date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-07
8,400
Suraxanıda bina yandı
Bu gecə 3 yanğın hadisəsi baş verib. Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan dülgər sexinin qurutma otağının tavanı və çardağı 10 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Suraxanı rayonunda daha bir yanğın hadisəsi olub. Ümumi sahəsi 200 kv.m olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.
2014-02-07
8,401
Bu gün XXII Qış Olimpiya oyunlarının açılışı olacaq
Bu gün Bakı vaxtilə saat 20.14-də Soçidə "Fişt" stadionunda XXII Qış Olimpiya oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Stadionun tribunalarında 40 min tamaşaçının olacağı gözlənilir, televiziya yayımını isə 3 milyarddan çox tamaşaçı izləyə biləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında Soçiyə 60-dək dövlət rəhbərinin səfər edəcəyini, tək açılış mərasimində isə 44 dövlət başçısının iştirak edəcəyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfərə gediblər. Soçidə keçiriləcək qış olimpiya oyunlarında 15 idman növü üzrə 98 medal dəsti uğrunda mübarizə aparılacaq. Olimpiya oyunlarının bağlanma mərasimi fevralın 23-də baş tutacaq. Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq (Anspress).
2014-02-07
8,402
Qadın sürücü qırmızı işıqda keçib qəza törətdi - Fotolar
Bakıda Sәmәd Vurğun vә Bakıxanov küçәlәrinin kәsişmәsindә yol qәzası baş verib. "Axar.az" APA-ya istinadən məlumat verir ki, 1994-cü il tәvәllüdlü Süleymanov Ağasәlim Ağacavad oğlunun idarə etdiyi "Hyundai Accent" markalı avtomobil vә 1988-ci il tәvәllüdlü Hüseynova Turan Akif qızının idarə etdiyi "Kia" markalı avtomaşın toqquşub. Məlumata görə, qəzaya "Kia"nın işıqforun qırmızı işığına məhəl qoymadan hərəkəti davam etdirməsi səbəb olub.
2014-02-07
8,403
Paytaxtda "Nissan" yandı
Bu səhər Bakıda daha bir yanğın baş verib. Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-07
8,404
Bakının mərkəzində “Jeep” aşıb
Ötən gecə Bakının Nəsimi rayonu ərazisində sürücünün diqqətsizliyi qəzaya səbəb olub. Nəsimi rayonu Ceyhun Hacıbəyov küçəsində baş verən hadisə zamanı "Jeep" maraklı nəqliyyat vasitəsi yol kənarındakı səkiyə çırpılıb. Bundan sonra sürücünün idarəetməsindən çıxan avtomobil bir neçə dəfə dövrə vuraraq arxası üstə çevrilərək yolun hərəkət hissəsinə aşıb. Avtomobilin normal vəziyyətə gətirmək üçün əraziyə qaldırıcı kran cəlb olunub. Hadisə zamanı xoşbəxtlikdən tələfat faktı qeydə alınmasa da, minik maşınına böyük məbləğdə maddi ziyan dəyib. Qəzaya səbəb kimi ilkin olaraq sürücünün sürət həddini aşması və elə də dönmə əməliyyatını düzgün icra etməməsi göstərilir. Qəzanın təfərrüatlarını isə Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin müvafiq bölməsi araşdırır (Anspress).
2014-02-07
8,405
Sənədsiz miqrantlar ölkədən çıxarılır
Rusiya bir tərəfdən Soçi Olimpiya Oyunlarına start verməyə hazırlaşırkən digər yandan da ölkədə təhlükəsizlik tədbirlərini artırır. Bu tədbirlərdən ən çox zərər görənlər isə yenə də çörək pulu qazanmağ üçün bu ölkəyə üz tutmuş migrantlardır. Federal Migratsiya Xidməti əməkdaşları tərəfindən Moskvada inşaat obyektinlərindən birində keçirilən reyd nəticəsində burda çalışan miqrantların heç birinin sənədlərinin qaydasında olmadığı aşkarlanıb. Bəzi miqrantlar yoxlama olduğunu görüncə çarəni qaçmaqda görüblər, qaça bilməyənlər isə saxlanılıb. "Bu günkü yoxlamada 9 xarici vətəndaş aşkarladıq. Bunlardan heç birinin sənədləri qaydasında deyildi. Ona görə onların hamısını şöbəyə aparacağıq. Daha sonra mərkəzi sistemdə bu insanlar bir-bir yoxlanılacaq. Əgər həqiqətən qanunları pozduqları isbat edilsə deportasiya edilmələri üçün məhkəməyə veriləcəklər" - deyə Federal Miqrasiya Xidməti əməkdaşı Aleksnadr Lisitski bildirib. Saxlanan miqrantlar arasında azərbaycanlı yoxdu. İnşaat obyektində qeyri-qanuni çalışanların hamısı Özbəkistandan gələnlərdir. Rusiyalı insan hüquqları müdafiəçisi Aleksandr Brod isə miqrantların qanuni və sosyal haqlarının kobud şəkildə pozulduğunu deyib. Qeyd edək ki, 10 milyondan çox xarici ölkə vətəndaşının yaşadığı Rusiyada sadəcə 1.5 milyon miqrantın işləmək üçüm rəsmi icazəsi var (Anspress).
2014-02-07
8,406
Rasim Balayev: Mən Rüstəm İbrahimbəyovu siyasətçi kimi tanımıram
Fevralın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, Milli Şuranın yaradıcısı və ilk sədri Rüstəm İbrahimbəyovun 75 yaşı tamam oldu. Vaxtilə dramaturqun yaxın dostu, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuş Rasim Balayevin R.İbrahimbəyovu yubileyi münasibətilə təbrik edib-etmədiyi ilə maraqlandıq. - Rasim bəy, iki gün öncə görkəmli yazıçı və dramaturq Rüstəm İbrahimbəyovun 75 yaşı tamam oldu. Onu 75 illik yubileyi münasibətilə təbrik etdinizmi? - Bir müddətdir ki, onunla heç bir əlaqəm yoxdur. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən istefa verəndən sonra onunla görüşməmişəm. Həm də telefon nömrəsini də dəyişib. Ona görə də ona zəng edib heç bir əlaqə saxlaya bilmədim. - Rüstəm İbrahimbəyovun 3 ilə yaxındır siyasətlə məşğul olmasını necə dəyərləndirirsiniz? - Mən şəxsən çox pis baxıram Rüstəm İbrahimbəyovun siyasətlə məşğul olmasına. Çünki o, siyasətçi deyil, gərək öz sənəti ilə məşğul olaydı. Rüstəm böyük dramaturqdur, böyük ədəbiyyat xadimidir. Siyasətə nahaq girişdi. - Amma bir fakt var - Rüstəm İbrahimbəyov ölkədə baş verən haqsızlığa qarşı çıxırdı, yəni o, bir vətəndaş olaraq mövqe qoydu ortaya. - Bunu siz də deyirsiniz, ondan sonra hamı deyir. Ona haqsızlıq olunmamışdı axı. - Şərt deyil ki, ona haqsızlıq olunub, ya yox. Bəs ölkəsinin haqqı tapdalanan digər vətəndaşlarının haqları uğrunda mübarizə aparmamalıydı? - Nə bilim, vallah. Mən şəxsən Rüstəm İbrahimbəyovu siyasətçi kimi tanımıram. Rüstəm İbrahimbəyov böyük dramaturq-yazıçıdır (musavat).
2014-02-07
8,407
Bu gün Milli Qəhrəmanımızın doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin. 2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin. "Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040 nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır: Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.
2014-02-07
8,408
Saxtakarlıqda ittiham olunan keçmiş rektordan açıqlama
Gəncə Dövlət Universitetinin (GDU) keçmiş rektoru, filologiya elmləri doktoru, professor Yadigar Əliyev Gəncə Dövlət Universitetindən Rüfət Şərifov adlı məzuna verilmiş saxta diplomu onun imzaladığı barədə bir sıra KİV-lərin yaydığı məlumatı təkzib edib. Yadigar Sadıqov bununla bağlı modern.az-a verdiyi açıqlamada bildirib: "ANS TV-də və muxtəlif kütləvi informasiya vasitələrində həmin saxta diplomla bağlı dəqiqləşdirilməmiş məlumata görə təəssüflənir və bildirirəm ki, mən 2013-cü il fevral ayından möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə Gəncə Dövlət Universitetinə rektor təyin edilmişəm. 2009-cu ildə Rüfət Şərifova verilmiş "diplomda" 2013-cü ildə vəzifəyə təyin edilmiş rektorun - yəni mənim imzamın ola bilməsi isə gülünc, yalan və iftiradır". Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin bir neçə gün öncə yaydığı məlumata görə, Gəncə Dövlət Universitetindən Rüfət Şərifovun adına verilmiş diplomun saxta olması barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Araşdırma zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Rüfət Şərifovun birinci ali təhsili haqqında 2009-cu ildə Gəncə Dövlət Universitetini bitirməsinə dair diplomunun dövlət nümunəli olmadığı, o cümlədən Bakı şəhər sakini Nərgiz Məmmədovanın 2007-ci ildə R.Şərifovun Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirilməsi adı altında sonuncunun anasından 23 min manat məbləğində pul almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
2014-02-07
8,409
"Maydan"ı ABŞ-ın yönəltdiyi sübut olundu – Video
ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Viktoriya Nuland ilə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payetin telefon danışığı youtube-də yerləşdirilib. Danışıqdan bəlli olur ki, Ukraynadakı etirazlar Amerikadan idarə olunur, müxalifətin əsas fiqurlarını da amerikalı diplomatlar yönəldirlər. Məsələn, Nuland deyir ki, gərək Kliçki hökumətdə vəzifəyə getməsin, bu işə Yasenyuk daha yaxşı yarayır ("Azvision.az"). Bundan başqa, xanım Nulandın Avropa Birliyinin ünvanına işlətdiyi söyüş - "Fuck the EU" da diqqət çəkir. Amerikalı diplomatların verdiyi açıqlamaya görə, söhbətin yazılıb "yutub"da qoyulmasında Rusiya kəşfiyyatının əli var. Hazırda Viktoriya Nuland iki günlük səfərlə Kiyevdədir.
2014-02-07
8,410
Nazarbayev Qazaxıstanı "Qazax eli"nə çevirəcək
Prezident Nursultan Nazarbayev Qazaxıstanın rəsmi adı ilə bağlı fikrini açıqlayıb. Bu barədə Qazaxıstan Prezidentinin rəsmi saytında bildirilib ( Trend ). Nursultan Nazrbayev Atıraudakı İntellektual Məktəbə baş çəkərkən deyib: "Ölkəmziin adında Mərkəzi Asiyanın digər dövlətlərində olduğu kimi, "stan" sonluğu var. Ölkəmizin adının dəyişdirilərək "Qazax eli" adlandırılması məsələsinə baxmaq olar, amma mütləq əvvəlcə bunu xalqla müzakirə etmək lazımdır". Dövlət başçısı iclasda qeyd edib ki, ölkənin birliyini və tolerantlığını qoruyub saxlamaqla qarşıya qoyulan bütün məqsədlərə nail olmaq mümkündür: "Bizim üstünlüyümüz çoxmillətli xalqın müxtəlifliyidir".
2014-02-07
8,411
Azərbaycanlı yazar Türkiyədən qovuldu - bir tvitə görə/Foto
Azərbaycanlı jurnalist Türkiyədən deportasiya edildi. Türkiyədə yaşayan azərbaycanlı jurnalist ölkədən qovuldu. "Axar.az" xəbər verir ki, Türkiyədə hazırda internetə qadağaların qoyulmasının müzakirə edildiyi bir vaxtda dünən skandal hadisə yaşanıb. Türkiyə hökuməti "Today’s Zaman" qəzetinin müxbiri və köşə yazarı kimi çalışan azərbaycanlı jurnalist Mahir Zeynalovu "Twitter"də paylaşdığı tvitə görə ölkədən deportasiya etmək qərarı alıb. M.Zeynalov tvitində baş nazir Rəcəb Tayyib Ədoğanı tənqid edib: "Türk hakimlər polisə "Əl Qaidə" ilə əlaqəsi olanları həbs etməyi əmr etdi. Ərdoğanın təyin etdiyi polis rəisləri isə bu əmrə tabe olmadı" – deyə, tvit yazıb. Bundan sonra Türkiyənin Daxili İşlər Nazirliyi Mahir Zeynalovun deportasiya edilməsi və nəticənin nazirliyə bildirilməsini istəyib. Qeyd edək ki, M.Zeynalov 5 ildir Türkiyədə işləyir. O, 15 ay öncə Türkiyə vətəndaşı ilə ailə qurub.
2014-02-07
8,412
Əsgərimiz şəhid olub
Düşmənin cəbhə bölgəsində təxribatları davam edir. Fevralın 6-da saat 18.40-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Quliyev Eşqin Firəddin oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
2014-02-07
8,413
Sutka ərzində 40 atəşkəs pozuntusu - Rəsmi
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcavan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-07
8,414
Dünyanın Şövkət Ələkbərovasız 21-ci ili - Video
Bu gün Azərbaycanın unudulmaz səsi, Xalq artisti Şövkət Ələkbərovanın ölümündən 21 il ötür. Xalq artisti Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti vəzifəsində işləyib. Azərbaycanı SSR-in bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla təmsil edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Onun ifa etdiyi mahnıları bu gün də hər kəs sevə-sevə dinləyir.
2014-02-07
8,415
Vaqif Səmədoğlu: "Allah, nə var, nə yox?"
Vaqif Səmədoğlunun Feysbukda paylaşdığı son şeiri: Allah, Nə var, nə yox? Məndən nə xəbər var? Gecələri özüm sayaram, Üzümə açılacaq neçə səhər var? Bəyənəcəksənmi məni, Bəndəni hansı gözlə görəcəksən? Allah, Özüm gəlim, Ya kimisə göndərəcəksən?
2014-02-07
8,416
Zakir Qaralov kollegiyada hesabat verir
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir. "Axar.az" APA-ya istinadən məlumat verir ki, kollegiya iclası 2013-cü ilin yekunlarına həsr olunub. Baş Prokurorluqda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı Şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən ötən ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə ediləcək. Kollegiya iclasında baş prokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edəcək.
2014-02-07
8,417
Orta aylıq əmək haqqı 423 manat olub
2014-cü il yanvarın 1-i vəziyyətinə görə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,1 min nəfər təşkil edib ki, onlardan 900,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. "Axar.az" Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 13 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar. 2013-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 423 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
2014-02-07
8,418
Başbuğ zabitlərə görə həbsdən çıxmaq istəmədi – Video
Mətbuat Şurasının 65 yaşdan yuxarı şübhəlilərin azad edilərək mühakimə edilməsi təklifinə Başbuğ "50 yaşında zabitlər var. Mən o 300 zabitin üzünə baxa bilmərəm" deyə cavab verib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mətbuat Şurasının sədri Pınar Türənc "Silivri" həbsxanasında "Ergenekon" məhbusları olan keçmiş Ali Baş Qərargah rəisi İlkər Başbuğ, Fəhlə Partiyasının sədri Doğu Pərinçək və yazar Tuncay Özkan ilə görüşdükdən sonra mətbuata açıqlama verib: "Başbuğ Paşa qətiyyən əfv istəmir. Doğu Pərinçək Mətin Feyzioğlunun təklifinin həyata keçirilməsini, Tuncay Özkan isə əfv istəyir". Pınar xanım həmçinin şuranın 65 yaşdan yuxarı şübhəlilərin azad edilərək mühakimə edilməsi təklifinə Başbuğun reaksiyasını da bildirib: "Başbuğ Paşa təklifimizə cavab olaraq dedi ki, mənim 65 yaşım var, ancaq 50 yaşında olan zabitlər də var. 300 zabitin üzünə baxa bilmərəm"".
2014-02-07
8,419
Məşhur müğənninin əri qızı üçün 11 qurban kəsdi
Məşhur müğənni Dəmət Akalının həyat yoldaşı Okan Kurt dünyaya gələn qızı üçün 11 qurban kəsib. Kəsilən qurbanlar ehtiyacı olanlara paylanılıb. "Axar.az" xəbər verir ki, hələ doğum öncəsi "qızım dünyaya sağ-salamat gəlsin, onun üçün 10 qurban kəsəcəyəm" deyən Kurt sonra qərarını dəyişərək sayı 11-ə çatdırıb.
2014-02-07
8,420
Ramil Usubov Neftçalaya rəis təyin etdi
Ramil Usubov Neftçalaya yeni rəis təyin edib. Neftçalanın yeni rəisi Əli İbrahimovdur. "Axar.az" "Qafqazinfo"ya istinadla xəbər verir ki, Əli İbrahimov bu vəzifədə Rza Hacıyevi əvəz edib. O özü isə bundan əvvəl Daxili İşlər Nazirliyinin komendantı olub.
2014-02-07
8,421
Olimpiadanın açılış mərasiminin bir sirri məlum oldu
Bu gün açılış mərasimi keçiriləcək Soçi Qış Olimpiadasının bir sirri məlum olub. Olimpiadanın himnini ifa edəcək müğənninin kimliyi açıqlanıb. "Axar.az" xəbər veriri ki, bu barədə məlumatı açılış mərasiminin baş prodyuseri və ssenari müəllifi Konstantin Ernst verib: "Olimpiadanın himni rus dilində səslənəcək. Himni məşhur opera müğənnisi Annoy Netrebko ifa edəcək. Bu onda əla alınıb".
2014-02-07
8,422
Ronaldonu qovan hakim cəzalandı
İspaniya hakimlər komitəsi "Atletik" – "Real" oyununu idarə edən Aysu Qamesa bir aylığa hakimlikdən kənarlaşdırıb. "Axar.az" xəbər verir ki, hakim oyunun gedişində qonaqların futbolçusu Ronaldonu Karlos Qurpegi ilə mübahisəyə görə meydandan qovmuşdu. Qarşılaşmadan sonra isə referi protokolda yazdıqlarını dəyişmiş və Ronaldonun Ander İturraspe ilə münaqişəyə girdiyinə görə qırmızı vərəqə aldığını qeyd etmişdi. Elə həmin vərəqəyə görə portuqaliyalı forvard 3 oyunluğa cəzalanıb.
2014-02-07
8,423
Azərbaycan saytlarına haker hücumu
"Saytımıza gecə saatlarında hücum edilib. Sayta giriş bağlanıb və ana səhifədə belə bir qeyd yerləşdirilib: "Happy hackked Happy your system Attacker Al Arabian Hussein... Your control panel have very most bugs :))) url/PuBadmin". Bu sözləri "Axar.az"a açıqlamasında "Teleqraf.com" saytının baş redaktoru Zahid Nurəliyev dedi. O bildirdi ki, saytın dağılmasında rəqiblərinin də əli ola bilər: "Sayt dağıdılsa da, admin-paneldə problem yox idi. Yəni bazaya toxunulmayıb və sayta xəbər əlavə etmək olurdu. Sadəcə, sayt açılmırdı. Saat 10:50-də problem aradan qaldırıldı. Hücumun səbəbi və kim tərəfindən edilməsinə gəlincə, buna 100 faizlik cavab vermək çətin olar. Bu rəqiblərimiz də ola bilər. Son iki gündə sayta giriş bir neçə dəfə artıb. Başqa bir ehtimalımız isə ondan ibarətdir ki, dünən İran və vəhabilərlə bağlı bir necə xəbər qoymuşduq. Xüsusən də İranla bağlı xəbər Feysbukda geniş müzakirə olunmuşdu. 200-dən artıq şərh yazılmışdı və bunların çoxu bizə qarşı yönəlmişdi. Ona görə ehtimal var ki, onlar da etmiş ola bilər". Qeyd edək ki, saytın dağıdılması başqa saytların da işində çətinliklər yaradıb. "Teleqraf.com"da yerləşdirilən bannerlərdən "Teleqtaf MMC"yə məxsus digər saytlara - "Axar.az" və "1937.az"yə də hücum cəhdləri olub. Ancaq bir neçə dəqiqəlik müdaxilədən sonra haker hücumu dayandığından, sözügedən saytların fəaliyyətində problem yaranmayıb. Məlumat üçün bildirək ki, "Teleqraf.com"un texniki heyəti hazırda problemi aradan qaldırıb və sayt normal fəaliyyət göstərir.
2014-02-07
8,424
Müdafiə Nazirliyində dini şöbə?
90-cı illərin əvvəlində Milli Orduda dini şöbə olub. Həmin şöbəyə Hacı Nizam adlı din xadimi rəhbərlik edib. O vaxt Müdafiə Nazirliyinin xahişi ilə Qafqaz Müsəlmanları İdarəsindən Hacı nazim ora göndərilmişdi. Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyinin rəsmisi tərəfindən orduda namaza qadağa qoyulması ilə bağlı açıqlamaya münasibət bildirərkən "Axar.az"a dedi. Onun sözlərinə görə, Hacı Nizam hərbi hissələrdə islam dininin təbliği və digər dinlərə ibadət edən insanlara müxtəlif köməkliklər göstərmək üçün komandirlərlə mütəmadı görüşürdü: "Sonradan Müdafiə Nazirliyində həmin şöbəni ixtisara saldılar". Xatırladaq ki, müxtəlif təriqətlərə xidmət edən şəxslərin Suriyaya döyüşə yollanması Azərbaycan Ordusunda xidmət edən əsgərlər arasında islam dini ilə bağlı maarifləndirici işlərin görülməsi məsələsini gündəmə gətirib. Ekspertlərin rəyinə görə, radikal dini cərəyanların təbliğat mexanizminin Orduya sızmaması üçün indidən tədbirlər alınması daha məqsədəuyğundur.
2014-02-07
8,425
Dünya şöhrətli tenor Bakıya gəlir - Video
Fevralın 21-də Heydər Əliyev Mərkəzində İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safinanın konserti keçiriləcək. "Axar.az" xəbər verir ki, dünya akademik səhnəsinin məşhurlarından biri Alessandro Safina Bakıda tezliklə təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını təqdim edəcək. Heydər Əliyev Mərkəzində təşkil olunacaq musiqi gecəsində müğənninin "Luna", "Besame Mucho" və s. məşhur mahnıları səslənəcək. Biletlərin qiyməti 100, 200, 300 AZN-dir. Xatırladaq ki, özünəməxsus səsi və ifa tərzi ilə seçilən, mahnıları və musiqi albomları ilə şöhrət qazanan italiyalı tenor 1963-cü ildə İtaliyanın Siena şəhərində anadan olub. Erkən yaşlarından musiqini öyrənməyə başlayan ulduz 17 yaşında Florensiyada konservatoriyaya daxil olur və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etməyə başlayır. 1989-cu ildə o, ilk dəfə Mantova şəhərində "Concorso Lirico İnternazionale" müsabiqəsində mükafat qazanır. Alessandro Safina həmçinin dünya musiqisinin əvəzedilməz simaları Sara Braytman, Elton Con, Xose Karreras kimi məşhurlar ilə eyni səhnəni paylaşıb. "Opera roku" adlı yeni üslub məhz Alessandro Safina adı ilə bağlıdır. A.Safinanın "Luna" balladası məşhur "Klon" teleserialının soundtreklərindən biri olub.
2014-02-07
8,426
Daha bir gənc ana ölümü
Gürcüstanlı həkimlərin sözlərinə görə, 22 yaşlı qadının ölümünə səbəb azərbaycanlı həmkarlarının səhlənkarlığı olub. Azərbaycanda daha bir ana doğuşdan sonra dünyasını dəyişib. Ana ölümü Qazax rayonunda qeydə alınıb. Belə ki, Qazax rayonu Bakı küçəsi 175 üvanında yaşayan 22 yaşlı Vüsalə Siyavuş qızı Məmmədova yanvarın 31-də vaxtından öncə təbii doğuş keçirib. Ana oğlan uşağı dünyaya gətirib. Uşağın çəkisi 3 kiloqram olub. Körpənin vəziyyəti normal olsa da, ananın halı evə buraxılandan sonra yenidən pisləşib. Onu yenidən rayon xəstəxanasına aparıblar. Lakin orada Vüsalə Məmmədovanın vəziyyətində irəliləyiş olmadığı üçün qadın Bakıya, Kliniki Tibbi Mərkəzə gətirilib. Təssüf ki, burada da qadına heç bir yardım etmək mümkün olmayıb. Ailə üzvlərinin verdikləri məlumata görə, qadın doğuşdan sonra daxili qanaxma keçirib. Bakıda da qadına yardım edə bilmədikləri üçün, onu Gürcüstana aparıblar (ANS). Vüsalə Məmmədovaya Gürcüstanda tibbi yardım göstərilsə də, qadının səhhətində heç bir irəliləyiş olmayıb. Gürcüstan həkimləri Vüsalənin ailə üzvlərini bildiriblər ki, qadın həkim səhlənkarlığı üzündən bu hala düşüb. Deyilənlərə görə, qadın vaxtından əvvəl təbii doğuş keçirib. Bu səbəbdən də, Vüsalənin daxili orqanları zədələnib. Həkimlər bundan gec xəbər tutublar. Gürcüstanlı həkimlərin sözlərinə görə, vaxtında müdaxilə olsaydı, bəlkə də, vəziyyət bu qədər pisləşməzdi. Gürcüstan həkimlərinn səylərinə baxmayaraq, Vüsalə Məmmədova bu gecə dünyasını dəyişib. Hazırda meyidi Qazaxa, doğulduğu kəndə gətirilir. Gənc ananın bu gün və ya sabah dəfn ediləcəyi bildirilir. Faktla bağlı əlavə məlumatlar veriləcək.
2014-02-07
8,427
Qalmaqal böyüyür: “Neftçi” azarkeşi Lənkərana getsə...
"Xəzər Lənkəran" - "Neftçi" matçının televiziya vasitəsi ilə yayımlanmaması "Neftçi" rəhbərliyini və azarkeşləri ciddi şəkildə narahat edir. Biz qəti şəkildə bunun əleyhinəyik. Bu bizim azarkeşlərimizin mənəvi cəhətdən hüquqlarının pozulmasıdır. Biz də "Xəzər Lənkəran"ı qəbul etmişik və televiziya vasitəsilə oyun yayımlandı. Biz bilirdik ki, "Xəzər Lənkəran" azarkeşlərinin də bu oyunu izləmək hüququ var və biz də bu hüquqa hörmətlə yanaşdıq." Publika.az xəbər veriri ki, bu fikirləri Sportal.az-a açıqlmasında "Neftçi" klubunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə deyib. Abbaszadə "Xəzər Lənkəran" - "Neftçi" matçının yayımlanmamsı ilə bağlı klubunun baş məşqçisi Mustafa Dənizli və Oğuz Çətinə sual ünvanlayıb: "Mən belə olan halda bir sual vermək istəyirəm. Görəsən, Mustafa Dənizli və Oğuz Çətin Türkiyədə "Fənərbaxça" - "Qalatasaray" oyununun yayımlanmamasına necə baxardılar? Bu istənilən halda düşündürücü sualdır." Abbaszadə "Neftçi" azarkeşlərinə də səslənib: "Biz rəsmi olaraq Lənkərana azarkeş aparmırıq və aparmayacağıq. Müəyyən qurumun verdiyi qərara hörmətlə yanaşırıq. Ancaq oyun yayımlanmasa, "Neftçi" azarkeşi Lənkərana getsə, tamamilə haqlı olacaq. Çünki qarşılşamanın yayımlanmaması buna zəmin yaradır. Hesab edirəm ki, azarkeşləri bu oyundan məhrum etmək olmaz və onlar matçı televiziya vasaitəsilə izləməlidirlər."
2014-02-07
8,428
Xalq artisti ağır əməliyyat keçirdi - Son dəqiqə
"Hazırda Ramiz Məlik əməliyyat masasındadır". Bunu AzNews.az-a Xalq artistinin həyat yoldaşı Tamilla Məlik bildirib. Onun sözlərinə görə, aktyorun vəziyyəti ağırdır: "Ramiz ağır bir əməliyyat keçirdi. Əməliyyat hardasa 2 saata yaxın çəkdi. Hazırda tikiş işləri aparılır. Hələ ki, vəziyyəti ağırdır. Allah kömək olsun". Xatırladaq ki, R.Məlik Mərkəzi Neftçilər Xəstəxanasında böyrəyindən əməliyyat olunub.
2014-02-07
8,429
Rüşvət almaq arzusuyla alışıb-yanan şair
Bu dəfə şair Yafəs Türksəsin gerçəkləşməyən arzularına işıq tutduq. Nəyi arzulayırdı, necə olmaq istəyirdi, nəyə nail oldu, nələr əlçatmaz olaraq qaldı onun üçün? "Axar.az"ın redaksiyasında baş tutan görüşdə sözü elə ilk andan ona verdik: "Sən qısaca olaraq özünü necə xarakterizə edə bilərsən?" Filosof olmaq istəyirdi... - Mən çox qəribə adamam. Daima axtarışdayam. Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Məktəbli vaxtlarımda tarix müəllimim mənim tarixçi, kimya müəllimim isə kimyaçı olacağımı düşünürdü. Amma mən orta məktəbi bitirdikdən sonra sənədlərimi Leninqrad universitetinin fəlsəfə fakültəsinə verdim. Yaxşı və əla qiymətlər alsam da, orada oxumaq mənə nəsib olmadı. Bircə balım çatmadı. Buna görə də məni o zamankı Xalq Təsərrüfatı institutunun əmtəəşünaslıq fakültəsinə göndərdilər. Amma çox sevinirdim. Nədir-nədir kasıb bir oğlan "Narxoz"da oxuyacaq. O dövrlərdə rüşvət çox idi. O məktəbə də rüşvətsiz düşmək çətin idi. Anam şad idi ki, oğlu rüşvət vermədən ali məktəbə qəbul olub. Rüşvət almağı hər zaman arzulamışam -Tələbəlik illərində fikirləşirdinmi ki, ixtisasına uyğun işlə məşğul olduqda, kimsə sənə rüşvət təklif edərsə, nə edəcəksən? Rüşvət götürəcəksənmi? - Bəli. Etiraf edim ki, o vaxt mən yaxşı pullu vəzifələrdə işləmək istəyirdim. O dövrün hər bir Azərbaycan gənci kimi istəyirdim ki, hakim olum, yaxşı rüşvət alım və yaxud müəllim olum, tələbəyə qiymət yazanda 5-10 manat alım. O vaxt bizim üçün bunlar ən böyük arzular idi. Bütün dövrlərdə ƏMTƏƏ mühüm rol oynayır. Tək-tük unikal insan olardı ki, bundan imtina edəydi. Universitetdə oxuduğum müddətdə yalnız iki müəllim bizdən rüşvət almırdı. Bizi o mühitin özü belə böyüdürdü, tərbiyə edirdi. Ona görə də hər zaman belə şeylər arzulayırdıq. Hətta mağaza müdiri olub, rahat gəlir də əldə etmək istəmişik. - Bu arzuların gerçəkləşdimi? - Müəyyən qədər. Bəzilərini gerçəkləşdirə bildim. Bir müddət mağaza müdiri işlədim. Maaşdan əlavə gəlirlərim də olurdu. Yaxud yeməkxana müdiri işləyəndə da qazancım pis olmurdu. - Gəlirləri hansı formada əldə edirdin? Qiymətdə, yoxsa, çəkidə? - Həyatın yazılmamış qanunları var. Mən mağaza müdiri olaraq 80-90 manat maaş alırdım. Təbii ki, bu elə də böyük məbləğ deyildi. Pul qazanmağın müxtəlif yolları vardı. Az tapılan məhsulları baha qiymətə sataraq ehtiyaclarımızı ödədiyimiz vaxtlar da olub, çəkidə aldatdığımız vaxtlar da... Etməmək də olmurdu, gərək yuxarılara haqq verəydin axı... Mən necə şair oldum... - O vaxtlar da şeir yazırdın? - Hələ orta məktəbdə oxuyanda tay-tuşlarımla qafiyəbazlıq edirdim. Hərdən şeir də deyirdim. Amma heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa şair olaram. Şairlik duyğusu bəlkə də, sevdiyim qızı itirəndən sonra, bəlkə də ailədə faciə yaşayandan sonra baş qaldırdı məndə. Bəlkə elə bundan sonra şairlik qabiliyyətimin olduğunu hiss etdim. Haradasa 32 yaşımdan rahatlıqla sezə bilirdim ki, məndə "məcnundan füzun aşiqlik istedadı var". Çox güman ki, şairliyim keçirtdiyim sarsıntılardan sonra başladı. Ədəbiyyata 1998-ci ildə qayıtdım - Sən əvvəllər iş adamı olubsan, qaz vurub, qazan doldurubsan. Həm də şairsən. Təzad təşkil etmirmi: bir tərəfdə rüşvətə meylli, zəhmətsiz gəlirlə məşğul olan adam, o tərəfdə duyğulu bir insan. - Bəli, maraqlı sualdır. Mən şairliyə təxminən iki il idi ki, başlamışdım, ardınca qaçqınlıq düşdü. Uzun müddət ədəbiyyata, yaradıcılığa fasilə verdim. Amma içimdəki şairlik yaşayırdı. Bilirsiniz, mənim duyğularım istəklərimlə heç vaxt toqquşmayıb. Mən yenidən ədəbiyyata 1998-ci ildə qayıtdım ki, artıq onda işsiz-gücsüz bir adam idim. Tapılmayan malları satdırırdım... - Bayaq söhbətimizdə dedin ki, arzularından biri də maaşdan əlavə gəlirin olması idi. Bəs heç düşündünmü ki, maaşın elə dərəcədə olsun ki, əlavə gəlirə ehtiyacın olmasın? Gərək elə yazıq camaatı aldadaydın? - Təbii ki, həmişə bir insan olaraq haqqın tərəfdarı olmuşam. Amma mağaza müdirinin də əlavə gəlirinin olması əsas şərtlərdəndir. Olmamağının özü elə haqsızlıq idi. Bunu da deyim ki, yaxşı vəzifələrdə işləyəndə kasıb insanlara qayğı ilə yanaşmışam. Onların nəyi var ki, artıq pul xərcləsinlər nəyəsə. Bütün bunlar təbii ki, insanın içi ilə əlaqəli duyğulardır. Yaxşı insan olmağın peşəyə aidiyyəti yoxdur. Mən humanist insanam, əgər hər hansı bir ədalətsizliyə yol versəydim, vicdan əzabı çəkərdim. Buna görə də bunu etməmişəm. Mən tapılmayan malları, ərzağı və sairi əliəyrilərə satdırırdım... Xəyanət şablon sözdür - Bayaq bildirdin ki, nakam sevgin olub. Bundan sonra şairlik istedadı üzə çıxıb. 32 yaşın olub o xoş hadisə baş verəndə. Ayrılmışdın? - Yox. Sadəcə, o ərəfələrdə başqa bir acı sevgi də yaşamışdım. Ardınca ailədə faciələr baş verdi. Şairlik heç mənim ağlıma gəlməyib. Alim ola bilərdim, amma şair olmaq ağlıma gəlməzdi. Şeir yazanadək mən olduqca şən, deyib-gülən biri idim. - Bəs neçə yaşında ailə qurdun? - Haradasa... iyimi səkkiz. - Bəs 32 yaşında sevdiyin qızdan necə ayrıldın? - Yox, elə sevdiyim qızı da o yaşlarımda itirdim. Sadəcə, sarsıntılar içimdə toplanıb birdən özünü 32 yaşımda büruzə verdi. Adi, normal insanlar həyatı boyu beş, ya da altı dəfə güclü sevgi ilə qarşılaşır. Mənim həyatımda bu cür sevgilər baş verib, indi də baş verir. İndi də ailəmdən kənar bir xanımla sevgimi yaşayıram. İnsanı bir çərçivəyə salmaq olmaz. Xəyanət şablon sözdür. Mən ayda dörd-beş dəfə də sevgilimlə görüşürəm, onunla mənə xoşdu. Buna normal baxıram. Həyat yoldaşıma isə uşaqlarımın anası kimi hörmət edirəm. - Bəs xanımın da eynən belə düşünərsə?.. - Çox çətin sualdır. Amma mən onun seçiminə qarışa bilmərəm. Əgər o bunu istəyərsə... Mən onunla sadəcə, bir təsadüf nəticəsində evlənmişəm. Qısası, bizim aramızda sevgi yaşanmayıb. Sadəcə olaraq, uşaqlarımıza görə bir-birimizə hörmət edirik. Hərdən feysbukda yazışanda məni qısqanır. Çox vaxt isə şübhələnir. O, sadəcə klassik xanımdır, ideal anadır, sədaqətli və zəhmətkeşdir. Hörmətə layiqdir. Amma sevməmişəm onu. O bilir mənim başqası ilə görüşməyimi. Dözür, dözməlidir də, axı bizim uşaqlarımız var... - Yazdığın sevgi şeirlərini kimə ünvanlamısan? - Şair elə bir şeydir ki, şeir yazarkən hər xanımdan bir şey əlavə edir. Sanki bir mətbəx kimi. Yaradıcının və yaradıcılığın öz sirləri var. Yafəs Konstantin Karpov - Sən birdən-birə erotik şeirlər yazdın. Nə idi bu, daxili tələbat, yoxsa adlarını posmodernist qoyan bəzi yazarlarla ayaqlaşmaq cəhdi? - Yaradıcılığımda müəyyən fərqliliklər etdim. Bunu da öz adımla Azərbaycan oxucusuna təqdim edə bilməzdim. Şeirlərimi rus şairi Konstantin Karpov adı ilə oxuculara ünvanladım. Düşündüm ki, bunu xarici, rus yazar adı ilə təqdim etsəm, daha tez qəbul edilər. Elə də oldu. O şeirlər xeyli oxundu, xeyli "layk"lar, şərhlər gəldi. Elə ki bu şeirləri mənim yazdığım bilinincə, hər şey dəyişdi. Hər kəs məni tənqid etməyə başladı ki, niyə belə şeirlər yazırsan? Artıq "layk" edənlərin də sayı azaldı. Hələ dostluğundan çıxaranları demirəm. İnsanlarımız belədir də... Bəzilərinə dedim ki, niyə riyakarlıq edirsən, belə olmaz axı. Yazarlarımız azad deyillər, səmimiyyətləri yoxdur - Bizim yazarlarda dünyaya çıxa biləcək qabiliyyət olsa da, əksəriyyəti yerində sayır. Buna səbəb isə onlarda azadlığın olmamasıdır. Kimi bir az qorxur, çəkinir, kimi də özünün istedadını görmür. Bizim insanlarda səmimiyyət yoxdur. Məsələn, o vaxtı ilk məhəbbət haqqında suala bir iki nəfərdən başqa hər kəs boğazdanyuxarı cavab vermişdi. Hətta Qəşəm Nəcəfzadə ilk sevgisinin elə həyat yoldaşı olduğunu demişdi. Amma mən onun dostu olaraq bilirdim ki, həyat yoldaşı onun ilk məhəbbəti deyil. Elə indi də ola bilsin ki, nə isə... Kor deyilik ki, görürük də... Sözümün canı ondadır ki, bizim yazıçılarda səmimiyyət çatışmır. Azərbaycan daxili azadlığa sahib olan bir neçə şairdən biri də mənəm. Azadlıq olmayandan sonra yaxşı ədəbiyyat yarana bilməz. - Ən çox kimin üçün darıxırsan? Daha çox səni nə narahat edir? - Mənim şəxsi həyatımda heç vaxt darıxdırıcı anlar olmayıb. Mütləq maraqlı nəsə tapıram. Məni darıxdıran həyatın sadəcə bir şablon olmasıdır. Hər kəs özünü gizlədir. 99 faiz insan qeyri-səmimidir. - Bəs səmimi olanlardan kimi görürsən, istedadlı yazar kimi qəbul edirsən? - Aqşin şeirlərində səmimidir. Kəramət Böyükçöl, Şərif Ağayar, Fərqanədə müəyyən səmimilik var. Sənin publisistikan ürəyimcədir. Qalanları özünü qeyri-səmimi aparır. Sanki heç kəs öz yerində deyil. Məni darıxdıran, sadəcə, bunlardır. Nobel arzulamaq qeyri-sağlam düşüncədir - Yazar olaraq hansı arzuların gerçəkləşmədi? Heç Nobel barədə düşünmüsənmi? - Əlbəttə, mənim də qulağım alqış eşitmək istəyir. Amma Nobel mükafatına gəlincə, bizim ədəbiyyat dünya ədəbiyyatından çox geri qalıb. Baxmayaraq ki, biz ədəbiyyatı sevən xalqıq. Bizim nəsr, dünya ədəbiyyatından 100, 50 il geri qalıb. Bizdən çətin ki, Şekspir çıxar. Bizim yazarların Nobellik səviyyəsi yoxdur. Bunu arzulamaq absurd bir şeydir. Əgər əsərlərimin xaricdə çap olunmasını arzulasam, haradasa özüm-özümü anlayaram. Amma Nobel mükafatını arzulamaq qeyri-sağlam düşüncədir. - Qələm dostlarından kimlər ələndi, kimlər qaldı? - Ədəbiyyat elədir ki, insandan vaxt, enerji, həvəs tələb edir. Bəzilərinin vaxtı, enerjisi və ya nələrisə çatmır, gedir. Fikrət Əsədin enerjisi çatmadı, başı dolanışığına qarışdı, getdi. Rövşən Naziroğlu var idi, o da atası, anası rəhmətə gedəndən sonra bu sahəni tərk etdi. Ona ümidim çox idi. Xanımlardan Sevinc Pərvanə yaxşıdır. - Azərbaycanda nə qədər yazıçı olar? - Hardasa 4000. Bircə dəfə istedadımı dilinə gətirmədi - Amma kitablarımız 300, 400 tirajla dərc olunur... - Elədir. Az oxunuruq. Paxılıq. Bir-birimizi az oxuyuruq. Bəzən mənim buraxdığım qəzetə kiminsə sponsorluq etdiyini düşünürdülər. Amma mən öz maddi hesabıma bu qəzeti maliyyələşdirirdim. Hətta həyat yoldaşımın təqaüdündən də istifadə etmişəm. Məni gözləri götürmür. Murad Köhnəqalanı götürək. O mənə nə qədər lətifə qoşdu. Harada gördü, bir şey əlavə edirdi. İncimirdim. Muraddır da. Amma heç olmasa bircə dəfə mənim istedadımı dilinə gətirmədi. - Bir az əvvəl dedin ki, həyat yoldaşının təqaüdünü alıb qəzetin nəşrinə sərf etmisən. Həm də deyirsən ki, onu sevmirəm... - Olub da, pulum olmayanda qəzetə istifadə etmişəm. Mənim qəzetim ədəbiyyat dərgiləri arasında birinci yeri tutub. Gör bunu deyirlər? - Son sualım belə olacaq: Sevgi münasibətlərində daha çox səni rədd ediblər, yoxsa sən rədd etmisən? - Mən çox xanımın saqqızını oğurlamışam. Amma düşünürəm ki, mən daha çox tərk edilmişəm. Son olaraq, oxucularımıza demək istəyirəm ki, çalışsınlar müasir ədəbiyyatımızda daha cəsarətli yazılar oxusunlar. Cəsarətli yazarın cəsarətli də oxucusu olmalıdır. Heyf, mən hələ elə oxucu görmürəm...
2014-02-07
8,430
Rövşən Lənkəransкinin son fotosu yayıldı - Türkiyədə
Rusiyanın kriminal sahə üzrə istisaslaşan KİV-ində Rövşən Lənkəranskinin bir neçə qanuni oğruyla birgə fotosu yayılıb. "Axar.az"ın məlumatına görə, bu fotoda Rövşən Lənkəranski Çiro Şoniya, Hacı Talıbxanlı, Merab Çeişvili, Amiran Sopromadze, Vladimir Djibladze, Tenqiz Sanidze, Georgi Uqlava, Üdfət Tağıyev və Kaxa Parpaliya kimi oğrularla bir yerdədir. Bu foto ötən ilin sentyabrında Türkiyədə çəkilib və məlum olduğu kimi, Lənkəranski artıq neçə vaxtdır bu ölkədə yaşayır. Fotodakı iki adam - Talıbxanlı və Tağıyev soyadlı azərbaycanlıların kimliyi barədə isə məlumat verilmir. Görünür, onlar qanuni oğru adına bu yaxınlarda layiq görülüblər.
2014-02-07
8,431
Ərdoğanın ağlatdığı vali kim olub?
Gəzi hadisələri zamanı Baş nazirlə görüşən heyətdə yer almış dosent doktor İpək Akpınar həmin gün Ərdoğanla aralarında baş verən dialoqu danışıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İpək Akpınar görüşdə Baş nazirin dediyi sözləri xatırladıb: "Həmin şəhərdən kim ki, məsuliyyət daşıyır, hamısını bura çağırıb, danladım. Valini ağlatdım". Valinin kimliyi ilə bağlı suala isə İpək Akpınar belə aydınlıq gətirib: "Baş nazir danladığını dediyi şəxsin İstanbul valisi Hüseyn Avni Mutlu olduğuna işarə etdi. Ərdoğan "Hər kim bu işdə məsuliyyət daşıyırdısa, hamısını ofisimə çağırıb danladım. Mən burada valini ağlatdım, rahat olun",- dedi".
2014-02-07
8,432
102 erməni öldürən Komandirin müəmmalı ölümü - Video
Məhərrəm Seyidovu iki gün öncə yayılan və iki günə 102 erməni döyüşçüsünü öldürdüyünü isbatlayan video cəmiyyətə tanıtdı. O, ölümündən sonra yaddan çıxarılmış qəhrəmanlar sırasına daxil edilə bilər. Onun fəaliyyəti, Azərbaycan ordusunun qurulmasında oynadığı rol haqqında demək olar ki, heç bir yerdə məlumat verilmir. Onun necə öldürülməsi və niyə indiyə qədər ona Milli Qəhrəman statusunun verilməməsi hələ də sual olaraq qalır. "Axar.az" Komandir Məhərrəm Seyidovun döyüş yoldaşlarından birini tapa bildi. Beləliklə, Komandir haqqında onun döyüşçülərindən biri - Ağaəli Əmrahov danışır. - Məhərrəm Seyidov peşəkar zabit idi. Orduya baş leytenant rütbəsində gəlmişdi. Tabor komandiri - o vaxtkı terminlə desək, batalyon komandiri vəzifəsinə Müdafiə Nazirliyindən təyinat almışdı. O zaman 741 saylı hərbi hissə yaradılmışdı. Göytəpə qəsəbəsində. Mən də o zaman Rabitə Nazirliyində yüksək postda işləyirdim. Belə desək, idarənin rəis müavini idim. Həftənin beşinci günü idi. İrandan qonaqlarımız vardı. Onları yerbəyer edirdik. Evə gəldim, həyat yoldaşım dedi ki, bəs bundan bir qədər öncə əli silahlılar gəlmişdi. Səni əsgərliyə çağırırlar. Səhərisi gün məni Müdafiə Nazirliyinin qərargah rəisinin yanına apardılar. Bizlə bir saat söhbət edəndən sonra bizi polkovnik Yusifov öz şəxsi maşınına qoyub Göytəpəyə apardı. Məni aparıb Məhərrəm Seyidovun taborunda minaatan batareyanın komandiri təyin etdilər. Ehtiyatda olan zabit idim. Beləliklə, döyüş yolumuz başladı. O, komandirim idi, amma mənim həyat təcrübəm bir az çox olduğuna, uzun müddət rəhbər vəzifədə çalışdığıma görə, çox şeyi məsləhətləşərdi. Artıq bizim münasibətlər tabeçilik səviyyəsindən çıxıb, dostluq çərçivəsinə daxil olmuşdu. Onu bütün əsgərləri sevirdi Məhərrəm Seyidov çox yüksək işlər görmüşdü. Onun işlərindən biri ordu quruculuğunda fəal iştirak etməsi idi. Baxmayaraq ki, Məhərrəm Seyidov sonradan "Talış Muğan Respublikası"nı yaratmaq istəyənlər tərəfindən işdən qovuldu. Buradan o, birbaşa Müdafiə Nazirliyinə yollandı. M.Seyidov burada hər şeyi rəhbərliyə danışdı və bir aydan sonra tabor komandiri kimi yox, hərbi hissə komandiri kimi vəzifəyə geri döndü. O, əsgərlərin lideri, sevimlisi idi. Təsəvvür edin, onu o qədər çox istəyirdilər ki, bir əmri bəs idi, hamı birbaşa döyüşə girsin və ermənilərlə əlbəayaxa olsunlar. Bu qədər güclü, ideyalı, fanat bir polk qurmuşdu Məhərrəm Seyidov. Ələkram Hümbətov tərəfdarları onunla konfliktdə idilər Məhərrəm Seyidov hərbi hissə komandiri olduqdan sonra biz Müdafiə Nazirliyinin əmri ilə döyüş bölgəsinə yollandıq. Beyləqan-Ağcabədi-Ağdam istiqamətində cəbhənin bütün yerlərinə nəzarəti əlimizə götürdük. Biz onun rəhbərliyi ilə tezliklə bütün istiqamətlərdə xeyli irəlləyişə nail olduq. Demək olar ki, ermənilərin axırıncı istinad nöqtəsinə qədər irəlilədik və postlarımızı orada qurduq. Bir ilə yaxın xidmət keçdik, bundan sonra Məhərrəm Seyidovu yenidən işdən çıxartdılar. Hərbi hissənin içərisində çox güclü "Talış Muğan Respublikası" tərəfdarları var idi. Daxildə güclü qarşıdurma yaradırdılar. Ələkram Hümbətov tərəfdarları ilə dövlət tərəfdarları arasında ciddi iğtişaşlar yaranırdı. Onlar yenidən Məhərrəm Seyidova üstün gəldilər. Onunla bağlı birbaşa nazirliyə yalançı, təxribat xarakterli materiallar göndərirdilər. Məhərrəm Seyidovu yenidən vurdular. Amma Müdafiə Nazirliyi də Məhərrəm Seyidovun necə komandir olduğunu bilirdi. Ona görə də təzədən onu Müdafiə Nazirliyinə çağırdılar və Tərtər batalyonuna komandir göndərdilər. Bununla da onunla ünsiyyətimiz bitdi. Daha sonra onunla ayda bir dəfə imkan düşdükcə görüşürdük. Onu ermənilərin öldürməsinə inanmıram Tərtərdən sonrakı məqamlar mənim üçün bağlı səhifədir. Mən onun ermənilər tərəfindən öldürülməsinə inanmıram. Niyə? Baxın, taborun qərargahı döyüş xəttindən ən azı bir kilometr arxada olur. Qərargahda taborun bütün rəisləri olur. Bura erməninin tankla gəlib, onları burada güllələməsi faktına heç cürə inanmıram. Batalyonun döyüş mövqeyindən erməni tankı keçə bilməzdi. Erməni tankı buradan keçsəydi, həmin dəqiqə hər kəsin xəbəri olardı. Çünki taborun qərargahına qədər çoxlu dayaq məntəqəsi var. Bir də ki, Məhərrəm Seyidov erməni tankını taborun qərargahının yaxınlığına qədər buraxacaq zəif zabit deyildi. Qərargahda zabitlərin hamısını öldürmüşdülər O zaman "Space" telekanalında Məhərrəmlə bağlı verliş hazırlayanda general Elbrus Orucovla söhbətimiz oldu. Mən onunla bu məsələni araşdırmağa çalışdım və bütün suallarıma cavab axtardım. Fikirləşirdim ki, o generaldır və məndən daha təcrübəlidir. O özü də bu məsələyə mənim kimi şübhəli baxırdı. Qaranlıq məqamların olduğunu deyirdi. Orada zabitlərin hamısı öldürülmüşdü. Məhərrəm Seyidov isə 4 güllə yarası almışdı. O, qanaxmadan ölüb. Əgər ermənilər onu öldürsəydilər, cəsədini də aparardılar. Ermənilər onu yaxşı tanıyırdılar, bilirdilər ki, Məhərrəm Seyidovun adı erməni əsgərləri içərisində böyük xof yaradır. Əgər onu ermənilər öldürsəydilər, cəsədini aparıb, təbliğat üçün istifadə edərdilər. Mənə elə gəlir ki, Məhərrəmin konfliktdə olduğu insanlar aradan götürdülər. Yenə də bunlar şübhədir və müzakirə mövzusudur. O, Milli Qəhrəman adı almalıydı, amma... Məhərrəm Seyidov Milli Qəhrəman statusunu ölməmişdən qabaq almalıydı. Məhərrəmi istəməyən insanlar mane oldular. Ona görə də Məhərrəm Seyidovun fəaliyyəti kölgə altında qaldı, onun adı təbliğ edilmədi. "Axar.az"da yayımlanan video ortaya çıxana qədər onlar buna nail ola bildilər. Ancaq indi o video ortadadır, əsgərləri yəqin ki, bir-bir bu məsələni eşidib, üzə çıxacaqlar. Sizə bir söz deyim, Ulu öndərimiz ölümündən sonra onun büstünün qoyulması haqda göstəriş vermiş, "Azərbaycan" ordeninin verilməsi və mayor rütbəsi ilə təltif etmişdi. İnanıram ki, Cənab Ali Baş Komandanımız Məhərrəm Seyidovun layiq olduğu Milli Qəhrəman adını da ona verəcək. Əsgər onun övladı idi Məhərrəm Seyidov çox çılğın idi. O, enerjisini sərf etməyə yer axtarırdı. Bir gün biz Müdafiə Nazirliyinə gəldik. Çıxanda artıq gec idi. Komandiri evimizə apardım. Səhərisi gün oğlum birinci sinfə getməli idi. Dedim, komandir, icazə ver, uşağı ilk dəfə məktəbə mən aparım. Biz onunla getdik məktəbə. O, məktəbdə elə çıxış elədi ki, hamı coşmuşdu. Sonra mənə dönüb dedi ki, bu uşağı hərbçi edəcəyinə söz ver. Mən sözümü tutdum. İndi oğlum zabitdir... Evinə kartof göndərmədi Məhərrəm əsgərlərini övladlarından ayırmırdı. Bir dəfə həyat yoldaşı mənə dedi ki, bəs, evdə artıq üç gündür kartof yoxdur. Dedi ki, qoy, heç olmasa özünün ərzaq payını evə göndərsin, heç olmasa, uşaqlara bir şey hazırlayım. Komandirə dedim... (gözləri dolur) Dedim, komandir, sənin evində yeməyə çörək yoxdur, öz ərzaq payını göndər ki, bəs uşaqlar ac qalmasın. Mənə dedi ki, mənim əsgərim burada nə yeyirsə, uşaqlarım da ondan yeyə bilər. Əsgərimin kartofu yoxdur, zəhmət çəksin, yoldaşım uşaqlarıma şorba bişirsin. O vaxt orduya siçovul kimi daraşmışdılar. Rusdan qalma briqada idi. Onların əksəriyyəti gizirlər idi. Məhərrəm də onlarla çox ciddi konfliktlərə girirdi. O, qaravul dəstəsi yaratmışdı və məni də ora təhkim etmişdi. O, ərzaq anbarlarından bu gizirlərin oğurluqlarının qarşısını almağa çalışırdı. Bu da çoxlarının xoşuna gəlmirdi. Bu baxımdan ona çox problem yaradırdılar. O isə heç bir kəsin haqqını yemirdi...
2014-02-07
8,433
“Onların məqsədi hakimiyyətə qarşı güc toplamaqdır...”
2008 ci ildə içində bomba partladıldıqdan sonra fəaliyyətini dayandıran Əbu Bəkr məscidinin imam-camaatı Qamət Süleymanov "Axar.az" saytına müsahibə verib. Həmin müsahibəni olduğu kimi təqdim edirik. Orda ölənləri də şəhid saymırıq - Gündəmin əsas mövzularından biri də Suriyaya döyüşməyə gedən azərbaycanlılardır. Onlar haqda nə düşünürsünüz? - Bismillahi-r-Rəhmani-r-Rəhim. Təbii ki, Suriya bu gün böyük bir problem olub. Bilirsiniz ki, Suriyanın əvvəli İraqdır. Böyük bir əməliyyatın tərkib hissəsidir. İraqda başladı və sonra gəldi Tunisə, Liviyaya, Yəmənə, hətta bir az da Misirə gəlib çıxdı. Ancaq Suriyada bir az vəziyyət fərqlidir. Suriyaya qədərki ölkələr üçün yazdıqları ssenari Suriyada nəsə işləmədi. Həm yerinə görə, həm də ölkələrin maraqları toqquşurdu. Nəinki Azərbaycan, bütün dünya üçün Suriya problem olub. Elə Avropanın özü üçün də problem olub. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyrin çıxışına qulaq asdım. O da bu mövzu ilə bağlı öz narahatçılığını ifadə etdi. Bildirdi ki, Avropada yaşayan insanlardan gedib orda döyüşənlər qayıdandan sonra problem olacaq. Öz mövqeyimizə gəldikdə isə, onu deyə bilərəm ki, bizim camaat orda döyüşməyi məqbul saymır və orda ölənləri də şəhid saymırıq. O məsələ oranın öz əhalisinin işidir. Burdan gedib orda döyüşənlərə qoşulmaq düzgün deyil. Təəssüf ki, biz ora gedənlərə kimin rəhbərlik etdiyini bilmirik. İslam deyəndə ancaq terrorçuları düşünürlər - Əksər əhali Suriyaya döyüşməyə gedənlərlə sizin camaatdan olanları eyni sayır. Əgər ayrı-ayrı düşüncədə və fəaliyyətdə olan adamlardısa, onlarla sizin hansı fərqləriniz var? - Təbii ki, bizi onlarla eyni adam saymaq ən birinci məlumatsızlıqdır. Azərbaycanda dini maarifçilik baxımından boşluqlar var. Hətta olduqca bəsit şeyləri belə, bəzən səhv bilirlər. Məsələn, imam Əli ibn Əbu Talib barədə deyirlər ki, peyğəmbərdir. Belə deyənlər var. Görünür ki, camaatın arasında dini maarifçilik aşağıdır və onlar məlumatlardan bixəbərdirlər. Onu bilməyən insan təriqətlər arasındakı fərqləri necə bilsin? Bu, təbii haldır. Çünki məlumatsızlıq olan yerdə kimlərinsə bu cür səhv düşünməsi təbiidir və biz buna normal yanaşırıq. Bizlə onlar təbii ki, ayrı-ayrı adamlarıq. İslama aidiyyəti olmayan avropalı və qeyri-müsəlman insanlar islam deyəndə ancaq terrorçuları düşünürlər. Bu da onun kimi. Elə bilirlər ki, elə ora gedib döyüşənlər də bizdəndir. Əslində, biz sələfi camaatıyıq və radikal qruplarla fərqimiz çoxdur. Biz ölkə başçısını ölkənin hakimi sayırıq, onlar yox... - Konkret desək, nə kimi fərqləriniz var? - Əqidə və dini etiqad baxımından olan fərqlərə toxunsam, oxuyanlara ağır olacaq. Ona görə istəyirəm ki, camaatın başa düşəcəyi formada ümumi danışım. Məsələn, biz siyasətə qarışmırıq. Ölkələrdə, yaşadığımız yerlərdə, heç bir dövlət idarəçiliyinə qarışmaq kimi bir fikrimiz yoxdur. Ora gedib döyüşənlərlə bizim əsas fərqimiz budur. Onların əsas ideyası dövlət və hakimiyyət məsələləridir. Məsələn, "cahil müsəlmanlara münasibət" məsələsində bizim fikirlərimiz fərqlidir. Biz onları müsəlman sayırıqsa, onları maarifləndirməyin tərəfindəyiksə, onlar tam tərsinə - elə insanları ümumiyyətlə, müsəlman saymır və kafir elan edirlər. Cahil müsəlman deyəndə dini qaydalara əməl etməkdə zəiflik göstərən insanlarımızı nəzərdə tuturam. Məsələn, namazdan uzaq insanlara, gah qılıb, gah qılmayan insanlara onların münasibəti olduqca pisdir və radikal mövqedə dayanıblar. Onlar elə insanları qeyri-müsəlmanlar kimi kafir sayırlar. Düzdür, namaz qılmamaq böyük günahlardandır. Amma biz onları dindən çıxartmırıq. İttiham eləmirik, kafir demirik. Sonra hakimə münasibət məsələsində bizlə onların arasında çox böyük fərqlər var. Biz ölkə başçısını ölkənin hakimi sayırıq, ancaq onlar saymırlar. Bu kimi cəhətlərə görə onlar bizdən kəskin fərqlənirlər. Onların məqsədi hakimiyyətə qarşı güc toplamaqdır - Sizcə, onların bu qədər radikal ruhda yetişdirilməsi gedib Suriyada və başqa ölkələrdə döyüşmək üçün deyilmi? - Tam dəqiq. Onların arasında xüsusi bir qrup var ki, onları sırf döyüşçü kimi yetişdirmək üçün çalışır. Onların qarşısına şərtlər qoyur ki, bu məsələlərə baxışınız bu cür olmalıdır. Bu sözləri deməlisiniz. Məsələn, onlara öyrədirlər ki, mütləq deməlisən ki, namaz qılmayan kafirdir, ümumiyyətlə, müsəlman ölkəsi yoxdur, bura da kafir ölkəsidir. Mütləq, ancaq özləri kəsən ətləri yeməlisən, başqalarının kəsdiyi əti yesən kafirsən. Onların qabağına mütləq şərt qoyurlar ki, bu hakimiyyətin kafir olduğunu deməlisən. Həm də siyasi tələblər qoyurlar. Həmin insan özü də hiss etmədən radikallaşır. Biz özümüz də şahidi oluruq ki, o fikrə qulluq edən insan onlara qoşulandan sonra sərtləşir və olduqca radikal birisi olur. Evində sərtləşir, qohum əqrəba ilə sərtləşir, qonşularla sərtləşir. Hətta bizə qarşı sərtləşirlər. Onların məqsədi siyasi hakimiyyətə qarşı güc toplamaqdır. - Onlar əvvəldən sizdən ayrı idi, ya Əbu Bəkr məscidindəki partlayışdan sonra yollarınız ayrıldı? - Ola bilər ki, onların arasından kimsə, məscid işləyən zamanlarda gəlib namazlarda otururdu. Ancaq kütləvi şəkildə gəlmirdilər. Ancaq onların keçmişdə həmişə bizim yanımızda olduqlarını demək olmaz. Ümumiyyətlə, ora gedib döyüşənlərlə bizi bir saymaq, eyni tutmaq, bu məsələni sırf Əbu Bəkrlə bağlamaq olduqca səhvdir. Təbii ki, ölkədə müəyyən qüvvələr var ki, bunu bizimlə bağlamaq istəyirlər. Suriyaya döyüşməyə gedənlərin arasında şiə inancında olanlar da var. Ancaq bunu çox yerdə səsləndirmirlər. Bir daha deyirəm ki, hansı tərəfdə döyüşməyindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının Suriyaya gedib döyüşməkləri məqbul deyil. Çox qəribədir ki, Əsəd tərəfində döyüşən azərbaycanlıların adını çəkən yoxdur. Onu da deyim ki, Əsəd tərəfində ermənilərdən də gedib döyüşənlər var. Çünki ermənilər suriyalılara borcludurlar. Çünki suriyalı ərəblər və ermənilər Qarabağ müharibəsi zamanı ermənilər tərəfində vuruşub. Bu, xoşagəlməz haldır. Hizbullahın liderinin Liviyadan etdiyi çağırışa görə, gedib orda döyüşən Azərbaycan şiələri az deyil. Mən o adamın çağırışına qulaq asdım. Loru dildə desək, deyirdi ki, həm sünni, həm də şiə olanlar gəlsin "razborkamızı" orda həll edək. Şiələrdən gedib döyüşənlərin əksəriyyəti elə o Nəsrullahın çıxışına görədir. Əbu Bəkr bağlanmayıb - Məscid fəaliyyətini dayandırıb. Bəs nə iş görürsünüz, nə edirsiniz? - Yox, məscid fəaliyyətini tam olaraq dayandırmayıb. Sadəcə olaraq, ictimaiyyət üçün bağlıdır. Ancaq öz icmamız məscidə girib çıxırıq, namaz qılırıq. Bundan başqa internetdə çıxışlarım olur, onlarla məşğul oluram. Məhdud səviyyədə də olsa, fəaliyyətim var. Bəzən bir qardaşın məclisinə gedəndə, xeyir işində iştirak edəndə, görürsən ki, insanlar dinə acdır. O qədər suallar verirlər ki. Çoxunun məlumatsız olduğu ortaya çıxır. Çoxu istəyir ki, görüşsün. Elə hey bizə qulaq asmaq istəyirlər. Heydər Əliyevə cənazə namazı qılmasaydım da... - Xəvariclər sizin haqqınızda deyirlər ki, o Heydər Əliyevin cənazə namazını qılıb və ona görə lənətullahdır. Buna nə deyirsiniz? - Bu bəhanədir təbii ki. Mən Heydər Əliyevə cənazə namazı qılmasaydım, guya onlar dönməyəcəkdilər? Bunların hamısı bəhanədir. Onlar radikal ruhda yetişdirilir və siyasi məqsədlər üçün nəzərdə tutulublar. Bu fikir onlarda var idi. Sadəcə, bəhanə gətirirlər. Məsələn, onlar bəhanə gətirirlər ki, Qarabağda cəbhə yoxdur deyə, gedib Suriyada döyüşürlər. Bu da bəhanədir və yalandır. Onlar Qarabağda döyüşməyi cihad saymırlar. Onların çoxu bu fikri açıq-aydın deyir. Deyirlər ki, Qarabağda döyüş başlasa biz gedib döyüşməyəcəyik. Bu cür bəhanə gətirirlər. Ola da bilər ki, tamamilə başqa bir məscid bu işlə məşğuldur - Sizin imam-camaatınızdan olan sələfilərin arasında elələri var ki, Suriyaya gedib döyüşənlərin Ləzgi Məscidi və onun axundu Ramin Həmzəyev tərəfindən döyüşməyə göndərildiyini iddia edir. Bu barədə siz özünüz nə deyə bilərsiniz? - Bilirsiniz, bunu demək çətin məsələdir. Belə bir şeyi iddia etmək üçün əlimizdə ciddi və inkaredilməz faktlar olmalıdır. Əlimdə belə bir fakt yoxdur və ona görə konkret nəsə deyə bilmərəm. Ancaq ola bilər ki, azərbaycanlıları Suriyaya göndərənlərdən kimsə həmin məsciddə otursun. Ola da bilər ki, heç adı zikr edilməyən, tamamilə başqa bir məscid bu işlə məşğuldur. Bu işi konkret hansısa məscid və ya imamla əlaqələndirmək çətin məsələdir, bunun üçün sübut lazımdır. - Nə təklif edirsiniz, məsələni necə həll etmək olar? - Çox şey etmək olar. Maarifləndirici işlər görmək olar. Dini məsələlərdə insanların məlumatı aşağıdır. Onu həll etsək, çox şey düzələr. Əbu Bəkr məscidi açılsa, əhli-sünnədən olan insanlar ora namaza gələr və maariflənərlər. Məscidlər açılmalı və onun idarəçiliyi normal dini təhsili olanlara verilməlidir. Bu kimi işlər görülsə, insanları Suriyada döyüşmək fikrindən yayındırmaq olar. Gec olsa da, nəsə etmək mümkündür. Bir fikrə insanı salmaq asandır. Ancaq onu həmin fikirdən uzaqlaşdırmaq çətin məsələdir. Sumqayıt olayları böyük səhv idi - Necə olur ki, insanlar o cür radikal və ekstremist fikirlərə düşürlər? - Böyük səhvlərdən biri Sumqayıt olayları idi. Onlarla o cür davrananda onlar da radikallaşır və o cür ekstremistlərin sayı çoxalır. Əbu Bəkr məscidinin, Gəncədə sünni məscidinin bağlanması və s. onları daha da radikallaşdırdı. Gəncədəki o məscid indi kitabxana kimi fəaliyyət göstərir. Bu da orda ibadət edən insanların radikallaşmasına səbəb olur. Yaddan çıxartmaq lazım deyil ki, məscidi bağlamaq, ibadətə mane olmaq dövlətə xidmət etmir. Tam tərsi, dövlətin işinə mane olur. Çünki o insanları radikallaşdırmaq üçün bəhanə axtarırlar. Onların əlinə səbəb vermək olmaz. Bəzi məzhəblər bizi rəqib görürlər özlərinə. Ancaq söhbət dövlət maraqlarından gedirsə, Əbu Bəkr məscidi açılmalıdır. Binə və Sədərək ticarət mərkəzlərində işləyən qardaşlarımızı gəlib siyahıya alırlar. Bu kimi şeylər insanları radikallaşdırır. Dövlət gərək bunu nəzərə alsın. Belə şeylər etmək olmaz. Mən hələ başqa şeyləri demirəm. Neynəyək, ticarətlə məşğul olmayaq? - Məsələn başqa nə? - Əvvəl olanları deyirəm də. Qardaşların saqqalını qırxırdılar. Bu onlara çox pis təsir edirdi. Şükürlər olsun ki, indi belə şeylər yoxdur. Bu çox böyük səhv idi. Radikallar belə məsələlərdən çox böyük məharətlə istifadə edirdilər. İndi Binə ticarət mərkəzində işləyən qardaşları siyahıya alırlar. Neynəyək, ticarətlə məşğul olmayaq? Hər kəs orda öz ailəsinin ruzisini qazanır da. Radikalların artmasının əsas səbəbləri xaricdə olsa da, daxildə də yetərincə səbəb var. Dövlət addımlarına fikir verməlidir. Saqqallarını qırxmaqla guya onlar fikirlərindən dönürlər? Tam tərsi, radikallaşmaqlarına təkan verirlər. - Sizin əhli-sünnə camaatı arasında müəyyən nüfuzunuz var. Şiə inancında olan nüfuzlu axundlarımız da var. Həm sizin, həm onlar azərbaycanlıların Suriyada döyüşməyinə qarşı çıxırsınız. Bu ortaq cəhətdir. Bu cür məsələlərdə birgə hərəkət etmək olmaz? - Bu mənim səlahiyyətimdə olan şey deyil. Belə işləri dövlət görməlidir. Kimlərisə bir araya gətirmək üçün dövlət özü hərəkət etməli, siz deyən müzakirələri təşkil etməlidir. Məni heç zaman heç bir müzakirəyə və konfransa çağırmırlar. Yəqin ki, hələ ehtiyac görmürlər...
2014-02-07
8,434
Montində ucaldılan bu əzəmətli villa hansı məmurundur? - Foto
Şəkildə gördüyünüz bu möhtəşəm villa Monitinin mərkəzində, bina evlərinin düz arasında ucaldılıb. 6 metr hündürlükdə ucaldılan hasarların belə gizlədə bilmədiyi və böyük bir sahəni əhatə edən bu əzəmətli villa cəmi 3 ay müddətində tikilib və hazırda sözügedən məmurun sərəncamındadır. Bəs bu villa hansı məmurundur? Bəzi xırda detalları dəqiqləşdirdikdən sonra onun sahibinin kimliyini oxucularımıza bildirəcəyik.
2014-02-07
8,435
Azərbaycan generaliteti cəbhə bölgəsində toplandı
Cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin genişləndirilmiş səyyar kollegiya iclası keçirilib. Toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə, müstəqil xidmət rəisləri, birlik komandirləri və qərargah rəisləri iştirak edib. Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib. Aparılan fəaliyyətlərlə bağlı birləşmə komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və Müdafiə naziri qısa zaman ərzində müdafiə zolağının təkmilləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
2014-02-07
8,436
“Maliyyə amnistiyası olacaq” - Nazir
"Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsi hazırlanır". "Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, bunu vergilər naziri Fazil Məmmədov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu böyük layihədir və Azərbaycan buna hazırdır: "Bu bir neçə ili əhatə edən layihə olacaq. Burada söhbət gəlirlər haqda bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın, həmçinin gəlirlərinin leqallaşdırılmasından gedir". F. Məmmədov deyib ki, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz: "İstər əmlak, istərsə də digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sisteminə keçmək lazımdır. Bunun üçün digər prosedur məsələlər həll edilməlidir. Bütün hallarda bu qərar qəbul olunacaq. Hazırda bununla bağlı hazırlıq işləri gedir".
2014-02-07
8,437
Məşhur aparıcının səhhətində problem yaranıb
"Xəzər" TV-nin məşhur aparıcısı işdən çıxıb. Bu barədə məlumatı publika.az saytı yayıb. "Xəzər" TV-nin sözcüzü Aqşin Kamal AzNews.az açıqlamasında Anar Nəcəflinin işdən çıxmasını təsdiqləyib: "Anar Nəcəfli bir neçə gün öncə işdən çıxması haqqında ərizə yazıb və öz istəyi ilə televiziyadan uzaqlaşmaq niyyətini açıqlayıb. O, bunu sağlamlığında olan problemlə əlaqələndirib. Fevralın 7-si onun televiziyada sonuncu iş günüdür".
2014-02-07
8,438
Berkut Maydanda "Molotov kokteyli"ndən istifadə edib - Foto
Jurnalistlər Xarici İşlər naziri Leonid Kojaraya cavab olaraq "Berkut"la bağlı diqqət çəkən şəkilləri paylaşıblar. "Axar.az" Ukrayna mediasına istinadən xəbər verir ki, Kojaranın xüsusi təyinatlıların "Molotov" kokteyli və başqa silahlardan istifadə etmədiyi barədə bəyanatından sonra media nümayəndələri xəbər portalları vasitəsilə ona cavab veriblər. Xatırladaq ki, sözügedən şəkillər hələ heç yerdə yayımlanmayıb. Görüntülər Maksim Perepilçıy adlı foto müxbirin şəxsi arxivindəndir.
2014-02-07
8,439
Həsən Ruhani Xomneyiyə Tvitterdə şikayət yazdı
İranın prezidenti Həsən Ruhani dövlət televiziyasının canlı yayımına dəvət olunub. İranın islahatçı lideri ilə müsahibədə gərgin anlar yaşanıb. "Axar.az" İran mətbuatına istinadən xəbər verir ki, efir gecikdiyinə görə prezident Ruhani əsəbiləşib. Təyin olunan vaxtda yayım başlamadığı üçün Ruhani çarəni tviterdə tvit atmaqda görüb. Ruhani tvitində dini lider Ayətulah Xomneyiyə yaxınlığı ilə tanınan dövlət televiziyasını xalqa səslənməsinə mane olmaqda günahlandırıb.
2014-02-07
8,440
Daha bir nəfər AKP-dən istefa verdi
AKP-Gülən hərəkatı gərginliyindən sonra başlayan istefa dalğasına daha biri əlavə olunub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-nin İzmir millət vəkili İlxan İşbilən bu gün Türkiyə saatı ilə 14:30-da mətbuat konfransı təşkil edəcəyini bildirib. Gülən hərəkatına yaxınlığı ilə tanına İşbilənin mətbuat konfransında istefasını açıqlayacağı gözlənilir. Xatırladaq ki, bu, AKP-də baş verən istefa dalğasında 9-cu olacaq.
2014-02-07
8,441
Amerikalı politoloq: "Qarabağda müharibə başlayacaq"
"Ermənistan və Azərbaycan arasında başlayacaq yeni müharibə 90-cı illərdəkindən tamamilə fərqlənəcək". "Axar.az" xəbər verir ki, bu açıqlamanı Amerikalı politoloq Ueyn Meri Qarabağda müharibə olacağı ilə bağlı sualı cavablandırarkən verib. O, tərəflərin hələlik qısa müddətli kiçik müharibə başlatmaqla müxtəlif uzaq məsafələri vuracaq silahlarını sınaqdan keçirməyə çalışdıqlarını deyib: "Bu dəfəki müharibə ən yeni texnologiyalarla olacaq. Hər iki tərəf bir-birini əldən salmağa çalışacaq. Hələlik qısa müddətli kiçik müharibə başlatmaqla uzaq mənzilli silahlarını sınaqdan keçirməyə çalışacaqlar və böyük dövlətlərin işə müdaxiləsini gözləyəcəklər". Politoloq bu tip addımların heç bir siyasi qərarın qəbul edilməsinə gətirməyəcəyini də deyib: "Müharibə hər iki tərəf üçün fəlakətdir. Hər iki tərəf müharibədə itirəcək. Heç bir siyasi qərar qəbul edilməyəcək. Ermənilər özlərinə çox güvənirlər. Həmin dəqiqə Azərbaycanı məğlub edəcəklərini düşünürlər. Amma Azərbaycan da öz hərbi sferasına investisiyalar qoyur".
2014-02-07
8,442
Azərsu əhalini susuz qoymağa and içib
Montin qəsəbəsində yerləşən Hidayətzadə 20 ünvanında 8 gündür ki, su yoxdur. Sakinlərin dediyinə görə, 3 gün bundan əvvəl binanın borularının donu açılsa da, burda quraşdırılan smartfon sayğaclarda problem yaranıb. İki-üç sakinin sayğacı qaydaya salınsa da, əksər sakinlər hələ də susuzluqdan əziyyət çəkir. Nərimanov Rayon Su İdarəsi düşdükləri ağır vəziyyətdən şikayət edən vətəndaşlara məsələyə heç bir aydınlıq gətirə bilməyəcəyini, smartfonları quraşdıran şirkətə görə cavabdeh olmadığını bildirib. "Azərsu" Səhmdar Cəmiyyəti də sakinlərə eyni cavabı verib. Günlərdir susuz şəraitdə olmazın əziyyət çəkən və Azərsu idarələri arasında çaşbaş qalan sakinlər bu dolaşıqlığı çözə bilmədiklərindən üzlərini "Axar.az"a tutublar. Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayılov isə smartfon sayğacları bu müəssisənin tərkibində olan Nəzarət Ölçü Cihazları İdarəsinin quraşdırdığını bildirdi. Aidiyyəti qurum nümayəndəsi Tahir müəllim isə vətəndaşların şikayətlərinə bu gün baxa bilməyəcəklərini söylədi və bunu işlərinin çox olması ilə əlaqələndirdi. Əməkdaşımıza danışan sakinlərdən biri bildirib ki, Azərsu onların şikayətinə baxmadığına görə, indi məcburdurlar ki, Prezidentə müraciət etsinlər. Çünki artıq bundan başqa yolları qalmayıb.
2014-02-07
8,443
“Neftçi”dən “XL” rəhbərliyinə sərt sözlər
"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə feysbuk səhifəsində yazdığı statusda bu həftə baş tutacaq "Böyük Oyun"un yayımlanmaması ilə bağlı "Xəzər Lənkəran" rəhbərliyini günahlandırıb. "Axar.az" Gündüz Abbaszadənin statusunu təqdim edir: "Çox maraqlıdır, hamı "Böyük oyun" deyir. Böyük oyun isə yayımlanmayacaq. Əminəm ki, bu məsələdə "İdman Azərbaycan" kanalının zərrə qədər "günahı" olsaydı, indi mətbuat susmayacaqdı. Azarkeşlərimizi "Böyük oyun"suz qoymaq istəyən isə bu dəfə "Xəzər Lənkəran" tərəfidir. Açıq danışmaq lazımdır, əvvəlki illərdə klublar yayım üçün TV-yə xahiş-minnət edirdilər. Hətta yayım üçün tələb olunan texniki xərcləri belə, klublar ödəyirdi. İndi PFL və Topaz yayım üçün hər şəraiti yaradıb. Pulsuz-parasız... Bəs niyə mane oluruq? "Yayım üçün kluba pul ödənilməlidir" iddiası bəhanədən başqa bir şey deyil. İndi yadınıza düşdü? "Dünən"ə qədər yayım üçün pulu ödəyən siz idiniz axı?! Mustafa Dənizlidən soruşun, zəhmət olmasa, Türkiyədə başqa oyunu demirəm, "Beşiktaş" - "Konyaspor" oyunu yayımlanmasa, ictimaiyyət nə reaksiya verərdi? Təsəvvür belə etmək çətindir".
2014-02-07
8,445
Üç dayısını diri-diri yandıran sumqayıtlı həbs edildi
Sumqayıtda dəhşətli qətl törədilib. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb. *** 23 yaşlı gənc dayılarının olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Sumqayıtda üç dayısını yandıraraq öldürən şəxs həbs edilib. "Axar.az" APA-ya istinadən məlumat verir ki, hadisə baş verən zaman hadisəni törədən və ölən şəxslər sərxoş olublar. Onlar bir yerdə yeyib içdikdən sonra aralarında mübahisə düşüb. 23 yaşlı Ə. Abbasov da dayılarının sərxoş olmasından istifadə edərək onların olduğu otaqdakı yorğan-döşəyə od vurub və otağın qapısını bağlayıb. Nəticədə hər üç şəxs tüstüdən boğularaq ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
2014-02-07
8,446
İnsanlığı sarsıdan olay: “O sənin atan deyil” - Video/Foto
İspaniya kubokunda "Real" və "Atletiko"(Madrid) arasında keçirilən görüşdə ilginc olay yaşanıb. "Real"ın oyunçusu Marseloya qarşı irqçi şüarlar səsləndiriblər. "Axar.az "xəbər verir ki, "Marca" qəzetinin yazdığına görə, "Real"ın ehtiyyat oyunçuları meydana çıxarkən, tərəfdarlar Marseloya "Sən meymunsan" deyə qışqırmağa başlayıblar. Sonra işlər daha da çirkinləşib. Marselonun oğlunu meydanda görən rəqibin irqçi azarkeşləri "Marselo sənin atan deyil" qışqırıblar. Marselonun özü sonradan bununla bağlı "Tvitter" hesabında açıqlama verib. O bildirib ki, bu cür hallarla tez-tez qarşılaşmasına baxmayaraq, hadisə nə ona, nə də ailəsinə təsir etməyib: "Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu cür hadisələrlə ilk dəfə qarşılaşmasaq da, söz verirəm ki, belə irqçi hərəkətlərə qarşı güclü olacağıq. Bu hərəkət mənə və ailəmə təsir etmədi".
2014-02-07
8,447
Kolleclərə qəbul imtahansız olacaq - TQDK
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kolleclərə qəbul qaydalarında dəyişiklik edib. Yeniliyə əsasən, bu il 9-cu sinfi bitirərək kolleclərə qəbul olunmaq istəyən abituriyentlər bunun üçün ayrıca imtahan verməyəcəklər. "Axar.az" bununla bağlı TQDK-nın rəsmi internet səhifəsinə istinadən xəbər verir. Yeni qaydaya əsasən, 9-cu sinfi bitirən şagirdlərdən kolleclərin müsabiqəsində iştirak etmək istəyənlər buraxılış imtahanının nəticəsinə görə ixtisas seçimi edə biləcəklər. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək. Həmin imtahanın iyunun 29-da keçirilməsi nəzərdə tutulur. Kolleclərə 9 illik təhsil bazasından qəbul imtahanlarına qoşulan bütün abituriyentlər yalnız ana dili və riyaziyyat fənlərindən imtahan verəcəklər.
2014-02-07
8,448
Anar Nəcəflinin Xəzər TV-dən ayrılmasının təfərrüatı
Xəzər TV-nin Xəbərlər proqramının əsas buraxılışının aparıcısı Anar Nəcəflinin işdən ayrılmasının təfərrüatları məlum olub. "Axar.az"ın əldə etdiyi məlumata görə, Anar Nəcəfli hələ bir ay əvvəl Xəzər TV-dən ayrılmaq qərarına gəlib. Təcrübəli aparıcının bu qərara gəlməsində əsas səbəb Xəbərlər departamentinin rəhbəri İbrahim Ünlübostanla aralarında olan münaqişədir. Anar Nəcəflinin departemntdə artan nüfuzu tabeçiliyindəki işçilərə diqtə etməklə ad çıxaran İbrahim Ünlübostanın xoşuna gəlməyib. Televiziya daxilindən əldə etdiyimiz məlumatda bildirilir ki, o qədər də böyük nüfuzu olmayan departament rəhbəri hər dəfə işində yol verdiyi nöqsanları bəhanə edərək, aparıcının işinə müdaxilə edirmiş. Nəticədə vəziyyətin çıxılmaz olduğunu görən Anar Nəcəfli yeddi il işlədiyi televiziyadan getmək qərarına gəlib. Əldə etdiyimiz məlumatda o da bildirlir ki, Anar Nəcəflidən əvvəl bir vaxtlar Xəzər TV-nin əsas simaları olan Lalə Eyvazova, Günel İsmayılqızı, Firuzə Qurbanlı, Emin Abbasov və İqrar Eyvazov müxtəlif zamanlarda İbrahim Ünlübostanla yaşanan münaqişə nəticəsində televiziyanı tərk ediblər.
2014-02-07
8,449
Ələkram Hümbətovu AŞ-a çağırdılar – Şok iddia
Ələkram Hümbətov Avropa Şurasının tədbirinə dəvət olunub. "Axar.az" xəbər verir ki, bu informasiya ilə İran mətbuatı çıxış edib. Mətbuat öz mənbələrinə istinadlanaraq həmin dəvətin Avropa Şurasının baş katibi tərəfindən edildiyini yazıb. Tədbirin 19 fevral Brüsseldə baş tutacaq "Sülh və Cənubi Qafqaz birgə yaşam" forumu olduğu qeyd edilib. İran mətbuatı həmçinin foruma Cənubi Qafqaz ölkələrinin də dəvət olunduğunu vurğulayıb. Qeyd edək ki, Ələkram Hümbətov Azərbaycanda "Talış Muğan Respublikası"nı yaratmaq istəyənlərdən biri olub. 1993-cü ildə həbs olunan Ə.Hümbətov uzun müddətdən sonra azadlığa buraxılıb. Hazırda onun Hollandiyada yaşadığı bildirilir. 2013-cü ilin oktyabrında Ələkram Hümbətov İrəvan Dövlət Universitetində dediyi mühazirə ilə yenidən gündəmə gəlmişdi.
2014-02-07
8,450
Nuland söyüşünə görə üzr istədi
Məlum olduğu kimi, internet səhifələrində ABŞ Dölət katibinin müavini Viktoriya Nulandın səs yazısı yer alıb. Amerikanın Ukraynadakı səfiri Cefri Payettuya üz tutan Nuland Avropa İttifaqının ünvanına xoşagəlməyən ifadələr işlədib. "Axar.az" xəbər verir ki, Dölət Departamentinin mətbuat katibi Cen Psaki jurnalistlər önündə çıxış edərkən sözügedən yazını şübhə altına almasa da, rəsmən təsdiqləməyib. Onun sözlərinə görə, Nuland avropalı həmkarlarına zəng açaraq, yəqin ki, üzürxaqlıq edib. Qeyd edək ki, yazıda Nuland Amerikanın Ukraynanın gələcək hakimiyyətinin rəhbərliyində Vitali Kliçkonu deyil, Arseni Yaçenyuku görmək istədiyi ilə bağlı suala anında əsəbiləşərək "Fuck the EU" ifadəsi işlədib.
2014-02-07
8,451
AGBank və müştəriləri aldadan zərgər yaxalandı
"Azəriqazbank"ın (AGBank) "borc əməliyyatı" nəticəsində Bakı sakini Həsən Məmmədhüseyn oğlu Seyidlinin məhkəməyə verildiyi barədə xəbər vermişdik. Məlumatda bildirilirdi ki, H.Seyidov banka qızıl girov qoyaraq 6 min 300 manat kredit götürüb. Həmin pulun 4 min manatı qızıl-zinət əşyalarına görə yerindəcə geri alınıb. Lakin H.Seyidli onun adına banka girov qoyulan həmin qızılları görmədiyini bildirib. "Axar.az"a daxil olan məlumata əsasən, həmin vaxt "AGBank"da qiymətləndirici kimi fəaliyyət göstərən Arif Muxtar oğlu Piriyev barəsində Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb. Bundan əvvəl isə onun qanunsuz hərəkətləri barədə "AGBank" ASC-nin idarə heyətinin sədri A.Mövsümov polisə müraciət edib. Onun müraciətindən sonra aparılan araşdırmalarda A.Piriyevin bir nəfəri aldatması üzə çıxıb. Qızıl əvəzinə dəmir və mis girov qoyub Araşdırma nəticəsində bankda qiymətləndirici işləyən A.Piriyevin Amanova Ruhiyyə Rəhman qızının adına saxlanca qoyduğu saatın əslində qızıl olmadığı məlum olub. Həmin saat xrom, dəmir və mis elementlərinin qarışığından hazırlanıbmış. A.Piriyev həmin saatı 3 min manat dəyərində qiymətləndirərək Ruhiyyə Amanovaya 2 min 400 manat kredit ayrılmasına razılıq verib. Bir müddətdən sonra isə həmin qadın krediti ödəmədiyi üçün bank rəhbəri polisə müraciət edib. Toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilib. Prokuror Həsrət Pirməmmədov A.Piriyevin əməlində kifayət qədər cinayət əlamətlərinin olmasını nəzərə alaraq barəsində Cinayət Məcəlləsinin 314.1-ci maddəsi (səhlənkarlıq) ilə cinayət işinin başlanmasına qərar verib. İşin araşdırılması müstəntiq Asif Şıxəliyevə tapşırılıb. Lakin müstəntiq araşdırma getdiyindən bu barədə hər hansı informasiya verməkdən imtina edib. Aldananların siyahısı uzanır Həsən Seyidli də eyni ssenari ilə aldadılaraq girov kimi adına qızıl-zinət əşyaları qoyulub. Lakin sonradan kreditin saxta sənədlərlə rəsmiləşdirildiyi üzə çıxıb. Hazırda onun şikayəti Apellyasiya Məhkəməsində araşdırılır. "AGBank"ı məhkəmədə təmsil edən nümayəndə son iclasda müştərinin adına girov kimi rəsmiləşdirilən həmin qızılların saxta olduğunu etiraf edib. Buna görə hakim məsələnin növbəti iclasda araşdırılacağını elan edərək prosesi təxirə salıb. Xatırladaq ki, H.Seyidli 2010-cu il yanvarın 8-də "AGBank"ın Sumqayıt filialından kredit götürüb. Dəyəri 9 min 364 dollar olan qızıl-zinət əşyaları 4 min dollara rəsmiləşdirilib və həmin pul yerindəcə vətəndaşdan geri alınıb. Sonradan kreditin bir hissəsini ödəsə də, bank ondan faizlərlə birgə 35 min 187 dollar borcu ödəməsini tələb edib. Bundan sonra başlanan mübahisələrdə H.Seyidlinin aldadıldığı məlum olub. Görünən odur ki, H.Seyidov A.Piriyevin aldatdığı sonuncu müştəri deyil. İstintaq zamanı digər şikayətçilərin də üzə çıxacağı istisna edilmir.
2014-02-07
8,452
Yeni kart sistemi avtobus sürücülərinin “cibinə girir”
Avtobuslarda kartla tətbiq edilən yeni ödəniş sistemindən əldə edilən vəsait müəmmalı şəkildə mənimsənilir. Yanvarın 18-dən paytaxtda sərnişindaşımanı həyata keçirən Transqeyt MMC-ə məxsus 10 və 95 nömrəli marşrutlarda gediş haqqı kartlarıyla ödənilməsinə başlanılıb. "Axar.az"ın əməkdaşı Azərbaycanda ictimai nəqliyyatda yenilik olan bu sistemin tətbiqi ilə bağlı reyd keçirib. Paytaxta sərnişindaşımanı həyata keçirən 10 nömrəli marşrutun sürücüləri əməkdaşımızla söhbət zamanı yeni sistemin tətbiqindən narazılıqlarını bildiriblər. Sürücülərin sözlərinə görə, karta yığılan məbləğ əsas plan məbləğindən çıxılmır: "Rəhbərlik bizə demişdi ki, kartla yığılan vəsaitin miqdarından asılı olaraq gündəlik ödəyəcəyimiz plandan çıxılacaq. Biz bu marşrutda gündəlik 107 manat plan ödəyirik, amma kartla ödənilən gediş haqqının bu plana təsiri yoxdur. Yəni yeni sistemin bizə xeyri yox, ziyanı var. Onsuz da qəpik-quruş qazanırdıq, indi bizi daha da istismar edirlər". "Sürücülərin iddiası tam əsassızdır" Transqeyt MMC-nin direktor köməkçisi Samir Hüseynov "Axar.az"a açıqlamasında sürücülərin iddiasını təkzib etdi: "Kartda yığılan məbləğ əsas plan məbləğindən çıxılır. Sürücüdən qoyulan planı almaq mümkün deyil, o ki, qaldı artıq planı alasan. Yenə deyirəm, artıq gələn vəsait hesablanır, plandan çıxılır. Əgər elə bir sürücü varsa, o sürücünü tapın gətirin, biz məsələni aydınlaşdıraq. Bir daha təkrar edirəm ki, sürücülərin iddiası tam əsassızdır". Xatırladaq ki, Nəqliyyat Nazirliyinin məlumatına görə, 2014-cü ilin sonunadək paytaxtdakı bütün ictimai nəqliyyat tamamilə kartla ödəniş sisteminə keçəcək.
2014-02-07
8,453
Vali “Ərdoğan məni ağlatmayıb” dedi
"Mən də mətbuatdan eşitdim". "Axar.az"ın daha öncə xəbər verdiyi kimi, Türkiyənin Baş naziri R.T.Ərdoğanın Gəzi hadisələri ilə əlaqədar "narahat olmayın, məsul şəxsləri ofisimə çağırıb danladım. Onları ağlatdım" sözlərindən sonra ağlayan şəxsin İstanbul Valisi Hüseyn Avni Mutlu olduğu güman edilirdi. Mutlu bu barədə mətbuata açıqlama verib: "Mən də mətbuatdan oxudum. Cənab Baş nazir "valini ağlatdım" kimi bir ifadə işlətməyib. Ancaq bəzi media orqanları məsələni "valini ağlatdı" kimi dəyərləndirib".
2014-02-07
8,454
Kılıçdaroğlu azərbaycanlı jurnalistin qovulmasından danışdı
Kamal Kılıçdaroğlu: "Bu saxtakar diktatorun milləti idarə etməsini həzm edə bilmirəm" Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu "Todays Zaman" qəzetinin azərbaycanlı redaktoru Mahir Zeynalovun ölkədən deportasiyasına münasibət bildirib.APA-nın xəbərinə görə, jurnalistlərin suallarını cavablandıran K. Kılıçdaroğlu baş nazir Rəcəb Tayyib Ərdoğan haqqında sərt ifadələr işlədib. Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri bildirib ki, hər siyasətçinin tənqidə ehtiyacı var: "Bir jurnalist "twit" atdı deyə ölkədən çıxarılırsa, bu, həmin qəzetin və jurnalistin gücünü, onu ölkədən çıxaran siyasətçinin isə zəifliyini göstərir. Medianın xalq adından sual vermək hüququ var. Baş nazir özünə yaxın media ordusu formalaşdırmaq istəyir, bu, yolverilməzdir". İnternet üzərində nəzarət tətbiq edilməsi barədə qanunu şərh edən partiya lideri deyib ki, heç bir qadağa uzun sürə bilməz: "İstədikləri qadağaları tətbiq etsinlər, millət bu yasaqları qıracaq. Heç bir yasaq sürəkli olmayıb, Kənan Evren cəhd etdi, olmadı. Rütbəsiz diktator yasaq gətirməyə çalışır, bu da olmayacaq". Baş nazir Ərdoğanın rəy sorğularının nəticələrinə müdaxilə etməsi ilə bağlı gizli telefon danışıqlarının üzə çıxmasına toxunan K. Kılıçdaroğlu hesab edir ki, bu qədər qalmaqaldan sonra R. T. Ərdoğan baş nazir kreslosunda oturmamalıdır: "Bir baş nazir mediaya, sorğuların nəticələrinə müdaxilə edir. Rəcəb Tayyib Ərdoğan o kresloda oturmamalıdır. Oturursa, deməli, riyakardır. İnsan bir az utanar, özü, oğlu, nazirləri bu işlərin içindədir. Əxlaqsızlığı cəmiyyətdə hökmran etmək istəyən bir baş nazir o kresloda oturmamalıdır. Dünənə qədər diktatordan bəhs edirdim, indi saxtakar bir diktatordan bəhs edirəm. Bu saxtakar diktatorun milləti idarə etməsini həzm edə bilmirəm".
2014-02-07
8,455
Zakir Qaralov 3 prokuroru işdən qovub
Prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin nəticəsi olaraq, 2013-cü ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 49 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 32 nəfərə şiddətli töhmət və töhmət elan olunmuş, 3 əməkdaş tutduğu vəzifələrdən azad edilib. AzNews.az-ın məlumatına görə, bu barədə 2013-cü ildə "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında məlumat verilib. Məlumatda qeyd olunub ki, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 3 əməkdaş prokurorluq orqanlarından xaric olunub. Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan, bundan sonra da bütün neqativ təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.
2014-02-07
8,456
Türk tarixçiləri bizdən nə istəyir?
Dünən Türkiyənin "Haberturk" kanalının "Ötəki gündəm" verilişinə baxdım. Verilişdə şiəliyin və sünniliyin tarixi haqqında müzakirələr aparılırdı. Mənim tarix haqqında danışmaq fikrim yoxdur, bu mütəxəssislərə aid bir işdir. Ancaq veriliş boyu Azərbaycan Səfəvilər dövlətinin hökmdarı Şah İsmayılın İran şahı kimi təqdim olunması hesab edirəm ki, Azərbaycan türklərinin dövlətçilik tarixinə bir həqarətdir. Bu fikirləri verilişdə iştirak edən tarixçilərin Azərbaycana qarşı qərəzli münasibəti ilə bağlamaq bəlkə də doğru olmazdı. Çünki bu günə qədər istər Türkiyə, istərsə də dünyada Səfəvilər xanədanı İran dövləti kimi qəbul edilib. Halbuki Şah İsmayılın Azərbaycan hökmdarı olması o qədər açıq bir həqiqətdir ki, bunu müəyyənləşdirmək üçün heç mütəxəssis olmağa da ehtiyac yoxdur. Dövlətin paytaxtı Təbriz, rəsmi yazışmalar türk dilində, bütövlükdə Azərbaycan ərazilərini əhatə edən türk mənşəli Səfəvilər dövlətini İran dövləti saymaq üçün heç bir tarixi əsas yoxdur. İranın o zaman Səfəvilər dövlətinin tərkibinə daxil olması isə bu dövlətin fars dövləti sayılması üçün əsas ola bilməz. Eyni məntiqlə bu gün ərəb ölkələrinin də Osmanlı imperiyasının tərkibinə daxil olduğunu əsas gətirib bu imperiyanı Ərəb dövləti adlandırmaq nə dərəcədə doğru olardı?.. Təbii ki, bu açıq və aydın şəkildə yanlış, təhrif sayılan bir yanaşma olardı. O halda nədən Səfəvilər dövlətini türk tarixçiliyi İran dövləti kimi qəbul etməlidir? Müasir milli dövlətlər meydana çıxmadan öncə dövlətlər yerləşdikləri əraziyə, milli kimliyə görə deyil, hakimiyyəti quran, əlində saxlayan sülalənin adı ilə adlandırılıb. Necə ki, türk dövləti sayılan Osmanlı onu quran Osmanın adı ilə adlandırılırdı, eləcə də Şah İsmayılın qurduğu dövlətin də adı onun babası şeyx Səfinin adı ilə bağlıdır. Bu məsələnin detallı şəkildə gündəmə gətirilməsi və tariximizin İran əsarətindən çıxarılması tarixçilərin işidir. Bəs niyə bu günə qədər bunlar edilməyib? Qərb tarixçiliyi bir tərəfə dursun, Türkiyə də bizim tarixi İran tarixi kimi qəbul edirsə, bunun günahı kimdədir? Əlbəttə ki, özümüzdə... Niyə Azərbaycanın əvvəlki dövrlər bir yana, heç olmasa orta əsrlər dövrünün gerçək şəkildə öyrənilməsi və təqdim olunması üçün sərhədlərimizdən kənarda bircə təşəbbüs belə göstərilmir? Azərbaycan Elmlər Akademiyasının Tarix institutu deyilən bir qurum var. Bundan əlavə ölkə Universitetlərində kifayət qədər tarixçi potensialı olduğu halda, tariximizi tanıtmaq, dünya tarixçiliyində bizim İran içərisində yox sayılmağımızı aradan qaldırmaq üçün niyə ciddi bir fəaliyyət proqramı hazırlanmır? Bu gün Avropa ölkələrində olan muzeylərdə Azərbaycan tarixinə aid dəyərli sənət nümunələrinin demək olar ki, hamısı İrana məxsus əşyalar kimi təqdim olunur. Nə çətin, müşkül məsələdir ki, ilkin başlanğıc kimi ölkəmizdə, Türkiyədə nüfuzlu, tanınmış tarixçilərin iştirakı ilə dövlətçilik tariximizin bizə, Azərbaycana aid olduğunu sübut etmək, araşdırmaq üçün elmi konfranslar keçirilsin? Təbii ki, istək olarsa, heç də çətin deyil. Bundan əlavə tariximizə aid kitabların Türkiyədə, Avropa ölkələrində çap edilməsi də dövlətin görməli olduğu işlərdən biridir. Nə qədər ki, bunları edə bilməmişik, heç kimdən inciməyə haqqımız yoxdur. Hər halda AMEA-nın Tarix institutunun bu məsələlərə münasibəti maraqlı olardı. Nə yalan söyləyim, illərdir bu işləri görməyən, amma özünü tarixçi adlandırıb ölkə daxilində tarixdən başqa hər işlə məşğul olanların bunların təəssübünü çəkəcəyinə şübhə ilə yanaşıram.
2014-02-07
8,457
Arınc azan oxunduğu üçün əvvəlcə fasilə verdi, sonra...
Arınc azan oxunduğu üçün əvvəlcə fasilə verdi, sonra... "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa şəhər Bələdiyyəsi tərəfindən tikilən yolun açılışında danışan Baş nazir müavini Bülənt Arınc azan oxunduğu zaman nitqinə ara verib. Həmin vaxt izləyicilərin arasında bir nəfər yüksək səslə danışdığı üçün Arınc "azanı dinləmək üçün ara verdik, sənimi dinləyəcəyik" deyib. Arınc daha sonra deyib: "Əslində, mən bir fitva aldım, azan oxunduğu zaman danışmaq olar. Amma birdən içərinizdə bir qaradənizli çıxıb "azan oxunur, niyə danışırsan" deyər deyə, susdum".
2014-02-07
8,458
Öz qapılarına 8 qol vurdular
İtaliya futbolunda növbəti skandal yaşanıb. "Axar.az"ın məlumatına görə, Siciliya kubokunda qarşı-qarşıya gələn 2 aşağı liqa klublarının qarşılaşmasında oyunçular 10 dəqiqə içində öz qapılarına 8 qol vurublar. Belə ki, İtaliyanın ən aşağı liqa klublarından olan "Borqata" və "Baqheriya" klubları arasında oynanılan Siciliya kubokunun qrup mərhələsinin son oyununda 10 dəqiqə ərzində qonaqlar öz qapılarına 8 qol vurublar. Buna səbəb "Baqheriya"ın əzəli rəqibi "Partinikaudake" klubunun növbəti mərhələyə çıxışını əngəlləmək olub. Beləliklə, oyunu 14:3 hesabı ilə qalib başa vuran "Borqata" top fərqində "Partinikaudake" klubunu üstələyərək növbəti mərhələyə yüksəlib. Qeyd edək ki, İtaliya futbol federasiyası bu oyundan sonra məsələ ilə bağlı xüsusi araşdırmaya başlayıb.
2014-02-07
8,459
Ermənistandan şəhid əsgərimizlə bağlı açıqlama – Rəsmi
"Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiya həqiqəti əks etdirmir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Arçrun Ovanisyan çıxış edib. O, Azərbaycan əsgərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən öldürülmədiyini qeyd edib: "Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiya həqiqəti əks etdirmir. Biz heç kimi öldürməmişik". Qeyd edək ki, dünən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olmuşdu.
2014-02-07
8,460
Öcalan: “6 ay vaxt verin, PKK-nı məhv edim” – II Video
Bu gün Öcalanın 1999-cu ildəki dindirilməsinin ikinci videosu yayılıb. "Axar.az" dünən PKK terror təşkilatının lideri Abdullah Öcalanın videosunu yayımlamışdı. Bu dəfəki videosunda isə Öcalan PKK ilə Türkiyə dövlətindən daha çox savaşdığını dilə gətirir. Uşaq qatili Öcalan həmçinin maraqlı iddialar dilə gətirir: - Aramızda olan manyak adamlar çox qanlar axıdıb. İndi də hər şiddəti tərifləməyimi istəyirlər... - Adamlarımıza "Türkiyə ilə birlikdə addımlayın" deyəcəm... - Dövlətin himayəsində nəhəng layihə reallaşdıra bilərəm... - "Gəl bunu elə" deyin, bu mənim üçün əmrdir... - Dövlətin bir qulluqçusu kimi xidmət edəcəm... - Ən böyük düşmənçilik mənə və dövlətə qarşı edilib... - Xidmət qarşılığında rütbə istəmirəm... - Mənə altı ay vaxt verin, təşkilatı məhv edim... - Milyonlarla insandan dərman kimi istifadə edəcəyik...
2014-02-07
8,462
Nazir ispan deputatlarla görüşdü - Foto
İspaniya parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Bakıya səfəri çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb. Nazirliyin rəsmi saytından "Axar.az"a verilən məlumata görə, görüşdə Azərbaycan və İspaniya arasındakı mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib. Bildirilib ki, Azərbaycan və İspaniya arasında iqtisadi sahədə əlaqələr uğurla davam etdirilir, əməkdaşlığın genişləndirilməsində rəsmi səfərlər və keçirilən görüşlər xüsusilə əhəmiyyətlidir. Bununla belə, ölkələr arasında əməkdaşlığın, xüsusilə qeyri-neft sektorunda əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Ş.Mustafayev ispan şirkətlərinin Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla, azərbaycanlı həmkarları ilə əməkdaşlığı genişləndirə biləcəklərini qeyd edib. Nazir Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu bildirmiş, ölkədəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını, ölkənin investisiya yatıran ölkəyə çevrildiyini vurğulayıb. Azərbaycanın regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu qeyd edən iqtisadiyyat və sənaye naziri Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ciddi maneə olduğunu diqqətə çatdırıb. İspaniya nümayəndə heyətinin rəhbəri, deputat Xose Maria Çikiyo Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizdəki sosial-iqtisadi inkişafın nümayəndə heyətində böyük təəssürat yaratdığını, İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. X.Çikiyo turizm, kənd təsərrüfatı, sənaye, tikinti sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib, Azərbaycan iş adamlarını İspaniyaya dəvət edib. Görüşdə həmçinin Azərbaycan və İspan iş adamları arasında əlaqələrin inkişafı baxımından birgə biznes forumların keçirilməsinin əhəmiyyəti qeyd edilib.
2014-02-07
8,463
Vəhabilərin törətdiyi cinayət hadisələri araşdırılır
Baş Prokurorluqda keçirilən kollegiya iclasında Azərbaycanda vəhhabilərin törətdiyi cinayət hadisələri müzakirə olunub. Qurumun mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, bu barədə kollegiya iclasında bildirilib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən böyük ictimai rezonansa səbəb olan cinayət işlərinin, o cümlədən Qusar rayonunda vəhhabilik təriqətinə mənsub bir qrup şəxsin banditizm ilə əlaqədar istintaq işləri davam etdirilir. O cümlədən, polis əməkdaşlarının qəsdən öldürülməsi, Zaqatala rayonunda cinayətkar qruplaşmalar arasında cinayət aləmində üstünlük əldə etmək məqsədilə aralarında baş vermiş münaqişə, Sumqayıt şəhərində çay evində odlu və soyuq silahlarla bağlı cinayətlər araşdırılır. Hazırda bu istiqamətdə baş verən qanlı cinayətlər istintaqı davam etdirilir.
2014-02-07
8,464
Nazirlikdə III Vergi Forumu keçirilib
"Vergilər Nazirliyi əhalidə formalaşan vergi ödəmə vərdişlərini normaya çevirmək niyyətindədir". "Axar.az" Vergilər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji tədqiqatlar idarəsinin rəisi Natiq Şirinov cümə günü "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" III Vergi Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, ölkənin vergi sisteminin inkişaf vəzifələrindən biridir. İnkişaf vəzifələri "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında yer alıb. N.Şirinov bildirib ki, konsepsiya vergi sistemi üçün aşağıdakı missiyaları müəyyənləşdirir: beynəlxalq standartlara cavab verən vergi sisteminin formalaşdırılmasının başa çatması, innovativ iqtisadiyyatın inkişafını təmin edən və iqtisadiyyatın qeyri-neft sektorunun ixrac potensialını gücləndirən vergi siyasətinin aparılması, vergi ödəyiciləri ilə tərəfdaşlıq prinsiplərinin yaradılması, əhalinin vergi odəmə vərdişlərini normaya çevirmək. İdarə rəisinin sözlərinə görə, nazirlik bunun üçün 2013-2020-ci illərdə vergi sisteminin inkişafı üzrə strateji plan və 2013-2020-ci illərdə vergi sisteminin inkişafı strategiyasını təsdiq edib. O, həmçinin son 10 ildə Azərbaycanın vergi sahəsində qazanılan uğurlardan danışıb: "Bu dövr ərzində vergi daxilolmaları 6,6 dəfə, qeyri-neft sektorundan daxilolmalar 6,1 dəfə, qeyri-dövlət sektorunda daxilolmalar 9,3 dəfə, regional gəlirlər 127 dəfə, vergi ödəyicilərinin sayı isə 6,1 dəfə artıb".
2014-02-07
8,465
Ermənilərdən ibarət cinayətkar qrup tutuldu
Rusiyada əsasən ermənilərdən təşkil edilmiş cinayətkar qruplaşma tutulub. Qruplaşma Moskvada əmlakla bağlı silsilə cinayətlər törədiblər. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətkar qruplaşma yaxın zamanlarda ölmüş tənha insanlar barədə məlumat əldə edirmiş. "Sonra saxta sənədlərdən istifadə etməklə mənzilləri başqa adamların adına rəsmiləşdirib satırmışlar", - deyə məlumatda bildirilir. Dəstə üzvləri Rusiyanın müxtəlif bölgələrində və Ermənistanda qeydiyyatda olublar. Onların rolları əvvəlcədən müəyyən edilib. Saxlananlar hamısı həbs edilib. "Cinayətkarların yaşayış yerinin axtarışı zamanı iki qumbara, partlayıcı qurğu, saxta sənədlər aşkarlanıb", - deyə məlumatda bildirilir. Qurumdan qeyd ediblər ki, dəstə üzvləri həmçinin keçən ilin noyabr ayında baş vermiş dəhşətli qətldə günahkar ola bilərlər. O da bildirilmişdi ki, parçalanmış kişi cəsədi mumiyalanmış halda Moskvada mənzillərdən birində tapılıb. Dəqiqləşdirilib ki, ölüm hadisəsi 1 il qabaq baş verib. DİN əlavə edib ki, cəsəddə güllə yarasının izləri var. Məsələ ilə bağlı cinayət işi qaldırılıb. (ANS)
2014-02-07
8,466
Yanukoviçlə Putin yeni Baş naziri müəyyən edəcəklər
"Yanukoviç Putinlə Soçi görüşü zamanı Ukraynanın yeni baş nazirliyinə namizəd barədə müzakirə aparacaqlar". Bu barədə Reuters Kremlə yaxın mənbələrə istinadən ehtimal irəli sürüb. Bundan əlavə, görüşdə Putinin Ukraynada etirazların dağıdılması ilə bağlı Yanukoviçə göstərişlər verəcəyi bildirilir. Qeyd edək ki, Ukrayna hökumətindəki yerdəyişmələr üzündən Rusiya bu ölkəyə 2 milyard dollarlıq ikinci kredit verilməsini dayandırıb. ("Musavat.com")
2014-02-07
8,467
Türkiyə İrandan təzminat tələb edir
"Türkiyə İrandan 2.5 mlrd. dollar təzminat ödəməsini tələb edir". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin deputatı İzətullah Yusifian bildirib. Onun sözlərinə görə, buna səbəb İranda təbii qaz böhranı baş verdiyindən Türkiyəyə "mavi yanacaq" ixracının müvəqqəti dayandırılmasıdır: "İran Türkiyəyə təbii qaz ixracını Türkmənistanın İrana verdiyi "mavi yanacağ"ı kəsməsindən sonra dayandırıb. Bununla belə, Türkiyə Haaqa Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edərək, İran əleyhinə 2.5 mlrd. dollarlıq təzminat iddiası qaldırıb". İ. Yusifian deyib ki, İran da Türkmənistan əleyhinə iddia qaldıra bilər: "Ancaq İran bu addımı atmayıb".
2014-02-07
8,468
Bolqarıstan ilə ilk siyasi məsləhətləşmələr keçirilib
Fevralın 5-6-da Sofiya şəhərində Azərbaycan və Bolqarıstan arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, siyasi məsləhətləşmələrdə Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Xələf Xələfov Bolqarıstanın xarici işlər naziri Kristian Viqenin, Xalq Məclisinin sədr müavini Maya Bojidova Manolova, iqtisadiyyat və energetika naziri Draqomir Yovçev, Prezidentin xarici siyasət üzrə katibi Tixomir Stoyçev və xarici işlər nazirinin müavini Angel Veliçkovla görüşlər keçirib. Keçirilmiş görüşlər zamanı Azərbaycan və Bolqarıstan arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilərək, münasibətlərin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğu qeyd olunub. X.Xələfov ikitərəfli əlaqələrin inkişaf dinamikasından söhbət açaraq, bu yaxınlarda "Şahdəniz-2" layihəsinin yekun sənədinin imzalanması hadisəsinin Azərbaycan tərəfindən Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Məsləhətləşmələrdə hər iki tərəf ölkələrimiz arasında iqtisadi, humanitar, təhsil, turizm, kənd təsərrüfatı daxil olmaqla, bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi ilə bağlı həmfikir olduqlarını vurğulayıb. X.Xələfov Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əlaqələrin mövcud durumuna dair məlumat verərək, ölkəmizin Aİ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının tərəfdarı olduğunu bildirib və bu istiqamətdə Aİ ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasını, readmissiya haqqında sazişin isə paraflandığını qeyd edərək, onun da cari ildə imzalanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövcud "status-kvo"nun dəyişdirilməsi zərurətini qeyd edərək, Aİ-nin də bu xüsusda təsirli səylər göstərəcəyinə inam ifadə edib. Həmsöhbətlər keçirilmiş ilk siyasi məsləhətləşmələrin mühüm əhəmiyyətini qeyd edərək, aparılan müzakirələrin ikitərəfli münasibətlərin inkişafına xidmət edəcəyini bildiriblər.
2014-02-07
8,469
İlham Əliyev və xanımı Olimpiya Oyunlarının açılışında iştirak edir
Fevralın 7-də saat 20.14-də Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər. Budəfəki Qış Olimpiadası Azərbaycan yığması üçün sayca beşincidir. Soçidə ölkəmizi 4 idmançı təmsil edir. Onlar idmanın iki növü üzrə yarışacaqlar. Kişilər arasında dağ-xizək idmanı yarışlarında Azərbaycanı Patrik Brahner və Sedrik Nots təmsil edəcəklər. Bundan əlavə, Yuliya Zlobina və Aleksey Sitnikov fiqurlu konkisürmənin idman rəqsləri növü üzrə yarışlarda Azərbaycanın bayrağı altında çıxış edəcəklər. (AzərTac)
2014-02-07
8,470
Şəhid əsgərimiz dəfn edilib - Foto
Fevralın 6-da döyüş tapşırığını yerinə yetirərkən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Quliyev Eşqin Firəddin oğlu hərbçilərin, rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu gün anadan olduğu Füzuli rayonunda dəfn edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumatına görə, tədbirdə çıxış edənlər Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhidin əmisi və qardaşı bildiriblər ki, şəhidlik ən yüksək zirvədir və igid oğlumuz bu zirvəyə yüksəlib. Biz hamımız bununla qürür duyuruq. Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıya görə ona minnətdarlıq ifadə edilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin ailəsinə təqdim edilib. Şəhidin məzarı üzərinə Müdafiə Nazirliyi adından əklil və gül dəstələri qoyulub. Tabut üzərinə sərilmiş üçrəngli Dövlət bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib. Şəhidin əzizləri ağır itki olmasına baxmayaraq, övladlarının şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiyini qeyd edərək, vida mərasimini yüksək səviyyədə təşkil etdiklərinə görə ölkə başçısına, Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
2014-02-07
8,471
XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi başladı
Soçidə XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb. Bu gün Bakı vaxtı ilə saat 20:14-də açılış mərasimi olan XXII Qış Olimpiya Oyunlarının və XI Qış Paralimpiya Oyunlarının Soçidə keçirilməsi barədə qərar 2007-ci il iyulun 4-də Beynəlxalq Olimpiya Komitəsinin Qvatemalada keçirilən 119-cu sessiyasında qəbul olunub. Soçi səsvermənin son 2 mərhələsində Avstriyanın Zalsburq və Koreya Respublikasının Pxeynçxan şəhərlərini qabaqlayıb. Soçi Olimpiya Oyunlarında yarışlar 11 idman infrastrukturunda təşkil olunacaq. Bu obyektlərin ümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü "Fişt" Olimpiya stadionudur. 25 min könüllünün qatıldığı Olimpiadada 2 800-ə yaxın idmançı öz gücünü yoxlayacaq. Onlar yeddi idman növündə 98 dəst medal uğrunda mübarizə aparacaqlar. Paralimpiya Oyunlarında onlardan 26 dəst az medal öz sahibini tapacaqdır. Bütövlükdə 88 ölkənin qatıldığı yarışa 3 milyarddan artıq tamaşaçının baxacağı gözlənilir. Olimpiadada ən çox idmançı ilə ABŞ təmsil olunur. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə yarışır. Azərbaycanı Soçi Qış Olimpiya Oyunlarında 4 idmançı təmsil edəcək. Bunlar fiqurlu konki sürənlər Aleksey Sitnikov, Yuliya Zlobina, xizəkçilər - Patrik Braxner və Qaya Bassani Antivaridir. Olimpiadanın rəsmi talismanı ağ ayı, dovşan və bəbirdir. Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcək. (Trend)
2014-02-07
8,472
Arzu Əliyeva həyat yoldaşı ilə xizək sürdü - Foto
Prezident ailəsinin yeni fotoları paylaşılıb. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin kiçik qızı və kürəkəni qış istirahətinə yollanıblar. Arzu Əliyeva və həyat yoldaşı Səməd Qurbanov qışın dadını çıxardıblar. Arzu xanım və Səməd bəy orada xizək də sürüblər. Prezidentin kürəkəninin xizəkdə xüsusi treklər göstərməyi diqqətdən yayınmayıb. Qeyd edək ki, İlham Əliyev və xanımı bu gün Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün Rusiyada işgüzar səfərə yollanıb. Qış Olimpiya Oyunlarının açılış mərasimi bu gün baş tutacaq. Oyunlar fevralın 23-də yekunlaşacaq. Xatırladaq ki, Arzu Əliyeva və Səməd Qurbanov 2011-ci ildə sentyabr ayının 3-ü ailə həyatı qurublar. Cütlüyün 1 oğul övladı var. (ANS)
2014-02-07
8,473
Hitleri ağladan tək qadın - Yeva... - Foto
Üçüncü Reyxin araşdırmaçıları Hitlerin uzun müddət məşuqəsi, ancaq ölümündən az əvvəl onun nikahlı arvadı olan Yeva Braun haqqında belə nəticəyə gəliblər ki, əslində, siyasətə qarışmayan bu qadın heç də sadə bir insan olmayıb. O, 7 fevral 1912-ci ildə müəllim ailəsində doğulub. İdmanın bir çox növləri ilə maraqlanan Yeva bal rəqsləri ilə məşğul olurdu. O zaman iş tapmaq çətin idi, amma Yeva Münhendə Henri Hofmanın nasional-sosialistlərin qəzetlərini çıxaran fotoatelyedə işə düzəlir. Hofman artıq ölkədə nələr baş verdiyini anlayırdı və Hitlerin çıxış etdiyi bütün mitinqlərə gedirdi. O yavaş-yavaş Hitlerlə şəxsi münasibətlər qurur və bir azdan fürer ona şəkillərini dərc etməsi üçün izn verir. Hofmandan fərqli olaraq Yeva siyasətlə maraqlanmırdı və bütün olanlara laqeyd idi. Bir dəfə mitinqdən sonra dincəlmək üçün Hofmanın fotoatelyesində dincəlməyə gələn Hitler elə ilk anda Yeva ilə maraqlanmağa başlayır və bunu hiss edən Hofman qızı onunla tanış edir. Bu zamanlar Hitlerin Heli Rauballa münasibətləri vardı. Amma 30-cu illərin sonlarında o artıq Yeva ilə görünməyə başladı. Yevanın o zaman 18 yaşı vardı. Amma artıq dəfələrlə rəfiqələrinə bildirmişdi ki, onun istədiyi və bütün ömrü boyu sevəcəyi kişi məhz Hitlerdir. 31-ci ilin payızında Heli sirli şəkildə vəfat etdi. Bu, Hitlerə pis təsir edir. Müasirləri bildirir ki, Hitler bir qadınla sıx əlaqəyə girməyə ehtiyat edirdi və dəfələrlə bildirmişdi ki, ağıllı kişi mütləq ağılsız və sadəlövh bir qadınla münasibət qurmalıdır. Helinin ölümündən sonra onu müxtəlif qadınlarla tanış edən Gebbelsin bu səyi öz nəticəsini vermədi, çünki artıq Hitler öz seçimini etmişdi. O yenidən Yeva ilə görüşməyə başlayırdı. Amma onların çox az və qısa görüşmələri gənc qızı razı salmırdı. Helinin ölümünün ona necə təsir etdiyini görən Yeva çox təsirli bir vida məktubu yazaraq özünü atasının tapançası ilə vurdu. Bu, noyabr aynın 1-də, 1932-ci ildə baş verdi. Onun xəstəxanada olduğunu eşidən Hitler əlində çiçək dəstəsi gözlərində yaşla ora tələsir: "Görün o məni nə qədər sevir ki, həyatını belə qurban verməyə hazırdır",- deyən Hitler bu hadisədən sonra ona daha diqqətli olur. Amma 35-ci ildə Yeva Braun Hitlerlə üç aylıq ayrılıqdan sonra yenidən özünə qəsd edir. Bu dəfə o çox sayda yuxu dərmanı içir və qəribədir ki, onu yenə bacısı xilas edir. Bu hadisədən sonra onlar bir daha ayrılmırlar. Yeva müharibədən uzaq yaşayırdı. Elə buna görə də Yeva Braunun oxşarına ehtiyac duyulmurdu. Amma 1945-ci ildə Berlinin bombalanması ilə artıq Hitler və Yevanın xilas edilməsi gündəmə gələndə onun da oxşarının tapılması aktuallaşdı. Qeyd edək ki, Hitlerin 5 oxşarı vardı və onlardan faşist rəhbərinə ən çox oxşayanı Valer idi. Yevanın oxşarının tapılmasından sonra onların evlənməsi mərasimi baş tutdu və yalnız bundan sonra Hitler və Yeva Braun öz oxşarları ilə dəyişdirildi. Sovet qoşunlarının tapdığı Yevaya zəhər içirdirlər. Valer isə Yevanın ölümündən az sonra güllələndi... Uzun illər sonra, 1981-ci ildə professor Reydar Soqinaes dərc etdirdiyi məqalədə bildirdi ki, cəsədi tapılan qadın Yeva Braun deyil. O, yazırdı ki, dişləri plastmasdan olan qadın Yeva ola bilməzdi. Professor bildirdi ki, o zaman Alman stomatoloqları artıq çoxdan farfordan istifadə edirdi və ola bilməz ki, Hitler sevgilisinə plastmasdan diş düzəldilməsinə razı olsun. Beləliklə, Hitler və onun sevgilisi Yeva Braun xilas edildimi, bunu dəqiq kimsə bilmir. Yəqin ki, III Reyxin bu sirri heç vaxt açılmayacaq... Kim bilir?!.
2014-02-07
8,474
Türkiyədə təyyarəni qaçıran şəxs tutuldu - Video/Yenilənib
Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən "Peqasus" aviaşirkətinə məxsus təyyarənin qaçırılması barədə siqnal daxil olub. Bu barədə "Axar.az" TRT-1-ə istinadən xəbər verir. Ukraynanın Xarkov şəhərindən İstanbula uçuş həyata keçirən təyyarədə partlayıcı maddə olduğu iddia olunub. Bu iddia ilə Ukrayna vətəndaşı təyyarədə bombanın olduğunu pilotlara bildirib. Bundan sonra üzərində partlayıcı qurğu olan bir neçə nəfər təyyarəni Rusiyanın Soçi şəhərinə endirməyə çalışıblar. Lakin təyyarə yerli vaxtla saat 18:05-də İstanbulun Səbiha Gökçən Hava Limanına enib. Təyyarədə 110 nəfərin sərnişinin olduğu bildirilir. 22:16 Xarkov-İstanbul reysini həyata keçirən "Peqasus" aviaşirkətinə məxsus təyyarə Türkiyəyə endirilməsindən sonra Səbiha Gökçən Hava Limanında bütün uçuşlar təxirə salınmışdı. Bir müddət ukraynalı şəxslə təmaslar qurulmağa cəhd edilsə də nəticəsiz qalmışdı. Ancaq sonda təyyarəni qaçıran şəxs uzun danışıqlardan sonra təyyarəni təslim etməyə razılıq verib və həmin şəxs zərərsizləşdirilib.
2014-02-07
8,475
Minə yaxın dustaq aclıq elan edib
Gürcüstanın Kutaisi şəhərinin yaxınlığında yerləşən Gequt türməsində minə yaxın dustaq aclıq elan edib. Aclıq aksiyası türmə administrasiyası tərəfindən sərt davranışa qarşı keçirilir. Dustaqların qohumları həbsxananın yanına yığışıblar. Hadisə yerinə Gürcüstan ombudsmeninin aparatının təmsilçisi Georqi Labadze də gəlib. O, aclıq iştirakçılarından biri ilə görüşüb. Dustaq ona bədənindəki döyülmə izlərini göstərib. Gürcüstanın cəzaların icrası naziri Sozar Subari iddia edir ki, aksiyanı kriminal avtoritetlər planlaşdırıb. "Son zamanlarla bu kateqoriya dustaqlara qarşı onların türmədəki üstün vəziyyətini məhdudlaşdıran tədbirlər görülüb. Bu, onların xoşuna gəlməyib və onlar başqa dustaqlar arasında kütləvi aclıq aksiyası təşkil ediblər", - deyə Subari bildirib və əlavə edib ki, onların planları barədə bir neçə həftə qabaq xəbərdar ediliblər. Son aylarda Gürüstanın müxtəlif həbsxanalarında dəfələrlə aclıq təşkil edilib. (ANS)
2014-02-07
8,476
Azərbaycan idmançıları Soçi Olimpiadasında - Foto
Azərbaycan idmançıları bununla 5-ci dəfədir ki, Qış Olimpiya oyunlarında iştirak edirlər. Soçi Olimpiadasında ölkəmizi 4 idmançı təmsil edəcək. Onlar iki idman növü üzrə yarışacaqlar. Kişilər arasında dağ - xizək idmanı yarışlarında ölkəmizi Patrik Brahner və Sedrik Nots, fiqurlu konkisürmənin idman rəqsləri növü üzrə yarışlarda isə Azərbaycanı Yuliya Zlobina və Aleksey Sitnikov təmsil edəcəklər. İdmançılarımızın Azərbaycan bayraqları ilə XXII Qış Olimpiya Oyunlarının Soçidəki "Fişt" stadionunda Olimpiadanın açılış mərasimində şəkilləri yayımlanıb. ("AzNews.az")
2014-02-07
8,477
Ələkrəm Hümbətov onu həbs etdirməkdə israrlıydı - Eksklüziv
"300 zabitdən Ələkrəm Hümbətova yalnız Məhərrəm Seyidov başda olmaqla 11-i etiraz etmişdi". Bu sözləri 102 erməni əsgəri öldürməsi videosuyla adı gündəmə gələn Məhərrəm Seyidovun keçmiş müavini mayor Zaur Məmmədov redaksiyamıza zəng edərək deyib. Ələkrəm Hümbətov onu həbs etdirmək istəyirdi O, Məhərrəm Seyidovun Ələkrəm Hümbətova qarşı çıxış etməsiylə bağlı daha müfəssəl faktları saytımıza təqdim edib. Zaur bəy Ələkrəm Hümbətovun birbaşa Məhərrəm Seyidovu həbs etdirmək istədiyini bildirib: "Gəncə hadisələrindən sonra Prişibdə (indiki Göytəpə) hərbi hissədə dövlətə, dövlətçiliyə qarşı addımlar atıldı. Ələkrəm Hümbətov Prişibə gəldi və 300 nəfər zabiti yığdı. Daha sonra özü keçib başda oturdu. Sonra sözə başlayıb, "Talış Muğan Respublikası"nı yaradılması-filan haqqında danışdı. Məhərrəm Seyidov o zaman ayağa qalxıb etiraz etdi. O, bizim Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tabe olub-olmayacağımızı soruşdu. Ə.Hümbətov onda dedi ki, yox, tabe olmayacağıq. Məhərrəm müəllim bunun qarşılığında cavab verdi ki, mən və mənim zabitlərim sizin tapşırıqlarınızı yerinə yetirməyəcəyik. İclas zalından içi mən qarışıq Məhərrəm müəllimin rəhbərliyi ilə çıxdıq. Bizi tərksilah edib həbs etdilər. Biz qoymadıq orada Məhərrəm müəllimi həbs etsinlər. 11 zabiti həbs edib Lənkərana apardılar. Məhərrəm müəllim isə Bakıya getdi. Qoymadıq o kişini həbs etsinlər". O, Məhərrəm Seyidovun bir müddət sonra yenidən eyni hərbi hissəyə komandir kimi qayıtdığını deyib: "1993-cü il avqustun 29-u Məhərrəm müəllim Müdafiə nazirinin əmri ilə 741 saylı hərbi hissənin komandiri vəzifəsinə təyin edildi. Videoda qeyd etdiyi, "qardaşım" dediyi adamın adı Həsəndir. Biz Ağcabədi-Xocavənd istiqamətində, onlar isə Füzulidə Aşağı Veysəlli istiqamətində döyüşürdülər. O ki ermənilər hücuma keçdilər və 102 əsgər itirdikləri an hər birinin başının üzərində Məhərrəm müəllim dayanmışdı". O, xaos vaxtında nizami ordu yaratmağa çalışırdı Keçmiş müavin həmçinin Məhərrəm Seyidovun nizami ordu quruculuğu sahəsində çox mühüm işlərlə məşğul olduğunu qeyd etdi: "Hər bir əsgərə Məhərrəm müəllim hələ o zaman atəş sektoru vermişdi. Bu, o deməkdir ki, hər bir əsgərə kartoçka verilib deyilmişdi ki, sağa 10 bucaq altında, sola 10 bucaq altında atəş açacaqsan. Bax, onda nizami ordunun yaranmasına böyük təkan vermişdi". Onu Güllücə istiqamətində vurdular Zaur bəy komandirinin son döyüşünün Ağdamın Güllücə kəndi istiqamətində olduğunu deyib: "O, 1993-cü ilin noyabrına qədər bizim komandir oldu. Noyabr ayında onu "Nasosnu"ya (H.Z.Tağıyev qəsəbəsi) göndərdilər. Burada briqadanın Təlim Tərbiyəvi Tədris İşləri üzrə müavin (zampolit) olmalı idi. O zaman Səfər Əbiyev təzə nazir təyin olunmuşdu. Məhərrəm müəllim dərhal müraciət elədi və onu Tərtər istiqamətində tabor komandiri kimi döyüşə göndərdilər. Sonra döyüşlərdə Ağdamın Güllücə kəndi istiqamətində ona erməni pulemyotunun gülləsi boğazından dəymişdi. O, döyüşərək, sinəsini düşmən gülləsinin qabağına verərək həlak olmuşdu. Başqa cür yox". O videonu AzTV çəkmişdi Daha sonra internetdə Məhərrəm Seyidovun son videosu haqqında danışan komandir müavini burada olan bütün şəxslər haqqında da geniş məlumat verib: "Bu video 1993-cü ilin sentyabr-noyabr ayları arasında çəkilib. AzTV çəkmişdi. Əminəm buna. Buralar Xocavəndin Qarakənd kəndi istiqamətidir. Onun yanındakı kapitanın adı Abışovdur. Tankın yanında olan oğlan isə 1994-cü ilin yanvar ayında şəhid olub. Şişqaya kəndi istiqamətində düşmən gülləsinə tuş gəldi".
2014-02-07
8,478
Göyçayda dördotaqlı ev yandı
Göyçay rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Göyçay rayonu, Ləkçılpaq kəndində ümumi sahəsi 81 kv.m olan birmərtəbəli, 4 otaqlı evin çardağının yanar konstruksiyası yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub. Yanğın saat 20:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-07
8,480
Tarixçi alimlərin pul, yoxsa tarix davası? - Video
Əslində tərəflər arasında insident hələ 2005-ci ilin sentyabrından başlayıb. O vaxtdan ki, Fəridə Məmmədovanın mübahisəli kitabı işıq üzü görüb və kitabdakı tezislər Tarix institutunun direktoru Yaqub Mahmudovu razı salmayıb. Söhbət Qafqaz Albaniyası və albanlar kitabından gedir ki, orada müəlilf böyük Ermənistan və onun xəritəsini cızmaqla əslində bir çox məsələləri böyük bir sual altına alıb. Üstəgəl, mübahisəli kitabın harda nəşr olunması da onun tərəf müqabillərini maraqlandıran məsələlərdən olub. Sonradan kitabın müzakirəsi başlayıb, bildirilib ki, Fəridə Məmmədovanın məqsədi ermənilərin mənşəyini qədim şərq tarixinə bağlamaq cəhdindən başqa bir şey deyil. Bundan sonra Fəridə Məmmədovanın ayağı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun binasından kəsilib. Bu boş stula verilən 255 manat Fəridə xanımın yarımştat maaşıdır. İnstitutun direktoru Yaqub Mahmudov deyir ki, 8 ildə Fəridə Məmmədova nə əmək müqaviləsinə imza atır, nə də ki, ililk hesabatları verir. Amma institut rəhbərini bundan da çox yandıran kolleqasının mətbuata verdiyi müsahibədir. O müsahibə ki, Fəridə Məmmədova Yaqub Mahmudovu intriqaların başında duran şəxs adlandırıb və köhnə söhbətləri təzələyib. Yaqub Mahmudov isə düşünür ki, bu təsadüfi deyil. Onun 75 ililyinə hazırlanan sürprizdir. Hansı ki, daha yuxarı səviyyədə təşkil olunduğundan əmindir. O, həmçinin əmindir ki, Fəridə Məmmədovanın yazdığı kitab məhz ermənilərin dəyirmanına su tökmək mahiyyəti daşıyır. Eyni sualı biz də Fəridə Məmmədovaya, "Qafqaz Albaniyası və albanlar" kitabının müəllifinə veridk. Tarixçi alimin sözlərinə görə, ermənilərin Qafqazda hansısa dövlətə sahib olması ilə bağlı onun hər hansı mülahizəsi olmayıb. Sadəcə, bu kitab ona təkcə populyarlıq yox, həm də akademik adı qazandıracaqdı ki, bu Yaqub Mahmudova və onun himayədarlarına sərf etmədi. Ona görə də, belə bir məzhəkə düzəltdilər. Müsahibim deyir ki, xəritədə bənövşəyi rənglə cızdığı detal əslində ermənilərin Qafqazda kökünün olmadığına işarədir. Onun fikrincə, bunu Yaqub Mahmudov da bilməmiş deyil. Fəridə Məmmədova 8 ildə tarix İnstitutuna ayaq basmamasını da Yaqub Mahmudovdan görür. Hesab edir ki, ona təzyiqlər olmasa, iş yerinə gedər. Tarixçilərin tarixdə qalmaq şansı başqalarından daha çox olur deyirlər. Arzu edək ki, bizim tarixçilərimiz də yazdıqları ilə tarixdə qalsınlar. İntriqaları ilə deyil. (ANS)
2014-02-07
8,481
Jurnalist Di Kaprionunun ayaqlarına düşdü - Video
Ukraynalı jurnalist Vitali Sedyuk Hollivud aktyoru Leonardo Di Kaprionu görüncə ayaqlarını qucaqlayıb. "Axar.az" xəbər verir ki, Santa-Barbarada keçirilən beynəlxalq kinofestivala gələn aktyor sakitcə qırmızı xalça ilə addımlayarkən qəflətən ukraynalı jurnalist onun ayaqlarına sarılıb. Elə bu an aktyorun cangüdənləri onun dadına çatıb. Hadisə Leonardo di Kaprionun gülüşünə səbəb olub.
2014-02-07
8,482
Soçi Olimpiadasının açılışında problem - Foto/Video
Rusiyanın Soçi şəhərində gerçəkləşdirilən 22-ci Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində səhvə yol verilib. 2014-cü ilin rəmzi olan saat 20:14-də başlayan mərasim zamanı işıq şousunda xəta baş verib. Ssenariyə görə, meydana tavandan enən 5 qar dənəsi şəklini dəyişərək olimpiya oyunlarının rəmzi 5 halqaya dönməli idi. Amma qar dənələrinin 4-ü halqaya döndüyü halda, biri dönə bilməyib. Nəticədə olimpiya rəmzi 4 halqa və 1 qar dənəsi kimi görünüb. Xatırladaq ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edirlər. BMT-nin baş katibi Pan Gi Mun 2014-cü ilin Olimpiya Oyunlarının rəsmi açılışına on dəqiqə qalmış Soçi Olimpiadasının iştirakçılarını və tamaşaçılarını salamlayıb. XXII Qış Olimpiya Oyunlarının açılışı mərasiminin əvvəlində Rusiya Federasiyasının bayrağı qaldırılıb. Sonra iştirakçı ölkələrin ənənəvi paradı başlanıb. Azərbaycan komandası dördüncü keçib. Ölkəmizin bayrağını Patrik Braxner aparıb. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və Mehriban xanım Əliyeva fəxri qonaqlar üçün tribunadan idmançılarımızı salamlamışlar. XXII Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord olacaq. Belə ki, Soçidə 88 ölkənin nümayəndələri çıxış edəcəklər ki, bu da dörd il bundan əvvəl Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur. Ümumiyyətlə, 98 mükafat dəsti uğrunda mübarizə gedəcək. Bu, 2010-cu ildəkindən 12 dəst çoxdur. İndiki Qış Olimpiadası Azərbaycan yığması üçün beşinci olimpiadadır. Soçidə ölkəmizi idmanın iki növündə yarışacaq 4 idmançı təmsil edir. Belə ki, kişilər arasında dağ xizəksürmə yarışlarında Azərbaycanı Patrik Braxner və Sedrik Hots təmsil edəcəklər. Bundan başqa Soçidə fiqurlu konkisürmə yarışlarında idman rəqslərində Yuliya Zlobina və Aleksey Sitnikov Azərbaycan bayrağı altında çıxış edəcəklər. (ANS)
2014-02-07
8,483
Diktatorun xanımı filmdə
Tunisdə baş verən inqilabdan sonra devrilmiş Bin Alinin xanımı Leyla Bin Əlinin həyatı və inqilab dönəmində xalqa qarşı müqavimət göstərməsini əks etdirən film çəkiləcək. Rejissor Reca əl-Ammarinın çəkəcəyi filmdə Leyla Bin Əlinin inqilab zamanı iqtidarı ələ keçirmək iddiaları və ümumən həmin dönəmdəki davranışları yer alacaq. 23 il iqtidarda olan ərinin hakimiyyəti dönəmində külli miqdarda varidat toplayan Leyla Bin Əli əslində kasıb ailənin qızı oluv. Hakimiyyətdən sui-istifadə edərək varidat toplayan bu qadın inqilab nəticəsində ölkədən qaçıb. Onun gedərkən çoxlu miqdarda qızıl və pulu ölkədən çıxardığı iddia olunur. Qeyd edək ki, Tunisdə olan inqilab nəticəsində qurulan yeni hakimiyyət Leyla Bin Əlinin bütün varidatını, maşın və villalarını satışa çıxararaq satıb.
2014-02-08
8,484
Bu günün hava proqnozu: yağış yağacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində zəif dumanlı olacağı gözlənilir. Axşam havanın tutulacağı, gecəyə doğru bəzi ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 8-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində, axşam isə ayrı-ayrı yerlərdə az yağıntılı olacağı, zəif qar yağacağı ehtimal olunur. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
2014-02-08
8,485
İlham Əliyev Soçidə rəsmi qəbulda iştirak edib
Fevralın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Soçiyə gələn yüksək səviyyəli qonaqların şərəfinə rəsmi qəbul təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər. Rusiya Prezidenti Vladimir Putin qəbulda nitq söyləyib. (AzərTac)
2014-02-08
8,486
Xəzər Dəniz Gəmiçiliyinin gəmisində yanğın - Foto
Bakının Suraxanı rayonunda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) "Gəmir təmiri və gəmiqayırma" İstehsalat Birliyinə məxsus limandakı gəmilərin birində yanğın baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat verilib. Dərhal hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Onlar ərazidəki insanları evakuasiya ediblər. Nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Suraxanı rayon hissəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğın güclü olduğundan hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin Xətai rayon hissəsindən də əlavə olaraq 4 yanğınsöndürən maşını və canlı qüvvəsi də cəlb olunub. İlkin ehtimala görə, yanğına gəminin elektrik sistemində baş verən qısaqapanma səbəb olub. Yanğınsöndürənlər artan alovun qarşısını alaraq yanğın limandakı digər gəmilərə keçməsinin qarşısını alıb. Faktla bağlı araşdırma aparılır.
2014-02-08
8,487
Bosniyada ölkəboyu xaos - Foto
Bosniya-Herseqovinanın şimalındakı Tuzlada keçirilən nümayişlər nəticəsində hökumətin istefa verməsindən sonra Zenitsada da hökumət istefa verib. "Axar.az" xəbər verir ki, Zenitsada nümayişçilər Kanton hökuməti və bələdiyyə binasını yandırıb. Polislə aksiyaçılar arasında qarşıdurma yaranıb. Nəticədə 30 nəfər yaralanıb, 20 avtomobil isə yandırılıb. Digər tərəfdən paytaxt Sarayevoda atəşə verilən Prezident binasına və Kanton hökuməti binalarına xilasetmə qrupları cəlb edilib. Şəhərdə tramvay nəqliyyatı da dayandırılıb. Cənubda Mostarda da Neretva hökumət binası və bələdiyyə binası yandırılıb. Mostar tələb yataqxanası, Xorvat Demokrat Partiyası, Demokrat Eylem Partiya binaları da yandırılıb. Etirazlara səbəb ölkədəki ağır sosial vəziyyət və ölkədə işsizliyin səviyyəsinin 40 faiz təşkil etməsidir.
2014-02-08
8,488
Azərbaycan Türkiyəyə qaz nəqlini dayandırdı
Azərbaycan Türkiyəyə qaz nəqlini dayandırıb. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bakı-Tiflis-Ərzurum qaz boru kəməri ilə Türkiyəyə nəql edilən təbii qaz axınının dayandırılmasına səbəbin texniki nasazlığın olması göstərilir. Texniki qəza Səngəçal təsislərində baş verib. Türkiyəni çətin durumda buraxmamaq üçün səlahiyyətli nümayəndələr dərhal problemin aradan qaldırılmasına səy göstərirlər. Verilən məlumatlara görə, sabah təbii qazın verilməsi təmin ediləcək.
2014-02-08
8,489
Britaniyalı deputat Londondakı səfirimizi tənqid etdi
Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baranessa Koks növbəti dəfə qalmaqallı açıqlama verib. "Axar.az"ın məlumatına görə, o, son günlər Azərbaycan-Ermənistan təmas xəttində baş verən insindentə münasibətində ənənəvi ermənipərəst mövqeyindən çıxış edib. Koks atəşkəsə görə Azərbaycan tərəfini qınayıb və əlavə edib ki, Azərbaycan Milli Ordusu erməniləri təxribata çəkir. O, ölkəmizin Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanovun da ünvanına bəzi xoşagəlməz fikirlər səsləndirib. Məsələ burasındadı ki, "Guardian" qəzeti bu yaxınlarda Qarabağda olan Anastasiya Teylor-Lind adlı foto-müxbirdən müsahibə dərc edib. İşğalçı erməninin Qarabağda toyundan danışan Lindin açıqlamalarına Azərbaycan səfiri öz etirazını bildirib və əlavə edib ki, müvafiq qurumlarımızın icazəsi olmadan Qarabağa gedən istənilən şəxs barədə daxili qanunvericiliyimizə uyğun ölçü götürüləcək. Səfirimizin bu xatırlatmasına qarşı çıxan britaniyalı parlamentari erməniləri əzilən və məzlum kimi səciyyələndirib. Xatırladaq ki, Baranessa Koks illərdir, Azərbaycana qarşı təbliğatın önündə gələn sima kimi tanınır.
2014-02-08
8,490
Nyu Yorku dəhşətə gətirən reklam – Video
Son zamanların ən məşhur teleseriallarından biri olan "Gəzən Ölü" ("Walking Dead") serialının yeni sezon reklamı Nyu York sakinlərini dəhşətə gətirib. "Axar.az" həmin videonu təqdim edir.
2014-02-08
8,491
“Kişilərin hamısı Suriyadadır” - Muzdlulara kömək edən vasitəçi
Suriyada döyüşən azərbaycanlılara və onların ölkədəki ailələrinə kömək edən şəxslə bağlı "Publika.az"ın əməkdaşları maraqlı araşdırma aparıblar. İnternet resurslarında "Suriyada döyüşən azərbaycanlılara və onların ailələrinə yardım etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: 055 ... .. .." məzmunlu elana rast gələn sayt əməkdaşları nömrənin kimə məxsus olduğunu operatordan öyrənə bilməyiblər və dəfələrlə zəng etsələr də, telefonu qaldıran da olmayıb. Nəhayət, bu gün həmin nömrədən redaksiyaya zəng gəlib. Cavan oğlan səsinə bənzəyən səs telefonda jurnalistlərə açıqlama verməkdən imtina edib. Amma Suriyadakı azərbaycanlılara və onların burdakı ailələrinə kömək etdiyini təsdiqləyib. Adını açıqlamayan və səsinin yazılmasına razı olmayan şəxslə jurnalis arasında belə bir dialoq yaşanıb. - Mən jurnalistəm, bu telefon nömrəsinə internetdə rast gəlmişəm. Siz həqiqətənmi Suriyaya gedənlərə yardım toplayırsınız? - Bəli, burda nə var ki? Bizim qardaşlarımız orda döyüşür, biz də onların burdakı ailələrinə yardım edirik. Bu nömrəni də internetə yerləşdirmişik, kömək etmək istəyənlər 5-10 manat, gücləri nəyə çatırsa, yardım edirlər. İndi nə deyirsiniz, onlar ora getməkdə səhv edirlər? - Məqsədim kiminsə səhv edib-etmədiyini araşdırmaq deyil. Sadəcə öyrənmək istəyirəm (Bu yerdə gizli olaraq diktofonu qoşuruq - red). - Öyrəndin də. Bunun nə əhəmiyyəti var, sənin bilib-bilməməyinin nə fərqi var? - Yox, sadəcə... - Sən mənim səsimi yazmırsan?! - Xeyr. - Yazırsan axı, niyə yalan danışırsan?! (Məcbur olaraq diktofonu söndürdük) - Yaxşı söndürdüm. - Mən pis heç bir iş görmürəm. Bilirəm ki, yolum düzgün yoldur. - O zaman olarmı siz mənim jurnalist kimi suallarıma cavab verəsiniz, həm də fikirlərinizi çatdırarsınız. - Nə mənası var? Guya mən sənə bildiyim sirləri verəcəyəm? Mən danışsam, sonra sənin kimi fitnəkarlar bundan fitnə yaradacaq. - Nə bilirsiniz fitnə yaradacağam? - Bilirəm də. Bizim heç kimlə işimiz yoxdur. - Bəs niyə danışmırsınız? - Niyə danışmalıyam ki! Guya səninlə danışsam, sirləri sənə verəcəyəm? Sən yox, səndən yüzü ola, heç kim məndən sirr ala bilməz. Əgər sən istəyirsənsə, gəl, görüşüb oturaq, mən sənə hər şeyi başa salaram. - Amma mən jurnalist kimi gələcəm və siz mənim suallarıma cavab verəcəksiniz. Belə razısınızmı? - Dedim ki, yox. Mən sənə niyə danışmalıyam ki! Elə-belə gəl, sənə nə istəyirsən danışaram, yəni səni nə maraqlandırırsa. Mən onsuz da sənə hər şeyi deməyəcəm. Amma söhbət etməmişdən əvvəl sənin üst-başını axtaracam, sonra danışacağıq ha. - Niyə axtarırsan? ..... - Harda görüşək? - Gəl Qaraçuxur məscidinin qabağına, mən səni orda qarşılayacam. - Sabah gələ bilərəm? - Onda sabah saat 5-də (17:00 - red) orda olarsan. Mən sənə nömrə verəcəm, ona zəng edərsən. Bu mənim qardaşımın nömrəsidir. - Bir dəqiqə nömrəni yazım. - Yox, elə sən gəl ora, mən səni qarşılayacam. - Yaxşı, onda bu nömrəyə zəng edəcəm. - Bu nömrəyə elə mesaj yaz, mən biləcəm. - Yazacam ki, Qaraçuxura gəldim. - Hə, elə də yaz. Amma üst-başını axtaracam, ondan sonra danışacağıq. Elə belə. - İndi siz elə deyirsiniz, mənim ürəyimdə qorxu yaranır. - Niyə qorxursan? Kişi qorxmaz. Düzdür, onsuz da kişilərin hamısı Suriyadadırlar, burda deyil. Sən namaz qılırsan? - Xeyr. - Allahdan qorxmursansa, məndən niyə qorxursan? - Mən demədim ki, Allahdan qorxmuram. - Necə qorxmursan, Allah deyir ki, buyurduqlarımı etməyənlər cəhənnəmlikdir. Burda bir qədər dini söhbətlər gedir. Sonda isə vədləşdiyimiz yerdə görüşəcəyimizi deyirik. - Amma siz adınızı demədiniz? - Nə mənası var, adımı dedim, ya yox. Mən səndən adını soruşmadım ki! Sən də məndən soruşma da. P.S. Qeyd edək ki, bu stenoqram danışığın vərəqə köçürdüyümüz və yaddaşımızda qalan hissəsidir.
2014-02-08
8,492
Jurnalist ağır əməliyyat keçirdi
Həmkarımız, 8 ildir İranda AzərTAcın müxbiri işləyən Sabir Şahtaxtı çox ağır cərrahiyyə əməliyyatı keçirib. "Axar.az" məlumatına görə, 6 saat davam edən əməliyyat bir neçə dəqiqə bundan əvvəl uğurla başa çatıb. Sabir Şahtaxtı xeyli müddətdir İranda yaşamağına və işləməyinə baxmayaraq, öz həyatını Azərbaycan həkiminə etibar edib. Həmkarımıza Allahdan şəfa diləyirik.
2014-02-08
8,493
“Mercedes”in yeni 2016-ci il modeli gəlir
Avtomobil nəhənglərinin gələcək planlarından biri olan mini-SUV seqmenti ilə bağlı hər gün yeni bir xəbər gəlir. Son xəbərlərə əsasən Alman avtomobil istehsalçısı Mersedes, X-Class adını verdiyi mini-SUV seqmentində yeni bir model üzərində işləyir. "Renault Captur" əsas alınaraq hazırlanacaq olan yeni X-Class kiçik və idman dizaynı ilə fərqlənəcək. Mersedes tərəfindən verilən açıqlamada, layihə üzərində düşünmə mərhələsində olduqları bildirilib. Seqmenti yaxından izlədiklərini və mini-SUV modelinin Mersedesin gələcək planları arasında olduğunu bildiriblər. Modelin 2016-cı ilin əvvəlində təqdim edilməsi gözlənilir. ("Autoklub")
2014-02-08
8,494
Mark ilə əlbir olan azərbaycanlı fenomenlə müsahibə
Kimi işi ilə əlaqədar, kimisi də əyləncə xətrinə gününün çoxunu Feysbuk sosial şəbəkəsində keçirir. Sosial şəbəkələr virtual həyatımızın ayrılmaz hissəsinə çevrilib. Danılmaz faktdır ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir vaxtda ən operativ və ən maraqlı informasiyalar elə sosial media vasitəsilə alınır. Sosial şəbəkələrdə hər gün müxtəlif kreativ yeniliklərlə rastlaşırıq. Bu dəfə Feysbuk sosial şəbəkəsində hal-hazırda təkcə Azərbaycan istifadəçiləri arasında mövcud olan 3 "adsız profil"dən (2012-ci ildə başqa ölkələrdə belə profillər açılıb, amma sonra Feysbuk bu xətanı aşkar edərək problemi həll edib. – red.) danışacağıq. "Axar.az" ölkəmizdə cəmi 3 unikal "Feysbuk" profilindən birinə sahib olan 20 yaşlı tələbə ilə "çat" söhbətləşməsini təqdim edir... Bu profil sahibinin Feysbuk profilində ad-soyad, şəkil, cins, yaş, bir sözlə bütün şəxsi məlumatlar görünməzdir. - Özün haqqında danışmaqla başlayaq söhbəti... - Özüm barədə - kimliyim, cinsiyyətim, təhsilim, yaşım haqqında kimsə bilsin istəmirəm, belə daha maraqlıdır. Əvvəl bir öz profilim var idi, tək idim "Feysbuk"da, sonra o profilimdə təhlükəsizlik zəif olduğundan bəzi problemlər yarandı. Sonra 3 belə profil yaratdım, ikisi dostlarımdadı, biri məndə. Belə profili yaratmağa təxminən 6 ay vaxt sərf eləmişəm. Çox adam deyib, nə var açmağa, demişəm aç, gedib qayıtmayıb... Proqramlaşdırma ilə maraqlanıram. Köhnə dilləri universitetdə öyrənmişəm. Bakı Dövlət Universitetinin tələbəsiyəm. Müasir dillərdən Java və C#-ı da hal-hazırda öyrənirəm. Əsasən desktop proqramlaşdırma ilə maraqlansam da, ara-bir veb saytlarda boşluq ovuna da çıxıram. Hal-hazırda olan Feysbuk hesabım da bu boşluqlardan birinin təzahürüdür. Haker deyil mənim "işimin" adı, lamer deyirlər buna. Amma mən lamerdən bir az çox bacarıqlıyam. Mən bu işləri tam bilməsəm, özümə belə demərəm, necə ki, kiçik proqramlar yazmaqla özümə proqramçı demirəm. Yadınızdadırsa, bir vaxtlar feysbukda soyadı olmayan, yalnız adı olan hesablar gözə dəyməyə başladı. Belə profillərdən biri də məndə idi. Sonradan bu ideya ağlıma gəldi ki, adım olmasın və cinsim profilimdə qeyd olunmasın. Mənə çox sual verirlər ki, niyə bu qədər profilin var? Cavab çox sadədir, sınaq üçündür hamısı. Yarımçıq, mutant profilim də var 2 dənə. Adları yoxdur, başqalarına, səhifələrə mesaj yazmaq olur, amma kiməsə dostluq atmaq olmur, kimsə də səni blok edə bilmir və mesajına da cavab yaza bilmir. Təvəllüdü profilin tamamlanması üçün qeyd etmişəm, təhlükəsizlik üçün. Yoxsa, hesab tez bloka düşür. "Username" də qeyd olunmayıb. Təbii ki, bunları qeyd etməyim profilin xeyrinədir, amma maksimum gizlilik üçün qeyd etmirəm. Başqasının səhvini tapmaq daha ağıllı olmaq deyil - Bütün bunlardan Markın xəbəri var? - Feysbukun "yiyələri" fərdi olaraq nəzarət edə bilmirlər. Ona görə də belə dərəbəylikdi. Şəkildə işarələmək, qrupa əlavə etmək bir az qəliz məsələdi. Şərhdə xitab etmək (loru dildə desək, adımı göyərtmək), profilimi axtarmaq isə, ümumiyyətlə, mümkün deyil. Başqasının səhvlərini tapmaq ondan daha ağıllı, diqqətli olduğun demək deyil. Sıfırdan yaratmaq həmişə daha çətindir, daha təqdirəlayiqdir, nəinki, yaradanın səhvini tapmaq. Bu həmişə və hər yerdə belədir. - Ölkəmizdə neçə belə profil var? - Ölkəmizdə üç belə profil var, üçü də mənim əl işimdir. İkisi yaxın dostlarımda, biri də məndə. Daha belə profil olmayacaq. Nə qədər az olsa, bir o qədər maraqlı, fərqli olar. İntim təkliflər belə olub - Kimsə sənə onunçün belə profil yaradasan deyə, nələrsə təklif edibmi? - Ancaq dostlarımın dostları yaza bilir. İnboksu hər kəsə açıq qoyanda çox adam yazırdı. Çoxu qızlar idi, çünki qızlar daha meyilli olur gizlənməyə, qapalı olmağa. Çoxlu pul təklifləri, pulsuz fotosessiya, az sayda intim təkliflər və daha az hədə-qorxu. Ən maraqlısı və kreativi isə profil qarşılığında mənə ingilis və rus dilini bildiyini, mənə öyrədəcəyini söyləyən bir nəfər oldu. O insanı çox istədim, tanımasam da. O vaxt bu təkliflərin heç biri ilə razılaşmadım, ulduzluq xəstəliyinə tutulmuşdum, indi ara-bir peşman olduğum olur. - Bəs, hansısa rəsmi dairələrdən necə? Təkliflər gəlib? - Rəsmi internetlə bağlı idarələrin yalnız şəkli var. Heç maraqlanmaqlarını da istəmirəm. Bu onların işi deyil, Mark bilər, mən bilərəm. İnternet tez-tez kəsilir, onunla maraqlansalar, daha faydalı iş görmüş olarlar. Mənim kimi passiv, kompleksli biri üçün hələ tezdi. Gərək bu işləri mükəmməl bilim, ən yaxşılardan olum ki, üzə çıxa bilim. Qaldı ki, hansı problemlər var, hansı maneələr, çatışmazlıqlar var, o mənim problemimdi, dövlətdən, hansısa rəsmi idarədən mən heç nə istəmirəm, bu mənim təbiətimdə yoxdu. Virtual aləmə məni bağlayan əsas şey budur; burda daha sərbəst ola bilirəm, real həyatda belə ifadə edə bilmirəm özümü...
2014-02-08
8,495
Məşhur hollivud ifaçıları duet ifa edəcək
Dünya şöhrətli ifaçılar - Britni Spirs və Ledi Qaqa duet oxuyacaq. "Axar.az" xəbər verir ki, daha iki tanınmış ifaçı Britni Spirs və Ledi Qaqa birgə mahnı hazırlayır. Bu barədə onlar Britni Spirsin konsertində qərara gəliblər. Xatırladaq ki, Britni daha öncə Ledi Qaqayla duet oxumaq istədiyini söyləmişdi: "Düşünürəm ki, bu, çox maraqlı olacaq. O, çox fərqlidir. Bir aktrisa kimi də mənim çox xoşuma gəlir". Cütlüyün duetinin hazır olacağı tarix isə hələ ki, məlum deyil.
2014-02-08
8,496
Bərdədə yanğın - qadın xəsarət aldı
Bərdə rayonu, Qaradəmirçi kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan ikimərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 77 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər qadın əl və ayaq nahiyəsindən aldığı yüngül yanıq xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Salyan rayonu, Qaraçala kəndində gücü 100 kVt olan transformatorun yanar hissələri yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-08
8,497
Müsəlman əhali ölkəni tərk edir
Fevralın 7-də bir neçə min müsəlman Mərkəzi Afrika Respublikasının paytaxtı Bangi şəhərini Çad hərbçilərinin müşayiəti ilə tərk edib. "Axar.az"ın məlumatına görə, APA BBC-yə istinadən bildirir ki, artıq ölkənin minlərlə müsəlman sakini dini zəmində baş verən zorakılıqdan qaçmaq məcburiyyətində qalıb. Paytaxt Banqi və digər şəhərlərin müsəlman məhəllələri boşalıb. Xristianlardan ibarət kütlə müsəlmanları şəhərdən çıxaran maşın karvanını alqışlarla yola salıb. Maşından düşən bir nəfəri isə kütlə amansızcasına qətlə yetirib . Beynəlxalq Cinayət Məhkəməsi dini zəmində toqquşmalar davam edən Mərkəzi Afrika Respublikasında baş verən cinayətlər barəsində ilkin araşdırmaların başlandığını bəyan edib.
2014-02-08
8,498
Orbitdə bir il
Azərbaycanın "Azerspace/Africasat-1a" ilk telekommunikasiya peykinin orbitə buraxılmasından 1 il ötür. Azərbaycan 2013-cü il fevralın 8-dən beynəlxalq kosmik klubun üzvü olub. Azərbaycan MDB-də üçüncü, regionda isə birinci ölkədir ki, öz peyki var. Peykin orbitə buraxılması ölkənin sosial-siyasi və iqtisadi sahələr daxil olmaqla müxtəlif sahələrdə əldə etdiyi uğurların təsdiqidir. "Azerspace/Africasat-1a" telekommunikasiya peyki Fransanın "Arianespace" raketdaşıyıcısının köməyi ilə Qviana Kosmik Mərkəzindən (Kuru kosmodromu) həyata keçirilib. Peykin orbitdə istismar müddəti 15 ilədək təşkil edəcək. "Azerspace/Africasat1a"-nın xidmət zonasına Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika ölkələri daxildir. Peykin orbitə çıxarılması Azərbaycanın kosmik sənaye ölkəsinə çevrilməsi üzrə perspektiv layihələrin həyata keçirilməsində ilk addım oldu. Milli peykin olması keyfiyyətli və etibarlı rabitə əlaqəsi yaratmağa, "VSATmultiservis" şəbəkələrinin yaradılmasını təmin etməyə, rəqəmsal teleradioyayım xidmətlərini və internet şəbəkəsinə çıxışı təqdim etməyə, həmçinin informasiya təhlükəsizliyini təmin etməyə və vahid informasiya məkanı formalaşdırmağa imkan verir. Gələcəkdə "Azerspace/Africasat-1a" peykinin resursları Azərbaycan və Xəzər regionunun enerji resurslarını dünya bazarlarına tədarük etmək üçün istifadə edilən neft-qaz kəmərləri layihələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tətbiq ediləcək. "Azerspace/Africasat-1a" peykinin istismarından əldə edilən gəlir 420 milyon dollar səviyyəsində gözlənilir. "Azerspace/Africasat-1a" peykinin orbitə buraxılması ilə qarşıdakı 15 il ərzində 650 milyon dollar gəlir əldə ediləcək. 2013-cü ilin 8 ayının yekunu üzrə (peykin kommersiya istismarı mayda başlayıb) I peyk proqramından əldə olunan gəlirlər 10 milyon dollar olub. Hazırda "Azərkosmos" ASC peykin 50 faizdən çox resursunu reallaşdırıb. Peykin köməyi ilə 70-dən artıq televiziya və radiokanal yayımlanır. Azərbaycanın gələcək planlarına "Azerspace-2" II telekommunikasiya peykinin orbitə buraxılması daxildir. II peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır. Azərbaycanın II peyk proqramı da kommersiya xarakteri daşıyacaq. Peyk rəqəmsal TV xidmətlərini təqdim etmək, məlumatların ötürülməsi, multiservis şəbəkələrinin yaradılması və s. üçün nəzərdə tutulub. Yerin məsafədən zondlaşdırılması, kartoqrafik və geoloji araşdırmalar və digər işlər üçün peyklərin istifadəsi də önəmli məsələdir. Azərbaycan 2015-ci ildə aşağıorbitli peyki orbitə buraxmağı planlaşdırır.
2014-02-08
8,499
Sərnişin avtobusu yük maşını ilə toqquşdu - 15 ölü
Argentinada sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 15 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. "Axar.az"ın məlumatına görə, APA İTAR-TASS agentliyinə istinadən məlumat verir ki, dəhşətli qəza ölkənin qərbində, Mendosa əyalətinin San-Martin şəhəri yaxınlığında baş verib. İlkin məlumatlara əsasən, yük maşını qarşıdan gələn avtobusun yoluna çıxıb. Nəticədə hər iki avtomobili od tutub. Yanğın qurbanlarının əksəriyyətinin diri-diri yandığı bildirilir. Hadisə yerinə əyalətin qubernatoru və güc strukturlarının rəhbərliyi gəlib.
2014-02-08
8,500
Əsgərlər məscidə bomba atdı- Foto
Qüdsdə "Məscidi Aqsa"da ötən gün cümə namazından sonra fələstinlilər hücuma məruz qalıb. Türkiyə mətbuatının məlumatına görə, ötən gün cümə namazından sonra "Məscidi Aqsa"da İsrail əsgərləri fələstinlilərə hücum ediblər. Hücum nəticəsində biri jurnailst olmaqla, 3 nəfər yaralanıb, 5 fələstinli isə saxlanılıb. İsrail əsgərləri "Məscidi Aqsa"nın içinə səs və qaz bombası atıblar. Qısa müddətdə həyət müharibə meydanına çevrilib. İçəridə yaranan izdiham və qaz bombası nəticəsində bir neçə nəfər huşunu itirib. İsrail əsgərləri 2 saatlıq hücumdan sonra "Məscidi Aqsa"nı tərk ediblər. Qeyd edək ki, son günlərdə "Məscidi Aqsa"da İsrail əsgərlərinin fələstinlilərə qarşı hücumları intensivləşib (Anspress).
2014-02-08
8,501
Biznesmenin öldürülmə anları yayıldı - Video
Krımlı biznesmenin öldürülmə anları sosial şəbəkələrdə yerləşdirilib. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Öldürülmə anları biznesmenin çıxdığı maqazinin müşahidə kameraları tərəfindən qeydə alınıb. Qeyd edək ki, Viktor Berejinski adlı biznesmen Krımda tikinti şirkətinin sahibi kimi tanınıb. Onun Rusiyanın mövqeyini tutduğuna görə öldürüldüyü güman edilir. Videonu təqdim edirik.
2014-02-08
8,502
Soçi olimpiyadasında Gürcüstan təhqir edildi - Video
Soçi olimpiadasının açılış mərasimində yarışmaya qatılan gürcü idmançıların arenaya girdiyi zaman təqdim olunan xəritədə Gürcüstanın ərazi bütövlüyü şübhə altına alınıb. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Gürcü mediası və siyasi ekspertlərinin iddiasına görə, xəritədə Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkibində göstərilməyib. Açılış mərasiminin getdiyi bir vaxta "İmedi" telekanalının canlı efirə gedən "Mövqe" tok-şousunun qonağı olan Gürcüstanın xarici işlər naziri Maya Pancikidze insindentlə bağlı verilən sualların qarşısında aciz qalıb. O, veriliş iştirakçılarını bunu təxribat kimi qəbul etməməyə çağırıb və söz verib ki, məsələyə mütləq aydınlıq gətiriləcək. Videodan da göründüyü kimi, xəritənin Abxaziya və Cənubi Osetiya olan hissələri qəribə dumanla "örtülüb". Videonu təqdim edirik.