date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-14
9,017
Azərbaycan qadınları boşanmaya daha çox meyllidir
"Azərbaycanda boşanmaya daha çox qadınlar meyllidir". Bu sözləri erkən nikahlar üzündən gün-gündən artan boşanmalarda daha çox hansı tərəfin ayrılmağa meylli olmasıyla bağlı "Axar.az"ın sualını cavablandırarkən vəkil Rəşad Cəbrayılov bildirdi. Kişilərin haqlı qısqanclığı Vəkillər kollegiyasının üzvü, 12 saylı hüquq məsləhatxanasının vəkili, hüquqşünas Rəşad Cəbrayılov bu fikri təcrübəsinə əsaslanaraq söylədiyini bildirdi: "Mənim iştirak etdiyim məhkəmə proseslərində daha çox qadınlar boşanma ərizəsi ilə müraciət ediblər. Boşanma halına gəlib çatmanın səbəbləri müxtəlifdir. Elə ailə var ki, maddi cəhətdən hər cür təminatlı olduğu halda ərlə-arvadın "xasiyyətlərinin uyğun gəlməməsi" boşanmaya səbəb olur. Amma əksər hallarda ailələrdəki boşanma halları daha çox maddi yetərsizlikdən və gənc ailələrə böyüklərin mudaxiləsi nəticəsində baş verir. Belə ki, ailədə cüzi problem yaşananda hər iki tərəfin valideyninin mudaxiləsi "qarışqanın filə çevrilməsinə", nəhayət, ailənin dağılmasına səbəb olur. Digər səbəblərdən biri də insanların, əsasən da qadınların son zamanlarda sosial şəbəkələrdə fəallığıdır. Qadınların sosial şəbəkələrdə "görünməsini" həzm edə bilməyən kişilər var. Həm də bir-çox hallarda qadınların sosial şəbəkələrdəki "fəallığı" kişilərin haqlı qısqanclığı ilə müşahidə olunur. Bu fəallqların mentalitetə zidd olması, kifayət qədər sərbəst olmaları əsas götürülür". Boşanan qadınlar "tənha qadın" statusu alırlar Sosioloq Cavid İmamoglu da boşanma səbəblərinin çox olduğunu deyir: "Boşanan qadınlar "tənha qadın" statusu alırlar. Bu "tənhalıq statusu" onlara məişətdə heç bir üstünlük verməsə də, bir qədər azadlıq və sərbəstlik verir. Azərbaycanda qadınlar o zaman boşanmaya ilkin olaraq müraciət edir ki, o məişət zorakılığına məruz qalıb. Bu zorakılıqlar isə dözülməz hala gəldikdən sonra qadın boşanma üçün ərizə verir. Lakin cəmiyyətin də boşanmalara münasibəti birmənalı olmur. Bəzən qadınlara boşanmamaq üçün kənar müdaxilələr olur, mənəvi təziqlər edilir. Bu müdaxilələr bəzən ailədə boşanmanın qarşısını alsa da, gələcəkdə baş verəcək faciədən siğortalamır. Maddi sıxıntılar da boşanmaya səbəb olan başlıca amillərdəndir". Qadınlar daha dözmür… Psixoloq Dəyanət Rzayev boşanmaların sayının artmasında qadınların "fəallığını" heç də mənfi hal kimi qiymətləndirmir: "Qadınlar kişilərin zorakılığına, şiddətinə əvvəllər "eşidən-bilən nə deyər, qohumdan-əqrəbadan ayıbdır",- deyib dözürdüsə, indi bunu qəbul etmir. Hüquqlarının müdafiələrinə qalxır və zorakılığa, başa düşülməməzliyə etiraz olaraq boşanmaq üçün müraciət edirlər. Heç kəs səbəb olmadan ailəsinin dağılmasını istəməz..." Xatırladaq ki, rəsmi statistikaya görə, ötən il Azərbaycanda 86,9 min nikah və 11,7 min boşanma halı qeydə alınıb.
2014-02-14
9,018
"Hafka" öz qardaşını köhnə vəzifəsinə qaytardı
"Bakı" klubunda rəhbərlik səviyyəsində dəyişiklik baş verib. "Axar.az" xəbər verir ki, bir müddət əvvəl vəzifəsindən ayrılan Zeynal Məmmədov yenidən vitse-prezident postuna qayıdıb. Daha doğrusu, klubun sahibi Hafiz Məmmədov qardaşını yenidən köhnə posta qaytarıb. Bundan sonra klubdakı bütün təşkilati işlər Zeynal Məmmədovun nəzarətində olacaq.
2014-02-14
9,019
Mart qiyamında adı hallanan məşhur türkün qardaşı öldürüldü
Türkiyədə ötən əsrdə 90-cı illərində Azərbaycanda dövlət çevrilişi planının təşkilatçısı olaraq tanınan Fərman Dəmirkolun qardaşı öldürülüb. Coşqun Demirkol ötən gün baş verən silahlı insident nəticəsində qətlə yetirilib (Anspress). O, Türkiyənin hakim partiyası olan AKP-nin Beylikdüzü bələdiyyə məclisinin üzvlüyünə namizəd olub. Məlumata görə, hadisənin heç bir siyasi əsası yoxdur və iki tərəf arasında olan şəxsi münasibətlərdən qaynaqlanıb. Hadisə AKP seçki koordinasiya mərkəzinin qarşısında qeydə alınıb. Binadan çıxan C.Demirkol bələdiyyədə işləyən bir işçinin atası ilə mübahisə etməyə başlayıb. Mübahisə böyüdükdə isə adı açıqlanmayan şəxs silahını çıxararaq namizədi güllələyib. Bəzi məlumatlara görə, isə 54 yaşlı kişi küçədə birlikdə yaşadığı qadınla mübahisə edib. Binadan çıxan C.Demirkol onları ayırmaq istəyib. Nəticədə o kişinin silahından çıxan güllənin hədəfi olub. Xəstəxanaya çatdırılan Dəmirkol həkimlərin bütün səylərinə baxmayaraq keçinib. Hadisə yerindən maşınla qaçan şəxs polis tərəfindən saxlanılıb.
2014-02-14
9,020
Azərbaycanı hədələyən terror təşkilatları – Təfərrüat
Yanvarın 28-də "Meşə qardaşları" və "Ceyşullah" terror təşkilatları Azərbaycana qarşı cihad elan etdi. Daha sonra müxtəlif güc birləşmələrinin rəhbərliklərindən həmin təşkilatlara qarşı sərt xəbərdarlıq gəldi. Fevralın 13-də Bakıda iki, Biləsuvarda isə 1 partlayış nəticəsində 4 insanın həyatını itirməsi və 6 nəfərin yaralanması terakt şübhələrini meydana çıxardı və əlbəttə ki, "Meşə qardaşları" və "Ceyşullah" bir daha gündəmə gəldi. "Meşə qardaşları" və "Cehşullah"çılar kimlərdir? Azərbaycanda fəaliyyətləri varmı və nədən ibarətdir? "Axar.az" Azərbaycanı hədələyən bu iki təşkilat, onların fəaliyyəti haqqında informasiyanı təqdim edir. "Meşə qardaşları" terror təşkilatı "Meşə Qardaşları" "Dərbənd camaatı" və ya "Cənub Qruplaşması" adı ilə də tanınır. O, Dağıstanın cənubunda, əsasən də Dərbənd, Tabasaran, Məhərrəmkənd ərazisində və Azərbaycanın şimalında fəaliyyət göstərən gizli terrorçu qruplaşmadır. Əsas fəaliyyət istiqamətləri hüquq mühafizə orqanlarına hücum etmək, terror aktları təşkil etmək və vəhabiliyin təbliğatı ilə məşğul olan ədəbiyyat yaymaqdan ibarətdir. İlk dəfə Azərbaycanda "Meşə qardaşları"na qarşı 2007-ci ildə əməliyyat keçirilib. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi bu əməliyyat zamanı dəstənin 17 üzvü, o cümlədən liderlərindən biri - "Əbu Cəfər" ləqəbli Naif Əbdul Kərim Əl-Bədəvi həbs edilib. Daha sonra dəstənin başqa bir lideri - "Əbdülməcid" ləqəbli İlqar Mollaçıyev yenidən "Meşə qardaşları"nı Azərbaycanda aktivləşdirməyə cəhd göstərib. İlqar Mollaçıyevin yenidən aktivləşdirdiyi təşkilatın planına görə, iki camaatlıq yaradılmalıydı. Bunlar isə "Sumqayıt camaatı", "Quba və Qusar camaatı" olmalı idilər. Hər iki camaatlıq təşkilat üçün fərqli istiqamətlərdə fəaliyyət göstərirdilər. Belə ki, birinci qrup ikincilər üçün Bakı şəhərində qarətlər həyata keçirməli, pul toplamalı idi. Bunun da nəticəsi idi ki, MTN-nin növbəti əməliyyatı zamanı Quba və Qusar ərazisində bu terror təşkilatına aid 12 xüsusi blindaj və mağara, ərzaq ehtiyyatı, müxtəlif silah sursat aşkar edilmişdi. Azərbaycandakı ən səs-küylü terakt "Meşə qardaşları"nın ölkəmizdə törətdiyi ən səsli-küylü terror hadisəsi Əbu-Bəkr məscidinə edilən hücumdur. 2008-ci ilin 17 avqustunda reallaşdıran hücum zamanı 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. Terroru həyata keçirən şəxsin məsciddə insanların namaz qıldığı vaxt buraya qumbara atması xəsarət alanların sayının çox olmasına səbəb olub. Terror təşkilatının liderləri Dediyimiz kimi, "Meşə qardaşları" terror təşkilatına 2007-2008-ci illərdə "Əbdül-Məcid" ləqəbli Zaqatalada doğulmuş, milliyətcə azərbaycanlı olan İlqar Mollaçiyev rəhbərlik etmişdi. 2007-ci ilin sentyabrında çeçen səhra komandiri Rəppani Xəlilovun öldürülməsindən sonra o, "Dağıstan Əmiri" təyin olundu. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, İlqar Mollaçiyev hər iki Çeçen Müharibəsində iştirak etmiş, döyüş hazırlığını isə məşhur səhra komandirləri Xəttab və Əbu əl-Validin dəstələrində keçmişdir. Mollaçiyevin 2008-ci ilin sentyabrında ölümündən sonra Vəlicanov İsrafil Hacı oğlu terror təşkilatına rəhbərlik edir. "Ceyşullah" terror təşkilatı Bu terror təşkilatı barədə məlumatlar kifayət qədər azdır. "Meşə qardaşları"ndan fərqli olaraq, bu təşkilatın ölkə üçün o qədər də mühüm təhlükəsi hələ sezilməyib. Məlumatın azlığı onların nə zaman yaranması haqqında da bəzi mübahisələrə gətirib çıxarır. Bəzi mənbələr həmin təşkilatın 1987, bəziləri isə 1992-1995-ci illər arasında yaradıldığını söyləyir. Dəqiq olan tək fakt isə onun Türkiyə ərazisində yaranmasıyla əlaqədardır. "Ceyşullah" terror təşkilatı "Hizbullah"la əlaqələndirilir və hətta onun bir qolu adlandırılır. Əslində isə hər iki terror təşkilatının istiqaməti tam əks yönləri əhatə edir. "Hizbullah" terror təşkilatı şiələrə, "Ceyşullah" isə sələfilərə aid edilir. Məhz bu iki əksqütblü təşkilatların bir yerdə fəaliyyət göstərməsi heç də inandırıcı görünmür. "Ceyşullah"ın əsas məqsədi müxtəlif idarələrə, xüsusən iqtidar nümayəndələrinə qarşı sui-qəsdlər təşkil edərək onlar vasitəsiylə ölkədə xaos yaratmaqdır. Bunun nəticəsində isə terror təşkilatı teokratik bir dövlət qurmağa çalışır. Təşkilata qarşı 1995-1999-cu illər arasında türkiyədə əməliyyat keçirilib, MİT tərəfindən onun üzvləri həbs edildi. Həbs olunan terrorçuların etirafları zamanı bu terror təşkilatının əsas maliyyə mənbəyinin haradan gəldiyi bəlli oldu. "Ceyşullah" üzvlərinin etiraflarında nəzəri təlimləri Səudiyyə Ərəbistanında, hərbi hazırlıqlarını isə Əfqanıstanda aldıqları ortaya çıxmışdı. Etibar Erkinin qətlində "Ceyşullah"çılar "Ceyşullah" 1999-cu ilin yanvarında iki oğlu ilə birlikdə Bayıldakı evindən ölü tapılan Azərbaycan Xalq Biliciləri və Ekstrasenslər İttifaqının mərhum rəhbəri Etibar Erkinin qətlindən sonra məşhurlaşıb. Ekstrasensi öldürən şəxs "Ceyşullah"ın üzvü olub və o, E.Erkini guya şeytani əməllərlə məşğul olduğu üçün öldürdüyünü açıqlayıb.
2014-02-14
9,021
Vəhabilər jurnalistlərimizi ölümlə hədələdi - Foto
Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi dindarlar Azərbaycanın jurnalistləri əleyhinə kampaniyaya başlayıblar. Jurnalistlər arasında "APA Holding"in iki əməkdaşı da var. Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi dindarlar Azərbaycanın jurnalistlərinə qarşı kampaniyaya başlayıblar. "Axar.az" APA-ya istinadən xəbər verir ki, radikal dini təriqətin üzvü olduğu ehtimal olunan həmin şəxslər Feysbukda APA-nın əməkdaşı Hafiz Heydərov və "Kulis.az" saytının baş redaktoru Qan Turalı barəsində təhdidlərin yer aldığı statuslar və şərhlər yazırlar. Dindarlar həmçinin sosial şəbəkələrdə Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar yayan Hafiz Heydərovun ünvanına da nalayiq ifadələr işlədiblər. Onlar iddia edirlər ki, guya H. Heydərov Feysbukda başqa adlarla qeydiyyatdan keçərək onlardan Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar toplayır. Dindarlar hamını bu jurnalistdən ehtiyat etməyə çağırıb. Sosial şəbəkələrdə radikal dindarların hədəfinə çevrilən daha bir jurnalist isə Qan Turalıdır. Radikallar Qan Turalını İslamın düşməni adlandıraraq, onun bir neçə il əvvəl qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının davamçısı olduğunu bildirirlər. Jurnalistin fotolarını paylaşan şəxslər bütün dindarlara onu tanımağı məsləhət görüblər: "Bu adam Rafiq Tağının davamçısı və İslamın düşmənidir. Bakıda yaşayır. Düşmənlərimizi tanıyaq".
2014-02-14
9,022
Kürdəmirdə gəncin intihar anı – Video/16+
Bir neçə gün öncə Kürdəmir rayonunda sevdiyi qıza görə özünü qüllədən atan 19 yaşlı Azad Şıxaliyevin intihar anı yayılıb. "Axar.az" təxminən 30-35 metr hündürlüyü olan müşahidə qülləsindən özünü atan gəncin intihar anının videosunu təqdim edir.
2014-02-14
9,023
FHN Fransa səfirliyini belə xilas etdi
Fransanın Azərbaycandakı səfirliyinin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 7 ünvanında yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. Təlim saat 15.00-da başlayıb. "Publika.az"ın tədbirdə olan əməkdaşının verdiyi məlumata görə, təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanmasıdır. Eyni zamanda, bununala FHN-nin xilasetmə və yanğınsöndürmə bölmələrinin diplomatik nümayəndəliklər yerləşən, nəqliyyatın sıx olduğu ərazilərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya üçün peşəkarlığı da artırılır. Fransanın Azərbaycandakı səfiri Maskal Mönye təlimdən razı qaldığını deyib: "Bu təlimdən sonra bir daha əmin oldum ki, bu cür hadisə baş verərsə, özümü tam təhlükəsizlikdə hiss edə biləcəm. Bu sahə Azərbaycanda çox inkişaf edib. Ümumiyyətlə, deyə bilərəm ki, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən çox razı qaldım".
2014-02-14
9,024
Soçidə şok - Sınıq ayaqla olimpiya çempionu oldu
Polşalı Yustina Kovalçik Soçidə klassik üslubla 10 kilometrədək xizəksürmə yarışında 2014-cü il Olimpiadasının qızıl medalına layiq görülərək ikiqat Olimpiya çempionu olub. "Axar.az" xəbər verir ki, Yustina pəncə sümüklərinin sındığına baxmayaraq, Soçidə çıxışlarını davam etdirəcəyini bildirib. Olimpiadanın qalibi məsafəni 28 dəqiqə 17,8 saniyə ərzində qət edib. Y.Kovalçik yarışdan qabaq "facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi rentgen şəklinin altında belə yazıb: "Bu mənim pəncəmin rentgen şəklidir. Çoxşaxəli sınıq. Narahat olmayın, yürüşü davam etdirəcəm". Qeyd edək ki, Y.Kovalçik hələ İtaliyanın Santa-Katerina şəhərində keçirilən məşqlər zamanı ayağını zədələmişdi. Məşqçisi Aleksandr Veretelnıya dediyi sözlər yustinanın necə möhkəm xarakterli idmançı olduğunu göstərir: "Dünya kubokunda otuzuncu yeri tutmaq üçün çox ağır məşq etmək lazımdır. Mən otuzuncu yeri tutmaq istəmirəm, buna görə də bir az da ağır məşq edib yuxarı yeri tutacam".
2014-02-14
9,025
Baş prokuror vətəndaşlarla görüşdü
Baş prokuror Zakir Qaralov bu gün İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. "Axar.az" Baş Prokurorluğun rəsmi saytına istinadən xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib. Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 50-yə yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib. Gün ərzində Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilib. Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.
2014-02-14
9,026
Partlayışda zərər görən restoranın sahibi danışdı - Foto
"Bu işdə günahkar birmənalı olaraq Azəriqazdır". Bu sözləri "Axar.az"a fevralın 13-də "Azadlıq prospekti" metro-stansiyasının yaxınlığında partlayan obyektlə yanaşı yerləşən "Şahənşah" restoranının sahibi Rəşid Süleymanov dedi. "Mənə 47 mindən çox ziyan dəyib" Restoran sahibi bildirdi ki, partlayış nəticəsində restorana 47 min manatdan çox ziyan dəyib: "Partlayışdan sonra orada Fövqəladə Hallar Nazirliyindən, Binəqədi rayon Prokurorluğundan əməkdaşlar var idi. Mən də dedim ki, qardaş, mənə də ziyan dəyib, xahiş edirəm, ölçü götürün. Şikayətçi olduğumu bildirdim. Bununla yanaşı, özüm obyektin videosunu, fotosunu çəkmişəm. Və mənə dəyən ziyani hesablamışam. Haradasa, 47 min manatdan çox ziyan dəyib obyektə". Obyektin sahibi üzə çıxmır Rəşid Süleymanov partlayan obyektin sahibi ilə hər hansı bir razılaşmaya cəhd edib-etmədiyi sualına da cavab verdi: "Deyirlər ki, tikilinin sahibi Binəqədi rayonunun keçmiş icra başçısı Alı Qocayevdir. Ancaq burada "Körpüsalan Xəlil" deyə biri var idi, o tikdirirdi obyekti. Sonradan yarımçıq qaldı. Sözün açığı, onu heç tanımırdım. Mən də o vaxt elə eşitmişdim. İndi sahibi bəlli deyil obyektin, özü ortaya çıxmır, obyekti ortalıqda qalıb". "Yeganə günahkar Azəriqazdır" Partlayışdan kimin məsuliyyət daşıdığına dair sualımıza restoran sahibi "Azəriqaz"ı suçlu gördüyünü bildirdi: "Partlayan obyektin kimin olmasından asılı olmayaraq, bu işdə günahkar Azəriqazdır. Yerin altı ilə boruları aparıb. Sızırdı. Nəticədə partladı. Ancaq yenə də sızır. İki gündür hələ də buradan qaz qoxusu gəlir". "Gələn həftə Bakı şəhər prokurorluğuna şikayət edəcəm" Restoran sahibi həmçinin bildirdi ki, Azəriqazdan şikayətçi olacaq: "İş artıq Binəqədi Rayon Prokurorluğundan Bakı Şəhər Prokuroluğuna verilib. Gələn həftə mənə dəyən ziyanın ödənilməsi ilə bağlı Bakı Şəhər Prokurorluğuna şikayət edəcəyəm". Xatırladaq ki, "Şahənşah" bir müddət əvvəl istifadəyə verilmiş yeni şadlıq evidir və təqdimat mərasimi yenicə keçirilmişdi. Fevralın 13-də Binəqədi rayon, S.S.Axundov küçəsindəki 600 kv.m sahəsi olan yarımçıq tikilinin partlaması nəticəsində 4 nəfər yaralanıb, ətraf binalardan isə ən çox ziyan görən "Şahənşah" şadlıq sarayıdır.
2014-02-14
9,027
Şahin Diniyev: “O, ana söyüşü işlədib”
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 21-ci turunun "Simurq" - "İnter" oyunu zamanı qalmaqal yaşanıb. Qalmaqalın səbəbkarı kimi "İnter"in futbolçusu Cosqun Diniyev göstərilmişdi. Belə ki, baş hakim Rəşad Əhmədov matçın 84-cü dəqiqəsində meydan sahiblərinin qapısına penalti təyin edib. 11 metrlik nöqtəyə yaxınlaşan Diniyev qol vurduqdan sonra tribunaya tərəf qaçaraq, azarkeşlərdən birinə əli ilə "sakit olmağı" tapşırıb. Azarkeşlər Coşqun Diniyevin tərbiyəsiz jest etdiyini düşünərək meydana axışıblar. Qeyd edək ki, Coşqun Diniyev millinin keçmiş baş məşqçisi Şahin Diniyevin oğludur. Baş verən olaya Şahin Diniyevin münasibətini öyrənməyə çalışdıq. Publika.Az-a açıqlama verən təcrübəli mütəxəssis Coşqunun azarkeşlərə yox, onu söyən "Simurq"un məşqçisinə qarşı barmaq hərəkəti göstərdiyini bildirdi: "Burada azarkeş söhbəti olmayıb. Sadəcə, şişirdilmiş bir məsələdir. Bunları sizə bir ata kimi demirəm, hadisə belə olub. "Simurq"un uşaq futbolunda Vaqif adlı məşqçisi Coşqunu oyun boyu söyüb, təhqir edib. O da kənarda olub, azarkeşlərin içərisində olmayıb. Yəqin ki, Coşqun yaxşı oynayırmış deyə ona psixoloji təsir göstərmək istəyib. Bu barədə oyunun hakimlərindən də soruşa bilərsiniz. Özünüz də biləcəksiniz ki, məsələ nə yerdədir. Coşqun 84-cü dəqiqədə qol vurduqdan sonra əli ilə Vaqif adlı həmin məşqçiyə "sus" işarəsi edib. Yenə deyirəm, bu hərəkəti azarkeşlərə yox, Vaqif adlı məşqçiyə edib. Bununla da, "bəsdir, söymə" demək istəyib. Bu olay mətbuatda da şişirdildi, sonra yazdılar ki, elə yox, belə olub. Daha sonra futbolçular arasında dava düşüb. O da Coşqunun üstündə olmayıb. Coşquna barmağı ilə göstərdiyi jestə görə ikinci sarı vərəqə verilir. Bir sarı vərəqə öncə alıbmış. Bunun hamısının sübutu raportda da yazılıb. Bu barədə istəsəniz "Simurq"un məşqçilər korpusundan da soruş bilərsiniz. Onlar da mən deyəni deyəcəklər. Oyunun görüntüləri də artıq yayılıb, ona da baxa bilərsiniz". Şahin Diniyev bu barədə oğlu ilə danışdığlını da bildirdi: "Dünən məsələ ilə bağlı tam məlumatım yox idi. Komanda da bu gün səhər Bakıda olub. Coşqun heç vaxt mənə yalan danışmaz. Məsələ necə olub hamısını danışdı. Bundan əlavə o gələnə qədər mən özüm də hadisəni araşdırmışdım. Hər iki tərəfin mövqeyini öyrənmişdim. Coşqunun tək səhvi belə jest etməsi olub. Meydançada olduğu müddətdə dözməli idi. Düzdür, insanın da səbrinin həddi var. Özünün də mənə dediyinə görə, Vaqif adlı məşqçi ona söyməyə davam edib. Açığını desək, "Simurq"un həmin məşqçisi Coşquna valideyn söyüşü söyüb. Bilirsiniz ki, onun anası rəhmətə gedib. Ana söyüşü işlədib, Coşqun da dözə bilməyib və sadəcə əli ilə elə jest edib. Düzdür, mən oğlumun tərəfini saxlamıram, bu hərəkəti etməməli idi. Başa düşə bilmirəm, elə insanlar futbolda necə məşqçi işləyirlər? Onları futboldan uzaq saxlamaq lazımdır. Əgər Coşqun azarkeşlərə qarşı pis hərəkət etmiş olsaydı ona 5-6 oyunluq cəza verərdilər. İndi güman ki, bir oyun buraxmalı olacaq. Mənim oğlum elə tərbiyəsizliyi etməz".
2014-02-14
9,028
Tanınmış xanım jurnalistin əmisi oğlu Suriyada öldürülüb
"Vəhabilər məsələsində ehtiyatlı olmalıyıq. Orda öldürülənlərin çoxu bizim Azərbaycandan gedənlərdir". Bu sözləri "BayMedia"ya tanınmış jurnalist Nigar Börək bildirib. "Azərbaycan mediası vəhabilər məsələsində diqqətli olmalı və onların oyuna gedəcək xəbərlər yayılmamalıdır. Biz bu yolla təriqətə xidmət edənləri Suriyaya getmələrini həvəsləndirə bilərik. Onların oyunlarına getməməliyik. Maarifləndirici işləri gücləndirmək lazımdır",- deyən jurnalist bu günlərdə əmisi oğlunun Suriyada öldürülməsində və ora necə aparılmasından danışdı: "Əmim oğlu Fariz Abdullayev Suriyaya aldadılıb gedənlərdən idi. Anası onu əzab əziyyətlə böyütmüşdü. Fariz 10 yaşından atasız qalmışdı. Əsgərliyini Tərtərdə düşmənlə üz-üzə cəbhədə keçirmişdi. Çox vətənpərvər, sakit və mədəni oğlan idi. Buna görə də onların oyunlarının qurbanı oldu. Xüsusilə, vəhabilər belə gənclərdən istifadə edirlər və öz oyunlarına salırlar. Sonradan qayıtmaq istəsələr belə, geri qayıda bilmirlər. O, Türkiyədə İzmirdə bir kürd ailəsinin evində qaldıqdan sonra, oradan da Suriyaya gedib. Əvvəlcə, anasına deyirmiş ki, mən Türkiyədəyəm. Sonradan bacısı ilə skypla danışanda sonra, onu hərbi formada görüb. Ondan sonra bilib ki, Suriyadadır. Onun ölüm xəbərini bacısının telefonuna mesaj olaraq yazıblar: "oğlunuz Allah yolunda şəhid oldu" sözünü və bir də ölüm şəkilini göndəriblər. Bu, ailə üçün çox dəhşətli hadisədir və hələ də ailə bu acını yaşayır",- deyə Nigar xanım əlavə edib.
2014-02-14
9,029
Yuşşenko zəhərlənməsindən yazdı: "O lənətə gəlmiş aş"
Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko memuarlardan ibarət kitabının çapına hazırlaşır. "Axar.az" Ukrayna mediasına istinadən xəbər verir ki, "Dövlətdən kənar sirlər" adlanacaq nəşrin satışına martın əvvəlində başlanılacaq. Kitab 500 yazılı və 64 foto-arxiv səhifələrdən ibarətdir. Bu barədə kitabın çapını öz üzərinə götürmüş "Folio" nəşr evinin baş direktoru Aleksandr Krasovitski məlumat verib. Kitab 3 min tirajla buraxılacaq, satış qiyməti 100-150 Ukrayna qriveni olacaq. Yuşşenko kitabla bağlı artıq kiçik anons da verib. O, zəhərlənməsi barədə memurlarında yazır: "Stolun üstünə salatlar qoyulmuşdu. Sonra isti yeməklər gətirdilər və budur, lənət gəlmiş həmin aşı gətirirlər. Aşı tək böyük qabda deyil, porsiyalar şəkilində payladılar. Əminəm ki, zəhəri məhz həmin aşın içərisinə vurmuşdular". Yuşşenko bildirib ki, zəhərlənməsi olayı Ukraynanın Xüsusi Kəşfiyyat Orqanı rəhbərinin keçmiş müavini Vladimir Saçyukun bağında cərəyan edib. Keçmiş prezident əminlik ifadə edib ki, onun zəhərlənməsinə göstəriş verənlərin adlarını bilir: "Saçyuk və digərləri sadəcə, icraçıydılar. Hazırda onlar Ukrayna sərhədləri kənarındadı. Hər dəfə jurnalistlər məndən soruşanda ki, sizi zəhərləyənin kimliyini bilirsinizmi, cavab verirəm: - Bəli, bilirəm. O da bilir, mən də bilirəm". Viktor Yuşşenko Ukraynada cərəyan edən hadisələrə, Yanukoviç-Timoşenko siyasi qarşıdurmasına da kitabında yer ayırıb. Xatırladaq ki, birinci Maydan hadisələri zamanı Yüşşenkonun xalqın etimadını qazandığını görən siyasi rəqibləri onun zəhərlənməsinə qərar vermişdilər. Ukrayna təhlilçiləri əminliklə həmin "əllər"in Kremldən uzandığını vurğulayırdılar. Maraqlıdır, Yeşşenkonun "O da bilir, mən də bilirəm" dediyi şəxs kimdir?
2014-02-14
9,030
Vəhabilərin 4 jurnalisti hədələməsinə DİN-dən reaksiya
Sadiq Gözəlov: "Vətəndaşın təhlükəsizliyi dövlət tərəfindən qorunur" Vəhabilərin Azərbaycanın dörd tanınmış jurnalistini ölümlə təhdid etmələrinə Daxili İşlər Nazirliyindən reaksiya verilib. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov musavat.com-a açıqlamasında bildirib ki, onda adıçəkilən jurnalistlərin hədələndiyi barədə məlumat yoxdur. Əgər hansısa jurnalist özünə təhlükə görürsə, Daxili İşlər Nazirliyinə müraciət eləsin: "Vətəndaşın təhlükəsizliyi dövlət tərəfindən qorunur. Əgər vətəndaş təhlükəsizliyinə hansısa problem görürsə, təhlükəsizliyinə təminat istəyirsə, müraciət edir və müraciətə uyğun olaraq da müvafiq tədbir görülür". Xatırladaq ki, fevralın 14-də Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi radikal vəhabi təriqətinin üzvü olan dindarlar facebookda Azərbaycanın dörd jurnalistini - ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevi, şirkətin vitse-prezidenti Mirşahin Ağayevi, APA-nın əməkdaşı Hafiz Heydərovu və "APA Holding"a daxil olan "Kulis.az" saytının baş redaktoru Qan Turalını hədələyərək təhdid ediblər. Onlar öz facebook səhifələrində ANS televiziyasında son vaxtlar Suriyada döyüşən azərbaycanlılarla bağlı yanlış informasiyalar verildiyini əsas gətirərək Vahid Mustafayev və Mirşahin Ağayevin ünvanına təhqir və tənqidlər səsləndirirlər. Həmçinin sosial şəbəkələrdə Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar yayan APA İnformasiya Agentliyinin əməkdaşı Hafiz Heydərovun ünvanına da nalayiq ifadələr işlədiblər. Radikallar Qan Turalını İslamın düşməni adlandıraraq, onun bir neçə il əvvəl qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının davamçısı olduğunu bildiriblər. Jurnalistin fotolarını paylaşan şəxslər bütün dindarlara onu tanımağı məsləhət görüblər: "Bu adam Rafiq Tağının davamçısı və İslamın düşmənidir. Bakıda yaşayır. Düşmənlərimizi tanıyaq".
2014-02-14
9,031
Qadını anladan ən təsirli reklam çarxı - Video
"Schwarzkopf" Valentin gününə həsr olunmuş reklam çarxı çəkib. Bu çarx dünyanın bütün qadınlarına həsr olunmuş ən təsirli reklam hesab olunur. "Axar.az" həmin reklam çarxını təqdim edir :
2014-02-14
9,032
Jirinovskidən axmaq qanun layihəsi: “İki Olimpiada və rədd ol”
Vladimir Jirinovskinin sədri olduğu Rusiya Liberal Demokrat Partiyası (RLDP) idmançıların olimpiadalarda iştirakı ilə bağlı yenin qanun layihəsi hazırlayacaq. "Axar.az" xəbər verir ki, buna səbəb fiqurlu konkisürmə yarşılarının sərbəst proqramında rusiyalı idmançı Yevgeni Plyuşenkonun yarışdan imtina etməsi olub. Bu yarışda Rusiyanın yeganə təmsilçisi Plyuşenko buz üzərinə çıxmazdan əvvəl zədələnərək mübarizədən imtina edib və karyerasını bitirdiyini bildirib. İdmançının bu addımı Rusiya ictimaiyyəti arasında müzakirələrə yol açıb. Jirinovskinin partiyası bu hadisədən sonra yeni qanun layihəsinə ehtiyac olduğunu bildirib. Qalmaqallı siyasətçi fikirini belə əsaslandırıb: "Hazırlayacağımız qanuna əsasən bir idmançı 2-dən artıq olimpiadada iştirak edə bilməz. İki Olimpiada və rədd ol. Qoy bundan sonra gənclər irəli getsin. Biz xəbərdarlıq etmişdik ki, hansısa Plyuşenko Olimpiadaya göndərilməməlidi. Ona əhsən! Çox şey edib. Amma onun zədəsi var. Hanı həkimlər? Onların hamısını qovmaq lazımdı. Plyuşenko əlildi". Jirinovski bildirib ki, onun partiyasi Rusiya fiqurlu konkisürmə federasiyasının prezidenti Aleksandra Qorşkovanın da istefasını tələb edəcək.
2014-02-14
9,033
Bu əti it yeməz, bizə yedizdirirlər - Foto
Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı antisanitar vəziyyətdə saxlanılan 10 tondan çox ət araşdırılarkən dəhşətli faktlar üzə çıxıb. Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı antisanitar vəziyyətdə saxlanılan 10 tondan çox ət araşdırılarkən dəhşətli faktlar üzə çıxıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, insan sağlamlığına təhlükəli olan ətlər Bərdə rayonunda tapılıb. Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəisi Yolçu Xanvəlinin ANS PRESS-ə verilən məlumata görə, tapılan ətin içərisində mal, qoyun və digər heyvanlara məxsus ətlər var. Həmin məhsullar insan orqanizmi üçün olduqca təhlükəlidir. Dəhşət burasındadır ki, həmin ətlərin içərisində 2 ildən artıq kəsilmiş heyvanlar və murdar olan heyvanalrın ətləri də var. "Seyfəddin Novruzov bu ətləri satış məqsədi üçün saxlayırdı. Onun sözlərinə görə, bazara çıxara bilmədiyi üçün ətləri soyuducuda saxlayırmış hazırda reydlərimiz davam edir. Tapılan ət məhv ediləcək", - deyə Yolçu Xanvəli bildirib. Həmin fotoları təqdim edirik.
2014-02-14
9,034
İlham Əliyev serbiyalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Serbiya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm". (Trend)
2014-02-14
9,035
ARDNŞ 20 min gürcünü qazla təmin edəcək
"SOCAR Energy Geprgia"nın törəmə şirkəti olan "SOCAR Georgia Gas" 2014-cü ilin sonunadək Gürcüstanda 750 kilometrlik qaz kəməri çəkəcək və 22 min yeni abonenti qazla təmin edəcək. "Axar.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yaydığı xəbərdə deyilir. "SOCAR Energy Geprgia" ARDNŞ-nin Gürcüstandakı maraqlarını təmsil edir. "SOCAR Georgia Gas" şirkəti 2013-cü ildə Gürcüstanda 1179 kilometrlik yeni qaz kəməri çəkib və 37500 abonenti təbii qazla təmin edib. Məlumata görə, "SOCAR Georgia Gas" 2009-cu ildən Gürcüstanda 4 min kilometrlik qaz kəməri çəkib və 188 mindən çox abonenti təbii qazla təmin edib.
2014-02-14
9,036
Azərbaycanın Mədəniyyət Konsepsiyası təsdiq edildi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası" təsdiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramlarının layihələrini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Hökumət, həmçinin Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. (AzərTac)
2014-02-14
9,037
Yol - xüsusi isim
Kamal Abdullanın "Yol-xüsusi isim" məqaləsini təqdim edirik. Bir dəfə yazmışdım: "Yol" mənim üçün xüsusi isimdir. Bununla demək istəməmişdim ki, gör mən Yolu necə gözəl sevirəm. Yox, əslində, Yol məni üzən bir reallıqdır. Yola düşənədək min bir əzab içində oluram, az qala dərd çəkirəm. Yola düşmək çətin olur, qıvrılıram,, vaysılanıram, daha hansı bicliklərə əl atmıram ki, Yol məni çəkib aparmasın. Olmayanda olmur, bir də görürsən yolçuya dönmüsən, gedirsən. Hara? Niyə? Nə üçün? Bizə elə gəlir ki, biz bunun cavabını bilirik. Əslində, bilmirik, bunu bilmək nəsibimiz deyil. Nə yaxşı ki, deyil. Əslində, təkcə Yol yox, cavabını bilmədiyimiz mətləblərin hamısı bizim üçün xüsusi isim olmalıdı. Ruhunda Yol məzmununu daşımayan mətn yoxdur. Məncə, belə bir mətn ola bilməz. Yol barədə olsa da, yollçuluqdan bəhs və nəql etsə də, etməsə də. Mətn də adam kimi yol gedir, yaxud yol ilə gedir. Sən mətni anlamaq üçün ilk öncə onun getdiyi yolu anlamalısan. Ya mətn səni yola gətirir, ya da yol səni mətnə. Nəriman Əbdürrəhmanlının "Yolçu" adlı romanı məni Yolun başlanğıcına gətirdi, sonra da Yolun içinə saldı. Və mən gördüm ki, Yol özü mənə tərəf gəlir. Yol mənə tərəf gələ-gələ çox mətləbləri mənə əyan etdi və çox vaqeləri mənə göstərdi.Yol məni ağuşuna aldı və balaca, yeniyetmə, gənc, cavan, yaşlı, ahıl, qoca Yusifin arxasınca düşüb mən də 18-ci əsrin bir ucundan vurub o biri ucundan çıxdım. Nəriman Əbdürrəhmanının "Yolçu" romanı, məncə, Azərbaycan ədəbiyyatının fəxrediləsi bir romanıdır. Ağır romandır. Mətnlə işləyənlər (mətndən danışanlar yox, mətnlə işləyənlər!) bilir, mən nə demək istəyirəm. Mən ikinci belə bir roman tanımıram ki, yol ilə yolçu bu qədərinə bir-birinə qaynayıb-qarışmış olsun. Bu roman kiçik miniatürlərin mozaik birləşməsindən çağlayan möhtəşəm şəlalə kimidir. Nəhəng həcminə baxmayaraq zərif bir kəpənək kimidir. Mən bu romanı həm beynimlə oxudum, həm qəlbimlə. Əsl oxucular (oxuyucular yox!) bilir bu nə deməkdir. Bu ağırlığında mətndə bir-birini inkar edən, ən uzaqda belə dursa, bir-birilə uyuşmayan söz, cümlə, mətləb, xətt, demək olar ki, yoxdur. Necə Nəriman buna nail olub – bilmirəm. Böyük ədəbi hünərdir. Dili, cümləni, sözü hiss etməyin ən yaxşı nümunəsi elə budur. Nəfəs bütövlüyü elə budur. Beynim mənə oxuduqca deyirdi ki, sən düz yoldasan, narahat olmağa dəyməz, hər şey yerli-yerindədir, mətn üçün təhlükəli heç nə yoxdur, gözüyumulu da gedə bilərsən bu yolu – arxayın ol, ayağın daşa dəyməyəcək. Qəlbim isə deyirdi, öz uşaqlığından ayrılmış bu qoca, nəhayət, o bakirəliyin, röyanın, ruhun vətəninə geri dönüb qayıda biləcəkmi, öz ilk məhəbbətini görə biləcəkmi? "Ol zamanlar"da axı bir şəhərdən çıxıb başqa şəhərə getmək, əslində, ömürlük vidalaşma demək idi. Tiflis, Şeyx Sənanların Tiflisi uzun onillərdən sonra yerin təkindəki xəyallar aləmindən çıxıb bir daha onun gözlərinə həqiqətlər aləmində görükəcəkmi? Səhifədən səhifəyə qəlbim çırpınırdı, bir istəyirdim, səhifələri on-on, beş-beş çevirib mətləbdən, yəni yoldan kənara çıxım, sualıma tez-tələsik cavab tapım, amma səhifənin cazibəsi məni özündən belə süni şəkildə aralanmağa qoymurdu. Bu roman rəngli televizorun göstərdiyi, səni qıcıqlandırmayan, "niyə belə yox, belə oldu?" dedirtməyən bir romandır. "Kiçik" nəsrdə bunu Şahmar etmişdi, "böyük" nəsrdə Süleyman Rəhimov etmişdi, İsa Hüseynov edir… Mətn ki, dedin, ilk olaraq yada dil düşür. Roman dili bu gün hamının yaralı yeridi. Bilən də danışır bu barədə, bilməyən də. Bilməyən daha bərkdən danışır. "Yolçu"da dil elə şəhdi-şövqlə axıb gedir ki, müəllifin hansısa məqamda hansısa sözü axtarmasına inanmırsan, söz burada öz-özünə zühur edib öz-özünə mətnin içinə girmiş kimidir. O, müəllifin saldığı yolla gəlir, yol sözü ahənrubə kimi özünə çəkir. Sonra daha qəribə hadisə baş verir. Sonra söz səni dəmir qəfəsə salır və təsvir etdiyi dövrün cazibəsindən buraxmır. Cümlənin gözəlliyinə baxın: "Yüngül yaz dumanı get-gedə dağılır, günəş dağları, elə bil, sonsuzluğun içindən çəkib çıxarırdı." Flober nahaqdan demirdi ki, cümləni mətnə daxil etməzdən əvvəl, onu ayrıca yazmaq lazımdır. Əgər o gözə də xoş görünürsə, o zaman o cümləni işlətmək olar. Orta əsr tarixçi və təzkirəçilərinin, salnaməçilərinin təbiət, əxlaq, xasiyyət və dil cazibəsi romana elə hopub ki, və bu üslub ədası, dil təşəxxüsü müəllif tərəfindən elə incə bir ustalıqla romanın toxumasına daxil edilib ki, Firəngistanda da, Türkiyədə də, İranda, Azərbaycanda və Gürcüstanda da o səni əsas məqsəddən (Yoldan) yayındırmır. Parisdə onu fransız ahəngi, İstanbulda türk ahəngi, İranda fars və Azərbaycan intonasiyası ilə qəbul edirsən. Müəllifi nə qədər axtarırsan bu romanın içində axtara bilərsən, sən onu tapmayacaqsan. Sən onu roman personajlarının genetik şəcərəsini özündə yaşadan uzun və dərin keçmişə aparan adlar labirintində itirəcək, Parisin Bulon meşəsində (bilmirəm bu meşənin o zamankı adı Bulon meşəsi idi, ya başqa cür adlanırdı) tapdığını sanacaqsan, olmayacaq, İstanbulun dəniz limanının girəcəyindəki yelkənlərini qaldırmaq istəyən gəmiyə minən yerdə yenə də onu, elə bil ki, görəcəksən. Amma yenə də yox. O, çayqovuşandadır, Nadir xanın Nadir şaha çevrildiyi əzəmətli alaçıqdadır, düşünəcəksən, odu, şahın hüzurundakı bu şücaətli, əsilli-nəsəbli adamlar arasındadı, bu dəfə də çifayda, hər biri tarixin az qala özü olanlar arasında sən yenə də müəllifi ilğım kimi itirəcəksən. Müəllif yenə də yoxdur. O, ümumiyyətlə, yoxdur! Burada hamı var – dərvişlər, tacirlər, tarixçilər, saray əyanları, alimlər, salnaməçilər, avantüristlər, əxlaqlı və əxlaqsız qadınlar, yolkəsənlər, qatillər, qurbanlar, saray ağaları, əskərlər, nökərlər, keşikçilər, mollalar, hacılar, məliklər… burada kimlər yoxdu?! Burada müəllf yoxdur. Amma Yolçu var. Kim deyə bilər ki, bu yolçu həm də o müəllif deyil?! Baxtinin arzuladığı, prinsiplərini ortaya qoyduğu polifonizm "Yolçu"da özünün pikinə çatıb. Var Azərbaycan ədəbiyyatında ağır mətnlər. Məsələn, ilk yadıma gələn Süleyman Rəhimovun "Saçlı" romanıdır. Bədii sənətkarlığın zirvələrindən biri. Bu bütöv nəfəsi, bu mükəmməl üslubu, bu möhtəşəm idarəçiliyi (bəli, bəli, idarəçiliyi! Mətn daxilində də idarəçilik var!) itirilmiş bədii cənnət, qurumuş ağac sanmağa tələsənlər yəqin ki, oldu. Amma elə deyilmiş. Azərbaycan bədii təfəkkürü bir daha bu düşünülməz ağırlığın altına girməyi bacardı. Eyni xəttin bu gün də davam etməsinin ədəbi və bədii sevincini "Yolçu" yaçatdı. "Yolçu"dan alınan təəssürat, əlbəttə ki, bir yazıya sığmaz. Tolstoyları, Dostoyevskiləri. Folknerləri, Heminqueyləri, Coysları, Kafkaları və daha kimləri bir su içimində oxuyanlar və bayılanlar düz edirlər. Əlbəttə ki, adını sadaladığım müqtədirlər olmadan ədəbiyyat yoxdur. Əlbəttə ki, bu oxuyucuların, məncə, böyük əksəriyyəti nə oxuduqlarını adekvat olaraq bilmirlər, amma nə etməli, bu internet cocuqlarını anlamaq mümkündür. "Biz də tumançaq deyilik, biz də nəsə bilirik" sindromunun bu gün baş alıb getdiyi bir ədəbi məkanda yaşayırıq. Olsun. Heç olmasa adlarını bilsələr də bəsdi. Amma… "Bibliya"dan gələn bir kəlam var. Deyir, "öz vətənində peyğəmbər olmaz!" Bu vəsiyyətin acısı ilə böyüklərimiz xeyli yaşadı, bəsdi! Gəlin bir görək, başqa cür yaşaya bilərikmi? Mən çox istərdim ki, güllü-bağçalı vətənimizin ədəbiyyat fədailərini də anlamadığımız, amma oxumağımızla kiməsə yanıq verdiyimiz xarici ustadları görə bildiyimiz qədərin yarısıycan görə bilək. Mən istərdim ki, "Prustu oxuyub bayıldım, Pamuk bilirsən, neyniyib?!" deyənlərin dilinə, böyük Şəhriyar demiş, bizimkilərin də bir adı gəlsin. Unutmayın, siz "Yolçu" kimi əsərləri görməsəniz, yaxud özünüzü görməzliyə vursanız, sizi gələcək nəsillər bağışlamayacaq. Yox, bu çox politik oldu, gələcək nəsillər bu cür ağıldangöyçək tənqidçi və tənqidçibaşılara təsadüfi adamlar kimi baxacaq, onları, sadəcə, mətndən uzaq adamlar sayacaq. Nəriman artıq neçə romanıyla Azərbaycan ədəbiyyatı deyilən "uzun, incə" bir yoldadır. Sakit tərzi, mütəvazi durumu ilə öz-özüylə danışa-danışa getməyindədir. Bilirsizmi, Yol da onunla bir yerdə hərəkət edir. Çünki, həqiqətən, kim deyibsə düz deyib: "yolla gedən olmasa, bilinməz, bilinməz gəlir bu yol, ya gedir." Yol da onunla bir yerdə bizə tərəf gəlir. O, yolu bizim yanımıza gətirə bilənlərdəndir. Həcmcə Sizif qaldıran qayaya bənzəyən, amma həm də bir kəpənək qədər, qanadının tərpənişiylə Sakit okeanda tufan yarada bilən kəpənək qədər zərif olan "Yolçu" özü heç kimdən heç nə istəmir. Heç nə gözləmir. O, öz yolu ilə gedə-gedə, sadəcə, bizi görmür. Nəhayət, ən acılı olanı, o, sizdən, bizdən heç nə ummur. Bunun özü bir ağrı deyilmi? Həqiqətən, Yol xüsusi isim imiş (Kulis).
2014-02-14
9,038
Məhkəmə sistemində inqilabi elektron mərhələsi başlayır
Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi başlayır. "Axar.az"ın Ali Məhkəmənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. Onun sözlərinə görə, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamını məhkəmə sistemində inqilabi islahat adlandırmaq olar: "Mən bu sənədlə nəzərdə tutulan dəyişiklikləri əhəmiyyətinə görə 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlindəki məhkəmə-hüquq islahatları ilə müqayisə edərdim. Yaxın illərdə biz ədalət mühakiməsinin keyfiyyəti və texniki imkanlar baxımından tamamilə yeni məhkəmələrin şahidi olacağıq. Nəzərdə tutlan yeniliklər, ideya və prinsiplər məhkəmələrin fəaliyyətinin yeni standartlarını yaradacaq. Ümumilikdə, elektron məhkəmə sisteminin yaradılması "ASAN Xidmət"in fəaliyyət prinsiplərinin məhkəmələrin işində də tətbiqinə imkan verəcək. İnformasiya texnologiyalarının tətbiqi insanların məhkəməyə yeni və daha rahat üsullarla müraciət etmək imkanını yaratmaqla yanaşı, həm də məhkəmələrdə süründürməçilik, sui-istifadə və digər neqativ halları, vaxt itkisini tamamilə aradan qaldırılacaq, ən başlıcası isə məhkəmələrin fəaliyyətini tam şəffaf edəcək". Ali Məhkəməsnin sədri qeyd edib ki, yaradılmış telekommunikasiya infrastrukturunun, müxtəlif dövlət xidmətlərinin həyata keçirilməsində informasiya texnologiyalarının tətbiqi təcrübəsinin təhlili göstərir ki, məhkəmə sistemində yeni texnologiyalardan istifadə edilməsi üçün ilkin şərtlər artıq mövcuddur və bu prosesi daha da genişləndirmək lazımdır. R.Rzayev bildirib ki, Prezidentin Sərəncamı ilə məhkəmələrin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi yaradılması nəzərdə tutulur: "Vaxtilə üçpilləli məhkəmə sisteminin yaradılması üçün yeni Cinayət Prosessual, Mülki-Prosessual Məcəllələr və digər fundamental hüquqi sənədlər qəbul edilmişdi. Yeni elektron məhkəmə sisteminin qurulması da prosessual qanunvericiliyə mühüm dəyişikliklərin edilməsini və normativ-hüquqi bazanın informasiya texnologiyalarının tətbiqinə uyğunlaşdırılmasını şərtləndirir. İnformasiya sistemi fiziki və hüquqi şəxslərin məhkəmələrə müraciətlərinin, iddia ərizələrinin, müxtəlif məhkəmə instansiyalarına şikayətlərin elektron formada qəbul edilməsinə şərait yaradacaq. Yəni müraciət edənlərin şəxsən məhkəməyə gəlmək və ya zaman itkisinə səbəb olan poçt xidmətlərindən istifadə etmək zərurəti aradan qalxacaq. Istənilən şəxs kompüter arxasında ərizəni tərtib edərək düyməni sıxdığı anda sənəd ünvanına çatdırılmış olacaq. Bu insan hüquqlarının müdafiəsi mexanizmlərinin əhaliyə daha da yaxınlaşması deməkdir". Məhkəmənin sədri xüsusilə vurğulayıb ki, sistem məhkəmələrdə baxılan bütün işlər üzrə icraatın elektron qaydada aparılmasını təmin etməlidir: "Bunu mülki iş üzrə nümunə əsasında izah etmək istərdim. Belə ki, ilkin mərhələdən, yəni məhkəməyə iddia ərizəsi təqdim olunduğu andan bütün sənədlər elektron qaydada tərtib olunur, bütün prosessual sənədlər elektron formatda yazılır, ifadələr elektron daşıyıcılara qeyd olunur, tərəflər vəsatətləri və şikayətləri informasiya texnologiyalarından istifadə etməklə, elektron poçt vasitəsilə göndərir və qəbul edir. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcək. İstənilən halda həmin sənədlər elektron daşıyıcılardan kağıza köçürülə biləcək. Məhkəmə proseslərinin audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınması və prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasının nə olduğunu təsəvvür edin. Hal-hazıradək prosesin sənədləşdirilməsi onun kağız daşıyıcıda protokolun tərtib olunması vasitəsilə həyata keçirilidi. Yeni sistem bizə imkan verəcək ki, proses elektron qaydada qeydə alınsın və proses iştirakçıları tərəfindən onlayn rejimdə, yaxud daha sonra izlənilsin. Bu isə, proses iştirakçılarına məhkəmə baxışının elektron yazısına istinad etmək imkanı verəcək, baxışın heç bir hissəsinin diqqətdən kənarda qalmasına imkan verməyəcək. Məhkəmə işçiləri tərəfindən protokolun bilərəkdən və ya ehtiyatsızlıqdan yanlış tərtib olunmasını qeyri-mümkün edəcəkdir. Vətəndaşların hüquqlarının səmərəli müdafiə edilməsi üçün effektiv vasitə qismində çıxış edəcəkdir". Onun sözlərinə görə, məhkəmə çağırışlarının və bildirişlərin, habelə qəbul olunmuş qərarların və digər sənədlərin elektron qaydada, yəni elektron poçt, mobil telefonlara göndərilən SMS məlumatlar, digər üsullarla göndərilməsi imkanı qərarların və digər prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət etmək hüququnun pozulması iddialarını birdəfəlik aradan qaldırmış olacaq. Nə bəzi proses iştirakçıların qərarın onlara çatdırılmadığını bəhanə gətirə bilməyəcək, nə də bəzi hakimlər sənədlərin göndərilməsində süründürməçiliyə yol verə bilməyəcəkdir: "Sözsüz ki, bütün yeni texnoloji imkanların məhkəmələrdə təmin edilməsi mürəkkəb və uzunmüddətli prosesdir, müvafiq proqram təminatı hazırlanmalı, məhkəmələr müvafiq texnologiya ilə təmin edilməlidir, mütəmadi treyninqlər təşkil olunmalıdır və s. Qarşımızda olan iş həcmi böyükdür, lakin cənab Prezidentin bu sahədə göstərdiyi iradə bizə əlavə güc verəcək və işlərin sürətləndirilməsinə təkan olacaqdır". R.Rzayev əlavə edib ki, informasiya sistemi məhkəmədə işlərin təyin olunduğu vaxtlar, proseslərin aparılacağı yer (məhkəmə zalları) və müvafiq hakimlər barədə məlumatların hər bir proses iştirakçısının sərbəst şəkildə əldə edə biləcəyi aşkar və sistemli şəkildə çatdırılması üçün elektron cədvəllərin tərtib olunmasına şərait yaradacaq. Proses iştirakçılarının vaxtlarını səmərəli təşkil etməyə və prosesin vaxtı barədə məlumatlandırılmama ilə əlaqədar yaranan mübahisələrin qarşısını almağa imkan verəcək. Qanunvericilik məhkəmələrdə işlərin hakimlər arasında obyektiv əsaslarla və bərabər şəkildə bölünməsini nəzərdə tutsa da, bəzi hallarda insanlar işlərin hakimlərə verilməsində qərəzliliyin olduğundan şikayət edirlər. Yeni sistem məhkəməyə daxil olan işlərin hakimlər arasında insan faktorunu istisna edən şəraitdə, avtomatlaşdırılmış bölgüsünün aparılmasını təmin edəcək: "Sistem xüsusi şəkildə proqramlaşdırılaraq prosessual müddətləri hesablayacaq və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatlar verməklə müddətlərə riayət olunmasına nəzarət etməyə imkan verəcək. İnformasiya sistemində hər bir proses iştirakçısı üçün "şəxsi kabineti"in yaradılması imkanı nəzərdə tutulmuşdur. Informasiya sistemi daxilində yaradılmış "şəxsi kabinet"lər vasitəsilə həm şəxsin iştirakçısı olduğu məhkəmə prosesinin gedişi və çıxarılan qərarlar barədə olduğu məkandan asılı olmayaraq operativ məlumat almaq imkanı təmin ediləcək, həm də konfidensiallıq qorunacaq, yəni şəxsi xarakterli məlumatların yayılmasının qarşısı alınacaqdır". Onun fikrincə, Prezident İlham Əliyev "Elektron məhkəmə" informasiya sisteminin digər dövlət qurumlarında formalaşdırılan informasiya sistemləri ilə və "Elektron hökumət" portalı ilə inteqrasiya edilməli olduğunu qeyd etməklə özünün Azərbaycanda olan bütün dövlət orqanlarının fəaliyyətinə dair strateji baxışını göstərir. Məqsəd bütün dövlət qurumlarının vahid informasiya cəmiyyətində tam şəffaf, obyektiv və səmərəli şəkildə xalqa xidmət edən bir sistemin yaradılmasıdır.
2014-02-14
9,039
Ramil Usubov iki rayona yeni rəis göndərdi
Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə Yardımlı rayon Polis İdarəsinə yeni rəis təyin edilib. Bundan əvvəl Nərimanov Rayonunun Polis İdarəsinin rəis müavini işləmiş Nadir Məmmədov Ramil Usubovun əmri ilə Yardımlıya polis rəisi göndərilib. ("AzNews.az") Sabiq nazir Misir Mərdanovun qardaşı Əli Mərdanova da yeni vəzifə verilib. Ramil Usubovun əmri ilə sabiq nazirin qardaşı Şabranın polis rəisi təyin olunub. Qeyd edək ki, polis polkovniki Əli Mərdanov Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi olub. Xatırladaq ki, Misir Mərdanovun digər qardaşı İlham Mərdanov da Rabitə və Texnologiyaları Nazirliyində aparat rəhbərinin müavini vəzifəsində çalışır. ("Qafqazinfo.az")
2014-02-14
9,040
Vəhabilərdən Azərbaycan şiələrinə qarşı inanılmaz təbliğat – Video
Azərbaycandan olan və kimliklərini gizlədən vəhabilər şeyx saydıqları Əbu Malik əl-Cuhani adlı birinə zəng vurub, ölkəmiz haqqında müəyyən fitvalar almağa cəhd göstəriblər. "Axar.az"ın məlumatına görə, Azərbaycan haqqında o qədər də doğru olmayan məlumatları şeyxlərinə çatdıran vəhabilər ölkəmiz haqda münasibət öyrənir və bunu sosial şəbəkədə geniş təbliğ edirlər. Suallardan aydın olur ki, bu insanlar Azərbaycanın dünyəvi dövlət olmasını və ölkənin demokratik prinsiplərlə idarəçiliyini qəbul etmirlər və buna qarşı çıxırlar. Şeyx adlandırdıqları Əbu Malik əl-Cuhani isə Azərbaycan xalqını İslama əməl etməməkdə günahlandırır, xalqımızı "müşrik və münafiq" sayır, "qəbirlərdən kömək istəyən" deyə şirk əhli adlandırır, şiələrin ünvanına xoşagəlməz sözlər deyir. Şeyxləri ilə danışıqlarını Azərbaycan dilinə çevirərək, sosial şəbəkədə paylaşan vəhabilər isə bundan istifadə ilə Azərbaycanın müsəlman ölkəsi olmadığını isbatlamağa, şiəliyə, Əli tərəfdarlığına, ənənələrə qarşı təbliğata start veriblər. Ölkənin güc strukturlarına meydan oxuyurcasına aparılan bu açıq virtual savaşın aqibətindən narahat olmamaq mümkün deyil. Video-müsahibəni kiçik ixtisarla təqdim edirik.
2014-02-14
9,042
Təbrizin futbol komandası İran kubokunun sahibi oldu
İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin "Traktorsazi" komandası bir ilkə imza atıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Təbriz klubu tarixində ilk dəfə İran Kubokunun sahibi olub. Fevralın 14-də İran Kubokunun finalında "Traktorsazi" Kirman şəhərinin "Mis" komandasının qonağı olub. Kirman şəhərinin "Bahünər" stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə "Traktorsazi"dən Səid Dəqiqi vurub. Bu futbolçu matçın ən yaxşı oyunçusu da seçilib. Qeyd edək ki, "Traktorsazi" İran Kubokunun sahibi olmaqla, gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.
2014-02-14
9,043
Lənkəranda 47 yaşlı qadın intihar etdi
Hadisə fevralın 14-də rayonun Gərmətük qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Göyçək Səfər qızı Əliyeva özünü yaşadığı evin həyətindəki su quyusuna atıb. Hadisə barədə ilk xəbər tutan onun qardaşının həyat yoldaşı olub. O, dərhal hadisə barədə qonşulara xəbər verib. Onların köməkliyi ilə mərhumun cəsədi quyudan çıxarılıb. Yaxınlarının bildirdiyinə görə, Göyçək Əliyeva ruhi xəstə olub. Əvvəllər uzun müddət çay fabrikində çalışıb. Dəfələrlə özünü öldürəcəyi barədə yaxınlarını xəbərdar edib. Göyçək Əliyevanın ailə həyatı qurmadığı bildirilir. Evdə isə qardaşı və onun həyat yoldaşı ilə birgə yaşayıb. O, 6 metr dərinliyi olan quyuya başı üstə düşüb. İntihar edərkən isə evdə tək olub. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. (ANS)
2014-02-14
9,044
Rusiyada seçki sistemi dəyişdirildi
Rusiya Dövlət Duması fevralın 14-də qarışıq seçki sisteminə keçid haqqında qanunu qəbul edib. İndən belə parlamentin aşağı palatasına seçki həm proporsional (partiya siyahıları üzrə - 225 deputat), həm də majoritar (təkmandatlı dairələr üzrə - 225 deputat) sistemlə seçiləcək. İndiki parlament yalnız proporsional sistem üzrə formalaşdırılıb. Başqa bir yeniliyə görə, növbəti parlament seçkisində axırıncı seçkidə ən azı 3 faiz səs toplamış partiyalar iştirak edə biləcək. Həmin partiyanın regional parlamentlərin birində ən azı 1 deputatla təmsil olunması da şərtdir. Duma proporsional sistem üzrə keçid balının 7 faizdən 5 faizə endirilməsinə də səs verib. ("Mediaforum.az")
2014-02-14
9,045
Qocalar evində virus: 5 ölü
Gürcüstanın İmereti regionunda yerləşən "Müqəddəs Ktevan" qocalar evində 5 nəfər dünyasını dəyişib. Qocalar evindən jurnalistlərə bildirilib ki, onların ölümünə virus infeksiyası səbəb olub. İlkin məlumatlara görə, ölümə səbəb kimi "donuz qripi" göstərilir. Lakin dəqiq məlumat aparılacaq ekspertizadan sonra məlum olacaq. Daha bir neçə nəfərdə isə yüksək hərarət qeydə alınıb. Onların vəziyyəti ağır qiymətləndirilir. (Trend)
2014-02-14
9,046
Sabirabadda ikiotaqlı ev yandı
Sabirabadda yaşayış evində yanğın baş verib. "Axar.az"ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sabirabad şəhərində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin tavanı 70 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-14
9,047
Oğul atasının qəbri üstündə intihar etdi
Daha bir nəfər intihar edib. Hadisə Ağdaşın Cücük kəndində qeydə alınıb. 1969-cu il təvəllüdlü Fariz Vəliyev atasının qəbri üstündə silahdan atəş açaraq intihar edib. İlkin məlumata görə, şəxsin özünü öldürməsinə səbəb kredit borcunun olması və onu ödəyə bilməməsidir. ("Qafqazinfo")
2014-02-14
9,048
“Aygün TV“nin direktoru lisenziya ilə bağlı münasibət bildirdi
Milli Televiziya və Radio Şurası Zaqatalanın "Aygün TV" kanalına verdiyi lisenziya müddətini uzatmadığını xəbər vermişdik. MRTŞ bu addımını "Aygün TV" tərəfindən lisenziya üçün lazım olan sənədləri təqdim etməməsi ilə izah edib. Məlumatda deyilir ki, "Aygün TV"nin fəaliyyəti araşdırılandan sonra "çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edilib". "Aygün TV"nin direktoru Nəzirxan Nuriyev Azadlıq Radiosuna bildirib ki, o, bu xəbəri çoxdan gözləyirmiş: "Mənə dedilər ki, televiziyanı onlara satım, mən də satmadım. Nəticəsi də belə oldu. İndi rayona qayıdıram. Bundan sonra nə etmək lazım olduğu barədə düşünəcəyəm". Xatırladaq ki, "Aygün TV"yə verilən xüsusi razılığın müddəti ötən il dekabrın 11-də bitib (ANS).
2014-02-14
9,049
İranla problemlərin həlli ilə bağlı saziş imzalandı
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın Bakıda keçirilən üçüncü iclası başa çatıb. İranın Azərbaycandakı səfiri Möhsin Pakayinin verdiyi məlumata görə, fevralın 13 və 14-də keçirilən iclasda iki ölkənin Beynəlxalq avtomobil əlaqələri sahəsində 2002-ci ildə imzalanan sazişinin müddəalarının icrasının son vəziyyəti araşdırılıb, iki ölkənin sərnişin və yük daşımalarındakı problemlərin həlli və digər məsələlər haqqında əməkdaşlıq sazişi imzalanıb. İclasda hər iki tərəf avtomobil əlaqələri sahəsindəki təbii işlərdən razılıq ifadə edib və iqtisadi əməkdaşlıq təşkilatı, TRASEKA və şimal-cənub dəhlizi çərçivəsində birgə əməkdaşlığın davam və inkişaf etdirilməsi istiqamətində anlaşma əldə olunub. Həmçinin tərəflər razılığa gəliblər ki, ehtiyac olarsa, iki ölkə arasında yeni avtobus xətlərinin açılması üçün lazımi addımlar atılsın. İran tərəfi təklif edib ki, Biləsuvar və Astara gömrük keçid məntəqələrində avtobusların və iri tonnajlı yük maşınların tıxac və sıxlıq probleminin həlli üçün keçid məntəqələrinin iş saatı artırılsın, iri tonnajlı yük maşınların Bakı gömrüyündə dayanma müddəti azaldılsın. Qərara alınıb ki, bu məsələlər Azərbaycan tərəfindən araşdırılsın. İran nümayəndə heyətinə İran İslam Respublikasının Nəqliyyat Nazirliyinin Avtomobil Yolları və Yük Daşımaları üzrə Baş İdarə rəisi Məhəmməd Cavad Ətrçiyan, Azərbaycan nümayəndə heyətinə isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov rəhbərlik edib. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası Tehranda keçiriləcək. (Trend)
2014-02-14
9,050
19 yaşlı gənc qidadan zəhərlənərək öldü - Video
19 yaşlı Elvin Xəlilovun qəfil ölümünə səbəb kimi qida zəhərlənməsi göstərilir. Ailəsinin dediyinə görə dünən axşamüstü Elvin dostu ilə Zaqatalada fəaliyyət göstərən yeməkxanaların birində yemək yeyib və onlar yemək zamanı spirtli içki də qəbul ediblər. Evə gələndən sonra isə onun halı pisləşib. Təcili yardım gələndə isə Elvin Xəlilovda artıq həyat əlaməti olmayıb. Ailəsi ilə Zaqatalda kirayədə qalan Elvin Xəlilov Gürcüstanda ali təhsil alırmış. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır (ANS).
2014-02-14
9,051
Binə qəsəbəsində ev yandı
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yaşayış evində yanğın baş verib. Hadisə qəsəbənin Ramiz Məcidov küçəsi ev bir, mənzil bir ünvanında qeydə alınıb. Qəza zamanı 2 otaqlı təqribən 35-40 kvadrat metr ərazi alovlar içində qalıb. Hadisə barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Qısa zamanda alovun qarşısını almaq mümkün olub. Yanğının qonşuluqda olan digər yaşayış evlərinə keçməsinə imkan verilməyib. Hadisə zamanı yanğınsöndürənlər və ev sakinləri arasında xəsarət alan olmayıb. İlkin məlumatlara görə isə yanğın mənzilin elektrik naqillərində baş verən nasazlıq səbəbindən meydana gəlib ("Musavat.com").
2014-02-14
9,052
Avropada daha bir nazir istefa verdi
Almaniyanın Kənd Təsərrüfatı naziri Hans Peter istefa verib. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Daxili işlər naziri olduğu vaxt Sebastian Edati ilə uşaq pornoqrafiyası ittihamında adının hallanması səbəbindən nazir istefa verməyə məcbur olub. Kanadada uşaq pornoqrafiyası yayan qruplarla əlaqələrinin olduğu iddia edilir. Kanada polisi məsələ ilə bağlı Almaniya hökumətinə müraciət edib. Sosial Demokrat Partiyasının üzvü Sebastian Edatinin bu məsələdə adının hallanması Baş nazir Angela Merkeli xeyli qəzəbləndirib. Eskpertlərin fikrincə, bu hadisə hökumət böhranına səbəb olacaq. Edatinin evində axtarış əməliyyatı aparılarkən 9-14 yaşları arasında oğlan uşaqlarına aid çılpaq fotoşəkillər aşkar olunub. Xatırladaq ki, dünən də İtaliyanın Baş naziri Enriko Letta istefa verib.
2014-02-14
9,053
Siqaret çəkən qadın kimdir - əxlaqsız, yoxsa… - Psixoloq rəyi
Məşhur rus filosofu Nikolay Berdyayev yazırdı ki, siqaret çəkən qadını öpmək külqabını öpmək kimidir. Doğurdan da siqaretlə qadın zərifliyi nə qədər bir araya sığır? Azərbaycanda son dönəm qadınlar arasında siqaret çəkmək halları çoxalıb. Bəs görəsən toplumun buna münasibəti necədir? Niyə siqaret çəkən qadınlarımıza münasibıt birmənalı olaraq pisdir? Zənn edirlər ki, siqaret çəkməklə müasir olurlar "Axar.az"a danışan psixoloq Nurlanə İsmayılova bildirdi ki, əslində, bizdə keçmişdə də bəzən yaşlı qadınlar siqaret çəkidilər. Sön dövrlər siqaret çəkməyin qadınlar arasında yayılmasına gəlincə, psixoloq qeyd etdi ki, bunun müxtəlif səbəbləri var: "Əsas səbəblərdən biri qadınların müasirliyə can atmasıdır. Qadınlar zənn edirlər ki, siqaret çəkməklə müasir olur və daha mədəni, inkişaf etmiş görünürlər. Digər səbəblərdən biri də qadınların cəmiyyətdə özünü təsdiq etmək istəməsi və ətrafdakıların da onların fikrinə hörmət göstərməsinə nail olmaqdır". Kim siqaret çəkir, özünə ziyan edir "Təmiz dünya" ictimai birliyinin rəhbəri Mehriban Zeynalova bu mövzuya munasibət bildirərkən vurğuladı ki, siqaret çəkmək insanların şəxsi iradəsindən aslıdır, eləcə də qadınların: "Umumiyyətlə, siqaret insan sağlamlığına, qadınların təravətinin solmasına səbəb olur. Cəmiyyətimizdə siqaret çəkən qadınlara hardasa bir əxlaqsız hərəkət edən şəxs kimi baxırlar. Elə qadınlar var ki, normal həyat tərzi keçirir, cəmiyyət üçün faydalı işlər görür, lakin siqaret çəkir. Ancaq kişilər də var ki, siqaret çəkmir, içki içmir, dələduzluq, ikiüzlülük, yaltaqlıq edir. İnsana qiymət verərkən onun siqaret çəkib-çəkmədiyi əsas götürülməməlidir".
2014-02-14
9,054
"Partlayan binada qaz olmayıb" - Rəsmi
"Orada olan 3-4 qaz borusunun istismarı çoxdan dayanmışdı". Bu sözləri "Axar.az"a açıqlamasında "Azəriqaz" İB-nin mətbuat katibi Araz Ağayev deyib. Onun sözlərinə görə "Şahənşah" restoranının sahibi Rəşid Süleymanovun sözləri sadəcə, iddiadan ibarətdir: "Orada 3-4 qaz borusu var ki, istismarı çoxdan dayandırılıb. Axı necə qaz qoxusu gələ bilər oradan? İndi əsas məsələ zirzəmidən gələ qazın (hansı ki partlayış ondan olub) haradan sızdığıdır. Mütəxəssislər də onun üzərində çalışır. Rəşid Süleymanovun sözləri sadəcə və sadəcə iddiadan ibarətdir". Xatırladaq ki, bu gün "Şahənşah" restoranının sahibi Rəşid Süleymanov "Axar.az"a açıqlamasında partlayışla əlaqədar "Azəriqaz" İB-ni sorumlu bilmişdi.
2014-02-14
9,055
Leyla Əliyeva "Məhəbbət ağacı" layihəsində - Foto
Fevralın 14-də Dənizkənarı Milli Parkda "Məhəbbət ağacı" layihəsinin təqdimatı olub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq Təşkilatının təsisçisi, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər . AzərTAc xəbər verir ki, "Məhəbbət ağacı" layihəsi IDEA, "YARAT" Müasir İncəsənət Məkanı və "Baku" jurnalının birgə layihəsidir. Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov iştirakçıları salamlamış və layihə haqqında məlumat verib. Belə bir inanc vardır ki, üzərində sevgililərin adlarının baş hərfi yazılmış qıfılı körpünün sürahilərinə bağladıqda uğur gətirərək səadət vəd edir. Ənənəyə uyğun olaraq, dünyanın əksər ölkələrində gənclər park və bağlarda ağacların budaqlarına lent bağlayır, üzərində təsirli sözlər yazılmış suvenirlər asırlar. Bakının Milli Parkındakı metal konstruksiyalı "Məhəbbət ağacı" onun budaqlarında öz duyğularının möhkəmliyinin sübutunu qoyub getmək istəyən sevən cütlüklərin və sevgililərin daha çox üz tutduqları məkanın - Dənizkənarı Bulvarın daimi bəzəyi olacaqdır. Mərasimdə incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
2014-02-14
9,056
Andrey Tarkovskidən qadınlarla bağlı şok fikirlər
Məşhur kinorejissor Andrey Tarkovskinin qadın haqqında düşüncələrini əks etdirən müsahibəsində maraqlı fikirlər yer alıb. Öz filmlərində qadınlara xüsusi yer ayırmayan rejissor niyə onlara bu rolu vermək istəmir? Onun üçün qadının var olma səbəbi nədir? Bu suallara müsahibədə maraqlı cavablar var və biz də bunu nəzərə alıb rejissorla müsahibəni təqdim edirik. - Məncə, siz işıqlardan, insanlarla təmasdan qaçırsınız. Məsələn, reportajları da çox az-az verirsiniz. - Elədir, elə də sosial insan deyiləm. Şöhrətin yaratdığı imkanlardan yararlanan, jurnalistlərlə görüşlərdən xoşlananlar var, amma mən belə deyiləm. Hələ indiyə qədər bir dəfə də olsun məndən götürülən müsahibələrin yazılmasından xoşlanmamışam. İş onda deyil ki, mənə təriflər yağdırmırlar. Sadəcə, danışılan mövzu ilə bağlı olmur. Şöhrətə gəlincə, mənim üçün yükdür. Bu da məni əsəbləşdirir. - Sizi əsəbiləşdirən konkret şey nədir? - Bunu cavablamaq çətindir. Bir arada oturub danışan adamların ortaq nöqtələrinin olmasının vacibliyini düşünürəm. Belə olanda söhbət təktərəfli olmur. Amma hər jurnalist verdiyi suallara aldığı cavablarla deyil, qeydləri ilə maraqlanır. Söhbət onu təsirləmdirmir, bu ona ancaq işi üçün lazımdır. Eyni şəkildə film tamaşaçısı da məni əsəbləşdirir, onu ancaq mənim haqqımdakılar maraqlandırır. Qısası, bu cür söhbətlər səmimi deyil, bu da məni qəzəbləndirir. İnsanlar sosiallaşırlar, amma səmimi münasibətləri yoxdur. - Siz səmimi bir münasibət istəyirsiniz? - Mənə elə gəlir ki, hamı bir az bunu istəyir. Etdiyimiz bir çox şeydə böyük saxtakarlıqlar var. Xüsusilə, adamların arasında olanda daha saxtakar davranırıq. Mən də deyəcək xüsusi bir sözüm yoxdursa, bütün bu cür söhbətlərə anlam verə bilmirəm. Film çəkdiyim üçün hər şeyi əsərlərimlə vermək istəyirəm. - İndi mənimlə söhbətin də mənasız və saxta olduğunu söyləmək istəyirsiniz? - Hər zaman belə olur, edəcək bir şey də yoxdur. Ortada iki insanın inadı var, siz mənimlə inadla müsahibə etmək istəyirsiniz, mən də inadla dirənməyə çalışıram. - Bunu hiss edirəm... - Görək bundan sonra söhbət necə davam edəcək. "Yaxşı bir cavab almaq istəyirsənsə, yaxşı sual ver", yanılmıramsa, bunu Höte deyib. - Hörmətli Tarkovski, deyirsiniz ki, ortaq yanımız yoxdur. Amma yanılırsınız. Sizin yanınıza gəldim, çünki filmlərinizə görə sizi özümə yaxın hiss edirəm. - Bunu mənə sübut etməniz gərəkəcək... - Ümid edirəm ki, sübut edə biləcəyəm. Mən Londona sizə görə gəldim. Bu söhbətdən bir yazının ortaya çıxması yalnız bir nəticə... - Anlayıram, hər şeyi bir-birinə bağlamaq istəyirsiniz. - Hər şeydən əvvəl sizi görmək mənim arzumdu. Bunu edə bilmək üçün bir çox əngəllərlə qarşılaşdım. - Və təəssüf ki, hamısını da aşa bildiniz. Bir çox jurnalist kimi sizin də bu əngəllərdən bezəcəyinizi zənn etmişdim, amma baxın, siz burdasınız. - Qulaq asın, filmləriniz məni çox təsirləndirdi. Tanınmış bir qadın olaraq o filmlərdə bir qadın olaraq özümü görə bilmədiyim halda... Qadınlar filmlərinizdə ənənəvi rol oynayır. Kişilərin dünyası hökmrandır, daha doğrusu, ancaq kişilərin dünyası var. Kişiləriə görə qadın sirlidir, sevgi dolu, bütün varoluş səbəbi də kişiləri sevməsi ilə bağlıdır. Qadının özünə aid bir həyatı yoxdur. - Buna çox baş yormadım. Demək istəyirəm ki, qadının iç dünyasını heç düşünməmişəm. Qadının özünə aid bir dünyasının olduğunu demək çətindir, çünki mənə elə gəlir ki, bu dünya kişiyə çox bağlıdır. Mənə görə tək başına qadın olmaq anormallıqdır. - Yaxşı, tək başına bir kişi… bu, normaldırmı? - Tək başına olmayan bir adama görə daha normal… Bu üzdən də qadın filmlərimdə ya yoxdur, ya da kişilərin gücü üzərindən yaradılır. Qadının belə bir rolu olduğuna etiraz edirsiniz? - Söylədiyinizi necə qəbul edə bilərəm? Mən özümü bu rolda görə bilmirəm. - Birlikdə yaşadığınız kişinin dünyasının sizin dünyanıza bağlı olmasının gərəkdiyi fikrinə gəldinizmi hec? - Yox, elə deyil, mən öz dünyamı qoruyuram, o da öz dünyasını... - Bu, imkansızdır. Siz öz dünyanızı, o öz dünyasını qoruyursa, ortaq heç bir şeyiniz olmaz. İç dünyasının ortaq bir hala gəlməsi gərəkdir. Əgər gəlməsə, bu əlaqənin heç bir gələcəyi olmaz, bu əlaqə ümidsiz, uyumsuzdur və ölməyə məhkumdur. Məsələ ondadır ki, qadın evliliyi bir xəstəlik kimi yaşayar. Öncə bu xəstəliyə düşür, sonra başqa bir xəstəliyə, sonra bir bir başqasına… Eşq elə tam bir duyğudur ki, aldığı biçim nə olursa-olsun, təkrarlanmır. Bir qadın şanssız ola bilər, ya da öz dünyasını qoruya bilər, başqa bir dünyada əriməkdən qorxa bilər. Amma o bu durumda ciddiyə alına bilməz. Məni anlaya bilirsinizmi? - Siz heç özünə aid dünyası olan bir qadınla tanış olmadınızmı? - Belə bir qadınla əlaqə qura bilmərəm axı… - Düz anladımsa, siz bir qadında əriməzsiniz, eləmi? - Yox ərimərəm, buna ehtiyacım yoxdur. Mən kişiyəm. - Amma sizin içinizdə əriyən bir qadına ehtiyacınız var? - Təbii olaraq… Qadın özünü qorumağa çalışırsa, bu əlaqə soyuq olar. - Amma siz bu əlaqə içində özünüzü qoruyursunuz? - Mən kişiyəm, mənim fərqli təbiətim var. - Qadın dünyasını bildiyinizdən əminsinizmi? - Sizin kimi mənim də qadın təbiəti haqqında bir bilgim var. - Amma mən özümü içdən tanıyıram, çünki bir qadınam… - İnsanlar özlərinə toz qondurmazlar. Öz dünyasını qorumaq istəyən bir qadın məni çaşdırar. Mənə belə gəlir ki, qadının mahiyyəti özünü fəda etməkdir. Qadının böyüklüyü bundadır. Belə bir qadının qarşısında hörmətlə əyilərəm. - Qarşınızda dilim tutuldu. Yəni qadın ancaq kişiyə duyduğu eşqlə varolma haqqına sahibdir eləmi? - Mən elə bir söz demədim. Qadın-kişi münasibətlərindən danışdıq sadəcə… Sözüm ağzıma tıxılmadan da bir söz deməyim mümkün deyil. - Çox şey söylədiniz, özünüz də bilirsiniz… - Mən sadəcə kişi, ya da qadın, bir insanın sevdiyində özünə aid qapalı bir dünya olmasının imkansız olduğunu söylədim. Qadın bunu edərsə, bu sevgi münasibətlərini zədələyər. Qadın ayağa qalxa bilməz, eləcə beş dəqiqə sonra silkinib yeni bir həyata başlaya bilməz. Qadının iç dünyası bütünlüklə kişiyə bəslədiyi duyğulara dayanır. Mənim fikrimcə, də qadın buna dayanmalıdır. Qadın eşqin simvoludur. Eşq insanın ən böyük xəzinəsidir. Həm maddi, həm də mənəvi anlamada… Qadın həyatın anlamını verir, isanı dünyaya gətirən Məryəmin sevginin simvolu olduğu təsadüfi deyil. Məncə, bir qadın kişini sevərsə, sizin soruşduğunuz kimi sorular soruşmaz, nədən bəhs etdiyinizi belə anlamaz. - Niyə bir başqasının, xüsusi ilə də qadının bütün sevgisini istəyirsiniz, niyə özünü sevgiyə xərcləyib bunun üçün nə lazımdırsa, onu etməyi də qadından gözləyirsiniz? - Mən kimsədən bəlli bir davranış göstərməsini istəmirəm. Mən yalnızca qadının bütün mənəvi mənliyini ifadə edə bilməsi üçün öz dünyasında israr etməməsini istəyirəm. - Qadının bir şəxs olaraq var olmağı buraxıb yalnızca sizin üzərinizdən yaşamasından nə gözləyirsiniz? Bu sizə nə verir? - Onun iç dünyasını anlaya bilər və öz dünyamı ona aça bilərəm. Qadın öz dünyasında qalırsa, bir-birimizi heç tanıya bilmərik. - Amma qadının sizin bəhs etdiyiniz kimi, özünü kişiyə sərf etməsi böyük təhlükədir. Belə olursa, onun əlinin boş qalma təhlükəsi var. Bu cox sübut olunmuş bir həqiqətdir. Amma hərdən mən də eşq içində tam əriməyə meylli oluram. - Şükürlər olsun. Bununla qürur duyun. Əriyib itməyi də qadından gözlədiyimi düşünməyin. Təəssüf ki, mən bu eşq duyğusunu az-az yaşıyıram. Çox nadir olur, qadın, ya da kişi o adamı qısqana bilir ki, özünü ona həsr edib. Bunlardan danışmağım birinin özünü tamamən başqasına xərcləməsini istədiyim anlamına gəlməz. Bunu istəmək imkansızdır. Eşq qabalıqla yürüdülməz. Bu üzdən də mənim düşüncələrimin də kimsəyə bir zərəri ola bilməz. - Eşq ya olur, ya olmaz, eləmi? - Hə, elədir, ya olur, ya da olmaz. Olmazsa, heç bir şey olmaz və insan yavaş-yavaş ölür. Bu mənim fikrimdir. Təbii ki, bir-birindən azad olan, müstəqilliklərini saxlayan, daha məncil olan münasibətlər də var və bəlkə də bu ən asanıdır. Bu cür münasibətlər təbii ki, təhlükəli deyil, daha rahatdır… Qəribədir, bəzən qadınlar kişilərlə bənzərliklərini dilə gətirirlər. Bu məni heyrətləndirir. Çünki qadının dünyası kişininkindən çox fərqlidir. Mən qadının özəl olması üzündən kişidən ayrılıqda var ola biləcəyinə inanmıram. Kişidən kənarda qadın təbii deyil. O toplumda nəyəsə nail ola, hətta kişinin işini də yerinə yetirə bilər, amma məgər bu onu qadın edirmi? Xeyir, əsla... Qadının kişi ilə eyni haqlara sahib olmasına da gərək yoxdur. Qadın tamamən kişidən fərqlidir, onda kişidə olmayan xüsusi bir şey var. Qadınlar daha çox azad olmaq istəyir. Hamımız azad insanıq, amma azad ölkədə yaşadığımız üçün deyil. Azadlıq insanın içində olmalıdır, əgər o azad deyilsə, bu yalnız onun xətasıdır. Qadınlar dünyada baş verənlərdən kənar saxlanılır, bunu inkar etmirəm. Bu haqsızlıqdır. Amma tamamən sosial həyata inteqrasiya edərsə, qadına nə olacağını təsəvvür edə bilirsinizmi? Buna qarşı deyiləm, amma qadının özünü burda da tapa biləcəyinə inanmıram.
2014-02-15
9,057
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı gözlənilir. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 2-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
2014-02-14
9,058
Elza Seyidcahan himn yazdı
Əməkdar artist Elza Seyidcahan himn yazıb. Müğənni-bəstəkar açıqlamasında himni rabitəçilərə həsr etdiyini bildirib: "Çox maraqlı himndir. Musiqisi mənə aiddir. Yaxın günlərdə təqdim edəcəyəm. Düşündüm ki, rabitəçilərin bizim həyatımızda böyük rolu, əməyi var. Bu dəfə onları da qiymətləndirim. Daha sonra xanəndə Teyyub Aslanovla bir duetimiz olacaq. Estrada ilə muğamın sintezindən ibarət mahnı fərqliliyi ilə seçiləcək" ("Axşam.az").
2014-02-15
9,059
Rusiyada dəhşətli "TIR" qəzası - Video
Rusiyada buzlu yolda daha bir dəhşətli qəza baş verib. "Axar.az" xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Buzlu yolda gedən TIR-ın ön hissəsinn yolun ortasına doğru sürüşməsi əks istiqamətdən gələn TIR-la toqquşmaya səbəb olub. Qəza nəticəsində 1 nəfər həyatını itirib. Hadisə anı qəzaya uğrayan yük maşınlarından birinin kamerasına belə əks olunub.
2014-02-14
9,060
Kadırov zürafənin müdafiəsinə qalxdı - Foto
Çeçenistan lideri Ramzan Kadırov Danimarka zooparkında ölümünü gözləyən zürafəni xilas etmək istəyir. Məlumata görə, bu barədə çeçen lider öz "Instagram"ında yazıb. Kadırov Kopenhagendə artıq öldürülmüş Marius adlı zürafənin şəkillərini yayaraq ona müşayiətedici sözlər əlavə edib. O zürafənin öldürülməsini "qanlı şou" adlandırıb və yada salıb ki, bütün bunlar uşaqların gözü qarşısında baş verib. "Mən əminəm ki, humanist prinsiplərin daşıyıcısı olan demokratik cəmiyyətdə bu cür əməllərə yer olmamalıdır", - deyə siyasətçi bildirib. Kadırov "Yutlandiya-Park" zooparkının rəhbərliyinin onun təklifini qəbul edəcəyinə ümid etdiyini deyib. Onun sözlərinə görə, respublikada vəhşi heyvanların sayının artırılması üzrə proqram gerçəkləşdirilir və artıq maralların sayı min başa çatdırılıb. "Yutlandiya-Park"da zürafənin öldürüləcəyi barədə xəbər fevralın 13-də yayılıb. Zürafə nəsil artıra bilmədiyindən öldürülür ki, qəfəsdə yeri boşaldılsın. Daha öncə, Kopenhagendə Marius adlı zürafə öldürülmüşdü və əti şirlərə verilmişdi (ANS).
2014-02-15
9,061
Tovuzda avtomobil yandı
Tovuz şəhərində avtomobildə yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Tovuz şəhəridə sahibi məlum olmayan "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-15
9,062
Mehriban Əliyeva tanınmış italyan aktrisası ilə görüşüb
Fevralın 14-də "Üns" Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva görüşdə iştirak ediblər. Görüş milyonlarla kinosevərin məhəbbətini qazanmış Klaudiya Kardinalenin məşhur filmlərdə yaratdığı rollardan fraqmentlərin nümayişi ilə başlanıb. Kinorejissor Ayaz Salayev aktrisanın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verib. Görüş Klaudia Kardinale ilə müsahibə formasında davam edib. Aktrisa 1938-ci ildə Tunisdə anadan olub. 1957-ci ildə Klaudia Kardinale ölkənin ən gözəl qadını seçilib və Venesiya kinofestivalına dəvət alib. O, Lukino Viskonti və Federiko Fellini kimi əfsanəvi rejissorların filmlərində baş rolları ifa edib. Daha sonralar isə aktrisanın İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi "Yaraşıqlı Antonio", Alen Delonla birlikdə rol aldığı "Rokko və onun qardaşları", eləcə də "Leopard", "Böyük Ayının dumanlı ulduzları", "İnteryerdə ailə portreti" kimi filmlər onu Avropa kinosunun ulduzuna çevirilib. Lakin K.Kardinale bununla kifayətlənməmiş və çəkildiyi "Çəhrayı pantera" filmi ilə Hollivudu da fəth edib. Gecədə aktrisanın ən çox sevdiyi mahnılar ifa edilib. Sonra aktrisa tamaşaçıları maraqlandıran sualları cavablandırıb. ÜNS-ün yaradıcısı və bədii rəhbəri Nərgiz Paşayeva Klaudia Kardinaleyə görüşdə iştirak etdiyinə görə təşəkkürünü bildirib, onun tamaşaçıların ürəyində xüsusi yer tutduğunu qeyd edib ("Publika.az").
2014-02-15
9,063
Güneyli şagirddən orijinal aksiya – Foto
Güney Azərbaycanda 21 fevral Dünya Ana Dili Günü ərəfəsində maraqlı bir aksiya keçirilib. "Axar.az"ın "Öyrənci səsi"nə istinadən məlumatına görə, güneyli şagird bir əlində fars dili və ədəbiyyatı dərsliyi, o biri əllərində isə "Türk dilində mədrəsə", "Mənim də ana dilimdə yazıb-oxumaq haqqım var" kimi yazılı şüarlar tutub və ağzını bağlamaqla fotolarını internetdə yayıb. Qeyd edək ki, İranda yaşayan 35 milyondan artıq azərbaycanlının öz ana dilində təhsil almaq hüququ yoxdur. Güney türkləri hər il Dünya Ana Dili Gününə bir həftə əvvəldən hazırlaşır, müxtəlif aksiyalarla silsilə tədbirlər keçirirlər.
2014-02-15
9,064
Əfqanıstanda öldürülən azərbaycanlının anası danışdı - Video
Şəfiqə Qasımova: "Oğlum telefonda dedi ki, daha zəng edə bilməyəcəm, bura çox pis yerdir, bir az keçsin, gəlib ailəmi aparacam" Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan və Azərbaycanın Hüquq Mühafizə Orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş Sumqayıt şəhər sakini, 36 yaşlı İmran Qasımov koalisiya qüvvələri tərəfindən öldürüldüyü təsdiqləndi. Bu gün əməkdaşlarımız həmin şəxsin evində olublar. Maraqlıdır ki, valideynləri övladlarını Suriyaya göndəribmişlər, ölüm xəbəri isə Əfqanıstandan gəlib. Anası Şəfiqə Qasımova isə sonuncu dəfə övladı ilə 4 ay əvvəl telefonla danışdığını deyib. İ.Qasımovun anası, Şəfiqə Qasımova: "Zəng etdi bizə. İyulda gedib, avqust, sentyabr, oktyabrda təxminən Qurban bayramında zəng etdi, bayramımızı təbrik etdi və bildirdi ki, daha zəng edə bilməyəcəm, telefonu itirmişəm. Bura çox pis yerdir, burda çox pis xəstəliklər var, bir az keçsin, gəlib ailəmi aparacam". (ANS)
2014-02-15
9,065
Nabokov - hərflərin rəngini görən yazıçı
Bəzi insanlar hərflərin rəngi, rənglərin dadı olduğunu, bunu hiss edib gördüklərini deyir. Bu yanaşmanı bir zarafat hesab etmək bəlkə də ən asan yoldur. Amma hətta əsərlərini sevə-sevə oxuduğumuz bir çox məşhur insan da bu haqda danışıb. Məsələn, 1962-ci ildə BBC-yə verdiyi müsahibədə məşhur yazar Vladimir Nabokov bundan bəhs edib. Bəlli olub ki, yazar da hərflərin rəngi olduğuna inanırmış və hətta onların hansı rəngdə olduğundan danışıb: "Buna rəngduyma deyirlər. Bəlkə də min insanda bir rast gəlinir. Amma psixoloqlara görə, bu, çox uşaqda var. Amma axmaq valideynlərin bunun boş bir şey olduğunu söyləməsi üzündən bu qabiliyyətlərini itirirlər". Öz adının baş hərflərini soruşanda yazar belə cavab verib: - "V" solğun çəhrayıdır. "V"-ni oxşada biləcəyim ən yaxın rəng budur. "N" hərfisə yaşımtıraq yulaf əzməsi rəngindədir. Qəribədir ki, Nabokov müxtəlif dillərdə olan hərfləri fərqli rənglərdə duyub. Məsələn, ingilis dilindəki "a" hərfi xəfif aşınmış açıq qəhvəyi, fransız dilindəki eyni hərfsə tünd qəhvəyi rəngdədir. Maraqlı cəhətlərdən biri də budur ki, yazıçının xanımı və oğlu da hərflərin rəngini gördüyünü söyləyib. Nabokov müsahibəsində bildirib ki, xanımı da hərflərin rəngini görüb, amma onun eyni hərflə bağlı söylədiyi rəng yazarın dediyindən fərqli olub: - Bəlkə iki-üç hərfimiz eynidir, qalanları tamamən fərqlidir. Hətta bir gün fərqinə vardıq ki, oğlumuz da hərflərin rənglərini görür. Sonra da kəşf etdik ki, oğlumun tünd göy gördüyü rəngi mən çəhrayı, xanımımsa mavi görür. Söhbət "m" hərfindən gedir.
2014-02-15
9,066
Şumaxer xəstəliyə komada qalib gəldi
2 aya yaxındır komada olan məşhur avtopilot Mihael Şumaxerin səhhətində irəliləyiş var. Məlumata görə, "Formula 1" yarışlarının əfsanəvi üzvü sətəlcəmə qalib gəlib. Həkimlər Şumaxerin ağciyərlərindəki təhlükənin aradan qalxdığını bildiriblər. Buna baxmayaraq, idmançı hələ də komadan ayılmayıb ("Axsam.az"). Qeyd edək ki, yeddiqat dünya çempionu Fransada, Alp dağlarında yerləşən qış kurortunda xizək sürərkən yıxılıb. Başından ağır zədə alan və helikopterlə xəstəxanaya çatdırılan M. Şumaxer komaya düşüb.
2014-02-15
9,067
AB-nin Türkiyədən şok istəyi
Mərkəzi Afrika Respublikasında müsəlmanlara qarşı edilən soyqırıma son qoyulması üçün AB Türkiyədən dəstək istəyib. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Dünən Brüsseldə fransız general Filip Pontiesin rəhbərliyi altında əməliyyat yığıncağı keçirilib. Yığıncağa Avropa Birliyi ölkələri daxil olmaqla, Türkiyə, ABŞ, Kanada və Gürcüstan qatılıb. Yığıncağda iştirak edən ölkələrdən yalnız Gürcüstan hərbi əməliyyatlara qatılacağını bildirib. Mərkəzi Afrika Respublikasına ordu göndərməyə hazırlaşan Avropa Birliyi məsələ ilə bağlı rəsmi Ankaraya təklif göndərib. Təklifdə Türkiyədən Afrikaya ordu göndərilməsi istənilir.
2014-02-15
9,070
Solaxaylıqla bağlı ən qəribə bilgilər - Araşdırma
1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarır. F.Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı. Halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurur. Amerikalı solaxaylar F.Uinbornun müdafiəsi ilə bağlı mitinqlərə başlayandan sonra məhkəmə adı çəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olur. Bu hadisə dünya solaxaylarının mubarizə əzmi kimi tarixə keçib. Hal-hazırda bütün dünya hər ilin 13 avqustunda Beynəlxalq solaxaylar gününü qeyd edir. Tarix boyu onlar cəmiyyət tərəfindən normal qəbul olunmayıblar, muəyyən vasitələrlə basqılara məruz qalıblar. Cadugərlikdə, iblislə əlaqədə olmaqda suçlanıblar. Bu günün özündə belə, eyni situasiyalara rast gəlmək mümkündur. Aşagıdakı yazımda cəmiyyətdə belə baxışların mövcudluq səbəblərini dində, dildə və gündəlik yaşamda arasdırmağa çalışmışam. Solaxaylığa dinin baxışı: Həm xristianlıqda, həm də islamda sol tərəf həmişə ikinci plandadır. Sola münasibət heç də birmənalı deyil. Məsəlçün, dində insanın əməl dəftərindən bəhs edilərkən yaxşılıqları yazan mələyin sağ çiynimizdə, pislikləri yazan mələyin isə sol tərəfimizdə yer aldığı bildirilir. Həmçinin Qurani-Kərimdə əməl dəftəri sağdan verilənlər təriflənir, soldan verilənlərsə pislənir. Namazda da birinci sağ çiyinə, sonra sol çiyinə salam verilir. Bundan başqa, din təmizlik məslələrində də (qusul qaydalarında birinci sağ tərəfin yuyulması, təharət işlərində isə sol əldən istifadə olunması və s.) sağ və sol arasında bir fərq qoymaqdadır. Başqa bir misal: Din müqəddəs məkanlara daxil olarkən birinci sağ ayağın atılmasını buyurarkən çıxış zamanı soldan istifadəni onərir. Tualetlərdən istifadə zamanı isə əksinə, daxil olarkən sol, çıxarkən sağ. Dəstəmaz alınmasında da belə, yenə sağ soldan qabağdadır. Ərəb dilində sözlər sağdan sola yazılar. Hətta bəzi dini fikirlərdə sol tərəfdən istifadənin şeytana xas xüsusiyyət olması söylənilir. Bu misalları uzatmaq da olar. Amma məncə, demək istədiyim aydındır artıq. Solaxaylıq dildə Sağ və sol məsələsinə mənfi münasibət dilimizdəki anlayışlara belə təsirsiz ötüşməyib. "Allah sağ gözü sol gözə möhtaç etməsin", "sağ əlin verdiyini sol əlin görməsin" kimi deyimlər bu fərqi açıq-aşkar gözlər önünə sərir. Başqa misallara da baxaq: İnsanlar bir-birinin sadiq köməkçilərinə "sağ qolum" deyərlər. Anadolu tərəflərdə kiminsə işi düz gedərsə, "sağ tərəfındən qalxmışdır" deyildiyi halda, işi tərsinə gədənə "sol tərəfındən qalxmışdır" deyilər. Çox qəribədir ki, dünya və kainatdakı hər şey, bütün planetlər, ulduzlar, hətta qalaktikalar, həmişə sağdan sola doğru hərəkət edirlər. Sanki, təbiət də üstünlüyü sağa verib. Gündəlik yaşamda sola münasibət Əvvəla onu deyim ki, insanlar arasında solaxayların bir neçə il az ömür sürməsi fikri mövcuddur. Amma bəzi solaxayların (Pablo Pikasso - 92 yaş, Mikelancelo - 89, Çarli Çaplin - 88, Qreta Qarbo - 85, Bencamin Franklin - 84, Kari Qrant - 84, Mark Tven - 75) həyatda yaşam sürəsinə baxınca, bu fikrin həqiqətə uyğunluğu şübhə altına alınmış olur. Solaxaylığın yaranma səbəblərinə gəlincə isə söyləyək ki, hələ buna tam aydınlıq gəlməsə də, bəzi araşdırmaçılar bunun beyinlə əlaqəli bir şey olduğu fikrinə gəlirlər. Yeri gəlmişkən, söyləyək ki, sol əllilik və solaxaylıq eyni mənalı ifadələr deyil. Solaxaylıq solqulaqlıq, sol ayaqlıq və sol gözlülükdür. Sol əllilik isə təkcə sol əldən istifadədir. İnsanda hansı tərəfin dominantlıq təşkil etməsi uşaq vaxtdan görsənir. Bunu bir neçə vasitələrlə aşkara çıxarmaq mümkündür. Məsələn, klinik psixoloq doktor Teodor Blauya görə, solaxaylığı aşkara çıxarmaq üçün aşağıdakı metodu önərir: "Kağıza bir "x" hərfi cızın. Sonra da "x"nin ətrafına dairələr cizin. 1 dəfə, 3 dəfə, 5 dəfə... etdizmi? Yaxsı bəsdir... İndi durun və "x"nin ətrafına cızdığınız dairələrə bir baxın. Dairələri saat yönünün tərsinə cızmısınızsa, böyük ehtimalla siz solaxay deyilsiniz!" Solaxaylığın müəyyən olunması ilı bağlı "New England Journal of Medicine" dərgisinin də bir yayımı var. Belə ki, burda yayımlanmış araşdırmaya görə baş barmaqlarımızdan birinin dırnağı digərinə nisbətdə daha böyük və genişdir. Bu dirnağ hansı əlinizin baş barmağındadırsa, demək, dominant əliniz odur. Solaxayların gündəlik həyatda bəxtləri heç də həmişə gətirməsə də, musiqi, sənət, elm, siyasət və idman kimi sahələrdə üstünlüklərinin olduqca yaxşı olduğu söylənilir. Bu da onların (məşhur solaxaylar: Aristotel, Leonardo Da Vinçi, Bethoven, Motsart, Fidel Kastro, Napoleon, Barak Obama, Merlin Monro, J.Lopez, Çarli Çaplin, A.Eynşteyn, Bill Qeyts və s.) hər iki beyin yarımkürələrini işlədə bilmələri ilə izah olunur. Adətən, hər şey sağ əlini istifadə edən insanlar üçün istehsal olunduğundan, sağlar sol əllərindən lazım olmadıqca istifadə etmirlər. Bu da onların sol beyin yarımkürəsinin passiv vəziyyətə keçməsinə səbəb olur. Amma solaxaylarda belə deyil. Sol tərəfdən təbii olaraq istifadə etdiklərindən sağ tərəfdən də gündəlik yaşamda məcbur istifadədən onların hər iki beyin yarımkürəsi aktiv durumda olur. Bəlkə də budur onları zəkalı edən. Bir şeyi də oxucuların diqqətinə çatdırım: əgər siz də sol tərəfdən az istifadə edirsizsə, demək, beyninizin daha yaxsi işləməsinə mane olursuz. Bu gündən başlayaraq sağ əlinizə yüklədiyiniz işlərin bir qismini sol əlinizə həvalə edin. Məsələn, elə ilk olaraq sol əlinizlə yazılar yazmağa başlaya bilərsiz. Bunu valideynlər də nəzərə alsalar, yaxsı olar. Məlumdur ki, beynin sol yarımkürəsi dil-riyaziyyat və rasional düşüncəyə, sağ yarımkürə isə əsasən yaradıcılıq və emosionallığa bağlıdır.
2014-02-15
9,072
Türkiyənin "Türksat 4А" peyki orbitə buraxıldı
Telekanalın məlumatına görə, peykin buraxılması mərasimində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Elvan iştirak edib. Bu barədə türk mediası məlumat yayıb. Yaponiyanın "Mitsubishi Electric" şirkəti tərəfindən yaradılan "Türksat 4А" peyki yanvarın 8-də Türkiyəyə təhvil verilib. Türkiyənin ilk "RASAT" kəşfiyyat peyki 2011-ci ildə orbitə buraxılıb. 2016-cı ildə "Türksat 5A" peykinin buraxılışı gözlənilir.
2014-02-15
9,073
Eldəniz Quliyevdən kiçik hekayə - “Ulamaq istəyi”
Ulamaq istəyi Xocalı şəhidlərinə ithaf Havadan qan qoxusu gəlirdi. Ermənilər kəndi təzəcə tərk eləmişdilər. Cavan bir əsgər mənə yaxınlaşdı: - Siz burda kino çəkəcəksiniz? - Hə,- dedim. - Dalımca gəlin!.. Dinməzcə arxasınca düşdüm. Kəndin aşağı hissəsində ensiz bir arx vardı. Əsgər arxın kənarındakı tənha ağaca çatıb dayandı. - Budu...-dedi və nə üçünsə səsi titrədi. - Ermənilər Xocalıdan əsir götürdükləri qız-gəlinlərimizin dördünü bu kənddə saxlayırlarmış!.. – Deyəsən bu dəfə onun bütün vücudu əsdi. - Bir həftə əvvəl it uşaqları, həmin qızları saçlarından... hörüklərindən bax bu ağacdan asıblar... Meyitlər... meyitlər ağırlaşıb düşüb... amma ... - Nə amma?! - Öz səsimə özüm diksindim. - Saçları... saçları başın dərisiylə birgə... – Sözünə davam edə bilməyib... uladı. Elə bil qəfildən məni yerə mıxladılar. Ürəyimin döyüntüsünü gicgahlarımda hiss etdim... Ağacın əyriş-üyrüş budaqlarından... iki cüt hörük sallana qalmışdı... Və elə həmin an mən də ulamaq, əsl it kimi ulamaq istədim... Amma o vaxt heç ağlıma da gəlməzdi ki, bu qərib hörüklər ağır daş parçalarına çevrilib, həmişəlik ürəyimdən asılı qalacaq...
2014-02-15
9,074
Xaçmazda talvar yandı
Xaçmaz şəhəri, Qaradağlı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə və içərisinə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:56-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.
2014-02-15
9,075
Rza Zərrab 25 fevralda sərbəst buraxılacaq
"Rza Zərrab 25 fevfralda sərbəst buraxılacaq". Bunu Türkiyənin ən məşhur müxalif partiyası CHP-nin başqan köməkçisi və İstanbul millət vəkili Gürsəl Təkin 17 dekabr əməliyyatından danışarkən deyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıqlamasında höküməti tənqid edən millət vəkili həyatı boyu hər şey istifadə edə biləcək bir Baş nazir görmədiyini bildirərək bu sözləri deyib: "Rəhmətlik Ərbakanı gündüz-günorta vaxtı şamla axtarırıq. O, heç olmasa bu qədər korlanmamışdı". 17 dekabr əməliyyatıla bağlı danışan CHP-nin başqan müavini Rza Zərrab haqqında bu sözləri deyib: "Rza Zərrab, bu məşhur iş adamı. Böyük ehtimalla tarix verirəm 25 fevralda onu da sərbəst buraxacaqlar. Vurğulayaraq deyirərəm Yalovalılar, 25 fevral onu da sərbəst buraxacaqlar. Təkcə bir şeyi tələb edirəm Yalovadan. Əgər cəsarətiniz çatırsa, şərəfiniz, qürurunuz varsa, 76 milyon insana bir az da olsa hörmətiniz varsa, istədiyim çox sadə bir şeydi; Rza Zərrabın ofisinə girib-çıxan siyasətçilərin videolarını ictimaiyyətlə paylaşın. Çox çətin şey istəyirəm?! Heç olmasa şəkillərini paylaşın. O fotoları görəndə siyasətə nifrət edəcəksiniz. AKP-yə səs verən vətəndaşlarımız nə qədər günah işlədiklərini görəcəklər. İçəridə olanlara həmin siyasətçilər 25 fevrala qədər səəbr edin dedilər".
2014-02-15
9,076
Bu gecə Bakıda iki yanğın olub
Bakı şəhəri, Nəsimi rayonunda inzibati binanın həyətində ümumi sahəsi 70 kv.m olan istifadə olunmayan köməkçi otağın yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, köməkçi otağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 02:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-15
9,077
Milli Məclisdə yumruq davası - Fotolar
Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında AKP-li millət vəkili ilə CHP-li millət vəkilləri arasında gərginlik yaşanıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni qanun təklifinin müzakirə edildiyi TBMM iclasında söz alıb kürsüyə çıxan CHP-nin sədr müavini Bülənt Tezcan hökuməti vəzifədən sui-istifadə etdiklərinə görə tənqid edib. Vaxtı bitsə də kürsüdən enməyən millət vəkilinə TBMM-nin vitse-spikeri Sadiq Yaqut xəbərdarlıq edib. Xəbərdarlığa baxmayaraq kürsüdən enməyən və başqalarının vaxtına girən Bülənt Tezcana AKP-li millət vəkilləri də reaksiya göstərib. Bundan sonra da CHP-li millət vəkilinin kürsüdən enmədiyini görən parlamentin vitse-spikeri iclasda fasilə elan edib. Bu vaxt AKP-li millət vəkili Bayram Özçelik kürsüdəki Tezcanın yanına gedib. Yaşanan sözlü mübahisə zamanı Özçelik Tezcana yumruq atıb. Bu yumruqdan sonra məclisdə ara qarışıb. AKP-li və CHP-li vəkillər bir-birinə girib. Məclisdə dava təxminən 5 dəqiqə davam edib. Üzünə dəyən zərbənin təsirindən CHP-li millət vəkili Əli İhsan Köktürk xəstəxanaya aparılıb. CHP-dən xəstəxanaya aparılan millət vəkilinin səhhətinin yaxşı olduğu haqqında açıqlama yayılıb.
2014-02-15
9,078
Suaresin İraqda “əkiz qardaş”ı tapıldı
"Liverpul"un forvardı Luis Suaresin oxşarı tapılıb. "Axar.az" xəbər verir ki, İngiltərə klubunun iraqlı azarkeşi uruqvaylı ulduzun eynisidi. O, bu günlərdə İngiltərəyə baş çəkərək, sevimli komandası "Liverpul"un oyununu izləyib. İraqlı "Suares" "qırmızılar"ın başqa bir ulduzu - Daniel Sturridge ilə şəkil çəkdirsə də, əsl Suareslə görüşə bilməyib.
2014-02-15
9,079
Təhsil Nazirliyinin binasında yanğın - Foto
Bu gün səhər saat 7 radələrində Bakının mərkəzində yanğın olub. "Axar.az" "AzNews.az"a istinadən bildirir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhər Təhsil İdarəsinin Mərkəzləşdirilmiş Mühasibatçılıq binasında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə heyətləri tərəfindən söndürülüb. FHN-dən verilən məlumata görə, ilkin ehtimal elektrik naqillərindəki qısaqapanma nəticəsində yanğın baş verib. Yanğında xəsarət alanlar yoxdur.
2014-02-15
9,080
Atəşkəs rejimi pozulmaqda davam edir
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub. "Axar.az"a Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl, Xocavənd və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-15
9,081
Məktəbli qız ədalətsizliyə görə Təhsil nazirinə müraciət etdi
Fevralın 13-də start götürən "Sabahın alimləri" III Respublika Müsabiqəsinin iştirakçılarından biri tədbirdən uzaqlaşdırılıb. "Axar.az" xəbər verir ki, müsabiqədən uzaqlaşdırılan iştirakçının adı Əminə Əmirxanlıdır. Əminənin hazırladığı proyekt müsabiqə təşkilatçıları tərəfindən plagiat hesab olunub və qəbul edilməyib. Məktəbli qız isə hazırladığı proyektin heç bir bənzərinin olmadığını və yenilik etdiyini qeyd edib. Buna görə də o, Təhsil naziri Mikayıl Cabbarova müraciət edib. Qeyd edək ki, "Sabahın Alimləri" müsabiqəsi dünyanın ən nüfuzlu yarışı olan "İntel İSEF"də iştirak edən namizədləri müəyyənləşdirmək üçün seçim turudur. Müsabiqə 8 kateqoriya üzrə (riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri) keçirilir. Burada 108 şagird 65 elmi layihə ilə iştirak edir. Həmin layihələrdən 36-ı kollektiv, 29-u isə fərdidir. 15 fevral tarixində müsabiqə yekunlaşır və qaliblər mükafatlandırılacaq. Məktəbli qızın məktubunu təqdim edirik: "Salam Mikayıl müəllim. Məktubu sizə ünvanlayan Səbail rayonu 7 saylı məktəbin XI sinif şagirdi,eyni zamanda, ABŞ-in Kilgore Kollecinin tələbəsi Əminə Əmirxanlıdır. 2012-2013-cü illər 2 dəfə ingilis dili fənn olimpiadasında, 2 dəfə də Sabahın Alimləri Respublika Musabiqəsində 1-ci yerləri tutmuşam və qızıl medalla təltif olunmuşam. 2012-ci il ABŞ səfirliyi xətti ilə YLP iştirakçısıyam və ABŞ-ın Arizona Universitetində liderlik dərsləri almışam. İstanbulda keçirilən 23-cü Beynəlxalq MEF olimpiadasının iştirakçısıyam. 2 dəfə Kiprdə təlimdə olmuşam. Gələcəyə baxış ABŞ-Azərbaycan forumuna SOCAR-dan valantyor kimi qatılmışam. 2014 -cü il 5 fevral günü Dövlət Gənclər Mükafatı almışam. Dərs əlaçısıyam. Bu il də Sabahın Alimləri III Respublika Müsabiqəsinə qatılmışam. XI sinif olmağıma baxmayaraq, vaxtımın çoxunu bu işə sərf etdim. İşim dünyada kimsənin etmədiyi, heç yerdə çap olunmayan yeni bir şeydir. Olduqca ciddi hazırlaşdım. Elmi rəhbəri "Google"dan araşdırıb seçmişəm. Seçdiyim adam isə olduqca tanınmış azərbaycanlıdır. Kamran Mahmudov. Biz hələ şəxsən görüşməmişik, bütün tapşırıqları, dərsləri "Skype"dan almışam. Amma proyektin sintez hissəsini BDU-nun Ekoloji kimya və ətraf mühitin qorunması laboratoriyasında özüm şəxsən etmişəm. Bu gün haqsızlıq baş verdi və mən müsabiqədən kənarlaşdırıldım. Mənə bildirdilər ki, proyektim plagiatdır. Elmi rəhbərim Lissabondan müsabiqə təşkilatçılarına mesaj göndərdi və proyektin mənim etdiyim hissəsindəki yenilikləri təsdiqlətdi. İşin plagiat olmadığını, mənim gördüyüm hissənin isə mənə qədər heç yerdə çap edilmədiyini bildirdi. Sizə əminliklə bildirirəm ki,mənim gördüyüm hissə plagiat deyil və dünyada heç yerdə çap olunmayıb. Mənə inanaraq bitərəf ekspert qrupu təyin etsəniz, görəcəksiniz ki, "Shiff" əsaslı kondensləşməsinə əsaslanan molekulyar açarlar mənə qədər heç bir ədəbiyyatda yoxdur. Mənim gördüyüm işdə 2 böyük yenilik budur: Birinci, şif əsaslı kondensləşmənin köməyi ilə izomerləşmə, ikinci isə ion qarşılıqlı təsir hesabına izomerləşmədir. Mikayıl müəllim, sizin məsələni araşdırmanıza çox ümid edirəm. Xahiş edirəm, Elmi Ekspertiza Komissiyası, yaxud bitərəf ekspert qrupu ədalətlə araşdırsın ki, göstərdiyim hissələrdə plagiat varmı?"
2014-02-15
9,082
Arif Paşayev “İstiqlal” ordeni ilə təltif edildi
Akademik Arif Paşayev "İstiqlal" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alınır: "Azərbaycan Respublikasında səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə Arif Mir Cəlal oğlu Paşayev "İstiqlal" ordeni ilə təltif edilsin". Qeyd edək ki, Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür. Xatırladaq ki, Arif Paşayev 2004-cü il fevralın 15-də daha bir yüksək mükafata — "Şöhrət ordeni"nə layiq görülüb.
2014-02-15
9,083
Zeynəb Xanlarova "İnstaqram"da
Sosial şəbəkələr artıq yaşından, vəzifəsindən, sənətindən asılı olmayaraq hamının diqqətini cəlb etməyi bacarıb. Daha bir məşhur sima sosial şəbəkə istifadəçisinə çevrilib. SSRİ xalq artisti Zeynəb Xanlarova da artıq sosial şəbəkə istifadəçilərindəndir. ANS PRESS-in məlumatına görə, "Şoubiz"ə açıqlamasında sənətçi bu barədə bildirib. Z.Xanlarova "İnstaqram" sosial şəbəkəsində qeydiyyatdan keçib. Zeynəb Xanlarova hələ ki, üç şəkil paylaşıb. Ümid edək ki, Xalq artisti ən son yenilikllərini sevənləri ilə özü paylaşacaq.
2014-02-15
9,084
Qar ABŞ-da 25 can aldı
ABŞ-da qar çovğunundan ölənlərin sayı 25-ə çatıb. "Axar.az" xəbər verir ki, həyatını itirənlər arasında Nyu York sakini olan hamilə qadın da olub. Həkimlər qeysəriyyə əməliyyatı ilə uşağın həyatını xilas edə biliblər. Qeyd edək ki, fevralın 14-də ABŞ ərazisində qar çovğunu üzündən 2 mindən çox aviareys ləğv olunub.
2014-02-15
9,085
1990-1997 şəhidlərinə nədən kompensasiya verilmir? – Rəsmi
1990-1997-ci illər arasında həlak olmuş Azərbaycan əsgərlərinə görə ailələrinə niyə qanunda göstərilmiş məbləğin verilməməsi bəlli olub. Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib: "Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət tərəfindən icbari şəxsi sığortası qaydaları və şərtləri "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" 20 may 1997-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanunun 4-cü maddəsinə əsasən, hər bir hərbi qulluqçu 11 000 manat məbləğində sığorta edilir. Bu qanunun bəzi müddəlarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarı ilə qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara həmin məbləğin ödənilməsinin qaydası və şərtlərinin qısa müddətdə müəyyən olunması Milli Məclisə tövsiyə edilib". Xatırladaq ki, şəhid əsgərlərimizin hər birinin ailəsinə 11 min manat məbləğində sığorta ödənilir. Bu qanunun hələlik 1990-97-ci illərdə şəhid olanların ailəsinə tətbiqi gerçəkləşməyib.
2014-02-15
9,086
Bakıda ev sahibilə birgə yandı
Bu gün səhər saat 07:00 radələrində Bakının Xətai rayonunda mənzillərin birində yanğın baş verib. Əhmədli qəsəbəsi ev 5 A evi yanıb. Yanğın zamanı ev sahibi 59 yaşlı Gözəlağa Ağayev yanıb. Onu 3-cü dərəcəli yanıq xəsarətlərilə xəstəxanaya yerləşdiriblər (ANS). Həkimlərin sözlərinə görə, Gözəlağa Ağayev ağır dərəcəli yanıq xəsarətləri aldığı üçün hazırda onun vəziyyəti orta-ağırdı. Hadisənin elektrik qısaqapanmasından baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
2014-02-15
9,088
Daha bir Qarabağ əlili özünü yandırdı - Yenilənib
Azərbaycanda daha bir Qarabağ əlili özünü yandıraraq intihar edib. Teleqraf.com-un xəbərinə görə, Sumqayıt şəhər icra hakimiyyətinə ev problemi ilə müraciət edən Sumqayıt sakini, 1-ci qrup Qarabağ əlili Məcidov Malik Qardaşxan oğlu müsbət cavab almayıb. Növbəti dəfə rədd cavabı alan Malik Məcidov Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihar edib. Əvvəlcə Sumqayıt şəhər xəstəxanasına aparılan M.Məcidov gecə saatlarında Bakıdakı 5 saylı xəstəxanaya gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, o, bir neçə il idi ki, mənzil problemini həll etmək üçün mübarizə aparırdı. Hələ əvvəlki icra başçısı Vaqif Əliyevin dövründə mənzil problemini həll edə bilməyən Malik Məcidov bununla bağlı müxtəlif KİV-lərə də müraciət etmişdi. I qrup Qarabağ Qazisi Malik Məcidovun davamlı şikayətindan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov onu qəbul da etmişdi. Qeyd edək ki, həmin qəbulda başçının müavini Tariel Hacıyev, Mənzillərin Uçotu, Bölüşdürülməsi və Dəyişdirilməsi şöbəsinin müdiri Sədaqət Əsədova da iştirak edib. Məlumata görə, M.Məcidov bir neçə il əvvəl aldadılıb. Belə ki, Qarabağ qazisinin mətbuata bildirdiyinə görə, Mənzillərin Özəlləşdirilməsi və İnventarlaşdırılması şöbəsində müdir vəzifəsində işləyən Sədaqət Əsədova sabiq icra başçısı Vaqif Əliyevin göstərişi ilə M.Məcidovun evini saxta sənədlərlə başqasının adına özəlləşdirərək satıb. O, elə bu səbəbdən hazırkı icra başçısı Eldar Əzizovun qəbulunda olub. Qəbul zamanı E.Əzizov Sədaqət Əsədova ilə onu üzləşdirib. Malik Məcidovun görüşdən sonra verdiyi açıqlamaya görə, qarşı tərəf özbaşınalıqları etiraf etməli olub. Sonda E.Əzizov M.Məcidovun Qarabağ və şəhid ailələri üçün nəzərdə tutulmuş ev növbəsinə götürülməsi haqqında tapşırıq verib. Söhbət zamanı M.Məcidov tezliklə ona ev verilməsini tələb edib. M.Məcidovun sözlərinə görə, ev növbəsinə tələb olunan bütün sənədləri toplamasına baxmayaraq Mənzillərin Uçotu, Bölüşdürülməsi və Dəyişdirilməsi şöbəsinin müdiri Sədaqət Əsədova onu növbəyə götürməkdən imtina edib. Maraqlıdır ki, Vaqif Əliyevin rəhbərlik etdiyi dövrdə Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən binadan bir mənzili də M.Məcidova veriblər. Ancaq həmin mənzildə yaşamaq Qarabağ qazisinə qismət olmayıb. Səbəb isə həmin dövrdə Sumqayıtın sabiq icra başçısı Vaqif Əliyev pul "sıxıntısı" keçirirməsi olub. Hər halda Qarabağ qazisi belə iddia edir. Buna görə mənzillərdən birini satmaq qərarına gəlirlər. Həmin vaxt Mənzillərin Uçotu , Bölüşdürülməsi və Dəyişdirilməsi şöbəsinin müdiri Gülsarə Əhmədova vasitəçilik edərək Qarabağ qazisi ilə sabiq başçının görüşünü təşkil edir. Başçının iş otağında evi satmaq barədə sövdələşirlər. Ancaq sövdələşmədə Malik Məcidova vəd edirlər ki, növbəti ev bölgüsündə ona 2 mənzil və "Karvan Ticarət Mərkəzi"dən bir dükan da hədiyyə edəcəklər. Bu minvalla onu aldadaraq evini satıb Gül bayramını təmtəraqla yola verirlər. Xeyli müddətdən sonra ev bölgüsündə vəd verildiyinə baxmayaraq, ona mənzil verilmir. Malik Məcidov bundan sonra Sumqayıt şəhər məhkəməsinə üz tutsa da, məhkəmə onun iddiasını qəbul etmir və bu azmış kimi onu ev növbəsindən də çıxarırlar.
2014-02-15
9,089
Azərbaycanlı məmurun modelyer qızı dəfilə keçirdi - Londonda
İngiltərədə azərbaycanlı modelyer Günel Rüstəmovanın moda nümayişi keçirilib. Axşam.az-ın məlumatına görə, ötən gün Londonda başlanan "Fashion week" çərçivəsində baş tutan ilk şoulardan biri məhz Günelin olub. Bir-birindən fərqli kolleksiyalar təqdim edən modelyerin geyimləri bəyənilib. Dünyaca məşhur model Koko Roşa G.Rüstəmovanın dəfiləsində səhnəyə çıxıb. Qeyd edək ki, Günel Rüstəmova Londonda "Central Saint Martins" universitetinin dəb fakültəsini yüksək dərəcəli diplomla bitirib. O həm də rəssam kimi fəaliyyət göstərir. Günel Rüstəmova Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızıdır.
2014-02-15
9,090
Cəlilabadda ağır yol qəzası: 1 ölü, 3 yaralı
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 28 yaşlı Seymur Əliyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Lerik rayon sakini, 28 yaşlı Əfrayıl Yaqubovun idarə etdiyi "Ford" markalı minik avtomobili ilə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü daxil olmaqla, onların sərnişinləri, Masallı rayon sakinləri Saleh Hikmətli və Şahin Qafarzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, "VAZ-2107"-nin sürücüsünün həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
2014-02-15
9,092
Yolun ortasında qanlı atışma - Video
Sankt-Peterburq şəhərinin Vıborqsk rayonun Engels prospektində uzun mübahisədən sonra sürücülər bir-birinə atəş açıb. "Axar.az"ın xəbərinə görə, qanlı hadisə "BMV Х5" və "Volvo" markalı avtomobullərin sürücüləri arasında baş verib. Birinin digərinə yol vermədiyini əsas gətirən sürücülər sonda silaha əl atmalı olublar. Videodan da görünür ki, hadisə Hollivud filmləri təsiri bağışlayır. Hələlik saxlanılanlar olmayıb. Polis hadisə yerindən qaçanları axtarır.
2014-02-15
9,093
İlhamə Quliyeva Nadir Qafarzadəyə üzr istətdi
Nadir Qafarzadə əməkdar artist Cavanşir Məmmədov haqqında dediyi kobud sözlərə görə üzr istəyib. "Axar.az" xəbər verir ki, Xalq artisti İlhamə Quliyeva bu məsələ ilə bağlı "ATV maqazin"ə müsahibə verərkən "Nadirin belə bir addım atmasını mən istəmişəm" deyib: "Cavanşir Məmmədov ondan böyükdür. Mən Nadirdən belə bir addım atmasını istəmişəm. Onun mənim sözümdən çıxmağa ixtiyarı yoxdur".
2014-02-15
9,094
Sumqayıt polisi: İntihar etmək istəyən Qarabağ əlili sərxoş olub
Ötən gün saat 15.30 radələrində Sumqayıt şəhərində yaşayan I qrup Qarabağ əlili Malik Qardaşxan oğlu Məcidov özünü yandırmaq istəyib. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Malik Məcidov Sumqayıt şəhər İcra Hakimiyyətinin qabağına gələrək əlindəki butulkanın içərisindəki benzini üstünə tökərən özünü yandırmaq istəyib. Lakin ərazidə olan polis əməkdaşları onu durdura bilib. Polislər həmin şəxsin içkili vəziyyətdə olduğunu bildirib. Malik Məcidov maddi vəziyyətinin pis olmasını əsas gətirərək, özünü öldürmək istəyib. Polisdən bildiriblər ki, həmin şəxsə həmişə diqqət və qayğı olub. M.Məcidova dövlət tərəfindən maşın və ev də verilib. Lakin o, yenə də maddi durumunun ağır olmasından şikayət edib. Məsələ ilə bağlı Sumqayıt şəhər icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavin Sahib Quliyevinverdiyi məlumata görə, hər dəfə bir Qarabağ əlili onlara müraciət edir. "Hər gün çox sayda müraciətlər daxil olur. Lakin dünən heç kəs özünü öldürmək istəməyib. Deyilənlər yalandı. Sumqayıtda problemi olanlar bizə müraciət edib və tərəfimizdən əhalinin bütün problemləri həll olunur", - deyə Sahib Quliyev bildirib. Qeyd edək ki, məsələ ilə bağlı "Qarabağ qaziləri" Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev APA-ya bildirib ki, M.Məcidovun özünü yandırması barədə yayılan informasiyalar doğru deyil: "Malik Məcidov özünü yandırmaq istəyib, lakin ətrafındakı insanlar buna mane olublar. Sadəcə Malik Məcidov intihar məqsədilə üstünə benzin tökdüyü üçün həmin maye onun dərisinə zəhərlənmə verib. Hazırda Sumqayıt xəstəxanasında müalicə alan əlilin vəziyyəti normaldır". E.Mustafayev həmçinin bildirib ki, əlil M. Məcidovun problemi ilə hələlik heç kim maraqlanmayıb: "Əlilin problemlərinin həlli edilməsi üçün bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinə gedərək məsələ qaldıracağıq".
2014-02-15
9,095
Misirdə başlayan qanlı aksiyaya 2 adam qurban getdi
Misirin müxtəlif şəhərlərində təşkil edilən aksiyalarda 2 adamın öldüyü bildirilib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, "Darbeyi-rədd" üçün Milli İttifaqın "Rabia, inqilabın simvolu" adı altında milyonluq aksiya çağırışına cavab verən minlərlə insan müxtəlif şəhərlərdə küçələrə axışıb. Əks qüvvələr və aksiyaçılar arasında çaxnaşmaların yaşandığı aksiyalarda molotov kokteyli, bıçaq, kəsici alətlər, tüfəng və dəyənəklərdən istifadə olunub və nəticədə təhlükəsizlik qüvvələri olaya müdaxilə edib. Əl-Minya şəhərində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Hadisə əsnasında evinin balkonunda olan bir uşaq tüfənglə açılan atəş nəticəsində dünyasını dəyişib. Dimyat şəhərində isə aksiyaçılara mane olmağa çalışan bir adam bıçaqlanaraq öldürülüb. Qeyd edək ki, nümayiş keçirək üçün Milli İttifaq "Rabiatul Ədəviyyə" və "Ən-Nahda" meydanlarında nümayişlərə müdaxilə edilməsinin altıncı ayı münasibətilə ölkə daxilində aksiya çağırışı etmişdi.
2014-02-15
9,096
Dudayevin qoydurduğu “Genosid” abidəsi sökülür
Çeçen xalqının 1944-ci ildə deportasiyası nəticəsində qurban olanların xatirəsinə ucaldılmış Genosid abidəsi başqa yerə köçürülür. "Axar.az" Rusiya mediasına istinadən xəbər verir ki, 1992-ci ildə Cövhər Dudayevin təşəbbüsü və təkidi ilə ucaldılan abidənin üst hissəsinin ("çurtalar") kiçik parçalarının Əhməd Kadırov adına meydandakı əraziyə köcürülməsinə qərar verilib. Qeyd edək ki, həmin ərazi çeçen hüquq–mühafizə orqanlarının dəfn olunduğu qəbristanlıqdır. Bildirilir ki, şeyx Əli Mitayev küçəsindəki Genosid abidəsinin sökülməsinə fevralın 12-dən start verilib, ərazi üç metrəlik sədlə hasara alınıb. Memorial kompleksinin gizli şəkildə başqa yerə köçürlməsi şəhər sakinləri tərəfindən etirazla qarşılanıb. Onların qənaətinə görə, belə etməklə kimlərsə, yaddaşlardan çeçen xalqının böyük bir faciə epoxasını silmək istəyirlər. Sakinlər məsələ ilə əlaqədar Rusiya və Çeçenistan rəhbərliyinə müraciət edəcəklərini və kompleksin yerində qalması tələbini səsləndirəcəklərini vurğulayıblar. Bu addıma əl atanlar cinayət törətmiş sayılacaq. Şəhər meriyasından isə bildiriblər ki, göstəriş yuxarılardan gəlib. Sakinlərdən biri deyib ki, hələ 2008-ci ildə Qroznı şəhərinin meri Müslüm Xuçiyev də Geonosid abidəsinin köçürülməsinə cəhd etmişdı, lakin sıravi sakinlərin etirazı nəticəsində o, istəyindən əl çəkib. Xatırladaq ki, kompleks qeneral Cövhər Dudayevin göstərişi ilə ərsəyə gəlib. Kompleks divarlarının birinin üzərində, "Duxur daç! Dolxur daç! Diç diyr daç! (Sınmayacağıq! Ağlamayacağıq! Yaddan çıxartmayacağıq") sözləri yazılıb. Son Rusiya–Çeçenistan müharibəsi başa çatandan sonra sonucu ifadə "Dutur daç" (qoymayacağıq) ifadəsi ilə əvəzlənib. Onu da qeyd edək ki, 23 fevralda çeçen və inquş xalqlarının Qazaxıstan və Orta Asiyaya deportasiyasının 70 ili tamam olacaq.
2014-02-15
9,097
Nobel namizədlərinin adı təsdiqləndi - 210 ad
2014-cü il Ədəbiyyat üzrə Nobel mükafatına 210 addan ibarət nazmizədlərin siyahısı təsdiqlənib. "Axar.az" xəbər verir ki, bu barədə İsveç Akademiyasının daimi katibi Peter Enqland öz bloqunda məlumat verib. Siyahı fevralın 13-ü təsdiqlənib. Katibin sözlərinə görə, 210 addan 36-sı ilk dəfə səslənib. Bildirək ki, namizədlərin sayı aprel ayında 15-20 nəfərə kimi ixtisar olunacaq. Daha sonra isə onlardan beşi qalacaq. Akademiyanın üzvləri səs çoxluğu ilə o namizədlərdən birini seçərək rəsmi şəkildə Stokholmda təqdim olunacaq. Xatırladaq ki, 2013-cü ildə bu mükafat kanadalı yazıçı Elis Munroya təqdim olunub.
2014-02-15
9,098
“Xüsusi adam”a 142 minlik maşın - Video
Maurinyo Londonda "Jaquar" avtomobilinin yeni markasının təqdimetmə mərasimində iştrak edib. Dünya brendi sayılan "Jaquar" şirkətinin "F- TYPE Coupe" markalı yeni avtomobilinin təqdimetmə mərasimi keçirilib. "Axar.az" xəbər verir ki, Maurinyo Hindistan şirkəti "Tata Motors"a məxsus olan brendin səfiri olmaq təklifini qəbul edib. Həmin gecə ictimai fəaliyyəti ilə bağlı media nümayəndələrinə məlumat verən Maurinyo eyni zamanda futboldan danışmağı da unutmayıb. Portuqaliyalı mütəxəsis komandasının İngiltərə Premyer Liqasındakı çıxışı haqda danışıb: "Hazırda bir qədər rahatıq. Turnir cədvəlindəki mövqe və komandamızın parlaq gələcəyinə inam bizim çıxışımıza böyük təsir göstərəcək. Komandam liderlik mövqeyinə çətinliklə yüksəldi. Lakin orda qalmağın çətin olacağını düşünmürəm. İndi hər şey öz əlimizdədir. Futbolçular da çox yaxşı başa düşür ki, hər oyunda qələbə qazansaq, bizə çempion olmaq üçün heç nə mane olmayacaq. "Çelsi" uzun müddətdir məğlub olmuruq. Bu da bizim üçün böyük üstünlükdür. Biz asta-asta öz məqsədimizə doğru irəliləyirik". Tədbirdə iştrak etdiyinə və şirkətin səfəri olmağa razılıq vediyinə görə Maurinyoya yeni marka olan "Jaquar" hədiyyə olunub. Bu haqda isə Portuqliyalı mütəxəsis zarafatla, maraqlı açılama verib: "Hesab edirəm ki, məni bu maşınla görənlər paxıllığımı çəkəcək. Onsuzda paxıllığımın çəkilməsinə görə əziyyət çəkirəm. Bu da onlar üçün əlavə mövzü olacaq". Qeyd edək ki, bu avtomobilinin ilkin qiyməti 142 min dolları həcmindədir.
2014-02-15
9,099
İcra başçısı partlayan obyektinə yiyə çıxmır
"Azadlıq prospekti" metro-stansiyası yaxınlığında, Süleyman Sani Axundov küçəsində partlayan yarımçıq tikilinin Binəqədi rayonunun keçmiş, Samux rayonunun hazırkı icra başçısı Alı Qocayevin olması barədə "Axar.az"a Binəqədi rayon rəsmiləri məlumat vermişdi. Məsələ ilə bağlı Alı Qocayevlə əlaqə saxlamağa cəhd etdik. Samux rayon İH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova "Axar.az"ın əməkdaşına icra başçısının iş başında olduğunu bildirsə də, məsələnin mahiyyətini bildikdən sonra Alı Qocayevin tədbirdə olduğunu bildirdi. Xanım müavin bildirdi ki, bu məsələ Samuxla bağlı olmadığı üçün o, heç nə deyə bilməyəcək və icra başçısına zəng barədə məlumat verəcək. Alı Qocayevin mobil telefonuna isə özünü başçının sürücüsü kimi qələmə verən şəxs cavab verdi və bildirdi ki, Alı Qocayevə bu barədə məlumat verəcək. Qeyd edək ki, Alı Qocayev 2012-ci il 12 aprel tarixinə qədər Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb və həmin tarixdə Prezidentin sərəncamı ilə Samux rayonuna icra başçısı göndərilib. Partlayış nəticəsində dağılan tikintinin Alı Qocayevə məxsus olduğu bildirilsə də, icra başçısı üzə çıxmır. Xatırladaq ki, Binəqədi rayon icra hakimiyyətindən verilən məlumatda bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qərarı ilə Alı Qocayevə məxsus obyektin tikintisinin tamamlanmasının dayandırıldığı qeyd olundu.
2014-02-15
9,100
Tanınmış sufi müğənninin ailəsində faciə baş verdi
Tanınmış sufi ifaçısı Novruz Novruzlunun ailəsində faciə baş verib. "Axar.az" "BayMedia"ya istinadən xəbər verir ki, bu günlərdə "Savalan" Mistik Musiqi Qrupunun rəhbəri, tanınmış sufi ifaçısı Novruz Novruzlunun ailəsindən faciə baş verib. Müğənninin 17 yaşlı qızı Nədimli Novruzlu dəm qazından boğularaq, faciəli şəkildə dünyasını dəyişib. Allah rəhmət eləsin!
2014-02-15
9,101
Putin Gürcüstanla münasibətlərdən danışdı
"Mən uzun illər qabaq baş vermiş problemlərin qısa müddətdə aradan qalxmasını görmək istəyirəm". "Axar.az" xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin gürcü jurnalistin sualını cavablandırarkən deyib. O, Gürcüstanla münasibətləri düzəltməyə hər zaman hazır olduqlarını deyib: "Mən illər qabaq baş vermiş problemlərin qısa müddətdə aradan qalxmasını görmək istəyirəm. Bu, çətin prosesdir, amma Rusiya Gürcüstanla münasibətlərin müsbət inkişafında qərarlıdır".
2014-02-15
9,102
Zakir Həsənov ona müraciət edən uşağa cavab verdi
Müdafiə Nazirliyi ötən il xidməti zamanı həlak olan pilotun oğlunun müraciətinə reaksiya verib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a göndərilən cavabda bildirilib ki, 2013-cü il fevralın 11-də Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus helikopter Bakının "Şıx" çimərliyi istiqamətində qəzaya uğrayıb və nəticədə helikopterin ekipaj üzvləri - kapitan Yaşar Mail oğlu Əhmədov, baş leytenant Rüstəm Gülhüseyn oğlu Rüstəmov və leytenant Bəhruz Novruz oğlu Zeynalov həlak olub. Müdafiə Nazirliyi bir daha həlak olan hərbi qulluqçularımızın əzizlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir. Nazirlik qeyd edib ki, kapitan Yaşar Əhmədovun həlak olması faktı üzrə hazırda Respublika Hərbi Prokurorluğunda istintaq aparılır. Baş vermiş hadisəyə Hərbi Prokurorluq tərəfindən hüquqi qiymət verildikdən sonra müraciətdə qeyd olunan məsələlərə baxılacaq. Qeyd edək ki, bu ilin fevralın 11-də Yaşar Əhmədovun 13 yaşlı oğlu Nicat Əhmədov atasına şəhidlik statusunun verilməsi üçün müdafiə naziri Zakir Həsənova müraciət etmişdi: "Hazırda mənim ən böyük arzum atama şəhidlik adının verilməsidir. Atamın doğulduğu Qazax rayon Aslanbəyli kənd orta məktəbinə də atamın adının verilməsini istərdim. Ailəm atama şəhid statusun verilməsi üçün bir sıra dövlət orqanlarının rəhbər və vəzifəli şəxslərinə müraciət edib. Hamısı bildirib ki, bu cinayət işi bağlandıqdan sonra status məsələsinə baxılacaq. Ancaq mən bir daha ailəm adından sizin vasitənizlə müdafiə naziri Zakir Həsənova müraciət edirəm. Xahiş edirəm ki, mənim müraciətimin reallaşmasına nazir özü daha yaxından nəzarət etsin".
2014-02-15
9,103
İndoneziyada dəhşətli vulkan: 100 min adam köçürüldü
Cümə axşamı püskürməyə başlayan vulkan 30 kilometr yüksəkliyə qədər kül saçıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İndoneziyanın Cava adasındakı vulkan püskürməsi nəticəsində üç nəfər ölüb, bölgədən 100 min adam evakuasiya edilib. Cümə axşamı aktivləşən vulkan 30 kilometr yüksəkliyə qədər kül saçıb. İndoneziya prezidenti Susilo Bambang Yudhoyono Kelud vulkanı yaxınlığındakı bölgədə fövqəladə vəziyyət elan edib. Vulkanın partlaması nəticəsində yayılan külün 500 kilometr radiusda ərazini əhatə etdiyi bildirilir. Bəzi şəhər və qəsəbələrdə məktəblər, iş yerləri, hava limanları öz fəaliyyətini dayandırmalı olub. Xatırladaq ki, İndoneziyada bu cür 130 aktiv vulkan var.
2014-02-15
9,104
Tanınmış xəstə aktyordan şad xəbər var
Nejat İşlər ilk dəfə yardım olmadan hərəkət edə bilib. "Axar.az" xəbər verir ki, son bir aydır reanimasiyada müalicə görən məşhur aktyordan yaxşı xəbər var. O, sevindirici xəbərini heyranları ilə bölüşmək üçün feysbuk səhifəsində yazıb: "Dostlar, bu bir ayda tək başıma etdiyim ilk hərəkətdir. Çox xoşbəxtəm. Hər kəsə təşəkkür edirəm. Xəstəliyimin detallarını "OT" jurnalının mart sayında yazacağam".
2014-02-15
9,105
Yeni prezidenti Vaşinqton-Berlin-Moskva üçlüyü seçəcək – Özəl
Ukrayna dünya liderlərinin əsas mübarizə meydanına çevrilib. Bəzi politoloqlar isə Ukraynada yaranmış qığılcımın tezliklə digər MDB ölkələrinə adlayacağı ilə bağlı proqnozlar verirlər. Hadisələrin necə cərəyan edəcəyini, onun gələcəyi ilə bağlı məqamları daha dəqiq aydınlaşdırmaq üçün ukraynalı ekspert Aleksey Blyuminova müraciət etdik. Ukrayna parçalanmayacaq - Aleksey, politoloqların fikrincə, Ukrayna iki yerə parçalana bilər. Bəs bir ukraynalı politoloq kimi siz necə düşünürsünüz? - Təbii ki, ölkədə heç bir parçalanma baş verməyəcək. Hazırda bunun üçün heç bir səbəb yoxdur. Ölkənin cənub-şərq hissəsini paytaxtda baş verən siyasi hadisələrə qoşmaq istiqamətində problemlər yaranıb. Lakin ölkənin qərbində bundan fərqli olaraq aktivlik daha yüksəkdir. Faktlara görə, ölkənin cənub-şərqi Maydandakı siyasətçilərin ölkənin gələcəyi ilə bağlı cızdıqları rəsmdə özlərinə yer edə bilmədi. Bax, onların səhvi də buradadır. Başa düşüləndir ki, praqmatik siyasətçilər onları yad kimi qəbul edən elektorat uğrunda mübarizə aparmayacaqlar. Bu gün Odessa, Dnepropetrovsk və Xarkovda Maydanın tərəfdarlarının sayı təxminən 25-35%-dir. Mənə elə gəlir ki, şərqə genişlənmək adı ilə səsləndirilən bütün gurultulu çıxışlara baxmayaraq, müxalifətin əsas məqsədi başqadır. Onlar Maydanı genişlətmək yox, əksinə özlərinin mövcud olan seçicilərinin sayını qoruyub saxlamağa çalışırlar. Bunun üçün əsas fakt müxalifətin bu gün ölkənin şərqinə Maydanda verdikləri vədlərlə yollanmasıdır. Müxalifət bunları Xarkov, Odessa, Luqanskda yaşayan əhali üçün uyğunlaşdırmalıdır. Məhz sosial bazanın genişlənməsi verilən vədlərlə olacaq. Cənub-şərq siyasi cəhətdən çox passivdir. Orada insanların hökumətə dəstək verən aksiyalar keçirməsi sadəcə, üzdə olan bir şeydir. Bunların hamısı məhz Kiyevdə hakimiyyət dəyişəndən sonra bitəcək. Yəni regionların rəislərinin dayaqları yox olacaq. Hazırkı hakimiyyət hətta Rusiya tərəfdarı olan yeni təşkilatların yaranmasına da imkan yaratmır. Amma bunlara hökumət tərəfindən dəstəyin verildiyi deyilmişdi. Yanukoviç heç bir yeni ocağın yaranmasını istəmir. Oliqarxlar Yanukoviçi məğlub edəcək - Maydan hökumətə qalib gələ bilərmi? - Situasiya bu dəqiqə pat vəziyyətində görünür. Amma bu özünü aldatmaqdan başqa bir şey deyil. Əslində zaman Yanukoviçin əleyhinə işləyir. Burada məsələ hökumətin əhalini qorxutduğu mifik döyüş dəstələri ilə bağlı deyil. Bizdə Maydanda bununla bağlı hətta maraqlı bir zarafat da işlənir: "Maydanın ən çox döyüşə hazır hissəsi maliyyədir". O hissəni böhran, onlarla kredit, büdcənin defoltu adlandırırlar. Hazırkı məqamda Maydanda xalq yox, məhz onlar hökumətin mövqeyinə hücum edirlər. Məsələ orasındadır ki, artıq Rusiya Putinlə Yanukoviçin 17 dekabr tarixində razılığa gəldikləri 15 milyardlıq krediti yarım aydır ki, dayandırıb. Artıq rus məmurlarının özləri də bir tərəfdən Kremlin Ukrayna hakimiyyətinə sponsorluq etmək niyyətində olmadıqlarını müxtəlif formada büruzə verməyə başlayırlar. Bu kredit isə Yanukoviç üçün çox vacib idi. Beynəlxalq Valyuta Fondundan da ona xeyir yoxdur. Həmçinin hökumət fondun sərt təkliflərini qəbul edib qazın qiymətini qaldırmaq da istəmir. Bu şərtlərdə isə Ukraynanın kredit reytinqi, qiymətli kağızlarının dəyəri aşağı düşür. Bax bütün bunlar defolt təhlükəsini artırır. ABŞ səfiri Cefri Payt isə hökumətin siyasi oyunlar oynamağa vaxtı qalmadığını bəyan edir. O, yarım ay müddətində siyasi böhran həll olunmasa, Ukraynanı ağır böhran gözlədiyini bildirir. Daha sonra bu böhranın müxalifət və hakimiyyəti yandıracağını deyir. Görünür, yaya qədər Maydanda edilən zarafatlar həqiqətə çevriləcək. O vaxta qədər isə ya oliqarxlar Yanukoviçi parlamentdə məğlub edəcəklər, ya da hakimiyyət Maydanı silah gücünə təmizləyəcək. Amma ikinci halda ölkədəki vəziyyət Bosniyadakı hadisələrə çevriləcək. Yanukoviç zamanını itirib. Bundan sonra situasiyanın sülh yolu ilə düzəlməsinə də nail olmayacaq. Maydan öz-özünə dağılmayacaq. Hər gün Maydanda bomba həyəcanları yayılır. Ölkənin təhlükəsizlik orqanları hazır vəziyyətə gətirilib. Görünür, bununla xalqı silah gücü ilə dağıtmaq variantına adaptasiya etməyə çalışırlar. Amma mənim fikrimcə, bunların hamısı dəlilikdir və bu hakimiyyətin məhv olması ilə bitəcək. Kliçko qısamüddətli prezident olacaq - Sizcə, Yanukoviçdən sonra müxalifət liderlərindən kim prezident seçilə bilər? - Müxalifət liderlərindən heç kim "Maydan kastinqi"ndən keçməyib. Aydındır ki, onları böhranın tam mərkəzinə siyasi meydandakı yarana biləcək yeni fiqurların təmizlənməsi üçün göndəriblər. Üç müxalifət lideri içərisində hələlik yalnız Vitali Kliçko bir az öz reytinqini qoruyub saxlamağı bacarıb və prinsipcə, onun prezident olmaq şansları hələ də qalır. Ona əsas yatırımı rəsmi Berlin edir və Moskva da bunun əleyhinə heç bir zaman çıxış etməyəcək. Amma Kliçko prezident olsa belə, ona inam resursları çox azdır. Onun öz elektoratı ilə "bal ayı" çox tez olacaq və qısa müddətdən sonra prezident sarayından da atacaqlar. Ona görə də Kliçkonun prezident seçilməsi onun karyerası üçün finiş olacaq. Digər müxalifət liderlərindən isə reytinqdə yaxşı inam dinamikasına malik milyarder Pyotr Poroşenkodur. Uzun müddət ona keçid hökumətinin baş naziri gözündə baxıblar. O, Rusiyada çox yaxşı piar edilir. Amma indi aydındır ki, artıq yatırımlar artıb və mən yaxın müddətdə Kliçkonun böhranın təsirindən reytinqini itirəcəyinə təəccüblənmərəm. Nəticədə yeganə namizəd Pyotr Poroşenko qalacaq. Ona görə də bu dəqiqə Kliçko həyəcanlanıb və tez bir zamanda seçkilərin keçirilməsini istəyir. Rusların investisiyası Ukraynada hələ çox qalacaq - Sizdə hakimiyyətdə duranlar deyirlər ki, Avropa İttifaqı bizim üçün sərfəli deyil. Bəlkə onlar həqiqətən də doğru söyləyirlər? - Avropa İttifaqı filantropik təşkilat deyil. Onların Ukrayna ilə münasibətdə öz maraqları var. Bu, hər şeydən öncə ölkə bazarlarının Avropa mallarına açıq olması, sonra isə Rusiyanın potsovet məkanında hegemonluğunun zəifləməsi deməkdir. Burada Ukraynanın maraqlarını təmin etməklə yanaşı Avropanı da yaddan çıxarmaq lazım deyil. Sözsüz ki, Avropa İttifaqı ilə azad iqtisadi zona Ukrayna üçün ciddi risklər gətirir. Bu müxtəlif sahələrdə işsiz sayının artması deməkdir. Həmçinin fikirləşmək lazım deyil ki, günü sabah buradan rus biznesi gedəcək. O özünü burada heç də pis hiss etmir. Ruslar əlverişli olan, uzun müddət qalmağı planlaşdırdıqları yerlərdə investisiyaları və varlıqlarını saxlamaqla bərabər genişləndirirlər. Yəhudilər Maydanı müdafiə edir - Hazırda Maydanda ən aktiv qüvvənin şovinist millətçilər olduğu deyilir. Bu miqrantlarla bağlı problemlərə gətirib çıxara bilərmi? - Neonasistlər Maydanda var və bunların hamısı görünür. Kiyevin mərkəzində yerləşən divarlar üzərində siz kelt xaçları və "14/88" rəsimlərini görə bilərsiniz. Onlar hazırda Maydanın əsas ideya mərkəzini əhatə etmirlər. Bunlar müəyyən zamana qədər Maydanın yumruğudur. Onları Maydanın beyni adlandırmaq doğru olmazdı. Maydanın səsi isə son aylarda onu tonlarla yazılmış məqalələrlə dəstəkləyən liberallardır. Onların Maydanla maraqları üst-üstə düşməsə, heç bir şey yazmazdılar. Maydanda olan və onu dəstəkləyənlər arasında çoxlu yəhudi də var. "Berkut"la toqquşmalar zamanı məşhur qurban olan Samvel Niqoyan milliyətcə ermənidir. Bundan əlavə Krım tatarları, gürcülər və digərləri. Ona görə də millətlərarası münasibətlərin pozulması ilə bağlı iddialar doğru deyil. Əlbəttə daxili ksenofobiya var. Amma fakt odur ki, üç ay ərzində Maydanda rasizm, ksenofobiya və antisemitizm yönündə konflikt qeydə alınmayıb. Deyəcəyim bəlkə də gülməli olacaq, amma Maydanda ukraynalı millətçilərlə yanaşı rus ultramillətçiləri də var. Hətta rus millətçilərindən "Rus legionu" adlı özünümüdafiə dəstələri yaratmaq fikri də var idi. Rusiya Avropa İttifaqı ilə razılığa gəlir - Amma şayiə də gəzir ki, Ukraynadan sonra növbə Qafqazdadır. Bunun proqnozonu necə verə bilərsiniz? - Rusiyaya Ukrayna və öz sərhədlərinə yaxın digər yerlərdə hansısa xaosun olması sərfəli deyil. Bütün bunların hamısı çox asanlıqla Rusiyanın özünə keçə bilər. Buna görə də Rusiya özü üçün sərfəli olan Ukraynanı ABŞ və Avropa İttifaqı arasında təsir dairələrinə bölməyə çalışacaq. Amma belə bir informasiya da var ki, Rusiya Avropa İttifaqı sammitində bunların hamısını tərəflərlə müzakirə edib. Yəni Rusiya Ukraynanın qaz bazarına nəzarət edir, Avropa İttifaqı Timoşenko dövründə imzalanmış kontraktlara yenidən baxılması ilə bağlı tələblərini geri götürür. Bunun əvəzində isə Rusiya Ukraynaya Avropa İttifaqına inteqrasiya etməyə razılıq verir. Qafqaza qalanda isə bu, ayrıca mövzudur və Ukrayna hadisələri ilə heç bir əlaqəsi yoxdur. Məncə, burada oyuna cəlb olunmuş oyunçular arasında qarşılıqlı əlaqələr tamam fərqlidir. Həmçinin sabah Maydan qələbə qazansa belə, bu regionun geopolitik konfriqurasiyasının dəyişməsinə səbəb deyil. Məsələn, hətta Bakı və Kiyev Xəzər neftinin Qara dəniz üzərindən Odessaya çəkilməsi ilə bağlı razılığa gəlsələr belə, bu Rusiyaya qarşı loyal münasibət göstərən Marqvelaşvili hakimiyyətinin niyyətləri ilə üst-üstə düşməyəcək. O isə Rusiya-Gürcüstan münasibətlərini Ukraynaya görə pozmayacaq. Vaşinqton-Berlin-Moskva üçbucağı - Qərb nə vaxtsa Ukraynanı Rusiyaya sata bilərmi? - Qərb ölkədəki situasiyanı düzəltməyə zəmanət verən və özündən əvvəlki hökumətin söz verib yerinə yetirmədiyi öhdəlikləri həyata keçirə biləcək ukraynalı siyasətçiləri hakimiyyətə gətirməyə çalışacaq. Xüsusi olaraq "Şell", "Şevron" və digər qərb şirkətlərinin Qara dənizin şelf zonasında neft axtarışı ilə məşğul olmağa icazə verməklə yanaşı digər bazarları da üzlərinə açacaq. Aydındır ki, Qərb Yanukoviçə daha yatırım etmir. Amma bir şey də aydındır ki, Ukraynanın növbəti prezidenti "Vaşinqton-Berlin-Moskva" üçlüyünün qərarı əsasında bəlli olacaq.
2014-02-15
9,106
Mərkəzi Komitədən gəlib ayaqqabı tikdirən var
Pinəçi Tahir əmi... "İş adamı"nın növbəti qonağı 43 ildir pinəçilik edən Tahir əmidir. Biz onun yanına gələndə ayaqqabı tikirdi. Yəni iş başında idi. Gəlişimizin məramını deyən kimi özü sözə başladı: - Məni Bakının yarısı tanıyır, bu işi də necə sevdiyimi hamı bilir... Səkkizinci sinifdə oxuduğum vaxtlar ailəmin vəziyyəti çox ağır idi. Belə bir vaxtda məktəbdə oxumaq istəmədim və ayrıldım. Çünki ailəmə kömək lazım idi. Bu sənətə usta yanında yiyələnmişəm. Elə uşaqlıqdan pinəçilik peşəsinə həvəsim, marağım olub. Ustamın yanında həmişə diqqətcil, səbirli və həvəsli olmuşam. Qısa zaman içində pinəçi oldum. Özüm əslən şəkiliyəm. Şəkidən yaxşı ustalar çıxır, ha... 20 il qürbətdə Pinəçi olaraq Şəkidə çalışırdım. Sonra məni Rusiyaya Həştərxan şəhərinə apardılar. Qürbətdə 20 ilə yaxın işlədim. İlk günlər bu şəhərdə çətin olsa da, insanlarla ünsiyyətə tezliklə alışdım. Hərbi xidmət yaşıma çatmışdım. Əsgərliyimi bitirib doğulduğum Şəkiyə qayıtdım. Orada Şəki yerli sənaye kombinatında işə düzəldim. Ayaqqabı təmiri işinə baxırdım. Ancaq qısa müddət sonra Həştərxan şəhərində işlədiyim müdir Şəkidə olduğumu eşitdi və dərhal yanıma gəldi. Yadımdadır, taksi ilə gəlmişdi, elə o taksiylə məni Həştərxana apardı. Bu şəhərdə xeyli müddət çalışdım. Rusiyada işlədiyim müddət ərzində bu sənətə qiymət verirdilər. Burada sənətə qiymət vermirlər. Rusiyada adamlar əliaçıq olur. Bakıda isə üç manat deyirsən, bir manatı güclə alırsan. Bakıya qayıdış 1993-cü ildə Bakıya gəldim. Vətənə gəlmək məni sevindirirdi. Dərhal bir köşk icarəyə götürdüm və işləməyə başladım. Əlbəttə, ilk günlər müştərilər az olurdu, amma sizi inandırım, qısa vaxt ərzində müştərilərim xeyli çoxaldı. Dolanışığım çox şükür, yaxşıdır. Heç vaxt naşükürlük etməmişəm. Keyfiyyətsiz mallar İndiki zəmanədə ayaqqabıya maraq olduqca azalıb. Əvvəllər hara, indi hara... Sovet vaxtı çox keyfiyyətli ayaqqabılar var idi. İndikilərin isə zayı çıxıb. Çünki çin malları dəbə düşəndən, camaat 10-15 manata ayaqqabı alır, o da bir-iki aya xarab olur. Keyfiyyətsiz mallar çoxdur. Dəri ayaqqabılar demək olar ki, heç qalmayıb. Gedirsən bir ayaqqabı dükanına, müştəriləri aldadırlar. Alışqanla yandırırlar dərini ki, baxın, heç yanmır. Əslində, dəri yanmalıdır və sən onun iyini kabab iyi kimi hiss etməlisən. Pula yox, sənətə dəyər verən adam Üç ildir ki, bu sənətdəyəm. Sənətimi çox sevirəm. Pulu sevən adam sənətkar ola bilməz. Pensiyaçılar gəlir yanıma deyirlər pulumuz yoxdur. Canın sağ olsun, deyib, işlərini düz-qoş edirəm. Əsgərlərdən də gələnlər olur. Heç birindən bir manat da almıram. Pula dəyər vermirəm, əsas olan insanlıqdır. Peşəsini sevən adam pula əsla dəyər verməməlidir. 1971–ci ildən bu sənətdəyəm. Ancaq dəri ayaqqabi tikirəm, "dermantin"dən əsla istifadə etmirəm. Bu peşə mənim həyatım, sevincimdir. Bu işlə oyanır, bu işlə yatıram, heç də yorulmuram. Mənim üçün bu sənətin heç bir yorucu, çətin tərəfi yoxdur. Müştərilərlə münasibət Daimi müştərilərim çoxdur. Onlarla münasibətim çox yaxşıdır, amma narazı qalanlar da olur. Narazı qalanı başa salıram ki, yol budur, başqa yolu yoxdur. Məsələn, "dermantin" ayaqqabıdan gətirir ki, bunu tik. Deyirəm ki, bunu tiksəm, ayaqqabı pis günə düşər. Deşiklər yaranar və su buraxar. Deyir, stol "klyonkası" vur. Belə adamlar da olur... Qadın müştərilərim də olur. Ümumiyyətlə, burada mənim müştərilərimlə münasibətim qardaş-bacı, dost kimidir. Məşhur adamların özləri yox, adamları gəlib ayaqqabı sifarişi verirlər. Nazirlər Kabinetindən də sifariş verənlər olur. Gənclər bu sənəti sevmir Pinəçilik sənətinə indiki yeniyetmələrin, gənclərin qətiyyən marağı yoxdur. Kompüterə, internetə maraqları daha çoxdur. Ona görə də bu sənətə nə həvəsləri qalır, nə də maraqları. İnternet gəncləri məhv edir. Həqiqətən də qarşılarına məqsəd qoyub gəlsələr, bu sənətə usta yanında, 10 gün diqqət etsələr, öyrənə bilərlər. Təbii ki, istedadları da olmalıdır. Mən özüm həm ayaqqabı tikirəm, həm də təmir edirəm. Sıxılmıram, əksinə, zövq alıram. Yadıma düşür, bir yeniyetmə oğlan gətirmişdilər yanıma. İki dəqiqədən bir dostları çağırırdı. Elə üzündən də həvəsi olmadığını bilirdim. Axırda aradan çıxdı. Rusiyada işlədiyim vaxtlarda isə 33 tələbəm olmuşdu. Hamısı da pinəçi oldu. Hər yeni il bayramında mənə zəng edib, təbrik eləyirlər. Sənətini sevən adam axıra qədər çalışar. Bizim kimi adamlar rəhmətə gedəndən sonra sənət də öləcək. Geri qayıdacağam Bir gün Şəkiyə qayıdacağam. İnşaallah, can sağlığı olsun. Yaşlandıqca adam vətənini istəyir. İstəyirdim uşaqlarım bu sənətə yiyələnsin, amma özləri istəmədilər. İndi düşünürəm ki, istəməməklə düz ediblər. Çünki ayaqqabı təmiri, pinəçilik sənəti artıq yoxa çıxmaq üzrədir. Mən isə yenə də pinəçi olmağıma görə peşman deyiləm.
2014-02-15
9,107
Sərkisyana görə, ermənilər Azərbaycanı sevir
"Azərbaycan sülh üçün salınan bütün körpüləri yandırmaq istəyir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ermənistan Prezidenti Serj Sərkisyan çıxış edib. O, çıxışında Azərbaycanı məğlub ölkə adlandıraraq burada ermənifobiyanın baş alıb getdiyini bildirib. Sərkisyan öz ölkəsində Azərbaycana nifrətlə bağlı heç bir problemin olmadığını deyib: "Azərbaycan real müharibədə uduzub. İndi də o, Qarabağ ətrafında aktivlik göstərməklə guya müharibənin davam etdiyini göstərməyə çalışır. Amma əslində bu, Azərbaycanın növbəti cinayətkarlığıdır. Burada ermənifobiya vətənpərvərlik kimi başa düşülür. Bu cür vətənpərvərliyə isə bizim ölkədə rast gəlinməz. Azərbaycan sülh üçün salınan bütün körpüləri yandırmaq istəyir və hər iki xalqın yenidən bir yerdə rahat yaşamasına mane olmağa çalışır". Qeyd edək ki, Serj Sərkisyan 1989-1993-cü illərdə Dağlıq Qarabağ Özünü Müdafiə Komitəsinin rəhbəri kimi fəaliyyət göstərib. Məhz bu fəaliyyəti dövründə o, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib.
2014-02-15
9,108
“Mister Bin” boşanır
"Mister Bin" ləqəbi ilə tanınan məşhur ingilis komediya aktyoru Rouen Atkinson 23 illik həyat yoldaşından ayrılıb. "Axar.az" xəbər verir ki, media işçilərinin sözlərinə görə, cütlük artıq bir neçə aydır ki, ictimaiyyət qarşısına çıxmır. Məlumat üçün qeyd edək ki, cütlüyün 20 yaşlı Benjamin adlı oğlu və 19 yaşında Lili adlı qızı var.
2014-02-15
9,109
Sahib İslamovun ailəsi ümidini itirmir
"Əməkdaşımız Sahib İslamovun səhhətində hər hansısa dəyişiklik yoxdur. Həkimlərin rəyinə görə onun beyin hüceyrələri qəza nəticəsində tamamilə məhv olub. Belə xəstələrin müalicəsində isə tibb elmi acizdir. Vəziyyəti pis olaraq qalır. O, Şamaxı xəstəxanasında yerləşdirilib". Bunu Modern.az saytına açıqlamasında Avropa.info-nun baş redaktoru Ruslan Bəşirli jurnalist Sahib İslamovla bağlı vəziyyəti şərh edərkən deyib. Ötən il avtomobil qəzası nəticəsində komaya düşən Sahib İslamovla bağlı həkimlərin rəyinə görə, onu dünyanın heç bir yerində müalicə etmək mümkün deyil. Sahib İslamov Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasından Şamaxı rayon xəstəxanasına köçürülüb. R. Bəşirlinin sözlərinə görə Sahib İslamovun yaxınları ATV telekanalında yayımlanan "Ümid var" verilişinə müraciət etmək istəyirlər: "Yaxınları Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Ümid var" verilişinə müraciət etmək istəyirlər. Elə sizin sayt vasitəsi ilə mən onların adından müraciət edirəm. "Ümüd var" verlişinin aparıcılarından xahiş edirəm ki, Sahibin məsələsini bir daha gündəmə gətirsinlər. Ailəsi Sahibin sağalmayacağına inanmaq istəmir. Hesab edirlər ki, İnşallah Sahibin sağalması üçün bir ümüd var. Ona görə də bu məsələni "Ümüd var" verlişinə çıxartmaq istəyirlər. Bunu da məndən xahiş ediblər. Mən də sizdən xahiş edirəm ki, dəstək verəsiniz, bunu bir kampaniya kimi aparaq".
2014-02-15
9,110
Vanqanın tükürpərdici proqnozları - YENİ
Dünyanın sonuna aid qorxunc proqnozları ilə yadda qalan kor ekstrasens Vanqanın daha bir neçə proqnozu mətbuatda yayılıb. "Axar.az" xəbər verir ki, bu barədə ANS PRESS Rusiya mətbuatına istinadən məlumat verib. Öngörücü Vanqanın verdiyi proqnozların çoxu heç də ürəkaçan deyil. Bolqar görücü Vanqanın öncəgörmələrindən bəzilərini təqdim edirik: 2014-cü ildə kimyəvi və nüvə silahlarından istifadə nəticəsində dünya əhalisinin yarısı dəri xərçəngi ilə mübarizə aparacaq. 2018-ci ildə Avropa ölkələri tükənmə nöqtəsinə gələcək. 2023- cü il dünyanın yeni super gücü Çin olacaq. Müstəmləkiçilər müstəmləkə halına düşəcək. 2025-ci ildə Yerin oxunda nizamsız dəyişiklər hiss ediləcək. 2028-ci ildə Avropada yaşayanların sayı əhəmiyyətli dərəcədə azalacaq. 2033-cü ildə yeni enerji növü kəşf ediləcək. (böyük ehtimalla termonüvə reaksiya). Aclığın qarşısı alınacaq. İçərisində insan olan kosmik gəmi Veneraya uçacaq. 2043-cü ildə qütbdəki buzlar əriyərək su səviyyəsini qaldıracaq. 2076-cı ildə dünya iqtisadiyyatının vəziyyəti yaxşılaşacaq. Müsəlmanlar Avropanın hakimi olacaqlar. ABŞ müsəlmanların nəzarətində olan Rusiyaya qarşı iqlim dəyişdirən silahdan istifadə edəcək. Nəticədə havanın temperaturunda ani və kəskin eniş olacaq. 2084-cü ildə komunizm bütün dünyaya hakim olacaq. 2100-cü ildə təbiət yenidən canlanacaq. 2123-cü ildə insanlar tərəfindən hazırlanan Günəş dünyanın qaranlıq üzünü öyrənməyə kömək edəcək. 2125-ci ildə kiçik ölkələr arasında müharibə olacaq. 2164-cü ildə Macarıstan kosmosdan siqnallar alacaq. 2170-ci il insanlar yarı heyvan olacaqlar. Gəlmələrin köməyi ilə sualtında mədəniyyət yaradılacaq. 2221-ci ildə quraqlıq yaşanacaq. 2256-cı il başqa dünya axtarışında olan insanlar qorxunc bir şeylə qarşılaşacaq. 2271-ci il kosmik gəmi dünyaya yeni bir qorxunc xəstəlik gətirəcək.
2014-02-15
9,111
181 həkimdən 93-ü testdən keçə bilməyib
Səhiyyə Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirilən növbəti imtahana qatılan 181 həkimin 88-i yaxşı nəticə toplaya bilib. "Axar.az" xəbər verir ki, bu barədə nazirlikdən virtualaz.org saytına məlumat verilib. Məlumatda deyilir ki, həkimlərin mərkəzləşdirilmiş işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin qiymətləndirməsinə əsasən 181 həkimdən 88-i müsahibə mərhələsində yaxşı nəticə toplaya bilib, 93-ü isə suallara cavab verə bilməyib. Qeyd edək ki, ötən imtahanda sənəd vermiş 195 həkimdən yalnız 57 nəfəri imtahandan yaxşı nəticələr göstərmişdi. ​
2014-02-15
9,112
Qarabağ qaziləri özünü yandıranlara "Durun" dedi
Xəbər verildiyi kimi, dünən Sumqayıt şəhərində 1-ci qrup Qarabağ əlili Məcidov Malik özünü yandırmağa cəhd edib. Baş vermiş hadisə ilə bağlı "Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birlikləri birgə müraciət yayıblar. Müraciətdə deyilir: "Ötən il, dekabrın 25-də 2-ci qrup Qarabağ qazisi Zaur Həsən oğlu Həsənov ona qarşı olan haqsızlığa etiraz əlaməti olaraq özünü yandırmaqla intihar etməsindən sonra daha 2 nəfər özünü yandırmış, digər 2 nəfər isə özünü yandırmağa cəhd etmişdir. Dünən Sumqayıt şəhərində 1-ci qrup Qarabağ əlili Məcidov Malik özünü yandırmağa cəhd edib. Xoşbəxtlikdən ətrafdakı insanlar Qarabağ qazisinin özünü yandırmasına mane olublar. Biz bütün Qarabağ qazilərinə, döyüşçü dostlarımıza müraciət edirik: Özünüzü yandırmayın, biz sizin problemlərinizi, ağrı-acılarınızı çox yaxşı başa düşürük, amma bunların həlli üçün intihar çıxış yolu deyil. Zaur Həsənovun özünü yandırmaqla intihar etməsindən sonra Qarabağ əlillərinin problemlərinin effektli həlli istiqamətində dövlət orqanları ilə çox ciddi işlər aparılır. Bu qəbildən olan insanların problemlərinin həlli ilə bilavasitə məşğul olan nazirlik və digər struktur rəhbərləri ilə gözlər başlayıb. Bütün Qarabağ əlillərinin, şəhid ailələrinin, veteranlarının həyatına müsbət təsir edəcək daha konkret işlərin görülməsinin müzakirəsinə başlanıb. Görüşlər və müzakirələr davam edir. Belə bir məqamda problemlərinizə görə özünüzə qıymayın. Ölkəmizdə fəaliyyət göstərən bütün televiziya və radiolardan, o cümlədən kütləvi informasiya vasitələrinin rəhbərlərindən, əməkdaşlarından xahiş edirik ki, müharibənin od-alovundan taleyin qisməti ilə sağ, amma əzalarını-sağlamlıqlarını itirərək yarımcan çıxmış qazilərimizin özlərinə qıymamaları üçün bizlərə informasiya dəstəyi versinlər. Müraciəti "Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birliklərinin rəhbərləri Etimad Əsədov və Firudin Məmmədov imzalayıb.(Musavat.com)
2014-02-15
9,114
Onda insanları özünə cəlb edən mistik bacarıq var
"Janna həyatı çox sevir, ona görə də bu dünyada yaşamaq üçün mübarizə aparır". Rusiya mətbuatının verdiyi məlumata görə, bu sözləri Rusiya müğənnisi Janna Friskenin rəfiqəsi Natalya Kreçetova deyib. Onun sözlərinə görə, Janna hazırda Nyu-York klinikasının birində xərçəngdən müalicə edilir. "Biz "Blestyaşiye" qrupunda birgə oxuyanda o, heç kəsin xətrinə dəymirdi. Onun ümumiyyətlə paxıllığını çəkmirdilər. Janna hər kəslə dil tapmağı bacarırdı. Onda insanları özünə cəlb edən mistik bir bacarıq aşkar etmişdim. Səmimi insan kimi yadda qalan Friske mehriban və yumşaq idi. Mən hələ elə bir adam tanımıram ki, onun haqqında pis sözlər desin", - deyə Natalya Kreçetova "Moskovskiy komsomolets" qəzetinə verdiyi müsahibəsində deyib. Xatırladaq ki, Natalya bir çoxları kimi Jannanın xəstəliyi haqda teelvisorda eşidib. Əvvəlcə inanmayıb, ancaq Jannanın qohumları ilə əlaqə yaratdıqdan sonra informasiyanın doğru olduğunu bilib.
2014-02-15
9,115
Dünyada 232 milyon miqrant var
BMT-nin 2013-cü ildə gənclərin vəziyyəti və xüsusi ilə gənc miqrantların müasir dünyaya verdiyi töhfələrə və onların qarşılaşdığı çağırışlarla bağlı hesabatı açıqlanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, təşkilatın iqtisadi və sosial işlər üzrə departamentinin təqdim etdiyi hesabata əsasən, bu gün dünyada 232 milyon miqrant mövcuddur. Onların 30 faizi 29 yaşdan aşağı olan gənclərdir. Hesabatda vurğulanır ki, iqtisadi, ekoloji və demoqrafik amillərin təsiri insanları miqrasiya etməyə məcbur edir və bu tendensiya artır. Sənədə həmçinin qeyd olunur ki, yaxşı təhsil və iş imkanların axtarılması, müharibədən, təbii fəlakətlərdən xilas olunması da gənclər arasında miqrasiyaya səbəb olan səbəblərdəndir. Bununla belə, sənəddə miqrantların verdiyi töhfələr də sadalanır. Belə ki, hesabatın müəlliflərin qənaətinə görə, miqrantlar məskunlaşdığı ölkədə çalışıb, pul qazanaraq, gəlirin bir hissəsini vətənə göndərirlər, bununla da öz doğma ölkələrinə maddi cəhətdən kömək edirlər. Həmçinin miqrantlar onları qəbul edən ölkələrin sosial və mədəniyyət strukturunu zənginləşdirirlər. BMT-nin təqdim etdiyi sənəddə vurğulanır ki, miqrantların axını problemlər də yarada bilər. "Belə ki, miqrantların doğma ölkələri "beyin köçməsi" ilə üzləşirlər və xüsusi ilə səhiyyə və təhsil sahəsində çalışan mütəxəssislərini itirirlər. Eyni zamanda miqrantlar onları qəbul edən ölkələrə gələndə yeni çətinliklər, çağırışlar, bəzən isə mənfi stereotiplər və diskriminasiya ilə üzləşirlər, bu da onların psixoloji durumuna təsir edə biləcək amillərdir", - deyə hesabatda vurğulanır.
2014-02-15
9,116
Daha iki müğənnimiz Türkiyədə mənzil aldı
null
2014-02-15
9,117
Prezident Litva və Liviyaya təbrik məktubu göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Təbrikdə deyilir: "Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". İlham Əliyev Liviya Dövləti Ümummilli Konqresinin sədri Nuri Əli Əbu Səhmeynə də təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Liviya Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və firavanlıq diləyirəm".
2014-02-15
9,118
Barak Obama həbs oluna bilər
ABŞ Konqresmeni Rend Paul prezident Barak Obamanı, Milli Kəşfiyyat İdarəsinin sədrini və FBI rəhbərini casusluq siyasətinə görə məhkəməyə verib. Konqresmenin dediyinə görə, ölkə vətəndaşlarının telefon zənglərini dinləməklə məlumatların toplanması ABŞ Konstitusiyasının dördüncü düzəlişi "Hüquqlar haqqında Bill"-ə ziddir. "Hafta.az" "Röyters" agentliyinə istinadən xəbər verir ki, Paul Rend məhkəmədə ABŞ kəşfiyyatının qanunsuz fəaliyyətini sübut etmək istəyir. Qeyd edək ki, keçən il Milli Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Eduard Snouden mediaya ötürdüyü sənədlərlə ABŞ-ın məxfi işlərini ifşa etmişdi. Həmin sənədlərdən bəlli oldu ki, ABŞ vətəndaşlarının telefon danışıqlarını, elektron məlumatlarını izləyir. Eyni zamanda bir sıra Avropa ölkələrinin rəsmi şəxslərinin telefon danışıqlarını izləmək Milli Təhlükəsizlik İdarəsinin əsas vəzifələrinə daxil idi. Bundan sonra prezident Obama agentliyin işində bir sıra dəyişiklik etdi. Ancaq buna baxmayaraq, ABŞ-ın yürütdüyü casusluq siyasəti dünyada kütləvi narazılığa səbəb olub. Gizli sənədləri ortaya çıxaran Snouden isə Rusiyada sığınacaq alıb orada yaşayır.
2014-02-15
9,119
Prezident qatar sürdü - Video
Fevralın 15-də İstanbulda yeni metro xətti istifadəyə verilib. Şişhane-Yenikapı yeni metro xəttinin açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak ediblər. Hazırda İstanbul Metropoliteni 8 xətdən ibarətdir. Onlardan altısı İstanbulun Avropa hissəsində yerləşir. İstanbul metrosunda 62 stansiya var, onlardan 30-u tikinti mərhələsindədir. İstanbul metrosunun ümumi uzunluğu 122 kilometrdir. Qeyd edək ki, fevralın 12-də Türkiyənin paytaxtı Ankarada da metropolitenin yeni xətti istismara verilmişdi. Metronun yeni Batıkent-Sincan xəttinin açılışında Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak ediblər. Tikintisi 2012-ci ilin fevral ayından başlayan Ankara Metropoliteninin yeni xəttinin uzunluğu 15,5 kilometr təşkil edir. Metronun yeni xəttinə 11 stansiya birləşdirilib. Ankara Metropoliteni 1996-cı ildə istismara verilib. ("Xezerxeber.com")
2014-02-15
9,120
Polşa ilə ikitərəfli münasibətlər müzakirə edildi
12-14 fevral 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, İqtisadiyyat və Sənaye Nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Polşa arasında dövlətlərarası məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Varşavaya səfər ediblər. Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının nümayəndə heyəti Polşanın rəsmi şəxsləri ilə, o cümlədən Baş Nazirin müavini, İqtisadiyyat Naziri Yanuş Piexoçinski, Xarici İşlər Naziri Radoslav Sikorski, Prezident Administrasiyasının Beynəlxalq məsələlər üzrə naziri Yaromir Sokolovski, Xarici İşlər Nazirinin müavini Katajına Pelçinska-Nalenç, İqtisadiyyat Nazirinin müavini Andjey Dıxa, Polşa İşəgötürənlər təşkilatının sədri Andjey Malinovski ilə görüşlər keçiriblər. Keçirilmiş görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələr üzrə münasibətlərimizin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi perspektivləri, qarşılıqlı rəsmi səfərlər, regionda cərəyan edən proseslər müzakirə edilib. Həmçinin Dövlətlərarası Müştərək Komissiyanın Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclasına hazırlıq məsələləri də tərəflər arasında geniş müzakirə edilib. Səfər çərçivəsində Polşadakı Səfirliyimizin və PR İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Polşanın müxtəlif istehsal sahələrini təmsil edən qırxdan artıq şirkət nümayəndəsinin iştirakı ilə dəyirmi masa keçirilib. Nazir müavini N.Səfərov Azərbaycan Respublikasının biznes mühüti, ölkəmizin iqtisadi inkişaf proqramları, bu sahədə çalışan şirkətlərə dövlət qayğısından söz açmışdır. Dəyirmi masa zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbabaycan haqqında təqdimat keçirib. Dəyirmi masa iştirakçıları ilə geniş fikir mübadiləsi aparılıb, yerli şirkətləri maraqlandıran suallar cavablandırılıb. Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib. (Trend)
2014-02-15
9,121
BMT Suriyadan üzr istədi
BMT-nin Suriyada xüsusi elçisi Lahdar Brahimi Suriya üzrə Cenevrədə keçən danışıqlarda irəliləyişin olmamasına görə, Suriya xalqı qarşısında üzr istəyib. Brahimi Suriya hökuməti və müxalifəti ilə çıxılmaz vəziyətdən çıxış yolu tapmaq üçün Cenevrədə ümidsiz cəhd göstərərək son müzakirələr keçirib. Onun sözlərinə görə, əsas maneə - hökumət keçid rəhbər orqanının yaradılmasının müzakirəsindən yenə də imtina edir. Brahimi deyib ki, danışıqların üçüncü raundunun tarixi təyin olunmayıb. Suriyada üç ilə yaxın davam edən münaqişə 100 mindən çox insanın həyatına son qoyub. Təxminən 9.5 milyon insan evlərindən qaçmağa məcbur olub. (Trend)
2014-02-15
9,122
Yəhudilər Fransanı tərk edir
İsrailə mühacirət son illər azalsa da, Fransa yəhudiləri bu tendensiyanı pozurlar. Keçən il 3300 yəhudi Fransadan İsrailə mühacirət edib. Bu rəqəm 2012-ci ilin göstəricilərindən 63 faiz çoxdur. 5 uşaq atası, 44 yaşlı diş həkimi Devid Tibi Parisdə özünü inkişaf etdirə bilib və şəhər ətrafında özünə ev də alıb. Onun həyat yoldaşı həkimdir və Tibi burada Yəhudi icmasına rəhbərlik edir. Ancaq iyulun əvvəllərində Tibi ailəsi Fransanı tərk edən 1000 yəhudinin arasında olacaq. O, artıq evini satıb, ofisini isə həmkarları işlədəcək. Ailəsi İsrailə təktərəfli uçuş bilet alıb. Ekspertlər deyir ki, Fransadakı yəhudiləri İsrailə köçməyə məcbur edən müxtəlif səbəblər var. Çoxlarının İsraildə ailəsi var və məzuniyət və istirahət üçün oraya müntəzəm olaraq gedirlər. Fransada zəifləyən iqtisadiyyat və yüksək vergilər mühacirətə səbəb olan başlıca faktorlardandır. Keçən ay Fransada işsizlik 11 faizdən yuxarı qalxıb. Müqayisə üçün deyək ki, İsraildə bu göstərici 6 faizdən aşağıdır. Fransadakı Yəhudi Agentliyinin direktoru Ariel Kandel deyir ki, anti-semitizm başqa bir səbəbdir. Onun sözlərinə görə, bu günlər Fransada yəhudi olmaq asan iş deyil, xüsusilə açıq şəkildə etiqadlarını ortaya qoyaraq başını bağlayanlar üçün. Keçən il Fransadan rekord sayda – 3270 yəhudi İsrail mühacirət edib. Kandel inanır ki, rəqəm 4000-5000-ə çata bilər. "Hazırda İsrailə köçmək tendensiya halını alıb" – deyə Kandel bildirir. Fransada təxminən 500 min yəhudi var. Bu Avropada yəhudilərin ən böyük icmasıdır. Tibinin ofisinin yanındakı parl şənbə günü sinaqoqdan sonar yəhudilərlə dolu olur. Tibi deyir ki, Fransada qalan yəhudilər ya İsrail və yəhudi həyatına az bağlı olanlar ya da anti-semitizmə qarşı mübarizə aparanlar olacaq. Tibi artıq seçimini edib və o Fransanı böyük ürək ağrısı ilə tərk etdiyini deyir ("Amerikaninsesi.org").
2014-02-15
9,123
Sevgilisi önündə 500 metr hündürlükdən tullandı - Video
Kanadada bir gənc sevgilisi qarşısında 500 metr yüksəklikdən tullanıb. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Kanadada "Whistler Blackcomb" Xizək Mərkəzində iki gənc funikulyora minib. Gənclərdən biri 500 metr yüksəklikdən gedən funikulyorun qapısını sındırıb. Daha sonra gənc sevgilisi qarşısında yüksəklikdən paraşütlə tullanıb. Uğurlu atlayış edən gənc funikulyora vurduğu 10 min dollarlıq zərərdən ötrü polis tərəfindən axtarılır.