date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-02
7,983
Nəcməddin Sadıqov cəbhəyə gedən tanklardan danışdı
"Erməni mətbuatında yazılanlar cəfəngiyatdır və Azərbaycan tankları həmişəki mövqeyində dayanıb". Ermənistan Kütləvi İnformasiya Vasitələrinin Azərbaycan ordusunun tanklarının cəbhə xəttinə doğru irəliləməsi barədə yaydığı xəbər rəsmən təkzib edilib. Azərbaycan Silahlı Qüvvələrinin baş qərərgah rəisi Nəcməddin Sadıqovun verdiyi məlumata görə, erməni mətbuatında yazılanlar cəfəngiyatdır və Azərbaycan tankları həmişəki mövqeyində dayanıb. Müdafiə Nazirliyi də son günlər cəbhə xəttində Azərbaycan ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlərin yalnış olduğunu bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı Azərbaycanın iki hərbçisinin şəhid olduğunu, ermənilərin itkisinin isə onlarla olduğunu bildirib. (ANS)
2014-02-02
7,984
İranda güclü zəlzələ: 1 ölü, 30 yaralı
İranın Hörmüzqan ostanının Bəstək şəhərində güclü zəlzələ baş verib. Zəlzələ bu gün səhər saatlarında İranın Hörmüzqan ostanınında 5,5 bal gücündə zəlzələ meydana gəlib. İranın "Mehr xəbər agentliyi" zəlzələdə ilkin məlumatlara əsasən, 1 adamın dünyasını dəyişdiyini, 30 adamın isə yaralandığını bildirib. Kömək və xilasetmə qruplarının bölgəyə göndərildiyi vurğulanıb. Qeyd edək ki, bölgədə bir neçə kiçik təkanlar baş verib. (ANS)
2014-02-02
7,985
Ruslar Putinə qarşı çıxdılar - Etiraz
Rusiyanın paytaxtı Moskvada minlərlə insan aksiyalar zamanı həbs olunanlar üçün nümayiş keçirib. "Axar.az" rus mediasına istinadən xəbər verir ki, 2012-ci ilin mayında prezident seçkilərində Vladimir Putinin qalib gəlməsinə etiraz olaraq ölkə miqyasında aksiyalar keçirilmişdi. Qeyd edək ki, həbsdə saxlanılan 20 aktivistə 10 ilə qədər həbs verilməsi gözlənilir. Müxaliflərin verdiyi məlumatlara görə, aksiyada 15 min, rəsmi məlumatlara görə isə 2 min nəfər adam iştirak edib. Nümayişçilər məhbusların şəkilləri olan plakatlar qaldırıblar və Putinin əsirlərinə azadlıq şüarı səsləndiriblər. Aksiya polisin müdaxiləsi olmadan yekunlaşıb.
2014-02-02
7,986
İtaliya millimizi darmadağın etdi
Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirib. "Axar.az" xəbər verir ki, millimiz Antverpen şəhərində İtaliya yığması ilə qarşılaşıb. Komandamız İtaliya millisinə 7-0 hesabı ilə məğlub oldu. Bununla da Azərbaycan millisi qrupda sonuncu yeri tutaraq Avropa çempionatında mübarizəni dayandırıb. Qeyd edək ki, Azərbaycan millisi bu qarşılaşmadan öncə sloveniyalı rəqiblərini 7:6 hesabı ilə məğlub etmişdilər.
2014-02-03
7,987
Tanınmış amerikalı aktyor vəfat edib
Tanınmış amerikalı aktyor Filip Seymur Hoffman vəfat edib. Aktyorun meyiti bu gün mənzilində tapılıb. 46 yaşlı aktyorun ölüm səbəbi hələ dəqiq bilinmir. Qeyd edək ki, F.Hoffman bir sıra filmlərdə rol alıb. "Kapot" filmindəki roluna görə "Oskar", həmçinin "Qızıl qlobus" mükafatları qazanıb. Xatırladam ki, amerikalı aktyor ötən il narkotik asılılığından müalicə olunmuşdu. (Trend)
2014-02-02
7,988
Ramil Usubov dörd rəisi istefaya göndərdi
Goranboy, Füzuli və Neftçala rayonlarının polis rəisləri tutduqları vəzifədən azad edilərək sərəncama göndərilib. "Axar.az"a daxil olan məlumata görə, Suraxanı polis rəisi isə yanvarın 28-də keçirilən kollegiyada deyil, bir müddət əvvəl istefaya göndərilsə də, onun əvəzinə hələ təyinat aparılmayıb. Yalnız Suraxanı rayonunun polis rəisi vəzifəsini müvəqqəti olaraq polkovnik-leytenant Akif Nəzərovun, Füzul rayon polis rəsi vəzifəsini isə mayor İsa Hacıyev icra etdiyi açıqlanıb. Bildirək ki, Rayon Polis Şöbəsinin rəisi vəzifəsini Neftçalada Rza Hacıyev, Füzulidə Kamandar Əsədov, Suraxanıda Məmməd Mikayılov, Goranboyda Məhəmməd Məmmədov tuturdu. Daxili İşlər Nazirliyində yanvarın 28-də keçirilən kollegiya iclasında nazir Ramil Usubov tərəfindən ciddi tənqid edilən Neftçala Rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev və Füzuli rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun fəaliyyəti yoxlanılmış və kollegiya iclasından sonra Ramil Usubovun göstərişi ilə hər iki polis şöbəsinə təftiş qrupu göndərilmişdi. İki gün davam edən yoxlamalarda RPŞ-nin fəaliyyətində ciddi nöqsanlar aşkarlanmışdı. Yoxlamaların nəticəsi olaraq hər iki polis rəisinə raport yazmaq tələb edilmişdi. Hazırda onların raport verdiyi və sərəncama alındığı bildirilir. Yaxın günlərdə hazırda rəissiz fəaliyyət göstərən bu 4 rayona təyinatlar aparılacaq. Mənbəmizin bildirdiyinə görə, daxili işlər orqanlarının fəaliyyətini gücləndirmək məqsədi ilə nazir Ramil Usubovun kadr islahatlarını davam etdiriləcəyi, nöqsanlara yol verdiyi barədə məlumatlar daxil olan daha bir neçə rayonun polis rəisini tutduğu vəzifədən azad edəcəyi gözlənilir.
2014-02-03
7,989
Mir Şahin: "Cəhənnəmdə tıxac olacaq" - Video
Cəhənnəmdə tıxac olacaq. Amma o dünyanın od-alovunu gözləməyib bu dünyada özünə cəhənnəm əzabı yaşadanlar da var. Onlar özlərinə od vururlar. Ən amansız və ağrılı suisit forması seçənlər son zamanlar xeyli artıblar. Düzdü, şair demişdi, "Yaşamaq yanmaqdır yanasan gərək". Amma belə də deməmişdi axı... "Mustafa!!! Ay kişi evə gəl də! Üstümə nöyüt töküb özümü yandıracam!" Bu haray məşhur "Bir Cənub şəhərinin" "uçastkovısı" Mustafanın arvadına məxsusdur! Bu epizoda baxanda mağmın sahə müvəkkilinin yazıq vəziyyətinə həm acımışıq, həm də gülmüşük. Arvadının şantajı qarşısında hər dəfə zavallı vəziyyətə düşən Mustafa eyni zamanda cani, oğru, quldur tutmalıdır. Gülünc vəziyyətdir. Mətləbi Azərbaycandan Mustafa düzəltmək istəyən vətəndaşların üzərinə gətirirəm. Belələri öz istədiklərini almağın ən qısa yolunu məhz "mıs-mıs" deməmiş bir başa "Mustafa"ya keçməkdə görürlər. Qarabağ müharibəsi əlili Zaur Həsənovun özünə vurduğu odla qaranlıq mətləblərə işıq salmaq istəyi prezidentdən tutmuş ən sıravi vətəndaşa kimi, bütün xalqı sarsıtdı. Dövlət öz boş yerlərinə bir də baxdı, müəyyən nəticələr, dərslər çıxardı. Və gördü ki, ölkədə "Pəmbeyi dağı cünun içrə bədəni nihan" olan başqaları da var. Və onlar heç də dəli deyillər. Amma bu hadisədən sonra zəncirvari proses başlandı. Azərbaycan bir-birinin ardınca özünə od vuranların hesabına Odlar Yurdu adını bir başqa tərəfdən doğrultmağa başladı. Ən adi sosial məsələni həll etmək üçün özünə əl qaldıran, benzin töküb kibrit çəkənlər tədricən bu akta daha yaradıcı tərəfdən yanaşmağa başladılar. Məsələn, özünü yandırmaq aktına özünü öldürmək məqsədilə yox, ucqar bir yerdə azıb qalmış birisinin diqqəti cəlb etmək üçün od qalaması jesti kimi əl atdılar. Burda isə təbii ki, müəyyən islahatlar aparıldı. Adam özünü bütöv yandırmadı, müəyyən əzalarına xəsarət yetirdi. Yəni sağ qalsa, bəhrəsini görsün. Bilirəm, özünə əl qaldırmaq bütün hallarda ağır hadisədir, çıxılmazlığın doğurduğu emosianal fəsaddır. Əli hər yerdən üzülən vətəndaş başqa təsir formasımı tapa bilmir, gücü özünə çatır. Amma bu addım son zamanlar hakimiyyət orqanlarını hansısa problemin həllinə vadar etmək yoluna yox, daha çox, dövləti şantaj etməyə oxşayır. Dünyada tam çılpaq soyunmaqdan tutmuş ağıza tikiş vurmağa qədər, çoxlu etiraz forması var və bu formalar öz bəhrəsini verir. Azərbaycanda isə Zaur Həsənovun özünü yandırmasından sonra bu etiraz forması sözün həqiqi mənasında qiymətə mindi. İçi özünü yandıranlar, çölü ilə də özlərini yandırdılar ki, bahasını dövlət versin. Kiminə atəşböcəyi, kiminə isə Səməndər quşu kimi görünən bu insanlar əslində öz taleləri ilə oynadıqlarının fərqində olmalıdırlar. Dədə Qorqudun bizə odlu-alovlu vəsiyyəti var. Dədə Qorqud özümüzü yandırmağı məsləhət verməyib. Elə dində də böyük günahdır. Onsuz da çölümüz özgələrini yandırır. İçimizi də özümüz yandırmayaq. Bu alov dövləti işığa yox, qaranlığa aparır. Ən maraqlısı da burasıdır ki, bütün bunlar Azərbaycanın Dağlıq Qarabağ davası fonunda baş verir. Biri gedib qürbətdə cənnət uğrunda həlak olur, o birisi özünə bu dünyada bir cəhənnəm alovu vurur ki, tüstüsü cəmiyyətin təpəsindən çıxır. Baxmayaraq ki, Qarabağ davası Azərbaycanın əli silah tutan hər bir vətəndaşının fərdi davasıdır və hər bir vətəndaşımız özünü məhz ona görə qorumalıdır ki, o savaşda ya şəhid, ya da qazi olsun. (ANS)
2014-02-03
7,990
Salyanda ikiotaqlı ev yandı
Salyan şəhərində yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Salyan şəhəri, Marışlı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-03
7,991
Türkdilli xalqlar üçün sosial şəbəkə yaradıldı
Qazaxıstanda türkdilli xalqlar üçün ilk sosial şəbəkə yaradılıb. "Turkiler.com" saytı hələlik beta-versiyada işləyir. Portalın rəsmi relizi bu ilin aprelinə nəzərdə tutulub. Qeydiyyatdan keçənlər burada nəinki müxtəlif ölkələrdən olan insanlarla tanış ola, öz birliklərini (uluslarını) yarada, foto və videoroliklər paylaşa biləcəklər, həmçinin türk xalqlarının tarixinə dair faydalı materiallar tapmaq imkanı əldə edəcəklər. Üstəlik, insanların əlaqəsi üçün on-line servis türklər haqda informasiya bazası ilə sinxronlaşdırılacaq. ("Musavat.com")
2014-02-03
7,992
Abutalıbovu hədəf aldı, özü fontana düşdü – Video
İctimai fəal Mehman Hüseynov Bakı şəhərində qurulan fontanların buz bağladığını göstərmək üçün Sahil bağında bir təcrübə keçirib. M.Hüseynov kameralar önündə fontanın buz bağlamış səthinə çıxıb. Amma nazik buz səthi qırılıb və Mehman Hüseynov buz kimi suya qərq olub. "Axar.az"ın əməkdaşı ilə söhbətində o, bu addımı adrenalin yaşamaq üçün etdiyini dedi: "Mən adrenalin yaşamağı çox sevirəm. Buz bağlamış hovuz rastıma çıxarkən ağlıma ideya gəldi ki, mən bu anı yaşamalıyam və 2 kamera götürüb, bunu lentə aldım. Hər saniyə o buz çat verərkən gözləyirdim ki, bu saat suya girəcəm. Amma riskləri ölçüb-biçirdim" İctimai fəalın özü tərəfindən "Hacıbalanın bəlalı parkları" adı ilə Yutuba yerləşdirilən videonu təqdim edirik.
2014-02-03
7,993
Universitet binası yerlə-yeksan edildi - Video
Almaniyanın ticarət mərkəzi sayılan Frankfurt şəhərində binalardan biri partladılıb. "Axar.az"ın məlumatına görə, 116 metr hündürlüyündəki göydələn bir neçə saniyə içərsində yerlə-yeksan edilib. Binaya 950 kq partlayıcı maddə yerləşdirilib və ətraf ərazidəki insanlar təxliyyə edildikdən sonra bina partladılıb. Partlayış səsi şəhərin bir çox yerində eşidilb. 1972-ci ildə inşa olunan bina əvvəl universitet olaraq fəaliyyət göstərib. Hava temperaturunun 5 dərəcə şaxta olmasına baxmayaraq, 10 mindən çox insan dağıtma əməliyyatını izləməyə gəlib. Əməliyyatda 400 texnikadan istifadə edilib. Dağıdılan binanın yerində 2 bina inşa ediləcək.
2014-02-03
7,994
Adil Əliyevin İsa Qəmbərə qalib gəldiyini ekzit-pollar təsdiqləyib
Adil Əliyevin 2005-ci ildə seçki qərargahının rəhbəri olmuş Oqtay Sadıqov Arif Hacılının 2005-ci ildə Nərimanov ikinci seçki dairəsində A.Əliyevlə Müsavat başqanı İ.Qəmbər arasında seçki yarışması ilə bağlı "Müsavatdan Adil Əliyevə sərt cavab verildi" başlıqlı yazıya cavab verib. "Axar.az"ın elektron ünvanına daxil olan məktubda bildirilir: "Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Adil Əliyevin 6 noyabr 2005-ci il Milli Məclis seçkilərində Nərimanov 20 saylı II seçki dairəsindən seçki kampaniyasını qeyri-obyektiv və arxadan atılan daş effekti verən bir tərzdə şərh etməyə çalışmışdır. Bəri başdan ümidliyik ki, cavab haqqımız tanınınr və bu yazı musavat.com saytında və "Yeni Musavat" qəzetinin növbəti nömrəsində işıq üzü görəcəkdir ("Musavat.com" yazını artıq dərc edib – red.). Siyasi polemika məsələlərinə gəldikdə əvvəlcə qeyd etmək istərdim ki, 1995-2000-2005-2010-cu illərdə seçki mütəxəssisi kimi parlament seçkilərində iştirak etmiş, 2000-2002-ci illərdə Qərb Universitetində "Seçki nəzəriyələri və texnologiyaları" fənnindən mühazirələr oxumuşam, siyasi elmlər magistriyəm. 2005-ci il Milli Məclis seçkilərində Adil Əliyevin səlahiyyətli nümayəndəsi və qərargah rəhbəri olmuşam. Bizlərin hər biri kimi mənim üçün də 2005-ci il seçkiləri heç də asan olmayan siyasi mübarizə şəraitində baş vermişdir. O dövrki Azadlıq Blokundan dairə üzrə namizəd, Müsavat başqanı İsa Qəmbərə gəldikdə qeyd etməlıyəm ki İsa bəy dairə ərazisində Arif Hacılının söylədiyi kimi 4 yox, yalnız 2 görüş keçirmişdir. Bu görüşlər də seçicilərlə görüşdən daha çox, köçürülmə elektoratın bir dairə ərazisindən digərinə müvəqqəti ötürülməsi yolu ilə baş vermişdir. Böyük ehtimalla blok siyasətinin üstünlüklərilə yanaşı, fəsadları da bu seçki kampaniyasında öz sözünü demiş, secicilər İsa bəyin onlarla hansısa bir başqa görüşünün şahidi olmamışlar. "Tamada, molla" və başqa epitetlərlə şərh vermək fikrindəndə xeyli uzağam. Sadəcə qeyd etmək istərdim ki, dairə ərazisində seçicilərə məhz hörmətli münasibət, onların əmək, sosial və konstitusion hüquqlarının təminatçısı olmaq missiyasını Adil Əliyev həqiqətəndə icra edə bilmiş və bu gün də etməkdədir. İnsanın hansı peşə sahibi olmasının isə seçki nəticələrinə heç bir aidiyyəti ola bilməz və ümüdliyəm ki, Müsavat Partiyasının rəhbərliyidə bu aksiomanı qəbul edir. Arif Hacılının Avropa Məhkəməsinin İsa Qəmbərin lehinə qərar qəbul etməsi ilə bağlı söylədiklərinə gəldikdə isə demək istərdim ki bütün nüfuzlu beynəlxalq təşkilatlar bu seçkilərin beynəlxalq hüquqi və siyasi nəticələrini tanımışlar və deməli, habelə Nərimanov 20 saylı II seçki dairəsi üzrə də Avropa və ümumiyyətlə, Qərb qurumlarının ikibaşlı oyunlarının isə çox şahidi olmuşuq, elə Musavat partiyası da... Bircə bu faktı da xatırlatmaq, hesab edirəm, yerinə düşər ki, 2005-ci il 6 noyabr seçki günü dairə ərazisində ekzit-pol keçirən ABŞ-ın "Mitofskiy İnterneşnl" və Estoniyanın "Saar-pols" təşkilatları da qələbəni müvafiq olaraq 39 faiz və 41 faiz göstəricilərilə Adil Əliyevə vermiş və bu göstəricilərlə Mərkəzi Seçki Komissiyasının göstəricisi (47.4 faiz) arasında cəmi 5-6 faizlik xətta olmuşdur ki bu da seçkisonrası rəy soruşma texnologiyaları baxımından normal xəta fərqi hesab olunur. Bu da belə... Sonda Musavat Partiyasına Milli Şura kimi siyasi avantüralara bir daha baş qoşmamaq və siyasi müttəfiq seçimində daha diqqətli olmaq arzusu ilə. Hörmətlə, politoloq Oqtay Sadıqov
2014-02-03
7,995
Xəstəlik tanınmış müğənnimizi tanınmaz hala salıb - Foto
Deputat Qənirə Paşayeva xəstəxanada tanınmış müğənni Kəmalə Rəhimlini ziyarət edib. Qənirə Paşayevanın Feysbukda bölüşdüyü təəssüratları təqdim edirik: Onun xəstə yatdığını eşidəndə çox təsirləndim və 1 həftə əvvəl müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkməyə getdim. Xəstəxananın baş həkimi Leyla xanımla birlikdə qalxdıq palatasına. Xeyli vaxt idi görməmişdim Kəmalə xanımı və doğrusu onu xəstə görmək qəlbimi sızlatdı. Söhbət etdik, o günləri xatıradıq... Onun xəstə yatdığını eşidəndə çox təsirləndim və 1 həftə əvvəl müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkməyə getdim. Xəstəxananın baş həkimi Leyla xanımla birlikdə qalxdıq palatasına. Xeyli vaxt idi görməmişdim Kəmalə xanımı və doğrusu onu xəstə görmək qəlbimi sızlatdı. Söhbət etdik, o günləri xatırladıq... "Bu səs hərdən pəncərəmi döyüb qaçar, qulağıma nəsə, nəsə deyib qaçar..." Bu səs nəğmə-nəğmə, duyğu-duyğu axar yaddaşa... Bu səs onun səsi-Azərbaycanın əməkdar artisti Kəmalə Rəhimlinin! Kəmalə Rəhimli! Kamallı, rəhimli səsin, şəxsiyyətin sahibi! Bir zamanların – bizim gənclik illərimizin ən sevilən sənətçilərindən biriydi o! "Qiyamətdi, Allah, Allah", "Naz eylə", "Kimlərə qaldı dünya", "Yaşa, Azərbaycan", ... Sənətimizin yaşayan əfsanə isimlərindən olan əməkdar artist Kəmalə Rəhimli xalqın sevilən sənətçisidir! – Mən "bizim gənclik illərinin" dedim, oysa, Kəmalə xanım kimi sənətçilər bütün dövrlərin gəncliyinin üztutduğu sənətçilərdir... ...Xatırlayıram, üç il öncələr olardı, bir sənət vurğunu mətbuata verdiyi müsahibədə eynən belə deyirdi: "...ilk sevgim Kəmalə Rəhimli olub... Onu göstərəndə, az qalırdı, girəm televizorun iiçinə..." – Bəli, bu xanım sənətçinin gözəlliyi, şirinliyi də, sənəti də, ədəb-ərkanı da sevdirir, cazibədar edirdi onu... Özünəməxsusluğu, bənzərsizliyi ilə bərabər Kəmalə xanımın səsi həm də Eşqin, Əhdin, Vəfanın dilmancı, danışan dili olaraq ovsunladı dinləyicilərini. "Sürünərəm dizin-dizin, ölüncə gözlərəm səni" oxusuyla cəfakeşliyin, sonacan sevməyin, sadiqliyin gercək üzünü tanıtdı, şəkilləndirdi... Kəmalə xanımın səsi bir gözlədi, gözü bir gözəl, saçları bir gözəl, ədası, nazı bir gözəl. Onun simasında bu gözəlliklərin hamısı bir araya gəlib. Səhnə davranışı, sadəliyi, səmimiyyət, təmənnasızlığı ilə sayılıb-seçilən olub. Bunları yazdıqca Kəmalə xanımın çoxsaylı dinləyicilərinə yaxşı tanış olan sənət ömrü dəyərli bir kitab kimi vərəqlənir gözlərim önündə. Dəfolunmaz bir istəklə "Bakı haqqında mahnı"sını yenidən dinləmək, "Mənim sevdam"ın sehrinə düşmək istəyirəm. Nə oxuyubsa ürəkdən oxuyub, qəlbini, könül istisini, hərarətini verə-verə ifa edib. "Sevirəm de"ni belə sevdirib, "Dalğalar"ın cəfasına belə dözüb. Dili "Azərbaycan", "Gəl dost olaq" deyib həmişə. Bütün Türk dünyasının adından qəm çəkib "Qələbə həsrəti ilə". Leyla Şıxlınski xəstəxanasında müalicə olunduğu xəbərini alan kimi həmən görüşünə getdim. Yol boyu qulaqlarımda həzindən-həzin, kövrəkdən-kövrək ifaları səslənməkdəydi: "Sürünərəm dizin-dizin ölüncə gözlərəm səni". Yol boyu Kəmalə xanımın bənzərsiz ifalarına xüsusi bir ahəng verən, tənasüb yaradan cazibədar fiziki görünüşü gözlərim önündə canlanırdı. Sanki ifa etdiyi o gözəl mahnılarının həzinliyi, kövrəkliyi, qəlbəyatımlılığının özü arayıb tapmışdı Kəmalə xanımı. Axtarmışdı, aramışdı və demişdi ki, "Gəl dost olaq". Kəmalə xanımın qənirsiz gözəlliyi sanki oxuduğu mahnılarla bəhsləşir. Uyarlı hərəkətləri, saç düzümü, təbəssümü də onunla birgə oxuyur. Yol boyu bütün bunları nostalji duyğularla düşünür, düşünürdüm. Müalicə olunduğu palatının qapısı ağzındaca qarşıladı bizi. Durumunu yaxşı görüb toxtadım. Əlbəəl Leyla xanımdan razılığını bildirdi. Bu ağrılı, çətin durumunda onu tək qoymayan insanlara sonsuz sayğısını, minnətdarlığını dilə gətirdi... Bütün səmimiyyətimlə təskinlik verdim, məxsusi olaraq gətirdiyim gül çələngini gözləriylə bağrına basırmış kimi əzizlədi: "Bu günə kimi heç mənim adımı belə çələnglə anan olmamışdı". Doluxsunmuş halda pəncərəyə sarı çevrildi. Bax elə bu məqamda "ona göz yetirib oğrunca baxdım, baxdım..."Bu, o idi... İllər boyu bənzərsiz ifaları ilə könlümü əfsunlayan, səsi, avazı pünhan sevgilərimizin aşkar dilmancı olan Kəmalə xanım Rəhimli. O Kəmalə xanım ki, səsi bir gözəldi, nazı, ədası, saçları, baxışı-duruşu bir ayrı gözəl.Eyni zamanda bu gözəlim mahnı elə bil yaranışından Kəmalə xanımın bu günü, bu durumu üçün oxunmuşdu: "Burda çiçək vardı, hanı çiçəklər? Onun qızıl telli ləçəklərini ya illər yolmuşdu, ya da küləklər..."Dilim toxtaqlıq versə də gözlərim onun əynindəki xəstəxana xələtinin nazik yaxalığına, bütün səliqə-səhmanıyla bir arada Kəmalə xanımın ifa etdiyi nəğmələrin şuxluğuyla heç cür uyuşmayan çarpayısna dikilib qalmışdı. Elə bil radio dalğalarından, mavi ekrandan, çoxsaylı görüşlərimizdən mənə doğma, tanış olan o sevimli müğənni xanım elə o oxuduğu mahnıların qanadındaca uzaq bir səfərə çıxmışdı. Yerində onun xatirəsi, adaşı qalıb da müalicə olunurdu. Arada ehtiramla palataya baş çəkən tibb bacılarına xalq şairi Nəriman Həsənzadənin bir şerini əzbərdən söyləmək keçirdi könlümdən; nakam şairimiz Mikayıl Müşfiqin sevimli həyat yoldaşı Dilbər Axundzadənin həkiminə xitabən yazmışdı: "Həkim, o Dilbərdi, ona yaxşı bax, Müşfiqdən xatirə qalandı həkim... Onun xəstəliyi Müşfiq dərdidi, qalan xəstəliyi yalandı həkim..." Lap elə beləcə demək istəyirdim. Demək istəyirdim ki, həkim, bu Kəmalə xanımdı, ona yaxşı bax, sevgidən, vəfadan, gəncliyimizdən xatirə qalandı, qoruyaq gərək".Yox, bu mənim daxili düşüncələrimin dedikləriydi. Aşkarda isə onunla adi həyat qayğıları barədə hal-əhvallaşırdıq. Rəhmətlik qayınanası, saz havalarının bənzərsiz ifaçısı Rahilə xanım Həsənovanı xatırlayırıq, xalq artisti, görkəmli bəstəkar Şəfiqə xanım Axundovanın son günlərindən söz açırıq: "Şəfiqə xanımdan olmazdı – deyir, - qəlbi həyat eşqi ilə dolu idi. Son nəfəsinə qədər ruhu, düşüncəsi, sənət eşqi öləzimədi..."Bu kövrək məqamlardan diqqətini yayındırmağa çalışıram. Həyat yoldaşını, sevimli oğlunu xəbər alıram. Şükürlər edir. Nigarançılığını da gizlətmir heç: "Ömür möhlət verə, oğlumun toyunu görəm..." "Sağlıq olsun-deyirəm-toyunu da görəcəksən, gözəl-göyçək nəvələrin də olacaq". Gülümsünür: "Dəvət edəcəm hamınızı..." Yenə də təsəlli verirəm... Hər şeyin yaxşı olacağını deyirəm. Elə bil baxışlarıyla "təki sən deyən olsun - söyləyir mənə – Mən sənət ömrümü vicdanla yaşamışam. Xalqımızın milli sərvəti olan musiqi sənətimizi həmişə böyük vətəndaşlıq duyğusu ilə təbliğ eləmişəm. Hökumətimiz, xalqımız qədirbilən olub..." Amma, uman yerdən küsündüyü də var... "Mütəmadi olaraq həkim nəzarətində olmalıyam – deyir – Dərmanlarım vaxtı-vaxtında alınmalıdı. Ancaq maddi imkanların buna yol vermir". Başladığı söhbətdən utanırmış kimi tez də söhbətin səmtini dəyişir. Ata-babalarından söz açır: "Din adamıydılar – deyir. – babam hələ o illərdə məkkəni ziyarət etmişdi. Dünyasını da orda dəyişmişdi. Gözümü açandan həmişə ailəmizdə İslam qanunlarına ehtiram görmüşəm. Evimizdə həmişə "Qurani-Kərim" oxunub. Mən özüm Quranın ayələrini əzbərdən bilirəm, oruc tutur, namaz qılıram..." Kəmalə xanım danışır, mənsə oğrunca zərif cisminə nəzər salıram. Onun bütün görünüşündə, üz-gözünün cizgilərində haradasa o müqəddəs ruhların qudsal, pak dünyası, Tanrı yolçuluğunu özündə ifadə edən cizgilər qəlbimə sirayət edir. Gözlərim gözünə baxa-baxa bənzərsiz ifaları döyəcləyir yaddaşımı. Bu ifalar insanlıq haqqındadı, əbədi yaxşılıq və əbədi haqlar barəsindədi. "Bir-birimizin yanında olaq, təsəlli yerinə dönək" söyləməkdədi. Dönə-dönə eşitməyimiz... Dönə-dönə əməl etməyimiz gərəkdi... İnanıram ki, Kəmalə Rəhimli vurğunları bugün də onu ekranlarda-efirlərdə arayırlar-axtarırlar. – Bilirsiz, insan sevdiyi, əziz bildiyi sənətçi ilə hər gün görüşməməlidir, bəlkə... Sənətçinin eləcə uzaqdan, bir sənət sirri kimi görünməsi başqa aləmdir... Ancaq..! Ancaq əgər o sənətçinin sağlıq durumu artıq qaydasında deyilsə, iraq olsun, həyata, sevdiklərinə baxdığı gözü nurunu itirə bilərsə , artıq, necə deyərlər, sənət sirri (həqiqəti) deyil, həyat sirri (həqiqəti!) işə düşür – önplana keçir: ONU AXTARMAQ, YANINA GETMƏK, DƏRDİNƏ ŞƏRİK OLMAQ LAZIMDIR! Sonra... Sonra sadəcə, gec ola bilər... Səsinin sehrinə düşdüyümüz, vurulduğumuz insanın həyata, insanlara, sevdiklərinə baxa bilməsi üçün, əziyyət çəkdiyi şəkər xəstəliyindən mümkün miqdarda qorunması, gözlərinin qayğısına qalması lazımdır. – Demək ki, səsi ilə qayğımıza qalmış bu gözəl sənətçi indi özü bizdən, tamaşaçısından, dinləyicisindən qayğı ummaqda haqlıdır! ...Respublikamızın əməkdar artisti, tanınmış müğənni Kəmalə Rəhimli də bütün səhnə fəaliyyəti dövründə musiqi sənətimizin inkişafına dəyərli töhfələr verib. Onun ifasında səslənən mahnılar həmişə vətənpərvərlik, qəhrəmanlıq, milli-mənəvi dəyərlərə yüksəək məhəbbət hissi aşılayıb. ...Bəli, tanınmış müğənni Kəmalə Rəhimlinin səhhətində hal-hazırda ciddi peoblemlər var. Artıq qeyd etdiyimiz kimi, o, uzun illərdir, şəkər xəstəliyindən əziyyət çəkir və görmə imkanları demək olar ki, tükənmək üzrədir... Səhhətini təhdid edən bir çox başqa xəstəliklər də sevimli sənətçimizin yaşam tərzini çətinləşdirib. Uzun illər mədəniyyətimizə verdiyi töhfələri və hazırkı şəraitdə səhhəttinin qeyri-normal olmasını nəzərə alaraq, həyat şəraitinin yaxşılaşdırılmasına, normal şəkildə müalicə olunmasına şərait yaratmaq üçün respublikanın əməkdar artisıti Kəmalə Rəhimlinin danılmaz, gizlədilməz şəkildə dəstəyə ehtiyacı var... Ömrünü sənətnə, xalqına, dövlətinin mədəni yüksəlişinə həsr etmiş bir insan kimə güvənməlidir? – Dövlətinə, xalqına, sevənlərinə... Bəlli olduğu kimi, Azərbaycan mədəniyyətinə ləyaqətlə xidmət göstərmiş hər bir sənət adamına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu ənənə bu gün ölkə başçısı olaraq, İlham Əliyev cənablarının fəaliyyətinin əsas prinəsiplərindən birini təşkil edir. Təbii ki, Azərbaycan dövlət başçısının xüsusi diqqət və qayğısını üzərində hiss edən sənət adamlarımız ilk növbədə Azərbaycan mədəniyyətinə ləyaqətlə xidmət etməyi həyat amallarına çevirir, daha inamla çalışırlar və bu yeni nəsilllər üçün də bir motivasiya qaynağı olur... İnanıram ki, möhtərəm dövlət başçımız Kəmalə Rəhimlinin səhhətindəki ciddi problemləri, onun sənətə uzun illərlə xidmətlərini nəzərə alaraq, Prezident təqüdünə layiq görməklə, mənəvi və maddi dəstək duracaq, təsəlli verəcək. Prezident diqqəti, dövlət dəstəyi "maddi" sözündən ucadır, məhz mənəvi mahiyyət daşıyır, ömrə ömür calayır, gözə nur gətirir! Cənab Prezidentimizin indiyədək neçə vətəndaşımıza, aydınımıza, sənətçimizə belə dəstək durduğunu və onların bundan necə ruhlandığını, xəstəliklərə qalib gəldiklərini görmüşük! Sizə də, Kəmalə xanım, acil şəfalar diləyir, keçmiş olsun, deyirəm! İnanıram ki, qısa zamanda sağlamlığınıza qovuşacaq və sevənlərinizi və xalqımızı gözəl ifalarınızla sevindirməkdə davam edəcəksiniz. Sizinlə təkrar xəstəxana palatasında deyil, konsertlərinizdə görüşməyi arzu və dua edirəm. Allah hər zaman yardımçınız olsun!
2014-02-03
7,996
Bu il elektrik enerjisi istehsalı xeyli artacaq
Proqnozlara əsasən, bu il Azərbaycanda təqribən 25,35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Bu barədə elektrik enerjisi bazarındakı mənbə deyib. Ötən il bu rəqəm 21,3 milyard kilovat-saatdan çox olub. Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda təqribən 20 milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuşdu. Ölkədə elektrik enerjisi istehsalının həcmi, habelə enerji istehsalçılarının gücü artırılır (Trend).
2014-02-03
7,997
Kinoteatra 2 qumbara atılıb: 3 ölü, 25 yaralı - Video
Pakistanın Peşəvər şəhərində kinoteatra silahlı hücum olub. Kinozala atılan iki qumbaranın partlaması nəticəsində azı 3 nəfər ölüb, 25-ə yaxın adam isə yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağır hesab edildiyindən ölü sayının artacağı ehtimal olunur. Şəhər polisi faktla bağlı istintaq araşdırması başladıb. Məlumata görə, partlayıcılar kustar üsulla hazırlanmış qumbaralar olub. Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib. Polis isə, Taliban silahlılarının hücumda əli olduğunu güman edir (Anspress).
2014-02-03
7,998
Hava şəraiti ilə əlaqədar yarı yolda qaldılar
Bu gecə 3 Təcili Tibbi Yardım Stansiyasının xidməti avtomobili hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı, Sabunçu və Abşeron rayonlarında Təcili Tibbi Yardım Stansiyasının xidməti avtomobili hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika və vasitələrlə avtomobili təhlükəsiz əraziyə çıxararaq hərəkətini davam etdirməsini təmin edib, həmçinin avtomobil yolunun həmin hissəsini qardan təmizləyiblər. Əməliyyatlar gecə saatlarında başa çatıb.
2014-02-03
7,999
Kirayəçi ev sahibini bıçaqladı
Xaçmaz rayon Xudat şəhərində bıçaqlanma faktı baş verib. "Axar.az" Regional TV-yə istinadən xəbər verir ki, hadisə Xudat şəhər Rəşid Behbudov küçəsi, ev 2 ünvanında qeydə alınlıb. Belə ki, Xudat şəhər sakini 1970-ci il təvəllüdlü Mudaliyev Rafiq Qasım oğlu bıçaqlanıb. Evin sahibinə həmin evdə kirayəşin qalan Yarəhməd adlı şəxs tərəfindən bıçaq xəsarəti yetirilib. O, Xaçmaz Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan yaralıya döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Xaçmaz RPŞ-da araşdırma aparılır.
2014-02-03
8,001
“Kamaz” və “Mersedes” yandı
Bakı şəhəri, Nizami rayonunda "Bakı Geyim" ATSC-nin ərasizində həmin şirkətə məxsus "KAMAZ" markalı yük avtomobilinin salonu yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı, avtobusun arxa təkəri yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.
2014-02-03
8,002
Bakıda sərnişin avtobusu yandı
Bakıda sərnişin avtobusu yanıb. Hadisə şəhərin Afiyəddin Cəlilov küçəsində baş verib. Hadisə yerinə dərhal FHN yanğından mühafizə briqadaları cəlb olunub (ANS). İlkin məlumata görə, yanğın nəticəsində təlafat olmasa da avtobus istifadəyə yararsız hala düşüb. Bakının Xətai rayonunda qəfil alışan "Mercedes" markalı avtobusun arxa təkəri yanıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal nazirliyin yanğından mühafizə briqadaları cəlb olunub. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:05 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
2014-02-03
8,003
6 bal gücündə zəlzələ baş verdi
Saat 05:06-da Yunanıstanın paytaxtı Afinanın 215 kilometr qərbində yerləşən Patras şəhərində 6.1 bal gücündə zəlzələ baş verib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerikan Geologiya Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin Patras şəhərinin 122 kilometr qərbində yerin 13,7 kilometr dərinliyində baş verdiyini bildirib. Ölən və yaralananların, yaxud maddi zərərin olub-olmaması barədə hələlik heç bir açıqlama verilməyib.
2014-02-03
8,004
Anjey Kaspşik: "Sülh perspektivləri azalır"
Təmas xəttində və sərhəddə baş verən itki və atəşkəs rejiminin pozulması xəbərləri narahatlıq doğurur. "Axar.az" xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib. Onun sözlərinə görə, hər bir itki faciədir və atəşkəs rejiminə tam əməl olunarsa, bunun qarşısını almaq mümkündür: "Təəssüflər olsun ki, məlumatların göstərdiyinə görə, son həftələrdə vəziyyət daha da gərginləşib və vəziyyətin gərginləşməsi riski yetərincə dəyərləndirilmir". A.Kaspşik qeyd edib ki, o özü də son zamanlarda gərinliyin artmasının bu yaxınlarda keçirilən monitorinq zamanı şahidi olub: "Belə ki, hər iki tərəfin yerli komandirləri qoşunlarının monitorinq zamanı atəşkəs rejimini pozmayacağına və qrupumuzun təhlükəsizliyinə təminat verməsinə baxmayaraq atəş açıldı". ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bildirib ki, atəşkəs rejiminə əməl olunması məsuliyyəti tərəflərin üzərinə düşür: "Parisdə Minsk qrupunun həmsədrləri tərəfləri atəşkəs müqaviləsinin şərtlərinə tam və qeyd-şərtsiz əməl etməyə çağırıb. Həmsədrlər bildiriblər ki, son zamanlarda baş verən hadisələr danışıqları sarsıdır və sülh perspektivlərini azaldır. Bu yaxınlarda üç həmsədr ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri bəyanatla çıxış edərək tərəfləri atəşkəs rejiminə tam şəkildə riayət etməyə çağırıb. Atəşkəsin gücləndirilməsi istiqamətində müzakirələr davam edir və bu məsələ növbəti günlərdə həmsədrlərin regiona səfəri zamanı müzakirə mövzusu olacaq". A.Kaspşik vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter də Azərbaycan və Ermənistan hərbçiləri və mülki şəxslərin atəş nəticəsində ölməsi və yaralanması xəbərlərindən çox narahat olduğunu bildirib: "D.Burkhalter tərəfləri gərginliyin azaldılması istiqamətində bir-birləri ilə birbaşa ünsiyyət üçün ATƏT nümayəndələrinin sərhəd və təmas xəttinə səfərlərinin verdiyi qiymətli imkandan tam istifadə etməyə çağırıb". Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Fransanın paytaxtında baş tutan görüşünə toxunan A.Kaspşik qeyd edib ki, Parisdə nazirlər və həmsədrlər sülh prosesini daha da irəlilətmək üçün substantiv məsələləri müzakirə ediblər: "Nazirlər münaqişənin sülh və danışıqlar yolu ilə həlli üçün işləmək istəklərini bir daha təkrarladılar. Həmsədrlər regiona növbəti səfəri çərçivəsində bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər". Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfəyə yaxın pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib. Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.
2014-02-03
8,005
Braziliyada Vüqar Həşimov adına komanda yaradıldı
Tanınmış şahmatçı Vüqar Həşimovun ölümü təkcə Azərbaycan yox, bütün dünya şahmatı üçün böyük itki hesab olunur. Bunun bariz nümunəsi olaraq, Braziliyada keçirilən turniri qeyd etmək olar. "Axar.az" xəbər verir ki, bu ölkədə 6 komandanın iştirakı ilə sürətli şahmat üzrə "Paraense" turniri keçirilb. Turnirdə Vüqar Həşimovun xatirəsinə hörmət əlaməti olaraq, "Həşimov" adlı komanda da mübarizə aparıb. Mərhum şahmatçımızın adını daşıyan komandada Paulo Mendes (2126), Rodriqo Çaves (2121) və Xose Melo de Amorim (2030) yer alıb.
2014-02-03
8,006
YAP-çı deputat sığınacaqda - Fotolar
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri, deputat Aydın Mirzəzadə Bakıda kimsəsizlər üçün salınan sığınacağa baş çəkib. Millət vəkili sığınacaqdakı vəziyyətlə maraqlanaraq çay süfrəsinə qonaq olub: "Sığınacaqda bir neçə nəfərə rast gəldim. Bunlardan ikisi Yasamal rayon sosial müdafiə mərkəzinin orada bütün sutkanı növbə çəkən iki işçisi, digər ikisi isə həmin mərkəzin müdiri Rüfət müəllim və Xətai rayon müvafiq mərkəzinin müdiri Fikrət müəllim idi. Sığınacaqda soyuqdan qorunmağa gələn vətəndaşlar yox idi. Bildirdilər ki, ötən gecə orada ... rayonundan gəlib, geriyə qayıda bilməyən iki nəfər vətəndaş gecələyib. Sığınacaqda istilik sobası var idi və içəri kifayət qədər isti idi. Yatmaq üçün bir neçə rahat yataq gördüm və lazım gələrdisə, onların sayını artırmaq olardı. Sığınacaqda isti çay var idi, həmçinin qalanlar üçün isti yemək də təşkil edilir. Özüm də o çaydan içdim. Sığınacaqda vacib dərmanlar qutusu, təzyiq ölçən cihaz var idi. Lazım gələrsə, təcili polis və təcili yardımla da əlaqə saxlamaq üçün xətt yaradılmışdı. Bildirdilər ki, yaxınlıqdakı yas mağarından könüllü olaraq xüsusi olaraq sığınacaq üçün halva, çay və bir qədər də ərzaq gətiriblər. Sığınacaqda orda qalası insanlar üçün tam şərait yaradıldığı hiss edilirdi" ("AzVision.az").
2014-02-03
8,007
Con Kerri Azərbaycana təzyiq edəcəyini dedi
ABŞ dövlət katibi: "Mən münaqişə tərəflərinə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün təsirləri göstərəcəm" ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişə barədə bəyanat səsləndirib. ANS PRESS-in məlumatına görə, diplomat münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini bildirib: "Mən münaqişə tərəflərinə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün təsirləri göstərəcəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi bunun üçün əlindən gələni edəcək". Qeyd edək ki, artıq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Fransalı həmsədr Jak For və amerikalı həmsədr Ceyms Uorlik fevralın 2-də Bakıya gəliblər. Həmsədrlər bu gün Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklər. Bakıdan sonra vasitəçilər Ermənistana səfər edəcəklər.
2014-02-03
8,008
Pirquluda zəlzələ - tələfat yoxdur
Pirquludan 15 km qərbdə zəlzələ baş verib. "Axar.az" FHN-in mətbuat xidmətinə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata əsasən, 03 fevral 2014-cü il tarixində saat 07:51-də Pirquludan 15 km qərbdə zəlzələ qeydə alınıb. Episentrdə və yaxın yaşayış məntəqələrində zəlzələ 3,0 bala qədər hiss olunub. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.
2014-02-03
8,009
Polşa Avromaydanı belə əbədiləşdirdi - Video
Polşa televiziyaları Avromaydan tərəfdarlarına klip həsr ediblər. "Axar.az" xəbər verir ki, klipin musiqisinin müəllifi Karol Kusudur. Hazırlanmış klipdə Avromaydan və Qruşevskidən müxtəlif görüntülər yer alıb. Klipi təqdim edirik.
2014-02-03
8,010
Aybəniz Haşımova ölümdən döndü
Bir neçə gün havaların çovğunlu keçməsi qəza sayını artırıb. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova qızı Aynişanla birlikdə qəza törədib, ölümdən dönüblər. Hadisəylə bağlı Aybəniz Haşımova sosial şəbəkədə belə yazır: "Dünən ömrümün ən ağır imtahanını yaşadım. 30 yanvar axşamı yağmağa başlayan qarın fırtınası məni ağır imtahana çəkdi. Balamla bir yerdə Sumqayıt yolundan Saray qəsəbəsinə qayıdan istiqaməti axtarırdım, birdə Duzlu göl ətrafına gəlib çıxdığımızı gördüm. Ordan da üzü Masazır istiqamətinə yollandıq. İnanın, kimin duası bizi saxladı bilmirəm, bir onu bilirəm ki, Allah mənim balamı da, məni də göydə saxladı. Əgər əksinə olsaydı, bilin ki, biz artıq həlak olacaqdıq. Maşınlar Masazır yolunda ilişib qalmışdılar. Bir cavan oğlandan xahiş etdim ki, maşını bir yerə qədər heç olmasa idarə etsin. Bir zülmlə Masazırı çıxırdıq ki, yolumuzun ağzında bir maşın necə fırlanmağa başladısa, gözüm qaraldı. Qızıma dedim maşını saxla, daha gedə bilmərik. Birdən yadıma düşdü ki, "Xalq ulduzu - 3" yarışmasının diplomantı Mehin burda yaşayır. Mehinin anası Xatirə xanım sağ olsun. Dərhal mənim köməyimə bütün qonşuları göndərdi".
2014-02-03
8,011
Ermənistan mətbuatından SOS: Ölkə boşalır
Ermənistanda demoqrafik vəziyyət keçən ilkinə nisbətdə daha da bərbad vəziyyətə düşüb. "Axar.az" xəbər verir ki, bu açıqlamanı Ermənistanda Əhalinin Qeydiyyata Alınması və Statistika idarəsi verib. Açıqlamaya əsasən, 2012-ci ilə nisbətən 2013-cü ildə ölkədən gedənlərin sayının daha çox olduğu bildirilib: "2013-cü ildə ölkədən gedənlərin sayı yeni ilə nisbətən 9.500 nəfər çoxdur. Əhalinin artım səviyyəsi də pisləşib. 2012-ci ilə nisbətən 2013-cü ildə doğulan körpələrin sayı da 1,7% azalıb".
2014-02-03
8,012
36 gənc fəal itkin düşüb
İnsan hüquqları müdafiəçiləri 36 gənc fəalın itkin düşdüyünü hesablayıblar. "Axar.az" xəbər verir ki, Ukraynada kütləvi etirazlar zamanı 36 gənc fəal itkin düşüb. Polisin sözlərinə görə, noyabrın ortalarından itkin düşən 36 nəfərin 26-dan heç bir xəbər yoxdur. Bildirək ki, bu gün Kiyevin mərkəzində nisbi sakitlik müşahidə olunur. Tərəflərin heç biri mövqelərini tərk etmir.
2014-02-03
8,013
Bakıda analoqu olmayan gəlin maşını - Foto
Yeni quraşdırılan gəlin maşını özünə Nəsimi bazarının yaxınlığında yer seçib. "Axar.az" xəbər verir ki, fayton modelində qurulan bu yeni gəlin maşını kirayə qiymətinə görə digərlərindən fərqlənir. Gəlin karvanına kirayə verilən ənənəvi maşınlar iki saat üçün 200-250, bu avtomobil isə 300 manatadır. Avtomobildə gəlin və bəy üçün xüsusi xidmət növü təklif edilir. Salonda müxtəlif içkilərdən ibarət mini-bar da yerləşdirilib. Maraqlı olan isə budur ki, avtomobil "Kraysler"in bazasında, amma yerli ustaların təxəyyülü və əl işi nəticəsində şəkillənib, yeni forma alıb. Gəlin maşınının sürücüsünün sözlərinə görə, 100 min manata başa gələn bu avtomobilin özəlliyi əski ənənəmizə uyğun faytonla gəlin aparmağa uyğundur: "Həm də böyük gəlinlik paltarında bu maşın-faytona minib-düşmək çox rahatdır, içərisi isə az qala adam boyu bərabərindədir". Fotoları təqdim edirik.
2014-02-03
8,014
Avropa çempionu saqqala görə millidən qovuldu - Özəl/Yeniləndi
11:59 Yunan-Roma güləşi üzrə milli komandanın üzvü, Avropa çempionu Elçin Əliyev komandanın təlim-məşq toplanışından qovulub. "Axar.az"ın əldə etdiyi məlumata görə, buna səbəb idmançının saqqal saxlaması olub. İdmançıdan saqqalını qırxmağı tələb ediblər, o isə bundan imtina edib. Bundan sonra idmançını təlim-məşq toplanışından uzaqlaşdırıblar.. Ona deyiblər ki, yalnız saqqalını qırxdırdıqdan sonra millinin heyətinə qayıda bilər. Məsələ ilə bağlı idmançının və federasiya rəhbərliyinin də mövqeyini öyrənmək istədik. Amma onlarla əlaqə saxlamaq mümkün olmadı. Mövzuya qayıdacağıq. *** 12:36 Elçin Əliyevin yunan-roma güləşi üzrə milli komandadan qovulmasının detalları məlum olub. "Axar.az"ın əldə etdiyi məlumata görə, idmançı millinin iranlı baş məşqçisi Çəmşid Xeyrabadinin tələbi ilə komandadan uzaqlaşdırılıb. Elçin Əliyev sələfi təriqətinə inanc gətirməsi şiə olan iranlı məşqçinin təpkisi ilə qarşılanıb. Nəticədə idmançı qadağaya məruz qalıb.
2014-02-03
8,015
Prezident ailəsi Qara Qarayevin abidəsinin açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 3-də Bakının 28 May küçəsində dünya şöhrətli bəstəkar Qara Qarayevin xatirəsinə ucaldılmış abidənin açılışında iştirak ediblər. Prezident İlham Əliyevə məlumat verildi ki, hündürlüyü 3 metr olan, qranitdən hazırlanmış abidənin müəllifi Xalq Rəssamı Fazil Nəcəfovdur. Abidənin ətrafında geniş abadlıq işləri aparılıb. Dövlət başçısı mərasimdə çıxış edib. Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Qara Qarayevin tələbəsi, Xalq Artisti, bəstəkar Arif Məlikov Qara Qarayevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışdılar, xatirələrini bölüşdülər, Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər. Görkəmli bəstəkarın oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev çıxış edərək atasının xatirəsinə ucaldılmış abidəyə görə ailələri adından minnətdarlığını bildirib. Sonra Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürüb. Dövlət başçısı və xanımı abidənin önünə gül dəstəsi qoyublar. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva musiqi ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdiriblər, onlarla səmimi söhbət ediblər.
2014-02-03
8,016
Rusiya Moldovada Ukrayna hadisələri hazırlayır – Şərh
"Qaqauziyadakı referendum Rusiyada hansısa dairələr tərəfindən hazırlanıb". Bunu "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O, Rusiyanın Moldovanı parçalaması planına inanmadığını deyib: "Görünür, bu Rusiyada hansısa dairələr tərəfindən hazırlanıb həyata kecirilən layihədir. Lakin yaranmış şəraitdə bu layihənin uğurla həyata keçirilməsi perspektivlərinə böyük şübhələr var. Moldovanın Avropa İttifaqına tərəf surətlə irəliləməsi, yerli əhalinin daha yaxşı yaşamaq istəyi bu cür layihələri tarixi baxımından mənasız edir". Politoloq hazırda Rusiyaya qarşı son günlər atılan addımlara hərb gücünə cavab verəcəyi məsələsinə inanmadığını deyib. O, bütün günahı Qərb dövlətlərinin Rusiyaya qarşı yürütdüyü siyasətdə axtarmaq lazım olduğunu qeyd edib: "Şərt o deyil ki, referendum keçirilsin. Onun nəticələri saxtalaşdırıla da bilər... Gündəlik həyat qaqauzları başqa, daha real addımlar atmağa məcbur edəcək... O ki qaldı Rusiya tərəfindən müharibə aparılmasına, bütün bunlar cəfəngiyatdır. Rusiyanın təzyiq mexanizmləri kifayət gədər böyükdür. Müharibə aparmağa ehtiyac qalmır. Sadəcə olaraq, Qərb dövlətlərinin Rusiyaya qarşı apardıqları siyasət effektiv deyil, bu da cox vaxt onların günahıdır. Rusiyadan asılı olan və bu asılılıqdan azad ola bilməyən ölkələrin Moskvayla sərt davranışının nə qədər məhsuldar və məsuliyətli siyasət olduğunun praktikada hamımız şahidi olmuşuq". Qeyd edək ki, dünən Moldovanın tərkibində yerləşən Qaqauziya Muxtar Respublikasında referendum keçirilib. Referendumda Moldovanın mərkəzi hökumətinin əleyhinə olaraq Gömrük İttifaqına daxil olmaq məsələsi təklif edilib.
2014-02-03
8,017
“Avropa” dağıdıldı
Azərbaycan xəbər saytlarından biri – "avropa.info" dağıdılıb. "Axar.az"ın məlumatına görə, xəbər portalını bir ərəb haker dağıdıb. Haker dağıtdığı saytın səhifəsində təhqiramiz ifadələr yerləşdirib. Və bildirilib ki, sayt "Yunus Incredibl" adlı haker tərəfindən dağıdılıb.
2014-02-03
8,018
Bakıda intihara cəhd edən qadın xilas edildi - Foto/Yeniləndi
12:37 Paytaxtın Nizami rayonunda intihara cəhd var. Yaşlı bir qadın yaşadığı binanın pəncərəsinə çıxaraq intihara cəhd edir. "Axar.az"ın məlumatına görə, Feysbuk sosial şəbəkəsində yayılan xəbərdə qadın intihara səbəb kimi kommunal xidmət haqlarını ödəyə bilmədiyini deyir. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri artıq hadisə yerindədirlər. Polis əməkdaşlarının da yaxınlaşdığı haqqında məlumat da yayılıb. Məsələ ilə bağlı detalları öyrənməyə çalışırıb. 12:55 Təcili Tibbi Yardım Stansiyasının hadisə yerinə gələn əməkdaşlarının "Yeni Müsavat"a verdiyi məlumata görə, yaşlı qadın ruhi xəstədir və sözügedən ünvanda oğlu ilə yaşayır. Artıq xilasedicilər qapıdan daxil olmaqla, intihara cəhd edən qadını xilas ediblər.
2014-02-03
8,019
Bakıda sərnişinləri metro qatarından düşürdülər
Saat 11:30-da "20 yanvar" stansiyasına ləngiyən qatar "Memar Əcəmi" stansiyasına çatdıqda sərnişinləri düşürüblər. "Axar.az"ın müxbirinin verdiyi xəbərə görə, bu gün saat 11:30-da "Dərnəgül" stansiyası istiqamətinə gedən qatar 12 dəqiqə gecikib. Ləngimə ilə Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasına çatan qatarın sərnişinlərindən "minik yoxdur" bildirişi ilə qatarı tərk etmələri xahiş olunub. Məsələ ilə əlaqədar Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyevə ilə əlaqə saxladıq. Nəzakət xanım "Axar.az"a açıqlamasında bildirdi ki, problem sadəcə qatarın qapısında olub: "Qatar qapılarının birində nasazlıq baş vermişdi. Onun üçün qatar təcili olaraq depoya aparılıb. Ancaq hal-hazırda qatarın qapısı bərpa olunaraq xəttə buraxılıb".
2014-02-03
8,020
BDU-da tələbələr etiraza qalxır
Bakı Dövlət Universitetinin tələbələri Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında" qərarın icrası barədə Təhsil nazirinin əmrinə etiraz olaraq fevralın 20-də universitetin qarşısında aksiya keçirəcək. Fevralın 15-də qüvvəyə minəcək qərara əsasən, hər hansı bir fəndən kəsiri olan tələbə əvvəlki illərdən fərqli olaraq, oturduğu alt qrupda həmin kəsiri ödəmək üçün müəyyən məbləğ ödəməlidir. Tələbələr də bu əlavə ödənişə qarşı etiraz edirlər. Etiraz aksiyasına hazırlıq məqsədilə tələbələr tərəfindən Feysbuk sosial şəbəkəsində "Kəsir üçün pul verməyək" adlı çağırış mesajı (event) yaradılıb. Yeni qərardan bütün universitet tələbələri narazıdır Aksiya təşkilatçıları "Axar.az"a açıqlamalarında etirazın siyasi motiv daşımadığını bildirdilər: Qeyd olunan aksiyamız 20 fevral saat 13:30-da Bakı Dövlət Universitetinin əsas korpusunun qarşısında keçiriləcək. Aksiyanı keçirməkdə əsas məqsədimiz Nazirlər Kabinetinin alt qrupda oturmaq üçün ödəniş olunması haqqında qəbul etdiyi qərara etirazdır. Hazırda BDU-da bütün tələbələr bu vəziyyətdən narazıdır. Tələbələrin böyük əksəriyyətinin kəsiri var; tələbə olasan, kəsirin olmaya?! Bundan başqa, BDU rəhbərliyinin qaib limitinə etdiyi dəyişikliyə də aksiyamızda toxunulacaq". Tələbələr bu qərarla razılaşmalıdılar! BDU-nun mətbuat katibi Pərvanə İbrahimovanın fikrincə, etiraz aksiyasının keçirilməsi yersiz olsa da, bu, tələbələrin öz istəyidir: "Şənbə günü universitetin rektoru adından saxta profil açıldı. Həmin profildə guya bu qərarın universitet rəhbərliyi tərəfindən verildiyi haqda xəbər getdi. Daha sonra KİV-i həmin profilin saxta olması haqqında məlumatlandırdıq. Bu, kiminsə tərəfindən düzülüb-qoşulmuş bir addım idi. Bu qərar isə universitetin deyil, Nazirlər Kabinetinin qərarıdır. Bu qərara görə, alt qruplar kredit sayına görə, fevral ayının 15-dən etibarən pullu olacaq. Bu, bütün ali təhsil müəssisələrinə şamil olunacaq. Əgər bu qərar Nazirlər Kabineti tərəfindən verilibsə, tələbələr bu qərarla razılaşmalıdırlar".
2014-02-03
8,021
Jurnalistlər Nalbandyanın idarəsini təftiş etdilər
Ermənistan Xarici İşlər Nazirliyi 2013-cü il üçün səfərlərə 727 min dollar xərcləyib. "Axar.az" xəbər verir ki, erməni mediası ünvanladığı sorğuya belə cavab alıb. Bu hesaba Qətər, Küveyt, Monqolustan, Mərakeş, bütövlükdə isə 300 ölkəyə ezamiyyə xərcləri daxildir. Lakin bəzi media qurumları səslənən rəqəmin dəqiqliyinə şübhə ilə yanaşıblar.
2014-02-03
8,022
Masallıda avtobus qatara çırpıldı: yaralananlar var
Fevralın 2-də saat 16 radələrində Masallı rayonu Balatəklə kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qorunmayan keçiddə rayon sakini Vüqar Əliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusu elektrovoza vurub. Xəsarət almış V.Əliyevə və sərnişinləri, həmyerliləri Gülmirə Ağayevaya, Rəna Əsgərovaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
2014-02-03
8,023
Deputat orqan köçürməsindən danışdı
Millət vəkili Qənirə Paşayeva Parlamentin iclasında müvafiq qurumları 15 il bundan əvvəl qəbul edilmiş insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrini qısa zamanda icraya çağırıb. 28 oktyabr 1999-cu ildə parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər. Bu barədə millət vəkili Qənirə Paşayeva Parlamentin iclasında deyib. O bildirib ki, son illər orqan transplantasiyası məsələsi Azərbaycanda genişlənməkdədir: "Qanunun qəbul edilməsinə baxmayaraq, bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur. Bu icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər." Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva bu sahədə qəbul edilən qanunvericilik aktının bir sıra müddəalarının icrasının vacibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün ölkədə orqan köçürülməsi sadəcə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi ilə mümkündür: "Bununla da sağlam insanların həyatı da bir çox hallarda risq altına düşür. Bütün inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyitdən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın, axı bizim bununla bağlı 15 ildir qəbul olunan qanunumuz var və mən hesab edirəm ki, bu sahəyə cavabdeh qurumlar qısa zamanda qanununun maddələrini yerinə yetirməlidirlər. Mən parlamentimizi bu qanunun tam yerinə yetirilməsinə ciddi nəzarət etməyə çağıram". Millət vəkili bildirib ki, orqan transplantasiyasının qarşısındakı ən böyük problemlərdən biri orqan bağışı ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır. Millət vəkili Qənirə Paşayeva bu sahəyə aidiyyəti olan qurumları qısa zamanda bu mexanizm və prosedurları hazırlamağa və qanunun müvafiq müddəalarının icrasına çağırıb. O bildirib ki, orqan bağışı sistemi transplantologiyanın inkişafında və genişlənməsində ən vacib məsələlərdən biridir və qanunun icrasına, ölkəmizdə bu istiqamətdə əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına və işlərin sürətləndirilməsinə ehtiyac var (Publika.az).
2014-02-03
8,024
Saqqala görə millidən qovulan güləşçi danışdı
Avropa çempionu Elçin Əliyev "Axar.a"a açıqlamasında saqqalına görə təzyiqə məruz qaldığını etiraf etdi: "Məni qovmayıblar, sadəcə, federasiyadan "saqqalını qırx" dediklərinə görə, özüm millini tərk etmişəm. Düşünürəm ki, biz azad bir ölkədə yaşayırıq. Hər birimizin azad yaşamaq hüququ var. Kimisə mənə oxşadırlar, nə isə deyirlər, bunun mənə nə dəxli axı? Guya, əstağfurullah, məni vahabi adlandırırlar. Hər kəsin azad yaşamaq hüququ var. Mənim Allahım hər şeydən üstündür. Əgər məni belə qəbul edəcəklərsə, qayıdacam, yoxsa əsla. Mən bu idmanda can qoymuşam. Fərid Mansurov, Rövşən Bayramov kimi güləşçilərlə çiyin-çiyinə güləşmişəm. Mən orda olarkan hazırkıların bəziləri heç federasiyanın yolunu da bilməyiblər. Yenə deyirəm, mənim əqidəm var, dinim var. Əqidəmdən dönmərəm".
2014-02-03
8,025
Sutka ərzində 38 atəşkəs pozuntusu - Rəsmi
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulub. Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat daxil olub. Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-03
8,026
Gün ərzində 38 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınıb, onların da 13-ü "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 1 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 11 nəfər tutulub.
2014-02-03
8,027
Yanukoviç iyulda istefa verəcək - Eksklüziv
Maydandan eksklüziv müsahibə Ukraynada hadisələr gün-gündən daha şiddətli şəkil alır. Bəzi politoloqlar ölkədə vətəndaş müharibəsinin başlaya biləcəyi proqnozunu verirlər. Hər gün polislə etirazçılar arasında savaş yaşanır. Sosial şəbəkələrdə isə polisin öz vətəndaşlarını necə döyməsi haqqında görüntülər yerləşdirilir. Müsahibimiz, bu dəqiqələrdə Maydanda olan Liza adlı etirazçı da həmin polisin şiddətinə məruz qalanlardandır. O, Maydanın fəalları sırasındadır. Maydanda nələrin baş verdiyi öyrənmək üçün onunla söhbət etdik. - Tez-tez sizin KİV-dən Maydandakı hadisələr barəsində oxuyuruq. Maraqlıdır, bunlar doğrudurmu? Ümumiyyətlə, bu dəqiqə Ukraynada nə baş verir? - Sadəcə, bir neçə cümlə ilə cavab verəcəm. Yanukoviç insulta görə xəstəxanaya düşüb. Xalq əvvəlki kimi etiraz edir. Kiyevdə yenidən barrikadalar qurulub. Qısası, vəziyyət çox ağırdır. Mənə elə gəlir ki, bir azdan Rusiya ilə müharibə başlayacaq. Putin hadisələrə daha aktiv müdaxilə etməyə çalışacaq. Yenə deyirəm ki, bu, sadəcə, mənim fikrimdir. - Bəs küçələrdəki etirazçılar necə düşünür? - Etirazçıların hamısı yeni fikirlərlə zəngin olan insanlardır. Bu - o insanlardır ki, bir-birinə köməyə qaçırlar. Səbəb isə çox sadədir. Ürəkləri onlara bunu söylədir. Bu - o insanlardır ki, Ukrayna boyda həbsxanada yaşamaqdan boğaza yığılıblar. Yanukoviç biznesimizi məhv edib, məhkəmələri dağıdıb, milisləri bandit formasına salıb. Artıq belə yaşamaq olmaz. İnsanlar ölümcül mübarizəyə qalxıblar. Yəni bizim üçün ölmək maraqlı deyil. Ya Yanukoviç xalqı məhv edəcək, ya da ki, xalq Yanukoviçi. Biz hamımız azadlıq uğrunda savaşırıq. Biz bu azadlığı 2014-cü ilin iyulunda qazanacağıq. - Maraqlıdır. Niyə iyulda? Politoloqlar belə proqnoz veriblər? - Yox. İyulda artıq Yanukoviç olmayacaq. Sadəcə olaraq, olmayacaq. Bir çox astroloq və falçıların proqnozlarına uyğun olaraq onun həyat resursları tamamilə tükənəcək. Qəribədir, siz bunun haqqında eşitməmisiniz? Hamı indi bundan danışır. - Necə yəni falçılar? Bir az da izah edə bilərsinizmi? - Bir neçə insan var ki, onlar xüsusi olaraq gələcək haqqında proqnoz vermək qabiliyyətinə sahibdirlər. İnternetdə astroloqlar haqqında oxuyun. Mütləq görəcəksiniz. - Bu dəqiqə küçələrdə savaşan insanlar, deyəsən, daha çox müxalifətə inanır? Maraqlıdır, niyə polis öz vətəndaşını belə dəhşətli formada döyür? - Mən bir az öncə sizə yazdım. Berkut və milis Yanukoviçin rəhbərliyi altında formalaşmış bandit dəstəsidir. Bu o insanlardır ki, Yanukoviçdən pul alıb insanları döyürlər. Açığı bu dəqiqə Berkut və milis formasında olanların əksəriyyəti Ukrayna vətəndaşları deyil. Sadəcə, muzdurlardır. Xalq öz haqlarına görə etiraz edir. Qarda, şaxtada, yağışda, gündüz, gecə dayanır. Biz Berkutu tamamilə ləğv etmək istəyirik. Biz istəyirik ki, qanunsuzluq edənlər həbsxanada otursunlar. Polislər, hakimlər, prokurorlar, deputatların bir hissəsi... Müxalifət elə də güclü deyil. Ona görə də əsas müxalifət lideri Yuliya həbsxanada oturur. Amma o bir azdan çıxacaq və hər şey dəyişəcək. - Bəs Yanukoviçi müdafiə edənlər yoxdurmu? - Boş söhbətdir ki, bəzi vilayətlər Yanukoviçi müdafiə edirlər. Onu müdafiə edənlər vilayətlər deyil. Sadəcə, həmin vilayətlərin aparat rəhbərləridir. Yanukoviç hər kəsdən nə isə oğurlayıb. Onun müdafiə edənlər sadəcə, hökumətdən nə isə umanlardır. Donetskdə, Luqanskda və Krımda Yanukoviçin tərəfini tuturlar. Amma burada insanları zorla prezidentə dəstək mitinqinə çıxardırlar. Onları işdən qovacaqları bəhanəsiylə hədələyirlər. Dəstək aksiyasına çıxanların əksəriyyəti təqaüdçülərdir. Gənclər arasında isə əyyaşlar, narkomanlar, psixoloji xəstəxanadan olan xəstələr bunların sırasındadır. Əsas məsələ kütlənin bunları müdafiə etdiyi görüntüsünü yaratmaqdır. - Bəs indi nə edəcəksən? Yenə Maydana gedəcəksənmi? - Adətən belə yazanların çoxusuna cavab vermirik. Məsələ çox sadədir. Çünki şayiələr var ki, təhlükəsiz orqanları internetdə nəzarəti artırıblar. İndi heç nə etməyəcəm. Qışqıracam. Etiraz edəcəm. Çünki Maydandayam. Səhər tezdən gəlmişəm. Nə isə sizə uğurlar. P.S. Liza bizdən fotolarını verməməyimizi xahiş etdi. Səbəb isə sonda yazdığı cümlələri göstərdi: "Təhlükəsiz orqanları internetdə nəzarəti artırıblar". Lizanın təhlükəsizliyi üçün onun şərtini yerinə yetirmək məcburiyyətində qaldıq. Bu sadə ukraynalı qıza sadəcə uğurlar arzulamaqdan başqa çarəmiz qalmır.
2014-02-03
8,028
Rusiyadan ABŞ-a “START” təhdidi
"ABŞ, Rusiyanın mənafeyini nəzərə almasa, "START"dan çıxa bilərik". "Axar.az" türk mediasına istinadən xəbər verir ki, bu sözləri "İnterfaks"a verdiyi açıqlamada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Ulyanov deyib: "ABŞ Rusiyanın mənafeyini qorumadan raket müdafiə sistemini təkmilləşdirməyə davam edərsə, biz də "START"dan çıxa bilərik". ABŞ-ın bu istiqamətdəki addımlarının strateji sabitliyi pozduğunu bildirən Ulyanov: "Bu, Rusiyanın "START"dan çəkilmə haqqını istifadə etməyə məcbur edəcək vəziyyət yarada bilər" deyib. Ulyanov müqavilədə yer alan maddələr çərçivəsində Rusiyayanın ABŞ-ın beynəlxalq təhlükəsizliyi təhdid altında görməsi vəziyyətində müqavilədən ayrılma alternativi olduğunu xatırladıb. Nüvə silahlarının nisbətini azaltmaq tövsiyyə olunur. Ulyanov Rusiya və ABŞ arasında 8 aprel 2010-cu il tarixində imzalanan START müqaviləsinin ABŞ-ın Avropaya yerləşdirməyə çalışdığı raket müdafiə sistemi səbəbilə Rusiyanın strateji nüvə gücünü təhdid etdiyini də dilə gətirib: "Rus mütəxəssislərə görə, mövcud vəziyyət hələ ki, Rusiyanın strateji gücünü təhdid edəcək ölçüdə deyil. Avropa raketdən müdafiə sistemi mövzusunda ABŞ ilə uzlaşmaq şansımızın olduğunu hesab edirik. Ancaq bütün bunlar ABŞ-ın ortaya qoyacağı siyasi iradəyə bağlıdır". 2010-cu ilin aprelində imzalanan və 2011-ci ilin fevralında qüvvəyə minən START müqaviləsi 2021-ci ilə qədər qarşılıqlı olaraq nüvə silahlarının nisbətinin azaldılmasını nəzərdə tutur. ABŞ iki ilə daha 3 sistem yerləşdirməyi planlaşdırır. Almanyanın Münhen şəhərində baş tutan Güvənlik Konfransında çıxış edən ABŞ-ın Müdafiə naziri Çuk Hagel silah sistemlərinin İspaniyaya yerləşdiriləcəyini, İrandan gələn təhdidə qarşı güvənliyin təmin ediləcəyini bildirərək, bu sistemin üçüncü mərhələnin bir parçası olaraq həyata keçiriləcəyini xatırlatmışdı. ABŞ önümüzdəki iki il içində buna bənzər daha 3 sistemi NATO üzvü olan Avropa ölkələrini qorumaq üçün bölgəyə yerləşdirəcək. Amerikalı nazir Rusiya və Çinin davamlı olaraq texnologiyalarını yenilədiklərini vurğulayaraq, özlərinin bu sahədə dünya lideri olduqlarını bildirmişdi. Qeyd edək ki, ABŞ-ın İspaniyaya yerləşdirəcəyi sistemdə 1239 hərbçi vəzifələndirilib. 92 milyon dollar dəyərində olan sistemin illik 100 milyon dollar da xərci olacağı hesablanıb.
2014-02-03
8,029
Parlamentdə insident: Mühafizəçilər Fazil Mustafanı saxladılar
Parlamentin bugünkü iclasına gələn deputatların mobil telefonları qurumun təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yoxlanılıb. "Axar.az" Teleqraf.com-a istinadən xəbər verir ki, deputatların "smartfon" tipli telefonlarla parlamentə girişinə məhdudiyyət qoyan rəhbərliyin qərarına münasibət birmənalı olmayıb. Millət vəkili Fazil Qəzənfəroğlu deputatların telefonlarını yoxlayan təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisə edib. "Samsung" markalı telefon işlətdiyini və onun "Smartfon" olmadığını deyən millət vəkili iki dəfə yoxlanmaya məruz qalıb. Mühafizəçilər ikinci dəfə telefonu istədikdə millət vəkilinin buna reaksiyası sərt olub.
2014-02-03
8,030
Qadınları əxlaqsızlığa cəlb edən şəxs tutuldu
Bakıda fahişəliklə məşğul olan qadın saxlanılıb. Bakı şəhər sakini Aysel Allahverdiyevanın Xocəsən qəsəbəsinin ərazisində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Aparılan əməliyyat zamanı A.Allahverdiyeva saxlanılıb. Qeyd edək ki, qadın İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub. Faktla bağlı araşdırmalar aparılır.
2014-02-03
8,031
Siyavuş Novruzovdan maraqlı təklif
"Bələdiyyə üzvləri ilə yanaşı, sədri də vətəndaşlar seçməlidirlər". "Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, bu təkliflə Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov çıxış edib. O deyib ki, bu məsələ ilə bağlı müvafiq qanunvericiliyə də dəyişikliklər edilməlidir: "Dünyada ən asan bələdiyyə seçkiləri Azərbaycanda keçirilir. Bir namizədin irəli sürülməsi üçün 10-15 nəfərin imzası yetərlidir. Hazırda bələdiyyə sədrini bələdiyyə üzvləri öz aralarından seçirlər. Əslində bu, düzgün deyil. Yaxşı olar ki, seçicilər bələdiyyə üzvlərini seçdikləri kimi, bələdiyyə sədrini də seçsinlər. Çünki bu həmin bələdiyyə sədrləri qarşısında məsuliyyət yaradar. Bu həm bələdiyyə sədrinin işini asanlaşdırar, həm də onun vətəndaşlarla birbaşa əlaqələrində problemlərin qarşısını alar". S.Novruzov həmçinin səyyar qəzet satışı ilə bağlı müxalifət mətbuatında yayılan məlumatlara da münasibət bildirib: "Bu gün Bakıda müasir standartlara cavab verən bir çox köşklər quraşdırılıb. Vətəndaş həmin köşklərdə istənilən qəzeti rahat şəkildə ala bilər. Ona görə də burada heç bir problem yoxdur. Kiminsə qəzeti satılmırsa, bunun problemini köşklərdə yox, onun məzmunda, mahiyyətdə axtarsınlar. İnsanlar üçün maraqlı nəsə varsa, bunu mütləq tapacaqlar. Ona görə də qəzetləri daha oxunaqlı və maraqlı dərc etmək lazımdır".
2014-02-03
8,032
Bakının gecə həyatı rus mətbuatında - Video/16+
"Moya planeta" telekanalı və onun aparıcısı Artyom Xvorostuxin "Narahat gecələr" (Nespokoynıye noçi) proqramının növbəti buraxılışını Bakıya həsr edib. ​Paytaxtımızın gecə həyatı haqqında süjet çox maraqlı alınıb. "Bakı, Azərbaycanın paytaxtı – "Odlar yurdu"... Yanan neft nəzərdə tutulur. Bu, gözəl memarlıq abidələri şəhəri, ideal hamar asfaltlı, təmiz küçələrə malik şəhərdir. Lakin Abşeron yarımadasının sərvəti qonaqpərvər bakılılardır. Onlar öz paytaxtlarını ən yaxşı tərəfdən göstərmək üçün nə vaxta, nə də pula qənaət edirlər" - deyə süjetdə vurğulanır. Aparıcı Artyom Xvorostuxin kənar şəxslərin daxil ola bilməyəcəyi yerləri ziyarət edir və Bakının gecə həyatının ulduzuna çevrilir. (16+). Süjeti təqdim edirik ("Oxu.az").
2014-02-03
8,033
Psixoloji xidmət qanunu - Azərbaycanda yenilik
Azərbaycanda insanların psixoloji "şarlatan"lardan qorunması təklif edilir. Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında millət vəkili Musa Quliyev parlament tərəfindən "Psixoloji xidmət haqqında" Qanunun müzakirəsini və qəbul edilməsini təklif edib ( Trend ). Deputat bildirib ki, dünyanın bir çox ölkələrində belə bir qanun mövcuddur və azı ayda 3 dəfə psixoloq xidmətinə müraciət edirlər: "Gənclərin terror təşkilatlarına qoşulması və digər bir sıra problemlər psixoloji boşluqdan yaranır. Bunun qarşısını almaq üçün "Psixoloji xidmət haqqında" Qanun qəbul olunmalıdır. Onu da deyim ki, MDB ölkələrinin bir çoxunda bu qanun qəbul edilib. Əgər tələb olunarsa, bizim komissiyamız bu məsələni işləyib hazırlaya bilər və bu yaz sessiyasında bunu qəbul edə bilərik". Onun fikrincə, hazırda cəmiyyət elə bir mərhələyə gəlib çıxıb ki, insanlar müxtəlif vasitələrlə psixoloji təsirlərə məruz qalırlar: "Cadugərlərin, cindarların, ekstrasenslərin ekranlarda meydan sulaması, insanların dini ekstremist təmayüllü cərəyanlara qoşulması psixoloji mühitin qorunmaması ilə bağlıdır. Ona görə də insanları "psixoloji şarlatanlar"dan qorumaq üçün belə bir qanunun qəbul edilməsi məqsədə uyğun olardı". Deputatın təklifinə cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bu məsələ çox aktual olsa da, bununla bağlı qanun qəbul edilməsinin vaxtı hələ çatmayıb: "Bunu qanun halına salmaq üçün Azərbaycanda psixoloqların sayı lazımi qədər deyil. Bunun üçün ilk növbədə onları yetişdirmək lazımdır. Biz indi bu qanunu qəbul etsək də, onun heç bir mənası olmayacaq".
2014-02-03
8,034
Tələbkar tamaşaçı yetişdirən festival başlayır
"YARAT" Müasir İncəsənət Məkanı "Future Shorts" - dünyanın ən böyük qısametrajlı film festivalının yeni qış mövsümünün açılışını elan edir. "Axar.az" xəbər verir ki, Bakıdakı film nümayişləri "Cinemalux" (H.Seyidbəyli küç., 18.) kinoteatrının zalında baş tutacaq. Fransa, Polşa, Serbiya, Finlandiya və Əfqanıstan istehsalı olan 6 qısametrajlı film fevral ayının 7-8-9-na qədər (7 fevral - 19:30, 8 fevral - 18:00, 9 fevral - 18:00) nümayiş olunacaq. Qeyd edək ki, bu film festivalı 90 ölkənin 325 şəhərində 45000 tamaşaçının iştirakı ilə keçirilir. 2003-cü ildən başlayaraq, artıq 11 ildir ki, dünyanın ən möhtəşəm məkanlarında qısametrajlı filmləri nümayiş etdirməklə və bu filmləri çəkən rejissorları geniş ictimaiyyətə təqdim etməklə, "Future Shorts" festivalı Finlandiyadan Meksikaya, Monqolustandan Qazaxıstanadək qısametrajlı film pərəstişkarlardan ibarət dünyanın ən böyük tamaşaçı auditoriyasını özünə cəlb etməyə müvəffəq olub. "Future Shorts" Festivalı kütləvi kino yayım şəbəkəsinin yaradılması və tələbkar tamaşaçılar auditoriyasının formalaşması üzərində çalışmağa davam edir.
2014-02-03
8,035
Deputat Sərkisyanın istefasını tələb etdi
"Serj Sərkisyan söz vermişdi ki, iqtisadiyyatda 7%-lik artım olmasa, hökumət istefa verəcək. Bəs niyə istefa vermir?" "Axar.az" xəbər verir ki, bu iddia ilə erməni deputat Nikol Paşinyan çıxış edib. O, spikerdən verdiyi suallara cavab almadıqdan sonra əsəbiləşərək bu sözləri deyib: "Sərkisyan söz vermişdi ki, iqtisadiyyatda 7%-lik artım olmasa, hökumət istefa verəcək. Bəs niyə istefa vermir? Halbuki indi maksimal artış göstəricisi 3,5-4% təşkil edir". Parlamentin spikeri isə deputatın ittihamlarına cavab verməkdən imtina edib: "Cənab Paşinyan, niyə əsəbiləşirsiniz. Bax, siz yenə də əsəbiləşirsiniz. Mən əsəbi adamlarla danışmıram".
2014-02-03
8,036
“Qalatasaray”ın ulduz transferi Türkiyədə
"Qalatasaray"ın Argentinadan transfer etdiyi Burdisso bugün İstanbula gedib. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, "Boca Juniors"un 25 yaşındakı müdafiəçisi Quillermo Burdisso "Qalatasaray" futbol klubunun Argentinadan icarəyə götürdüyü xüsusi təyyarə ilə saat 11.30-da Səbiha Gökçən hava limanına gəlib. Burdissonu hava limanında meneceri qarşılayıb. Açıqlama vermədən hava limanından ayrılan Burdissonun sağlamlıq müayinəsi üçün xəstəxanaya getdiyi bildirilir.
2014-02-03
8,037
“Bakelektrikşəbəkə”dən Alim Qasımovun tənqidinə cavab
Tanriverdi Mustafayev: "Güzdək qəsəbəsinə bizim qurum xidmət göstərmir" Xalq artisti, muğam ustası Alim Qasımov yaşadığı evdə elektrik enerjisinin kəsilməsindən şikayətlənib. O, AzNews.az-a deyib ki, qar yağan gündən işıqları heç bir saat da yanmayıb. Bildirib ki, əgər işıq yanmasa, bütün ailə üzvləri ilə birlikdə donacaqlar. Abşeron rayonunun Güzdək qəsəbəsində yaşayan muğam ifaçısı elektrikin olmadığına görə "Bakıelektrikşəbəkə"nin ünvanına tənqidi fikirlər söyləyib: "Prezidentimiz dönə-dönə deyib ki, qarlı gündə "Bakıelektrikşəbəkə" işləməlidir. Amma mən bu evdə elektrikin yandığını görmədim. Hara baxırlar bunlar? Belə də işləmək olar? Güzdəkdə xalq donur. Bizə kömək edin". "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev A.Qasımovun ittihamlarına cavab verib. O, musavat.com-a deyib ki, xalq artistinin yaşadığı rayona "Bakıelektrikşəbəkə" xidmət göstərmir: ""Bakıelektrikşəbəkə"yə daxil olan ərazilərdə heç bir problem yoxdur və əhaliyə yüksək səviyyədə xidmət göstərilir. "Bakıelektrikşəbəkə" yalnız Bakı şəhəri və ona aid olan kənd və qəsəbələrin elektrik enerjisinə cavabdehdir. Güzdək qəsəbəsi isə Xırdalan şəhərinə aiddir. Bizim Abşeron rayonuna heç bir dəxlimiz, qarışacağımız yoxdur. Yaxşı olardı ki, hörmətli sənətkarımız bizim qurumu bu cür ağır formada ittiham etməzdən öncə dəqiqləşdirəydi ki, yaşadığı qəsəbəyə bizim hansısa formada aidiyyatımız var, ya yox".
2014-02-03
8,038
İntihar etmək istəyən şəxs havada xilas edildi – Video
Xanımından boşandığı üçün intihar etmək istəyən şəxs xilas edilib. "Axar.az" xəbər verir ki, Türkiyənin Aydın şəhərində yaşayan 45 yaşlı Yılmaz K. adlı şəxs xanımından boşandığı üçün inşası tamamlanmayan bir binanın damına çıxaraq intihar etməyə cəhd edib. İntihar zamanı axırıncı dəfə telefonda xanımı ilə danışan Yılmazın fikrinin yayındığını görən polis Yılmazı çiynindən tutaraq xilas edib.
2014-02-03
8,039
Tanınmış boksçuya 11 il həbs
Britaniyalı ağır çəkili boksçu Djastin Hey 11 il müddətinə azadlıqdan məhrum edilib. "Axar.az" xəbər verir ki, boksçu narkotik vasitələrin satışında ittiham edilib. Araşdırmalara görə, Hey narkotik satışı ilə məşğul olan qrupun rəhbəri olub. Onun rəhbərlik etdiyi qrup narkotik vasitələri İngiltərədən Uelsə daşıyırmış. Qeyd edək ki, Hey peşəkar boksa 2008-ci ildə gəlib. Keçirdiyi 14 qarşılaşmadan 11-də qalib gəlib, 2 görüşdə məğlub olub, 1 görüş isə heç-heçə başa çatıb. O, 2013-cü ildən bəri rinqə çıxmayıb.
2014-02-03
8,040
Oqtay Əsədov İrana səfər edəcək
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının 2014-cü il fevralın 18-19-da Tehranda keçiriləcək 9-cu sessiyasında iştirak etmək məqsədilə İrana səfər edəcək. Azərbaycanın İran İslam Respublikasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, İƏT Pİ-nin 9-cu sessiyasından öncə, fevralın 14-17-də İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının İcra komitəsinin, Siyasi və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni, hüquqi və sivilizasiyalar və dinlərarası dialoq üzrə ixtisaslaşmış daimi komitələrinin iclasları keçiriləcək. Parlament İttifaqının 9-cu sessiyası çərçivəsində Qadın parlament üzvlərinin 3-cü Konfransının keçirilməsi də planlaşdırılır. Sözügedən iclaslarda Azərbaycan Parlamentinin üzvlərinin iştirakı nəzərdə tutulub.
2014-02-03
8,041
BSU-nun tələbələrinə Türkiyə diplomu veriləcək
Bakı Slavyan Universitetinin tələbələri Türkiyənin Kadir Has Universitetinin diplomunu da ala bilərlər. Bu barədə razılaşma BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyənin Kadir Has Universitetinə səfəri zamanı əldə edilib. Universitetlə tanışlıqdan sonra dəvətə görə təşəkkür edən prof. Kamal Abdullayev türkiyəli həmkarını Bakı Slavyan Universitetinə dəvət edib. Kadir Has Universitetinin rektoru prof.dr. Mustafa Aydın da öz növbəsində tanışlıqdan məmnunluğunu ifadə edərək universitetlər arasında qarşılıqlı əlaqələrin bütün mümkün variantlarının müzakirə olunmasının vacibliyini vurğulayıb. Görüşdə Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir Has Universiteti arasında Anlaşma Memorondumu imzalanıb. Sözügedən müqavilədə universitetlər arasında bakalavr və magistratura səviyyəsində tələbələrin, eyni zamanda müəllim və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur. Bundan başqa, Bakı Slavyan Universiteti ilə Kadir Has Universiteti arasında birgə tədqiqatlar aparılaraq layihələr gerçəkləşdiriləcək. Birgə yay məktəblərinin təşkili də universitetlər üçün prioritet məsələlərdəndir. Qeyd edək ki, Kadir Has Universiteti geniş beynəlxalq əlaqələri və yüksək səviyyəli kadrların yetişdirilməsinə görə Türkiyədə xüsusi nüfuza malik təhsil müəssisələrindən biridir.
2014-02-03
8,042
Arınc 20 milyon təzminat söhbətini yalanladı
"Hər hansı bir rəqəm tələffüz edilməyib". "Axar.az" xəbər verir ki, İsrailin "Haaretz" qəzetinin xəbərinə görə, "Mavi Mərmərə" basqınında ölən və yaralananlar üçün İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəməyi təklif edib. Mövzu ilə əlaqədar açıqlama verən Baş nazir müavini Bülənt Arınc isə "problemin həllinə yaxın olduğumuzu hesab edirəm. Lakin təzminat üçün hər hansı bir rəqəm dilə gətirilməyib",- deyə qeyd edib.
2014-02-03
8,043
Cavaxetiyada ermənilər polisləri döydü
Gürcüstanın ermənilər yaşayan Samsxe-Cavaxetiya bölgəsində polislə erməni gənclər arasında kütləvi dava düşüb. "Axar.az"ın "Nyu Post" agentliyinə istinadən xəbərinə görə, insident fevralın 1-də baş verib. Dava polisin küçədə 4 nəfər gənci saxlayaraq, onları yoxlamaq istəyi zamanı baş verib. Polisin əmrinə tabe olmayan şəxslər yumruq və qadağan olunan alətləri işə salıblar. Nəticədə polislər ciddi xəsarət alıb, onların avtomobilləri yararsız hala salınıb. Daxili İşlər Nazirliyindən açıqlamasında faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 335 maddəsi (polisə tabe olmama) üzrə cinayət işi açıldığını bəyan edib. Gürcüstan ictimaiyyətinin reaksiyası da özünü gecikdirməyib, ayrı-ayrı ziyalılar müvafiq strukturları erməni ozbaşnalığına son qoymağa çağırıb.
2014-02-03
8,045
Türkdilli ölkələrin diasporları bir araya gəldi
Bu gün İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas qrupunun növbəti toplantısı keçirilib. Diaspor üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, toplantıda Türkdilli diasporların birgə fəaliyyət planı müzakirə edilib. "Axar.az" xəbər verir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sədri Halil Akınçı gündəmdə duran məsələlərlə bağlı məlumat verib. Toplantıda dünyanın müxtəlif regionlarında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin qurulması qərara alınıb. Bundan başqa, üzv ölkələrin gəncləri arasında əlaqələrin qurulması məqsədilə Gənclər Komissiyasının yaradılması üçün müvafiq layihənin hazırlanması barədə razılığa gəlinib. Müzakirələrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan tələbələr, jurnalistlər, ədəbiyyat adamları və sənətçilərin Türkiyəyə səfərlərinin təşkili barədə Təmas qrupunda təmsil olunan Türkiyə nümayəndələrinin təklifi qəbul olunub. Təmas qrupunun "Türkdilli ölkələrin ortaq strateji maraqları və bölgəmizdəki rolu" mövzusunda beynəlxalq konfransın keçirilməsi barədə təklifi də yekdilliklə qəbul edilib. Toplantıda, həmçinin, 2014-cü ildə Bakıda "1918-1920-ci illərdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq" mövzusunda tarixçi alimlərin iştirakı ilə elmi-praktiki konfransın keçirilməsi barədə də qərar qəbul olunub. Dünyanın nüfuzlu universitetlərində Türk dilləri kafedralarının yaradılması ilə bağlı "Türkdilli diasporların birgə fəaliyyət planı"nda öz əksin tapmış müddəa da toplantıda geniş müzakirə olunub. Qərara alınıb ki, bununla əlaqədar ortaq komissiya yaradılsın və gələcəkdə belə kafedraların təşkili üçün müvafiq təkliflər hazırlansın. Aparılan müzakirələrin nəticəsi olaraq təkliflər nəzərə alınmaqla, "Türkdilli diasporların birgə fəaliyyət planı" qəbul olunub.
2014-02-03
8,046
Evsiz qalan ana oğlundan da məhrum olub
Bakı sakini 50 yaşlı Xatirə Quliyeva köməksiz vəziyyətdə qalıb. Ailəsini itirən Xatirə xanım sığındığı yataqxana küncündən də məhrum edilib. Düşdüyü açınacaqlı vəziyyəti "Axar.az"a danışan X.Quliyeva 2003-cü ildə ailə qurduğunu bildirib. 2004-cü ildə bu nikahdan Orxan adlı övladı dünyaya gəlib. 3 yaşından sonra uşağı tək böyütdüyünü deyən X.Quliyeva dəfələrlə sığınacaq üçün yerli icra orqanlarına müraciət etdiyini vurğulayıb: Qapısı bağlı sığınacaq "Nizami rayonu Bəhruz Nuriyev küçəsi 81a ünvanındakı 10 saylı yataqxanada qeydiyyatda olsam da, orada yaşamaq mənə nəsib olmadı. 2007-ci ildə mənə sığınacaq üçün bir yer verilməsi xahişi ilə Nizami rayon İcra Hakimiyyətinə müraciət etdim. Onların köməyi ilə həmin yataqxanada mənə iki balaca otaq ayırdılar. Mən də çox sevindim və oğlumla birgə burda qalmağa qərar verdim. Bir neçə gündən sonra oraya yerləşmək üçün əşyalarımı da götürüb gəldim. Amma mənə ayrılan otağa girə bilmədim. Baxdım ki, qapısını dəyişiblər və oraya başqa ailə yerləşdirilib. Araşdıranda məlum oldu ki, həmin otaqlar bu ailəyə satılıb". Dövlət himayəsi Həmin vaxtdan kirayələrdə çətinliklə günlərini keçirən X.Quliyeva oğlunu böyütmək üçün xadimə, qabyuyan kimi müxtəlif yerlərdə işləyib. Çox çətinliklə balasını saxlasa da, onu məktəbə göndərə bilməyib. "Orxan artıq 10 yaşının içində idi. Mən ona təhsil verə bilmədiyimdən müvəqqəti olaraq dövlətin nəzarətinə vermək qararına gəldim. Bunun üçün yenidən Nizami rayon İcra Hakimiyyətinə müraciət etdim. Qəyyumluq şöbəsinin və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Orxan Quliyevin müvəqqəti olaraq internat məktəbə yerləşdirilməsi barədə protokol tərtib edildi və dövlətin nəzarətinə götürüldü". Ev sahibindən qansız yasaq və İH-dən "yox" cavabı Qeyd edək ki, O.Quliyev 2013-cü il 16 sentyabrda Maştağa qəsəbəsindəki 1 saylı internat məktəbdə təhsil almağa başlayıb. Vaxtaşırı oğluna baş çəkən X.Quliyeva həftəsonu belə, onu kirayə qaldığı evə gətirə bilmir. Çünki ev sahibi buna icazə vermir. Oğlunun ayrılığına dözə bilməyən ana isə onu internata verməyə peşman olduğunu deyib. X.Quliyeva internatdakı şəraitdən, uşağına göstərilən qayğıdan razı olsa da, övladını yanında saxlamaq, onunla hər gün ünsiyyətdə olmaq istəyir. Yenidən Orxanı geri almaq istəsə də, İcra Hakimiyyətindən ona mənfi cavab verildiyini deyib. Səbəb kimi isə yaşayış yerinin, kifayət qədər qazancının olmaması göstərilib: "Oğlumu geri almaq üçün Nizami Rayon İcar Hakimiyyətinin Qəyyumluq şöbəsinə müraciət etdim. Mənə dedilər ki, onu gətirib harada saxlayacaqsan. Mən israr etdikdə isə bu məsələnin həll olunması üçün məhkəməyə müraciət etməyimi istədilər. İndi çarəsiz vəziyyətdəyəm, oğlumdan ayrı qalmağa dözə bilmirəm. Səlahiyyətli şəxslərdən kömək istəyirəm". Məhkəmə qərarı lazım deyil Məsələyə aydınllıq gətirmək üçün Nizami rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Tural Həsənov ona bu barədə heç bir rəsmi müraciət olmadığını bildirib. Onun sözlərinə görə, uşağın yenidən valideyninə qaytarılması üçün heç bir məhkəmə qərarı lazım deyil: "Uşağı geri götürmək istəyirsə, sağlamlıq haqqında arayış və notariusda təsdiq olunmuş ərizə ilə bizə müraciət etməlidir. Həmçinin, geri götürməyinin səbəblərini açıqlamalıdır. Həmin məlumatlar qanuna uyğun olarsa, uşağı götürə bilər. Eyni zamanda ananın yaşayış yerinin olması da vacibdir". Yaşayış yeri ilə təmin olunmasına gəlincə, T.Həsənov bu işin icra başçısının səlahiyyətində olduğunu bildirib. Məsələni araşdıracağıq.
2014-02-03
8,047
Janna Friske müalicəsini Qazaxıstanda davam etdirə bilər
Fevral ayında məşhur ifaçı Janna Friske müalicəsini Qazaxıstanın onkoloji mərkəzində davam etdirə bilər. "Axar.az" xəbər verir ki, müğənni vətəndaş nikahında olan həyat yoldaşı Dmitri Şepelevlə hal-hazırda Nyu Yorkdadır. Müğənninin yaxınları bildirib ki, Jannanın müalicəsi Qazaxıstanda davam etdirilə bilər. Onlar artıq həmin mərkəzlə maraqlanıblar və mərkəzdə olan mütəxəssislər hər an müğənnini qəbul etməyə hazır olduqlarını bildiriblər. Qeyd edək ki, Rusiyalı pop ifaçı beyin xərçəngi xəstəliyindən əziyyət çəkir.
2014-02-03
8,048
Həbs olunan azarkeşlərə yenə də hökm oxunmadı
Bu gün 25 avqustda keçirilən "Xəzər Lənkəran" - "Neftçi" matçında sonra yaşanan hadisələrə görə tutulan 7 azarkeşə Lənkəran Rayon Məhkəməsində keçiriləcək proses zamanı hökm oxunmalıydı. "Axar.az"ın məlumatına görə, məhkəmə prosesi təxirə salınıb. Belə ki, təqsirləndirilən şəxslər hava şəraiti ilə bağlı Lənkərana gətirilməyib. Məhkəmə prosesinin nə vaxt davam etdiriləcəyi ilə bağlı məlumat verilməyib.
2014-02-03
8,049
Finlandiya silahlanmaya qərar verdi
Finlandiya Müdafiə Nazirliyi qarşıdakı 10 il ərzində ölkəni lazımı şəkildə qoruya bilmək üçün daha çox donanma gəmisinə ehtiyac olduğunu bəyan edib. Xüsusilə ordudakı 3 mina gəmisindən birinin dəyişdirilməsinin, müdafiə raketlərinin də alınmasının labüd olduğu bildirilib. "Axar.az" bu haqda türk mediasına istinadən xəbər verir. 2014-2015-ci illərdə hərbi büdcənin 450 milyon avro olduğunu söyləyən Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun professoru Çarli Salonius Pasternak bildirib ki, orduda çox şeyə qənaət olunur, bununla belə, büdcədəki məbləğ yetərli deyil: "2020-ci ilə qədər ölkəni qoruya bilmək üçün büdcənin illik 550 milyon avroyadək artırılması lazımdır".
2014-02-03
8,050
Təhsil Nazirliyinin nəzdində yeni idarə yaradıldı
Azərbaycan Nazirlər Kabineti (NK) Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin yaradılması haqqında qərar qəbul edib. Nazirlər Kabinetindən verilən məlumata görə, Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin bazasında Əsaslı Tikinti və Təchizat İdarəsi yaradılıb. NK-nın 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilib. Həmin siyahıda "Təsərrüfathesablı təşkilatlar" bölməsinin 1-ci hissəsində "Əsaslı Tikinti İdarəsi" sözləri "Əsaslı Tikinti və Təchizat İdarəsi" sözləri ilə əvəz edilib.
2014-02-03
8,051
II Yelizaveta Fransaya gedir
Böyük Britaniya kraliçası Fransaya səfər edəcək. "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səfər iyun ayında baş tutacaq. Rəsmi səfərdə zamanı kraliça II Yelizaveta Normandiya desant qüvvələrinin 70 illiyi münasibətilə təşkil olunacaq mərasimlərə qatılacaq. Qeyd edək ki, son illərdə kraliça II Yelizaveta demək olar ki, ölkədən kənara çıxmır.
2014-02-03
8,052
Həkimi aksiyada belə güllələdilər - Video
Qruşevski küçəsində baş verən aksiya ilə bağlı yeni kadrlar internetə yerləşdirilib. "Axar.az" xəbər verir ki, yeni kadrlarda Berkutun Qırmızı Xaç Komitəsinin həkiminə mane olma anları yer alıb. Videodan görünür ki, həkim polislərə öz sənədlərini göstərməyinə baxmayaraq, bu onları qane etmir. Sonda Berkut xüsusi təyinatlıları onu ayağından rezin güllə ilə vururlar. Videonu təqdim edirik.
2014-02-03
8,053
Adil Əliyev MTN-ə səsləndi
Millət vəkili Adil Əliyev Azərbaycandan Suriyaya döyüşməyə gedənlərlə bağlı xüsusi xidmət orqanları tərəfindən ciddi araşdırma aparılmasına ehtiyac olduğunu bildirib. AzNews.az xəbər verir ki, millət vəkili bu fikri parlamentin bu gün keçirilən iclasında irəli sürüb. A.Əliyevin sözlərinə görə, hətta həmin şəxslərin ölkəyə qayıdışına qadağa qoyulması məsələsi də gündəmə gəlməlidir. Millət vəkili təklif edib ki, Suriyaya döyüşməyə gedənlərlə yanaşı, onları göndərən şəxslər də ciddi araşdırılmalıdır: "Həmin adamlar ölkəyə qayıtdıqdan sonra təhlükə mənbəyi ola bilər. Bu gün kiminsə sözü ilə Suriyaya ölümə gedən adam sabah ölkəyə qayıtsa, yenə həmin şəxslərin sözü ilə ölkəyə qarşı da hansısa təxribatlar törədər".
2014-02-03
8,054
Gəncədə hərbi hissədə partlayış: Xəsarət alanlar var
Gəncənin Məhsəti qəsəbəsində yerləşən, N saylı hərbi hissəsinin yataqxanasında partlayış baş verib. Gəncə şəhər Yanğından Mühafizə idarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 14 radələrində Ağdamdan olan məcburi köçkün Habil Baxşəliyevin məskunlaşdığı mənzildə baş verib. Qaz sobasının partlaması nəticəsində 26 yaşlı Könül Həsənova, 70 yaşlı Leyla Həsənova, Habil Baxşəliyev və 2 yaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yanğının baş vermə səbəbləri araşdırılır.
2014-02-03
8,055
Heydər Əliyev Ordenində dəyişiklik edildi
Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə parlamentə daxil olmuş "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi qəbul edilib. Qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Heydər Əliyev" ordeninin təsviri"ndə edilmiş dəyişikliyə əsasən, "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan əlavə, döş nişanından ibarət olacaq. Onun fikrincə, bu yeniliyin tətbiqindən sonra ordenin daşınması daha rahat olacaq. Qanun layihəsinə əsasən, ordenin təsvirindəki on dördüncü hissə ləğv edilir, əvəzində on beşinci - iyirmi üçüncü hissələr əlavə edilir: "Heydər Əliyev" ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Altlığın dörd guşəsinin hər birində yerləşən səkkizguşəli ulduz formalı elementin hər birinə 1 ədəd brilyant daş bərkidilir. Altlığın üzərində, guşələri altlığın guşələrinə çarpaz olmaqla, göy minalı dördguşəli ornamentli lövhə yerləşdirilir. Göy minalı ornamentin dörd guşəsinin hər birinə 1 ədəd brilyant daş bərkidilir". Əlavəyə görə, döş nişanının mərkəzində tünd qırmızı mina ilə örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi yerləşir. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə haşiyələnir. Hər çərçivəyə 56 ədəd brilyant daş bərkidilir. Döş nişanı 28 mm x 28 mm ölçüdədir, arxa hissəsinə seriyası və nömrəsi həkk olunur. Döş nişanı paltara bərkidilmək üçün elementi olan 23 mmx 16 mm ölçülü lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin mərkəzində qabarıq hərflərlə yazılmış "HEYDƏR ƏLİYEV" sözlərindən yuxarıda və aşağıda, hər sırada 14 ədəd olmaqla, lövhənin qabarıq kənarları boyunca 28 ədəd brilyant daş bərkidilir. Döş nişanına paltara bərkidilmək üçün elementi olan 24 mm x 9 mm ölçülü qəlib əlavə olunur. Qəlib Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən və hər birinin eni 8 mm olan üç şaquli zolaqdan ibarət lentlə örtülür. Qəlibin mərkəzinə "Heydər Əliyev" ordeninin döş nişanının formasına uyğun, Heydər Əliyevin barelyefi yerləşdirilmiş hissəsi tünd qırmızı mina ilə örtülmüş, 6 mm x 6 mm ölçülü hissə bərkidilir. Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır. Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur. Ordenin hazırlanmasında istifadə olunmuş qiymətli metalların və qiymətli daşların çəkisi (texnoloji proses zamanı yarana biləcək fərqlər nəzərə alınmaqla) və miqdarı ordenin əmtəə sertifikatında göstərilir.
2014-02-03
8,056
“Aqrolizinq”də korrupsiya aşkarlandı - Rəsmi
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb. Araşdırmalarla cəmiyyətin Şəki rayon Aqroservis filialının vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməməsi, əhaliyə göstərilən xidmətlərə görə onlardan yığılan pul vəsaitlərinin kassaya mədaxil edilməməsi, həmçinin yol verilmiş digər qanun pozuntuları nəticəsində dövlətə külli miqdarda ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
2014-02-03
8,058
“Əvəz Zeynallının vəziyyəti pisdir” – Həyat yoldaşı
"Əvəz Zeynallının səhhətində ciddi problem yaranıb. Vəziyyəti yaxşı deyil. Beyninə oksigen normal şəkildə getmir". Bunu "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynalının həyat yoldaşı Məlahət Zeynalova dedi. Onun sözlərinə görə, baş redaktor burnundan iki dəfə əməliyyat olunub, amma həmin problem davam edir: "O, iki dəfə əməliyyat olunub. Hazırda nəfəs almağında çətinlik yaranıb. Çalışırıq yaxşı bir həkim aparaq onu müalicə etsin. Orada əməliyyat qeyri-mümkündür. Sadəcə yaxşı müalicə olunmalıdır, elə bir həkim isə hələlik tapa bilmirik". "Məsələ ilə bağlı hər hansı bir quruma müraciət etmək fikriniz varmı" sualına M.Zeynalova belə cavab verib: "Bu haqda düşünürük. Amma gərək bu məsələdə Əvəz bəzin özü ilə danışaq. Ondan icazəsiz və məsləhətləşmədən heç nə deyə bilmərik". Xatırladaq ki, Ə.Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Barəsində CM-nin 313.3.3 313.3.4-cü maddələri ilə cinayət işi açılıb. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib.
2014-02-03
8,060
İlham Əliyev Şri-Lanka Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksaya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı münasibətlər inkişaf edərək dostluğumuzun möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə töhfələr verəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq və rifah diləyirəm". (Trend)
2014-02-03
8,061
Deputatlar qar təmizləyən yaşlı qadından danışdı
"Bəlli bir yaş həddinə qədər çalışdıqdan sonra onlar təqaüdə çıxırlar. Ancaq bir sıra insanlar təqaüdə çıxdıqdan sonra hələ də işləməyə davam edirlər. Bunlar adətən xidmətçilər, xadimələr və s. buna bənzər küçə təmizliyində çalışan insanlardır. Həmin insanların təqaüdə çıxması üçün tələb olunan yaşı aşağı salmaq lazımdır". Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Zahid Oruc sosial mediada paylaşılan və müzakirələrə səbəb olan "qar təmizləyən yaşlı qadın" fotosunu şərh edərkən dedi. O bildirdi ki, bu cür ağır işlərə yaşlı insanların cəlb edilməsi heç də ürəkaçan deyil: "Ola bilər ki, qanun 70 yaşında yaşlı insanın işləməsinə mane olmur. Ancaq gərək elə olsun ki, o yaşlı insan orda işləməyə məcbur olmasın. Heç olmasa, çalışdıqları yerlərdə onların yaşını nəzərə alıb bir sıra qərarlar vermək olar. Məsələn, fiziki ağır olmayan, onun sağlamlığını təhdid etməyən, yüngül təmizlik işləri onlara tapşırıla bilər. Ancaq ağır fiziki işlərin yaşlı insanların görməsi yolverilməzdir". Millət vəkili məsələ ilə bağlı başqa təkliflərin də verilməsinin mümkün olduğunu və o cür təmizlik işlərini nisbətən cavan insanların görməsinin daha düzgün olduğunu dedi: "Bununla bağlı pensiya yaşını da aşağı salmaq olar. Bu cür fiziki işləri daha yüksək maaşla və enerji ilə təhsilsiz və nisbətən cavan inşalar görə bilər. Sosial mediada paylaşılan foto ilə bağlı son olaraq onu deyim ki, ümumiyyətlə, o cür ağır işlərin yaşlı atalarımıza, analarımıza həvalə edilməsinin birmənalı olaraq əleyhinəyəm". Millət vəkili Asim Mollazadə də məsələyə münasibət bildirdi. Deputat "Axar.az"ın əməkdaşı ilə söhbətində bildirdi ki, bu məsələ ilə bağlı qanunverici orqan iş görməlidir. Deputat bir sıra təkliflər də irəli sürdü: "Əlbəttə, yaşlı qadınların fiziki əməklə məşğul olması heç də ürəkaçan deyil. Bu məsələnin həlli üçün çalışmaq lazımdır. Əgər pensiya yaşı çatan insan işləməyə davam edirsə, deməli, bu onun özünün seçimidir. Bunun üçün pensiyaları artırmaq olar ki, həmin insanlar qoca yaşlarında işləməsinlər". Millət vəkili pensiyaların artırılması ilə bərabər pensiya yaşına dəyişiklik edilməsini də təklif etdi: "Bu kimi halları nəzərə alıb qadınlar üçün pensiya yaşını aşağı da salmaq olar. Eyni zamanda sosial istiqamətdə problemlərin həllinə yönəlik daha çox işlər görülməlidir ki, yaşlı xanımlar fiziki işlə məşğul olmasınlar". Məsələ ilə bağlı əlaqə yaratdığımız millət vəkili Fəzail Ağamalı isə məsələyə belə reaksiya verdi: "Mənim işim-gücüm qurtarıb? Oturub hansısa arvadın küçədəki şəklindən danışacam?" Xatırladaq ki, dünən axşamdan etibarən feysbuk sosial şəbəkəsində fotoda gördüyünüz qadının qar təmizləməsini əks etdirən şəkli ciddi müzakirə edilir.
2014-02-03
8,062
Mirzə Şəfi Vazehin 220 illik yubileyi keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, sərəncamda qeyd olunur ki, görkəmli şair və maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 2014-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyi tamam olur. Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getmişdir. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.
2014-02-03
8,063
Prezident 7 sərəncam, 5 fərman imzaladı - Yenilənib
Prezident İlham Əliyev 7 sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə informasiya Prezidentin rəsmi internet ünvanında yayımlanıb. İmzalanan sərəncamlar müxtəlif istiqamətləri əhatə edib. Prezident Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi, M.C.Əhmədova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi, Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında, Cinayət Məcəlləsi haqqında və Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında sərəncamlara imza atıb. Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncama əsasən İlham Əliyev iki nəfəri yeni rütbə ilə təltif edib. Komitənin sədr müavini Şahin Soltan oğlu Bağırov general-leytenant, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Mustafa oğlu Qasımova gömrük xidməti general-mayoru rütbəsinə layiq görülüb. Prezidentin sərəncamına əsasən Dövlət Gömrük Komitəsinin fəxri rütbələr alan digər əməkdaşları bunlardır: Mehdiyev Səfər Məmməd oğlu, Məmmədov Nazim Xeyrulla oğlu, Babayev İqbal Alıcan oğlu, Fərzəliyev Dilavər Məmməd oğlu, Xəlilov Ehtiram Səyyaf oğlu, Məmmədov Asəf Səttar oğlu, Məmmədov Rauf Ənvər oğlu, Ağayev Elbrus Nadirulla oğlu, Ağayev Vüqar Qüdrət oğlu, Eyvazov Emin Həsən oğlu, Ələsgərli Fikrət Vahid oğlu, Əliyev Daşqın Malik oğlu, Əliyeva İlahə Baloğlan qızı, Əlizadə Arzu Hüseyn oğlu, Əşrəfov Həsən Bəxtiyar oğlu, Hacıyev Hacı Fərhad oğlu, Həsənli Hüseyn Sabir oğlu, Həsənov Səlvər Yavər oğlu, Hüseynəliyev Ədalət Həsən oğlu, Hüseynxanov Elvin Elşad oğlu, Hüseynli Ceyhun Qədir oğlu, İbrahimov Habil Qurbanəli oğlu, Qismətov Vüqar Yusif oğlu, Qulamov Elçin Cahangir oğlu, Quliyev Elsevər Həsən oğlu, Quliyev Rauf Zahid oğlu, Kərimov Sahil Baxşəli oğlu, Mahmudov Vüqar Şəmsəddin oğlu, Mehbalıyev Əbülfət Müslüm oğlu, Məmmədli Ramiz Vaqif oğlu,Məmmədov Fəxrəddin Həmdulla oğlu, Məmmədov Zəfər Səfəralı oğlu, Məsumova Asiya Vasif qızı, Nəbiyev İslam Hilal oğlu, Osmanov İlkin Ərzuman oğlu, Səbziyev Süleyman Nəriman oğlu, Səfərov Müslüm Həsən oğlu, Səfərov Şükür İsbəndiyar oğlu, Süleymanov Anar Hamlet oğlu, Tağıyev Rauf Mərdan oğlu. Prezident həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri, qrant haqqında, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında dəyişikliklər edilməsi, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında, Konstitusiya Məhkəməsi haqqında və Əmək Məcəlləsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"haqqında qanunu imzalayıb. İlham Əliyev Qrant haqqında, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə fərmanlara da imza atıb.
2014-02-03
8,064
Avropa ölkələrində korrupsiyanın illik həcmi 120 milyarda çatır
Avropa Birliyinin (AB) 28 ölkəsinin hamısında korrupsiya var və onun vurduğu iqtisadi ziyanın həcmi təqribən 120 milyard avroya yaxındır. Bu barədə Avrokomissiyanın korrupsiya ilə mübarizə ilə bağlı hazırladığı ilk hesabatda deyilir. Avrokomissar Sesiliya Malmstremin sözlərinə görə, korrupsiya insanların demokratik hakimiyyət institutlarına inamını sarsıdır, milli iqtisadiyyatlara ziyan vurur və dövləti zəruri vergi gəlirlərindən məhrum edir. Bu sahədə ən pis vəziyyət Rumıniya və Bolqarıstandadır. ("Musavat.com")
2014-02-03
8,065
Türkiyədə 6 iranlı uçqun altında qaldı - Foto
Türkiyə ilə İran sərhədində 6 iranlı uçqun altında qalıb. Türkiyə ilə İran sərhədində olan Təkəlli kəndində uçqun hadisəsi baş verib. İlkin məlumatlara görə, uçqun nəticəsində 6 iranlının uçqun altında qaldığı bildirilib. Hadisə yerinə axtarış və xilasetmə qrupları göndərilib. (ANS)
2014-02-03
8,066
Xocalı soyqırımı Kanadada əbədiləşdirilib - Foto
Bu gün Kanadanın Toronto şəhərində Azərbaycanın Kanadadakı səfirliyi və Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünü münasibətilə xatirə lövhəsinin açılış mərasimi keçirilib. Tədbirdə Toronto və Vaterlo universitetlərində təhsil alan azərbaycanlı tələbələr, eləcə də Torontoda yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbir zamanı ilk olaraq Torontonun mərkəzi parklarından biri olan "Harbour Square Park"da Xocalı soyqırımı qurbanlarının xatirəsinə əkilmiş ağacın ətrafında toplantı keçirilib. Həmin ağacın qarşısında bərkidilmiş memorial lövhədə "Xocalı faciəsinin xatirəsinə" sözləri həkk edilib. Toplantı zamanı çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ağacın Kanadada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ilk abidə olduğunu deyərək, bunu Xocalı həqiqətlərinin Kanadada yayılması baxımından mühüm hadisə kimi dəyərləndirib, eləcə də bu abidənin ərsəyə gəlməsində göstərdiyi əməyə görə Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyasının sədri İlham Axundova dərin təşəkkürünü ifadə edib. O, həmçinin Kanadada yaşayan icma üzvlərini Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilərək, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə son qoyulması istiqamətində səylərini səfərbər etməyə çağırıb. Səfir Xocalı hadisələrinin yad edilməsinin təkcə keçmiş deyil, həmin qırğınları törətmiş və bu gün Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə bağlı olduğunu vurğulayıb. Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyasının sədri İ.Axundov da Xocalı soyqırımını yad edən abidənin Torontonun mərkəzi parklarından birində yaradılmasını böyük uğur kimi qiymətləndirib və bunu səfirlik və icmanın apardığı ardıcıl siyasətin nəticəsi olduğunu qeyd edib. Daha sonra tədbir Xocalı soyqırımı qurbanlarının anım mərasimi ilə davam edib. (Trend)
2014-02-03
8,067
700 kq-a yaxın yararsız məhsullar aşkarlanıb
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Bakının Suraxanı, Nərimanov rayonlarında, Zaqatala, Şəki, Tovuz, Ağcabədi, Yevlax, Zərdab, İsmayıllı, Şamaxı, Qusar şəhərlərində, Lənkəran rayonunda aparılan növbəti yoxlamalar zamanı 700 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
2014-02-03
8,068
Ən çox avtomobili olan nazirliklər bəlli oldu
Bir sıra ekspertlər hesab edirlər ki, ölkəmizdə benzinə olan təlabatın kəskin artması yalnız əhalinin istifadəsində olan nəqliyyat vasitələrinin sayının çoxalması ilə deyil, həmçinin dövlət qurumlarının balansında olan xidməti maşınların sayı ilə bağlıdır. İqtisadçı Qubad İbadoğlunun sözlərinə görə son dövrlər büdcədən maliyyələşən qurumların balansındakı avtomobillərin sayı xeyli artıb. Bu isə əlavə yanacağın sərf olunması deməkdir. Ekspert, Qubad İbadoğlu: "Bizim avtomobil istifadəçilərimiz yalnız vətəndaşlar deyil, həmçinin dövlətdir. Dövlətin həm avtomobillərinin sayı, həm də müxəricci kifayət qədər yüksək olanlardır. Dövlət bu barədə də düşünməlidir". Qubad İbadoğlunun fikrincə, həm büdcədən artıq xərclərə qənaət etmək, ən əsası benzin sərfini azaltmaq üçün xidməti avtomobillərin sayını azaltmaq lazımdır. Sonuncu dəfə xidməti avtomobillərin sayı ilə bağlı 2011-ci ildə Nazirlər Kabinetinin qərarı olub. Bu qərara görə, dövlət qurumlarının xidməti maşınlarının sayına limit qoyulub. Ən çox balansında maşın olan Vergilər və Maliyyə Nazirlikləridir. Hərəsinə 83 avtomobil, ümumilikdə, hökümət orqanlarının istifadəsində 1173 avtomobil olmalıdır. Amma bu rəqəmlər son zamanlar kifayət qədər artıb. Bir də onu nəzərə almaq lazımdır ki, bu siyahıya Prezident Administrasiyasının və hərbi qurumların, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarının, yerli məhkəmələrin maşınları daxil deyil. (ANS)
2014-02-03
8,069
Ceyhan limanından 1,6 milyon tona yaxın neft ixrac edilib
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar ayında 78 min 106 ton dizel yanacağı, 10 min 157 ton təyyarə yanacağı ixrac edib. "Axar.az" Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, 2014-cü ilin yanvar ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 938,99 dollar, təyyarə yanacağının - 955,95 dollar, dizel yanacağının - 903,01 dollar, 1 faizli kükürdlü mazutun qiyməti isə 594,81 dollar təşkil edib. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar ayında Novorossiysk limanından 84 min 739 ton, Supsa limanından 322 min 996 ton, Ceyhan limanından isə 1 milyon 592 min 40 ton xam neft ixrac edib. İdarə tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir. 2014-cü ilin yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 108,26 dollara, Urals nefti - 106,40 dollara,BTC FOB Ceyhan tipli xam neft isə 108,76 dollara satılıb.
2014-02-03
8,070
Putin məktəbdə baş verən faciənin səbəbindən danışdı
Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu gün paytaxt Moskvadakı məktəblərin biridə baş verən hadisəni faciə adlandırıb. Bu barədə "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir. O, böyüməkdə olan nəslin tərbiyəsinə nəzarətin artırılmasının vacib olduğunu bildirib. O, qeyd edib ki, Rusiyada bədii zövqə malik gənc nəslin tərbiyəsinə xüsusi diqqət verilmir: "Gənc nəslin tərbiyəsində mədəni dəyərləri inkişaf etdirmək lazımdır. Əgər bunu etmiş olsaydıq, bugünkü faciə yaşanmazdı". Xatırladaq ki, bu gün Moskvada 263 sayli məktəbdə şagirdlər girov götürülüb. Bir polis nəfəri və məktəbin biologiya müəllimi ölüb. Hadisəni məktəbin 11-ci sinif şagirdi törədib.
2014-02-03
8,071
"Zaminbank"da qanun pozuntuları ilə əlaqədar cinayət işi açılıb
Bakı şəhər sakini Həsən Talıblının "Zaminbank" ASC-nin Cənub filialında yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. "Axar.az" Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, ASC-nin Cənub filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək H.Talıblının həmin filialdakı depozit hesabından 45.0 min manat məbləğində vəsaitin rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə məxaric olunaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
2014-02-03
8,072
Kliçko peşəkar rinqə çıxır
Zərbə Partiyasının sədri, Ukrayna müxalifətinin liderlərindən biri olan Vitali Kliçkonun qardaşı Vladimir Kliçko Avstraliyalı peşəkar boksçu Aleks Lepai ilə rinqə çıxacaq. "Axar.az"ın Kliçko qardaşlarının rəsmi internet saytına istinadən xəbərinə görə, görüş aprelin 26-da Almaniyanın Oberhauzen şəhərinin idman arenasında keçiriləcək. Qeyd edək ki, kiçik Kliçko ağır çəki üzrə peşəkar boksçular arasında mütləq çempiondu. O, İBF, WBA, WBO, IBO və "The Ring Magazine" nominasiyalarının qalibidir.
2014-02-03
8,073
Bakıda əlbəyaxa dava kameralarda - Video
Paytaxt küçələrini gecə gündüz nəzarətdə saxlayan şəhər təhlükəsizlik kameraları yenə iş başındadır. Ötən il Bakıda baş verən 105 cinayət məhz Təhlükəsiz Şəhər Xidmətinin imkanları hesabına açılıb. Sözü gedən kameralar vasitəsi ilə polis əməkdaşları 8401 qəza, 111 piyada vurulması da aşkar edib. 24 saat fasiləsiz işləyən kameralara küçələrdə sözü çəp gəlib əlbəyaxa davaya çıxanlarda elə az olmayıb ("Publika.az").
2014-02-03
8,074
Orxan Pamuk “Nyu York Tayms” səhifələrində - Foto
Amerikanın "New York Times" qəzeti müxbiri Coşua Hammer Nobel mükafatı laureatı yazıçı Orxan Pamuk ilə İstanbulu gəzib. Hammer yazıçını "köhnə bir memarlıq məzunu və Qərb ədəbiyyatına aşiq bir rəssam" olaraq təqdim edib. Pamuk isə 1970-ci illərdə ailəsiylə yaşadığı Nişantaşı məhəlləsi ilə Haliç və Beyoğlu arasında keçən məktəb illərindən danışıb, İstanbula olan sevgisini "Nyu York Tayms"a açıqlayıb. Pamuk Hammerə Balatın dar küçələrini, Karaköyü və Bəyoğlunu göstərib, şəhərin tarixi ilə bağlı məlumatlar verib. Qəzetdə nəşr olunan "Pamukun İstanbulu" xəritəsində Bəyazid meydanı, Sultanahmət məscidi və Qapalıçarşının da olduğu tarixi yarımada, Nişantaşı, Taksim və yay aylarında hökumət əleyhinə nümayişlərin mərkəzi olan Gəzi parkı da yer alıb (ANS).
2014-02-03
8,075
Abşeronda ikiotaqlı ev yandı
Abşeron rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-03
8,076
Nazirliyin yeni sərəncamı: sui-istifadə ola bilərmi?
"Korpus komandirləri bundan şəxsi məqsədləri üçün istifadə edib, qanunları saymayacaqsa, bu, orduda əlavə problemə yol aça bilər". Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyi tərəfindən tətbiq edilən yeni qaydaya əsasən, Korpus komandirlərinin kapitan rütbəli kadrların yerlərini dəyişməsi və hərbi rütbələr vermək hüququna malik olmasına münasibət bildirərkən "Axar.az"a dedi. Hərbi ekspertin sözlərinə görə, rütbələr əvvəlki kimi yerli komandirlərin rəyi əsasında verildiyindən tətbiq olunacaq qanunda qeyri-adi heç nə yoxdur: "Əsas odur ki, xeyirli olsun və əlavə problemlər yaratmasın. Çünki hər rütbənin arxasında dövlətin verəcəyi ödəniş olur. Həm də özünə görə növbəti rütbənin alınma vaxtı var. Buna nəzarət olunmalıdır ki, sui-istifadə edilməsin. Düşünürəm ki, qayda özünü doğrultsa, davamı olacaq, doğrultmasa, olmayacaq və əvvəlki qayda tədbiq olunacaq".
2014-02-03
8,077
Mandelanın milyonluq vəsiyyəti açıqlandı
Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandelanın 40 səhifəlik vəsiyyəti rəsmi olaraq oxunub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin dekabrında 95 yaşında vəfat edən liderin şərəfinə inşa edilən Xatirə Mərkəzində açıqlama verilib. Açıqlamada Mandelanın 46 milyon rand, yəni 4.13 milyon dollar dəyərində miras qoyduğu açıqlanıb. Mandelanın vəsiyyətinə görə, ona yaxın olan hər bir işçisinə 4500 dollar, təhsil aldığı məktəblərə isə 9000 dollar pay düşüb. Nelson Mandela Vəqfi, Mandelanın partiyası, iqtidardakı Afrika Beynəlxalq Konqresi də mirasdan pay alanların sırasındadır.
2014-02-03
8,079
Moldova rəsmən bölünmə ərəfəsində - Foto
Qaqauziya referendumda Gömrük İttifaqına daxil olmağın lehinə səs verdi. "Axar.az" xəbər verir ki, bu barədə Qaqauziya Muxtar Respublikasının rəsmi saytı məlumat verib. Keçirilən referendumun nəticələrinə əsasən, qaqauzlar Avropa İttifaqından rəsmən imtina ediblər. Referendumda iştirak edənlərin 98,47%-i Gömrük İttifaqının tərkibinə daxil olmaq istədiklərini bildiriblər. Moldova hökuməti isə Qaqauziyadakı hadisələri pisləyən bəyanatla çıxış edib. Mərkəzi hökumət keçirilən referendumu məntiqsizlik adlandırıb. Referendumda müşahidəçi qismində iştirak edən bəzi rusiyalı deputatlar isə artıq öz səhifələrində referendumun nəticəsini tanıdıqlarını bəyan ediblər. Tanıyanlar sırasında xüsusilə Jrinovskinin rəhbərlik etdiyi LDPR-in nümayəndələri faəllığı ilə seçilib. Qeyd edək ki, dünən Qaqauziyada referendum keçirilib. Referendumda Gömrük İttifaqına daxil olmaq, Rumıniya ilə birləşmək məsələləri əsas səs vermə mövzusu olub.
2014-02-03
8,080
Kürdəmirdə çörək sexi yandı
Kürdəmirdə çörək sexində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Kürdəmir şəhərində ümumi sahəsi 130 kv.m olan çörək sexinin tavanının yanar konstruksiyaları 55 kv.m sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı dülgər sexi yanğından mühafizə olunub. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-03
8,081
Almaniya iqtidarı: “Türkiyə ermənilərdən üzr istəməlidir”
"Ərdoğan ermənilərdən 99 il öncə törədilən soyqırıma görə üzr istəməlidir". "Axar.az" xəbər verir ki, bu sözləri Xristian Demokrat Partiyasının deputatı Erika Şteynbax deyib. Parlamentdə çıxış edən deputat türklərin öz əcdadlarının etdiklərinə görə üzr istəmək vaxtının çatdığını bildirib: "Ərdoğanı Osmanlı imperiyası dövründə gənc türklərin törətdiyi soyqırıma görə ermənilərdən üzr istəməyə çağırıram. Ermənilərin başına gətirilənlər dərsliklərə salınmalı və tarixin saxtalaşdırılması dayandırılmalıdır". Qeyd edək ki, hazırda Xristian Demokrat Partiyasının iqtidarda olduğu Almaniya erməni soyqırımını tanıyan ölkələr siyahısında yer alıb.
2014-02-03
8,082
Qənirə Paşayeva jurnalistlərə əsəbiləşdi
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasındakı çıxışının bəzi saytlarda yanlış təqdimatından narazılığını bildirib. Xanım deputat bu barədə özünün facebook səhifəsində status yazaraq jurnalistləri tənqid edib. Q. Paşayeva statusunda yazıb: "Çox təəssüf ki, bəzi jurnalistlər bu gün parlamentdə "orqan və ya toxumaların transplantasiyası" ilə bağlı qəbul olunan qanunun bəzi maddələrinin 10 ildən artıqdır ki, çalışmaması ilə bağlı çıxışı tamamilə yanlış şəkildə verərək, guya, mən ölən insanlardan məcburən orqanların götürülərək, orqan köçürülməsində istifadə edilməsi ilə bağlı qanun qəbul olunmasını təklif etmişəm. Belə savadsız və cahil insanların jurnalistikada yeri olmamalıdır. Çünki söhbət sağlığında orqan və toxumalarını öldüyü zamanı ehtiyacı olan xəstələrə köçürülməsi istiqamətində bağışlayan və bu barədə vəsiyyətnamə yazan şəxslərdən gedir və 15 il əvvəl qəbul olunan qanunda da məhz belə yazılıb. Sadəcə bu gün könüllü şəkildə öz orqanlarını vəsiyyət edən insanlar dünyasını dəyişsə, onlardan orqanların götürülərək, xəstə insanlara köçürülməsi istiqamətində ölkəmizdə heç bir mexanizmlər işləmir. Bütün inkişaf etmiş ölkələrdə bu mexanizm çalışır və mən də ölkəmizdə 15 il əvvəl qəbul olunan qanunun həyata keçmə mexanizmlərinin hazırlanmasını təklif etmişəm. Çox təəssüf edirəm ki, bu mövzu ilə bağlı dəfələrlə verdiyim müsahibələrə, televiziya və parlament çıxışlarıma baxmayaraq, bəzi dırnaqarası jurnalistlər məsələnin mahiyyətindən belə xəbəri olmayaraq xəbər yazırlar. Hətta bəzi ekspertlər də tapırlar ki, onlar da məsələnin mahiyyətini bilmədən və sanki ilk dəfə bu barədə eşidirmişlər kimi bu faşizmdir deyə qeyri-ciddi açıqlamalar verirlər. Bir daha bu fikrə gəlirəm ki, təəssüf ki, ölkədə savadsız jurnalistlərin sayı o qədər artır ki, onlar jurnalistikanın imicinə ciddi zərbə vururlar. Açın mənim haqqında danışdığım qanunu ən azı internetdə 5-10 dəqiqənizi sərf edərək, oxuyun və məsələnin nədən getdiyini öyrənin. Məsələnin nədən getdiyini bilmədən xəbər yazanların sayının artması xəbərə insanların inamını da sarsıdır təbii ki..."
2014-02-03
8,083
Aqil Səmədbəyli Milli Şuradan getdi
İctimai Palatanın Koordinasiya Şurasının və Milli Şuranın üzvü Aqil Səmədbəyli Milli Şuradan istefa verib. "Axar.az"ın məlumatına görə, bu barədə A.Səmədbəyli özünün Feysbuk profilində yazıb: "Səbəblərini çox dəyərli ziyalımız, professor Cəmil Həsənliyə bildirdim. Milli Şuradan ayrılmağım haqda qərarımı kamuoyuna sayğıyla duyururam".
2014-02-03
8,084
Putin separatçıları Soçiyə dəvət etdi
Qondarma Cənubi Osetiya Respublikasının "prezidenti" Leonid Tibilov Soçidə keçiriləcək 22-ci Qış Olimpiya oyunlarının açılışına rəsmi dəvət alıb. "Axar.az" xəbər verir ki, bu barədə məlumatı Leonid Tibilovun mətbuat katibi Qana Yanovskaya bildirib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin adından açılışdakı ziyafət mərasiminə 40 ölkənin dövlət və hökumət rəhbərləri ilə bərabər Tibilov da dəvətlidir.
2014-02-04
8,085
İki gəminin toqquşma anı – Video
Mərkəzi ABŞ-da yerləşən təbiəti mühafizə təşkilatı olan "Sea Sheperd"in (Dəniz çobanı) gəmisi Avstraliya sahillərində yapon balina ovu gəmisi tərəfindən qarşısı kəsilərək sıxışdırılıb. İki gəminin toqquşma anı kameraya çəkilib.
2014-02-03
8,086
İki minə yaxın avia reys təxirə salındı
ABŞ-da hava şəraitinin kəskin dəyişməsi səbəbilə bir çox uçuşlar təxirə salınıb. Verilən məlumatına görə, ABŞ-da hava şəraitinin kəskin soyuması səbəbiylə 1700-dən çox uçuş təxirə salınıb. ABŞ əhalisinin üçdə birinin yaşadığı şimal bölgələrində yaranan qar fırtınası və soyuq hava kütləsinin gələn həftənin ortasına qədər davam edəcəyi bildirilib. Havanın mənfiyə düşməsi hava sərninşin daşınmalarında ləngimələrə gətirib çıxarıb. Onu da qeyd edək ki, qar fırtınası ölkədə elektrik kəsilmələrinə və çox sayda yol qəzasına səbəb olub (ANS).
2014-02-03
8,087
2038-ci ildə Azərbaycan yox olacaq – Foto/Absurd
2038-ci ildə dünyada hansı dövlətlərinin yox olacağı ilə bağlı yeni siyasi xəritə hazırlanıb. "Axar.az" xəbər verir, xəritə "Deviantart.com" saytında yerləşdirilib. Müəlliflər yeni xəritənin təxəyyül məhsulu olduğunu və reallığı əks etdirmədiyini bildiriblər. Hazırlanmış xəritədə Cənubi Qafqazı Rusiyanın işğal etdiyi, Türkiyənin iki yerə parçalandığı, İranın isə tamamən məhv olduğu göstərilib. Saytın təqdim etdiyi başqa xəritə 2100-cü ili özündə əks etdirib. Burada isə bütün hadisələr qlobal istiləşmə kontekstində göstərilib, bəzi ölkələrin su altında qalacağı qeyd olunub. Yeni xəritədə Azərbaycanın əksər hissəsinin və paytaxtının su altında qaldığı əks edilib. Ölkənin paytaxtı kimi isə Gəncə şəhəri qeyd olunub.