date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-01-31 | 7,778 | Kilsədə porno qalmaqalı - Foto | ABŞ-da 45 yaşlı missionerin pedofil çıxması cəmiyyətdə böyük səs-küy yaradıb. "DailyMail"in verdiyi məlumata görə, ABŞ-da keçmiş bir missioner olan 45 yaşlı Varren skot Kennelin gizlətdiyi fotolar üzə çıxıb. Bu zaman Kennelin 58 il həbsə məhkum edilib. Vaxtının çoxunu Brazilyada keçirən missionerin işdən çıxmasından sonra azyaşlıları zorlamasına dair şikayətlər çoxalıb. ABŞ-ın Orlando şəhərində saxlanılan Kellenin kompüterindən kilsədə çəkilmış 940 foto və video aşkar edilib. Aşkar edilən maeriallar isə uşaq pornoqrafiyası olduğunu göstərib. Qeyd edək ki, 58 il həbs cəzası alan keçmiş missioner günahını qəbul edərək, "çox adamı incitmişəm", - deyib (Anspress). |
2014-01-31 | 7,779 | Qazaxda qəza: 2 ölü 2 yaralı | Bu gecə Qazax rayonu, Əzizbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus "BMW" markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıb. "Axar.az" xəbər verir ki, hadisə yerinə FHN-in yanğınsöndürən-xilasediciləri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil ağır deformasiyaya uğrayıb, sürücü və avtomobildə olan şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri ağır bədən xəsarətləri alaraq həlak olub, digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik texnikası qaydalarına riayət edərək xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan şəxsləri və həlak olanların cəsədlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:13-də başa çatıb. Bərdə şəhərində də yanğın olub. Şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan mebel mağazasının lambirdən ibarət tavanının yanar konstruksiyaları 36 kv.m sahədə və mağazada olan mebellər 18 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi ysnğından mühafizə olunub. Yanğın saat 22:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-31 | 7,780 | Fidel Kastro prezidentlərlə görüşüb | Fidel Kastro prezidentlər Evo Morales (Boliviya), Daniel Orteqa (Nikaraqua) və Rafael Korrea (Ekvador) ilə "qardaşlıq görüşü" keçirib. "Axar.az" APA-ya istinadən məlumat verir ki, Granma nəşrinin məlumatına əsasən, görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib. Məlumata görə, liderlər "kəskin yoxsulluğu, savadsızlığı, yaşayış üçün əlverişsiz şəraiti və bərabərsizliyi azaltmaq istiqamətində birgə çalışmağa razılığa gəliblər". Bundan başqa, onlar vəfat etmiş Venesuela prezidenti Uqo Çavesin xatirəsini anıblar. |
2014-01-31 | 7,781 | Bakıda "Chevrolet " və "ZİL" toqquşdu: xəsarət var - Foto | Bakının Xətai rayonu, Kövkəb Səfərəliyeva küçəsində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, "10 RS 042" dövlət nömrə nişanlı "Chevrolet Lacetti" markalı avtomobilin sürücüsü sərt döngədə idarəetməni itirərək yol kənarında dayanan "ZİL" markalı yük maşınına çırpılıb. Sürücü xəsarət alıb, hər iki maşına ciddi ziyan dəyib. Hadisə şahidlərinin sözlərinə görə, "Chevrolet"in sürücüsü döngəyə sürətlə daxil olub və qar yağması səbəbindən yolun buz bağlamasını nəzərə almayıb. Faktla bağlı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır. |
2014-01-31 | 7,782 | Fermaların birində onlarla insan cəsədi aşkarlanıb | Meksikanın Koauila ştatında polis fermaların birinin ərazisində onlarla insan cəsədlərinin qalıqlarını aşkarlayıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, cinayətkarlar öldürülmüş insanların cəsədlərini yandırmaqla qətl faktlarını gizlətməyə çalışıblar. Hadisə yerində cəsədlərin qalıqları, güllə izləri olan paltarlar, yüzlərlə güllə gilizləri və cəsədlərin yandırılması üçün istifadə edilmiş dəmir çənlər aşkarlanıb. Məlumata görə, qeyd olunan ferma yerli cinayətkar qrupunun nəzarəti altında olub. |
2014-01-31 | 7,783 | Bakıdan cəbhəyə ağır döyüş texnikası daşınır - Foto | "Yeni Müsavat"ın reportyor qrupu erməni tutulan kənddən yazır; Tovuzun Əlibəyli və Hacallı kəndləri gülləbaran altındadır, kəndlilər isə ermənini hərbçilərin yox, özlərinin tutduğunu deyirlər. Əlibəylinin keçmiş döyüşçüləri: "Biz döyüşməyə hazırıq" |
2014-01-31 | 7,784 | M.Ə.Rəsulzadəni məzara endirən adam danışır | Artıq M.Ə.Rəsulzadə və onun silahdaşları ilə birbaşa ünsiyyətdə olan insanların sayı demək olar ki, azalıb. Nə yazıq ki, bu insanların yaddaşlarında o illərlə bağlı canlı qalan tarix də onlarla birlikdə gedir. Bu insanlardan biri də Ankarada yaşayan professor Yəhya Taşdələndir. "Axar.az" olaraq Yəhya bəylə Rəsulzadə, onunla tanışlığı və dəfni haqqında xatirələrini bölüşdük. Bəlli oldu ki, Yəhya bəy M.Ə.Rəsulzadə ilə 1952-ci ildə tanış olub: "Rəsulzadə 1950-ci ildə Ankaraya gəldiyi vaxt mən tələbə idim. Azərbaycan Kültür Dərnəyində Rəsulzadənin Həmid adlı çox yaxın dostu var idi. O mənə dərnəyə yazılmağı tövsiyyə etdi və mən məhz burada Rəsulzadə ilə tanış oldum. Rəsulzadənin əlindən öpdüm, o da mənim üzümdən". Bu görüşdən sonra Rəsulzadə ilə davamlı təmasda olan Yəhya bəy Azərbaycanı sevməyi məhz bu böyük öndərdən öyrəndiyini deyir: "O zamanlar 22 yaşlı bir gəncdim, kargüzarlıq işlərində könüllü iştirak edir, onun yanında təcrübə keçməkdən qürur duyurdum. Öz övladı kimi məni sevərdi . Bir gün getməyəndə isə, "Ay balam, harada qaldın? Özlətdin özünü..." deyərdi. Sonralar mən onun xanımını da gördüm, əllərindən öpdüm". Onda bir inam vardı ki, Azərbaycanı gənclik xilas edəcək Yəhya bəy 1955-ci ildə Rəsulzadə vəfat etdiyi zaman cənazə mərasimində iştirak edib və dediyinə görə həmin günü indiki kimi xatırlayır. Gənc olduğum üçün onun cənazəsini dostları ilə birgə məzara endirənlərdən biri olub: "Mən məzara enib onun endirilməsinə yardım etdim. Cümhur başqanının cənazə törəninin Hacı Bayram camisindən məzarlığa gedənə qədər şəkillərini də mən çəkmişəm. O şəkilləri Xalid Bahadıra göndərmişəm. Sabah-biri gün böyük öndərin muzeyi açılarsa, o şəkilləri qoymaq olar. Həmin mərasimdə çox adam vardı. Azərbaycanı və öndəri sevənlərin hamısı orda iştirak edirdi. Çoxlu çələnglər, qərənfillər vardı". Sonda isə Yəhya bəy M.Ə. Rəsulzadəni Atatürk qədər sevdiyini bildirdi: "Çünki Rəsulzadə mənimçün Atatürklə eynidir". |
2014-01-31 | 7,785 | Bir sutkada 50 atəşkəs pozuntusu - Rəsmi | Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 50 dəfə pozulub. Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat daxil olub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. |
2014-01-31 | 7,786 | Suyun verilməsi dayandı, yollar bağlandı – “Qışa hazırıq” | Qar yağması səbəbindən sular donduğu üçün bəzi fərdi və bina evlərində su problemi yaşanır. "Axar.az"a Bakı şəhəri Nərimanov rayonu sakinlərindən daxil olan şikayətə görə dünəndən başlayaraq fərdi və bina evlərində su gəlmir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən mühəndis Nailə Məlikova bildirdi ki, hazırda Nərminov rayonun Fətəli Xan Xoyski küçəsində təmir işləri gedir. Tezliklə suyun verilməsi bərpa olacaq. Bəli, ümumilikdə bəzi evlərdə su boruları donub. Bunun üçün əməkdaşlarımız problem həll etməklə məşğuldurlar. Qeyd edək ki, Bakı-Sumqayıt yolunda maşınların hərəkəti mümkünsüz olub, şəhərin bəzi yerlərində marşrutlar yolların buz bağlaması səbəbindən işləmir. Xatırladaq ki, dünən "Azərsu" da daxil olmaqla, dövlət qurumları qışa tam hazır olduqlarını bildirmişdilər. |
2014-01-31 | 7,787 | “Problemlər mövcuddur”- “Bakıelektrikşəbəkə” ASC | "Bakıda fərdi yaşayış evlərində elektrik enerji verilişində problemlər var". "Axar.az" "AzNews.az"-a istinadən xəbər verir ki, bunu açıqlamasında "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. T. Mustafayev bildirib ki, paytaxtda havanın qarlı və küləkli olması səbəbindən paytaxtın Sulutəpə, Binəqədi və bir sıra kənd və qəsəbələrinin bəzi yerlərində, fərdi yaşayış evlərində elektrik enerjisinin verilməsində problem yaranıb. Hətta bəzi yerlərdə enerji infrastrukturu demək olar ki, iflic olub. O vurğulayıb ki, "Bakıelektrikşəbəkə" paytaxtda baş vermiş enerji qəzalarının nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlərə başlayıb: "Hazırda Səhmdar Cəmiyyətin xüsusi briqadaları qəzanın baş verdiyi ərazilərə təhkim olunub və qısa zamanda abonentlər elektrik enerji ilə təmin olunacaqlar. Sözügedən yerlərdə elektrik enerjisində problemlərinin yaranma səbəbi vətəndaşların fərdi evlərinə çəkdikləri xətlərdə çoxlu sayda qırılmalar baş verib. Hazırda yeraltı elektrik xətlərinin olduğu ərazilərdə enerji təminatı normal qaydadadır". T. Mustafayev əlavə edib ki, "Bakıelektrikşəbəkə" qarlı hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində çalışır: " "Bakıelektrikşəbəkə" ASC abonentlərdən xahiş edir ki, yarana biləcək hər hansı problemlər haqqında "199 - Qəza Xidməti"nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq". |
2014-01-31 | 7,788 | Bağlı olan yolların - Siyahısı | Yanvarın 30-da axşam saat 22:00-dan gecə saat 3:00-dək Bakı-Şamaxı yolunun 25-ci km-dən 55-ci km-ə qədər çovğun olması ilə əlaqədar Bakıya sərnişin daşıyan və digər şəxsi nəqliyyat vasitələrində 100-dən çox insan qalıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Şöbə rəisinin sözlərinə görə, bu müddət ərzində həmin sərnişinlər Yol Patrul Xidməti avtomobillərinin köməyi ilə təxliyə olunaraq Bakı şəhərinə çatdırılıblar: "Hazırda ərazi üzrə yol istismar idarələrinin iştirakı ilə yollarda xidmət aparılır və bütün ərazilərdə yolun qardan təmizlənməsi prosesi davam edir. Amma qarın güclü yağması səbəbindən qreyderlər yolların təmizlənməsini vaxtında çatdıra bilmirlər. Qreyderlər 50-60 km məsafədə keçəndən 15 dəqiqə sonra qar yerə oturur, avtomobillər keçən kimi bərkiyir və buzlaşma gedir". K.Əliyev respublika ərazisində qar yağması ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı ərazilərin adlarını da açıqlayıb: "Hazırda Bakı-Şamaxı yolunda qar yağır, yolun səthi buzdur. Yolun 15-ci km-dən 45-ci km-ə qədər çovğundur, nəqliyyat vasitələrinin hərəkəti məhduddur. Bakı-Quba yolunda 83-cü km-ə qədər yol açıqdır, qar yağır. Amma 83-cü km-dən sonra yolun mərkəzi hissəsi buz bağlayıb. Bakı-Qazax yolunda qar yağır, hərəkət çətindir. Yolun 14-cü km-dən 24-cü km-ə qədər çovğundur. Ağsu-İsmayıllı ərazisində hərəkət məhduddur, qar yağır. Oğuz-Qəbələ ərazisində hərəkət məhduddur, qar yağır. Yevlax-Zaqatala yolunda hərəkət var, lakin qar yağır. Ələt-Astara yolunda qar yağsa da, hərəkət var. Sabirabad-İmişli ərazisində də qar yağır, amma hərəkət var". Bununla əlaqədar K.Əliyev Baş Dövlət Yol Polisi İdarəsi adından bir daha sürücülərə müraciət edərək onlara yollarda ehtiyatlı olmağı tövsiyə edib: "Sürücülərə və avtomobil sahiblərinə qeyd olunan istiqamətlərdə mümkün qədər fərdi nəqliyyat vasitələrindən az istifadə olunması və qeyd edilən ərazilərdə yalnız hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Çünki bəzi ərazilərdə hərəkət məhduddur, hətta covğuna görə hər iki oxu aparıcı olan avtomobillərin də hərəkəti çox çətindir". *** Paytaxt ərazisində qarlı hava ilə əlaqədar olaraq təhlükəli yolların siyahısını açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, hazırda paytaxtın Babək, Tbilisi, Neftçilər prospektində yollarda buzlaşma müşahidə edilir. Heydər Əliyev prospektinin sağ hərəkət hissəsində yol qəzası baş verdiyi üçün hərəkətdə müəyyən sıxlıqlar yaranıb. V.Əsədov həmçinin bildirib ki, hazırda müvafiq qurumlar küçə və prospektlərin qardan təmizlənməsi üçün lazımı tədbirlər görünür. Şöbə rəisi yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərdən diqqətli olmağı, idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etməyi, yüksək sürətdən uzaq olmağı məsləhət görüb. |
2014-01-31 | 7,789 | Prezidentə qarşı unikal etiraz aksiyası - Video | İspaniya "Kral Kuboku"nda gözlənilən hadisə baş verib. "Axar.az" xəbər verir ki, "Rasinq"in futbolçuları meydana çıxmaqdan imtina ediblər. Belə ki, "Kral Kuboku"nun 1/4 final mərhələsinin ilk oyununda "Real Sosyedad"a 1:3 hesabı ilə yenilən "Rasinq" dünən gecə cavab matçını keçirməli idi. Uzun müddətdi maaşlarını ala bilməyən komandanın üzvləri bir neçə gün əvvəl prezident Angel Lavin istefa verməyəcəyi halda, bu oyuna çıxmayacaqlarını bildirmişdilər. "Rasinq"in oyunçuları bu gecə meydana çıxıb. Lakin hakimin start fiti çalınan kimi meydanın mərkəzində çiyin-çiyinə dayanaraq etiraz aksiyası keçiriblər və hərəkət etməyiblər. Bunu görən "Real Sosyedad" futbolçuları bir müddət öz aralarında paslaşıb və daha sonra topu meydandan çıxarıblar. Matçın hakimi isə "Rasinq"in kapitanı ilə danışdıqdan sonra matçı təxirə salmaq qərarına gəlib. |
2014-01-31 | 7,790 | “Əli İnsanov bu gün azadlığa çıxa bilər” | "Əli İnsanovla bağlı hökmlər bu gün ləğv olunmalıdır, qanun belə tələb edir".Bu barədə sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev "Publika.Az"a açıqlamasında bu gün keçiriləcək məhkəmə iclası ilə bağlı deyib. Vəkil bildirib ki, sabiq nazirin azadlığa çıxmaq ehtimalı yüksəkdir, bunu qanun da tanıyır: "Bu günlərdə Ali Məhkəmənin plenum iclası keçirildi və orda 2003-cü il hadisələri ilə bağlı ittiham olunana müxalifət liderləri ilə bağlı bütün hökmlər ləğv edilərək birinci intansiyaya göndərildi. Bu da analoji işdir. Ora da Avropa Məhkəməsinin 6-ı maddə ilə bağlı qərarı idi. Burda da eynidir. Bu baxımdan hesab edirik ki, eyni forma Əli İnsanovun da işinə tətbiq olunmalı, ən azından iş birinci instansiyaya göndərilməlidir. Bizim bununla bağlı gözləntilərimiz var". Qeyd edək ki, "Yeni Müsavat" qəzeti hökumətdəki mənbələrə istinadən xəbər yayıb ki, Ə. İnsanovla hökumət arasında razılıq əldə olunub və o, azadlığa çıxdıqdan sonra siyasi proseslərə qoşulmaması şərti ilə bu gün azad edilə bilər. T. Babayev isə bunu təkzib edir: "Bu yalandır, belə bir şey mümkün deyil. əgər belə olsaydı, bu günə qədər gözləmək lazım gəlməzdir". Xatırladaq ki, Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb. 2013-cü il martın 14-də Ə. İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Ə. İnsanova 10 min avro kompensasiya da ödəməlidir. |
2014-01-31 | 7,791 | Səlim Müslümov sığınacaqlar açdı | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il də müvəqqəti sığınacaqlar təşkil edib. Havaların kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən müvəqqəti sığınacağları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcəklər: 1. Nərimanov rayonu, Yaşıl bazarının yanı, Xətai prospekti 11; 2. Nəsimi rayonu, Nəsimi bazarının yaninda, Süleyman Rüstəm küçəsi 69; 3. Nizami rayonu, Xalqlar Dostluğu metro stansiyasının yanında, Q.Qarayev küçəsi 118; 4. Xətai rayonu, Baki kinoteatrının qarşısı, Sarayev küçəsi 20; 5. Yasamal rayonu, Xiyabani küçəsi 211. Məlumat əldə etmək ücün 142 etimad telefonuna müraciət etmək olar. Sığınacağlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunacaq. Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və dıgərləri bu xidmətdən istifadə edə bilərlər ("Aznews.az"). |
2014-01-31 | 7,792 | Qarlı havada xəsarət alanların - Sayı | Piyadaların sürüşüb xəsarət alması ilə bağlı rəqəmlər açıqlandı. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova "Axar.az"-a bildirib ki, gün ərzində 1600 çağırış olub. "Normal günlərdə də çağırışlar çox olurdu. Hava şəraiti ilə əlaqədar çağırışların sayı çoxalmayıb. Gecə saatlarında yalnız 2 qəza yerinə çağırış edilib". Z.Vahidova piyadaların buzlu yollarda sürüşmə halı ilə bağlı da 2 faktın qeydə alındığını söyləyib: "Onlardan biri xəstəxanaya yerləşdirilib. Vəziyyəti normaldır". Şöbənin baş həkimi hazırda həkimlərin operativ şəkildə işlədiyini qeyd edib. |
2014-01-31 | 7,793 | Leyla Əliyeva oxuculara müraciət etdi | "Bir ildən başqa bir ilə qədəm qoymaq bir çox xoş hiss və duyğularla müşayiət olunur. Burada həm Yeni il yolkasının könülaçan ətri, hədiyyələrin büküldüyü kağızların xəfif xışıltısı, bayram yeməklərinin ləziz dadı, sənə yaxın adamların göz oxşayan bərbəzəyi və əlbəttə ki, musiqi vardır. Doğma olan "V lesu rodilas yoloçka" mahnısından tutmuş, ildə bir dəfə hər bir evdə səslənən ötən illərin çoxsaylı hit mahnılarınadək". Bu sözləri Leyla Əliyeva "Baku" jurnalının redaktor səhifəsində yazıb. Ənənəyə görə, "Baku" jurnalının builki birinci nömrəsi jurnalın Baş redaktoru Leyla Əliyevanın öz oxucularına "Gözəl əhval-ruhiyyə" başlıqlı müraciəti ilə başlayır. Doğma şəhərinin vurğunu olan Leyla Əliyeva bakılıların Yeni il ovqatından, Bakının musiqi ənənələrindən söz açaraq bu dəfə də Azərbaycanın paytaxtını təkrar-təkrar öz oxucularına tanıdır: "....Mən bir daha əmin oluram ki, Bakı hər sahədə, o cümlədən musiqi mədəniyyətində bənzərsizliyini qoruyub saxlaya bilib. Yola saldığımız ildə burada çoxlu sayda yaxşı musiqi səslənib: Beynəlxalq Muğam Festivalının iştirakçılarını və "Gelikon opera"nın solistlərini dinləmək, caz korifeylərinin çıxışlarından zövq almaq, Qəbələ festivalının konsertlərində olmaq, Qara Qarayevin və Müslüm Maqomayevin xatirə gecələrində onların zəngin irsini yada salmaq mümkün olub". Baş redaktor ilk növbədə muğam və aşıq musiqimizin Avropa musiqisi ilə sintezinə nail olan "Üzeyir Hacıbəyli dühasını" xatırlayır. Məqalədə deyilir: "Onun Azərbaycanın musiqi mədəniyyətinə təsiri o dərəcədə güclü olub ki, o, Şərq ilə Qərbin bu sintezini hətta milli səviyyədə möhkəmləndirə bilib. Məhz Ü.Hacıbəylinin sayəsində tar və skripka, kamança və violonçel, ud və fortepiano füsunkar dialoqa girmiş, böyük müğənni Bülbül həm opera ariyalarını, həm də muğamları ifa edib. Bəstəkar musiqi təhsili sahəsində də ənənə və novatorluğun harmonik vəhdətinin bünövrəsini qoyub. Məhz belə bir təhsil hazırda bakılılara istər Berlin operasının səhnəsində, istərsə də "Eurovision" mahnı müsabiqəsində parlamaq imkanı verir". Leyla Əliyevanın fikrincə, Bakıda musiqini onun xiridarı olan heç olmasa bir neçə insanın toplaşdığı hər bir məkanda öyrənirlər. Əsası Yuli Qusman tərəfindən qoyulmuş Şən və Hazırcavablar Klubu gecələrinin ənənəsi, Elçin Əzizovun bu kulubdan Böyük Teatra aparan yolu, İsfar Sarabskinin müxtəlif ahəngli caz və muğam kompozisiyalarını birləşdirməsi buna gözəl nümunədir. L.Əliyeva yazır ki, "bakılıların musiqi mədəniyyətinin formalaşmasına çoxlu sayda fenomen təsir göstərib. Bunun sayəsində onlar ən müxtəlif musiqidən gözəl miks yarada bilirlər. Bakı yeni 2014-cü ilə məhz bu cür yüksək əhval-ruhiyyədə, gözəl dostların əhatəsində və sevimli musiqi hitlərinin sədaları altında qədəm qoyur. Həmişəki kimi parlaq və məzmunlu olan "Baku" jurnalının yeni nömrəsi bu dəfə də oxucuları son bir neçə ayda Azərbaycan paytaxtının mədəni həyatının ən maraqlı hadisələri ilə tanış edir: P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konserti və Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin beynəlxalq sərgisinin dünya premyerası, "ÜNS" Teatrında Müslüm Maqomayev haqqında "Beşikdən əbədiyyətə qədər" filminin premyerası, Heydər Əliyev Sarayında "Qorxma, mən səninləyəm. 1919" filminin premyerası, Bakı Caz Festivalı və rəssam Taus Maxaçevanın Muğam Mərkəzində mühazirələri, Lalla Essaydinin Müasir İncəsənət Muzeyində fərdi sərgisi, Nizami Kino Mərkəzində turizm mövzusunda filmlərin beynəlxalq festivalı və bir çox başqa hadisələr. Heydər Əliyev Mərkəzinin təqdimatı haqqında "Xüsusi reportaj" və layihənin memarı, dünya şöhrətli Zəha Hədidi ilə müsahibədə dünya memarlığında Mərkəzin rolunun qiymətləndirməsi, sərgi və konsert meydançası kimi potensial imkanlarının nümayiş etdirilməsi üçün iri dünya bürolarının memarlarının, layihəçilərinin və dizaynerlərinin Bakıya səfərindən söz açılır (AzərTac). |
2014-01-31 | 7,794 | Villa sahibi Xətai sakinlərinin suyunu kəsdi | Xətai rayonunun Əbilov qəsəbə sakinləri 3 gündür ki, susuzluqdan dözülməz şəraitdə yaşayır. Bu haqda "Axar.az"a qəsəbə sakinləri xəbər verib. Onlar bildiriblər ki, "Radiozavod"un yaxınlığında "Sadıqcan MTK" adlanan yerdə bir nəfər peyda olub. Minlərlə sakini olan Əbilov qəsəbəsindəki fərdi evlərə və ətrafdakı yeni hündürmərtəbəli binalara gedən su borusunu kəsərək qaynaq etdirib. Xətai rayon Su Kanalzasiya idarəsinin Yaqubova soyadılı səlahiyyətlisi faktı təsdiqləyib. Qeyd eib ki, 3 gündür adı çəkilən qəsəbəyə su vermək üçün yollar axtarılır. Rayonun Kommunal Təsərrüfat idarəsinin adının çəkilməsini istəməyən bir əməkdaşı isə deyib ki, qeyri-qanuni yolla tikilən villanın sahibinə hətta rayon rəhbərliyi və digər səlahiyyət sahiblərinin suyu açdırmaq cəhdi baş tutmayıb. Həmin şəxs evinin altında su borusu keçməyinə heç bir halda razı olmayacağını deyib. Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov hadisənin xoşagəlməz olduğunu, sakinlərin qış vaxtı susuz qalmasını pislədi və qeyd etdi ki, gün ərzində sakinlərə su veriləcək. |
2014-01-31 | 7,795 | Qarla başlayan həlledici “savaş” | Dənizlinin boynunda qalan cavabdehlik Fevralın 1-də Azərbaycan Premiyer-Liqasında ikinci dövrəyə start veriləcək. Həlledici mərhələnin ilk turunda maraqlı qarşılaşmalar gözlənilir. Qıs fasiləsindən hansı komandanın necə yararlandığı barədə ilkin təəssüratlara da bu turda sahib olacağıq. Düzdü, hazırlıqdan yeni gələn komandaların oyun planında müəyyən problemlər olacaq. Çünki yeni transferlərin heyətə adaptasiya olunması üçün vaxta ehtiyac var. Üstəlik 19-cu tur ərəfəsində Azərbaycana yağan qar stadionların öt örtüyünə də təsir edəcək. Bu da oyun keyfiyyətini aşağı salacaq. İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. Turun mərkəzi qarşılaşmasının "Qarabağ"la "Xəzər Lənkəran" arasında olacağı şəksizdi. Birinci dövrəni boşa verən "ağ-yaşıllar"ın çempionatın qalan dönəmində nəyə ümid bəslədikləri məhz bu qarşılaşmada aydın olacaq. Üstəlik, təcrübəli Mustafa Dənizli ilə Qurban Qurbanovun dueli də maraq kəsb edən amillərdəndir. İlk dövrəni lider kimi qapayan "Qarabağ"ın bu qarşılaşmada qalib gəlməsi komandanın çempionluq mübarizəsində əlavə motivasiyası ola bilər. "Xəzər Lənkəran" Antalyanı hamıdan sonra tərk etdi. Bəzi mütəxəssislər hesab edir ki, komandanın ölkəyə gec qayıtması "Qarabağ"la qarşılaşmada "ağ-yaşıllar"ın ziyanına işləyəcək. Bu qərarın cavabdehliyi də Mustafa Dənizlinin boynundadır. Bizim bildiyimiz odur ki, cənub təmsilçisinin bu mövsüm nəyəsə ümid bəsləməsi üçün məhz "Qarabağ"la qarşılaşmadan üzüağ çıxması vacibdir. "Qəbələ"nin "Sumqayıt"da qisası var Günün daha bir qarşılaşmasında "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Sözsüz, "Qəbələ" qış transfer dönəminin ən fəal klubudur. Əyalət komandası Marat İzmaylovu transfer etməklə "məqsədimiz çempionluqdu" mesajını vermiş oldu. Belə mesajdan sonra "Qəbələ"nin "Sumqayıt"la qarşılaşmada xal itirməyə haqqı yoxdur. Onu da qeyd edək ki, qəbələlilərin "Sumqayıt"dan alacağı intiqam da var. Çempionatın 3-cü turunda Sumqayıtda keçirilən qarşılaşmada "Qəbələ" bu komandaya məğlub olmuşdu. "Sumqayıt"a 2 dəfə məğlub olan komanda çempionluq "dəmi" vura bilməz. Syominini yetirmələri yəqin ki, bunun məsuliyyətini anlayırlar. Kasıbçılıq AZAL-ın işinə yaraya bilər Turun digər 3 qarşılaşması fevralın 2-də baş tutacaq. Hər 3 qarşılaşma Bakıda keçiriləcək. "İnter" "Şəfa"da AZAL-ı qəbul edəcək. Kasıbçılığın üzü qara olsun, AZAL maddi imkansızlıq ucbatından qış hazırlığını Azərbaycanda keçirdi. Ancaq ola bilsin ki, elə bu amil "təyyarəçilər"in işinə yarasın. Vaqif Sadıqovun yetirmələri yol yorğunu olan "bankirlər"i xalsız qoymaqla müflis edə bilərlər. Bütün hallarda AZAL-ın rəqibə ciddi müqavimət göstərəcəyi şəksizdi. "Neftçi" köhnə təəssürata yeni rəng qata biləcək? Günün daha bir qarşılaşmasında "Neftçi" "Simurq"u qəbul edəcək. "Ağ-qaralar" qış transfer dönəmində demək olar ki, heyətə yeni futbolçu qatmadılar. Təkcə Samir Məsimovdan başqa. Böyükağa Hacıyev "Neftçi"yə növbəti qayıdışını hələ ki, iddialı açıqlamalarla "yuyur". Hələ ki... "Simurq"la oyun Hacıyevin özünü növbəti dəfə təsdiq etməsi üçün bir imtahandı. Görək o, qarşılaşmadan sonra da iddialı danışa biləcək? "Simurq"un "Neftçi"yə ciddi müqavimət göstərəcəyinə kimsə şübhə etmir. "Ağ-qaralar"da oyun planında olan problemlər hələ yaydan bəri mövcuddur. Köhnə problemləri köhnə heyətlə aradan qaldırmaq mümkündür? "Simurq"la oyun köhnə təəsürata yeni rəng qata bilər. Güvencin dilinin də güvənci var? Fevralın 2-də keçiriləcək daha bir qarşılaşmada "Bakı" öz meydanında "Rəvan"ı qəbul edəcək. Hə, olduqca maraqla qarşılaşmadı. Yox, komandaların gücü baxımından demirik. Güvenc Kurtarın iddialarına əsaslanırıq. "Rəvan"ın türkiyəli çalışdırıcısı Azərbaycana ayaq basandan bəri dil boğaza qoymur. Güvencin dilinin də guvənci var? Bunu "Bakı" ilə oyunda biləcəyik. 1 fevral Sumqayıt - Qəbələ Hakimlər: AFFA nümayəndəsi: Oqtay Abdullayev. Hakim-inspektor: Şahin Cəfərov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 16.00. Axar.Az-ın proqnozu:10-30-60 Qarabağ - Xəzər Lənkəran Hakimlər: AFFA nümayəndəsi: Şaiq Həmidov. Hakim-inspektor: Asim Xudiyev. Tofiq Bəhramov adına ResAxar stadionu. Saat 17.00. Axar.Az-ın proqnozu: 40-30-30 2 fevral Bakı - Rəvan Hakimlər: AFFA nümayəndəsi: Rauf Əmirov. Hakim-inspektor: Məhəmməd Məmmədov. "Bakı"nın təlim-məşq bazasının stadionu, əsas meydança. Saat 13.30. Axar.Az-ın proqnozu: 60-20-20 Neftçi - Simurq Hakimlər: AFFA nümayəndəsi: Qürbət Həsənov. Hakim-inspektor: Əhmədağa Cabbarov. "Bakcell Arena". Saat 15.30. Axar.Az-ın proqnozu: 50-30-20 İnter - AZAL Hakimlər: AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Hakim-inspektor: Kərim Ağayev. "Şəfa" stadionu. Saat 17.00. Axar.Az-ın proqnozu: 40-30-30 |
2014-01-31 | 7,796 | Sumqayıt taksiləri qiyməti 20 manata qaldırdı - Foto | Maşın itələtdirmək üçün 1 manat verirlər Qarın yağması ilə əlaqədar yollarda sürüşmə yarandığından, axşam saatlarından başlayaraq, bəzi şəxslər bundan istifadə etmək qərarına gəluiblər. "Axar.az"ın müxbiri xəbər verir ki, Bakı-Sumqayıt yolunda maşınları itələmək üçün xüsusi dayanmış adamlar 1 manat müqabilində hərəkət etməkdə çətinlik çəkən maşınları itələmək təklifi edirlər. Sumqayıtdan Bakıya doğru hərəkət edən taksilərdə isə bu gün xüsusi qiymət artımı müşahidə olunur. Adi günlərdə bir sərnişini 1 manata aparan taksilərin qiyməti adambaşına 20 manat artırıb. |
2014-01-31 | 7,797 | Xaçmazda ev yandı | Bu gün səhər saatlarında Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. "Axar.az" FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz rayonu, Maqsudkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağının yanar konstruksiyaları və ev əşyaları 45 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-31 | 7,798 | Suriyada daha bir azərbaycanlı döyüşçü öldürüldü | Suriyada daha bir azərbaycanlı öldürülüb. "Axar.az" APA-ya istinadən məlumat verir ki, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Məlumata görə, "Muhammed" kimi tanınan azərbaycanlı döyüşçü Suriyanın Şam bölgəsində Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb. Mücahidlər onun meyitinin fotosunu yayıblar. Onun Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. |
2014-01-31 | 7,799 | Xaricə göndərilən 100 tələbənin faciəvi taleyi - Foto | "Məmməd Əmin Rəsulzadənin xaricə göndərdiyi tələbələrin taleyi çox faciəvi olub". Bu sözləri "Axar.az"a açıqlamasında professor Vaqif Sultanlı deyib. O, bununla bağlı Azərbaycanda ən yaxşı araşdırma aparan şəxsin Mövsüm Əliyev olduğunu, lakin onun həyatda olmadığını bildirib: "Bununla bağlı materialları Mövsüm Əliyev toplayırdı. Onların bioqrafiyasını yığırdı, çünki onların hamısını müəyyənləşdirmək mümkün deyildi. Onların taleyi necə olub, hara gediblər, bəlli deyil. Yalnız onu deyə bilərəm ki, onların bir qismi gəlib Azərbaycana, bir qismi də çıxıb gediblər. Məsələn, mənim yadımdadır, o vaxt Mövsüm Əliyev Rəsulzadənin iki məktubunu tapmışdı. O, məktublarda iki tələbənin adı keçirdi". V.Sultanlı həmçinin Məmməd Əmin Rəsulzadə ilə bağlı tədqiqatçının tapdığı bütün sənədlərin itdiyini qeyd edib. O, M.Əliyevin bu tələbələrin faciəvi taleyi ilə bağlı yalnız mətbuatda çap etdirdiyi materialların qaldığını bildirib: "Hə, sonradan onun evini buldozerə verdilər. Kimsə oranı alıb ev tikmək istəyirdi. Ona görə də hamısı batıb getdi. Yəni nə çap etdiribsə, o qaldı... Bu tələbələrin taleyi çox faciəvi olub. Pulları olmadığından kiminsə evində, bağında işləyiblər ki, yaşaya bilsinlər. Azərbaycan hökuməti onlara pul göndərə bilmirdi vaxtı-vaxtında... Son olaraq onu deyə bilərəm ki, tələbələr Cümhuriyyət işğala uğrayana qədər M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova müraciət ediblər". |
2014-01-31 | 7,800 | Fətullah Gülənin adından şübhəli səs yazısı yayıldı - Video | "Yutub" və "Vimeo" kimi video-paylaşım saytlarında Fətullah Gülənə aid olduğu iddia edilən yeni səs yazısı yayımlanıb. "Axar.az" xəbər verir ki, bu səs yazısının 2013-cü ilin 17 dekabr tarixindən (korrupsiya əməliyyatında bir neçə nazir övladının həbs olunduğu gün. – red.) əvvəl qeydə alındığı iddia olunur. Səs yazısında Fətullah Gülənə məlumat verən şəxs Ukrayna, Qazaxıstan və Türkiyədə yerləşən "Yapı" Beynəlxalq İnşaat və Xarici Ticarət Şirkətinin sahibi Süleyman Həmid Müftigil olduğu iddia edilib. 17 dekabr tarixində qeydə alındığı bildirilən səs yazısında Fətullah Gülən 17 dekabr əməliyyatlarından xəbərdar olduğunu qeyd edib. Apreldən sonra nazirləri biz təyin edəcəyik Səs yazısında Fətullah Gülən aprel ayından sonra bir çox dövlət adamlarını təyin edəcəyini bildirir: "Narahat olmayın. Aprel ayından sonra nazirləri, millət vəkillərini biz təyin edəcəyik". "Ergenekon" kimi uzanacaq Dialoqda Əli Ağaoğlu ilə bir neçə biznesmenin adı çəkilərək bu prosesin "Ergenekon" prosesi kimi uzanacağı bildirir: "Vallah, mən onu bilmirəm. Ancaq bildiyim bir şey var - bu məsələ "Ergenekon" kimi uzanacaq. Seçkiyə qədər uzanacaq. Axırda da bütün hökuməti, Nazirlər Kabinetini devirəcək". Bütün bunlarla bərabər yeni səs yazısında 70-ə yaxın millət vəkilinin AKP-dən istefa verəcəyi bildirilir. Həmçinin yeni bir partiyanın yaranacağı, o yeni partiyanın seçkilərdə 30 faiz səs toplayacağı vurğulanır. |
2014-01-31 | 7,801 | Vaqif Əsədov: 30 yol qəzası baş verib | Xocasən yolunda 30 yük avtomobili batıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, Bakı Şəhər İcra hakimiyyətinin Qış qarajının və yol polisinin birgə tədbirləri nəticəsində paytaxt ərazisi, xüsusilə paytaxtın mərkəzi qardan tam təmizlənir. V.Əsədov həmçinin bildirib ki, paytaxtın Yasamal rayonu, Günəşli qəsəbəsi və Xocasən-Sumqayıt istiqamətində nəqliyyatın hərəkətində problem yaranıb. Xüsusilə Xocasən-Sumqayıt istiqamətində 30 yük avtomobili yolda qalıb. Baş verən hadisə ilə əlaqədar qeyd edilən istiqamətdə tıxac yaranıb. Hazırda Bakı Şəhər İcra hakimiyyəti, Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin əməkdaşları hadisə yerində müvafiq tədbirlər görür. Şöbə rəisi həmçinin bu saata qədər paytaxt ərazisində 30 yol qəzasının baş verdiyini bildirib. Bu qəzalarda 4 sürücü hadisə yerindən yayınıb. Ümumilikdə baş verən qəzalarda xəsarət alan olmasa da, 3 piyada sürüşərək xəsarət alıb. V.Əsədov sürücülərə müraciətində idarə etdikləri nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamağı və mövsümi təkərlərdən istifadə etməyi, nəqliyyat vasitələrini sürət qutusunun birinci ötürücüsü ilə idarə etməyi, ümumiyyətlə, avtomobil sahiblərinə ictimai nəqliyyat vasitələri ilə hərəkət etməyi tövsiyə edib. |
2014-01-31 | 7,802 | Cavid Qurbanov yollardakı vəziyyətdən razıdır | Ölkənin yollarında vəziyyət nəzarət altındadır. Bu barədə jurnalistlərə "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov bildirib. O deyib: "Yollarda qar təmizləyən, qum və xüsusi maddələr tökən 1100 ədəd xüsusi texnika çalışır" ( Trend ). C.Qurbanov əlavə edib ki, ASC gündə üç dəfə yollardakı vəziyyət və görülən tədbirlər haqqında nəqliyyat naziri Ziya Məmmədova hesabat verir. Sinoptiklərin proqnozlarına görə, həftənin sonuna kimi respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. |
2014-01-31 | 7,803 | Qarlı hava təyyarə reyslərinə də təsir etdi | Qarlı hava şəraitinin müşahidə olunması bəzi təyyarə reyslərinin gecikməsinə səbəb olur. Azərbaycan Hava Yolları (AZAL) ASC-dən verilən məlumata görə, hazırda Moskva-Bakı təyyarə reysində gecikmə yaranıb. Bu həm də Rusiyada da havaların qeyri-sabit keçməsi ilə əlaqədardır. Belə ki, yerli vaxtla saat 12:00-da Bakıya çatmalı olan reys saat 13:50-yə qədər yubadılıb. Qurumdan qeyd olunub ki, ümumilikdə qarlı hava şəraiti AZAL işinə ciddi təsir göstərməyib: "Hələ ki, Bakıdan xarici ölkələrə nəzərdə tutulan uçuşlar vaxtında həyata keçirilir" ("AzNews.az"). |
2014-01-31 | 7,804 | Məktəblərdə tətil elan edilə bilərmi? | "Bakı şəhərindəki məktəblərdə 50 faizə qədər dərsə gecikmə və ya gəlməmək qeydə alınıb". "Axar.az"a daxil olan məlumata görə, bu gün Bakı şəhərində bir çox məktəblərdə dərsə davamiyyətlə bağlı ciddi problemlər olub. Havanın şaxtalı olması və yolların buz bağlaması şagirdlərin dərsə davamiyyətinə ciddi təsir göstərib. Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Cəsarət Valehli "Axar.az"a açıqlamasında bildirdi ki, bu gün Bakı şəhərindəki məktəblərdə davamiyyətdə hava şəraiti ilə əlaqədər problemlər var: "Təhsil Nazirliyinə məktəb direktorları tərəfindən verilən məlumata görə, çox sayda müəllim və şagird hava şəraiti ilə bağlı dərsə gəlməyib. Ən çox Qaradağ rayonunda bu cür hadisə müşahidə olunub. Ümumilikdə, Bakı şəhəri üzrə 30-40, hətta 50 faizə qədər məktəbə gəlməmək və ya gecikmək qeydə alınıb ki, bu da reallığı nəzərə aldıqda, üzrlü səbəbdir". Havaların bu cür davam etməsi durumunda Təhsil Nazirliyinin tətil elan etmək ehtimalı ilə bağlı sualımızı isə Cəsarət bəy bu cür cavablandırdı: "Önümüzdəki günlər istirahət günlərinə düşür. Ona görə də indidən bu barədə qəti söz demək mümkün deyil". |
2014-01-31 | 7,805 | Sumqayıtda bir nəfər köməksiz qaldı | Bir nəfər marşurut dayanacaqında köməksiz vəziyyətdə qalıb Sumqayıt şəhərində hava şəraitinin dəyişməsi və qarın yağması səbəbindən 1 nəfər kişi xəstə vəziyyətində marşurut dayanacaqda köməksiz vəziyyətdə qalıb. "Axar.az" FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxsi hadisə yerindən, 3 saylı xəstəxanaya çatdıraraq aidiyyəti üzrə təhvil verilıb. Əməliyyat saat 08:28-də başa çatıb. |
2014-01-31 | 7,806 | Dünən ölkədə 78 cinayət baş verib | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 4 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 27 nəfər tutulub. |
2014-01-31 | 7,807 | Biz niyə silahlanmalıyıq, axı?! | 30 yanvar tarixində Sarkisyan Çexiya Prezidenti Miloş Zemanla görüşəndə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Məsələn, deyib ki, danışıqlar prosessin dalana dirənməsinin səbəbi Azərbaycanın silahlanma yarışı aparması və hərbi ritorikadan əl çəkməməsidir. Bu fikirlərin doğruluğunu və tərəflər baxımından nə qədər təsirli olduğunu təhlil edə bilərik. Bəli, Azərbaycan Respublikasının illik dövlət büdcəsinin hərbi xərclərə aid olan hissəsi Ermənistanın bütün dövlət büdcəsindən çoxdur, 4 milyard dollara yaxındır. Azərbaycan öz hərbi sənayəsini artırdığı kimi (2013-cü ildə 790-dan çox növdə hərbi məhsullar istehsal olunub), Türkiyə və İsrail kimi dövlətlərlə ortaq hərbi məmulat istehsal etdiyi kimi, Ukrayna, Belorusiya, Rusiya və İsrail kimi dövlətlərdən hər il toplam dəyəri 1 milliard ABŞ dollarını keçən silahlar da alır. Heç şübhəsiz, Azərbaycan dövlətinin bunu həyata keçirə bilməsinin arxasında ölkədə müşaiyət olunan iqtisadi artım, xüsusilə, neft qəlirləri müstəsna rol oynayır. Ermənistanın bu imkanları yoxdur, iqtisadiyyatı və demoqrafik vəziyyəti olduqca pisdir, illik dövlət büdcəsi 3 milyard ABŞ dollarını keçmir. Belə bir vəziyyətdə bədnam qonşumuz sosial problemərini belə həll edə bilmir. Lakin hamisi olan Rusiya Ermənistan ilə Azərbaycan arasındaki hərbi balansı öz məqsədləri doğrultusunda qorumağa çalışır. Bəzən Ermənistana silah satır, bəzən bağışlayır, bəzən də həmin ölkədə olan 102-ci hərbi bazasını gücləndirir. Belədirsə, Ermənistan niyə təşvişə düşüb? Məsələ budur ki, Ermənistana bu hərbi yardım onun müstəqilliyi bahasına başa gəlir. Ermənistan həm xarici siyasətində sərbəst deyil, həm xarici və daxili borclanmalarla üz-üzədir, həm regiondaki infrastruktur lahiyələrindən kənarda qalır, həm də Rusiyaya olan borclardan dolayı öz iqtisadiyatının müxtəlif sahələrini rus şirkətlərinə satmağa məcbur olur. Halbuki bu asılılıq vəziyyəti olmasa idi, Ermənistan daxili sosial və iqtisadi vəziyyətini düzəldə bilərdi. Bəli, Azərbaycanın daim silahlanması Ermənistanı da buna vadar edir, lakin bu, Ermənistanın tükənməsi hesabına başa gəlir. Deməli, dövlətimizin silahlanma siyasəti işğalçı düşməni çökərtmə adına düzgün atılan bir addımdır. Sarkisyanın dilə gətirdiyi digər məsələ Azərbaycan tərəfindən səsləndirilən hərbi ritorikadır. Burada İkinci Dünya Müharibəsində istifadə olunan vasitələri yada salmaq istəyirəm. Hətta döyüşlərin aparıldığı zamanlarda belə qarşı tərəflər bir-birinin əsgəri və mülki əhalisinə qarşı aqitasiya işini həyata keçirirdi. Bunda məqsədi əsgərləri ruhdan salmaq, mülki əhalinin isə qarşı tərəfə simpatiyasının yaranması və əməkdaşlığa getməsini təmin etməkdi. Bunu radio yayımla, təyyarələrdən kağızların atılması ilə həyata keçirirdilər. Bu metodlardan istifadə olunmalıdır. Erməni dilində yayılan radio və TV verilişlərində Azərbaycan xalqının erməni xalqına düşmən kimi baxmadığı, bizim problemimizin Sarkisyan hökuməti və şovinist ünsürlərlə olduğu, Azərbaycanın daim inkişaf etdiyi və çiçəkləndiyi, ermənilərə qucaq açmağa hazır olduğu təbliğ edilməlidir. Ermənistanda pasifist və sülhpərəst hərəkətlər, xarici donorlar qrantlarla dəstəklənməli, Ermənistan cəmiyyətinə Azərbaycanla sülhün zərurəti aşılanmalıdır. |
2014-01-31 | 7,808 | Nazirlik süni qiymət artımının qarşısını ala bilmir – Rəsmi | "Biz yalnız lisenziyalı və taksometrlə təchiz olunmuş taksilərdəki süni qiymət artımına cavabdehlik daşıyırıq. Qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlarla isə mübarizə aparırıq və vətəndaşlara da dəfələrlə müraciət etmişik ki, bu tipli taksilərə əyləşməsinlər". Bu sözləri Bakı-Sumqayıt taksilərinin hava durumundan istifadə edərək qiymətləri 20 manata qaldırması xəbərinə münasibət bildirən Nəqliyyat nazirliyinin mətbuat katibi Namiq Həsənov "Axar.az"a dedi. N.Həsənovun sözlərinə görə bəziləri qeyri-qanuni fəaliyyət göstərdiyi üçün qiymət artımında da özbaşınalıq edir: "Hansı taksi fərqlənmə nişanlı və lisenziyalıdır, biz yalnız onlarla bağlı danışa bilərik. Liseniyalı taksilərdən isə bu vaxta qədər bizə süni qiymət artımı ilə əlaqəli heç bir müraciət daxil olmayıb. Bütün avtobus və taksi sürücülərinə də göstəriş verilib ki, havanın qeyri-sabit keçəcəyi günlərdə süni qiymət artımına yol verməsinlər. Əgər lisenziya ilə fəaliyyət göstərən nəqliyyat vasitələrində belə bir hal müşahidə olunsa, onlara müvafiq protokollar tətbiq olunacaq. Qanunsuz qiymət artımı isə dəllallıqdır". Nazirlik sözçüsü bildirib ki, qeyri-qanuni fəaliyyət göstərən taksilərin sayı 10-15 min civarındadır və faktiki olaraq onlarla mübarizə çətindir: "Onların hər birinə bir müfəttiş ayırmaq və qanunsuzluğu müəyyənləşdirmək mümkün deyil. Biz bir növ onlara qarşı mübarizədə çətinlik çəkirik. Gərək əhali özü də bu hallara qarşı mübarizə aparsın və aşkarladığı faktlarla bağlı bizə məlumat versin". |
2014-01-31 | 7,809 | Ərdoğan: “Prezidentin telefonu dinlənilib“ | Korrupsiya qalmaqalının araşdırılması zamanı Türkiyə Prezidenti Abdullah Gülün telefon danışıqları dinlənilib. Verilən məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Baş nazirin sözlərinə görə, digər rəsmi şəxslərin telefon danışıqları da dinlənilib. Qeyd edək ki, daha əvvəl verilən məlumata görə, Türkiyədə korrupsiya qalmaqalı haqqında iş üzrə istintaq zamanı Ərdoğanın telefon danışıqları dinlənilib. Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla onlarla insan saxlanılıb. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var. Məlumata əsasən, həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub ("Publika.Az"). |
2014-01-31 | 7,810 | Aşurbəy və Müşfiqabad məscidləri ilə bağlı bəyanat | Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İçərişəhərdəki Aşurbəy məscidində və Müşfiqabad qəsəbə məscidi iə bağlı bəyanat yayıb. QMİ-nin mətbuat xidmətindən daxil olan məlumatda deyilir ki, son günlər İçərişəhərdəki Aşurbəy məscidində və Müşfiqabad qəsəbə məscidində fəaliyyət göstərən icmalara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq nəzarətin təşkil edilməməsi və ora din xadimlərinin təyin edilməməsi ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif fikirlərə rast gəlinir. Bununla bağlı QMİ bildirir ki, adı çəkilən məscidlər İdarənin təşkilati tabeçiliyində deyildir: "Belə ki, həmin məscidlərdəki dini icmalar, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməmişlər və adı çəkilən məscidlərə QMİ tərəfindən din xadimlərinin təyinatı da həyata keçirilməmişdir. Əlavə edək ki, Müşfiqabad məscidinə toplaşmış bir qrup şəxsin qeyri-qanuni əməlləri nəticəsində orada vaxtilə mövcud olmuş dini icma özünü buraxmağa məcbur olmuşdur. Deyilən səbəblərə görə, Aşurbəy və Müşfiqabad məscidləri QMİ-nin təşkilati strukturuna daxil deyildir və buna görə də həmin məscidlərə tərəfimizdən heç bir din xadimi təyin edilməmişdir. Odur ki, özunu həmin məscidlərin imam, axundu kimi təqdim edənləri QMİ tanımır". |
2014-01-31 | 7,811 | Fransa arxivində ermənilərlə bağlı şok sənəd - Foto | Fransa XİN-in arxivində ermənilərin azərbaycanlılara qarşı cinayətlərini sübut edən sənəd aşkarlanıb. "Axar.az" xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin arxivində ermənilərin azərbaycanlılara qarşı törətdiyi tarixi cinayətləri sübuta yetirən vacib sənəd aşkarlanıb. Bu, Fransanın vaxtilə Tiflisdə fəaliyyət göstərən Qafqaz üzrə Ali Komisarı (səfiri) Damien de Martel tərəfindən 1920-ci ildə Fransa XİN-ə göndərilmiş və hazırda orada arxivində saxlanılan məktubdur. Məktubda Ali Komisar Ermənistanda, paytaxt İrəvan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla 4000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir. Məktubdan çıxarışda deyilir: "…Bu hərbi əməliyyatlara gəldikdə isə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda erməni qoşunları 40000-dən çox müsəlmanın (azərbaycanlının) məskunlaşdığı 25 tatar (azərbaycanlı) kəndini mühasirəyə alıblar. Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4000 nəfər Araz çayına tökülərək öldürülüb. Bu məktubda təfərrüatları sadalamaqla göstərmək istəyirəm ki, heç də həmişə "eyni əhali (xalq) kütləvi qırğına məruz qalmır..." Bu məktub, Fransanın Qafqaz üzrə Ali Komisarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilib. (Arxiv reyestri: Archives du Ministère des Affaires Etrangères de la République Française, microfilm P 16674) |
2014-01-31 | 7,812 | Rza Zərrab xəstəxananaya aparıldı | Həbsdə olan biznesmen Rza Zərrab xəstəxanaya aparılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rza Zərrabın diş ağrılarına görə səhhətində problem olduğu üzə çıxıb. Onun diş ağrıları çoxaldığı üçün bu barədə həbsxana nəzarətçilərinə məlumat verilib. Bundan sonra oradakı həkimlər Zərrabın xəstəxanaya aparılmalı olduğunu deyiblər. Qeyd edək ki, Rza Zərrab 17 dekabrda bir sıra məşhur şəxslərin həbs edildiyi rüşvət əməliyyatında tutulub. |
2014-01-31 | 7,813 | Sığınacaqlar necə fəaliyyət göstərir? - Foto | Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin hava şəraiti ilə əlaqədar qurduğu sığınacaqlardas gundəlik 3 dəfə yemək, yataq, isti çay verilir. Bunu sığınacaqlara baş çəkən "Axar.az" əməkdaşına Nərimanov rayonunda qurulan sığınacağa nəzarət edən Nərimanov rayon sosial müdafiə mərkəzinin rəhbəri Barat Allahverdiyev deyib. B.Allahverdiyevin sözlərinə görə, hər sığınacağın qarşısında növbətçi maşınlar xidmət göstərir: "Köməksiz vəziyyətdə qalan şəxslərin dərhal sığınacaqlara gətirilməsi üçün bu maşınlar hazırkı hava şəraitində 24 saat növbədədirlər. 142 qaynar xətt də fəaliyyətdədir. Vətəndaşlarımızdan xahiş edirik ki, köməksiz vəziyyətdə olan şəxs gördükdə, bu qaynar xəttə müraciət etsinlər". Qeyd edək ki, baş çəkdiyimiz sığınacaqların bəziləri yenicə qurulub tamamlanmışdı və hələ sığınacaqlarda xüsusi qayğıya ehtiyacı olana rast gəlmədik. Xatırladaq ki, Bakı şəhərində Nərimanov (Yaşıl bazarın yanı, Xətai prospekti-11), Nəsimi (Nəsimi bazarının yanında, Süleyman Rüstəm küçəsi-69), Nizami ("Xalqlar Dostluğu" metro stansiyasının yanında, Q.Qarayev küçəsi-118), Xətai ("Bakı" kinoteatrının qarşısı, Sarayevo küçəsi-20), Yasamal (Xiyabani küçəsi-211) rayonlarında sığınacaqlar qurulub. |
2014-01-31 | 7,814 | Zakir Həsənovdan daha bir sensasiyalı təyinat | Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanovun həbs edilərək istintaqa cəlb edilməsi haqda yayılan xəbərlər həqiqəti əks etdirmir. "Axar.az"ın əldə etdiyi dəqiq məlumata görə, Şahin Sultanov məzuniyyətə göndərilib, məzuniyyətdən qayıtdıqdan sonra isə işdən çıxarılacaq. Bu müddət ərzində onun səlahiyyətlərini müvəqqəti olaraq HDQ-nin qərargah rəisi 1-ci dərəcəli kapitan Yunus Məmmədov icra edəcək. Məlumatda o da bildirilir ki, Şahin Sultanovdan sonra onun vəzifəsinə müəyyən zaman kəsiyində Azərbaycan cəmiyyətində geniş müzakirələrə səbəb olan və heç də birmənalı qarşılanmayan şəxsin təyin edilməsi müzakirə mövzusudur. Amma onun işlədiyi sahənin mütəxəssisi olmasını nəzərə alan Müdafiə Nazirliyi bu təyinata yaşıl işıq yandırıb. Nazirliyin yüksək ranqlı zabitləri arasında aparılan müzakirələrindən sonra məsləhət görülüb ki, onun bilik və bacarığından istifadə edilsin. Hələlik Şahin Sultanovun yerinə təyin ediləcək zabitin kimliyi gizli saxlanılır. Bu təyinat haqda yaxın vaxtlarda dəqiq məlumat daxil olacaq. Xatırladaq ki, Müdafiə Nazirliyi yanvarın 30-da verdiyi məlumatda Şahin Sultanovun istefaya göndərilməsi xəbərini təkzib edib. "Minval.az" saytının bu gün verdiyi xəbərdə isə Şahin Mustafayevin həbs edilərək məsuliyyətə cəlb edildiyi bildirilir. |
2014-01-31 | 7,815 | Yanukoviçin atası faşistlərə xidmət edib – Sənəd | Yanukoviçin atası Fyodr Yanukoviç İkinci Dünya Müharibəsi illərində Belarusun Vileyka şəhərində milis rəisi işləyib. "Axar.az"ın məlumatına görə, bu barədə Belarusun "Xartiya -97" dərgisində arxiv materialları yer alıb. Sənədlərdə deyilir ki, Vermaxtın əmrlərinin yerində yetirilməsi hadisələri Minsk şəhərinin şimal-qərbindəki Maçki kəndində cərəyan edib. Kəndlilərin gün ərzində bir baş inəkdən 3 litr süd öhdəliyi varmış. Əmrdə deyilir ki, Vermaxt milis rəhbəri Yanukoviçə öhdəliyin yerinə yetirilməsinə nəzarəti şəxsən tapşırılıbmış. O, planı yerinə yetirməyənlərə qarşı cəza tətbiq edə bilərmiş. Maraqlıdır ki, NKVD-nin açıqladığı arxiv materiallarında da alman faşistlərinə "işləyən"lərin siyahısında maraqlı uyğunluq ortaya çıxıb. Belə ki, 5-ci nömrədəki şəxs Vitebsk vilayətinin Yanuki kəndinin sakini Fyodr Vladimiroviç Yanukoviç kimi göstərilib. Həmin şəxsin ad, soyad və doğum yeri Ukrayna prezidenti və onun atasının bioqrafiyası ilə tam üst-üstə düşür. |
2014-01-31 | 7,816 | Partiyalar Naxçıvanda Rəsulzadəni yad etdilər | VHP, AXCP, Müsavat və Ümid partiyalarının Naxçıvan Muxtar Respublika Təşkilatlarının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi Naxçıvan şəhərində qeyd olunub. Bu barədə "Axar.az"a VHP nin Naxçıvan muxtar respublikadakı təşkilatından məlumat verilib. Tədbirdə ziyalılar, gənclər və yerli müxalifət fəalları iştirak ediblər. Toplantıda Rəsulzadənin həyat və yaradıcılığı, Azərbaycan Xalq Cümhuriyyəti, Rəsulzadənin mühacirətdəki fəaliyyəti, Rəsulzadənin Azərbaycan milli dövlətçiliyinin təşkilindəki rolu barədə fikir mübadiləsi aparılıb. VHP Naxçıvan Muxtar Respublika təşkilatının sədri Fərid Əsgərli, Ümid partiyasının təşkilat sədri Faiq Əliyev, Müsavar Partiyasının muxtar respublika təşkilatının sədri Sabir Vəliyev və AXCP yerli təşkilat sədri Yaşar Bağırsoy, tarixçi Əgər Qəliloğlu çıxış ediblər, Rəsulzadə barədə danışıblar |
2014-01-31 | 7,817 | Mobil telefonun insan orqanizminə təsiri açıqlandı | Mobil telefonun şüalanmasının baş-beyin strukturlarına oksidləşdirici-reduksiyaedici təsiri var. Ağ siçovullar üzərində təcrübələr göstərir ki, təxminən 1 ayadək şüalanma beyin qabığında və qabıqaltı strukturlarda lipid peroksidləşməsi və oksigeni udma qabiliyyəti kimi göstəricilərin dəyişməsinə səbəb olur. Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev deyib. A.Qazıyev bildirib ki, beyin qabığında lipid peroksidləşməsinin zəifləməsi və oksigen udulmasının güclənməsinə səbəb olan şüalanma şəraiti qabıq altında əksinə, lipid peroksidləşməsinin güclənməsinə və oksigen udulmasının yavaşımasına gətirib çıxarır: "Beyinin müxtəlif nahiyələrində şüalanmanın əks istiqamətli effektləri elektromaqnit enerjisinin müxtəlif dərəcədə udulması ilə şərtlənən pro- və antioksidant təsirlərlə əlaqələndirilir. Misal üçün, göz büllurunun şəffaflığının itirilməsinə, yəni kataraktın inkişafına təsir göstərir. Ağ siçovullar üzərində aparılan təcrübələr göstərir ki, mobil telefonun EMŞ-nə 1 ay müddətində (gündə 20 dəq) məruz qalan orqanizmin göz büllurunda lipidlərin peroksidləşmə prosesləri müəyyən həddə qədər güclənir. Lakin bu orqanın normada yaxşı təşkil olunmuş antioksidant müdafiə sistemi, onun əsas elementlərindən biri olan qlütation öz aktivliyini artıraraq təhlükəli həddin aşılmasına yol vermir - redoks-status saxlanılır". İnstitut direktoru deyib ki, gələcək tədqiqatlarımızda büllurda redoks-statusun pozulmasına gətirə biləcək şüalanmanın müddəti, intensivliyi, orqanizmin funksional vəziyyəti və digər parametrlərlə bağlı şərtlərin üzə çıxarılması həyata keçiriləcək: "Onu da qeyd edək ki, əvvəlki eksperimentlərimizdə fizioterapiyada istifadə edilən 460 MHz tezlikli EMŞ-nin (uyğun dalğa uzunluğu mobil telefonda istifadə edilən desimetr diapazonuna daxildir) aşağı intensivliyində göz büllurunda süni surətdə yaradılmış oksidativ stress vəziyyətini - kataraktın inkişafını stimullaşdıran şəraiti - aradan qaldırmaq mümkün olub". A.Qazıyev deyib ki, tədqiqatlarımızın bu günə olan nəticələri mobil rabitə və fizioterapiyada istifadə edilən elektromaqnit şüalanmalarının (EMŞ) canlı orqanizmə xroniki təsirində həm prooksidant, həm də antioksidant reaksiyaların olması ehtimalını üzə çıxarır: "Hüceyrə membranlarının struktur və funksiyalarını bu və ya digər istiqamətdə modifikasiya etməklə EMŞ orqanizmdə gedən patoloji prosesləri sürətləndirə və ləngidə bilər. Mobil telefonların insanlara təsirinin qorxusu odur ki, məlumat dalğalarının tezlikləri ilə orqanizmin tənzimetmə tezliyi üst-üstə düşür. Yəni bizim beynimizdə məlumatların analiz olunma və ötürülməsinin dalğa intensivliyi, onların oxşarlığı və s. mobil telefonlarda ötürücülərin gərginliyi, dalğanın diapazonu ilə bəzən oxşar olur. Buradan o nəticəyə gəlmək olar ki, ifrat dərəcədə telefon və kompüterdən istifadə etdikdə o, parazit kimi beyinə daxil olur, beyindəki mexanizmlərin bir halqasına çevrilir. Ona görə də psixoloji durum zəifləyir. Belə hallarda telefondan istifadə edən şəxsə söz deyəndə, o eşitmir, buna dərhal başqa cür reaksiya göstərir. Mobil telefonlar daha çox oqranizmin antioksidant müdafiə sistemlərini tormozlayır, sıradan çıxarır". Onun sözlərinə görə, mobil telefonlardan istifadənin çox geniş vüsət almasını nəzərə alaraq, danışıq zamanı orqanizmin, əsasən də baş nahiyəsinin mobil aparatın şüalandırdığı elektromaqnit şüalanmasının təsiri altında olması bu təsirdən irəli gələn biofiziki, biokimyəvi dəyişikliklərin öyrənilməsini aktual edir: "Hazırda institutumuzda mobil rabitə və fizioterapiyada istifadə olunan elektromaqnit şüalanmalarının müxtəlif orqan və toxumalarda oksidant-antioksidant proseslərin balansına təsirinin öyrənilməsi üzrə tədqiqatlar gedir. Redoks-status adlanan bu balansın pozulması orqanizmdə müxtəlif funksional fəsadlara gətirib çıxara bilir"( Trend ). |
2014-01-31 | 7,818 | Zakir Həsənov səfirləri qəbul etdi | Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İtaliya və Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Campaolo Kutillonu və xanım Haydrun Tempeli qəbul edib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşlər zamanı bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib, ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. |
2014-01-31 | 7,819 | Şəhidlər Xiyabanındakı bayraq uçdu | Qar çovğunu Şəhidlər Xiyabanındakı dövlət bayrağını uçurub. "Axar.az" xəbər verir ki, bu barədə Hafta.az-ın hadisə yerində olan müxbiri xəbər verir. Yerə düşən bayrağın görüntülərini təqdim edirik. "Axar.az"ın Şəhidlər Xiyabanı yaxınlığında olan mənbələrdən öyrəndi ki, bayraq hələ də yerinə qaytarılmayıb. |
2014-01-31 | 7,820 | “28 may”da insident – saxlanılanlar var - Fotolar | Bir qrup gəncin qartopu oynamaq sevdası onlara baha başa gəlib. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 28 may metro stansiyasının qarşısında bir qrup gənc oğlan ilə üç qız arasında qar topu oynamaq üstündə insident baş verib. Qarşıdurmaya səbəb gənclərin yol ilə gedən qızlarla qartopu oynamaq istəyi olub. Gənclərin bu istəyi isə qızların narazılığıyla qarşılanıb. Nəticədə gənclər xanımların ünvanına nalayiq ifadələr işlədiblər. Tərəflər arasında yaranan gərginlik yaxınlıqda olan Post Patrul Xidməti əməkdaşlarının diqqətini cəlb edib. PPX əmkdaşları xanımların şikayəti əsasında hadisəyə müdaxilə edərək gənc oğlanları xidməti maşınlarla Nəsimi rayon 22-ci polis bölməsinə aparıblar. Hadisə ilə bağlı Ləman adlı zərərçəkmiş xanımlardan biri "Axar.az"a açıqlamasında bunları dedi: "Qəflətən üstümüzə hücum edərək bizi qartopuyla vurdular. Bundan sonra biz də onlara etirazımızı bildirdik, amma onlar bizə söyüş söyərək bu havada evimizdə oturmalı olduğumuzu dedilər". |
2014-01-31 | 7,821 | Müdafiə Nazirliyində 6 rəisə cinayət işi açıldı | Müdafiə Nazirliyinin 6 hərbi hissəsinin maliyyə xidməti rəisləri cinayət məsuliyyətinə cəlb olunublar. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən kollegiya iclasında baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib. O, qeyd edib ki, 2013-cü ildə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissələrinin sabiq maliyyə xidməti rəisləri Rüstəmov İlqar Faiq oğlunun, Əliyev Zaur Bayram oğlunun, Nəzərov Şahmar Məmməd oğlunun, Salamov Məmməd Akif oğlunun, Əliyev Rauf Əsgər oğlunun, Sadıqov Aydın Fəxrəddin oğlunun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci, 313-cü və 326.1-ci maddələri ilə cinayət işi başlanıb. Həmin cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib. |
2014-01-31 | 7,822 | Rəsulzadəni satan adamı siz də tanıyın – KQB arxivindən | Görkəmli araşdırmaçı Ədalət Tahirzadə Məhəmməd Əmin Rəsulzadənin həyatı ilə bağlı yeni tarixi faktları üzə çıxarıb. "Axar.az"a açıqlamasında tarixçi M.Ə.Rəsulzadənin həbsinə yardım edən şəxsin şəkillərini də təqdim edib: "1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra M.Ə.Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib. Bu "xidmətinə" görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar. Ə.Tahirzadə Ə.Səfərbəyov haqqında məlumatları və şəkilləri MTN-nin arxivindən əldə etdiyini bildirib: "Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman M.Ə.Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var. Lakin sonradan izi itirmək üçün onu güllələyirlər". Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov Ə.Tahirzadə eyni zamanda M.Ə.Rəsulzadəni həbsdən azad edildikdən sonra xaricə getməsinə yardım edən iki şəxsin xidmətlərini də vurğulayıb. Onun dediyinə görə, müsavatçı həkim Dadaş Həsənzadə və Kazan türklərinin görkəmli ilahiyyatçısı Musa Carulla Bigiyev Rəsulzadənin Sankt-Peterburqdan Finlandiyaya qaçmasına kömək ediblər. Musa Carulla Bigiyev "Məhəmməd Əminin Sank-Peterburqdan Finlandiyaya qaçışını təşkil edənlər içərisində müsavatçı Dadaş Həsənzadə də olub. Onlar Rəsulzadəni qayıqla Finlandiyaya aparıb çıxarıblar. Bu işdə ona Kazanda yaşayan ilahiyyatçı Musa Bigiyev də yaxından iştirak edib. Kommunustlər sonra D.Həsənzadəni ağır işgəncələr altında zindanda vəhşicəsinə öldürüblər. Lakin təəssüf ki, onun haqqında indiyədək bir məqalə yazılmayıb". Qeyd edək ki, M.Bigiyev "Qurani-Kərim"i Kazan türklərinin ana dillərinə tərcümə edərək hələ 1912-ci ildə nəşrinə nail olub. Həmin əsər 2010-cu ildə Tatarıstanın keçmiş prezidenti Şaymiyevin təşəbbüsü ilə yenidən çap olunub. Hazırda Musa Bigiyevin nəvəsi ilə dostluq əlaqələri olan Ə.Tahirzadə görkəmli ilahiyyatçının Azərbaycanda da tanınmasına çalışdığını deyib. Dadaş Həsənzadə |
2014-01-31 | 7,823 | Qar günortaya qədər 17 nəfəri xəstəxanalıq etdi | Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın verdiyi məlumata görə, bu gün səhər saat 09:00-dan günorta saatlarına qədər yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 17 müraciət daxil olub: "Müraciət edənlərin hamısı xəstəxanaya yerləşdirilib. Müraciətlər Xəzər rayonu istisna olmaqla Bakının bütün rayonlarından daxil olub. Zədələnənlər arasında qadınlar üstünlük təşkil edib. Onlar arasında ciddi xəsarət alan olmasa da hadisə nəticəsində sınıq, çıxıq kimi diaqnozlar qoyulub və lazımi tibbi yardım göstərilib. Bəzi insanlara isə ilkin yardım edildikdən sonra evlərinə aparılıb" (ANS). |
2014-01-31 | 7,824 | Qiymətlərin qaldırılması ilə bağlı açıqlama - Rəsmi/Yenilənib | Bu dəqiqələrdə Bakıda Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının iclası keçirilir. Bu barədə Şuradan bildirilib. Qeyri-rəsmi məlumata görə, iclasda elektrik enerjisi, su-kanaliziya və gediş haqları ilə bağlı məsələ müzakirə olunur ("Bakupost.az"). Xidmətlərə görə tariflərin artırılacağı istisna deyil. Azərbaycan hökumətinin kommunal və digər xidmətlərin bahalaşması ilə bağlı qrafik müəyyən etdiyi bildirilir. Qərarın bu gün qəbul ediləcəyi istisna olunmur. 20.52 Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının iclası keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Tarif Şurasının mətbuat katibi Abbas Əliyev bildirib. O vurğulayıb ki, bəzi KİV-lərdə bu gün Tarif Şurasının iclasının keçirilməsi və burada elektrik enerjisi, su-kanalizasiya xidmətləri və ictimai nəqliyyatda gediş haqları ilə bağlı məsələnin müzakirəyə çıxarılması və bu sahədə qiymətlərin yenidən qaldırılması məsələsinə baxılması qeyd olunur: "Amma biz Tarif Şurası olaraq əhalinin diqqətinə çatdırırıq ki, yayılan bu tip məlumatlara inanmasınlar. Tarif Şurasında kommunal və digər xidmət qiymətlərinə yenidən baxılması gündəmdə deyil və bunun üçün narahatçılığa heç bir əsas yoxdur". ("AzNews.az") |
2014-01-31 | 7,825 | Gözəl Aurelia Bakıdadır | Moldovanın insan haqları müvəkkili Aurelia Qriqoriu Bakıya gəlib. "Axar.az" xəbər verir ki, bu barədə ombudsmanın Feysbuk sosial şəbəkəsindəki hesabını idarə edən Dmitri adlı köməkçisi məlumat yayıb. O, A.Qriqoriunun fotoşəkilini paylaşaraq bu sözləri yazıb: "Aurelia Qriqoriu aeroportun birinci mərtəbəsi VİP salondan Bakıya, Azərbaycana səyahətə hazırlaşır". Qeyd edək ki, Moldovanın insan haqları müvəkkili Aurelia Qriqoriu Yerevanda Azərbaycan həqiqətlərini və Xocalı faciəsini Ermənistan parlamentində dediyi üçün təhdid və təhqirlərə məruz qalmışdı. Ancaq həyatı təhlükə altında olmasına rəğmən, A.Qriqoriu sonadək erməniləri razı salacaq heç bir yalan danışmamışdı. |
2014-01-31 | 7,826 | Sumqayıt stadionu qar altında - Foto | Azərbaycanda yağan qar idman təsərrüfatına da problemlər yaradıb. "Axar.az" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu qar altında qalıb. Sabah bu stadionda "Sumqayıt" - "Qəbələ" oyunu keçirilməlidir. Stadionun fotolarını təqdim edirik: |
2014-01-31 | 7,827 | Zakir Həsənov hərbi saziş imzalayacaq | Yaxın vaxtlarda Azərbaycanın Müdafiə Nazirliyi ilə bir neçə ölkənin müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq anlaşmasının imzalanması nəzərdə tutulub. Məlumata görə, hələlik həmin ölkələrin adları açıqlanmasa da, ancaq yaxın 2 ay ərzində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov həmin ölkələrə rəsmi səfər edəcək. Azərbaycanlı nazirin həmin ölkələrin müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşlər keçirməsi, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparması planlaşdırılır. Səfər zamanı həmçinin, nazir Z.Həsənov ikitərəfli hərbi sazişləri də imzalayacaq ("Publika.az"). |
2014-01-31 | 7,828 | Sumqayıtda qar Ferrarini batırdı | Bakıda yarım milyonluq maşın qara təslim oldu. Sumqayıt şəhərinə yağan güclü qar "Ferrari 430 Spider" markalı avtomobili insanlara möhtac edib. Qarda hərəkət edə bilməyən avtomobil batıb qalıb ("Milli.Az"). |
2014-01-31 | 7,829 | Həbs xəbəri yayılan vitse-admiral danışdı | Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov həbs edilməsi və vəzifədən çıxarılması barədə bəzi KİV-də yayılan məlumatlara qısa münasibət bildirib. Vitse-admiral Şahin Sultanov "Publika.Az"a açıqlamasında deyib: "Hazırda məzuniyyətdəyəm!". Xatırladaq ki, "Axar.az" olaraq özəl mənbədən əldə etdiyimiz məlumata əsasən vitse-admiral Şahin Sultanovun məzuniyyətdə olduğunu bildirmişdik. |
2014-01-31 | 7,830 | Səhər Əhməd: "Yenə Bakıya qar yağır" - Şeir | Səhər Əhməd Yenə Bakıya qar yağır Yenə Bakıya qar yağır, Yenə soyuqdu,dostum, Sənsiz belə havaların Ləzzəti yoxdu, dostum. İndi bir çay dəmləyəsən, Gələm, oturub içək, Bu həyatın sağlığına Hərdən bir qurtum içək. Yenə qapını mən döyüm, Yenə qapını sən aç. Mən marketdən konfet alım, Sən evdən mürəbbə aç. Sərxoş olmaq istəyirəm, Bir tünd çay dəmlə, dostum. Sənə bir söz deyəcəyəm, Lap təzə dəmli, dostum. Bu tindənmi dönməliydim, Bu yol gedirmi sizə, Bilirəm, şəhərdə yoxsan, Axtarram evinizi. Neynim, Bakıya qar yağır, Neynim, soyuqdu, dostum, Sənin kimi çay dəmləyən Bir dostum yoxdu, dostum. |
2014-01-31 | 7,831 | Qandallı balerina azadlıq üçün rəqs etdi | "Amnesty İnternational" təşkilatı Rusiya hökumətinin azlıqlara qarşı tətbiq etdiyi sərbəst toplaşmaq qərarına qarşı kampaniya həyata keçirib. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, təşkilatın keçirdiyi kampaniyada qandallı balerina homoseksual olduğu iddia edilən rus bəstəkarı Çaykovskinin musiqi sədaları altında rəqs edib. Buna oxşar aksiya Madriddə də keçirilib. Orada balet rəqqasları etiraz olaraq ağızlarını əlləri ilə yumublar. Xatırladaq ki, QHT-lər "Amnesty İnternational"ın kampaniyasına dəstək üçün Rusiya səfirliyinə 300 mindən çox imza verib. |
2014-01-31 | 7,832 | Qaradağda yol qəzası baş verib - Foto | Bakının iki əsas çıxışından biri Qaradağ rayonundakı magistral yolda yük maşını aşıb. "Axar.az" xəbər verir ki, yağan qar nəticəsində yolda yaranan sürüşkənlik və sürtünmənin azalması nəticəsində şəhərə tərəf hərəkət edən yük maşını aşıb. Qəzanın fotosunu jurnalist Pərviz Əzimov özünün feysbuk səhifəsində paylaşıb. |
2014-01-31 | 7,833 | “Rusdillilər bu səbəbdən etiraza meylli deyillər” | "Axar.az" virtual məkanda, sosial şəbəkələrdə populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsini davam etdirir. Bildirdiyimiz kimi, layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və "feysbukun" "1 nömrə"si olduğunu isbatlayan müsahibimiz mükafatlandırılacaq. Layihənin bu dəfəki qonağı feysbuk sosial şəbəkəsində populyar olan xanım isifadəçi Aidə Ələkbərdir. - Feysbukdan nə zamandan bəri istifadə edirsən və ilkin vaxtlarla indiki feysbuk fəaliyyətin arasında hansı fərqlər var? - Qeydiyyatdan çoxdan keçmişdim, amma ilk zamanlar xoşuma gəlməmişdi deyə, çox nadir istifadə edirdim. Mütəmadi olaraq 2010-cu ildən istifadə etməyə başladım. Feysbukda mövcudluğumu "fəaliyyət" adlandırmazdım, amma əsas davranış fərqi ondan ibarətdi ki, daha öncələr digərlərinin ideya, sitat, aforizmlərini paylaşmağa üstünlük verirdimsə, daha sonralar öz düşüncələrimi paylaşmağa başladım. - Səncə, bu, eqo yüksəlişi deyil? - Yox, qəti. Biz, həqiqi dahilər, çox sadə adamlarıq. Əslində fikirləşdim ki, aforizmlər onsuz da internetdə var, istəyən tapıb oxuya bilər. Mənim öz düşüncələrim isə unikal məhsuldu. Anlaşılmaq üçün bir daha qeyd edim, mən bu məhsulun keyfiyyətini dəyərləndirmirəm, söhbət yalnız ondan gedir ki, bu, təkrar ideya deyil, öz müşahidəm, öz təcrübəmdi. - Feysbukda arxivinə baxdım, əvvəlki illərdə yazdığın statusların əksəriyyəti rus dilindədir. Ancaq indi o qədər də çox yazmırsan. Özünü rusdilli sayırsan? - Heç yadımda deyil əvvəllər hansı dildə yazırdım. Ola bilər. İndi də məncə rus dilində az yazmıram. Rusdilli deyəndə nə nəzərdə tutulur görəsən? - Gündəlik hansı dildən istifadə edirsənsə, hansı dildə düşünürsənsə o dilin insanı sayılırsan... - İdeyadan asılıdır. Elə ideya var ki, ağlıma hətta ingilis dilində gəlir. Çünki konkret bu dildə daha lakonik səslənir. Gündəlik həyatımda hal-hazırda Azərbaycan və rus dilini yəqin bərabər istifadə edirəm. Amma etiraf edim ki, rus dilini sevirəm və bu dildə daha çox oxuyuram, bu səbəbdən böyük ehtimalla söz bazam daha çoxdu. Orta və ali təhsilimi Azərbaycan dilində almışam. - Rusdilliləri həmişə qınayırlar ki, cəmiyyətin problemlərinə biganə qalırlar, özlərini düşünürlər və s. bu fikirlə razısan? - Ümumiyyətlə, bu "rusdilli" kateqoriyasının istifadəsinin əleyhinəyəm. Kimdir onlar? Təhsilini rus dilində almış insanlar? Milliyyətcə rus olan vətəndaşlar? Təhsilsiz, lakin ailələrində rus dili istifadə olunanlar? Yəni demək istəyirəm ki, müxtəlif növ və təbəqə insanlar ola bilər. Onların davranışı da fərqlidi və onları yalnız rus dilində danışmaqları ətrafında birləşdirmək məntiqsizdi. Əgər söhbət ana dilində danışmaqla patriotluq (bax bu sözün Azərbaycan versiyasını yadıma sala bilmirəm bayaqdan) arasında olan paraleldən gedirsə, mən onunla razı deyiləm. Ümumiyyətlə, patriotluğa da birmənalı yanaşmıram. Qısaca deyim, insanın cəmiyyətə xeyirlilik dərəcəsi ilə həmin insanın danışdığı dil arasında əlaqəni görmürəm. - Səncə, nəyə görə aktiv və tələbkar vətəndaşların arasında rus dilində danışanlar yox dərəcəsindədir? - Mən bir az çürükçüyəm, bağışla, amma yenə dəqiqləşdirməyə ehtiyac duyuram. Aktiv vətəndaşlar deyəndə nə nəzərdə tutulur? Feysbukda siyasi status yazanlar? Ya həyatlarını hansısa başqa məşğuliyyətlə zəngin edən, məna qatan insanlar? - Məsələn, ictimai-siyasi həyatda daha aktiv olanlar, məsələlərə biganə qalmayanlar və s. - Küçəyə çıxıb etiraz edənlər ümumi Azərbaycan əhalisinin neçə faizidi? Siz rusdilli adlandırdığınız neçə faizidi bütün Azərbaycanın? Bir tərəfdən bu sadə mütanəsiblikdi. Digər tərəfdən, əgər yenə də "rusdilli" kateqoriyasını davam etdirmək istəyiriksə, düşünürəm ki, onlar üçün daha ortaq olan dəyərlər ölkədəki hazırki vəziyyətlə ziddiyətdə deyil, bu səbəbdən etiraza meylli deyillər. Ən azı baş verən etiraz formalarına qarışmaq istəkləri olmur. - Bildiyim qədəri ilə mütaliə ilə aran yaxşıdır. Oxuduğun kitablardan danışaq. Məsələn hazırda nə oxuyursan? - Hazırda Harper Linin "Əbabili öldürmək"(To Kil a Mockingbird) kitabını oxuyuram. Arada anladım ki, bir xeyli kitab var, hamı oxuyub məndən başqa. Siyahı tutdum, oxuya-oxuya gedirəm. Keçən ilin sonunda həmin siyahıdan "İt ürəyi" və Selincerin "Çovdar tarlasında uşaqlar" ("Çovdarlıqda uçurumdan qoruyan". – red.) əsərini oxudum, xeyli ləzzət aldım. Digər tərəfdən fikirləşirəm ki, bəlkə daha öncələr bu əsərləri oxusaydım onlarda indi aldığım həzzi almazdım. - Mediamızı izləyirsənsə, bəyənmədiyin tərəfləri hansıdır? - Yerli TV-ni illərdi izləmirəm, heç xəbərim yoxdu nə baş verir. Yalnız radio və internetdə olan medianı izləyirəm. Bəyənmədiyim tərəf biabırçı savadsızlıqdır. Medianın bəyənmədiyim cəhətləri arasında bütün dünya mediasına xas olan tərəflər də var. Auditoriyaya, reytinqə işləmək bütün dünya mediasının ortaq problemidir. Nə etmək olar, əgər "filankəsin şok çılpaq fotosessiyası", "filankəs 100 minlik maşınını əzib" tipli başlıqlar maksimal baxıcı sayı yığırsa, media da ora gedəcək. Oxucuların səviyyəsini qaldırmaq isə medianın vəzifəsi deyil. - Səncə, sosial media onlayn medianı nə zaman üstələyir? Sosial medianının hansı cəhətləri onu onlayn mediadan üstün edir? - Sosial media interaktivlik səviyyəsinə görə onlayn mediadan fərqlənir və bu cəhətinə görə onu qabaqlayır. Sosial media oxucuya daha yaxındı, daha təbii və həqiqi görsənir. |
2014-01-31 | 7,834 | Avropa qəzet formasını ilk dəfə İrana gətirən - Rəsulzadə | Vətənə tən Vətəndaş Başlıqdakı sonuncu sözün axırıncı hecasının ilk hərfini "b" kimi də oxumaq olar... Çünki söhbət ilk Cümhuriyyət növrağımızın, bir daha enməyəsi bayrağımızın banisindən - Məhəmməd Əmin Rəsulzadədən gedir! Böyük milli siyasətin özü də bir yaradıcılıq. Dahi siyasətçiliyin özü də bir sənətkarlıq. İntəhası bu görəv, bu görəvlilər "aborigen" sənət və sənətkarlıqdan elə sənət və siyasət sahələri qədər fərqlənir. Bunlar evlərdə, emalatxanalarda, meydançalarda yox, çöl-bayırlarda, meydanlarda, yolüstü-"atüstü" çək-çevirlərdə, könüllü-könülsüz səfər-sərnişinliklərdə, qadalı-qandallı həbslərdə, sür-sürgünlüklərdə, ailə-uşaq həsrətlərində, hətərən-pətərən dindirməliklər, tərki-vətənliklərdə və... bütün bunların ən ağırı, ən alisi - "milli arzu-amalım vüsala yetəcəkmi?" istixarələrində yaşayıb-yaradırlar... Gözünü dünyaya yüz otuz il əvvəl bu gün - yanvarın 31-də balaca Novxanı kəndində açıb, əlli doqquz il bundan öncə Ankarada üç kərə "Azərbaycan!.."- deyibən yummuş Məhəmməd Əmin Rəsulzadə - təpədən-dırnağa milli-mənəvi əsilzadə, əzəli-əbədizadə - yuxarıda ümumobrazlaşdırmağa çalışdığım fenomenal şəxsiyyətlərdəndir. Amma onu dünyanın siyasət və dövlətçilik azmanları içərisində seçkinləşdirən bir-iki ştrix də vardır ki, bunlardan biri - bu işə daha erkən (12-13 yaşlarından) başlayan Şah İsmayıl Xətai istisna edilməklə, qarşıdakı əlli üç illik milli mücadilə yoluna 18 yaşının natamamında qədəm qoymasıdır. Onun 1902-ci ildə yaratdığı "Müsəlman gənclik təşkilatı" XX əsr Azərbaycanında Rusiya müstəmləkə üsul-idarəsinə qarşı mübarizə mahiyyətli ilk siyasi təşkilat olub. Onun - böyük Turan və müsəlman arealında qurduğu ilk müstəqil-demokratik respublika əhalisinin ictimai-siyasi həbib-təbibinin, milli-mənəvi həkiminin - Siyasi kimliyi Hər kəsin cinsi-bioloji oyanış fəslində, "ilk məhəbbət"ə uğram yaşında, təbii sevib-sevilmə mövsümü çağında Azad Vətən Bəyliyini seçən bu milli Aşiq ilk gənclik yaşlarından öz ictimai-siyasi təfəkkürü ilə nəinki astagəl milli-istiqlal inqilabçılarını, üç-dörd il sonra nəşrə başlayası "Molla Nəsrəddin" jurnalı səhifələrindəki "gərnəşkən" kütlələri, hətta ən "xod" gedən sosializm "revolyutsioner"lərini də aktivləşdirir, onların - mürtəceliyi çarizmdən də ötə olduğu iki-üç onillik sonra bilinəsi sovetizm-sosializm eşalonuna transfer olunmasına "siyasi provadnik"lik edirdi. Məsələn, Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Bakı komitəsinin "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" Məhəmməd Əminin 1904-cü ildə hüquq-nizamnaməvi cəhətdən çox mükəmməl şəkildə tərtib və təşkil etdiyi "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"ndən yararlanaraq yaradılmışdı. Həmin illərdə Bakının fəhlə-inqilab bumlu neft mədənlərinə, Azərbaycanın yaxın-uzaq qəzalarına müxtəlif intibahnamə və qəzetlərin (naşirlərindən biri olduğu "Hümmət", "Təkamül" də daxil) göndərilməsi də Məhəmməd Əminlik işlərdən idi. Onun 23 yaşında ikən (1907) inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfni ilə əlaqədar keçirilən izdihamlı mərasimdə etdiyi alovlu nitqi isə (sonradan onu həbsxanadan azad etdirib özüylə Moskvaya aparsa da, ömürlük mühacirət dustaqlığına məhkum etmiş) Stalini də məftun (öz nitqi ilə müqayisədə isə məhzun) etmişdi. O, bu canlı mürtəce, bənzərsiz şər-xata Stalinlə tanışlıqdan bir müddət sonra - 1908-ci ildə çar xəfiyyəsi tərəfindən həbs olunma təhlükəsilə üzləşərkən Azərbaycanı tərk edib İrana yollanır və orada o taylı əxlaq-əqidə, məslək-məzhəb qardaşı ilə - Səttarxanla tanış olur. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzib, otaylı doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə (və sonralar bunlardan ədəbi yaradıcılığında istifadə) edən M.Ə.Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasının əsasını qoyur, "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur, saysız məqalələr, şeir və publisistik yazılar çap etdirir. Sonralar Seyid Həsən Tağızadə onun xatirəsinə həsr etdiyi nekroloqda yazacaqdı: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olub". İrandakı Məşrutədən qorxuya düşən çar hökuməti bu inqilabın rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını Şah hökumətindən tələb edir və Məhəmməd Əmin təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin mayında İstanbula gedir. Osmanlı paytaxtında məşhur həmyerliləri Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevlə görüşür, Yusif bəy Akçura, Ziya Göyalp və başqa görkəmli alimlərlə siyasi-irfani əlaqələr qurur, "Gənc türklər" təşkilatında, "Türk ocağı" cəmiyyətində çalışır, "Türk yurdu" jurnalının fəal yazarlarından biri olur. İstanbulda öz təklif və göstərişilə keçmiş "Hümmət"çilər tərəfindən əsası qoyulan (1911) "Müsəlman demokratik Müsavat partiyası"na daxil olur və tezliklə bu siyasi təşkilata rəhbər seçilir. Bu illərdə çox gərgin, sanballı və çox geniş ədəbi-publisistik fəaliyyətlə də məşğul olan M.Ə.Rəsulzadə lap sonda o dövr qəzetlərində dərc olunan çar fərmanı ilə həsrət dolu 5 illik məcburi mühacirətdən qurtulur. Onun doğma Vətənə qayıdışıyla nəticələnən o fərmandakı ifadələrin məğzi üçcə hərfdən ibarət bir sözdə idi: - Əfv Bəli, 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və Rəsulzadə Bakıya qayıdır. 1917-ci ilin fevral burjua inqilabından bir ay sonra Rəsulzadənin redaktorluğu ilə nəşr olunan "Açıq söz" qəzeti yazırdı: "Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hürriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağı, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişik". ...Vətən bu gündə, vətəndaş M.Ə.Rəsulzadə isə Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxarmağı təklif etmədə... Qurultayda həmçinin "Azərbaycan qayəsi" məsələsi ortalığa atılır. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açılır və Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" təklifi səs çoxluğu ilə qəbul edilir. Bu dövrdə Rəsulzadə özünün "Cəmaət idarəsi", "Bizə hansı hökumət faydalıdır?" kitablarını çap etdirir, Moskva müsəlman qurultayındakı məruzəsi (Ə.Salikovun çıxışı ilə birlikdə) "Şəkli idarə haqqında iki baxış" adı altında çap olunur. Həmin ilin oktyabrında keçirilən qurultayda Rəsulzadə "Müsavat"ın sədri seçilir. Bundan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlanır və həmin dövr tarixə "Milli Azərbaycan hərəkatı" kimi daxil olur. Onun fəaliyyət aləminin genişliyi müasir mətbu səhifələri, "sarı" eşq-məhəbbətlər, fiziki-mənəvi kriminallıqlarla dolu saytlar və müasir oxucu hövsələsi ilə qeyri-mütənasib olduğundan "birnəfəsə danışmaq" ifadəsindəki məsdəri "yazmaq"la əvəzləyirəm: O, 1917-ci ilin payızında Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilir, 1918-in mayında daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunan Zaqafqaziya seyminin müsəlman fraksiyasındakı müxtəlif partiyaların üzvlərindən ibarət Azərbaycan Milli Şurası yaranır, Rəsulzadə sədr seçilir... və 1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyəti elan olunur! Ədəbiyyat, mədəniyyət fəaliyyəti Onun ədəbi-bədii yaradıcılığı, pyesləri, alovlu publisistikası nə danışmaqla qurtarandır, nə yazmaqla. Yaxşı olardı daha qısa nüanslara toxunaq. Bakı Dövlət Universitetinin yaranması Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış (və qəti tələblər) edib. Universitetin ilk rektoru olmuş professor V.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində ilk ali təhsil ocağımızın "M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi" hesabına yaradıldığını yazır. ...O isə orda-burda onu burjua xadimi kimi damğalamağa çalışanlara cavab olaraq yazırdı: "Mən kasıbçılıq üzündən ali təhsil də ala bilməmişəmsə, öz pulu ilə Rusiyada və Qərbi Avropada təhsil alıb, bu gün özünü sədaqətli bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar?!." Təbrizdə dünyaya gəlsə də, əslən ordubadlı - M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri, sonralar İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə isə "Sühən" jurnalında onu belə adlandırırdı: "Rəsulzadə, bütün ömrü boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözü, mətanəti, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyil". ...Və son (?) Onun gördüyü ümummilli işlərin, saçdığı transmilli düşüncələrin, yazdığı ictimai çəkili, siyasi siqlətli, elmi-populyar, informativ-publisistik məqalələrin, ədəbi-bədii əsərlərin, rəsmi dövlət tribunaları və xəlqi yığıncaqlarda etdiyi çıxışların, həbsxanada keçirdiyi, məxfi "sərnişin"liklərdə sinirdiyi, dövri-fövri mühacirətliklərdə, leqal və qeyri-leqal dissidentliklərdə yaşadığı hisslərin oçerk-pannosu nəinki bəndənizin qələminə, heç sözügedən canlı universiadanın bir vaxtlar redaktoru olduğu neçə-neçə qəzet-jurnal səhifələrinə də sığmaz deyə, sonda qəlbimdə - vətənsevərliyimizin ümumabidəsi sanılası bəlli bir bayatımızda dual-suallı bir rekonstruksiya ehtiyacı boy atır: Sevməyə doğma Vətən, Ölməyə qürbət yaxşı?.. |
2014-01-31 | 7,835 | Ulduz futbolçu rəsmən “Qəbələ”də | Qəbələ" İdman Klubunun peşəkar futbolçu Marat İzmaylovun icarə əsasında bu kluba keçidi üçün Portuqaliyanın "Portu" klubu və futbolçu ilə apardığı danışıqlar müsbət nəticələnib. "Axar.az" xəbər verir ki, rusiyalı futbolçu ilə 2014-cü ilin iyun ayının 30-dək müqavilə imzalanıb. 1982-ci ildə Moskvada anadan olan İzmaylov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Lokomotiv"in əvəzedici heyətində başlayıb. Moskva təmsilçisinin ikinci komandasında 18 oyun keçirən və 1 qola imza atan futbolçu qısa müddət sonra "Lokomotiv"in əsas heyətində debüt edib. "Dəmiryolçular"ın heyətində 7 il çıxış edən Marat bu müddət ərzində 2 dəfə Rusiya çempionluğu sevinci yaşayıb. 1 dəfə Rusiya Kubokuna, 2 dəfə isə Rusiya Superkubokuna sahib olub. 2007-ci ildən bu yana karyerasını Portuqaliyada davam etdirən İzmaylov "Sportinq" Lissabon (2007-2013) və "Portu"nun (2013) şərəfini qoruyub. Futbolçu "Sportinq"in heyətində 1 dəfə Portuqaliya Kubokunun, 2 dəfə isə Portuqaliya Superkubokunun qalibi olub. Marat Portuqaliya Çempionluğu sevincini isə ötən mövsüm "Portu"da yaşayıb. O, bu komanda ilə həmçinin ölkə Superkubokuna da sahib olub. 35 dəfə Rusiya yığmasının formasını geyinən Maratın hesabında 2 qol var. |
2014-01-31 | 7,836 | Hərbi prokuror Ordudakı fərarilik cinayətlərindən danışdı | Bu gün Azərbaycan Hərbi Prokurorluğunda 2013-cü ildə görülən işlərin və bu ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib. "Axar.az"ın Hərbi Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclasda çıxış edən hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, 2012-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 0,5 faiz, hərbi xidmət əleyhinə cinayətlər 2 faiz, hərbi xidmətdən yayınma 16 faiz, fərarilik cinayətləri 7,7 faiz, hərbi hissəni və xidmət yerini özbaşına tərketmə cinayətləri 22 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 5,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 12,5 faiz, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 22,2 faiz, silahlı birləşmələrdə ölüm halları 21,4 faiz, o cümlədən qəsdən adam öldürmə 33,3 faiz, özünü öldürmə həddinə çatdırma 70,6 faiz azalıb: "Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Hərbi birləşmələrdə törədilən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə tabelik qaydaları əleyhinə cinayətlər, o cümlədən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, maşınları idarə etmə və istismar qaydalarını pozma, mülkiyyət əleyhinə və qeyri-hərbi cinayətlər cinayətləri artıb". Xanlar Vəliyev deyib ki, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma, tabelik münasibələrində olmayan hərbi qulluqcular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin qarşısının alınması məqsədi ilə hər il olduğu kimi, ötən ildə də iki dəfə Respublika Hərbi Prokurorluğunun kollegiyasında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib: "Həmin cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədi ilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilib və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir". |
2014-01-31 | 7,837 | Soçidə bayraqdarımız kim olacaq? | Fevralın 7-də Rusiyanın Soçi şəhərində startı veriləcək XXII Qış Olimpiya Oyunlarında ölkəmizin bayrağını aparacaq sima bəlli olub. "Axar.az" "Apasport.az"a istinadən xəbər verir ki, Azərbaycanın bayraqdarı Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev olacaq. Olimpiada Azərbaycanın rəsmi nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyanın prezidenti İskəndər Xəlilov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri daxildir. Nümayəndə heyətinin rəhbəri isə MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır. Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq. |
2014-01-31 | 7,838 | Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi | Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarında son vəziyyətlə bağlı açıqlama verib. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi istiqamətlərdə qar yağır, yollar buz bağlayıb. Hazırda Bakı-Şamaxı, Bakı-Ağsu-İsmayıllı, Bakı-Qazax, Bakı-Astara yolunda nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətində qeyd olunan yollarda mümkün qədər nəqliyyat vasitələrindən az istifadə etmələrini və ehtiyatlı olmalarını, hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsini bildirib. |
2014-01-31 | 7,839 | Tarixin qaranlıq səhifəsindəki işıq... | Bir dönəm, tarixin üzərini cidd-cəhdlə örtüb, o dönəmin qəhrəmanlarını düşmən kimi qələmə verirlər. Onlar haqqında danışan, düşünən belə xain elan olunub güllələnir. Bir ölkənin tarixinin ən şərəfli səhifəsini qapayıb onu məhv etməyə, silməyə çalışırlar... Və illər keçir, Şərqin bölünmüş, didik-didik edilmiş bir məmləkətinin o şanlı səhifəsi və ordakı bütün qəhramanlar üzə çıxır. Bu qəhrəmanların içindənsə bir fədai, yurd həsrətilə ömür sürən şəxsiyyət parlayır... ... Məhəmməd Əmin Rəsulzadə... Bu şəxsiyyətin kimsəsi yoxdur, nə qohumu, nə dostu, amma bütöv bir xalq - Güneyli-Qüzeyli - ona və silahdaşaların qucaq açır, bağrından qopan nalə ilə onların tarixdən bu yana yaralarından axan qanı qurudub, vətən həsrəti, yanğısına su səpməyə çalışır. O şərəfli səhifə açıldıqca qürurlanıb başını dik tutursan... Çünki sən demə, biz vətən üçün ölə bilənlərin, mücadilə aparanların, bütün varlığını bu yola sərf edənlərin varisləriymişik. Biz heç də kimlərinsə bölüb parçaladığı, aşağılamağa çalışdığı bir xalq deyilmişik. Sadəcə, düşmən bizim bağrımızdan zorla qoparıb aldığı azadlığı, üç rəngli bayrağımızı silməklə bizi biz olmaqdan çıxarmaq istəyirmiş. Amma tarixi silmək, həqiqəti gizlətmək olmur... Tarix özünün qürur anlarını yaradanları zalımların şərindən hər zaman hifz edir. Çünki tarixin də şərəfə, ləyaqətə, qürura ehtiyacı var. Çünki tarix də bütünlükdə qoynunda diktatorları, zalımları, öz xalqının qanını içənləri saxlayıb bəsləmək istəmir. Tarixə də nəfəs almaq, qürurlanmaq gərək ki, özünü yaşada bilsin. Çünki tarix zalımların ona yüklədiyi mənfi enerjidən məhz qəhrəmanların sayəsində təmizlənir. Əgər Rəsulzadə və onun silahdaşları olmasaydı, tarix XX yüzilin 18-20-ci illərində bir kimsəsiz məmləkətin taleyində qürursuz olduğuna görə utanıb nəfəsini dərə bilməzdi.. Əsrin Siyavuşu olmasaydı, tək Əfrasiyabların tarixi olardı tarix, özündən utanıb qəhr olardı... M.Ə. Rəsulzadə haqqında oxuyanda, onun yazdıqlarını vərəqlədikcə, fəaliyyətini izlədikcə bu insana heyran olmamaq, heyrət etməmək mümkün deyil. Tükənməz enerjiyə və sınmaz iradəyə sahib olan, bağrından qopan naləni, vətən və azadlıq həsrətini şəxsiyyətinin ucalığı ilə birləşdirərək bütün ömrünü Azərbaycan uğrunda mübarizəyə həsr edən öndərin varlığı bəs edir ki, başını dik tutasan, qürurlanasan... Sonra... Sonra kövrəlib hələ də silahdaşları ilə birlikdə Siyavuşun taleyini yaşayan, indi də məzarı qürbətlərdə dinclik tapmayan Rəsulzadənin adına layiq olmağa and içəsən.. And içəsən ki, bu ölkə dinclik tapmayınca, sən də dinclik tapmayacaqsan... Bu məmləkət bütövləşməyincə, sən mübarizə aparacaqsan! Çünki Rəsulzadənin ümidlə "ey gənclik!" deyə müraciət etdiyi sənsən, bu günün gəncliyi... M.Ə.Rəsulzadə Azərbaycanın qürur yeri, mübarizə simvoludur; o və silahdaşlarının apardığı mübarizə gələcək üçün bir yol qoyub. Bugünkü gənclik də ya bu yolla irəliləyəcək, "Ey şanlı Azərbaycan" deyə hayqıracaq, ya da "Ya tamam yan Azərbaycan" deyib bu yoldan çəkiləcək... |
2014-01-31 | 7,840 | Ermənistandan sığınacaq istəyən ailənin kimliyi açıqlandı | Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi azərbaycanlı ailənin bu ölkədən siyasi sığınacaq istəməsi barədə məlumatlara aydınlıq gətirib. Hadisə Baqrataşen rayonunda baş verib. Nazirlik bildirib ki, erməni-gürcü sərhəddində Bakı sakini 1976-cı il təvəllüdlü Cavid Orucov özü, həyat yoldaşı və 3 uşağı ilə bərabər müraciət edib. Nazirliyin açıqlamasında bildirilir ki, C.Orucov bu istəyinin səbəbini erməni əsilli R.Mirzoyeva ilə evləndikdən sonra qarşılaşdığı təzyiqlərlə əlaqələndirib. Bakı sakini olan R.Mirzoyeva 1983-cü ildə dünyaya gəlib. C.Orucov iddia edib ki, bu evlilikdən sonra xüsusi xidmət orqanlarının təzyiqlərinə davam gətirməyərək bu qurumlarla əməkdaşlığa razılıq verib. C.Orucov həyat yoldaşının xaricdə yaşayan qohumları vasitəsilə Ermənistan və diaspor haqqında məlumatlar toplamalı olduğunu deyib. Erməni mətbuatının yazdığına görə, hazırda BMT-nin bu ölkədəki nümayəndəliyi və Ermənistan Miqrasiya Xidməti ailənin müraciətini araşdırır. ("AzNews.az") |
2014-01-31 | 7,841 | Nazir Ucarda vətəndaşlarla görüşüb - Foto | Ucar rayonunda Kənd Təsərrüfatı naziri Heydər Əsədov sakinlərlə görüş keçirib. Qəbulda Ucardan, həmçinin ətraf rayonlar - Zərdab, Ağdaş, Göyçay və Kürdəmirdən gələn 60-a yaxın vətəndaşı qəbul edib. Qəbula gələnlər əsasən təsərrüfat sahələrinin genişləndirilməsi, heyvandarlığın inkişafı, süni mayalanma yolu ilə doğulan hər balaya subsidiyaların verilməsi, istehsalın genişləndirilməsi və kiçik istehsal sexlərinin açılması üçün güzəştli kreditlərin verilməsindəki çətinliklər, habelə kredit müddətlərinin uzadılması, müasir suvarma sistemlərinin alınması, taxıl biçini zamanı kombayn çatışmazlığı, bölgələrdə soyuducu anbarlarda məhsulun batması, aqroservis filiallarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, mineral gübrələrin qiymətlərinin aşağı salınması, zərərvericilərə qarşı işlədilən dərman preparatlarının dövlət tərəfindən pulsuz verilməsi, pambığın satınalma qiymətinin artırılması, pambıqçılığın inkişafı üçün texnika çatışmazlığı, regionlarda torpaq analizi laboratoriyasının yaradılması, çəltik dərmanının tikilib istifadəyə verilməsi, subsidiyaların verilmə vaxtının dəyişdirilməsi, istehsal olunan kənd təsərrüfatı məhsullarının alışının dövlət səviyyəsində mərkəzləşdirilmiş qaydada təşkili və bu zaman qiymətləndirməyə nəzarət və sair barədə müraciət ediblər. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara göndərilmək üçün qeydiyyata götürülüb. Qəbula gələn fermerlər, eləcə də fiziki şəxslər müraciətlərini dinlənilərək onların həlli üçün aidiyyəti qurumlara göstəriş verilib. (ANS) |
2014-01-31 | 7,842 | Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Nizamnaməsi təsdiq edildi | Nazirlər Kabineti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Nizamnaməsini və strukturunu təsdiq edib. "Axar.az" Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir ki, nizamnaməyə əsasən, QSC-nin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 5, nizamnamə kapitalı isə 383 420 621 manatdır (hər birinin nominal dəyəri 1 manat olan 383 420 621 səhm). Qurumun strukturuna QSC-nin tərkibinə daxil olan aparatlar, törəmə müəssisələr, hüquqi şəxslər, həmçinin filial və bölmələri daxildir. QSC-nin törəmə müəssisələri Azərbaycan Dövlət Dəniz Akademiyası, "Dənizçi" yardımçı kənd təsərrüfatı müəssisəsi və Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi Tədqiqat İnstitutudur. QSC-nin tabeliyindəki hüquqi şəxs statusuna malik olmayan təşkilatlar: Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması, "Bibiheybət" Gəmi Təmiri Zavodu, "Zığ" Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi və Sosial İnkişaf İdarəsi. QSC-nin strukturuna, Türkiyə, Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Ukraynadakı nümayəndəlikləri də daxildir. |
2014-01-31 | 7,843 | T - 72 tankında partlayış - ekipaj həlak oldu | Xabarovski vilayətində hərbiçilərin ölüm faktı üzrə prokuror araşdırmaları aparılır. Burada gecə təlimləri vaxtı T - 72 tankı partlayıb, 3 ekipaj üzvü həlak olub. Bu hadisə barədə jurnalistlər ancaq qeyri rəsmi mənbələrdən məlumat alıblar. Hələ ki, Şərq hərbi dairəsinin komandanlığından heç bir açıqlama verilməyib. 2014 - cü ilin 31 yanvar gecəsinin yarısı. Partlayışdan yalnız 2 saat keçəndən sonra hərbiçilər yanğını söndürə biliblər. Yanmış tank əsas yoldan poliqona gedən hissənin 100 metrliyində qalıb. Bura qədər iki yerdə ciddi buraxılış postu qurulmasına baxmayaraq "Vesti"nin müxbirləri faciə yerindən fotolar çəkə biliblər. Şəkillərdən görünür ki, partlayış nəticəsində tankın qülləsi tankdan ayrılaraq kənara düşüb. "Vesti"nin məlumatına görə hərbi maşında partlayış zamanı 3 nəfər olub - 24 yaşlı zabit Dilyus Qaripov, Amurskdan çağırışçı 18 yaşlı sıravi Yevgeni Taktarov və 19 yaşlı Saxa - Yakutiyadan çağırışçı Aleksey Xartasov. Şahidlərin ifadəsinə görə bu birinci belə hadisə deyil, belə ki, bir həftə əvvəl Knyaze - Volkonskoye kəndi yaxınlığındakı hərbi hissələrdən birində PDM partlamışdı. ("AzNews.az") |
2014-01-31 | 7,844 | Röya ilk konsertində pulsuz oxudu - Foto | Müğənni Röya uğurlarını davam etdirir. SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Zeynəb Xanlarovanın estrada ulduzu Röyanın konsertində iştirak etdiyi haqqında xəbərlər yayılıb. Zeynəb xanımın gənclərə dəstək olması son zamanlar gündəmdən düşmür. Röyanın mətbuat katibi Türkan Məmmədli saytımıza bildirib ki, həqiqətən də ifaçının konsertinin üçüncü günündə olduqca maraqlı anlar yaşanıb: "Zeynəb xanım hər gün H.Əliyev Sarayında məşq edir. Dünən də Röya səhnəyə çıxmazdan əvvəl sənətkarla görüşdü. Zeynəb xanım Röyaya xeyir-dua verdi , onun səsini bəyəndiyini və bu cür silsilə konsert verməsini alqışladığını dedi". Millət vəkili Zeynəb Xanlarova hətta bildirib ki, Azərbaycanda onun qədər, yəni 13 gün bir tək Röya konsert verə bilər. Xatırladaq ki, Röya Ayxan yanvar ayının 28-dən etibarən Heydər Əliyev Sarayında "Mənəm" adlı konser proqramı ilə çıxış edir. Proqramın ilk günü biletlər satılmayıb, ifaçı yalnız dəvət olunan qonaqlar və hərbçilər üçün pulsuz oxuyub. (ANS) |
2014-01-31 | 7,845 | Məktəbdən silah oğurlayan dəstə zərərsizləşdirildi | Lənkəranda şəhər məktəblərinin birindən oğurluq edən 4 nəfərlik dəstə zərərsizləşdirilib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Pərviz Əsədzadə bildirib ki, bir neçə gün öncə şəhər 2 saylı orta məktəbin anbarından təhsil müəssisələri üçün nəzərdə tutulmuş inventarların oğurlanması ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Dərhal əməliyyat qrupu yaradılıb və oğruların axtarışına başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində oğurluq hadisəsini törətmiş Lənkəran şəhər sakinləri Məhəmməd Tahir oğlu İbrahimzadə, Niyaz Fəyaz oğlu Əlizadə, Şakir Qulam oğlu Nəsirov, Ramin Rəhman oğlu Qəmbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. İlkin dindirmə zamanı saxlanılan şəxslərin şəhərdəki 2 saylı orta məktəbdən bir neçə dəfə oğurluq etdikləri məlum olub. Belə ki, onlar məktəbin anbarından müxtəlif inventarlar, həmçinin arxiv otağın seyf qapısını sındırmaqla oradan təlim məqsədi üçün nəzərdə tutulmuş 4 ədəd tir tüfəngi, 2 ədəd "F-1", 3 ədəd "RQD-5" qumbarası və patronlar oğurlayıblar. İstintaq zamanı məktəbdə müxtəlif vaxtlarda törədilən oğurluq hadisəsinə burada gözətçi işləyən Ramin Qəmbərovun bələdçilik və başçılıq etdiyi üzə çıxıb. Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi açılıb, dəstənin digər oğurluq işlərində iştirakları və bundan əvvəl məhkumluqlarının olub-olmadıqları araşdırılır. (ANS) |
2014-01-31 | 7,846 | Bakı meri işə "Cip"lə gəldi - Foto | Bakıda güclü qarın yağması Bakı merini xidməti avtomobilini dəyişməyə vadar edib. Bakı meri Hacıbala Abutalıbov 10 AA 008 dövlət nömrəli nişanlı BMW markalı avtomobilini müvəqqəti olaraq "Lexus LX 570" markalı ofroderə dəyişib. Bakı şəhər İcra Hakimiyyətinin qarşısında duran "Lexus"un nörməsi 10 AA 864 olub. (ANS) |
2014-01-31 | 7,847 | QHT Şurası Müşahidə Şurasının iclasını keçirdi | Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. "Axar.az" Şuranın mətbuat xidmətinə istinadən məlumat verir ki, toplantıda adıçəkilən qanunlara edilən əlavə və dəyişiklikləri hazırlamış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov, Avropa Komissiyasının Bakı ofisinin nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin əsas layihə tərəfdaşı olan Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin təmsilçisi və QHT-lər iştirak edib. Toplantını açan Şura sədri Azay Quliyev bugünkü görüşün məqsədinin QHT fəaliyyətini tənzimləyən qanunlara edilən son əlavə və dəyişikliklərlə bağlı müzakirələr keçirmək, vətəndaş cəmiyyəti təmsilçilərinin bilavasitə bu sənədləri hazırlamış şəxslərlə dialoqunu təşkil etmək olduğunu bildirib. Milli Məclisin komitə sədri Ə.Hüseynli Azərbaycan Respublikasında demokratikləşdirmə siyasətinin dönməz xarakter aldığını və zaman keçdikcə qanunvericiliyin təkmilləşməsinə ehtiyac duyulduğunu söyləyib. Komitə sədri bildirib ki, ilkin layihədə QHT-lərin dövlət reyestrindən çıxarışının etibarlılıq müddətinin 90 gün müəyyənləşdirilməsi ilə bağlı müddəa olsa da, müzakirələrdən sonra həmin müddəa çıxarılıb: "Parlamentdə 2013-cü il dekabrın 17-də qəbul edilən və prezidentə imzalanmaq üçün təqdim edilən son variantda bu müddəa yer almayıb". Ə.Hüseynli adıçəkilən qanunlara edilən son əlavə və dəyişikliklərin yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına, QHT-lərin inkişafına müsbət impulslar verməyə xidmət etdiyini qeyd edərək, bütün maraqlı tərəflərin mövqeyini dinləməyə hazır olduğunu bildirib. Millət vəkili bəzi QHT-lərin onların fəaliyyəti üçün yeni müsbət imkanlar açan dəyişikliklərə verdiyi reaksiyadan təəccübləndiyini də vurğulayıb. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu, Hüquq və İnkişaf Mərkəzinin sədri Hafiz Həsənli, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzinin baş məsləhətçisi Məhəmməd Quluzadə, "Konstitusiya Araşdırmaları" Fondunun sədri Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Bakı Hüquq Mərkəzinin direktoru Anar Bağırov, Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri Elçin Abdullayev, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli və digərləri çıxış edərək qanuna edilən əlavə və dəyişikliklərin ayrı-ayrı müddəaları ilə bağlı narahatlıqlarını bildiriblər. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi R.Rəhimov QHT nümayəndələrinin səsləndirdiyi fikirlərə ayrı-ayrılıqda münasibət bildirərək hökumətin QHT-nin qeydiyyatını ləğv etmək, yaxud fəaliyyətini məhdudlaşdırmaq kimi bir niyyəti olmadığını açıqlayıb. R.Rəhimov 2013-cü ildə hüquq pozuntusuna yol verən 14 QHT-dən yalnız birinin cərimələndiyini qeyd edib. İdarə rəisi həmçinin bildirib ki, QHT-lərə elektron xidmətin təşkili, QHT qeydiyyatında "bir pəncərə" sisteminin tətbiqi, QHT-lərin "virtual kabineti"nin maksimim səmərəli şəkildə qurulması və dövlət qeydiyyatının daha da sadələşdirilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən aparılan iş yekunlaşmaq üzrədir. Qarşılıqlı anlaşma şəraitində keçən müzakirələrdə qanunvericiliyə edilən son dəyişikliklər haqqında ümumi razılığa gəlinib, bu əlavə və dəyişikliklərin QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilikdəki boşluqların aradan qaldırılmasına xidmət edəcəyi qeyd olunub. Yekunda qərara alınıb ki, qanunun praktik tətbiqində ortaya çıxacaq mümkün problemləri operativ şəkildə həll etmək və müvafiq tədbirlər görmək məqsədilə Şuranın tərkibində hüquq və monitorinq komissiyası yaradılsın. Tərəflər keçirilən dialoqun çox səmərəli və əhəmiyyətli olduğunu qeyd edərək, Şuranın bu təşəbbüsünün təqdirəlayiq olduğunu bildiriblər. |
2014-01-31 | 7,848 | ABŞ Ukrayna müxalifətinə dəstək verdi | "Ukrayna müxalifəti ABŞ hökumətinin dəstəyinə ümid edə bilər". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. "Onlar öz səylərinə və cəsarətinə görə ABŞ prezidenti Barak Obamanın və Amerika xalqının tam dəstəyinə ümid edə bilərlər" - deyə C.Kerri qeyd edib. ABŞ dövlət katibi Ukrayna hakimiyyətinin razılıq verdiyi güzəştlərin "böhranı aşmaq üçün kifayət etmədiyini" vurğulayıb. "Reuters"in məlumatına görə, C.Kerri Almaniyada Ukrayna müxalifətinin liderləri - "Batkıvşina"nın rəhbəri Arseni Yatsenyuk, "UDAR" partiyasının sədri Vitali Kliçko, müxalifəti dəstəkləyən biznesmen Pyotr Poroşenko və "Eurovision" mahnı müsabiqəsinin qalibi Ruslana Lıjiçko ilə görüşəcək. |
2014-01-31 | 7,850 | Nazir 32 vətəndaşın müraciətini dinlədi | Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Göygöl şəhərində Gəncə şəhərinin, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən və Samux rayonlarının sakinlərinin qəbulunu keçirib. "Axar.az" Fövqəladə Hallar Nazirlyinin rəsmi saytına istinadən məlumat verir ki, nazir tərəfindən qəbul edilən 32 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 280, digər məsələlərlə bağlı müraciət etmiş 145 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub. |
2014-01-31 | 7,851 | Tarixdə görünməmiş məzun törəni Türkiyədə – Video | Bu yaxınlarda sosial şəbəkələrdə paylaşılan foto və video haqqında ətraflı məlumat ortaya çıxıb. "Axar.az" xəbər verir ki, Türkiyənin Batman şəhərində "Peyğəmbər Sevərlər və Quran Nəsli" Platforması tərəfində dörd il müddətində təhsil verilən 144 qız tələbəyə "icazət" adlı diplom verilib. Bir şadlıq sarayında təşkil olunan məzun gününə yalnız qadınlar və uşaqlar qatılıb. Həmin gün diplom alan qızlar, sadəcə, gözlərini göstərən libas geyiniblər. |
2014-01-31 | 7,852 | Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri müzakirə edildi | Bu gün ədliyyə naziri Fikrət Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Müsaid İbrahim Abdullah əs-Süleym ilə görüşüb. "Axar.az" Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dövlətlərimiz və xalqlarımız arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərlərinin bu əlaqələrin inkişafına mühüm təkan verdiyini, hüquqi əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəf üçün faydasını və bunun üçün geniş perspektivlərin olduğunu vurğulayıb, respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verib. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın çox yüksək səviyyədə olduğunu söyləyən səfir qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün hər iki ölkənin rəhbərlərinin güclü siyasi iradə nümayiş etdirdiyini vurğulayıb, BMT, İslam Əməkdaşlıq Təşkilatı və başqa beynəlxalq təşkilatlar daxilində konstruktiv əlaqələrin həyata keçirildiyini bildirərək, bu sahədə hökumətlərarası birgə komissiyanın rolunu qeyd edib. Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirən qonaq hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin olduğunu söyləyib. Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının inkişafı, xüsusilə mülki və ticarət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi üzrə hazırlanmış və razılaşdırılmış dövlətlərarası müqavilələrin imzalanması, nümayəndə heyətlərin mübadiləsi və digər məsələlər müzakirə edilib. Səfir nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub. |
2014-01-31 | 7,853 | Obamanın qardaşı: "İsrail yer üzündən silinməlidir" - Foto | ABŞ prezidenti Barak Obamanın Keniyada yaşayan ögey qardaşı Malik Obamanın "Həmas"ın maliyyə dəstəkçisi olduğu iddia edilib. Barak Obama adına yaradılan fondun rəhbəri olan və ABŞ prezidentinin 1992-ci ildəki toyunda sağdışlığını edən Malik Obamanın 2010-cu ildə iştirak etdiyi bir konfransda fələstinlilərə məxsus yaylıq taxdığı və İsrail əleyhinə ifadələr işlətdiyi irəli sürülüb. "Qüds bizimdir, biz gəlirik" - deyə Yəməndəki konfransda ABŞ prezidentinin qardaşı qeyd edib. Malik Obamanın, həmçinin İordaniya çayı ilə Aralıq dənizi arasında qalan torpaqların hamısının fələstinlilərə aid olduğunu ifadə edərək "İsrail yer üzündən silinməlidir" dediyi də iddia edilib (ANS). |
2014-01-31 | 7,854 | Gömrük İttifaqı Ermənistana baha başa gələcək | Bu gün biz dövlətçiliyimizi itirməyə hazırıq. Bu barədə erməni publisist Zarui Ovannisyan yazdığı məqaləsində bildirib. Müəllif fikirlərini Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Koçaryanın açıqlamalarına əsaslandırıb. Şavarş Koçaryan Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı bir sıra detalları açıqlayıb. O bildirib ki, Gömrük İttifaqı artıq bir ildən sonra ləğv ediləcək və yumşaq şəkildə mayda yaradılacaq Avrasiya Birliyində əriyəcək. Koçaryan bildirib ki, Ermənistan Avrasiya Birliyinin təsisçisi olmağa can atır. Publisist yazır ki, bu inteqrasiya Ermənistanın sadə vətəndaşlarına çox baha başa gələcək. Onlar qaza, elektrik enerjisinə daha çox pul ödəyəcəklər. Artıq buna hazırlıq gedir, məsələn, 23 sistem ucuz İran kerosini Ermənistana buraxılmayıb , çünki bu, bahalı Rusiya qazının satışına mane olur. Həm də Ermənistan iqtisadiyyat nazirinin müavini Qareqin Melkonyan bildirib ki, Gömrük İttifaqında malların 60%-ə tətbiq edilən gömrük rüsumları Ermənistana baxanda yüksəkdir. Bu isə gündəlik istehlak edilən mallara görə daha çox pul ödənilməsi deməkdir. "İndi Ermənistan rəhbərliyinin yalnız son addımı atması - Konstitusiyanı dəyişməsi və əsas dövlət funksiyalarının ali quruma verməsi qalıb. Sonra rəsmən Üçüncü Respublikanın (indiki Ermənistan Respublikasının - red.) sonu barədə bəyan edəcəklər",- deyə publisist vurğulayır. (ANS) |
2014-01-31 | 7,855 | Müsəlman ölkəsi erməni soyqırımını təbliğ edəcək – Şok | Livan erməni soyqırımını üzərində əks etdirəcək poçt markaları buraxacaq. "Axar.az" xəbər verir ki, bu barədə Livanın Telekomunikasiya naziri Nikolay Sexnaui öz Tvitter səhifəsində məlumat yerləşdirib. Nazir bu addımın ermənilərə jest olaraq atıldığını bildirib: "Bizim bu addımımız erməni soyqırımının dünyaya tanıdılması üçün bir haray olacaq. Bu poçt markaları ilə dünyanın istənilən nöqtəsinə məlumat göndəriləcək. Bununla biz də ermənilərin haqq səsinə səs vermiş olacağıq". Qeyd edək ki, Livan erməni soyqırımını tanıyan ilk müsəlman ölkələrindən biridir. |
2014-01-31 | 7,856 | Azərbaycanlıların əlindən alınan Moskva – Adlar-obyektlər | Araz Ağalarov, Telman İsmayılov, Zarah İliyev, İskəndər Xəlilov, Vahid Ələkbərov... Bu adamlar Moskva mühitində elit biznes qurmuş həmyerlilərimizdir. Və bu adamların hamısı ötən əsrin 90-cı illərinin əvvəllərində öz bizneslərini yaratmış və çiçəkləndirərək artıq Forbesin siyahısına kimi irəliləyə bilmişdilər. Amma həmin ərəfədə 10 minlərlə azərbaycanlı da Rusiyaya üz tutmuşdu. Onlar da biznes qurmağa can atırdılar. Adıçəkilən bu adamlar qədər deyillər və əslində bu adamların adları sizə heç nə deməyəcək. Bir vaxtlar onların əllərində olan ticarət obyektlərinin sayı və toplam qiyməti 100 milyon dollarla ölçülürdü. Və onlar Moskvanın onlarla ticərət nöqtəsinə nəzarət edə bilirdilər. Bunu bacarmışdılar. Moskvanın ələ keçirilməsi Həmin dövrdə Moskva bazarları uğrunda qafqazlılar və orta asiyalılar arasında əsl müharibə gedirdi. Belə bir məqamda özünüqoruma instinkti başqa millətlərdə olduğu kimi, azərbaycanlıları da mütəşəkkil cinayətkar dəstələrdə birləşməyə məcbur etdi. Tezliklə bu tip, necə deyərlər, milli qruplaşmaların sayı artmağa başladı. Az keçmiş isə artıq Moskvadakı azərbaycanlı qruplaşmalar regional qaydada formalaşmaq qərarına gəldilər. Daha sonra isə azərbaycanlıların kriminal liderləri, kriminal qruplaşmaları, özü də yuxarıda qeyd etdiyimiz kimi, regional qaydada formalaşmışdılar artıq. Və Moskva, daha doğrusu, Rusiya paytaxtının irili-xırdalı əsas ticari obyektləri onların arasında, elə məhz regional qaydada bölündü. Amma… Əslində, Rusiyada yaşayan azərbaycanlıların özləri deyir ki, burada soydaşlarımızın həmrəyliyi yoxdur. Onlar erməni, gürcü, çeçen və digər Qafqaz xalqlarından fərqli olaraq, bir-birini dəstəkləmir. Yaxın qohumluq əlaqəsində olan azərbaycanlıların da müəyyən bir qisminin düşmən münasibətdə olduğunu bildirən soydaşlarımızın sözlərinə görə, qətl hadisələri əksər vaxtlarda pul-para üstə baş verir. Bəzi azərbaycanlılara elə gəlir ki, o işləməməlidir və maddi imkanı olan azərbaycanlı ona aylıq pul ödəməlidir. İmkanlı azərbaycanlı da soydaşına havayı pul vermək istəmədikdə sonu qisas alma ilə nəticələnir. Amma bu, Lotu Hikmət və Masallı Mamedin öldürülməsindən sonra daha intensiv xarakter alıb. Böyük qardaşların yoxluğu azərbaycanlıların öz aralarındakı "razborka"ları da daha qanlı vəziyyətə gətirib çıxarır. Azərbaycanlıları öz soydaşlarımızın öldürməsi, oğurlaması, şikəst etməsi Rusiyada yaşayan həmyerlilərimizi ciddi narahat edir. Amma nə olsun? - nə ciddi avtoritet var, nə də diaspor qurumu. Moskvadakı diaspor qurumlarımız - ÜAK, "Azerros", Moskva Azərbaycan Cəmiyyəti... Bunların adı diaspor qurumudur. Onların özlərini yenidən qurmaq lazımdır və bu başqa mövzunun söhbətidir. Obyektlərin siyahısı Aşağıdakı obyektlərin siyahısına fikir verin. Bu ticarət nöqtələrinin, otel və digər obyektlərin hamısı azərbaycanlıların olub. Bu gün onların çox az bir qismi həmyerlilərimizin əlində qalıb. Nədən? Bu barədə yuxarıda yazdıq… Mərkəz dairəsi - restoran "Aqdam". - kafe "Aqdam"; - kafe "Aqdaş"; - kafe "Aist"; - "Baumanski", "Lefortovski", "Tişinski", "Usaçevski", "Mərkəzi" və "Lujniki" bazarları; - "Kurski", "Paveletski" dəmiryolu vağzallarında çoxlu sayda obyektlər; - "Vneşekonombank" yaxınlığında valyutadəyişmə nöqtələri. Şimal dairəsi - kafe "Parus"; - "Butırski", "Leninqradski", "Lianozovski", "Koptevski" bazarları. Sonuncunun sahibi əslən Ucardan olan "Ata" ləqəbli şəxsdir. - "Voykovski", "Petrovsko-Razumovski" metrostansiyaları yaxınlığındakı ticarət köşkləri; - "Debent" firması - ARMST firması Şimal-Şərq dairəsi - "Rijski", "Severnı" bazarları. Birinciyə naxçıvanlılar, ikinciyə isə yevlaxlılar nəzarət edir. - "Babuşkinsi", "VDNX", "Medvedkovo", "Botaniçeski sad" metrostansiyaları yaxınlığında çoxsaylı ticarət köşkləri. Bu əraziyə "Əsa" ləqəbli Cəlil Abbasovun sayı 30 nəfəri ötən qruplaşması nəzərət edib. Əvvəllər reketliklə də məşğul olan bu qrup son vaxtlar taciklərlə birgə narkotik satışı üzrə ixtisaslaşıb. Şimal-Şərq dairəsində yerləşən "Baykonur" kinoteatrı ətrafında, Leskova, Pleyeva, Prişvina küçələrindəki ticarət köşklərinə də bizimkilər nəzarət edir. Bundan başqa, bu regionda azərbaycanlılara məxsus iki böyük şirkət - "Zemlyak" və "Moskovskaya okraina" fəaliyyət göstərir. Borçalılara məxsus bu iki şirkət əsasən avtomobil ticarəti ilə məşğuldur. Şərq Dairəsi - kafe "Zolotoy popuqay"; - kafe "Petrovskiy dvorik"; - "İzmaylovski", "Lokomotiv", "Preobrajenski" bazarları; - "Vıxino", "Novoqireevo", "Preobrajenskaya", "Semyenovskaya", "Sokolniki", "Şelkovskaya" metrostansiyaları yaxınlığındakı ticarət köşkləri. "Vıxino" uğrunda Ucar-Şəmkir davası Ərazidəki ən böyük bazar "Vıxino" bazarıdır. Ucar rayonunun Qaracallı kəndindən olan Sarıyev qardaşlarının nəzarətindədir. 9 qardaşın bazarı adlanan "Vıxino" bazarı uğrunda ucarlılarla şəmkirlilər arasında əsil müharibə gedir. İndiyəcən Sarıyev qardaşlarından üçü qətlə yetirilib. Heç bir qətlin üstü açılmayıb. Vidadi adlı azərbaycanlının rəhbərlik etdiyi 60 nəfərlik qrup isə bu regionda valyuta alveri ilə məşğuldur. Şimal-qərb dairəsi - otel "İzumrud"; - otel "Mostransaqenstva"; - metronun "Planernaya", "Sxodnenskaya", "Şukinskaya", "Tuşinskaya" bazarları. Sonuncu adı gedən bazar bütünlüklə Şəkidən olan həmyerlilərimizin nəzarətindədir. Bu regionda Vaqif Qocayevin "Gigger" adlı şirkəti fəaliyyət göstərir. Şirkət miqrantlara hüquqi yardım göstərmək adı altında saxta miqrasiya kartları, işləmə izni verən kağızlar və pasport hazırlamaqla məşğuldur. Cənub dairəsi - otel "Zaqorye"; - otel "Orexovo"; - restoran "Akropol"; - restoran "Den i noç"; - kafe: "Karabax", "Tsaritsino", "Çinara"; - "Velozavodski", "Danilovski", "Moskvoreçski" bazarları. - "Kaşirski" və "Na zelyonıx qorax" adlanan ərazidə əşya bazarları. Bu bazarlara 1954-cü il təvəllüdlü Edison Abbasov, "Kərim" ləqəbli Hacıkərim Şahbalayev və Səfail Bağrıov nəzarət edib. Cənub dairəsində fəaliyyət göstərən və İsgəndər Şücainin rəhbərlik etdiyi 30 nəfərlik qruplaşma əsasən narkotik və saxta valyuta alveri ilə məşğul olub. Dairədə azərbaycanlılara məxsus "Rossiyanka", "Ukraina" şirkətləri fəaliyyət göstərir. Onlar xarici ölkələrdən meyvə idxalı ilə məşğuldurlar. Metrostansiyanın "Çertanovskaya" stansiyası yaxınlığında "Alik" ləqəbli Mərkəz Allahverdiyevin 50 nəfərlik qruplaşması fəaliyyət göstərib. Əsas işləri oğurluq malların realizəsidir. "Prajskaya" Bu dairdə ən böyük bazar olan "Prajskaya"dan bir qədər geniş söhbət açaq. Bazara əslən borçalıdan olan həmyerlilərimiz nəzarət edir. Obyektin qeyri-rəsmi sahibi Tofiq Əliyevdir. Saxta iqtisad elmləri namizədi vəsiqəsi gəzdirir. Azərbyacan səfirliyinin və digər diaspor qurumlarının təşkil etdiyi əksər ziyafətlərin qeyri-rəsmi sponsorudur. Bu bazardan başqa Moskvanın şimalında bir neçə avtosalona nəzarət də onun əlindədir. Bu avtosalonlarda isə Avropadan gətirilmiş maşınlar realizə edilir. Bir qədər əvvəl Moskvadakı Azərbaycandan çıxmış yəhudi qruplaşması "Prajskaya"ya əl qoymaq istəsə də, məhz səfirliyin müdaxiləsindən sonra Tofiq Əliyevdən əl çəkmişdilər. "Şəmkir qruplaşması" ilə meyvə ticarətinə də şərikdir. Cənubi-Şərq dairəsi - "Nessi" firması. Sahibi Nübuvat Qalib idi. "Mariino" mikrorayonundakı əksər mevə-tərəvəz köşklərinə nəzarət edir. Ətrafında 20-yədək idmançı görkəmli şəxs var. - kafe "Tri stupenki". Bu kafe və ətraf ərazilərdəki ticarət nöqtələrinə "Şah" ləqəbli Şahabəddin Musayev nəzarət edirdi. "Şah"ın ətrafında 20-dən çox adam birləşmişdi. O, qətlə yetiriləndən sonra qruplaşma dağılıb. "Çinar" ticarət şirkəti, "Lyublinski" bazarı da azərbaycanlıların əlindədir. "Tekstilşiki" metrostansiyasının yaxınlığındakı ticarət köşklərinə də sayı 30 nəfərə çatan azərbaycanlı qruplaşma nəzarət edir. Qrupun liderləri Fərrux Qurbanov, İlqar Cəfərov, Tofiq Cəfərov və Sahib Abdiyev idi. Cənub-qərb dairəsi - otel "Yujnaya" - otel Çeremuşinskaya; - "Moskvoreçski" və "Çeryomuşinskaya" bazarı. Sonuncu bazar 2006-cı ilədək "Culfalı Bayram"ın nəzarətində idi. Bayram həmin il Lotu Hikmətlə bir maşında güllələndi. Amma buna baxmayaraq, naxçıvanlılar bu bazarı nəzarətdə saxlaya biliblər. Qərb dairəsi - otel "Mojayskaya"; - "Solnsevsk" maşın bazarı; - "Doroqomilovski" bazarı; - metronun "Yuqo-zapadnaya" stansiyasının yaxınlığındakı ticarət köşkləri, "Kiyevski" dəmir yolu vağzalı ətrafındakı pavilyonlara da bizimkilər nəzarət edirlər. Etibar Babayev, Arif Mərdanov, Vidadi Orucovun rəhbərlik etdiyi qruplaşma oğurluq avtomobil və ehtiyat hissələrinin realizəsi ilə məşğuldurlar. "Kuntsevski" bazarı ətrafında ətriyyat topdansatışına da azərbaycanlılar nəzarət edir. Bundan başqa, topdansatış gül ticarəti ilə məşğul olan Məmməd Məmmədovun "Diesta" şirkəti də bu ərazidə yerləşir. |
2014-01-31 | 7,857 | Qeyri-sabit hava şəraiti nəticəsini göstərdi - Video | Paytaxtın əsas yollarında qarın fəsadlarının aradan qaldırılmasına çalışsalar da, deyəsən digər yerlər yaddan çıxıb. Qarın yaratdığı problemləri görmək üçün şəhərdən bir az kənara çıxmaq kifayətdir. Hərəkəti məhdudlaşdıran qarın güclü yağmasıdırsa, digər tərəfdən yolların buz bağlamasıdır. Buz bağlamış yollarda hərəkəti bərpa etmək üçün qar səpən maşınları da görmək mümkün idi. Amma bu da yaranmış problem qarşısında aciz görünürdü. Yolların buz bağlaması addımbaşı qəzalara səbəb olub. Çarəsiz qalan sürücülərin deyəsən, yeganə çıxış yolu isə avtomobili hadisə yerində qoyub getmək olub. Burada sürücülərin də səhlənkarlığını nəzərə almaq lazımdır. Çünki dəfələrlə bu cür hava şəraitində Bakı Şəhər Dövlət Yol Polisi sürücülərə evdən çıxarkən təhlükəsizlik qaydalarına riayət etməyi və ya şəxsi avtomobildən istifadə etməməyi məsləhət görür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə kəskin hava şəraitinin hökm sürməsi ilə əlaqədar paytaxtın 5 yerində müvəqqəti sığınacaqlar təşkil edib. Bu sığınacaqlar yalnız kimsəsizlər, imkansızlar üçün deyil, soyuqdan əziyyət çəkən istənilən vətəndaş bura üz tuta bilər. Deyəsən qarlı havanın gətirdiyi problemlərdən yeganə əziyyət çəkməyən balacalardır. Hər şeydən bixəbər olan uşaqlar küləyə və güclü qara baxmayaraq qar topu oynamağa davam edirlər. Qeyd edək ki, qarlı şaxtalı hava şəraiti isə hələ bir neçə gün davam edəcək. Ümid edək ki, yağan qarın sevincini təkcə uşaqlar yox, böyüklər də duya biləcək. (ANS) |
2014-01-31 | 7,858 | Rza Zərraba 37, nazir oğluna 336 il həbs - Şok | Məşhur iş adamları və nazir övladlarının həbs olunduğu 17 dekabr "Böyük rüşvət" əməliyyatını icra edən prokurorlardan Cəlal Karanın vəzifədən uzaqlaşdırılmasından sonra işə baxılması prokuror Əkrəm Aydınerə tapşırılıb. Türkiyə prokurorluğu mənbələrindən yeni prokurorun əvvəlki həmkarının hazırladığı iddianaməni nəzərə almayacağı, yenidən yazacağı bildirilib. Həmçinin, prokurorluq qaynaqlarından əldə edilən məlumata görə, Rza Zərrab, Süleyman Aslan, Barış Gülər və Kaan Çağlayanın təhqiqatları ilə əlaqədar iki iddianamə hazırlanıb. İddianamədə Zərrabın bir nömrəli şübhəli şəxs olaraq göstərildiyi, 100-ə yaxın rüşvət alıb-vermə hadisəsində iştirak etdiyi ifadə edilib. Bununla yanaşı, Zərrabın qızıl qaçaqmalçılığı etdiyindən də danışılıb. Bütün cinayətlərinə görə isə 37 ilə qədər həbs istəyiylə mühakimə olunması istənilib. İddianamədə eks Daxili İşlər Naziri Müammer Gülərin oğlu Barış Gülər haqqında 137 il həbs cəzası alması, keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaanın 52 milyon dollarlıq rüşvət almasına vasitəçilik etdiyi iddiasıyla isə 336 ilə qədər həbs cəzası verilməsi tələb edilib. (ANS) |
2014-01-31 | 7,859 | Qubada ikimərtəbəli ev yandı | Quba rayonunda ikimərtəbəli evdə yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Quba rayonundan 12 kilometr aralıda yerləşən İkinci Nügədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqdan, aynabənddən ibarət evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-31 | 7,860 | Rəsulzadənin Polşa izləri: gənc qız Vanda | Azərbaycan Demokratik Respublikasının banisi, 61 il bundan öncə qəbrini istiqlal qibləsinə çevirən Məhəmməd Əmin Rəsulzadə Türkiyə və İranla yanaşı, Avropa ölkələri ilə də sıx əlaqədə olub. Bu ölkələrin sırasında Şərqi Avropa ölkəsi olan Polşa Respublikası da var. Bunun da səbəbi Polşa hökuməti ilə Rus imperiyası arasındakı problemlər idi. O dövrdə Polşa dövlətinin başçısı olan Jozef Pilsudski ilə Məhəmməd Əmin Rəsulzadə arasında ciddi məktublaşmalar olub. Bu məktublaşmanın əsasını Azərbaycanın azad edilməsi məsələsi təşkil edirdi. Nə üçün Rəsulzadə Pilsudski ilə məktublaşmağa önəm verirdi? Bolşevizmə qarşı mübarizə Birincisi ondan ibarət idi ki, Polşa dövləti bolşevizmə qarşı böyük bir mübarizə aparırdı. Pilsudskinin məqsədi Rusiya İmperiyası, bolşeviklər tərəfindən işğal olunmuş ölkələrin, vilayətlərin, məmləkətlərin irəlidə, öndə gedən şəxsiyyətlərini toplayaraq onların gücündən faydalanıb, bolşevizmə qarşı mübarizə aparmaq idi. Onun əsas planı bu idi və bu plana da uyğun olaraq Rəsulzadə kimi şəxsiyyətlərlə əlaqələr qururdu. Rəsulzadənin Polşa dövləti ilə ilk məktublaşmaları 1923-cü ilə təsadüf edir. Rəsulzadənin bu məktublardan birincisinin əsas hissəsini öz vətənlərindən qovulmuş Azərbaycan əsgərlərinin müqavilə əsasında Polşa ordusunda xidmət keçməsi xahişi təşkil edirdi. Pilsudski də cavabında bildiridi ki, Azərbaycan əsgərlərini Polşa ordusunda xidmət keçməyini qəbul etməyə hazırdırlar. Sözsüz ki, bu da Rəsulzadənin apardığı uzaqgörən siyasətin nəticəsi idi. Ümumilikdə götürsək, həmin vaxtlar Polşa dövləti ömrünün böyük bir hissəsini mühacirətdə keçirən Rəsulzadəyə daima yardımlar edirdi. Həmin zaman Rəsulzadənin istəyi ilə Türkiyədə dərc olunan "Yeni Qafqaz", "Azəri türkü", "Odlu yurd" dərgilərinin maddi baxımdan yardımını da Polşa hökuməti öz üzərinə götürmüşdü. Bunun nəticəsi idi ki, adı sadalanan dərgilər davamlı olaraq nəşr olunurdu. Bundan əlavə, 1936-cı ildə Rəsulzadə Müsavat Partiyasının böyük bir konfransını Polşanın paytaxtı Varşavada keçirmişdi və Polşa hökuməti bu konfransa öz köməkliyini əsirgəməmiş, böyük bir dəstək vermişdi. Senator Sedliski Rəsulzadənin Türkiyədə qaldığı dönəmdə Stalinin tələbinə uyğun olaraq Atatürk onun xaricə getməyini istəyirdi. Buna görə də Rəsulzadə tatar lider Ayaz İshaki ilə birlikdə 1937-ci ildə Polşaya getməyi qərara alır. Rəsulzadə Polşaya gələndən təxminən bir il sonra, yəni 1938-ci ildə avropalı oxucular üçün polyak dilində "Azerbejdzan w walce o niepodleglosc" ("Azərbaycan müstəqillik uğrunda mübarizədə") kitabını dərc etdirib. İndiyədək avropalı oxucular üçün Azərbaycan haqqında belə bir kitab ilk dəfəydi dərc olunurdu. Çox maraqlıdır ki, polyak dilində Azərbaycan tarixi haqqında olan bu kitabın giriş sözünü Şərqi Avropa Tarix İnstitutunun direktoru Senator Sedliski yazıb. Sedliskinin giriş sözü ilə yazılan bu kitab Avropada çox böyük maraqla qarşılanıb. Bundan əlavə, Rəsulzadənin Varşavada "Şimali qafqazlıların məcmuələri" dərgisində xeyli sayda məqalələri dərc olunub. Bu məqalələri də Azərbaycanın Polşada ilk səfiri olmuş Vilayət Quliyev bu ölkədə fəaliyyət göstərdiyi dövrdə toplayaraq kitab şəklində dərc etdirib. Rəsulzadə Polşa ilə həmsərhəd olan Almaniyada yaşadığı dövrdə "İstiqlal" və "Qurtuluş" qəzetlərini nəşr etdirib. Bu dərgilər iki il ərzində ayda bir dəfə işıq üzü görüb. Rəsulzadənin tanış olduğu qız Vanda kim idi? Sözsüz ki, "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" devizi ilə yaşayan Rəsulzadənin Polşada yaşadığı dövrün bəzi qaranlıq məqamları da vardır. Bəzi arxiv materiallarından götürülmüş məlumata görə, Rəsulzadə Polşada yaşadığı dövrdə kitabxanada Vanda adında bir xanımla tanış olur. Bu tanışlığın heç də təsadüfi olmadığını deyə bilərəm. Tarixi mənbələrə görə, bu xanım həmin vaxt Polşanın Rəsulzadəsi olan Pilsudskinin qardaşı qızı idi. Ömür boyu ona sadiq qalan Vanda xanıma Rəsulzadə Leyla adını verib. Rəsulzadə ilə Vanda xanım evləndikdən sonra mühacir həyatına uyğun olaraq Türkiyəyə gəlməli olurlar. Ömrünün sonlarına qədər Türkiyədə yaşayan Vanda xanımla türkiyəli araşdırmaçı-yazar Bülənt Danışoğlu şəxsən görüşüb. Bu görüşdən sonra yazar "Polşalı azəri gəlini Vanda Rəsulzadə" məqaləsini yazır və bu məqalədəki xatirələr demək olar ki, bütünlüklə Məhəmməd Əmin Rəsulzadəyə aid idi. Yazılanlarda Məhəmməd Əmin Rəsulzadənin demokratik Azərbaycan uğrunda hansı yollarla mücadilə apardığı bir daha öz əksini tapır. Sonda yalnız bunu deyə bilərəm ki, tarix boyu unutduqca itirdiyimiz insanların ön sırasında Azərbaycanın Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə dayanır. Qeyd: Məlumatların bir hissəsini Polşada yaşayan azərbaycanlı Anar Ağayev və Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova göndərib. |
2014-01-31 | 7,861 | 65 yaşında kişi evində ölü tapıldı | Bakı şəhərində yaşayış evində meyit aşkar edilib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1949-cu il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən Qocayev Şamil Raufoviç hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Ş. Qocayevin vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. |
2014-02-01 | 7,862 | Partiya sədri istefa verdi | Güney Azərbaycan Qurtuluş Partiyasının başqanı Eldar Qaradağlı partiyada tutduğu postlarından istefa edib. "Axar.az"ın məlumatına görə, bu barədə məlumatı E.Qaradağlı şəxsi elektron ünvanından yayıb. O bildirib ki, şəxsi problemlərinin çoxluğu üzündən bu addımı atır. Qeyd edək ki, E.Qaradağlı Güney Azərbaycanın Qaradağ mahalındandır. DAK İdarə Heyətinin üzvü və Avropa təmsilçiliyinin rəhbəridir. |
2014-02-01 | 7,863 | Ukraynalı müxalifətçi: “Məni çarmıxa çəkdilər...”- Foto | Ukraynada 2 aydan çoxdur ki, davam edən qarşıdurmalarda adı tez-tez hallananlardan biri də Dmitri Bulatovdur. Verilən məlumata görə, ukraynalı müxalifətçi Bulatov ötən həftə naməlum şəxslər tərəfindən qaçırılmışdı. Xəstəxanada müalicə olunan Bulatov qaçırıldığı zaman ona 8 gün işgəncə edildiyini söyləyib. 35 yaşlı Bulatov Ukrayna televiziyasına danışarkən əllərində, üzündə olan yaraları göstərib. "Məni çarmıxa çəkdilər. Əllərimi mismarladılar. Qulağımı və üzümü kəsdilər. Bədənimdə sağlam bir yer qalmayıb. Hər yerim göyərib" - deyə Bulatov qeyd edib. 8 gün davam edən işgəncədən sonra meşəyə aparılan Bulatov öz səyi ilə bir kəndə gedib çıxdığını və oradan da xəstəxanaya aparıldığını deyib. Xatırladaq ki, Kiyevdə etiraz aksiyalarındakı fəallardan olan Dmitri Bulatovdan yanvarın 23-dən bu yana heç bir məlumat yox idi (ANS). |
2014-02-01 | 7,864 | Türkiyədə iş izni verilən azərbaycanlıların sayı – Siyahı | Türkiyədə işləmək üçün ən çox icazə verilən əcnəbi vətəndaşların siyahısı açıqlanıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il Türkiyədə işləmək üçün 53 min 227 əcnəbi vətəndaş müvafiq qurumlara müraciət edib. Onlardan 45 min 768 nəfərə lazımi icazə sənədi verilib. 7.459 nəfər isə izn ala bilməyib. İcazə verilənlər arasında ən çox gürcülər, ukraynlar və çinlilər yer alıb. Ən az icazə isə ABŞ vətəndaşlarına verilib. Siyahıda Azərbaycan 10-cu yerdə qərarlaşıb. Siyahını təqdim edirik: 1. Gürcüstan – 8 431 nəfər 2. Ukrayna – 3 611 3. Çin - 2 981 4. Türkmənistan - 2 712 5. Rusiya – 2 361 6. Özbəkistan – 1 709 7. Moldova – 1 695 8. Almaniya – 1 241 9. İndoneziya – 1 223 10. Azərbaycan – 1 144 11. Qırğızıstan – 1 113 12. ABŞ – 1 061 13. Digər ölkələrin vətəndaşları – 16 486 |
2014-02-01 | 7,865 | Əbədi minnətdarlıq - Rəsulzadə-130 | Yanvarın 31-də Azərbaycan milli dövlətinin banisi və ideoloqu, xalqımızın şəriksiz lideri, böyük siyasi öndər, həyatı Vətənin istiqlaliyyəti uğrunda mücadilələrdə keçmiş Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) doğumunun 130 ili tamam olur. M.Ə.Rəsulzadə Azərbaycan Хalq Cümhuriyyətinin (1918-1920) qurulmasında müstəsna rоl оynayıb və Milli Şuranın sədri sеçilib. Lakin Milli Şuranın sədri kimi bir aylıq fəaliyyətindən sоnra о, səlahiyyətlərini ölkənin Baş nazirinə vеrərək, Bakının qurtuluşu üçün hərbi yardım almaq məqsədilə Türkiyəyə gеdib və üç ay davam еdən gərgin danışıqlardan sоnra Qafqaz İslam Оrdusunun Azərbaycana gətirilməsinə, Bakının erməni-daşnak təcavüzündən xilas edilməsinə nail оlub. Cümhuriyyət dövründə Məhəmməd Əmin bəy milli dövlətin idеоlоqu kimi fəaliyyət göstərib, ölkənin sоsial-siyasi, iqtisadi və mədəni baхımdan möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyib. Məhz Cümhuriyyət dövründə Qarabağ, Zəngəzur və Göycə mahalı еrməni daşnaklarından təmizlənərək Azərbaycanın mübahisəsiz ərazilərinə çеvrilib, milli оrdu yaradılıb, Azərbaycanın istiqlaliyyəti Böyük Dövlətlər Birliyi tərəfindən tanınıb. Çar Rusiyası dövründə quberniyalar şəklində olan Azərbaycan ərazilərinin Cümhuriyyət illərində M.Ə.Rəsulzadə və silahdaşlarının səyləri nəticəsində vahid dövlətdə birləşdirilməsi ölkəmizin Sovetlər Birliyinə respublika şəklində qatılmasına, bununla da xalqın rus-sovet müstəmləkəçiliyi dönəmində öz milli varlığını və dövlətçilik ruhunu qoruyub saxlamasına və ötən əsrin sonlarında yenidən istiqlaliyyətini əldə etməsinə imkan yaradıb. Cümhuriyyətin süqutundan sonra həbs və təhlükələrdən keçərək qürbətə üz tutan M.Ə.Rəsulzadə ömrünün sonuna qədər mühacirətdə Azərbaycan dövlətini ləyaqətlə təmsil edib, milli istiqlal hərəkatının uğurla yürüdülməsində əlindən gələni əsirgəməyib. Böyük siyasi xadimin uzaqgörənliklə söylədiyi "Bir kərə yüksələn bayraq bir daha enməz" sözləri Azərbaycan istiqlal hərəkatının əsas şüarına - siyasi aforizminə çevrilib. Məhəmməd Əmin bəyin adı dünyanın bir çox siyasi liderləri, o cümlədən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə birgə çəkilməkdədir. Atatürk Türkiyə üçün nələri etmişdisə, M.Ə.Rəsulzadə də Azərbaycan xalqı üçün eyni missiyanı yerinə yetirmişdi. Ey böyük türk! Azərbaycan var olduqca xalqımız sənə minnətdar olacaqdır. |
2014-02-01 | 7,866 | Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yandı | Bakı-Sumqayıt yolunda yanğın hadisəsi baş verib. Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisində "İVECO" markalı sərnişin avtobusunun yanar hissələri yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobillər yanğından muhafizə olunub. Yanğın saat 22:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-01 | 7,867 | Bu günün hava proqnozu | Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. "Axar.az" AzərTAc-a istinadən xəbər verir ki, havanın temperaturu gecə və səhər 4-6° şaxta, gündüz 1-3° şaxta, Bakıda gecə və səhər 4-6° şaxta, gündüz 1-3° şaxta təşkil edəcək. Atmosfer təzyiqi normadan xeyli yüksək 781 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 faiz olacaqdır. Yollar buz bağlayacaq. Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gecə 5-10° şaxta, dağlıq ərazilərdə 14°-dək şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 13-18° şaxta, gündüz 3-8° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 4-7° şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 13-18°, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 5-10° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 4-8° şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 7-12° şaxta, gündüz 3-7° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq. |
2014-02-01 | 7,868 | Dünyanın ən çətin yarışması - Foto | İngiltərədə hər il təşkil edilən "Tout Qay Çellenc" yarışması bu il də rəngarəng görüntülərə səhnə olub. Dünyanın ən çətin yarışı olaraq tanınan "Tout Qay" (Sərt Uşaq) bir neçə gün öncə İngiltərənin Perton şəhərində baş tutub. Tarixi 1987-ci ilə dayanan yarışmaya ölkə daxilindən və xaricindən minlərlə insan qatılır və toplanan pul xeyriyyə təşkilatlarına paylanır. Dünyanın ən çətin yarışı kimi xarakterizə edilən "Tout Qay"da hər il yüzlərlə bədbəxt hadisə yaşanır ancaq buna baxmayaraq, yarışma hər il təşkil olunur. Yarışmada anında çəkilən bir neçə fotoşəkili təqdim edirik. |
2014-02-01 | 7,869 | QMİ-nin bəyanatına Mehdiyevdən cavab | Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bir neçə gün bundan əvvəl Qazılar Şurasının iclasında qeyri-ənənəvi islam təriqətlərinin ünvanına bu təriqətlərə xoş gəlməyən bəzi fikirlər səsləndirmişdi. Qafqaz Universitetinin Beynəlxalq Hüquq kafedrasının rəhbəri Fərhad Mehdiyevin bu fikirlərə münasibətini ifadə edən yazını "Axar.az"a göndərib. Həmin yazını təqdim edirik: Bu günlərdə mübahisə və müzakirə olunan məsələlərdən biri də, cavanlarımızın Suriyadakı vətəndaş müharibəsində iştirak etmələri və orda həlak olmalarıdır. Fenomenin getdikcə artması bu problemə diqqətin artmasına gətirib çıxarıb, müxtəlif mövqelərdən xəbərdarlıq və etirazların irəli sürüldüyünü görürük. Bu arada Qafqaz Müsəlmanları İdarəsi də Suriyadakı müharibənin cihad olmadığı, orda ölənlərin şəhid olmayacağına dair bəyanat səsləndirib. Bizim üçün əsas olan, görülən tədbirin effektivliyi və problemi düzəltmə xüsusiyyətidir. Bu baxımdan həm QMİ bəyanatını, həm də hansı addımlar atıla biləcəyinə dair mülahizə apara bilərik. QMİ-nin bəyanatları heç bir əhəmiyyət kəsb etmir Əvvələ, onu qeyd etməliyik ki, Suriyada vətəndaş müharibəsinə gedən azərbaycanlılar, sələfi əqidəsinə aiddir. Sələfi əqidəsinin Azərbaycanda mötəbər sayılan və bütün "milli" sələfilərin itaət etdiyi bir dini avtoritet yoxdur. Məsələn, Qamət Suleymanovu izləyən şəxslər olsa da, Əlixan Musayevi özünə rəhbər bilənlər də var. Cümə məscidinə gedənlər üçün isə heç biri dini avtoritet sayılmır. Səudiyyə Ərəbistan şeyxlərinin fitvaları, azərbaycanlı sələfilərin gözündə daha mötəbərdir. QMİ-nin bəyanatları isə, onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Bu baxımdan, QMİ-nin bəyanatı daha əvvəl verilsəydi belə, onun daha təsirli olacağını düşünmək mümkün deyil. Böyük siyasətdə təsadüflər olur, məsələn Frans Ferdinandın 28 İyun 1914 tarixində qətli, planlaşdırılmamış bir fakt idi. Lakin bu fakt, böyük güclərin əlində bir bəhanə oldu və onlar da bundan istifadə etdilər. Lakin müharibə kimi hadisələrdə təsadüfə yer olmur; hər şey əvvəlcədən başlayaraq planlanır və icra edilir, güclü olanın planları həqiqət çıxır. Bu sözlərimin Suriyaya aidiyyəti belədir: oradaki döyüşçülər, əslində bir oyunun maşalarından başqa şey deyildir. Oyunçular isə müxtəlifdir, düşmənlər, silah və pul verənlər, marağı pozulanlar və qorunanlar. Dolayısıyla, istər Suriya, istərsə də sabah çıxa biləcək başqa bir müharibədə azərbaycanlıların getməsinin qarşısı başqa formada və metodlarla da alınmalıdır. Gənclərin müvafiq yöndə (tolerantlıq, zorakılıqdan uzaq durma, təhsil və karyeranın davam etdirilməsi) maarifləndirilməsi həyata keçirilməlidir. Bunlar orta məktəbin axırıncı siniflərində təlim olunmalıdır. Bunlar hansı dərsdə keçirilməli? Daha əvəllər də orta məktəblərdə sosial vərdişləri, məsuliyyəti, əxlaq və etiket qaydalarını öyrədən bir dərsin vacibliyindən danışılıb. Bu mövzular da həmin dərslərdə keçirilməlidir. Cəfəri məzhəbinə aid olan mollanın sözünü bir sələfi niyə dinləsin ki? Lakin bunlar da tək başına kifayət etməyəcək. Din xadimlərimiz məzhəbarası formada hazırlanmalıdır; müxtəlif məzhəblərin dəlillərini və hədis mənbələrini bilməlidir; əks halda cəfəri məzhəbinə aid olan mollanın sözünü bir sələfi niyə dinləsin ki? QMİ-yə əl-Əzhər məzunu olan birisi gətirilməli... Qafqaz Müsəlmanları İdarəsinin şöbələrindən birinə sələfi qrupunun əksərində sözü keçən, əl-Əzhər məzunu olan birisi gətirilməli və onun suniliyə qaçmaması şərti ilə, səmimi formada dövlət və milli maraqları qoruyucu təbliğatı təmin edilməlidir. Məsələn, Suriyadakı müharibə ilə bağlı bəyanatı da bu şəxs verməlidir. Digər tərəfdən, müxtəlif məscidlərdə keçirilən təbliğatlar, namaz arası söhbətlər də nəzarət altına götürülməlidir; bunun üçün QMİ həftəlik, ya da aylıq "mövzular" müəyyənləşdirərək məscidlərə çatdıra bilər. |
2014-02-01 | 7,870 | Millimizdən fantastik qələbə | Belçikanın Antverpen şəhərində futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunları keçirilir. "Axar.az" xəbər verir ki, C qrupunda yarışan milli komandamızın rəqibləri İtaliya və Sloveniyadır. Millimiz artıq bu dəqiqələrdə başa çatan ilk qarşılaşmada Sloveniya millisi ilə qarşılaşıb. Son dəqiqəyə 5-6 hesab ilə məğlub girən millimiz sona 45 saniyə qalmış iki top vuraraq 7-6 hesabı ilə qələbə qazanıb. Əgər ikinci qarşılaşmada millimiz İtaliya millisinə məğlub olmasa qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanacaq. |
2014-02-01 | 7,871 | Azərbaycanda banklar filiallarını bağlayırlar - SOS | Ölkədə bir sıra banklar öz filiallarını bağlamağa qərar veriblər. "Axar.az" ANS-ə istinadən bildirir ki, buna səbəb kreditlərin məhdudlaşdırılmasıdır. Belə ki, bank filialları daha çox kreditlərlə məşğul olurlar. Mütəxəssislər deyir ki, filialların bağlanmasına zərurət əsasən avtomobil kreditləşməsi dayandıqdan sonra yaranıb. Bir qayda olaraq banklar öz filiallarını müştərilərin sayının daha çox və təklif olunan xidmətlərə tələbatın yüksək olduğu bölgələrdə açırlar. Məqsəd xidmətlərə müştərilərilərin əlçatanlığını artırmaqdır. Kreditlərlə bağlı son dəyişiklikdən sonra isə vətəndaşların bu filiallara müraciətləri azalıb. Bu isə öz növbəsində bankların gəlirlərinin azalmasına səbəb olub. Artıq həmin filialların saxlanması bank üçün əlavə xərcə çevrilib. Nəticədə banklar öz fəaliyyətində struktur dəyişikliyi həyata keçirməyə başlayıblar. İqtisadçılar hesab edir ki, banklar öz xərclərinə qənaət etmək məqsədilə filiallarının sayını azaltmaqla yanaşı, həm də işçilərinin bir hissəsini ixtisar edəcək. İqtisadçı Ruslan Atakişiyev: "İndiki vəziyyətdə banklar istənilən qədər kredit mütəxəssisi götürürdü. Bu işin mahiyyəti ondan ibarət idi ki, işə gəlmisənsə, kredit götürəcək şəxs tap. Çərçivə daraldıqca, insanların sayını da azaldacaq". Filialların bağlanması xüsusən bölgələrdə gözlənilir. Hesab olunur ki, bu yerlərdə öz müştərilərinin azaldığını və digər xidmətlərə də tələbatın aşağı düşdüyünü görən bank həmin bölgədəki ofisini bağlayacaq. |
2014-02-01 | 7,872 | Avstriyada fəlakət: 2 ölü, 1 yaralı | Yanvarın 31-də Avstriyanın cənubunda baş vermiş qar uçqunu nəticəsində 2 nəfər ölüb, azı 1 nəfər xəsarət alıb. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, Şərqi Tirolda qar uçqunu zamanı qartəmizləyən maşının sürücüsü ölüb. Daha bir nəfər Turn-u-Lientsa kəndində təbii fəlakətin qurbanı olub. Şərqi Tirolda 71 yaşlı kişi qar uçqunundan sonra xəstəxanaya yerləşdirilib. Avstriyanın bu ərazisində onlarla ev evakuasiya olunub, məktəblər bağlanıb. |
2014-02-01 | 7,873 | Müğənnilər Rəqsanənin qızının “polis söhbəti”ndən danışdı | Bu sözləri mətbuata danışarkən müğənni Rəqsanənin qızı deyib. O, bildirib ki, yol polisləri onu saxlayanda anasının adını verir və polislər də buna görə ona güzəşt edirlər. Bu fikirlər yayılandan sonra Bakı Şəhər Baş Yol Polis İdarəsi məsələni belə şərh edib: "Biz həmişə tanınmış və xanım müğənnilərə güzəşt etmişik. Bundan sonra heç kimə güzəşt olunmayacaq və qaydanı pozan kəs cəzalanacaq". "Axar.az" olaraq məsələ ilə bağlı başqa müğənnilərimizin də fikrini öyrəndik. Rəqsanənin qızı kimdir ki?.. Nüşabə Ələsgərli bu məsələdə polislə tam razı olduğunu bildirdi: "Bir fərli adamla bağlı sual verin, cavab verim. Rəqsanənin qızı kimdir ki? Uşaq-muşaqdır da. Polis nə deyibsə, düz deyib". Onun gənc və xanım olmasına güzəşt edib Ruhəngiz Allahverdiyeva isə bunları dedi: "Qanun hamımız üçün qanundur. Hər halda yol polisi də bizim təhlükəsizliyimizi qoruyur. O, polisin alicənablığıdır ki, qanun öz yerində qalıb, onun gənc və xanım olmasına güzəşt edib. Hər gün bir hadisə baş verir, ölən olur və bu qanunlar da ona görədir ki, bizim təhlükəsizliyimizin qayğısına qalsın. Sağ olsunlar, polislər bizə hörmət edirlər". Onun öz işidir Nazpəri Dostəliyeva isə ümumiyyətlə bu məsələni mənasız adlandırdı: "Mən bu məsələni şərh etmək istəmirəm. Onun öz işidir. Sadəcə və sadəcə, mənasız bir məsələdir". Maşın sürmək üçün yol qaydalarını bilmək vacibdir Mənzurə Musayeva isə qanunun hər kəsə şamil olunduğu diqqətə çatdırdı: "Qanun hamı üçün qanundur. Yox, düz eləməyib belə söyləməkdə. Maşın sürmək üçün yol qaydalarını bilmək vacibdir. Ola bilər ki, sən bilmirsən, amma qarşı tərəfi də təhlükədə qoyursan". Uşaqdır da Mətanət Əsədova Rəqsanənin qızını elə də qınamaq fikrində olmadı: "Uşaqdır da. İndi deyib-deyib də... Nə olar ki? Ona elə xoşdur, elə də deyir. Durub qəlbini qırası deyiləm ki". Qayda-qanuna əməl edir Rəqqasə Fatimənin köməkçisi bunu gənc qızla polisin şəxsi işi olduğunu bildirdi: "Bu onların şəxsi işidir. Fatimə xanım isə heç vaxt qayda pozuntusuna yol vermir. Qayda-qanuna əməl edir". Mənə heç vaxt güzəşt olunmayıb Bəstəkar Gövhər Həsənzadə isə məsələ şəxsi olduğu üçün fikir bildirmək istəmədi: "Uşaqdır da, qoy desin. Bu şəxsi məsələdir deyə, fikir bildirə bilmirəm. Mənə isə heç vaxt güzəşt olunmayıb. Biliblər də maşın mənimdir. Mənim sürücüm var. Təhlükələrə görə özüm sükan arxasına keçmirəm". |
2014-02-01 | 7,874 | Bir ayda 7 hərbçi itirdik | Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkiləri - 2014-cü il, yanvar (31 yanvaradək) "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 7 nəfər təşkil edib. Bu barədə məlumat verən "Doktrina" JHAM direktoru Cəsur Sümərinli qeyd etdi ki, ötən müddətdə 11 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 2-i döyüş (erməni gülləsi), 5-i isə qeyri-döyüş itkiləridir. 1 nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfər intihar edib. Dünyasını dəyişənlərin 6-ı Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır. Yaralılara və xəsarət alanlara gəlincə (11 nəfər) C.Sümərinli bildirdi ki, onların 4-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 2-si intihara cəhddən, 2-i erməni gülləsindən, 3-ü isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 10 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Müvafiq dövrdə Azərbaycanın bir mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda bir Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb. |
2014-02-01 | 7,875 | Sabiq baş nazir Avstriyaya uçub | Ukraynanın sabiq baş naziri Nikolay Azarov tutduğu vəzifədən azad olunduqdan dərhal sonra fərdi təyyarə ilə Avstriyaya uçub. "Axar.az" bildirir ki, APA-nın Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, hazırda Azarov oğlunun yanında, Vyanadadır və orada uzun müddət qalmaq niyyətindədir. Sabiq baş nazirin mətbuat katibi məlumatı nə təsdiq, nə də təkzib edib. Xatırladaq ki, Nikolay Azarov yanvarın 28-də ölkədə ictimai-siyasi kompromis üçün əlavə imkanlar yaratmaq, habelə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün istefa verdiyini bildirib. Nazirlər Kabinetinə müvəqqəti olaraq baş nazirin birinci müavini Sergey Arbuzov başçılıq edir. |
2014-02-01 | 7,876 | Rusiyada qafqazlılar arasında kütləvi dava | Rusiyanın Petrozavodsk şəhərində qafqazlılar arasında kütləvi dava baş verib. "Axar.az" bildirir ki, APA-nın "Lenta.ru"-ya istinadən verdiyi məlumata görə, insident yanvarın 27-ə keçən gecə qeydə alınıb. Kütləvi davada 40 nəfərə yaxın çeçen, inquş və azərbaycanlılar iştirak edib. Nəticədə dava iştirakçılarından biri, 29 yaşlı çeçen kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Digər bir-neçə şəxs yüngül bıçaq yarası alıb. Hazırda hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111 (qəsdən sağlamlığa vurulan ağır zərər) və 213-cü (xuliqanlıq) maddələri üzrə cinayət işi açılıb. İki Azərbaycan vətəndaşı müttəhim, daha iki nəfər isə şübhəli qismində saxlanılıb. Kareliya DİN-i mətbuat xidmətinin məlumatına əsasən, münaqişə məişət zəminində baş verib. |
2014-02-01 | 7,877 | 300 nəfər qripin qurbanı oldu | Meksikada qripdən ölənlərin sayı 300 nəfər çatıb. "Ria Novosti" agentliyinin verdiyi məlumata görə, bu rəqəm yanvar ayında 295 nəfər idi. Onların da 271 nəfəri dünyasını dəyişib. Bir ay ərzində qripə yoluxanların sayı isə 2.8 min nəfərdir. Onların da 203 min nəfərində donuz qripi aşkarlanıb. Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. Səhiyyə orqanları bildirib ki, hələlik Meksikada epidemiya həyacanı yaymağa ehtiyac yoxdu. Ancaq vaksinasiya tədbirləri görmək və xəstəliyin inkişafı haqqında insanlara xəbərdarlıq etmək lazımdır. Qeyd edək ki, ilk dəfə 2009-cu ilin aprel ayında donuz qripi qığılcımı baş verib. Qısa zaman ərzində "A-H1N1" virusu ölkənin böyük hissəsinə yayılıb (ANS). |
2014-02-01 | 7,878 | İraq "qan çanağı"na dönüb: 1013 ölü | İraqda yanvar ayı ərzində terror aktları və silahlı hücumlar nəticəsində 1013 nəfər ölüb. Bu barədə RİA Novosti xəbər verir. "Frans Press" agentliyinin yerli hakimiyyətə istinadən verdiyi məlumata əsasən, yanvar ayında silahlı döyüşçülərin iştirakı ilə çoxsaylı zorakılıq faktları nəticəsində 122 hərbi qulluqçu, hüquq mühafizə orqanlarının 96 əməkdaşı və 795 mülki vətəndaş həlak olub. İraqın Səhiyyə, Daxili İşlər və Müdafiə nazirliklərinin rəsmi məlumatına görə, ötən ay 2 mindən çox şəxs yaralanıb. Belə ki, terror aktları və hücumlar nəticəsində 1633 mülki vətəndaş, 238 hərbi qulluqçu və 153 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Hakimiyyət bəyan edir ki, yanvar ayında İraqda 2008-ci ilin aprel ayından (1073 ölü) bu yana zorakılığın ən yüksək səviyyəsi qeydə alınıb (Trend). |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.