date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-18
9,328
Erməni ekspertindən Azərbaycanla bağlı şok açıqlama
"Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərindəki gərginliyi saxlaması heç onun da maraqlarında deyil". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ermənistanın NATO-dakı keçmiş nümayəndəsi Muşeq Mkrtıçyan çıxış edib. O, Ermənistanda rus bazalarının saxlanılmasının məntiqsiz olduğunu deyib. "Baxın, Azərbaycan və Ermənistan konflikti həll etsə, Türkiyə ilə sərhədləri açsa, nə baş verər? O zaman rus bazalarının ölkədə saxlanılmasının nə gərəyi olacaq? Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərindəki gərginliyi saxlaması onun maraqlarında deyil".
2014-02-18
9,329
Allahşükür Paşazadə şəhiddən danışdı
"Azərbaycan bütün təhlükələrdən özünü qorumağa qadirdir". "Axar.az" xəbər verir ki, bu sözləri bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə idarənin "Xocalı Soyqırımı"nın 22-ci ildönümü ərəfəsində keçirdiyi tədbirdə deyib. O deyib ki, Azərbaycan hansı yolla olursa olsun, öz torpaqlarını qaytaracaq: "Əlbəttə, mən torpaqlarımızın sülh yolu ilə alınmasını, qan tökülməməsini istəyərəm. Amma digər yollarla da torpaqlarımızı almağa qadirik". Şeyxülislam şəhidlər, şəhidlik zirvəsi və şəhidlik anlayışından danışıb və bildirib ki, öz vətənini, torpağını, ailəsini qoruyan şəxs şəhiddir: "Təəssüf ki, Azərbaycanda bəzi insanlar son zamanlar bu məsələni qarışdırırlar. Bu da təbii ki, xarici qüvvələr tərəfindən Azərbaycanın təhlükəsizliyinə təhlükə yaratmaq üçün planlı şəkildə edilir".
2014-02-18
9,330
İlahiyyatçı siğəyə görə ANS-dən qovulub?
Azərbaycan ilahiyyatçısı siğə etdirib. "Axar.az" xəbər verir ki, bu barədə informasiya Feysbuk sosial şəbəkəsində yayılıb. Mehdi Haqq adlı şəxsin profilində yayımlanan informasiyada Elşən Mustafayevin siğədən övladı dünyaya gəldiyinə görə "Karvan" jurnalından qovulduğu iddia edilib. "ANS televiziyasının maliyyələşdirdiyi "Karvan" jurnalının nəşr işinə baxan Qum məzunu Elşən Mustafayev siğəyə görə həyat yoldaşından boşanır. O, siğə etdiyində qorunmadığına görə siğədən övladı dünyaya gələn ilk ilahiyyatçımızdır. İki gün əvvəl Elşən Mustafayevin siğə etdiyi qadın ortaya çııxb və qucağında uşaqla Elşən Musatayevin qapısına dayanıb. Qadın iddia edib ki,uşağln atası Elşən Mustafayevdir və son dəfə Elşən Mustafayevlə siğə etdikdən sonra hamilə qalmışdı. Skandal ANS TV-də çox ciddi müzakirələrə səbəb olub və ANS rəhbərliyi Vahid Mustafayev Elşən Mustafayevi "Karvan" jurnalından uzaqlaşdırmaq qərarına gəlib". "Karvan" jurnalından "Axar.az"a bildirdilər ki, Elşən Mustafayev dərginin ilk saylarının redaktoru olub: "O, təzəlikcə deyil, lap çoxdan işdən çıxıb. Siğə ilə bağlı məsələ isə yalandır. Onun işdən çıxması tamamilə başqa amillərlə bağlıdır".
2014-02-18
9,331
“Lider”də şou verilişləri ləğv edildi: kütləvi ixtisarlar başladı
Lider TV-də ciddi dəyişikliklər aparılıb. "Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, aparılan islahatlar nəticəsində telekanalda yayımlanan şou verilişləri ləğv olunub və onların yaradıcı heyəti işdən azad edilib. Belə ki, rəhbərliyin qərarına əsasən, telekanalda yayımlanan "Ekstrasens", "Pərdə", "Rəngarəng", "Qızıl Pillə", "Bəyəndim" kimi şou xarakterli verilişlər ləğv edilib. Məlumatda bildirilir ki, telekanal rəhbərliyi buna səbəb kimi yeni strateji xəttə uyğun olaraq daha çox xəbər kanalı kimi fəaliyyət göstərməsini əsas gətirib. Ona görə də şou verilişlərini minimuma endirmək haqda qərar qəbul edilib.
2014-02-18
9,332
Elşad İsgəndərov: “Səbəb İlham Əliyevdir”
Əgər Ermənistandan insanlar aclığa görə ölkəni tərk edirsə, bu, Prezident İlham Əliyevin Xocalıya görə aldığı intiqamın nəticəsidir. "Axar.az" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədri Elşad İsgəndərov Qafqaz Müsəlmanları İdarəsinin "Xocalı Soyqırımı"nın 22-ci ildönümü ilə əlaqədar keçirdiyi tədbirdə deyib. O bildirib ki, bu hadisə millətimizə qarşı yalnız soyqırım olmadı , həm də xalqımızın ruhunu, iradəsini sındırdı: "Lakin, 22 il keçməsinə baxmayaraq, bu hadisə hər bir azərbaycanlının qan yaddaşına yazılıb. Bu ədalət bərpa olunmayana qədərə nə şəhidlərimizin ruhu şad olnayacaq, nə də milli kimliyimiz özünü sübut etməyəcək". Komitə sədri "Xocalı Soyqırımı"nın beynəlxalq səviyyədə tanıdılması, hüquqi qiymət verilməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 5 ildir aparılan "Xocalıya Ədalət" kampaniyasının böyük rolu olduğunu deyib. Elşad İsgəndərov sözlərinə əlavə edib ki, artıq bir neçə ölkənin parlamenti Xocalıdakı hadisəni soyqırım kimi tanıyıb və bu istiqamətdə işlər bundan sonra da aparılacaq: "Leyla Əliyeva Xocalı soyqırımı günündə hər iki valideynini itirən 25 uşaqla görüşəcək, onların qayğısı ilə maraqlanacaq. İnanıram ki, bütün ölkə üzrə dini icmalar da şəhid ailələrini, Qarabağ qazilərini ziyarət edəcəklər". O, sonda əlavə etdi ki, bu gün əgər Ermənistandan insanlar aclığa görə ölkəni tərk edirsə, bu, Prezident İlham Əliyevin Xocalıya görə aldığı intiqamın nəticəsidir.
2014-02-18
9,333
Suriyadan dəhşətli hayqırtı: “Kömək istəmirik” - Video
Yərmuq, Şərqi Quta, Müdamiyyə, Xüms və Əsəd qüvvələrinin mühasirəyə aldığı başqa bölgələrdə qida və dərman girişinə icazə verilmədiyi üçün insanlar aclıq və dərman qıtlığından ölməyə davam edir. "Axar.az" Azad Suriya Ordusunun xəbər saytına istinadən məlumat verir ki, Suriyada Fələstinlilərin qaldığı Yərmuq bölgəsində yaşlı bir kişi yerli aktivistlərə acı dolu sözlərlə yaşadığı iztirabı anladıb. Yaşlı kişi bu sözləri deyib: "Kömək istəmirik! Bizlərə yol açın, yardımlar gəlsin, xalq yemək yesin, uşaqlar yemək yesin, mən şəkər xəstəsiyəm, dərman tapa bilmirəm. Bir dərman dənəsini belə tapa bilmirəm, heç nə tapa bilmirəm, acından ölürəm. Yemək tapa bilmirik, düşərgənin adamları aclıqdan ölür. Televiziyalarda bizə kömək edildiyini göstərirlər, amma bura çox az kömək gəlir, o da cəmi 4-5 günə çatır. Ey səlahiyyətli insanlar, eşidin, uşaqların çoxu acından öldü və hələ də ölməkdədir". Videonu təqdim edirik:
2014-02-18
9,334
ATV-dən Anar Nağılbaza efir qadağası
ATV telekanalı tanınmış reper Anar Nağılbaza efir qadağası qoyub. Telekanal bu barədə rəsmi açıqlama verməsə də artıq reperin rəqqasə Oksana ilə efirə gedən reklamları da yığışdırılıb. Bunu Anar Nağılbaz özü də təsdiq edib (AzVision.az). ATV-nin belə bir addım atmasının səbəbini bilmədiyini deyən reper məsələni aydınlaşdırmaq istədiyini deyib: "Vallah mən də aydınlaşdırmaq istərdim. Deyirlər Oksana xanımla gedən reklamımızı da efirdən çıxardıblar. Ordan ötən həftə özüm də atv maqazindən çıxarıldığımın şahidi oldum"-deyə A. Nağılbaz qeyd edib.
2014-02-18
9,335
“O, özünü atan deyil, camaatı ələ salır” - Video
Azad Şıxəliyev sevgilisi ilə aralarında olan hansısa problemə görə intihar etməyib. O, psixi baxımdan problemliydi, xəstəxanada da qeydiyyata alınmışdı. Bu sözləri "Axar.az"a Kürdəmir rayonunda 20 yaşlı Şıxəliyev Azad Xasay oğlunun Şıxəliyev özünü qüllədən ataraq intihar etməsi barədə yayılan söhbətlərə aydınlıq gətirən sakinlərdən biri deyib. Onun sözlərinə görə, A.Şıxəliyev bir ay öncə də intihara cəhd etmişdi: "O zaman da anası onu əsəbiləşdirdiyi üçün qolunu kəsmişdi. Güclü qanaxma nəticəsində ölümcül hala düşən gənci təcili olaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına götürmüşdülər. Elə o zaman da Azad Şıxəliyevi psixiatriya şöbəsində qeydiyyata alıblar". Əvvəllər dönərxanada işləyən gəncin narkotik maddələrin qəbuluna meylli olduğunu deyən şahid əlavə edib ki, o narkotikadan asılı olduğuna və ağrılara dözmədiyinə görə intihar edib: "Bütünlükdə o ailədə kriminal aləmə bağlılıq var. Belə ki, mərhumun bir qardaşı hazırda həbsxanadadır. Digər qardaşı isə bu yaxınlarda azadlığa çıxıb. Hadisə zamanı oğlanın anası, bacısı, qardaşı və sevgilisi orada olub". Şahidin dediyinə görə, qülləyə çıxdığı vaxt onun özünü atacağına o qədər də inanmayıblar: "Hətta hamı elə fikirləşirdi ki, o özün atan deyil, camaatla məzələnir". Amma sonra onun inadı vəziyyəti dəyişib. Mərhumun hadisə yerində olan doğmaları – anası, qardaşı və sevgilisi nə qədər cəhd etsələr də, onu fikrindən daşındıra bilməyiblər. "Azad "gəlirəm" deyib özünü yerə atıb. On min voltluq işıq xəttinin üstünə düşərək ağzı üstə asfalta çırpılan gənc ölüb. Cinayət işi başlanılıb Baş Prokurorluğun Mətbuat xidmətinin katibi Eldar Sultanovun sözlərinə görə, faktla əlaqədar cinayət işi başlanılıb: "Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. İş üzrə məhkəmə tibbi ekspertizası təyin edilib".
2014-02-18
9,336
Əslində səhrada tək başına deyilmiş – Foto/Yeniləndi
Ölkəsindəki atışmalardan qaçdığı üçün itən 4 yaşındakı suriyalı uşaq əlində tutduğu bir paket əşya ilə səhrada təkbaşına gedərkən tapılıb. "Axar.az" xəbər verir ki, 4 yaşındakı Mərvan adlı uşaq Suriyada üç ildir davam edən vətəndaş müharibəsindən qaçan milyonlarla suriyalı uşaqdan yalnız biridir. Əlində bir paket əşyası ilə Livan sərhədini aşan Mərvan bölgədəki qaçqın düşgələrindəki BMT əməkdaşları tərəfindən qarşılanıb. Mərvan sərhədi keçdiyi zaman ailəsini itirdiyi ancaq BMT əməkdaşları tərəfindən ana-atasına qovuşduğu bildirilib. *** 17:10 Səhər yayılan xəbərin montaj olduğu ortaya çıxıb. "Axar.az" xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissiyasında işləyən Endryu Harper tvitter hesabında Suriya-İordaniya sərhədində səhranı tək başına keçdiyi deyilən 4 yaşındakı Mərvan adında bir suriyalı qaçqının fotosunu paylaşıb. Səhər yayılan xəbər ilk olaraq uşağın ailəsini itirdiyi ilə əlaqədar idi. Ancaq daha sonra uşağın itmədiyi sadəcə ailəsindən geridə qaldığı ortaya çıxıb. "Qardian" qəzeti Mərvanın ailəsinin İordaniya sərhədinə yaxınlaşdıqda həyəcanlanaraq daha sürətli hərəkət etdiklərini bunun üçün kiçik oğulları Mərvanın ailəsindən 20 addım geridə qaldığını yazıb.
2014-02-18
9,337
Eynullanın "casus siyahısı"na ABŞ səfirliyindən reaksiya
"ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədi ilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyatdır". ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında belə deyilir. Bəyanatda qeyd edilir ki, ABŞ konqresinin nümayəndə heyəti, səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq Azərbaycana səfərlər edirlər. Səfərlərin məqsədi ABŞ-ın qanunverici orqanına Azərbaycana və regiona aid daha ətraflı məlumatlandırmaqdır (ANS).
2014-02-18
9,338
"Qaynarinfo"da nə baş verir?
Son günlər ölkənin köklü xəbər portallarından biri olan Qaynar.info-nun bir çox əməkdaşlarının işdən ayrılması ilə bağlı xəbərlər yayılır. Portalda baş verən "yarpaq tökümü"nün səbəbləri ilə bağlı danışan baş redaktor Şəmşad Ağa bildirib ki, bəzi işçilərin portaldan ayrılması xəbərləri doğrudur. "Qaynar.info müstəqil, heç bir maliyyə mənbəyindən asılı olmayan portaldır. Büdcəmizi əsasən reklamlardan formalaşdırırıq. İlin əvvəli olduğu üçün reklam gəlirlərimizdə azalma müşahidə olunur. Ona görə də bəzi ixtisarlar aparmaq zorunda qaldıq. Kollektivin bir hissəsi ilə dost şəklində yollarımızı ayırdıq. Sağ olsunlar, həmkar saytlar xahişlərimizi nəzərə alıb, bəzi işçilərimizi yerbəyer etdilər. Nəticədə heç kim işsiz qalmadı. Amma sayt mobil kollektivlə işini davam etdirir". Qeyd edək ki, Qaynar.info Azərbaycanın ən uzunömürlü xəbər portallarından biridir. Aprel ayının 25-də saytın 7 yaşı tamam olur (Musavat).
2014-02-18
9,339
“İrana işləyən, 250 min rüşvət alan” Hacı Şahinlə söhbət
O - "Sovetski" sakinlərinin evlərinin sökülməsinə görə kompensasiyanın azlığına etiraz etdikləri aksiyaların təşkilində suçlandı; Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovdan 250 min dəyərində mülk almaqda ittiham edildi; Suriyaya gedənlər və radikal dini cərəyan təmsilçilərinin terror hədələrinə tuş gəldi... Bir sözlə, son bir həftənin əsl qəhrəmanına çevrilən ilahiyyatçı, moizələri və xütbələri ilə şiələrin böyük hörmətini qazanan Hacı Şahin Həsənli ilə son günlərin ittihamları geniş söhbətimizi zəruri etdi. Suriyada məzhəb savaşı gedir, cihad yox! - Bir daha son günlərin ən aktual və təbliğə ehtiyacı olan məsələsindən başlayaq. Suriyaya döyüşə gedənlərə sizin münasibətinizn necədir? - Suriyada vətəndaş qarşıdurması, orada xarici dövlətlərin təhriki ilə bir-biri ilə savaşan qruplaşmalar var. Orada hansısa demokratiya uğrunda savaşdan söz gedə bilməz. Çünki savaşın əsası məzhəbə görədir və ixtilaflar məzhəb zəminində qurulub. Təəssüflər olsun ki, Azərbaycandan da bəzi insanlar orda "müqəddəs savaş" adı altında döyüşə yollanıblar və inanırlar ki, cihada qalxıblar. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bunlara dini qiymət verildi, birmənalı olaraq bildirildi ki, orda döyüşənlər şəhid hesab oluna bilməz. Şəhid məfhumu dindən, Qurandan qaynaqlanır, ali dəyərlər uğrunda canından keçənlər şəhid hesab olunur. Ayədə deyildiyi kimi: "Sizə qarşı vuruşanlarla vuruşun". Əgər bir millətin torpaqları işğala məruz qalarsa, o millətin öz torpaqlarını müdafiəsi müqəddəs vəzifə hesab olunur və bu yolda ölənlər şəhid sayılır. Suriyada isə hansısa müqəddəs savaş yoxdur. Oradakı məzhəb davası, radikalların ölkəni parçalama cəhdləridir. Ona görə də orada döyüşə getməyi qətiyyən doğru hesab etmirik. Orada ölənləri şəhid hesab etmək isə tamamilə yanlışdır. Saytınız vasitəsi ilə Azərbaycan xalqına, müsəlmanlara səslənirəm: özümüzün Qarabağ boyda problemimiz var. Sizin belə bir münaqişələrdə iştirakınız nə dini, nə də dövlətçilik baxımdan arzu olunan deyil. Kimlərinsə sizə "cənnət" vəd etmələrinə aldanmayın. Sonu bəlli olmayan bir oyunun oyunçusuna çevrilmək, heç kimə nə bu dünyada, nə də axirətdə baş ucalığı gətirməyəcək. Suriyada sünnülər vuruşmur - Bəşər Əsədə bağlı xəbər portalları Suriyaya şiələrin də getdiyini və Əsəd tərəfində vuruşduğunu yazdılar, hətta şəhid kimi onların şəkillərini də paylaşdılar. Bu barədə məlumatlısınızmı? - Mənim bu haqda heç bir məlumatım yoxdur. Bu məlumat Daxili İşlər Nazirliyi tərəfindən də təkzib olunub. Livanın Hizbullah təşkilatının nümayəndələri orada olan müqəddəs yerləri qorumaq məqsədi ilə vuruşur. Amma Hizbullah qapalı bir təşkilatdır, ora hansısa bir xarici vətəndaşın qəbul olunması təcrübəsi haqqında məlumatım yoxdur. Mənim fikrimcə, Azərbaycandan nə şiə, nə də sünni məzhəbindən heç kim gedib Suriyada vuruşmur. Oradakıların hamısı radikal - təkfirçi qruplaşmaların üzvləridir. İctimai fikiri azdırmaq , yayındırmaq üçün mətbuata müəyyən saxta ad siyahıları ötürülür. Elə radikal-təkfirçilər var ki, özlərinə sünni deyirlər. Bu yanlışdır. Mən onları sünni məzhəbindən hesab eləmirəm. Terrorçuların, təkfirçilərin məzhəbi olmur. Ənənəvi sünni və şiə məzhəbinin də içində terrorçu qruplaşmalar ola bilməz, ona görə də bu qrupların hansısa məzhəbə aid edilməsinin tam əleyhinəyəm! Mən İrana işləmirəm - Hacı, sizin adınız İranla yanaşı çəkilir. Son günlərdə "Sovetski" məsələsində də adınız yenə İranla birgə hallanırdı... - Biz radikal cərəyanlara qarşı həmişə kəskin mövqedə dayanmışıq. Buna görə təhdidlərə də məruz qaldıq. MTN əməliyyat həyata keçirtdi və indi də "qarayaxma" kampaniyası başlayıb. Bizi tanıyanlar bilirlər ki, daima Azərbaycan dövlətçiliyinə xidmət etmiş adamlarıq. Dövlətçiliyə xidmət həm də bizim dini vəzifəmizdir. Biz məzhəblərarası qardaşlığın möhkəmlənməsi üçün çalışırıq. Həmişə azərbaycançılıq mövqeyindən çıxış eləmişik. Əslində, bu tip məlumatlar cəfəngiyyatdır. Mətbuata da tövsiyyə edirəm ki, bu xəbərləri işıqlandırmasınlar, çünki bu xəbərlərin yalanlanması belə onların niyyətinə xidmət edir. Elm sərhəd tanımır, ona görə də mənim İranla və digər müsəlman ölkələri ilə yalnız elmi müstəvidə əlaqələrim var. Bu ittiham kiməsə yapışa bilər, amma mənə yox. Onlar istəklərinə çata bilməyəcəklər - Sizə qarşı ittihamlar və nifrətə münasibətiniz? - Azərbaycanda ənənəvi tolerantlıq və dözümlülük var. Unikal bir məzhəblərarası qardaşlıq modeli var. Kimlərsə bu dəyərləri zədələmək, bu mühitə zərbə vurmaq istəyir, lakin mən düşünürəm ki, bu fəaliyyət heç bir nəticə verməyəcək. Azərbaycanda radikallığın inkişaf predmeti puç olacaq, məhv olacaq. Çünki xalqımız radikal deyil, bu təsirlərə də aldanmayacaqlar. Lakin gənclər var ki, təsirə məruz qalırlar. Onlar da məlumatsızlıqdan bu yola düşürlər. Azərbaycan xalqı, valideynlər və ziyalılar da bu tip çağırışlarla səslənməlidirlər. Azərbaycan dini təhsil həyata keçirilməlidir - Azərbaycandakı icbarı təhsilə dini biliklər nə kimi kömək edə bilər? - Biz düşünürük ki, orta məktəblərdə din tədris olunsa, uşaqlıqdan ziyalı adamların dilindən din mənimsənilsə, gələcəkdə radikalların təsirini məhv edər. Çünki onların prinsipləri çox primitivdir. 250 minlik mülk - Hacı, bəzi şəxslər sizə yönəli ittihamlarla dolu xəbər və yazıları öz imzaları ilə redaksiyalara göndərirlər. Belə bir ittiham bizə də daxil olub. Ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovdan 250 minlik ev hədiyyə almısız... - Bunlar absurd ittihamlardır. 250 minlik mülk hədiyyəsini necə ört-basdır etmək olar? Bizi tanıyanlar hamısı bilir ki, halal çörəklə yaşayırıq. Bunu yalnız radikal-təkfirçilər edə bilərlər. Onların bütün vasitələrlə bizlərə qarşı kampaniya aparmasından da görünür ki, bunlar imanı, dini, Allahı deyil, niyyətlərini əsas götürürlər və bu yolda bütün böhtanlardan istifadə edirlər.
2014-02-18
9,340
Xədicə İsmayıl Prokurorluqda ifadə verib - Yeniləndi
13:27 "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl Baş Prokurorluğa çağırılıb. Bu barədə jurnalist özü Feysbuk səhifəsində yazıb. Onun yazdığına görə, Baş Prokurorluqda onun yaydığı sənədlə bağlı Cinayət Məcəlləsinin 284-cü (Dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, ötən gün Baş Prokurorluq Xədicə İsmayılın yaydığı sənədlə bağlı məsələyə aydınlıq gətirib. "Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi Feysbuk səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib", - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib (Musavat).
2014-02-18
9,341
Konservatoriyada yeni ilin maaşı köhnə ildə verilib? – Yeniləndi
Milli Konservatoriyanın müəllimlərinə 2 aydan çoxdur ki, maaş verilmir. Bu barədə "Axar.az"a Milli Konservatoriyanın adının çəkilməsini istəməyən müəllimi məlumat verib. Onun sözlərinə görə, maaşların verilməməsinə əsas səbəb kimi fevralın 13-də Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin tikintisi göstərilir. Artıq bununla bağlı müəllimlər arasında şayiələrin yayıldığını qeyd edib. "Yanvarın maaşını müəllimlər dekabrda alıblar" Bu sözləri "Axar.az"a Konservatoriyanın İstehsalat təcrübə və konsert fəaliyyəti üzrə rəhbəri, dosent Yaqut Seyidova Konservatoriyada maaşların verilməməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib: "Nə danışırsınız? Düzgün məlumat verilməyib. Müəllimlər yanvarın maaşını artıq dekabrın axırı alıblar. Fevral ayı da hələ qurtarmayıb. Fevralın maaşını martın əvvəlində alacaqlar".
2014-02-18
9,342
Türkiyə Azərbaycana təyziq göstərə bilməz – Şərh
"Türkiyə Azərbaycana heç bir təzyiq göstərə bilməz". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O, Türkiyənin Azərbaycana qazın daha ucuz qiymətə idxal edilməsi üçün təzyiq gücünə malik olmadığını bildirib. "Dünya bazarinda neft və qaz orta bazar qiymətləri ilə satılır və tərəflər arasında bağlanılan alğı-satqı sazişlərində də bu müddəa öz əksini tapır. Türkiyə Azərbaycana bununla bağlı birbaşa heç bir təzyiq göstərə bilməz. Azərbaycan qazı onsuz da Türkiyəyə İran və Rusiya qazından ucuz satılır. Tarasov və onun kimi sifarişlə işləyən "ekspertlər" ola bilsin bunu bilmirlər, ancaq Türkiyə tərəfi bu məsələni yaxşı anlayır və lazımı qiymət də verir. Onu da deyək ki, İraq qazı Türkiyəyə heç də ucuz başa gəlməyəcək. Bu qazı hasil edən xarici şirkətlər İraqa mənfəət əldə etmək üçün gəliblər, Tarasov kimilərinin ehtimallarını reallaşdırmaq üçün yox!" Qeyd edək ki, bir müddət öncə rus eksperti Stanislav Tarasov Türkiyənin öz ərazisini dünya neft borularının tranzit mərkəzi etməyə çalışdığını demişdi. O, eyni zamanda Türkiyənin neft və qazın qiymətinin aşağı salınması üçün Azərbaycana təzyiq edəcəyini də qeyd etmişdi.
2014-02-18
9,344
Rusiyada silahlı hücum: Dörd ölü
Rusiyanın paytaxtı Moskva şəhərində silahlı hücum olub. Şəxsiyyəti məlum olmayan adamların açdığı atəş nəticəsində 4 nəfərin öldüyü bildirilib. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında Moskvanın Yeqorevskoye Şossesində silah səsləri eşidilib. Vətəndaşların zəngindən sonra hadisə yerinə gedən polis qrupları bir avtomobilin yanında 3 adamın cəsədini tapıb. Silahlı hücumda ağır yaralanan bir başqa adam da xəstəxanada dünyasını dəyişib. Prokurorluq hadisə ilə bağlı cinayət işi başladıb.
2014-02-18
9,345
Elşad İsgəndərov vəhabilər içinə adam göndərdi
Sələfilərin liderlərindən hesab olunan Əlixan Musayev Müşfiqabad məscidinə gedərkən insanlar oranı tərk ediblər. Bu sözlər "Axar.az"a ünvanlanmış məktubda yer alıb. Müəllif iddia edir ki, Əlixan Musayevin Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən göndərildiyi aydınlaşanda, məsciddəki bəzi qruplar məscidi tərk edib: "Dərs başlayanda həmin təkfir fikirli qardaşlar məsciddən çıxıb gediblər. Əlixan həmin camaatın ondan narazılığını bilib, mövzunun guya ki, onları sakitləşdirmək haqqında olduğunu danışıb. Məscid camaatı deyib ki, Allah-təala onun artıq kimə işlədiyini, kimin adamı olduğunu bizə açıb izhar elədi. Artıq Müşfiq camaatı onun dini komitənin adamı olduğunu bilir. Məscid camaatı deyib ki, indi bizə aydın oldu ki, Elşad İsgəndərov Əlixan Musayevi aramıza agent kimi soxmağa çalışıb. Əlixan Musayev aramıza girmək üçün Suriyada cihad fitvaları verirdi ki, aramıza girsin". Məsələ ilə əlaqədar Müşfiqabad məscidinin imamı Mübariz Qaçayevlə əlaqə saxladıq. O, Əlixan Musayevin Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən göndərildiyi təsdiqlədi və bildirdi ki, ona etiraz olunması xəbəri həqiqəti əks etdirmir: "Əksinə, Əlixan Musayevin məscidimizə gəlməsində məqsəd gənclərimizin maariflənməsinə yardım etmək idi. Gəldi də, gənclərlə söhbət də etdi, fikirlərini də ətraflı çatdırdı. Ona heç bir etiraz, dinləməmək və s. kimi şeylər olmayıb". Qeyd edək ki, Əlixan Musayev hazırda sələfilər arasında məşhur şəxslərdən hesab olunur. O, bir müddət öncə sələfilərin başqa bir lideri Qamət Süleymanovla olan mübahisələrindən sonra daha çox medianın gündəminə gəlmişdi.
2014-02-18
9,346
“Topaz”ın dəhşətli soyğunçuluğu - Faktlar
Azərbaycanda futbola pul qoyuluşu edənlərin sayı kifayət qədər çoxdu. Bunun da məntiqi nəticəsi olaraq, ölkədə futbola pul qoyuluşu qəbul edən "qara bazar" məntəqələrinin sayı həddindən artıq çox idi. "Topaz"ın fəaliyyətə başlaması ilə "qara bazar"ın da qara günləri başladı. Təkcə "Qara bazar"ınmı? Zaman göstərdi ki, "topaz"ın fəaliyyətə başlaması ilə proqnozsevərlərin də qara günləri başlayıb. "Topaz"ın yeganə qeydiyyatdan keçmiş bukmeker kontoru olması proqnozsevərlərin hüquqlarının pozulması ilə müşaiyət olundu. "Topaz" monopolist fəaliyyətə üstünlük verərək, vətəndaşları soyub-talamaq yolu tutdu. Bunu faktlarla sübut edəcəyik. Ancaq əvvəlcə onu xatırladaq ki, "qara bazar"ın fəaliyyət göstərdiyi vaxtda proqnozsevərlərin seçim imkanı daha geniş idi. Bu da əmsalların yüksək olmasını, proqnozsevərlərin qalib gəlmək üçün varinatlarının çox olmasını şərtləndirirdi. "Qara bazar"da fəaliyyət göstərən məntəqələr dünyanın məşhur bukmeker kontorlarının əmsallarını azaltmadan pronozsevərlərə təqdim edirdilər. "Topaz"ın fəaliyyətində isə bunu görmədik. Düşünmək olardı ki, "topaz" müştəriləri cəlb etmək üçün məşhur kontorların əmsallarına yaxın əmsallar təkilf edəcək. Amma kontor ilk gündən elə fəaliyyət göstərdi ki, sanki cəmiyyətə "kiməsə qalib gəlmək şansı vermək fikirində deyiləm" mesajını verdi. "Topaz"ın açıqladığı əmsallar əcnəbi kontorların əmsallarından kəskin şəkildə fərqlənirdi. Zaman keçdikcə bu əmsallar arasındakı fərqin azalacağına olan inam da itdi. Əksinə, daha da artmağa başladı. Bu gün "topaz" məntəqələrinə daxil olan azərbaycanlı proqnozsevər xaricdə hər hası bir kontora pul yatıran şəxsdən qat-qat az gəlir əldə edəcək. Hətta Azərbaycan çempionatının oyunlarında da. Publika.az məsələnin tam aydınlaşması üçün oxucuların müzakirəsinə kiçik müqayisə təqdim edir. Əvvəlcə Azərbaycan Premyer-Liqasının 21-ci turunda keçirilmiş 5 qarşılaşmaya "topaz"ın açıqladığı əmsallarla tanış olaq. Qeyd edək ki, "topaz" çempionatın rəsmi sponsorudu. Simurq-İnter 2.70 3.00 2.25 Bakı-Neftçi 2.75 3.10 2.15 Qəbələ-Xəzər-L 1.80 3.10 3.60 Sumqayıt-Rəvan 2.15 3.10 2.75 Qarabağ-AZAL 1.25 4.60 7.30 İndi isə Azərbaycan çempionatının həmin qarşılaşmalarına "marathonbet" kontorunun açıqladığı əmsallara diqqət edək. Simurq-İnter 3.30 3.20 2.25 Bakı-Neftçi 3.05 3.20 2.40 Qəbələ-Xəzər-L 2.05 3.25 3.80 Sumqayıt-Rəvan 2.40 3.30 2.95 Qarabağ-AZAL 1.40 4.70 7.60 İndi isə aydınlaşdıraq, deyək ki, Bakıda "topaz" məntəqəsinə daxil olan proqnozsevər Azərbaycan çempionatında 21-ci turun qarşılaşmalarında meydan sahiblərinin qələbəsinə 1 manat pul yatırıb. Belə olan təqdirdə, o, 35 manat 90 qəpik pul udacaq. Yəni, 34 manat 90 qəpik gəlir əldə edək. Daha bir proqnozsevər isə Moskvada "marathonbet"in məntəqəsinə daxil olur və Azərbaycan çempionatının həmin qarşılaşmalarında meydan sahiblərinin qələbəsinə eyni miqdarda pul yatırır. Moskvadakı proqnozsevər 69 manat 30 qəpik udacaq. Yəni 68 manat 30 qəpik gəlir əldə edəcək. Bakıda-"Topaz" məntəqəsində pul qoyuluşu edən proqnozsevərdən 33 manat 40 qəpik, təxminən 2 dəfə artıq qazanacaq. "Topaz" sponsorluq etdiyi çempionatın oyunları zamanı azərbaycanlı proqnozsevərin hüququnu belə pozur. Bu, əsl soyğunçuluqdu. Hələ bu harasıdır, gəlin başqa bir müqayisəyə də diqqət edək. İtaliya çempionatının sonuncu turuna "topaz"ın açıqladığı əmsallar belə olub: Milan-Bolonya 1.20 4.80 9.00 Fiorentina-İnter 1.90 3.20 3.20 Kataniya-Latsio 2.95 3.20 2.00 Yuventus-Kyevo 1.05 7.50 15.00 Kalyari-Livorno 1.60 3.50 4.10 Sassuolo-Napoli 5.00 3.80 1.45 Atalanta-Parma 2.25 3.10 2.60 Cenoa-Udineze 2.40 3.10 2.40 Roma-Sampdoriya 1.25 4.80 7.00 Verona-Torino 2.20 3.10 2.70 Bu da "marathonbet"in eyni qarşılaşmalara açıqladığı əmsal: Milan-Bolonya 1.37 5.30 10.50 Fiorentina-İnter 2.14 3.50 3.80 Kataniya-Latsio 3.70 3.40 2.22 Yuventus-Kyevo 1.16 8.70 23.00 Kalyari-Livorno 1.83 3.40 5.70 Sassuolo-Napoli 6.80 4.10 1.60 Atalanta-Parma 2.76 3.10 3.05 Cenoa-Udineze 2.94 3.10 2.84 Roma-Sampdoriya 1.35 5.40 11.00 Verona-Torino 2.55 3.25 3.20 İki kontorun açıqladığı əmsallar arasındakı kəskin fərq ilk baxışdan diqqəti cəlb edir. Məsələn, "topaz" "Kyevo"nun "Yuventus" üzərindəki qələbəsinə "marathonbet"ə nisbətən 8 manat az təklif edir. Böyük fərqdi. Özü də olduqca böyük fərq. Bunun miqyasını daha dəqiq bilmək üçün Azərbaycan çempionatı ilə bağlı apardığımız müqayisəni İtaliya çempionatına da tətbiq edək. Şərti olaraq hər iki kontorun açıqladığı əmsallara əsasən İtaliya çempionatının qarşılaşmalarında meydan sahiblərinin qələbəsinə 1 manat pul yatıraq. 1 manatı "topaz"a yatıran proqnozsevər cəmisi 839 manat udacaq. Yəni 838 manat gəlir əldə edəcək. Ancaq həmin şəxs 1 manatını "marathonbet"ə yatırsa nə az, nə çox, düz 4374 manat udacaq. Yəni 4373 manat gəlir əldə edəcək. Fərq dəhşətlidi-3534 manat. "Topaz" "marathonbet"dən 4 dəfə az məbləğ verir qalibə. Bu, "topaz"ın monopoliyasının ortaya çıxardığı dəhşətli faktlardan biridi. Belə çıxır ki, "topaz" Azərbaycan vətəndaşından aldığı 1 manatlıq "kupon"u rahat şəkildə "marathonbet"ə ötürür, ordan aldığı 4373 manatın 838 manatını vətəndaşa verir, qalanını isə özündə saxlayır. Qazanan qumarxana, itirən isə vətəndaş olur. "Topaz" proqnoz bazarında tək olduqca vətəndaşların hüquqlarının pozulması prosesi də ardıcıl olacaq. Bu sahədəki prosesi tənzimləmək üçün Azərbyacanda yeni kontorların rəsmi fəaliyyətə başlaması vacibdi. Belə olan təqdirdə proqnoz bazarında sağlam rəqabət yaranacaq. Bu prosesdən isə qazanan vətəndaş olacaq.
2014-02-18
9,347
Zakir Həsənov Səfər Əbiyevinin ortağını işdən çıxartdı
Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Hərbi mənbələrdən "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə verilən məlumata görə Müdafiə Nazirliyinin baş stomatoloqu, nazirliyin Stomatoloji Hərbi Poliklinikasının rəisi polkovnik Fərhad Hacıyev vəzifəsindən çıxarılıb. Digər məlumata görə, Hacıyevin yerinə Daxili Qoşunlardan mayor rütbəsində olan həkim stomotoloq təyin olunub. Keçmiş nazir Səfər Əbiyevin adamı kimi tanınan polkovnik Fərhad Hacıyevin eyni zamanda Əbiyevin göydələnlər tikmək üzrə biznes ortağının olduğu bildirilir.
2014-02-18
9,348
“Bakcell”dən nazirliyə şikayət – Şirkətin növbəti fırıldağı üzə çıxdı/FOTO
Bu gün Fuad Ağamalıyev adlı Bakcell abunəçisi əməkdaşlıq etdiyi adıçəkilən şirkət tərəfindən aldadıldığına dair iddia ilə AzNews.az-a müraciət edib. F. Ağamalıyev şikayətində bildirib ki, 10 ilə yaxındır bakcell nömrəsi işlədir (Şiayətçı müraciətində öz nömrəsini qeyd edib). Artıq neçə müddətdir ki, Bakcell şirkəti tərəfindən hüquqları pozulur və aldadılır: "Əvvəlcə onu deyim ki, Bakcell şırkətı 9971 nömrəli xidmətlə müqavilə imzalayıb və insanların cibinə girir. Belə ki, şirkət mənim nömrəmi tanımadığım sayta qeydiyyata salıb. Bundan sonra isə balansımdan günə minimum 58 qəpik pul tutulur. Bəzən bu proses gündə iki üç dəfə təkrarlanır". Şikayətçi əlavə edib ki, həftə ərzində 10 manata yaxın pul bu sms-lər vasitəsilə balansdan çıxır. O, Bakcell-ə dəfələrlə şikayət etdiyini də qeyd edib: "Şikayət bildirəndə isə şirkətdən dedilər ki, böyük hərflərlə "stop" yazıb 9971 nömrəsinə göndərin və bundan sonra xidmət deaktiv ediləcək. Bura sms ünvanladıqdan sonra isə 76 qəpık balansdan pul çıxdı. SMS-lərini isə rus dilində latın əlifbası ilə göndəriblər. Özünə hörmət edən şirkət bu vəziyyətdə olmaz". F. Ağamalıyev qarşılaşdığı problemlə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinə də şikayət etdiyini söyləyib.
2014-02-18
9,349
Aleppo türməsinin partladılma anı - Video
Suriyadakı rejimin nəzarətində olan Aleppo türməsi mücahidlər tərəfindən məhv edilib. "Axar.az" mücahidlərə yaxın saytlara istinadən xəbər verir ki, Aleppo türməsinin partladılma əməliyyatını döyüşçülər anbaan lentə alıblar. Əməliyyatı Nüsrət cəbhəsinin apardığı bildirilir. Əməliyyatın videosunu təqdim edirik.
2014-02-18
9,350
Venesuela ABŞ səfirini qovur – Skandal
Prezident Nikolas Moduro Amerika səfirliyinin əməkdaşlarına Venesuelanı tərk etmələri üçün 48 saat vaxt verib. O, Venesueladan çıxarılacaq səfirlik əməkdaşlarını universitetlərlə gizli əlaqə qurmaqda suçlayıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Venesuelanın Xarici İşlər naziri Elias Jaua ABŞ prezidenti Barak Obama rəhbərliyini "Tələbə hərəkatı" hadisələrinə dəstək verməkdə günahlandırıb. Maduronun dünən səsləndirdiyi ittihamları təkrarlayan Jaua ABŞ-ın Venesuela hökumətini devirmək üçün müxalif lider Leopoldo Lopez ilə əməkdaşlıq etdiyini iddia edib. Bu ittihamları rədd edən ABŞ rəsmiləri isə Venesueladakı gərginlikdə üç adamın həyatını itirməsindən rahatsız olduqlarını bildiriblər. Bu gün həm hökumət tərəfdarının, həm də rəhbərliyə qarşı çıxan tələbələrin paytaxt Karakasda nümayişlər keçirəcəyi bildirilir. Xatırladaq ki hökumət əleyhinə keçirilən nümayişlərdə üç nəfər ölüb, 25 yaralanıb.
2014-02-18
9,351
İngilislər Qarabağ separatçıları ilə danışığa başlayır - Şok
Con Uitinqdeylin rəhbərliyi altında Ermənistan-Britaniya dostluq qrupunun üzvləri Xankəndinə səfər edəcəklər. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə tanınmamış "Dağlıq Qarabağ Respublikası" parlamentinin spikeri Aşot Qulyan çıxış edib. Spiker tərəflər arasında görüşün "Dağlıq Qarabağ Respublikası"nın Ermənistandakı daimi nümayəndəliyində keçirildiyini bildirib. "Biz onlarla yenidən görüşdük. Görüşdə mənim tərəfimdən Dağlıq Qarabağın konfliktdə mütləq tərəf kimi danışıqlara qəbul edilməsinin vacibliyi vurğulandı. Hər iki tərəf qərara aldı ki, növbəti müzakirələr Xankəndi və Londonda keçirilsin". Qeyd edək ki, bir müddət öncə Britaniya Parlamentinin Nümayəndələr Palatasında Dağlıq Qarabağ məsələsi müzakirəyə çıxarılmışdı. Parlamentdə müzakirələr zamanı Azərbaycanın mövqeyinin yanlış olduğu bildirilmiş, üstəlik, ölkədə xristianlara qarşı münasibətdə dözümsülüyün olduğu söylənilmişdi.
2014-02-18
9,352
Qafqazlılar Moskva polislərini bıçaqladılar
Bəzi cinayətlərdə şübhəli bilinən şəxslərin saxlanılması zamanı Moskva polisinin əməkdaşları bıçaqlanıblar. "Axar.az" ın Rusiya mediasına istinadən məlumatına görə, dünən Moskva hüquq mühafizə orqranlarına Yana Raynis prospektində polis əməkdaşlarının bıçaq zərbəsi alması barədə məlumat daxil olub. Bildirilib ki, üç nəfər asayiş keşişçisi şübhəli iki nəfəri saxlamaq istəyərkən, müqavimət göstərən tərəf polislərdən birinin qarın nahiyəsinə zərbə endirib və hadisə yerindən taksi ilə qaçmaq istəyib. Dərhal taksiyə yaxınlaşan polislər yenə müqavimətlə üzləşiblər və nəticədə onlardan daha biri, həmçinin taksinin sürücüsü biçaq zərbələri alıb. Axtarış nəticəsində hər iki şübhəli şəxs saxlanılaraq, polis bölməsinə gətiriliblər. Sənədlərin yoxlanması zamanı hər iki şəxsin qafqazlı - Gürcüstan vətəndaşı olduğu müəyyənləşib. İstintaqla əlaqədar saxlanılan şəxslərin kimliyinə aydınlıq gətirilməyib Faktla bağlı cinayət işi açılıb.
2014-02-18
9,353
Bakıda daha bir qadın özünü yandırdı
Bu gün saat 14:34 radələrində Bakının Nəsimi rayonu ərazisində 40 yaşlı qadın özünü öldürmək üçün dəhşətli üsula əl atıb. Rayon Polis İdarəsindən verilən məmlumata görə, Asif Məhərrəmov küçəsi 38 ünvanında yaşayan Şəfiqə Quliyeva üstünə benzin tökərək özünü yandırıb. Dərhal hadisə yerinə həkim və polis əməkdaşları çağırılıb. Qadın 5 saylı xəstəxanaya çatdırılıb. Hazırda hadisə yerində əməliyyat qrupu çalışır. Qadının nə səbəbdən intihar etmək istəməsi araşdırılır. Qeyd edək ki, bir neçə həftə Bakıda 20 yaşlı Məlakə Bayramlı adı qadın da zorlandığını deyərək özünə od vurmuşdu. Gənc qadın xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq bir necə gün sonra vəfat edib (ANS).
2014-02-18
9,354
AFFA “qardaşlar”ın oyununu araşdırır
"Simurq" və "İnter" arasında keçirilən oyunlar haqqında söz-söhbətlər səngimək bilmir. Artıq AFFA da bu oyunla bağlı araşdırmalara başlayıb. "Axar.az" xəbər verir ki, bu barədə qurumun eksperti Rüstəm Rəhimov futbolinfo.az saytına məlumat verib: "AFFA araşdırmalar aparır. Bizim fikirlərimiz də həmin araşdırmada yer alıb. Onları biz deyə bilmərik. Bunlar məxfi şeylərdi". Qeyd edək ki, Azərbyacan Premyer Liqasının XXII turunda baş tutan qarşılaşmada Zaqatala klubunun bilərəkdən "bankirlər"ə məğlub olduğu iddiaları var. Hətta Georgi Çixradzenin bir neçə aparıcı futbolçusunu meydana buraxmamasının səbəbi "qardaş"lıqla əlaqələndirilir.
2014-02-18
9,355
Konservatoriya köhnə ildə yeni ilin maaşını verə bilməz – Rəy
"2014-cü ilin yanvarında nəzərdə tutulan pulun bir ay əvvəl verilməsi mümkün deyil. Eyni büdcə olduğuna görə, fevral ayının pulunu yanvarda verilməsi mümkündür. Amma yanvar ayının pulunu dekabrda verilməsi büdcə sistemi haqqında qanuna ziddir". Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov Milli Konservatoriya müəllimlərinə yanvar ayında alacaqları maaşın dekabrda verilməsi ilə bağlı məsələyə münasibət bildirərkən "Axar.az"a deyib. O həmçinin dekabrın 31-də büdcənin sıfırlaşdığını və yanvar ayının 1-dən yeni büdcənin başladığını qeyd edib : "İlin sonunda, dekabrın 31-də büdcə sıfırlanır və yanvarın 1-də artıq yeni büdcə başlayır. Bu baxımdan büdcə sistemi haqqında qanuna əsasən, büdcə nəzəriyyəsinə və iqtisadi qanunlara uyğun olaraq, 2014-cü ilin yanvar ayının maaşını 2013-cü ilin dekabrında verilməsi mümkün deyil. Çünki maaşların daxil edildiyi büdcə fərqli illərdədir. Növbəti ilin dövlət büdcəsindən başa çatmayan ilin hər hansı bir xərci ödənilməsi üçün istifadə edilməsi mümkün deyil". Xatırladaq ki, Milli Konservatoriya müəllimlərinin 2 aydır əməkhaqqı ala bilməməsinə bu təhsil ocağının İstehsalat təcrübə və konsert fəaliyyəti üzrə rəhbəri, dosent Yaqut Seyidova "müəllimlər bu ilin yanvar ayının maaşını ötən ilin dekabrında alıblar" cavabını vermişdi.
2014-02-18
9,356
Bir gündə 68 cinayət faktı qeydə alınıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 68 cinayət faktı qeydə alınıb ki, onların da 22-si "isti izlər"lə açılıb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.
2014-02-18
9,357
“Radikal”dan internet qanununa radikal kampaniya
İnternet qanununa etiraz edən "Radikal" qəzeti maraqlı kampaniyaya başlayıb. "Axar.az" xəbər verir ki, Türkiyə parlamentinin qərarı ilə 2014-cü il 6 fevral tarixindən bu yana məhkəmə qərarına ehtiyac olmadan "materialları şübhəli bilinən" internet saytları 4 saat müddətində bağlana bilər. Bu qərara etiraz olaraq Türkiyənin "Radikal" qəzetinin internet saytı Abdullah Gülün qanuna veto qoyması üçün həm Feysbuk və Tvitter sosial şəbəkələrində olan səhifələrində "#4saat" haştağı yaradıb paylaşımlar edir, həm də internet saytında "4 saat qanununa yox" adlı bölmə yaradaraq, orada yerləşdirilən materiallara 4 saat vaxt limiti qoyur. Bütün bunlarla bərabər, saytın sağ küncündə "Abdullah Gülün internet qanunu haqqında qərar verməsi üçün qalan müddət" adlı interval da yerləşdirilib.
2014-02-18
9,358
“Biznesmen kimi təqdim olunmağımı xoşlamıram”
"Mən özümü həmişə elm adamı kimi hiss etmişəm və elmi nailiyyətlərimdən daha çox ləzzət alıram, nəinki biznesdəki uğurlarımdan… " Rusiyada ən məşhur azərbaycanlı işadamlarından biri, professor İlham Rəhimovla söhbətimiz hələ aylar öncədən baş tutmalı idi. Lakin həmin vaxt AzPolitika.info-da dərc olunmuş bir neçə yazıya görə münasibətlərdə müəyyən gərginlik yarandığından, onunla müsahibə alınmadı. Zamanla kənar şəxslərin yersiz müdaxiləsi nəticəsində yaranmış bu gərginlik aradan qalxdı… Bu yaxınlarda Bakı Dövlət Universitetində İlham Rəhimovun yeni kitabının təqdimat mərasimi keçirildi və bu tədbirə dəvətlilər arasında AzPolitika.info-nun rəhbəri də var idi… Qısası, professorun mətbuat xidmətinin rəhbəri Xanoğlan Əhmədovun təşəbbüsü ilə münasibətlərdəki ciddi kökü olmayan gərginlik arxada qaldığından cənab Rəhimovla müsahibə istəyimiz bu dəfə baş tutdu. Onunla Bakıdakı ofisində görüşüb, dünyanın ən qüdrətli adamlarından biri – Rusiya prezidenti Vladimir Putinlə dostluğundan titmuş, biznesdə qısa müddətdə əldə etdiyi fantastik uğurların sirri, Kəmaləddin Heydərovla münasibətlərinə kimi, ən müxtəlif məsələlər barədə suallar ünvanladıq. Cənab Rəhimovla maraqlı müsahibənin birinci hissəsini təqdim edirik. - İlham müəllim, artıq neçə illərdir Rusiyada bizneslə məşğul olursunuz. Adınız "Forbes" kimi dünyanın məşhur dərgilərində Rusiyanın ən uğurlu iş adamları sırasında çəkilir. Maraqlidır, qısa bir zamanda belə böyük bir uğurun sirri nədir? - Sualınızın qoyuluşundan belə başa düşdüm ki, siz diplomatik dildə İlham Rəhimovun biznesdəki nailiyyətlərini Rusiya dövlətində təmsil olunan insanlarla bağlayırsınız. Belədirmi? - Bəli, elə də demək olar… - Mən sualınıza tam səmimi və birbaşa cavab verəcəyəm. Əvvəla, onu deyim ki, işadamı kimi təqdim olunmağımı xoşlamıram, mən özümü həmişə elm adamı kimi hiss etmişəm və edirəm, elmi nailiyyətlərimdən daha çox ləzzət alıram, nəinki biznesdəki uğurlarımdan… Mən elm sahəsində daha çox təsdiq olunmağıma güvənirəm. Məsələn, bu yaxınlarda yeni kitabım çıxdı, çox böyük zövq aldım. Baxmayaraq ki, paralel biznes sahəsində də müəyyən uğurlarımız oldu. Sualınıza gəlincə, biləsiniz ki, 1996-cı ilə qədər bizneslə məşğul olmaq heç vaxt mənim ağlıma gəlməmişdi. Yəni iş adamı olmaq nə mənim planımda vardı, nə də bu haqda düşünürdüm. O vaxta qədər mən 16 il idi ədliyyə sistemində işləyirdim. Sonuncu vəzifəm də Ekspertiza İnstitutunun direktoru idi. O vaxt elə hesab edirdim ki, dövlət işindən başqa heç bir işi bacarmaram. Həmin ərəfələrdə mən doktorluq dissertasiyası yazdım, müdafiə etdim. Amma bu gün o vaxtkı ədliyyə naziri Südabə Həsənovaya çox sağ olsun deyirəm ki, 1996-cı ildə məni institut direktorluğundan azad etdi. Düzdür, qeyri-obyektiv qərar vermişdi, ancaq indi deyirəm ki, nə yaxşı elə bir qərar verdi, taleyimdə belə bir dəyişikliklər baş verdi. Qaldı ki, nailiyyətlərə, bəziləri elə hesab edir ki, biznesdə qısa müddətdə nə qazanmışam, hamısı Rusiyanın rəsmi adamları ilə bağlıdır. Bunu təbii qəbul edirəm. Ancaq tam səmimi deyirəm ki, biz indiyə qədər Rusiyanın rəsmi dairələrindən hansısa maliyyə yardımı və digər kömək göstərilməsini xahiş etməmişik. Rusiya hakimiyyətində fəaliyyət göstərən hansısa bir məmur deyə bilməz ki, professor Rəhimov bizneslə, işi ilə bağlı nəyisə xahiş edib. Belə bir şey olmayıb, ola da bilməz. Qeyd edim ki, Rusiyada bizneslə məşğul olmaq, bəzilərinin düşündüyü kimi asan məsələ deyil, çox çətindir. Xüsusən də başqa bir millətin nümayəndəsi üçün. Çünki Rusiyanın özündə də biznes üçün tələb olunan normal iqtisadi mühit hələ yeni yaranmaq üzrədir. Belə problemlər olanda, bəli, Rusiyanın rəsmi adamlarının bizə köməyi olub, qanunsuzluğun qarşısı alınıb. - Biznes şərikləriniz Qod Nisanov və Zarax İliyev bu yaxınlarda Rusiyanın "əmlak kralı" hesab edildilər. Önların bizneslərinin 2000-ci ildən sonra sürətlə inkişaf etməsi sizin adınız, himayənizlə bağlanır. Bununla bağlı nə deyə bilərsiniz? - İş adamları yaxşı bilir; bizneslə məşğul olduqda uğur qazanmaq üçün irəlini görmək gərəkdir. Hansısa bir sahə ilə məşğul olmaq istəyəndə, bilməlisən ki, bunun perspektivi var, ya yox. Bunu kim görür, o udur. Məsələn, indi mənim işbirliyində olduğum Qod Nisanov və Zarax İliyev 2000-ci ilə qədər də bazar və digər iznes sahələri ilə məşğul olurdular. Mən o vaxt onları tanımırdım, amma Qod Nisanovun atasıyla dostluq münasibətim olub. Yəni onun vasitəsilə indiki şəriklərimlə tanış olmuşam. Mən onlara biznesin inkişafı üçün konkret tövsiyyələr vermişəm. Onlar bazar işini, ticarəti bilsələr də, Moskvanın perspektiv inkişaf planı barədə məlumatsız idilər. Və biz birlikdə işləmək qərarına gəldik. Bunun nəticəsidir ki, bu gün bizim şirkət Moskva şəhərində mülkiyyətin, daşınmaz əmlakın dəyərinə görə birinci yerdədir. - Yəni sizi də, şərikləriniz kimi Rusiyanın "əmlak kralı" hesab etmək olar… - Belə də, düşünənlər var. - İlham müəlim, "Forbes" bəzi şirkətlərdə payınızın 10-15 faiz olmasını, Sizin həmin şirkətlərin himayəçisi kimi çıxış etməyinizlə izah etmişdi. Yəni, Putinin dostu kimi adınız həmin şirkətlərə müəyyən üstünlüklər verdiyindən, Sizə müəyyən pay verilir. Bu haqda nə deyə biərsiniz? - İlk növbədə qeyd edim ki, "Forbes" həmin qalmaqallı yazı çxmazdan əvvəl bir neçə ay məndən müsahibə götürmək istədi. Bura – ofisə də zəng etmişdilər, Sankt-Peterburqda, Moskvada da – hər yerdə məni axtarırdılar. Mən onlara müsahibə vermək istəmirdim. Təxminən bilirdim ki, hansı sualları verəcəklər. Təbii ki, ən çox sual da Putinlə bağlı ola bilərdi. Həmin suallara mənim verəcəyim cavablar isə bunları qane etməyəcəkdi. "Forbes"də belə xüsusiyyət var ki, onlar öz məntiqlərilə nəticə çıxarırlar. Ona görə də görüşmək istəmirdim. Belə olan təqdirdə dedilər ki, özümüz sizin haqqınızda məqalə hazırlayacağıq. Dedim, yaza bilərsiniz, ancaq qeyri-obyektiv olmasın. Sonra gördüm məqalədə bəzi məsələləri düz yazmayıblar. O ki, qaldı "pay" məsələsinə, mən "Forbes"də göstərilmiş şirkətlərin tam hüquqlu səhmdarlarından biriyəm. Ona görə də, bu cür iddialar həqiqəti tam əks etdirmir, dəqiq deyil. - Bu yaxınlarda bəzi media orqanları sabiq baş prokuror Eldar Həsənovla Rusiyada şərikli biznesinizin olduğu haqda məlumatlar yaydı. Düzdür, həm Siz, həm də cənab Həsənov bunu təkzib etdiniz və sifarişlə yazıldığını bildirdiniz. Maraqlıdır, bu sifarişin kimdən gəldiyini blirsinizmi. Məqsəd nədir? - Bəli, olub elə yazılar. Mən bunu qeyri-ciddi iş hesab edirəm, Ona görə də, heç əhəmiyyət də vermirəm. Eldar Həsənovla 30 ildən çoxdur bir-birimizi tanıyırıq. Eyni vaxtlarda hüquq-mühafizə orqanlarında işləmişik. Bu baxımdan bizim əlaqələrimiz vardır. İndiyə qədər də Həsənovla dost münasibətlərimiz durur. Eldar Həsənovun Rusiyada hansısa biznes şərikliyinin olması mənə məlum deyil. Məncə, bu uydurmadır, fantaziyadır. - Türkiyədə biznesə başladığınıza dair məlumatlar var. Hətta saytımıza daxil olan məlumatda Sizin Türkiyədə şərikli kauçuk zavodunuzun olduğu bildirilir. Bu məlumatlar nə qədər doğrudur? - Türkiyədə heç bir biznesim yoxdur. Ancaq biznes qurmaq istəyirəm. Əlverişli, ürəyə yatan bir təklif olarsa qəbul edəcəyəm. - İlham müəllim, Azərbaycan cəmiyyəti sizi uzun illərdir elm adamı, bir müddət siyasətçi kimi tanısa da, etiraf edərsiniz ki, Rusiya prezidenti ilə dostluğunuz məlum olandan sonra bütün ölkədə, həmçinin Rusiyada populyarlaşdınız. Dünyanın ən güclü insanlarından biri ilə dostluq necə bir hissdir? - Mən Putinlə bir siyasətçi, dövlət başçısı kimi deyil, daha çox tələbə yoldaşı kimi ünsiyyətdə oluram. Ona görə də, dostluğumuza siz deyən aspektdən yanaşmamışam. Amma bir tələbə yoldaşı, bir dost kimi Putinin çox orijinal insan olduğunu deyə bilərəm. Dostluqda çox möhkəm adamdır, səmimidir, çox sevir ki, qarşı tərəf də onunla səmimi olsun. Maraqlı insandır, çox məlumatlıdır. Özünün üzərində çox çalışır. Dost kimi ona hər zaman güvənmək olar. - Bu günlərdə bütün dünyanın diqqəti Rusiyanın Soçi şəhərinə – Qış Olimpiya Oyunlarına cəmləşib. Maraqlıdır, Putin bir dostu kimi Sizi Soçiyə dəvət etmişdimi? Nə əcəb ora getməyibsiniz? Bu Sizin idmana maraqsız münasibətinizdən irəli gəlir, yoxsa başqa səbəb var? - Bəli dəvət etmişdi… Sizə kim deyir ki, mən getməmişəm?… - Sizinlə bağlı maraq doğuran suallardan biri də budur ki, Rusiyada böyük biznesiniz olduğu halda, niyə öz doğma vətəninizdə biznes qurmursunuz. Bir azərbaycanlı iş adamı kimi ölkə iqtisadiyyatına niyə kapital yatırmırsınız, müəyyən istehsal sahələri açmırsınız? - Bizim biznes sahəmiz təmiz başqa istiqamətdədir. Təbii ki, Azərbaycanda da sərfəli şərtlərlə maraqlı təkliflər olsa, niyə də məşğul olmayaq ki? - Azərbaycanın regionlarında turizmin inkişafına diqqət yetirilir. Siz də hansısa regionda, elə boya-başa çatdığınız Tovuz rayonunda otellər, xidmət obyektləri aça bilməsinizmi? - Mən bu suala qismən cavab verdim. O ki, qaldı Tovuz rayonuna, orda öz vəsaitimlə poliklinika tikib Səhiyyə Nazirliyinin sərəncamına vermişəm. İşçilərin maaşını da özüm ödəyirəm. Bu mənim üçün biznes deyil, öz elimə-obama bir hədiyyədir. Məktəb təmir etdirmişəm, yol çəkdirmişəm, artezian quyusu qazdırmışam və s. belə işlər görmüşəm və görürəm. - Ümumiyyətlə, Azərbaycandakı biznes mühiti ilə bağlı həm xarıcdə fəaliyyət göstərən bir iş adamı, həm də Azərbaycanda yaşayan ziyalı kimi hansı fikirdəsiniz. Ölkədə işgüzar fəaliyyətə mane olan obyektiv və subyektiv amillər kimi nələri görürsünüz? - Obyektiv fikir bildirmək üçün, gərək özün Azərbaycanda bizneslə məşğul olasan. Ancaq mənim Azərbaycanda heç bir biznesim yoxdur. Burda heç bir işgüzar fəaliyyətlə məşğul deyiləm. Birmənalı fikir söyləmək çətindir, birdə ki, problemlər hər yerdə var, yəqin həll olunar. İstərdim ki, hər nə qədər siyasətlə məşğul olmadığınızı desəniz də, bir qədər siyasətlə bağlı danışaq. Rusiyada bir qrup iş adamının seçkiqabağı "Milyarderlər ittifaqı" deyilən qurumu – RATİ-ni yaratması Moskvanın Bakıya təzyiqi kimi qiymətləndirilirdi. Sonrakı proseslərin də bunu müəyyən mənada təsdiqlədiyi qeyd olundu. Hakimiyyət tərəfindən də bu qurumun yaranması ciddi narazılıqla qarşılandı. Maraqlıdır, Sizə bu qurumda təmsil olunmaq təklif edilmişdimi? Və bu qurumun Kremlin istəyilə yaradıldığı fikrini doğru qəbul edirsinizmi? - Mənə təklif olunmayıbsa, deməli Kreml yaratmayıb da (gülür)… O təşkilatın yaranmasından mən də səhərisi gün mətbuatdan xəbər tutmuşam. Elə həmin gün də bu məsələ ilə bağlı fikirlərimi "Azadlıq" qəzetində bildirmişəm. Mənə həmin təşkilatda təmsil olunmaq təklif edilməyib. Hansısa təşkilata üzv olmaq problem deyil, gərək niyyətini biləsən. Sualınızın ikinci hissəsinə gəlincə isə, deyə bilərəm ki, həmin təşkilat Kremlə, birbaşa Putinlə bağlı olsa idi, elə birinci ora üzv olmaq mənə təklif edilərdi. Putinlə dostluğumuz hamıya məlumdur. Təklif olunmasa belə, hər halda bir məlumatım olardı. Amma mən dediyim kimi yaranana qədər bu haqda məlumatım olmayıb. Ümumiyyətlə bu təşkilatı Kremlə bağlamaq doğru deyil. Kreml bunu nədən ötrü yaratsın? Azərbaycana təzyiq göstərmək üçün? Neynir onu edib? Onsuz da Azərbaycanla Rusiyanın münasibətləri çox yaxşıdır – seçkidən qabaq da, indi də. Düzdür, bəzi qüvvələr vardı – həm iqtidar daxilində, mətbuatında, həm də müxalifətdə – istəyirdilər münasibətləri gərginləşdirsinlər. Ancaq zaman göstərdi ki, iki ölkənin prezidenti arasında çox gözəl münasibət var. Bu baxımdan Kremlin elə bir təşkilatı yaratması inandırıcı deyil. Xüsusən də Putinin… Həmin təşkilatın "Milyarderlər ittifaqı" adlandırılması da doğru deyil. Çünki əksəriyyəti milyarder deyil. Onların hamısını tanıyıram, Rüstəm İbrahimbəyovdan başqa hamısı ilə şəxsi tanışlığım var. Bəzilərini çox yaxından tanıyıram. Məsələn, Natiq Ağamirov vaxtilə mənim işçim olub, sonra köçüb gedib Moskvaya. İsgəndər Xəlilovu 30 ildən çoxdu tanıyıram. Vahid Ələkbərovun yanında işləmişəm, Araz Ağalarovla da tanışlığımız var. - Hər halda Putinin səlahiyyətli nümayəndəsi olan Söyün Sadıqovun RATİ-nin yaradılmasında fəal iştirakı həmin təşkilatın Kremlin istəyilə yaradıldığı fikrini formalaşdırmışdı… - Mən onu şəxsən tanımıram. Bilirsiniz, Putinin 500 nəfər səlahiyyətli nümayəndəsi olub. Hər millətdən seçkiqabağı kimisə seçirdilər ki, orda diaspora ilə iş görsün. Söyün Sadıqov da yəqin ki, Azərbaycan diasporunun nümayəndəsi kimi orda təmsil olunubdu. - Rusiya siyasi elitası ilə münasibətlərinizin olduğunu da nəzərə alaraq bu sualı verirəm: Azərbaycanın Gömrük İttifaqına qoşulmaması Moskvada necə qarşılanır. Ümumiyyətlə, Siz necə hesab edirsiniz, Azərbaycan bu ittifaqa qoşulmalıdırmı? - Əvvala deyim ki, mən Moskvada siyasətçilərlə bir o qədər də ünsiyyətdə olmuram. Əsasən hüquqşünaslarla, hüquq sistemində işləyənlərlə oturub-dururam. Sualınızın ikinci hissəsinə gəlincə, bununla bağlı Azərbaycanda müxtəlif fikirlər var. İndiyə qədər nə bir siyasətçi, nə bir iqtisadçı, nə də bir dövlət adamı Azərbaycanın Gömrük İttifaqına qoşulmasının ziyanı və ya xeyiri olduğuna dair bir analiz ortaya qoymayıb. Biz müstəqil dövlətik, heç kim zorla bizi hansısa quruma dartıb apara bilməz. Ona görə də, əvvəlcə bir analiz edilməlidir ki, Gömrük İttifaqına qoşulmaq Azərbaycanın xeyrinədir, ya ziyanına. - Bir qədər əvvəl deputat Qüdrət Həsənquliyev Sizi Putinlə dostluğunuzun verdiyi imkanlardan Qarabağ probleminin ədalətli həlli üçün yararlanmamaqda qınadı. Bunu necə qarşıladınız. Ümumiyyətlə, Qarabağ münaqişəsi ilə bağlı nə zamansa cənab Putinlə söhbətiniz olubmu? - Bu çür müzakirələr aparmaq, axı mənim səlahiyyətimdə deyil. Biz onunla təbii ki, söhbət edirik. Bir azərbaycanlı kimi Qarabağ problemi mənim də dərdimdir. Bu haqda da danışırıq. Ancaq bu söhbətlər qeyri-rəsmi xarakter daşıyır. Mən onunla hansısa məsələ ilə bağlı rəsmi söhbət apara bilmərəm. Rəsmi söhbəti rəsmi adam apara bilər. O ki qaldı kiminsə qınamasına, yerinə düşməyən iddiadır. Belə məsələlərlə parlamentdə oturanlar daha çox məşğul olmalıdır, nəinki adi vətəndaşlar. - Sizə səlahiyyət verilərsə, Rusiyanın köməyi ilə bu problemin həllində hər hansı rol oynaya bilərsinizmi? - Səlahiyyətim olsa da, olmasa da bir azərbaycanlı kimi, ziyalı kimi mənim borcumdur ki, əlimdən nə gəlir, onu edəm. Öz səlahiyyətim daxilində. Mənə əgər bununla bağlı tapşırıq verilsə, təbii mənim borcumdur ki, onu həyata keçirəm. Ancaq Qarabağ problemi bir adamın səlahiyyəti ilə həll olunan məsələ deyil axı. Bu bir. İkincisi də, Qarabağ problemi ilə bağli mən hansı işləri görməliyəm və görürəm, onu kim bilməlidirsə o adam bilir. - İlham müəllim, uzun illər siyasi fəaliyyətlə məşğul olmusunuz. Yenidən siyasi fəaliyyətə qayıtmaq haqqında fıkirləşirsinizmi? Axı belə bir deyim var ki, böyük pullar hakimiyyət tələb edir… Parlament seçkilərində iştirak etməyi düşünürsünüzmü? - Əgər mənim nə vaxtsa ağzımdan bir söz çıxırsa, mən onun yiyəsiyəm. Bir dəfə demişəm, yenə təkrar edirəm, mənim siyasətlə məşğul olmaq fikrim yoxdur. Parlament seçkləri 2015-ci ildədir. Hazırda elə bir fikrim yoxdur. Amma deyirlər ki, bir ölülər, bir də dəlilər fikrini dəyişmir. Yəni zaman, şərait özü hər şeyı göstərəcək… - Seçkidən sonra belə məlumat yayıldı ki, Prezident İlham Əliyevin start verdiyi kadr dəyişiklikləri çərçivəsində İlham Rəhimova da yüksək postlardan biri təklif olunacaq. Bu söz-söhbətlər nə qədər əsaslıdır? Ümumiyyətlə, indiyədək Sizə hər hansı vəzifə təklif olunubmu? Bizdə məlumat var ki, Prezident İlham Əliyevlə görüşünüz də olub və həmin görüşdə Sizin hakim komandaya qoşulmağınız haqda söhbət də keçib…
2014-02-18
9,359
"Sovetski" camaatı Abid Şərifova etiraz etdi
Baş nazirin müavini Abid Şərifovla "Sovetski" sakinlərinin hazırda davam edən görüşündə insident yaranıb. "Axar.az" xəbər verir ki, Abid Şərifovla görüşün keçirildiyi zaldan polislər jurnalistləri çıxarmağa cəhd göstəriblər. Polislərin bu hərəkətinə qarşılıq olaraq görüşə gəlmiş "Sovetski" sakinləri jurnalistlərin zaldan çıxarılmasına etiraz ediblər. Onlar jurnalistlərlə birgə zalı tərk etməyə başlayıblar.
2014-02-18
9,360
İlkin Həsəni qəzaya düşdü
İlkin Həsəni avtomobil qəzasına düşüb. Bu haqda teleaparıcı açıqlamasında bildirib (Gün.Az). Onun sözlərinə görə, hadisə "Bozbaş pictures"-in Göyçayda aparılan çəkilişləri zamanı baş verib: "Qəza yeni baş verib. Buna görə də təfərrüatlı danışa bilmirəm. Onu əlavə etmək istəyirəm ki, hamımız – çəkiliş heyəti olmaqla sağ-salamatıq. Heç kim xəsarət almayıb".
2014-02-18
9,361
Bakıda bədəninə “şeytan girmiş” qız özünü öldürdü
Aynurə qardaşının ölümündən sonra özünə qapanıb. Suraxanı rayonunda 19 yaşlı Nəsibova Aynurə İsmixan qızı özünü asıb (Oxu.Az). Suraxanı polis bölməsindən bildiriblər ki, prokurorluq AR CM-in 125-ci maddəsi üzrə (özünə qəsd vəziyyətinə çatdırılma) cinayət işi açıb. İlkin istintaq zamanı müəyyən edilib ki, qız güclü emosional vəziyyətdə olub. Aynurənin anası bildirib ki, 2010-cu ildə avtoqəzada onun böyük oğlu vəfat edib. Stilist-bərbər kursunu bitirən Aynurə, qardaşının ölümündən sonra özünə qapanıb. Özünə yer tapa bilmədiyindən tez-tez şikayət edirmiş. Axır zamanlar isə qəlbinə şeytanın girdiyini, onu çağırdığını deyirdi. Ana isə qızının sözlərinə məhəl qoymurdu. Bunu qızının ani zəifliyi hesab edib, ona ağıllı və səbirli olmağı məsləhət görürdü. 17 fevral Aynurənin anası, ailəli olan digər qızının evinə qonaq gedib. Aynurə evdə tək qalıb. Evdə tək olmasından istifadə edib özünü asıb. Suraxanı rayonu 31-ci polis bölməsindən bildiriblər ki, gərgin emosional vəziyyətdə olan vətəndaşlar psixoloq və psixiatra müraciət etməlidirlər. Burda utanmalı heç bir şey yoxdu. Bizim vətəndaşlar ümumi qəbul edilmiş psixoloji xidmətlərə müraciət etmirlər. Amma çox nahaq. Fakt üzrə istintaq işi aparılır.
2014-02-18
9,363
Ermənilər səfirliyimiz önündə aksiya keçirəcək
Ermənilərin Argentinadakı diaspor dərnəkləri fevralın 26-da Azərbaycanın Buenos-Ayresdəki səfirliyi önündə aksiya keçirəcək. "Axar.az"ın erməni mediasına istinadən məlumatına görə, millətçi hissli diaspor üzvləri həmin gün yalançı Sumqayıt, Bakı və Kirovobad (Gəncə) "hadisələri"nin ildönümünü yad edəcəklər. "Hayastan" gənclər təşkilatının Cənubi Amerika bölməsindən bildirilib ki, aksiyanın Azərbaycanın sözügedən diplomatik korpusu önündə keçirilməsi nəzərdə tutulur. Məlumat verilib ki, həmin gün Argentinada fəaliyyət göstərən erməni informasiya agentliklərindən birində Sumqayıt hadisələrinə geniş yer veriləcək. Ermənilər bununla 26 Fevral – Xocalı soyqırımı reallığına kölgə salmağa çalışırlar. Xarırladaq ki, Argentina qondarma erməni soyqırımını tanıyan ölkələr arasında yer alır. Bu ölkənin parlamenti 2007-ci ildə məsələ ilə əlaqədar qərar çıxardıb.
2014-02-18
9,364
Başlarına atəş açaraq öldürdülər – Video/+18
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı yaraqlılarının Suriyadakı dəhşətli terroru davam edir. "Axar.az" xəbər verir ki, İŞİD terror təşkilatının yaraqlıları 14 suriyalını əvvəlcə sorğulayıb, sonra da gecənin qaranlığında başlarına atəş açaraq öldürüblər. Görüntüyə aldıqları və toplu qəbiristanlığın yanında baş verən bu hadisələr bütün dünyada şok təsiri bağışlayıb.
2014-02-18
9,365
Hamı satqındır... Eynulladan başqa!
Zahir Əzəmət Azərbaycanda hamı satqındır... Səsini satan, qələmini satan, evini, kompyuterini, köhnə maşınını satan... Bircə Eynulladan başqa! Odur qəlbimizin fərəhi, ruhumuzun qidası, könlümüzün aynası, aynamızın darağı, masamızın arağı, dəftərimizin varağı, həyatımızın marağı, ordumuzun yarağı, İsmayıllının "Çırağı", kommunizmin orağı, pentensiarın sorağı, demokratiyamızın qırağı, ağbirçəklərin yanağı, antenamızın çanağı, şalvarımızın balağı, mediamızın çalağı, zəmanəmizin uşağı... Yəni ənnağı... Yəni Biz ona borcluyuq atəşkəsləri, Biz ona borcluyuq filankəsləri... Yəni Dolaşır dillərdə adı, şöhrəti, Heç vaxt yenilməzdir onun qüdrəti Tanıyır gücünü hər el, hər məkan, Odur bu dünyada sülhü qoruyan Adıyla bəzəyir gözəl yurdumu, Yəni Kefiniz durdumu? (Qaynar.info)
2014-02-18
9,366
Rauf Arifoğlu "Mersedes"ə görə Prokurorluğa çağırıldı
"Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlu bu gün axşam saatlarında Başı Şəhər Prokurorluğuna dəvət olunub. Bu barədə Baş redaktora Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xəbər verib. Sultanov Arifoğlunun şəhər prokurorluğuna hansı səbəbdən çağrıldığını da deyib. Aydın olur ki, Baş redaktorun prokurorluğa çağırılmasının səbəbi bu gün "Musavat.com" saytında gedən "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazıdır. Həmin yazıda "Mersedes-Gallenvagen" markalı bahalı avtomobilin qəza törətməsindən bəhs olunur və bildirilir ki, deyilənə görə, bu qəzanı törədən şəxs Bakı şəhərinin rayonlarından birinin prokurorunun oğludur. "Musavat.com" bu qeydləri edərkən qəzaya düşən və dövlət nömrə nişanı açılaraq aparılmış avtomobilin şəklini versə də, əlində olan informasiyaya baxmayaraq, nömrə nişanını göstərməmişdi. İndi qeyd edək ki, həmin başının dövlət nömrə nişanı 90 DD 065-dir. Əgər prokurorluq və ya hansısa dövlət qurumu maşınının sürücüsünün kimliyini tapmaq istəyirsə, bu informasiyalardan çıxış edə bilər. Yox, əgər təkzib vermək istəyirlərsə, bunu da edə bilərlər, avtomobilin əslində kimə məxsus olduğunu bildirərək düzəlş vermək kifayətdir. Bu mövzuda açıqlama verən R.Arifoğlu bildirib ki, şifahi telefon çağırışı əsasında şəhər prokurorluğuna getmək fikrində deyil: "Hər şey rəsmi çağırış əsasında olmalıdır. Mən saytın baş redaktoru deyiləm, təsisçisiyəm".
2014-02-18
9,367
Nazim İbrahimov oğlunun var-dövlətindən danışdı
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mətbuatda onun ailə üzvləri, xüsusilə oğlu Elnur İbrahimovla bağlı yazılanlara münasibət bildirib. Nazim İbrahimov APA-ya açıqlamasında yazılanları "cəfəngiyyat" adlandırıb: "Mənim belə bir əmlakdan xəbərim yoxdur. Əgər o yazını yazan jurnalist həmin əmlakın ünvanını mənə göstərsə, hamısını ona bağışlayacağam". Komitə sədri bildirib ki, yazılanlar cəfəngiyyatdır və yoxlanılmamış məlumatlardır: "Özünü ciddi hesab edən media belə yoxlanılmamış məlumatı verməməlidir". N.İbrahimov bu tipli yazıları Azərbaycan iqtidarında olanlara qarşı "şər atmaq, ləkə yaxmaq, dövlət adamlarını nüfuzdan salmaq üçün planlı addım" adlandırıb: "Bir sıra müxalifət mətbuatında dövlət və hökumət adamlarına qarşı bu cür addımlar atılır. Bunların da demək olar ki, tam hissəsi şayiələrdir, həqiqətə uyğun deyil. Bu, sadəcə Azərbaycan iqtidarına sədaqətli olan adamları ləkələmək, onları cəmiyyətə tamam başqa cür təqdim etmək məqsədi daşıyır". Qeyd edək ki, bu gün "haqqın.az" saytında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimovun sərvəti barədə yazılıb. Yazıda E.İbrahimovun şəxsi təyyarə ilə səyahət etdiyi, bahalı yaxtalara sahib olduğu barədə məlumatlar yer alıb.
2014-02-18
9,368
Nazirin qardaşı bahalı maşınlarını göstərdi - Foto
Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, "Avesta" Konserninin vitse-prezidenti Sahib İbrahimov jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu "virtualaz.org" saytında "Nazir İbrahimovun oğlunun təyyarələri, katerləri və ada əyləncələri" başlıqlı materialın yayılmasına münasibət bildirib. Sahib İbrahimov "Publika.az"a açıqlamasında deyib ki, hər kəs öz yazısı ilə öz tərbiyəsini nümayiş etdirir: "Eynullanın işi şantaj etməkdir. Eynulla bizimlə bağlı doğru-düzgün nə isə yazmaz. Onun işi adamları şantaj etməkdir. Bizi tanıyanlar bilir ki, hamımız iş adamıyıq. Bizim inşaat və digər sahələrdə biznesimiz var. Əgər Eynulla nə isə yazmaq istəyirsə, gəlib məndən yazsın, gəlib işimizlə yaxından tanış olsun və gördüyünü doğru yazsın. Yəqin ki, indi Eynulla ya sifariş alıb, ya da düşünür ki, biz ona pul təklif edəcəyik ki, daha bizdən yazmasın. Nə yazır qoyun yazsın, bizi hər kəs tanıyır. Hamı bizi də, Eynullanı da yaxşı tanıyır. Bizim gördüyümüz işlər göz qabağındadır. Bizneslə məşğul olanın pulu da olmalıdır və bir az da fərqli yaşamalıdır". S.İbrahimov qardaşı Nazim İbrahimovun heç bir təyyarəsinin olmadığını söyləyib: "Bizim ailədə nə Nazim müəllimin, nə mənim, nə də başqa qardaşlarımızın təyyarəsi yoxdur. İnşəallah, Hacı İbrahim özünə təyyarə alanda Eynulla onu yazar. Digər tərəfdən isə Hacı İbrahimin təyyarəsinin olub-olmamasının Nazim müəllimə nə aidiyyatı var? Qardaşım oğlu Elnur da qanacaqlı, tərbiyəli uşaqdır. Maşına qalsa, indi hamının normal maşını var. Maşın almaq üçün çox böyük pul lazım deyil. Mən bir daha deyirəm, Eynullanın yazdıqları şantaj xarakterlidir. Bu cür yazılar əvvəllər də olub. Onlar yazını yazın sonra gətirib bizə göstəriblər ki, baxın buna, əgər pul verməsəniz sizdən yazacağıq, pul verin yazmayaq. İndi yəqin Eynulla da o cür düşünüb bizdən pul almaq istəyir. Ümumiyyətlə, Eynullanın bu yazıları məqsədli şəkildədir. Mən də jurnalistəm, vaxtilə ATV-də çalışmışam. Ona görə də bunun nə demək olduğunu yaxşı bilirəm. Əgər Eynulla belə yaxşı jurnalistdirsə və Nazim müəllimdən yazırsa, o zaman gəlib bizim biznesmen qardaşlarımızdan da yazsın. Elə gəlib məndən yazsın, mənim oğlumdan yazsın, Hacı İbrahimdən yazsın. Ancaq Eynulla başqa variantı seçib". Qeyd edək ki, şəkildə görünən Hacı İbrahim Nehrəmliyə məxsus qara rəngli "Land Rover Range Rover" 2014 modelinin qiymeti 250-300 min arasında dəyişir. Bu maşın eksklüziv salonla, aikantaro dəri ilə yığılıb. Eyni maşının ağ rəngi Sahib İbrahimovdadır.
2014-02-18
9,369
Parlamentdə Avropanın bayrağı yerə atıldı - Video
Macarıstan Parlamentinin sonuncu plenar iclası insindentlə başa çatıb. "Axar.az"ın məlumatına görə, yürütdüyü siyasət səbəbindən Avropa Birliyinin bayrağı Macarıstan Parlamentində yerə atılıb. "Jobbik" Partiyasından olan deputat Tamaş Qaudi-Nad macar torpaqlarının satışını nəzərdə qanunun əleyhinə hərarətli çıxışlar edib. Qeyd edək ki, hazırda torpaq satışı Macarıstan üçün aktual bir məsələyə çevrilib. Şengen zonasına daxil olduğuna görə əcnəbilər Macarıstanda maneəsiz qeydiyyata düşür və torpaqdan yararlana bilirlər. Buna etiraz edən deputat Qaudi nümayişkarana şəkildə Avropa Birliyinin bayrağını parlament binasının həyətə açılan pəncərəsindən yerə atılıb.
2014-02-18
9,371
“Əxlaqsızlıq genetik faktordur”
Gəncləri əxlaqsızlıga sürükləyən səbəblər Azərbaycanda son dönəm yüngül həyat tərzinə meyl, adət-ənənələrimizdən gələn əxlaq normalarının müəyyən mənada dağılması rahatsızlıqlar yaradır. Bunu Avropa dəyərlərinin ölkəmizə ayaq açması ilə də, maddi durumla, sosial problemlərlə əlaqələndirənlər olduğu kimi, cəmiyyətdə adət və ənənələrin zəifləməsinə bağlayanlar da var. Bəs görəsən son zamanlar yüksələn xətlə gedən bu fakta ziyalılarımız necə yanaşır? Genetik faktorlar Müğənni Elmira Ələkbərzadənin fikrinə görə, gənc qızların bu yolu seçməsinə səbəb genetik faktordur. "Düşünürəm ki, bu, valideynlərin verdiyi tərbiyədən, yəni övladı necə böyütməkdən və gendən asılıdır". Mövcud problemlərdən qurtulamaga cəhd etmək Jurnalist Telli Pənahqızı gənc qızların belə həyat tərzinə meyl etməsinin səbəbini onların yaxşı yaşamağa can atması ilə əlaqələndirdi. "Adətən gənc qızlar maddi problemlərdən canını qurtarmaq üçün bu yola baş vururlar". Deqradasiya Fəlsəfə doktoru Həyat Şəmi bu halları müxtəlif səbəblərlə izah etdi. "İnformasiya texnologiyalarının inkişafı, milli- mənəvi dəyərlərin getdikcə deqradasiyaya uğraması başlıca səbəbdir. Gənc qızların bu yolu seçməyinə əsas səbəb həm də onların Avropa həyat tərzinə meyl etməsi, ata-anaya tabe olmamağa çalışmasıdır". Onları bu yola yönləndirənlər var Xalq artisti Ofeliya Sənani də bunun səbəbini gənclərin səbirsiz olması, rahat həyata asan yolla sahib olmaq istəməsi ilə əlaqələndirdi. "Bölgələrdə iş yerlərinin olmaması, ordakı gənclərin paytaxta axın etməsi də əsas səbəblər sırasındadır. Rayonlada zavodlar, fabriklər tikilsə, gənclər çalışaraq maddi tələblərini özləri ödəyər". Ofeliya Sənani həm də gəncləri indi belə yollara yönləndirənlərin olduğunu da istisna etmədi.
2014-02-18
9,372
ARDNŞ Rusiya şirkəti ilə razılığa gəldi
ARDNŞ ilə "Transneft" şirkəti arasında yeni müqavilə imzalanıb. "Axar.az" ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra ARDNŞ ilə Rusiyanın "Transneft" şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. Rusiya ərazisi vasitəsilə neftin nəqlinin bərpası Azərbaycan neftinin dünya bazarlarına ixrac marşrutlarının daha da şaxələndirilməsinə imkan verəcək.
2014-02-18
9,373
Ermənistan İraqda baş konsulluq açır
Ermənistan İraqın Ərbil şəhərində baş konsulluq açmaq niyyətindədir. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Bağdadda iraqlı həmkarı Nuri əl-Maliki ilə görüşünün yekunları üzrə deyib. E.Nalbandyan İraq vətəndaşları üçün giriş vizasının verilməsi qaydalarının sadələşdiriməsi ilə bağlı hökumətin qərarını xatırladıb: "Bu, iki ölkənin sahibkarlıq dairələrinin nümayəndələri arasında işgüzar əlaqələri aktivləşdirməyə imkan verəcək". Onun sözlərinə görə, son 4 il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi bir neçə dəfə artıb və 80 milyon dollar təşkil edib. Əl-Maliki isə qeyd edib ki, Bağdad Yerevanla əməkdaşlığın dərinləşməsində maraqlıdır və bunun üçün böyük potensial var. O, erməni icmasının İraqın ictimai-siyasi və iqtisadi həyatındakı rolunu yüksək qiymətləndirib. (Trend)
2014-02-18
9,374
Elmi dərəcəsi olan nazirlərimiz - Siyahı
Əvvəllər alim, professor, elmlər namizədi olmaq üçün peyğəmbərimizin dediyi kimi lap dünyanın o başına gedirdilər. İndi isə elmi dərəcə almaq üçün dağ- dərə aşıb, dənizlər keçməyə ehtiyac qalmayıb. Alim olmaq hər bir ali təhsilli üçün əlçatan olub. Hətta yüksək vəzifə sahibləri öz imiclərinə daha da prestij qatmaq üçün elmi dərəcəyə sahib olmağa çalışırlar. Azvision.az-ın Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurların əksəriyyəti isə təbii ki, buna nail olur. Yüksək vəzifə sahibləri ilə bağlı məlumatların hər zaman ictimai kəsimin marağını cəlb etdiyini nəzərə alıb nazirlər arasında alimlik dərəcələrinə sahib olanları araşdırdıq. Maraqlıdır, kim hansı elmi dərəcə daşıyır? Azərbaycan Tibb İnstitutunu bitirən səhiyyə naziri Oqtay Şirəliyev namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edib. O.Şirəliyev professor, tibb elmləri doktorudur. Ölkənin xarici siyasətini aparan Elmar Məmmədyarov 1977-1982 Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb. Xarici işlər naziri Elmar Məmmədyarov Xarici İşlər Nazirliyinin Diplomatik akademiyasının tarix elmləri namizədidir. Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib. Nazir təhsilin magistr dərəcəsi ilə kifayətlənib. Təhsil Naziri Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsində təhsil alıb. O, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb. Həmkarlarından fərqli olaraq onun heç bir elmi dərəcəsi yoxdur. Nəqliyyat naziri Ziya Məmmədov da ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirən Ziya Məmmədov Beynəlxalq Nəqliyyat Akademiyasının Həqiqi üzvüdür. Elmi dərəcəsi olan məmurlar sırasında yer alan daha bir nazirimiz isə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovdur. O, 1981-ci ildə mikroelektronika sahəsində disertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi alıb. 1993-cü ildə "İnformasiya emalı və idarəetmə sistemləri" ixtisası üzrə disertasiya müdafiə edib və texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Nazir 1996-cı ildə İnformatika sahəsində professor elmi adını alıb. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də elmi titullu nazirlərdəndir. O, 1992-ci ilin yanvar ayında "1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Energetika naziri Natiq Əliyevin də alimlik dərəcəsi var. 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil almış Natiq Əliyev 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir. O, böyük elmi işçi vəzifəsində işləyib. N.Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub, o, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir. Nazir 2008-ci ildən iqtisad elmlər doktorudur. N.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akdemiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvi seçilib. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə N.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür. Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov da alimlik dərəcəsinə malik olan məmurlar sırasındadır. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən Hüseynqulu müəllim 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb. Hazırda Kənd Təssərrüfatı naziri olan Heydər Əsədov 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub. Fövqalədə Hallar naziri Kəmaləddin Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib. Onun elmi dərəcəsi isə yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirib və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb.1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları" doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. İqtisadiyyat və Sənayə naziri Şahin Mustafayev 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqdisad İnstitutunun Bakı filialını bitirib. 2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib. 2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub. 2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib. Hazırda İqtisadiyyat və Sənayə naziridir. Vikipediyada onun hər hansı elmi dərəcəyə malik olması göstərilməyib. Vergilər naziri, II dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib. 2000-ci il fevral ayının 11-dә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı ilә Azәrbaycan Respublikasının Vergilәr naziri tәyin edilib. Nazirin tərcümeyi-halında onun elmi dərəcəsinin olmadığı göstərilir. Müdafiə Sənayesi naziri Yavər Camalov 1967–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. Onunda elmi dərəcəsi yoxdur. Ədliyyə naziri Fikrət Məmmədov I dərəcəli Dövlət ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisidir. Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanı - İcraiyyə Komitəsinin üzvüdür. O, həmçinin, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvüdür. 2006-cı ilin oktyabr ayında Beynəlxalq Antikorrupsiya Təşkilatının vitse-prezidenti seçilib. Xarici nəşrlərdə bir sıra dərcləri var, ingilis dilində sərbəst danışır.
2014-02-18
9,375
Azay Quliyev Qarabağla bağlı layihə rəhbərləri ilə görüşdü
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev 2014-cü il maliyyə yardımı müsabiqəsi çərçivəsində Qarabağ mövzusu üzrə maliyyələşdirilmiş layihələrin rəhbərləri ilə görüşüb. Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, 15 layihə rəhbəri və Şura Katibliyinin əlaqədar əməkdaşlarının iştirak etdiyi görüşü açan A.Quliyev ölkə xaricində icra ediləcək bu layihələrin əhəmiyyətini vurğulayaraq deyib ki, görüşdə məqsəd layihələr və təşkilatlar arasında koordinasiya imkanlarını genişləndirmək və bununla effektivliyin artırılmasına yardım etməkdir. Şura sədri qeyd edib ki, bu layihələr Türkiyə ilə bərabər Avropa ölkələrində də reallaşdırılmalı və ehtiyac olarsa, bunun üçün təşkilatlara əlavə dəstək təmin edilməlidir. A.Quliyev layihələrin icrası ilə bağlı hər bir QHT rəhbərinin fikirlərini bildirməsində və ümumi müzakirələr nəticəsində daha optimal təbliğat variantların tapılmasında böyük fayda olduğunu bildirib. Qeyd edək ki, layihələr çərçivəsində Türkiyə, Almaniya, Belçika, Çexiya, İsveç, Norveç, Ukrayna, Polşa və digər ölkə universitetlərində Qarabağ və Azərbaycan guşələrinin yaradılması, konfransların keçirilməsi, mövzu üzrə yerli dillərdə və ingilis dilində hazırlanmış buklet, broşür və kitabların paylanması, qısametrajlı filmlərin nümayişi və sair tədbirlər nəzərdə tutulur. Maliyyələşmiş layihələrin rəhbərləri çıxış edərək xarici ölkələrdə Azərbaycanın təbliği, Qarabağ münaqişəsi haqqında obyektiv həqiqətlərin yayılması və Xocalı soyqırımının tanıdılması ilə bağlı fikirlərini bölüşüblər. Qərara alınıb ki, sosial şəbəkələrdə bu təşkilatların qrupu yaradılsın və Tənzilə Rüstəmxanlının koordinatorluğu təşkilatlar üçün yardım olaraq dəyərləndirilsin.
2014-02-18
9,376
Prezident Monako Knyazı II Albert ilə görüşüb
Prezident İlham Əliyev ölkəmizə səfərə gəlmiş Monako Knyazı II Albert ilə görüşüb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Monako Knyazı II Albert Prezident İlham Əliyev ilə müxtəlif vaxtlarda keçirdiyi görüşlərini məmnunluqla xatırlayıb. 2015-ci ildə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının önəmini qeyd edən Monako Knyazı bu böyük idman tədbirinin uğurla təşkil olunacağına əminliyini ifadə edib. Dövlət başçısı Monako Knyazı II Albertin ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib. 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına toxunan Prezident İlham Əliyev az vaxt qalmasına baxmayaraq, bu idman tədbirinə hazırlıq proseslərinin uğurla həyata keçirildiyini vurğulayıb. Görüşdə Azərbaycan ilə Monako arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2014-02-18
9,377
Zakir Həsənov Serbiya prezidenti ilə görüşdü
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiyaya rəsmi səfəri davam edir. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, səfər çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənovu Serbiya prezidenti Tomislav Nikoliç qəbul edib. Görüş zamanı Z.Həsənov rəsmi səfərinin uğurla keçdiyini vurğulayaraq, dövlət başçılarının səyləri nəticəsində ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini, strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu və bu səfərin müdafiə sahəsində əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Serbiyanın müdafiə sənayesi müəssisələrində olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Serbiyadakı səfirliyini də ziyarət edib.
2014-02-18
9,378
Rusiyalı polkovnik Azərbaycanı müharibə ilə qorxutdu
"Əgər Azərbaycan Ermənistana hücum etsə, biz dünya müharibəsinin şahidi olacağıq". Bunu Rusiya Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, "Komsomolskaya pravda" qəzetinin hərbi icmalçısı, polkovnik Viktor Baranets deyib. Onun sözlərinə görə rəsmi Kreml hazırda Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında deyil. Ona görə də regionda vəziyyət ağır olaraq qalmaqdadır. "Əgər Azərbaycan Ermənistana hücum etsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiyanın bu ölkədəki 102-ci hərbi bazası ermənilərin tərəfində münaqişəyə qoşulmalı olacaq", - deyə Viktor Baranets deyib. Onun sözlərinə görə bu, məhz Azərbaycanın Ermənistana hücum etdiyi üçün baş verməyəcək. Ümumiyyətlə KTMT blokuna üzv olan ölkələrin hər hansı birinə hərbi müdaxilə bu təşkilata qarşı hücum deməkdir. "Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün əsas problemlərdən biridir və Moskva münaqişənin həllində maraqlıdır. Bir çox siyasətçilərin Dağlıq Qarabağ münaqişəsinin həllinin açarının Rusiyada olduğu, bu münaqişəni Rusiyanın yaratdığı barədə fikirləri əsassızdır. Münaqişəni SSRİ-ni dağıtmaq istəyən qüvvələr yaradıb". V.Baranetsin sözlərinə görə KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsini Ermənistanın bu təşkilata üzvlüyü çərçivəsində nəzərdən keçirmək lazımdır: "Lakin KTMT müqaviləsində Dağlıq Qarabağa dair heç nə deyilmir. Buna baxmayaraq əgər Azərbaycan Dağlıq Qarabağa hücum etsə, Rusiya yenə silah götürməli olacaq, çünki Kreml münaqişənin hərbi yolla həll edilməsini istəmir". (ANS)
2014-02-18
9,379
Rusiyada azərbaycanlı qardaşlar körpələri xilas etdilər
Hadisə şahidləri: "Məmmədov qardaşları olmasaydı, evdə olan iki azyaşlı körpə və sərxoş qadın yanıb kül olacaqdılar" Rusiyanın Həştərxan vilayətində iki azərbaycanlı qardaş yanğın baş verən binada iki azyaşlı körpəni xilas ediblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, fevralın 17-də Leninsk rayonunun Dalniy küçəsində yerləşən mənzildə yanğın hadisəsi baş verib. Bu zaman həmin binada yaşayan Orxan və Sərxan Məmmədovlar ikinci mərtəbədə yerləşən mənzilə eyvandan daxil olaraq, əvvəlcə yerdə sərxoş vəziyyətdə uzanan bir qadını mənzildən çıxarıblar. Həmin qadın onlara evdə iki azyaşlı uşağın olduğunu söyləyib. Məmmədov qardaşları yenidən yanğının davam etdiyi mənzilə girərək, iki azyaşlı körpəni xilas ediblər. Bundan sonra hadisə yerinə yanğınsöndürənlər gəlib. Mənzil isə tamamilə yanaraq kül olub. Hadisə şahidlərinin bildirdiyinə görə, Məmmədov qardaşları olmasaydı, evdə olan iki azyaşlı körpə və sərxoş qadın yanıb kül olacaqdılar. Hadisə barədə danışan 23 yaşlı Orxan Məmmədov bildirib ki, yanğın baş verən zaman qardaşı ilə küçədə olub: "Mənzildən qara tüstünün çıxdığını gördük. Mənzili qatı duman bürüdüyündən, ora eyvandan daxil olduq. Eyvanın qapısını təpiklə sındırıb içəri daxil olanda yerdə bir qadın sərxoş vəziyyətdə uzanmışdı. Həmin qadını çölə çıxardıq. Bu zaman qadın gözlərini açdı və evdə iki azyaşlının olduğunu söylədi. Biz yenidən alovlar içində olan mənzilə daxil olub 4 və 5 yaşlı oğlan uşaqlarını xilas etdik. Azyaşlılardan biri həmin sərxoş qadının oğlu idi, digəri isə yanğın baş verən zaman evdə olmayan ev sahibinin. Alovlar içində olan mənzilə daxil olmaq mümkün deyildi. Tüstüdən adamın başı gicəllənirdi. Körpələr şok vəziyyətində idilər və qışqırırdılar. Əgər bir-iki dəqiqə geciksəydik, o zaman faciədən qaçmaq mümkün olmayacaqdı". Qeyd edək ki, Yeni il ərəfəsində Həştərxan vilayətində mənzildə baş verən yanğın hadisəsi zamanı üç uşaq yanaraq ölüb. Hadisəyə səbəb isə valideynlərin səhlənkarlığı olub.
2014-02-18
9,380
Rusiya Ermənistana vilayət statusu təklif edir
"Ermənistan ölkədə xüsusi iqtisadi zona yaradılması məsələsinə baxır". Bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Arutunyan deyib. Nazir müavininin bu sözləri Serj Sərkisyanın son bəyanatları fonunda ölkədə hiddətlə qarşılanıb. Tənqidçilərə görə, "xüsusi zona" təklifi məhz Rusiyadan gəlib. Söhbət Ermənistanın Gömrük İttifaqı ölkələri ilə ümumi sərhədinin olmamasından dolayı verilən aşağılayıcı statusdan gedir. Məsələ ondadır ki, bu yaxınlarda həmin məsələyə toxunan Avrasiya İqtisadi Komissiyanın sədri Viktor Xristenko beləcə də demişdi: "Ermənistanla ümumi sərhədin yoxluğu problem deyil, Kalininqrad da Rusiya ilə ümumi sərhədə malik deyil". O zaman bu sözlər Ermənistanın "patriotik kəsimi"ndə güclü qıcıq doğurmuşdu. İndi də təhlilçilər əmindilər ki, "xüsusi zona"nın suverenliyə hər hans aidiyyəti yoxdu və belə getsə, ölkənin müstəqilliyi və suverenliyindən heç nə qalmayacaq. ("Musavat.com")
2014-02-18
9,381
Mehriban Əliyeva Monako Knyazı ilə görüşdü - Foto
Fevralın 18-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində Monako Knyazı II Albert ilə görüşüb. Monako Knyazı II Albert, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzi gəziblər. Monako Knyazının diqqətinə çatdırılıb ki, Mərkəzdə xalqımızın Ümummilli Liderinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılan muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Burada toplanılan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeyin müxtəlif bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının ayrı-ayrı aspektləri virtual formada təqdim edilir. Bu, muzeyin orijinallığını daha da artırır. Dizaynına və tətbiq olunan yeni texnologiyaya görə fərqlənən muzey Heydər Əliyev Mərkəzinin modern üslubu ilə həmahənglik təşkil edir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər də açılıb. Burada xalqımızın tarixini və mədəniyyətini əks etdirən "Azərbaycan inciləri" ekspozisiyasında ölkənin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Monako Knyazı II Albert Mərkəzdə "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi ilə də tanış olub. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyət daşıyan bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin sintezini təcəssüm etdirən müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar. Mərkəzlə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı və Monako Knyazı II Albertin görüşü olub. Görüşdə 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq, Heydər Əliyev Fondunun mədəniyyət və təhsil sahələrində gördüyü işlər, birgə konsertlərin keçirilməsi, Heydər Əliyev Mərkəzində şahzadə Qreysin sərgisinin təşkili məsələləri müzakirə edilib. Azərbaycanda məşhur maestro Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş ənənəvi musiqi festivalından xəbərdar olduğunu deyən Monako Knyazına tanınmış rəssam Altay Sadıqzadənin "Bakı" və "Monako" adlı əsərləri hədiyyə edilib. (Trend)
2014-02-18
9,382
Vaqif Mustafayevə orden verildi - Video
Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti Vaqif Mustafayev Serbiya Respublikasının daha bir ali mükafatına layiq görülüb. Kinorejissor Azərbaycan və Serbiya arasında əlaqələrin genişləndirilməsində göstərdiyi xidmətlərinə görə Serbiya prezidentinin qərarı ilə Serbiya Bayrağı ordeni ilə təltif edilib. Ali mükafat bir çox ölkələrdə filmləri sevilərək izlənilən Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti Vaqif Mustafayevə Serbiya Respublikasının Müstəqillik Gününə həsr olunan təntənəli mərasimdə təqdim olunub. Tədbirdə tanınmış incəsənət xadimləri, eləcə də bir çox ölkələrin Azərbaycandakı rəsmi təmsilçiləri iştirak edirdilər. Ordeni kinorejissora Serbiya Respublikasının ölkəmizdəki səfiri Zoran Vayoviç təqdim edib. Azərbaycanla Serbiyanın strateji tərəfdaş olduğunu qeyd edən diplomat hələ keçən il hər iki ölkənin prezidentlərinin strateji tərəfdaşlıq haqqında müqavilə imzaladıqlarını xatırladıb: "Bizim münasibətlərimiz hər tərəfli inkişaf edir. Mən çox şadam ki, bu gün biz burda Serbiya Respublikasının Müstəqillik Gününü qeyd edirik. Biz bu gün burda Space televiziyasının prezidenti Vaqif Mustafayevə dövlətlərarası mədəni əlaqələrin inkişafı, eləcə də kinomatoqrafiya sahəsində xidmətlərinə görə Serbiya Bayrağı Ordenini təqdim etdik". Kinorejissor, xalq artisti Vaqif Mustafayev də doğma Vətənində belə bir ali mükafatı aldığına görə çox xoşbəxt olduğunu dilə gətirib: "Mən çox xoşbəxt insanam ki, hətta başqa dövlətlərdə də mənim sənətimə ,yaradıcılığıma qiymət verirlər". Qeyd edək ki, Serbiya Respublikası İncəsənət Akademiyasının fəxri professoru adını daşıyan Vaqif Mustafayevin filimləri nəinki Serbiyada, eləcə də digər Avropa dövlətdərdə də maraqla izlənilir. Tədbirdə bildirildi ki, Vagif Mustafayev kinomatoqrafiyada gördüyü işlərlə Azərbaycanın bir çox Avropa ölkələri ilə incəsənət əlaqələrinin möhkəmlənməsinə çox önəmli tövhə verib. İki tərəfli əlaqələrin inkışafında Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti Vaqif Mustafayevin xidmətlərini xüsusi qeyd edən səfir Zoran Vayoviç həmçinin əlavə etdi ki, Serbiyadan olan aktyorlar hazırda tanınmış kinorejissorun layihələrində iştirak edirlər. Xatırladaq ki, Vaqif Mustafayev eyni zamanda Serbiyanın "Dünya kinosuna verdiyi tövhələrə görə" mükafatına da layiq görülüb. ("Qafqazinfo")
2014-02-18
9,383
Elmar Məmmədyarov QDİƏT-in baş katibi ilə görüşdü
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tsvirkunu qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə QDİƏT arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. V.Tsvirkun E.Məmmədyarova təşkilatın gündəliyində duran məsələlər haqqında məlumat verib. Həmçinin Azərbaycan tərəfinə təşkilata göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Nazir baş katibə Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsindən söhbət açıb. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) fəaliyyəti, onun həyata keçirdiyi layihələr haqqında da məlumat verib.
2014-02-18
9,384
Əhalinin banklardakı borclarının həcmi açıqlandı
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2013-cü ildə dövlət büdcəsinə 19.5 milyard manat vəsait daxil olub. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, büdcədən 19.1 milyard manat vəsait xərclənib. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 351.1 milyon manatlıq profisit ümumi daxili məhsulun 0.6 faizinə bərabər olub. 2014-cü il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15,4 milyard manat məbləğində kredit ayırıblar. Verilmiş kreditlərin həcmi 2013-cü il yanvar ayının 1-i ilə müqayisədə 26,0 faiz artıb, onun 78,4 faizi və ya 12,1 milyard manatı uzun müddətli olub. Kreditlərin 792,8 milyon manatının, yaxud 5,1 faizinin ödəmə vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 25,1 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 6,4 milyard manata çatıb. Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,78 manata, 1 Avroya 1,07 manata və 100 Rusiya rubluna 2,34 manata bərabər olmuşdur.
2014-02-18
9,385
Nəriman Həsənzadə - 83 il
Bu gün xalq şairi Nəriman Həsənzadənin 83 yaşı tamam olur. "Axar.az" xəbər verir ki, Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu stansiyasında anadan olub. İbtidai və orta təhsilini elə həmin rayonda alıb. H. Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsində təhsil alan şair daha sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində baş redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləyib. "Dostlar gözləyir məni", "Qız ürəyi", "Haradasan?", "Qaraca Çobanın hekayəti", "Sizdən ayrılmadım", "Könlüm şer istəyir", "Zümrüd quşu" kimi bir çox kitabların müəllifidir.
2014-02-18
9,386
Bu kadrlar ürək sızladır - Video
Suriyada uzun müddətdir Əsəd qüvvələri tərəfindən mühasirədə saxlanılan Şam bölgəsində ürək ağrıdan hadisələr hələ də davam etməkdədir. Bölgədə yaşayan yerli əhali çətin şəraitdə həyatla mübarizə aparır, aclıq və dərmansızlıq üzündən aralarında bir çox uşağın da olduğu ölümlərin artdığı müşahidə edilir. Bu gün həmin bölgədə aclıq üzündən ağlayan qadının ürək parçalayan görüntüləri yayılıb. "Axar.az" həmin videonu təqdim edir:
2014-02-18
9,387
"Mehriban Əliyevaya mane olmaq lazımdır..."
"Qarabağ xalçası" qurumu Qarabağda daha bir yerli şöbəsini açmağa hazırlaşır. "Axar.az"ın erməni mediasına istinadən verdiyi məlumata görə, indiyə qədər Şuşa və Xankəndində analoji bölmələri olan "Qarabağ xalçaları" təşkilatının rəhbəri Sevak Xaçaturyann bildirib ki, beynəlxalq aləmdə təbliğatlarını artırmağa ehtiyac var: "Məqsədimiz Qarabağ xalçalarının populyarlığını özünə qaytarmaq, bununla da Azərbaycanın bu istiqamətdə təbliğatına son qoymaqdır. Bilirsiniz ki, Qarabağ xalçaları böyük missiya daşıyıcılarıdır. Bunlar bütün dünyada rəğbətlə qarşılanır. Qarabağ xalcaları 10 əsrlik tarixə malikdir. Burada siyasi revanş da müzakirə mövzusudur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva beynəlxalq müstəvidə Qarabağ xalçalarını tanıtmaqla Azərbaycanın adına yazdırır. Ona mane olmaq, onun bu addımlarını önləmək üçün üzərimimizə böyük məsuliyyət və vəzifə düşür".
2014-02-18
9,388
Ukrayna dünyanı ayağa qaldırdı - Foto
Bu gün Ukraynada müxalif qüvvələrlə polis arasında yaranan qarşıdurmalarda 9 nəfər ölüb, 71-i yaralanıb. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bu gün baş verən hadisələrdən sonra Ukrayna hakimiyyəti beynəlxalq ictimaiyyətin qınağına tuş gəlib. NATO-nun baş katibi Anders Rasmussen Ukraynada yaşanan hadisələrdən dolayı narahat olduğunu və təcili olaraq tərəflər arasında dialoqun başlanmasına ehtiyac olduğunu bildirib. ABŞ hökuməti də Ukrayna prezidenti Viktor Yanukoviçdən şiddəti dayandırmağı tələb edib. ABŞ Milli Təhlükəsizlik Şurası Lukas Maqnuson Yanukoviçə çağırış edərək Maydanda baş verən qarşıdurmaların dayandırılması və vəziyyətin ələ alınmasını istəyib. Qeyd edək ki, birləşmiş müxalifətin hal-hazırki tələbi parlamentin təcili olaraq konstitusiya islahatlarının aparılması və dərhal Ukraynanın parlamentar respublika elan olunmasıdır.
2014-02-18
9,389
Nazir qardaşlarının avtomobilləri – Fotolar
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlunun var-dövləti haqqında yayılan xəbərlər və İbrahimov qardaşlarının bu xəbəri iranik təkzibləməsi Azərbaycanın bu məşhur ailəsini bir daha diqqətə gətirdi və onların real maşınlarına maraq yaratdı. Əvvəlcə qeyd edək ki, Nazim İbrahimovdan başqa Tağı və Sahib İbrahimovlar da Azərbaycan cəmiyyətində tanınır. İş adamı kimi daha çox gündəmdə olan isə təbii ki, "Avesta" konserninin 100 milyardlıq layihəsi ilə daha da məşhurlaşan Hacı İbrahim Nehrəmlidir. Ailənin biznes və vəzifə karyerasının qurulmasında böyük qardaş Hacı İbrahimin müstəsna rolu olduğu deyilir. ATV kanalının keçmiş əməkdaşı Sahib İbrahimovun da hazırda bizneslə məşğul olması Hacı İbrahimlə bərabər, onun da imkanlarının üzə çıxmasına heç bir narahatlıq yaratmır. Beləliklə, bahalı maşınla gündəmə gəlmək narahatlığı olmayan Hacı İbrahim və Sahib İbrahimovun hərəsinin bir "Rolls Royce Phantom" (Eksklüziv variant) avtomobili var: ağ rəngilisi Sahibdə, qara rənglisi isə Hacı İbrahimdədir. Bu maşının qiyməti 300-400 min olaraq qiymətləndirilir. Hacı İbrahimin bundan başqa "Bentley Mulsanne", "Land Rover Range Rover (2014-cü il model", "Lincoln Navigator", "Toyota Land Cruiser Mercedes-benz Viano" maşını var. Bütün maşınları "eksklüziv modellər"dir. Xüsusi sifarişlə hazırlanıb. 250-300 min manat arasında qiymətləndirilən "Land Rover Range Rover (2014-cü il model" eksklüziv salonla, aikantaro dəri ilə yığılıb (Şəkildə görünür). Hacı İbrahimin maşınlarının nömrəsi "480", Sahib İbrahimovun isə "320"-dir.
2014-02-18
9,390
Daha bir rüşvət faktı ilə bağlı açıqlama
Azərbaycanın Baş Prokurorluğu Təhsil sahəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir fakt barədə açıqlama edib. Bu dəfə Ucar rayon sakini, Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Sahib Hüseynovdan şikayət edib. Sahib Hüseynovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün ona 4-cü kurs tələbəsindən 450 manat məbləğində rüşvət alıb. Onun barəsində rüşvət alma maddəsi ilə cinayət işinə başlanıb. Rüşvət almaqda şübhəli bilinərək həbs edilən Ağcabədi pedaqoji kollecinin direktor əvəzi Sahib Hüseynov barədə rəhbərlik etdiyi təhsil ocağından hər hansı məlumat vermədilər. Kollecdə təhsil alan tələbələr də bu barədə fikir bildirmədilər. Kollecin müəlliimləri isə olanların qış tətilinə təsadüf etdiyini vurğuladlıar. Hadisə barədə Baş prokurorluğun açıqlaması isə belədir. Kollecin direktor əvəzi Sahib Hüseynov qış imtahan sessiyası zamanı imtahanlardan qiymət alması üçün ona müraciət etmiş 4-cü kurs tələbəsindən 450 manat məbləğində rüşvəti alarkən yaxalanıb və qeyd edilən əmələ görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Aparılmış əməliyyat tədbirləri zamanı S.Hüseynovun üzərindən müxtəlif əskinaslarla ümumilikdə 5.432 manat nağd pul, xidməti otağına baxış zamanı kollecdə təhsil alan tələbələrin adları və soyadlarının qeyd edildiyi siyahı və qarşılarında pul məbləğləri yazılmış jurnal və digər istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilib. Sahib Hüseynov barəsində artıq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri də seçilib. ("Musavat.com")
2014-02-18
9,391
Türkiyə “Boinq”i 183 milyon cərimələdi
Türkiyənin Müdafiə Nazirliyi "Barış Qartalı" proyekti çərçivəsində istehsalı sifariş edilən təyyarənin təslim prosesinin gecikməsindən dolayı "Boinq" şirkətini müqavilə əsasında təxminən 183 milyon dollar məbləğ civarında cərimələyib. "Axar.az" xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin hava nəqliyyatı vasitələri üzrə başçısı və proyektin rəhbəri Camal Evçi "Boinq" ilə imzalanan müqavilənin qarşılığının təxminən 1 milyard 385 milyon dollar olduğunu bildirib: "6 illik gecikmə üzündən faizi ilə birgə 183 milyon dollar cərimə tətbiq etdik". Bundan əlavə Evçi layihə daxilində "Boinq" şirkətinə avans olaraq 637 milyon dollar ödəndiyini söyləyib.
2014-02-19
9,392
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün ikinci yarısında havanın dəyişkən buludlu, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə və gündüz 2-6 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 19-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
2014-02-19
9,393
Cərrahın tamahı 16 yaşlı qızı məhv etdi – Həkim terroru
1997-ci il təvəllüdlü Nərmin Həsənli həkimlərin qoyduğu səhv diaqnoz nəticəsində həyatla çarpışır. Bu barədə "Axar.az"a N.Həsənlinin anası Məhbubə Hüseynova məlumat verib. 2013-cü ilin aprel ayında təsadüfən Nərminin boğazında şiş yaranıb. Bir gündə yaranan şişin səbəbini öyrənmək üçün Sumqayıt Şəhər Xəstəxanasına üz tutublar. Xəstəxanadan bu düyünün limfoma olduğu, müayinədən sonra keçməli olduğu bildirilib. Hüseynova Məhbubə bundan sonra qızını Bakı şəhər Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinə gətirib: "Xəstaxananın cərrahı Zamanov Ramiz Nərminnin boğazındakı şişlə bağlı nümunə götürməklə kifayətləndi. Sadəcə, əlini qızımın boğazına vuraraq, "zob" diaqnozu qoydu. Nümunənin cavabını isə gözləmədi. 4 gündən sonra qızım əməliyyat olundu. Boğazdan yanlış olunan əməliyyat sonradan Nərmində şişlər əmələ gətirdi və xərçəng xəstəsinə çevirdi". Məhbubə xanım dediyinə görə, sonradan öyrəniblər ki, keçən ilin fevral ayında başqa bir xəstə də səhv diaqnoz nəticəsində əməliyyat olunub və dünyasını dəyişib: "Tibb elmləri doktorunun səhv diaqnoz qoyub, müayinə etmədən əməliyyat edəcəyini heç ağlıma da gətirməzdim. İndi artıq balamı göz görə-görə itirirəm". Əməliyyatı pulsuz etmişik Əməliyyat üçün həkimə verilən 800 manat pul isə sonradan ailəsinə geri qaytarılıb. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin cərrahı, tibb elmləri doktoru Zamanov Ramiz isə deyilənləri inkar etdi. "Bu işlərlə məhkəmə məşğul olur, siz yox. Bütün arxivlər var. Burda heç bir səhv diaqnoz olmayıb. Mən heç kimdən pul almamışam, əməliyyatı isə pulsuz etmişik". Nərmin Həsənlinin əməliyyat edilməsinin səhv olduğunu bildirən İran İslam Resbuplikasının həkimləri bununla əlaqədar Zamanov Ramiz adına yazılı sənəd də göndəriblər. 2013-cü ili may ayının 1-də əməliyyat olunan Nərmin Həsənlinin vəziyyəti isə çox ağırdır. Yaxınları onu bu gün xəstəxanadan evlərinə aparacaqlarını dedilər. Vəziyyəti isə qənaətbəxş deyil. Ailəsi hesab edir ki, daha bir həkim tamahı üzündən Nərmin sayılı günlər yaşayır.
2014-02-19
9,394
Qalmaqallı internet qanunu təsdiq edildi - Foto
Türkiyə Prezidenti Abdullah Gül internet saytlarına nəzarəti artıran qanunu təsdiqləyib. "Axar.az" xəbər verir ki, bu barədə "Hürriyyət" informasiya yayıb. Türkiyə parlamenti tərəfindən internet haqqında qanun təsdiq edildikdən sonra qüvvəyə minməsi üçün Pprezident Abdullah Gülə göndərilib. Gül Tvitter hesabından qanunu təsdiq etdiyini və bundan məmnunluq duyduğunu bildirib. Qeyd edək ki, müxalifət tərəfindən qanun etirazla qarşılanmışdı. Buna səbəb isə odur ki, qanuna görə, hakimiyyət məhkəmə qərarı olmadan internet səhifələrini bağlamaq səlahiyyəti əldə edir.
2014-02-19
9,395
“Qan tökülməsi üçün Putin 2 milyard ödəyib” - Video
Az öncə Ukraynadakı hadisələrlə bağlı bu ölkənin Kanal 5-də keçirilən canlı tok-şouya ABŞ-dan qoşulan Mixail Saakaşvili şok açıqlamalar verib. "Axar.az"ın məlumatına görə, Saakaşvili ilk dəfə olaraq Ukrayna Prezidenti Biktor Yanukoviçi açıq formada tənqid edib və onu Rusiyanın yedəyində gedən prezident adlandırıb. O, Rusiyanı ölkələrin anklavlarına pasport payladığını, Kiyevdə iğtişaşlara start verməkdə suçlayıb. Saakaşvili həmçinin açıq şəkildə bildirib ki, Putin Kiyevin mərkəzi küçələrində qan tökülməsinə icazə verməsi üçün Yanukoviçə 2 milyard pul ödəyib. Putini cəllad adlandıran Saakaşvili tərəfləri qardaş qanı tökməkdən çəkinməyə çağırıb.
2014-02-19
9,396
Amerikada “Coca Cola” qadağan edildi - Qərar
ABŞ-da Kaliforniya əyaləti tərkibində 29 mikroqram 4 mel-dən istifadə edilən bütün yemək və içkilərin üzərində "xərçəng təhlükəsi" xəbərdarlığının yazılması haqqında qərar qəbul edib. Məhsullarının üzərində hər hansı bir xəbərdarlıq ifadəsi saxlamağı rədd edən "Coca Cola" ABŞ bazarındakı məhsullarının tərkibində karameldən istifadə etməyəcəyini bildirib. Avropa "təhlükəsiz" olduğunu deyir Ancaq Avropa Qidalanma Təhlükəsizliyi "Coca Cola"nın tərkibində istifadə olunan karamelin təhlükəli olmadığını bildirsə də, ABŞ məhsulun üzərində "xərçəng riski var" xəbərdarlığının yazılmasını tələb edir. Xərçəngə yol açdığı iddialarını əsassız sayan "Coca Cola" rəsmiləri, "Biz illərdir formulamızı zamana görə dəyişdiririk. Ancaq əsla təhlükəli bir şey satmadıq, satmayacağıq da" açıqlamasını veriblər.
2014-02-19
9,397
Ağlasığmaz evakuasiya - Video
Yaponiyada bir minik vasitəsi avtomobillərin daşınması üçün nəzərdə tutulan evakuatorla deyil, tikintidə istifadə olunan kranla evakuasiya edilib. Yaponiyanın Okinava şəhərində qeydə alınan bu görüntü insanlarda yetərincə təəccüb doğurub. "Axar.az" olaraq bu videonu təqdim edirik.
2014-02-19
9,398
Demet Akalını Tvitterdə əsəbləşdirdilər - Foto
Məşhur türk müğənnisi Demet Akalın Tvitterdə bir təqibçisinin yazdığı şərhə bərk əsəbləşib. "Axar.az" xəbər verir ki, Demet qızı Hiranın altını dəyişdirmək üçün həyat yoldaşı Okan Kurta verərkən şəklini çəkib və belə bir şərh yazıb: "Vəzifə adamı, haydı, iş başına. Bütün gecə uşağa mən baxdım" . Demetin təqibçilərindən birinin "Ana olmusansa, hər cür çətinliyin öhdəsində gəlməlisən. Həyat yoldaşın uşağa baxmaq məcburiyyətində deyil" sözləri isə Demeti bərk əsəbləşdirib və cavab olaraq belə şərh yazıb : "Sənin kimi zarafat anlamayanlara özəl açıqlama vermək lazımdır".
2014-02-19
9,399
ÇL: "Barselona" və "PSJ"dən uğurlu start - Video
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib. "Axar.az" xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib. Almaniya klubu "Bayer Leverkusen" öz meydanında Fransa təmsilçisi "PSJ" ilə qarşılaşıb. Qarşılaşma fransızların 4-0 hesablı qələbəsi ilə yekunlaşıb. Digər qarşılaşmada isə "Mançestr Siti" İspaniyanın "Barselona" klubunu qəbul edib. Görüş 2-0 hesabı ilə qonaqların xeyrinə yekunlaşıb.
2014-02-19
9,400
“Honda”dan növbəti performans - Fotolar
2015-ci ildə bazara çıxarılması gözlənilən "Honda"nın yüksək performanslı avtomobili "Civic Type R"-in ilk konsepti mart ayında təşkil ediləcək Cenevrə avtomobil sərgisində tanıdılacaq. Type R konseptini standart "Civic"dən ayıran digər fərqliliklər isə dörd qaz çıxışı və aqressiv arxa diffuzorudur. Avtomobil böyük qara təkər diskləri, arxa tərəfin alt qismindən başlayan və avtomobili əhatə edən mat qara rəngi isə avtomobilin aqressivliyini tamamlayır. "Civic Type R"-in gücünü 2.0 litr həcmli, dörd silindrli Earth Dreams benzinli mühərrikdən alması gözlənilir. Bu modulun maksimum gücünün ən az 280 AG olması güman edildiyi halda, "Honda" mühəndislərinin 300 at gücünü hədəflədiyi bildirilir. (Avtoklub)
2014-02-19
9,401
Ənginarın faydaları
Ənginar yumruq şəklində çiçəkləri olan və boyu 1,5 metrə qədər uzanan bitkidir. A və C vitaminləri, kalsium, kalium, dəmir, manqan və fosfor mineralları baxımından olduqca zəngindir. Ənginar qaraciyərin müalicəsində istifadə olunan təbii vasitələrdən biridir. O qaraciyəri qoruyur və bu orqanda olan xəstəliklərin daha tez sağalmasını təmin edir. Ənginar eyni zamanda böyrək və bağırsaqların nizamlı işləməsinə kömək edir və hətta böyrəkdə olan daşların düşməsinə yardım edir. Həzmi asanlaşdırır. Sidikqovucudur. Qandakı şəkər nisbətini nizamlayır, xolesterolu aşağı salır. Bədənin müqavimətini gücləndirir, zehni yorğunluğu aradan qaldırır. Qadınlarda döş vəzi, uşaqlıq ağızı, kişilərdə prostat xərçənginin qarşısını almaqda köməkçi vasitədir. Ənginar ürəyi və damar sağlamlığını qorumaqda da təsirlidir. Hüceyrələrin erkən ölməsinin qarşısını alaraq yaşlanmanı ləngidir. Sarılıq və revmatizm xəstəliklərinə çox faydalıdır. İshalı kəsir, tər qoxusunu aradan qaldırır. Temperaturu aşağı salır, iştahı artırır. Ənginar son dərəcə faydalı və qiymətli bir qidadır. Digər tərəvəzlərdən fərqli olaraq yüksək nisbətdə zülal və karbohidrat tərkiblidir. Vitamin və mineral baxımından da son dərəcə zəngindir.
2014-02-19
9,402
Küçənin işığını sındırdım ki... – Sənətçilərin ilk sevgisi
Sevgi barədə günlərlə, həftələrlə danışmaq, dayanmadan yazmaq olar. Sevgililər dəyişsə də sevgi heç dəyişmir; sürətlə vuran ürək döyüntüləri, çaşqınlıqlar, həyəcanlar, çılğınlıqlar... ilk günlərdə olduğu kimi qalır. "Axar.az" məşhurlara ilk sevgiləri, sevgililərinin kimliyi ilə bağlı sual ünvanlayıb. Bəzi məşhurlar hal-hazırdakı həyat yoldaşlarının qısqanclığını bəhanə gətirərək sualdan yayındılar, amma cəsarətli çıxıb ilk sevgi macəralarını danışanlar da az olmadı. Ondan sonra əllisini sevdim Yazar Pərviz Cəbrayıl 7-ci sinifdən həyat yoldaşını sevdiyini bildirdi: "İlk sevgim indi evli olduğum qadın olub. Atam onun valideynləri ilə tələbə yoldaşı idi. Mən 5-də oxuyanda onlara gəlmişdik Bakıya, onda gördüm və... Ondan sonra əllisini sevdim, amma yenə ona qayıtdım. Sonra yenə ayrılıq oldu və 4 il sonra yenidən danışdıq və nöqtə". Onu sevdiyimi düşünürdüm – uşaqdım... Yazar Rəbiqə Nazimqızının ilk sevgisi məktəb vaxtı olub: "O, qaraşın idi, sinfimizin ən bəstəboyu. Müəllimənin də, bütün qızların da sevimlisiydi – ağıllı, hazırcavab. İri, qara gözləri ilə seçilirdi. Deyirdilər, boyu çoxbilmişliyindən çıxmır. Yox, bu, sevgi deyildi, amma o zaman belə düşünmürdüm, artıq ilk misralar vardı və bu misraların yazıldığı şagird dəftərinin arxasında onun adı olurdu. O balaca, qəşəng oğlana marağımın necə öldüyünü xatırlamıram... Onu sevdiyimi düşünürdüm – uşaqdım..." Ki, bizi heç kim görməsin... Əməkdar artist İlqar Cahangir ilk sevgilisi ilə bağlı xatirəsini bircə cümləyə sığdıra bildi: "Yadımdadır, küçənin işığını sındırdım ki, qaranlıq olsun, bizi heç kim görməsin". Onu gördüyüm gün əsə-əsə evə gəlmişdim Güneyli yazarımız Sayman Aruz bildirdi ki, indiki ağlım olsaydı, onu heç sevməzdim: "İlk sevdiyim qızın adı Süməyyə idi. Onu gördüyüm gün əsə-əsə evə gəlmişdim. Özüm də bilmirdim niyə bu hallara düşürəm. Sonra bildim ki, sən demə, aşiq olmuşam. Gedib küçənin başında saatlarla dayanırdım ki, o gəlib keçəndə bircə anlıq da olsa, üzünü görə bilim. Sonra da gözdən itənə qədər arxasınca göz səpirdim yollara... Ancaq düzünü deyim, indiki ağlım olsaydı, onu heç sevməzdim. Süməyyə mənim zövqümdə olan qız deyil". Heç vaxt sevgilim olmayıb... Şair Elşad Ərşadoğlu bildirdi ki, onun heç vaxt sevgilisi olmayıb: "Heç vaxt sevgilim olmayıb. Mənim sevgim ümumidir, fərdlərə bölünmür". Ayaqqabılarına vurulmuşdum "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin sədri, ssenarist Fehruz Şəmiyevin ilk sevdiyi qızı universitet illərində olub. Adının Məryəm olduğunu deyən Fehruz bəy onun daha çox ayaqqabılarına vurulduğunu bildirdi: "Onun daha çox ayaqqabılarına vurulmuşdum, sonra da saçlarına. Biz heç vaxt bir-birimizə sevgi haqqında danışmadıq. Sadəcə, bir neçə dəfə evlərinə yola salmışam və yolda heç nə danışa bilməmişik. Yəni, mən danışa bilməmişəm. O, şalvar geyinirdi, uzun boyu vardı, daha çox kişi stilinə yaxın kostyum və ayaqqabısı olurdu... Kostyumun üstündən də uzun saçlarını tökərdi. Onun stili daha çox xoşuma gəlirdi, xüsusən, də ayaqqabısı... İlk, sevgim belə olub". Mən altıncı sinifdə oxuyanda o, evləndi... Şair xanım Sevinc Elsəvər bildirdi ki, hal-hazırda həyat yoldaşı olan Elsəvərdən başqa heç kim ona dözməzdi: " İlk sevgilim uydurma idi. Hətta 20 yaşlı qızın nağılı adlı şeirimdə də ondan yazmışam. "Yalançı sevgi görüşləri uydurub danışacaqdım rəfiqələrimə" ) Adı Seymur idi. Guya uzaq qohumumuz idi, atası-anasıyla hər axşam bizə gəlir, bir yerdə oynayır, atılıb-düşürdük. Özüm kimi onun da səkkiz yaşı vardı. Gopalogiya. ) Sonra qonşumuzda bir oğlana vurulmuşdum, anası rus idi. Rusdilli idi, özümdən nə qədər böyük idi, aman Allah. Mən altıncı sinifdə oxuyanda o, evləndi. Tanrıya şükürlər olsun ki, qarşıma əsl sevgi çıxartdı. Məncə, Elsevərdən başqa heç kim mənim dəlisovluğuma dözməzdi. Məncə sevgi illüziyadı, əsas olan doğru adamın adamın qarşısına çıxmağıdı. Biz Elsevərlə bir-birimizi tamamlayırıq. Mən özümü ondan başqasıyla təsəvvür edə bilmirəm. Öz-özümə etiraf edirəm: bax Sevinc, sənin filan çılğınlığına başqası dözməzdi. Ən əsası o, mənim böyük məhəbbətimi- ƏDƏBİYYATI-mənə qısqanmır... Mən daha bundan başqa heç nə istəmirəm ki!" ... bircə dəfə Şair xanım Elnaz Eyvazlı ömrü boyu cəmi bircə dəfə sevdiyini dedi: "İlk sevdiyim deyəndə ki, mən elə bir dəfə sevmişəm... bircə dəfə. Hər kəsin həyatında alınıb-alınmamasından asılı olaraq, bir neçə dəfə münasibət ola bilər, hətta ailə də qura bilər. Ancaq əsl sevgi bir dəfə olur". Div qurbağaya aşiq olub Şair Sevinc Çılğın adını çəkmək istəmədiyi ilk sevgilisinin bir az qorxaq olduğunu dedi: "Adını deməyim, bir az qorxaq oğlan idi, mamasından, papasından qorxurdu, indi adını çəksəm, problemi olar birdən. Bığ yeri təzəcə tərləmiş oğlan idi, anası da müəllimim olub. Anasını çox sevirdim deyə, onu da "sevirdim". Başqa müəllimlərim də deyirdi ki, div qurbağaya aşiq olub, eybəcərin biri idi. Qaldı uşaqlığımda". Bütün sinif oğlanları Tamaranı sevirdi Yazar Cəlil Cavanşirin də ilk sevgilisi uşaqlığında, məktəb vaxtı olub: "İlk dəfə 5-ci sinifdə sevmişəm. Sevginin necə bir şey olduğunu bilmədiyim vaxtlarda. Sinfimizə Rusiyadan bir qız gəlmişdi, Tamara. Atası kəndçimiz, anası rus idi. Məktəbimizdə yeganə sarışını idi. Kiçikdik, ağlımız kəsmirdi. Bütün sinif oğlanları Tamaranı sevirdi. Çantasına başa düşmədiyi Azərbaycan dilində məktublar yazıb qoyurduq. Anam rus dili müəlliməsi olduğu üçün şanslıydım. Anama yalvar-yaxar bir məktub yazdırdım. "Sən gözəlsən, mənim səndən xoşum gəlir. Gəl, birlikdə oturaq". Sabahı cəsarətimi toplayıb məktubu çantasına qoydum. O gündən Tamara mənimlə oturdu və bütün sevgimiz ancaq bütün dərsi bir-birimizə baxmaqdan ibarət olurdu. Evdən onun üçün şirniyyat gətirirdim. Tez-tez anasını xatırlayıb ağlayırdı və mən ona anlamadığı dildə təskinlik verirdim. Deyəsən, səsim onu sakitləşdirirdi. 5-ci sinfi bitirəndə məlum oldu ki, Tamara Rusiyaya qayıtmalıdır. Artıq ortaq bir dil tapmışdıq danışmağa. O Azərbaycanca, mən rusca öyrənirdim. Bir dəfə heç nə deməmiş yanağından öpdüm. Utandı və sinifdən çıxıb qaçdı. O il mən mədrəsəyə oxumağa, Tamara isə Rusiyaya getdi. O vaxtdan 20 ildən çox vaxt keçib və mən onu heç vaxt görməmişəm. Bilmirəm, bu ilk sevgidir, yoxsa yox, amma mənim ilk macəram bu qədər uğursuzdur".
2014-02-19
9,403
Müxalifət lideri həbs edildi
Hökumət əleyhinə mitinqlərin davam etdiyi Venesuelada müxalifət lideri Leopoldo Lopes həbs edilib. Təxminən 5 min nəfərlik kütləyə səslənən Lopes, nəzarətə götürülməsinin Venesuelalıların gözlərinin açılmasına yardım edəcəyini bildirərək hökumətin gedərək avtoritat rejimə çevrildiyini qeyd edib. Lopes prezident Nikolas Maduronu sülh şəraitində protesto etməyin konstitusiyaya zidd olmadığını və inanclarını müdafiə etdiyi üçün həbsxanaya girməkdən qorxmadığını bildirərək belə deyib: "Venesuelanın oyanışı həbsxanaya girməkdən keçirsə buna dəyər". Qeyd edək ki, Venesuelada keçmiş prezident Huqo Çavesin ölümündən sonra 2013-cü ilin 15 aprelində seçkiylə hakimiyyətə gələn Maduro tətbiq etdiyi siyasətlər və yüksək inflyasiya səbəbiylə tənqid olunur. Ölkədə bir müddətdir ki, davam edən hökumət əleyhinə olan mitinqlərdə ikisi şagird olmaqla üç adam ölüb, təxminən 25 adam yaralanıb.
2014-02-19
9,404
Hökumət və müxalifət nümayəndələri razılığa gələ bilmədilər
Ukrayna Prezidenti Viktor Yanukoviç və müxalifət nümayəndələri danışıqlar zamanı Kiyevdəki vəziyyət üzrə qarşılıqlı anlaşma əldə edə bilməyiblər. RİA Novosti-nin verdiyi məlumata görə, bunu müxalif "Udar" partiyasının lideri Vitali Kliçko deyib. V.Kliçkonun fikrincə, ölkə Prezidenti vəziyyətə adekvat reaksiya vermir: "Düşünürəm ki, hakimiyyət qüvvələri geri çəkməli və qanlı qarşıdurmaya son qoymalıdır, çünki insanlar həlak olurlar. Mən bunu Yanukoviçə də dedim. Nə qədər ki qan axır, hansı danışıqlardan söhbət gedə bilər?" Qeyd edək ki, kiyevdə ötən gün vəziyyət daha da gərginləşib. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı ölənlərin sayı 11 nəfərə çatıb (Trend).
2014-02-19
9,405
Zakir Həsənov geri qayıtdı
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfəri başa çatıb. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərin son günü fevralın 18-də, Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç qəbul edib. Görüş zamanı Müdafiə naziri rəsmi səfərinin uğurla keçdiyini vurğulayaraq, Azərbaycan və Serbiya Respublikalarının prezidentlərinin səyləri nəticəsində əlaqələrin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu bildirib. Müdafiə naziri bu səfərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib. Fevralın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Vətənə dönüb.
2014-02-19
9,406
Məktəbdə qətliam – Video\+18
Suriyada Əsədin tabeçiliyində olan hava qüvvələri Tafasın Müzayrib adlı kənddə bir məktəbi bombalayıb. Çoxlu müəllim və uşaq ölüb. Kənd məktəbini vuran Suriya hökumət qüvvələri ən azı 25 adamın ölümünə səbəb olub. Ölənlərin çoxunun şagird və müəllim olduğu bildirilib. "Axar.az" Azad Suriya Ordusuna məxsus saytlara istinadən xəbər verir ki, ətrafdakı evlərdə də ölənlərin olduğu və bir çox adamın qorxunc şəkildə parçalanaraq can verdiyi videolentə alınıb. İçində qadın və uşaqların da olduğu 63 nəfərin öldüyü ehtimal edilir.
2014-02-19
9,407
Silahlı Qüvvələrimiz atəşə tutulub
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-19
9,408
Yanukoviç internetdən xalqa səsləndi
Ukrayna Prezidenti Viktor Yanukoviç xalqa müraciət edib. "Axar.az" xəbər verir ki, müraciət prezidentin rəsmi saytında yerləşdirilib. O, müraciətində müxalifətin demokratiyanın bütün prinsiplərini pozduğunu qeyd edib. "Müxalifət demokratiyanın bütün prinsiplərini pozub. Hakimiyyət uğrunda mübarizə meydanlarda və küçələrdə getməməlidir. Hakimiyyət uğrunda savaş seçki məntəqələrində getməlidir. Mən onlara dəfələrlə demişəm ki, bir azdan seçkilərdir. Əgər xalq sizə inansa, hakimiyyətə gətirəcək. Bunu Ukrayna Konstitusiyası tələb edir". Qeyd edək ki, dünəndən etibarən Ukraynada vəziyyət yenidən qızışıb. Xüsusi təyinatlılar Maydanı dağıtmağa başlayıblar.
2014-02-19
9,409
Oliqarxımız türk müğənnini Bakıya özəl uçaqla gətirir – Fotolar
Məşhur müğənni xüsusi təyyarə ilə Azərbaycana gətiriləcək. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, son "Günaha dəvət" adlı mahnısı ilə hər kəsin sevgisini qazanan məşhur müğənni Əbru Polad bir azərbaycanlı biznesmenin doğum günündə oxumaq üçün bu yaxınlarda Azərbaycana gələcək. Bildirilir ki, Əbru ölkəmizə biznesmen tərəfindən təsis edilən xüsusi təyyarə ilə gələcək və gəldiyi günün sabahı Türkiyəyə qayıdacaq. Xatırladaq ki, xəbəri yayan media həmin oliqarxın adını gizli saxlayıb.
2014-02-19
9,410
Kiyevdə ölənlərin sayı 27 nəfərə çatdı – Video
Kiyevdə baş verən qarşıdurmada ölənlərin sayı 27 nəfərə çatıb. "Axar.az" xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyinin saytı da öz növbəsində qarşıdurmada 7 milis nəfərinin öldüyü barədə məlumat verib. Ölənlərin hamısının güllə yarasından dünyalarını dəyişdiyi bildirilir.
2014-02-19
9,411
Avromaydandan canlı yayım - Video
null
2014-02-19
9,412
Bakıda baş verən partlayışlar terrordur? - Sorğu
Azərbaycanda baş vermiş partlayışları terror hesab edən oxucularımızın sayı 49%-dir. Bu nəticə "Axar.az" saytının keçirdiyi sorğulardan sonra bəlli olub. Sorğuda 917 oxucu iştirak edib. İştirakçılar "Azərbaycanda bir gündə baş verən 4 partlayışı terror hesab edirsinizmi?" sualı cavablandırılıb. Oxucularımızın 49%-i bu partlayışları terror kimi qiymətləndirib. 36% şəxs isə ümumiyyətlə bunlara terror kimi qiymət verilməsi ilə razılaşmayıb. Sorğuda iştirak edənlərin 15%-i isə baş vermiş hadisələrə qiymət verməkdə çətinlik çəkiblər. Qeyd edək ki, fevralın 13-də Azərbaycanın müxtəlif yerlərində partlayışlar baş vermişdi. Partlayışlar nəticəsində isə 4 nəfər həlak olmuş, 6 nəfər isə yaralanmışdı. Xatırladaq ki, bir müddət öncə "Meşə qardaşları" və "Ceyşullah" terror təşkilatları Azərbaycanda müxtəlif partlayışlar edəcəkləri ilə bağlı bəyanat yaymışdılar. Dövlət rəsmiləri isə baş verən partlayışların terrorla heç bir əlaqəsinin olmadığını vurğulamışdı.
2014-02-19
9,413
Həkimlər prokurorluqda ifadə verəcək – Təkrar
Həkim terroru nəticəsində dünyasını dəyişən Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının cinayət işi ilə bağlı istintaq davam edir. İş üzrə mərhumun ailə üzvləri istintaqa ifadə veriblər. Bu barədə "Axar.az"a hüquqşünas Səməd Vəkilov məlumat verib: "Elnarə xanımım ailə üzvləri bizim vəsatətimiz əsasında dindiriliblər. Onların ifadələri alındıqdan sonra istintaq qrupu bu işdə maraqlı tərəf kimi tanınan digər şəxslərin ifadələrini dinləmək qərarına gəlib". Qeyd edək ki, Nəsimi Rayon Prokurorluğunda sözügedən cinayət işini araşdıran müstəntiq Hafiz Əliyev mərhum Elnarə Tofiqqızının ölüm faktının təkrar ekspertiza edilməsinə qərar verib. Sənədlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Birlik tərəfindən verilən əvvəlki ekspert rəyi zərərçəkən tərəfi və istintaq orqanını qane etmədiyi üçün müstəntiq belə qərar qəbul edib. Təkrar ekspertizanın hansı qənaətə gəlməsi barədə danışarkən hüquqşünas S.Vəkilov yeni rəyin hələ ki hazır olmadığını deyib. Bildirib ki, təkrar ekspertizanın rəyinin bu günlərdə Nəsimi Rayon Prokurorluğuna təqdim olunacağı gözlənilir. Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Həmin ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
2014-02-19
9,414
İdmançı avtobusun təkərləri altında qaldı
Belçikalı velosipedçi Kristof Qoddar faciəli şəkildə həlak olub. "Axar.az" xəbər verir ki, Kristof Antverpen şəhərində avtobusun təkərləri altında qalıb. İdmanş elə yerindəcə keçinib. Baş verən hadisənin təsirindən avtobusun sürücüsü şok vəziyyətinə düşüb və qospitala yerləşdirilib. Qoddar peşəkar İAM komandasında 2007-ci ildən çıxış edirdi. O, 2012-ci ildə Belçika çempionatında 2-ci yeri tutmuşdu. İdmançı 2009-cu ildə "Paris-Brüssel yürüşü"ndə bürünc medal qazanmışdı. Ötən həftə Qaddar "Qətər yürüşü"ndə iştirak etmişdi.
2014-02-19
9,415
Maydanda Azərbaycan bayrağı dalğalandı
Ukrayna alovlar içərisindədir! "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Ukraynada noyabr ayından bəri davam edən siyasi böhran bu gün fərqli bir ölçü alıb. Polis paytaxt Kiyevdəki Müstəqillik Meydanına toplaşan etirazçıları tutduqları yerlərdən çıxarmaq üçün basqın təşkil edib. Bununla belə, aktivistlər şəhər mərkəzini yandırmağa davam verir. Etirazçıların toplaşdığı ərazidə lentə alınan bir fotoşəkildə Azərbaycan bayrağının da dalğalandığı türk mediasının diqqətini çəkib.
2014-02-19
9,416
“Bu, Zakir Həsənova qarşı təxribatdır“ - Rəsmi
Azərbaycan Müdafiə Nazirliyi Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının Müdafiə naziri barədə səsləndirilən fikirlərə rəsmi aydınlıq gətirib. Nazirlik bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının Müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildirir ki, Müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndirir.
2014-02-19
9,417
Ramiz Əzizbəyli qəzaya düşdü
Azərbaycanın xalq artisti, kinorejissor Ramiz Əzizbəyli avtomobil qəzasına düşüb. Hadisə fevral ayının 9-u baş verib. Sevilən aktyorun vəziyyəti elə də yaxşı deyil (Mövqe.az). Əldə etdiyimiz məlumata görə, xalq artisti hal-hazırda xəstəxanada olduğu üçün telefonunu söndürüb. Sevilən sənətkara Allahdan şəfa diləyirik!
2014-02-19
9,418
Balakəndə iki çörək sexi bağlandı
Balakən şəhərində bir neçə çörək istehsalı sexində standartların tələblərinin pozulduğu aşkar edilib. Bu barədə "Axar.az"a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitənin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi Balakəndə fiziki şəxslər Qarayev Şamil Ramazan oğlu və Akqubayev Saleh Mollaisa oğluna məxsus çörək istehsalı sexlərində dövlət nəzarəti aparıb. Araşdırmalar zamanı həmin müəssisələrin antisanitariya vəziyyətində işlədiyi, çörək istehsalının müəyyən edilmiş texnoloji təlimat və resepturalar olmadan aparıldığı məlum olub. Bundan başqa müəssisələrin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriya və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, sınaqların aparılmadığı aşkar edilib. Bu da məhsulun keyfiyyətinə zəmanət verilmədiyinə sübutdur. O cümlədən, müəssisələrdə saxlanma şəraitinə əməl olunmadığı, məhsulların keyfiyyətli sabit istehsalı üçün şəraitin təmin edilmədiyi müəyyən edilib. Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradnamə verilib, çörəyin istehsalının və satışının qadağan edilməsi barədə tələbnamə təqdim edilib. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib olunub.
2014-02-19
9,419
Bölgə nazirləri Gəncədə görüşür
Gəncə şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin təkbətək formatda üçtərəfli görüşü başlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, təkbətək formatda görüşdən sonra geniş tərkibdə görüş olacaq. Nazirlərin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşü də nəzərdə tutulub. Daha sonra mətbuat konfransı keçiriləcək. Bu gün Gürcüstanın Gəncədə yeni konsulluq binasının açılış mərasimi də olacaq. Nazirlərin açılış mərasimində iştirakı gözlənilir. Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu gün Azərbaycana gəliblər. Gəncədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə üç ölkə XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir.
2014-02-19
9,420
Xalid Kazımlı prokurorluqdadır
"Hal-hazırda Bakı şəhər Prokurorluğundayam, bir azdan ifadə verməyə başlayacağam". Bu sözləri "Musavat.com"un baş redaktoru Xalid Kazımlı "Axar.az"a bildirdi: "Hal-hazırda Bakı şəhər Prokurorluğundayam, bir azdan ifadə verməyə başlayacağam". Xatırladaq ki, Xalid Kazımlı çağırış məktubu əsasında Bakı şəhər Prokurorluğuna gedib. Xəbər verdildiyi kimi, dünən axşam saatlarında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluya zəng edərək, onun təcili Bakı şəhər Prokurorluğuna gəlməsini xahiş edib. E.Sultanov baş redaktorun prokurorluğa nədən gəlməli olmasının səbəbini də deyib. Belə məlum olub ki, bu, "Musavat.com" saytında gedən bir yazıyla əlaqədardır. Həmin yazıda Yasamalda baş verən yol qəzasında əzilən bahalı "Mersedes-Gallenvagen" markalı maşının "Bakı şəhərinin rayonlarından birinin prokurorunun oğluna məxsus olduğu" bildirilir. R.Arifoğlu saytın baş redaktoru yox, təsisiçisi olduğunu, həmin materialdan isə ümumiyyətlə xəbəri olmadığını bildirərək, prokurorluğa dəvəti bir gün sonraya təxirə salıb. Daha sonra Baş Prokurorluqdan xahiş ediblər ki, saytın baş redaktoru bu gün saat 12-də Bakı şəhər prokurorluğuna gəlsin. "Musavat.com"un baş redaktoru Xalid Kazımlı bildirib ki, "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazını özü hazırlayıb və sayta da özü yerləşdirib: "Saytda vaxtaşırı istifadə etdiyim "Günün fotosu" mənim rubrikamdır. Kiçik həcmli, təxminən 1000, 1500 işarəlik köşələri bu rubrikada yazıram. Açığı, xeyli də populyardır, bəzən baxış sayına görə ən sensasion materialları da üstələyir. "Harın oğulun qəzası" başlıqlı materialda da konkret bir ad, soyad, hətta qəzaya düşən maşının nömrəsi də yoxdur. Ümumi şəkildə bildirilir ki, "deyilənə görə, bu prokurorun oğluna məxsusdur". Ona görə də bu məsələ ilə bağlı prokurorluğa dəvət edilməyimiz o qədər anlaşılmır. Əgər həmin prokurorun kimliyini tapmaq öyrənmək istəyirlərsə, maşının nömrəsi 90 DD 065-dir, buradan öyrənə bilərlər".
2014-02-19
9,421
"Sovetski” sakinlərinə kompensasiya verilməsi dayandırıldı
Dünən "Sovetski" sakinləri ilə rəsmi nümayəndələr arasında görüş keçirildi. Sakinlərdən Samir Hacıyev Hafta.az-a açıqlamasında görüş və görüşdən sonrakı razılaşma haqda məlumat verib: "Mart ayının 3-də yenə də 150 saylı orta məktəbin akt zalında görüş olacaq. Dünənki iclasda olan Yasamal rayon icra başçısı, Bakı meri Hacıbala Abulatlıbov, Köçürülmə Komissiyasının sədri Səməd İslamov, Abid Şərifov yenə də gələcək. Tələb olunan şərtlərə görə, mümkün olan güzəştlər haqda məlumat verəcəklər. Tələblər budur ki, hər kvadratmetə görə 3500 AZN, kiçik kvadratlılara ev, yaxud da yüksək kompensasiya verilsin. Və komissiya ölçüləri yenidən götürsün. Yəni faktiki yaşayış kimi yox, sənədlərdə göstərilən kimi ölçülsün. Amma istəməklə də deyil. Yəqin ki, bu rəqəm çox istəməklə az almağa hesablanmış bir şeydi. Bu hesabla 200 kvadratmetr evi olan 700 min manat alarsa, artıq milyoner olacaq. Amma 40 kvadratmetr evi olana yeni ev almaq üçün bu pul ancaq çatar. Dövlət özü bilir də necə qərar verəcək. Camaatın hər istədiyini verən deyil ki?!" S.Əliyev bildirib ki, martın 3-ə qədər kompensasiya verilməsi dayandırılıb: "Martın 3-nə kimi hələ sakitlik olacaq, nə aksiya, nə hər hansı narazılıq olmayacaq. Hətta 1500 AZN-ə razılaşıb kompensasiya almaq istəyənləri də o vaxta kimi qəbul etməyəcəklər. Yeni qərar çıxmayınca heç kim kompensasiya almayacaq".
2014-02-19
9,422
Zabitimizin öldürdüyü erməniyə abidə qoyulacaq - Macarıstanda
Ermənilərin Macarıstandakı diaspor təşkilatları bu ölkədə Qurgen Markaryanın abidəsinin qoyulmasına səy göstərir. "Axar.az"ın erməni mediasına istinadən verdiyi məlumata görə, Budapeştdəki erməni mədəniyyət mərkəzi olan "Nikodos Mərkəzi"nin Akopyan soyadlı sədri bu barədə məlumat verib: "Ötən ildən Qurgenin öldürüldüyü akademiyada onun abidəsinin qoyulmasına qərar verdik. Razılıq üçün Macarıstan Müdafiə Nazirliyinə müraciət etməyə hazırlaşırıq. Qurqenin qatili Səfərovun ekstradisiyasından sonra bu məsələ ətrafında suallar macarlar üçün tabuya çevrilib. Qarşıdan seçkilər gəlir və siyasi tərəflər məsələyə ehtiyatla yanaşırlar. Məhz seçkilərdən sonra bu məsələyə qayıdacağıq". Xatırladaq ki, NATO proqramları çərçivəsində təlim alan erməni zabiti Qurgen Markaryan bayrağımızı təhqir etdiyinə görə zabitimiz Ramil Səfərov onu qətlə yetirib.
2014-02-19
9,424
Hacı İbrahim Eynulla Fətullayevə dəstək verdi
Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, "Avesta" Konserninin prezidenti Hacı İbrahim İbrahimov jurnalist Eynulla Fətullayevin öz saytlarında "Nazir İbrahimovun oğlunun təyyarələri, katerləri və ada əyləncələri" başlıqlı materialın yayılmasına münasibət bildirib. İ.İbrahimov "Publika.az"a açıqlamasında deyib: "Eynulla jurnalistdir və onun nə isə yazmağında qəbahətli heç nə yoxdur. Mənim Eynullaya böyük hörmətim var, onun bir tərəfi naxçıvanlıdır. Mənim heç bir jurnalistlə, o cümlədən Eynulla ilə münasibətlərim pis deyil. Eynulla mənim yerlimdir. Eynulla da jurnalist olaraq nəsə yazmalıdır da. Gərək Eynulla belə şeylərdə diqqətli olsun və sadəcə, mənim adımı kiminsə məsələsinə qarışdırmasın. Mən iş adamıyam. Əgər Eynullanın mənə sözü varsa, zəng etsin, nə istəyir soruşsun. Digər tərəfdən isə mənim hələ ki, təyyarəm yoxdur. Olsa belə, burada pis nə var ki! Dövlət adamlarının təyyarəsi ola bilir, biznes adamlarının yox? Bizim ölkədə bu da tərsinədir. Təyyarəm olsa, ilk növbədə özüm minərdim, qardaşım oğlu yox. Xaricə camaat necə gedib-gəlirsə, mən də o cür gedib-gəlirəm. Açığı deyim ki, qardaşımın və onun oğlunun işlərindən xəbərim yoxdur. İndi özümün o qədər problemim var ki, onları həll edirəm". Hacı İbrahim qardaşı oğlu Elnur İbrahimovun şəxsi təyyarədən istifadə edib-etməməsi məsələsinə də toxunub: "Vallah, mənim onlardan xəbərim yoxdur. Ancaq qardaşım oğlu heç yerdə işləmir. O, birinci, yaxşı işdə işləsin ki, şəxsi təyyarəsi olsun. Hələ gedib pul qazansın, sonra təyyarə barədə düşünsün. Mənə baxmayın, 1987-ci ildən biznesmenəm. Mən heç dəbdəbəli həyat da sürmürəm. İndi ömrümün qalan hissəsini də şəhər tikməyə həsr edirəm. Mənim elə imkanım olsa belə, ilk növbədə şəhər tikərəm, gedib təyyarə almaram. O ki qaldı bahalı maşınlara, hamı kimi mənim də maşınım var. Dövlət məmuru deyiləm ki, rüşvət alıb nə isə edim. Sizə bir lətifə danışım. Deməli, bir nəfər gedib dəryada balıq tutur, tilovuna qızıl balıq düşür. Qızıl balıq and-aman edir ki, məni suya burax, sənin 3 arzunu yerinə yetirim. Balıq tutan adam qızıl balıqdan 3 arzu istəyir. Birinci arzusu "Niva", ikinci arzusu "Niva", üçüncü arzusu da "Niva" avtomobili olur. Qızıl balıq soruşur ki, niyə üç arzunun üçündə də ancaq "Niva" istədiniz? Balıqtutan cavab verir: Üçünü satıb, özümə bir "Cip" alacam. İndi mənim "Cip"imi görüb deyirlər ki, Hacı İbrahim özünə "Cip" alıb. Hacı İbrahimin anadan olandan "Cip"i olub. Hazırda 3 avtomobildən istifadə edirəm. Ümumilikdə isə avtomobilim çoxdur, onlardan ailəm istifadə edir. Mən iş adamı olduğum üçün qonaqlarım da avtomobillərimdən istifadə edir. Maşınlarla bağlı Eynulla doğru yazıb. Nə maşınlarım varsa, hamısını düz yazıb. Hətta bir qədər az yazıb".
2014-02-19
9,425
Əli Hüseynli məmurların zəngin həyatından danışdı
"Təəssüf ki, parlament üzvünün etik davranışını tənzimləyən sənəd mövcud deyil". Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsi. - Bu günlərdə Milli Məclisdə "Prokurorluq haqqında" qanuna ciddi dəyişikliklər nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin statusu artırıldı. Bu onu deməyə əsas verirmi ki, ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni mərhələ başlayacaq? - Əslində bu yeni mərhələ artıq bir neçə ildir başlayıb və dövrün tələbindən irəli gəlir. İndi isə görülən işlərin xüsusiyyətləri nəzərə alınaraq keyfiyyətcə yeni mərhələyə keçir. Əgər əvvəlki illərdə cəza siyasəti və cinayət təqibi üstünlük təşkil edirdisə, son dövrlər müasir informasiya texnologiyalarının tətbiqi və şəffaflıq siyasəti korrupsiyaya qarşı mübarizədə effektiv rol oynamağa başlayıb. Bu qəbildən "ASAN Xidmət" Mərkəzinin yaradılması və onun fəaliyyət göstərdiyi cəmi bir il ərzində əldə etdiyi müsbət nəticələr bu siyasətin nə qədər düzgün olduğunu göstərir. Bu işlər insanların ölkə prezidentinin bu sahədə həyata keçirdiyi siyasətə inamını daha da artırıb. Bu günlərdə ölkə prezidentinin sərəncamı ilə "elektron məhkəmə" informasiya sistemi yaradılacaq ki, bu da məhkəmə və hüquq islahatlarına böyük bir töhfədir. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizədə cinayət təqibi və cəza siyasəti aktual olaraq qalır. Bu baxımdan, Baş Prokurorluq yanında ixtisaslaşdırılmış prokurorluq orqanının bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarə statusunda olması və bu qurumun strukturunun daha da genişləndirilməsi bu siyasətin tərkib hissəsidir. Onu da qeyd etməliyəm ki, korrupsiya ilə bağlı cinayətlər üzrə ixtisaslaşmış prokurorluq orqanı olan bu idarə fəaliyyətini qanunvericiliyə uyğun olaraq dəqiq və şəffaf qurmaqla yanaşı ictimaiyyət arasında da nüfuz qazana bilib. - Parlamentdə bu qanunun müzakirəsi zamanı deputatlar korrupsiyaya qarşı mübarizə komissiyasında parlament müxalifətinin də təmsil olunmasını təklif etdilər... - Korrupsiyaya qarşı mübarizədə müxalifətin və yaxud parlament müxalifətinin iştirakının effektivliyi ideyasını ümumiyyətcə əsaslı hesab etmirəm. Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Komissiyası hakimiyyətin üç qolunun təmsilçilərindən ibarətdir. Parlament təmsilçiləri də bütövlükdə parlamenti təmsil edirlər. Bununla yanaşı, komissiya milli QHT-lər, beynəlxalq təşkilatlarla çox səmərəli əməkdaşlıq qurub. Siyasi mənsubiyyətindən asılı olmayaraq, istənilən şəxs komissiyanın saytına müraciət etməklə korrupsiyaya qarşı mübarizə siyasətinin iştirakçısına çevrilə bilər. - Korrupsiyaya qarşı mübarizə ilə bağlı yaxın gələcəkdə atılacaq hansısa yeni bir addımlar gözlənilir? - Bu il fevralın 5-də Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında da cənab Prezident korrupsiyaya qarşı mübarizənin növbəti dövrdə də prioritet bir məsələ olacağını xüsusi vurğuladı. Qanunvericilikdə də qeyd olunduğu kimi korrupsiyaya qarşı mübarizə bütün dövlət orqanlarının vəzifəsidir. Bu işdə vətəndaş cəmiyyətinin və mətbuatın da rolu böyükdür, amma qərəzsiz olmaq şərtilə. Son dövrlər yeni hökumət formalaşdıqdan sonra müdafiə, təhsil və sosial təminat sahəsindəki islahatlar və görülən işlər də ictimaiyyət arasında böyük ümidlə qarşılanır. Bu onu deməyə əsas verir ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi həm kadr islahatları, həm də institusional islahatlar öz müsbət nəticələrini verir və bu siyasət davam edəcək. - Milli Məclisin sonuncu iclasında Korrupsiyaya qarşı Mübarizə Komissiyasının üzvü deputat Bəxtiyar Əliyev Azərbaycanın gömrük orqanlarının fəaliyyətini tənqid edib, o cümlədən ölkəyə daxil olan malların qiymətlərinin ilkin ölkədən daxil olduğunu iddia edib. Bir neçə gün sonra onun fikirlərini Müsavat Partiyasının başqan müavini, iqtisadçı Qubad İbadoğlu da təkrarlayıb... - Əlbəttə, mətbuatın komissiya üzvlərinin çıxışlarına və bəyanatlarına həssas yanaşmasını başa düşürəm. Amma bu sahə ilə bağlı fikirlər söyləmək spesifik bilgilər və məlumatlar tələb edir. Məncə həmkarımız gömrük işinin təşkili və statistikası ilə bağlı spesifik halları araşdırmadan bu qənaətə gəlib. Məlumat üçün bildirim ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iştirakı ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi 17 iyun 2011-ci ildə qəbul olunub və bu Məcəllə Avropa İttifaqı standartlarına cavab verən əsas qanunlardandır. Məcəllənin xüsusi bir bölməsi gömrük işində informasiya sistemləri və informasiya texnologiyalarının tətbiqinə həsr olunub. Hazırda gömrük və vergi orqanları müasir informasiya texnologiyalarının tətbiqi baxımından öndə gedən dövlət qurumlarıdır. O ki qaldı dövlətlərarası ticarətin gömrük statistikasının müqayisəsi nəticəsində yaranan fərqlərin səbəbləri - bu hal bir çox ölkələr üçün xasdır və beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır. Amma qeyd etməliyəm ki, Azərbaycan xarici ticarətinin gömrük statistikası BMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır. Ümumiyyətlə isə dövlətlərarası xarici-iqtisadi əlaqələrin göstəricilərinin fərqinin yaranması bir sıra amillərdən, o cümlədən obyektiv səbəblərdən asılıdır: Bilməliyik ki, xarici ticarətin gömrük statistikasında idxal malın mənşə ölkəsi, ixrac isə təyinat ölkəsi üzrə aparılır. Birincisi, alğı-satqı üzrə bağlanmış müqavilələrdən asılı olaraq, idxal olunan malın statistik dəyəri, həmin malın ixrac zamanı statistik dəyərindən daşınma, sığorta, yükləmə-boşaltma xərcləri qədər çox ola bilər. Bundan başqa, tərəfdaş ölkələrdə malların gömrük dəyərinin hesablanmasında bir-birindən fərqlənən üsullar və müxtəlif metodologiyalar tətbiq olunur. Aydındır ki, iki dövlətdə müxtəlif gömrük statistikasının metodologiyası və ya gömrük dəyərinin hesablanma üsulları istifadə edildiyindən bir ölkənin ixracı başqa ölkənin idxalına bərabər olmur. Həmçinin, gömrük statistikasında malın statistik dəyərlərinin müxtəlif valyuta məzənnələri ilə hesablanması da rol oynayır. Malın bir ölkədən başqa ölkəyə çatmasına müxtəlif vaxt keçir və nəticədə kontrakt valyuta ilə ABŞ valyutası arasında məzənnə dəyişir. Beləliklə, mal göndərən ölkədə malın statistik dəyəri bir məzənnə əsasında hesablandığı halda, təyinat ölkəsində başqa məzənnə əsasında hesablanır. Eyni zamanda hərbi və digər konfidensial təyinatlı malların idxalı və ixracına dair məlumatların statistikası da spesifikdir. Sadaladığım və söyləmədiyim digər halları da nəzərə alsanız görərsiniz ki, bu sahə ilə bağlı statistikanı araşdıran və səsləndirən şəxslər bütün faktorları nəzərə almalıdırlar. - Son vaxtlar mətbuatda məmurların, deputatların özlərinin və ailə üzvlərinin xidməti vəzifə ilə bir araya sığmayan həyat tərzi, bahalı şəxsi əmlakları mütəmadi müzakirə olunur. Qanunvericilik bununla bağlı nə deyir? - Hesab edirəm ki, bu sahədə hüquqi nihilizm mövcuddur. Yəni, dövlət adamlarının həyat və davranış tərzi ancaq siz dediyiniz kimi rəsmi bəyanat və çağırışlar olarkən aktuallaşır. Əslində bu məsələlər ölkə prezidentinin imzaladığı qanunlarda da öz əksini dəqiq tapıb. Məsələn, "Dövlət qulluqçularının etik davranış Kodeksi" hər bir məmur üçün həm vəzifə səlahiyyətlərinin icrası zamanı, həm də şəxsi davranış üçün rəhbər olmalıdır. O qanunda bütün məsələlər dəqiq göstərilib. O ki qaldı deputatlarla bağlı məsələyə, təəssüf edirəm ki, hakimiyyətin iki qolunun – icra və məhkəmə hakimiyyətinin nümayəndələrinin etik davranış qaydaları mövcud olsa da, parlament üzvünün etik davranışını tənzimləyən sənəd mövcud deyil. Bununla yanaşı, mən konstitusion mülkiyyət hüququna da hörmətlə yanaşmanın tərəfdarıyam. Amma biz dövlət adamları vəzifə və səlahiyyətlərimizin icrası zamanı maraqların toqquşmasına yol verməməli, şəxsi həyatımızın ictimaiyyət və mətbuat üçün maraq kəsb etdiyini nəzərə almalıyıq.
2014-02-19
9,426
Maydanda gənci belə öldürdülər - Video
Maydanda aktivistlərdən birinin öldürülmə anları üzə çıxıb. "Axar.az" xəbər verir ki, video Feysbuk sosial şəbəkəsinə yerləşdirilib. Kadrlarda gənclərdən birinin açılan güllədən yerə yıxıldığı görünür. Maydan tərəfdarları isə bu güllənin snayper tərəfindən açıldığı iddiası ilə çıxış edib. Qeyd edək ki, rəsmi Kiyevin yaydığı bəyanatda hazırda 25 nəfərin öldürüldüyü, 241 nəfərin yaralandığı göstərilib.
2014-02-19
9,427
Ukraynadakı səfirliyimizdən azərbaycanlılara çağırış
Azərbaycanın Ukraynadakı səfirliyinə Kiyevdəki qarşıdurmalarda Azərbaycan vətəndaşlarının zərər çəkməsi barədə məlumat daxil olmayıb. Bu barədə çərşənbə günü Trend-ə səfirliyin birinci katibi Asim Osmanov məlumat verib. Diplomat qeyd edib ki, hazırda Azərbaycanın diplomatik missiyasına nə rəsmi strukturlardan, nə də həmvətənlərimizdən zərər çəkmiş vətəndaşlarımız barədə məlumat daxil olub. Bir müddət əvvəl Azərbaycanın diplomatik missiyası həmvətənlərimizi Kiyevdə etiraz aksiyalarının keçirildiyi ərazilərə getməməyə çağırıb. Səfirlik Kiyevdə olan və ya Ukrayna paytaxtına səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarına Kiyevdə fəal etiraz aksiyaları zonalarından və insanların kütləvi yığışdıqların yerlərə getməkdən çəkinməyi israrla məsləhət görür və onları ehtiyatlı olmağa çağırır. Çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Etirazlarda müxalifət parlament-prezident idarəetmə formasına qayıdılmasını, 2004-cü il Konstitusiyasının bərpa olunmasını tələb edib Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, Kiyevdə toqquşmalar nəticəsində 25 nəfər ölüb.
2014-02-19
9,428
Qalmaqallı “Mersedes”in sahibi kimin oğludur? - Özəl
"Musavat.com"un "Günün fotosu" rubrikası altında dərc etdiyi və sözün həqiqi mənasında günün mövzusuna çevrilən 90 DD 065 dövlət nömrə nişanlı "Mersedes-Qalenvagen" avtomobilinin sahibi Bakı şəhər, Yasamal rayon sakini Bəhruz Adil oğlu Pəriyabdır. "Axar.az" xəbər verir ki, avtomobilin sahibi həmçinin Gəncə şəhər sakini Orxan Ədalət oğlu Məmmədəliyevin adına etibarnamə də verib. Araşdırmalarımız zamanı bəlli oldu ki, avtomobilin sahibi Bəhruz Pəriyab Azərbaycanın Xalq rəssamı, bir çox ölkələrdə sərgiləri açılan Əli Pəriyabın nəvəsidir (Əli Pəriyabın qardaşı Hüseyn də xalq rəssamı olub). Yüngül qəza keçirmişəm "Axar.az"a danışan Bəhruz Pəriyab qəzanı təsdiqləyərək, heç bir xəsarət olmadığını dedi: "Düzdür, etibarnamə vermişəm, ancaq maşın özümdədir. Yüngül qəza keçirmişəm, şükür ki, heç bir problem yoxdur". Qəzasının ictimailəşməsindən xəbərsiz olduğunu deyən B.Pəriyab atası Adil Pəriyabın hansı vəzifənin sahibi olduğu barədə sualı cavablandırmaqdan imtina edib: "Bu barədə danışmaq istəmirəm. Vəssalam". Xatırladaq ki, ötən gün "Musavat.com" saytı "Günün fotosu" rubrikasında 90 DD 065 nömrəli "Mersedes-Qalenvagen"in qəzaya uğradığını və bu maşının sahibinin Bakı rayonlarından birinin prokurorunun oğlu olması barədə müəllif yazısı ilə çıxış etmişdi. Bu səbəbdən portalın redaktoru Xalid Kazımlı Bakı Şəhər Prokurorluğuna dəvət edilərək, ona prokurorluq orqanları işçilərinin nüfuzuna xələl gətirən bu tip yanlış məlumatların yayımlanmasında diqqətli olması tövsiyyə edilib.
2014-02-19
9,429
Əsədlə müxaliflər “dostluq müqaviləsi" imzaladı
Azad Suriya Ordusu (ASO) və Bəşər Əsəd hökuməti Şam şəhəri yaxın "müddətli dostluq müqaviləsi" imzalayıb. "Axar.az" "Frans Press" agentliyinə istinadən xəbər verir ki, Əsəd rejimi və ASO sözçüləri 17 fevral tarixində Şam, Qudsayya, Moadamiət, Bərzəx, Beyt, Saçem, və Yərmükdə "dostluq" müqaviləsi imzalayıb. Bir tərəfdən də Hərəszti və Dərəyya qəsəbələri də atəşkəs danışıqları içərisindədir. ASO bütün silahlarını təhvil verib, müvəqqəti atəşkəs müddətində qəsəbələrə Əsəd rejiminin bayraqları asılıb. Hüquq-mühafizə orqanlarına istinadən verilən xəbərə görə, müqavilə ASO döyüşçülərinin əfv olunmasına şərait yaradır.
2014-02-19
9,430
Maydanda bu an nə baş verir? - Canlı müsahibə
"Axar.az" Ukraynadakı son durum haqqında Maydan iştirakçısı Oksana Semenişından müsahibə alıb. Həmin müsahibəni oxuculara təqdim edirik. - İndi Maydanda vəziyyət nə yerdədir? - Burada vəziyyət sadəcə, dəhşətdir. Qan su yerinə axır. Çoxlu ölən və yaralanan var. Bütün bunlar bizim "prezident"imizə görədir. - Deyilənə görə, 30-a yaxın insan həyatını itirib, 500-dən çox insan yaralanıb. - Bu gün səhər yaralananların sayının 1000 nəfər olduğu barədə xəbər verilib. Amma ölənlərin sayı hələ dəqiq bilinmir. - Ölənlər arasında jurnalistlər də varmı? - Var. Bura jurnalistlər üçün çox təhlükəlidir. Çünki milis xüsusilə jurnalistlərə atəş açır. Onlar istəmirlər ki, dünya Maydanda baş verən vəhşiliklər barədə məlumatlansın. - Bu vəziyyət nə vaxta qədər davam edəcək? - Biz də bilmirik... İnsanlar sadəcə, milis formasında güllə atan cinayətkarlardan qorunur. - Qarşıdurma ancaq Maydanda baş verir, yoxsa digər ərazilərdə də? - Digər şəhərlərdə də toqquşmalar var, xüsusilə qərb bölgələrində - Deyilənə görə, Rusiya öz silahlı dəstələrini Maydana göndərib. Bu barədə hər hansı məlumatın varmı? - Düzdür. Rusiyanın xüsusi təyinatlıları artıq 2 aydır ki, burdadır. Onların snayperləri də hal-hazırda Kiyevdədir. - Siz Yanukoviçin yerində Kliçkonu görmək istəyirsiz? - Mən dəqiq deyə bilmərəm. Lakin bizim üçün indi əsas olan Yanukoviçin istefa verməsidir. - Mən Azərbaycan bayrağını da Maydanda gördüm. Orda digər millətlərin nümayəndələri varmı? - Bizi dəstəkləmək üçün başqa ölkələrdən gələn adamlar çoxdur. Biz onlara minnətdarıq. - Bütün bu hadisələrdən sonra sizdə hələ də qələbəyə inam qalıbmı? - Əlbəttə. Bizim başqa çıxış yolumuz yoxdur.
2014-02-19
9,431
Əli Həsənov Kəlbəcər icra başçısını "vurdu"
Təəssüflər olsun ki, son vaxtlar ölkənin bəzi bölgələrində, həmçinin Bakıda dələduzlar peyda olub və onlar qaçqın və məcburi köçkünlərə istiqamətləniblər. "Axar.az" "Gün.Az"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə.Həsənov bununla bağlı bir neçə dəfə KİV vasitəsilə qaçqınları və məcburi köçkünləri xəbərdar etdiyini vurğulayıb. Baş nazirin müavini xatırladıb ki, bu günlərdə Gəncədə bir məcburi köçkün mənzil əldə etmək üçün binanın damına çıxıb intihara cəhd etmək istəyib: "Mənzil əldə etmək üçün özünü yandırma kimi istifadə meyilləri ortaya çıxıb. Mən bir daha xəbərdarlıq etdim ki, bu yolla mənzil almaq mümkün deyil. Qeyri-qanuni yolla insanları yataqxanalara yerləşdirirlər ki, bunlar mənzil alsın. Ancaq biz bu cür ədalətsizliyə yol verə bilmərik. Bizdə siyahılar var. Biz bilirik ki orda 20 il yaşayanlar kimdir. Məsələn kəlbəcərli köçkün işğaldan bir neçə il əvvəl Azərbaycanın digər bölgəsində gəlib yaşayır. Bir il bundan qabaq Kəlbəcər RİH-in bəzi işçiləri qanunsuz yolla bunu qeydiyyata salırlar ki, bu şəxs ev alsın. Biz bu qanunsuzluğa yol verə bilmərik". Ə.Həsənov bildirib ki, qəbuluna məcburi qaçqın olan qadın gəlib və bildirir ki, 44 nəfər məcburi köçkündən dələduzlar 370 min manat toplayıb: "Bunların hamısında Ağdamdan olan məcburi köçkünlərdir. Bəlli olanda ki, bu iş dələduzluqdur, həmin şəxs pulun 170 min manatını qaytarıb. Qalan pulu ödəyə bilmədiyindən Türkiyəyə qaçıb. Bu cür halların hamısına son qoyulacaq".