date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-02-09 | 8,603 | "Maydanın qələbəsi Rusiyanın sonu deməkdir" | "Nə vaxtsa dərsliklərdə oxuya biləcəksiniz ki, Rusiya imperiyası öz mövcudluğuna Maydanın qələbəsindən sonra son qoyub". ANS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ABŞ-da Ukrayna pravoslav kilsəsinin Kiyev Patriarxı Filaretlə görüşü zamanı deyib. "Bu doğrudan da həqiqətdir. Tarixçilər nə vaxtsa Rusiya imperiyasının süqut edəcəyi haqda yazacaqlar. Özü də imperiyanın bu "faciəli süqutunu" Maydanın qələbəsilə bağlayacaqlar. Xalqlar gələcəyə inanır və bilir ki, onların gələcəyi bütün xalqların birləşməyindədir", - deyə Mixail Saakaşvili deyib. |
2014-02-09 | 8,604 | Ölkənin dəmir yolu keçidləri yenidən qurulur | "Ölkədə qatar yollarında baş verən qəzalara səbəb daha çox dəmir yolu ilə avtomobil yolunun kəsişməsində olan keçidlərdə vaqonların və avtomobillərin toqquşmasıdır". "Axar.az" "APA"ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov deyib. O bunun daha çox qorunmayan keçidlərdə baş verdiyini bildirib. "Dövlət Proqramı çərçivəsində ilk növbədə Bakıdan Böyük Kəsik stansiyasına qədər olan dəmir yolu keçidlərinin yenidən qurulmasını planlaşdırılır. Bu istiqamətdə 86-ya yaxın belə dəmir yolu keçidi var. Keçidlər avtomobillərlə qatarların toqquşmaması üçün yenidən qurulacaq". Bu günlərdə Xaçmazda dəmir yolu ilə avtomobil yolunun kəsişməsində avtomobillə qatarın toqquşmasına aydınlıq gətirən Qurban Nəzirov deyib ki, baş verən hadisədə dəmir yolunun heç bir günahı yoxdur: "Avtomobil vasitələrinin sürücüləri daha diqqətli olsaydı, belə bir hadisə baş verməzdi. Dəmir yolunda olan işarələrdən daha dəqiq və düzgün istifadə edilməlidi. Əks halda isə görülən tədbirlər nəticəsiz qalır". |
2014-02-09 | 8,606 | “Cavad xan” ABŞ-da - Fotolar | Fevralın 8-də ABŞ-ın Nyu York şəhərindəki Sultan Əyyub Mədəniyyət Mərkəzində "Cavad Xan" filiminin təqdimat mərasimi keçirilib. Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, təqdimat mərasimini Nyu York-Azərbaycan Assosasiyanın sədri Ercan Yerdələnli açıb. Daha sonra filmin ssenari müəllifi, xalq şairi Sabir Rüstəmxanlı film haqqında qısaca çıxış edib. Filmin quruluşçu rejissoru Rövşən Almuradlı və Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Gəray Əlibəyovun çıxışından sonra film tamaşaçılara təqdim edilib. Təqdimat mərasimində Azərbayacanın ABŞ-dakı və BMT-dəki nümayəndəliyinin əməkdaşları, türk dövlətləri səfirliklərinin nümayəndələri və Nyu York şəhərində yaşayıb çalışan həmyerlilərimiz iştirak ediblər. Qonaqlar NAA-nın rəhbəri Ercan Erdərənli və NY Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil tərəfindən ödüllərlə təltif olunub. Filim böyük coşquyla qarşılanıb. |
2014-02-09 | 8,607 | Saqqallı tat “azan çəkməlidir”? | "Kitabi-Dədə Qorqud" dastanlarının qədim türkcədən müasir dilimizə izahındakı bəzi qeyri-dəqiqliklər haqqında 2004-cu ildə "Öndər" nəşriyyatı tərəfindən latın qrafikası ilə çap olunmuş bu dastan yeni nəslin tərbiyəsində müstəsna rol oynayır. Odur ki, bu kitabı bir daha diqqətlə oxudum, onun da müasir dilimizə çevrilişində bəzi yanlışlıqların olduğunu gördüm. İzahlar görkəmli ədəbiyyatşünas alim, professor Samət Əlizadə və Fərhad Zeynalova məxsusdur. Azərbaycanın nüfuzlu alimlərin bu böyük işinə qətiyyən xələl gətirmədən, öz qeydlərimi də verməyi vacib bilirəm. Təbii ki, nöqsan hesab etdiklərim bütün kitabı əhatə etmir. Yalnız bir neçə boy haqqında fikirlərimi verməklə mütəxəssislərin diqqətini bu məsələyə cəlb etmək və gələcəkdə orijinala çox yaxın bir tərcümənin yaranacağına inanmaq istərdim. I boy. Dirsə xan oğlu Buğac xan boyını bəyan edər, xanım hey! Səh. 28. "Gəlin oğlanı babasına quvlayalım" cümləsinin izahı belədir: "Gəlin oğlanı babasının gözündən salaq". Əslində, "quvlamaq" "qu" sözündəndir. "Qulaq" sözü də həmin kökdəndir; səs, küy və s. mənasını verir. Küyləmək - gopa basmaq, yalan danışmaq, şişirtmək kimi mənalarda indi də işlənir. Məncə, bu cümlə "gəlin oğlandan babasına küyləyək" kimi izah olunmalıdır. Səh. 29. "Keyigi qovardı, gətirərdi, babasının önində sinirlərdi" cümləsi belə izah olunur: "Keyiki qovardı, gətirərdi, atasının qarşısında qıcıqlandırıb-acıqlandırardı". Açıq görünür ki, izah müəllifləri "sinirləmək" sözünün "acıqlanmaq", "hirslənmək" variantını əsas götürmüşlər. Halbuki "sinir" sözünün "sərhəd" kimi anlamı indi də işlənir. "Sinirlərdi" sözü də burada "qabağını kəsərdi, dayandırardı, qaçmağa qoymazdı" mənasında işlənib. Elə həmin səhifədəki şeirdə "Saqqallu bozac turğay sayradıqda" misrası "Saqqallı boz, ac torağay ötdükdə" kimi verilib. "Sayradıqda" - "səyridikdə" deməkdir. Burada "ac" sözü yoxdur, "Bozca saqqallı" ifadəsindəki şəkilçi belə işlənib. Torağay özü çil-çil olsa da, həqiqətən saqqallı və boz olur. Bu şeirdə sübh vaxtının portreti verilmişdir, özü də dahiyanə şəkildə. "Bədəvi atlar issin görüb oqradıqda" misrası belə verilib: "Bədəvi atlar yiyəsini görüb kişnədikdə". Orijinalda "kişnəmək" yoxdur, "oqramaq" var. Bu, indi də işlənən "oxramaq" sözüdür ki, "yavaşdan səslənmək"dir. Daha sonrakı "Saqalı uzun tat əri banladıqda" misrası "Saqqalı uzun tat kişi azan çəkəndə" kimi verilmiş, nədənsə "banlamaq" sözü "azan çəkmək" kimi başa düşülüb. "Ban" - "hündür, uca" və s. mənasını verir. "Evin banı", "xoruz banı" sözləri eyni kökdən gəlir. Tat ərinin banlaması - bərkdən səslənmək, hay-küy salmaq kimi başa düşülməlidir. Tatların İrandan Azərbaycana köçürülməsi məlumdur, indi də yəhudi, xristian və müsəlman tatlar Azərbaycanda yaşayırlar. Vaxtilə ağır durumda və mühacir həyatı yaşayan bu etnos haqqında dilimizdə çoxlu deyimlər yaşamaqdadır. Buradan da aydın olur ki, tat kişiləri sübhdən mal-qaranı örüşə haylayır, işə çıxır, hay-küyləri eşidilir. Səh. 32. "Tanrı verən tatlı canın seyranda imiş, endi dəxi" misrasının izahı "Tanrı verən şirin cana gəldin daha" kimi verilib. Əslində, "seyran" sözü "gəzmək" mənasını verdiyi üçün ruhun bədəndən ayrılıb gəzməyinə işarədir. İslam fəlsəfəsinə görə, ruh 2 cürdür: 1) Ruhi-heyvani. 2) Ruhi-seyrani. Birincisi canlılığı, diriliyi təmin edir, ikincisi isə insan yatarkən, xəyala dalarkən, ölərkən gəzir, seyr edir. Odur ki, bu misra "ölmüşdün, dirildin" mənasındadır. Yenə orada "Yalabıdaq gözün açdı" cümləsi "Azacıq gözünü açdı" kimi verilir. Qədim türk dilində "yalab" sözü alovun şöləsi, parıltı, işıq mənasında işlənirdi. Amma zahiri oxşarlığa görə, söz səhv başa düşülüb. "Parlaq gözünü açdı" kimi izah edilməlidir. Səh. 33. "Bərü gəlgil, aq südün əmdigim, qadunım!" misrasındakı "qadunım" sözü, nədənsə, "xanım" kimi izah edilir. İndi də işlənən "qadın" sözü "xatun", "katun" variantlarında işlənib. Yenə də orada "Yaramı sığadı" ifadəsi "Yarama əl gəzdirdi" kimi verilib. "Sığamaq" sözü müasir dilimizdə də anlaşıldığı halda, niyə dəyişdirilməlidir? Səh. 36. "Qırq yigidinə dilbənd saldı" cümləsi "Qırx igidinə çalmasını yellədi" kimi izah olunur. "Dilbənd" nədənsə "çalma" kimi başa düşülmüşdür. Əvvəla, döyüşdə çalma qoyulmur. İkincisi, o qarışıqlıqda yellənən çalma çətin ki, görünər. "Dilbənd" - "fit" deməkdir. Xüsusi alət olmadan 2 cür fit çalmaq olar; barmağın köməyi ilə və barmaqsız, dili xüsusi üsulla qatlayıb fit çalınır. Burada "dilbənd" sonuncu mənadadır. Özü də "dilbənd saldı" kimi verilib dastanda. Dilimizdəki "Səs salmaq", "hay-küy salmaq" və s. kimi tərkiblərdə də "salmaq" sözü işlənir... |
2014-02-09 | 8,608 | Con Perkins: "ABŞ artıq faşist dövlətidir" – Müsahibə | Con Perkins 1970-2004-cü illər arasında dünyanın bir nömrəli iqtisadiyyat killerlərindən idi. 2004-cü ildə bundan əl çəkərək "Bir killerin etirafları" kitabını yazdı. Amma sonradan özünün bir zamanlar çox kömək etdiyi şirkətlərin təzyiqi ilə üz-üzə durmaq məcburiyyətində qaldı. O, müxtəlif təşkilatların dünyanı necə idarə etməsi, hökumətləri çevirilişlə hakimiyyətdən uzaqlaşdırması mexanizmi ilə praktiki məşğul olan şəxslər sırasında olub. "Axar.az" Con Perkinsin "Haberturk"ə çox maraqlı müsahibəsini təqdim edir. - Məqsədyönlü olmaqla acgözlük arasında fərqi necə izah edə bilərsiniz? - İnsanlar sənət əsərləri yaratmaq, musiqi bəstələmək, yazı yazmaq, iş qurmaq, gələcək nəsillər üçün davamlı olacaq bir sistem yaratmaqla məqsədyönlü ola bilərlər. Acgözlülük bir şeyi həddən artıq istəməkdir. Acgözlər yalnız öz sərvətlərini artırmağa, daha güclü olmağa çalışırlar. - Bəs siz necəsiniz? Acgözmü? - Mənə motivasiya verən dünyanı kəşf etmək arzum idi. Güclü bir adam olmaq istəyirdim. Amma iqtisadiyyat killeri olanda həyatımı formalaşdıran şey sadəcə mənim güclü olmaq arzum deyildi, həm də təmsil etdiyim şirkətlərin acgözlüyü idi. Dünyanı təsvir etdiklərimizdən fərqli şəxslər idarə edir - Və dəyişdiniz… - Baxın, 1%-in 99%-ə hökm etdiyini deyirsiniz. Həqiqət isə budur: Dünyanın zənginliyi onu idarə edən 1%-in içərisində olan 1%-in idarəsi altındadır. Bu sistem bir fiaskodur. Kobud şəkildə desək, dünya əhalisinin 5%-nə sahib olan ABŞ dünya nemətlərinin 25%-dən çoxunu mənimsəyir. Artıq yeni bir model yaratmağın vaxtı gəlib çatıb. - Kapitalizm bu ziddiyəti həll edilə bilərmi? - Məncə, kapitalizmin özündə problem yoxdur. Problem "vəhşi, tükədən kapitalizmdədir"… Hazırda mövcud olan vəziyyətə "ölüm iqtisadiyyatı" adı verirəm. Təməlində isə militarizm və dünyanı məhv edənə qədər qaynaqlarını vəhşicəsinə tükətmək var. Lakin biz "həyat iqtisadiyyatı" qurmalıydıq. Ətrafı, insanları, bəşəriyyəti xilas edən bir sistem. - "Bir iqtisadiyyat killerinin etirafları" kitabında rəqəmlər və maliyyə statistikalarını silahlardan daha təhlükəli adlandırırsınız. - Tamamilə doğrudur… Bu günkü "Qlobal İmperatorluq" Amerika imperatorluğu deyil. Bu, şirkətlərin imperatorluğudur. Borclar, statistikalar, nadir hallarda da silahlar üzərinə qurulan bir sistem. Məni günahlarım zəngin etmədi - İnsanların ruhunu satmasından bəhs edirsiniz. Kim ruhunu satmır? - Mənə elə gəlir ki, çox adam satır. İqtisadiyyat killer olanda mən də ruhumu satdım. Amma yolumu dəyişdirə bildim. Namuslu həyat yaşamağın yolu təkcə aktiv olmaq deyil. Ən yüksək səviyyəli bir sahibkar gələcək nəsillərə daha gözəl dünya buraxmaq üçün işləyə bilər. Uşaqlarınızı böyüdərkən belə namuslu bir həyat keçirə bilərsiniz. - Kitabı karyeranızın sonunda yazdınız. Yəni günahlarınız sizi zəngin edib. - Kitab onu çap edən şirkəti zəngin etdi, məni yox. Sadə bir həyat keçirirəm. Amma zəngin bir həyat yaşadığımı hiss edirəm. Çünki fikirlərimi dilə gətirmə imkanı əldə edirəm. Yaşadıqlarımı, etdiklərimi yazarkən özümlə üzləşdim. Bu mərhələ mənə əziyyət verdi, başıma bəlalar gətirdi. 33 illik həyat yoldaşımdan ayrıldım. Həyat yoldaşım səyahət tempimə, içində olduğum vəziyyətə dözə bilmədi. Təhdidlərlə üzləşdim. Xarici İşlər Nazirliyi mənim izimə düşdü. Amma xoşbəxtəm. Heç bir peşmanlığım yoxdur. - Hələ də təhdid alırsınızmı? - Bir neçə ildir ki, almıram. ABŞ istənilən yerdə çevriliş edə bilər - Müharibə başlatmaq, hökumətləri dəyişdirmək, inqilab etmək asandırmı? - Bunların heç birini etməmişəm. Amma Mərkəzi Kəşfiyyat İdarəsi və onun tərəfdarları, "çaqqalları" istədikləri zaman heç bir problemlə qarşılaşmadan bunları edə bilirlər. 2009-cu ildə Hondurasda, Ekvadorda, Qəzzafi və Səddam Hüseynin devrilməsində də bunları gördük. "Asandır" deyə bilmərəm. Bildiyim təkcə odur ki, mümkün olan bir şeydir. - Kitabınızda 1980-ci illərdə olan bir dəyişimdən bəhs edirsiniz. Bu dövrün qanunları keçmişdəkindən çoxmu fərqlidir? - Məncə, şüuri inqilab yaşayırıq. Bu, insanlıq tarixinin əkinçilik və sənaye inqilablarından sonra baş vermiş ən böyük inqilabıdır. İnsanlar həqiqətən oyanırlar. Böyük şirkətlər üstündə qurulan dünyadakı sistemi onun ədalətli olmadığını görürlər. 99,999% ayağa qalxır və hərəkət keçməyə başlayır. Edvar Snoudenin dediklərini təsdiqlədi - Son 5 ildə qlobal iqtisadi böhranlar, Ərəb baharı, Vikiliks, ABŞ hökumətinin dinləmələri... - Hər kəsi heyrətə salan 5 il idi. Snoudenin dedikləri və Vikiliksin ortaya çıxardıqları yazdıqlarımın sübutu oldu. Mənim kitabım çap olunanda ABŞ Dövlət Katibliyi mənim MKİ-nin bütün liderlərini dinlədikləri haqqında dediklərimin yalan olduğunu bildirdi. - Ölkələrdəki çalxalanmaların arxasında hər zaman gizli bir əlmi dayanır? - Şirkətlər üçün önəmli olan ölkələrdə çalxalanmalar olan zaman həmişə iqtisadiyyat killerləri işə qarışırlar. Əminəm ki, Türkiyədə və Misirdə də bunlar işə qarışmışdılar. Çünki bunlar əsas şirkətlərin ən önəmli investisiyalarının olduğu ölkələrdir. Sizə əminliklə deyirəm, agentlər 100% çalışmışdılar. Vəziyyətə görə müxalifətin yanında dayanıb, ya da status-kvonu bərpa etməyə çalışarlar. - Məsələn, Ərəb Baharı bir "əməliyyat" idimi? - Bu hərəkat öz-özünə partladı. Amma başlanan kimi iqtisadiyyat killerləri və çaqqallar hərəkatı idarə etmək üçün müdaxilə etdilər. Bunu həmişə edirlər. Xüsusi ilə Misir üzərində daha çox vaxt sərf edirlər. ABŞ faşist dövlətidir - Vəziyyət artıq "killer"lərin nəzarətindədirmi? - Hər ölkədə vəziyyət fərqlidir. Misirdə ordunun Müsəlman Qardaşları təşkilatını devirməsindən sonra ABŞ və dünyanı idarə edən şirkətlər məmnun görünürlər. - Türkiyədə dövlət səviyyəsində "faiz lobbisi" anlayışı dilə gətirilir. Bu doğrudurmu? - Bəli, məncə doğrudur. ABŞ adına danışsam, mənim çalışdığım vaxtlarda bəzi şirkətlər ən mühüm siyasətçiləri almışdılar. Önəmli qanunları bu siyasətçilər yaradır və hər şey onların əlindən keçirdi. Buna görə də ABŞ artıq demokratiya deyil, hökumət nümayəndələri ilə böyük şirkətlərin yaxın təmas qurduğu faşist dövlətidir. Şirkətlərin fayda götürdüyü ölkələrdə də vəziyyət belədir. Sizdə də vəziyyət belədir. |
2014-02-09 | 8,609 | "Mən dünyada ən normal Baş nazirəm" | Danimarka Baş naziri Törninq-Şmitt baş nazirlik binasında yox, şəxsi evində yaşayır. Helle Törninq-Şmitt məşhur qəzetə verdiyi reportajda dünyada ən normal həyat yaşayan Baş nazir olduğunu dilə gətirib. Baş nazir ötən həftə paytaxt Kopenhaqendəki evinin önündə qarı kürəklə təmizləyərkən qonşusunun çəkib yaydığı şəkilə aydınlıq gətirib. Şmitt bildirib ki, uşaq baxıcısı və ya xidmətçisi yoxdur. Paltar yumağı, gündəlik alış-verişi özü edir, sıravi Danimarka vətəndaşı kimi yaşayır. Məşhur ingilis siyasətçisi Kinnok ailəsinin oğlu Stefen Kinnok ilə evli olan Baş nazir Törninq-Şmitt ərinin həftə içi işi səbəbiylə Londonda olduğu üçün gündəlik işləri özünün etdiyini və bundan da zövq aldığını söyləyib. Qeyd edək ki, "Financial Times"a açıqlama verən Törninq-Şmitt Baş Nazirlik binasında yox, şəxsi evində yaşadığını bildirib. (ANS) |
2014-02-09 | 8,610 | 8 gün sonra cəsədləri tapıldı - Foto | 8 gün əvvəl qar uçqunu altında qalan 4 iranlının meyitləri tapılıb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, Hakkarinin Şəmdinli mahalına bağlı Təkəli kəndi Tanyolu məzarındakı qohumlarını ziyarət etmək üçün Türkiyə sərhədini qaçaq keçən iranlı Faxır Əhməd, Xəbat İsmayılın meyitləri fevralın 7-də tapılmışdı. Bu gün isə Şakir Saleh və Adəm Mustafanın meyitləri də 8 gün axtarışdan sonra tapılıb. Qeyd edək ki, qohumlarını ziyarət edəndən sonra geri qayıdan iranlılar qar uçqununa məruz qalmışdılar. |
2014-02-10 | 8,611 | Ölümdən belə qaçdılar - Video | Dünən Mədinə şəhərində oteldə yanğın zamanı bir qrup şəxs yanğından qaçmaq üçün otel binasının 9-cu mərtəbəsindən digər binaya taxtanı yerləşdirməklə qaçıb. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Qeyd edək ki, yanğın nəticəsində 17 nəfər ölüb, 30-u isə yaralanıb. Türkiyənin Sakarya şəhərindən Səudiyyə Ərəbistanına ziyarət üçün gedən bir zəvvar həmin görüntüləri telefonuna köçürüb. Həmin təhlükə dolu anları təqdim edirik. |
2014-02-10 | 8,612 | Gürcülərdən Soçi təhqirinə daha bir cavab - Foto | Gürcüstanın bir neçə jurnalist təşkilatı dünya xəritəsində Rusiya Federasiyasının bütün ərazisini "ağ duman"da itirən şəkil paylaşıblar. "Axar.az"ın məlumatına görə, Rusiyanı "ağ duman"a bürüyən bu cür xəritənin Gürcüstanda kütləvi şəkildə dərc ediləcəyi də bəyan edilib. Bununla gürcü jurnalistlər Soçi Olimpiadasının açılışında gürcü idmançılar təqdim edilərkən göstərilən Gürcüstan xəritəsində Abxaziya və Cənubi Osetiyanın "ağ duman" içində göstərilməsinə növbəti etirazlarını bildiriblər. Xatırladaq ki, Gürcüstanın xəritəsində Cənubi Osetiya və Abxaziya üzərində "ağ dumanın" asılmasını ölkələrinin ərazi bütövlüyünə təhdid sayan və bunu təhqir kimi qəbul edən gürcü jurnalistləri və ziyalıları dünən başqa bir aksiya keçirmişdilər, olipiadanın rəmzi olan 5 halqanın birini "ağ dumanda" itirməklə, "Kimə lazımdısa, başa düşəcək!" – sözlərini yazmışdılar. Qeyd edək ki, Soçi Olimpiadasında Azərbaycan xəritəsində də Dağlıq Qarabağın ərazisi "ağ dumanla" örtülü göstərilib. |
2014-02-10 | 8,613 | Obamanı hədəf alan rusiyalı Soçidə məşəl qaldırdı - Foto | Ötən il ABŞ prezidenti Barak Obama ilə bağlı "Tvitter" hesabında irqçi tvitlər paylaşan İrina Rodnina Soçi Olimpiya oyunlarının açılış mərasimində məşəli tutan iki nəfərdən biri olub. "Axar.az" xəbər verir ki, qızıl medala sahib olan buz skaterçi Rodnina eyni zamanda Rusiya Parlamentinin üzvüdür. Rodnina Barak Obama və xanımının qarşısında bananı əlində tutaraq şəkil çəkdirməsi kəskin etirazlara səbəb olmuşdu və nəticədə "Tvitter" hesabından şəkili silmək məcburiyyətində qalmışdı. Məşəli tutan idmançılardan birinin Rodnina olması dünya mətbuatında böyük rezonans doğurub. |
2014-02-10 | 8,614 | Putini yapon baş nazir qarşısında utandırdı - Foto | İki il əvvəl Yaponiyanın Sunami fəlakətinə məruz qaldığı vaxt Putinin bu ölkəyə yardım etməsi səbəbindən yapon baş nazir rus liderinə Akira İnu cins it hədiyyə etmişdi. Axar.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Soçi Olimpiyadasında Vladimir Putin yapon Baş nazirə itinin bacarıqlarını göstərməyə cəhd edib. Putinin cəhdləri nəticəsiz qalıb. Belə ki, Rusiya prezidenti itdən oturmağı tələb edib, it isə bu tələbi rədd edib. Putin nə qədər iti oturtmaq üçün cəhdlər etsə də, it rus liderini yapon baş nazir qarşısında utandırıb. Şinzo Abe isə iti bir müddət sığallayıb və yaxşı it olduğunu deyib. Putin də öz növbəsində, "Elədir, ancaq ehtiyatlı olun, bəzən dişləyir" deyərək baş naziri xəbərdar edib. |
2014-02-10 | 8,615 | Gəncədə ana və bala bıçaqlandı | Bu gün Gəncədə ana və bala bıçaqlanıb. Naməlum şəxslər şəhərin Atatürk prospekti, bina 265, mənzil 30 ünvanının qarşısında 33 yaşlı Mehdiyeva Şəmsiyyənura 20, onun anasına isə 5 bıçaq zərbəsi endiriblər. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Ağır bədən xəsarəti alan 33 yaşlı qadın cərahiyə əməliyyatı olduqdan sonra reanimasiya, onun anası 58 yaşlı Kəmalə Mehdiyeva isə travmatologiya şöbəsinə yerləşdirliblər. Hazırda polis qadınların kim tərəfindən və hansı məqsədlə bıçaqlandığını araşdırır. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırma aparılır. (Kəpəz TV) |
2014-02-10 | 8,616 | Rumınlar etiraz aksiyasında basketbol oynadılar | Rumıniyanın paytaxtı Buxarest şəhərində müxalifətin keçirdiyi anti-hökumət nümayişinə minlərlə insan qatılıb. Etirazçılar paytaxt küçələrində yürüş edərək, Baş nazir Viktor Pontanın hökumətinin istefasını tələb edib. Bu hakim koalisiyaya qarşı Demokratik Liberallar partiyasının ilk belə nümayişi olub. Nümayişə ölkənin müxtəlif şəhər və vilayətlərindən 12 minə yaxın insan gəlib. Hökumət evi qarşısında bir araya gələn etirazçılar iqtidar əleyhinə müxtəlif şüarlar səsləndirib. Etirazçılardan biri hazırkı hökumətin apardığı siyasət nəticəsində rumınların daha da yoxsullaşdığını və alçaldıldığını bildirib. Simvolik jest olaraq nümayişə basketbol səbəti də gətirilib, basketbol oynanılıb. Belə ki, deyilənə görə basketbol Baş nazir Pontanın sevimli idman növüdür. (ANS) |
2014-02-10 | 8,617 | Ağcabədidə dördotaqlı ev yandı | Ağcabədi rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi rayonu, Qaradolaq kəndində ümumi sahəsi 125 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-10 | 8,618 | 26 sərnişin yol qəzası zamanı xəsarət aldı | ABŞ-ın Pensilvaniya ştatında içərisində 33 sərnişinin olduğu avtobus yoldan çıxıb, nəticədə 26 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. RİA Novosti agentliyi bu barədə Assoşieyted Press agentliyinə istinadən məlumat verir. Hadisə Pensilvaniyanın cənub-qərbində Merilend ştatı ilə sərhədin yaxınlığında bazar günü baş verib. Ştat polisinin məlumatına görə, sürücü idarəetməni itirib və avtobus yoldan çıxıb. Qəzaya səbəb əlverişsiz hava şəraitinin olması ehtimal olunur. Zərərçəkənlərə xəstəxanalarda yardım göstərilib, 23 nəfər indiyədək buraxılıb. Üç nəfər xəstəxanada qalır, onların vəziyyəti barədə məlumat daxil olmayıb (Trend). |
2014-02-10 | 8,619 | Uduzan komandanın qapıçısı hönkürtüylə ağladı - Fotolar | Türkiyədə Spor Toto super liqası çərçivəsində keçirilən qarşılaşmada uduzan komandanın qapıçısı yerdə oturaraq hönkür-hönkür ağlayıb. Türkiyə mətbuatının verdiyi xəbərə görə, hadisə "Trabzonspor"la "Akhisarbelediyespor" arasında keçirilən qarşılaşmada baş verib. "Aklhisarbelediyespor"un qapısınsdan 4-cü qolun keçməsi ilə komandanın qapıçısı Onur Kıvrak gözyaşlartını saxlaya bnilməyib. Kıvrakın o anları foto müxbirlərin diqqətindən yayınmayıb. "Trabzonspor"un oyunçusu Emre isə Onur Kıvraka təskinlik verib. Qeyd edək ki, qarşılaşma 4:2 hesabla "Trabzonspor"un qalibiyyəti ilə başa çatıb (Anspress). |
2014-02-10 | 8,620 | Bank əməkdaşları and içəcəklər | Hollandiya hökuməti əvvəlki səhvləri yenidən təkrarlamamaq üçün bankların müdafiəsində qeyri-adi üsula müraciət edəcəklər. Məlumata görə, Hollandiya Avropada belə qeyri-adi üsul yaratmış ilk ölkə olacaq. Belə ki, hökumət maliyyənin bütün sahələrinə nəzarəti təmin etmək üçün maliyyə institutunun direktorlar şurasının bütün üzvlərinə məcburi andiçmə tətbiq edəcək. Ümumilikdə, 2014-cü ilin ikinci yarısında Hollandiya banklarında çalışan təqribən 90 min əməkdaş bu andı içməli olacaq: "Mən and içirəm ki, maliyyə xidmətləri sənayesini qorumaq və burada əminliyi inkişaf etdirmək üçün hər şeyi edəcəyəm. Allah mənim şahidimdir". Öz andına riayət etməyən və xilaf çıxan bank əməkdaşları isə qara siyahıya salınacaq, cərimələr alacaq və digər sanksiyalara məruz qalacaqlar. Ölkə rəhbərliyinin fikrincə, dünya bank əməkdaşlarının qeyri-etik davranışları məhz 2008-ci ildə qlobal maliyyə böhranının yaranmasına səbəb olmuşdu (Anspress). |
2014-02-10 | 8,621 | Mənzilində faşist bayrağı asan gənc həbs olundu | Son vaxtlar bəzi ölkələrdə olduğu kimi, Fransada da gənclər sağ ekstremistlərin təsiri altına düşərək faşizm ideyaları ilə yaşayır, onların simvollarını təbliğ edirlər. Fransanın Almaniya ilə həmsərhəd olan Alzas regionunun Ba-Reyn departamentində 20 yaşlı gənc fransız alman faşistlərinin bayrağını yaşadığı mənzilin küçəyə açılan pəncərəsindən asıb. Onun bu hərəkəti yerli sakinlərin qəzəbinə səbəb olub. Sakinlərin şikayəti əsasında polis həmin gənci həbs edib. Musheim şəhər məhkəməsi gənci 80 sutka azadlıqdan məhrum edib. Yerli prokurorluq nümayəndəsi, sağ ekstremist qüvvələrin gənclər arasında faşizm ideyalarını təbliğ etdiyini deyib. Gənc fransızların bir çoxunun onların təsiri altında düşmələrindən narahatlığını ifadə edən həmin şəxs bildirib ki, bunun qarşısı alınmasa, cəmiyyət gələcəkdə daha ağır nəticələrlə üzləşəcək (AzerTac). |
2014-02-10 | 8,622 | Metroda ajiotaj: qatarlar tuneldə qaldı | Bü gün səhər saat 7.30 radələrindən etibarən Bakı Metropolitenində qatarların hərəkətində problemlər yaranıb. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, Həzi Aslanov istiqamətində hərəkət edən qatarlar arasında 15 -20 dəqiqəlik intervalın yaranması sərnişin sıxlığına səbəb olub. Stansiyalarda sərnişinlər çətinliklə hərəkət edib, vaqonlara düşüb-minərkən sıxlıq yaranıb. Nəticədə sıxlığa və havasızlığa dözməyən xüsusən məktəbyaşlı uşaqar və yaşlı insanların səhhətində narahatlıq özünü göstərib. Metropolitendən AzNews.az-a verilən məlumata görə, problemin yaranmasına səbəb İçərişəhər və Dərnəgül istiqamətlərdə hərəkət edən qatarlarda texniki nasazlığın yaranması olub. Nəticədə qatarların hərəkət intervalında 23 dəqiqə fasilə yaranıb. Problemin yaxın zamanda həllini tapacağı vurğulanıb. |
2014-02-10 | 8,624 | Azərbaycan ağır texnikadan istifadə edib və edəcək - Rəsmi | "Silahlı Qüvvələrimiz digər dövlətlərin hava məkanına və sərhədlərinə daxil olmadan, ərazilərimiz çərçivəsində istənilən növ döyüş texnikasından istifadə edib, edir və bundan sonra da etmək niyyətindədir". Bunu "Axar.az"a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. O, Ermənistan tərəfinin etdiyi çıxışların daxili auditoriyaya hesablandığını qeyd edib: "Ermənistanın hərbi-siyasi rejimi tərəfindən daxili auditoriyaya hesablanmış bu kimi və ya buna bənzər çıxışlar vaxtaşırı səsləndirilir. Yanvarın ikinci ongünlüyündən qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi ilə müşayiət olunan atəşkəs rejiminin pozulması hallarının kəskin surətdə artması və kəşfiyyat-diversiya qruplarının müdafiənin ön xəttini keçmək cəhdləri erməni tərəfinin növbəti təxribatının təzahürü kimi qiymətləndirilir". V.Dərgahlı Azərbaycan ordusunun bundan sonra da öz sərhədləri daxilində istənilən döyüş texnikasından istifadə edəcəyini deyib. "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüşə hazırlığının daim artırılması və eləcə də onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar planlı şəkildə, mütəmadi olaraq həyata keçirilir. Bu istiqamətdə görülən işlər Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir və uğurla davam edir. Silahlı Qüvvələrimiz digər dövlətlərin hava məkanına və sərhədlərinə daxil olmadan, ərazilərimiz çərçivəsində silahlanmada olan istənilən növ döyüş texnikasından istifadə edib, edir və bundan sonra da etmək niyyətindədir". Qeyd edək ki, keçən həftə Ermənistan Müdafiə naziri Seyran Ohanyan Azərbaycanın bundan sonra da cəzalandırılacağını demişdi. O, son günlərdə cəbhədə yaranmış gərginlik zamanı guya Azərbaycan ordusunun raket və pilotsuz təyyarələrdən istifadə etdiyini bildirmişdi. |
2014-02-10 | 8,625 | Ağstafada ağır yol qəzası: ər və arvad ölüb | Ağstafada ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ağstafa rayon mərkəzində baş verib. Rayonun Dağ Kəsəmən kənd sakini, 36 yaşlı Kamil Əliyev idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən yolun kənarında dayanmış yük avtomobilinə çırpıb. Hadisə nəticəsində sürücü K. Əliyev və onun həyat yoldaşı Mənzərə Əliyeva hadisə yerində dünyalarını dəyişiblər. Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. |
2014-02-10 | 8,626 | Kolumbiya Azərbaycanda səfirlik açdı | Azərbaycanda Kolumbiya Respublikasının Səfirliyi fəaliyyətə başlayıb. Bu barədə "Axar.az"a Xarici İşlər Nazirliyinin Mətbuat Katibliyindən məlumat veriblər. Səfirliyin müvəqqəti işlər vəkili Assad Jose Gater Xarici İşlər Nazirliyində qəbul edilib. Görüşdə Azərbaycan ilə Kolumbiya arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunmuş və səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub. |
2014-02-10 | 8,627 | Azərbaycanda 40 min insana saxta diplom verilib - İddia | Təhsil Nazirliyinə yaxın mənbələrdən "Modern.az"a daxil olam məlumata görə, hazırda ölkədə 40 minə yaxın saxta diplom daşıyıcısı var. Ən təhlükəlisi isə odur ki, bunların yarıya qədəri müxtəlif qurumlarda çalışırlar. Qeyd edək ki, Təhsil naziri Mikayıl Cabbarovun saxta diplomlarla bağlı verdiyi açıqlama universitetlərdə təşviş yaradıb. Bu məsələylə bağlı hətta bəzi universitetlər saxta diplom məsələsinə görə bir neçə müəllimi işdən azad edib. Təhsil Nazirliyinin gündəmdə saxladığı bu məsələ ətrafında artıq araşdırılmalara başlanılıb. Məsələ ilə bağlı Baş Prokurorluqda da araşdırmaların aparıldığı bildirilir. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında deyib ki, bəzi ali təhsil müəssisələri tərəfindən verilmiş saxta diplomlarla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. |
2014-02-10 | 8,628 | Emin Abbasov: “Azərbaycanda futbolun təbliğatı çox zəifdi” | Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti şah oyunu keçirilib. Lakin oyun televiziya vasitəsilə nümayiş etdirilmədiyi üçün çoxsaylı azarkeşlər "Xəzər Lənkəran" – "Neftçi" matçını izləyə bilməyiblər. Futbolumuzda tez-tez yaşanan belə hadisələri necə tənzimləmək olar? Bu sualla tanınmış telejurnalist Emin Abbasova müraciət etdik: "Bildiyiniz kimi, "Xəzər Lənkəran" tərəfi bu oyunun göstərilməsi üçün pul tələb edib. Lənkəran klubu istənilən telekanalın tələb olunan məbləği ödəyərək matçı yayımlaya biləcəyini deyib. Prinsipcə, "Xəzər Lənkəran" bu məsələdə haqlıdı. Çünki digər futbol çempionatlarının təcrübəsində də belədir. Çempionatı təşkil edən qurum yayım hüququnu hər hansı telekanala satır və əldə olunan gəlir bütün klublar arasında bölüşdürülür. Bizdə isə nə çempionatın yayım hüququnu alan, nə də klublara düşən pay var. Ona görə də, vəziyyət belə qəliz xarakter alır. Ümumiyyətlə, Azərbaycanda futbolun təbliğatı çox zəifdi. Məsələ ondadır ki, futbolu təbliğ etmək üçün müəyyən vəsait xərclənməlidi. Ancaq kanal rəhbərləri futbolun işıqlandırılmasına vəsait ayırmaq istəmirlər. Oyunun yayımlanması üçün efir vaxtı ayrılmalı, xüsusi avadanlıq çəkiliş yerinə göndərilməli, işçi qrupu ezam olunmalı, sputnik və s. xərclər ödənməlidi. Əgər futbolun kütləviləşməsini istəyiriksə, telekanallarda futbolun təbliğini artırmalıyıq. "İdman Azərbaycan" telekanalını çıxmaq şərti ilə, digər telekanallarda futbola ya heç vaxt ayrılmır, ya da ki, çox az. Bu gün futbol verilişlərinin sayını və keyfiyyətini artırmaq lazımdı. Türkiyədə Markus Merk kimi tanınmış simanı dəvət edib verilişin reytinqini artırmağa çalışırlar. Bizdə isə oxşar xarakterli verilişlər illərdi ki, durğunluqdan çıxa bilmirlər. Bu vəziyyəti dəyişmək üçün dövlət futbolun da təbliğatı üçün telekanallara vəsait ayırmalıdır. Serialların çəkilişi üçün hər telekanala 300 min manat pul verilib. Analoji addım futbol verilişləri ilə bağlı da atılsa, bu sahənin təbliğinə nail ola bilərik. Əks halda, belə vəziyyət hələ çox davam edəcək. Qəbul etmək lazımdır ki, futbolun populyarlaşması üçün təbliğat çox vacibdi". |
2014-02-10 | 8,629 | İslam öldürüb həzz almaqdır | BÜTÖV AZƏRBAYCANLI AXTARIŞI Küçədə-bacada hamı Suriyanı müzakirə edir. Necə ola bilər ki, insan bankda, şirkətdə, bazarda gəlirli işini atıb şəhid olmaq niyyəti ilə tanımadığı bir məmləkətə yollansın? Suriyadakı savaşa adam göndərən hansısa şəbəkədən söhbət gedir. Ancaq hər cür belə şəbəkələr ola bilər, gedən ki ağlı başında olan insandır: ailəsini, işini, Vətənini atıb gedə bilirsə, demək ki, hansısa qəti qərar verəcək xarakterə sahibdir. Bütün bu hay-küyün əslində bir səbəbini sezmək olur: Ölümdən qorxan çoxluq üçün ölümü adiləşdirən bu azlıq uzaqlarda da olsa psixoloji təhlükə olaraq rahatsızlıq yaradır. Əslində, Qarabağda savaş olsa, getmək niyyəti olmayan böyük çoxluğun onlara qarşı birinci ittihamı da, "heç Qarabağda savaş olsa getməyəcəklər"dən başlayır. Başqa ölkələrdə silahlı münaqişələrdə döyüşən Azərbaycan vətəndaşları barədə cinayət məsuliyyəti yaradan absurd bir qanunun qəbul olunmasına da çağırışlar var. Anlamaq istəyən yoxdur ki, tarixi ənənəsinə görə, bugünki qavrayışına görə, bizdə çoxluğun mənimsədiyi İslam - Suriya savaşı olmadan belə öz içində nifrət ağırlığı ilə seçiən bir İslamdır. İnsanlar dindarlaşdıqca sanki insana sevgilərini, dəyərlərini daha çox azaltmış olurlar. Fərdi haqları daha çox kollektiv haqların içində basdırmağa çalışırlar. Bu savaş duyğusunun bəlkə də xaricə köçürülməsi Azərbaycan üçün bir vaxt qazanma şansıdır. Bu şansdan ağıllı şəkildə yararlanaraq sağlam din düşüncəsini cəmiyyətə çatdırmaq əvəzinə hamı öz durduğu mövqeni haqlı sayaraq başqasının cinahına yönəlik mübarizədən danışır. Ancaq bir gerçəyi anlamaq istəmirlər ki, yanlış din anlayışına qarşı ən səmərəli mübarizə doğru alternativlərin təbliğ olunmasıdır. Əlbəttə, insanların asudə vaxtını necə seçmələri yönündə dəqiq bir istiqamətləndirmə işi xeyli çətindir. Kimisi bu asudə vaxtını Yesentukidə, Karlova Varıda, Baden-Badendə, kimisi də bəşərəsadçilər cinahında və yaxud zəngin ərəb dövlətlərinin dəstəklədiyi anti-bəşər cinahında radikal dinçilər tərəfdə vuruşaraq keçirməkdə görür. Xeyli hissəsi müasir silahlardan istifadə etmək qabiliyyətində olmasa da, savaş məntəqəsinə çatan kimi alovun içində özlərini görməyə başlayır və bir çox halarda təcrübəsizlikdən ölürlər. Bir tərəfdən də Əsədi müdafiə edən Hizbullahın ölüm timlərində bu millətin təmsilçiləri başqa bir anti-islamın təəssübkeşi kimi döyüşməyə girişir. İki xarakterik Azərbaycan dindar kimliyi üz-üzədir. Hər ikisi də İslamın sağında və ya solundadırlar, İslamın özündə olmağı, onun nüvəsində durmağı bacarmamış, hər ikisi də yaradılanı yaşatmağı deyil, öldürməyi hədəf olaraq seçmişlər. Doğru İslama yürüyənlər üçün İslam dini hər an yenidən insana açılır, tükənmir, bitmir. Yanlış din anlayışı insan üçün artıq özünün qərar verdiyi görüntüdə tamamlanır, yekunlaşır. Bu tamamlanmanın arxasında, yanında nə varsa, hamısı silinməli, yox edilməli, uzaq tutulmalıdır. İslam saqqalın uzunluğudur, İslam möhürün həcmidir, İslam ölüb bu dünyadan canını qurtarmaqdır, İslam öldürüb həzz almaqdır. Bu yalnız dinlə bağlı qarşıdurma deyil. Rusiya şəhərlərində bu ölkənin kəşfiyyat orqanlarının yönləndirməsi ilə bir-birini gülləbaran edən azərbaycanlıların "bazar polkası" davası motiv etibariylə fərqlənsə də, nəticə etibarilə eyni xarakterin məhsuludur. Əslində, bu mənzərə nəyi bir daha bizlərə göstərir? Nəyin uğrunda savaşdığını, yaşadığını bilməyən, tarixi təsadüflərin gətirdiyi qazancı xərcləyən, yanlış bir din anlayışının sıxıntısını yaşayan bu gün azərbaycanlı adlanan bir milli kimliyin Arazın o tay-bu tayındakı, eləcə də Rusiyanın hər tayındakı acınacaqlı durumunu. İllərdir fəxr etmişik ki, güney Azərbaycanda bütün inqilablar Təbrizdən başlayıb. Bütün inqilablar da keçici bir qızışmadan başlayır və emosiyaların ağlı üstələməsi ilə hər kəs sabahın məsuliyyətini düşünmədən dərhal qısa bir zamanda hər şeyin həllinə çalışır. Ağıl yenidən oyanmağa başlayanda anlaşılır ki, öz əlinlə öz düşmənini başına çıxarmısan, qazandığın da minlərlə qətledilən insanın adlı-adsız qəbirləridir. Bizim əcdadların yaşadığı Azərbaycan adlanan coğrafiyada beş yüz il öncə də beləydi, 35 il öncə də, indi də... Yaxşı ki, İranda bu inqilablar ənənəsi bir az geridə qalıb və ağlın imkanları ilə milli kimliklər üçün nələrinsə tədricən qazanılması yolları açılıb. İndi İran Məclisində müzakirələr gedir ki, ölkədə yaşayan bütün xalqların dillərində məktəblər açılsın. Bu təkliflə ərəblər, bəluclar, türkmənlər, kürdlər çıxış edirlər, Azərbaycan türklərini təmsil edənlərin səsi gəlmir. Millət vəkilləri susurlar. Bəziləri isə bunun əleyhinə olduqlarını belə gizlətmirlər. Hətta bir sıra fars millət vəkilləri də, tanınmış fars aydınları da İranda yaşayan xalqların ana dilində məktəblərinin olması fikrini dəstəkləyirlər. Bunun qarşılığında sosial şəbəkələrdən oxudum ki, hətta Təbrizin bələdiyyə başqanı məsxərəli üslubda belə bir ifadə də işlədib: "Küçələrdə danışılan dili siz Ana dilimi hesab edirsiniz?" Mən Suriya ilə nədən başladım? Vaxtilə İran-İraq savaşında da kor-koranə başqasının hədəfi üçün başını-bədənini fanatikcəsinə güllə qabağına verən bizim güneyli soydaşlarımız idi. Bu gün də Suriyada hər iki tərəfdə döyüşən yenə də bizim başqasının ideyası üçün ölməyə hazır güneyli-quzeyli azərbaycanlımızdır. Savaşı da, inqilabı da başqasının çıxarı üçün edirik, öz çıxarımız üçün bir Urmiya gölünün qurumasının qarşısını almağa, məğlub olduğumuz bir Qarabağ ayıbını üzərimizdən götürməyə, öz ana dilimizin haqqını bir ölkənin parlamentində kürd qədər, bəluc qədər, ərəb qədər almaqda israrçı ola bilmirik. Bir qismimiz bir Kral dininin axmaq fanatına çevrilirik, digər qismimiz bir Molla dininin axmaq fanatına çevrilirik, Allahın dininin gözəlliklərinə, məsuliyyətinə eyni bağlılığı ortaya qoya bilmirik. Narahatlıq yaradan məqam budur ki, dəyişən dünyanın hərəkət trayektoriyasında dini də, demokratiyanı da, insana, təbiətə, təhsilə, sağlığa münasibəti də eybəcərləşdirərək yavaş-yavaş özümüzəməxsus bir milli xarakter formalaşdırmağa meyllənirik. Bu gedişlə səslənişi gözəl xəyallarla Bütöv Azərbaycan deyilən bir ərazini şerlərdə, mahnılarda bir-birinə birləşdirdik, Bütöv Azərbaycanlını haradan tapacağıq? Müasirliyi ilə, sağlam dini inancı ilə, doğru tarix şüuru ilə, 30 milyon adam sayı ilə deyil, dünyada söz sahibi olacaq 30 düşüncə adamı ilə fəxr etməyi arzulayan Bütöv Azərbaycanlı kimliyindən danışıram... Güneydə, Quzeydə, Rusiyada, Avropada yaşamağından asılı olmayaraq... Hələ ki, Suriyada döyüşənlər başlarını orada qatıb; hələ ki, Qarabağın başını atəşkəs kəsib; hələ ki, İran məclisində əvəzimizdən kürdlər, ərəblər, bəluclar danışır, düşünməyə qızıl bir vaxt fürsəti qazanmışıq. Mən yazaraq düşünürəm. Hər kəs öz bildiyi şəkildə düşünsün: Sabahımızı! |
2014-02-10 | 8,630 | Əsgərlərimiz özünü niyə güllələyir? - Rəsmi | Müdafiə Nazirliyindən silahla ehtiyatsız rəftar nəticəsində xəsarət alan hərbçilərimiz barədə açıqlama verilib. Nazirlikdən bildiriblər ki, son vaxtlar bu cür hadisələrin artması yox, əksinə olaraq azalması müşahidə edilir. Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyi rəhbərliyi və hərbi hissə komandanlığı tərəfindən neqativ halların baş verməməsi üçün hərbi hissə və birləşmələrdə bütün qabaqlayıcı tədbirlər görülür: "Təhlükəsizlik qaydalarının pozulması halları və baş verən hadisələr haqqında mətbuat xidməti mütəmadi olaraq məlumat verir. Son vaxtlar bu cür hadisələrin artması yox, tam fərqli olaraq azalması müşahidə edilir. Bunu da hərbi hissələrdə şəxsi heyətlə aparılan işlərin nəticəsi kimi dəyərləndirmək olar". Nazirlikdən bildiriblər ki, hər bir hadisə ilə bağlı cinayət işi başlanıb: "Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır",- deyə Nazirlikdən göndərilən məlumatda vurğulanır (ANS). |
2014-02-10 | 8,631 | Azərbaycanda əsgər yoldaşını güllələyib | Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan əsgər yoldaşını güllələyib. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinın əsgəri Zamin Malik oğlu Məmmədov ehtiyatsızlıq üzündən tabeliyindəki avtomat silahdan atəş açaraq əsgər yoldaşı Elnur Sahib oğlu Əhmədovu güllələyib. Yaralı əsgər E.Əhmədov hərbi hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər ( Trend ). Respublika Hərbi Prokurorluğundan bildiriblər ki, faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır |
2014-02-10 | 8,632 | ABŞ kürd partiyalarını "terrorçu siyahısı"ndan çıxardı | İraqdakı kürd pariyalarını ABŞ terror siyahısından çıxarır. "Axar.az" "Basnyus"a istinadən xəbər verir ki, ABŞ Dövlət Katibliyinin İraq və İran üzrə müşaviri Bret Makqark ən qısa zamanda Şimali İraq Kürd bölgəsinin lideri Məsud Bərzaninin sədri olduğu Kürdüstan Demokrat Partiyasının (KDP) və İraqın prezidenti Cəlal Təlabaninin sədri olduğu Kürdistan Yurdsevər Birliyinin (KYB) Amerikanın "terror təşkilatları" siyahısından çıxarılacağını açıqlayıb. |
2014-02-10 | 8,633 | “Neftçi”nin futbolçusundan görünməmiş söyüşlər - Foto | Premyer Liqanın 20-ci turunda keçirilən "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasında gərgin anlar yaşanıb. Oyunun baş hakimi Rəhim Həsənovun onlara qarşı qərəzli olduğunu iddia edən "Neftçi"nin rəhbər şəxsləri, futbolçuları və azarkeşləri meydanda baş verənləri sosial şəbəkələr vasitəsi ilə də müzakirə ediblər. "Axar.az" xəbər verir ki, müzakirəklərə "Neftçi"nin oyunçusu Mahir Şükürov da qoşulub. Şükürov oyunun baş hakimi Rəhim Həsənovun ünvanına qeyri-etik ifadələr işlədib, söyüşlər səsləndirib. O, klubun Feysbukdakı azarkeş səhifəsində (Neftchi Baku [Fan Page]) Rəhim Həsənovun paylaşılan şəklinin altında rəy yazıb. Şərhi təqdim edirik, amma Mahir Şükürovun dərc olunması mümkünsüz olan ifadəsini nöqtələrlə əvəz edirik: ""Neftçi"sevərlər, biz bu oyunu udmuşuq. Lənkəran çox aciz idi bizim qarşımızda. Bu, Rəhim Həsənovun hər şeyini "Neftçi"sevərlər ...... Belə çempionat olmaz, hirsliyəm". |
2014-02-10 | 8,634 | Fətullahçılardan AKP-yə ağır zərbə | Gülən hərəkatının üzvlərinin evlərdə yığışaraq, qadınlara "AKP-yə səs verməyək" deyə təbliğat apardıqları iddia edilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyə seçkiləri yaxınlaşdıqca dindarlar arasında böyük nüfuza sahib olan Gülən hərəkatının "bukletli ant-AKP" təbliğatından sonra AKP-nin qadın seçicilərinin yönləndirilməsi üçün işlər gördüyü ortaya çıxıb. Hədəf dindar qadın seçicilərdir Gülən hərəkatının qadın üzvləri evdar xanımlarla həftədə bir dəfə toplanaraq seçkilərdə səsləri yönləndirmə təbliğatına başlayıblar. Xüsusilə Anadoludakı şəhərlərdə fəaliyyət göstərən gülənçilər medianı izləməyən qadın seçiciləri hədəfə alıb. Ev toplantılarında seçki təbliğatı ilə məşğul olaraq, "AKP-ni bəyənsəniz də, bu seçkilərdə AKP-yə səs verməyin" xəbərdarlığını edirlər. Bu toplantılarda sözü keçən və "xoca" adı verilən qadınların liderlik etdiyi deyilir. Hətta and içdirirlər Təlqinlərdən sonra söz verənlərə and içdirdikləri də iddia edilir. |
2014-02-10 | 8,635 | Xarici ticarət dövriyyəmiz açıqlandı - 44 milyard | 2013-cü ildə Azərbaycan Respublikasının rezidentləri dünyanın 149 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib. "Axar.az"ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, ötən il ərzində 105 ölkəyə əmtəə ixrac olunub, 141 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir. İl ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 43,5 milyard ABŞ dolları təşkil etmiş və 2012-ci illə müqayisədə 2,7 faiz artıb. Dövriyyənin 32,8 milyard dolları ixracın, 10,7 milyard dolları idxalın payına düşüb. Nəticədə 22,1 milyard dollarlıq müsbət saldo yaranıb. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 2012-ci illə müqayisədə 6,0 faiz artaraq 1773,0 milyon dollar təşkil edib. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 8,3 dollar artaraq 190,7 dollara bərabər olub. |
2014-02-10 | 8,636 | Sutka ərzində 49 atəşkəs pozuntusu - Rəsmi | Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub. "Axar.az"a Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Horadiz, Ağdam rayonunun Mərzili, Yusifcanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-02-10 | 8,637 | Müdafiə Nazirliyi ABŞ-la razılaşmaya uyğun tədbir keçirir | Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə Bakıda keçiriləcək beynəlxalq səviyyəli tədbirlərin siyahısı açıqlanıb. Bu barədə informasiya "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilib. Məlumatda fevralın 10-dan 13-dək Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü, fevralın 10-dan 14-dək isə Azərbaycan-ABŞ iş planına əsasən "İnsan resurslarının idarə edilməsi" mövzusunda seminar keçiriləcəyi bildirilib. |
2014-02-10 | 8,638 | Azərbaycan əsgərləri and içdi | Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Silahlı Qüvvələrin birlikləri və Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin ərazilərində təşkil edilən mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət himni oxunub və tədbir açıq elan edilib. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak edib. Andiçmə mərasimində çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmaları, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini və işğal olunan torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər. Rəsmi mərasim bağlı elan olunduqdan sonra şəxsi heyətin qarşısında konsert proqramı təşkil olunub, əsgərlərin valideyinləri ilə görüşləri və hərbi hissələrdə yaradılmış şəraitlə tanışlıq olub. |
2014-02-10 | 8,639 | Qənirə Paşayeva Almaniyada fəxri professor seçildi - Foto | Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Akademiyasının və Avropa Universitetinin böyük elmi şurasının birgə qərarı ilə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Avropa Akademiyasının və Avropa Universitetinin fəxri professoru seçilib. "Bu xəbərdən ən çox sevinən müəllim və alimlərin çoxluq təşkil etdiyi ailəm, dostlarım oldu. Mənə müəllimlik peşəsini sevdirən ailəmə, ilk dəfə müəllim kimi güvənən Xəzər Universitetinə və indi çalışdığım Odlar Yurdu Universitetinə, namizədlik dissertasiyamı müdafiə etdiyim Prezident Yanında Dövlət İdarəçilik Akademiyasına, doktorluq dissertasiyası üzərində işlədiyim AMEA-nın İnsan Hüquqları İnstitutuna, elmi araşdırmalarımda mənə öz dəyərli məsləhətləri ilə dəstək olmuş bütün ziyalılara, sevimli tələbələrimə təşəkkür edirəm və bu gözəl sevinci onlarla bölüşürəm. Mənə bu etimadı göstərən Avropa Akademiyası və Avropa Universitetinə xüsusi təşəkkür edirəm. Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru kimi bundan sonra da elm sahəsində çalışmalarımı davam etdirəcəm. Artıq konfliktologiya ilə bağlı çox maraqlı araşdırmalarımı və Cənubi Qafqazdakı münaqişələrlə bağlı doktorluq işimi də yekunlaşdırıram və bir-iki ay içində müzakirələrə başlaya biləcəyik. Bu mövzu ilə bağlı xarici ölkələrdə nəşr etdirdiyim bir sıra məqalələrdən bu mövzuya böyük maraq olduğunu görürəm", - Qənirə Paşayeva fəxri professor seçilməsinə münasibət bildirərkən deyib. |
2014-02-10 | 8,640 | Nazir göstəriş verdi | Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirilib. "Axar.az" "Teleqraf.com"a istinadən məlumat verir ki, iclasda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışıb. Daha sonra kollegiya iclasında hesabat ili ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, əvvəlki illə müqayisədə İKT sektorunda artım tempi 14,0 faiz təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 1 632,2 milyon manat təşkil edib. Həmçinin İKT, informasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9% təşkil edib. Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanların nəticəsində beynəlxalq internet kanallarının ümumi tutumu 10 Gbit/s artırılaraq 210 Gb/s-ə çatdırılıb. Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir. Ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib. Kollegiyaya yekun vuran nazir növbəri illərdə sektorun üzərinə düşən öhdəliklər, məqsəd və gələcək hədəflərə toxunaraq, dinamik inkişafın təmin edilməsi məqsədilə qarşıdakı dövrdə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və daha da möhkəmləndirilməsi üçün mühüm vəzifələrin müəyyənləşdirildiyini, həmçinin respublika prezidentinin çıxışlarından irəli gələn tapşırıqların həyata keçirilməsi, sahə ilə bağlı müvafiq fərman və sərəncamlar və dövlət proqramlarında RİTN-lə bağlı tədbirlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb. Növbəti illərdə də uğurlu inkişaf tempinin saxlanılması və artırılmasının əsas hədəf kimi qarşıda dayandığını bildirən Ə.Abbasov nazirliyin fəaliyyətinin səmərəli təşkili, o cümlədən kosmik sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması, internet tariflərinə yenidən baxılması və onun keyfiyyətinin daha da yüksəldilməsi, mobil operatorlarla tariflərin tənzimlənməsi, genişzolaqlı rabitənin təşkilinə başlanılması üçün müvafiq tədbirlərin görülməsi, poçt xidmətlərinin çeşidinin artırılması və əlavə xidmətlərin təşkili, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, poçt və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması, habelə 2015-ci ildə keçiriləcək I Avropa yay olimpiya oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib. |
2014-02-10 | 8,641 | Azərbaycanlılar Almaniyada avtoyürüş keçirdilər - Foto | Almaniyada Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirlərə start verilib. Alman xalqının diqqətini ermənilərin 1992-ci il fevralın 26-da Xocalı şəhərində törətdiyi vəhşiliklərə cəlb etmək məqsədilə Almaniyanın Maqdeburq şəhərində avtomobil yürüşü təşkil olunub. Bu barədə "Axar.az"a Diaspor üzrə Dövlət Komitəsindən məlumat verilib. Maqdeburqda fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi yürüş zamanı minik avtomobillərindən ibarət karvan Azərbaycan bayrağı, eləcə də "Ermənilər Qarabağdan çıxmalıdır!" "Xocalıya ədalət!" və s. şüarlar yazılmış plakatlarla 2 saat ərzində şəhərin küçələrində hərəkət edərək yerli sakinlərin marağına səbəb olub. Aksiya müddətində Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi qəddarlıqlar, haqsızlıq və vəhşiliklər haqqında yerli sakinlərə məlumat verib və onların suallarını cavablandırıb. Qeyd edək ki, Almaniyanın Berlin, Drezden, Bielfeld və digər şəhərlərində də Xocalı faciəsinə həsr olunmuş avtomobil yürüşü, mitinq və anım tədbirlərinin keçirilməsi nəzərdə tutulub. |
2014-02-10 | 8,642 | Kapital Bankın inkassatoru qəzaya düşdü – kassir öldü/Yeniləndi | 12:03 Bu dəqiqələrdə Bakı–Qazax yolunun 40-cı kilometrində, Səngəçal terminalı yaxınlığında bir nəfərin ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib. Şahidlərin "Axar.az"a verdiyi məlumata görə, yol qəza hadisəsi nəticəsində Kapital Bankın valyuta daşıyan inkassatoru qəzaya uğrayıb, ilkin məlumata görə, sürücüsü hadisə yerində keçinib. Baş Dövlət Yol Polisindən hadisəni təsdiqləyərək bildirdilər ki, qəza yeni baş verdiyindən, xırdalıqlar haqqında hələlik məlumat verə bilmirlər. 13:46 "Kapital Bank" ASC bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində Bankın inkassator maşınının qəzaya uğraması xəbəri ilə bağlı rəsmi açıqlama yayıb. Bankın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza zamanı həlak olan şəxs kassir, yaralananlardan biri inkassator, digəri isə sürücü-inkassatordur. Yaralılar Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Bankın açıqlamasında bildirilir ki, Biləsuvar rayonuna gedərkən qəzaya uğramış maşındakı vəsaitlərin mühafizəsi üçün əraziyə dərhal başqa inkassator maşını göndərilib və təhlükəsizlik tədbirləri tam təmin olunub. |
2014-02-10 | 8,643 | Rusiya Soçidə acizliyini nümayiş etdirdi – Şərh | "Rusiyanın Soçi Olimpiadasında xəritədə bu cür təhriflərdən istifadə etməsi əslində acizliyin bir göstəricisidir". Bu sözləri "Axar.az"a açıqlamasında siyasi ekspert Ərəstun Oruclu dedi. Rusiyanın Molla Nəsrəddin heç bir fərqi yoxdur O, Rusiyanın istənilən halda Azərbaycanı təhqir etmək üçün bu cür vasitələrdən istifadə etməsini zəiflik adlandırdı: "Burada hər şey ola bilər. Birinci, bu, texniki nasazlıqla əlaqələndirilə bilər. Soçi Olimpiadası başlayan gündən burada olan hər bir şey artıq bütün dünyada gülüş obyektinə çevrilib. Amma açılış mərasimi möhtəşəm idi. Bunu da etiraf etmək lazımdır. Güclü dövlətin bu tip mesajlar verməklə öyünməsinə, özünü təsdiq etməsinə ehtiyac yoxdur. Bu, bir tərəfdən Molla Nəsrəddinin cızıqdan çıxması lətifəsinə bənzəyir. Rusiya indi belə şeylərlə öyünürsə, demək, onun Molla Nəsrəddindən heç bir fərqi yoxdur". Rusiya Qafqazı itirməkdən qorxur Politoloq Rusiyanın olimpiadaya siyasi don geyindirməsini doğru qəbul etmədiyini dedi: "Birinci, bununla bağlı Soçi Olimpiadasına nəzər yetirmək lazımdır. Rusiya bunu böyük geosiyasi hadisə kimi qələmə verdi. Nəticədə bir çox Qərb ölkələrinin rəhbərləri Rusiyaya gəlməkdən imtina etdilər. Faktiki olaraq Soçi Olimpiadası boykot olundu. Bu cür idman hadisəsinə siyasi çalar vermək düzgün deyil". Ə.Oruclu artıq rəsmi Moskvanın Qafqazdan çıxmaq təhlükəsiylə üz-üzə qaldığını hiss etdiyini qeyd etdi: "Rusiyanın buradan getmək təhlükəsi artıq meydana gəlib. Bir də ki, bundan sonra xəritələrlə belə oyun göstərmək tərəfsiz birinin öz götürdüyü öhdəlikdən qaçması deməkdir. Hər şey qarşılıqlı olmalıdır. Rusiya razı olmazdı ki, olimpiada zamanı Azərbaycan-Ermənistan, ya da ki, Gürcüstanla seperat rejimlər arasında münasibətlər korlansın. Amma bu qarşılıqlı olmalı idi. Rusiya hər zaman Azərbaycanla təzyiq dili ilə danışıb. Ermənistanı isə ən yüksək səviyyəli nümayəndələri səviyyəsində öz "forpost"u adlandırıb. Bütün bunlar da o yanaşmanın təzahürüdür". Rus politoloqları konyuktur maraqlara xidmət edir Rus politoloqlarının mütləq əksəriyyətinin sırf konyuktur maraqlara xidmət etdiyini bildirən ekspert onların şərhlərinin sadəcə təhrif olduğunu söylədi: "Onlar öz şəxsi fikirlərini, öz təhriflərini, Rusiya hökumətinin maraqlarını təmin edən proqnozları ortaya qoyurlar. Bu, bir tərəfdən Qərbə rus politoloqları tərəfindən mesaj ola bilər ki, biz Soçi Olimpiadasını sabit keçirmək istəyirik və bundan sonra Ukraynadan geri çəkilmək fikri haqqında danışa bilərik. Ya da ki, sadəcə olaraq, aldadıcı bir tryukdur. Guya Rusiya sırf bu olimpiadadan sonra geri çəkiləcək. Amma hər halda, yenə də hesab edirəm ki, rus politoloqlarının böyük əksəriyyəti açıqlamalarında səmimi deyillər. Diqqət edin, cəbhədə vəziyyət gərginləşəndə onların hamısı bir ağızdan xorla deyirlər ki, müharibə başlasa, Rusiya müharibəyə qarışmayacaq. Bax, bu qeyri-səmimi təhrikçilik mövqeyini əks etdirir. Bir növ Azərbaycan cəmiyyətini təhrik etmək istəyir ki, narahat olmayın, çəkinmədən gedin müharibəyə, biz qarışmayacağıq. Bunların hamısının yalan olduğunu isə hamımız bilirik. Rusiya politoloqlarının açıqlamalarına mən heç vaxt ciddi yanaşmamışam. Dediklərini səmimi açıqlama kimi qəbul etməmişəm". Qeyd edək ki, Soçi Olimpiadasının açılış mərasimində Azərbaycan və Gürcüstan təhqir edilmişdi. Hər iki ölkənin münaqişə zonalarının üzəri "ağ duman"la örtülmüş, bir növ müstəqil ərazi kimi təqdim edilmişdi. |
2014-02-10 | 8,645 | Qardaş doğma qardaşını bıçaqladı | Bakıda ailədaxili cinayət baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) "Axar.az"a verilən məlumata görə, fevralın 9-da Səlim Musayev bıçaq yarası ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xətai polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində ona xəsarət yetirən qardaşı İlahim Musayev tutulub. Cinayətin hansı zəmində törədildiyi bilinmir. Hazırda faktla bağlı araşdırma aparılır. |
2014-02-10 | 8,646 | Ulduz futbolçu hönkür-hönkür ağladı - Video | İtaliya A Seriyasında baş tutan "Napoli" – "Milan" matçında qəribə olay yaşanıb. Belə ki, "Milan"ın oyunçusu Balotelli ehtiyat skamyada oturarkən göz yaşlarına hakim ola bilməyib, ağlamağa başlayıb. "Axar.az" xəbər verir ki, bu görüntü kameraların da obyektivindən yan keçməyib. İtaliya mətbuatının iddiasına görə, ulduz oyunçunun ağlamasına səbəb azarkeşlərin irqçi şüarlar səsləndirməsi olub. Lakin "Milan"ın baş məşqçisi bu hadisəyə başqa don geyindirib. Belə ki, baş məşqçi futbolçunun da hər bir insan kimi duyğulana biləcəyini vurğulayıb və bunun irqçi şüarlarla bağlı olmadığını bildirib: "Bunlar futbola xas olan əlamətlərdir. Ağlamaq gözəl duyğudur və mən də vaxtında bunu yaşamışam". Bu olaya Kolin Kazım və Felipo Melo da biganə qala bilməyib futbolçuya dəstək olublar. "Qalatasaray"lı Melo italyan oyunçuya edilən hərəkətə "tvitter" vasitəsi ilə belə etiraz edib: "İtaliya stadionlarında Mario fitə basıldı. Bu çox utancvericidir. Onu ağlayarkən görmək kədərlidir. Mario sən çempionsan". "Bursaspor"lu Kolin Kazım da sosial şəbəkə vasitəsi ilə həmin görüntüdən sonra Balotelliyə daha çox hörmət etdiyini bildirib. "ESPN" və "Daily Mail"in verdiyi məlumata görə, ulduz futbolçunun göz yaşlarına səbəb övladıdır. Ötən həftə bəlli olan DNT testinin nəticələrindən sonra Balotellinin çox duyğusal olduğu bildirilir. Balotellinin qızı üçün darıxıb göz yaşı tökdüyü də irəli sürülən iddialar içərisindədir. Mario Balotelli isə məsələ ilə bağlı hələ heç bir açıqlama verməyib. |
2014-02-10 | 8,647 | SOCAR-da kütləvi ixtisarlar sürətlənir - ÖZƏL | Azərbaycan Respublikası Dövlət Neft Şirkətində kütləvi ixtisarlar davam edir. İxtisasların indiki hədəfi Neft İstismarı və İxtisaslaşdırılmış Xüsusi Texnika idarələridir. Bu barədə "Axar.az"a neft sektorunda çalışan və ixtisara düşməsindən ehtiyat edən işçilər məlumat verdi. Neftçilər dedi ki, iş yerlərini itirmək onların illərdir həsrətində olduqları evdən də məhrum edir: "Neçə ildir ki, ev növbəsindəyik. İndi idarənin başqa idarələrə birləşdirilməsi və kütləvi ixtisarların olması gündəmdədir. Bizim idarə ilə başqa idarəni birləşdirəndə məcburi ixtisarlar gedəcək. Çünki hər texnika və ixtisas üzrə ştat yerlərin sayı məhduddur. Belə olan halda ixtisar olunmağımız qaçılmazdır. Bu idarədə 25 ildir ki, çalışırıq. Ev növbəmizin vaxtı da çatıb. Dövlət hesabına güzəştli ev almalı idi. İndiki vəziyyətdə isə işi itirməklə bərabər, həm də ev növbəsini itirəcəyik. Bu isə 25 illik işimizi heç edir". Neft İstismar və İxtisaslaşdırılmış Xüsusi Texnika idarələri ilə bərabər ARDNŞ-ın nəzdində olan Geofizika və Geologiya İdarəsinin üç istehsalat müəssisəsi – Kəşfiyyatgeofizika, Mədəngeofizika və Kompleks geoloji-kəşfiyyat və topoqrafiya idarələrinin ləğv edilməsi də planlaşdırırlır. Qeyd edək ki, ARDNŞ-də ciddi struktur islahatları və ixtisarlar 2 ildir ki, aparılır. 2011-ci ildə Sosial İnkişaf İdarəsinin tabeliyində olan mənzil-istismar idarələri, təhsil və səhiyyə ocaqları şirkətin tərkibindən çıxarılaraq təyinatına uyğun qurumlara verilmişdi. |
2014-02-10 | 8,648 | “Qalatasaray”-“Çelsi” oyununda Xocalı soyqırımı yad edilsin - Təklif | Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün orijinal aksiyaya başlayıblar. "Axar.az" xəbər verir ki, onlar UEFA-nın və "Qalatasaray" komandasının e-mail ünvanlarına müraciət göndəriblər. Məlumatı katibliyin əməkdaşı Elnur Bağırlı "Facebook" səhifəsində yazıb. Müraciətdə xahiş olunur ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 26-ı keçiriləcək "Qalatasaray" – "Çelsi" qarşılaşmasında 26 fevral Xocalı soyqırımının anım günü türkiyəli futbolçular meydana qollarına qara lent bağlayaraq çıxsınlar. Aksiyanın effektivliyini artırımaq üçün Jurnalist Ekspert Mərkəzi təkliflə çıxış edib. Təklifdə deyilir: "Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lər UEFA və "Qalatasaray"ın ([email protected], [email protected]) ünvanlarına ingilis, türk dillərində eyni məzmunda məktub göndərsin. Təşkilat rəhbərləri təbliğat baxımından həmin məktubların mətnini "Facebook" səhifələrində paylaşsınlar. Müraciət belədir. 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Bu dəhşətli faciədə 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Xocalı şəhəri yer üzündən silindi. Cənab Mişel Platini (Ünal Aysal), Sizdən xahiş edirik, dünyanın ən dəhşətli facilərindən biri olan Xocalı soyqırımında qətlə yetirilənlərin ruhlarını bir dəqiqəlik sükütla yad etmək üçün Azərbaycanla eyni dərdi yaşayan Türkiyənin komandası "Qalatasaray"ın futbolçuları fevralın 26-da meydana qollarına qara lent bağlayaraq çıxsınlar. |
2014-02-10 | 8,649 | Sabirabadda 1 gündə 1 küçədə 4 oğurluq | Sabirabadda 1 gündə eyni küçədə yerləşən 4 evdə oğurluq hadisəsi baş verib. Bu barədə "Axar.az"a rayondakı sakinlər məlumat verib. Bildirilir ki, bu nadir oğurluq rayonun Şəhriyar küçəsində baş tutub. Oğrular əvvəlcə dul qadın Lətifə Şahlarovanın evini soyublar. Daha sonra isə elə həmin küçədə yaşayan Elçin adlı taksi şoferinin evinə giriblər. Elçin həmin vaxt ailəsi ilə qayınatasıgildə olub. Daha sonra hazırda Rusiyada miqrant həyatı yaşayan Saleh Bəşirovun evinə soxulublar. Oğruların sonuncu dayanacağı isə elə həmin küçədə hazırda məhbus həyatı yaşayan Nüsrət adlı rayon sakinin mənzili olub. Sakinlər bildirir ki, hələlik oğrular tapılmayıb: "Rayonda mənzil oğurluğu adi hala çevrilib. Amma bir küçədən bir-biri ilə qonşu olan şəxslərin evinə soxulmaq isə nadir hadisədir. Görünür, uzun müddət ifşa olunmamaları onların əl-qolunu açıb". Məsələ ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinin növbətçi hissədən bildirdilər ki, "növbəni təzə təhvil aldıqlarından", baş verən hadisə ilə bağlı heç bir məlumat verə bilməyəcəklər. İdarə rəsmiləri isə hadisə ilə bağlı heç bir açıqlama vermək səlahiyyətində olmadıqlarını, məsələ ilə əlaqədar növbətçi hissə ilə əlaqə yaratmağımızı məsləhət gördülər. |
2014-02-10 | 8,650 | Baş tutmayan təxribat | Fevralın 9-da keçirilən "Xəzər Lənkəran"-"Neftçi" qarşılaşmasında yenə də gərginlik yaşandı. Yenə də həmin dalğa, həmin koordinat idi. Ötən il avqustun 25-də keçirilən "Böyük oyun"dan əvvəlki ssenari fevralın 9-da təkrarlandı. Ancaq bu dəfə oyundan sonra ixtişaşlar baş vermədi, günahsız azarkeşlər həbs olunmadı. Təxribatçı ssenarini yazanlar isə yenə də klub rəhbərləri idi. Əvvəlini Abbaszadə başladı.. Gecə hamının yatdığı vaxt otelin qarşısında dayanan "Neftçi"nin avtobusunu kimsə daşlamışdı. Nəticədə avtobusun şüşəsi sınmışdı. Bu, adi bir xuliqanlıq hərəkəti idi. Hüquq-mühafizə orqanları həmin xuliqanı tapıb cəzalandırmalıydı. Pislənməliydi onun hərəkəti. Ancaq "Neftçi"nin mətbuat katibi Gündüz Abbasazadənin pislədiyi kimi yox. Gündüz Abbaszadə "facebook"dakı səhifəsində "Şərəfsizlər, avtobusun nə günahı var? Heç olmasa bayraq olan yerə daş atmayın" yazmaqla ilk təxribatı törətmiş oldu. Gündüz Abbaszadənin statusu konkret şəxsə yox, ümumi kütləyə ünvanlanmışdı. Tərkibinə saxta vətənpərvəplik "ədviyyat"ı da qatılmışdı ki, təsirli olsun. ...Tahir Süleymanov davam etdirdi... Abbaszadənin fikirlərini mətbuat yayınca, vəziyyət ciddiləşdi. Adi bir xuliqanlıq hadisəsinə belə sərt və düşünülməmiş reaksiyanın verilməsi vəziyyəti gərginləşdirməliydi. Ardınca "Neftçi"nin daha bir rəsmisi-Tahir Süleymanov "Bakıya qayıdırıq, bu vandalizmdir" açıqlamasını verdi. Hiss olunurdu ki, "Neftçi" rəsmiləri belə açıqlamalarla vəziyyətin nəzarətdən çıxmasına çalışırlar. Eynən avqustun 25-də olduğu kimi. "Neftçi" Bakıya qayıtmadı. Oyun baş tutdu, heç kimin burnu da qanamadı. Gündüz Abbaszadə də sosial şəbəkədə yazdığı statusu silməli oldu. İşə yaramamışdı, orda saxlamağa dəyməzdi... Böyükağa Hacıyev "tamamladı" Amma "Neftçi"nin təxriabatları oyundan sonra da davam etdi. Bu dəfə komandanın baş məşqçisi Böyükağa Hacıyevin timsalında. Oyundan sonra keçirilən mətbuat konfransında Böyükağa Hacıyev belə deyib: "Cənubi Kiprdə APOEL-lə oyunda bu qədər problem yaşamamışdıq. Maşının şüşəsini sındırdılar, təhqir etdilər, daş atdılar.... Mən fikirləşirdim ki, naxçıvanlılarla talışların oxşar cəhəti var. Ancaq indi qətiyyətlə deyirəm ki, heç bir oxşarlıq yoxdur (fanat.az). Özünü "xalq komandası" adlandıran "Neftçi"nin baş məşqçisnin açqlamasından separatizm meylləri yağır. Naxçıvanlı-talış məsələsini "Xəzər Lənkəran"-Neftçi" oyunundan sonra elə Lənkəranda səsləndirmək nəyin əlaməti ola bilərdi? "Neftçi"nin Naxçıvana nə dəxli? Naxçıvanlı kim, talış kim? Bunlar hamısı azərbaycanlı deyilmi? Cənubu Kipri misal çəkməklə nəyə işarə edirdi, nəyi qızışdırmağa, hansı təxribatı törətməyə, qarşıdurmanı yaratmağa cəh edirdi Böyükağa Hacıyev? "Neftçi" rəsmiləri "Xəzər Lənkəran"ı "talışların komandası" kimi təqdim etməklə nəyə nail olmaq istəyirlər? Həmin gün stadionda olanların milliyyətini necə müəyyənləşdirdi onlar? Ümumiyyətlə, "Neftçi" rəhbərliyi rəsmi statistikadan xəbərdardılarmı? Lənkəranda nə qədər talışın, nə qədər türkün yaşadığını bilirlərmi? Bilmirlərsə, xatırladaq: "Rayonun əhalisi 209,9 min nəfər təşkil edib. Bunun 63,7 min nəfəri Lənkəran və Liman şəhərlərində, 20,5 min nəfəri qəsəbələrdə, 125,7 min nəfəri kənd yerində yaşayır. Əhalinin sıxlığı hər kvadratkilometrə 136,3 nəfər olmaqla, respublika üzrə orta göstəricidən 30 faiz çoxdur. Əhalinin ümumi sayının 50,3 faizini qadınlar, 49,7 faizini kişilər təşkil edir. Son 5 il yarım ərzində rayonun əhalisi 10 min 800 nəfər artıb. Şəhər əhalisinin 86,0 faizini azərbaycanlılar, 13,6 faizini talışlar, 0,3 faizini ruslar təşkil edir". İndi Böyükağa Hacıyev aydınlaşdırsın, görək, hansı əsasla həmin gün stadionda olan azarkeşləri talışlar kimi qələmə verib. Onun bu addımının arxasında nə dayanır? Ümid edirik ki, ondan bu sualların cavabını soran tapılacaq. "Neftçi" ilə "Xəzər Lənkəran" arasında keçirilən qarşıdurmalarda həmişə gərginlik olub. Bir necə ilə əvvəl Tofiq Bəhramov adına respublika stadionunda keçirilən oyundan sonra bir qrup "Neftçi" fanatı "Xəzər Lənkəran" azarkeşlərini aparan avtobuslara hücum etdilər. Avtobuslar daş atəşinə tutuldu. Yalnız polislərin müdaxiləsdindən sonra "Neftçi" azarkeşlərini hadisə yerindən qovmaq mümkün oldu. Bu hadisə mətbuat nümayəndələrinin gözləri qarşısında baş verdi. Ancaq heç kim o hadisəni törədənləri "şərəfsizlər" adlandırmadı, heç kim baş verənlər "vandalizm" kimi qiymətləndirmədi. Gündüz Abbaszadə düz yazmışdı. Avtobusun heç bir günahı yox idi. Bəlkə də daş avtobusun şüşəsinə yox, Azərbaycan futbolunu bu günə salanlara, təxribata sürükləyənlərə, millətlərarası münasibətləri gərginləşdirənlərə, separatizm toxumu səpənlərə atılmalıydı. Gedin "oyun"unuzu oynayın. Azərbaycanda yaşayan xalqlarla "oyun" oynamayın. Futbola ayrılan vəsaiti necə batırdığınızı sığortalamaq üçün başqa "oyun" düşünün. |
2014-02-10 | 8,651 | İran Mübariz İbrahimovdan film hazırladı – Video | İranın Nəsr televiziya kanalı Dağlıq Qarabağ və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan (Seyid Mübariz) kiçik film - klip hazırlayıb. "Axar.az" xəbər verir ki, klipdə ermənilərin Qarabağda törətdikləri vəhşiliklərdən, insanların öz yurdlarından didərgin düşmələrindən danışılıb. Daha sonra xalqımızın düşmənə qarşı mübarizliyindən bəhs edilib. Bu mübarizlik isə Milli Qəhrəmanımız Mübariz İbrahimovun timsalında təqdim edilib. Video-klip ingilis dilində səsləndirilir, altyazı dublyajı isə Anadolu türkcəsindədir. |
2014-02-10 | 8,652 | Gənc yazarın kitabı müzakirə edildi - Foto | Bakı Slavyan Universitetində gənc yazıçı Sərdar Aminin "Qaratoyuq nəğməsi" romanının müzakirəsi keçirilib. BSU Yaradıcılıq fakültəsindən "Axar.az"a verilən məlumata görə, tədbiri dekan Rüstəm Kamal açaraq, Sərdar Amin və kitab haqqında fikirlərini bölüşüb. Daha sonra tədbiri fakültənin tələbəsi Nuranə Nur davam etdirib. Müzakirə zamanı fakültənin müəllimi şair Qəşəm Nəcəfzadə, yazıçının yazar dostları Kəramət Böyükçöl, Şəhriyar Del Gerani, Aqşin Evren, fakültə məzunları Seyran İsmayılov, Əfsanə Laçın, tələbələr Ramilə Qardaşxanqızı, Mübariz Örən, Şəhla Aslan, Əli Türk, Orxan Xosrovlu çıxışlar edərək müəllifə irad və təkliflərini bildiriblər. Onlar gənc yazara daha böyük uğurlar arzulayıblar. |
2014-02-10 | 8,653 | İTV geyiminə görə aparıcını işdən çıxartdı | İctimai Televiziya son günlər sosial şəbəkələrdə və xəbər portallarında müzakirə edilən "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova ilə yollarını ayırıb. "Axar.az" "AzVision.az"a istinadən məlumat verir ki, bunu telekanalın mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev bildirib. O, bildirib ki, L.Aslanova artıq İTV-nin əməkdaşı deyil: "Bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir. Əslində isə keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o artıq İTV-nin əməkdaşı deyil". Qeyd edək ki, İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın geyimi sosial şəbəkələrə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Tibbi verilişin aparıcısının açıq-saçıq geyimi verilişi izləyənlərin diqqətini çəkib. Uzun fasilədən sonra yenidən efirə qayıdan verilişə aparıcı sinəsi açıq paltarda çıxıb. |
2014-02-10 | 8,654 | Telman İsmayılov qəbiristanlıqda restoran tikib - Qalmaqal | Moskvanın Sokol rayonunda yerləşən "Qardaşlıq qəbirstanlığı"nın bir hissəsinin satılması yerli sakinləri qəzəbləndirib. "Axar.az"ın rus mediasına istinadən məlumatına görə, adıgedən qəbirstanlıq hələ 1915-ci ildə, 2-ci Nikolayın zamanında knyaginya Yelizaveta Fedorovnanın təşəbbüsü ilə salınıb. Həmin qəbirstanlıqda Birinci Dünya Müharibəsi zamanı həlak olan əsgər və zabitlər dəfn edilib. Bir tarixi abidə kimi qəbirstanlığın yaranmasının 100 illiyini qeyd etməyə hazırlaşan ruslara indi məlum olub ki, oranın böyük hissəsi biznes layihə üçün kimlərəsə satılıb. Üstəlik, orada restoran da tikilib və nəticədə o da məlum olub ki, həmin restoran Telman İsmayılova məxsus imiş. Həmin ərazi Telman İsmayılovun qardaşı Fazil İsmayılov Moskva şəhəri Sokol rayonunun prefekti olarkən ona satılıb. Yəni qəbirstanlıqdakı ərazini çox cüzi məbləğ miqdarında oliqarx qardaş alıb. İndi ruslar gələn ilədək həmin ərazinin boşaldılmasını tələb edirlər. Əks halda restoranı uçuracaqları ilə hədələyirlər. |
2014-02-10 | 8,655 | Sevinc Çılğın ATV-dən ayrıldı | ATV-də redaktor vəzifəsində çalışan tanınmış yazar Sevinc Çılğın öz ərizəsi ilə işdən çıxıb. "Axar.az" "Qaynar.info"ya istinadən xəbər verir ki, bu barədə yazar öz "Facebook" profilində məlumat verib: "Çox önəmli bir qərar verdim. ATV-dən ayrıldım. Çox yaxın zamanlarda müdir havalarıyla qarşınızda olacağam. Yeni, maraqlı, bəyənib sevəcəyiniz layihələrlə... Tezliklə! Son il yarımda ATV-də mənə dözən, səbr edən, yola verən bütün dostlara sevgi və sayğımı elan edirəm!" Sevinc xanımın yazdıqlarından belə məlum olub ki, bir çox internet media layihələrinin rəhbəri olan həyat yoldaşı Zahir Əzəmətin təklifi ilə yeni bir proyektin başına keçəcək: "Zahirin işləri böyüyüb, ona kömək lazımdır. Yeni proyektin başında isə dediyinə görə ancaq məni görmək istəyir. Çox düşündüm, bütün müsbət və mənfiləri götür-qoy elədim və gözümü qırpmadan qərar verdim. Mən bir işin altına girirəmsə, deməli özümdən əminəm. ATV də mənə doğma idi, yaxşı kollektivimiz var idi. Amma bəlli bir yaşdan sonra əgər imkan varsa, adamın öz işi olmalıdı. Mən orda yaradıcı qabiliyyətimdən tam istifadə etmirdim. İşimin gərəyi yalnız yazmaq bacarığımdan yararlanırdım. Amma indi yaradıcı potensialımı da ortaya qoymaq istəyirəm. Çünki yaradıcılıqla məşğul olmaqçun darıxmışam. İnşallah inanıram ki, xoşunuza gələcək" , - deyə yazıb. Sevinc xanım yeni layihənin konkret nədən ibarət olduğu barədə məlumat verməyib. |
2014-02-10 | 8,656 | Türkiyə Azərbaycanı şantaj edir | Ankara Azərbaycan, Rusiya və İranı şantaj edir. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə rus politoloqu Stanislav Tarasov çıxış edib. O, Türkiyənin artıq öz qaz ehtiyatlarını təmin etməkdən ötrü böyük oyuna başladığını deyib: "Türkiyə Azərbaycan, İran və Rusiyadan aldığı neft və qazla özünün enerjiyə olan tələbatlarını ödəyir. Amma o, qiymətləri daha da aşağı salmağa çalışır. Əsas hədəf kimi bu dəqiqə İraq götürülüb. Amma İraqdan da ölkə üçün alınacaq neft onun tələbatlarının 1/5 hissəsini ödəyəcək". Politoloq rəsmi Ankaranın İraqın Türkiyədən başqa çıxış yolu qalmadığını yaxşı bildiyini qeyd edib: "Rəsmi Ankaradan Suriya ilə bağlı edilən bəyanata baxın. Ankara deyir ki, İraq Suriya vasitəsiylə bazarlara neftini çıxara bilməz. Yəni İran-İraq, İraq-İordaniya-İsrail, İraq-Suriya-İsrail xətlərinin də bağlı olduğunu deyir". S.Tarasova görə, Türkiyə həm də özünü böyük enerji resurslarının tranzit mərkəzinə çevirmək niyyətindədir: "Türkiyə daha təhlükəsiz variant kimi öz ərazilərini Azərbaycan və Orta Asiya ölkələrinə təqdim edir. Əvəzində qiymətlərin endirilməsi əsas variant kimi nəzərdə tutulur. Azərbaycan onsuz da qazını Türkiyəyə ucuz satır. Amma bundan o yana çətin ki, nə isə olar. Bir şey yaddan çıxmamalıdır ki, istənilən vədə Bakı-Moskva-Tehran alyansı yarana bilər. Bu isə Türkiyə üçün elə də xoş bir şey olmayacaq". Qeyd edək ki, dünən Türkiyənin Təbii Sərvətlər və Energetika naziri Taner Yıldız İraqdan neft almaq niyyətində olduqları ilə bağlı açıqlama yaymışdı. O, bunu İraq neftinin ölkəyə gətirilməsinin daha ucuz olması ilə əlaqəli olduğunu demişdi. |
2014-02-10 | 8,657 | Rusiya Ermənistanda pilotsuz təyyarə sınaqdan keçirir - Foto | Rusiyanın Ermənistandakı hərbi bazasında "Navodçik-2" tipli yeni pilotsuz təyyarənin sınaqlarına başlanılıb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, sınaq uçuşları Kamxud və Alagəz təlim-tədris komplekslərində gecə və gündüz, müxtəlif iqlim şərtləri altında, o cümlədən dağlıq ərazidə keçirilir. "Navodçik-2" tipli pilotsuz təyyarələri kəşfiyyat, habelə düşmənin radioelektron cihazlarının fəaliyyətinin zəiflədilməsi məqsədi ilə istifadə olunur. Təyyarənin maksimal sürəti 120 km/s, uçuşun maksimal hündürlüyü 3000 metr təşkil edir. |
2014-02-10 | 8,658 | Suriyada 11 uşaq olmaqla 170 adam öldü - Video | Suriya Yerli Koordinasiya Komitəsi tərəfindən açıqlanan məlumata görə, rejim dünən 170 adamı qətlə yetirib. 75 adam Hələbdə, 24 adam Deyrozorda, 18 adam Həmada, 17 adam Xümsda, 11 adam Şamda, 10 adam İdlibdə, 8 adam Dərada, 5 adam Lazkiyədə, 1 adam Kuneytrada və 1 adam da Svaydada həyatını itirib. Ölənlər arasında 11 uşaq, 25 qadın olduğu bildirilib. 9 adam isə rejim həbsxanalarında işgəncələr nəticəsində ölüb. "Axar.az" Suriyanın Şam şəhərində bombardman nəticəsində dağılıb tökülən evdən bir qadın cəsədinin çıxarılması videosunu təqdim edir: |
2014-02-10 | 8,659 | “Sarkisyan Qarabağı rüşvətlə satıb...” - Foto | Ermənistan prezidentinin keçmiş müşaviri Jirayr Libaredyan rəsmi İrəvana qarşı ağır ittihamlar yönəldib. Ermənistan prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri (Levon Ter-Petrosyan administrasiyası), hazırda ABŞ-ın Miçiqan Universitetinin professoru olan Jirayr Libaredyan Serj Sərkisyanı "Qarabağı rüşvətlə Rusiyaya satmaqda" ittiham edib. Libaredyan bu barədə "İratec de fakto" erməni qəzetinə müsahibəsində danışıb ("Musavat.com"). "Ermənistanın indiki hakimiyyəti Dağlıq Qarabağ rəhbərliyi ilə birlikdə praktiki olaraq Ermənistanın müstəqilliyini və Dağlıq Qarabağın taleyini Rusiyaya təslim edir. Və bu, rüşvət formasında edilir" - deyə bir vaxtlar Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda iştirak etmiş Libaredyan bildirib. Keçmiş milli təhlükəsizlik müşaviri deyib ki, Ermənistan hakimiyyətinin Rusiyaya etdiyi güzəştlər ölkənin satılmasından başqa bir şey deyil. Əks halda bu güzəştləri heç nə ilə əsaslandırmaq olmaz. "Serj Sərkisyan Gömrük İttifaqına üzvlüyü təhlükəsizlik amili ilə əsaslandırır. Guya nə baş verəcəkdi? Türkiyə Ermənistana hücum edəcəkdi və Rusiya Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməyəcəkdi? Yaxud Azərbaycan Dağlıq Qarabağa hücum edəcəkdi və Rusiya ona daha 4 milyard dollarlıq silah satacaqdı? Lakin Türkiyənin bizə hücum etmək fikri yoxdur. Rusiya isə heç vaxt Qarabağı bizə vəd etməyib və etmir. İndiki bazar alverinin səviyyəsi tələb edir ki, bizim hakimiyyət təhlükənin haradan qaynaqlandığını dəqiq desin. Hələlik elə təsəvvür yaranır ki, təhlükə istisnasız olaraq Moskvadan yönəlmişdi, bizimkilər isə sadəcə olaraq Rusiyanı ələ almaq istəyir. Lakin Rusiyanın bu cür rüşvəti qəbul etmək üçün özünəvurğunluğu həddən artıqdır. O hesab edir ki, bizim verdiklərimiz təbii haqqıdır" - deyə Libaredyan bildirib. Keçmiş müşavir hesab edir ki, hakimiyyət ölkəni indiki dalandan çıxarmaq üçün son 15 ildəki səhvlərini etiraf etməlidir. "Birincisi, biz öz qonşularımızla problemlərimizi həll etməliyik, bununla da təhdidləri və Rusiyadan, hansısa başqa ölkədən asılılıq səviyyəsini azaltmalıyıq. İkincisi, etiraf etmək lazımdır ki, Köçəryanın xarici siyasətinin "böyük kəşfi" olan komplementarlıq ideyası, yəni təhlükəsizliyi Rusiyadan, iqtisadi inkişafı Qərbdən almaq ideyası böyük sabun köpüyündən başqa bir şey deyildi" - deyə Libaredyan vurğulayıb. |
2014-02-10 | 8,660 | Millət vəkili Rusiyanı müsəlmanlarla hədələdi | "Azərbaycandan Qarabağ çox aydın, dumansız, dəqiq hədəflərlə görünür. Rusiya onu dünyaya dumanlı görsətmək istəyirsə, bu, yanlış siyasətdir. Əslində, həmin dumanı çəkən tərəfin kim olduğu bəllidir. Nə qədər ki, Rusiya bu regiona normal, təhlükəsizlik kontekstində münasibət göstərəcək, o dərəcədə udub, onun faydasını görəcək. Dumanın içərisində bürünəndə isə bütöv Qafqaz, onun müsəlmanlar yaşayan əhalisi də Rusiya əleyhinə dumana bürünəcəkdir". Bu sözləri millət vəkili Zahid Oruc Soçi Olimpiadasının açılışı zamanı tamaşaçılarına göstərilən xəritədə Azərbaycanın əzəli torpaqları - Dağlıq Qarabağın dumanlı görüntü ilə verilməsinə münasibət bildirərkən Axar.az"a dedi. Millət vəkili həmçinin dünyanın ən möhtəşəm idman hadisəsinin siyasiləşməsi haqda fikir bildirdi: "Uzun illərdi ki, olimpiadalar kifayət qədər siyasiləşib. Və onun çevrəsində həddindən artıq böyük konfrontasiyalar özünü göstərir. Belə demək mümkünsə, istənilən dövlətdə keçirilən olimpiada sanki həmin dövlətin siyasi kursunun bir elementinə çevrilir. 1968-ci ildə Meksika Olimpiadası zamanı xunta rejimi hakimiyyətdə idi. Onun çevrəsində də anti-Meksika təbliğatı özünü göstərirdi. Onun bənzəri Seulda da özünü göstərdi. İndiki olimpiadada eyni prosesi müşahidə edirik. Açıq-aydın sezilir ki, Rusiya bu prosesdə sanki xarici tendensiyaları stimullaşdırıb, onlara əlavə ton verir. Açıq-aşkar şəkildə təbliğat toplarını silahlandırır. ABŞ-ı ifadə edən dairəvi həlqənin açılmaması, o cümlədən Qarabağın, Cənubi Osetiya və Abxaziyanın dumanlı mənzərəsi bəlkə də dünya insanı üçün heç nə demir. Çünki ora dünya karnavalıdır. Və ora toplaşanlar ona o qədər də fikir vermir. Ona görə də biz bu məsələni dövlətlərarası münasibətin probleminə çevrilməli deyilik. Onsuz da bu işin təbliğatını aparan ORT-nin rəhbəri bunu sırf texniki problem kimi qələmə verəcək". |
2014-02-10 | 8,661 | Millət vəkili talış-naxçıvanlı müqayisəsindən əsəbiləşdi | "Ola bilsin ki, bunu bir az da məqsədyönlü şəkildə təəssübkeşlik duyğusunu qaldırmaq üçün istifadə edirlər. Bu gün "Neftçi"nin baş məşqçisinin açıqlamasını oxudum və mənim bundan heç xoşum gəlmədi". Bu sözləri millət vəkili Fazil Mustafa "XL" – "Neftçi" klubları arasındakı "Böyük oyun"da yaşanan insidentə münasibət bildirirkən "Axar.az"a dedi. F.Mustafanın sözlərinə görə, burada naxçıvanlılarla, talışların müqayisə olunması tamamilə yanlışdır: "Çünki bu məsələdə söhbət nə talışlardan, nə də naxçıvanlılardan gedir. Bəlkə də bunların heç böyük bir qismi futbola maraq göstərməyən insanlardı. Ümumiyyətlə, bu cür ehtiyatsız ifadələr işlətmək yanlışdır və insanları millətə görə ayırmaq doğru deyil. Bunları milli zəminə gətirmək təhlükədir və bunu edənləri dərhal cəzalandırmaq lazımdır. Hətta mən sonuncu açıqlamanın uğursuzluğunu da qeyd etdim. Bu açıqlamaya görə üzrxahlıq etmək lazımdır. Gənclər stadiona gəlib hansısa aşırı hərəkət ediblərsə, bunu bir xalqın və yaxud da naxçıvanlının adına niyə yazırsız?" Millət vəkilinin sözlərinə görə, Lənkərana münasibət baxımından da müəyyən dərəcədə fərqli davranılmalıdır: "Ən azı bölgələrdə futbolun kütləviliyi əhalinin müəyyən dərəcədə mədəni tədbirlərdə iştirakı üçün təminat yaradır. Buna görə də bölgələrdə olan komandaların hüquqlarının qorunması və haqlarının daha çox yeyilməməsi üçün müəyyən addımların atılması vacibdir. Bəzən bölgə komandalarının haqlarının yeyilməsinin də şahidi oluruq". Futbolu mədəni bir idman formasına gətirmək lazımdır "Dünyanın bütün ölkələrində fanatizm var. Məsələn, katalonlardan heç kim tələb edə bilməz ki, sən niyə "Real"a simpatiya ilə yanaşmırsan. Amma bir mədəni davranış qaydaları var və bu davranış qaydaları da həmin klubun rəhbərləri tərəfindən təmin olunmalıdır. Yəni kiminsə hanısa kluba nifrəti və yaxud da simpatiyası ola bilər. Türkiyədə "Qalatsaray" – "Fənərbağça" fanatlarının mübahisəsini buna misal göstərmək olar. Bundan başqa, İngiltərə futbol xuliqanlarının sayına görə dünyanın birinci ölkəsi sayılır. Amma bütövlükdə bunu Azərbaycanda mədəni bir idman formasına gətirmək lazımdır". |
2014-02-10 | 8,662 | Gün ərzində 75 cinayət faktı qeydə alınıb | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınıb ki, onların da 44-ü "isti izlər"lə açılıb. "Axar.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 35 nəfər tutulub. |
2014-02-10 | 8,663 | Alman TV-si Soçi Olimpiadasını məsxərəyə qoydu - Video | Almaniyanın məşhur ZDF kanalında efirə gedən populyar "Bu gün şouda" ("Heute-show") proqramının dünənki buraxılışı Soçidə keçirilən qiş olimpiya oyunlarına həsr olunub. "Axar.az"ın məlumatına görə, veriliş başdan-başa idman yarışının təhqiri üzərində qurulub. Videoda göstərilən müxtəlif tamaşaları qısa şəkildə diqqətinizə çatdırırıq. Xatırladaq ki, butun səhnələr kanalın yaradıcılıq təxayülüdür. Birinci süjetdə aparıcı lağla olimpiadanın açılışının necə də möhtəşəm keçdiyini ifadə edir və sözü şərti ev sahibinin nümayəndə heyətinin rəhbərinə verir. Yaşlı kişi isə olimpiya məşələni Rusiyada illərdi yığılan rüşvət pulları ilə alovlandırır. Növbəti parçalarda alman ssenaristlər Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyevə "ilişirlər". Qurban isə Rusiya kanalının aparıcısi Arkadi Mamontovdu. Aydındır ki, o, tok-şouların birində olimpiya medallarının bəzi dəstinin Çelyabinsk şəhəri yaxınlığına düşən meteorit hissələrindən hazırlandığı barədə müzakirə aparır. Lakin almanlar bunu özünəməxsus tərzdə yozurlar. Proqramda o da bildirilir ki, sağ qalmaq istəyirsənsə, homoseksualizmlə mübarizə aparmaq lazımdır. Aparıcı biraz da qabağa gedərək, hətta meteoritin çox ədəbsiz formasını da nümayiş etdirir. Qeyd edək ki, veriliş Avropa tamaşaçılarının diqqətini cəlb edib. |
2014-02-10 | 8,664 | Elgiz Əkbər millət vəkilinin fəaliyyətini araşdıracaq – Qalmaqal | Millət vəkili Astan Şahverdiyevin "Vision.tv"yə verdiyi açıqlaması "Ümid var", "Adam içində" verilişlərinin işçi heyətinin narazılığı ilə qarşılanıb. Əməkdar artist Mehriban Xanlarova eksperti olduğu "Ümid var" verilişinə edilən ittihamlar ilə razılaşmayıb. "Bu verilişlər əhalinin dərdlərinin həllinə xidmət göstərir. Kimlərisə yerdən qaldırmaqla biabır etmək arasında xeyli fərq var. Biz o verilişlərdə pisi pis, yaxşını yaxşı kimi təqdim edirdik". "Axar.az"a danışan Əməkdar artist Mehriban Xanlarova Astan Şahverdiyevin bu cür aparıcıları reket jurnalist adlandırmasına da münasibət bildirib: "Məncə, reket jurnalistikası tam fərqlidir. Bu verilişlər sırf cəmiyyətə xidmət göstərən formatda tətbiq edilib". Uzun zamandır aparıcı olaraq fəaliyyət göstərən "El içində" verilişinin aparıcısı Elgiz Əkbər isə millət vəkilinin ünvanına "mən birinci dəfədir ki, onun adını eşidirəm",- deyib. "Mən onun adını birinci dəfədir eşidirəm. Onu da ki, siz jurnalistlərdən. Görünür, onu hər hansı bir aparıcı təhdid edib. Amma baş verən hadisənin mənə heç bir aidiyyəti yoxdur". Həmin millət vəkilinin fəaliyyətini araşdıracam Teleaparıcı sözlərini belə tamamlayıb: "Mən bir vətəndaş olaraq həmin millət vəkilinin fəaliyyətini, necə millət vəkili olmasını araşdıracam. Mən heç kimi verlişimi bəyəndirmək məcburiyyətində deyiləm. Əgər hörmətli millət vəkilimizin mənim verilişimdən xoşu gəlmirsə, mən nə edə bilərəm?.. Məni reket jurnalist adlandırmaq doğru deyil. Kimisə reket jurnalist adlandırmaq üçün gərək əlində faktların olsun. Mən də hər hansı bir millət vəkilini rekertlikdə günahlandırıb, sürdüyü maşının hardan olduğunu soruşa bilərəm. Amma boş-boşuna deməklə olmaz. Baş verənlərə sadəcə, üzüldüm". Qeyd edək ki, Elgiz Əkbər 2010-cu ildə bütün türk dünyasında ilin tele-jurnalisti adına layiq görülüb. |
2014-02-10 | 8,665 | Bakı sakinindən 8 kiloqram marixuana götürüldü | Bakı şəhər sakini N.Əmircanovdan 8 kiloqramdan artıq marixuana götürülüb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Namiq Əmircanovdan 8 kiloqram 500 qram marixuana götürülüb. |
2014-02-10 | 8,667 | İlham Əliyev VTB Bankının prezidentini qəbul etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da "BТБ" Bankının prezidenti Andrey Kostini qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrin uğurla həyata keçirildiyi vurğulanıb, Azərbaycanın müvafiq qurumları ilə "ВTБ" Bankı arasında əməkdaşlığın bu əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2014-02-10 | 8,668 | Masallıda icra nümayəndəsi həbs olundu | Masallı rayon İcra Hakimiyyəti Başçısının Qarğalıq ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Prokurorluğun mətbuat xidmətindən daxil olan xəbərə görə, aparılan istintaqla Masallı rayon İcra Hakimiyyəti Başçısının Qarğalıq ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin rayonun Kürdəbaz bələdiyyəsinin mülkiyyətində olan 1,49 hektar torpaq sahəsini Qarğalıq kənd sakini Ağasənəm Nuriyevaya icarəyə vermək məqsədi ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək icarə müvaqiləsi tərtib edib icra nümayəndəliyinin möhürü ilə təsdiq etməklə sonuncuya təqdim etməsində şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Masallı rayon məhkəməsinə göndərilib. |
2014-02-10 | 8,669 | Azərbaycanda siqaretlər 20 faiz ucuzlaşdı | null |
2014-02-10 | 8,670 | ANS-in Göyçay bürosu bağlandı, əməkdaşlar işdən çıxarıldı | ANS-in Göyçay bürosu bağlanıb. Bunu telekanalın Göyçay bölgəsi müxbiri işləmiş Günel İsayeva deyib. O bildirib ki, "AzNews.az" bir müddət əvvəl bu barədə məlumat yayanda ANS rəhbərliyi bunu təkzib edib: "ANS-dən bildirildi ki, bu məlumatlar əsassızdır, siz işdən çıxarılmamısınız. Bu xəbəri yayan media qurumları isə məhkəməyə veriləcək". G.İsayeva qeyd edib ki, bir neçə gün əvvəl heç bir səbəb göstərilmədən işdən azad olunması haqda ona məlumat verilib: "Mənə bildirildi ki, telekanalın Göyçay bürosu bağlanılır, o və operator işdən azad edilir". Xatırladaq ki, AzNews.az saytı yanvarın 14-də ANS TV-nin Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə muxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun muxbiri Rəhman Məlikov və 13 ildən çox bu TV-də çalışan operator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Məmmədov və operator Fərid Əliyev işdən çıxarıldığı barədə xəbər yayıb. ANS Şirkətlər Qrupu isə faktı inkar edib və ölkənin 14 yaxın saytını məhkəməyə verəcəklərinə dair açıqlama yayıb. |
2014-02-10 | 8,671 | Soçi Olimpiadasına pul xərcləyən azərbaycanlılar – “Forbes” | Soçi Olimpiadasına vəsait ayıranlar arasında azərbaycanlı iş adamları da var. "Axar.az" "Forbes"ə istinadla bildirir ki, Lukoyl şirkətinin prezidenti Vahid Ələkbərov olimpiadaya nə az nə çox, 475 milyon rubl (təxminən 18 milyon dollar) vəsait ayırıb. Bu vəsait "Lukoyl-Ekoenerqo" şirkəti tərəfindən xərclənib. Ələkbərovun şirkəti bu vəsaitdən əlavə Rusiyanın xizəkçilik yığmasına da sponsorluq etməyə məcbur olub. Bu isə əlavə 10 milyon dollar vəsaitdir. Əslən azərbaycanlı olan Telman İsmayılov isə Soçidə keçirilən Olimpiada üçün mehmanxana kompleksi tikməyə razılıq verib. Bu razılıq hələ 2011-ci ildə əldə olunub. "RBK daily"nin məlumatına görə, Soçinin İmereti vadisində tikilən 4-5 min nömrəlik kompleks T.İsmayılova 214 milyon rubla başa gəlib. Rusiya hökumətindəki yüksək rütbəli məmurlardan biri bildirib ki, "Soçi-2014" meqa-layihəsinə qoşulmaq təşəbbüsü T.İsmayılovun özündən gəlib. O, bununla rəsmi Kremllə aralarında olan incikliyi aradan qaldırmaq niyyəti güdüb. Xatırladaq ki, Rusiya hökuməti Soçi Qış Olimpiadasına 1 trilyon 500 milyard rubl pul xərcləyib. Bu, təxminən 50 milyard dollar vəsait deməkdir. Amma bu vəsaitin heç də hamısı Rusiyanın federal büdcəsindən xərclənməyib. Ayrı-ayrı iş adamları və şirkətlər, müxtəlif fondlar olimpiadaya vəsait ayırıblar. |
2014-02-10 | 8,672 | Rauf Cabbarovun protokol saxtakarlığı - Özəl | Azərbaycan Premyer-Liqasının 20-ci turunda keçirilən "Rəvan"-"İnter" qarşılaşmasının baş hakimi Rauf Cabbarovun idarəçiliyi narazılıqla qarşılanmışdı. Oyundan sonra "Rəvan" rəhbərliyi hakimi qərəzkarlıqda ittiham etmişdi. Ancaq Rauf Cabbarovdan təkcə "Rəvan" rəhbərliyi narazı deyil. "Axar.az"-a məlumat verən adının çəkilməsini istəməyən yüksək vəzifəli "İnter" rəsmisi hakimin oyunun protokolunda saxtakarlıq etdiyini bildirib. Belə ki, oyuna əlavə olunmuş dəqiqələrdə "Rəvan"ın cərimə meydançasında top "İnter"in futbolçusu Sezar Meza Kollinin əlinə dəyib meydandan çıxır. Olayı düzgün qiymətləndirə bilməyən Cabbarov küncdən zərbə təyin edir. "İnter"in futbolçusu Ruslan Əmircanov topu götürərək küncə nöqtəsinə yaxınlaşır. Ancaq bu vaxt qapı arxasında olan köməkçi hakim Vüsal Əliyev qulaqcıqla topun "İnter"in futbolçusunun əlinə dəydiyi barədə məlumat verir. Cabbarov dərhal qərarını dəyişərək əks istiqamətə cərimə zərbəsi təyin edir. Hakim əllə oynayan futbolçuya- Sezar Meza Kollinə sarı vərəqə göstərmək əvəzinə bunu Ruslan Əmircanova göstərir. Oyundan sonra Vüsal Əliyev Əmircanova nəyə görə sarı vərəqə göstərdiyini Cabbarovdan soruşur. O isə cavabında "əllə oynadığına görə" deyir. Vüsal Əliyev Əmircanovun yox, Sezarın əllə oynadığını bildirir. Kobud səhvə yol verdiyini anlayan Cabbarov oyunun protokolunda Əmircanovun hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandığını yazır. Burda başqa bir saul da ortaya çıxır: Rauf Cabbarov Əmircanova hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə göstəribsə, bəs onda nəyə görə əllə oynayan Sezar Meza Kollinə sarı vərəqə göstərməyib? Axı məntiqlə əllə oynayan futbolçunu da cəzalandırmalıydı. Görünür, səhv etdiyini anlayan Cabbarov, çıxış yolunu protokola saxta qeyd yazmaqda görüb. Yəqin ki, Hakimlər Komitəsi bu faktı araşdırar. |
2014-02-10 | 8,673 | Azərbaycanda 6 bal gücündə zəlzələ oldu - Video | 16:12 Bir neçə dəqiqə əvvəl Bakıda zəlzələ olub. "Axar.az"ın redaksiyasının yerləşdiyi Bakının 7-ci mkr ərazisində yeraltı təkanlar ciddi şəkildə hiss olunub. Qobustan-Şamaxı ərazisindən aldığımız məlumata görə, yeraltı təkanlar daha ciddi formada orada da özünü göstərib. Hazırda yeraltı təkanların hiss olunduğu Gəncə, Sumqayıt, Ağsu, Ağcabədi və daha bir neçə rayondan redaksiyaya xəbərlər daxil olmaqdadır. İlkin ehtiimallara görə, zəlzələ bütün ölkədə hiss olunub. Azərbaycanın Seysmoloji Xidmət Mərkəzindən zəlzələ faktını təsdiqləsə də, zəlzələnin gücünü hələ müəyyənləşdirmədiklərini bildirdilər. *** AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi bir neçə dəqiqə öncə Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. İlkin məlumata görə, zəlzələnin maqnitudası 5.4 olub. Zəlzələnin episentri yerli vaxtla saat 16:06 Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb. *** 16:57 Seysmoloji Mərkəzin yenilədiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 16:06:49 Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələ episentrdə Rixter şkalası üzrə 6 bala yaxın, respublika ərazisində 5-3 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur. *** Meyxanaçı Namiq Qaraçuxurlu zəlzələ baş verən anı kameranın yaddaşına köşürüb və onu sosial şəbəkədə payıaşıb. Həmin görüntünü təqdim edirik: |
2014-02-10 | 8,674 | Rahib Azəri qəza törədən oğluna görə söyüş söydü – Həqarət | Yol qəza hadisəsi törədən və Azər Qəribin oğluna məxsus olduğu bildirilən BMW markalı avtomobilin əsl sahibi radio-aparıcı işləmiş, hazırda isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə mətbuat katibliyi edən Rahib Azərin oğlu Əliyarzadə Kərimdir. DİN-dəki mənbələrdən dəqiqləşdirdiyimiz məlumata görə, 10 OE 728 dövlət nömrə nişanlı BMW markalı maşının əsl sahibi Səfərov Anar Vaqif oğlu olsa da, avtomobil etibarnamə ilə Əliyarzadə Kərim Rahib oğluna məxsusdur. Xatırladaq ki, 9 fevral tarixində "Axar.az" saytında gedən "Tanınmış jurnalistin oğlu qəza törətdi" yazısında Azər Qəribin Kərim adlı oğlunun qəza törətdiyi haqda xəbər gedib. Hadisə ilə bağlı mətbuata açıqlama verən Azər Qərib yayılan məlumatı təkzib edərək, onun Kərim adlı oğlunun olmadığını bildirib. Oğlunun qəza keçirib-keçirmədiyi və onun səhhəti ilə bağlı Rahib Azəri "Axar.az"ın sualını cavablandırarkən bildirdi ki, jurnalist yazı yazanda atasının adı ilə yazmadığı kimi, kiminsə qəza törətməsinin də atasının adı ilə hallandırılmasını "şərəfsizlik", "deşovıy hərəkət" hesab edir. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibliyi vəzifəsini tutan fəsli həmkarımıza öz əxlaqını ortaya qoyduğuna görə təşəkkür edirik. |
2014-02-10 | 8,675 | Əlil qocalar pansionatdan çıxarılır | Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatdakı 60 yaşa qədər olan qocalar başqa pansionatlara köçürülür. "Axar.az"a Azad İstehlakçılar Birliyinin (AİB) nəzdində yaradılmış Tibbi müayinə və müalicə, eləcə də profilaktik bərpa iştirakçı hüquqlarının müdafiəsi komissiyasının sədri Əhməd Rəhmanovun verdiyi məlumata görə, Respublika Prezidentinin də açılışında iştirak etdiyi Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün nəzərdə tutulan pansionatdakı qocalar başqa pansionatlara köçürülür: "Bilgəhdəki Qocalar Evindəki 60 yaşa qədər olan qocalar başqa-başqa qocalar evinə köçürülür. Maraqlısı budur ki, 60 yaşa qədər olan qocaların hamısı yox, bəzisi. Madam ki, bəzisini köçürürlər, bəs hansı kriteriyaya görə? Bax, bu, bəlli deyil. Özü də hara köçürdüklərinə dair heç bir söz demirlər". Nazirlik təkzib edir... Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elman Babayev "Axar.az"a açıqlamasında bildirdi ki, heç kim heç hara köçürülmür: "Yalan söhbətdir. Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatdan heç kim, heç yerə köçürülmür". Direktor isə təsdiqləyir Müharibə və əmək əlilləri üçün pansionatının direktoru Qətibə Əsədova isə bildirdi ki, xəbər doğrudur: "Bəli, doğrudur. 34 yaşdan 60 yaşa qədər olan hər kəsi başqa - ruhi xəstələr evinə və Gəncədə, Göygöldə, Buzovnada olan internat evlərinə köçürüləcəklər". |
2014-02-10 | 8,676 | Ölkəmizlə eyni vaxtda daha dörd ölkədə zəlzələ oldu - Foto | Bakı ilə təxminən eyni vaxtda dünyanın dörd yerində zəlzələ qeydə alınıb. "Axar.az" xəbər verir ki, bu informasiya ilə "emsc.eu" saytı çıxış edib. Azərbaycandan 25 dəqiqə öncə cənubi şərqi Pasxa adasında zəlzələ qeydə alınıb. Ölkəmizdən bir dəqiqə sonra Tayvanda da tektonik hərəkətlər hiss edilib. 10 dəqiqə sonra isə zəlzələnin hədəfi Şərqi Türkiyə və Mərkəzi Alyaska olub. |
2014-02-10 | 8,677 | Masallı sakini özünü yandırmaq istədi, həbs olundu - Foto | Bu gün Masallıda özünəqəsdə cəhd hadisəsi baş verib. "Axar.az"a verilən bilgiyə görə, Masallı rayonu Bədəlan kənd sakini Nağıyev Nemət İbrahim oğlu kənd ərazi İcra nümayəndəliyinin həyətindəki yarımçıq tikilinin önündə özünü yandırmaq istəyib. N.Nağıyev yarımçıq binanın ona məxsus olmasını iddia edir. Qeyd edək ki, N.Nağıyev ötən il 71 saylı DSK sədrliyindən xaric edilmiş Hacırza Nağıyevin qardaşıdır. Olaya polis müdaxilə edib və qardaşlar hal-hazırda Masallı Rayon polis şöbəsindədirlər. |
2014-02-10 | 8,678 | Anar Yusifoğluna ağır itki üz verdi | Bu gün tanınmış jurnalist Anar Yusifoğluna ağır itki üz verib. Həmkarımızın dayısı Güloğlan Əzizov qəflətən rəhmətə gedib. Güloğlan müəllim ürək və şəkər xəstəliyindən əziyyət çəkirmiş. G.Əzizovun qızı isə bir ay öncə vəfat edib. Qeyd edək ki, Anar Yusifoğlu özü bir neçə gün öncə Türkiyədə gözündən ağır əməliyyat olunub. Həmkarımıza dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. |
2014-02-10 | 8,679 | Türkiyə Ermənistanla sərhədlərini minalardan təmizləyir | "Türkiyə Ermənistanla sərhədlərini minalardan təmizləyir". "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuat sərhədlərin minalardan təmizlənməsi işinin Silahlı Qüvvələr və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcəyini bildirib. Təmizlənəcək ərazilərin 11 milyon kv metr olduğu qeyd edilib. Proyektin həyata keçirilməsi üçün 52 milyon 450 avro lazım olduğu söylənilib. Ərazilərin minalardan təmizlənməsi üçün məbləğin 75 faizini Türkiyə hökumətinə Avropa İttifaqının ödəyəcəyi vurğulanıb. Qeyd edək ki, bir neçə ay bundan öncə erməni mətbuatı da eyni iddia ilə çıxış etmişdi. |
2014-02-10 | 8,680 | Mavilərin başını kəsdirən prezident Türkiyədə | Ölkəsində homoseksualların başlarını kəsdirən Qambiya prezidenti Ankaraya dəvət olunub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qambiyanın prezidenti Yəhya Cammeh Türkiyə prezidenti Abdullah Gülün dəvətlisi olaraq bu gün Ankaraya gəlir. 11 fevral ziyarət çərçivəsində iki ölkə arasındakı əlaqələr müzakirə ediləcək. Ya itaət edin, ya da cəhənnəmə gedin Xatırladaq ki Afrikada müsəlman ölkə olan Qambiyada 1994-cü ildə çevrilişlə hakimiyyətə gələn Cammeh edam cəzasını yenidən qüvvəyə mindirmişdi. Ölkədəki eynicinslilərin başlarının kəsilməsi əmrini verib. Əlində əsa və təsbehlə gəzən Cammeh daha əvvəl də Qambiya Hərbi-Polis Komandiri vəzifəsində çalışıb. 2004-cü ilin aprel ayında jurnalistlərə "ya bizə itaət edin, ya da cəhənnəmə gedin" deyən Cammeh "Qambiya inananların ölkəsidir. Homoseksuallıq günahdır və buna loyal yanaşmaq olmaz. Yaxalanan həmcinslərin başı kəsiləcək" demişdi. 2 milyon əhalisi olan Qambiyada işləyənlər daha çox ibadət etsinlər deyə, iş günü sayını dördə endirib. Ölkə cümə, şənbə və bazar günləri tətil edir. Balaca toplarla seçkiləri qazanır Çevrilişlə hakimiyyətə gələn Cammeh daha sonra da seçkiləri qazanıb. Ölkədə yazıb-oxuma səviyyəsi 40% olduğu üçün balaca toplarla seçkilər keçirilir. Xalq seçki qutusunun yerinə fərqli rənglərdə olan su bidonlarına balaca top atır. Son seçkilərdə də üç namizəd üçün sarı, mavi və yaşıl bidondan istifadə olunub. Bidonların üzərində namizədlərin fotoları olduğu üçün hamının kimə səs verdiyi bəlli olur. Bu vəziyyətdən xalq üzərində mövcud hakimiyyətinin nəzarətini saxlamaq üçün istifadə edilir. |
2014-02-10 | 8,681 | “Bacımın zəngi mənə Allahın hədiyyəsi idi...” | "İş adamı"nın budəfəki qonağı idman malları hazırlayan Əlidir. Onun dediyinə görə, həm universitetdə təhsil almaq, həm də işləmək çətin olduğu qədər də gözəl bir duyğudur. Çünki öz ehtiyaclarını özü ödəməyi xoşlayır. Əlinin çalışdığı köhnə, dağınıq, toz-torpaqlı sexdəki otağı çox soyuq idi. Ondan üşüyüb-üşümədiyini soruşdum. Gülümsədi: Atamın xəbəri yoxdur - 2010-cu ildə tələbə adını qazandığım üçün olduqca sevincli idim. Məktəb həyatından tam fərqli bir mühit məni gözləyirdi. Mən bu mühitin gözəl olduğunu zənn edirdim. Amma zaman keçdikcə gördüm ki, bu, heç də belə deyilmiş. Birinci kursda atamın pulu ilə yaşayıb, günlük bir-iki manatla öz ehtiyaclarımı ödəməyə çalışırdım. Bir müddətdən sonra valideyn pulu ilə yaşamağın mənə ağır gəldiyini gördüm. Ehtiyaclarım gün-gündən artırdı və mən evdəkilərə yük olmaq istəmirdim. Ondan sonra işləməyə başladım. Atamın hələ də bundan xəbəri yoxdu. Bir gün əlbəttə, bu həqiqəti biləcək. Qəfil zəng İlk olaraq reklamçılıq işində olmuşam. Bu işdə uzun müddət çalışa bilmədim. İnsanlarla ünsiyyət məni həm yorur, həm də sıxırdı. Xüsusən taksi sürücüləri canımdan bezdirmişdi. Həm müdriyyətlə yola getməməyim, həm də insanların fərqli düşüncələri məni bu işdən tamamilə soyutdu. Bu işdən ayrılmaq istəyirdim, amma maddi ehtiyaclara görə çarəsiz qalmışdım. Lakin bir gün zəng gəldi... Gedin, özünüzə işçi tapın - Dərzi sexində çalışan bacımın zəngi mənə Allahın hədiyyəsi idi. Müdirlərinin işçiyə təcili ehtiyacı varmış. Bu sözləri eşidən kimi tez reklam şirkətinə zəng etdim və dedim ki, artıq işdən ayrılıram, gedin, özünüzə işçi tapın, bezdim. 4 ilə yaxındır ki, bu işdə çalışıram. İdman malları hazırlayıram. İşin əsas çətin tərəfi soyuq havalarda çalışmaqdır. Ərəbcə oxumağı bacarıram - Boş vaxtım qalanda "Quran"ı ərəbcə oxuyuram. Ərəb dilində oxumağı bacarıram. Cümə günləri olanda mütləq məscidə gedirəm, namaz qılır və dua edirəm. Futbolu çox sevirəm, amma son vaxtlar, futbol təəssüf ki, qumara çevrilib. Mənin sevdiyim futbol uşaqlıq illərimdə qaldı. Daha sonra dostumla tarix muzeyinə, şəhərin köhnə yerlərinə və ən çox da zooparka gedirik. Təəssüf ki, boş vaxtım çox az olur. Müdirlə mübahisə - Müdirimlə münasibətim yaxşıdı, ancaq arada tərslik edib məni əsəbiləşdirir. Satış işləri çox vaxt yaxşı getmədiyi üçün əmək haqqımızı gecikdirir. Əsasən digər işçilərlə mübahisə etsə də, mənimlə çox nadir hallarda konfliktə girir. Demək, ilk mübahisəmiz belə olmuşdu: İşləyəndə pinti işləyirəm, hər yeri dağıdıram. Müdir gəlib mənə irad tutdu, danladı və "belə getsə, səninlə aramız pis olacaq",- dedi. Daha sonra da mübahisələrimiz oldu. Ancaq bütün bunlara baxmayaraq, onunla birgə işləyib, çörək pulu qazanırıq. Həmişə şükür edirəm Aldığım pul məni qane edir. Çünki bir tələbə üçün bundan yaxşısı ola bilməz. Dərsə getdiyim üçün vaxtım çox az qalır və mən qalan qısa vaxtımı səmərəli istifadə edirəm. Qalan vaxt ərzində işləyib qazandığım məbləğ, bütün ehtiyaclarımı ödəməyə imkan verir. Günə 3 manat da, 25 manat da qazandığım olub. Bu işlərin necə getməsindən asılıdır. Soyuq günlərdə iş zəif olur. Son vaxtlarda isə demək olar ki, çox qazanmamışam, ancaq buna da şükür edirəm. Xeyirsiz dost Bir gün işlərim çox ağır idi. Yaxın dostuma zəng vurub kömək istədim. O da razılaşıb yanıma gəldi. Dedim ki, nə qədər işləyəcəksən, o qədər də haqqını alacaqsan. İşə başladıq. Kaş çağırmaz olaydım. Dostum işi yarıtmadı, bütün əməyimi zay etdi. Müdir gəlib hazırladığımız bütün malları yenidən bərpa etməyi əmr etdi. Beləliklə, gecəyə kimi işləmək məcburiyyətində qaldım. Dostum isə bir qıraqda kor-peşman məni seyr edirdi, arada da "səni canın, bağışla",- deyib, guya mənə təsəlli verirdi (gülür). Allah hər kəsə bir istedad verib İdman malları hazırlamağa istedad lazım deyil. Sadəcə, diqqət və zəhmətkeşlik tələb edir. Bu işə təzə-təzə başlayanda bacara bilmirdim. Müdir tez-tez mənə irad tuturdu. Bu, peşə deyil, hamı bu işi bacara bilər. İşləyib öz halal pulunu qazanmaq ayrı bir duyğudur. Kəlmələrlə ifadə etmək olmur. Məsələn, evdə içdiyim çay mənə bir o qədər xoş olmur, ancaq işlədiyim an içdiyim çay mənə çox ləzzət edir. Bütün yorğunluğumu bir anlıq yox edir və məni rahatladır. Öz ixtisasım üzrə işləməyi düşünmürəm. Ticarətə həvəsim daha çoxdu, nəinki ixtisasım üzrə çalışmağa. Düşünürəm ki, insan özü nədə uğur qazanacağını bilir və Allah hər kəsə bir istedad verib. Sadəcə, uğur qazanmaq üçün bu istedadı görüb üzə çıxarmaq və ondan istifadə etmək lazımdır. |
2014-02-10 | 8,682 | İlham Əliyev İran prezidentini təbrik edib | Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat verir. Təbrikdə deyilir: "İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizə və Sizin simanızda qardaş İran xalqına ən səmimi təbriklərimi yetirirəm. Ölkələrimiz arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən və ortaq mənəvi dəyərlərimizdən qaynaqlanır. İnanıram ki, Davos İqtisadi Forumu zamanı keçirdiyimiz görüşdə ifadə etdiyimiz kimi, ikitərəfli münasibətlərimizin xoş ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik". İlham Əliyev Həsən Ruhaniyə möhkəm cansağlığı, işlərində uğurlar, dost və qardaş İran xalqına sülh və rifah diləyib. |
2014-02-10 | 8,683 | Azərbaycan diasporunun lideri bu qiyafədə işə gəldi - Foto | Moskvada fəaliyyət göstərən "Azerros"un fəxri prezidenti, qalmaqallı çıxışılarıyla yadda qalan Söyün Sadıqov bu dəfə əcaib qiyafədə iş yerinə gəlib. "Axar.az"ın məlumatına görə, Rusiya Özbəklərinin Konqresində, məşhur şair Əlişir Nəvainin yubileyində iştirak edən Sadıqov oradakı tədbirdən çıxdıqdan sonra xidməti maşınına əyləşərək Krasnya Presnya 24 ünvanındakı ofisinə gəlib. Ofisin binasında isə Sadıqovu təəccüblə qarşılayıblar. Amma Sadıqov ofisində çalışan iki xanımı yanına çağıraraq onlarla şəkil də çəkdirib. "Azerros"dakı mənbənin dediyinə görə, həmin ofisdə çalışan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının ("Milyarderlər ittitfaqı") prezidenti Abbas Abbasov Sadıqovdan libasını dəyişməyi xahiş etsə də, Söyün müəllim həmin gün bütün işgüzar görüşlərə elə bu qiyafədə qatılıb. |
2014-02-10 | 8,684 | Jurnalistlər üçün müsabiqə elan edildi | Bu gün Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. Bu barədə "Axar.az"a Fonddan məlumat verilib. İclasda Novruz bayramı münasibəti ilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün təklif edilən mövzular müzakirə edilib. KİV DF-nin icraçı direktoru Vüqar Səfərli 10 istiqamət üzrə 3 mövzunun müəyyənləşdirilməsini təklif edib. Təklif olunan mövzular Müşahidə Şurasının üzvləri, qəzet redaksiyaları və jurnalist təşkilatları tərəfindən müəyyənləşdirilib. Mövzularla bağlı təkliflər Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Təqdim olunan mövzular müzakirə olunduqdan sonra Müşahidə Şurasının üzvləri 10 istiqamət üzrə 30 mövzunu müəyyənləşdirib. Beləliklə, növbəti jurnalist müsabiqəsi elan edilib. Qaliblər üçün 1000 AZN, həvəsləndirici yerlər üçün isə 300 AZN məbləğində mükafatların verilməsi barədə qərar qəbul edilib. |
2014-02-10 | 8,685 | FHN bu gün baş verən zəlzələ ilə bağlı məlumat yaydı | Fövqəladə Hallar Nazirliyi Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. "Axar.az" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, "Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal) gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal, Bakı şəhərində isə 3 bala qədər hiss olunub. İnsan tələfatı və dağıntı yoxdur". |
2014-02-10 | 8,686 | Mikayıl Cabbarov Cəlilabadda vətəndaşlarla görüşüb | Bu gün təhsil naziri Mikayıl Cabbarov Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarında yaşayan vətəndaşları qəbul edib. "Axar.az" Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, məktəb binalarının inşası, ümumi təhsil müəssisələrinin internetlə təminatı, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, xaricdə təhsil, xüsusi təyinatlı ali məktəblərdən səhhətinə görə xaric olunmuş şəxslərin təhsilini davam etdirməsi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, ümumi təhsil məktəblərinin və ali təhsil müəssisələrinin rəhbərlərindən şikayət, dövlət təltifləri, dərslik və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 80 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 fevral 2014-cü il tarixində saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal) gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal, Bakı şəhərində isə 3 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı yoxdur. |
2014-02-10 | 8,687 | 19 QHT-yə 2 illik qadağa | Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, iclası açan Şura sədri Azay Quliyev maliyyə yardımı müsabiqəsinin yekunları ilə əlaqədar bir neçə gün davam edən müzakirələrə yekun vurub. Toplantıda xarici QHT-lərdən Şuraya daxil olan layihələr, Şuranın 2014-cü il fəaliyyət planı, QHT-lərin fəaliyyətinə aid olan qanunvericilik aktlarında edilən dəyişikliklərlə bağlı maarifləndirmə və məlumatlandırma tədbirlərinin həyata keçirilməsi və Şuranın maliyyələşdirdiyi xarici QHT-lərin layihələrinin monitorinqinin təşkili geniş müzakirə edilib. Şura Katibliyinin icraçı direktoru F.Qurbanov Şuranın elektron məlumat bazasına QHT-lər tərəfindən 484 daxilolmanın qeydə alındığını, onlardan 83-nün təqdim etdiyi sənədlərdə çatışmazlıqlar aşkarlandığından seleksiyadan keçmədiyini qeyd edib. Elektron bazada müxtəlif QHT-lərdən 61 təkrar daxilolma faktı da qeydə alınıb. 340 təşkilatın layihəsi isə qiymətləndirilmə üçün ekspertizaya göndərilib. Ekspertiza mərhələsində hər layihə iki müstəqil mütəxəssis tərəfindən qiymətləndirilib. Şura əvvəlki iclaslarda dəstəklənməsi qərara alınmış layihələr barədə büdcə komissiyasının təqdimatlarını, ekspert qiymətləndirməsini və təşkilatlar haqqında Katibliyin arayışlarını nəzərə alaraq, 217 QHT layihəsinin maliyyələşdirilməsi haqqında yekun qərar qəbul edib. Siyahı Şuranın www.qhtxeber.az və www.cssn.gov.az saytlarında yerləşdiriləcək. İclasda apelyasiya komissiyasının yeni tərkibi müəyyən edilərək ərizələrə baxılması proseduru nəzərdən keçirilib. Apelyasiya komissiyasında ərizələr 15 fevral 2014-cü il saat 17.00-dək qəbul ediləcək. Toplantıda xarici QHT-lərdən Şuraya daxil olan layihələr müzakirə edilib. A.Quliyev Belçika və Gürcüstan QHT-ləri tərəfindən Şuraya iki layihə təqdim olunduğunu bildirərək onlar haqqında ətraflı məlumat verib. Gürcüstan QHT-sinin layihəsi işğal edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınması, Belçika təşkilatının layihəsi isə Azərbaycanda qadınların hüquq bərabərliyinin Avropada tanıdılmasından bəhs edir. Müzakirələrdən sonra Şura üzvləri hər iki layihənin maliyyələşməsi haqqında qərar qəbul ediblər. İclasda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə aid olan qanunvericilik aktlarında edilən dəyişikliklərlə bağlı maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili geniş müzakirə edilərək Şuranın hüquq və monitorinq komissiyasının yaradılması barədə də qərar qəbul edilib. Toplantıda Şuranın 2014-cü il fəaliyyət planı və dəstəklədiyi xarici QHT-lərin layihələri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak üçün Şura əməkdaşlarının səfərlərinin maliyyələşdirilməsi ilə də bağlı qərar qəbul olunub. Cari məsələlərin müzakirəsində Şura ilə müqavilə öhdəliklərini pozan 19 təşkilatın qurumun Əsasnaməsinin 2.3.10-cu bəndinə uyğun olaraq 2 il müddətinədək layihələrinin maliyələşdirilməsindən imtina edilməsi, 10 QHT-yə isə xəbərdarlıq edilməsi qərara alınıb. Toplantının sonunda Əlil Təşkilatları İttifaqının əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasında göstərdiyi xidmətlərə görə Şura sədri A.Quliyevə "Əlilliyi olan şəxslərin dostu" mükafatı təqdim edilib. |
2014-02-10 | 8,688 | Fərhad Əliyevin hansı ölkədə olduğu gizli saxlanılır | Həbsdən çıxandan sonra Azərbaycanı tərk edərək Böyük Britaniyaya gedən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev hələ ölkəyə qayıtmayıb. Bu barədə məlumatı Fərhad Əliyevin yaxınları veriblər. Onlar qeyd ediblər ki, keçmiş nazir ailəsi ilə birlikdə xarici ölkələrdən birindədir, amma ölkənin adını açıqlamayıblar. Eyni zamanda Fərhad Əliyevin Azərbaycana nə zaman qayıdacağı haqda məlumat verməkdən imtina ediblər. Yaxınları Fərhad Əliyevin Azərbaycanı birdəfəlik tərk etməsi haqda deyilənlərə də aydınlıq gətirməyiblər. Xatırladaq ki, 2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. Keçmiş nazir həbsdən çıxdıqdan bir müddət sonra Londona gedib. Onun oğlu Yusif London İqtisadiyyat Məktəbində təhsil alır. ("Mediaforum.az") |
2014-02-10 | 8,689 | Azay Quliyev Vyanaya səfərə getdi | ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev ATƏT PA-nın Vyanada keçiriləcək qış sessiyasında iştirak etmək Avstriya paytaxtına səfərə gedib. İclasda "ATƏT PA-nın qış sessiyasında "Ekstremizmin, radikalizmin və ksenofobiyanın güclənməsinin ATƏT regionuna təsiri", "Ukraynada siyasi vəziyyət" mövzuları ilə bağlı müzakirələrin keçirilməsi gözlənilir. Sessiya çərçivəsində qurumun Demokratiya, insan haqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə komitələrinin iclasları olacaq. Tədbirlərdə ATƏT regionunda qanunun aliliyi, silahlı qüvvələrə və təhlükəsizliyə parlament nəzarətinin həyata keçirilməsi, bu sahədə milli və beynəlxalq səviyyədə şəffaflığın təmin edilməsi, su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq. Bundan başqa Siyasi məsələlər və təhlükəsizlik komitəsinin "2014-cü il üçün Aralıq Hesabatı" təqdim ediləcək. Hesabatda regiondakı bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk Qrupunun fəaliyyəti əksini tapıb. ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev hesabatla bağlı çıxış edəcək, qaldırılan məsələlərə münasibət bildirəcək və təkliflərini səsləndirəcək. Baş Komitənin məruzəçisinin ATƏT Parlament Assambleyasının iyunun 28-də Bakıda keçiriləcək 23-cü illik sessiyası ilə bağlı təqdimatı olacaq. Səfər 15 fevrala kimi davam edəcək. ("Musavat.com") |
2014-02-10 | 8,690 | 900 kq-a yaxın yararsız ərzaq malları məhv edilib | Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar aşkar edilib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Bakının Binəqədi, Xəzər rayonlarında, Göygöl, İsmayıllı, Şəmkir, Beyləqan, İmişli şəhərlərində, Abşeron, Masallı, Ağdam, Füzuli rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 900 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur. |
2014-02-11 | 8,692 | Prezident beş sərəncam, dörd fərman imzaladı - Yenilənib | İlham Əliyev dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında, polis haqqında, Cinayət-Prosessual Məcəlləsində, Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsində və İnzibati Xətalar Məcəlləsində Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, "Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin". Digər sərəncamda isə bildirilir ki, "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin". İlham Əliyev həmçinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat", polis haqqında, Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. |
2014-02-10 | 8,693 | Allahla müharibə edən şair edam edildi | İranda ərəb əsilli şair Həşim Şabani "Allahın düşməni" olduğu və milli təhlükəsizliyi təhdid etmə suçuyla edam edilib. "Axar.az" İran mətbuatına istinadən xəbər verir ki, 2011-ci ilin mart ayından "Allahın düşməni" ittihamı ilə həbs olunan Şabani həbsdə etnik ərəblərə xas davranışlar sərgiləyib. İslam İnqilab Məhkəməsi Şabani ilə bərabər 13 nəfəri keçən ilin iyul ayında "Allaha qarşı müharibə etmək" və "əxlaqsızlıq yaymaq"da suçlu bilərək hökm vermişdi. İranlı insan hüquqları müdafiəçilərinə görə Şabani və Hadi Rəşidi adlı bir şəxs 27 yanvar tarixində həbsxanada edam edilib. 32 yaşındakı Şabani Dialoq İnstitutunun qurucusu olaraq tanınırdı. Və ərəbcə, farsca olan şeirləri ilə məşhur idi. 2012-ci ildə İranın dövlətinin nəzarətində olan "Press" TV-yə çıxan Şabani ayrı-seçkilik terrorunu dəstəklədiyini etiraf etmişdi. Xatırladaq ki, Həsən Ruhani hakimiyyətə gəldiyi gündən indiyə kimi 300 nəfər edam edilib. |
2014-02-10 | 8,694 | Daha bir prezident haqqında gizli eşq iddiası - Foto/Video | ABŞ prezidenti Barak Obamanın məşhur müğənni Beyons ilə gizli eşq yaşadıqları iddiası ortaya atılıb. ABŞ prezidenti Barak Obama ilə əlaqədar yayılan iddia Fransa prezidenti Fransua Ollandın gizli eşq xəbərlərini kölgədə qoyacaq. Bu barədə fransız paparazzi müxbiri Paskal Rosta "Vaşinqton Post"un sabahkı nəşrində yayımlanacağını bildirib. Bu gün "Europe 1" kanalında qonaq olduğu bir proqramda danışan fransız müxbir daha sonra fikirlərini belə davam edib: "Son vaxtlar Obama cütlüyünün aralarında soyuqluq olduğunu görürük. Az şəkil çəkdirirlər, ya da şəkillərdə məsafəli dayanırlar və sonra da Beyonsla olan əlaqələri iddiası ortaya çıxdı. Mətbuat olmayan bir şeyi yazmaz. Keçmişdə Merlin Manro, Monika Levinski dedi-qodularını da gözardı etmək lazım deyil. Dünyanın ən güclü lideri olsan da, nəticədə sən də insansan". Obamanın ikinci seçki kampaniyasında Beyons əri məşhur repçi Cey-Zi ilə ona dəstək olmuşdular. Xatırladaq ki, keçdiyimiz günlərdə Obama cütlüyünün yataqlarının ayırdıqları, aralarında tez-tez mübahisələrin olduğu və boşanma iddiaları ortaya çıxmışdı. (ANS) |
2014-02-10 | 8,695 | Putindən Gürcüstan prezidentinə jest | Bir neçə saat bundan öncə jurnalistlərin "Georgi Marqvelaşvili ilə görüşmək istərdinizmi" sualın cavabında Putin bildirib ki, əgər Gürcüstan prezidentinin belə istəyi varsa, görüşə bilərlər. "Axar.az"ın Gürcüstan mediasına istinadən məlumatına görə, Rusiya prezidenti gürcü idmançıların olimpiadaya qatılmasını müsbət qiymətləndirib. Bildirib ki, bu, Rusiaya ilə Gürcüstan əlaqələrinin bərpasına töhvə verəcək. |
2014-02-10 | 8,696 | İraq ilə vizasız gediş-gəliş haqqında saziş imzalanıb - Foto | Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İraqda rəsmi səfərdə olub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, səfər zamanı E.Məmmədyarov İraqın Baş naziri Nuri əl-Maliki və xarici işlər naziri Xoşyar Zebayri ilə görüşlər keçirib. İraqın Baş naziri ilə görüş zamanı ikitərəfli münasibətlərin inkişafı, müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət, enerji, təhsil sahələrində əməkdaşlıq perspektivləri, eləcə də iki ölkə arasında hökumətlərarası müştərək komissiyanın fəaliyyəti müzakirə edilib. Terrorizmin beynəlxalq ictimaiyyət, o cümlədən ölkələrimiz üçün böyük təhlükə olduğu qeyd olunaraq, bu sahədə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi və beynəlxalq birliyin səylərinin səfərbər edilməsinin vacibliyi vurğulanıb. E.Məmmədyarov İraqın Baş nazirinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verərək, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini və bu qətnamələrin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini diqqətə çatdırıb. Bu işğal nəticəsində bir milyona yaxın insanın qanlı etnik təmizləməyə məruz qalaraq, tarixi torpaqlarından qovulduğunu və qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən nazir Ermənistanın beynəlxalq hüquqa davamlı surətdə hörmətsizlik nümayiş etdirdiyini qeyd edərək, bu ölkənin beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə riayət etməli olduğunu vurğulayıb. E.Məmmədyarov münaqişə ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini və beynəlxalq təşkilatlar çərçivəsində dəstəklədiyinə görə İraqa öz təşəkkürünü ifadə edib. Nuri Əl-Maliki İraqın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu bildirib. Baş nazir İraqın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edərək, beynəlxalq birlik tərəfindən qəbul edilmiş və tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulmasını təcavüz kimi qiymətləndirib və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməli olduğunu vurğulayıb. Səfər çərçivəsində E.Məmmədyarov İraqın xarici işlər naziri X.Zebayri ilə də görüşüb. X.Zebayri ilə görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğu qeyd olunaraq, iqtisadiyyat, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə səylərin artırılmasının vacibliyi vurğulanıb. Bu xüsusda, xarici işlər nazirləri iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın fəaliyyətini müzakirə ediblər. Görüşdə müştərək komissiyanın İraq tərəfindən həmsədri rabitə və əyalətlər naziri əvəzi Turhan əl-Mufti də iştirak edib. Nazir E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək, bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İraq tərəfinə öz təşəkkürünü ifadə edib. X.Zebayri İraqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıraraq, ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, eyni zamanda, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı olduğunu bildirib. E.Məmmədyarov həmkarına Azərbaycanın iştirakı ilə regionda həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barəsində məlumat verib. İraqlı tələbələrin Azərbaycanda təhsil aldığını qeyd edən nazir gələcəkdə bu imkanların daha da artırıla biləcəyini qeyd edib. Görüşdə Azərbaycan və İraq xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında saziş" imzalanıb. Bu sazişin iki ölkə arasında təmasların artmasına xidmət edəcəyi vurğulanıb. Görüşdən sonra E.Məmmədyarov və X.Zəbayri kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçiriblər. |
2014-02-10 | 8,697 | İşdən çıxarılan neftçilərin ev növbəsi necə olacaq? - Münasibət | "Söhbət idarənin birləşdirilməsindən gedirsə, heç kimin o qurumlarda çalışanları işdən çıxarmağa ixtiyarı yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən, işəgötürən dəyişdikdə işçilərin ixtisarı mümkün deyil. Bu, Əmək Məcəlləsinə ziddir və qanun pozuntusudur. Əvvəlki işə götürənlə bağlanmış müqavilə və onun şərtləri qüvvədə qalır". Bu sözləri "Axar.az"a açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı dedi. O bildirdi ki, həmin işçilərin çalışdığı departamentlər, qazma quyuları ən pis halda idarənin strukturundan çıxarılır: "Yəni ki, onlar ləğv edilmir. Sadəcə olaraq, bir idarənin balansından başqa bir idarənin balansına keçir. Çalışdıqları qurumlardan ərizə ilə işdən çıxdıqları kimi, başqa ərizə ilə də yeni idarələrdə işə qəbul olunacaqlar. Köhnə iş yerlərindəki imtiyazlarını və güzəştlərini saxlamaqla onlar yeni idarədə çalışmalıdırlar. Əgər onların yeni idarədə işə qəbul olunmasında hər hansı bir problem çıxsa, ya imtiyaz və ya güzəştlərindən yararlana bilməsələr, bizim mərkəzə və ya şəxsən mənə müraciət etsinlər". Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində kütləvi ixtisarlar davam edir. İxtisasların indiki hədəfi Neft İstismarı və İxtisaslaşdırılmış Xüsusi Texnika idarələridir. Həmin idarədə çalışan işçilərin bir çoxu ev növbəsindədir və onların işdən çıxarılacaqları təqdirdə bu məsələnin necə həll olunacağından narahatdırlar. |
2014-02-10 | 8,698 | Azərbaycana böyük sərmayə gələ bilər - Foto | "Tank yoxdursa, "Dolu" da yoxdur" "Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib..." Xatırlayırsınızmı, bu sözləri? Serial bazarının canlandığı, "Dolu" filminin geniş müzakirə olunduğu bir dönəmdə "Brifinq"ə kino adamını çağırmağı qərara aldıq. "Gündəlik Teleqraf"çılar bu qəliz sənət sahəsi ilə bağlı Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmovu sual atəşinə tutdu. Müşfiq müəllim kino sahəsindəki yeniliklərdən, rejissor eqosundan, mütəxəssis qıtlığından danışdı və digər mövzulardan söhbət açdı. Nərgiz Ehlamqızı (siyasət müxbiri): Müşfiq müəllim, 2 ildir kinostudiyanın direktorusunuz, bu müddət ərzində nə yeniliklər etmisiniz? Öz adınıza yazılacaq hansı işlər görmüsünüz? - Mən bu vəzifəyə gələndə 7-yə yaxın yarımçıq film var idi. Həmin il bu filmlər yekunlaşdı. "Kino haqqında" qanun layihəsinin hazırlanması prosesi başlandı və Azərbaycan reallığında ümumi kino industriyasının problemləri məsələsi qaldırıldı. Orada iki xətt götürüldü: "Azərbaycanfilm" hansı xidmətlər görəcək və özü hansı janrda filmlər istehsal edəcək. Başa düşdük ki, biz "Azərbaycanfilm" olaraq öz mütəxəssislərimizi yığmalıyıq. Azərbaycan Prodüserlər Gildiyası təsis edildi. Bura respublikamızda olan 18-ə yaxın aparıcı şirkət birləşdirildi, mən də sədr oldum. O dövrdə İran və Gürcüstan nümayəndəliyi Azərbaycanda idi, onlar bizə texnikalarını verirdilər. Ancaq analiz edəndə gördük ki, həmin texnikalar ölkəmizdə olsa da, şirkətlər arasında münasibətlərdə bağlantı yoxdur. Prodüserlər Gildiyası ilə birləşdik, həmin ildən Azərbaycan kinosunun 90 faizini öz yerli şirkətlərimiz təmin etməyə başladı. Cənab nazir Əbülfəs Qarayev bu sahədə məni dəstəklədi, biz bu planımızı həyata keçirdik. Kino elə bir sahədir ki, orada mütəxəssis gündə işləməlidir. Bizdə film deyəndə, hamının ağlına birinci rejissor gəlir. Bəli rejissor əsasdır. Amma rejissorun indiki dünyanın tələblərinə cavab verməsi üçün onun ətrafında böyük istehsalçı mütəxəssislər olmalıdır. Ki, onun dediyi təklifi bir neçə variantda verə bilsin. Prodüserlər Gildiyasında "Geniş baxış" adlı müsabiqə elan etdik. Əvvəllər Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edirdi, amma bu dəfə prodüserlər müsabiqə elan etdilər. Müsabiqədə İradə Bağırzadənin layihəsi qalib gəldi, xaricdə yaşayan altı azərbaycanlı gəncimizi ölkəyə gətirdik. 2013-cü ildə onlar filmlər çəkməyə başladı. Bundan başqa, biz istehsal sistemində də dəyişiklik etdik. Nərmin Muradova (mədəniyyət yazarı): Nədən ibarət oldu bu dəyişikliklər? - Əvvəlki dövrdə filmə prodüser təyin olunurdu. O gəlib pulu təhvil götürüb çəkiliş proseslərinə başlayırdı. Amma biz bu sistemi dəyişdik. Filmlərə prodüserlə yanaşı maliyyə meneceri də təyin etdik. Yaradıcı sexləri bərpa etdik. Bundan sonra rejissorun istədiyi işığa artıq işıq sexi, maşına maşın sexi cavabdeh olacaqdı. Burada aydınlaşma yarandı. Artıq hər kəs öz işi ilə məşğul olduğundan işin keyfiyyəti artdı. Proses öz nəticəsini verdi, tədricən filmlərin büdcəsi aşağı düşməyə başladı. Mövlud Mövlud (redaktor): Yeyintinin qarşısı alındı... - Yox yeyinti deməzdim. Sadəcə, eşidəndə ki, kinostudiyada sex yaranıb, əvvəllər bu işdə xidmət göstərən qurumlar öz qiymətlərində endirim etdilər. N.Ehlamqızı: Yerli mütəxəssislər işi daha ucuz görürlər? - Bəli, daha ucuz və keyfiyyətli etməyə başladılar. Artıq bir direktor kimi pulun hara getdiyini bilirəm, buna görə də rahatam. Bundan başqa, çəkiliş müddəti 3 aydan 2 aya düşdü. Bu da işi sürətləndirdi. Bu yaxınlarda Elçin Musaoğlunun "Nabat" filmini dağlarda 44 günə çəkib bitirdik. Əvvəlki vaxtlar olsa idi, daha çox vaxt gedərdi. M.Mövlud: Çəkilişlərdə özünüz iştirak edirsiniz? - Bəli, film başlayanda çəkiliş meydançasında oluram, ümumi xidmətə baxıram, ola bilər ki, administrativ qrup ilə rejissor arasında nə isə problem olsun. Heç olmazsa 2-3 dəfə mütləq çəkilişdə olmalıyam. Elmin Bədəlov (sosial sahə üzrə müxbir): Azərbaycanda prodüser sistemi özünü doğrultmur. Sizcə, bu, nədən irəli gəlir? - Ölkəmizdə prodüserlik hələ 1990-cı illərdə yaranmışdı. O dövrdə prokat sistemi, rəqabət yox idi. Biz elə bilirik ki, prodüser vəsait qoyan, yüksək zövqə malik insan olmalıdır. Bunlarla yanaşı prodüser cəmiyyətdə gedən psixoloji durumu və baxışları nəzərə alıb ona uyğun film çəkib yaya bilməlidir. Bu şərtlə ki, cəmiyyətin ümumi səviyyəsini yuxarı qaldıra bilsin. Bazar başqa film istəyə bilər. Bu cür adamların gəlməsi üçün onların qazanc yeri olmalıdır. Kino o zaman yaxşı yaşayır ki, onun tamaşaçısı, satışı var. Şükürlər olsun ki, bu proses başlayıb, kinoteatrlar tikilir. Bu gün Park Cinema-ya bu qədər tamaşaçı gəlir. Artıq sovet dövründəki ənənə bərpa olunur. N.Muradova: Dediniz ki, filmlərin çəkilişi yerli texnika ilə təmin olunur. O texnikanı idarə edəcək yerli mütəxəssislər varmı? - 2012-ci ildən istehsal düzgün qurulmağa başladı, xarici inhisarçılar bazardan demək olar ki, çıxdı. Bütün şirkətlər birləşdirildi. 2013-cü ildə isə "Azərbaycanfilm" tarixində ilk dəfə olaraq on nəfər cavan rejissor cəlb etdik. Bu gün yüksək səviyyədə "foks-puller"imiz yoxdur. Dünyada filmlər studiyada səsləndirilmir. Filmlərdə səs artıq çəkiliş meydançasında yazılır. Biz Asif Rüstəmovun filmində səs rejissorunu Almaniyadan gətirdik. Bu il prodüser mərkəzlərinin birinə bununla bağlı müraciət etmişik, pirotexniklər lazımdır. Çünki bir nəfər var, o da yaşlıdır. Bizim film istehsalçısı mütəxəssislərimiz yox dərəcəsindədir. Bu il master-klaslara başlayacağıq. Qrimyorlar, səs-rejissorları dəvət edəcəyik, müsabiqə elan edib gənclər içərisində 5-10 nəfər perspektivlisini seçib öz hesabımıza xaricə kurslara göndərəcəyik. Bu yaxınlarda fransızlar Gürcüstanda film çəkmək istəyirdilər. Biz onlara təklif etdik ki, gəlin o filmi Azərbaycanda çəkin. Dedilər, sizdə xidmət yoxdur, qorxuruq, qoyduğumuz vəsait batar. Mən onları bizdə xidmətin olduğuna inandırdım. Biz onlarla birlikdə belə bir qərara gəldik ki, film xoşlarına gəlməsə, vəsaiti geri ödəyək. Onlar gəldi, Sahil qəsəbəsində "Azərbaycanfilm"in nəzdində üç həftəlik film çəkdilər. Bizim həddən çox gəlirimiz oldu, işçilərimiz aya aşağısı 3 min manat aldı. Onlar gördü ki, administrativ qrupumuz var, hava limanından onları necə qarşıladıq, harda yerləşdirdik, çəkiliş meydançasında texnika necə qurulacaq, yemək yediyimiz yerlə meydançanın arasında məsafə nə qədər olacaq və s. məsələlər standarta uyğundur. Meydançada özümüzün sertifikatlı gənc səs rejissorumuz, "foks-pulleri"miz olsaydı, daha çox gəlir götürə bilərdik. Ramilə Qurbanlı ("Publika.az" saytının redaktoru): Əsəd Əsədovdan başqa səs rejissoru yoxdur? - Əsəd müəllim canlı səsi yaza bilmir. Gənclər içərisində də səs rejissorlarımız var, amma meydançada sertifikatlı, keyfiyyətli canlı səsi yazan yoxdur. Əbülfəs müəllimin dəstəyi ilə Konservatoriyanın bəstəkarlıq kursunu qurtaran Azər Əsgərovu xaricə göndərdik. Həmin gənc həm bəstəkardır, həm səs texnologiyası ilə işləyir, qısametrajlı filmdə sınaqdan keçirmişik, xarici mütəxəssisin yanında daha da təkmilləşdirmişik. R.Qurbanlı: Hələ Siz kinostudiyaya təzə gələndə başqa sahələr üzrə də xaricə oxumağa gənclər göndərmişdiniz. Onlar oxuyub qayıtdılar? - Bəli. Ayşad adında oğlan diplom işini bu dəqiqə kinostudiyada çəkir. Biz ona kiçik büdcə ayırmışıq. Ayda 1000-1500 manat su pulu ödəyirik N.Muradova: Xaricdə təhsil alan gənclərdən neçə nəfərini yerləşdirmisiniz? - Gedən uşaqlar işsiz qalmırlar. Amma bizə daha da yüksək potensiala malik mütəxəssislər lazımdır. Ayda 1000-1500 manat su pulu ödəyirik. Qərara gəlmişik ki, kinostudiya ərazisində artezian vuraq. Nə qədər ayaqyolu təmir etmişik, qrim otağı düzəltmişik. R.Qurbanlı: Ümumilikdə təmirə ehtiyac var axı... - Kinostudiyanın layihələşməsi bir aya başa çatır. Amma onu gözləmək olmaz. Bu, çox ağır prosesdir. Əgər biz proqramı həyata keçirə və sertifikatlı kadrlarımızı hazırlaya bilsək, Azərbaycan pavilyon baxımdan çox uğurlu coğrafi şəraitdədir. Yayda günün 8-9 saatı film çəkmək olar, yağışlı dövr çox azdır. Qonşularımız və Avropa ilə müqayisədə ən yaxşı təbiət bizdədir. Verginin ləğvi məsələsi, münbit şəraitlə bağlı "kino haqqında" qanun layihəsi hazırlamışıq. Hazırda layihəyə Ədliyyə Nazirliyində baxılır. İndustriyanı düzgün qura bilsək Azərbaycana kino sahəsində böyük sərmayə gələ bilər. N.Muradova: Layihə özünü doğruldur? Reaksiyalar necədir? - "Dolu" ilk qaranquşumuz idi. Filmin çəkilişi zamanı tank əldə etmək mümkün deyildi. Elxan Cəfərov dedi ki, tank yoxdursa, film də yoxdur. General-leytenant Rövşən Əkbərovun bizə çox böyük köməyi oldu. İndiki Müdafiə nazirimiz Zakir Həsənov o vaxt Daxili Qoşunların böyük bir hissəsini o filmin çəkilişlərinə cəlb etdi. N.Ehlamqızı: Aqil Abbasın özü "Dolu" filmini bəyəndi? - Şəxsən özüm Aqil Abbasla bir yerdə çəkiliş prosesində iştirak etmişəm. Heç bir ssenarist rejissorun yaradıcılığını qəbul etmir. Eyni zamanda rejissorlar ssenariyə baxanda ürəklə götürmür, öz əlavələrini edir. Mən bildiyim qədəri ilə Aqil müəllim razı qaldı. N.Muradova: "Dolu"dan danışanda hər zaman üzünüz gülür, ona qədər üzünüzü güldürən film olmayıb ki? - "Dolu"ya qədər də çox gözəl filmlərimiz olub. Təkcə o film deyil, türklərlə işbirliyimiz olan "Mahmud və Məryəm"in də adını çəkmək istəyirəm. O zaman "Azərbaycanfilm"də deyildim, məni filmə rəhbərlik üçün nazirlikdən göndərmişdilər. "Mahmud və Məryəm" səkkiz Avropa ölkəsində nümayiş olunub, eləcə də, ən çox satılan film olub. Bu filmlə dünyada Azərbaycanın müştərək layihələrdə iştirakına inam yarandı. İndi partnyorluqla bağlı gündə elektron poçtuma 10-15 məktub gəlir. N.Ehlamqızı: Partnyorlarla danışıqları birbaşa özünüz edirsiniz? - Mən, bir də İtaliyada təhsil alan kinostudiyanın Beynəlxalq əlaqələr departamentində çalışan Orxan Hüseynov danışıqları aparırıq. M.Mövlüd: Belə başa düşürəm ki, heyət xeyli dəyişib... - Heyətlə bağlı çox dəyişiklik etmədik. "Azərbaycanfilm"də çalışan çox istedadlı yaşlı mütəxəssislər var. Məsələn, kamera üzrə mütəxəssis Nəsir müəllimi Almaniyada da tanıyırlar. Bəzilərinə isə nəyisə etibar edəndə, baxıb görürsən ki, yarısı yoxa çıxıb. Belələrini işdən uzaqlaşdırmışıq. Əlavə olaraq kinostudiyaya yeni mütəxəssislər cəlb etmişik. Pensiyaya çıxmış əməkdaşlarımız var ki, onları heç vaxt işdən azad edə bilmərəm. N.Muradova: Texnikanı da yəqin təmirdən sonra alacaqsınız. Oqtay Mir Qasım hər zaman kinostudiyanın sovetdən qalma texnika ilə işlədiyindən şikayətlənir... - Oqtay müəllim düz deyir. Artıq özümüz bir çox texnika almışıq. Bizim rejissorlar işə "QAZ-31"lə gəlirdilər. İmkanımız ona çatırdı. Amma bu il iki ədəd "Hyundai Accent" markalı avtomobil almışıq. N.Ehlamqızı: Suriyada döyüşən həmyerlilərimizlə bağlı xəbərlərdən sonra din mövzusunda müzakirələr qızışıb. Film çəkilişlərində din, yaxud başqa mövzu ilə bağlı mübahisə doğuran məqamlar olanda o işin mütəxəssisləri ilə məsləhət alırsınız? - Əlbəttə, mütləq məsləhət alırıq. Bizdə Bədii Şura var. Tərkibində dəyişikliklər olub və proses hələ də davam edir. Yeri gəlmişkən qeyd edim ki, Ayaz Salayev kinostudiyanın baş redaktorudur. Ayda iki-üç dəfə Əbülfəs müəllimlə görüşüb fikir mübadiləsi aparırıq. Səmimi deyirəm, nazirlik bizə çox böyük dəstək verir. Leyla Əliyeva (müxbir): Son illər "Dolu" kütləvi nümayiş olundu. Oqtay Mir Qasımın filmi kinoteatrda nümayiş olunacaq? - Keçən il yanvardan martadək bütün Azərbaycan filmləri Nizami kinoteatrında göstərildi. L.Əliyeva: Amma tamaşaçı az maraq göstərdi... - Bu dəqiqə biz piar başlamaq dövründəyik. Artıq PR sistemi qururuq. Rayonlarda filmlərimizin satışı məsələsini qoymuşuq. L.Əliyeva: Tamaşaçı filmin nümayiş olunacağından bixəbərdir... - Ən böyük təhlükə tamaşaçının aldadılmasıdır. Bəzən elə bir zəif film həddindən artıq reklam olunur, 30-40 saniyəlik fraqmentə baxırsınız, gedib filmə baxanda və istədiyinizi almayanda bir daha ora getməyəcəksiniz. Bu yaxınlarda biz film çəkəndə Fövqəladə Hallar Nazirliyindən bizə böyük kömək oldu. Bizə kamaz maşın verdilər, onun vasitəsilə aktyorları dağa qaldırdıq. Çəkiliş elə yerdə idi ki, 7 km çayın içi ilə gedirdik. "Dolu" filmini görüb bizə inandılar, kömək etdilər. İnamı bərpa etmək lazımdır. Bu il əsas məqsədlərimizdən biri uşaq mövzusuna müraciət etməkdir. Sərhədlər açıqdır, mənfi və müsbət informasiyalar dolur. Teatr, mədəniyyət evlərinin, televiziyaların borcu mənfi informasiyaları neytrallaşdırmaqdır. N.Muradova: Kinostudiyada qonorar məsələsi necə həll olunur? Ən çox kimlər qonorar alır? - Ən çox aktyorlar alır. 20 min, 10 min manat alan da var. N.Muradova: Bəs kommersiya filmləriniz hansılardır? - Ramiz Əzizbəylinin baş rolda oynadığı "Halal pullar", "İnterpapa", "Toy" və başqaları. L.Əliyeva: Prezidentin fərmanından sonra serial bazarında canlanma var. Seriallara baxırsızmı? Aktyor işini necə dəyərləndirirsiniz? - "Həyat sən nə qəribəsən" serialında bir aktrisanın oyununu bəyəndim. O aktrisanın adını deməyəcəyəm. Hamısına baxmağa çalışıram. Ümumilikdə bu, çox böyük iş oldu. Bunun nəticəsi 10-15 ilə olacaq. Böyük dəstə var deyirdi ki, mən rejissoram, artıq onlar sıradan çıxacaq, mən ssenaristəm deyənlər artıq qorxuya düşüb, rəqabət yarandı. Keçən ilki seriallarla bu ilkilər arasında fərq, inkişaf var. N.Ehlamqızı: Siyasətlə aranız necədir? - Siyasətçi olmaq fikrim olmayıb, psixoloji hazırlığım da yoxdur. Hər insan öz işi ilə məşğul olsa yaxşıdır. Nə qədər gözəl geyinsək də, danışsaq da, şənlənsək də, hamımızın içində böyük dərdimiz var. Nə vaxtsa torpaqlarımızı qaytaracağıq. Ancaq mənəvi cəhətdən böyük zədələr almışıq. Onları sağalda biləcəyikmi? N.Muradova: Bayaq "Mahmud və Məryəm"dən danışdınız. Siz tamaşaçı kimi "Mahmud və Məryəmi"i bəyəndiniz? - Ola bilsin, hərəmizin öz filmimiz var. Mən prodüserəmsə öz məhsuluma deməliyəm ki, bəyəndim. Əgər prodüser desə ki, bəyənmədim, onda söyləyərlər ki, bəs orda sən nə edirdin? N.Ehlamqızı: Bu gün Azərbaycan tamaşaçısını, xüsusən də, kişiləri "Qurdlar Vadisi Pusu" serialı cəlb edir. Orada siyasət də, detektivdə xətti var. Biz niyə o bazarı ala bilmirik? Bizdə ağlaşma, ya da komediyaya meyl var. Bunun məsuliyyəti ssenaristin, rejissorun üzərinə düşür? - Ölkədə nə qədər təsdiq olunmuş ssenarist, rejissor var... Bunlar indi-indi üzə çıxırlar. Nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyevadan xahiş etdim ki, bizə gənc bəstəkarlar versin. Altı bəstəkarı cavan rejissorlarla tanış etdim. 2 operator tapıb gətirdik. İndi bəstəkarlardan birini göstərib rejissora deyirəm ki, o uşaqları yoxla, deyir, yox, Xəyyam Mirzəzadə ilə işləmək istəyirəm. D.Əhməd: Qarabağla bağlı filmlərində ermənilər özlərini sülhpərvər göstərmək istəyir, hətta Oskar almaq üçün bir film çəkdikləri barədə də xəbər yayılmışdı. Qarabağ mövzusunda hansı baxışın tərəfdarı olmalıyıq? - Qarabağı alandan sonra ermənilərlə dostluq etməyə çalışacağam. Bu gün biz məğlubuq. Ermənistanın ən böyük arzusu dostlaşmaqdır. Çünki etdiyini edib. Onlar başlayacaqlar ki, nə danışırsınız, günah ruslardadır, bizim nə günahımız var? Görüşəndə belə də deyirlər. N.Muradova: Amma ermənilər filmlərində elə mesajlar göndərirlər ki, orada Azərbaycan işğalçı kimi pislənilir. Kinodan vasitə kimi istifadə edə bilirlər... - O da var. Bizim 10-15 dəqiqəlik kimliyimiz barədə filmimiz olacaq. İstədiyimiz keyfiyyəti alsaq, dünya deyəcək ki, biz belə gözəl xalqa niyə toxunmuşuq, nədən kömək etmirik? İşlər gedir, amma peşəkarlıq problemi o qədərdir ki... D.Əhməd: Məsələn, "Babək" filmini təzədən çəkmək olar? - Mən istərdim ki, "Babək" filminin cizgi filmi olsun. M.Mövlud: "Robin Qud"un olduğu kimi... - Hə, lap 10 cür çəkək, amma çəkib onu gözümüzdən salmayaq da. N.Muradova: İndi peşəkarlıq var, maliyyə azdır... - Azərbaycanda ortaya yaxşı iş qoymaq üçün nə qədər istəsən maliyyə var. Azərbaycanı təbliğ edə bilən bir iş üçün dövlət qurumları də dəstək olur. Rejissorlar var ki, deyirdi ki, mənim serialımı bütün ərəb dövlətləri alacaq. Bir dostum film çəkir, deyirdi ki, bura mənlik deyil, mən Oskara namizədəm. Deyirdim, camaatın yanında demə, heç olmazsa Azərbaycan filmindən 10 faiz yaxşı çək. "Sony"yə qadağa qoymalıyıq ki, Azərbaycanda texnika sata bilməsin L.Əliyeva: Gənclərin təhsil məsələsində vəziyyət nə yerdədir? - Bu gün dünyanın "Arri", "Dolby" kimi aparıcı şirkətləri var. Mədəniyyət və İncəsənət Universiteti əlindən gələni etsə də, problemlərlə yaşayır. Deyirəm ki, biz "Arri"yə, "Sony"yə qadağa qoymalıyıq ki, Azərbaycanda texnika sata bilməsin. Birinci təklif etməliyik ki, sənin Azərbaycanda bu qədər texnikan satılır, İncəsənət Universitetinə baza ver. Operatorlarımız var, sabah təzə obyektiv çıxanda həmin şirkətin nümayəndəliyinin mütəxəssisi gətirib onu tələbəyə öyrətməlidir. Çünki neçə müddətdən sonra qurulub. Biz özümüz münasibətimizi Qərblə düzgün qurmuruq. "Sony" ölkəmizdə milyonlar qazanır, istərdim ki, bizə peşə məktəbi versinlər. Kinostudiya təmir olunanda ən böyük şərtlərimizdən biri odur ki, o adamdan texnika alacağıq ki, iki il əvvəldən texnika sifariş veriləcək və 2 il müddətinə azərbaycanlı balası düyməni basıb öyrənəcək. M.Mövlud: Ssenarilərin Mədəniyyət Nazirliyində keçməsində sizin təsir imkanınız olurmu? - Hörmətli Əbülfəs müəllim 2 ildə gedən prosesləri görəndən sonra qərar verib ki, artıq ssenari "Azərbaycanfilm"in özündə qəbul olunacaq. İndi Bədii Şura yaranır. L.Əliyeva: Senzura olmayacaq ki? - Kim nə deyir, desin, ssenari yaxşıdırsa, qəbul olunur. Gündə mənə xaricdən 50 ssenari xahiş edirlər, dünyada ssenari böhranı var. Türklərə ssenari göndərməkdən bezmişik. Mövzu tükənir. Ola bilər ki, nüfuzlu adamın ssenarisinin keçdiyi dövrlər olub. Bunu inkar etmirəm. Amma bu gün nazirin də, dövlətin də marağı odur ki, yaxşı kino olsun. 30-40 il idi yeni nəsil gəlmirdi. Bəzi özünü kino fədailəri adlandıranlar imkan vermirdilər. Biz indi bütün bu problemləri yoluna qoymağa çalışırıq. |
2014-02-10 | 8,699 | İsa Şahmarlının intiharı bizi düşündürməlidir | Tanınmış jurnalist, "Mediaforum" saytının Baş redaktoru Azər Qaraçənlinin "1937.az"a müsahibəsi. - Azər müəllim, uzun illərdir sizi müxtəlif tədbirlərdə, məclislərdə müşahidə edirəm. Niyə kənardan baxanda dənizdə gəmiləri batmış adamı xatırladırsınız? - Dalğınlıq yaradıcı adam üçün xarakterik vəziyyətdir. Qıraqdan baxanda fikirli görünürəmsə, yəqin ki, bunun bir səbəbi burdan gəlir. O biri yandan qayğılar da az deyil. Ancaq mən onun tərəfdarıyam ki, neçə gəmi batır batsın, insan nikbinliyini, ümidini saxlamalıdır. Və mütləq bunu elə etməlidir ki, batan gəmilərin xatirəsi təhqir olunmasın. Yəni insan nikbin olmalıdır, amma ağrılara da laqeyd olmamalıdır. Mən ağrıları alçaltmayan xoşbəxtliyin tərəfdarıyam. Üzən gəmilərə baxıb sevinmək lazımdır və bunu elə etmək lazımdır ki, batmış gəmilərin ruhu inciməsin. Ola bilər, mən doğrudan da qıraqdan baxanda gəmiləri batmış adam kimi görünürəm. Amma inanın ki, mənim qəlbimdə böyük bir ümid, nikbinlik dənizi də var. O dənizdə batmaq yoxdur. - Çox nikbin olduğunuzu, gələcəyə inamla yanaşdığınızı deyirsiniz, amma hələ də subaysınız. İnandığınız gələcəyə gedən yol həm də ailə qurmaqdan keçmirmi? - Mən ailəyə çox böyük dəyər verirəm. Ailə göstərir ki, insan bir-birinə necə doğma ola bilər və necə doğma olmalıdır. Dünyada insan doğmalığına ailədən güclü örnək yoxdur. Ailə həm də Tanrının insana bir işarəsidir: yəni görün sizdə necə böyük doğmalıq, canıyananlıq, humanizm var, başqalarına da belə olun. Mən insan doğmalığının, insan humanizminin ailədə açılan, ailədə üzə çıxan formasını bütün dövrlərə, eləcə də indiyə və gələcəyə örnək sayıram. İnsan bundan nəticə çıxarmalıdır. Sualınızın qalan hissəsindən isə danışmaq istəmirəm, inciməyin. - Siz ixtisasca psixoloqsunuz. Bir məsələyə münasibətinizi bilmək istərdim: Sizcə, Azərbaycanda seksual inqilab olsa, bunun ölkənin digər problemlərinin həllinə faydası nə qədər olar? - Mən əksini düşünürəm. Başqa problemlər həllini tapsa, insanların seksual münasibətlərindəki problemləri də həll etmək asanlaşar. Başqa problemlər deyəndə həm maddi, həm mənəvi, həm ictimai, həm də siyasi problemləri nəzərdə tuturam. Əslində, dünyada seksual inqilab deyilən bir şey yoxdur. Bu, şərti termindir, onu rəmzi mənada qəbul etmək lazımdır, birbaşa, hərfi mənada qəbul etmək olmaz. Dünyada yalnız seksual həyata münasibətin kamilləşməsi, təkamülü var. Yox, mən səhv edirəmsə, doğrudan da dünyada seksual inqilab varsa və ya ola bilərsə, onda mən onun tərəfdarı deyiləm. Seksual həyata münasibət kamilləşməlidir. Kamilləşmə təkamüllə olur. Mən bunun tərəfdarıyam. Uzun müddətdir bu təkamül prosesi gedir. Düzdür, hansısa məqamda bu proses dayana, hətta müvəqqəti tənəzzülə də uğraya bilər. Amma dayansa da, tənəzzülə yuvarlansa da, bu, müvəqqəti olacaq. Seksual həyata münasibətin kamilləşməsi prosesi hər cür əks prosesdən üstün tendensiyadır. Bu, qalib tendensiyadır, onu ləngitmək olar, amma sıradan çıxarmaq mümkün deyil. - Mən bildiyim təkamülün həyata keçməsi üçün uzun illər lazımdır. Ətrafımız isə sevdiyi adamla azad münasibətdə yaşaya bilməyən aqressiv adamlarla doludur. Siz seksual inqilab terminini şübhə altına alsanız da, nə ad verməyinizdən asılı olmayaraq, sürətli dəyişiklik, yəni seksual inqilab seksual həyatdakı problemləri indiki zamanda, tez həll edə bilər. Təkamül öz missiyasını həyata keçirənə kimi biz vaxt itirəcəyik və seksdən zədəli nevroz nəsillər yetişdirəcəyik... - Bəli, dedikləriniz kədərlidir. İnsanların qurban getməyinin qarşısını almağa çalışmaq lazımdır, amma qurban verməməklə. Əgər doğrudan da seksual inqilab olubsa və ya ola bilərsə, onda bir məsələyə ciddi diqqət yetirmək lazımdır: onun qurbanları olubmu, ola bilərmi? Mən dinc dəyişikliyin tərəfdarıyam. Seksual inqilab dinc inqilabdırmı? Bunu dəqiqləşdirmək gərəkdir. Seksual inqilab o vaxt faydalı ola bilər ki, birincisi – qansız, qurbansız olsun, ikincisi – insanı özünün və başqalarının seksual həyatına münasibətdə kamilləşdirsin. Seksual inqilab bunu bacaracaqmı? O, seksual həyata münasibətdə başqa bir ifratçılığa – instinktlərin anarxiyasına gətirib çıxarmayacaq ki? Nəticədə seksual inqilabın özünü aradan qaldırmaqdan ötrü yeni bir inqilaba zərurət yaranmayacaq ki? Və ən sonda cəmiyyət bir vaxt seksual inqilabla üstündən sıçrayıb keçdiyi mərhələyə qayıtmayacaq ki? Belə suallar var. Çıxış yolu yenə təkamüldədir. Səbirlə, addım-addım irəliləməkdən başqa düzgün yol yoxdur. - Sovet dövründə yaranan Azərbaycan ədəbiyyatına münasibətiniz necədir? Radikal gənclər o əsərləri köləlik dövrünün kölə ədəbiyyatı adlandırır... - Gənclərin radikal yanaşmada olması təbiidir. Bir az yaşlanan kimi bu yanaşmanı özləri təkzib edəcəklər. Sovet dövründə yaranmış ədəbi əsərlərin yalnız bəzisini kölə ədəbiyyatı adlandırmaq olar. Ancaq bunu hamısına aid etmək, əlbəttə ki, yanlışdır. Sovet dövründə həqiqi sənət əsəri az yaranmayıb. Nəinki ideoloji cəhətdən sovet sistemindən azad olan və yaxud həmin sistemin əleyhinə olan, hətta ideoloji cəhətdən sovet sisteminin təbliği üçün yazılmış əsərlərin arasında yüksək sənət nümunələri var. - Ümumiyyətlə, ideologiyanın sənətə təsiri daha çox müsbət yöndə olur, yoxsa mənfi? - Sırf dövlət ideologiyasını nəzərdə tutursunuzmu? - Xeyr, ümumilikdə ideologiya. Məsələn, bütün qəlbi ilə Allaha inanan, yer üzündə konstitusiya kimi bir tək "Quran"ı tanıyan adam bəşəriyyətin qazancı sayıla biləcək bir əsər yarada bilərmi? - Əlbəttə, yarada bilər. Dünya belə böyük sənət əsərləri ilə doludur. Faktiki olaraq siz burada ideologiya deyəndə ideyanı, insanın hansısa bir yola, xəttə inamını nəzərdə tutursunuz. Bu, sənətə yalnız o vaxt mənfi təsir göstərə bilər ki, insan həmin ideyaya ürəkdən inanmasın. Ürəkdən inananda sənətə mənfi təsiri yoxdur. Ürəkdən gəlməyəndə isə istər ideoloji olsun, istər qeyri-ideoloji - əsər zəif alınacaq, həmin əsərdə səmimiyyət, təbiilik çatışmayacaq. - Son dövrlər azərbaycanlı radikal islamçıların Suriyadakı döyüşlərdən gələn xəbərlərinin ardı-arası kəsilmir. Bunun qarşısını necə almaq olar? Sizcə, islamın hansı qolu daha çox təbliğ olunmalıdır ki, gənclər radikalizmə meyilli olmasın? - Yeni dövrdə dini radikalizm bizim vətənimizə əsasən qloballaşma nəticəsində ayaq açıb. Qloballaşma yaxşı prosesdir, amma onun belə ziyanlı cəhətləri də var. Biz qloballaşmanın qarşısını almaq haqda düşünməməliyik, buna heç gücümüz də çatmaz. Qloballaşmadan fayda götürməli, onun mənfi təsirlərini isə minimuma endirməliyik. Gənclərin radikalizmə meyillənməsinin qarşısını almağın siyasi yolunu demokratikləşmədə, iqtisadi yolunu azad sahibkarlığın inkişafında görürəm. Bu, insanları dünyəvi dövlət quruluşunun indiki dövrdə ən yaxşı ictimai-siyasi münasibətlər sistemi olduğuna bir daha inandırardı. Ancaq dini radikalizmin qarşısını almaq üçün bunlar yetərli deyil. Başqa işlər də görülməlidir. Siz soruşdunuz ki, islamın hansı qolu təbliğ olunmalıdır. Əlbəttə ki, liberal qolu. Məsələn, Tanrı "Quran"da Məhəmməd peyğəmbərə deyir ki, sən insanların üzərində hakim deyilsən, sən yalnız öyüd-nəsihət verənsən, təbliğatçısan. Əgər Tanrının elçisi hakim deyilsə, onda başqaları nə haqla hakimlik edir? İslamda Tanrının rəhimli və mərhəmətli olduğu aşılanır. "Bismillahir-rəhmanir-rəhim", yəni "Mərhəmətli, rəhimli Allahın adıyla" – əsl müsəlman hər işə bu sözlə başlayır. "Quran" surələri bu sözlə açılır. Ona görə də rəhimli və mərhəmətli Allah təbliğ edilməlidir. Tanrı liberaldır. Məncə, dini radikalizmin qarşısını almağın ən yaxşı yollarından biri bunu təbliğ etməkdir. İlahi liberalizm təbliğ olunmalıdır. Ancaq təəssüf ki, bunu təbliğ edən azdır. - Nikbinlik, liberalizm, təkamül... Bu qədər intiharın yayıldığı, depressiv meyillərin gücləndiyi bir vaxtda bütün bu mütərəqqi duyğuları necə qoruyub saxlaya bilirsiniz? Yəqin Allaha çox inanırsınız... - Mütərəqqi duyğuları qorumaq mənə asan başa gəlmir. Çünki mənim içimdə bunun rəqibiylə mübarizə də gedir. Bədbinliyə qapıldığım, zülmətə büründüyüm anlar az olmur. Ancaq sonda yenə işıq yanır, gün doğur, qaranlıq çəkilir. Həm də mənim içimdə gün doğanda qaranlığı əzib doğmur, qaranlığı əzizləyib doğur. Bu, mərhəmətlə, yəni işıq saçmaq üçün doğan gündür, yandırıb yaxmaq üçün doğan gün yox. Tanrıya çox inandığımı deyə bilmərəm, amma inanıram. Tanrıya çox, həddindən çox inanmaq istərdim. Buna nail olmaq üçün də içimdə mübarizə gedir. - Homoseksual İsa Şahmarlının intiharı ciddi rezonansa səbəb oldu. Bu intiharı protest kimi dəyərləndirənlər də var idi. Azərbaycan cəmiyyəti homoseksuallıqla münasibətlərini necə qurmalıdır? - İsa Şahmarlının faciəsi bizi bu məsələlər haqda dərindən düşünməyə vadar etməlidir. Həm ümumiyyətlə intiharlar haqqında, həm də azlıqların, eləcə də cinsi azlığın cəmiyyətimizdəki vəziyyəti haqqında. Azərbaycan cəmiyyətində cinsi azlığa münasibət müdrikləşməlidir. Bu münasibət elə olmalıdır ki, cinsi azlığın nümayəndəsi intihar etməyə nəinki əsas, heç bəhanə də tapa bilməsin. Cəmiyyətdə cinsi azlığa münasibət üç prinsipə söykənməlidir: şəxsi həyatın toxunulmazlığı; yetkinlik yaşına çatmış, psixi cəhətdən özünü idarə etməyi bacaran insanların könüllü cinsi əlaqələrinə dövlətin və ictimaiyyətin müdaxilə etməməsi; bəyənmədiyimizə dözümlü yanaşmaq. Məhz bu prinsiplər cinsi azlıqları təqib olunmaqdan xilas edə bilər. Tənqid olunmaqdan yox, təqib olunmaqdan, təhqir olunmaqdan. Yeri gəlib, deyim ki, intiharın əsl səbəbini bilmək də çətindir. Ona görə mən həm "əsas", həm də "bəhanə" sözlərini işlətdim. Bunu təsadüfən demədim. İntiharın kökünü dəqiq bilmək çox çətindir. İntiharqabağı məktublar, intihar edən adamların son bəyanatları da intiharın həqiqi səbəbini izah etməyə bilər. İntihar edən adamın özü onu bu yola yönəldən əsl motivi dərk etməyə bilər. Bunu intihara cəhd göstərən, amma sağ qalan adamlarla aparılan söhbətlər də göstərir. İntihar sirdir. Hətta səbəbi ən aydın şəkildə görünən intiharın da sirri var. Bundan başqa, zahirən əcəl kimi görünən, təsadüfi qəzaların adına yazılan gizli intiharlar var. Yəni lap sirli intiharlar da var. Bayaq biz Suriyada müharibəyə gedən azərbaycanlı gənclərdən danışdıq. Kim bilir, bəlkə də onların arasında elə adamlar var, Suriyaya yollanmağının əsl səbəbi özünə bir intihar yolu tapmaqdır. Bəlkə də Suriyaya yolu bağlansaydı, avtomobilə oturub onu elə sürətlə sürəcəkdi ki, axırda divara çırpılacaqdı, biz də bu ölümü bir avtomobil qəzası kimi qeydə alacaqdıq. Yaxud da evdə elektrik naqilini düzəldəndə yalın əliylə açıq naqildən yapışacaqdı, nəticədə statistik cəhətdən tok vurub öldürən adamların siyahısına düşəcəkdi. Təəssüf ki, heç bir iqtisadi, ictimai, siyasi, intellektual inkişaf intiharın qabağını ala bilmir. Mən bilmirəm intihara birdəfəlik son qoymaq üçün nə etmək lazımdır. Bu çox çətin məsələdir, güman ki, mümkün olan məsələ deyil. Ancaq dünya buna çalışmalıdır, bunun yolunu tapmağa çalışmalıdır. Bütün bunlardan elə çıxmasın ki, mən İsa Şahmarlının intiharının kökündə Azərbaycan cəmiyyətində homoseksuallara olan münasibətin durduğunu inkar edirəm. Yox, mən eləcə demək istəyirəm ki, intiharın səbəbini dərk etmək çətindir. Azərbaycan cəmiyyətində cinsi azlığa olan münasibət həmin azlığın nümayəndəsini intihar həddinə çatdıra da bilər. Bu, mümkündür. Yəni İsa Şahmarlının intiharının kökündə birbaşa cəmiyyətin cinsi azlığa münasibəti dura bilər. Lap birbaşa yox, dolayı səbəb rolunu oynasa da, yenə bu, ciddi siqnaldır və biz ona məsuliyyətlə, vicdanla reaksiya verməliyik. Başa düşməliyik ki, Azərbaycanda cinsi azlığa münasibətin təkmilləşməsinə, kamilləşməsinə, belə məsələlərdə hər kəsin müdrik mövqe tutmasına böyük ehtiyac var. - Azər müəllim, çox maraqlı söhbət oldu. Sizə təşəkkür edirəm. İstəyirəm bu müsahibənin yekununu siz verəsiniz... - Yekunda ən əsas söz deyilməlidir. Mən söhbətimizin ruhuna uyğun əsas sözü demək istərdim. Heç kim öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üstündə qurmağa çalışmamalı, hər kəs özünün və başqalarının həyatıyla ehtiyatla davranmalı, özünə və başqalarına həyat eşqi aşılamalı, ümidini itirməməli, ölümü yox, həyatı, radikallığı yox, liberallığı təbliğ etməli və bütün bunları insan ağrılarını danmadan etməlidir. |
2014-02-10 | 8,700 | Ölüm cəzasının ləğvindən 16 il ötür | Azərbaycanda ölüm cəzasının ləğvindən 16 il ötür. 1998-ci il fevralın 10-da ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə Azərbaycanda ölüm hökmü ləğv edilərək ömürlük həbs cəzası ilə əvəzlənib. Həmin dövrdə ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 127 nəfər məhkum olunub. Bununla da Azərbaycan MDB məkanında bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşüb. Məlumat üçün deyək ki, ABŞ-da və Avropa Şurasının üzvü olan bir sıra ölkələrdə hələ də ölüm cəzası qüvvədədir. (ANS) |
2014-02-10 | 8,701 | 3 körpənin dalğalarda batan fəryadı - Səfalət | Dəniz sahili, qumsal, günəş - bunlar hər kəsin arzu etdiyi həyatdır. Amma bir də arzulardakı bu həyatın düz qarşısında, amma tamamilə fərqli bir həyat və o həyatın insanları var. Yaşamağa çalışan, amma yolunu tapa bilməyən, həyatla "gizlənqaç" oynayan, dəstəyə möhtac, amma əslində dəstəyi belə necə istəyəcəyini bilməyən insanlar. Onlar üçün həyat nə sınaq meydanıdır, nə də mübarizə yeri. Həyat onlar üçün yaşamağa vadar olduqlarıdır, bütün ağrı-acısı ilə bərabər. Hövsan qəsəbəsinin dənizə cəmi bir neçə metr qalmış, çirkab sularının, özbaşına tikililərin, yarımçıq tikintilərin, yolsuzluğun, problemlərin hökm sürdüyü bir məhəlləsindəyik. Dəqiq ünvan belə yoxdur. Evlərinin 90 faizinin sənədsiz olduğu bir yerdə ünvan axtarmırıq da zatən. Bizi bura çəkib gətirən bir səbəb var. Bəlkə təkcə bu qəsəbədə neçə-neçə ailənin yaşadığı həyatın içindən birilərini çəkib çıxarmaq. Məlikovlar ailəsi yəqin ki, normal şərtlərdə dəniz kənarında yaşamağın sevincini bizimlə bölüşə bilərdi. Əgər gənc qızlarına dərman, bir neçə aylıq körpələrinə süd almaq kimi bir problemləri olmasaydı. Bunlar ancaq deyilənlərdir. Neft ölkəsinin yardıma möhtac bu ailəsi vəziyyətdən danışmaq üçün söz tapmaqda da çətinlik çəkir. Əslində danışılacaq bir şey də yoxdur. Hər şey göz önündədir. Nəmişlikdən divarları kif basmış soyuq otaq, həyətdə bir günlük ehtiyacı belə ödəməyəcək çıl-çırpı, yandırılması üçün ancaq gecənin düşməsini gözlədikləri işıq, bir neçə köhnə qab-qacaq və bu mənzərənin yeganə gözəlliyi olan qundaqdakı körpə... Onu bələyiblər, soyuqdan qorumaq üçün. Bələyin soyuqdan qoruyacağı bu körpəni aclıqdan kim xilas edəcək? Anası bunu düşünür, amma cavab tapmır. Hamiləlik zamanı və daha sonralar normal qidalanmadığı üçün südü quruyub. Övladını qarşısında ana kimi bu borcunu da verə bilməməyin əzabını yaşamır. Bunu bəlkə heç düşünmür də. Onu indi düşündürən yeganə şey o körpənin doydurmaqdır. Artıq nə olursa... Belə vəziyyətdə 4-cü uşağı dünyaya gətirmək də bir cahillikdir deyə düşünə bilərsiniz. Mən də elə düşündüm. Amma ən böyük cahillik sən demə, bu deyilmiş. Ən böyük cahillik ünvanlı sosial yardım almaq üçün getdiyi qapılarda ona ancaq 5 uşağı olacağı təqdirdə yardım verilə biləcəyini söyləyən insanların olmasıdır. Ailə kiminsə onları "başdan eləmək" üçün uydurduğu bu yalana inanıb və artıq 4-cü körpə dünyaya gəlib. Yalanlar isə bununla bitməyib. Ona hətta əri olan qadına ünvanlı sosial yardım düşmədiyini, boşanmalı olduğunu deyənlər də tapılıb. Həmsöhbətim- evin xanımı Şahnaz Məlikova bu yalanların hamısına inanıb: "Nəmişlikdə yaşamaqdan böyük qızım xəstəlik tapıb. Onun müalicəsinə pul tapa bilmirik, nənəsigildə qalır və xalası ona kömək edir. Kiçik qızımın da böyrəkləri xəstədir. Yoldaşım Fərhad Məlikov ancaq günəmuzd işləyir. Qazandığı ancaq kiçik uşağın yeməyinə və özümüzün çörək almasına çatır. 8-ci sinifdə oxuyan qızıma hərdənbir şagirdlərin ailələri kömək edir. Buna da şükür. Uşaq üçün süd pulu ala bilmirəm. Çünki şəxsiyyət vəsiqəmin vaxtı keçib, dəyişdirilməlidir". Mənzilə qaz çəkilib, amma qaz onlar üçün artıq keçmişdə qalıb. Pulunu ödəmədiklərinə görə xətti cihazdan ayırmalı olublar. İndi evi qızdırmaq üçün də elektrik enerjisindən istifadə edilir. Amma bu da həmişə olmur. Bu evdə "işıq da pulsuz deyil" məntiqi hava qaralana, ev tamam soyuna qədər qüvvədə olur. Bu evdə hər şey köməksizlikdən xəbər verir. Onlar bu dünyada insanların olduğunu unudublar, ta ki insanlar özləri yardımları ilə onları yada salana qədər. Amma bu yardımlar 6 nəfərlik ailə üçün yetərli olmur. Sosial müavinət almağa ehtiyacları və haqları var. Amma əgər kimsə sizə desə ki, sənədlərini düzəltmək üçün idarələrə getməyə yol pulu tapa bilməyən insanlar var, bunu təəccüblə qarşılamayın. Hövsan qəsəbəsində dənizin bir neçə addımlığında, nəmişlikdən bozaran evdə belə bir ailə yaşayır. Ana- Şahnaz Məlikova deyir ki, indiyə qədər qəsəbə rəhbərliyindən, yaxud bələdiyyədən heç kimsə onların vəziyyəti ilə maraqlanmayıb: "Bayramlarda deyirlər ki, imkansız ailələrə yardım edilir. İndiyə qədər bir dəfə də olsun qapımızı açıb içəri girən olmayıb. Qonum-qonşular bizi tanıyanlar vəziyyətimizdən xəbərdardır. Əgər yardımı imkansızlara verirlərsə, niyə bizi görmürlər?" Ailə Daxili İşlər Nazirliyinin İnzibatı İdarəsində, Sabunçu rayonunda qeydiyyatdadır. Sosial müavinət üçün müraciət etdikləri qurumlarda onları nəinki "dinləyiblər", hətta məsləhət də veriblər. Məsləhət də uşaqların sayını 5-ə çatdırmaq, boşanmaq kimi təkliflərdən o tərəfə keçməyib. Ancaq bu halda sosial yardım ala biləcəkləri bildirilib. İndi ailə onsuz da çıxılmaz olan vəziyyətində bir də cavabı tapılmayan suallarla yaşayır. Kimlərinsə bu neft ölkəsində bir isti yuvaya, bir qarın yeməyə, bir dərmana ehtiyacı olan 3 aylıq körpənin yaşadığını xatırlayacağı günü gözləyir. Amma siz xatırlamayın, unudun, bu sözləri də, o körpəni də, onun aclıqdan saralan sifətini də, hələ ki, göy üzü kimi dumduru olan, amma sabah nifrət saçacaq gözlərini də. Nə də olsa hər kəs öz həyatını yaşayır, deyilmi? ("AzNews.az") |
2014-02-10 | 8,702 | “Yer altından qeydlər” Oda zirzəmisində - Video | ODA teatrında F.M.Dostoyevskinin "Yeraltından qeydlər" əsəri əsasında "FRAQMENTLƏR" adlı tamaşa göstəriləcək. Bu əsər Azərbaycanda ilk dəfədir ki, səhnələşdirilir. Biz də bu ilki nəzərə alıb həmin tamaşanın rejissoru və aktyoru olan Elvin Adıgözəllə söhbət etdik. Oda teatrında bu əsəri səhnələşdirmək hansı tələbatdan doğub? Necə oldu ki, bu əsərə müraciət olundu? Axı Dostoyevskinin əsərlərini tamaşaya qoymaq o qədər də asan deyil. Bu suallarla müraciət etdiyimiz Elvin Adıgözəl "Axar.az"a bildirdi ki, bu ona problem yaratmayıb. Oturacaqların sayına görə biletlərin qiyməti 10 manatdır "2011-ci ildə mən "Yuğ" teatrında Qoqolun "Bir dəlinin xatirə dəftəri" adlı əsərini səhnələşdirmişəm. Orada mən həm rejissor idim, həm də aktyor... Ondan sonra qərar verdim ki, yenidən bir tamaşa hazırlayım, bunun üçün də müəyyən teatr anlaşmaları lazımdır. Ona görə də bu tamaşa üçün "Oda" teatrına müraciət etdim. Tamaşa Dostoyevskinin "Yer altından qeydlər" adlı əsəri əsasında hazırlanıb. Tamaşanın adı "Fraqmentlər"dir. Tamaşanın rejissoru da aktyoru da özüməm. Azərbaycanda Dostoyevskinin əsərləri tamaşaya qoyulanda həmişə problem olub, amma mənə heç bir çətinlik yaratmadı. Dostoyevskiyə çox az müraciət edirlər. "Yer altından qeydlər" əsəri ümumiyyətlə, tamaşaya qoyulmayıb. Əsər çox çətin əsərdir. Onu daha müasir zamana uyğunlaşdırmışam, yəni Dostoyevskinin o dövrünün tamaşası deyil. Əsas məqsədim, istəyim Azərbaycanda sənətlə ictimaiyyətə ümumi nələrisə ötürmək, nələrisə öyrətməkdir. İnsanlarımız teatrla maraqlansınlar və gəlsinlər. Bu teatrı gənclər yaradıblar, onlara bir dəstəyim olsun istəyirəm, ona görə də bu tamaşanı orada qoymuşam. Hətta başqa teatrlarda da qoymaq imkanım var, istəsəm "Gənc tamaşaçılar", "Azdrama"da qoya bilərəm. "Oda" teatrında 20-nəfərlik oturacaq var. Oturacaqların sayına görə biletlərin qiyməti 10 (on) manatdır. Bu formada teatra dəstək oluram". Qeyd edək ki, "Fraqmentlər" tamaşası martın 1-i və 2-si saat 19:00-da Oda Teatrında (Topçubaşov 38) nümayiş olunacaq. Qiyməti 10 AZN-ə olan biletləri Yeraltı və Kibrit kitab kafesindən əldə etmək olar. |
2014-02-10 | 8,703 | Azərbaycan ikinci seysmik aktivlik zonasındadır – Foto | Bu gün Azərbaycanda və paralel olaraq 4 ölkədə eyni vaxtda baş verən və əhalinin kifayət qədər təşvişinə səbəb olan zəlzələ dünyanın seysmik mənzərəsini bir daha gündəmə gətirdi. Yer üzərində zəlzələlərin paylanmasına nəzər yetirsək, onların uzun və dar qurşaqlar boyunca bölündüyünü görmək olar. Hazırda dünyada üç əsas zəlzələ qurşağının olduğu alimlər tərəfindən müəyyən edilib. Bunlar içərisində ən böyüyü Sakit Okean qurşağı hesab edilir. Yer üzərində baş verən tektonik çalxalanmaların 68%-i məhz bu zonada müşahidə edilir. Əgər dünyadakı seysmik aktiv nöqtələrə də diqqət etsək, məhz bu qurşaqda yerləşən ölkələrin daha çox təhlükə altında olduğunu görə bilərik. Sakit Okean qurşağında yerləşən ölkələr sırasında İndoneziya, Yaponiya, Flippin və digərlərinin adları yer alır. İkinci daha aktiv qurşaq Avropa və Asiya arasında uzanır. Bu təxminən Himalay dağlarından Alp dağlarına qədər uzanan bir hissəni əhatə edir. Azərbaycan da məhz bu sistemin üzərində yerləşir. Hazırda Yer üzərində baş verən zəlzələlərin 21%-i Avropa və Asiya arasında uzanan qurşağın payına düşür. Bu qurşaqda yaxın zamanlarda baş verən ən dəhşətli zəlzələrə misal kimi Türkiyə (Vanda) və İran göstərilə bilər. Zəlzələlər nəticəsində minlərlə insan uçqunlar altında qalıb həlak olmuş, evlərindən didərgin düşmüşdülər. Üçüncü ən mühüm qurşaq isə Atlantik okeanından başlayır. Onun payına isə Yer üzərində baş verən zəlzələlərin 11%-i düşür. Alimlərin proqnozlarına görə, hər il Yerdə 150.000 zəlzələ qeydə alınır. Ancaq bunların əksər hissəsi o qədər zəif olur ki, insanlar onu hiss etmirlər. Bundan başqa isə hər il dünyada böyük itkilərə yol açan zəlzələlərin sayının 20 ilə 50 arasında olduğu qeyd edilir. Ən təhlükəsiz ərazilər Bəs dünyada bu kimi hadisələrdən uzaq olmağı bacaran yerlər varmı? Təbii ki var. Hazırda yer üzərində ən az seymik aktivlik göstəricisinə malik olan yerlər sırasında Avstraliya, Amerika qitəsinin şərq sahilləri, Antarktida, Kanada, Şimali Avropa, Sibir, Ərəbistan yarımadası göstərilir. Alimlər bunu onların daha köhnə tavalar olması ilə əsaslandırırlar. Hazırda ekspertlər yer üzərində olan ən fəal seysmik zonaları aşağıdakı kimi sıralayırlar : 1. Yaponiya 2. Çin Xalq Respublikası 3. İran 4. Türkiyə 5. Pakistan 6. Asiya qitəsinin xüsusiylə cənub hissələri 7. Amerika qitəsinin qərb sahilləri (xüsusiylə Çili) |
2014-02-11 | 8,704 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 1-4, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında çiskinli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan gündüz 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. |
2014-02-10 | 8,705 | İran yeni nəsil ballistik raketləri sınaqdan keçirib | İran Müdafiə Nazirliyi bazar ertəsi yeni nəsil iki ballistik raketin uğurla sınaqdan keçirildiyini bəyan edib. Məlumata əsasən, ayrılan döyüş başlıqlı yeni nəsil ballistik raketlər və və lazer tuşlama ilə "Bina" raketi uğurla sınaqdan keçirilib. İranın müdafiə naziri Hüseyn Dehqanın sözlərinə görə, ikinci raket həm yerdə, həm də hava daşıyıcılarda quraşdırıla bilər. (Trend) |
2014-02-11 | 8,706 | Postmodernizmin qıyıq gözlü Dalisi | Yazarlar da peyğəmbərlər kimi bəzən öz ölkələrində qəbul edilmirlər. Dünyanın bir çox məşhur yazarı heç də ilk yazısı və ya romanı ilə məşhurlaşmayıb. Hətta bu gün bütün dünyanın oxuduğu yazarların bir çoxu ilk əvvəl kimsənin diqqətini cəlb etməyib. Yaponiyandan olan məşhur yazıcı Haruki Murakami də belə yazarlardan biridir. Baxmayaraq ki, onu indi bütün dünya tanıyır və hətta "postmodernizmin qıyıq gözlü Dalisi" adlandırırlar, amma bir zamanalar kimsə onun fərqində deyildi. İndi isə dünyada məşhur olan yazar yazmağa başladığı andan etibarən həm də qaçışla məşğul olmağa başlayıb. Ümumiyyətlə, gündəlik həyatında ciddi nizama riayət edən yazar bunun vacib olduğunu qeyd edir. Beləliklə, Murakaminin bir gününü necə kecirdiyini təqdim edirik. 1.Yazmaq istərkən səhər saat 4-də qalxır və 5-6 saat işləyirəm. 2. Nahardan sonra on kilometr qaçıram, ya da min beş yüz metr üzürəm, bəzən hər ikisini edirəm. Sonra bir az oxuyub, bir az da musiqi dinləyirəm. 3. Axşam saat 20.00-da yatıram və bunu heç vaxt pozmamağa çalışıram. 4. Bu davamiyyət çox önəmlidir, çünki bir növ hipnozdur. Özümü hipnoz edə bilmək üçün bu davamiyyətə sadiq qalıram. |
2014-02-11 | 8,707 | Uşaqların qarşısında zürafəni parçaladılar – Şok/Video/16+ | Danimarkanın paytaxtı Kopenhagendəki zooparkda yer olmadığı üçün bir zürafəni uşaqların gözü qarşısında kəsərək aslanlara yem ediblər. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Zürafənin öldürülməməsi üçün zooparka göndərilən 20 mindən çox imza bir işə yaramayıb. Zooparkın səlahiyyətliləri hadisənin təhsil məqsədi ilə reallaşdırıldığını iddia ediblər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.