date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-03-04 | 10,579 | Azərbaycan diasporu Ukraynanı müzakirə etdi - Foto | Bu gün Bakı vaxtı ilə saat 17.00 radələrində Ukrayna Milli İnformasiya Agentliyinin mətbuat mərkəzində Azərbaycan diaspor nümayəndələrinin təşkil etdiyi mətbuat konfransına start verildi. Bu informasiyanı Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov yayıb. Onun sözlərinə görə, mətbuat konfransında "Azərbaycan diasporu Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir" mövzusu ətrafında diskussiyalar aparılıb. Qeyd edək ki, mətbuat konfransında Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov, "Diasporatv" internet televiziyasının rəhbəri Elmar Məlikov və "Azərbaycanın sözü" qəzetinin redaktoru Dmitri Kulibaba jurnalistlərin suallarına cavab veriblər. "Krım ərazisində baş verən hadisələr bizə 1990-cı ildə Dağlıq Qarabağda baş verən hadisələri xatırladır. Həmin vaxtda da bəzi dırnaqarası siyasətçilər süni olaraq millətlərarası problemi qaldırdılar. Bu isə bölgəyə Rusiyanın "sülhməramlı qüvvələri"nin gətirilməsi ilə nəticələndi. Krım ərazisində on illərdir ki, ruslar, ukraynalılar, Krım tatarları, azərbaycanlılar və digər millətlər çiyin-çiyinə yaşayıblar. Rus hərbçilərinin Krımdakı hərəkəti əsl işğal kimi başa düşülməlidir. Ukraynada yaşayan Azərbaycan diaspor nümayəndələri bu gün ərazi bütövlüyü üçün Ukrayna xalqı ilə birgə çıxış edirlər". Bu sözləri "Ukrinform" agentliyinin mətbuat mərkəzində keçirilən konfransda Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib. O, qeyd edib ki, eynilə 1990-cı illərdə Rusiya ordusu Dağlıq Qarabağa daxil oldu. Rusiya bilərəkdən Dağlıq Qarabağda, Abxaziyada, Cənubi Osetiyada, Pridnestrovıda, indi isə Krımda "problemli bölgə" yaradır. Bu gün Krımda baş verənlər rus xalqının siyasəti deyil, konkret insanların əməlidir. Nəticədə onların siyasəti məhvə məhkumdur. (ANS) |
2014-03-04 | 10,580 | Angela Merkeldən Putin barədə şok sözlər | "Putini bu dünyayla əlaqəsi qopmuş biri kimi gördüm. Onun xəyalı başqa dünyalardadı" "Axar.az" xəbər verir ki, bu sözləri Almaniya Baş naziri Angela Merkel Vladimir Putin ilə telefon danışığından dərhal sonra Barak Obamayla danışığı zamanı deyib. Angela Merkel Obamaya Rusiya ilə hər hansı bir görüşün gerçəkləşəcəyinə dair şübhələrinin olduğunu və rus liderinin reallıqlarla əlaqəsinin kəsildiyini deyib. |
2014-03-04 | 10,581 | Siqaret çəkənlər kor ola bilər | Siqaretin ziyanlarından hər birimizin xəbəri var. Ancaq siqaret ucbatından korluq yaranma ehtimalını bilirdinizmi? "Axar.az" sağlamlıqla bağlı media mənbələrinə istinadən xəbər verir ki, siqaret yaş artdıqca ortaya çıxan sarı nöqtə xəstəliyinin inkişafını sürətləndirir və kor olma riskini artırır. Xüsusən 60 yaşdan sonra ortaya çıxan gözlərdəki sarı nöqtə xəstəliyinin ən böyük səbəbi siqaret çəkməkdir. Siqaret bu xəstəliyə yoluxma riskini 2-4 dəfə artırır. Əgər bu xəstəlik genetikdirsə, siqaret çəkmək xəstəliyin riskini daha çox artırır. Sarı nöqtə xəstəliyi əşyaları, xətləri əyri və qırıq görmək, rəngləri seçməkdə çətinliklər kimi əlamətlərlə özünü büruzə verir. Siqaret torlu qişanı qoruyan vacib antioksidan olan luteinin ifrazını azaltdığı üçün siqaretdən istifadə edənlərdə luteinin səviyyəsi aşağı olur və sarı nöqtə xəstəliyinin riski çox yüksək olur. |
2014-03-04 | 10,582 | Qoşun yeridilməsini Putindən Yanukoviç xahiş edib - BMT | Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin diqqət çəkən açıqlama verib. "Axar.az"ın məlumatına görə, Çurkin BMT-də Ukraynaya rus hərbi qoşunlarının yeridilməsini Vladimir Putindən Viktor Yanukoviçin xahiş etdiyini bildirib. Onun sözlərinə görə, Yanukoviç bunu Ukraynanın təhlükəsizlyi və stabilliyi üçün etdiyini açıqlayıb. Daimi nümayəndə vurğulayıb ki, Yanukoviç Rusiya prezidentinə martın 1-də müraciət edib. O, həmin müraciətin mətnini Təhlükəsilik Şurasının üzvlərinə də təqdim edib. Xatırladaq ki, Çurkin bu fikirlərini BMT-nin martın 4-də təcili iclasında açıqlayıb. Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç isə Rostov-Donda keçirdiyi mətbuat konfransında prezidentlikdən əl çəkdiyini və Rusiyadan müdaxilə üçün yardım istəməyəcəyini açıqlamışdı. |
2014-03-04 | 10,583 | Hər zaman dəbdə olan saç kəsimləri - Fotolar | Adətən qadınlar saç kəsiminə böyük önəm verir. Hər il yeni dəblərin ortaya çıxması bəzən də onların işini çətinləşdirir. Bunun üçün hər zaman dəbdə olan saç kəsimlərini təqdim edirik. * Kəkillər ("çolkalar") hər il dəbdə olan, sadə, amma iddialı bir saç modelidir. * Boykat – yəni oğlan saçı kimi qısa və düz saç modeli... Bu saç isə cavan, sərt və iddialı görünmək istəyən xanımlar üçün əvəzolunmazdır. Əgər bu qədər asi görünmək istərmirsinizsə, saçlarınızı düz yatıra da bilərsiniz. Bu sizə xanım qız havası verəcək. * Xəfif dalğalı saçlar... Klassik və hər yaşa uyğun olan bu saç düzümündən həm gündəlik həyatınızda, həm də şux gecələrda istifadə edəbilərsiniz. Sözsüz ki, bu model saçın hakimi Keyt Hudzondur. * Yenə hər yerdə istifadə edə biləcəyiniz bir düzüm... Düz ayrım... Saçınız istər xəfif buruq olsun, istərsə də düz, bu saç düzümü sizə iş qadını kimi ciddi, həm də cavan bir xanım aurası verəcək. * 90-cı illərdən başlayıb 2000-ci illərə qədər çatan çənə altında bitən saç düzümü... Əgər qalın və gur saçlarınız varsa, bu model sizin üçün ideal olacaq. Bu cür kəsimlə hər xanım alımlı və cazıbədar görünəcəkdir. Eynən Kira Naytli kimi... * Çətin iş rejimi, problemləriniz varsa, baxımınıza ayıracaq vaxtınız yoxdursa, "uzun Bob" yəni, çiyinlərə qədər uzanan düz kare saçı məsləhət görülür. * Başqa bir rahat model də illərdir öz hökmranlığını qoruyur. Düz, ucları hərəkətləndirilmiş saçlar... İstər gənc, istərsə də yaşa dolmuş xanım olsun, bu cür saçlarla hər bir xanım Amanda Seyfrend çəkiciliyinə qovuşacaq. * Bir də hər il öz modasını qoruyan maraqlı Misir hörüyü... Saçlarınız nazikdirsə, bu hörüyün kiçik qüsurunuzu gizlədəcəyinə də əminik. |
2014-03-04 | 10,584 | Azərbaycanlı ifaçının Türkiyədə növbəti uğuru - Video | Türkiyənin özəl telekanallarından birində nümayiş olunan mahnı yarışmasının azərbaycanlı iştirakçısı növbəti müsabiqəyə keçdi. Gülnar İdrisova ifa etdiyi "Ayrılıq" mahnısı ilə yüksək performans nümayiş etdirib. Kanal "D"-də "X Factor: Star İşığı" müsabiqəsində 12 rəqibə qarşı mübarizə aparan Gülnar İdrisova proqramın formatına uyğun olaraq 6 kreslodan birində oturmaq hüququ qazanıb. G. İdrisovanın ifası münsiflər heyətinin 4 üzvü – Armağan Çağlayan, Ziynət Sali, Əmrə Aydın və Ömər Qaracan tərəfindən də bəyənilib. Azərbaycanlı müğənninin ifası auditoriya tərəfindən də uzun müdət alqışlanıb. (ANS) |
2014-03-04 | 10,585 | Neftçalada sex yandı | Neftçala rayonu, Qaraqaşlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 1080 kv.m olan cücə sexinin tavanı 40 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan yoxdur. |
2014-03-04 | 10,586 | Ukrayna Rusiyadan əsgərlərini geri çəkməsini tələb etdi | Ukrayna Baş naziri Arseniy Yatsenyuk Krım mövzusundakı gərginliyin diplomatik yollarla, sülh yolu ilə həll olunmasını təklif edib. Alman "Bild" qəzetinə xüsusi açıqlama verən Yatsenyuk belə deyib: "Keçmişdə olduğu kimi indi də bu gərginliyə siyasi və diplomatik bir həll tapılmasının tərəfdarıyam. Çünki, Avropanın mərkəzində hərbi qarşıdurma təkcə təhlükəsizlik vəziyyətini təhdid etməyəcək, eyni zamanda Avropada olan hərbi, siyasi və iqtisadi sabitliyi də təhlükəyə atacaq". "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Krım mövzusunda atdığı hərbi addımları tənqid edən Baş nazir Yatsenyuk bildirib ki, XI əsrdə heç kim belə davrana bilməz: "Tanklarla, əsgərlərlə, təhdidlərlə heç nə əldə etmək olmaz. Ruslar bunu daha əvvəl Abxaziya və Cənubi Osetiyada da gördü". Arseniy Yatsenyuk Rusiyadan ilk olaraq əsgərlərini geri çəkməsini tələb edərək bildirib: "Ukrayna böyük Avropanın bir parçasıdır və Rus qonşularımız da bunu qəbul etməlidir". |
2014-03-04 | 10,587 | İndiana Xocalı qətliamını tanıyan ABŞ-ın 15-ci ştatı oldu | Martın 3-də ABŞ-ın İndiana ştatının Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş Qətnamə qəbul olunub. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, sənəddə 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal etməsi və burada 600-dən artıq günahsız insanın, o cümlədən çoxsaylı qadın və uşaqların qətlə yetirilməsi qeyd olunur. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Qətnamədə bildirilir ki, Azərbaycan Respublikasının əraziləri, BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının bunu qəti şəkildə pisləyən qətnamələrinə baxmayaraq, bu günədək Ermənistanın işğalı altındadır. Qətnamənin surətinin ABŞ Prezidenti, Senatı, Nümayəndələr Palatası, Dövlət Departamenti və Bakıdakı səfirliyinə göndəriləcəyi qeyd olunur. Beləliklə, İndiana Xocalı qətliamını tanıyan ABŞ-ın 15-ci ştatı oldu. Qeyd edək ki, keçən il Xocalı qətliamına həsr olunmuş qətnamələr Texas, Nyu Meksiko, Tennessi, Oklahoma və Pensilvaniya ştatlarında qəbul edilib. |
2014-03-04 | 10,588 | Xətaidə taxta sexi yandı | Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan taxta sexinin içərsində 15 kv.m sahədə taxta qırıntıları və 1 ədəd qapı yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan yoxdur. |
2014-03-04 | 10,589 | Bu gün Od Çərşənbəsidir | Bu gün Azərbaycanda Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi olan Od çərşənbəsi xalq arasında Üskü çərşənbə kimi də tanınır. Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik özəlliyi var. Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır. Hər evin və binanın qarşısında tonqal qalanması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir. Od çərşənbəsi hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. İnsanların inancına görə, bu, süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur. |
2014-03-04 | 10,590 | ABŞ Rusiya ilə bütün müqavilələri dondurdu | ABŞ Rusiya ilə bütün ticarət müqavilələrini dondurub. "Axar.az" xəbər verir ki, bu barədə informasiya ABŞ Ticarət İdarəsi tərəfindən yayılıb. İdarə həmçinin Rusiya ilə bağlamaq üzrə olduqları bütün müqavilələri dayandırdıqlarını qeyd edib. "Biz Rusiya hakimiyyətiylə olan bütün ticarət və iqtisadiyyat müqavilələrini dayandırırıq". Qeyd edək ki, bundan öncə ABŞ Müdafiə Nazirliyi Ukrayna hadisələri ilə əlaqədar Rusiya ilə bütün ikitərəfli əməkdaşlıq məsələlərini dondurmuşdu. |
2014-03-04 | 10,591 | Orta məktəbdə rüşvət yığımı başladı | "Əhmədli qəsəbəsində yerləşən 17 saylı məktəbdə rüşvət tüğyan edir". Bu barədə "Axar.az"a zəng vuran Sevinc adlı valideyn məlumat verdi. Onun bildirdiyinə görə, 17 saylı məktəbdə uşağı 1-ci sinfə yazdırmaq, qeydiyyata salmaq üçün pul istənilir: "Məktəblərdə uşağı 1-ci sinfə yazdırmaq, qeydiyyata salmaq üçün pul istənilir. 17 nömrəli məktəbdə rus bölməsində üzümüzə gələn sentyabr üçün üç müəllim var. Bunlardan biri güclüdür. Hər kəs istəyir ki, övladı həmin müəllimin sinfində təhsil alsın. Amma mümkün deyil, ötən il hələ oktyabrın əvvəli getmişdim, artıq bütün yerlər dolmuşdu. Müəllim deyir ki: "Zəng vurub yerləri tapşırıblar". Yəqin direktorun tanışlarıdır. Təhsil Nazirliyinin orta məktəblərin qapılarına yapışdırılan bildirişində isə valideynlərin övladlarını birinci sinfə qəbulu üçün 2014-cü il yanvarın 6-na kimi müraciət edə bilmələri qeyd olunur. Və bildirilir ki, məktəbdə ancaq həmin ərazidə yaşayan uşaqlar qeydiyyatdan keçməli, ancaq yerlər boş qaldığı halda, sentyabr ayından digər ərazidə yaşayan sakinlərin də müraciətləri nəzərə alına bilər. Sevinc xanımın dediyinə görə, artıq başqa ərazilərdə yaşayanlar bu məktəbdə qeydiyyatdan keçib, ancaq onlara yer çatmır: "Keçən il uşaqları məktəbə götürmək üçün ərizə ilə birlikdə 100 manat pul verilirdi. Bu pulu müəllim qəbul edir, onun vasitəsi ilə məktəbin direktoru Bədəl Bədəlova çatdırılırdı. Bu il də yəqin ki, mayın 1-dən pulları yığmağa başlayacaqlar. Əhmədli qəsəbəsində yerləşən 17 nömrəli məktəblə əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən xanım jurnalist olduğumuzu biləndən sonra bizi yanlış nömrəyə yönləndirib, özü isə bir daha telefona cavab vermədi. Təhsil Nazirliyinin mətbuat xidmətindən isə rüşvətxorluq halları ilə bağlı sualımızı cavablandırmayacaqlarını bildirdilər: "Bu məsələ barədə ayaqüstü cavab verə bilmərik, gərək hadisə ilə tanış olaq, ondan sonra. Şagirdlərin 1-ci siniflər üzrə qeydiyyatına qaldıqda isə hər bir sualınız haqqında bizə yazılı müraciət edin". |
2014-03-04 | 10,592 | Qadınlar güclü olsaydı, kişiləri döyərdi - Sorğu | Qadınların əks cins tərəfəndən təzyiqlərə, bəzən şiddətə məruz qalması hallarına rast gəlmək mümkündür. Bu, həm də mental əxlaqla bağlıdır. Ailədə kişini birmənalı dominant kimi qəbul edən islam əxlaqlı Azərbaycanda hazırda vəziyyət necədir? Xüsusilə gender məsələsinin geniş təbliğindən sonra… "Axar.az" olaraq tanınmışlar arasında qısa bir sorğu keçirdik. Sualımızsa belə idi: "Siz həyat yoldaşınıza əl qaldırırsınızmı?" Arvadı döyməzlər, öldürərlər Şair Vüqar Əhməd: "Kişi qadına əl qaldırmaz. Anam rəhmətlik deyərdi ki, qadın güldür, onun ətrini alarlar. Onu da deyərdi ki, qadını namus üstə də döymək olmaz. Belə olanda ya boşayarlar, ya öldürərlər, ancaq döyməzlər. Bu sözləri deyəndən sonra da həmişə əlavə edərdi ki, öldürmək düz deyil, sən yaratmamısan ki, öldürəsən... Qadın zərif məxluqdur. O anadır, bacıdır, övladdır. Adam döymək istəyirsən, get Qarabağa, hayları döy, öldür". Şərif Ağayar sorğumuza gülərək cavab Verdi: "Bu suala onsuz da heç kim səmimi cavab verməyəcək". Qadını döymək kişiyə yaraşmaz Müğəni Abbas Bağırov: "Qadını döymək kişiyə yaraşmaz. Qadın zərif, incə məxluqdur. Düzdür, hansısa bir səhvi edə bilər, ya da böyük bir problem ola bilər qadına görə, hətta bu zaman da onu başqa bir yolla cəzalandırmaq olar. Lakin əl qaldırıb vurmaq, döymək qəti olmaz". Qadınlar da güclü olsaydı kişiləri döyərdi… Yazıçı Zümrüd Yağmur: "Nədənsə qadına əl qaldırmaqla bağlı danışanda bunun ancaq bizim cəmiyyətin problemi olduğunu düşünürlər. Amma faktlar sübut edir ki, hətta inkişaf etmiş ölkələrdə də kişilər qadına qarşı şiddətə baş vurur. Bunu edən kişilər haqqında danışanda bəzən yanlış olaraq həmin adamı mədəniyyətsizlikdə, cahillikdə ittiham edirik. Amma səbəb bu deyil, çünki toplum üçün mədəni və ziyalı görünən biri belə evində qadını döyə bilər. Məncə, qadına əl qaldıran kişilər birmənalı olaraq öz acizliyini zorla gizlətməyə çalışan kəslərdir. Əminəm ki, ən əsəbi anında qadına əl qaldıran kişi həmin anda qarşısında özündən güclü və onu döyə biləcək birini görsə, geri çəkiləcək. Qadına əl qaldırmaqla onu zorla susdurub özünə tabe etməyə çalışmaq, yaxud da üstünlüyünü bununla nümayiş etdirmək məncə, mümkün deyil. Qadın həmin an üçün susa bilər, amma bu onun içindəki üsyanı bitirmir. Bir də ki, bunu kişilərin naqisliyi kimi qələmə vermək fikri də düz deyil. Əgər kişilərin sahib olduğu fiziki güc qadınlarda olsaydı, onlar da məmnuniyyətlə kişiləri döyərdilər. Bu da onunla bağlıdır ki, insan xarakter etibarilə gücə və əzməyə meyllidir". |
2014-03-04 | 10,593 | Sabah cəbhədə monitorinq keçiriləcək | ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 5-də Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. "Axar.az"ın xəbərinə görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər. |
2014-03-04 | 10,594 | Cəbhədə atışma: düşmən susdurulub | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-03-04 | 10,595 | Yanukoviçin ölüm xəbəri yayıldı | Ukraynalı hüquq müafiəçisi, Avromaydan hadisələrinin fəallarından biri Mixail Leded Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Rostov xəstəxanasında ürək tutmasından öldüyünü bildirib. Mixail Lebed bunu öz Feysbuk hesabında yazıb. Mixail Lebed məlumatı Rostov kardioloji institutundakı dostundan aldığını deyib (ANS). "Yanukoviçi martın 3-də gecə saat 11-də gətiriblər. 1 saat sonra isə o, ürək tutmasından ölüb", - deyə M.Lebed Feysbukda yazıb. Hazırda Ukrayna mətbuatı xəbərin doğru olub-olmamasını digər mənbələrdən dəqiqləşdirməyə çalışır. |
2014-03-04 | 10,596 | “Neftçi”nin futbolçusu 200 minlik maşın aldı - Foto | Azərbaycanlı futbolçular meydanda elə də uğurlu nəticələr qazanmasalar da, meydandan kənarda uğurlarını nümayiş etdirməyi sevirlər. Bahalı əşyalarla. "Axar.az" xəbər verir ki, "Neftçi"nin gənc futbolçusu Ruslan Qurbanov da futbolda sözünü deməmiş özünə bahalı maşın alıb. "BMW X6 M" markalı yeni avtomobilin qiyməti 200 min manat civarındadı. |
2014-03-04 | 10,597 | Putin ordunu geri çağırdı | Rusiya prezidenti Vladimir Putin hərbi təlimlərdə iştirak edən, hazırlıq vəziyyətinə gətirilən qoşun birləşmələrini geri çağırıb. "Axar.az" xəbər verir ki, bu barədə İnterfaks agentliyinə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin ali baş komandanı kimi Putinə hərbi təlimlərin uğurla başa çatmağı ilə bağlı təlimat verildikdən sonra o təlimlərdə iştirak edən bütün hərbi birləşmələri daimi dislokasiya yerinə qayıtmağı əmr edib. |
2014-03-04 | 10,598 | İmtahanın nəticələri bu gün açıqlanacaq | Magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələrinin bu gün açıqlanacaq. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur. Bakalavrlara imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatlar komissiyanın facebook səhifəsi vasitəsilə təqdim olunacaq. Bakalavrlar öz imtahan nəticələrini TQDK-nın rəsmi internet saytından və öz iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. Qeyd edək ki, martın 2-də TQDK magistratura səviyyəsinə qəbul imtahanı keçirib. İmtahan Bakı, Naxçıvan, Gəncə, Lənkəran şəhərləri ilə yanaşı, ilk dəfə olaraq Mingəçevir və Şəki şəhərlərində keçirilib. |
2014-03-04 | 10,599 | Rusiya Krımdakı ordunun sayını 25 minə qaldıracaq | Rusiya Krımdakı hərbi kontingentinin sayını 25 minə çatdıra bilər. "Axar.az" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Təhlükəsizlik Şurasının iclasında deyib. İclas zamanı Ukrayna nümayəndəsi Yuri Serqeyev bildirib ki, hazırda yarımadada rusların 16 minlik hərbi qüvvəsi var. Çurkin də ona, "Biz hətta 25 minə qədər qaldıra bilərik" cavabını verib. |
2014-03-04 | 10,600 | Ukraynalı rus əsgərlərini belə ələ salır – Video | Krımda ehtiyatda olan ukraynalı zabitlərdən biri video eksperiment aparıb. "Axar.az" xəbər verir ki, bu zabitin çəkdiyi videolar Ukrayna xəbər saytlarında yerləşdirilib. Özünü keçmişdə rus ordusunda xidmət etmiş kimi təqdim edən zabit rus əsgərlərini ələ salır, onlardan "Bəs Putin hanı" deyə soruşur və müxtəlif atmacalar səsləndirir. Ukrayna zabitinin rus əsgərləri ilə olan dialoqunun əks olunduğu videonu təqdim edirik. |
2014-03-04 | 10,601 | Azərbaycandakı alkoqoliklərin sayı açıqlandı | Azərbaycanda alkoqoliklərin sayı artıb. Səhiyyə Nazirliyindəki mənbədən verilən məlumata görə, hazırda Azərbaycanda 21 584 nəfər rəsmi qeydiyyata götürülmüş alkoqolik var. 2012-ci ildə Azərbaycanda 21 103, 2011-ci ildə isə 19 765 nəfər alkoqolik olub. Alkoqoliklər daha çox kişilərdir. Ümumilikdə alkoqoliklər arasında 30-39 yaşlı şəxslər üstünlük təşkil edir. Ölkədə rəsmi qeydiyyata alınmış qadın alkoqoliklərin sayı çox cüzi artıb. 2012-ci ildə rəsmi qeydiyyata alınmış akqoliklərin 873 nəfəri qadın olduğu halda, 2013-cü ildə qeydiyyata alınan 21 584 alkoqolikin 891 nəfəri qadın olub. Ötən il 879 nəfər ilk dəfə olaraq, alkoqolik kimi qeydiyyata götürülb. Onların 18 nəfəri qadın olub. |
2014-03-04 | 10,602 | Rusiya Krımdan sonra Moldovanı hədəf alacaq – Sənəd | Rusiya Dövlət Dumasının Dnesteryanıdan olan deputatı seperat rejimin müstəqilliyini tanıdığını bəyan edib. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə deputat Roman Hudyakov öz Feysbuk səhifəsində çıxış edib. O, Dövlət Duması və Xarici İşlər Nazirliyindən bu rejimin müstəqilliyinin tanınmasını istəyib. Müraciətində Ukraynanı misal göstərən deputat Rusiyanın Dnesteryanını qorumalı olduğunu deyib. Daha sonra o, Rusiyanın ondan kömək istəyən hər kəsə yardım əli uzatmalı olduğunu söyləyib. Qeyd edək ki, Roman Hudyakov LDPR partiyasının üzvüdür. O, Jrinovskiyə yaxın olan sima kimi tanınır. |
2014-03-04 | 10,603 | Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı | Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar qanunsuzluqlara yol verilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Ağdam rayon ƏSMM-nin vəzifəli şəxslərinin 86 rayon sakininə qanunvericilikdə nəzərdə tutulan zəruri sənədlər olmadan 1 il ərzində ünvanlı dövlət sosial yardımı təyin edərək 149.0 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir. |
2014-03-04 | 10,604 | Güc strukturlarımızın nurçularla bağlı qərarı var | Son günlər gündəmdə olan mözvulardan biri də Fətullah Gülən hərəkatının Azərbaycandakı fəaliyyəti ilə bağlıdır. 24 deputatımızın həmin dini cərəyandan olmasının iddia edildiyi bir zamanda bu məsələ ilə bağlı daim yazılar və açıqlamalarla çıxış edən Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə ilə söhbətləşdik. Azərbaycanın elitasını ələ keçirmək - Təşkilatda keçirdiyiniz seminarlarda hər zaman nurçuluğun Azərbaycana təhlükələrindən danışırsınız. Nə kimi təhlükələr var, niyə bu məsələni daim gündəmdə saxlanılmasının tərəfindəsiniz? - Nurçuluq regionda bəlkə də yeganə cərəyandır ki, öz təməllərini iqtisadi əsasların üzərində qurub. Ancaq bu iqtisadi əsaslar gəlib dönərxana açmaqdan ibarət deyil. Onlar Azərbaycan elitasının içərisinə giriblər və daha da dərinə nüfuz etməkdədirlər. İddia edirlər ki, Azərbaycanda ən yaxşı təhsili verirlər. Təhsil verdikləri və yetişdirdikləri tələbələrin içərisində tək-tük aşağı təbəqənin insanını görə bilərsiniz. Əksəriyyəti məmur və biznesmen uşaqlarıdır. Nurçular bunu məqsədli şəkildə edirlər. Çünki onların əsas hədəfi Azərbaycanın elitasını ələ keçirmək və gələcək elitanı özlərinin formalaşdırmasıdır. Həmin məktəblərin işləmə mexanizminə diqqət edək. Onlar tələbələrin bütün üstün cəhətlərini nəzərə alırlar. Tələbələrin ailələrinə təsir etmək üçün psixoloji vasitələrə əl atırlar. Çox yaxşı olardı ki, burda bir psixoloq da olardı və izahlı təhlil aparardıq. Onlar ən çox özünə qapalı tələbələri öz aralarına cəlb etməyə çalışırlar. Çünki qapalı insan özünü cəmiyyətdən təcrid edən insandır və nurçuluq da elədir. Heç fikir verməmisiniz, nurçu məktəblərini bitirən uşaqlar 2 cür olur: ya konkret çox nümunəvi, ya da çox avara. Bunların konkret olaraq qazanmaq istədiyi tələbələr olur və onları qazanırlar. Nurçuları tənqid edənlər şərəfsizdir - Siz bir zaman demişdiniz ki, Azərbaycan parlamentində 20-yə yaxın nurçu millət vəkili var. Bu fikir mediada da tez-tez gündəmə gəlir. Kimdir onlar? - Məsələn, bir neçə gün öncə millət vəkili Ceyhun Osmanlının haqqında bu cür ittihamlar səslənməyə başladı. Elə Fazil Mustafanın özü. Adam açıq şəkildə deyirdi ki, nurçuları tənqid edənlər şərəfsizdir. Onların parlamentdəki təmsilçilərini saymaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, nurçuluq kimi cərəyanlar parlamentdəki təmsilçiyə lobbi fəaliyyəti kimi baxırlar. Millət vəkilləri lobbi fəaliyyəti ilə məşğuldurlar. Əgər sizin cərəyanın və gizli təşkilatın parlamentdə 5 millət vəkili varsa, siz iqtisadi əsaslarınıza istinad edərək lobbi fəaliyyəti ilə məşğul ola bilərsiniz. Lobbi fəaliyyəti ilə məşğul olmaqla siz öz maraqlarınızın təmin olunması üçün birbaşa qanunverici orqana təsir etmiş olursunuz. Güc strukturlarında onlar özlərinə nə kimi yer edə biliblər, bunu deyə bilməyəcəyəm, ancaq onu deyə bilərəm ki, yüksək çinli məmurlar arasında da bu cərəyana bağlı olanlar var. Bu, heç yaxşı hal deyil. Biz bunun nümunəsini Türkiyədə görürük. Belə cərəyanlardan olan insanların aparıcı vəzifələrə gətirilməsi ilə dövlətin içərisində dövlətin özünə alternativ güc mərkəzi yaranır. Belə olan zaman dövlətin özünün varlığı təhlükə altına girir və dövlət içəridən işğal edilmiş olur. Bakuvinin araşdırmaçısı Aidə İmanquliyeva idi - Bir məsələyə diqqət çəkim. İçəri şəhərdə olan tarixi məzarların arasında Seyid Yəhya Bakuvinin məzarı və orda adı var idi. İndi onun adı ordan götürülüb. Seyid Yəhya Bakuvinin, ümumiyyətlə, təsəvvüfün Sovet dövründəki araşdırmaçısı bilirsiniz kim olub? Bakuvinin araşdırmaçısı Aidə İmanquliyeva idi. O, Sovet dövründə Seyid Yəhya əfəndinin yaradıcılığını və təsəvvüfü araşdırırdı. Amma indi bu cür dəyəri silmək istəyirlər ölkəmizdə. Nurçulara görə, Şah İsmayıl düşməndir. Çünki o da təsəvvüflə məşğul olub və bu xalqın gərçək milli tarixidir. Yetər ki, özlərini deşifrə etməsinlər - Türkiyədə bunların təşkilatlanması elə bir mərhələyə çatıb ki, artıq dövlət içərisində özlərinin təşkilatlanmasını təmin ediblər. Azərbaycanda bu baxımdan nə kimi təhlükə gözlənilir? - Biz o cərəyandan danışırıq ki, Türkiyənin bir dövlət kimi varlığını şübhə altına alır və ABŞ-dan idarə olunması üçün dövlət qurumlarını faktiki olaraq işğal ediblər. Türkiyədə bu cərəyanın bütün məktəblərində ilk vaxtlar Atatürkün şəkillərini qoyurdular və dövlətin "kamalist" çizgisindən kənarda olmadıqlarını deyirdilər. Əllərinə güc keçəndən sonra isə Atatürkün rəsimlərini öz məktəblərindən də yığışdırdılar. Hələ bu azmış kimi dövlət qurumlarının qarşısındakı "TC" sözü yığışdırıldı. Bu cərəyan məqsədinə çatmaq üçün özlərini hər şəraitə uyğunlaşdıra bilər. Təhlükə hiss etdikləri anda özlərini deşifrə etməmək üçün hər şeyə razı olurlar. Yetər ki, özlərini deşifrə etməsinlər. Siz təsəvvür edirsiniz ki, bunlar məktəblərində oxuyan azərbaycanlı şagird və tələbələri agent kimi yetişdirirlər. Bunların məktəblərində oxuyan şagirdlər Fətullah Gülənin kitablarını öz evlərinə gizli şəkildə aparırlar. Həmin şagird avtomatik olaraq özünü "azlıq" psixologiyasına uyğun olaraq cəmiyyətdən və ailəsindən təcrid edilmiş hiss edir. İnsanlarımızı ailələrindən belə qopardırlar. Onlar Azərbaycanda ehtiyat edirlər. Ona görə yox ki, onlar Azərbaycan polisindən, güc strukturlarından çəkinirlər. Kimin o qədər kapitalı olsa qorxar, çəkinər? Bir şeyə görə ehtiyat edirlər. Nurçular Azərbaycandan çıxarılacağı təqdirdə Orta Asiyanı birmənalı olaraq itirəcəklər. - Siz onların kapitallarından və biznes strukturlarından danışdınız. Həm də dediniz ki, bu kapitallar onların parlamentdəki lobbi fəaliyyətinin əsasını təşkil edir. Nurçuların Azərbaycanda hansı biznes sahələri var və ən çox harda fəaliyyət göstərirlər? - Hansı sahədə yoxdurlar ki! Media sektorunu deyək, təhsil sahəsini ələ keçirməklərini deyək, bank sisteminin içərisinə girməklərindən danışaq... Hansı birini deyək. Bunlar dövlətin idarəçiliyinin və cəmiyyətin içərisinə daraşıblar. Diqqət edin, nurçular haqqında Azərbaycan mediasında yazılar yazılan və materiallar hazırlanan yerlərin hamısı sonradan onlarla birbaşa əlaqədə olan yerlərə çevrilir. Sizin sayt yeni olsa da, qısa zamanda özünə yetərincə auditoriya toplayıb. Bu mövzulara toxuna bilməyiniz yaxşı haldır. Ancaq gəlib sizə də "dostluq" təklif etsələr, heç də təəccüblənmərəm. Çünki bu cərəyan media sahəsini işğal etməyi qarşısına məqsəd qoyub. Bunlar üçün heç bir dəyər yoxdur - Siz nurçularla bağlı mətbuatda tez-tez çıxış edirsiniz. Nə kimi problemləriniz olub? - Nurçular haqqında yazdığımız yazılara görə nə qədər təhdidlər almışıq! Biz nurçuların gerçək kimliklərindən yazana qədər Azərbaycanda Fətullah Güləni az qala xeyriyyəçi kimi təqdim edirdilər. Bunun adı nədir: informasiya blokadası deyil nədir bəs? Nurçular Türkiyəni ələ keçirənə qədər heç bir iqtidar Ermənistanla sərhədləri açmaq məsələsini gündəmə gətirməyib və belə bir fikrə düşməyib. Bunlar üçün heç bir dəyər yoxdur, bunlar sərhədsiz fəaliyyət göstərirlər. Ən gülməlisi bilirsiniz nədir? Həmişə arqument kimi deyirlər ki, "əşi, nurçular yaxşı təhsil verirlər". Gəlin, düşünək. Bu təhsili kimə verirlər və kimləri qazanmaq üçün çalışırlar? Çobanın oğluna təhsil verib onu qazanmağa çalışmırlar ki! Polis rəisinin oğluna verirlər, İcra başçısının uşağına verirlər. Mən də belə bir cərəyanın rəhbərliyində olsam, istəyərəm ki, ətrafımda olan uşaqlar icra başçısının, polis rəisinin övladları olsun. Əlbəttə ki, məni yetişdiriyim insanlar "məndəndir" prinsipi ilə hərəkət edirlər. O uşaqları qazanıblarsa, onlar icra başçısı olan atalarına söz dedizdirərlər, amma Fətullaha söz dedizdirməzlər. Video-görüntülərlə kimlərisə şantaj etmək məktəbi keçiblər - Siz Türkiyədə Fətullah Gülən camaatının artıq dövləti ələ keçirdiyini deyirdiniz. Azərbaycanda nə kimi təhlükə gözlənilir? - Bilirsiniz, onların elə məktəbləri var ki, qızları oğlanlardan ayıraraq təhsil keçirlər. Bir yığın oğlanın bir yerdə o formada təhsil almasının hansı travmalara səbəb olacağından danışmağa başlasaq, mövzumuz qalacaq qıraqda. Onlar video-görüntülərlə kimlərisə şantaj etmək məktəbi keçiblər. Məsələn, öz gördüklərimdən bəhs edə bilərəm. Kiyevdə oxuduğum zaman onların arasında olan yüksək səviyyəli bir məmurun oğlunun videosunu çəkmişdilər. Həmin insanın olduqca şəkilsiz bir videosunu əldə edib Yutuba yükləmişdilər. Bu insanlar az qala ciblərində kamera ilə dolaşırlar, biz Türkiyədəki olaylarda da bunun şahidi oluruq. Bu onların psixologiyasıdır. Azərbaycan müxalifətinin içərisində nurçu var, iqtidarın içərisində nurçu var, gənclər sektorunda nə qədər istəyirsiniz bu cərəyandan olan insanlar var. Dara düşmüsənsə, özünün kafir olduğunu deyə bilərsən - Konkret olaraq, Azərbaycanda nə kimi təhlükə gözlənilir? Bu dini cərəyan nə qədər nəzarətdən kənardadır? - Bu dini cərəyan heç bir halda nəzarətə götürülə bilməz. Çünki bunlar o fikri təbliğ edirlər ki, əgər sən dara düşmüsənsə, yalandan özünün kafir olduğunu da deyə bilərsən. Sən onu heç bir zaman nəzarətə götürə bilməzsən. Absurd məsələdir. Öz məqsədləri üçün Atatürkün də şəklini başlarının üstünə vuracaqlar, lazım olsa, dəccalın da. Təki onlar sağ qalsınlar və kök atsınlar. Bu adamların ən çox ixtisaslaşdığı sahə bank sektorudur. Bank sektorunda adamları var, iri biznes müəssisələri var. Öz şirkətlərinə banklardan pul ayrılmasına nail olurlar, həmin şirkətlərin reklamını öz media qurumlarında edirlər. Pul qırağa çıxmır. Xərclərini də öz gəlirlərinə çevirə bilirlər. Özləri satır, özləri alır. Mən inanıram ki, onlar Azərbaycan iqtisadiyyatında böhran yarada biləcək gücə sahib ola bilərlər. Bu, real təhlükədir. Nurçuluq Roma kilsəsinə xidmət edir - Siz yazırdınız ki, nurçuluq Roma kilsəsinə xidmət edir. Nəyə əsaslanaraq bunu deyirsiniz? - Nurçuluğu qəzetdən oxumaq olmur, bilmək olmur. Onu bilmək istəyənlər Roma kilsəsini oxuyacaqlar və onun idarəçiliyini biləcəklər. Bizim peyğəmbərimiz, Rəsulullah deyir ki, evlənin, soyunuzu artırın və Qiyamət günü mən sizin çoxluğunuzla öyünəcəyəm. Bəs Fətullah Gülən nəyə görə evlənməyib, ondan qabaqkı nurçu lider Səid Nursi nəyə görə evlənməyib? Bunların ən yaxın müridləri nəyə görə evlənmirlər? Mən bir də Roma papasının evlənmədiyini bilirəm. Yoxsa bunlar da ordandır? Sistemləri eynidir. Roma papasının kardinalları, bunun da müridləri var. Bu iyerarxiyanın içərisindədir. Yuxarıdan aşağıya qədər sistemin hər səviyyəsində bunlar müzakirələr aparırlar. Nurçular buna istişarə deyir. Ən xırda səviyyəli evlərdən ən yuxarıda dayanan Fətullah Gülənə qədər hamısı istişarə edir. Fətullah Gülən də oturub yaxın ətrafı ilə müzakirələr aparır. Xüsusi xidmət orqanlarımızın qərarı var... - Son olaraq, sizcə dövlətin hansı qurumlarında bu təhlükə var? - Əksərində. Ancaq elə yerlər var ki, girə bilmirlər, daxili qərar var ki, türk liseyləri məzunları olan adamlar işə götürülməsin. Vəziyyət çox gərgindir. Məsələn, hətta Ədliyyə Nazirliyində də adamları var, istədikləri təşkilatı və QHT-ni çox asanlıqla qeydiyyatdan keçirdirlər. Bunlar əvvəl bükülürdülər, indi artıq açılma mərhələsindədilər. Belə davam etsə, bizi Türkiyənin aqibəti gözləyir. |
2014-03-04 | 10,605 | Bu ölkədə futbolu azarkeşsiz oynayacaqlar | Misir Daxili İşlər Nazirliyi ölkədə bütün futbol oyunlarının mövsümün sonuna qədər azarkeşsiz keçiriləcəyi ilə bağlı qərar qəbul edib. "Axar.az"ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Daxili İşlər nazirinin müavini Əşrəf Abdullah verdiyi açıqlamasında Misir çempionatı, Afrika Çempionlar Liqası və Afrika Birliyi Kuboku da daxil olmaqla bütün yarışların azarkeşsiz keçiriləcəyini deyib. Abdullah bu qərarın stadionlarda təxribat törətmək istəyən qüvvələrin qarşısını almaq üçün verildiyini bildirib. Nazir müavini "Ağ Cəngavərlər" azarkeş qrupunun Anqolanın "Kabuskorp" klubu ilə oyundan əvvəl bir neçə nəfərin üzərindən molotof kokteyli tapdıqlarını söyləyib. |
2014-03-04 | 10,606 | Nəqliyyat Nazirliyindən marşrut sahiblərinə xəbərdarlıq | "Validatorlar ilk mərhələdə 2 marşrutda, 80-ə qədər avtobusda tətbiq olunub. Ümumiyyətlə, şəhərdə 2 500-ə qədər avtobus fəaliyyətdə olur. Artıq 1 000-ə qədər avtobusda validator quraşdırılıb. Əlavə 500 avtobusda da quraşdırılacaq. Bu ilin sonuna qədər bütün avtobuslarda validatorların quraşdırılması prosesinin başa çatdırılması nəzərdə tutulub". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov söyləyib. N.Həsənov deyib ki, avtobusların hamısında validatorlar quraşdırılana, ödəniş tam kart sisteminə keçənə qədər nağd ödəniş buna paralel aparılacaq. Onun sözlərinə görə, insanların bir hissəsinin kart sistemi barədə məlumatı yoxdur: "Ona görə də validatorların quraşdırılması prosesi tam başa çatana, bu ilin sonuna qədər nağd ödəniş sistemi də aradan qaldırılacaq. Maksimum halda bu proses 2015-ci ilin yayına, Avropa Olimpiya Oyunlarına qədər başa çatmalıdır. Buna qədər proses tam başa çatdırılmalıdır ki, xaricdən gələn turistlər də kartla ödəniş sistemindən istifadə edə bilsinlər". N.Həsənov bildirib ki, bu sahədə ciddi bir problem müşahidə olunur: "Validator quraşdırılan avtobuslarda sürücülərin kartlara qarşı münasibəti bizi ağrıdır. Validatora yaxınlaşan sərnişinə sürücü deyir ki, sənin kartın mənim nəyimə lazımdır, nağd pul ver. Kimdəsə kart varsa, sürücünün ixtiyarı yoxdur ki, sərnişinə irad tutsun. Kart onun üçündür ki, sərnişin kartı validatora yaxınlaşdırıb rahat yoluna davam etsin. Bəzi gözünü pul örtmüş sürücülərlə bağlı Nəqliyyat Nazirliyinin qaynar xəttinə məlumatlar daxil olur. Bu, yolverilməz haldır. Biz sahibkarlara müraciət edirik ki, kimin marşrutunda belə bir hal baş versə, o marşrut alınaraq başqa sahibkara veriləcək. Çünki sürücünü işə sahibkar götürür, nazirlik sürücünü işə götürmür. Sahibkarlar bilməlidirlər ki, kart sisteminə keçid dönməz prosesdir". N.Həsənov qeyd edib ki, əmək haqqı məsələsi sahibkarla sürücü arasında tənzimlənir: "Kart sisteminə keçəndən sonra sahibkar sürücünü havayı işlədərsə də, özləri bilər. 72 marşrutu 32 sahibkar idarə edir. Bunların 19-u hüquqi, 13-ü fiziki şəxsdir. Fiziki və hüquqi şəxslər sürücü ilə müqavilə bağlayarkən əmək haqqını orada göstərir. Sürücünü həmin maaş qane edirsə, işləyir. Nəqliyyat Nazirliyi peşəkar sürücü bazasının yaradılması ilə bağlı tədbirlər görür, ehtiyat sürücülər olmalıdır. Xüsusən, 21-dən aşağı yaşı olmayan, 3 ildən aşağı təcrübəsi olmayan və D kateqoriyası olan sürücülər olmalıdır. Sürücülərə alternativ, rəqabət olanda avtobus sürücüləri daha məsuliyyətli olacaqlar". |
2014-03-04 | 10,607 | Ardanın keçmiş nişanlısı özünə yeni sevgili tapdı | Bir müddət əvvəl nişanlısı, futbolçu Arda Turandan ayrılan model-aktrisa Sinem Kobalın qəlbi artıq boş deyil. Sinəm on gündür, iş adamı Murad Akdoğanla münasibətdədir. Aktrisa Muradla yaxın dostunun ad günü mərasimində tanış olub və görüşməyə başlayıb. Kobal rəfiqələrinə onunla çox xoşbəxt olduğunu bildirib. Qeyd edək ki, Arda və Sinəm uzun illər birlikdə olub. Cütlük bu yay evlənməyi planlaşdırsa da, gözlənilmədən ayrılıb. Arda Sinəmlə dəfələrlə barışmaq istədiyini deyib, aktrisa isə buna razılıq verməyib(axsam.az). |
2014-03-04 | 10,608 | Cəbrayılı dəstəkləməyən Gülən niyə CHP-li oldu? - Video | Fətullah Gülən bu dəfə 1995-ci ildəki müsahibəsi ilə gündəmdədir. "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan Qırxlareli və İsparta mitinqlərində Gülənin "Cəbrayıl mələk söhbəti"ni xatırladaraq niyə CHP-ni dəstəklədiyini soruşub. Gülən o müsahibədə nələr deyib "Cəbrayılı heç vaxt görmədiyim, tanımadığım bir mələkdir. O bir partiya yaratsa, mən ona deyəcəm ki, sən bir partiya qurdun, ancaq icazənlə mən səni dəstəkləməyəcəm". |
2014-03-04 | 10,609 | AXCP-nin qərargahı söküləcək | Bu gün səhər saat 9.00-da Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov AXCP-nin qərargahına gələrək binanı boşaltmağı tələb edib. AXCP Ali Məclisinin sədri Həsən Kərimovla görüşən Ş.İbadov binanın qəza vəziyyətində olduğunu söyləyib. H.Kərimov isə binanın sahibi olduğunu söyləyərək onunla təhvil-təslim həyata keçirilməli olduğunu söyləyib. Əvvəlcə AXCP-yə binanı bu gün saat 4-ə qədər boşaltmağa icazə verilsə də, sonradan bu qərar dəyişdirilib. Daha sonra əraziyə gələn Nərimanov rayon polis idarəsinin əməkdaşları qərargahı dərhal boşaldıllmasın istəyib. Hazırda qərargah FHN-nin əməkdaşları tərəfindən möhürlənərək ətrafı lentə alınıb. FHN-in əməkdaşları binanın söküləcəyini deyib(azadliq.info) |
2014-03-04 | 10,610 | Gülən hərəkatı ilə nurçuluğun fərqi - Araşdırma | Son zamanlar Azərbaycan mediasında aparıcı mövzulardan birinə çevriliən nurçuluq və Gülən hərəkatı ilə bağlı bir sıra məsələləri aydınlaşdırmağa və dolğun məlumat verməyə ehtiyac yaranıb. Çoxları Fətullah Gülənin xidmət hərəkatı ilə nurçuluğun eyni olduğunu düşünür. Amma bunların arasında fərqlər var və təsadüfü deyil ki, "Gülən camaatı" onları nurçu sayanları həm də savadsızlıqda ittiham edirlər. Gülənin özü də nurçu olub Fəthullah Gülənin özü Nursinin yolu ilə gedən tələbələrdən olub. Ancaq o, heç bir zaman klassik nurçu olmayıb. Elə buna görə də Nursinin ölümündən sonra onun yolundan ayrılaraq öz liderliyi ilə hərəkat qurmaq fikrinə düşüb. 1970-ci illərin əvvəlində təməllərinin atıldığı Gülən Hərəkatı özünə yeni bir yol, üslub və strategiya seçib. Bu yeni hərəkatın başlanğıcı eyni olsa da, ana xətti nurçulardan fərqlidir. Müqəddəsləşdirmək fərqi Nurçuluq - Səid Nursinin adı ilə bağlıdır və bu hərəkatın içərisində olanlar Nursidən bəhs edərkən onu "Bədi üz zaman" adı ilə anır. Ümumiyyətlə, bütün dini söhbətlərdə davamlı olaraq Səid Nursiyə istinad edirlər. Fəthullah Gülən isə söhbətlərində Səid Nursidən bəhs etməkdən qaçır. Söhbətin mövzusu qaçılmaz olaraq Nursiyə gələndə isə nurçuların "Bədi üz zaman" dedikləri şəxsə "Həzrəti pir" deyə xitab edir. Səid Nursinin yazdığı "Risaleyi –Nur" əsərinin Allah tərəfindən ona ilham edildiyini, hətta bəzilərinin ərəbcə və bəzilərinin farsca gəldiyini iddia edir. Səid Nursi "Şüalar" əsərində yazır: "Sizi həm dünya əzabından, həm də axirət əzabından xilas edəcək həqiqəti bəyan etmək qəlbimə endirildi". "Risaleyi-Nur" külliyyatının "Sönməz" adlı risaləsində Nursi yazır: "Risaleyi-Nur" Quranın aynasıdır, bir möcüzə xüsusiyyətindədir… "Risaləyi Nur"a kimsə etiraz edə bilməz; onunla heç nə ölçülə bilməz, heç bir kitab ona bərabər tutula bilməz". Bu müqəddəslik iddiasına görə Nursiyə inanan bütün insanlar ondan bəhs edərkən "zaman sonrası" mənasını verən "Bədi-üz-zaman" sözünü işlədir və ona bu cür xitab edirlər . "Zaman sonrası" sözü Nursinin ideyalarının və ruhunun ölümündən sonra da yaşayacağına işarədir. Fətullah Gülən isə Nursinin bu müqəddəsliyini qəbul etmədiyi üçün ona "Bədi-üz-zaman" adı ilə xitab etmir. Mütaliə fərqi Nurçu qrupların hamısında "Risaleyi-Nur" külliyyatı Quran və sünnədən sonra dinin üçüncü müraciət qaynağıdır. Hətta Quranı və Hz.Peyğəmbəri anlamaq üçün əvvəlcə Nursinin əsərlərinə müraciət edirlər. "Gülən camaatı"nın isə təməl bilgi qaynağı Fəthullah Gülənin kitabları və moizə CD-ləridir . "Camaat"ın üzvləri arasında yaşlı nəslin nümayəndələri istisna olmaqla, "Risaleyi-Nur" külliyyatını yaxşı bilən və mütaliə edənlər çox azdır. Nurçu qruplar və Nursinin son tələbələri , "Risaleyi- Nur"un dilinin sadələşdirilməsinə və türkcəyə uyğunlaşdırılmasına qarşıdır. "Gülən camaatı" isə "Risaleyi- nur"u sadələşdirdi və bu əsərlər "camaat"ın özünün nəşrlər evi tərəfindən yayımlandı. Başqa ölkədə yaşamaq fərqi Səid Nursi 73 illik ömrünün 33 ilini həbs və sürgünlərdə keçirib , amma heç bir zaman başqa ölkədə yaşamağı düşünməyib. Birinci Dünya müharibəsində Qafqaz cəbhəsində ruslara əsir düşüb , 2 il yarım əsir qaldıqdan sonra qaçaraq böyük çətinliklərlə yenə İstanbula gəlib. Nursidən sonra gələn Nurçu qruplar da "Bədi-üz-zaman" kimi çətinliklər yaşayıblar və Türkiyə sərhədindən kənara çıxmayıblar. Fəthullah Gülən isə Türkiyə tarixinə "postmodern hərbi çevriliş" kimi düşən 1997-ci il 28 fevral hadisələrindən sonra Türkiyədən birdəfəlik gedib (Camaat çevrələrində bunu Peyğəmbərin hicrəti ilə müqayisə edir və "hicrət" də deyirlər). Siyasətə qarışmaqdakı fərq Səid Nursi öz əsərində "əuzu billahi mine'ş- şeytani vəs-siyasi" deyərək və "şeytan və siyasətdən Allaha sığınıram" sözləri ilə başlatdığı hərəkatın heç bir zaman siyasi olaylara qarışmayacağını bildirib və nurçuluq hərəkatı ilə siyasət arasında böyük bir sərhəd çəkib. Səid Nursi və nurçular heç bir dövrdə siyasi partiya yaratmayıb. Amma siyasəti dinə xidmət etdirmək üçün Demokrat Partiya və bu ənənəni davam etdirən partiyaları dəstəkləmək yolunu seçiblər. "Gülən camaatı" isə bu sərhədi keçərək siyasətin içinə girib və dövləti içəridən işğal etmək üçün öz adamlarını siyasi alətə çeviriblər. |
2014-03-04 | 10,611 | 2014-ün ən güclü 10 ordusunun adı açıqlandı | "Globalfirepower" saytı 2014-cü ilin ən güclü ordularını sıralayıb. 2013-cü ildə 11-ci sırada olan Türkiyə 2014-cü ildə ilk 10-luğa daxil olub. İlk onluqdakı sıralamanı "Axar.az" oxucularına təqdim edirik. 10. Yaponiya - Müdafiə büdcəsi: 49,1 milyard dollar. Əsgər heyəti: 247 min 746 nəfər. Tank sayı: 767 ədəd. Hava döyüş texnikası: 1595 ədəd. Dəniz qüvvələrindəki texnikanın sayı: 131 ədəd 9. Cənubi Koreya - Müdafiə büdcəsi: 33,7 milyard dollar. Əsgər heyəti: 640 min nəfər. Tank sayı: 2346 ədəd. Hava döyüş texnikası: 1399 ədəd. Dəniz qüvvələrindəki texnikanın sayı: 166 ədəd. 8. Türkiyə - Müdafiə büdcəsi: 18,118 milyard dollar. Əsgər heyəti: 410 min 500 nəfər. Tank sayı: 3657 ədəd. Hava döyüş texnikası: 989 ədəd. Dəniz qüvvələrindəki texnikanın sayı: 115 ədəd. 7. Almaniya - Müdafiə büdcəsi: 45 milyard dollar. Əsgər heyəti: 183 min nəfər. Tank sayı: 408 ədəd. Hava döyüş texnikası: 710 ədəd. Dəniz qüvvələrindəki texnikanın sayı: 82 ədəd. 6. Fransa - Əsgər heyəti: 228 min 686 nəfər. Tank sayı: 423 ədəd. Hava döyüş texnikası: 1203 ədəd. Dəniz qüvvələrindəki texnikanın sayı: 120 ədəd. 5. Birləşmiş Krallıq - Müdafiə büdcəsi: 53,6 milyard dollar. Əsgər heyəti: 205 min 330 nəfər. Tank sayı: 407 ədəd. Hava döyüş texnikası: 908 ədəd. Dəniz qüvvələrindəki texnikanın sayı: 66 ədəd. 4. Hindistan - Müdafiə büdcəsi: 46 milyard dollar. Əsgər heyəti: 1 milyon 325 min nəfər. Tank sayı: 3569 ədəd. Hava döyüş texnikası: 1785 ədəd Dəniz qüvvələrindəki texnikanın sayı: 184 ədəd. 3. Çin - Müdafiə etmə büdcəsi: 126 milyard dollar. Əsgər heyəti: 2 milyon 285 min nəfər. Tank sayı: 9150 ədəd. Hava döyüş texnikası: 2788 ədəd. Dəniz qüvvələrindəki texnikanın sayı: 520 ədəd. 2. Rusiya - Müdafiə büdcəsi: 76,6 milyard dollar. Əsgər heyəti: 766 min adam nəfər. Tank sayı: 15500 ədəd. Hava döyüş texnikası: 3082 ədəd Dəniz qüvvələrindəki texnikanın sayı: 352 ədəd. 1. ABŞ - Müdafiə büdcəsi: 612 milyard dollar. Əsgər heyəti: 1 milyon 430 min nəfər. Tank sayı: 8325 ədəd. Hava döyüş texnikası: 13685 ədəd. Dəniz qüvvələrindəki texnikanın sayı: 585 ədəd |
2014-03-04 | 10,612 | Nazirlər Kabineti “Sovetski”yə görə toplanır | Bakının "Sovetski" məhəlləsindəki söküntü ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında qaldırılıb. "Axar.az"-ın APA-ya istinadən verdiyi məlumata görə, iclasda çıxış edən deputat İqbal Ağazadə bildirib ki, sakinlərə verilən kompensasiya onların yeni mənzillə təmin olunmalarına imkan vermir. Deputat qeyd edib ki, kompensasiyaların miqdarına yenidən baxılmalıdır: "Heç olmasa evlərinin kvadratmetri az olanlara ev verilsin. Bu insanları dədə-baba evlərindən çıxararaq az miqdarda pul verməklə narazı kütlə yaratmağın nə anlamı var? Mən təklif edirəm ki, bu məsələ ilə bağlı parlament olaraq Nazirlər Kabinetinə müraciət edək, buna yenidən baxılsın". Deputata cavab verən spiker Oqtay Əsədov bildirib ki, bir-iki günə Nazirlər Kabinetinin bununla bağlı xüsusi iclası olacaq və parlamentə nəticəsi bildiriləcək: "Heç kim oradan məcburi köçürülməyəcək. Biz Nazirlər Kabinetinin həmən iclasının nəticəsini gözləyirik. Lazım gələrsə, əlbəttə ki, parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik". |
2014-03-04 | 10,613 | Danlanan redaktor, işçini oxudan müdir və evləndirmək aksiyası - Reportaj | 2 il ərzində ölkə mediasında brend kimi foprmalaşmağı bacaran "Gündəlik Teleqraf" və "Publika.az" bu günlərdə ad günü əhval-ruhiyyəsindədir. "Axar.az" adından onların doğum gününə əliboş getsək də, diktofonu dolu qayıtdıq. Maraqlı söhbətlər, məzəli mübahisələr və bolluca deyib-gülmək. "Gündəlik Teleqraf" və "Publika.az" heç kimin təkrarı deyil Redaksiya ilə tanış olmazdan əvvəl Teleqraf MMC-nin rəhbəri Aynur Camalqızı ilə 2 yaşlı balacanın uğur və şıltaqlıqlarından danışmaq istədik. Öz işlərini yarım saatlığa kənara qoyub bizə vaxt ayıran Aynur xanım 2 yaşlı sayt və qəzetin özünü yaşına uyğun aparmadığını deyir: "2 ildir fəaliyyət göstərməyimizə baxmayaraq, mənə elə gəlir ki, 20 ildir işləyirik. Bu 2 il ərzində 20 il yol keçmiş qəzetlərlə eyni sırada dayanmağa iddia etməyə haqqımız var. Sevinirəm ki, "Gündəlik Teleqraf" və "Publika.az" heç bir saytın və ya qəzetin təkrarı deyil. Bizim öz dəst-xəttimiz, öz oxucu auditoriyamız var. Bu gün bizim yazdıqlarımızla hesablaşırlar. Keçən illə müqayisədə qəzetimizin abunəçilərinin sayı artıbsa, bu bizə olan maraqdan irəli gəlir. "Publika.az"ın fəaliyyətini isə xüsusilə vurğulamalıyam. Saytımız mediamızda birinciliyə iddialılar arasındadır. Sevinirəm ki, bütün media orqanları bu gün "Publika.az"ın özəl xəbərlərinin arxasınca gedir. Kifayət qədər uğurlarımız var və bu məni çox sevindirir. Kollektivimizin getdikcə genişlənməsi də mənim üçün çox əhəmiyyətlidir. Bu qədər istedadlı gəncin bir yerdə, bizimlə çalışması məni qürurlandırır. Burada işləyən hər kəs yüksək məvacib ala bilir". Aynur xanım əlavə edir ki, "Gündəlik Teleqraf" və "Publika.az" Azərbaycan mediasına rəqabət mühiti gətirib: "Media kapitanlarına elə gəlirdi ki, artıq Azərbaycan mediasında bütün yerlər tutulub. Biz bu stereotipləri qıra bildik. Sübut etdik ki, istənilən vaxt mediaya gəlmək olar. Bizim sıralarımıza yeni qoşulan "Axar.az" isə qısa zaman ərzində çoxlarının inanmayacağı bir uğura imza atdı. "Axar.az" bu gün bütün uğurlarını redaksiya rəhbərliyinə borcludur". Ciddi yazı axtaranların qəzeti "Gündəlik Teleqraf" Aynur Camalqızı sayt və qəzetin oxucu təbəqəsindən də danışır. Deyir ki, "Gündəlik Teleqraf"ı daha çox ciddi yazı oxumaq istəyənlər alır: "Qəzetin oxucuları arasında dövlət qulluqçuları, məmurlar daha çoxdur. "Publika.az"ın auditoriyası isə özü kimi geniş və rəngarəngdir. Orada ciddi yazılarla yanaşı şou xəbərlərinə, kriminal, siyasi yazılara da rast gələ bilərsiniz. "Publika.az"ın həyata keçirdiyi layihələr onun uğurunun səbəbkarıdır". MMC rəhbəri işçiləri ilə dost münasibətində olduğunu deyir. Aynur Camalqızının şəxsi otağının qapısı redaksiyada işləyən hər kəsin üzünə açıqdır: "Redaktorlardan tutmuş ən yeni gəlmiş yazarlar və redaksiyamızın ən siravi əməkdaşı, texniki işçilər belə, istədikləri vaxt qapımı döymədən içəri girə bilir. İşçilərimizlə məsafə saxlamıram. Ancaq bir səhv olduğunda da bunun hesabı mütləq sorulur"(gülür). Otağa ən çox zəng edən Naibə xanımın qayınanasıdı Vaxt çox itirmədən birbaş yollanırıq səs gələn tərəfə. Əslində, Aynur xanım bizimlə danışanda "Gündəlik Teleqraf"ın sakit olduğunu desə də, deyəsən, bizim gəlişimiz çal-çağır vaxtına təsadüf etmişdi. Ev yiyələri bizi gülər üzlə qarşıladı. Söhbətə redaksiya telefonu ilə açıqlama alacaq şəxslərdən çox qayınanası ilə danışan Naibə Qurbanova ilə başladıq. Redaksiyadakılar deyir ki, otağa ən çox zəng edən Naibə xanımın qayınanasıdı. N.Qurbanova bizimlə söhbətə dadlı konfetlə başladı. Hərçənd bizə təklif etməsə də, konfet sayəsində şirin söhbətlər etdik: "Ad günümüzü yenicə qeyd etməyimizə baxmayın, hələ ki, tort yeməmişik. Amma söz veriblər, alacaqlar". Tortun olmamasından danışmağa yeni başlamışdıq ki, bayaqdan sakit-sakit bizi süzən Sevinc Fədai dilə gəlir: "Siz deyəsən ara qarışdırmağa gəlmisiz". Söhbətin qızğın yerində Bəxtiyar Məmmədli və Elmin Bədəlov içəri girir. Yarızarafat bir söz atıram onlara: "İş vaxtı bu iki jurnalistin bayırda nə işi var?" B.Məmmədlinin özünəməxsus cavabı özünü çox gözlətmir: "Mən açıqlama almağa getmişdim. Ona görə gec gəldim". Son günlərin ən populyar aktyoru E.Bədəlov isə otaqları səhv salıbmış: "Əvvəl burda otururdum. Uşaqlar mənimçün çox darıxır deyə, tez-tez gəlib baş çəkirəm onlara". "Yazım zəncirvaridir. Toxunmayın!" Redaksiyadakı maraqlı hadisələrdən danışanda isə hamının dərdi təzələnir. Bir ağızdan deyirlər ki, redaksiyada maraqlı hadisələr "Elminin vaxtında" olurdu. Çox vaxt səhnə ilə redaksiyanı səhv salan Bədəlov hərtərəfli qabiliyyətini imkan düşdükcə hər yerdə nümayiş etdirir. S.Fədai deyir, Elmin bizim otağın dadı–duzu idi. N.Qurbanova da saytdan gileyləndi: "Publika.az" oğurlayıb apardı bizdən onu. Elminin sayəsində bütün gün "bozbaş" mahnılara, "Can-cana"ya qulaq asırdıq. Hərdən lap mərsiyə də deyirdi bizimçün. Bir dəfə o qədər ağlaşma qurdu ki, o biri otaqlardan səsə gəldilər ki, nə baş verib burda?" Bayaqdan sakit oturub çay içə-içə yazı yazan Leyla Əliyeva da deyir ki, Elmini bu otağa qaytarmaq üçün yeni aksiyaya başlayıblar. Otaqda yaddaqalan hadisələrin səbəbkarı Elmin haqqında növbəti hadisəni Sevinc danışır: "Yazısını yazıb gedəndə bir qeyd yazıb vururdu redaktorun kompüterinin ekranına ki: "Yazım zəncirvaridir. Toxunmayın". Səhər işə gəlib görürdü ki, 6 minlik yazıdan redaktor ancaq min işarə saxlayıb. Vaxtında gəlir, iş qurtaranda da evə göndərə bilmirik Redaktorlarla eyni otaqda oturan jurnalistlər məlum səbəblərdən şikayət edə bilmirdilər. Sevinc deyir, bizim redaktorumuz bizə hətta mahnı da göndərir ki, qulaq asaq. Sosial şöbənin redaktoru Qurban Yaqublu isə müxbirlərini yerə-göyə sığdıra bilmədi. Tərif tərif dalınca: "Maşallah, çox nizam-intizamlı uşaqlardılar. Həddindən artıq. Vaxtında gəlirlər, iş qurtaranda da evə göndərə bilmirik bunları". Yazarları tərifə çox öyrəşdirməyən redaktor zarafatı bir yana qoyub, az da olsa müxbirləri təriflədi: "Qəzetin bütün şöbələri yaxşı işləyir. Ancaq sosial şöbədən hələ ki, ciddi narazılığımız yoxdur". Redaktorlarından bir cümləlik tərif eşidən kollektivin üzündəki sevinci görməliydiniz… Qurban onlara mahnı göndərməz e, onların özünü oxutdurar İstəməsək də, bu otaqla vidalaşıb üz tutduq işıq gələn tərəfə. "Publika.az"ın qələm əhlinin bir hissəsi burda yerləşib. Subay qızları bol olan otaqda adamın ürəyi açılır. Bizi elə qapıda qarşılayan otağın qlamur qızı Aytən Əliməmmədova yenə öz ampluasında idi. Podium gözəllərindən heç nəyi ilə geri qalmayan qızımız otağın yeni sakinləri ilə bizi tanış edir. Deyəsən bu otaqdakıların danışmaqla heç arası yoxdu. Hamı yazır. Sakitçiliyi enerjili və gözəl xanım Cəvahir Səlimqızı pozur. Mətbəxdən əlində bir fincan çayla qayıdan Cəvahir xanımın elə gülüşü nəyə desəniz dəyər. Redaktorlardan söz düşmüşkən, araya şuluq qatmaq üçün dedim ki, bilirsiz, o biri otaqda redaktor Q.Yaqublu öz müxbirərinə mahnı da göndərir ki, yaxşı işləsinlər. Cəvahir xanım dözməyib dillənir: "Ay yalansa elə... Qurban onlara mahnı göndərməz e, onların özünü oxutdurar". Nolar çəkmə, üz-gözüm yaxşı deyil Yenicə doğum gününü qeyd edən redaktor Kənan Hacı isə hələ ad günü əhval ruhiyyəsindədir. Deyir, mən müxbirlərimə ancaq mövzu göndərirəm. Kənarda əyləşib gah saçlarını yığan, gah çay içən, gah yazı yazan Leyla Əliyeva isə dildən iti olsa da, tərsliyindən bizlə şəkil çəkdirmədi: "Çəkmə də, nolar. Üz-gözüm yaxşı deyil indi. Gözlərimin altı elə bil şişib. Sən Allah, çəkmə". Otaqdakı sakitçilik qulaq batırır. Leyla deyir, belə görünməyimizə baxmayın: "Qaxsımış vaxtımıza gəlmisiz. Yazılarımız çoxdu". Leyla ilə Cəvahirə görə adam nə qədər danlanar Bayaqdan başı yazıya qarışan redaktor Əziz Əlibəyli şikayətdən söz düşmüşkən dözməyib, dilə gəlir. Dad-aman edir bu qızların əlindən: "Leyla xanımla Cəvahir xanıma görə adam nə qədər danlanar?! Onlara görə dəfələrlə zəng gəlir mənə. Zəng edənlər də adama elə abır verirlər ki, məcburiyyətdən bu iki xanıma gələn sözləri götürməli oluram. Neyləyim, işim budur". Sən demə, redaksiyanın ən ərköyün qızı bayaqdan səsi çıxmayan redaktor İlknur Salamovadır: "Heç nəyi bəyənmir, hər şeyə mız qoyur. Hətta siz gedəndən sonra da sizin haqınızda nəsə deyə bilər. O gedəndən sonra mənə yaxınlaşın, sizin haqqınızda dediklərini deyərəm özünüzə". Cəvahir xanım deyir ki, bütün günü ətimizi yesək də, sümüyümüzü otaqdan qırağa atmarıq: "Çünki o biri otaqda "Gündəlik Teleqraf"ın uşaqları oturur". Vasifi Həsənlini evləndirmək üçün səfərbərlik Qonağı olduğumuz "Publika.az"ın digər otağı isə futbol fanatlarının səs-küylə müzakirə edildiyi otaqdı. Hələlik gözümüzə sakit görünən otaqda hamı iş başında idi. Yuxarıdan gəldiyimizi (başqa şey başa düşməyin, 2-ci mərtəbədən) bilən kimi başladılar bir-birlərini tərifləməyə. Bircə Ağasifi çatmayan otağın Asif və Vasifi bir-birini tərifdən yerə-göyə sığdıra bilmirdi. Hətta anadan olmasından tutmuş, adının tarixçəsinə qədər danışıb dil boğaza qoymayan Vasif Həsənli başlayır "Qurdlar vadisi"ndən danışmağa. Bizim redaksiyanın fotoqrafı İsmi Şahzadə də ona qoşulur. Özündən danışmağı heç sevməyən "təvazökar" Vasif kompüterində xəzinə saxlayırmış. Ölkədəki bütün məmurların mobil telefonları olan nömrə qeydlərini isə öz otaqlarından kənarda heç kəsə vermir.Tez-tez evlənmək, nişanlanmaq mövzuları ilə gündəmə gələn Vasif üçün bütün redaksiya qız axtarışındadır. Hamı onun evlənməsi üçün rəsmən səfərbər olub. Ağasifsiz Asiflə Vasif Asif ilə Vasif isə redaksiyada adlarına görə problem yaşayanlardandılar. Asif Nərimanlı deyir: "Adımızı qarışdırır hamı. Zəng edib Asifi istəyirlər Vasif gedir, Vasifi istəyirlər, Asif. Görün indi Ağasif olsa, nə baş verər". Bu otağın da sakinləri arasında səsi çıxmayan bir nəfər əyləşib. Güclə iki-üç kəlmə ala bildiyimiz Ömər Dağlının üç sözündən ikisi "Qalatasaray" haqqında oldu. Futbol söhbətlərinə görə tez-tez uşaqlarla "spor" edir. Danışmaqla arası olmayan çim-bomlu ancaq futbol müzakirələrinə qoşulur. Deyir "Qalatasaray" "Rizəspor"a məğlub olduğu üçün gecə yata bilməyib: "Heç işə gəlmək istəmirdim səhər. Bilirdim Aygün sataşacaq mənə. Çünki keçən dəfə "Beşiktaş" uduzanda mən onu lağa qoymuşdum". Aygün İlqarqızı isə deyir, Ömər və Natiq bəylə tez-tez mübahisə edən elə onun özüdü: "Ən çox davamız futbol üstündə olur. Mən Beşiktaşlıyam, o isə Qalatasaraylı. Qartalla Aslanın yola getdiyini harda görmüsüz?!" Otağın ən işgüzar qızı, redaktorların təbirincə desək, "Publika.az"ın döyünən ürəyi, əsas sütunu Gülxar Şərifdi. Başı yazıya yaman qarışan Gülxar hərdənbir başını qaldırıb araya söz atsa da, yazıdan ayrılmadı ki, ayrılmadı. Ayaqqabılarımı çıxarmışam Yaxınlaşırıq Cəmaləddin Həsənoğluna. Olduqca mehriban və səmimi biri olan Cəmaləddin bəyin könlü razı olmur kimdənsə şikayət etməyə: "Uşaqlarımızın hamısı işləyəndi. Ərköyünlük edənimiz yoxdu". O biri otaqda şikayətlə yola salınan Elmini Cəmaləddin müəllim tərifləməkdən doymur. Deyir o artıq məktəb keçmiş jurnalistdi: "Gözəl qələmi var. Bir az ərköyün olsa da, istedadına görə keçirik üstündən. Saytın əsas sütunu isə Gülxardı. Onsuz bir günümüz olmasın. Asifi də, Vasifi də, Aygünü də, Öməri də, Natiqi də bir dənədi. Hamısı bir-birindən istedadlı insanlardı". Tərifdən sonra Cəmaləddin müəllim elçiliyə keçir. Bayaqdan dil boğaza qoymayan Vasif siz demə, subay imiş. Redaktor deyir ki, xahiş edirik oxucuları bunu nəzərə alsın. Elə Vasiflə yenicə söhbətə başlamışdıq ki, Cəmaləddin müəllim fotoqrafımıza işarə elədi ki, ayaqarını çəkməsin: "Elə et, şəkildə ayaqlarım düşməsin. Ayaqqabılarımı çıxarmışam. Şəpiklər pis görünər ayağımda. Aşağını çəkmə". Redaksiyadakı uşaqlarla hər gün yol-yoldaşı olmaq alnına yazılan isə Natiq Muxtarlıdır. Deyir Gülxarla gəlib, Əzizlə qayıdıram: "Bir iki dəfə bu dilli-dilavər qızımız Aygünlə də getmişəm. Sora gördüm çox danışır, day getmədim (gülür). Sizin redaksiyadan isə Pərviz və Faiq daimi yol yoldaşlarımdı. Pərvizlə əsas işimiz birləşib Faiqi danlamaq olur". Yazarsız ki, Şahsuvarlı otaqda yox idi… Digər otaqda səbirsizliklə yolumuzu gözləyənləri də darıxdırmadan onlara da baş çəkirik. Redaksiyanın ən sakit və ən sərin otağının cəmi üç sakini var. Siyasət redaktoru Dilqəm Əhməd, humanitar şöbənin redaktoru Mövlud Mövlud və şef redaktor Taleh Şahsuvarlı. Danışmaqla heç arası olmayan bu "üç müşketyor" diktafonumuzu görüb kənara çəkildilər. Elə yenicə otağa girən T. Şahsuvarlı: "Məndən açıqlama almayın. Yazarsız ki, T. Şahsuvarlı otaqda yox idi. Həyətə siqaret çəkməyə çıxmışdı". Dilqəm deyir bu otaqda hərə özünün şefidir: "Çayımızı da özümüz gətiririk. Bizim taleyimizə yazılmayıb ki, hansısa xanım bizə çay gətirsin. Bu sarıdan bəxtimiz gətirməyib". Mövludun cavabı isə özünü çox gözlətmədi: "Mən qorxdum, Dilqəm məni çay məsələsində ifşa edəcək. Ancaq o deməmiş qabaqlayım onu ki, mən feysbuk hesabımı bağlamışam. Ancaq bir işim düşəndə Dilqəmin profilindən istifadə edib hansısa məlumatla tanış oluram. Bu məsələdə Dilqəmi bezdirirəm. Daha o da dözməyib qabağıma bir şərt qoyub ki, mənim feysbuk hesabımdan baxmaq qarşılığında ona çay gətirəcəm. Əvvəl mətbəxə iki fincanla gedəndə çox təəccüblə baxırdılar. Artıq öyrəşiblər". Və nəhayət … Danışdıra bildiyimizi danışdırdıq, danışmaq istəməyənin şəklini çəkdik, çəkə bilmədiyimizin xətrinə dəyməyib yola düşdük. Qonağı gülər üzlə qarşılayıb, yola salmaq istəməyən bu gözəl köllektivlə bir fincan çay içə bilmədik. Amma əvəzində maraqlı söhbətlər dinləmiş olduq. Doğum gününüz mübarək, dostlar! |
2014-03-04 | 10,614 | Etibar Hüseynovun bayraq söhbəti spikeri özündən çıxardı | Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilir. Deputat Qüdrət Həsənquliyev 17 yaşlı gənc Nərmin Hüseynlinin ağır durumundan danışdı və vətəndaşların tibbi sığrtası haqqında işləri sürətləndirməyə çağırdı. Musa Quliyev Xocalı soyqırımı ilə bağlı görülən işlərin nəticəsində dünyanın 10-a yaxın ölkəsinin parlamenti və ABŞ-ın 15 ştatının Xocalı soyqırmını tanıdığını dedi. Deputat Xocalı soyqırımı zamanı yaralananların statusu haqqında təklif verdi. Dedi ki, Xocalıda yaralananlar milli münaqişə zəminində yaralanan şəxslər kimi göstərilir: "Bu da faciənin miqyasını kiçiltmək anlamına gəlib çıxır. Onlar erməni ordusu, o cümlədən sovet ordusunun 366-cı alayı tərəfindən güllələnib. Xocalı soyqırımı zamanı əlil olmuş şəxslərin milli münaqişə zamanı deyil, Xocalı soyqırımı zamanı bu duruma düşdüyü göstərilməlidir. Mən bununla bağlı Baş nazirə müraciət etmişəm və xahiş edirəm, millət vəkilləri buna dəstək versin". Fərəc Quliyev Ukraynada baş verən hadisələrdən danışdı: "Bu gün Ukraynada baş verən hadisələrin bizə aidiyatı yoxdur desək, düzgün çıxmaz. Biz barışdıcı missiya ilə çıxış etməliyik. Krımda baş verənlər işğaldır və bütün dünya bunu belə qəbul edib. Ukrayna və Rusiya parlamentarası dostluq qrupunun üzvləri birgə iclas keçirə, Rusiya və Ukraynaya səfər edə bilər. Biz seyrçi qalsaq, gələcəkdə Ukrayna da Qarabağ məsəəsində seyrçi qala bilər. Artıq Türkiyə də müəyyən addmlar atmağa başlayıb". O.Əəsdov isə buna ehtiyac olmadığını bildirdi: "Ukrayan Rusiya dost-qardaş ölkələrdir, onlar hər hansı problemi həll edə bilər. 300 mindən çox azərbaycanlı Ukraynada, 2 milyondan çox azərbaycanlı Rusiyada yaşayır. Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Onlar böyük, qohum dövlətlərdir, bu məsələləri özləri həll edəcək. Bir az hövsələniz olsuin". Etibar Hüseynov Maydanda Azərbaycan bayrağının qaldırılmasına qarşı çıxdı. Deputat dedi ki, bayraq Azərbaycanın dövlət atributudur, onu hər yerdə ucaltmaq olmaz. Bəlkə də qanuna dəyişiklik etmək lazımdır ki, Azərbyacan bayrağını hər kəs istədiyi yerdə ucaqlda bilməz. Heç olmasa səfirlik belə məsələlərdə diqqətli olmalıdır". O.Əsədov onun bu sözlərindən əsəbiləşdi: "Ay Etibar müəllim, elə bayaq mən bu məsələlərdən danışdım. Elə bil tormozunuz yoxdur e. Qardaş, sən bayrağı necə ləğv edəcəksən? Səfirlik adam tutandır? Deyəndə bir səviyyəli söz deyin də". İqbal Ağazadə "Sovetski"dən danışdı: "1500 manat ciddi məbləğdir. Asmma burada 15-20 kv.m mənzildə bir neçə ailə yaşayırdı. 35 min manata Bakıda bir otqalı mənzil almaq mümkün deyil. Ona görə hökumət elə siyasət yürütməlidir ki, vətəndaşlar yaşamaq hüququ ilə təmin olunsun. Dövlət onların 2-3 otaqlı mənzillə təmin olunması haqda düşünməldir". O.Əsədov dedi ki, 1-2 günə Nazirlər Kabinetinin iclas olacaq: "Mən biləni "Sovetski"dən heç kimi məcburi köçürmürlər". Asim Mollazadə ABŞ-ın İndiana ştatının Xocalı ilə bağlı qətnamə qəbul etməsindən danışdı. Deputat Qarabağ müharibəsi veteranlarının statusunu qaldırmağa da çağırdı. Vitse-spiker Ziyafət Əsgərov Xocalı soyqırımı ilə bağlı deputatların iştirakı ilə keçirilən tədbirlərdən danışdı: "Bu gün artıq biz bu soyqırımı dünyaya çatdıra bilmişik". Elmira Axundova internetin sürətindən və qiymətindən danışdı, təkliflər verdi. |
2014-03-04 | 10,615 | 8 martda yağış yağacaq | Ekologiya və Təbii Sərvətlər Nazirliyi Beynəlxalq Qadınlar Günündə - 8 Martda gözlənilən ilkin hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ilkin proqnozlara əsasən, Bakıda və Abşeron yarımadasında martın 8-də daha çox küləkli hava şəraiti müşahidə ediləcək. Martın 7-də axşam, martın 7-dən 8-nə keçən gecə və səhər havanın bir qədər yağmurlu olacağı gözlənilir. Martın 7-də axşam və martın 8-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi proqnozlaşdırılır. Bununla əlaqədar martın 8-də havanın temperaturu martın 7-nə nisbətən bir qədər enəcək. Bakıda və Abşeron yarımadasında martın 7-dək havanın temperaturu iqlim normasından yüksək olacaq. Gündüz saatlarında 10-14 dərəcə isti olacağı gözlənilir. Qeyd edək ki, martın 8-nə olan hava şəraiti ilə bağlı növbəti günlərdə daha dəqiq proqnoz veriləcək("Trend"). |
2014-03-04 | 10,616 | Azərbaycanda ata iki yaşlı qızını boğaraq öldürüb | Azərbaycanda dəhşətli qətl törədilib. "Axar.az"ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 3-də Qəbələ rayonunun Kürd kəndində Gündüz Ələsgərov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində azyaşlı qızı, 2012-ci il təvəllüdlü Mədinəni balışla boğaraq öldürüb. Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G. Ələsgərov tutulub. Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. |
2014-03-04 | 10,617 | Krımın 15 hərbi hissəsi ruslar tərəfə keçdi | Ukraynanın 15 hərbi hissəsi Krım Muxtariyyətinin tərəfinə keçib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna mətbuatına Krım Muxtariyyətinin Nazirlər Kabinetində olan etibarlı mənbə məlumat verib. Məlumatda bütün sərhəd qoşunlarının Krım Muxtariyyətini dəstəklədiyi bildirilir: "Krım Muxtariyyətinin tabeliyinə bütün sərhəd qoşunları, daxili qoşunlar və iki aviabaza daxil olub. Bizim hesablamalarımıza görə, bu hərbi hissələrdə 40 tank, 90 PDM(BMP), 52 təyyarə və 120 min müxtəlif atıcı silah yer alıb". Xatırladaq ki, Krım Muxtariyyətinin hazırkı hökuməti rusyönümlüdür və yeni hökumətin parlament tərəfindən naməlum silahlıların təzyiqi ilə təsdiqləndiyi barədə məlumatlar mövcuddur. |
2014-03-04 | 10,618 | Diplomatik Akademiya Nərmin Hüseynliyə yardım etdi | "Azərbaycan Diplomtik Akademiyasından Nərmin Hüseyinlinin müalicəsi üçün yığılan pullar Universitetin adından rəsmi qaydada ayrılmayıb". Bu sözləri "Axar.az"a açıqlamasında ADA-nın mətbuat xidmətini rəhbəri Vəfa Səfərli dedi. O bildirdi ki, akademiyadan Nərmin Hüseyinlinin müalicəsi üçün başladılmış kampaniyaya dəstək olub və bunu tələbələr özləri Universitet daxilində ediblər: "Nərmin Hüseyinliyə yardım üçün ADA-dan pul toplanıb. Ancaq bunu tələbələr öz aralarında müxtəlif kampaniyalarla, Akademiya daxilində kitab satışını təşkil edərək həyata keçiriblər". Xatırladaq ki, həkim məsuliyyətsizliyindən xəstəliyi şiddətlənən Nərmin Hüseyinliyə ADA-dan 1950 manatlıq yardım toplanmasını və pulun banka yatırılmasını əks etdirən sənəd sosial şəbəkələrdə yayılıb. |
2014-03-04 | 10,619 | Prezidentdən sirli təyinat - Özəl | "Nurgün Motors"un prezidenti Nuru Əliyevin sahibi olduğu klubda - "Rəvan"da yeni təyinat gerçəkləşib. "Axar.az" xəbər verir ki, İlqar Axundov İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbər təyin edilib. Ancaq bu təyinatla bağlı bəzi suallar ortaya çıxır. Belə ki, bütün klublarda, hətta AFFA və PFL-də də ictimaiyyətlə əlaqələr mətbuat xidməti ilə bir şöbədə birləşdirilib. Mətbuat xidmətinin rəhbəri ictimaiyyətlə əlaqələrə də cavabdehdi. İlqar Axundovun təyinatına qədər "Rəvan"da da belə olub. Elə isə sual yaranır: Nədən "Rəvan"da İctimaiyyətlə Əlaqələr Departamentini mətbuat xidmətindən ayıraraq müstəqil şöbə kimi formalaşdırmaq zərurəti yaranıb? "Rəvan" elə də böyük və varlı klub deyil ki, orda bu işləri həyata keçirtmək üçün ayrıca şöbəyə ehtiyac duyulsun. Klubda çalışan, adının çəkilməsini istəməyən şəxsin saytımıza verdiyi məlumata görə, əslində İlqar Axundov "Rəvan"a vitse-prezident postuna gətirilib. Belə ki, bir müddət əvvəl Bəhruz Şirəliyevin bu postdan uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılmışdı. Mənbə bildirir ki, bu məlumat dəqiq olub. İlqar Axundov da həmin vaxt klubun düşərgəsində görünüb. Amma sonradan Bəhruz Şirəliyev müəyyən vasitələrlə vəzifəsini qoruya bilib. Məcburiyyət qarşısında qalan klubun sahibi Nuru Əliyev Mətbuat və İctimaiyyətlə Əlaqələr Deparatamentini 2 yerə parçalayaraq İlqar Axundovu ora təyin edib. Məlumata görə, Axundov bu vəzifədə müvəqqətidir. Belə ki, Bəhruz Şirəliyev özünə münasib iş tapandan sonra vəzifəsindən gedəcəyini bildirib. Onun gedişindən sonra Axundov vitse-prezident postunda oturacaq. Məsələ ilə bağlı klub rəhbərliyinin də mövqeyini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov İlqar Axundovun təyinatını təsdiqlədi: "O, İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbər təyin edilib". "Bəs sizin vəzifəniz nədən ibarətdir" sualına isə Elvin bəy belə cavab verdi: "Mən sərf mətbuatla bağlı məsələlərə cavabdehəm". Klub rəsmisi İlqar Axundovun Bəhruz Şirəliyevin yerinə gətirilməsi ilə bağlı məlumatı təkzib etdi: "Bu cür xəbərlərin hardan qaynaqlandığını bilmirəm. Bəhruz Şirəliyev vəzifəsini icra etməkdə davam edir. Onun çıxarılması haqda mətbuatda təxminən 2 aydır məlumatlar dərc olunsa da, o, işinin başındadır". |
2014-03-04 | 10,620 | Azərbaycana keçən erməni ölkəsinə qaytarılır | "Yanvarın 28-də qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviçin bu gün ölkəsinə təhvil verilməsi nəzərdə tutulur". "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə həmin şəxsin bu gün Ermənistan tərəfinə verilməsi gözlənilir. Qeyd edək ki, yanvarın 28-də saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib. |
2014-03-04 | 10,621 | Rada rusların Krımdan çıxmasına qərar verdi – Canlı yayım | Rada xarici qoşunların Ukrayna ərazisindən çıxarılması haqqında qərar qəbul edib. "Axar.az" xəbər verir ki, Radada çıxış edən 331 deputatdan 239-u qərarın lehinə səs verib. Spiker Aleksandr Turçinov Rusiya qoşunlarının muxtariyyətin ərazisindən çıxarılmasını tələb edib: "Bizim ölkənin daxili işlərinə qarışmağı dayandırın. Yanukoviçin Ukraynaya təhvil verilməsi isə iki ölkə münasibətlərin yenidən normallaşması ilə nəticələnə bilər". Qeyd edək ki, hazırda Radada Krımla bağlı müzakirələr davam edir. |
2014-03-04 | 10,622 | Qafqazın şeyxi Gürcüstanda səlahiyyətini itirib - Eksklüziv | Müsahibimiz Gürcüstan Azərbaycanlılarının şeyxi Ramin İgidovdur. R.İgidov 1980-ci ildə Qardabani şəhərində doğulub. 2000-ci ildən dini fəaliyyətlə məşğuldur. Gürcüstanda fəaliyyət göstərən İmam Əli Mədrəsəsinin müdiri vəzifəsində çalışıb. Tiflisdə nəşr olunan "İman" qəzetinin və saytının redaktoru olub. - Gürcüstanda azərbaycanlıların ibadət yerləri çoxdur, ancaq bunların qeydiyyat problemi var. Bildiyim qədəri ilə cəmi 2 məscid qeydiyyatdan keçib. Bu, nə il bağlıdır? - Gürcüstan çoxdinli və çoxmillətli ölkədir. Burda dini məsələlərlə bağlı konkret bir qanun olmadığına görə məscidləri, ümumiyyətlə, ibadət yerlərini qeydiyyatdan keçirmək məsələsi öz həllini tapmamış qalır. Gürcü provaslav kilsəsinə öz dinləri olaraq müəyyən imtiyazlar verilib. Son vaxtlar isə dövlət özü 4 dinə müəyyən imtiyazlar tanımaq istəyir. Bununla bağlı yeni Baş nazir də çıxışında vurğuladı ki, ənənəvi dinlərin imtiyazları genişlənəcək. Ancaq bu imtiyazların hansı formada və hansı səviyyədə olması haqqında nəsə demək çətindir. - Sizdən əvvəl Gürcüstan azərbaycanlılarının şeyxi vəzifəsini icra edən şəxs Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu vəzifəyə təyin edilmişdi. Ancaq siz bu qurumun rəhbərliyinə Gürcüstan hökuməti tərəfindən təyin edilmisiniz. Bunun səbəbi nədir? - Qurumun rəhbərliyinə gətirilən şəxs QMİ tərəfindən təyin edilən zamanlarda bəzi hüquqi məsələlər öz həllini tapmırdı. Biz QMİ ilə bağlı olduğumuz üçün müraciət edəcəyimiz hüquqi ünvan olmurdu. Ancaq qurumun fəaliyyəti Gürcüstan hökuməti ilə əlaqələndiriləndən sonra müraciət edəcəyimiz konkret hüquqi ünvan var. Gürcüstanda belə bir aidiyyəti orqanın olmadığına görə zaman-zaman bəzi məsələlər öz həllini tapmırdı və hüquqi məsələlərdə bizim səlahiyyətimizi həll edəcək bir ünvan yox idi. - Bəs nəyə görə Gürcüstan tərəfi burdakı şeyxin QMİ-dən təyin edilməsi ilə razılaşmadı? - QMİ tərəfindən Rustavi şəhərinə axund təyin edilmişdim. Görürdüm ki, qeydiyyatımız olmadığı üçün çox əngəllər yaranır. O zaman Gürcüstan müsəlmanlarının axunduna elə bu otaqda bir təklif verdim ki, gəlin, bir təşkilat qeydiyyatdan keçirək və hüquqi məsələlərimizi daha rahatlıqla həll edək. QMİ tərəfindən təyin edilən şəxsin həm də qurumun faktiki rəhbəri olması halını da nizamnamədə yazmağı təklif etdim. Bizim məqsədimiz QMİ-nin əleyhinə getmək deyildi. Biz sadəcə, istədik ki, müraciət edə biləcəyimiz rəsmi bir yer olsun. Bunu hər zaman tələb edirdik. Gürcüstan höküməti də bunu anlayır. - QMİ ilə əlaqələriniz hansı formadadır? - Qafqaz Müsəlmanları İdarəsi ilə dini məsələlərdə əlaqələrimiz qalmaqdadır. Hüquqi məsələlərimizdə QMİ bizə yardım edə bilmədiyi üçün bu qurumu qeydiyyatdan keçirdik. - Onda belə çıxır ki, sizin qurumun statusu Qeyi Höuümət Təşkilatıdır. Elədirmi? - Bəli, elədir. İctimai hüquq təşkilatıyıq. QMİ-nin özü də QHT-dir. - Gürcüstanda yaşayan azərbaycanlıların arasında müxtəlif dini təriqətlərin yayılması haqqında söz-söhbətlər gəzir. Türkiyədən olan dini cərəyanların burda təbliğ edilməsi haqqında nə kimi məlumatlarınız var? - Azərbaycan dilində Qurana ehtiyacımız var. Bu ya Azərbaycandan, ya Türkiyədən, ya da İrandan təmin edilə bilər. Bəzən digər 2 ölkə Azərbaycan tərəfini qabaqlamağa çalışır və müəyyən mənada buna nail olur. Məsələn, Türkiyədən bizim kəndlərdə kitablar paylayırlar. Dövlət səviyyəsində qəbul edilmiş təmsilçilərdən bir təhlükə gözləmirik. Təhlüklə sektalardan gəlir. - Türkiyədən gələn insanlar özlərini dini çevrənin insanları kimi təqdim etmir axı. Daha çox təhsil adı ilə bölgəyə gəlirlər. Buna nə deyə bilərsiniz? - Kimliyindən asılı olmayaraq, biz bütün sekta və cərəyanlara yaxşı baxmırıq. - Dövlətin özünün qəbul etdiyi Gürcü hökuməti tərəfindən məscidlərlə bağlı hər hansı bir qərar veriləndə sizin qurumun fikirləri hansı səviyyədə nəzərə alınacaq? - Bizim səlahiyyətimiz nizamnamədə qeyd edilib. 4 səlahiyyətimiz olacaq. Məscidlər bizim balansımıza keçəcək. İkinici işimiz din xadimlərinin attestasiyasını təmin etmək, üçüncü işimiz Gürcüstandakı maliyyə ilə bağlıdır. Halal kəsim məsələlərinin bizim idarənin balansına verilməsi ilə bağlı qərar qəbul ediləcək. - Biz sizinlə görüşməzdən əvvvəl türkiyəli din adamları ilə görüşdünüz. Onlar sizə kitablar verdilər, özünüz də bu haqda bayaq danışdınız. Onların verdiyi kitabları nə yönümlüdür? - O kitablar Türkiyənin Dini İşlər İdarəsi tərəfindən bizə hədiyyə göndərilib. Qabaq bizim kitablarımız daha çox Azərbaycandan gəlirdi. Gömrükdə problem yaradandan sonra artıq Azərbaycandan dini kitab gətirilməsi mümkün deyil. - Necə olur, Gürcüstan Gömrüyündən Azərbaycandan gələn dini kitablar buraxılmır, ancaq Türkiyədən gələnlər buraxılır? - Xarici ölkələrdən dini kitab gətirilməsinə qadağa var. Ola bilsin ki, Türkiyənin Dini İşlər İdarəsinin Gürcüstandakı dini idarə ilə əlaqələri var və məhz buna görə gömrükdən keçirə bilirlər. - Bu qadağa Türkiyə aid deyil ki? - Aiddir. Ancaq yenə deyirəm, yəqin ki, Gürcüstandakı qurumlarla əlaqələri buna imkan verir ki, kitabları keçirsinlər. Ancaq bu qadağa Quran kitabına aid deyil. Quran kitabını hər bir ölkənin sərhədində buraxırlar. - Türkiyəlilərin burda açdığı nə qədər məscid var? - Məndə onların dəqiq sayı yoxdur. Ancaq bilirəm ki, onların inşa etdiyi məscidlər var. Sadəcə, bilmirəm nurçularındır, mahmudçularındır, yoxsa başqalarının. - Nurçular demişkən, sizə onlardan hər hansı bir "dostluq" təklifi gəlibmi? - Yox, hələ ki, heç bir təklif gəlməyib. Onların burdakı fəaliyyətləri haqqında məlumat sahibi deyiləm. Ancaq bilirəm ki, burda türkiyəlilərin vəqfi var. Əziz Xudayi vəqfini nəzərdə tuturam. Azərbaycanlıların yaşadığı yerlərdə olan Gənclərə Yardım Fondu da bunlarla əməkdaşlıq edir. - SOCAR Gürcüstandakı dini icmaların elektrik və yanacaq ehtiyacını öz hesabına qarşılayır. Bu imtiyazdan məscidlər, kilsələr və sinaqoqlar istifadə edə bilər. Bəs qeydiyyaya alınmayan məscidlər necə, bundan yararlana bilirmi? - Bildiyim qədəri ilə bu imtiyaz qeydiyyatdan keçmiş dini qurumlara aiddir. Azərbaycanıların təxminən 99-a yaxın məscidi var və bunların 2-si qeydiyyata alınıb. Yəqin ki, o imtiyazdan 2 məscid istifadə edə bilir. Yerdə qalan məscidlər isə özəl mülk kimi qeydiyyatdadır. Yəqin ki, onlar bu imtiyazdan istifadə edə bilmir. |
2014-03-04 | 10,623 | “Rublun çökməsi üçün heç bir təhlükə yoxdur” | Rusiyanın Maliyyə Nazirliyi daxili bazardan xarici valyuta alışını dayandırıb. Bu əməliyyat əsasən ölkənin Ehtiyat fonduna valyuta toplamaq üçün nəzərdə tutulurdu. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, Nazirlik rublun çökməsi üçün heç bir əsasın olmadığını deyib. "Biz dəfələrlə demişik ki, valyutanın çökməsi ilə bağlı heç bir təhlükə yoxdur" deyə Maliyyə Nazirliyinin uzunmüddətli strateji planlaşdırma departamentinin rəhbəri Maksim Oreşkin bildirib. O, etiraf edib ki, hadisələrin sonrakı inkişafı gələcəkdə baş verə biləcək çoxlu faktorlardan asılı olacaq. Oreşkin bildirib ki, satınalmalar ancaq rublun kursunun stabilləşməsindən sonra baş verəcək. |
2014-03-04 | 10,624 | Şeyx Əbdül: “Anar Nağılbaz narkoman olub” | "Allah ona ağıl versin, xəstə uşaqdır". Bu sözləri "Axar.az"a tanınmış aktyor Şeyx Əbdül Mahmudbəyov repçi Anar Nağılbazın onun haqqında yazdığı Feysbuk statusuna münasibət bildirərkən dedi. "Mənim onun yazdıqlarından xəbərim olmayıb, heç onu tanımıram da, kimdir o? Allah ona ağıl versin, xəstə uşaqdır. O kimdir ki, mənə, mənim nəslimə, şeyxliyimə söz atır? Mənim dediklərim haqqında şübhəsi varsa, getsin Folklor İnstitutuna müraciət etsin. O mənim illərdən bəri davasını döydüyüm bir sözə qarşı çıxırsa, mənimlə mübahisə etmək istəyirsə, buyursun, gəlsin söhbət edək. Kimdir o? Deyilənə görə, narkoman olub, sonradan müalicə alıb. Mən düşünürəm ki, o, bu sözləri deyəndə də "podkayf" olub, kimsə də dediklərini quraşdırıb yazıb. Qələt edir, getsin başın daşa döysün". Xatırladaq ki, Şeyx Əbdül Mahmudbəyov ANS-in efirində rep haqda mənfi fikirlər səsləndirəndən sonra Anar Nağılbaz aktyor barədə öz Feysbuk səhifəsində bunları yazmışdı: "Özünü Şeyx Əbdül kimi qələmə verən, ATV-nin qabağında hər zaman mənə, atama qurban-sadağa gedən, özünü meyxananın alimi kimi göstərən aktyorumuz "Şeyx" Əbdül, bu gün ANS telekanalında böyük səhvlərə yol verdi... Sən əslində bilirsən, amma repi meyxananın dalına salırsan. Əgər sənin siyasətin bu arada repi (qərbi) - meyxananın (şərqin) dalına salmaqdırsa alınmadı, çünki buna hər halda deyirlər "çuşka"lıq". |
2014-03-04 | 10,625 | Ordunun menyusuna milli yeməklər daxil edildi | Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin qida təminatının yaxşılaşdırılması ilə bağlı tapşırığından sonra ilk olaraq Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində milli menyuya keçilib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı məlumat verib. V. Dərgahlının sözlərinə görə, artıq Silahlı Qüvvələrin hərbi hospitalları və stasionar tibb məntəqələrində bu proses yekunlaşıb: "Hərbi hospitalların menyusunda dolma, küftə, plov və digər milli yeməklər var". V. Dərgahlı onu da əlavə edib ki, bununla yanaşı, menyuda bəzi dietik qidalar da qalır. Bu da şəxsi heyətin sağlamlığı nöqteyi-nəzərindən vacibdir. Nazirlik rəsmisinin sözlərinə görə, hərbi hissələrdə də milli menyuya keçid prosesi gedir. Qeyd edək ki, 2013-cü ilin oktyabr ayının sonlarında müdafiə naziri vəzifəsinə təyin olunan general-polkovnik Zakir Həsənovun ilk tapşırıqlarından biri əsgərlərin qida təminatının milliləşdirilməsi olub. Azərbaycanın hərbi qurumları arasında milli yeməklərə keçid ilk olaraq Daxili Qoşunlarda tətbiq edilib. Hazırda Sərhəd Qoşunlarında analoji proses gedir. |
2014-03-04 | 10,626 | Qənirə Paşayeva MTN-ə müraciət etdi | Milli Məclisin iclasında çıxış edən deputat Qənirə Paşayeva onu nurçuluqla əlaqələndirənlərə sərt mesajlar verib. "Axar.az" "Musavat.com"a istinadla bildirir ki, millət vəkili bəzi qüvvələri mətbuatdan çirkin məqsədləri üçün istifadədə ittiham edib: "Bu gün söz və mətbuat azadlığından kimlərsə istifadə edərək dövlətə, dövlətçiliyə xidmət edən insanlara qarşı böhtan kampaniyasını aparmağa nail olurlar. Mən şəxsən Xocalı soyqırımı tədbirlərində iştirak etdiyim zaman özümə qarşı olan bu kampaniyalarla bağlı bu gün ölkənin Milli Təhlükəsizlik Nazirliyinə müraciət göndərmişəm. Müraciətdə də vurğulamışam ki, mən heç kimdən qorxmuram, çəkinmirəm və bütün fəaliyyətimin araşdırılmasına da hazıram. Amma mən kiminsə xoşuna gəlmirəmsə deyə, hansısa mətbuat orqanlarını arxasına alıb bu kampaniyanı aparanların xalqın önünə çıxarılmasını istəyirəm. Çünki bu kampaniyalar bu gün mənə, sabah başqasına qarşı ola bilər. Hər tədbirində Heydər Əliyevdən, Türkiyədə Atatürkdən sitatlar gətirən, həyatında bir dəfə də Nursidən sitatlar gətirməyən insana "Sən niyə türk məktəblərinə dəstək veribsən" deyə nurçuluqda ittiham edən, millət vəkilinə çamur atanların ciddi bir hesabat verməsi gərəkir. Digər millət vəkilləri özləri bilərlər. Amma mən öz adımdan müraciət etmişəm". Q.Paşayeva onu hədəfə alanlara səslənib: "Nə etməliydik? Suriyada uşaqlarımızı döyüşlərə səsləndirənlərinmi yanında olmalıydıq? Yoxsa o güclərimi dəstəkləməliyik ki, uşaqlarımıza yaxşı təhsil versin? Mən Çağ Öyrətim Şirkətinin, Turan Yazqan xocanın okulları, ya bütün Anadolu okullarının hamısının fəaliyyətini dəstəkləmişəm ki, uşaqlarımız yaxşı təhsil alsınlar. Mən bütün o gözəl məktəblərin yanında olmuşam. Suriyada uşaqlarımızı döyüşə səsləyənlərinmi yanında olmalıydım? Bu parlamentdə onların haqqında danışan kimi başlayıblar üzərimizə düşməyə. Bu gün mənə olan bu məsələlər sabah başqalarına qarşı da olacaq. Onlara qarşı mübarizəni gücləndirməliyik". Spiker O.Əsədov isə "müraciət edibsiniz, öz işinizdir, amma bu məsələni parlamentə çıxartmağa ehtiyac yox idi", - deyib. |
2014-03-04 | 10,627 | Zahid Oruc vəzifədən çıxan nazirləri tənqid etdi | Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc ABŞ-ı və keçmiş nazirlər Füzuli Ələkbərovla Səfər Əbiyevi sərt tənqid olunub. "Axar.az" APA-ya istinadən məlumat verir ki, Z.Oruc ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan Ordusu ilə bağlı tənqidi məqamların olmasına baxmayaraq, bu ölkənin öz ordusunda da ciddi nöqsanlar, hətta vətəndaşın şəxsi həyatına müdaxilə ilə bağlı faktlar olmasını bildirib. Z.Oruc eyni zamanda Azərbaycanda sağlam mühitin yaradılmasına stimul verən əməllərin davam etdirilməsini zəruri sayıb: "Məsələn, Səlim Müslümovun fəaliyyəti sübut etdi ki, Füzuli Ələkbərov əslində cəfəngiyyatla məşğul olub. Yaxud Zakir Həsənovun fəaliyyəti göstərdi ki, kabinet naziri olmaq olmaz. Məncə, bundan örnək götürmək, nəticə çıxarmaq lazımdır". |
2014-03-04 | 10,628 | “Sen demə, günah öləndəymiş!” | Prokurorluq cinayət işinin başlanmasını rədd etdi "Qardaşımın həyat yoldaşı 26 yaşlı Pərvinə Hüseynovanın Sumqayıtdakı 2 saylı doğum evində keysəriyyə əməliyyatı zamanı həkimlərin məsuliyyətsizliyi nəticəsində dünyasını dəyişməsindən sonra ölüm işinin araşdırılması üçün lazımi instansiyalara etdiyim müraciətə nəhayət ki, cavab aldım". Bu telejurnalist Afət Telmanqızının yaydığı məlumatda qeyd olunub. Onun sözlərinə görə, işi araşdıran Yasamal rayon prokurorluğu gənc bir ananın ölümünə, bir körpənin anasız qalmasına səbəbkar olmuş həkimlərin əməllərində cinayət tərkibinin olmadığını əsas gətirərək, cinayət işinin başlanmasını rədd edib: "Pərvinə Hüseynovanın hamiləlik dövründə Sumqayıt şəhərinin 3 saylı poliklinikasında keçdiyi müayinələrin nəticələrinin normal olduğu, Pərvinənin hamiləlik dövründə hər hansı bir probleminin olmadığı sənədlərdə əksini tapsa da, bu da Sumqayıtdakı 2 saylı doğum evinin həkimləri Sevda Xanbutayeva, Nüsabə Mahmudova, Məhəmməd Səfərov barəsində cinayət işinin başlanmasına əsas verməyib. Bu azmış kimi adı çəkilən bu həkimlər prokurorluqda dindirilmə zamanı əməliyyat zamanı xəstənin bədənində cift qalıqlarını qoymadıqlarını deyiblər. Halbuki xəstəni ölümcül vəziyyətə salan bu həkimlərin həmkarları Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimləri əməliyyat zamanı xəstənin bədənində cift qalıqlarının aşkarlandığını ifadələrində bildiriblər və xəstənin Sumqayıtdakı 2 saylı doğum evindən ağır vəziyyətdə Respublika Kliniki Xəstəxanasına çatdırıldığını deyiblər. Kliniki Xəstəxana Sumqayıtdakı xəstəxananın tibb personalının səhvini əməliyyat yolu ilə qaldırmağa çalışsa da, artıq hər şey gec idi. Sumqayıtdakı adı çəkilən xəstəxananın həkimləri heç nə olmamış kimi azadlıqdadırlar. Bundan sonra neçə ailənin çırağını söndürmək üçün bu gün də əməliyyatlar aparır. Hüquq-mühafizə orqanlarının işə ədalətli baxacağına təəssüf ki nə qədər sadəlövcəsinə inanmışdım. Heyf.... Sən demə günah öləndəymiş! Amma qanunların işləmədiyi yerdə, ilahi ədalətin varlığı təsəlli yerimdir. Qanun qarşısında cavab verməyənlərin, nə zamansa Allahın dərgahında cavab verəcəyinə əminəm. Ən azından bir körpənin ahının yerdə qalmayacağına əminəm". Xatırladaq ki, jurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynova ötən il oktyabrın 25-də dünyasını dəyişib. |
2014-03-04 | 10,629 | "İnsanların mülkiyyəti zorla əllərindən alınır" | "Dünyada doğrudan da ikili standart var, bu, inkarolunmazdır. Amma biz ikili standart şəraitində yaşamağı və işləməyi öyrənməliyik. Bəzən biz çıxış yolları aramaq əvəzinə başqalarını ittiham etməyə başlayırıq. Nə edək ki, qüsurlarla bağlı növbəti ittihamlar deyilməsin". Bu fikirləri Milli Məclisin iclasında Xalq şairi Sabir Rüstəmxanlı deyib. Deputat beynəlxalq səviyyədə qəbul olunan sənədlərdə Azərbaycanla bağlı əksini tapan tənqidlərə arqumentli cavab verməyi zəruri sayıb: "Biz nə vaxt mükəmməl bir sənəd hazırlayıb beynəlxalq təşkilatlara göndərmişik? Yoxsa öz aramızda "Amerika düz eləmir" deməyə ehtiyac yoxdur. Azərbaycan insan haqları məsələsində dünyaya nümunə ola bilər. Azərbaycanda irqçilik, milli, dini azlıqlara dözümsüzlük yoxdur. Ona görə də biz dünyanın aparıcı dövlətləri ilə də üz-üzə oturub sözümüzü deməliyik". S.Rüstəmxanlı ölkədə olan problemləri həll etməyə çağırıb: "Öz içimizdəki problemləri həll etməliyik. İnsanların mülkiyyəti zorla əllərindən alınır. Hətta orta əsrlərdə şahların dövründə birinin mülkinə toxunmaq olmazdı, qazilər məsələni həll edərdi. Ölkədə söz azadlığı, sahibkarlıq fəaliyyəti, gənclərin iş hüququ qorunmalıdır. Xüsusilə də gənclərin məhkəməsi olmadan həbsi düzgün deyil. Küçədə uşaqları saxlayırlar: kimi saxlayırlar, cibindən narkotik çıxır. Görünür, bir narkotik 50 cibdən keçir. Bunlar bizim övladlarımızdır, onları qorumaq lazımdır". O.Əsədov "Ay Sabir müəllim, elə dediniz ki, elə bil bu gəncləri Azərbaycan dövləti yetişdirmir, kənarda yetişdirilir, Azərbaycana gəlir", - deyə reaksiya verib. Vitse-spiker Bahar Muradova isə S.Rüstəmxanlının dediklərinə reaksiyasında bildirib ki, Azərbaycan parlamentinin beynəlxalq təşkilatlarda daimi nümayəndə heyətləri var: "Hesabatlar tərtib olunarkən QHT-lərin, siyasi partiyaların hesabatlarına üstünük verirlər. Azərbaycan bu məsələlərə bənd-bənd cavab verirlər və o da sənədlərdə əksini tapır. Amma görməmişəm ki, bir dəfə QHT-lər, siyasi partiyalar, o cümlədən konstruktiv siyasi partiyalar belə hesabatlara cavab versin. Mən çox istərdim ki, siz də belə sənədlərə cavab verəydiniz". Bundan sonra Ombudsmanın hesabatı səsə qoyulub və qəbul olunub. |
2014-03-04 | 10,630 | Aktyor Ərdoğana görə serialdan ayrıldı | Türkiyənin "Samanyolu" telekanalında yayımlanan "Şəfqət təpə" serialının Kordon Cəlili Baş nazir Ərdoğana görə serialdan ayrılıb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, serialın əsas rol oyunçularından olan Kordon Cəlili canlandıran Ərtoğrul Şakar serialdan ayrılmaq üçün müraciət edib. Ayrılma səbəbi olaraq isə serialın yayımlandığı "STV" kanalının Türkiyənin Baş naziri R.T.Ərdoğan və hökuməti hədəf alan tənqidi xəbərləri olub. Aktyor qeyd edib ki, telekanalın bu mövqedə dayanması onu narahat edir. |
2014-03-04 | 10,631 | Ukrayna ordusu Krıma doğru irəliləyir - Video | Martın 3-də gecə saatlarında Nikolayev şəhərində Ukrayna ordusuna məxsus PDM-2-lərdən ibarət hərbi karvan görünüb. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, hərbi texnika qoşqular vasitəsilə Krıma tərəf irəliləyib. Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında baş verən gərginlikdən sonra hər iki ölkənin ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib. |
2014-03-04 | 10,632 | “Bakıda 15 min qanunsuz taksi var” - Nazirlik | "Lisenziyasız, qeyri-qanuni taksi fəaliyyəti göstərənlərlə bağlı problem ən aktual problem olaraq qalmaqdadır. Faktiki lisenziya, fərqlənmə nişanı almaq qaydaları pozulur. Bu, əslində vergidən yayınmaq deməkdir". "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bunu açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov söyləyib. N.Həsənov deyib ki, taksi fəaliyyəti ilə məşğul olanların ilk növbədə 5 illik lisenziyası olmalıdır. Bu lisenziya üçün 150 manat, beynəlxalq daşımalar üçün 200 manat ödəniş olunmalıdır. Aylıq fərqlənmə nişanına görə də qazanca görə vergi verilməlidir. Eyni zamanda, həmin şəxs müvafiq dövlət standartına uyğun olaraq avtomobilini xüsusi formaya salmalı, eyni zamanda avtomobildə sayğac və POST-terminal quraşdırılmalıdır. POST-terminallar nağd ödənişin aradan qaldırılması üçündür: "Bu tələblərin hamısı yerinə yetirilməsə, taksi fəaliyyəti qeyri-qanuni sayılır. Lisenziyasız fəaliyyətə görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat cərimə nəzərdə tutulur. Sonra da KİV-də düzgün olmayan fikir formalaşdırırlar ki, guya Nəqliyyat Nazirliyi Departamentinin işçiləri sürücüləri incidirlər. Qanun tələbi odur ki, lisenziyanı al, sonra da fərqlənmə nişanına görə vergini ödə. Taksi fəaliyyətinə sonuncu peşə kimi baxmaq olmaz. Yaponiyada taksi sürücüləri əllərinə ağ əlcək geyinərək sükan arxasına keçirlər. Londonda 3 min obyektin adını bilməyən adama sürücülük etməyə icazə vermirlər". Nəqliyyat Nazirliyi Katibliyinin rəisi bildirib ki, Avropa Olimpiya Oyunlarına qədər Bakıda London taksilərinin sayı yavaş-yavaş artırılacaq. O, qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanları lisenziya almağa çağırıb: "Ümumiyyətlə, Bakıda insanlara xidmət etmək üçün 5 min taksi kifayət edir. Lisenziya alanların sayı hələ 5 minə çatmayıb, qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar tələsib lisenziya ala bilərlər. Amma hazırda Bakıda tələbatdan 3 dəfə çox, 15 mindən artıq qeyri-qanuni taksi fəaliyyəti göstərən var. Onların sayını dəqiq demək mümkün deyil, çünki taksi "şapka"sını qoyur, bizim Nazirliyin işçilərini görəndə götürürlər. Bir növ partizan üsulu ilə çalışırlar. Xüsusən sovet avtomobilləri sərnişin daşımaq üçün heç bir parametrə uyğun gəlmir". |
2014-03-04 | 10,633 | FHN niyə 500 binanı sökür? – Ekspert rəyi | "Yay fəslində günəş şüası gün ərzində 3-4 saat otaqda oynamalıdır". Bunu "Axar.az"ın yeni tikilən binalarda tikinti normalarına necə riayət edilib-edilməməsi ilə bağlı sualına cavab verən Azərbaycan Respublikasının əməkdar memarı Feyzulla Quliyev bildirib: "4 mərtəbəli binalara qədər standart var, amma qalanları üçün yoxdur. Onlar "insalyasiya qaydası"na riayət etməlidilər. Yaşayış binaları üçün standart belədir ki, yay fəslində günəş şüası gün ərzində 3-4 saat otaqda oynamalıdır. Bir də ki, yanğınsöndürən maşınlarının hərəkəti üçün məsafə olmalıdır. Həmin məsafə isə 6 metrdən 12 metrə qədərdir. Başqa xüsusi tələb yoxdur". Memar hesab edir ki, bir çox hallarda tikinti şirkətləri hesabatlarında aldadıcı məlumatlar yerləşdirirlər: "Əslində onların həmin qaydalara riayət edib-etməməsi çox çətindir. Bəzən isə mümkün deyil. Ona görə tikinti şirkətləri çox vaxt yalan danışır. Digər məsələ isə milli mentalitetlə əlaqədardır. Bir çox hallarda insanlar binalarda pəncərələrin bir-birinə baxmasına etiraz edir. Onlar evlərinin içərisinin görünməsini istəmirlər. Hətta villalar tikiləndə belə hasarların hündür olmasını istəyirlər. Çünki onlar istəmirlər ki, ailə üzvlərindən kimisə həyətdə gəzən yerdə görsünlər. Amma xarici ölkələrdə bu stereotip yoxdur". Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların apardığı monitorinqlər nəticəsində Bakı şəhərində 500-dən artıq yeni tikilinin normalara uyğun olmadığı aşkar edilib. FHN həmin binaların sökülməsi üçün əmr imzalayıb. Digər tərəfdən də 20-dən artıq tikinti şirkəti bu və ya başqa səbəbdən lisenziyadan məhrum edilib. |
2014-03-04 | 10,634 | Doku Omarov yeni əmir təyin etdi | Səlim Əl-Qafqaz adlı mücahid ərəb ölkələrində Qafqaz Əmirliyinin rəsmi səfiri təyin olunub. "Axar.az" xəbər verir ki, Qafqaz Əmirliyinin rəsmi saytında yayımlanan xəbərə görə, illərdir rus işğalçılarına və tərəfdarlarına qarşı mübarizə aparan Qafqaz Əmirliyi hərəkatının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Səlim Əl-Qafqaz ərəb ölkələrindəki Qafqaz Əmirliyi səfiri olaraq təyin edilib. |
2014-03-04 | 10,635 | “Rusiya Qarabağ ermənilərinə də pasport paylaya bilər” – Şərh | "Rusiya Krımdakı vəziyyətdən istifadə edib daha çox üstümüzə gələcək". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu dedi. O, Azərbaycan Xarici İşlər Nazirliyinin Krımdakı seperatizmi pisləyən bəyanatla çıxış etməsinin vacib olduğunu bildirdi: "Azərbaycan rəsmiləri ayrı-ayrılıqda Ukrayna ilə bağlı fikirlərini vurğulayıblar. Çox yaxşı. Amma qısa zamanda bunların hamısı bir yerə cəm edilib rəsmi fikir söylənməli, tez bir zamanda Azərbaycanın Xarici İşlər Nazirliyi Krımdakı separatizmi pisləyən bəyanat yaymalıdır. Bu, çox vacibdir. Ukrayna bizim strateji müttəfiqimizdir. Bundan başqa, Ukrayna GUAM-ın üzvüdür. Buna görə nə isə etmək lazımdır". Politoloq Krımdakı situasiyadan Rusiyanın Qarabağda da istifadə edə bilmə ehtimalının olduğunu söylədi: "Bu seperatizmin bir ucu da bizə dəyir. Bu gün Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıbsa, Krımı işğal edirsə, kim təminat verir ki, sabah bunu Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında münaqişə mövzusu olan Qarabağda etməyəcək? Bu gün Azərbaycan Ermənistan üzərində üstünlük qazanırsa, burada da eyni şeyi həyata keçirə bilər. Dağlıq Qarabağda Azərbaycanın erməni vətəndaşlarına pasport paylayıb özlərini onların müdafiəçisi adlandıra bilər. Bu dəqiqə Ermənistanda da bir məsələ ortaya atılıb ki, Rusiya İran və Türkiyəylə olduğu kimi, Azərbaycanla da sərhədə nəzarət etsin. Krımdakı hadisələrin bir ucu birbaşa Azərbaycana toxunur. Buna görə də beynəlxalq hüquq normaları çərçivəsində, ölkənin ərazi bütövlüyünün qorumnasının vacibliyini önə çəkərək, Azərbaycan Xarici İşlər Nazirliyi tezliklə bu məsələyə görə bəyanatla çıxış etməlidir". Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Krımda vəziyyət gərginləşəndən bəri Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verməyib. |
2014-03-04 | 10,636 | Nurçuları Azərbaycana hansı nazir gətirib - Açıqlama | Keçmiş (1993-cü ildə) təhsil naziri Firudin Cəlilov nurçuların təşkilatı adlandırılan "Çağ Öyretim İşletmeleri"nin Azərbaycandakı ilk fəaliyyətini açıqlayıb. Sabiq nazir açıqlamasında bildirib ki, nurçuların Azərbaycanda ilk fəaliyyəti xələfi olan sabiq təhsil naziri Lidiya Rəsulovanın dövrünə təsadüf edir: "Mən təhsil naziri olan vaxtı nurçuları yaxına buraxmırdım. Hətta, o dövrdə Qafqaz Universiteti açmaq istəyirdilər, ancaq mən buna imkan vermədim. Məndən sonra isə Lidiya Rəsulova təhsil naziri oldu. Onun dövründə nurçular Azərbaycan təhsilində təşkilatlanmağa başladılar. Lidiya xanım bu cür siyasi proseslərdən çox da məlumatlı deyil idi. Ona görə də onlar o dövrdə ayaq açmağa başladılar" ("Publika.az"). |
2014-03-04 | 10,637 | Vahid Ələkbərov bir gecədə 1 milyard dollar itirdi | "Blumberq" şirkətinin siyahısında olan dünyanın 300 ən varlı adamı birjalarda valyutanın düşməsi ilə bağlı 44.4 milyard dollar itiriblər. Buna səbəb isə martın 3-də Krımda baş verən gərginlik olub. "Axar.az" xəbər verir ki, Blumberqin hesablamalarına əsasən rus və Ukrayna milyarderləri həmin hadisədən sonra 12.8 milyard dollar itiriblər. NOVATEK-in rəhbərləri Qennadi Timçenko və Leonid Mixelson 3.2 milyard dollar itiriblər. Krımdakı gərginlik azərbaycanlı milyarder, "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərova ciddi ziyan vurub. Milyarder bir gecədə 1 milyard dollarını itirmək məcburiyyətində qalıb. |
2014-03-04 | 10,638 | Dövlət qurumlarında işləyənlərin maaşı artırıldı | Nazirlər Kabineti "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında", "Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında" və "Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında" qərarlarında dəyişikliklər edib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, indiyədək bələdiyyə təhsil müəssisələrində ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq 30 manat, fövqəladə hallar orqanlarında öz ixtisası üzrə xidmət edən "Elmlər doktoru" elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 50 manat, fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 30 manat, ədliyyə orqanlarında çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 50 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərin vəzifə maaşlarına 30 manat məbləğində əlavələr müəyyən edilib. Dəyişikliklərə əsasən, bu əlavələrin məbləği 2 dəfə artırılıb. Bələdiyyə təhsil müəssisələrində ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq 60 manat, fövqəladə hallar orqanlarında öz ixtisası üzrə xidmət edən "Elmlər doktoru" elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 60 manat, ədliyyə orqanlarında bilavasitə ixtisası üzrə çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 100 manat, bilavasitə ixtisası üzrə çalışan elmlər namizədi alimlik dərəcəsi olan işçilərin vəzifə maaşlarına 60 manat məbləğində əlavələr müəyyən edilib. |
2014-03-04 | 10,639 | Yanukoviçin ölümü təsdiqlənmir | "Yanukoviç heç vaxt bizə müraciət etməyib". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rostov Kardiolojo Klinikasının professoru Serqey Dyujikov çıxış edib. O, eks-prezidentin ümumiyyətlə Rostov xəstəxanasına gəlmədiyinə deyib. "Yanukoviç heç vaxt bizə müraciət etməyib. Bizdə ümumiyyətlə belə bir xəstə olmayıb". Rusiya Prezidenti Vladimir Putin isə keçirdiyi mətbuat konfransı zamanı Yanukoviçlə bir neçə gün öncə görüşdüyünü və onun səhhətiylə bağlı heç bir şikayəti olmadığını söyləyib. Qeyd edək ki, bu gün ukraynalı aktivist Mixail Lebed öz Feysbuk səhifəsində Viktor Yanukoviçin Rostov xəstəxanasında ölməsi barədə informasiya yerləşdirmişdi. |
2014-03-04 | 10,640 | Neft Fondunun gəlirləri niyə azalır? | Dövlət Neft Fondunun (DNF) aktivlərinin idarəedilməsindən əldə edilən gəlirlər azalmağa başlayıb. Belə ki, 2013-cü ildə Fonda vəsaitlərin idarə olunmasından 480,6 milyon manat gəlir daxil olub. 2012-ci ildə isə bu rəqəm 543,6 milyon manat təşkil edib. Fond ötən il 2012-ci illə müqayisədə aktivlərin idarəolunmasından 63,6 milyon manat az gəlir əldə edib. 2012-ci illə müqayisədə Fondun aktivlərinin 1,6 milyard manat, qızıl ehtiyatlarının isə 15 ton 241 kiloqram artmasına baxmayaraq, aktivlərin idarəedilməsindən əldə edilən gəlirlərin azalması maraq doğurur. Buna səbəb kimi ekspertlər bir necə nüansı vurğulayırlar. Onların fikrincə, gəlirlərin azalmasına aktivlərin düzgün idarə edilməməsi, dünya maliyyə bazarlarındakı həssaslıq kimi amillər təsir edə bilər. İqtisadçı ekspert Qalib Toğrul məsələ ilə bağlı "Axar.az"a açıqlamasında 2013-cü ildə Fondun investisya siyasətinin qənaətbəxş olmadığını deyib. Onun fikrincə, gəlirlərin azalmasının əsas səbəblərindən biri dünya bazarında qızılın ucuzlaşması ilə bağlıdır. Lakin bu, yeganə səbəb deyil: "Səbəbləri aşakara çıxarmaq üşün bizim əlimizdə daha detallı, vəsait yerləşdirilən hər bir istiqamət üzrə ətraflı məlumat olmalıdır. DNF-in mütəxəssisləri yəqin ki, az gəlirliliyin səbələrini araşdırmaq üçün istiqamətlər üzrə təhlilər aparırlar. Ümumilikdə götürdükdə, Fond vəsaitlərin idarə olunması ilə bağlı 2012-ci ilə qədər ehtiyatlı siyasət yeridilib. Həmin ildən başlayaraq DNF-ə aktivlərinin 5 faizinə qədərini əmlak bazarında, 5 faizə qədərini qızıl bazarında və bir o qədər hissəsini inkişaf etməkdə olan ölkələrin bazarında yerləşdiribmək imkanı yaradılıb". Qeyd edək ki, Fond 2012-ci ildə 20,5 ton qızıl alıb, eyni zamanda, Böyük Britaniyada, Fransada, Rusiyada, Luksemburqda və Cersi adalarında əmlak bazarına sərmayələr qoyub. Bununla yanaşı, 444,19 min manatlıq vəsaiti Londonun "BNP Paribas" və "Jefferies Bache" bankları ilə bərabər inkişaf etməkdə olan ölkələrin (Türkiyənin Ziraat Bankası, Akbank və İs Bankası, Rusiyanın Gazprombank və VTB bankları) banklarında depozitə qoyulub. Fondun bank hesablarında depozitlər dollar, avro, funt sterlinq, avstraliya dolları, rubl, lirə və manatda saxlanılır. Bütövlükdə isə Fondun aktivlərinin 50 faizi ABŞ dolları, 40 faizi avro, 5 faizi funt sterlinq, yerdə qalan 5 faizi isə avstraliya dolları, rus rublu, türk lirəsi və Azərbaycan manatında yerləşdirilib. Fondun aktivlərinin idarə olunması ilə bağlı digər ölkələrin təcrübəsindən danışan Q.Toğrul Qazaxıstanın bizdən daha artıq vəsait əldə etdiyini vurğulayıb: "Qazaxıstanla kiçik bir müqayisə aparsaq görərik ki, biz vəsaitlərin idarə olunmasından daha az gəlir əldə etmişik. Ölkəmizdə neft gəlirlərinin sürətli artımının 2008-ci ilə təsadüf etdiyini nəzərə alaraq, elə həmin ildən başlayaraq müqayisəni aparsaq, aşağıdakı nəticələr ortaya çıxır: 2008-ci ildə Azərbaycan gəlirlərin idarə olunmasından 3,8 faiz, Qazaxıstan isə 2,3 faiz gəlir əldə edib. Bu göstərici 2009-cu ildə Azərbaycanda 3,5 faiz, Qazaxıstanda 7,3 faiz, müvafiq olaraq 2010-cu ildə 1 faiz və 3 faiz, 2011-ci ildə isə 0,8 faiz və 2,4 faiz nisbətində olub. Qazaxıstan gəlirlərin idarə olunmasından Azərbaycana nisbətən orta hesabla 2 dəfə artıq gəlir əldə edib". Ekspert hazırda artıq mənfəət neftinin satışından daxilolmaların da azalmağa başladığını bildirib: "Ancaq bütün hallarda mən vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərə alternativ gəlir mənbəyi kimi baxmağın tərəfdarı deyiləm. Fikrimcə, Neft Fonduna daxil olan vəsaitlərin əksər hissəsinin xərclənməsi məsələsinə baxılmalıdır. Açıqlanan statistikaya görə, 2013-cü il ərzində Neft Fondunun büdcə gəlirləri 13 600,5 milyon manat, büdcə xərcləri isə 12 302,7 milyon manat olub. 2013-cü il də daxil olmaqla neftdən Fonda daxilolmaların 56,5 faizi xərclənib. Məncə, neftdən daxil olan vəsaitlərin xərclənməsi ilə yığıma gedən hissəsi arasında optimal nisbəti tapmaq lazımdır". |
2014-03-04 | 10,641 | Ukrayna xalqı hərbi komissarlıqlara axışır | Hərbi komissarlıqlar Ukrayna ordusuna yazılmaq üçün müraciət edənləri qeydiyyata almağı çatdıra bilmir. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Andrey Parubiy bildirib. Onun sözlərinə görə, hərbi komissarlıqların qarşısı orduya yazılmaq üçün müraciət edən hərbi mükəlləfiyyətli insanlarla doludur: "Səfərbərlik olduqca aktiv şəkildə davam edir. İndi ilk növbədə zabitlər və ehtiyatda olanlar yığılır. Müraciət edənlər o qədər çoxdur ki, hərbi komissarlar insanları qeydiyyata almaqda çətinlik çəkirlər. İnsanlar öz əməlləri, öz hərəkətləri ilə Ukrayna ordusuna kömək etmək istəyirlər. |
2014-03-04 | 10,642 | Tiflisə gedən sərnişinlər aldadılıb, yarı yolda atıldı – Özəl | Bakı-Tiflis avtobusunda sərnişinləri aldadıblar. "Axar.az" məlumat verir ki, dünən Bakıdan Tiflisə hərəkət edən avtobus sərnişinləri Azərbaycan-Gürcüstan sərhədində, "Qırmızı Körpü" deyilən ərazidə düşürərək geri qayıdıb. Sərnişinlər deyir ki, "Qırmızı Körpü"də sürücü sərnişinlərə qeydiyyatdan keçərkən yüklərini də götürmələrini bildirib. Şərnişinlər nəzarət-buraxılış məntəqəsindən keçdikdən sonra məlum olub ki, onları gətirən avtobus Bakıya geri qayıdıb. Aldadılan sərnişinlər belə bir halın dəfələrlə təkrar olunduğunu deyir. Sərnişinlərin sözlərinə görə, Bakı-Tiflis biletini onlara olduğundan baha satıblar: "Bilet alarkən dedilər ki, Tiflis və Marneuli reysi var. Biz Tiflis reysinə bilet aldıq. Biletin üstünə 12 AZN yazıldığı halda 13 AZN tələb edildi. Səbəbini soruşduqda kassir müəyyən bəhanələr gətirdi. Sonradan bildik ki, bizə satılan bilet Marneuli avtobusuna imiş". Sərnişinlər problemlə əlaqədar Nəqliyyat Nazirlinin qaynar xəttinə zəng ediblər. Nazirlik sözçüsü Namiq Həsənov məsələ ilə maraqlanacağını və lazımi tədbir görüləcəyini bildirib. |
2014-03-04 | 10,643 | Mühasirədəki Ukrayna generalı ruslarla danışıq aparır | Ukraynalı general Aleksandr Kuzmuk Krımdakı rus qoşunlarının rəhbəri ilə danışıqlar aparır. "Axar.az" xəbər verir ki, bu barədə informasiya Sevastopol sakinləri tərəfindən Feysbukda yerləşdirilib. Hələlik danışıqlar barədə heç bir məlumat olmadığı bildirilib. Danışıqlarda əsas müzakirə mövzusunun günlərdir blokadada olan Perevalnı kəndindəki 36-cı alay olduğu deyilib. Qeyd edək ki, bir müddət öncə rus hərbçilərinin mühasirədə saxladıqları alay ruslara təslim olmayacağını bildirmişdi. Alay komandiri isə əsgərlərə son ana qədər döyüşmək əmri vermişdi. |
2014-03-04 | 10,644 | Ukrayna İran və Türkiyədən qaz ala bilər – Ekspert rəyi | "İrana qarşı tətbiq edilmiş embarqolar onun qaz sənayesini iflic edib". Bunu "Axar.az"a Rusiyanın Ukraynaya satdığı qazı bahalaşdıracağı ilə bağlı iddialarını şərh edən iqtisadçı ekspert Zəfər Vəliyev deyib. Onun fikrincə, Ukraynanın Rusiyadan alacağı qazın miqdarı da bəlli deyil: "Ukrayna ilə Rusiya arasında bağlanan ilk sazişdə "Qazprom" qazın hər 1000 kub metrini Ukraynaya 402 ABŞ dollarına satırdı və ötən ayın statistik göstəricilərinə görə, Ukraynanın "Qazprom"a 3 milyard 500 milyon dollardan çox borcu var idi. Rəsmi Kiyevin Avropa İttifaqı ilə Assosiativ Sazişdən imtina etməsindən sonra devrilmiş prezident Yanukoviç Rusiya ilə yeni razılıq əldə etdi. Bu hökumətlər arası müqaviləyə əsasən Moskva Kiyevə güzəştli qiymətə qaz satmalı idi. Müqavilədə də göstərildiyi kimi, 2014-cü ilin yanvarından başlayaraq bu saziş qüvvəyə minəcək. Düzü, alınacaq qazın miqdarı dəqiq məlum deyil, amma Ukraynanın illik tələbatı 40 milyard kub metrdir". Ekspert hesab edir ki, əgər Ukraynada siyasi vəziyyət düzələrsə, bu problemlərin də həllinə yardım edə bilər: "Hesab edirəm ki, "Qazprom"un qiymət qaldırmaqla bağlı iddiası siyasi məsələdir. Əgər Yanukoviç hakimiyyətdə qalsaydı və Rusiyanın irəli sürdüyü siyasi layihələrə imza atsaydı, o zaman qazı güzəştli şərtlərlə almağa davam edə bilərdilər. Bilirsiniz ki, Rusiya Avropaya satdığı qazı Ukrayna vasitəsi ilə qitəyə çatdırır. Bu onu göstərir ki, Rusiya özü də bu məsələdə Ukraynadan asılıdır. Digər məsələ isə Ukraynanın qaza olan tələbatı ilə bağlıdır. Ukrayna böyük qaz istehlakçısıdır. Ona görə Rusiya istəməz ki, əsas istehlakçılardan biri əldən çıxsın. Rusiya bu dəqiqə bütün potensial müştərilərinə güzəştli qaz satışı həyata keçirir. Düşünürəm ki, yaxın günlərdə bu məsələlər sabitləşəcək". Zəfər Vəliyevin fikrincə, Ukraynanın alternativ mənbələrdən qaz alması ehtimalı o qədər də real deyil: "Ötən il Ukrayna Avropa dövlətlərindən qaz almağa başladı. Bu o qədər də böyük həcm olmadı. Təxminən 3 milyard kub metrə yaxın qaz idi. Bu məsələlərə Rusiya etiraz etdi və onlar iddia edirdi ki, bu qaz Rusiyanın Avropaya satdığı qazdır və onu geriyə, Ukraynaya satıblar. Çünki qazın molekulyar tərkibini yoxlamaq çətin idi. Qaldı digər mənbə olan İran. İrana qarşı tətbiq edilmiş embarqolar onun qaz sənayesini iflic edib. Hətta bu embarqolardan qabaq İranın milli qaz şirkətinin prezidenti böhran vəziyyətində olduqlarını bəyan etdi. Elə məhz bu embarqolardan ən böyük qazanc götürən də Rusiyadır. Çünki İran qazının əsas müştəriləri Çin, Yaponiya, Cənubi Koreya və İspaniya idi. Rusiya isə bu bazarların hamısını ələ keçirdi. Türkiyədən qaz idxal etmək isə baha başa gəlir. Təxminən hər min kub metr 300 dollar deməkdir". Xatırladaq ki, hazırda Rusiya hər 1000 kub metr qazı Ukraynaya 268,5 dollara satır. "Qazprom" apreldən qazın hər min kub metrinə görə qiymətin 400 dollara qalxacağı ilə bağlı xəbərdarlıq edib. Səbəb kimi isə rəsmi Kiyevin 2 milyard dollar borcu olduğu əsas gətirilib. Ukraynanın "Naftoqaz" şirkəti əvvəlki qiymətin saxlanması ilə bağlı "Qazprom"la danışıqları davam etdirdiyi deyilir. |
2014-03-04 | 10,645 | Rusiya Krımı birləşdirməyəcək | "Rusiya Krımın birləşdirilməsi məsələsinə baxmır". "Axar.az" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konframsı zamanı Rusiya prezidenti Vladimir Putin jurnalistin sualını cavablandırarkən deyib. "İnanıram ki, həm o tay, həm də bu tayda yaşayan insanlar təhlükəsizlik şəraitində öz gələcəklərini müəyyən edəcəklər. " Qeyd edək ki, Krımın qeyri-qanuni baş naziri Sergey Aksenov Putinə müraciət edərək regionda sabitliyin qorunması üçün hərəkətə keçməsini istəmişdi. Bundan sonra Rusiya Federasiya Şurası Krımın ölkəyə birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlamışdı. |
2014-03-04 | 10,646 | Ruslar Ukraynada hərbi hissəni partlatdılar | Sevastopolun Balaklava rayonu yaxınlığındakı Fiolent burnunda yerləşən Ukrayna ordusuna aid hərbi hissədə güclü partlayış baş verib. "Axar.az" xəbər verir ki, partlayış baş verən zaman həmin ərazinin yaxınlığından ruslara məxsus 20-yə yaxın hərbi texnika keçirmiş. Partlayışın baş verdiyi ərazidə Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbi hissəsi yerləşir. Dağıntı və itkilər barədə məlumat yoxdur. |
2014-03-04 | 10,647 | Davudoğlu kürdcə danışdı – Video | Əhməd Davudoğlu Süleymaniyyədə qatıldığı bir forumda kürdcə danışıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Amerikan Universiteti tərəfindən təşkil olunan foruma qatılmaq üçün Şimali İraq Kürd Bölgəsinin Süleymaniyyə şəhərinə gedib. Qatıldığı forumda nitqinin açılışını kürdcə başlayan nazir böyük alqışlara layiq görülüb. |
2014-03-04 | 10,648 | Mən dünyada yeganə adamam ki… | Elçin İsgəndərzadəni "Qəfil qonaq" olaraq "yaxalamaq" çox çətin oldu. Nə vaxt qapısını döymək istədim, evdə tapılmadı. Telefonuna zəng vurdum, cavab verdi, gah İngiltərədə, gah da Almaniyada olduğunu dedi. Türkiyədən, Kiprdən, ABŞ-dan, Rusiyadan, Avropanın demək olar ki, bütün ölkəsindən sorağı gəldi. Azərbaycana gəlişini gözlədim. Vaxtı olsa, Azərbaycana da gəlsin Azərbaycana gələndə isə, qonaqlar, tədbirlər... Sorağını Gəncədən, Qubadan aldım. Türkanda - bağ evində olanda isə görüş ümidim artdı... Evə dönəndə isə həmişə gecə yarı oldu. Yadıma bir vaxtlar uşaq yazıçısı, rəhmətlik Əli Səmədlinin mənim kimi naəlac qaldığı vaxtda Elçin müəllimin o zamanlar orta məktəb şagirdi olan qızı Aydana dediyi sözlər düşdü: Qızım, atan evə zəng edəndə, deyərsən vaxtı olsa, Azərbaycana da gəlsin... Bu söhbəti mənə qəfil qonağı olacağım ev sahibi – professor, Texnika elmləri və filologiya elmləri doktoru Elçin İsgəndərzadə özü danışmışdı... Pəncərənin işıqları məni "çağırdı" Axır ki, Elçin müəllimi təsisçisi olduğu "Vektor" Beynəlxalq Elm Mərkəzinin ofisində tuta bildim. Mərkəzin ofisi elə tanınmış şair-alimin yaşadığı evin həyətində yerləşir. Ofisin işığı gecədən keçmiş yanırsa, demək, professor buradadır. Nəhayət, pəncərənin işıqları məni "çağırdı". Elçin müəllimlə qonşu olduğuma görə son vaxtlar onu güdməyə alışmışdım. Saat düz 12 tamamdır. 00:05 dəqiqədə ofisin qapısının zəngini basıram. Gözlükdən çölə süzülən işığın qarşısı alınır, kimsə çölə baxır, qəfil və gecədən keçmiş qonağın kim olması əlbəttə dəqiqləşməlidir. Qapı açılır. - Hacı, niyə görünmürsən? – köhnə dostluğumuzun verdiyi ərkdən sui-istifadə edib şəkillərini çəkirəm. - Heç 10 dəqiqə yoxdur ki, gəlmişəm. İstanbul Universitetinin alimləri Bakıdadır, onlarla idim. Otelə yola salıb gəlmişəm. Ürəyinə bax e, özün qəfildən gəldin… - Bütün günü onlarla olmusan? - Yox. Gündüz vaxt tapıb Adil Mirseyidlə görüşdüm, maşallah, yaxşılaşıb. Tofiq Abdini xatırladıq. Heç adam onun ölümünü gözləmirdi. Dostlar sıramızı tərk edir... Sən də 50-ni qoydun arxada, hədiyyəni hazırlamışam, sabahda-zadda zəng edəcəkdim, martın 5-də Almaniyaya gedirəm... ürəyinə bax e, özün qəfildən gəldin... - Elə, "Qəfil qonaq" lahiyəsi üçün qapını döydüm... Səni harada tutsaydım, orda da danışdıracaqdım. Səni evdə tutmaq mümkün deyil axı... Azərbaycana gəldinmi, demək, evinə gəlmisən. Xeyli söhbət edirik. Elçini atası rəhmətlik Barat dayını xatırlayırıq. - Bilirsən də, atam səni çox istəyirdi. Mən burda olmayanda həmişə arxayın olmuşam ki, sən varsan... -Yaxşı, Hacı, dedin qonaqların vardı, kimlər idi? - İstanbul Universitetinin professorları Salih Efiloğlu, Muxtar Andiç, Ahmet Oğuzla bir ortaq iş görürük. Almaniyada keçiriləcək bir elmi konfransa qatılacağıq,"Maşınqayırma məhsullarının keyfiyyətinin yüksəlməsi" haqda. Bu, qlobal bir problemdir. Təşəbbüs bizdən olub. Bizim Texniki Universitet və İstanbul Universitetinin texniki şöbəsi birgə tenderdə iştirak edəcək... Burda xüsusi ilə qeyd edim ki, Elçin Azərbaycan Texniki Universitetinin Metrologiya və standartlaşdırma kafedrasının professorudur. Onlarla ixtiranın müəllifidir. - Bilirsən, dostlardan biri haqqımda yazmışdı ki, Elçin peyvənd olunmuş tut ağacı kimidir. Yarısı qara tut, yarısı ağ tut gətirir. Məndə belədir, elmi araşdırmalarım və ədəbi yaradıcılığım 50-nin 50-yədir. 30 ildir ədəbiyyatın içindəyəm. Bu yaxınlarda Cavid haqda poemamı bitirdim. Oxuyanlar deyir, yaxşı alınıb. Azər Turanın çox xoşuna gəlib. Təsəvvür elə, elmi məqalə işləyirdim, fikrim qalırdı poemanın yanında, yarımçıq qoyub, poemaya keçirdim. Mən dünyada yeganə adamam - Maşınqayırma sahəsində kifayət qədər iş görmüsən. İxtiralar, səmərələşdirici təkliflər… Elə ədəbi sahədə də uğurların az olmayıb, şeirlər, poemalar, tənqidi məqalələr, manoqrafiyalar… - Mən dünyada yeganə adamam ki, həm texnika elmləri doktoru, professoruyam, həm də filologiya... Amma əslində özümü daha çox ədəbiyyata bağlı adam hesab edirəm. - Amma kitablarına fikir verirəm, elmi araşdırma kitabların da az deyil. - 200-ə yaxın elmi məqaləm dünyanın 80-ə yaxın ölkəsində dərc olunub. 47 ixtiram var. Keçmiş SSRİ-də ixtiralarım yaxşı qəbul olunub. Müstəqillik zamanında Rusiya Federasiyasında, Türkiyədə, Bolqarıstanda, Almaniyada və Azərbaycan da... İxtiralarımın, Mərkəzi ofisi Almaniyada olan Avropa Patent Komitəsinin şəhadətnaməsi var. Bu ixtiralar mənə 2009-cu ildə Avropanın əməkdar ixtiraçısı, 2010-cu ildə isə fəxri alimi adını qazandırıb. - Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya komisiyasının üzvüsən… - Elədir. Bu komissiyanın 15 üzvü var və çox böyük məsuliyyəti olan bir komissiyadır. Nə istəyirsən elə - Elçin müəllim, bayraqlara, sənə verilən mükafatlara fikir verirəm. Adamda belə təəssürat yaranır ki, səni bizdən çox kənarda tanıyırlar. - Mənim də taleyim belədir. Hər kəs bacardığı qədər ölkəmizin təbliğatı ilə məşğul olmalıdır. Bilirsən ki, Almaniyada 5.000.000 türk yaşayır. Münasibətlər normaldır. Onların vasitəsilə nə isə etmək mümkündür və mən öhdəmə düşəni edirəm. Almaniyada böyük bir türk iş adamı var. Yüksəl Dükan adlı bu adamın çoxlu sayda fabrikləri, şirkətləri var. Hündürmərtəbəli ofisinin 12-ci qatında 200 kv. metrlik bir sahəni mənə verdi. Dedi, nə istəyirsən elə. Burada onun köməkliyi və dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi yaradırıq. Divar boyu asılmış şəkillərə baxıram. Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl, Kiprin prezidenti olmuş Rauf Denktaş, dünya şöhrətli yazıçı Çingiz Aytmatovla çəkilən şəkillər... Makedoniyanın, Qazaxıstanın, Belçika krallığının, Boqarıstanın və digər ölkələrin başçıları ilə qəbullardakı fotolar... mükafatlar, orden-medallar. Qılınc, qoşalülə tüfəng, saz və digər şərq musiqi alətləri… bura əslində bir muzeydir və qiymətli eksponatlar var. Hacı Elçin İsgəndərzadə həm də xeyriyyəçidi… - Elçin bəy, sirr deyil ki, siz həm də "Vektor" nəşrlər evinin təsisçisisiniz. Bu vaxta qədər öz hesabınıza neçə kitab dərc etmisiniz? (Siyirtmədən kitabça çıxrıb vərəqləyir. Məlum olur ki, 580 kitab dərc olunub. 3 kitab isə bu gün-sabah nəşr olunacaq.) - Bu kitablardan 200-ü dünya türk yazarlarının, türk dilli dövlətlərin tarixi ilə bağlıdır. 380-i isə Azərbaycanla bağlıdır ki, bunun da 300-ü ədəbiyyat, 80–ni elmi əsərlərdir… Dünya türk yazarlarına, öz yazarlarımıza mükafatlar vermişik. Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat ödülümüz var… Bu ödülə layiq olanların həm də tərəfimizdən kitabları dərc olunur… Gecədən xeyli keçib, söhbəti Elçin müəllimin ictimaiyyət üçün qapalı tərəfinə yönəldirəm: - Bu gediş-gəlişlə xanımınızı çox intizarda qoymursuz ki? Gülür: - Xanımım harda olur ki? Çox vaxt elə o da mənimlə gedir. "Vektor Elm Mərkəzi"nin təsisçilərindəndir. Elm adamıdır. Elimlər namizədidir. - Uşaqlarınız, maşallah, təhsil aldılar, yüksək balla qəbul olundular… - Böyük qızım Ayşən magisraturanı Londonda oxuyurdu. Xanımımla tez-tez gedirdik yanına. İndi ARDNŞ-də çalışır. Yaxşı mütəxəssisdir. Neft Şirkətinin elmi tədqiqat inistitunun doktorantıdır. Kiçik qızım Aydan isə həkimdir. Həyat yoldaşı İstambulun "Bahat" xəstəxansının tanınmış cərrahıdır. Qızım orda praktikada olanda tanış olublar. Ailə qurdular. Yoldaşı Azərbaycanda çox tanınan tibb sahəsinin məşhur həkimlərinin nəslindəndir. Onu İstanbula dəvət ediblər. Orda işləyirdi. Oğlum Əli isə hələ orta məktəbə gedir… Elə bu zaman evin xanımı Afət xanım zəng edir. Gecədən xeyli keçdiyinə görə, həyat yoldaşının ofisdə ləngiməsi xanımı narahat edib. - Burdayam, səni Faiqə tərifləyirəm, - zarafat edir. Afət xanım vaxtın çox gec olmasına baxmayaraq, çay tədarükü görür. Söhbətə mane olmur. Səni mənə calayanı… - Necə tanış oldunuz, ulduzlarınız necə oldu barışdı? - Yerlimizdir. Bilirsən ki, mən Şuşanın Malıbəyli kəndindənəm. Sonradan atam Ağdamın Əhmədavar kəndində torpaq alıb ev tikdi. 7 yaşımdan sonra ora köçdük. Afətin xalası Lyuba xala bizimlə qonşu idi və anamla rəfiqə olmuşdular. Təşəbbüs də elə Lyuba xaladan olub. Anama tərifləyib bacısı qızını, anam da mənə tərifləyəndə, artıq gecikmişdilər. Çünkü uşaqların gələcək anasını artıq görüb bəyənmişdim… Amma üz vurmadım, elə onların düşündüyü kimi qalsın, dedim. Arada əsəbiləşəndə zarafata salıb "səni mənə tuşdayanı…" deyirəm, amma daha çox alqışa layiqdir o insanlar… - Hər şeyin var, maşallah, ad, san, şöhrət, elmi adların titulların, dostların, başını uca edən balaların, amma nəsə omalıdır axı, səni narahat etsin? - Mən Şuşada çox olmuşam. Uşaqlığım, yeniyetməliyim orda keçib. Cıdır düzündə bir qaya var. O qayada Sabir Rüstəmxanlının, Çingiz Əlioğlunun, rəhmətlik Nüsrət Kəsəmənlinin döyüilmüş adları var… Yeniyetmə və gənclik illərimdə o qayaya o qədər baxmışam ki… Həmişə istəmişəm ki, mənim də adıma bir qaya olsun orda. Adımı ora yazacaq səviyyədə şair olum. İnan, o qaya həmişə yuxuma girir. Cıdır düzündə o qədər tək, özüm–özümlə söhbətlər edərdim ki… Şair-alim Hacı Elçinlə söhbətimiz qonşunun həyətindəki xoruzun ilk banına qədər çəkir. Ayağa dururam. Qəfil gəldiyim kimi də, qəfil də sağollaşıram… |
2014-03-04 | 10,649 | MTN-in "Bank of Baku"da əməliyyat keçirməsi təsdiqləndi - Yeniləndi | 17:20 "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, iki gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məlumatlara görə, Elçin İsayev çirkli pulların yuyulmasında və İrandakı şərikləri ilə qanundankənar əlaqələrdə şübhəli bilinir. Ehtimal olunur ki, bu həbs Azərbaycan dövlətinin son günlər ekstrimist dindarlara qarşı həyata keçirdiyi sərt tədbirlər çərçivəsində həyata keçirilib. Qeyd edək ki, bugünlərdə "Bank Of Baku"nun adı Türkiyədə bir müddət əvvəl həbs olunan və bu günlərdə azadlığa buraxılan Rza Zərrabla da əməkdaşlıqda hallanıb. Əraflı məlumatı diqqətinizə çatdıracağıq. 19:52 E. İsayev bu gün mediada həbs olunması ilə bağlı xəbərlər yayılandan sonra agentliklə əlaqə saxlayıb və hazırda iş başında olduğunu deyib: "Bəzi media orqanlarında mənim həbs edilməyimlə bağlı yalan informasiyalar yayılıb. Qəti şəkildə bildirirəm ki, bu məlumatlar həqiqətə uyğun deyil, mən iş başındayam". "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, isə hüquq-mühafizə orqanları bu günlərdə "Bank of Baku"da əməliyyat keçirib. Lakin əməliyyat bankın rəhbərliyinin müraciəti əsasında aparılıb. Məlumata görə, "Bank of Baku"nun rəhbərliyi bankın sisteminə kənar müdaxilənin olmasından şübhələnərək, məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün ərizə ilə müraciət edib. Keçilmiş əməliyyat nəticəsində bankın sisteminə müdaxilə faktı təsdiqini tapıb. Hazırda bu istiqamətində araşdırmalar davam etdirilir. Məlumata görə, hələlik məsuliyyətə cəlb olunan yoxdur. "Bank of Baku" ASC də məlumatla bağlı təkzib yayıb. Bankdan APA-ya bildirilib ki, bu gün bir sıra KİV-də "Bank of Baku"-nun Müşahidə Şurasının sədrinin həbsinə dair əsassız məlumat yayılıb. "Bununla əlaqədar "Bank of Baku" ASC bildirir ki, bankın Müşahidə Şurasının sədri Elçin İsayev heç bir dövlət orqanı tərəfindən saxlanılmayıb. Yayılan məlumat tam əsassızdır və həqiqəti əks etdirmir. "Bank of Baku"-nun Müşahidə Şurasının sədri Elçin İsayev normal bank fəaliyyətini davam etdirir. "Bank of Baku"-nun baş ofisi və ölkə boyunca yerləşən filialları normal rejimdə işləməkdədirlər. Bu yaxınlarda 20 illiyini qeyd edən "Bank of Baku" ASC müştəriləri məmnun edəcək yeni məhsul və xidmətlərinin təqdimatına hazırlaşır", - deyə məlumatda deyilir. |
2014-03-04 | 10,650 | Mirəlioğlu qətlə yetirilən partiyadaşından danışdı | "İndidən partiyamızın üzvü Aydın Xəlilovun siyasi məqsədlərə görə öldürülməsi versiyasını irəli sürmək düzgün deyil. Amma bunu nə təsdiq, nə də təkzib etmək mümkündür". "Axar.az" xəbər verir ki, bunu "Aznews.az"a açıqlmasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. KXCP üzvü Aydın Rafiq oğlu Xəlilovun qətlə yetirilməsi haqda danışan M.Mirəlioğlu bildirib ki, martın 4-də saat 14:30 radələrində Aydın Xəlilovun meyiti Salyan-Şirvan yolunda tapılıb. Hazırda hüquq-mühafizə orqanları mərhumun ölümünün səbəbləri faktını araşdırır. M.Mirəlioğlu vurğulayıb ki, A.Xəlilov rayonun nüfuzlu şəxslərindən biri olub: "O, gənc olmasına baxmayaraq, ağsaqqal sayılırdı. Nüfuzlu bir adam idi. Həmçinin, mərhum Dağlıq Qarabağ müharibəsində döyüşmüşdü". Qeyd edək ki, martın 4-də saat 14.30 radələrində Salyanda Aydın Rafiq oğlu Xəlilov vəhşicəsinə qətlə yetirilib. O, naməlum şəxsin gəldiyi qara rəngli "Toyota Prado" avtomobilinə əyləşib və Salyan-Şirvan istiqamətinə hərəkət ediblər. Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb. Hadisə ilə bağlı Prokurorluqda "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır. |
2014-03-04 | 10,651 | Rus qoşunları Krımı tərk edir - Video | Rusiya hərbçiləri Krımdakı Kerç yarımadasını tərk edirlər. "Axar.az"ın verdiyi məlumata görə, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Xəbərdə qeyd olunub ki, "Ural" markalı hərbi maşınlar Feodosiyaya keçiblər. Hərbçilər səhra mətbəxi və digər avadanlıqları köçürüblər. Onların əhval-ruhiyyələri yaxşıdır. Əsgərlərin sözlərinə görə, onlar Kerç bərə keçidini qoruyurdular, artıq yorulublar. |
2014-03-04 | 10,652 | Con Kerri Ermənistana gedəcək | ABŞ-ın dövlət katibi Con Kerri bu ilin sonunda Ermənistana səfər edəcək. Bu barədə Birləşmiş Ştatların Ermənistandakı səfiri Con Xeffern deyib. Onun sözlərinə görə, Kerri regiona, Türkiyəyə səfəri çərçivəsində İrəvana baş çəkəcək. Diplomat ABŞ xarici siyasət idarəsi başçısının Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarı olduğunu da qeyd edib(musavat.com). |
2014-03-04 | 10,654 | Məhkəmələrdə 40-dan çox QHT-nin şikayətinə baxılır | "Ölkədə qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı da problem görmürəm". Bunu "Axar.az"ın qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı sualını cavablandıran Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirdi: "Bilirsiniz ki, yanvar ayında QHT-lərin qeydiyyatı ilə bağlı qanunvericiliyə son əlavə və dəyişikliklər qüvvəyə mindi və bundan sonra müəyyən polemika yarandı. QHT Şurası bütün tərəfləri bir yerə yığaraq "Hüquq və monitorinq komissiyası" yaratdı. Artıq həmin komissiyanın ilk iclası da olub. Komissiyanın üzərinə düşən məsələlər qanunun tətbiqi ilə bağlı məsələləri diqqətdə saxlamaq, QHT-lərin hər hansı tədbiri keçirdikləri zaman qarşılaşdıqları problemlərə müdaxilə etmək, eyni zamanda QHT-lərin qeydiyyatı zamanı meydana çıxan problemləri yerindəcə müzakirə edib, onların qarşısını almaqdır. Qeyri-hökumət təşkilatlarının qeydiyyatı deyəndə onların lazım olan sənədlərin qanunvericiliyin tələbinə uyğun olaraq doldurub Ədliyyə Nazirliyinə təqdim etməsi nəzərdə tutulur. Bir çox hallarda eşidirik ki, QHT-lər 1-2 dəfə sənədlərini qeydiyyat üçün təqdim edir, sonra isə Ədliyyə Nazirliyinin həmin təşkilatı qeydiyyatdan keçirməyəcəyini düşünür və sənədləri daha qeydiyyat üçün təqdim etmirlər. Hesab edirəm ki, bu yanlış addımdır. Ölkədə qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı da problem görmürəm. Ay, rüb və il üzrə Azərbaycanda qeydiyyatdan keçən QHT-lərin sayı artıb. QHT Şurası olaraq biz də QHT-lərin daha asan formada qeydiyyata alınmasının tərəfdarıyıq". Məhkəmələr QHT-lərin ziyanına qərar verir Oqtay Gülalıyev hesab edir ki, qanunvericilikdə edilən son dəyişikliklər QHT-lərin qeydiyyatını daha da çətinləşdirdi: "Azərbaycanda QHT-lərlə bağlı bir çox problemlər var. Həm qanunvericilik, həm qeydiyyat, həm də donorlardan qrantların alınması ilə bağlı çətinliklər hələ də mövcuddur. Ən böyük problemlərdən biri isə qeydiyyatla bağlıdır. Xüsusən də bu qeydiyyat məsələsi daha üzdədir. Qanunvericilikdəki son dəyişiklik qeydiyyat prosesini daha da sərtləşdirdi. Son aylarda QHT-lərin qeydiyyatı ilə bağlı hansısa müsbət dəyişiklikdən danışmaq mümkün deyil". O. Gülalıyevin fikrincə, qeydiyyatdan keçməklə bağlı məhkəmələrə edilən müraciətlər əksəriyyəti Ədliyyə Nazirliyinin xeyrinə qərar çıxarır: "Konkret olaraq mənim yaratdığım "Demokratik İslahatlar Uğrunda Cəmiyyət"in qeydiyyatı 5 ildir yubadılır. Rəsmi qurum müxtəlif bəhanələr işlədir. Məndə olan son məlumatlara görə artıq 100-dən artıq şikayət ölkə sərhədlərini aşaraq Avropa Məhkəməsinə göndərilib". Qeyd edək ki, ötən ilin son məlumatlarına görə, 3800-dən artıq qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib. Bununla yanaşı 40-dan artıq QHT-nin qeydiyyata alınmaması ilə bağlı məhkəmə prosesi gedir. Onlardan bir çoxu yerli instansiya məhkəmələrinin qərarı ilə razılaşmayaraq Avropa İnsan haqları Məhkəməsinə şikayət ediblər. |
2014-03-04 | 10,655 | “Nurçular Azərbaycan üçün ciddi təhlükədir” – Şərh | "Öz məktəblərini bitirən insanları müxtəlif yerlərə yerləşdirmək artıq şəbəkələşmədir". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu dedi. O, Fətullah Gülən tərəfdarlarının Azərbaycanda Ərdoğana qarşı fəaliyyətlərini genişləndirməməsini Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gələ bilmə ehtimalları ilə bağlı olduğunu dedi: "Baş nazir Ərdoğanla Fətullah Gülən arasında açıq-aşkar savaş gedir. Ərdoğan çıxışlarının birində Gülənin əsas şəbəkələrindən birinin məhz Azərbaycanda olduğunu dedi. Buradakı gülənçilər hələlik səssizdirlər. Öz mediaları vasitəsilə və yaxud digər vasitələrlə Ərdoğanı vurmurlar. Bilirlər ki, bu addım Azərbaycan hakimiyyəti tərəfindən yaxşı qarşılanmayacaq. Azərbaycan üzərindən Ərdoğanı vurmaq onlara sərf etməyəcək. Əgər fikir versəniz görərsiniz ki, onların Azərbaycandakı başbilənləri çıxışlarında yenə deyirlər ki, biz burada ancaq təhsil verməklə məşğuluq. Mən bunu başa düşürəm. Amma hər dəfə "biz təhsillə məşğuluq" deyib bunu başa vurmaq lazım deyil. İkinci bir tərəfdən, burada kasıb təbəqənin uşaqları təhsil ala bilmir. Başqa bir tərəfdən isə Azərbaycanda onlar təkcə təhsil verməklə məşğul deyillər. Onların Azərbaycanda həm mətbuatı, həm də televiziyası var. Yaxşı, onda sual verirəm: Yalnız təhsillə məşğul olursunuzsa, bu televiziya və mətbuat sizin nəyinizə lazımdır? Bax, bu suallar hələ ki, açıq qalır". Bu, dövlət içində təhlükədir Politoloq bu təriqətin tərəfdarlarının Azərbaycanda siyasi hədəflərinin olduğunu da vurğuladı: "Türkiyədəki hadisələr başlayandan sonra Ərdoğan ilk olaraq onların çirkli işləri haqqında danışmağa başladı. Ardınca isə gizli telefon dinləmələri ortaya qoydular. Hələ onların arasında Müdafiə naziri Zakir Həsənovu təbrik etmələri haqqında da sözlər var idi. Yaxşı bəs, Müdafiə nazirini təbrik etməkdə sizin nə marağınız ola bilər? Görünür, onların siyasi hədəfləri də var. Lakin bu siyasi hədəfləri hələ ki, Azərbaycanda dilə gətirməyiblər. Əgər Türkiyədə bu işləri bacarırlarsa, niyə də Azərbaycanda belə şeylər görməsinlər?" Elxan Şahinoğlu həmçinin nurçuların ölkədə təhsil verməklə bərabər müxtəlif idarələrdə artıq öz şəbəkələrini formalaşdırdıqlarını da qeyd etdi: "Onlar özlərinin şəbəkələrini formalaşdırırlar. Yenə də müdafiəçiləri yazırlar ki, onlara təhsil verir, işlə təmin edirlər. Bu, çox gözəldir. Amma bütün bunlar sonrakı mərhələdə şəbəkələşməni işə salır. Öz məktəblərini bitirən insanları müxtəlif yerlərə yerləşdirmək artıq şəbəkələşmədir. Bu, artıq dövlət üçün təhlükədir. Bu gerçəyi əks etdirəmn yazışmalar da var". |
2014-03-04 | 10,656 | İlham Əliyev hərbi xidmətlə bağlı sərəncam imzaladı | Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2014-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar. Bu sərəncamla "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar. Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb. |
2014-03-04 | 10,657 | Dilçilik İnstitutunda Terminologiya şöbəsi yaradılıb | Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda Terminologiya şöbəsi yaradılıb. Elmi-texniki tərəqqi sayəsində yeni terminlərin meydana çıxması ilə əlaqədar terminoloji sistemlərin fasiləsiz olaraq təkmilləşdirilməsi, elmi terminologiyanın inkişafının düzgün istiqamətləndirilməsi, Azərbaycan dilinin tələblərinə uyğunlaşdırılması və sistemə salınması üçün bu institutda əvvəllər fəaliyyət göstərmiş Terminologiya şöbəsinin yenidən bərpa edilməsi zərurəti yaranıb. Bununla bağlı Humanitar və İctimai Elmlər Bölməsi vəsatət qaldırıb. Bunları nəzərə alan AMEA Rəyasət Heyəti AMEA Nəsimi adına Dilçilik İnstitutunun strukturunda Terminologiya şöbəsinin yaradılmasına dair qərar qəbul edib. (ANS) |
2014-03-04 | 10,658 | Serbiya ilə əməkdaşlıq iclası keçirildi | Bu gün Belqradda Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir. Serbiya tərəfi isə iclasda Baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb: "Ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar böyük rol oynayır. Azərbaycan və Serbiya beynəlxalq səviyyədə, xüsusilə ərazi bütövlüyü kimi mühüm məsələlərdə bir-birini dəstəkləyir". Sonra nazir Hökumətlərarası Komissiyanın 2-ci iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, ötən dövr ərzində hüquqi sahədə bir sıra sənədlər imzalanıb, karantin və bitki mühafizəsi, beynəlxalq yükdaşımaları, səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında saziş layihələri isə razılaşdırma mərhələsindədir: "Ölkələrimiz arasında investisiya sahəsində sıx əməkdaşlıq həyata keçirilib. Buna misal olaraq, Azərbaycanın "AzVirt" şirkətinin baş podratçısı olduğu avtomagistralın tikintisinə dair kredit sazişinin uğurlu icrasını qeyd etmək olar. Kənd təsərrüfatı, nəqliyyat, İKT, təhsil, mədəniyyət, idman və gənclər sahəsində də əməkdaşlığımız genişlənib". Humanitar sahədə əməkdaşlığa gəldikdə, Ş.Mustafayev son illər ərzində ümummilli lider Heydər Əliyevin və serb yazıçı Milorad Paviçin abidələrinin ucaldıldığı Belqradda yerləşən Taşmaydan parkının, məscidin yenidən qurulduğunu və s. diqqətə çatdırıb. Nazir Azərbaycan və Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin, dövlət qurumları arasında müntəzəm görüşlərin və danışıqların aparılmasının, iş adamları arasında əlaqələrin inkişaf etdirilməsinin və bu məqsədlə biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və Serbiyada infrastruktur obyektlərinin tikintisi, turizm, təhsil sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri, Hökumətlərarası Komissiyanın həmsədri R.Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. İclasda komissiya üzvləri müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Sonda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev və Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri R.Lyayiç imzalayıblar. Sənəddə iqtisadiyyat, sənaye, ticarət, investisiya, kənd təsərrüfatı, turizm, enerji, təhsil, ekologiya, mədəniyyət, gənclər, idman və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur. Serbiyaya səfər çərçivəsində iqtisadiyyat və sənaye nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə əklil qoyub. Ş.Mustafayev səfər zamanı Serbiya Prezidenti Tomislav Nikoliç və Baş nazirinin müavini R.Lyayiç ilə də görüşüb. Görüşlərdə Azərbaycan və Serbiya arasındakı əməkdaşlıq və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. |
2014-03-04 | 10,659 | Bu gün 4 QHT-nin şikayətinə baxılıb | Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib. Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2014-cü il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 4 QHT-nin şikayətinə baxılıb. Komissiya üzvləri - Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Şura üzvü Vüqar Qədirov, Hüquqi Düşüncə İctimai Birliyinin sədri Samir İsayev və Katibliyin baş məsləhətçisi Fərid Rüstəmov müsabiqə nəticələri ilə bağlı müraciət etmiş 5 təşkilatdan 4-nün təqdim etdiyi layihələrlə əvvəlcədən tanış olduqlarını bildiriblər. Apelyasiya komissiyasına müraciət etmiş 5 təşkilatdan 4-ü iclasda iştirak etmiş və onların şikayətinə baxılmışdır. Onlar aşağıdakılardır: 1. Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi 2. Milli Paralimpiya Komitəsi 3. Şəmsi Əsədullayev Xeyriyyə İctimai Birliyi 4. Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Qarşılıqlı anlaşma və diskussiya şəraitində keçən müzakirələrdə komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilərək onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılmışdır. Komissiya üzvləri hər bir şikayət üzrə ayrılıqda qərar qəbul ediblər. Milli Paralimpiya Komitəsinin təqdim etdiyi layihənin ideyasının əhəmiyyətini nəzərə alaraq mövcud çatışmazlıqları aradan qaldırmaqla Şuranın növbəti maliyyə yardımı müsabiqəsinə təqdim etməsi tövsiyə edilib. Digər 3 QHT-nin təqdim etdiyi layihələrin maliyyələşdirilməməsi haqqında Şuranın qərarı isə qüvvədə saxlanılıb. Komissiya üzvləri layihələr üzrə yerinə yetiriləcək fəaliyyətlərin ictimai baxımdan aktual və konkret olmasının vacibliyini QHT nümayəndələrinin diqqətinə çatdırıblar. İclasda Şura tərəfindən layihələrin qiymətləndirilməsində şəffaflığın təmin olunması üçün mütamadi iş aparıldığı da vurğulanıb. |
2014-03-04 | 10,660 | ARDNŞ-dəki ixtisarlara departament rəhbərindən cavab | ARDNŞ-in Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli işdən çıxarılan işçilərin kariyeralarını inkişaf etdirməyin yolları ilə bağlı məqalə yazıb. Həmin məqaləni təqdim edirik: Məsuliyyətlə qeyd etməliyəm ki, ixtisası üzrə müvafiq bilik və səriştəyə malik olan hər bir Azərbaycan Respublikası vətəndaşı müəyyən vaxt çərçivəsində özünü qane edəcək səviyyədə işlə təmin olunma və karyerasını inkişaf etdirmək şansına malikdir. Məlum olduğu kimi, hazırda ARDNŞ-də təşkilati idarəetmə strukturunun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə mexanizminin optimallaşdırılması məqsədilə struktur dəyişiklikləri həyata keçirilməkdədir. Bu islahataların həyata keçirilməsi prosesinin gedişində isə müəyyən sayda işçi heyətinin sərbəstləşməsi qaçılmazdır. Lakin ARDNŞ rəhbərliyinin bu struktur dəyişklikləri nəticəsində sərbəstləşəcək işçilərə münasibətdə mövqeyi peşəkarlıq, sosial qayğı, diqqət, ədalətlilik və şəffaflıq prinsipləri çərçivəsindədir. Qeyd olunan prinsiplərin həyata keçirilməsi çərçivəsində "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram" təsdiq edilərək icrasına başlanılmışdır. Hal-hazırda sərbəstləşən işçilərin işlə təmin edilməsi məqsədilə ARDNŞ-yə kənardan işə qəbul məhdudlaşdırılmış və yaranan vakansiyalar ilk növbədə bu proqrama qoşulmuş işçilərin, bu mümkün olmadıqda isə ştatların ləğvi səbəbi ilə işdən azad edilmiş digər işçilərin hesabına komplektləşdirilməkdədir. Məhz bu ardıcıllıqla aparılan yerləşdirmələrdən sonra belə boş qalan iş yerləri vakansiya qismində elan edilməkdədir. Bununla yanaşı məsuliyyətlə qeyd etməliyəm ki, ixtisası üzrə müvafiq bilik və səriştəyə malik olan hər bir Azərbaycan Respublikası vətəndaşı müəyyən vaxt çərçivəsində özünü qane edəcək səviyyədə işlə təmin olunma və karyerasını inkişaf etdirmək şansına malikdir. Yuxarıda izah edilənlərin sübutu kimi qeyd etmək olar ki, aparılmış struktur dəyişiklikləri Şirkətin Geofizika və geologiya İdarəsi üzrə 1475 nəfəri, Neft Kəmərləri İdarəsi üzrə 1022 nəfəri, Sosial İnkişaf İdarəsi üzrə 410 nəfəri, Qaz İxrac İdarəsi üzrə 208 nəfər, "Kompleks Qazma İşləri" tresti üzrə 3866 nəfəri və "Neftqaztiknti" tresti üzrə 289 nəfəri olmaqla ümumilikdə 7270 nəfər işçini əhatə etmişdir. Artıq Geofizika və geologiya İdarəsindən 1354 nəfər, Neft Kəmərləri İdarəsindən 975 nəfər, Sosial İnkişaf İdarəsindən 352 nəfər, Qaz İxrac İdarəsindən 208 nəfər, "Kompleks Qazma İşləri" trestindən 3279 nəfər və "Neftqaztiknti" trestindən 289 nəfər işçi, əvvəl işlədikləri müəssisələrin daxili imkanları hesabına işlə təmin edilmiş və yeni təşkilati idarəetmə strukturları bu işçilərin hesabına formalaşdırılmışdır ki, bunların da ümumi sayı 6457 nəfər təşkil edir. 533 nəfər işçi isə (Geofizika və geologiya İdarəsi üzrə 55 nəfər, Neft Kəmərləri İdarəsi üzrə 40 nəfər, Sosial İnkişaf İdarəsi üzrə 12 nəfər və "Kompleks Qazma İşləri" tresti üzrə 426 nəfər) ARDNŞ-nin Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əmr-Qərarı ilə onlara yaradılmış imkandan yararlanaraq əmək haqlarının 5 misli məbləğində müavinət almışdır. 108 nəfər işçi,o cümlədən Geofizika və geologiya İdarəsindən 23 nəfər, Neft Kəmərləri İdarəsindən 4 nəfər, Sosial İnkişaf İdarəsindən 4 nəfər və "Kompleks Qazma İşləri" trestindən 77 nəfər isə "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram"a qoşulmuşdur. Geofizika və geologiya İdarəsindən 43 nəfər, Neft Kəmərləri İdarəsindən 3 nəfər, Sosial İnkişaf İdarəsindən 42 nəfər və "Kompleks Qazma İşləri" trestindən 84 nəfər olmaqla, cəmi 172 nəfər Proqrama qoşulmaqdan imtina edərək sərbəstləşmişdir. Bu struktur dəyişikliklərindən biri də ARDNŞ-nin müvafiq əmrlərinə əsasən hazırda "Azəriqaz" İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən rayon qaz istismarı sahələrinin yenidən təşkil edilərək onların bazasında Regional qaz istismarı İdarələrinin yaradılması tədbirləridir. ARDNŞ-nin 17.07.2013-cü il tarixli "ARDNŞ qurumlarında struktur dəyişikliklərinin aparılması prosesinin tənzimlənməsi barədə" əmri ilə təsdiq edilmiş SOCARSS-003.2013 standart sənədinə əsasən struktur dəyişikliklərinin həyata keçirildiyi müəssisə və təşkilatları ilə birlikdə işçilərin əmək münasibətlərinin davam etdirilməsinin araşdırılması və bu istiqamətdə qüvvədə olan qanunvericiliyə, ARDNŞ-nin daxili normativ sənədlərinə və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlərin həyata keçirilməsi ARDNŞ-nin Baş ofisinin İnsan Resursları Departamentinə həvalə edilmişdir. Bununla bağlı olaraq, ilk növbədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi ilə əmək müqaviləsinin ləğv olunması qadağan olunan işçilər müəyyən edilərək mövcud vakansiyalar üzrə yerləşdiriləcəklər. Daha sonra, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin icrasını, yəni müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və daha yüksək peşəkarlıq səviyyəsinə malik olan işçiləri işdə saxlanılmasını təmin etmək məqsədi ilə təsdiq edilmiş qrafik əsasında ARDNŞ-nin Baş Ofisinin İnsan Resursları Departamenti tərəfindən test imtahanları təşkil ediləcəkdir. Bundan sonra isə imtahan nəticəsində peşakarlıq səviyyəsi daha üstün (peşəkarlıq səviyyəsi eyni olduqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş işçilərə üstünlük veriləcəkdir) olan işçilər mövcud vakansiyalar üzrə yerləşdiriləcəkdir. Digər işçilər isə sərbəstləşmiş işçilər qismində müəyyən ediləcəkdir. Həyata keçirilən struktur dəyişiklikləri nəticəsində sərbəstləşən işçilərə "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram"ına qoşulmaq (ARDNŞ prezidentinin müvafiq əmri olduğu təqdirdə) və yaxud orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik kompensasiya ödənilməklə işdən azad olunmaq təklif olunur. Qeyd olunan proqram vasitəsilə sərbəstləşən işçilərlə (pensiya yaşına çatmış şəxslər və ARDNŞ-nin digər proqramlarının iştirakçıları istisna olmaqla) daima iş aparılacaq və yeni iş yerləri ilə təmin olunması üçün davamlı tədbirlər görüləcəkdir. Belə ki, bu proqrama qoşulmuş sərbəstləşən işçilərə proqram dövründə (ən azı bir il müddətində) həmin işçinin orta aylıq əmək haqqının 50 %-i həcmində aylıq müavinətin ödənilməsi, könüllü tibbi sığorta üzrə təminatın tibbi sığorta müqaviləsinin tələblərinə uyğun saxlanılması, proqram iştirakçılarının işlə təmin edilməsi üçün iş yerlərinin axtarılması, ixtisasartırmaya ehtiyacı olan işçilərin müəyyən edilməsi və onlar üçün təlimlərin təşkil edilməsi kimi mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd etmək istərdim ki, ARDNŞ-də gələcəkdə də həyata keçirilən struktur dəyişiklikləri yuxarıda göstərilən qaydada aparılacaq və müəssisənin müvafiq mütəxəssislərinin, lazım gələrsə mətbuat və Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə şəffalıq, obyektivlik, ədalətlilik prinsipləri çərçivəsində tənzimlənəcəkdir. |
2014-03-04 | 10,661 | Elmar Məmmədyarov kolumbiyalı səfiri qəbul edib | Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın ölkəmizdə yeni açılmış səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Jose Jater Penanı qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüş əsnasında iki ölkə arasında siyasi, iqtisadi, mədəni və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə müzakirələr aparılıb. Kolumbiyanın Bakıda səfirliyinin fəaliyyətə başlamasının əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunub. |
2014-03-04 | 10,662 | Cərimələr 150 manatdan 50 manata endiriləcək | Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində "İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi müzakirə olunub. Müzakirə zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə edilən əlavə və dəyişikliklərə əsasən, indiyə qədər xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 150 manat cərimə nəzərdə tutulurdu. Dəyişiklikdən sonra bu cəza 50 manat təşkil edəcək. Həmçinin Məcəlləyə əlavə edilən 391.1-1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Məcəllənin 410-1.1-ci maddəsinin isə aşağıdakı redaksiyada verilməsi təklif olunur: "Bu Məcəllənin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1-ci, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar) real vaxt rejimində elektron formada birbaşa müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında real vaxt rejimində tərtib edilir və mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir". Bundan əlavə, 410-1.8-ci maddəyə əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə bu Məcəllənin 410-1.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, nəqliyyat vasitəsinin istifadəçisini səlahiyyətli orqana çağırmaq, nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında bu Məcəllənin 410-1.1-ci maddəsinin tələblərinə uyğun olmayan protokol tərtib etmək qadağandır. ("Musavat.com") |
2014-03-04 | 10,663 | Gömrükdə 2 milyonluq qaçaqmal aşkarlandı | Həyata keçirilən kompleks tədbirlər nəticəsində gömrükdə 12475 hüquqpozma faktı aşkar edilib. Onlardan 347-i cinayət xarakterli faktlar, 12125-i isə gömrük qaydaları əleyhinə inzibati xəta faktarı olub. Bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı açıqladığı hesabatda qeyd olunub. Hesabatda bildirilir ki, cinayət xarakterli faktlar üzrə tutulmuş qaçaqmalçılıqda əşyaların və digər cinayət predmetlərinin dəyəri 2,4 milyon manat təçkil edilib. Bu əməllərin törədilməsində şübhəli bilinən 389 nəfərin (306 Azərbaycan vətəndaşı, 83 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb. 2013-cü il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 133 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 270,8 kq narkotik vasitə və maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu faktlar üzrə ümumilikdə 152 nəfər barəsində müvafiq tədbirlər görülüb. Gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 354 hüquqi şəxs (o cümlədən 181 xarici hüquqi şəxs) və 11771 fiziki şəxs (o cümlədən 7477 əcnəbi) inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə qarşı 1255,1 min manat cərimə tətbiq olunmaqla, dəyəri 199,1 min manat olan mallar müsadirə edilib. Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən valyuta qanunvericiliyinin tələblərini pozan şəxslərdən 343380 ABŞ dolları, 59035 avro, 9 kq-dan çox qızıl, 42104 manat dəyərində qızıl əşya, gümüş, gümüş əşya və qiymətli daşlar aşkar olunaraq götürülüb. ("Modern.az") |
2014-03-04 | 10,664 | Rusiya NATO-nun təklifini qəbul etdi | NATO-nun baş katibi Anders Rasmussenin Rusiyaya toplantı keçirtmək üçün etdiyi təklif qəbul edilib. "Axar.az" xəbər verir ki, toplantı ilə bağlı Anders Rasmussen Rusiya tərəfinə toplantıda iştirak etməyi təklif edib və bu təklif qəbul edilib. Qeyd edək ki, NATO-Rusiya arasında toplantı sabah Brüsseldə keçiriləcək. |
2014-03-04 | 10,665 | Rus və Ukrayna hərbçiləri arasında silahlı insident - Video | Sevastopolun Bəlbək Hava aerodromu yaxınlığında Ukrayna əsgərləri ilə Rusiya əsgərləri arasında silahlı insident baş verib. "Axar.az" xəbər verir ki, təxminən 300 Ukrayna əsgəri Sevastopolda yerləşən hava aerodromuna doğru irəliləyərkən rusiyalı əsgərlər xəbərdarlıq atəşi açaraq, ukraynalı əsgərlərin geri çəkilməsini tələb ediblər. Ancaq Ukrayna əsgərlərinin rusların xəbərdarlıq atəşinə baxmayaraq irəliləməsi, rusları daha da şiddətləndirib. Belə ki, onlar "Əgər dayanmasanız vuracağıq sizi", - deyiblər. İki qrup arasında qarşıdurma davam edərkən videgörüntülər kəsilib. Əldə olunan məlumata görə, əsgərlərin həyat yoldaşları və anaları iki ordunun arasına girərək qan tökülməsinin qarşısını alıblar. |
2014-03-04 | 10,666 | Azərbaycanın 4 klubu Barselonada - Video | Barselonada Avropa Futbol Klubları Assosiasiyası Baş Assambleyasının (ECA) 12-ci iclası keçirilib. ECA Avropanın 53 ölkəsindən 214 futbol klubunu özündə birləşdirir və klub futbolunun maraqlarını təmsil edir. İclasda Azərbaycandan 4 klub – "Neftçi", "Azal", "Bakı", "Xəzər-Lənkəran" təmsil olunub. Avropanın diqqət mərkəzində olan builki iclasın əsas müzakirə mövzusu UEFA və FİFA tərəfindən tətbiq olunan on yenilik olub. Bununla yanaşı, klubların nümayəndələrinə ECA-nın sifarişi ilə hazırlanmış, Avropa futbolunda transfer prinsiplərinə həsr olunmuş geniş tədqiqatın nəticələri təqdim edilib. Qurumun idarə heyətində də dəyişiklik olub. Belə ki "Celtic" klubunun baş direktoru Piter Lauyell idarə heyətinə yeni üzv seçilib. İclasda ECA-nın klubdaxili transfer məsələlərində şəffaflığın monitorinqinin aparılması əsas təkliflərdən olub. İştirakçılar bu il ilk dəfə olaraq bu rəqəmləri plenar iclaslar çərçivəsində təqdim ediblər. İclasın yekunundan sonra həmin rəqəmlər açıqlanıb. Belə ki, 2011-2012-ci və 2012-2013-cü illər üçün Avropa klublarının beynəlxalq və yerli səviyyədə həyata keçirdikləri oyunçu transferlərindən əldə olunmuş gəlir 4 milyard 853 milyon avro təşkil edib. Qurumun baş katibi Mikele Centenarionun dediyinə görə, bu rəqəm əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Bu rəqəmləri tənzimləmək üçün klublara ən adi şirkətlərə tətbiq olunan iqtisadi tələblər tətbiq ediləcəkdir. Bunlara vergi, transfer sayı, əmək haqları və sair daxildir. Yeniliklərdən digəri isə 2013-2014-cü il mövsümündən etibarən Avrokubokda yeni - UEFA Gənclər Liqasının fəaliyyətə başlaması olacaqdır. Bu, UEFA Çempionlar Liqasının 32 klubunun gənclərdən ibarət heyətlərinin çempionatı olacaqdır. İclasda bildirilib ki, FİFA bu il Braziliyada keçiriləcək dünya çempionatının təşkilati məsələlərinə 70 milyon avro vəsait ayırıb. Xatırlanıb ki, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında iştirak edən futbolçuların 75 faizi Avropa klublarında çıxış edən oyunçular olub. (AzərTac) |
2014-03-04 | 10,667 | Borc içində boğulan Qazinin cəhənnəm həyatı - Foto | Qarabağ qazisi Şunasi Babayev döyüşdə ayağından aldığı güllə yarasına görə bu günə kimi şikəstdir. Əməliyyat üçün pul tapa bilmədiyindən banklara üz tutan Qarabağ qazisinin ayaq sümüyü çürümədən xilas edilsə də, özü bankdan götürdüyü kreditlərdən canını qurtara bilmir. Biz də Qazinin problemiylə maraqlanmaq üçün Sabunçu rayon Pirşağı qəsəbəsində məcburi köçkünlərin yerləşdirildiyi Qızılqum sanatoriyasına yollandıq. Siz bankdansınız? Qazinin yaşadığı binanın önündə futbol oynayan uşaqlara yaxınlaşıb evini xəbər alırıq. İrəli gələn cavan oğlan soruşur: - Siz bankdansınız? - Yox. Jurnalistəm. Futbol oynayan uşaqlardan biri də bizə yaxınlaşır: - Şunasi Babayevin oğluyam. Adım Elçibəydir. Bizi evə aparır. Binaya daxil oluruq və bu nimdaş, uçuq binada bizi görən hər kəs narazı baxışlarla başlarını aşağı salır. Evə daxil oluruq. Şunasi müəllim bizi qarşılayır. Bu iki balaca otaqda beş nəfər ailə üzvüylə birgə yaşayır keçmiş döyüşçü. Nimdaş divarlarda diqqətimizi ilk çəkən isə döyüş şəkilləri və bir də işğal olunmuş rayonlarımızın adları yazılmış siyahı olur. Oğlum Cümşüd leytenantdır Sunasi Cümşüd oğlu 11 noyabr 1961-ci ildə Şuşada anadan olub. Ü.Hacıbəyov adına Şuşa orta məktəbini, Voronej Texnologiya Universitetini və Azərbaycan Bədən Tərbiyyəsi Universitetini sərbəst güləş üzrə bitirib. İki oğul, bir qız övladı var. Böyük oğlu Cümşüd Silahlı Qüvvələrimizin leytenantıdır. Yeni Müdafiə nazirindən razılıq edir. Deyir ki, o gələndən Cümşüdgilə yaxşı baxırlar. 1992-ci il martın 29-da Şuşanın işğalından təxminən 40 gün əvvəl yaralandığını bildirir: "Mən həm Milli Qəhrəman Ramiz Qəmbərov adına batalyon, həm də Şuşa polisi ilə bir döyüşə çıxırdım. Şuşa polisində zabit idim. Bu cür fəallığıma görə Şuşa polis şöbəsinin rəisi Vahid Bayramov məni Qaybalı postunun rəisi təyin etdi. Bir neçə gün idi ki, Qaybalıdan qayıdıb gəlmişdim, şöbədə idik. Qəfildən ermənilər şöbəni hər tərəfdən atəşə tutdular. Şöbəmiz darmadağın oldu, mən isə ağır yaralandım. Oradan Şuşa xəstəxanası, sonradan isə Bakıya göndərildim". Ayağımda çürümə gedirdi "Döyüşdə sol ayağımdan aldığım güllə yarası mənə böyük problem yaratdı, - Şunasi bəy davam edir. - Ayağımda çürümə getməyə başladı. Əməliyyat üçün Bakıdan Ukrayna respublikasına yollandım. Bu da Daxili İşlər Nazirliyinin maliyyə yardımı nəticəsində gerçəkləşdi. 13 saat əməliyyat masasında narkozda qalmışam. Bədənimin sol tərəfindən ətləri kəsib ayağıma yapışdırıblar. Ukraynadan gəldikdən sonra ayağımdakı problemlə bağlı Almaniyaya getməli oldum. Almaniyada ayağım yaxşılaşdı və bu müalicələrin davamlı olması üçün yenidən Almaniyaya getməliydim. Şuşa İcra Hakimiyyəti köməklik etmədi Maliyyə yardımı üçün Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun da qəbulunda oldum. Dedim ki, Bayram müəllim, ömrümdə birinci dəfədir ki, qəbulunuza gəlmişəm. Mənə imkanınız daxilində maliyyə yardımı edin ki, müalicəyə gedim. Amma heç bir kömək göstərmədilər. Sabunçu İcra Hakimiyyətinə də müraciət etdim. Dedilər ki, bura xeyriyyə mərkəzi deyil. Müsahibizin bu sözü bizi daha dəhşətə gətirir, deyir ki, 22 dəfə əməliyyat olunmuşam. Bankdan kredit götürdüm Bunlardan bir kömək olmadığını görüb bankdan kredit götürdüm. Və əlavə olaraq müəyyən şəxslərdən də faizinə pul aldım. Ukrayna, Almaniya və Türkiyədə müalicə olundum. Bu gün ayağım sağalsa da, təəssüflər olsun ki, banklardakı kreditlərdən və aldığım faizli borclardan canımı qurtara bilmirəm. Həyat yoldaşımın adına da kredit götürmüşdüm və ödəyə bilmədiyimdən iş artıq məhkəməyə göndərilib. "Vətən market" Binanın önündə diqqətimizi çəkən bir dükan görürük. Qarşısına belə yazılıb: "Vətən market". Qaziylə söhbət zamanı məlum olur ki, kreditdən canını qurtarmaq üçün dükan açıb. Və burda da öz vətənpərvərliyinə sadiq qalaraq adını "Vətən market" qoyub. Amma bu da qazini kredit borcundan xilas edə bilmir. Satıcıları onu aldadaraq qaziyə maddi cəhətdən ziyan vururlar. Bankdan gələn zəngdən ürəyim qırılır Bunu da ürək ağrısıyla danışır keçmiş döyüşçü: "Hər dəfə evə zəng gələndə aləm bir-birinə dəyir. Müharibədə top, mərmi səsindən qorxmamışam, amma indi bankdan gələn telefon zəngindən ürəyim qırılır. Maşın növbəsinə durub əlillər üçün bir maşın vermişdilər. Onu da banka verdim". Neçə dəfə intihar etmək istəmişəm "Kredit borcum artıq 40 mini keçib. Qohumlarımın adına da kreditim olduğuna görə hər dəfə onlarla da aramızda narazılıq yaşanır. İş o yerə çatıb ki, artıq intihar etmək istəyirəm. "Bank of Baku", "Əmrah bank", "Finka bank"a borcum yığılıb qalıb. Zaur Həsənov özünü yandıranda bir anlıq onun yerində hiss etdim özümü. Amma yenə övladlarım durur gözümün önündə. Dostlarım Qarabağ qazisi Firudin Məmmədov və jurnalist Rey Kərimoğluna söz vermişəm ki, elə hərəkət etməyəcəm. Deyiblər ki, sənə yardım etməyə çalışacağıq". Burdan hamıya müraciət edirəm Sizin vasitənizlə ölkə Prezidentinə müraciət edirəm ki, mənim bu bəladan qurtulmam üçün yardım etsinlər. Həmçinin sənətçilərimizə də müraciət edirəm. Manaf Ağayevə və Ədalət Şükürova müraciət edirəm. İmkan daxilində mənə maddi yardım etsinlər ki, bu dərddən qurtulum... *** Qazinin durumuyla bağlı Böyük Vətən Müharibəsi İctimai Birliyiinin sədri Firudin Məmmədovla əlaqə saxladıq. Firudin Məmmədov cavabında qazinin vəziyyətindən xəbərdar olduqlarını və yardım üçün müəyyən yollar axtardıqlarını dedi. |
2014-03-04 | 10,668 | Barak Obama: "Rusiyanın hələ də şansı var" | Bu gün Rusiya prezidenti Vladimir Putinin mətbuata verdiyi açıqlamasında Ukraynaya əsgər göndərməyin daha ehtiyac olmadığını deməsi Barak Obama tərəfindən müsbət qarşılanıb. "Axar.az" xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Barak Obama Rusiyaya sağlam düşüncə ilə hərəkət etməyi və Ukraynada sabitliyin bərpası istiqamətində beynəlxalq təşkilatlara yardım etmək üçün hələ də Rusiyanın şansı olduğunu deyib. Obamanın çağırışının əksinə olaraq ABŞ Dövlət katibi Con Kerri Rusiyaya xəbərdarlıq edib. Con Kerri Rusiyanın hərbiçiləri geri çəkməməsi durumunda diplomatik, iqtisadi və siyasi sanksiyalar tətbiq etməkdən başqa yolları qalmayacağını deyib. |
2014-03-04 | 10,669 | Ərdoğan və Putin Ukraynanı müzakirə etdi | Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladamir Putin ilə Ukrayna və Krımda baş verən son hadisələrlə bağlı müzakirə aparıblar. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Telefon danışığında Ərdoğan Putinə ölkədəki böhranın həll edilməsinin ukraynalıların vəzifəsi olduğunu və qeyri-sabitliyin bölgəyə mənfi təsir etdiyini deyib. Ərdoğan, həmçinin Krımda tatarların və rusların ukraynalılarla birlikdə sülh şəraitində yaşamaları üçün birlikdə addımların atılmasının lazımlı olduğunu vurğulayıb. |
2014-03-05 | 10,670 | Məhəbbət bütün nikahlardan daha yaxşıdır | Fransız yazıçısı Viktor Hüqonun sevgilisindən ötrü həyatda müvəffəq olduğu hər şeyi qurban verən aktrisa Jülyetta Drueyə olan son dərəcə qeyri-adi məhəbbətinin tarixçəsi insan təxəyyülünü heyran qoyur. Viktor Mari Hüqo 26 fevral 1802-ci ildə Bezansonda Lotaringiyadan olan kapitanın ailəsində dünyaya gəlib. Doğulduğu gündən Viktorun tərbiyəsi ilə anası Sofi Trebuşe məşğul olmuşdu. Özünün hökmlü və iradəli xarakteri sayəsində o, oğluna heç bir sərbəstlik verməmişdi. Gələcək şairin romantik təbiəti sevgi həsrətində idi, ancaq zabitəli ana gəncə ilk məhəbbəti Adel Fuşe ilə görüşməyi qəti qadağan etmişdi. Yalnız anasının vəfatından sonra atası o zaman artıq 19 yaşında olan gəncin iztirablarına son qoyaraq sevgilisi ilə görüşməyə icazə verir. Hüqonun şair kimi yetişməyi də bu dövrə təsadüf edir. Onun ilk şeirlər toplusu kral XVIII Lüdovikin çox xoşuna gəlir və o, gənc şairə ildə 1200 frank təqaüd təyin edir. Bu təqaüd lap yerinə düşür: belə ki, 12 oktyabr 1822-ci ildə Adel və Viktor Sen-Syülpis kilsəsində nikahlanırlar. Onlar xoşbəxt evlilik həyatı yaşamışdılar. Ərini sevən qadın Viktora beş övlad bəxş etmişdi, Hüqonun özü isə nəinki təkcə romançı kimi, həm də dramaturq kimi tanınmışdı. Onun pyesləri böyük uğur qazanmış və Fransanın ən yaxşı səhnələrində tamaşaya qoyulmuşdu. Viktor məşhurlaşıb zəngin olmuşdu. Xoşbəxt ailə həyatına otuz yaşlı Viktorun gənc aktrisa Jülyetta Drue ilə görüşü son qoyur. Bu görüş Paris teatrlarından birində dramaturqun "Lukretsiya Borcia" pyesinin məşqlərində baş tutur. Jülyetta bu pyesdə kiçik, ancaq çox parlaq bir rolu ifa edirdi. "Təcrübəli" kurtizanka Madmazel Drue Parisin ən gözəl və parlaq qadınlarından biri kimi məşhur idi. Gənc olmasına baxmayaraq (onlar görüşərkən aktrisanın cəmi iyirmi altı yaşı var idi), sadə xalq arasından çıxan Jülyetta "təcrübəli" kurtizanka idi. Ağıllı azadlıqsevər qız təmtəraqlı həyat keçirir, çoxsaylı sevgililərinin hesabına daş-qaş və qiymətli libaslar alırdı. O, daima aşağı təbəqədən çıxan qızın da təhsilli, mədəni olub əyanlar mühitində tanına biləcəyini sübut edərək restoranlara və təntənəli zadəgan ziyafətlərinə getməkdən həzz alırdı. Həyatını alt-üst edən Jülyetta Viktora dəlicəsinə aşiq olur. Uzun on bir ili məhəbbət işlərində o qədər də məharəti olmayan Adellə yaşayan şair isə heç ağlına da gətirə bilməzdi ki, qəlbində Jülyettaya qarşı yaranan qəfil məhəbbət utancaq və cəsarətsiz gənci əzmli və təkəbbürlü kişiyə çevirərək onun bütün həyatını alt-üst edəcək. Onların əlli il sürən sevgi əlaqələri coşqun məhəbbət və ruh düşkünlüyü mərhələlərindən keçmiş, həyəcanlı və iztirablı eşqə sevinc bəxş etmiş, Viktorun ani xəyanətlərinin acılarını yaşamışdı. Jülyetta Viktora əsl məhəbbət və hərarətli eşq dəsri keçmişdi. Aktrisa şairin qəlbinə elə hakim olmuşdu, o, uzun illər sonra Jülyettaya etiraf etmişdi ki, iki ad günü qeyd edir: 26 fevral 1802-ci il – dünyaya gəldiyi gün və 16 fevral 1833-cü il – sevgilisi ilə ilk görüş günü. Qanadları böyüyən mələk Onların coşqun sevgi macərasından bir il sonra Hüqonun Jülyettaya həsr olunmuş "Klod He" povesti çıxır. Viktor əsərin titul səhifəsində yazmışdı: "Qanadları böyüyən mələyimə". Onların məhəbbətinin səsi-sorağı hər yanı bürüyür, dostları hərdəmxəyal aktrisa ilə məhəbbət sərgüzəştlərinə son qoymaq üçün yazıçını dilə tuturlar. Hüqo dostlarının təklifinə cavab verərək deyir ki, bu məhəbbət münasibətini kəsmək niyyətində deyil, çünki onun sayəsində özünü "günahsız və namuslu olduğu vaxtlarından daha yaxşı hiss edir". Yazıçının sevgilisi isə səhnəni tərk edərək, çoxsaylı pərəstişkarlarından və zadəgan mühitindəki əyləncələrdən uzaqlaşaraq Sent-Anastaz küçəsindəki kiçik evdə guşənişin olur. Yazıçının ardınca Jülyetta Drue aktrisalıq karyerasını qurban verdikdən sonra indi tamamilə Viktor Hüqoya məxsus olur. O, Hüqonun kölgəsinə, eyni zamanda həm qoruyucu mələyinə, həm də sevgilisinin bütün arzularını sözsüz yerinə yetirərək onun köləsinə çevrilir. Jülyetta Hüqonun şəxsi arxiv işlərini aparır, onun əlyazmalarını köçürürdü. Viktor Fransadan qovulduqda isə Jülyetta yazıçının ardınca Hernsi adalarına gedir. Qısqanc sevgili əsl tirana çevrilir. Hüqo Jülyettaya evdən tək çıxmağı qadağan edir və o, bəzən bir neçə gün Hüqonun kənardakı çoxsaylı məhəbbət sərgüzəştlərindən sonra nə zaman dönəcəyini gözləyirdi. Jülyetta saymışdı ki, təkcə bir il ərzində Viktor orta hesabla 200 sevgili dəyişib. Ancaq növbəti sevgi macərəsını yaşayan Hüqo yenidən və yenidən öz Jülyettasına qayıdardı. O isə sanki özünün heç də təmiz olmayan keçmiş həyatını yuyurmuş kimi dözürdü, bağışlayırdı və sevirdi. Viktor Hüqo öz sevgilisinə məşhur "Dan şəfəqi nəğmələri" toplusunu ithaf etmişdi. O, etiraf edirdi ki, Jülyettaya olan sevgisi dünyada hər şeydən, hətta Allahdan, qızlarından və şöhrətdən də vacibdir. Və yalnız Jülyetta onun ən zərif duyğularına layiq "həqiqi arvadıdır". Sevgilisinin doğum günündə ölüm Yazıçının qanuni arvadı Adel ölümündən əvvəl hətta Jülyetta Druedən bağışlanmağını rica etmişdi. Onun vəfatından sonra 1868-ci ildə Jülyetta nəhayət ki, öz sevgilisi ilə birləşmiş və həyatının son anınadək ondan ayrılmamışdı. O, 11 may 1883-cü ildə Viktoru böyük və boş evdə tamamilə ümidsizlik içərisində qoyaraq bu dünyanı tərk etmişdi. Viktor onu son mənzilə yola salmaq üçün özündə güc tapa bilmədi. Həyat bütün anlamını itirmişdi. Viktor Hüqo 22 may 1885-ci ildə öz Jülyettasının ad günü vəfat etmişdi. Onların - Hüqonun yazdığı 15 min məktubdan və Jülyettanın yazdığı 17 min məktubdan ibarət olan - məktblaşmaları nəvaziş, həyəcan və böyük məhəbbətlə doludur. Viktor Hüqo ölümündən əvvəl sevgilisinə yazdığı son məktbunda isə sanki ona verdiyi əzablara görə əfv diləyərək öz şəklini Jülyettaya "təqdim edir". Şəklin arxasında isə bu sözlər yazılmışdı: "50 illik məhəbbət. Bu, bütün nikahlardan daha yaxşıdır". Tərcümə etdi: Təhminə Bədəlova |
2014-03-04 | 10,671 | VİP-in tərbiyəsiz funksionerlərinə | VİP-in ANATOMİYASI (və ya bir dəfə yeyilmişlər) Məşhur məsəli xatırladım: "Elə şey var - mən bilirəm, sən bilmirsən. Elə şey var - sən bilirsən, mən bilmirəm. Amma elə şey də var ki, nə sən bilirsən, nə də mən". Blmədiyimi bir kənara qoyub, sizə bildiyim haqda bir neçə kəlmə demək istəyirəm. Yəqin ki, bizlərdən hər birimiz dünənə qədər özünü fədakar müxalifətçi kimi qələmə verən və günlərin bir günündə qəribə metamorfoza nəticəsində qəfl anti-müxalifətçiyə çevirilən insanlar (və ya siyasi qurumlar) az görməmişik. Belələri, yəni bu sayaq buqələmun siyasi subyektlər bir çox hallarda ütülü və çeynənmiş sözlər, şüarlar hesabına mövcudluqlarını saxlayır: "vətən", "milli mənafeyimizi uca tutaq", "öldü var-döndü yoxdur", "demokratik dəyərləri göz-bəbəyimiz kimi qoruyaq" və sair bu kimi ifadələrin arxasında gizlənə-gizlənə, öz merkantil və atamor maraqlarını güdürlər. Təəssüflər ki, bu gün bu tipli siyasi möhtəkirlər Azərbaycan siyasətində kifayət qədərdir. Və bu reallıq cəmiyyətimiz üçün həqiqətən eybəcər və ağrılı bir bəlaya çevrilib. Ölkəmiz və onun mütərəqqi maraqları üçün iynə ucu boyda da olsa əhəmiyyət kəsb etməyən belə mənasız partiyalardan biri də özünü VİP, yəni - Vətandaş və İnkişaf Partiyası adlandıran siyasi qurumdu. Sıralarında iki cüt-bir tək muzdlu funksioneri birləşdirən bu "möhtəşəm" partiya öz siyasi fəaliyyət və mübarizəsini sivil və konstruktiv məcraya yönəltmək, xalqın demokratiya arzularını gerçəkləşdirmək, ədalətli vətəndaş cəmiyyəti quruculuğu işlərinə dəstək vermək əvəzinə, demokratik düşərgəni aşağılamaqla, varlığını siyasi rejimlə mübarizəyə həsr etmiş müxalif liderlərin ünvanına böhtanlar yağdırıb onları satqınlıqda və s. və i. a. günahlarda suçlamaqla məşğul olurlar. Məhz elə bu səbəbdən mən onlara bir daha məsləhət görürəm: əbəs yerə ekzotik səslər çıxarıb, öz yoluyla gedən karvanı ləngitməyə çalışmayın!.. Sizlərin qərəzli-sifarişli-hikkəli hücumlarınız öz qabına xətər yetirən tünd sirkə fenomeni təki, son nəticədə özünüzə ziyan vuracaq! Son olaraq, VİP adlı qondarma partiyanın parazitiv təfəkkürlü sədri Əli Əliyevin, eləcə də elementar etik davranış qaydalarından məhrum olan ibtidai instinktli, tərbiyəsiz funksionerlərinin diqqətinə ibrətamiz bir lətifəni çatdırım: "Gözdən uzaq, üzdən iraq ucqar kəndlərin birinə bir çəllək "pavidla" payı göndərirlər. Kənd əhli çəlləyi dövrəyə alıb maraqla onun içindəki, ilk dəfə gördükləri qatı məhlula baxa-baxa, bir zad anlamırlar... Nəhayət kəndin başbilənini çağırıb soruşurlar ki, sən canın, de görək, bu çəlləyin içindəki doğrudanmı həmin o "pavidla" deyilən şeydi? Başbilən çox diqqətlə həmin o məhlula nəzər yetirib fikirə gedir. Hannan-hana başını tərpədib: "Bəli, - deyir, - pavidladı... daha doğrusu, pavidla olmağına pavidladı, amma... amma deyəsən BİR DƏFƏ YEYİLİB!.." Bax belə. Qoy VİP-çil’r və digər "çilər" öz paylarını götürsünlər! Mən isə onlardan fərqli olaraq, düz dayanmışam və kölgəmin əyri düşməyindən qorxmuram! Vəssalam! |
2014-03-04 | 10,672 | Bakıda yaşlı qadın evində ölü tapıldı | Bakının Səbail rayonunda yaşlı qadın evində ölü tapılıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1925-ci il təvəllüdlü Vutorseva Nina Qriqoryevna və 1951-ci il təvəllüdlü Vutorseva Alevsina Aleksandrovna köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən Vutorseva Alevsina Aleksandrovna huşsuz vəziyyətdə aşkarlanıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində onun vəfat etdiyi müəyyən edilib. Digər zərərçəkmiş qadın xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. |
2014-03-04 | 10,673 | İçimə od salan yox... | Və yaxud, soyuq dolur içimə... Qəribədir, nədənsə həmişə dağ adamlarına qarşı bir hörmət hiss etmişəm özümdə. Həmişə doğma gəlib bu insanlar mənə. Ata, qardaş, ana, bacı bilmişəm özümə dağ adamlarını... Bəlkə də bunlar içimdəki qəriblikdən, gözlərimdəki nisgildən, ürəyimdəki havasızlıqdan əmələ gəlir. Həmkarlarımızdan biri Gədəbəy rayonundan gələndə, İsmayıllıdan danışanda xəyallarım məni Dəlidağın bənövşəli qoynuna, xınalı daşlarına, dumanlı yoxuşlarına qoparıb aparır. Uşaq kimi sevinirəm. Elə bilirəm ki, mənim gözlərimlə baxıb gəliblər o dağlara. Onlar mənə doğma gəlir, tanış gəlir... Boynuma biçilən quzulamış həsrətimi onların dağ təəssüratları ilə bir anlıq unuda bilirəm... Belə gözəl insanlardan olan şair-kardioloq Qalib Şəfahət təkcə şeirləri ilə deyil, həm də insani xüsusiyyətləri ilə bütün həmkarlarının hörmətini qazanıb həmişə hər iki sahədə... Şəxsiyyətini həkim kimi tanıdığım şairin vəzifəsi, peşəsi həkim olsa da, məşğuliyyəti yazıçılıq, şairlik olub. "İçimə od salan yox" misrasını oxudum "Soyuq dolur içimə" şeirində. Belə qənaətə gəldim ki, Qalib qardaşımız içindəki təlatümü, poeziyanı hələ tam ifade edə bilmədiyi üçün dəniz kimi çırpınır, dalğalarla döyüşür, ürəyinin səsiylə şeir adlı sevgisini soraqlayıb gedir... Poeziyamızın bu labirintli yollarında Qalib Şəfahətə uğurlar arzulayıram. Qoy qələmin iti olsun - ürəkləri sağaltdığın həbin qədər... Duyğuların günəş olsun - zülmətlərdən öləziyən ulduz boyda işıq qədər... Yaz, qardaş, yaz! Axı sən ürək həkimisən! Ürəkləri oxşa yaz! Soyuq dolur içimə Qışda soyuq ev kimi Soyuq dolur içimə. Səsim donub içimdə Soyuq dolur içimə. Nə talayan, talan yox, Nə içimdə qalan yox. İçimə od salan yox, Soyuq dolur içimə. Ay içimə azdıran, Min bir yana yozduran, Qızınmadım qızdıram – Soyuq dolur içimə. Qalmağa bir kəsi yox, Kimi yox, kimsəsi yox, Qapı pəncərəsi yox – Soyuq dolur içimə. Yırğalanmır beşiyim, Çəkən yoxdu keşiyim, Yiyəsiz ev-eşiyim – Soyuq dolur içimə. Bu dərd əlimdə soyuyub Hənirti yox nəfəsimdə, Bu dərd əlimdə soyuyub. Əynimdə kirli görünür, Görən, bu dərdi kim yuyub? Çovğun-qarda ürək donur, Hər əsəndə külək dolur. Bu dərd məni fağır sanır, Oyub, ürəyimi oyub. Ta yada salmayır məni, Vecinə almayır məni, Yanımda qalmayır mənim Daha bu dərd məndən doyub. Axıb göz yaşımnan gedib, Çəkilib qaşımdan gedib, Əkilib başımdan gedib, Məni yenə düzdə qoyub. Bir misra qədərdi bizim eşqimiz Tək bircə misralıqdı eşqimiz, Sonu şeir olmayan misra qədər… Amma tez əzbərləmək olar, Tez itirmək qədər… Bir misra içində çabalayırıq, Hələlik yol tapmırıq Nəğmə kimi oxunmağa, Ya da şeir olmağa. Bircə misra boydadı boyumuz, Bircə misrada boğuluruq biz. Bircə misra Qazamatdan betərdi bizə. Darlıq edir ikimizə… Sahib ola bilmirik Bir misralıq eşqimizə. Nə əlimizi aça bilirik, Nə də ayağımızı ata bilirik. Dönmüşük sükuta… Bir misra qədər dillərdə qalmaq olarmı?.. Sonsuz olan şeir qədər… Onu da kimsə ağızından salıb itirər, Ya qəh-qəh çəkib güləndə, Ya da bir qurtum su içəndə. Su kimi aydın olsun ömrümüz… Əlvida… Tələsək… Bu misranın axırı gələnə qədər. Hələ bu misraya qoymayaq nöqtə, Bəlkə axırı gələr… Dərdimiz oxunur, Bir misra qədər. |
2014-03-04 | 10,674 | Ruslar Ermənistana yeni MİQ-29 təyyarələri yerləşdirib | Ermənistanda Rusiyaya məxsus Erebuni cənub hərbi bazası təmirdən sonra istifadəyə verilib. Və yeni bazanın təkmilləşdirilməsi üçün bura Rusiyadan dördüncü nəsil MİQ-29 qırıcı təyyarələri gətirilib. Hazırda həmin təyyarələr sınaqdan keçirilir. Rusiyanın Ermənistandakı hərbi bazasının da təmirdən sonra nə qədər yararlı olması yoxlanılır. Qeyd edək ki, rusların Ermənistandakı MİQ-29 qırıcı təyyarələri bu ilin əvvəlindən 50 dəfə hərbi təlimlər keçirib. (ANS) |
2014-03-04 | 10,675 | ABŞ Ukraynaya maliyyə yardımı edəcək | "ABŞ və beynəlxalq birlik Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini fəal dəstəkləyir". Bu sözləri Ukraynanın baş naziri Arseni Yatsenyuk ABŞ-ın dövlət katibi Con Kerri ilə martın 4-də Kiyevdə keçirilmiş görüşün yekunlarına dair brifinqdə deyib. A.Yatsenyuk bildirib ki, ABŞ Ukraynaya maliyyə yardımı göstərəcək. Lakin o, yardımın həcmini açıqlamayıb, qəti razılıq əldə edildikdən sonra bunu dəqiqləşdirməyi vəd edib. (AzərTac) |
2014-03-04 | 10,676 | Mübariz İbrahimovun son döyüşünün görüntüləri yayıldı | Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Qarabağda cəbhə xəttini keçərək, ermənilərə divan tutmasının əks-sədası hələ də davam edir. İşğal edilmiş torpaqlarda və İrəvanda məskunlaşmış ermənilərin Mübariz İbrahimovun adı gəldiyində yenə də həmin həyacanı keçirdikləri də şübhəsizdir. Amma şəhid qəhrəmanımızla bağlı yeni-yeni məlumatlar da üzə çıxır. JAM.AZ Rusiyada yaşayan ermənilərə istinadən olduqca sensassiyalı məlumat əldə edib. Krasnodarda yaşayan ermənilərin iddiasına görə, Mübariz İbrahimovun son döyüş səhnəsi təsadüf nəticəsində videolentə alınıb. Onların bildirdiyinə görə, döyüş gedən ərazidə quraşdırılmış təhlükəsizlik kamerası vasitəsi ilə çəkilmiş həmin görüntülər sonradan Qarabağda hərbi qulluqda olmuş əsgərlərdən bir neçəsinin əlinə düşüb. Bir xeyli müddət həmin görüntüləri gizli saxlayan erməni əsgərlər Rusiyada məskunlaşdıqdan sonra onu üzə çıxarıblar. Məlumatlarda qeyd olunur ki, həmin görüntülər hal hazırda Rusiyada yaşayan ermənilərin mobil telefonlarında əl-əl gəzir. Orada konkret olaraq nələrin təsvir olunduğu barədə isə əlavə məlumatlar əldə etməyə və görüntüləri əldə etmək üçün çalışırıq. Onu da bildirək ki, bu iddia da ola bilər. Məlumatın nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün mümkün imkanlarımızdan istifadə etməkdəyik. |
2014-03-04 | 10,677 | Rusiyalı admiral: “Türkiyə donanması bizdən 5 dəfə güclüdür” | Türkiyə hərbi dəniz qüvvələri Rusiyaya nisbətən 5 dəfə güclüdür. "Axar.az"ın Rusiya mediasına istinadən məlumatına görə, bu barədə Dövlət Dumasının üzvü, admiral Vladimir Komoyedov məlumat verib. Qara Dəniz donanmasının keçmiş komandanı olmuş Komoyedov bildirib ki, Rusiya hökuməti təcili olaraq hərbi dəniz qoşun bölmələrinin modernləşməsi istiqamətində addımlar atmalıdır. Müəyyən nümunələr gətirən admiral təkcə Qara və Baltik dənizlərində NATO ölkələrinin hərbi dəniz qüvvələrinin ölkəsindən bu istiqamətdə 20 dəfə üstün olduğunu vurğulayıb. Türkiyə isə ayrılıqda Qara dənizdə toplum Ukrayna və Rusiya hərbi dəniz qüvvələrindən 4,7 dəfə üstündür. Maraqlıdır ki, aparılan sorğu nətisəndə yüksək ranqlı rus hərbçiləri admiral Komoyedovun fikirləri ilə razılaşıblar. |
2014-03-04 | 10,678 | Ukraynalı əsgərlər futbol oynadı, rus əsgərlər izlədi - Foto | Ukraynada Böyük Britaniya jurnalisti Mark Nelsonun Tvitter hesabında paylaşdığı fotoşəkil diqqətləri çəkib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Nelsonun paylaşdığı fotoşəkildə bu gün rus əsgərlərlə silahlı insident yaşayan ukraynalı əsgərlər yaşanan gərginliyin ardından öz aralarında futbol oynayırlar. Rus əsgərlər isə ukraynalı əsgərlərin futbol oynamalarını izləyir "Reuters" müxbirinin çəkdiyi digər fotoşəkildə isə rus əsgərlərinin futbol oynadığı görüntülənib. |
2014-03-04 | 10,679 | "Yanukoviç rüsvaycasına qaçdı" - Kerri | "Yanukoviç Ukraynadan qaçmaqla göstərdi ki, o öz ölkəsini ruslara dəyişdi". "Axar.az" xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. "Yanukoviç qaçdı. Öz xalqını, ölkəsini rüsvaycasına tərk etdi" deyə Kerri bildirib. Dövlət katibi qeyd edib ki, məhz Yanukoviç Ukraynada baş verən proseslərin bu həddə çatmasında günahkardır: "Məhz Yanukoviç xalqın fikirləri ilə hesablaşmağa çağıranda münaqişəyə getdi". |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.