date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-02-05 | 8,192 | Qoca kişi qızı görən kimi pleyboya döndü – Video | Dənizkənarında gəzdiyi zaman qarşısından keçən gənc qızı gördüyü zaman birdən-birə canlanan qoca kişinin yeriməyi belə dəyişib. Maraqlı videonu təqdim edirik. |
2014-02-05 | 8,193 | Təbrizin “Traktor” futbol komandası finala yüksəlib | İranın Şərqi Azərbaycan vilayətinin "Traktor" futbol komandası fevralın 4-də Təbriz şəhərində ölkənin Xuzestan vilayətinin "Fulad" komandası ilə qarşılaşıb. "Traktor" komandası rəqib üzərində 1:0 hesablı qələbə qazanaraq İran çempionatının finalına yüksəlib. Havanın temperaturunun mənfi 10 dərəcə olmasına baxmayaraq oyun "Traktor" azarkeşlərinin böyük coşqusu ilə izlənib. Oyundakı maraqlı məqamlardan biri də, "Traktor"un keçmiş baş məşqçisi, portuqaliyalı Toni Olivieranın futbol meydançasında görünməsi olub. T.Oliviera oyundan əvvəl yerli KİV nümayəndələrinə bildirib ki, o, təbrizli futbol azarkeşlərinin istəyini nəzərə alaraq "Traktor" komandasında baş məşqçiliyi davam etdirəcək. İrana da bu məqsədlə qayıdıb. "Traktor"un İran çempionatının finalında rəqibi Kirman vilayətinin "Mis" komandası olacaq. Qarşılaşma Kirman şəhərindəki stadionda keçiriləcək. (AzərTac) |
2014-02-05 | 8,194 | Azərbaycanın ən böyük kitab marketi açılacaq | Hədəf Nəşrləri tərəfindən yaradılan Kitabevim.az mağazası 2010-cu ildə Z.Əhmədbəyov 2 ünvanında açılıb. 2013-cü ildə böyük bir bazaya malik olan onlayn satış mağazasını (www.kitabevim.az) oxuculara və alıcılara təqdim edən şirkət ikinci dükanını 28 May metrosunun yaxınlığında (Puşkin 26A. Ak Centr 2-ci mərtəbə) 380 kv. metrlik məkanda açacaq. "Axar.az" xəbər verir ki, mağazanın açılışını mart ayına planlaşdıran şirkət müştərilərinə ən münasib qiymətlərlə kitablar təklif edəcəyinə və mağazanı kitabsevərlərin ən səmimi məkanına çevirəcəyinə iddialıdır. Mağaza səhər saat 9:00-dan axşam saat 22:00-a qədər oxucuların üzünə açıq olacaq. Mağazanın fəaliyyəti aşağıdakı konsept əsasında formalaşacaq: Layihənin məqsədi: Gənclərin asudə vaxtlarını daha müasir üslubda, zövq oxşayan bir məkanda keçirməsi, ziyalıların sakit bir məkanda müzakirələr aparması, söhbətlərini təşkil etməsi, valideynlərin övladlarını gəzdirmək üçün seçdiyi bir məkan, çay, kofe içərək bir nağıl oxuması, əyləncəli komiks kitabı ilə tanış etməsi, Bakı şəhərində keçiriləcək müxtəlif kitab təqdimatlarının təşkil edilməsi, kitabsevərlərin bir araya toplaşıb söhbət etməsi, fikir mübadiləsi aparması, monitorlarda əhəmiyyətli kitablardan filmlər vermək, təqdimatlar yayımlamaq. Kitab dükanında həyata keçiriləcək layihələr: 1. "Qoy-götür" guşəsi Bu guşənin məqsədi həvəskar və ehtiyacı olan oxucuların mütaliəyə olan marağını artırmaqdır. Belə ki, bu guşəyə üzv olan oxucular 10 gün müddətində oxumaq üçün guşədə olan istədiyi kitabı götürə bilər. Guşənin kitab bazası kitabsevərlərin, təşkilatların, şəxslərin və mağazanın guşəyə hədiyyə etdiyi kitablarla formalaşacaq. Sonrakı müddətdə bu güşədən istifadə etmək üçün guşəyə üzv olmaq tələb ediləcək ki, bu da guşəyə bir kitab hədiyyə etməklə mümkündür. Oxucular kitab götürmək istədikdə şəxsiyyət vəsiqələrinin surətini çıxararaq xüsusi hazırlanmış şüşə qutuya salacaqlar. 2. Günün, həftənin, ayın kitabı Bu guşəyə yerləşdirilən kitablar maya dəyərinə satılacaq. Burda yerli və xarici ədəbiyyata aid kitablar olacaq. Bu guşədə sezona uyğun olaraq, müəyyən metodik kitablar da ola bilər. "Günün kitabı" , "Həftənin kitabı", "Ayın kitabı" adı ilə seçilən kitabların qarşısında xüsusi çərçivədə qiymətləri göstəriləcək. Hər gün səhər "Günün kitabı" elan edilib xüsusi vitrinə yığılacaq. Kitabevim.az saytında bu layihə ilə bağlı guşə olacaq və oxucuları mütəmadi məlumatlandıracaq. 3. Kitabkafe Kitab kafenin məqsədi mağazada alış-veriş edən insanlara çay və kofe xidməti göstərməkdir. Kafedə əyləşən insanlar istənilən kitabı oxuma, tanışolma haqqı qazanır. Kafedə uşaqlar və gənclər üçün xüsusi masalar tərtib edilib. Xüsusi formada hazırlanan masaların üzərində aypədlər olacaq ki, pulsuz Wifi-la təmin ediləcək. Ümumiyyətlə, mağaza açıq wifi ilə təmin edilmişdir. Kafenin "Şərq masası" isə qədim şərq ornamentləri ilə hazırlanıb. 4. Kitab təqdimatlarının təşkili Kitab təqdimatları üçün ayrılmış açıq zalda nəşriyyatlar və yazarlar təqdimat keçirə bilər. Təqdimatların keçirilməsi zamanı foto çəkiliş mağaza tərəfindən çəkilib sifarişçiyə hədiyyə edilir. Ay ərzində bir neçə dəfə oxucularla müəlliflərin görüşü, əsərlərin müzakirəsi təşkil ediləcək, gənc yazarlara yönəlik seminarlar keçiriləcək. 5. Oxucu klubu, güzəşt kartı Kitabevim.az mağazasına gələn hər kəsə 5% -lik "Oxucu klubu" güzəşt kartları təqdim ediləcək. Kart sahibləri bundan sonra hər kitab aldıqca müəyyən bal qazanacaq. Hər 5 manatlıq alış-verişə görə 5 bal qazanır. Hər 5 bal isə 50 qəpik deməkdir. Toplanılan hər 100 baldan sonra müştərinin kitab mağazasında qeydiyyatda olduğu mobil nömrəsinə bildiriş mesajı göndəriləcək. Bu ballarla müştəri istənilən vaxt mağazada alış-veriş edə bilər. Ümumiyyətlə, kartlar beş növ olacaq: 5%-lik "Oxucu klubu", 10%-lik "Hekayə", 15%-lik "Roman", 20%-lik "Dastan" və "Ədəbiyyat" VIP güzəşt kartları təqdim ediləcək. 6. Bukinist guşəsi Bu şöbə antik bir dizaynla hazırlanıb. Burada dəyərli əski kitabları alıb-satmaq imkanı yaradılıb. Gələcəkdə bu şöbədə antik kitabların sərgilənməsi planlaşdırılır. 7. Çətin tapılan kitabların sifarişi Xarici kitabların sifariş edilməsi xidməti həyata keçirilir. Ən uyğun qiymətə müştəriyə təqdim edilir. 8. Açılış günü bütün kitablara 25% endirim 9. Mağazada bütün nəşriyyatlara, müəlliflərə eyni münasibət sərgilənəcək, kitablar satışına, yeniliyinə görə vitrinlərdə yerləşdiriləcək və mağazanın reklam tablolarında yayımlanacaqdır. 10. Hədiyyə kartları Bu kartlar müştərilər tərəfindən dostuna, yoldaşına, yaxınına hədiyyə edilmək üçün nəzərdə tutulur. Müştəri bu kartı dükandan alaraq istənilən zaman, istənilən şəxsə hədiyyə edə bilər. Kartlar birdəfəlik istifadə etmək üçün nəzərdə tutulur. Hədiyyə kartları 5, 10, 20, 50, 70, 100, 200 manat dəyərində olur. Məbləğindən asılı olmayaraq, hədiyə kartları həmişə 15% güzəştə malikdir. Hədiyyə kart sahibləri alış-veriş etdiyi zaman məbləğinə uyğun olaraq güzəşt kartlarına sahib ola bilər. |
2014-02-05 | 8,195 | Drayzer Rusiyada 16+ elan edildi | Puşkin adına Omsk kitabxanası Drayzerin kitablarını yetkinlik dövrünə çatmamış uşaqlara verməkdən imtina edib. "Axar.az" bu haqda "Omskinform"a istinadən xəbər verir. Kitabxanaçı iki 16 yaşlı oxucuya yaş məhdudiyyətindən dolayı Drayzerin əsərlərini verməyə razı olmayıb. Qeyd edək ki, kitabxanaçı eyni səbəblə Boris Vasilyevin "Sabah müharibə idi" əsərini vermək istəməyib. |
2014-02-05 | 8,196 | Koelyonun hekayəsi – Azərbaycanca ilk dəfə | Paulo Koelyo Hamıdan güclü Çox-çox illər bundan əvvəl Yaponiyada Humi adlı bir cavan oğlan var idi. O çörək pulunu qayaları çapıb daş sındırmaqla qazanırdı. Güclü və sağlam olmasına baxmayaraq, Humi özünü xoşbəxt hiss etmirdi, gecə-gündüz elə hey bəxtindən gileylənirdi. Milad bayramında o ürəkdən dua etdi və nəhayət, onun himayəçi mələyi onun qarşısında peyda oldu. - Sən sağlamsan, gələcəkdə səni firavan bir həyat gözləyir, - himayəçi mələk dedi. Bütün gənc insanlar həyata atılanda hər hansı bir işlə başlayırlar. Nə üçün sən həmişə şikayətlənirsən? - Tanrı mənə qarşı ədalətsiz olub, mənə imkan verməyib ki, xoşbəxt olum, - Humi cavab verdi. Təlaşlı, həyəcanlanmış mələk Tanrının yanına getdi. Tanrıdan xahiş etdi ki, onun himayə etdiyi oğlanı mükafatlandırsın. - Necə istəyirsən elə də olacaq, - Tanrı dedi. Bu Milad günlərində Humi nə istəyirsə, onunla da təmin olunacaq. Növbəti gün Humi daş sındırırdı, birdən gördü ki, qiymətli daş-qaşlarla bəzədilmiş bir faytonda kral gedir. Tərli, çirkli əlləri ilə alnını silən Humi acı-acı dedi: - Mən nə üçün kral olmayım, mənim qismətim kral olmaqdır! - Sən kral olacaqsan! - himayəçi mələk sevinclə dilləndi. ...Humi dəbdəbli sarayı, çoxlu malikanələri olan, həmişə qulluqçularla, atlarla əhatə olunmuş bir krala çevrildi. Hər gün o təkəbbürlə yoldan gəlib keçir, köhnə dostlarının yol boyunca düzülüb hörmətlə ona baxmasından həzz alırdı. Belə günlərin birində isti çox dözülməz idi, onun qızıldan düzəldilmiş çətiri olmasına baxmayaraq o yenə də daş sındırdığı vaxtlarda olduğu kimi tər içində idi. O dərk etdi ki, onun əhatəsində bu qədər nökərlər olsa da, o heç də hamıdan böyük deyil. Bütün imperatorların, şahzadələrin başı üstündə Günəş var... - Əsl kral Günəşdir, - Humi dedi. - Ey mənim mələyim! Mən niyə də Günəş olmayım? Mənim qismətim Günəş olmaqdır! - Humi gileyləndi. - Sən Günəş olacaqsan! - onun bu cür tələblərindən qəmlənən mələk dedi. ...Və Humu Günəş oldu. Mer-meyvəni yetişdirən gücünə heyran olan Günəşi nəsə qara bir şey izləməyə başladı. Qara kölgə böyüdü, böyüdü... Humi onda gördü ki, onun Yeri görməyinə əngəl olan buluddur. - Ey mələk, bulud Günəşdən güclüdür! Mənim qismətim Bulud olmaqdır! - Olacaqsan!- mələk cavab verdi. ...Humi buluda çevrildi və ona elə gəldi ki, bütün arzuları həyata keçib. - Mən güclüyəm, məğlubedilməzəm! - deyərək o Günəşin üstünə kölgə saldı. ... Ancaq nəhəng bir qaya parçası suya düşdü, o qaya parçası elə bil dünya boydaydı. Humi gördü ki, qaya parçası suya çırpılanda elə böyük dalğalar əmələ gəldi ki, belə bir dalğa heç vaxt görünməyib. Nəhəng dalğalar qayaya çırpılırdı ki, az da olsa ondan nəsə qopara bilsin. Amma qaya yerindəcə tərpənməz dururdu. - Ey mələk! – Humi hönkürüb ağladı, - qaya buluddan güclüdür! Mənim qismətim qaya olmaqdır! ...Bir anın içində Humi qayaya çevrildi. - İndi kim məni döyə bilər? - o, özü-özünə sual verdi. İllər gəlib keçdi. Bir gün Humi özünün daş bədənində bir dürtmə hiss etdi. Elə bil bədəninin bir hissəsi parça-parça olmuşdu. Sonra davamlı zərbələr endirilməyə başladı. Humi qorxusundan dəli kimi qeyzləndi, bağırdı: - Mələk, kimsə məni öldürmək istəyir. O kimdirsə məndən güclüdür, mən də onun kimi güclü olmaq istəyirəm... - Onun kimi olacaqsan! – mələk sevinclə dilləndi. Bax beləcə Humi təzədən daş sındırmaqla məşğul oldu. Orijinaldan tərcümə etdi: Sevil Gültən 4 Noyabr, 2012 |
2014-02-05 | 8,197 | Azərbaycanda terror hədələrinə qarşı əməliyyatlar başlayır | Son vaxtlar Azərbaycana qarşı davamlı terror hədələri, radikal dini qrupların fəallaşması, Suriyaya döyüşməyə gedən azərbaycanlıların sayının artması ilə bağlı xəbərlər ölkənin müvafiq rəsmi qurumlarını hərəkətə gətirib. "Meşə Qardaşları", "Ceyşullah" kimi radikal silahlı qrupların adından yayılan açıq təhdid bəyanatları Azərbaycanın təhlükəsizliyi baxımından çox ziyanlı sayılır və ölkənin rəsmi qurumları hesab edirlər ki, bu cür bəyanatlarla insanlar arasında xof, təşviş yaratmaq, eləcə də hüquq-mühafizə orqanlarının nüfuzuna zərbə vurmaq məqsədi güdülür. Eyni zamanda adıçəkilən təşkilatların əvvəllər Azərbaycanda terrorçuluq fəaliyyətlərinin olması və qətllər törətməsi hüquq-mühafizə orqanlarının yenidən fəallaşan bu radikal silahlı qruplarla bağlı əməli addımlar atmasını zəruri edib. Etibarlı mənbələrdən aldınan məlumata görə, yayılan bu xəbərlərlə yanaşı hüquq-mühafizə orqanlarına bir sıra əməliyyat məlumatları daxil olub və buna görə də ölkənin bir sıra rayonlarında, xüsusən də şimal və şimal-qərb bölgələrində həyat keçiriləcək əməliyyat tədbirləri hazırlanıb. Məlumatda bildirilir ki, bu əməliyyat tədbirlərini ölkənin bir neçə hüquq-mühafizə orqanlarının xüsusi dəstələrinin əməkdaşları birlikdə keçirəcəklər. Xəbərdə o da deyilir ki, "Meşə Qardaşları" və "Ceyşullah"ın hədələri ilə yanaşı adları açıqlanmayan başqa yeni yaranan radikal qruplar da var. Bu əməliyyat çərçivəsində həmin qrupların da zərərsizləşdirilməsi, eyni zamanda azərbaycanlı gənclərin Suriyaya döyüşməyə göndərilməsi istiqamətində fəaliyyət göstərən qruplar və onların liderləri ilə bağlı da tədbirlər görüləcək. Qeyd edək ki, gənclərin Suriyaya göndərilməsi məsələsi fevralın 3-də parlamentdə də ciddi şəkildə müzakirə olunub. Deputatların bir çoxu belə şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, vətəndaşlıqlarının ləğv edilməsi kimi sərt təkliflər irəli sürüblər. Bundan başqa, son vaxtlar ölkənin dini məkanında gərginlik yaradılmasına, təriqətlər arasında savaş çıxmasına çalışan qüvvələrin də olduğu bildirilir. Bu məsələlər də ölkənin rəsmi qurumları tərəfindən narahatlıqla qarşılanır və aldığımız məlumatda həyata keçiriləcək tədbirlər bu cür qüvvələrin aşkarlanmasını da əhatə edəcək. Bununla bağlı fikirlərini öyrəndiyimiz ekspertlər hesab edirlər ki, Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdə addımlar atması çox doğru olar və bu vacibdi. Ekspertlərin fikrincə, ölkəni, xüsusən də onun hüquq-mühafizə orqanlarını açıq təhdid edən radikal qruplara qarşı ciddi addımlar atılmalı və önləyici tədbirlər görülməlidir. Qeyd edək ki, son günlərdə ard-arda "Meşə Qardaşları" və "Ceyşullah" Azərbaycana qarşı savaş elan etdiklərini, hərbi əməliyyatlara başlamağa hazırlaşdıqlarını bildiriblər. Ümumi hədələrin ardınca isə "Meşə Qardaşları" Azərbaycan polisini hədəfə alaraq belə bir bəyanat yayıb: "Əməliyyat hazırdır. Polislərin evləri partladılacaq. Qəddar Azərbaycan polislərinə terror hazırdır. İlk hücumda 100-dək polis öldürüləcək". Bu hədə bəyanatları ilə bağlı rəsmi qurumlardan mövqe öyrənməyə çalışdıq. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı hər hansı bir şərh vermək istəmədi. Bundan əvvəl isə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev demişdi ki, ölkənin milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur. Bu məsələ ilə bağlı əlavə məlumatlar olduqca, yayacağıq (müsavat). |
2014-02-05 | 8,198 | Görkəmli bəstəkarımız Qara Qarayevin ad günüdür - Video | Bu gün Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin doğum günüdür. Qara Qarayev 5 fevral 1918-ci ildə anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında professor Rudolfdan bəstəkarlığın, Üzeyir Hacıbəyovdan isə xalq musiqisinin əsaslarını öyrənib. Daha sonra təhsilini Moskva Konservatoriyasında davam etdirib. Q. Qarayev 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilib. "Yeddi gözəl", "İldırımlı yollarla" baletləri, "Don Kixot", "Alban rapsodiyası" simfonik qravürləri, "Leyli və Məcnun" simfonik poeması və s. Q.Qarayevin dünya musiqi xəzinəsinə bəxş etdiyi incilərdəndir. |
2014-02-05 | 8,199 | Xaçmaz və Xaldanda yanğın | Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin tavanı 10 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yevlax rayonu, Xaldan kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan 2 otaqlı gil palçıq və qamışdan ibarət tikilinin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-05 | 8,200 | Metropoliten işçiləri 48 saatlıq tətil elan edib | Londonda metropoliten işçilərinin 48 saatlıq tətili başlayıb. "Axar.az" bildirir ki, APA-nın "The Telegrapgh"a istinadən verdiyi xəbərə görə, son illərin ən iri etiraz aksiyası olacaq bu tətil fevralın 6-dək davam edəcək və 11-13 fevral tarixlərində təkrar keçiriləcək. Qeyd olunan günlər yeraltı nəqliyyatın hərəkətində böyük intervallar yaranacaq, bəzi istiqamətlərdə və stansiyalarda isə xidmət tamamilə dayandırılacaq. Etiraz aksiyasının təşkilatçıları olan dəmiryolu və dəniz nəqliyyatı işçilərinin Həmkarlar ittifaqı və nəqliyyat işçilərinin Assosiasiyası metropolitendə bilet kassalarının bağlanılmasına qarşı çıxış edirlər. Həmkarlar İttifaqının hesablamalarına görə, kassaların bağlanılması 1000-dək metropoliten əməkdaşının işsiz qalacağına gətirib çıxaracaq. London meriyasından bildiriblər ki, hazırda kassalar vasitəsilə biletlərin cəmi 3 faizi alınır. Onları avtomat qurğular və digər elektron avadanlıqlarla əvəzlənir. |
2014-02-05 | 8,201 | Azəri qızı Günelə 6 ay həbs | Günel Zeynalova eks-sevgilisi Rza Zərrabı "başından güllələyərəm" sözlərini deyərək ölümlə hədələdiyi iddiasına görə mühakimə olunub. Müğənniyə 6 ay azadlıqdan məhrum etmə cəzası verilib. Hakim Günelin hədə-qorxu gəldiyinə görə 6 ay azadlıqdan məhrum edilməsinə, yenidən cinayət işləməyəcəyi istiqamətdə qənaət hasil olduğundan, qərarın açıqlanmasının təxirə salınmasına qərar verib. Günel daha öncə Zərrab ilə aralarında olan telefon danışıqlarını razılığı olmadan ifşa etdiyi səbəbilə "Xəbərləşmənin gizliliyini pozmaq" cinayətindən də 9 ay müddətinə həbs cəzasına məhkum edilmiş, bu qərarın da icrası təxirə salınmışdı (ANS). |
2014-02-05 | 8,202 | Körpələr belə Koreya lideri qarşısında tək cərgədə - Foto | Dünyanın ən amansız despotu kimi tanınan Şimali Koreya Respublikası prezidenti Kim Yonq uşaqlar evini ziyarət edib. "Axar.az" xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Aşağıda verdiyimiz fotoşəkillərin tarixi bəlli deyil. Şəkillərdən Şimali Koreya liderinin uşaqlarla maraqlandığı görünür. Diqqət çəkan məqam isə budur ki, Yonqun ziyarəti əsnasında körpələrin eyni adyala bükülməsi və bir cərgə halında düzülməsidir. |
2014-02-05 | 8,203 | Azərbaycanda dərmanlar bahalaşır | "İnsanların öyrəşdiyi, uğurla sınaqdan keçmiş dərman preparatları var ki, onların ixracına qadağa qoyulması bazarda müəyyən defisitin yaranmasına səbəb olacaq". Bu sözləri tibbi ekspert Adil Qeybulla Rusiyanın dərman preparatlarının idxalına qoyduğu qadağaya münasibət bildirərkən "Axar.az"a dedi. Tibbi ekspertin sözlərinə görə, bu qadağa Rusiyanın özünə də ziyan vuracaq: "Azərbaycan artıq həmin dərman preparatlarının analoqunu qonşu ölkələrdən – İrandan, Türkiyədən almağa məhkumdur. Onu da bildirim ki, keyfiyyətinə görə Rusiyadan geri qalmayan türk dərmanlarının idxalı bizə baha başa gələcək. Bu da təbii ki, yerli bazarda qiymətlərin bahalaşmasına səbəb olacaq". Xatırladaq ki, Rusiya hökumətinin bu qadağası dərman preparatlarına pasport verən qurumun indiyə kimi müəyyən edilməməsi ilə əlaqələndirilir. |
2014-02-05 | 8,204 | Nazirlik reyd keçirdi: 107 nəfər saxlanıldı | 2014-cü ilin yanvar ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması, qanunsuz ov edilməsi, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində mütəmadi reydlər keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən reydlər zamanı qanunsuz ov edilməsi və qanunsuz yolla əldə edilmiş ov məhsullarının satışı ilə bağlı 107 nəfər saxlanılıb, qanunsuz ov edən şəxslərdən ümumilikdə 80 ədəd ov tüfəngi, 234 ədəd patron, 1 ədəd qayıq, balıq ovunda istifadə olunan elektrik avadanlıqları, qanunsuz ovlanmış 36 baş quş götürülüb. Eyni zamanda, magistral avtomobil yollarının kənarlarında keçirilən reydlər zamanı ayrı-ayrı şəxslər tərəfindən qanunsuz yolla əldə edilmiş 106 baş çöl quşunun və 172 ədəd müxtəlif növ balığın (nərə, çəki, xanı və s. cinsli) satışının təşkil edildiyi aşkar edilib. Ov tüfəngləri, patronlar, balıq ovunda istifadə olunan avadanlıqlar, çöl quşları və balıqlar qanunvericiliyə uyğun qaydada götürülüb. Faktlarla bağlı akt və protokollar tərtib edilərək 65 nəfər qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada, ümumilikdə 64450 manat məbləğində cərimə olunub, qanunsuz ovlanmış quşlara görə ayrı-ayrı şəxslərə 10495 manat məbləğində iddia tətbiq edilib. Sənədlərini təqdim etməyən qanun pozucuları barəsində toplanmış materiallar və maddi-sübut kimi götürülmüş qanunsuz məhsullar təqsirkarlar barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə təqdim edilib. Hazırda araşdırmalar aparılır və qanun pozucularının qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir. |
2014-02-05 | 8,205 | Praqa hakimiyyəti Yanukoviçi qəbul etmədi | Praqa hakimiyyəti Ukrayna Prezidenti Viktor Yanukoviçin səfərinin təşkilində iştirak etməyəcək. Çexiya paytaxtının meri Tomaş Qudeçek onu şəhərdə görmək istəmədiyini bəyan edib. Bu barədə RBK agentliyi "Azadlıq" radiosuna istinadən xəbər yayıb ( Trend ). T.Qudeçek bildirib: "Vatslav Qavelin adını daşıyan aeroportda məhz Prezident Yanukoviçin yerə enməsi absurddur. Əgər Ukraynanın dövlət başçısı Praqaya gələrsə, şəhər hakimiyyəti adətən belə hallarda olduğu kimi tədbirlər görməyəcək, eləcə də Yanukoviç şəhərin bələdiyyə binasına dəvət edilməyəcək". Qeyd edək ki, Praqada Çexiyanın onlarla ictimai xadimi, şairlər, kinorejissorlar və məmurlar Yaukoviçin səfərinə qarşı çıxış edirlər. Onları məhz nəyin qane etmədiyi dəqiqləşdirilmir. T.Qudoçek görüş əvəzinə Maydanda etiraz nümayişlərinin iştirakçılarına "İnsan darda" təşkilatı vasitəsilə 500 min çex kronu (bir ABŞ dolları 20,36 çex kronuna bərabərdir) göndərmək niyyətindədir. O, artıq bir həftə əvvəl Ukraynada "etirazlar zamanı məqsədli şəkildə təqiblərin qurbanlarının" və onların ailələrinin hesabına pul köçürüb. Yanukoviçin Çexiyaya rəsmi səfəri 2014-cü ilin aprelinə planlaşdırılıb. Çexiya Prezidentinin dəvəti ilə həyata keçirilməli olan səfər zamanı "Şərq tərəfdaşlığı" proqramına həsr edilmiş mini-sammit də keçirilməli idi. |
2014-02-05 | 8,206 | Şeyx Quranın azərbaycanca oxunmasına münasibət bildirdi | Türkiyədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Milli Məclis sədri Oqtay Əsdovun din mərasimlərində Qurani-Kərimin Azərbaycan dilində səsləndirilməsi təklifinə münasibət bildirib. Hacı Allahşükür Paşazadə Milli Məclis sədrini işarə edərək, Quranın Azərbaycan dilində səslənməsinin əleyhinə olduğunu söyləyib: "Qurani-Kərimin Azərbaycan dilində oxunması müzakirə mövzusu ola bilməz" (ANS). Xatırladaq ki, Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında millət vəkili, Gövhər Baxşəliyeva din-dövlət münasibətlərində tənzimlənmə işləri aparılmalı olduğunu söyləyib. O, bu istiqamətdə müntəzəm işlərin görülməli olduğunu da qeyd edib. Milli Məclisin sədri Oqtay Əsədov isə xanım millət vəkilinə cavabında, ölkədə keçirilən dini mərasimlərdə Qurani-Kərimin və dini kəlamların insanlara onların başa düşəcəyi dildə çatdırılmalı olduğunu qeyd edib. "Bizim dinimizin əsas kitabı Qurani-Kərimdir. Quranı-Kərim Azərbaycan dilinə tam səlisliyi ilə tərcümə olunub. Qurani-Kərim ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir. Bakının bəzi kəndlərində mərasimlərdə Quran-Kərimdəki surələr Azərbaycan dilində oxunur. Qurani-Kərimdəki sözlər Azərbaycan dilində deyilməlidir ki, insanlar onu başa düşsünlər. Əgər bu kəlamlar bizə lazımdırsa, öz dilmizdə deyilsin ki, hamı da başa düşsün. Dini işçiləri arasında attestasiya keçirməyəcəyik ki. Bunun üçün Dini Komitə var. Ancaq biz bu məsələni mütləq fikirləşməliyik". |
2014-02-05 | 8,207 | Axund Ramin: “Ləzgi məscidi “voenkomat” deyil...” | Son zamanlar Suriyaya gedən və həlak olan azərbaycanlıların sayı artır. Bu yaxınlarda Qazılar Şurasının iclasında qeyri-ənənəvi islam təriqətlərinin ünvanına tənqidi fikirlər söyləndi və eləcə də bəzi məscidlərdə gənclərin Suriyaya döyüşə yollanması üçün təbliğat aparılmasından danışıldı. Bununla bağlı "Axar.az"ın əməkdaşı İçəri şəhərdə "Ləzgilər" məscidinin axundu Ramin Həmzəyevdən müsahibə alıb. Vicdansız adamlar - Belə bir söz gəzir ki, sizin məsciddə gedən təbliğat nəticəsində gənclər Suriyaya döyüşə yollanır... - İçəri şəhərdəki məscid tarixi abidədir, özü də şəhərin tam göbəyində yerləşir. Məscidə gedib-gələnlər çoxdur. Azərbaycan kimi bir dövlətdə necə ola bilər ki, məscidlərdə belə təbliğat getsin? Mən eşidirəm bu böhtanları, bunu üstümüzə atanlar vicdansız adamlardır. - Deyilənə görə, xəvaricilər Azərbaycanı kafir torpaqları adlandırdığı üçün Qarabağa yox, Suriyaya yollanır. Bu iddia düzdürmü? - Dində vətənə sevgi üstün yerlərdən birini tutur. Vətənin müdafiəsi barədə hədislər var. Əgər məscidə gələnlərin hamısını bir-bir yoxlasaq, görərik ki, onların çoxu Qarabağ uğrunda vuruşmuş əsgərlərdir. Dini icmanın sədri Faiq Mustafa Qarabağ əlilidir. İndi isə gənclərin axını başlayıb məscidlərə. Bir dənə saqqalsız adam tapmaq olmazdı - Gənclərin axınının səbəbi nədir? - Sizin nə demək istədiyinizi başa düşürəm. Guya dinə gələnləri maliyyələşdiririk. Gəlin, bir şeyə aydınlıq gətirək. Sosial rifahın çox aşağı olduğu Azərbaycanda saqqal saxlamağa, namaz qılmağa maliyyə ayrılsaydı, onda ölkədə bir dənə də saqqalsız adam tapmaq olmazdı. Hətta məmurlardan bir neçəsi də belə iddialar səsləndirdi. Amma çox gülüncdür bu. Heç Milli Məclisdə o qədər danışmırlar - Niyə Suriya məsələsində məhz sizin və bir neçə məscidin adı çəkilir? - Bu iddiadır. Bizim məsciddə Qarabağ haqqında, vətənpərvərlik haqqında o qədər danışılır ki, heç Milli Məclisdə o qədər danışmırlar. Xəvaricilər hər kəsi kafir hesab edir - Bu yaxınlarda Qamət Süleymanov bir fikir səsləndirmişdi ki, insanları Suriyaya göndərən qurumlar haqqında bir söz deyə bilmərəm, onlar məni kafir adlandırırlar. Bu məsələ haqda nə deyə bilərsiz? - "Ləzgi məscidi"ni xəvarici yuvası adlandıranlar Allah qarşısında heç bir cavab verə bilməyəcək. O ki qaldı onu kafir adlandıranlara, özü cavab versin bu iddialara. Xəvaricilər özlərindən başqa hər kəsi kafir hesab edir. Onlar məlum Sumqayıt hadisələrini törətdilər, dövlət onlara qarşı tədbir gördü. Suriyada da iştirak ediblər. Yutub günahkardır... - Suriyaya gedənlər arasında hansı kəsim daha çoxdur? - Suriyaya hər iki tərəfdən müsəlmanlar gedir. Şiələr Bəşər Əsəd hakimiyyətinə kömək üçün ordadırlar. Əhli-sünnə müxalifət tərəfdən vuruşur. Suriyadakı müharibə beynəlxalq qanun çərçivəsində getmir. Bu, şiələrlə əhli-sünnələrin müharibəsidir. Məsələn, cənazələrin Azərbaycana gəlməsi də iki kəsim arasında gərginlik yarada bilər. Bütün tərəflər fikirləşir ki, mənim oğlumu kim öldürdü? Bir tərəf "sünnilər" deyə fikirləşir, bir tərəf şiələr. İnternetdə Bəşər əsgərlərinin uşaqları yandırmaq, insanları diri-diri basdırmaq videoları var. Bu videolara baxan və beyniqanlı gənclər durub gedir döyüşə. Biri baxır Yutuba, görür ki, qadınları zorlayırlar. İnsanları yandırırlar, heç kəs bu haqsızlığa dözə bilməz. Bu dəqiqə gənclərə ən böyük stimul verən Yutubdakı videolardır. Suriyaya gedənlər haqqında dövlətlər nə tədbir görəcək, bunu biz bilmirik, amma gedib vuruşur, bunu çəkib Yutubda yerləşdirmək lazım deyil. - Sizcə, gənclərin canını götürüb müharibəyə getməsinə səbəb ancaq Yutub videolarıdır? - Vallah, siz bu fikri irəli sürursuz, elə təəssürat yaranır ki, mən hansısa təşkilat tanıyıram. Şəxsən mənim tanıdığım adamlar vardı, dünyalarını dəyişəndən sonra bilmişəm ki, onlar Suriyada olub. Heç kim Suriyaya gedəndə heç kimə məsləhət etmir. Bəşər Əsəd əsgərlərinin uşaqların üstünə benzin töküb yandırmasına baxan adamlar bu səhnələri görəndən sonra qala bilmir. Ermənilərə şəhidlik statusu verilir - Deyirsiz ki, şiələr Bəşər Əsəd tərəfdarıdır, belə çıxır ki, sizin dediyiniz o vəhşət dolu səhnələr şiələrə başqa cür təsir edir. Məgər Əsədi qorumağa gedənlər onun vəhşiliklərinin tərəfdarıdır? - Bizim üstümüzə şər atıb, "gəncləri Suriyaya göndərirlər" deyən kimlərdir? Siğə əhli. Bəşər Əsəd kimdir? Bu, hamıya aydındır. Əgər imkanınız varsa, gedin Suriyaya, araşdırma edin. Orda onun tərəfdarları İrandan, Ermənistandan, İraqdan gələnlərdir, bir də hizbullahçılar. Açıq-aydın ermənilərə şəhidlik statusu verilir, bəs bu, səbəb deyilmi ora getmək üçün? Ən güclü elm sahibləri sələfilərdir - Bəşər Əsədi dini təriqətə ayırmayıb, onunla birbaşa mübarizə aparmaq olmaz? - Bir dənə sünni göstərə bilməzsiniz ki, o, Əsəd tərəfdarı olsun. Uşaqları diri-diri basdırıb, "Əsəd mənim ilahımdır" dedizdirən adamı müdafiə edə bilmərik. Baxın, İran mollalarına nə qədər çağırışlar edirlər, bunlar iki təriqət arasında müharibə başladıblar. Azərbaycanda yüksək elmli dini mütəxəssis yoxdur. Ən güclü elm sahibləri sələfilərdir. Mədinə tələbələrdir. Deməyim bu ki, dini olduğu kimi təqdim edən də Mədinə tələbələridir. Şiənin də, hənəfinin də dini səviyyəsini bilirik. Keçib üçüncü ölkədən gedəcəklər - Suriyaya gedənlərin qarşısını almaq üçün nə təklif edirsiz? - Bu xəmir çox su aparacaq. Dövlət bacardığı qədər qadağa qoyacaq, amma keçib üçüncü ölkədən gedəcəklər. Azərbaycanda dinin düzgün təbliğatına zəmin yaradılmalıdır. İnsanlar ağı-qaradan seçməyi bilməlidir. Maariflənmə olandan sonra onlar özləri biləcək nəyin pis, yaxud yaxşı olmasını. - Ləzgi məscidi Dini İcmasının sədri Faiq Mustafa da məsələyə aydınlıq gətirib. - Bura "voenkomat" deyil. Biz heç kimi, heç yerə göndərmirik. Müsəlmanlara xidmət edirik. İnsanlar bura ibadət etmək üçün gəlir, burdan çıxandan sonra kimin hara getməsinə özləri qərar verir, biz yox. |
2014-02-05 | 8,208 | Müğənninin ölümündən bir gün əvvəlki videosu yayıldı | Bu günlərdə vəfat edən sevimli müğənnimiz Məhəbbət Kazımovun internetdə vəfatından bir gün əvvəl çəkilən videosu yayımlanıb ("BayMedia"). Videonu təqdim edirik: |
2014-02-05 | 8,209 | Futbolun Eynşteyni kimdi? | Almaniyanın "Bild" qəzeti "Bavariya"nın baş məşqçisi Pep Qvardiolaya maraqlı ləqəb verib. Publika.az xəbər verir ki, qəzet ispan mütəxəssisi "Futbolun Eynşteyni" adlandırıb. "Bild"in iddialarına görə, Qvardiola yenilməzliyin formulunu tapıb. Mövsümün əvvəlindən məğlubiyyətin nə olduğunu bilməyən Münhen klubunun göstəriciləri belədi: "365:51+1,79+(%66x%87)+65". Bu rəqəmlərin anlamına gəlincə, "Bavariya" mövsümün əvvəlində rəqib qapılarına 365 dəqiq zərbə vurub, bunların 51-i qolla nəticələnib. 1.79 metr orta boy həddinə sahib olan komanda orta hesabla 66 faiz topa sahib olub, futbolçuları 87 faiz dəqiq ötürmə edib və eyni zamanda rəqiblərindən 65 km daha artıq qaçıb. Bu rəqəmləri birləşdirdikdə isə "365:51+1,79+(%66x%87)+65" formulu ortaya çıxıb. Orta boy həddi 1.79 metr olan "Bavariya" bununla Bundesliqanın ən qısa boylu komandasıdı. Komandanın ən kiçik futbolçuları isə Xerdan Şaqiri (1.69), Filip Lam (1.70) və Frank Riberidi (1.70). İspan mütəxəssisin bu durumu nəzərə alaraq oyun sistemi qurduğu deyilir. Qvardiola yarımmüdafiədə daha çevik və texnikalı futbolçulara şans verərək mövsümün əvvəlindən 66 faiz topa sahib olma göstəricisini əldə edib. Bununla birlikdə 87 faiz dəqiq ötürmə göstəricisi ilə "Bavariya" mövsümün ən yaxşı nəticəsinə imza atıb. Münhen klubunun ən çox ötürmə edən futbolçusu Filip Lamdı. Onun 91 faiz ötürməsi dəqiq olub. Qeyd edək ki, "Bavariya" artıq 44 oyundu uduzmur. |
2014-02-05 | 8,210 | Ölümlə nəticələnən yol qəzası baş verdi | Kürdəmir rayonu Atakişili kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, fevralın 4-də saat 01 radələrində Kürdəmir rayonu Atakişili kəndinin ərazisində Türkiyə vətəndaşı Kenan Kazmaçı idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Qəza nəticəsində piyada hadisə yerində ölüb. |
2014-02-05 | 8,211 | Bakıda vəzifəli məmurun evindən yarım milyon oğurlandı | Bakı şəhərinin Nərimanov rayonu ərazisində mənzildən külli miqdarda pul oğurlanıb. Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən verilən məlumata görə, naməlum şəxslər A.Heydərov küçəsi 29/22 ünvanında Oqtay Məmməd oğlu Məmmədova məxsus evdən 200 min dollar və 190 min manat və 150 min manatlıq qızıl-zinət əşyası oğurlayıblar. Şikayətçi bildirib ki, həyat yoldaşı Rahidə Məmmədova evdə olmadığı müddətdə, fevralın 4-ü saat 14-dən 19-dək olan vaxtda mənzilə basqın edilib. Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir (ANS). Milli.az-ın məlumatına görə, O.Məmmədov yüksək vəzifəli məmurdur. O, Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə sosial müdafiə mərkəzində rəis müavini işləyir. |
2014-02-05 | 8,212 | Məhmət Tələt: Soyuducu ustalığından prezidentliyə | Quzey Kıbrıs Türk Cümhuriyyəti, Ag dənizin üçüncü ən böyük adası. Bizlərin "Yavru Vətən"i. Bəs, bu Yavru Vətəndən nə bilirik, onu necə tanıyırıq? Kıbrısın Azərbaycan üçün maraqlı ola biləcəyini nəzərə alaraq, yeni bir proyektə başlamaq qərarına gəldik. Proyekt çərçivəsində sizləri Kıbrısın gəzməli, görməli yerlərinə götürəcək, tarixi abidlərini incələyəcək, tanınmış siyasi xadimlər, elm adamları, iş adamları ilə tanış edəcəyik. İlk müsahibim Kıbrısın ikinci cümhurbaşqanı Məhmət Əli Tələtdir. Onu təsadüfən seçmədim. 2006-cı ildə Kıbrısda yaşamağa başladığımda o, cumhurbaşqanı idi. Mən Kıbrısı onunla birlikdə tanıdım. Kıbrıs siyasətinin önəmli siyasi xadimlərindən birini daha yaxından tanımaq sırası indi sizdə. Azərbaycanlı ailənin evində qonaq qalırdım - Müsahibəyə başlamadan öncə Azərbaycanla bağlı çox gözəl ifadələr işlətdiniz. Mən də təbii olaraq ilk sualımı Azərbaycanla bağlı vermək istəyirəm. Məhmət Əli Tələt Azərbaycanı nə qədər tanıyır? - Azərbaycanı çox yaxşı tanıyıram. Bu günədək, səhv etmirəmsə, beş dəfə Azərbaycanda olmuşam, müxtəlif tədbirlərdə iştirak etmişəm. İlk dəfə 1994 və 1995-ci illərdə Təhsil və Mədəniyyət naziri olaraq səfər etdim. İkinci səfərim Azərbaycanda prezdent seçkiləri dövrünə təsadüf etdi. Beynəlxalq Demokratiya İnstutunun təmsilcisi olaraq seçkiləri müşahidə etmək üçün seçilmiş Monitorinq Qrupunun tərkibində Azərbaycana getdim. Hakimiyyət nümayəndələri və müxalifət partiyaları ilə çoxsaylı görüşlərdə iştirak etdim. Qacqınların yerləşdiyi çadır düşərgələrində oldum, onları ziyarət etdim. Seçkiləri sadəcə paytaxtda deyil, həm də kəndlərdə müşahidə etmək imkanı mənə xalqın yaşam tərzini daha yaxından incələmək imkanı verdi. O zaman azərbaycanlı bir ailənin evində qonaq qalırdım. Evin sahibi coğrafiya müəllimi idi və bizim sürücülüyümüzü edirdi. Onu çox yaxşı bir insan olaraq xatırlayıram. Azərbaycan yaşamını yerində gördüm və yaşadım deyə bilərəm. Çox ilginc təcrübə oldu mənim üçün. Sonra cümhurbaşqanı olaraq yenə müxtəlif səfərlərim oldu. Türk Dövlətlərinin Bakıda keçirilən toplantılarına qatıldım. Son olaraq Azərbaycan Diaspor Komitəsinin dəvətiylə oraya getdim. - Azərbaycanla bağlı "çox ilginc şeylər yaşadım" deyimini konkretləşdirə bilərsinizmi? - İlk getdiyim illərdə, 1996-1998-ci illərdə Azərbaycanda iqtisadi durum çox pis idi. Sonrakı səfərlərimdə Azərbaycanda böyük bir inkişaf gördüm. Xüsusilə, son səfərlərimdə bunu insanların yaşamında hiss etdim. Təbii, Azərbaycan basqa bir dünyadan kapitalist dünyasına keçdi. Buna görə çox fərqlər var. Anlayış fərqliliyi, davranış fərqliliyi olması normaldır. Diqqətimi çəkən məqamlardan birini anlatmaq istəyirəm. Mən müşahidəçi kimi seçki məntqəsinə girdim, "kimdir sizin başçınız" deyə soruşdum. Biri çıxdı, özünü təqdim etdi. Ona bəzi şeylər soruşmağa başladım, mənə "sən kimsən" deyə soruşan olmadı və hesab verməyə başladılar. Bu mənim diqqətimi çəkdi. İllərcə Sovet hakimiyyətində yaşadıqları üçün insanlar birdən-birə idarəetmədən azad ola bilməmişdilər və bir xof var idi. Ancaq onu deyə bilərəm ki, Azərbaycan xalqı çox istiqanlı xalqdır. Xüsusilə, kənd insanları çox qonaqpərvərdirlər. Azərbaycanın dolmasını çox sevdim. Bütün yeməklərdə süfrədə mütləq kiçik dolmaların olması diqqətimi çəkdi. Dadı çox gözəl idi. - Qaçqın çadırlarında oldunuz . Savaşı yaşayan biri olaraq nələr hiss etdiniz? - Bu səfər mənə Qarabağ problemini daha yaxından öyrənməyə vadar etdi. Biz kibrıslı türklər qaçqınlığın nə olduğu çox yaxşı bilirik. Onların nə qədər acı yaşadığını təxmin etmək çətin deyil. Cünki eyni şeyi biz də yaşadıq. 1964 və 1974-cü illər Kibrıs xalqı bənzər problemlə üz-üzəydi. Buna görə qacqınları anlamaq mənimüçün heç də çətin deyildi. Təbii ki, çox üzüldüm. İnşallah, qısa zamanda problem çözülər və o insanlar öz yurdlarına dönərlər. Kimdir Məhmət Əli Tələt? - Siz Azərbaycanı necə tanıdığınızı anlatdınız. Bəs, Azərbaycan xalqı Mehmet Əli Tələti necə tanısın? Kimdir Məhmət Əli Tələt? - 1952-ci ildə Girnədə anadan olmuşam. 62 yaşım var. Səxsən qaçqınlıq həyatı yaşamamışam, ancaq savaş dönəmində çox çətinliklərlə üzləşdim. Qorxulu günlər keçirdim. Məktəbimizi bağladıqları üçün Lefkoşaya məktəbə gəlmək zorunda qaldım. Yol uzaq olduğu üçün aylarla valideynlərimdən ayrı yaşadım. Zaman-zaman evlərimizi tərk etmək məcburiyyətində qaldıq. Girnə yunanların nəzarətində olduğu üçün savaşın bütün çətiniklərini gördük. Girnədə yaşamaq və eyni zamanda özünü güvəndə hiss etmək və sağ qalmaq çox-çox çətin idi. Hər an hr şey ola bilər qorxusuyla yaşadıq. Gənclik illərim Türkiyədə kecdi. Ankara Orta Doğu Texnik Universitetində elektrik mühəndisliyi bölümündə oxudum. 1977-ci ildə magistiratura təhsilimi tamamladıqdan sonra Kıprısa döndüm. İlk zamanlar bəzi iş yerlərində çalışdım və sonra öz dükanımı açdım. Soyuducu, kondisioner cihazlarının təmiri, satışı və qurulmasıyla məşğul olmağa başladım. 1994-cü ildə Cümhüriyyətçi Xalq Partiyası seçkilərdə 3-cü partiya oldu və koalisiyan hökumətə daxil oldu. Məni də 1 yanvar 1994-cü ildə nazir təyin etdilər. Dükanımı o gecə bağlayaraq, ertəsi gün aktiv siyasətə qatıldım. Sonra nazir postunda olarkən CXP-nin sədri seçildim. 2003-cü il seçkilərində partiyamız seçkiləri birinci partiya olaraq qazandıqdan sonra hökuməti mən qurdum və Baş nazir oldum. 2005-ci il seckilərində isə cümhurbaşqanı seçildim. Bizim evə usta nadir hallarda gəlir - Məhmət Əli Tələt yaxşı ustaydı? - Çox yaxşı bir ustaydım. Bu gün belə o zamankı müştərilərim mənim çox yaxşı usta olduğumu söyləyirlər. İndi də təmir işləriylə məşğul oluram, ancaq evdə. Bizim evə usta nadir hallarda gəlir. Bildiyim bütün işləri özüm eləyirəm. - Yaxşı bir usta olan Məhmət Əli Tələt yaxşı bir cümhürbaşqanı ola bildimi? - Ən azından pis olmadığımı deyə bilərəm (gülür). Bunu xalq daha yaxşı bilir, təbii. Ancaq əlimdən gələn hər şeyi elədiyimə inanıram. Vicdanım rahatdır və gecələri rahat yata bilirəm. - Kıbrıs xalqı ən zor bir dönəmdə sizi yüksək səslə cümhurbaşqanı seçdi. Eyni xalq nədən ikinci dönəmdə sizi yüzdə 43 səslə kənarda qoydu? - O zaman Kıbrıs xalqının bütün istəyi Kıbrıs probleminin çözümü idi və məndən bunun üçün çalışmağımı, savaşmağımı istəyirdi. Mən bunun üçün seçildim. Böyük bir həyəcan var idi. Kibrıs xalqı məni çözümün lideri olaraq görürdü. Ancaq o zaman Kıbrıs Rum tərəfinin liderləri anlaşmaya yaxın durmadılar. Xalqın ümidləri qırıldı. Xalq artıq "bu ölkədə çözüm olmaz" deməyə başladı. Belə olunca da çözümün liderinə ehtiyac qalmadı. Psixoloji olaraq kimsə buna ehtiyac hiss etmədi. Xalq bezdi və Ulusal Birlik Partiyasının lideri Dərviş Əroğlu bundan çox gözəl bir şəkildə istifadə edərək seçildi. Çözümün lideri getdi, çözümsüzlüyün lideri gəldi. Zamanın tələbi bu idi. - Bu günlərdə keçmiş Kıbrısın yunan lideri Dimitri Xristofyas "Tələt olsaydı, sorunu həll edərdik",- dedi. Sizcə, artıq gec deyildimi? - Gec idi təbii. Mən o zaman da görüşlərimizdə bunu dilə gətirdim. Mən getdikdən sonra yerimə gələn cümhurbaşqanı ilə hər şeyi başdan başlayacaqlarını anlatdım. Ancaq olmadı. İndi belə acıqlamaların verilməsi normaldır. Əroğlu heç bir halda o lider deyil - Dərviş Əroğlu ilə Kıbrıs sorununda bir çözüm olacağına inanmırsınız... - Bu günlərdə, açığı, bir çözüm olacağına ümidim yoxdur. Dərviş Əroğlu acıq və net bir siyasət yürütmür. Bu gün başqa, ertəsi gün fəqli davranır. Təbii ki, belə olunca bir sonuc gözləmək əbəs olardı. Ancaq önəmli bir şey söyləmək istəyirəm. Kıbrıs sorununun həll olunmasına ancaq türk tərəfinin ehtiyacı var. Yunan tərəfinin buna ehtiyacı yoxdur. Buna görə çox çalışması, yunan tərəfini zorla problemi həll etməyə vadar etməsi gərəkən bizik. Bunun üçün bütün missiyanı sorunun çözülməsinə həsr edən, can-başla çalışan bir liderə ehtiyac var ki, bu gün o lider yoxdur. Əroğlu heç bir halda o lider deyil. "Bu sorunu çözəcək tək lider mənəm" də demirəm. Belə bir liderə ehtiyac var və o liderin sorunu çözə biləcəyinə inanıram. Xalq çözüm istəyir. Son aparılan araşdırmalar Kıbrıs xalqının çözumu dəstəklədiyini göztərmkdədir. Ancaq yürüdülən siyasət bu gün o qədər də ürəkaçan deyil. - 2014-cü il həm də Annan Planı üçün keçirilən referendumun 10-cu ilidönümüdür. Geriyə dönüb baxdığınızda nə düşünürsünüz? Bu planın bu günə qədər hazırlanmış ən yaxşı plan olduğunu söyləmək olarmı? - Bu bir həqiqətdir ki, Kıbrıs sorununun çözümü hər kecən il daha da çətinləşir. Annan Planına qədər bir çox təklif olmuşdu. Ancaq bu təkliflərin heç biri tam əhatəli deyildi. Yeni fəaliyyətə başlayacaq bir dövlət üçün o təkliflərdə heç bir şey nəzərdə tutulmurdu. Ancaq Annan Planı gerçəkdən bir plan idi və həyata keçirmək mümkün idi. İçində 3 konstitusiya və dövlətin işləməsi üçün 114 qanun var idi. Məncə, bu günə qədər hazırlanmış ən yaxşı plan deyildi, ancaq yaxşı plan saya bilərik. Təbii ki, daha yaxşı bir plan ola bilərdi. Bir şey də demək istəyirəm. Mən cümhurbaşqanı olduğum zamanlarda Kıbrısın yunan lideri Dmitri Xristofyasla "İdarəçilik və Güc Birliyi" başlığı altında razılaşdığımız maddələr Annan Planından daha yaxşı idi. Ancaq yenə deyirəm, o zaman çözüm olsaydı, bu gün daha yaxşı vəziyyətdə ola bilərdik. - Sizcə, bu gün nə eləmək lazımdır? - Bir an öncə müzakirlər başlamalı və Kıbrısın yunan tərəfinin istədiyi "Ortaq Mətn" hazırlanmalıdır. Və bunu iki lider etməlidir. Çözülmə olursa, bu gün yaşanan problemlərin ortadan qalxacağına inanıram. - 2015-ci ildə cümhurbaşqanlığı seçkilərində namizəd olacaqsınız? - Xalqın məni bu vəzifəyə gətirmək istədiyini anlasam, bu istəyi hiss etsəm, namizədliyimi verəcəm. Ancaq əksinə olarsa, namizəd olmağı düşünmürəm. Hələ zaman var. İndi əsas məsələ çözümü dəstəkləməkdir. Çözüm üçün əlimdən gələn dəstəyi verməyə hazıram. - Bir az siyasətdən kənara çıxmaq istəyirəm. İkinci cümhurbaşqanı Məhmət Əli Tələt boş zamanlarında nə edir? - Texnikaya çox diqqət ayırıram və onunla məşğul olmağı sevirəm. Telefon, tablet və s. texnoloji alətləri öyrənirəm və öyrəndiklərimi tətbiq edirəm. Pulum olduqca, xaricdən cihazlar gətirdirəm və onları incləyirəm, istifadə etməyə çalışıram. Bitki yetişdirirəm. Son zamanlar tropik bitkilərə marağım artıb. Onların toxumlarını xaricdən gətirərək yetişdirməyə çalışıram. Əvvəlki kimi kitab oxuya bilmirəm - "Texnologiya həyatımızı bizdən alır" fikrini qəbul edirsiniz? - Təbii, həm də çox böyük bir ölçüdə bu belədir. Zamanımı buraya çox sərf edirəm. Etmək istədiyim çox şeyi eləyə bilmirəm. Məsələn, əvvəlki kimi kitab oxuyammıram. Doğrudur, kitab oxuyaraq öyrənəcəyim şeyləri internetdən daha tez öyrənə bilirəm. Hətta çox daha artığını öyrənirəm. Ancaq roman oxumağın dadına ala bilmirəm. - Özünüzü internet asılısı sayırsınız? - Texnologiya asılısı sayıram. - İnsan bəzən özüylə dərdləşməyə ehtiyac duyur. Siz özünüzlə dərdləşirsiniz? - Dərdləşməyi çox da sevmirəm. Ancaq keçmişdə bəzi xətalarımı görə bilirəm. Bir az tələsik qərarlar verdiyim anlar olub. "Bir daha bunları etmərəm" dediyim olur öz-özümə. - Ətrafınızdakı insanların fikinə önəm verirsinizmiz? - Çox önəm verirəm. Onlar bunu hiss etməsələr belə, mən bunu edirəm. - Məhmət Əli Tələt necə bir həyat yoldaşı, necə bir atadır? - Çox yaxşı olduğumu düşünmürəm. Ancaq cox da pis deyiləm. Bu bir kapitalist oyunudur - Sonuncu dəfə həyat yoldaşınıza nə zaman hədiyyə almısınız? - Hədiyyə almağı sevmirəm. Sevgililər günü, Analar günü kimi anlayışları qəbul etmirəm. Mənə görə bu bir kapitalist oyunudur. Daha çox satışa nail olmaq üçün uydurulan siyasətdir. 36 ildir bizim sevgimiz yaşayır. Bunun üçün əlavə şeylərə ehtiyac yoxdur. Bir də, 62 yaşında nə sevgi? (gülür) - Övladlarınızın siyasətə marağı varmı? - Var, mən də onları bu yolda dəstəklyirəm. Məncə, hər bir insan siyasətlə maraqlanmalıdır. Nə qədər insan siyasətlə maraqlansa, o qədər çox siyasət qazanar. Oğlum məndən xəbərsiz bu günlərdə Cümhüriyyətçi Türk Partiyasının Gənclik Mərkəzinin sədri secilib. Qızım da təmsil olunur. Ancaq oğlum daha irəlidədir. Onlara bu yolda əlimdən gələn dəstəyi sona qədər verəcəyəm. - Sizi mətbəxtdə görmək mümkündürmü? - Təbii, səhər yeməklərini hər zaman mən hazırlayıram. Həyat yoldaşım bir araşdırma aparıb, mayasız çörəyin insan orqanizmi üçün daha faydalı olduğunu öyrəndi. Ondan sonra evdə çörək bişirmək qərarına gəldi. Ancaq bacarmadı və məni bu işə cəlb etdi. O gün-bu gün, evdə çörəyi mən bişirirəm. Bundan başqa, yaxşı yoqurt hazırlayıram. Evdə hazırlanan yoqurtların sağlıqlı olduğunu düşünurəm və bunu tövsiyyə edirəm. - Necə dostsunuz? - Çox vəfalı bir insanam və dostlarımı çox sevirəm. Dürüstəm. Yaxşı bir dost olduğumu düşünrəm. - Sizin necə dosta ehtiyacınız var? - Özüm kimi bir dostumun olmasını istəyərdim. Yaxşı dostlarım da var təbii. Ancaq dost xəyanətini də çox gördüm. - Zəmanə insanı çox doyumsuz və mutsuz . Siz necə, xoşbəxt bir insan ola bilirsiniz? - Təbii ki, mutlu olmağa çalışıram. Məncə, insan azca xoşbəxt olmağı bacarmalıdır. Kibrıs sorunu, son zamanlar ölkəmizdə xərcəng xəstəliyinə tutulanların sayının artması kimi problemlər məni çox düşündürür. Amma bununla belə, mutlu olmağa çalışıram. Məsələn, mən bir cihazı incələyərkən, onu təmir edərkən mutlu olmağı bacarıram. - Azərbaycan oxucularına nə söyləmək istəyərdiniz? - Azərbaycanla çox yaxın olmamız gərəkdiyini düşünürəm. Ancaq sizi də anlayıram. Azərbaycan bu gün Kıbrısa qapılarını tam aça bilmir. Buna baxmayaraq, mümkün olduğu qədər yaxın münasibətlərin olmasını istəyərdim. Adətlərimiz bənzər, dilimiz eyni. Azərbaycan siyasətçilərinin Kıbrısa marağının daha da artmasını istəyirəm. Bizim keçmişdə yaşadığımız sorunları siz indi yaşayırsınız. Oxşar tərəflərimiz çoxdur. Kıbrıs xalqının da Azərbaycana dərdini anlatması gərəkdiyini düşünürəm. Məncə, münasibətlərimiz bundan daha da isti olmalıdır. Lefkoşa |
2014-02-05 | 8,213 | Atası Günelin həbs xəbərindən danışdı | Azəri qızı Günelin keçmiş sevgilisi Zərrab tərəfindən məhkəməyə verilməsinə atası Rəhman Zeynalov münasibət bildirib. Açıqlamasında müğənninin atası yayılan məlumatların əsassız olduğunu bildirib: "Günelin məhkəməyə verilməsini kim yazıbsa, yalandan yazıb. Elə bir hadisə baş verməyib. Bizim məhkəmədən xəbərimiz yoxdur". Qeyd edək ki, Türkiyə mətbuatı Günel Zeynalovanın eks-sevgilisi Rza Zərrabı "başından güllələyərəm" deyərək hədələdiyi iddiası ilə 6 ay azadlıqdan məhrum etmə cəzası verildiyini, lakin müğənninin yenidən eyni cinayəti işləməyəcəyi qənaəti ilə qərarın icrasının təxirə salındığını yazıb ("Qafqazinfo"). |
2014-02-05 | 8,214 | İlham Əliyev icra başçılarını topladı | Hazırda prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti Başçıları və müvafiq qurumların rəhbərləri ilə görüş keçirilir. Görüş "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı"nın icrasına həsr olunub ("Qafqazinfo"). Görüşdə regionlarda görülən işlər haqqında məlumatlar verilir, sözügedən proqramın icrası təhlil olunur və hesabat məruzələri dinlənilir. |
2014-02-05 | 8,215 | Baş prokuror İsmayıllıya gedir | İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların nəzərinə: "Axar.az" Baş prokurorluğun mətbuat xidmətinə istinadən bildirir ki, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il fevralın 14-də, saat 11:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. |
2014-02-05 | 8,216 | Səlim Müslümov əlil gənclər üçün kurslar açır - Foto | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud gənclər üçün peşə hazırlığı kurslarının təşkilinə başlayıb. Bu haqda Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a daxil olan məlumatda deyilir. Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasının təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qara Qarayev küçəsi 14) peşə hazırlığı kurslarının təşkilinə başlanılıb. Mərkəzdə 10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompüter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə hazırlıq kurslarına ümumilikdə 200 nəfərədək sağlamlıq imkanları məhdud gənc cəlb ediləcək. İki, üç və ya altı aylıq kursları bitirdikdən sonra həmin gənclər qeyd olunan peşələrdə özünüməşğulluq imkanlarına yiyələnəcək, həmçinin onların yeni qazandıqları peşələr üzrə məşğulluğunun təmin olunması üçün Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq işlər görüləcək. Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ayrı-ayrı bölgələrdən gəlmiş əlillərin qalması üçün 53 otaqdan ibarət yataqxana, habelə onların tibbi xidmətlə təmin olunması üçün tibbi korpus fəaliyyət göstərir. Müasir avadanlıqlarla təchiz olunmuş 188 yerlik müəssisədə yeməkxana və kommunal xidmət korpusları, idman zalı, eləcə də stolüstü idman və trenajor zalları və s. də yaradılıb. İl ərzində 800 nəfərdən çox əlilliyi olan şəxsin mərkəzdə peşə hazırlığına cəlb olunması nəzərdə tutulur. |
2014-02-05 | 8,217 | Ermənistan Azərbaycan agentini həbs etdi | Azərbaycana məlumat ötürmək istəyən erməni polkovniki həbs edilib. "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, həbsin Ermənistan xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi bildirilir. Həbs edilən şəxsin 1953-cü il təvəllüdlü Xaçik Martirosyan olduğu qeyd edilib. Xüsusi xidmət orqanlarının yaydığı bəyanatda onun Azərbaycanın Gürcüstandakı səfirliyi ilə öz təşəbbüsüylə əlaqə saxladığı və Azərbaycana məlumat ötürmək istədiyi iddia edilib. Onun bu addımında əsas məqsədin Azərbaycandan maliyyə yardımı almaq olduğu deyilib. |
2014-02-05 | 8,218 | Ramil Usubovdan daha bir təyinat | DİN-in Təchizat İdarəsinə yeni rəis təyin olunub. Təchizat İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, idarənin yeni rəisi vəzifəsinə Elçin Həsənov təyin olunub. Elçin Həsənov bundan əvvəl DİN-də Mətbəə Xidmətinin rəisi vəzifəsində işləyib. Qeyd edək ki. Elçin Həsənovdan əvvəl Təchizat İdarəsinin rəisi, Polkovnik-leytenant Qambay Zeynalov olub. |
2014-02-05 | 8,219 | Zakir Sadatlının ölümündən bir il ötür – “Salam, baça” | Z.Sadatlı keçən ilin bu günü – fevralın 5-ində uzun sürən ağır xəstəlikdən sonra 52 yaşında vəfat etmişdi. "Axar.az" Zakir Sadatlının Mahmud Kaşğarinin 1000 illiyi çərçivəsində YUNESKO-nun 2008-ci ildə 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olan və alman, ərəb, qazax, rus, tatar, türk dillərində nəşr edilən "Salam Baça" hekayəsini təqdim edir. Ruhu şad olsun! Zakir Sadatlı SALAM, BAÇA! "Salam, baça!.." Bu səsi eşidəndə, əvvəlcə elə bildim yuxu görürəm. "…Salam, baça!" Sonra gördüm yox. Uzaqların çöllü-biyabanının yuxularından gələn harayıdı bu səs. Biz hamımız - ordumuz, əsgərimiz, çörəyimiz, qumqumamız o yuxuya qərq olub. Biz buralarda yoxuq, oralarda qalmışıq. "Salam, baça!.." …On il idi ki, on il uzanan müharibə çıxıb getmişdi. Davanın ad gününü - 10 yaşını, özünün iştirakı olmadan "yaxın" və "doğmaları" qeyd edirdi. Həmin müharibə özü bu mənzərəni görsəydi gülməkdən uğunub gedərdi. Bu məclisin qonaqları qorxunun, həyəcanın, ölüm-itimin acı şərbətini şirin mey kimi başlarına çəkirdi elə bil. Hamı qəhrəmanlıqdan danışırdı, igidlikdən dəm vururdu. Hamı sədaqətliydi. O şeylər ki, haqqında səngərdə danışmaq olmazdı - onun haqqında səhnədə, televiziya ekranında danışırdılar. Hamı danışırdı… …Sonra səhnənin yarımqaranlıq küncündə əsgər geyimli orta yaşlı bir kişi gitaranı sinəsinə sıxıb rus dilində oxumağa başladı: "Salam, baça!.." Elə bildim tırtıllar yeridi, gün kürəyimizi yandırdı, burnumu qan qoxusu deşdi. Bir siqaret… bir qurtum su… qulağımın dibindən vıyıldayıb keçən güllələrin qaqqıltısı… Qədim torpaq… müqəddəs torpaq… cənnətdən qovulub cəhənnəmə düşmüş torpaq. Burda aləm bir-birinə qarışıb. Mələk kimi adamlar… şeytan kimi adamlar… Əşşi, bir də səninçün nə fərqi. Burda heç kəs sənin dilində danışmaq istəmir, amma silahların sözlüyünü hamı əzbərdən bilir, ən incə mətləbləri də yeri gəldi-gəlmədi ölümün dilinə tərcümə etmək istəyir… "Salam, baça!.." Bəs bu nə möcüzədi? On il sonra sənin səsin dirilibmi, sənin dilin başqa bir millətin dodağında ayılıbmı? Niyə bu "əfqan əsgər"in ruhu yorğun kəpənək kimi sənin ordular aşa bilməyən dağlarından keçib, vadilərini adlayıb balaca bir oğlan uşağının - "baça"nın, cadar-cadar olmuş əllərinin üstünə qonmaq istəyir: "Salam, baça! Tikanlı əllərini ver mənə, qoyum ürəyimin üstünə, köksümə sıxım!.." "Əfqan əsgər" səhnədə nalə çəkir: "Ey xaraba qoyduğum oylaqlar, viran elədiyim şəhərlər, kefiniz necədir? Ey ölümün şələsini balaca çiyinlərinə qaldıra bilməyən baça! Sən indi necə yaşayırsan?!" Hayıf ki, o uzaq paytaxtın televiziyasının yarımqaranlıq səhnəsində ürəyinin qabığını soyan "əfqan əsgər"ə əlim çatmır. Çatsaydı deyərdim ki, o ölümün ünvanına göndərdiyin sevgi məktubunda mənim də ismarıcımı yolla. De ki: Salam, Fərah! Salam, Şindand! Salam, Qəndahar! Salam, Herat!.. Salam, Əsgər Məmmədəsgəri!.. *** Həmişə Əfqanıstan adını eşidəndə gözümün qabağına birinci Herat gəlir. Sonra o qədim və sehrli şəhərin gözümə çəkdiyim donuq şəkilləri arasından tələm-tələsik cavan bir adam məzardan dikəlirmiş kimi boy verib qalxır. Xeyli maddım-maddım üzümə baxıb gülümsəyir. Nurlu sifətində - baxıb ağlamalı kəfən işığı; məzlum baxışlarında - yonca yarpağında bardaş quran şeh yalvarışı… Adı - Əsgər Soyadı - Məmmədəsgəri. Mən soydaşımız Əsgərlə əsgər olanda Heratda rastlaşdım. O gündən bu günə kimi harada bir qərib soydaşımızla tapışırıqsa, mütləq Əsgər Məmmədəsgərini onun böyründə görürəm… Lənət şeytana. Biz onunla görüşəndə bahar idi. Amma o vaxtdan soyuq qış günləri qarlı budaqlarda büzüşüb civildəşən andıra qalmış sərçələrə baxanda da elə bilirəm o insanın ruhudur - qanadlanıb gəlib bu tərəflərə… … 80-ci illərin yazında Əfqanıstanın silahlı qüvvələri Heratda döyüş əməliyyatları keçirməli idi. 5-ci diviziyanın ayrı-ayrı hərbi hissələrindən çoxlu canlı qüvvə, aviasiya, artilleriya, zenit və tank alayları ilə birlikdə bizim kəşfiyyat taborunun "Saqqallılar" və "Müsəlman" döyüş qrupları da əməliyyata cəlb olunmuşdu. Əslində, zəif və başıpozuq əfqan ordusunun özündən qat-qat güclü, hərtərəfli silahlanmış, təcrübəli və cevik mücahid dəstələri ilə vuruşda nəyəsə nail olacağı "hərbi zarafat"dan başqa bir şey deyildi. Təbii ki, ağırlığı sovet döyüşçüləri yenə də öz üzərinə götürməliydi. O gün "Xalq ordusu" adlanan əfqan könüllüləri də bizə qoşulmuşdu. Əməliyyatın başlanacağı vaxt məxfi saxlanılırdı. Hələ qüvvələr Herat şəhərinin cənub tərəfində səhraya toparlanırdı. Adamlar bir-birinə qarışmışdı. Mülki geyimli əfqan könüllüləri bizim hərbi texnikaya böyük maraqla baxır, əsgər və zabitlərə xüsusi bir doğmalıq göstərirdilər. Bu mehribanlığın davamı kimi, az sonra sovet əsgərləri ilə əfqan könüllüləri arasında əməlli-başlı xəlvəti bazar sövdələşmələri başlandı. Onlar bizə dırnaqtutan, saqqız, kişmiş və təsbeh "bəxşiş" verirdilər. Əvəzində bizdən sırıqlı, dəmir qab-qaşıq, isti ayaqqabı, primus və papaq kimi "hədiyyələr" alırdılar. Tərcüməçilərin yaxası əllərdə qalmışdı. Hərə onları bir tərəfə dartışdırırdı. Ətrafda ağız deyəni qulaq eşitmirdi. Müxtəlif dillərdə danışan adamlar bir-birini başa düşməyə can atırdılar. Bu "vurçatlasın"da tərcüməçi qıtlığı yaranmışdı. Dostum Bakir Qəmbərovla ikimiz PDM-in kölgəsində oturub öz dilimizdə söhbət eləyə-eləyə çörək yeyirdik… zarafatlaşırdıq… Bakirin atmacaları, baməzə söhbətləri xeyli uzandı. O, adəti üzrə "Vağzalı" havası üstə bir az fit çaldı. Yadına düşən mahnılardan dodaqaltı zümzümə elədi. Ətrafda heç kəs bir-birinə fikir vermirdi. Elə bil hamı öz daxili hücrəsinə çəkilmişdi. Səhərdən ora-bura vurnuxan könüllülərin də hay-küyü səngimişdi. Bir də gördüm böyrümüzdəki mülki geyimli əfqanlardan biri yerindən sıçrayıb tərcüməçimiz Şərifova tərəf şığıdı. Bakirlə mənə baxa-baxa ona nəsə dedi. Qeyri-ixtiyari olaraq yadıma düşdü ki, 30-35 yaşlı bu cavan oğlan bayaqdan bizim yan-yörəmizdən əl çəkmir. Böyrümüzdə oturub lal-dinməz bizə qulaq asır. Təbii ki, bütün qarmaqarışıqlıqlarda olduğu kimi bunları təsadüfün sifarişi bilib, biz də ona əhəmiyyət verməmişdik. … O, tərcüməçinin qolundan tutub asta-asta bizə yaxınlaşırdı. Bakirlə mən təəccüblə bir-birimizin üzünə baxdıq: "Görən nə olub?" Qabaq-qənşər dayanmışdıq. O, puştuca Şərifova yenə də nəsə deyib susdu. Tərcüməçi boğazını arıtlayıb "xub…xub…" deyib başı ilə təsdiqlədi. Və gülə-gülə rus dilində bizdən soruşdu: - Başa düşürsüz o, nə deyir? - Əlbəttə, yox, - mən dilləndim. - Bayaqdan sizin söhbətinizə qulaq asırmış. Deyir, mən də azərbaycanlıyam. Azərbaycan dilini bilmədiyinə görə sizdən heç nə soruşa bilməyib. İndi istəyir ki, sizinlə yaxından tanış olsun. - Bəs o, hardan bilib ki, biz azərbaycanlıyıq? Dilmanc tərcümə elədi. Və ondan ağlagəlməz bir cavab aldıq: - Elə şirin danışırdılar ki… Ürəyim yerindən oynadı… Ömrümdə bir dəfə uşaq olanda bu dili eşitmişdim… Biz heyrətlə bir-birimizə baxdıq. Onun üzündən - müharibənin qarsıdıb qopardığı rənglərin içindən, bir uşaq saflığı boylanırdı. Anlaya bilmirdik - bu yaza, bu Herat çöllərinə, bu müharibənin içinə bu zavallı uşaq haradan gəlib çıxdı… - Bircə dəfə babam danışıb bu dildə. Ölümündən bir gün qabaq…Vəsiyyət elədi, hamımızla vidalaşdı. Sonra dedi ki, atımı gətirin. Gətirdik. O, atın boynunu qucaqlayıb ağladı. Hamımız mat-məəttəl qalmışdıq. Heç vaxt eşitmədiyimiz bir dildə o atıyla halallaşırdı…Onda mənim uşaq ağlım elə kəsdi ki, babam ölüm olan yerə yox, başqa bir dilin olduğu yerə səfərə gedir… …Mən yavaş-yavaş sarsılırdım. Burda - bu bomboz Herat çölündə, PDM-in kölgəsində Bakirə baxdım və özümü gördüm. Hər gün zarafat eləyib, deyib-güldüyümüz bu dildə bizi hifz eləyən nəsə varmış. O dil burada deyil - uzaqlardadı. Buralarda qalan isə atının boynunu qucaqlayıb halallaşan kişinin ana dilindəki qərib duasıdır… - Babamın son nəfəsiydi. Mən isə uşaq həvəsimi saxlaya bilmirdim. Elə fikirləşirdim ki, onun bütün ömrü uzunu gizlədib saxladığı sehrli bir mücrü əlimizdən çıxacaq. Heç olmasa orada nə gizlətdiyini soruşum. O, ağır-ağır nəfəs ala-ala bir neçə söz pıçıldadı: "Təbriz…Badi-kubə… Gəncə…Ərdəbil…" …Allah dadına çatsın tacik Şərifovun, bizi naümid qoymurdu. Düzdü, onun əsas vəzifəsi müharibənin dilini bizə tərcümə eləməkdi. Amma… Bu vadilərin, çöllərin, dağların içində yatan bambaşqa bir hikmətlə aramızda araçılıq eləyirdi. Heyrətlə üzümüzə baxırdı Əsgər Məmmədəsgəri. Tapdığını itirməkdən qorxan uşaq kimi təşviş və həyəcan içində bizi bağrına basıb qoynunda gizlətmək istəyirdi elə bil… Və birdən o, göy üzü kimi hönkürdü. Qollarını açıb Bakirlə mənim boynuma sarıldı. Amma bu mənzərədə tərcüməyə və tərcüməçiyə yer yox idi. Mən elə orda - bu mənzərənin içində anladım ki, bu davanın bizimlə heç bir bağlılığı yoxdu. Burda ancaq fələyin oyunu var. Bəs onda bizi niyə bu oyunun içinə atıb. Öz-özümə deyirəm ki, heç bir sual vermə. Bəlkə elə bütün bu başımıza gələnlər də, elə bu müharibə də, məni nişangaha götürən, mənim gülləmə tuş gələnlər də, Herat çölünün özü də qəzavü-qədərin bəhanəsidir. Bəs məqsəd nəydi?.. Bəlkə eldən qırılıb düşmüş və bu diyarda yiyəsiz ruhlar kimi sərgərdan gəzən qərib soydaşımızın duasına sahib çıxmaq? Bəlkə Keçmiş və Gələcəyin zaman adlı ilahi kodlarının izahını rəqəmlər deyil, hadisələr gizlədir... Və birdən yadıma düşdü ki, mən beş ay əvvəl sübh çağı Heratı ilk dəfə görəndə heyrətimdən dil-dodağım təpimişdi, ovsunlanmışdım. Nə vaxtsa burda doğulduğumu, haçansa burda öldüyümü xatırlamaq niyyətim hasil olmamışdı. …Onunla birlikdə şəkil çəkdirdik. Çörək yedik. Əsgər o gün öz "könüllülər"inin həndəvərinə belə hərlənmədi, onlara gözünün ucuyla belə baxmadı. Axşama yaxın biz ona dedik ki, çıxıb evinə getsin. O, əvvəlcə razılaşmadı. Sonra: - Bircə şərtlə gedərəm, - dedi - sizi də özümlə aparım, heç olmasa, bir gecəlik qonağım olun. Biz hərbçi kimi əmrə tabe olduğumuzu, ixtiyarımızın öz əlimizdə olmadığını ona başa saldıq… Əsgər Məmmədəsgəriyə xeyli təkid elədik, yalvardıq ki, fürsət varkən evinə qayıtsın. O xeyli düşündü və: - Yaxşı, gedərəm, - dedi - Sabah tezdən mütləq sizə çay-çörək gətirib gələcəyəm… Görüşüb ayrıldıq. …Biz səhərə qalmadıq. Gecəyarısı bizi yuxudan qaldırdılar. Üzü Bədəxşan dağlarına tərəf döyüşə getdik… Gör e, gör neçə ildi Əsgərin Bakirlə mənə gətirdiyi çörək - heybəsində, qardaş harayı - dilində, Herat çöllərində divanə ruhlar kimi bizi axtarır. Yəqin indiyə kimi saç-saqqalı ağarmış olar… |
2014-02-05 | 8,220 | Suriyada daha üç azərbaycanlı döyüşçü öldürüldü | Suriyada daha üç Azərbaycan vətəndaşı öldürülüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Məlumata görə, "Əl-Nüsra Cəbhəsi" sıralarında Bəşər Əsədə qarşı vuruşan daha üç azərbaycanlı hökumət qüvvələri tərəfindən öldürülüb. Mücahidlər həmin şəxslərin fotolarını da yayıblar. Öldürülən azərbaycanlılardan ikisinin kimliyi açıqlanmasa da, digərinin adının Urfan olduğu bildirilir. Məlumata görə, Urfanın daha bir qardaşı isə bir neçə il əvvəl Əfqanıstanda öldürülüb. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. |
2014-02-05 | 8,221 | Nazirlik oğurlanan yarım milyondan danışdı – Rəsmi | "Bunun bizə aidiyyatı yoxdur". Bu sözləri "Axar.az"a açıqlamasında Sosial Müdafiə Nazirliyinin Mətbuat katibi Elman Babayev deyib. O, Sosial Müdafiə Nazirliyinin yüksək rütbəli məmurunun evindən oğurlanmış yarım milyon vəsaitlə əlaqədar olaraq heç bir şərh verməyəcəklərini bildirib: "Bunun bizimlə heç bir əlaqəsi yoxdur. Dediyiniz məbləğlə bağlı suala həmin adamın özü cavab verməlidir". Qeyd edək ki, bu gün Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə Sosial Müdafiə Mərkəzinin rəis müavini Oqtay Məmmədovun evindən oğurluq edilib. Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsinin yaydığı məlumatda oğurluq nəticəsində evdən 200 min dollar, 190 min manat və 150 min manatlıq qızıl-zinət əşyasının aparıldığı bildirilib. |
2014-02-05 | 8,222 | Krım Türkiyəyə qaytarılacaqmı? – Ekspert rəyləri | Bir neçə gün bundan əvvəl mətbuatda belə xəbərlər yayılmışdı ki, Krımdakı Rusiya tərəfdarı olan hökumət Kiyevdəki son hadisələrə görə bir aydır ki, "qərblilər paytaxt Kiyevi ələ keçirsə, biz ayrılacağıq" deyir. Eyni zamanda, Rusiya və Avropa mətbuatı da belə açıqlamalar verirdi. Bu açıqlamalardan sonra Krımın Ukraynadan ayrılıb Türkiyənin tərkibinə keçməsi məsələsi gündəmə gəldi. Bu məsələ ilə əlaqədar Azərbaycan tarixçilərinin fikrini öyrənməyə çalışdıq. Tarix elmləri namizədi, BDU-da Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti Altay Göyüşov məsələyə münasibət bildirərək "Axar.az"a belə dedi: "Ukraynanın parçalanma ehtimalı var, amma mən Krımın Türkiyəyə verilməsi variantını görmürəm. Bu, köhnə söhbətdi, amma mümkün olan iş deyil". Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin dosenti Vasif Qafarov bildirdi ki, Krımı Xruşşov Ukraynaya hədiyyə edib: "Krım 1783-cü ildə Osmanlı dövləti tərəfindən Rusiyaya öz-özünə verilməyib, zorla və mərhələli şəkildə Rusiya tərəfindən alınıb. Ukrayna 1654-də Rusiyaya birləşdirilmişdi, XX əsrin 50-ci illərində SSRİ-yə rəhbərlik edən N.Xruşşov özü ukrayn idi və Ukraynaya xüsusi simpatiyasını da gizlətmirdi. Məhz onun dövründə Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyi təntənəli şəkildə qeyd olundu və bu münasibətlə Rusiya (Xruşşov) Krımı Ukraynaya hədiyyə etdi. Təsadüfi deyildi ki, Yuşşenkonun hakimiyyəti dövründə Ukrayna NATO-ya üz tutanda V.Putin açıq şəkildə bildirdi ki, əgər Ukrayna NATO-ya üzv olarsa, Rusiya 1950-ci illərdə Ukraynaya hədiyyə etdiyi Krımı geri qaytaracaq. Ukraynanın dağılması, bölünməsi, Krımın Rusiyaya və ya Türkiyəyə qaytarılması kimi söz-söhbətlər müəyyən dairələrə təsir mexanizmi kimi ortaya atılıb və reallıqdan uzaq fikirlərdir". |
2014-02-05 | 8,223 | Əli qana batan azarkeşə ömürlük cəza | "Fənərbaxça" azarkeşlərinin UEFA-nın klub haqqında çıxardığı qərara etiraz məqsədi ilə təşkil edilən mitinqdə 1 tərəfdarı öldürüb, 3–nü yaralayan Batuhan Özdemirə cəza tətbiq edilib. "Axar.az" xəbər verir ki, prokuror tərəfdara ömürlük həbs cəzası istəyib. İddianamədə şübhəli Batuhan Özdəmirin yürüşə 20-25 nəfərlik bir qrupla qatıldığı bildirilib. Həmçinin dünyasını dəyişən Kadir Ökçesizin də, zərərçəkmiş Cenk Eroğlunun da, aralarında olduğu 40-45 nəfərlik bir qrupla yürüşə qatıldığı vurğulanıb. Bundan əlavə, mitinqdə Özdəmirin qrupunun "Gəzi parkı" hadisələri ilə bağlı hökumət əleyhinə şüar səsləndirməsinə zərərçəkmiş Cenk Eroğlu təpki göstərib. Belə ki, zərərçəkmiş etiraz yürüşünün siyasi olmadığını, sadəcə "Fənərbaxça" lehinə şüar səsləndirilməli olduğunu deyib. Mübahisə əsnasında Özdəmir bıçaqla Eroğlunu vurmağa başlayıb və zərərçəkmişin qrupundan olan Kadir Ökçesiz, Özkan Eroğlu və Baran Aykan hadisəyə müdaxilə etmək istəyib. İddia əsasında Batuhan Özdəmirin Kadir Ökçesizi qəsdən öldürdüyünə görə ömürlük həbs, Cenk Eroğlu, Özkan Eroğlu və Baran Aykeni də qəsdən yaraladığı üçün 18 ilə qədər həbslə cəzalandırılması tələb edilib. |
2014-02-05 | 8,224 | Bir gündə 65 cinayət faktı qeydə alınıb | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 65 cinayət faktı qeydə alınıb ki, onların da 32-si "isti izlər"lə açılıb. "Axar.az" xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə isə 31 nəfər tutulub. |
2014-02-05 | 8,225 | Milli Şura qapılarını hamının üzünə açır | Milli Şuranın Koordinasiya Şurasında yeni, daha mükəmməl Əsasnamə, Nizamnamə və digər sənədlər hazırlanır. Bu barədə məlumatı "AzNews.az"a Milli Şuranın Koordinasiya Şurasının üzvü Namizəd Səfərov verib. N.Səfərovun sözlərinə görə, yeni sənədlərdə Milli Şuranın üzvlərinin sayı ilə bağlı konkret rəqəmin əksini tapmayacağı ehtimalı böyükdür: "Yəqin ki, say göstərilməyəcək. Bu gün Koordinasiya Şurasının yığıncağında bu məsələlər də müzakirə ediləcək. Əslində mən Milli Şura üzvlərini sayının artırılması tərəfdarıyam". |
2014-02-05 | 8,226 | İndi də Ərdoğanın səs yazısı yayıldı – Video | Türkiyənin Baş naziri R.T.Ərdoğan "Xəbərtürk" kanalının tabe olduğu "Ciner" Qrupunun İdarə Heyətinin üzvü Məhmət Fateh Saraça zəng edərək MHP-nin sədri Dövlət Baxçalının xəbərinin efirdən çıxarılması istəyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin səs yazısında Ərdoğan Dövlət Baxçalı ilə bərabər prezident Abdullah Gül ilə əlaqədar xəbərlərin çıxarılmasını da tələb edib. Daha ətrafı videoda: |
2014-02-05 | 8,227 | Levandovskinin istintaq işi bağlandı | Dortmund "Borussiya"sının forvardı Robert Levandovski haqqında aparılan istintaq işi bağlanıb. "Axar.az" xəbər verir ki, söhbət bir neçə gün öncə baş vermiş insidentdən gedir. Belə ki, Almaniyada 17 yaşlı bir gənc polisə şikayət edərək Levanın onu döydüyünü bildirmişdi. Polyak futbolçu isə belə hərəkət etmədiyini, əksinə, gəncə nəsihət verdiyini bildirmişdi. Dortmund polisi açıqlamasında azarkeşin şikayətini geri götürdüyünü və futbolçudan üzr istədiyini bildirib. Bununla da Levandovski barədə aparılan araşdırma dayandırılıb. |
2014-02-05 | 8,228 | “Toy” və onun “gecə”si söhbəti | ATV kanalında yer alan "Toy gecəsi"nin adı orta statistik azərbaycanlı üçün cazib səslənir. Nədən ki, mentallığımızda toy mərasimi az qala ritualdır. Və bizim üçün "toy" bu sözün sərhədlərini aşaraq daha geniş anlam daşıyır, toplumda lazım olduğundan önəmli yer tutur. Üstəlik, hələ "toy" sözünün yanına "gecə" sözü əlavə olunduğundan bu, ikiqat maraq doğurur. Bu mənada serialın yayımlandığı ilk həftələrdə reytinqinin yüksək olması təsadüfi deyildi. Kütləvi mədəniyyətin tanınmış simalarından, meyxanaçı Namiq Qaraçuxurlunun baş rollardan birini oynaması da reytinqin artmasına sözsüz ki, təsirini göstərmişdi. Serialın süjeti haqda: İki zəngin ailənin övladı evlənir. Toy gecəsi bəy öldürülür, gəlin evdən qaçır, zorlanır. Və gəlini ölümdən xilas edən başqa bir zənginin oğlu nahaq yerə həbs olunur. Müəlliflər (ssenarist Samir Sədaqətoğlu, rejissor Yaşar Əhmədov) ənənəvi serial klişelerindən istifadə edib: maddi maraqlar səbəbindən ailədaxili konfliktlər meydana çıxır, daha sonra ortaya intiqam məsələsi atılır, zorlanan gəlin gözlənildiyi kimi öz xilaskarına vurulur və s. "Toy gecəsi" janrların qarışığı üzərində qurulub: kriminal, dram, melodram. Amma elə ilk bölümdə bir neçə dəqiqə ərzində 3-4 cinayət hadisəsi baş verir. Hətta janrı sırf kriminal olan teleseriallarda belə birdən-birə bu qədər cinayət hadisəsi ortaya atılmır. Bir qayda olaraq, melodram, dram elementlərinin istifadə edildiyi seriallarda təhkiyə ləng tempdə gedir, düyünlər tədrciən açılır. Yəni tamaşaçı serial izləyəndə heç də tam "qara hadisələrlə" yüklənməməlidir, heç olmasa, ara-sıra süjet xəttində bir az yüngül, komik durumların, xarakterlərin olması zəruri idi. İlk bölümdə bəy (Elxan Rza) öldürlülür və bəyin anasını ifa edən aktrisa Firəngiz Babayeva oğul itkisini yaşayan ananın ağırısını verə bilmir, hətta gözlərindən yaş güclə çıxır. Azərbycanda dublyaj sektorunun peşəkar aktyorlarından biri, bəyin atası rolunu oynayn Eldəniz Rəsulovun da personajı qətli sanki gözləyirmiş kimi görünür. Yəni, kəsəsi, faciənin ekran həlli alınmayıb. İstənilən audiovizaul əsərdə, təkcə əsas və ikinci plandakı aktyorlar yox, epizodlardakı ifaçılar da vacib rol oynayır. Məsələn, iki cinayət hadisəsi baş verir. Hadisə yerinə gələn iki siravi polis (niyəsə müstəntiq, istintaq qrupu yox, məhz sıravi polislər) və həkim baş verənlərə süst, biganə reaksiya verir. Yəni bu vəziyyətdə onlar obrazı yaratmır, sadəcə, rejissorun göstərişlərini icra edirlər. Belə oxşar hallar sonrakı səhnələrdə də təkrarlanır. Dünya serial sektorunda tanınan, geniş seyrçi auditoriyasına malik müğənniyə, modelə (bizdə bu, mentallığımıza uyğun olaraq, təbii ki, meyxanaçıdır) baş rolun həvalə edilməsi çox işlənmiş prodüser fəndidir. Sadəcə, N.Qaraçuxurlu rolunun öhdəsindən gələ bilmir. Naturaca Namiq yumşaq, mülayim təsir bağışlayır. Murad obrazının tələb etdiyi xarizmanı, güclü xarakteri, özünəinamı ifadə etməyi bacarmır və bütün vəziyyətlərdə emosiyasız, statikdir. Məsələn, ən dramatik situasiyada belə əsəbi səslə bağırsa da, üzündə yumşaq, vecsiz ifadə dolaşır. Gərgin vəziyyətlərdə o qədər romantik, kövrək baxır ki, adam az qalır, ekrana daxil olub çəkiliş prosesinə müdaxilə eləsin: "Namiq, bu, romantik-lirik klip yox, serialdır". Rejissor Rovşən İsaxın ekranlaşdırdığı "Pərvanələrin rəqsi" serialı sayəsində daha geniş auditoriyada tanınan, Gəncə Dövlət Teatrının aktrisası Pərvanə Qurbanova "Toy gecəsi"ndə Mələk rolunu ifa edir. Fəqət, onun serialdakı obrazı eynilə "Pərvanələrin rəqsi"ndəki Yaqut obrazının təkrarıdır: intonasiya, jest, mimika, baxışlar, hərəkətlər və s. Ümumiyyətlə, çox personajların plastik (plastika hərəkət və jestlərin ümumi harmoniysı) həlli yoxdur. Hərçənd, məsələn, Mehriban Xanlarovaya bunu şamil etmək olmaz. Aktrisa Cahan obrazının fitnəkar, ambisiyalı xarakterini təqdim etməyi bacarır. Gənc aktrisa Dəniz Tacəddin (xatırladım ki, "Cavid ömrü" filmində Turan rolunun ifaçısı olub) Səbinə obrazının ruhi vəziyyətini, yaşantılarını səmimi, təbii ifa edir. Hiss olunur ki, sadəlik, səmimiyyət elə onun gerçək təbiətinə uyğundur. Ona görə də bu aktrisanın real potensialının fərqli amplualarda oynayacağı rollardan bəlli olacağını düşünürəm. Teleseriallarımızın əsas problemlərindən biri səhnə mizanlarının uyumsuzluğudur. Hər hansı bir səhnədə aktyorlar sanki harda necə dayanmağın, nə etməyin çətinliyini yaşayırlar. Bir epizodda adamı maşın vurur, hadisə yerinə gələn polis əlləri qoyununda kirimişcə dayanır. Bəzi səhnələrdə hərəkətsizlikdən xilas olamq üçün fasiləsiz çay içirlər. Başqa bir problem isə qrimdir. Muradın nişanlısı (Aviya Paşazadə) depressiyadadır, xəstəxanaya düşür, amma makiyajı göz qamaşdırır. Görünür, qeyd etdiyim peşəkarlıq məsələləri həllini tapmadığndan "Toy gecəsi" sonradan reytinqdə bir neçə pillə gerilədi. |
2014-02-05 | 8,229 | “Gülər Əhmədova azadlığa çıxa bilər” | Məhkəmənin hökmü ilə 3 il azadlıqdan məhrum edilən sabiq millət vəkili Gülər Əhmədova azadlığa çıxa bilər. Həbsə düşdüyü gündən qan təzyiqindən və digər xəstəliklərdən əziyyət çəkən eks-deputatın indi hər iki ayağının tutulmasını xatırladan vəkil Əfsər Talıbov müvəkkilinin baş ağrılarından şikayətçi olduğunu da deyib. "Belə olan halda Gülər Əhmədova azadlığa çıxa bilər. Belə ki, qanunla məhkum çox ciddi xəstəlikdən əziyyət çəkərsə məhkəmənin qərarı ilə azadlığa çıxması mümkündür", – deyə Ə.Talıblı Modern.az saytına bildirib. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyir ki, Səhiyyə Nazirliyinin müəyyən etdiyi xəstəliklərin siyahısı var. Həmin siyahıda olan xəstəliyə tutulmuş şəxs cəzadan azad edilə bilər. "Elə xəstəliklər var ki, sağalmaz sayılır və çox ağır xəstəliklər siyahısına daxildir. Bu siyahı açıq siyahıdır. Məsələn bura xərçəngin ağır forması və s. daxildir. Bunun üçün həkim komissiyası yaradılır. Komissiya rəy hazırlayır və məhkumun daşıdığı xəstəliklərin siyahısını tərtib edir. Son rəyə uyğun olaraq qərar qəbul olunur. Qoyulan diaqnozla Səhiyyə Nazirliyinin tərtib etdiyi siyahısındakı xəstəliklər üst-üstə düşərsə o zaman məsuliyyətdən azad oluna bilər. Təbii ki, xəstəliyin adları uyğun gələ bilər amma onun növləri də müxtəlif olur. Yəni diaqnoz siyahıdakı xəstəliklə uyğunlaşarsa o zaman məhkumun azad olunması mümkündür". Ə.Nuriyevin sözlərinə görə, tibbi komissiyanın rəyinə əsasən və məhkəmənin qərarına uyğun olaraq məhkum xəstəliyinə görə cəzadan azad edilir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən ilin fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilərək 3 il müddətində azadlıqdan məhrum edilib. |
2014-02-05 | 8,230 | Prezident banklardakı əmanətləri vergidən azad etdi | Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilədək banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında qanunu imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə informasiya Prezidentin rəsmi saytında yerləşdirilib. Qanuna əsasən banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər 2014-cü il yanvarın 1-dən 1 (bir) il müddətinə gəlir vergisindən azad edilib. |
2014-02-05 | 8,231 | Sutka ərzində 66 atəşkəs pozuntusu - Rəsmi | Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 67 dəfə pozulub. "Axar.az"a Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Sarıcalı, Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-02-05 | 8,232 | Sumqayıt müəllimləri küçədə qar təmizləyir – Foto | Sumqayıt müəllimləri şəhər küçələrində qarın təmizlənilməsi işinə cəlb edilib. "Axar.az" xəbər verir ki, bu barədə informasiya Feysbuk sosial şəbəkəsində paylaşılıb. Paylaşılan şəkildə bildirilir ki, Sumqayıt şəhər 39 saylı orta məktəbin müəllim heyəti 18-ci mikrorayonda yerləşən "Elmar" marketin qabağını buzdan təmizləyir. Məsələylə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan məsələ ilə bağlı heç bir məlumata sahib olmadıqlarını və məktəblərlə işləmədiklərini qeyd etdilər: "Yox, eşitməmişəm. İcra Hakimiyyəti məktəblərlə işləmir, texnikalarla işləyir". Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələsgərov sosial şəbəkələrdə yayılan informasiyaların həqiqəti əks etdirmədiyini dedi: "Onlar müəllim kollektivi olmayıb. Bu haqda məlumatım yoxdur, bilmirəm. Müəllim kollektivi ora göndərilməyib. Biz müəllimləri qar təmizləmək adıyla şəhərdə heç yerə göndərməmişik. O məlumat yanlışdır. Biz ora adam göndərməmişik". |
2014-02-05 | 8,233 | Şabranda intiharın qarşısı alındı | Şabranda intiharın qarşısı alınıb. "Axar.az" FHN-in rəsmi səhifəsinə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran şəhərində 1 nəfər vətəndaşın beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən özünü atmaqla intihara cəhd etməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Aparılmış psixoloji danışıqlar nəticəsində vətəndaşın könüllü şəkildə enməsinə nail olunub. Əməliyyat saat 12:40-da başa çatıb. |
2014-02-05 | 8,235 | Lənkəran stadionu “Böyük oyun”a hazır olacaq - Açıqlama | Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində baş tutacaq "Xəzər Lənkəran"- "Neftçi" oyununun keçiriləcəyi Lənkəran şəhər stadionunun qar altında qalması barədə məlumat vermişdik. Mərkəzi stadion və onun ətrafı hələ də qarın altındadır. Qarın stadionun ot örtüyünə ciddi zərər vuracağı şübhəsizdi. Arenanı "Böyük oyun"a qədər hazır vəziyyətə gətirmək mümükün olacaq, yoxsa görüş təxirə salına bilər? Bu suallara cavab almaq, Lənkəran stadionunun son durumu ilə bağlı məlumat əldə etmək üçün cənub klubunun mətbuat xuidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. "Axar.az"a açıqlama verən klub rəsmisi əsas meydançanın "Böyük oyun"a qədər hazır olacağını bildirdi: "Bilirsiniz ki, ən çox qar Lənkəranda yağıb. Dünənə qədər meydançanı təmizləmək imkanımız yox idi. Hətta dünən də qar yağmaqda davam edirdi. Amma bu gün məşq proseslərini keçmək üçün ehtiyyat meydança tamamilə təmizlənib qurtaracaq. Sabahdan isə əsas meydançanın təmizlənmə işlərinə start veriləcək. Əsas meydança "Böyük oyun"a qədər hazır olacaq. Oyunun təxirə salınması ilə bağlı müraciət etməyi düşünmürük. Qarşıdakı 3 gün ərzində təmizləmə işləri başa çatdırılacaq". |
2014-02-05 | 8,236 | Bu gün “Arzular bağı”na səyahət var… | Oda Teatrı bu gün saat 19:00-da "Arzular bağı" adlı tamaşasını təkrar göstərəcək. "Axar.az" xəbər verir ki, Azərbaycanda ilk dəfə səhnələşdirilən eyniadlı tamaşanın müəllifi Pərviz Bəşərdüstdür. Tamaşa professional rejissor və aktyorlar tərəfindən hazırlanıb. Tamaşa haqqında qısaca məlumat: Tragikomediya iki ruhi xəstənin arzularından başlayır və onlar xəyallarında da qocalırlar. "Bizim yaşamağa da vaxtımız olmadı, biz xəyallarımızda da öldük" ana xətti əsasında inkişaf edən tamaşa boyu "dəlilər" arzularını gerçəkləşdirmək üçün bütün yollara əl atırlar. Onların arzuları dəlixanadan necə qaçmaqları ilə başlayır… (Hadisənin gedişatını izləmək üçün fevralın 5-i saat 19:00-da Oda Teatrında olun!) Tamaşanın rejissoru İmam Gassan, bəstəkarı Ayaz Qəmbərlidir. Tamaşadakı rolları əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarov ifa edəcək. Biletin qiyməti 5 manatdır. Biletləri əldə etmək və ünvanı tapmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Ünvan: Tarqovı, İSR Plazanın arxası – Topçubaşov küçəsi 38-də yerləşən ZİRZƏMİ məkanı Tel: 050 394 48 64 və 070 219 83 33 |
2014-02-05 | 8,237 | FİLA azərbaycanlı güləşçini əfsanə adlandırdı - Video | Beynəlxalq Güləş Federasiyasının rəsmi saytı Olimpiya çempionu Toğrul Əsgərov haqda videoçarx hazırlayıb. Videoçarxda azərbaycanlı güləşçi əfsanə adlandırılıb. "Axar.az" videoçarxı təqdim edir: |
2014-02-05 | 8,239 | MTN-dən erməni agent məsələsinə açıqlama - Rəsmi | "Bizə belə bir adam bəlli deyil". Bu barədə "Axar.az"a Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev açıqlama verib. O, Ermənistan tərəfinin yaydığı informasiyanı sadəcə bir cümlə deməklə təkzib edib. "Bizə belə bir adam bəlli deyil". Qeyd edək ki, bu gün Ermənistan xüsusi xidmət orqanları Azərbaycana məlumat ötürmək istəyən erməni polkovniki həbs etdikləri haqqında informasiya yaymışdılar. Onlar bu şəxsin 1953-cü il təvəllüdlü Xaçik Maritosyan olduğunu bildirmişdilər. Məlumatda həmçinin onun bu addımı atmaqda əsas məqsədinin Azərbaycandan maliyyə yardımı almaq olduğu qeyd edilmişdi. |
2014-02-05 | 8,240 | Moskvada qafqazlı tələbə güllələndi | Rusiyanın paytaxtında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi güllələnib. Bu barədə məlumatı "İnterfaks"a hüquq mühafizə orqanlarındakı mənbə verib. "Axar.az" xəbər verir ki, dünən naməlum şəxs Pervomaysk küçəsindəki 112 sayli evin yaxınlığında dayanan Mersedes S500 markalı avtomobilin sürücüsünə 5 güllə atıb və hadisə yerindən qaçıb. Güllə yaraları alan 24 yaşlı gəncin kimliyi açıqlanmasa da, onun Qafqaz respublikalarının birinin sakini olduğu dəqiqlənib. Qarın boşluğu və sol qol nahiyələrindən güllə yarası alan gənc hazırda xəstəxanadadır. Faktla bağlı cinayət işi açılıb. |
2014-02-05 | 8,241 | Ziya Məmmədov evi partlayan qardaşını işdən də çıxardı | null |
2014-02-05 | 8,242 | Rəqəmli yayımla bağlı milli standart qeydiyyata alındı | Standartlaşdırma üzrə informasiya-kommunikasiya texnologiyaları Texniki Komitəsi (TK 05) rəqəmli yayıma dair milli standart hazırlayıb. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi elektron səhifəsinə istinadən bildirir ki, bu, - AZS ETSI EN 302 755 V1.3.1-2013 "Rəqəmli videoyayım (DVB); ikinci nəsil yerüstü rəqəmli televiziya yayımı sistemi (DVB-T2) kadr strukturu, kanalın kodlaşması və modulyasiyası" milli standartıdır. Sözügedən standart Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 24.01.2014-cü il tarixli 008 saylı əmri ilə təsdiq edilib və dövlət qeydiyyatına alınıb. Bu standartın tətbiqi rəqəmli TV yayımının keyfiyyət göstəricilərinin və ötürülmə sürətinin yüksəlməsi ilə televiziya yayımında son texnologiyaların tətbiqinə (HD TV, 3D TV və s.) geniş imkanlar yaradır. |
2014-02-05 | 8,243 | Həmsədrlər Xankəndinə getməkdən imtina etdi | "ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndinə getməyəcəklər". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın Xarici İşlər Nazirliyinin mətbuat katibi David Babayan çıxış edib. O, həmsədrlərin Xankəndinə gəlmək niyyətində olmadıqlarını bildirib. Qeyd edək ki, həmsədrlər bu gün İrəvanda görüşlər keçirəcəklər. |
2014-02-05 | 8,244 | Səlim Müslümov Feysbuka gəldi - Foto | Səlim Müslümovun "Feysbuk"da yeni səhifəsi yaradılıb. "Axar.az" xəbər verir ki, Sosial Müdafiə nazirinin səhifəsi bir neçə saat öncə istifadəyə verilib. Hələlik səhifəni bəyənən şəxslərin sayı o qədər də çox deyil. Qeyd edək ki, dünən Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də rəsmi səhifəsi istifadəyə verilmişdi. |
2014-02-05 | 8,245 | Soçi Olimpiadası öncəsi Rusiya biabır oldu | Soçi Olimpiadası öncəsi turistlərin narahatlığı artıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyada iki gün sonra başlayacaq Qış Olimpiadası öncəsi yaşanan skandalların ardı-arası kəsilmək bilmir. Oyunları izləmək üçün gələn turistlər otellərdən narazıdır. Onların sözlərinə görə, otaqlarda işıq, isti su yoxdur. Qapılar pis vəziyyətdədir və bağlanmır. Məlumata görə, otaqlar iki nəfərlik olsa da, bir nəfər üçün yastıq var. Olimpiada öncəsi Rusiya hökuməti ötən günlərdə sahibsiz itlərin küçələrdə yığılması və zəhərlənməsi üçün bir şirkətlə razılaşmış, lakin heyvansevər qurumlar tərəfindən böyük tənqidə məruz qalmışdı. Bu problemlərdən əlavə, təhlükəsizlik də turistləri narahat edən məsələlər sırasındadır. |
2014-02-05 | 8,246 | Mavi beretlilərə çox özəl tapşırıq – Fotolar | TSQ-dakı böyük transformasiya hazırlıqları çərçivəsində ordunun gözbəbəyi olan mavi beretlilərə xüsusi tapşırıq verilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) 2033-cu ilə qədər planlaşdırdığı hərtərəfli transformasiya hazırlıqları çərçivəsində komandoların gələcəkdə baş verə biləcək müharibədəki missiyaları da müəyyənləşir. Dəyişiklik çərçivəsində komando birliklərinə xüsusi tapşırıqlar veriləcək. Belə ki, komandolar qurudan, dənizdən və ya havadan düşmənin içərisinə nüfuz edərək kəşfiyyat, basqın, hücum hərəkatını təşkil etməyi və sürətlə geri çəkilməyi təmin edəcək, hərəkat zamanı qeyri-hərbi təhlükəni kontrol və məhv edəcək. |
2014-02-05 | 8,247 | Ramiz Mehdiyevin ilk Feysbuk statusu | Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Feysbuk sosial şəbəkəsində rəsmi səhifəsinin fəaliyyətə başlamasından sonra tez bir zamanda sosial şəbəkə istifadəçilərinin maraq dairəsində olması akademikin diqqətini cəlb edib. Administrasiya rəhbəri rəsmi Feysbuk səhifəsində yazdığı statusda bu nüansı xüsusi vurğulayıb. "Axar.az" Ramiz Mehdiyevin statusunu təqdim edir: "Şərhlərdən görünür ki, "facebook" səhifəmin açılması sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb. Bu, bir daha təsdiq edir ki, azad internetin mövcud olduğu Azərbaycan Respublikası informasiya cəmiyyəti quruculuğunda böyük məsafə qət edib". |
2014-02-05 | 8,249 | Suraxanı icra başçısına da xanım müavin gəldi | null |
2014-02-05 | 8,250 | “Azəriqaz”dan Müşfiqabaddakı aksiyaya açıqlama - Rəsmi | "Azəriqaz" İstehsalat Birliyi Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki aksiya ilə bağlı açıqlama verib. İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev bildirilib ki, magistral xətlərdə problem bir neçə gün əvvəl yaranıb. Bu səbəbdən Bakının bir sıra kənd və qəsəbələrində olduğu kimi, Müşfiqabad qəsəbəsinin qaz təchizatında da problemlər baş verib. Bununla bağlı "Azəriqaz" İB əhaliyə əvvəlcədən xəbərdarlıq da edib. Onun sözlərinə görə, hazırda Müşfiqabad qəsəbəsinin qaz təminatında heç bir problem yoxdur: "Bu gün Bakı şəhəri ərazisində, o cümlədən Abşeronun hər hansı yaşayış məntəqəsində qazdan istifadə ilə bağlı heç bir məhdudiyyət tətbiq edilməyib". Müşfiqabad qəsəbəsinin sakinlərindən isə AzNews.az-a bildirilib ki, aksiya bu gün deyil, fevralın 2-də keçirilib. Xatırladaq ki, bir neçə dəqiqə əvvəl Müşfiqabad sakinlərinin təbii qazın kəsilməsi ilə əlaqədar Bakı-Şamaxı yolunu bağladıqları xəbərini almışdıq. |
2014-02-05 | 8,251 | Maşın bazarından PKK-ya gedib çıxan yol - Reportaj | "8-ci kilometr" qəsəbəsindəki maşın bazarında avtomobil satışı ləğv edilsə də, bu bazar köhnə adını hələ də qoruyub saxlayır. Burada müxtəlif çeşidli avtomobillərin ehtiyat hissələrini tapmaq olar. Qiymətləri şəhərin mərkəzində və digər yerlərdə olan avtomobil ehtiyat hissələri satan dükanlardakı qiymətlərlə müqayisədə elə də böyük fərq nəzərə çarpmır. Sürücülərin bura üz tutmasına səbəb yaxınlıqda təmir işləri ilə məşğul olan ustaların olmasıdır. Bir də kifayət qədər ucuz başa gələn işlənmiş ehtiyat hissələrini də burda tapmaq mümkündür. Təkərə düşmək... Səhərin gözü açılmamış Babək prospektinin qurtaracağında özünün "bazar həyatını" yaşayan məkana daxil oluram. "Təkər evi" yazılmış satış mərkəzində maşını saxlamağıma bənd imiş kimi cavan bir oğlan əllərini ovuşdura-ovuşdura dükandan çıxır. Çöhrəsində qəribə, ilıq bir təbəssüm var. Əli ilə çöldə sıralanmış təkərləri göstərir və xüsusi bir jestlə mənim maşından düşməyimi xahiş edir. Etiraz yersizdir. Təzə təkərlərin çeşidlərini sadalayır: - Bizdə 45 manatdan 130 manata qədər təkərlər var. Çinin, İndoneziyanın, Koreyanın, Yaponiyanın və "Kontinental"ın. Bir qədər söhbət etdikdən sonra qiymətdə və keyfiyyətdə məni qane edəcək təkərləri seçirəm. Qiymətləşirik. Cavan oğlanla söhbətimizə qulaq asan sarışın orta yaşlı kişi gülərək mənə: - Məndən təkər alıbsan, səni tanıyıram, yaxşı oğlansan,-deyir. - Haradan tanıyırsan? - Bu adamı ilk dəfə gördüyümə əminəm. - Məndən təkər alıbsan da. Doğurdan tanımadın? Arifəm də... Qışın soyuq havasında onun bu yalanından sonra içimdə bir istilik tərpəşir. Hə, elə burdan başlayım deyə, söhbətə girişirəm. Adı Arif olan həmsöhbətimlə "Axar.az"ın oxucularını da maşın bazarına dəvət edirəm. - Amma mən səni birinci dəfədir görürəm. - Doğurdan tanımadın? Arifəm də... Kəlbəcərli Arif. Yadına gəlmir, hələ mənə kəlbəcərli dostların haqda da danışmışdın,- deyir və üzünü bayaq mənimlə qiymətləşən oğlana tutur,– 10 manat mənə görə qardaşa keçərsən. - Baş üstə, dayı! - Cavan oğlan deyir, ardınca da üzünü mənə tərəf çevirib gülümsəyərək əlavə edir: - Arif kişi mənim dayımdır. - Çox gözəl, deyirəm və təkərlərin balans edilməsini "tanışlığımızdan" istifadə edib onların boynuna qoyuram. - Eyb etməz,- deyir,- sənin kimi oğlana can qurban, – bunu da Arif deyir. Yüz faiz bilirəm ki, bu bir bazar hiyləsidir. Dirəniş göstərsəm, məni hansısa müştərisi ilə səhv saldığını deyəcək. Amma yox, deyəsən bu məni tanıyır axı? Nədən bildim? Bax, çay süzərək mənimlə məhrəm söhbət etməsindən: - Şamil kişini tanıyırdın da, hörmətli kişi idi. Bizə qohumluğu çatır. Sən gəl çay iç,– daxıldan iki karamel götürüb, qarşıma qoyur,- elə şeylər olur ki, adam mat qalır. - Hansı Şamil kişi? - dəqiqləşdirirəm. - Şamil Əsgərovu deyirəm, şair idi, oğlu zay çıxdı, atdı getdi PKK-ya qoşuldu... Şamil müəllimin qardaşının, qardaşı oğlunun adını çəkirəm. Söhbəti dəyişir. Hiss edirəm ki, tanımır. Yalan danışdığı qənaətimdə əminəm: - Mən səndən təkər almamışam. - Ola bilər, gələn dəfə gələndə yadına düşəcək ki, məndən təkər alıbsan. - Sən haradan bildin ki, mən rəhmətlik Şamil müəllimi, onun oğlanlarını tanıyıram? - Əşi, indi kimə kəlbəcərliyəm deyirsən, söhbətin axırı gəlib o kişinin üstünə çıxır. Mən Kəlbəcərin Milli kəndindənəm. Şamil müəllimgil isə Ağcakəndli idi. Müəllim adam idi, alim idi... Çayuvu iç... - Sən axı sualıma cavab vermədin... - Danışaram... Söhbətimiz uzun çəkir. Ta o vaxta qədər ki, Arif kişi yanında işlətdiyi oğlunun, qardaşı oğlunun, bacısı oğlunun bir-bir yaxınlaşıb, "müəllimin maşınında filan şey də dəyişsə yaxşıdır" deməsinə, mənim cavabımı gözləmədən "dəyişin", deməsinə qədər. "Deyəsən bu adam mənim cibimi tamam boşaldacaq",- fikirləşirəm. Amma dinmirəm, çünki yuxarıda demişdim axı, bəzi əyər-əskiliklər də düzəlməli idi... 1300, 400, 600... Dostlar sağ olsun - Arif kişi, vergi ilə aranız necədir? Ödəyirsiz? Ya çöldən-çölə yola salırsız? - Bizlik deyil. Vergini bazar özü ödəyir. Biz icarə haqqı ödəyirik ancaq. Bu yer üçün 1300 manat verirəm, anbara görə 400, "balansirovka" edilən "boks" üçün 600 manat. - Dolanışıq necədi? - Dostlar sağ olsun, darda qoymurlar. Kəlbəcəri yadıma sala bilmirəm Bir qədər söhbət edib ayağa dururam. Təkərləri dəyişən gənclərin yanına gedirəm. Mehriban uşaqlardı. İşlərinin öhdəsindən pis gəlmirlər. Sorğu-suala tuturam, hazırcavabdırlar. Vüqar adlı gənc: - Mən Arif kişinin oğluyam. Burda böyümüşəm. Dədəm iki yaşım olanda Kəlbəcəri düşmən əlində qoyub qaçan ordumuzun arxasınca düşüb gəlib ki, yolu azmasın. Bizi də götürüb gəlib Gəncəyə, oradan da Bakıya. Kəlbəcəri yadıma sala bilmirəm. Əsgərlikdə olmuşam, Qubada xidmət etmişəm. Dədəm dostları ilə söhbət edəndə deyir ki, gələcək nəsillər bunu belə qoymayacaq. Mən də dədəmə deyirəm ki, düz deyirsən, sizin nəsil, sizdən qabaqkı nəsil, necə elədi torpaqları verdi, məsuliyyəti qoydu gələcək nəslin boynuna, biz də eləcə, bizdən sonrakı nəsli yükləyəcəyik. Ənənəyə sadiq qalmaq lazımdı. Dədəmin əli o hündürlüyə çatmır - Vüqar, burda işləmək ürəyincədi? - Harada biz yoxuq, orada yaxşıdı. İqtisadiyyatı bitirmişəm. Test imtahanları verirəm iş üçün, keçə bilmirəm. Adamım yoxdu. Mənim adamım dədəmdi. Dədəmki təkər satmaqdı. Onun da o hündürlüyə əli çatmır. Elə bir şofer yoxdur ki, dədəm onun "dostu" olmasın. - Yaman mehriban danışırsız. - Kobud olsam, ikinci dəfə gələrsiz bura? Yox. Kobud olsam, əti acı olsam, demək, mən müştərimi qovuram da burdan,- gülümsəyərək deyir. - Bax, bunu üzündən zəhrimar yağır. Allah üzümüzə baxıb ki, subaydı. Yoxsa bu sir-sifət yiyəsinə qız verən adam intihar edərdi. İndi gəl, yığış yasa get də... Özgə deyil, əmim oğludur. Bütün Azərbaycan Bakıya yığışıb Əyləcin nasazlığını aradan qaldıran ustaya yaxınlaşıram. Adı Ramindi. Dolanışıqdan şikayəti yoxdur: - Ailəliyəm,- deyir.- Yasamalda kirayədə qalıram. Rayonda iş tapa bilmədim. Usta çox, maşın az. Bütün Azərbaycan Bakıya yığışıb. Mən də yığışıb gəldim. Çoxu da bir-birinə torba tikir Peraşki satan qadın yaxınlaşır. Hərəyə üç peraşki qoyub gedir. Ramin: - Yeyirsiz, sizin üçün də qoysun? – deyir.- Səhər tezdən belə edir. Biz də günorta ona yemək sifariş veririk. Pullarını onda veririk. Burda hamı bir-birini tanıyır və çoxu da bir-birinə torba tikir, müştərisini əlindən alır. Bax bu təkər satanları görürsiz, onlar yapışqan kimidir. İki kəlmə söhbət elə, kənarda qardaşın da təkər satsa xeyri yoxdur, bunlardan alacaqsan... İncimədin ki?.. İşlər tamam olur. Hesablaşmaq vaxtıdır. Arif kişiyə yaxınlaşıram. Qiyməti hesablayır. Ödəyirəm. - İncimədin ki.. - Yox. Etiraf edim ki, təmir, quraşdırma və yeni ehtiyat hissələrinin alınması üçün nəzərdə tutduğum məbləğdən aşağı ödədim. Düz deyir, növbəti dəfə doğurdan da Arif kişidən təkər aldığımı deyəcəyəm. O, əsil iş adamıdı... |
2014-02-05 | 8,253 | Zakir Həsənov türk generallarla görüşdü | Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Akademiyasının rəisini və "Roketsan" şirkətinin nümayəndə heyətini qəbul edib. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, fevralın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Akademiyasının rəisi briqada generalı Recep Sami Özatakı və "Roketsan" şirkətinin baş direktoru cənab Selçuk Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi-texniki əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib. General-polkovnik Zakir Həsənov regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyətindən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyini vurğulayıb. Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib. |
2014-02-05 | 8,254 | Ronaldoya güzəşt edilmədi - 3 oyunluq cəza | "Real"ın futbolçusu Kriştiano Ronaldo 3 oyunluq cəzalanıb. "Axar.az" xəbər verir ki, "Atletik" ilə oyunda qırmızı vərəqə alan futbolçuya güzəşt olunmayıb. Ronaldo "Villareal", "Elçe", "Xetafe" ilə oyunları buraxmalı olacaq. |
2014-02-05 | 8,255 | Ötən il insan alveri qurbаnlаrındаn 22 nəfər işlə təmin еdilib | 21 nəfər isə pеşə kursunа göndərilib Ötən il insan alveri cinayətləri törətdiklərinə görə 17 şəxs (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri qurbanı olaraq 56 nəfər (41-i qadın, 15-i kişi) müəyyən edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib. Məlumata görə, hesabat dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışa elan olunmuş 17 insan alverçisindən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Qurbanlardan 37 nəfəri (23 qadın, 14 kişi) təhlükəsiz sığınаcаğа yеrləşdirilib, onların müdаfiəsi və zəruri yаrdımlаrın göstərilməsi ilə bаğlı tədbirlər dаvаm еtdirilib. Sığınаcаğа yеrləşdirilmiş qurbаnlаrın hаmısınа tibbi, psiхоlоji yаrdımlаr göstərilib. Nаzirlər Kаbinеtinin müvаfiq qərаrınа əsаsən, insаn аlvеrindən zərər çəkmiş 50 qurbana rеintеqrаsiyа dövründə birdəfəlik müаvinətlər, 13 nəfərə isə insаn аlvеri qurbаnlаrınа Kömək Fоndundаn yаrdımlаr vеrilib. Qurbаnlаrdаn 22-si işlə təmin еdilib, 21-i isə pеşə kursunа göndərilib. |
2014-02-05 | 8,257 | Mənzil qiymətləri yenə də artacaq - Ekspert | Azərbaycan əhalisinin neçə faizinin mənzilə və ya mövcud mənzilindəki şəraitsizlik üzündən yeni mənzilə ehtiyacı olması rəsmi rəqəmlərdə göstərilmir. Lakin mövcud vəziyyətin acınacaqlı olması heç kimə sirr deyil. Bəlkə buna görə hökumət mənzilə təlabatın statistikasını açıqlamaqda maraqlı deyil. Lakin müşahidələrimiz, digər rəsmi statistik məlumatların təhlili və beynəlxalq müqayisələr göstərir ki, insanların, xüsusilə gənc və nisbətən cavan nəslin əksəriyyəti mənzilsizlikdən əziyyət çəkir. "MBA Group" konsaltinq şirkətinin hesablamalarına əsasən, 2013-cü ildə Bakının ilkin mənzil bazarında qiymətlər 28,9 faiz artıb. Əgər ötən ilin yanvar ayında ilkin bazarda mənzilin bir kvadratmetri orta hesabla 889 dollar idisə, dekabrda bu rəqəm 1146 dollara çatıb. Qiymətlər yenə də artacaq Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov "Axar.az"a açıqlamasında bahalaşmanı paytaxtda söküntü işlərinin genişlənməsi, eləcə də təklif portfelində ucuz mənzillərin payının tədricən azalması və nisbətən daha bahalı mənzillərin payının artması ilə bağladı. Ekspert ucuz mənzillərin sayının azalmasını tikinti şirkətlərinin belə mənzillərə üstünlük verməməsi ilə izah etdi. Bu isə bazarda belə tikililərin həcminin azalması ilə nəticələnib. Əvəzində elit mənzillərin inşası artıb ki, bununla problem daha da dərinləşib. Nəticədə alıcı kontingenti xeyli azalıb. Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında mövcud vəziyyət ən yaxın aylarda qiymətlərin sabitləşməsinə gətirib çıxara bilər. Onun fikrincə, 2014-cü il ərzində də qiymətlərin 6-8 faiz artacağı gözlənilir. Kimə nə qədər yaşayış sahəsi düşür? İctimai Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Rövşən Ağayev hazırda bir çox qeyri-rəsmi ödənişlərin mənzillərin qiymətlərinə təsir etdiyini bildirib: "Azərbaycanda həm adambaşına düşən mənzil sahəsi son dərəcə aşağıdır, həm də mənzillərin sayı azdır. Yəni, mənzil çatışmazlığı problemi kəskin hiss olunur. Belə şəraitdə son illərdə əhalinin hər 100 nəfərinə orta hesabla 20-22 kvadratmetr mənzil sahəsi düşür. Rəsmi məlumata görə, hazırda Azərbaycanda 1 nəfərə düşən yaşayış sahəsi təxminən 13 kvadratmetr, hətta şəhər yerlərində 11,5 kvadratmetr təşkli edir. İnkişaf etmiş ölkələrdə bu göstərici 30-60 kvadratmetr aralığında dəyişir. Bizdə əhalinin hər 1000 nəfərinə cəmi 180 mənzil düşdüyü halda, inkişaf etmiş ölkələrdə bu göstərici 450-600 intervalında dəyişir". Bir işə görə iki vergi ödənilir R.Ağayev mənzil çatışmazlığının səbəbini tikintinin inhisara alınması ilə izah edib. Onun sözlərinə görə, bu sahə yeganə sahədir ki, ikiqat dövriyyə vergisinə - həm sadələşdirilmiş vergiyə, həm də ƏDV-yə cəlb olunub: "Hakimiyyətə bağlılığı olmayan iş adamları üçün mənzil tikintisi şərtləri çox ağırdır. Şərtlərinn ağırlığı özünü torpaq sahəsi, tikintinin hər kvadratmetri üçün həddən artıq yüksək məbləğin tələb olunması mənzillərin baha satılmasına gətirib çıxarır. Evlər tikildikdən sonra onların dövlət qediyyatına alınmasında həddən artıq problemlər yaranır. Mənzillərin qiymətinin atrmasına tikinti materiallarının əsassız olaraq bahalığı da təsir edir". Mənzil tikintisi və satışı sahəsində vəziyyətin ağır olduğunu sadalanan faktlar da təsdiq edir. Vətəndaşlara kömək məqsədilə ortaya atılan ipoteka kreditləri də onların dadına çatmır. Görünən odur ki, bu sahədə ciddi islahatların aparılmasına, müəyyən proqramların həyata keçirilməsinə böyük ehtiyac var. |
2014-02-05 | 8,258 | Ziyankar insana təhsil verməyin nəticəsi – Professor sözü | Almaniyada bir məktəb direktoru hər tədris ilinin başlanğıcında müəllimlərinə bu məktubu göndərirmiş: "Mən ölüm düşərgəsindən sağ qurtulanlardan biriyəm. Gözlərim heç bir insanın görməməli olduğu şeyləri görüb. Yaxşı təhsil verilmiş və yetişdirilmiş mühəndislərin inşa etdiyi qaz otaqları, savadlı həkimlərin zəhərlədiyi uşaqlar, işini yaxşı bilən tibb bacılarının vurduğu iynələrlə ölən körpələr, məktəb və universitet məzunlarının öldürüb yandırdığı insanlar… Bu səbəbdən təhsilə şübhə duyuram. Sizlərdən istəyim budur. Hər şeydən əvvəl şagirdlərinizin insan olması üçün çalışın. Zəhmətinizin nəticəsi bilikli canavarlar və bacarıqlı psixlər olmasın. Oxuma, yazma, riyaziyyat uşaqlarınızın daha "çox insan" olmasına kömək edərsə, onda həqiqətən yararlı olar". Doğurdanmı savadlı insan kamil və xeyirxah olur, yoxsa etiket qaydalarına riayət etməyin, gözəl davranmaq və daha çox şey bilməyin insanın xarakter etibarilə daha yaxşı biri olması ilə heç bir bağlantısı yoxdur?! Ya insanın savadlı və nəzakətli olması onun heç də özünü və insani kimliyini bilməsi demək deyil. Bir siyasətçinin gözəl və bəlağətli danışması onun əvəzsiz siyasətçi olmadığını təsdiq etmədiyi, eynən əxlaqdan çox danışanın daha əxlaqlı olmadığı kimi… Bütün bunlara cavab almaq üçün "Axar.az" olaraq professor Əjdər Ağayevə müraciət etdik və aldığımız nəticələri sizinlə paylaşırıq. Əjdər Ağayev bildirdi ki, bunun çox geniş elmi bir şərhi var: "Amma mən sizə qısa şəkildə bildirim ki, savadlı olmaq heç də insanın yüksək əxlaqi keyfiyyətlərə nail olması deyil. İnsanın kimliyini müəyyən edən mənbələr var və bunlardan birincisi genetikadır. İnsanın sahib olduğu soyu, nəsli onun necə biri olmasını müəyyən etmək üçün ən qısa və etibarlı mənbədir. Əgər birinin hətta əsrlərlə bundan əvvəl genetikasında naxələflik varsa, ona heç təhsil vermək lazım deyil. Çünki ziyankar insana təhsil verərkən o ziyankarlığını beş dəfə artırar. Bu barədə çox sayda nümunələr və izahlar var. Bəhs etdiyimiz bu mənbəyə təbii imkanlar deyilir, yəni yaradılışdan gəlir hər şey… İkincisi, müvafiq mühitin yaradılmasıdı, bu da insan təbiətinin üzə çıxması və aşkarlanmasında böyük rola malikdir. Təhsil ancaq üçüncü amildir. Təhsil dünyagörüşü artırır, cəmiyyət və səviyyə haqqında məlumatlar verir. Bu zaman həm də qanunlar insanları tənzimləyir və onların naqisliyinin üzə çıxmasına o qədər də imkan yaranmır". |
2014-02-05 | 8,259 | Masallıda birmərtəbəli ev yandı | Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:07-də yanğınsöndürənlər tərəfindən söndürülüüb. Xəsarət alan yoxdur. |
2014-02-05 | 8,260 | Erməni nazir yenə Azərbaycanı hədələdi | "Belə hallarda bizim düşməni cəzalandırmaqdan başqa çarəmiz qalmır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə naziri Seyran Ohanyan çıxış edib. O, Ermənistan tərəfinə Azərbaycanın 20 yanvardan sonra daha çox təyziq etdiyini bildirib. "Azərbaycan tərəfi bizim tərəfimizdən alacağı cavabdan qorxurdu. Bizdə cavablarını verdik. Bundan sonra da belə olacaq. Belə hallarda bizim düşməni cəzalandırmaqdan başqa çarəmiz qalmır. Bu siyasətimiz də davam edəcək". S.Ohanyan həmçinin Azərbaycan tərəfinin cəbhənin təmas xəttində Ermənistana qarşı guya son günlər raketlər və pilotsuz təyyarələrdən istifadə etdiyini də qeyd edib. Qeyd edək ki, bir müddət öncə Seyran Ohanyan yenə eyni bəyanatla çıxış etmişdi. O, Azərbaycanı cəbhənin təmas xəttində vəziyyəti gərginləşdirməkdə günahlandırmışdı. |
2014-02-05 | 8,261 | Nazir Cəlilabadda vətəndaşları qəbul edəcək | Təhsil naziri Mikayıl Cabbarov Cəlilabadda vətəndaşları qəbul edəcək. "Axar.az" Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, fevralın 10-u saat 11:00-da nazir Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya "Elektron müraciət" bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər. |
2014-02-05 | 8,262 | Heydər Əsədov "Qətər Holdinq"in nümayəndələri ilə görüşüb | Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər Dövlətinin investisiya qurumu "Qətər Holdinq"in nümayəndələri ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyindən "Axar.az"a verilən məlumata görə, görüşün məqsədi holdinq tərəfindən Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu imkanlarının araşdırılması olub. H.Əsədov Azərbaycanla Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu nümayəndə heyətinin nəzərinə çatdırıb. Bu məqsədlə aqrar sektorda birgə tədqiqatların aparılması, ixrac imkanlarının araşdırılmasının vacibliyini bildirən nazir meyvə, tərəvəz, bostan məhsulları istehsalı və emalında, həmçinin süd emalında müştərək müəssisələrin yaradılması və ixracı imkanlarının müəyyən edilərək bu sahədə əməkdaşlığa daim dəstək verəcəyini bildirib. Holdinqin Biznesin inkişafı departamentinin rəis müavini Muhammed Al-Mosallam kənd təsərrüfatının Azərbaycan iqtisadiyatında mühüm yer tutduğunu, bu sahəyə investisiya qoyuluşunda maraqlı olduqlarnı qeyd edərək bu əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib. Əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün hər iki tərəfdən əlaqələndiricilər müəyyən olunub. Görüşdə Qətər Dövlətinin Azərbaycandakı səfiri Şeyx Mübarək bin Fəhd Əl-Tani də iştirak edib. |
2014-02-05 | 8,263 | Nazirliyin qaynar xəttinə 500-ə yaxın müraciət daxil olub | İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların operativ və vaxtında cavablandırılması məqsədilə yaradılmış 195-2 Telefon Məlumat Mərkəzinə yanvar ayında 500-ə yaxın müraciət daxil olub. "Axar.az"ın Nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib. Ümumilikdə isə, indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 23 min 500-dən çox müraciət edilib. Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür. Qeyd edək ki, ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan 195-2 Telefon Məlumat Mərkəzinə zəng etməklə Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir. |
2014-02-05 | 8,264 | İnternetin sürəti zəifləyib | İnternetin sürətini hesablayan Speedtest.net saytı Azərbaycanda son bir ayda İnternetin sürətinin 19% azaldığını qeyd edib. Hal-hazırda ölkəmizdə internetin sürətinin 4,29 meqa bit saniyə olduğu göstərilib. Bu göstəriciyə görə, reytinq cədvəlində Azərbaycan 131 -ci yerdə qərarlaşıb. Bu siyahıda, hətta Ermənistan ölkəmizdən 58 pillə öndədir. İlk baxışdan bu qəribə görünsə də, ekspert Osman Gündüz hesab edir ki, əslində bu reytinq həqiqəti əks etdirir. Elə o özü də xüsusi proqramla internetin sürətini ölçdü və məlum oldu ki, sürət deyildiyindən xeyli aşağıdır. Bu isə bir neçə amillə izah olunur. Son dövrlər ölkəmizə daxil olan trafikin həcmi artsa da, bu həcm artan təlabatı ödəyə bilmir. Amma sürətin artırılmasına imkan verməyən başqa səbəblər də var. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə ölkəmizdə internetin sürətinin azalması ilə razılaşmır və əksinə son zamanlar sürətin artdığını qeyd edir. Xatırladaq ki, internet həcmlərinin ötürülməsi üçün yüksək keyfiyyətli fiberoptik kabellərin çəkilməsi məqsədilə Dövlət Neft Fondu 400 milyon manat ayıracaq. Artıq bu vəsaitin bir hissəsinin istifadəsinə başlanıb (ANS). |
2014-02-05 | 8,265 | Ucarda ikiotaqlı ev yandı | Ucar rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Ucar rayonu, Qarabörk kəndində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-05 | 8,266 | Şirvanda dəhşətli yanğın: 1 ölü | Şirvanda 5 mərtəbəli yataqxananın birinci mərtəbəsində yanğın hadisəsi baş verib, nəticədə bir nəfər ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu gün saat 17:40 radələrində Şirvan şəhəri Xəqani küçəsində yerləşən yataqxanada yanğın hadisəsi baş verib. Yanğın nəticəsində həmin yataqxanada məskunlaşan Füzuli rayon sakini, 1927-ci il təvəllüdlü Həsənova Ruhiyyə Əziz qızı aldığı yanıq xəsarətlərindən və tüstüdən boğulmadan ölüb. Yanğın nəticəsində 20 kv. metrə qədər ərazi yanıb. Yanğına Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinin 2 avtoçəni cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğına yaşlı qadının alovla diqqətsiz davranışı səbəb olub. Faktla bağlı araşdırma aparılır. |
2014-02-05 | 8,267 | ABŞ Ukraynanı hədələdi | Əgər daxili-siyasi münaqişə güc yolu ilə həll edilərsə, ABŞ Ukraynaya iqtisadi və viza sanksiyaları tətbiq edə bilər. Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett "Qromadske TV"nin (İctimai Televiziya) efirində bildirib. Diplomat qeyd edib ki, Ukraynada demokratiya uduzarsa, iki tərəfli münasibətlər zərər görər. "Əgər birdən hansısa güc ssenarisi işə düşərsə, məsələn, fövqəladə vəziyyət elan edilərsə, yaxud Maydanı güclə təmizləməyə cəhd edilərsə, bu, bizim tərəfimizdən çox ciddi iqtisadi və viza sanksiyalarına gətirə bilər", - deyə Payett vurğulayıb. O həmçinin əlavə edib ki, "Avromaydan"da güc işlədilməsinə dəxli olanlara qarşı artıq ABŞ tərəfindən ünvanlı sanksiyalar tətbiq edilib. Payett qeyd edib ki, hadisənin gələcək inkişafı Ukrayna prezidenti Viktor Yanukoviçdən asılıdır. Ukraynada mitinqlər keçən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyada fasilə götürməsi səbəbindən başlayıb. Etirazçılar paytaxtda güc strukturları ilə toqquşub, müxalifətçilər isə bir neçə vilayət mərkəzini tutublar. Yanvarın 28-də isə hökumət istefaya gedib. (ANS) |
2014-02-05 | 8,268 | Şeyxin qardaşından Oqtay Əsədova şikayət | "Sədərək" ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşkür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadədən şikayət etməyə hazırlaşır. Sahibkarlardan bir qrupunun bildirdiyinə görə, C.Paşazadənin "Binə" və "Sədərək" ticarət mərkəzlərinin bağlanması ilə bağlı çıxışı narazılıqla qarşılanıb. Deputatın bu çıxışına etiraz olaraq sahibkarlar Milli Məclisin sədri Oqtay Əsədova müraciət edəcəklər. Müraciətdə deputatın fikirlərinə etiraz ifadə olunacaq və həmçinin məsələyə parlament rəhbərliyi səviyyəsində münasibət bildirilməsi tələb ediləcək. Sahibkarların fikrincə, C.Paşazadənin bu bəyanatla çıxış etməsi sahibkarların fəaliyyətinə əngəl yaradır. Qeyd edək ki, C.Paşazadə "Qafqazinfo"ya müsahibəsində "Bakı kimi bir şəhərdə, "Sədərək", "Binə" kimi bazarların qurulmasının əleyhinəyəm. Bu qadağa dövlət siyasəti olmalıdır. Hər gün 50 min insan toplaşan bir yerdən nə desən gözləmək olar. Bu bazarlar həm də Azərbaycanın iqtisadiyyatına zərər verir. Şəhərin yarısında tıxac yaradan həmin bazarlardır. Nə səhər, nə də ki axşam tərəfi Bakıya giriş-çıxış mümkün olmur". ("AzNews.az") |
2014-02-05 | 8,269 | Tibb Universitetinin 2 müəllimi dəm qazından boğuldu - Yeniləndi | Paytaxtın Hüseyn Cavid prospektində yerləşən binada 2 nəfər dəm qazından boğulub. Hər 2 şəxs hadisə nəticəsində ölüb. Bu barədə "Axar.az" Yasamal rayon polis idarəsinin əməkdaşları məlumat verdi. Məlumatda deyilir ki, dünyasını dəyişənlər ər-arvaddırlar. Hər ikisi Tibb Universitetinin müəllimidir. 21.45 Bu gün paytaxtın Hüseyn Cavid prospektində yerləşən binada zəhərlənən 2 nəfərin adları müəyyənləşib. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən məlumatına görə, həyatını itirən şəxslər 1939-cu il təvəllüdlü Xudaverdiyeva Həqiqət Mustafa qızı və 1940-cı il təvəllüdlü Babayev Nizami Ələkbər oğludur. |
2014-02-05 | 8,270 | Tələbələri narahat edən xəbərə nazirlikdən açıqlama | Tələbələr arasında yayılmış xəbərə əsasən bu ildən etibarən kəsiri olan tələbələr alt qruplarda oturmaq üçün əlavə ödəniş etməli olacaqlar. "Qafqazinfo" Təhsil Nazirliyinə xəbərin nə dərəcədə doğru olub olmaması ilə bağlı sorğu ünvanlayıb. Nazirliyin xəbərlə bağlı açıqlamasını təqdim edirik: Akademik borcu olan tələbələr movcud alt qruplarında dərslərini davam etdikləri halda ödəniş etməməlidir. Yeni qrup yarandıqda və ya yay məktəblərində tədris təşkil olunduğu halda ödəniş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 4.3.-cü bəndinə uyğun həyata keçirilir. Həmin bənddə qeyd olunur ki, "Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir". |
2014-02-05 | 8,271 | "Neft Daşları" yatağında yeni quyu qazılır | "Neft Daşları" yatağında yeni quyu qazılır. "Axar.az" ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən "Neft Daşları" yatağındakı 2585 nömrəli platformadan 2599 nömrəli quyunun qazma işlərinə başlanılıb. "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2450 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur. |
2014-02-05 | 8,272 | Vergi ödəyicilərində qanunvericiliyin pozulması faktları aşkar olunub | 2014-cü ilin yanvar ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4493 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Vergilər Nazirliyinin məbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, 2439 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 643 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 718 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. Operativ nəzarət tədbirləri zamanı 433 vergi ödəyicisi tərəfindən 640 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 194 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 68 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 298 ədəd mal olduğu aşkarlanıb. Aşkar edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb. |
2014-02-05 | 8,273 | Müəllimini öldürən şagirdin görüntüləri yayıldı - Video | Məktəbə basqın edərək müəllimini öldürən şagirdin cinayəti törətmə anından bir neçə dəqiqə öncəki görüntüləri yayılıb. "Axar.az" xəbər verir ki, bu görüntüləri "Lifenews.ru" saytı yayımlayıb. İzləmə kameralarına düşən şagirdin öz paltosu altında silahları necə daşıdığını müşahidə etmək mümkün olur. Ən maraqlı məqam isə onun bu hərəkətlərinə yanından keçən heç kimin diqqət etməməsidir. Qeyd edək ki, fevralın 3-də Moskva məktəblərindən birinə hücum edən şagird öz müəllimi, bir polis işçisini öldürməklə yanaşı, bir polisi də ağır yaralamış və öz yoldaşlarını bir saat girov saxlamışdı. |
2014-02-05 | 8,274 | Ərdoğan Rusiya lideri ilə görüşəcək | Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Soçidə keçiriləcək XXII Qış Olimpiya oyunlarının açılışında iştirak etmək üçün Rusiyaya gedəcək. "Axar.az" Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyə Baş nazirinin səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə, həmçinin Olimpiya Oyunlarının açılış mərasiminə qatılacaq bir sıra ölkələrin liderləri ilə görüşəcəyi gözlənilir. Qeyd edək ki, Baş nazirin səfəri fevralın 7-də reallaşacaq. |
2014-02-05 | 8,275 | İranda türk dilinin tədrisinə başlanılacaq | Prezidentinin müavini və müşaviri bu məsələdə bir-birinə qarşı çıxdı İran rejimi Azərbaycan türklərinin ölkə konstitusiyasının 15-ci maddəsinə istinadən ana dilində təhsil almaq hüququnu tanımamaqdan ötrü müxtəlif bəhanələrlə çıxış edir. Ancaq deyəsən, nəhayət, buzlar əriməkdə və 40 milyona yaxın soydaşımızın "Türk dilində mədrəsə olmalıdır hər kəsə!" hayqırtıları öz bəhrəsini verməkdədir. Belə ki, sonuncu dəfə prezident Həsən Ruhaninin daha bir müavini xanım İlham Əminzadə bu haqda danışıb və ümidverici fikirlər söyləyib. O, anayasanın 15-ci maddəsinin icra ediləcəyini bildirib. İ.Əminzadə, Əlborz vilayətində vəkillərin birinin 15-ci maddə barədə sorğusuna cavabında deyib ki, bu maddə ciddiyyətlə icra ediləcək. Sevindirici hal odur ki, İran rəsmisi bu barədə danışarkən saxta və soydaşlarımızı qəzəbləndirən "azəri" sözündən yox, "İran türkləri" ifadəsindən istifadə edib. Ancaq türk dilində təhsilə qarşı çıxanların sayı az deyil və onlar bu təşəbbüsü aqressivliklə qarşılamaqdadır. GunAZ.TV-nin xəbərinə görə, bu mövzuda əvvəllər səslənən fikirlərə bir çox İran rəsmiləri, mətbu orqanlar və bəzi millət vəkilləri etiraz edib, qeyri-fars millətlərinin dilində təhsili lazımsız sayıb, qurğu kimi qiymətləndiriblər. Dini və etnik azınlıqlar üzrə İran prezidentinin müşaviri Əli Yunisi ana dilində təhsili əhəmiyyətsiz məsələ kimi təqdim etməyə çalışıb. O, "Etimad" qəzetinə açıqlamasında deyib: "Bu tələb (ana dilində təhsil) bir intellektual və məhdud tələbdir. Bu ümumi bir istək deyil. Mən özüm də bu tələbi dəstəkləyirəm, lakin anlatmağa çalışıram ki, bu məsələ bir ümumi tələb deyil. Məsələn Təbriz, Kürdüstan və Bəlucistan əhalisinin əsas məsələsi bu deyil (?C.T.). Ona görə ki, onlar ana dilində danışır və milli dildə yazır və təhsil alır. Bu iki məsələni bir-birindən ayırmaq lazımdır: Birisi ana dildə tədris, birisi isə ana dilin tədris. Bu ikisi bir-biri ilə fərqlənir. Hazırda Təhsil Nazirliyi məktəblərdə ana dilin tədrisinə hazırlaşır. Hər kəs istəsə buyursun. Mən indidən deyə bilərəm ki, əgər könüllü xarakter daşıyarsa, tələbələrin sayı az olacaq. Ona görə ki, uşaqlar ana dillərini bilirlər və bir dərsliyin tədrisinə ehtiyacları yoxdur. Həmçinin hazırda bütün vilayətlərdə teleradionun proqramları əsasən ana dilindədir. Lakin rəsmi dil fars dilidir və heç nə bu dilə ziyan vurmamalıdır". Sözdə mədəniyyətşünas kimi tanınan Həsən Ənvəri də hökumət xəbər agentliklərinin birinə danışarkən deyib ki, "yerli dillərdə təhsil anayasada qeyd olunsa da, bu layihənin icrası İran millətinin məsləhətinə deyil". Fars şovinisti ardınca deyib: "Məncə bu iş, yaxşı iş deyil. Bu iranlıların birliyi, İran milləti və fars dilinə ziyanlıdır. Mən düşünürəm ki, belə bir qərar verilməməlidir. Ona görə ki, fars dili müxtəlif İran qövmlərinin vasitə dilidir və yerli dillərdə təhsil fars dilinə ziyan gətirər". |
2014-02-05 | 8,276 | Ermənilər Qərvəndi atəşə tutub | Ermənilər atəşkəsi yenidən pozub. Ermənilər Ağdamın işğal altındakı Şıxlar kəndindən Azərbaycan ordusunun üzbəüz mövqelərini və bu rayonun cəbhə xəttində yerləşən Orta Qərvənd kəndini atəşə tutub. İntensiv atışma 15 dəqiqə davam edib. Kənd əsasən avtomat və pulemyotlardan atəşə məruz qalıb. Həmçinin, qarşı tərəf işıqsaçan güllələrdən atəş açıb. Kənd sakinləri arasında ölən və ya yaralanan olmasa da, evlərin divarlarına güllə dəyib. Hazırda da təmas xəttində tək-tək silah səsləri eşidilir. (ANS) |
2014-02-05 | 8,277 | Erməniləri "olmayan ölkələr"in yarışına qatılır | 2014-cü ilin iyun ayında İsveçdə FİFA üzvü olmayan, özünü "ölkə" elan etmiş ərazilərin futbol yığmaları arasında çempionat keçiriləcək. "Axar.az" erməni mediasına istinadən məlumat verir ki, Ostersund şəhərinin ev sahibliyi etdiyi yarışmaya separatçı Dağlıq Qarabağ rejiminin komandası da qatılacaq. Birinciliyə Abxaziya (Gürcüstan), Kürdüstan (İraq), Zanzibar (Tanzaniya), Darfur (Sudan), Ellan Vannin (Böyük Britaniya), Kvebek (Kanada), Padaniya (İtaliya), Sapmi (Skandinaviya), Oksitaniya və digərləri dəvətlidir. |
2014-02-05 | 8,278 | “Arxamızda Moskva dayanır” - Berkutdan şok etiraf | Ukraynada mitinqlərin keçirildiyi küçələrdən birində aksiyaçılara qarşı güc tətbiq edən Berkut xüsusi təyinatlılarından birinin maraqlı etirafı kameralara yaxalanıb. O, aksiyaçılara üz tutaraq, "Arxamızda Moskva dayanıb" deyə, etiraflar edib. |
2014-02-05 | 8,279 | Suriyada 10 min uşaq münaqişənin qurbanı olub | Təqribən 3 il ərzində 10 mindən çox uşaq Suriyada münaqişənin qurbanı olub. Bu barədə BMT Təhlükəsizlik Şurasının regiondakı vəziyyətə dair yeni məruzəsində deyilir. 4 milyondan çox suriyalı uşaq isə öz evlərini tərk etməyə məcbur olub. BMT qeyd edir ki, uşaqların böyük əksəriyyəti qiyamçıların və hökumət qüvvələrinin ağır silahlardan atəş açması nəticəsində həlak olub. Məruzədə uşaqların zorlanması, yetkinlik yaşına çatmamış suriyalılara işgəncə verilməsi faktları da yer alıb. (Trend) |
2014-02-05 | 8,281 | Rafael Cəbrayılov Ombudsmanı tənqid etdi | Rafael Cəbrayılov Ombudsmanın öz hüququndan istifadə etmədiyini söyləyib. "Axar.az" xəbər verir ki, Milli Məclisin deputatı Rafael Cəbrayılov Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkili) səlahiyyətlərinin artırılması məsələsinə toxunub və onun öz hüquqlarından tam istifadə etmədiyini söyləyib. R.Cəbrayılov Ombudsmanımızın çox passiv olduğunu deyib: "Ombudsman heç bir dövlət orqanından icazə almadan, xəbərdarlıq etmədən istədiyi vaxt müvəqqəti saxlama kameralarına gedə və oraya baxış keçirə bilər. O baxış keçirməldir ki, orada saxlanılan insan qanuni saxlanılır, yoxsa yox? Amma təəssüf edirəm ki, Ombudsman belə reydlər aparmayıb. Heç bir mətbuat səhifəsində görməmişəm ki, Ombudsman gecə saat 1-də hansı kameranısa açdırıb, baxış keçirib". Milli Məclisinin deputatı Ombudsmana verilən bu hüququn çox dəyərli olduğunu, lakin bu hüququn tətbiq edilmədiyindən təəssüfünü dilə gətirib: "Əgər insan hüquqlarının pozulmasını şərti olaraq 100 sferaya ayırsaq, ilk 3-lüyə hüquq-mühafizə orqanlarında hüquq pozulmaları yer alar. Amma Ombudsman bu hüquqpozulmalarını yerində yoxlamır". Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. |
2014-02-05 | 8,282 | 12 yaşlı qız daş ağlayır - Video | Yəməndə 12 yaşlı qız hamını şoka salıb. Yəməndə yaşayan Saadiya Saleh adlı 12 yaşlı qızın ağlayarkən gözündən yaş yerinə daş tökülür. Bu barədə "Daily Mail" qəzeti xəbər verib. Həkimlər bu hadisəni izah etməkdə çətinlik çəkiblər. Bir neçə saat ərzində kiçik bir qutu içində Saadiyanın gözündən düşən daşları yığan həkimlər bu vəziyyətin kiçik qızın sağlamlığına bir zərər vermədiyini qeyd ediblər. Onu da qeyd edək ki, vəziyyətlə əlaqədar danışan yerli xalq isə kiçik qızın başına gələnin şeytanın işi olduğuna inanır (ANS). |
2014-02-05 | 8,283 | 3 yaşlı uşağın dəhşətli yolculuğu - Foto | Türkiyəyə yağan aramsız qar bir sıra faciələrə səbəb olub. Tükürpədici faciələr sırasında 3 yaşlı uşağın qızdırmadan dünyasını dəyişməsini qeyd etmək olar. Hadisə Türkiyənin Gülpınar bölgəsində baş verib. 3 yaşlı Muharrəm Taş anidən xəstələnib. Qızdırmadan əziyyət çəkən Muharrem üçün təcili yardım çağırılsa da, yolların qarla örtülməsi üzündən həkimlər ünvana gələ bilməyiblər. Atası yüksək temperatur altında oğlunu xəstəxanaya çatdırmaq üçün gecə saatlarında yola düzəlib. Muharrəmin ölümünə inanmayan ata onu kisəyə qoyub belində 16 kilometr yol qət edib. Taş ailəsi övladlarını həkim məsuliyyətsizliyi üzündən itirdiklərini və hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildirib ("Teleqraf.com"). |
2014-02-05 | 8,284 | Serj Sarkisyan həmsədrlərlə görüşdü - Foto | Ermənistan prezidenti Serj Sarkisyan bu gün İrəvanda ATƏT-in Minsk qurupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşiklə görüşüb. Görüşün gedişində ATƏT həmsədrləri Bakı görüşləri barədə təəssüratlarını danışıblar. Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün növbəti addımları müzakirə ediblər. (ANS) |
2014-02-05 | 8,285 | Qayalara çırpılan gəmi ikiyə bölündü - Slayd | İspaniyanın yük gəmisi Fransanın Bayonne limanında qayalara çırpılması nəticəsində ikiyə bölünüb. "Axar.az" xəbər verir ki, ən azı bir dənizçinin yaralandığı bu qorxunc qəzada gəminin yanacaq sızdırmasından ehtiyat edilir. Yerli nümayəndələr gəmidə 11 nəfərin olduğunu və hadisənin havanın həddindən artıq küləkli olması səbəbindən baş verdiyini bildirilir. Qəza zamanı gəmi boş olub. Gəmidə olanlar vertolyot vasitəsi ilə təxliyyə edilib. |
2014-02-05 | 8,286 | Qubada avtomobil çaya düşdü | Quba rayonunda minik avtomobili çaya düşüb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Quba rayonu, Qorxmazoba kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub. "Uaz" markalı minik avtomobili yolun buzlu olması səbəbindən çaya düşüb. Nəticədə, avtomobilin sürücüsü və iki sərnişin köməksiz vəziyyətdə qalıb. Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən vətəndaşların təhlükəsiz əraziyə çıxmalarına şərait yaradılıb. |
2014-02-05 | 8,287 | Türkmənistanda ilk metro | Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədov Aşqabadda metro tikintisi üçün imkanların öyrənilməsinə göstəriş verib. "Axar.az" xəbər verir ki, "İnterfaks" agentliyinin verdiyi məlumata görə, o, bu sahədə təcrübəyə malik olan Ukraynanın "İnterbudmontaj" şirkətinə müraciət edib. Şirkətin idarə heyətinin sədri V.Petruk yerli televiziyaya müsahibəsində bildirib ki, tikinti ilə bağlı məsələ ən peşəkar mütəxəssislər tərəfindən aparılacaq. Qeyd olunur ki, rəsmi Aşqabad bir neçə dəfə metro tikintisi istiqamətində istəyini bildirsə də, məsələ hələ də həllini tapmayıb. Xatırladaq ki, ötən ilin statistikasına əsasən, Aşqabadın əhalisi 700 min nəfərdir. Şəhərdə ictimai nəqliyyat vasitəsi kimi, avtobuslardan istifadə olunur. |
2014-02-06 | 8,288 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi yerlərdə az qar yağacağı, səhər tədricən kəsiləcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 2-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 06-da hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 20-22, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. |
2014-02-06 | 8,289 | Rza Zərrab barədə yeni iddia | Türkiyədə "Böyük rüşvət" əməliyyatı çərçivəsində saxlanılan iş adamı Rza Zərrab haqqında yeni bir iddia ortaya çıxıb. Məlumata görə, 17 dekabr "Böyük rüşvət" əməliyyatı çərçivəsində saxlanılan iş adamı Rza Zərrabın saxlanılmadan bir həftə əvvəl sürücülük vəsiqəsini dəyişdirdiyi məlum olub. Bunun üçün Rza Zərrabın mühafizəçilərilə birlikdə təhlükəsizlik müdirliyi binasına gəldiyi iddia edilir. Orada Rza Zərrabın işini həyata keçirməkdə kömək edən vəzifəli bir şəxsin də 17 dekabr əməliyyatından dərhal sonra vəzifəsindən uzaqlaşdırıldığı deyilir. İddiaya görə, şöbə müdirliyində İran sürücülük vəsiqəsini Türkiyə sürücülük vəsiqəsi ilə əvəz etmək üçün lazımlı prosedurların yerinə yetirilməsini gözləyən Rza Zərrabın təxminən bir saat sonra binadan çıxdığı bildirilib. ("AzNews.az") |
2014-02-06 | 8,290 | Məşhur müğənnin qızından şıdırğı rəqs - Video | Təranə Qumralın böyük qızı Qumral öz rəqsləri ilə diqqət mərkəzində olub. Bacısının toyunda rəqs etməkdən doymayan Qumralın vieo görüntülərini izləyə bilərsiniz ("Publika.az"). |
2014-02-06 | 8,291 | Ən möhtəşəm stadionlar - Siyahı/Video | Dünyada inşası tamamlanmayan 5 ən möhtəşəm stadion müəyyən edilib. İlk 5-likdə Bakıda inşa olunan "Olimpiya" stadionu da yer alıb. Həmin stadionları təqdim edirik. 1. "Otkritie Arena" (Rusiya, Moskva) Tamaşaçı tutumu: 44 000 Tikinti tarixi: 2014-cü il 2. "Singapore Sports Hub" (Sinqapur) Tamaşaçı tutumu: 55 000 Tikinti tarixi: 2014-cü il 3. "VEB-Arena" (Rusiya, Moskva) Tamaşaçı tutumu: 30 000 Tikinti tarixi: 2015-ci il 4. "Olimpiya" stadionu (Azərbaycan, Bakı) Tamaşaçı tutumu: 68 000 Tikinti tarixi: 2015-ci il 5. "Stad Bordo Atlantik" (Fransa, Bordo) Tamaşaçı tutumu: 43 000 Tikinti tarixi: 2015-ci il |
2014-02-06 | 8,292 | Meğrinin Azərbaycana verilməsi Ermənistanda müzakirə edildi | Ermənistanda Meğrinin Azərbaycana verilməsi məsələsi müzakirə edilir. Məsələ Ermənistan müdafiə naziri Seyran Ohanyanın "Erməni qartalları" ictimai təşkilatının üzvləri ilə görüşündə də gündəmə gəlib. Təşkilat üzvləri Seyran Ohanyana bu barədə sual veriblər. Ohanyan isə Ermənistan rəhbərliyinin belə bir planının olmadığını vurğulayıb: "Meğrinin hansısa başqa ərazinin əvəzində Azərbaycana verilməsi ilə bağlı plan olmayıb və ola bilməz". Amma bununla yanaşı Seyran Ohanyan cəmiyyətdə yayılmış söhbətlərdən xəbərdar olduğunu da bildirib, lakin Ermənistan ordusunun buna heç bir vəchlə razı olmayacağını söyləyib: "Ermənistanın silahlı qüvvələri torpağımızın hər qarışını müdafiə edir. Belə proqram heç zaman olmayıb və ola bilməz". Xatırladaq ki, qədim Azərbaycan torpağı olan və 1923-cü ildə Sovetlər tərəfindən Ermənistana verilən Meğri və Qafanın Dağlıq Qarabağ münaqişəsində dəyişmə imkanları bir dəfə də müzakirəyə çıxarılıb. 1990-cı illərin əvvəlində Amerikalı siyasətçi Pol Qobl Azərbaycanla Ermənistan arasında müharibə təhlükəsini aradan qaldırmaq üçün Dağlıq Qarabağın ermənilər yaşayan 4 rayonunun əvəzinə Azərbaycanı anklavı olan Naxçıvanla birləşdirən Meğri və Qafan rayonlarını Azərbaycana verməyi təklif etmişdi. Məsələyə o vaxtı Ermənistan rəhbərliyi razılıq da vermişdi. Lakin kənar güclərin təkidi ilə ermənilər bu fikirdən daşınmışdılar. (ANS) |
2014-02-06 | 8,293 | Ötən il əcnəbilərlə 2780 nikah bağlanılıb | Əcnəbilərlə bağlanılan nikahların sayı artıb. İlk baxışdan bunu problem kimi qəbul edənlər və yaxud normal hal kimi dəyərləndirənlər tapıldı. Bu cür fikir ayrılığının səbəbləri var. Çünki kimi müasir dünyada yaşayaraq hər şeyə yeni baxışlarla baxır, kimi də köhnə fikirlərə üstünlük verərək azərbaycanlı hara, əcnəbi ilə nikah hara deyir. Çox yox, 10 il əvvəl çox az hallarda azərbaycanlı oğlanlarla başqa millətlərdən olan qızların nikahı qeydə alınır, qızlarımız isə ümumiyyətlə beynəlmiləl ailə qurmaqdan çəkinirdi. Amma indi vəziyyət fərqlidir. Rəsmi statistika göstərir ki, son illər azərbaycanlilarla əcnəbilər arasında bağlanılan nikahların sayı xeyli artıb. 2013-cü ildə 2688 nikah əcnəbi vətəndaşlarla bağlanılıb. Keçən il 86594 nikah qeydə alınıb ki, bunlardan da 2780-i əcnəbilərlə olub. Əcnəbi nikaha isti münasibət bəsləyən müasir azərbaycanlı qızlar sevib-sevdiyi oğlanların dili, dini, irqinə fərq qoymadıqlarını deyir. Yəni atalar demiş, "könül sevən göyçək olar". Əcnəbilərə ərə gedən azərbaycanlı xanımlar daha çox türklərlə izdivaca üstünlük verirlər. Baş məsləhətçi, Aynur Veysəlli: "Daha sonrakı yerləri İran vətəndaşları tutur. Amma son dövrlərdə daha çox Avropa ölkələrinə də üstünlük verirlər. Bu bir növ həmin şəxslərin xarici ölkələrə gedib qalmaları ilə əlaqədardır". Sosioloqlar isə belə hesab edir ki, əcnəbilərlə nikah dövrün tələbi, həm iqtisadi problemlər, həm də psixoloji amillərlə bağlıdır. Son 10 ildə mülki vətəndaşlar arasında əlaqələrin genişləndirilməsi və beynəlxalq aləmə inteqrasiya bu cür nikahların sayının artmasına səbəb olub. Bunun həm mənfi, həmdə müsbət tərəfləri var. Mənfi xüsusiyyətlərindən biri odur ki, milli mentalitetin min illər boyu hifz edə bildiyi özünəməxsus adət-ənənələrimizin yavaş-yavaş dəyişikliyə uğramasına gətirib çıxarır. Sonda onu demək istərdik ki, keçən il əcnəbilərlə bağlanan 2780 nikahdan 211-i pozulub. Bu haqda fikirləşməyə dəyər. Deməli gənclər, ya bir-birləri ilə dil tapa bilmir, ya sona kimi bir-birini başa düşmür, ya da planlı şəkildə qurulan ailə çox çəkmir. Bəlkə fikirləşək? Kiminlə ailə qurmağımızdan asılı olmayaraq papağımızı qabağımıza qoyub 100 ölçüb 1 biçək. (ANS) |
2014-02-06 | 8,294 | Kutsinin yeni peşəsi bəlli oldu | Kutsinin yeni peşəsi bəlli olub. "Axar.az" xəbər verir ki, Kutsi ifaçılıqdan, aktyorluqdan başqa həm də fotoqrafiya ilə maraqlanır. O 1000-ə yaxın fotonun bəlli bir qisminə sərgi təşkil etmək fikrindədir. Həmin sərgidə şəkillərin satılmasını nəzərdə tutub. Sənətçi oradan əldə olunacaq gəlirin küçə uşaqlarına bağışlayacağını da bəyan edib. |
2014-02-06 | 8,295 | İlham Əliyev məmurlara xəbərdarlıq etdi | "Əminəm ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl nəticələr verəcəkdir. Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi iradəmizdir. Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar". Bunu prezident İlham Əliyev regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda deyib. Dövlət başçısının sözlərinə görə, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir: "Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin". "Biz güclü dövlət qurmuşuq. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Təsadüfi deyildir ki, BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən dünya birliyinin böyük əksəriyyəti bizim namizədliyimizi dəstəkləmişdir -155 ölkə, dünya birliyinin üçdə iki hissəsi. Biz güclü iqtisadiyyat qurmuşuq. Qısa müddət ərzində rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə qalxmışıq. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır və bu, rekord göstəricidir, analoqu olmayan inkişafdır. Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi. Bütün bu amillər ola-ola biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır". |
2014-02-06 | 8,296 | Gənc bloqçu çevriliş edəcəyini deyir – Video | Son zamanlar məşhurlaşan videobolqqer Aynur Hüseynovanın "Azərbaycanlı qızlar oğlanla görüşə belə hazırlaşır" adlı videosu sosial şəbəkələrdə qızğın müzakirə obyektinə çevrildi". Elə buna görə də onunla söhbətləşmək qərarına gəldik. Aynur Hüseynovanın "Axar.az"a müsahibəsi: - Fərqli obrazda videobloqqerlik edirsən. Bunu necə kəşf etdin? - Bu istedadı özümdə uşaqlıqdan kəşf etmişəm. 8-ci sinifdən teatrda oynayıram. Təhsil aldığım Slavyan universitetinin Dramstudiya "Sfera" teatrında 7 il oynamışam. İlk video "instaqram"dan başladı. Hamının bəyəndiyini görüb, mütəmadi video çəkməyə başladım. - Yəqin ki, bu işə hobbi kimi baxırsan, bəs gələcəyini necə qiymətləndirirsən? - Bəli, hal-hazırda hobbidir. Bəlkə də yaxın gələcəkdə peşəkar şəkildə məşğul oldum. Onu deyim ki, hobbim artıq bir çoxlarının maraq dairəsinə çevrilib. Bu videobloqqer sferası Azərbaycanda o qədər də tanınmır, amma buna dair dəyişikliklər, daha doğrusu, çevriliş edəcəm... Və bu tip video çəkənlərin sayı getdikcə çoxalacaq. Əminəm. - Sonuncu videodan sonra təriflə bərabər, tənqid hədəfinə də tuş gəldin. Təqlidin bir çoxlarında qəzəb oyatdı. Bəlkə özün də beləsən - qlamur, rusdilli və bir az da antimilli? - Mən özümü qlamur biri saymıram. Qlamur qız heç vaxt ev paltarında, üzünə mayonez sürtüb, maska ilə 10000-in qabağına video çıxartmazdı. Amma mən bunu etdim. Hər geyimin öz yeri var. Mən qlamur geyimdə ola bilərəm, xasiyyətcə deyil. Antimilli ola bilərəm bəlkə də. Çünki başqa düşüncəyə malikəm. Bir çoxlarından fərqlənirəm. Rusdilli olmağım isə, baxçanı, məktəbi, universiteti rus dilində bitirmişəm. Amma buna baxmayaraq, səlis danışıram, yazıram. Demək olar ki, bütün statuslarım doğma dildədir. Bu da mənim dilimizə olan hörməti göstərir. Amma dil seçimi azad olduğu üçün digər dillərdən də istifadə edə bilərəm. - Deyirsən, antimilli ola bilərəm. Bizdə bu anlayış bir az fərqlidir. 23 yaşlı antimilli xanım demokratiyanı necə dərk edir? - Demokratiyanı hər kəs tələb edir, amma başa düşmürlər ki, digərlərinin haqlarını tapdalayırlar. Çəkdiyim videoya söyüş və ya təhqiramiz şərhlər yazanlar niyə demokratiyanı düşünmürlər? İrad, tənqid əvəzinə təhqir edirlər. Amma yuxarılardan azadlıq istəyirlər. Özləri buna heç hazır da deyillər. Çox qəliz məsələdir. - Videolardan sonra məşhurlaşdın. Bu, sosial şəbəkədə və gündəlik həyatında sənə problem yaratmır ki? - Problem deməzdim. Bu qədər diqqətdən yoruluram. Qızlı, oğlanlı hamısı dost, tanış olmaq istəryirlər. Hardasa xoşdur, amma yoruluram. Onlar çoxdur, mən isə tək. - Nə əcəb serial rejissorlarımız hələ səni görməyiblər? - Niyə ki? Çox təklif gəlib. Hamsını rədd etmişəm. Maraqlı deyillər mənim üçün. Nəsə ürək açan təklif olsa, qəbul edərəm. - Fərqli obrazlarda yaratdığın gəncliyi necə görürsən? - Təbii ki, fərqli. Gənclər cavan görsənməlidir. Bizim gənclər mümükün qədər özlərini vaxtından tez böyüdürlər. Guya inetellektualdırlar, böyük-böyük danışırlar, hərəsinə 28-30 yaş vermək olar. Hanı enerji? Hanı gülüş? Çox heyifslənirəm. Videomun altında yazırlar ki, "bu qız bekardı". Elə bil 40 yaşları var, həyatlarını artıq yaşayıb bitiriblər. |
2014-02-06 | 8,297 | Dünyanın ən böyük televizoru - Foto | "Samsung" şirkəti 2013-cü ilin əvvəlindən başlayaraq dünyanın ən böyük televizorunu istehsal etməyə başlayıb. İstehsal edilən televizorun ölçüsü 2.6 x 1.8 metrdir. Hələlik isə bu televizorları Çin, Yaxın Şərq, Avropa və Cənubi Koreyada almaq mümkündür. Dünyanın ən böyük televizorunun kütləvi istehsalına bu ildən başlanılacağı gözlənilir. Satış qiyməti 150 min dollar olan televizorun adi insanlar tərəfindən alınması real görünmür. (ANS) |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.