date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-03-05
10,787
Əfqanıstanla əməkdaşlıq müzakirə edilib
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlıq üzrə işçi qrupunun 3-cü iclası keçirilib. Nazirliyin mətbuaxt xidmətindən "Axar.az"a verilən məlumata görə, Əfqanıstanda "elektron hökumət"in qurulması layihəsi çərçivəsində baş tutan görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Hər iki ölkənin müvafiq nazirlikləri və Azərbaycanın "SİNAM" LTD şirkəti tərəfindən həyata keçirilən işlər üzrə məruzələr dinlənilib. Bundan sonra isə Əfqanıstanın İKT sahəsində hazırkı tələbatlarının müəyyən olunması, bu ölkənin İKT sektorunda Azərbaycanın potensial iştirakı və sair mövzularda fikir mübadiləsi aparılıb. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan və Əfqanıstan arasında inkişaf edən əməkdaşlıq İKT sahəsinə də sirayət edib. RİTN tərəfindən lazım olan köməyin bundan sonra da göstəriləcəyini qeyd edən nazir müavini bu vaxta qədər görülən işləri məqsədəuyğun hesab edib. Öz növbəsində, Əfqanıstanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Aimal Marjan ölkəsi adından Azərbaycan tərəfinə təşəkkürlərini çatdırıb. O, azərbaycanlı həmkarlarının böyük dəstəyi ilə Əfqanıstanda İKT sahəsində əhəmiyyətli işlər görüldüyünü qeyd edib. Bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını önə çəkən nazir müavini yaxın zamanlarda müzakirə edilən mövzularda mühüm nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib.
2014-03-05
10,788
Xaricə döyüşməyə gedənlər üçün cəza sərtləşir - Video
Milli Məclisin Cinayət Məcəlləsinə etdiyi dəyişikliklər vuruşmaq üçün Suriyanı seçən azərbaycanlıların özlərini seçim qarşısında qoyacaq. Belə ki, Azərbaycandan kənarda silahlı münaqişələrdə iştiraka görə cəzalar sərtləşdirilir. Cinayət məcəlləsinin 114-cü maddəsinə edilən dəyişikliklər və daha bir əlavə maddənin məcəlləyə daxil edilməsi hələlik Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb. Layihənin plenar iclasda müzakirəsi isə yaxın vaxtlarda gözlənilir. Bəs dəyişikliklər özündə nəyi ehtiva edir? Millət vəkili Çingiz Qənizadə deyir ki, Cinayət Məcəlləsinin 114-cü maddəsinə edilən dəyişikliyə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadəyə görə də cəzalar artırılıb 8 ildən 12 ilədək olacaq. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə cəza 9 ildən 15 ilədək nəzərdə tutulur. Xatırladım ki, bu gün Suriyada döyüşən azərbaycanlıların sayı ilə bağlı rəsmi statistika yoxdur. Amma nəzərə alsaq ki, Suriyada öldürülən azərbaycanlıların sayının 100-dən artıq olması ilə bağlı məlumatlar var, onda ümumi mənzərə aydındır. Aydın olmayan isə cinayət məcəlləsinə edilən bu dəyişiklikdən sonra adamların yenə də bu riskə gedib-getməyəcəkləridir. Hər halda, Azərbaycandan kənarda döyüşən muzdlularla bağlı ölkədə son illərdə kiminsə cəzalandırılması təcrübəsini inanmıram ki, kimsə xatırlasın. Amma bu o demək deyil k, belə bir təcrübə yoxdur. Məsələn, bu xüsusda ən səs-küylü məhkəmə prosesi 2001-ci ildə olub. Kənan Şabanov və dəstəsi Rusiyaya qarşı vuruşan çeçen mücahidlərinə kömək etməkdə günahlandırılmışdılar və 14 nəfərdən ibarət bu dəstənin üzvləri törətdikləri cinayətə uyğun olaraq müxtəlif maddələrlə dəmir barmaqlıqlar arasına göndərildi. Zənnimcə, bu, döyüşmək üçün Suriyanı-filanı seçənlərə həm də bir dərs olmalıdır. (ANS)
2014-03-05
10,789
Lökbatanda ölənlərin 8 nəfər olduğu xəbəri yayıldı - Yeniləndi (6)
21:05 Bir neçə dəqiqə öncə Feysbuk sosial şəbəkəsində qorxunc bir xəbər yayılıb. Feysbuk sosial şəbəkəsindəki "Yığışın - Söhbət Var" səhifəsində belə bir xəbər paylaşılıb: "ŞOK XƏBƏR ALDIQ İNDİCƏ ! Lökbatanda zəhərli qaz buraxılıb. Ölənlər və yaralananlar durmadan artır - deyirlər. Lökbatandan olanlar qazı AÇMIYIN. Dəqiqləşdirməyə çalışırıq xəbəri" Biz hazırda bu xəbərin doğru olub-olmadığını dəqiqləşdirməyə çalışırıq. ("Musavat.com") 21:28 Lökbatanda kütləvi qaz zəhərlənməsinin olması barədə məlumatlar təsdiqləndi. Lökbatan qəsəbəsində təbii qazın veriliş zamanı əlavə edilən qatqılar normadan bir qədər yüksək olub. Ona görə də, insanlar arasında zəhərlənmə halları baş verib. Rəsmi mənbələr ölənlərin olması barədə məlumatları təsdiqləmir. Və zəhərlənən insanların təcili yardım maşınlarıyla Qaradağ rayon xəstəxanasına daşındığı bildirilir. Hadisə ilə bağlı fotolar və əlavə məlumatlar tezliklə saytımızda olacaq. ("Musavat.com") 22:31 "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib. Hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub. Sakinlər bildirilib ki, bu gün saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub. Məlumata görə, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri zəhərlənib. Hadisə yerunə ilkin olaraq 30-a yaxın təcili tibbi yardım briqadası cəlb olunub. Eyni zamanda sakinlər özləri də şəxsi avtomobillərlə xəstəxanalara müraciət edirlər. Hadisə yerinə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da gəlib. İcra başçısı bildirib ki,özü məsələ ilə məşğuldur: "Rayon hüquq-mühafizə orqanlarının, eyni zamanda "Azəriqaz"ın rayon idarəsinin məsul şəxsləri də hadisə yerindədirlər. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək". Hadisə yerində olan "Azəriqaz" İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazovun bildiridiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəliblər. Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quruşdırıblar və araşdırmaya başlayıblar. Hadisə yerində gəlmiş təcili tibbi yardımın həkimlər isə bildiriblər ki, aderantın yaratdığı zəhərlənmə öldürücü deyil. Bu zəhərlənmə xəstədə halsızlıq, başgicəllənmə və ürəkbulanması yaradır, ilkin tibbi yardım göstərilməsindən sonra isə xəstənin vəziyyəti normallaşır. 22:58 Lökbatanda qazdan zəhərlənən 18 nəfər Taksikoloji Mərkəzə aparılıb, onlardan biri hamilə qadındır. Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hazırda 18 nəfər Lökbatan sakini Taksikoloji Mərkəzə aparılıb. Onların içində bir nəfər hamilə qadının olduğu deyilir. Stansiyadan sayta onu da deyiblər ki, Lökbatanda 15-ə yaxın təcili yardım briqadası çalışır. Xəbərdə o da bildirilir ki, vəziyyət həddən artıq kritikdir. Təcili Tibbi Yardım Stansiyasından verilən xəbərdə daha sonra bildirilir ki, Bakının Yasamal, Səbail, Qaradağ və başqa rayonlarının təcili yardım briqadaları Lökbatana göndərilib. Stansiyadan zəhərlənənlərin arasında ölən olmadığı bildirilib. ("Musavat.com") 23:39 46 yaşlı Lökbatan sakini Nataşa Məmmədova evində qazdan zəhərlənərək dünyasını dəyişib. Qəsəbə sakinləri təşviş içindədir. Bu arada Qaradağ İcra Hakimiyyəti zəhərlənmənin qarşısını almaq üçün əhaliyə pusuz ayran paylayır. ("Aznews.az") 00: 55 "Minval.az" saytı Lökbatanda zəhərlənmə nəticəsində ölənlərin 8 nəfərə çatdığı barədə xəbər yayıb. Ölənlərdən 4-nün uşaq olduğu bildirilir.
2014-03-05
10,790
"Ərdoğan ölkəni qırğına sürükləyəcək" – AKP qurucusu
AKP-nin qurucularından olan Əbdullətif Şənər Ərdoğanla bağlı inanılmaz iddialar səsləndirib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əbdüllətif Şənər Türkiyənin hakim partiyası AKP-nin qurucularındandır və 2002-ci ildən 2007-ci ilə qədər Baş nazir Rəcəb Tayyib Ərdoğana çox yaxın şəxslərdən biri olub. Ancaq 2007-ci ildə gözlənilməz bir qərarla partiyadan istefa verərək, yeni partiya (Türkiyə Partiyası) yaradıb. Ərdoğanı yaxşı tanıyan biri olaraq Şənər maraqlı açıqlamalar verib. Səs yazıları montaj deyil "AKP qurulduqdan sonra 5 il Ərdoğanla bir yerdə oldum. Qorxunc korrupsiyaya qurşandığını da o zaman gördüm. Ən çox da bundan narahat idim. Ərdoğanla oğlu arasında olan danışığı əks etdirən səs yazısının da montaj olma ehtimalı sıfıra bərabərdir. Ərdoğan səs yazısı çıxdıqdan sonra "kriptolu (şifrəli. – red.) telefonlarımızı belə dinləyiblər", - dedi. Bu səs yazısının ona aid olduğunun etirafı idi. Bu ölkə tarixi boyu heç vaxt görünməmiş şəkildə talan edilib". Qanlı toqquşmaya təşviq edər Daha sonra Şənər bildirib ki, Ərdoğan özünə fokuslanan birisidir. "O, düşünməmək, devrilməmək, ayaq üstə qalmaq, kreslonu itirməmək üçün lazım gəlsə, ölkəni vətəndaş qırğınına sürükləyər, qanlı müharibəyə belə sövq edər. Bu qədər çirkaba batmış bir insan belə gücə sahib olduqdan sonra hər şey edər. Hüquq dövlətini tanımaz". 30 mart seçkiləri vacibdir Son olaraq Şənər martın 30-da keçiriləcək bələdiyyə seçkisinin əhəmiyyətindən danışıb: "Ərdoğan istədiyi səsi qazansa, prezident olmaq sevdasından vaz keçməyəcək. O, bu qərarını bələdiyyə seçkilərinin nəticələrinə uyğun olaraq verəcək".
2014-03-05
10,791
Millimiz 2014-cü ilə qələbə ilə başladı
Bu gün futbol üzrə milli yığmamız Filippin yığması ilə qarşılaşıb. "Axar.az" xəbər verir ki, qarşılaşma BƏƏ-nin Dubay şəhərində baş tutub. Millimiz cari ildə ilk qələbəsini qazanıb - 1:0. Görüşdə yeganə topu Elvin Yuniszadə vurub.
2014-03-05
10,792
ATƏT-lə əməkdaşlıq müzakirə olundu - Foto
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda yeni təyin olunmuş layihə əlaqələndiricisi Ələsgər Şahtaxtinskini qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, E.Məmmədyarov Ə.Şahtaxtinskini yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib. Görüş əsnasında Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
2014-03-05
10,793
Fərizənin intiharına pis baxan deputat
Milli Məclisdə bir deputat var. Əvvəl TV-lərin birində aparıcılıq edirdi. İndi Parlamentin iclaslarında ağzını açıb danışmağa başlayandan sonra spiker başda olmaqla bütün millət vəkilləri az qala açıq şəkildə deyirlər ki, sən danışmasan, daha yaxşı olar... Hə, düz tapdınız. Söhbət Etibar Hüseynovdan gedir. Parlamentin dünənki iclasında deputatın verdiyi təklifə diqqət edin: "Ukraynada, Maydanda Azərbaycanın bayrağı dalğalanır. Rusiya telekanalları da bunu dəfələrlə nümayiş etdirir. Hesab edirəm ki, hər kəs Azərbaycan bayrağını qaldıra bilməz. Bu məsələ ilə bağlı bir addım atılmalıdır, bayrağı harda gəldi qaldırmağı qadağan edən hansısa sənəd olmalıdır. Bu barədə səfirliklərə məlumat verilməlidir". Spikerin cavabı doğrudan da layiqli idi: "Etibar müəllim, sənin tormozun yoxdurmu?" Bunun qarşılığı bilirsizmi nədir? Yəni "Hər kəs Azərbaycan bayrağını qaldıra bilməz" nə deməkdir? Bu sözü deyən insan necə deputat seçilə bilər? Dövlət əhəmiyyətli qanunların qəbul olunmasında bu təfəkkür sahibi olan birisinin səsvermə hüququ fəlakətimizdən xəbər vermirmi? Etibar Hüseyn Ukrayna hadisələridən danışmazdan əvvəl bir neçə millət vəkili bu məsələyə toxundu. Spiker onlara bildirdi ki, bu məsələdə Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və yaxşı olar ki, millət vəkilləri digər məsələlərdən danışsınlar. Etibar Hüseyn isə özü ilə gətirdiyi kağızdan çıxışını səsləndirməyə və yenidən Ukrayna hadisələri ilə bağlı danışmağa başladı. Kağıza yazdıqlarının özündən əvvəl deyilməyinə baxmayaraq, deputat həmin mövzuya yenidən qayıtdı. Sözün yoxdur, danışma! Nə məcburdur? Gərək mütləq çıxış edəsən? Bu adam Milli Məclisdə çıxış edəndə bilirsiniz kimlərə bənzəyir? Əlində təsbəh səhərdən axşama qədər çayxanada oturub ABŞ-ı "niprav" çıxaranlara... Prezident seçkiləri ərəfəsində deputatın parlamentdən dediyi sözlərə fikir verin: "ATƏT-in rəyi dəysin başlarına. Onların hansı yuvanın quşu olmasını neçə illərdir ki, Qarabağ məsələsində tutduqları mövqe ilə görmüşük. Onları ümumiyyətlə? bu ölkədən qovmaq lazımdır. Şərəfsizlər"... Bu ritorika ilə dünya siyasətini incələyərlər? Belə açıqlama ilə də bəyanatlara reaksiya verərlər? Bu ki kənd arvadlarının bulaq başındakı qarğış-qeybətindən o yana keçmir! Sonra da Etibar Hüseyn sosial şəbəkədə tez-tez gənclərin ona olan nifrətindən yazır və deyir ki, səbəb "bu hakimiyyətin, Prezident İlham Əliyevin siyasi yolunu dəstəkləməyimdir". Əvvəla, bu sözün özü ciddi yanlışlıqdır. Necə yəni, hakimiyyəti dəstəklədiyiniz üçün sizə nifrət edirlər? Bu, haradan çıxdı? Ölkənin saysız-hesabsız aktiv gənci Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Bəyəm, onlara nəsə deyən var? Bununla nə demək, kimi yanıltmaq istəyirsiz? Olduqca absurd fikirdir! Bəlkə, "əks tərəfdə olan, fərqli düşünən gənclər" nəzərdə tutulur? Hətta həmin gənclər nəzərdə tutulursa da, yenə yanlış yanaşmadır. İqtidarı dəstəkləyənlərin heç biri başqa cür düşünən gənclərin hədəfində deyil. Məsələn? Elə biri Aydın Mirzəzadə... Sosial şəbəkələrdə ən radikal adamdan belə Aydın Mirzəzadənin şəxsiyyətini alçaldan bir cümləyə rast gəlməzsən. Deməli, Etibar Hüseynin sosial şəbəkələrdə gülüş hədəfinə çevrilməsinin səbəbi ayrıdır və bu ayrı səbəb elə bayraq məsələsində özünü göstərdi. Deputat bir neçə ay öncə 20 Yanvar faciəsinin sevgi qəhrəmanı olan Fərizə ilə bağlı da ağlasığmaz fikirlər səsləndirmişdi. Vətən uğrunda şəhid olan sevgilisi və sevgisi uğrunda şəhidliyi seçən bir xanım barədə "Fərizəyə bəraət qazandırmaq olmaz" deyən millət vəkili, yaxşı olar ki, öz həyatına baxsın. 23 il bundan əvvəl Fərizə intihar edəndə onun 20 yaşı var idi. Bir cəsarətli addımı ilə 9 milyonun rəğbətini, sevgisini qazanıb Fərizə - çünki əxlaqa, milli dəyərə uyğun addım atmışdı. Etibar Hüseynov ondan sonra 23 il də yaşayıb, neçə nəfərin sevgisini, ehtiramını, etibarını qazanıb? Azərbaycanın neçə faizi içində tanınır? İlhamın, Fərizənin olduğu mərtəbədə hansı birimiz Etibar Hüseynovu görə bilərik? Hər kəs öz işi ilə məşğul olsa, yaxşı olar. Yəqin ki, 2015-ci il parlament seçkilərindən sonra Etibar Hüseyn də öz işiylə məşğul olacaq...
2014-03-05
10,794
Ağdaş və Ağcabədidə avtomobil yandı
Ağcabədi və Ağdaşda minik avtomobili yanıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi şəhərində "Mitsubishi" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Digər avtomobilin yanması hadisəsi Ağdaş şəhərində baş verib. Belə ki, "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-05
10,795
Üç ərəb ölkəsi səfirini Qətərdən geri çağırdı
Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn öz səfirini Qətərdan geri çağırmaq haqda qərarı verib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, körfəz ölkələrinin verdiyi ortaq açıqlamada "ölkələrimizin təhlükəsizliyindən dolayı ortaq tədbirlərin görülməsi üçün bütün razılaşma cəhdlərimizə rəğmən, Qətər heç bir addım atmayıb", - deyilib, buna görə də təhlükəsizlik və sabitliyi qorumaq üçün hər üç ölkənin səfirlərini geri çağıracağı bildirilib. Politoloqlara görə, bu qərarın arxasında Qətərin Müsəlman Qardaşlara və Həmasa dəstək verməsi ilə bərabər Müsəlman Alimləri Birliyinin Baş katibi Yusif Qərdavinin Qətərə sığınmasının dayandığı qeyd olunur.
2014-03-05
10,797
Suriyada təlim keçən qruplaşma üzvləri saxlanıldı - Video
Suriyada xüsusi təlim keçən dini qruplaşma üzvləri xüsusi əməliyyat nəticəsində saxlanılıb. Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda bu barədə qeyd olunub. Məlumatda bildirilib ki, məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində saxlanılan, Suriyada xüsusi təlim keçən və müxtəlif növ odlu silah, döyüş sursati, partlayıcı maddə və hərbi ləvazimatla təchiz edilən bu şəxslər terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olublar. (ANS)
2014-03-05
10,799
NATO-dan Rusiya ilə bağlı şok qərar - Video
Rusiyanın Kırıma ordu yeritməsindən sonra ilk dəfə NATO-Rusiya arasında toplantı keçirilib. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. NATO-nun Baş katibi Anders Rasmussen Rusiya ilə keçirilən toplantıda alınan qərarlarla bağlı mətbuat konfransı keçirib. Toplantıda NATO-nun Rusiya ilə suda ortaq əməkdaşlıq planı dondurulub, hərbi toplantılar dayandırılıb, NATO-Rusiya işbirliyinin yenidən gözdən keçirilməsi qərara alınıb.
2014-03-05
10,800
Məşhur jurnalistin qatili üzə çıxdı
Rusiyalı jurnalist Anna Politkovskayanın öldürülməsinin şahidlərindən biri qatili tanıyıb. O, qatilin çeçen killer Rüstəm Mahmudov olduğunu deyib. Şahid Oleq Qoluboviçin sözlərinə görə, o, ehtimal edilən qatili görüb və Nail kimi tanıdığı həmin oğlana silah verildiyini görüb. Qoluboviç onda qətlin başqa iştirakçısının - Moskva polisinin əməliyyat-istintaq idarəsinin keçmiş başçısı Dmitri Pavlyuçenkovun sürücüsü işləyirmiş. Hazırda Pavlyuçenkov Politkovskayanın qətlində iştiraka görə tutulub və 11 il həbs cəzası alıb. Hazırda Qoluboviç Belarusdadır və məhkəməyə onun ifadəsinin lent yazısı təqdim edilib. Qoluboviç bildirib ki, əvvəllər ona görə ifadə verməyib ki, ittiham olunanların qisasından qorxub, yalnız ailəsini təhlükəsiz yerə keçirdikdən sonra doğrunu söyləməyə qərar verib. Xatırladaq ki, "Novaya qazeta"nın şərhçisi Anna Politkovskaya 7 oktyabr 2006-cı il tarixdə yaşadığı binanın liftində tapança ilə öldürülmüşdü ("Anspress").
2014-03-05
10,801
"Rusiya müharibə elan etsə də hücuma keçmədi"
"Rusiya ordusu tək Krıma deyil, Ukraynanın başqa bölgələrinə də yeridilsəydi, müharibə qaçılmaz olacaqdı". Bu barədə Litvalı ekspert, "Şərqi Avropa" araşdırma mərkəzinin aparıcı mütəxəssisi Marius Laurinaviçius deyib. Mütəxəssisin fikrincə, Rusiyanın hərəkətlərini indiki halda məntiqi şəkildə təqib etmək çətindir: "Bu gün Rusiya ordusunun və hökumətinin Ukrayna ətrafında baş verə biləcək müharibədən güclü çıxmasına şübhə edirəm. Nəzərə almaq lazımdır ki, Ukrayna Silahlı Qüvvələri yaxşı təchiz olunmasa da Avropanın ən böyük ordularından biridir". Ekspert həmçinin bildirib ki, Rusiya Ukrayna ilə bağlı addımlarını atarkən həm iqtisadi, həm də siyasi tərəfdən baş verə biləcəkləri nəzərə almalıdır. "Ukraynadakı indiki hadisələr təsdiq edir ki, müharibə elan edilib. Əgər bir ölkənin ordusu başqa bir ölkənin ərazisinə daxil olursa, bunun başqa adı yoxdur. Deməli Rusiya Ukraynaya müharibə elan edib, lakin hələ başlamayıb", deyə Marius Laurinaviçius bildirib (ANS).
2014-03-05
10,802
Etibar Hüseynov nurçuluğun müdafiəsinə qalxdı
Milli Məclisin deputatı Etibar Hüseynov son günlər "filankəs nurçudur" iddialarına münasibət bildirib. Deputat bununla bağlı Feysbukda status paylaşıb. "Hansı saytı, hansı qəzeti səhifəliyirsənsə mövzu nurçuluqdur. Siyahı gündən-günə genişlənir. Bu da antiazərbaycançı qüvvələrin fikirləşdiyi aktikadı guya ki. Çünki artıq kiməsə erməni və ya KQB-şnik demək dəbdən düşüb. Bu yarlıq keçərli deyil. Ona görə də NURÇU damğası dövriyyəyə buraxılıb. Siyahıya diqqət yetirin: Zakir Həsənov, Elmar Məmmədyarov, Elnur Aslanlı, Fərhad Məmmədov, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Fuad Muradov və.s. Bir sözlə, hədəfə Azərbaycanda müsbət imicə malik, təmiz reputasiyalı, adı heç bir korrupsiya, rüşvət və ya hər hansı kriminalda hallanmayan, yalnız dövlətə, millətə sədaqət və vicdanla xidmət edən kəslər alınıb. Amma keçməz. Sizlərin bu çirkin böhtan və iftira dolu kampaniyanız bumeranq təki özünüzə qarşı çevriləcək. Və sonda - əgər nurçuluq millətə və dövlətə sədaqətlə, vicdanla yorulmadan çalışmağa, xidmət etməyə deyilirsə... Onda bu gündən mən də nurçuyam". ("Musavat.com")
2014-03-06
10,803
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin gecəyə doğru bəzi şimal rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 14-19, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 3-8, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.
2014-03-06
10,804
Dünyanın ən bahalı şəhərlərin adları açıqlanıb - Foto
Sinqapur siyahıda birinci yer tutub. "Axar.az" xəbər verir ki, "The Economist İntellegense Unif" institutu xaricilər üçün dünyanın ən bahalı şəhərlərinin siyahısını tərtib edib. Yaşayış səviyyəsinin həddindən artıq yüksək olduğu Sinqapur siyahıda birinci yeri tutub. Bu siyahıda Paris ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri Oslo, Sürix, Sidney, Karakas, Cenevrə, Melburn, Kopenhagen və Tokio şəhərləri tutur. Yaşayış səviyyəsinin ən aşağı olduğu şəhərlər siyahısında Kəraçi, Dehli, Dəməşq və Bombeyin adı yer alıb.
2014-03-06
10,805
Hillari Klintondan Putinə çox ağır sözlər
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiyanın Krımda həyata keçirdiyi siyasətin İkinci Dünya Müharibəsindən əvvəl faşistlərin siyasətinə bənzədiyini deyib. "Axar.az" xəbər verir ki, Kaliforniyada ianə toplamaq üçün keçirilən tədbirdə çıxış edən Klinton bildirib ki, Hitler qonşu ölkələrdə yaşayan almanların hüquqlarını qorumaq adı altında həmin ölkələri necə işğal edirdisə, Vladimir Putin də Ukraynada eyni siyasəti aparır. "Bunlar çox tanış mənzərədir. 30-cu illərdə də Hitler belə siyasət yeridirdi. Çexoslovakiya, Rumıniya və digər ölkələrdə yaşayan etnik almanlara qarşı xoş rəftar edilmədiyini bəhanə gətirərək xalqın qorunmasının vacibliyindən danışırdı", - deyə Klinton çıxışında bildirib. Keçmiş dövlət katibi Putinin əsas vəzifəsinin Böyük Rusiya qurmaq olduğunu deyib: "Ukraynaya baxanda onun Ana Rusiyanın bir hissəsi olduğuna inanır".
2014-03-06
10,806
ABŞ-ın ən böyük hərbi gəmisi Ukraynaya yaxınlaşır - Video
Ukraynadakı vəziyyətlə bağlı hərəkətə keçən ABŞ hərbi donanmasının təyyarə daşıyan "Corc Buş" gəmisi Egey dənizinin sahillərinə gəlib. "Axar.az" xəbər verir ki, yunan mediasının bildirdiyinə görə, dünyanın ən böyük hərbi gəmisi Krit adasının sahilinə yan alıb. 3500 əsgəri daşıyan 333 metr uzunluğundakı gəmi sabah şimala doğru irəliləyəcək. Yunan xəbər saytlarının verdiyi məlumatlara görə, ABŞ-ın digər döyüş gəmiləri də Aralıq dənizinə daxil olub.
2014-03-06
10,807
Cenevrə avtoşousunda həyacan başladı - Fotolar
Avropanın ən əhəmiyyətli avtomobil şousu olan 84-cü Cenevrə avtomobil sərgisi başladı. Sərgi bu il 74-ü dünya, 36-sı avropa olmaqla 100 yeni modelin təqdimatına ev sahibliyi edir. "Axar.az" xarici mediaya istinadən xəbər verir ki, sabah ziyarətçilərin üzünə qapı açacaq sərginin bu il ən diqqət çəkən tərəfi kiçik A sinfinə aid nəqliyyat vasitələrinin nümayiş olunmasıdır. "Smart", "Toyota Aygo" və "Fiat 500" bu sinfin son illərdə satışı daha çox olan modelləri olmasına baxmayaraq digər modellər də rəqabətə qoşulub. Cenevrədə "Renault Twingo", "Peugeot 108", "Citroen C1", "Toyota Aygo", "Opel Adam Rocks" və "Suzuki Celerion"un təqdimatı olub. Bunlardan əlavə digər markalar da öz ekonomik modellərini sərgiləyib. 550 min avroluq "Ferrari" "Ferrari"nin illər sonra ilk dəfə turbo mühərriklə təchiz etdiyi "California T" modeli 8 silindrli, 3.855 cc , 560 at gücünə malikdir. Satış qiyməti 550 min avro olan avtomobil üçün artıq 3 sifarişin verildiyi bildirilib. Sərginin ən bahalı avtomobili "Bugatti Veyron"un 4-cü versiyası olan "Rembrandt Bugatti Legend" Cenevrə sərgisinin ən bahalı avtomobili kimi diqqəti özünə çəkib. Avropada satış qiyməti 2 milyon avro olan avtomobildən yalnız 3 ədəd istehsal edilib ki, bu 3 modeldə sərgi öncəsi öz sahiblərini tapıb. "Lamborghini Huraca" Super idman avtomobil istehsalçısı olan "Lamborghini" də yeni modeli "Huraca"nın təqdimatını Cenevrədə keçirib. Sərgi öncəsi müəyyən yerlərdə tanıdılan "Lamborghini" bir ay ərzində 700 sifariş alıb. Nümayiş olunan avtomobillərin fotoşəkillərini "Axar.az" oxucularına təqdim edirik.
2014-03-06
10,808
Yarışmada rəqqas qızın başına iş gəldi - Video
Türkiyədə Adıyaman şəhərində baş tutan xalq rəqsləri yarışmasında maraqlı bir məqam yaşanıb. . "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublika Qapalı İdman Salonunda təşkil olunan "Yüzüncü il" yarışmasında 4-cü sinif şagirdi Duyğu Özaydılın şalvarı rəqs zamanı düşüb. Buna baxmayaraq, rəqsinə davam edən balaca rəqqas rəqsinə ağlaya-ağlaya davam edib. Tribunalarda oturan tamaşaçılar balaca rəqqasın əzmini ayaqüstə alqışlayıblar. Onun əzmi və mədəni cəsarəti öz folklor qrupuna birincilik gətirib.
2014-03-06
10,809
SOCAR-dan nurçularla bağlı qəti qərar – Özəl
"Fətullah Gülənin liderlik etdiyi xidmət hərəkatının Azərbaycandakı təhsil müəssisələrində kadr siyasətinə SOCAR birbaşa nəzarət edəcək". Bu barədə "Axar.az"a SOCAR-dakı mənbələrdən məlumat verilib. Məlumatda deyilir ki, Dövlət Neft Şirkəti ötən ilin mart ayında Bakıdakı türk təhsil müəssisələrini bir mərkəzdə birləşdirəndən sonra, SOCAR adı çəkilən təhsil müəssisələrində kadrların attestasiyasını keçirmək üçün plan hazırlayıb. Məktəblərin nurçu idarəçiliyindən təmizləməsi və onların yerinə azərbaycanlı kadrların yerləşdirilməsi üçün qəti addımlar atacaq. Qeyd edək ki, Çağ Öyrətimin türk təhsil sistemi ilə işləyən 11 məktəbi, 13 hazırlıq kursu (Araz) və Qafqaz Universiteti SOCAR-ın yaratdığı Azərbaycan Beynəlxalq Təhsil mərkəzinin tərkibinə birləşdirilib və SOCAR bu müəsisələrin təsisçilərindən biri kimi əsas paya sahibdir.
2014-03-06
10,810
Krımın spikeri və baş naziri haqda həbs qərarı verildi
Kiyevin Şevçenko Rayon Məhkəməsi Krımın yeni baş naziri Sergey Aksyonovun və muxtar vilayət parlamentinin spikeri Vladimir Konstantinovun həbsi ilə bağlı ibtidai istintaq orqanlarının vəsatətini təmin edib. Verilən məlumata görə, bu barədə Ukrayna Baş Prokurorluğunun (UBP) mətbuat xidmətindən bildirilib. "Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatçıları adı çəkilən şəxsləri onlar haqda həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirməlidirlər", - deyə məlumatda bildirilir. Az öncə UBP bu iki şəxs, həmçinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Denix Berezovski və Xalq Azadlıq Dəstəsinin lideri Pavel Qubarev haqda Cinayət Məcəlləsinin 110-cu – ölkənin ərazi bütövlüyü və toxunulmazlığına qəsd maddəsi üzrə cinayət işi açıb ("Musavat.com").
2014-03-06
10,811
Rafael və Coşqunun konsert seriyası başladı
"Bu şəhərdə" komandasının ilk konsert günü baş tutub. Məlumata görə, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun növbəti tamaşaları Heydər Əliyev Sarayının səhnəsində reallaşdırılıb. Anşlaq yaşanan konsertdə fərqli və maraqlı səhnələr təqdim edilib. 7 ayrı tamaşanın nümayiş olunduğu gecədə yanlız "Toy" səhnəciyi təkrarlanıb. "Bu şəhərdə" teatrının aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimovun çıxışları gurultulu alqışlarla qarşılanıb. "Qızıl-gül" adlanan konsert proqramında yumor ustaları qonaqları doyunca güldürüb. Xatırladaq ki, konsert daha 11 gün davam edəcək ("Axşam.az").
2014-03-06
10,812
Əlikram Bayramov udduğu maşını xanıma bağışlayıb
Əlikram Bayramov "Maşın Şou" realite şousunda udduğu maşını "Əsrin gözəli" mahnısını həsr etdiyi xanıma bağışlayıb. Bu barədə yayılan xəbərlərə aydınlıq gətirməsi üçün müğənninin özü ilə əlaqə saxladıq. Ə.Bayramov "Axar.az"a bildirdi ki, telefonda suallara cavab vermir: "Mən telefonda suallara cavab vermirəm, bura Braziliya deyil, məni narahat etməyin".
2014-03-06
10,813
"Pəhrizlə arıqlamağa normal baxmıram"
Artıq köklük də getdikcə istiləşmə kimi dünyanın qlobal probleminə çevrilir. Nəhəng dərman şirkətləri bu qlobal problemə qarşı kimyəvi vasitələr axtarır, artıq çəkidən xilas olmağın yolları aranır və nəticədə milyardlarla ölçülən gəlir əldə edirlər. Aparılan kampaniyalar isə qadınları kompleksə sürükləyir və arıqlamaq dəbə çevrilir. Kompleksə düşən xanımlar arzuladıqları bədən formasını əldə etmək üçün çeşid-çeşid vasitələrdən istifadə edirlər. Bura pəhriz çayları, kofe, idman, növbənöv dərman preparatları və nəhayət cərrahi əməliyyatlar daxildir. Maraqlıdır, bəs görəsən bizim məşhur xanımlarımız özlərini formada saxlamaq üçün hansı vasitələrdən istifadə edirlər? "Axar.az" ın sorğusunu izləyək. Mən doğulandan beləyəm Aktrisa Hüsniyyə Mürvətova arıqlamaq üçün heç bir vasitədən istifadə etmədiyini bildirdi: "Mən doğuşdan beləyəm, çox yesəm də kökəlmirəm". Hər səhər acqarına su Şairə Mahirə Abdullayeva axşam saat 7-dən sonra demək olar ki, heç nə yemir: "Qoyun əti, yağlı xörəkləri gündəlik menyudan çıxarıram, hər səhər acqarına bir stəkan su içirəm. Bununla yanaşı, hər axşam piyada gəzirəm". Pəhriz yorucu olur Müğənni Nazpəri Dostəliyeva formada qalmağın ən gözəl yolunu mütəmadi olaraq idmanla məşğul olmaqda gördüyünü dedi: "Pəhrizlə arıqlamağa, formada qalmağa normal baxmıram. Çünki uzun zaman saxlanılan pəhriz yorucu olur. Qeyri-peşəkar pəhrizlər müəyən müddətdən sonra insan orqanizmində fəsadlar yaradır. İdmanla mütəmadi məşğul olduğumdandır ki, plastik əməliyyatdan istifadə etməmişəm". Plastik əməliyyat olunmuşam Müğənni Ruhəngiz Allahverdiyeva da arıq və normal çəkidə qalmağın elə də böyük zəhmət tələb etmədiyini bildirdi: "Mən pəhriz saxlamıram, bütün qidalardan, istədiyim vaxt istifadə edirəm. İdmanla məşğul olmuram, ancaq yaxın gələcəkdə bunu planlaşdırıram. Plastik əməliyyata müraciət etdiyim vaxt da olub, ehtiyac yaranarsa, yenə bu yolu seçərəm".
2014-03-06
10,814
Köyrədidə bina yandı
Yardımlı rayonu, Köyrədi kəndində (rayon mərkəzindən 6 km aralı) ümumi sahəsi 56 kv.m olan taxta konstruksiyadan ibarət binanın yanar hissələri yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-06
10,815
Azərbaycan səhnəsində 18+ tamaşa
Martın 11-də Gənc Tamaşaçılar Teatrının səhnəsində British Council Azərbaycan nümayəndəliyinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində dramaturq Martin MakDonaksın pyesi əsasında səhnələşdirilən "Lineyn trilogiyası" tamaşasının premyerası olacaq. "Axar.az" xəbər verir ki, məşhur İrland dramaturqu, rejissoru, Oskar mükafatçısı Martin MakDonaksın 3 pyesi 1 gündə Azərbaycan səhnəsində oynanılacaq. Lineyn trilogiyası"nın özündə birləşdiyi üç pyes "Lineynin Gözəllik Kraliçası", "Konnemarada bir Kəllə" və "Yalqız Qərb" adlanır. 1994- ci ildə, "Lineynin Gözəllik Kraliçası" və "Yalqız Qərb" "Ən yaxşı pyes" nominasiyasında "Tony Award" mükafatına layiq görülüb. Tamaşa İngiltərəli Yan Uilyam Den Boksun quruluşçu rejissorluğu ilə səhnəyə qoyulacaq. Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boksla bərabər tamaşaya üç yerli rejissorumuz Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyeva və on iki Azərbaycan aktyorları ilə əməkdaşlıq yolu ilə Bakıda – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu üç qara komediyanın səhnələşdirilməsi prosesinə bədii rəhbərlik edir. "Lineyn Trilogiyası" Saat 12:00-da "Gözəllik kraliçası" oynanılacaq. Tamaşada iştirak edirlər: Şəfəq Əliyeva, Zülfiyyə Əliyeva, Elşən Rüstəmov, Eşqin Quliyev. Saat 16:00-da "Konnemarada bir kəllə" oynanılacaq. İştirak edirlər: Qurban İsmayılov, Naibə Allahverdiyeva, Manaf Dadaşov, Vüqar Məmmədəliyev. Saat 19:00-da "Yalqiz qərb" oynanılacaq. İştirak edirlər: Vüsal Mehrəliyev, Rasim Cəfər, Anar Səfiyev, Nigar Bahadırqızı. Biletləri GTT-nın və şəhərin bütün kassalarından əldə etmək olar. Biletlərin qiyməti 5 AZN-dir. Qeyd edək ki, tamaşalar +18-dur.
2014-03-06
10,816
Deputat oğlu 2 qadına 8 güllə atdı - Video
Bir neçə gün əvvəl deputat Ayaz Orucovun oğlunun Bakıda bir maşını gülləyə tutması haqda xəbər yayılmışdı. Həmin xəbərdə deyilirdi ki, deputat oğlu bahalı "Mercedes" avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb. Məlumatda bildirilirdi ki, onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövsələdən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib. Sonradan isə olay 30 min manat kompensasiya müqabilində həll edilib. Maraqlıdır ki, bu xəbər yayılandan sonra deputat yazılanları yalana çıxarmağa çalışdı, xəbəri "müxalifyönlü mətbuatın növbəti uydurması" adlandırdı. Lakin "Yeni Müsavat"ın müxbiri məsələni araşdırıb və hadisənin təfərrüatlarını üzə çıxarıb. Məlum oldu ki, ötən il, noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, "Mercedes Galenvagen" markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Həmin vaxt "Nissan Juke"də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. Ailəli olan xanımların güllə atəşinə tutmasının səbəbini sonradan deputat oğlu "kefinin köklüyü" ilə izah edib. A.Cəfərova olayın baş verməsini və sonrakı prosesləri "Yeni Müsavat"a danışmağa razı olub: "Həmin hadisədən əvvəl anam rəhmətə getmişdi. Evdə darıxırdım, ürəyim sıxılırdı. Rəfiqəm Ramiləyə zəng elədim ki, maşınla gəl, məni bir qədər havaya çıxar, sıxılıram. Sağ olsun, gəldi və biz buradan, "Olimp" mağazasının yanından üzü Azadlıq prospektinə tərəf getdik. Prospektə az qalmış ağ rəngli, "Mercedes Galenvagen" bizim olduğumuz "Nissan Juke"un arxasınca düşdü. O maşından əcaib səslər çıxırdı, polis maşınlarında olduğu kimi işıqları vardı. Əvvəlcə elə bildik ki, "QAİ" maşınıdır. Sağımıza, solumuza keçirdi. Biz biləndə ki, polis deyil, onlara fikir verməməyə başladıq. Onlar bizdən əl çəkmədilər. Binəqədini bir neçə dəfə fırlandıq ki, bizdən əl çəksinlər. Özlərində deyildilər. Maşının şüşəsini aşağı salmışdılar, az qalırdılar maşından özlərini maşınımızın üstünə atsınlar. Gülürdülər, səslərini atmışdılar başlarına. Bu adamlar spirtli içkinin təsiri altında olana oxşamırdı. Gözləri hədəqədən çıxmışdı. Hərəkətləri də normal insanın etdiyi hərəkətlər deyildi. Ramilə 4-cü mikrorayonda olur. O istədi ki, maşını evinin qabağına sürsün. Mən dedim ki, evin qabağında maşını saxlama, bunlar özlərində deyillər. Sür məhlələrin arasına, azdıraq onları. "Qızıltac" restoranının arxasında sanki bir tappıltı gəldi. Ramilədən soruşdum ki, bu nə səsdir? Dedi ki, deyəsən, maşına daş atırlar. Bizim heç ağlımıza gəlməzdi ki, maşına güllə atarlar. Sonradan bir də həmin səs gəldi. Onda mən dedim bizə silahdan atəş açırlar. Ramilə inanmırdı, istəyirdi maşını saxlasın. Ramiləyə dedim ki, o adamlar özlərində deyil, onlardan hər nə desən gözləmək olar, maşını saxlama. "Leyla" şadlıq evinin qarşısına çıxanda yenə iki atəş açıldı. Artıq mən dəqiq bilirdim ki, bizə güllə atırlar. Ramilə inanmırdı. Fikirləşirdik ki, yəni belə şey ola bilər? Belə qudurğanlıq olar? Bir az qabaqda svetofor qırmızı oldu. Ramilə ora yaxın yerdə yaşayır. İstəyirdi ki, məhləyə girsin. Mən qoymadım ki, bunlardan hər şey gözləmək olar. Adamın başına silah dirəyərlər. Svetoforda sonradan İsmayıl Orucov olduğunu bildiyimiz şəxs əlini pəncərədən çıxarıb bizim olduğumuz maşının şüşəsinə yumruq vurub tələb edirdi ki, şüşəni açaq. Qışqırırdı, deyirdi ki, pəncərəni aç. Yaşıl yananda Ramilə sürdü. Gəlib qoşa "Lukoyl" "zapravka"sınının yanına çatıb dönəndə arxadan maşına daha iki atəş açıldı. Ramilənin maşınının arxa şüşəsi dağılıb töküldü. Bundan sonra qaçıb getdilər". A.Cəfərova deyir ki, maşını saxlayan R.Süleymanova polisə zəng vurub: "Düşüb "102" xidmətinə zəng elədik. Ora Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən gəldilər. Müəyyən elədilər ki, həmin maşın kimindir. Bizi səhəri gün Binəqədi polisinə çağırdılar. Orada çox cəhdlər oldu ki, biz şikayətimizi geri götürək. Deputatın oğlu və yanında olan da orada oturub gülürdülər. Açıq şəkildə dedilər ki, kefimiz əla olub eləmişik. Yəni ki, kefimiz yaxşı olanda nə istəyirik onu da eləyə bilərik. Biz şikayətimizi geri götürməyəndə işi verdilər müstəntiqə". A.Cəfərova hər iki şəxsin cəzalandırılmasını tələb edir: "Ramilə İsmayılova pul alıb çəkildi kənara. Mən pul istəmirəm. Bu cinayətin araşdırılmasını tələb edirəm. Bu adam bizim həyatımıza qəsd edib. Həmin məqamda Ramilə maşını divara vura bilərdi, aşırardı. Atılan güllə bizi öldürə bilərdi. Bu adamlar şəhərdə əli silahlı gəzirlər. Keflərinin kök vaxtında kimi istəsələr güllələyəcəklər. Bizi Allah qoruyub. Biz bu işin Binəqədidən alınıb Baş Prokurorluqda araşdırılmasını tələb edirik". A.Cəfərova bildirdi ki, hadisədən təxminən 15 gün sonra deputatın adından onlarla Miryaqub adlı şəxs danışığa gəlib: "Görüş Ramilənin evində oldu. Ramilə pul alıb onlarla razılaşdı. Mən ora yoldaşımla getmişdim. Miryaqub bizi hədələdi ki, bilirsiz heç o adam kimdir, kimin oğludur?! Mən də dedim ki, o kimin oğludur, kimdir heç fərq eləmir. Biz cənab prezidentə arxayınıq. Kim olursa-olsun, qudurğanlıq edirsə, qanunsuzluq edirsə, dərhal cəzalandırılmalıdır. Nəyə görə deputatın oğlu küçənin ortasında tanımadığı, bilmədiyi bir vətəndaşa güllə atmalıdır? Bunu araşdırmaqdansa üstəlik mənə hədə-qorxu gəlirlər!!! Yəni ölkədə bu qədər özbaşınalıqdır? Mənə maraqlı deyil o kimin oğludur. Bu adamın cəzalandırılmasını tələb edirəm. Bu ölkədə hər məsələyə prezident qarışmalıdır ki, qudurğanlığın qarşısı alınsın?" A.Cəfərovanın atası Novruz Cəfərov deyir ki, deputat belə bir hadisənin baş verməsini inkar etsə də, faktiki olay baş verib: "Ayaz Orucov düz demir. Faktiki olaraq belə bir hadisə olub. O deyir ki, oğlum cinayət edibsə, qoy onu həbs etsinlər. Mən də deyirəm ki, onun oğlu cinayət edib. Onun oğlu İsmayıl 4 ay əvvəl, 2 qadının olduğu maşına tapançadan 8 dəfə atəş açanda həbs edilməliydi. Biz "102 xidməti"nə, Baş Prokurorluğa müraciət etmişik. Amma İsmayıl Orucova "gözün üstə qaşın var" deyən yoxdur. Deputat oğluna qudurğanlıq etməyə kim icazə verib? Prezident çıxış edir, deyir ki, qudurğanlıq edən məmur övladları həbs olunmalı, valideynləri barədə də ölçü götürülməlidir. Dörd aydır ki, biz mətbuata açıqlama verməyərək gözləyirdik ki, bir ölçü götürülər. Mən bir ata kimi prezident İlham Əliyevə müraciət edirəm. Mənim qızıma atəş açıblar. Bu hadisə meşədə, dağda baş verməyib. Bakının ortasında olub. Deputatın oğlu bir maşını gülləbaran edib. Bu adam cəmiyyət üçün təhlükəlidir. Sabah o, başqalarının da qızına, gəlininə güllə atacaq. Bizim tək istəyimiz və tələbimiz bu adamın barəsində lazımi tədbirin görülməsidir. Bizim Ayaz Orucov və onun ətrafı ilə heç bir ədavətimiz yoxdur. Bu hadisə baş verməsəydi, biz heç onu tanımayacaqdıq da". N.Cəfərovdan bu hadisənin baş verməsinin səbəbini soruşduq. Cavabı belə oldu: "Sadəcə, qudurğanlıqdan, harınlıqdan, özbaşınalıqdan baş verib bu hadisə. Bizim ailəmizdə hər kəs başını aşağı salıb öz işi ilə məşğul olur. Bu adamlar o qədər qudurub ki, kimə istəyirlər atəş açırlar". N.Cəfərov prezidentdən kömək istədiklərini dedi və məsələnin araşdırılmasını öz nəzarətinə götürməsini xahiş etdi. Onu da qeyd edək ki, gunxeber.com saytı bu hadisədən bir neçə gün sonra A.Orucovun oğlunu ölkədən çıxarması haqda məlumat yayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq (musavat).
2014-03-06
10,817
84 adam həbs olundu
Misir ordusunun iki gün ərzində 5 əyalətdə təşkil etdiyi əməliyyatlarda "terrorist və cinayət təşkilatı üzvü" olduqları iddiasıyla 84 adamın nəzarətə götürüldüyü bildirilib. "Axar.az" Ərəb mətbuatına istinadən xəbər verir ki, ordu sözcüsü polkovnik Əhməd Məhəmməd Əli sosial şəbəkədəki hesabında açıqlama verərək, ordunun Əş-Şarkiyyə və Dəkahliyyə əyalətlərində bu gün təşkil olunan əməliyyatlarda aralarında "terrorist aksiyalarını maliyyələşdirmə"də günahlandırılan 6 "Müsəlman Qardaşlar Təşkilatı" (İhvan) rəhbərinin də olduğu 30 adamı nəzarətə götürdüyünü açıqlayıb. Polkovnik ayrıca dünən Daxili İşlər Nazirliyinin dəstəyilə İsmailiyyə, Port Səid və Dimyat əyalətlərində təşkil etdiyi əməliyyatlarda "terrorist və cinayət təşkilatı üzvü" olmaqda günahlandırılan 54 adamın da həbs edildiyini bildirib. Qeyd edək ki, Misir ordusu Təhlükəsizlik təşkilatının da əmakdaşlığı ilə silahlı hücumların iştirakçılarını tapmaq üçün bölgədə əməliyyatlarını davam etdirir.
2014-03-06
10,818
Paytaxtda yeni avtomobil yolu tikilir
Bakı şəhərinin Nobel prospektinə paralel olan dənizkənarı ərazidə 8 hərəkət zolaqlı yeni avtomobil yolunun inşası davam etdirilir. Avtomobil yolunun tikintisini həyata keçirən "Azvirt" MMC-dən bildiriblər ki, layihədə yol qovşaqlarının, mühəndis qurğularının və yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub. Yolun ümumi uzunluğu 2 kilometr, hərəkət zolağının eni isə 3,75 metr təşkil edəcəkdir. Burada həmçinin 4 piyada keçidi də inşa olunacaq. Layihə üzrə tikinti işlərinin cari ildə tamamlanması planlaşdırılır.
2014-03-06
10,819
“Ayfon” istifadəçilərinə şad xəbər
"Apple" şirkəti "Ayfon 6" mobil telefonlarında görünməmiş yeniliyə imza atır. "Axar.az" xəbər verir ki, yeni "Ayfon 6" (iPhone) telefonlarında ekranın cızılmasına qarşı özünü təmir edən texnologiya quraşdırılacaq. Bunun sayəsində telefonun köhnəlmə prosesi baş verməyəcək və ekran əvvəlki kimi daha parlaq görünəcək. İstifadəçilər bu texnologiyadan digər iOS və iMac-larda da istifadə edə biləcəklər. Bununla da istifadəçilərin ən çox üzləşdiyi ekranı cızılması kimi problem də aradan qaldırılmış olacaq.
2014-03-06
10,820
Obama: “Rusiya öz cəzasını çəkməyə başlayıb”
ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edirlər ki, Rusiya Ukraynadakı hərəkətlərinə görə artıq əvəz ödəməyə (itkilərə məruz qalmağa) başlayıb. APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə iki lider arasındakı telefon danışığına dair Ağ Evin yaydığı açıqlamada deyilir. Hər iki lider Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmasından ciddi narahatlığını ifadə edib. Onların fikrincə, hazırkı vəziyyət qəbuledilməzdir. "Moskva artıq öz hərəkətlərinin əvəzini ödəməyə başlayıb, Rusiyadakı investisiya mühitinə inam azalıb", - deyə açıqlamada bildirilir. Britaniya baş nazirinin dəftərxanası da Kemeron və Obamanın telefon danışığı ilə bağlı rəsmi məlumat yayıb. Məlumata əsasən ABŞ prezidenti və Britaniyanın hökumət başçısı razılaşıblar ki, Rusiyanın Ukraynada bundan sonrakı istənilən hərəkətinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində birgə işin davam etdirilməsi zəruridir. Qeyd edilib ki, hazırkı vəziyyət qəbul edilə bilməz, çünki Rusiya öz hərbçilərini Ukraynadan hələ geri çağırmayıb və Kiyevdəki yeni hakimiyyəti tanımaqdan imtina edir.
2014-03-06
10,821
Müdafiə Nazirliyi atəşkəslə bağlı hesabat yaydı
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Kəngərli, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-03-06
10,822
Ukrayna Avropa Birliyi ilə assosiativ müqavilə imzalayır
Bu gün Avropa Birliyi (AB) Ukrayna ilə assosiativ müqavilənin imzalanacağı tarixi açıqlayacaq. "Axar.az" xəbər verir ki, bundan başqa AB Ukrayna sahibkarlarına Avropa bazarlarında qoyulmuş qadağaların aradan qaldırılacağı ilə bağlı məlumat yayıb. Bu barədə ukraynalı deputat Pyotr Poroşenko jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ukrayna tərəfi Avropa Birliyi ilə assosiativ müqaviləni tezliklə imzalamalıdır.
2014-03-06
10,823
Lökbatanda qazdan kütləvi zəhərlənmənin səbəbi bəlli oldu
"Araz Ağayev: "Azəriqaz İB qazı SOCAR-ın Qaz İxrac İdarəsindən alır" "Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə hadisəsinin baş verməsi ilə bağlı araşdırmalar aparılır. Zəhərlənməyə ilkin ehtimal kimi qazın tərkibinə vurulan aderant maddəsinin miqdarının normadan artıq olması göstərilir. Amma hələki hadisə yerində baş verən ölüm faktına da məhz qazdan zəhərlənmənin səbəb olduğu dəqiq məlumat deyil". Bu sözləri "Movqe.az"a açıqlamasında Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev dünən gecə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin Vilayət Əsgərov küçəsində 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirərkən söyləyib. Azəriqaz rəsmisi bildirib ki, adernat adlı maddə mavi yanacağın tərkibinə həmişə vurulur: "Qaz qoxusuz olduğundan bu maddə qazın tərkibinə vurulur ki, iyi hiss olunsun. İlkin ehtimallar odur ki, bu maddə normadan artıq vurulduğundan zəhərlənməyə yol açıb. Amma hadisə yerində əhali də xofa düşmüşdü. Hələki araşdırmalar davam edir". A.Ağayev mavi yanacağın verilişinin dayandırılmasına da aydınlıq gətirib.: "Birləşmə zamanı müvəqqəti həmin binalara qaz verilişi məhdudlaşdırılıb. Qazın verilişi dayandırılıb sonra verilib. Amma bura hansısa səmt qazının yönəldilməsindən söhbət gedə bilməz. Hərə bir versiya irəli sürür. Hər kəsə aydındır ki, burada hadisənin baş vermə səbəbi adrenat adlı maddənin qazın tərkibinə normadan artıq vurulması ilə bağlıdır". Ağayev Azəriqaz İB-nin qazı SOCAR-ın Qaz İxrac İdarəsindən aldığını söyləyib. Qeyd edək ki,Qaz İxrac İdarəsinin fəaliyyəti Əməliyyat Şirkətləri, "Şahdəniz" və AÇG yataqlarından hasil olunan qazın qəbulu, ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrinin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafi arealının genişləndirilməsindən ibarətdir. İdarədən Movqe.az-a bildiriblər ki, ARDNŞ-nin Qaz İxrac İdarəsi qarşısında qoyduğu vəzifələri həyata keçirərək, Gürcüstana, İran İslam Respublikasına və Rusiya Federasiyasına ixrac olunan, eyni zamanda İran İslam Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına (swap əməliyyatı) təchiz olunan qazın təhlükəsiz və səmərəli ixrac-idxal olunmasını və çatdırılma məntəqələrində təhvil-qəbul əməliyyatlarının aparılmasını təmin etməkdədir. İdarə hal-hazırda ölkədən kənara üç məntəqədən - "Qərb qaz sahəsi"ndən Gürcüstana, "Şimal qaz sahəsi"ndən Rusiya Federasiyasına və swap məqsədi ilə "Cənub qaz sahəsi"ndən İran İslam Respublikasına qaz ixracını, eyni zamanda Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz olunması məqsədi ilə İran İslam Respublikasından "Culfa qaz sahəsi" vasitəsilə qaz idxalını həyata keçirir. AÇG-dən hasil olunan səmt qazı və "Şahdəniz" yatağından qəbul olunan qaz həcmləri Səngəçal Baş Qurğuları qaz sahəsində qəbul olunaraq, dövlətlərarası qaz ölçmə stansiyalarında ixrac olunan ölkələrin nəql sisteminə ötürülür. Qaz ölçmə məntəqələrində həyata keçirilən əməliyyatlar beynəlxalq standartların tələblərinə cavab verən qaz sərf ölçmə cihazları və qazın keyfiyyətinə nəzarəti təmin edən müasir avadanlıqlarla təchiz olunmuş müvafiq laboratoriyalarda aparılır. Qaz İxrac İdarəsi fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun təşkil edilməsi, işin keyfiyyətinin artırılması, texniki sənədlərin təkmilləşdirilməsi və onların dünya standartlarına uyğunlaşdırılmasını nəzərdə tutan İSO 9001:2008 (İdarəetmə sistemi), İSO 14001:2004 (Ətraf mühitin idarəetmə sistemi) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemi) beynəlxalq standartların sertifikatlarına sahibdir. İdarədə yerli və xarici şirkətlərin ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vurmuş yüksək ixtisaslı işçi kollektivi çalışır: " İdarədən abonentlərlə işləmir. Adrenatı qazı Qaz İstismar İdarələri vurur". "Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə hadisəsinin baş verməsi ilə bağlı araşdırmalar aparılır. Zəhərlənməyə ilkin ehtimal kimi qazın tərkibinə vurulan aderant maddəsinin miqdarının normadan artıq olması göstərilir. Amma hələki hadisə yerində baş verən ölüm faktına da məhz qazdan zəhərlənmənin səbəb olduğu dəqiq məlumat deyil". Bu sözləri Movqe.az-a açıqlamasında Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev dünən gecə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin Vilayət Əsgərov küçəsində 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirərkən söyləyib. Azəriqaz rəsmisi bildirib ki, adernat adlı maddə mavi yanacağın tərkibinə həmişə vurulur: "Qaz qoxusuz olduğundan bu maddə qazın tərkibinə vurulur ki, iyi hiss olunsun. İlkin ehtimallar odur ki, bu maddə normadan artıq vurulduğundan zəhərlənməyə yol açıb. Amma hadisə yerində əhali də xofa düşmüşdü. Hələki araşdırmalar davam edir". A.Ağayev mavi yanacağın verilişinin dayandırılmasına da aydınlıq gətirib.: "Birləşmə zamanı müvəqqəti həmin binalara qaz verilişi məhdudlaşdırılıb. Qazın verilişi dayandırılıb sonra verilib. Amma bura hansısa səmt qazının yönəldilməsindən söhbət gedə bilməz. Hərə bir versiya irəli sürür. Hər kəsə aydındır ki, burada hadisənin baş vermə səbəbi adrenat adlı maddənin qazın tərkibinə normadan artıq vurulması ilə bağlıdır". A. Ağayev Azəriqaz İB-nin qazı SOCAR-ın Qaz İxrac İdarəsindən aldığını söyləyib. Qeyd edək ki,Qaz İxrac İdarəsinin fəaliyyəti Əməliyyat Şirkətləri, "Şahdəniz" və AÇG yataqlarından hasil olunan qazın qəbulu, ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrinin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafi arealının genişləndirilməsindən ibarətdir. İdarədən Movqe.az-a bildiriblər ki, ARDNŞ-nin Qaz İxrac İdarəsi qarşısında qoyduğu vəzifələri həyata keçirərək, Gürcüstana, İran İslam Respublikasına və Rusiya Federasiyasına ixrac olunan, eyni zamanda İran İslam Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına (swap əməliyyatı) təchiz olunan qazın təhlükəsiz və səmərəli ixrac-idxal olunmasını və çatdırılma məntəqələrində təhvil-qəbul əməliyyatlarının aparılmasını təmin etməkdədir. İdarə hal-hazırda ölkədən kənara üç məntəqədən - "Qərb qaz sahəsi"ndən Gürcüstana, "Şimal qaz sahəsi"ndən Rusiya Federasiyasına və swap məqsədi ilə "Cənub qaz sahəsi"ndən İran İslam Respublikasına qaz ixracını, eyni zamanda Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz olunması məqsədi ilə İran İslam Respublikasından "Culfa qaz sahəsi" vasitəsilə qaz idxalını həyata keçirir. AÇG-dən hasil olunan səmt qazı və "Şahdəniz" yatağından qəbul olunan qaz həcmləri Səngəçal Baş Qurğuları qaz sahəsində qəbul olunaraq, dövlətlərarası qaz ölçmə stansiyalarında ixrac olunan ölkələrin nəql sisteminə ötürülür. Qaz ölçmə məntəqələrində həyata keçirilən əməliyyatlar beynəlxalq standartların tələblərinə cavab verən qaz sərf ölçmə cihazları və qazın keyfiyyətinə nəzarəti təmin edən müasir avadanlıqlarla təchiz olunmuş müvafiq laboratoriyalarda aparılır. Qaz İxrac İdarəsi fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun təşkil edilməsi, işin keyfiyyətinin artırılması, texniki sənədlərin təkmilləşdirilməsi və onların dünya standartlarına uyğunlaşdırılmasını nəzərdə tutan İSO 9001:2008 (İdarəetmə sistemi), İSO 14001:2004 (Ətraf mühitin idarəetmə sistemi) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemi) beynəlxalq standartların sertifikatlarına sahibdir. İdarədə yerli və xarici şirkətlərin ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vurmuş yüksək ixtisaslı işçi kollektivi çalışır: " İdarədən abonentlərlə işləmir. Adrenatı qazı Qaz İstismar İdarələri vurur. Ola bilər qazın verilişi təkrar bərpa olunduqda adrenat maddəsini yönləndirən krant açıq qalıb. Bu isə zəhərlənməyə səbəb olub".
2014-03-06
10,824
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. "Axar.az" xəbər verir ki, Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə Bakının Novxanı kəndində dünyaya göz açıb. İlk əmək fəaliyyətinə 19 yaşında jurnalist olaraq başlayıb. 1905-ci ildə isə siyasi fəaliyyətə başlayıb. 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə 1908-1911-ci illərdə İranda çalışıb, Səttarxan hərəkatında yaxından iştirak edib. Siyasi baxışına görə burada da çox qala bilməyib. O, 1911-ci ildə isə rus səfirliyinin tələbi ilə İrandan çıxarılıb. Bundan sonra Türkiyəyə üz tutan Rəsulzadə 1911-1913-cü illərdə İstanbulda Türk ocağında çalışıb. 1913-cü ildə isə Bakıya geri qayıdıb. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci ildə Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra M.Ə.Rəsulzadə həbs olunub. Daha sonra azad olunan siyasi xadim Almaniyaya gedib. İkinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətindən sonra yenidən Türkiyəyə qayıdaraq Ankarada yerləşib. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib. Hazırda Türkiyə paytaxtında M.Rəsulzadənin və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə bir küçə "28 mayıs" adlandırılır. Novxanıda görkəmli xadimin abidəsi ucalır.
2014-03-06
10,825
Lökbatanda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açıldı
Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində bir neçə beşmərtəbəli yaşayış binasında təbii qazdan baş verən kütləvi zəhərlənmə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi açılıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, martın 5-də Lökbatan qəsəbəsində V.Əsgərov keçəsindəki bir neçə yaşayış binasının sakinləri arasında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə yerindən daha öncə bildiriblər ki, sakinlərin ən azı 80-dən artığı təbii qazdan zəhərlənib. Buna səbəb qazın kəsilməsi, sonradan isə buraxılması olub. "Azəriqaz"dan" daha öncə verilən məlumata görə, insanların zəhərlənməsi odorant maddəsinin həddən artıq yüksək dozası nəticəsində baş verib. Bu maddə təbii qaza əlavə olunur və qazın sızmasının müəyyən edilməsində istifadə olunur. "Azəriqaz" İstehsalat Birliyi (İB) və ARDNŞ-nin Qaz İxracı İdarəsi qazın tərkibinə həddən artıq odorant maddəsinin əlavə edilməsinin səbəblərini araşdırır. Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, sakinlərdən biri dünyasını dəyişib. Lakin onun təbii qazdan zəhərlənmədən və yaxud başqa səbəbdən öldüyü dəqiq bilinmir.
2014-03-06
10,826
Lökbatan faciəsi: bir ölüm, 43 zəhərlənmə
Zəhərlənənlərə lazımı tibii yardım göstərildikdən sonra evə buraxılıb. Bu sözləri "Axar.az"a Toksikologiya Mərkəzinin şöbə müdiri Azər Maqsudov dünən Lökbatanda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı statistikanı açıqlayarkən deyib. Azər Maqsudov Toksikologiya Mərkəzinə gətirilənlərin sayının 43 nəfər olduğunu bildirib: "Lökbatanda kütləvi qaz zəhərlənməsi ilə bağlı bizə 43 nəfər gətirilib. Onlardan 5-i uşaq, 9-u qadın, 29-u isə kişi olub. Onlara lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb". Xatırladaq ki, Lökbatanda qazdan baş verən kütləvi zəhərlənmədə bir nəfər - Natalya Məmmədova adlı qadın dünyasını dəyişib.
2014-03-06
10,827
Salyanlı avtoritetin sadə həyatı və mürəkkəb qətli - Reportaj
Salyanda Aydın Xəlilov adlı şəxsin 34 bıçaq zərbəsi alandan sonra güllələnməsi və üstündən maşınla keçilməsi xəbəri bir anlıq heyrət yaratdı. Adətən, amansız qətl hadisələrində adı bir o qədər hallanmayan və "qırmızı ölkə" sırasında olan Azərbaycanda belə qətl sensasiya sayıla bilərdi və sayıldı da. Ölənin siyasi mənsubiyyəti isə diqqəti daha çox artırırdı. Elə bu səbəblə də Aydın Xəlilovun amansızlıqla qətlə yetirildiyi Salyan rayon Qaraçala kəndinə yollandıq. Günorta çağı amansız qətl? Hadisə fevralın 4-də, saat 14:30-da, A.Xəlilovun evinin 500 metrliyində baş vermişdi. Qətlin Azərbaycan üçün xarakterik olmadığını təsdiqləyən daha bir fakt: günorta çağı qətl və qatilin aradan çıxması? Azərbaycanda? Elə dərdli qardaşın heyrəti də bundan başlayırdı: "Oğlum, vallah başımı itirmişəm. Bilmirəm nə edim?! Axı niyə belə oldu?! Bu boyda kəndin içində, günün günorta çağında o boyda adamı öldürüb yolun qırağına atıblar, özləri də rahat çıxıb gediblər. Dövlətimiz bunu belə qoymamalıdır. Vallah, nə bilim e?!" - Aydın Xəlilovun böyük qardaşı Nazim dayı deyir. "Aydın, harda qaldın, gəl də?!" Martın 4-də baş vermiş məlum hadisəni heç kim görməsə də, müxtəlif fikirlər danışılır. Nazim dayı deyir ki, onlar gəlib Aydını çağıranda yoldaşı həyətdəki göyərçinlərə yem verirmiş. Aydını da məhz o çağırıb. Aydın isə ev paltarında qapıya çıxıb: - Qardaşımın gec gəldiyini görən adamlardan biri belə dedi: "Aydın, harda qaldın, gəl də?!" Maşını elə saxlayıblarmış ki, nömrə görünməsin. Aydın tanımadığı adamın maşınına minməz. 100 faiz əminəm ki, onu tanıyırmış". Hamı "mətbuat nağılını" soruşurdu Yas yerində məni ilk qarşılayan elə Nazim dayı özü oldu. Söhbət etdiyimiz vaxtda 8-9 adam yaxınlaşıb mətbuatda deyilənlərin real olub-olmamasını dəqiqləşdirirdi: "Yazırlar ki, güllə ilə də vurublar. Sonra da üstündən maşınla keçiblər. Doğrudan elə olub?" Bu tipli sualları çox eşitdiyi hiss edilən Nazim dayı sadəcə asta səslə, "Yox a kişi! Ancaq bıçaqla vurublar. Axşam ekspertizada dedilər ki, 34 bıçaq dəyib". Başqası tərəfindən növbəti oxşar sual isə hər şeyi kulminasiya həddinə çatdırdı: "...Axı internetdə yazılmışdı maşın əlinin üstündən keçib, təkərin "şpor"larının izi qalıb?!" Nazim dayının gözlərindən yaş gilələndi və titrək səslə: "Maşın keçməyib e... Biz ekspertizada baxdıq. Əlləri teyxa doğram-doğram idi. Buna bıçaq atanda əli ilə bıçağı tutub..." - dedi. Başım açılsın ərizə yazacam Aydın Xəlilovun qətlə yetirilməsi bəlkə də övladlarından çox bacısı oğlanlarını yandırırdı. Bacısı oğlu Müşfiq deyir ki, hələ də olanlara inana bilmir, ona yuxu kimi gəlir: "Yaralarını bir-bir yudum. Axırda həkimə yalvardım ki, heç olmasa, bunları tik. Sağ olsun, tikdi. Onu da başa düşürəm, onlar üçün bu, adi bir seydi. Hər gün görürlər bu işi". Müşfiq dayısının güllələnməsi ilə bağlı yazılanlardan pis olduğunu deyir: "Yaraları özüm yumuşam. Güllə izi yox idi. Amma hansısa axmaq deyib ki, guya güllələnib. Qoy bir az başım açılsın, polisə ərizə yazacam. Görüm, bu xəbəri yayan vicdansız kimdir?!" Yasda öyrəndiklərimiz Aydın Xəlilov uzun müddət Rusiyada yaşayıb və kifayət qədər nüfuzlu şəxs olub. Onun heç kəsə əyilmədiyi, işinin xətri üçün kimsənin buyruq qulu olmadığı və buna görə də kriminal aləmdə avtoritet sayıldığı barədə fikirlər səsləndirilirdi. Amma kimsə onun ölümünü kriminal aləmdəki münasibətlərlə əlaqələndirmirdi. Adına və hörmətinə görə sadə həyat yaşayan Aydın Xəlilov son vaxtlar təsərrüfatla məşğul olub, KXCP-nin də aktiv üzvlərindən deyilmiş. Əvvəlki dövrdən fərqli olaraq, bir kənara çəkilib, sakit həyatını yaşayırmış. Ona görə də onun qətli, xüsusilə amansızlıqla öldürülməsi bir sual olaraq qalır: kim?
2014-03-06
10,828
“Azərkimya” da kütləvi ixtisara başladı – Özəl
SOCAR-ın tərkibində olan "Azərkimya" şirkətindən 800 nəfər işdən çıxarılacaq. Bu barədə informasiya "Axar.az"a ARDNŞ-dəki etibarlı mənbələrdən verilib. Mənbə ixtisarların ARDNŞ-in keçirdiyi attestasiya imtahanları ilə əlaqədar olduğunu deyib. O, "Azərkimya" şirkətinin tərkibində olan zavodların bağlanmasından sonra işçilərin keyfiyyətinin yoxlanılması üçün bu addımların atıldığını bildirib: "Azərkimya" şirkətinin tərkibində olan zavodların əksəriyyəti bağlanıb. Hazırda yeganə fəaliyyət göstərən zavod Etilen Politilen Zavodudur. Digərləri isə artıq sökülür. Bundan başqa isə Təmir Tikinti Müəssəsi də var. Etilen Politilen Zavodunun özündə də iki sexin fəaliyyətinə son qoyulub. Hazırda bu müəssələrdə həddindən artıq sıxıntı var". Mənbə həmçinin SOCAR-dan verilən açıqlamada deyildiyi kimi, "Azərkimya"da da attestasiya imtahanının keçiriləcəyini və attestasiyada iştirak etmək istəməyənlərə 5 aylıq əmək haqqını götürüb getmək təklif olunduğunu söylənilib. O, işdən çıxarılanların sayının mayın əvvəlinə qədər dəqiq müəyyənləşəcəyini deyib. Hazırda bu şəxslərin sayının 800 nəfərə qədər olacağı nəzərdə tutulub. Qeyd edək ki, SOCAR rəhbərliyi də bir müddət öncə verdiyi açıqlamada idarənin nəzdində olan şirkətlərdə ixtisarların olacağını demişdi. Əsas kimi isə işçi keyfiyyətinin yüksəldilməsi göstərilir.
2014-03-06
10,829
Azərbaycan Türkiyədən hərbi helikopterlər alır
Azərbaycan Türkiyədə hərbi sənaye sahəsində fəaliyyət göstərən "Roketsan" şirkətinin istehsalı olan "Mızrak-U" hərbi helikopterlərini almaq istəyir. Məlumata görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb. Məlumatda qeyd olunur ki, "Mızrak-U" hərbi helikopterlərini Azərbaycanla yanaşı, Pakistan da almaq niyyətindədir. Qeyd edək ki, martın 3-də "Mızrak-U" seriyasının modernləşdirilmiş "Atak" hərbi helikopterlərinin uçuş və hədəfi məhv etmə sınaqları keçirilib və sınaqlar uğurla başa çatıb. "Mızrak-U"nun "Atak" helikopterində tank əleyhinə raket sistemi quraşdırılıb. Yeni "Mızrak-U"nun raket sistemi 8 kilometrə qədər məsafədə hədəfləri vurmaq gücünə malikdir. Helikopterlərin kütləvi istehsalına 2015-ci ildə başlanması nəzərdə tutulur ( Trend ).
2014-03-06
10,830
Müəllimi Fətullah Güləni millətə xəyanətdə suçladı
Gülən Camaatının rəhbəri Fətullah Gülənin xocası hesab edilən Səid Nursinin tələbəsi Mehmet Kırkıncı ölkədəki mövcud vəziyyəti və tərəflər arasındakı "qarşıdurma"nı dəyərləndirib. Mehmet Kırkıncı internet saytından bunları açıqlama verib: "Dinimizdə dövlətə qarşı qiyam və fitnə çıxarmaq qadağandır. Öz mənfəətlərini vətənin və millətin mənfəətinə dəyişən biri vətən və millətinə xəyanət etmiş hesab edilir". Mehmet Kırkıncı mövzuya ayə ilə nümunə gətirərək fitnəni cinayətə bənzədib. Peyğəmbərimizin ədalətli olmayan dövlət idarəçilərinə belə üsyan etməyi qadağan etdiyini bildirən Kırkıncı daha sonra fikrini bu cür davam etdirib: "Peyğəmbərimiz müsəlmanları hər cür üsyan və fitnə-fəsad törətməyi, nifaqdan qaçınmağa çağırıb. Qurani-Kərim nəinki zülm etməyi, zülmə meyl etməyi və razılıq göstərməyi də qadağan edib. Dövlətin nizamı itaətə bağlıdır" ("Anspress").
2014-03-06
10,831
78 yaşlı qonşusu Yanukoviçdən Kerriyə şikayətlənir - Video
Viktor Yanukoviçin 78 yaşlı qonşusu Lidiya İvaşenko ondan ABŞ dövlət katibi Con Kerriyə şikayət edib. "Axar.az" məlumatına görə, martın 4-də Kiyevə gələn Amerika rəsmisi paytaxt küçələrində sakinlərlə ünsiyyətdə olub. Belə bir görüş İnstituski küçəsində Vışqorod rayonunun Yeni Petrovçı kəndinin sakini Lidiya İvaşenko ilə baş tutub. Yüksək ranqlı dövlət rəsmisini görən nənə hazırkı iqtidarın normal fəaliyyəti və qaçan qonşusu Yanukoviç barədə fikirlərini səsləndirib: "Rəhbərinizə çatdırın ki, Yanukoviçin idarəçiliyindən Allah qorusun. Yəqin bilirsiniz, o qaçıb artıq. Biz yazıqları başa düşmürdü. Dözməyən xalq küçələrə çıxmaq məcburiyyətində qaldı. O, varlıların yanındaydı, kasıbları isə başa düşmürdü. Axı o, Zaxarçenkoya zəng edib silah işlətməmək barədə göstəriş verə bilərdi. Deməli istəməyib".
2014-03-06
10,832
Hər üç qadından biri zorakılığa məruz qalır
Avropa Birliyi Konstitusional Haqlar Agentliyi (FRA) Avropa Birliyi üzvü olan 28 fərqli ölkədən 42 min qadınla görüşərək araşdırma aparıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma nəticəsində Avropadakı hər üç qadından birinin zorakılığa məruz qaldığı ortaya çıxıb. AB ölkələrindəki təxminən hər 10 qadından birinin cinsi zorakılıq, təxminən hər 20 qadından birinin isə zorlanma qurbanı olduğu bildirilib. Araşdırma nəticəsində Danimarka, Finlandiya və İsveç kimi Skandinaviya ölkələrinin 15 yaşdan yuxarı qadınların ən çox zorakılığa məruz qaldığı ölkələr olduğu məlum olub.
2014-03-06
10,833
Azərbaycan Monteneqroda istirahət mərkəzi tikir
Monteneqroda Azərbaycan kapitalının iştirakı ilə istirahət mərkəzinin inşasına dair layihənin icrasına start verilib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, layihəyə əsasən, Monteneqroda yerləşən keçmiş Kumbordakı hərbi-dəniz bazası söküləcək, yerində dəniz istirahət mərkəzi yaradılacaq. Ümumi dəyəri 500 milyon avro həcmində olan layihədə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və "Azmont İnvestments" şirkəti iştirak edir. Layihə 2016-cı ilədək başa çatdırılmalıdır. Layihənin icrası zamanı 6500 nəfər müvəqqəti, 1200 nəfər isə daimi işlə təmin ediləcək. Layihə barədə fikirlərini bildirən Monteneqronun baş naziri Milo Cukanoviç deyib ki, layihə onun ölkəsi üçün böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, 2012-ci ilin iyul ayında ARDNŞ və Monteneqro hökuməti arasında Kumbordakı "Orijen Battalion" kazarmalarının uzunmüddətli icarəsi haqqında müqavilə imzalanıb. Sazişi Monteneqronun paytaxtı Podqoritsa şəhərində ARDNŞ-ın adından "Ataholdinq" ASC-nin Müşahidə Şurasının üzvü Qafar Qurbanov və bu ölkənin dayanıqlı inkişaf və turizm naziri Predraq Sekuliç imzalayıb. 90 il müddətinə bağlanmış müqavilə kazarmaların turizm kurortuna çevrilməsini nəzərdə tutur. Sazişin şərtlərinə əsasən, Azərbaycan tərəfi kurortun inkişafı üçün icarənin ilk 4 ilində 52 mln. avro, ilk 8 ilində isə 258 mln. avro sərmayə qoymağı öhdəsinə götürüb. 45 illik icarə haqqı əvvəlcədən ödəniləcək. İcarə haqqı ərazinin 1 kv. metri üçün 1 avro və gəlirin 5%-i olaraq hesablanacaq. Kurortun inkişafı üçün yekun investisiya planı ərazinin öyrənilməsi haqqında sənədin qəbulundan sonra təsdiqlənəcək. Həmin vaxt açıqlama verən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkətin Monteneqroda turizm layihəsi üzrə tenderə qatılması şirkətin planları deyil və Azərbaycanın turizm şirkətlərinə dəstək göstərilməsi məqsədi daşıyır. Onun sözlərinə görə, Azərbaycanın bəzi turizm şirkətləri həmin layihədə tenderə qatılmaq istəsələr də, imkanları tenderdə qoyulan tələblərə cavab verməyib: "Ona görə də ARDNŞ Azərbaycanın ən böyük şirkəti və iqtisadiyyatının lokomotivi olaraq, eləcə də beynəlxalq səviyyədə layihələr həyata keçirən və Avropada tanınan şirkət olaraq Azərbaycanın turizm şirkətlərinə dəstək məqsədilə bu tenderə qatılıb". R.Abdullayev qeyd edib ki, ARDNŞ bu layihəyə investisiya qoymaq niyyətində deyil və belə planları da yoxdur: "Məqsəd Azərbaycanın turizm şirkətlərinə təşkilati və hüquqi dəstək göstərməkdir. Layihənin idarə olunması ilə Azərbaycanın turizm şirkətləri məşğul olacaq. ARDNŞ-ın hotel biznesi ilə məşğul olmaq planları yoxdur".
2014-03-06
10,834
Polis deputat oğlunun atışmasını niyə araşdırmayıb? - Açıqlama
Deputat Ayaz Orucovun oğlunun "Mersedes Galenvagen" markalı, AZ 10 BB 111 nömrə nişanlı şəxsi maşınından "Nissan Juke" markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açması hadisəsindən zərərçəkən tərəfin şikayət etdiyi polis bölmələrinin xəbəri yoxdur. "Axar.az" xəbər verir ki, bu haqda polis bölmələrinin növbətçi hissələrindən bildirdilər. Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən sahə rəisi Əzənqulu Ağayev bu haqda məlumatının olmadığını söylədi. Polis bölməsinin növbətçi hissəsindən isə əvvəlcə bu haqda bölməyə şikayət daxil olmadığını desələr də, əlavə sualları dinləmədən dərhal telefonu bağladılar. Zərərçəkən tərəfin müraciət etdiyi digər - Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin növbətçi hissəsindən də bu haqda məlumatsız olduqlarını dedilər. DİN Mətbuat Xidmətinin əməkdaşı Orxan Mansurzadə məsələ ilə əlaqədar Baş prokurorluğa müraciət etməyimizi bildirdi. O. Mansurzadə şikayət barədə nazirliyə konkret olaraq məlumat daxil olub-olmaması haqda açıqlama vermədi: "Gün ərzində DİN-ə yüzlərlə məlumat daxil olur. Şikayət edən və qarşı tərəf də bu barədə açıqlama verib. Əgər zərərçəkən Baş Prokurorluğa müraciət edibsə, onların özü ilə əlaqə saxlayın". Qeyd edək ki, ötən il noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, "Mersedes Galenvagen" markalı, AZ 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, "Nissan Juke" markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açması ilə bağlı qarşı tərəf iddia qaldırıb. "Nissan Juke"də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. A.Cəfərova hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının cinayət yerinə gəldikləri, amma sonradan pul müqabilində istintaq aparmadıqları barədə mətbuata açıqlama verib.
2014-03-06
10,835
Yanukoviç və oğlunun bank hesabları donduruldu - Siyahı
Avropa Birliyi Ukraynada dövlət əmlakının mənimsənilməsində şübhəli bilinən 18 keçmiş dövlət rəsmisinin bank hesablarını dondurub. Xarici əlaqələr üzrə Avropa Şurasının martın 3-də verdiyi qərara əsasən, martın 5-dən etibarən Ukraynada bir sıra dövlət rəsmilərinə qarşı sanskiyalar tətbiq edilib. Sanksiya siyahısına daxil edilən rəsmilərin adları isə bu gün açıqlanıb (ANS). Siyahını sizə təqdim edirik: Sabiq prezident - Viktor Yanukoviç V.Yanukoviçin oğlu - Aleksandr Sabiq baş nazir - Nikolay Azarov Sabiq prezident administrasiyanın sədri - Andrey Klyuev Sabiq daxili işlər naziri - Vitali Zaxarçenko Baş nazirin vəzifəsini icra edən - Sergey Arbuzov İstefa etmiş Xarkov Regional Dövlət İdarəçiliyinin sədri - Mixail Dobkin Xarkov şəhər icra hakimiyyətinin sədri - Qennadi Kernes Sabiq gəlir və yığım naziri - Aleksandr Klimenko Daxili işlər nazirliyinin Kiyev üzrə baş idarəsinin rəisi - Valeri Koryak Sabiq ədliyyə naziri - Yelena Lukaş Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri - Aleksandr Popov Sabiq baş prokuror - Viktor Pşonka Daxili qoşunların sabiq komandiri - Stanislav Şulyak Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin sabiq müavini - Vladimir Sivkoviç Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri - Aleksandr Yakimenko Regionlar partiyasının üzvü, iş adamı - Yuri İvanyuşenko Energetika və Komür Sənayesi naziri - Eduard Staviçki
2014-03-06
10,836
Lökbatandakı zəhərlənmə ilə bağlı rəsmi açıqlama
Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş vermiş təbii qazdan kütləvi zəhərlənmə hadisəsi ilə bağlı açıqlama verib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında deyib ki, hadisə nəticəsində təbii qazdan 115 nəfər zəhərlənib. Onun sözlərinə görə, zəhərlənənlərdən 70-nə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Zəhərlənən digər 45 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə çatdırılıb və onlardan 43-ü hospitalizasiya olunub: "Həmin xəstələrin həyatı üçün heç bir təhlükə olmadığından onlara tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb. Hazırda heç bir xəstəxanada zəhərlənən insan yoxdur, onların vəziyyəti yaxşı olduğundan evə yazılıblar". Hadisə yerində 45 yaşlı Natalya Məmmədovanın ölməsinə gəlincə A. Qədirli qeyd edib ki, onun təbii qazdan zəhərlənmə nəticəsində öldüyü ehtimal olunmur. Hazırda məsələ ilə bağlı ekspertiza və cinayət işi açılıb. Bütün səbəblər onların nəticələrindən sonra məlum olacaq. Qeyd edək ki, dünən axşam saatlarında Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib. Qəsəbənin Vilayət Əsgərov küçəsində beşmərtəbəli 4 yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.
2014-03-06
10,837
Azərbaycan generaliteti cəbhə bölgəsinə yollandı
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir. "Axar.az" xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə təmas xəttindəki hərbi hissələrdəki mövcud vəziyyətlə tanış olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirib. Eyni zamanda Müdafiə naziri cəbhə bölgəsindəki müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə tanış olub. Müdafiə naziri nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.
2014-03-06
10,838
ATƏT Ukraynaya hərbi qüvvə göndərir
ATƏT özünün 40 hərbi müşahidəçisini Ukraynaya göndərir. "Axar.az" xəbər verir ki, bu barədə təşkilatın yayımladığı məlumatda bildirilir. Bundan əlavə Avstriya, İslandiya və İtaliya da Ukraynaya əlavə qüvvə göndərir. "Ümid edirəm ki, hərbi müşahidəçilərin səfəri Ukraynadakı gərginliyi azaldacaq. Faktlara yerində obyektiv qiymət verməklə ATƏT bu böhranın siyasi həllinin dialoq yolu ilə baş tutmasında böyük rol oynaya bilər" deyə ATƏT baş katibi Lamberto Zanyer bildirib. Qeyd edək ki, bir müddət əvvəl ATƏT üzvü olan 18 ölkənin Ukraynaya hərbçi göndərdikləri ilə bağlı məlumat yayılmışdı.
2014-03-06
10,839
Azərbaycan Ordusunda zabitlərə mobil telefon qadağası
Cəbhə xəttində yerləşən hərbi hissələrdə zabit və gizirlərin mobil telefonlardan istifadəsinə məhdudiyyət qoyulub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib. Onun sözlərinə görə, bu məhdudiyyət məlum səbəblərdən düşmənlə üz-üzə dayanan həmin hərbi hissələrdə məxfiliyi qorumaq məqsədilə qoyulub. Müdafiə Nazirliyinin cəbhə xəttindən kənar digər təsisatlarına gəlincə, xidmətin rəisi qeyd edib ki, bununla bağlı hər hansı qadağa və məhdudiyyət yoxdur ("Trend").
2014-03-06
10,840
Putinin sevimlisi zorlamada şübhəli bilinir
Moskva sakini qarışıq döyüş növü üzrə idman ustası Aleksandr Yemelyanenko tərəfindən zorlandığı barədə müvafiq qurumlara şikayət edib. "Axar.az"ın məlumatına görə, Moskva şəhər hüquq mühafizə orqanları jurnalistlərə bildirib ki, "02" nömrəsinə şikayət zəngi martın 5-də daxil olub. Yemelyanenkodan məsələ barədə münasibət öryənmək istəyi jurnalistlərə baha başa gəlib. Kameralarını əllərindən alan Yemelyanenko media nümayəndələrinə əməllicə fiziki güc tətbiq edərək, onları döyüb. Xatırladaq ki, idmançı ilə bağlı oxşar hal ilk dəfə deyil. Hələ 2013-cü ildə 32 yaşının qeyd olunması münasibəti ilə 23 yaşlı tələbəni qonaq dəvət edən Yemelyanenko qızı zorlayaraq, səhərə qədər evində saxlamışdı. Yalnız müəyyən pul təklifi müqabilində o, tələbənin polislərə etdiyi şikayətdən yaxasını qurtara bilmişdi. Nəticədə zorlanmaya məruz qalan qız ərizəsini geri götürməli olmuşdu. Yemelyanenko təyyarədə dava salmaqdan tutmuş kefli halda yaxından keçənlərə qarşı nalayiq söyüşlər işlətməyə qədər, müxtəlif macəraları ilə tez-tez gündəmə gəlir. Aleksandr və Fyodr Yemelyanenko qardaşları Rusiya Prezidenti Vladimir Putinin sevimli idmançıları, dostudurlar. Fyodr Yemelyanenko Soçi Olimpiya oyunlarının açılış mərasimində rəmzi çarxlarının birinin baş qəhramanı rolunda çıxış edib.
2014-03-06
10,841
Metronun fransızlara satılması ilə bağlı açıqlama – Rəsmi
"Təssüf ki, bu xəbəri dəqiqləşdirmədən bütün sayt və qəzetlər istinad edib işıqlandırıblar. Deyilənlər şayiədən başqa bir şey deyil". Bu sözləri "Axar.az"a açıqlamasında Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva Metropoliteni fransız şirkətinin çalışdıracağı ilə bağlı xəbərlərə aydınlıq gətirərkən dedi. O bildirdi ki, Metropolitenin hazırda diqqət mərkəzində olduğunun səbəbini yaxşı başa düşür: "Metropoliten rəisi dəyişdiyi üçün hamı dəyişiklik gözləyir və diqqətdə saxlayır. Bu şayiələrin də səbəbi budur. Ancaq heç bir fransız şirkətindən söz belə getmir". Qeyd edək ki, yeni yaradılmış ASC-nin səhmlərinin 49 faizə qədərinin xarici şirkətlərdən birinə satılması ilə bağlı mediada xəbərlər yayılıb. Məlumatda deyilir ki, belə bir addım keyfiyyət dəyişikliyi səbəbindən atılıb.
2014-03-06
10,842
Sarkozinin Fransanı silkələyən səs yazısı ortaya çıxdı
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin ortaya çıxan səs yazıları ölkə gündəmini əməlli-başlı qarışdırıb. "Axar.az" xəbər verir ki, ölkənin satirik "Le Kanard Anşen" qəzeti Sarkozinin 2007-2011-ci illərdə Yelisey Sarayında qeydə alınmış 4 səs yazısını yayımlayıb. Şəxsi söhbətləri cibində gizlətdiyi diktafonla yazan şəxsin Sarkozinin ən inandığı adamlardan biri olan jurnalist Patrik Buisson olması isə qalmaqala səbəb olub. Səs yazılarının içində ən önəmli mövzu Sarkozinin öz nazirlərini təhqir etməsi olub. Keçmiş prezident onları ağır formada təhqir edərək, bacarıqsız olduqlarını deyib. 2011-ci ilin fevralın 27-də qeydə alınmış səs yazısında isə komandası ilə dəyişəcək nazirlərlə bağlı müzakirə aparan Sarkozi çöldə gözləyən jurnalistləri "hürən itlər" adlandırmışdı. Buisson həmçinin, Sarkozini evində və avtomobilində də dinləyib. Səs yazıları içərisində keçmiş birinci xanım Karla Bruninin də danışıqları var. Bruni prezident seçkilərindən sonra reklam filmlərinə çəkilmək istədiyini bildirib. Sarkozi isə ən yaxın adamı kimi tanıdığı Buissonun bu addımını xəyanət adlandırıb.
2014-03-06
10,843
Adı nurçuların sırasında hallanan vəhabi deputatlarımız – Şok
Azərbaycanda adları "nurçu deputatlar" siyahısında hallanan millət vəkillərinin bəziləri vəhabi təriqətinə mənsubdur. Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu dedi. Onun sözlərinə görə, Azərbaycanda gündəmə gətirilən nurçuluq söhbəti kompromat savaşının bir parçasıdır və bəzən bu savaşda yanlış xəbərlərdən istifadə olunur: "Son dövrlər deputatlarla bağlı açıqlanan siyahıya əsasən bunu deyə bilərəm. Mənim o siyahıda tanıdığım ən azı 5-6 deputat var ki, onların vəhabi olduğuna əminəm". Nurçular gizli kaset yaya bilərmi? Nurçuların Türkiyədə olduğu kimi, burda da açıq mübarizəyə başlama və strategiyalarına uyğun gizli səs yazısı və kasetlərdən istifadə imkanlarına toxunan Ərəstun Oruclu bunu etmək üçün onların yetərli səviyyədə Azərbaycanda oturuşmalarına inanmadığını bildirdi: "İnanmıram ki, nurçular Türkiyədəki kimi Azərbaycan dövlətinin də içinə sızmış olsunlar və bu qədər kompomat toplaya bilsinlər. Hətta hər hansı kompromatları varsa belə, onu silaha çevirəcəklərini də ehtimal etmirəm. Azərbaycanda sistem Türkiyədən fərqlənir. Belə bir hal olarsa, nəticəsi nurçular üçün çox ağır olar". Qeyd edək ki, son günlər Azərbaycanda nurçularla birgə fəaliyyət göstərən siyasətçilərlə əlaqədar mediaya müxtəlif mənbələrdən sənədlər sızdırılır. Son sızdırılan məlumatda isə parlamentdə 24 deputatın Fətullah Gülənlə əməkdaşlığından bəhs edilmişdi.
2014-03-06
10,844
Ruslar Ukraynanın iki gəmisini batırdılar -Foto/Video
12:24 Bu gecə rus hərbçiləri Ukrayna ordusuna məxsus iki hərbi – "Oçakov" anti-submarin və "Şaxtyor" xilasedici gəmisini batırıblar. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk özünün Feysbuk səhifəsində məlumat yayıb. "Gecə Donuzlav gölündə lövbər salmış "Oçakov" və "Şaxtyor" gəmiləri ruslar tərəfindən batırılıb", - deyə Tımçuk bildirib. Onun sözlərinə görə, rusların məqsədi Ukrayna gəmilərinin Odessaya girməsinin qarşısını almaq olub. 16:50
2014-03-06
10,845
Atatürkün müəllimi, türk peyğəmbəri - Foto/Video
Vətəndaş Həmrəyliyi Partiyası Əli bəy Hüseynzadənin150 illik yubileyi ilə bağlı "Əli bəy Hüseynzadə və türkçülük" mövzusunda dəyirmi masa keçirib. "Axar.az" xəbər verir ki, dünən saat 14:00-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü və təşkilatçılığı ilə görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar "Əli bəy Hüseynzadə və türkçülük" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, Musavat Partiyasının başqanı İsa Qəmbər, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, AXCP sədrinin müavini Nurəddin Məmmədli, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDP) lideri İsgəndər Həmidov, "Borçalı" İctimai Birliyinin sədri Zəlimxan Məmmədli, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyası sədrinin müavini Rüfət Muradlı, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkel, sabiq təhsil naziri, türkoloq, professor Firidun Cəlilov, şair Musa Yaqub, AMEA-nın elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, tanınmış jurnalist Azər Həsrət, Avropa Hərəkatının rəhbəri Ramin Hacılı və bir sıra gənclər təşkilatlarının təmsilçiləri iştirak edirdilər. Atatürkün müəllimi Yığıncağı VHP sədri Sabir Rüstəmxanlıaçaraq bildirib ki, Əli bəy Hüseynzadəyə əslində türk peyğəmbəri, fövqəlbəşər deyirlər: "Çünki çox qeyri-adi bir insan, istedad sahibi, böyük milli idealların, ideyaların daşıyıcı və onları ortaya çıxaran bir adam idi. Əli bəy Hüseynzadə Ziya Gökalpın müəllimi idi, Mustafa Kamal Atatürk də Ziya Gökalpı özünün mənəvi atası adlandırırdı. Bu da Əli bəy Hüseynzadədən Mustafa Kamal Atatürkə və bugünkü Türkiyə Cümhuriyyətinə yol uzandığını göstərir. Bu yolun başında Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qaspıralı, Yusif Akçura kimi şəxsiyyətlər dayanırdı. Onlar da XIX əsrin sonlarında türkçülük ideyasını dirildən, onu siyasi hadisəyə çevirən və müstəqil türk dövlətlərinin yaranması üçün mənəvi təməl hazırlayan adamlar idi. Eyni zamanda Əli bəy Hüseynzadə Əhməd bəy Ağaoğlu və digər fikirdaşları ilə birlikdə Azərbaycanın üçrəngli bayrağındakı "türkləşmək, müasirləşməkvə islamlaşmaq" ideyasının yaradıcılarından və onu ortaya çıxaranlardan biri idi". Azərbaycan türkləri ona borcludur Millət vəkili dedi ki, Azərbaycan türkləri bu torpaqlarda, xüsusilə Bakıda qalmasına görə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşova borcludurlar: "Aralarında fikir ayrılığı olmasına baxmayaraq hər üç şəxsin fəaliyyəti buna gətirib çıxarıb. Əli bəy Hüseynzadə təkamül yolunun tərəfdarı, müasir düşüncəli insan idi. Əli bəy Hüseynzadə millətin gələcəyi üçün əxlaqi problemlərin aradan qaldırılmasını istəyirdi və milli özünüdərki, siyasi maarifçiliyi, dini intibahı, dində islahatlar aparılmasını olduqca vacib hesab edirdi. O, millət fədailərinin olmasını zəruri sayırdı. Əli bəy Hüseynzadə həmçinin turançılıq ideyasını ortaya atmışdı, türklərin mənəvi birliyini əsas sayırdı. Bir növ Avropa Birliyi kimi modelin tərəfdarı olub. Onun erməni-müsəlman davasına baxışı fərqli idi və xalqlar arasında nifaqın səbəbkarı kimi hökumətləri görürdü. Onun rəhbərlik etdiyi "Həyat" qəzetində (325 sayı nəşr olunub) və "Füyuzat" jurnalında (32 sayı nəşr olunub) türkün böyüklüyü, türk dünyasının bütövlüyü, türkün açılan qapıları təbliğ edilirdi. Əli bəy Hüseynzadə həmçinin ortaq türk dilinin tərəfdarı idi. Ona görə də dili bir az mürəkkəbdir. Füyuzatçılıq Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq kimi millətçi, milli düçüncəli ədəbiyyatçıları yetişdirib. Bu baxımdan onun böyük mütəfəkkir kimi türk dünyasının inkişafı baxımından xidmətləri əvəzedilməzdir. Əli bəy Hüseynzadə deyirdi ki, bizim nicatımız məhəbbətdədir. Bu şəxs həmçinin Əhməd bəy Ağaoğlu ilə birlikdə 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji təməlini hazırlayan, onun quruculuğunda iştirak edən, sonrakı dövrlərdə də Azərbaycanla əlaqəsi üzülməyən bir adam idi. Son dərəcə sakit, təmkinli, təvazökar, hər şeyə səbrlə yanaşan, insan olaraq böyük bir şəxsiyyət idi. Bu baxımdan onun şəxsiyyətindən həmişə heyranlıqla danışılıb. Bir il işıq üzü görən "Füyuzat" jurnalının bağlanmasından sonra Əli bəy Hüseynzadə bir neçə il Azərbaycanda yaşadı və daha sonra həmişəlik Türkiyəyə getdi. AXC-nin, yoxsa ASSR-in varisi Millət vəkili daha sonra qarşıda nəzərdə tutduğu planlardan danışdı: "Siyasi partiyaların və müxtəlif qurumların bu cür şəxsiyyətləri yad etməsi son dərəcə vacibdir. Gələcəkdə bu cür tədbirləri birlikdə keçirməyimiz yaxşı olardı. VHP olaraq silsilə seminarlar keçirməyi düşünürük. İlk seminarımız bu ayın ortalarında "Biz kimin varisiyik?" mövzusunda olacaq. Yəni Azərbaycan Respublikasının AXC-nin, yoxsa ASSR-in varisi olmasına aydınlıq gətirmək lazımdır. Çünki bu gün AXC-nin deyil, sovet Azərbaycanının varisinə oxşayırıq. Biz bu seminarların materiallarını çap da edəcəyik. Elə Əli bəy Hüseynzadə ilə bağlı bugünkü tədbirimizi də həmin silsiləyə aid tədbirlərdən saymaq olar". Türkçülüyün və idealist sosializmin banisi AMEA-nın elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu Əli bəy Hüseynzadəni əsasən türkçülüyün və idealist sosializmin banisi kimi xarakterizə etdi: "Yəni Əli bəy Huseynzadə hər iki ideyanı türk dünyasına gətirmiş bir şəxs hesab olunur. O, Azərbaycanda islam humanizmi, Qərb, Şərq və türk mədəniyyətlərinin sintez edilə biləcəyini insanlara inandıra bilib. Beləliklə, Əli bəy Huseynzadə avropalaşmaq, türkləşməkvə islamlaşmaq triadasının yaradılmasına səbəb oldu. Bununla da Osmanlı və Qacar imperiyaları, həmçinin Azərbaycanda bu xətt mənimsənilməyə başlandı. Əli bəy Huseynzadə Avropadan Şərqə almaq istədiyi dəyərlərə humanizm, konstitusiyalı monarxiya, hüquq cəmiyyəti, empirik-sientizm, pozitivizm, rasionalizm, praqmatizm daxil idi. Yəni onun avropalaşmaq ideyasının arxasında Avropadan məhz bu dəyərləri götürüb Osmanlıda və Şərq dünyasında tətbiq etməklə Osmanlı imperiyasının və türk dünyasının yenidən yüksəlişinə nail olmaq dayanırdı. Bir sözlə, bu ideyanın arxasında Avropa əxlaqını və həyat tərzini götürmək deyil, Avropada elmi-texniki tərəqqiyə səbəb olan dəyərləri mənimsəmək dayanmır. Sultan Əbdülhəmid Osmanlı imperiyasının xilası üçün osmanlıçılıq ideyasını ortaya atmışdı və onu qorumağa, dövlət siyasətində tətbiq etməyə çalışırdı. Ancaq Əli bəy Hüseynzadə osmanlıçılığın çıxış yolu olmadığını, nicatı türkləşməkdə görürdü. Çünki xalqlar artıq Osmanlı imperiyasına qarşı mübarizəyə qalxmışdı. Ona görə də Əli bəy Hüseynzadə avropalaşmaq, türkləşmək və islamlaşmaq sintezini ortaya qoydu. Yəni bir növ türkləşmək ideyasını da siyasi səhnəyə gətirdi. Şeyx Cəmaləddin Əfqani Şərq dünyasına ümmət deyil, millət ideologiyası ilə bağlı çağırışlar etmişdi. Onun fikrincə, milləti formalaşdıran əsas ünsürlərdən biri dildir, din deyil. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Ziya Gökalp, Yusuf Akçura və İsmayıl bəy Qaspıralı da bu xətti mənimsədilər. Bu şüur bu günün də şüurudur. Əli bəy Hüseynzadə, kökündə fəhlə diktatorluğu dayandığı üçün heç vaxt marksist olmayıb. O, cəmiyyətin bütün təbəqələri arasında sosial harmoniya yaradan idealist sosializmin tərəfdarı idi. Əli bəy Hüseynzadə deyirdi ki, Avropanın bütün sosial-demokratlarında, kommunistlərində, liberallarında, sağçılarında, solçularında türk düşmənçiliyi var. O, bütün dünya sosialistlərinə müraciət edərək Ortadoğuda sülhün məhz Osmanlı imperiyası və türklüyün iştirakı ilə olacağını deyirdi. Bu şüar bu gün də çox aktual olaraq qalır. Əli bəy Hüseynzadə həm türkçülük nəzəriyyəsini yaradıb, həm də bu missiyanı həyata keçirən siyasətçi olub. O, Əhməd bəy Ağaoğlu ilə birlikdə 1905-1907-ci illərdə Qafqaz və Rusiya türklərinin oyanışı, təşkilatlanması uğrunda çalışıblar, həmçinin Rusiya müsəlmanlarının hüquqları ilə bağlı bəyannamə hazırlayıblar. I Dünya müharibəsi ərəfəsində Əli bəy Hüseynzadə, Yusuf Akçura və Əhməd bəy Ağaoğlu bir Turan heyəti formalaşdırıblar. Onlar Avropanın bütün ölkələrində müxtəlif görüşlər keçirərək Rusiya türklərinin hüquqlarının qorunması ilə bağlı məsələ qaldırıblar, ABŞ prezidentinə məktub belə yazıblar. Bu addım Rusiya çarını bər narahat edib və məsələdə Dumada müzakirə edilib. Əli bəy Hüseynzadə ömrünün sonunadək türkçülük və Turan üçün çalışdı. O, 1934-cü ildə öz soyadını dəyişərək Turan qoyub. O, bütün türk dünyasının ən görkəmli şəxsiyyətlərindən biridir və onun kimi şəxsiyyətlər heç vaxt unudulmur və unudulmayacaq". Musa Yaqubdan ithaf Şair Musa Yaqubisə Allaha Azərbaycana, bütün türk dünyasına Əli bəy Turan kimi şəxsiyyət, filosof, şair bəxş etməsinə minnətdarlıq edərək, 2000-ci il sentyabrın 12-də Əli bəy Hüseynzadəyə ithaf etdiyi şeirini səsləndirdi: İkilik Ucundadır dilimin, Həqiqətin böyüyü, Nə qoydular deyəlim, Nə kəsdilər dilimi. Ayıltmadı qələmim, Bu türk ilə əcəmi, Nə qoydular yazalım, Nə kəsdilər dilimi Əli bəy Hüseynzadə Keçiddədir ayağım, Keçid yolu bir addım, Nə qoydular keçəlim, Nə qoydular qayıdım. Tüstülənər ocağım, Könlümün dəmxanası, Nə yağışdan sönəsi, Nə küləkdən yanası. Nə durmusan qaradaş, Ayrıcında yolumun?! Nə yol tutmaq gücüm var, Nə taqəti qolumun. Haqqın əli uzalı, Durum, tutum, tapışım- Nə çəkdilər üzülüm, Nə qoydular yapışım. Ah bu Vətən torpağı, Alındı baş qalası, Nə yolunda şəhidəm, Nə qəhrəman balası. Daş altında toxumum, Yanır çölüm, içərim, Nə sıxdılar çürüyüm, Nə qoydular cücərim. Məlikməmməd nağılıyam, Bu, quyunun dibimi? Nə çəkdilər quyudan, Nə kəsdilər içimi. Azadlıq yollarında Hələ qalmaqaldayam Görürsənmi, Əli bəy Mən də həmin haldayam. Onu Əli Hüseyn Turan kimi tanıyıram AMDP lideri İsgəndər Həmidov Əli bəy Hüseynzadəni Əli Hüseyn Turan kimi tanıdığını söylədi: "Çünki bu şəxs həyatını, ömrünü türkçülüyə sərf edib. Bəzi tədqiqatçılar Əli bəy Hüseynzadəni dinə qarşı qoyurlar. Bu, tamamilə yanlışdır. Əli bəy Hüseynzadə gözəl islami təhsil almışdı. Əli bəy Hüseynzadənin məşhur bir kəlamı var. O deyir ki, "Türklər ya ölür, ya da mühacirət edir. Amma təslim olmur". Əli bəy Hüseynzadə bütün yaşadığı dövrdə hər kəsə anlatmağa çalışıb ki, türklər yanlız osmanlılardan ibarət deyil. Onun daha bir sözü var idi, deyir ki, "qurdlar ulayanda itlər hürürlər". O hər zaman türk kimi yaşadı, türk kimi dünyasını dəyişdi. Allah ona rəhmət eləsin!". Otağımda 3 şəxsiyyətin bədii obrazı var Müsavat Partiyasının başqanı İsa Qəmbərə görə, belə tədbirlər silsilə halında olmalıdır: "Əli bəy Hüseynzadə doğrudan da fəxrimizdir. Mənim otağımda 3 şəxsiyyətin bədii obrazı var. Rəsulzadənin, Elçibəyin portreti və bir də Əli bəy Hüseynzadənin Salyandakı heykəlinin kiçik modeli mənim otağımda var. 20 ildən çoxdur həmin heykəl mənim otağımdadır. Çünki Əli bəy Hüseynzadə həqiqətən də bizim üçün çox dəyərli şəxsiyyətdir. Bu şəxsiyyət təkcə Azərbaycanın yox, bütün türk dünyasının ən görkəmli şəxsiyyətlərindən, ən böyük mütəfəkkirlərindən biridir. Biz tarixi şəxsiyyətlərimizlə fəxr edirik. Əli bəy Hüseynzadə Müsavatın yaradıcılarından biridir. Ölkənin demokratikləşməsi uğrunda mübarizə aparıb. Ümumtürk siyasi xadimlərindən biridir". Rusun zibilini hələ yüz il sonra da tullamaq olmayacaq DAK Daimi Şurasının sədri Əjdər Tağızadə bildirdi ki, XIX əsrin sonlarında avropalılar millətləşib dövlətlərini quranda türklər də buna can atdılar: "Hətta türklər ortaya Osmanlı inperiyası kimi böyük bir maya qoyublar və millətçiliyə getməyə, milli ruhun ortaya çıxmasına çalışıblar. Həmin dalğa da Azərbaycana və Məmalüki Məhrusəyə də gəlib çıxıb. Ümumiyyətlə, XIX əsrin sonlarında Yusuf Akçura, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl Qaspıralı və digər ziyalı insanlar, türklər yaxın əməkdaşlıq işərisində olublar. Hətta dərindən araşdırsaq, Təbrizin özündə də bu adamlarla məktublaşmaların həyata keçirildiyini görərik. Ancaq millətləşmə və dövlətləşmənin zirvəsi, onların fəaliyyətlərinin nəticəsi Azərbaycan Xalq Cümhuriyyəti olub. Əli bəy Hüseynzadə Mirzə Fətəli Axundzadəni tərənnüm edib. Ancaq Mirzə Fətəli Axundzadənin fikirlərinə baxdıqda onun İran adlanan yerdə farsçılığı və bəzi məsələləri qabartmasına indi də şübhəli baxılır. Ancaq Əli bəy Hüseynzadə ustadını qabaqlayıb keçib, irəliyə gedib. Məhəmməd Əmin Rəsulzadənin həmçinin bəzi məsələlərdə estafeti ələ aldığını söyləmək olar. Ancaq doğrudan da XIX əsrin sonları XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk bunların hamısını daha da zirvəyə qaldırıb. Bu gün Türkiyədə Sultan Əbdülhəmid getməsəydi və Osmanlı inperiyası qalsaydı, daha yaxşı olacağını belə düşünənlər var. Hətta niyə bu günə düşdüklərini söyləyənlər var. Buna bir əyani sübut göstərmək olar. Bu gün Krımda bir savaş gedir. Bu problem bu gün türk dünyasının əsas məsləsidir. Putin nə çarizmi, nə bolşevizmi, nə də "KQB"ni unudub. Hər üçündən gözəl dərs alıb və bu da türkə qarşıdır. Hətta avropalılara onlar üçün əsas məsələnin alqı-satqı olduğunu deyərək uduzacaqları ilə hədələyir. Avropalılara alış-verişə hazır olduğunu, onsuz da Rusiyaya məxsus 60-70 milyard dolların onların banklarında olduğunu deyir. Özü də türkün, türk dünyasının başına min cür oyun gətirmək istəyir. Əgər ermənilər gürcülərin yarısı qədər ruslarla haqq-hesab çəkməyə çıxsaydılar və rusları Qafqazdan çıxartmaq mümkün olsaydı, bizim üçün çox yaxşı və başqa cür olardı. Rusiya Azərbaycanı da özündən asılı vəziyyətə salıb. Çünki Azərbaycanda hər bir milyarderin pulunun bir hissəsi Avropa, bir hissəsi isə Rusiya banklarındadır. Hətta küçə-bacada, evdə-eşikdə, ailədə rusca danışır və hələ də nəyisə gözləyir. Hətta adamlar yanlış düşüncələr də aşılayıblar və küçələrdə "rus gəlsəydi, daha yaxşı olardı" deyənlər də var. Rusun zibilini hələ yüz il bundan sonra da bu məmləkətdən, türk dünyasından süpürüb tullamaq olmayacaq. Bu gün üç bölgədə -Qafqazlarda, Yaxın Şərqdə və Qara dənizin ətrafında böyük bir çəkişmə gedir. Hər üç regionda da türklər mövcuddur. Biz istəsək-istəməsək də, dəfələrlə pantürkist, turançı olmadığımızı hayqırsaq da, ancaq türkün bütövlüyünün sonunun Turan olmadığını da inkar edə bilmərik. Yəni avropalılara türklükdən əl çəkdiyimizi və bizdən qorxmamalarını nə qədər desək də, bu mümkün olan şey deyil. Türklərin haqq-hesabı mütləq aydınlaşmalıdır. Əgər ABŞ İraqda 3 milyon türkü görməzlikdən gəlirsə, Əfqanıstanda farsları düşünüb türkləri unudursansa, terrorsuz günün olmayacaq. Eyni zamanda Suriyada digər millətləri görüb, türkləri görməzlikdən gəlirlər. Bu gün Azərbaycanın güneyində də bir mücadilə var". Tədbirdə həmçinin AXCP sədrinin müavini Nurəddin Məmmədli, ADP sədri Sərdar Cəlaloğlu, "Borçalı" İctimai Birliyinin sədri Zəlimxan Məmmədli, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkel, CASCFEN sədri, tanınmış jurnalist Azər Həsrətbaşqaları çıxış edərək Əli bəy Hüseynzadəni böyük şəxsiyyət kimi xarakterizə etdilər, onun irsinin təbliğinin zəruriliyini diqqətə çatdırıblar.
2014-03-06
10,846
Ermənistanda siyasi partiyalar ləğv olunur
"Ermənistanda siyasi partiyalar bağlanacaq". "Axar.az" xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuat artıq bununla bağlı Serj Sarkisyanın xüsusi tapşırıq verdiyini yazıb. Qarşıdakı günlərdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların sayının ikiqat azaldılması nəzərdə tutulub. S.Sərkisyan hökumətinin ölkədə yalnız 4-5 partiya saxlamaq niyyətində olduğu deyilib.
2014-03-06
10,847
Niyə yalnız 4 binada zəhərlənmə olub? – Mütəxəssis
Xətlərdə qaz sızmasını təsbit etmək üçün odorant vururlar. Bunu "Axar.az"a açıqlamasında Lökbatanda maye qaza həddən artıq odorant maye vurulması səbəbindən kütləvi zəhərlənmə hadisəsinin baş verməsinə münasibət bildirən Azəriqaz ASC-nin mütəxəsisi bildirdi. Mütəxəssisn dediyinə görə, bəzən odorantı qaza çox qatırlar və bundan da zəhərlənmə baş verir. Amma mütəxəsis məhz 4 binada zəhərlənmə olub, digərlərində olmamasının anlaşılmadığını bildirdi: "Onu aydınlaşdırmağa gərək var ki, bu 4 binaya ayrıca xətmi gəlir? Azəriqaz ASC-də belə bir praktika yoxdur, yəni rayona 3, uzağı 4 xətt gələ bilər ki, bu da 4 binanı əhatə etmir, daha böyük ərazini əhatə edir. Buna görə də Lökbatanda məhz 4 binaya zəhərli qaz gəlməsi məsələsi aydınlaşdırılmalıdır. Ola bilsin ki, bu, yeni xətdir və hələlik, cəmi 4 binaya birləşib". Odorant qoxusu açıq havada da adama təsir edir Mütəxəsisin sözlərinə görə, odorant hətta açıq havada da adama ciddi təsir edir: "Məsələ burasındadır ki, ildə bir dəfə qaz tənzimləyiciyə odorant vururlar. Səbəb də odur ki, xətlərdə qaz sızmasının olub-olmamasını yoxlasınlar. Odorant qoxusu elədir ki, açıq havada adamın başını ağrıdır. Məhz buna görə də ondan qaz sızmasını müəyyənləşdirmək üçün istifadə edirlər. Qapalı məkanda isə onun təsiri daha dəhşətli olur". Mütəxəsisin sözlərinə görə, hər bir xəttin ayrıca tənzimləyiciləri var və səbəbkarı müəyyənləşdirmək çox asandır: "Həmin xəttə kim nəzarət edib və hansı məsuliyyətsizlikdən, ya savadsızlıqdan yaranıb? Bunu aydınlaşdırmaq çox asandır. Əminəm ki, artıq həmin şəxslər müəyyənləşiblər".
2014-03-06
10,848
Əfsanəvi futbolçu karyerasını bitirir
Hazırda Qətərin "Əl-Sədd" klubunda forma geyinən tanınmış futbolçu Raul Qonzales mövsümün sonunda karyerasını başa vurmağı planlaşdırır. "Əl Sədd"in rəhbərliyi 36 yaşlı oyunçuya daha bir il oynamağı təklif etsə də, Raul qəti qərarını verib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bu yaxınlarda "Şalke" və "Real" rəhbərliyi futbolçuya klubda vəzifə verməyə hazır olduqlarını deyiblər. Raulun məhz bu təkliflərdən birini qəbul edəcəyi güman olunur. Xatırladaq ki, Raul İspaniya yığmasının heyətində 102 oyunda 44 qol vuraraq rekord qırıb ("Publika.az").
2014-03-06
10,849
Azərbaycanlı polkovnik Ukraynada döyüşə gedir
Ukraynada rus işğalçıları ilə döyüşmək üçün Cövhər Dudayev adına xüsusi sülhməramlı dəstə yaradılır. "Axar.az" xəbər verir ki, bu barədə informasiya mücahidlərə yaxın saytlarda yerləşdirilib. Mətbuat yaradılmış sülhməramlı dəstənin rəhbərinin briqada generalı İsa Munayevin olduğunu yazıb. İsa Munayevin özü isə yayılan bütün informasiyaların hamısının doğru olduğunu mətbuata açıqlamasında bildirib: "Elan yayılandan 20 saat sonra bizim elektron ünvanımıza Gürcüstan, Azərbaycan, Polşa, Litva, Estoniya, İsveç, İngiltərə, Norveç, Danimarka, Fransa, Avstriya, Finladiya və hətta Rusiyanın özündən insanlar müraciət edərək, burada iştirak etmək istədiklərini bildirdilər". O, həmçinin müraciət edənlər sırasında ABŞ-ın məşhur ictimai siyasi xadimi Serqey Melnikov, azərbaycanlı hərbi siyasi xadim İsa Sadıqov, hərbi jurnalist Həsən İsayev, Yaponiyadan Şamil Tanaka və digərlərinin olduğunu bildirib. Qeyd edək ki, Krımdakı hadisələrlə əlaqədar Çeçenistanın hazırkı Prezidenti Ramzan Kadırov Rusiyanı müdafiə etmişdi. Ukrayna mətbuatı isə Çeçenistanda olan "Vostok" hərbi hissəsinin əsgərlərinin Krımda olması ilə bağlı xəbər yaymışdı. Onu da qeyd edək ki, Çeçen İçkeriya Respublikası SSRİ-nin süqutundan sonra çeçenlərin yaratdığı dövlətin adı olub. Dövlət uzun müddət öz azadlığı uğrunda Rusiya ilə mübarizə aparmış sonda ruslar tərəfindən işğal edilib. 2007-ci ildə özünü ÇİR-in rəhbəri elan edən Doku Omarov onun adını dəyişdirərək "Qafqaz İmarəti" adlandırıb. Hazırda ÇİR Rusiya tərəfindən terroçu təşkilatlar sırasında daxil edilib. Xatırladaq ki, polkovnik İsa Sadıqov 1993-1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirinin döyüş əməliyyatları üzrə müavini vəzifəsində çalışıb.
2014-03-06
10,850
Obama Ruslanaya mükafat verdi
Ukraynada Avropa Birliyi tərəfdarlarının hökumətə qarşı keçirdiyi aksiyada iştirak edən müğənni Ruslana ilə birlikdə 10 cəsur qadına ABŞ tərəfindən mükafat verilib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Avroviziya mahnı yarışmasının qalibi və bütün dünyada tanınan Ruslanaya ABŞ-ın birinci xanımı Mişel Obama mükafat təqdim edib. 2014-cü ilin Beynəlxalq Cəsur Qadınlar mükafatını alan Ruslana, "Burada ölkəmin səsini təmsil etmək çox əhəmiyyətlidir. Biz diktatorluğa qarşı döyüşdük, indi bu diktatorluğun üzünü görə bilirik. Üzr istəyirəm, bu Putindir ", - deyib.
2014-03-06
10,853
Krımın taleyinin həll olunacağı tarix açıqlandı
Krım Ali Radası Krımın statusu ilə bağlı referendumun martın 16-da keçiriləcəyini açıqlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Krım Muxtar Respublikasının Nazirlər Şurasının sədr müavini Rüstəm Temirqaliyev xəbər verib. Referenduma iki əsas məsələ - Krımın Rusiyanın Federasiya kimi tərkibinə qatılması və 1992-ci il Konstitusiyasının bərpa olunması salınacaq. 1992-ci ildə qəbul olunmuş konstitusiyaya görə, Krım Ukrayna tərkibində qalır və rəsmi Kiyevlə münasibətlərini müqavilə və sazişlər əsasında tənzimləyir.
2014-03-06
10,854
Həmcinslərini fahişəliyə cəlb edən 3 qadın saxlanıldı
Qadınları fahişəliyə cəlb etdiklərinə görə Bakı şəhərinin 3 sakini saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumatlar əsasında İdarə əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Keçirilən əməliyyat tədbiləri nəticəsində Bakı şəhərinin 3 sakini saxlanılıb. Onların hər üçü qadındır. Bunlar - Rəna Əliyeva, Elnarə Ələsgərova və Rəvşalə Əliyevadır. Onların gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdikləri məlum olub.
2014-03-06
10,855
Əhməd Vəliyev nurçu deputatlardan danışdı
"Hər bir təhsil müəssisəsi özünün reklamını edirsə və yaxşı təhsil verdiyini insanlara çatdırırsa, burda qeyri-normal heç bir şey yoxdur. Bu piardır. Nurçu məktəblərdə isə təhsilin hansı səviyyədə olması haqqında elə də məlumat sahibi deyiləm". Bu sözləri "Axar.az"a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev dedi. O bildirdi ki, nuçuların liseylərini bitirənlərdən rektoru olduğu universitetdə oxuyanlar yoxdur: "Onların liseyləri ilə elə də əlaqəm yoxdur . O liseyləri bitirənlərdən bizim universitetin tələbələri arasında heç kim olmadığına görə, onların məzunlarının biliklərinin hansı səviyyədə olması haqqında nəsə deməyə çətinlik çəkirəm". Nurçuların Azərbaycandakı təhsil sistemindən danışan millət vəkili həmkarlarının arasında nurçuların olması məsələsinə də aydınlıq gətirməyə çalışdı: "İnsan gərək realist olsun. O prosesin içərisində olmadığım üçün millət vəkillərindən kimin onlarla birlikdə olmasını deyə bilmirəm. Gərək əlimdə sənəd olsun, fakt olsun. Mətbuatın yazdıqları hələ sənəd demək deyil. Millət vəkillərinin arasında nurçu olması haqqında yazılanların hansı düzdür, hansı səhvdir müəyyən eləmək çətindir". Nurçuluqdan danışan milət vəkili dövlətin hər zaman nəzarəti öz əlində saxladığını bildirdi: "Mənə elə gəlir ki, dövlət hər şeyə nəzarət edir. Ona görə də kimsə, dövlət əleyhinə iş aqparmaq istiqamətində harasa daxil olmaq və sair bu kimi şeylər düşünrsə belə, məncə Heydər Əliyev siyasəti üstündə qurulan bizim dövlətdə bu, mümkün deyil. Çünki güclü dövlətimiz və dövlətçiliyimiz var. Kimsə hər hansı bir təşkilata daxil olub, orda dövlətçililiymiz əleyhinə nəsə iş görəcəksə, əmin olun ki, bunun qarşısı qısa zamanda alınacaq".
2014-03-06
10,856
Xəzərdə balıqlar niyə kütləvi şəkildə qırılır?
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Nazirlik yanında Dövlət Baytarlıq Xidmətinə göstəriş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu göstərişə uyğun olaraq Dövlət Baytarlıq Xidməti ölkənin Xəzər dənizi sahili rayonlarının baytarlıq idarələrinə telefonoqram göndərib. Telefonoqramda ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirilməsi, ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə, onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələrin götürülməsi, müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılmasına dair ciddi tapşırıq verilib. Bu tədbirlərin görülməsində məqsəd mətbuatda İranın Mazandaran əyalətinin Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvanlar üçün təhlükəli olması barədə məlumatların yer alması olub.
2014-03-06
10,857
Krım Rusiyaya birləşdirildi - Qərar/Foto
Mərkəzi hökumət tərəfindən tanınmayan Krım parlamenti Rusiyaya birləşmək haqqında qərar qəbul etdi. Qərar hazırda davam edən parlamentin iclasında verilib. "Rusiya Federasiyasının subyekti kimi onun tərkibinə daxil olmaq" deyə qərarın mətnində qeyd olunub. Qeyd edək ki, bu gün keçirilən iclasda parlament Krımın taleyi ilə bağlı referendumun martın 16-da keçiriləcəyi qərarını qəbul etmişdi.
2014-03-06
10,858
İlkər Başbuğ nazirə sui-qəsddə suçlanacaqmış
Türkiyənin keçmiş Ali Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ "Silivri" həbsxanasında "Sabah" qəzetinin suallarını cavablandırıb. Keçmiş Ali Baş Qərargah rəisi müsahibə zamanı maraqlı açıqlamalar verib. Arınca sui-qəsddə suçlanacaqdım "Bunkerə girməklərinə izn vermək həyatımda verdiyim ən doğru qərardır. 2009-cu il 19 dekabr tarixində bir xəbər gəldi. Dəqiq olaraq Amerikadan Ankara Terrorla Mübarizə Şöbəsinin xüsusi telefon zəngi. Xəbəri verən "06 BE 9712" və "06 LJY 48" dövlət nömrə nişanlı avtomobillərin içindəki şəxslər Arınca sui-qəsd təşkil olunacağını bildirirdilər. Bunkerdə Bülənt Arınca sui-qəsd dəlilləri axtaracaqdılar. Baş nazirlər danışdım, "qoyun axtarsınlar" dedi. 31 dekabr günü axtarış aparıldı. Bunkerdən çox da vacib şeylərin çıxdığını zənn etmirəm. Bunkerə giriş üçün icazə verməsəydim, məni Arınca qarşı sui-qəsdə şərait yaradan kimi təqdim edə bilərdilər. Türkiyə Silahlı Qüvvələri töhmət alacaqdı".
2014-03-06
10,859
Bakıda 2 otelin əmlakı müsadirə olundu - Video
Bakı şəhər Vergilər Departamentinin əməkdaşları Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən "Montin" mehmanxanasında qanun pozuntusu müəyyən edilib. Məlumata görə, müəyyən edilib ki, otelin 6 min manatlıq vergi borcu var. Borcun ödənilməsi üçün otelin əmlakının siyahıya alınması qərarı çıxarılıb. Nazirliyin keçirdiyi digər əməliyyat zamanı "Empire Hotel Baku" mehmanxanasında keçirilib. Yoxlamalar zamanı otelin 3763 manat məbləğində vergi borcu olduğu məlum olub (ANS).
2014-03-06
10,860
Nədən və necə yazmalı?
Deyilənlərə və yazılanlara inansaq, belə bir əhvalat olubdur. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir. Məsləhət istəyir. Dostoyevski deyir ki, gəl, sənə bir məsləhət verim. Get, öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən… İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir hikmət var. Oxuduqlarım, gördüklərim, eşitdiklərim - bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim ədəbiyyatımızın ən böyük problemlərindən biri odur ki, yazarlarımız öz həyatlarını yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar. Sovet dövründə formalaşmış yazıçı obrazından xilas ola bilmirlər. Həm geyimləri, həm də davranışları ilə sovet ənənəsini davam etdirməkdədirlər. Baxırsan adama, adam heç yazıçıya oxşamır. Əlbəttə, mən artistliyin əleyhinəyəm. Sənət adamlarının qəribəlikləri olur. Lakin bu qəribəliklər təbii olmalıdır, kim manipulyasiya edirsə, axırda gülməli vəziyyətə düşür. Artistlik edənlər yalnız yarımçıq adamların diqqətini cəlb edə bilər, bir az sənətdən başı çıxanlar isə onlara güləcəklər. Bizim yazıçılar yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar. Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox quru olur. Hətta Çingiz Aytamatov belə, gənclik illərindəki sevgisindən danışmışdı. Gözəl xatirələrdir. Adam oxuyur, ləzzət alır. Dəmiryol vağzalında ayrıla bilmirlər. O, bunu Moskvaya ötürür, bu onu Peterburqa ötürür. Bizim hansı yazıçımız arvadın qorxusundan belə xatirələrini bölüşə bilər? Yaddaş yazıçının ən böyük sərvətidir. Bizimkilər bu sərvətdən özlərini məhrum ediblər. Çünki çərçivədədirlər. Qayğıkeş ata, nümunəvi ailə başçısıdırlar. Belinskinin təbirincə desəm, isdedadsız adamlar özləri haqqında yaza bilmirlər. Onlar özləri haqqında yaza bilməməklə, həm də istedadsız olduqlarını sübut edirlər. İkinci bir böyük problem var. Yazarlarımız sadə görünməkdən qorxurlar. Düzdür, ədəbiyyatda şərtilik olmalıdır. Ədəbiyyatın babalarından biri, Flober deyirdi ki, şərtiliksiz ədəbiyyat mövcud ola bilməz. Lakin bizim yazıçılar əksər hallarda şərtiliklə süniliyi qarışdırırlar. Günəşi küləş başa düşürlər. Onlar sadə görünməkdən qorxurlar, ona görə də təkərə düşüb axmaq-axmaq mətnlər yazırlar. Onlar içki masası arxasında daha çox yazıçı olurlar. Yazı masasının arxasına keçdikdə isə poza alırlar və axmaq əhvalatlar uydururlar. Əslində isə içki masasında danışdıqları, yazdıqlarından daha çox ədəbiyyatdır. Onlar içki masasında danışdıqlarını yazsalar, daha çox uğur qazanarlar. Taqor deyirdi ki, sənətdə öz gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər. Nəticədə gülməli vəziyyətə düşürlər. Yazar, yaza biləcəyi şeyləri yazmalıdır, amma yaxşı yazmalıdır. Bir çox uşaq yazıçıları itdən, pişikdən, atdan, qatırdan, maraldan, xoruzdan, donuzdan, balıqdan, buluddan, küləkdən nə bilim bütün canlılardan və təbiət hadisələrindən yazıblar. Amma onların adları ən məşhur yazıçıların adları ilə bir sırada çəkilir. Məsələn, Lenin öz əsərlərində Saltıkov Şedrinin adını dörd yüz dəfə çəkmişdi. "Qulliverin səyahəti" əsəri ümumilikdə uşaq ədəbiyyatı sayılır, amma bununla bərabər, həm də dünya ədəbiyyatının ən güclü nümunələrindən biridir. Tomas Vulfun bu əsər haqda gözəl sözü var, deyir, "istənilən ciddi sənət əsəri avtobioqrafikdir və mən Qulliverin səyahəti əsərindən daha avtobioqrafik əsər tanımıram". Əlqərəz, nədən yazmaq, necə yazmaq, hansı janrda ifadə etmək çox əhəmiyyətli məsələlərdir. Gərək hər bir yazar bu məsələləri özündə həll etsin. Cavab tapmaqda çətinlik çəkdikdə inandığı adamlardan soruşsun. Memuarlar oxusun. Anderson öz sadə, amma mükəmməl nağılları ilə milyonlarla insanın ürəyini fəth etdi. Dünyanın bir çox ölkələrində Andersonun nağılları oxunulur, sevilir, çizgi filmləri çəkilir. Anderson adına mükafat var. Avropada uzun müddət insanları uşaq əsərləri ilə tərbiyə ediblər. Həmin əsərlərdə "insan necə yaşamalıdır" sualı öz bədii həllini tapmışdı. Yəni itdən, pişikdən, almadan, qarğadan, arıdan, qarışqadan, cırcıramadan, divdən, əjdahadan nağıl da yazıb məşhurlaşmaq, əbədiləşmək mümkündür. Sadəcə, necə yazmaq söhbəti var hələ. Xüsusən gənclər güclərini dəqiq hesablaya bilmədiklərinə görə yazılarında bəşəriyyətin ən dahi adamlarının əsrlərdi cavab tapa bilmədikləri suallara cavab tapmaq istəyirlər. Bəli, gəncliyin iddiasi alqışlanmalıdır. Amma onlar sadə məsələlərdən yazsalar, həm özlərinə çox əziyyət verməzlər, həm də cəmiyyət bir fayda görər. Yazsınlar görək nə yemək istəyirlər, yeyə bilmirlər. Nə geymək istəyirlər, geyə bilmirlər. Evdən onlara nə qədər pul verirlər. Tələbatlarını necə yola verirlər. Hansi kitabı oxuyurlar. Hansı filmlərə baxırlar. İnsan heç olmasa, özünə qarşı səmimi olmalıdır. Bir əsərdən xoşun gəlmirsə, açıq de ki, xoşum gəlmədi. Çətinliklə oxudum. Heç vaxt kütlənin qəbul etdiyi normaları qanun kimi qəbul etmə. Kafkadan xoşun gəlmədisə, de ki, gəlmədi. Başa düşmədinsə, de ki, başa düşmədim. Heç nədən qorxma. Heç bir tiraj, ad, mükafat qarşısında həyəcanlanma. Böyüklük sadəlikdədir. Bir çox yazarlarımız sadə görünməkdən qorxaraq davamlı olaraq uğursuzluğa düçar olurlar. Yapon yazıçısı Misima deyirdi: Mən enerjimin böyük bir hissəsini daima maraqlı görünməyə sərf etdim. Problem ondadır ki, bir dəstə yazıçı müdirə oxşayır. O biri dəstənin də başı maraqlı olmağa o qədər qarışıb ki, ədəbiyyatın özü yaddan çıxıb. Böyüklər heç, onları artıq itirmişik, heç olmasa, gənclər, balacalar onların səhvlərini təkrarlamasınlar. Araq adamdan yazıçı düzəltmir. Onda gərək dünyanın bütün alkoqolikləri yazıçı olaydılar. Ədəbiyyatda lətifələrlə yox, yazılarla qalın. Bizim ölkədə bir neçə adam haqqında yüzlərlə əhvalatlar var. Amma mən o adamların oxumağa üç səhifəlik yazısını tapa bilməmişəm. Ona görə heç vaxt onlara marağım olmayıb. Baxmışam ki, onlar haqqında iştahla danışan adamların çoxu aqrar təfəkkürlü, savadsız, yarımçıq, ən uzağı tamada olacaq adamlardır. Ölkədə bu qədər yazan-pozan var. Bu qədər yazıçı, şair adına iddialı adam var. Amma bu qədər adamın içində cəmisi on - on beş adamla oturub adam balası kimi ədəbiyyatdan, əsərlərdən danışmaq, informasiya mübadiləsi etmək olar. Qalanları savadsızdır. Onların başındakılarla ancaq tost demək olar. Çünki oxumurlar, avaradırlar. Heç nədən xəbərləri yoxdur. Bu mənada hansı adamlarla ünsiyyətdə olmağın çox böyük əhəmiyyəti var. Bizim yazarlarımızın çoxu, seyid cəddinə arxayın olan kimi öz istedadlarına arxayın oldular, oxumadılar, zəhmət çəkmədilər. Nəticədə, tamadaya çevrildilər. Bu gün bizim ədəbi muhitimiz tamadalarla zəngindir. On-on beş adamı çıxmaq şərti ilə demək olar ki, hamısı tamadadır. Bu tamadalar üstəlik cəmiyyətdən hörmət tələb edəndə lap belə gülməli görünürlər. Uğura aparan maşının motoru yalnız bir yanacaqla işləyir. Bu yanacağın adı alın təridir ("Publika.az").
2014-03-06
10,861
Müdafiə Nazirliyinin yüksək rütbəli rəisi həbs olundu
Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev həbs olunub. Respublika Hərbi Prokurorluğundan verilən məlumata görə, Hafiz Bauşev vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. O, bir neçə gün əvvəl keçirilən əməliyyat zamanı saxlanılıb. Faktla bağlı araşdırma aparılır (ANS).
2014-03-06
10,862
İki sığorta şirkətinin fəaliyyəti dayandırıldı
Azərbaycan Maliyyə Nazirliyi tərəfindən iki sığorta şirkətinin lisenziyasının qüvvəsi dayandırılıb. "Axar.az" APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nazirliyin məlumatında deyilir. Belə ki, məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması ilə əlaqədar "Günay Sığorta" və "Royal Sığorta" şirkətlərinin sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi dayandırılıb.
2014-03-06
10,863
Azərbaycan Türkiyədən zirehli kater alıb
Azərbaycan Türkiyənin "Nektonbot" şirkətindən "SHARK PEY-014" tipli zirehli kater alıb. APA-nın şirkətə istinadən verdiyi məlumata görə, Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən alınmış kater yüksək manevr qabiliyyətinə sahib olmaqla yanaşı, sərt hava şərtlərində belə dənizdə qala bilir. Katerin sərnişin kabinəsi kapitan da daxil olmaqla, 9 nəfər tutur. Uzunluğu 14 metr olan katerin sürəti 40 dəniz milidir.
2014-03-06
10,864
Duma Krımın Rusiyaya qatılması məsələsinə baxır
Rusiya Dövlət Duması Krımın Rusiyaya birləşdirilməsi məsələsini müzakirə edəcək. "Axar.az" xəbər verir ki, Dumanın deputatı Serqey Mironov bildirib ki, müzakirələr gələn həftədən başlayacaq. "Bizim qardaşlarımız Krımda tarixi ədaləti bərpa etmək və Sovet lideri Xruşşovun səhvini düzəltmək istəyirlər" deyə Mironov bildirib.
2014-03-06
10,865
Vitse-prezident Romada nəyi müzakirə etdi? - Foto
İtaliyanın paytaxtı Roma şəhərində Beynəlxalq Güləş Federasiyası (FİLA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. "Axar.az" xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev iclasda iştirak edib. İclasda qarşıdan gələn mötəbər yarışlara - Dünya Kuboku yarışları, Avropa və Dünya çempionatlarına hazırlıq, güləş qaydalarındakı son dəyişikliklər, güləşin populyarlığının daha da artırılması, əhatə dairəsinin genişləndirilməsi və s. məsələlər müzakirə edilib. Məlumat üçün bildirək ki, AGF-nin I vitse-prezidenti Namiq Əliyev 2010-cu ildən FİLA İcraiyyə Komitəsinin üzvüdür.
2014-03-06
10,866
Özünü qatarın altına atan gənc BDU-nun tələbəsidir
Martın 5-də özünü metro qatarının altına atan şəxs BDU-nun tələbəsi olduğu məlum olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən məlumata görə, ötən günü özünü "Ulduz" metro stansiyasında qatarın altına atan şəxs Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi, 1996-cı il təvəllüdlü Dövran Həsənovdur. Hazırda D. Həsənov reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir.
2014-03-06
10,867
Murad Dadaşovun arzusu gerçəkləşmədi
Şoumen Murad Dadaşov dünya şöhrətli ulduz Beyonsu Bakıya gətirə bilməməyinin səbəbini açıqlayıb. Şoumen "Axar.az"a açıqlamasında bildirib ki, Beyons sənətini sevdiyi, zəhmətkeş müğənnidir: "Mənim imkanlarım Beyonsu Bakıya gətirməyə yetmədi. Bunun üçün böyük şirkətlərin köməyi lazımdır. Düzdür, hazırda ən böyük şirkətlərin rəhbərləri ilə işbirliyim var, amma içlərində Beyonsu gətirməyə razılıq verən olmadı. Buna görə çox üzgünəm". Murad Dadaşov ümüdlərinin bitmədiyini də əlavə etdi: "Lakin söz verirəm, imkan tapan kimi, Beyonsu Azərbaycana gətirəcəm".
2014-03-06
10,869
Anar Məmmədlinin həbs müddəti artırıldı
Bu gün Nəsimi Rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi təqdimata baxılıb. Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, prosesdə A. Məmmədlinin həbs müddəti 3 ay artırılıb. Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin A. Məmmədli barədə yaydığı məlumata görə, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 213.2.1, 213.2.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb. İş üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib, zəruri ekspertizalar təyin edilməklə məhkəmənin müvafiq qərarı ilə qeyd edilən qurumlarda mühasibat uçotunun mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin, sair daxil olmaların təyinatının qanuniliyinin müəyyənləşdirilməsi məqsədilə həmin nazirliklərin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri cəlb edilməklə yoxlama təşkil edilib. İbtidai istintaqın ilkin mərhələsində və yoxlamanın aralıq aktına əsasən toplanan sübutlar şübhələnməyə əsas verir ki, hüquqi qeydiyyatı olmayan "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin may ayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə edib. Bundan sonra, Bəşir Süleymanlının "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyinin vitse-prezidenti vəzifəsinə təyin olunmaqla bank hesabına köçürülmüş 163250 ABŞ dolları onun vasitəsilə nağdlaşdırılıb götürülməsində, hüquqi şəxs statusu olmadığı halda "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nə ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib özlərinə, işçilərə, eləcə də layihəyə cəlb edilmiş digər şəxslərə həmin pul vəsaitindən əmək haqqı, xidmət və ofislərin icarə haqqı ödənilməsində, ümumilikdə 109529 manat məbləğində gəlir əldə olunmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməməsində, həmçinin Elnur Məmmədovun "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyinin rəhbəri kimi idarəetmə orqanlarının formalaşdırılması, hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün hüquq verən rəsmi sənəd olan təsisçilərin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edərək təsisçilərin imzalarını saxtalaşdırmasında əsaslı şübhələr mövcuddur. Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2, Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2, 213.1, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam etdirilir.
2014-03-06
10,870
Mənim ərim var, sizinlə danışmağım günahdır...
Bu qadın çoxdandı diqqətimi çəkirdi. Hər gün redaksiyaya birlikdə gəlmək üçün iş yoldaşımı gözləyəndə yaxınlıqdan keçdiyini görmüşdüm. Burada dayandığım vaxtda nə qədər adamı müşahidə etmişdim. Sanki illərin tanışı idim hamısıyla. Müşahidələrimin nəticəsində adlarını bilmədiyim "tanışlarımın" xarakterini də müəyyənləşdirmişdim. Eləcə də bu xanımın. Geyimi, ətrafa diqqət kəsilərək yeriməsi onun qəribliyindən xəbər verirdi. İçimdən onu saxlayıb söhbət etmək keçirdi. Qəribçiliyin onun çöhrəsinə saldığı qəribə bir ifadə də vardı... Salam qardaş Onunla söhbət etmək, hansı rüzgarın onu bizim tərəflərə atdığını öyrənmək marağım hər gün artırdı. Amma necə? Tanımadığın insanı söhbətə tutmağın yolunu bilsəm də, risk etmək istəmirdim. Amma bir gün o özü yaxınlaşmaqla mənə bu fürsəti yaratdı. Salam verib, "qardaş", - dedi. Duruxdu, ardını gətirə bilmədi. İngiliscə danışdı. Danışığından "klinika" sözünü tutdum. Aydın idi, xanım klinikanın yerini soruşurdu. Demək olar ki, hər gün adı çəkilən klinikanın önündən keçirdi, görünür, fikir verməyib. Əlimi uzadaraq təxminən 50 addım aralıda olan klinikanı nişan verdim. Təşəkkür edib, aralanmaq istədi. Söhbətə çəkdim. Burda yaşamaq istəyirik - Pakistanlısız? Gözlərinin kədərli təbəssümü "hə" dedi. - Çoxdandı Bakıdasız? – bu, artıq uzadılan əlin biləyindən yapışmaq idi. Sualıma qısaca "yox" dedi. Hiss etdim ki, dilimizi bilmir. Alayarımçıq bildiyim ingiliscə köməyimə çatdı və çətinliklə də olsa, danışmağa başladıq. - Pakistanın hansı şəhərindənsiz? - Lohar... Adı Nuzzatmış. Yoldaşının adı isə: - Münəvvərdır. 2013-cü ilin dekabrından Bakıdayıq. Burda yaşamaq istəyirik. Qaçqınıq. Status verilməyib hələ... gözləyirik. Pakistanın milli geyiminin üstündən o qədər də qalın olmayan gödəkçə geyib. Başına örpək bağlayıb. Burnunun sol tərəfinə sırğa taxıb. - Bu sırğanı bura gələndən sonra taxıbsız? – marağımı gizlədə bilməyib, soruşuram. - Yox, Pakistanda bunu həmişə taxırlar, - gülür. - Mənim ərim var, sizinlə danışmağım günahdır, – utancaqlığı səsindən hiss olunur. - Mənim də yoldaşım var, ancaq sizinlə söhbət etməyim heç də xəyanət sayılmır, sadəcə, bu mənim işimdir. - Nə iş, belə iş olar? Vəsiqəmi göstərirəm. - Pressa? - yenə də əsmər bənizini günahkar təbəssüm bürüyür. Onda pis olar - Bakını bəyənmisiz yəqin? - Bakı yaxşı şəhərdi... - Niyə siz Bakını seçdiz? Dünya böyükdü, iri şəhərləri, iş yerləri və sair... - Sizin birinci ledi Mehriban xanım Pakistanda məktəb tikmişdi. Sizin ölkənin zəngin olmasını bilirdik, xeyirxah olacağınızı da güman etdik və gəldik. Pakistanla Azərbaycan dost ölkədir. - Birdən bu dost ölkə dostunun istəyi ilə sizi geri qaytardı, onda necə olar? - Onda pis olar, biz buranı seçib, bura gəlmişik. - Gümanınızda yanılmadız ki? - Sizin ölkə bizim ölkədən yaxşıdır, – cavabın ikibaşlı olması məni duyuq salır... - Yəni bu üç aya yaxın vaxtda sizin ümüdlərinizin doğrulmayacağı qənatindəsiniz? - Martı 26-sına qədər bizə vaxt verilib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyinə müraciət etmişik. Xahiş etmişik ki, bizim qaçqınlıq statusu almağımıza rəy bildirsinlər ki, bu statusu ala bilək. Ölkəmizin bizi geri istəməsinə "yox" desinlər... Ərim fəhləlik etsə də, ordakından yaxşı yaşayacağıq deyir - Yəqin, sizə müvəqqəti sığınacaq verilib? - Montində kirayədə qalırıq. Sığınacaq verilməyib. - Necə dolanırsız... – baş barmağımla şəhadət barmağımı bir-birinə sürtürəm, söhbətin puldan getdiyini başa düşür. - Münəvvər fəhlə işləyir. "Kubik" atır, pul gətirir... Yorulur, amma ordan gəldiyimizə sevinirik... - Darıxırsaız Pakistandan ötrü? - Bir oğlumuz var, adı Riyazdır. Pakistandadır. Ondan sarı darıxıram. O artıq böyükdür, biz orda yaşaya bilmirik, çətindir. Sizdə isə hər şey yaxşıdır. Ərim fəhləlik etsə də, ordakından yaxşı yaşayacağıq deyir... O mühəndisdir. Həm də bir az hökumətnən yola getmirdi... Şəklini çəkmək istəyirəm. Əllərini üzünə qapayır: - Yox olmaz. Pakistanda belə şey olmaz, – deyir. - Bəs, Pakistanda burdan fərqli olaraq çox şey olmadığına görə bura gəlmisiz də, - deyirəm. Təsdiqləyir: - Utanıram, - deyir. İş yoldaşımın gəlməyinə hələ var. Ona görə də söhbəti uzadıram. Axır ki, gileyini eşidə bilirəm: - Sizin adamlar bəzən mənə deyir ki, nəyə gəlmisiz bura, qayıdın geri. Deyirəm ki, oralar yaxşı olsaydı, heç gələrdikmi? Yaşayardıq da orda. Sizdən də başqa ölkələrə gedənlər var. Onları da buralar qane etməyib. Amma mənim ərim "burda yaşaya bilərik" deyir. Azadlıq var burda, bir də işi ağır olsa da, dolanmaq olar. Pakistanı sevdiyimə görə qala bilmədim orda - Demək, Pakistana dönmək istəmirsiz, oranı bəyənmirsiz? - Mən oxumuş adamam, həkim işləmişəm. Pakistanı sevdiyimə görə qala bilmədim orda. Ölkəmizin pis vəziyyətdə olması ürəyimcə deyil. Heç nəyi də dəyişə bilmərik. Pakistan yaxşı ölkədir. Orda hər şey yaxşı ola bilər. Olacaq yəqin, sizdəki kimi... Gülümsəyirəm. Onun da üzünə təbəssüm qonur. Nuzzat xanımla söhbətimiz beləcə yekunlaşır. Onun azad yaşamaq istəyi, bir övladının gələcəyi üçün mühacir həyatına üstünlük verməsi ürəkağrıdıcı söhbət idi... Amma o ürəyi ağrıya-ağrıya olsa da, bir gün ölkəsinin zəngin və azad olacağını arzulaya-arzulaya qəriblik ömrü yaşayır...
2014-03-06
10,872
Sabah tatarlar Ukrayna üçün son qərar verəcəklər
Sabah tatarların yaşadığı bütün yerlərin məscidlərində toplantı keçiriləcək. "Axar.az" xəbər verir ki, bu barədə informasiya əslən tatar olan vətəndaşların Feysbuk səhifəsində yazılıb. Toplantının məscidlərdə cümə namazından sonra baş tutacağı bildirilib. Bəzi şəxslər toplantıda Krım tatarlarının liderinin bəyanatının oxunacağını bundan sonra isə onların fəaliyyət planının açıqlanacağı deyilib. Sosial şəbəkələrdə bəzi tatarlar həmçinin müharibə təhlükəsi ilə əlaqədar artıq özünümüdafiə dəstələrinin yaradılacağını da bildiriblər. Qeyd edək ki, bu gün Krım Parlamentində Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendumun 16 martda keçiriləcəyi haqqında qərar qəbul edilmişdi.
2014-03-06
10,873
Ukrayna NATO-ya qoşulmağa qərar verdi
Krım parlamentinin Rusiyaya qoşulmaq qərarını verdikdən sonra Kiyevdə NATO-ya qoşulmaqla bağlı fikirlər səsləndirilməyə başlanıb. "Axar.az" xəbər verir ki, Ukrayna Baş naziri Arseni Yatsenuk NATO Baş katibi Anders Foq Rasmussenlə görüşmək üçün Brüsselə gedib. NATO da bütün öhdəliklərini yerinə yetirəcəyi və özlərinin istəyəcəyi təqdirdə Ukraynanın Alyansa üzv olmasına razılıb verib. "Ukraynalılar NATO ilə gələcək münasibətlərinə özləri qərar verməlidirlər. Xatırlayırsızsa, NATO 2008-ci ildə Buxarestdə Ukrayna və Gürcüstanın quruma qəbul olunması ilə bağlı qərar qəbul etmişdi. Bu qərar hələ də qüvvədə qalır" Rasmussenin mətbuat xidmətindən yayılan bəyanatda bildirilib.
2014-03-06
10,874
Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi
Bakıda şirkət təsisçisi və direktoru barəsində olan cinayət işi məhkəməyə göndərilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən "Əzizbəy-KM" MMC-nin təsisçisi Fuad Mirzəyevin cəmiyyətin direktoru Akif Bağırovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi ilə inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub. Hazırda cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2014-03-06
10,875
Ermənistan Azərbaycanı Avropa Məhkəməsinə verir
Ermənistanın "hüquqi özbaşınalığa qarşı" ictimai təşkilatı Mamikon Xocayanla bağlı Azərbaycanı Avropa Məhkəməsinə verməyi planlaşdırır. Məlumata görə, belə bir bəyanatla Ermənistanın birinci ombudsmanı, ictimai təşkilatın icraçı direktoru və əsir və girovlarla bağlı Dövlət Komissiyasının üzvü Larisa Alaverdyan çıxış edib. Onun sözlərinə görə, bir həftə ərzində İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət ediləcək. Alaverdyan qeyd edib ki, BMT-nin imkanlarından da istifadə ediləcək və bu məsələ dünya ictimaiyyətinin müzakirəsinə çıxarılacaq. Qeyd edək ki, Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb. O, martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Lakin Ermənistan tərəfi əsirin işgəncələrə məruz qaldığını iddia edib və Xocayanın xəstəxana palatasında çəkilən fotolarını mətbuata yayımlayıb ("Qafqazinfo").
2014-03-06
10,876
Azərbaycanlı iş adamı həbsdən buraxıldı
Ukraynanın Luqansk şəhərində ötən ilin noyabr ayında evinə olan kütləvi silahlı basqından sonra həbs olunan azərbaycanlı iş adamı, keçmiş diaspor rəhbəri Şahin Məmmədov azadlığa buraxılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Ş.Məmmədovun verdiyi məlumata görə, məhkəmə tərəfindən barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib və azadlığa buraxılıb. İstintaq araşdırmalarının yeni faktlar üzə çıxardığını, evinə basqın edən dəstənin üzvlərindən saxlanılanların günahlarını etiraf etdiyini deyən Ş.Məmmədov bildirib ki, gələn həftə istintaq işinin yekunu ilə bağlı məhkəmə təyin olunacaq. Hazırda Luqansk şəhər xəstəxanasında müalicə olunduğunu söyləyən Ş.Məmmədov özünü yaxşı hiss etdiyini vurğulayıb. O, miasteniya xəstəliyindən əziyyət çəkir. Qeyd edək ki, ötən il noyabrın 16-da axşam saatlarında Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və tanınmış iş adamı Ş.Məmmədovun evinə maskalı şəxslər tərəfindən silahlı basqın olub. Baş vermiş atışma nəticəsində Ş.Məmmədovun özünümüdafiə məqsədilə icazəli silahından açdığı atəşdən basqınçıların biri ölüb. Hadisədən dərhal sonra milis Ş.Məmmədovu oğlu ilə birgə həbs edib. Bir gün sonra oğlu sərbəst buraxılsa da, şəxsi silahından açdığı atəş nəticəsində atışmada adam öldürdüyü üçün Ş.Məmmədov barəsində məhkəmə 3 aylıq həbs-qətimkan tədbiri seçib, ötən ay isə bu müddətin daha iki ay uzadılması ilə bağlı qərar qəbul edib. Onun evinə basqın edən dəstə üzvlərindən 2 nəfər saxlanılıb, digərlərinin saxlanılması istiqamətində iş gedir. İstintaq sirri olduğu üçün saxlanılanların kimliyi hələlik açıqlanmır, lakin onlardan birinin milliyyətcə rus, digərinin erməni olduğu bildirilir. O da qeyd olunur ki, hər iki şəxs rus mafiyasının üzvüdür. Xatırladaq ki, Ş.Məmmədov Ukraynada və Türkiyədə iri kərpic zavodlarının sahibidir.
2014-03-06
10,877
“Dəcəllər” Park Bulvarda - Foto
"Dəcəllər" Klubu Park Bulvarda açılış mərasimi keçirib. Açılışda şən klounlar uşaqlar üçün müxtəlif əyləncələr təşkil edib, mərkəzin rəhbəri Vüsalə Qocayeva çıxış edib. Layihə rəhbəri ,psixoloq Könül Cəfərova "Axar.az"a bildirdi ki, klubun məqsədi uşaqlara həm pedoqoji, həm psixoloji dəstək olmaqdır: "Klubumuzda zəka oyunları, əyləncəli riyaziyyat, rəsm, şahmat, dayəliklə bərabər, psixodiaqnostik terapiyalar da aparılır. Qrup terapiyaları uşaqlara ünsiyyət çətinliklərindən qurtulmaqda daha ciddi yardımçı olacaq".
2014-03-06
10,878
BMT-nin Krımdakı nümayəndəsinə hücum oldu
Putinin tərəfdarları Krımdakı BMT-nin xüsusi nümayəndəsinə hücum ediblər. "Axar.az" xəbər verir ki, Krımda baş verən hadisələri müşahidə etmək üçün Simferopola gələn Robert Serri Putin tərəfdarlarının hücumuna məruz qalıb. "Putin, Putin" şüarları ilə Serrinin əyləşdiyi kafeyə hücum edən aksiyaçılar onu təhqir ediblər. Aksiyaçıların digər qrupu isə onun üzərinə hücum çəkərək öldürmək istəyib. Polis proseslərə müdaxilə edib və diplomatın əyləşdiyi kafeni kordonla çevrəyə alıb. 4 saata qədər təzyiq altında qalan diplomat bu səhər ilk reyslə İstanbula gedib.
2014-03-06
10,879
Ukrayna ordusu Krımda işğalçı elan edildi
"Krımın Rusiyanın tərkibinə daxil olması qüvvəyə minib, referendum ancaq onun təsdiqlənməsi üçün lazımdı". "Axar.az" xəbər verir ki, bu barədə Krım baş nazirinin müavini Rüstəm Temirqaliyev bildirib. Onun sözlərinə görə, Krımdakı yeganə qanuni silahlı birləşmə rus ordusudur: "Üçüncü dövlətin silahlı qüvvələri işğalçı elan olunacaq. Buradakı Ukrayna ordusu ya yeni andiçmə qəbul etməlidir, ya da materikin ərazisinə keçməlidir".
2014-03-06
10,880
Ermənilər yenə də arzularına çata bilmədilər
"Martın 10-da Texasda keçirilən festivala yola düşürük". Bu sözləri "Axar.az"a açıqlamasında xanəndə Qoçaq Əsgərov dedi: "Səyahət UNESCO- nun eksperti musiqişünas alim Sənubər Bağırova tərəfindən təşkil olunub. Heyətimiz dörd nəfərdən ibarətdir. Festivala qatılmaq üçün Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev maddi problemləri aradan qaldırmaqda bizə yardım etdi". Xanəndə onu da qeyd etdi ki, bu festivalda Ermənistan nümayəndələri də iştirak edəcəklər: "Onlar hətta özlərini Qafqazın yeganə təmsilçisi kimi qələmə veriblər. Azərbaycanın da bu tədbirdə iştirakı onların arzularını ürəklərində qoydu".
2014-03-06
10,881
İlkər Başbuğ həbsdən azad olunur - Qərar
Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ azadlığa buraxılır. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konstitusia Məhkəməsi "Ergenekon işi"ndə ittiham olunaraq ömürlük həbs cəzası alan İlkər Başbuğun azad ediməsini yekdilliklə qəbul edib. Məhkəmə Başbuğla əlaqədar olaraq Konstitusiyanın 19-cu maddəsinin səkkizinci bəndindinin pozulduğunu hökm edib və azad olunması yönündə sənədi yerli məhkəməyə göndərib. "Ergenekon işi"nə baxan İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsi isə qərarın yerinə yetirilməsi üçün toplanaraq Başbuğun azad edilməsi il bağlı qərar verəcək.
2014-03-06
10,882
Prezident keçmiş səfiri rektor təyin etdi
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Universitetinin rektorunun təyin edilməsi haqqında sərəncam verib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
2014-03-06
10,883
Snayperlə vurulan əsgərlərin videosu yayıldı - Video
Suriyada Əsəd qüvvələrinə qarşı döyüşən müxaliflər rejim əsgərlərinə qarşı snayper hücumu təşkil edib. "Axar.az" Suriya müxalif mətbuatına istinadən xəbər verir ki, Suriyada müxalif cəbhədə mübarizə aparan Nüsrət Cəbhəsi üzvləri Əsəd qüvvələrinə aid 3 əsgəri vurub. Dəra və Xüms bölgəsində snayper ilə təşkil edilən hücumda vurulan əsgərlərin görüntüləri sosial mediada yayımlanıb. Təşkil edilən hücumdan sonra tək güllə zərbəsiylə yerə yıxılan 3 əsgərin görüntüləri anbaan kameralar tərəfindən çəkilib. Ayrıca Nüsrət Cəbhəsinin rəsmi "Tvitter" hesabından açıqlama yayılaraq Hələb, İdlib və Həmada rejim qüvvələrinə qarşı təşkil edilən hücumlarda çoxlu hökumət əsgərinin öldüyünü və yaralandığını bildirib. Fotoları və videonu təqdim edirik:
2014-03-06
10,884
Sumqayıt Dövlət Universitetinin yeni rektoru kimdir?
Prezident sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilən Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 8 avqust 2002-ci ildə ona Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilib və 15 yanvar 2010-cu ilə qədər Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən isə Azərbaycan Respublikası təhsil nazirinin müşaviri vəzifəsində işləyib. 2013-cü ilin dekabr ayında Sumqayıt Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. O, bu vaxta qədər SDU-nun rektor əvəzi idi.
2014-03-06
10,885
İcra başçısı Lökbatandakı zəhərlənmədən danışdı
Süleyman Mikayılov: "Vəziyyət nəzarətdədir və qəsəbədəki binalara qaz verilməsi bərpa edilib" Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov Lökbatandakı qazdan zəhərlənmə ilə bağlı Musavat.com-a danışıb. Son durum barədə açıqlama verən başçı qeyd edib ki, hadisədən zərərçəkənlərdən hamısı artıq evə buraxılıb: "Gecə saat 1-ə kimi hadisə yerində olmuşam. Vəziyyət normaldır. Bu gün də 11-12 arası binalara qaz verilməsinə başlanıb. Yüz əlli nəfərə yaxın "Azəriqaz"ın işçisi gəlmişdi, bir-bir evləri yoxlayıb qazıın verilişini bərpa etdilər". O, məsuliyyətsizliyi edən qurumla bağlı heç bir açıqlama vermək istəməyib: ""Azəriqaz" Dövlət Neft Şirkətinin qurumudur. Ancaq deyə bilmərəm ki, məsuliyyət bu məsələdə onundur, ya yox. Deyə bilmərəm baş verənlər kimin məsuliyyətidir. Bunun araşdırılması lazımdır". İcra başçısı qeyd edib ki, hadisə zamanı ölən qadın əslində zəhərlənmədən həyatını itirməyib: "O, xəstə idi, yaxınları da bunu deyirlər, ölümü o vaxta düşüb. Araşdırmalar göstərir ki, onun ürəyində problem var idi. İndi qəsəbədə vəziyyət nəzarətdədir və insanların həyatına heç bir təhlükə yoxdur". İcra başçısı qeyd edib ki, rayonun qaz idarəsinin rəhbəri ilə də danışıb, vəziyyəti müzakirə edib: "Müvafiq tapşırıqlar verilib. Mənə aid olanları etmişəm, "Azəriqaz"la bağlı olan işləri də yəqin özləri edirlər. Artıq cəstəxanaya aparılan qəsəbə sakinləri hamısı evə buraxılıb" ("Musavat.com").
2014-03-06
10,886
"Azərkimya”dan ixtisarlarla bağlı açıqlama
"Azərikimya" İstehsalat Birliyinin təşkilatlarında 800 nəfər işçinin ixtisarı nəzərdə tutulmayıb". Bu sözlər "Axar.az"a "Azərkimya" İstehsalat Birliyinin Mətbuat Xidmətindən verilib. Bu mövzuda yazımıza cavab olaraq göndərilən rəsmi məlumatda attestasiyadan uğurla keçə bilməyən şəxslərin şirkətdən qovulmaqla bağlı heç bir təhlükələrinin olmadığı bildirilir: "2014-cü il ərzində "Azərikimya" İstehsalat Birliyinin təşkilatlarında 800 nəfər işçinin ixtisarı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsində qeyd olunduğu kimi, hər bir işçi 3 ildə bir dəfə attestasiyadan keçirilməlidir. Bu attestasiya işçilərin peşəkarlıq və bilik səviyyəsinin, mütərəqqi texnologiyalara yiyələnmə hazırlığının və ən vacibi əməyin mühafizəsi sahəsində biliklərinin yoxlanılması üçün aparılır. Attestasiya keçirilməmişdən qabaq işçilər müvafiq qaydada məlumatlandırılır və onlara attestasiyaya hazırlaşmaq üçün vaxt verilir. Attestasiyadan uğurla keçən işçilər attestasiya komissiyasının tövsiyyəsi ilə daha yüksək tarif dərəcəsinə və ya daha yüksək əmək haqqılı vəzifəyə keçirilə bilərlər. Attestasiyadan keçməyənlərin isə tarif dərəcələri aşağı salına, onlara "Azərikimya" İB-nin təşklatlarında digər iş təklif oluna bilər və ya işçi ilə bağlanmış əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada ləğv edilə bilər". Şirkət keçən il Azərkimya İB-də 427 nəfərin attestasiyaya cəlb olunduğunu və bunlardan 58-nin uğurlu nəticə əldə etmədiyini yazıb. "Məlumat üçün bildiririk ki, 2013-cü il ərzində "Azərikimya" İB-nin 427 nəfər işçisi attestasiyaya cəlb olunub ki, onların yalnız 58 nəfərinin uğurlu nəticə əldə edə bilmədiklərinə görə komissiya tərəfindən tutduğu vəzifəyə (peşəyə) uyğun olmadıqları barədə qərar qəbul edilmişdir. 13 nəfərin isə əməyin ödənimə dərəcəsinin (ƏÖD) artırılması tövsiyə olunmuşdur. 2014-cü ilin yanvar-fevral ayları ərzində attestasiyaya 174 nəfər cəlb olunmuşdur və onlardan komissiya tərəfindən 21 nəfərin tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı barədə qərar qəbul edilmişdir. 5 nəfərin isə əməyin ödənilmə dərəcəsinin artırılması tövsiyə edilmişdir. Onu da xüsusilə qeyd etmək istərdik ki, neft-kimya sənayesi sahəsi A kateqoriyalı (partlayış-yanma təhlükəli) sənaye sahələrinə aid olduğu üçün bu sahədə müvafiq attestasiyaların keçirilməsi ilk növbədə insanların sağlamlığı və sənayedə təhlükəsizliyin təmin olunması üçün mühüm şərtlərdəndir". Mətbuat Xidmətindən həmçinin SOCAR-ın attestasiya ilə bağlı heç bir əlaqəsinin olmadığını bildirilib. "İşçilərin əmək haqqının 5 misli məbləğində müavinət almaq üçün könüllü müraciətləri əsasında əmək müqaviləsinə xitam verilməsi proseduru isə ARDNŞ-nin bu istiqamətdə Neft və Qaz Sənayesi İşçilərinin Respublika Həmkarlar Təşkilatı Komitəsi ilə bərabər imzaladığı müvafiq əmr-qərarlarla tənzimlənir və atteastasiya ilə heç bir əlaqəsi yoxdur". Şirkət həmçinin Sumqayıtda 200-ə yaxın sumqayıtlı gəncin də "Azərkimya" İB-də işlə təmin olunduğunu açıqlayıb. "Cari ildə ARDNŞ tərəfindən Sumqayıtda Karbamid, Polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının tikintisi başlanmışdır. Bu müəssisələr işə düşdükdən sonra orada işləmək üçün yüksək ixtisaslı mühəndislərə və müxtəlif profilli yüksək peşəkarlı fəhlələrə ehtiyac olacaqdır. Bunun üçün "Azərikimya" İB eyni zamanda öz işçilərindən ibarət bu müəssisələrdə çalışa biləcək kadrların hazırlanması ilə də məşğuldur. Bu fəaliyyətin bir hissəsi olaraq 2012-ci ildə ARDNŞ tərəfindən Sumqayıtda Təlim-Tədris Mərkəzi yaradılmışdır. Ötən 2 tədris ili ərzində bu mərkəzi müxtəlif peşələr üzrə 200-ə yaxın sumqayıtlı gənc bitirərək "Azərikimya" İB nin müəssisələrində işlə təmin olunublar. Mərkəzin kursları 6-10 aylıq olur". Qeyd edək ki, bu gün saytımızda "Azərkimya" İB-dən aprelin sonu, mayın əvvəlinə qədər 800 nəfərin işdən çıxarılacağı haqqında məlumat dərc edilmişdi.
2014-03-06
10,887
Krımda Ukrayna bayraqlarını endirdilər
Krımın qeyri-qanuni Baş naziri Sergey Aksyonov Krımda bütün Ukrayna bayraqlarını endirilərək rus bayraqlarının qaldırılmasına əmr verib. Bu sözləri "Axar.az"a Krımda Universitet müəllimi işləyən, əslən tatar olan Gözəl İsmayılova deyib. O bildirib ki, mərkəzi hökumət tərəfindən tanınmayan Krım parlamentinin Rusiyaya birləşmək haqqında qərar qəbul etdiyini eşidəndə şoka düşüblər: "Universitetə indi gəldim, müəllimlər Krımın rəsmi olaraq Rusiyaya birləşdiyini deyirlər. Hamımız şokdayıq, bu iş qeyri-qanuni edilib". Gözəl xanım bir müddət əvvəl işğal olunduğu haqqında xəbər yayılan parlamentdə belə qərarın necə verildiyinə təəccübləndiyini dedi: "Ağlasığmazdı, deyilmi? Kimlərsə işğal edib parlamenti, bunlar da həmin parlamentdə qəhvə içər kimi, asanlıqla girib qərarlar verirlər". Gözəl İsmayılova Krımın aydınları ilə də bu vəziyyəti müzakirə etdiklərini bildirdi: "Krım tatar xalqı tək heç nə edə bilməz. İndi Rusiya Amerika ilə, Avropa ilə vuruşur, əslində. Bu münaqişəni dayandırsa, Amerika dayandıra bilər. Bu məsələni Krım aydınları ilə müzakirə edirik. Onlar da heç nə deyə bilmirlər. Nə edəcəklərini bilmirlər. Bir az sonra Krımın tatar xalqı qurultay keçirəcək. Orda bir qərar veriləcək".
2014-03-06
10,888
“Mən prezidentin əsgəriyəm” - Şəmsəddin Hacıyev
İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyev istefasından danışıb. O, hər şeyin qaydasında olduğunu deyib. Sabiq rektor bildirib ki, istefasını normal qarşılayıb: "Mən prezidentin əsgəriyəm. Prezident məni hara göndərsə gedəcəyəm. Sabah cəbhəyə göndərsə, ora gedəcəyəm. Heç bir problem yoxdur". Ş.Hacıyev bundan sonra parlamentdə işini davam etdirəcəyini bildirdi: "Vəziyyət çox gözəldir. Mən həm rektor, həm də parlamentdə komitə sədri idim. Bundan sonra var gücümlə parlamentdə qanunvericilik fəaliyyəti ilə bağlı məşğul olacağam. Bu qərarı da çox gözəl qarşıladım, istefamı normal qəbul edirəm. Parlamentdə elm-təhsil sahəsində qanunvericiliklə bağlı işləri davam etdirəcəyəm". Deputat yerinə təyin olunan rektor Ədalət Muradov haqda da danışıb. Onun sözlərinə görə, təzə rektor savadlı kadrdır və qalan işləri davam etdirəcəyinə inanır: "Mən yeni rektoru çoxdan tanıyıram. Yeni rektor layiqli kadrdır, iqtisadçıdır, elmlər doktorudur, Kiyevdə işini müdafiə edib. Özüm onun müdafiəsində iştirak etmişəm. İnanıram ki, başladığımız yerdən qalan işləri davam etdirəcək" ("Musavat.com").
2014-03-06
10,889
Bakıda intihar edən məktəbli polkovnik-leytenantın qızı imiş
Bakıda özünü binadan ataraq intihar edən qızın yüksək rütbəli hərbçinin övladı olduğu məlum olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, 1997-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Zərifə Əsədova Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Mübariz Əsədovun qızıdır. Polisdən həmçinin bildirilib ki, Z. Əsədova Hövsanda yaşayıb. Bir gün əvvəl yaşadığı evi tərk edən qız bu gün Səbail rayonu, Mətbuat prospekti, 2 ünvanında yerləşən hündürmərtəbəli binanın 9-cu mərtəbəsinə çıxaraq oradan özünü atıb. Z. Əsədova intihar etməzdən əvvəl telefonla atasına SMS yazaraq bağışlanmasını istəyib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
2014-03-06
10,890
Türkiyə ABŞ hərbi gəmisini Qara dənizə buraxdı
Türkiyə hökuməti qarşıdakı iki gün ərzində ABŞ hərbi gəmisinin Bosfor boğazından Qara dənizə keçməsinə icazə verib. Məlumata görə, bu barədə "Hürriyet Daily News" hökumətdəki etibarlı mənbə xəbər yazıb. "Türkiyə hökuməti Krımdakı proseslərə görə Rusiya ilə Qərb və Ukrayna arasında qarşıdurmanın tezliklə hərbi qarşıdurmaya çevrilə biləcəyindən ehtiyatlanaraq Amerika hərbi gəmisinin iki gün ərzində Qara Dənizə keçməsinə icazə verib", - deyə nəşr bildirir. Qeyd edək ki, gəminin adı göstərilmir.
2014-03-06
10,891
Elmar Məmmədyarov İƏT-in baş katibi ilə görüşdü - Foto
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın İƏT ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq, ölkəmizin İƏT ilə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Baş katib İ.Mədəni fəal üzv kimi Azərbaycanın İƏT-in fəaliyyətinin dəstəklənməsində oynadığı vacib rolunun və təşkilatın inkişafına verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini bildirib. E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İƏT-ə təşəkkürünü ifadə edib. Görüş əsnasında davamlı inkişafa xidmət edən layihələrin icrası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini qəbul edib. Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədyarov Azərbaycanın İƏT ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq, ölkəmizin İƏT ilə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Baş katib İ.Mədəni fəal üzv kimi Azərbaycanın İƏT-in fəaliyyətinin dəstəklənməsində oynadığı vacib rolunun və təşkilatın inkişafına verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini bildirib. E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İƏT-ə təşəkkürünü ifadə edib. Görüş əsnasında davamlı inkişafa xidmət edən layihələrin icrası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini qəbul edib. Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədyarov Azərbaycanın İƏT ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq, ölkəmizin İƏT ilə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Baş katib İ.Mədəni fəal üzv kimi Azərbaycanın İƏT-in fəaliyyətinin dəstəklənməsində oynadığı vacib rolunun və təşkilatın inkişafına verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini bildirib. E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İƏT-ə təşəkkürünü ifadə edib. Görüş əsnasında davamlı inkişafa xidmət edən layihələrin icrası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
2014-03-07
10,892
Prezident qadınları təltif etdi: 4 sərəncam, 16 fərman - Yeniləndi
Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər: 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə Axundova Nigar Vəli qızı "Tərəqqi" medalı ilə Cəfərova Xatirə Ayaz qızı Əliyeva Lətifə Ağaqasım qızı Qədirova Arzu Əfqan qızı Teymurova Gülarə Əli qızı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə İsmayılova Südabər Şöyüb qızı Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilib. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar Müəllim" Əliyeva Kamilla Əliyevna Həsənova Şamama Atakişi qız "Əməkdar Həkim" Abbasova Bədir Əli qızı Ağamoğlanova Məlahət Saleh qızı "Əməkdar Mədəniyyət İşçisi" Əliyeva Samirə Zimirxan qızı Zeynalova Sürəyya İsmayıl qızı *** Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar Müəllim" Əliyeva Kamilla Əliyevna Həsənova Şamama Atakişi qızı "Əməkdar Həkim" Abbasova Bədir Əli qızı Ağamoğlanova Məlahət Saleh qızı "Əməkdar Mədəniyyət İşçisi" Əliyeva Samirə Zimirxan qızı Zeynalova Sürəyya İsmayıl qızı. Prezident İlham Əliyev, həmçinin "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında", Sumqayıt Dövlət Universitetinin rektorunun təyin edilməsi və "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" sərəncam imzalayıb. Prezident İlham Əliyev 2014-cü il yanvarın 24-də Paris şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma"nın təsdiq edilməsi,"Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında" 1999-cu il 4 iyun tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə" Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları, Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi və Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində, Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında, Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi, rəsmi statistika sahəsində, Beynəlxalq Telekommunikasiya Reqlamentinin təsdiq edilməsi, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları, işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyəti, təhlükəsizliyə dair əməkdaşlıq haqqında və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında barədə fərman imzalayıb.