin yerinə yetirilməsi üçün Təl-Əvivdə aksiya keçirib. İmmiqrantların sıx yaşadığı Levinski parkında toplanan minlərlə afrikalı üzərində ingiliscə "Biz insanıq", "Azad olmaq istəyirəm" və "Günahkar deyil, mühacirik" yazılı plakatlarla Təl-Əviv bələdiyyəsinin yerləşdiyi Rabin Meydanına gəlib. Aralarında Konqo, Sudan və efiopiylıların olduğu qələbəlik qrup "Nə istəyirik, Azadlıq!" tipli şüarlar səsləndirib. Bələdiyyə binasının dəmir barmaqlıqlarını aşmaq istəyən aksiyaçılarla İsrail polisi arasında qısa müddətli gərginlik yaşanıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail hökumətindən sığınacaq tələblərinin yerinə yetirilməsini istəyən mühacirlər İsrail Məclisində keçən həftə çıxarılan və ölkəyə qaçaq immiqrant girişinə maneə törətməyə istiqamətlənmiş qanuna etiraz edib. İsraildə qeyri-qanuni yollarla ölkəyə daxil olmuş 60 min afrikalının olduğu təxmin edilir. Əksrəiyyəti Efiopiya və Cənubi Sudan kimi ölkələrdən olan immiqrantlar qarşılarına mühacir statusu və ya bu ölkənin vətəndaşlığını almağı məqsəd qoyur. İsrail parlamentində bir müddət əvvəl çıxarılan qanuna görə, ölkəyə qaçaq yollarla girənlər sığınacaq üçün müraciəti etdikləri halda hətta 1 il ilə 18 ay arasında həbs cəzasına məhkum edlə bilərlər. |
2014-01-05 | 5,760 | Ded Xasanın ölümüylə bağlı yeni versiya | Ded Xasanın varisi olmağa iddialı "Şakro Maladoy" İspaniyada cəzasını çəkdikdən sonra Rusiyaya qayıdacağı təqdirdə klanlar arasında mübarizə daha da gərginləşəcək. Belə bir iddia ilə Rusiya mətbuatı çıxış edib. İstintaqın müəyyən iş aparmasına baxmayaraq, Ded Xasanın qatilini müəyyən etmək mümkün olmayıb: "Təhqiqatçılar Usoyanın Tverskidəki evində axtarış aparıblar. Çoxlu ekspertiza keçirilib. Camal Mikaladze, Rövşən Lənkəranskinin yaxın adamı olan Ülfət Tağıyev (Rufo Gəncinski) sorğu-sual edilib. Rufo Gəncinski ölümündən əvvəl Ded Xasanı izləyənlər arasında olub". Mətbuatın yazdığına görə, Moskvadakı Biryulovo bazarındakı hadisələrədən sonra Ded Xasanın ölümü ilə bağlı yeni versiya ortaya çıxıb: "Bu bazara Rövşən Lənkəranski başda olmaqla Ded Xasana müxalif olan qüvvələr tərəfindən nəzarət edilirdi. Hadisələrdən əvvəl burada xüsusi xidmət əməkdaşlarının iştirakı ilə qəribə olaylar baş verirdi". Mətbuatın yazdığına görə, hazırda İnterpol xətti ilə axtarışa verilən R.Lənkəranski Türkiyədə gizlənmək məcburiyyətindədir. Başqa bir ölkəyə gedəcəyi təqdirdə onu həbs gözləyir.(aznews.az) |
2014-01-05 | 5,761 | 1300 otaqlı, tualetsiz saray | Dünyanın dәb mərkəzi olaraq bilinən Paris hər zaman incə memarlığı, tarixi görünüşü ilə öyünə bilər. Parisdə bir çox tarixi sənət əsəri var ki, bunlardan biri də, şübhəsiz, Versal sarayıdır. Sarayın 10 hovuzu, möhtəşəm bağçası, 1300 otağı vardır. Yalnız qəribə olan odur ki, bu göz qamaşdırıcı sarayın bircə tualeti belə yoxdur. Amma tualeti olmayan bu sarayda qalmaq üçün bir gecəyə 190 min avrodan vaz keçməyi gözə almaq lazımdır. |
2014-01-05 | 5,762 | Suriyadan bomba yox, şeir xəbəri - Qadə Əlsman | Qadə Əlsmandan bir şeir (Suriyə) Azadlıq bağırdığımı kimsə duymaz... Mən bir insanam Mənim evimə gəlsən, Bir qələm gətir. Üzümə qara xətlər çəkmək istəyirəm, Qara xətlər çəkmək istəyirəm ki, gözəlliyimi gizlətmiş olum. Çünkü bizim ölkəmizdə gözəllik suç sayılır. Gözəlliyim üzündən həbsə girmək istəmirəm. Qəlbimin də üzərinə bir çarpı işarəsi çəkəcəyəm ki, Köksümdəki bütün həvəslərə yasaq gətirmiş olum Bir daha əsla həvəslənməyim. Bir silgi də gətir, unutma! Təbiətin dodaqlarıma çəkdiyi qırımızı rəngi silib qaraldacağam. Dodağımdakı qırmızılıq üçün qara gün olmaq istəmirəm. Bir bel gətir gəldiyində. Bütün qadınlıq duyğularımı içimdən qazmaq istəyirəm. Bütün varlığımı şumlamaq istəyirəm Böylə olduğunda cənnətə rahatca gedə biləcəkmişəm, güyaa! Bir ülgüç gətir, saçlarımı dibdən qıxrmaq istəyirəm. Saçlarımı qırxmaq istəyirəm ki, başörtüsüz dolaşa bilim insanların içində. Saçlarımın gözəlliyi azadlığımı əlimdən almasın. İynə—sap gətirməyi unutma Dilimi və dodaqlarımı tikmək istəyirəm. Böyləsinə hayqırtılarım içimdə boğular. Azadlıq bağırdığımı kimsə duymaz. Duyub da "Şəriətdə qadının səsi duyulmamalı"— söyləməz. Ən önəmlisi bir qayçı gətir. Saqın qayçı gətirməyi unutma! Düşüncələrimi qayçılamaq istəyirəm. Yuyucu tozlar da gətir lütfən! Beynimi yumaq istəyirəm. Beynimi yuyub asılqandan asmaq istəyirəm. Beynimdəki düşüncələrimi küləklər aparsın ərəbin viran etdiyi yerlərə. Bilirsənmi? Gerçəkçi olmaq lazım. Tapsan, səsboğan da gətir! Sevib seçdiyim üçün fahişə adlandırıldığımda Səsimi boğazımda boğmaq istəyirəm. Kimliyimin bir surətini istəyirəm. Din qardaşlarım və bacılarım Məni doğru yola çəkmək üçün təhqir edib söydüklərində Kim olduğumu xatırlamaq istəyirəm. Səni Tanrı... Bir yerdə haqqın satıldığını görsən Mənim üçün al... Al ki, yeməyimə artırım onu. Başqasından öncə özüm öz haqqımı yemək istəyirəm. Sonunda paran qalırsa, Mənə boyunbağı şəklində bir plakard al! Boynuma asmaq və üzərində iri xətlərlə yazmaq istəyirəm: Mən insanam Mən hələ də bir insanam. Mən hər gün bir insanam. Әrәbcәdәn çevirdi: Güntay Gәncalp |
2014-01-05 | 5,763 | Bu gün vәfat edәn siyasәtçinin Elçibәylә görüntüsü - Video | Bu gün vəfat edən Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun müşaviri Şükrü Karacanın Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə videosu yayılıb. Piknik şəraitində çəkilmiş videoda Əbülfəz Elçibəy, Şükrü Karaca və daha bir neçə nəfər birlikdə "Yəmən" türküsünü oxuyurlar. Türkünün sözlərindən kövrələn Elçibəy tez-tez gözyaşlarını silir. Video 1996-cı il iyulun 3-də çəkilib (ANS). |
2014-01-05 | 5,764 | Hitlerin uşaqlıqda sevdiyi yəhudi qızla bağlı xatirə - Maraqlı | 1889-cu ildə aprelin 20-də Avstriyada Linz yaxınlıqlarında doğulan Adolf Hitlerin uşaqlığı və həyatı da orda keçmişdi. O, burada yaşayan dostu Kuzibek ilə 15 yaşında tanış olur. Kuzibekin öz xatirələr kitabında Adolf haqqında yazmışdı: "Hitler mənə hər zaman yəhudi bir qızı sevdiyini deyərdi, qızın adı isə Steferine idi və xeyli varlı bir soydandı. Uzun, sarışın və mavli gözlü gözəl bir xanım idi. Bir gün Hitlerlə küçə ilə gedəndə onu gördük və qız ona gülümsədi. Hitler mənə "o da məni sevir!" deyə qışqırdı. Steferine gözəl rəqs edərdi, Hitler isə rəqs edə bilmədiyinə görə rəqsə nifrət edər və bir gün Steferine onun xanımı olarsa, ona heç vaxt rəqs etməyə icazə verməyəcəyni deyərdi. Bu sevgi uzun sürdü, ancaq qarşılıqsız oldu. Hitler bir gün onu qaçırmaq qərarına gəldi, ancaq bunun mümkünsüz olduğunu özü də anladı... Sonra isə mənə intihar etmək istədiyi haqqında danışdı, çaya atılmağı düşünürdü, amma qızın da onunla birgə atılmayacağından sarsıntı keçirirdi. Bu düçüncədən sonra o, həmişə mənə öz dərdindən danışırdı, amma bir daha o çayın kənarına da yaxın düşmədi". |
2014-01-05 | 5,765 | Suriyalılar üçün Dağlıq Qarabağda evlər tikiləcək | Dağlıq Qarabağın "Kaşataq" rayonunda Suriyadan gələn məcburi köçkünlər və qaçqınlar üçün bu il 37 evdən ibarət məhəllə inşa ediləcək. Bunu qondarma Dağlıq Qarabağ Respublikasının "baş nazirinin müavini" Artur Aqabekyan deyib. Həmin evlərin ötən il dekabrın 28-də keçirilən "Milli Dövlət" lotoreyasından toplanan pulların hesabına tikilməsi nəzərdə tutulur. Qondarma respublikanın rəsmisi deyib ki, belə lotoreyanın 2014-cü ildə də keçiriləcəyi gözlənilir. Xatırladaq ki, 200 nəfərdən çox İşxanadzor ailəsi Suriyadan 2012-ci ildə köçüblər. (ANS) |
2014-01-05 | 5,766 | “Mavi Mərmərə” konflikti davam edir | Qəzza zolağına humanitar yük aparan "Mavi Mərmərə" bərəsinə hücuma görə təzminat məsələsində İsraillə hələ də anlaşma əldə edilməyib. Bunu Türkiyə Baş nazirinin müavini Bülənt Arınc deyib. Onun sözlərinə görə, Ankara öz təklifini irəli sürüb, indi söz yəhudilərindir. Hökumət yetkilisinin qənaətincə, İsrail Baş naziri Benyamin Netanyahunun üzrxahlığı rəsmi Təl-Əviv tərəfindən basqının qanunsuz akt olduğunun etirafıdır. Xatırladaq ki, ötən ilin martında Netanyahu ABŞ Prezidenti Barak Obamanın yanında Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək, ondan hadisə zamanı Türkiyə vətəndaşlarının ölməsinə görə üzr istəmişdi ("Musavat.com"). |
2014-01-05 | 5,767 | Şəkidə yol terroru: ölən və yaralanan var | Şəki şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəki şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə birinci avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb, ikinci avtomobilinin sürücüsü 1955-ci il təvəllüdlü Mustafayev Bəşarət Mustafa oğlu isə aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Hər iki sürücü vətəndaşlar tərəfindən avtomobillərdən çıxarılıb və aidiyyəti qurumlara təhvil veriliblər. Hadisə zamanı baş vermiş yanğın nəticəsində birinci avtomobilin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. (ANS) |
2014-01-05 | 5,768 | Nazir bələdiyyə sədrlərinin cinayətini gizlədib - Şok | Türkiyədə "Rüşvət əməliyyatı"ndan sonra istefa verən Daxili İşlər naziri Müəmmər Gülər bələdiyyə sədrlərinin istintaqları barədə məlumat verib. "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi bələdiyyə sədrləri barədə 1716 məhkəmə işi barədə istintaq işinin aparılmasına icazə verməyib. Barələrində 3861 istintaq işi isə öz təsdiqini tapıb. İstefaya göndərilən 29 bələdiyyə sədrindən 5-i AKP, 6-sı CHP, 1-i MHP, 15-i isə BDP partiyalarının təmsilçiləri olub. Sabiq nazir 2002-2009-cu illərdə vəzifəsindən azad olunan bələdiyyə sədrləri ilə bağlı statistik məlumatların mövcud olmadığını bildirib. Gülərin açıqlamasına görə, 29 mart 2009-cu il və 2013-cü il 1 aprel tarixlərində təsdiq olunan 3861 məhkəmə işindən 682 AKP, 1881 CHP, 481 MHP, 199 BDP, 318-nin isə digər partiya nümayəndələrinə aid olduğunu bildirib. İstintaq işinin aparılmasına icazə verilməyən 1716 məhkəmə işindən 882-si AKP, 496-sı CHP, 171-i MHP, 52-si BDP, 115-i isə digər partiya nümayəndələrinə aid olub. Bələdiyyə rəhbərlərinin vəzifədən azad olunmalarına səbəb saxtakarlıq, rüşvət, terror təşkilatına üzv kimi ittihamlar göstərilir. |
2014-01-05 | 5,769 | Suriyada qaçırılan türkiyəli jurnalist azadlığa buraxıldı | Suriyada qaçırılan türkiyəli jurnalist Bünyamin Aygün sərbəst buraxılıb. "Axar.az" "Haberler.com"a istinadən xəbər verir ki, 40 gün əvvəl vəzifə səlahiyyətini yerinə yetirmək üçün Suriyaya gedən türkiyəli jurnalist qaçırılmışdı. MİT-in işə qarışması ilə jurnalist azadlığa buraxılıb. MİT-in Xarici Əməliyyatlar Rəhbərliyinə bağlı 8 nəfərlik qrup bu gün Suriya sərhədinin 20-ci kilometrliyində Bünyamin Aygünü suriyalı əməkdaşlarından təslim alıb. Aygün və onu müşayiət edən qrupun bu gün Cilvəgözü sərhəd məntəqəsindən Türkiyə tərəfinə keçməsi gözlənilir. |
2014-01-05 | 5,770 | Tanınmış aktyor siyasətə qoşulur | Tanınmış Hollivud aktyoru Stiven Siqal Arizona ştatının rəhbəri postuna keçiriləcək seçkilərə qatılacağını bildirib. Siqal hələlik seçkiqabağı platformasının necə olacağını açıqlamayıb. Hələlik onun siyasi baxışları da aydın deyil. Buna baxmayaraq, tanınmış aktyot bildirib ki, ABŞ və Meksika sərhədində narkoticarətlə mübarizə onun üçün əsas prioritetlərdən biri olacaq. O, bu problemə yaxından tanışdır. Belə ki, Siqal Texas, Nyu-Meksika və Luiziana ştatlarında şerif köməkçisi kimi çalışıb. Qeyd edək ki, Stiven Siqal böyük siyasətə qoşulmaq qərarı verən ilk Hollivud ulduzu deyil. Əfsanəvi Hollivud aktyoru Arnold Şvartsenegger 10 ildən artıq müddətə Kaloforniyanın qubernatoru oldu, 54 bədii filmdə çəkilən Ronald Reyqan isə ABŞ-ın 40-cı prezidenti kimi ölkəni 8 il idarə etdi. (Teleqraf.com) |
2014-01-05 | 5,771 | Ərdoğan Fətullah Gülənin məktubundan danışdı | Baş nazir Rəcəb Tayyib Ərdoğan Fəthullah Gülənin ona məktub göndərməsi barədə xəbərə aydınlıq gətirib. "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, Baş nazir Ərdoğan Fətullah Gülən tərəfindən göndərilən məktubun ona deyil, prezident Abdullah Gülə göndərildiyini deyib. Daha sonra bildirib ki, məktubun içində nələr yazıldığı barədə də hər kəsin xəbəri olacaq. Baş nazir Ərdoğan Yaponiya səfəri öncəsi Atatürk hava limanında jurnalistlərin suallarını cavablandırıb. Baş nazirə ünvanlanan məmurların iş yerlərinin dəyişdirilməsi ilə bağlı 2 min nəfərlik siyahının onun nəzarəti altında olması barədə suala cavab olaraq bildirib ki, bu məsələnin üzərində israrla dayanmağınızın bir mənası yoxdur. |
2014-01-05 | 5,772 | "Azərbaycansız yaşamaq qeyri-mümkündür" | "Azərbaycan Türkiyə kimi Gürcüstanın strateji tərəfdaşıdır. Bu ölkə ilə bizim əlaqələrimiz elə qurulub ki, onlarsız yaşamaq qeyri mümkündür". Bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Türkiyənin "Turkish policy" jurnalına verdiyi müsahibəsi zamanı deyib. "Azərbaycan Türkiyə kimi Gürcüstanın strateji tərəfdaşıdır. Bu ölkə ilə bizim əlaqələrimiz elə qurulub ki, onlarsız yaşamaq qeyri mümkündür". Bunu Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Türkiyənin "Turkish policy" jurnalına verdiyi müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, bu ölkələrlə bizi təkcə enerji layihələri bağlamır, digər sahələrdə də layihələrimiz həyata keçirilir, ümumilikdə isə regionun hər üç dövlətinin gələcəyi geniş əməkdaşlıqdan asılıdır. (ANS) |
2014-01-06 | 5,773 | Canavarlar mahnıdan qorxub qaçdılar - Video | 13 yaşlı norveçli Volter bir gün məktəbdən qayıdanda dörd qurdun onu izlədiyini görür. Ancaq özünü itirmir, qurdları qaçırmaq üçün "Meqadet" qrupunun mahnılarını telefondan səsləndirməyə başlayır və 2004-cü ildə qurulmuş "Hevi Metal" qrupunun mahnısı qurdları qorxudaraq qaçırır. Beləcə, Volter də ölümdən xilas olur. İndi "Meqadet" qrupunun mahnıları həm də buna görə maraq doğurur. Canavarları qorxudan "Meqadet" qrupunun mahnılarından birini dinləmək bu xəbəri eşidənlər üçün maraqlı olar, yəqin: |
2014-01-06 | 5,774 | Göyçayda toyda dava: 4 nəfər bıçaqlanıb | Göyçay rayonunda toy mərasimi dava ilə nəticələnib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəydövül kəndində qeydə alınıb. Kənddə təşkil edilən toy mərasimində iştirak edən qonaqlar arasında baş verən kütləvi dava zamanı 1988-ci il təvəllüdlü Mustafayev Nüsrət Əfqan oğlu, 1989-cu il təvəllüdlü Yusifov Rusif Ramiz oğlu, 1993-cü il təvəllüdlü Yusifli Rüstəmxan Alxan oğlu və 1965-ci il təvəllüdlü Qorxmaz Sərxan oğlu Yusifov bıçaqlanıb, 1987-ci il təvəllüdlü Mustafayev Nəzarət Əfqan oğlu dəmir küt alətlə döyülüb. Xəsarət alan 5 nəfər Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrinə yerləşdirilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. |
2014-01-06 | 5,775 | Gürzəni dişlədi, gürzə öldü | Çərşənbə günü, Nepalın paytaxtı Katmandunun 200 metr cənub-şərqində olan balaca bir kənddə qəribə hadisə baş verib. Gürzənin necə zəhərli olmasını yazmaq artıq olsa da, baş verən qəribə hadisəyə görə bir daha xatırlamağa dəyər. Dişlədiyi adam bir neçə dəqiqə içərisində ölür. Amma Nepalda hamını heyrətə gətirəcək bir hadisə yaşanıb. İlan oynadan Məhəmməd Salomodini gürzə çalıb. Özünü itirməyən Salomodin də qayıdıb ilanı dişləyib. Və ən maraqlısı budur ki, bunun nəticəsində kəndli yox, ilan ölüb. |
2014-01-06 | 5,776 | "Prinqles" sahibini yandırıb külünü... - Vəsiyyət | "Prinqles" çipslərini yəqin ki, hamınız tanıyırsınız. Şirkət öz çipslərinin hamısının eyni ölçü və həcmdə olmasıyla məşhurdur. Şirkətin 2008-ci il mayın 4-də vəfat edən qurucusu Fred Baurun qəribə bir arzusu olub... O, öldükdən sonra yandırılıb, külünün "Prinqles" qutularına qoyulmasını istəyib. Bu vəsiyyəti isə ailəsi təfərindən yerinə yetirilib. |
2014-01-06 | 5,777 | "Beşiktaş"ın futbolçusu bıçaqlandı - Yeniləndi | 0:25 Türkiyənin "Beşiktaş" futbol klubunun oyunçusu Sezər Öztürk Almaniyanın Düzeldorf şəhərində bıçaqlanıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Düzeldorfda barlardan birində Sezər Öztürkün qohumları ilə barın mühafizəçiləri arasında bıçaqlı dava düşüb. Dava nəticəsində Sezər Öztürk bıçaqlanıb. Futbolçu xəstəxanaya yerləşdirilib. Hadisə şənbə günü axşam saatlarında baş verib. *** 0:48 "Axar.az"ın əldə etdiyi məlumata görə, xəstəxanaya yerləşdirilən futbolçunun həyatı təhlükəsi yoxdur. "Beşiktaş" komandasında təxminən 3 ay əvvəl heyətdən kənar qalan 28 yaşlı futbolçu hər iki qolundan və sağ ayağından bıçaqlanıb. Futbolçu dizindəki yara səbəbindən əməliyyat olunacaq. |
2014-01-06 | 5,778 | Yazarın Ərdoğana 10 məşhur sualı – “Hürriyyət” | "Hürriyyət" qəzetinin yazarı Əhməd Hakan Baş nazir Ərdoğana maraqlı suallar ünvanlayıb. Dolmabaxça sarayında keçirilən mətbuat konfransına dəvət olunmayan Əhməd Hakan "Orda olsaydım, bu sualları verərdim" başlığı altında 10 sual yazıb. "Hürriyyət" yazarının suallarını təqdim edirik. 1. Yeni HSYK-ı ortaya çıxaran 12 sentyabr referandumunun dərhal ardından, "Okeanın o tayına təşəkkür" etdiniz. Bundan peşmansınızmı? 2. "Dövlət içində dövlət qurmaq istəyən şəbəkə var" dediniz. Bu şəbəkənin dövlətin içinə daxil olmasına sizmi şərait yaratdınız? Əgər bunu siz etmədinizsə, bu hadisələr baş verərkən siz nə etdiniz? 3. Ergenekon və Balyoz istintaqında "mən bu iddiaların prokuroruyam" deyirdiniz ... İndi vəkilmi oldunuz? Cavabınız "hə"dirsə, niyə? 4. Hazırda aparılan istintaq əməliyyatına güvənə bilərikmi? 5. O ayaqqabı qutuları, rüşvət, reaktivlər, qol saatları necə olacaq? 6. Amerika səfirinə "çıxın gedin" dediniz. Niyə bunu təkrarlamadınız? 7. Planınız nədir? Bu ölkədə bundan sonra "müstəqil məhkəmə" olacaqmı? Əgər olacaqsa, bu "müstəqil mühakimə", hakimiyyət adamlarının yaxınlarının ifadələrini almaq mümkün olacaqmı? Yoxsa "Yeni Türkiyədə" bu adamlar "toxunulmaz" sayılacaq? 8. "TIR" nə məsələdir? Türkiyə Suriyaya silahmı göndərir? Əgər göndərirsə, kimə və niyə bu iş gizlin aparılır? 9. Əgər ortada "rüşvət" varsa və bu iddiaların heç biri etibarlı deyilsə, niyə nazirlər istefa verdi, yoxsa siz onları qurbanmı verdiniz? 10. Bundan sonra Türkiyədə "qüvvələrarası ayrı-seçkilik necə olacaq?" Əgər qüvvələr birləşəcəksə, bunlar sizin ətrafınızda bir araya gələcək? Orada olsaydım, bunları soruşardım. Belə düşünürəm ki, bu sualları verə biləcəyim üçün mən orda deyildim… |
2014-01-06 | 5,779 | Bakıda təyyarə qəza enişi etdi | Bu gecə Heydər Əliyev Bakı beynəlxalq hava limanında AİRBUS 380 təyyarəsi qəza enişi edib. Təyyarə Sinqapurdan Londona uçurmuş. Təyyarənin göyərtəsində 467 sərnişin olub. Sərnişinlər təhlükəsiz yerə təxliyə ediliblər. Xəsarət alan yoxdur. Hava limanının texniki briqadası təyyarədə yaranan nasazlığı aradan qaldırmağa çalışır ("Minval.az"). |
2014-01-06 | 5,780 | "VAZ" markalı avtomobil yandı | Bu gecə ölkə daxilində iki yanğın hadisəsi baş verib. Hər iki yanğın "Vaz" markalı avtomobildə olub. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Mingəçevir şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanacaq çəni yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri və ətrafında 20 kv.m sahədə kol-kos yanıb. Ərazidə olan ağaclar yanğından mühafizə olunub. Yanğın saat 01:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb. |
2014-01-06 | 5,781 | Bakıda ilk dəfə olaraq kater və yaxtalar sərgisi keçiriləcək | 2014-cü ilin mayın 15-dən 17-dək Bakıda 1-ci Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi ("CİBS 2014") keçiriləcək. "Iteca Caspian" şirkətindən bildiriblər ki, sərgidə "CIBS 2014"-də su-motor texnikası və müvafiq məhsullar nümayiş etdiriləcək. Sərgiyə yaxta həvəskarlarının tanınmış nümayəndələri də qatılacaqlar. "CIBS 2014" sərgisi Azərbaycanda yaxta bazarının inkişafı və irəliləyişinə kömək edəcək. "CIBS 2014" su-motor texnikasının yenilik və son nailiyyətlərinin təqdimatı ilə birgə qarşıdan gələn yaxta mövsümünə hazırlıqla tanış olmaq üçün böyük bir fürsətdir (AzərTAc). |
2014-01-06 | 5,782 | Fətullahçılara qarşı əməliyyat bu gün başlaya bilər - İddia | "Camaata(fətullahçılar) qarşı əməliyyat ya bazar ertəsi, ya da ki baş nazirin Şərq səfərindən sonra başlayacaq". "Axar.az" xəbər verir ki, bu iddia ilə Zaman qəzetinin köşə yazarı Hüseyn Gülərcə çıxış edib. O artıq Rəcəb Tayyib Ərdoğanın fikrini qətiləşdirdiyini bildirib. "Baş nazirin bütün çıxışlarından sonra əməliyyatla bağlı fikrinin qəti olduğu görünür. Camaata qarşı əməliyyat ya bazar ertəsi, ya da ki baş nazirin Şərq səfərindən sonra başlayacaq. Deyə biləcəyim tək şey var. O da ki dövlət içində dövlət ideyası ilə gerçəkləşək bu əməliyyatın tariximizdə indiyə qədər heç bir analoqu olmayıb". Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatı camaata qarşı əməliyyatların yanvar ayında başlayacağı ilə bağlı informasiya yaymışdı. |
2014-01-06 | 5,783 | Azərbaycan filmi Parisdə nümayiş olunacaq | Rejissor Ziya Şıxlinskinin Xalq Rəssamı Tahir Salahova həsr etdiyi "Ürəklə şəkil çəkən rəssam" sənədli filmi Parisdə keçiriləcək tədbirdə nümayiş olunacaq. Tahir Salahovun 85 illik yubileyi münasibətilə təşkil ediləcək tədbirin 2014-cü ilin fevral-mart aylarında keçirilməsi nəzərdə tutulub. Hazırda filmin fransız dilinə tərcüməsi üzərində iş gedir (AzərTAc). |
2014-01-06 | 5,784 | Gəncədə ev yandı | Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ev yanıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 150 kv.m olan 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yaxınlıqdakı tikililəri yanğından mühafizə edib. Yanğın saat 04:27-də söndürülüb. |
2014-01-06 | 5,786 | Ərdoğanın korrupsiyadan xəbəri varmış - Sənəd | Ankarada haqqında rüşvət iddiası qaldırılan və bəraət alan bir MİT işçisi və qrupu tərəfindən Baş nazir Ərdoğanın adı yazılan hesabatın detalları açıqlanıb. 8 ay əvvəl hazırlanan üç səhifəlik hesabatda Rza Zərrabın bir sıra nazirlərlə əlaqələri ortaya çıxıb və bundan hakimiyyət əleyhinə istifadə edilə biləcəyi qeyd olunub. 18 aprel 2013-cü ildə MİT tərəfindən hazırlanan "45650928" saylı üç səhifəlik yazıda Rza Zərrabın fəaliyyəti barədə məlumat verilir. Hesabatın sonunda "Hörmətli Baş nazir" yazılıb. Hesabatın digər hissəsində isə Rza Zərrabın İqtisadiyyat naziri Zəfər Çağlayan və Daxili İşlər naziri Müəmmər Gülər vasitəsi ilə qardaşı Məhəmməd Zərrabın Türkiyə vətəndaşlığına qəbulu barədə cəhdlər yer alıb. T24-ün əldə etdiyi məlumatlara görə, hesabatda bu sözlər yer alıb: "İstanbul Qapalıçarşıda valyuta mübadiləsi və qızıl ticarəti ilə məşğul olan, müğənni Əbru Gündəşin əri İran əsilli TC vətəndaşı Rza Zərrab İrana qarşı tətbiq olunan iqtisadi embarqoya görə bank vasitəsilə Türkiyəyə pul göndərməyən İran banklarına və şəxslərinə vasitəçilik edib. İrandakı "Bank-e Parsiyan", "Bank-e Keshavarzi", "Bank-e Pasarqad", "Bank-e Karafarin", "Bank-e Sarma", "Bank-e Saman" ilə əlaqəsinin olduğu, Dübayda fəaliyyət göstərən və dünyada pul transferlərini reallaşdıran "Al Salam exchange"ın şəriki olduğu, Dübayda işləri ilə məşğul olan atası Hüseyin Zərrab və qardaşı Məhəmməd Zərrabın vasitəsi ilə İrandan Dübaya köçürülən pulları bank vasitəsilə Türkiyə və Çinə göndərdiyi, İrana embarqo tətbiq olunması ilə bağlı Çində olan "Postal Saveings Bank of Chine", "Kunlun Bank" və "Huaksi Bank" ayrıca Hindistanda "Bank of Baroda" ilə işlədiyi, "Halkbank" və "Ziraat Bankı" səlahiyyətləri ilə 2013-cü il yanvar ayında görüşdüyü müəyyən olunub". Hesabatın sonunda bu məlumatlar yer alıb: "İrana qarşı iqtisadi embarqoya baxmayaraq, İranın və iranlı şəxslərin pul köçürmələrini reallaşdırdığına görə Rza Zərrabın ABŞ tərəfindən qara siyahıya daxil edilməsi təhlükəsi və Zəfər Çağlayan ilə Müəmmər Gülərlə Zərrabın əlaqələrinin ortaya çıxacağı halda bundan hakimiyyət əleyhinə istifadə edilə bilər". |
2014-01-06 | 5,787 | Siyəzəndə cücə sexi yandı | Siyəzən şəhərində cücə sexi yanıb. "Axar.az" xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan cücə sexinin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Cücə sexində yerə səpələnmiş saman 50 kv.m alovlanıb. Sexinin qalan hissəsinə yanğının keçməsinə izin verilməyi. Alov saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-06 | 5,788 | Mövqelərimiz atəşə tutulub | "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-01-06 | 5,789 | Nəcməddin Sadıqov cəbhə bölgəsində yoxlamalar aparır | Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfərin məqsədi qoşunların yeni tədris ilinə hazırlığının, təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır. |
2014-01-06 | 5,790 | "Qütb dəliyi" ABŞ-ı diz çökdürdü | Amerika Birləşmiş Ştatlarının bir neçə ştatında "Qütb dəliyi" adlanan soyuq cərəyanın təsiri nəticəsində rekord şaxta hökm sürür. Associated Press-in məlumatına görə, ölkənin şimal-şərq hissəsində və Kanadanın Amerika ilə sərhədində qarın hündürlüyü 60 santimetrə çatıb. Hər iki ölkədə şaxtadan ölənlərin sayı ümumilikdə 16 nəfərə çatıb. Şimali və Cənubi Dakota, Miçiqan, Missuri, Nyu-York, Montana, Alabama ştatlarında şaxta və qar həyatı iflic edib. Çikaqoda qarın hündürlüyü 30, Miçiqanda isə 40 santimetrə çatıb. Minnesota, Viskonsin, İllinoys, İndiana və Ayova ştatlarında məktəblər bağlanıb. Buzlaşma səbəbindən yolların əksəriyyəti bağlanıb, sakinlərə evdən çıxmamaq tövsiyə edilib. Nyu-Yorkda çovğun və buzlaşma yol qəzalarının sayını artırıb. Şaxta və qar hava limanlarının işinə də təsir edib. Şənbə günündən bəri 4000-ə yaxın aviareys təxirə salınıb. Nyu-York şəhərində Kanadanın Toronto şəhərindən uçan təyyarə Con Kennedi hava limanında sürüşərək, taksi zolağına düşüb. Xəsarət alan olmasa da, buzlaşma ilə əlaqədar hava limanının işi bir müddət dayandırılıb. Kolorado ştatında isə kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. Ştat rəsmilərinin verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, biri ağır olmaqla 2 nəfər isə xəsarət alıb. Qəzaya səbəb uçuş-enmə zolağının qarlı havalarla əlaqədar sürüşkən olması olub. Amerika Birləşmiş Ştatlarının şimal və mərkəz bölgələrində temperaturun -51 dərəcəyədək düşəcəyi proqnozlaşdırılır. Bu cür soyuqların səbəbi saat əqrəbi istiqamətində hərəkət edən və "Qütb dəliyi" adlandırılan soyuq cərəyandır. ABŞ Meteoroloji Xidmətinin məlumatına görə, ölkədə sonuncu dəfə bu cür Arktik soyuqlar 1994-cü ildə müşahidə edilmişdi (ANS). |
2014-01-06 | 5,791 | Almaniyada kəfən aksiyası | Paytaxt Berlində yaşayan bir sıra suriyalı ölkələrində davam etməkdə olan savaşa etiraz olaraq qanı xatırladan qırmızı boyanmış kəfən geyinməklə aksiya keçiriblər. "Axar.az" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu aksiya Suriyada davam edən qanlı vətəndaş müharibəsinə, qətliamlara diqqət çəkmək üçün nəzərdə tutulub. "Qanlı kəfən" geyinmiş suriyalılar dəqiqələrlə yerdə uzanaraq Suriyadakı hadisələrə etiraz etdilər. Ətrafdakı insanlar heyrət içində baxaraq, telefonları ilə aksiyanı lentə aldılar. |
2014-01-06 | 5,792 | Bakıda pulsuz konsert verəcəklər | "Carpediem" qrupu Bakıda konsert verəcək. Tədbir yanvarın 10-da baş tutacaq. Konsertə giriş pulsuzdur. "Carpediem" qrupu 2007-ci ildə yaranıb və alternativ rok, atlernativ pop, türk pop musiqisini ifa edir. Qrup "Gripin" ,"Duman" qruplarının və Hande Yenerin konsertində əsas sənətçilərdən öncə çıxış edib. Qrupun üzvləri Görkem Yelgin, Anıl Tunce, Ferdi Ramazanstein, Ufuk Cumhur Karasu və Hazan Aydındır (Axşam.az). |
2014-01-06 | 5,794 | Gürcüstan Rusiyadan bir addım da uzaqlaşdı | 2014-cü ildə Gürcüstanın Müdafiə Nazirliyi Sovet və Rusiya helikopterlərinini əsasən ABŞ helikopterləri ilə dəyişəcək. "Sinxua" agentliyinin məlumata görə, bu bəyanatla Gürcüstasnın Müdafiə naziri İrakli Alasaniya çıxış edib. İ.Alasaniya bildirib ki, Gürcüstanın hərbi birləşmələrinə məxsus parklarındakı helikopterlər əsasən ABŞ helikopterləri ilə əvəzlənəcək, lakin bunun üçün digər ölkələrlə də danışıqlar aparılacaq. Bu ölkələrin sırasında Fransa da var. Nazirin sözlərinə görə, Sovet və Rusiya helikopterlərinə xidmətin göstərilməsi və onların təmir olunması çox baha başa gəlir. Həmin helikopterlərin ehtiyat hissələrinin alınması Gürcüstan üçün maliyyə baxımından demək olar ki, mümkün deyil. Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hələ 2010-cu ildə köhnə və etibarsız Rusiya heklikopterlərinin yeniləri ilə əvəz olunmasına ehtiyacın yarandığını bəyan etmişdi (Trend). |
2014-01-06 | 5,795 | Ağsu Elektrik Şəbəkəsində müdhiş fırıldaq – Şikayət | Ağsu rayonunda yaşayan sakinlər "Azərenerji"nin rayondakı nümayəndəliyindən şikayət edir. "Axar.az"ın elektron ünvanına gələn məktubda deyilir ki, rayon mərkəzi istisna olmaqla, rayonun bütün kəndlərinə qış aylarında elektrik enerjisinin verilməsində fasilələr yaranır. Səbəb isə Ağsu Elektrik Şəbəkəsinin qaunusuzluğudur. Sakinlər yazır ki, enerjisinin verilməsinin dayandırılması rayon elektrik şəbəkəsinin rəhbəri Akif Qədirovun göstərişi ilə olur. Kəndlər hər gün saatlarla qaranlığa qərq olur "Soyuq aylar başlanandan Ağsunun əksər kəndlərinə elektrik enerjisi fasilələrlə verilir. İstənilən şəxs bu faktı yerində araşdıra bilər. Hər gün səhər saat 10 radələrində kəndlərə verilən elektrik enerjisi rayon elektrik şəbəkəsinin rəisi Akif Qədirovun tapşırığı ilə dayandırılır. Nəticədə kəndlər saatlarla enerji üzünə həsrət qalır". Akif Qədirov sakinlərə verməli olduğu elektrik enerjisini qeyri-qanuni yollarla satdığı üçün rayona verilən enerjidəki itkiləri ört-basdır etmək istəyir: " Elektrik enerjisinin kəsilməsi gündüzlər də dəfələrlə təkrarlanır. Dəfələrlə şikayət etsək də, A.Qədirov heç nəyə məhəl qoymur". Büdcəyə getməli olan pul hara gedir? "Kəndlərdə elektrik şəbəkəsində çalışan işçilərin himayəsi ilə bəzi şəxslər sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Bunun üçün isə onlar hər ay "haqq" verirlər. Həmin proses nəticəsində yaranan enerji itkisini isə kəndləri qaranlığa qərq etməklə bərpa edirlər". Elektrik dirəklərini kim satıb? Sakinlər yazırlar ki, hazırda kəndlərin əksəriyyətinə gedən elektrik enerjisi xətlərinin bərkidildiyi taxta dirəklər 50 il əvvəl çəkilən dirəklər olduğundan, qəzalı vəziyyətdədir. Hətta bəzi elektrik dirəkləri kəndlərdə evlərə, divarlara söykədilib ki, aşmasın. Yeni dirəklər "Azərenerji"dən kəndlər üçün göndərilsə də, həmin dirəkləri görən olmayıb. Məsələ ilə bağlı Azərenerji Səhmdar Cəmiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, rəsmi iş günü olmadığından istəyimiz baş tutmadı. Sakinlərin iddiaları ilə bağlı rəsmi qurumun mövqeyini növbəti gün öyrənməyə çalışacağıq. |
2014-01-06 | 5,796 | At kimi işləyirik, heç olmasa eşşək kimi yedizdirələr - Reportaj | Bayram günləri arxada qaldı. İnsanlar bir həftəlik istirahətdən geri – işə dönür. O da düzdür ki, bu bayram günlərində işinin-gücünün arxasında olanlar da az olmadı. Dənizçilərimiz, təyyarəçilərimiz, dəmiryol işçilərimiz özlərinin çətin və şərəfli işlərini görməkdə davam etdi, vətəndaşlarımızı, eləcə də daşıdıqları yükləri mənzil başına çatdırdılar. Bu bayram günlərində şəhərimizin bir çox iaşə obyektlərində olmaq istədik. Lakin fikrimizi dəyişəsi olduq. Axı bir də nəfəs dərmədən çalışan işsizlər vardı. İşi-gücü başından aşan o işsizlərlə görüşdük. Görəsən rəsmi iş yeri olmayanlar bayrama necə hazırlaşıb, necə qeyd edirlər? Yolumuzun binasını "Xalqlar dostluğu" metrosunun yaxınlığındakı körpünün altında yerləşən qul bazarına saldıq. Qul bazarında fəhlələrin sayı əvvəlki günlərə nisbətən az olsa da, yox da deyildi. Bura bir tikə çörəyin əsiri olub da toplaşanların bir neçəsi ilə söhbət etmək istəyirəm. Mənim yaxınlaşdığımı görcək sifətlərinə qonan ilk anın sevinci, onlara yaxınlaşmağımın səbəbi aydın olan kimi də itir. Əlbəttə, müştəri gözü ilə baxdıqları adam, əslində onların qaysaqlanmış yaralarını qoparacaqsa, necə olmalıdı ki?.. Biri gəlib, soyuqda işsizliyin və kasıblığın "əlində" çabalayanların işi ilə maraqlanır, yazı yazmaq istəyir. Sözsüz, bu mənim işimdir, bu adamlar isə hələ tapacaqları işin həsrətini çəkir. Mənim işimin varlığı onların ağıllarının ucundan da keçmir, güman ki. "Biz nə hayda, sən nə hayda?" - mənə ilk yaxınlaşan yorğun görkəmli kobud kişi əlini yelləyib aralanır. Danışmaq istəmir. Ətrafımıza anındaca toplaşanlar küskün və pərt halda kənara çəkilir. Ehtimallarında yanıldıqları hiss olunur. 2014 gəlib, 2013-dən yaxşı olacaq? Axır ki, biri qəzəbini tökür: "Qarabağlıyam, əvvəl iş tapmışdım, işləyirdim, müəssisəni özəlləşdirdilər. İndi orda nəinki mənim kimi sənətkarlar, süpürgəçilər də müəssisə sahibinin qohumlarıdır, qonşuları, yerliləri, yazı-pozu işinə baxan qızlar isə... Özün bilirsən də... Sən də nə qoyub, nə axtarırsan - bayramdan, Yeni ildən danışırsan. Zalım oğlu, nə bayram? Guya görmürsən, il ildən ağır gəlir? Guya 2014 gəlib, 2013-dən yaxşı olacaq? Əvvəllər bizdən "şirinlik" alırdılar, indi deyəsən rəsmiləşdirəcəklər, hambalçılığımıza da vergi ödəyəcəyik", - deyir və bir lomba ayağının altına tüpürür. İşsizliyinə, hansısa məmurun özbaşınalığına, torpaqlarını hələ də işğalda saxlayan düşmənə, yaxud elə dolanışığına, gününə-rüzgarına tüpürürdü, demək çətindir. Bakı bizim qürurumuzu tapdadı "Mənim adım Cavaddır, adımı mütləq yaz. Sabirabaddanam. Zootexnik işləyirdim. Ali təhsilliyəm. Amma nə olsun? Bu "preparator" olmasa, acından ölərəm. İşləmək ayıb deyil ki, işləyirəm. İş tapmaq çətindir. Hambal çox, iş gördürən az. Elə adamlar var ki, qapısında işləyirsən, axırda nəyi isə bəhanə edib pulundan kəsir. Bu da cəhənnəm, buna dözmək olar yenə. 49 yaşım var e mənim. İşlədiyin həyətdən çıxanda görürsən, evin xanımı bir kisə zibili verir əlinə ki, qardaşımsan, gedəndə bunu atarsan. Bax onda çox utanıram. Balalarım var, kirədə qalıram, çətindir. İşim olsaydı, nə ölümüm vardı buralarda. Bakıdan zəhləm gedir. Bakı bizim qürur yerimiz olub, amma qürurumuzu tapdalamaqla məşğuldur". Mən işdən qorxan deyiləm Yardımlıdan olan Əvəzxan: - Buna da şükür. Camaatımızın işi-gücü yaxşı olsun, ev-eşik tikdirsin, fəhlə, usta lazım olsun, biz də gedək işləyək. Ailəyə çörək, əyin-baş ala bilək. Mən subayam. Rayona, qocalara kömək lazımdır. Qışda bizim dağlarda yaşamaq zülümdü. Niyə naşükürlük edim. Gözümü açandan fəhlə işləmişəm. Sağ olsun burdakı ustaları, iş tutan kimi birinci məni aparırlar. Mən işdən qorxan deyiləm. "Başuva dönüm, adımı yazma, qələt elədim danışdım?" "Bakı" kino-teatrının qarşısındakı dayanacaqdakı maşınlara nəzarət edən sarı gödəkçəli, qoluna qırmızı bağlamış yaşlı kişi deyir bunları. "Sən məni aldatdın, mən sənə heç nə danışmazdım yoxsa. Dedin uşağı işə düzəltmək istəyirəm". Adını yazmayacam. Yaşı 60-ı keçib. Nəqliyyat Departamentinin işçisi sayılır. - Necə oldu bura nəzarətçi kimi işə düzəldin? - Çox asan. Şəxsiyyət vəsiqəmin sürətini verdim, 2 dənə də şəkil. Aldılar, işə "oformit" elədilər. - Maaşınız nə qədərdi? - Heç nə qədər. Nə maaş, maaş nədi? - Day bu olmadı ki, maaşsız da iş olar? - Əslində, maaş almalıyıq, amma maaş-zad yoxdur. Allah bərəkət versin, günə 15-20 manat qalır. Az da olur, çox da. Bayramlarda, bir də şənbə-bazar daha çox olur. Yarmarkaya alverə gələnlər olur, axı. Ancaq bizim də verəcəyimiz var. Haqsız iş olar? Nəqliyyat Departamentində Cabbar (ad şərtidir – red.) var. Buralara o baxır. Hər gün gəlir, adama 5 manat veririk. Tək biz deyilik ki! Xətaidə çox yerlərdən pulu o yığır. İki nəfərdilər. İnsan adamdır. Təkcə "Maqnit" dükanının qarşısındakı lallar ona pul vermir. Onların qazandıqları özlərinindir. Ukrayna dairəsində, "Heydər" parkında işləyənlərdən günə 15 manat alırlar. Orda daima maşın olur. Qazanclar çoxdur onların. Uşağı düzəltsən, ora düzəlt. Cavan oğlandır, yayda adam əlindən tərpənmək olmur orda. Qızlara baxar, bu da bir kefdir də, həm də pul qazanar. Adamım olsaydı, mən də elə bərgedən yerdə olardım. Bura da min şükür". Şəklini çəkmək istədiyimi deyirəm. - Nə üçün? - Jurnalistəm, yazı yazacam. Yalvarır: - Başuva dönüm, eləmə. Departamentdə Cabbar var ha, bayaq dedim e, qovar bizi burdan... Söz verirəm ki, nə adını, nə də şəklini verəcəm. - Bu gün bayram günüdür, bəlkə istirahət edəsiz? - Yox, a qardaş, bayramda elə xalqın qaydına qalmalıyıq da,– kişi artıq ciddiləşib. Səsində mənə qarşı etibarsızlıq hiss olunur. - Beş-on manat artıq olsa, nə olasıdır ki?.. - deyib tərpənməkdə olan maşına tərəf tələsir. Camaat gedib, prezidentdən, nazirdən intervü götürür Xətaidəki kənd təsərrüfatı yarmarkasının ətrafını təmizləyən süpürgəçi xanımla söhbətim isə ümumiyyətlə baş tutmur: - Başına iş qəhətdi? Camaat gedib prezidentdən, nazirdən intervü götürür, yazı yazır, bu da gəlib məndən yazmaq istəyir, - deyib başını bulayır, yaşmağını yuxarı qaldırır və hirslə süpürgəsini asfalt döşəməyə çırpır. İradı qəbul edirəm. Gülümsəyib süpürgəçi qadından aralanıram. Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yolu təmizləyən rayon MKTB-nin işçisi ilə söhbətim də gileylə başlayır: - Bizə bayram, istirahət günləri yoxdur. Hər gün işləyirik. 38-ci MİS-də Seyfəddinin işçisiyəm. Özləri yeyir, doymaq bilmir, heç bayramqabağı mükafat da vermədilər bizə. Başqa yerlərdə isə bayram hədiyyəsi verilib bütün işçilərə... At kimi işləyirik, heç olmasa eşşək kimi yedizdirələr... |
2014-01-06 | 5,797 | Çində heyvanlara qarşı qəddar davranış – Video/18+ | "Youtube" da yayılan videoda Çində heyvanlara qarşı vəhşicəsinə davranış öz əksini tapıb. Əvvəlcə heyvan kobud şəkildə öz yuvasından çıxarılır, daha sonra xüsusi cərəyan vasitəsilə öldürülür. Ardınca baş verən vəhşəti videodan izləyə bilərsiniz... |
2014-01-06 | 5,798 | İrandan Azərbaycana gələnlər üçün problem yaranıb | Bu gün səhər saatlarından başlayaraq Biləsuvar Keçid Məntəqəsində piyadaların İran tərəfindən Azərbaycana keçməsində problemlər yaranıb. Verilən məlumata görə, 2 saata yaxın vaxt ərzində İrandan Azərbaycana keçmək istəyən min nəfərə yaxın insan keçid məntəqəsində növbə gözləyir. İran tərəfi yaranmış problemi kompüter sistemindəki nasazlıqla əlaqələndiriblər. İran tərəfində yaranan problem Azərbaycan tərəfinə heç bir təsir göstərməyib. Azərbaycan tərəfindən İrana keçmək üçün heç bir problem yoxdur (ANS). |
2014-01-06 | 5,799 | 50 avtomobil bir-birinə girdi – Video/Foto | Diyarbəkir-Şanlıurfa yolunda, "500 evlər" bölgəsində səhər saatlarında yolların buz bağlaması və duman üzündən təxminən 50 avtomobilin iştirak etdiyi zəncirvari yol qəzası baş verib. Aralarında yük maşını, 1 təcili yardım, avtobus və kiçik avtomobillərin olduğu, ümumilikdə təxminən 50 avtomobilin uğradığı zəncirvari qəzada yaralananların olduğu bildirilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu polis qrupları və təcili yardım gəlib və Diyarbəkir-Şanlıurfa yolunda avtomobillərin hərəkəti təmin edilib. |
2014-01-06 | 5,800 | Məsciddə ehsan zamanı izdiham - 14 ölü | Çində anım mərasimi üçün toplanılan məsciddə izdiham yaşanıb. Çinin qərbində Ninqsia Hui (Müsəlman) Muxtar Respublikasında bir məsciddə yaşanan izdihamda 14 adam ölüb, 10 adam da yaralanıb. Çin xəbər agentliyi Şinhua izdihamın bir dini liderin xatirəsinə ehsan verilməsi əsnasında yaşandığını bildirib. Guyuan şəhərinin 60 km. Qərbindəki Şiji qəsəbəsində yaşanan hadisə ilə əlaqədar istintaq başladıldığı açıqlanıb. Yaralılar qəsəbə xəstəxanasına aparılıb. Son məlumatlara görə, yaralılardan dördünün vəziyyəti ağırdır. Qeyd edək ki, Ninqsia bölgəsində müsəlmanlığı qəbul edən etnik qrup olan Huilər yaşayır. |
2014-01-06 | 5,801 | “Türkiyə sərhədləri açsa, Ermənistan məhv olacaq” | "Türkiyə həmişə Qarabağ konfliktinin həll prosesinə müdaxilə edəcək". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Daşnaksütyun partiyasının nümayəndəsi Arçvik Minasyan çıxış edib. O, Türkiyənin irəli sürdüyü ön şərtlərin reallaşdırılması üçün hər şeyə getməyə hazır olduğunu deyib: "Türkiyə həmişə Qarabağ konfliktinin həll prosesinə müdaxilə edəcək və Ermənistan Türkiyə münasibətlərində Qarabağın ön şərt kimi irəli sürəcək. Onlar bunu reallaşdırmaq üçün hər şeyə getməyə hazırdırlar. Türkiyənin irəli sürdüyü ön şərtləri qəbul etmək isə Ermənistan dövlətçiliyi üçün ölümdən başqa bir şey deyil". Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədlərin açılması üçün Dağlıq Qarabağın bir neçə rayonunu azad etməyi və ümumilikdə buranı Azərbaycana qaytarmağı ön şərt kimi irəli sürüb. |
2014-01-06 | 5,802 | Polisin özünü də, avtomobilini də vurdu - Biləsuvarda | Biləsuvarda polis leytenantını avtomobillə vurublar. "Axar.az"a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, "Mersedes" markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını kobud surətdə pozduğu üçün ərazidə xidmətdə olan RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı Ramal Ağaməmmədov "saxla" işarəsi verib. Sürücü tabeçilik göstərməyərək avtomobillə R.Ağaməmmədovu və xidməti "BMW" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb. Görülmüş tədbirlər nəticəsində Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi "Mersedes" markalı avtomobildə saxlanılıb. R.Ağaməmmədov xəstəxanaya yerləşdirilib. Biləsuvar Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. |
2014-01-06 | 5,803 | Dünən ölkədə 77 cinayət baş verib | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 77 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 19 nəfər tutulub. |
2014-01-06 | 5,804 | İlkər Başbuğ “tviter”də üsyan etdi – Foto | Keçmiş Ali Baş Qərargah rəisi İlkər Başbuğun həbsxanada iki ili tamam oldu. "Axar.az" xəbər verir ki, iki ildir Ergenekon işi ilə bağlı həbs olunaraq Silivri həbsxanasında yatan keçmiş Ali Baş Qərargah rəisi İlkər Başbuğ "tviter"dən açıqlama verib: "Ömrümdən iki ilimi oğurladılar. Lakin həyatından daha çox illər oğurlanan o qədər adam var ki! Onları unutmaq olarmı?" "Mənim həyatımdan, ailəmin həyatından və yaxınlarımın ömründən oğurlanan... Bu oğurluq, bu qəsd nə qədər davam edəcək, deyə bilmərəm". "Bu gün Silivri həbsxanasında keçirdiyim ikinci ili də başa vurum. Ortada oğurlanmış böyük iki il var". |
2014-01-06 | 5,805 | Gülənin 15-35 milyard varidatı var - "Der Şpigel" | "Əldəki bütün imkanlarla kadrlarımızı sistemin içinə sızdırmalıyıq". "Axar.az" məlumat verir ki, Almaniyanın "Der Şpigel" jurnalı bu sözlərin Fətullah Gülənə aid olduğunu bildirib. Alman jurnalı Gülənin bütün gücünü Ərdoğanı devirməyə yönəltdiyini deyib. Başqa bir isimlə jurnala müsahibə verən "camaat" liderinin ən yaxın adamlarından biri bu müharibənin hələ çox davam edəcəyini söyləyib: "Bu savaş qorxulu nəticələr yaratsa belə, kimsə məğlub olana qədər davam edəcək". "Der Şpigel" Fətullah Gülənin əmlakı haqqında da məlumat yayıb: "Hazırda bu liderin 15-35 milyard avro arasında pulu var. Bütün hər şey təkcə bununla bitmir. Fatih Universiteti, dünyanın 140 ölkəsində təhsil müəssisəsi, "Zaman" qəzeti, Samanyolu və Ebru TV, Asiya bankı, İşıq Sığorta da bu adama aiddir". |
2014-01-06 | 5,806 | Nazirin villasının videosu yayıldı – Video | Ukraynanın Daxili İşlər naziri Vitali Zaxarçenkonun şəhər kənarındakı dəbdəbəli malikanəsinin videosu yayılıb. "Axar.az" xəbər verir ki, villanın görüntülərini Avtomaydan iştirakçıları çəkiblər. İctimai fəallar bununla Ukrayna polislərinə Daxili İşlər nazirinin bu qədər pulunun haradan qaynaqlanması haqqında bir anlıq düşünməyə çağırıblar. Qeyd edək ki, bir müddət əvvəl Avtomaydan tərəfdarları Daxili İşlər naziri Vitali Zaxarçenkonun evini mühasirəyə almışdılar. Videonu təqdim edirik: |
2014-01-06 | 5,807 | Belarusiyada da miqrantlara qarşı ayrı-seçkilik başladı | "İndi Rusiyada bizimkilərə qarşı münasibət necədirsə, Belarusiyada da o cürdür". Bu sözləri "Axar.az"a Belarusiyada yaşayan və adının açıqlanmasını istəməyən soydaşımız söyləyib. O, artıq tez-tez miqrantları yoxlamağa başladıqlarını bildirib: "Əvvəllər bütün günü davadaydım. Hətta buna görə universitetdə təhsilimi əyanidən qiyabiyə keçirtdim. İndi isə "OMON"lar miqrantlara ilişir. Əvvəl belə şeylərə rast gəlmək nədir, heç bunun haqqında fikir də beynindən keçə bilməzdi, indi isə vəziyyət dəyişib. Qısası, bu gün Rusiyada necədirsə, Belarusiyada da elədir". Qeyd edək ki, Rusiyada Brilyovo hadisələrindən sonra miqrantlara qarşı münasibət tamamilə dəyişib. |
2014-01-06 | 5,808 | Ticarət mərkəzində 170 iş yeri yandı – Video | İstanbul Beykozda yerləşən "Elit Ticarət Mərkəzi" səhərə yaxın yaranan yanğın nəticəsində külə dönüb. 186 obyektin yer aldığı ticarət mərkəzi təxminən 170 obyekt yararsız hala düşüb. |
2014-01-06 | 5,809 | Aydın Bəşirovun oğlunun silahlı - Fotoları/Yeniləndi | 15:26 Bir müddət əvvəl Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi, vəzifədən kənarlaşdırılan Aydın Bəşirovun oğlunun qəribə fotoları yayılıb. Fotolardan keçmiş məmur oğlunun silahlara və ova böyük maraq göstərdiyi məlum olur. Belə ki, oğul Bəşirov fotolarda əlindəki müxtəlif silahlarla görüntülənib ("Aznews.az"). *** 18:25 Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov oğlunun ov edərkən internetdə yayılan fotolarına münasibət bildirib. Gəmiçiliyin sabiq rəisi A.Bəşirov açıqlamasında deyib: "Biz Dubayda olmuşuq. Məgər Dubayda ov edirlər? Bütün Bakı Dubayda idi, nə ov? Dubayda ov edirlər? Heç ovçu olduğumuzu bilmirdim. Oğlum və nəvələrim yanımda olublar, biz qaban ovlamamışıq. Hazırda da Türkiyədəyəm" (Publika.Az). |
2014-01-06 | 5,810 | Həbsdən buraxılan beş kürd deputat Məclisdə and içəcək | Türkiyədə həbsdən buraxılan beş kürd deputatı sabah Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ümumi Yığıncağında and içəcək. Verilən məlumata görə, Barış və Demokratiya Partiyası (BDP) Mardin Millət vəkili Gülser Yıldırım ilə Şanlıurfa Millət vəkili İbrahim Ayhan, Şırnak millət vəkilləri Səlma İrmak və Faysal Sarıyıldız ilə müstəqil Van millət vəkili Kamal Aktaş sabah Türkiyə Böyük Millət Məclisinə gələrək ilk olaraq BDP rəhbəri Selahattin Demirtaş başçılığında toplanacaq qrup yığıncağına qatılacaq. Daha sonra millət vəkilləri Türkiyə yerli vaxtı ilə saat 15:00-da toplanacaq TBMM Ümumi Yığıncağında protokola uyğun olaraq and içəcək (ANS). |
2014-01-06 | 5,811 | Fətullah Gülənin məşhur məktubunun sürəti - Foto | Fətullah Gülənin Abdullah Gülə göndərdiyi məktubun sürəti yayımlanıb. "Axar.az" xəbər verir ki, məktubun sürəti "Yeni Şafak" qəzetində yayımlanıb. O, bu yaşdan sonra nəyi isə dəyişməklə bağlı heç bir məqsədinin olmadığını deyib. "Mənə qarşı bütün qara təbliğat kompaniyası sona gələndə dostlarımın da sakitləşəcəyi qənaətindəyəm". Qeyd edək ki, Fətullah Gülən Prezident Abdullah Gülə göndərdiyi məktubun Baş nazirə də göstərilməsini istəmişdi. |
2014-01-06 | 5,812 | Ərdoğanın mikrofonu açıq qaldı və... – Video | Türkiyənin Baş naziri R.T.Ərdoğan ilə müavini Bəşir Atalayın dialoqu mikrofon açıq qaldığı üçün eşidlib. "Axar.az" xəbər verir ki, Baş nazir Ərdoğan dünən axşam Yaponiya səfərindən əvvəl "Atatürk" Hava Limanında mətbuat konfransı təşkil edib. Konfrans bitən kimi müavini Bəşir Atalay Ərdoğana tərəf əyilərək: "Cənab Baş nazir Dövlət Şurası qanunu idi keçən həftə onu geriyə atdıqmı?" - deyir. Ərdoğan isə qarşılığında: - Onu indi eləmirik. Atalay: - Yerinə nə qoyacağıq? Ərdoğan: - Şeyi qoyacağıq. Həmin vaxtı Enerji və Təbii Sərvətlər naziri Tanər Yıldız masadakı mikrofonun açıq qaldığını görüb və dərhal mikrofonu söndürüb. Ərdoğan ilə Atalayın dialoqu bir müddət davam edib. |
2014-01-06 | 5,813 | Qarabağ problemi həll olunmayacaq – Şərh | "Ermənistanın Gömrük İttifaqına daxil olması ilə Dağlıq Qarabağın həllində heç bir irəliləyiş olmayacaq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Qafqaz İnstitutunun direktor müavini Serqey Minasyan çıxış edib. O, 2014-cü ildə Dağlıq Qarabağın həllinə ümid etməyin mənasız olduğunu bildirib: "2014-cü ildə Ermənistanın Gömrük İttifaqına qəbul olunmasından sonra Dağlıq Qarabağ məsələsində irəliləyişə heç bir ümid etməyə dəyməz. Hər hansı bir neqativ situasiyanın baş verməməsi üçün də liderlər hər şey etməyə hazırdırlar. Hazırda regiondakı geopolitik şərait hər hansı irəliləyişin baş verməsinə şərait yaratmır". |
2014-01-06 | 5,814 | Səfər Əbiyev ölkəni tərk etdi | Azərbaycanın sabiq Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev hazırda Çexiyada səfərdədir. "Axar.az"ın "Publika.Az"a istinadən verdiyi məlumata görə, sabiq nazir yeni ili bu ölkədə qarşılayıb. S.Əbiyev Azərbaycana bu həftə dönəcək. Xatırladaq ki, 1995-ci ildən Azərbaycan Respublikasının Müdafiə naziri vəzifəsində çalışan Səfər Əbiyev 22 oktyabr 2013-cü ildə Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. |
2014-01-06 | 5,815 | Günahkar yağış | Keçən gün Bakıya yağış yağdı. Nə yazıq ki, səmadan yerə təşrif buyuran zərif damlaların qismətinə incə duyğuları oxşamaq düşməyib. Amma bu damlaların günahı deyil. Öz ana bətnindən - buluddan ayrılarkən damlalar saf su zərrələridir. Onlar təmiz və pakdırlar. Ancaq onların taleyi düşdükləri yerdən asılı olaraq dəyişir. Ankarada, Kiyevdə, Londonda, Parisdə onlar yerdə də göydə olduğu kimi təmizdirlər, şəffafdırlar. Yerə düşdükləri an sanki daş piltələr susuz torpaq həsrəti ilə onları udur, görünməz olurlar. Vay Bakıya düşən damlaların halına... Yerdə onları dolub-daşacaqları çirkab gölməçələri, lilə, palçığa çevirəcək toz-torpaq gözləyir. Bu şəhərdə insanlar onları sevmirlər. Çünki hər damla şəhərin küçələrində yürüyən insanlar üçün özü qədər çətinlik, natəmizlik yükü gətirir. Küçələrdə iri çirkab gölməçələri, şütüyən maşınların insanların üst-başına sıçratdığı çamur parçaları, səkilərdəki palçıq izləri və bir də deyinən insanların narazı səsləri göy üzündən ayrılan yağış damlalarının çəkdiyi Bakı boyda "qara kvadrat" tablosudur. Şəffaf damlalar bu şəhəri qara, boz rəngə boyayır. Yağış yağanda bu şəhərdə sevgililər, hisslərini damlaların axışında rəqs etdirməyi sevən duyğulu qəlblər, yağışda islanmağı əyləncəyə çevirən çılğın gənclər sevinmirlər. Sevinənlər yalnız müştəri bolluğundan cuşa gələn "yuyucu"lardır. Çirkli, palçıqlı avtomobillərin növbəsindən qazananlar üçün bu şəhərin çirkab və çamuru bərəkətli çörək ağacıdır. Bakının yolları yağışlı havada şəhərin sinəsinə çəkilmiş sinə dağına bənzəyir. İldə iki dəfə üzü qaşınıb asfaltlanan, tez-tez libas dəyişən varlı, zəngin ədası ilə baxımsız, çala-çuxurlu, şəhərin daxili yollarına sanki təşəxxüs satan mərkəzi küçələr fərqlənməyə çalışır. Sanki onlar heç eyni şəhərdən deyillər, eyni insanlar üçün salınmayıblar. Bəzəkli, düzəkli mərkəz yolları yağış damlaları altında nə qədər nazlanmağa çalışsalar da, şütüyən maşınların ətraf yollardan üstünə yığdıqları çırkab, çamur bu dəbdəbəyə zövqsüz şəkildə üzə çəkilmiş kosmetikanın vulqar görüntüsünü verir. Damlalar hər yerə toxunuşunda bir gerçəyi bu şəhərin başına döyəcləyirlər sanki... Bir küçənin tozu-torpağı, çamuru o küçədə qalmır, mütləq digər küçələrə də sıçrayır. Bizsə yağışın ezop dilini dinləmədən günahı yağışda görürük, dərdin göydən yağdığını zənn edirik. Bu yağış kəsəcək, palçığa bulanmış ayaqqabılar, maşınlar yuyulub təmizlənəcək. Sonra küçələrdə quruyub qalmış palçığın, lilin toz-torpağı yenə şütüyən maşınların təkərləri altından havaya qalxacaq. Biz də bu tozu uda-uda yağışın kəsməsinə görə şükür edib, toz-dumana görə yağışın qarasınca deyinəcəyik. Küçələri yuyulmayan, yolları çala-çuxur, səkiləri bərbad olan, iri tikililərin arasında sıxışdırılıb sanki boğulmağa çalışılan şəhərin sakinləri yolsuzluğun yollarında əsir-yesir ola-ola yağış yağmadıqca özlərini daha rahat hiss edəcək. Çünki bütün günahlar yağışdadır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.